17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, millimiz fevralın 5-dən 10-na qədər qonşu ölkədə hazırlıq keçəcək. U-17 hazırlıq çərçivəsində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar fevralın 6-da və 9-da baş tutacaq. Hər iki oyunun Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13:00-da başlanması planlaşdırılır.
Azərbaycan millisinin bu toplanış üçün açıqlanmış heyətini nəzərinizə çatdırırıq:
Qapıçılar: İradə Əsədli (“Şəfa”), Süməyyə Əhməd (“Ulduz”);
Yarımmüdafiəçilər: Məryəm Səmədli, Fatimə Kərimli (“Sabah”), Suel Polikarpova, Sara Səlimova (“Neftçi”), Dəniz Mikayıllı (“Şəfa”), Sara Qaribova (“Təhsil 8 İOEUGİM”);
Avropa çempionatının final mərhələsinə təyinat alan ilk azərbaycanlı hakim kimi tarixə düşən FİFA referisi Hikmət Qafarlı 3 görüşdə iş başında alıb.
Arena.az xəbər verir ki, artıq vətənə dönən referi qitə birinciliyi ilə bağlı təəssüratlarını bölüşüb.
Hikmət Qafarlı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb:
– İlk dəfə belə mötəbər yarışa təyinat aldın. Atmosfer necə idi? – Demək olar, fərqli bir atmosfer idi. Qitənin ən nüfuzlu futzal yarışı, üstəlik 4 ildən bir keçirilir və ilk dəfə Azərbaycan hakimlik məktəbinin üzvü də orada təmsil olunur. Karyeramın indiyə qədər olan hissəsinin ən həyəcanlı və qürurverici yarışıydı. İstər təşkilatçılıq, operativlik, komandaların oyunlara hazırlıq və yanaşması, istərsə də oyunların səviyyəsi, sürət, intizam, taktiki gedişlər və s. tam fərqli idi. Bu cür oyunları idarə edən hakimlər də zövq almaqla yanaşı, daha məsuliyyətli olurlar.
– Final mərhələsində ilk təyinatın Ermənistan – Ukrayna oyununa oldu. Timekeeper kimi olsa da, həmin matçda iş başında olmağın bir həyəcanı var idimi? – Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi. Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma oyunun start fitindən sonra artıq həyacan yerini oyunun atmosferinə buraxır.
– Baş hakim kimi Ukrayna – Litva görüşünü idarə etdin. Hakim-inspektor idarəçiliyinlə bağlı nə dedi? – Birinci turdan sonra qrupda vəziyyət gərginləşmişdi. Ukraynaya yenilmiş Litva isə heç kimin gözləmədiyi halda Çexiya kimi güclü rəqiblə heç-heçə etmişdi. Bu dueldə Litva futzalçıları qələbə qazansaydları, Ukrayna mübarizəni dayandıracaqdı. Ona görə oyunda gərginlik çox idi. Üstəlik, Litva həm də təşkilatçı ölkələrdən biri idi, doğma meydanda oynayırdı, azarkeşlər arenanı doldurmuşdu. Bu da oyuna əlavə rəng qatırdı. Görüşü yaxşı idarə etdik, ciddi, oyunun nəticəsinə, ruhuna təsir edən səhvlərimiz olmadı. Matçdan sonra hakim-inspektor hansısa iradlarının olmadığını və idarəçiliyimizi yüksək balla qiymətləndirdiyini bildirdi.
– Gürcüstan – Fransa matçında isə üçüncü hakim oldun. Oyunun gərginliyini nəzərə alsaq, işin çox idi? – Həqiqətən də qarşılama gərgin keçdi. Fransa favoritlərdən idi, onlara heç-heçə də sərf edirdi. Gürcüstan isə ilk oyunda Latviyaya yenildiyinə görə mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Belə vəziyyətdə texniki zonada yer alan məşqçilər və oyunçular daha çox emosional olur, hər qərara çılğınlıqla reaksiya verirlər. Belədə də üçüncü hakimin işin çətinləşir. Ümumiyyətlə, bu cür turnirə təyinat alan hakimlərdən heç birinin işi az olmur, məsuliyyəti böyük olur. Aldığım qiymətlər göstərdi ki, hər 3 təyinatda hakim kimi üzərimə düşən işlərin öhdəsindən layincə gəlmişəm.
– Bəs qrup mərhələsindən sonrakı oyunlara təyinat almamağın nə ilə bağlıdır? – Qrup mərhələsi başa çatdıqdan sonra oyunların sayı demək olar, yarıbayrı azalır. Ona görə də UEFA hakimlərin bir hissəsini turnirdən azad etdi. 12 hakim geri göndərildi ki, onların da əksəriyyəti ilk dəfə təyinat alanlar idi. UEFA oyunların gərginliyini və ağırlığını nəzərə alaraq, pley-off mərhələsində daha təcrübəli referilərə təyinat verir. Aralarında elə hakimlər var ki, onlar 3-cü dəfə Avropa çempionatının final mərhələsində iştirak edirlər.
– Ümumiləşdirsək, Avropa çempionatında hansı yeniliklərlə tanış oldun və təəssüratların necədir? – Əlbəttə, yüksək və xoş təəssüratlarla qayıtdım. Avropanın ən güclü milli komandalarının və hakimlərinin iştirak etdiyi çempionata qatıldım, oyunlar idarə etdim, yeniliklərlə tanış oldum. Çempionat zamanı ilk dəfə videodəstək sisteminin iş prinsipi ilə tanış oldum, hətta Ukrayna – Litva görüşündə bundan istifadə etdim. Komandaların yüksək futzal bilikləri, göstərdiyi keyfiyyətli görüşlərin şahidi oldum və futzalın nə qədər sevimli idman oyunu olduğuna şahidlik etdim.
Futzal üzrə Azərbaycan milli komandasının sabiq üzvü Elvin Quliyev Finlandiya yığmasından təklif alıb və bu komandanın baş məşqçisi ola bilər.
Arena.az xəbər verir ki, məşqçi kurslarını Finlandiya Futbol Federasiyasında keçmiş və yekunda UEFA-nın B lisenziyasını almış mütəxəssis bu ölkənin futzal üzrə əsas millisinin baş məşqçisi vəzifəsinə namizəddir.
Skandinaviyalılar Quliyevə müraciət edərək özü ilə bağlı məlumatları federasiyanın namizədlər üçün yaradılmış bölməsinə yerləşdirməsini xahiş ediblər. Seçimlərin nəticəsi yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, Elvin Quliyev futzalçı karyerası dönəmində “Turan AİR”, “Asfarma”, TT, “Neftçi” İSM, “Əmrahbank”, “Baku Fire”, “İtaldizayn” klublarının formasını geyinib. O, Azərbaycan çempionu olub və Azərbaycan Kubokunu qazanıb. Quliyev müxtəlif illərdə Azərbaycan milli komandasının heyətində də çıxış edib.
Ötən gün Gəncə şəhərində “Kəpəz” komandasının futbolçusunun Veysəl Rzayevin bıçaqlanması ilə bağlı cinayət işi açılıb.
Arena.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, ötən gün səhər saatlarında 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.
Artıq Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Veysəl Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Onu da qeyd edək ki, Veysəl Rzayev hazırda xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Mərhələnin açılış oyununda “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Cavid Cəlilov olacaq.
Günün digər oyunu Premyer Liqanın lideri “Sabah”la “Qəbələ” arasında baş tutacaq. “Masazır Arena”da keçiriləcək oyunu Fərid Hacıyev idarə edəcək.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin qalan ilk oyunları fevralın 5-də keçiriləcək.
Azərbaycan Kuboku 1/4 final 4 fevral
“Sumqayıt” – “Zirə” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli. VAR: Kamal Umudlu. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
Bu gün futbol üzrə İngiltərə Kubokunda 2025/2026-cı illər mövsümün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Arsenal” doğma meydanda Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşıb. Bu komandaların ilk oyununda “topçular” 3:2 hesablı qələbəyə sevinmişdilər. Cavab görüşündə də qələbə qazanmış “Arsenal” ilk finalçı olub.
İngiltərə Kubokunda finalın digər iştirakçısı sabah – fevralın 4-də müəyyənləşəcək.
İngiltərə Kuboku Yarımfinalın cavab oyunları 3 fevral
Arsenal – Çelsi 1:0 (ilk oyun – 3:2) Qol: Haverts, 90+7.
Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümün 1/8 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Reyms” doğma meydanda “Le Man”la, Marsel “Olimpik”i isə “Renn”lə üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri darmadağına seviniblər və 1/4 finala yüksəliblər.
Fransa Kubokunda 1/4 final mərhələsinin qalan iştirakçıları fevralın 4-də və 5-də müəyyənləşəcək.
Fransa Kuboku 1/8 final mərhələsi 3 fevral
Reyms – Le Man 3:0 Qollar: Leoni, 38; 71. Benhattab, 84.
Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Səfərdə “İğdır”la qarşılaşan “Antalyaspor” biabırçı hesabla uduzub. “Samsunspor” “Bodrumspor”u, “Trabzonspor” “Fethiyəspor”u məğlub yola salıb. “Rizəspor” – “Bəyoğlu Yeni Çarşı” matçında isə qalib müəyyənləşməyib.
Türkiyə Kuboku Qrup mərhələsi, 3-cü tur 3 fevral
A qrupu Trabzonspor – Fethiyəspor 3:0
B qrupu Samsunspor – Bodrumspor 2:0 İğdır – Antalyaspor 6:0
İspaniyanın “Elçe” klubunun mərkəz yarımmüdafiəçisi Rodriqo Mendosa bundan sonra “Atletiko”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
“Atletiko” 20 yaşlı futbolçunun transferi üçün “Elçe”yə 16 milyon avro ödəyib. İspan yarımmüdafiəçinin yeni klubu ilə müqavilənin müddəti 2031-ci ilin yayına qədərdir.
Rodriqo Mendosa “Elçe”nin yetirməsidir. İspaniyalı yarımmüdafiəçi 2023-cü ildən bu klubun əsas komandasında forma geyinirdi. O, “yaşıl-zolaqlılar”ın heyətində bütün turnirlər üzrə 71 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
İspaniyanın U-17, U-18, U-19, U-20 yığmalarında da oynamış Mendosa ötən ildən U-21-də forma geyinir.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə Serbiya milli komandasının və “Yuventus”un hücumçusu Duşan Vlahoviç İtaliya klubunun düşərgəsinə qayıdıb.
Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
26 yaşlı futbolçu ötən ilin dekabrında Londonda sol ayaq əzələsindən əməliyyat olunmuşdu. O, yanvar ayı ərzində bərpa prosesini Serbiyanın paytaxtı Belqradda keçirib və burada şəxsi fizioterapevtlə məşqlər edib. Vlahoviçin mart ayına qədər yaşıl meydanlara dönməsi gözlənilmir.
Xatırladaq ki, Duşan Vlahoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Fiorentina”dakı çıxışı ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro məbləğ müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçib. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib. Serb hücumçunun “Yuventus”dakı ümumi çıxışı 162 oyun, 64 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
Vlahoviç 2023/2024-cü illər mövsümündə “Yuventus”la İtaliya Kubokunun qalibi olub.
Duşan Vlahoviç 2020-ci ilin oktyabr ayında debüt etdiyi Serbiya yığma komandasının heyətində 41 oyuna çıxıb. O, bu oyunlarda 16 qola imza atıb və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 26 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.
İngiltərənin “Vulverhempton” klubunun mərkəz hücumçusu Yorgen Larsen bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Kristal Pelas”ın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, sözügedən klub tarixinin ən bahalı futbolçu transferini gerçəkləşdirib. 25 yaşlı norveçli hücumçu ilə 4,5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb. “Kristal Pelas” bu keçidə görə “Vulverhempton”a 49,7 milyon avro ödəyib.
Tam adı Yorgen Strand Larsen olan norveçli hücumçu “Sarpsborq”un yetirməsidir. O, “Qroningen”, “Selta” kimi klublarda da çıxış edib. “Vulverhempton” hücumçunu 2025-ci ilin yayında 27 milyon avroya “Selta”dan transfer etmişdi. Bundan əvvəl isə o, “canavarlar”ın heyətində icarə əsasında çıxış edirdi. Larsen Premyer Liqa təmsilçisinin heyətində 64 oyun keçirib, 20 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Norveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Yorgen Larsen 2020-ci ildə debüt etdiyi əsas millidə 24 oyun keçirib, 4 qol vurub.
Larseni satmış “Vulverhempton” da heyətini yeni hücumçu ilə gücləndirib. Sözügedən klub Çempionşipdə çıxış edən “Sauthempton”un forvardı Adam Armstronqu sıralarına cəlb edib.
28 yaşlı ingilis futbolçu ilə 3,5 illik müqavilə imzalanıb. Bu keçid Premyer Liqa kollektivinə 7 milyon funt sterlinqə başa gəlib.
Armstronq cari mövsümdə Çempionşipdə ən məhsuldar futbolçular sırasında yer alır. O, 29 oyunda 11 qol (1-i penaltidən olmaqla) vuraraq daha iki futbolçu ilə birlikdə bombardirlər siyahısında üçüncü pillədə yer alıb.
Adam Armstronq karyerası ərzində “Nyukasl”, “Koventri Siti”, “Barnsli”, “Bolton Uonderers”, “Bləkbörn”, “Vest Bromviç” kimi klubların da şərəfini qoruyub. O, İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 18-ci turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 18-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Rəhim Həsənov ümumilikdə 4 matçda qeydə alınan 7 epizodla bağlı fikirlərini bölüşüb. O, Rauf Cabbarovun “Araz-Naxçıvan” – “Neftçi” görüşündə, Elçin Məsiyevin isə “Qarabağ” – “Turan Tovuz” matçında verdiyi bəzi qərarların yanlış olduğunu təsdiqləyib.
AFFA Hakimlər Komitəsinin sədrinin 18-ci turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” müdafiəçisi və kapitanı Camal Lassells ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Arxa xətt oyunçusunun “Lester Siti”yə transfer olunduğu bildirilib. O, yeni klubu ilə 2026-cı ilin 30 iyununadək anlaşıb.
Camal Lassels 2014-cü ildə “Nottingem Forest”dən “Nyukasl”a keçmişdi. Təcrübəli müdafiəçi “sağsağanlar”ın heyətində ümumilikdə 253 oyuna çıxıb, 15 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Lassels daha öncə “Nottingem Forest” və “Steveneyc”də forma geyinib. O, İngiltərənin U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.
Xatırladaq ki, “Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
İtaliyanın “Roma” klubu 23 yaşlı ispan sol cinah hücumçusu Brayan Saraqosanı “Bayern”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat veirr.
İcarə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Keçid paytaxt təmsilçisinə 2 milyon avro məbləğ müqabilində başa gəlib. Mövsümün sonunda “canavarlar” Saraqosanın transfer hüquqlarına da yiyələnə bilərlər.
Brayan Saraqosa “Qranada”nın məzunudur. Hücumçu, karyerası ərzində “El-Exido” (icarə), “Bayern” və “Osasuna”da (icarə) çıxış edib. Cari mövsümün ilk dövrəsində isə Saraqosa “Selta”da icarədə olub. O, bu komandanın heyətində 26 oyuna çıxıb, 2 qol və 4 assistlə yadda qalıb.
İspaniyalı futbolçu “Bayern”ə 2023-cü ildə “Qranada”dan 13 milyon avro müqabilində keçib. O, Münhen təmsilçisinin heyətində cəmi 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Brayan Saraqosa 2023-cü ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 3 oyuna 1 qolla yadda qalıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı ispan sol cinah hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
“Roma” ispaniyalı müdafiəçisi Abubakar Sanqareni də La Liqa təmsilçisi “Elçe”yə icarəyə verib. Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. Paytaxt klubunun rəhbərliyi Brayan Saraqosanın “Selta”dan (İspaniya) transfer edilməsindən sonra baş məşqçi Can Pyero Qasperininin planlarına daxil olmayan Sanqareni komandada saxlamağı məqsədəuyğun hesab etməyib.
İtaliya çempionatında meydana çıxmayan 18 yaşlı oyunçunun “Elçe”yə keçidinin maliyyə detalları açıqlanmayıb. İspaniya klubu futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb.
Sanqare İtaliya klubuna transfer olunmamışdan əvvəl İspaniyada “Levante”nin formasını geyinib. Hazırda İspaniyanın U-19 yığmasında çıxış edən futbolçu əvvəllər U-15, U-16 və U-17-də də forma geyinib.
AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.
Arena.az xəbər verir ki, Seymur Səlimli müsahibəsində klubların lisenziyalaşdırma prosesi ilə bağlı son yeniliklər barədə məlumat verib.
– Klubların lisenziyalaşdırma prosesində son durum necədir? – Klubların lisenziyalaşdırma prosesinə rəsmi başlanğıc açılış iclası ilə həyata keçirilir. Sözügedən iclas ötən il oktyabrın 16-da baş tutub. Oktyabrın sonunadək klublar müraciət etdikləri lisenziya növünə uyğun olaraq müvafiq ərizələrini Lisenziyalaşdırma şöbəsinə təqdim ediblər. Eyni zamanda, Klubların Lisenziyalaşdırılması Qaydaları tərəfimizdən hazırlanaraq klublara təqdim olunub.
– 2026/2027 lisenziyalaşdırma mövsümündə hər hansı yeniliklər tətbiq olunubmu? – Bunu müəyyən mənada yenilik kimi qiymətləndirmək olar. Klubların lisenziyalaşdırılması prosesi klubların peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən əsas mexanizmlərdən biri olduğundan, bu prosesin əhatə dairəsi genişləndirilib. AFFA İcraiyyə Komitəsinin 25 oktyabr 2025-ci il tarixli qərarına əsasən, cari futbol ilindən etibarən İkinci Liqanın bütün klubları, eləcə də Region Liqasından İkinci Liqa lisenziya növünə müraciət edən və Region Liqasının 1/4 final mərhələsinə yüksələn komandalar lisenziyalaşdırma prosesinə cəlb olunacaqlar. Bu isə o deməkdir ki, 2026/2027 mövsümündə İkinci Liqada iştirak etmək istəyən klublar cari mövsümdə müvafiq lisenziyanı əldə etməlidirlər.
– Lisenziyalaşdırma prosesi hazırda konkret olaraq hansı mərhələdədir? – Açılış iclası çərçivəsində klublar lisenziyalaşdırma qaydalarına edilən yeniliklərlə tanış olublar. Paralel olaraq, qaydalar üzrə təlim və treninqlər təşkil edilib. Bu təlimlər klubların seçiminə uyğun olaraq həm AFFA-da, həm də klubların ofislərində – Bakı və regionlarda keçirilib. Bütün təlimlər dekabrın 25-də yekunlaşıb. Bəzi təcrübəli klublar təlimlərdə iştirak etdikləri dövrdə artıq prosesə qoşularaq, sənədlərini Klubların Lisenziyalaşdırma Platformasına daxil ediblər. Digər klublar isə təlimlərdən sonra bu mərhələyə keçiblər. Hazırda proses klublar tərəfindən sənədlərin icbari təqdimolunma mərhələsindədir.
“Bu, kəmiyyət baxımından ciddi artım deməkdir” – Seymur Səlimli
– Lisenziyalaşdırma prosesində tələblərin yerinə yetirilmə monitorinq mərhələsi barədə nə deyə bilərsiniz? – Təqdim edilən sənədlər əsasında lisenziya iddiaçılarının tələblərə uyğunluğu mütəmadi olaraq yoxlanılır və bu proses çərçivəsində klublarla sıx əməkdaşlıq qurulur. AFFA tərəfindən “Klubların Lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi”nə start verilib. İlkin mərhələdə Premyer Liqa və Birinci Liqa klubları ilə onlayn görüşlər keçirilib və bu görüşlərdə akademiyaların inkişaf ehtiyacları, tələblərə uyğunluğun artırılması və metodiki dəstək mexanizmləri müzakirə olunub.
Növbəti mərhələdə Lisenziya və Qeydiyyat Departamentinin məşqçi-koordinatoru Sərxan Hüseynov tərəfindən klubların akademiyalarına yerində baxışlar həyata keçirilib. Səfərlər zamanı mövcud vəziyyət qiymətləndirilib, məşqçi heyəti, tibbi personal, infrastruktur, bütün yaş qrupları üzrə məşq prosesləri, eləcə də SMM və hüquq komandalarının fəaliyyəti təhlil olunub və klublara müvafiq tövsiyələr təqdim edilib. Bu tədbirlər AFFA-nın akademiyaların inkişafına göstərdiyi davamlı dəstəyin və lisenziyalaşdırma prosesinin daha da təkmilləşdirilməsinə yönəlmiş mühüm addımlardır.
– Ümumilikdə bu tədbirləri keyfiyyət və kəmiyyət baxımından necə dəyərləndirərdiniz? – Ötən mövsüm klubların lisenziyalaşdırılması prosesində lisenziya iddiaçılarının sayı 41 idisə, 2026/27 mövsümü üçün müraciət edən klubların sayı təxminən 54-ə çatıb. Bu, kəmiyyət baxımından ciddi artım deməkdir. Qeyd etmək olar ki, prosesdə iştirak edən klublar ildən-ilə daha təcrübəli olur, tələblərin ciddiliyini daha yaxşı anlayırlar. Yerində aparılan təhlil və monitorinqlər bu kəmiyyət artımının mərhələli şəkildə keyfiyyətə çevrilməsini qaçılmaz edir.
Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, sayca 30-cü dəfə təşkil olunacaq kubok uğrunda 6-sı Yüksək, 10-u Birinci Liqa iştirakçısı olmaqla ümumilikdə 16 komanda mübarizə aparacaq.
Yarışa 1/8 final mərhələsindən start veriləcək və hər mərhələdə komandalar bir dəfə qarşılaşacaqlar. Fevralın 14-ü və 15-də başlayacaq Azərbaycan Kubokunun qalibi mayın 21-də keçiriləcək final matçında məlum olacaq.
