Normal view

Today — 29 October 2025Main stream

“Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq”

29 October 2025 at 22:22

“Abşeron Lions” komandası Avropa turnirlərində qələbə qazanmaq istəyir.

Komanda.az xəbər verir ki, bunu “Abşeron Lions” basketbol klubunun baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis “Neftçi”yə məğlub olduqları FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Neftçi”ni təbrik edirəm. Düşündüyümüz qədər yaxşı oynaya bilmədik. Bəzi oyunçuların performansı istənilən səviyyədə olmadı. Aubri Makalpaynın zədəsi var idi. Oynadı, amma istənilən effekti vermədi. Qediminas Orelik də həmçinin effektiv deyildi. Müdafiədə əvvəldən tanıdığımız rəqibə qarşı yaxşı oyun sərgiləmədik. “Neftçi”nin atışları çox yaxşı alındı. Bizim üçün də onlara çatmaq çətinləşdi. Bundan sonra Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq. Yolumuzdan dönməyəcəyik. Azərbaycanı təmsil edirik və belə turnirdə qalib gəlmək istəyimiz çoxdur. “Neftçi”yə uğurlar arzu edirəm”.

Qeyd edək ki, “Abşeron Lions” – “Neftçi” matçı “ağ-qaralar”ın 104:86 hesablı qələbəsi ilə bitib.

The post “Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq” appeared first on Komanda.az.

“Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb

29 October 2025 at 22:00

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun oyununa indiyədək 22 500 bilet satılıb.

Bu barədə Komanda.az-a Ağdam klubundan məlumat verilib.

“Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

The post “Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb appeared first on Komanda.az.

Azərbaycan Kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi

29 October 2025 at 21:40

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin bütün cütləri bəlli olub.

Komanda.az xəbər verir ki, buna 2-ci təsnifat mərhələsinin oyunlarından sonra aydınlıq gəlib.

1/8 final qarşılaşmaları dekabrın 2-3-də keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final

Qəbələ – Şəfa
Şamaxı – Baku Sportinq
Araz-Naxçıvan – Kəpəz
Qarabağ – Karvan-Yevlax
İmişli – Sabah
Zirə – Neftçi
Şahdağ Qusar – Turan Tovuz
Difai – Sumqayıt

The post Azərbaycan Kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi appeared first on Komanda.az.

FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi

29 October 2025 at 21:21

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları – “Abşeron Lions” və “Neftçi” üz-üzə gəliblər.

Komanda.az xəbər verir ki, I qrupunun matçında “ağ-qaralar” 104:86 hesablı qələbəyə sevinib.

Görüş Bakı İdman Sarayında keçirilib.

“Abşeron Lions” qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi “Trefl”ə (96:99) və Estoniyanın “Kalev” komandasına (85:93) məğlub olub. “Neftçi” isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.

The post FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi appeared first on Komanda.az.

“Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır

29 October 2025 at 20:30

“Qarabağ”ın Premyer Liqada “İmişli” ilə keçirəcəyi oyunun biletləri sabah satışa çıxacaq.

Komanda.az Ağdam klubuna istinadən xəbər veirir ki, 10-cu turun oyunu üçün biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq

Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Sözügedən qarşılaşma oktyabrın 31-də keçiriləcək.

The post “Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır appeared first on Komanda.az.

Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb

29 October 2025 at 20:00

Gənclər və idman naziri Fərid Qayıbovun Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) rəhbərliyi və baş məşqçilərin iştirakıyla görüşü baş tutub.

Komanda.az xəbər verir ki, nazir federasiyanın yeni ofisi ilə tanış olub.

Öncə federasiya rəhbərliyi nazirə ASF-nin fəaliyyəti və planları barədə məlumat verib. Daha sonra idman direktoru və baş məşqçilər milli komanda üzvlərinin hazırlığı və gələcək yarışlar haqqında danışıb. Görüşdə qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarına hazırlıq və üzgüçülərimizin bu yarışda iştirakı da müzakirə edilib.

Görüşdə ASF-nin prezidenti Zaur Əliyev, vitse-prezidentləri Xaliq İldırımzadə və Ümid Abuzərli, İcraiyyə Komitəsinin üzvü Ruslan Ələkbərov, baş katib Oqtay Atayev, idman direktoru Pyer Ləfonten, ASF-nin müşaviri Rəşad Ədbürrəhmanov, həmçinin üzgüçülük, bədii üzgüçülük və suya tullanma üzrə milli komandaların baş məşqçiləri müvafiq olaraq Luka Qabrilo, Anton Melnikov və Oksana Pismenna əməkdaşları iştirak edib.

Həmçinin ASF-nin prezidenti Zaur Əliyev su polosu üzrə yeni təyin edilmiş baş məşqçi Qoran Sabliçi gənclər və idman nazirinə təqdim edib. Azərbaycan Üzgüçülük Federasiyasının dəvətilə gəlmiş Q.Sabliç artıq vaterpolonun ölkəmizdə inkişafı naminə çalışacaq.

Otuz ildən artıq beynəlxalq təcrübəyə malik olan Qoran Sabliç bu illər ərzində Xorvatiya, İran, Türkiyə, Küveyt, Yaponiya, Braziliya, Səudiyyə Ərəbistanı, Fransa, Yeni Zelandiya, Zimbabve və İsveçrə kimi ölkələrdə çalışıb.

Karyerasına vaterpolo üzrə dünyanın ən güclü məktəblərindən biri sayılan vətəni Xorvatiyada başlamış məşqçi yüzlərlə gənc idmançının beynəlxalq arenada yetişməsinə töhfə verib.

Nazir yeni baş məşqçini təyinatı münasibətilə təbrik edib, milli komanda ilə gələcək fəaliyyətində uğurlar arzu edib.

Qeyd edək ki, oktyabr ayında ASF tərəfindən cəlb edilmiş isveçrəli mütəxəssis Luka Qabrilo üzgüçülük üzrə milli komandanın baş məşqçisi təyin edilib.

The post Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb appeared first on Komanda.az.

Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər

29 October 2025 at 19:29

Azərbaycanın cüdo üzrə milli komandaları 6-cı İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

Komanda.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən təlim-məşq toplanışında yığmamızla yanaşı Türkiyə, Serbiya, Avstriya, Almaniya və Çexiya cüdoçuları da iştirak edirlər.

İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları 8–10 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. U-23 Avropa çempionatı isə 31 oktyabr – 1 noyabr tarixlərində Moldovanın paytaxtı Kişineuda baş tutacaq.

The post Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər appeared first on Komanda.az.

“Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi”

29 October 2025 at 19:00

“Qəbələ”nin baş məşqçisii Kaxaber Tsxadadze Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Mingəçevir”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 5:1 hesablı qələbəyə sevindikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Komandamı təbrik edirəm. Üç gündən sonra növbəti oyuna çıxacağıq. Futbolçularımız yaxşı təsir bağışladılar. Oyuna tam konsentrasiya olduq. Bu, mənim üçün çox vacib idi. Bütün qollarımız düzgün qurulmuş kombinasiyalı hücumların nəticəsində vuruldu. Sonradan meydana daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. İndi isə artıq çempionatda növbəti oyunumuza hazırlaşmalıyıq”.

The post “Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi” appeared first on Komanda.az.

“Barselona” “Real”dan beş yox, cəmi iki xal geri qalır”

29 October 2025 at 18:28

“Barselona”nın sabiq prezidenti Xuan Qaspar İspaniya La Liqasının 10 turundan sonra “Real”la aradakı xal fərqi barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Qaspar AS nəşrinə verdiyi açıqlamada “Barselona”nın Madrid təmsilçisindən beş yox, cəmi iki xal geri qaldığını bildirib:

“Çempionluq uğrunda rəqabət yalnız növbəti “el klasiko”dan sonra daha aydın görünəcək. La Liqada qalib gəlməyi düşünürüksə, vəziyyət yalnız “Barselona”nın stadionunda keçiriləcək matçdan sonra müəyyənləşəcək”.

“Real” oktyabrın 26-da doğma meydanda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Madrid təmsilçisi 27 xalla turnir cədvəlində lider mövqedə, “Barsa” isə 22 xalla 2-ci pillədə qərarlaşıb.

The post “Barselona” “Real”dan beş yox, cəmi iki xal geri qalır” appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin futbolçusu “Tottenhem”ə keçə bilər

29 October 2025 at 18:00

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin yenidən İngiltərəyə dönə biləcəyi barədə xəbərlər getdikcə çoxalır.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya “Tottenhem” ciddi şəkildə maraq göstərir.

Bildirilir ki, Maktominey özü də yaxın gələcəkdə İngiltərəyə qayıtmaq istəyir və bu səbəbdən, transferin baş tutma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.

Şotlandiyalı futbolçu “Napoli”yə 2024-cü ilin yayında, “Mançester Yunayted”dən keçmişdi. O, İtaliyadakı debüt mövsümündə parlaq çıxış edərək, Antonio Kontenin rəhbərliyi altında komandanın A Seriyasını qazanmasına mühüm töhfə verib və mövsümün ən yaxşı oyunçusu seçilib.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin futbolçusu “Tottenhem”ə keçə bilər appeared first on Komanda.az.

“Barselona” daha bir futbolçusunu itirdi

29 October 2025 at 17:46

“Barselona”nın futbolçusu Pedri sol budundan zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçunun bərpa prosesi və komandaya qoşulacağı vaxt barədə məlumat verilməyib.

Yarımmüdafiəçi baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında 72 matçda meydana çıxıb. O, cari mövsümdə 13 matçda start heyətində yer alıb və 2 qol vurub.

The post “Barselona” daha bir futbolçusunu itirdi appeared first on Komanda.az.

AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu

29 October 2025 at 17:27

31 oktyabr – 1 noyabr aralığında Moldovanın paytaxtı Kişineuda keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.

Komanda.az xəbər verir ki, ölkəmiz bu yarışda millinin böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi 60 kq), İslam Rəhimov (66 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Aslan Kotsoyev (hər ikisi 90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, qitə birinciliyində 38 ölkədən 314 idmançı medallar uğrunda mübarizə aparacaq.

The post AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu appeared first on Komanda.az.

“Asan qələbə qazandığımızı düşünmürəm” – “Sumqayıt”ın baş məşqçisi

29 October 2025 at 16:59

“Sumqayıt” Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Zaqatala”ya qarşı keçirilən oyunda gənc futbolçulara daha çox şans verib.

Komanda.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, maraqlı qarşılaşmaya şahidlik etdiklərini deyib:

“Maraqlı görüş oldu. Əsas məqsədimiz daha az forma şansı qazanan futbolçuları oynatmaq idi. Xüsusilə, ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək, digər oyunçulara tonusda qalmaları üçün şans yaratdıq. Hesab 3:0 olsa da, asan qələbə qazandığımızı düşünmürəm. Lakin istənilən halda, növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya növbəti oyunlarda uğurlar arzu edirik”.

“Sumqayıt” 1/8 finalda 1-ci Liqa təmsilçisi “Difai” ilə qarşılaşacaq.

The post “Asan qələbə qazandığımızı düşünmürəm” – “Sumqayıt”ın baş məşqçisi appeared first on Komanda.az.

PSJ “Barselona”nın 18 yaşlı futbolçusunu istəyir

29 October 2025 at 16:51

“Barselona”nın 18 yaşlı futbolçusu Xuan Hernandes PSJ-nin marağına səbəb olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı oyunçunun müqaviləsində 6 milyon avroluq sərbəstqalma bəndi var, lakin Fransa klubu onu gələn yay pulsuz transfer edə bilər. Hernandesin Kataloniya klubu ilə hazırkı müqaviləsi mövsümün sonunda bitir. Tərəflər müqavilənin uzadılmasını müzakirə edirlər, lakin hələlik şərtlər haqda razılığa gəlməyiblər.

Futbolçu heyətdə bir neçə dəfə yer almasına baxmayaraq, hələ də “Barselona”nın əsas komandasında debüt etməyib. O, İspaniyanın gənclər komandasında 6 oyun keçirib və 1 qol vurub.

The post PSJ “Barselona”nın 18 yaşlı futbolçusunu istəyir appeared first on Komanda.az.

“Mançester Siti” Rodri ilə danışıqlara başlayıb

29 October 2025 at 16:34

“Mançester Siti” rəhbərliyi yarımmüdafiəçi Rodri Hernandeslə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” artıq ispaniyalı futbolçu ilə danışıqlara başlayıb və tərəflərin ilin sonunadək razılığa gələcəyi gözlənilir.

Bildirilir ki, Rodrinin vəziyyəti ilə PSJ və “Real” yaxından maraqlanır.

29 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Mançester Siti”də çıxış edir. O, cari mövsümdə komandanın heyətində 7 oyunda iştirak edib.

Rodri 2024-cü ildə “qızıl top” mükafatına layiq görülmüşdü.

The post “Mançester Siti” Rodri ilə danışıqlara başlayıb appeared first on Komanda.az.

“Real”da bəzi oyunçular Alonsodan narazıdır

29 October 2025 at 16:15

“Real”da baş məşqçi Xabi Alonsonun gətirdiyi dəyişikliklər bəzi oyunçular arasında narazılıq yaradıb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis komandaya gəldikdə, oyunçuların paltardəyişmə otağında bir çox pis vərdişlərin olduğunu görüb.

İspaniyalı çalışdırıcının ilk mesajlarından biri belə olub ki, onun rəhbərliyi altında hər kəs top rəqibdə olduqda daha çox qaçmalı və işləməlidir, əks halda, heç kimin əsas heyətdə yeri təmin edilməyəcək.

O, kapitanlar və daha yaşlı oyunçularla birlikdə yeni qaydalar toplusunu hazırlayıb. Bura bazaya vaxtında gəlmənin önəmi, məşqlərdə yüksək intizam və əzmkarlıq daxil edilib. Hələlik gecikmələr üçün cərimələr tətbiq olunmayıb.

Alonso daha ciddi nizam-intizam yaratmaq üçün məşqlər, qrup və fərdi videosessiyalar, eləcə də, daha çox profilaktik məşqlər təşkil edib.

Buna baxmayaraq, bəzi oyunçular dəyişikliklərdən narazıdır və özlərinə hörmət edilmədiyini düşünürlər. Onlar hesab edirlər ki, indi meydanda ən yaxşı keyfiyyətlərini göstərmək üçün az azadlıqları qalıb.

Bəzi oyunçular çoxlu titullar qazanıblar, amma Alonsonun tələb etdiyi işləri etməyiblər. İndi bu onlara tətbiq olunanda şikayət etməyə başlayıblar. Bu, normaldır, xüsusən də, uzun müddət toxunulmaz hesab olunan oyunçular üçün.

Alonsonun daha ciddi və tələbkar yanaşması əvvəlki baş məşqçi Karlo Ançelottinin üsulları ilə müqayisədə fərqlənir.

The post “Real”da bəzi oyunçular Alonsodan narazıdır appeared first on Komanda.az.

Robinyo türmədəki həyatından danışdı

29 October 2025 at 15:14

“Milan”ın və “Real”ın sabiq hücumçusu Robinyo həbsxanada heç bir imtiyazı olmadığını bildirib.

O, 2024-cü ildə Braziliyada qrup şəklində zorlamada iştirakına görə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi və hazırda “Tremembe” həbsxanasında cəzasını çəkir.

Komanda.az xəbər verir ki, Robinyo bu barədə “Taubate İctimai Şurası” tərəfindən yayımlanan videoda danışıb:

“Mənim qidam, yuxu rejimim – hamısı digər məhbuslarla eynidir. Heç vaxt başqa yemək yeməmişəm, mənə fərqli münasibət göstərilməyib. İş növbəm gəldikdə, digərləri kimi mən də çalışıram. Futbol oynamaq istədiyimiz zaman, işdən boş olan bazar günləri bunu edə bilirik.

