Reading view

DÇ-2026: Türkiyə millisi sevindi, İtaliya mundialsız qaldı

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə pley-off mərhələsində 4 final qarşılşaması keçirilib.

Arena.az xəbər verir ki, bununla da Avropadan mundiala son vəsiqələrin sahibləri müəyyənləşib.

Türkiyə millisi səfərdə Kosovo yığması ilə görüşüb və minimal hesabla qalib gəlməklə 24 illik fasilədən sonra dünya çempionatının final mərhələsində iştirak hüququ qazanıb.

İsveç millisi evdə Polşa yığmasıyla qarşılaşıb. Beş qolluq görüşün yekununda sevinən tərəf isveçlilər olublar.

İtaliya yığması səfərdə Bosniya və Herseqovina millisi ilə üz-üzə gəlib. Əsas vaxtı 1:1 hesabıyla yekunlaşmış bu görüşün yekununda qalib penaltilər seriyasında müəyyənləşib. Bosniyalılar tarixi uğura imza ataraq İtaliyanı DÇ-2026-dan kənarda qoyublar.

Çexiya və Danimarka yığmalarının görüşündə də əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda da bərabərlik qeydə alınınca penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş çexlər dünya çempionatına vəsiqə qazanıblar.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada təşkil ediləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika da mundialın final mərhələsində iştirak hüququ qazanıb.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Finallar
31 mart

Bosniya Herseqovina – İtaliya 1:1 (penaltilər 4:1)
Qollar: Tabakoviç, 79 – M.Kin, 15.

İsveç – Polşa 3:2
Qollar: Elanqa, 19. Laqerbielke, 44. Dyökereş, 88 – Zalevski, 33. Sviderski, 55.

Kosovo – Türkiyə 0:1
Qol: K.Aktürkoğlu, 53.

Çexiya – Danimarka 2:2 (penaltilər 3:1)
Qollar: Şults, 3. Kreyçi, 100 – Andersen, 72. Hoq, 111.

“Heç-heçə ədalətli nəticədir”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Plovdivdə Bolqarıstan yığması ilə keçirilən oyundan (0:0) sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçı belə şərh edib:

“Komandamız bu matçda daha fəal çıxış etdi. Futbolçular bu gün nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirdilər. Onlar nə rəqibdən, nə də stadiondakı atmosferdən çəkindilər. Birinci hissədə çox yaxşı çıxış etdik və topa nəzarət əsasən bizdə idi. Fasilədən sonra rəqibin təzyiqi artdı ki, bu da təbii haldır. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Hər iki komandanın təhlükəli epizodları oldu. Ümumilikdə komandamın çıxışında müsbət məqamlar gördüm. Belə təməllə gələcəyə pozitiv baxa bilərik”.

Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.

Rəşad Eyyubov: “Gələcəyə pozitiv baxa bilərik”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsində Plovdivdə Bolqarıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Rəşad Eyyubov qolsuz (0:0) başa çatmış oyunla bağlı bunları söyləyib:

“Komandamız bu matçda daha fəal çıxış etdi. Futbolçular bu gün nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirdilər. Onlar nə rəqibdən, nə də stadiondakı atmosferdən çəkindilər. Birinci hissədə çox yaxşı çıxış etdik və topa nəzarət əsasən bizdə idi. Fasilədən sonra rəqibin təzyiqi artdı ki, bu da təbii haldır. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Hər iki komandanın təhlükəli epizodları oldu. Ümumilikdə, komandamın çıxışında müsbət məqamlar gördüm. Belə təməllə gələcəyə pozitiv baxa bilərik”.

Xatırladaq ki, U-21 millimiz qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.

U-21 millimiz Plovdivdən 1 xalla qayıdır

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer almış millimiz 7-ci oyununda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. Plovdiv şəhərində təşkil edilmiş oyunu Ukraynadan olan hakimlər briqadası idarə edib. Oyun qolsuz yekunlaşıb.

Xatırladaq ki, U-21 millimiz altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Bolqarlar isə 11 xalla dördüncüdürlər.

AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
31 mart

Bolqarıstan – Azərbaycan 0:0
Qırmızı vərəqə: Georgi Çorbadjiyski, 82.
Baş hakim: Denis Şurman.
Baş hakimin köməkçiləri: Dmitro Zaporojenko, Viktor Nijnik.
Dördüncü hakim: Dmitro Pançişin (Hakimlər briqadası Ukraynadandır).
Plovdiv, “Xristo Botev”. Saat 20:00.

Bolqarıstan: 23. Aleks Bojev, 2. İvaylo Videv, 4. Todor Pavlov, 3. Martin Georgiyev (17. Boris Dimitrov, 88), 15. Dimitar Papazov, 22. Asen Mitkov (k) (14. Vasil Kazaldjiyev, 78), 21. Petko Panayotov, 16. Svetoslav Marinov, 19. Nikolay Zlatev (9. Borislav Rupanov, 46), 10. Georgi Çorbadjiyski, 7. Georgi Lazarov.
Ehtiyat oyunçular: 1. Plamen Andreyev, 5. Mixail Polendakov, 13. Kubrat Onaşi, 18. Nikola Neyçev, 20. Anton İvanov.
Baş məşqçi: Todor Yançev.

Azərbaycan: 12. Sadiq Məmmədzadə, 5. Emin Rüstəmov (k) (19. Əkbər Eyubov, 90+2), 3. Rüfət Abbasov, 2. Eşqin Əhmədov, 4. Elgün Dünyamalıyev, 18. Oruc Məmmədov (10. Edqar Adilxanov, 58), 15. Raul Məmmədov, 17. Hikmət Cəbrayılzadə, 23. Nihad Əhmədzadə (7. Murad Məmmədov, 75), 20. Şahin Şahniyarov (8. Emil Süleymanov, 90+2), 11. Nahid Əliyev (9. Şahin İbrahimov, 75).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 6. Bilal İsmayılov, 13. Nuğay Rəşidov, 14. Nadir Orucov.
Baş məşqi: Rəşad Eyyubov.

Xallar: Portuqaliya – 16. Çexiya – 14. Şotlandiya – 11. Bolqarıstan – 11. Azərbaycan – 6. Cəbəllüttariq – 0.

ABL: “Sabah” müntəzəm mövsümü qələbə ilə bitirdi

Bu gün keçirilmiş son bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümə (2025/2026) yekun vurulub.

Arena.az xəbər verir ki, 20-ci turun və müntəzəm mövsümün qapanış matçında A qrupunun lider “Sabah”la əsas izləyicisi “Abşeron Lions” üz-üzə gəliblər.

Bakı İdman Sarayında baş tutmuş qarşılaşma “bayquşlar”ın 105:72 hesablı qələbəsi ilə bitib. Mövsümün sonuncu oyunu xoşagəlməz hadisə ilə də yadda qalıb. Görüşün dördüncü periodunda “Abşeron Lions”un oyunçusu Ceylon Şou ciddi zədə alaraq meydanı xərəkdə tərk edib.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında “Sərhədçi” “Sumqayıt”ı (93:89), “Ordu” “Lənkəran”ı (107:65), “Naxçıvan” “Quba”nı (103:96), “Gəncə” “Şəki”ni (84:73), “Neftçi” NTD-ni (93:83) məğlub etmişdi.

Beləliklə, reqlamentə əsasən müntəzəm çempionatı A qrupunda ilk üç sırada bitirmiş “Sabah”, “Abşeron Lions”, “Neftçi” və B qrupunun birincisi “Ordu” birbaşa pley-offa (1/4 final) vəsiqə qazanıblar.

1/8 final mərhələsində isə, “Naxçıvan” – “Sərhədçi”, “Gəncə” – “Lənkəran”, “Quba” – “Şəki”, “Sumqayıt” – NTD oyunları baş tutacaq. 1/8 final seriyalarında ən tez iki qələbə qazanmış komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Oyunlar aprel ayında start götürəcək.

Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

ABL-də müntəzəm mövsümün yekununda komandaların xal durumu belədir:

A qrupu: Sabah – 39. Abşeron Lions – 37. Neftçi – 30. Gəncə – 29. NTD – 23. Şəki – 22.

B qrupu: Ordu – 38. Naxçıvan – 36. Sərhədçi – 28. Sumqayıt – 27. Quba – 27. Lənkəran – 24.

Yosip Stanişiç: “Cinahda oynamaq daha maraqlıdır”

“Bayern”in sağ cinah müdafiəçisi Yosip Stanişiç müdafiənin cinahında və mərkəzində çıxış etməsi ilə bağlı təəssüratını paylaşıb.

Arena.az 25 yaşlı xorvat futbolçunu müvafiq açıqlamaısını təqdim edir:

“Çox qaçmağım və məndən daha sürətli rəqiblərlə tez-tez qarşılaşmağım gərək olur. Ona görə də mövqeləri düzgün seçməyimiz gərəkdir. Həm mərkəzdə və həm də cinahda oynamağı xoşlayıram, amma yəqin ki, cinahda oynamaq azacıq maraqlıdır. Çünki belə olanda hücumlarda daha çox iştirak etmək olar”, deyə Stanişiç vurğulayıb.

Yosip Stanişiç “Bayern”in öz yetirməsidir. Onun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var. Xorvat futbolçu indiyə qədər əsas komandada 97 oyuna çıxıb, 4 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

Stanişiç bir mövsümü icarə əsasında Leverkuzen “Bayer”ində keçirib. O, bu komandanın heyətində 38 oyuna 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

Xorvatiyalı futbolçu həm də ölkəsinin əsas milli komandasının üzvüdür. O, yığmada 28 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Robert Levandovski “Barselona”ya keçidini xatırladı

“Barselona”nın mərkəz hücumçusu Robert Levandovski 2022-ci ilin iyul ayında “Bayern”dən “Barselona”ya keçidini xatırlayıb.

Arena.az 37 yaşlı polyak ulduzun müvafiq xatirəsini təqdim edir:

“Barselona”ya keçidimlə bağlı qərar karyeramda ən çətinlərdən idi. “Bayern”də hər şeyi qazanmışdım, amma o məqamda hiss etdim ki, yeni nəyəsə ehtiyac duyuram”, deyə “Lyova” xatırlayıb.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 37 oyuna çıxıb, 16 qol vurub, 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 184 oyun, 117 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 164 oyun keçirib, 89 qol vurub, 38 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Türkiyə millisinin baş məşqçisi oyun zamanı huşunu itirdi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya – Türkiyə oyununda xoşagəlməz hadisə baş verib.

Futbolpress.az xəbər verir ki, türklərin baş məşqçisi Egemen Korkmaz meydanın kənarında huşunu itirib və yerə yıxılıb. Hadisə matçın 35-ci dəqiqəsində baş verib.

Hakim bu səbəbdən oyunu dayandırıb. Korkmaz ilkin müdaxilə ilə ayılsa da, xəstəxanaya aparılıb.

Matçın baş tutub-tutmayacağı məlum deyil. Görüş ilk hissədə 0:0 olarkən dayandırılıb.

“Tottenhem” baş məşqçisini açıqladı

“Tottenhem”in yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, London təmsilçisinin “sükanı” Roberto De Zerbiyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

İtaliyalı mütəxəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilən İqor Tudoru əvəzləyib.

De Zerbi son olaraq “Marsel”i çalışdırıb.

U-21 Bolqarıstanda heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Msport.az xəbər verir ki, B qrupunda yer […]

Source

Roberto De Zerbi – “Tottenhem”in yeni baş məşqçisi!

İtaliyalı futbol mütəxəssisi Roberto De Zerbi İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi təyin edilib.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

46 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma tərəflərin ən azından cari mövsümün sonunadək – 2026-cı ilin 30 iyununadək anlaşdığı ehtimal edilir.

De Zerbi “Tottenhem”də bir neçə gün öncə istefaya göndərilmiş İqor Tudoru əvəz edib. Xorvatiyalı mütəxəssis fevralın 14-də bu komandaya baş məşqçi təyin edilmişdi. Premyer Liqa təmsilçisi İqor Tudorun rəhbərliyi altında cəmi 7 oyun keçirib, bunların yalnız 1-də qələbə qazanıb, 1-də heç-heçə edib, 5-də isə məğlub olub.

“Tottenhem” hazırda Premyer Liqada 31 oyuna topladığı 30 xalla 17-ci pillədə qərarlaşıb. Londonlular 31 oyunda 7 qələbə qazanıblar, 9 heç-heçə ediblər, 15 məğlubiyyətə üzülüblər.

Roberto De Zerbi isə son olaraq 2024/2025-ci illər mövsümünün əvvəlindən rəhbərlik etdiyi Marsel “Olimpik”ində (Fransa) baş məşqçi olub. İtalyan mütəxəssis daha öncə “Darfo Boario”, “Focca”, “Palermo”, “Benevento”, “Sassuolo”, “Şaxtyor” (Donetsk) və “Brayton” kimi komandalara da rəhbərlik edib.

Sadettin Saran yol qəzasına düşdü

Türkiyənin “Fənərbağça” futbol klubunun prezidenti Sadettin Saran bu gün İstanbulda yol-nəqliyyat hadisəsinə məruz qalıb.

Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

İstanbul təmsilçisinin rəhbəri “Chobani” stadionuna yollanarkən Ataşəhər rayonunda avtomobil qəzasına düşüb. Hadisədən sonra Saranın səhhətinin qaydasında olduğu açıqlanıb. Baş verən yol qəzasında klub prezidentinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.

Xatırladaq ki, Sadettin Saran 2025-ci ilin sentyabr ayından “Fənərbağça” klubunda prezident vəzifəsini icra edir. O, bir müddət öncə narkotik istifadəsi ilə bağlı istintaqa da cəlb edilmişdi. Verdiyi analizlərin nəticəsi pozitiv çıxmış Saran hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, lakin daha sonra bəraət alaraq azadlığa buraxılmışdı.

“Napoli”də Romelu Lukaku qalmaqalı

İtaliyanın “Napoli” klubu Belçika millisinin də üzvü olan hücumçusu Romelu Lukaku ilə bağlı rəsmi açıqlama yayıb.

Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lukaku məşqlərə qayıdışı ilə bağlı komanda tərəfindən edilən bugünkü zəngə cavab verməyib.

Bildirilib ki, klub futbolçuya qarşı intizam tədbirləri görməyi nəzərdən keçirir və onun kollektivlə məşq edib-etməyəcəyi barədə qərar sonra veriləcək.

Qeyd edək ki, Lukaku daha əvvəl ABŞ və Meksika ilə keçiriləcək yoxlama oyunları öncəsi Belçika millisinin düşərgəsini tərk edərək fiziki formasını yaxşılaşdırmağa çalışıb. O, ölkəsi Belçikada məşqlər etsə də, bu addım klubla razılaşdırılmayıb.

Neapol təmsilçisi futbolçunun sabaha qədər komandaya qoşulmaması halında onu heyətdən kənarlaşdırmaq ehtimalını da istisna etmir.

Xatırladaq ki, Romelu Lukaku futbola “Lyers”də qədəm qoyub. Romelu karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib.

Lukaku “Napoli”yə 2024-cü ilin avqust ayında “Çelsi”dən keçib. Neapol klubu Lukakunun tamhüquqlu əsasda keçidi müqabilində “Çelsi”yə 30 milyon avro məbləğində ödəniş edib və belçlikalı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Lukaku cari mövsümdə “Napoli” üçün keçirdiyi 7 oyunda 1 qol vurub və 1 məhsular ötürmə verib. Onun Neapol təmsilçisinin heyətindəki ümumi göstəricisi 45 oyun, 15 qol və 11 assistdən ibarətdir.

Romelu Lukaku 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 124 oyun keçirib, 89 qol vurub, 18 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Basketbol millimiz İsveçrə, İslandiya və İrlandiyaya qarşı

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, yığmamız püşkatma nəticəsində seçmə mərhələnin A qrupunda yer alıb.

Komandamız İsveçrə, İslandiya və İrlandiya yığmaları ilə üz-üzə gələcək.

Xatırladaq ki, AÇ-2029-un ilkin seçmə mərhələsinin qarşılaşmaları 2026-cı ilin noyabr ayının 8-18-i aralığında, həmçinin 2027-ci ilin fevral ayının 7-17 aralığında baş tutacaq.

Qadınlar arasında basketbol üzrə Avropa çempionatının final mərhələsi isə 2029-cu ildə keçiriləcək.

Andrey Kostiç “Milan”da – Rəsmi

Futbol üzrə Monteneqro millisinin və Serbiyanın “Partizan” klubunun hücumçusu bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubun mətbuat xidmətinə istinadən xəbər verir.

19 yaşlı forvardla müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, iyulun 1-də “rossoneri”nin gənclərdən ibarət komandasına qoşulacaq. “Milan” bu transfer üçün “Partizan”a 3,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Andrey Kostiç Monteneqronun “Podqoritsa” klubunun yetirməsidir. “Partizan” gənc hücumçunu 2025-ci ilin yayında 900 min avro qarşılığında məhz “Podqoritsa”dan transfer edib. O, Serbiya klubunun əsas komandasının heyətində 34 oyuna çıxıb, 11 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Monteneqronun U-15, U-19 və U-21 yığmalarında da oynamış Kostiç 2025-ci ildə debüt etdiyi əsas millinin heyətində 2 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Yoxlama oyunu: Millimizin rəqibi gürcülərə uduzdu

Son günlərdə dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri ABŞ və Belçika yığmaları arasında baş tutub.

Yeddi qolluq oyunda Avropa təmsilçisi darmadağına sevinib.

Meksika – Portuqaliya matçı qolsuz yekunlaşıb. Fransa yığması Kolumbiyaya, Almaniya millisi isə Qanaya qalib gəlib.

UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Litva yığması Gürcüstana 2 cavabsız qolla uduzub. Lixtenşteyn yığması isə “FİFA Series-2026” çərçivəsində Arubaya böyük hesabla məğlub olub.

FİFA Series-2026 turniri çərçivəsində də bir sıra oyunlar baş tutub. Bolqarıstan İndoneziyaya qalib gəlibsə, Estoniya Ruandaya uduzub. Çili yığması Yeni Zelandiyaya böyük hesabla məğlub olub. Özbəkistan yığması da qolsuz bitmiş Venesuela ilə oyunda penaltilərlə qalib gəlib.

Yeri gəlmişkən, Azərbaycan Premyer Liqasında mübarizə aparan bəzi legionerlər də ölkələrinin yığmalarının heyətində növbəti matçlarını keçiriblər. Belə ki, “Zirə”nin legionerləri “FIFA Series”in qalibi olublar. Anje Mutsinzi və Leroy Mikels Ruanda millisi ilə bu uğura imza atıblar. Afrikalılar həlledici görüşdə Estoniyanı 2:0 hesabı ilə məğlub ediblər. Ruandalıların ilk qoluna Leroy Mikels imza atıb. O, həmçinin turnirin ən yaxşı futbolçusu seçilib.

“Şamaxı”nın müdafiəçisi Alfons Msanqa da “FIFA Series-2026” turnirində Tanzaniya yığması ilə növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə Makau millisi ilə qarşılaşıb. Matç Msanqanın komandasının 6:0 hesablı darmadağını ilə yekunlaşıb. 23 yaşlı yarımmüdafiəçi bu matçda 46-cı dəqiqədə meydana daxil olub.

“Sabah”ın futbolçusu Umarali Rahmonaliyevin çıxış etdiyi Özbəkistan millisi “FIFA Series” çərçivəsində Venesuela millisi ilə üz-üzə gəlib. Özbəklər əsas vaxtı qolsuz bərabərliklə yekunlaşan matçda penaltilər seriyasında 5:4 hesablı qələbə qazanıblar. Rahmonaliyev matçı ehtiyat oyunçular skamyasından izləyib.

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın şərəfini qoruduğu Moldova millisi də növbəti yoxlama oyununa çıxıb. Sözügedən komanda Kiprlə qarşılaşıb və 2:3 hesabıyla uduzub. Naxçıvan təmsilçisinin qolkiperi bu matçda sona qədər ehtiyatda qalıb.

Yoxlama oyunu
30 mart

Qırğızıstan – Madaqaskar 2:5
San Marino – Farer adaları 1:2
Cənubi Koreya – Kot-d’İvuar 0:4
Botsvana – Zimbabve 0:3
Seneqal – Peru 2:0
Kanada – İslandiya 2:2
Macarıstan – Sloveniya 1:0
Şotlandiya – Yaponiya 0:1
Burkina Faso – Qvineya Bisau 5:0
ABŞ – Belçika 2:5
Haiti – Tunis 0:1
Meksika – Portuqaliya 0:0
Litva – Gürcüstan 0:2
Ermənistan – Belarus 1:2
Kolumbiya – Fransa 1:3
Kipr – Moldova 3:2
Almaniya – Qana 2:1

FİFA Series-2026

Puerto Riko – Vircin adaları 4:1
Aruba – Lixtenşteyn 4:1
Amerikan Samoası – Quam 0:6
Makau – Tanzaniya 0:6
İndoneziya – Bolqarıstan 0:1
Ruanda – Estoniya 2:0
Kabo Verde – Finlandiya 1:1 (penaltilər 4:2)
Yeni Zelandiya – Çili 4:1
Trinidad və Tobaqo – Qabon 2:2 (penaltilər 2:3)
Özbəkistan – Venesuela 0:0 (penaltilər 5:4)
Sent – Kitts – Solomon adaları 4:2
Qrenada – Keniya 0:2
Çin – Kamerun 0:2
Avstraliya – Kurasao 5:1
Qazaxıstan – Komor adaları 1:0

“Milan” serbiyalı hücumçu transfer etdi

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” Serbiyanın “Partizan” klubundan Andrey Kostiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Kostiç yayda “Milan”a qoşulacaq.

Forvard bu mövsüm 27 oyunda 10 qol vurub.

Türkiyə millisiylə birgə Bursada toplanış

Sərbəst güləş üzrə Azərbaycanın U20 milli komandası növbəti təlim-məşq toplanışına başlayır.

Futbolpress.az xəbər verir ki, milli sabahdan Bursada Türkiyə millisiylə birgə hazırlığa start verəcək. 15 gün davam edəcək toplanışda əsasən taktiki-texniki çalışmalara yer ayrılacaq.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 11 güləşçi – Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq). Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) hazırlıq prosesinə cəlb edilib.

Millimiz toplanış bitdikdən sonra 17-19 apreldə keçiriləcək “Çempionlar” turnirində iştirak etmək üçün Antalyaya yollanacaq.

Milli İsveçrə ilə bir qrupda

Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandasının 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri məlum olub.

Futbolpress.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv A qrupunda İsveçrə, İslandiya və İrlandiya ilə üz-üzə gələcək.

AVRO-2029-un ilkin seçmə oyunları noyabrın 8-18-i aralığında, həmçinin 2027-ci ilin fevralın 7-17-də keçiriləcək.

“Fənərbağça”nın prezidenti qəzaya düşdü

“Fənərbağça” klubunun prezidenti Sadettin Saran avtomobil qəzası keçirib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb. Hadisə İstanbulda, Saran evə gedən zaman baş verib. Qəzada Saran xəsarət almayıb.

Qeyd edək ki, Sadettin Saran ötən ilin sentyabrından “Fənərbağça”nın prezidentidir.

 

“Mareskanın gedişi bizə çox təsir göstərdi” – Kukurelya

“Çelsi”nin futbolçusu Mark Kukurela açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan müdafiəçi komandanın sabiq baş məşqçisi Enzo Mareska haqda danışıb:

“Mareska ilə 18 ay işlədik və bir-birimizi yaxşı bilirdik. “Arsenal”a baxın, Arteta yeddi ildir, komandadadır. Hələ çox böyük kubok qazanmasalar da, ona inanmaqda davam edirlər. Mareskanın gedişi bizə çox təsir göstərdi. Mən olsaydım, mövsümün sonuna qədər onunla yola davam edərdim”.

“Çelsi” ilin əvvəlində Mareska ilə vidalaşıb və komandanı hazırda Liam Rosenyor çalışdırır.

London klubu Premyer Liqada 31 turdan sonra 48 xalla 6-cı sıradadır.

“Qalatasaray” həyatımı dəyişdi”

“Qalatasaray”ın futbolçusu Qabriel Sara açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Braziliya millisinin düşərgəsində “Canal Wamo Youtube”yə danışan yarımmüdafiəçi İstanbul klubunun həyatına təsirindən söz açıb:

“Qalatasaray”da milliyə yüksələ bilməyim üçün hər şeyi etdilər. Çempionlar Liqasında mübarizəmiz bu yolda mənə çox kömək oldu. Kim olduğumu göstərmək istəyirəm. Klubuma qayıdanda da yüksək formamı qorumalıyam. “Qalatasaray” həyatımı dəyişdi”.

Sara 2024-cü ildən “Qalatasaray”da çıxış edir.

Montella onları kənarda saxladı

Kosovo və Türkiyə yığması bu gün dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, görüşə saat 22:45-də start veriləcək.

