Reading view

“Qarabağ” – “Sabah” matçında son 10 mövsümün rekordu!

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş “Qarabağ” – “Sabah” matçı rekordla əlamətdar olub.

Arena.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş və 2:2 hesabıyla başa çatmış bu görüşü 21 min tamaşaçı izləyib.

Bu, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən turnirlər üçün təkcə 2025/2026-cı illər mövsümünün deyil, son 10 mövsümün yeni rekordudur.
Bir oyunu daha çox tamaşaçının izləməsinə sonuncu dəfə 2015/2016-cı illər mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ”la “Neftçi” arasında kubokun final görüşünü (1:0) 23 min izləyici seyr edib.

“Qarabağ” – “Sabah” matçı 2008-ci ildən PFL-in bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 5-ci göstərici kimi tarixə düşüb. Lakin daha çox tamaşaçı olan 4 oyunun hamısı kubokun final görüşləri olub. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma PFL bayrağı altındakı yarışlar üçün hər hansı bir komandanın ev sahibliyi etdiyi (final neytral meydanda keçirilir) ən çox tamaşaçı toplayan matç olub. Əvvəlki rekord 2016-cı il fevralın 14-də qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutan “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (1:2) 20 min 400 tamaşaçı olub.

Ümumiyyətlə isə bir komandanın ev oyununa daha çox seyrçi toplaması sonuncu dəfə 2006/2007-ci illər mövsümündə yaşanıb. Həmin vaxt “Neftçi” – “Xəzər Lənkəran” görüşünü 25 min nəfər izləyib. Bir sözlə, “Qarabağ” – “Sabah” matçında sonrakı 19 mövsümün rekordu qeydə alınıb.

Bu oyunadək mövsümün rekordu eyni komandaların eyni stadiondakı çempionat matçına məxsus idi. Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 22-ci turunun martın 1-də baş tutmuş matçında (3:3) 10 min 361 seyrçi qeydə alınmışdı.

Premyer Liqa: 26-cı turun bütün təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 26-cı turun görüşləri aprelin 5-də, 6-da və 7-də keçiriləcək.

Premyer Liqa
26-cı tur
5 aprel

“Kəpəz” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Yevlax şəhər stadionu, 15:30.

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

6 aprel

“Qarabağ” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Emin Əliyev.
AVAR: Əliyar Ağayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

7 aprel

“İmişli” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Zirə” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu, 17:15.

“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Dalğa Arena”, 19:30.

Qurban Qurbanov: “Baxımlı futbol izləmək çox xoşdur”

“Qarabağ”ın baş məşqçisi Qurban QurbanovAzərbaycan Kubokunun yarımfinalında “Sabah”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə möhtəşəm atmosferə görə təşəkkür etmək istəyirəm. Fikrimcə, futbolçular onlara möhtəşəm oyun göstərdilər. Sürətli oyun alındı. Qarşımızda çox yaxşı kollektiv var idi. Sona qədər mübarizə aparan bir komandaya qarşı oynadıq. Bizə bu cür rəqibə qarşı oynamaq xoşdur. Son iki oyunumuz çox baxımlı idi. Cavab oyununda da əlimizdən gələni edəcəyik. Ondan öncə, 2 gün sonra “Karvan”la çempionatda oyunumuz var, ona hazırlaşmalıyıq.

Biz həmişə hər iki turnirdə iddialı olmuşuq. Kubokda finala vəsiqə qazana bilməsək də, problem yoxdur. Azarkeşlər baxımlı futbol izləsinlər, biz uduzsaq da olar. İnanın ki, azarkeşlər hər dəfə oyuna bu cür maraq göstərsələr, baxımlı futbol görərlər. İstənilən rəqibə qarşı bu cür oyun görə bilərlər. Bugünkü oyun bizə avrokubok matçlarını xatırlatdı. Çox xoş oldu. Bəzi avrokubok matçlarından daha çox azarkeş var idi. Baxımlı futbol izləmək çox xoşdur.

Aleksey Kaşukun “Sabah”a keçəcəyinə dair məndə bir məlumat yoxdur. Qarşı tərəfin belə bir planı var, yoxsa yox, onu da bilmirəm. Bizdə hələ ki, belə bir düşüncə yoxdur. “Sabah”la son çempionat oyununda start heyətdə idi. Onun yetərincə zaman aldığını düşünürəm. Oyunundan tam razı qalmadığımız məqamlar var. Bunun üzərində çalışacağıq”.

Dambrauskas: “Həddindən artıq ucuz toplar itirdik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər iki komandanı bu gün göstərdikləri gözəl oyuna görə təbrik etmək istəyirəm. Baxımlı futbol alındı. Milli matçlara görə yaranmış fasilədən sonra oynamaq təbii ki, bir qədər çətin idi. Buna baxmayaraq, yaxşı oyun alındığını düşünürəm. İkinci hissənin ikinci yarısından sonra daha yaxşı çıxış etdiyimizi qeyd edə bilərəm. Hər iki komandanın şansları oldu. Cavab oyunu da maraqlı keçəcək. Amma hələlik kubok matçını unudub, çempionat oyunlarına köklənməliyik.

İlk hissədə hesabı açsaq da, sonradan 2 qol buraxdıq. Rəqibin bizə göstərdiyi təzyiq çox yaxşı idi. Həddindən artıq ucuz toplar itirdik. Əvvəlki oyunlarda qurduğumuz kombinasiyalardan bu matçda istifadə edə bilmədik. Bu, ikinci hissənin əvvəllində özünü daha qabarıq göstərdi. Fasilədən dönməyimiz əsas amillərdən hesab oluna bilər. Qarşıdakı oyunlarda bunu aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik.

Rəhman Daşdəmirov bizim üçün önəmli futbolçudur. Bilirsiniz ki, Rəhman iki mövqedə oynaya bilən müdafiəçidir. İnanıram ki, hər bir futbolçum daha çox oyunda olmağa layiqdir. Bu gün onun çıxışından razı qaldım.

Mən hazırda avrokuboklar barədə düşünmürəm. Onu deyə bilərəm ki, “Sabah” çox özəl klubdur. Bizim çox yaxşı idarəetməmiz var. Mən transferlər barədə heç narahat deyiləm. Skaut komandamız daim axtarışdadır. Onların işinə güvənirəm. Aleksey Kaşukla bağlı yayılan xəbərlər isə şayiədir. Təbii ki, çempionatda oynayan yerli futbolçular daim nəzarətimizdədir. Onlar daim klubların döyünən ürəyi olacaq”.

Yunis Hüseynov: “Hakimlərdən danışanda bizi cərimələyirlər”

“Turan Tovuz”un məşqçisi Yunis Hüseynov Azərbaycan Kubokunun yarımfinalında “Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə Tovuz təmsilçisi 0:2 hesablı məğlubiyyətə üzülüb.

Yunis Hüseynov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər komanda kubok oyununda qalib gəlmək istəyir. Avrokuboklara getmək kubokda daha rahatdır. 2-3 oyunda qələbə qazanandan sonra finala çıxırsan. Bu gün qalib gəlmək istəyirdik. Hələ cavab matçı var. Tam ciddi hazırlaşıb finala vəsiqə qazanmağa çalışacağıq. Bu gün öz səhvlərimizdən qollar buraxdıq. Rəqib əks-hücumda oynayırdı. Qarşıda “İmişli” ilə çətin çempionat oyunu var. Həmin görüşə hazırlaşacağıq. “Zirə” ilə cavab oyununda tam başqa futbol oynayacağıq.

Hakimlər haqda danışmaq istəmirik. Danışanda bizi cərimələyirlər. Epizoda biz də baxdıq. Nə dərəcədə penalti olub-olmadığını deyə bilmərəm. İkinci hissədə rəqib Roderik Millerin ayağını tapdaladı. Mənə elə gəlir ki, VAR epizoda baxmalı idi. Əliyar Ağayev görməyə bilər. Amma məncə, VAR baş hakimi monitora dəvət etməli idi.

Biz də istəyirik ki, İbrahima Vadji qol vursun. İnşallah, qarşıdakı matçlarda fərqlənər. Futbolçu elədir ki, bir qol vurandan sonra onda özünəinam artır. Vadji də bir qol vursa, davamı gələr”.

Rəşad Sadıqov: “Zirə”də xoşbəxtəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinalında “Turan Tovuz”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə “Zirə” 2:0 hesablı qələbəyə sevinib.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları sölyəyib:

“Hər zaman kubokun ilk oyunlarında taktiki savaş gedir. Birinci hissədə bunun şahidi olduq. Rəqibin çoxsaylı standart vəziyyətləri var idi. Hamımız bilirik ki, “Turan Tovuz” standart vəziyyətlərdə ən təhlükəli komandalardan biridir. İkinci hissədə sürəti bir az artırdıq. Bizim üçün olduqca vacib olan qələbə qazandıq. Hələ birinci hissəni oynadıq. Bizi qarşıda vacib ikinci yarı gözləyir. Cütün taleyinin həll olunduğunu qətiyyən demək olmaz. Rəqibin fərqlənmək üçün çoxlu silahları var. Hansı hesab qeydə alınsaydı da, eyni fikirdə olacaqdım. Tez bir zamanda çempionat oyununa köklənməliyik.

Bu mövsüm zədə və cəzalılar baxımından ən çox problem yaşayan komandalardanıq. Bəzən də olur ki, tam heyətlə çıxıb nəticə əldə etmək olmur. Hamının formada olması bizə üstünlük verir.

“Zirə”də xoşbəxtəm. Rəhbərliyimiz mənə hər zaman şərait yaradıb. Onlara təşəkkür edirəm. Yüksək liqada təcrübəm olmadığı halda mənə güvəndilər. Bütün məşqçilər daha böyük büdcə, yaxşı şərait istəyər. Amma büdcə hər şey deyil. Elə ola bilər ki, böyük büdcə ilə heç ilk 5-liyə düşə bilmərəm. Futbolun hər cür tərəfi var. Bu gün şükür edirəm ki, “Zirə”nin baş məşqçisiyəm. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Əvəzedicilər Liqası: 22-ci turun bütün təyinatları bilindi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 22-ci turun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Əvəzedicilər Liqası
22-ci tur

4 aprel

“Neftçi-2” – “Kəpəz-2”
Hakimlər: Niyaz Əhmədov, Samir Qaracayev, Rəşad Quliyev, Hacıağa Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Sabah-2” – “Zirə-2”
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Zakir Şükürzadə, Samir Musayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Bayıl Arena”, 15:00.

“Şamaxı-2” – “Qarabağ-2”
Hakimlər: Ruslan Quliyev, Ağadur Mahmudov, Elvin Mədətov, Rüfət Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu, 15:00.

6 aprel

“Sumqayıt-2” – “Qəbələ-2”
Hakimlər: Maqsud Şamıyev, Elmin Süleymanov, Elman Kərimov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2”
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Cavid Ömərov, Ləman Əmirli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu, 15:00.

“Turan Tovuz” – “Zirə” 0:2 – Video

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz” – “Zirə” meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az bu gün Sumqayıtda baş tutmuş oyunun videoicmalını və yekun protokolunu təqdim edir:

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunu
3 aprel

“Turan Tovuz” – “Zirə” 0:2
Qollar: Eren Aydın, 55; Leroy Mikels, 89.
Sarı vərəqələr: Ruan Renato, 23 (qeyri-idman hərəkəti). Eren Aydın, 81 (oyunun bərpasının ləngidilməsi). Tyaqo Silva, 90+1 (oyunun bərpasının ləngidilməsi).
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Aleksandr Karnilov, 79 (hakimin qərarına etiraz) – Rəşad Sadıqov, 23 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 17:30. M.H. Sumqayıt şəhər stadionu, 400 tamaşaçı.

Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli.
Dördüncü hakim: Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç (17. Rəhim Sadıxov, 28), 88. Faiq Hacıyev (k) (3. Enrike Silva, 73), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe (11. Ayxan Hüseynov, 73), 9. Coş Cinnelli (99. İbrahima Vadji, 59), 2. Mark Rene Mampassi (5. Roderik Miller, 59).
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 8. David Tavares.
Məşqçi: Yunis Hüseynov.

Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev (93. Brahim Konate, 67), 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov (11. Junior Martins, 73), 30. Rikardo Martins, 20. İssa Cibrilla (5. Ange Mutsinzi, 67), 17. Ayron Qomis (28. Leroy Mikels, 81), 22. Eren Aydın (8. İsmayıl İbrahimli, 81).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 10. Georgi Papunaşvili.
Baş məşqçi: Rəşad Sadıqov.

Qurbanov: “Bu cür mübahisələr futbolu bəzəyir”

Azərbaycan Kubokunun “Qarabağ” – “Sabah” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərə möhtəşəm atmosferə görə təşəkkür etmək istəyirəm. Düşünürəm ki, futbolçular da onlara möhtəşəm oyun göstərdilər. Sürətli matç alındı. Qarşımızda çox yaxşı kollektiv var idi. Sona qədər mübarizə aparan bir komandaya qarşı oynadıq. Bizə bu cür rəqibə qarşı oynamaq xoşdur. Son iki oyunumuz çox baxımlı alınıb. Cavab oyununda da əlimizdən gələni edəcəyik. Ondan öncə 2 gün sonra “Karvan-Yevlax”la çempionatda oyunumuz var, ona hazırlaşmalıyıq.

– Baş hakim təyinatından sonra çox müzakirə olundu. Siz bu barədə nə düşünürsünüz?
– Heç bir narahatlığım yoxdur. Müzakirə olunası bir mövzu deyil. Yəqin ki, son vaxtlar formda bir hakim idi. Ona görə də bu matça təyinat almışdı.

– Son vaxtlar adı “Sabah”la keçən Kaşuk meydanda çox az vaxt alır. Rəqabətdə uduzur, yoxsa…?
– “Sabah”la məsələsi yoxdur. Bilmirəm, qarşı tərəfin bununla bağlı nəsə hərəkətliliyi var, ya yox. Bizdə hələ belə bir düşüncə yoxdur. “Sabah”la son çempionat oyununda start heyətdə idi. Yetərincə zaman aldığını düşünürəm. Oyunundan tam razı qalmadığımız məqamlar var. Bunun üzərində çalışacağıq.

– Çempionat üçün kuboku, yaxud kubok üçün çempionatı qurban verməyə hazırsınızmı?
– Belə bir düşüncəmiz yoxdur. Hər iki turnirdə iddialı olmuşuq. Alınacaq, heç. Alınmayacaq, problem olmayacaq. Təki azarkeşlər baxımlı oyun izləsinlər.

– Hər zaman çempionat oyunlarına azarkeşlərin az olması müzakirə mövzusu olub. Bu gün bu qədər azarkeşlərin olmasını nəzərə alsaq, “baxımlı futbola daha çox baxılır” deyə bilərikmi?
– İnanın ki, azarkeşlər hər dəfə oyuna bu cür maraq göstərsələr, baxımlı futbol görərlər.

– Oyunun 70-75 dəqiqəsi çox sürətli alındı. Bu atmosfer sizə avrokubok matçını xatırlatdımı?
– Bəli xatırlatdı. Çox xoş oldu. Bəzi avrokubok matçlarından da daha çox azarkeş var idi. Baxımlı futbol izləmək çox xoşdur.

– Elvin Cəfərquliyevlə Zedadka arasında oyun zamanı bir mübahisə yarandı…
– Düzü epiozdu tam görmədim. Futbolda belə hallar normaldır. Bu cür mübahisələr futbolu bəzəyir. Futbol xarakter oyunudur. İkisini barışdırmaq üçün cəhd etdim. Dambrauskasla da oyundan sonra söhbətimiz oldu. Biz onunla hər zaman oyundan öncə də, sonra da ancaq futbol barədə danışırıq. Futbolda baş verənlər elə orada da qalır. Futbolun da gözəlliyi budur.

– Yeni AFFA rəhbərliyinin 2 ili tamam oldu. Siz də, bu qurumda İcraiyyə Komitəsinin üzvüsünüz. Son 2 ildə görülən işlər barədə düşüncələriniz?
– Yeni fikir, ideya olanda onun nəticəsini görmək üçün zaman lazımdır. Yeni bir struktur varsa, önu görmək də maraqlı olur. Futbolumuzun inkişafı üçün fikirlər, planlar var. Qeyd etdiyim kimi, bunların nəticəsini görmək üçün zaman lazımdır.

Dambrauskas “Qarabağ”la oyundan sonra nələr dedi?

Azərbaycan Kubokunun “Qarabağ” – “Sabah” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Baxımlı futbol alındı. Milli matçlara görə yaranmış fasilədən sonra oynamaq təbii ki, bir qədər çətin idi. Buna baxmayaraq, yaxşı oyun alındığını düşünürəm. 2-ci hissənin 2-ci yarısından sonra daha yaxşı çıxış etdiyimizi qeyd edə bilərəm. Hər iki komandanın da şansları oldu. Cavab oyunu da maraqlı keçəcək. Kubok matçını unudub çempionat oyunlarına köklənməliyik.

– Hesabı bərabərləşdirdikdən sonra önə keçməyə nə çatmadı?
– İlk hissədə hesabı açsaq da, sonradan 2 qol buraxdıq. Rəqibin göstərdiyi təzyiq çox yaxşı idi. Həddindən artıq ucuz toplar itirdik. Əvvəlki oyunlarda qurduğumuz kombinasiyalardan bu matçda istifadə edə bilmədik. 2-ci hissənin əvvəllində bu özünü daha qabarıq göstərdi. Fasilədən dönməyimiz buna təsir edə bilər. Qarşıdakı oyunlarda bunu aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik.

– İqor Noqeyranın yoxluğunda, Rəhman Daşdəmirov onu layiqincə əvəz edə bilirmi?
– Əlbəttə ki, Rəhman bizim üçün önəmli futbolçudur. Bilirsiniz ki, Rəhman iki mövqedə oynaya bilən müdafiəçidir. İnanıram ki, hər bir futbolçum daha çox oyunda olmağa layiqdir. Bu gün Rəhmandan da razı qaldım.

– Kağız üzərində kubokun favoriti bu cütün qalibi kimi qeyd olunur. Bu fikirlə razısınızmı?
– Mənim üçün ən önəmlisi növbəti keçirəcəyimiz matçdır. Bu barədə heç düşünmürəm.

– Növbəti mövsüm üçün transfer barədə rəhbərliklə danışmısınız?
– Hazırda Avropadakı oyunlar barədə düşünmürəm. Təbii ki, komanda ilə bağlı idman direktoru ilə söhbətlərimiz olur. Hər hansı rəsmi xəbər olsa, sizinlə paylaşılacaq.

– Komandanın hər iki cəbhədə də mübarizə aparmaq gücünün olduğunu düşünürsünüzmü?
– Bu sualın cavabını sizə buraxıram. Sizcə, bunu bacara bilərik? (gülür)

– Mətbuatda Aleksey Kaşukla maraqlandığınız qeyd olunur…
– Onu deyə bilərəm ki, “Sabah” çox özəl klubdur. Çox yaxşı rəhbərliyimiz var. Hamı kollektiv işləyir. Transferlər barədə heç narahat deyiləm. Skaut komandamız daim axtarışdadır. Onların işinə güvənirəm. Kaşukla bağlı yayılan xəbərlər şayiələrdir. Təbii ki, çempionatda oynayan yerli futbolçular daim nəzarətimizdədir.

“Qarabağ” – “Sabah” oyununda azarkeş rekordu

Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçı (2:2) rekordla əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 21 min tamaşaçı izləyib.

Bu, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən turnirlər üçün təkcə 2025/26 mövsümünün deyil, son 10 mövsümün yeni rekordudur.
Bir oyunu daha çox tamaşaçının izləməsinə sonuncu dəfə 2015/16 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ”la “Neftçi” arasında kubokun final görüşünü (1:0) 23 min izləyici seyr edib.

Bu gün keçirilən “Qarabağ” – “Sabah” matçı 2008-ci ildən PFL-in bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 5-ci göstərici kimi tarixə düşüb. Lakin daha çox tamaşaçı olan 4 oyunun hamısı kubokun final görüşləri olub. Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma PFL bayrağı altındakı yarışlar üçün hər hansı bir komandanın ev sahibliyi etdiyi (final neytral meydanda keçirilir) ən çox tamaşaçı toplayan matç olub. Əvvəlki rekord 2016-cı il fevralın 14-də qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutan “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (1:2) 20 min 400 tamaşaçı olub.

Ümumiyyətlə isə bir komandanın ev oyununa daha çox seyrçi toplaması sonuncu dəfə 2006/07 mövsümündə yaşanıb. Həmin vaxt “Neftçi” – “Xəzər Lənkəran” görüşünü 25 min nəfər izləyib. Bugünkü matçda isə sonrakı 19 mövsümün rekordu qeydə alınıb.

Qeyd edək ki, bu oyunadək mövsümün rekordu eyni komandaların eyni stadiondakı çempionat matçına məxsus idi. Misli Premyer Liqasının XXII turunun martın 1-də baş tutan matçında (3:3) 10 min 361 seyrçi qeydə alınıb.

“Qarabağ” – “Sabah” 2:2 – Video

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Qarabağ” – “Sabah” matçında 2:2 hesablı bərabərlik qeydə alındı.

Arena.az bu gün Bakıda baş tutmuş oyunun videoicmalını və yekun protokolunu təqdim edir:

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunu
3 aprel

“Qarabağ” – “Sabah” 2:2
Qollar: Kadi Borges, 29; 60 – Umarali Raxmonaliyev, 23; 65-pen.
Sarı vərəqələr: Xoni Montiel, 47 (qeyri-idman hərəkəti). Elvin Cəfərquliyev, 80 (qeyri-idman hərəkəti) – Rəhman Daşdəmirov, 14 (qeyri-idman hərəkəti). Aleksey İsayev, 86 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 20:00. Tofiq Bəhramov adına Respublika Stadionu, 21000 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: İnqilab Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.

Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k) (11. Emmanuel Addai, 75), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel (8. Marko Yankoviç, 75), 18. Dani Bolt, 15. Leandro Andrade (22. Musa Qurbanlı, 80), 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev (20. Coy Lens Mikels, 67), 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa (6. Abdulla Xaybullayev, 89), 11. Kahim Parris (99. Patrik Mbina, 86), 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda (10. Aleksey İsayev, 67).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Minifutbol: “Zirə” Azərbaycan çempionu oldu!

Bu gün keçirilmiş həlledici oyunlarla minifutbol üzrə Azərbaycan çempionatında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, günün ilk oyununda üçüncü yeri tutan komanda bəlli olub.

Bürünc medal uğrunda oyunda “Aznur” “Sumqayıt”la üz-üzə gəlib.

Bakı Tennis Akademiyasında baş tutmuş qarşılaşmada “Aznur” 6:4 hesablı qələbəyə sevinib.

Daha sonra final matçı baş tutub. Həlledici görüşdə “Zirə” dördqat ölkə çempion olan “Birbaşa Bakı” komandası ilə qarşılaşıb. Bu oyun da Bakı Tennis Akademiyasında təşkil edilib. “Zirə” həlledici oyunda 4:1 hesablı qələbəyə sevinib.

Beləliklə, minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026-cı illər mövsümündə “Zirə” qızıl, “Birbaşa Bakı” gümüş, “Aznur” bürünc mükafata sahib çıxıb. Sözügedən komandalar həm də Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ qazanıblar.

Azərbaycan Kuboku: “Qarabağ”la “Sabah”dan heç-heçə

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Arena.az xəbər verir ki, yarımfinalın hər iki oyunu eyni günə təsadüf edib.

Günün sonuncu görüşü son çempion “Qarabağ”la Premyer Liqanın lideri “Sabah” arasında baş tutub. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirimiş matçı Rauf Cabbarov idarə edib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

Xatırladaq ki, daha öncə “Zirə” “Turan Tovuz”la səfər matçında 2:0 hesablı qələbəyə sevinmişdi.

Azərbaycan Kubokunda yarımfinalın cavab görüşləri aprelin 21-22-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
3 aprel

“Qarabağ” – “Sabah” 2:2
Qollar: Kadi Borges, 29; 60 – Umarali Rahmonaliyev, 23; 65-pen.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

ABL: “Naxçıvan” və “Şəki” pley-inə qələbə ilə başladılar

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün pley-in mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyununda “Quba” “Şəki”ni qəbul edib. Quba Olimpiya İdman Kompleksində keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 101:89.

Daha sonra “Naxçıvan”la “Sərhədçi” qarşılaşıblar. Bu görüş Bakı İdman Sarayında reallaşıb. Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 98:87.

Qeyd edək ki, bu komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək. Zərurət yaranacağı halda, əlavə oyunlar aprelin 9-10-da təşkil olunacaq. Bu qarşılaşmalar pley-in mərhələsində qaliblərin müəyyənləşməsi üçün həlledici rol oynaya bilər.

Sonda onu da xatırladaq ki, ABL-də yarımfinal seriyaları da 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanacaq komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Yüksək Liqa: Yarımfinalın son iki iştirakçısı bəlli oldu

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 1/4 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün hər iki görüşü Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

Əvvəlcə “Milli Aviasiya Akademiyası” “Abşeron”u 3:1 (25:18, 18:25, 25:19, 25:18) hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

Komandalar arasında ilk matçda da “Milli Aviasiya Akademiyası” rəqibini üstələmişdi – 3:2.

Günün ikinci oyununda “Gəncə” UNEC-lə üz-üzə gəlib. Görüş Gəncə komandasının qələbəsi ilə yekunlaşıb – 3:2 (23:25, 25:22, 25:22, 20:25, 15:9).

Bu komandalar arasında baş tutmuş ilk dueldə də bölgə təmsilçisi qələbəyə sevinmişdi – 3:2. Beləliklə, növbəti yarımfinalçı “Gəncə” komandası olub.

Xatırladaq ki, daha əvvəl “Turan” və “DH Volley” komandaları da yarımfinala vəsiqə qazanmışdılar.

Yüksək Liqa
1/4 finalın cavab oyunları
3 aprel

“Milli Aviasiya Akademiyası” – “Abşeron” 3:1 (25:18, 18:25, 25:19, 25:18)

“Gəncə” – UNEC 3:2 (23:25, 25:22, 25:22, 20:25, 15:9)

Yarımfinal mərhələsinin cütləri:

“Turan” – “Gəncə”
“DH Volley” – “Milli Aviasiya Akademiyası”

“Zirə” Azərbaycan Kubokunda finala yaxınlaşdı

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilir.

Arena.az xəbər verir ki, yarımfinalın ilk oyunu “Turan Tovuz”la “Zirə” arasında baş tutub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunu FIFA refirisi Əliyar Ağayev idarə edib. Qəsəbə təmsilçisi səfər matçında 2 cavabsız qolla qalib gələrək finala doğru inamlı addım atıb.

Bu gün həm də “Sabah” “Qarabağ”ın qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinalın cavab görüşləri aprelin 21-22-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
3 aprel

“Turan Tovuz” – “Zirə” 0:2
Qollar: Eren Aydın, 55. Leroy Mikels, 89.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:30.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 5. Roderik Miller, 3. Enrike Silva, 99. İbrahima Vadji, 8. David Tavares.
Məşqçi: Yunis Hüseynov.

Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

Bruno Fernandes – Premyer Liqada martın ən yaxşı oyunçusu!

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

Portuqaliyalı futbolçu martda çempionat çərçivəsində 4 oyuna çıxıb. O, bu qarşılaşmalarda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fernandes mükafat uğrunda mübarizədə Ceyms Qarner (“Everton”), Denni Uelbek (“Brayton”), Morqan Gibbs-Uayt (“Nottingem Forest”), Entoni Qordon (“Nyukasl”), Aleks İvobi (“Fulhem”) və David Rayanı (“Arsenal”) qabaqlayıb.

Bruno Fernandes karyerası ərzində 6-cı, cari mövsümdə isə ilk dəfə Premyer Liqada ayın ən yaxşı oyunçusu elan edilir.

Xatırladaq ki, Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda “Mançester Siti”nin hücumçusu Erlinq Haland, oktyabrda “Mançester Yunayted”in forvardı Brayan Mbömo, dekabrda “Lids”də çıxış edən Dominik Kalvert-Lyuin, yanvarda İqor Tyaqo (“Brentford”), fevralda Antuan Semenyo (“Mançester Siti”) bu ada layiq görülmüşdü.

Yoahim Löv millidə?

Almaniyalı məşqçi Yoahim Lövün işsiz günləri başa çata bilər.

Futbolpress.az xəbər verir ki, Qana Futbol Assosiasiyası təcrübəli mütəxəssisi milli komandanın baş məşqçi postuna gətirmək istəyir. Bu barədə Afrika mətbuatı məlumat yayıb.

Tərəflər arasında danışıqlar davam edir.

Qana yığmasında bir neçə gün əvvəl baş məşqçi Otto Addo ilə yollar ayrılıb.

Löv 2006-2021-ci illərdə Almaniya yığmasına rəhbərlik edib.

Birinci Liqa: “Mingəçevir” 5, “Şahdağ” 1 qola sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Şahdağ Qusar” “Şimal”la ev oyununda tək qolla 3 xal qazanıb. Yeddi qolun qeydə alındığı “Mingəçevir” – “Şəfa” oyununda isə meydan sahibləri darmadağına seviniblər.

Birinci Liqa
20-ci tur
2 aprel

MOİK – “Cəbrayıl” 2:1
Qollar: Custis Kvame Akuqe, 29. Samir Məhərrəmli, 90-pen – Firəddin Abdullayev, 34.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Binə qəsəbə stadionu, 15:00.

“Zaqatala” – “Difai” 1:0
Qol: Rəhman Şabanov, 49-pen.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Aydın Bəxşiyev, Şamil İmanzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Səbail” – “Baku Sportinq” 1:0
Qol: Səbayıl Bağırov, 86.
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Bayıl Arena”, 17:00.

3 aprel

“Şahdağ Qusar” – “Şimal” 1:0
Qol: Alassan Kulibali, 4.
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Safalı Ağayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Mingəçevir” – “Şəfa” 5:2
Qollar: Elçin Mustafayev, 6. Kennet Kalunqa, 50. Taleh Qarayev, 85; 90+5. Abba Usman, 88 – Emin Zamanov, 55-pen. Amir Ebrahimzade, 89.
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Mirnihat Seyidov, Sənan Bayramzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:30.

AFFA-nın 2025-ci il üçün Hesabat Konfransı keçirildi

Bu gün – aprelin 3-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) sayca 34-cü Hesabat Konfransı keçirilib.

Arena.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən futbol ictimaiyyəti nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AFFA-nın prezidenti Rövşən Nəcəf qonaqları, konfrans iştirakçılarını və mətbuat nümayəndələrini salamlayıb.

Sonra çıxış üçün söz Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə verilib. O bildirib ki, Azərbaycan hesabat ilində idmanda, xüsusən də, futbolda ciddi nailiyyətlər əldə edib: “İdman elə sahədir ki, nəticələrlə ölçülür. Fikrimcə, 2025-ci il Azərbaycan futbolu üçün uğurlu olub. “Qarabağ”ın və milli komandanın nəticələri bunu deməyə əsas verir. Həmçinin daxili çempionatda rəqabət artıb, oyunlara maraq yüksəlib. Futbolumuzda inkişaf göz önündədir. Bu münasibətlə AFFA-nı və futbol ictimaiyyətini təbrik edirəm”.

Ardından prosedura uyğun olaraq məlumat verilib ki, 35 səs hüquqlu nümayəndənin 33 nəfəri Konfransda iştirak edir və Konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir.

Hesabat ilində baş vermiş futbol hadisələrini əks etdirən videoçarx təqdim olunduqdan sonra AFFA prezidenti Rövşən Nəcəf ölkə başçısı İlham Əliyevin idmana, o cümlədən futbola böyük dəstək göstərdiyini bildirib. O, milli komandalarımızın ötənilki nəticələrini uğurlu qiymətləndirib:

“Kişilərdən ibarət milli komandamız ötən il çətin sınaqdan keçdi, Fransa və Ukrayna kimi güclü yığmalara qarşı layiqli mübarizə apardı. Bu dövrü daha çox yenilənmə və düzgün istiqamətin müəyyənləşdirilməsi kimi qiymətləndiririk. Ayxan Abbasovun rəhbərliyi altında artıq müsbət dəyişikliklər hiss olunur. Komandanın oyununda intizam, dinamika və mübarizə əzmi artıb ki, bu da gələcəyə daha nikbin baxmağa əsas verir. Bunun bəhrəsini qısa müddətdə görməyə başladıq. Millimizin bu yaxınlarda təşkil olunan “FIFA Series” turnirinin qalibi olması bunun bariz nümunəsidir. Milli komandamızı bu qələbə münasibətilə təbrik edirəm. Biz komandamıza güvənirik və əminik ki, azarkeşlərimizi sevindirəcək nəticələr əldə olunacaq.
Qadın milli komandamız üçün də il uğurlu alındı. Millətlər Liqasında bizi sevindirən komandamız ötən ilin sonu “FIFA Series 2025” turnirində qalib olmağı bacardı”.

Rövşən Nəcəfdən “Qarabağ”a və Qurban Qurbanova təşəkkür

AFFA prezidenti Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasını və legioner limitinin ləğvini ölkə futbolunun inkişafı istiqamətində atılan önəmli addımlardan biri hesab edib. O, “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışına da münasibət bildirib:

“Azərbaycan Premyer Liqası ilə bağlı bir sıra islahatlar aparıldı. Komanda sayı 12-yə çatdırıldı, legioner limiti ləğv edildi. Bu qərarlar liqada rəqabətin artmasına, klubların inkişaf imkanlarının genişlənməsinə və ümumi səviyyənin yüksəlməsinə xidmət edir. Eyni zamanda, yerli futbolçuların oynadılmasına görə maliyyə təşviq mexanizmi tətbiq olundu. Bu mexanizm gənc futbolçuların inkişafını stimullaşdırır, klubları akademiyalara daha çox diqqət ayırmağa sövq edir və Azərbaycan futbolunun gələcəyinə xidmət edir.

Klublarımızdan “Qarabağ”ın Avropa arenasında qazandığı uğurlar xüsusi qeyd olunmalıdır. Təmsilçimiz UEFA Çempionlar Liqasında qitənin nəhəng klublarına qarşı layiqli mübarizə apararaq pley-off mərhələsinə yüksəlməklə növbəti dəfə tarix yazdı, Azərbaycan futbolunun beynəlxalq nüfuzuna mühüm töhfə verdi. Azərbaycan xalqına yaşadılan bu emosiyalara görə kluba, xüsusən də, Qurban Qurbanova təşəkkürümü bildirirəm”.

Rövşən Nəcəf hesabat ilinin ən mühüm hadisələrindən biri kimi 2027-ci ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək 25-ci dünya çempionatının final mərhələsinin Azərbaycan və Özbəkistana həvalə edilməsini göstərib:

“Oktyabr ayının əvvəlində FIFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərarla futbol tarixində ilk dəfə kişilər arasında dünya çempionatı ölkəmizdə keçiriləcək. Bu da Azərbaycan və Özbəkistanda idmanın inkişafına verilən diqqət, həyata keçirilən məqsədyönlü dövlət siyasəti və yaradılan şəraitin bariz nümunəsidir. İlk dəfə olaraq dünya çempionatı iki qitədə keçiriləcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu uğur Avropa ilə Asiyanı birləşdirən ortaq nailiyyətdir”.

“Azərbaycan futbolu daha iddialı mərhələyə qədəm qoyur”

AFFA prezidenti Azərbaycan hakimlərinin beynəlxalq arenadakı çıxışını da yüksək qiymətləndirib. O, FIFA referimizin artıq beynəlxalq arenalarda uğurlu idarəçiliklə öz sözlərini dediklərini vurğulayıb. R.Nəcəf hakimlik sahəsinin inkişafı istiqamətində işlərin davam etdirildiyini bildirib.

Rövşən Nəcəf AFFA ilə Elm və Təhsil Nazirliyi arasında qurulan əməkdaşlıq çərçivəsində həyata keçirilən “Məktəbli Kuboku” layihəsinin önəmindən də bəhs edib:

“Məktəbli Kuboku” bizim üçün sadəcə bir turnir deyil, həm də gələcəyin sağlam və vətənpərvər nəslinin formalaşdırılmasına xidmət edən mühüm platformadır. Bu layihə vasitəsilə minlərlə məktəbli futbola cəlb olunur. Onların sağlam həyat tərzinə marağı, komanda ruhunun gücləndirilməsi, dostluq münasibətlərinin möhkəmləndirilməsi böyük önəm kəsb edir. AFFA olaraq bu kimi layihələrin coğrafiyasını daha da genişləndirmək və davamlılığını təmin etmək əsas prioritetlərimizdən biridir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk və gələcəkdə də birgə uğurlu layihələr həyata keçirməyə davam edəcəyik.

Sonda bildirmək istəyirəm ki, Azərbaycan futbolu daha məsuliyyətli və eyni zamanda daha iddialı mərhələyə qədəm qoyur. İnanıram ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün AFFA və futbol ailəsinin bütün üzvləri səylərini birləşdirəcək, üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəklər. Çünki biz yalnız birlikdə böyük uğurlara imza ata bilərik”.

“2 milyon manat klublar arasında bölüşdürüləcək”

Ardınca AFFA-nın baş katibi Cahangir Fərəcullayev hesabat xarakterli məruzə ilə çıxış edib. O bildirib ki, AFFA üçün əsas prioritet A milli komandadır:

“Ötən ilin sentyabrında məşqçi heyətində edilən dəyişikliklərdən sonra işlər müsbət istiqamətdə inkişaf etməyə başladı. Ayxan Abbasovun rəhbərlik etdiyi komandasının Fransa və Ukraynaya qarşı göstərdiyi əzmkarlıq, mübarizə ruhu və döyüşkənlik uzun müddətdir komandadan gözlənilən məqamlar idi. Taktiki-texniki dəyişikliklərlə yanaşı, bu keyfiyyətlər milli komandanın əsas simasını təşkil etməlidir. Martın son günlərində ölkəmizdə təşkil olunan “FIFA Series – 2026” turnirində bu keyfiyyətlərin ilk qığılcımlarını gördük. Bu turnirdə əsas qazancımız kubok deyil, özünəinamın bərpası, komanda ruhunun formalaşması və ümumi məqsəd uğrunda mübarizə aparan kollektivin yaradılmasıdır. Hesab edirəm ki, bu istiqamətdə ilkin mühüm addımlar atılıb”.

Cahangir Fərəcullayev Azərbaycan futbolunun inkişafına istiqamətlənmiş strateji addımlardan biri kimi Azərbaycan Premyer Liqasında komanda sayının 12-yə çatdırılmasını və legioner limitinin ləvğ edilməsini göstərib:

“Nəticədə cari mövsümdən 3 bölgə komandası elitaya yüksəlib. Legioner limiti ilə bağlı qərar isə klublar arasında rəqabəti artırıb, çempionatın güclənməsinə və azarkeş marağının artmasına səbəb oldu. Təsadüfi deyil ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Sabah” oyununda son 8 ilin tamaşaçı rekordu qırıldı. Yerli futbolçuların legionerlərlə rəqabət şəraitində inkişafı üçün şərait yaradıldı. Eyni zamanda, ilk dəfə yerli futbolçulara üstünlük verən klublar üçün təşviq mexanizmi tətbiq olunub. Legioner rüsumlarından formalaşan fondun əsas hissəsi yerli oyunçulara daha çox şans verən klublar arasında bölüşdürüləcək. Bu məbləğin təxminən 2 milyon manat olacağı gözlənilir”.

Bu stadionlar yenilənəcklər

Baş katib hakimlik sahəsində aparılan islahatların vacib istiqamətlərdən biri olduğunu söyləyib:

“Beynəlxalq hakimlik, təmsilçilik, hakimlərin təhsili ilə bağlı funksiyalar Frank De Blekerə həvalə edildi. Yerli yarışlara dair məsələlər Hakimlər Komitəsinin yeni rəhbəri Rəhim Həsənova tapşırıldı. Hakimlər Departamentinin rəhbəri vəzifəsinə isə Bəhruz Teymurov təyin edildi. Yeni komanda fəaliyyətində obyektiv və ədalət prinsipini əsas götürür. Hakim qərarlarının həftəlik videoicmallarla təhlili, klubların mübahisəli hesab etdikləri epizodlarla bağlı müraciətlər əsasında VAR görüntülərinə baxmaq imkanının yaradılması və hakimlər üçün bonus proqramı müsbət yeniliklərdəndir. “FIFA Series” çərçivəsində Bakıya gələn Özbəkistanın hakimlik üzrə nümayəndələri bu proqramın öz ölkələrində tətbiqi üçün müraciət ediblər və biz də buna razılıq vermişik”.

Cahangir Fərəcullayev infrastruktur problemlərinin həlli istiqamətində önəmli addımlar atıldığını sözlərinə əlavə edib:

“Karvan”ın Premyer Liqa çərçivəsində rəqiblərini öz meydanında qəbul etməsini müsbət haldır. Gəncə və Tovuzun da növbəti mövsümdən Azərbaycan Premyer Liqası matçlarına ev sahibliyi etməsi gözlənilir. AFFA bu istiqamətdə önəmli addımlar atıb. UEFA HatTrick Proqramı çərçivəsində təsdiqlənən layihəyə əsasən, yeni mövsümün əvvəlinədək Ağsu şəhər stadionu Premyer Liqa standartlarına uyğunlaşdırılacaq. Bir və ya iki komanda ev oyunlarını orada keçirə biləcək. İkinci məsələ “Dalğa Arena” ilə bağlıdır. Oradakı meydança tam yenidən qurulacaq. Eyni proqram çərçivəsində təsdiqlənən növbəti layihə Bayıl stadionunu əhatə edir. İnkişaf Strategiyasının əsas sistemli layihələrindən biri futbol inkişaf mərkəzləridir. AFFA mövcud imkanlarından istifadə edərək ilk mərkəzi Bayıl kompleksində yaratmaq niyyətindədir. Artıq may ayında bu kompleks əsaslı təmirə bağlanacaq və gələcəkdə uşaq və yeniyetmə futbolçuların hazırlanması məqsədilə istifadə olunacaq. Bu layihə çərçivəsində növbəti hesabat ilində regionlarda ən az daha iki mərkəzin açılması üçün işlərə başlanılacaq”.

“Bu, istedadlı gənclərimizin Avropaya çıxış qapısı ola bilər”

Baş katib bildirib ki, uşaq və yeniyetmə futbol layihələri AFFA-nın prioritetlərinə çevrilib. O, 2025-2026-cı illər mövsümü öncəsi aşağı yaş qrupu üzrə liqalardakı format və qayda problemlərinin həlli üçün klublarla görüşlərin keçirildiyini xatırladıb. Baş katib həmçinin hesabat ilində AFFA-nın bir sıra mühüm layihələr həyata keçirdiyini deyib:

“Elm və Təhsil Nazirliyinin böyük dəstəyi ilə “Məktəbli Kuboku”nu bərpa etdik. Bütün ölkəni əhatə edən bu nəhəng tədbirə 68 bölgədə 30 mindən çox azyaşlı futbolçu cəlb olundu. Önəmli məqamlardan biri odur ki, AFFA bu yarışı səmərəli istifadə olunan daxili maliyyə resursları hesabına keçirir. Assosiasiyanın bünövrəsini qoyduğu daha bir önəmli layihə klub futbol akademiyalarının nəzarəti və dəstəyi şöbəsidir. Bu bölmənin əsas məqsədi mövcud akademiyalarda vəziyyəti dəyərləndirmək, şərait və ehtiyaclara uyğun olaraq idarəetmə, metodologiya, məşq prosesi və digər sahələrdə dəstək göstərməkdir. Layihə çərçivəsində Finlandiyada bu sahədə çalışmış və Şotlandiyada təhsil almış azərbaycanlı mütəxəssis Sərxan Hüseynov prosesə cəlb olundu.

Futbolumuz üçün atılan önəmli addımlardan biri də AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanmasıdır. Layihə çərçivəsində oğlanlar və qızların müxtəlif yaş qruplarının bütün liqa oyunlarında analiz tətbiq olunacaq. Bu platforma həmin yarışlarda iştirak edən hər futbolçunun şəxsi performansını rəqəmsal data əsasında ölçüb təhlil etməyə imkan verir, oyunçuların güclü və zəif tərəflərini müəyyən edir. Nəticədə gənc oyunçular üçün fərdi inkişaf proqramının hazırlanması mümkün olacaq. Azərbaycanlı futbolçuların profilləri növbəti iki il ərzində Avropa klublarının skautları üçün açıq qalacaq. Bu, istedadlı gənclərimizin Avropaya çıxış qapısı ola bilər”.

Cahangir Fərəcullayev qadın futbolunda da əhəmiyyətli inkişafın baş verdiyini vurğulayıb:

“Qadın futbolu sahəsində çox ciddi irəliləyişlərimiz və uğurlarımız var. Qadın millimiz “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi oldu. Ötən ilə qədər yarımcan olan qadın futbolu liqasında komanda sayı 6-dan 12-yə yüksəldildi. Bu sahənin inkişafı üçün vacib addımdır. Nigar Mirzəliyevanın transferi ilə ilk dəfə Avropanın “Top-5” ölkəsinin liqasında azərbaycanlı futbolçu izləyirik”.

FIFA-dan AFFA-nın fəaliyyətinə qiymət

Maliyyə hesabatını təqdim etmək üçün AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Emil Nəcəfova söz verilib. O, geniş təqdimat vasitəsilə gəlirlər və daxiolmlalarla bağlı hesabat verib.

Ardınca “Orion Consulting” MMC audit şirkətinin nümayəndəsi, müstəqil auditor Əşrəf Hüseynovun hesabatı dinlənilib.

AFFA-nın audit hesabatı səsvermə nəticəsində təsdiq edilib.

AFFA-nın təhsil üzrə eksperti Nigar Nəsurullayeva 2026-2028-ci illəri əhatə edən təhsil proqramı barədə məlumat verib, təhsilin futboldakı rolundan bəhs edib.

Sonra çıxış üçün söz FIFA-nın milli assosiasiyalar üzrə regional meneceri Marion Gavata verilib. O, FIFA prezidenti Canni İnfantinonun salamlarını konfrans iştirakçılarına çatdırıb və tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirib:

“FIFA olaraq AFFA ilə əməkdaşlığımıza və peşəkar fəaliyyətinizə görə minnətdarlığınızı bildiririk. “FIFA Series”in yenidən Azərbaycanda keçirilməsindən məmnunluğumuzu ifadə etmək istərdim. Bu turnirdə yüksək səviyyəli təşkilatçılığın şahidi olduq. Azərbaycan millisi ötən ay keçirilən yarışın qalibi oldu. Ölkəniz U-20 dünya çempionatına da ev sahibliyi edəcək. Bütün bunlar FIFA-nın AFFA-ya böyük etimad etdiyini göstərir. İnanıram ki, mundial üçün bura gələcək komandalar da sizin təşkilatçılığı yüksək standartlarda keçirdiyinizi bir daha görəcəklər.

Bundan əlavə, “Qarabağ” klubunun Çempionlar Liqasındakı nəticələrini qeyd etməliyəm. Bütün bunlar Azərbaycan futbol tarixi üçün əlamətdar hadisələrdir. Eyni zamanda, Azərbaycanda qadın futbolunun inkişafı aydın görünür. Bir futbolçunuzun Almaniya Bundesliqasına yollanması bunun ən gözəl sübutudur. Nigar Mirzəliyevanın transferi digər qızlarınız üçün də əlavə stimul olacaq. İnanıram ki, bu, Azərbaycanda qadın futbolunun inkişafına yeni imkanlar açacaq. FIFA ilə AFFA arasında qurulmuş əlaqələr son dərəcədə müsbətdir. Bu əməkdaşlığın ildən-ilə daha da genişlənəcəyinə şübhəmiz yoxdur”.

Sonda AFFA-nın baş katibi Cahangir Fərəcullayev konfrans iştirakçılarına təşəkkürünü bildirib. Bununla da Konfrans öz işini yekunlaşdırıb.

Konfrans başa çatdıqdan dərhal sonra AFFA-nın prezidenti Rövşən Nəcəfin iştirakı ilə mətbuat konfransı keçirilib.

Cennaro Qattuzo İtaliya millisindən getdi – Rəsmi

48 yaşlı italiyalı futbol mütəxəssisi Cennaro Qattuzo İtaliya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qattuzonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2025-ci ilin yayında milliyə baş məşqçi təyin olunmuşdu. İtaliya millisi bu məşqçinin rəhbərliyi altında cəmi 8 oyuna çıxıb, 6 qələbə qazanıb, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, komanda Qattuzonun rəhbərliyi altında DÇ-2026-ya vəsiqə qazana bilməyib. İtaliya millisi pley-off mərhələsinin final matçında Bosniya və Herseqovina yığması ilə bacarmayıb.

Cennaro Qattuzo daha öncə Xorvatiyada “Hayduk”un (Split), İspaniyada “Valensiya”nın, İtaliyada “Napoli”, “Milan”, “Piza” və “Palermo”nun, Yunanıstanda “OFİ Krete”nin, İsveçrədə “Syon”un, Fransada Marsel “Olimpik”inin də baş məşqçisi olub.

Mikel Arteta – Premyer Liqada martın ən yaxşı məşqçisi!

“Arsenal”a rəhbərlik edən ispan mütəxəssis Mikel Arteta İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

London təmsilçisi martda keçirdiyi üç oyunun hamısında qələbə qazanaraq 100 faizlik nəticə göstərib. “Topçular” bu müddətdə “Çelsi” (2:1), “Brayton” (1:0) və “Everton”u (2:0) məğlub ediblər.

Mikel Arteta mükafat uğrunda mübarizədə Eddi Hau (“Nyukasl”), Devid Moyes (“Everton”), Rejis Le Bri (“Sanderlend”) və Fabian Hürseleri (“Brayton”) qabaqlayıb. Bu, ispaniyalı mütəxəssisin karyerası ərzində qazandığı 8-ci belə mükafatdır.

Cari mövsümdə ilk belə mükafat “Liverpul”un sabiq çalışdırıcısı Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda “Mançester Yunayted”ə rəhbərlik etmiş Ruben Amorim, noyabrda “Çelsi”ni çalışdırmış Entso Mareska, dekabrda “Aston Villa”nın çalışdırıcısı Unai Emeri, yanvarda “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Maykl Karrik, fevralda isə Xosep Qvardiola (“Mançester Siti”) ən yaxşı seçilmişdi.

“Şəfa”nı məğlub edən tapıldı

I Liqada XX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçirilib.

Lider “Şəfa” Mingəçevirdə uduzub və mövsümdə ilk məğlubiyyətini yaşayıb.

Digər matçda “Şahdağ Qusar” qələbə qazanıb.

I Liqa

XX tur

“Mingəçevir” – “Şəfa” 5:2
Qollar: 
E.Mustafayev, 6, K.Kalunqa, 50, T.Qarayev, 86, 90+5, A.Usman, 88 – E.Zamanov, 55 (pen), A.Ebrahimzade, 90

“Şahdağ Qusar” – “Şimal” 1:0
Qollar: 
A.Kulibali, 4

Recep Öztop “Kəpəz”in qonağı oldu

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop “Kəpəz” PFK-nın qonağı olub.

Futbolpress.az xəbər verir ki, akademiyada keçirilən görüşdə klubun icraçı direktoru Ruslan Məmmədov, komandanın baş məşqçisi Azər Bağırov, kapitan Əli Səmədov, klubun ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Nofəl Əzizov, həmçinin “PatriotNews.az” saytının rəhbəri və “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədr müavini Ceyhun Əliyev iştirak ediblər.

Qonağa klubun bazası, Akademiyanın fəaliyyəti və son dövrlərdə infrastruktur sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Görüş zamanı Ruslan Məmmədov baş konsul Recep Öztopa “Kəpəz”in formasını hədiyyə edib.

Sonda tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, idman və futbol sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Baş konsul komandanın məşqini də izləyib, futbolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb və Gəncə stadionunda “Kəpəz”in oyunlarını canlı izləyəcəyini bildirib.

“Turan Tovuz” – “Zirə”: heyətlər

“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinal mərhələsində bu gün “Zirə”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 17:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 9. Coş Cinnelli 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 5. Roderik Miller 3. Enrike Silva 99. İbrahima Vadji 8. David Tavareş
Məşqçi: Yunis Hüseynov

“Zirə”: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 17. Ayron Qomis 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins
Baş məşqçi: Rəşad Sadıqov

 

Qattuzo İtaliya millisindən ayrıldı

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi postundan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Daha əvvəl federasiyanın rəhbəri Qabriel Qravina və milli komandanın nümayəndə heyətinin sədri Canluici Buffon istefa verib.

İtaliya yığması dünya çempionatının pley-off mərhələsində Bosniya və Herseqovinaya uduzub və mundialdan kənarda qalıb.

“Çelsi” futbolçusunu cəzalandırdı

“Çelsi” futbolçusu Enzo Fernandesi cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin bir neçə gün əvvəl “Real”a keçmək istəməsiylə bağlı açıqlama verməsidir.

Klub futbolçunun davranışının düzgün olmadığını bildirib və onun növbəti iki matçda oynamayacağını qeyd edib.

Azarkeşlər də Enzonun açıqlamasına qəzəblənib və onun klubdan göndərilməsini istəyib.

Fernandes bu mövsüm Premyer Liqada 30 oyunda 8 qol vurub.

Luçesku infarkt keçirdi

Rumıniyalı mütəxəssis Mirça Luçesku yenidən xəstəxanaya yerləşdirilib.

Futbolpress.az xəbər verir ki, o, infarkt keçirib. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

80 yaşlı mütəxəssis hazırda müşahidə altında saxlanılır.

Luçesku bir neçə gün əvvəl də huşunu itirmiş və xəstəxanalıq olmuşdu. O, müayinələrdən sonra yenidən evə buraxılmışdı.

