U-17 millimizin Plovdivdəki ilk oyunu heç-heçə bitdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Avropa çempionatının seçmə mərhələsinin 2-ci raunduna start verib.
Arena.az xəbər verir ki, komandamız seçmə mərhələnin 2-ci raundu çərçivəsində ilk oyununa Bolqarıstanın Plovdiv şəhərində çıxıb.
B Liqasının 2-ci qrupunda yer almış millimiz startda yerli komanda ilə qarşılaşıb. “Xristo Botev” stadionunda keçirilmiş görüşü Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edib. Oyun bərabərliklə başa çatıb. Azərbaycan millisinin heyətində Əli Bəşirov 39-cu dəqiqədə penaltidən fərqlənib.
Xatırladaq ki, U-17 yığmamız qrupdakı digər oyunlarını Litva (27 mart) və Maltanın (30 mart) müvafiq yaş qrupundan ibarət komandalarına qarşı keçirəcək.
Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 2-ci qrup
24 mart
Bolqarıstan – Azərbaycan 1:1
Baş hakim: Mateo Tozan (Sloveniya).
Baş hakimin köməkçiləri: Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya).
Dördüncü hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya).
Plovdiv, “Xristo Botev” stadionu.
