Məlum olduğu kimi, “Real”ın braziliyalı ulduzu, 25 yaşlı sağ cinah hücumçusu Rodriqo Qoes uzun müddətə sıradan çıxıb.
Arena.az xatırladrı ki, dizinin ön çarpaz bağlarının yırtığı ilə üzləşmiş futbolçu təxminən 10 ay yaşıl meydanlardan uzaq qalmalı olacaq.
Bu arada Rodriqonun son illər ərzində çarpaz bağlarının qismən yırtığı ilə oynadığı məlum olub. O, müvafiq zədə ilə 2023-cü ildə üzləşib, amma buna rəğmən, futbolçu zədəli halda çıxış etməyə davam edib.
Yeri gəlmişkən, Rodriqo Qoes futbol həyatının ən çətin məqamında gələcəyi ilə bağlı qərar qəbul edib. Vurğulanır ki, hücumçu “Real”dan ayrılmaq niyyətində deyil. Braziliyalı ulduz zədədən bərpa olmaq və iddiasını yenidən ortaya qoymaq əzmindədir.
Dünya futbolunun braziliyalı əfsanəsi Ronadinyo isə həmvətəni Rodriqoya dəstəklə müraciət ünvanlayıb:
“Sənə qüsursuz bərpa diləyirəm, qardaşım”, – “Roni” özünün sosial şəbəkə hesabları üzərindən paylaşdığı ismarışa Rodriqo ilə birlikdə çəkilmiş şəklini də qoşub.
Futbol üzrə İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Cessi Linqard bundan sonra “Korintians”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Braziliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
33 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar. Linqardın ən azı bu ilin sonuna kimi “Korintians”da çıxış etməsi gözlənilir.
Xatırladaq ki, Cessi Linqard “Mançester Yunayted”in yetirməsidir. O, 21 il formasını geyindiyi İngiltərə klubunun əsas komandasında bütövlükdə 232 oyuna çıxıb, 35 qol vurub. O, bu illər ərzində qısa müddətə olmaq şərtilə “Lester Siti”, “Birmingem Siti”, “Brayton”, “Derbi Kaunti” və “Vest Hem” kimi klublara icarəyə də verilib. Linqard 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən ayrılıb “Nottingem Forest”ə üz tutsa da, bu komandada cəmi bir mövsüm keçirib. Təcrübəli yarımmüdafiəçi son olaraq Cənubi Koreyanın “Seul” klubunda forma geyinib. O, sözügedən klubun forması altında meydana çıxdığı 66 oyunda 18 qol vurub, 10 məhsuldar ötürmə verib.
İngiltərə yığmasında 32 oyun keçirmiş futbolçu, 6 qola imza atıb.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 23-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Karvan” “Sumqayıt”ı qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşə saat 15:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi Əli Əliyev olacaq.
23-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.“Şamaxı” – “İmişli” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları sabah baş tutacaq. “Zirə” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” matçları martın 9-da keçiriləcək. Tura ayın 10-da təşkil ediləcək “Sabah” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.
Premyer Liqa 23-cü tur 7 mart
“Karvan” – “Sumqayıt” Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev. VAR: Fərid Hacıyev. AVAR: Zöhrab Abbasov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Asif Əliyev. Yevlax şəhər stadionu, 15:00.
Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mərhələnin açılış oyununda “Vulverhempton” doğma meydanda “Liverpul”la üz-üzə gəlib. “Qırmızılar” səfər oyunundan inamlı qələbə ilə ayrılaraq ilk 1/4 finalçı olublar.
Federasiya Kubokunda 1/8 finalın qalan görüşləri martın 7-də və 8-də keçiriləcək.
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda lider və son çempion PSJ doğma meydanda “Monako” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyun qonaqların inamlı qələbəsi ilə başa çatıb.
25-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 28-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Napoli” doğma meydanda “Torino” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin çətin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 28-ci turun qalan görüşləri martın 7-də, 8-də və 9-da keçiriləcək.
İtaliya, A Seriyası 28-ci tur 6 mart
Napoli – Torino 2:1 Qollar: A.Santos, 7. Elmas, 68 – Kasadey, 87.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda lider “Bayern” doğma meydanda Mönhenqladbax “Borussiya”sı ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyun Münhen təmsilçisinin qələbəsi ilə başa çatıb.
25-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyunu “Naxçıvan”la “Lənkəran” arasında keçirilib.
Sərhədçi İdman Mərkəzindəki qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 104:73.
Daha öncə “Sumqayıt” “Quba”nı (117:116), “Sərhədçi” “Ordu”nu (70:67) məğlub edib. Tura martın 8-də yekun vurulacaq.
A qrupu: Sabah – 33. Abşeron Lions – 32. Neftçi – 25. Gəncə – 25. NTD – 19. Şəki – 19.
B qrupu: Ordu – 34. Naxçıvan – 32. Sərhədçi – 25. Sumqayıt – 25. Quba – 24. Lənkəran – 23.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Bu gün AFFA-nın inzibati binasında 2026-cı ildə FIFA referiləri kimi fəaliyyət göstərəcək hakimlərə vəsiqələr və döş nişanları təqdim edib.
Arena.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Elçin Məmmədov, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər.
Vəsiqə və döş nişanlarını hakimlərə təqdim edən Cahangir Fərəcullayev onları bu münasibətlə təbrik edib. O, Azərbaycan hakimlərinin beynəlxalq arenada ölkəni layiqincə təmsil edəcəyinə inandığını bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Bəhruz Teymurov hakimlər üçün nəzərdə tutulan yeni bonus proqramı barədə təqdimatla çıxış edib. O, AFFA İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmiş proqramın tətbiq mexanizmi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bonus proqramı iki əsas prinsip – dayanıqlılıq və kollektiv məsuliyyət üzərində qurulub. Yeni sistem hakimlərin fəaliyyətində peşəkarlığın artırılması, performansın stimullaşdırılması və daha uğurlu nəticələrin əldə olunmasına xidmət edəcək.
Tədbirin sonunda hakimlərin sualları cavablandırılıb və proqramın tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində 2026-cı ilin fevral ayının qalibləri müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan Premyer Liqasında fevralın ən yaxşı qolunun müəllifi “Neftçi”nin legioneri Alessio Kurçi olub. O, Premyer Liqanın 18-ci turu çərçivəsində qarşılaşdıqları “Araz-Naxçıvan”la səfər oyununda komandasının üçüncü qoluna imza atmış və “Neftçi”yə 4:0 hesablı qələbə qazanmaqda kömək etmişdi.
Birinci Liqada Elşən Abdullayev (“Baku Sportinq”), İkinci Liqada isə Əli Bağırov (“Ağstafa Gəncləri”) birinci olub.
Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.
Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 16-cı turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Turan” Tovuz Olimpiya İdman Kompleksində “Abşeron”la qarşılaşıb. Tovuz təmsilçisi bu oyunda 3:0 (25:14, 25:14, 25:17) hesablı qələbəyə sevinib.
Turun sonuncu oyunu isə “Murov”la “Azərreyl” arasında baş tutub. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilmiş bu görüşdə “Murov” 1:3 (21:25, 22:25, 25:18, 22:25) hesabı ilə məğlub olub.
Yüksək Liqa 16-cı tur 6 mart
“Turan” – “Abşeron” 3:0 (25:14, 25:14, 25:17) Tovuz Olimpiya İdman Kompleksi.
“Murov” – “Azərreyl” 1:3 (21:25, 22:25, 25:18, 22:25) Azərbaycan Voleybol Federasiyasının idman zalı.
Xal durumu: Turan – 39. DH Volley – 34. Milli Aviasiya Akademiyası – 28. UNEC – 23. Gəncə – 24. Abşeron – 17. Azərreyl – 18. Murov – 9. Gənclər – 0.
Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” komandasına bundan sonra Volkan Demirel rəhbərlik edəcək.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
44 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, bu postda elə bu gün istefaya göndərilmiş Levent Şahini əvəz edib.
Levent Şahin bu il fevralın 16-da “Gənclərbirliyi” komandasına baş məşqçi təyin edilmişdi. Türkiyəli mütəxəssis bu komandanı cəmi 3 oyuna çıxarıb, 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət görüb. Klub rəhbərliyi Levent Şahinlə fikir ayrılığı səbəbindən yolların ayrıldığını bəyan edib.
Elə Volkan Demirel də son olaraq məhz “Gənclərbirliyi”ni çalışdırıb. O, 2025-ci ilin oktyabrında baş məşqçi təyin edildiyi Ankara təmsilçisindən ötən ilin dekabrında ayrılmışdı. 44 yaşlı mütəxəssis bu komandanı 6 oyuna çıxarmış, 3 qələbə, 3 məğlubiyyət görmüşdü.
Demirel daha öncə “Fənərbağça”da köməkçi, “Karagümrük”, “Hatayspor” və “Bodrumspor”da baş məşqçi kimi çalışıb.
Paytaxt təmsilçisi cari mövsüm ərzində tez-tez baş məşqçi dəyişməsi ilə gündəmdədir. Klub daha öncə Hüseyin Eroğlu, Volkan Demirel və Metin Diyadini də istefaya göndərmişdi. Komanda Super Liqada 24 turdan sonra 24 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Türkiyə Futbol Federasiyası (TFF) 2026/2027-ci illər mövsümündən etibarən Türkiyə Kubokunun oyun formatında dəyişiklik edəcək.
Arena.az xəbər verir ki, bu qərar Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin bu gün baş tutmuş iclasında qəbul olunub.
Belə ki, turnir 2026/2027-ci illər mövsümündən etibarən pley-off sisteminə keçid edəcək. Yeni formatda əvvəlcə beş təsnifat mərhələsi keçiriləcək. Bunun ardınca 1/8 final, 1/4 final, yarımfinal və final oyunları təşkil olunacaq.
Yalnız yarımfinal mərhələsi iki matçdan ibarət formatda reallaşdırılacaq.
Qeyd edək ki, Türkiyə Kubokunun cari mövsümündə təsnifat görüşlərinin ardından qrup mərhələsi başlayıb. Daha sonra komandalar 1/4 finala yüksəliblər.
Bu gün baş tutmuş iclasda həm də futbol üzrə Türkiyə Super Liqasının 2026/2027-ci illər mövsümünün başlayacağı tarix müəyyənləşib. Qərara əsasən, yeni mövsümə avqustun 14-də start veriləcək. Birinci Liqa isə avqustun 7-də başlayacaq.
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” klubunda növbəti struktur dəyişikliyi həyata keçirilib.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Belə ki, klubun infrastruktur rəhbəri Ruslan Məmmədov icraçı direktor vəzifəsinə təyin olunub. Akademiyanın administratoru Fərid Heydərov isə bundan sonra infrastruktur meneceri kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan “Kəpəz” hazırda elitada qalmaq uğrunda mübarizə aparır. Azər Bağırovun rəhbərlik etdiyi komanda keçirdiyi 22 oyunda 16 xal toplayıb və 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Gəncə təmsilçisi mövsümün geridə qalmış hissəsində 4 qələbə qazanıb, 4 heç-heçə edib və 14 məğlubiyyətə üzülüb.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Birinci Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Cəbrayıl” – “Səbail” matçında paytaxt təmsilçisi darmadağına sevinib. MOİK isə “Difai” ilə ev oyunundan çətin qələbə ilə ayrılıb.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 18-ci turunun oyunları bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Əvəzedicilər Liqası, 18-ci tur
“Neftçi-2” – “Zirə-2” oyununda “Neftçi”də 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.
“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Qəbələ-2” oyununun 60-cı dəqiqəsində “Kəpəz”in məşqçisi Sərxan İsmayılov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Gəncə komandası buna görə 200 manat cərimə ödəyəcək. “Qəbələ”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.
“Qarabağ-2” – “Şamaxı-2” oyununda “Qarabağ”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Ağdam komandası 70 manat cərimə edilib. “Şamaxı”nın futbolçusu Davud Mənsumov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şamaxı” buna görə 50 manat cərimə ödəyəcək.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 16-cı turunun oyunları bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
İkinci Liqa, 16-cı tur
“Xankəndi” – “Araz Saatlı” oyununda “Araz Saatlı”da 5 nəfər sarı vərəqə aldığı üçün Saatlı komandası 70 manat cərimə edilib.
“Ağstafa Gəncləri” – “Göygöl” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə Ağstafa komandası 100 manat cərimə edilib. Oyunun 90+2-ci dəqiqəsində “Göygöl”ün futbolçusu Ruslan Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Göygöl” buna görə 50 manat cərimə edilib.
“Şəki” – “Ağdaş” oyununda xərəkdaşıyanlar olmadığına görə Şəki komandası 200 manat cərimə edilib.
“Dinamo” – “Şirvan” oyununda “Dinamo”nun 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Şirvan”ın da 4 futbolçusu sarı vərəqə vərəqə aldığı üçün komanda 70 manat cərimə ödəyəcək.
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kubokunun 1/4 finalının cavab oyunları bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Kuboku, 1/4 final mərhələsinin cavab oyunları
“Zirə” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Nikola Ninkoviç ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 1000 manat cərimə edilib.
“Qarabağ” – “Şamaxı” oyununun 89-cu dəqiqəsində meydana kənar şəxs daxil olduğuna görə Ağdam komandası 2500 manat cərimə edilib. Bu oyunda “Şamaxı”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.
“Qəbələ” – “Sabah” oyununun 48-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Adriel Ba Lua ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Qəbələ” buna görə 1000 manat cərimə ödəyəcək.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 22-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Premyer Liqa, 22-ci tur
“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə Gəncə komandası 8000 manat cərimə edilib. “Sumqayıt”ın azarkeşləri tərəfindən də rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə sözügedən komanda 7000 manat cərimə edilib. Oyunun 62-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 500 manat cərimə ödəyəcək.
“Şamaxı” – “Neftçi” oyununda “Neftçi”də 5 nəfər sarı vərəqə aldığı üçün paytaxt komandası 700 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Neftçi” buna görə 5000 manat cərimə edilib. “Neftçi”nin texniki zonasının üst hissəsi, eyni zamanda “Neftçi”nin azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər paytaxt klubu tərəfindən qarşılanacaq.
“Turan Tovuz” – “İmişli” oyununda “Turan Tovuz”da 4 nəfər sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə edilib.
“Qarabağ” – “Sabah” oyununda “Qarabağ”da 5 nəfər sarı vərəqə aldığı üçün Ağdam komandası 700 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə Ağdam klubu 8000 manat cərimə edilib.
Futbol üzrə Azərbaycan kubokunun 2025/2026 mövsümündə ilk dəfə penaltilər seriyasından istifadəyə zərurət yaranıb.
Arena.az xəbər verir ki, 1/4 final mərhələsinin “Qəbələ” – “Sabah” cütünün taleyi penaltilər seriyasında həll olunub.
Bakıda 0:0, Qəbələdə 3:3 hesablı heç-heçə edən rəqiblərin duelində yekunda paytaxt təmsilçisi qalib gəlib – 4:2. Bu, ölkə kuboku tarixində 35-ci penaltilər seriyası olub.
Sonuncu belə matç da “Sabah”ın iştirakı ilə olub. Bakı klubu 2024/2025-ci illər mövsümünün 1/8 finalında “Turan Tovuz”dan üstün olub – 2:2, 3:1.
“Sabah” Azərbaycan Kubokunun tarixində ikinci dəfə vurduğu penaltilər seriyasında yenə qalib gəlib.
“Qəbələ” 5-ci dəfə kubok matçında belə hadisə ilə üzləşib. 2 qələbəsi olan komanda 3-cü dəfə məğlub olub. “Qırmızı-qaralar” 2007/2008-ci illər mövsümündə 1/4 finalda “Bakı”ya (1:1, 1:1, pen.4:3), 2016/2017-ci illər mövsümündə 1/8 finalda “Zaqatala”ya (2:2, pen.4:1) qalib gəlib. 2013/2014-cü illər mövsümündə finalda (1:1, pen.2:3), 2015/2016-cı illər mövsümündə yarımfinalda (1:1, 1:1, pen.3:4) “Neftçi”yə qarşı duellər uğursuz olub.
Kabo Verde yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Ağdam klubunun heyətində 200-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun yubileyi Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin “Şamaxı” ilə cavab oyununa (3:1) təsadüf edib.
Leandro Azərbaycan çempionunun heyətində keçirdiyi 200 qarşılaşmada 54 qola imza atıb. O, Premyer Liqada 126 (39 qol), ölkə kubokunda 18 (2 qol), avrokuboklarda 56 (13 qol) oyunda “Qarabağ” forması geyinib.
Xatırladaq ki, Andrade “Qarabağ”da 2021/2022-ci illər mövsümündə debüt edib. O, 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Onun Ağdam klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.
Qeyd etdiyimiz kimi, Leo Ağdam klubunun heyətində bütövlükdə 200 oyun keçirib. O, bu oyunlarda 54 qola imza atıb, 58 assist müəllifi olub. Leandro “Qarabağ”ın heyətində 4 dəfə (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) Azərbaycan çempionu, iki dəfə (2021/2022, 2023/2024) ölkə kubokunun qalibi olub.
Leandro Andrade daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığma komandasında da 7 oyun keçirib, lakin məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Azərbaycan Kubokunun 1/4 finalında “Turan Tovuz”a uduzaraq mübarizəni dayandırmış “Kəpəz” bu turnirdə 35-ci məğlubiyyətini alıb.
Arena.az xəbər verir ki, bu, turnirin 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin “Turan Tovuz”la cavab görüşünə təsadüf edib.
Qərb derbisində qeydə alınmış 0:2 hesablı yenilgi Gəncə klubu üçün kubokda 35-ci olub. “Kəpəz” 114-cü matçında bu qədər məğlubiyət alıb. Gəncə təmsilçisi evdə 16, səfərdə 19 dəfə uduzub.
Qeyd edək ki, Azərbaycan Kubokunda yalnız “Neftçi” (43) və MOİK (42) Gəncə təmsilçisindən daha çox məğlub olub.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında da 2025/2026-cı illər mövsümünü uğursuz keçirən Gəncə klubu elitada qalmaq uğrunda mübarizə aparır. Azər Bağırovun rəhbərlik etdiyi komanda keçirdiyi 22 oyunda 16 xal toplayıb və 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Bu kollektiv 4 qələbə qazanıb, 4 heç-heçə edib və 14 məğlubiyyətə üzülüb.
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Sabah” klubu üçün əlamətdar olub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Belə ki, “Qəbələ” ilə cavab oyununda (3:3, pen. 4:2) vurulmuş ilk qol “bayquşlar” üçün yubiley xarakteri daşıyıb. Bakı klubu turnirdə 25-ci səfər qoluna sevinib. Bu topu rəqib qapısından Timoteuş Puxaç keçirib.
Paytaxt təmsilçisi buna 13-cü matçında nail olub. Sözügedən kollektiv ölkə kubokunda rəqib meydanlarında 25 və ya daha çox qol vuran 15-ci komandadır.
Qol sayını 27-yə çatdırmış “Sabah”ın orta məhsuldarlığı 2,07-yə bərabərdir. Bu, ən azı 3 səfər oyununa çıxan komandalar arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, “bayquşlar” kubokdakı ilk səfər qolunu 2018/2019-cu illər mövsümündə 1/8 finalın “Ağsu” ilə qarşılaşmasında vurublar – 3:0.
“Qarabağ” futbol üzrə Azərbaycan Kubokunun 2025/26 mövsümündə yarımfinala yüksəlməklə “Neftçi”nin rekordunu təkrarlayıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Belə ki, ötən gün Azərbaycan Kubokunda cari mövsümün sonuncu yarımfinalçıları müəyyənləşib. “Qarabağ” 21-ci, “Zirə” 6-cı, “Sabah”la “Turan Tovuz” 2-ci dəfə 1/4 final səddini adlayıblar.
“Şamaxı” ilə mübarizədən qalib ayrılmış (1:2, 3:1) son çempion Azərbaycan Kubokunun rekorduna şərik çıxıb. Ağdam klubu 21 dəfə finalın bir addımlığına qədər irəliləmiş “Neftçi”yə çatıb.