Türkiyə yığmasında beş futbolçu oyunun heyətinə daxil edilməyib. Baş məşqçi Vinçenso Montella Merih Demiral, Məhəmməd Şengezer, Oğuz Aydın, Ahmetcan Kaplan və Mustafa Eskihellaça ehtiyac duymayıb.

“Sabah” iki legioneri millidə debüt etdi

“Sabah”ın futbolçuları milli komandalarda oyunlara çıxıb.

Futbolpress.az xəbər verir ki, Rəhman Daşdəmirov, Aleksey İsayev, Xəyal Əliyev və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətində “FIFA Series-2026” beynəlxalq turnirinin qalibi olub. Rəhman Sent Lüsiya, Aleksey Syerra Leone, Xəyal və Abdulla isə milli komandamızın turnir çərçivəsində keçirdiyi hər iki matçda şans qazanıb.

Coy-Lens Mikels Ruanda millisində debüt edib və “FIFA Series-2026” beynəlxalq turnirinin qalibi olub. O, Estoniya ilə matçda komandasının qələbəsinə məhsuldar ötürmə ilə töhfə verib.

Umarali Raxmonaliyev isə Qabon yığma komandası ilə oyunda Özbəkistanın əsas millisinin heyətində debüt edib.

Priştinada türklərə jest

Kosovo və Türkiyə yığması bu gün dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, görüşə saat 22:45-də start veriləcək.

Oyunun keçiriləcəyi Priştinada yerli əhali türkiyəli fanatlara jest edib. Kafelərin birində qonaq fanatlara çay və qəhvə pulsuz verilir:

“Bütün türk azarkeşlərə qəhvə və çay pulsuzdur. Siz bunları 1999-cu ildə ödəmisiniz, indi borcunuz yoxdur”.

“Çempionluq mübarizəsində növbəti üç tur həlledici olacaq”

“Şəfa” Azərbaycan I Liqasında 19 turdan sonra 45 xalla birinci sıradadır. Bu mövsüm məğlub olmayan bakılılar ən yaxın izləyicisi “Baku Sportinq”i 8 xal qabaqlayır.

“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Mövsüm başlayandan tam istədiyimiz səviyyədə oyun göstəririk. Nəticələr də istədiyimiz kimidir. Çox qol vurur, az qol buraxırıq. İşimizin öhdəsindən gəlməyi bacarırıq. Amma bu, o demək deyil ki, çempionluğun taleyini həll etmişik. Qarşıda turlar var və hər şey dəyişə bilər. Stabilliyi, ciddiyyəti qorumalıyıq”.

“Şəfa” çempionatda növbəti üç turda “Mingəçevir”, “Səbail” və “Baku Sportinq”lə qarşılaşacaq. Mütəxəssis liqada ən kritik dönəmin başladığını qeyd etdi:

“İndi çempionluq haqda danışmırıq. Önümüzdə üç vacib oyun var. Çempionatda ən çətin dönəm bundan sonra başlayır. Düşünürəm ki, çempionluq yolunda növbəti üç tur həlledici olacaq”.

Kərəmli klubdan ayrılacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirdi:

“Belə xəbərlər hər klubda olur. Mövsümün sonuna kimi işimizdəyik. İndi çıxan şayiələrə fikir vermirik. Bunu düşünsək, işimizə istədiyimiz kimi diqqət edə bilmərik”.

Şahin Cəfərov

“Belə nəticələrlə barışmaq çətindir” – Kukurelya

“Çelsi”nin futbolçusu Mark Kukureyla Çempionlar Liqasında PSJ-yə məğlub olmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi turnirdə mübarizəni 1/8 finalda dayandırmalarına belə izah verib:

“PSJ ilə oyunlarda təcrübəmiz çatmadı. Bir çox oyunçu üçün belə səviyyədə oyun ilk idi və bunun cəzasını çəkdik. Belə nəticələrlə barışmaq çətindir. Hər gün mübarizə aparırsan, çalışırsan, amma başa düşürsən ki, hələ də yüksək səviyyəndən uzaqsan”.

“Çelsi” PSJ-yə səfərdə 2:5, evdə isə 0:3 hesabıyla uduzub.

Gəncədə 11 ölkə təmsilçiləri yarışacaq

Aprelin 4-də Gəncədə start götürəcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Gəncə İdman Sarayında iki gün davam edəcək yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.

Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ idmançıları gücünü sınayacaq.

Ölkəmiz turnirdə 100-dən çox cüdoçu ilə təmsil olunacaq.

 

Dağıstanlı “Beşiktaş”da

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu “Bandırmaspor”dan 14 yaşlı Görkem Dağıstanlını transfer edib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dağıstanlı “Bandırmaspor”un U-14 komandasında bu mövsüm 10 oyunda 15 qol vurub, 11 məhsuldar ötürmə edib.

Noyer məşqlərə başladı

“Bavariya”nın qapıçısı və kapitanı Manuel Noyer komanda ilə məşqlərə başlayıb. Msport.az xəbər verir ki, təcrübəli qolkiperlə yanaşı, müdafiəçi Rafael Gerreyru […]

Source

“Sumqayıt” bolqarıstanlı futbolçu ilə maraqlanır

Bolqarıstanın ÇSKA klubunun futbolçusu İlian İliyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Sumqayıt” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Blits” nəşri məlumat yayıb. “Kimyaçılar”ın baş məşqçisi Saşa İliç Sofiya təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədər olan futbolçunun transferini istəyir.

İliyev Bolqarıstan yığmasının da üzvüdür. O, bu mövsüm 23 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Mançester Yunayted”dən 1+1 illik təklif

“Mançester Yunayted” futbolçusu Harri Maquayrla müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” müdafiəçiyə 1+1 illik sözləşmə təklif edib. Bu barədə ESPN məlumat yayıb. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilib.

Maquayr 2019-cu ildən “Mançester Yunayted”də çıxış edir. O, 266 oyunda 17 qol vurub, 9 məhsuldar ötürmə edib.

Milli üzvü “qızıl” qazandı

Özbəkistanın paytaxtı Daşkənddə nərd üzrə “Asiya Qran Pri 2026” beynəlxalq turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, 55-dən çox ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan yığmasının üzvü Kənan Həsənzadə uğurla çıxış edib.

O, “Backgammon” (Blitz) kateqoriyasında 256 iştirakçı arasında hamını qabaqlayaraq qızıl medal qazanıb.

 

AÇ: millinin oyun proqramı bilindi

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı bəlli olub.

Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək. Görüş mayın 28-də, yerli vaxtla saat 13:30-da start götürəcək.

Azərbaycan komandası mayın 29-da, saat 15:45-də İtaliya ilə, 30-da, saat 13:15-də isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.

“İran yığmasının düşdüyü çətin vəziyyətdən xəbərdarıq”

FIFA prezidenti Canni İnfantino İran yığmasının dünya çempionatında mümkün iştirakı ilə bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri “El Financiero”ya açıqlamasında bunları deyib:

“İran yığmasının düşdüyü çətin vəziyyətdən xəbərdarıq. Çalışırıq. Dünya çempionatının ən yaxşı halda keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Lakin indi İranla bağlı ancaq A planımız var, alternativ yoxdur”.

Dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. İran yalnız oyunlarının Meksikaya salınacağı halda, turnirdə iştirak edə biləcəyini açıqlayıb.

Otto Addo Qana millisindən qovuldu

Futbol üzrə Qana milli komandasının baş məşqçisi, yerli mütəxəssis Otto Addo tutduğu vəzifədən istefaya göndərilib.

Arena.az bu barədə Qana Futbol Assosiasiyasına istinadən məlumat verir.

50 yaşlı mütəxəssislə ayrılıq qərarına səbəb yığmanın mart ayındakı uğursuz çıxışı olub. Belə ki, qanalılar yoldaşlıq görüşlərində Avstriyaya 1:5, Almaniyaya isə 1:2 hesabı ilə məğlub olublar. Ümumilikdə isə komanda ardıcıl dörd oyundur məğlubiyyətlə üzləşir.

Otto Addo 2024-cü ilin mart ayından milli komandaya rəhbərlik edirdi. O, bu il keçiriləcək dünya çempionatına 10 həftə qalmış işini itirib. Qana millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.

Qana yığması Addonun rəhbərliyi altında bütövlükdə 22 oyuna çıxıb, 8 qələbə, 5 heç-heçə, 9 məğlubiyyət görüb. Qanalı mütəxəssis 2022-ci ildə bu komandaya rəhbərlik edib, millini 12 oyuna (5 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət) çıxarıb.

Minifutbol millimizin AÇ-dəki oyun proqramı açıqlandı

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı müəyyənləşib.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək.

Mayın 28-də baş tutacaq bu qarşılaşmaya yerli vaxtla saat 13:30-da start veriləcək.

Azərbaycan milli komandası mayın 29-da İtaliya yığması ilə qarşılaşacaq. Oyuna saat 15:45-də start veriləcək. Azəraycan millisinin qrupdakı sonuncu görüşü isə mayın 30-da Fransa yığması ilə olacaq. Bu görüşün də saat 13:15-də başlaması nəzərdə tutulub.

Xatırladaq ki, minifutbol üzrə Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-nə qədər Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.

Azərbaycan – Syerra Leone 1:1 (9:8) – Video

“FİFA Series-2026” beynəlxalq turnirinin Azərbaycan – Syerra Leone final matçı millimizin qələbəsi ilə başa çatdı.

Arena.az bu qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:

FİFA Series-2026
Final
30 mart

Azərbaycan – Syerra Leone 1:1 (penaltilər 9:8)
Qollar: Rahil Məmmədov, 72 – Daniel Kanu, 28.
Baş hakim: Asker Nacafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuca Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev (Hakimlər briqadası Özbəkistandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan: 12. Aydın Bayramov, 3. Elvin Cəfərquliyev (24. Rüstəm Əhmədzadə, 89), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k) (20. Rəhim Sadıxov, 46), 9. Renat Dadaşov (7. Toral Bayramov, 63), 10. Aleksey İsayev (26. Ayxan Hüseynov, 89), 13. Emil Səfərov (6. Abdulla Xaybullayev, 80), 14. Elvin Bədəlov (4. Rahil Məmmədov, 46), 15. Bədavi Hüseynov, 21. Qismət Alıyev (17. Vüsal İsgəndərli, 46), 22. Musa Qurbanlı (11. Xəyal Əliyev, 46).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 16. Ceyhun Nuriyev, 18. Cəlal Hüseynov, 19. Mustafa Əhmədzadə, 25. Abdulla Rzayev.
Baş məşqçi: Ayxan Abbasov.

Syerra Leone: 25. Mamadu Jallo, 4. Alfa Kabia (7. Kvame Que, 83), 5. Alfa Turay, 9. Amadu Bakayoko (24. Cey Kamara, 86), 11. Sullay Kaikai (k), 13. Jarjue Kabia, 14. İdris Kanu (12. Nataniel Jallo, 71), 15. Daniel Kanu (17. Samuel Qandi, 71), 16. İssa Kallon, 21. Juma Bah, 22. Kamil Konte (8. Alhassan Koroma, 71).
Ehtiyat oyunçular: 1. Alhaci Sesay, 23. Fransis Koroma, 2. Santiqi Fornah, 18. Sallieu Taravelli, 19. Emmanuel Samadia.
Baş məşqçi: Məhəmməd Kallon.

“Sportinq”in hücumçusu “Liverpul”un hədəfində

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Luis Suares karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” kolumbiyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Corriere de Mah” nəşri məlumat yayıb.

“Sportinq” yayda keçiriləcək dünya çempionatının sonuna kimi futbolçunu buraxmayacaq. Klub oyunçunun yaxşı performansı ilə dəyərinin artması ehtimalına qarşı bu qərarı verib.

Suares bu mövsüm 42 oyunda 33 qol vurub.

“Millətlər Liqasında da yaxşı nəticələr əldə etmək olar”

Azərbaycan milli komandası “FIFA Series-2026” turnirinin qalibi olub. Yığma Sent Lüsiyaya (6:1) və Syerra Leoneyə (1:1, penaltilər 9:8) qalib gəlib.

“Qəbələ” və “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev millinin turnirdəki çıxışı ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Millinin oyunlarını necə dəyələndirirsiniz?
– Hər toplanış komanda üçün faydalıdır. Uyğunlaşma, xəttlərarası əlaqələri yaxşılaşdırmaq adına yaxşı fürsət idi. Baş məşqçi Ayxan Abbasov da yeni oyunçuları yoxlaya bildi.

– Sizcə, bu iki oyundan hansı faydanı götürmək olar?
– Futbolçuların özünəinamı artdı. Hər iki oyunda komanda çox istəkli görünürdü. Düşünürəm ki, millinin qarşısına turnirin qalibi olmaq hədəfi qoyulmuşdu.

– Rəqiblərin də gücünü nəzərə almaq lazımdır…
– Hər bir halda, rəqibdən asılı olmayaraq, qələbələr motivasiya artırır, futbolçularda özgüvən yaradır. Amma oyun planında bəzi şeyləri daha yaxşılaşdırmaq lazımdır.

– Bu oyunla Millətlər Liqasında şanslar necədir?
– Avropa komandaları fərqli oynayır. Oyun sistemini daha da yaxşılaşdırmaq lazımdır. Məncə, Millətlər Liqasında da yaxşı nəticələr əldə etmək olar. Nə qədər acı səslənsə də, indi D Liqasındayıq və bütün hədəf C Liqasına qaxlmaq olmalıdır. Buna köklənməliyik.

Ölkə çempionatına yekun vuruldu

Şahmat üzrə 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, yarış ilk dəfə paytaxtdan kənarda – Gəncə şəhərindəki Gəncə İdman Sarayında təşkil olunub. Ölkə çempionatının bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Qaliblər və mükafatçılar:

8 yaşadək oğlanlar:
1. Ziya Qubatov (Quba)
2. Məhəmməd Mirzəyev (Bakı)
3. Kəmaləddin Hüseynov (Bakı)
3. Suad Rəhimli

8 yaşadək qızlar:
1. Əminə Əmənzadə (Bakı)
2. Selin Məmmədova (Gəncə)
3. Aylin Abbaslı (Şamaxı)

10 yaşadək oğlanlar:
1. Nurlan Qənizadə (Bakı)
2. Kənan Babasoy (Bakı)
3. Daniel Konovalov (Bakı)

10 yaşadək qızlar:
1.Nurcan Tahirova (Gəncə)
2. Banu Məmmədzadə (Bakı)
3. Şəms Carçılı (Qazax)

12 yaşadək oğlanlar:
1. Səfa Hümmətov (Bakı)
2. Kamran Babayev (Bakı)
3. Nurlan Əzizli (Sumqayıt)

12 yaşadək qızlar;
1. Mehriban Əhmədli (Gəncə)
2. Xanımzar Hümmətli (Sumqayıt)
3. Sadəgül Əfəndi (Bakı)

14 yaşadək oğlanlar;
1. Şəmsi Qaraxanov (Bakı)
2. Yaşar Şirinov (Bakı)
3. Suat İbrahimli (Bakı)

14 yaşadək qızlar;
1. Zəhra Allahverdi (Mingəçevir)
2. Leyla Mirzəliyeva (Sumqayıt)
3. Fatimə Mirzəliyeva (Sumqayıt)

16 yaşadək oğlanlar;
1. Paşam Əlizadə (Bakı)
2. Elçin Şəkərəliyev (Sumqayıt)
3. Hüseyn Qurbanov (Gəncə)

16 yaşadək qızlar;
1. Lalə Hüseynova (Bakı)
2. Əsnad Vəliyeva (Bakı)
3. Ayan Hüseynli (Bakı)

18yaşadək oğlanlar;
1. Tunar Davudov (Bakı)
2. Rüstəm Rüstəmov (Sumqayıt)
3. Fərid Orucov (Sumqayıt)

18yaşadək qızlar;
1. Nərmin Abdinova (Bakı)
2. Nurtən Nuriyeva (Sumqayıt)
3. Leyla Budaqova (Gəncə)

Qeyd edək ki, hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub. Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 3-cü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2.000 AZN-dək maddi dəstək göstəriləcək.

Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi

Qana millisinin baş məşqçisi Otto Addo istefaya göndərilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyası məlumat yayıb. 50 yaşlı mütəxəssis yoldaşlıq oyununda Almaniyaya məğlubiyyətdən (1:2) sonra istefaya göndərilib.

Addo 2024-cü ilin martından komandaya rəhbərlik edirdi.

Qana yığması ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.

“Fənərbağça” və “Qalatasaray” onun üçün “yarışacaq”

“Roma” ilə müqaviləsi mövsümün sonuna qədər olan Paulo Dibala karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb.

“Fənərbağça” və “Qalatasaray” argentinalı hücumçunu heyətinə qatmaq istəyir. Dibala hələ qərar verməyə tələsmir və danışıqlara başlamayıb.

Dibala bu mövsüm A Seriyasında 17 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Millinin baş məşqçisi qovuldu

Qana millisinin baş məşqçisi Otto Addo istefaya göndərilib. Msport.az xəbər verir ki, 50 yaşlı mütəxəssislə ayrılıq qərarına səbəb yığmanın mart […]

Source

DÇ-2026: Pley-off mərhələsinin 4 final oyunu keçiriləcək

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə pley-off mərhələsində 4 final qarşılşaması baş tutacaq.

Arena.az xəbər verir ki, bununla da mundiala son vəsiqələrin sahibləri müəyyənləşəcək.

Türkiyə millisi səfərdə Kosovo yığması ilə görüşəcək. İtaliya yığması səfərdə Bosniya və Herseqovinanın qonağı olacaq. İsveç millisi evdə Polşa yığmasıyla qarşılaşacaq. Çexiya yığması isə Danimarka millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada təşkil ediləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika da mundialın final mərhələsində iştirak hüququ qazanıb.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Finallar
31 mart

22:45. Bosniya Herseqovina – İtaliya
22:45. İsveç – Polşa
22:45. Kosovo – Türkiyə
22:45. Çexiya – Danimarka

U-21 millimiz Plovdivdə Bolqarıstan yığması üz-üzə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti sınağına çıxır.

Arena.az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer almış millimiz 7-ci oyununda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv bu rəqiblə səfərdə üz-üzə gələcək. Plovdiv şəhərində təşkil ediləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, U-21 millimiz altı komandanın yer aldığı B qrupunda 5 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri isə 10 xalla dördüncüdürlər.

AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
31 mart

20:00. Bolqarıstan – Azərbaycan
Baş hakim: Denis Şurman
Baş hakimin köməkçiləri: Dmitro Zaporojenko, Viktor Nijnik
Dördüncü hakim: Dmitro Pançişin (Hakimlər briqadası Ukraynadandır)
Plovdiv, “Xristo Botev”.

Xallar: Portuqaliya – 16. Çexiya – 11. Şotlandiya – 11. Bolqarıstan – 10. Azərbaycan – 5. Cəbəllüttariq – 0.

FIFA AFFA-ya təşəkkür etdi

“FIFA Series – 2026” beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib.

Arena.az bu barədə milli assosiasiyaya istinadən xəbər verir.

Belə ki, ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib.

Cahanhir Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. O, gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Azərbaycan milli komandası Sumqayıtda təşkil edilmiş bu beynəlxalq turnirin qalibi olub. Millimiz ilk oyununda Sent Lüsiya yığma komandasına 6:1 hesabıyla qalib gəlib. Son olaraq Syerra Leone milli komandası ilə qarşılaşmış yığmamız əsas vaxtı 1:1 hesabıyla başa çatmış final görüşündə penaltilər seriyasından 9:8 hesabıyla qalib ayrılaraq çempion olub.

“Zirə”nin legioneri “FIFA Series-2026″nın ən yaxşı oyunçusu seçildi

“Zirə”nin futbolçuları Leroy-Jak Mikels və Anje Mutsinzinin çıxış etdiyi Ruanda millisi “FIFA Series–2026” beynəlxalq turnirinin qalibi olub.

Futbolpress.az xəbər verir ki, yığma həlledici görüşdə Estoniyanı məğlub edib – 2:0.

“Zirə”nin futbolçusu Leroy Mikels görüşdə bir qolla yadda qalıb. Daha əvvəl Qrenade ilə matçda da fərqlənən Leroy turnirin ən yaxşı oyunçusu seçilib.

Ruandada “Zirə”nin digər futbolçusu Ange Mutsinzi, “Sabah”ın hücumçusu Joy-Lens Mikels və “Karvan-Yevlax”ın vingeri Coy-Slayd Mikels də çıxış edir. Hər üç futbolçu Estoniya ilə matçda şans qazanıb.

Tuxel risk etməyəcək

İngiltərə milli komandası bu gün yoxlama matçı keçirəcək.

Futbolpress.az xəbər verir ki, yığma Yaponiya ilə üz-üzə gələcək.

İngiltərə millisinin futbolçusu Cud Bellingem görüşü buraxacaq. Onun yüngül zədəsi var və baş məşqçi Tomas Tuxel yerli mətbuata açıqlamasında yarımmüdafiəçini risk etməyəcəyini bildirib.

İngiltərə – Yaponiya oyunu saat 22:45-də başlayacaq.

Avram məğlubiyyəti kənardan izlədi

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın formasını geyindiyi Moldova yığması yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Kiprlə üz-üzə gəlib. 5 qolun vurulduğu matç Moldovanın məğlubiyyəti ilə başa çatıb – 2:3.

Avram oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B qrupunda yer alan milli səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

31 mart

20:00. Bolqarıstan (U-21) – Azərbaycan (U-21) 0:0
Plovdiv, “Xristo Botev”
Baş hakim: Denis Şurman
Baş hakimin köməkçiləri: Dmitro Zaporojenko, Viktor Nijnik
Dördüncü hakim: Dmitro Pançişin
(Hakimlər briqadası Ukraynadandır)

Nə qazandıq?

Azərbaycan millisi “FIFA Series-2026” turnirinin qalibi oldu. İlk görüşdə Sent-Lüsiya üzərində tarixə düşən (red-ən böyük hesablı qələbə) qalibiyyət (6:1) əldə edən yığma həlledici oyunda Syerra Leone yığmasını üstələdi.

Sumqayıtda, “Mehdi Hüseynzadə” stadionunda baş tutan görüşə milli daha yaxşı başlasa da, rəqib əks-hücumlardan şanslar əldə etdi. Milli birinci yarıda hücumda effektivlik göstərə bilmirdi. Bəzi anlarda tələskənlik, bəzi anlarda yanlış ötürmələr hücumların nəticəsiz yekunlaşmasına səbəb oldu. Yarımsaatın tamamına dəqiqələr qalmış yığmanı əks-hücumda yaxalayan afrikalılar istədikləri qolu vurmağı bacardı. Epizodda qayda pozuntusunun olub-olmaması da bir sual idi, hər bir halda, epizod bitməmiş diqqəti itirmək olmaz. Milli məhz bu diqqətsizlikdən qapısında qol gördü. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışan yığma iki şans yaxalasa da, rəqib qapıçını keçmək mümkün olmadı.

Milli ikinci hissədə daha üstün oynadı. Görünür, futbolçular fasilədə “ayılmışdı”. Ardıcıl hücumlardan sonra standart vəziyyət zamanı Rahil Məmmədovun akrobatik vuruşu və hesabın bərabərləşməsi komandaya əlavə təkan verdi. Lakin əsas vaxtda önə çıxmaq, oyunu tez bitirmək alınmadı.

Penaltilər seriyası isə daha gərgin alındı. Tərəflər hərəyə 10 penalti vurdu, milli 9-nu, rəqib 8-ni qola çevirdi. Turnirin böyük mahiyyəti olmasa da, həm Azərbaycan, həm Syerra Leone tərəfi qalib olmaq üçün çox arzulu idi. Matçboyu rəqib komandanın baş məşqçisi Məhəmməd Kallonun kənarda çılğınlığı, məğlubiyyət sonrası mətbuat konfransına gəlməməsi onun üçün görüşün necə önəmli olduğunu, məğlubiyyətin isə necə kədərləndirdiyini göstərdi.

“FIFA Series” turniri yoldaşlıq xarakteri daşıyır və beynəlxalq reytinq baxımından ciddi əhəmiyyət kəsb etmir. Hər bir halda, qazanılan iki qələbə və tarixin ilk kuboku yığma üçün motivasiyaverici olacaq.

Qazanc nə oldu?

FIFA reytinqinə cüzi təsir, uzunmüddətli qələbəsizlik seriyasının bitirilməsi və futbolçuların yoxlanılması.

Ayxan Abbasov, demək olar, dəvət etdiyi futbolçuların hamısına şans verdi. Mütəxəssis kimin hələ potensialını artırmalı, kiminsə milli üçün faydalı ola bilməyəcəyini gördü.