Heç vaxt heç bir üstünlük almamışam. Görüşlər həftəsonları təyin edilir. Arvadım tək gəlmirsə, uşaqlarımla birlikdə gəlir. Ziyarət və müalicə hamı üçün eynidir. Liderlik rolu və ya psixoloji problemlərim olduğu barədə yayılan xəbərlər əsassızdır. Mən buna heç vaxt sahib olmamışam və dərman qəbul etməmişəm.

Həbsxana həyatı çətin olsa da, həmişə başım sağlam olub və məhbusların edə biləcəyi hər şeyi edirəm”.

Bildirilir ki, Robinyo həbsxanada qətl və zorakılıq işlərində iştirak etmiş məhbuslar arasında keçirilən futbol oyunlarında məşqçilik edir. Həbsxananın ziyarətçi sayı isə Braziliya millisinin sabiq üzvünü görmək istəyənlər səbəbindən 30 faiz artıb.

The post Robinyo türmədəki həyatından danışdı appeared first on Komanda.az.

“Qarabağ” – “Çelsi” matçının biletləri satışa çıxarıldı

29 October 2025 at 15:03

UEFA Çempionlar Liqasının “Qarabağ” – “Çelsi” oyununun biletləri satışa çıxıb.

Komanda.az xəbər verir ki, satışa bu gün saat 15:00-da start verilib.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız “iTicket.az”-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

The post “Qarabağ” – “Çelsi” matçının biletləri satışa çıxarıldı appeared first on Komanda.az.

Azərbaycan taekvondoçusu dünya çempionatında “bürünc” qazanıb

29 October 2025 at 14:49

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Çinin Uşi şəhərində keçirilən dünya çempionatında medal qazanıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı idmançı turnirdə bürünc mükafata sahib çıxıb.

Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı yarışın yarımfinalında məğlub olub.

Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunur.

The post Azərbaycan taekvondoçusu dünya çempionatında “bürünc” qazanıb appeared first on Komanda.az.

“İllər boyu hakimləri “Barselona” aldatmışdı, “Real” yox” – Sabiq futbolçu

29 October 2025 at 14:47

Fransa millisinin və “Barselona”nın sabiq hücumçusu Kristof Düqarri Kataloniya klubunun vingeri Lamin Yamalın “Real” haqqında açıqlamalarına münasibət bildirib.

“Barselona” oktyabrın 26-da, La Liqanın 10-cu turunda “Real”a 1:2 hesabı ilə məğlub olub. Oyundan əvvəl Yamal Madrid təmsilçisini “aldatma və şikayət etməklə” ittiham etmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu, “Barselona”nın “el klasiko”da çox zəif oynadığını düşünür:

“Düşünürəm ki, “Barselona” çox zəif oynadı, kifayət qədər yaxşı deyildi. Yamal oyunda istədiyi səviyyədə deyildi. Belə şeylər olur, o, 18 yaşındadır, gəncdir. Konsentrasiyasını itirdi, oyundan əvvəl göstəriş edirdi. Ona görə də, nəticə başadüşüləndir. Yamal “Real”ı fırıldaqçılıqda ittiham edirdi, ola bilsin ki, bu doğrudur, amma illər boyu hakimləri “Barselona” aldatmışdı, “Real” yox”.

Düqarri əlavə edib ki, Yamal oyunda geriyə ötürmələr verməklə kifayətlənib və tapşırıqları yerinə yetirə bilməyib, ona yorğun görünüb.

“Barselona” hazırda La Liqada 22 xalla turnir cədvəlində 2-ci, “Real” isə 27 xalla lider mövqedədir.

The post “İllər boyu hakimləri “Barselona” aldatmışdı, “Real” yox” – Sabiq futbolçu appeared first on Komanda.az.

“Tottenhem”in baş məşqçisini sevindirən futbolçu

29 October 2025 at 14:31

“Tottenhem”in baş məşqçisi Tomas Frank müdafiəçi Miki van de Venin bu mövsümkü performansı barədə fikirlərini bölüşüb.

Komanda.az “Spurs Express” qəzetinə istinadən xəbər verir ki, o, niderlandlı futbolçu barədə bunu söyləyib:

“Düşünürəm ki, o, həqiqətən böyüyür və irəliyə doğru böyük addımlar atır. Ümumilikdə, mən ondan çox məmnunam. Düşünürəm ki, o, daha çox liderlik rolunu öz üzərinə götürür. Miki təkcə sürətindən deyil, həm də digər yönlərindən istifadə edərək getdikcə daha yaxşı müdafiə olunur. Mən buna çox sevinirəm”.

24 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 13 oyunda meydana çıxıb və 5 qol vurub.

“Tottenhem” oktyabrın 29-da, İngiltərə kubokunda “Nyukasl”la qarşılaşacaq.

The post “Tottenhem”in baş məşqçisini sevindirən futbolçu appeared first on Komanda.az.

“Düşünmürəm ki, Yamal “Real”ı təhqir etmək niyyətində olub”

29 October 2025 at 14:13

“Piza”nın müdafiəçisi Raul Albiol “Barselona”nın vingeri Lamin Yamal haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun hələ çox gənc olduğunu deyib:

“Yamal çox gəncdir, hələ öyrənməli olduğu çox şey var və bu normaldır. Müəyyən açıqlamalar verərkən səhv edə bilər. Bu, bəzən hər kəsin başına gəlir. Keçən mövsüm fantastik oyunlar keçirdi, dünyanın ən yaxşılarından biri oldu, ona görə də bütün dünya onu izləyir. Amma onun cəmi 18 yaşı var və düşünürəm ki, onu tək qoymaq lazımdır. Əlbəttə ki, o, səhv hərəkət edib, amma düşünmürəm ki, o, “Real”ı təhqir etmək niyyətində olub”.

Yamal “el klasiko”dan bir neçə gün əvvəl “Real”ın daim fırıldaqçılıq və şikayət etdiyini iddia edib.

Madrid klubunun “Barselona” ilə qarşılaşması 2:1 hesabı ilə nəticələnib. Kataloniya klubu La Liqanın turnir cədvəlində “Real”dan beş xal geridədir.

Albiol 2009-2013-cü illərdə “Real”ın heyətində çıxış edib.

The post “Düşünmürəm ki, Yamal “Real”ı təhqir etmək niyyətində olub” appeared first on Komanda.az.

Mahir Emrelinin “xəyanət”i

29 October 2025 at 14:05

Almaniyanın “Kayzerslautern” klubunda uzun zamandır meydana çıxmayan Mahir Emreli yenidən gündəmə gəlib.

Komanda.az xəbər verir ki, son 6 matçda adı iştirak ərizəsinə salınmayan hücumçu komandasının ötən turda buraxdığı qolu sosial şəbəkədə bəyənməklə etirazlara səbəb olub. “Kayzerslautern” Mahirin sabiq komandası “Nürnberq”lə 1:1 hesablı heç-heçə edib.

Emreli keçmiş komanda yoldaşı Robin Knoxun penaltidən vurduğu qolla bağlı paylaşımına “like” qoyub. Bununla da azarkeşlərin etiraz hədəfinə çevrilən Azərbaycan millisinin üzvü sosial mediada tənqid edilib.

The post Mahir Emrelinin “xəyanət”i appeared first on Komanda.az.

AFFA rəsmisi Çempionlar Liqası matçına təyinat alıb

29 October 2025 at 13:51

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib.

Bu barədə Komanda.az-a qurumun mətbuat xidmətindən bildirilib.

O, UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən “Eagles Nest Stadium”da baş tutacaq.

The post AFFA rəsmisi Çempionlar Liqası matçına təyinat alıb appeared first on Komanda.az.

“Barselona” 7-8 milyon avro gəlir əldə edə bilər – Yoxlama oyunundan

29 October 2025 at 13:45

“Barselona” yaxın gələcəkdə Peru da daxil olmaqla, Cənubi Amerikada yoxlama oyunu keçirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Kataloniya klubunun nümayəndələri qarşıdakı matçın təşkili üzrə danışıqlar aparırlar. Tərəflər razılığa gəlsələr, “Barselona” bu oyundan təxminən 7–8 milyon avro gəlir əldə edəcək.

“Barselona” sonuncu matçını La Liqanın 10-cu turunda “Real”a qarşı keçirib və 1:2 hesabı ilə məğlub olub. Komanda hazırda 22 xalla turnir cədvəlində 2-ci, “Real” isə 27 xalla lider mövqedədir.

The post “Barselona” 7-8 milyon avro gəlir əldə edə bilər – Yoxlama oyunundan appeared first on Komanda.az.

Klyuvert sürücülük hüququndan məhrum edilib

29 October 2025 at 13:19

“Bornmut”un hücumçusu Castin Klyuvert sürət həddini aşdığı üçün sürücülük hüququndan məhrum edilib.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

26 yaşlı futbolçu son üç ay ərzində iki dəfə eyni qayda pozuntusuna yol verib və nəticədə inzibati cəza alıb.

Klyuvert məşhur sabiq futbolçu Patrik Klyuvertin oğludur.

Niderlandlı forvard cari mövsümdə Premyer Liqada 8 oyunda meydana çıxıb, 1 qol vurub. Onun komandası mövsümə uğurlu start verib və 9 turdan sonra 18 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

The post Klyuvert sürücülük hüququndan məhrum edilib appeared first on Komanda.az.

Totti: “Spalettinin təyinatı “Yuventus” üçün əla addım olar”

29 October 2025 at 11:47

“Roma”nın sabiq futbolçusu Françesko Totti italiyalı mütəxəssis Luçano Spalettinin “Yuventus”a baş məşqçi təyin olunması ehtimalı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun Turin klubu üçün yaxşı bir anlaşma ola biləcəyini söyləyib:

“Eşitdiyimə görə, Spaletti “Yuventus”a namizədlərdən biridir. Onun təyinatı klub üçün əla addım olar. Spaletti əla mütəxəssisdir və həmişə mümkün olan ən yüksək nəticələrə can atır. Bu, klub üçün yaxşı bir razılaşma olardı”.

Bu həftənin əvvəlində İqor Tudor “Yuventus”un baş məşqçisi vəzifəsindən azad edilib. Turin klubu A Seriyasında 8 oyundan sonra 8-ci yerdədir.

The post Totti: “Spalettinin təyinatı “Yuventus” üçün əla addım olar” appeared first on Komanda.az.

Flik “Barselona”nın əsas problemini açıqladı

29 October 2025 at 11:32

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın bu mövsümdə əvvəlki qədər uğurlu olmamasının səbəbini açıqlayıb.

Oktyabrın 26-da keçirilən “el klasiko”da “Real”a 1:2 hesabı ilə məğlub olan kataloniyalılar turnir cədvəlində Madrid təmsilçisindən artıq 5 xal geri qalırlar.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı “Barselona”nın əsas probleminin rəqib qapısı qarşısında səmərəsiz olmasını hesab edir. O, komandasının yaradılan imkanlardan yetərincə istifadə etmədiyini vurğulayıb.

“Barselona” ötən mövsüm La Liqanı, ölkə kubokunu və İspaniya superkubokunu qazanmış, həmçinin, UEFA Çempionlar Liqasının yarımfinalına qədər irəliləmişdi.

Kataloniya təmsilçisi növbəti matçını noyabrın 2-də, doğma meydanda “Elçe”yə qarşı keçirəcək.

The post Flik “Barselona”nın əsas problemini açıqladı appeared first on Komanda.az.

“Sumqayıt” ötən ay yeni müqavilə bağladığı oyunçu ilə yollarını ayırıb

29 October 2025 at 11:22

“Sumqayıt” klubu basketbolçusu İsmayıl Əliyevlə yollarını ayırıb.

Bu barədə Komanda.az-a “gənclik şəhəri” təmsilçisindən məlumat verilib.

Oyunçunun sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

“Sumqayıt” ötən ay İsmayıl Əliyevlə daha bir mövsümlük müqavilə bağlamışdı.

The post “Sumqayıt” ötən ay yeni müqavilə bağladığı oyunçu ilə yollarını ayırıb appeared first on Komanda.az.

“Real”dan Vinisiusa ultimatum

29 October 2025 at 11:06

“Real”ın vingeri Vinisius Juniorun gələcəyi İspaniya futbolunun ən çox müzakirə olunan mövzularından biri olaraq qalır.

Braziliyalı futbolçu “Barselona” ilə qarşılaşmada (2:1) 72-ci dəqiqədə əvəzlənərkən baş məşqçi Xabi Alonsonun qərarına əsəbi reaksiya göstərib və bu davranış “kral klubu”nun rəhbərliyini ciddi şəkildə məyus edib.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Real” rəhbərliyi Vinisiusa açıq şəkildə ultimatum verib: O, yaxın vaxtlarda yeni müqavilə imzalamasa, oyun müddəti ciddi şəkildə azaldıla bilər.

Klub rəhbərliyi həmçinin, 2026-cı ildə Vinisiusu satmaq variantını nəzərdən keçirir. Tərəflər razılığa gəlməsə, onun 2027-ci ildə azad agent kimi komandadan ayrılması ehtimalı da istisna edilmir.

“Real” artıq Vinisiusa xəbərdarlıq edib. Rəhbərlik meydandakı qəzəbli reaksiyanın təkrarlanmasına dözməyəcək.

The post “Real”dan Vinisiusa ultimatum appeared first on Komanda.az.

“Yuventus” bu gün yeni baş məşqçisini elan edə bilər

29 October 2025 at 10:55

“Yuventus” yaxın vaxtlarda baş məşqçi postuna Luçano Spallettinin təyin olunduğunu rəsmən elan edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 66 yaşlı mütəxəssislə razılığa gəlib və müqavilənin bu gün rəsmiləşdirilməsi gözlənilir.

Spalletti ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub, ancaq komanda UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, anlaşmanın müddəti 2027-ci ilin yayına qədər uzadılacaq. İtaliyalı çalışdırıcı ilk məşqini sabah keçirəcək.

Komandanın Spallettinin rəhbərliyi altında ilk oyunu noyabrın 1-də baş tutacaq və rəqib “Kremoneze” olacaq. “Yuventus”un əvvəlki baş məşqçisi İqor Tudor uğursuz nəticələr səbəbindən bir neçə gün öncə istefaya göndərilmişdi.

The post “Yuventus” bu gün yeni baş məşqçisini elan edə bilər appeared first on Komanda.az.

AFFA-nın danışıq apardığı futbolçu Rusiya millisinə dəvət alıb

29 October 2025 at 10:46

“Dinamo”da (Moskva) çıxış edən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyanın gənclərdən ibarət millisinə dəvət alıb.

Komanda.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.

O, yığmanın 38 oyunçudan ibarət geniş heyətində yer alıb.

Rusiya millisi noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq İran, Qırğızıstan və Bəhreynin U-23 komandası ilə üz-üzə gələcək.

AFFA Ülvi Babayevin Azərbaycan millisinə cəlb olunması üçün danışıqlar aparır.

The post AFFA-nın danışıq apardığı futbolçu Rusiya millisinə dəvət alıb appeared first on Komanda.az.

Minifutbol: Azərbaycan çempionatında yeni mövsüm başlayıb

29 October 2025 at 10:29

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, ilk günündə 4 oyun keçirilib.

“Aznur” “Star Bakı”ya heç bir şans verməyib – 18:2. “Atəşgah Suraxanı” “Lənkəran”ı (5:4), “DİN İdman Cəmiyyəti” “Bakı 145″i (5:3) məğlub edib. “Sumqayıt” – “Buxar” duelində isə qalib müəyyənləşməyib – 2:2.

