Liqa 1: Marsel və Lion “Olimpik”ləri evdə uduzdular
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 27-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 5 qarşılaşma baş tutub.
“Renn” – “Mets” matçında qapılara qol vurulmayıb. Lion “Olimpik”i doğma meydanda “Monako”ya, Marsel “Olimpik”i isə “Lill”ə məğlub olub. Beş qolluq “Paris” – “Havr” görüşündə meydan sahibləri, “Nant” – “Strasburq” matçında isə qonaqlar qələbəyə seviniblər.
Beləliklə, geridə qalmış 27 turdan sonra 60 xala malik PSJ vahid liderdir. “Lans” 59 xalla ikinci, Marsel “Olimpik”i 49 xalla üçüncü pillədə qərarlaşıb. Lion “Olimpik”i ilə “Lill” 47, “Monako” 46, “Renn” 44 xal toplayıb.
Fransa, Liqa 1
27-ci tur
20 mart
Lans – Anje 5:1
Qollar: Toven, 13. Eduard, 25; 48. Sanqare, 39. Udol, 72 – Maşin, 62.
21 mart
Tuluza – Loryan 1:0
Qol: Emersonn, 81.
Oser – Brest 3:0
Qollar: Okoh, 24; 58. Namaso, 70.
Nitsa – PSJ 0:4
Qollar: N.Mendes, 42-pen. D.Due, 49. D.Fernandes, 81. Zair-Emeri, 85.
22 mart
Olimpik (Lion) – Monako 1:2
Qollar: Şults, 42 – Akliuş, 62. Baloqun, 72-pen.
Olimpik (Marsel) – Lill 1:2
Qollar: Nvaneri, 43 – Munye, 49. Jiru, 86.
Paris – Havr 3:2
Qollar: İmmobile, 29. Seko, 33-öz qapısına. Qori, 86 – Ndiaye, 61. Kyereme, 90+2.
Renn – Mets 0:0
Nant – Strasburq 2:3
Qollar: Tabibu, 6. Ablin, 53 – Oyedele, 45+2. Panikelli, 78; 90+2.
