Normal view

Today — 18 March 2026Main stream

AFFA Fizuli Dəmirovu 2 oyunluq cəzalandırdı

18 March 2026 at 16:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 18-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 18-ci tur

“Şəki” – “Kür-Araz” oyununun 42-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Müseyib Abdullazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 300 manat cərimə edilib.

“Şəmkir” – “Araz Saatlı” oyununda “Şəmkir”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəmkir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub daha 300 manat cərimə ödəyəcək.

“Xankəndi” – “Ağdaş” oyunu “Ağdaş”ın meydançaya gec çıxması səbəbindən gec başladığına görə sözügedən komanda 300 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Göygöl” oyununda “Qaradağ Lökbatan” təşkilati-texniki öhdəlikləri pozduğuna görə Lökbatan komandası 100 manat cərimə edilib.

“Quba” – “Dinamo” oyununda “Quba”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Dinamo”da da 5 nəfər sarı vərəqə aldığı üçün bu komanda 70 manat cərimə edilib. Oyunun 53-cü dəqiqəsində “Dinamo”nun futbolçusu Fizuli Dəmirov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Dinamo” buna görə 100 manat cərimə edilib.

Premyer Liqa: 25-ci turun daha 5 matçının təyinatları bilindi

18 March 2026 at 14:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünün 25-ci turunun qalan 5 oyununun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, turun bu gün keçiriləcək “Şamaxı” – “Araz-Naxçıvan” matçının təyinatları ötən gün açıqlanmışdı. Bu gün isə digər görüşlərin təyinatları müəyyənləşib.

Premyer Liqa
25-ci tur
19 mart

“Karvan” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 15:00.

“Sabah” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Masazır Arena”, 19:15.

20 mart

“Kəpəz” – “Qarabağ”
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Yevlax şəhər stadionu, 15:00.

“Neftçi” – “İmişli”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”, 19:15.

21 mart

“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev.
VAR: Əliyar Ağayev.
AVAR: Nicat İsmayıllı.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 16:00.

Yüksək Liqa: 15-ci turun bütün təyinatları açıqlandı

18 March 2026 at 13:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunları üçün təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 3-cü dövrənin sonuncu turunun oyunları martın 19-da “Olimpik Star”da keçiriləcək. Turun mərkəzi oyununda “Araz-Naxçıvan” “Neftçi” İK ilə üz-üzə gələcək.

Yüksək Liqa
15-ci tur
19 mart

Baku Fire – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 12:30.

Araz-Naxçıvan – Neftçi İK
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Əli Cəbrayılov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 14:30.

Lənkəran – U-19
Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Mahir Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

De Blekere “Barselona” – “Nyukasl” oyununa təyinat aldı

18 March 2026 at 12:00

Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Blekere UEFA-dan yeni təyinat alıb.

Arena.az bu barədə milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, De Blekere UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.

Bu gün Barselonanın “Kamp Nou” stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fransua Leteksye olacaq. Ona yan xətt hakimləri Siril Munye ilə Mehdi Rahmuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Jeremi Pinar yerinə yetirəcək. Belçikalı Bram Van Dreş VAR-da, fransalı Jerim Brizar isə AVAR-da əyləşəcək.

Xatırladaq ki, “Barselona” ilə “Nyukasl” arasında İngiltərədə baş tutmuş ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.

ÇL: 1/4 finalın son 4 iştirakçısı müəyyənləşir

18 March 2026 at 11:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə vəsiqə qazanacaq daha 4 komanda müəyyənləşəcək.

Arena.az xəbər verir ki, ÇL-in 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha 4 qarşılaşma baş tutacaq.

İspaniya çempionu “Barselona” doğma meydanda “Nyukasl”la üz-üzə gələcək. Türkiyə çempionu “Qalatasaray” isə səfərdə “Liverpul”un qonağı olacaq. “Bayern” evdə “Atalanta”nı, “Totenhem” isə “Atletiko”nu sınağa çəkəcək.

Xatırladaq ki, ötən gün baş tutmuş matçlardan sonra PSJ (Fransa), “Real” (İspaniya), “Arsenal” (İngiltərə) və “Sportinq” (Portuqaliya) 1/4 finala vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
18 mart

21:45. Barselona (İspaniya) – Nyukasl (İngiltərə)
İlk oyun – 1:1.

00:00. Liverpul (İngiltərə) – Qalatasaray (Türkiyə)
İlk oyun – 0:1.

00:00. Bayern (Almaniya) – Atalanta (İtaliya)
İlk oyun – 6:1.

00:00. Tottenhem (İngiltərə) – Atletiko (İspaniya)
İlk oyun – 2:5.

Mərakeş Afrika Millətlər Kubokunun qalibi elan edildi!

18 March 2026 at 10:00

Futbol üzrə Mərakeş yığması bu il məhz sözügedən ölkədə təşkil edilmiş sonuncu Afrika Millətlər Kubokunun qalibi elan edilib.

Arena.az xəbər verir ki, Seneqal yığmasına final görüşündə meydanı tərk etdiyinə görə 0:3 hesabı ilə məğlubiyyət verilib.

Əvəzində Mərakeşə Afrika Millətlər Kubokunun çempionluq titulu verilib.

Xatırladaq ki, Afrika Millətlər Kubokunun nəticələri finaldan iki ay sonra nəzərdən keçirilib. Afrika Futbol Konfederasiyası (CAF) Mərakeş millisinin apellyasiya şikayətini təmin etdiyini və 98-ci dəqiqədə Brahim Diasa qarşı qayda pozuntusuna görə penalti təyin edildikdən sonra meydanı tərk etdiyi üçün Seneqal yığmasına texniki məğlubiyyət verildiyini açıqlayıb.

Qeyd edək ki, qalmaqallı final görüşündə Brahim Dias penaltidən yararlana bilməmişdi və yekunda Seneqal 1:0 hesablı qələbəyə sevinmişdi.

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”a qarşı

18 March 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Şamaxı” “Araz-Naxçıvan”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq bu görüşə saat 15:00-da start veriləcək. Oyunu İnqilab Məmmədov idarə edəcək.

Xatırladaq ki, 25-ci turun qalan oyunları martın 19-da, 20-də və 21-də keçiriləcək. Bu görüşlərin təyinatları hələ bəlli deyil.

Premyer Liqa
25-ci tur
18 mart

“Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 15:00.

ÇL: “Real”, “Arsenal” və PSJ 1/4 finalda!

18 March 2026 at 02:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/26 mövsümünün 1/8 final mərhələsinin cavab matçlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Mançester Siti” İngiltərədə İspaniyanın “Real” komandasının müqavimətini qırmağa çalışıb. Madriddəki ilk görüşdə meydan sahibləri 3 cavabsız qolla qalib gəlmişdilər. Cavab görüşündən də qalib ayrılmış Madrid nəhəngi 1/4 finala yüksəlib.

İngiltərənin digər komandası “Çelsi” ÇL-in sonuncu qalibi PSJ-ni qonaq edib. Cavab görüşündə də qalib gəlmiş Fransa nəhəngi növbəti mərhələyə yüksəlib. Əvəzində “Arsenal” “Bayer”lə görüşdə inamlı qələbə sayəsində İngiltərəni 1/4 finalda təmsil etmək hüququ qazanıb.

Portuqaliya “Sportinq”i də səfərdə 3 cavabsız qolla uduzduğu “Bodo Qlimt”i evdə 5 cavabsız topla məğlub edərək mərhələ adlayıb.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
17 mart

Sportinq (Portuqaliya) – Bodo Qlimt (Norveç) 5:0
Qollar: İnasio, 34. P.Qonsalves, 61. L.Suares, 78-pen. Arauxo, 92. Nel, 120+1.
İlk oyun – 0:3.

Arsenal (İngiltərə) – Bayer (Almaniya) 2:0
Qollar: Eze, 36. Rays, 63.
İlk oyun – 1:1.

Çelsi (İngiltərə) – PSJ (Fransa) 0:3
Qollar: Kvaratsxeliya, 6. Barkola, 14. Mayulu, 62.
İlk oyun – 2:5.

Mançester Siti (İngiltərə) – Real (İspaniya) 1:2
Qollar: Haland, 41 – Vinisius, 22-pen; 90+3.
İlk oyun – 0:3.

Super Liqa: “Fənərbağça” “Qaziantep”i 4 qolla yendi

17 March 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Fənərbağça” doğma meydanda “Qaziantep”lə üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyunda 4:1 hesabı ilə qalib gəlib.

“Fənərbağça” hazırda 60 xalla 2-ci sırada, “Qaziantep” isə 33 xalla 9-cu pillədə yer alıb.

Bu turun “Göztəpə” – “Qalatasaray” və “Rizəspor” – “Samsunspor” matçları təxirə salınıb. Turun qalan görüşləri martın 18-də və 19-da keçiriləcək.

Türkiyə, Super Liqa
27-ci tur
17 mart

Fənərbağça – Qaziantep 4:1
Qollar: D.Nene, 41; 68; 79. N.Kante, 59 – A.Maksim, 52-pen.

18 mart

17:00. Alanyaspor – Kocaelispor
21:00. Başakşəhər – Antalyaspor
21:00. Eyüpspor – Trabzonspor

19 mart

17:00. Kayserispor – Karagümrük
21:00. Beşiktaş – Kasımpaşa
21:00. Konyaspor- Gənclərbirliyi

Yüksək Liqa: Müntəzəm mövsümün son turu başladı

17 March 2026 at 22:00

Voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər müntəzəm mövsümündə sonuncu tura start verilib.

Arena.az xəbər verir ki, bu gün kişilərin yarışında 18-ci turun iki oyunu baş tutub.

Qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında keçirilib. “Neftçi” “Gənclər”i 3:0, “Ordu” isə “Murov”u 3:2 hesabı ilə məğlub edib.

Qadınların mübarizəsində isə “Murov” “Turan”ın qonağı olub. Tovuz Olimpiya İdman Kompleksində baş tutmuş görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

Yüksək Liqa
17 mart

Qadınların yarışı, 18-ci tur

“Turan” – “Murov” 3:1 (25:13, 25:20, 21:25, 25:19)
Tovuz Olimpiya İdman Kompleksi.

Kişilərin yarışı, 18-ci tur

Neftçi” – “Gənclər” 3:0 (25:18, 25:14, 25:17)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Ordu” – “Murov” 3:2 (25:21, 20:25, 25:22, 23:25, 20:18)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Basketbol millimiz Ukraynaya da uduzdu, sonuncu oldu

17 March 2026 at 21:00

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığmamız doğma meydanda Ukrayna milli komandası ilə üz-üzə gəlib.

Yığmamız bu görüşdə növbəti məğlubiyyətinə üzülüb. Basketbolçularımız meydanı 55:73 hesablı məğlubiyyətlə tərk ediblər.

Xatırladaq ki, Azərbaycan millisi Ukrayna yığmasına qarşı keçirdiyi səfər oyununda da 34:98 hesabı ilə məğlub olmuşdu.

Beləliklə, Azərbaycan yığması AÇ-2027-nin seçmə mərhələsini 6 məğlubiyyətlə başa vurub. Komandamız daha əvvəl iki oyunda Bolqarıstana (48:141, 40:120) və Monteneqroya (62:104, 35:94) da uduzmuşdu.

Yığmamız yer aldığı E qrupunda 6 xalla sonuncu – dördüncü yeri tutub. Bolqarıstan yığması 11 xalla birinci, Monteneqro 10 xalla ikinci olub. Ukrayna 9 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, basketbol üzrə növbəti Avropa çempionatının final mərhələsi 2027-ci ildə təşkil ediləcək.

Yesterday — 17 March 2026Main stream

“Difai” Ağsunu Buzovnaya dəyişdi

17 March 2026 at 20:00

“Difai” komandasının futbol üzrə Azərbaycan Birinci Liqasında rəqiblərini qəbul etdiyi Ağsu şəhər stadionu təmirə bağlanıb.

Arena.az xəbər verir ki, bununla əlaqədar klub ev qarşılaşmalarını Buzovna qəsəbə stadionunda keçirmək üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

“Baku Sportinq” klubunun razılıq məktubu və stadiondan istifadə ilə bağlı ikitərəfli müqaviləni əsas götürən Peşəkar Futbol Liqası “Difai”nin Birinci Liqanın 21-ci turundan etibarən mövsümün sonuna qədər ev oyunlarını Buzovna qəsəbə stadionunda keçirməsinə qərar verib.

Premyer Liqa: 27, 28 və 29-cu turun oyun cədvəli açıqlandı

17 March 2026 at 19:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 27-ci, 28-ci və 29-cu turlarının oyun cədvəli bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

27-ci turun görüşləri aprelin 10-da, 11-də və 12-də keçiriləcək. 28-ci turun görüşləri aprelin 17-də, 18-də və 19-da baş tutacaq. 29-cu turun qarşılaşmaları isə aprelin 25-də, 26-da və 27-də təşkil ediləcək.

Premyer Liqa

27-ci tur

10 aprel

“Karvan” – “Kəpəz”
Yevlax şəhər stadionu, 15:30.

11 aprel

“Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu, 15:30.

“Sabah” – “Zirə”
“Masazır Arena”, 18:00.

“Neftçi” – “Araz-Naxçıvan”
“Neftçi Arena”, 20:00.

12 aprel

“Qəbələ” – “İmişli”
Qəbələ şəhər stadionu, 15:30.

“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 18:00.

Qeyd: Tovuz şəhər stadionu Peşəkar Futbol Liqası tərəfindən oyundan 10 gün əvvəl təftiş olunacaq. Təftişin nəticələrinə uyğun olaraq “Turan Tovuz”un Tovuz şəhər stadionuna qayıdıb-qayıtmayacağına dair qərar veriləcək.

28-ci tur

17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz”
“Sumqayıt Arena”, 17:00.

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 19:30.

18 aprel

“Karvan” – “Şamaxı”
Yevlax şəhər stadionu, 15:30.

“Qarabağ” – “Sabah”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

19 aprel

“Kəpəz” – “İmişli”
Yevlax şəhər stadionu, 15:30.

“Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

29-cu tur

25 aprel

“İmişli” – “Sumqayıt”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu, 18:30.

26 aprel

“Şamaxı” – “Kəpəz”
Şamaxı şəhər stadionu, 16:00.

“Neftçi” – “Qarabağ”
“Neftçi Arena”, 19:00.

27 aprel

“Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu, 18:00.

“Sabah” – “Karvan”
“Masazır Arena”, 20:00.

İkinci Liqa: “Xankəndi” 5, “Qaradağ” 7 qola sevindi

17 March 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Xankəndi” “Ağdaş”a 5, “Qaradağ Lökbatan” “Göygöl”ə 7 cavabsız qolla qalib gəlib. “Şəmkir” evdə “Araz Saatlı”nı, “Dinamo” isə səfərdə “Quba”nı minimal hesabla üstələyib.

İkinci Liqa
18-ci tur
16 mart

“Şəki” – “Kür-Araz” 4:3
Qollar: Tahir Zeynalov, 52; 68; 90. Nihat Fərəci, 88-pen – Ümid Nağdalıyev, 16. Elxan Məmmədov, 41; 44.
Hakimlər: Rövşən Rəcəbov, Taleh Məmmədov, Rəşad Quliyev, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Ağstafa Gəncləri” – “Şirvan” 1:2
Qollar: Elgün Namazov, 90+1 – Elgün Xəlilov, 45+2; 90+4.
Hakimlər: Mahmud Bağırzadə, Ruslan Məmmədov, Elvin Mədətov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

17 mart

“Xankəndi” – “Ağdaş” 5:0
Qollar: Elvin Nəsibov, 1; 78. Müşfiq Teymurov, 22. Bəhruz Teymurov, 43. Tural Qurbatov, 49.
Hakimlər: Şamil İmanzadə, Tural Bayramov, Sadiq Əliyev, Pərviz İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Şəmkir” – “Araz Saatlı” 1:0
Qol: Tural Məmmədzadə, 67-pen.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Göygöl” 7:0
Qollar: Nicat Əsgərov, 19. Tofiq Nəsibov, 24; 57-pen; 87-pen. Ayaz Mikayılov, 48. Sabir Allahquliyev, 55. Emil Quluzadə, 83.
Hakimlər: Nazim Abdullayev, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim- inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Quba” – “Dinamo” 0:1
Qol: Yadigar Qarayev, 86.
Hakimlər: Niyaz Əhmədov, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Azərbaycan Kubokunda finalçılar bu tarixlərdə bəlli olacaq

17 March 2026 at 17:00

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarının proqramı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

İlk finalçının adına aprelin 21-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Turan Tovuz” matçında aydınlıq gələcək.

Digər finalçı isə 22 aprelda “Masazır Arena”da təşkil ediləcək “Sabah” – “Qarabağ” matçında müəyyənləşəcək.

Xatırladaq ki, Azərbaycan Kubokunda yarımfinalın ilk matçları aprelin 3-də baş tutacaq.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

19:00. “Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu.

22 aprel

22:00. “Sabah” – “Qarabağ”
“Masazır Arena”.

Birinci Liqa: 19-cu turun hakim təyinatları açıqlandı

17 March 2026 at 16:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 19-cu turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

19-cu turun görüşləri martın 18-də və 19-da keçiriləcək.

Birinci Liqa
19-cu tur
18 mart

“Baku Sportinq” – “Mingəçevir”
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Ruslan Babayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Buzovna qəsəbə stadionu, 15:00.

“Şəfa” – “Şahdağ Qusar”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Orxan İbişov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 15:00.

“Səbail” – MOİK
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Sənan Atayev, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Bayıl Arena”, 18:00.

19 mart

“Şimal” – “Zaqatala”
Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Anar Bədəlov, Nəriman Ağayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Difai” – “Cəbrayıl”
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Safalı Ağayev, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Ağsu şəhər stadionu, 15:00.

Premyer Liqa: “Şamaxı” – “Araz” matçının hakimləri bəlli oldu

17 March 2026 at 15:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 25-ci turun “Şamaxı” – “Araz-Naxçıvan” matçının təyinatları məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

25-ci tura məhz sabah keçiriləcək “Şamaxı” – “Araz-Naxçıvan” oyunu ilə start veriləcək. PFL də hələlik yalnız bir görüşün hakim təyinatlarını açıqlayıb. Növbəti günlərdə baş tutacaq görüşlərin təyinatları isə hələlik gizli saxlanılır.

Xatırladaq ki, turun qalan oyunları martın 19-da, 20-də və 21-də keçiriləcək.

Premyer Liqa
25-ci tur
18 mart

“Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 15:00.

AFFA-dan Həbib İsmayılova 1 oyunluq cəza

17 March 2026 at 14:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 20-ci turu ilə bağlı cəmi bir qərar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 20-ci tur

“Sabah-2” – “Şamaxı-2” oyununun 90+3-cü dəqiqəsində “Şamaxı”nın 80 nömrəli futbolçusu Həbib İsmayılov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şamaxı” buna görə 50 manat cərimə də ödəyəcək.

Əvəzedicilər: “Qarabağ” 6, “Sumqayıt” 4 qola sevindi

16 March 2026 at 23:30

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 20-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Neftçi-2” – “Zirə-2” oyununda qalib müəyyənləşməyib. “Sumqayıt-2” “Kəpəz-2” ilə ev oyununda 4, “Qarabağ-2” “Araz-Naxçıvan-2” ilə səfər oyununda 6 cavabsız qola sevinib. “Qəbələ-2” – “Turan Tovuz-2” matçı da meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.

Əvəzedicilər Liqası
20-ci tur
15 mart

“Sabah-2” – “Şamaxı-2” 6:2
Qollar: Nihat Cabbarov, 3; 77. Şahin İbrahimov, 54; 90. Həmzəalı Mikayılov, 59. Səbuhi Qurbanov, 61 – Davud Mənsumov, 31. Həbib İsmayılov, 67.
Hakimlər: Nicat İsmayıllı, Samir Qaracayev, Elmin Süleymanov, Rasim Musayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Bayıl Arena”, 15:00.

16 mart

“Neftçi-2” – “Zirə-2” 3:3
Qollar: Mirşahbaz Şahbazov, 6. Ömər Qurbanov, 41. Aslan Şirinov, 49 – Samir Ağayev, 52. Elşən Abdullayev, 62; 76.
Hakimlər: İslam Məmmədov, Aydın Bəxşiyev, Elman Kərimov, Ləman Əmirli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Sumqayıt-2” – “Kəpəz-2” 4:0
Qollar: Elgün İsaqov, 36. Nihad Orucəli, 52. Sənan Muradlı, 68; 86.
Hakimlər: Murad Səlimov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Maqsud Şamıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Araz-Naxçıvan-2” – “Qarabağ-2” 0:6
Qollar: Elton Mikayılov, 39. Nicat Xasıyev, 45+1. Əşrəf Ələkbərli, 80. Əli İbrahim, 83; 86. Uğur Səfərov, 89-pen.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Samir Musayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 15:00.

“Qəbələ-2” – “Turan Tovuz-2” 2:1
Qollar: Rəvan Əsədov, 64. Cuma Hüseynov, 66 – Elçin Qasımov, 90+2-pen.
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Teymur Teymurov, Rəşad Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

AFFA “Mingəçevir”ə 2100 manat cərimə kəsdi

17 March 2026 at 13:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Birinci Liqasının 18-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Şahdağ Qusar” – MOİK oyununda “Şahdağ Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Şahdağ komandası 210 manat cərimə edilib. “Şahdağ Qusar”ın futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Qusar komandası buna görə də 150 manat cərimə edilib.

“Mingəçevir” – “Səbail” oyununda “Mingəçevir”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə sözügedən komanda 600 manat cərimə edilib. “Mingəçevir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” 1500 manat cərimə ödəyəcək. “Səbail”də 6 nəfər sarı vərəqə aldığı üçün paytaxt komandası 210 manat cərimə edilib.

“Cəbrayıl” – “Zaqatala” oyununda “Cəbrayıl”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komandası 210 manat cərimə edilib.

AFFA “Neftçi”ni 8 min manat cərimə etdi – Azarkeşlərə görə

17 March 2026 at 12:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 24-cü turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“İmişli” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “İmişli” 5000 manat cərimə edilib.

“Qəbələ” – “Neftçi” oyunu “Qəbələ”nin meydançaya gec çıxması səbəbindən gec başladığı üçün sözügedən komanda 3000 manat cərimə edilib. Qəbələdə keçirilmiş bu oyunda “Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə paytaxt komandası 8000 manat cərimə edilib.

Əliyar Ağayev “Kristal Pelas”ın oyununa təyinat aldı

17 March 2026 at 11:00

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev futbol üzrə Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Əliyar Ağayev Avropa Konfrans Liqasının 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin AEK (Larnaka, Kipr) – “Kristal Pelas” (İngiltərə) matçının baş hakimi olacaq.

Ona yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, bu komandalar arasındakı cavabab qarşılaşması martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da təşkil ediləcək. İngiltərədə baş tutmuş ilk görüşdə hesab açılmayıb – 0:0.

ÇL: İlk 1/4 finalçılar bəlli olur

17 March 2026 at 10:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/26 mövsümünün 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.

“Mançester Siti” İngiltərədə İspaniyanın “Real” komandasının müqavimətini qırmağa çalışacaq. Madriddəki ilk görüşdə meydan sahibləri 3 cavabsız qolla qalib gəliblər.

İngiltərənin digər komandası “Çelsi” ÇL-in sonuncu qalibi PSJ-nin qonağı olacaq. Parisdəki birinci oyunda London klubu 2:5 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
17 mart

21:45. Sportinq (Portuqaliya) – Bodo Qlimt (Norveç)
İlk oyun – 0:3.

00:00. Arsenal (İngiltərə) – Bayer (Almaniya)
İlk oyun – 1:1.

00:00. Çelsi (İngiltərə) – PSJ (Fransa)
İlk oyun – 2:5.

00:00. Mançester Siti (İngiltərə) – Real (İspaniya)
İlk oyun – 0:3.

Cəlal Hüseynov “Dobrudca” üzərində qələbəyə sevindi

17 March 2026 at 09:00

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 26-cı turu çərçivəsində “Dobrudca” ilə qarşılaşıb.

“Arda” doğma meydanda baş tutmuş bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Hüseynov bu görüşün 75-ci dəqiqəsində meydana buraxılıb.

“Arda” 26 turdan sonra 35 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 9 qələbə qazanıb, 8 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 74 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Rəhim Həsənov hakimlərdə səhv tapmadı – Video

16 March 2026 at 23:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 24-cü turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 24-cü turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Rəhim Həsənov ümumilikdə 5 matçda qeydə alınmış mübahisəli epizodları dəyərləndirib. O, hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.

AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

U-17 millimizin Plovdiv səfəri üçün 20 futbolçu

16 March 2026 at 22:00

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-20) martın 17-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Millimiz Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunun oyunları üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.

B Liqasının 2-ci qrupunda yer almış U-17 yığmamız orada Bolqarıstan, Litva və Maltanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.

Bakı toplanışı üçün U-17-yə dəvət olunmuş futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq. Bolqarıstana yollanacaq yekun heyətdə 20 futbolçu qalacaq.