Lakin xüsusilə Syerra Leone ilə matçda nümayiş etdirilən oyun Millətlər Liqasında uğur qazanmaq üçün yetərli olmayacaq. Bu turnirdəki rəqiblərimiz  Lixtenşteyn və Litva olacaq. Birinciləri hər iki matçda məğlub etmək olar, amma Litva kifayət qədər ciddi rəqibdir. Son dövrlərdə inkişafda olan bu komanda müdafiədə kompakt oyunu ilə seçilir. Syerra Leone yığmasının müdafiəsini yarmaqda çətinlik çəkən, Sent Lüsiya ilə əldə etdiyi 10 şansın birində  dəqiq olan milli Litvaya qarşı daha ciddi hazırlaşmalıdır.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Avropa çempionatı
19:30 Xorvatiya U21 – Türkiyə U21 (TRT Spor)

Yoxlama oyunu
20:00 Norveç – İsveçrə (CBC Sport)
21:00 Rusiya – Mali (Matç Premyer, Matç TV)

DÇ-2026
22:45 Kosovo – Türkiyə (TV8)
22:45 Bosniya və Herseqovina – İtaliya (CBC Sport)

“Bavariya”da ayrılıq – RƏSMİ

“Bavariya”da ayrılıq reallaşıb. Msport.az xəbər verir ki, Almaniya nəhəngi rəsmi saytında oyunçusu Rafael Qerreyrunun gedişini açıqlayıb. 32 yaşlı portuqaliyalı 2025/26 […]

Source

97 matçlıq rekord

Dortmund “Borussiya”sının futbolçusu Karni Çukvuemeka dünya futbol tarixində nadir rast gəlinən bir statistika ilə gündəmə gəlib. Msport.az xəbər verir ki, […]

Source

Arteta qərarını verdi – QALIR

“Arsenal” baş məşqçi Mikel Arteta ilə yeni müqavilə üzrə danışıqların yekun mərhələsindədir. Msport.az xəbər verir ki, yeni saziş mütəxəssisin komandadakı […]

Source

Millimizin oyun proqramı açıqlandı

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı bəlli olub. Msport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi […]

Source

Millimiz Bolqarıstan səfərində

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq. Msport.az xəbər verir ki, […]

Source

DÇ-2026: Türkiyə yığması üçün həlledici oyun

Bu gün dünya çempionatının pley-off mərhələsinin final oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Türkiyə yığması həlledici görüşdə Kosovo ilə qarşılaşacaq.

Çexiya Danimarkanı, İsveç isə Polşanı qəbul edəcək. İtaliya millisi isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

DÇ-2026
Pley-off mərhələsi, final

31 mart

22:45 Bosniya və Herseqovina – İtaliya
22:45 Çexiya – Danimarka
22:45 Kosovo – Türkiyə
22:45 İsveç – Polşa

Millinin futbolçusu: “Gülə-gülə danışırıqsa, nə xoş”

Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Milli həlledici görüşdə Syerra Leoneni məğlub edib – 1:1, penaltilər 9:8.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra millinin futbolçusu Vüsal İsgəndərli fikirlərini bölüşüb:

“Gülə-gülə danışırıqsa, nə xoş. Əlbəttə, istəyimiz budur ki, qələbələr davam etsin. Bu iki oyunda rəqibin adı önəmli deyil. Əsas odur, qələbələr bizə inam versin”.

 

Yeni yolun başlanğıcı…

Millimiz “FIFA Series-2026” turniri çərçivəsində cırtdan Sent Lüsiya ilə qarşılaşmada ən böyükhesablı qələbəsini qazandı (6:1)…

İkinci oyunda Afrikanın ortabablarından olan Syerra Leone ilə əsas vaxtda 1:1 hesabıyla bitən oyunu dramatik penaltilər seriyasında udub turnirin qalibi oldu – kubok götürdü…

Millinin baş məşqçisi Ayxan Abbasov mükafatlandırmaya övladı ilə qatılmışdı…

Millinin oyunçuları sanki böyük bir turnirin qalibi olubmuş kimi sevinirdi…

Futbolçular mətbuata açıqlamalarında o qədər sevincli görünürdülər ki…

***

Bütün bunlar ironik və ikonik detallarıyla fərqli hisslər yaradırdı.

Açığı, bəzən sentimental olmamaq mümkün deyildi.

Bəli, reallıq hissi hakimlik etsə, olanları qəribə qarşılamaq, təsvir etmək olar. Lakin bütün tərkibi ilə bu mənzərələr futbolumuzun tarixi səbəb-nəticə əlaqələrinin bariz mənzərəsi idi.

Bizə isə rasional olmaq, peşəkar yanaşma gərəkdir.

***

Peşəkarlıq mühitinin formalaşdırılmasına hələ çox var, lakin bir rasional detalı qeyd etmək olar. AFFA-nın baş katibi Cahangir Fərəcullayev “CBC Sport”a flaş açıqlamasında belə bir cümlə işlətdi: “Bu yeni yolun başlanğıcıdır”.

Tipik rasional yanaşmadır. Reallıq hissinə söykənmiş, mövcud vəziyyəti ironiyadan xilas edib gələcək barədə ümidverici iddia etmək.

Bəli, bugünkü nəticə ilə öyünəsi bir şey yoxdur. Lakin simvolik yanaşma sərgiləyib, bu kiçik müsbət məqama uğurlu gələcəyin başlanğıcı mahiyyətində yanaşmaq olar.

Bir şərtlə, iddianın məsuliyyəti dərk edilə və bunun üçün ümidverici zəmin ola/yaradıla.

Varmı?

Görürükmü?

İctimaiyyətin əksəri bu suallara müsbət, pozitiv reaksiya verməz.

Ehtimal ki, bunu AFFA da bilir, baş katibə də əyandır.

3 gün sonra assosiasiyanın hesabat konfransı olacaq. İnkişafa ümid verəcək, yeni yolun başlanğıcı şüarına lobbi yaradacaq arqumentlərin olub-olmayacağı həmin konfransda əyani bilinəcək.

Ötən bir ildə hansı addımlar atılıb və qarşıda hansı planlar/prioritetlər müəyyənləşdirilib? Məhz bu suala cavab həmin konfransda böyük ölçüdə məlum olacaq.

Yeni yolun başlanğıcıdırmı…

Elçin Cəlilov

Bayramov: “Hər cür situasiyaya hazır idik”

Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Milli həlledici görüşdə Syerra Leoneni məğlub edib – 1:1, penaltilər 9:8.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra millinin qapıçısı Aydın Bayramov fikirlərini bölüşüb:

“Bütün xalqımızı təbrik edirəm. Çoxdandı qələbə qazana bilmirdik. Bu iki qələbə vacib idi. İstərdik ki, elə əsas vaxtda qələbəni təmin edək. Futboldur. Hər cür situasiyaya hazır idik.

Final, penaltilər deyiləndə beynimdə müəyyən ssenarini düşünürdüm. Analiz etmişdim. Düzdür, penaltilər seriyası mənim üçün çox uğurlu alınmadı. İstiqaməti tapırdım, amma tuta bilmirdim”.

FIFA-dan AFFA-ya xatirə hədiyyəsi

“FIFA Series – 2026” beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib.

Futbolpress.az xəbər verir ki, ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib. Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Azərbaycan milli komandası “FIFA Series – 2026” turnirinin qalibi olub.

Ayxan Abbasov: “Turnirin qalibi olduğumuz üçün sevinirik”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov bu gün Syerra Leone yığma komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, millimiz “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Syerra Leone yığması ilə keçirilmiş final oyunundan (1:1, penaltilərlə 9:8) qalib ayrılıb.

Ayxan Abbasov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Stadionda gözəl atmosfer var idi. İkinci oyunun ilk matçdan fərqli olacağını bilirdik. Birinci hissədə hücumda istədiyimiz kimi aqressiv ola bilmədik. İkinci hissəyə əvəzləmələrlə başladıq. Fasilədən sonra futbolçuların istəyi daha da artdı. Fanatlar üçün penaltilər seriyası maraqlı alındı. Turnirin qalibi olduğumuz üçün sevinirik. Ancaq oyun göstərdi ki, rəqib güclü olduqca biz də artırmalıyıq. Yayda təşkil olunacaq təlim-məşq toplanışını da faydalı keçirərək UEFA Millətlər Liqasına hazır olmağa çalışacağıq.

Zəif komanda yoxdur. Toplanışdan maksimum istifadə etmək istədik. Bir çox yeni oyunçular gəldi, onları sınaqdan keçirdik. Allah qoysa, xeyrini görəcəyik. Oyundan-oyuna futbolçular özləri haqda fikir yaradırlar. Kimlərinsə zədəli olması işimizi çətinə sala bilər. İndi də zədəlilər var idi. UEFA Millətlər Liqasındakı rəqiblərimizi də təhlil edirik. Litva həqiqətən möhkəm komandadır. Onlar evdə çox yaxşı çıxış edirlər. Şanslar bərabərdir. Çalışacağıq ki, qrupun qalibi olaq”.

ABL: “Neftçi” son turda NTD-yə qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümün sonuncu – 20-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir qarşılaşma baş tutub.

Günün yeganə matçında A qrupunda yer alan komandalar – “Neftçi” ilə NTD üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutmuş qarşılaşma “ağ-qaralar”ın 93:83 hesablı qələbəsi ilə bitib.

A qrupunda 20-ci tura martın 31-də yekun vurulacaq.

A qrupu: Sabah – 37. Abşeron Lions – 36. Neftçi – 30. Gəncə – 29. NTD – 23. Şəki – 22.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Azərbaycan millisi Syerra Leoneyə qalib gəldi, çempion oldu

Futbol üzrə Azərbaycan millisi bu gün ölkəmizdə keçirilən “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində son oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ikinci matçında Syerra Leone yığması ilə qarşılaşıb.

Sumqayıtda keçirilmiş görüşü Özbəkistandan olan hakimlər briqadası idarə edib.

Xatırladaq ki, millimiz bu turnirdəki ilk oyununda Sent Lüsiya yığması ilə qarşılaşmışdı. Eyni məkanda baş tutmuş görüşdə komandamız 6:1 hesablı qələbəyə sevinmişdi.

Syerra Leone yığması isə bu turnirdə ilk görüşünü keçirib. Çünki Oman yığması Bakıya gəlməkdən imtina etdiyi üçün, Afrika təmsilçisinin martın 27-də keçirilməli olan ilk görüşü baş tutmamışdı.

Bu dəfəki görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrini daha dəqiq yerinə yetirmiş Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub.

Oyundan sonra mükafatlandırma mərasimi təşkil edilib. Turnirdə 3-cü yeri tutan Sent Lüsiya bürünc, 2-ci pillənin sahibi Syerra Leone gümüş medallarla təltif olunub. “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi Azərbaycan millisinə isə qızıl medallar və kubok təqdim edilib. Həmçinin millimizin müdafiəçisi Elvin Cəfərquliyev turnirin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidenti Sərxan Hacıyev, Syerra Leone Futbol Assosiasiyasının vitse-prezidenti Alie Badara Taravali və Sent Lüsiya Futbol Assosiasiyasının vitse-prezidenti Valdes Ceyms iştirak ediblər.

FİFA Series-2026

30 mart

Azərbaycan – Syerra Leone 1:1 (penaltilər 9:8)
Qollar: Rahil Məmmədov, 72 – Daniel Kanu, 28.
Baş hakim: Asker Nacafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuca Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev (Hakimlər briqadası Özbəkistandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan: 12. Aydın Bayramov, 3. Elvin Cəfərquliyev (24. Rüstəm Əhmədzadə, 89), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k) (20. Rəhim Sadıxov, 46), 9. Renat Dadaşov (7. Toral Bayramov, 63), 10. Aleksey İsayev (26. Ayxan Hüseynov, 89), 13. Emil Səfərov (6. Abdulla Xaybullayev, 80), 14. Elvin Bədəlov (4. Rahil Məmmədov, 46), 15. Bədavi Hüseynov, 21. Qismət Alıyev (17. Vüsal İsgəndərli, 46), 22. Musa Qurbanlı (11. Xəyal Əliyev, 46).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 16. Ceyhun Nuriyev, 18. Cəlal Hüseynov, 19. Mustafa Əhmədzadə, 25. Abdulla Rzayev.
Baş məşqçi: Ayxan Abbasov.

Syerra Leone: 25. Mamadu Jallo, 4. Alfa Kabia (7. Kvame Que, 83), 5. Alfa Turay, 9. Amadu Bakayoko (24. Cey Kamara, 86), 11. Sullay Kaikai (k), 13. Jarjue Kabia, 14. İdris Kanu (12. Nataniel Jallo, 71), 15. Daniel Kanu (17. Samuel Qandi, 71), 16. İssa Kallon, 21. Juma Bah, 22. Kamil Konte (8. Alhassan Koroma, 71).
Ehtiyat oyunçular: 1. Alhaci Sesay, 23. Fransis Koroma, 2. Santiqi Fornah, 18. Sallieu Taravelli, 19. Emmanuel Samadia.
Baş məşqçi: Məhəmməd Kallon.

Yüksək Liqa: “Xilasedici”, “Neftçi”, “Ordu” və “Murov” pley-offda!

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün ilkin mərhələyə yekun vurulub.

Arena.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında sonuncu – 20-ci tur çərçivəsində “Ordu” – “Gənclər”, “Neftçi” – “Azərreyl” və “Murov” – “Xilasedici” qarşılaşmaları baş tutub.

Gərgin və maraqlı keçən bu oyunlarda “Ordu” (3:2), “Azərreyl” (3:2) və “Xilasedici” (3:0) komandaları qələbə qazanıblar.

Beləliklə, 20 turun yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşmış “Xilasedici”, “Neftçi”, “Ordu” və “Murov” komandaları yarımfinala yüksəliblər.

Reqlamentə əsasən, yarımfinal iki oyundan (ev və səfər) ibarət olacaq. İki qarşılaşmadan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.

Qeyd edək ki, yarımfinal oyunları aprelin 7-də start götürəcək.

Yüksək Liqa
20-ci tur
30 mart

“Ordu” – “Gənclər” 3:2 (23:25, 22:25, 25:16, 25:19, 15:6)

“Neftçi” – “Azərreyl” 2:3 (25:22, 20:25, 25:17, 23:25, 12:15)

“Murov” – “Xilasedici” 0:3 (17:25, 23:25, 19:25)

Yarımfinal mərhələsinin cütləri:

“Xilasedici” (1) – “Murov” (4)

“Neftçi” (2) – “Ordu” (3)

Ayxan Abbasov: “Bu, gələcək üçün təkan verəcək”

“FIFA Series-2026” turnirinin finalında keçirilən Azərbaycan – Syerra-Leone oyunundan (1:1, penaltilər 9:8) sonra millinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Azarkeşlərə təşəkkür edirəm. Bizə dəstək oldular. Oyunların fərqli olacağını bilirdik. İlk hissədə səhvlər etdik, hücumda aqressivlik çatmadı. Rəqib bizi əks-hücumda yaxaladı və fərqləndi. İkinci hissədə yaxşı müdafiə olunub, hücumların effektivliyini artırmalıydıq. Sonda hesabı bərabərləşdirdik. Penaltilər seriyası maraqlı alındı. Turnirdə qalib olduğumuz üçün sevincliyik. Bu oyun bizə siqnallar verdi. Rəqiblər güclü olduqca biz də artırmalıyıq. Gələcək oyunlara baxacağıq. Qarşıda iki yoxlama oyunu olacaq. Bununla Millətlər Liqasına hazır olmağa çalışacağıq.

– İlk dəfə çempion olduq, ilk dəfə penaltilərdə qələbə qazandıq. İlk penalti təcrübəniz haqda fikirlərinizi bilmək istəyirdim…
– İlk deyil. Kubokda “Sumqayıt”da işlədiyim vaxt “Qarabağ”ı penaltilər seriyasında keçmişdik. Futbolçular məşqlərdə penaltiləri yoxlayırdılar. Bugünkü seriya da bir təcrübədir. Bu oyun milli üçün faydalı olacaq.

– Bu turnir milliyə hansı təcrübəni qazandırdı?
– FIFA-nın turniridir. Rəqiblərimizdən Lixtenşteyn də burda mübarizə aparırdı. Onların qrupunda daha zəif komandalar var idi və elə zəif olan qalib oldu. Bu toplanışda millidə yeni adlar oldu, sınaqdan keçdi. Bəlli sistem üzərində çalışırıq. İnşallah, xeyrini görəcəyik.

– İki oyundan sonra Millətlər Liqası üçün optimal heyəti təxminən formalaşdımı?  
– Müəyyən fikirlər yaranır. Turnirə hələ var. Zədələr həmin vaxt işimizi çətinə sala bilər.

– Litva və Lixtenşteyn yığmasını izləmisinizmi?
– İki komandanı da təhlil edirik. Litva möhkəm komandadır. Evlərində çox yaxşı çıxış edirlər. Məncə, onlarla şanslar bərabərdir. Çalışacağıq ki, maksimum nəticə əldə edək.

– Bu oyundan aldığınız siqnallar hansılardır?
– İki oyunda da sonradan meydana daxil olan futbolçu oyunu dəyişdi. Ruhdan düşmürlər, çox istəklidirlər. Millidə rəqabət olduğu hiss edildi. Bu, gələcək üçün təkan verəcək. Bir çox futbolçunu yaxından izlədik. İnanıram ki, bizi təəccübləndirən yeni oyunçular da olacaq.

– Sadiq Baqıyev var Rusiyada. “Torpedo”da ən yaxşı futbolçu seçildi bu yaxınlarda. Tək o deyil, digər oyunçulardan da izlədikləriniz varmı? Bəyəndiyiniz futbolçu olsa, dərhal pasport məsələsi həll oluna bilər?
– Bəyəndiyimiz olsa, problem olmaz. U-21 yığma komandamıza da namizəd futbolçular izlənilir. Sadiq Baqıyevi U-21 yığmasına çağırdıq. Lakin bəzi məsələlər oldu, legioner statusu ala bilərdi deyə, imtina etdi. Biz də istəyirik ki, burda oynamaq istəyənlərə kömək edək.

Şahin Cəfərov

 

AFFA-nın baş katibi: “Qələbəni kiçiltmək lazım deyil”

Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Milli həlledici görüşdə Syerra Leoneni məğlub edib – 1:1, penaltilər 9:8.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev “CBC Sport”a fikirlərini bölüşüb:

“Hər kəsi təbrik edirəm. Qələbəni kiçiltmək lazım deyil. Uşaqlar iki oyunda yaxşı mübarizə apardı, layiqli qələbə qazandı. Hesabda geri düşməyimizə baxmayaraq, sona qədər mübarizə apardıq, penaltilərdə qələbə qazandıq. Bu, bizim üçün vacibdir.

Rəqiblər haqda deyilə bilər ki, tanınmır. Amma bu, bizim üçün yolun başlanğıcıdır. Davamı gəlsin”.

Platini: “Mbappe inanılmaz şeylər edir”

Fransalı keçmiş yarımmüdafiəçi Mişel Platini “Real”ın 27 yaşlı mərkəz hücumçusu Kilian Mbappe haqda fikrini bildirib.

Arena.az Platininin müvafiq fikrini təqdim edir:

“Mbappe ilə canlı görüşməmişəm. Onun oyunlarını ancaq televizorda izləmişəm. Onu ancaq futbolçu olaraq qiymətləndirə bilərəm. Kilian meydanda inanılmaz şeylər edir”, deyə Platini vurğulayıb.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mbappe cari mövsümdə “Real”ın heyətində 35 oyuna çıxıb, 38 qol vurub, 4 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 94 oyun, 82 qol, 11 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 96 oyun keçirib, 56 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Daniel Maldini “Latsio”da məmnundurmu?

“Atalanta”nın hücumameyilli yarımmüdafiəçisi Daniel Maldini icarədə oynadığı “Latsio”dakı durumunu dəyərləndirib.

Arena.az xəbər verir ki, Maldini “Latsio”da məmnun olduğunu bildirib:

“Məşqçimiz (italyan mütəxəssis Mauritsio Sarri) mənə inanır. Mən bunu duyuram. Bu, yaxşı çıxış etməyim üçün çox vacibdir”, deyə Maldini vurğulayıb.

“Milan”ın məzunu olan Maldini bundan mövsümün sonunadək “Latsio”da çıxış edəcək. Sözügedən klub 25 yaşlı italyan futbolçunu satınalma şərti ilə icarəyə götürüb. “Latsio” Danielin yarım mövsümlük icarəsi üçün Berqamo təmsilçisinə 1 milyon avro ödəyib. Yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində 9 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Daniel Maldini “Milan”ın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Montsa”, “Spetsiya” və “Empoli”də də çıxış edib. “Atalanta” Maldinini 2025-ci ilin əvvəlindən “Montsa”dan 13 milyon avro müqabilində heyətinə qatmışdı. Onun bu klubla müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvədədir.

Maldini “Atalanta” üçün 22 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Daniel Maldini İtaliyanın U-18, U-19 və U-20 yığmalarında oynayıb, əsas yığmada isə 2024-cü il oktyabrın 14-də debüt edib. Maldini millidə 6 oyun keçirib, fərqlənə bilməyib.

Daniel Maldininin qənimətlər muzeyində “Milan”la İtaliya A Seriyası çempionluğu (2021/2022) var.

“Transfermarkt” internet-portalı 24 yaşlı italyan yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Daniel “Milan”ın əfsanəvi futbolçusu Paulo Maldininin oğludur.

Xviça Kvaratsxeliya PSJ-ni niyə seçib?

PSJ-nin gürcü hücumçusu Xviça Kvaratsxeliya 2025-ci ilin yanvar ayında “Napoli”dən Paris klubuna keçidini əsaslandırıb.

Arena.az gürcü futbolçunun müvaviq açıqlamasını təqdim edir:

“Həmin vaxt digər seçimlərim də vardı. Amma Luis Enrike və Luis Kamposun, PSJ layihəsini mənə necə təqdim etmələri, məndə böyük təəssürat oyatdı”, deyə Kvara vurğulayıb.

Xatırladaq ki, PSJ Kvaratsxeliyanı 2025-ci il yanvarın 17-də heyətinə qatıb. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədərdir. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən 70 milyon avro məbləğ müqabilində keçib.

Xviça indiyə qədər PSJ-nin heyətində 69 oyuna çıxıb, 20 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi”, “Dinamo” (Tiflis) və “Napoli” komandalarında oynayıb. O, Neapol klubu ilə İtaliya çempionu olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 49 oyuna 22 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

“Qırmızı şeytan” turinlilərin hədəfində

“Mançester Yunayted”in futbolçusu Manuel Uqarte karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” uruqvaylı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Uqaret “Mançester Yunayted”dən ayrılmağa müsbət yanaşır. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

Azərbaycan – Syerra Leone: Heyətlər açıqlandı

“FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Syerra Leone matçının heyətləri bəlli olub.

Arena.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək bu görüşə saat 19:00-da start veriləcək.

Qarşılaşmanı Özbəkistandan olan hakimlər briqadasının idarə edəcək. Oyunun baş hakimi Asker Nacafaliyev olacaq. Ona yan xətt hakimləri İslom Azimov və Baxtiyorxuca Şavkatov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.

FİFA Series-2026
30 mart

19:00. Azərbaycan – Syerra Leone
Baş hakim: Asker Nacafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuca Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev (Hakimlər briqadası Özbəkistandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan: 12. Aydın Bayramov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Aleksey İsayev, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 11. Xəyal Əliyev, 16. Ceyhun Nuriyev, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 19. Mustafa Əhmədzadə, 20. Rəhim Sadıxov, 24. Rüstəm Əhmədzadə, 25. Abdulla Rzayev, 26. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Syerra Leone: 25. Mamadu Jallo, 4. Alfa Kabia, 5. Alfa Turay, 9. Amadu Bakayoko, 11. Sullay Kaikai (k), 13. Jarjue Kabia, 14. İdris Kanu, 15. Daniel Kanu, 16. İssa Kallon, 21. Juma Bah, 22. Kamil Konte.
Ehtiyat oyunçular: 1. Alhaci Sesay, 23. Fransis Koroma, 2. Santiqi Fornah, 7. Kvame Que, 8. Alhassan Koroma, 12. Nataniel Jallo, 17. Samuel Qandi, 18. Sallieu Taravelli, 19. Emmanuel Samadia, 24. Cey Kamara.
Baş məşqçi: Məhəmməd Kallon.

Londonda De Zerbi səsləri

İtaliyalı mütəxəssis Roberto De Zerbi “Tottenhem”i çalışdıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubu son iş yeri “Marsel” olan mütəxəssislə bir müddətdir, danışıqlar aparır. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilib.

De Zerbi hazırda işsizdir. O, daha əvvəl İngiltərədə “Brayton”u çalışdırıb.

İkinci Liqa: “Xankəndi” “Kür-Araz”ı 14 cavabsız qolla yendi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Xankəndi” “Kür-Araz”la üz-üzə gəlib. “Xankəndi” rəqibini 14 cavabsız qolla məğlub edərək zirvədəki mövqeyini qoruyub.