Birinci turun növbəti 4 oyunu bu gün baş tutacaq.

The post Minifutbol: Azərbaycan çempionatında yeni mövsüm başlayıb appeared first on Komanda.az.

“Aston Villa” “Tottenhem”in təklifini rədd edib

29 October 2025 at 10:27

“Tottenhem” yay transfer pəncərəsi zamanı “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersi heyətinə qatmaq cəhdində uğursuzluğa düçar olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 23 yaşlı futbolçu üçün ağlasığmaz məbləğ ödəməyə hazır olub, ancaq “Aston Villa” rəhbərliyi bu təklifi qəti şəkildə rədd edib.

Birmingem təmsilçisi hazırda Rocerslə yeni müqavilənin şərtləri üzərində fəal şəkildə işləyir. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, ingiltərəli yarımmüdafiəçinin dəyəri 65 milyon avro təşkil edir.

Morqana “Çelsi”, “Liverpul” və “Arsenal” klublarının da maraq göstərdiyi bildirilir.

The post “Aston Villa” “Tottenhem”in təklifini rədd edib appeared first on Komanda.az.

“Özümü əla hiss edirəm” – Bir ilə yaxındır oynamayan futbolçu

29 October 2025 at 10:13

“Arsenal”ın hücumçusu Qabriel Jesus diz zədəsindən sağalması barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu hazırda yaxşı vəziyyətdə olduğunu bildirib:

“Dizim yaxşıdır. Özümü əla hiss edirəm. Meydana qayıtmağı səbirsizliklə gözləyirəm. Uzun müddətdir ki, meydandan kənardayam. Özümə daha çox diqqət yetirəcəm. Mövsümün qalan hissəsində zədəsiz qalmaq istəyirəm”.

Jesus 2025-ci ilin yanvar ayından bəri ön çarpaz bağın yırtılmasından müalicə alır.

“Arsenal” İngiltərə Premyer Liqasının 10 turundan sonra 22 xalla turnir cədvəlinə başçılıq edir.

The post “Özümü əla hiss edirəm” – Bir ilə yaxındır oynamayan futbolçu appeared first on Komanda.az.

“Milan” “Atalanta” ilə bacarmadı

29 October 2025 at 01:52

İtaliya A Seriyasında 9-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Leççe”nin qonağı olan “Napoli” çətin qələbəyə sevinib. “Atalanta” – “Milan” görüşündə isə qalib müəyyənləşməyib.

İtaliya A Seriyası
9-cu tur

28 oktyabr

Leççe – Napoli 0:1
Qol: Anqissa, 69.

Atalanta – Milan 1:1
Qollar: Lukman, 35 – Riççi, 4.

29 oktyabr

21:30. Roma – Parma
21:30. Komo – Verona
21:30. Yuventus – Udineze
23:45. Bolonya – Torino
23:45. Cenoa – Kremoneze
23:45. İnter – Fiorentina

30 oktyabr

21:30. Kalyari – Sassuolo
23:45. Piza – Latsio

The post “Milan” “Atalanta” ilə bacarmadı appeared first on Komanda.az.

“Bayern” də kosovolu hücumçu ilə maraqlanır

29 October 2025 at 00:29

“Hoffenhaym”ın hücumçusu Fisnik Asllani “Bayern”ə keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu 23 yaşlı kosovolu futbolçunu 2026/27 mövsümündən başlayaraq Harri Keynin əvəzedicisi kimi nəzərdən keçirir.

Asllani bu mövsüm “Hoffenhaym”ın heyətində 9 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.

Daha əvvəl Asllani ilə “Barselona”nın maraqlandığı haqda xəbərlər yayılmışdı.

The post “Bayern” də kosovolu hücumçu ilə maraqlanır appeared first on Komanda.az.

Türkiyəli futbolçu Tudorla bağlı paylaşım etdi

28 October 2025 at 23:33

“Yuventus”un futbolçusu Kənan Yıldız komandadan qovulan baş məşqçi İqor Tudora minnətdarlıq edib.

Komanda.az xəbər verir ki, türkiyəli oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Hər şey üçün təşəkkür edirəm, cənab. Gələcəkdə uğurlar arzulayıram”.

Xorvatiyalı mütəxəssis A Seriyasında cari mövsümdə postunu itirən ilk baş məşqçi olub. O, komandanı bu mövsüm 8 oyunda çalışdırıb və sentyabrın 13-dən bəri heç bir turnirdə qələbə qazana bilməyib.

Tudor 2025-ci ilin martında “Yuventus”un “sükanı arxasına” keçmişdi və onun rəhbərliyi altında komanda ötən mövsümü 4-cü pillədə başa vurmuşdu.

The post Türkiyəli futbolçu Tudorla bağlı paylaşım etdi appeared first on Komanda.az.

“Yuventus” “Qarabağ”ın rəqibinin futbolçusunu “qaralayıb”

28 October 2025 at 22:32

“Çelsi”nin müdafiəçisi Malo Qusto karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Calcimercato”-ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçuya “Yuventus” maraq göstərir.

Fransalı oyunçunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. Onun bazar dəyəri 35 milyon avro civarındadır.

Qusto cari mövsümdə “Çelsi”nin heyətində 10 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Yuventus” “Qarabağ”ın rəqibinin futbolçusunu “qaralayıb” appeared first on Komanda.az.

Yesterday — 28 October 2025Main stream

Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar

28 October 2025 at 21:48

Azərbaycanın boccia idman növü üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Komanda.az xəbər verir ki, fərdi yarışda qazaxıstanlı və qırğızıstanlı rəqiblərinə qalib gələn təmsilçilərimiz 5 qızıl və 1 gümüş medala sahib çıxıblar.

Sona Ağayeva (BC2), Günel Rzazadə (BC4), Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2) və Zaur Veysəlov (BC4) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.

Bocciaçılarımız sabah komanda yarışında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan milli komandaları ilə mübarizə aparacaqlar.

The post Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar appeared first on Komanda.az.

“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” – Kaşkilya

28 October 2025 at 21:18

“Qaradağ Lökbatan” şübhəli penalti qərarından sonra hesabı açıb.

Komanda.az xəbər verir ki, bunu “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində qarşılaşdıqları “Qaradağ Lökbatan”la oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, qələbə qazandıqları görüşü şərh edib:

“Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı və matçın əvvələrində iki real qol vəziyyəti yaratdıq. Rəqib isə çox şübhəli penalti qərarından sonra hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı. İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Bir müddət sanki top rəqib qapısına daxil olmaq istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq”.

“Qaradağ Lökbatan” – “İmişli” oyunu bölgə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

The post “Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” – Kaşkilya appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin futbolçusu İtaliyadakı həyatından narazıdır

28 October 2025 at 20:54

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Skott Maktominey İngiltərə Premyer Liqasına qayıtmaq arzusundadır.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

28 yaşlı futbolçu 2024-cü ilin yayında İngiltərəni tərk edərək “Napoli”yə keçib. Ancaq o, Neapolda meydandan kənardakı həyat tərzindən narazıdır və bu səbəbdən geri dönməyi düşünür.

Şotlandiyalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Napoli” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin futbolçusu İtaliyadakı həyatından narazıdır appeared first on Komanda.az.

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

28 October 2025 at 20:18

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədilə 10-cu turda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə 20-ci turda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini istəyib.

Komanda.az xəbər verir ki, “Qarabağ” klubunun rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

Belə ki, 10-cu turda komandalar “Azersun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17:00-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. 20-ci turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.

The post “Qarabağ”ın oyununun yeri dəyişdirildi appeared first on Komanda.az.

Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”

28 October 2025 at 19:51

Azərbaycan Cüdo Federasiyası (ACF) paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla “Şəhər turu” həyata keçirib.

Komanda.az xəbər verir ki, 28 oktyabr – Ümumdünya Cüdo Günü ilə əlaqədar təşkil olunan turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları Cüdo Günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.

Layihə cüdonun dəyərlərini – hörmət, cəsarət və dostluğu daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib. 28 oktyabr həm də cüdonun banisi Ciqoro Kanonun doğum günüdür. Cüdo hər kəsin əsl potensialını ortaya çıxara, özünü kəşf edə biləcəyi sistemdir.

Azərbaycanda cüdoya maraq sürətlə artır. Son illərdə idmançılarımız ən mötəbər arenalarda ölkəmizin bayrağını zirvəyə qaldırıb. Hidayət Heydərov və Zelim Kotsoyev kimi Olimpiya və dünya çempionlarımızın uğurları bütün ölkəyə böyük sevinc bəxş edib.

ACF-nin sistemli fəaliyyəti bu nailiyyətlərin əsasını təşkil edir. Regionlarda cüdonunun əhatə dairəsinin genişləndirilməsi, yeni təlim-məşq mərkəzlərinin istifadəyə verilməsi, məktəblilər üçün maarifləndirici kampaniyalar, məşqçi və hakimlər üçün ixtisasartırma proqramları, eləcə də inklüziv və kütləvilik yönümlü layihələr cüdonun ölkəmizdə davamlı inkişafına xüsusi töhfə verir.

The post Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu” appeared first on Komanda.az.

Türkiyə klubu transfer qadağası ilə üzləşdi

28 October 2025 at 19:19

Türkiyənin “Sivasspor” klubu transfer qadağası ilə üzləşib.

Komanda.az xəbər verir ki, bu barədə FIFA qərar qəbul edib.

1-ci Liqada çıxış edən bölgə təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.

“Sivasspor”da Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik də çıxış edir. Komanda 1-ci Liqada 14 xalla 11-ci pillədə qərarlaşıb.

The post Türkiyə klubu transfer qadağası ilə üzləşdi appeared first on Komanda.az.

Asim Xudiyev Konfrans Liqası oyununda

28 October 2025 at 18:28

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Komanda.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Skopye şəhərində “Todor Proeski” adına milli stadionda baş tutacaq.

The post Asim Xudiyev Konfrans Liqası oyununda appeared first on Komanda.az.

“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”

28 October 2025 at 18:00

“Kəpəz”in baş məşqçisi Azər Bağırov komandasını Misli Premyer Liqasının oyunlarında daha yaxşı vəziyyətdə görmək istəyir.

Komanda.az xəbər verir ki, bunu “sarı-göylər”in baş məşqçisi özü “Ağstafa Gəncləri” komandası ilə Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, kubok matçında əsasən gənc futbolçulara şans verməsinin səbəblərindən danışıb:

“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçlarında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardır. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.

“Kəpəz” – “Ağstafa Gəncləri” oyunu “sarı-göylər”in 6:1 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda “Araz-Naxçıvan”la üz-üzə gələcək.

The post “Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik” appeared first on Komanda.az.

Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb

28 October 2025 at 17:27

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb.

Komanda.az xəbər verir ki, hazırlıq Şamaxıda keçirilir.

Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu milli Şamaxıda noyabrın 6-dək hazırlıq keçəcək. Komanda taktiki-texniki məşqləri Sumqayıtda davam etdirəcək.

Toplanış Almaniyada keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

The post Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb appeared first on Komanda.az.

“Real”ın sabiq futbolçusu Vinisiusu qınadı

28 October 2025 at 16:54

İspaniya çempionatının 10-cu turunun mərkəzi qarşılaşmasında “Real” öz meydanında “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

“Santyaqo Bernabeu”dakı oyunda “kral klubu”nun vingeri Vinisius Junior 72-ci dəqiqədə əvəzlənib və meydanı tərk edərkən narazılığını gizlətməyib.

Komanda.az xəbər verir ki, “Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos, braziliyalı futbolçunun reaksiyasını “Marca” nəşrinə belə şərh edib:

“Əla oyun keçirdiyin vaxt səni əvəzləyəndə, əlbəttə, narazı qalmaq təbiidir. Mənim də belə hallarım olub, amma heç vaxt birbaşa paltardəyişmə otağına getməmişəm. Düşünürəm ki, o, bir az sakitləşəndən sonra anlayacaq. Emosiyalarını cilovlaya bilərdi”.

“Real” qələbə sayəsində turnir cədvəlində xal fərqini “Barselona” ilə 5-ə yüksəldib. Belə ki, madridlilər 27 xalla liderliyini möhkəmləndirib, kataloniyalıların hesabında isə 22 xal var və komanda 2-ci pillədə qərarlaşıb.

The post “Real”ın sabiq futbolçusu Vinisiusu qınadı appeared first on Komanda.az.

“Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq

28 October 2025 at 16:45

UEFA Çempionlar Liqasının 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq.

 Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Satışa oktyabrın 29-da, saat 15:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.

Biletlər yalnız “iTicket.az”-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

The post “Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq appeared first on Komanda.az.

Abubakar “Neftçi”ni uğursuzluq zolağından çıxara bilər? – AÇIQLAMA

28 October 2025 at 16:33

“Neftçi” uzun müddət gözlənilən hücumçu mövqeyinə transferi ötən günlərdə nəhayət, reallaşdırdı. Bir müddət əvvəl adı “ağ-qaralar”la hallanan “Beşiktaş” və “Portu” kimi klublarda çıxış etmiş Kamerun millisinin üzvü Vensan Abubakar paytaxt təmsilçisi ilə müqavilə bağladı.

33 yaşlı futbolçunun debütü Premyer Liqanın son turuna – “Qəbələ” ilə səfər matçına (2:0) təsadüf etdi. Oyuna 70-ci dəqiqədə daxil olan kamerunlu forvard bir dəqiqə sonra məhsuldar ötürmə ilə hesabın açılmasında yaxından iştirak etdi və matçın sonlarına yaxın bir qol vurmağı da bacardı.

“Abubakarın transferi “Neftçi”ni uğursuzluq zolağından çıxara biləcəkmi” sualı ilə “ağ-qaralar”ın sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla əlaqə saxladıq. Sadıqovun Komanda.az-a açıqlaması belə oldu:

“Bilirsiz, mən hesab edirəm ki, bir futbolçu ilə hansısa uğursuzluq zolağından çıxmaq gündəmdə olmamalıdır. Ən vacibi odur ki, bu gün Abubakar da öz çıxışında bildirir ki, biz hamımız bir olsaq, bir nöqtəyə vursaq və bir yerdə çalışsaq, “Neftçi”nin ənənələrini nəzərə alaraq, əvvəlki əzəmətini qaytarmaqla istədiyimizə nail ola bilərik. Buna biz də – “Neftçi” rəhbərliyi, “Neftçi”sevərlər də ümid edirik. Və hamımız ümid edirik ki, tezliklə əzəmətini qaytaran, öz ənənəsinə sadiq olan güclü bir “Neftçi” görəcəyik. Bununla da ancaq və ancaq ümumi futbolumuz udacaq, gələcəkdə də bunun şahidi olacağıq”.

“Neftçi” Azərbaycan Premyer Liqasında 9 turdan sonra 12 xalla 8-ci pillədə yer alır.

Fəxri Rüstəmli

The post Abubakar “Neftçi”ni uğursuzluq zolağından çıxara bilər? – AÇIQLAMA appeared first on Komanda.az.

Messidən DÇ-2026 açıqlaması

28 October 2025 at 16:14

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında iştirak ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az NBC-yə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu qərarını gələn il verəcəyini bildirib:

“Düzünü desəm, dünya çempionatında oynamaq möhtəşəm olardı. Mən yaxşı formada olub Argentina yığmasına faydalı olmağı arzulayıram. Gələn il “İnter Mayami” ilə mövsümöncəsi hazırlığa başlayanda vəziyyəti dəyərləndirəcəm. Özümü yüz faiz hazır hiss etsəm və komandaya xeyrim dəyə bilsə, qərarımı verəcəm”.