  1. Nurəziz Əzizov – Neftçi
  2. Bilal Hacıyev – Qarabağ
  3. Murad Muradov – Zirə
  4. Kamil Həsənov – Neftçi
  5. Uğur Qurbanlı – Qarabağ
  6. Rəşad Gülüşov – Sabah
  7. Səttar Tahirzadə – Marset (İspaniya)
  8. Zeyd Nəsirulla – Berliner (Almaniya)
  9. Atacan Məmmədov – Marset (İspaniya)
  10. Muhamməd Çodarov – Marset (İspaniya)
  11. İsmayıl Səfərli – Neftçi
  12. Əli Kiçibəyov – Turan Tovuz
  13. Amin Rzayev – Qarabağ
  14. Allahverdi Şirinov – Qəbələ
  15. Raul İsaqov – Kəpəz
  16. Nihad Hüseynzadə – Sabah
  17. Musa Mustafayev – Zirə
  18. İbrahim Xəlilov – Sabah
  19. Samir Şərifov – Sabah
  20. Pünhan Kərimov – Marset (İspaniya)
  21. Əli Bəşirov – Qarabağ
  22. Rüstəm Hüseynli – Neftçi
  23. Kamal Zülfiyev – Sumqayıt
  24. Murad Həmidov – Elversberq (Almaniya)

24 mart

17:00. Bolqarıstan – Azərbaycan
Baş hakim: Mateo Tozan (Sloveniya).
Baş hakimin köməkçiləri: Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya).
Dördüncü hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya).
Plovdiv, “Xristo Botev” stadionu.

27 mart

13:00. Litva – Azərbaycan
Baş hakim: Ozan Ergün (Türkiyə).
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan).
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan).
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi.

30 mart

14:00. Azərbaycan – Malta
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya).
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan).
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan).
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi.

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Rui Jorje: “Uğur qazanmaq üçün çalışmaq lazımdır”

16 March 2026 at 21:00

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-20) yeni baş məşqçisi Rui Jorje ictimaiyyətə təqdim edilib.

Arena.az xəbər verir ki, bu gün portuqaliyalı mütəxəssisin təqdimat mərasimi və mətbuat konfransı keçirilib.

Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, assosiasiya rəsmiləri və media nümayəndələri iştirak ediblər.

Sərxan Hacıyev çıxışında portuqaliyalı mütəxəssisin təcrübəsi ilə komandaya böyük kömək edəcəyinə inandıqlarını bildirib:

“2027-ci ildə Azərbaycan və Özbəkistan U-20 Dünya Çempionatına birgə ev sahibliyi edəcək. Böyük tədbirlə bağlı müəyyən təşkilati işlər aparılıb. Ötən həftə U-20 millisinə baş məşqçi təyinatı rəsmiləşdi. Rui Jorje bu milliyə rəhbərlik edəcək. Rui yaxşı futbolçu karyerasına malikdir, Portuqaliya millisində 45 oyun keçirib. 15 ilə yaxın Portuqaliyanın U-21 millisinin baş məşqçisi olub. İnanırıq ki, onun böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq və komandamız dünya çempionatında uğurlu çıxış edəcək. İndi əsas məqsəd elə komanda formalaşdırmaqdır ki, qrup mərhələsində uğurlu çıxış etsin”.

Rui Jorje də öz növbəsində Azərbaycann U-20 millisi ilə uğur qazanmaq istədiyini söyləyib:

“Sizinlə birlikdə olmaq mənim üçün qürurdur. Ümid edirəm ki, qarşıdakı dönəmdə çox yaxşı təcrübə keçə biləcəyik. Uğur qazanmaq üçün üzərində işləmək, çalışmaq lazımdır. Futbolçular üzərlərində çalışmalıdırlar ki, yüksək səviyyədə çıxış etsinlər. Bunu edə bilsək, uğur qazana bilərik. Biz Portuqaliyanın U-20 yığması ilə uğur qazananda komanda reytinqdə 19-cu pillədə idi. Çempionatın son püşkatma mərasimində Avropa zonasında 3-cü yerdə idik. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir”.

İkinci Liqa: “Şirvan” səfərdə, “Şəki” evdə sevindi

16 March 2026 at 20:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Şəki” – “Kür-Araz” matçında meydan sahibləri qələbə qazanıblar. “Ağstafa Gəncləri”nin qonağı olan “Şirvan” da səfərdə 3 xala sevinib.

18-ci turun görüşləri martın 17-də keçiriləcək.

İkinci Liqa
18-ci tur

16 mart

“Şəki” – “Kür-Araz” 4:3
Qollar: Tahir Zeynalov, 52; 68; 90. Nihat Fərəci, 88-pen – Ümid Nağdalıyev, 16. Elxan Məmmədov, 41; 44.
Hakimlər: Rövşən Rəcəbov, Taleh Məmmədov, Rəşad Quliyev, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Ağstafa Gəncləri” – “Şirvan” 1:2
Qollar: Elgün Namazov, 90+1 – Elgün Xəlilov, 45+2; 90+4.
Hakimlər: Mahmud Bağırzadə, Ruslan Məmmədov, Elvin Mədətov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

17 mart

“Xankəndi” – “Ağdaş”
Hakimlər: Şamil İmanzadə, Tural Bayramov, Sadiq Əliyev, Pərviz İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Şəmkir” – “Araz Saatlı”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Göygöl”
Hakimlər: Nazim Abdullayev, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim- inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Quba” – “Dinamo”
Hakimlər: Niyaz Əhmədov, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

La Liqa: “Rayo Valyekano” “Levante” ilə bacarmadı

17 March 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Rayo Valyekano” doğma meydanda “Levante” ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beləliklə, cari mövsümün geridə qalmış 28 turundan sonra 70 xal toplamış “Barselona” vahid liderdir. “Real” 66 xalla ikinci, “Atletiko” 57 xalla üçüncü pillədə qərarlaşıb. “Vilyarreal” 55, “Betis” 44, “Selta” 41 xal toplayıb.

İspaniya, La Liqa
28-ci tur
13 mart

Alaves – Vilyarreal 1:1
Qollar: Marin, 30-öz qapısına – Pepe, 90+8.

14 mart

Jirona – Atletik 3:0
Qollar: Rinkon, 4. Unahi, 77. Eçeverri, 90+2.

Atletiko – Xetafe 1:0
Qol: Molina, 8.

Real Ovyedo – Valensiya 1:0
Qol: Kostas, 30.

Real – Elçe 4:1
Qollar: Rüdiger, 39. Valverde, 44. Höysen, 66. A.Gülər, 89 – Moran, 84-öz qapısına.

15 mart

Malyorka – Espanyol 2:1
Qollar: Torre, 65. S.Kosta, 88 – Pikkel, 36.

Barselona – Sevilya 5:2
Qollar: Rafinya, 9-pen; 21-pen; 51. Olmo, 38. Kanselo, 60 – Oso, 45+3. Sou, 90+2.

Betis – Selta 1:1
Qollar: Belyerin, 49 – Yutqla, 4.

Real Sosyedad – Osasuna 3:1
Qollar: Oyarsabal, 24-pen. Qedes, 28; 52 – Munyos, 77.

16 mart

Rayo Valyekano – Levante 1:1
Qollar: Siss, 90+4 – Espi, 41.

Premyer Liqa: “Brentford”la “Vulverhempton”dan heç-heçə

17 March 2026 at 01:55

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Brentford” doğma meydanda “Vulverhempton”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Beləliklə, cari mövsümün geridə qalmış 30 turundan sonra 70 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” 61 xalla ikinci, “Mançester Yunayted” 54 xalla üçüncü pillədə qərarlaşıb. “Aston Villa” 51, “Liverpul” 49, “Çelsi” 48, “Brentford” 45, “Everton” 43 xal toplayıb.

İngiltərə, Premyer Liqa
30-cu tur
14 mart

Börnli – Bornmut 0:0

Sanderlend – Brayton 0:1
Qol: Minteh, 58.

Çelsi – Nyukasl 0:1
Qol: Qordon, 18.

Arsenal – Everton 2:0
Qollar: Dyökereş, 89. Douman, 90+7.

Vest Hem – Mançester Siti 1:1
Qollar: Mavropanos, 35 – B.Silva, 31.

15 mart

Kristal Pelas – Lids 0:0

Nottingem Forest – Fulhem 0:0

Mançester Yunayted – Aston Villa 3:1
Qollar: Kazemiro, 53. Kunya, 71. Şeşko, 81 – Barkli, 64.

Liverpul – Tottenhem 1:1
Qollar: Soboslai, 18 – Riçarlison, 90.

16 mart

Brentford – Vulverhempton 2:2
Qollar: Kayode, 22. Tyaqo, 37 – Armstronq, 44. Arokodare, 77.

A Seriyası: “Fiorentina” “Kremoneze”ni 4 qolla yendi

17 March 2026 at 01:50

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kremoneze” doğma meydanda “Fiorentina” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda Florensiya təmsilçisi darmadağına sevinib.

Beləliklə, mövsümün geridə qalmış 29 turundan sonra 68 xala malik “İnter” vahid liderdir. “Milan” 60 xalla ikinci, “Napoli” 59 xalla üçüncü pillədə qərarlaşıb. “Komo”nun 54, “Yuventus”un 53, “Roma”nın 51, “Atalanta”nın 47 xalı var.

İtaliya, A Seriyası
29-cu tur
13 mart

Torino – Parma 4:1
Qollar: C.Simeone, 3. E.İlkhan, 55. M.Keyta, 57-öz qapısına. Sapata, 90+1 – Pelleqrino, 20.

14 mart

İnter – Atalanta 1:1
Qollar: Espozito, 26 – Krstoviç, 82.

Napoli – Leççe 2:1
Qollar: Höylund, 46. Politano, 67 – Sibert, 3.

Udineze – Yuventus 0:1
Qol: Boqa, 38.

15 mart

Verona – Cenoa 0:2
Qollar: Vitinya, 61. Estiqor, 86.

Piza – Kalyari 3:1
Qollar: Moreo, 9-pen. Karaççiolo, 52; 54 – Pavoletti, 67.

Sassuolo – Bolonya 0:1
Qol: Dallinqa, 6.

Komo – Roma 2:1
Qollar: Duvikas, 59. D.Karlos, 79 – Malen, 7-pen.

Latsio – Milan 1:0
Qol: İsaksen, 26.

16 mart

Kremoneze – Fiorentina 1:4
Qollar: Okereke, 57 – Parisi, 25. Pikkoli, 32. Dodo, 49. Qudmundsson, 70.

Before yesterdayMain stream

Mahir Emreli: “Baş məşqçi məndən razıdır”

16 March 2026 at 18:00

Futbol üzrə Azərbaycan millisinin və “Kayzerslautern”in Mahir Emreli Almaniyanın “Treffpunkt-betze” nəşrinə açıqlama verib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 26-cı turunda “Karlsrue” ilə oyunda qol vurması barədə danışıb:

“Azarkeşlər çoxlu mesajlar göndərdilər, mənə inandıqlarını göstərdilər. Derbi atmosferi digər matçlardan fərqlidir. Baş məşqçi ilə yaxşı münasibətim var. Zədəli olanda komandadan bir az uzaqda qaldım. Baş məşqçidən daha çox oyun vaxtı qazanmaq üçün nə edə biləcəyimi soruşdum. O, məşqdəki çıxışlarımdan razıdır. Cəmi 5 dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram”.

Sözügedən qarşılaşmada komandasının sonuncu qoluna imza atmış Mahir onun üçün emosional an olduğunu vurğulayıb:

“Çünki son bir neçə həftə və ay çətin dövr oldu. Belə qarşılaşmada, fantastik atmosferdə ilk qolumu vurmaq (“Kayzerslautern” forması ilə 2-ci Bundesliqada) məni çox xoşbəxt edir. Xüsusən də zədə səbəbindən yaranan uzun fasilədən sonra”.

Xatırladaq ki, “Kayzerslautern” “Karlsrue”ni 3:0 hesabıyla məğlub edib. 83-cü dəqiqədə meydana çıxmış Mahir Emreli 90+4-cü dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, onun Almaniya klubunun heyətində 9-cu oyunda 2-ci qoldur.

Mirbağır İsayev – UEFA-nın Elit Məşq Layihəsinin yeni rəhbəri

16 March 2026 at 18:00

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, veteran futbolçu Mirbağır İsayev UEFA-nın Elit Məşq Layihəsinə yeni rəhbər təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Mirbağır İsayev 1994-1999-cı illərdə formasını geyindiyi Azərbaycan milli komandasının heyətində 10 oyun keçirib, 1 qol vurub.

52 yaşlı mütəxəssis vaxtilə Azərbaycanın U-15, U-17 və U-21 yığmalarında baş məşqçi və məşqçi kimi çalışıb, “Standard”, “Ədliyyə”yə rəhbərlik edib, MOİK və “Neftçi”də baş məşqçi köməkçisi olub.

Premyer Liqa: 26-cı turun oyun cədvəli bəlli oldu

16 March 2026 at 17:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyun cədvəli bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

26-cı turun qarşılaşmaları da 3 gün ərzində keçiriləcək. Aprelin 5-də iki, 6-da bir, 7-də isə üç oyun baş tutacaq.

Premyer Liqa
26-cı tur
5 aprel

“Kəpəz” – “Qəbələ”
Yevlax şəhər stadionu, 15:30.

“Sumqayıt” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

6 aprel

“Qarabağ” – “Karvan”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

7 aprel

“İmişli” – “Turan Tovuz”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu, 17:15.

“Araz-Naxçıvan” – “Sabah”
Mərdəkan. “Dalğa Arena”, 19:30.

Azərbaycan Kubokunda yarımfinal görüşlərinin eyni gündə

16 March 2026 at 16:00

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün yarımfinal mərhələsinin ilk görüşlərinin oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarımfinalın ilk oyunları eyni gündə – aprelin 3-də baş tutacaq.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
3 aprel

“Turan Tovuz” – “Zirə”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:30.

“Qarabağ” – “Sabah”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

“Şamaxı” həm 300-cü, həm də 400-cü qələbəsini qazandı

16 March 2026 at 15:00

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026 mövsümünün 24-cü turu “Şamaxı” üçün ikiqat yubileylə əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Premyer Liqada 300-cü, tarixində 400-cü qələbəsini qazanıb.

“Şamaxı” “Sumqayıt”la səfər görüşündə 1:0 hesabına sevinib. Azərbaycan çempionatının yüksək dəstəsində 717-ci matçına çıxan komanda 300-cü dəfə meydandan 3 xalla ayrılıb. Qələbələrdən 175-i evdə, 125-i səfərdə qeydə alınıb.

Sözügedən komanda turnirin tarixində 300 və daha çox qələbə qazanan 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” daha çox oyunda qalib gəlib. 1999/2000-cü illər mövsümündə “Xəzər Universiteti” kimi debüt etmiş komanda ilk qələbəsini 1999-cu il noyabrın 21-də “Xəzər”lə (Sumqayıt) ev görüşündə əldə edib.

Azərbaycan kubokunda 60, avrokuboklarda 16, Birinci Liqada 16, “Birlik Kuboku”nda 8 qələbəsi olan “Şamaxı” bütün turnirlər nəzərə alınmaqla 400-cü dəfə rəqibini məğlub edib.

İkinci Liqa: 18-ci turun bütün təyinatları açıqlandı

16 March 2026 at 14:00

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 18-ci turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

18-ci turun görüşləri martın 16-da və 17-də keçiriləcək.

İkinci Liqa
18-ci tur
16 mart

“Şəki” – “Kür-Araz”
Hakimlər: Rövşən Rəcəbov, Taleh Məmmədov, Rəşad Quliyev, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Ağstafa Gəncləri” – “Şirvan”
Hakimlər: Mahmud Bağırzadə, Ruslan Məmmədov, Elvin Mədətov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

17 mart

“Xankəndi” – “Ağdaş”
Hakimlər: Şamil İmanzadə, Tural Bayramov, Sadiq Əliyev, Pərviz İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Şəmkir” – “Araz Saatlı”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Göygöl”
Hakimlər: Nazim Abdullayev, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim- inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Quba” – “Dinamo”
Hakimlər: Niyaz Əhmədov, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Emin Mahmudov – “Neftçi”nin 150-ci penaltisinin müəllifi!

16 March 2026 at 13:00

Futbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin kapitanı Emin Mahmudov paytaxt klubunun heyətində daha bir yubileyə imza atıb.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub.

Bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 24-cü turunun “Qəbələ” ilə səfər matçına (3:1) təsadüf edib. Emin Mahmudov komandasının ikinci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 34 mövsümdə vurduğu 150 penaltidən 120-ni qola çevirib. Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdir.

“Neftçi” turnirin tarixi ərzində vurulmuş penalti sayında yalnız “Qarabağ”dan geri qalır. Hər iki komanda 1992-ci ildən Premyer Liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçılarıdır.

Xatırladaq ki, “Neftçi” ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.

Musa Qurbanlı Premyer Liqada 100-cü oyununu keçirdi

16 March 2026 at 12:00

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 24-cü turuna təsadüf edib. O, “Zirə” ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub.

Qurbanlı Premyer Liqada 2020/2021-ci illər mövsümündə debüt edib. Ölkəmizdə yalnız 2 klubda çıxış etmiş forvard bu matçlarda 42 qola imza atıb. O, “Qarabağ”da 91 (41 qol), “Zirə”də 9 (1 qol) oyun keçirib.

Musa Premyer Liqanın tarixində 100 və daha çox oyun keçirmiş 452-ci futbolçu olub.

Əvvəllər də “Qarabağ”ın şərəfini qorumuş Musa Qurbanlı Ağdam klubuna bu mövsümün əvvəlində qayıdıb. İsveçin “Yurqorden” klubundan azad agent kimi ayrılmış 22 yaşlı forvard köhbə-yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Musa peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə bu komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan Ağdam klubunun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.

Xatırladaq ki, Musa Qurbanlı 2010-cu ilin noyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında 21 oyunda 3 qol vurub.

Sergey Samok 812-də dayandı, 9-cu oldu

16 March 2026 at 11:00

“Turan Tovuz”un qapıçısı Sergey Samok Azərbaycan çempionatında 800 dəqiqə və daha uzun seriyaya imza atmış 9-cu əlcək sahibi olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Samokun Azərbaycan Premyer Liqasındakı “quru” seriyası qırılıb. Rusiyalı qolkiper cari mövsümdə ilk qolunu 24-cü turun “Kəpəz”lə səfər matçında (1:1) buraxmışdı. Samokun seriyasını Rəhman Hacıyev 55-ci dəqiqədə qırıb. Buna qədər ötən çempionatda 2, cari mövsümdə 6 dəfə qapısını toxunulmaz saxlamış qapıçı sonuncu dəfə 2024/2025-ci illər mövsümünün 34-cü turunda qol buraxmışdı. O, “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutmuş ev matçının (1:2) 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu topu dəf edə bilməmişdi.

Rəhman Hacıyevin qoluna qədər Sergey Samok 812 “quru” dəqiqə keçirib. O, Azərbaycan çempionatlarının yüksək dəstəsinin tarixində 800 dəqiqə və daha uzun seriyaya imza atmış 9-cu əlcək sahibinə çevrilib.

  1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
  2. Xalidu Sissoko (“Bakı”) – 985
  3. Xalidu Sissoko (“Bakı”) – 971
  4. Camaləddin Əliyev (“Qarabağ”) – 958
  5. Pavel Doroşev (“Qəbələ”) – 952
  6. Elxan Həsənov (“Neftçi”) – 943
  7. Dmitri Bezotosnı (“Qəbələ”) – 915
  8. Boyan Pavloviç (“Qarabağ”) – 828
  9. Sergey Samok (“Turan Tovuz”) – 812

Joan Laporta yenidən “Barselona”nın prezidenti seçildi

16 March 2026 at 10:00

Tanınmış futbol funksioneri Joan Laporta yenidən İspaniyanın “Barselona” klubunun prezidenti vəzifəsinə seçilib.

Arena.az bu barədə Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Barselona” klubu prezident seçkilərinin nəticələrini açıqlayıb. Laporta səslərin 68,18 faizini toplayaraq qalib gəlib. Onu 32 934 seçici dəstəkləyib. Laportanın rəqibi Viktor Fonta (29,78 faiz) 14 385 səs verilib.

Bülletenlərin 984-ü (2,04 faiz) boş qalıb.

Xatırladaq ki, 2021-ci ildən bu vəzifədə olan Joan Laporta 2003-cü ildən 2010-cu ilədək “Barselona”nın prezidenti vəzifəsini daşıyıb. O, bu seçkilərdə iştirak etmək üçün bir müddət öncə postundan istefa vermişdi. Beləliklə, o, 2031-ci ilə qədər Kataloniya təmsilçisinə rəhbərlik etməyə davam edəcək.

“Barselona” hazırda İspaniya La Liqasında 70 xalla turnir cədvəlinə başçılıq edir. Almaniyalı mütəxəssis Hansi Flikin rəhbərlik etdiyi komanda cari mövsümdə keçirdiyi 28 oyunda 23 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Vüsal İsgəndərlinin komandası “Vora” ilə bacarmadı

16 March 2026 at 09:00

Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Partizani” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 28-ci turu çərçivəsində “Vora” ilə qarşılaşıb.

“Partizani” səfərdə baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. İsgəndərli bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Partizani” 28 turdan sonra 43 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. Sözügedən komanda 28 oyunda 12 qələbə qazanıb, 7 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 25 oyuna çıxıb, 5 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

La Liqa: “Barselona”dan “Sevilya”ya 5 qol

16 March 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.

“Betis” – “Selta” matçında qalib müəyyənləşməyib. “Malyorka” doğma meydanda “Espanyol”u, “Real Sosyedad” isə “Osasuna”nı məğlub edib. Lider “Barselona” da “Sevilya” ilə ev oyununda darmadağına sevinib.

28-ci tura martın 16-da keçiriləcək “Rayo Valyekano” – “Levante” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
28-ci tur
13 mart

Alaves – Vilyarreal 1:1
Qollar: Marin, 30-öz qapısına – Pepe, 90+8.

14 mart

Jirona – Atletik 3:0
Qollar: Rinkon, 4. Unahi, 77. Eçeverri, 90+2.

Atletiko – Xetafe 1:0
Qol: Molina, 8.

Real Ovyedo – Valensiya 1:0
Qol: Kostas, 30.

Real – Elçe 4:1
Qollar: Rüdiger, 39. Valverde, 44. Höysen, 66. A.Gülər, 89 – Moran, 84-öz qapısına.

15 mart

Malyorka – Espanyol 2:1
Qollar: Torre, 65. S.Kosta, 88 – Pikkel, 36.

Barselona – Sevilya 5:2
Qollar: Rafinya, 9-pen; 21-pen; 51. Olmo, 38. Kanselo, 60 – Oso, 45+3. Sou, 90+2.

Betis – Selta 1:1
Qollar: Belyerin, 49 – Yutqla, 4.

Real Sosyedad – Osasuna 3:1
Qollar: Oyarsabal, 24-pen. Qedes, 28; 52 – Munyos, 77.

16 mart

00:00. Rayo Valyekano – Levante

Liqa 1: “Mets” “Tuluza”ya, “Renn” “Lill”ə uduzdu

16 March 2026 at 01:50

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Strasburq” – “Paris” və “Havr” – “Olimpik” (Lion) matçlarında qapılara qol vurulmayıb. “Mets” doğma meydanda “Tuluza”ya, “Renn” isə “Lill”ə uduzub.

Xatırladaq ki, 26-cı turun PSJ – “Nant” matçı qeyri-müəyyən vaxta təxirə salınıb.

Hazırda PSJ 25 oyuna topladığı 57 xalla vahid liderdir. “Lans” 56 xalla ikinci, Marsel “Olimpik”i 49 xalla üçüncü pillədə qərarlaşıb. Lion “Olimpik”i 47, “Lill” 44, “Monako” və “Renn” 43 xal toplayıblar.

Fransa, Liqa 1
26-cı tur
13 mart

Olimpik (Marsel) – Oser 1:0
Qol: Quiri, 79.

14 mart

Loryan – Lans 2:1
Qollar: Dienq, 18. Tosin, 65 – Eduard, 48.

Anje – Nitsa 0:2
Qollar: Bard. 65. Vahi, 90+6.

Monako – Brest 2:0
Qollar: Baloqun, 19. Qolovin, 78.

15 mart

Strasburq – Paris 0:0

Havr – Olimpik (Lion) 0:0

Mets – Tuluza 4:3
Qollar: Mbala, 30. Kuao, 31. Abuaşvili, 88 – Donnum, 6. Qboho, 14; 45+3. Sauer, 90+9.

Renn – Lill 1:2
Qollar: Lepaul, 59 – Pardo, 2. Haraldsson, 47.

A Seriyası: “Milan”la “Roma” səfərdən xalsız döndülər

16 March 2026 at 01:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

“Verona” doğma meydanda “Cenoa”ya, “Sassuolo” isə “Bolonya”ya məğlub olub. “Piza” “Kalyari”ni, “Komo” “Roma”nı, “Latsio” da “Milan”nı xalsız yola salıb.

29-cu tura martın 16-da keçiriləcək “Kremoneze” – “Fiorentina” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
29-cu tur
13 mart

Torino – Parma 4:1
Qollar: C.Simeone, 3. E.İlkhan, 55. M.Keyta, 57-öz qapısına. Sapata, 90+1 – Pelleqrino, 20.

14 mart

İnter – Atalanta 1:1
Qollar: Espozito, 26 – Krstoviç, 82.

Napoli – Leççe 2:1
Qollar: Höylund, 46. Politano, 67 – Sibert, 3.

Udineze – Yuventus 0:1
Qol: Boqa, 38.

15 mart

Verona – Cenoa 0:2
Qollar: Vitinya, 61. Estiqor, 86.

Piza – Kalyari 3:1
Qollar: Moreo, 9-pen. Karaççiolo, 52; 54 – Pavoletti, 67.

Sassuolo – Bolonya 0:1
Qol: Dallinqa, 6.

Komo – Roma 2:1
Qollar: Duvikas, 59. D.Karlos, 79 – Malen, 7-pen.

Latsio – Milan 1:0
Qol: İsaksen, 26.