Simon Minyole karyerasını başa vuracağını açıqladı

Belçika milli komandasının sabiq qapıçısı Simon Minyole cari mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracaq.

Arena.az xəbər verir ki, bu barədə qolkiperin hazırda çıxış etdiyi Belçika təmsilçisi “Brügge”nin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qapıçı 2025/2026-cı illər mövsümünün sonunda futbolla vidalaşacaq. Minyole qərarını şərh edərkən bildirib ki, karyerasının son mərhələsini layiqincə başa vurmaq niyyətindədir.

Hazırda 38 yaşı olan qapıçı 2019-cu ilin avqustundan etibarən “Brügge”nin formasını geyinir. O, bu müddətdə komanda ilə dörd dəfə Belçika çempionu olub, həmçinin bir ölkə kuboku və üç super kubok qazanıb.

Minyole peşəkar karyerasına “Sent Trüden”də (104 oyun) başlayıb. O, daha sonra “Sanderlend” (101 oyun) və “Liverpul” (204 oyun) kimi Premyer Liqa klublarının uğurları üçün çalışıb. Minyole “Liverpul”la 2018/2019-cu illər mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub.

Simon Minyole 2011-ci ildə debüt etdiyi Belçika milli komandasında 35 oyun keçirib ki, bunların 10-da qapısının toxunulmazlığını qorumağı bacarıb. 35 yaşlı qolkiper milli komanda ilə DÇ-2018-də bürünc medal qazanıb.

Portuqaliyalı futbolçu “Mançester Siti”dən ayrılacaq

Portuqaliyalı futbolçu Bernardu Silva yayda “Mançester Siti”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçinin klubla müddəti başa çatacaq müqaviləsi uzadılmayacaq.

Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir.

Baş katib təsdiqlədi: Həsənzadə üçün son gün

AFFA-nın texniki direktoru Cahangir Həsənzadə vəzifəsindən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun baş katibi Cahangir Fərəcullayev mətbuat konfransında deyib.

O, Cahangir Həsənzadənin bu gün texniki direktor vəzifəsində son günü olduğunu bildirib.

Həsənzadə 2020-ci ildən AFFA-nın texniki direktoru vəzifəsində çalışırdı. Funksionerin ayrılıq xəbərini öncədən vermişdik.

Rodriyə yeni təklif

“Mançester Siti” futbolçusu Rodriyə yeni müqavilə təklif edib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İspan futbolçu hələ qərarını verməyib.

“Real” da Rodri ilə yaxından maraqlanır. Futbolçu “Mançester Siti”nin müqavilə təklifini qəbul etməzsə, “kral klubu” onun üçün hərəkətə keçəcək.

Rodrinin indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.

AFFA prezidenti: “Böyük hədəflərin arxasınca getməliyik”

AFFA prezidenti Rövşən Nəcəf Hesabat Konfransından sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, funksioner media nümayəndələri ilə görüşdə bunları deyib:

– Ötən il hakimlərin qərarları ilə bağlı çoxsaylı şikayətlər oldu, baş məşqçilər narazılıqlarını bildirdilər. Çalışdırıcılar qeyd edirlər ki, hakimlərin qərarlarına təsir edə bilmirik, etirazlar nəzərə alınmır. Hakimlərin qərarlarına münasibətdə hansı strateji metodlardan istifadə olunur?
– Hər narazı olan anda hakim mövqeyini dəyişsə, digər tərəf də narazı olarsa, mövqeyini dəyişsə, necə olacaq? Hakim qərar verərkən, kiminsə razı qalıb-qalmayacağını nəzərə almır. Lazım olan qərarları verir. Məni sevindirir ki, hakimlər təzyiqə baxmayaraq, qərarlarını dəyişmirlər. Hakim qərar verir, məşqçi dəyiş deyirsə… Necə olar, təsəvvür edirsiz? Hakim xətaları olubmu? Olub. Bunun üçün işlər görürük. Səhvsiz oyunlar olacaq? Hazırkı mərhələdə çətindir ki, olsun. Gələcəkdə bunu minumuma endirmək istəyirik. Hakimlərin inkişafı əsas prioritetlərimizdən biridir. Bəzi qərarlarda xətalar olub. Amma bunun olmaması üçün islahatlar aparırıq. Əsas məqsəd hakim qərarlarının doğruluq səviyyəsinin artırılmasıdır.

– Bu il İcraiyyə Komitəsində seçki olmadı. Qurban Qurbanov iclaslarda məhdud sayda iştirak edir, cəmi 2-3 iclasda olub. İcraiyyə Komitəsi faydalı qurumdur, əhəmiyyətli məsələlər müzakirə olunur. Əgər bir nəfər iclaslarda iştirak etmirsə, onun üzv olmasının nə əhəmiyyəti var? Üzv davamlı şəkildə iştirak etmirsə, hansısa tədbir görmək nəzərdə tutulur?
– Bu gün AFFA-nın hesabatını İK-nın hesabı kimi qəbul edə bilərik. Qurban Qurbanova gəldikdə, oyun qrafiki imkan verdiyi vaxtlarda iştirak edir. İcraiyyə Komitəsi ilə daim əlaqədəyik, rəsmi görüşlər olmadan da fikir mübadilələri aparırıq. O, futbolun, uşaq futbolunun inkişafı haqda dəyərli fikirlərini bizimlə bölüşür. Oyunları olanda da bizimlə danışır, öz fikirlərini, təklifləri verir. İK-nin bütün üzvlərinə təşəkkür edirəm ki, çox rəngarəng fikirlərlə gəlirlər. Bütün fikirlər barədə açıq müzakirələr aparırıq. Azərbaycan futbolunun inkişafına xidmət edəcək qərarları müzakirə edirik.

– Bu suala azarkeş kimi fikir bildirməyinizi istərdim. Son 1 ildə Azərbaycan futbolunun inkişaf tempindən razısınız?
– Yəqin ki, tam razı olacağım gün millimizin dünya çempionatının final mərhələsində oynayacağı gün olacaq. Əminəm ki, bu, nə vaxtsa baş verəcək. Bu istiqamətdə işləməliyik, böyük hədəflərin arxasınca getməliyik. Mənim dövrümə gəldikdə isə, Azərbaycan millisinin oyununu böyük turnirdə izləmək, bir azarkeş kimi məni ən çox sevindirəcək hadisə olardı. Futbolda komanda uduzur da, udur da. Əzmkarlığı, döyüşkən ruhu görəndə, azarkeş sevinir.

– Dövlətin ayırdığı maliyyəyə görə Premyer Liqa klubları uşaq futboluna 500 min manat pul ayrılır. Klubların əksəriyyəti sanki sui-istifadə hallarına yol verir. AFFA bu maliyyənin idarə olunmasına mexanizm təyin edirmi, bu, necə nizamlanır?
– Kublara ayrılan AFFA-nın vəsaitidir. Hər bir klub vəsaitin istifadəsi ilə bağlı sənəd göstərir. Uşaq futbolunun inkişafına, akademiyaların səmərəli işinə xüsusi diqqət ayrılır. Klublarla daim fikir mübadiləsi aparılır. Ayrılan vəsaitə nəzarət mexanizmi var. Sizdə düzgün istifadə edilməməsi ilə bağlı məlumat varsa, bildirin, biz də sizə minnətdar olarıq. Hər zaman şəffaflığı təmin etmək istəyirik.

– İnkişaf strategiyası yazılıb, qarşıda bizi qlobal səviyyədə futbol yarışı gözləyir. Amma infrastrurktur məsələsi kifayət qədər yaxşı vəziyyətdə deyil. İnfrastrukturda qlobal dəyişikliyə başlanacaq?
– “Qarabağ”ın avrokuboklarda tarixi nailiyyət əldə etməsi, azərbaycanlı futbolçuların xarici liqalarda çıxış etməsi, qızlarımızın uğuru, məhz strategiya ilə bağlı məsələlərdir. İnfrastrukturla bağlı məsələni düz deyirsiniz. Cahangir Fərəcullayev də dedi ki, ən ağrılı yerimiz infrastrurkturdur. Zaman və maliyyə tələb olunur ki, tam dəyişdirilsin. Klublara əlavə sponsorlar cəlb olunarsa, bu, baş verə bilər. Amma bütün infrastrukturun qısa müddətdə həlli mümkün görünmür. Baxırıq ki, necə sponsorlar cəlb edə bilərik. Stadionlara sponsor adlarının verilməsi, sponsorun verdiyi maliyyənin infrastrurktura cəlb edilməsi də mümkündür. Görüləsi işlər çoxdur.

– Stadionlardan çox danışırıq. Sizə elə gəlmir ki, yeni mövsümdən Premyer Liqada klubların qarşısına şərt qoyulmalıdır ki, hər klub öz doğma stadionunda oynasın, stadionu olmayan klub Premyer Liqada çıxış etməsin.
– Tamamilə doğru deyirsiniz. Bu fikirlər İcraiyyə Komitəsində müzakirə olunur. Klublara həm stadionların standartları baxımından, həm də öz stadionlarında oynanılması üçün tələblər sərtləşdiriləcək. Klublar vəsaitləri düzgün sərf etməklə infrastruktur çatışmazlıqlarını həll etsinlər, təmsil etdikləri bölgələrdə çıxış etsinlər. Bu istiqamətdə müzakirələr aparılır. İK-nin iclaslarının birində bununla bağlı qərar verməyi düşünürük. Bununla futbolun inkişafını təmin etmək istəyirik. Çox incə balans var. Bunu təmin etməyə çalışırıq. Hazırda İK-nin iclasında müzakirə edilən mövzulardandır. Klub sayının artmasına gəlincə, prinsipcə müzakirə mövzusu ola bilər. Hansı klublar gələ bilər, onların infrastruktur imkanlarını dəyərləndirməliyik. Stadion məsələsini həll edək, sonra klub sayına baxaq.

– İlləri boşa vermişik, futbolumuzda problemlər çoxdur. Ən böyük problemlərdən biri də kadr çatışmazlığıdır. Bu probelmin həllini necə görürsünüz?
– Bütün sahələrdə olduğu kimi futbolda da yeni kadrların yetişdirilməsinə ehtiyac var. Hakimlərdən tutmuş, tibbi personala qədər. Daimi olaraq yeni kadrların hazırlanması lazımdır. Kadrların peşəkarlığının artırılması və bu sahəyə marağın saxlanılması əsas hədəf olaraq qalır. Hakimliyə dünya üzrə maraq azalıb. Bu baxımdan peşəkar hakimlərin sayı, hazırlanması əsas çatışmazlıq kimi qalır. Dünyada belədir, amma bütün sahələrə aiddir. Bununla bağlı xüsusi proqramların həyata keçirilməsi nəzərdə tutulur. AFFA və müvafiq qurumlar üzrə əməkdaşlıqların genişləndirilməsi əsas məsələlərdəndir. Kadr məsələsini növbəti iclaslarda müzakirə edəcəyik.

– AFFA-nın İcraiyyə Komitəsinin iclaslarında mətbuat iştirak etmir. İK-nin üzvlərindən müsahibə ala bilmirik ki, nələri müzakirə edirsiniz, danışırsınız. Bunu necə tənzimləmək olar?
– AFFA-nın rəhbəri yalnzı Rövşən Nəcəf deyil, AFFA-nın baş katibi, İK üzvləri var. Daim mətbuata açıqdırlar. İstənilən sualları verə bilərsizinuz. Cavab verməsələr, müzakirə edərik. AFFA rəhbərliyi bir şəxs deyil, İK var. İclasların hansı binada keçirilməsinin önəmi yoxdur. AFFA-nın binasında oldu, ya SOCAR-ın binasında. Əsas o iclaslarda verilən qərarlar, müzakirə edilən mövzulardır. İradı qəbul edirəm. Media ilə daha çox görüş keçirməyə hazıram. Bir dəfə görüş olmuşdu. Yəqin ki, bir dəfə də görüşərik. Media ilə qapalı görüş edərik, sizin fikirlərinizi eşitmək istəyərəm. Futbola marağın saxlanılması üçün hansı yanaşma dəyişikliyi etməliyik, bunu jurnalistlərlə müzakirə edərik.

– A milli son iki oyunda qalib gəldi. Təəssüf ki, İK-nin üzvlərini, AFFA rəhbərliyini orada görmədik, sizin orada olmamağınız nə ilə bağlıdır?
– Həmin dövrdə digər fəaliyyətimlə bağlı ölkədə yox idim. Oyunlara gedəndə də işıqlandırmıram. Bunu vəzifəmin bir hissəsi kimi görürəm. Hər oyuna getdiyimi mətbuata açıqlamağı düzgün hesab etmirəm. Mənim olduğum oyunlarda görə bilməzsiniz ki, stadiondan foto paylaşım. Şəxsi fikrimdir. Bu, səhv ola bilər.

– Premyer Liqa və I Liqa klubları AFFA İntizam Komitəsinin verdiyi cəzalardan narazıdır. “Neftçi” geridə qalan mövsümdə azarkeşlərin davranışına görə 105 min manat cərimə ödəyib. AFFA İntizam Komitəsi sanki klubları soyur. Bu məsələyə baxılması mümkündür?
– Onlar öz fəaliyyətlərində müstəqildir. Mən və ya digərlərimizin fəaliyyətlərinə təsir etməyi mümkün deyil. Narazı olan klublar prosedurlardan istifadə edə bilərlər. Klubları soyur deyirsiniz, amma bayaq deyirdik ki, əsas vəsait AFFA-dan gəlir. Cərimədən gələn pullar yenidən klublara gedir. Klubları soyur demək, düzgün deyil.

– Son zamanlarda şaiyələr gəzir ki, yayda PFL ləğv olunacaq və əvvəlki kimi bir kabinetdən ibarət quruma çevriləcək. Bu, nə dərəcədə dğrudur?
– PFL yarışları AFFA ilə imzalanmış müqavilə və qurumun verdiyi səlahiyyət əsasında keçirir. Yəni, tərəflər arasında münasibət müqavilə əsasındadır və fəaliyyətlər davam etdirilir. Gələcəkdə hansısa dəyişiklik edilməsə, əlavə funksiyaların verilməsi, azaldılması mümkün məsələlərdir. Amma danışılmır.

– Bu gün Hesabat Konfransında 26 milyon vəsaitin SOCAR-dan daxil olduğu açıqlandı. Sizdən əvvəlki dönəmdə SOCAR-a Rövnəq Abdullayev rəhbərlik edirdi. Hər il ən azı 20 milyon manat SOCAR-dan AFFA-ya sponsorluq müqaviləsi çərçivəsində ayrılır. Siz SOCAR və AFFA rəhbəri olduqdan sonra əvvəlki illərin hesabatına dair yoxlamalar aparılıb?
– Xeyr, əvvəlki dövrlərdəki məsələlərə görə araşdırılma nəzərdə tutulmayıb.

– Ağsu stadionunun Premyer Liqa standartlarına gətiriləcəyi deyildi. Bu stadion “İmişli” üçün hazırlanır?
– Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil. Bütün regionlarda inkişaf bərabər səviyyədə aparılmalıdır. Regionlarda olan standartların keyfiyyətinin yaxşılaşdırılmasına çalışırıq. Yanaşmamız o deyil ki, yalnız Premyer Liqada oynayan klublarımızın stadionlarını düzəldək. Regionlarda futbolun inkişafı və marağın artırılması üçün işləyirik.

– Legioner limitinin ləğv olunması qərarı qəbul edildi. Bununla bağlı tənqidi fikirlər də səsləndirildi. Sizcə, bu qərar bir il müddətində nə qədər effektiv olub?
– Məncə, çempionatın daha maraqlı keçməsi, klubların beynəlxalq arenada daha uğurlu çıxış etməsi suala cavabdır. Statistikaya da baxırıq. Limitin ləğvindən əvvəl və sonra azərbaycanlı futbolçuların oyun vaxtına baxanda, 13-14 faiz azalma var. Bunun sayəsində oyun keyfiyyəti və rəqabət artıb. Legioner və yerli futbolçular arasında da rəqabət var. Düzgün qərar verdiyimizi düşünürəm. Davamlı olaraq nəzarət edib nəticələri görmək olar.

– Klublara 2 milyon manatdan çox vəsait ayrılır. O vəsaitdən bir hissəsinin infrastruktura cəlb olunması tələbi qoyursunuz klublara? Yaşar Seyidov açıqlama vermişdi ki, Abşeron Olimpiya İdman Kompleksinin meydançası bərpa edilsin və müəyyən klublara verilsin. Bu istiqamətdə hansı addımları atacaqsınız?
– Əsas məqsəd odur ki, klublar mümkün qədər öz infrastrukturlarını bərpa etsinlər. Amma bunu yalnız AFFA-nın vəsaiti hesabına etmək mümkün görünmür. Özəl sponsorların cəlb edilməsi üçün klubların daha aktiv çalışmasını təşviq edirik. Səmərəli çıxış yolu budur, özəl vəsait hesabına klublar qazanc əldə edir və infrastrurktura yönəldir.

Millinin heyəti açıqlandı

Aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığmaları ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin […]

Source

Elçin Səmədli Türkiyə millisinin oyunlarına təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli futzal üzrə dünya çempionatının ilkin mərhələsinin oyunlarına təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Elçin Səmədli dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək. Həmyerlimiz aprelin 9-dan 12-nə qədər Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.

Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milli komandaları yer alıblar.

Futzal millimizin Tiflis və Aktauya gedəcək heyəti açıqlandı

Futzal üzrə Azərbaycan milli komandası aprelin 5-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışına start verəcək.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, aprelin 9-da və 11-də Tiflisdə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq. Aprelin 5-dən 7-dək Bakıda keçiriləcək hazırlıq prosesinə baş məşqçi Yevgeni Kukseviç 3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçı dəvət edib.

Komanda məşqlərini gündə iki dəfə olmaqla “Olimpik Star”da reallaşdıracaq.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi “Araz-Naxçıvan”), Cavad Məmmədov (“Baku Fire”);

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı “Neftçi İK”), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı “Baku Fire”), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi “Araz-Naxçıvan”), Qüdrət Qasımzadə (“Şuşa”).

Azərbaycanlı hakim-inspektora beynəlxalq təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək. Həmyerlimiz aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.

Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıb.

Milliyə 17 oyunçu çağırıldı

Aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.

Futbolpress.az xəbər verir ki, aprelin 5-dən 7-dək Bakıda keçiriləcək hazırlıq prosesinə baş məşqçi Yevgeni Kukseviç 3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçı dəvət edib. Komanda məşqlərini gündə iki dəfə olmaqla “Olimpik Star”da reallaşdıracaq.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı Neftçi İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı Baku Fire), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Qüdrət Qasımzadə (Şuşa)

Əvəzedicilər Liqasında iki həftəlik fasilə elan edildi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş futbol üzrə Əvəzedicilər Liqasında iki həftəlik fasilə yaranacaq.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, bu, 2027-ci ildə Azərbaycan və Özbəkistanda baş tutacaq FIFA U-20 dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 millisinin təlim-məşq toplanışının keçirilməsi ilə bağlıdır

“Toplanış 13-26 aprel tarixlərini əhatə edəcək. AFFA və Peşəkar Futbol Liqasının məsləhətləşmələrindən sonra bütün potenisal futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək. Belə ki, Əvəzedicilər Liqasında aprelin 13-də keçiriləcək oyunlardan sonra yarışda iki həftəlik fasilə yaranacaq. Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcək”, – deyə qurumdan bildirilib.

Azərbaycan çempionu kim olacaq?

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq.

Futbolpress.az xəbər verir ki, ilk olaraq üçüncü yer uğrunda oyun keçiriləcək.

Saat 19:00-da “Aznur” “Sumqayıt”la üz-üzə gələcək.

Final isə saat 20:30-da start götürəcək. Həlledici qarşılaşmada “Zirə” ilə “Birbaşa Bakı” qarşılaşacaq.

Hər iki görüş Bakı Tennis Akademiyasında reallaşacaq.

“Milli komanda ötən il çətin sınaqdan keçdi” – Rövşən Nəcəf

AFFA Hesabat Konfransı keçirir.

Futbolpress.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövşən Nəcəf çıxış edib:

“Kişilərdən ibarət milli komanda ötən il çətin sınaqdan keçdi. Ayxan Abbasovun rəhbərliyi altında müsbət irəliləyişlər oldu. Ona təşəkkür edirəm. Komandanın oyununda intizam artıb. FİFA Series-2026-dakı uğur bunun bariz nəticəsidir. Bir daha millini təbrik edirəm. Komandamıza güvənirəm. “Qarabağ”ın Avropa arenasındakı uğuru xüsusi qeyd olunmalıdır. Azarkeşlərə yaşatdığı hisslərə görə klub rəhbərliyinə təşəkkür edirəm”.

AFFA-nın balansındakı stadion və məşq mərkəzlərinə ayrılan vəsait məlum oldu

AFFA Hesabat Konfransı keçirir.

Futbolpress.az xəbər verir ki, tədbirdə AFFA-nın balansında olan stadionların, milli komandaların məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və yenidən bərpasına ayrılan vəsaitlər məlum olub. Bununla bağlı qurumun ötən il üzrə hesabatında qeyd olunub.

Ümumi məbləğ 4 milyon 254 min 477 manat təşkil edib.

“Dalğa Arena” üçün 1 milyon 738 min 10 manat, Ağsu stadionuna 833 min 788 manat, Binə stadionuna 791 min 181 manat, “ASCO Arena”ya 328 min 477 manat, Milli Komandaların Məşq Mərkəzinə 303 min 42 manat, Şamaxı stadionuna 213 min 379 manat, Təhsil və Reabilitasiya Mərkəzinə 46 min 600 manat vəsait ayrılıb.

“Qarabağ” UEFA-dan ən çox pul alan Azərbaycan klubudur

AFFA-nın Hesabat Konfransı keçirilir.

Futbolpress.az xəbər verir ki, tədbirdə UEFA-nın ötən il üzrə Azərbaycan klubları üzrə ayırdığı vəsait məlum olub.

Qurumun hesabatına görə, “Qarabağ” UEFA-dan ötən il üzrə 61 milyon 123 min 325 manat alıb.

“Sabah”a 3 milyon 27 min 845 manat, “Araz-Naxçıvan”a 2 milyon 480 min 415 manat, “Zirə”yə 2 milyon 70 min 729 manat, “Neftçi”yə 1 milyon 23 min 94 manat, “Sumqayıt”a 833 min 496 manat, “Səbail”ə 706 min 895 manat, “Turan Tovuz”a 706 min 895 manat, “Kəpəz”ə 706 min 895 manat, “Qəbələ”yə 427 min 340 manat, “Şamaxı”ya 279 min 555 manat çatıb.

Klublar üçün seminar

AFFA-nın təşkilatçılığı ilə “Eyeball” şirkəti tərəfindən klubların aşağı yaş qrupları üzrə komandalarının nümayəndələri üçün seminar keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, “Eyeball”ın əməkdaşı Viktor Rahbek, həmçinin oğlan və qızlar liqalarında çıxış edən klubların məşqçiləri və rəsmiləri iştirak ediblər.

AFFA-nın qurumlara ödədiyi vəsait məlum oldu

AFFA-nın Hesabat Konfransı keçirilir.

Futbolpress.az xəbər verir ki, tədbirdə 2025-ci ildə AFFA-nın tərkibində olan federasiyaların, üzvlərin və akademiyaların saxlanılmasına ayrılan vəsaitlər açıqlanıb. Qurum ümumilikdə 2 milyondan çox vəsait ayırıb.

Ən çox vəsait əldə edən Azərbaycan Futzal Federasiyası olub. Quruma 1 milyon 631 min 458 manat ayrılıb.

Futbolun İnkişaf Fonduna 384 min, Regional Futbol Federasiyaları İB-yə 208 min, Uşaq və Gənclər Futbol Federasiyasına 180 min, Çimərlik Futbol Federasiyasına 138 min, Azərbaycan Əlillər Futbolu Federasiyası İB-yə 86 min, Sahə Futbol Federasiyasına 60 min, Bakı FF-yə 45 min, İctimai Futbol Təşkilatları İB-yə 39 min 600, Tələbə Futbol Federasiyasına 35 min, İsgəndər Cavadov adına Akademiyaya 18 min manat verilib.

AFFA-ya 60 milyondan çox vəsait daxil olub

AFFA-nın Hesabat Konfransı keçirilir.

Futbolpress.az xəbər verir ki, mərasim saat 10:00-da başlayıb.

Tədbirdə AFFA-nın ötən il üzrə gəlirləri açıqlanıb.

Quruma 2025-ci ildə 61 milyon 437 min 894 manat vəsait daxil olub.

Bu məbləğdən 26 milyonu SOCAR-dan (AFFA Maliyyə dəstəyi), 11 milyon 128 min 500 manatı “AzərMaş”dan, 6 milyon 435 min 438 manat UEFA-dan, 5 milyon 300 min manat SOCAR-dan (Qrant Müqavilə) vəsait daxil olub.

Bundan əlavə, 4 milyon 907 min 311 manat AMYK Yayım Hüququ gəlirindən (UEFA), 2 milyon 874 min 917 manat FIFA-dan, 1 milyon 918 min manat “Paşa Sığorta”dan, 930 min manat “Paşa Həyat”dan, 500 min manat “Ensol MMC”dən, 132 min 750 manat “Carlsberg”dən, 59 min manat “Azərlotereya”dan, 1 milyon 251 min 978 manat digərlərindən qurumun hesabına köçürülüb.

AFFA-nın gəlir və xərcləri

AFFA-nın Hesabat Konfransı başlayıb. Msport.az  xəbər verir ki, tədbirdə AFFA-nın maliyyə hesabatı açıqlanıb. AFFA-ya 2025-ci ildə 61 milyon 437 min […]

Source

AFFA-nın növbəti Konfransı

Bu gün AFFA-nın Hesabat Konfransı keçiriləcək. Msport.az xəbər verir ki, “Baku Marriott Boulevard” hotelində keçiriləcək tədbir saat 10:00-da başlayıb. Konfransda […]

Source

Azərbaycan Kubokunda yarımfinal həyəcanı başlayır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, yarımfinalın hər iki oyunu eyni günə təsadüf edəcək.

Günün ilk oyunu “Turan Tovuz”la “Zirə” arasında baş tutacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna saat 17:30-da start veriləcək. Matçı FIFA refirisi Əliyar Ağayev idarə edəcək.

Yarımfinalın digər görüşü son çempion “Qarabağ”la Premyer Liqanın lideri “Sabah” arasında təşkil ediləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Matçı Rauf Cabbarov idarə edəcək.

Azərbaycan Kubokunda yarımfinalın cavab görüşləri aprelin 21-22-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
3 aprel

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

AFFA-nın Hesabat Konfransı keçirilir – Bu gün

Bu gün – aprelin 3-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat Konfransı keçiriləcək.

Arena.az xəbər verir ki, “Baku Marriott Boulevard” hotelində keçiriləcək tədbirə saat 10:00-da start veriləcək.

Konfransın gündəliyi hələlik açıqlanmayıb. Amma böyük ehtimalla tədbirdə qurumun geridə qalmış il ərzindəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq.