Argentina millisi son dünya çempionudur. Komanda Lionel Skaloninin rəhbərliyi altında, 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransa yığmasına qalib gələrək, tarixində üçüncü dəfə dünya çempionu olmuşdu.

The post Messidən DÇ-2026 açıqlaması appeared first on Komanda.az.

“Seltik” “sükan”ı sabiq baş məşqçisinə tapşırmaq istəyir

28 October 2025 at 15:48

“Seltik” baş məşqçi postuna Angelos Postekoqlunu gətirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Klub yaxın vaxtlarda avstraliyalı mütəxəssislə əlaqə saxlayaraq, onun komandaya qayıtmaqda maraqlı olub-olmadığını öyrənmək niyyətindədir. Postekoqlu 2021–2023-cü illər arasında “Seltik”i çalışdırıb və bu müddətdə komandaya bir neçə yerli titul qazandıraraq uğurla idarə edib. O, daha sonra “Tottenhem” və “Nottingem Forest”də işləyib.

“Seltik”in baş məşqçisi Brendan Rocers yaxın günlərdə postunu tərk edib. Komanda Şotlandiya Premyer Liqasının 9 turundan sonra 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və liderdən 8 xal geri qalır.

The post “Seltik” “sükan”ı sabiq baş məşqçisinə tapşırmaq istəyir appeared first on Komanda.az.

“Barselona”nın prezidenti “Real”la oyundan sonra futbolçularla görüşüb

28 October 2025 at 15:32

“Barselona”nın prezidenti Xuan Laporta komandanı “el klasiko”da “Real”a 1:2 hesabı ilə uduzduqdan sonra ruhlandırıb. La Liqanın 10-cu turunda baş tutan matçdan sonra Madrid klubunun xal fərqi 5-ə yüksəlib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Laporta növbəti gün klubun məşq bazasına gedərək, futbolçular qarşısında qısa, motivasiyaedici çıxış edib.

Prezident bu addımı ilə komandasına dəstəyini göstərib və “Real”a məğlubiyyətin onlara mənfi təsir göstərməməsini istəyib.

Laporta həm futbolçulara, həm də baş məşqçi Hans-Diter Flikə güvəndiyini və “Barselona”nın bütün turnirlərdə mükafat uğrunda mübarizə aparmaq gücündə olduğuna inandığını deyib.

The post “Barselona”nın prezidenti “Real”la oyundan sonra futbolçularla görüşüb appeared first on Komanda.az.

Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb

28 October 2025 at 15:27

Türkiyə Super Liqası təmsilçisi “Gənclərbirliyi” baş məşqçisi Hüseyin Eroğlu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Aykut Çakmaklı yerli KİV-ə yeni baş məşqçinin Volkan Dəmirəl olacağını bildirib.

“Gənclərbirliyi” Super Liqada 8 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

The post Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb appeared first on Komanda.az.

Vaqif Sadıqov hakimlərdən narazılıqlar haqda danışdı: “Qərəzli səhvlər görmürəm”

28 October 2025 at 14:28

Azərbaycan Premyer Liqasının cari mövsümündə cəmi 9 tur geridə qalmasına baxmayaraq, demək olar ki, hər turdan sonra hakim idarəçiliyi ciddi narazılıqlara səbəb olur. Baş məşqçilərin, futbolçularun oyunlardan sonrakı çıxışlarında açıq-aşkar hakimlərdən narazı olduqları görünür.

Bununla bağlı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik.

Sadıqov Komanda.az-a açıqlamasında hakimlərin idarəçiliydə qərəz olmadığını bildirdi:

“Hesab edirəm ki, səhvlər qaçılmazdır. Ancaq ən vacibi odur ki, qərəzli səhvlər görmürəm. Düzdür, səhvlər varsa, problemləri həll etmək lazımdır. Problemi həll etmək üçün gərək yollar tapılsın. Çalışmaq lazımdır. Ancaq yenə də deyirəm, ən vacibi odur ki, hansısa qərəzdən söhbət getməsin. Burada insan faktoru, amili var, istər-istəməz, hardasa, kimsə… Mən bunu izah etməyə də çətinlik çəkirəm. Yəni, hər kəs, ən vacibi, qərəz olmadığı yerdə gördüyünə qərar verir”.

Azərbaycan millisinin sabiq baş məşqçisi hesab edir ki, indi artıq əvvəlki dövr deyil, ölkədə futbol inkişaf edib:

“Yenə də deyirəm, bu gün ən vacibi odur ki, kiminsə nəyisə etməsi… O vaxtlar gedib, biz görmüşük. İndi tamamilə fərqli bir vaxtdır, futbolumuz inkişaf edib. Burda istər-istəməz bir şeyə toxunmalıyıq, bunu bir peşəkar kimi demək istəyirəm: Futbolun və futbolçuların səviyyəsi artdıqca hakimlərin də səviyyəsi onlarla eyni vaxtda artmalıdır. Bu olan halda, bəlkə də, biz bu söz-söhbətdən uzaq olacağıq. Hesab edirəm ki, futbolumuz da, futbolçularımız da, hakimlərimiz də ayaqlaşmalıdır və inkişafa, tərəqqiyə doğru getməlidirlər”.

Fəxri Rüstəmli

The post Vaqif Sadıqov hakimlərdən narazılıqlar haqda danışdı: “Qərəzli səhvlər görmürəm” appeared first on Komanda.az.

Sabiq futbolçu “Arsenal”ın müdafiəçisini təriflədi: “Haland qədər vacibdir”

28 October 2025 at 14:06

“Liverpul”un sabiq oyunçusu Cimi Karrager “Arsenal”ın müdafiəçisi Qabriel Maqalesin oyununu yüksək qiymətləndirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun vacib oyunçulardan olduğunu söyləyib:

“Düşünürəm ki, Qabriel hazırda Premyer Liqada ən təsirli oyunçudur. O, fantastik müdafiəçidir, “Arsenal”ın bu qədər az qol buraxmasının səbəbi və həmçinin, standart zərbələr zamanı rəqiblər üçün real təhlükədir. O, Erlinq Haland kimi oyunçular qədər vacibdir”.

“Arsenal” son turda “Kristal Pelas” üzərində 1:0 hesablı qələbə qazanaraq, turnir cədvəlində rəqibləri üzərində üstünlüyünü artırıb. Komanda 9 turdan sonra 22 xalla Premyer Liqada birinci yerdədir.

The post Sabiq futbolçu “Arsenal”ın müdafiəçisini təriflədi: “Haland qədər vacibdir” appeared first on Komanda.az.

Levandovski qayıdır

28 October 2025 at 13:43

“Barselona”nın hücumçusu Robert Levandovski zədədən sonra artıq noyabrın 2-də, La Liqanın 11-ci turunda “Elçe”yə qarşı oyunda meydana çıxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Polşalı forvard artıq əsas komanda ilə məşqlərin bir hissəsində iştirak edib. Həmçinin, kataloniyalıların qapıçısı Xuan Qarsiyanın da bərpa prosesi uğurla davam edir və onun da qarşıdakı görüşdə meydana çıxma ehtimalı var.

Qarsiyanın vəziyyəti oktyabrın 29-da, növbəti məşqdən öncə dəyərləndiriləcək. Klubun həkimləri onun səhhəti ilə bağlı risk etməyəcəklərini vurğulayıblar.

The post Levandovski qayıdır appeared first on Komanda.az.

“Yuventus” bu gün Spaletti ilə danışıqlara başlayacaq

28 October 2025 at 13:19

“Yuventus” rəhbərliyi İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spaletti ilə danışıqlar aparmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar bu gün olacaq.

Turin klubu 66 yaşlı mütəxəssisə mövsümün sonuna qədər müqavilə, əlavə olaraq isə müddətin uzadılma imkanını təklif etməyi düşünür.

“Yuventus” son turda səfərdə “Latsio”ya 0:1 hesabı ilə məğlub olub və bütün turnirlərdə qələbəsiz oyunlar seriyasını 8-ə çatdırıb. Komanda A Seriyasının səkkiz turundan sonra 12 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

The post “Yuventus” bu gün Spaletti ilə danışıqlara başlayacaq appeared first on Komanda.az.

Saka ilə 5 illik müqavilə imzalanacaq

28 October 2025 at 12:47

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka klub rəhbərliyi ilə yeni müqavilə haqda razılığa gəlməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər demək olar ki, razılığa gəliblər. Yeni müqaviləyə əsasən, 24 yaşlı futbolçunun həftəlik maaşı təxminən 343 min avro olacaq və bu, onu komandanın ən çox qazanan oyunçusu edəcək. Yarımmüdafiəçinin “Arsenal”la müqaviləsi beş il müddətinə uzadılacaq.

Sakanın London klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, bu mövsüm 10 oyunda meydana çıxıb və 3 qol vurub.

The post Saka ilə 5 illik müqavilə imzalanacaq appeared first on Komanda.az.

Simeone: “Bu, bizim üçün vacib qələbədir”

28 October 2025 at 12:30

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 10-cu turunda səfərdə “Betis”lə oyunda 2:0 hesablı qələbəni şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk hissədə çox yaxşı oynadıqlarını söyləyib:

“Əla oyun keçirdik, ilk hissədə çox yaxşı oynadıq və 2:0 hesabı ilə irəli çıxdıq. Fasilədən sonra ilk hissədəki qədər kəskin deyildik, amma davamını gətirdik. Bu, bizim üçün və La Liqadakı mövqeyimiz üçün vacib qələbədir”.

Madrid klubunun 10 turdan sonra 19 xalı var və İspaniya çempionatının turnir cədvəlində dördüncü yerdədir.

The post Simeone: “Bu, bizim üçün vacib qələbədir” appeared first on Komanda.az.

Yamal “el klasiko”dan sonra profil şəklini silib

28 October 2025 at 12:08

“Barselona”nın 18 yaşlı vingeri Lamin Yamal son “el klasiko”da uğursuz çıxış edib və matçın ən aşağı qiymət alan oyunçularından biri olub.

Oktyabrın 26-da keçirilən La Liqanın 10-cu tur matçında “Real” doğma meydanda “Barselona” üzərində 2:1 hesablı qələbə qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunun gedişində Yamal yerli azarkeşlər tərəfindən fitə basılıb. Matçdan sonra isə gənc futbolçu sosial şəbəkədəki profil şəklini silərək, yerinə qara fon qoyub.

Qarşılaşma öncəsi Yamalın “Real” haqqında sərt açıqlamaları diqqət çəkmişdi və bu, matçdan sonra meydanda yaşanan gərginlikdə əsas səbəblərdən biri olub.

The post Yamal “el klasiko”dan sonra profil şəklini silib appeared first on Komanda.az.

“Tottenhem” hücumçusunu satmağı planlaşdırır

28 October 2025 at 11:47

“Tottenhem”in hücumçusu Dominik Solanke qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Londonluların baş məşqçisi Tomas Frank 28 yaşlı forvardın çıxışından razı deyil və klub onu artıq yanvarda satmağı planlaşdırır.

“Tottenhem” qışda yeni hücumçu almaq niyyətindədir, ancaq rəhbərlik bunun çətin olacağının fərqindədir. Yanvar ayı adətən böyük transferlərin baş tutması üçün mürəkkəb dövr hesab olunur.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 3 matçda meydana çıxıb. “Tottenhem” onun dəyərini təxminən 69 milyon avro qiymətləndirir.

The post “Tottenhem” hücumçusunu satmağı planlaşdırır appeared first on Komanda.az.

“Seltik” baş məşqçisi ilə vidalaşdı – Rəsmi

28 October 2025 at 11:31

“Seltik” baş məşqçi Brendon Rocersin istefa ərizəsini qəbul edib.

Komanda.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssis komandanı tərk etdikdən sonra “Seltik”ə müvəqqəti olaraq Martin O’Nill rəhbərlik edəcək. İrlandiyalı məşqçi 2000–2005-ci illər arasında da komandanın “sükanı arxasında” olub.

“Seltik” Şotlandiya çempionatında 9 turdan sonra17 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “Harts”dan 8 xal geri qalır.

“Seltik” növbəti matçını doğma meydanda “Falkirk”ə qarşı keçirəcək.

The post “Seltik” baş məşqçisi ilə vidalaşdı – Rəsmi appeared first on Komanda.az.

İngiltərə klubu Endriki icarəyə götürmək istəyir

28 October 2025 at 11:12

“Tottenhem” “Real”ın hücumçusu Endrikin durumunu yaxından izləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvard Madrid təmsilçisindəki az oyun praktikası səbəbindən narazıdır və yanvarda icarəyə gətməyə hazırdır. Bununla belə, Endrik gələcəyini məhz “Real”la əlaqələndirir və klubdan tam ayrılmaq niyyətində deyil.

“Tottenhem” rəhbərliyi isə 19 yaşlı futbolçunun oyun xüsusiyyətlərinin komandaya tam uyğun olduğunu hesab edir və qış transfer pəncərəsində onu icarəyə götürmək planı qurur.

Endrik bu mövsüm hələ meydana çıxmayıb. Onun “Real”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

The post İngiltərə klubu Endriki icarəyə götürmək istəyir appeared first on Komanda.az.

Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb

28 October 2025 at 11:06

Futzal üzrə Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç 2-si qapıçı olmaqla, ümumilikdə səfərə 14 futzalçı aparacaq:

Qapıçılar: Kamran Hacıyev (“Neftçi İK”), Cavad Məmmədov (“Baku Fire”)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi “Neftçi İK”), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı “Araz-Naxçıvan”), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı “Baku Fire”), Oqtay Mahmudzadə (U-19)

A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

The post Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb appeared first on Komanda.az.

Ronaldo və Messi ötən mövsümün ən yaxşısı olmağa namizədlər arasında

28 October 2025 at 10:52

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPRO) 2024/25 mövsümünün ən yaxşı 11 futbolçusu sırasına düşmək üçün namizədlərin adlarını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin siyahıda futbol dünyasının bir çox tanınmış simaları yer alıb.

Onların arasında Kriştiano Ronaldo, Lionel Messi, Osman Dembele, Məhəmməd Salah, Lamin Yamal və Erlinq Haland kimi adlar diqqət çəkir.

2025-ci ildə “qızıl top” mükafatının qalibi PSJ-nin vingeri Osman Dembele olub. “France Football”ın sorğusuna əsasən, ikinci yeri İspaniya millisinin və “Barselona”nın oyunçusu Lamin Yamal, 3-cü yeri isə portuqaliyalı futbolçu Vitinya tutub.

The post Ronaldo və Messi ötən mövsümün ən yaxşısı olmağa namizədlər arasında appeared first on Komanda.az.

DÇ-2026: Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb

28 October 2025 at 10:43

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı oyunlarının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“İticket.az” vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat arasında dəyişir. Azərbaycan – Fransa görüşü üçün bilet qiymətləri isə 5-200 manat aralığındadır.

İslandiya ilə qarşılaşma noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

The post DÇ-2026: Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb appeared first on Komanda.az.

İngiltərə klubu “Barselona”nın futbolçusu ilə maraqlanır

28 October 2025 at 10:30

“Barselona”nın yarımmüdafiəçisi Dro Fernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçuya “Vest Hem” ciddi şəkildə maraq göstərir.

London klubu ispaniyalı oyunçunu münasib qiymətə transfer etmək niyyətindədir, çünki Fernandesin əsas komandadakı debütündən sonra onun bazar dəyərinin artacağı gözlənilir.

Fernandes “Barselona”nın heyətində iki oyunda iştirak edib və bir məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post İngiltərə klubu “Barselona”nın futbolçusu ilə maraqlanır appeared first on Komanda.az.