Azərbaycan Kuboku 1/8 final
U-19 – Yeni Suraxanı Lənkəran – Atletiko Baku STAR kargo – Şuşa Xan-Lənkəran – Dəstə Ordubad Baku Fire – Araz-Naxçıvan Neftçi İK – Trabzon Azərbaycan Ulduz – Baku Fire-2 Timsport – PFL
1/4 final
U-19/Yeni Suraxanı – Timsport/PFL Lənkəran/Atletiko Baku – Ulduz/Baku Fire-2 STAR kargo/Şuşa – Neftçi İK/Trabzon Azərbaycan Xan-Lənkəran/Dəstə Ordubad – Baku Fire/Araz-Naxçıvan
Yarımfinal
U-19 – Yeni Suraxanı / Timsport – PFL // Xan-Lənkəran – Dəstə Ordubad / Baku Fire – Araz-Naxçıvan
Lənkəran – Atletiko Baku / Ulduz – Baku Fire-2 // STAR kargo – Şuşa / Neftçi İK – Trabzon Azərbaycan
İtaliyanın “Latsio” klubunun 34 yaşlı uruqvaylı yarımmüdafiəçisi Matias Vesino karyerasını “Selta”da (İspaniya) davam etdirəcək.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Təcrübəli oyunçunun yeni klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. O, La Liqa təmsilçisinə azad agent kimi qoşulub.
Matias Vesino “Latsio”ya 2022-ci ilin yayında “İnter”dən azad agent kimi keçmişdi. O, İtaliya klubunda keçirdiyi 3 mövsüm ərzində 128 oyuna çıxıb, 13 qol və 9 məhsuldar ötürmə müəllifi olub.
Vesino əvvəllər “İnter”, “Fiorentina”, “Kalyari”, “Empoli”, “Nasional” və “Sentral Espanyol” klublarının da formasını geyinib. Uruqvay yığmasında 69 oyun keçirmiş futbolçu, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Uruqvaylı futbolçu “İnter”in heyətində İtaliya çempionu, İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi olub.
“Çelsi”nin konqoəsilli fransalı mərkəz müdafiəçisi, Fransa yığmasının da üzvü olan Aksel Disasi bundan sonra “Vest Hem”də çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, 27 yaşlı müdafiəçi cari mövsümün sonunadək icarə əsasında bu komandada çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Aksel Disasi isə “Çelsi”yə 2023-cü ilin avqustunda 45 milyon avro müqabilində “Monako”dan keçib. “Zadəganlar”ın Disasi ilə 2029-cu ilin 30 iyununa kimi müqaviləsi mövcuddur. O, London təmsilçisinin heyətində bütövlükdə 61 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Disasi “Paris”in yetirməsi olsa da, peşəkar karyerasına “Reyms”də başlayıb. Daha çox “Monako”dakı çıxışı ilə məşhurlaşmış futbolçu 2017-ci ildə Konqo Demokratik Respublikasının U-20 yığmasında debüt edib. Sonradan isə Fransanın lehinə seçim edərək, “xoruzlar”ın U-20, U-21 yığmalarında oynayıb. O, 2022-ci ildə isə Fransanın əsas yığmasında debüt edib və bu komandada 5 oyun keçirib.
Xatırladaq ki, Disasi ötən mövsüm “Aston Villa”da da icarədə olub.
Gəncənin “Kəpəz” komandasının 24 yaşlı oyunçusu Veysəl Rzayev bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarılır.
Arena.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.
Qeyd olunub ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda futbolçunun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.
Futbolçunun formasını geyindiyi “Kəpəz” klubu da hadisə ilə bağlı rəsmi açıqlama yayıb:
“Rzayev insident nəticəsində xəsarət alıb. Klubumuzun üzvü hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur. Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti stabildir”.
Xatırladaq ki, Veysəl bu qış fasiləsində “Turan Tovuz”dan azad agent kimi ayrılaraq “Kəpəz”lə müqavilə bağlayıb. Tərəflər cari mövsümün sonunadək anlaşıblar. Rzayev Gəncə təmsilçisinin heyətində 2 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Qəbələ”nin yetirməsi olan Rzayev karyerası ərzində “Turan Tovuz” və “Sabah”ın da formasını geyinib.
Azərbaycanın U-16, U-17, U-19 və U-21 yığmalarının da şərəfini qorumuş 23 yaşlı futbolçuya əsas millimizdə debüt etmək qismət olmayıb.
“Yuventus” yarımmüdafiəçisi Joao Marionu “Bolonya”ya verərək sözügedən klubun sağ cinah müdafiəçisi Emil Holmu heyətinə qatıb.
Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, Turin kollektivi İsveç millisinin sağ cinah müdafiəçisi Emil Holmu cari mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb. Müqavilədə sözügedən futbolçunun transfer hüquqlarının alınması şərti də var.
Joao Mario da cari mövsümün sonunadək “Bolonya”da icarədə olacaq.
Xatırladaq ki, Joao Mariu “Yuventus””un heyətində 13 oyunda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb. Emil Holm isə “Bolonya”nın formasında keçirdiyi 19 oyunda 1 qol və 5 məhsuldar ötürməsi var.
Holm İsveç yığmasının heyətində keçirdiyi 16 oyunda 2 qol vurub. “Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.
Joao Mario da Portuqaliya yığmasının heyətində 3 oyun keçirib. “Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8,5 milyon avro məbləğində qiymətləndirir.
İtaliyanın “Atalanta” klubunun nigeriyalı hücumçusu Ademola Lukman bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı nigeriyalı futbolçu ilə 2030-cu ilin 30 iyununa qədər müqavilə imzalanıb. Sözügedən keçid Madrid kollektivinə 35 milyon avroya başa gəlib.
Ademola Lukman “Çarlton”un məzunudur. Hücumçu, karyerası ərzində “Everton”, “Leypsiq”, “Fulhem” və “Lester Siti”də də oynayıb.
“Atalanta” Lukmanı 2022-ci ilin avqust ayında 9,35 milyon avro məbləğ müqabilində “Leypsiq”dən heyətinə qatmışdı. Nigeriyalı hücumçunun Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2027-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Lukman “Atalanta”nın heyətində 137 oyuna çıxıb, 55 qol vurub, 27 məhsuldar ötürmə verib.
Ademola Lukman 2022-ci ilin mart ayında debüt etdiyi Nigeriya yığmasının heyətində 41 oyuna 11 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib. Nigeriya yığmasında debütə qədər Lukman İngiltərənin U-19, U-20 və U-21 yığmalarında çıxış edib.
Nigeriyalı hücumçunun qənimətlər muzeyində ilk klub qəniməti məhz 2023/2024-cü illər mövsümü Avropa Liqasının kubokudur. Həmçinin Lukman İngiltərənin U-20 yığması ilə Dünya Kubokunun (2017) qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı nigeriyalı hücumçunun transfer qiymətini 35 milyon avro məbləğində qiymətləndirir.
“Atletiko” Obed Varqası da heyətinə qatdı
“Atletiko” ABŞ klubu “Sietl”dan mərkəz yarımmüdafiəçisi Obed Varqası da transfer edib. İspaniya klubu bu keçid üçün 3 milyon avro ödəyib. O da Madrid təmsilçisi ilə 2030-cu ilin 30 iyununadək anlaşıb.
Alyaskada dünyaya gəlmiş, “Takoma Defianse”nin yetirməsi olan Obed Varqas 2021-ci ildən formasını geyindiyi “Sietl” komandasının heyətində 130 oyun keçirib, 8 qol və 10 assist müəllifi olub.
Varqas vaxtilə Amerika Birləşmiş Ştatlarının U-20 və U-23 yığmalarında oynamış Varqas 2024-cü ildə Meksika millisində çıxış etməyə qərar verib. O, Meksika yığmasının heyətində 3 oyun keçirib.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer qiymətini 8 milyon avro məbləğində qiymətləndirir.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Malyorka” doğma meydanda “Sevilya” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağınla qalib gəliblər.
Beləliklə, geridə qalmış 22 turdan sonra 55 xala malik “Barselona” vahid liderdir. “Real” 54 xalla ikinci, “Atletiko” 45 xalla üçüncü pillədə qərarlaşıb. “Vilyarreal”ın 42, “Betis”in 35, “Espanyol”un 34, “Selta”nın 33 xalı var.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Kocaelispor” doğma meydanda “Fənərbağça” ilə üz-üzə gəlib. İstanbul təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.
Beləliklə, geridə qalmış 20 turdan sonra 49 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 46 xalla ikinci, “Trabzonspor” 42 xalla üçüncü pillədə qərarlaşıb. “Göztəpə”nin 39, “Beşiktaş”ın 36, “Başakşəhər” və “Samsunspor”un 30 xalı var.
Türkiyə, Super Liqa 20-ci tur 30 yanvar
Antalyaspor – Trabzonspor 1:1 Qollar: Van de Strek, 43 – Onuaçu, 53-pen.
Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətindən kənarlaşdırılıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 20-ci turu çərçivəsində bu gün keçirilmiş “Ər-Riyad”la səfər matçının heyətinə daxil edilməyib. Ulduz futbolçunun komandası səfər görüşündə 1:0 hesablı qələbəyə sevinib. Oyundakı yeganə qolu 40-cı dəqiqədə Joao Feliksin ötürməsindən sonra Sadio Mane vurub.
Ronaldonun bu oyunun heyətinə daxil edilməməsinin dəqiq səbəbi açıqlanmır. Amma daha öncə Portuqaliya mətbuatı futbolçunun oyunu boykot edə biləcəyi ilə bağlı xəbər yaymışdı. Mənbənin iddiasına görə, futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu idarəetmə formasından narazıdır. Xüsusilə də eyni fondun nəzarətində olan rəqib klublarla müqayisədə “Əl-Nəsr”in daha zəif idarə olunduğunu düşünür. Ronaldo hesab edir ki, komanda transfer pəncərəsində lazımi səviyyədə gücləndirilməyib.
“Əl-Nəsr” 20 turdan sonra 46 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bu komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. Turnir cədvəlinə “Əl-Hilal” rəhbərlik edir.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 22 oyuna 18 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 127 oyun, 111 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.
Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
İtaliyanın “Verona” komandasının hücumameyilli yarımmüdafiəçisi Alfadjo Sisse bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
“Milan” bu transfer üçün “Verona”ya 8 milyon avro ödəyib. 19 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Amma Sisse “Milan”a cari mövsümün sonunda qoşulacaq. O, həmin vaxta qədər “Katanzaro”da icarə əsasında çıxış edəcək.
Əslən Qvineyadan olan Alfadjo Sisse İtaliyada dünyaya göz açıb və bu ölkənin vətəndaşlığını daşıyır. “Verona”da 4 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməmiş yarımmüdafiəçi “Katanzaro”da 21 oyuna 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Sisse İtaliyanın U-16, U-18 və U-19 yığmalarında oynayıb, hazırda isə U-21-in formasını geyinir.
“Transfermarkt” internet-portalı 19 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
Kiprin AEK (Larnaka) klubunun cinah müdafiəçisi, fransalı futbolçu Jeremi Qnali bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəər verir.
Xəbərdə bildirilir ki, “Qarabağ” heyətinə yeni futbolçu qatıb. Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb. Sözügedən klubla fransalı futbolçu Jeremi Qnalinin “Qarabağ”a transferi ilə bağlı razılıq əldə olunub.
Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.
23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Mets” (B), İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.
Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer edilmiş Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.
İspaniyanın “Jirona” komandasının almaniyalı qapıçısı Mark-Andre ter Ştegen ən azı iki ay yaşıl meydanlardan kənarda qala bilər.
Arena.az xəbər verir ki, buna futbolçunun ciddi zədələnməsi səbəb olub.
33 yaşlı qolkiperin bud əzələsində problem aşkarlanıb. İcarə əsasında “Jirona”nın formasını geyinən oyunçunun müqaviləsinin ləğv edilməsi və “Barselona”ya qayıtması da istisna edilmir.
Xatırladaq ki, Ter Ştegen yanvarın 21-də icarə müqaviləsi əsasında “Jirona”ya keçmişdi. O, bu komandanın heyətində cəmi iki oyuna çıxıb.
Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ter Ştegen cari mövsümdə “blauqrana” üçün cəmi 1 oyun keçirib. Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 423 oyun, 416 buraxılmış qol və 176 “quru” oyundan ibarətdir.
Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə İspaniya milli komandasının və Bilbao “Atletik”inin sol cinah hücumçusu Niko Uilyams uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Uilyams zədə səbəbindən yaxın aylarda komandasına kömək edə bilməyəcək. 23 yaşlı futbolçu əvvəlki müalicədən nəticə ala bilmədiyi üçün qasıq problemləri ilə bağlı yenidən tibbi kurs keçməli olacaq. Buna görə də, o, 6–8 həftə komandadan kənarda qalacaq.
Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının məzunudur. Hücumçu 2021-ci ilin iyul ayından əsas komandada çıxış edir. Uilyamsın Bilbao klubu ilə 2035-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Niko Uilyams cari mövsümdə “şirlər” üçün 23 oyun keçirib, 4 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Uilyamsın “Atletik”dəki karyerası ümumilikdə 190 oyun, 35 qol və 35 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 30 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.
“Transfermarkt” internet portalı 23 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.
“Barselona”nın hücumçusu Rafinya İspaniya Kubokunun 1/4 finalı çərçivəsində “Albasete”yə qarşı keçirəcəkləri oyunda iştirak etməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçunun sağ budundan əzələ zədəsi aldığı diqqətə çatdırılıb. Hücumçu buna görə bir müddət məcburi istirahət etməli olacaq. Amma onun bərpa müddəti açıqlanmır.
Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün 22 oyun keçirib, 13 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 166 oyun, 67 qol və 56 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 36 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə İtaliya milli komandasının mərkəz hücumçusu Çiro İmmobile bundan sonra Fransanın “Paris” klubunun uğurları üçün çalıışacaq.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı hücumçu yeni klubu ilə 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. İmmobile Fransa klubunda 36 nömrəli formanı geyinəcək.
İtaliyalı hücumçunun son klubu “Bolonya” olub və o, burada cəmi 9 oyun keçirib, heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, cari mövsümün əvvəlində qoşulduğu İtaliya klubu ilə 1+1 illik müqaviləyə imza atmışdı. Amma “Bolonya” “Paris”ə keçmək fikrinə düşmüş hücumçunu azad agent kimi buraxmağa razı olub.
Çiro İmmobile “Yuventus”un yetirməsi olsa da, Turin təmsilçisində çox oyun şansı qazanmayıb. Təcrübəli forvard karyerası ərzində “Beşiktaş”, “Syena”, “Qrosseto”, “Sorrento”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya” (Dortmund), “Sevilya”, “Bolonya” və “Latsio”da da forma geyinib.
İmmobile 2014-cü ilin mart ayında debüt etdiyi İtaliya yığmasında 57 oyun keçirib, 17 qol vurub, 8 assist edib.
“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) təlim-məşq toplanışı üçün bu gün Özbəkistana yola düşəcək.
Arena.az xəbər verir ki, fevralın 8-nə qədər Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Oyunların fevralın 4-də və 7-də keçirilməsi nəzərdə tutulub. Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 14:00-da başlanması planlaşdırılır.
U-19 millimizin heyətinə aşağıdakı futbolçular cəlb ediliblər:
Qapıçılar: Nərgiz Ağaliyeva, Bədriyyə Mavludova (hər ikisi “Şəfa”), Firuzə Bayramova (“Dirçəliş”);
Müdafiəçilər: Məsumə Nəzərli (“Neftçi”), Arzu Cəfərova, Yelizaveta Vaysman (hər ikisi “Şəfa”), Aygün Novruzova (“Sabah”), Pərişan Abdullayeva, Aysel Cumayeva (hər ikisi “Liman”);
Yarımmüdafiəçilər: Ülviyyə İslamova (“Baku Juniors”), Arzu Ağaliyeva, Mədinə Qədiməliyeva (hər ikisi “Şəfa”), Vahidə Əlipaşayeva (“Dirçəliş”), Səma Əsədova (“Sabah”), Mədinə Curuqova, Ayşən Salamzadə (hər ikisi “Neftçi”);
İngiltərənin “Arsenal” klubunun ispaniyalı mərkəz yarımmüdafiəçisi Mikel Merino uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
29 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda “Mançester Yunayted”ə uduzduqları (2:3) oyunda zədə almışdı. İspaniya millisinin üzvü sağ ayağındakı sümükdən ciddi xəsarət alıb. Klubdan verilən məlumata görə, Merino yaxın günlərdə əməliyyat olunacaq və uzun müddət meydana çıxa bilməyəcək.
Xatırladaq ki, “Arsenal” Merinonu 2024-cü ilin avqustunda 32 milyon avro müqabilində İspaniya təmsilçisi “Real Sosyedad”dan transfer edib. 28 yaşlı futbolçunun “topçular”la 2028-ci ilin 30 iyununadək müqaviləsi var.
Merino “Arsenal”ın heyətində cari mövsümdə 33 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə verib. İspan futbolçu bu komandada bütövlükdə 77 oyuna 15 qol və 8 assistlə yadda qalıb.
Mikel Merino “Osasuna”nın yetirməsidir. O, 2016-2017-ci illərdə Dortmund “Borussiya”sında, 2017-2018-ci illərdə “Nyukasl”da legioner həyatı yaşayıb. 2018-ci ildə ölkəsinə qayıtmış ispan yarımmüdafiəçi həmin vaxtdan “Arsenal”a keçənə qədər “Real Sosyedad”da çıxış edib.
2020-ci ildən İspaniya yığmasında çıxış edən Merino, millidə 41 oyuna 10 qol və 5 məhsuldar ötürmə müəllifi olub. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionu olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə Portuqaliya yığmasının və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes şəxsi rekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının 24-cü turunda 3:2 hesabı ilə qələbə qazandıqları “Fulhem”lə oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mançester klubunun kapitanının hesabında hazırda 12 məhsuldar ötürmə var. Bu, onun İngiltərə klubuna keçdikdən sonrakı ilk mövsümündə (2020/2021) müəyyənləşdirdiyi şəxsi rekordunun təkrarıdır. Cari mövsümün hələ yarısında olduğunu nəzərə alsaq, Fernandesin qalan oyunlarda yeni rekorda imza atacağı şübhə doğurmur.
Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 23 oyun keçirib, 5 qol vurub, 13 məhsuldar ötürmə verib.
Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 313 oyun, 103 qol və 99 məhsuldar ötürmədən ibarətdir.
Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 85 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 28 qol vurub, 24 məhsuldar ötürmə verib.
Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.
“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.
İngiltərə milli komandasının və İspaniyanın “Real” klubunun hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasında “Benfika”ya qarşı keçirəcəkləri pley-off oyunlarını buraxacaq.
Buna 22 yaşlı yarımmüdafiəçinin İspaniya La Liqasının 22-ci turunda “Rayo Valyekano”ya 2:1 hesabı ilə qalib gəldikləri matçda zədələnməsi səbəb olub. Tibbi müayinələrdən sonra ingiltərəli oyunçunun sol ayağındakı vətərdə zədə aşkarlanıb. Onun sağalması üçün bir ay vaxt lazımdır. Beləliklə, Bellingem fevralın 17-də və 25-də keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında meydana çıxmayacaq.
Bundan əlavə, yarımmüdafiəçi La Liqada “Valensiya” (8 fevral), “Real Sosyedad” (14 fevral) və “Osasuna”ya (22 fevral) qarşı görüşlərdə də komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, Cud Bellingem 2023-cü ilin iyunundan “Real”da çıxış edir. O, Madrid klubuna 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameyilli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Bellingem cari mövsümdə meydana çıxdığı 28 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib. İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 128 oyun, 44 qol və 32 məhsuldar ötürmədən ibarətdir.
Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 46 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” 22 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.
Braziliyalı müdafiəçi İqor Ribeyro cari mövsümdən formasını geyinməyə başladığı “Neftçi”nin heyətində ilk çempionat qolunu vurub.
Arena.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi Azərbaycan Premyer Liqasının 18-ci turunda fərqlənib.
O, “Araz-Naxçıvan”la görüşdə (4:0) sabiq komandasının qapısına yol tapıb.
İqor Ribeyro Azərbaycan çempionatları tarixində “Neftçi”nin heyətində rəqib qapısına qol vurmuş 200-cü futbolçu olub. Cari mövsümün startına qədər 194 oyunçu bunu bacarmışdı. İqora qədər daha 5 futbolçu bu siyahıya cari çempionatda daxil olub. Alessio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da ilk qoluna əvvəlki turlarda imza atıb.
“Neftçi” Azərbaycan çempionatlarının yüksək liqasında ən çox futbolçusu qol vuran komandadır. Heç bir digər komandanın 200 oyunçusu fərqlənməyib.
Qeyd edək ki, “ağ-qaralar”ın ilk qolunu 1992-ci il mayın 8-də “Xəzər”in (Sumqayıt) qapısına Yunis Hüseynov vurub. 200 nəfərlik “qol silah”ları siyahısına isə 99 qol vurmuş Samir Ələkbərov başçılıq edir.
“Sabah” futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümündə ardıcıl 7-ci qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, bu, 18-ci turun “Zirə” ilə görüşündə gerçəkləşib.
Buna qədər “İmişli” (3:0), “Neftçi” (2:0), “Turan Tovuz” (3:1), “Qarabağ” (2:1), “Sumqayıt” (3:1) və “Karvan” (4:1) üzərində qələbə qazanmış paytaxt təmsilçisi bu dəfə 3:1 hesabına sevinib. Bu, klub tarixinin rekordunun təkrarıdır.