16 mart

23:45. Kremoneze – Fiorentina

Bundesliqa: “Ştutqart” “Leypsiq”i tək qolla yendi

16 March 2026 at 00:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“Verder” doğma meydanda “Maynts”a, “Frayburq” “Union Berlin”ə məğlub olub. “Ştutqart” isə “Leypsiq”lə ev oyunundan qalib ayrılıb.

Beləliklə, cari mövsümün geridə qalmış 26 turundan sonra 67 xal toplamış “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 58 xalla ikinci pillədə qərarlaşıb. “Hoffenhaym”la “Ştutqart” 50, “Leypsiq” 47, “Bayer” 45, “Ayntraxt” 38 xal toplayıb.

Almaniya, Bundesliqa
26-cı tur
13 mart

Borussiya (Mönhenqladbax) – Sankt Pauli 2:0
Qollar: Stoger, 37. Honorat, 63.

14 mart

Bayer – Bayern 1:1
Qollar: A.Qarsiya, 6 – L.Dias, 69.

Borussiya (Dortmund) – Auqsburq 2:0
Qollar: Adeyemi, 13. Recciani, 59.

Ayntraxt – Haydenhaym 1:0
Qol: Kalimuendo, 53.

Hoffenhaym – Volfsburq 1:1
Qollar: Promel, 83 – Kulyerakis, 65.

Hamburq – Köln 1:1
Qollar: F.Vyeyra, 39 – Əl-Mala, 45.

15 mart

Verder – Maynts 0:2
Qol: Nebel, 6. Li, 52.

Frayburq – Union Berlin 0:1
Qol: Yonq, 90+2.

Ştutqart – Leypsiq 1:0
Qol: Undav, 56.

Premyer Liqa: MY “Aston Villa”ya da qalib gəldi

15 March 2026 at 23:30

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

“Kristal Pelas” – “Lids” və “Nottingem Forest” – “Fulhem” oyunlarında qapılara qol vurulmayıb. “Liverpul”la “Tottenhem” arasındakı matçda da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Mançester Yunayted” isə “Aston Villa” üzərində inamlı qələbəyə sevinib.

30-cu tura martın 16-da keçiriləcək “Brentford” – “Vulverhempton” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
30-cu tur
14 mart

Börnli – Bornmut 0:0

Sanderlend – Brayton 0:1
Qol: Minteh, 58.

Çelsi – Nyukasl 0:1
Qol: Qordon, 18.

Arsenal – Everton 2:0
Qollar: Dyökereş, 89. Douman, 90+7.

Vest Hem – Mançester Siti 1:1
Qollar: Mavropanos, 35 – B.Silva, 31.

15 mart

Kristal Pelas – Lids 0:0

Nottingem Forest – Fulhem 0:0

Mançester Yunayted – Aston Villa 3:1
Qollar: Kazemiro, 53. Kunya, 71. Şeşko, 81 – Barkli, 64.

Liverpul – Tottenhem 1:1
Qollar: Soboslai, 18 – Riçarlison, 90.

16 mart

00:00. Brentford – Vulverhempton

Super Liqa: “Beşiktaş” “Gənclərbirliyi”nə səfərdə qalib gəldi

15 March 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Samsunspor” – “Kayserispor” matçında meydan sahibləri qələbə qazanıblar. “Kasımpaşa” doğma meydanda “Eyüpspor”u tək qolla üstələyib. Səfərdə “Gənclərbirliyi” ilə qarşılaşmış “Beşiktaş” da turu inamlı qələbə ilə başa vurub.

Beləliklə, geridə qalmış 26 turdan sonra “Qalatasaray” 64 xalla vahid liderdir. “Fənərbağça” və “Trabzonspor”un 57, “Beşiktaş”ın 49, “Göztəpə”nin 43, “Başakşəhər”in 42, “Samsunspor”un 35 xalı var.

Türkiyə, Super Liqa
26-cı tur
13 mart

Antalyaspor – Qaziantep 1:4
Qollar: Safuri, 90+3 – Bayo, 59; 76. Kozlovski, 65. D.Kamara, 82.

Karagümrük – Fənərbağça 2:0
Qollar: B.Elmaz, 15. Serjinyo, 45+1.

14 mart

Kocaelispor – Konyaspor 1:2
Qollar: S.Dursun, 58 – Kramer, 86. Muleka, 90+4-pen.

Qalatasaray – Başakşəhər 3:0
Qollar: Sinqo, 57. Osimhen, 66. Naqa, 84.

Göztəpə – Alanyaspor 2:2
Qollar: J.Santos, 7. Janderson, 59 – Haci, 15. İ.Kaya, 90+9.

Trabzonspor – Rizəspor 1:0
Qol: Onuaçu, 51.

15 mart

Kasımpaşa – Eyüpspor 1:0
Qol: Benediçak, 33.

Gənclərbirliyi – Beşiktaş 0:2
Qollar: Olaytan, 56. O.Kökçü, 67.

Samsunspor – Kayserispor 2:1
Qollar: Makumbu, 31. Tomasson, 90+3 – Borevkoviç, 46-öz qapısına.

“Ağstafa Gəncləri” – “Şirvan” matçının yeri dəyişdirildi

15 March 2026 at 22:30

Futbol üzrə Azərbaycan İkinci Liqasının 18-ci turu çərçivəsində martın 16-da keçiriləcək “Ağstafa Gəncləri” – “Şirvan” oyununun yeri dəyişdirilib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq “Ağstafa Gəncləri” – “Şirvan” oyununun yerinin dəyişdirilməsinə qərar verilib. Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib. Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.

İkinci Liqa
18-ci tur
16 mart

“Ağstafa Gəncləri” – “Şirvan”
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Sxadadze: “Çox üzücü qollar buraxırıq”

15 March 2026 at 22:00

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fikrimcə, bərabər səviyyədə bir oyun keçdi. Oyuna yaxşı başlamışdıq. Pressinq edirdik. Qol vəziyyəti yaratdıqdan sonra penaltidən fərqləndik. Lakin çox üzücü qollar buraxırıq. Birinci qolda standart vəziyyətdən sonra top futbolçumuzun belinə dəydi. İkinci qolda təhlükəli bir vəziyyət olmayan yerdə əllə oyun… Bu səviyyədə belə səhvlər buraxmaq olmaz. Xüsusilə də “Neftçi” kimi komanda ilə matçda.

Birinci hissədə rəqibin təzyiqi olmayanda da mərkəzdə özümüz toplar itirirdik. Psixoloji baxımdan işləmək lazımdır. Böyük hesablı məğlubiyyətdən sonra yenə uduzduq. Bu, futbolçulara psixoloji baxımdan pis təsir edir. Fiziki və taktiki baxımdan problem yoxdur. Sadəcə, inamlı və etibarlı oynamaq lazımdır.

Müəyyən müddətdir burada işləyirəm. Bəzi azarkeşlərin istefaya səsləməsini anlamıram. Avropada bu cür hallarda komandaya və baş məşqçiyə sona qədər dəstək olurlar. İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır”.

Yuri Vernidub: “Avrokuboklara getməməyimiz faciə olmaz”

15 March 2026 at 21:30

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Maraqlı oyun alındı. “Qəbələ” uduzsa da, onların oyunu mənim xoşuma gəlir. Hakimliklə bağlı onu deyə bilərəm ki, bu cür davam edərsə, hər şey yaxşı olacaq. Qəbələdə çox gözəl futbol mərkəzi var. Stadion superdir. Məşq üçün də çox gözəl meydançaları var.

Bizim avrokuboklara getməməyimiz faciə olmaz, sadəcə xoşagəlməz hadisə olar. Bir neçə namizəd var. Əlimizdən gələni edəcəyik. Hələ 10 tur qalıb. Uğur bizim əl, ayaq və bədənimizdən asılıdır”.

Vernidub ötən turda qarşılaşdıqları “Turan Tovuz”la matçdan sonra rəqibin baş məşqçisi Kurban Berdıyevlə görüşməsinin Ukrayna mətbuatında xoş qarşılanmamasından da söz açıb:

“Yazılanlar mənə maraqlı deyil. Bilmirəm, Berdıyevin neçə pasportu var. Bildiyim qədərilə o, türkməndir. Şəkillərdə nə qoyduğunu da bilmirdim. Qısası, müharibənin ilk günündə necə idimsə, indi də eləyəm. Kimlər ki, bu barədə yazırlar, desinlər görək dörd il ərzində nə ediblər? Mənim 60 yaşım var, nə qədər istəsələr təxribata çəksinlər. Mən futboldayam və işimə davam edirəm”.

Nəriman Axundzadə üçün MLS-də ilk

15 March 2026 at 13:00

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubu olan “Kolumbus Kru”nun MLS matçında ilki yaşayıb.

Arena.az xəbər verir ki, ABŞ təmsilçisi bu gün MLS-in növbəti turu çərçivəsində doğma meydanda “Neşvil”lə qarşılaşıb.

Oyun Ohayo təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 0:1. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nərimanın adı ilk dəfə rəsmi protokolda yer alıb. Amma o, sonadək ehtiyatda qalıb.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 4 oyundan sonra 2 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Nərimanın komandası 4 oyunda cəmi 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşdilər

15 March 2026 at 21:00

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunları keçirilib.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə “Olimpik Star”da təşkil edilib.

İlk qələbəni “Lənkəran”la qarşılamış “Baku Fire-2” qazanıb. Son qalib PFL isə U-19 yığmamızla matçda hesabda geri düşsə də, sona yaxın qələbə qolunu vura bilib.

“Araz-Naxçıvan” “Xan-Lənkəran”la görüşdə məhsuldar qələbəyə sevinib. Yüksək Liqanın lideri “Neftçi” də Birinci Liqanın iddialılarından olan “STAR kargo”ya heç bir şans verməyib. Böyükhesablı qələbə onların da yarımfinalçılar sırasında olmasına yol açıb.

Beləliklə, yarımfinal mərhələsində qarşılaşacaq cütlüklər müəyyənləşib. Ötən mövsümün finalçıları – PFL və “Araz-Naxçıvan” bu dəfə yarımfinalda üz-üzə gələcəklər. “Baku Fire-2” isə “Neftçi” İK ilə finala vəsiqə uğrunda qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunları apreldə keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final
15 mart

Lənkəran – Baku Fire-2 2:8
U-19 – PFL 3:4
Xan-Lənkəran – Araz-Naxçıvan 3:12
STAR kargo – Neftçi İK 3:12

Yarımfinal cütlükləri:
PFL – Araz-Naxçıvan
Baku Fire-2 – Neftçi İK

“Qəbələ” – “Neftçi” 1:3 – Video

15 March 2026 at 20:30

Azərbaycan Premyer Liqasının 24-cü turunun “Qəbələ” – “Neftçi” matçı meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
24-cü tur
15 mart

“Qəbələ” – “Neftçi” 1:3
Qollar: Seydina Keyta, 20-pen – Bassala Sambu, 20. Emin Mahmudov, 69-pen. Murad Məmmədov, 77.
Sarı vərəqələr: Nuğay Rəşidov, 36 (qeyri-idman hərəkəti). Eşqin Əhmədov, 81 (qeyri-idman hərəkəti) – Elvin Bədəlov, 16 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 18:00. Qəbələ şəhər stadionu, 370 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Rəşad Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov (7. Turan Manafov, 75), 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 8. Sambu Sissoko (10. Şahin Şahniyarov, 75), 16. İsaak Amoa, 14. Domi Massumo (24. İsmael Akinade, 63), 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov (17. Murad Xaçayev, 73), 7. Emil Səfərov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu (14. Edvin Kuç, 83), 9. Bassala Sambu (10. Freddi Varqas, 59), 33. Breno Almeyda (47. Murad Məmmədov, 73), 70. Andrey Ştoqrin, 11. İmad Faraj (28. Alessio Kurçi, 83).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 19. Ağadadaş Salyanski, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 22. Luis Ortis.
Baş məşqçi: Yuri Vernidub.

Premyer Liqa: “Neftçi” Qəbələdə 3 xalı 3 qolla qazandı

15 March 2026 at 20:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Qəbələ” “Neftçi”ni qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilmiş görüşün baş hakimi Elçin Məsiyev olub. Dörd qolun qeydə alındığı bu matç paytaxt təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “Karvan”a qalib gəlibsə (2:1, “Sumqayıt” “Şamaxı”ya (0:1), “İmişli” “Sabah”a (0:5), “Zirə” “Qarabağ”a (1:3) uduzub. “Kəpəz” – “Turan Tovuz” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.

Premyer Liqa
24-cü tur
15 mart

“Qəbələ” – “Neftçi” 1:3
Qollar: Seydina Keyta, 19 – Bassala Sambu, 22. Emin Mahmudov, 69-pen. Murad Məmmədov, 77.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu. 18:00.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 8. Sambu Sissoko, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 21. Ziya Şəkərxanov, 24. İsmael Akinade, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 33. Breno Almeyda, 70. Andrey Ştoqrin, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 10. Freddi Varqas, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Mahir Emreli “Karlsrue”yə qol vurdu, 3 xala sevindi

15 March 2026 at 19:30

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 26-cı turu çərçivəsində “Karlsrue” ilə oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutmuş bu görüş “Kayzerslautern”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş məşqçi Torsten Liberknext bu matçda Emreliyə də şans verib. Azərbaycanlı hücumçu 83-cü dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Mahir vurub. O, 90+4-cü dəqiqədə fərqlənib.

26 turdan sonra 40 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 26 oyunda 12 qələbə qazanıb, 4 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 9 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Azər Bağırov: “Son matçlarda çox istəkli oynayırıq”

15 March 2026 at 19:00

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 24-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Azər Bağırov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, komandamızı sona qədər dəstəklədilər. İnanıram ki, futbolçular dəstəyin qarşılığını onlara meydançada verdilər. Yaxşı futbol oynadıq. Texniki tərəfdən bəzi çatışmazlıqlarımız var. Amma oyundan-oyuna daha yaxşı olmağa çalışacağıq. İstədiyimiz oyunu sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Vaxt keçdikcə oyun sarıdan başqa “Kəpəz” görəcəyik.

Son matçlarda “Kəpəz” daha istəkli oynayır. “Sumqayıt”a, “Zirə”yə qarşı oyunları buna misal göstərmək olar. Bu gün “Turan Tovuz”a qarşı da istəkli idik. Qeyri-stabil olduğumuzu deməzdim. Son 4-5 matçda stabil oyun sərgiləmişik. Meydançada əsl futbol oynayırıq. Hamı maraqlı futbol izlədi. Futbolçularıma təşəkkür edirəm ki, dediklərimi meydançada həyata keçirdilər”.

Kurban Berdıyev: “Kəpəz”lə matçda 2 xal itirdik”

15 March 2026 at 18:30

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 24-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Kurban Berdıyev qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Təəssüf ki, çox vacib 2 xal itirdik. Oyunun ikinci hissəsi bir qədər fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq.

Faiq Hacıyev uzun müddət idi ki, oynamırdı. Ona görə də, bu səhvlər təbiidir. Roderik Miller də zədəli olduğu üçün oynamır.

İddialı rəqiblərə qalib gəldikdən sonra daha aşağı pillələrdə qərarlaşan komandalarla matçlarda istədiyimizi reallaşdıra bilmirik. Həm “Zirə”, həm də “Neftçi” ilə oyunlardan sonra belə oldu. Fikirləşirəm ki, emosiyalar kifayət etmir. Liderlərə qarşı olan köklənmə bu cür komandalara qarşı olmur. Bunun üzərində işləyəcəyik”.

Əvəzedicilər Liqası: “Sabah” “Şamaxı”nı 6 qolla yendi

15 March 2026 at 18:00

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 20-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Sabah”la “Şamaxı”nın ikinci komandaları üz-üzə gəliblər. 8 qolun qeydə alındığı matçda paytaxt təmsilçisi darmadağına sevinib.

20-ci turun qalan görüşləri martın 16-da keçiriləcək.

Əvəzedicilər Liqası
20-ci tur
15 mart

“Sabah-2” – “Şamaxı-2” 6:2
Qollar: Nihat Cabbarov, 3; 77. Şahin İbrahimov, 54; 90. Həmzəalı Mikayılov, 59. Səbuhi Qurbanov, 61 – Davud Mənsumov, 31. Həbib İsmayılov, 67.
Hakimlər: Nicat İsmayıllı, Samir Qaracayev, Elmin Süleymanov, Rasim Musayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Bayıl Arena”, 15:00.

16 mart

“Neftçi-2” – “Zirə-2”
Hakimlər: İslam Məmmədov, Aydın Bəxşiyev, Elman Kərimov, Ləman Əmirli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Sumqayıt-2” – “Kəpəz-2”
Hakimlər: Murad Səlimov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Maqsud Şamıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Araz-Naxçıvan-2” – “Qarabağ-2”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Samir Musayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 15:00.

“Qəbələ-2” – “Turan Tovuz-2”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Teymur Teymurov, Rəşad Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Kəpəz” – “Turan Tovuz” 1:1 – Video

15 March 2026 at 17:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turunun “Kəpəz” – “Turan Tovuz” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
24-cü tur
15 mart

“Kəpəz” – “Turan Tovuz” 1:1
Qollar: Rəhman Hacıyev, 55 – Joarlem Santos, 61.
Sarı vərəqələr: Dioqo Verdaska, 72 (qeyri-idman hərəkəti) – Joarlem Santos, 67 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 15:00. Yevlax şəhər stadionu, 1000 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Cəmil Quliyev.
Dördüncü hakim: Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.

Kəpəz: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev (6. Camal Cəfərov, 87), 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev (17. Ümid Səmədov, 76), 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa (88. Şakir Seyidov, 65), 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 33. Yusif İmanov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 97. Elxan Məmmədov, 57. Amur Yusifov.
Baş məşqçi: Azər Bağırov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov (99. İbrahima Vadji, 65), 3. Enrike Silva (88. Faiq Hacıyev, 42), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe (29. Filip Ozobiç, 65), 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 5. Roderik Miller, 9. Coş Cinnelli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Premyer Liqa: Qərb derbisi “sülh”lə bitdi

15 March 2026 at 17:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Yevlaxda baş tutub.

Burada “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Yevlax şəhər stadionunda təşkil edilmiş oyunu Tural Qurbanov idarə edib. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Premyer Liqa
24-cü tur
15 mart

“Kəpəz” – “Turan Tovuz” 1:1
Qollar: Rəhman Hacıyev, 55 – Joarlem Santos, 61.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu. 15:00.

Kəpəz: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 33. Yusif İmanov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 97. Elxan Məmmədov, 57. Amur Yusifov.
Baş məşqçi: Azər Bağırov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 5. Roderik Miller, 99. İbrahima Vadji, 9. Coş Cinnelli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Əvəzedicilər Liqası: 20-ci turun bütün təyinatları açıqlandı

15 March 2026 at 12:00

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 20-ci turun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

20-ci turun görüşləri martın 15-də və 16-da keçiriləcək.

Əvəzedicilər Liqası
20-ci tur
15 mart

“Sabah-2” – “Şamaxı-2”
Hakimlər: Nicat İsmayıllı, Samir Qaracayev, Elmin Süleymanov, Rasim Musayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Bayıl Arena”, 15:00.

16 mart

“Neftçi-2” – “Zirə-2”
Hakimlər: İslam Məmmədov, Aydın Bəxşiyev, Elman Kərimov, Ləman Əmirli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Sumqayıt-2” – “Kəpəz-2”
Hakimlər: Murad Səlimov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Maqsud Şamıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Araz-Naxçıvan-2” – “Qarabağ-2”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Samir Musayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 15:00.

“Qəbələ-2” – “Turan Tovuz-2”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Teymur Teymurov, Rəşad Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

Formula 1: İki qran-pri ləğv edildi – Rəsmi

15 March 2026 at 11:00

Formula 1 üzrə dünya çempionatının 2026-cı il mövsümünün Bəhreyn və Səudiyyə Ərəbistanında keçiriləcək qran-priləri ləğv edilib.

Arena.az bu barədə Formula 1-in mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, yarışın təşkilatçıları Yaxın Şərqdəki vəziyyət fonunda Bəhreyn və Səudiyyə Ərəbistanındakı qran-pri mərhələlərinin ləğv olunması barədə qərar qəbul edib. Qeyd olunur ki, təşkilatçılar yarışların təşkili üçün müxtəlif alternativ variantları nəzərdən keçiriblər, lakin nəticədə mərhələlərin dəyişdirilməsindən imtina etmək qərarına gəliblər.

Formula-1-in prezidenti və baş direktoru Stefano Domenikali qeyd edib ki, bu, regionda mövcud vəziyyəti nəzərə alaraq mürəkkəb, lakin zəruri qərar idi.

Öz növbəsində Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd bin Sülayem Bəhreyn və Səudiyyə Ərəbistanının çempionatın təqvimində mühüm rol oynadığını vurğulayıb. O, şərait imkan verdiyi zaman yarışların bu ölkələrə qaytarılacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, Bəhreyndə qran-pri aprelin 10-12-də, Səudiyyə Ərəbistanında isə 17-19-da keçirilməli idi. Yaponiya qran-prisindən sonra (27-29 mart) çempionatda dörd həftəlik fasilə yaranacaq. Növbəti mərhələ mayın 1-3-də Mayamidə (ABŞ) keçiriləcək.

Ozan Can Kökçü “Sittard”a qarşı 1 saat oynadı

15 March 2026 at 10:00

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 27-ci turunda “Sittard”la qarşılaşıb.

“Volendam” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Ozan bu görüşə start heyətdə başlayıb və 60-cı dəqiqədə əvəzlənib.

“Volendam” 27 turdan sonra 27 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Ozan bu oyunların 26-da iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 29 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Premyer Liqa: “Kəpəz” “Turan”a, “Qəbələ” “Neftçi”yə qarşı

15 March 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı “Kəpəz”lə “Turan Tovuz” arasında keçiriləcək. Yevlax şəhər stadionunda təşkil ediləcək Qərb derbisini Tural Qurbanov idarə edəcək.

Turun qapanış matçında isə “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüşün baş hakimi Elçin Məsiyev olacaq.

Premyer Liqa
24-cü tur
13 mart

“Araz-Naxçıvan” – “Karvan” 2:1
Qollar: Hamidu Keyta, 37. Ba-Muaka Simakala, 40 – Kayl Spens, 51.
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Dalğa Arena”. 18:30.

“Sumqayıt” – “Şamaxı” 0:1
Qol: Karim Rossi, 78.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:30.

14 mart

“İmişli” – “Sabah” 0:5
Qollar: Stiv Solvet, 10. Coy Lens Mikels, 15-pen; 35. Kahim Parris, 49. Aleksey İsayev, 73-pen.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 15:00.

“Zirə” – “Qarabağ” 1:3
Qollar: Ceyhun Nuriyev, 70 – Xoni Montiel, 22. Kamilo Duran, 55. Kadi Borges, 72.
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu. 19:15.

15 mart

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu. 15:00.

“Qəbələ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu. 18:00.

La Liqa: “Atletiko” 1, “Real” 4 qolla qalib gəldi

15 March 2026 at 02:10

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

“Jirona”nın qonağı olan “Atletik” 3 cavabsız qolla məğlub olub. “Atletiko” doğma meydanda “Xetafe”ni, “Real Ovyedo” isə “Valensiya”nı tək qolla üstələyib. Madrid “Real” da “Elçe” ilə ev oyununda darmadağına sevinib.

28-ci turun qalan görüşləri martın 15-də və 16-da keçiriləcək.

İspaniya, La Liqa
28-ci tur
13 mart

Alaves – Vilyarreal 1:1
Qollar: Marin, 30-öz qapısına – Pepe, 90+8.

14 mart

Jirona – Atletik 3:0
Qollar: Rinkon, 4. Unahi, 77. Eçeverri, 90+2.

Atletiko – Xetafe 1:0
Qol: Molina, 8.

Real Ovyedo – Valensiya 1:0
Qol: Kostas, 30.

Real – Elçe 4:1
Qollar: Rüdiger, 39. Valverde, 44. Höysen, 66. A.Gülər, 89 – Moran, 84-öz qapısına.

15 mart

17:00. Malyorka – Espanyol
19:15. Barselona – Sevilya
21:30. Betis – Selta
00:00. Real Sosyedad – Osasuna

16 mart

00:00. Rayo Valyekano – Levante

Liqa 1: “Monako” “Brest”i xalsız yola saldı

15 March 2026 at 02:00

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Anje” doğma meydanda “Nitsa”ya 2 cavabsız qolla məğlub olub. “Loryan” “Lans”ı, “Monako” isə “Brest”i məğlub yola salıb.

26-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək. PSJ – “Nant” matçı isə qeyri-müəyyən vaxta təxirə salınıb.

Fransa, Liqa 1
26-cı tur
13 mart

Olimpik (Marsel) – Oser 1:0
Qol: Quiri, 79.

14 mart

Loryan – Lans 2:1
Qollar: Dienq, 18. Tosin, 65 – Eduard, 48.

Anje – Nitsa 0:2
Qollar: Bard. 65. Vahi, 90+6.

Monako – Brest 2:0
Qollar: Baloqun, 19. Qolovin, 78.

15 mart

18:00. Strasburq – Paris
20:15. Havr – Olimpik (Lion)
20:15. Mets – Tuluza
23:45. Renn – Lill

Premyer Liqa: “Arsenal” qalib gəldi, MS büdrədi

15 March 2026 at 01:55

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Börnli” – “Bornmut” matçında qapılara qol vurulmayıb. “Vest Hem”in qonağı olan “Mançester Siti” də turu xal itkisi ilə başa vurub. Lider “Arsenal” evdə “Everton”u son dəqiqə qolları ilə məğlub edibsə, “Sanderlend” “Brayton”a, “Çelsi” də “Nyukasl”a uduzub.