Konfransın təxmini gündəliyinə aşağıdakı məsələlərin daxil edilməsi gözlənilir:

  1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
  2. Konfransın tərkibinin yoxlanılması
  3. AFFA prezidentinin çıxışı
  4. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı
  5. Maliyyə Hesabatları
  6. Müstəqil auditorun hesabatı
  7. AFFA-nın İnkişaf Strategiyası ilə bağlı təqdimat
  8. Digər məsələlər.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Türkiyə, I Liqa
15:30 Adana Demirspor – Manisa (TRT Spor)
18:00 Pendikspor – Hatayspor (TRT Spor)
21:00 Çorum – Pendikspor (TRT Spor)

Azərbaycan Kuboku
17:30 Turan Tovuz – Zirə (CBC Sport)
20:00 Qarabağ – Sabah (CBC Sport)

Fransa, Liqa 1
22:45 PSJ – Tuluza (beİN Sports 3)

İspaniya, La Liqa
23:00 Rayo Valyekano – Elçe (Matç Premyer, Matç TV, Futbol 2)

Əvəzedicilər Liqasında fasilə – U-20 üçün oyunçu baxılacaq

2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 Milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, toplanış 13-26 aprel tarixlərini əhatə edəcək.

AFFA və Peşəkar Futbol Liqasının məsləhətləşmələrindən sonra bütün potenisal futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək.

Belə ki, Əvəzedicilər Liqasının 13 aprel tarixdə keçiriləcək oyunlarından sonra yarışda iki həftəlik fasilə yaranacaq.

“Zirə”dən qələbə, mərkəzi oyunda “sülh”

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” Sumqayıtda “Zirə” ilə qarşılaşacaq. Matça saat 17:30-da start veriləcək.

Digər görüşdə “Qarabağ” “Sabah”ı qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, ilk oyunlar

3 aprel

17:30 Turan Tovuz – Zirə 0:2

Qol: Eren Aydın, 57, Mikels, 89
Baş hakim: Əliyar Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:00 Qarabağ – Sabah 2:2

Qolllar: Kadi, 29, 60 – Umarali, 23, 60
Baş hakim: Rauf Cabarov
Tofiq Bəhramov adına Respublika Stadionu

“Messi istəsə, 1000 qol vurar”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis həmyerlisi “Lionel Messinin 1000 qol vura bilərmi” sualına belə cavab verib:

“Messi istəsə, 1000 qol vurar. Təki, istəsin”.

Hazırda “İnter Mayami”də çıxış edən Messi karyerası ərzində 900 qol vurub.

“Kashalata Cafe”də “Neftçi”nin futbolçuları ilə görüş

2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar bərabərlik və inklüzivlik istiqamətində maarifləndirmə təşəbbüsü ilə tədbir keçirilib.

Futbolpress.az xəbər verir ki, bu münasibətlə “Neftçi”nin futbolçuları – Emil Balayev, Edvin Kuç və Alessio Kurçinin iştirakı ilə autizmli gənclərin və əlilliyi olan şəxslərin məşğulluğuna və cəmiyyətə inteqrasiyasına dəstək verən “Kashalata Cafe”də görüş təşkil olunub.

“Kashalata Cafe”də çalışan gənclərin fəaliyyəti ilə tanış olub ünsiyyət quran komanda üzvləri heyətə xatirə hədiyyələri təqdim ediblər.

 

“Arsenal”ın sabiq hücumçusu özünə klub tapdı

“Arsenal”ın sabiq futbolçusu Lukas Peresin yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, 37 yaşlı hücumçu “Kadis”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sequnda klubu forvardla müddəti mövsümün sonuna kimi olan müqavilə imzalayıb.

Peres karyerası ərzində “Arsenal”, “Vest Hem”, “Alaves”, “Elçe”, PSV kimi klublarda çıxış edib. O, ötən ilin yayından klubsuz idi.

Canluici Buffon da İtaliya millisindən ayrıldı

Ötənlərin məşhur qapıçısı Canluici Buffon futbol üzrə İtaliya milli komandasnın nümayəndə heyətinin rəhbəri vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, sabiq futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

O, bildirib ki, bu qərarı Bosniya və Herseqovina millisinə qarşı məğlubiyyətdən dərhal sonra vermək niyyətində olub:

“İtaliyanın səfərdəki məğlubiyyətindən sonra istefa vermək istəyirdim. Lakin məndən qərarımı yenidən nəzərdən keçirməyim istənildi. Qabriele Qravinanın prezident vəzifəsindən istefasından sonra düzgün hesab etdiyim addımı atmaqda sərbəst oldum”.

Buffon qeyd edib ki, komandanın əsas məqsədi İtaliya milli komandası ilə dünya çempionatına vəsiqə qazanmaq olub, lakin bu hədəfə çata bilməyib:

“Hesab edirəm ki, yeni rəhbərliyin növbəti komandanı formalaşdırmaqda sərbəst olması daha doğrudur”.

Xatırladaq ki, İtaliya milli komandası dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovina seçməsi ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşsa da, penaltilər seriyasında rəqib daha dəqiq olaraq qələbə qazanıb.

Beləliklə, İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb. Komanda sonuncu dəfə 2014-cü ildə mundialda iştirak edib.

İtaliya yığması tarixində 4 dəfə – 1934, 1938, 1982 və 2006-cı illərdə dünya çempionu olub.

Xatırladaq ki, Canluici Buffon 2023-cü ildən etibarən milli komandanın nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışırdı.

Milli komandanın son uğursuzluğu ilə əlaqədar bu gün İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina da postundan ayrıldığını bəyan edib.

Yüksək Liqa: “Turan” və “DH Volley” yarımfinalda!

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 1/4 final mərhələsinin ikinci oyunları keçirilir.

Arena.az xəbər verir ki, ilk oyun günündə baş tutan qarşılaşmalardan sonra yarımfinala yüksəlmiş ilk iki komanda müəyyənləşib.

Doğma meydanda “Murov”u qəbul edən “Turan” Tovuz Olimpiya İdman Kompleksində 3:0 hesablı qələbə qazanaraq növbəti raunda adlayıb.

Eyni hesab “DH Volley” – “Azərreyl” matçında da qeydə alınıb. Rəqibini üstələyə birincilər yarımfinala yüksələn növbəti kollektiv olub.

Xatırladaq ki, “Turan” və “DH Volley” ilk matçlarda da inamlı qələbə qazanmışdılar – 3:0.

1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq. “Milli Aviasiya Akademiyası” “Abşeron”la, “Gəncə” isə UNEC-lə cavab oyununa çıxacaq.

Yüksək Liqa
1/4 final
2 aprel

“Turan” – “Murov” 3:0 (25:17, 25:19, 25:23)

“DH Volley” – “Azərreyl” 3:0 (25:17, 25:21, 25:17)

“Böyük İpək Yolu” beynəlxalq turnirinin açılış mərasimi keçirildi

Bakıda kişi və qadın boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Daha sonra çıxış edən Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov yarışın əhəmiyyətini qeyd edib, turnirə güclü komandaların qatıldığını vurğulayıb.

Ardınca yarışın bolqarıstanlı supervayzeri Svetoslav Sapounciyev Təşkilat Komitəsinə minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb.

Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Qeyd edək ki, Bakı Boks Mərkəzində keçirilən turnir aprelin 7-də başa çatacaq. Yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları güclərini yoxlayırlar. Kişi boksçular 10, qadınlar 4 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

126 idmançının qatıldığı turnirdə döyüşlər hər gün saat 15:00-da başlayacaq.

U-20 millimiz üçün ilk toplanış

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-20) bu ilin 13-26 aprel aralığında təlim-məşq toplanışı keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, toplanış 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd olunan təlim-məşq toplanışı ilə əlaqədar futbolçuların düşərgəyə cəlb olunmasını təmin etmək məqsədilə AFFA və PFL-in təşkilatçılığı ilə keçirilən müvafiq liqaların təqvimində dəyişiklik edilə bilər. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

U-20 millisinin toplanışı olacaq

13-26 aprel 2026-cı il tarixlərində 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, toplanış 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd olunan təlim-məşq toplanışı ilə əlaqədar futbolçuların düşərgəyə cəlb olunmasını təmin etmək məqsədilə AFFA və PFL-in təşkilatçılığı ilə keçirilən müvafiq liqaların təqvimində dəyişiklik edilə bilər. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Kəmər dərəcələri üzrə imtahan

Aprelin 2-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Gəncə İdman Sarayında kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Futbolpress.az xəbər verir ki, İmtahanda 120 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bununla yanaşı, bu mərhələ gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

Birinci Liqa: “Zaqatala” və “Səbail”ə 1 qol bəs etdi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı MOİK – “Cəbrayıl” görüşündə “hərbçilər” qalib gəliblər. “Zaqatala” “Difai”ni, “Səbail” isə “Baku Sportinq”i tək qolla üstələyib.

20-ci turun qalan görüşləri aprelin 3-də keçiriləcək.

Birinci Liqa
20-ci tur
2 aprel

MOİK – “Cəbrayıl” 2:1
Qollar: Custis Kvame Akuqe, 29. Samir Məhərrəmli, 90-pen – Firəddin Abdullayev, 34.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Binə qəsəbə stadionu, 15:00.

“Zaqatala” – “Difai” 1:0
Qol: Rəhman Şabanov, 49-pen.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Aydın Bəxşiyev, Şamil İmanzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Səbail” – “Baku Sportinq” 1:0
Qol: Səbayıl Bağırov, 86.
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Bayıl Arena”, 17:00.

3 aprel

“Şahdağ Qusar” – “Şimal”
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Safalı Ağayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Mingəçevir” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Mirnihat Seyidov, Sənan Bayramzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:30.

Qabriele Qravina istefa verdi

Milli komandanın uğursuz çıxışı mənzərəsində Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, martın 31-də İtaliya milli komandası dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off oyununda Bosniya və Herseqovina yığmasına məğlub olub (1:1, penaltilərdə 1:4). İtaliya yığmasının ardıcıl 3 mundialda işitak edə bilməməsi səbəbindən federasiya rəhbəri vəzifəsindən gedib.

Federasiyanın açıqlamasında o da vurğulanır ki, yeni prezident seçkisi bu il iyunun 22-də təşkil ediləcək.

Xatırladaq ki, 72 yaşlı Qravina 2018-ci ildən İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışırdı.

Sonda onu da qeyd edək ki, millinin son uğursuzluğunun ardından baş məşqçi Cennaro Qattuzonun da istefası gözlənilir. Böyük ehtimalla federasiyanın yeni rəhbərliyi millinin baş məşqçi postunda da dəyişiklik edəcək.

Selçuk İnan daha 2 il “Kocaelispor”da!

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kocaelispor” baş məşqçisi Selçuk İnan ilə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə Kocaeli klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2028-ci ilin 30 iyununadək nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda başa çatacaqdı.

Xatırladaq ki, Selçuk İnan 2025-ci ilin yayında “Kocaelispor”a baş məşqçi təyin edilib. Elita təmsilçisi gənc mütəxəssisin rəhbərliyi altında keçirilmiş 27 matçda 9 qələbə qazanıb, 6 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb. “Kocaelispor” bu matçlarda 33 xal toplayıb, 23 qol vurub, 32 top buraxıb.

Selçik İnanın daha öncə “Qalatasaray”da köməkçi məşqçi kimi çalışıb, həmçinin “Kasımpaşa” və “Qaziantep”ə rəhbərlik edib.

Mərkəzi oyunda “Səbail” sevindi

Azərbaycan I Liqasında XX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə üç qarşılaşma keçirilib.

MOİK “Cəbrayıl”ı, “Zaqatala” isə “Difai”ni məğlub edib. Turnir cədvəlinin üçüncü sırasında qərarlaşan “Səbail” “Baku Sportinq”ə qalib gəlib və xalları bərabərləşdirib.

Azərbaycan I Liqası
XX tur

2 aprel

MOİK – Cəbrayıl 2:1
Qollar: C.Akuqre, 29, S.Məhərrəmli, 90 (pen.) – F.Abdullayev, 35

Zaqatala – Difai 1:0
Qol: R.Şabanov, 49 (pen.)

Səbail – Baku Sportinq 1:0
Qol: S.Bağırov, 87

“İstefa dalğası”: Buffon da getdi

İtaliya futbolunda milli komandanın dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra “istefa dalğası” başlayıb.

Futbolpress.az xəbər verir ki, federasiya rəhbəri Qabriel Qravinadan sonra keçmiş qolkiper Canluici Buffon da istefa verib. O, milli komandanın idarə heyətinin rəhbəri vəzifəsindən ayrılıb.

Buffon 2023-cü ilin avqustundan millidə çalışırdı.

Qvardiolaya əvəzləyici tapıldı

“Mançester Siti” baş məşqçi Xosep Qvardiolaya əvəzləyici tapıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klub rəhbərliyi mütəxəssisin hələ qərar verməməsindən narahatdır. Onlar Qvardiolaya seçim azadlığı verib.

Qvardiola klubdan ayrılsa, onun əvəzinə komandaya Enzo Mareskanın gətirilməsi planlaşdırılır.

Mareska son olaraq “Çelsi”yə rəhbərlik edib və yanvardan işsizdir. Mütəxəssis daha əvvəl “Mançester Siti”də Qvardiolanın köməkçisi olub.

Yüksək Liqa: “Şuşa” da oyuna çıxmadı, “Araz” qalib gəldi

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, bununla da cari mövsümün 4-cü dövrəsinə start verilib.

“Olimpik Star”da baş tutmuş turun ilk oyununda iddialılardan “Araz-Naxçıvan” “Baku Fire” ilə üz-üzə gəlib. Son çempion rəqibi üzərində inamlı qələbəyə sevinib.

Günün digər oyununda “Şuşa” U-19 millimizlə qarşılaşmalı idi. Amma “Şuşa” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə, U-19-la görüş keçirilməyib. Bu matçın nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

“Lənkəran” komandası isə federasiyaya rəsmi müraciət edərək növbəti oyunlarda iştitak edə bilməyəcəyini bildirib. Əsasnaməyə uyğun olaraq, əyalət təmsilçisi çempionatın oyunlarının 50 faizindən çoxunda iştirak etdiyinə görə, lider “Neftçi”nin aktivinə 3 xal yazılıb.

Yüksək Liqa
16-cı tur
2 aprel

Araz-Naxçıvan – Baku Fire 5:1
Hakimlər: Knyaz Əmiraslanov, Hidayət Feyzullayev, Ramil Namazov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. “Olimpik Star”. Saat 14:00.

Şuşa – U-19 matçı baş tutmayıb
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Hikmət Qafarlı.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Xallar: Neftçi İK – 43. Araz-Naxçıvan – 40. Baku Fire – 29. Şuşa – 18. U-19 – 9. Lənkəran – 0.

Bombardirlər: Sadeq Caviditavar (“Şuşa”) – 23 qol. Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”), Allef Mayolli (“Neftçi” İK) – 21 qol.

Kamal Umudlu Belçika – İsveç matçını idarə etdi

Azərbaycanlı FİFA referisi Kamal Umudlu 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunlarını idarə edib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, azərbaycanlı referi 19 yaşadək futbolçular (U-19) arasında Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunun 3 oyununda fəaliyyət göstərib.

Kamal Umudlu A qrupunun İsveç – Sloveniya və Belçika – İsveç matçlarında baş hakim olub. O, Belçika – Sloveniya qarşılaşmasında isə ehtiyat hakim kimi fəaliyyət göstərib.

Digər azərbaycanlı referi Vüsal Məmmədov isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.

Nazir idmançılarla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə “Azərbaycan Əməkdar idman ustası”, “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edilib.

Beynəlxalq arenalarda qazanılan nailiyyətləri yüksək dəyərləndirən Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. O, çıxışında bildirib ki, mart ayı ərzində Azərbaycanın Dövlət Himni 12 ölkədə səsləndirilib. İdmançılarımız ümumilikdə 40 qızıl, 35 gümüş və 43 bürünc medal qazanıblar.

Beynəlxalq arenalarda qazanılan nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.

Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük qələbələr arzulayıb.

Luçeskuya vida

Rumıniya millisi baş məşqçi Mirça Luçesku ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Rumıniya milli komandası dünya çempionatına vəsiqə qazana bilməyib.

AFFA ilə “Eyeball” arasında əməkdaşlıq müqaviləsi imzalandı

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Arena.az xəbər verir ki, imzalanma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, “Eyeball”ın direktoru Manfred Lerley, milli assosiasiyanın və şirkətin əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.

Fərəcullayev çıxışında bu əməkdaşlığı Azərbaycan futbolu üçün mühüm və perspektivli addım kimi qiymətləndirib. O bildirib ki, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə futbolun da bu imkanlardan faydalanması müasir tələblərdəndir. Baş katibin sözlərinə görə, müqavilə xüsusilə uşaq və gənclər liqalarında çıxış edən klubların fəaliyyətinə müsbət təsir göstərəcək, məşqçilər və skautlar üçün futbolçular barədə daha ətraflı məlumat əldə etməyə şərait yaradacaq. Cahangir Fərəcullayev AFFA-nın bu istiqamətdə proseslərə ciddi nəzarət edəcəyini və klublara lazımi dəstək göstərəcəyini vurğulayıb.

Manfred Lerley isə ilk olaraq “Eyeball”ın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, şirkət 43 ölkədə fəaliyyət göstərir, Avropada 150 klubla əməkdaşlıq edir, ümumilikdə isə 3000-dən çox klub və 400 mindən artıq futbolçu ilə çalışır. O qeyd edib ki, dünya futbolunda gənc oyunçulara maraq getdikcə artır və AFFA ilə əməkdaşlıq bu baxımdan böyük əhəmiyyət daşıyır. Manfred Lerley bu işbirliyinin Azərbaycan futboluna ciddi töhfə verəcəyinə inandığını və perspektivli futbolçuların üzə çıxarılması istiqamətində əllərindən gələni edəcəklərini bildirib. Qonaq qeyd edib ki, bu platforma azərbaycanlı yeniyetmə və gənc futbolçuların Avropa klubları tərəfindən daha yaxından izlənilməsinə, eləcə də istedadlı oyunçuların legioner həyatı yaşamaları üçün əlverişli şəraitin formalaşmasına töhfə verəcək.

Çıxışların ardından tərəflər arasında müqavilə imzalanıb və AFFA tərəfindən “Eyeball” şirkətinə xatirə hədiyyəsi təqdim olunub.

Sonda təşkil olunan mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılıb.

Mirça Luçesku Rumıniya millisindən getdi – Rəsmi

Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mirça Luçesku ilə əməkdaşlığa rəsmən xitam verildiyini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında Rumıniya yığması DÇ-2026-nın pley-off mərhələsinə qədər irəliləyib. Komanda burada Türkiyə yığmasına 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Luçeskunun ikinci dəfə məşqçilik etdiyi dönəmdə Rumıniya millisi 11 qələbə qazanıb, 1 heç-heçə edib və 6 dəfə məğlub olub.

Xatırladaq ki, Luçesku futbol tarixində milli komandanı meydana çıxarmış ən yaşlı baş məşqçidir.

Mirça Luçesku 2024-cü ilin avqustunda Runıniya yığması ilə 2 illik – müddəti 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı.

Təcrübəli mütəxəssis daha öncə də Rumıniya yığmasına rəhbərlik edib. Rumıniyalı çalışdırıcı 1981-1986-cı illər aralığında ölkəsinin millisinin baş məşqçi vəzifəsində işləyib.

2023-cü ilin noyabr ayında Luçesku Kiyev “Dinamo”sundan ayrıldığını və məşqçilik karyerasına xitam verdiyini açıqlamışdı. Lakin qısa istirahətdən sonra təcrübəli mütəxəssis sevimli işinə davam etmək qərarına gəlmişdi.

Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Luçesku bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu da uğurla çalışdırıb.

Rumın mütəxəssis zəngin məşqçilik karyerası ərzində Türkiyə milli komandasına da rəhbərlik edib. O, Buxarest “Dinamo”sunu, “Piza”nı, “Breşiya”nı, “Recina”nı, Buxarest “Rapid”ini, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı, “Beşiktaş”ı da çalışdırıb.

Tur sabah başlayacaq

Peşəkar Çövkən Liqasının 2026-cı il mövsümündə 3-cü turun oyunlarına sabah (aprelin 3-ü) start veriləcək.

Futbolpress.az xəbər verir ki, turun mərkəzi oyununda ilk iki matçı qələbə ilə başa vurmuş “Embawood” və çempionluğa iddialı “Sərhədçi” komandaları qarşılaşacaqlar. Oyun saat 13:00-da start götürəcək. Günün ilk oyunu isə saat 12:00-da “Şamaxı” və “Buta Golden” klubları arasında baş tutacaq.

Tura şənbə günü keçiriləcək 3 oyunla yekun vurulacaq. Saat 12:00-da güclünü “Zəfər” və “Xəzər” komandaları ayırd edəcəklər. Ardınca “Ömər” – “Polad” və “Elit” – “Atilla” oyunları nəzərdə tutulub.

2 turdan sonra 4 komanda: “Polad”, “Sərhədçi”, “Elit” və “Embawood” mütləq nəticə ilə turnir cədvəlinə başçılıq edirlər.

“Polad” klubunun oyunçusu Şəfayət Budaqov 8 topla bombardirlər siyahısında birincidir. “Sərhədçi”nin üzvü Vahid Məmmədov 6, onun komanda yoldaşı İbrahim Rzalı isə 5 qol vurub.

Əlavə edək ki, yarışlar Binə Atçılıq Mərkəzində keçirilir.

DÇ-2026: Türkiyə yığmasının bir oyununun başlama saatı dəyişdi

Türkiyə millisinin dünya çempionatında Paraqvay ilə oyununun başlama saatı dəyişib.

Futbolpress.az xəbər verir ki, iyulun 20-də keçiriləcək görüş əvvəlcədən nəzərdə tutulduğu kimi 08:00-da deyil, 07:00-da start götürəcək.

Türkiyə yığması mundialda qrupda Paraqvayla yanaşı, ABŞ və Avstraliya ilə üz-üzə gələcək.

Sara zədələndi

“Qalatasaray”ın futbolçusu Qabriel Sara zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sara Braziliya yığmasının düşərgəsində sağ ayağından zədə alıb. Onun durumu tibbi müayinədən sonra məlum olacaq.

“Qalatasaray” bu mövsüm 39 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Bizim üçün çempionluq dəhlizi qurdular” – milli üzvü

“Bizim üçün çempionluq dəhlizi qurdular”.

Bu sözləri “Futbolpress.az”a açıqlamasında “Arda” klubunda çıxış edən Cəlal Hüseynov söylədi. Milli komanda ilə “FIFA Series-2026” turnirinin qalibi olan müdafiəçi klubunda xoş qarşılandığını bildirdi:

“Bolqarıstana qayıtmışam, komandada çox yaxşı qarşılandım. Bolqarıstan yığması da “FIFA Series-2026″ turnirinin qalibi olub. Heyətdə məndən başqa daha bir futbolçu da bu sevinci yaşamışdı. Məşqdə bizim üçün çempionluq dəhlizi qurdular. Həqiqətən, çox xoş hisslər idi”.

Müdafiəçi “Arda” klubundakı durumundan söz açdı:

“İşlərimiz yaxşı gedir. Yerimiz pis deyil. Pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparırıq. Şanslarımız davam edir. Hədəf beşinci olub, avrokuboklara vəsiqə qazanmaqdır.

Digər tərəfdən, kubokda da yarımfinaldayıq. Ay sonu iki matçımız olacaq. Komandamızda vəziyyət yaxşıdır. Kuboku qazanmaq şanslarımız var. Özüm də oyunlara çıxıram. Hər şey qaydasındadır. Qarşıda vacib oyunlarımız var. İndi onlara hazırlaşmalı və məqsədlərimizə çatmalıyıq”.

Şahin Cəfərov

İnfantino: “Futbol ən çətin şəraitdə belə birlik və ümid gətirir”

FIFA prezidenti Canni İnfantino İran milli komandasının futbolçuları və İran Futbol Federasiyasının vitse-prezidenti Məhəmməd Nəbi ilə görüşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəhbəri sosial şəbəkə hesabında paylaşım edib:

“Kosta Rika ilə yoldaşlıq oyunundan əvvəl İran milli komandasının oyunçuları ilə görüşməkdən çox məmnun oldum. Oyunçularla, eləcə də İran Futbol Federasiyasının birinci vitse-prezidenti Mehdi Məhəmməd Nəbi ilə danışmaq imkanım oldu. Bir daha İran milli komandasını Dünya Kubokuna vəsiqə qazanması və İranda və dünyada milyonlarla insanı qürurlandırdığı üçün təbrik etdim. Futbol ən çətin şəraitdə belə birlik və ümid gətirir”.

Avro-2032-yə ev sahibliyi İtaliyadan alına bilər

İtaliyanın idman strukturu modernləşdirilməsə ölkənin Avro-2032-yə ev sahibliyi hüququ alına bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksandr Çeferin “La Gazetta dello Sport”a açıqlamasında deyib:

“İtaliyanın siyasi liderləri özlərinə sual verməlidir ki, nə üçün ölkədə pis infrastruktur var. Onlar Avro-2032-yə ev sahibliyi etmək istəyir, ümid edirəm ki, problemlər aradan qalxar. Əks halda, yarış İtaliyada keçirilməyəcək”.

Qattuzo dönəmi başa çatır

Cennaro Qattuzo İtaliya yığmasından ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mütəxəssis komandanı mundiala apara bilmədiyi üçün istefa verəcək.

İtaliya yığması dünya çempionatının pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub.

Qattuzo 2025-ci ilin yayından İtaliya yığmasına rəhbərlik edirdi.

Mario Götze “Ayntraxt”la yeni müqaviləyə imza atdı

Almaniyanın “Ayntraxt” klubunun yarımmüdafiəçisi Mario Götze Frankfurt təmsilçisi ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Frankfurtluların 30 yaşlı yarımmüdafiəçi ilə yeni müqaviləsi 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti isə 2026-cı ilin yayında bitəcəkdi.

Mario Götze 2022-ci ilin iyulundan “Ayntraxt”da çıxış edir. O, cari mövsümdə “Ayntraxt”ın heyətində 26 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə fərqlənib. Götze Frankfurt klubunda bütövlükdə 148 oyun keçirib, 12 qol və 18 məhsuldar ötürmə müəllifi olub.

Götze daha öncə “Borussiya” (Dortmund), “Bayern” və PSV kimi klubların da formasını geyinib. O, Almaniya milli komandasında da 66 oyuna çıxıb, 17 qola imza atıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı alman futbolçunu 3,5 milyon avro məbləğində qiymətləndirir.

Azərbaycan Kubokunda yarımfinalın ilk təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

“Turan Tovuz” – “Zirə” matçı FIFA refirisi Əliyar Ağayevə tapşırılıb. “Qarabağ” – “Sabah” matçını isə Rauf Cabbarov idarə edəcək.

Azərbaycan Kubokunda yarımfinalın cavab görüşləri aprelin 21-22-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
3 aprel

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

Klaudio Xiraldes 2028-ci ilədək “Selta”da!