“Bayquşlar” Premyer Liqada ən uzun qələbə seriyasına 2022-ci ildə imza atmışdı. Həmin vaxt da komanda ardıcıl 7 dəfə qalib gəlmişdi. 2022/2023-cü illər mövsümünün ilk yarısındakı seriya dövründə 17 qol vuran paytaxt klubu 4 top buraxıb. Bu dəfə isə top fərqi 20-5-dir.
“Sabah” həm də ardıcıl 3-cü matçda 3 və ya daha çox qol vurub. Bu da klubun Premyer Liqadakı rekordunun təkrarıdır. Bakı təmsilçisi 2021/2022-ci illər mövsümünün ilk yarısında “Sumqayıt” (3:0), “Qəbələ” (3:1) və “Zirə” (3:3) ilə qarşılaşmalarda məhsuldarlıq göstərib.
Premyer Liqada mübarizə aparan “Kəpəz” komandası Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, Gəncə klubunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 18-ci turuna təsadüf edib.
Qərb təmsilçisi “Şamaxı” ilə ev matçında 0:2 hesabı ilə uduzub. Sözügedən komanda 700 oyunda 293 qələbə qazanıb, 146 heç-heçə edib və 261 dəfə uduzub. 1040 qola sevinmiş komanda 889 top buraxıb.
Gəncə klubu evdə 342, səfərdə 346, neytral meydanda 12 oyun keçirib. “Kəpəz” oyun sayında yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”dan geri qalır.
Qeyd edək ki, ilk matçını 1992-ci il mayın 3-də keçirmiş Gəncə təmsilçisi evdə “Turan”a 2:1 hesabı ilə qalib gəlib.
Hazırda Azər Bağırovun rəhbərlik etdiyi qərb təmsilçisi Premyer Liqada keçirdiyi 18 oyunda 4 qələbə qazanıb, 14 məğlubiyyətə üzülüb. 12 xalı olan kollektiv 12 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqasının 18-ci turunda “Araz-Naxçıvan”la qarşılaşmış “Neftçi” mövsümdə ilk dəfə səfərdə böyükhesablı qələbə qazanıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi rəqib meydanında 4:0 hesabı ilə qalib gəlib.
“Ağ-qaralar” sonuncu dəfə belə nəticəyə 2023/2024-cü illər mövsümündə imza atmışdılar. Bunu 624 gün gözləyən Bakı klubu 2024-cü il mayın 18-də “Səbail”in meydanında 3 cavabsız qola sevinmişdi.
“Neftçi”nin səfərdəki 4 və ya daha çox top fərqli qələbəsi isə 2022/2023-cü illər mövsümündə qeydə alınmışdı. “Dalğa Arena”dakı uğurdan 1030 gün əvvəl – 2023-cü il aprelin 8-də “Sumqayıt” qonaqların 4 cavabsız qoluna üzülmüşdü.
Xatırladaq ki, hazırda Yuri Vernidubun çalışdırdığı paytaxt təmsilçisi cari mövsümdə keçirdiyi 18 oyunda 5 qələbə qazanıb, 9 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. “Ağ-qaralar” 24 xalla 7-ci pillədə qərarlaşıblar.
Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turu ikinci het-trik ilə əlamətdar olub.
Arena.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Domi Massumu “İmişli” ilə ev oyununda (3:2) 3 qol vurub.
Cari mövsümdə konqoluya qədər Toral Bayramov belə uğura imza atmışdı. “Qarabağ”ın futbolçusu 5-ci turun “Araz-Naxçıvan”la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşamışdı.
Domi Premyer Liqanın tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legioner statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.
Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdur. Cari mövsümdə “Zirə”də çıxış edən gürcüstanlı 4 matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, “Kəpəz” forması geyindiyi 1997/1998-ci illər mövsümündə 2 het-trik müəllifi olub.
Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2025/2026-cı illər mövsümünün 22-ci turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Əliyev bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
“Eqnatiya” 22 turdan sonra 39 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 3-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 22 oyunda 11 qələbə qazanıb, 6 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 56 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.
Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 21-ci turunda “Qou Ehed İqlz” ilə qarşılaşıb.
“Volendam” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ozan bu görüşə start heyətdə başlayıb və sonadək meydanda olub.
“Volendam” 21 turdan sonra 18 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Ozan bu oyunların 20-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 22 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 20-ci turu çərçivəsində “Elversberq”lə qarşılaşıb.
Doğma meydanda baş tutmuş oyunda “Kayzerslautern” məğlubiyyətlə üzləşib – 1:3. Ağır zədədən sonra bərpa prosesi keçən Mahir bu oyunun iştirakçısı olmayıb.
20 turdan sonra 31 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 20 oyunda 9 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. O, Almaniya klubunda 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.
Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.
“Xetafe” – “Selta” matçı qolsuz yekunlaşıb. “Atletik” – “Real Sosyedad” görüşündə də qalib müəyyənləşməyib. “Real” doğma meydanda “Rayo Valyekano”ya, “Betis” isə “Valensiya”ya qalib gəlib.
22-ci tura fevralın 2-də keçiriləcək “Malyorka” – “Sevilya” oyunu ilə yekun vurulacaq.
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Nitsa” – “Brest” matçında qalib müəyyənləşməyib. “Tuluza” – “Oser” görüşü isə qolsuz yekunlaşıb.
Lion “Olimpik”i doğma meydanda “Lill”ə, “Anje” “Mets”ə tək qolla qalib gəlib. Səfərdə “Strasburq”la qarşılaşmış PSJ də turu qələbə ilə başa vurub.
Beləliklə, geridə qalmış 20 turdan sonra 48 xala malik PSJ vahid liderdir. “Lans” 46 xalla ikinci pillədə qərarlaşıb. Marsel və Lion “Olimpik”ləri 39, “Lill” 32, “Renn” 31, “Strasburq” və “Tuluza” 30 xal toplayıblar.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Gənclərbirliyi” – “Qaziantep” matçında meydan sahibləri qələbə qazanıblar. “Qalatasaray” isə “Kayserispor”la ev oyununda 4 cavabsız qola sevinib.
20-ci tura fevralın 2-də keçiriləcək “Kocaelispor” – “Fənərbağça” matçı ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa 20-ci tur 30 yanvar
Antalyaspor – Trabzonspor 1:1 Qollar: Van de Strek, 43 – Onuaçu, 53-pen.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Ştutqart” doğma meydanda “Frayburq”la üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə tək qolla qalib gəlib.
Beş qolun qeydə alındığı “Borussiya” (Dortmund) – “Haydenhaym” görüşündə də birincilər çətin qələbəyə seviniblər.
Beləliklə, geridə qalmış 20 turdan sonra 51 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 45 xalla ikinci, “Hoffenhaym” 42 xalla üçüncü pillədə qərarlaşıb. “Ştutqart”ın 39, “Leypsiq”in 36, “Bayer”in 35 xalı var.
Almaniya, Bundesliqa 20-ci tur 30 yanvar
Köln – Volfsburq 1:0 Qol: Mayna, 29.
31 yanvar
Auqsburq – Sankt Pauli 2:1 Qollar: Qreqoriç, 41; 59 – Sinani, 32-pen.
Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 15-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Gəncə” “Şəki”ni qəbul edib. A qrupunun qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 95:80.
Turun sonuncu matçında isə “Neftçi” NTD-ni məğlub edib – 98:82.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Ordu” “Lənkəran”ı (103:63), “Naxçıvan” “Quba”nı (82:70), “Sərhədçi” “Sumqayıt”ı (98:94), “Sabah” “Abşeron Lions”u (117:96) məğlub edib.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 22. Gəncə – 22. NTD – 18. Şəki – 17.
B qrupu: Ordu – 29. Naxçıvan – 27. Sumqayıt – 20. Quba – 20. Sərhədçi – 20. Lənkəran – 19.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Azərbaycan Premyer Liqasının 18-ci turunun “Qarabağ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 18-ci tur 1 fevral
“Qarabağ” – “Turan Tovuz” 1:0 Qol: Abdullah Zubir, 41. Sarı vərəqələr: Xoni Montiel, 35 (qeyri-idman hərəkəti). Marko Yankoviç, 47 (qeyri-idman hərəkəti) – Faiq Hacıyev, 11 (qeyri-idman hərəkəti). Filip Ozobiç, 35 (qeyri-idman hərəkəti). İbrahima Vadji, 44 (qeyri-idman hərəkəti). Roderik Miller, 55 (qeyri-idman hərəkəti). Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Yunis Hüseynov (“Turan Tovuz”), 90 (hakimin qərarına etiraz). Yevgeni Şetinin (“Turan Tovuz”), 90+3 (hakimin qərarına etiraz). Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 4 dəqiqə. Tofiq Bəhramov adına Respublika Stadionu, 2617 tamaşaçı.
Baş hakim: Elçin Məsiyev. Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov. Dördüncü hakim: Elvin Bayramov. VAR: Rəşad Əhmədov. AVAR: Akif Əmirəli. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 84), 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç (20. Kadi Borges, 84), 2. Mateus Silva, 9. Xoni Montiel (11. Emmanuel Addai, 66), 15. Leandro Andrade (21. Aleksey Kaşuk, 84), 35. Pedro Bikalyo, 17. Kamilo Duran (22. Musa Qurbanlı, 90+2). Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku. Baş məşqçi: Qurban Qurbanov.
Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç (19. Roberto Olabe, 62), 17. Rəhim Sadıxov (10. Xəyal Nəcəfov, 90), 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov (9. Coş Cinnelli, 75), 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. İbrahima Vadji (90. Joarlem Santos, 62), 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado. Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 8. David Tavares. Baş məşqçi: Kurban Berdıyev.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Vacib bir qələbə qazandıq. Möhkəm bir komandaya qarşı oynayırdıq. Oyunçularım xarakter göstərdilər. Belə qarşılaşmalarda oyunu ələ almaq elə də asan deyil. Hər bir pauza, hər bir cərimə zərbəsi rəqibin üstülüyü demək idi. Hər bir halda futbolçularım qalib gəlmək üçün əllərindən gələni etdilər.
Hakimlərə tövsiyə verməyə ehtiyac yoxdur. Mən ancaq onlara uğurlar arzu edə bilərəm. Oyun çox dayanırdı. Elçin Məsiyev oyunlarda olanda adətən mən daha çox rahat oluram. Avropa təcrübəsi çox olduğuna görə bu hiss məndə olur. Matç zamanı müəyyən emosiyalara qapılıb öz etirazımı sərt bildirdim. İlk hissədən sonra onunla söhbət etdim və etirazımın nə ilə bağlı olduğunu dilə gətirdim. Normal qarşıladı. Oyun tez-tez dayananda futbolçuların da ritmi pozulur. Amma onlar daha yaxşı bilirlər.
“Sabah”ın yüksəlişi təbii ki, bizi bir komanda olaraq narahat edir. Amma digər tərəfdən də sevindirir ki, bu rəqabət bizi də irəliyə doğru aparır.
“Nyukasl”la matçdan əvvəl “Şamaxı” və “İmişli” ilə səfər qarşılaşmalarımız var. Çox narahatam. “Nyukasl”la maçdan əvvəl 2 Şamaxı səfərimiz var, biri kubokda, biri çempionatda. “İmişli” ilə matçda da Qubadakı meydançanın vəziyyəti bizi narahat edir. Müəyyən rotasiyalar olacaq, amma müəyyən futbolçuların oyun təcrübəsinə ehtiyac var”.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Tovuz təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə “Qarabağ”ı avrokuboklardakı uğurlu çıxışına görə təbrik etmək istəyirəm. Bu, bütün Azərbaycan futbolunun uğurudur. “Qarabağ” da bir lider kimi ölkəni layiqincə təmsil edir.
Bu gün keçirilən matç barədə isə onu deyə bilərəm ki, ikinci hissədəki çıxışımızdan müəyyən qədər razı qaldım. Ümumilikdə isə məyusedici bir məğlubiyyət oldu. Sonda imkanlarımız var idi, lakin məğlubiyyətdən xilas olmağı bacarmadıq.
Qol zamanı oyundankənar vəziyyətlə bağlı etirazımız var idi. Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi. Hər matçda göstərirdi, bu matçda göstərmədi. Amma bu, məğlub olduğumuza görə bəhanə deyil.
Öz meydançamız hazır olanda, azarkeşlərimizlə birgə daha yaxşı nəticə verə bilərik. Yeni futbolçulara vaxt lazımdır. Fikrimcə, bizə kömək edəcəklər”.
“Sumqayıt”ın portuqaliyalı mərkəz müdafiəçisi Pedro Pinto Azərbaycan klubundan ayrılaraq “Petro Luanda” komandasına keçib.
Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.
Klubun yaydığı məlumatda bildirilir ki, “Sumqayıt”la Anqolanın “Petroleos de Luanda” klubu arasında müdafiəçi Pedro Pintonun transferi ilə bağlı anlaşma əldə edilib. Razılaşmaya əsasən, Pedro “Petroleos de Luanda” klubuna transfer olunub. “Sumqayıt” futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Sumqayıt” Pedro Pintonu 2025-ci ilin yayında heyətinə qatmışdı. 30 yaşlı müdafiəçi ilə həmin vaxt 1+1 illik müqavilə imzalanmışdı.
Pedro “Sumqayıt”a elə Anqolanın “Petro Luanda” klubundan gəlmişdi. O, Azərbaycan təmsilçisinin heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 18 oyun keçirib.
Pinto karyerası ərzində Portuqaliyanın “Leyşoynş”, “Vitoriya” (Setubal), “Aroka” kimi klublarının da şərəfini qoruyub.
“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 18-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Andrey Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Birinci hissə bizim üçün əlverişli olmadı. Standart vəziyyətdən qollar buraxdıq. Səhvlər etdik. Diqqətsizlik nəticəsində “Neftçi” iki qol vurdu. İkinci hissə bizim üçün daha yaxşı oldu. Təhlükəli qol epizodları yaratdıq. Hücum oyunu oynamaq üçün xüsusi istək lazımdır. Futbolçularda müəyyən psixoloji vəziyyət olmalıdır ki, hücum futbolu oynayasan. Bunu futbolçularda görmədim. “Neftçi”ni təbrik edirəm, yaxşı oynayaraq 4 qol vurdular.
Başa düşürəm ki, 0:4 xoşagəlməz hesabdır. Komandaya hücum futbolu oynamağı öyrətmək istəyirəm. Üç həftənin içərisində psixoloji olaraq dəyişmək asan deyil. Zaman bunu göstərəcək. Burada qalmağım nəticədən asılıdır. Daim müdafiə olunmaq Avropa futbolu deyil. Müasir Avropa futbolunun tələbini yerinə yetirmək istəyirik. Futbol təkcə hücumdan asılı deyil, həm də müdafiədən ibarətdir. Bütün komanda ilə həm hücumda, həm də müdafiədə olmaq lazımdır”.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 18-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü “Neftçi”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Komandanın fiziki durumu yaxşı olarsa, gözəl oynayar, yaxşı pressinq edib, yaxşı hücumlar həyata keçirər. Bunların arxasında həm də sürət dayanır. Hətta oyundan əvvəl İmad Fərəc və Cordan Rezabala xəstlənmişdilər, bizimlə deyildilər. Çünki onlar 5 gün xəstə oldular. Digər oyunçular meydanda yaxşı görünürdülər. Bizdə ulduz yoxdur, kollektiv var. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün – bizim şüarımızdır. Ona görə hər biri ilə fəxr edirəm.
“Zirə” ilə oyun çətin idi. Həmin oyuna hazır deyildik. Orada psixoloji durum amili rol oynadı. Yoxlama matçlarında gözəl oynamışdıq, məhz bu gün oynadığımız kimi. Mənim üçün ən önəmlisi odur ki, futbolçularrın hər biri bugünkü kimi oynasın. O zaman mən də sakit, səbirli olacağam.
Freddi Varqasın zədəsinin nə dərəcədə ciddi olduğunu dəqiq deyə bilmərəm. Ayağına tikiş qoyublar. Orada çox ciddi kəsik var. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
Heç kimi icarəyə verməyə hazırlaşmırıq. 22 futbolçumuz və 4 qapıçımız var. Buna qədər kim icarəyə verilibsə, olub. Hamısı oynamaq istəyir. Hər birinə şərait yaradacağam. “Qəbələ”yə icarəyə verilən Rza Cəfərovu da izləyəcəyik. Mütləq şəkildə bütün oyunçuların oynamasına şərait yaratmalıyam ki, daim ehtiyatda oturmasınlar, meydanda oyun göstərsinlər. Oyun praktikası tam başqadır, 30 dəqiqə oyun, saatyarımlıq məşqdən daha faydalıdır. Şadam ki, dəyişə biləcək resurslarım var və oyunçular da yaxşı oynayırlar.
“Qəbələ”yə böyük hörmətlə yanaşıram, oğlum orada 3 il oynayıb. Hörmət başqa, oyun başqa. Mən “Neftçi”nin udmasını istəyirəm. “Qəbələ”nin də baş məşqçisi bunu istəyir. Onlar da oyunları udurlar, çox maraqlı matç olacaq”.
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 22-ci turu çərçivəsində “Elbasani” ilə qarşılaşıb.
“Partizani” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşüb 74-cü dəqiqəsində əvəzlənib. Komandasının ikinci qolunu da 66-cı dəqiqədə Vüsal vurub.
“Partizani” 22 turdan sonra 27 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 21 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 21 oyuna çıxıb, 4 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
İtaliyalı futbol mütəxəssisi Alberto Cilardino A Seriyasında mübarizə aparan “Piza”nın baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulmuş müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilib.
“Piza” İtaliya A Seriyasının cari mövsümündə keçirdiyi 23 oyunda cəmi 1 qələbə qazanıb, 11 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb. Komanda 14 xalla 20 iştirakçı arasında 19-cudur.
Alberto Cilardino 2025-ci ilin iyul ayından “Piza”ya rəhbərlik edirdi. 43 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 25 oyunda meydana çıxarıb. Bu görüşlərdə genuyalılar 2 qələbə qazanıb, 11 heç-heçə edib, 12 məğlubiyyətə üzülüblər.
Cilardino daha öncə “Syena”, “Pro Verçelli”, “Ressato”, “Cenoa” kimi komandalarda da baş məşqçi kimi çalışıb.
İngiltərənin “Mançester Siti” klubunun dayaq yarımmüdafiəçisi Mahamadu Susoho bundan sonra “Kocaelispor”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Super Liqa təmsilçisinin bu transfer üçün İngiltərə nəhənginə nə qədər ödədiyi açıqlanmır. 21 yaşlı futbolçu ilə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
Mahamadu Susoho futbola İspaniyanın “Espanyol” klubunda başlayıb, 2017-ci ildə isə “Mançester Siti”yə üz tutub. O, bir müddət “Peterboro Yunayted” (17 oyun, 1 qol) və “Livinqston”da (19 oyun, 1 qol) icarədə də olub. Susoho “Mançester Siti”nin əsas komandasında 1 oyun keçirsə də, fərqlənə bilməyib.
Susoho 2021-ci ildə İngiltərənin U-16 yığmasında 2 oyun keçirsə də, sonradan İspaniyanın U-17 və U-18 milli komandalarında çıxış edib.
Futbol üzrə İngiltərə milli komandasının və “Vest Hem”in mərkəz yarımmüdafiəçisi Ceyms Uord-Prouz “Börnli”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Börnli” 31 yaşlı futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilənin müddəti bitən kimi yarımmüdafiəçi “Vest Hem”in düşərgəsinə qayıdacaq.
Ceyms Uord-Prouz “Sauthempton”un yetirməsidir. “Vest Hem” onu 2023-cü ilin yayında 34,8 milyon avro müqabilində heyətinə qatıb. İngilis futbolçunun bu klubla 2027-ci ilin 30 iyununadək müqaviləsi var. Uord-Prouz “Vest Hem”in heyətində bütövlükdə 73 oyun kçeirib, 8 qol və 12 məhsuldar ötürmə müəllifi olub.
Uord-Prouz İngiltərə yığmasında da forma geyinib. O, 2017-ci ilin martında debüt etdiyi millidə 11 matça çıxıb, 2 qola imza atıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə ABŞ milli komandasının sağ cinah müdafiəçisi Aleks Friman bundan sonra “Vilyarreal”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
La Liqa təmsilçisi 21 yaşlı müdafiəçini ABŞ klubu “Orlando Siti”dən transfer edib. “Vilyarreal” bu transfer üçün MLS təmsilçisinə 3,5 milyon avro ödəyib. Amerikalı futbolçu ilə müddəti 2032-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Aleks Friman “Orlondo Siti”nin yetirməsidir. O, sözügedən komandanın heyətində 42 oyun keçirib, 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Friman Amerika Birləşmiş Ştatlarının U-19 və U-23 yığmalarında forma geyindikdən sonra 2025-ci ildə əsas millidə debüt edib. O, ABŞ yığmasının heyətində 13 oyun keçirib, 2 qol vurub.
“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.
Türkiyənin “Fənərbağça” klubunun xorvatiyalı qapıçısı Dominik Livakoviç bundan sonra Zaqreb “Dinamo”sunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
“Dinamo” 30 yaşlı qolkiperi 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Xorvatlar yarım mövsümlük icarə üçün “Fənərbağça”ya 300 min avro ödəyib.
Xatırladaq ki, “Fənərbağça” Livakoviçi 2023-cü ilin avqust ayında məhz Zaqreb “Dinamo”sundan 6,65 milyon avro müqabilində transfer edib. O, İstanbul klubunun heyətində 74 oyuna çıxıb, 80 qol buraxıb, 26 matçda qapısını toxunulmaz saxlayıb. Cari mövsümün ilk dövrəsində isə Livakoviç “Jirona”da icarədə olub. Lakin o, İspaniya klubunun heyətində forma şansı qazana bilmədiyi üçün La Liqa təmsilçisini erkən tərk edib.