30-cu turun qalan görüşləri martın 15-də və 16-da keçiriləcək.

İngiltərə, Premyer Liqa
30-cu tur
14 mart

Börnli – Bornmut 0:0

Sanderlend – Brayton 0:1
Qol: Minteh, 58.

Çelsi – Nyukasl 0:1
Qol: Qordon, 18.

Arsenal – Everton 2:0
Qollar: Dyökereş, 89. Douman, 90+7.

Vest Hem – Mançester Siti 1:1
Qollar: Mavropanos, 35 – B.Silva, 31.

15 mart

18:00. Kristal Pelas – Lids
18:00. Mançester Yunayted – Aston Villa
18:00. Nottingem Forest – Fulhem
20:30. Liverpul – Tottenhem

16 mart

00:00. Brentford – Vulverhempton

A Seriyası: “İnter” büdrədi, “Napoli” və “Yuve” qalib gəldi

15 March 2026 at 01:50

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Lider “İnter”in “Atalanta” ilə ev oyununda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Napoli” doğma meydanda “Leççe”ni, “Yuventus” isə səfərdə “Udineze”ni çətinliklə məğlub edib.

29-cu turun qalan görüşləri martın 15-də və 16-da keçiriləcək.

İtaliya, A Seriyası
29-cu tur
13 mart

Torino – Parma 4:1
Qollar: C.Simeone, 3. E.İlkhan, 55. M.Keyta, 57-öz qapısına. Sapata, 90+1 – Pelleqrino, 20.

14 mart

İnter – Atalanta 1:1
Qollar: Espozito, 26 – Krstoviç, 82.

Napoli – Leççe 2:1
Qollar: Höylund, 46. Politano, 67 – Sibert, 3.

Udineze – Yuventus 0:1
Qol: Boqa, 38.

15 mart

15:30. Verona – Cenoa
18:00. Piza – Kalyari
18:00. Sassuolo – Bolonya
21:00. Komo – Roma
23:45. Latsio – Milan

16 mart

23:45. Kremoneze – Fiorentina

Bundesliqa: “Bayern”lə “Bayer”dən heç-heçə

14 March 2026 at 23:55

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Hoffenhaym” – “Volfsburq” və “Hamburq” – “Köln” matçlarında qalib müəyyənləşməyib. Turun mərkəzi oyununda üz-üzə gəlmiş “Bayer”lə lider “Bayern”in görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dortmund “Borussiya”sı doğma meydanda “Auqsburq”a, “Ayntraxt” isə “Haydenhaym”a qalib gəlib.

26-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
26-cı tur
13 mart

Borussiya (Mönhenqladbax) – Sankt Pauli 2:0
Qollar: Stoger, 37. Honorat, 63.

14 mart

Bayer – Bayern 1:1
Qollar: A.Qarsiya, 6 – L.Dias, 69.

Borussiya (Dortmund) – Auqsburq 2:0
Qollar: Adeyemi, 13. Recciani, 59.

Ayntraxt – Haydenhaym 1:0
Qol: Kalimuendo, 53.

Hoffenhaym – Volfsburq 1:1
Qollar: Promel, 83 – Kulyerakis, 65.

Hamburq – Köln 1:1
Qollar: F.Vyeyra, 39 – Əl-Mala, 45.

15 mart

18:30. Verder – Maynts
20:30. Frayburq – Union Berlin
22:30. Ştutqart – Leypsiq

Super Liqa: “Qalatasaray” “Başakşəhər”i 3 qolla yendi

14 March 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Göztəpə” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Kocaelispor” doğma meydanda “Konyaspor”a məğlub olubsa, “Trabzonspor” “Rizəspor”u, lider “Qalatasaray” da “Başakşəhər”i məğlub yola salıb.

26-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Türkiyə, Super Liqa
26-cı tur
13 mart

Antalyaspor – Qaziantep 1:4
Qollar: Safuri, 90+3 – Bayo, 59; 76. Kozlovski, 65. D.Kamara, 82.

Karagümrük – Fənərbağça 2:0
Qollar: B.Elmaz, 15. Serjinyo, 45+1.

14 mart

Kocaelispor – Konyaspor 1:2
Qollar: S.Dursun, 58 – Kramer, 86. Muleka, 90+4-pen.

Qalatasaray – Başakşəhər 3:0
Qollar: Sinqo, 57. Osimhen, 66. Naqa, 84.

Göztəpə – Alanyaspor 2:2
Qollar: J.Santos, 7. Janderson, 59 – Haci, 15. İ.Kaya, 90+9.

Trabzonspor – Rizəspor 1:0
Qol: Onuaçu, 51.

15 mart

17:00. Kasımpaşa – Eyüpspor
21:00. Gənclərbirliyi – Beşiktaş
21:00. Samsunspor – Kayserispor

Basketbol millimiz Monteneqro səfərində də xalsız qaldı

14 March 2026 at 23:00

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığmamız səfərdə Monteneqro milli komandası ilə üz-üzə gəlib.

Yığmamız bu görüşdə növbəti məğlubiyyətinə üzülüb. Basketbolçularımız meydanı 35:94 hesablı məğlubiyyətlə tərk ediblər.

Xatırladaq ki, Azərbaycan millisi Monteneqro yığmasına qarşı keçirdiyi ev oyununda da 62:104 da hesabı ilə məğlub olmuşdu.

Azərbaycan yığması daha əvvəl Bolqarıstana da hər iki oyunda uduzub – 48:141, 40:120. Komandamız Ukrayna yığması ilə görüşdən də məğlubiyyətlə ayrılıb – 34:98.

Yığmamız yer aldığı E qrupunda 5 xalla sonuncu – dördüncü sırada qərarlaşıb. Qrupa 10 xala malik Bolqarıstan yığması liderlik edir. Monteneqronun 8, Ukraynanın 7 xalı var.

Azərbaycan millisi bu qrupdakı növbəti və sonuncu görüşünü martın 17-də Bakıda məhz Ukrayna yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, basketbol üzrə növbəti Avropa çempionatının final mərhələsi 2027-ci ildə təşkil ediləcək.

Rəşad Sadıqov: “Hər iki epizod penalti idi”

14 March 2026 at 22:30

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün yaxşı başladı, təhlükəli hücumlarımız oldu. Birinci hissənin ortalarında rəqib hesabda irəli çıxdıq. Ondan sonra 5-10 dəqiqə oyunumuzda eniş oldu, rəqib daha üstün idi. Hətta 2-ci qolu vura bilərdilər. Hissənin sonlarına yaxın oyun bizim üçün daha yaxşı keçdi. 2:0-dan sonra oyunu dəyişdirmək çətin idi. Əvəzetmələr etdik, müəyyən effekt verdi. 2:1-dən sonra düşünürdük ki, rəqibi basqı altında saxlasaq, qol vurmaq ehtimalımız olar. Amma “Qarabağ” irəli atıldı və 3-cü qolunu vurdu. Bu gün meydanda güclü, yaxşı “Qarabağ” var idi. Futbolçularım əllərindən gələni etdilər. Mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Oyun təbii olaraq “Qarabağ”ın dominantlığı ilə keçirdi. Amma bizim oyunçular da yaxşı əzmkarlıq göstərdilər, ruhdan düşmədilər. Ən azından bir xal qazanmaq istəyirdik. Bu cür “Qarabağ”a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın. “Qarabağ” sıx qrafikdə idi. Amma hazırda bütün fikirləri çempionatdadır.

Futbolçularımdan razıyam. Oyun planına sadiq qalırdılar. Futbolçular tapşırıqları yaxşı səviyyədə yerinə yetirdilər. Qarşıda yenə sıx qrafik olacaq. Çox ciddi itkilərimiz var. İssa Cibrilla Qubadakı meydandakı zədədən sonra hələ də yoxdur. 5-6 aydır heç cürə bərpa ola bilmir. Brahim Konate zədədən sonra qayıdıb. Çalışırıq ki, formasını yığsın. Qismət Alıyevin qızdırması var idi. Onun yerini doldurmaq bizim üçün çətin idi. Qış fasiləsindən sonra komandamız pis çıxış etmir. Yeganə olaraq “Kəpəz”lə matçdan oyun baxımından məmnun deyiləm. O oyunla bağlı tənqidlərə də razıyam. Amma 1/4 finalı keçmişik, digər matçları qazanmışıq. “Sabah”, “Turan Tovuz” və “Qarabağ”a uduzmuşuq. Əlimizdən gələni etmişik, amma rəqib bizdən daha yaxşı olub. Klub olaraq yeni limitə uyğunlaşmağa ehtiyacımız var. Bütün oyunlara eyni limitlə çıxırıq. Yeganə fərq qapıda Aydının yox, Tyaqo Silvanın olmasıdır. Digər rəqiblər 10-11 legionerlər mübarizə aparırlar. Bu da bizim üçün növbəti illər üçün yaxşı dərs oldu”.

Rəşad Sadıqov hakimlikdən narazı qalıb

Sadıqov klubun büdcəsindən və transfer siyasətindən də söhbət açıb:

Mən də istəyərəm ki, büdcəmiz daha çox olsun, əminəm ki, rəhbərlik də onu istəyir. Bir qəpik kiməsə borcumuz yoxdur, hamıya qarşı ədalətli olmuşuq. Müəyyən məqamlarda istədiyimiz transferləri edə bilmədik. Gedişatlar yaydan bəlli idi ki, rəqiblər çempionatda necə iddialı idi. Futbolda belə hallar baş verir. Bu gün vacib olan odur ki, sona qədər mübarizə aparaq. Rəhbərlik qarşımıza avrokuboklara düşmək kimi hədəf qoymamışdı. Mümkün şəraitdə ən yaxşısını etməyə çalışırıq. Avrokuboklara düşmək istəyirik. Rəhbərliyi, özümüzü, azarkeşlərimizi sevindirmək istəyirik”.

Rəşad Sadıqov hakimlərdən də şikayətlənib:

“Paltardəyişmə otağında telefonda baxdım, mübahisəli epizodların hər ikisi penalti idi. Nəticəyə necə təsir edərdi, başqa sualdır. Bizim üçün çox üstünlük olacaqdı. Rəqib daha çox basqı ilə oynaya bilərdi. İkinci penalti epizodu da 86-cı dəqiqədə idi, qol vursaydıq, 3:2… Maraqlı olan odur ki, indi epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər iki epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Bilirsiniz, o epizodlara verilən şərhlər də adamı məyus edir. Bu iki penalti verilsəydi, şərh veriləcəkdi ki, penaltidir. Verilmədi, deyiləcək penalti deyil. Bu oyunu demirəm, lap başqa oyunda. Fərid Hacıyev, Nicat İsmayıllı… Əvvəlki oyunlarımızda da mübahisəli qərarları olub”.

Qurban Qurbanov: “Onun qarşısını kəsməyə ehtiyac görmədik”

14 March 2026 at 22:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə oldu, yaxşı dinamika var idi. Bizim üçün vacib oyun idi. Qarşımızda çox istəkli, bizi çox yaxşı təhlil etmiş kollektiv var idi. Sona qədər təslim olmadılar. Bizə rahat oynamağa imkan vermədilər. Rəşad Sadıqova və komandasına uğurlar arzulayıram.

Avrokubok oyunları olmayanda daha sərbəst oluruq. Amma hələ optimal formamızdan uzağıq. Tam özümüzə gəlməmişik. Bəzi futbolçuların performansında çatışmazlıqlar var. Komanda az-çox yorulur. Futbolçular Çempionlar Liqasında hər oyunda çox enerji itirirdilər. Gərgin mövsüm keçdi. Hər matçdan öncə məsuliyyət, stress… Futbolçular çox yükləndilər. Hətta özüm də. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı köklənəcəklər. Qarşıda yenə sıx qrafik olacaq. 3-4 gündən bir oynayacağıq. Xeyirlisi. Yenə də çalışacağıq ki, futbolçuları tam hazır edək və sıx qrafikə uyğunlaşsınlar.

Kubok və çempionat oyunlarını ardıcıl eyni komandaya qarşı keçirmək xoş deyil. Bəzən azarkeşlər üçün də bir rəqiblə oynayıb, sonra pauza edib yenidən onlarla oynamaq yaxşıdır. Yəqin qrafik sıxdır deyə, belə olub. Hər iki komanda üçün eyni vəziyyət olacaq. Mən də istəyərdim ki, bir rəqiblə oynadıqdan sonra vaxt olsun, hazırlaşaq”.

Qurban Qurbanov Kris Kuakunun Norveçin “Sarpsborq” klubuna keçidinə də şərh verib:

“Kuaku intizamlı futbolçu idi. Daha çox oynamaq istəyirdi. Amma burada az oynayırdı. Məşqçi olaraq onu başa düşərək, bu keçidə “yox” demədim. Onda da alınmadı, bizdə də. Bundan sonra oyunlarımızın sayı az olacaq. Bu üzdən də onun qarşısını kəsməyə ehtiyac görmədik.

Qurban Qurbanov “Sabah”ı daha şanslı sayır

Qurbanov “Sabah”la çempionluq mübarizəsindən də söhbət açıb:

“Sabah” hazırda çox yaxşı vəziyyətdədir. Özünəməxsus oyun üslubu olan komandadır, yaxşı kollektiv və yaxşı baş məşqçiləri var. Üstünlük onların tərəfinddədir. Amma sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Xeyirlisi. Heç vaxt deməmişəm ki, taleyimiz öz əlimizdədir, hər şey Allahın əlindədir. İndiki “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm. Stadionun durumu bizimlə oyundan daha yaxşı idi. Nə qədər futbolçu zədədən qurtuldu orada”.

“Zirə” – “Qarabağ” 1:3 – Video

14 March 2026 at 21:30

Azərbaycan Premyer Liqasının 24-cü turunun “Zirə” – “Qarabağ” matçı meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
24-cü tur
14 mart

“Zirə” – “Qarabağ” 1:3
Qollar: Ceyhun Nuriyev, 70 – Xoni Montiel, 22. Kamilo Duran, 55. Kadi Borges, 72.
Sarı vərəqə: Enrike Kustodio, 66 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 19:15. Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı.

Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rəhman İmami.
Dördüncü hakim: Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.

Zirə: 97. Tyaqo Silva, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov (29. Ceyhun Nuriyev, 56), 14. Elçin Əlicanov (21. Hacıağa Hacılı, 56), 4. Ruan Renatov (k), 25. Enrike Kustodio, 9. Davit Volkov (28. Leroy Mikels, 76), 30. Rikardo Martins, 93. Brahim Konate (10. Georgi Papunaşvili, 63), 5. Ange Mutsinzi, 11. Junior Martins (22. Eren Aydın, 63).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 73. Anatoli Nuriyev, 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 20. İssa Cibrilla, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 90+2), 10. Abdullah Zubir (k) (22. Musa Qurbanlı, 85), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel (8. Marko Yankoviç, 73), 18. Dani Bolt (30. Abbas Hüseynov, 90+2), 15. Leandro Andrade (11. Emmanuel Addai, 90+2), 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Premyer Liqa: “Qarabağ” Zirədə 3 qola sevindi

14 March 2026 at 21:05

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.

Turun mərkəzi oyununda “Zirə” son çempion “Qarabağ”la üz-üzə gəlib. Oyunu Fərid Hacıyev idarə edib. Dörd qolun qeydə alındığı görüşdə Ağdam təmsilçisi inamlı qələbəyə sevinib.

Daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “Karvan”a (2:1), “Şamaxı” “Sumqayıt”a (1:0), “Sabah” “İmişli”yə (5:0) qalib gəlib. “Kəpəz” – “Turan Tovuz” və “Qəbələ” – “Neftçi” matçları isə sabah keçiriləcək.

Premyer Liqa
24-cü tur
14 mart

“Zirə” – “Qarabağ” 1:3
Qollar: Ceyhun Nuriyev, 70 – Xoni Montiel, 22. Kamilo Duran, 55. Kadi Borges, 72.
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu. 19:15.

Zirə: 97. Tyaqo Silva, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 4. Ruan Renatov (k), 25. Enrike Kustodio, 9. Davit Volkov, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 6. Eldar Quliyev, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.

Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

ABL: “Neftçi” uduzdu, “Sabah” qalib gəldi

14 March 2026 at 20:30

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Gəncə” son çempion “Sabah”ı qəbul edib. Gəncə İdman Sarayında baş tutmuş qarşılaşma qonaqların qələbəsi ilə bitib – 87:73.

Digər oyun “Abşeron Lions”la “Neftçi” arasında təşkil edilib. Qarşılaşma Abşeron təmsilçisinin 107:87 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67), “Quba” “Lənkəran”ı (95:88) məğlub edib.

A qrupu: Sabah – 37. Abşeron Lions – 36. Neftçi – 28. Gəncə – 27. NTD – 20. Şəki – 20.

B qrupu: Ordu – 36. Naxçıvan – 34. Sərhədçi – 26. Sumqayıt – 26. Quba – 26. Lənkəran – 23.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

“İmişli” – “Sabah” 0:5 – Video

14 March 2026 at 20:00

Azərbaycan Premyer Liqasının 24-cü turunun “İmişli” – “Sabah” matçı meydan sahiblərinin 0:5 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Qubada baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
24-cü tur
14 mart

“İmişli” – “Sabah” 0:5
Qollar: Stiv Solvet, 11. Coy Lens Mikels, 14-pen; 35. Kahim Parris, 49. Aleksey İsayev, 73-pen.
Sarı vərəqə: Ezekiel Morqan, 69 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə yoxdur.
Saat 15:00. Quba Olimpiya İdman Kompleksinin stadionu, 180 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Şirmamed Mamedov.
Dördüncü hakim: Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı (21. Abbas Ağazadə, 46), 44. Həzrət İsayev, 94. Rafael Vyeqas (79. Dioqo Kardozo, 46), 10. Nikola Karaklaiç, 29. Edvin Banqera (3. Tuncay Yusifli, 25), 9. Dioqo Almeyda (97. Xəzər Mahmudov, 79), 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr (30. Xəlil Mürsəlli, 60).
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 20. Nazim Hüseynov.
Baş məşqçi: Xorxe Kaskilya.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev (21. Velko Simiç, 75), 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels (9. Xəyal Əliyev, 66), 80. Akim Zedadka, 3. Stiv Solvet (53. Andrey Santos, 84), 70. Jesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa (6. Abdulla Xaybullayev, 75), 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev (22. Zinedin Uld Xaled, 66).
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 89. Cəfər Muxtarov, 40. İqor Noqeyra, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

“Araz-Naxçıvan” Sumqayıta köçür – Rəsmi

14 March 2026 at 19:30

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” futbol klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.

Arena.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.

Naxçıvan klubu bu komandanın ev oyunlarını keçirdiyi “Dalğa Arena”da əsaslı təmir işlərinin aparılacağını bildirib. Bununla əlaqədar olaraq klub Peşəkar Futbol Liqasına alternativ stadion kimi “Sumqayıt Arena”nı təqdim edib.

Peşəkar Futbol Liqasının qərarına əsasən “Araz-Naxçıvan” 17-19 aprel tarixlərində baş tutacaq “Turan Tovuz” ilə oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını Sumqayıtda – sözügedən arenada keçirəcək.

Xatırladaq ki, Naxçıvan təmsilçisi Premyer Liqanın cari mövsümündə keçirdiyi 24 oyunda 36 xal toplayıb və 12 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda keçirdiyi 24 oyunda 10 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xorxe Kaskilya: “Sabah” səhvlərimizdən yaxşı istifadə etdi”

14 March 2026 at 19:00

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşü “İmişli”nin 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun barədə deyiləsi çox söz yoxdur. Matça yaxşı başlamadıq. Edvin Banqeranın ilk dəqiqələrdə zədələnməsi komandanın əhval-ruhiyyəsinə pis təsir etdi. Birinci qolu standart vəziyyətdən buraxdıq. Müdafiənin səhvinə görə qapımıza penalti təyin olundu. Bundan sonra toparlanmaq çətin idi. “Sabah” çempionatın lideridir. Bundan əvvəlki matçda “Qəbələ”yə böyük hesabla qalib gəlmişdilər. Bizim səhvlərimizdən yaxşı istifadə etdilər. Öz səhvlərimizin ucbatından çox qol buraxdıq. Rəqibi təbrik edirəm. Daha keyfiyyətli oyun göstərdilər. Biz isə qarşıdakı “Neftçi” ilə matçı düşünməliyik. Komandanın psixoloji durumunu düzəltməyə çalışacağıq.

Biz hər oyunda meydana qalib gəlmək üçün çıxırıq. “Neftçi” ilə matçda da 3 xal qazanmağa çalışacağıq. Amma onlar da güclü rəqibdir.

Nəticəyə bəhanə gətirmək istəmirəm. Amma Ronaldo və Banqera müdafiədə əsas oyunçularımızdır. Onların yoxluğunun təsiri oldu. Geniş heyətimiz yoxdur. Üstəlik səhvlər də oldu. Banqeranın “Neftçi”yə qarşı hazır olacağını bilmirik. Ronaldo amma qayıdacaq. Çalışacağıq, müdafiədə bugünkü səhvləri etməyək”.

Dambrauskas: “Qubada oynamaq hamı üçün çətindir”

14 March 2026 at 18:00

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 24-cü turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşü “Sabah”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qələbəyə görə çox xoşbəxtəm. Bu meydançada oynamaq çox çətindir. Bütün komandalar burada çətinlik çəkirlər. 10-15 metr məsafədən ötürmə verəndə top sıçrayır. Qələbə münasibətilə bütün “Sabah” ailəsini təbrik edirəm. Bu oyunu unudub qarşıdakı “Sumqayıt”la matça köklənəcəyik.

Məhsuldar çıxışımızın sirrinə gəlincə, futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirirlər. Artıq bizim öz kimliyimiz, öz tərzimiz yaranıb. Oyunçularımız bu sistemə uyğunlaşırlar. Üç gənc futbolçumuz (Xəyal Əliyev, Umarali Rahmonaliyev, Aaron Maluda) 15 dəfə fərqlənib. Çempionatın bu hissəsində oyunçuları fərqləndirmək istəməzdim. Kim meydana çıxırsa, bizə böyük fayda verir. Kahim Parris bir müddət oynamadı. Son iki matçda isə 3 qol vurub. Jesse Sekidika zədədən yeni qayıdıb. Oynadıqca formasını bərpa edir. Onlar məsuliyyəti öz üzərlərinə götürürlər. Öz işimizə, futbolçulara güvənirik. Onlar da bizə inanırlar. Düşünürəm ki, daha da yaxşısını edə bilərik. Çünki komandanın buna potensialı var. Çalışmaq və prosesə inanmaq lazımdır”.

Premyer Liqa: “Sabah” “İmişli”yə də 5 qol vurdu

14 March 2026 at 17:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Qubada baş tutub.

Lider “Sabah” burada “İmişli”nin qonağı olub. Oyunu Rauf Cabbarov idarə edib. Paytaxt təmsilçisi yekunda növbəti darmadağına imza atmaqla zirvədəki mövqeyini qoruyub.

Turun mərkəzi oyunu da bu gün baş tutacaq. “Zirə” son çempion “Qarabağ”ı qəbul edəcək.

Daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “Karvan”a (2:1), “Şamaxı” “Sumqayıt”a (1:0) qalib gəlib. “Kəpəz” – “Turan Tovuz” və “Qəbələ” – “Neftçi” matçları isə sabah keçiriləcək.

Premyer Liqa
24-cü tur
14 mart

“İmişli” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 15:00.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 79. Dioqo Kardoso.
Baş məşqçi: Xorxe Kaskilya.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 80. Akim Zedadka, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 21. Velko Simiç, 40. İqor Noqeyra, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Xavi: “Barselona” adlı fəsil mənim üçün başa çatıb”

14 March 2026 at 13:00

“Barselona”nın keçmiş baş məşqçisi, ispaniyalı futbol mütəxəssisi Xavi Ernandes Kataloniya klubuna bir daha qayıtmayacaq.

Arena.az xəbər verir ki, Xavi “blauqrana” ilə bağlı fəslin onun üçün qapandığını şəxsən bildirib:

“Barselona” adlı fəsil mənim üçün başa çatıb. Qayıtmaq niyyətində deyiləm”, deyə Xavi vurğulayıb.

Yeri gəlmişkən, “Barselona”nın keçmiş oyunçusu, hazırda “Komo”da çıxış edən 34 yaşlı ispaniyalı mərkəz yarımmüdafiəçisi Serji Roberto “blauqrana”nın cari mövsümdəki çıxışını qiymətləndirib. İspan futbolçunun müvafiq açıqlamasını təqdim edirik:

“Barselona”nın bir oyununu da buraxmıram. Fikrimcə, komanda ilə hər şey qaydasında olacaq. Şadam ki, ümumilikdə “Barselona”nın işləri yaxşıdır”, deyə Roberto vurğulayıb.

Xatırladaq ki, “Barselona” İspaniya La Liqasının cari mövsümündə 27 oyuna topladığı 67 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb. Kataloniya təmsilçisi 22 qələbə qazandığı halda 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

“Barselona” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşdığı İngiltərənin “Nyukasl” komandası ilə ilk oyundan da 1:1 hesablı heç-heçə ilə ayrılıb. Cavab qarşılaşması gələn həftə İspaniyada baş tutacaq.

Dieqo Simeone Antuan Qrizmanı təriflədi

14 March 2026 at 12:00

Madrid “Ateltiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in fransalı hücumçusu Antuan Qrizmann haqda qənaətini açıqlayıb.