İki matçın yekununda (0:0, 2:0) “Sumqayıt”ı üstələmiş “Zirə” isə ən azı 6 dəfə yarımfinala yüksələn 7-ci komanda olub. Şərikli rekordçulardan başqa “Şamaxı” (12), “Qəbələ” (11), “Bakı” və “Xəzər Lənkəran” (hərəsi 8) da bunu bacarıblar.
“Turan Tovuz” “Kəpəz”i (1:0, 2:0), “Sabah” “Qəbələ”ni (0:0, 3:3, pen.4:2) dayandırmaqla ən azı 2 dəfə yarımfinala yüksələn komandaların sayını 18-ə çatdırıb.
Qeyd edək ki, indiyədək 33 komanda 1/4 final səddini keçib.
Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 23-cü turunun 3 oyunu üçün təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
23-cü turun ilk oyunu sabah “Karvan”la “Sumqayıt” arasında keçiriləcək. Martın 8-də isə “Şamaxı” – “İmişli” və “Qarabağ” – “Araz-Naxçıvan” görüşləri baş tutacaq. Artıq bu oyunların hakimləri məlumdur. Qalan görüşlərin təyinatları isə daha sonra açıqlanacaq.
Premyer Liqa 23-cü tur 7 mart
“Karvan” – “Sumqayıt” Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev. VAR: Fərid Hacıyev. AVAR: Zöhrab Abbasov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Asif Əliyev. Yevlax şəhər stadionu, 15:00.
2025/26 mövsümündə uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Tottenhem” İngiltərə Premyer Liqasında antirekorda imza atıb.
Arena.az xəbər verir ki, komanda tarixində ilk dəfə ardıcıl 11 oyunda qələbə qazana bilməyib.
London təmsilçisi çempionatdakı məğlubiyyət seriyasını da 5 matça çatdırıb. İqor Tudorun yetirmələri son olaraq 29-cu turda doğma meydanda “Kristal Pelas”a 1:3 hesabı ilə uduzublar.
Komanda sonuncu qələbəsini 2025-ci il dekabrın 28-də məhz “Kristal Pelas” üzərində (1:0) qazanmışdı. Həmin vaxtdan bəri keçirilən görüşlərin dördündə heç-heçə qeydə alınıb, yeddi matçda isə komanda meydanı məğlub tərk edib.
Yeri gəlmişkən, “Tottenhem” Premyer Liqanı tərk edəcəyi təqdirdə təxminən 261 milyon funt sterlinq gəlirdən məhrum ola bilər. Belə bir iddia ilə “BBC Sport” nəşri çıxış edib. London təmsilçisinin çempionatın 2025/2026-cı illər mövsümünün yekununda Çempionşipə düşməsi maliyyə itkiləri ilə nəticələnəcək.
Hazırda 29 xalla 16-cı pillədə qərarlaşmş komanda düşmə zonasından cəmi 1 xallıq məsafədədir. Mənbənin məlumatına görə, klubun ümumi gəlirləri televiziya hüquqları, sponsorluq müqavilələri və bilet satışından gələn vəsaitlərin azalması hesabına aşağı düşəcək. Hazırda Avropada ən baha bilet satışı (orta hesabla bir oyun üçün 76 funt sterlinq) həyata keçirən klublardan biri olan “Tottenhem” Çempionşipdə qiymətləri əhəmiyyətli dərəcədə endirməl məcburiyyətində qalacaq.
Həmçinin “Nike” və “AIA” ilə imzalanmış və illik təxminən 70 milyon funt sterlinq gəlir gətirən sponsorluq müqavilələrində elitanı tərk etmə halında ödənişlərin azaldılması barədə bəndlər yer alır.
Xatırladaq ki, martın 5-də “Kristal Pelas”a doğma meydanda 1:3 hesabı ilə uduzmuş “mahmızlar” ardıcıl beşinci məğlubiyyətlə üzləşiblər. Komandanın qələbəsizlik seriyası 11 oyuna çatıb ki, bu da 1935-ci ildən bəri qeydə alınmış antirekorddur.
Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Lion “Olimpik”i doğma meydanda “Lans”la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. Bu üzdən penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Lans” sonuncu yarımfinalçı olub.
Beləliklə, Fransa Kubokunda finala vəsiqə uğrunda “Lans” “Tuluza” ilə, “Strasburq” isə “Nitsa” ilə mübarizə aparacaq.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Tottenhem” doğma meydanda “Kristal Pelas”la üz-üzə gəlib. Uğursuz mövsüm keçirən London təmsilçisi bu görüşdən də məğlub ayrılıb. Bu, “Tottenhem”in ardıcıl beşinci məğlubiyyətidir.
Beləliklə, cari mövsümün geridə qalmış 29 turundan sonra 67 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 60 xalla ikinci pillədə qərarlaşıb. “Mançester Yunayted”lə “Aston Villa”nın 51, “Çelsi” və “Liverpul”un 48, “Brentford”un 44, “Everton”un 43 xalı var.
Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə B qrupunda mübarizə başa çatıb.
“Samsunspor” səfərdə “Antalyaspor”u 2 cavabsız qolla yenərək qrup birincisi kimi növbəti mərhələyə yüksəlib. “Konyaspor” da “Eyüpspor”la səfər görüşündə oxşar hesabla qələbə qazanıb və qrup ikincisi olub.
Xatırladaq ki, daha öncə A qrupundan “Qalatasaray” və “Trabzonspor”, C qrupundan isə “Beşiktaş” və “Fənərbağça” pley-offa yüksəlmişdilər. “Alanyaspor” və “Gənclərbirliyi” isə ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələdə iştirak hüququ qazanıblar.
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Kubokunun 1/4 finalında “Sabah”a qarşı keçirdikləri cavab matçını şərh edib.
Arena.az xəbər verir ki, ilk oyundan qolsuz ayrılmış komandaların cavab görüşündə qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib – 3:3.
Penaltilər seriyasına 2:4 hesabıyla uduzmuş “Qəbələ” yekunda kubokla vidalaşıb. Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox maraqlı oyun oldu. Çoxlu qol epizodları və qollar oldu. “Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Futbolçularım xarakter və oyun olaraq əllərindən gələni etdilər. Çempionatda bu cür oyunlara ehtiyacımız var. Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıdakı çempionat oyununda da “Sabah”la qarşılaşacağıq. Növbəti oyuna hazırlaşacağıq.
Düzünü desəm, penaltilər seriyasında qələbə qazanacağımızı düşünürdüm. Son iki çempionat oyununu nəzərə alsaq, bu oyunda belə nəticə gözləmirdim. Penaltilər psixoloji məsələdir. Murad Musayev həmişə fərqli küncə vurur, bu dəfə alınmadı. Mən özüm də onun vurduğu penaltiyə təəccübləndim. Məşqlərdə etdiklərini psixoloji səbəbdən bu gün icra edə bilmədilər. Biz futbolçulardan öncədən soruşuruq ki, kim penaltini vurmaq istəyir.
Ba Lua bizim üçün çox vacib oyunçudur. Əlbəttə, qış toplanışında bizimlə birlikdə olsaydı, daha hazır olardı. Qırmızı vərəqəyə gəldikdə isə, epizodu AFFA özü aydınlaşdırmalıdır. Mənə elə gəlir ki, oyun epizodundan öncə qayda pozuntusu vardı. Araşdırılmasını istərdim. Hakimlərin yanaşması fərqli ola bilər. Onsuz da geriyə dönən deyilik. Daha bir məqamda Akinadenin üzünə zərbə oldu. Şəxsi düşüncəmə görə, həmin epizodda qırmızı vərəqə var idi. Bu da araşdırılmalıdır”.
Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 18-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Quba” evdə “Sumqayıt”la üz-üzə gəlib. Quba Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb – 117:116.
Günün son matçı “Sərhədçi” İdman Mərkəzində “Sərhədçi” və “Ordu” arasında baş tutub. Görüş “Sərhədçi”nin 70:67 hesablı qələbəsi ilə nəticələnib.
Tura martın 8-də yekun vurulacaq.
A qrupu: Sabah – 33. Abşeron Lions – 32. Neftçi – 25. Gəncə – 25. NTD – 19. Şəki – 19.
B qrupu: Ordu – 34. Naxçıvan – 30. Sərhədçi – 25. Sumqayıt – 25. Quba – 24. Lənkəran – 21.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun 1/4 finalında “Qəbələ”yə qarşı keçirdikləri cavab matçını şərh edib.
Arena.az xəbər verir ki, ilk oyundan qolsuz ayrılmış komandaların cavab görüşündə qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib – 3:3.
Penaltilər seriyasına 4:2 hesabıyla qalib gəlmiş “Sabah” yekunda yarımfinala yüksələn tərəf olub. Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” bu gün böyük əzmkarlıq göstərdi, ruh nümayiş etdirdi. Futbolçularımı yarımfinala yüksəldiklərinə görə təbrik edirəm. Çox çətin oyun oldu. Bundan əvvəlki, 3:0 öndə olduğumuz oyunda da “Qarabağ” geridönüş edə bilmişdi. Bu gün də hesabda 2:0 öndə idik. Rəqib 10 nəfərlə qaldıqdan sonra geridönüş etdi. Təhlillər aparıb bunları araşdırmalıyıq. Bu, kubok oyunudur. Hər ölkədə belə “dəli” hesablar olur, hekayələr yazılır. İnanıram ki, neytral azarkeşlər də bizim oyunlarımızdan həzz alırlar. Bakıya qayıdacağıq. 5 gün sonra yenə “Qəbələ” ilə oyunumuz var. Mənim üçün də çətindir. Bu rəqiblə bir ay ərzində artıq 4-5 dəfə qarşılarıq. Bir rəqibi təkrar-təkrar təhlil etmək çətindir.
Bu gün düşünmədiyimiz bir şey gerçəkləşdi. Birinci hissədə rəqibə ümumiyyətlə, fürsətlər vermədik. Oyunu nəzarətdə saxlayırdıq. İkinci hissədə də üstün olan tərəf biz idik. Qısa müddətdə iki qol buraxmağımızın səbəblərini daha yaxşı təhlil etməliyik. Psixoloji və ya taktiki amillər ola bilər.
Hələ yarımfinal oyunlarının təqvimi bəlli deyil. Mənim fikrim qarşıdan gələn “Qəbələ”, “Sumqayıt” və “İmişli” ilə çempionat matçlarındadır. Bunlardan sonra yarımfinal matçları haqda fikirləşərik.
Bu dəli dünyada gələcəkdə nələr baş verəcəyini heç kim bilə bilməz. Ona görə, deyirəm ki, bizim avrokuboklarda iştirakımız hələ dəqiqləşməyib. Hələ qarşıda 11 tur və kubokda yarımfinal matçları var. Nələr olacağını indidən deyə bilmərik. Düzdür, son iki oyunda baş verənlər məni narahat etməyə bilməz. Bu iki matç bizim üçün böyük dərsdir. Səhvlərimizdən nəticələr çıxarmalıyıq. Mənim fikrim yalnız və yalnız qarşıdakı oyuna necə bərpa olmağımızdır”.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, mərhələnin sonuncu görüşü “Qəbələ” ilə “Sabah” arasında keçirilib.
Qəbələ şəhər stadionunda baş tutmuş görüşün baş hakimi Rəvan Həmzəzadə olub. Tərəflər ilk oyundan qolsuz bərabərliklə ayrılmışdılar. Cavab görüşündə də qapılara 6 qol vurulmasına baxmayaraq, qalib müəyyənləşməyib. Bu üzdən də sonuncu yarımfinalçı penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Sabah” yarımfinala yüksəlib.
Xatırladaq ki, Azərbaycan Kubokunda daha öncə “Zirə”, “Qarabağ” və “Turan Tovuz” komandaları da yarımfinala yüksəlmişdilər.
Beləliklə, finala vəsiqə uğrunda “Turan Tovuz” “Zirə”ni, “Qarabağ” isə “Sabah”ı sınağa çəkəcək.
Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunları 5 mart
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Birinci Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Şəfa” – “Şahdağ Qusar” oyununda meydan sahibləri qələbə qazzanıblar. “Baku Sportinq” “Mingəçevir”ə, “Zaqatala” isə “Şimal”a məğlub olub.
17-ci turun qalan görüşləri sabah keçiriləcək. Bütün matçlara eyni saatda (15:00) start veriləcək.
Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, “Olimpik Star”da təşkil edilmiş turun ilk matçında lider “Neftçi” orta pillələrdə yer almış “Şuşa”nı qəbul edib.
Görüş “ağ-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb.
“Lənkəran” komandası oyuna gəlmədiyinə görə, “Araz-Naxçıvan”la görüş keçirilməyib. Bu qarşılaşmanın nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.
Turun son oyunu kifayət qədər maraqlı alınıb. Gənclər yığması iddialı rəqibinin qapısından fasiləyə qədər 4 cavabsız top keçirib. İkinci hissədə qapıçını meydan oyunçusu ilə əvəzləyən “Baku Fire” ardıcıl qollar vurmağı bacarıb.
Yüksək Liqa 13-cü tur 5 mart
Neftçi İK – Şuşa 14:0 Qollar: Allef Mayolli, 0:34. Nihad İsmayılov, 2:43; 20:58. Markus Vinisius, 7:18; 36:36. Leonildo Rodriqes, 15:47; 17:29; 31:28. Hüseyn Əbdülov, 16:03-öz qapısına. Fərid Atakişiyev, 16:49. Qüdrət Qasımzadə, 20:28-öz qapısına. Lukas Ramos, 21:28. Əhməd İsmayılov, 34:50. Emil Həsənzadə, 38:54. Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov. Hakim-inspektor: Azad Hüseynov. Bakı. “Olimpik Star”. Saat 12:30.
Araz-Naxçıvan – Lənkəran matçı baş tutmayıb Hakimlər: Hidayət Feyzullayev, Mahir Məmmədov, Hacıəli Ağayev. Hakim-inspektor: Murad Məmmədov. Bakı. “Olimpik Star”. Saat 14:30.
Baku Fire – U-19 8:6 Qollar: Oqtay Rüstəmli, 22:47; 25:00; 30:23; 35:06. Eldar Zeynalov, 23:30; 25:50. Kənan Manafov, 32:13. Oqtay Mahmudzadə, 39:42-öz qapısına – Emil Bayramov, 2:32. Fərid Kərimli, 14:48. İsmayıl Əhmədov, 17:17; 24:35. Oqtay Mahmudzadə, 19:26. Turan Azayev, 27:58. Hakimlər: Knyaz Əmiraslanov, İmran Məhərrəmov, Elgün Hüseynov. Hakim-inspektor: Əfqan Həmzəyev. Bakı. “Olimpik Star”. Saat 16:30.
Xallar: Neftçi İK – 34. Araz-Naxçıvan – 31. Baku Fire – 26. Şuşa – 15. U-19 – 6. Lənkəran – 0.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 finalında “Turan Tovuz”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, ilk oyunda 0:1 hesabıyla uduzmuş Gəncə təmsilçisi cavab görüşündə də 0:2 məğlub olub və kubokda mübarizəni dayandırıb.
Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında yarımfinala çıxmalarına belə şərh verib:
“Azarkeşlərimizə təşəkkür edirəm ki, uduzsaq belə, sonadək bizə dəstək oldular. Oyuna gəlincə, standart vəziyyətdən iki qol buraxdıq. Bu, bizi məyus edir. Qarşıda “Turan Tovuz”la çempionat matçımız da var. O qarşılaşmada çalışacağıq ki, azarkeşlərimiz önündə ən yaxşı oyunumuzu göstərək. Bundan sonra irəliyə baxıb, çempionatda daha yuxarı pillələrə qalxmağa çalışacağıq.
Komandanı sıfırdan mən yığmamışdım. Bu gün çempionatda ən az legioner bizdədir. Bir neçə oyunçumuz heç nədən çıxıb getdi. Bunun komandaya böyük zərbəsi dəydi. Uşaqlar hər oyunda döyüşürlər. Gələn mövsüm burada qalıb-qalmayacağımızı bilmirik. Hər şey may ayında bəlli olacaq. Komandanı sıfırdan yığsam, Gəncədə oynamaq mənim üçün asan olacaq”.
“Turan Tovuz”un məşqçisi Ruslan Abışov Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”ə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda təşkil edilmiş cavab qarşılaşmasında Tovuz təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.
İlk oyunda da 1:0 hesabıyla qalib gəlmiş “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev cəzalı olduğu üçün, onu bu matçda Ruslan Abışov əvəz edib. Gənc mütəxəssis matçdan sonra təşkil edilmiş mətbuat konfransında yarımfinala çıxmalarına belə şərh verib:
“5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar bütün idmançıları, məşqçiləri, idmanla məşğul olan hər kəsi təbrik edirəm. İlk oyunda qələbə qazanmışdıq. Amma bu, bizim üçün heç nəyi dəyişmirdi. Oyuna ciddi hazırlaşmışdıq. Erkən qol futbolçularda bir az arxayınlıq yaratdı. Bu da oyuna öz təsirini göstərirdi. İkinci hissənin əvvəlində də erkən qol vurduq. Artıq ümumi hesabda 3:0 öndə idik. Əks-hücumlarda daha yaxşı epizodlar yarada bilərdik. Daha çox qol vura bilərdik. Artıq bu oyunu yaddan çıxarıb çempionat oyununa hazırlaşacağıq. Kubokda da hədəfimiz böyükdür. Finala qədər getmək istəyirik”.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Yevlaxda baş tutub.
Burada “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Yevlax şəhər stadionunda təşkil edilmiş oyunu Cavid Cəlilov idarə edib. Bu komandaların ilk oyununda Tovuz təmsilçisi 1:0 hesablı qələbəyə sevinmişdi. Cavab görüşündən inamlı qələbə ilə ayrılmış tovuzlular yarımfinala yüksəliblər.
Xatırladaq ki, Azərbaycan Kubokunda daha öncə “Zirə” və “Qarabağ” komandaları yarımfinala yüksəliblər.
Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunları 5 mart
Portuqaliyalı futbol mütəxəssis Leonardo Jardim Braziliyanın “Flamenqo” klubunun əsas komandasına baş məşqçi təyin edilib.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Filipe Luisin istefasından sonra yeni təyinat rəsmən açıqlanıb. A Seriyası təmsilçisinin “sükan”ı 51 yaşlı portuqal məşqçiyə tapşırılıb. Tərəflər arasında müddəti 2027-ci ilin sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Leonardo Jardim daha çox “Monako” (2014-2019) və “Sportinq” (2013-2014) klublarındakı fəaliyyəti ilə tanınır. Onun sonuncu iş yeri 2025-ci ildə çalışdırdığı “Kruzeyro” klubu olub.
Xatırladaq ki, “Flamenqo” bir neçə gün öncə baş məşqçisi Filipe Luisi istefaya göndərmişdi. Onunla birlikdə köməkçisi İvan Palanko və fiziki hazırlıq üzrə məşqçi Dioqo Linyares də klubu tərk etmişdilər.
Xatırladaq ki, Filipe Luis 2024-cü ildən “Flamenqo”nu çalışdırırdı. Onun Braziliya klubu ilə müddəti 2027-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqaviləsi mövcud idi.
“Flamenqo” Filipe Luisin rəhbərliyi altında bütövlükdə 99 oyun keçirib, 62 qələbə, 21 heç-heçə və 16 məğlubiyyət görüb. Komanda bu müddətdə Libertadores Kubokunu, Braziliya Kubokunu və Braziliya Super Kubokunu qazanıb.
Braziliyalı mütəxəssis daha öncə “Flamenqo”nun U-17 və U-20 komandalarında da baş məşqçi kimi çalışıb.
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Söhbət qadın futbolçulardan ibarət komandalar arasında keçirilən dünya çempionatının (DÇ-2027) seçmə mərhələ oyunundan gedir. C Liqasının 3-cü qrupu çərçivəsində təşkil olunacaq qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Filipa Pereyra Kunya olacaq. Ona yan xətt hakimləri Andreya Souza və Kristiana Moreyra Kosta kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sara Alves yerinə yetirəcək.