Livakoviç Zaqreb “Dinamo”sundan başqa “NK Zaqreb” və “Zadar”da da forma geyinib. O, Xorvatiyanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2017-ci ilin oktyabr ayında əsas millidə debüt edib. Livakoviç Xorvatiya millisinin heyətində meydana çıxdığı 71 oyunda 73 qol buraxıb, 25 matçda qapısının toxunulmazlığını təmin edib.
“Transfermarkt” internet-portalı 31 yaşlı qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, Livakoviçi icarəyə vermiş “Fənərbağça” heyətinə yeni futbolçu da cəlb edib. Sözügedən klub “Anje”nin hücumçusu Sidiki Şerifi heyətinə qatıb. Fransalı forvard artıq İstanbuldadır. 19 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanacağı gözlənilir.
“Fənərbağça” Sidikini icarə müqaviləsi əsasında heyətinə qatıb. Türkiyə klubu icarə üçün “Anje”yə 4 milyon avro ödəyib. Hücumçunun müqaviləsində 18 milyon avroya satınalma və əlavə olaraq 3 milyon avroluq bonus maddəsinin də yer aldığı bildirilir.
Sidiki Şerif “Anje”nin yetirməsidir. O, bu mövsüm Liqa 1 təmsilçisinin heyətində 20 rəsmi matçda 4 qol vurub.
“Espanyol” 25 yaşlı belçikalı sağ cinah hücumçusu Siril Nqonqeni “Napoli”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
İcarə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər müddətdə qüvvədə olacaq. Keçid La Liqa təmsilçisinə 2 milyon avro məbləğ müqabilində başa gəlib. Müqavilədə futbolçunun transfer hüquqlarının satın alınması şərti də mövcuddur.
Siril Nqonqe “Brügge”nin məzunudur. Hücumçu, karyerası ərzində PSV-nin ehtiyat komandası “PSV Yonq”da (icarə), həmçinin “Valveyk”, “Qroningen”, “Verona” və “Napoli”də çıxış edib. Neapol klubu hücumçunu 2024-cü ildə 20 milyon avro müqabilində “Verona”dan transfer edib. Onun “Napoli” ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. Futbolçu İtaliya çempionunun heyətində 35 oyun keçirib, 3 qol və 1 assistlə yadda qalıb.
Nqonqe cari mövsümün ilk dövrəsində “Torino”da icarədə olub, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Siril Nqonqe 2024-cü ilin oktyabr ayında Belçika yığmasının heyətində debüt edib, meydanda cəmi 3 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Siril Nqonqenin qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtalya çempionluğu (2024/2025) var.
“Transfermarkt” internet-portalı 25 yaşlı belçikalı sağ cinah hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
Fevralın 1-də Avstraliyanın Sidney şəhərində keçirilmiş UFC turniri çərçivəsində azərbaycanlı döyüşçü Rafael Fiziyev də oktaqona çıxıb.
Arena.az xəbər verir ki, yüngül çəki dərəcəsində baş tutmuş və turnirin üçüncü ən vacib döyüşü hesab olunan qarşılaşmada UFC reytinqində 9-cu pillədə yer alan Rafael Fiziyev 70 kq çəki dərəcəsində 14-cü olan braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.
Döyüşdə qələbəni ikinci raundda nokautla Maurisio Ruffi qazanıb.
32 yaşlı Fiziyevin peşəkar karyerasında 13 qələbə (9-u vaxtından əvvəl) və 5 məğlubiyyət var.
29 yaşlı Maurisio Ruffi isə peşəkar karyerasına 2016-cı ilin sentyabrında başlayıb. Bu döyüşdən sonra braziliyalı idmançının aktivində 13 qələbə və 2 məğlubiyyət yer alır.
Fiziyev braziliyalı döyüşçüyə uduzduğu görüşdən sonra fikirərini bölüşüb. O, sosial şəbəkə hesabındakı paylaşımında bildirib ki, özünü inkişaf etdirib daha irəli gedəcək:
“Nə deyə bilərəm ki? Deyəcək bir söz yoxdur. Yaxşıca döyüldüm. Texniki nokaut. Nə etmək olar? Mən cəsarətimin çatdığı o həyatı yaşayıram. Bəli, mən buna cürət etdim. Mən döyüşçüyəm, geri qayıdacağam. Yenə də davam edəcəyəm, özümü inkişaf etdirəcəyəm, irəli gedəcəyəm və hamını qələbələrimlə sevindirməyə çalışacağam. Bunun öhdəsindən gələcəyəm. Dəstək olan hər kəsə təşəkkür edirəm. Hamınızı sevindirmək alınmadı…”
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.
Əvvəlcə, “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək oyunun baş hakimi Rauf Cabbarov olacaq.
Turun qapanış matçında son çempion “Qarabağ” “Turan Tovuz”la üz-üzə gələcək. Elçin Məsiyevin idarə edəcəyi oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Premyer Liqa 18-ci tur 30 yanvar
“Karvan” – “Sumqayıt” 0:2 Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vazkez, 33. Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov. VAR: İnqilab Məmmədov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Yevlax şəhər stadionu, 14:30.
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Paris” – “Olimpik” (Marsel) matçında qalib müəyyənləşməyib. “Loryan” doğma meydanda “Nant”a qalib gəlib. “Monako” isə “Renn”lə ev oyununda darmadağına sevinib.
20-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Osasuna” – “Vilyarreal” matçında qalib müəyyənləşməyib. “Levante” – “Atletiko” görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb. “Real Ovyedo” “Jirona”nı tək qolla yenibsə, “Elçe”nin qonağı olan lider “Barselona” inamlı qələbəyə sevinib.
22-ci turun qalan görüşləri fevralın 1-də və 2-də keçiriləcək.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
“Brayton” – “Everton” matçında qalib müəyyənləşməyib. “Vulverhempton” evdə “Bornmut”a 2 cavabsız qolla uduzubsa, lider “Arsenal” səfərdə “Lids”ə 4 cavabsız qolla qalib gəlib. “Çelsi” “Vest Hem”i, “”Liverpul” isə UEFA Çempionlar Liqasının pley-offunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Nyukasl”ı məğlub edib.
Turun qalan görüşləri fevralın 1-də və 2-də keçiriləcək.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Piza” doğma meydanda “Sassuolo”ya məğlub olub. “Napoli” “Fiorentina” ilə ev oyunundan çətin qələbə ilə ayrılıb. “Kalyari” isə “Verona”nı 4 cavabsız qolla üstələyib.
23-cü turun qalan görüşləri fevralın 1-də, 2-də və 3-də keçiriləcək.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Lider “Bayern” səfərdə “Hamburq”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. “Verder” – “Borussiya” (Mönhenqladbax) görüşü də “sülh”lə bitib. “Auqsburq” “Sankt Pauli”ni, “Hoffenhaym” “Union Berlin”i xalsız yola salıb. “Ayntraxt” evdə “Bayer”ə, “Leypsiq” “Maynts”a məğlub olub.
20-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa 20-ci tur 30 yanvar
Köln – Volfsburq 1:0 Qol: Mayna, 29.
31 yanvar
Auqsburq – Sankt Pauli 2:1 Qollar: Qreqoriç, 41; 59 – Sinani, 32-pen.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Başakşəhər” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Beşiktaş” doğma meydanda “Konyaspor”u, “Göztəpə” isə “Karagümrük”ü məğlub edib. “Alanyaspor” da evdə “Eyüpspor”a uduzub.
20-ci turun qalan görüşləri fevralın 1-də və 2-də keçiriləcək.
Türkiyə, Super Liqa 20-ci tur 30 yanvar
Antalyaspor – Trabzonspor 1:1 Qollar: Van de Strek, 43 – Onuaçu, 53-pen.
“Sabah”ın yarımmüdafiəçisi Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü “Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Aleksey İsayev matçdan sonra “Sabah”ın mətbuat xidmətinə açıqlama verib. Bu qarşılaşmada 3 məhsuldar ötürmə verən və mövsümdəki assist sayını 6-ya çatdıran yarımmüdafiəçi azarkeşlərin ona “sehrbaz” ləqəbi verməsinə təvazökar yanaşıb:
“Mən sadəcə Sibirdən olan sadə oğlanam. Təşəkkür edirəm. Əsas odur ki, komanda qələbə qazandı. Hər zaman komanda yoldaşıma ötürmə verməyə şad oluram. Deyəsən, bundan qol vurmaqdan daha çox həzz alıram. Göründüyü kimi, məndə ötürmə vermək qol vurmaqdan daha yaxşı alınır. Hər şey komanda üçündür”.
Təcrübəli futbolçu komandadakı uğurlu ab-havadan və futbolçular arasındakı anlaşmadan da danışıb:
“Hər gün məşq edirik, məşqçinin tapşırıqlarını yerinə yetiririk, bir sözlə, dayanmadan çalışırıq. Kollektivimiz əladır, aramızda əla anlaşma var. Bazada hamımız birlikdə ünsiyyət qururuq. Bizdə hansısa qruplaşmalar, ayrılıqlar yoxdur. Çalışırıq ki, bir-birimizdən fransız, Azərbaycan, ispan, rus dillərində sözlər öyrənək. Biz bir ailə kimi olmağa çalışırıq”.
Futbol üzrə Fransa yığma komandasının və “Milan”ın qapıçısı Mayk Menyan İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Qapıçının “rossoneri” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədəydi.
Mayk Menyan PSJ-nin yetirməsidir. 2010/2011-ci illər mövsümündə Fransa nəhənginin heyətində böyük futbola qədər qoymuş Menyan, 2015-ci ilin avqustunda “Lill”ə transfer edilib. Fransalı qapıçı “Milan”a 2021-ci ilin iyulunda 15,4 milyon avro müqabilində elə, “Lill”dən keçib.
Cari mövsümdə Menyan “Milan”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 20 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib.
Ümumilikdə Menyanın “rossoneri”nin heyətində çıxış mənzərəsi belədir: 188 oyun, 190 buraxılmış qol, 70 “quru” oyun.
Menyan “Lill” və “Milan”la milli çempionatların qalibi olub (müvafiq olaraq 2020/2021 və 2021/2022 mövsümlərində).
Mayk Menyan 2020-ci ilin oktyabrında debüt etdiyi Fransa yığmasının heyətində 37 oyuna çıxıb, 28 qol buraxıb və 20 oyundan “quru” qurtulub. Mayk Fransanın əsas yığmasına qədər U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətindən keçməklə, 10 illik yol gəlib. Menyan “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
Portuqaliyanın “Dezembro” komandasının mərkəz hücumçusu Dioqo Kardoso bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub portuqaliyalı futbolçu Dioqo Kardoso ilə anlaşıb. 24 yaşlı mərkəz hücumçusu ilə 2,5 illik müqavilə imzalanıb.
“Benfika” Akademiyasının yetirməsi olan Dioqo peşəkar karyerasına Portuqaliyanın “Dezembro” klubunda başlayıb, son olaraq isə “Portimonense” U-23 komandasının formasını geyinib.
Müxtəlif yaş qruplarında “Benfika” U-17 və “Vitoriya” U-19 komandalarında çıxış edən Kardoso güclü futbol məktəbi keçib və bunu meydanda da hiss etdirməyi bacarır.
Xatırladaq ki, hücumçu cari mövsümün ilk yarısında meydana çıxdığı 17 oyunda 6 qol vuraraq məhsuldar performansı ilə diqqət çəkib.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə, B qrupunun matçında “Sumqayıt” doğma meydanda “Sərhədçi” ilə qarşılaşıb. Oyun qonaqların 98:94 hesablı qələbəsi ilə bitib.
Daha sonra Bakı İdman Sarayında “Sabah” “Abşeron Lions” ilə üz-üzə gəlib. A qrupunun oyunu “bayquşlar”ın 117:96 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Lənkəran” “Ordu”nu (103:63), “Naxçıvan” isə “Quba”nı (82:70) məğlub edib.
15-ci tura fevralın 1-də yekun vurulacaq.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 20. Gəncə – 20. NTD – 17. Şəki – 16.
B qrupu: Ordu – 29. Naxçıvan – 27. Sumqayıt – 20. Quba – 20. Sərhədçi – 20. Lənkəran – 19.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Baxımlı, maraqlı oyun alındı. Birinci hissədə 0:3 hesabıyla məğlub durumda idik. Halbuki, oyun bərabər səviyyədə keçirdi. Futbolçularımın çıxışından razı idim. Sadəcə, rəqib əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. Biz isə əksinə, epizodları dəyərləndirə bilmədik. Belə olan halda ilk hissədən sonra gözlənilməz hesab var idi. İkinci yarıda futbolçular oyundan qopmadılar, sona qədər mübarizə apardılar. Sonda standart vəziyyətdən fərqləndik. Amma oyunu çevirmək çətin görünürdü. Futbolçularıma təşəkkür edirəm. Yaxşı oyunlarımızdan birini keçirdik.
3 qol buraxsaq da, burada rəqibin ustalıq səviyyəsini də nəzərə almaq lazımdır. İlk 30 dəqiqədə xırda səhvlərdən istifadə etdilər və dərhal bizi cəzalandırdılar. Başqa bir səbəb görmürəm. Futbolçularım taktiki cəhətdən verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Bu gün hər şey rəqib üçün uğurlu alınırdı, bizim üçün isə əksinə.
Hakimlik haqda danışıb rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Hər iki komandanın ifasında keyfiyyətli futbol oldu. Son fazada rəqib daha dəqiq idi. Buna görə də qələbə qazandılar”.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün Zirədə baş tutmuş görüşü “Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Onların oyuna yanaşması, davranışları möhtəşəm idi. Nə planlaşdırmışdıqsa, hamısını meydanda icra edə bildik. Çox gözəl performans sərgilədik. Oyunun taleyi artıq birinci hissədə həll olunmuşdu. İlk yarıda daha çox qol vura bilərdik. Onu da qeyd edim ki, “Zirə” həqiqətən də möhtəşəm komandadır. Biz hesabda 2:0 öndə olan zaman rəqibin yaxşı qol fürsətləri oldu. İkinci hissədə balanslaşdırılmış oyun oldu. Rəqib üzərimizə gəlməyə başladı. Son ötürmələrimizdə çatışmazlıqlar var idi. Artıq bütün bunları unuduruq. Çünki qarşıdan çox çətin həftə gəlir. Üç çətin oyunumuz var. Onlara hazırlaşmalıyıq.
“Qarabağ”ın Avropadakı performansı çox yaxşıdır. Onları təbrik edirəm, uğurlar arzulayıram. Avropada Azərbaycan adı çəkiləndə ilk növbədə “Qarabağ” yada düşür. Onlar Azərbaycanı çox yaxşı təmsil edirlər”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə paytaxt derbisi baş tutub.
“Zirə” lider “Sabah”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilmş qarşılaşmanın baş hakimi Kamal Umudlu olub. Dörd qolun qeydə alındığı matçda “bayquşlar” inamlı qələbə qazanmaqla zirvədəki mövqeyini qoruyub.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Alina Nəhmədova bundan sonra Serbiyada çıxış edəcək.
Arena.az xəbər verir ki, müdafiəçi Serbiyanın “Partizan” klubuna transfer olunub.
Alina Nəhmədova son olaraq “Neftçi”nin şərəfini qoruyub.
Xatırladaq ki, bir neçə gün öncə qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının digər üzvü Coşqunə Əliyeva də Türkiyənin “Qaziantep” klubuna transfer olunmuşdu. 23 yaşlı yarımmüdafiəçi də “Neftçi”dən “Qaziantep”ə keçmişdi.
Azərbaycan millisinin daha bir üzvü – Rusiyanın “Zenit” klubunda çıxış edən Nigar Mirzəliyeva da bu yaxınlarda Almaniyanın “Hamburq” komandasına transfer edilmişdi. Böyük ehtimalla bu keçidlər AFFA-nın vasitəsilə həyata keçirilir və Azərbaycan milli komandasının daha da gücləndirilməsinə xidmət edir. Bu üzdən millimizin digər üzvlərinin də xarici klublara keçidinin şahidi ola bilərik.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Şamaxı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Mühüm qələbədir. Çempionatda ən vacib xallarımızı qazandıq. Çünki rəqib “Qarabağ” səfərindən 3 xalla qayıtmışdı, yaxşı motivasiyaları var idi. Ötən turda üzücü məğlubiyyət almışdıq. Amma buna baxmayaraq, futbolçularımın reaksiyası xoşuma gəldi. Onları təbrik edirəm. Yolumuza davam edirik.
Bilirdik ki, ikinci hissədə rəqib üstümüzə gələcək. Ötən oyun 0:4 hesabla uduzmağımıza baxmayaraq, ən yaxşı oyunlarımızdan biri idi. Məğlub olduqdan sonra yaxşı təhlillər apardıq. Şanslarımız olur, dəyərləndirə bilmirdik.
Təəssüf ki, bu gün bizdə oyuna yox, nəticələrə üstünlük verilir. Amma biz oyunçu yetişdirmək istəyirik. Gənc oyunçuları qazandırmağa çalışırıq, bunun üzərində işləyirik.
Biz məğlub olan kimi milli komanda amili qabardılır, gərək məğlub olmayaq. İnanın ki, mən fasilədə öz istirahətimi bütövlükdə milliyə həsr etdim.
İtkilər olacaq. Rikardo gələn oyunda olmayacaq. Dördüncü sarı vərəqəsini aldı bu gün. İnanın ki, vaxt axtarıram Abdulla Rzayevi meydana buraxam. Bu gün ən yaxşılardan biri idi. “Qarabağ”la kubok matçında olacaq-olmayacaq, hələ bilmirəm”.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunun çətin olacağını, ötən turda alınan məğlubiyyətdən sonra “Şamaxı”nın bu görüşə daha məsuliyyətli yanaşacağını bilirdik. Biz də maksimum şəkildə matça hazırlaşmaq istədik. Təəssüf ki, səhvlər etdik və istəmədiyimiz bir məğlubiyyət yaşadıq. Rəqib bunlardan yararlanıb fərqləndi. Səhvlərimiz əsasən ortadakı boşluqlar idi. Futbolda qaydalar var, səhv buraxdınsa, rəqib cəzalandıracaq. “Şamaxı” əks-hücumda oynayır. Ona görə də, cərimə meydançası ətrafında səhvlər buraxmamalı idik.
Rəqibi təbrik edirəm. Çempionatın ikinci hissəsi yeni başlayıb. Qarşıda çətin oyunlarımız var. Kubokda da yolumuza davam edirik. Heç bir rəqibə asan təslim olmayacağıq. İnanıram ki, öhdəsindən gələcəyik”.
Kosovo millisinin və “Malyorka”nın hücumçusu Vedat Muriqi İspaniya La Liqasında 2026-cı ilin yanvar ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.
Muriqi yanvarda “Malyorka”nın heyətində La Liqa çərçivəsində 4 oyuna çıxıb və 5 qol vurub.
Kosovolu futbolçu səsvermədə Aleksander Sörlot (“Atletiko”), Qonsalo Qedes (“Real Sosyedad”), Vladislav Vanat (“Jirona”) və Markos Alonsonu (“Selta”) geridə qoyub.
Bu, Muriqinin La Liqada 2-ci, cari mövsümdə isə ilk belə uğurudur. O, 2022-ci ilin may ayında da oxşar mükafata layiq görülmüşdü.
Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi. Noyabr və Dekabrda isə “Barselona”nın hücumçusu Lamin Yamal ən yaxşı seçilmişdi.
Xatırladaq ki, Vedat Muriqi 2022-ci ildən “Malyorka”da çıxış edir. Təcrübəli hücumçu bu komandanın heyətində 138 oyuna çıxıb, 49 qol və 11 assist müəllifi olub. “Malyorka”nın kosovolu hücumçusu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.
Muriqi daha öncə Türkiyənin “Fənərbağça”, “Girəsunspor”, “Gənclərbirliyi”, “Rizəspor” klublarında çıxış edib. O, “Latsio”, “Teuta”, “Besa” və “Liriya”da da forma geyinib.
Kosovo yığmasında 66 oyuna çıxmış hücumçu, 32 qola imza atıb, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı hücumçunun transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.
Bu gün qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) növbəti oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu Gəncə İdman Sarayında baş tutub.
11-ci turun qapanış oyununda “Murov” komandası “Gəncə”nin qonağı olub. Qarşılaşma ev sahibinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, turun daha öncə keçirilmiş oyunlarında “Abşeron” UNEC-ə 3:0 (26:24, 25:21, 26:24), “DH Volley” isə “Azərreyl”ə 3:0 (25:13, 27:25, 25:15) hesabıyla qalib gəlib. “Gənclər” isə “Turan”a 0:3 (20:25, 11:25, 17:25) hesabıyla məğlub olub.
Yüksək Liqa (qadınlar) 11-ci tur 31 yanvar
“Gəncə” – “Murov” 3:0 (25:21, 25:21, 25:23) Gəncə İdman Sarayı.
11 turdan sonra yarış cədvəlindəki vəziyyət belədir:
İtaliyanın “İnter” klubunun albaniyalı dayaq yarımmüdafiəçisi Kristyan Asllani bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Beşiktaş” 23 yaşlı futbolçunu 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Xatırladaq ki, Asllani cari mövsümün ilk dövrəsini “Torino”da icarədə keçirib. Turinlilər bir mövsümlük icarə üçün “İnter”ə 1,5 milyon avro ödəmişdilər. Transfer hüquqları alınacağı halda, Asllani 2029-cu ilin 30 iyununadək “Torino”da çıxış etməliydi. Lakin Turin klubu bunu dəyərləndirməyib və futbolçu sözügedən komandanı erkən tərk edib. Asllani “Torino”da 16 oyun keçirsə də, fərqlənə bilməyib.
Kristyan Asllani “Empoli”nin yetirməsidir. 2022-ci ildən “İnter”də çıxış edən futbolçu bu komandanın heyətində meydana çıxdığı 99 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Albaniyalı futbolçunun Milan klubu ilə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.