İkinci Liqa
20-ci tur
28 mart

“Şəki” – “Dinamo” 1:6
Qollar: Tahir Zeynalov, 5 – Valeh Seyidov, 13-pen; 61; 89-pen. Yadigar Qarayev, 39; 71. Əli Abbasov, 59.
Hakimlər: Xəlil Xəlilov, Rəhman Aslanov, Elman Kərimov, Elçin Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

29 mart

“Ağstafa Gəncləri” – “Quba” 0:1
Qol: Bəhram Köçərli, 32.
Hakimlər: Səbuhi Bayramov, Tural Bayramov, Rəşad Quliyev, İrşad Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Ağdaş” – “Araz Saatlı” 0:0
Hakimlər: Nahid Xasıyev, Vüqar Bayramov, Hüseyn Vəliyev, Vüqar Alıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağdaş şəhər stadionu, 15:00.

“Şəmkir” – “Göygöl” 0:0
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Elmin Süleymanov, Hacıağa Həsənov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Şirvan” 7:3
Qollar: Rəhman Quliyev, 3. Ramil Orucov, 40; 73. Rövşən Şahmuradov, 53; 60-pen. Emil Quluzadə, 86. Sabir Allahquliyev, 87 – Elgün Xəlilov, 13. Elcan Rəsulov, 43. Ramiz Məmmədov, 79.
Hakimlər: Rövşən Rəcəbov, Sevda Nuriyeva, Ruslan Babayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

30 mart

“Xankəndi” – “Kür-Araz” 14:0
Qollar: Bəhruz Teymurov, 18; 42. Rauf Məhərrəmov, 21. Elvin Nəsibov, 35; 38; 43. Tural Qurbatov, 53; 58. Emin Quliyev, 60-pen; 66. Mirmövsüm Caniyev, 69; 85. İlyas Səfərzadə, 75. Əli Mürsəlov, 87.
Hakimlər: Rəsul Babayev, Sənan Atayev, Aydın Baxşıyev, Ləman Əmirli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

U-17 millimiz Plovdivdə Malta ilə də “sülh bağladı”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Maltanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində üz-üzə gəliblər.

B Liqasının 2-ci qrupunda yer almış millimiz bu rəqiblə Bolqarıstanın Plovdiv şəhərində qarşılaşıb. “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçiriləcək görüşü Şimali Makedoniya və Bolqarıstandan olan hakimlər briqadası idarə edib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Komandamızın heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.

Xatırladaq ki, millimiz bu turnirdəki ilk oyununda meydan sahibi Bolqarıstan yığması ilə qarşılaşmışdı. Həmin matçda qalib müəyyənləşməmişdi – 1:1. İkinci turda Litva ilə qarşılaşmış U-17 millimiz həmin oyundan da 1 xalla ayrılmışdı – 0:0.

Bununla millimiz qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 2-ci qrup
30 mart

Azərbaycan – Malta 2:2
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya).
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan).
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan).
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi.

Xallar: Bolqarıstan- 7. Litva – 4. Azərbaycan – 3. Malta – 1.

Millinin düşərgəsindən “Arsenal”a pis xəbər

“Arsenal”ın və İngiltərə millisinin futbolçusu Noni Madueke zədələnib.

Futbolpress.az xəbər verir ki, o, yığmanın düşərgəsində xəsarət alıb. Bu barədə millinin baş məşqçisi Tomas Tuxel yerli mətbuata açıqlamasında deyib. Madueke bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Noni bu mövsüm “Arsenal”la Premyer Liqada 20 oyunda 2 qol vurub.

“Xankəndi”dən 14 cavabsız qol

Azərbaycan II Liqasında XX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçirilib.

“Xankəndi” “Kür-Araz”ı 14 cavabsız qolla məğlub edib.

Azərbaycan II Liqası
XX tur

30 mart

Xankəndi – Kür-Araz 14:0
Qollar: B.Teymurov, 18, 42, R.Məhərrəmov, 21, E.Nəsibov, 34, 38, 43, T.Qurbatov, 53, 57, E.Quliyev, 60, 66, M.Canıyev, 69, 85, İ.Səfərzadə, 75, Ə.Mürsəlov, 87

Salah üçün PSJ variantı

“Liverpul”dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını PSJ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Euro Football” portalı məlumat yayıb. Misirli futbolçunun agenti Məhəmməd Yamani parislilərin oyunçuya marağını təsdiqləyib:

“Salah möhtəşəm oyunçudur. PSJ-nin marağı onun hələ də hansı səviyyədə olduğunu göstərir”.

Salah yayda “Liverpul”dan ayrılacaq.

Malta ilə də bacarmadılar

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda son oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan milli Bolqarıstanın Plovdiv şəhərindəki üçüncü görüşündə Malta yığması ilə qarşılaşıb. “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesablı heç-heçə başa çatıb. Azərbaycan yığmasının heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.

Bununla milli qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Qeyd edək ki, U-17 qrupdakı ilk iki oyununda Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə heç-heçə edib.

Tural Qurbanov baş hakim kimi ilk beynəlxalq təyinatını aldı

Azərbaycanlı FIFA referisi Tural Qurbanov karyerası ərzində ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Qurbanov 17 yaşadək futbolçular (U-17) arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək.

Tural Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski yan xətt hakimi kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.

B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.

Xatırladaq ki, Tural Qurbanov qrupun martın 25-də baş tutmuş Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olmuşdu.

Kadisdə fiasko

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində mübarizəsini başa vurub.

Futbolpress.az xəbər verir ki, martın 27-də İspaniyanın Kadis şəhərində start götürən yarışda C qrupunda yer alan komanda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları ilə qarşılaşıb. Milli hər üç görüşdə məğlub olub.

Qeyd edək ki, AVRO-2026-nın ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparıb və qrup birinciləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.

2026 Avropa Çempionatı (2-ci təsnifat mərhələsi)
C qrupu
Oyunların nəticəsi

27 mart
İspaniya – Azərbaycan 3:0 (25:10, 25:19, 25:17)

28 mart
Niderland – Azərbaycan 3:0 (25:11, 25:12, 25:16)

29 mart
Azərbaycan – Estoniya 0:3 (15:25, 20:25, 15:25)

“Qarabağ”dan azarkeşləri üçün güzəştlər

“Qarabağ” Azərbaycan Kuboku çərçivəsində “Sabah” ilə keçiriləcək qarşılaşmada bəzi azarkeş kateqoriyaları üçün xüsusi güzəştlər tətbiq olunacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, qadın azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq.

Eyni zamanda, 15 yaşınadək uşaqlar valideynləri ilə birlikdə stadiona gəldikləri halda biletsiz (ödənişsiz) daxil ola biləcəklər.

15 yaşınadək uşaqlar stadiona tək gəldikləri halda giriş ödənişli olacaq. Uşaqları ilə gələn valideynlər isə özləri üçün bilet əldə etməlidirlər. Yalnız uşaqlar üçün giriş ödənişsizdir (valideyn müşayiəti ilə).

Aprelin 3-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sabah” oyunu saat 20:00-da start götürəcək.

Martines qayıtdı

“İnter”in hücumçusu Lautaro Martines zədəsini sağaldıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Argentinalı hücumçu komandanın son məşqinə qoşulub.

Martines A Seriyasının XXXI turunda “Roma”ya qarşı oyunda meydana çıxa bilər. Matç aprelin 5-də baş tutacaq.

Lautaro Çempionlar Liqasının 1/8 final mərhələsində ötən ay “Bodo-Qlimt”lə birinci matçda (1:3) zədə alıb.

Qurbanova baş hakim kimi ilk beynəlxalq təyinat

FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək. Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.

B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.

“Barselona” kosovolu futbolçu ilə maraqlanır – AÇIQLAMA

“Barselona” Almaniyanın “Hoffenhaym” klubunun futbolçusu Fisnik Asslani ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə oyunçunun agenti Ayman Dahmani “Kicker” nəşrinə açıqlamasında deyib:

“Düzdür, “Barselona”dan oyunçuya maraq var. Artıq onların nümayəndələri ilə ilk əlaqələr qurulub”.

Asslani bu mövsüm “Hoffenhaym”la Bundesliqada 26 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib. O, Kosovo yığmasının da üzvüdür.

Cermeyn Defo ilk dəfə baş məşqçi təyin olundu

Futbol üzrə İngiltərə milli komandasının və “Tottenhem”in keçmiş hücumçusu Cermeyn Defo baş məşqçi təyin olunub.

Arena.az xəbər verir ki, o, bundan sonra “Uokinq”i çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Defo İngiltərənin 5-ci divizionunda mübarizə aparan komandaya baş məşqçi təyin olunması haqda fikirlərini də bölüşüb:

“Uokinq” uzun tarixə və böyük potensiala malik bir klubdur. Bu layihənin bir hissəsi olduğum üçün sevincli və həyəcanlıyam. İşə başlamağı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Cermeyn Defo futbolçu karyerası ərzində “Vest Hem Yunayted”, “Bornmut”, “Tottenhem”, “Toronto”, “Portsmut”, “Sanderlend”, “Reyncers” kimi klublarda forma geyinib. İngiltərənin UU-16, U-18 və U-21 yığmalarında da oynamış ötənlərin məşhur hücumçusu 2004-2017-ci illərdə əsas yığmanın da uğurları üçün çalışıb.

Defo buna qədər “Reyncers”də baş məşqçinin köməkçisi olub, “Tottenhem”də müxtəlif vəzifələrdə çalışıb. O, ilk dəfə baş məşqçi kimi məhz “Uokinq”i çalışdıracaq.

Turindən Milana?

“Yuventus”un futbolçusu Duşan Vlahoviç karyerasını “Milan”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “SportMediaset” portalı məlumat yayıb. “Rossonyerilər” Turin klubunda az şans qazanan forvardı yeni mövsüm üçün əsas transfer hədəflərindən biri hesab edir. “Milan” serbiyalı hücumçuya illik 7 milyon avro maaş verməyə hazırdır.

Vlahoviç 2022-ci ildən “Yuventus”da çıxış edir. O, bu mövsüm 18 oyunda 6 qol vurub.

“Türkiyə millisi çox güclüdür” – Foda

Kosovo millisinin baş məşqçisi Frank Foda dünya çempionatının pley-off mərhələsində Türkiyəyə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis mundial üçün şansların bərabər olduğunu deyib:

“Türkiyə millisi çox güclüdür. Heyətlərində Arda, Kenan, Hakan kimi oyunçular var. Lakin biz də bura öz gücümüzlə gəlmişik. Şanslar bərabərdir. İnanıram ki, yaxşı oyun olacaq”.

Sabah keçiriləcək Kosovo – Türkiyə oyunu saat 23:45-də start götürəcək. Qalib yayda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Millinin sabiq hücumçusu baş məşqçi təyin olundu

İngiltərə millisinin sabiq futbolçusu Cermeyn Defo baş məşqçi təyin olunub.

Futbolpress.az xəbər verir ki, o, ölkəsində “Uokinq” klubunu çalışdıracaq. Bu barədə İngiltərə 5-ci divizion təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Defo futbolçu kimi “Tottenhem”, “Sanderlend”, “Portsmut”da çıxış edib.

Kazemironun planı

“Mançester Yunayted”in futbolçusu Kazemiro “İnter Mayami”nin diqqət mərkəzindədir.

Futbolpress.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, MLS klubu yarımmüdafiəçini heyətinə qatmaq üçün danışıqlara başlamağa hazırlaşır.

Kazemironun isə ilk seçimi MLS deyil. O, yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq Avropa klubunda oynamaq arzusundadır.

Daha əvvəl İtaliya və Almaniya klublarının Kazemiro ilə maraqlandığı bildirilib.

34 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 29 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Əvvəlki “Qəbələ”miz, “Bakı”mız yoxdur…”

“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov Türkiyənin “Başakşəhər” klubunun düşərgəsində təcrübə keçir.

Mütəxəssis “PRO” kateqoriyalı məşqçi kursları çərçivəsində Türkiyəyə səfər edib.

Məmmədov “Futbolpress.az“a açıqlamasında səfər təəssüratlarını bölüşdü:

“Orada çox şeylər gördüm. Nuri Şahinin yanında 5-6 gün oldum, indi isə akademiyadayam. Müşahidə etdiklərim aradakı fərqi aydın göstərir; orada hər şey yüksək səviyyədədir. Ölkə futbolunun əsası uşaq futbolundan başlayır. Bizdə bu sarıdan çatışmazlıqlar az deyil. Bunun da təməlində maliyyə məsələləri durur.

Şahinlə söhbətimdə də bildirdim ki, maliyyə olmayandan sonra futbolçu yetişdirmək də, yaxşı oyunçu gətirmək də çətindir. Onların akademiyalarının komandaları il ərzində 5-6 turnirdə iştirak edirlər. Bizdə isə belə deyil. Düzdür, bəzi akademiyalarımız yaxşıdır, amma say azdır. Maliyyə baxımından bizdə çətinlik yaşanır. Əvvəlki “Qəbələ”miz, “Bakı”mız yoxdur. Düzdür, “Ulduz”, “Neftçi”, “Sabah” kimi akademiyalara diqqət var, onlar daha yaxşıdır. Lakin ümumi götürəndə, bu akademiyalarla iş bitməməlidir. Digər akademiyalar tam olaraq akademiya standartlarına cavab vermir. Valideyn də bilmir uşağı oxutsun, ya idmana göndərsin”.

Məşqçi uşaq futbolunda maliyyənin rolundan, oyun sayının çox olmasının faydalarından da söz açdı:

“Maliyyəsiz futbol mümkün deyil. Azərbaycanda uşaq komandası həftədə 2-3 dəfə məşq edirsə, Türkiyə akademiyalarında hər gün məşq və həftədə  2-3 oyun olur. Türkiyədə aşağı yaş komandaların oyun, məşq sayına diqqət edirlər. Nə qədər çox çalışsan, o qədər bilik qazanırsan. Bizdə isə elə deyil. Məşqlərin də, oyunların da sayı azdır. Ona görə inkişaf onlarla müqayisədə aşağıdır”.

Məmmədov bundan sonra da ölkə xaricində təcrübə keçmək planının olduğunu bildirdi:

“Bu mövzuda klub rəhbərliyi dəstəyini göstərir. Özüm də biliklərimi artırmaq üçün yeni səfərlər nəzərdə tutmuşam. Hələ hansı ölkəyə gedəcəyim məlum deyil. Bütün məşqçilər üçün belə səfərlər, təcrübələr lazımdır”.

Şahin Cəfərov

Yüksək Liqa: 16-cı turun bütün təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 16-cı turun oyunları aprelin 2-də “Olimpik Star”da keçiriləcək.

Xatırladaq ki, “Lənkəran” maliyyə problemlərinə görə çempionatda iştirakını dayandırdığı üçün lider “Neftçi” 16-cı turda meydana çıxmadan 3 xal qazanacaq.

Yüksək Liqa
16-cı tur
2 aprel

Araz-Naxçıvan – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Hidayət Feyzullayev, Ramil Namazov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. “Olimpik Star”. Saat 14:00.

Şuşa – U-19
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Hikmət Qafarlı.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Xallar: Neftçi İK – 40. Araz-Naxçıvan – 37. Baku Fire – 29. Şuşa – 18. U-19 – 9. Lənkəran – 0.

Bombardirlər: Sadeq Caviditavar (“Şuşa”) – 23 qol. Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”), Allef Mayolli (“Neftçi” İK) – 21 qol.

Azərbaycan – Syerra Leone matçı özbəklərə tapşırıldı

“FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Syerra Leone matçının hakimləri bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanı Özbəkistandan olan hakimlər briqadasının idarə edəcək. Oyunun baş hakimi Asker Nacafaliyev olacaq. Ona yan xətt hakimləri İslom Azimov və Baxtiyorxuca Şavkatov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək bu görüşə saat 19:00-da start veriləcək.

FİFA Series-2026
30 mart

19:00. Azərbaycan – Syerra Leone
Baş hakim: Asker Nacafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuca Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev (Hakimlər briqadası Özbəkistandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

“Bir neçə ay əvvəl dünya çempionatında oynaya biləcəyimə inanmırdım”

“Lion”un hücumçusu Endrik açıqlama verib.

Futbolpress.az “FourFourTwo” portalına istinadən xəbər verir ki, braziliyalı futbolçu yayda keçiriləcək dünya çempionatında mümkün iştirakı ilə bağlı danışıb:

“Açığı, bir neçə ay əvvəl dünya çempionatında oynaya biləcəyimə inanmırdım. Amma şükürlər olsun, indi hər şey qaydasındadır. Daha yaxşı olmalıyam və fiziki durumumu yüksək səviyyədə saxlamalıyam. İnanıram ki, yayda mundialda mən də olacağam”.

Endrik mövsümün əvvəlində “Real”da az şans qazandığı üçün Braziliya yığmasına dəvət almırdı. Yanvarda Fransanın “Lion” klubuna keçən və mütəmadi şans qazanan Endrik artıq özünü doğruldub və millinin son toplanışında yer alıb.

Mourinyo: “Neymara hörmətsizlik etdilər”

Portuqaliyalı mütəxəssis Joze Mourinyo braziliyalı futbolçu Neymarın milli komandaya çağırılmamasını tənqid edib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, “Benfika”ya rəhbərlik edən Mourinyo “Santos”da çıxış edən futbolçuya dəvət göndərməməyin yanlış olduğunu deyib:

“Neymara hörmətsizlik etdilər. Portuqaliyada Ronaldonun, Argentinada Messinin heyətə çağırılmadığını düşünün. Neymar da Braziliya millisi üçün bu səviyyədədir. Baş məşqçi Karlo Ançelotti onu çağırmamaqla böyük səhv etdi”.

Braziliya millisinin çalışdırıcısı Karlo Ançelotti Neymarın fiziki durumunun yaxşı olmaması səbəbindən onu yığmaya dəvət etmədiyini açıqlayıb.

Ayxan Abbasov üç oyunçunu kənarda saxladı – adlar

Azərbaycan millisinin “FIFA Series – 2026”da Syerra Leone ilə bu gün keçirəcəyi oyunun iştirak ərizəsi məlum olub.

Futbolpress.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Rahil Məmmədov və yarımmüdafiəçi Aleksey İsayevə ehtiyac duymayıb.

Şahruddin və İsayev Sent Lüsiya ilə matçda da iştirak etməyib. Rahil Məmmədov isə bir hissə oynayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.

U-17 millimiz Plovdivdə Malta ilə üz-üzə

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Maltanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, sözügedən komandalar Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində üz-üzə gələcəklər.

B Liqasının 2-ci qrupunda yer almış millimiz bu rəqiblə Bolqarıstanın Plovdiv şəhərində qarşılaşacaq. “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçiriləcək görüşə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. Oyunu Şimali Makedoniya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, millimiz bu turnirdəki ilk oyununda meydan sahibi Bolqarıstan yığması ilə qarşılaşmışdı. Həmin matçda qalib müəyyənləşməmişdi – 1:1. İkinci turda Litva ilə qarşılaşmış U-17 millimiz həmin oyundan da 1 xalla ayrılmışdı – 0:0.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 2-ci qrup
30 mart

14:00. Azərbaycan – Malta
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya).
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan).
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan).
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi.

Xallar: Litva – 4. Bolqarıstan- 4. Azərbaycan – 2. Malta – 0.

Afrikalılarla üçüncü duel

Futbol üzrə Azərbaycan milli komandası bu gün “FIFA Series-2026” yoldaşlıq turnirində Syerra Leone ilə qarşılaşacaq.

Futbolpress.az-ın məlumatına görə, milli tarixində üçüncü dəfə Afrika təmsilçisi ilə üz-üzə gələcək.

Azərbaycanın əsas yığması buna qədər Kamerun və Mərakeşlə qarşılaşıb. Hər iki matç yoldaşlıq xarakterli olub. Milli 2004-cü ildə Kamerunla heç-heçə edib (0:0), 2018-ci ildə isə Mərakeşə uduzub (0:1).

Kamerunla görüş neytral meydanda – Tunisdə, Mərakeşlə duel isə Kasablankada olub.

Syerra Leone yığması isə sonuncu dəfə 1971-ci ildə Avropa komandası ilə üz-üzə gəlib. Milli həmin ilin yanvarında Qərbi Almaniyanın B komandası ilə yoldaşlıq oyunu keçirib və 0:1 hesabıyla uduzub.

Syerra Leone sonuncu dəfə 2018-ci ildə Afrikadan olmayan bir komandayla üz-üzə gəlib. Afrikalılar Asiyanı təmsil edən İranla yoxlama matçında 0:4 hesabıyla məğlub olub.

Şahin Cəfərov

Londonda qəribə təyinat: baş məşqçi postu futbolçuya həvalə olunur

İqor Tudorla yollarını ayıran “Tottenhem”in müvəqqəti baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” mövsümün sonuna kimi Ben Deyvisə həvalə olunacaq. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Təyinatın yaxın zamanda açıqlanacağı gözlənilir.

Ben Deyvis hazırda komandanın oyunçusudur. O, bu mövsüm 3 oyunda meydana çıxıb.

“Tottenhem” Premyer Liqada 17-ci sıradadır. London klubu dünən baş məşqçisi İqor Tudoru istefaya göndərib.

II Liqada tura bir oyunla yekun vurulacaq

Bu gün Azərbaycan II Liqasında XX tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçiriləcək.

Turnir cədvəlinin ikinci sırasında qərarlaşan “Xankəndi” “Kür-Araz”la qarşılaşacaq. Matça saat 14:00-da start veriləcək.

Azərbaycan II Liqası
XX tur

30 mart

19:00 Xankəndi – Kür-Araz
“Palms Sports” arena, IV meydança

Azərbaycanlı məşqçi Nuri Şahinin yanında təcrübə keçir

“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov Türkiyənin “Başakşəhər” klubunun düşərgəsində təcrübə keçir.

Futbolpress.az-ın məlumatına görə, mütəxəssis “PRO” kateqoriyalı məşqçilik kursları çərçivəsində Türkiyəyə səfər edib.

Məmmədov səfər zamanı həm əsas komandanın baş məşqçisi Nuri Şahin, həm də klubun digər rəsmiləri ilə görüşüb, onlarla bir sıra məsələlərdə fikir mübadiləsi aparıb.

Şahin Cəfərov

Azərbaycan millisinin son sınağı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda bu gün son oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərindəki son görüşündə Malta yığması ilə qarşılaşacaq. “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Qarşılaşmanı Şimali Makedoniya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan yığması qrupda Bolqarıstanla 1:1, Litva ilə isə 0:0 hesablı heç-heçə edib.

30 mart

14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi

“Fransızlar heç vaxt ölmür” pankartı baha başa gəldi

UEFA Fransanın “Lill” klubunu cərimələyib.

Futbolpress.az xəbər verir ki, buna səbəb fanatların Avropa Liqasında “Aston Villa” ilə ev oyununda açdığı pankartlar olub.

Fransalı fanatlar “Fransızlar heç vaxt ölmür”, “Qürurlu. Güclü. Amansız” və “Janna qılıncını qaldırır və “Lill” mübarizəni davam etdirir” yazılan pankartlar açıb.

UEFA pankartlarla yanaşı, azarkeşlərin priotexniki vasitələrdən istifadəsinə görə klubu ümumilikdə 82 min 750 məbləğində cərimələyib.

U-17 Maltaya qarşı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində növbəti oyununa çıxacaq. Msport.az xəbər […]

Source

Millimiz Syerra Leoneyə qarşı

Azərbaycan millisi “FIFA Series – 2026” çərçivəsində bu gün ikinci oyununa keçirib Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi […]

Source

Azərbaycan millisi Syerra Leone yığması ilə üz-üzə

Futbol üzrə Azərbaycan millisi bu gün ölkəmizdə keçirilən “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində son oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ikinci matçında Syerra Leone yığması ilə qarşılaşacaq.

Sumqayıtda keçiriləcək görüşə saat 19:00-da start veriləcək.

Xatırladaq ki, millimiz bu turnirdəki ilk oyununda Sent Lüsiya yığması ilə qarşılaşmışdı. Eyni məkanda baş tutmuş görüşdə komandamız 6:1 hesablı qələbəyə sevinmişdi.

Syerra Leone yığması isə bu turnirdə ilk görüşünü keçirəcək. Çünki Oman yığması Bakıya gəlməkdən imtina etdiyi üçün, Afrika təmsilçisinin martın 27-də keçirilməli olan ilk görüşü baş tutmamışdı.

FIFA Series-2026
30 mart

19:00. Azərbaycan – Syerra Leone
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

“Sabah”ın sabiq baş məşqçisi qovulmaq təhlükəsi ilə üz-üzə

Rusiyanın “Ural” klubu baş məşqçisi Vasili Berezutski ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sport24” nəşri məlumat yayıb. Yekaterinburq təmsilçisi komandanın uğursuz çıxışına görə mütəxəssislə yolları ayırmağı düşünür.

“Ural” Rusiya I Liqasında 3-cü sıradadır. Berezutskinin gəlişindən öncə isə komanda ikinci pillədə qərarlaşmışdı. Mütəxəssis ötən ilin dekabrından “Ural”ı çalışdırır.