Qeyd edək ki, martın 7-də Felksutdakı “Panço Arena”da keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.
DÇ-2027-nin seçmə mərhələsi C Liqası, 3-cü qrup 7 mart
17:30. Macarıstan – Azərbaycan Hakimlər: Filipa Pereyra Kunya, Andreya Souza, Kristiana Moreyra Kosta, Sara Alves (hamısı Portuqaliya). Felksut, “Panço Arena”.
“Şamaxı-2” – “Araz-Naxçıvan-2” Hakimlər: Nəriman Ağayev, Aydın Baxşıyev, Elvin Mədətov, Hacıağa Həsənov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Şamaxı şəhər stadionu, 15:00.
10 mart
“Turan Tovuz-2” – “Kəpəz-2” Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Elmin Süleymanov, Rüfət Əhmədov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Namiq Əliyev. Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 17-ci turunun bütün təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Üç günü əhatə edəcək turun bütün görüşləri saat 15:00-da start götürəcək.
İkinci Liqa 17-ci tur 8 mart
“Kür-Araz” – “Ağstafa Gəncləri” Hakimlər: Nahid Xasıyev, Rəhman Aslanov, Cavid Ömərov, Xəlil Xəlilov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Heydər Əliyev adına İmişli şəhər stadionu.
9 mart
“Şirvan” – “Quba” Hakimlər: Rəsul Babayev, Asif Abdullayev, Rasim Axundov, Vüqar Alıyev. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Şirvan Olimpiya İdman Kompleksinin stadionu.
“Şəmkir” – “Xankəndi” Hakimlər: Kamran Əliyev, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ceyhun Hüseynov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Namiq Əliyev. Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.
10 mart
“Araz Saatlı” – “Dinamo” Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Tural Bayramov, Nail Nağıyev. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Saatlı Olimpiya İdman Kompleksinin stadionu.
“Göygöl” – “Şəki” Hakimlər: Namiq Bəkirov, Sadiq Əliyev, Hüseyn Vəliyev, Elçin Abdullayev. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Mahal Məmmədov. Göygöl Olimpiya İdman Kompleksinin stadionu.
“Ağdaş” – “Qaradağ Lökbatan” Hakimlər: Sənan Bayramzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, İrşad Aydınov. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Ağdaş şəhər stadionu.
“Zaqatala” – “Şimal” Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Novruz Əzimov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.
6 mart
“Cəbrayıl” – “Səbail” Hakimlər: Şamil İmanzadə, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Namiq Bəkirov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Mahal Məmmədov. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
“Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov Belçikanın “Vesterlo” klubunda təcrübədə olub.
Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Cavadov PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində “Vesterlo” klubunun düşərgəsinə təcrübəyə yollanıb. Gənc mütəxəssis səfər zamanı həm əsas komandanın, həm də “Vesterlo” akademiyasının məşqlərini izləyib.
Cavadov Belçika klubun bəzi rəsmiləri ilə görüşüb, onlarla müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
Xatırladaq ki, Vaqif Cavadov futbolçu karyerasını bitirəndən bəri “Sumqayıt”ın müxtəlif yaş qrupları üzrə komandalarında məşqçi kimi çalışır. Azərbaycan millisinin sabiq hücumçusu bir müddət bu klubun əsas komandasına da rəhbərlik edib.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Öncə “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq oyunu Cavid Cəlilov idarə edəcək. Bu komandaların ilk oyununda Tovuz təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.
Mərhələnin sonuncu görüşü isə “Qəbələ” ilə “Sabah” arasında keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Tərəflər ilk oyundan qolsuz bərabərliklə ayrılıblar.
Xatırladaq ki, Azərbaycan Kubokunda daha öncə “Zirə” və “Qarabağ” komandaları yarımfinala yüksəliblər.
Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunları 5 mart
Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Loryan” – “Nitsa” matçında qapılara qol vurulmayıb. Bu üzdən də qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Nitsa” növbəti yarımfinalçı olub.
Marsel “Olimpik”i də evdə “Tuluza” ilə münasibətlərinə aydınlıq gətirib. 4 qolun qeydə alındığı bu matçın da taleyinə penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələrdə daha dəqiq olmuş “Tuluza” yarımfinala yüksələn tərəf olub.
Fransa Kubokunda 1/4 final mərhələsinə martın 5-də keçiriləcək “Olimpik” (Lion) – “Lans” oyunu ilə yekun vurulacaq.
Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.
“Real Sosyedad” doğma meydanda “Atletik”lə qarşılaşıb. Bilbao təmsilçisi doğma meydanda baş tutmuş ilk oyunda minimal hesabla məğlub olmuşdu. Sosyedad təmsilçisi cavab görüşündə də oxşar hesabla qalib gəlməklə sonuncu finalçı olub.
Beləliklə, İspaniya Kubokunda həlledici oyun Madrid “Atletiko”su ilə “Real Sosyedad” arasında keçiriləcək. Final qarşılaşması aprelin 18-də keçiriləcək.
İspaniya Kuboku Yarımfinalın cavab oyunları 3 mart
Barselona – Atletiko 3:0 Qollar: Bernal, 29; 72. Rafinya, 45+4-pen. İlk oyun – 0:4.
4 mart
Real Sosyedad – Atletik 1:0 Qol: Oyarsabal, 87-pen. İlk oyun – 1:0.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 17-ci turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyununda “Hamburq” doğma meydanda “Bayer”lə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini bir qol həll edib. Leverkuzen təmsilçisi səfərdə minimal hesabla qələbə qazanıb.
Bu nəticədən sonra “Bayer” 43 xalla 6-cı pillədə qərarlaşıb. “Hamburq” isə 26 xalla 11-cidir.
Bundesliqanın yarış cədvəlinə 63 xalı olan “Bayern” liderlik edir. Dortmund “Borussiya”sı 52 xalla ikinci pillədə qərarlaşıb. “Hoffenhaym” və “Ştutqart”ın 46, “Leypsiq”in 44 xalı var.
Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə C qrupunda mübarizəyə yekun vurulub.
“Beşiktaş” doğma meydanda “Rizəspor”a böyük hesabla qalib gələrək qrup lideri olub. “Fənərbağça” səfərdə “Qaziantep”i darmadağın edərək qrup ikincisi olub. “Ərzurumspor” isə “Keçiörengücü” üzərində inamlı qələbə ilə 3-cü yeri tutub. Digər komandalar kubokda mübarizəni dayandırıblar.
Xatırladaq ki, Türkiyə Kubokunda qrup mərhələsinin sonuncu oyunları sabah keçiriləcək.
Türkiyə Kuboku Qrup mərhələsi, 4-cü tur 4 mart
C qrupu
Beşiktaş – Rizəspor 4:1 Bəyoğlu Yeni Çarşı – Kocaelispor 1:0 Ərzurumspor – Keçiörengücü 4:2 Qaziantep – Fənərbağça 0:4
Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 24-cü turu çərçivəsində “Çerno More” ilə qarşılaşıb.
Səfərdə baş tutmuş bu oyunda qapılara qol vurulmayıb – 0:0. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.
“Arda” 24 turdan sonra 32 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 8 qələbə qazanıb, 8 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 72 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokubun 1/4 finalında “Şamaxı”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, səfərdəki ilk oyunda 1:2 hesabıyla uduzmuş Ağdam təmsilçisi ev oyunundan 3:1 hesablı qələbə ilə ayrılıb və yarımfinala yüksəlib.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Vacib nəticədir. Oyun əlavə vaxta gedə bilərdi. İkinci hissədə oyunu tam ələ almışdıq. Bəzən səhvlərimiz olurdu. Qələbə çox vacib idi. Futbolçular düzgün oynamağa çalışdılar. Bir az yorğunluq hiss olunurdu. Qarşıdakı günlərdə yavaş-yavaş özlərinə gələcəklər. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Ayxan Abbasova uğurlar arzulayıram.
Pedro Bikalyo “Nyukasl” və “Sabah”la oyunlarda xeyli güc sərf etmişdi. Ona görə ehtiyat etdik və Kadi Borgesə şans verdik. İstərdik ki, Kadi daha çox ön xətdə oynasın. Bəzən oyun quruculuğunda onun kimi oyunçunun bugünkü mövqedə olması lazımdır. Gələcəkdə belə rotasiyalar olacaq. Xoni Montiel də orada oynaya bilər və ya yerlərini dəyişə bilərik. Futbolçuların bir neçə mövqedə oynamaq qabiliyyətinin olması sevindirici haldır.
Son dövrlər komandada psixoloji gərginlik var. İlboyu sıx qrafikdə oyunlar keçirmək asan deyil. Hazırda elə bir vəziyyətdəyik ki, sakit olmağa vaxt yoxdur. Hər matç ötdükcə tələblər də artır. Bizim məqsədlərimiz daim yüksəkdədir. Bu, futbol həyatının normal gedişatıdır. Bəzi futbolçular bu gərginliyin ortasında gücdən düşmüş kimi görünür. Biz bunu maksimum dərəcədə aradan qaldırmağa çalışırıq. Biz bu il həddindən artıq çox yükləndik. Oyun sayı əvvəlki illərə baxanda daha çox oldu. İstərdim ki, heyətimiz daha geniş olsun. Yeni mövsümdə əlimizdən gələni edəcəyik ki, heyət baxımından əziyyət çəkməyək”.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokubun 1/4 finalında “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasında Şamaxıda baş tutmuş ilk oyunda 2:1 hesabıyla qalib gəlmiş Abbasovun kollektivi səfərdəki cavab görüşündə 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Üzücü məğlubiyyət oldu. İlk oyunda qalib gəlsək də, cavab görüşünün çətin olacağını bilirdik. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra həm qol vurduq, həm də qol epizodlarımız oldu. İkinci hissədə rəqibin təzyiqini gözləyirdik. Müdafiə planında səhvlər etdik. Buna baxmayaraq, uşaqlar sona qədər vuruşdular. Sonuncu dəqiqədə penaltini yerinə yetirə bilsəydik, bəlkə əlavə vaxtda şanslarımız olardı. Dörd gündən bir oynamaq öz sözünü deyir. Kubok bizim üçün bitdi. Rəqibi təbrik edirəm. Premyer Liqanın 3-cü dövrəsinə hazırlaşacağıq.
Bizdə iki penalti vuran var – Rikardo Apolinario və Kərim Rossi. Rikardo da bir kubok oyununda penaltini vura bilməmişdi. Kərim 3 penalti yerinə yetirib. Yorğunluq, oyunun stressi var idi. Qismət”.
Abbasov Premyer Liqanın son oyunundan sonra Peşəkar Futbol Liqası ilə bağlı açıqlamalarına da aydınlıq gətirib:
“PFL-lə danışıqlarımız oldu. Hamımız istəyirik ki, meydançalarımız yaxşı olsun, şərait gündən-günə inkişaf etsin. PFL-də çalışanlarla bizim çoxdan əlaqəmiz var. Bir anlaşılmazlıq olmuşdu. Bir-birimizi başa düşdük, heç bir problem yoxdur”.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qarabağ” – “Şamaxı” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Arena.az bu gün Bakıda baş tutmuş oyunun videoicmalını və yekun protokolunu təqdim edir:
Azərbaycan Kuboku 1/4 finalın cavab oyunu 4 mart
“Qarabağ” – “Şamaxı” 3:1 Qollar: Emmanuel Addai, 6; 61. Leandro Andrade, 63 – Karim Rossi, 32. Qolla nəticələnməyən penalti: Karim Rossi, 90+5. Sarı vərəqələr: Vladislav Veremeyev, 47 (qeyri-idman hərəkəti). Rikardo Fernandes, 85 (hakimin qərarına etiraz). Andrey Tirkovyanu, 90+3 (qeyri-idman hərəkəti). Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ayxan Abbasov, 90+3 (hakimin qərarına etiraz). Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 3 dəqiqə. Saat 19:00. Tofiq Bəhramov adına Respublika Stadionu, 750 tamaşaçı.
Baş hakim: Fərid Hacıyev. Baş hakimin köməkçiləri: Rəhman İmami, Zöhrab Abbasov. Dördüncü hakim: Rəşad Əhmədov. VAR: İnqilab Məmmədov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov (17. Kamilo Duran, 64), 22. Musa Qurbanlı, 8. Marko Yankoviç (35. Pedro Bikalyo, 86), 20. Kadi Borges, 2. Mateus Silva, 18. Dani Bolt (81. Kevin Medina, 78), 15. Leandro Andrade, 11. Emmanuel Addai (10. Abdullah Zubir, 64), 24. Jeremi Qnali (44. Elvin Cəfərquliyev, 64). Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 9. Xoni Montiel, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk. Baş məşqçi: Qurban Qurbanov.
Şamaxı: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev (19. Abdullahi Şuaybu, 84), 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 77), 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau (10. Andrey Tirkoveanu, 68), 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa (7. Edqar Adilxanov, 68). Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov. Baş məşqçi: Ayxan Abbasov.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin növbəti cavab oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
“Qarabağ” “Şamaxı”nı qəbul edib. Bu komandalar arasında Şamaxıda baş tutmuş ilk oyunda meydan sahibləri 2:1 hesabıyla qalib gəlmişdilər. Ayxan Abbasovun komandası cavab görüşündə bu üstünlüyü qorumağa çalışıb. Qurban Qurbanovun kollektivi isə həmin məğlubiyyətin əvəzini çıxmağı hədəfləmişdi. Dörd qolluq görüşdə məhz Ağdam təmsilçisi inamlı qələbə qazanaraq yarımfinala yüksəlib.
Xatırladaq ki, Azərbaycan Kubokunda ilk yarımfinalçı “Zirə” olmuşdu. Sözügedən komanda iki oyunun nəticəsinə görə “Sumqayıt”ı üstələmişdi – 0:0, 2:0. Mərhələnin qalan oyunları sabah keçiriləcək. “Qəbələ” “Sabah”ı, “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək.
Azərbaycan Kuboku 1/4 finalın cavab oyunu 4 mart
“Qarabağ” – “Şamaxı” 3:1 Qollar: Emmanuel Addai, 6; 81. Leandro Andrade, 63 – Karim Rossi, 31. Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Zöhrab Abbasov, Rəşad Əhmədov. VAR: İnqilab Məmmədov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 11. Emmanuel Addai, 24. Jeremi Qnali. Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 9. Xoni Montiel, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran. Baş məşqçi: Qurban Qurbanov.
Şamaxı: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa. Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tirkovyanu, 19. Abdullahi Şuaybu. Baş məşqçi: Ayxan Abbasov.
London “Arsenal”ının 23 yaşlı italiyalı sol cinah müdafiəçisi Rikkardo Kalafyori uzaq gələcəklə bağlı arzusunu açıqlayıb.
Arena.az italyan futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Tez-gec “Roma”ya qayıtmaq istərdim. Gələcək karyeramı planlaya bilmərəm, amma bunu çox istəyirəm. Bu, nəsə bitirilməmiş bir xüsusdur”, deyə Kalafyori vurğulayıb.
Mərkəz müdafiəçisi olan Rikkardo Kalafyori futbola “Petriana” klubunda qədəm qoyub, buradan “Roma”ya yol taparaq, böyük futbolda “canavarlar”ın heyətində debüt edib. Kalafyori karyerası ərzində “Cenoa”, “Bazel” və “Bolonya”da da çıxış edib.
“Arsenal” italyan futbolçunu 2024-cü ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bolonya”dan “topçular”ın düşərgəsinə qatıb. Kalafyorinin “Arsenal”la müqaviəsinin müddəti 2029-cu iliin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kalafyori “Arsenal” üçün 25 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Onun London klubundakı karyerası bütövlükdə 54 oyun, 4 qol və 5 assistdən ibarətdir.
Rikkardo Kalafyori 2024-cü ilin iyununda debüt etdiyi İtaliya yığmasının heyətində 12 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.
Rikkardo Kalafyorinin qənimətlər muzeyində “Roma” ilə qazandığı Avropa Konfrans Liqası (2021/2022) var.
“Transfermarkt” internet-portalı 23 yaşlı italyan mərkəz müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Bakıdakı toplanış martın 5-dən 10-dək davam edəcək. Komandamız martın 11-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Sloveniyanın Catez ob Savi şəhərinə yollanacaq. U-17 millimiz B Liqasının 3-cü qrupunda Sloveniya, Belçika və Farer adaları ilə qarşılaşacaq.
Millimizə toplanış üçün dəvət alan futbolçuların adlarını və seçmə mərhələ oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
İradə Əsədli – Şəfa
Süməyyə Əhməd – Ulduz
Aydan Abdullayeva – Sabah
Aysu Əsədova – Sabah
Ayan Abdiyeva – Liman
Xədicə Rəhimova – Neftçi
Zəhra İsmayılova – Şəfa
Məryəm Nuruzadə – Ulduz
Nuray Əzizova – Təhsil 8 İOEUGİM
Aylin Əliyeva – Ulduz
Xədicə Əlizadə – Liman
Nuray Qurbanova – Ulduz
Məryəm Səmədli – Sabah
Suel Polikarpova – Neftçi
Sara Səlimova – Neftçi
Fatimə Kərimli – Sabah
Dəniz Mikayıllı – Şəfa
Mehri Məmmədzadə – Sabah
Ebru Əmirova – Ulduz
Könül Hüseynova – Ulduz
Şəhanə Mirzəliyeva – Liman
Zəhra Abdullayeva – Ulduz
12 mart 15:00. Belçika – Azərbaycan Baş hakim: Veronika Vasilçenko (Ukrayna) Baş hakimin köməkçiləri: İrina Qolyak (Ukrayna), Kaya Şkrban (Sloveniya) Dördüncü hakim: Tayda Xlebeç (Sloveniya) Krşko, “Matiye Qubça” stadionu.
15 mart 15:00. Sloveniya – Azərbaycan Baş hakim: Oksana Kruç (Moldova) Baş hakimin köməkçiləri: Natalya Çeban (Moldova), İrina Qolyak (Ukrayna) Dördüncü hakim: Veronika Vasilçenko (Ukrayna) Brejitse şəhər stadionu.
18 mart 15:00. Azərbaycan – Farer adaları Baş hakim: Veronika Vasilçenko (Ukrayna) Baş hakimin köməkçiləri: İrina Qolyak (Ukrayna), Kaya Şkrban (Sloveniya) Dördüncü hakim: Tayda Xlebeç (Sloveniya) Krşko, “Matiye Qubça” stadionu.
Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Dinamo” – “Şirvan” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər.
İkinci Liqa 16-cı tur
1 mart
“Quba” – “Kür-Araz” 0:0 Hakimlər: Maqsud Şamıyev, Aydın Baxşıyev, Anar Bədəlov, Nazim Abdullayev Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.
2 mart
“Qaradağ Lökbatan” – “Şəmkir” 4:0 Qollar: Rəhman Quliyev, 30. Hakan Həsənov, 44. Tural Axverdiyev, 45. İlham Hüseynov, 87. Hakimlər: Ceyhun Hüseynov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Nahid Xasıyev. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Erkin Hüseynov. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
3 mart
“Xankəndi” – “Araz Saatlı” 2:1 Qollar: Mirmövsüm Caniyev, 86. Elməddin Hüseynzadə, 89 – Xəyal Bədirov, 90+3. Hakimlər: Rövşən Rəcəbov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Şamil İmanzadə. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Elman Musayev. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Ağstafa Gəncləri” – “Göygöl” 1:1 Qollar: İlkin Allahverdiyev, 84 – Fərid Məmmədov, 57. Hakimlər: Xəlil Xəlilov, Vüqar Bayramov, Sənan Atayev, Rasim Musayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Eldəniz Musayev. Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Şəki” – “Ağdaş” 1:4 Qollar: Nihat Fərəci, 3 – Yusif Dilanov, 23, 36. Oleq Xəlilov, 86; 90+3. Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Namiq Bəkirov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
Türkiyə çempionu “Qalatasaray” azarkeşlərinin UEFA Çempionlar Liqasının (ÇL) matçındakı qayda pozuntularına görə cəzalandırılıb.
Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Belə ki, fanatlar fevralın 25-də baş tutmuş “Yuventus”la cavab matçında (2:3) pirotexniki vasitələrdən istifadə ediblər. Onlar həmçinin meydançaya tribunadan müxtəlif əşyalar atıblar.
Türkiyə klubu baş verənlərə görə 40 min avro məbləğində cərimələnib. Həmçinin, türkiyəli azarkeşlər ÇL-in 1/8 final mərhələsi çərçivəsində İngiltərə çempionu “Liverpul”a qarşı keçiriləcək səfər oyununa bilet ala bilməyəcəklər.
Xatırladaq ki, “Liverpul” “Qalatasaray”ı martın 18-də qəbul edəcək. İlk oyun isə martın 10-da Türkiyədə keçiriləcək.
“Sarı-qırmızılar” UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşdığı “Yuventus”u doğma meydanda 5:2 hesabıyla məğlub etsə də, səfərdə 2:3 hesabıyla uduzmuşdu.
“İnter Mayami”nin hücumçusu Lionel Messi son bir ildə milli çempionat matçlarında ən yüksək məhsuldarlıqla yadda qalan oyunçu olub.
Arena.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son bir ildə 67 liqada ən çox qol vuran və məhsuldar ötürmə edən oyunçuların reytinq siyahısını dərc edib.
Siyahıda son 365 gün ərzində yalnız daxili liqa oyunlarında vurulmuş qol və məhsuldar ötürmələr nəzərə alınıb. Lionel Messi 59 məhsuldar göstərici ilə (37 qol və 22 məhsuldar ötürmə) liderdir. Onun ən yaxın izləyicisi olan “Bayern”in hücumçusu Harri Keyndən (42 xal, 35 qol, 7 məhsuldar ötürmə) fərqi 17 məhsuldar hərəkətdir.
Argentinalı futbolçu həmçinin, liqa səviyyəli indeksə də liderlik edir (məsələn, Premyer Liqaya 1.0 əmsal, La Liqaya 0.968 əmsal və s. təyin olunub). Bu indeksə görə, Messi 66.3 xal toplayıb.
İlk 100-lükdəki ən gənc futbolçu “Barselona”nın 18 yaşlı oyunçusu Lamin Yamaldır (18 qol, 11 məhsuldar ötürmə). Ən yaşlı isə “Əl-Nəsr”in 41 yaşlı hücumçusu Kristiano Ronaldodur (29 qol, 2 məhsuldar ötürmə).
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab matçı “Zirə”nin kapitanı Qismət Alıyev üçün əlamətdar olub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Alıyev Bakı klubunun heyətində 200-cü oyununu keçirib. 30 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab matçına (2:0) təsadüf edib.
Qəsəbə klubunun oyun sayında rekordçusu olan Qismət Alıyev 2020/2021-ci illər mövsümündən çıxış etdiyi komandada 15 qol vurub. O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda 12 dəfə meydana çıxıb, çempionatda 13, avrokubokda 2 qola sevinib.
Qeyd edək ki, Alıyevin “Zirə”dəki debütü də “Sumqayıt”la matça təsadüf edib. O, 2020-ci il oktyabrın 18-də Premyer Liqanın səfər görüşündə (1:2) meydana çıxıb.
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bu gün və sabah keçiriləcək cavab görüşlərinin bütün təyinatları açıqlanıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumat verir.
Xatırladaq ki, ötən gün keçirilmiş “Zirə” – “Sumqayıt” görüşünün hakimləri daha öncə açıqlanmışdı. “Zirə” iki oyunun nəticəsinə əsasən (0:0, 2:0) qalib gələrək Azərbaycan Kubokunda ilk yarımfinalçı olub.
Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunları 4 mart
19:00. “Qarabağ” – “Şamaxı” Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Zöhrab Abbasov, Rəşad Əhmədov. VAR: İnqilab Məmmədov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
5 mart
14:30. “Kəpəz” – “Turan Tovuz” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov. VAR: Kamranbəy Rəhimov. AVAR: Akif Əmirəli. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Anar Şixəliyev. Tovuz şəhər stadionu.
18:00. “Qəbələ” – “Sabah” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev. VAR: Kamal Umudlu. AVAR: Elvin Bayramov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Yavər Rəhimov. Qəbələ şəhər stadionu.
“Çelsi”nin 18 yaşlı braziliyalı sağ cinah hücumçusu Estevan Villian niyə məhz İngiltərə klubuna qoşulmasını əsaslandırıb.
Arena.az gənc ulduzun müvafiq açıqlamasını təqdim edir:
“Ailəm digər klubların da məkanlarını ziyarət etmişdi, amma mənim diqqətimi “Çelsi” çəkdi. “Çelsi”nin layihəsi onunla əlamətdardır ki, bu, daha çox oynamaq imkanı verən komandadır”, deyə gənc futbolçu vurğulayıb.
Xatırladaq ki, “Çelsi” 2025-ci ilin iyul ayında Estevan Villian müqabilində futbolçunun, yetirməsi olduğu “Palmeyras”a 45 milyon avro məbləğində ödəniş edib. Braziliyalı hücumçu 2033-cü ilin iyun ayının sonuna qədər müddət ərzində “zadəganlar”ın xidmətində olacaq.
Yeri gəlmişkən, “Çelsi”nin 25 yaşlı portuqaliyalı sağ cinah hücumçusu Pedro Neto da “zadəganlar”ın heyətində iddiasını açıqlayıb:
“Mən “Çelsi”yə qənimətlər qazanmaq üçün gəlmişəm. Buradakı ilk mövsümüm gözəl alındı – iki kubok qazandıq. İndi isə gözləntilərim çox yüksəkdir”, deyə Neto vurğulayıb.
PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin, penalti zərbələri zamanı yüksək qeyri-dəqiqlik fəsadı ilə bağlı qənaətini açıqlayıb.
Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Şadam ki, penalti silsilələrini qazanmışıq. Yaxşı qapıçılarımız və yaxşı oyunçularımız var. Amma bununla yanaşı, penaltiləri pis gerçəkləşdiririk”, deyə Enrike vurğulayıb.
O, Paris komandasının qapıçılarından da danışıb:
“Yüksək səviyyəli üç qapıçımız var, mən çox şadam. Luka Şevalye, Matvey Safonov və Renato Marin komanda naminə yüz faiz can qoyurlar. Onlardan çox məmnunam. İşlər yaxşı getməyəndə, qapıçılarımız xasiyyətlərini nümayiş etdirirlər”, deyə Enrike vurğulayıb.
Yeri gəlmişkən, PSJ-nin portuqal yarımmüdafiəçisi Vitinya da parislilərin ispan baş məşqçisi Luis Enrike haqda söhbət açıb:
“Luis Enrike mənim üçün müəyyənləşdirici amil oldu. O, mənim tərəqqimi təşkil edib”, deyə Vitinya vurğulayıb.
“Barselona”nın 18 yaşlı ispaniyalı ulduzu, sağ cinah hücumçusu Lamin Yamal pubalgiyadan daha əziyyət çəkmədiyini bildirib.
Arena.az xəbər verir ki, gənc futbolçu ağrısız oynadığını və xoşbəxt olduğunu bildirib:
“Daha pubalgiyadan əziyyət çəkmirəm. Onda xoşbəxt deyildim, indi isə futboldan yenə zövq alıram”, deyə Yamal vurğulayıb.
Qeyd edək ki, Yamal cari mövsümdə tərəqqisinə davam edir. O, “blauqrana”nın son 12 oyununda 9 qol vurub və 4 məhsuldar ötürmə verib.
Əlavə edəki, müvafiq səviyyədə uğurlu çıxışı, gənc futbolçunun mövsümün “Qızıl top” mükafatına iddiasını artırır.
Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Yamal cari mövsümdə “blauqrana”nın heyətində 35 oyuna çıxıb. O, bu oyunlarda 18 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 141 oyun, 43 qol və 49 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.
Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin növbəti cavab oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutacaq.
“Qarabağ” “Şamaxı”nı qəbul edəcək. Bu komandalar arasında Şamaxıda baş tutmuş ilk oyunda meydan sahibləri 2:1 hesabıyla qalib gəlmişdilər. Ayxan Abbasovun komandası cavab görüşündə bu üstünlüyü qorumağa çalışacaq. Qurban Qurbanovun kollektivi isə həmin məğlubiyyətin əvəzini çıxmağı hədəfləyib.
Xatırladaq ki, Azərbaycan Kubokunda ilk yarımfinalçı “Zirə” olub. Sözügedən komanda iki oyunun nəticəsinə görə “Sumqayıt”ı üstələyib – 0:0, 2:0. Mərhələnin qalan oyunları sabah keçiriləcək. “Qəbələ” “Sabah”ı, “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək.
Azərbaycan Kuboku 1/4 finalın cavab oyunu 4 mart
19:00. Qarabağ – Şamaxı Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. İlk oyun – 1:2.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Bornmut” – “Brentford” matçında qapılara qol vurulmayıb. “Lids” doğma meydanda “Sanderlend”ə məğlub olub. “Everton” “Börnli”ni, “Vulverhempton” isə “Liverpul”u məğlub yola salıb.
29-cu turun qalan görüşləri martın 4-də və 5-də keçiriləcək.
23:30. Aston Villa – Çelsi 23:30. Brayton – Arsenal 23:30. Fulhem – Vest Hem 23:30. Mançester Siti – Nottingem Forest 00:15. Nyukasl – Mançester Yunayted
Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Barselona” doğma meydanda “Atletiko” ilə qarşılaşıb. Madrid təmsilçisi doğma meydanda baş tutmuş ilk oyunda 4 cavabsız qolla qalib gəlmişdi. Kataloniya təmsilçisi cavab görüşündə 3 cavabsız qol vursa da, bu, mərhələ adlamaq üçün yetərsiz olub. Nəticədə “Atletiko” ilk finalçı olub.
İspaniya Kubokunda digər finalçının adına sabah keçiriləcək “Real Sosyedad” – “Atletik” matçında aydınlıq gələcək.
İspaniya Kuboku Yarımfinalın cavab oyunları 3 mart
Barselona – Atletiko 3:0 Qollar: Bernal, 29; 72. Rafinya, 45+4-pen. İlk oyun – 0:4.
Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin 4-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə A qrupunun görüşləri baş tutub.
“Qalatasaray” qrup mərhələsinin son turunda səfərdə “Alanyaspor”a da qalib gələrək lider kimi növbəti mərhələyə yüksəlib. “Trabzonspor” isə səfərdə “Başakşəhər”i yenərək qrup ikincisi olub. “Alanyaspor” da 7 xalla 3-cü olub.
Qeyd edək ki, Türkiyə Kubokunda qrup mərhələsinin qalan görüşləri martın 4-də və 5-də keçiriləcək.
Türkiyə Kuboku Qrup mərhələsi, 4-cü tur 3 mart
A qrupu Alanyaspor – Qalatasaray 1:2 Fəthiyəspor – Karagümrük 0:2 İstanbulspor – Boluspor 0:0 Başakşəhər – Trabzonspor 2:4
“Mançester Siti”nin sabiq futbolçusu Yaya Ture İngiltərə Premyer Liqasının cari mövsümünün çempionu olacaq komandanı açıqlayıb.
Arena.az xəbər verir ki, ivuarlı keçmiş mərkəz yarımmüdafiəçisi “Arsenal” və “Mançester Siti” arasında seçim edib:
“Hesab edirəm ki, “Mançester Siti” “Arsenal”dan daha yaxşı oynayır. Söhbət üslubdan, təcrübədən, oyuna yanaşmadan gedir. Bəli, zənnimcə, “Mançester Siti” Premyer Liqanı qazanacaq”, deyə Yaya Ture vurğulayıb.
“Arsenal”ın ingiltərəli keçmiş mərkəz hücumçusu Yan Rayt isə “topçular”ın əsas fasadı ilə bağlı qənaətini açıqlayıb:
“Oyunların sonlarında “Arsenal”ın əsəbiliyi baş qaldırır. Komanda daha arxayın oynaması üçün, qələbəni özü üçün daha erkən surətdə təmin etməlidir”, deyə Rayt vurğulayıb.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümündə 29 oyuna 64 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” isə 59 xalla (28 oyun) ikinci sırada qərarlaşıb.
“Real”ın baş məşqçisi Alvaro Arbeloa komandanın son uğursuz nəticələrinin aparıcı futbolçuların yoxluğu ilə əlaqəli olmadığını bildirib.
Arena.az xatırladır ki, Madrid təmsilçisi İspaniya La Liqasının 26-cı turunda doğma meydanda “Xetafe”yə məğlub (0:1) olub.
Paytaxt klubunun baş məşqçisi Alvaro Arbeloa nəticədən məyus olduğunu bildirib:
“Fikrimcə, rəqibimizdən daha çox şansımız var idi. Amma futbol şanslar deyil, qollardır. Rəqib bizi heç də təəccübləndirmədi, onlar tam gözlənildiyi kimi oynadılar”.
İspaniyalı mütəxəssis, Cud Bellingem və Kilian Mbappenin zədə səbəbindən heyətdə olmamasının məğlubiyyətlər üçün bəhanə olmadığını deyib:
“Mbappe və Bellingem bəhanə kimi? Xeyr, bu, “Real”dır və onlarsız da oyunlarda qalib gəlmək üçün kifayət qədər oyunçumuz var. Mən bəhanə axtarmıram”.
Alvaro Arbeloa “qaymaqlılar”ın braziliyalı ulduzu, cinah hücumçusu Vinisius Juniorun tərəqqisi haqda qənaətini də açıqlayıb:
“Hansısa düyməni basıb-basmadığımı bilmirəm. Xidmət futbolçuya məxsusdur – o, inanılmaz, görkəmlidir. Yeganə xidmətim, əgər bu, varsa, – “Vini”yə əminlik verməyim, dəstək göstərməyimdir”, deyə Arbeloa vurğulayıb.
“Real”ın baş məşqçisi Madrid klubunun əzəli rəqibi “Barselona”nın oyunlarına baxıb-baxmadığı ilə bağlı sualı isə belə cavablayıb:
“İspaniya çempionatının bütün oyunlarına ixtiyari imkanda baxıram”, deyə Arbeloa “blauqrana”nı səciyyələndirmədən cavab verib.
Arbeloa “qaymaqlılar”ın braziliyalı ulduzu, sağ cinah hücumçusu Rodriqo Qoesin zədəsindən də danışıb:
“Rodriqo çox vacib oyunçu olmalıdır. O, zədələrinə qədər məhz belə olub. O, əsas və həlledici sima ola bilər”, deyə Arbeloa vurğulayıb.
Xatırladaq ki, “Xetafe”yə məğlubiyyət nəticəsində bu turda qələbə qazanan lider “Barselona” ilə xal fərqi 4-ə yüksəlib. “Real” hazırda 60 xalla La Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Sumqayıt” matçı meydan sahiblərinin qələbəsi ilə (2:0) başa çatıb.
Arena.az Zirədə keçirilmiş bu oyunun yekun protokolunu və videoicmalını təqdim edir:
Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunu 3 mart
“Zirə” – “Sumqayıt” 2:0 Qollar: Davit Volkov, 28. Ceyhun Nuriyev, 88. Sarı vərəqələr: İsmayıl İbrahimli, 58 (qeyri-idman hərəkəti) – Höccət Haqverdi, 69 (qeyriidman hərəkəti). Rəsmi şəxsə göstərilən sarı vərəqə: Saşa İliç, 76 (hakimin qərarına etiraz). Qırmızı vərəqə: Nikola Ninkoviç, 83 (ciddi qayda pozuntusu). Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 4 dəqiqə. Saat 19:00. Zirə İdman Kompleksinin stadionu, 600 tamaşaçı.
Baş hakim: Elçin Məsiyev. Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov. Dördüncü hakim: Rauf Cabbarov. VAR: Tural Qurbanov. AVAR: Asiman Əzizli. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunun 1/4 finalında “Zirə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş cavab görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Saşa İliç mübarizəni dayandırdıqları bu görüşdən sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə “Zirə”ni təbrik edirəm. Kubok oyunları çətin keçir. Birinci hissədə yaxşı oynadıq, fasilədən sonra buraxılan səhvlər qolla nəticələndi. İkinci hissədə oyunu dəyişməyə çalışdıq. Amma Nikola Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu. Oyunçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Fürsətlərimiz çox olmadı. “Zirə”nin də qol epizodu çox deyildi. İlk fürətdəcə qol vurdular. Bu mövsüm onlarla 4 oyun keçirdik və hamısında bir-birimizə bərabər oyun göstərdik. “Zirə” keyfiyyətli komandadır.
Ninkoviçdən gözləntilərimiz böyükdür. Bu gün qırmızı vərəqə aldı. Ola bilər ki, psixoloji problemləri var, dəqiq deyə bilmərəm. Ona ümidlərimiz var, amma o, hələ ki, ümidlərimizi doğrultmur.
Oyunçularla bağlı müzakirə etmək istəməzdim. Bəli, mövsümə yaxşı başlamışdıq. Müəyyən zamandan sonra eniş oldu. Qarşıda bizi oyunlar gözləyir. Çalışacağıq ki, əlimizdən gələni edək”.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 finalında “Sumqayıt”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan (ilk oyun 0:0) sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Vacib oyuna çıxmışdıq. Kubok oyunlarının cavab matçları xüsusilə gərgin və stressli olur. Bu qarşılaşmalarda sonradan səhvi aradan qaldırmağa vaxt olmur. Üzərimizdə gərginlik var idi. Futbolçularıma təşəkkür edirəm. Yüksək peşəkarlıq göstərdilər. Bundan sonra kubok və Premyer Liqada əsas mərhələyə giririk. Əvvəlkindən daha çox işləməliyik.
“Sumqayıt”la qısa müddətdə 3 oyun keçirdik. Əvvəlki oyunlardan xüsusi bir fərq yox idi. Hamısı eyni məcrada keçdi. Onlar hücum fazasında güclüdürlər. Rəqibə qol şansı vermədən qalib gəlmək daha önəmli idi. Bu gün də, əvvəlki matçlarda da uduza bilərdik. Onlara uğurlar arzulayıram.
Yarımfinalda “Turan Tovuz”la qarşılaşa bilərik. Onların gücü hamıya bəllidir. Mən də sizin kimi “Turan Tovuz”u yarımfinala daha yaxın görürəm. Amma hələ cavab matçı var. Ondan sonra rəqib haqda fikir bildirə bilərik. İndi “Kəpəz”lə çempionat oyununu düşünəcəyik.
İlk oyun idi ki, tam heyətlə hazırlaşmışdıq. Ən vacibi bu idi. Yetərincə heyətimiz var ki, rotasiya edək. Düşünürəm ki, ehtiyac olduqca, komanda buna hazırdır. Vacib perioda giririk. Mütləq şəkildə hamının oynamaq şansı olacaq. Futbolçular özləri də oynamaq istəyirlər”, deyə Rəşad Sadıqov vurğulayıb.
Braziliya millisinin və “Real”ın braziliyalı cinah hücumçusu Rodriqo Qoes aldığı ciddi zədə səbəbindən uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, o, İspaniya La Liqasının 26-cı turunda “Xetafe”yə qarşı keçirdikləri ev oyununda (0:1) ciddi zədə alıb.
25 yaşlı futbolçu sağ dizindəki ön çarpaz bağı qoparıb və cari mövsümün qalan hissəsini, eləcə də 2026-cı ildə baş tutacaq dünya çempionatını buraxacaq.
“Marca”nın yazdığına görə, braziliyalı futbolçu bu gün tibbi müayinədən keçib və nəticədə çarpaz bağın qoparıldığı aşkarlanıb. Maraqlıdır ki, Rodriqo zədəsinə baxmayaraq, “Xetafe”yə qarşı oyunu davam etdirə bilib. O, “Santyaqo Bernabeu”dakı matçın 55-ci dəqiqəsində meydana buraxılıb və sonadək oynayıb.
Təxminən bir aylıq fasilədən sonra meydana qayıtmış 25 yaşlı futbolçu bu dəfə daha çox məcburi istirahət etməli olacaq.