Asllani “İnter”lə İtaliya çempionu (2023/2024), İtaliya Kubokunun (2022/2023) və İtaliya Super Kubokunun (2022/2023 və 2023/2024) qalibi olub.
Yarımmüdafiəçi Albaniya yığmasında da 38 oyuna çıxıb, 5 qol və 2 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.
Azərbaycan Premyer Liqasının 18-ci turunun “İmişli” ilə ev oyunu “Qəbələ”nin cinah hücumçusu Domi Massumu üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, konqolu futbolçu bu oyunda “qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsinə het-triklə töhfə verib.
Domi Massumu klub tarixində bir oyunda 3 qol vuran 8-ci futbolçudur. Bu, Premyer Liqada “qırmızı-qaralar”ın 4-cü het-trikidir. Domiyə qədər Fərzad Hatəmi, Baqali Dabo və Bilel Auaşeriya çempionatda fərqlənmişdi.
Digər het-triiklərdən biri Avropa Liqasına, üçü Azərbaycan kubokuna təsadüf edib. Teo Uiks avrokuboklarda, Vüsal Qarayev, Filip Ozobiç və Prins Ovusu kubokda het-trik müəllifi olublar. Ümumilikdə isə het-triklərdən 6-sı ev, 2-si səfər matçında qeydə alınıb.
Massumunun “İmişli” ilə görüşdəki sonuncu qolu həm də yubiley xarakteri daşıyıb. Konqolu “Qəbələ”nin heyətində bütün turnirlər nəzərə alınmaqla ümumilikdə 25-ci qoluna imza atıb.
Domi Premyer Liqada 6, Azərbaycan kubokunda 3, Birinci Liqada 16 dəfə fərqlənib. “Qəbələ”də 48 oyun keçirmiş legioner klub tarixinin bombardirləri siyahısında 4-cü yerə şərikdir.
“Qəbələ”nin futbolçularının aktivində bir penta-trik və bir poker də var. Rövşən Əhmədov birinci dəstədə 5, Vitali Balamestnı Premyer Liqada 4 qol vurmağı bacarıb.
Futbol üzrə İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes Kataloniya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə İspaniya çempionunun rəsmi saytına istinadən xəbər verir.
22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulmuş sözləşmə imzalanıb. Yeni müqaviləyə əsasən futbolçunun maaşının da məbləği artırılıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2027-ci ilin 30 iyununda bitməli idi.
Xatırladaq ki, Fermin Lopes “Barselona”nın öz yetirməsidir. Yarımmüdafiəçi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 114 oyuna çıxıb, 29 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə 26 oyuna çıxıb, 10 qol və 11 assistlə diqqət mərkəzinə düşüb.
Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığma komandasında forma geyinir. O, milli komandanın heyətində 5 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.
İspaniya çempionu “Barselona”nın 18 yaşlı hücumameyilli yarımmüdafiəçisi Pedro Fernandes Fransa nəhəngi PSJ-yə qoşulub.
Arena.az xəbər verir ki, Paris təmsilçisi bu transferi 8,2 milyon avroya rəsmiləşdirib.
İspan futbolçu yeni klubu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə bağlayıb.
“Barselona”nın baş məşqçisi Hansi Flik müvafiq keçidi şərh edib:
“Əslində, bu barədə çox da danışmaq istəmirəm. “Dro”nu çox bəyənirəm, amma, əlbəttə, pərişanam”, deyə Flik vurğulayıb
Flik “blauqrana”nın heyəti haqda qənaətini də açıqlayıb:
“Əlbəttə, heyətimizdən məmnunam. Zədəli oyunçularımız isə tezliklə sıraya qayıdacaqlar”.
Xatırladaq ki, Dro Fernandes kimi tanınmış Pedro Fernandes Sarmiento “Barselona”nın yetirməsidir. O, Kataloniya təmsilçisinin əsas komandasında 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. Dro İspaniyanın U-15, U-16 və U-17 yığmalarında çıxış edib, hazırda isə U-18-ə dəvət alır.
“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
“Aston Villa”nın 24 yaşlı ivuarlı mərkəz hücumçusu Evann Gessan bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Kristal Pelas”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Sözügedən klub futbolçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Transferin maliyyə detalları açıqlanmayıb.
Xatırladaq ki, “Aston Villa” Gessanı 2025-ci ilin yayında “Nitsa”dan (Fransa) 30 milyon avro müqabilində tamhüquqlu əsasda “şirlər”in heyətinə qatmışdı. O, sözügedən komandanın heyətində 21 oyuna çıxıb və cəmi 2 qolla yadda qalıb.
Evann Gessan “Nitsa”nın məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Lozanna” (icarə) və “Nant”da (icarə) çıxış edib.
Evann Gessan 2024-cü ilin iyun ayında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 19 oyuna 3 qolla fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı ivuarlı mərkəz hücumçusunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.
Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 19-cu turu çərçivəsində keçirilmiş “Əl-Xalud”la oyunun iştirakçısı olub.
Ronaldonun komandası səfər oyunundan qələbə ilə ayrılıb – 3:0. Portuqal futbolçu bu matçda 79 dəqiqə meydanda olub. Komandasının ilk qolunu da 47-ci dəqiqədə Kristiano vurub.
Bununla da o, peşəkar karyerasında vurduğu qolların sayını 961-ə çatdırıb. Ronaldo milli komandalar, Avropa çempionatları və UEFA Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu və rəsmi matçlarda 961 qola çatan ilk futbolçudur.
“Əl-Nəsr” 19 turdan sonra 43 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Əl-Nəsr”in ehtiyatda təxirə salınmış bir oyunu da var. Turnir cədvəlinə 46 xalla “Əl-Hilal” rəhbərlik edir.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 22 oyuna 18 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 127 oyun, 111 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.
Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
Rahim Sterlinq “Çelsi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək İngiltərə klubundan birdəfəlik ayrılıb.
Arena.az bu barədə London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Zadəganlar”ın heyətində forma şansı qazanmaqda çətinlik çəkən ingilis hücumçu çıxış yolunu klubdan birdəfəlik ayrılmaqda görüb. Azad agentə çevrilən Sterlinq hazırda özünə yeni komanda axtarmaqdadır. Onun klubla hələ 18 aylıq müqaviləsi mövcud idi.
Xatırladaq ki, “Çelsi” Sterlinqi 2022-ci ilin yayında “Mançester Siti”dən 56,2 milyon avro müqabilində transfer etmişdi. O, London təmsilçisinin heyətində 81 oyuna çıxıb, 19 qol vurub, 15 məhsuldar ötürmə verib.
Sterlinq 2024/2025-ci illər mövsümündə “Arsenal”da icarədə də olub – 28 oyun, 1 qol və 5 assist.
Rahim Sterlinq futbola “Alfa və Omeqa” klubunda qədəm qoyub. İngilis vinger karyerası ərzində KPR, “Liverpul”, “Mançester Siti”, “Arsenal” və “Çelsi”də oynayıb.
Sterlinq 2012-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 82 oyun keçirib, 20 qol vurub və 27 məhsuldar ötürmə verib.
Rahim Sterlinqin qənimətlər muzeyindəki bütün kuboklar “Mançester Siti”nin adı ilə bağlıdır – İngiltərə Premyer Liqası çempionluğu (4 dəfə), İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (5 dəfə) və İngiltərə Super Kuboku (2 dəfə). Həmçinin Sterlinq 2019-cu ildə İngiltərədə ilin oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis sol vingerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Kəpəz”lə “Şamaxı” arasında keçiriləcək. Cavid Cəlilovun idarə edəcəyi görüş Yevlax şəhər stadionunda baş tutacaq.
Bu gün həm də paytaxt derbisinə şahidlik edəcəyik. “Zirə” lider “Sabah”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq.
Premyer Liqa 18-ci tur 30 yanvar
“Karvan” – “Sumqayıt” 0:2 Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vazkez, 33. Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov. VAR: İnqilab Məmmədov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Yevlax şəhər stadionu, 14:30.
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Lans” doğma meydanda “Havr”la üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri ilk hissədə vurduqları qol sayəsində 3 xala seviniblər.
20-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1 20-ci tur 30 yanvar
Lans – Havr 1:0 Qol: Aqilar, 45+1.
31 yanvar
20:00. Paris – Olimpik (Marsel) 22:00. Loryan – Nant 00:05. Monako – Renn
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Latsio” doğma meydanda “Cenoa” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı meydan sahibləri çətinliklə də olsa, qələbə qazanıblar.
23-cü turun qalan görüşləri yanvarın 31-də, fevralın 1-də, 2-də və 3-də keçiriləcək.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Köln” doğma meydanda “Volfsburq”la üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Matçın yekununda meydan sahibləri 3 xalı bayram edən tərəf olublar.
20-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa 20-ci tur 30 yanvar
Köln – Volfsburq 1:0 Qol: Mayna, 29.
31 yanvar
18:30. Auqsburq – Sankt Pauli 18:30. Ayntraxt – Bayer 18:30. Hoffenhaym – Union Berlin 18:30. Leypsiq – Maynts 18:30. Verder – Borussiya (Mönhenqladbax) 21:30. Hamburq – Bayern
İspaniyalı futbol mütəxəssisi Albert Riera Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasının baş məşqçi postuna təyin edilib.
Arena.az bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
Sloveniyanın “Çelye” komandasına rəhbərlik edən 43 yaşlı mütəxəssis Almaniya klubundan aldığı təklifi müsbət dəyərləndirib. O, “Ayntraxt”la 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalayıb.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda məhz “Ayntraxt”la qarşılaşmış və Bakıda 3:2 hesabı ilə qələbə qazanmışdı. Almaniya klubu məhz bu oyundan bir neçə gün öncə baş məşqçisi Dino Topmöllerlə yollarını ayırmağa qərar vermişdi.
“Ayntraxt” ÇL-də ilk 24 komanda arasında yer ala bilmədiyi üçün bu turnirlə vidalaşıb. Frankfurt təmsilçisi Almaniya Bundesliqasının cari mövsümündə isə 19 oyuna topladığı 27 xalla 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Albert Riera məşqçiliyə Türkiyənin “Qalatasaray” komandasında köməkçi kimi başlayıb. O, 2022-ci ildə Sloveniyanın “Olimpiya” (Lyublyana) komandasına baş məşqçi təyin edilib. Fransada “Bordo”nu da çalışdırmış ispan mütəxəssis məhz “Çelye”dəki fəaliyyəti ilə daha çox diqqət çəkib.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
B qrupunun matçında “Naxçıvan” “Quba” ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutmuş oyunda “Naxçıvan” 82:70 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, turun ötən gün baş tutmuş “Lənkəran” – “Ordu” qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşmışdı – 103:63.
15-ci tura fevralın 1-də yekun vurulacaq.
A qrupu: Abşeron Lions – 27. Sabah – 27. Neftçi – 20. Gəncə – 20. NTD – 17. Şəki – 16.
B qrupu: Ordu – 29. Naxçıvan – 27. Quba – 20. Sumqayıt – 19. Lənkəran – 19. Sərhədçi – 18.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Antalyaspor” – “Trabzonspor” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Kasımpaşa” isə doğma meydanda “Samsunspor”a məğlub olub.
20-ci turun qalan görüşləri yanvarın 31-də, fevralın 1-də və 2-də keçiriləcək.
Türkiyə, Super Liqa 20-ci tur 30 yanvar
Antalyaspor – Trabzonspor 1:1 Qollar: Van de Strek, 43 – Onuaçu, 53-pen.
UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ” və “Nyukasl” komandaları arasında keçiriləcək oyunların vaxtı müəyyənləşib.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Azərbaycan və İngiltərə klubları arasındakı ilk oyun fevralın 18-də Bakıda baş tutacaq. Bu görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 21:45-də start veriləcək.
Cavab görüşü isə fevralın 24-də İngiltərədə baş tutacaq. Bu oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub və pley-offda oynamaq hüququ qazanıb. Pley-off mərhələsində qalib gələcək komanda 1/8 finala vəsiqə qazanacaq.
Azərbaycan Premyer Liqasının 18-ci turunun “Qəbələ” – “İmişli” matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 18-ci tur 30 yanvar
“Qəbələ” – “İmişli” 3:2 Sarı vərəqələr: İsmael Akinade, 52 (qeyri-idman hərəkəti) – Həzrət İsayev, 84 (qeyri-idman hərəkəti). Qollar: Domi Massumo, 27; 45+1; 87 – Dioqo Almeyda, 7; 60. Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 3 dəqiqə. Saat 17:00. Qəbələ şəhər stadionu, 700 tamaşaçı.
Baş hakim: Kamranbəy Rəhimov. Baş hakimin köməkçiləri: Akif Əmirəli, Kərim Zeynalov. Dördüncü hakim: Ruslan Quliyev. VAR: Əliyar Ağayev. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov (3. Eduardo Kunde, 74), 10. Şahin Şahniyarov (13. Nicat Əliyev, 74), 27. Eşqin Əhmədov, 24. İsmael Akinade (22. Fərid İsgəndərov, 90), 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo (12. İbrahim Sanqare, 90), 30. Prins Ovusu (50. Adriel Ba Lua, 74). Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 70. Paulo Kimbila. Məşqçi: George Çixradze.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə (44. Həzrət İsayev, 67), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç (97. Xəzər Mahmudov, 67), 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr. Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli. Baş məşqçi: Xorxe Kaskilya.
“Qəbələ”nin məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının 18-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Georgi Çixradze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox maraqlı və dinamik oyun oldu. Bu matça yaxşı hazırlaşmışdıq. Bizə xallar lazımdır. Təhlükəli zonadan çıxmalıyıq. Oyunu qələbəyə uyğun qurmuşduq. Komanda xarakter göstərdi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm.
Çox vacib və gözəl qollar vurduq. Domi Massumonun qələbədə payı böyükdür. Amma komanda yoldaşları da ona kömək etdilər. Komanda oyunu sayəsində qollar vurub qələbə qazandıq.
Bizim üçün ən vacibi növbəti oyundur. Kubok və çempionatı ayırmırıq. Fasilə azdır, yaxşı bərpa keçməliyik. Ondan sonra qarşıdakı görüşə hazırlaşacağıq”.
“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü “İmişli”nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Komandamın oyunundan razı qalmadım. “Qəbələ”ni təhlil etmişdik. Bilirdik ki, onların sürətli oyunçuları var və uzun ötürmələrə üstünlük verirlər. Səhvlərimiz çox olduğuna görə məğlub olduq. “Qəbələ” kimi komanda ilə matçda bu cür səhvlər buraxmaq olmaz. Mövqeyimizi çətinləşdirdik. Buradan xalla ayrılmalı idik. Növbəti oyuna hazırlaşmalıyıq. “Kəpəz”ə qarşı daha yaxşı oyun göstərməyə çalışacağıq.
Qələbə qazana bilməsək də, böyük rəqiblərlə matçlarda xal almışıq. Fərqli səbəblər var. Heyətimiz geniş olmadığı üçün çətinliklər olur. Hər oyun bizim üçün önəmlidir. Xallar toplamaq lazımdır.
İki əsas oyunçumuzun – Ezekiel Morqan və Yav Mozesin olmaması özünü göstərir. Yarımmüdafiədə boşluqlar var idi. İstədiyimiz dərin ötürmələri edə bilmirdik. Əlimizdə olan heyətlə bacardığımızı etdik. Cəzalar da futbolun bir hissəsidir”.
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın prezidenti Tahir Gözəl Ağdam klubunun mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunun “Liverpul”la oyununa, komandanın pley-offa vəsiqə qazanmasına və püşkatmanın nəticəsinə münasibət bildirib:
“Komandamız Azərbaycan futbolunda daha bir ilki gerçəkləşdirdi. Bu uğur ÇL-in Liqa mərhələsinin “Liverpul”la “Enfild Roud”dakı ağır qarşılaşmadan sonra rəsmiləşdi. “Qarabağ”ın son turun nəticələrindən sonra ilk “24-lük”də yer alması Azərbaycan futbolu üçün tarixi nəticədir. Bu, təsadüf deyil, uzun illərin zəhmətinin, səbrin və sistemli işin nəticəsidir. “Liverpul”la oyun ağır keçdi. Bu, hamımız üçün aydındır və tamamilə normaldır. Futbolun səviyyəsi artdıqca çətinliklər də artır. Dünyanın ən güclü komandaları belə bəzən istədiyi nəticəni əldə edə bilmirlər. Ona görə də bu oyunu faciə kimi yox, yolumuzun üzərində dəyərli bir təcrübə kimi qəbul edirik”.
Tahir Gözəl tarixi uğurla yanaşı, bütün ölkə tərəfindən inam və dəstəyin olmasını da qeyd edib:
“Əsas məsələ isə budur ki, “Qarabağ” növbəti dəfə tarix yazdı. “Liverpul”a böyükhesablı məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə vəsiqəni təmin etdik. Sanki bu məqamda ilahi bir toxunuş, ilahi bir nəzər bizə dəstək oldu, əməyimizi bərəkətləndirdi. Mənim üçün bu uğurun ən qiymətli tərəfi xalqımızın komandaya olan inamını qorumasıdır. Nəticədən asılı olmayaraq, bütün ölkənin “Qarabağ”ın yanında olması böyük mənəvi gücdür. Aldığımız saysız-hesabsız dəstək mesajları bunun ən bariz göstəricisidir. Hər kəs anlayır ki, bu səviyyəyə yüksəlmək nə qədər çətindir. Qarşımızda dayanan klublar böyük tarixə, geniş maliyyə imkanlarına və illərlə formalaşmış futbol mədəniyyətinə sahibdirlər. Amma “Qarabağ” bu səviyyədə yalnız nəticə ilə deyil, duruşu ilə də öz yerini təsdiqlədi”.
“Qarabağ” bundan sonra da bütün gücünü ortaya qoyacaq”
Tahir Gözəl “Enfild Roud”dakı matçın ən dəyərli məqamlarına da toxunub:
“İngiltərədə, oyunun 44-cü dəqiqəsində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarının səslənməsi, bayrağımızın tribunada dalğalanması bir daha göstərdi ki, biz təkcə bir futbol klubu deyilik. Biz bir xalqın səsini, ruhunu və kimliyini təmsil edirik. Dünya bunu gördü və artıq “Qarabağ”a başqa gözlə baxır.
“Qarabağ” bu missiyanı davam etdirir, dayanmır və dayanmayacaq. Qurban Qurbanov tarixi şəxsiyyətdir. “Qarabağ” – dəyərlərə malik, adına layiq olan, təmiz və böyük bir ailədir”.
Tahir Gözəl azarkeşlərə və futbol ictimaiyyətinə təşəkkürünü də çatdırıb:
“Bu yolda bizə inanan, dəstəyini əsirgəməyən hər kəsə minnətdaram. Bu uğur təkcə klubun yox, bütün Azərbaycanın uğurudur. Qarşıda bizi daha çətin, amma bir o qədər də məsuliyyətli mərhələ gözləyir. Əmin ola bilərsiniz ki, “Qarabağ” bundan sonra da ölkəmizi Avropada ləyaqətlə təmsil etmək üçün bütün gücünü ortaya qoyacaq”.
Klub prezidenti pley-off mərhələsinin bu gün keçirilmiş püşkatmasına da münasibət bildirib:
“Avropanın ən nüfuzlu klub turnirində pley-off mərhələsinə yüksəlmək hər klubun arzusudur və bu mərhələ artıq təkcə futbol yox, xarakter, inam və ruh mübarizəsidir. Çempionlar Liqasında yoluna davam edən komandaların hər biri zirvəni hədəfləyir. “Böyük beşlik” liqasını təmsil edən komanda ilə qarşılaşmaq həm məsuliyyət, həm də böyük qürurdur. İngiltərənin “Nyukasl Yunayted” klubunun ölkəmizə gəlməsi Azərbaycan futbolu üçün bayramdır, tribunalar üçün həyəcan, gənclər üçün isə ilham mənbəyidir. Azarkeşlərimizin qarşısında Çempionlar Liqasının əsl ab-havasını yaşadacağımıza ürəkdən sevinirəm.
Bu mərhələdə də meydanda son saniyəyədək mübarizə aparacağıq. Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik. Əzmimizlə, xarakterimizlə, birlik ruhumuzla Azərbaycan futbolsevərlərinə unudulmaz anlar bəxş etmək istəyirik. Komandama inamım sonsuzdur. Əminəm ki, futbolçularımız hər iki oyunda sonadək döyüşəcək, heç bir rəqibdən çəkinmədiklərini, bu səviyyəyə layiq olduqlarını və Azərbaycanın futbol xəritəsində artıq söz sahibi olduğunu bütün Avropaya bir daha göstərəcəklər”.
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” braziliyalı mərkəz müdafiəçisi Antonio Lara ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. “Şamaxı” Laraya xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Antonio Lara “Şamaxı”ya 2025-ci ilin avqustunda Qətərin “Əl-Bidda” klubundan keçmişdi. Həmin vaxt mərkəz müdafiəçisi ilə 2 illik (1+1) müqavilə imzalanmışdı. Braziliyalı futbolçu Premyer Liqa təmsilçisinin heyətində cəmi 12 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Lara Braziliyanın “Araksa” klubunun yetirməsidir. Ölkəsində “Ponte Preta”, “Rio Klaro”, “Santarritense”, “Moto Klub” kimi klublarda da oynamış futbolçu sonralar Portuqaliyanın “Prayense”, Litvanın “Banqa”, Qətərin “Əl-Bidda” komandasında legioner həyatı yaşayıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçirilmiş püşkatmasını dəyərləndirib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis “Qarabağ”la üz-üzə gələcək “Nyukasl” (İngiltərə) barədə fikirlərini bildirib:
“Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğuru olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. “Nyukasl” ÇL-in Liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesabı ilə bərabərə qalıblar. Ona görə də demək olar ki, hər iki komandanın gücləri təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. Çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür. “Nyukasl” ciddi rəqibdir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma “Nyukasl” bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır”, deyə Qurban Qurbanov vurğulayıb.