Vinisius “Real”dan ayrılmağı düşünür

28 October 2025 at 10:07

“Real”ın hücumçusu Vinisius Junior komandadan ayrıla bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu Madrid klubundan ayrılmağı ciddi şəkildə düşünür. Oyunçu, statusunun, komandaya verdiyi töhfələrin qiymətləndirilmədiyini və baş məşqçi Xabi Alonso ilə münasibətlərinin getdikcə gərginləşdiyini düşünür. O, Alonsonun oyun planlarına və onun üslubuna uyğun gəlmədiyini hiss edir.

Baş məşqçiylə futbolçu arasında münaqişə xüsusilə, “Barselona”ya qarşı oyunda (2:1) şiddətli şəkildə alovlanıb.

Vinisiusun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post Vinisius “Real”dan ayrılmağı düşünür appeared first on Komanda.az.

Sonuncu vəsiqə “Neftçi”yə qismət oldu

29 October 2025 at 20:52

Azərbaycan kubokunun 1/8 finalına vəsiqə qazanan ilk komandalar məlum olub.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçilərindən “İmişli”, “Kəpəz” və “Karvan-Yevlax” növbəti mərhələyə adlarını yazdırıb.

Mərhələ adlayan digər komandalar “Şəfa” və “Baku Sportinq”dir.

Dünən günün son matçında Premyer Liqa təmsilçilərindən “Turan Tovuz” “Dinamo” ilə üz-üzə gəlib. Tovuz klubu 5 cavabsız qolla qalib gəlib.

Mərhələnin qalan oyunları bu gün keçirilir.

Premyer Liqa klublarından “Sumqayıt” da “Zaqatala” ilə matçda qələbə qazanaraq, adını 1/8 final mərhələsinə yazdırıb.

“Şimal”la görüşən “Şahdağ Qusar” əlavə vaxtda qələbə qazanmaqla, növbəti mərhələyə yüksəlib.

“Qəbələ” “Mingəçevir”i, “Şamaxı” isə “Səbail”i mübarizədən kənarlaşdırıb. Sonuncu oyunda isə MOİK-i darmadağın edən “Neftçi” növbəti mərhələyə yüksəlib.

Azərbaycan kuboku, 2-ci təsnifat mərhələsi

28 oktyabr

Göygöl – Baku Sportinq 0:2
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Buzovna qəsəbə stadionu

Göygöl: 1. Nicat Əmirxanov 9. Ziyabil Məmmədov 14. Ülvi Cəlilov (k) 5. Taleh Hüseynzadə 10. Elcan Rəhimov 17. Ruslan Süleymanov 8. Kamal Həsən-pur 4. Sərcan Omarov 2. Surac Nəcəfov 6. Seymur Fərəci 22. Sənan Kərimov
Ehtiyat oyunçular: 12. Tofiq Mehdiyev 7. Nail Təhməzli 20. İsmayıl Məmmədov 18. Araz Quliyev 19. Ruslan Məmmədov 3. Raul Əlizadə
Məşqçi: Bilal Mehdiyev
Baku Sportinq: 1. Cəfər Əlizadə 11. İlham Allahverdiyev (k) 44. Samir İbrahimov 10. Elşən Abdullayev 20. Əli Mürsəlov 2. Xəyyam Hüseynov 6. Hüseyn Babayev 71. Cavanşir Şahbazlı 79. Mirmövsüm Caniyev 14. Ömər Məmmədzadə 19. Xəyyam Məmmədli
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov 9. Röyal Nəcəfov 5. Kamil Hüseynov 33. Luka Stevanoviç 7. Ceyhun Muxtarlı 8. Tolqar Yaqubov 22. Fərid Mahmudov 21. Pablo Enrike Alveş 17. Xəlil Bəşirov 77. Elvin Valiiev 18. Elgün Ələkbərli
Baş məşqçi: Kərim Diniyev

Karvan-Yevlax – Sheki City 3:1
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu

Karvan-Yevlax: 99. Pedro Mateuş 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov (k) 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 12. Vitor Roşa 3. Said İranxan 8. Peter Kinqs 10. Samuel Durrant 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 5. Nika Çaçaşvili 20. Coy Sleyd Mikels 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker
Baş məşqçi: Azər Həşimov
Sheki City: 1. Qurban Məhərrəmov 9. Nurlan Novruzov (k) 8. Kamal Mirzəyev 44. Təmraz Əmircanov 6. Elvin Dəmirov 27. Gülalı Mehrəliyev 77. Tahir Zeynalov 2. Said Əliyev 20. Nihat Fərəci 55. Rəşad Həsənov 4. Saleh Süleymanov
Ehtiyat oyunçular: 22. Həsən Həsənli 33. Ayxan Qocayev 10. Cavid İmamverdiyev 19. Rəsul İbrahimov 99. Nazim Bağırov 13. Elşad Əliyev 7. Rauf Məhərrəmov 92. Valeh Qəhrəmanlı 3. Raul Musayev 17. Ümid Nağdalıyev
Baş məşqçi: Elvin Həsənov

Qaradağ Lökbatan – İmişli 2:3
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu

Qaradağ Lökbatan: 90. Əli Kərimov 27. Sabir Allahquliyev 6. İsa Zeynallı 7. Elmin Əskərli 14. Fərid Abbaslı (k) 4. Vüsal Hüseynov 8. Ramil Orucov 11. Rəhman Quliyev 17. Tofiq Nəsibov 10. Emil Quluzadə 77. Hakan Həsənov
Ehtiyat oyunçular: 1. Rafiq Kərimov 3. Nicat Əskərov 9. Rövşən Şahmuradov 44. Qurban Hüseynov 15. Vüsal Alızadə 5. Nihad Əmrahzadə 21. Ayxan Məcidov 33. İlham Hüseynov 19. Mehdi Həşumov 88. Ceyhun Ağazadə
Baş məşqçi: Qəzənfər Abbasov
İmişli: 1. Hüseynəli Quliyev 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı (k) 44. Həzrət İsayev 3. Tuncay Yusifli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 23. Dioqo Rollo 17. Ezekiel Morqan
Ehtiyat oyunçular: 33. Andrey Sinenka 99. İmam Əli 19. Azər Salahlı 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 27. Lətif Rzayev 30. Xəlil Mürsəlli 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 7. Luis Silvestr
Baş məşqçi: Jorj Kaşkilya

Cəbrayıl – Şəfa 0:3
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

Cəbrayıl: 94. Matis Morvil 12. Andzuno Eli 21. İsa İsayev 7. Balamirzə Soltanov 8. Sadiq Hüseynli 4. Asif Məmmədov (k) 77. Əşrəf Zeynallı 2. Firəddin Abdullayev 19. Arsene Dauda 9. Dileyn Açimi 32. Elgün Dünyamalıyev
Ehtiyat oyunçular: 35. Fərman Bayramov 75. Emil Həbibov 10. Tapdıq Əhmədov 88. Əsədulla Heydərov 22. Əli Nəcəfli 11. Noh Lobe 5. Fərid Səfərli 62. Zaman Zamanlı 28. Rüstəm Əlizadə 55. Lətif Haşımov 49. Valeh Məmmədov 3. Həsən Həsənov
Məşqçi: Tariq Qasımov
Şəfa: 95. Rəvan Kazımov 88. Aqşin Paşayev (k) 8. Urfan İsmayılov 14. Vüqar Həsənov 80. Zahid Mərdanov 27. Pərviz Azadov 18. Elvin İsmayılov 11. Aqil Nəsibov 22. Hüseyn Mürsəlov 29. Ramin Nəsirli 99. Amir Ebrahimzade
Ehtiyat oyunçular: 13. Əli Həsənli 21. Novruz Məmmədov 33. Tərlan Quliyev 9. Amil Yunanov 42. Elnur Cəfərov 70. Ruslan Hacıyev 6. Xəyal Tomarov 2. Seymur Rəhimov 17. İsmayıl Zülfüqarlı 77. Ədilxan Qarəhmədov 83. Nihad Quliyev 23. Nahid Əliyev
Baş məşqçi: Elgiz Kərəmli

Kəpəz – Ağstafa Gəncləri 6:1
Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu

Kəpəz: 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov (k) 5. Rauf Hüseynli 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 21. Sadiq Şəfiyev 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 1. Kaçper Rosa 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 80. Şahnur İsmayılov 83. Raul İsaqov 9. Luis Paçu 10. Ryonosuke Ohori 55. Kresus Donqo
Baş məşqçi: Azər Bağırov
Ağstafa Gəncləri: 16. Ülvi Quliyev 8. Elgün Namazov (k) 3. Cəlal Cəlalzadə 2. İlkin Allahverdiyev 9. Eltac Hüseynov 17. Elgün Salıfov 25. Mübariz Kərimov 20. Vüsal Aslanov 6. Turan Məmmədov 7. Hüseyn Alıyev 22. Nicat İsmayılov
Ehtiyat oyunçular: 23. Uğur Məmmədhüseynov 21. Elgün Qəhrəmanov 10. Rüstəm Abdullayev 13. Nihat Bayramlı 14. Roma Dukaşvili
Baş məşqçi: Elşən Abadov

Dinamo – Turan Tovuz 0:5
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Azersun Arena”

Dinamo: 1. İbrahim Bağırov 14. Xəyal Qocayev 20. Valeh Seyidov (k) 10. Əlibala Ağayev 99. Yadigar Qarayev 18. Aydın İsxanzadə 8. İsmayıl İsmayılov 19. Məmməd Məmmədov 11. Fizuli Dəmirov 44. Əli Məmmədli 4. Məhəmməd Cəfərzadə
Ehtiyat oyunçular: 12. Elmin Qaçaylı 42. Ruslan Hüseynov 3. Rəhim Mustafayev 16. Bəxtiyar Əliyev 33. İkram Həmidli 22. Amil Nurəhmədov 2. Nihad Mahmudzadə 6. Orxan Novruzov 15. Kənan Abdullazadə 88. Nicat Nəsirli 27. Rəsul Məmmədli
Məşqçi: İsmayıl Vəkiliqazicahani
Turan Tovuz: 41. Sergey Samok 4. Şəhriyar Əliyev (k) 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 39. Tural Bayramlı 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 99. Vadji İbrahima
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev 97. Elçin Qasımov 14. Murad Dadaşev 20. İbrahim Ramazanov 30. Mircamal Əlizadə 42. İsmayıl İsmayılov 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdıyev

29 oktyabr

Şimal – Şahdağ Qusar 0:2
Qollar: Seymur Əliyev, 102. Sənan Ağalarov, 119.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Şimal: 36. Əmrah Məmmədli, 5. İqrar Səmədov (k), 17. Cavad Hacıyev, 99. Şahlar Sədiyev, 4. Fərid Nadirov, 7. Xəyal Bədirov, 28. Nurlan Bayramov, 77. Ceyhun Kəlbəliyev, 11. Niyazi Osmanov, 21. Elgün Sadıqlı, 20. Sənan Mirzəyev.
Ehtiyat oyunçular: 1. Natiq Daşdəmirli, 27. Elmar Əzizov, 18. Tural Cəlilov, 2. Ülvi Zeynalov, 16. Amil Məmmədov, 22. Şirin Şirinov, 8. Pirverdi Seyidov.
Məşqçi: Fazil Salahov.
Şahdağ Qusar: 31. Nail Alışov, 9. Famil Camalov (k), 6. Əzəmət Ələkbərli, 29. Elşən Veysov, 44. Seymur Əliyev, 3. Məhərrəm Orucov, 55. Firuz Əhmədov, 5. Ramin Abdullayev, 10. Vüsal Əliyev, 17. Yelmar Aşurov, 71. Sənan Ağalarov.
Ehtiyat oyunçular: 1. Müşfiq Nadirov, 87. Hilal Maqsudlu, 19. Ruslan Voronsov, 7. Maqsud Ələkbərov, 20. Mehman Məsimov, 70. Cavid Quliyev, 4. Cavad Qurbanlı, 97. Polad İbrahimov, 38. Rail Əmirquliyev.
Baş məşqçi: Nazim Əliyev.

Xankəndi – Difai 1:2
Qollar: Emin Quliyev, 45+2 – Musa Musazadə, 61. Bayraməli Qurbanov, 71.
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Ağsu şəhər stadionu, 14:00.

Xankəndi: 99. Şahin Zəkiyev, 4. Elşad Manafov, 77. Əziz Hüseynov (k), 88. Müşfiq Teymurov, 9. Tural Qurbatov, 7. Bəhruz Teymurov, 10. Mirkamil Əliyev, 17. Emin Quliyev, 14. Hüseyn Hüseynli, 8. Elmar Rəhimov, 2. Əliəkbər Şəbiyev.
Ehtiyat oyunçular: 22. Elçin Qasımov, 50. Məhərrəm Məmmədli, 15. Nodar Məmmədov, 11. Sərxan Ağayev, 26. Ceyhun Cavadov, 29. İlyas Səfərzadə, 6. Pərviz Qaraxanov, 70. Tunar Mütəlimov, 27. Nihad Ağayev, 25. Adəm Topalov.
Baş məşqçi: İbrahim Uzunca.
Difai: 12. Tural Mirsultanov, 27. Əsgər Hüseynov, 20. Nemət Musayev, 11. Bayraməli Qurbanov, 10. Musa Musazadə (k), 5. Nihad Həsənzadə, 18. Kristian Kamta, 23. Kamil Qardaşlı, 16. Altayturan Bektaşoğlu, 8. Kamil Sadiqov, 21. Mühəmməd Həsənov.
Ehtiyat oyunçular: 1. Sadiq Məmmədzadə, 55. Nazim Həsənzadə, 17. Emin Məcidzadə, 19. Hacıəli Şirəliyev, 44. Rüfət Tahirov, 24. Miraqşin Abasov, 6. Nihad İsmayılov.
Məşqçi: Aydın Qasımov.

Zaqatala – Sumqayıt 0:3
Qollar: Aleksandr Ramalinqom, 8. Nihad Əhmədzadə, 34. Aleksa Yankoviç, 85.
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Zaqatala: 89. Amin Ramazanov, 2. İlkin Qırtımov (k), 33. Kənan Müslümov, 77. Sərxan Abdullayev, 8. Roini İsmayılov, 10. Rəhman Şabanov, 70. Mətin Qəhrəmani, 17. Kamal Kazımov, 19. Kabamba Mardok, 13. Okan Təhməzli, 9. Habibu Abdurəşid.
Ehtiyat oyunçular: 12. Məmməd Muradov, 1. Davud Şabanov, 7. Asim Babazadə, 16. Yusif Dilanov, 34. Davud Mahmudov, 20. Mahir Həsənov, 27. Mahmud Məmmədov, 5. İbrahim Məmmədov, 18. Matondo Lumbu Preddi, 57. Bahadur Quliyev, 15. Cavad Kərimov, 11. Əfqan Əliyev.
Baş məşqçi: Rüstəm Məmmədov.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k), 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 10. Nikola Ninkoviç, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 77. Əli Cəlilzadə, 19. Roi Kehat, 72. Rayan Senhadji, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

Qəbələ – Mingəçevir 5:1
Qollar: Domu Massumo, 44. Prins Ovusu, 50; 54; 63. Nuğay Rəşidov, 66 – Cona Attukuaye, 57.
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 94. Həbib Hüşənov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 66. Nuğay Rəşidov, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 42. Jondo Fuxs, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 7. Rüfət Əhmədov, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.
Mingəçevir: 38. Sahib Həsənov, 6. Cabir Əmirli, 60. Elmin Bayramov, 70. Nicat Məmmədov, 7. Vüsal Əsgərov, 27. Elnur Mirzəyev, 77. Məhəmməd Səfərov, 32. Rəhim Cəfərli, 17. Taleh Qarayev, 9. Qurban Səfərov (k), 8. Abba Usman.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 10. Samir Abdullayev, 15. Seymur Məmmədov, 14. Fuad Əhmədov, 42. Kadiri Mohammed, 11. Kennet Kalunqa, 5. Bakari Jayte, 20. Cona Attukuaye, 21. Rimas Kerimi.
Baş məşqçi: Ramiz Məmmədov.