Xatırladaq ki, Rodriqo Qoes cari mövsümdə “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 27 matçda iştirak edib. O, bu oyunlarda 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Rodriqodan əlavə, Madrid təmsilçisinin heyətində Raul Asensio, Eduardo Kamavinqa, Dani Sebalyos, Kilian Mbappe, Cud Bellingem və Eder Militao kimi aparıcı futbolçular da zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıblar.
Yeri gəlmişkən, “Real” daha 3 futbolçu itkisi ilə üzləşib. Madrid təmsilçisinin oyunçularından Din Höysen, Alvaro Karreras və Franko Mastantuono La Liqanın 27-ci turunda “Selta” ilə matçda iştirak edə bilməyəcəklər. Onlar “Xetafe” ilə qarşılaşmada cəzalı duruma düşüblər. Höysen və Karreras sarı vərəqə aldıqları, Mastantuono isə birbaşa qırmızı vərəqə gördüyü üçün bu halla üzləşib.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Zirə” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. Bu komandaların Sumqayıtda baş tutmuş ilk görüşündə qapılara qol vurulmamışdı. Bu üzdən də bütün suallara məhz cavab matçında aydınlıq gəlib.
Qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edib. Elşad Abdullayev və Pərvin Talıbov onun bu qarşılaşmadakı köməkçiləri olublar. Cavab görüşünün taleyini bir qol həll edib. “Zirə” inamlı qələbə sayəsində ilk yarımfinalçı olub.
Azərbaycan Kubokunda digər yarımfinalçıların adına martın 4-də və 5-də aydınlıq gələcək.
“Neftçi-2” – “Zirə-2” 1:0 Qol: Ömər Qurbanov, 79. Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Sadiq Əliyev, Nəriman Ağayev. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Novruz Əzimov. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
3 mart
“Turan Tovuz-2” – “Sabah-2” 1:2 Qollar: Vüqar Bağırov, 87 – Ramil Nuraxmedov, 76. Amir Qəribov, 84. Hakimlər: Rəsul Babayev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Rüfət Əhmədov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Qarabağ-2” – “Şamaxı-2” 0:1 Qol: Davud Mənsumov, 45. Hakimlər: Niyaz Əhmədov, Elman Kərimov, Elmin Süleymanov, Vüqar Alıyev. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Nəriman Axundov. Binə qəsəbə stadionu, 14:30.
Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
“Ağstafa Gəncləri” – “Göygöl” matçında qalib müəyyənləşməyib. “Xankəndi” “Araz Saatlı”ya qalib gəlibsə, “Şəki” “Ağdaş”a böyük hesabla uduzub.
16-cı tura martın 4-də keçiriləcək “Dinamo” – “Şirvan” oyunu ilə yekun vurulacaq.
İkinci Liqa 16-cı tur
1 mart
“Quba” – “Kür-Araz” 0:0 Hakimlər: Maqsud Şamıyev, Aydın Baxşıyev, Anar Bədəlov, Nazim Abdullayev Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.
2 mart
“Qaradağ Lökbatan” – “Şəmkir” 4:0 Qollar: Rəhman Quliyev, 30. Hakan Həsənov, 44. Tural Axverdiyev, 45. İlham Hüseynov, 87. Hakimlər: Ceyhun Hüseynov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Nahid Xasıyev. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Erkin Hüseynov. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
3 mart
“Xankəndi” – “Araz Saatlı” 2:1 Qollar: Mirmövsüm Caniyev, 86. Elməddin Hüseynzadə, 89 – Xəyal Bədirov, 90+3. Hakimlər: Rövşən Rəcəbov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Şamil İmanzadə. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Elman Musayev. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Ağstafa Gəncləri” – “Göygöl” 1:1 Qollar: İlkin Allahverdiyev, 84 – Fərid Məmmədov, 57. Hakimlər: Xəlil Xəlilov, Vüqar Bayramov, Sənan Atayev, Rasim Musayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Eldəniz Musayev. Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Şəki” – “Ağdaş” 1:4 Qollar: Nihat Fərəci, 3 – Yusif Dilanov, 23, 36. Oleq Xəlilov, 86; 90+3. Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Namiq Bəkirov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Şimali Makedoniyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da üz-üzə gəliblər.
Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Əsgərov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox yaxşı gün oldu. Əlbəttə, çətin oyun alındı. Qələbə qazanmaq istəyirdik və bunu bacardığımız üçün qürur duyuruq. Futbolçularımıza təşəkkür edirəm. Matçın ilk 20 dəqiqəsində səhvlərimiz oldu, amma getdikdə komanda özünə gəldi. İkinci hissədə də rəqibin təzyiq edəcəyini bilirdik. Maksimum dərəcədə diqqətli olmalıydıq. Çünki rəqib bərabərlik qolu üçün hücuma atılacaqdı və haradasa səhv edəcəkdi. Qızlar sona qədər xarakter göstərərək ikinci qolu vurdular və qələbə qazandıq”.
Siyasət Əsgərov martın 7-də səfərdə Macarıstan yığması ilə keçiriləcək matçdan da uğurlu nəticə ilə dönməyi hədəflədiklərini söyləyib:
“Qısa müddətdə bərpa olunmaq çox çətindir. Heyətimizdə itkilər var, 3 futbolçumuz zədə səbəbindən heyətdən kənarda qalıb. Bizi indi Macarıstana uzun səfər gözləyir. Rəqibin gücünə bələdik, heyətində fərdi cəhətdən yüksək keyfiyyətə malik oyunçular var. Buna baxmayaraq, Macarıstandan minimum heç-heçə ilə qayıtmağı hədəfləyirik”.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində mübarizəyə start verib.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Şimali Makedoniya ilə üz-üzə gəlib.
“Dalğa Arena”da baş tutmuş görüşü Polşadan olan hakimlər briqadası idarə edib. Rəqibindən daha üstün oyun nümayiş etdirmiş millimiz yekunda inamlı qələbəyə sevinib. Komandamızın hər iki qolunu Sevinc Cəfərzadə vurub.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını martın 7-də Macarıstan yığmasına qarşı keçirəcək. Bu görüş Felksutdakı “Panço Arena”da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
DÇ-2027-nin seçmə mərhələsi C Liqası, 3-cü qrup 3 mart
Azərbaycan – Şimali Makedoniya 2:0 Qollar: Sevinc Cəfərzadə, 28; 78. Baş hakim: Anna Adamska Baş hakimin köməkçiləri: Yulia Bukaroviç, Angelika Novak Dördüncü hakim: Mixalina Diakov (Hakimlər briqadası Polşadandır) Hakim-inspektor: Qraziella Pirriatore (İtaliya) UEFA nümayəndəsi: Sərtan Kırağası (Türkiyə) Mərdəkan. “Dalğa Arena”. Saat 15:00.
Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 19-cu, 20-ci və 21-ci turun oyun cədvəlləri açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
19-cu turun görüşləri martın 9-da və 10-da, 20-ci turun matçları martın 16-da və 17-də, 21-ci turun qarşılaşmaları isə ayın 20-də, 21-də və 22-də keçiriləcək.
“Xetafe” futbol üzrə İspaniya La Liqasının 26-cı turunda Madrid “Real”ını səfərdə məğlub edərək tarixi nəticəyə imza atıb.
Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.
Belə ki, “Santyaqo Bernabeu” stadionunda keçirilmiş görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 39-cu dəqiqədə qonaqların hücumçusu Martin Satriano rəqib qapısından keçirib.
Bununla da “Xetafe” 2008-ci ildən bəri ilk dəfə Madrid səfərində “Real” üzərində qələbə sevinci yaşayıb. Həmin vaxtdan bəri bu stadionda keçirilmiş ardıcıl 16 qarşılaşmanın hamısında “kral klubu” qalib gəlmişdi.
Xatırladaq ki, “Xetafe” sonuncu dəfə 2008-ci ildə “Santyaqo Bernabeu”da rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. Sözügedən komanda La Liqanın cari mövsümündə 32 xalla 11-ci pillədə qərarlaşıb. “Real” isə 60 xalla ikincidir.
Futbol üzrə Braziliya A Seriyasında mübarizə aparan “Flamenqo” komandasının baş məşqçisi Filipe Luis istefaya göndərilib.
Arena.az bu barədə Braziliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, 40 yaşlı mütəxəssis martın 3-dən etibarən əsas komandadakı vəzifəsindən kənarlaşdırılıb. Onunla birlikdə köməkçisi İvan Palanko və fiziki hazırlıq üzrə məşqçi Dioqo Linyares də klubu tərk ediblər.
Xatırladaq ki, Filipe Luis 2024-cü ildən “Flamenqo”nu çalışdırırdı. Onun Braziliya klubu ilə müddəti 2027-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqaviləsi mövcud idi.
“Flamenqo” Filipe Luisin rəhbərliyi altında bütövlükdə 99 oyun keçirib, 62 qələbə, 21 heç-heçə və 16 məğlubiyyət görüb. Komanda bu müddətdə Libertadores Kubokunu, Braziliya Kubokunu və Braziliya Super Kubokunu qazanıb.
Braziliyalı mütəxəssis daha öncə “Flamenqo”nun U-17 və U-20 komandalarında da baş məşqçi kimi çalışıb.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində mübarizəyə start verəcək.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.
“Dalğa Arena”da baş tutacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Anna Adamskaya meydanda Yulia Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mixalina Dyakov yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını martın 7-də Macarıstan yığmasına qarşı keçirəcək. Bu görüş Felksutdakı “Panço Arena”da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
DÇ-2027-nin seçmə mərhələsi C Liqası, 3-cü qrup 3 mart
Azərbaycan – Şimali Makedoniya Baş hakim: Anna Adamska Baş hakimin köməkçiləri: Yulia Bukaroviç, Angelika Novak Dördüncü hakim: Mixalina Diakov (Hakimlər briqadası Polşadandır) Hakim-inspektor: Qraziella Pirriatore (İtaliya) UEFA nümayəndəsi: Sərtan Kırağası (Türkiyə) Mərdəkan. “Dalğa Arena”. Saat 15:00.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Zirə” doğma meydanda “Sumqayıt”la üz-üzə gələcək. Bu komandaların Sumqayıtda baş tutmuş ilk görüşündə qapılara qol vurulmamışdı. Bu üzdən də bütün suallara məhz cavab matçında aydınlıq gləcək.
Qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Elşad Abdullayev və Pərvin Talıbov onun bu qarşılaşmadakı köməkçiləri olacaqlar.
Azərbaycan Kubokunda digər yarımfinalçıların adına martın 4-də və 5-də aydınlıq gələcək.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Real” doğma meydanda “Xetafe” ilə qarşılaşıb. Ötən tur səfərdə “Osasuna”ya uduzmuş Madrid təmsilçisi bu dəfə də evdə xalsız qalıb.
Beləliklə, geridə qalmış 26 turdan sonra 64 xala malik “Barselona” vahid liderdir. “Real” 60 xalla ikinci pillədə qərarlaşıb. “Atletiko” və “Vilyarreal”ın 51, “Betis”in 43, “Selta”nın 40 xalı var.
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək “Zirə” – “Sumqayıt” oyununun hakimləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Bu komandalar arasındakı cavab qarşılaşmasını FIFA referisi Elçin Məsiyev idarə edəcək. Elşad Abdullayev və Pərvin Talıbov onun bu qarşılaşmadakı köməkçiləri olacaqlar.
Xatırladaq ki, tərəflər arasında baş tutmuş ilk matçda qapılara qol vurulmayıb – 0:0.
Kişilərdən ibarət basketbol üzrə Azərbaycan millisi Avropa çempionatının (AÇ-2029) seçmə mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Şimali Makedoniya yığmasını qəbul edib.
Bakı İdman Sarayında təşkil olunmuş qarşılaşma yığmamız üçün uğursuz alınıb. Belə ki, Azərbaycan millisi bu görüşdə 70:78 hesabı ilə uduzub.
Xatırladaq ki, millimiz daha əvvəl Şimali Makedoniyaya səfərdə də 49:87 hesabı ilə uduzmuşdu. Lüksemburqa (90:95) da uduzmuş Azərbaycan milli komandası hələlik yalnız İrlandiyanı (76:75) səfərdə məğlub edib.
A qrupunda Şimali Makedoniya yığması 8 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, Azərbaycan millisi 5 xalla üçüncüdür. Bütün oyunlarda uduzmuş İrlandiya yığması 3 xalla dördüncü pillədə qərarlaşıb.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 22-ci turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 22-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Rəhim Həsənov ümumilikdə 5 matçda qeydə alınmış 9 epizodla bağlı fikirlərini bölüşüb. O, hakimlərin əksər qərarlarının doğru olduğunu bəyan edib. Həsənov yalnız “Kəpəz” – “Sumqayıt” matçındakı bir qərarın yanlış olduğunu söyləyib.
AFFA Hakimlər Komitəsinin sədrinin 22-ci turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov jurnalistlərə açıqlama verib.
Arena.az xəbər verir ki, o, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib.
Siyasət Əsgərov bu oyunda qələbə qazanmaq istədiklərini bəyan edib:
“Sabah çox vacib oyuna çıxacağıq. Çünki bu, dünya çempionatının seçmə mərhələsində ilk matçımız olacaq. İlklər həmişə çətin və önəmli olur. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq. İtkilərimizin olmasına baxmayaraq, oyuna tam köklənmişik. Rəqibi təhlil edərək komanda ilə bölüşmüşük. Planımızı da buna görə qurmuşuq. Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununa saat 15:00-da start veriləcək.
İngiltərənin “Sanderlend” klubunun mərkəz müdafiəçi Daniel Ballard Premyer Liqa klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Belə ki, tərəflər arasındakı müqavilənin müddəti 2029-cu ilin yayına qədər uzadılıb. Sənəddə müddətin daha bir il artırılması bəndi də yer alıb.
Əvvəlki müqavilənin müddəti cari mövsümün sonunda bitəcəkdi.
Daniel Ballard London “Arsenal”ının yetirməsidir. O, “Suindon Taun”, “Bləkpul”, “Milluol” kimi klublarda icarədə də olub. “Sanderlend” Ballardı 2022-ci ilin yayında 2,3 milyon avro müqabilində məhz “Arsenal”dan transfer edib. 26 yaşlı futbolçu bu müddət ərzində “Sanderlend”in heyətində 114 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Şimali İrlandiyanın U-19 və U-21 yığmalarında da oynamış Ballard 2020-ci ildə debüt etdiyi əsas millidə 33 oyun keçirib, 5 qol vurub.
Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
“Qaradağ Lökbatan” “Şəmkir”i qəbul edib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.
16-cı turun qalan görüşləri martın 3-də və 4-də keçiriləcək.
İkinci Liqa 16-cı tur
1 mart
“Quba” – “Kür-Araz” 0:0 Hakimlər: Maqsud Şamıyev, Aydın Baxşıyev, Anar Bədəlov, Nazim Abdullayev Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.
2 mart
“Qaradağ Lökbatan” – “Şəmkir” 4:0 Qollar: Rəhman Quliyev, 30. Hakan Həsənov, 44. Tural Axverdiyev, 45. İlham Hüseynov, 87. Hakimlər: Ceyhun Hüseynov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Nahid Xasıyev. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Erkin Hüseynov. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
3 mart
“Xankəndi” – “Araz Saatlı” Hakimlər: Rövşən Rəcəbov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Şamil İmanzadə. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Elman Musayev. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Ağstafa Gəncləri” – “Göygöl” Hakimlər: Xəlil Xəlilov, Vüqar Bayramov, Sənan Atayev, Rasim Musayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Eldəniz Musayev. Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Şəki” – “Ağdaş” Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Namiq Bəkirov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 18-ci turun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
“Kəpəz-2” “Qəbələ-2” ilə ev oyununda məğlub olubsa, “Araz-Naxçıvan-2” də “Sumqayıt-2” ilə görüşdə uduzub. “Neftçi-2” isə “Zirə-2” üzərində çətin qələbəyə sevinib.
18-ci turun qalan görüşləri martın 3-də keçiriləcək.
“Neftçi-2” – “Zirə-2” 1:0 Qol: Ömər Qurbanov, 79. Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Sadiq Əliyev, Nəriman Ağayev. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Novruz Əzimov. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
3 mart
“Turan Tovuz-2” – “Sabah-2” Hakimlər: Rəsul Babayev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Rüfət Əhmədov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkə futbolunun ali idarəedici qurumu olaraq fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildə həyata keçirir. AFFA-nın əsas prioritetləri ədalətli oyun, şəffaf idarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadının qorunmasıdır.
Son dövrlərdə Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılmış islahatlar məhz bu prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlib. Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurları beynəlxalq təlimatlara uyğun icra olunur və proseslərin institusional əsaslarla təkmilləşdirilməsi davam etdirilir.
Eyni zamanda bildiririk ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün 3 dəfə rəsmi müraciət etmək hüququna malikdir. Bu mexanizm şəffaflığın artırılması və sualların institusional qaydada cavablandırılması məqsədi daşıyır.
Bununla yanaşı, “Neftçi” PFK tərəfindən son günlər ictimaiyyətə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılır. Yaranmış vəziyyətdə spekulyasiya xarakterli məlumatların yayılması, ictimai rəylə manipulyasiya edilməsi və oyun epizodlarının qiymətləndirilməsində şəxsi maraqlardan irəli gələrək qaydaların təhrif olunması hallarının qarşısını alınması məqsədilə bildiririk ki, Hakimlər Komitəsi klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazırdır.
Bu məqsədlə “Neftçi” PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət edir, təqdim olunan epizodların detallı şəkildə təhlil olunmasını və mövcud sualların cavablandırılmasını təklif edirik.
AFFA olaraq bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırırıq”.
Azərbaycan çempionatlarının yüksək liqası tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu qarşılaşmada heç-heçə qeydə alınıb.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 22-ci turuna təsadüf edib.
“Qarabağ” – “Sabah” görüşü 3:3 hesabı ilə başa çatıb. 1992-ci ildən keçirilən turnirin ən məhsuldar heç-heçələri siyahısında 1 dəfə 6:6, 1 dəfə 4:4, 16 dəfə 3:3 hesabı var.
İlk dəfə eyni cüt arasında 2 belə məhsuldar heç-heçə qeydə alınıb. “Qarabağ”la “Sabah” 2023/24 mövsümündə də dueldən 3:3 hesablı heç-heçə ilə ayrılıb. Həmin vaxt da komandaların görüşü indiki kimi 22-ci tura təsadüf edib. 2024-cü il fevralın 11-də keçirilən görüş də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Bunadək heç-bir cütün bir-biri ilə iki matçında 6 və ya daha çox qollu heç-heçə olmamışdı. Hər iki sülh “Qarabağ”ın meydanında gerçəkləşib.
“Sabah” tarixində 4-cü dəfə Premyer Liqa matçında məhsuldar heç-heçə etməklə “Kəpəz” və “Turan”a məxsus rekordu təkrarlayıb. “Qarabağ” isə yalnız bu rəqiblə görüşlərdə 3 və ya daha çox qol vuraraq 1 xal qazanıb.
Qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununun hakim təyinatları açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda baş tutacaq bu oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.
C Liqasının 3-cü qrupu çərçivəsində martın 3-də “Dalğa Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Anna Adamska olacaq. Ona yan xətt hakimləri Yuliya Bukaroviç və Anjelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mixalina Dyakov yerinə yetirəcək.
Dünya çempionatının seçmə mərhələsi C Liqası, 3-cü qrup 3 mart
Azərbaycan – Şimali Makedoniya Baş hakim: Anna Adamska. Baş hakimin köməkçiləri: Yuliya Bukaroviç, Anjelika Novak. Dördüncü hakim: Mixalina Diakov (Hakimlər briqadası Polşadandır). Bakı. “Dalğa Arena”. Saat 15:00.
Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümündə yeni tamaşaçı rekordu qeydə alınıb.
Arena.az xəbər verir ki, bu, 22-ci turun sonuncu oyununa təsadüf edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş “Qarabağ” – “Sabah” matçını (3:3) 10 min 361 tamaşaçı izləyib.