Arena.az argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Antuan bizim üçün dayaq nöqtəsi, son dərəcədə vacib oyunçudur. Ümidvaram, o, bundan sonra da bunca səmərəli olacaq. Onu çox sevirəm. Ona və ailəsinə ən yaxşısını diləyirəm. O, karyerası üçün nəyin yaxşı olacağına özü qərar verəcək”, deyə Dieqo Simeone vurğulayıb.

“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, San-Sebastyan klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro məbləğ müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 40 oyuna çıxıb, 13 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Onun “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 485 oyun, 211 qol və 97 məhsuldar ötürmə.

Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.

Antuan “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı fransalı hücumçunun transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.

Renat Dadaşov üçün 17-ci qolsuz oyun

14 March 2026 at 11:00

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 25-ci turu çərçivəsində “Termaliça” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə səfərdə üz-üzə gəlib və əzmkar qələbəyə sevinib – 2:1. Renat bu görüşün 75-ci dəqiqəsində meydana buraxılıb. O, 90+5-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

25 turdan sonra 34 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 25 oyunda 8 qələbə qazanıb, 10 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 17 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 41 oyunda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Zamiq Əliyev liderə qarşı 90 dəqiqə oynadı

14 March 2026 at 10:00

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 28-ci turu çərçivəsində lider “Vlajniya” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Əliyev görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Eqnatiya” 28 turdan sonra 50 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Sözügedən komanda 28 oyunda 14 qələbə qazanıb, 8 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. Lider “Vlajniya”nın isə 52 xalı var.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 62 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Premyer Liqa: “İmişli” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı

14 March 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “İmişli” ilə lider “Sabah” arasında təşkil ediləcək. Qubada keçiriləcək oyunun baş hakimi Rauf Cabbarov olacaq.

Turun mərkəzi oyunu da bu gün baş tutacaq. “Zirə” son çempion “Qarabağ”ı qəbul edəcək. Mərkəzi oyunu Fərid Hacıyev idarə edəcək.

Premyer Liqa
24-cü tur
13 mart

“Araz-Naxçıvan” – “Karvan” 2:1
Qollar: Hamidu Keyta, 37. Ba-Muaka Simakala, 40 – Kayl Spens, 51.
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Dalğa Arena”.

“Sumqayıt” – “Şamaxı” 0:1
Qol: Karim Rossi, 78.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

14 mart

15:00. “İmişli” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

19:15. “Zirə” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu.

15 mart

15:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu.

La Liqa: “Vilyarreal” “Alaves”lə səfərdə “sülh bağladı”

14 March 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Alaves” doğma meydanda “Vilyarreal”la üz-üzə gəlib. İki qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

28-ci turun qalan görüşləri martın 14-də, 15-də və 16-da keçiriləcək.

İspaniya, La Liqa
28-ci tur
13 mart

Alaves – Vilyarreal 1:1
Qollar: Marin, 30-öz qapısına – Pepe, 90+8.

14 mart

17:00. Jirona – Atletik
19:15. Atletiko – Xetafe
21:30. Real Ovyedo – Valensiya
00:00. Real – Elçe

15 mart

17:00. Malyorka – Espanyol
19:15. Barselona – Sevilya
21:30. Betis – Selta
00:00. Real Sosyedad – Osasuna

16 mart

00:00. Rayo Valyekano – Levante

A Seriyası: “Torino” “Parma”nı 4 qolla məğlub etdi

14 March 2026 at 01:50

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Torino” doğma meydanda “Parma” ilə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

29-cu turun qalan görüşləri martın 14-də, 15-də və 16-da keçiriləcək.

İtaliya, A Seriyası
29-cu tur
13 mart

Torino – Parma 4:1
Qollar: C.Simeone, 3. E.İlkhan, 55. M.Keyta, 57-öz qapısına. Sapata, 90+1 – Pelleqrino, 20.

14 mart

18:00. İnter – Atalanta
21:00. Napoli – Leççe
23:45. Udineze – Yuventus

15 mart

15:30. Verona – Cenoa
18:00. Piza – Kalyari
18:00. Sassuolo – Bolonya
21:00. Komo – Roma
23:45. Latsio – Milan

16 mart

23:45. Kremoneze – Fiorentina

Liqa 1: Marsel “Olimpik”i “Oser”i tək qolla yendi

14 March 2026 at 01:40

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda Marsel “Olimpik”i doğma meydanda “Oser”lə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə minimal hesabla qalib gəliblər.

26-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək. PSJ – “Nant” matçı isə qeyri-müəyyən vaxta təxirə salınıb.

Fransa, Liqa 1
26-cı tur
13 mart

Olimpik (Marsel) – Oser 1:0
Qol: Quiri, 79.

14 mart

20:00. Loryan – Lans
22:00. Anje – Nitsa
00:05. Monako – Brest

15 mart

18:00. Strasburq – Paris
20:15. Havr – Olimpik (Lion)
20:15. Mets – Tuluza
23:45. Renn – Lill

Bundesliqa: “Borussiya” “Sankt Pauli”ni xalsız yola saldı

14 March 2026 at 01:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

26-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
26-cı tur
13 mart

Borussiya (Mönhenqladbax) – Sankt Pauli 2:0
Qollar: Stoger, 37. Honorat, 63.

14 mart

18:30. Bayer – Bayern
18:30. Borussiya (Dortmund) – Auqsburq
18:30. Ayntraxt – Haydenhaym
18:30. Hoffenhaym – Volfsburq
21:30. Hamburq – Köln

15 mart

18:30. Verder – Maynts
20:30. Frayburq – Union Berlin
22:30. Ştutqart – Leypsiq

Super Liqa: “Fənərbağça”nı məğlub edən tapıldı

14 March 2026 at 01:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Antalyaspor” doğma meydanda “Qaziantep”ə böyük hesabla uduzub. Səfərdə “Karagümrük”lə qarşılaşmış “Fənərbağça” da 2 cavabsız qolla məğlub olub. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyətidir.

26-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edib.

Türkiyə, Super Liqa
26-cı tur
13 mart

Antalyaspor – Qaziantep 1:4
Qollar: Safuri, 90+3 – Bayo, 59; 76. Kozlovski, 65. D.Kamara, 82.

Karagümrük – Fənərbağça 2:0
Qollar: B.Elmaz, 15. Serjinyo, 45+1.

14 mart

14:30. Kocaelispor – Konyaspor
21:00. Qalatasaray – Başakşəhər
21:00. Göztəpə – Alanyaspor
21:00. Trabzonspor – Rizəspor

15 mart

17:00. Kasımpaşa – Eyüpspor
21:00. Gənclərbirliyi – Beşiktaş
21:00. Samsunspor – Kayserispor

“Neftçi” – “Qarabağ” matçı apreldə keçiriləcək – Rəsmi

14 March 2026 at 00:30

Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının keçiriləcəyi tarix və saat bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşma aprelin 30-da “Neftçi Arena”da baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

Xatırladaq ki, “Neftçi” – “Qarabağ” matçı bu il fevralın 21-də keçirilməli idi. Amma Ağdam klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşmalı olduğu İngiltərənin “Nyukasl” komandası ilə oyuna daha yaxşı hazırlaşmaq üçün Azərbaycan derbisinin başqa tarixə keçirilməsini xahiş etmişdi. “Neftçi”nin razılığı və PFL-in rəsmi qərarı nəticəsində görüş qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Hazırda Azərbaycan Premyer Liqasında 22 oyuna 49 xal toplamış Ağdam təmsilçisi yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Paytaxt təmsilçisi isə 31 xalla 7-cidir.

Saşa İliç: “Yenə gənc oyunçulara şans verəcəyik”

13 March 2026 at 23:40

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 24-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb – 0:1.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Digər məğlub olduğumuz matçlara baxanda, bu gün daha yaxşı oynadıq. 9 oyundur qələbə qazana bilməməyimizin səbəbini bilmirəm. Avrokuboklar şansımız azaldığına görə bundan sonrakı oyunlarda akademiyamızın gənc oyunçularına da şans verəcəyik. Strategiyanın klub rəhbərliyi tərəfindən verilməsi normal bir haldır. Nəticə olmadıqda, gənclərə şans verilməsinin tərəfdarıyam. Çempionata yaxşı başlamışdıq. Ancaq daha əvvəldən bilirdik ki, bizə bir müddət sonra yeni futbolçular lazım olacaq. Qış fasiləsi zamanı transfer planlarımız istədiyimiz kimi olmadı. Nəticədə də belə məğlubiyyətlər almağa başladıq”.

İliç mövsümün sonunda “Sumqayıt”dan ayrılmasının mümkünlüyü barədə sualı isə belə cavablandırıb:

“Müqaviləm var. Mən bu barədə düşünməmişəm. “Sumqayıt”ın bu mövsümü layiq olduğu yerlərdə bitirməsinə fokuslanmışam. Mövsümün sonunda bu barədə danışarıq”.

Ayxan Abbasov: “Fasilənin olmasını istəməzdim”

13 March 2026 at 23:20

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 24-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Şamaxı”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Sərt bir qarşılaşma idi. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu atmosferdə oynamaq çempionatımıza rəng qatır. Futbolçularımdan razıyam. Həm gənc futbolçularımızın, həm də legionerlərin komandaya belə xeyir verməyi məni sevindirir. Milli komandaların oyunlarına görə yaranacaq fasiləyə qədər bir oyunumuz qaldı. Yorulmuşuq. Amma istəməzdim fasilə olsun”.

Abbasov klubların tez-tez məşqçi dəyişməsini də tənqid edib:

“Bir klubun inkişafı pillə-pillə omalıdır. Ötən mövsüm əsas oyunçularımızın çoxunu itirdik. Yeni futbolçular gəldilər. Onları da komandada saxlamaq çətin olacaq. Bu gün 90 faiz klub rəhbərləri yerli məşqçinin arxasında dayanmır. Biz nə vaxta kimi özümüzə qiymət verməyəcəyik, gördüyümüz işlər də nəticəsiz qalacaq. Təbii ki, xarici məşqçilər də lazımdır. Ümumiyyətlə, bir çox klub rəhbərləri komandadan getməlidir. Məşqçilərin tez-tez dəyişməsi çarə deyil. Bu gün yerli məşqçilər bir-birinə dəstək verməlidir”.

“Sumqayıt” – “Şamaxı” 0:1 – Video

13 March 2026 at 23:00

Azərbaycan Premyer Liqasının 24-cü turunun “Sumqayıt” – “Şamaxı” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
24-cü tur
13 mart

“Sumqayıt” – “Şamaxı” 0:1
Qol: Karim Rossi, 78.
Sarı vərəqələr: Abdul Raşid Mumini, 18 (qeyri-idman hərəkəti). Emil Mustafayev, 39 (qeyri-idman hərəkəti). Danilo Beskorovaynı, 42 (qeyri-idman hərəkəti) – David Santos, 34 (qeyri-idman hərəkəti). Andrey Tırkovyanu, 40 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 20:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1000 tamaşaçı.

Baş hakim: Cavid Cəlilov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.

Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev (6. Sedrik Badolo, 63), 21. Nihad Əhmədzadə (11. Aleksa Yankoviç, 63), 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende (97. Vüsal Paşayev, 68), 95. Nsana Simon (10. Nikola Ninkoviç, 63), 25. Abdul Raşid Mumini (75. Nadir Orucov, 46).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 37. Nihad Orucəli, 23. Ronaldo Vaskes.
Baş məşqçi: Saşa İliç.

Şamaxı: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov (88. Rodriqo Fernandeş, 90+4), 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu (7. Edqar Adilxanov, 68), 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau (8. Alfons Msanqa, 87), 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Premyer Liqa: “Sumqayıt” “Şamaxı”ya da uduzdu

13 March 2026 at 22:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu görüşü “Sumqayıt”la “Şamaxı” arasında baş tutub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşü Cavid Cəlilov idarə edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Şamaxının eyniadlı təmsilçisi səfərdə minimal hesabla qələbə qazanıb.

Premyer Liqa
24-cü tur
13 mart

“Sumqayıt” – “Şamaxı” 0:1
Qol: Karim Rossi, 78.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 21. Nihad Əhmədzadə, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadjic, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsana Simon, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Saşa İliç.

Şamaxı: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkovyanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

“Araz-Naxçıvan” – “Karvan” 2:1 – Video

13 March 2026 at 22:00

Azərbaycan Premyer Liqasının 24-cü turunun “Araz-Naxçıvan” – “Karvan” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Mərdəkanda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
24-cü tur
13 mart

“Araz-Naxçıvan” – “Karvan” 2:1
Qollar: Hamidu Keyta, 38. Ba-Muaka Simakala, 40 – Kayl Spens, 51.
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 14 (qeyri-idman hərəkəti). Ba-Muaka Simakala, 17 (qeyri-idman hərəkəti). Coşqun Diniyev, 87 (qeyri-idman hərəkəti) – Uğur Cahangirov, 76 (hakimin qərarına etiraz). Əmrah Bulud, 76 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 18:30. “Dalğa Arena”, 70 tamaşaçı.

Baş hakim: Kamranbəy Rəhimov.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Kərim Zeynalov.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 17. İssuf Paro (77. Bruno Franko, 72), 23. Nuno Rodriqes (19. Bar Kohen, 86), 10. Felipe Santos, 11. Ba-Muaka Simakala (16. Ramon Maçado, 86), 7. Hamidu Keyta.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 33. Elmir Cəfərov.
Baş məşqçi: Andrey Demçenko.

Karvan: 99. Pedro Mateus, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli (7. Araz Abdullayev, 82), 5. Emin Rüstəmov (8. Peter Kinqs, 90), 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens (14. Uğur Cahangirov, 74), 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Demçenko: “Oyundan oyuna daha yaxşı oluruq”

13 March 2026 at 21:30

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 24-cü turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Demçenko qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissə bizim üçün daha uğurlu keçdi. İki baxımlı qol vurduq. İkinci hissədə isə səhvimizdən qol buraxdıq. Belə oyunda vacib olan nəzarəti əldə saxlamaq və qələbə hesabını qorumaqdır.

İkinci hissədə də yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Futbolda vurmursansa, sənin qapına qol vuracaqlar. Matçın sonları bizim üçün daha gərgin keçdi.

Fikrimcə, oyundan oyuna daha yaxşı oluruq. Çünki futbolçular məşqçilərin onlardan nə istədiklərini başa düşür, verilənləri yerinə yetirməyə çalışırlar”.

Füzuli Məmmədov: “Ən azı uduzmamaq istəyirdik”

13 March 2026 at 21:00

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 24-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Yevlax təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Füzuli Məmmədov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna çox ciddi hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Düşünürdük ki, ən azından məğlub olmarıq. Birinci hissədə iki səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. İkinci yarıda daha aqressiv oynadıq. Bir qol vurduq. İkinci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik. İkinci hissədə irəlidə oynadıq. “Araz-Naxçıvan” kimi komandaya 2-3 qol vurmaq çətindir. Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Premyer Liqa: “Karvan” “Araz”a da uduzdu

13 March 2026 at 20:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Araz-Naxçıvan” “Karvan”la üz-üzə gəlib.

“Dalğa Arena”da keçirilmiş oyunun baş hakimi Kamranbəy Rəhimov olub. Üç qolluq matçda Naxçıvan təmsilçisi qələbə qazanıb.

Premyer Liqa
24-cü tur
13 mart

“Araz-Naxçıvan” – “Karvan” 2:1
Qollar: Hamidu Keyta, 37. Ba-Muaka Simakala, 40 – Kayl Spens, 51.
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Dalğa Arena”.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 33. Elmir Cəfərov, 16. Ramon Maçado, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Karvan: 99. Pedro Mateus, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 8. Peter Kinqs, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Xosep Qvardiola – Premyer Liqada fevralın ən yaxşısı!

13 March 2026 at 20:00

“Mançester Siti”yə rəhbərlik edən ispan mütəxəssis Xosep Qvardiola İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

“Şəhərlilər” fevralda Premyer Liqada keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib.

Qvardiola bu mükafatı 12-ci dəfə qazanıb. O, hazırda “Everton”u çalışdıran Devid Moyesi (11 dəfə) üstələyib. “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson (27 dəfə) bu göstəricidə birinci yerdə qərarlaşıb. “Arsenal”da işləmiş Arsen Venger (15 dəfə) ikincidir.

Cari mövsümdə ilk belə mükafat “Liverpul”un sabiq çalışdırıcısı Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda “Mançester Yunayted”ə rəhbərlik etmiş Ruben Amorim, noyabrda “Çelsi”ni çalışdırmış Entso Mareska, dekabrda “Aston Villa”nın çalışdırıcısı Unai Emeri, yanvarda isə “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Maykl Karrik ən yaxşı seçilmişdi.

55 yaşlı Xosep Qvardiola “Mançester Siti”yə 2016-cı ilin yayından rəhbərlik edir. O, “şəhərlilər”i indiyə qədər 579 oyuna çıxarıb, 414 qələbə, 74 heç-heçə və 91 məğlubiyyət görüb.

Qvardiola “Mançester Siti” ilə bütün mümkün titulları qazanıb. O, daha öncə “Barselona” və “Bayern”ə də rəhbərlik edib.

Antuan Semenyo – Premyer Liqada fevralın ən yaxşısı!

13 March 2026 at 19:00

“Mançester Siti”nin cinah hücumçusu Antuan Semenyo İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

26 yaşlı futbolçu ötən ay İngiltərə çempionatında 5 oyuna çıxıb. O, bu matçlarda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Mükafata Semenyonun komanda yoldaşı Niko ORayli, həmçinin Benyamin Şeşko (“Mançester Yunayted”), Viktor Dyökereş (“Arsenal”), Danqo Uattara (“Brentford”) və Vircil van Deyk (“Liverpul”) də namizəd idilər.

Semenyo karyerasında ilk dəfə Premyer Liqada ayın ən yaxşı oyunçusu mükafatını qazanıb.

Xatırladaq ki, Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda “Mançester Siti”nin hücumçusu Erlinq Haland, oktyabrda “Mançester Yunayted”in forvardı Brayan Mbömo, dekabrda “Lids”də çıxış edən Dominik Kalvert-Lyuin, yanvarda isə İqor Tyaqo (“Brentford”) bu ada layiq görülmüşdü.

Qana millisinin də üzvü olan Antuan Semenyo “Mançester Siti”yə bu ilin qışında “Bornmut”dan 72 milyon avro müqavilində keçib. Onun Mançester klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi var.

Semenyo “şəhərlilər”in heyətində 14 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Antuan Semenyo İngiltərədə dünyaya göz açıb. O, peşəkar karyerasına yetirməsi olduğu “Bristol Siti”də başlayıb. Semenyo “Bat Siti”, “Nyuport Kaunti” və “Sanderlend” klublarında icarədə də oynayıb. “Bornmut” onu 2023-cü ilin yanvarında 10,25 milyon avro müqabilində heyətinə qatmışdı.

Semenyo 2022-ci ilin iyun ayında Qana milli komandasında debüt matçına çıxıb. İndiyə qədər yığmada 32 matç keçirmiş futbolçu 3 qol vurub, 1 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Birinci Liqa: “Zaqatala” “Cəbrayıl”a məğlub oldu

13 March 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Cəbrayıl” “Zaqatala” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Birinci Liqa
18-ci tur
11 mart

“Şimal” – “Şəfa” 0:2
Qollar: Emin Zamanov, 57. İbrahim Əliyev, 89.
Hakimlər: Elvin Bayramov, Samir Qaracayev, Rəşad Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

12 mart

“Şahdağ Qusar” – MOİK 1:1
Qollar: Elşən Veysov, 40 – Seyxan Fərəcov, 90+4-pen.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Difai” – “Baku Sportinq” 1:3
Qollar: Kristian Kamta, 43-pen – Xəyyam Məmmədli, 15. Elşad Tağıyev, 50. Pablo Enrike Alveş, 62-pen.
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağsu şəhər stadionu, 15:00.

“Mingəçevir” – “Səbail” 0:1
Qol: Qurban Səfərov, 45.
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

13 mart

“Cəbrayıl” – “Zaqatala” 1:0
Qol: Dileyn Açimi, 80.
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

ABL: “Quba” “Lənkəran”a qalib gəldi

13 March 2026 at 17:00

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 19-cu turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

B qrupunda yer almış “Quba” komandası səfərdə “Lənkəran”la üz-üzə gəlib. Lənkəran Olimpiya İdman Kompleksində gerçəkləşmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 94:88.

Tura martın 15-də yekun vurulacaq. Daha əvvəl “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67) məğlub edib.

A qrupu: Sabah – 35. Abşeron Lions – 34. Neftçi – 27. Gəncə – 26. NTD – 20. Şəki – 20.

B qrupu: Ordu – 36. Naxçıvan – 34. Sərhədçi – 26. Sumqayıt – 26. Quba – 26. Lənkəran – 23.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Pablo Barrios məşqdə zədələndi

13 March 2026 at 16:00

Madrid “Atletiko”sunun ispaniyalı mərkəz yarımmüdafiəçisi Pablo Barrios komandasının son məşqlərinin birində zədələnib.

Arena.az AS nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi məşq zamanı əzələ ağrısı hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.

O, ötən ay, İspaniya Kubokunda “Betis”lə matçda da zədə almışdı. Futbolçunun bərpa müddəti və sıraya dönmə tarixi açıqlanmır.

Pablo Barrios karyerasının ilk illərində “Moratalaz” və Madrid “Real”ının futbol akademiyalarında da çıxış edib. 2017-ci ildən Madrid “Atletiko”sunun sıralarında olan yarımmüdafiəçi 2022-ci ildə əsas komandaya cəlb olunub. O, cari mövsümdə meydana çıxdığı 33 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Barrios “Atletiko”nun heyətində bütövlükdə 138 oyun keçirib, 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

İspaniyanın U-19, U-21 və Olimpiya yığmalarında da oynamış Barrios, 2024-cü ilin noyabrında əsas millidə debüt edib. O, yığmanın heyətində 4 oyun keçirib.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Kris Kuaku “Qarabağ”ı Norveç klubuna dəyişdi

13 March 2026 at 15:00

“Qarabağ” dayaq yarımmüdafiəçisi Kris Kuaku ilə bağlı Norveçin yüksək liqa təmsilçisi “Sarpsborq” klubu ilə razılığa gəlib.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, 26 yaşlı yarımmüdafiəçi artıq yeni klubunun düşərgəsində tibbi müayinədən keçib. O, “Sarpsborq”la 2,5 illik rəsmi müqaviləyə imza atıb.

Xatırladaq ki, Kris Kuaku 2025-ci ilin yayında Portuqaliyanın “Mafra” klubundan 300 min avro müqabilində “Qarabağ”ya transfer olunmuşdu. Kot-d’İvuardan olan futbolçu Ağdam klubunun heyətində cəmi 19 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Ağdam klubu futbolçuya bu komandada çıxış etdiyi müddətdə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Kuaku peşəkar karyerasına Tunisin “Sfaksen” klubunda başlayıb. 26 yaşlı futbolçu daha sonra “Midtyulland”ın və “Mafra”nın uğurları üçün çalışıb.

Futzal: Azərbaycan Kubokunda 1/4 finalın təyinatları açıqlandı

13 March 2026 at 14:00

Futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı açıqlama yayıb.

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün oyunalrı martın 15-də “Olimpik Star”da təşkil ediləcək.

Azərbaycan Kuboku
1/4 final
15 mart

Lənkəran – Baku Fire
Hakimlər: İmran Məhərrəmov, Hidayət Feyzullayev, Elgün Hüseynov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 14:00.

U-19 – PFL
Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Xan-Lənkəran – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Kənan Məlikov, Nihad Bağırov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 18:00.

STAR karqo – Neftçi İK
Hakimlər: Hikmət Qafarlı, Mahir Məmmədov, Hacıəli Ağayev.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 20:00.

Matis Tel Tomas Frankı tənqid etdi

13 March 2026 at 13:00

İngiltrənin “Tottenhem” komandasının hücumçusu Matis Tel “mahmızlar”ın keçmiş baş məşqçisi Tomas Frankı tənqid edib.

Arena.az 20 yaşlı fransalı mərkəz hücumçunun 52 yaşlı danimarkalı mütəxəssis haqqındakı müvafiq fikrini təqdim edir:

“Tomasla, komandadakı roluma dair fikir ayrılıqlarım vardı və bu, ona xoş gəlmirdi. Amma o, vəziyyəti təshih etmək üçün hətta cəhd belə, etmirdi. Ehtiyat oyunçular skamyasında tez-tez oturmağımın səbəbini analmırdım”, deyə Matis Tel ürəyini boşaldıb.

Xatırladaq ki, Tomas Frank 2025-ci ilin iyulundan “Tottenhem”ə rəhbərlik edirdi. London təmsilçisi onun rəhbərliyi altında 38 oyun keçirib. Komanda bu görüşlərdə 13 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət görüb. O, bu ilin fevralında vəzifəsindən kənarlaşdırılıb.

Cari mövsümdə bərbad nəticələri ilə gündəmdə olan “Tottenhem” Tomas Frankı İqor Tudorla əvəz edib. Amma Tudorun gəlişindən sonra da komanda özünə gələ bilmir. London təmsilçisi hazırda 29 oyuna topladığı 29 xalla Premyer Liqanın yarış cədvəlində 16-cı pillədə qərarlaşıb.

Federiko Valverde: “Həmişə var gücümü ortaya qoymağa çalışıram”

13 March 2026 at 12:00

Futbol üzrə Uruqvay millisinin yarımmüdafiəçisi Federiko Valverde Madrid “Real”ının heyətindəki rolundan söhbət açıb.