Səbail – Şamaxı 0:1
Qol: Alfons Msanqa, 49.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 16:00.

Səbail: 1. Rəşad Əzizli, 4. Səbayıl Bağırov, 39. Sadiq Quliyev (k), 11. Asim Əlizadə, 21. Paulo Rikardo, 99. Emil Qasımov, 14. Turan Vəlizadə, 19. Tuqay Əlizadə, 16. Emin Rüstəmov, 15. Fəxri Məmmədli, 6. Azad Əsgərov.
Ehtiyat oyunçular: 12. Vüsal Şabanov, 25. Fəyyaz Mehdizadə, 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 10. Əli Babayi, 5. Mohamed Sako, 83. Afonso Almeyda, 89. Ömər Qurbanov, 22. Mustafa Yakubu, 20. Murad Fərzəliyev, 44. Murad Mustafayev.
Baş məşqçi: Elvin Məmmədov.
Şamaxı: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov (k), 80. Həbib İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 4. Sezar Enrike, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 21. Bilal İsmayılov, 82. Rüfət Abbasov, 90. Davud Mənsumov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 44. David Santos, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Neftçi – MOİK 6:2
Qollar: Vensan Abubakar, 8; 42. Nicat Qurbanlı, 27-öz qapısına. Ağadadaş Salyanski, 61. Murad Məmmədov, 70. Sessi D Almeyda, 83 – E Məmmədov, 45+1. Elvin Camalov, 48-öz qapısına.
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”, 19:00.

Neftçi: 1. Emil Balayev (k), 7. Emil Səfərov, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 27. Kristian Kostin, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 81. Məhdi Həsənov, 8. Emin Mahmudov, 4. Elvin Camalov, 15. Elvin Bədəlov, 19. Ağadadaş Salyanski, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas.
Baş məşqçi: Samir Abasov.
MOİK: 1. Zeynal Əhmədzadə, 24. Nihad Tamazov, 5. Nihad Qurbanlı (k), 11. Seyxan Fərəcov, 70. İbrahim Novruzov, 7. Samir Məhərrəmli, 88. Məzahir Məmmədzadə, 8. Zeynəddin Abdurahmanov, 27. Mehrac Baxşalı, 33. Cavid Yadullayev, 17. Elmar Məmmədov.
Ehtiyat oyunçular: 66. Əkpər Vəliyev, 22. Murad Ağamalıyev, 44. Ülvi İbazadə, 13. Elton Əlibəyli, 3. İzzət Müştaqov, 2. Hüseyn Əliyev, 99. Cəlal Cəbrayılov, 16. Tural Axverdiyev, 6. Rüstəm Hümbətov.
Baş məşqçi: İlham Yadullayev.

The post Sonuncu vəsiqə “Neftçi”yə qismət oldu appeared first on Komanda.az.

Günün oyunları – TV

28 October 2025 at 09:29

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

28 oktyabr

Azərbaycan, kubok
14:00 Karvan-Yevlax – Sheki City (CBC Sport)
17:00 Dinamo – Turan Tovuz (CBC Sport)

UEFA Millətlər Liqası, qadınlar
21:00 Türkiyə – Kosovo (TRT Spor)

İtaliya, A Seriyası
21:30 Leççe – Napoli (Futbol 1)
23:45 Atalanta – Milan (Futbol 1)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Çox çalışırıq, amma səhvlər etməyə davam edirik” – “Yuventus”un futbolçusu

28 October 2025 at 08:28

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli komandanın son oyunlardakı çətinlikləri barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səhvlər üzərində çalışmalı olduqlarını deyib:

“Komanda hər məşqdə əlindən gələni edir. Çox çalışırıq, amma səhvlər etməyə davam edirik. Problemin nə olduğunu anlamalıyıq. Təcili olaraq təkmilləşməli və matçlarda qalib gəlməyə başlamalıyıq. Çətinliklərin öhdəsindən gəlmək üçün birlik və həmrəyliyi qorumaq xüsusilə vacibdir”.

Turin komandası A Seriyasında oktyabrın 29-da “Udineze” ilə qarşılaşacaq. Komanda 8 oyundan sonra 12 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

The post “Çox çalışırıq, amma səhvlər etməyə davam edirik” – “Yuventus”un futbolçusu appeared first on Komanda.az.

“Atletiko”dan inamlı qələbə

28 October 2025 at 02:01

İspaniya La Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Betis” evdə “Atletiko” ilə qarşılaşıb. Madrid təmsilçisi inamlı qələbəyə sevinib.

Hazırda 27 xala malik “Real” vahid liderdir. “Barselona” 22, “Vilyarreal” 20, “Atletiko” 19, “Espanyol” 18, “Betis” 16 xal toplayıb.

İspaniya La Liqası
10-cu tur

24 oktyabr

Real Sosyedad – Sevilya 2:1
Qollar
: Oyarsabal, 19-pen; 36 – Qudel, 30.

25 oktyabr

Jirona – Real Ovyedo 3:3
Qollar
: Stuani, 64-pen; 90-pen. Unahi, 83 – Vinas, 38-pen. Rondon, 57. Karmo, 90+7.

Espanyol – Elçe 1:0
Qol
: K.Romero, 47.

Atletik – Xetafe 0:1
Qol
: Mayoral, 75.

Valensiya – Vilyarreal 0:2
Qollar
: Moreno, 45-pen. Komesana, 57.

26 oktyabr

Malyorka – Levante 1:1
Qollar
: Maffeo, 79 – Etta Eyonq, 22.

Real – Barselona 2:1
Qollar
: Mbappe, 22. Bellingem, 43 – F.Lopes, 38.

Osasuna – Selta 2:3
Qollar
: Budimir, 37-pen; 45+1 – Yutqla, 26; 69. P.Duran, 87.

Rayo Valyekano – Alaves 1:0
Qol
: Alemao, 90+1.

27 oktyabr

Betis – Atletiko 0:2
Qollar
: C.Simeone, 3. Baena, 45+1.

The post “Atletiko”dan inamlı qələbə appeared first on Komanda.az.

DÇ-nin son günündə daha bir medal

28 October 2025 at 00:05

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb.

Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Ali Tsokayev (86 kq) isə italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.a

The post DÇ-nin son günündə daha bir medal appeared first on Komanda.az.

“Fənərbaxça”dan darmadağın

27 October 2025 at 23:41

Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə iki oyun baş tutub.

“Samsunspor” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Qaziantep”in qonağı olan “Fənərbaxça” isə darmadağına sevinib.

Hazırda 28 xala malik “Qalatasaray” vahid liderdir. “Trabzonspor” 23, “Fənərbaxça” 22, “Beşiktaş”, “Samsunspor” və “Qaziantep” 17 xal toplayıb.

Türkiyə Super Liqası
10-cu tur

24 oktyabr

Karagümrük – Kayserispor 2:2
Qollar: Larsson, 16-pen. A.R.Cankaya, 79 – Onuqxa, 68; 74.

25 oktyabr

Kocaelispor – Alanyaspor 2:0
Qollar: T.Bingöl, 62. S.Dursun, 88.

Trabzonspor – Eyüpspor 2:0
Qollar: F.Auqusto, 12. Ulai, 51.

26 oktyabr

Antalyaspor – Başakşəhər 0:4
Qollar: Şomurodov, 22; 88. Da Kosta, 45+4; 53.

Qalatasaray – Göztəpə 3:1
Qollar
: Osimhen, 19. Q.Sara, 63. İkardi, 66 – E.Bekiroğlu, 6.

Gənclərbirliyi – Konyaspor 1:2
Qollar
: O.Ülgün, 28 – U.Nayir, 45+2. Bardi, 49.

Kasımpaşa – Beşiktaş 1:1
Qollar
: Vink, 33 – C.Ündər, 5.

27 oktyabr

Qaziantep – Fənərbaxça 0:4
Qollar
: En Nesiri, 5; 21. Taliska, 81; 88.

Samsunspor – Rizəspor 1:1
Qollar
: Holse, 7 – Rak-Sakyi, 32.

The post “Fənərbaxça”dan darmadağın appeared first on Komanda.az.

“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı

27 October 2025 at 23:35

“Kəpəz” Otar Aptsiauri ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub Aptsiauriyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Otar Gəncə klubunun heyətində cəmi 4 oyun keçirib.

The post “Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı appeared first on Komanda.az.

“Həmişə yalnız Halandın qollarına etibar edə bilmərik”

27 October 2025 at 22:32

“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reynders “Aston Villa”ya 0:1 hesablı məğlubiyyətdən sonra açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, bunu deyib:

“Həmişə yalnız Erlinq Halandın qollarına etibar edə bilmərik, baxmayaraq ki, əlbəttə, onlar bizə çox kömək edir. Hamımız qol vurmaq istəyirik və özümüzü yaxşı mövqelərə qoyuruq. Bəzən top qapıya girmir, amma zamanla işlər düzələcək”.

Erlinq Haland avqust ayından bəri ilk dəfə qol vura bilməyib və bu, norveçli futbolçunun 12 oyunluq qol seriyasına son qoyub.

“Şəhərlilər” Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir və lider “Arsenal”dan 6 xal geridədir.

The post “Həmişə yalnız Halandın qollarına etibar edə bilmərik” appeared first on Komanda.az.

“Neftçi” – MOİK matçına giriş pulsuz olacaq

27 October 2025 at 21:51

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız “Neftçi”nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün “Forza” və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

“Palms Sports Arena”dakı “Neftçi” – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək

The post “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq appeared first on Komanda.az.

Before yesterdayMain stream

PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu

27 October 2025 at 21:09

PSJ (Fransa) və “Sevilya” (İspaniya) klublarında çıxış etmiş Polşa millisinin sabiq futbolçusu Qjeqoj Krıxovyak karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

35 yaşlı yarımmüdafiəçi “Sevilya”nın heyətində 2 dəfə UEFA Avropa Liqasının qalibi olub. O, həmçinin Rusiyada “Lokomotiv” (Moskva), “Krasnodar”, İngiltərədə “Vest Bromviç”, Fransada “Reyms” və “Nant” kollektivlərində forma geyinib.

The post PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu appeared first on Komanda.az.

“Sumqayıt”da yeni basketbolçu

27 October 2025 at 20:24

“Sumqayıt” daha bir basketbolçunun keçidini reallaşdırıb.

Komanda.az Sumqayıt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan Hüseyn Qaflanov icarəyə götürülüb.

Gənc basketbolçu karyerası ərzində “Real Madrid Academy”, “Valencia Basket Academy”, VKM, “Southern California Academy”, “DME Wisconsin” kimi klublarda çıxış edib.

The post “Sumqayıt”da yeni basketbolçu appeared first on Komanda.az.

“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi

27 October 2025 at 19:41

Əvəzedicilər Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Qəbələ-2” və “Zirə-2” evdə, “Turan Tovuz-2” və “Sabah-2” isə səfərdə qələbə qazanıblar.

Xatırladaq ki, turun daha öncə keçirilmiş “Kəpəz-2” – “Neftçi-2” oyunu da qonaqların 3:1 hesablı qələbəsiylə yekunlaşmışdı.

Əvəzedicilər Liqası
8-ci tur

27 oktyabr

“Qəbələ-2” – “Qarabağ-2” 3:0
Qollar: Ceyhun Bağırzadə, 28. Nasiru Salihu, 45. Cuma Hüseynov, 90+1.

“Şamaxı-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Nihat Mehralıyev, 82 – Cəmil Məmmədov, 29. Elçin Qasımov, 48. Fərid Cəfərov, 77.

“Zirə-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Ramiz Muradov, 71; 81. Elşən Abdullayev, 86.

“Sumqayıt-2” – “Sabah-2” 1:2
Qollar: Murad Rüstəmov, 90+3 – Həmzəalı Mikayılov, 24-pen. Amir Qəribov, 90+3.

The post “Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi appeared first on Komanda.az.

“Yuventus” baş məşqçisini qovdu – Rəsmi

27 October 2025 at 19:30

İtaliya təmsilçisi “Yuventus” İqor Tudoru baş məşqçi postundan qovub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onu bu postda müvəqqəti olaraq Massimo Brambilla əvəz edəcək.

Tudor 2025-ci ilin martından “Yuventus”a rəhbərlik edirdi. Onun rəhbərliyi ilə komanda cari mövsüm 8 turdan sonra 12 xalla səkkizincidir.

The post “Yuventus” baş məşqçisini qovdu – Rəsmi appeared first on Komanda.az.

Türkiyə şokdadır: 571 hakimdən 371-i “qumarbaz” çıxdı

27 October 2025 at 19:21

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bəyan edib ki, ölkədə peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin bukmeker şirkətlərində mərc hesabı var.

Komanda.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib. Qurum rəhbəri deyib ki, həmin hakimlərdən 152-si isə aktiv şəkildə mərc oynayır. Məlumat quruma dövlət qurumlarından verilib.

Mərc oynayanlar arasında 7 üst kateqoriya hakim də var: “10 nəfərdən çox hakim oyunlara 10 mindən çox pul qoyuluşu edib”.

TFF rəhbəri bildirib ki, məsələ ilə bağlı qurumun intizam orqanları dərhal hərəkətə keçəcək: “Onlar qanunlara əsasən cəzalandırılacaq”.

Hacıosmanoğlu əlavə edib ki, Türkiyə futbolunda təmizlənmə prosesi başlayıb: “Nə qədər pislik varsa, hamısını təmizləməliyik. Biz bu işi hakimlərlə başladıq, amma burada dayanmayacağıq. Klublar da eyni məsuliyyəti daşımalıdır. Hər kəs özünü və çevrəsini yoxlamalıdır”.

TFF prezidenti bildirib ki, aparılan araşdırmalar FİFA və UEFA ilə də paylaşılıb.

The post Türkiyə şokdadır: 571 hakimdən 371-i “qumarbaz” çıxdı appeared first on Komanda.az.

“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”

27 October 2025 at 19:00

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Çimkənd şəhər stadionunda Qazaxıstan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:

“Qazaxıstan yığması ilə oyunlar bizim üçün çox vacib idi. Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik. Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik. İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi. Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə tam bərpa ola bilməməsi də müəyyən rol oynadı. Yenə də də qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar və qələbə topunu vurdular. Buna görə komandamıza təşəkkür edirəm.
Fürsətdən istifadə edərək Qazaxıstan Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışının yeri çox gözəl idi və bizim üçün hər cür şərait yaradılmışdı”.

Millimiz Qazaxıstan yığması ilə keçirdiyi ilk yoldaşlıq görüşündə 2:1 hesablı qələbə qazanıb.

The post “Qələbə qazanmaq böyük önəm kəsb edirdi” appeared first on Komanda.az.

“Yuventus” fransalı futbolçu üçün təklif göndərə bilər – Qışda

27 October 2025 at 18:28

“Udineze”nin yarımmüdafiəçisi Artur Atta “Yuventus”un maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 22 yaşlı futbolçunu yaxından izləyir və qış transfer pəncərəsində onunla bağlı rəsmi təklif göndərə bilər.

Atta bu yay “Mets”dən “Udineze”yə keçib və qısa müddətdə İtaliya A Seriyasında özünü göstərib. O, cari mövsümdə 9 oyunda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” fransalı yarımmüdafiəçinin dəyərini təxminən 12 milyon avro qiymətləndirir.