İspan mütəxəssis Klaudio Xiraldes 2028-ci ilin iyun ayının sonuna qədər “Selta”nın əsas komandasını çalışdırmağa davam edəcək.

Arena.az bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klaudio Xiraldesin bir məşqçi kimi təşəkkül tapması məhz “Selta”nın adı ilə bağlıdır. Xiraldesin klubdakı karyerası 2015-ci ilin iyul ayında, “Selta” strukturuna böyük müvəffəqiyyətlə müxtəlif alt komandaları çalışdırmaq üçün qoşulduqda başlayıb.

2021/2022-ci illər mövsümündə Xiraldes gənclər komandasını çalışdıraraq, Şərəf Divizionunun çempionu olub. Növbəti, 2022/2023-cü illər mövsümündə isə Xiraldes “Selta Fortuna” rəhbərliyini ona həvalə etməyə əsas olan cəsarətli və təsirli mövqeyi ilə diqqət çəkib. Bu müddətdə komanda istedad və bacarığını nümayiş etdirərək İkinci Diviziona yüksəlmək üçün ələmə mərhələsinə vəsiqə əldə edə bilib.

Xatırladaq ki, Klauidio Xiraldes “Selta”nın baş məşqçisi vəzifəsinə 2024-cü ilin mart ayında gətirilib. İspan mütəxəssis Viqo təmsilçisini indiyə qədər 96 oyuna çıxarıb, 43 qələbə, 22 heç-heçə və 31 məğlubiyyət yaşayıb. Topların fərqi isə 166:139 nisbətindədir.

Hazırda Xiraldesin “Selta”sı 29 oyundan 41 xalla La Liqanın cari mövsümünün yarış cədvəlində 6-cı pillədə qərarlaşıb.

Azərbaycanlı hakimlərə üç təyinat

FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin I raundunun 3 oyununda fəaliyyət göstərib.

Kamal Umudlu A qrupunun İsveç – Sloveniya və Belçika – İsveç matçlarında baş hakim, Belçika – Sloveniya qarşılaşmasında isə ehtiyat hakim olub.

Digər referimiz Vüsal Məmmədov isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.

“Mançester Yunayted” “Benfika”nın futbolçusu ilə maraqlanır

“Benfika”nın futbolçusu Samuel Dahl karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” 23 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Metro” nəşri məlumat yayıb.

“Qırmızı şeytanlar” yayda isveçli futbolçunun transferi üçün danışıqlara başlayacaq.

Samuel bu mövsüm “Benfika”da 46 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Onlar qədər qazanan idmançı yoxdur – Ronaldo üçüncüdür

“Sportico” portalı tarixin ən çox qazanan idmançılarının siyahısını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, birinci sırada keçmiş basketbolçu Maykl Cordan yer alıb. Onun karyerası ərzində qazancı 4.5 milyard dollardır.

İkinci sırada qolfçu Tayqer Vuds qərarlaşıb. Amerikalı idmançı karyerasında 2.88 milyard dollar gəlir əldə edib.

“Üçlüy”ü futbolçu Kriştiano Ronaldo tamamlayır. Onun qazancı isə 2.52 milyard dollardır.

Reytinq siyahısına  50 idmançı daxil edilib. Onların ümumi qazancı isə 56.2 milyard dollardır.

“Bəzən millilərə tapşırılmış və güclü olmayan oyunçular çağırılır”

AFFA kamera və analiz platforması “Eyeball” şirkəti ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev mərasimdə çıxış edərək anlaşmanın faydalarından söz açıb:

“Ən böyük problemimiz uşaq və gənclər futbolu ilə bağlıdır. Artıq texnologiyalar futbola da şamil edilir. Uşaq və gənclər futbolunda kamera və analiz tətbiq olunacaq. Yarışlarda stadionlara kamera quraşdırılacaq və analizlər aparılacaq. Turdan-tura baza yaranacaq. Bu da hər oyunçunun performansını ortaya qoyacaq.

Problemli mövzulardan biri odur ki, bəzən millilərə tapşırılmış və güclü olmayan oyunçular çağırılır. Bu datalar həqiqətən milliyə necə futbolçuların cəlb olunduğunu göstərəcək. Bu məlumatlar həm də Avropa və dünya skautlarına çıxış olacaq. Skautlar futbolçuları nəzarətdə saxlaya biləcək və vaxtı gələndə öz komandalarına cəlb edə biləcəklər. Bu, futbolumuzun inkişafı üçün bir təkan olacaq”.

Yüksək Liqa: 4-cü dövrəyə start verilir

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, bununla da cari mövsümün 4-cü dövrəsinə start verilmiş olacaq.

16-cı turun oyunları “Olimpik Star”da baş tutacaq. İlk oyunda iddialılardan “Araz-Naxçıvan” “Baku Fire” ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Lənkəran” maliyyə problemlərinə görə çempionatda iştirakını dayandırdığı üçün lider “Neftçi” 16-cı turda meydana çıxmadan 3 xal qazanacaq.

Yüksək Liqa
16-cı tur
2 aprel

Araz-Naxçıvan – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Hidayət Feyzullayev, Ramil Namazov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. “Olimpik Star”. Saat 14:00.

Şuşa – U-19
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Hikmət Qafarlı.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Xallar: Neftçi İK – 40. Araz-Naxçıvan – 37. Baku Fire – 29. Şuşa – 18. U-19 – 9. Lənkəran – 0.

Bombardirlər: Sadeq Caviditavar (“Şuşa”) – 23 qol. Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”), Allef Mayolli (“Neftçi” İK) – 21 qol.

Cabarov yenə “Qarabağ”ın oyununda

Bizon Azərbaycan Kubokunda 1/2 finalın ilk oyunlarının təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” – “Sabah” oyununu Rauf Cabarov idarə edəcək.

3 aprel (cümə)

“Turan Tovuz” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:30

“Qarabağ” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

“Real”ın futbolçusu PSJ-nin hədəfində

“Real”ın futbolçusu Eduardo Kamavinqa karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, PSJ yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Diario AS” nəşri məlumat yayıb. Paris klubu yayda fransalı oyunçu üçün danışıqlara başlayacaq.

“Real” Kamavinqanı satmağa müsbət yanaşır.

Futbolçu “Renn” klubunun yetirməsidir. O, 2021-ci ildən “Real”da çıxış edir.

İkardi “Qalatasaray”dan ayrılır? – AÇIQLAMA

“Qalatasaray”ın idarə heyətinin rəhbəri Abdullah Kavukçu hücumçu Mauro İkardinin klubdan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, funksioner Türkiyə mətbuatına açıqlamasında bunları deyib:

“Bizdə əhdə sadiqlik var. Bizi kiminləsə səhv salmasınlar. İkardi istədiyi müddətdə “Qalatasaray”da qala bilər. Seçim özünündür”.

Argentinalı hücumçu komandanın məşqlərinə qatılmır. O, klubun yeni müqavilə təklifini qəbul etməyib.

İkardi bu mövsüm Super Liqada 24 oyunda 13 qol vurub. Onun müqaviləsi yayda başa çatır.

“Doğma divarlar”da xalsız qalanlar

Milsi Premyer Liqasında 20 tur geridə qalıb.

Futbolpress.az-ın məlumatına görə, çempionatda geridə qalan müddətdə yalnız iki komanda ev oyunlarında qələbə qazana bilməyib.

Autsayder “Karvan-Yevlax” və “İmişli” “doğma divarlar” arasında üç xala həsrətdir. Yevlax təmsilçisi 13 matçda 2 heç-heçə edib, 11 dəfə uduzub.

Ev oyunlarını mövsümün əvvəlində Şamaxıda, daha sonra isə Qubada keçirən “İmişli”  nominal meydan sahibi olduğu 12 matçda 7 heç-heçə edib, 5 dəfə uduzub.

Ev oyunlarında ən yaxşı statistika isə “Sabah”a məxsusdur. Çempionatın lideri Masazırda keçirdiyi 13 oyunda 10 qələbə qazanıb, 1 dəfə uduzub. Maraqlıdır, yeganə məğlubiyyət məhz “İmişli”yə qarşı olub.

Bu göstəricidə ikinci sırada “Qarabağ” yer alır. Qurban Qurbanovun yetirmələri 13 ev matçında 8 qələbə qazanıb, 2 dəfə uduzub.

Ev oyunlarında ən çox məğlubiyyət yaşayan “Karvan-Yevlax”dır – 11. “Kəpəz” və “Qəbələ” isə hərəsi 8 dəfə “doğma divarlar” arasında xalsız qalıb.

Azərbaycan idmançılarının reytinqi

Azərbaycan idmançılarının yeni reytinqi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, birinci sırada güləşçi Həsrət Cəfərov qərarlaşıb. Yunan-roma güləşçisinin aktivində 480 xal var.

İkinci sırada sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) mövqe tutub. İlk “üçlüy”ü 440 xalla cüdoçu Zelim Kostoyev tamamlayır.

Bayılda mərkəzi görüş

Bu gün Azərbaycan I Liqasında XX tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk gündə üç qarşılaşma keçiriləcək.

MOİK “Cəbrayıl”ı, “Zaqatala” isə “Difai”ni qəbul edəcək.

Turun mərkəzi görüşündə ikinci sırada yer alan “Baku Sportinq” ən yaxın izləyicisi “Səbail”i qəbul edəcək.

I Liqa
XX tur

2 aprel

15:00 MOİK – Cəbrayıl
13:00 Zaqatala – Difai
17:00 Səbail – Baku Sportinq

Skaloni italyanların durumuna məyus olub

Argentina millisinin baş məşqçisi Lionel Skaloni İtaliya yığmasının mundialdan kənarda qalmasını şərh edib.

Futbolpress.az “Football İtalia”ya istinadən xəbər verir ki, mütəxəssis “azzuri”nin uğursuz dönəmdən keçdiyini deyib:

“İtaliyada qohumlarım var və orda baş verənlər məni məyus edir. Həqiqətən, onların da mundialda olmasını istərdim. İtaliya güclüdür və yarışa rəng qatan kollektiv olacaqdı. Lakin futboldur və bəzən belə çətin dönəmlər olur”.

“Zirə” yayda onunla yollarını ayıracaq (ÖZƏL)

Yarımmüdafiəçi Eldar Quliyev mövsümün sonunda “Zirə”dən ayrılacaq.

Futbolpress.az-ın məlumatına görə, 24 yaşlı futbolçu baş məşqçi Rəşad Sadıqovun planlarına daxil deyil. Qəsəbə təmsilçisi müqaviləsi yaya kimi olan Quliyevlə vidalaşacaq.

Eldar 2023-cü ilin fevralından “Zirə”nin formasını geyinir. O, “qartallar”la 93 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

Azərbaycan millisi FIFA reytinqində 3 pillə irəlilədi

Geridə qalmış mart ayını uğurlu nəticələrlə başa vurmuş futbol üzrə Azərbaycan millisi FIFA reytinqində irəliləyib.

Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən xəbər verir.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv bu gün açıqlanmış yeni siyahıda 3 pillə irəliləyib.

Komandamız hazırda 1136,67 əmsalla 124-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi ötən ay “FİFA Series–2026” beynəlxalq turnirinin qalibi olub. Komandamız əvvəlcə Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlib, finalda isə Syerra Leoneni penaltilərlə (1:1, 9:8) üstələyib.

Millimizin UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündəki rəqiblərindən Litva yığması (1058,42) 148-ci, Lixtenşteyn isə (803,57) 206-cı pillədə qərarlaşıb.

FIFA reytinqinin ilk pilləsində Fransa yığması yer alıb. İspaniya millisi ikinci, Argentina yığma komandası isə üçüncü pillədə yer alıb.

Reytinqin ilk 10 pilləsində bu komandalar qərarlaşıblar:

  1. Fransa – 1877,32
  2. İspaniya – 1876,40
  3. Argentina – 1874,81
  4. İngiltərə – 1825,97
  5. Portuqaliya – 1763,83
  6. Braziliya – 1761,16
  7. Niderland – 1757,87
  8. Mərakeş – 1734,71
  9. Belçika – 1734,71
  10. Almaniya – 1730,37

İtaliya millisi ilk dəfə bu aqibətlə üzləşdi

Ötən gecə Bosniya və Herseqovina yığması ilə həlledici oyundan məğlub ayrılmış İtaliya millisi antirekorda imza atıb.

Arena.az xəbər verir ki, dördqat (1934, 1938, 1982, 2006) dünya çempionu ilk dəfə ardıcıl 3 mundialdan kənarda qalıb.

Bu, ötən gecə baş tutan pley-off mərhələsinin həlledici oyununda Bosniya və Herseqovina ilə matçda reallaşıb. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:1) Bosniya və Herseqovina millisi sensasiyaya imza ataraq Cennaro Qattuzonun baş məşqçisi olduğu İtaliya yığmasını turnirdən kənarlaşdırıb.

Qeyd edək ki, İtaliya millisi sonuncu dəfə 2006-cı ildə dünya çempionu olub. Ancaq bu komanda son 3 mundialın seçmə mərhələsində uğurlu çıxış edə bilməyərək final mərhələsindən kənarda qalıb.

Lionel Messi üçün 40-cı “qurban”

“İnter Mayami”nin (ABŞ) ulduz hücumçusu Lionel Messi futbol üzrə Argentina milli komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, dünya çempionları bu görüşdə 5:0 hesablı qələbəyə seviniblər.

Millinin kapitanı olan Messi bu görüşdə 90 dəqiqə meydanda olub. Komandasının bir qolunu da 38 yaşlı forvard vurub. O, qarşılaşmanın 43-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

Bununla da Zambiya yığması argentinalı futbolçunun qol vurduğu 40-cı milli komanda olub.

Bu, həm də Messinin karyerasında 1145 matçda vurduğu 902-ci qol olub. Onun həmçinin 407 məhsuldar ötürməsi var. Messi “Barselona”da 672, Argentina millisində 118, “İnter Mayami”də 80 və PSJ-də 32 qol vurub.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 6 oyuna çıxıb, 5 qol vurub. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 94 oyun, 82 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Birinci Liqa: 20-ci turun bütün təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 20-ci turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

20-ci turun görüşləri aprelin 2-də və 3-də keçiriləcək.

Birinci Liqa
20-ci tur
2 aprel

MOİK – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Binə qəsəbə stadionu, 15:00.

“Zaqatala” – “Difai”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Aydın Bəxşiyev, Şamil İmanzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Səbail” – “Baku Sportinq”
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Bayıl Arena”, 17:00.

3 aprel

“Şahdağ Qusar” – “Şimal”
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Safalı Ağayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Mingəçevir” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Mirnihat Seyidov, Sənan Bayramzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:30.

“Mançester Siti”də özbək fərqi

“Mançester Siti”də mart ayının ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, müdafiəçi Abdukodir Xusanovdur. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı oyunçu azarkeşlər arasında keçirilən səsvermədə yarımmüdafiəçi Rodri və vinger Ceremi Dokunu qabaqlayıb.

Özbəkistanlı futbolçu ötən ay 6 oyunda meydana çıxıb.

Azərbaycan yığması FIFA reytinqində irəlilədi

FIFA milli komandaların reytinqini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığması 1136.67 xalla 124-cü sırada qərarlaşıb. Milli ötən siyahı ilə müqayisədə üç pillə irəliləyib.

Azərbaycan yığması bir neçə gün əvvəl “FIFA Series-2026″nın qalibi olub. Komanda Sent Lüsiyanı (6:1) və Syerra Leoneni (1:1, penaltilər 9:8) məğlub edib.

Reytinq cədvəlinə 1877.32 xalla Fransa başçılıq edir.

“Oyundan sonra ağladım”

İtaliya millisinin qapıçısı Canluici Donnarumma dünya çempionatına vəsiqə qazanmamalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, qolkiper Bosniya və Herseqovinaya penaltilərdə uduzduqları matçdan sonra bunları deyib:

“Oyundan sonra ağladım. İtaliyanı layiq olduğu yerə apara bilmədik və çox məyusuq. Millinin kapitanıyam və bundan qürur duyuram”.

“Sumqayıt” – “Neftçi” oyunu 2 manata

Misli Premyer Liqasının XXI turunda keçiriləcək “Sumqayıt” – “Nefçti” oyununun biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, 5 aprel, saat 18:00-da baş tutacaq “Sumqayıt” – “Neftçi” matçının biletlərini iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.

 

I Liqada təyinatlar məlum oldu

I Liqada XX turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Səbail” – “Baku Sportinq” oyununu Əli Əliyev idarə edəcək..

2 aprel (cümə axşamı)

MOİK – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Səbuhi Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Novruz Əzimov
Binə qəsəbə stadionu, 15:00

“Zaqatala” – “Difai”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Aydın Bəxşiyev, Şamil İmanzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Zaqatala OİK stadionu, 15:30

“Səbail” – “Baku Sportinq”
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Rəhman Aslanov, Murad Səlimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bayıl Arena”, 17:00

3 aprel (cümə)

“Şahdağ Qusar” – “Şimal”
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Safalı Ağayev, Maqsud Şamıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı OİK stadionu, 15:30

“Mingəçevir” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Mirnihat Seyidov, Sənan Bayramzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:30

Azərbaycan bu yarışda 43 boksçu ilə təmsil olunacaq

Aprelin 2-də Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri start götürəcək.

Futbolpress.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaqlar.

14 dəst (10 çəkidə kişi, 4 çəkidə qadın) medal uğrunda 126 boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 7-də aydınlıq gələcək.

Azərbaycan kişilərin yarışında 37, qadınların mübarizəsində 6 boksçu ilə təmsil olunacaq.

Turnirin açılış mərasimi sabah saat 15:00-da olacaq. Ardınca döyüşlər başlayacaq.

Qeyd edək ki, turnirin supervayzeri Svetoslav Sapoundjiyev (Bolqarıstan), baş hakimi Anar Babanlı (Azərbaycan) olacaq. Görüşləri azərbaycanlı hakimlərlə yanaşı, Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistandan olan referilər də idarə edəcəklər.

“Sabah” “Astana”nı seçdi

“Sabah” basketbol komandası yoldaşlıq oyunları keçirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sabah” Qazaxıstanın “Astana” komandası ilə iki oyunda üz-üzə gələcək.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmalar aprelin 4-də, saat 19:30, aprelin 6-da, saat 15:00-da start götürəcək.

Fəridə Lütfəliyeva AÇ-nin 3 oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, azərbaycanlı referi 19 yaşadək (U-19) qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunun 3 oyununda fəaliyyət göstərəcək.

Fəridə Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi olacaq. O, aprelin 15-də keçiriləcək Kosovo – Litva görüşünün də ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, bu qrupun oyunları Litvanın Kaunas şəhərində təşkil ediləcək.

AFFA Mmaeni cəzalandırdı, “Qarabağ”ı cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 21-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 21-ci tur

“Şamaxı-2” – “Sumqayıt-2” oyununun 47-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Hüseyn Fərəcli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 100 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz komandası 70 manat cərimə edilib. Oyuna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Tovuz komandası 200 manat cərimə ödəyəcək.

“Qarabağ-2” – “Sabah-2” oyununun 43-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Sami Mmae hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Ağdam komandası buna görə 250 manat cərimə edilib. Oyunun 90+5-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Allahverdi Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Ağdam komandası 50 manat cərimə edilib. Oyunun 43-cü dəqiqəsində “Qarabağ” meydanı tərk etdiyinə, daha sonra geri qayıdaraq yenidən oyunu davam etdirdiyinə görə Ağdam komandası 1000 manat cərimə edilib. “Sabah”da 7 nəfər sarı vərəqə aldığı üçün paytaxt komandası 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Sabah” tərəfindən paltardəyişmə otağına ziyan vurulduğuna görə stadiona dəymiş zərər paytaxt komandası tərəfindən qarşılanacaq.

Adıyev qovuldu

Rusiyanın “Krılya Sovetov” klubu baş məşqçisi Maqomed Adıyevi istefaya göndərib.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə qovulub.

Adıyev ötən ilin yayından “Krılya Sovetov”a rəhbərlik edirdi. Komanda liqada 22 turdan sonra 13-cü sıradadır.

“Son oyunumda göz yaşlarımı saxlamaq çətin olacaq”

“Mançester Yunayted”in futbolçusu Kazemiro klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, komandada son aylarını keçirən yarımmüdafiəçi klubdakı durumundan danışıb:

“Azarkeşlərin sevgisini bilirəm. Bunları sözlə ifadə etmək olmur. Hər kəsə minnətdaram. İlk gündən məni tək qoymadılar, yanımda oldular.

Son oyunumda göz yaşlarımı saxlamaq çətin olacaq. Həyat yoldaşım azarkeşlərin bir il də qalmağım üçün etdikləri çağırışları eşidəndə kövrəlmişdi. Hiss edirəm ki, klubdan ayrılsam da, ömrümün sonuna qədər “Mançester Yunayted”in bir parçası olacağam”.

Kazemiro mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir.

“Final fitindən sonra sanki ruhum bədənimdən çıxmışdı”

İsveç millisinin baş məşqçisi Qrem Potter dünya çempionatına vəsiqə qazanmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Polşaya 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra bunları deyib:

“İnanılmaz axşam oldu. Bu anların bir parçası olmaq möhtəşəmdir. Komandam adına çox sevinirəm. Çətin oldu, amma bacardıq. Futbolçularla qürur duyuram.

Final fitindən sonra sanki ruhum bədənimdən çıxmışdı… Qapıya baxıram, ehtiyat oyunçular skamyasına baxıram, hər kəs qaçır və düşünürəm ki, mən hardayam? Bu anlar üçün tanrıya hər zaman minnətdar olacağam”.

Azərbaycanlı qadın hakimlərə beynəlxalq təyinat

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, aprelin 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.

Noyerin yerinə Hoyer

“Bavariya” “Hamburq”un qapıçısı Daniel Hoyerin namizədliyini müzakirə edib “Bavariya” Manuel Noyerin karyerasını başa vurmaq qərarına gələcəyi təqdirdə, gələn mövsüm Yonas […]

Source

Dünya çempionu “Real”ı arzulayır

“Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandes “Real”a keçmək istəyir. Msport.az xəbər verir ki, onun Madriddə yaşamaq istəyi ilə bağlı əvvəlki açıqlamaları təsadüf […]

Source

AFFA İkinci Liqa komandalarını 70 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 20-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 20-ci tur

“Ağstafa Gəncləri” – “Quba” oyununda “Ağstafa Gəncləri” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün Ağstafa təmsilçisi 70 manat cərimə edilib.

“Ağdaş” – “Araz Saatlı” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Şəmkir” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

AFFA-dan Tomarova 2, Çipesseyə 3 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 19-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 19-cu tur

“Səbail” – MOİK oyununda “Səbail”in 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. MOİK-in də 4 futbolçusu sarı vərəqə aldığı üçün “hərbçilər” 210 manat cərimə ediliblər. MOİK matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə sözügedən komanda 450 manat cərimə edilib.

“Şəfa” – “Şahdağ Qusar” oyununun 26-cı dəqiqəsində “Şəfa”nın 6 nömrəli futbolçusu Xəyal Tomarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Şəfa” buna görə 300 manat cərimələnib. Oyunun 90+3-cü dəqiqəsində “Şahdağ Qusar”ın futbolçusu Aqostinyo Çipesse təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Şahdağ Qusar” buna görə 900 manat cərimə ödəyəcək.

AFFA 3 klubu yarışlardan kənarlaşdırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda üç klubun yarışlardan kənarlaşdırılması ilə bağlı qərar qəbul edilib:

15 mart 2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməli olan Ağdam FK-Pambıqçı(Bərdə) oyunu Pambıqçı(Bərdə) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Pambıqçı (Bərdə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Pambıqçı(Bərdə) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)

15 mart 2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməli olan Füzuli FK-Məhsul(Zərdab) oyunu Məhsul(Zərdab) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Məhsul (Zərdab) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Məhsul (Zərdab) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)

29 mart 2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməli olan Zəfər FK(Bərdə)-Aran FK(Beyləqan) oyunu Zəfər FK(Bərdə) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Zəfər FK (Bərdə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Zəfər FK (Bərdə) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)

“Turan Tovuz”un legioneri şans qazanmadı

Tacikistan yığması Asiya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, komanda seçmə mərhələdə A qrupunu lider bitirib. Tacikistan qrupun son oyununda Filippinlə heç-heçə edib – 1:1.

Tacikistan yığmasında “Turan Tovuz”un qapıçısı Oleq Baklov da çıxış edir. O, Filippinlə matçda ehtiyatda qalıb.

Qattuzo: “Çox məyusam”

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo yığmadakı gələcəyi haqda sualı cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yığmanın dünya çempionatından kənar qalmasından sonra qovulacağı ilə bağlı çıxan xəbərlərə belə münasibət bildirib:

“Millidəki gələcəyim? Fərqi yoxdur. İndiki məqamda çox məyusam. Mundialdan kənar qalmaq adamı incidir”.

İtaliya yığması dünya çempionatının pley-off mərhələsində Bosniya və Herseqovinaya uduzub.

Futbolçusu bölgə klubunu ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda “Səbail” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda MOİK komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə MOİK komandası 450 manat cərimə edilsin (maddə 84.1);

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 26-cı dəqiqəsində “Şəfa” komandasının 6 nömrəli futbolçusu Xəyal Tomarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şəfa” komandası 300 manat cərimə edilsin (maddə 44.1);

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 90+3-cü dəqiqəsində “Şahdağ Qusar” komandasının 19 nömrəli futbolçusu Aqostinyo Çipesse təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 900 manat cərimə edilsin (maddə 45.1);

İspaniyada irqçilik skandalı

İspaniya millisi yoxlama oyununda Misirlə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, görüş qolsuz başa çatıb. Matçda ispan fanatlar Afrika təmsilçisinin oyunçularına qarşı irqçi şüarlar səsləndirib. Azarkeşlər müsəlman futbolçuların əleyhinə “tullan, tullan, tullanmayan müsəlmandır” deyə şüarlar deyib.

İspaniya Futbol Federasiyası hadisəni qınadığını və tədbir görəcəyini açıqlayıb.

AFFA “Kəpəz”i 6500 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 25-ci turunun oyunları müzakirə edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, İK 25-ci turun yalnız bir oyununda hüquqi qiymət verməli olduğu qayda pozuntusu aşkarlayıb. Söhbət “Kəpəz” – “Qarabağ” oyunundan gedib.

Yevlaxda təşkil edilmiş bu oyundan əvvəl, həmçinin matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” 6500 manat cərimə edilib.

Xatırladaq ki, oyun “Kəpəz”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gəncə təmsilçisi Premyer Liqanın 25 turundan sonra 21 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Ötən mövsümün qalibi olmuş “Qarabağ” 24 oyuna topladığı isə 52 xalla 2-ci sıradadır.

Vaqif Cavadov Azərbaycanın U-20 millisində! – Rəsmi

Vaqif Cavadov Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasına (U-20) köməkçi məşqçi təyin olunub.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib. Qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi təyin edilib.