Xatırladaq ki, “Qarabağ” “Nyukasl”a qarşı ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları 17-18 fevralda, cavab qarşılaşmaları isə 24-25 fevralda keçiriləcək.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Qəbələdə baş tutub.
“Qəbələ” doğma meydanda “İmişli” ilə üz-üzə gəlib. Kamranbəy Rəhimovun idarə etdiyi görüş məhsuldar alınıb. Beş qolluq qarşılaşmanın yekununda qələbəni “Qəbələ” bayram edib. Meydan sahiblərinin hər üç qolunu Domi Massumo vurubsa, qonaqların heyətində də Dioqo Almeyda dubla imza atıb.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu. Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 70. Paulo Kimbila. Məşqçi: George Çixradze.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr. Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli. Baş məşqçi: Xorxe Kaskilya.
Azərbaycan Premyer Liqasının 18-ci turunun “Karvan” – “Sumqayıt” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 18-ci tur 30 yanvar
“Karvan” – “Sumqayıt” 0:2 Qollar: Aleksa Yankoviç, 20. Ronaldo Vaskes, 33. Sarı vərəqələr: Araz Abdullayev, 28 (qeyri-idman hərəkəti). Elvin Yunuszadə, 60 (qeyri-idman hərəkəti) – Keffel Resende, 77 (oyunun bərpasının ləngidilməsi). Roi Kehat, 81 (qeyri-idman hərəkəti). Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 5 dəqiqə. Saat 14:30. Yevlax şəhər stadionu, 700 tamaşaçı.
Baş hakim: Əli Əliyev. Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Zöhrab Abbasov. Dördüncü hakim: Murad Səlimov. VAR: İnqilab Məmmədov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Karvan: 99. Pedro Mateuş (1. Kamran İbrahimov, 46), 7. Araz Abdullayev (k) (17. Samir Abdullayev, 46), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli (32. Elvin Yunuszadə, 30), 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels (14. Uğur Cahangirov, 76), 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni (33. Eltun Turabov, 46). Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 77. Əli Abdullayev, 8. Peter Kinqs, 10. Samuel Durrant, 21. İmani Barker. Baş məşqçi: Füzuli Məmmədov.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (71. Masaki Murata, 77), 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes (7. Rüstəm Əhmədzadə, 66), 80. Keffel Resende (97. Vüsal Paşayev, 84), 95. Nsane Simon (19. Roi Kehat, 46), 11. Aleksa Yankoviç (37. Nihad Orucəli, 66), 25. Abdul Raşid Mumini. Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev. Baş məşqçi: Saşa İliç.
“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşü Yevlax təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyuna çox ciddi hazırlaşmışdıq. “Sumqayıt” yaxşı komandadır. Son matçı təhlil edib futbolçulara səhvləri göstərmişdik. Futbolçular məşqlərdə tam gücləri ilə çalışırlar, nəticə qazanmaq üçün hər şey edirlər. Birinci hissədə səhvlər etdik. Evdə oynayırıq deyə hücumda çoxluq yaratmaq istəyirdik. Müdafiədə ardıcıl səhvlər buraxanda istər-istəməz oyunumuza təsir edir. Rəqibin ilk qolundan sonra müdafiədə səhvləri gördük və dərhal beşli sistemə keçdik. Ondan sonra daha etibarlı oynamağa çalışdıq. Yenə kobud səhvlər etdik və ikinci qolu buraxdıq. “Sumqayıt”ı təbrik edirəm.
Sonuncu oyuna kimi eyni rejimdə hazırlaşacağıq. Məndə hər zaman inam var. Məğlubiyyəti həzm edə bilmirəm. Bu durumdan çıxmaq üçün maksimum çalışacağıq. Amma hər şey tək məndən asılı deyil. İnanın ki, futbolçular da çox çalışırlar. Rəhbərlik hər zaman yanımdadır. Təəssüf olsun ki, biz yalnız 3 transfer edə bildik. Sifariş ərizəsində 27 futbolçu var idi. Ən azı 4-5 transfer etmək istəyirdik. İndiki durumda edə bilmirik. Rəhbərlik futbolçuların yaxşı yaşaması üçün hər şeyi edir. Oyunçular məşqdə tam fərqlidirlər. Bu gün futbolçularımız fiziki göstəricilərdə rəqibi qabaqladılar. Qol epizodlarımız da var idi. Bazada bütün şəraitimiz var. Ən yaxşı şərait yaradılıb. Bircə qalıb meydana çıxıb oyunlarda qələbə qazanmaq”.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxdakı qarşılaşması “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox vacib matç idi. Qalib gəlsək də, oyundan tam razı qalmadım. Bəzi məqamlarda ötürmələr vaxtında edilmirdi. Cərimə zərbələri zamanı çoxlu səhvlərimiz oldu. Bunun nəticəsində müəyyən problemlər yaşadıq. Bu problemləri aradan qaldırmaq lazımdır. İkinci hissədəki zəif oyun da bizim səhvlərimizdən irəli gələn bir şey idi. Ötürmələrdə səhvlər çox oldu. Buna görə də oyunun tempi aşağı düşdü.
Təlim-məşq toplanışına kifayət qədər gənc futbolçular aparmışdıq. Sevindirici haldır ki, bu gün Nihad Orucəliyə şans verdik. Döyüşdü, mübarizə apardı. Məncə, qənaətbəxş performans göstərdi”.
“Sumqayıt”ın baş məşqçisi Pedro Pinto ilə yolların ayrılmasının səbəbini də açıqlayıb:
“Bu, futboldur, belə şeylərin olması normaldır. Ona təklif gəldi və dəyərləndirdi. Pedronun mövqeyində oynada biləcəyimiz futbolçular var”.
Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil edilmiş tədbirdə Türkiyə təmsilçisi “Fənərbağça”nın da rəqibi müəyyənləşib.
Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vurmuş komandalar iştirak ediblər. İlk 8 yeri tutmuş klublar birbaşa 1/8 finala vəsiqə qazandıqları üçün bu mərhələdən azaddırlar.
Pley-off mərhələsində aşağıdakı cütlüklərin mübarizəsinə şahidlik edəcəyik:
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun açılış oyununda “Karvan” “Sumqayıt”la üz-üzə gəlib.
Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanı Əli Əliyev idarə edib. Çempionatın aşkar autsayderi bu oyunda xal həsrətinə son qoymağa çalışsa da, yenə də istəyinə çata bilməyib. Qonaqlar bu oyunda 2 cavabsız qolla qələbə qazanıblar.
Premyer Liqa 18-ci tur 30 yanvar
“Karvan” – “Sumqayıt” 0:2 Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vazkez, 33. Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov. VAR: İnqilab Məmmədov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Yevlax şəhər stadionu, 14:30.
Karvan: 99. Pedro Mateuş, 7. Araz Abdullayev (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni. Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 77. Əli Abdullayev, 8. Peter Kinqs, 10. Samuel Durrant, 21. İmani Barker. Baş məşqçi: Füzuli Məmmədov.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 95. Nsane Simon, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini. Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 71. Masaki Murata. Baş məşqçi: Saşa İliç.
“Vest Hem”in 28 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçisi Lukas Paketa bundan sonra “Flamenqo”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə Braziliya klubunun rəsmi saytına istinadən məlumar verir.
Sözügedən klub bu transfer üçün 42 milyon avrosundan keçib. Paketa köhnə-yeni klubu ilə 2030-cu ilin sonunadək müqavilə bağlayıb.
Xatırladaq ki, Lukas Paketa “Flamenqo”nun məzunudur. Braziliyalı futbolçu Avropada debütünü – 2019/2020-ci illər mövsümünü “Milan”da keçirdikdən sonra 2020-ci ilin sentyabr ayında 23,44 milyon avro məbləğ müqabilində Lion “Olimpik”inə keçib. “Vest Hem” Paketanı 2022-ci ilin avqustun ayında Lion “Olimpik”indən 42,95 milyon avro məbləğ müqabilində öz heyətinə qatmışdı. Braziliyalı futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Paketa “çəkicdöyənlər”in aparıcı oyunçusu idi. O, cari mövsümdə “Vest Hem” üçün 19 oyun keçirib, 5 qol vurub, 1 məhsuldar ötürmə verib. Paketanın İngiltərə klubunun heyətində çıxışının ümumi mənzərəsi 139 oyun, 23 qol və 15 məhsuldar ötürmədən ibarətdir.
Paketa 2018-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 61 oyuna çıxıb, 12 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Lukas Paketanın qənimətlər muzeyində “Flamenqo” ilə qazandığı Karioka çempionluğu (2016/2017), “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və Braziliya millisi ilə qazandığı Amerika Kuboku (2018/2019) var.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin püşkü atılıb.
Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilmiş tədbirdə ÇL-in Liqa mərhələsini 22-ci pillədə başa vurmuş Azərbaycan çempionu “Qarabağ”ın da pley-offdakı rəqibi müəyyənləşib.
Səpələnməmişlər sırasında yer almış Azərbaycan çempionu PSJ və ya “Nyukasl” komandalarından birinə rəqib ola bilərdi. Püşk nəticəsində Azərbaycan təmsilçisi İngiltərə klubuna rəqib olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Ağdam klubu bu raundu adlayacağı təqdirdə 1/8 final mərhələsində “Barselona” (İspaniya) və ya “Çelsi”yə (İngiltərə) rəqib olacaq.
Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vurmuş komandalar iştirak ediblər. İlk 8 yeri tutmuş klublar birbaşa 1/8 finala vəsiqə qazandıqları üçün bu mərhələdən azaddırlar.
Beləliklə, pley-off mərhələsində aşağıdakı cütlüklərin mübarizəsinə şahidlik edəcəyik:
Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin oyunları fevralın 17-18-də və 24-25-də keçiriləcək.
Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.
Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Futbol üzrə Almaniya yığmasının yarımmüdafiəçisi Leon Qoretska 2025/2026-cı illər mövsümünün sonunda “Bayern”dən ayrılacaq.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Bu barədə Münhen təmsilçisinin idman direktoru Kristof Froynd açıqlama verib. O, 2026-cı ilin yayında müqaviləsinin müddəti başa çatacaq 30 yaşlı alman futbolçu ilə yolların ayrılması barədə qərar verildiyini deyib.
Xatırladaq ki, Leon Qoretska “Bayern”ə 2018-ci ilin iyul ayında “Şalke”dən azad agent qismində keçib. Yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Leon cari mövsümdə münhenlilərin heyətində 28 oyuna çıxıb, 1 qol vurub. Qoretskanın “Bayern”dəki ümumi karyerası isə 292 oyun, 47 qol və 48 məhsuldar ötürmədən ibarətdir.
Almaniyalı futbolçu “Bayern”dən öncə “Şalke” və “Boxum” klublarının da uğurları üçün çalışıb.
Qoretska 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 67 oyun keçirib, 15 qol vurub, 12 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı Leon Qoretskanı 15 milyon avro məbləğində qiymətləndirir.
“Başakşəhər”in hücumçusu Eldor Şomurodov 2025-ci il üçün Özbəkistanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Arena.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Özbəkistan milli komandasına tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazandırmış Timur Kapadze isə ilin ən yaxşı məşqçisi seçilib.
Xatırladaq ki, Şomurodov 2019 və 2021-ci illərdə də Özbəkistanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Xatırladaq ki, Eldor Şomurodov “Başakşəhər”ə 2025-ci ilin yayında İtaliyanın “Roma” klubundan icarə müqaviləsi əsasında keçib. Türkiyə klubu hücumçunu cari mövsümün sonunadək satınalma şərti ilə heyətinə qatıb. Bir mövsümlük icarə üçün “canavarlar”a 3 milyon avro ödənilib. Müqaviləyə 2,7 milyon avro məbləğ müqabilində satınalma maddəsi də daxil edilib.
30 yaşlı forvard “Başakşəhər”in heyətində 27 oyun keçirib, 13 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Şomurodov 2021-ci ildən formasını geyindiyi “Roma”nın heyətində də 85 oyun keçirib, 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Şomurodovun “Roma” ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.
Özbək hücumçu daha öncə “Spetsiya” və “Kalyari”də də icarədə olub. Özbək forvard “Roma”dan əvvəl də “Rostov”, “Bunyodkor”, “Maşal” və “Cenoa” kimi klubların formasını geyinib.
Təcrübəli hücumçu 2015-ci ilin sentyabr ayında debüt etdiyi Özbəkistan milli komandasının heyətində 88 oyun keçirib. 29 yaşlı forvard bu görüşlərdə 43 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı özbək hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
Rusiyanın “Baltika” klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu UEFA Çempionlar Liqasındakı tarixi uğur münasibətilə təbrik edib.
Arena.az xəbər verir ki, Kalininqrad təmsilçisi sosial media hesablarında bununla bağlı paylaşım edib.
Rusiya klubu sabiq futbolçusunu pley-off mərhələsinə yüksəlməsi münasibətilə xüsusi postla təbrik edib:
“Azərbaycanın “Qarabağ” komandası rəsmi olaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Bəs bunun bizim klubla nə əlaqəsi var? Çox sadə: Ağdam komandasına “Baltika”nın keçmiş üzvü rəhbərlik edir!”
Xatırladaq ki, Qurban Qurbanov 1999-cu ildə “Baltika”nın formasını geyinib. O, bu klubun heyətində 14 rəsmi matçda meydana çıxaraq 1 qolla yadda qalıb.
“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq pley-offa vəsiqə qazanıb. Azərbaycan çempionu 1/8 finala vəsiqə uğrunda Fransa nəhəngi PSJ və ya İngiltərə təmsilçisi “Nyukasl” ilə qarşılaşa bilər. Püşkatma bu gün baş tutacaq.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin püşkü atılacaq.
Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
Mərasimdə ÇL-in Liqa mərhələsini 22-ci pillədə başa vurmuş Azərbaycan çempionu “Qarabağ”ın da pley-offdakı rəqibi müəyyənləşəcək.
Səpələnməmişlər sırasında yer almış Azərbaycan çempionu PSJ və ya “Nyukasl” komandalarından birinə rəqib olacaq.
Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vurmuş komandalar iştirak edəcəklər. İlk 8 yeri tutmuş klublar birbaşa 1/8 finala vəsiqə qazandıqları üçün bu mərhələdən azaddırlar.
Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək.
Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.
Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Fransanın “Reyms” komandasının mərkəz müdafiəçisi Abdul Kone Almaniyanın “Leypsiq” klubuna transfer edilib.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Almaniya klubu bu transferi 16 milyon avroya rəsmiləşdirib. Fransalı müdafiəçinin yeni klubu ilə bağladığı müqavilənin müddəti 2031-ci ilə qədərdir. Amma Kone cari mövsümün sonunadək “Reyms”də icarə əsasında oynamağa davam edəcək. O, 2026/2027-ci illər mövsümünün əvvəlində “Leypsiq”ə qoşulacaq.
Abdul Kone 2023-cü ildən “Reyms”də forma geyinir. O, Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 26 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
Fransalı müdafiəçi 2025-c ildə debüt etdiyi U-20 yığmasında 4 oyun keçirib.
“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə Almaniya milli komandasının mərkəz hücumçusu Timo Verner bundan sonra “San-Xose Ertkveyks”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
Verner Almaniyanın “Leypsiq” klubundan azad agent kimi ayrılaraq MLS təmsilçisi ilə 2028-ci ilin 30 iyununadək müqavilə bağlayıb.
“Ştutqart”ın yetirməsi olan Timo Verner karyerası ərzində “Çelsi”, “Tottenhem” kimi klublarda da oynayıb. 29 yaşlı alman forvard “Leypsiq”də 216 oyun keçirib, 113 qol, 47 məhsuldar ötürmə müəllifi olub.
Verner 2017-ci ildə debüt etdiyi Almaniya yığmasında 57 oyuna çıxıb, 24 qola imza atıb, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı futbolçunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Karvan” “Sumqayıt”la üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanı Əli Əliyev idarə edəcək. Çempionatın aşkar autsayderi bu oyunda xal həsrətinə son qoymağa çalışacaq.
Günün digər oyunu “Qəbələ” ilə “İmişli” arasında baş tutacaq. Kamranbəy Rəhimovun idarə edəcəyi görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
Premyer Liqa 18-ci tur 30 yanvar
“Karvan” – “Sumqayıt” Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov. VAR: İnqilab Məmmədov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Yevlax şəhər stadionu, 14:30.
“Qəbələ” – “İmişli” Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev. VAR: Əliyar Ağayev. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Qəbələ şəhər stadionu, 17:00.
Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, Avroliqanın Liqa mərhələsinin sonuncu – 8-ci turunun bütün oyunları eyni saatda başlayıb.
Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə Rumıniyanın “Styaua” komandasının qonağı olub. İtaliyanın “Roma” kollektivi isə Yunanıstanda “Panatinaikos”la qarşılaşıb. Hər iki görüşdə oxşar nəticə (1:1) qeydə alınıb.
Bu nəticələrdən sonra 21 xal toplamış “Olimpik” (Lion) və “Aston Villa”, 19 xala malik “Midtyulland”, 17 xalı olan “Betis”, “Portu”, “Braqa” və “Frayburq”, eləcə də 16 xalla “Roma” ilk “8-lik”də yer alaraq 1/8 finala birbaşa vəsiqə qazanıblar.
“Genk” (16), “Bolonya” (15), “Ştutqart” (15), “Ferentsvaroş” (15), “Nottingem Forest” (14), “Viktoriya” (14), “Srvena Zvezda” (14), “Selta” (13), PAOK (12), “Lill” (12), “Fənərbağça” (12), “Panatinaikos” (12), “Seltik” (11), “Ludoqorets” (10), Zaqreb “Dinamo”su (10) və “Brann” (9) 1/8 finala vəsiqə uğrunda pley-offda iştirak hüququ qazanıblar.
“Yanq Boyz”, “Şturm Qraz”, “Styaua”, “Qou Ehed İqlz”, “Feyenoord”, “Bazel”, “Zalsburq”, “Reyncers”, “Nitsa”, “Utrext”, “Malmö” və “Makkabi” isə Avroliqa ilə vidalaşıblar.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, turun açılış oyununda “Lənkəran” “Ordu”nu qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 103:63
Xallarının sayını 29-a çatdıran “Ordu” B qrupunda vahid liderdir. Meydan sahibləri 19 xalla sonuncu – altıncıdır.
14-cü tura fevralın 1-də yekun vurulacaq.
Bu gün həm də 11-ci turdan təxirə salınmış NTD – “Gəncə” görüşü baş tutub. Bakı İdman Sarayında keçirilmiş A qrupunun matçı gəncəlilərin 102:95 hesablı qələbəsi ilə bitib.
A qrupu: Abşeron Lions – 27. Sabah – 27. Neftçi – 20. Gəncə – 20. NTD – 17. Şəki – 16.
B qrupu: Ordu – 29. Naxçıvan – 25. Sumqayıt – 19. Quba – 19. Lənkəran – 19. Sərhədçi – 18.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubunun cinah müdafiəçisi Turan Manafov bundan sonra “Qəbələ”nin formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı oyuncu cari mövsümün sonuna kimi icarə əsasında “Qəbələ”də çıxış edəcək.
Xatırladaq ki, Turan Manafov “Stellenboş”a 2025-ci ilin sentyabrında azad agent kimi qoşulub. Onun CAR klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. Turan “Stellenboş”un heyətində 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Manafov daha öncə “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Qarabağ”, “Sumqayıt” və “Olimpiakos” (Volos) kimi klublarda da forma geyinib. Müdafiəçi vaxtilə Azərbaycanın U-21 yığmasında oynasa da, əsas millimizdə debüt şansı qazanmayıb.
“Benfika”nın futbolçusu Andreas Şelderup azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, yarımmüdafiəçi ÇL-in Liqa mərhələsinin 8-ci turunda “Real”a (Madrid, İspaniya) qarşı keçirdikləri görüşdə (4:2) 2 qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
Norveçli futbolçu səsvermədə Aleksis Makallister (“Liverpul”), Joao Pedro (“Çelsi”) və Malik Tillmanı (“Bayer”) qabaqlayıb.
Xatırladaq ki, Andreas Şelderup Norveçin “Bodo Qlimt” və “Nordsyelland” klublarının yetirməsidir. O, 2023-cü ildən “Benfika”da çıxış edir. 21 yaşlı vinger Portuqaliya komandasının heyətində 69 oyun keçirib, 9 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.
Norveçin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Şelderup 2024-cü ildə debüt etdiyi əsas millinin heyətində 8 oyuna çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.
Bu gün voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026 mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunub.
Burada “Gənclər” və “Xilasedici” komandaları üz-üzə gəliblər. “Gənclər” yekunda 0:3 (18:25, 18:25, 14:25) hesabı ilə məğlub olub.
Qadınların çempionatında isə iki qarşılaşma baş tutub. Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil edilib. “Turan” “Gənclər”i 3:0 (25:20, 25:11, 25:17), “DH Volley” isə “Azərreyl”i 3:0 (25:13, 27:25, 25:15) hesabları ilə məğlub ediblər.
Yüksək Liqa 29 yanvar
Yüksək Liqa (Qadınlar) 11-ci tur
“DH Volley” – “Azərreyl” 3:0 (25:13, 27:25, 25:15) Azərbaycan Voleybol Federasiyasının idman zalı.
“Gənclər” – “Turan” 0:3 (20:25, 11:25, 17:25) Azərbaycan Voleybol Federasiyasının idman zalı.
Yüksək Liqa (Kişilər) 11-ci tur
“Gənclər” – “Xilasedici” 0:3 (18:25, 18:25, 14:25) Abşeron Olimpiya İdman Kompleksi.
“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında klubun sabiq ulduzu Lionel Messinin tarixi nailiyyətini təkrarlayıb.