Buna qədər rekord 12-ci turda qeydə alınmışdı. 2025-ci il noyabrın 21-də baş tutmuş “Sumqayıt” – “Qarabağ” oyununa 9100 seyrçi tamaşa etmişdi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda qonaqlar qalib gəlmişdilər – 4:2.
“Qarabağ” – “Sabah” matçındakı göstərici təkcə cari deyil, Premyer Liqa çərçivəsində son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/2018-ci illər mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilmiş 11-ci turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (0:2) 13 min 300 seyrçi qeydə alınıb.
“Bayern”in mərkəz hücumçusu Harri Keyn Almaniya Bundesliqasının 24-cü turunda “Borussiya”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xatırladır ki, Dortmundda baş tutmuş bu oyunda “Bayern” 3:2 hesablı əzmkar qələbəyə sevinib.
Münhen təmsilçisinin 32 yaşlı ingilis ulduzu bu qələbəni belə şərh edib:
“Çempionluq yürüşündə vacib oyunu qazandıq. Hesabda geri idik, amma öz oyunumuzu oynamağa davam etdik. “Borussiya”nın yorulacağını bilirdik. Təslim olmadıq”, deyə Keyn vurğulayıb.
Xatırladaq ki, Harri Keyn bu oyunda 1-i penaltidən olmaqla, 2 qol vurub.
“Bayern” 24 oyundan sonra 63 xalla Almaniya Bundesliqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb və ən yaxın təqibçisi, 52 xalla 2-ci pillədə qərarlaşmış Dortmund “Borussiya”sını 11 xal qabaqlayır. Müvafiq üstünlüyə rəğmən, “Bayern”in baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompani Münhen komandasının arxayınlığa əsası olmadığı qənaəttindədir:
“Hazırda üstünlüyümz 11 xal təşkil edir, 88 qol vurmuşuq. Dayanmağa əsas nədir? Var qüvvəmizlə çalışmağa davam edirik. Arxayınlaşmaq olmaz!”, deyə Kompani vurğulayıb.
Yeri gəlmişkən, belçikalı keçmiş mərkəz müdafiəçisi, hazırda “Bayern”in baş məşqçisi olan 39 yaşlı mütəxəssis futbolda ən sevimli qəniməti ilə bağlı sualı cavablayıb:
“Mənim ən sevilmi qənimətim? “Mançester Siti” ilə ilk çempinluğumuz. Biz həmin qəniməti sonuncu turun sonuncu saniyələrində qazanmışdıq, Serxio Aqueronun qələbə qolunu vurması ilə… Deyərdim ki, bu, bütün müddət ərzində mənim ən sevimli qənimətimdir”.
Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.
Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Orlando Siti” ilə qarşılaşıb.
“Vağlar” səfərdə baş tutmuş bu oyunda əzmkar qələbəyə seviniblər – 4:2. Messi 90 dəqiqə meydanda olub və komandasının qələbəsinə 2 qolla töhfə verib.
“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 2 turdan sonra 3 xalla 7-ci pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 2 oyunda 1 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 2 oyuna çıxıb, 2 qol vurub. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 90 oyun, 79 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 25-ci turunda “Qroningen”lə qarşılaşıb.
“Volendam” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Ozan bu görüşə start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib.
“Volendam” 25 turdan sonra 27 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Ozan bu oyunların 24-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 27 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Elçe” – “Espanyol” və “Betis” – “Sevilya” matçlarında qalib müəyyənləşməyib. “Valensiya” doğma meydanda “Osasuna”ya qalib gəlibsə, “Jirona” “Selta”ya məğlub olub.
26-cı tura martın 2-də keçiriləcək “Real” – “Xetafe” oyunu ilə yekun vurulacaq.
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Paris” doğma meydanda “Nitsa”nı, “Lill” isə “Nant”ı tək qolla üstələyib. “Brest” də səfərdə “Mets”i oxşar hesabla məğlub edib.
Dörd qolun qeydə alındığı “Loryan” – “Oser” matçında qalib müəyyənləşməyib.
Turun mərkəzi oyununda Marsel və Lion “Olimpik”ləri üz-üzə gəliblər. Beş qolun vurulduğu bu görüşdə meydan sahibləri əzmkar qələbəyə seviniblər.
Beləliklə, geridə qalmış 24 turdan sonra 57 xala malik PSJ vahid liderdir. “Lans” 53 xalla ikinci, Lion “Olimpik”i 45 xalla üçüncü pillədə qərarlaşıb. Marsel “Olimpik”inin 43, “Lill” və “Renn”in 40, “Monako”nun 37 xalı var.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə 4 qarşılaşma baş tutub.
Səfərdə “Kremoneze” ilə qarşılaşmış “Milan” son dəqiqələrdə vurduğu qollarla inamlı qələbəyə sevinib. “Sassuolo” “Atalanta”nı, “Torino” “Latsio”nu xalsız yola salıb. Turun mərkəzi oyununda “Roma” “Yuventus”u qəbul edib. Altı qolun qeydə alındığı matçda paytaxt təmsilçisi qələbəni son anda əldən verib.
27-ci turun qalan görüşləri martın 2-də keçiriləcək.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Ştutqart” doğma meydanda “Volfsburq”a 4 cavabsız qolla qalib gəlibsə, “Ayntraxt” “Frayburq”u 2 cavabsız qolla üstələyib. Üç qolluq “Hamburq” – “Leypsiq” görüşündə isə qonaqlar qalib gəliblər.
Beləliklə, geridə qalmış 24 turdan sonra 63 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 52 xalla ikinci pillədə qərarlaşıb. “Hoffenhaym” və “Ştutqart”ın 46, “Leypsiq”in 44, “Bayer”in 40 xalı var.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Gənclərbirliyi” – “Kayserispor” və “Samsunspor” – “Qaziantep” matçlarında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Antalyaspor” – “Fənərbağça” görüşündə də qalib müəyyənləşməyib.
Beləliklə, geridə qalmış 24 turdan sonra 58 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 54 xalla ikinci, “Trabzonspor” 51 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 46, “Göztəpə”nin 42, “Başakşəhər”in 39 xalı var.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Brayton” “Nottingem Forest”i, “Fulhem” “Tottenhem”i, “Mançester Yunayted” “Kristal Pelas”ı, “Arsenal” isə “Çelsi”ni qəbul edib. Üç qolun qeydə alındığı bütün oyunlar meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
Beləliklə, geridə qalmış 29 turdan sonra 64 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” 59 xalla ikinci pillədə qərarlaşıb. “Mançester Yunayted” və “Aston Villa” 51, “Liverpul” 48, “Çelsi” 45 xal toplayıb.
İngiltərə, Premyer Liqa 28-ci tur 27 fevral
Vulverhempton – Aston Villa 2:0 Qollar: J.Qomes, 61. R.Qomes, 90+8.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 3:3.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox maraqlı oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlərin görmək istədiyi kimi matç oldu. Rəqibin hücum xətti çox güclüdür. Futbol elə səviyyəyə çatıb ki, belə hesab hər oyunda baş verə bilər. Futbolun sevilən tərəfi ondadır ki, bəzən düşünmədiyin hallar ilə üzləşirsən. Məni narahat edən futbolçularımın bərpasıdır. Çox gərgin qrafikdə oynayırdıq. “Nyukasl”la görüşdən sonra belə bir matç oldu. 3 gün sonra kubok, sonra yenidən çempionat oyunu olacaq.
Bəzən elə oyunlar olur ki, heç kim onun bitməsini istəmir. Belə bir matçda, bu qədər oyunun dayandığı görüşdə 6 dəqiqənin əlavə edilməsi məncə, az idi.
Oyundan sonra sevinənlər də, narazı qalanlar da var idi. Futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Xaraktersiz bir nəticə əldə edə bilmərik. Məcbur deyilik ki, hər il çempion olaq. Futbolda belə termin yoxdur. Biz sonadək mübarizə aparacağıq. Biz bu gün “Sabah”ın gücünü daha yaxşı bildik. Qalib gəlmək istəyiriksə, bundan daha yaxşı oynamalıyıq.
Çempionatımız maraqlı keçir. Qarşıda yüngül rotasiyalar edərək futbolçuları tam hazır vəziyyətə gətirəcəyik.
Rəqibin köməkçi məşqçisi bizə qarşı ədəbsizlik etdi. Danışığımız da bu yöndə idi. Bildirdim ki, bizim bütün heyətdən buna görə üzr istəmək lazımdır. Valdas Dambrauskas da dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm”.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “Sabah” matçı bərabərliklə (3:3) başa çatdı.
Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 22-ci tur 1 mart
“Qarabağ” – “Sabah” – 3:3 Qollar: Pedro Bikalyo, 73. Kevin Medina, 79. Musa Qurbanlı, 84 – Xəyal Əliyev, 13. Aaron Maluda, 54. Coy Lens Mikels, 61. Sarı vərəqələr: Kevin Medina, 2 (qeyri-idman hərəkəti). Mateus Silva, 82 (hakimin qərarına etiraz). Musa Qurbanlı, oyundan sonra (hakimin qərarına etiraz) – İqor Noqeyra, 23 (qeyri-idman hərəkəti). Stiv Solvet, 31 (qeyri-idman hərəkəti). Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Zaur Tağızadə, 87 (qeyri-idman hərəkəti). Müşfiq Hüseynov, 90+8 (hakimin qərarına etiraz) – Valerio Zuddas, 87 (qeyri-idman hərəkəti). Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 6 dəqiqə. Saat 19:00. Tofiq Bəhramov adına Respublika Stadionu, 10361 tamaşaçı.
Baş hakim: Tural Qurbanov. Baş hakimin köməkçiləri: Asiman Əzizli, Cəmil Quliyev. Dördüncü hakim: Əkbər Əhmədov. VAR: Elçin Məsiyev. AVAR: Müslüm Əliyev. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Emin Cəfərov.
Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 76), 10. Abdullah Zubir (k) (11. Emmanuel Addai, 79), 81. Kevin Medina, 8. Marko Yankoviç (15. Leandro Andrade, 62), 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk (22. Musa Qurbanlı, 62), 35. Pedro Bikalyo, 17. Kamilo Duran. Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 6. Kris Kuaku, 24. Jeremi Qnali. Baş məşqçi: Qurban Qurbanov.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 3:3.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyundan öncə məşqçilər heyəti ilə danışarkən deyirdik ki, matç 3:3 hesabıyla bitə bilər. Əfsuslar olsun ki, hesabda 3:0 öndə olsaq da, bu üstünlüyü sona qədər qoruyub-saxlaya bilmədik. Düzdür, bizə çətin idi. Burada “Qarabağ”ın təcrübəsi öz rolunu oynadı. Son 20 dəqiqədə onların təcrübəsi meydanda sözünü dedi. Çox üzgünük. 3:0 öndəsənsə, hansısa yolla bu üstünlüyü sonadək saxlamalısan. Amma təəssüf ki, bunu edə bilmədik. Bu, bizim üçün yaxşı dərsdir, bundan nəticə çıxarmalıyıq. Qarşıda kubok matçı var, çempionat oyunları olacaq. Bu mənada, belə vəziyyətə düşdükdə, artıq daha yaxşı hazırlıqlı olmalıyıq, düzgün oynamalıyıq. Hər iki komandanı bu oyuna görə təbrik edirəm. 70-ci dəqiqəyə qədər hesabda öndə olsaq da, rəqib son 20 dəqiqədə gözəl geridönüş edərək, hesabı bərabərləşdirdi. Soyuq havada stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Gəlməyənlərə görə də çox üzgünəm. Hələ də tribunada boş yerlər var idi. Bəzən çempionatda bu cür oyunlar UEFA Çempionlar Liqası matçlarından daha maraqlı, daha gərgin alınır. Demək olar ki, bu oyunda hər şey var idi: intriqa, dram…
Oyundan qabaq hesabı soruşsaydınız, fərqli cavab verərdim. Amma hesab 3:0 olduqdan sonra güzgüyə baxırıq və məyusuq. Biz xallar itirdik. Ona görə də “Qarabağ”ı gözəl geridönüşü reallaşdırdığı üçün təbrik etdim. Bu oyundan nəticələr çıxarmalıyıq. Ümid edirəm ki, bir daha belə səhvlərimiz olmayacaq”.
“Biz heç vaxt bu cür məsələlərə haqq vermirik” – Dambrauskas
Dambrauskas köməkçilərindən birinin “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynova qarşı qeyri-etik hərəkət etməsinə də münasibət bildirib:
“Biz üzr istədik. Sözün açığı, o anı görməmişdim. Çünki oyuna köklənmişdim. Bir də gördüm ki, hər iki komandanın ehtiyat skamyası ayağa qalxıb və orada nəsə baş verib. “Sabah” olaraq biz heç vaxt bu cür məsələlərə haqq vermirik. Bizim üçün hörmət çox önəmlidir. Feyr-pley qaydalarının hamısına riayət edirik.
Hakimliyə gəlincə, hər nə desəm də, bunun önəmi yoxdur. Çünki Hakimlər Komitəsinin sədri var və onların səhvlərindən məsuldur. Səhvlərinə baxırlar. Hər birimiz insanıq. Səmimi şəkildə ümid edirəm ki, istəyərəkdən səhv olmayıb, hər kəs səhv edə bilər. Bundan artıq şərh vermək istəmirəm. Çünki matç artıq başa çatıb. Mən öz oyunçularımı təhlil etməliyəm, onların səhvində məsuliyyətim var”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında son çempion “Qarabağ” lider “Sabah”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş oyunu Tural Qurbanov idarə edib.
Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla liderlə arasındakı xal fərqini azaltmağı hədəfləmişdi. Amma oyuna daha yaxşı başlamış “Sabah” ardıcıl 3 qol vurub. Ruhdan düşməyən “Qarabağ” sonadək mübarizə apararaq buraxılmış qolların əvəzini çıxa bilib. Beləcə, 6 qolluq bu görüşdə qalib müəyyənləşməyib.
Xatırladaq ki, hazırda “Sabah” 53 xalla zirvədə qərarlaşıbsa, “Qarabağ” 46 xalla ikincidir.
Premyer Liqa 22-ci tur 1 mart
“Qarabağ” – “Sabah” 3:3 Qollar: Pedro Bikalyo, 73. Kevin Medina, 78. Musa Qurbanlı, 84 – Xəyal Əliyev, 13. Aaron Maluda, 54. Coy Lens Mikels, 60. Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov. VAR: Elçin Məsiyev. AVAR: Müslüm Əliyev. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Emin Cəfərov. Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran. Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 15. Leandro Andrade, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 24. Jeremi Qnali. Baş məşqçi: Qurban Qurbanov.
Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil edilmiş cüdo üzrə ənənəvi “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu yarış günündə möhtəşəm çıxış edən Azərbaycan milli komandasının 4 üzvü fəxri kürsüyə qalxıb.
Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Murad Fətiyev finalda ikiqat Olimpiya çempionu Laşa Bekaurini (Gürcüstan), Kənan Nəsibov isə həlledici görüşdə Olimpiya və dünya mükafatçısı Alişer Yusupovu (Özbəkistan) məğlub edib.
Zelim Kotsoyev (-100 kq) və Camal Qamzatxanov (+100 kq) isə bürünc medal qazanıblar.
Xatırladaq ki, daha əvvəl Əhməd Yusifov (-60 kq) və Ömər Rəcəbli (-81 kq) də qızıl medal qazanmışdılar. Balabəy Ağayev (-60 kq) isə gümüş medala sahib çıxmışdı.
Yekunda 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla 7 medal qazanmış Azərbaycan “Böyük Dəbilqə”yə qatılmış 39 ölkə arasında ümumi komanda hesabında ikinci, kişilərin yarışında isə birinci yeri tutub.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunun “Turan Tovuz” – “İmişli” matçı bərabərliklə (0:0) başa çatdı.
Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 22-ci tur 1 mart
“Turan Tovuz” – “İmişli” – 0:0 Sarı vərəqələr: Emmanuel Hakman, 30 (qeyri-idman hərəkəti). Enrike Silva, 77 (qeyri-idman hərəkəti). Xorxe Silva, 86 (qeyri-idman hərəkəti) – Nikola Karaklaiç, 70 (qeyri-idman hərəkəti). Ronaldo de Souza, 90+3 (qeyri-idman hərəkəti). Rəsmi şəxsə göstərilən sarı vərəqə: Yevgeni Şçetin (“Turan Tovuz”), oyundan sonra (hakimin qərarına etiraz). Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə. Saat 16:30. “Azersun Arena”, 200 tamaşaçı.
Baş hakim: Fərid Hacıyev. Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rəhman İmami. Dördüncü hakim: Alik Yunusov. VAR: Əli Əliyev. AVAR: Elvin Bayramov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Anar Şixəliyev.
Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç (19. Roberto Olabe, 83), 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, (9. Coş Cinnelli, 83), 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. İbrahima Vadji (90. Joarlem Santos, 46), 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva. Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 8. David Tavares, 2. Mark Rene Mampassi. Baş məşqçi: Kurban Berdıyev.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı (44. Həzrət İsayev, 90+2), 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç (21. Abbas Ağazadə, 80), 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr (79. Dioqo Kardoso, 63). Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 97. Xəzər Mahmudov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov. Baş məşqçi: Xorxe Kaskilya.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 22-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Bakıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu gün çoxlu qol imkanlarımız oldu. Sadəcə, onları dəyərləndirə bilmədik. Qələbə qazanmaq üçün bu şanslardan yararlanmaq lazımdır. Rəqib qapımıza bir dəfə də zərbə vura bilmədi. Fikrimcə, biz bu gün 2 xal itirdik.
Coş Cinelli və İbrahima Vadjinin bizə daha çox xeyir verməsi üçün nə qədər zamana ehtiyac var? Məşqlərdə bunun üzərində işləyirik. Qarşıdakı oyunlarda problemi aradan qaldıracağıq.
Futbolçuların fiziki vəziyyətləri qaneedicidir. Kubok matçına hazırlaşacağıq”.
“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 22-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Bakıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb.
Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunçularımı təbrik edirəm. Taktiki cəhətdən yüksək səviyyədə çıxış etdilər. “Turan Tovuz” son matçlarda qalib gəlir, psixoloji durumları yaxşıdır. Amma onlara qarşı yaxşı mübarizə apardıq. Çətin oyun alındı. “Turan Tovuz” avrokuboklarda oynamaq istəyir. Çox intensiv oyun gedirdi. Taktiki cəhətdən oyunçularımdan razıyam. Rəqibin futbolçuları fiziki cəhətdən güclüdür. Onlar bu sarıdan bizdən güclü idilər. Amma oyun quruluşunda bizim yarımmüdafə xətti rəqibin yarımmüdafiəsinin qarşısını ala bilirdi. Oyunumuzdan razıyıq. Birinci hissədə 1-2 epizod yaratdıq. İkinci hissədə çətinlik çəkirdik. “Turan Tovuz”un mərkəz müdafiəçiləri təcrübəli və güclüdürlər. Rəqibin gücünü nəzərə alaraq, əlimizdən gələni edirdik. Biz hücumumuza daha çox diqqət yetirəcəyik. Meydana qələbə üçün çıxmışdıq. Amma oyunun gedişatından razıyıq. Heç-heçə bizim üçün pozitiv nəticədir.
Limitli resursları olan “İmişli” kimi komanda üçün Premyer Liqada mübarizə aparmaq çətindir. Onu da nəzərə almaq lazımdır ki, müəyyən oyunlarda bəxt amili bizə qarşı olub. “Karvan” və “Araz-Naxçıvan”la matçlarda qələbə əlimizdən çıxdı. Bəxt məsələsində nəsə edə bilmərik. Hər oyunda qalib gəlmək istəyirik. Bizim üçün 3 xal qazanmaq prioritetdir. Son 8 oyunun ikisində uduzmuşuq – “Qəbələ” və “Qarabağ” kimi nəhəng rəqibə. “Turan Tovuz”la görüşdə qol buraxmadıq. Güclü rəqiblərə qarşı müqavimət göstəririk. Hazırda 10-cu pillədə qərarlaşan komandadan 5 xal öndəyik. Təbii ki, super mövqe deyil. Amma biz hər oyunda qalib gəlmək, tilsimi qırmaq istəyirik. Son 11 oyun bizim üçün çox çətin olacaq. Əziyyət çəkəcəyik. Amma buna hazırıq. Ümidimiz odur ki, daha çox zədə almayaq. Zədəlilərimiz var. Çətin olacaq, məqsədlərimizə uyğun irəliləyirik”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Bakıda baş tutub.