Vasili 2024-2025 mövsümündə “Sabah”a rəhbərlik edib. Komanda onun başçılığı altında ötən il Azərbaycan Kubokunu qazanıb.

“Şamaxı”nın legioneri Ruandada “bürünc” qazandı

“Şamaxı”nın futbolçusu Alfons Msanqa Tanzaniya yığmasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Ruandada keçirilən “FIFA Series-2026” çərçivəsində üçüncü yer uğrunda matçda Makau ilə qarşılaşıb. Matç Tanzaniyanın qələbəsiylə başa çatıb – 6:0.

Msanqa görüşdə ikinci hissədə, 46-cı dəqiqədə meydana daxil olub.

Tanzaniya yığması “FIFA Series-2026” turnirində üçüncü olub.

Futbol sevildiyi yerdə çiçək açar

“Oyundan görüntülərə göz yaşları içində baxmışam” – Rusiyada yaşayan bir azərbaycanlının dünən mənə yazdığı mesajdan bir cümlə…

2012/13-cü illərdə mənimlə tez-tez ünsiyyət quran əslən Masallıdan olan ağsaqqal yaşda “Xəzər Lənkəran” azarkeşi sentimental hisslər oyatdı məndə.

Səhər dalaşıb, günorta barışıb, axşam yenidən dalaşırdı…

O vaxt mənimlə belə emosional natarazlıqla ünsiyyət quran “Xəzər Lənkəran” fanatları çox idi. Hər birini anlamağa çalışırdım.

Onlar elə bilirdi ki, XL-in “düşməni” mənəm. Bir az yönləndirmə də var idi, ancaq mən hər şeyin saf, təbii tərəfini düşünməyi üstün tutmağı xoşlayıram. O azarkeşlər o dərəcədə azarkeş idilər ki, sevdiyi kluba bircə kəlimə qınaq tərkibli söz də qondarmazdılar.

“Xəzər Lənkəran”a nə qədər bürokratik badalaqlar vurulsa da, öz yanlış idarəetməsindən dağılacağını yazdığım vaxtlar idi. Bu idi məni onlara “düşmən” cildində göstərən.

Xülasə, getsin o dövrlər…

Təəssüf ki, təhlillərim, proqnozlarım, xəbərlərim doğru çıxmışdı. 2014-də öləziyən “Cənubun mirvarisi” tədricən səhnədən çəkilməyə, qüruba enməyə başladı.

Elə həmin vaxt yazdıqlarıma görə gözünə “düşmən” qismində göründüyüm əksəri zaman-zaman geri döndü, münasibətlərini bərpa etdi. Olanlara görə heyfsləndilər, üzr istədilər.

Heç nə XL-i xilas edə bilmədi. Yalnız özü istəsə, yaşaya bilərdi, boş şeydir, “məhv etdilər” kimi iddilar…

***

Çoxunun xəyalında “Xəzər Lənkəran” yaşayır. Süquta uğramayıb. Reinkarnasiyasına sidq-ürəkdən inananlar, yenidən əzəmətli və sevimli halı ilə bərqərar olacağını böyük inamla gözləyənlər var. Bu halına görə o “Xəzər Lənkəran”ı obrazlı olaraq Latın dilinə bənzətmişdim – özü tarixin yaddaşına köçən, lakin dili yaşayan xalq…

***

Son illər fərqli addımlar atılıb, lakin bərpası mümkün olmayıb. Nisgili qəlbində közərən çox azarkeş bərpasını görmədən köçdü dünyadan, çoxununsa inamı korşalmaqdadır.

2-3 il idi ki, bu ad/mövzu səngiməkdə idi.

Dünən Region Liqasının 1/8 finalında “Bərdə”ni 2:0 hesabıyla məğlub edib 1/4-ə yüksələn “Lənkəran” rəqibi “Fırtınalar meydanı”nda qarşılamışdı.

7 minə yaxın azarkeş!

Region Liqasının 1/8 final oyunu və 7 min insan stadionda… görüntülərdə nisgilqarışıq sevinc, fəxarət hissi adamı öz ağuşuna alır…

Qərib diyarda yaşayan o azarkeşin görüntüləri göz yaşları içində izləməsini deməsi xəyalımda nə epizodlar canlandırdı. Və qəhər düyünü top şəklində uzaqdan vurulmuş möhkəm zərbə kimi üzümə dəymiş hissi yaratdı.

Söz tapmadım.

O azarkeşin gözləriylə baxdım o kadrlara. Dəfələrlə…

Futbol sevildiyi yerdə çiçək açar. Futbolumuzu “baharından məhrum edənlər” o boyda azarkeşin qəhərində, nisgilində boğulacaq!

Elçin Cəlilov

Azərbaycan yığması “FIFA Series-2026″nın qalibi oldu

Azərbaycan milli komandası “FIFA Series-2026” turnirində bu gün final oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşün əsas vaxtı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan milli qalib adını qazanıb.

Azərbaycan yığması bundan əvvəl Sent Lüsiya millisinə qalib gəlib – 6:1.

“FIFA Series-2026”

30 mart

19:00 Azərbaycan – Syerra Leone 1:1 (penaltilər 9:8)

Qollar: Rahil Məmmədov, 72 – Kanu, 28
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Vensan Kompani Maykl Oliseni təriflədi

“Bayern”in baş məşqçisi Vensan Kompani münhenlilərin fransalı cinah hücumçusu Maykl Olise haqda qənaətini açıqlayıb.

Arena.az belçikalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“İşinə müvafiq münasibətlə Olisenin, dünyada ən yaxşı oyunçulardan biri olmaq üçün bütün imkanları var. O, xüsuslara çox diqqətcildir”, deyə Kompani vurğulayıb.

Vensan Kompani Münhen komandasının bütün heyətinin, milli komandalar üçün mart ayında nəzərdə tutulmuş yaz fasiləsindən sonra tam əlçatan olacağına ümid bəslədiyini də vurğulayıb:

“Ümidvaram, yaz fasiləsindən sonra bütün heyət tamamilə ixtiyrımızda olacaq”, deyə Kompani vurğulayıb.

Xatırladaq ki, “Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində 94 oyuna çıxıb, 36 qol və 50 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 14 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Alvaro Arbeloa: “Mən təriflər içində üzmürəm”

İspaniya nəhəngi “Real”ın müvəqqəti baş məşqçisi Alvaro Arbeloa “qaymaqlılar”ın sükanı arxasındakı işini şərh edib.

Arena.az ispan mütəxəssisin müvafiq fikrini təqdim edir:

“Təriflər içində üzmürəm və bilirəm ki, növbəti uğursuzluq halında mənə yenidən şübhə ilə baxacaqlar. Bu, mənim üçün yenilik və gözlənilməzlik deyil”, deyə Arbeloa vurğulayıb.

“Real”ın baş məşqçisi “qaymaqlılar”ın oyunçusu olmaq üçün gərəkli şərti də açıqlayıb:

“Real”ın oyunçusu olmaq çətindir – qalib zehniyyətə malik olmalısan. Mütləq güc-qüvvəni fəda etməlisən”, deyə Arbeloa vurğulayıb.

Xatırladaq ki, Alvaro Arbeloa bu ilin yanvar ayında “Real”a müvəqqəti baş məşqçi təyin edilib. Madrid təmsilçisi 43 yaşlı mütəxəssisin rəhbərliyi altında indiyə qədər 17 oyuna çıxıb. “Qaymaqlılar” bu görüşlərdə 13 qələbə qazanıblar, 4 məğlubiyyətə üzülüblər.

“Tottenhem” İqor Tudoru da istefaya göndərdi

İngiltərə Premyer Liqasında mübarizə aparan “Tottenhem” baş məşqçisi İqor Tudorla yollarını ayırdığını açıqlayıb.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.

Klubun bəyanatında bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırmağa qərar veriblər. Klub rəhbərliyi Tudor və onun məşqçi heyətinə son həftələrdəki əməklərinə görə təşəkkür edib, həmçinin şəxsi itkisi ilə bağlı ona və ailəsinə dəstəklərini bildiriblər.

Xatırladaq ki, xorvatiyalı mütəxəssis fevralın 14-də bu komandaya baş məşqçi təyin edilmişdi. Premyer Liqa təmsilçisi İqor Tudorun rəhbərliyi altında cəmi 7 oyun keçirib, bunların yalnız 1-də qələbə qazanıb, 1-də heç-heçə edib, 5-də isə məğlub olub.

“Tottenhem” hazırda Premyer Liqada 31 oyuna topladığı 30 xalla 17-ci pillədə qərarlaşıb. Londonlular 31 oyunda 7 qələbə qazanıblar, 9 heç-heçə ediblər, 15 məğlubiyyətə üzülüblər.

Tonali üçün “derbi”

“Nyukasl”ın futbolçusu Sandro Tonali yayda klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti” və “Mançester Yunayted” italiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Goal” nəşri məlumat yayıb.

Tonali yayda klubdan ayrılmağa müsbət yanaşır. O, hələ seçimini etməyib.

Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 29 oyunda 2 məhsuldar ötürmə edib.

II Liqada 10 qollu duel

Azərbaycan II Liqasında XX turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Qaradağ Lökbatan” – “Şirvan” matçında 10 qol vurulub.

“Quba” “Ağstafa Gəncləri”ni məğlub edib.

Azərbaycan II Liqası
XX tur

29 mart

“Ağstafa Gəncləri” – “Quba” 0:1
Qol: Bəhram Köçərli, 32.

“Ağdaş” – “Araz Saatlı” 0:0

“Şəmkir” – “Göygöl” 0:0

“Qaradağ Lökbatan” – “Şirvan” 7:3
Qollar: Rəhman Quliyev, 3. Ramil Orucov, 40; 73. Rövşən Şahmuradov, 53; 60-pen. Emil Quluzadə, 86. Sabir Allahquliyev, 87 – Elgün Xəlilov, 13. Elcan Rəsulov, 43. Ramiz Məmmədov, 79.

Tudoru da göndərdilər

“Tottenhem” baş məşqçisi İqor Tudorla vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Tudor ötən aydan komandaya rəhbərlik edirdi. “Tottenhem” onun başçılığı altında 7 oyunda 1 qələbə qazanıb, 5 dəfə uduzub.

Qismət Alıyev: “Xalqımızı sabah da sevindirmək istəyirik”

Azərbaycan millisinin müdafiəçisi Qismət Alıyev “FIFA Series-2026” turnirində Syerra Leone ilə oyundan gözləntisini açıqlayıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah Sumqayıtda üz-üzə gələcəklər.

Qismət Alıyev matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah millimiz üçün daha bir önəmli matç olacaq. Bizim üçün belə oyunların olması UEFA Millətlər Liqası öncəsi çox vacibdir. Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq, bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək.

“Zirə”də ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım. Millinin seçimlərinə hörmət edirəm. Bu gün kimlər millidədirsə, demək ki, ona layiqdirlər”.

Xatırladaq ki, sabah Sumqayıtda keçiriləcək Azərbaycan – Syerra Leone oyununa saat 19:00-da start veriləcək.

Ayxan Abbasov: “2026 ən yaxşı ilimiz ola bilər”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “FIFA Series-2026” turnirində Syerra Leone ilə oyundan gözləntisini açıqlayıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah Sumqayıtda üz-üzə gələcəklər.

Ayxan Abbasov matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Turnirdə ikinci oyunumuza çıxırıq. Rəqib isə ilk matçını keçirəcək. Bu mənada üstünlükləri var. Buna baxmayaraq, evdə oynayırıq. Azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik. Rəqib bu dəfə fərqlidir. İlk rəqiblə müqayisədə, reytinq baxımından bizdən öndədirlər. Son oyunlarını təhlil etmişik. Optimal heyət gəlib. Oyundan-oyuna bizdə yaxşı mənada fərq olmalıdır. Bir toplanışımız qalıb. İnanıram ki, birinci oyundakı ciddiyyət və istəkdən daha fərqli olacaq. Rəqib bunu tələb edir. Hazırıq.

Sent Lüsiya ilə oyunda hava və meydança ağır idi. Amma rəqib də eyni şəraitdə oynayırdı. Fiziki yüklənmə baxımından çətin oldu. Buna baxmayaraq, ilk hissədə Rəhman Daşdəmirovdan başqa bütün futbolçuları dəyişdik. İkinci hissədə meydana girənlər də tempi yüksək tutdular, çox fərq hiss olunmadı.

Səhv etmirəmsə, ilk dəfədir millimiz Afrika təmsiçisi ilə qarşılaşır. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar. Rəqib reytinqdə bizdən üstün ola bilər. Bu xalları elə-belə qazanmırlar. Fransa yüksək liqasında oynayan müdafiəçiləri var, topla yaxşı oynayırlar, texnikalıdırlar. Yaxşı oyun olacaq.

Heyətdə dəyişiklik olacaq. Buna ehtiyac var. Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyət aurasının olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Klubdan fərqli, ən yaxşılar buradadır. Rəqibə görə də nələrsə düşünəcəyik.

Bu turnirdə bərabərlik olandan sonra dərhal penaltilərə keçiləcək. Kimsə qalib gəlməlidir. Bu turniri təşkil edən FİFA-dır. Rəqibləri biz seçmirik. Hər bir rəqibə hörmət etməliyik. Bizdən də qat-qat güclü rəqiblərlə oynadıq. Onların bizə necə hörmət etdiyini gördük. Reytinqdə zəif olan komandalara da uduzmuşuq. Zəiflə də mübarizə aparmaq lazımdır. İlk görüşdə futbolçuların oyuna yanaşması düz idi”.

Ayxan Abbasov milli ilə müqaviləsinin müddətini açıqladı

Ayxan Abbasov həm “Şamaxı”, həm də milli komanda ilə müqaviləsinin müddətindən, eləcə də uğurlu nəticələri davam etdirmək imkanlarından da söhbət açıb:

“Klubla müqaviləmizin müddəti yayda bitir. Mili ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra mövzuları müzkairə edəcəyik. İlin sonuna qədər müqaviləm var. Bu turnir önəmlidir. Oyunlarımıza, nəticələrimizə əsasən qərarlar veriləcək.

Millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir. Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika yaransın. Yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq, yaxşı nəticələr qazanaq. 2026 ən yaxşı ilimiz ola bilər.

Biz ötən il ağır oyunlar keçmişik. Fransa ilə iki ağır oyun oynamaq elə iki illik stressə bəs edir. Kənardan asan gələ bilər. Futbolçular da çox əziyyət çəkdilər. Ukrayna və İslandiya görüşlərdə də həmçinin. Qarşıda isə San Marino və Malta ilə oyunlarımız olacaq. Zəif rəqiblər deyil. FİFA pəncərəsi açıq olanda yaxşı rəqiblər istəyirik. Bir çox rəqiblərlə danışırdıq. Amma rəqib də səni seçməlidir. Futbolçularımız avrokuboklarda, ÇL-də oynayacaqlar. Futbolçular boş dayanmırlar. Allah qoysa, problem olmaz”.

ABL: “Gəncə” son turda “Şəki”yə qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümün sonuncu – 20-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

A qrupunda yer alan komandaların dueli Şəki Olimpiya İdman Kompleksində təşkil edilib. “Şəki” doğma meydanda “Gəncə”yə 73:84 hesabı ilə uduzub.

A qrupunda 20-ci turun qalan oyunları martın 30-31-də baş tutacaq.

A qrupu: Sabah – 37. Abşeron Lions – 36. Gəncə – 29. Neftçi – 28. NTD – 22. Şəki – 22.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

“Qarabağ”dan xanım fanatlarına jest

“Qarabağ” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda aprelin 3-də “Sabah”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, “atlılar” oyuna gəlmək istəyən xanım fanatlar üçün jest edib. Belə ki, xanım azarkeşlər üçün giriş pulsuz olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

“Ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım”

Azərbaycan milli komandası “FIFA Series-2026” yoldaşlıq turnirində sabah Syerra Leone millisi ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, millinin futbolçusu Qismət Alıyev matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. O, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Milli üçün önəmli matç olacaq. Bizim üçün belə oyunların olması Millətlər Liqası görüşləri öncəsi daha vacibdir. Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq, bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək.

– Milli komandada sizin mövqeyinizdə alternativ kimi yalnız Abdulla Rzayev var. Rəqabətin zəif olması durumunuza necə təsir edir?
– “Zirə”də ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım. Millinin seçimlərinə hörmət edirəm. Bu gün kimlər millidədirsə, demək ki, ona layiqdir.

Şahin Cəfərov

Ayxan Abbasov: “Hər rəqibə hörmət etməliyik”

Azərbaycan milli komandası “FIFA Series-2026” yoldaşlıq turnirində sabah Syerra Leone millisi ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, millinin baş məşqçisi Ayxan Abbasov matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. O, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Turnirdə ikinci oyunumuza çıxırıq. Rəqibin isə birinci oyunudur. Bu baxımdan onların bir az üstünlükləri var. Amma oyun evimizdədir və azarkeşlərimizin dəstəyi ilə qələbə qazanmağa çalışacağıq. Syerra Leone yığması Sent Lüsiyadan daha güclüdür. Reytinqdə də bizdən üstündürlər. İnanıram ki, komandamız bu oyunda daha istəkli olacaq. Millətlər Liqasına qədər bir toplanışımız qalıb. Hazır olmağa çalışacağıq.

– İlk oyunda yağışın yağması meydançaya təsir göstərib. Bu sizi narahat edir?
– Həmin oyunda hava və meydança ağır idi. Lakin rəqib də eyni şəraitdə oynayırdı. Fiziki yüklənmə baxımından çətin oldu. Buna baxmayaraq, ilk hissədə Rəhman Daşdəmirovdan başqa bütün futbolçuları dəyişdik. İkinci hissədə meydana girənlər də tempi yüksək tutdu, çox fərq hiss olunmadı.

– Canni De Byazinin belə bir uğur gətirən inancı (totemi) var idi: qələbələrdən sonra mətbuat konfransına Emin Mahmudovla gəlirdi. Siz niyə belə etmədiniz?
– Millidə olandan bu yana, istəyirəm ki, bütün futbolçular bu məsuliyyəti dərk etsinlər. Onların sizin qarşınıza çıxması və danışması vacibdir. Bizim xüsusi inancımız yoxdur; istəyirik ki, hər kəs mətbuat önünə çıxsın.

– Syerre-Leona millisi haqda çox şey bilmirik. Bu komanda hansı üslubda oynayır, kimdən çəkinmək lazımdır, bilmirik. Onları təhlil edə bilmisiniz?
– Səhv etmirəmsə, ilk dəfədir millimiz Afrika təmsiçisi ilə qarşılaşır. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar. Rəqib reytinqdə bizdən üstün ola bilər. Onlar da xalları elə-belə qazanmayıb. Fransa yüksək liqasında oynayan müdafiəçiləri var, topla oynayırlar, texnikalıdırlar.

– Sent Lüsiya ilə matçda ehtiyatdan oyuna qoşulanlardan sabah kimlərə şans verəcəksiniz? Rotasiyalar çox olacaq?
– Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyət aurasının olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Bura ən yaxşılar gəlir. Rəqiblərə görə seçimlər edəcəyik.

– Köməkçilərinizi Millətlər Liqasındakı rəqiblərdən Litva və ya Lixtenşteynin görüşlərinə göndərmisiniz?
– Yay toplanışında rəqiblərimizi yaxından izləmək planımız var. Köməkçilərimiz də orada ola bilər, özümüz də. İndiki yoldaşlıq görüşlərini yaxından izləyirik. Lixtenxşteyn Tanzaniyaya qalib gəldi. Litva Gürcüstanla oynayırdı. Yaxşı, mübariz komandadır. Bizim onlardan böyük üstünlüyümüz yoxdur. Futbolçuların milliyə yaxşı formada gəlməsi vacibdir.

– Sabah bərabərlik qeydə alınarsa, bunu uğurlu hesab etmək olar?
– Bu turnirdə bərabərlik olandan sonra dərhal penaltilərə keçəcəklər. Kimsə qalib gəlməlidir. Bu turniri təşkil edən FIFA-dır. Rəqibləri biz seçmirik. Hər rəqibə hörmət etməliyik. Bizdən də qat-qat güclü rəqiblərlə oynadıq. Onların bizə necə hörmət etdiyini gördük. Reytinqdə zəif olan komandalara da uduzmuşuq. Zəiflə də mübarizə aparmaq lazımdır. İlk oyunda istədiyimiz o idi ki, futbolçular oyuna düzgün yanaşsınlar.

– Qələbə sizin özünüz üçün nə qədər vacibdir?
– Millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir. Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika yaransın. Yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq. Bu il imkan var ki, ən yaxşı ilimiz olsun.

– Bir dəfə demişdiniz ki, müqaviləniz U-21-də fəaliyyətinizə əsasən davam edir. AFFA bu haqda ətraflı açıqlama verməyib. Millətlər Liqasındakı nəticələr millidəki fəaliyyətinizə təsir göstərəcək? Həm də “Şamaxı”nın baş məşqçi axtarışına çıxdığı xəbərlər dolaşır…
– Klubla müqaviləm yaya kimidir. Milli ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra mövzuları müzkairə edəcəyik. İlin sonuna qədər müqaviləm var. Bu turnir önəmlidir. Qərarlar veriləcək.

– Milli komanda bir müddət özünə bərabər rəqiblərlə qüvvəsini sınayacaq. Daha sonra Avropa çempionatının seçmə mərhələsində güclü komandalarla oynayarkən çətinlik çəkməyəcəksiniz ki? 
– Yox. Məncə, problem olmaz. Ağır oyunlar keçmişik. Fransa ilə iki ağır oyun oynamaq iki illik stressə bəs edir (gülür). Kənardan asan görünə bilər. Futbolçular da çox əziyyət çəkdilər. Ukrayna və İslandiya görüşlərdə də həmçinin. San-Marino və Malta ilə oyunlarımız olacaq. Bunlar zəif rəqiblər deyil. Üstəlik, rəqib seçimi yalnız bizdən asılı deyil, qarşı tərəfin də razılığı mütləqdir.

Şahin Cəfərov

Millimizin rəqibi Gürcüstana uduzdu

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən Litva yığması bu gün yoldaşlıq oyunu keçirib. Msport.az xəbər verir ki, pribaltikalılar Kaunasda Gürcüstan […]

Source

İkinci Liqa: “Qaradağ” – “Şirvan” matçında 10 qol

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Ağdaş” – “Araz Saatlı” və “Şəmkir” – “Göygöl” matçlarında qapılara qol vurulmayıb. “Ağstafa Gəncləri”nin qonağı olmuş “Quba” 3 xalı tək qolla qazanıb. 10 qolun qeydə alındığı “Qaradağ Lökbatan” – “Şirvan” matçında isə meydan sahibləri darmadağına seviniblər.

20-ci tura martın 30-da keçiriləcək “Xankəndi” – “Kür-Araz” oyunu ilə yekun vurulacaq.

İkinci Liqa
20-ci tur
28 mart

“Şəki” – “Dinamo” 1:6
Qollar: Tahir Zeynalov, 5 – Valeh Seyidov, 13-pen; 61; 89-pen. Yadigar Qarayev, 39; 71. Əli Abbasov, 59.
Hakimlər: Xəlil Xəlilov, Rəhman Aslanov, Elman Kərimov, Elçin Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

29 mart

“Ağstafa Gəncləri” – “Quba” 0:1
Qol: Bəhram Köçərli, 32.
Hakimlər: Səbuhi Bayramov, Tural Bayramov, Rəşad Quliyev, İrşad Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Ağdaş” – “Araz Saatlı” 0:0
Hakimlər: Nahid Xasıyev, Vüqar Bayramov, Hüseyn Vəliyev, Vüqar Alıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağdaş şəhər stadionu, 15:00.

“Şəmkir” – “Göygöl” 0:0
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Elmin Süleymanov, Hacıağa Həsənov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Şirvan” 7:3
Qollar: Rəhman Quliyev, 3. Ramil Orucov, 40; 73. Rövşən Şahmuradov, 53; 60-pen. Emil Quluzadə, 86. Sabir Allahquliyev, 87 – Elgün Xəlilov, 13. Elcan Rəsulov, 43. Ramiz Məmmədov, 79.
Hakimlər: Rövşən Rəcəbov, Sevda Nuriyeva, Ruslan Babayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

30 mart

“Xankəndi” – “Kür-Araz”
Hakimlər: Rəsul Babayev, Sənan Atayev, Aydın Baxşıyev, Ləman Əmirli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

Xulian Alvares “Atletiko”nu tərk edir?

Madrid “Atletiko”sunun argentinalı mərkəz hücumçusu Xulian Alvares “Barselona” və “Arsenal”ın maraq dairəsinə düşüb.

Arena.az xəbər verir ki, müvafiq mənzərədə “döşəkçilər”in idman direktoru, ispan mütəxəssis Mateu Alemani argentinalı ulduzun “döşəkçilər”in heyətində qalacağını bildirib:

“Xulian bizimlə qalacaq. Onun klubla müqaviləsi var. Alvareslə bağlı heç bir fəsad yaşamırıq”, deyə Alemani vurğulayıb.