Arena.az uruqvaylı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Məşqçinin və ya məşqçi heyətinin fikirlərinə uyğunlaşmağa həmişə çalışıram. Bir çox mövqelərdə oynamışam, heç də həmişə yarımmüdafiədə deyil. Amma həmişə öz töhfəmi verməyə, bütün güc-qüvvəmi ortaya qoymağa çalışıram”, deyə “Fede” vurğulayıb.

Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. O, karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb. Valverdenin “kral klubu” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 39 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 362 oyun, 38 qol, 43 məhsuldar ötürmə.

Valverde “kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2023/2024), FIFA Klub Dünya Kubokunun (2018, 2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 71 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Kuman De Yonqun zədələnməsini şərh etdi

13 March 2026 at 11:00

Niderland yığmasının baş məşqçisi Ronald Kuman “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun zədələnməsini şərh edib.

Arena.az niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Frenki təxminən altı həftəlik müddətə sıradan çıxıb. Bəzən hətta düşünürəm ki, zədələr yaxşılığadır. Axı bu, oyunçulara istirahət imkanı verir”, deyə Kuman vurğulayıb.

Xatırladaq ki, Frenki de Yonq komandasının məşqi zamanı zədələnib. Tibbi müayinə 28 yaşlı niderlandlı futbolçunun budunun arxa əzələsində yırtıq olduğunu üzə çıxarıb. Onun azı bir ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanmışdı.

Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyul ayında “Barselona” 86 milyon avro məbləğ müqabilində De Yonqu “blauqrana”nın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

De Yonq cari mövsümdə “Barselona”nın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib.

De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 290 oyun, 20 qol, 30 məhsuldar ötürmə.

Frenki de Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 64 oyuna çıxıb, 2 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Qrem Potter 2030-cu ilə qədər İsveç millisində!

13 March 2026 at 10:00

İsveç Futbol Assosiasiyası bu ölkənin milli komandasının baş məşqçisi Qrem Potter ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İngilis mütəxəssisin yeni sözləşməsi 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Qrem Potter 2025-ci ilin oktyabr ayından İsveç millisini çalışdırır. Komanda Potterin rəhbərliyi altında cəmi 2 oyuna çıxıb və 1 heç-heçə, 1 məğlubiyyət görüb.

Xatırladaq ki, İsveç milli komandası DÇ-2026-nın seçmə mərhələsinin pley-offunun yarımfinalında Ukrayna yığması ilə üz-üzə gələcək. Bu matçın qalibi Polşa – Albaniya cütünün qalibi ilə qarşılaşacaq.

Qrem Potter məşqçilik fəaliyyətinə 2008-ci ildə “Lids Karnegi”də başlayıb. Ardınca ingilis mütəxəssis “Östersund”, “Suonsi Siti” və “Brayton”u çalışdırıb. Potterin məşqçilik fəaliyyətinin zirvəsi isə 2022-ci ilin sentyabrında qəbul etdiyi “Çelsi” ilə əməkdaşlığa təsadüf edir. O, İsveç millisindən öncə İngiltərədə “Vest Hem”i də çalışdırıb.

Potterin məşqçilik qənimətləri rəfində “Östersund”la qazandığı İsveç kuboku var.

Premyer Liqa: “Araz” “Karvan”a, “Sumqayıt” “Şamaxı”ya qarşı

13 March 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Araz-Naxçıvan” “Karvan”la üz-üzə gələcək. “Dalğa Arena”da keçiriləcək oyunun baş hakimi Kamranbəy Rəhimov olacaq.

Günün digər oyunu “Sumqayıt”la “Şamaxı” arasında baş tutacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşü Cavid Cəlilov idarə edəcək.

Premyer Liqa
24-cü tur
13 mart

18:30. “Araz-Naxçıvan” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Dalğa Arena”.

20:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

14 mart

15:00. “İmişli” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

19:15. “Zirə” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu.

15 mart

15:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu.

“Samsunspor” Konfrans Liqasında 1/8 finala uğursuz başladı

13 March 2026 at 02:00

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Samsunspor” İspaniyanın “Rayo Valyekano” komandasını qəbul edib. Super Liqa klubu ilk oyunda məğlubiyyətə üzülüb və mərhələ adlamaq şanslarını azaldıb.

İtaliyanın “Fiorentina” komandası Polşanın “Rakuv” kollektivinin müqavimətini çətinliklə qırıb.

Almaniya təmsilçisi “Maynts” səfərdə “Siqma” ilə bacarmayıb. Fransanı “Strasburq” kollektivi isə “Riyeka”nı səfərdə məğlub edib.

Konfrans Liqası
1/8 finalın ilk oyunları
12 mart

Samsunspor (Türkiyə) – Rayo Valyekano (İspaniya) 1:3
Qollar: Marius, 21 – Alemao, 15; 78. A.Qarsiya, 40.

Riyeka (Xorvatiya) – Strasburq (Fransa) 1:2
Qollar: Maystoroviç, 76 – Panikelli, 2. Qodo, 72.

Alkmar (Alkmaar, Niderland) – Sparta (Çexiya) 2:1
Qollar: Parrott, 29; 87 – Voyta, 50.

Lex (Polşa) – Şaxtyor (Ukrayna) 1:3
Qollar: İshak, 70 – M.Qomes, 36. Neverton, 48. İ.Silva, 85.

Kristal Pelas (İngiltərə) – AEK (Larnaka, Kipr) 0:0

Siqma (Çexiya) – Maynts (Almaniya) 0:0

Fiorentina (İtaliya) – Rakuv (Polşa) 2:1
Qollar: Ndur, 62. Qudmundsson, 90+3-pen – Brunes, 60.

Çelye (Sloveniya) – AEK (Yunanıstan) 0:4
Qollar: Varqa, 3. Koita, 33. Qaçinoviç, 36. Mukudi, 49.

Avroliqa: Almanlar 1/8 finala uğursuz başladılar

13 March 2026 at 01:55

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyunların hamısı eyni günə təsadüf edib.

İngiltərə təmsilçilərindən “Aston Villa” Fransada “Lill”ə tək qolla qalib gəlib. “Nottingem Forest” isə evdə Danimarkanın “Midtyulland” kollektivinə oxşar hesabla məğlub olub.

1/8 finalda İtaliya təmsilçiləri “Bolonya” və “Roma” münasibətlərə aydınlıq gətiriblər. Bu görüşdə qalib müəyyənləşməyib. İspaniya təmsilçisi “Selta” ilə Lion “Olimpik”i (Fransa) arasındakı ilk görüşdə də qalib müəyyənləşməyib. “Ştutqart” evdə “Portu”ya uduzubsa, Almaniyanın digər təmsilçisi “Frayburq” da səfərdə “Genk”ə məğlub olub.

Avroliqada 1/8 finalın cavab oyunları gələn həftə keçiriləcək.

Avropa Liqası
1/8 finalın ilk oyunları
12 mart

Lill (Fransa) – Aston Villa (İngiltərə) 0:1
Qol: O.Uoktins, 61.

Ştutqart (Almaniya) – Portu (Portuqaliya) 1:2
Qollar: Undav, 40 – Moffi, 21. Mora, 27.

Bolonya (İtaliya) – Roma (İtaliya) 1:1
Qollar: Bernardeski, 50 – Pelleqrini, 71.

Panatinaikos (Yunanıstan) – Betis (İspaniya) 1:0
Qol: Taborda, 88-pen.

Selta (İspaniya) – Olimpik (Lion, Fransa) 1:1
Qollar: Rueda, 25 – Endrik, 87.

Nottingem Forest (İngiltərə) – Midtyulland (Danimarka) 0:1
Qol: Ço, 80.

Genk (Belçika) – Frayburq (Almaniya) 1:0
Qol: Əl-Uahdi, 24.

Ferentsvaroş (Macarıstan) – Braqa (Portuqaliya) 2:0
Qollar: Kaniçovski, 32. Jozef, 69.

Federiko Valverde – ÇL-də həftənin ən yaxşı oyunçusu!

12 March 2026 at 23:55

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/26 mövsümünün 1/8 final mərhələsinin ilk matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.

Arena.az xəbər verir ki, Madrid “Real”ının uruqvaylı futbolçusu Federiko Valverde bu həftənin ən yaxşısı seçilib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğuda Maykl Olise (“Bayern”), Xulian Alvares (“Atletiko”, Madrid) və Xviça Kvaratsxeliyanı (PSJ) qabaqlayıb.

Xatırladaq ki, Valverde “Real”ın doğma meydanda “Mançester Siti”ni (İngiltərə) məğlub etdiyi oyunda İspaniya komandasına qələbə qazandıran (3:0) hər 3 qolun müəllifi olub.

Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. O, karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb. Valverdenin “kral klubu” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 39 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 362 oyun, 38 qol, 43 məhsuldar ötürmə.

Valverde “kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2023/2024), FIFA Klub Dünya Kubokunun (2018, 2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 71 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

“Karvan”ın 3 legioneri milli komandalara çağırıldı

12 March 2026 at 23:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Karvan”ın 3 legioneri ölkələrinin milli komandalarına dəvət olunub.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Samuel Durant Şri-Lanka, Coy Sleyd Mikels Ruanda, Pedro Mateus isə San Tome və Prinsipi milli komandalarına çağırılıb.

Şri-Lanka millisi martın 31-də Asiya kubokunun seçmə mərhləsinin 3-cü turu çərçivəsində səfərdə Çin Taypeyi ilə qarşılaşacaq.

Ruanda milli komandası martın 27-də “FİFA Series – 2026” turniri çərçivəsində Qrenada yığması ilə üz-üzə gələcək.

San Tome və Prinsipi millisi isə Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Efiopiya yığmasını qəbul edəcək.

Xatırladaq ki, “Karvan” bu mövsümdən mübarizə apardığı Azərbaycan Premyer Liqasının yarış cədvəlində aşkar autsayderdir. Yevlax təmsilçisi 23 oyuna topladığı 8 xalla 12 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Birinci Liqa: “Mingəçevir” “Səbail”ə məğlub oldu

12 March 2026 at 22:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Şahdağ Qusar” – MOİK matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Baku Sportinq” səfərdə “Difai”yə qalib gəlibsə, “Səbail” də “Mingəçevir”i minimal hesabla üstələyib.

18-ci tura martın 13-də keçiriləcək “Cəbrayıl” – “Zaqatala” oyunu ilə yekun vurulacaq.

Birinci Liqa
18-ci tur
11 mart

“Şimal” – “Şəfa” 0:2
Qollar: Emin Zamanov, 57. İbrahim Əliyev, 89.
Hakimlər: Elvin Bayramov, Samir Qaracayev, Rəşad Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

12 mart

“Şahdağ Qusar” – MOİK 1:1
Qollar: Elşən Veysov, 40 – Seyxan Fərəcov, 90+4-pen.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Difai” – “Baku Sportinq” 1:3
Qollar: Kristian Kamta, 43-pen – Xəyyam Məmmədli, 15. Elşad Tağıyev, 50. Pablo Enrike Alveş, 62-pen.
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağsu şəhər stadionu, 15:00.

“Mingəçevir” – “Səbail” 0:1
Qol: Qurban Səfərov, 45.
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

13 mart

“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

ABL: “Ordu” və “Naxçıvan” qələbə qazandılar

12 March 2026 at 21:00

Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 19-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki görüş B qrupu çərçivəsində keçirilib. Görüşlərdən biri Sumqayıt Olimpiya İdman Kompleksində, digəri Bakı İdman Mərkəzində baş tutub. Bu matçlarda “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” isə “Sərhdəçi”ni (83:67) məğlub edib.

Tura martın 15-də yekun vurulacaq.

A qrupu: Sabah – 35. Abşeron Lions – 34. Neftçi – 27. Gəncə – 26. NTD – 20. Şəki – 20.

B qrupu: Ordu – 36. Naxçıvan – 34. Sərhədçi – 26. Sumqayıt – 26. Quba – 24. Lənkəran – 22.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Yüksək Liqa: “Neftçi”dən çətin, “Araz”dan asan qələbə

12 March 2026 at 20:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə “Olimpik Star”da baş tutub.

İlk qarşılaşmada lider “Neftçi” ilə medallara iddialı “Baku Fire” qarşılaşıblar. 8 qolluq görüş “Neftçi”nin qələbəsiylə yekunlaşıb.

“Araz-Naxçıvan” U-19-la oyundan qalib ayrılıb. “Şuşa” isə “Lənkəran” üzərində darmadağına sevinib.

Yüksək Liqa
14-cü tur
12 mart

Neftçi İK – Baku Fire 5:3
Qollar: Lukas Ramos, 10:42. Qustavo Rodriqes, 14:14; 36:20. Yaqo Henrike, 27:15. Allef Mayolli, 30:35 – Oqtay Rüstəmli, 3:25. Novruz Kazıxanov, 15:38. Fərid Abbasov, 19:58.
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

U-19 – Araz-Naxçıvan 0:13
Qollar: Amirhosseyn Rasuli, 0:43; 13:24; 28:46. Alleks Rezende, 7:30; 14:01; 15:13; 20:47. Ədalət Ələkbərov, 10:47. Aleksanderson Teyşeyra, 21:19. Elan Delon, 25:13; 33:11. Felipe Lima, 27:38. Karlos Perreyra, 29:57.
Hakimlər: Hidayət Feyzullayev, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Şuşa – Lənkəran 14:1
Qollar: Namiq Məmmədkərimov, 3:35; 15:28; 30:24; 32:37. Vladislav Vorobyev, 6:37. Sadeq Javiditavar, 10:13; 20:33; 29:40; 34:41; 38:07. Adil İsmayılov, 25:00. Ümid Qəhrəmanov, 26:14. Anar İsayev, 35:11; 37:53 – Zöhrab Quluşev, 19:34.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Xallar: Neftçi İK – 37. Araz-Naxçıvan – 37. Baku Fire – 26. Şuşa – 18. U-19 – 6. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”), Sadeq Caviditavar (“Şuşa”) – 21 qol.

Yüksək Liqa: “Abşeron”la “Turan”dan qələbə

12 March 2026 at 19:00

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 17-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Hər iki matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

Əvvəlcə “Abşeron” “Gənclər”i 3:0 (25:19, 25:20, 25:17) hesabı ilə məğlub edib. Ardınca isə “Turan” “Azərreyl”i 3:0 (25:14, 25:22, 25:18) hesabı ilə üstələyib.

Xatırladaq ki, ötən gün “DH Volley” UNEC-i (3:0), “Milli Aviasiya Akademiyası” “Gəncə”ni (3:2) məğlub etmişdi.

Yüksək Liqa
17-ci tur
12 mart

“Abşeron” – “Gənclər” 3:0 (25:19, 25:20, 25:17)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

“Azərreyl” – “Turan” 0:3 (14:25, 22:25, 18:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

Xallar: Turan – 42. DH Volley – 37. Milli Aviasiya Akademiyası – 30. Gəncə – 25. UNEC – 23. Abşeron – 20. Azərreyl – 18. Murov – 9. Gənclər – 0.

Nadir Nəbiyev “Şəfa”da – Rəsmi

12 March 2026 at 18:00

Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Nadir Nəbiyev “Şəfa” klubunun akademiya rəhbəri vəzifəsinə təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, millimizin sabiq hücumçusu bundan sonra Birinci Liqa təmsilçisinin uğurları üçün çalışacaq.

Xatırladaq ki, Nadir Nəbiyev peşəkar futbolçu kimi “Neftçi”, “Turan” və “Xəzər Lənkəran” klublarının heyətində çıxış edib. O, son illərdə “Turan Tovuz” klubunun futbol akademiyasına rəhbərlik edirdi.

AÇ-2026: Millimiz Belçikaya 11 cavabsız qolla məğlub oldu

12 March 2026 at 17:00

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2026) seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer almış yığmamız Belçikanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib.

Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubec” stadionunda keçirilmiş görüşü Ukrayna və Sloveniyadan olan hakimlər briqadası idarə edib. Qarşılaşma rəqibin 11:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda Farer adaları yığması Sloveniya millisini 4:0 hesabıylü üstələyib.

Millimiz qrupdakı növbəti matçını Sloveniya yığmasına qarşı keçirəcək. Bu görüş martın 15-də baş tutacaq.

AÇ-2026-nın seçmə mərhələsi
B Liqası, 3-cü qrup
12 mart

Belçika – Azərbaycan 11:0
Baş hakim: Veronika Vasilçenko (Ukrayna).
Baş hakimin köməkçiləri: İrina Qoliyak (Ukrayna), Kaya Şkrban (Sloveniya).
Dördüncü hakim: Tayda Qlebeç (Sloveniya).
“Matiya Qubec” stadionu, Krşko. Saat 15:00.

DÇ-2026 İransız keçiriləcək

12 March 2026 at 16:00

Futbol üzrə İran yığma komandası bu il keçiriləcək dünya çempionatının (DÇ-2026) final mərhələsində iştirak etməyəcək.

Arena.az xəbər verir ki, İranın idman naziri Əhməd Dünyamalı milli komandanın dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb:

“Korrupsiyalaşmış hökumət liderimizi öldürdükdən sonra dünya çempionatında iştirak etməyimizə imkan verən heç bir səbəb yoxdur. İrana qarşı edilən düşmənçilik hərəkətləri nəzərə alınmaqla, səkkiz ay ərzində bizə qarşı iki müharibə edildi və bir neçə min vətəndaşımız öldürüldü. Bu səbəbdən, belə bir tədbirdə iştirak etmək məqsədəuyğun deyil”, – deyə nazir DPA-ya verdiyi müsahibədə bildirib.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp İran yığmasının mundialda iştirakını arzuolunmaz hesab edir. O, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb:

“İranın futbol yığması dünya çempionatına dəvət olunub, lakin mən hesab edirəm ki, onların orada iştirakı öz həyatları və təhlükəsizlikləri baxımından məqsədəuyğun deyil. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm”, – Tramp bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İrana qarşı hərbi əməliyyata başlayıb. Ölkədəki hərbi obyektlərə və şəhərlərə hava və raket zərbələri endirilib.

DÇ-2026-nın final mərhələsi bu il 11 iyun – 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada keçiriləcək. İran yığması Belçika, Misir və Yeni Zelandiya milli komandaları ilə bir qrupda yer alıb.

Yüksək Liqa: Pley-off matçlarının vaxtı bəlli oldu

12 March 2026 at 15:00

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) pley-off mərhələlərinin başlayacağı tarix bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qadın komandalar arasında pley-off mərhələsinin oyunlarına martın 27-də start veriləcək. Kişilərin yarışında isə bu mərhələ aprelin 6-da başlayacaq.

Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları aprelin 18-19-da keçiriləcək.

Qeyd edək ki, Yüksək Liqanın pley-off və yarımfinal oyunları 2 matçdan (ev-səfər) ibarət olacaq. İki görüşün yekununda komandaların qələbələri bərabər olarsa, “qızıl” set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun baş tutacaq.

Premyer Liqa: 24-cü turun bütün təyinatları açıqlandı

12 March 2026 at 14:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

“Qəbələ” – “Neftçi” matçını FIFA referisi Elçin Məsiyev idarə edəcək. “Zirə” – “Qarabağ” qarşılaşmasında isə Fərid Hacıyev söz sahibi olacaq.

Premyer Liqa
24-cü tur
13 mart

18:30. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Dalğa Arena”.

20:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

14 mart

15:00. “İmişli” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

19:15. “Zirə” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu.

15 mart

15:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu.

Tyaqo Pitarç – “Real”ın ÇL-də yeni rekordçusu!

12 March 2026 at 13:00

İspaniyalı futbolçu, 18 yaşlı yarımmüdafiəçi Tyaqo Pitarç İspaniyanın “Real” (Madrid) klubunun tarixinə düşüb.

Arena.az xəbər verir ki, gənc futoblçu buna İngiltərənin “Mançester Siti” komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda start heyətində meydana çıxmaqla nail olub.

Pitarç qarşılaşma vaxtı 18 yaş 220 günündə olub. Bu isə onu ÇL-in pley-off mərhələsində Madrid təmsilçisi üçün ilk “11-lik”də matça başlamış ən gənc ispan futbolçu edib.

Tyaqo Pitarç “kral klubu”nun əfsanəvi oyunçusu Raul Qonsalesin rekordunu qırıb. Sabiq hücumçu 1996-cı ildə 18 yaş 253 günündə “Yuventus”la ÇL görüşündə iştirak edib.

Xatırladaq ki, “Real” “Mançester Siti”ni ilk oyunda 3 cavabsız qolla üstələyib. Tərəflər arasındakı cavab qarşılaşması gələn həftə keçiriləcək.

Yüksək Liqa: Bu gün 14-cü turun oyunları keçiriləcək

12 March 2026 at 12:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə “Olimpik Star”da baş tutacaq.

İlk qarşılaşmada lider “Neftçi” ilə medallara iddialı “Baku Fire” qarşılaşacaqlar.

Yüksək Liqa
14-cü tur
12 mart

Neftçi İK – Baku Fire
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

U-19 – Araz-Naxçıvan
Hakimlər: Hidayət Feyzullayev, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Şuşa – Lənkəran
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Xallar: Neftçi İK – 34. Araz-Naxçıvan – 34. Baku Fire – 26. Şuşa – 15. U-19 – 6. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”) – 21 qol. Allef Mayolli (“Neftçi” İK) – 19 qol.

Konfrans Liqası: “Samsunspor” “Rayo Velyekano”ya qarşı

12 March 2026 at 11:00

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Samsunspor” İspaniyanın “Rayo Valyekano” komandasını qəbul edəcək.

İtaliyanın “Fiorentina” komandası Polşanın “Rakuv” kollektivinin müqavimətini qırmağa çalışacaq.

Konfrans Liqası
1/8 finalın ilk oyunları
12 mart

21:45. Samsunspor (Türkiyə) – Rayo Valyekano (İspaniya)
21:45. Riyeka (Xorvatiya) – Strasburq (Fransa)
21:45. Alkmar (Alkmaar, Niderland) – Sparta (Çexiya)
21:45. Lex (Polşa) – Şaxtyor (Ukrayna)
00:00. Kristal Pelas (İngiltərə) – AEK (Larnaka, Kipr)
00:00. Fiorentina (İtaliya) – Rakuv (Polşa)
00:00. Siqma (Çexiya) – Maynts (Almaniya)
00:00. Çelye (Sloveniya) – AEK (Yunanıstan)

Avroliqa: 1/8 final mərhələsinə start verilir

12 March 2026 at 10:00

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edəcək.

İngiltərə təmsilçilərindən “Aston Villa” Fransada “Lill”lə, “Nottingem Forest” evdə Danimarkanın “Midtyulland” kollektivi ilə üz-üzə gələcək.

1/8 finalda İtaliya təmsilçiləri “Bolonya” və “Roma” münasibətlərə aydınlıq gətirəcəklər.

Avropa Liqası
1/8 finalın ilk oyunları
12 mart

21:45. Lill (Fransa) – Aston Villa (İngiltərə)
21:45. Ştutqart (Almaniya) – Portu (Portuqaliya)
21:45. Bolonya (İtaliya) – Roma (İtaliya)
21:45. Panatinaikos (Yunanıstan) – Betis (İspaniya)
00:00. Selta (İspaniya) – Olimpik (Lion, Fransa)
00:00. Nottingem Forest (İngiltərə) – Midtyulland (Danimarka)
00:00. Genk (Belçika) – Frayburq (Almaniya)
00:00. Ferentsvaroş (Macarıstan) – Braqa (Portuqaliya)

Quti və Benzema “Real”ın problemlərini açıqladılar

12 March 2026 at 09:00

“Real”ın keçmiş yarımmüdafiəçisi Quti “qaymaqlılar”ın baş məşqçisi Alvaro Arbelonın düşdüyü vəziyyəti şərh edib.

Arena.az ispaniyalı keçmiş futbolçunun həmyerlisi barədə müvafiq fikrini təqdim edir:

“Alvaro “zəhərli konfet” alıb. Onu mövsümün ortasında, çoxlu zədəli futbolçunun olduğu komandaya dəvət ediblər. Müvafiq şərtlərdə özünü göstərmək mümkünsüzdür. Buna rəğmən, Alvaronun yaxşı tanıyıram və ümidvaram, lazımı alətləri olmasa belə, nəsə ərsəyə gətirəcək”.

“Real”ın sabiq futbolçusu “qaymaqlılar”ın xeyli zəifləməsini də əsaslandırıb:

“Toni Kroos və Luka Modriç klub üçün bütöv bir dövr yaratmışdılar. Onların simasında “Real” meydanın mərkəzində ağalıq edirdi. Hazırda digər yaxşı oyunçular var – amma hər halda Luka və ya Toni qədər yaxşı deyillər. Məhz onlar “Real”a çatışmır”.

Quti Madrid təmsilçisinin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappeni komandanın digər oyunçularından heç də vacib hesab etmədiyini də söyləyib:

“Kilian Mbappe vurduğu qollara və rəqib müdafiəçilərinə başağrısı yaratdığına görə çox vacibdir. Amma eyni zamanda, düşünürəm ki, Eder Militao, Cud Bellingem və ya digər oyunçular da “Real” üçün bunca vacibdirlər, xüsusən də indi, komanda böhranda ikən”, deyə Quti vurğulayıb..

Yeri gəlmişkən, “Real”ın digər keçmiş oyunçusu, hazırda Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”da çıxış edən fransalı ulduz hücumçu Kərim Benzema da “qaymaqlılar”ın çatışmazlığı ilə bağlı qənaətini açıqlayıb:

“Real”da komandanın ulduzları – Mbappe, Vinisius, Bellingem və Rodriqo arasında ancaq əlaqə əskikdir. Hər kəs meydandakı mükəlləfiyyətinə bələd olmalıdır”.