Arena.az xəbər verir ki, polşalı forvard qitənin ən nüfuzlu klub turnirində 40-cı fərqli komandaya qol vurub.
Bununla da o, bu göstəricidə Messi ilə ilk yerə şərik olub. 37 yaşlı futbolçunun 40-cı qol vurduğu komanda “Kopenhagen” olub. Levandovski görüşün 48-ci dəqiqəsində fərqlənib və komandasının 4:1 hesablı qələbəsinə töhfə verib.
Bu siyahıda növbəti pillədə 38 fərqli kluba qol vurmuş portuqaliyalı ulduz hücumçu Kristiano Ronaldo yer alır.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 25 oyuna çıxıb, 12 qol vurub, 3 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 172 oyun, 113 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 163 oyun keçirib, 88 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.
PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Nyukasl”a qarşı keçirdikləri matçda ağır zədə alıb.
Arena.az xəbər verir ki, ÇL-in Liqa mərhələsinin 8-ci turunun oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Bu matçın ilk hissəsində meydanın mərkəzində qonaqların hücumçusu Entoni Elanqa təhlükəli şəkildə topa müdaxilə edərək gürcü futbolçunun topuğunu sıxıb. İsveçli futbolçu bu kobudluğa görə yalnız sarı vərəqə ilə cəzalandırılıb. Kvaratsxeliya isə aır zədəyə görə meydanı erkən tərk edib. Onun yerinə Dezire Due meydana buraxılıb.
Matçdan sonra keçirilmiş mətbuat konfransında PSJ-nin baş məşqçisi Luis Enrike Kvaratsxeliyanın zədəsinin ciddi olduğunu söyləyib. Amma o, yalnız tibbi müəyinədən sonra futbolçunun yekun durumu barədə məlumat verə biləcəklərini söyləyib.
Xatırladaq ki, PSJ və ya “Nyukasl” (İngiltərə) ÇL-in pley-off mərhələsində “Qarabağ”ın rəqibi olacaq. Mərhələnin püşkü sabah atılacaq.
PSJ Kvaratsxeliyanı 2025-ci il yanvarın 17-də heyətinə qatıb. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədərdir. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən 70 milyon avro məbləğ müqabilində keçib.
Xviça indiyə qədər PSJ-nin heyətində 59 oyuna çıxıb, 15 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.
Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi”, “Dinamo” (Tiflis) və “Napoli” komandalarında oynayıb. O, Neapol klubu ilə İtaliya çempionu olub.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 47 oyuna 20 qol vurub, 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.
Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) Liqa mərhələsinin sonuncu – 8-ci turunun oyunlarından sonra reytinq siyahısı yenilənib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu həftə İngiltərənin “Liverpul” komandası ilə qarşılaşıb və 0:6 hesablı məğlubiyyətə üzülüb.
Çempionlar Liqasının əsas mərhələsini 22-ci pillədə başa vurmuş “Qarabağ” daha 0,750 bonus əmsalı qazanıb. Bu nəticə Azərbaycana UEFA reytinqində Sloveniyanı geridə qoymağa imkan verib.
Hazırda Azərbaycan 22,937 əmsalla 26-cı yerdə qərarlaşıb. Sloveniyanın aktivində isə 22,843 əmsal var. Lakin 26-cı pillə uğrunda mübarizə hələ başa çatmayıb. Sloveniyanın Konfrans Liqasında bir təmsilçisi – “Çelye” komandası qalır. Bu komanda 1/16 final mərhələsində Kosovo təmsilçisi “Drita” ilə qarşılaşacaq. “Çelye” “Qarabağ”ın PSJ və ya “Nyukasl”la oyunları ilə müqayisədə daha çox xal toplamaq şansına malikdir. Bu səbəbdən Azərbaycanın 26-cı yeri qoruması asan olmayacaq.
Cari mövsümdə Azərbaycan klubları ümumilikdə 23,250 əmsal toplayıblar. Bu göstərici avrokuboklarda çıxış edən 4 klubun sayına bölündükdə 5,812 reytinq əmsalı əldə olunur.
5,812 əmsal Azərbaycan klub futbolu tarixində ən yüksək nəticə deyil. Rekord 2023/2024-cü illər mövsümündə qazanılmış 5,875 əmsal olub. “Qarabağ” qarşıdakı 1/16 final mərhələsinin iki oyununda heç olmasa bir dəfə məğlubiyyətsiz çıxış edərsə, bu rekord yenilənəcək.
Qeyd edək ki, bu mövsüm toplanan 23,250 əmsaldan 18,750-si məhz “Qarabağ”ın payına düşür. Ağdam klubu UEFA Çempionlar Liqasının seçmə mərhələsində 5 əmsal, əsas mərhələyə yüksəlməyə görə 6 bonus əmsalı, əsas mərhələdə 7 əmsal, 22-ci yerə görə isə əlavə 0,750 bonus əmsalı qazanıb.
Klub reytinqində “Qarabağ” 42,750 əmsalla 58-ci yerdə qərarlaşıb. Qurban Qurbanovun komandası bu mövsüm klub reytinqi üçün topladığı xallara görə də rekord müəyyənləşdirib. Hazırda “Qarabağ”ın aktivində 13,750 əmsal var. Əvvəlki rekord 2023/2024-cü illər mövsümündəki 11 əmsal idi.
Xatırladaq ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinə hazırda İngiltərə başçılıq edir – 110,908. İtaliya (95,196) ikinci, İspaniya (89,328) üçüncü, Almaniya (86,402) dördüncü, Fransa (77,891) beşincidir.
İngiltərənin “Aston Villa” komandasının mərkəz müdafiəçisi Yasin Özcan bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Türkiyə klubu 19 yaşlı futbolçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Mərkəz müdafiəçisi artıq yeni komandası ilə ilk məşqinə də çıxıb.
Xatırladaq ki, “Aston Villa” Yasin Özcanı 2025-ci ilin yayında “Kasımpaşa”dan 7 milyon avroya transfer edib. Türkiyənin U-21 millisinin üzvü mövsmün ilk yarısında icarə əsasında “Anderlext”in formasını geyinib. O, Belçika klubunun heyətində cəmi 6 oyun keçirib. Yasinə “Aston Villa”nın əsas komandasında debüt şansı qismət olmayıb.
“Kasımpaşa”nın yetirməsi olan Yasin Özcan ölkəsinin U-16, U-17 və U-21 yığmalarında oynayıb. O, 2015-ci ildə əsas millidə də 1 oyuna çıxıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
İngiltərənin “Liverpul” komandasının mərkəz müdafiəçisi Vircil Van Deyk UEFA Çempionlar Liqasında (ÇL) unikal nailiyyətə imza atıb.
Arena.az xəbər verir ki, 34 yaşlı oyunçu buna ÇL-in Liqa mərhələsinin 8-ci turunda qarşılaşdıqları Azərbaycan çempionu “Qarabağ”a 6:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
Bu görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalan Van Deyk qitənin bir nömrəli klub turnirində bir matçda 3 assist etmiş ilk mərkəz müdafiəçisi kimi tarixə düşüb.
Xatırladaq ki, Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki o vaxt 84,65 milyon avro məbləğ müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə verib.
Niderlandlı müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 352 oyun, 31 qol, 16 məhsuldar ötürmə.
Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020, 2025), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019-cu illər mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 88 oyuna çıxıb, 11 qol vurub.
“Transfermarkt” internet-portalı 34 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.
Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ”la qarşılaşmağı arzulayır.
Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Luis Enrike qrup mərhələsinin çətinliyini vurğulayaraq, “Monako” və ya “Qarabağ”la oynamağa hazır olduqlarını bildirib:
“Bu mərhələni keçməyin nə qədər çətin olduğunu bizdən yaxşı bilən komanda yoxdur. Ümid edirəm ki, rəqibimiz Fransa təmsilçisi olmaz. Çünki yerli komandalara qarşı oynamaqdan yorulmuşuq, başqa ölkəyə, “Qarabağ”la səfər oyununa getmək daha yaxşı olardı. Biz çətin səfər matçlarına öyrəşmişik və inanıram ki, orada da yaxşı anlar yaşayacağıq”.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən “Qarabağ” pley-offda İngiltərənin “Nyukasl” və ya Fransanın PSJ komandası ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.
Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin “Liverpul” – “Qarabağ” oyunu 8-ci turda azarkeş sayına görə üçüncü olub.
Arena.az xəbər verir ki, “Enfild Roud” stadionunda baş tutmuş bu qarşılaşmada 60 043 tərəfdar qeydə alınıb.
“Borussiya” (Dortmund, Almaniya) – “İnter” matçı (0:2) birinci sırada yer alıb. Sözügedən görüşdə tribunalarında 81 365 tamaşaçı əyləşib.
“Benfika” (Portuqaliya) – “Real” (İspaniya) oyunu (4:2) bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. Həmin matçda 64 305 fanat olub.
Xatırladaq ki, “Liverpul” – “Qarabağ” matçında Azərbaycan çempionu 6 cavabsız qolla məğlub olub. ÇL-in Liqa mərhələsini 10 xalla 22 sırada bitirmiş Ağdam təmsilçisi pley-offda İngiltərənin “Nyukasl” və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 17-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 17-ci tur
“İmişli” – “Araz-Naxçıvan” oyununda “İmişli”də 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası da 700 manat cərimə edilib.
“Neftçi” – “Zirə” oyununda oyun günü planı pozulduğuna görə “Neftçi” komandası 2000 manat cərimə ödəyəcək.
“Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Ağdam komandası 2500 manat cərimə edilib.
“Sabah” – “Karvan” oyununda “Sabah”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.
“Qarabağ”ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox top qazanan futbolçuların siyahısında yer alıb.
Arena.az xəbər verir ki, kolumbiyalı oyunçu bu göstəriciyə görə 3-cü pillədə qərarlaşıb.
32 yaşlı futbolçu ÇL-in Liqa mərhələsindəki 8 matçın hamısında iştirak edib. Medina bu görüşlərdə 62 dəfə buna nail olub. O, Çexiyanın “Slaviya” (Praqa) klubundan David Zima (62) ilə birlikdə üçüncüdür.
İlk sırada İspaniyanın “Atletik” klubundan Aytor Paredes (77) yer alıb. İtaliyanın “Atalanta” komandasından Odilon Kossunu (66) ikincidir.
Xatırladaq ki, “Qarabağ” ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunun oyununda İngiltərənin “Liverpul” komandasına 0:6 hesabıyla məğlub olub. Buna baxmayaraq, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirərək pley-offa vəsiqə qazanıb. “Qarabağ” pley-offda İngiltərənin “Nyukasl” və ya Fransanın PSJ komandası ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.
“Real Sosyedad”a rəhbərlik edən Pelleqrino Matarasso İspaniya La Liqasında 2026-cı ilin yanvar ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
“Real Sosyedad” yanvar ayında ölkə çempionatı çərçivəsində keçirdiyi 4 oyunun 3-də qalib gəlib, 1-də heç-heçə edib. San-Sebastyan təmsilçisi ötən ay “Atletiko” ilə heç-heçə (1:1) edib, “Xetafe” (2:1), “Barselona” (2:1) və “Selta” (3:1) üzərində qələbələr qazanıb.
“Real Sosyedad” hazırda La Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
Pelleqrino Matarasso 2025-ci ilin dekabr ayında “Real Sosyedad”a baş məşqçi təyin edilib. Amerika Birləşmiş Ştatlarından olan 48 yaşlı mütəxəssisin bu klubla müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləsi var. O, “Real Sosyedad”ı bütövlükdə 5 oyuna çıxarıb, 4 qələbə, 1 heç-heçə görüb.
Matarasso daha öncə “Nürnberq” (2-ci komanda), “Ştutqart” və “Hoffenhaym”da da baş məşqçi kimi çalışıb. O, karyerası ərzində ilk dəfə La Liqada ayın ən yaxşısı seçilir.
Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdırarkən Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilmişdi. Sentyabrda “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənib, oktyabrda “Rayo Valyekano”ya rəhbərlik edən İnyiqo Peres, noyabrda “Vilyarreal”ı çalışdıran Marselino Qarsiya Toral, dekabrda isə “Espanyol”un sükanı arxasında olan Manolo Qonsales ayın ən yaxşı məşqçisi elan edilib.
Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinə yekun vurulacaq.
Arena.az xəbər verir ki, Avroliqanın Liqa mərhələsinin sonuncu – 8-ci turunun bütün oyunları eyni saatda başlayacaq.
Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə Rumıniyanın “Styaua” komandasının qonağı olacaq. İtaliyanın “Roma” kollektivi isə Yunanıstanda “Panatinaikos”la qarşılaşacaq.
“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə çempionları bu gün ÇL-in Liqa mərhələsinin 8-ci turu çərçivəsində Liverpul şəhərində üz-üzə gəliblər.
Oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Arne Slot matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları qeyd edib:
“Maraqlı qarşılaşmaya şahidlik etdik. Rəqibə hörmətlə yanaşırdıq. Çətin matçları geridə qoyduq. UEFA Çempionlar Liqasında ilk “8-lik”də yer almaq sevindiricidir”.
Xatırladaq ki, “Liverpul” ÇL-in Liqa mərhələsini 18 xalla 3-cü pillədə başa vurub və 1/8 finala birbaşa vəsiqə qazanıb. “Qarabağ” isə 10 xalla 22-ci olub və pley-offda mübarizə aparmaq hüququ əldə edib. Azərbaycan çempionu 1/8 final mərhələsinə vəsiqə uğrunda ya “Nyukasl” (İngiltərə), ya da PSJ (Fransa) ilə qarşılaşmalı olacaq. Buna yanvarın 30-da keçiriləcək püşkatma mərasimində aydınlıq gəlməlidir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında (ÇL) “Liverpul”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə çempionları arasındakı qarşılaşma bu gün Liverpul şəhərində baş tutub.
Oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib. UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirmiş Ağdam klubu tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Təəssüf ki, belə məğlubiyyətlə üzləşdik. Bu matçda daha yaxşı çıxış edə bilərdik. Bu, bizim oyunumuz deyil. Ağır məğlubiyyətə baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazandıq. Futbolçularımı, xalqımızı təbrik edirəm. Liqa mərhələsində keçdiyimiz 8 oyunluq yola baxsaq, çox əziyyət çəkdik. Futbolçularım pley-offa yüksəlməyə layiq idilər. Getdikcə oyunlar çətinləşir, rəqiblər güclənir. Qarşıda bizi daha böyük matçlar gözləyir. Növbəti oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq”.
Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmış “Qarabağ”ın rəqibinin müəyyənləşəcəyi vaxt bəllidir.
Arena.az xəbər verir ki, ÇL-in pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da İsveçrənin Nyon şəhərində keçiriləcək.
Tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
Azərbaycan çempionu bu mərhələnin püşkatması zamanı “səpələnməmişlər” səbətində yer alacaq. Buna səbəb Ağdam təmsilçinsinin 22-ci yeri tutmasıdır.
Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutmuş “Monako” və “Qarabağ” “səpələnmişlər” səbətinə düşmüş 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Bu o deməkdir ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi ya 11-ci yeri tutmuş PSJ (Fransa) və ya 12-ci olmuş “Nyukasl” (İngiltərə) olacaq.
Azərbaycan çempionu pley-offa mərhələsində ilk matçını Bakıda, cavab oyununu səfərdə keçirəcək.
Bu mərhələnin görüşləri 17/18 fevral və 24/25 fevralda keçiriləcək.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, ÇL-in Liqa mərhələsinin sonuncu – 8-ci turunun bütün qarşılaşmaları eyni vaxtda start götürüb.
“Qarabağ”ın İngiltərədə “Liverpul”a böyük hesabla yenildiyi gündə Türkiyə çempionu “Qalatasaray” da səfərdə “Mançester Siti”nin qonağı olub və 2 cavabsız qolla uduzub. İspaniya nəhəngi “Real” Portuqaliyada “Benfika”ya məğlub olub. “Napoli” də “Çelsi” ilə ev oyununda xalsız qalıb.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 8-ci tur 28 yanvar
Bu nəticələrdən sonra maksimum nəticə göstərmiş “Arsenal” (24 xal), eləcə də “Bayern” (21), “Liverpul” (18), “Tottenhem” (17), “Barselona” (16), “Çelsi” (16), “Sportinq” (16) və “Mançester Siti” (16) ÇL-in 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar.
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində sonuncu oyununa çıxıb.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 8-ci turu çərçivəsində İngiltərə nəhəngi “Liverpul”la üz-üzə gəlib.
Sözügedən komandalar arasındakı oyun Liverpuldakı “Enfild Roud” stadionunda baş tutub. Görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edib.
Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu çıxışı ilə diqqət çəkirdi. Ağdam klubu əsas mərhələdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 (səfərdə), Danimarka nəhəngi “Kopenhagen”ə 2:0 (evdə) və Almaniyanın “Ayntraxt” komandasına 3:2 (evdə) qalib gəlmiş, “Çelsi” (İngiltərə) ilə sülh bağlamışdı – evdə 2:2. Komandamız İspaniya təmsilçisi “Atletik”ə 1:3, “Napoli”yə (İtaliya) 0:2, “Ayaks”a (Niderland) 2:4 hesabıyla uduzmuşdu.
“Liverpul” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 7 oyunun 5-də qalib gəlmiş, 2-də məğlub olmuşdu. Bu oyundan öncə İngiltərə çempionu 15 xalla 4-cü sırada qərarlaşmışdı, “Qarabağ” isə 10 xalla 18-ci idi. Təmsilçimiz bu oyunda ən azı uduzmasa, pley-offa vəsiqəni təmin etmiş olacaqdı. İngiltərə çempionu isə ilk 8 komanda sırasında yer almaq üçün qalib gəlməyi hədəfləmişdi. Bu komandalar heç-heçə və ya məğlubiyyət halında da istəklərinə çata bilərdilər. Amma tərəflər işi şansa buraxmamaq üçün mütləq qələbə və heç-heçə barədə düşünürdülər.
Təəssüf ki, Azərbaycan çempionu bu görüşdə böyük hesabla məğlub olub. Amma güclü rəqibə məğlubiyyət Ağdam klubunun ÇL-in pley-off mərhələsinə vəsiqə qazanmasına mane olmayıb. Belə ki, ən güclü 24 komanda arasında yer almağı bacaran (22-ci yer) “Qarabağ” qitənin ən nüfuzlu klub turnirindəki mübarizəsini davam etdirəcək.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 8-ci tur 28 yanvar
“Liverpul” – “Qarabağ” 6:0 Qollar: Aleksis Makallister, 15; 61. Florian Virts, 21. Məhəmməd Salah, 50. Huqo Ekitike, 57. Federiko Kyeza, 90. Baş hakim: İvan Krujlyak. Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor Dördüncü hakim: Peter Kraloviç (Hamısı Slovakiya). VAR: Pol van Bokel (Niderland). AVAR: Yan Boterberq (Belçika). Liverpul. “Enfild Roud” stadionu.
Liverpul: 1. Alisson Bekker, 4. Vircil van Deyk (k), 7. Florian Virts, 8. Dominik Soboslai, 10. Aleksis Makallister, 11. Məhəmməd Salah, 18. Kodi Qakpo, 22. Huqo Ekitike, 26. Endryu Robertson, 30. Ceremi Frimponq, 38. Rayan Qravenberx. Ehtiyat oyunçular: 25. Georgi Mamardaşvili, 28. Freddi Vudman, 3 Vataru Endo, 6. Miloş Kerkez, 14. Federiko Kyeza, 42. Trey Nyoni, 65. Amara Nallo, 68. Kiran Morrison, 73. Rio Nqumoha. Baş məşqçi: Arne Slot.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina. Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov. Baş məşqçi: Qurban Qurbanov.
Futbol üzrə Braziliya millisinin və “Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis İngiltərənin “Nottingem Forest” klubundan ayrılıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Premyer Liqa təmsilçisi Duqlasla icarə müqaviləsinə vaxtından öncə xitam verib. Halbuki, sözügedən klub futbolçunu cari mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürmüşdü.
Duqlas “Nottingem Forest”dən ayrılsa da, “Yuventus”a qayıtmayıb. Belə ki, İtaliya klubu futbolçusunu İngiltərə Premyer Liqasının digər təmsilçisi “Aston Villa”ya icarəyə verib. “Aston Villa” yarım mövsümlük icarə üçün Turin təmsilçisinə 2 milyon avro ödəyib. Müqavilədə futbolçunun transfer hüquqlarının alınması şərti də var.
Xatırladaq ki, Duqlas Luis 2024-cü ilin yayında məhz “Aston Villa”dan 51,5 milyon avro müqabilində “Yuventus”a keçmişdi. 27 yaşlı futbolçunun İtaliya klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.
Braziliyalı futbolçu “Yuventus”un heyətində 27 oyuna çıxsa da, fərqlənə bilməyib. O, cari mövsümün geridə qalmış hissəsində “Nottingem Forest”də 14 oyuna çıxıb, 1 assistlə yadda qalıb.
Duqlas Luis daha öncə “Jirona” və “Vasko da Qama”da da oynayıb.
Luis 2019-cu ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 18 oyuna çıxıb. Yarımmüdafiəçi millidə də məhsuldar göstərici ilə yadda qalmayıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək “Liverpul” – “Qarabağ” matçının start heyətləri bəlli olub.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı oyun bu gün Liverpuldakı “Enfild Roud” stadionunda baş tutacaq.
Görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FIFA referisi Sandro Şerer olacaq.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 8-ci tur 28 yanvar
00:00. “Liverpul” – “Qarabağ” Baş hakim: İvan Krujlyak. Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor Dördüncü hakim: Peter Kraloviç (Hamısı Slovakiya). VAR: Pol van Bokel (Niderland). AVAR: Yan Boterberq (Belçika). Liverpul. “Enfild Roud” stadionu.