Yayda Madrid “Atletiko”sunu digər aparıcı oyunçularının da tərk edəcəyi ilə bağlı müxtəlif səpgili şayiələr dolaşır. Antuan Qrizmanın MLS-ə üz tutacağı artıq dəqiqləşib. Onunla yanaşı, Yan Oblak və Xulian Alvaresin də “döşəkçilər”dən ayrılacaqları ilə bağlı şayiələr səngimir.

Müvafiq mənzədə “Atletiko”nun baş məşqçisi, argentinalı mütəxəssis Dieqo Simeno bildirib ki, müvafiq söz-söhbət əsassızdır və “döşəkçilər”in aparıcı oyunçularının Madrid klubundakı gələcəyi ilə bağlı heç bir narahatlıq duymur.

Bu arada “Barselona”nın idman direktoru Deku da Xulian Alvaresin Kataloniya klubuna mümkün keçidi ilə bağlı sualı cavablayıb. Dekunun müvafiq cavabını təqdim edirik:

“Xulian Alvaresin bizimlə müqavilə imzalamasını müzakirə etməmişik. Çünki indi bunun vaxtı deyil”, deyə Deku vurğulayıb.

AFFA rəsmiləri nə üçün Moskvaya gedib?

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin aparıcı mütəxəssisi Şəbnəm Eyyubova və Futbolda Sosial Layihələr üzrə menecer Zəhra Vəlizadə Rusiya Futbol İttifaqı (RFİ) tərəfindən təşkil olunan Dayanıqlı İnkişaf və Futbolda Sosial Məsuliyyət mövzusuna həsr edilmiş seminarda iştirak ediblər.

Futbolpress.az xəbər verir ki, Moskvada təşkil edilən iki günlük tədbirdə Rusiya futbol klublarının nümayəndələri, həmçinin Qazaxıstan və Belarusdan olan həmkarlar iştirak ediblər. Seminarın əsas məqsədi futbolda dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsində təcrübə mübadiləsi aparmaq, mövcud təşəbbüsləri müzakirə etmək və əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.

Seminar çərçivəsində AFFA nümayəndələri tərəfindən assosiasiyanın həyata keçirdiyi sosial və inklüziv layihələrə dair təqdimat edilib.

Stolüstü tennisçilərdən Avrasiya Liqasında uğurlu çıxış

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Aktobe şəhərində təşkil olunan Avrasiya Liqası yarışında inamla çıxış ediblər.

Futbolpress.az xəbər verir ki, gənclərdən ibarət seçmənin baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən ibarət komanda ilk turun 6 görüşündən 5-də qələbə qazanıb. Yalnız bir oyunda uduzan Azərbaycan komandası ümumi nəticələrə əsasən yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb. Avrasiya Liqasının növbəti turunun görüşləri 28-31 may tarixlərində keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda anoloji yarışda debüt edib. 8 oyundan 7-də qələbə qazanan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kollektiv də ilk turun nəticələrinə əsasən ikinci pillədə qərarlaşıb.

Noyer “Real”la oyuna hazır olacaq

“Bayern”in qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1\4 final mərhələsinin “Real”la aprelin 7-də keçiriləcək oyununda iştirak edə biləcək. Msport.az xəbər verir […]

Source

Kimi Antonelli Formula 1-in tarixinə düşdü

“Mercedes” komandasının italiyalı gənc pilotu Andrea Kimi Antonelli Formula 1 üzrə dünya çempionatlarının tarixinə düşüb.

Arena.az xəbər verir ki, 19 yaşlı idmançı buna Yaponiya qran-prisində qalib gəlməklə nail olub.

İtaliyalı pilot hazırda 72 xalla ümumi sıralamada liderdir. Onu 63 xalla komanda yoldaşı Corc Rassel izləyir.

Antonelli Formula 1 tarixində liderliyə yüksəlmiş ən gənc pilot olub. O, bunu 19 yaş 216 günlüyündə bacarıb.

Xatırladaq ki, əvvəlki rekord hazırda “Ferrari”nin uğurları üçün çalışan təcrübəli pilot Luis Hamiltona (22 yaş 126 günlük) məxsus idi.

Kimi Antonelli yenicə başlamış Formula 1 üzrə dünya çempionatının 2026-cı il mövsümündə uğurlu çıxışı ilə diqqət mərkəzindədir. Cari mövsümün ilk qran-prisini onun komanda yoldaşı Corc Rassel qazanmışdısa, Çində və Yaponiyada təşkil edilmiş növbəti qran-prilərdə məhz Antonelli hamıdan sürətli olub.

Babək Quliyev Rumıniya – San Marino matçına təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor, keçmiş futbol hakimi olan Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Babək Quliyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 31-də keçiriləcək Rumıniya – San Marino görüşünün hakim-inspektoru olacaq. A qrupunun qarşılaşması Tırqovişte şəhərində yerləşən “Eugen Popesku” stadionunda baş tutacaq.

Xatırladaq ki, Rumıniyanın U-21 yığması A qrupunda 10 xalla 3-cü pillədə qərarlaşıb. Keçirdiyi 6 oyunun hamısından məğlubiyyətlə ayrılmış San Marino yığması isə sonuncu – 6-cıdır. Qrupa 18 xalı olan İspaniya yığması liderlik edir. Finlandiya 13 xalla 2-ci, Kosovo 8 xalla 4-cü, Kipr 3 xalla 5-ci sırada yer alıb.

Cim Retkliff Maykl Karrikin işini qiymətləndirdi

“Mançester Yunayted”in həmsahibi, britaniyalı milyarder Cim Retkliff komandanın baş məşqçisi Maykl Karrikin işini qiymətləndirib.

Arena.az xəbər verir ki, o, uğurlu nəticələri ilə diqqət çəkdiyi mənzərədə, ingilis mütəxəssisin işinə belə qiymət verib:

“Karrik işinin öhdəsindən əla gəlir. Vəzifəsini daimi əsasda nə vaxt alacaq? Bu haqda hələ danışmayaq”, deyə Cim Retkliff vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayted” rəhbərliyi “qırmızı şeytanlar”ın sükanını cari mövsümün sonuna qədər müddətə ingilis mütəxəssis Maykl Karrikə müvəqqəti həvalə edib. Amma komanda bu məşqçinin rəhbərliyi altında uğurlu çıxışı ilə diqqət mərkəzindədir. MY Karrikin rəhbərliyi ilə meydana çıxdığı 10 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Mançester təmsilçisi hazırda İngiltərə Premyer Liqasının yarış cədvəlində 55 xalla 3-cü pillədə qərarlaşıb ki, bu da əksər mütəxəssislərin proqnozlaşdırmadığı bir göstəricidir. Böyük ehtimalla “Mançester Yunayted” bu mövsümün sonunda ən azı UEFA Çempionlar Liqasına vəsiqə qazana bilsə, Karrik baş məşqçi vəzifəsinə təsdiqlənəcək və komandada qalacaq.

Uzun illər futbolçu kimi “Mançester Yunayted”ə xidmət etmiş Karrik daha öncə “Midlsbro”da da baş məşqçilik edib.

Vaqner Lav karyerasını qolla bitirdi

Futbol üzrə Braziliya milli komandasının sabiq hücumçusu, 41 yaşlı Vaqner Lav aktiv futbolçu karyerasının sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu son matçında qol da vurmağı bacarıb.

O, Braziliyada Nodersdet kubokunda “Retro”nun heyətində “Seara”ya qarşı (3:1) görüşdə 94-cü dəqiqədə rəqib qapısına yol tapıb. Bu qol onun karyerasındakı 423-cü qol kimi tarixə düşüb.

Vaqner Lav karyerası ərzində “Sport Resife”, “Avai”, “Atletiko Qoyanense”, “Kayrat”, “Korintians”, “Beşiktaş”, “Alanyaspor”, “Midtyulland”, “Monako”, “Şandonq Lunenq”, ÇSKA (Moskva), “Flamenqo” və “Palmeyras” klublarının da formasını geyinib. O, 2025-ci ilin yayında anlaşdığı “Retro”nun heyətində bütövlükdə 24 oyun keçirib, 5 qol vurub.

Hücumçu Braziliya yığmasında keçirdiyi 20 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Millinin heyətində iki dəfə Amerika Kubokunun qalibi olmuş Lav, klub karyerasındakı əsas uğurlarına da ÇSKA və “Kayrat”ın heyətində nail olub.

Rodri “Mançester Siti”nin iddiasını, Qvardiola fəsadını açıqladı

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri İngiltərə Premyer Liqasında çempionluq uğrunda sona qədər mübarizə aparacaqlarını açıqlayıb.

Arena.az ispan dayaq yarımmüdafiəçisinin müvafiq fikrini təqdim edir:

“Əl-qolumuzu sallamaq fikrində deyilik. Biz sonadək mübarizə aparmağa davam edəcəyik. Əlbəttə, “Arsenal”la aramızdakı xal fərqi xeyli böyükdür, amma biz sona qədə mübarizə aparacağıq”, deyə Rodri vurğulayıb.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola isə “şəhərlilər”in əsas fəsadını açıqlayıb. İspan mütəxəssisin müvafiq açıqlamasının təqdim edirik:

“Mən hələ də komandamıza mütləq sabitliyi təmin etmək üçün usul axtarışındayam”, deyə “Pep” vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 30 oyuna topladığı 61 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Şəhərlilər” 18 qələbə qazandıqları halda 7 heç-heçə ediblər, 5 məğlubiyyətə üzülüblər.

Premyer Liqanın turnir cədvəlinin ilk pilləsində 31 oyundan sonra 70 xalı olan “Arsenal” qərarlaşıb.

Formula 1: Kimi Yaponiyada da hamını qabaqladı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsi – 3-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Suzuka şəhərində təşkil olunub.

Bundan əvvəlki Çin qran-prisində olduğu kimi, Yaponiya qran-prisində də “Mersedes”in gənc pilotu Kimi Antonelli qalib olub. 19 yaşlı italiyalı sürücü 53 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində 2-ci zəfərdir.

İkinci yeri “Maklaren”in pilotu Oskar Piastri tutub. İlk üçlüyü “Ferrari”nin pilotu Şarl Lekler qapayıb.

Beləliklə, geridə qalmış 3 mərhələdən sonra Kimi Antonelli 72 xalla vahid liderdir. Antonellinin komanda yoldaşı Corc Rassel 63 xalla ikinci pillədə qərarlaşıb. “Ferrari”nin pilotu Şarl Lekler isə 49 xalla üçüncüdür.

Mühəndislər Kubokunda “Mersedes” 135 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 90 xalla ikinci, “Maklaren” isə 46 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 4-cü qran-prisi Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Mayamidə baş tutacaq bu yarış mayın 3-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 72
  2. Corc Rassell (Mersedes) – 63
  3. Şarl Lekler (Ferrari) – 49
  4. Luis Hamilton (Ferrari) – 41
  5. Lando Norris (Maklaren) – 25
  6. Oskar Piastri (Maklaren) – 21
  7. Oliver Berman (Haas) – 17
  8. Pyer Qasli (Alpin) – 15
  9. Maks Ferstappen (Red Bull) – 12
  10. Liam Louson (Rasinq Bulls) – 10
  11. Arvid Linblad (Rasinq Bulls) – 4
  12. İsaak Hacar (Red Bull) – 4
  13. Qabriel Bortoleto (Audi) – 2
  14. Karlos Sayns (Uilyams) – 2
  15. Esteban Okon (Haas) – 1
  16. Franko Kolapinto (Alpin) – 1
  17. Aleksander Albon (Uilyams) – 0
  18. Serxio Peres (Kadillak) – 0
  19. Niko Hulkenberq (Audi) – 0
  20. Fernando Alonso (Aston Martin) – 0
  21. Valtteri Bottas (Kadillak) – 0
  22. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 135
  2. Ferrari – 90
  3. Maklaren – 46
  4. Haas – 18
  5. Alpin – 16
  6. Red Bull – 16
  7. Rasinq Bulls – 14
  8. Audi – 2
  9. Uilyams – 2
  10. Kadillak – 0
  11. Aston Martin – 0

Riad Rəfiyev Harvardın məzunu oldu – AÇIQLAMA

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev Avropa Futbol Klubları (EFC) və “Harvard Business School”un birgə layihəsi olan “Executive Leadership Programme” proqramını uğurla başa vurub.

Yüksək səlahiyyətli futbol menecerləri üçün nəzərdə tutulan proqram liderlik, strateji qərarvermə və innovativ idarəçilik bacarıqlarının inkişafını dəstəkləyir.

Proqram çərçivəsində iştirakçılar ABŞ-nin Boston şəhərində yerləşən Harvard kampusunda keçirilən intensiv sessiyalarda, həmçinin onlayn dərslərdə və Avropada təşkil olunan yekun mərhələdə iştirak ediblər.

Proqramın mükafatlandırma mərasimi Parisdə, “Park de Prens” stadionunda keçirilib.

Qeyd edək ki, sözügedən proqram EFC və “Harvard Business School”un ilk birgə layihəsidir. İlk tədris prosesində PSJ, “Mançester Siti”, “Çelsi”, “Yuventus”, “Nyukasl”, “Monako”, “Fənərbağça”, “Real Betis” və digər Avropa klublarının top menecerləri iştirak ediblər.

Rəfiyev qatıldığı təhsil proqramı ilə bağlı “Futbolpress.az”a açıqlama verdi:

“Bildiyiniz kimi, “Sumqayıt” Futbol Klubu Avropa Futbol Klublarının (EFC) üzvlərindən biridir. Biz mütəmadi olaraq EFC-nin tədbirlərində iştirak edirik. Budəfəki proqram isə top menecerlər üçün təşkil olunmuşdu. İlk dəfə idi ki, “Harvard Business School” və EFC belə bir proqram təşkil edirdi. Ölkəmizi və “Sumqayıt” Futbol Klubunu Avropanın top klublarının sırasında təmsil etməkdən qürur duyuram. Ümid edirəm ki, qazandığım təcrübə gələcəkdə həm rəhbərlik etdiyim klubumuza, həm də ümumilikdə Azərbaycan futboluna fayda verəcək”.

Kamil Əhməd

Ölkə çempionatında böyük final

Minifutbol üzrə ölkə çempionatında 2025/2026 cı il mövsümünə yekun vurulur.

Futbolpress.az xəbər verir ki, liqanın həlledici matçında “Zirə” və “Birbaşa Bakı” komandaları qarşılaşacaq. Bir tərəfdə dördqat ölkə çempionu “Birbaşa Bakı” digər tərəfdə isə çempionluq arzusu heç cür reallaşmayan “Zirə”.

Böyük maraqla gözlənilən bu qarşılaşma 3 aprel, saat 20:30-da Bakı Tennis Akademiyasında keçiriləcək. Final görüşü “İdman TV” və AMF-nin rəsmi yutub səhifəsindən canlı yayımlanacaq.

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı

Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçilərindən biri olan Tofiq Musayev bu gün növbəti döyüşünü keçirib.

Arena.az xəbər verir ki, 36 yaşlı idmançı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Sietl şəhərində təşkil olunmuş turnirdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.

Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu, Azərbaycan təmsilçisinin UFC-də ilk qələbəsi olub.

Qeyd edək ki, idmançımız ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzmuşdu. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olmuşdu.

36 yaşlı idmançımız görüşdən sonra sosial şəbəkə hesabında paylaşım edib. “Sənə inanmadıqları zaman sən əksini sübut edirsən”, – o vurğulayıb.

“Liverpul”da dəyişiklik qərarı

“Liverpul” mövsümün sonunda baş məşqçi dəyişikliyi edəcək.

Futbolpress.az xəbər verir ki, klub hazırda komandaya rəhbərlik edən Arne Slot ilə yolları ayıracaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Slotun əvəzinə bu posta Xabi Alonso gətiriləcək. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.

“Liverpul” Premyer Liqada 31 turdan sonra 49 xalla 6-cı sıradadır.

Xabi daha əvvəl “Bayer” və “Real”da çalışıb.

“İnter”in futbolçusu “Barselona” yolunda

“İnter”in və İtaliya millisinin futbolçusu Alessandro Bastoni karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Barselona”nın təklifini qəbul edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Kataloniyalılar “İnter”lə danışıqları davam etdirir.

Bastoni bu mövsüm 35 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Salah sabiq klubuna qayıda bilər

“Liverpul”dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Roma” misirli hücumçunun xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. 33 yaşlı futbolçu qərarını mövsümün sonunda verəcək.

Salah daha öncə 2015-2017-ci illərdə “Roma”nın formasını geyinib.

Misirli futbolçu 2017-ci ildən “Liverpul”da çıxış edir. O, “qırmızılar”la 435 oyunda 255 qol vurub.

Tofiq Musayevdən inamlı qələbə

Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev növbəti döyüşünə çıxıb. Msport.az xəbər verir ki, o, ABŞ-nin Sietl şəhərində təşkil olunan görüşdə İqnasio […]

Source

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı

Tofiq Musayev UFC-də ikinci döyüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, o, ABŞ-nin Sietl şəhərində təşkil olunan görüşdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb. Üç raundun yekununda hakimlərin qərarı ilə qalib elan edilən Tofiq UFC-də ilk qələbəsini qazanıb.

Tofiq UFC-də ilk döyüşündə Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub.

Xatırladaq ki, Musayev ötən ilin aprelində UFC ilə 4 döyüşlük müqavilə imzalayıb.

“Gələcəyimi “Arsenal”da görürəm”

“Arsenal”ın futbolçusu Kay Haverts klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, hücumçu klubdan ayrılacağı ilə bağlı çıxan xəbərləri yalanlayıb:

“Düzü, “Arsenal”dan gedəcəyimlə bağlı xəbərlərə rast gəlməmişəm. Bunlar real deyil. Burda özümü evimdəki kimi hiss edirəm. Düşünürəm ki, komandada da məndən razıdırlar. Gələcəyimi “Arsenal”da görürəm”.

Tanınmış “Qarabağ” azarkeşi vəfat etdi

“Qarabağ” azarkeşi kimi sosial şəbəkədə tanınan Zəfər Hacılı vəfat edib.

Futbolpress.az xəbər verir ki, mərhum fanat üç gün əvvəl etdyi paylaşımda vəziyyətinin pis olduğunu bildirib:

“Bu gün saat 16:57-də nəfəs ala bilməmək, boğulma və güclü öskürək səbəbilə 103-ə zəng etdim. Vəziyyətim hazırda da ağırdır, hələ də normal nəfəs ala bilmirəm. Bu problem məndə xronikidir, əvvəllər də olub və bilirəm ki, müalicəsiz keçən şey deyil. Bronxlarım tam tutulub, boğulma hissi ilə qalmışam. Təcili Tibbi Yardım gəldi, saturasiyamı ölçdülər və çox aşağı çıxdı. Məni xəstəxanaya aparmaq istədilər, amma əvvəl zəng edib dedilər ki, qızdırmam çox deyilsə xəstəxana qəbul etməyəcək, geri qaytaracaq. Bu nə yanaşmadır? Bu arada temperaturumu ölçdülər, 38 çıxdı. Sonra briqadaya deyildi ki, sadəcə qızdırmaya qarşı iynə vurun və gedin. Mənim problemim qızdırmadır? Mən nəfəs ala bilmirəm, boğuluram. Saturasiyam aşağıdır. Bir insanın bu vəziyyətdə bu cür yola verilməsi açıq-aşkar məsuliyyətsizlikdir. İnsan həyatına bu qədər laqeyd yanaşmaq nə deməkdir? Hələ də ağır vəziyyətdəyəm və real kömək ala bilməmişəm. Bu məsələ ilə bağlı ciddi araşdırma tələb edirəm. Bu cür yanaşma qəbuledilməzdir”.

Kazemiro: “Qərarım qətidir”

“Mançester Yunayted”in futbolçusu Kazemiro yayda klubdan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “The Athletic” nəşrinə açıqlamasında qərarının qəti olduğunu bildirib:

“Qərarım qətidir. Yayda “Mançester Yunayted”dən ayrılacağam”.

Kazemironun adı ABŞ və Səudiyyə Ərəbistanı klubları ilə hallanır.

ABL: “Ordu” qrup lideri oldu, pley-offa yüksəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümün (2025/2026) sonuncu – 20-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

B qrupunda yer almış komandalardan “Naxçıvan” “Quba” ilə qarşılaşıb. Qarşılaşma Quba Olimpiya Kompleksində keçirilib. Naxçıvan təmsilçisi rəqibini 103:96 hesabıyla məğlub edib.

Daha sonra “Ordu” komandası “Lənkəran”la üz-üzə gəlib. Matç “Sərhədçi” İdman Mərkəzində baş tutub. “Ordu” yekunda 107:65 hesabıyla qalib gəlib.

Son olaraq “Sərhədçi” “Sumqayıt”la qarşılaşıb. “Sərhədçi” İdman Mərkəzində keçirilmiş oyun meydan sahiblərinin 93:89 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyunlardan sonra B qrupundakı mübarizəyə yekun vurulub. Yarış cədvəlindəki yekun vəziyyət belədir:

“Ordu” – 38. “Naxçıvan” – 36. “Sərhədçi” – 28. “Sumqayıt”, “Quba” – 27. “Lənkəran” – 24.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Yüksək Liqa: “Abşeron” uduzdu, “Gəncə” qalib gəldi

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) pley-off mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 1/4 final mərhələsinin daha iki oyunu baş tutub.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil edilib.

İlk qarşılaşma UNEC-lə “Gəncə” arasında keçirilib. Gəncə təmsilçisi üzərində bu görüşdə çətin qələbəyə sevinib.

Günün digər matçında isə “Abşeron”la “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib. Oyun “tələbələr”in xeyrinə bitib.

Xatırladaq ki, ötən gün baş tutmuş bu raudun ilk görüşlərində “Azərreyl” “DH Volley”ə, “Murov” isə “Turan”a 0:3 hesabı ilə uduzmuşdu.

1/4 final mərhələsinin cavab matçları 2-3 apreldə keçiriləcək.

Yüksək Liqa
1/4 finalın ilk oyunları
28 mart

UNEC – “Gəncə” 2:3 (19:25, 21:25, 25:16, 25:23, 14:16)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

“Abşeron” – “Milli Aviasiya Akademiyası” 2:3 (23:25, 26:24, 21:25, 25:22, 6:15)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Ayxan Abbasov Syerra Leone ilə oyundan öncə jurnalistlərlə görüşəcək

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov martın 29-da jurnalistlərlə görüşəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Syerra Leone oyunu öncə mətbuat konfransları və mətbuat üçün açıq məşqlər təşkil olunacaq.

Oyundan bir gün öncə Syerra Leone milli komandasının baş məşqçisinin mətbuat konfransı baş tutacaq. Daha sonra millimizə rəhbərlik edən Ayxan Abbasov jurnalistlər önünə çıxacaq. Rəqibin məşqi və mətbuat konfransı Sumqayıtda baş tutacaq. Millimizin son məşqi və mətbuat konfransı isə “Dalğa Arena”da təşkil ediləcək.

“FIFA Series – 2026”

29 mart

Syerra Leone milli komandası
18:00. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Kapital Bank Arena”)

Azərbaycan milli komandası
18:30. Mətbuat konfransı (“Dalğa Arena”)
19:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)

AFFA 11 Liqanın oyunlarını təxirə saldı – Yağışa görə

AFFA-nın bayrağı altında təşkil edilən bəzi liqaların oyunları ölkə ərazisindəki qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Qurumdan verilən digər məlumata görə, U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında həftəsonu keçirilməsi planlaşdırılan oyunları da qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar təxirə salınıb.

“Real”ın yetirməsi milli seçimini etdi

“Real”ın gənc futbolçusu Tiaqo Pitarç milli komanda seçimini edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi İspaniya yığmasında oynayacağını açıqlayıb. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Pitarç “Real”ın yetirməsidir. O, bu mövsüm La Liqada və Çempionlar Liqasında 4 oyuna çıxıb.

Yarımmüdafiəçi daha əvvəl Mərakeşin U-18, İspaniyanın U-20 yığmasında çıxış edib.

U-19 millimiz Şimali İrlandiyaya uduzdu, sonuncu oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.

Arena.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer almış millimiz Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşıb.

Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində baş tutmuş görüş “Raudondvario” stadionunda keçirilib. Qarşılaşmanı Portuqaliya və Moldovadan olan hakimlər briqadası idarə edib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub.

Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya da uduzmuşdu – 0:4.

Beləliklə, 3 komandalı qrupda yer almış U-19 millimiz hər iki görüşdə uduzduğu üçün sonuncu yeri tutub.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 6-cı qrup

28 mart

Şimali İrlandiya – Azərbaycan 2:1
Baş hakim: Miguel Noqeyra (Portuqaliya).
Baş hakimin köməkçiləri: Paulo Bras (Portuqaliya), Anatolie Basiul (Moldova).
Dördüncü hakim: Yon Orlik (Moldova).
Kaunas, “Raudondvario” stadionu.