ÇL: MS Madriddə darmadağın oldu, PSJ 5 qola sevindi

12 March 2026 at 01:55

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

Günün maraqla gözlənilən görüşü İspaniyada baş tutub. “Real” doğma azarkeşlər önündə İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. Madrid təmsilçisi Federiko Valverdenin het-triki sayəsində ilk oyunda darmadağına sevinib.

Almaniya təmsilçisi “Bayer” doğma meydanda İngiltərə Premyer Liqasının lideri “Arsenal”la üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib.

ÇL-in sonuncu qalibi, Fransa nəhəngi PSJ “Çelsi”ni (İngiltərə) sınağa çəkib. Bol qollu görüş Paris təmsilçisinin möhtəşəm qələbəsiylə yekunlaşıb.

Daha bir qarşılaşma Norveçdə yerli “Bodo Qlimt”lə Portuqaliya “Sportinq”i arasında keçirilib. Bu görüşdə də meydan sahibləri darmadağına seviniblər.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
11 mart

Bayer (Almaniya) – Arsenal (İngiltərə) 1:1
Qollar: Andrix, 46 – Haverts, 89-pen.

Bodo Qlimt (Norveç) – Sportinq (Portuqaliya) 3:0
Qollar: Fet, 32-pen. Blomberq, 45+1. Hoq, 71.

PSJ (Fransa) – Çelsi (İngiltərə) 5:2
Qollar: Barkola, 10. Dembele, 40. Vitinya, 74. Kvaratsxeliya, 86; 90+4 – Qusto, 28. E.Fernandes, 57.

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 3:0
Qollar: Valverde, 20; 27; 42.

Basketbol millimiz Bolqarıstana səfərdə də uduzdu

11 March 2026 at 23:00

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, yığmamız səfərdə Bolqarıstan komandası ilə üz-üzə gəlib.

Plovdiv şəhərindəki “Kolodrum Arena”da təşkil edilmiş oyunda komandamız növbəti məğlubiyyətinə üzülüb. Millimiz 40:120 hesabı ilə uduzub.

Xatırladaq ki, Azərbaycan millisi Bolqarıstan yığmasına qarşı keçirdiyi ev oyununda 48:141 da hesabı ilə məğlub olmuşdu. Komandamız bu qrupda Monteneqroya (62:104) və Ukraynaya (34:98) da uduzub. Yığmamız yer aldığı E qrupunda 4 xalla sonuncu – dördüncü sırada qərarlaşıb. Qrupa 8 xala malik Bolqarıstan yığması liderlik edir. Ukraynanın 5, Monteneqronun 4 xalı var.

Qeyd edək ki, basketbol üzrə növbəti Avropa çempionatının final mərhələsi 2027-ci ildə təşkil ediləcək.

Kapello “İnter”in Milan derbisindəki çıxışını tənqid etdi

11 March 2026 at 22:00

Fabio Kapello İtaliya A Seriyasının 28-ci turunda baş tutmuş Milan derbisini – “Milan”la “İnter” arasındakı oyunu şərh edib.

Arena.az xatırladır ki, sözügedən komandalar arasındakı oyun “Milan”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

79 yaşlı italyan mütəxəssis derbidəki nəticəyə belə şərh verib:

“İnter” hiddətli deyildi, dəlisov deyildi. Bilmirəm, nə olmuşdu, amma “neradzurri” bu oyunu derbidə oynamalı olduqları kimi oynamadı. “Milan” isə ayıq-sayıqlığını oyunun lap sonuna qədər qoruyub-saxlamaqla diqqətlə fəaliyyət göstərirdi”, deyə Kapello vurğulayıb.

Yeri gəlmişkən, “Milan”ın portuqaliyalı cinah hücumçusu Rafael Leao “rossoneri”nin cari mövsümə hədəfini açıqlayıb:

“Biz çox yaxşı mövsüm keçiririk və qarşımızda, UEFA Çempionlar Liqasına qayıdışı məqsəd müəyyənləşdirmişik”, deyə Leao vurğulayıb.

“Milan”ın 30 yaşlı fransız mərkəz yarımmüdafiəçisi Adrien Rabyo isə cari idman forması haqda qənaətini açıqlayıb:

“Hələ də tərəqqi edə bilərəm. 30 yaşımda hələ də zirvəyə çatmamışam, amma daha, çox təcrübəliyəm”, deyə Rabyo vurğulayıb.

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri də “rossoneri”nin fransalı əsas qapıçısı Mayk Menyan haqda qənaətini açıqlayıb:

“Menyan komandamızın çox vacib hissəsidir”, deyə Alleqri vurğulayıb.

Yüksək Liqa: “Gəncə” uduzdu, “DH Volley” qalib gəldi

11 March 2026 at 21:00

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 17-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Oyunlar UNEC-in və “Milli Aviasiya Akademiyası”nın idman zalında təşkil olunub. “DH Volley” kollektivi UNEC-i 3:0 (25:13, 25:15, 25:18) hesabıyla üstələyib. “Milli Aviasiya Akademiyası” isə “Gəncə”ni 3:2 (23:25, 25:19, 20:25, 25:17, 15:13) hesabı ilə məğlub edib.

Azərbaycan çempionatında 17-ci tura martın 12-də yekun vurulacaq.

Yüksək Liqa
17-ci tur
11 mart

UNEC – “DH Volley” 0:3 (13:25, 15:25, 18:25)
UNEC VK-nın idman zalı.

“Milli Aviasiya Akademiyası” – “Gəncə” 3:2 (23:25, 25:19, 20:25, 25:17, 15:13)
“Milli Aviasiya Akademiyası”nın idman zalı.

Rəhim Həsənov hakimlərin bütün qərarlarını dəstəklədi – Video

11 March 2026 at 20:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 23-cü turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 23-cü turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunlarındakı mübahisəli epizodlarla da bağlı fikirlərini dilə gətirib. Rəhim Həsənov ümumilikdə 5 matçda qeydə alınmış mübahisəli epizodları dəyərləndirib. O, hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.

AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın və kubokun son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Nəriman Axundzadə ABŞ klubuna qoşuldu

11 March 2026 at 19:30

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubu olan MLS təmsilçisi “Kolumbus Kru”nun düşərgəsinə qoşulub.

Arena.az xəbər verir ki, ABŞ təmsilçisi sosial şəbəkə hesablarında 21 yaşlı hücumçunu azarkeşlərinə təqdim edib.

Axundzadə artıq yeni komandasının heyətində ilk məşqinə də çıxıb.

Xatırladaq ki, Nəriman fevralın əvvəlində Ohayo ştatını təmsil edən “Kolumbus Kru” ilə 3,5 illik müqaviləyə imza atıb.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Qarabağ”la 2028-ci ilin 30 iyununadək müqaviləsi olan Nərimanın keçidi üçün ABŞ klubu Azərbaycan çempionuna 2,5 milyon avro ödəyib.

“Kolumbus Kru” MLS-in cari mövsümündə artıq 3 oyun keçirib, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Nərimanın yeni komandası hazırda 2 xalla 11-ci pillədə qərarlaşıb.

“Atletiko” ÇL-də “Barselona”nın rekordunu təkrarladı

11 March 2026 at 19:00

İspaniyanın “Atletiko” komandası futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) “Barselona”nın rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, Dieqo Simeonenin baş məşqçisi olduğu kollektiv buna evdə İngiltərə təmsilçisi “Tottenhem”ə qalib gəldiyi 1/8 final mərhələsinin ilk oyununda nail olub.

Madrid təmsilçisi tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində matçın ilk hissəsində 4 qol vurub.

Üstəlik, madridlilər “Barselona”dan sonra bunu UEFA Çempionlar Liqasının pley-off qarşılaşmasında bacaran ikinci İspaniya klubudur. Kataloniyalılar 2009-cu ildə Lion “Olimpik”i (Fransa) ilə görüşdə buna nail olmuşdular.

Xatırladaq ki, “Atletiko” “Tottenhem”lə ilk oyundan 5:2 hesablı qələbə ilə ayrılıb. İspaniya və İngiltərə təmsilçiləri arasındakı cavab qarşılaşması gələn həftə, martın 18-də Londonda baş tutacaq.

“Turan”ın şikayəti təmin edildi, “Sabah” rədd cavabı aldı

11 March 2026 at 18:30

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubunun apellyasiya şikayəti qismən təmin edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.

Araşdırmalara əsasən, Kurban Berdıyevin hərəkətləri AFFA İntizam Məcəlləsinin 53.1-ci maddəsi ilə tövsif edilib. Buna görə “Turan Tovuz” komandasının baş məşqçisinə 3 oyunluq diskvalifikasiya, klubun özünə isə 6000 manat cərimə tətbiq olunub.

Qeyd edək ki, ötən il fevralın 5-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş “Turan Tovuz” – “Kəpəz” matçının 64-cü dəqiqəsində Kurban Berdıyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə almış, daha sonra hakimləri təhqir etmişdi.

Buna görə AFFA İntizam Komitəsi məşqçiyə 4 oyunluq diskvalifikasiya, Tovuz klubuna isə 10000 manat cərimə vermişdi.

Apellyasiya Arbitraj Tribunalının qərarı ilə həmin qərar ləğv olunaraq cəza azaldılıb. Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.

Birinci Liqada çıxış edən “Mingəçevir”in baş məşqçi Ramiz Məmmədovla bağlı verdiyi apellyasiya şikayəti də təmin olunub. Mütəxəssisin dörd oyunluq cəzasının biri İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb. Məmmədova 6 aylıq sınaq müddəti təyin edilib.

Xatırladaq ki, Ramiz Məmmədov 15-ci turda “Şəfa”ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3 000 manat cərimələnib.

“Sabah”ın Oyunçuların Statusu və Transferi Komitəsinin 3 dekabr 2025-ci il tarixli 8604 saylı Qərarından verilmiş şikayətinə də baxılıb. Paytaxt klubunun apellyasiya şikayəti təmin edilməyib. Oyunçuların Statusu və Transferi Komitəsinin “Yusif İmanov – “Sabah” Futbol Klubu” işi ilə əlaqədar qəbul etdiyi 3 dekabr 2025-ci il tarixli 8604 saylı qərarı öz qüvvəsində saxlanılıb.

Birinci Liqa: “Şəfa” “Şimal”a qalib gəldi

11 March 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Şimal” “Şəfa”nı qəbul edib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

18-ci turun qalan görüşləri martın 12-də və 13-də keçiriləcək. Bütün oyunlara saat 15:00-da start veriləcək.

Birinci Liqa
18-ci tur
11 mart

“Şimal” – “Şəfa” 0:2
Qollar: Emin Zamanov, 57. İbrahim Əliyev, 89.
Hakimlər: Elvin Bayramov, Samir Qaracayev, Rəşad Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

12 mart

“Şahdağ Qusar” – MOİK
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Difai” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağsu şəhər stadionu, 15:00.

“Mingəçevir” – “Səbail”
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

13 mart

“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

AFFA 4 klubun əvəzedicilərini 70 manat cərimə etdi

11 March 2026 at 17:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 17-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Əvəzedicilər Liqası, 19-cu tur

“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sabah”da 4 nəfər sarı vərəqə aldığı üçün paytaxt komandası 70 manat cərimə edilib. “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda da 70 manat cərimə ödəyəcək.

“Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Araz-Naxçıvan”ın da 5 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 70 manat cərimə edilib.

Türkiyə Kubokunda 1/4 finalın və yarımfinalın püşkü atıldı

11 March 2026 at 17:00

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, İstanbul təmsilçilərindən “Beşiktaş” bu raundda “Alanyaspor”la üz-üzə gələcək.

“Fənərbağça” “Konyaspor”la, “Qalatasaray” “Gənclərbirliyi” ilə münasibətlərə aydınlıq gətirəcək. “Trabzonspor” isə “Samsunspor”un müqavimətini qırmağa çalışacaq.

“Qalatasaray” – “Gənclərbirliyi” cütünün qalibi növbəti raundda “Samsunspor” – “Trabzonspor” duelinin güclüsü ilə qarşılaşacaq. “Beşiktaş” – “Alanyaspor” görüşündə üstün olacaq tərəf “Konyaspor” – “Fənərbağça” qarşılaşmasının qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları 21-22-23 apreldə keçiriləcək. Yarımfinal matçları 12-13-14 mayda, final isə 24 mayda baş tutacaq.

Türkiyə Kuboku

1/4 final cütləri

Beşiktaş – Alanyaspor
Konyaspor – Fənərbağça
Qalatasaray – Gənclərbirliyi
Samsunspor – Trabzonspor

Yarımfinal cütləri

Qalatasaray/Gənclərbirliyi – Samsunspor/Trabzonspor
Beşiktaş/Alanyaspor – Konyaspor/Fənərbağça

AFFA “Şəmkir”ə texniki məğlubiyyət verdi

11 March 2026 at 16:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 17-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

İkinci Liqa, 17-ci tur

“Şirvan” – “Quba” oyununda “Quba”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Şəmkir” – “Xankəndi” qarşılaşmasından əvvəl “Şəmkir” komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə “Şəmkir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Ağdaş” – “Qaradağ Lökbatan” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 81-ci dəqiqəsində “Ağdaş”ın futbolçusu Vasif Nəsirov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 5 oyunluq cəza alıb. “Ağdaş” buna görə 1000 manat cərimə ödəyəcək.

“Sabah” iki rekordu bir oyunda təkrarladı

11 March 2026 at 16:00

2025/26 mövsümündə uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Sabah” Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, Bakı klubu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turunda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.

Bu, həm də ən böyük fərqli qələbəsinin təkrarı olub. 2022-ci il dekabrın 23-də “Sumqayıt”ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da Premyer Liqa çərçivəsində baş tutmuşdu. 2022/2023-cü illər mövsümündə səfərdə 6 top fərqi ilə qalib gəlmiş “Sabah” eyni uğuru evdə təkrarlayıb.

“Bayquşlar” Premyer Liqanın cari mövsümünün ən böyük qələbəsini də təkrarlayıblar. 23-cü turun bir gün əvvəlki matçında “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlamış paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qol vurub.

Hazırda Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” Premyer Liqanın cari mövsümündə 23 oyuna qazandıqları 56 xalla zirvədə qərarlaşıblar. 17 qələbə qazanmış komanda 5 heç-heçə və 1 məğlubiyyət də görüb.

Basketbol millimiz səfərdə Bolqarıstanla üz-üzə

11 March 2026 at 13:30

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, yığmamız səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələcək.

Plovdiv şəhərindəki “Kolodrum Arena”da təşkil ediləcək oyuna saat 21:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi Bolqarıstan yığmasına qarşı keçirdiyi ev oyununda 48:141 hesabı ilə məğlub olmuşdu. Komandamız bu qrupda Monteneqroya (62:104) və Ukraynaya (34:98) da uduzub. Yığmamız yer aldığı E qrupunda 3 xalla sonuncu – dördüncü sırada qərarlaşıb. Qrupa 6 xala malik Bolqarıstan yığması liderlik edir. Ukraynanın 5, Monteneqronun 4 xalı var.

Qeyd edək ki, basketbol üzrə növbəti Avropa çempionatının final mərhələsi 2027-ci ildə təşkil ediləcək.

Ayaz Abdullayev “Quba”dan getdi

11 March 2026 at 12:30

Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Quba” klubunun prezidenti Ayaz Abdullayev vəzifəsindən gedib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamada bunlar qeyd edilib:

“Məlumatınıza çatdırırıq ki, Ayaz Abdullayev “Quba” PFK-da fəaliyyətini başa vurub. Onun rəhbərliyi dövründə klub qısa müddətdə böyük inkişaf yolu keçib. Komanda Region Liqasından İkinci Liqaya yüksəlib, ötən mövsüm pley-off mərhələsinə vəsiqə qazanıb, bu mövsüm isə çempionatın ilk üçlüyündə qərarlaşaraq mühüm nəticələr əldə edib.

O, şəxsi işlərinin çoxluğu səbəbindən klubun nəzarətsiz qalmaması və daha irəliyə getməsi üçün vəzifəsini təhvil verib. Yaxın günlərdə yeni icraçı direktorun və yeni rəhbərin adları açıqlanacaq.

Quba futbolunun inkişafı naminə göstərdiyi zəhmət və klubun əldə etdiyi uğurlarda verdiyi töhfələrə görə Ayaz Abdullayevə klubumuz adından minnətdarlığımızı bildirir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Hər şey “Quba” Peşəkar Futbol Klubunun daha yaxşı gələcəyi naminədir!”

AFFA “Neftçi”ni 23 000 manat cərimələdi

11 March 2026 at 15:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 23-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həmin qərarların siyahısı ilə sizi də tanış edir:

Azərbaycan Premyer Liqa, 23-cü tur

“Şamaxı” – “İmişli” oyununda “İmişli”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.

“Zirə” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə paytaxt komandası 15 000 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə paytaxt klubu 8000 manat cərimə edilib.

Coy Lens Mikels Premyer Liqada 50-ci qolunu vurdu

11 March 2026 at 15:00

“Sabah”ın almaniyalı hücumçusu Coy Lens Mikels futbol üzrə Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub.

Arena.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turunun “Qəbələ” ilə matçına (7:1) təsadüf edib.

Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb. Azərbaycanda yalnız “Sabah”da forma geyinmiş Mikels 50-ci qolunu 102-ci oyununda vurub.

O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olublar.

Almaniyalı futbolçu 2021/22 mövsümündə 11, növbəti çempionatda 17, 2023/24 mövsümündə 1, ötən turnirdə 9 dəfə fərqlənib.

Coy Lens Mikels cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb.

AFFA-dan “Qarabağ”la “Sabah”ın məşqçilərinə sərt cəza

11 March 2026 at 14:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 22-ci turunun bir oyunu ilə bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, söhbət 22-ci turun “Qarabağ” – “Sabah” oyunundan gedir.

İntizam Komitəsi daha öncə 22-ci turun görüşləri ilə bağlı qərarlarını açıqlasa da, “Qarabağ” – “Sabah” oyunundakı qalmaqallı epizodla bağlı heç bir qərar verməmişdi. Amma bu gün baş tutan iclasda həmin epizoda da hüquqi qiymət verilib:

Azərbaycan Premyer Liqa, 22-ci tur

“Qarabağ” – “Sabah” oyununda “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyunluq cəza alıb. “Sabah” buna görə 15 000 manat cərimə edilib.

“Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov kütləvi davada iştirak etdiyinə görə 6 oyunluq cəza alıb. Ağdam komandası 6000 manat cərimə edilib.

“Qarabağ”ın məşqçisi Zaur Tağızadə də kütləvi davada iştirak etdiyinə görə 6 oyunluq cəza alıb. Ağdam komandası buna görə də 6000 manat cərimə ödəyəcək.

“Sabah” 100-cü qələbəsinə sevindi

11 March 2026 at 14:00

2025/2026-cı illər mövsümündə uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Sabah” Premyer Liqada 100-cü qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu, “Qəbələ” ilə ev oyununa təsadüf edib.

Bakı klubu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turunda 7:1 hesabı ilə qalib gəlib.

2018/2019 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.

Qeyd edək ki, paytaxt təmsilçisi ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt “Keşlə” adlanan indiki “Şamaxı” üzərində qazanıb – 1:0.

Hazırda Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” Premyer Liqanın cari mövsümündə 23 oyuna qazandıqları 56 xalla zirvədə qərarlaşıblar. 17 qələbə qazanmış komanda 5 heç-heçə və 1 məğlubiyyət də görüb.

Rodriqo Fransisko Fernandes “Şamaxı”da!

11 March 2026 at 13:00

Portuqaliyalı dayaq yarımmüdafiəçisi Rodriqo Fransisko Fernandes bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Şamaxı” heyətinə daha bir futbolçu qatıb. Əyalət klubu tam adı Rodriqo Fransisko Pinto Vyeyra Fernandes olan portuqaliyalı yarımmüdafiəçi ilə anlaşıb. 25 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Rodriqo Fransisko Fernandes Lissabon “Sportinq”inin yetirməsidir. 2021-ci ildə “Portu”ya üz tutmuş futbolçu 2025-ci ilin yayına kimi bu klubun B komandasının formasını geyinib. Lakin “Portu”dan ayrılandan bəri klubsuz qalan yarımmüdafiəçinin hazırda hansı formada olduğu bəlli deyil.

Rodriqo Portuqaliyanın U-16, U-17, U-18 və U-19 yığmalarında oynasa da, sonradan milliyə dəvət almayıb.

ÇL: MS “Real”a, “Çelsi” PSJ-yə qarşı

11 March 2026 at 12:53

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutacaq.

Günün maraqla gözlənilən görüşü İspaniyada baş tutacaq. “Real” doğma azarkeşlər önündə İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək.

Almaniya təmsilçisi “Bayer” doğma meydanda İngiltərə Premyer Liqasının lideri “Arsenal”la üz-üzə gələcəksə, ÇL-in sonuncu qalibi, Fransa nəhəngi PSJ də “Çelsi”ni (İngiltərə) sınağa çəkəcək. Daha bir qarşılaşma Norveçdə yerli “Bodo Qlimt”lə Portuqaliya “Sportinq”i arasında keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
11 mart

21:45. Bayer (Almaniya) – Arsenal (İngiltərə)
00:00. Bodo Qlimt (Norveç) – Sportinq (Portuqaliya)
00:00. PSJ (Fransa) – Çelsi (İngiltərə)
00:00. Real (İspaniya) – Mançester Siti (İngiltərə)

Remi Deşam “Olimpik”lə yeni müqaviləyə imza atdı

11 March 2026 at 11:00

Fransanın “Olimpik” (Lion) klubunun 29 yaşlı qapıçısı Remi Deşam Liqa 1 təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər arasında imzalanmış yeni saziş 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Remi Deşam peşəkar karyerası ərzində PSJ, “Tur”, “Klermon”, “Şarlerua” və “Nant” kimi klubların şərəfini qoruyub. Lion “Olimpik”i onu 2024-cü ilin yayında azad agent kimi heyətinə qatıb. Fransalı qapıçı cari mövsümdə Lion klubunun heyətində bütün turnirlər çərçivəsində cəmi 12 matçda iştirak edib və qapısında 9 qol görüb, 7 görüşü “quru” hesabla başa vurub. Deşamın “Olimpik” karyerası bütövlükdə 15 oyun, 14 buraxılmış qol və 7 “quru” matçdan ibarətdir.

Deşam ölkəsinin milli komandalarında forma geyinmək şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Kayl Uoker milli karyerasını bitirdi

11 March 2026 at 10:00

“Börnli”nin 35 yaşlı sağ cinah müdafiəçisi Kayl Uoker İngiltərə millisindəki karyerasını başa vurduğunu bəyan edib.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu qərarını növbəti dünya çempionatına 3 ay qalmış açıqlayıb.

Bu mövsüm “Börnli”nin heyətində Premyer Liqada 27 oyuna çıxmış müdafiəçi son vaxtlar Tomas Tuxelin rəhbərlik etdiyi milli komandaya dəvət almırdı. O, sosial şəbəkə hesabında etdiyi paylaşımda bunları qeyd edib:

“Ölkəmi 10 ildən artıq təmsil etdikdən sonra milli karyeramı sonlandırmağa qərar verdim. İngiltərə millisinin formasını geyinmək karyeramın ən böyük şərəfi idi və bununla hər zaman qürur duyacağam. Bütün komanda yoldaşlarıma, məşqçilərə və azarkeşlərə bu səyahətdə yanımda olduqları üçün təşəkkür edirəm. İndi mən də azarkeşlərə qoşulub dünya çempionatında uşaqları dəstəkləyəcəyəm”.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel də Uoker haqqında xoş sözlər deyib:

“Onunla az müddət işləməyimə baxmayaraq, Kaylın İngiltərə futbolunun əfsanələrindən biri olduğunu bilirdim. 14 illik beynəlxalq karyera və 5 böyük turnir onun fədakarlığının sübutudur”.

2011-ci ildə debüt etdiyi İngiltərə millisinin heyətində 14 il çıxış etmiş Uoker 100 oyunluq yubiley həddinə cəmi 4 matç qalmış millidən getmək qərarı verib. O, yığmanın heyətində 96 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib. Karyerası ərzində 5 böyük turnirdə iştirak etmiş futbolçu iki dəfə Avropa çempionatının gümüş medalını qazanıb (AÇ-2021 və AÇ-2024).

Uoker məzunu olduğu “Şeffild Yunayted”, həmçinin “Northempton Taun”, “Tottenhem”, “Kuinz Park Reyncers”, “Aston Villa” və “Milan”da çıxış edib. Kayl karyerasının ən parla dövrünü isə “Mançester Siti”də keçirib. O, “şəhərlilər”in heyətində 319 oyuna çıxıb, 6 qol və 23 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 35 yaşlı müdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Rodriqo Qoes əməliyyat olundu

11 March 2026 at 09:00

Futbol üzrə Braziliya milli komandasının və Madrid “Real”ının cinah hücumçusu Rodriqo Qoes əməliyyatı olunub.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat “Real”ın tibbi heyətinin nəzarəti altında həyata keçirilib. Bildirilib ki, Rodriqo yaxın günlərdə reabilitasiya prosesinə başlayacaq. 25 yaşlı hücumçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Rodriqo İspaniya La Liqasının 26-cı turunda “Xetafe”yə qarşı keçirdikləri oyunda (0:1) zədələnmişdi. Dizində çarpaz bağların qırılması diaqnozu qoyulan futbolçu uğurlu cərrahiyyə əməliyyatı keçirib. 25 yaşlı hücumçunun yaxın vaxtlarda reabilitasiya mərhələsinə başlayacağı bildirilir. Klub hələlik futbolçunun yaşıl meydanlara dəqiq qayıdış vaxtını açıqlamayıb.