Futbolçu karyerası ərzində ölkəmizdə “Qarabağ”, “Bakı”, “Keşlə” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt”, AZAL kimi klublarda çıxış etmiş Cavadov Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB” və “Boluspor”un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.

2020-ci ildə məşqçiliyə başlamış Vaqif “Sumqayıt”da və qısa müddət Qazaxıstanın “Turan” klubunda fəaliyyət göstərib. Məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlamış mütəxəssis daha sonra “Sumqayıt-2”də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasının baş məşqçisi olub.

“Kəpəz” böyük məbləğdə cərimələndi

AFFA İntizam Komitəsi “Kəpəz”i cərimələyib.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Misli Premyer Liqasında XXV turun “Kəpəz” – “Qarabağ” oyunundan əvvəl və matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 6500 manat cərimələnib.

Matç “Kəpəz”in qələbəsiylə başa çatıb – 1:0.

“Futbolun inkişafı naminə sağlam qüvvələr birləşməlidir” – MÜSAHİBƏ

Ölkə futbolunda yenə canlanma yaranıb. Aprelin 3-də keçiriləcək AFFA-nın Hesabat Konfransı fonunda gedişata geniş nəzər yetirmək üçün Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovla müsahibə etdik. Proseslərə təhlili yanaşmalar üçün zəngin təcrübəsi və səhih mövqeyi ilə Tahir müəllimin fikirləri ictimai əhəmiyyət daşıyır:

– Tahir müəllim, BFF-in aktivləşdiyi görünür. Bu haqda ətraflı məlumat verərdiniz?
– Uzun illərdən sonra, 2024-cü ilin aprel ayında AFFA-da rəhbər dəyişikliyi baş verdi. Futbolda nəhayət ki, islahatların aparılacağı ümidi yarandı. Federasiyanın ilk addımlarından biri yeni futbol strategiyasının hazırlanması oldu. Assosiasiya tərəfindən belçikalı mütəxəssislər dəvət edildi. İşlər onlara tapşırıldı. Eyni zamanda AFFA öz üzvlərinə, klublara, futbol ictimaiyyətinə müraciət edərək təkliflərin verilməsini istədi. Bir çox qurumların məsələyə biganə yanaşmasına baxmayaraq, öz tərəfimdən kompleks təkliflər paketi hazırladım, rəsmi olaraq AFFA-ya təqdim etdim. Sonrakı mərhələdə təkliflərimiz əcnəbilər tərəfindən bəyənildi, İcraiyyə Komitəsində baxıldı, belçikalılarla görüş təşkil edildi. Avropalıların prosesə şablon yanaşması, vaxtaşırı ölkəmizə səfərləri yersiz vaxt itkisinə səbəb olur, aylar itirilir, futbol ictimaiyyəti arasında narahatlıq yaradırdı. Gərgin keçən iclasda önəmli layihələrimizin qəbul edilməsinə və ümumi hərəkətliliyə nail olduq. Bir çox təkliflərimizlə bərabər, 8 regional futbol mərkəzi – akademiyaların yaradılması ideyamız yekun layihə sənədində öz əksini tapdı. Bu müddət ərzində yeni AFFA rəhbərliyi ilə mütəmadi görüşlərimiz, məsləhətləşmələrimiz olur, müəyyən təklifləri nəzərdən keçirirdik. İstəkli olduqları üçün köməyimizi əsirgəmirdik. Müzakirələrimizdən biri də rəhbərlik etdiyim Bakı Futbol Federasiyasının maddi-texniki bazasının yaxşılaşdırılması, ümumi futbol strukturuna inteqrasiyası idi. Danışıqlar bir qədər vaxt apardı. Özümlə bağlı açıqlamaq istəmədiyim bəzi təkliflərə münasibətdə təşəkkür edərək, futbol adına ümumi işlərin daha vacib olduğunu vurğuladım. İlkin mərhələdə BFF-lə bağlı layihələrin həyata keçirilməsi razılığına gəldik və yekunda rəsmi müqavilə imzaladıq. Minimum şərait və şərtlərlə böyük həcmdə işlərə start vermişik. Artıq birgə fəaliyyətimizlə “D” kateqoriyalı məşqçi kurslarının iki mərhələsini bitirmişik. İlin sonunadək daha 4 kursun keçirilməsi nəzərdə tutulub. Digər layihələrlə yanaşı, qısa müddətdə media və ictimaiyyət tərəfindən BFF-n müsbət aktivliyi hiss edilirsə, görünürsə, deməli, doğru yoldayıq.

– Bu yaxınlarda AFFA-nın baş katibi region federasiya rəhbərləri ilə görüşdü. Siz AFFA baş katibi ilə bir fotoda… Futbol ictimaiyyətinin öyrəncəli olmadığı situasiya idi. Görüş barədə və ümumiyyətlə, mövzu ətrafında geniş danışmağınızı istərdim.
– Hər zaman vurğulayıram, tənqidlər, fikirlər peşəkarlığa, dərin təhlillərə, pozitivliyə, qarşılıqlı inam və səmimiyyətə söykənməli, ideyaların həyata keçirilməsi fərdi yanaşmadan üstün tutulmalıdı. Ancaq ideoloji, strateji birliklə irəliləyişə nail olmaq olar. Futbolun inkişafı istənilirsə, öncə AFFA Nizamnaməsinə uyğun struktur bərpa edilməli, formalaşdırılmalı, hüquqi baza yaradılmalıdır. AFFA futbol federasiyalarını özündə birləşdirən assosiasiyadır. BFF də daxil olmaqla, region federasiyaları səsvermə hüququna malik qurumlardır. İllərdi AFFA öz Nizamnaməsini pozaraq de-yure səlahiyyətlərə sahib üzvlərini de-fakto kənarda qoyurdu. Federasiya daxilində bir qrup vəzifəli şəxs məqsədli şəkildə monopoliya yaratmışdı. Hüquqi baza təmin edilmədən nəinki futbol, heç bir təşkilat düzgün fəaliyyət göstərə bilməz. Futbol ictimaiyyəti AFFA strukturundan geniş məlumatlı olmasa da, bunların bilinməsi çox əhəmiyyətlidir. Qanunlar yerində olmadan, icra olunmadan, futbolumuzda dirçəlişi təmin edə biləcək işlək mexanizmin fəaliyyəti mümkünsüzdür. Belə görüşlər çoxdan baş tutmalı idi. AFFA-nın yeni rəhbər heyət üzvləri ilə bu mövzuda dəfələrlə söhbətlərim olub, qanunlara söykənərək vəziyyətdən çıxış yolları müzakirə edilib. Qeyd olunan görüşün mahiyyəti şəxsi müstəvidən irəli gəlmir. Cahangir Fərəcculayevin baş katib vəzifəsinə təyinatı və AFFA rəhbərliyinin dəstəyi ilə tədricən struktura uyğun addımların atılması sürətlənib. Strukturun bərpası heç də asan başa gəlmir. İllərdi Azərbaycan futbolu elə bir labirintə salınıb ki, qanunların aliliyinin bərqərar olması təəssüf ki, süni maneələrlə üzləşir, futbolda kök salanlara sərf etmir. Bu da özlüyündə vaxt aparır, ümumi işlərin irəliləməsini ləngidir. İstəyimiz odur ki, proses daha sürətlə davam etsin. AFFA öz üzvləri ilə birgə vahid orqanizm kimi çalışmalı, fəaliyyət göstərməlidir. Təbii ki, bunun üçün maddi-texniki bazanın yaradılması mütləqdir!

Görüşə gəldikdə, toplantı çox konstruktiv keçdi, infrastruktur, uşaq-gənclər futbolu, tədris, innovativ addımlar, media, ictimaiyyətlə əlaqələr və digər önəmli məsələlər müzakirə edildi. Region federasiyaları rəsmiləri, AFFA rəhbərliyinin çağırışına səs verməli, aktiv, təşəbbüskar olmalı, öz məsuliyyətlərini dərk etməli, qarşılıqlı işbirliyi qurulmalıdır. Futbol kuluarlarında islahatların aparılmasını istəməyənlər yetərincədir. Önəmli olan AFFA-ya yeni gələnlərin bunu başa düşməsidir. Azərbaycan futbolu bilərəkdən dolaşığa salınmış “hörümçək torundan” xilas olunmalıdır!

– Qarşıdan AFFA-nın Hesabat Konfransı gəlir. Ötənilki tədbirdə yeni baş katib iddialı danışmışdı. Vəd olunmuş işlərin icrası sizcə nə yerdədir?
– Ölkə futbolundakı vəziyyət kənardan göründüyü qədər sadə deyil, çox cərəyanlar mövcuddur. Bir çox tərəflərin futbolun ümumi inkişafından fərqli, öz maraqları var. Təzə gələnlər üçün futbolda baş verənlərin analizi, araşdırılması vaxt aparır, bu da işlərin daha sürətlə getməsinin qarşısını alır. İlk vaxtlar futbol təsərrüfatının daha asan idarə olunacağı zənn edilirdisə, hazırda vəziyyət müsbətə doğru dəyişməkdədir. Bununla yanaşı, futbol şəbəkələrinin planları baş tutmadıqca, aparılan prosesə qarşı təzyiqlər çoxalır. Futbol təsərrüfatında olanların bəzilərinə dəyişikliklər, yeniliklər sərf etmir. Onsuz da ləngiyən islahatların qarşısının alınması üçün “planlar” qurulur. Ətrafdan görünməsə də, daxildə gərginlik açıq sezilir. İctimaiyyət arasında müzakirələrin təhlil səviyyəsi artırılmalı, futbolun inkişafı naminə sağlam qüvvələr birləşməlidir. Bu işlərdə mətbuatın, sosial medianın rolu əvəzolunmazdır. Hər zaman xüsusi qeyd etdiyim kimi, mətbuat peşəkar futbolla azarkeşlər, cəmiyyət arasında böyük körpüdür. Bu bağlayıcı qüvvə nə qədər möhkəm olarsa, hər iki tərəf bir-birinə sıx bağlı olar, futbolun inkişaf sütunları dağıdıcı qüvvələrin qarşısını alar. Bunlarla paralel, futbola cavabdehlərin peşəkarlığa söykənərək, qətiyyəti, niyyəti, inamı çox vacibdir. Futbol komanda idman növüdür, AFFA öz üzv qurumları ilə birgə peşəkar idarəçi komanda kimi fəaliyyət göstərməlidir. Futbolda psixoloji narahatlıq, gözləmə mövqeyi, bəzilərinin strukturlarda “krot”luq fəaliyyəti davam edir. Nə qədər çətin görünsə də, dəqiq diaqnozlarla islahatlar sürətlə davam etdirilməlidir. Xüsusi vurğulayım, bu, tək adamın işi deyil, yuxarıda qeyd etdiyim kimi, vahid və futbolun gələcəyini təmin edəcək komanda formalaşmalıdır. Konfrans və sonrakı həftələr, aylar yeni qətiyyətli addımların, islahatların nə yerdə olduğunu göstərəcək. Azərbaycan futbolu adına çox illər itirilib, vaxt, zaman gözləmir…

– Sizin geniş spektrli təhlillərdən yana olduğunuzu bilirik. İndiki AFFA rəhbərliyinin yaxın və uzunvədəli planda gözləntiləri, qarşılaya biləcək planları, stratejisi varmı?
– İstək var, bu, birmənalıdır. Azərbaycan futbolunun müasir tələblərə cavab verən infrastruktur problemləri ilə yanaşı, ümumi idarəçilikdən daha çox, peşəkar futbol idarəçiliyi problemi özünü daha qabarıq hiss etdirir. Bu sarıdan təcrübəsizlik özünü büruzə verir və vaxt itkisinə səbəb olur. Futbolda bir mövsüm strateji olaraq 3-5 ilə bərabərdir. Uzunvədəli planlara gəldikdə, Futbolun İnkişaf Strategiyası qəbul edilib. Böyük vəsait və həcm tələb edən işdir. Dəfələrlə bildirmişəm, qəbul olunan strategiyanın həyata keçirilməsi üçün 8-10 il vaxt lazımdır, o da maliyyənin və işlərin düzgün olacağı, aparılacağı halda. Strategiyanın ən böyük strateji yanlışlığı 2025-28-ci illərin qeyd edilməsi oldu. Burada ilk növbədə belçikalıların məsuliyyətsizliyini qeyd etməliyəm, layihənin 3-4 ilə həyata keçirilə biləcəyi mümkünsüzlüyünü AFFA İcraiyyə Komitəsinə rəsmən bildirməli idilər. Artıq 1 il geridə qalıb… Proqramın həyata keçirilməsi çox böyük vəsait tələb edir. Maliyyə ayrılana kimi, mövcud imkanlardan səmərəli istifadə olunması şərtdir. Dövlət AFFA xətti ilə hər il futbola kifayət qədər dotasiya ayırır və maliyyə qonşu Qafqaz ölkələrinin futbola yatırımından daha çoxdur. Bu vəsaitin xərclənmə mexanizminə yenidən baxılmalıdır. Klublara ödənilən maliyyənin böyük hissəsi legionerlərə ödənilir. Digər tərəfdən, strateji planların həyata keçirilməsi məsələləri bəzi hallarda AFFA-nı aşır. Bura həqiqi hərbi xidmət, infrastruktur üçün torpaq sahələrinin ayrılması və s. məsələlər daxildir. Bütün bunlar dövlət səviyyəsində və müvafiq qurumlarla əlaqəli həll olunmalıdır. AFFA təkbaşına strateji inkişaf planını istəsə də belə, tam həcmdə həyata keçirə bilməz. Önəmli olan doğru yolun tutulması və tədricən bunların həyata keçirilməsidir. İnkişaf Strategiyası qəbul edilib, istək göstərilib, 2-3 olmasın, lap 5-6 il olsun, təki həyata keçirilsin, kağız üzərində qalmasın. 2027-ci ildə Azərbaycanda keçiriləcək U-20 dünya çempionatına hazırlıq bu işlərə böyük təkan verə bilər.

– Sizin layihə rəhbəri olduğunuz “Sabahın ulduzları” yarışının keçirilməsi gözlənilir. İşlər nə yerdədir?
– “Sabahın ulduzları” böyük, əhatəli layihədir. Hazırlıq mərhələsi davam edir. Uşaq, yeniyetmə futbolu olmasına baxmayaraq, yeni, daha peşəkar tələblərə cavab verən əsasnamə hazırlandı, AFFA ilə birgə təsdiq olundu. Xüsusi dizaynda medallarımız, mükafatlarımız hazırdı artıq. Paytaxtda futbol infrastrukturu probleminin olması heç kimə sirr deyil. Bunu nəzərə alaraq oyunlar mərkəzləşdirilmiş qaydada Bayıl stadionunda keçiriləcək. AFFA daxili resursları hesabına aprel ayından Bayıl stadionunda əsaslı təmir işlərinə start verəcək. İnzibati bina, mövsüm bitən kimi isə, ot örtüyü, projektorlar dəyişdiriləcək, digər zəruri işlər görüləcək. Bakı zonasında futbol mərkəzi-akademiyasının inşasına kimi, arena əsaslı təmirdən sonra uşaq-gənclər futbolu və tədris mərkəzinə çevrilməlidir. Yenidənqurmadan dərhal sonra, daha yaxşı şəraitdə “Sabahın ulduzları” yarışları start götürəcək. Sponsor, tərəfdaşlarla danışıqlarımız davam edir. “CBC Sport” kanalında canlı yayımın təşkili, həftəlik xüsusi verilişin olması razılığı əldə olunub. Digər tərəfdən YouTube versiyası üzərindən 100-dən çox oyunun canlı göstərilməsi üçün işlərimiz davam edir. Uşaq futbolunda heç vaxt belə yanaşma olmayıb. Yarışlara ancaq əsasnamə tələblərinə cavab verən klub, komandalar buraxılacaq. Kəmiyyət yox, keyfiyyət ön planda olacaq. İstedadlı futbolçuların üzə çıxması, yetişməsi ilə yanaşı məşqçilərin, hakimlərin, gənc klub menecerlərinin inkişafı təmin ediləcək, praktiki və nəzəri seminarlar keçiriləcək. “Sabahın ulduzları” layihəsi uşaq-gənclər futboluna münasibəti dəyişəcək. İnanıram ki, bu nəcib işlərdə media, jurnalistlər, ümumilikdə futbol ictimaiyyəti öz dəstəyini əsirgəməyəcək.

– Klublar tərəfindən “Sabahın ulduzları” layihəsinə maraq hansı səviyyədədir?
– Bu yarış özünü illərdi doğrultmuş layihədir. AFFA ilə bərabər aparıcı klublarla danışılıb və məşqçi, futbolçular səbirsizliklə “Sabahın ulduzları”nın startını gözləyirlər.

– Uşaq futbolundan söz düşmüşkən, bu sahəni bilməyinizlə bərabər BFF əməkdaşları manitorinqlər aparır. Uşaq futbolunda vəziyyət nə yerdədir?
– Assosiasiya ilə razılıq əsasında manitorinqlər keçirilir və mövsümün sonunda kompleks halda detallı təqdimat hazırlanacaq. Övladınız da U-13 “Neftçi”nin futbolçusudur, hər həftə oyunları izləyirsiniz. İstedadlarımız yetərincədir. Problem uşaq-gənclər futboluna olan münasibətdir. “Uşaq futbolu yoxdur” deməklə futbolçu yetişməz! Əməli işlər görülməli, ortaya keyfiyyətli məhsul qoyulmalıdır. AFFA tərəfindən klublara hər il bu sahə üzrə 500 min manat (12 klub – 6 milyon) təmənnasız vəsait ödənilir. Əlavə olaraq yarışların keçirilməsinə 1-2 milyon pul xərclənir. Toplam 7-8 milyon vəsait sərf olunur. Azərbaycan şərtləri üçün az məbləğ deyil. “Neftçi”, “Sabah” kimi klublar uşaq futboluna yatırım edir, “Ulduz”, digər özəl klublar az vəsait xərcləmir. Hər mövsüm bu rəqəm ümumilikdə 10-15 milyon edir. Bunun qarşılığında keyfiyyətli futbolçu qıtlığının olması ölkə futbolunun faciəsidir. Deməli, işlər düzgün qurulmayıb. Tək infrastruktur çatışmazlığı problemi deyil, işə yanaşma, təşkilatı səviyyə, məşqçi kvalifikasiyası, hakimlik və digər məqamlar kompleks yanaşma ilə həll edilməlidir. Bölgələrimizdə vəziyyət daha acınacaqlıdır. Bu sahədə köklü islahatlar aparılmalıdır.

– Aşağı yaş qrupları yığmaların çıxışında bu, özünü açıq göstərir. Neçə il lazımdır ki, vəziyyət düzəlsin?
– İllərə bölmək istəməzdim. İşə düzgün, peşəkar yanaşma ilə keyfiyyət prosesini sürətləndirmək mümkündür.

– “FİFA series-2026” oyunlarında millinin çıxışını necə qiymətləndirirsiniz?
– Azərbaycan futbolu elə vəziyyətdədir ki, hər bir xırda qığılcım da pozitivliyə söykənməlidir. Əvvəlki illərə baxanda, millidə məğlub psixologiya, bəhanələr aşılanmır artıq. İstək, məsuliyyət, qələbə ruhu formalaşır. Məşqçi, futbolçular da bunun fərqindədilər. Ölkə futbolunun durumu bəllidir. İmkanlar daxilində minimumdan maksimumun əldə edilməsinə çalışılmalıdır. Millinin toplanışı qarşıdakı aylar üçün faydalı olacaq. Ayxan Abbasov turnirdə nəticə dalınca qaçmadı, demək olar, bütün futbolçuları müxtəlif oyun quruluşunda sınadı. Hətta final görüşündə rəqib nəticəni düşünüb optimal heyəti dəyişmirdisə, Azərbaycan yoxlama oyunu düşüncəsi ilə kifayət qədər əvəzetmələr etdi. Önəmli olan baş məşqçinin müsbətləri, boşluqları görməsi və qarşıdakı toplanışlarda bunların inkişaf etdirilməsi, aradan qaldırılmasıdır. İstənilən qələbə psixoloji olaraq futbolçularda özünəinamı artırır. Əsas, eyforiyaya qapılmadan potensialın artırılması, rəqabətin yaradılması, rəsmi oyunlar üçün optimal heyətin formalaşdırılmasıdır.

– Premyer Liqada klublar tərəfindən hakimlərdən narazılıq sanki çoxalıb. Beynəlxalq dərəcəli hakim kimi münasibətiniz maraqlıdır, bu, bəzi klubların özünü sığortasıdır, yoxsa həqiqətən hakim idarəçiliyində problemlər var?
– Premyer Liqada son dövrədir, çempionat sona yaxınlaşır. Hazırda elə durumdur ki, komandalar hər xal uğrunda amansız mübarizə aparırlar. Turnir cədvəlində olan vəziyyət asan oyunların olmadığını göstərir. Bu, çempionluq, avrokubok zonası uğrunda rəqabətlə bərabər, autsayderlər qrupuna da aiddir. Hakimlərdən maksimum konsentrasiya, psixoloji hazırlıq tələb olunur. Demək olar, hər il qaydalarda dəyişiklər edilir, yeni tövsiyyələr verilir. Nəinki futbolçular, bir çox hakimlər yenilikləri qavramağa, meydanda tətbiq etməyə çətinlik çəkirlər. Bu da məşqçilərin, azarkeşlərin narazılığına səbəb olur. Sürətlə dəyişdirilən “Oyun qaydaları” publikada çaşqınlıq yaradır, sabitlik pozulur. Klubların əsas etirazı referi-VAR sinxronluğunun olmamasına, eyni, oxşar epizodlarda hakimlərin fərqli yanaşmalarınadır. Referilərin mübahisə doğuran epizodlarda birmənalı baxışı təmin edilməlidir. Finişə 8 tur qalıb, hakim qərarları geniş müzakirələrə səbəb olacaq. AFFA hakimlər üçün istənilən şəraiti yaradıb. Bunun qarşılığı meydanda yüksək səviyyədə verilməlidir.

Elçin Cəlilov

“Qalatasaray”ın baş məşqçisi London klubuna “yox” deyib

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Tottenhem”dən təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Tutto Mercato” nəşri məlumat yayıb. London klubu mütəxəssisi baş məşqçi təyin etmək istəyib, lakin Burukun cavabı “yox” olub.

“Tottenhem” dünən “sükanın” Roberto De Zerbiyə tapşırıldığını açıqlayıb.

Yoxlama oyunu: İngiltərə uduzdu, Braziliya qalib gəldi

Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Braziliya və Xorvatiya yığmaları arasında keçirilib.

Cənubi amerikalılar bu görüşdən inamlı qələbə ilə ayrılıblar. Argentina yığması da Zambiyanı 5 cavabsız qolla üstələyib.

İspaniya – Misir və Rusiya – Mali matçları qolsuz bitib. Niderland – Ekvador və Meksika – Belçika görüşlərində də qalib müəyyənləşməyib.
İngiltərə millisi Yaponiyaya, ABŞ yığması Portuqaliyaya məğlub olub.

Ukrayna yığması Albaniyanı tək qolla yenibsə, İran seçməsi Kosta Rikaya 5 cavabsız qolla qalib gəlib.

Yeri gəlmişkən, “Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinin heyətində növbəti oyununu keçirib. Onun komandası Sloveniya ilə qarşılaşıb. Podqoritsadakı görüşdə Monteneqro millisi 2:3 uduzub. Yankoviç meydana start heyətində çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Komandasının vurduğu hər iki qolun məhsuldar ötürməsinin müəllifi məhz Yankoviç olub.

Ötən gün FİFA Series-2026 beynəlxalq turniri çərçivəsində də bəzi oyunlar olub. Kamerun Çinə, Avstraliya Kurasaoya, Qazaxıstan isə Komor adalarına qalib gəlib.

Yoxlama oyunu
31 mart

Ekvatorial Qvineya – Madaqaskar 1:1
Botsvana – Malavi 1:0
Kosta Rika – İran 0:5
Liberiya – Liviya 2:2
Niger – Toqo 0:1
Monteneqro – Sloveniya 2:3
Norveç – İsveçrə 0:0
San Marino – Andorra 0:0
Serbiya – Səudiyyə Ərəbistanı 2:1
Macarıstan – Yunanıstan 0:0
Rusiya – Mali 0:0
Haiti – İslandiya 1:1
İordaniya – Nigeriya 2:2
CAR – Panama 1:2
Qvineya – Benin 0:1
Mərakeş – Paraqvay 2:1
Peru – Honduras 2:2
Əlcəzair – Uruqvay 0:0
Şotlandiya – Kot-d’İvuar 0:1
Avstriya – Cənubi Koreya 1:0
İngiltərə – Yaponiya 0:1
İrlandiya – Şimali Makedoniya 0:0
Niderland – Ekvador 1:1
Slovakiya – Rumıniya 2:0
Ukrayna – Albaniya 1:0
Uels – Şimali İrlandiya 1:1
Burkina Faso – Qvineya Bisau 1:1
Seneqal – Qambiya 3:1
İspaniya – Misir 0:0
ABŞ – Portuqaliya 0:2
Argentina – Zambiya 5:0
Kanada – Tunis 0:0
Braziliya – Xorvatiya 3:1
Meksika – Belçika 1:1

FİFA Series-2026

Çin – Kamerun 0:2
Avstraliya – Kurasao 5:1
Qazaxıstan – Komor adaları 1:0

“Hazırda bacarmayacağımız şey yoxdur” – Hakan

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu dünya çempionatına vəsiqə qazanmaları haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi mundialla bağlı bunları deyib:

“Çox istedadlı komandayıq. Hazırda bacarmayacağımız şey yoxdur. Arzularımız var. Bütün futbolçular xəyal qurur. İnşallah, dünya çempionatında ölkəmizi layiqincə təmsil edəcəyik”.

Türkiyə millisi mundialda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər olacaq. Mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

AFFA Vaqif Cavadova iş verdi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib.

Futbolpress.az xəbər verir ki, qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəmizdə “Qarabağ”, “Bakı”, “Keşlə” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt”, AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB” və “Boluspor”un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.

2020-ci ildə məşqçiliyə başlayan Vaqif Cavadov “Sumqayıt”da və qısa müddət Qazaxıstanın “Turan” klubunda fəaliyyət göstərib. Məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra “Sumqayıt-2”də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasının baş məşqçisi olub.

Azərbaycanın U-20 yığmasının baş məşqçisi portuqaliyalı Ruy Jorjedir.

“Belə qələbələr bizə daha da inam verəcək” – Hüseynov

Azərbaycan millisi “FIFA Series-2026” turnirinin qalibi olub. Yığma həlledici görüşdə Syerra Leone millisini penaltilər seriyasında məğlub edib.

Azərbaycan yığmasının futbolçusu Cəlal Hüseynov “Futbolpress.az“a açıqlamasında turnirdəki çıxışlarını şərh etdi:

“Qalib gəlmişiksə, hər şey müsbətdir. Qələbə hər zaman yaxşı hiss etdirir. Komanda yoldaşlarım, hamı əziyyət çəkdi. Əvvəldən istəyimiz turnirin qalibi olmaq idi və bunu bacardıq”.