Rafinya millidə zədə aldı – “Barselona”ya təzminat ödəniləcək

Futbol üzrə Braziliya millisinin və İspaniyanın “Barselona” komandasının hücumçusu Rafinya uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, braziliyalı futbolu milli komandanın düşərgəsində ağır zədə alıb.

Belə ki, hücumçu Braziliya millisinin Fransa yığmasına qarşı keçirdiyi yoxlama oyununda (1:2) sağ bud əzələsini zədələyib. Onun ən az 5 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Yeri gəlmişkən, FİFA Rafinyanın aldığı zədəyə görə “Barselona”ya kompensasiya ödəməli olacaq. “Mundo Deportivo”nun iddiasına görə, 29 yaşlı futbolçunun sağalma müddəti Klub Müdafiəsi Proqramı çərçivəsində tələb olunan minimum 28 günü keçəcək. Braziliyalı futbolçu beş həftədən sonra (28-29 aprel) meydana qayıtsa, Kataloniya klubu minimum 143,836 avro məbləğində kompensasiya alacaq. Məbləğ bu 5 həftədən sonra hər gün artacaq.

Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 31 oyun keçirib, 19 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 175 oyun, 73 qol və 59 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

İkinci Liqa: “Dinamo” “Şəki”ni 6 qolla yendi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Şəki” –“Dinamo” ilə üz-üzə gəlib. Zaqatalada baş tutmuş oyunda “Dinamo” darmadağına sevinib.

20-ci turun qalan görüşləri martın 29-da və 30-da keçiriləcək.

İkinci Liqa
20-ci tur
28 mart

“Şəki” – “Dinamo” 1:6
Qollar: Tahir Zeynalov, 5 – Valeh Seyidov, 13-pen; 61; 89-pen. Yadigar Qarayev, 39; 71. Əli Abbasov, 59.
Hakimlər: Xəlil Xəlilov, Rəhman Aslanov, Elman Kərimov, Elçin Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

29 mart

“Ağstafa Gəncləri” – “Quba”
Hakimlər: Səbuhi Bayramov, Tural Bayramov, Rəşad Quliyev, İrşad Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Ağdaş” – “Araz Saatlı”
Hakimlər: Nahid Xasıyev, Vüqar Bayramov, Hüseyn Vəliyev, Vüqar Alıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağdaş şəhər stadionu, 15:00.

“Şəmkir” – “Göygöl”
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Elmin Süleymanov, Hacıağa Həsənov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Şirvan”
Hakimlər: Rövşən Rəcəbov, Sevda Nuriyeva, Ruslan Babayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

30 mart

“Xankəndi” – “Kür-Araz”
Hakimlər: Rəsul Babayev, Sənan Atayev, Aydın Baxşıyev, Ləman Əmirli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

Leroy Mikels millidə debüt etdi, ilk oyunda qol vurdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin futbolçusu Leroy Mikels Ruanda yığmasında debüt edib.

Arena.az xəbər verir ki, forvard “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində Qrenadaya qarşı keçirilmiş matçda meydana çıxıb.

Oyuna start heyətdə başlamış Mikels 45+2-ci dəqiqədə qol vurub. Görüş isə Ruandanın qələbəsiylə başa çatıb – 4:0.

Xatırladaq ki, Leroy Mikels 2025-ci ilin yayında “Şamaxı”dan azad agent kimi ayrılaraq “Zirə”yə keçib. 30 yaşlı oyunçununun paytaxt klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var. O, “qartallar”ın heyətində 23 oyuna çıxıb, 2 qola imza atıb.

Mikels 2024-cü ilin yayından “Zirə”yə keçənə qədər “Şamaxı”da çıxış edib. O, əyalət təmsilçisinin heyətində 24 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Mikels karyerası ərzində Almaniyanın “Borussiya” (Mönhenqladbax), “Sankt Pauli”, “Allemaniya Aaxen”, “Monheym”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Rot-Veys Oberhauzen”, Bolqarıstanın “Spartak” (Varna), Səudiyyə Ərəbistanının “Əl-Tarayi” klublarında da çıxış edib.

Xatırladaq ki, Leroyun böyük qardaşı Coy-Lens Mikels uzun illərdir Azərbaycanda “Sabah”ın uğurları üçün çalışır. Coy-Lensin əkiz qardaşı Soy-Slayd Mikels də “Karvan”da forma geyinir.

Azərbaycan yığması son oyunda da uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində son oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan U-19 Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşıb.

“Raudondvario” stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub.

Milli ilk oyunda Litvaya 0:4 hesabıyla uduzub.

“Liverpul” Salahın yoxluğunu hiss edəcək”

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Məhəmməd Salahla bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis misirli hücumçu haqda bunları deyib:

“Salah inanılmaz dərəcədə peşəkardır. Məşqlərə yanaşması, intizamı, oyunu bunları deyir. O, daha 6-7 il yüksək səviyyədə oynaya bilər. “Liverpul” onun yoxluğunu hiss edəcək”.

“Dinamo” Zaqatalada darmadağına sevindi

II Liqada XX tura start verilib.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə bir oyun baş tutub.

“Sheki City” Zaqatalada “Dinamo”ya uduzub. Görüş qonaqların 6:1 hesablı qələbəsiylə başa çatıb.

II Liqa
XX tur

28 mart

Sheki City – Dinamo 1:6
Qollar: T.Zeynalov, 5 – V.Seyidov, 13 (pen.), 61, 89 (pen.), Y.Qarayev, 39, 71, Ə.Abbasov, 59

Bölgə klubuna hava əngəli

Son günlərdə bölgədə davam edən əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq II Liqanın 20-ci turu çərçivəsində 29 mart tarixində keçiriləcək “Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirilib.

Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib. Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.

İkinci Liqa: 20-ci turun bütün təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 20-ci turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

20-ci turun görüşləri martın 28-də, 29-da və 30-da keçiriləcək.

İkinci Liqa
20-ci tur
28 mart

“Şəki” – “Dinamo”
Hakimlər: Xəlil Xəlilov, Rəhman Aslanov, Elman Kərimov, Elçin Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

29 mart

“Ağstafa Gəncləri” – “Quba”
Hakimlər: Səbuhi Bayramov, Tural Bayramov, Rəşad Quliyev, İrşad Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Ağdaş” – “Araz Saatlı”
Hakimlər: Nahid Xasıyev, Vüqar Bayramov, Hüseyn Vəliyev, Vüqar Alıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağdaş şəhər stadionu, 15:00.

“Şəmkir” – “Göygöl”
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Elmin Süleymanov, Hacıağa Həsənov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Şirvan”
Hakimlər: Rövşən Rəcəbov, Sevda Nuriyeva, Ruslan Babayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

30 mart

“Xankəndi” – “Kür-Araz”
Hakimlər: Rəsul Babayev, Sənan Atayev, Aydın Baxşıyev, Ləman Əmirli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

Lennart Karl Almaniya millisində debüt etdi

“Bayern”in 18 yaşlı yarımmüdafiəçisi Lennart Karl futbol üzrə Almaniya millisinin İsveçrə ilə yoxlama oyununda debüt edib.

Arena.az xəbər verir ki, matç Bazeldəki “Sankt Yakob Park” stadionunda baş tutub və qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Karl meydana ikinci hissənin 63-cü dəqiqəsində Leroy Sanenin yerinə daxil olub. Həmin vaxt Almaniya yığması 3:2 hesabı ilə öndə olub.

Xatırladaq ki, Lennart Karl 2022-ci ildən “Bayern”in futbol sistemindədir. 17 yaşlı futbolçu 2025-ci ildən əsas komandaya cəlb edilir. O, cari mövsümdə Münhen klubunun əsas komandasının heyətində 35 oyuna çıxıb, 8 qol vurub, 6 məhsuldar ötürmə verib.

Karl Almaniyanın U-15, U-16, U-17 və U-21 yığmalarında da forma geyinib.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

“Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirildi

Futbol üzrə İkinci Liqanın 20-ci turu çərçivəsində martın 29-da keçiriləcək “Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, son günlərdə bölgədə davam edən əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq İkinci Liqanın 20-ci turu çərçivəsində 29 mart tarixində keçiriləcək “Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirilib. Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib. Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.

İkinci Liqa
20-ci tur
29 mart

“Ağstafa Gəncləri” – “Quba”
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Xoakin Panikelli DÇ-2026-nı buraxacaq

Futbol üzrə Argentina millisinin və Fransanın “Strasburq” klubunun mərkəz hücumçusu Xoakin Panikelli uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, o, millinin heyətində məşq zamanı ciddi zədə alıb.

Panikellinin diz bağlarından zədə aldığı bildirilir. 23 yaşlı forvardın 6-7 ay meydana çıxa bilməyəcəyi gözlənilir. Bu isə o deməkdir ki, futbolçu yayda keçiriləcək dünya çempionatını buraxacaq.

Xatırladaq ki, Xoakin Panikelli peşəkar futbola Argentinanın “River Pleyt” klubunda başlayıb. 2023-cü ildə İspaniyanın “Alaves” klubu onu 3,3 milyon avro müqabilində heyətinə qatıb. 2024-cü ildə “Mirandes”də icarədə də olmuş futbolçu “Strasburq”a 2025-ci ilin yayında 17 milyon avro məbləğində keçib.

Panikelli “Strasburq”un heyətində meydana çıxdığı 39 oyunda 20 qol vurub, 4 məhsuldar ötürmə verib.

Argentinalı hücumçu 2025-ci ildə debüt etdiyi əsas milli komandanın heyətində hələlik cəmi 1 oyun keçirib.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Yoxlama oyunu: İspaniya 3, Almaniya 4 qola sevindi

Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Braziliya və Fransa yığmaları arasında baş tutub. Üç qolluq oyunda fransızlar qalib gəliblər.

Argentina Mavritaniyanı, Xorvatiya Kolumbiyanı, Nigeriya İranı, Niderland Norveçi oxşar hesabla (2:1) üstələyib. Rusiya Nikaraquaya, Avstriya Qanaya, Misir Səudiyyə Ərəbistanına, Əlcəzair Qvatemalaya, İspaniya Serbiyaya qalib gəlib. Almaniya yığması İsveçrə ilə görüşdən çətin qələbə ilə ayrılıbsa, İngiltərə – Uruqvay görüşündə qalib müəyyənləşməyib.

Azərbaycan yığmasının mübarizə apardığı FİFA Series-2026 turniri çərçivəsində də bir sıra oyunlar baş tutub. Qazaxıstan Namibiyanı, Estoniya Keniyanı, Özbəkistan Qabonu, Venesuela Trinidad və Tobaqonu, Bolqarıstan Solomon adalarını, Çin Kurasaonu, Çili Kabo Verdeni məğlub edib.

Yoxlama oyunu
27 mart

Braziliya – Fransa 1:2
Kolumbiya – Xorvatiya 1:2
İran – Nigeriya 1:2
Rusiya – Nikaraqua 3:1
Benin – Liberiya 1:0
Qvineya – Toqo 2:2
Avstriya – Qana 5:1
Monteneqro – Andorra 2:0
CAR – Panama 1:1
İordaniya – Kosta Rika 2:2
Səudiyyə Ərəbistanı – Misir 0:4
Liviya – Niger 0:0
Yunanıstan – Paraqvay 0:1
Əlcəzair – Qvatemala 7:0
İngiltərə – Uruqvay 1:1
Niderland – Norveç 2:1
İsveçrə – Almaniya 3:4
İspaniya – Serbiya 3:0
Mərakeş – Ekvador 1:1
Argentina – Mavritaniya 2:1

FİFA Series-2026

Qazaxıstan – Namibiya 2:0
Vircin adaları – Amerikan Samoası 5:2
Puerto Riko – Quam – 4:0
Aruba – Makau 4:1
Tanzaniya – Lixtenşteyn 0:1
Ruanda – Qrenada 4:0
Keniya – Estoniya 1:2
Özbəkistan – Qabon 3:1
İndoneziya – Sent Kitts 4:0
Venesuela – Trinidad və Tobaqo – 4:1
Avstraliya – Kamerun 1:0
Solomon adaları – Bolqarıstan 2:10
Yeni Zelandiya – Finlandiya 0:2
Çin – Kurasao 2:0
Çili – Kabo Verde 4:2

Aqil Nəbiyev: “Hədəfimiz Maltaya qalib gəlməkdir”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçirilən ilk iki oyunla bağlı fikirlərini bildirib.

Gənc mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında Bolqarıstan (1:1) və Litva (0:0) ilə matçları dəyərləndirib:

“Bolqarıstanla birinci oyunu üstün keçirən tərəf biz olduq. Rəqibin ən böyük “silahı” standart vəziyyətlər idi. Qolu da məhz bu şəkildə vurdular. Buna baxmayaraq, bərabərlik topunu vura bildik. Qələbə qazanmaq üçün yaxşı qol imkanları əldə etsək də, dəyərləndirə bilmədik. Əsas problemimiz son ötürmələr və zərbələrdədir. Bu problemi Litvaya qarşı keçirilən ikinci matçda da yaşadıq. Başdan sonra qədər matça tam diktə etdik, topa daha çox sahib olduq. Hakim də iki dəfə yüz faizlik penaltimizi vermədi. Saysız-hesabsız qol fürsətlərimiz oldu. Futbolçular bu çatışmazlığı aradan qaldırmaq üçün çox çalışmalıdırlar. Millidə cəmi 3-4 günlük hazırlıqdan sonra oyunlara çıxırıq, bunların üzərində işləməyə vaxtımız olmur”.

Aqil Nəbiyev qrupun son turu çərçivəsində martın 30-da Malta yığmasına qarşı keçiriləcək görüşlə bağlı da danışıb:

“Əsas odur ki, kollektivdə qələbə əzmi var, futbolçular hər matça qalibiyyət üçün çıxırlar. İnanıram ki, Malta ilə görüşdə bunu reallaşdıra biləcəyik. Hədəfimiz Malta ilə qarşılaşmada mütləq qələbə qazanmaqdır. Futbolçularda müəyyən yorğunluq var. İstənilən halda, qrupun son matçında yaxşı oynamalı və istədiyimiz nəticəni əldə etməliyik”.

Qeyd edək ki, B Liqasının 2-ci qrupunda yer almış U-17 millimiz 2 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycana qol vuran futbolçu: “Onları çox yorduq”

Portuqaliyanın U-21 millisinin yarımmüdafiəçisi Joao Simoes Avro-2027-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az “Record” nəşrinə istinadən xəbər verir ki, matçda bir qol vuran futbolçu 4:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Birinci hissədə rəqibi çox yorduq, çoxlu imkanlar yaratdıq, amma təəssüf ki, qol vura bilmədik. İkinci hissədə tempi qoruduq. Səbirli davrandıq və qollar gəldi. Ardıcıl fərqlənəndən sonra hər şey daha asan oldu. Şükürlər olsun, dörd qol vurmağı bacardıq.”

“Bunların üzərində işləməyə vaxtımız olmur” – Nəbiyev

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilən ilk iki oyunla bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında Bolqarıstan (1:1) və Litva (0:0) ilə matçları dəyərləndirib:

“Bolqarıstanla birinci oyunu üstün keçirən tərəf biz olduq. Rəqibin ən böyük “silahı” standart vəziyyətlər idi. Qolu da məhz bu şəkildə vurdular. Buna baxmayaraq, bərabərlik topunu vura bildik. Qələbə qazanmaq üçün yaxşı qol imkanları əldə etsək də, dəyərləndirə bilmədik. Əsas problemimiz son ötürmələr və zərbələrdədir. Bu problemi Litvaya qarşı keçirilən ikinci matçda da yaşadıq. Başdan sona qədər matça tam diktə etdik, topa daha çox sahib olduq. Hakim də iki dəfə yüz faizlik penaltimizi vermədi. Saysız-hesabsız qol fürsətlərimiz oldu. Futbolçular bu çatışmazlığı aradan qaldırmaq üçün çox çalışmalıdırlar. Millidə cəmi 3-4 günlük hazırlıqdan sonra oyunlara çıxırıq, bunların üzərində işləməyə vaxtımız olmur”.

Aqil Nəbiyev qrupun son turu çərçivəsində martın 30-da Malta yığmasına qarşı keçiriləcək görüşlə bağlı da danışıb:

“Əsas odur ki, kollektivdə qələbə əzmi var, futbolçular hər matça qalibiyyət üçün çıxırlar. İnanıram ki, Malta ilə görüşdə bunu reallaşdıra biləcəyik. Hədəfimiz Malta ilə qarşılaşmada mütləq qələbə qazanmaqdır. Futbolçularda müəyyən yorğunluq var. İstənilən halda, qrupun son matçında yaxşı oynamalı və istədiyimiz nəticəni əldə etməliyik”.

Qeyd edək ki, B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz 2 xalla üçüncü pillədə qərarlaşır.

Tofiq Musayevin növbəti sınağı

Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev bu gecə turnirdə döyüşə çıxacaq.

Futbolpress.az xəbər verir ki, o, Çili təmsilçisi İqnasio Bahamondeslə qarşılaşacaq. Döyüş ABŞ-nin Sietl şəhərində təşkil olunacaq.

Bahamondes bundan əvvəl Azərbaycan təmsilçisi Rafael Fiziyevə məğlub olub.

İqnasio ilə qarşılaşma Tofiq Musayevin UFC karyerasındakı 2-ci döyüşü olacaq. O daha əvvəl Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub.

Azərbaycan çempionatlarının oyunları təxirə salındı

AFFA-nın bayrağı altında təşkil edilən bəzi çempionat oyunları təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Kazemironun “elçiləri”

“Mançester Yunayted”dən ayrılacağı açıqlanan Kazemiro üçün təkliflər var.

Futbolpress.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. MLS təmsilçiləri “Los Anceles Qalaksi”, “İnter Mayami”, Səudiyyə Ərəbistanı klubu “Əl İttihad” yarımmüdafiəçinin xidmətində maraqlıdır.

34 yaşlı futbolçu seçim etməyə tələsmir.

Kazemiro bu mövsüm 30 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi yayda başa çatır.

“Tarixi qələbə”yə məst olaq?

Millimizin dünən Sent Lüsiya üzərində qələbəsindən sonra bəzi yerlərdə “tarixi qələbə” ifadəsinə rast gəldim. Hətta AFFA-nın rəsmi saytında da “Millimizdən […]

Source

U-19 millimiz Litvada Şimali İrlandiya ilə üz-üzə

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxacaq.

Arena.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer almış millimiz Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq.

Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində baş tutacaq görüş “Raudondvario” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. Qarşılaşmanı Portuqaliya və Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub – 0:4.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 6-cı qrup
28 mart

17:00. Şimali İrlandiya – Azərbaycan
Baş hakim: Miguel Noqeyra (Portuqaliya).
Baş hakimin köməkçiləri: Paulo Bras (Portuqaliya), Anatolie Basiul (Moldova).
Dördüncü hakim: Yon Orlik (Moldova).
Kaunas, “Raudondvario” stadionu.

MY-nin istədiyi futbolçuya qiymət qoydular

“Mançester Yunayted” “Brayton”un futbolçusu Karlos Balebanı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” yayda 22 yaşlı yarımmüdafiəçini sıralarına cəlb etmək niyyətindədir.

“Brayton” Baleba üçün 100 milyon funt-sterlinq tələb edir. MY məbləği aşağı salmaq arzusundadır.

Baleba bu mövsüm 29 oyuna çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Lukakuya ultimatum

“Napoli” futbolçusu Romelu Lukakunu heyətdən kənarlaşdıra bilər.

Futbolpress.az xəbər verir ki, hücumçu Belçika yığmasının heyətinə dəvət alsa da, düşərgəyə qatılmayıb. O, klubdan və millidən icazəsiz ölkəsində fərdi məşqlər edir. Bu barədə “Sky Sport İtalia” məlumat yayıb.

“Napoli” Lukakuya martın 31-nə qədər vaxt verib. Oyunçu İtaliyaya qayıtmasa, əsas komandadan kənarlaşdırılacaq.

Lukaku bu mövsüm 7 oyunda 1 qol vurub.

Silvadan “yaşıl işıq”

Portuqaliyalı futbolçu Bernardo Silva yayda “Mançester Siti”dən ayrılmaq niyyətindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi agentinə təklifləri dəyərləndirməsini bildirib.

Silvanın adı “Yuventus”, “Qalatasaray”, “Barselona” kimi klublarla hallanır.

31 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 30 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

Musa: “Daha çox qol vura bilərdim”

Azərbaycan milli komandası “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, millinin hücumçusu Musa Qurbanlı matçdan sonra jurnalistlərə açıqlamasında oyunu dəyərləndirib:

“Uzun müddət idi ki, qələbə qazana bilmirdik. Bu baxımdan nəticə bizim üçün çox önəmli idi və buna görə sevincliyik. Milli komandada çıxış edərkən rəqibin kim olmasından və oyunun hansı status daşımasından asılı olmayaraq, əsas məqsəd hər zaman qalib gəlməkdir. Sevindirici haldır ki, bu dəfə böyükhesablı qələbə əldə etdik. Bu uğur qarşıdakı rəsmi oyunlar öncəsi bizə əlavə motivasiya və özünəinam qazandırdı”.

Forvard oyunda daha çox qol vurmaq istədiyini qeyd edib:

“Düzdür, qol vurmağı bacardım, amma düşünürəm ki, daha yaxşı ola, çox qol vura bilərdim. Əsas məsələ komandaya xeyir verməkdir”.

Musa növbəti rəqib – Syerra Leone yığması haqda fikirlərini bölüşüb:

“Syerra Leone yığması ilə qarşılaşmaya da eyni məqsədlə, qələbə üçün çıxacağıq. Əsas diqqətimizi hazırlıq prosesinə yönəldəcəyik ki, növbəti toplanışa qədər optimal formaya çata bilək. Hücumda nə qədər məhsuldar olsaq, bu, komandamızın xeyrinə olacaq və nəticələrimizə müsbət təsir göstərəcək”.

Şahin Cəfərov

Mane üçün Türkiyə variantı

“Əl Nəsr”in futbolçusu Sadio Mane karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Beşiktaş” seneqallı hücumçunun xidmətində maraqlıdır. İstanbul klubu yayda oyunçunun transferi üçün danışıqlara başlayacaq.

Mane bu mövsüm 26 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

Düzəlmək üçün düz etmək

Belə başa düşüldü ki, Ayxan Abbasov media və ictimaiyyətlə hələ də elit səviyyədə kommunikasiyaya hazır deyil. Bu məsələ ona görə vacibdir ki, o, artıq hansısa klubun deyil, milli komandanın baş məşqçisidir və hər oyun xarici komandaya qarşı olur…

Sent Lüsiya ilə oyundan sonra mətbuat konfransında tənqidlərə açıq yanaşdığını deməyi lazımi tələb baxımından məqbul yanaşma idi, lakin cavabın sonunda yenə, “…hərdən görünür ki, kimin daxilində nə var…” tipli lazımsız cümlə işlədib.

Nə vaxtdır dərinə getmədən, eyhamla işarə etsək də, Ayxan bəy anlamadı ki, çək-çevir yox, müşahidə “mood”unda olması lazımdır. Ya da anlayır, lakin öz bildiyindən əl çəkmir.

Tənqidçilər arasında biz də varıq, başqa bu işi peşəkar görənlər də var. Elitada olan mütəxəssis bu məsələdə diqqətli davranmağı bacarmasa, heç vaxt öz istədiyi iş mühitini qura bilməyəcək; beyin daim gərginlikdə qalacaq.

Nə qədər eyhamlasaq da, xeyri olmadı, yenə xırda da olsa, əhəmiyyətsiz fikir sahiblərinə lazımsız atmaca oldu.

Gələk 6:1 hesablı tarixi qələbəyə. Sent Lüsiya yarımhəvəskar səviyyədə oynayan komanda təsirini bağışladı. Buna görə də millinin potensialı və ya yaxın perspektivi haqda qeydlər üçün ciddi material yoxdur. Lakin xüsusən ikinci hissədə qurulan çoxsaylı hücumlarımızda realizasiya problemi Abbasov üçün siqnal ola bilər.

Sent Lüsiya ikinci hissədə qapandı və müdafiə planı o qədər səviyyəli qurulmamasına rəğmən aramsız hücumlarımız nəticəsiz qalırdı. Belə məqamlarda rotasiyalar etmək, hücum modelini dəyişmək gərəkdir. Yalnız bunlar tətbiq ediləndən sonra Toral Bayramov, Vüsal İsgəndərli və Rüstəm Əhmədzadənin hücum fazasında faydalı iş əmsalı artdı, qollar vurmağa başladıq.

Hər nə qədər rəqibin zəif olmasını qabartsaq da, böyükhesablı qələbənin ruh yüksəkliyi yaratması danılmazdır. İndiki məqamda da Azərbaycan millisinə bu hava-su qədər əhəmiyyətlidir.

