AÇ-2026: Azərbaycan millisi Farer adalarına da uduzdu
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2026) seçmə mərhələsində sonuncu oyununa çıxıb.
Arena.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer almış yığmamız Farer adalarının müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib.
Sloveniyanın Krşko şəhərindəki “Matiye Qubça” stadionunda baş tutmuş görüşü Ukrayna və Sloveniyadan olan hakimlər briqadası idarə edib. Qarşılaşma millimizin növbəti məğlubiyyəti ilə yekunlaşıb – 1:6. Azərbaycan yığmasının heyətində yeganə qolu Könül Hüseynova 42-ci dəqiqədə vurub.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk matçını Belçika yığmasına qarşı keçirmiş və 0:11 hesabıyla uduzmuşdu. Komandamız ikinci turda da meydan sahibi Sloveniyaya 0:3 hesabıyla məğlub olmuşdu. Bu nəticələrdən sonra komandamız qrup sonuncusu olub.
AÇ-2026-nın seçmə mərhələsi
B Liqası, 3-cü qrup
18 mart
Azərbaycan – Farer adaları 1:6
Baş hakim: Veronika Vasilçenko (Ukrayna).
Baş hakimin köməkçiləri: İrina Qolyak (Ukrayna), Kaya Şkrban (Sloveniya).
Dördüncü hakim: Tayda Xlebeç (Sloveniya).
Krşko, “Matiye Qubça” stadionu.