Müdafiəçi millinin iki oyundakı performansından söz açdı:

“Yaxşı oyunlar oynadıq. İkinci matçda rəqib daha yaxşı idi. Bizə meydanda çətinlik yaratdılar. Buna baxmayaraq, penaltilər seriyasında qələbə qazandıq. Hər bir halda, qalib gəlmək xoşdur. Belə qələbələr inamımızı daha da artıracaq. Növbəti oyunlarda maksimum nəticə göstərməyə çalışacağıq”.

Şahin Cəfərov

Tural Qurbanov ilk dəfə beynəlxalq oyunu idarə etdi

Azərbaycanlı FİFA referisi Tural Qurbanov ötən gün ilk dəfə beynəlxalq oyunda baş hakim kimi oyun idarə edib.

Arena.az xəbər verir ki, o, 17 yaşadək futbolçular (U-17) arasında təşkil edilən Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində baş tutmuş Niderland – Belarus matçının baş hakimi olub.

Tural Qurbanov Niderlandın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə 3 futbolçuya sarı vərəqə göstərib. O, meydan sahiblərinin iki, qonaqların isə 1 oyunçusuna rəsmi xəbərdarlıq edib.

Xatırladaq ki, bu oyunda digər azərbaycanlı hakim Asiman Əzizli də Tural Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib.

Üç komandanın yer aldığı 7-ci qrupda Niderland 2 oyuna topladığı 6 xalla lider olub. Belarus 3 xalla 2-ci yeri tutubsa, hər iki matçda uduzmuş Kosovo sonuncu yerlə kifayətlənib.

UEFA Millətlər Liqası: Latviya və Lüksemburq C Liqasında qaldı

Futbol üzrə UEFA Millətlər Liqasının növbəti – 2026/27 mövsümünün C və D Divizionlarına vəsiqə uğrunda cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, Lüksemburq millisi ilk oyunda səfərdə 2:0 hesabı ilə qalib gəldiyi Maltanı bu dəfə evdə 3:0 hesabı ilə məğlub edib. 2 matçın cəmində Lüksemburq 5:0 hesablı qələbə qazanıb.

Latviya isə ardıcıl ikinci dəfə Cəbəllütariqi 1:0 hesabı ilə üstələyib.

Beləliklə, Latviya C Liqasının 2-ci qrupunda Ermənistan, Monteneqro və Kiprə rəqib olub. Lüksemburq isə C Liqasınn 4-cü qrupunda Estoniya, İslandiya və Bolqarıstanla oynayacaq. Cəbəllütariq və Malta D Liqasının 1-ci qrupunda Andorra ilə bir qrupda mübarizə aparacaqlar.

UEFA Millətlər Liqası
Pley-off oyunları
31 mart

Lüksemburq – Malta 3:0
Qollar: Til, 20, Sinani, 51, De Souza, 70.
İlk oyun – 2:0.

Latviya – Cəbəllütariq – 1:0
Qol: Çernomordiys, 90+3.
İlk oyun – 1:0.

DÇ-2026-nın bütün 48 iştirakçısı bəlli oldu

Bu il ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) bütün iştirakçıları bəlli olub.

Arena.az xəbər verir ki, son iki vəsiqəyə Konqo Demokratik Respublikası və İraq seçmələri sahib çıxıblar.

Bu komandalar ötən gecə pley-off mərhələsinin final oyununda müvafiq olaraq Yamayka və Boliviyanı məğlub ediblər.

Beləliklə, mundialın bütün 48 iştirakçısı dəqiqləşib.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fil Dişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

Mitkov: “Azərbaycanla matçda qələbəyə layiq idik”

Bolqarıstanın U21 yığmasının üzvü Asen Mitkov Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan futbolçu 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Qələbə üçün bir qol çatmadı. Son dəqiqələrdə şanslarımız oldu, amma yararlana bilmədik. Birinci hissədə tələskənliyə yol verdik. Fasilədən sonra daha yaxşı oynadıq. Azərbaycanla matçda qələbəyə layiq idik. Heyətdə itkilərimizin olması oyuna təsir etdi”.

Bolqarıstanlı məşqçi Azərbaycanla oyundan sonra nələr dedi?

Bolqarıstanın U21 yığmasının baş məşqçisi Todor Yantsev Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Nə olursa-olsun qələbə qazanmalı idik. Birinci hissədə oyunumuzu göstərə bilmədik. Fasilədən sonra çox yaxşı oynadıq, qol şansları yaratdıq. Azlıqda qalsaq da, qələbə üçün şanslarımız var idi. Matçdan əvvəl gözlənilməz itkilərimiz oldu və bu, matça təsirini göstərdi”.

Qattuzo: “Belə məğlubiyyəti həzm etmək çox çətindir”

İtaliya millisi DÇ-2026-da iştirak etməyəcək.

Futbolpress.az xəbər verir ki, “azzuri” pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub.

Millinin baş məşqçisi Cennaro Qattuzo “Football İtalia”ya açıqlamasında məğlubiyyəti belə şərh edib:

“Buna layiq deyildik. Çox çalışdıq, mübarizə apardıq, amma alınmadı. Rəqib qapısı qarşısında üç real şans yaxaladıq. Onlar isə demək olar, ciddi epizod yaratmadan qalib gəldi.

Komandamla fəxr edirəm. İtaliya futbolu üçün bu mundial vacib idi. Belə məğlubiyyəti həzm etmək çox çətindir”.

Dördqat dünya çempionu mundiallar tarixinə antirekordla düşdü

İtaliya millisi DÇ-2026-da iştirak etməyəcək.

Futbolpress.az xəbər verir ki, “azzuri” pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub.

İtaliya dünya çempionluğu yaşamış, amma ardıcıl 3 mundialı buraxan ilk milli komanda olub.

Dördqat dünya çempionu sonuncu dəfə 2014-cü ildə qitənin ən nüfuzlu futbol turnirində iştirak edib.

Qurbanovun “sarı”ları

FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi idarəçilik edib.

Futbolpress.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilən Niderland – Belarus matçında (2:1) ədalət təmsilçisi olub. O, meydan sahiblərinin 2, qonaqların isə 1 futbolçusuna sarı vərəqə göstərib.

Digər həmyerlimiz Asiman Əzizli isə köməkçi hakim funksiyasını yerinə yetirib.

Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.

ABL: Pley-in mərhələsinin oyun cədvəli açıqlandı

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün pley-in mərhələsinin oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, pley-in mərhələsinin qarşılaşmaları aprelin 3-10-u aralığında keçiriləcək.

Reqlamentə əsasən, iki qələbəyə ən tez çatan komanda 1/4 finala vəsiqə qazanacaq.

İlk oyun günündə – aprelin 3-də iki qarşılaşma baş tutacaq. Saat 15:00-da “Quba” ilə “Şəki” üz-üzə gələcək. Günün digər matçında, saat 19:00-da isə “Naxçıvan” “Sərhədçi” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Növbəti gün, saat 14:00-da “Gəncə” “Lənkəran”la qarşılaşacaq. Günün son oyununda, saat 16:00-da NTD “Sumqayıt”ı qəbul edəcək.

Tərəflər arasında cavab oyunları aprelin 6-7-nə təsadüf edəcək. Aprelin 6-da, saat 14:00-da “Şəki” – “Quba”, 20:00-da isə “Sərhədçi” – “Naxçıvan” qarşılaşmaları keçiriləcək.

Aprelin 7-də daha iki oyun baş tutacaq. Saat 15:00-da “Lənkəran” “Gəncə”ni sınağa çəkəcək. Günün son matçında, saat 19:00-da “Sumqayıt” NTD ilə üz-üzə gələcək.

Zərurət yaranacağı halda, əlavə oyunlar aprelin 9-10-da təşkil olunacaq. Bu qarşılaşmalar pley-in mərhələsində qaliblərin müəyyənləşməsi üçün həlledici rol oynaya bilər.

Qeyd edək ki, ABL-də yarımfinal seriyaları da 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanacaq komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Çikaqoda “sülh”

Meksika və Belçika milli komandaları yoldaşlıq oyununda üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, görüş Çikaqoda baş tutub. Matç qollu bərabərliklə başa çatıb – 1:1.

Meksikanın qolunu Xorxe Sançes vurub. Belçikada isə Dodi Lukebakio fərqlənib.

Meksika yığması dünya çempionatının A qrupunda Cənubi Afrika, Cənubi Koreya, Çili və Çexiya ilə mübarizə aparacaq.

Belçika millisi isə G qrupunda Yeni Zelandiya, Misir və İranla üz-üzə gələcək.

ABL: pley-in mərhələsinin cütləri

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, “Quba” 1/4 final yolunda “Şəki” ilə qarşılaşacaq. “Sərhədçi”nin rəqibi isə “Naxçıvan” olacaq.

Oyunlar 3-10 aprel aralığında keçiriləcək. 2 qələbə sayına tez çatan komanda 1/4 finala yüksələcək.

Azərbaycan Basketbol Liqası
Pley-in mərhələsi

Quba – Şəki
Sərhədçi – Naxçıvan
Lənkəran – Gəncə
Sumqayıt – NTD Bakı

Kapitan “Sumqayıt”la vidalaşa bilər

Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə yayda “Sumqayıt”dan ayrıla bilər.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi iddialı komandada oynamaq arzusundadır. “Kimyaçılar”ın yetirməsi bu mövsümün əvvəlində “Neftçi” və “Zirə”dən təklif almasına baxmayaraq, “Sumqayıt”da qalmışdı. Kapitan artıq dəyişiklik vaxtının olduğunu düşünür.

Səbuhi bu mövsüm 27 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Sumqayıt”la müqaviləsi 2027-ci ilin yayına kimidir.

Şahin Cəfərov

DÇ-2026: qruplar

Bu il keçiriləcək futbol üzrə dünya çempionatının bütün iştirakçıları məlum olub.

Futbolpress.az xəbər verir ki, Türkiyə yığması D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fil dişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundial  iyunun 11-dən iyulun 19-na qədər keçiriləcək.

“Türkiyə sonuncu dəfə dünya çempionatına qatılanda 1 yaşım var idi”

Türkiyə millisinin futbolçusu Orkun Kökçü DÇ-2026-nın pley-off mərhələsinin finalında Kosovoya qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi mundiala vəsiqə qazanmalarını belə şərh edib:

“Çox xoşbəxtik. Böyük hədəfimiz vardı. Türkiyə sonuncu dəfə dünya çempionatına qatılanda mən hələ 1 yaşında idim. Hər zaman o hekayələri eşidirdik. Hədəfimiz yeni hekayəni bizim yazmağımız idi”.

Türkiyə millisi mundialda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər olacaq. Mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

Montella: “Dünya çempionatı futbolun zirvəsidir”

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın pley-off mərhələsinin finalında Kosovoya qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Futbolçularımla qürur duyuram. Çox istedadlı olmaqlarına baxmayaraq, böyük fədakarlıq və səbirlə oynadılar. Rəqibimiz sona qədər mübarizə apardı. Bizə çox çətinlik yaşatdılar.

Hər məşqçi dünya çempionatında olmağı arzu edər. Buna nail olduğum üçün çox xoşbəxtəm. İnanılmaz hisslərdir. Dünya çempionatı futbolun zirvəsidir”.

Türkiyə millisi mundialda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər olacaq. Mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

DÇ-2026: Türkiyə millisi sevindi, İtaliya mundialsız qaldı

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə pley-off mərhələsində 4 final qarşılşaması keçirilib.

Arena.az xəbər verir ki, bununla da Avropadan mundiala son vəsiqələrin sahibləri müəyyənləşib.

Türkiyə millisi səfərdə Kosovo yığması ilə görüşüb və minimal hesabla qalib gəlməklə 24 illik fasilədən sonra dünya çempionatının final mərhələsində iştirak hüququ qazanıb.

İsveç millisi evdə Polşa yığmasıyla qarşılaşıb. Beş qolluq görüşün yekununda sevinən tərəf isveçlilər olublar.

İtaliya yığması səfərdə Bosniya və Herseqovina millisi ilə üz-üzə gəlib. Əsas vaxtı 1:1 hesabıyla yekunlaşmış bu görüşün yekununda qalib penaltilər seriyasında müəyyənləşib. Bosniyalılar tarixi uğura imza ataraq İtaliyanı DÇ-2026-dan kənarda qoyublar.

Çexiya və Danimarka yığmalarının görüşündə də əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda da bərabərlik qeydə alınınca penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş çexlər dünya çempionatına vəsiqə qazanıblar.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada təşkil ediləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika da mundialın final mərhələsində iştirak hüququ qazanıb.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Finallar
31 mart

Bosniya Herseqovina – İtaliya 1:1 (penaltilər 4:1)
Qollar: Tabakoviç, 79 – M.Kin, 15.

İsveç – Polşa 3:2
Qollar: Elanqa, 19. Laqerbielke, 44. Dyökereş, 88 – Zalevski, 33. Sviderski, 55.

Kosovo – Türkiyə 0:1
Qol: K.Aktürkoğlu, 53.

Çexiya – Danimarka 2:2 (penaltilər 3:1)
Qollar: Şults, 3. Kreyçi, 100 – Andersen, 72. Hoq, 111.

“Heç-heçə ədalətli nəticədir”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Plovdivdə Bolqarıstan yığması ilə keçirilən oyundan (0:0) sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçı belə şərh edib:

“Komandamız bu matçda daha fəal çıxış etdi. Futbolçular bu gün nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirdilər. Onlar nə rəqibdən, nə də stadiondakı atmosferdən çəkindilər. Birinci hissədə çox yaxşı çıxış etdik və topa nəzarət əsasən bizdə idi. Fasilədən sonra rəqibin təzyiqi artdı ki, bu da təbii haldır. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Hər iki komandanın təhlükəli epizodları oldu. Ümumilikdə komandamın çıxışında müsbət məqamlar gördüm. Belə təməllə gələcəyə pozitiv baxa bilərik”.

Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.

Rəşad Eyyubov: “Gələcəyə pozitiv baxa bilərik”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsində Plovdivdə Bolqarıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Rəşad Eyyubov qolsuz (0:0) başa çatmış oyunla bağlı bunları söyləyib:

“Komandamız bu matçda daha fəal çıxış etdi. Futbolçular bu gün nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirdilər. Onlar nə rəqibdən, nə də stadiondakı atmosferdən çəkindilər. Birinci hissədə çox yaxşı çıxış etdik və topa nəzarət əsasən bizdə idi. Fasilədən sonra rəqibin təzyiqi artdı ki, bu da təbii haldır. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Hər iki komandanın təhlükəli epizodları oldu. Ümumilikdə, komandamın çıxışında müsbət məqamlar gördüm. Belə təməllə gələcəyə pozitiv baxa bilərik”.

Xatırladaq ki, U-21 millimiz qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.

U-21 millimiz Plovdivdən 1 xalla qayıdır

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer almış millimiz 7-ci oyununda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. Plovdiv şəhərində təşkil edilmiş oyunu Ukraynadan olan hakimlər briqadası idarə edib. Oyun qolsuz yekunlaşıb.

Xatırladaq ki, U-21 millimiz altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Bolqarlar isə 11 xalla dördüncüdürlər.

AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
31 mart

Bolqarıstan – Azərbaycan 0:0
Qırmızı vərəqə: Georgi Çorbadjiyski, 82.
Baş hakim: Denis Şurman.
Baş hakimin köməkçiləri: Dmitro Zaporojenko, Viktor Nijnik.
Dördüncü hakim: Dmitro Pançişin (Hakimlər briqadası Ukraynadandır).
Plovdiv, “Xristo Botev”. Saat 20:00.

Bolqarıstan: 23. Aleks Bojev, 2. İvaylo Videv, 4. Todor Pavlov, 3. Martin Georgiyev (17. Boris Dimitrov, 88), 15. Dimitar Papazov, 22. Asen Mitkov (k) (14. Vasil Kazaldjiyev, 78), 21. Petko Panayotov, 16. Svetoslav Marinov, 19. Nikolay Zlatev (9. Borislav Rupanov, 46), 10. Georgi Çorbadjiyski, 7. Georgi Lazarov.
Ehtiyat oyunçular: 1. Plamen Andreyev, 5. Mixail Polendakov, 13. Kubrat Onaşi, 18. Nikola Neyçev, 20. Anton İvanov.
Baş məşqçi: Todor Yançev.

Azərbaycan: 12. Sadiq Məmmədzadə, 5. Emin Rüstəmov (k) (19. Əkbər Eyubov, 90+2), 3. Rüfət Abbasov, 2. Eşqin Əhmədov, 4. Elgün Dünyamalıyev, 18. Oruc Məmmədov (10. Edqar Adilxanov, 58), 15. Raul Məmmədov, 17. Hikmət Cəbrayılzadə, 23. Nihad Əhmədzadə (7. Murad Məmmədov, 75), 20. Şahin Şahniyarov (8. Emil Süleymanov, 90+2), 11. Nahid Əliyev (9. Şahin İbrahimov, 75).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 6. Bilal İsmayılov, 13. Nuğay Rəşidov, 14. Nadir Orucov.
Baş məşqi: Rəşad Eyyubov.

Xallar: Portuqaliya – 16. Çexiya – 14. Şotlandiya – 11. Bolqarıstan – 11. Azərbaycan – 6. Cəbəllüttariq – 0.

ABL: “Sabah” müntəzəm mövsümü qələbə ilə bitirdi

Bu gün keçirilmiş son bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümə (2025/2026) yekun vurulub.

Arena.az xəbər verir ki, 20-ci turun və müntəzəm mövsümün qapanış matçında A qrupunun lider “Sabah”la əsas izləyicisi “Abşeron Lions” üz-üzə gəliblər.

Bakı İdman Sarayında baş tutmuş qarşılaşma “bayquşlar”ın 105:72 hesablı qələbəsi ilə bitib. Mövsümün sonuncu oyunu xoşagəlməz hadisə ilə də yadda qalıb. Görüşün dördüncü periodunda “Abşeron Lions”un oyunçusu Ceylon Şou ciddi zədə alaraq meydanı xərəkdə tərk edib.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında “Sərhədçi” “Sumqayıt”ı (93:89), “Ordu” “Lənkəran”ı (107:65), “Naxçıvan” “Quba”nı (103:96), “Gəncə” “Şəki”ni (84:73), “Neftçi” NTD-ni (93:83) məğlub etmişdi.

Beləliklə, reqlamentə əsasən müntəzəm çempionatı A qrupunda ilk üç sırada bitirmiş “Sabah”, “Abşeron Lions”, “Neftçi” və B qrupunun birincisi “Ordu” birbaşa pley-offa (1/4 final) vəsiqə qazanıblar.

1/8 final mərhələsində isə, “Naxçıvan” – “Sərhədçi”, “Gəncə” – “Lənkəran”, “Quba” – “Şəki”, “Sumqayıt” – NTD oyunları baş tutacaq. 1/8 final seriyalarında ən tez iki qələbə qazanmış komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Oyunlar aprel ayında start götürəcək.

Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

ABL-də müntəzəm mövsümün yekununda komandaların xal durumu belədir:

A qrupu: Sabah – 39. Abşeron Lions – 37. Neftçi – 30. Gəncə – 29. NTD – 23. Şəki – 22.

B qrupu: Ordu – 38. Naxçıvan – 36. Sərhədçi – 28. Sumqayıt – 27. Quba – 27. Lənkəran – 24.

Yosip Stanişiç: “Cinahda oynamaq daha maraqlıdır”

“Bayern”in sağ cinah müdafiəçisi Yosip Stanişiç müdafiənin cinahında və mərkəzində çıxış etməsi ilə bağlı təəssüratını paylaşıb.

Arena.az 25 yaşlı xorvat futbolçunu müvafiq açıqlamaısını təqdim edir:

“Çox qaçmağım və məndən daha sürətli rəqiblərlə tez-tez qarşılaşmağım gərək olur. Ona görə də mövqeləri düzgün seçməyimiz gərəkdir. Həm mərkəzdə və həm də cinahda oynamağı xoşlayıram, amma yəqin ki, cinahda oynamaq azacıq maraqlıdır. Çünki belə olanda hücumlarda daha çox iştirak etmək olar”, deyə Stanişiç vurğulayıb.

Yosip Stanişiç “Bayern”in öz yetirməsidir. Onun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var. Xorvat futbolçu indiyə qədər əsas komandada 97 oyuna çıxıb, 4 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

Stanişiç bir mövsümü icarə əsasında Leverkuzen “Bayer”ində keçirib. O, bu komandanın heyətində 38 oyuna 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

Xorvatiyalı futbolçu həm də ölkəsinin əsas milli komandasının üzvüdür. O, yığmada 28 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Robert Levandovski “Barselona”ya keçidini xatırladı

“Barselona”nın mərkəz hücumçusu Robert Levandovski 2022-ci ilin iyul ayında “Bayern”dən “Barselona”ya keçidini xatırlayıb.

Arena.az 37 yaşlı polyak ulduzun müvafiq xatirəsini təqdim edir:

“Barselona”ya keçidimlə bağlı qərar karyeramda ən çətinlərdən idi. “Bayern”də hər şeyi qazanmışdım, amma o məqamda hiss etdim ki, yeni nəyəsə ehtiyac duyuram”, deyə “Lyova” xatırlayıb.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 37 oyuna çıxıb, 16 qol vurub, 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 184 oyun, 117 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 164 oyun keçirib, 89 qol vurub, 38 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Türkiyə millisinin baş məşqçisi oyun zamanı huşunu itirdi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya – Türkiyə oyununda xoşagəlməz hadisə baş verib.

Futbolpress.az xəbər verir ki, türklərin baş məşqçisi Egemen Korkmaz meydanın kənarında huşunu itirib və yerə yıxılıb. Hadisə matçın 35-ci dəqiqəsində baş verib.

Hakim bu səbəbdən oyunu dayandırıb. Korkmaz ilkin müdaxilə ilə ayılsa da, xəstəxanaya aparılıb.

Matçın baş tutub-tutmayacağı məlum deyil. Görüş ilk hissədə 0:0 olarkən dayandırılıb.

“Tottenhem” baş məşqçisini açıqladı

“Tottenhem”in yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, London təmsilçisinin “sükanı” Roberto De Zerbiyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

İtaliyalı mütəxəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilən İqor Tudoru əvəzləyib.

De Zerbi son olaraq “Marsel”i çalışdırıb.

Roberto De Zerbi – “Tottenhem”in yeni baş məşqçisi!

İtaliyalı futbol mütəxəssisi Roberto De Zerbi İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi təyin edilib.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

46 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma tərəflərin ən azından cari mövsümün sonunadək – 2026-cı ilin 30 iyununadək anlaşdığı ehtimal edilir.

De Zerbi “Tottenhem”də bir neçə gün öncə istefaya göndərilmiş İqor Tudoru əvəz edib. Xorvatiyalı mütəxəssis fevralın 14-də bu komandaya baş məşqçi təyin edilmişdi. Premyer Liqa təmsilçisi İqor Tudorun rəhbərliyi altında cəmi 7 oyun keçirib, bunların yalnız 1-də qələbə qazanıb, 1-də heç-heçə edib, 5-də isə məğlub olub.

“Tottenhem” hazırda Premyer Liqada 31 oyuna topladığı 30 xalla 17-ci pillədə qərarlaşıb. Londonlular 31 oyunda 7 qələbə qazanıblar, 9 heç-heçə ediblər, 15 məğlubiyyətə üzülüblər.

Roberto De Zerbi isə son olaraq 2024/2025-ci illər mövsümünün əvvəlindən rəhbərlik etdiyi Marsel “Olimpik”ində (Fransa) baş məşqçi olub. İtalyan mütəxəssis daha öncə “Darfo Boario”, “Focca”, “Palermo”, “Benevento”, “Sassuolo”, “Şaxtyor” (Donetsk) və “Brayton” kimi komandalara da rəhbərlik edib.

Sadettin Saran yol qəzasına düşdü

Türkiyənin “Fənərbağça” futbol klubunun prezidenti Sadettin Saran bu gün İstanbulda yol-nəqliyyat hadisəsinə məruz qalıb.

Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

İstanbul təmsilçisinin rəhbəri “Chobani” stadionuna yollanarkən Ataşəhər rayonunda avtomobil qəzasına düşüb. Hadisədən sonra Saranın səhhətinin qaydasında olduğu açıqlanıb. Baş verən yol qəzasında klub prezidentinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.

Xatırladaq ki, Sadettin Saran 2025-ci ilin sentyabr ayından “Fənərbağça” klubunda prezident vəzifəsini icra edir. O, bir müddət öncə narkotik istifadəsi ilə bağlı istintaqa da cəlb edilmişdi. Verdiyi analizlərin nəticəsi pozitiv çıxmış Saran hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, lakin daha sonra bəraət alaraq azadlığa buraxılmışdı.

“Napoli”də Romelu Lukaku qalmaqalı

İtaliyanın “Napoli” klubu Belçika millisinin də üzvü olan hücumçusu Romelu Lukaku ilə bağlı rəsmi açıqlama yayıb.

Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lukaku məşqlərə qayıdışı ilə bağlı komanda tərəfindən edilən bugünkü zəngə cavab verməyib.

Bildirilib ki, klub futbolçuya qarşı intizam tədbirləri görməyi nəzərdən keçirir və onun kollektivlə məşq edib-etməyəcəyi barədə qərar sonra veriləcək.

Qeyd edək ki, Lukaku daha əvvəl ABŞ və Meksika ilə keçiriləcək yoxlama oyunları öncəsi Belçika millisinin düşərgəsini tərk edərək fiziki formasını yaxşılaşdırmağa çalışıb. O, ölkəsi Belçikada məşqlər etsə də, bu addım klubla razılaşdırılmayıb.

Neapol təmsilçisi futbolçunun sabaha qədər komandaya qoşulmaması halında onu heyətdən kənarlaşdırmaq ehtimalını da istisna etmir.

Xatırladaq ki, Romelu Lukaku futbola “Lyers”də qədəm qoyub. Romelu karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib.

Lukaku “Napoli”yə 2024-cü ilin avqust ayında “Çelsi”dən keçib. Neapol klubu Lukakunun tamhüquqlu əsasda keçidi müqabilində “Çelsi”yə 30 milyon avro məbləğində ödəniş edib və belçlikalı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Lukaku cari mövsümdə “Napoli” üçün keçirdiyi 7 oyunda 1 qol vurub və 1 məhsular ötürmə verib. Onun Neapol təmsilçisinin heyətindəki ümumi göstəricisi 45 oyun, 15 qol və 11 assistdən ibarətdir.

Romelu Lukaku 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 124 oyun keçirib, 89 qol vurub, 18 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Basketbol millimiz İsveçrə, İslandiya və İrlandiyaya qarşı

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, yığmamız püşkatma nəticəsində seçmə mərhələnin A qrupunda yer alıb.

Komandamız İsveçrə, İslandiya və İrlandiya yığmaları ilə üz-üzə gələcək.