Syerra Leone ilə oyunda Abbasov üçün heyətin optimallaşdırılması daha vacib ola bilər. Sent Lüsiyaya qarşı 22 futbolçunu sınaqdan keçirən baş məşqçi qarşıdakı yoxlama oyununda yayda Avstriyada keçiriləcək təlim-məşq toplanışına kimlərin dəvət edilməsi sualına daha dəqiq cavab tapacaq.

Millətlər Liqasında çıxışa qədər Avstriya toplanışından savayı, daha 2-3 sparrinq rəqib tapılsa, çox faydalı olar.

Elçin Cəlilov

U-19-un növbəti sınağı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv B Liqasının 6-cı qrupunun ikinci görüşündə Şimali İrlandiya ilə qarşılaşacaq.

Litvanın Kaunas şəhərindəki “Raudondvario” stadionunda keçiriləcək matça saat 17:00-da start veriləcək.

Azərbaycan yığması qrupdakı ilk oyunda Litvaya uduzub – 0:4.

Foden “Mançester Siti”dən ayrıla bilər

İngiltərəli futbolçu Fil Foden yayda “Mançester Siti”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Football İnsider” portalı məlumat yayıb. Yarımmüdafiəçi oyun praktikasının azlığından narazıdır və daha çox şans qazanacağı komandada olmaq niyyətindədir.

Foden bu mövsüm 41 oyunda 10 qol vurub. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.

Rafinyadan “Barselona”nı məyus edən xəbər

“Barselona”nın zədəli futbolçusu Rafinyanın son durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, Braziliya millisinin düşərgəsində xəsarət alan vingerin vəziyyəti ciddidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rafinya azı 5 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, Çempionlar Liqasında 1/4 finalda “Atletiko” ilə matçları buraxacaq.

Rafinya bu mövsüm 31 oyunda 19 qol vurub, 8 məhsuldar ötürmə edib.

Tanınmış keçmiş futbolçu velosipeddən yıxıldı – FOTO

İngiltərə millisinin sabiq futbolçusu Alan Şirer velosipedlə qəza keçirib.

Futbolpress.az xəbər verir ki, keçmiş hücumçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, velosipeddən yıxıldığına görə aldığı xəsarətləri paylaşıb.

“Nyukasl”dakı çıxışı ilə yaddaşlarda qalan Şirer Premyer Liqada 404 oyunda 206 qol vurub.

Seçim Messidədir

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin yayda keçiriləcək dünya çempionatında iştirak etmək şanslarından söz açıb.

Futbolpress.az xəbər verir ki, o, bu barədə Mavritaniyaya qalib gəldikləri (2:1) yoldaşlıq oyunundan sonra “Le Parisien” nəşrinə açıqlamasında deyib.

Skaloni qərarın Messiyə bağlı olduğunu bildirib. O, kapitanın istənilən seçiminə hörmətlə yanaşacaqlarını qeyd edib.

Argentina millisi dünya çempionatında J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.

Kvaratsxeliya PSJ-ni tərk edəcək?

PSJ Xviça Kvaratsxeliyanı komandadan buraxmaq niyyətində deyil. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira yazıb. “Arsenal”ın Gürcüstan millisinin […]

Source

U-19 Şimali İralndiyaya qarşı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirəcək. Msport.az xəbər verir ki, U-19 […]

Source

Yüksək Liqa: “Azərreyl” və “Murov”dan 1/4 finala uğursuz start

Bu gün qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) pley-off mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 1/4 final mərhələsinin iki oyunu baş tutub.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil edilib.

İlk qarşılaşma “Murov”la “Turan” arasında keçirilib. Tovuz təmsilçisi üzərində inamlı qələbə qazanıb. Görüş 3:0 hesabı ilə “Turan”ın xeyrinə başa çatıb.

Günün digər matçında isə “Azərreyl” “DH Volley” ilə üz-üzə gəlib. Oyun 3:0 hesabı ilə “DH Volley”in xeyrinə bitib.

Bu raundun digər ilk oyunları martın 28-də olacaq. Cavab matçları 2-3 apreldə keçiriləcək.

Yüksək Liqa
1/4 finalın ilk oyunları
27 mart

“Murov” – “Turan” 0:3 (20:25, 18:25, 18:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

“Azərreyl” – “DH Volley” 0:3 (14:25, 22:25, 19:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Con Storn: “Azərbaycan millisindən bu qədər qol buraxmaq istəməzdik”

Futbol üzrə Sent Lüsiya yığma komandasının baş məşqçisi Con Storn Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gəliblər.

Millimiz bu görüşdə 6:1 hesablı qələbəyə sevinib. Con Stron oyundan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib:

“Belə nəticəni gözləmirdim. İlk dəqiqələrdə qapımıza penalti təyin olundu. Rəqibin fiziki və taktiki baxımdan bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik. Belə səhv edirsənsə, mütləq şəkildə cəzalanacaqsan. Nəticə məyusedicidir. Bura gələnə kimi 4 uçuş keçirmişik. İki yoldaşlıq oyunu olacaqdı. Hər bir halda, təcrübə qazandıq. Avropa komandasına qarşı oynadıq. Bir oyun keçirmək bizi məyus edir. Burada daha bir oyuna çıxmağımız bizim üçün yaxşı olardı.

Azərbaycan millisi yaxşı təşkilatlanmış komandadır, topla yaxşı davranırlar. Oyundan əvvəl də demişdim ki, bu matça ciddi yanaşmalıyıq. Azərbaycan Avropa komandasıdır və Fransa, Ukrayna kimi top komandalara qarşı mübarizə aparıblar. Bu qədər qol buraxmaq istəməzdik.

Rəqibin fiziki cəhətdən güclü olduğunu bilirdik. Bir neçə ay bundan əvvəl oyunun olacağını bilirdik və təhlillər aparmışdıq. Məğlubiyyətə görə yox, buraxılan qol sayına görə məyusam. Gənc futbolçularımız üçün yaxşı təcrübə oldu. Evə qayıdandan sonra başladığımız yola davam edəcəyik”.

Ayxan Abbasov: “Belə havada oynamaq çətin idi”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov bu gün Sent Lüsiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gəliblər.

Millimiz bu görüşdə 6:1 hesablı qələbəyə sevinib. Ayxan Abbasov oyundan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib:

“Bu gün yağışlı havada bizi tək qoymayan azarkeşləri təbrik edirəm. Belə havada oynamaq çətin idi. Meydança ağırlaşdığından, hər iki komanda çətinlik çəkirdi. Erkən qol vurmaq istəyirdik və buna nail olduq. Özümüzə inam baxımından bu qalibiyyət sevindiricidir. Syerra Leone ilə matça ciddi hazırlaşacağıq. Növbəti rəqibimiz daha güclüdür. Azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, Azərbaycan millisi bu turnir çərçivəsində növbəti oyununu martın 30-da Syerra Leone yığmasına qarşı keçirəcək.

Azərbaycan millisi tarixi qələbəyə sevindi

Azərbaycan millisi “FIFA Series-2026” beynəlxalq turnirində Sent Lüsiyaya keçirdiyi oyunda tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Ayxan Abbasovun yetirmələri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş görüşdə rəqibini 6:1 hesabı ilə məğlub edərək 1999 və 2017-ci illərdəki rekordunu yeniləyib.

Millimiz buna qədər ən böyükhesablı qələbələrini AÇ-2000-in seçmə mərhələsində Lixtenşteyn (4:0) və DÇ-2018-in seçmə mərhələsində San Marino (5:1) üzərində əldə etmişdi.

Bundan başqa, milli komandamız tarixində ilk dəfə bir oyunda 5-dən çox qol vurub.

Xatırladaq ki, Azərbaycan millisi ölkəmizdə təşkil edilmiş “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində Syerra Leone yığması ilə də qarşılaşacaq. Bu oyun isə martın 30-da baş tutacaq.

Azərbaycan millisi Sent Lüsiyaya 6 qol vurdu

Futbol üzrə Azərbaycan millisi bu gün ölkəmizdə keçirilən “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşıb.

Sumqayıtda keçirilmiş görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil edilmiş matçın baş hakimi Georgi Kruaşvili olub.

Yeddi qolun qeydə alındığı oyun millimiz üçün uğurlu alınıb. Belə ki, komandamız yekunda darmadağına sevinib.

Qeyd edək ki, bu, Azərbaycan millisi üçün 2026-cı ildə ilk oyun idi. Komandamız martın 30-da məhz bu turnir çərçivəsində Syerra Leone yığması ilə də üz-üzə gələcək.

FIFA Series-2026
27 mart

Azərbaycan – Sent Lüsiya 6:1
Qollar: Emin Mahmudov, 2-pen. Rəhim Sadıxov, 21. Musa Qurbanlı, 37. Toral Bayramov, 64. Vüsal İsgəndərli, 86. Rüstəm Əhmədzadə, 89 – Donovan Filipp, 52-pen.
Baş hakim: Georgi Kruaşvili
Baş hakimin köməkçiləri: Levan Varamişvili, Georgi Elikaşvili
Dördüncü hakim: Koba Revazaşvili (Hakimlər briqadası Gürcüstandandır).
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan: 23. Rza Cəfərov (1. Səlahət Ağayev, 46), 14. Elvin Bədəlov (18. Cəlal Hüseynov, 46), 15. Bədavi Hüseynov (4. Rahil Məmmədov, 46), 2. Rəhman Daşdəmirov (15. Abdulla Rzayev, 74), 3. Elvin Cəfərquliyev (7. Toral Bayramov, 46), 21. Qismət Alıyev (17. Vüsal İsgəndərli, 46), 13. Emil Səfərov (6. Abdulla Xaybulayev, 46), 20. Rəhim Sadıxov (26. Ayxan Hüseynov, 46), 8. Emin Mahmudov (k) (16. Ceyhun Nuriyev, 46), 9. Renat Dadaşov (11. Xəyal Əliyev, 46), 22. Musa Qurbanlı (19. Rüstəm Əhmədzadə, 46).
Ehtiyat oyunçular: 2. Aydın Bayramov, 5. Anton Krivotsyuk, 10. Aleksey İsayev, 24. Mustafa Əhmədzadə.
Baş məşqçi: Ayxan Abbasov.

Sent Lüsiya: 1. Devon Sent Priks, 4. Eymani Butçer (8. Trent Aleksander, 46), 5. Doneal Lionel, 6. Melvin Doksilli (k), 7. Kiqan Koll (14. Ridel Stanislas, 46), 9. Donovan Filipp, 10. Şevon Biron (17. Jahlil Evans, 71), 11. Arkell Cud-Boyd, 13. Bayan Aman (18. Tyerri Morille, 88), 19. Alvinus Myers, 21. Şaquan Nelson.
Ehtiyat oyunçular: 16. Adee Germe, 3. Ayani Luis, 12. Hemayel Çarleri, 15. Lester Jozef, 22. Mervin Sent Romain, 23. Darren Donaye.
Baş məşqçi: Stern Con.

Rəşad Eyyubov: “Uduzmuşuq, deməli pis oynamışıq”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) baş məşqçisi Rəşad Eyyubov Portuqaliyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Avropa çempionatının (AÇ-2027) seçmə mərhələsi çərçivəsində Bakıda üz-üzə gəliblər.

Rəşad Eyyubov 0:4 hesabıyla uduzduqları matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Birinci hissədə oyuna köklənmə yüksək səviyyədə idi. İkinci hissədə təəssüf ki, bunu itirdik. Komanda bir az rahatlaşdı. Bizim ən böyük problemimiz standart vəziyyətlərdir. Belə epizodlardan 3 qol buraxdıq. Birinci hissəyə görə oyunçulara təşəkkür edirəm. İkinci yarıda isə yaxşı oynamadıq. Uduzmuşuqsa, deməli pis oynamışıq.

Bu tempə uyğunlaşmaq bir az çətindir. Ona görə də gücümüz birinci hissəyə yetərli oldu. Rəqib intensivlik baxımından bizdən üstün idi. Oyunçuları fiziki baxımdan optimal vəziyyətə gətirməyə çalışdıq. Amma yetərli olmadı.

Hava şəraitinin oyuna təsirinə gəlincə, şərtlər iki komanda üçün də eyni idi”.

Azərbaycan – Sent Lüsiya matçının başlama saatı dəyişdirildi

“FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə vurğulanır ki, hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar “FIFA Series -2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək bu qarşılaşmanın vaxtı dəyişdirilib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan – Sent Lüsiya matçı üçün heyətlər də açıqlanıb. Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 21. Qismət Alıyev, 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 2. Aydın Bayramov, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Aleksey İsayev, 11. Xəyal Əliyev, 16. Ceyhun Nuriyev, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 19. Rüstəm Əhmədzadə, 24. Mustafa Əhmədzadə, 15. Abdulla Rzayev, 26. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Sent Lüsiya: 1. Devon Sent Priks, 4. Eymani Butçer, 5. Doneal Lionel, 6. Melvin Doksilli (k), 7. Kiqan Koll, 9. Donovan Filipp, 10. Şevon Biron, 11. Arkell Cud-Boyd, 13. Bayan Aman, 19. Alvinus Myers, 21. Şaquan Nelson.
Ehtiyat oyunçular: 16. Adee Germe, 3. Ayani Luis, 8. Trent Aleksander, 12. Hemayel Çarleri, 14. Ridel Stanislas, 15. Lester Jozef, 17. Jahlil Evans, 18. Tyerri Morille, 22. Mervin Sent Romain, 23. Darren Donaye.
Baş məşqçi: Stern Con.

Luis Freyre Bakıdakı darmadağına şərh verdi

21 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinin (U-21) baş məşqçisi Luis Freyre Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Avropa çempionatının (AÇ-2027) seçmə mərhələsi çərçivəsində Bakıda baş tutmuş görüşü Portuqaliya yığmasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Luis Freyre matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Asan oyun olmayacağını bilirdil. Rəqib hər matçda maksimumunu verməyə çalışır. Azərbaycan millisinin hücumda sürətli oyunçuları var. Buna görə də əks-hücumlarda diqqətli olmalıydıq. Futbolçularımız yaxşı hücumlar qurdular və bunlardan yararlandılar. Azərbaycan yığması ikinci hissədə yoruldu və müdafiəyə çəkildi. Bu da bizim qol vurmağımızı asanlaşdırdı.

Hər şey bizim özümüzdən asılıdır. İlk dəqiqələrdən oyuna ciddi yanaşmasaydıq, bu, bizə baha başa gələ bilərdi. Futbolçularım oyuna ciddi yanaşdılar və sonda istədiyimiz nəticəni qazandıq.

Oyunun əvvəlindən axıra kimi yağış yağdı. Amma bunun gedişata ciddi təsir göstərdiyini deməzdim. Yağış topun hərəkətinə heç bir çətinlik yaratmırdı.

Azərbaycan millisi güclü rəqiblərlə oyunlarda müdafiədə inamlı çıxış etməyə çalışır. Azərbaycanda oyunçu seçimi üçün nə qədər imkanların olduğunu bilmirəm. Komanda müdafiədə yaxşı çıxış edir. Hücumda da sürətli oyunçuları var. Əks-hücumlardan yararlana bilərlər.

Azərbaycanın U-20 millisinə baş məşqçi təyin olunmuş Rui Jorje çox təcrübəli məşqçidir. Uzun illər Portuqaliyanın U-21 millisini çalışdırıb, iki dəfə Avropa çempionatının finalında oynayıb. Fikrimcə, o, işinin öhdəsindən gələcək”.

U-21 millimiz Portuqaliyaya 4 cavabsız qolla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer almış millimiz 6-cı oyununda doğma meydanda Portuqaliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Bakıdakı 8-ci km stadionunda təşkil edilmiş oyunun baş hakimi yunanıstanlı Xristos Vergetis olub. Ona həmyerliləri Andreas Fotopulos və Konstantinos Staikos kömək ediblər. Dördüncü hakim funksiyasını Aleksandros Katsikoyannis yerinə yetirib.

İlk hissəsi qolsuz bitmiş oyun komandamız üçün uğursuz alınıb. İkinci hissədə 4 cavabsız qol buraxmış yığmamız ağır məğlubiyyətə üzülüb.

Xatırladaq ki, U-21 yığmamız daha öncə keçirdiyi 5 oyunda 2 heç-heçə və 2 məğlubiyyət görüb, 1 qələbə qazanmışdı. Komandamız hazırda 5 xalla 5-ci sırada qərarlaşıb. Keçirdiyi 6 oyunun 5-də qalib gəlib, 1-də heç-heçə etmiş Portuqaliya yığması isə 16 xalla qrup lideridir.

AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
27 mart

Azərbaycan – Portuqaliya 0:4
Qollar: Qonsalo Moreyra, 51. Tyaqo Parente, 54. Yussef Parente, 66. Joao Simoes, 75.
Hakimlər: Xristos Vergetis, Andreas Fotopulos, Konstantinos Staikos, Aleksandros Katsikoyannis (Yunanıstan).
Bakı. 8-ci km stadionu. Saat 15:00.

Azərbaycan: 22. Xəyal Fərzullayev, 2. Eşqin Əhmədov, 3. Rüfət Abbasov, 5. Emin Rüstəmov (k), 7. Murad Məmmədov, 10. Edqar Adilxanov, 11. Nahid Əliyev, 15. Oruc Məmmədov, 18. Raul Məmmədov, 19. Əkbər Eyyubov, 20. Şahin Şahniyarov.
Ehtiyat oyunçular: 1. Səlim Həşimov, 4. Elgün Dünyamalıyev, 6. Bilal İsmayılov, 8. Emil Süleymanov, 9. Şahin İbrahimov, 13. Nuğay Rəşidov, 14. Nadir Orucov, 21. Okan Təhməzli, 23. Nihad Əhmədzadə.
Baş məşqçi: Rəşad Eyyubov.

Portuqaliya: 1. Joao Karvalyo, 2. Daniel Banyaki, 4. Tyaqo Qabriel, 6. Qabriel Braş (k), 7. Karlos Forbs, 8. Joao Simoes, 9. Yusef Şermiti, 10. Qonsalo Moreyra, 11. Noa Saviolo, 14. Matias Di Amorim, 19. Tyaqo Parente.
Ehtiyat oyunçular: 12. Qonsalo Ribeyro, 3. Joao Munis, 4. Leonardo Barroso, 15. Rodriqo Reqo, 16. Dieqo Rodriqes, 17. Mateus Mane, 18. Rodriqo Ribeyro, 21. Rocer Fernandes, 23. Dioqo Souza.
Baş məşqçi: Luis Freyre.

Xallar: Portuqaliya – 16. Çexiya – 10. Şotlandiya – 10. Bolqarıstan – 7. Azərbaycan – 5. Cəbəllüttariq – 0.

Mikel Arteta Noni Maduekeni və komandasını təriflədi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın 24 yaşlı ingiltərəli sağ cinah hücumçusu Noni Madueke haqda qənaətini açıqlayıb.

Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Fikrimcə, Noni xasiyyətə malikdir. O, xüsusən meydanda işlər pis getdikdə, meydana çıxıb müdaxilə etməyə və oyuna təsir göstərməyə qabildir. Onun müəyyən keyfiyyətləri var ki, uğura müvəffəq ola bilər”, deyə Arteta vurğulayıb.

“Arsenal”ın baş məşqçisi “topçular”ın müstəsna cəhəti ilə bağlı qənaətini də açıqlayıb:

“Qələbəyə doğru yorulmaz surətdə can atmağımız… Bu, komandamızın ən yaxşı xüsusiyyətlərindəndir”, deyə Mikel Arteta vurğulayıb.

Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının cari mövsümündə 31 oyuna topladığı 70 xalla vahid liderdir. “Topçular” 21 qələbə qazandıqları halda 7 heç-heçə ediblər, 3 məğlubiyyətə üzülüblər. London təmsilçisi bu mövsüm çempionluğa əsas namizəd hesab olunurlar.

U-17 millimiz Litva yığması ilə də “sülh bağladı”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Litvanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində üz-üzə gəliblər.

B Liqasının 2-ci qrupunda yer almış millimiz bu rəqiblə Bolqarıstanın Plovdiv şəhərində qarşılaşıbı. “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçiriləcək görüşü Türkiyə və Bolqarıstandan olan hakimlər briqadası idarə ediblər. Oyun qolsuz yekunlaşıb.

Xatırladaq ki, millimiz bu turnirdəki ilk oyununda meydan sahibi Bolqarıstan yığması ilə qarşılaşmışdı. Həmin matçda da qalib müəyyənləşməmişdi – 1:1. Litva isə ilk turda Maltanı 3:1 hesabıyla üstələmişdi. U-17 millimiz sonuncu turda Malta ilə qarşılaşacaq. Bu oyun martın 30-da keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 2-ci qrup
27 mart

Litva – Azərbaycan 0:0
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan).
Plovdiv. Nikola Şterev-Starika İdman Kompleksi.

Yonas Urbiq də Almaniya millisindən kənarda qaldı

Futbol üzrə Almaniya milli komandasının və “Bayern”in qapıçısı Yonas Urbiq aldığı zədə səbəbindən bir müddət oynamayacaq.

Arena.az bu barədə Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, 22 yaşlı qolkiper yığmanın düşərgəsində sağ dizindən xəsarət alıb. Bu üzdən də o, bu gün İsveçrə yığmasına, eləcə də martın 30-da Qana seçməsinə qarşı keçirəcəkləri yoxlama matçlarında iştirak edə bilməyəcək.

Xatırladaq ki, “Köln”ün yetirməsi olan Yonas Urbiq karyerası ərzində “Yan Regensburq” və “Qroyter Fürt”da da oynayıb. “Bayern” onu 2025-ci ild 7 milyon avro müqabilində “Köln”dən transfer edib. 22 yaşlı qapıçı cari mövsümdə “Bayern”in heyətində 14 oyunda meydanda olub, 13 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb. Urbiqin “Bayern” karyerası bütövlükdə 26 oyun, 29 buraxılmış qol və 9 “quru” matçdan ibarətdir.

Almaniyalı qolkiper U-17, U-18, U-19, U-20 və U-21-də forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı qapıçının transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

FIFA Türkiyənin 2 klubuna transfer qadağası qoydu

Dünyanın ən ali futbol qurumu olan FIFA Türkiyənin “Kayserispor” və “Amedspor” klublarına transfer qadağası qoyub.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Super Liqada mübarizə aparan “Kayserispor”un cəzası növbəti 3 transfer dönəmini əhatə edir.

Birinci Liqada çıxış edən “Amedspor”a isə qadağa aradan qaldırılana qədər – qeyri-müəyyən müddətə cəza tətbiq olunub.

Hər iki klubun transfer zamanı qaydalara əməl etməməsi səbəbindən FIFA tərəfindən belə bir cəza ilə üzləşdiyi bildirilib.

Xatırladaq ki, “Kayserispor” Türkiyə Super Liqasının cari mövsümündə 27 oyuna topladığı 23 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Kayseri təmsilçisi 27 oyunda 4 qələbə qazanıb, 11 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

“Amedspor” isə Birinci Liqada 32 oyuna topladığı 67 xalla yarış cədvəlinin ikinci pilləsindədir. Sözügedən komanda lider “Ərzurumspor”dan cəmi 2 xal geri qalır.

Mateus Koxalski “Qarabağ”ı MLS klubuna dəyişmədi

Polşa yığmasının və Azərbaycan çempionu “Qarabağ”ın qapıçısı Mateus Koxalski MLS Liqasına transfer imkanını rədd edib.

Arena.az xəbər verir ki, 25 yaşlı qolkiper bu barədə Polşa mətbuatına açıqlamasında bildirib.

O, karyerasını Avropada davam etdirmək istədiyini söyləyib:

“Avrokuboklarda oynamaq niyyətindəyəm. Məni burada çıxış edən klublar maraqlandıracaq. Bu səbəbdən MLS-ə transfer imkanını rədd etdim. Oradan sorğular var idi. Harada oynayacağımı bilmirəm, çünki buna bir neçə məsələ təsir edəcək. Arzum İngiltərə Premyer Liqasıdır. Lakin ehtiyat qapıçı olacağım komandaya getməyəcəyəm. Oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır”.

Mateus Koxalski UEFA Çempionlar Liqasında “Napoli”yə qarşı keçirdikləri matça xüsusi toxunub:

“Məğlubiyyətə baxmayaraq, bu qarşılaşmanı yaxşı xatırlayacağam. Uduzduğumuz oyundan sonra heç vaxt razı qalmıram. Amma həmin vaxt çox müsbət şeylər baş verdi. Bir neçə yaxşı qurtarışım oldu. Təkcə yaxınlarımdan yox, başqalarından da təbriklər aldım. Matçdan sonra “Napoli”nin məşqçilər korpusundan bir nəfərlə danışdım. Məni təriflədi, Dedi ki, belə davam edim və inkişafdan qalmayım, çünki məni izləyəcəklər. Bu çox böyük motivasiya oldu”.

Xatırladaq ki, Koxalski 2024-cü ilin avqustundan “Qarabağ”da çıxış edir. O, Ağdam klubunun heyətində 59 oyun keçirib, 77 qol buraxıb, 21 matçda qapısını toxunulmaz saxlayıb.

❌