The post “Yuventus” fransalı futbolçu üçün təklif göndərə bilər – Qışda appeared first on Komanda.az.

“İmişli”nin futbolçusu əməliyyat olundu

27 October 2025 at 17:40

“İmişli”nın futbolçusu Vüsal Qənbərov “Kəpəz”lə keçirilən oyunda aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə 27 oktyabr 2025-ci il tarixində əməliyyat olunub.

Bu brədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu məlumat verib.

Qənbərova qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub. Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti sabit və qənaətbəxşdir.

Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq. Klub rəhbərliyi və həkim heyəti ona tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.

The post “İmişli”nin futbolçusu əməliyyat olundu appeared first on Komanda.az.

“Bayern” ingiltərəli müdafiəçi üçün danışıqlara başlayıb

27 October 2025 at 17:27

“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi “Bayern”in transfer hədəfləri arasındadır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu klubu ilə müqaviləsinin müddəti bitəndə yeniləməyəcək və bu da ona gələn yay “Kristal Pelas”dan azad agent kimi ayrılmağa imkan verəcək.

“Bayern”lə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq Dayot Upamekanonu da oxşar gələcək gözləyir. Münhen klubu artıq Upamekanonun potensial əvəzedicisi kimi gördüyü Quehinin nümayəndələri ilə danışıqlar aparır.

25 yaşlı müdafiəçi üçün eyni zamanda, “Liverpul”, “Real” və Avropanın digər aparıcı klubları mübarizə aparacaq.

The post “Bayern” ingiltərəli müdafiəçi üçün danışıqlara başlayıb appeared first on Komanda.az.

Sabiq futbolçu “el klasiko”nu tənqid etdi

27 October 2025 at 16:52

“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Xulio Salinas “el klasiko”dan sonra hər iki komandanın – “Real” və “Barselona” – çıxışını kəskin tənqid edib.

Komanda.az xəbər verir ki, Salinas “Mundo Deportivo”-a açıqlamasında matçı belə dəyərləndirib:

“Bu, son illərin ən zəif “el klasiko”su idi. Hər iki komanda hazırda yaxşı formada deyil. Qalib gələn sadəcə daha az zəif tərəf oldu”.

Dünən keçirilən qarşılaşmada “Real” “Barselona” üzərində 2:1 hesablı qələbə qazanıb. Bu nəticədən sonra Xabi Alonsonun komandası 27 xalla La Liqada lideriliyini qoruyub, “Barselona” isə 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

The post Sabiq futbolçu “el klasiko”nu tənqid etdi appeared first on Komanda.az.

Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb

27 October 2025 at 16:46

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıqlara başlayıb.

Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təlim-məşq toplanışı “Milli Aviasiya Akademiyası” voleybol klubunun idman zalında keçirilir. Yığmanın heyətinə 12 voleybolçu cəlb olunub. Hazırlıq prosesinə baş məşqçi Faiq Qarayev rəhbərlik edir və ona məşqçilər Famil Ağayev, Ziya Rəcəbov və Emin Əbilov kömək edirlər.

Komanda qarşıdakı günlərdə bir neçə yoxlama oyunu keçirəcək.

Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri yaxın günlərdə açıqlanacaq.

The post Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb appeared first on Komanda.az.

Vinisius cəzalandırıla bilər

27 October 2025 at 16:34

“Real”ın hücumçusu Vinisius Junior “el klasiko” zamanı əvəzlənməsinə əsəbi reaksiya göstərdiyi üçün klub tərəfindən intizam cəzası ala bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçunun davranışı rəhbərlik tərəfindən ciddi intizam pozuntusu kimi qiymətləndirilir.

Klub daxilində bəziləri onun cəzalandırılmasını tələb edir, digərləri isə məsələni baş məşqçi Xabi Alonso ilə futbolçu arasında şəxsi şəkildə həll etməyin tərəfdarıdır.

İddialara görə, “Real” Vinisiusa 53 min avroya qədər cərimə və ya 10 gün müddətinə qədər komandadan uzaqlaşdırma tətbiq edə bilər.

“El klasiko”da “Real” “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. 26 yaşlı futbolçu ikinci hissədə əvəzlənərkən meydanı əsəbi tərk edib və birbaşa paltardəyişmə otağına yollanıb. O, qapıçılar üzrə məşqçi Luis Llopislə söhbətdən sonra ehtiyat oyunçular skamyasına qayıdıb.

The post Vinisius cəzalandırıla bilər appeared first on Komanda.az.

“Yuventus”un dərdi Del Pyeronu da dilə gətirdi

27 October 2025 at 16:15

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero komandanın bu mövsümdəki uğursuzluqlarını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu bunu deyib:

“Mənim fikrimcə, bu, təkcə baş məşqçi İqor Tudorla bağlı deyil. Bu, daha mürəkkəb bir məsələdir: komandanın təşkili, oyunçuların kimyası və performanslarının keyfiyyəti. Oyunçular acınacaqlı nəticələrin arasında özlərini getdikcə daha pis hiss edirlər”.

Turin komandası bazar günü “Latsio” ilə oyundan (0:1) sonra ardıcıl üçüncü məğlubiyyətini alıb. Komanda səkkiz oyundur ki, qələbə qazana bilmir. Mediada isə artıq baş məşqçi İqor Tudorun qovulduğu xəbərləri yayılıb.

The post “Yuventus”un dərdi Del Pyeronu da dilə gətirdi appeared first on Komanda.az.

Azərbaycan millisi böyük hesabla uduzdu

27 October 2025 at 16:08

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

Komanda.az xəbər verir ki, B Liqasının I qrupunda Kosovo ilə qarşılaşan yığma 0:6 hesabı ilə uduzub.

Oyun Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçirilib.

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.

The post Azərbaycan millisi böyük hesabla uduzdu appeared first on Komanda.az.

Xarici KİV: “Yuventus” baş məşqçi ilə yollarını ayırıb

27 October 2025 at 15:51

“Yuventus” rəhbərliyi baş məşqçi İqor Tudoru vəzifəsindən azad edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Turin klubunun rəhbərliyi Tudoru qovulması barədə bu gün səhər məlumatlandırıb.

“Yuventus”un gənclər komandasının çalışdırıcısı Massimo Brambilla yaxın gələcəkdə müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.

“Yuventus” son vaxtlar uğursuz seriya ilə diqqət çəkir. Komanda ardıcıl 4 oyundur qol vura bilmir və son 8 matçda qələbə üzünə həsrət qalıb.

Turinlilər hazırda A Seriyasının turnir cədvəlində 12 xalla 8-ci pillədə qərarlaşıb.

The post Xarici KİV: “Yuventus” baş məşqçi ilə yollarını ayırıb appeared first on Komanda.az.

De Yonq: “Meydanda səhnə qurmağın nə mənası var?”

27 October 2025 at 15:36

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “el klasiko”dan (1:2) sonra “Real”ın kapitanı Dani Karvahalın Lamin Yamala etdiyi hərəkətə sərt reaksiya verib.

Matç bitdikdən sonra Karvahal əli ilə “sus” işarəsi göstərərək, Yamala “jest” edib. Bu hərəkət “Barselona” düşərgəsində narazılıq yaradıb.

Komanda.az xəbər verir ki, De Yonq ESPN-ə açıqlamasında onların bir-birini yaxşı tanıdıqlarını bildirib:

“Karvahal Yamalla danışmaq istəyirdisə, bunu təkbətək edə bilərdi. Belə hərəkətlər etmək lazım deyil deyirsə, qoy zəng etsin, axı onlar İspaniya millisində bir yerdə oynayırlar, bir-birlərini yaxşı tanıyırlar. Meydanda səhnə qurmağın nə mənası var?”

18 yaşlı Yamal matçdan öncə Jerar Pike (“Barselona”nın keçmiş futbolçusu) tərəfindən təşkil olunan “Medialiqa”nın “YouTube” yayımında “Real”ı saxtakarlıqda ittiham etmişdi.

The post De Yonq: “Meydanda səhnə qurmağın nə mənası var?” appeared first on Komanda.az.

Azərbaycan millisi ikinci oyunda da qələbəyə sevindi

27 October 2025 at 15:19

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununda da qələbə qazanıb.

Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstana qalib gəlib. Çimkənd şəhər stadionunda baş tutan matç Azərbaycan millisinin 1:0 hesablı üstünlüyü ilə bitib. Qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva rəqib komandanın qapısından keçirib.

Komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.

The post Azərbaycan millisi ikinci oyunda da qələbəyə sevindi appeared first on Komanda.az.

“Mbappenin qolunun ləğvi əsl biabırçılıqdır”

27 October 2025 at 14:35

“Real”ın klub televiziyasının aparıcısı “Barselona” ilə keçirilən “el klasiko”da Kilian Mbappenin qolunun ləğv edilməsinə sərt reaksiya verib.

Fransalı hücumçunun qolu oyundankənar vəziyyət səbəbindən qeydə alınmayıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, “Real TV”-nin aparıcısı qərarla razılaşmayıb və hakimləri kəskin tənqid edib:

“Mbappenin qolunun ləğvi – bu, əsl biabırçılıqdır! Bu epizodda oyundankənar vəziyyət qeydə almaq sadəcə inanılmazdır. Belə görüntülərdən sonra qolu ləğv etmək olmaz. “Real”ın hələ də Xavyer Tebas (La Liqanın prezidenti) və Xose Maria Enrike Neqreyra (İspaniya Futbol Federasiyasının keçmiş vitse-prezidenti) liqasında lider qalması möcüzədir”.

“El klasiko” Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Xabi Alonsonun komandası hazırda La Liqada 5 xallıq fərqlə liderlik edir.

The post “Mbappenin qolunun ləğvi əsl biabırçılıqdır” appeared first on Komanda.az.

Vinisiusdan Yamala: “Hə, indi danış görüm!”

27 October 2025 at 14:16

İspaniya La Liqasının 10-cu turunda “Real”ın “Barselona” üzərində 2:1 hesablı qələbəsindən sonra gərgin anlar yaşanıb.

Madrid klubunun braziliyalı hücumçusu Vinisius Junior görüş bitdikdən sonra “Barselona”nın futbolçusu Lamin Yamalla sözlə “atışıb”.

Komanda.az “Yahoo Sports”-a istinadən xəbər verir ki, Yamal paltardəyişmə otağına doğru gedərkən Vinisius ona yaxınlaşaraq qışqırıb:

“Sən topu ancaq arxaya ötürürsən! Çox danışırsan. Hə, indi danış görüm!”

Qarşılaşmadan sonra “Real” turnir cədvəlində 27 xalla liderliyini qoruyub. “Barselona” isə 22 xalla 2-ci pillədə qərarlaşıb. Xabi Alonsonun komandası əsas rəqibindən artıq 5 xal irəlidədir.

The post Vinisiusdan Yamala: “Hə, indi danış görüm!” appeared first on Komanda.az.

“Kubokun finalında doğma “Qarabağ”ımızı görmək istərdim” – MÜSAHİBƏ

27 October 2025 at 14:12

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdən sonra “Avrora Qrup”un prezidenti Ceyhun Abbasovun jurnalistlər üçün brifinqi keçirilib:

– Öncə müqavilə ilə bağlı fikirlərinizi bölüşərdiz…

– Bu gün futbol ictimaiyyətində bizim üçün çox önəmli, mühüm bir sənədə imza atdıq. PFL-lə “Avrora Qrup” arasında sponsorluq müqaviləsi imzalandı və bundan sonra Azərbaycan kuboku “Bizon” kuboku adlancaq. Şəxsən bizim, “Avrora” ailəsi üçün çox dəyərlidir. Buna görə, çalışacağıq ki, PFL-lə birgə bu missiyanı layiqincə həyata keçirək.

– Niyə bir mövsümlük imzalamısız, daha uzunmüddətli imzalamaq olmazdı?

– Qarşı tərəfi sınamaq istədik, həmçinin onlar da bizi. Hansı tərəfdən baxsan, bu, biznesdir. Bu müqavilənin bizim biznesə, marka dəyərinə gətirəcək dəyərdən söhbət gedir. Mən və komandam da düşünür ki, bu, uzunömürlü olacaq. Qarşılıqlı münasibətlərimiz bu prosesləri daha yuxarılara aparacaq və Azərbaycan futboluna, idmanına öz töhfəmizi verəcəyik. Bilirsiz ki, futbol idmanın şahıdır və Azərbaycanda da buna çox böyük maraq var. Xüsusən də, doğma “Qarabağ”ımızın son illərdə ortaya qoyduğu performans futbola marağı daha da artırır. Biz də bunun şahidiyik. Eyni zamanda, biz də öz markamıza inanırıq. Yerli brendimiz, sərvətimizdir. On ilin brendidir. Artıq bu sirr deyil, dünyanın 10-a yaxın ölkəsinə bu məhsul ixrac olunur. Bir Azərbaycan məhsulu, brendi kimi öz sözünü deyir.

– Son illər sponsorlar, bir çox şirkətlər Azərbaycan futbolundan yan qaçır. Maraqlıdır, PFL sizi necə razı saldı?

– İdmana olan marağımız, dəstəyimiz qaçılmazdır. Hazırda bir neçə kluba dəstəyimizi veririk. “Zirə”dir, “Sabah”ın alt qruplarına dəstək oluruq. Doğma “Araz”ımıza kömək edirik, sponsor kimi dəstək oluruq. PFL-dən də belə bir təklif gəldi və düşünürəm ki, biz də onu layiqincə dəyərləndirmişik.

– Deyə bilərsiz nə qədər maliyyə ayrılacaq?

– Xeyr (gülür).

– Yayda hansı klubun kuboku qaldırmasını istəyərdiz?

– Finalda doğma “Qarabağ”ımızı görmək istərdim.

– Bəs digəri?

– Sirr qalsın.

– “Bizon” ölkə kubokunda PFL-ə maliyyə cəhətdən dəstək göstərəcək. Maraqlıdır, PFL-in bu yöndə sizdə dəstəyi nə olacaq?

– Daha çox reklam nəzərdə tutulub.

– Bəs o reklamın nə dərəcədə səmərəli olması üçün hansısa ölçü mexanizmi var? Necə biləcəksiz nə dərəcədə səmərəli oldu o reklam lövhələri?

– Ümumiyyətlə, bir söz deyim, bu reklam elə bir şeydir ki, iki vur iki, dörd deyil. Yəni, bunu həmin dəqiqə ölçmək çətindir. Zaman-zaman reklam, marketinq dəstəyi özünü göstərəcək. Ancaq biz “Avrora”nın marketinq qrupu olaraq oturub düşündük ki, bu yola çıxsaq, PFL-lə birgə çalışsaq, uğurlu olarıq.

– Həvəskar futbolçu olduğunuzu dediz, yəqin ki, oynayırsız da. PFL-in prezidenti Elxan Səmədov da əvvəllər oynayırdı. Daha əvvəl yaşıl meydanlarda qarşılaşmısız?

– Özüm həvəskar futbolçuyam, artıq 45 ildir ki, oynayıram. Futbola böyük marağım var. “Avrora Qrup”un daxilində hazırda 36 komanda fəaliyyət göstərir. İlboyu oynayırıq, özüm də bir komandanın üzvüyəm. Elxan müəllimlə çox yaxşı münasibətlərimiz var futbol sahəsində. Bugünkü müqavilənin kökündə məhz bu münasibətlər dayanır.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post “Kubokun finalında doğma “Qarabağ”ımızı görmək istərdim” – MÜSAHİBƏ appeared first on Komanda.az.