Liverpul: 1. Alisson Bekker, 4. Vircil van Deyk (k), 7. Florian Virts, 8. Dominik Soboslai, 10. Aleksis Makallister, 11. Məhəmməd Salah, 18. Kodi Qakpo, 22. Huqo Ekitike, 26. Endryu Robertson, 30. Ceremi Frimponq, 38. Rayan Qravenberx. Ehtiyat oyunçular: 25. Georgi Mamardaşvili, 28. Freddi Vudman, 3 Vataru Endo, 6. Miloş Kerkez, 14. Federiko Kyeza, 42. Trey Nyoni, 65. Amara Nallo, 68. Kiran Morrison, 73. Rio Nqumoha. Baş məşqçi: Arne Slot.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina. Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov. Baş məşqçi: Qurban Qurbanov.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 11-ci turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu Bakı İdman Sarayında baş tutub.
Son çempion “Sabah” “Neftçi” ilə üz-üzə gəlib. A qrupunun matçı “bayquşlar”ın 125:89 hesablı qələbəsi ilə bitib.
11-ci turdan təxirə salınmış NTD – “Gəncə” qarşılaşması isə yanvarın 29-da baş tutacaq.
A qrupu: Abşeron Lions – 27. Sabah – 27. Neftçi – 20. Gəncə – 18. Şəki – 16. NTD – 15.
B qrupu: Ordu – 27. Naxçıvan – 25. Sumqayıt – 19. Quba – 19. Lənkəran – 18. Sərhədçi – 18.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 17-ci turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, o, 2026-cı ildəki ilk turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib. Rəhim Həsənov “İmişli” – “Araz-Naxçıvan” (2:2) və “Sabah” – “Karvan” (4:1) matçlarındakı ümumilikdə 5 mübahisəli epizodu dəyərləndirib.
Hakimlər Komitəsinin sədri ədalət təmsilçilərinin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.
AFFA Hakimlər Komitəsinin sədrinin 17-ci turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
Ötən gün “Turan Tovuz”dan ayrılmış “Sabah”ın müdafiəçisi Abdulla Rzayev bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.
Sözügedən klub “Sabah”dan Abdulla Rzayevi icarə əsasında heyətinə qatıb. 24 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər bu komandada çıxış edəcək.
Xatırladaq ki, “Turan Tovuz” “Sabah”a məxsus olan müdafiəçini cari mövsümün əvvəlində bir illik icarəyə götürmüşdü. Abdulla Tovuz klubunun heyətində cəmi 4 oyuna çıxıb. Rzayev az oyun şansı qazandığı üçün “Turan Tovuz”dan ayrılıb. Onun “Şamaxı”da nə qədər şans qazanacağını isə zaman göstərəcək.
Rzayev daha əvvəl də “Şamaxı”da çıxış edib. O, karyerası ərzində “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinib.
Abdulla Rzayev Azərbaycanın U-21 yığmasında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.
“Fiorentina”nın bosniyalı hücumçusu Edin Dzeko İtaliya klubundan azad agent kimi ayrılaraq Almaniya “Şalke”sinə qoşulub.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu artıq yeni komandasında debüt də edib və tarixi nailiyyətə imza atıb.
Belə ki, o, Almaniya 2-ci Bundesliqasında “Kayzerslautern”ə qarşı keçirilmiş oyunda (2:2) fərqlənməklə turnir tarixinə ən yaşlı qol müəllifi kimi düşüb. Qol vurduğu anda 39 yaş, 10 ay və 8 günlüyündə olan Dzeko Helmut Hallerin rekordunu yeniləyib. 1979-cu ilin fevralından bəri qüvvədə olan əvvəlki rekordçu təxminən üç ay daha gənc olub.
Xatırladaq ki, Edin Dzeko “Jelezniçar”ın məzunudur. Hücumçu, karyerası ərzində “Teplitse”, “Usti-nad-Labem” (icarə), “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter”, “Fənərbağça” və “Fiorentina”da oynayıb.
Edin Dzeko 2007-ci ilin iyun ayında debüt etdiyi Bosniya və Herseqovina millisinin heyətində 146 oyun keçirib, 72 qol vurub, 29 məhsuldar ötürmə verib. Oyun və qol sayına görə Dzeko milli komandanın mütləq rekordçusudur.
“Transfermark” internet portalı 39 yaşlı bosniyalı mərkəz hücumçusunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə İspaniya milli komandasının sağ cinah hücumçusu Ferran Torres uzun fasilədən sonra “Barselona”nın sıralarına qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Hansi Flik bu gün UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Kopenhagen”ə (Danimarka) qarşı keçirəcəkləri matç üçün heyəti açıqlayıb. Sağ ayağındakı əzələ zədəsini sağaltmış ispaniyalı forvard da “Kamp Nou”da baş tutacaq oyunun iştirak ərizəsinə salınıb.
Buna baxmayaraq, “Barselona”da itkilərin hələ də mövcud olduğu bildirilib. Zədəli Pedri, Qavi və Andreas Kristensenlə yanaşı, sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşmüş Frenki de Yonq da bu matçı buraxmalı olacaq. Yeni transferlərdən olan Joao Kanselo isə ÇL üçün sifariş edilməyib.
Xatırladaq ki, Ferran Torres ötən ay məşq zamanı əzələsindən zədə almışdı.
Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsut ayında “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvar ayında isə “Barselona” Torresi 55 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Torres “blauqrana”nın heyətində 27 oyuna çıxıb, 16 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 185 oyun, 59 qol, 21 məhsuldar ötürmədən ibarətdir.
Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 53 oyun keçirib, 23 qol vurub, 6 məhsuldar ötürmə verib.
Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2022/2023, 2024/2025) var.
Torres İspaniya yığması ilə Avropa çempionu (AÇ-2024) olub. Həmçinin Ferran yeniyetmə və gənclər səviyyəsində – İspaniyanın U-17 və U-19 yığmaları ilə də müvafiq olaraq 2017-ci və 2019-cu illərdə Avropa çempionatlarının qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi”nin qapıçısı Rza Cəfərov daha doğma gəldiyi üçün “Qəbələ”yə keçməyə qərar verib.
Arena.az xəbər verir ki, gənc qolkiper bu barədə bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
Rza “Qəbələ”yə qayıtdığı üçün xoşbəxt olduğunu vurğulayıb:
“İllər sonra yenidən bu meydanda məşq etmək və bu komandanın şərəfini qorumaq mənim üçün çox xoşdur. Başqa klublardan da təkliflərim var idi. Lakin “Qəbələ” mənə daha doğma gəldiyi üçün buranı seçdim. Gənc bir futbolçu kimi inanıram ki, bu klubun bazası, meydanları və peşəkar məşqçi heyəti inkişafımda mühüm rol oynayacaq”.
Rza Cəfərov azarkeşlərə müraciət edərək, onlara səbirli olmağı tövsiyə edib:
“Bura gəlməmişdən əvvəl azarkeşlərdən çoxlu dəstək mesajları alırdım. Buna görə hər birinə təşəkkür edirəm. İnanıram ki, hər şey yaxşı olacaq və komandamız qələbələrlə azarkeşləri sevindirəcək”.
Xatırladaq ki, “Qəbələ” Cəfərovu mövsümün sonuna qədər “Neftçi”dən icarəyə götürüb. Qapıçının paytaxt klubu ilə müqaviləsinin müddəti isə 2027/2028-ci illər mövsümünün sonunadək qüvvədə olacaq.
İspaniya millisinin və İngiltərənin “Fulhem” klubunun sağ vingeri Adama Traore bundan sonra “Vest Hem”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Vest Hem” rəsmi saytı vasitəsilə məlumat yayıb.
30 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma “Vest Hem”in bu keçid üçün “Fulhem”ə 2,3 milyon avro ödədiyi barədə məlumatlar var.
Futbolçunun baş məşqçi Nuno Espirito Santo ilə yenidən bir araya gəldiyi vurğulanır. Onlar daha əvvəl “Vulverhempton”da da birlikdə çalışıblar.
Adama Traore “Barselona”nın yetirməsidir. O, “Aston Villa”, “Midlsbro”, “Vulverhempton”, “Fulhem” kimi klublarda da forma geyinib. “Fulhem” Traoreni 2023-cü ildə heyətinə qatmışdı. O, bu komandada 79 oyuna çıxıb, 4 qola imza atıb, 13 məhsuldar ötürmə müəllifi olub.
Traore 2020-ci ildə debüt etdiyi İspaniya yığmasında da 8 oyuna çıxıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı vingerin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
İngiltərənin “Mançester Yunayted” komandasının danimarkalı sağ vingeri Patrik Dorqu zədə səbəbindən uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, tibbi müayinə zamanı futbolçunun bud nahiyəsindən zədə aldığı məlum olub.
21 yaşlı oyunçu təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, İngiltərə Premyer Liqasının 23-cü turunda keçirilmiş “Arsenal”la (3:2) matçda zədələnib. Dorqu həmin görüşdə qol müəllifi olub.
“Mançester Yunayted” Dorqunu 2025-ci ilin fevralında 30 milyon avroya İtaliyanın “Leççe” klubundan transfer edib. O, cari mövsümdə bütün turnirlərdə 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Dorqunun MY karyerası bütövlükdə 44 oyun, 3 qol və 4 assistdən ibarətdir. Vingerin İngiltərə klubu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləsi var.
Patrik Dorqu Danimarkanın “Nordsyelland” klubunun yetirməsidir. O, İtaliyada “Leççe”nin də formasını geyinib.
Əslən Nigeriyadan olan Dorqu Danimarkanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2024-cü ilin sentyabrında bu ölkənin əsas millisində debüt edib. O, Danimarka yığmasında 12 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
Türkiyənin “Beşiktaş” komandasının hücumçusu Temmi Abraham bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
“Beşiktaş” bu transferdən 21 milyon avro gəlir əldə edib. Abraham İngiltərə klubu ilə 2030-cu ilin 30 iyununadək müqavilə bağlayıb.
Xatırladaq ki, “Beşiktaş” Temmi Abrahamı 2025-ci ilin yayında İtaliyanın “Roma” klubundan icarəyə götürmüşdü. Türkiyə klubu bir mövsümlük icarə üçün “canavarlar”a 2 milyon avro ödəmişdi. Bu ilin əvvəlində isə İtaliya klubuna daha 13 milyon avro ödəmiş “Beşiktaş” Abrahamın transfer hüquqlarına da yiyələnmişdi.
Temmi Abraham “Beşiktaş”ın heyətində 26 oyun keçirib, 13 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Temmi “Çelsi”nin yetirməsidir. “Bristol Siti”, “Suonsi Siti”, “Aston Villa”, “Roma”, “Milan”, “Aston Villa” kimi klublarda da oynamış hücumçu 2017-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasında da 11 matç keçirib, 3 qol vurub, 1 assist edib.
“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinə yekun vurulacaq.
Arena.az xəbər verir ki, ÇL-in Liqa mərhələsinin sonuncu – 8-ci turunun bütün qarşılaşmaları eyni vaxtda start götürəcək.
Türkiyə çempionu “Qalatasaray” səfərdə İngiltərə nəhəngi “Mançester Siti”nin qonağı olacaq. İspaniya nəhəngi “Real” Portuqaliyada “Benfika”nın, “Yuventus” isə Fransada “Monako”nun qonağı olacaq.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 8-ci tur 28 yanvar
Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 18-ci tur çərçivəsində “Aluminium Arak”la qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşdə minimal hesabla qalib gəliblər – 1:0. Qələbə qolunu 90+2-ci dəqiqədə Reqi Luşkya vurub.
“Traktor” cari mövsümdə qazandığı 32 xalla 16 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 18 oyunda 8 qələbə qazanıb, 8 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Sepahan”la qarşılaşacaq. Bu oyun fevralın 1-də evdə baş tutacaq.
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində sonuncu oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 8-ci turu çərçivəsində İngiltərə nəhəngi “Liverpul”la üz-üzə gələcək.
Sözügedən komandalar arasındakı oyun Liverpuldakı “Enfild Roud” stadionunda baş tutacaq. Görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Krujlyak olacaq. Ona yan xətt hakimləri Branislav Hançko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.
Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu çıxışı ilə diqqət çəkir. Ağdam klubu əsas mərhələdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 (səfərdə), Danimarka nəhəngi “Kopenhagen”ə 2:0 (evdə) və Almaniyanın “Ayntraxt” komandasına 3:2 (evdə) qalib gəlib, “Çelsi” (İngiltərə) ilə sülh bağlayıb – evdə 2:2. Komandamız İspaniya təmsilçisi “Atletik”ə 1:3, “Napoli”yə (İtaliya) 0:2, “Ayaks”a (Niderland) 2:4 hesabıyla uduzub.
“Liverpul” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 7 oyunun 5-də qalib gəlib, 2-də məğlub olub. İngiltərə çempionu hazırda 15 xalla 4-cü sırada qərarlaşıb. “Qarabağ” isə 10 xalla 18-ci pillədə yer alıb. Təmsilçimiz bu oyunda ən azı uduzmasa, pley-offa vəsiqəni təmin etmiş olacaq. İngiltərə çempionu isə ilk 8 komanda sırasında yer almaq üçün qalib gəlməyi hədəfləyib. Bu komandalar heç-heçə və ya məğlubiyyət halında da istəklərinə çata bilərlər. Amma tərəflər işi şansa buraxmamaq üçün mütləq qələbə və heç-heçə üçün çalışacaqlar.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 8-ci tur 28 yanvar
00:00. “Liverpul” – “Qarabağ” Baş hakim: İvan Krujlyak. Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor Dördüncü hakim: Peter Kraloviç (Hamısı Slovakiya). VAR: Pol van Bokel (Niderland). AVAR: Yan Boterberq (Belçika). Liverpul. “Enfild Roud” stadionu.
Bu gün futbol üzrə İtaliya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin sonuncu oyunu keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Fiorentina” doğma meydanda “Komo” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda Florensiya təmsilçisi məğlub olaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, “Komo”dan öncə “Yuventus”, “Atalanta”, “Napoli”, “İnter”, “Bolonya”, “Latsio” və “Torino” da İtaliya Kubokunda 1/4 finala vəsiqə qazanmışdılar.
Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 16-cı turundan təxirə salınmış oyunlar keçirilib.
Arena.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
“Verder” doğma meydanda “Hoffenhaym”a 2 cavabsız qolla uduzub. İki qolun qeydə alındığı “Sankt Pauli” – “Leypsiq” matçında isə qalib müəyyənləşməyib.
Beləliklə, geridə qalmış 19 turdan sonra “Bayern” 50 xalla vahid liderdir. Dortmund “Borussiya”sı 42 xalla ikinci pillədə qərarlaşıb. “Hoffenhaym”ın 39, “Leypsiq” və “Ştutqart”ın 36, “Bayer”in 32 xalı var.
Almaniya, Bundesliqa 16-cı tur 27 yanvar
Verder – Hoffenhaym 0:2 Qollar: Prass, 44. Promel, 54.
Sankt Pauli – Leypsiq 1:1 Qollar: Kaars, 90+3-pen – Dyomande, 66.
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç UEFA Çempionlar Liqasında “Liverpul”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə çempionları arasındakı qarşılaşma sabah Liverpul şəhərində baş tutacaq.
Marko Yankoviç oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Baş məşqçimizin dediyi kimi, biz dünyanın ən gözəl stadionlarından birində və güclü komandaya qarşı oynayacağıq. Bu, bizim üçün bir şərəfdir və burada olduğumuza görə xoşbəxtik. Sabah isə yaxşı bir oyun göstərməyi ümid edirik. Təbii ki, qarşı tərəfə hörmətimiz var. Onlar evdə çıxış edirlər, biz isə qonağıq. Sabahkı matçda uğurlu nəticəyə ümid edirik”.
Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında “Liverpul”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə çempionları arasındakı qarşılaşma sabah Liverpul şəhərində baş tutacaq.
Qurban Qurbanov oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çempionlar Liqasının Liqa mərhələsində son oyunumuza çıxacağıq, bu matça hazırlaşırıq. Çox möhtəşəm stadionda, möhtəşəm azarkeşləri, özünəxas oyunu olan bir komanda ilə qarşılaşacağıq. Daim bu komandada olan futbolçular həmişə istəkli olublar. Çox istəyirik ki, burada yaxşı oyun nümayiş etdirək, yaxşı mübarizə aparaq. Futbolçularıma inanıram. Sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlarına inanıram. Sonadək yaxşı, intizamlı oyun göstərməyə çalışacağıq. Biz elə bir stadionda, elə bir komandaya qarşı oynayırıq ki, özümüzü sırf bu matça kökləməliyik. Rəqibi analiz etmişik. Onlar il ərzində bu səviyyədə ən azı 50-60 matç keçirirlər. İnanmıram ki, boşluqlar versinlər. Öz hazırlaşdığımız, düşündüyümüz kimi hücumlar qurmağa çalışacağıq. Topla intizamlı davranmaq çox vacibdir”.
“Milan”ın məzunu, “Atalanta”nın hücumameyilli yarımmüdafiəçisi Daniel Maldini bundan sonra “Latsio”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
Sözügedən klub 25 yaşlı italyan futbolçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. “Latsio” Danielin yarım mövsümlük icarəsi üçün Berqamo təmsilçisinə 1 milyon avro ödəyib.
Xatırladaq ki, Daniel Maldini “Milan”ın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Montsa”, “Spetsiya” və “Empoli”də də çıxış edib. “Atalanta” Maldinini 2025-ci ilin əvvəlindən “Montsa”dan 13 milyon avro müqabilində heyətinə qatmışdı. Onun bu klubla müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvədədir.
Maldini “Atalanta” üçün 22 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Daniel Maldini İtaliyanın U-18, U-19 və U-20 yığmalarında oynayıb, əsas yığmada isə 2024-cü il oktyabrın 14-də debüt edib. Maldini millidə 6 oyun keçirib, fərqlənə bilməyib.
Daniel Maldininin qənimətlər muzeyində “Milan”la İtaliya A Seriyası çempionluğu (2021/2022) var.
“Transfermarkt” internet-portalı 24 yaşlı italyan yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Daniel Maldini “Milan”ın əfsanəvi futbolçusu Paulo Maldininin oğludur.
“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında (ÇL) “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandalar sabah ÇL-in Liqa mərhələsinin 8-ci turu çərçivəsində İngiltərədə üz-üzə gələcəklər.
Arne Slot bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“UEFA Çempionlar Liqasının Liqa mərhələsini ilk “dördlük”də bitirməyi planlaşdırırıq. “Qarabağ”a qarşı yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. “Bornmut”a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim.
“Qarabağ”ın heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. “Qarabağ” öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta, “Qarabağ” bu mövsüm Çempionlar Liqasında “Çelsi”yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm UEFA Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub”.
Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
“Liverpul”un müdafiəçisi Ceremi Frimponq UEFA Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandalar sabah ÇL-in Liqa mərhələsinin 8-ci turu çərçivəsində İngiltərədə üz-üzə gələcəklər.
Ceremi Frimponq bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında Azərbaycan çempionunun onun üçün tanış komanda olduğunu bildirib:
“Almaniyanın “Bayer” klubunda oynayarkən “Qarabağ”a qarşı çıxış etmişdim. Həqiqətən çox yaxşı mübarizə aparmışdılar. Lakin son dəqiqələrdə vurduğumuz qollarla qalib gəlmişdik. “Qarabağ” tam olaraq UEFA Çempionlar Liqası səviyyəsinə uyğun komandadır. Sabah bizi çox çətin matç gözləyir. Buna görə qarşılaşmaya yaxşı hazırlaşmalıyıq və əlimizdən gələnin ən yaxşısını etməliyik”.
Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Yunanıstan millisinin və İtaliyanın “Latsio” komandasının qapıçısı Xristos Mandas bundan sonra “Bornmut”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
24 yaşlı qolkiper cari mövsümün sonuna qədər icarə əsasında Premyer Liqa təmsilçisinin formasını geyinəcək. İngiltərə klubu yarım mövsümlük icarə üçün “Latsio”ya 1,5 milyon avro ödəyib. “Bornmut” mövsümün sonunda Mandasın transfer hüquqlarını almaq hüququna da malikdir.
Xatırladaq ki, “Latsio” Mandası 2023-cü ildə Yunanıstanın “OFİ Krete” klubundan 1,3 milyon avro müqabilində transfer etmişdi. O, cari mövsümdə paytaxt klubunun heyətində cəmi 1 oyunda meydana çıxıb və qapısını toxunulmaz saxlayıb. Mandasın “Latsio” karyerası bütövlükdə 33 oyun, 27 buraxılmış qol və 12 “quru” oyundan ibarətdir. Onun İtaliya kollektivi ilə müqaviləsi 2029-cu ilin 30 iyununa qədər qüvvədədir.
Xristos Mandas peşəkar karyerasına yetirməsi olduğu Yunanıstanın “Atromitos” klubunda başlayıb. O, ölkəsində “OFİ Krete”nin də uğurları üçün çalışıb.
Yunan qolkiper ölkəsinin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında forma geyinib, əsas millidə isə 2 oyun keçirib.
“Transfermarkt” internet-portalı 24 yaşlı qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un sağ cinah müdafiəçisi Abdulla Rzayev Tovuz klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İcarə əsasında bu komandada çıxış edən Abdulla müqavilə ilə məxsus olduğu “Sabah” klubuna qayıdıb.
Xatırladaq ki, “Turan Tovuz” “Sabah”a məxsus olan müdafiəçini cari mövsümün əvvəlində bir illik icarəyə götürmüşdü. Abdulla Tovuz klubunun heyətində cəmi 4 oyuna çıxıb. Böyük ehtimalla, Rzayev az oyun şansı qazandığı üçün “Turan Tovuz”dan ayrılıb.
Abdulla Rzayev karyerası ərzində “Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinib.
Rzayev Azərbaycanın U-21 yığmasında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.