“Turan Tovuz” “İmişli” ilə üz-üzə gəlib. “Azersun Arena”da keçirilmiş oyunun baş hakimi Fərid Hacıyev olub. Tovuz təmsilçisi növbəti qələbəsini qazanmaqla liderlər qrupunda mövqeyini möhkəmləndirməyə çalışıb. Amma tərəflər yekunda qolsuz heç-heçə ilə kifayətləniblər.
Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Quba” “Kür-Araz”ı sınağa çəkib. Bu görüşdə qapılara qol vurulmayıb.
16-cı turun qalan görüşləri martın 2-də, 3-də və 4-də keçiriləcək.
İkinci Liqa 16-cı tur
1 mart
“Quba” – “Kür-Araz” 0:0 Hakimlər: Maqsud Şamıyev, Aydın Baxşıyev, Anar Bədəlov, Nazim Abdullayev Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.
2 mart
“Qaradağ Lökbatan” – “Şəmkir” Hakimlər: Ceyhun Hüseynov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Nahid Xasıyev. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Erkin Hüseynov. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
3 mart
“Xankəndi” – “Araz Saatlı” Hakimlər: Rövşən Rəcəbov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Şamil İmanzadə. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Elman Musayev. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Ağstafa Gəncləri” – “Göygöl” Hakimlər: Xəlil Xəlilov, Vüqar Bayramov, Sənan Atayev, Rasim Musayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Eldəniz Musayev. Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Şəki” – “Ağdaş” Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Namiq Bəkirov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə əməliyyat olunub.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilmiş ilk oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib. Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.
İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.
Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Bəhlul Mustafazadə 2021-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışır. O, cari mövsümdə meydana çıxdığı 24 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib. O, Ağdam təmsilçisinin heyətində bütövlükdə 163 oyuna çıxıb, 6 qola imza atıb, 2 assist edib. Bəhlulun “Qarabağ”la 2027-ci ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.
27 yaşlı müdafiəçi “Qarabağ” və “Qəbələ”dən başqa “Sumqayıt” və “Sabah”da da forma geyinib. O, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında da 43 oyun keçirib, 1 qol vurub.
“Los Anceles Qalaksi”nin almaniyalı hücumameyilli yarımmüdafiəçisi Marko Roys ABŞ klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu ilə imzalanmış yeni sözləşmənin müddəti 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub.
2024-cü ilin avqustunda bu komandaya qoşulmuş Roys keçirdiyi 42 matçda 22 qolda pay sahibi olub (qol+ötürmə) və klubun sözügedən ildə MLS Kubokunu qazanmasında əsas rol oynayıb. Cari mövsümün ilk 3 oyunundan ikisində meydana kapitan kimi çıxan təcrübəli oyunçu komandasının 2026-cı ildə ilk qolunun ötürməsini edib.
Marko Roys futbola “PTSV Dortmund”da qədəm qoyub, ardınca “Borussiya”nın (Dortmund) futbol akademiyasında yetişib, daha sonra isə “Rot-Vayss”ın heyətində böyük futbolda debüt edib. 2009-cu ildə Roys Mönhenqladbax “Borussiya”sına keçib və oyun səviyyəsini tərəqqi etdirərək, 2012-ci ilin iyulunda 17,1 milyon avro qarşılığında Dortmund “Borussiya”sına gəlib. Məhz Dortmund “Borussiya”sında Roys futbol aləminə məlum özünün futbolçu simasını formalaşdırıb, oyunu və xasiyyəti ilə komandanın liderinə çevrilib, kapitan sarğısını daşıyıb. Yarımmüdafiəçi 2023/2024 mövsümünün sonunda Dortmund klubunu azad agent kimi tərk edərək “Los Anceles Qalaksi”yə keçmişdi.
Roys “Borussiya” ilə Almaniya Kubokunun ikiqat, Almaniya Super Kubokunun üçqat qalibidir. O, həmçinin 3 dəfə Bundesliqanın ən yaxşı oyunçusu seçilib və 2 dəfə Almaniyada ilin oyunçusu olub.
Marko 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasında 48 oyuna çıxıb, 15 qol vurub, 14 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 36 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.
Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 24-cü turu çərçivəsində keçirilmiş “Əl-Fayha” ilə oyunun iştirakçısı olub.
Ronaldonun komandası səfər oyunundan qələbə ilə ayrılıb – 3:1. Portuqal futbolçu bu matça start heyətdə başlasa da, 81-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. Ehtiyat oyunçular skamyasında onun bud əzələsinə buz qoyulub. Ronaldo bu matçın 11-ci dəqiqəsində penaltidən dəqiq yararlana bilməyib.
“Əl-Nəsr” 24 turdan sonra 61 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda 24 oyunda 20 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 26 oyuna 22 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 131 oyun, 115 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.
Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə İspaniya çempionu “Barselona”nın almaniyalı baş məşqçisi Hansi Flik Kataloniya təmsilçisi ilə 100-cü oyununa çıxıb.
Arena.az xəbər verir ki, onun yubileyi İspaniya La Liqasının ötən gecə baş tutmuş “Vilyarreal”la ev oyununa təsadüf edib.
“Barselona” sözügedən matçdan 4:1 hesablı qələbə ilə ayrılıb. Flik bu uğura görə böyük sevinc hissi keçirdiyini bildirib:
“Barselona”dakı 100-cü oyunumda qələbə qazandığım üçün çox şadam. Həqiqətən çox xoşbəxtəm. Bu gün ailəm də oyunu izləmək üçün bura gəlmişdi”.
Xatırladaq ki, bu qarşılaşmada Lamin Yamal het-trik müəllifi olub. Hazırda “Barselona” turnir cədvəlində “Real”ı 4 xal qabaqlayaraq liderliyini davam etdirir.
Hansi Flik 2024-cü ilin yayında Xavi Ernandesin əvəzində “Barselona”ya baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda ilk mövsümdə La Liqanı, İspaniya Kubokunu və Super Kubokunu qazanıb.
“Barselona” Flikin rəhbərliyi altında keçirdiyi 100 oyunda 75 qələbə qazanıb, 9 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb.
“Liverpul”un kapitanı, niderlandlı mərkəz müdafiəçisi Vircil van Deyk “qırmızılar”ın son vaxtlar müşahdə edilən tərəqqisini şərh edib.
Arena.az niderlandlı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Heç şübhə yoxdur ki, son həftələrdə xeyli tərrəqqiyə nail olmuşuq, amma hələ də olmaq istədiyimiz yerdə deyilik. Hazırda qələbələr qazanmağa davam etməliyik”, deyə Van Deyk vurğulayıb.
“Liverpul”un baş məşqçisi Arne Slot isə futbol haqda qənaətini açıqlayıb. Niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edirik:
“Bir məşqçi kimi, çempionatı, UEFA Çempionlar Liqasını, İngiltərə Kubokunu və ya Liqa Kubokunu qazana bilərsən, amma qazancağın ən böyük uduş – komandanın baxılması üçün xoş olan həmin o gözəl futbolu oynamasıdır”, deyə Slot vurğulayıb.
Xatırladaq ki, “Liverpul” ötən mövsüm İngiltərə çempionu olsa da, cari mövsümdə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. “Qırmızılar” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə keçirdikləri 28 oyunda 14 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüblər. Komanda 48 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
İspaniya La Liqasının 26-cı turunun “Vilyarreal”a qarşı ev oyunu “Barselona”nın sağ cinah hücumçusu Lamin Yamal üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, “Kamp Nou”da baş tutmuş görüş Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsiylə yekunlaşıb.
Yamal bu oyunda komandasının qələbəsinə vurduğu 3 qolla töhfə verib. O, futbolçu karyerasında ilk dəfə het-trikə imza atıb.
Futbolçunun 18 yaş 230 günlüyündə qeydə alınmış bu nəticəsi dünya futbolunun məşhur simalarını geridə qoyması ilə diqqət çəkib. Belə ki, o, karyerasında ilk het-trikini 19 yaşında reallaşdırmış Lionel Messi və Ronaldinyonu, həmçinin bu uğura 23 yaşında çatmış Kristiano Ronaldonu qabaqlayıb.
Qeyd edək ki, hazırda yalnız Kilian Mbappe (17 yaş) və Neymar (18 yaş) Yamaldan daha erkən yaşda het-trik müəllifi ola biliblər.
Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Yamal cari mövsümdə “blauqrana”nın heyətində 34 oyuna çıxıb. O, bu oyunlarda 18 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 140 oyun, 43 qol və 48 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.
Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.
“Neftçi-2” – “Zirə-2” Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Sadiq Əliyev, Nəriman Ağayev. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Novruz Əzimov. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
3 mart
“Turan Tovuz-2” – “Sabah-2” Hakimlər: Rəsul Babayev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Rüfət Əhmədov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 23-cü turu çərçivəsində “Korona” ilə qarşılaşıb.
Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və inamlı qələbəyə sevinib – 2:0. Renat bu görüşün 82-ci dəqiqəsində meydana buraxılıb.
23 turdan sonra 30 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 23 oyunda 7 qələbə qazanıb, 9 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 15 oyunda fərqlənə bilməyib.
Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 41 oyunda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.
Öncə, “Turan Tovuz” Bakıda “İmişli” ilə üz-üzə gələcək. “Azersun Arena”da keçiriləcək oyunun baş hakimi Fərid Hacıyev olacaq. Tovuz təmsilçisi növbəti qələbəsini qazanmaqla liderlər qrupunda mövqeyini möhkəmləndirməyə çalışacaq.
Turun qapanış matçında isə son çempion “Qarabağ” lider “Sabah”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunu Tural Qurbanov idarə edəcək. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla liderlə arasındakı xal fərqini azaltmağa çalışacaq.
Xatırladaq ki, hazırda “Sabah” 52 xalla zirvədə qərarlaşıbsa, “Qarabağ” 45 xalla ikincidir.
Azərbaycanın daha bir cüdoçusu – Ömər Rəcəbli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə”nin qalibi olub.
Arena.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda Abdul-Kerim Tasuyevlə qarşılaşıb.
Rusiya təmsilçisini də məğlub etmiş Ömər Rəcəbli “Böyük Dəbilqə” turnirinin qızıl medalını qazanıb.
Bu gün tatamiyə çıxmış digər cüdoçularımızdan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) medalsız qalıblar.
Xatırladaq ki, “Böyük Dəbilqə” yarışı martın 1-də başa çatacaq. Turnirin ilk günündə Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) isə gümüş medal qazanmışdılar. Azərbaycan bu yarışda bütövlükdə 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunur.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
“Rayo Valyekano” – “Atletik” görüşündə qalib müəyyənləşməyib. “Malyorka” doğma meydanda “Real Sosyedad”a minimal hesabla uduzubsa, “Real Ovyedo”nun qonağı olmuş “Atletiko” oxşar hesabla qələbə qazanıb. “Barselona” isə “Vilyarreal”la ev oyununda darmadağına sevinib.
Qeyd edək ki, 26-cı turun qalan görüşləri martın 1-də və 2-də keçiriləcək.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Komo” – “Leççe” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. Lider “İnter” də evdə “Cenoa”nı 2 cavabsız qolla yenib. Səfərdə “Verona” ilə qarşılaşmış “Napoli” isə turu çətin qələbə ilə başa vurub.
Qeyd edək ki, 27-ci turun qalan görüşləri martın 1-də və 2-də keçiriləcək.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Bayer” – “Maynts” matçında qalib müəyyənləşməyib. Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Union Berlin”ə, “Verder” “Haydenhaym”a qalib gəlib. “Hoffenhaym” “Sankt Pauli” ilə ev oyunundan xalsız ayrılıb. Səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşmış lider “Bayern” də növbəti qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, 24-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Göztəpə” – “Eyüpspor” matçında qapılara qol vurulmayıb. “Qalatasaray” doğma meydanda “Alanyaspor” üzərində qələbəyə sevinibsə, “Beşiktaş” səfərdə “Kocaelispor”u, “Rizəspor” da “Kasımpaşa”nı məğlub edib.
Turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
16-cı turun görüşləri martın 1-də, 2-də, 3-də və 4-də keçiriləcək.
İkinci Liqa 16-cı tur
1 mart
“Quba” – “Kür-Araz” Hakimlər: Maqsud Şamıyev, Aydın Baxşıyev, Anar Bədəlov, Nazim Abdullayev Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.
2 mart
“Qaradağ Lökbatan” – “Şəmkir” Hakimlər: Ceyhun Hüseynov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Nahid Xasıyev. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Erkin Hüseynov. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
3 mart
“Xankəndi” – “Araz Saatlı” Hakimlər: Rövşən Rəcəbov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Şamil İmanzadə. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Elman Musayev. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Ağstafa Gəncləri” – “Göygöl” Hakimlər: Xəlil Xəlilov, Vüqar Bayramov, Sənan Atayev, Rasim Musayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Eldəniz Musayev. Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Şəki” – “Ağdaş” Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Namiq Bəkirov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
Futbol üzrə Azərbaycan milli komandasının üzvləri – Vüsal İsgəndərli və Zamiq Əliyev Albaniya çempionatında növbəti matçlarına çıxıblar.
Arena.az xəbər verir ki, Vüsalın formasını geyindiyi “Partizani” doğma meydanda məhz Zamiqin çıxış etdiyi “Eqnatiya” ilə üz-üzə gəlib.
26-cı tur çərçivəsində keçirilmiş qarşılaşmada meydan sahibləri inamlı qələbəyə seviniblər. Azərbaycanlı futbolçuların hər ikisi bu görüşün iştirakçısı olub. Vüsal start heyətdə meydana çıxıb, 88-ci dəqiqədə əvəzlənib. Zamiq isə 90 dəqiqə meydanda olub.
Bu nəticədən sonra “Eqnatiya” 46 xalla 3-cü pillədə qərarlaşıb. Zamiqin komandası keçirdiyi 26 oyunda 13 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. “Partizani” isə 39 xalla 5-cidir. Vüsalın komandası 26 oyunda 11 qələbə, 6 heç-heçə və 9 məğlubiyyət görüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 25 oyuna çıxıb, 5 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
Zamiq Əliyev isə Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 60 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 24-cü turu çərçivəsində “Paderborn”la oyunun iştirakçısı olub.
Doğma meydanda baş tutmuş 3 qolluq bu görüş “Kayzerslautern”in 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Baş məşqçi Torsten Liberknext bu matçda Emreliyə də şans verib. Azərbaycanlı hücumçu fasilədən dərhal sonra, hesab 0:1 olarkən meydana buraxılıb.
24 turdan sonra 37 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 24 oyunda 11 qələbə qazanıb, 4 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 7 oyuna çıxıb, 1 qola imza atıb.
Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
1 mart tarixində İkinci Liqanın 16-cı turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Quba” – “Kür-Araz” oyununun yeri dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Quba şəhərində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Quba Olimpiya İdman Kompleksinin stadionunun oyuna hazır vəziyyətə gətirilməsi mümkün olmadığından, hər iki klubun qarşılıqlı razılığı əsasında oyunun Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilməsi qərara alınıb. Oyunun başlama saatı ilə bağlı dəyişiklik yoxdur.
İkinci Liqa 16-cı tur 1 mart
“Quba” – “Kür-Araz” Hakimlər: Maqsud Şamıyev, Aydın Baxşıyev, Anar Bədəlov, Nazim Abdullayev. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.
“Qəbələ”nin baş məşqisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu gün 2 xal itirdik. Çoxlu qol vəziyyətlərimiz oldu. Amma bunlardan istifadə edə bilmədik. Lazım olmayan anda sadə qollar buraxırıq. Sonradan oyunu ələ aldıq. Qol epizodlarından istifadə etmək lazımdır. Futbolçularıma bununla bağlı heç nə deyə bilmərəm. Sadəcə, belə bəsit qollar buraxmaq olmaz. Bəxt amilini də vurğulamaq lazımdır. Bu gün bəxt bizdən üz döndərmişdi.
Əvvəlki oyunda da penaltini əslində Seydina Keyta vurmalı idi. Həmin anda Adriel Ba Lua topu götürdü və penaltini vurmaq üçün xahiş etdi. Əsas penalti vuranımız Keytadır, ikinci isə Ba Lua.
Ba Lua demək olar ki, qış təlim-məşq toplanışını bizimlə keçirmədi. Sənəd problemi var idi, pasportunu dəyişməli idi. Ölkəsində proses uzandı. Ona görə də hazırlıq prosesinə gec qoşuldu. O, öz üzərində işləyir. Son ötürmələrdə və zərbələrdə çatışmazlığı var. Özü də bunu görür, başa düşür. Bizim üçün vacib oyunçudur. Ümid edirik ki, yavaş-yavaş əvvəlki formasını bərpa edəcək.
İsmael Akinade son oyunlarda zəif təsir bağışlamışdı. Sanki bir matçda oynayır, sonra onda eniş yaşanır. Həm də oruc tutur. Cüssəli futbolçudur, onun üçün belə anlarda çətin olur”.
“Karvan”ın baş məşqisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox çətin oyun oldu. Ciddi hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Meydança bir az sürüşkən idi deyə, bizə çətinlik yaradırdı. Futbolçular meydanda yaxşı vuruşdular. Bizim üçün 1 xal da önəmli idi. Komandamız üçün istənilən xal vacibdir. Qalib də gələ bilərdik, uduza da bilərdik. Hər iki komandaya qarşıdakı matçda uğurlar arzulayıram.
Mən gələndən sonra bəzi matçlarda yaxşı oynasaq da, müdafiədə səhvlər buraxmışıq, məğlub olmuşuq. Qələbə qazanmırıq. İnanın ki, səhvləri aradan qaldırmaq üçün çox çalışırıq. Rəqibi təhlil edirik. Qarşıda matçlar var, çempionat bitməyib. Sona qədər mübarizə aparacağıq. Bilirəm ki, çətin olacaq. Amma məcburuq”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Qəbələdə baş tutub.
Burada “Qəbələ” “Karvan”ı qəbul edib. Qəbələ şəhər stadionunda baş tutmuş matçı Kamal Umudlu idarə edib. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Premyer Liqa 22-ci tur 28 fevral
“Qəbələ” – “Karvan” 1:1 Qollar: Seydina Keyta, 36-pen – İmani Barker, 26. Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov. VAR: Vüqar Həsənli. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Qəbələ şəhər stadionu, 17:00.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 7. Turan Manafov, 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 8. Sambu Sissoko ,16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu. Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 21. Ziya Şəkərxanov, 24. İsmael Akinade, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde, 70. Paulo Kimbila. Baş məşqçi: Kaxaber Sxadadze.
Karvan-Yevlax: 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker. Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 8. Peter Kinqs, 4. Olavale Doyeni. Baş məşqçi: Füzuli Məmmədov.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunun “Şamaxı” – “Neftçi” matçı bərabərliklə (2:2) başa çatdı.
Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 22-ci tur 28 fevral
“Şamaxı” – “Neftçi” 2:2 Qollar: Sezar Enrike, 75. Karim Rossi, 90+4 – Vensan Abubakar, 60; 90+3. Sarı vərəqələr: Karim Rossi, 83 (qeyri-idman hərəkəti) – İqor Ribeyro, 46 (qeyri-idman hərəkəti). Andrey Ştoqrin, 73 (qeyri-idman hərəkəti). Mustafa Sek, 90+4 (qeyri-idman hərəkəti). İfeanyi Metyu, oyundan sonra (hakimin qərarına etiraz). Rəsmi şəxsə göstərilən sarı vərəqə: Aleksandr Tançeski (“Neftçi”), 90+4 (hakimin qərarına etiraz). Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Dmitro Kara-Mustafa (“Neftçi”), 90+4 (hakimin qərarına aqressiv şəkildə etiraz etdiyinə görə). Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə. Saat 14:30. Şamaxı şəhər stadionu, 1200 tamaşaçı.