“Mançester Yunayted”in ilk beşlikdə yer ala bilməməsi üçün heç bir səbəb görmürəm”

27 October 2025 at 13:44

İngiltərə millisinin sabiq futbolçusu Ceymi Rednapp “Mançester Yunayted”in bu mövsümdəki perspektivlərini qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın Premyer Liqada ilk beşliyə düşmək üçün hər şansı olduğuna inanır:

“Çox da aldanmamalıyıq, amma “Mançester Yunayted”in ilk beşlikdə yer ala bilməməsi üçün heç bir səbəb görmürəm. Əlbəttə ki, bunun üçün kifayət qədər imkanları var. Lakin baş məşqçi Ruben Amorimin dediyi kimi, heç bir illüziyaya qapılmağa ehtiyac yoxdur. Vəziyyət kəskin şəkildə dəyişə bilər”.

“Mançester Yunayted” şənbə günü “Brayton”u 4:2 hesabı ilə məğlub edərək Premyer Liqanın turnir cədvəlində ilk beşliyə yüksəlib. “Qırmızı şeytanlar” 2024/25 mövsümündə turnir cədvəlində 15-ci yeri tutmuşdular.

The post “Mançester Yunayted”in ilk beşlikdə yer ala bilməməsi üçün heç bir səbəb görmürəm” appeared first on Komanda.az.

Yamal Pike ilə Şakiranın keçmiş evini almağa hazırlaşır

27 October 2025 at 13:18

“Barselona”nın hücumçusu Lamin Yamal tanınmış keçmiş cütlük – Jerar Pike (“Barselona”nın sabiq futbolçusu) və müğənni Şakiranın əvvəllər yaşadığı malikanəni almağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

Yamal yeni evi hazırkı sevgilisi Niki Nikolla birlikdə paylaşmağı planlaşdırır. O, bu addımı ilə “Barselona”dakı komanda yoldaşları Alexandro Balde və Ronald Arauxonun qonşusu olacaq.

Malikanə Barselona yaxınlığında, Espluges-de-Ljobreqat rayonundakı “Ciutat Diagonal” yaşayış kompleksində yerləşir. Bura öz məxfiliyi və eksklüzivliyi ilə tanınır.

İspaniyalı futbolçu cari mövsümdə “Barselona”nın heyətində La Liqa və UEFA Çempionlar Liqasında 8 matçda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

The post Yamal Pike ilə Şakiranın keçmiş evini almağa hazırlaşır appeared first on Komanda.az.

“İsak 20 qol vurmasa, hamı onun uğursuz olduğunu deyəcək” – Sabiq futbolçu

27 October 2025 at 12:49

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un sabiq futbolçusu Stiv Makmanaman komandanın hücumçusu Aleksander İsakın bu mövsüm müntəzəm olaraq qol vurmağa başlayacağını gözləyir.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“İsak? 20 qol vurmasa, hamı onun uğursuz olduğunu deyəcək”.

26 yaşlı isveçli futbolçu yay transfer pəncərəsində 145 milyon avroya “Nyukasl”dan “Liverpul”a keçib. O, yeni komandasında hələ qol vurmayıb.

The post “İsak 20 qol vurmasa, hamı onun uğursuz olduğunu deyəcək” – Sabiq futbolçu appeared first on Komanda.az.

“Yerli brendlə müqavilənin futbolumuza töhfəsi böyük olacaq” – PFL rəsmisi

27 October 2025 at 12:37

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdə PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev çıxış edib.

O, bu günün xüsusi bir gün olduğunu söyləyib:

“Bu gün xüsusi bir gündür. Bu günü xüsusi edən həm də ondan ibarətdir ki, biz yerli brendlə müqavilə bağlayırıq. Düşünürəm ki, bunun futbolumuza töhfəsi böyük olacaq. “Avrora Qrup” şirkətinə təşəkkür edirəm. Layihəmiz uğurlu olacaq. Ceyhun bəy (“Avrora Qrup”un prezidenti Ceyhun Abbasov) bildirdi ki, futbolla yaxından maraqlanır. Bu bizi sevindirir. Ümid edirəm ki, birlikdə Azərbaycan futbolunu istədiyimiz səviyyəyə çatdıracağıq”.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post “Yerli brendlə müqavilənin futbolumuza töhfəsi böyük olacaq” – PFL rəsmisi appeared first on Komanda.az.

“Bu gün PFL ilə müqaviləyə imza atmaqla bu yolda uğurlu olmaq istəyirik”

27 October 2025 at 12:27

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdə PFL-in prezidenti Elxan Səmədov, idman jurnalistləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov bu yolda uğurlu olmaq üçün çalışacaqlarını bildirib:

“Sağlam bədəndə sağlam ruh olar” devizi ilə qarşısındayıq. Bu gün cənab prezident İlham Əliyevin idmana qayğısı göz önündədir. Biz də çalışırıq ki, bu yolu davam etdirək. Bu gün PFL ilə müqaviləyə imza atmaqla bu yolda uğurlu olmaq istəyirik.

“Bizon” markamız çətin markadır. Bu marka altında müxtəlif içkilərimiz mövcuddur. Düşünürük ki, “Bizon”umuz bu ilin markası olacaq. Və bu marka idmana da böyük töhfəsini verəcək”.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post “Bu gün PFL ilə müqaviləyə imza atmaqla bu yolda uğurlu olmaq istəyirik” appeared first on Komanda.az.

PFL sponsorluq müqaviləsi imzaladı – Azərbaycan kubokunun adı dəyişdi

27 October 2025 at 12:11

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, “Ritz-Carlton” otelinin “Şuşa” zalında keçirilən tədbirdə PFL-in prezidenti Elxan Səmədov, idman jurnalistləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən Bizon Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post PFL sponsorluq müqaviləsi imzaladı – Azərbaycan kubokunun adı dəyişdi appeared first on Komanda.az.

PSJ-nin futbolçusu da “el klasiko”nu izləməyə gedib

27 October 2025 at 12:08

PSJ-nin sağ cinah müdafiəçisi Əşrəf Hakimi bazar günü “Santyaqo Bernabeu”da baş tutan “Real” – “Barselona” qarşılaşmasında (2:1) iştirak edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli futbolçu oyunu VİP lojadan izləyib. Oyundan sonra onun stadionda çəkdirdiyi şəkillər internetdə yayılıb.

“Real” “el klasiko”da Kilian Mbappe və Çud Bellingemin qolları sayəsində qalib gəlib.

Hakimi “Real” akademiyasının məzunudur. O, əsas heyətə düşə bilməyib və 2020-ci ildə Madrid klubu onu “İnter”ə satıb. 26 yaşlı futbolçu 2021-ci ildən isə PSJ-də çıxış edir.

The post PSJ-nin futbolçusu da “el klasiko”nu izləməyə gedib appeared first on Komanda.az.

“Barselona” onun başçılığı altında bütün oyunlarda uduzub

27 October 2025 at 10:51

“Real” dünən La Liqanın 10-cu turunda doğma meydanda “Barselona”nı məğlub edib.

“Santyaqo Bernabeu”da keçirilən qarşılaşma madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, “Barselona” köməkçi-məşqçisi Markus Sorqun rəhbərliyi altında keçirdiyi bütün üç oyunda məğlub olub.

Kataloniyalılar daha əvvəl Sorqun idarəçiliyi altında “Atletiko”ya və “Leqanes”ə də uduzmuşdular. Hər iki qarşılaşma ötən ilin dekabrında baş tutmuşdu.

Baş məşqçi Hans-Diter Flik “el klasiko”da iştirak edə bilməyib. O, “Jirona” ilə oyunda qırmızı vərəqə aldığı üçün diskvalifikasiya olunmuşdu.

“Barselona” növbəti turda doğma meydanda “Elçe”ni qəbul edəcək.

The post “Barselona” onun başçılığı altında bütün oyunlarda uduzub appeared first on Komanda.az.

“Qəbələ”nin 200-cü məğlubiyyəti

27 October 2025 at 10:39

“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub olub.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Misli Premyer Liqasının 9-cu turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzub.

Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. “Qəbələ” Premyer Liqadakı məğlubiyyət sayında ən çox uduzan 6-cı komandadır. Yalnız “Kəpəz”, “Turan”, “Şamaxı”, “Neftçi” və “Sumqayıt” daha çox görüşdə xalsız qalıb.

“Qəbələ”nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də “MKT-Araz”la səfər matçına təsadüf edib – 1:4.

The post “Qəbələ”nin 200-cü məğlubiyyəti appeared first on Komanda.az.

“Real”ın futbolçusundan “Barselona”nı təhqir edən azarkeşlərə dəstək – FOTO

27 October 2025 at 10:33

La Liqanın 10-cu turunda keçirilən “el-klasiko”da “Real” “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

Matçın ardından “Santyaqo Bernabeu”dakı “Real” azarkeşləri “Barselona”ya qarşı təhqiredici şüarlar səsləndiriblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tribunalar “¡Puta Barça!” (ispanca təhqiredici ifadə, təxminən “rədd olsun Barselona!” mənasında) sözlərini hayqırıb.

Kadrlarda “Real”ın müdafiəçisi Din Heysenin azarkeşlərə əl hərəkətləri ilə bu şüarları daha yüksək səslə demələri üçün işarə etdiyi görünür.

The post “Real”ın futbolçusundan “Barselona”nı təhqir edən azarkeşlərə dəstək – FOTO appeared first on Komanda.az.

Evdə 20-ci böyükhesablı məğlubiyyət

27 October 2025 at 10:29

“Kəpəz” Azərbaycan çempionatlarında öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmtinə istinadən xəbər verir ki, Gəncə klubu Misli Premyer Liqasının 9-cu turunda “İmişli”yə evdə 0:3 hesabı ilə uduzub.

Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi ilə uduzan 3-cü komandadır. Yalnız MOİK və “Sumqayıt” daha çox ağır məğlubiyyətə üzülüb.

“Kəpəz”in evdəki ilk böyükhesablı məğlubiyyəti 2001-ci il martın 12-də “Şəmkir”lə qarşılaşmaya təsadüf edib – 0:3.

The post Evdə 20-ci böyükhesablı məğlubiyyət appeared first on Komanda.az.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün əlamətdar tur

27 October 2025 at 10:19

Azərbaycan Premyer Liqasının 9-cu turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.

Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

Andrade 2020/2021 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, “Qarabağ”da 92 görüşdə 8 qola sevinib, “Araz-Naxçıvan”da isə 8 matçda iştirak edib.

The post “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün əlamətdar tur appeared first on Komanda.az.

Alonso Zidanın uğurunu təkrarladı

27 October 2025 at 10:03

“Real” Xabi Alonsonun rəhbərliyi altında ilk “el klasiko” qələbəsini qazanıb. Komanda dünən doğma meydanda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, Alonso “Real”ın “sükanı arxasında” debüt oyununda “Barselona”ya qalib gələn ikinci baş məşqçi olub. 2016-cı ildə bunu sonuncu dəfə Zinəddin Zidan bacarmışdı.

Alonso bu ilin iyununda Karlo Ançelottini əvəz edərək “Real”ın baş məşqçisi təyin olunub. Madridlilər italiyalı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm keçirdiyi bütün dörd “el klasiko” görüşündə məğlub olmuşdu.

“Real” hazırda 27 xalla La Liqada turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Barselona” isə 22 xalla 2-cidir.

The post Alonso Zidanın uğurunu təkrarladı appeared first on Komanda.az.

Günün oyunları – TV

27 October 2025 at 09:29

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

27 oktyabr

Rusiya, Premyer Liqa
20:30 Axmat – Soçi (Matç Premyer)

Türkiyə, Super Liqa
21:00 Qaziantep – Fənərbaxça (Futbol 3, beİN Sports 1)
21:00 Samsunspor – Rizəspor (beİN Sports 2)

İspaniya, La Liqa
00:00 Betis – Atletiko (Futbol 2, S Sport+)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Bayern”in futbolçusu Premyer Liqa klubuna keçə bilər

27 October 2025 at 08:28

“Bayern”in yarımmüdafiəçisi Aleksandar Pavloviç İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” futbolçunu almaqda maraqlıdır. Lakin Münhen klubunun Pavloviç üçün yüksək transfer tələbi bu sövdələşməyə mane ola bilər. “Bayern”in rəhbərliyi oyunçunun satışı üçün 80 milyon avro tələb edir.

21 yaşlı yarımmüdafiəçinin Almaniya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.

The post “Bayern”in futbolçusu Premyer Liqa klubuna keçə bilər appeared first on Komanda.az.

“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi

27 October 2025 at 02:37

İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Malyorka” – “Levante” matçında qalib müəyyənləşməyib. “Osasuna” – “Selta” görüşündə qonaqlar qalib gəliblər. “Rayo Valyekano” isə “Alaves”i məğlub yola salıb. Turun mərkəzi oyununda da “Real” “Barselona”ya qalib gəlib.

İspaniya La Liqası
10-cu tur

24 oktyabr

Real Sosyedad – Sevilya 2:1
Qollar
: Oyarsabal, 19-pen; 36 – Qudel, 30.

25 oktyabr

Jirona – Real Ovyedo 3:3
Qollar
: Stuani, 64-pen; 90-pen. Unahi, 83 – Vinas, 38-pen. Rondon, 57. Karmo, 90+7.

Espanyol – Elçe 1:0
Qol
: K.Romero, 47.

Atletik – Xetafe 0:1
Qol
: Mayoral, 75.

Valensiya – Vilyarreal 0:2
Qollar
: Moreno, 45-pen. Komesana, 57.

26 oktyabr

Malyorka – Levante 1:1
Qollar
: Maffeo, 79 – Etta Eyonq, 22.

Real – Barselona 2:1
Qollar
: Mbappe, 22. Bellingem, 43 – F.Lopes, 38.

Osasuna – Selta 2:3
Qollar
: Budimir, 37-pen; 45+1 – Yutqla, 26; 69. P.Duran, 87.

Rayo Valyekano – Alaves 1:0
Qol
: Alemao, 90+1.

27 oktyabr

00:00. Betis – Atletiko

The post “Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi appeared first on Komanda.az.

“Lill”dən darmadağın

27 October 2025 at 02:22

Fransa Liqa 1-də 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Lill” “Mets”i, Lion “Olimpik”i “Strasburq”u, “Anje” “Loryan”ı xalsız yola salıb. “Oser” evdə “Havr”a, “Renn” isə “Nitsa”ya uduzub.

Hazırda 20 xala malik PSJ vahid liderdir. “Lans” 19, Marsel və Lion “Olimpik”ləri 18, “Lill” və “Monako” 17 xal toplayıb.

Fransa Liqa 1
9-cu tur

24 oktyabr

Paris – Nant 1:2
Qollar
: Çerqi, 15 – Əl-Ərəbi, 2. Ablin, 39.

25 oktyabr

Brest – PSJ 0:3
Qollar
: Hakimi, 29; 39. Due, 90+6.

Monako – Tuluza 1:0
Qol
: Salisu, 3.

Lans – Olimpik (Marsel) 2:1
Qollar
: Eduard, 23-pen. Pavar, 53-öz qapısına – Qrinvud, 17.

26 oktyabr

Lill – Mets 6:1
Qollar
: İqamane, 24. Korreya, 34; 53. Perro, 64. B.Andre, 82. Haraldsson, 90+3 – Sane, 90+5.

Anje – Loryan 2:0
Qollar
: P.Peter, 16. Şerif, 59.

Oser – Havr 0:1
Qol
: A.Ture, 47.

Renn – Nitsa 1:2
Qollar
: Budlal, 67 – S.Diop, 38. Klauss, 45+1.

Olimpik (Lion) – Strasburq 2:1
Qollar
: Dukure, 31-öz qapısına. Morreyra, 90+1 – Panikelli, 25.

The post “Lill”dən darmadağın appeared first on Komanda.az.

❌
❌