Rodriqo Qoes cari mövsümdə “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 27 matçda iştirak edib. O, bu oyunlarda 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

ÇL: “Qalatasaray” evdə, “Bayern” səfərdə qalib gəldi

11 March 2026 at 02:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda İngiltərə çempionu “Liverpul”la üz-üzə gəlib. Meydan sahibləri yekunda minimal hesabla qələbə qazanıblar.

Almaniya çempionu “Bayern” İtaliyada “Atalanta”nın, İngiltərənin “Tottenhem” komandası isə İspaniyada “Atletiko”nun qonağı olub. İtaliyada qonaqlar darmadağına seviniblərsə, İspaniyada meydan sahibləri böyük hesabla qələbə qazanıblar.

ÇL-in pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış İngiltərənin “Nyukasl” komandası İspaniya təmsilçisi “Barselona” ilə münasibətlərə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
10 mart

Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə) 1:0
Qol: Lemina, 7.

Atletiko (İspaniya) – Tottenhem (İngiltərə) 5:2
Qollar: Lyorente, 6. Qrizmann, 14. X.Alvares, 15; 55. Le Normand, 22 – Porro, 26. Solanke, 76.

Nyukasl (İngiltərə) – Barselona (İspaniya) 1:1
Qollar: Barns, 87 – Yamal, 90+6-pen.

Atalanta (İtaliya) – Bayern (Almaniya) 1:6
Qollar: Paşaliç, 90+3 – Stanişiç, 12. Olise, 22; 64. Qnabri, 25. N.Cekson, 52. Musiala, 67.

Dambrauskas “Qəbələ” üzərində darmadağını şərh etdi

10 March 2026 at 23:00

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azəraycan Premyer Liqasının 23-cü turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamı təbrik edirəm. Rəqibimiz haqqında xoş sözlər demək istəyirəm. Ola bilər ki, bu gün hesab bir az fərqli oldu, amma bundan əvvəl 120 dəqiqəlik qarşılaşma və s. amillər “Qəbələ”nin bugünkü oyununa təsir etdi. Növbəti matça hazırlaşmalıyıq. Kubok oyunları ilə çempionat oyunları arasında fərq olur. Rəqib müdafiənin arxasına yaxşı hücum edən oyunçulardan ibarətdir. Lakin futbolçularım bu hücumların qarşısını almağı yaxşı bacardılar.

Coy Lens Mikels ikinci hissənin başlanğıcında zədəsi ilə əlaqədar əvəz olundu. O, hələ oyunlara tam olaraq hazır deyil. Amma onun bu vəziyyətdə belə qollar vurması çox sevindiricid məqamdır. Andrey Santosa gəlincə, meydanda az vaxt keçirdiyinə görə, onun oyunu barədə hər hansı fikir bildirmək doğru olmazdı. Amma məşqlərdə çox çalışır və gələcəyə dair ümid verir. O, gəncdir və bundan sonra komanda üçün çox xeyir verəcək. Hər bir futbolçumuz bizim üçün dəyərlidir. Mənim üçün favorit oyunçu matç günü meydanda olandır. Hər 3 hücumçumuz bizə çox lazımdır. Xəyal Əliyevin bu gün sağlamlıqla bağlı narahatlığı var idi. Ona görə bu gün meydanda olmadı. Amma ona da sonrakı oyunlarda çox ehtiyacımız olacaq”.

Sxadadze: “Oyunçularımız bu oyuna hazır deyildilər”

10 March 2026 at 22:30

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş oyununda “Qəbələ” 1:7 hesablı məğlubiyyətə üzülüb.

Kaxaber Sxadadze oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün böyük hesabla məğlub olduq. Əlbəttə, belə hallarda məşqçi məsuliyyəti öz üzərinə götürür. Bu oyunu analiz edib səhvlərimizdən nəticə çıxarmalıyıq. Nələri səhv etdiyimizi aşkara çıxarmalıyıq. Oyunçularımızın əksəriyyəti birmənalı olaraq bu oyuna hazır deyildilər. İki çox sadə səhvdən qol buraxdıq. Ondan sonra isə rəqib müdafiəmizdəki boşluqlardan istifadə etdi. “Sabah” kimi komandaya qarşı bu cür boşluqlar yaratmaq olmaz. Çünki onlar bu boşluqlardan istifadə edirlər. Bundan sonra isə hesab artmağa başladı. Əlbəttə, oyunu yaxşı analiz etməliyik. Danışacaq çox şey yoxdur”.

“Sabah” – “Qəbələ” 7:1 – Video

10 March 2026 at 22:00

Azərbaycan Premyer Liqasının 23-cü turunun “Sabah” – “Qəbələ” matçı meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
23-cü tur
10 mart

“Sabah” – “Qəbələ” 7:1
Qollar: Coy Lens Mikels, 11; 33. Aleksey İsayev, 24. Kahim Parris, 40. Aaron Maluda, 53. Jesse Sekidika, 63. Rəhman Daşdəmirov, 77 – Adriel Ba Lua, 87.
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə yoxdur.
Saat 19:15. “Masazır Arena”, 500 tamaşaçı.

Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Teymur Teymurov.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels (70. Jesse Sekidika, 50), 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet (5. Rəhman Daşdəmirov, 66), 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa (22. Zinedin Uld Xaled, 66), 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev (6. Abdulla Xaybullayev, 66), 19. Aaron Maluda (53. Andrey Santos, 84).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 7. Turan Manafov (27. Eşqin Əhmədov, 25), 13. Nicat Əliyev (66. Nuğay Rəşidov, 60), 24. İsmael Akinade (22. Fərid İsgəndərov, 76), 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra (14. Domi Massumu, 46), 8. Sambu Sissoko (10. Şahin Şahniyarov, 60), 16. İsaak Amoa, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare.
Baş məşqçi: Kaxaber Sxadadze.

Region Liqasında 1/8 finalın püşkü atıldı

10 March 2026 at 21:30

Bu gün AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutmuş tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib.

Həmçinin iştirakçı komandaların 1/4 final və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.

1/8 finalın cütləri belədir:

“Xəzər” (Ağcabədi) – “Qovlar”
“Zəngəzur” – “Viləş”
“Samur” – “Şirvanovka”
“Biləsuvar” – “Ağsu Siti”
“Mil” (Beyləqan) – “Ramana”
“Marafon” – “Qobustan”
“Şəfəq” – “Beyləqan”
“Bərdə” – “Lənkəran”

Qeyd edək ki, AFFA Region Liqasında 1/8 final mərhələsinin ilk oyunları martın 14-15-də keçiriləcək. Cavab görüşləri isə martın 28-də və 29-da baş tutacaq.

Premyer Liqa: “Sabah” “Qəbələ”ni 7 qolla məğlub etdi

10 March 2026 at 21:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 23-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında lider “Sabah” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Bu oyunun baş hakimi İnqilab Məmmədov olub. 8 qolun qeydə alındığı görüşün yekununda meydan sahibləri darmadağına seviniblər.

Premyer Liqa
23-cü tur
10 mart

“Sabah” – “Qəbələ” 7:1
Qollar: Coy Lens Mikels, 11; 32. Aleksey İsayev, 24. Kahim Parris, 40. Aaron Maluda, 53. Jesse Sekidika, 63. Rəhman Daşdəmirov, 77 – Adriel Ba Lua, 87.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Masazır Arena”, 19:15.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 7. Turan Manafov, 13. Nicat Əliyev, 24. İsmael Akinade, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 8. Sambu Sissoko, 16. İsaak Amoa, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 14. Domi Massumu.
Baş məşqçi: Kaxaber Sxadadze.

Yüksək Liqa: “Azərreyl” və “Neftçi”dən qələbə

10 March 2026 at 20:30

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 17-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.

Abşeron Olimpiya İdman Kompleksində “Gənclər”lə qarşılaşan “Azərreyl” rahat qələbəyə sevinib.

Günün digər iki görüşü Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil edilib. “Xilasedici” “Ordu” ilə görüşdən asan qələbə ilə ayrılıb. “Murov”la qarşılaşan “Neftçi” isə bu turda çətin qələbəyə sevinib.

Yüksək Liqa
17-ci tur
10 mart

“Gənclər” – “Azərreyl” 0:3 (16:25, 17:25, 21:25)
Abşeron Olimpiya İdman Kompleksi.

“Murov” – “Neftçi” 2:3 (23:25, 25:22, 25:18, 23:25, 11:15)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Xilasedici” – “Ordu” 3:0 (25:19, 25:16, 25:23)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Kamilo Duran Kolumbiya millisinə çağırıldı – İlk dəfə!

10 March 2026 at 20:00

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın vingeri Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya millisinə çağırılıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu martda keçiriləcək yoxlama görüşləri üçün milliyə dəvət olunub. İndiyə qədər milli komandaya dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bumövsümkü çıxışından sonra Kolumbiya yığmasına çağırılıb. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orlando şəhərində baş tutacaq.

Xatırladaq ki, Kamilo Duran 2025-ci ilin avqustunda Portuqaliyanın “Portimonense” klubundan 200 min avro müqabilində “Qarabağ”a keçib. 23 yaşlı kolumbiyalı futbolçunun Ağdam klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Duran indiyə qədər “Qarabağ”ın heyətində 34 oyuna çıxıb, 9 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış etmiş Duran daha sonra Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.

Əvəzedicilər Liqası: “Qarabağ” “Neftçi”yə məğlub oldu

10 March 2026 at 19:30

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 19-cu turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Qarabağ-2” – “Neftçi-2” oyununda qonaqlar qələbə qazanıblar. “Turan Tovuz-2” isə “Kəpəz-2” üzərində inamlı qələbəyə sevinib.

Əvəzedicilər Liqası
19-cu tur
9 mart

“Zirə-2” – “Qəbələ-2” 5:1
Qollar: Murad Ələkbərov, 21; 33. Əhliman Süleymanzadə, 48. Rauf Qafarov, 59. Fərid Şahhüseyni, 83 – Qədir Ramazanov, 64.
Hakimlər: Murad Səlimov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Samir Musayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 15:00.

“Sabah-2” – “Sumqayıt-2” 3:0
Qollar: Əli Əlizadə, 32; 56. Şahin İbrahimov, 73.
Hakimlər: İslam Məmmədov, Safalı Ağayev, Ağadur Mahmudov, Ləman Əmirli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 15:00.

“Şamaxı-2” – “Araz-Naxçıvan-2” 5:3
Qollar: Abdullahi Şuaybu, 5. Raul Məmmədov, 76; 86; 90+3. Həbib İsmayılov, 89 – Nuran Muradlı, 19. İftixar İbrahimov, 34; 52.
Hakimlər: Nəriman Ağayev, Aydın Baxşıyev, Elvin Mədətov, Hacıağa Həsənov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu, 15:00.

10 mart

“Turan Tovuz-2” – “Kəpəz-2” 3:1
Qollar: Vüqar Bağırov, 15. Elçin Qasımov, 26; 77 – İsabala Məmmədli, 8.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Elmin Süleymanov, Rüfət Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Qarabağ-2” – “Neftçi-2” 1:2
Qollar: Məsud Əlişanlı, 2 – Ömər Qurbanov, 10. Fariz Xeyrullayev, 39.
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Kamil Aydınov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 15:00.

“Turan Tovuz” ev oyunlarını Sumqayıtda keçirəcək

10 March 2026 at 19:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” bəzi ev oyunlarını Sumqayıtda keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, daha əvvəl Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə əlaqədar Peşəkar Futbol Liqası tərəfindən Tovuz klubunun ev oyunlarını müvəqqəti olaraq “Azərsun Arena”da keçirməsinə icazə verilib:

“Klubun Tovuz şəhər stadionuna qayıtması öncədən test oyununun keçirilməsi şərti ilə Azərbaycan Premyer Liqasının 25-ci turunun oyununa planlaşdırılıb. Son aparılan təhlillər, mütəxəssis rəyləri və klubun rəsmi müraciətinə əsasən, stadionun oyuna hazır vəziyyətə gətirilməsinin ən tez aprel ayının ortalarında mümkün ola biləcəyi müəyyənləşib. Tovuz klubunun müvəqqəti olaraq çıxış etdiyi “Azərsun Arena”nın da təmirə bağlanması səbəbindən (“Turan Tovuz”un bu stadiondan yalnız fevralda istifadə edəcəyi əvvəlcədən rəsmi şəkildə bildirilmişdi) sözügedən turun oyununun, həmçinin Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək ev qarşılaşmasının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili ilə bağlı Peşəkar Futbol Liqasına müraciət daxil olub.

Tovuz şəhər stadionundakı mövcud durum, klubun müraciəti, eləcə də “Sumqayıt” klubunun razılıq məktubu nəzərə alınaraq Peşəkar Futbol Liqası tərəfindən “Turan Tovuz”un Azərbaycan Premyer Liqasının 25-ci turunun qarşılaşmasını və Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə qərar verilib. Sözügedən qarşılaşmalardan sonra Tovuz şəhər stadionunun ümumi vəziyyəti yenidən qiymətləndiriləcək və 26-cı turdan etibarən komandanın ev oyunlarının Tovuz şəhər stadionunda keçirilib-keçirilməməsi ilə bağlı əlavə qərar qəbul olunacaq”.

İkinci Liqa: “Göygöl” “Şəki”ni 10 qolla məğlub etdi

10 March 2026 at 18:30

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

“Araz Saatlı” doğma meydanda “Dinamo”ya, “Ağdaş” isə “Qaradağ Lökbatan”a məğlub olub. “Göygöl” də “Şəki” ilə ev oyununda əzici hesabla qələbə qazanıb.

Xatırladaq ki, bu gün keçirilməli olan “Şəmkir” – “Xankəndi” matçı baş tutmayıb.

İkinci Liqa
17-ci tur
8 mart

“Kür-Araz” – “Ağstafa Gəncləri” 2:2
Qollar: Bayram Əliyev, 82. Elxan Məmmədov, 85-pen – Elgün Namazov, 32. Ramin Süleymanov, 45+1.
Hakimlər: Nahid Xasıyev, Rəhman Aslanov, Cavid Ömərov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.

9 mart

“Şirvan” – “Quba” 1:0
Qol: Ruslan Şahbazov, 10.
Hakimlər: Rəsul Babayev, Asif Abdullayev, Rasim Axundov, Vüqar Alıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu.

“Şəmkir” – “Xankəndi” matçı baş tutmayıb
Hakimlər: Kamran Əliyev, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

10 mart

“Araz Saatlı” – “Dinamo” 1:2
Qollar: Rəvan Əvəzov, 64 – Ziya Məmmədli, 7. Əlibala Ağayev, 76-pen.
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Tural Bayramov, Nail Nağıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Göygöl” – “Şəki” 10:1
Qollar: Cavid Abbasov, 10. Ülvi Cəlilov, 31. Ziyabil Məmmədov, 57; 72. Sənan Kərimov, 62; 63. Fərid Məmmədov, 65. Kamal Həsən-pur, 80. Araz Quliyev, 84; 89 – Tahir Zeynalov, 39.
Hakimlər: Namiq Bəkirov, Sadiq Əliyev, Hüseyn Vəliyev, Elçin Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu.

“Ağdaş” – “Qaradağ Lökbatan” 0:4
Qollar: Vüsal Hüseynov, 19. Tofiq Nəsibov, 32; 34; 57.
Hakimlər: Sənan Bayramzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, İrşad Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Ağdaş şəhər stadionu.

Premyer Liqa: Mövsümün ən böyükhesablı qələbəsi

10 March 2026 at 18:00

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

Arena.az xəbər verir ki, bu, ölkə çempionatının 23-cü turuna təsadüf edib.

“Qarabağ” “Araz-Naxçıvan”la qarşılaşmada qonaqların qapısından 6 cavabsız top keçirib. Cari mövsümdə ilk dəfə bir komanda altı top fərqi ilə qalib gəlib. Ağdam klubu həm də mövsümdə bir oyunda 6 qol vuran ilk komanda olub.

Buna qədər mövsümün rekordu 5:0-a bərabər idi. 2025-ci il avqustun 30-da “Zirə” evdə “Kəpəz”ə, sentyabrın 21-də “Qarabağ” səfərdə “Araz-Naxçıvan”a 5 cavabsız qol vurmuşdu.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümündə 53 xal toplamış “Sabah” hazırda vahid liderdir. “Qarabağ” 49 xalla ikinci, “Turan Tovuz” isə 44 xalla üçüncü pillədə qərarlaşıb.

Rui Jorje – Azərbaycanın U-20 millisinin baş məşqçisi!

10 March 2026 at 17:30

Portuqaliyalı futbol mütəxəssisi Rui Jorje Azərbaycanın U-20 milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, AFFA İcraiyyə Komitəsinin 19 fevral 2026-cı il tarixində keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi postuna Rui Jorjenin namizədliyi müzakirə çıxarılmış və təsdiq edilmişdi.

Hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Rui Jorje müvafiq millinin baş məşqçisi postuna təyin olunub.

Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.
Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq. Dəqiq tarix, vaxt və mətbuat konfransının keçiriləcəyi məkanla bağlı ictimayyətə məlumat veriləcək.

Qeyd edək ki, Rui Jorje məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.

2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorje 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Jorje Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Birinci Liqa: 18-ci turun bütün təyinatları bəlli oldu

10 March 2026 at 17:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 18-ci turunun təyinatları məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

18-ci turun görüşləri martın 11-də, 12-də və 13-də keçiriləcək. Bütün oyunlara saat 15:00-da start veriləcək.

Birinci Liqa
18-ci tur
11 mart

“Şimal” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Samir Qaracayev, Rəşad Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

12 mart

“Şahdağ Qusar” – MOİK
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Difai” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağsu şəhər stadionu, 15:00.

“Mingəçevir” – “Səbail”
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

13 mart

“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Sergey Samok ardıcıl 8-ci “quru” oyununu keçirdi

10 March 2026 at 16:30

“Turan Tovuz”un qapıçısı Sergey Samok Premyer Liqada meydana çıxdığı ardıcıl 8-ci oyunda qapısını toxunulmaz saxlayıb.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turunun “Neftçi” ilə görüşündə (1:0) qapısını toxunulmaz saxlayan qolkiper cari mövsümdə meydana çıxdığı 6 matçın heç birində qol buraxmayıb.

Xatırladaq ki, Samok ötən çempionatın son iki turunda da “quru oyun” keçirib. O, sonuncu dəfə 2024/2025-ci illər mövsümünün 34-cü turunda qol buraxıb. Rusiyalı qapıçı “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçında (1:2) rəqibin fərqlənməsinə mane ola bilməyib. Həmin görüşdə sonuncu qolu 32-ci dəqiqədə Dembo Darbo vurub. Buraxılan topdan sonra Sergey Samok “quru” dəqiqələrinin sayını 778-ə çatdırıb.

“Turan Tovuz” tarixinin 50-ci qələbəsi

10 March 2026 at 16:00

Cari mövsümdə uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Turan Tovuz” Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, qərb təmsilçisinin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turuna təsadüf edib.

Tovuz klubu səfərdə “Neftçi”yə qalib gəlib – 1:0.

50-ci qələbə 131-ci matçda əldə olunub. Tovuzlular evdə 26, səfərdə 24 dəfə üç xala seviniblər. Qərb təmsilçisi turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.

Qeyd edək ki, 2022/2023-cü illər mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib – 1:0.

Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə 23 oyuna topladığı 44 xalla 3-cü pillədə qərarlaşıb. Komanda 23 oyunda 13 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

AFFA-dan “Şahdağ Qusar”la bağlı sərt cəzalar

10 March 2026 at 15:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 17-ci turundakı oyunlarla bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Birinci Liqa, 17-ci tur

“Baku Sportinq” – “Mingəçevir” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. Oyunun fasiləsində “Mingəçevir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə bu klub 900 manat cərimə edilib.

“Şəfa” – “Şahdağ Qusar” oyununda “Şəfa”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. “Şahdağ Qusar”da 4 nəfər sarı vərəqə aldığı üçün Qusar komandası da 210 manat cərimə edilib. Oyunun 45+2-ci dəqiqəsində “Şahdağ Qusar”ın həkimi Müşfiq Hümmətli hakimi təhqir və təhdid etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Şahdağ Qusar” buna görə 3000 manat cərimə ödəyəcək. Oyunun 90+4-cü dəqiqəsində “Şahdağ Qusar”ın məşqçisi Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Şahdağ Qusar” buna görə də 3000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şahdağ Qusar”ın icraçı direktoru Mirzə Bayrampul “A buraxılışı” akkreditasiyası olmadan Zona 1-ə daxil olduğuna görə Qusar komandası 300 manat cərimə edilib.

“Cəbrayıl” – “Səbail” oyununda “Cəbrayıl”da 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

Leandro Andrade 40-a çatdı, 70-ci oldu

10 March 2026 at 15:00

Kabo Verde yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun yubiley qolu 127-ci oyununa təsadüf edib.

O, Azərbaycan Premyer Liqasının 23-cü turunun “Araz-Naxçıvan”la görüşündə (6:0) dubl müəllifi olub. Leandronun ilk qolu yubiley xarakterli olub. İkinci dəfə fərqlənməklə isə o, Azərbaycan çempionatlarındakı göstəricisini 41-ə çatdırıb.

Premyer Liqada 2021/2022-ci illər mövsümündə debüt etmiş və yalnız “Qarabağ”ın uğurları üçün çalışmış Andrade turnirin tarixinə 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb. Yarımmüdafiəçi 41 qol vurmuş Samir A. Məmmədov, Fazil Əsədov, Leandro Qomes, Baqali Daboya şərik çıxıb.

Xatırladaq ki, Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Onun Ağdam klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.

Leo Ağdam klubunun heyətində bütövlükdə 201 oyun keçirib. O, bu oyunlarda 56 qola imza atıb, 58 assist müəllifi olub. Leandro “Qarabağ”ın heyətində 4 dəfə (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) Azərbaycan çempionu, iki dəfə (2021/2022, 2023/2024) ölkə kubokunun qalibi olub.

Leandro Andrade daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığma komandasında da 7 oyun keçirib, lakin məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Araz-Naxçıvan” 20-ci dəfə darmadağına üzüldü

10 March 2026 at 14:00

“Araz-Naxçıvan” futbol üzrə Azərbaycan çempionatlarının yüksək liqasında 20-ci dəfə böyük hesabla məğlub olub.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turuna təsadüf edib.

Naxçıvan təmsilçisi “Qarabağ”la səfər matçında 0:6 hesabı ilə uduzub.

Üç və ya daha çox top fərqi ilə olan 20 məğlubiyyətdən 8-i öz, 12-si rəqib meydanında qeydə alınıb. Naxçıvan komandasının ilk belə matçı 2000-ci il sentyabrın 9-da “Neftçi”yə qarşı olub. Bakı klubu səfərdə 7 cavabsız qol vurub.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Qarabağ”la son üç görüşdə böyükhesablı məğlubiyyət alıb – 0:5, 1:5, 0:6.

Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. Komanda hazırda 33 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 23 oyunda 9 qələbə qazanmış Muxtar Respublika təmsilçisi, 6 heç-heçə və 8 məğlubiyyət də görüb.

ÇL: 1/8 final mərhələsinə İstanbulda start verilir

10 March 2026 at 13:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda İngiltərə çempionu “Liverpul”la üz-üzə gələcək.

Almaniya çempionu “Bayern” İtaliyada “Atalanta”nın, İngiltərənin “Tottenhem” komandası isə İspaniyada “Atletiko”nun qonağı olacaq.

ÇL-in pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış İngiltərənin “Nyukasl” komandası İspaniya təmsilçisi “Barselona” ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
10 mart

21:45. Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə)
00:00. Atletiko (İspaniya) – Tottenhem (İngiltərə)
00:00. Nyukasl (İngiltərə) – Barselona (İspaniya)
00:00. Atalanta (İtaliya) – Bayern (Almaniya)

Vüsal İsgəndərlinin komandası “Dinamo”ya da qalib gəldi

10 March 2026 at 12:00

Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Partizani” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 6-cı turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Partizani” səfərdə baş tutmuş bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.

“Partizani” 27 turdan sonra 42 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. Sözügedən komanda 27 oyunda 12 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 25 oyuna çıxıb, 5 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

MS Federasiya Kubokunda “Liverpul”a rəqib oldu

10 March 2026 at 11:00

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cütləri bəlli olub.

Arena.az xəbər verir ki, bu, ötən gün baş tutmuş 1/8 final mərhələsinin sonuncu qarşılaşmasından sonra müəyyənləşib.

“Vest Hem” doğma meydanda “Brentford”a penaltilər seriyasında qalib gəlməklə “Lids”ə rəqib olub.

“Çelsi” yarımfinala vəsiqə uğrunda “Port Veyl” ilə mübarizə aparacaq. Premyer Liqanın lideri “Arsenal” 1/4 finalda “Sauthempton”u sınağa çəkəcək.

Yarımfinala vəsiqə uğrunda ən maraqlı görüş isə “Mançester Siti” ilə “Liverpul” arasında baş tutacaq.

Federasiya Kubokunda 1/4 finalın oyunları aprelin əvvəlində keçiriləcək.

İngiltərə, Federasiya Kuboku
1/4 final

Çelsi – Port Veyl
Mançester Siti – Liverpul
Sauthempton – Arsenal
Vest Hem – Lids

Zamiq Əliyev “Teuta”ya qarşı 90 dəqiqə oynadı

10 March 2026 at 10:00

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 27-ci turu çərçivəsində “Teuta” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 4:2. Əliyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Eqnatiya” 27 turdan sonra 49 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 27 oyunda 14 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 61 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

❌
❌