Baş hakim: Kamranbəy Rəhimov. Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Kərim Zeynalov. Dördüncü hakim: İnqilab Məmmədov. VAR: Cavid Cəlilov. AVAR: Pərvin Talıbov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev (17. Rafael Məhərrəmli, 87), 97. Oruc Məmmədov (19. Abdullahi Şuaybu, 68), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov (10. Andrey Tirkovyanu, 68), 9. Karim Rossi (3. Vladislav Veremeyev, 90+4), 13. Rikardo Apolinario, 11. Dioqo Balau (27. Emil Süleymanov, 90+4), 4. Sezar Enrike, 44. David Santos. Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov. Baş məşqçi: Ayxan Abbasov.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlər üçün maraqlı və gözəl oyun oldu. Öz meydanımızda məğlub olmadıq. Bu, bizi sevindirir. Böyük komandalara qarşı oynamaq çətindir. Futbolçularım yaxşı mübarizə apardılar. Məncə, 1 xala layiq idik. Rəqib yaxşı formadadır. Son dəqiqələrdə ən çox qol buraxan komanda bəlkə də bizik. Bu mövsüm ilk dəfə son dəqiqədə biz qol vurduq. Qarşıdakı oyunlara hazırlaşacağıq.
Qol buraxanda onsuz da müdafiənin səhvindən olur. Çox pis yerdə top itirdik. Rəqib bizi əks-hücumda yaxaladı. Müdafiəçilərimiz sıxlaşa bilmədilər. Amma asmanın qarşısını almaq olardı.
Qarşıda “Qarabağ”la kubok oyunu var. Çətin olacaq. Futbolçuları inandırıram ki, sıx qrafikdə oynamalıyıq. Dünyanın hər yerində bu cür olur. Bizdə problem odur ki, süni örtüklü meydançada məşq edirik, oynayırıq. Bərpa olmaq çox çətindir. “Qarabağ”ın gücü bəllidir. Bizim itirəcəyimiz bir şey yoxdur, ancaq qazana bilərik”.
Ayxan Abbasov – PFL qarşıdurması davam edir
Ayxan Abbasov ötən turda “İmişli”yə qarşı keçirdikləri oyundan sonra Quba Olimpiya İdman Kompleksinin stadionunda qapılardan birinin kiçik olduğunu demişdi. Lakin PFL açıqlama yayaraq bu iddianın əsassız olduğunu bildirib. “Şamaxı”nın çalışdırıcısı baş verənlərə belə münasibət bildirib:
“Çox təəssüflənirəm ki, PFL mənə cavab verdi. Çünki məndən qabaq orada oynayan bütün məşqçilər etiraz etmişdi. Məndən də sərt danışmışdılar. Hətta bəziləri demişdi ki, bu stadionda niyə futbol oynanılır. Təəssüf ki, PFL-dən reaksiya gəlməmişdi. Səhv etmirəmsə, etik normaları pozduğumu deyiblər. Harada pozmuşam, onu axtarıram. Neçə gündür axtarıram, amma tapa bilmirəm. Həmin matçda top iki dəfə qapı dirəyinə dəydi. 12 santimetr torpaq töküb problemi aradan qaldırırlarsa, biz hara gedirik? Başqa bir məqam deyim. Futbolçuları da fikirləşib deyirəm. Bəhlul Mustafazadənin “Nyukasl”la oyundakı zədəsi Quba stadionundan başladı. Milli komandanın üzvü 6 ay futbol oynamayacaq. Hər şeyə fikir verməliyik.
Mən də çox şey danışa bilərəm, çox arqumentlərim var. Meydançamızı təmizləməyə görə bizə minnət edirlər. Nə vaxt PFL gəlib bizdə meydança təmizləyib? Qarda da oynamışıq. Bizə deyiblər ki, bu gün oynamasaz, reqlamentə görə sabah oynamalısız. Amma başqaları sabah oynamadı. Belə şeylərə cavab verməsinlər. Biz nə demişik ki? Dərd orasındadır ki, Qubada oynayan bütün komandalar o qapıya etiraz ediblər. Biz günahkar axtarmırıq, istəyirik ki, düzələk. Özümüzə da deyirəm. İşıqlandırma olmalıdır, meydançanın ot örtüyü dəyişdirilməlidir. Bunu “Turan Tovuz”da işləyəndə də deyirdim. Yavaş-yavaş inkişaf etməliyik. Amma biz geriyə gedirik. Nə vaxt sözümüz olsa, deyərik, heç kimdən çəkinəcəyimiz yoxdur. PFL çıxıb cavab versin ki, etikanı harada pozmuşam? Məndən əvvəl danışan məşqçilərin sərt açıqlamalarına cavab verərdilər. Niyə vermədilər?”
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 22-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyun haqda danışmaq istəmirəm. Hakimlər Komitəsi şərh bildirsin. Oyunumuzdan razıyam. Bu gün baş verənlər çox məyusedicidir. Bunlar futbola yaraşan şeylər deyil. Belə başa düşdüm ki, VAR qapımıza penalti verilən epizodu görüb. Biz görməsək də, onlar hansısa formada görüblər.
Hakimlik hər yerdə belədir. Azərbaycanda da, Ukraynada da, başqa ölkələrdə. Özümü məyus hiss edirəm. Ciddi irəliləyiş əldə etməyə başlamışdıq. Sanki bizim irəli getməyimizi istəmirlər. Bizi yuxarıdan aşağıya doğru itələyirlər. Amma dayanmayacağıq, davam edəcəyik. Çünki bizdə iradə var. İradəsi olan komanda hər zaman irəli gedəcək.
Vensan Abubakar bu gün start heyətində yer alsaydı, elə bir fərq olmayacaqdı. İkinci hissədə meydana çıxıb 2 qol vurdu. Onu təbrik edirəm. Həm Abubakar, həm də Bassala Sambu yaxşı oyun göstərirlər”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.
“Şamaxı” burada “Neftçi” ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda təşkil edilmiş qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olub. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.
“Barselona”nın sabiq prezidenti Joan Laporta kataloniyalıların 2025/2026-cı illər mövsümündə də İspaniya çempionu olacağını bildirib.
Arena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bütün çətinliklərə baxmayaraq, La Liqanı qazanacaqlarını söyləyib:
“Son üç finalda “Real”ı məğlub etdik. İndi geri qayıdıb “Atletiko”ya (“Barselona” İspaniya Kubokunun yarımfinalının ilk matçında “Atletiko”ya 0:4 hesabı ilə məğlub olub) meydan oxumalıyıq. Komandamız bütün çətinliklərə baxmayaraq, La Liqa çempionluğunu qazanacaq”, deyə Laporta inamla vurğulayıb.
Bu arada “Barselona”nın ispaniyalı keçmiş hücumçusu, hazırda Kataloniya klubunun idman rəhbərliyində vəzifə tutan Boyan Krkiç “blauqrana”nın əsas fəsadı ilə bağlı qənaətini açıqlayıb:
“Oyunçuların köklənməsi ilə bağlı fəsad görmürəm, amma müdafiədə necə fəaliyyət göstərmək gərək olduğunu bilmək lazımdır”, deyə Krkiç vurğulayıb.
Xatırladaq ki, “Barselona” İspaniya La Liqasının 25 turundan sonra 61 xalla turnir cədvəlinə başçılıq edir. “Real” 60 xalla ikinci, “Vilyarreal” isə 51 xalla üçüncü pillədə qərarlaşıb.
“İnter”in baş məqşçisi Kristian Kivu sıx oyun təqvimi mənzərəsində çoxlu oyunların keçirilməsindən qayğılanmadığını bildirib.
Arena.az rumıniyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Çoxsaylı oyunlar məni heç vaxt narahat etməyib. Oyun cədvəlini bəyənirəm. Bunu oyunçu ikən də bəyənmişəm, elə, indiyə qədər də xoşuma gəlir”, deyə Kivu vurğulayıb.
Xatırladaq ki, “İnter” İtaliya A Seriyasının cari mövsümündə topladığı 64 xalla vahid liderdir. Kivunun komandası keçirdiyi 26 oyunda 21 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. İtaliya nəhəngi UEFA Çempionlar Liqasının pley-off mərhələsində Norveç təmsilçisi “Bodo Qlimt”ə uduzaraq mübarizəni dayandırsa da, ölkə kubokunda mübarizəni davam etdirir. Milan klubu bu turnirdə də finala vəsiqə uğrunda “Komo” ilə mübarizə aparacaq.
“Betis”ə rəhbərlik edən Manuel Pelleqrini İspaniya La Liqasında 2026-cı ilin fevral ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
“Betis” fevral ayında ölkə çempionatı çərçivəsində keçirdiyi 4 oyunun 3-də qalib gəlib, 1-də heç-heçə edib. Sözügedən komanda hazırda La Liqanın turnir cədvəlində 42 xalla 5-ci pillədə qərarlaşıb.
Pelleqrini cari mövsümdə ilk, karyerası ərzində 2-ci dəfə La Liqada ayın ən yaxşısı seçilir. O, daha öncə 2025-ci ilin mart ayında da oxşar mükafata layiq görülmüşdü.
Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdırarkən Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilib. Sentyabrda “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənib, oktyabrda “Rayo Valyekano”ya rəhbərlik edən İnyiqo Peres, noyabrda “Vilyarreal”ı çalışdıran Marselino Qarsiya Toral, dekabrda “Espanyol”un sükanı arxasında olan Manolo Qonsales, bu ilin yanvarında isə “Real Sosyedad”a rəhbərlik edən Pelleqrino Matarasso ayın ən yaxşı məşqçisi elan edilib.
Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə ənənəvi “Böyük Dəbilqə” turnirinin qızıl medalını qazanıb.
Arena.az xəbər verir ki, idmançımız bunu Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil edilmiş yarışda bacarıb.
Əhməd Yusifov finalda Azərbaycanın digər cüdoçusu Balabəy Ağayevi məğlub edib. Balabəy Ağayev gümüş medalla kifayətlənməli olub.
“Böyük Dəbilqə” turnirinin ilk günündə daha 5 cüdoçumuz mübarizə aparıb. Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) mübarizəni erkən dayandırıblar. Şəfəq Həmidova (48 kq) təsəlliverici görüşə çıxıb. Amma o da medal qazanmaq şansını dəyərləndirə bilməyib.
Xatırladaq ki, “Böyük Dəbilqə” martın 1-də başa çatacaq. Azərbaycan bu yarışda bütövlükdə 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunur.
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etməyəcək.
Arena.az xəbər verir ki, olimpiya çempionu 1/16 finalda Arun Kumarla (Hindistan) görüşə qatılmayacaq.
Bu gün Azərbaycanın dörd cüdoçusu sözügedən yarışda mübarizəyə başlayacaq. Kamran Süleymanov (73 kq) 1/32 final mərhələsində yaponiyalı Şusuke Uçimura ilə, Ömər Rəcəbli (81 kq) 1/16 finalda rumıniyalı Adrian Sulka ilə, Fidan Əlizadə (63 kq) eyni raundda özbəkistanlı Sevinç İsokova ilə, Südabə Ağayeva (70 kq) rusiyalı Kamila Badurova ilə üz-üzə gələcək.
Hidayət isə artıq çəki səbəbindən bu yarışda iştirak edə bilməyəcək. Artıq Azərbaycan Cüdo Federasiyası Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb.
“Hidayət Heydərov (73 kq) çəkisini sala bilmədiyinə görə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinə buraxılmayıb. Azərbaycan Cüdo Federasiyası daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb”, – qurumdan vurğulanıb. (Report)
Xatırladaq ki, Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.
Gürcüstan millisinin və “Vilyarreal”ın hücumçusu Georges Mikautadze İspaniya La Liqasında 2026-cı ilin fevral ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.
Mikautadze fevralda “Vilyarreal”ın heyətində La Liqa çərçivəsində 4 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib. Bu müddətdə Mikautadzenin komandası 3 qələbə qazanıb və 1 dəfə məğlub olub.
Bu, Mikautadzenin La Liqada ilk belə uğurudur. Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi. Noyabr və dekabrda isə “Barselona”nın hücumçusu Lamin Yamal ən yaxşı seçilmişdisə, bu ilin yanvarında “Malyorka”nın hücumçusu Vedat Muriqi fərqlənmişdi.
Georges Mikautadze Fransada dünyaya göz açıb və peşəkar futbolçu karyerasına “Mets”də başlayıb. Gürcü futbolçu 2020-2022-ci illər aralığında “Sirinq”də icarədə olub. Mikautadze 2023-cü ilin avqust ayında transfer edildiyi “Ayaks”da 9 oyuna çıxsa da, məhsuldar fəaliyyətlə fərqlənə bilməyib. Bu üzdən də hücumçu 2024-cü ilin yanvar ayında yenidən, amma icarə əsasında “Mets”ə qayıdıb. Mövsümün sonunda isə “Mets” 13 milyon avro məbləğ ödəməklə sabiq hücumçusunun transfer hüquqlarını alıb. 2024-cü ilin iyul ayında Lion “Olimpik”i Mikautadzeni 18,5 milyon avro məbləğ müqabilində “Mets”dən tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Gürcü futbolçu “Vilyarreal”a 2025-ci ilin sentyabrında 31 milyon avro müqabilində Lion “Olimpik”indən keçib. Onun İspaniya klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi var. Hücumçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.
Georges Mikautadze 2021-ci ilin mart ayında debüt etdiyi Gürcüstan millisinin heyətində 41 oyun keçirib, 21 qola imza atıb, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
Günün ilk görüşü “Şamaxı” ilə “Neftçi” arasında keçiriləcək. Şamaxı şəhər stadionunda təşkil ediləcək qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Daha sonra “Qəbələ” “Karvan”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq matçı Kamal Umudlu idarə edəcək.
Kişilərdən ibarət basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komandamız Dublində İrlandiya yığmasının qonağı olub.
Qarşılaşma “National Basketball Arena”da keçirilib. Gərgin mübarizə şəraiitndə keçmiş oyun millimizin qələbəsi ilə yekunlaşıb. Belə ki, komandamız yekunda bu rəqibinə 76:75 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburq (90:95) yığmalarına məğlub olmuşdu. Komandamız qrupda 4 xalla üçüncü pillədə qərarlaşıb.
Basketbol yığmamız qrupdakı növbəti oyununu Şimali Makedoniya yığmasına qarşı keçirəcək. Martın 2-də Bakı İdman Sarayında baş tutacaq bu görüşə saat 20:00-da start veriləcək.
Millimizin yer aldığı A qrupunda 3 turdan sonrakı vəziyyət belədir:
18:30. Borussiya (Mönhenqladbax) – Union Berlin 18:30. Bayer – Maynts 18:30. Hoffenhaym – Sankt Pauli 18:30. Verder – Haydenhaym 21:30. Borussiya (Dortmund) – Bayern
Polşanın “Yagelloniya” klubunun 19 yaşlı hücumameyilli yarımmüdafiəçisi Bartoş Mazurek avrokubokların tarixinə düşüb.
Arena.az xəbər verir ki, polşalı futbolçu buna Avropa Konfrans Liqasının pley-off mərhələsində İtaliyanın “Fiorentina”ya komandasına qarşı keçirdikləri cavab matçında 3 qol vurmaqla nail olub.
Mazurek 2007-ci il təvəllüdlü futbolçular arasında UEFA turnirlərində het-trik edən ilk oyunçu olub.
Xatırladaq ki, bu qarşılaşmanın əsas vaxtı polşalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə “Fiorentina” bu hesabla qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. Burada 2:1 üstün olan Florensiya təmsilçisi rəqibini 5:4 hesabı ilə məğlub edərək mərhələ adlayıb. “Yagelloniya” isə bu turnirlə vidalaşıb.
Bartoş Mazurek “Yagelloniya”nın öz yetirməsidir. 2025-ci ildən Polşa klubunun əsas komandasında forma geyinən yarımmüdafiəçi indiyə qədər meydana çıxdığı 23 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Polşanın U-16, U-17 və U-18 yığmalarında da oynamış Mazurek hazırda ölkəsinin U-19 millisində forma geyinir.
Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 23-cü turu çərçivəsində Varna “Spartak”ı ilə qarşılaşıb.
Doğma meydanda baş tutmuş bu oyunda “Arda” qələbəyə sevinib – 1:0. Hüseynov bu görüşün 74-cü dəqiqəsində meydana buraxılıb.
“Arda” 23 turdan sonra 31 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 8 qələbə qazanıb, 7 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 71 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Minifutbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, püşkatma mərasimi Slovakiyanın paytaxtı Bratislavada təşkil edilib.
Püşkatma zamanı birinci səbətdə yer almış Azərbaycan milli komandası F qrupunda Fransa, İtaliya və Avstriya yığmalarına rəqib olub.
Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatının final mərhələsi bu il mayın 27-dən iyunun 4-nə qədər Bratislavada təşkil olunacaq. Azərbaycan milli komandasının oyunlarının təqvimi daha sonra müəyyənləşəcək.
“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 22-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Demçenko qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu gün meydanda başqa komanda gördük. Deyə bilərəm ki, artıq irəli getmişik. Pis oynamadıq. Qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu. Futbolda belə hallar olur. Qol vurmursansa, sənə qol vururlar. Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi. Bu gün futbolçularımızın gözündə alov var idi, istəkli idilər. Bu, sevindiricidir.
Mənim üçün əsas olan məşqdir. Futbolçu məşqdə nə göstərirsə, oyunda da onu göstərir. Hansı oyunçu məşqlərdə verdiyim tapşırıqları tez qəbul edirsə, o da start heyətində başlayır. Bu gün Nuno Rodriqesə şans verdik. O da özünü çox yaxşı göstərdi. Biz ondan razı qaldıq”.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş oyunu “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Olduqca vacib qələbə qazandıq. Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. İki eyni səviyyədə olan komanda qarşılaşırdı. İkisi də avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Vacib olan sona qədər intizamı qoruyub-saxlamaq və qələbə qazanmaq idi. Şükürlər olsun ki, qalib gəldik. Qarşıda bizi “Sumqayıt”la vacib kubok oyunu gözləyir. Bütün diqqətimizi həmin matça yönəltməliyik. Bundan sonra çempionatın 3-cü dövrəsinin hazırlığına başlayacağıq.
“Sumqayıt”ın bu gün “Kəpəz”ə qarşı keçirdiyi oyuna baxırdım. “Sumqayıt” qırmızı vərəqəyə qədər yaxşı oynayırdı. Sadəcə, “Kəpəz” əks-hücumlarda təhlükəli oldu və əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. “Sumqayıt”ın baş məşqçisi xeyli rotasiya etdi. Rəqibi 3 gün sonrakı matçda yorğun gözləmirik. Çempionat elə gedir ki, hər oyunda xal və ya xallar uğrunda mübarizə aparmaq lazım gəlir.
Biz də başa düşürük ki, “Sumqayıt” kubokda daha istəkli olacaq. Mənə elə gəlir ki, qırmızı vərəqədən sonra edilən dəyişikliklərdə “Sumqayıt”ın baş məşqçisi kubok matçını düşünürdü. Yəqin ki, mən də onun yerində olsaydım, eyni şeyi edərdim. Biz bu gün çox güc sərf etdik. Ona görə də tez bir zamanda bərpa olmalıyıq”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Mərdəkanda baş tutub.
“Araz-Naxçıvan” burada “Zirə”ni qəbul edib. “Dalğa Arena”dakı görüşün baş hakimi Rauf Cabbarov olub. Qəsəbə təmsilçisi səfər matçında tək qolla 3 xal qazanıb.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyunda Gəncə təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu qələbəni onlara həsr edirik. Məncə, maraqlı oyun alındı. Bu gün istədiklərimiz meydanda həyata keçdi. Uşaqları təbrik edirəm. Önümüzə baxacağıq.
“Sabah”la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də motivasiya həmin oyundan qaynaqlanmışdı. Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar.
Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq. “Turan Tovuz”la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik”.