Xatırladaq ki, AÇ-2029-un ilkin seçmə mərhələsinin qarşılaşmaları 2026-cı ilin noyabr ayının 8-18-i aralığında, həmçinin 2027-ci ilin fevral ayının 7-17 aralığında baş tutacaq.

Qadınlar arasında basketbol üzrə Avropa çempionatının final mərhələsi isə 2029-cu ildə keçiriləcək.

Andrey Kostiç “Milan”da – Rəsmi

Futbol üzrə Monteneqro millisinin və Serbiyanın “Partizan” klubunun hücumçusu bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubun mətbuat xidmətinə istinadən xəbər verir.

19 yaşlı forvardla müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, iyulun 1-də “rossoneri”nin gənclərdən ibarət komandasına qoşulacaq. “Milan” bu transfer üçün “Partizan”a 3,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Andrey Kostiç Monteneqronun “Podqoritsa” klubunun yetirməsidir. “Partizan” gənc hücumçunu 2025-ci ilin yayında 900 min avro qarşılığında məhz “Podqoritsa”dan transfer edib. O, Serbiya klubunun əsas komandasının heyətində 34 oyuna çıxıb, 11 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Monteneqronun U-15, U-19 və U-21 yığmalarında da oynamış Kostiç 2025-ci ildə debüt etdiyi əsas millinin heyətində 2 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Yoxlama oyunu: Millimizin rəqibi gürcülərə uduzdu

Son günlərdə dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri ABŞ və Belçika yığmaları arasında baş tutub.

Yeddi qolluq oyunda Avropa təmsilçisi darmadağına sevinib.

Meksika – Portuqaliya matçı qolsuz yekunlaşıb. Fransa yığması Kolumbiyaya, Almaniya millisi isə Qanaya qalib gəlib.

UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Litva yığması Gürcüstana 2 cavabsız qolla uduzub. Lixtenşteyn yığması isə “FİFA Series-2026” çərçivəsində Arubaya böyük hesabla məğlub olub.

FİFA Series-2026 turniri çərçivəsində də bir sıra oyunlar baş tutub. Bolqarıstan İndoneziyaya qalib gəlibsə, Estoniya Ruandaya uduzub. Çili yığması Yeni Zelandiyaya böyük hesabla məğlub olub. Özbəkistan yığması da qolsuz bitmiş Venesuela ilə oyunda penaltilərlə qalib gəlib.

Yeri gəlmişkən, Azərbaycan Premyer Liqasında mübarizə aparan bəzi legionerlər də ölkələrinin yığmalarının heyətində növbəti matçlarını keçiriblər. Belə ki, “Zirə”nin legionerləri “FIFA Series”in qalibi olublar. Anje Mutsinzi və Leroy Mikels Ruanda millisi ilə bu uğura imza atıblar. Afrikalılar həlledici görüşdə Estoniyanı 2:0 hesabı ilə məğlub ediblər. Ruandalıların ilk qoluna Leroy Mikels imza atıb. O, həmçinin turnirin ən yaxşı futbolçusu seçilib.

“Şamaxı”nın müdafiəçisi Alfons Msanqa da “FIFA Series-2026” turnirində Tanzaniya yığması ilə növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə Makau millisi ilə qarşılaşıb. Matç Msanqanın komandasının 6:0 hesablı darmadağını ilə yekunlaşıb. 23 yaşlı yarımmüdafiəçi bu matçda 46-cı dəqiqədə meydana daxil olub.

“Sabah”ın futbolçusu Umarali Rahmonaliyevin çıxış etdiyi Özbəkistan millisi “FIFA Series” çərçivəsində Venesuela millisi ilə üz-üzə gəlib. Özbəklər əsas vaxtı qolsuz bərabərliklə yekunlaşan matçda penaltilər seriyasında 5:4 hesablı qələbə qazanıblar. Rahmonaliyev matçı ehtiyat oyunçular skamyasından izləyib.

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın şərəfini qoruduğu Moldova millisi də növbəti yoxlama oyununa çıxıb. Sözügedən komanda Kiprlə qarşılaşıb və 2:3 hesabıyla uduzub. Naxçıvan təmsilçisinin qolkiperi bu matçda sona qədər ehtiyatda qalıb.

Yoxlama oyunu
30 mart

Qırğızıstan – Madaqaskar 2:5
San Marino – Farer adaları 1:2
Cənubi Koreya – Kot-d’İvuar 0:4
Botsvana – Zimbabve 0:3
Seneqal – Peru 2:0
Kanada – İslandiya 2:2
Macarıstan – Sloveniya 1:0
Şotlandiya – Yaponiya 0:1
Burkina Faso – Qvineya Bisau 5:0
ABŞ – Belçika 2:5
Haiti – Tunis 0:1
Meksika – Portuqaliya 0:0
Litva – Gürcüstan 0:2
Ermənistan – Belarus 1:2
Kolumbiya – Fransa 1:3
Kipr – Moldova 3:2
Almaniya – Qana 2:1

FİFA Series-2026

Puerto Riko – Vircin adaları 4:1
Aruba – Lixtenşteyn 4:1
Amerikan Samoası – Quam 0:6
Makau – Tanzaniya 0:6
İndoneziya – Bolqarıstan 0:1
Ruanda – Estoniya 2:0
Kabo Verde – Finlandiya 1:1 (penaltilər 4:2)
Yeni Zelandiya – Çili 4:1
Trinidad və Tobaqo – Qabon 2:2 (penaltilər 2:3)
Özbəkistan – Venesuela 0:0 (penaltilər 5:4)
Sent – Kitts – Solomon adaları 4:2
Qrenada – Keniya 0:2
Çin – Kamerun 0:2
Avstraliya – Kurasao 5:1
Qazaxıstan – Komor adaları 1:0

“Milan” serbiyalı hücumçu transfer etdi

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” Serbiyanın “Partizan” klubundan Andrey Kostiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Kostiç yayda “Milan”a qoşulacaq.

Forvard bu mövsüm 27 oyunda 10 qol vurub.

Türkiyə millisiylə birgə Bursada toplanış

Sərbəst güləş üzrə Azərbaycanın U20 milli komandası növbəti təlim-məşq toplanışına başlayır.

Futbolpress.az xəbər verir ki, milli sabahdan Bursada Türkiyə millisiylə birgə hazırlığa start verəcək. 15 gün davam edəcək toplanışda əsasən taktiki-texniki çalışmalara yer ayrılacaq.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 11 güləşçi – Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq). Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) hazırlıq prosesinə cəlb edilib.

Millimiz toplanış bitdikdən sonra 17-19 apreldə keçiriləcək “Çempionlar” turnirində iştirak etmək üçün Antalyaya yollanacaq.

Milli İsveçrə ilə bir qrupda

Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandasının 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri məlum olub.

Futbolpress.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv A qrupunda İsveçrə, İslandiya və İrlandiya ilə üz-üzə gələcək.

AVRO-2029-un ilkin seçmə oyunları noyabrın 8-18-i aralığında, həmçinin 2027-ci ilin fevralın 7-17-də keçiriləcək.

“Fənərbağça”nın prezidenti qəzaya düşdü

“Fənərbağça” klubunun prezidenti Sadettin Saran avtomobil qəzası keçirib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb. Hadisə İstanbulda, Saran evə gedən zaman baş verib. Qəzada Saran xəsarət almayıb.

Qeyd edək ki, Sadettin Saran ötən ilin sentyabrından “Fənərbağça”nın prezidentidir.

 

“Mareskanın gedişi bizə çox təsir göstərdi” – Kukurelya

“Çelsi”nin futbolçusu Mark Kukurela açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan müdafiəçi komandanın sabiq baş məşqçisi Enzo Mareska haqda danışıb:

“Mareska ilə 18 ay işlədik və bir-birimizi yaxşı bilirdik. “Arsenal”a baxın, Arteta yeddi ildir, komandadadır. Hələ çox böyük kubok qazanmasalar da, ona inanmaqda davam edirlər. Mareskanın gedişi bizə çox təsir göstərdi. Mən olsaydım, mövsümün sonuna qədər onunla yola davam edərdim”.

“Çelsi” ilin əvvəlində Mareska ilə vidalaşıb və komandanı hazırda Liam Rosenyor çalışdırır.

London klubu Premyer Liqada 31 turdan sonra 48 xalla 6-cı sıradadır.

“Qalatasaray” həyatımı dəyişdi”

“Qalatasaray”ın futbolçusu Qabriel Sara açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Braziliya millisinin düşərgəsində “Canal Wamo Youtube”yə danışan yarımmüdafiəçi İstanbul klubunun həyatına təsirindən söz açıb:

“Qalatasaray”da milliyə yüksələ bilməyim üçün hər şeyi etdilər. Çempionlar Liqasında mübarizəmiz bu yolda mənə çox kömək oldu. Kim olduğumu göstərmək istəyirəm. Klubuma qayıdanda da yüksək formamı qorumalıyam. “Qalatasaray” həyatımı dəyişdi”.

Sara 2024-cü ildən “Qalatasaray”da çıxış edir.

Montella onları kənarda saxladı

Kosovo və Türkiyə yığması bu gün dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, görüşə saat 22:45-də start veriləcək.

Türkiyə yığmasında beş futbolçu oyunun heyətinə daxil edilməyib. Baş məşqçi Vinçenso Montella Merih Demiral, Məhəmməd Şengezer, Oğuz Aydın, Ahmetcan Kaplan və Mustafa Eskihellaça ehtiyac duymayıb.

“Sabah” iki legioneri millidə debüt etdi

“Sabah”ın futbolçuları milli komandalarda oyunlara çıxıb.

Futbolpress.az xəbər verir ki, Rəhman Daşdəmirov, Aleksey İsayev, Xəyal Əliyev və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətində “FIFA Series-2026” beynəlxalq turnirinin qalibi olub. Rəhman Sent Lüsiya, Aleksey Syerra Leone, Xəyal və Abdulla isə milli komandamızın turnir çərçivəsində keçirdiyi hər iki matçda şans qazanıb.

Coy-Lens Mikels Ruanda millisində debüt edib və “FIFA Series-2026” beynəlxalq turnirinin qalibi olub. O, Estoniya ilə matçda komandasının qələbəsinə məhsuldar ötürmə ilə töhfə verib.

Umarali Raxmonaliyev isə Qabon yığma komandası ilə oyunda Özbəkistanın əsas millisinin heyətində debüt edib.

Priştinada türklərə jest

Kosovo və Türkiyə yığması bu gün dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, görüşə saat 22:45-də start veriləcək.

Oyunun keçiriləcəyi Priştinada yerli əhali türkiyəli fanatlara jest edib. Kafelərin birində qonaq fanatlara çay və qəhvə pulsuz verilir:

“Bütün türk azarkeşlərə qəhvə və çay pulsuzdur. Siz bunları 1999-cu ildə ödəmisiniz, indi borcunuz yoxdur”.

“Çempionluq mübarizəsində növbəti üç tur həlledici olacaq”

“Şəfa” Azərbaycan I Liqasında 19 turdan sonra 45 xalla birinci sıradadır. Bu mövsüm məğlub olmayan bakılılar ən yaxın izləyicisi “Baku Sportinq”i 8 xal qabaqlayır.

“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Mövsüm başlayandan tam istədiyimiz səviyyədə oyun göstəririk. Nəticələr də istədiyimiz kimidir. Çox qol vurur, az qol buraxırıq. İşimizin öhdəsindən gəlməyi bacarırıq. Amma bu, o demək deyil ki, çempionluğun taleyini həll etmişik. Qarşıda turlar var və hər şey dəyişə bilər. Stabilliyi, ciddiyyəti qorumalıyıq”.

“Şəfa” çempionatda növbəti üç turda “Mingəçevir”, “Səbail” və “Baku Sportinq”lə qarşılaşacaq. Mütəxəssis liqada ən kritik dönəmin başladığını qeyd etdi:

“İndi çempionluq haqda danışmırıq. Önümüzdə üç vacib oyun var. Çempionatda ən çətin dönəm bundan sonra başlayır. Düşünürəm ki, çempionluq yolunda növbəti üç tur həlledici olacaq”.

Kərəmli klubdan ayrılacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirdi:

“Belə xəbərlər hər klubda olur. Mövsümün sonuna kimi işimizdəyik. İndi çıxan şayiələrə fikir vermirik. Bunu düşünsək, işimizə istədiyimiz kimi diqqət edə bilmərik”.

Şahin Cəfərov

“Belə nəticələrlə barışmaq çətindir” – Kukurelya

“Çelsi”nin futbolçusu Mark Kukureyla Çempionlar Liqasında PSJ-yə məğlub olmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi turnirdə mübarizəni 1/8 finalda dayandırmalarına belə izah verib:

“PSJ ilə oyunlarda təcrübəmiz çatmadı. Bir çox oyunçu üçün belə səviyyədə oyun ilk idi və bunun cəzasını çəkdik. Belə nəticələrlə barışmaq çətindir. Hər gün mübarizə aparırsan, çalışırsan, amma başa düşürsən ki, hələ də yüksək səviyyəndən uzaqsan”.

“Çelsi” PSJ-yə səfərdə 2:5, evdə isə 0:3 hesabıyla uduzub.

Gəncədə 11 ölkə təmsilçiləri yarışacaq

Aprelin 4-də Gəncədə start götürəcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Gəncə İdman Sarayında iki gün davam edəcək yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.

Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ idmançıları gücünü sınayacaq.

Ölkəmiz turnirdə 100-dən çox cüdoçu ilə təmsil olunacaq.

 

Dağıstanlı “Beşiktaş”da

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu “Bandırmaspor”dan 14 yaşlı Görkem Dağıstanlını transfer edib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dağıstanlı “Bandırmaspor”un U-14 komandasında bu mövsüm 10 oyunda 15 qol vurub, 11 məhsuldar ötürmə edib.

“Sumqayıt” bolqarıstanlı futbolçu ilə maraqlanır

Bolqarıstanın ÇSKA klubunun futbolçusu İlian İliyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Sumqayıt” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Blits” nəşri məlumat yayıb. “Kimyaçılar”ın baş məşqçisi Saşa İliç Sofiya təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədər olan futbolçunun transferini istəyir.

İliyev Bolqarıstan yığmasının da üzvüdür. O, bu mövsüm 23 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Mançester Yunayted”dən 1+1 illik təklif

“Mançester Yunayted” futbolçusu Harri Maquayrla müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” müdafiəçiyə 1+1 illik sözləşmə təklif edib. Bu barədə ESPN məlumat yayıb. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilib.

Maquayr 2019-cu ildən “Mançester Yunayted”də çıxış edir. O, 266 oyunda 17 qol vurub, 9 məhsuldar ötürmə edib.

Milli üzvü “qızıl” qazandı

Özbəkistanın paytaxtı Daşkənddə nərd üzrə “Asiya Qran Pri 2026” beynəlxalq turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, 55-dən çox ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan yığmasının üzvü Kənan Həsənzadə uğurla çıxış edib.

O, “Backgammon” (Blitz) kateqoriyasında 256 iştirakçı arasında hamını qabaqlayaraq qızıl medal qazanıb.

 

AÇ: millinin oyun proqramı bilindi

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı bəlli olub.

Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək. Görüş mayın 28-də, yerli vaxtla saat 13:30-da start götürəcək.

Azərbaycan komandası mayın 29-da, saat 15:45-də İtaliya ilə, 30-da, saat 13:15-də isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.

“İran yığmasının düşdüyü çətin vəziyyətdən xəbərdarıq”

FIFA prezidenti Canni İnfantino İran yığmasının dünya çempionatında mümkün iştirakı ilə bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri “El Financiero”ya açıqlamasında bunları deyib:

“İran yığmasının düşdüyü çətin vəziyyətdən xəbərdarıq. Çalışırıq. Dünya çempionatının ən yaxşı halda keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Lakin indi İranla bağlı ancaq A planımız var, alternativ yoxdur”.

Dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. İran yalnız oyunlarının Meksikaya salınacağı halda, turnirdə iştirak edə biləcəyini açıqlayıb.

Otto Addo Qana millisindən qovuldu

Futbol üzrə Qana milli komandasının baş məşqçisi, yerli mütəxəssis Otto Addo tutduğu vəzifədən istefaya göndərilib.

Arena.az bu barədə Qana Futbol Assosiasiyasına istinadən məlumat verir.

50 yaşlı mütəxəssislə ayrılıq qərarına səbəb yığmanın mart ayındakı uğursuz çıxışı olub. Belə ki, qanalılar yoldaşlıq görüşlərində Avstriyaya 1:5, Almaniyaya isə 1:2 hesabı ilə məğlub olublar. Ümumilikdə isə komanda ardıcıl dörd oyundur məğlubiyyətlə üzləşir.

Otto Addo 2024-cü ilin mart ayından milli komandaya rəhbərlik edirdi. O, bu il keçiriləcək dünya çempionatına 10 həftə qalmış işini itirib. Qana millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.

Qana yığması Addonun rəhbərliyi altında bütövlükdə 22 oyuna çıxıb, 8 qələbə, 5 heç-heçə, 9 məğlubiyyət görüb. Qanalı mütəxəssis 2022-ci ildə bu komandaya rəhbərlik edib, millini 12 oyuna (5 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət) çıxarıb.

Minifutbol millimizin AÇ-dəki oyun proqramı açıqlandı

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı müəyyənləşib.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək.

Mayın 28-də baş tutacaq bu qarşılaşmaya yerli vaxtla saat 13:30-da start veriləcək.

Azərbaycan milli komandası mayın 29-da İtaliya yığması ilə qarşılaşacaq. Oyuna saat 15:45-də start veriləcək. Azəraycan millisinin qrupdakı sonuncu görüşü isə mayın 30-da Fransa yığması ilə olacaq. Bu görüşün də saat 13:15-də başlaması nəzərdə tutulub.

Xatırladaq ki, minifutbol üzrə Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-nə qədər Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.

Azərbaycan – Syerra Leone 1:1 (9:8) – Video

“FİFA Series-2026” beynəlxalq turnirinin Azərbaycan – Syerra Leone final matçı millimizin qələbəsi ilə başa çatdı.

Arena.az bu qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:

FİFA Series-2026
Final
30 mart

Azərbaycan – Syerra Leone 1:1 (penaltilər 9:8)
Qollar: Rahil Məmmədov, 72 – Daniel Kanu, 28.
Baş hakim: Asker Nacafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuca Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev (Hakimlər briqadası Özbəkistandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan: 12. Aydın Bayramov, 3. Elvin Cəfərquliyev (24. Rüstəm Əhmədzadə, 89), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k) (20. Rəhim Sadıxov, 46), 9. Renat Dadaşov (7. Toral Bayramov, 63), 10. Aleksey İsayev (26. Ayxan Hüseynov, 89), 13. Emil Səfərov (6. Abdulla Xaybullayev, 80), 14. Elvin Bədəlov (4. Rahil Məmmədov, 46), 15. Bədavi Hüseynov, 21. Qismət Alıyev (17. Vüsal İsgəndərli, 46), 22. Musa Qurbanlı (11. Xəyal Əliyev, 46).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 16. Ceyhun Nuriyev, 18. Cəlal Hüseynov, 19. Mustafa Əhmədzadə, 25. Abdulla Rzayev.
Baş məşqçi: Ayxan Abbasov.

Syerra Leone: 25. Mamadu Jallo, 4. Alfa Kabia (7. Kvame Que, 83), 5. Alfa Turay, 9. Amadu Bakayoko (24. Cey Kamara, 86), 11. Sullay Kaikai (k), 13. Jarjue Kabia, 14. İdris Kanu (12. Nataniel Jallo, 71), 15. Daniel Kanu (17. Samuel Qandi, 71), 16. İssa Kallon, 21. Juma Bah, 22. Kamil Konte (8. Alhassan Koroma, 71).
Ehtiyat oyunçular: 1. Alhaci Sesay, 23. Fransis Koroma, 2. Santiqi Fornah, 18. Sallieu Taravelli, 19. Emmanuel Samadia.
Baş məşqçi: Məhəmməd Kallon.

“Sportinq”in hücumçusu “Liverpul”un hədəfində

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Luis Suares karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” kolumbiyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Corriere de Mah” nəşri məlumat yayıb.

“Sportinq” yayda keçiriləcək dünya çempionatının sonuna kimi futbolçunu buraxmayacaq. Klub oyunçunun yaxşı performansı ilə dəyərinin artması ehtimalına qarşı bu qərarı verib.

Suares bu mövsüm 42 oyunda 33 qol vurub.

“Millətlər Liqasında da yaxşı nəticələr əldə etmək olar”

Azərbaycan milli komandası “FIFA Series-2026” turnirinin qalibi olub. Yığma Sent Lüsiyaya (6:1) və Syerra Leoneyə (1:1, penaltilər 9:8) qalib gəlib.

“Qəbələ” və “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev millinin turnirdəki çıxışı ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Millinin oyunlarını necə dəyələndirirsiniz?
– Hər toplanış komanda üçün faydalıdır. Uyğunlaşma, xəttlərarası əlaqələri yaxşılaşdırmaq adına yaxşı fürsət idi. Baş məşqçi Ayxan Abbasov da yeni oyunçuları yoxlaya bildi.

– Sizcə, bu iki oyundan hansı faydanı götürmək olar?
– Futbolçuların özünəinamı artdı. Hər iki oyunda komanda çox istəkli görünürdü. Düşünürəm ki, millinin qarşısına turnirin qalibi olmaq hədəfi qoyulmuşdu.

– Rəqiblərin də gücünü nəzərə almaq lazımdır…
– Hər bir halda, rəqibdən asılı olmayaraq, qələbələr motivasiya artırır, futbolçularda özgüvən yaradır. Amma oyun planında bəzi şeyləri daha yaxşılaşdırmaq lazımdır.

– Bu oyunla Millətlər Liqasında şanslar necədir?
– Avropa komandaları fərqli oynayır. Oyun sistemini daha da yaxşılaşdırmaq lazımdır. Məncə, Millətlər Liqasında da yaxşı nəticələr əldə etmək olar. Nə qədər acı səslənsə də, indi D Liqasındayıq və bütün hədəf C Liqasına qaxlmaq olmalıdır. Buna köklənməliyik.

Ölkə çempionatına yekun vuruldu

Şahmat üzrə 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, yarış ilk dəfə paytaxtdan kənarda – Gəncə şəhərindəki Gəncə İdman Sarayında təşkil olunub. Ölkə çempionatının bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Qaliblər və mükafatçılar:

8 yaşadək oğlanlar:
1. Ziya Qubatov (Quba)
2. Məhəmməd Mirzəyev (Bakı)
3. Kəmaləddin Hüseynov (Bakı)
3. Suad Rəhimli

8 yaşadək qızlar:
1. Əminə Əmənzadə (Bakı)
2. Selin Məmmədova (Gəncə)
3. Aylin Abbaslı (Şamaxı)

10 yaşadək oğlanlar:
1. Nurlan Qənizadə (Bakı)
2. Kənan Babasoy (Bakı)
3. Daniel Konovalov (Bakı)

10 yaşadək qızlar:
1.Nurcan Tahirova (Gəncə)
2. Banu Məmmədzadə (Bakı)
3. Şəms Carçılı (Qazax)

12 yaşadək oğlanlar:
1. Səfa Hümmətov (Bakı)
2. Kamran Babayev (Bakı)
3. Nurlan Əzizli (Sumqayıt)

12 yaşadək qızlar;
1. Mehriban Əhmədli (Gəncə)
2. Xanımzar Hümmətli (Sumqayıt)
3. Sadəgül Əfəndi (Bakı)

14 yaşadək oğlanlar;
1. Şəmsi Qaraxanov (Bakı)
2. Yaşar Şirinov (Bakı)
3. Suat İbrahimli (Bakı)

14 yaşadək qızlar;
1. Zəhra Allahverdi (Mingəçevir)
2. Leyla Mirzəliyeva (Sumqayıt)
3. Fatimə Mirzəliyeva (Sumqayıt)

16 yaşadək oğlanlar;
1. Paşam Əlizadə (Bakı)
2. Elçin Şəkərəliyev (Sumqayıt)
3. Hüseyn Qurbanov (Gəncə)

16 yaşadək qızlar;
1. Lalə Hüseynova (Bakı)
2. Əsnad Vəliyeva (Bakı)
3. Ayan Hüseynli (Bakı)

18yaşadək oğlanlar;
1. Tunar Davudov (Bakı)
2. Rüstəm Rüstəmov (Sumqayıt)
3. Fərid Orucov (Sumqayıt)

18yaşadək qızlar;
1. Nərmin Abdinova (Bakı)
2. Nurtən Nuriyeva (Sumqayıt)
3. Leyla Budaqova (Gəncə)

Qeyd edək ki, hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub. Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 3-cü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2.000 AZN-dək maddi dəstək göstəriləcək.

Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi

Qana millisinin baş məşqçisi Otto Addo istefaya göndərilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyası məlumat yayıb. 50 yaşlı mütəxəssis yoldaşlıq oyununda Almaniyaya məğlubiyyətdən (1:2) sonra istefaya göndərilib.

Addo 2024-cü ilin martından komandaya rəhbərlik edirdi.

Qana yığması ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.

“Fənərbağça” və “Qalatasaray” onun üçün “yarışacaq”

“Roma” ilə müqaviləsi mövsümün sonuna qədər olan Paulo Dibala karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb.

“Fənərbağça” və “Qalatasaray” argentinalı hücumçunu heyətinə qatmaq istəyir. Dibala hələ qərar verməyə tələsmir və danışıqlara başlamayıb.

Dibala bu mövsüm A Seriyasında 17 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

DÇ-2026: Pley-off mərhələsinin 4 final oyunu keçiriləcək

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə pley-off mərhələsində 4 final qarşılşaması baş tutacaq.

Arena.az xəbər verir ki, bununla da mundiala son vəsiqələrin sahibləri müəyyənləşəcək.

Türkiyə millisi səfərdə Kosovo yığması ilə görüşəcək. İtaliya yığması səfərdə Bosniya və Herseqovinanın qonağı olacaq. İsveç millisi evdə Polşa yığmasıyla qarşılaşacaq. Çexiya yığması isə Danimarka millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada təşkil ediləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika da mundialın final mərhələsində iştirak hüququ qazanıb.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Finallar
31 mart

22:45. Bosniya Herseqovina – İtaliya
22:45. İsveç – Polşa
22:45. Kosovo – Türkiyə
22:45. Çexiya – Danimarka

U-21 millimiz Plovdivdə Bolqarıstan yığması üz-üzə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti sınağına çıxır.

Arena.az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer almış millimiz 7-ci oyununda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv bu rəqiblə səfərdə üz-üzə gələcək. Plovdiv şəhərində təşkil ediləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, U-21 millimiz altı komandanın yer aldığı B qrupunda 5 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri isə 10 xalla dördüncüdürlər.

AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
31 mart

20:00. Bolqarıstan – Azərbaycan
Baş hakim: Denis Şurman
Baş hakimin köməkçiləri: Dmitro Zaporojenko, Viktor Nijnik
Dördüncü hakim: Dmitro Pançişin (Hakimlər briqadası Ukraynadandır)
Plovdiv, “Xristo Botev”.

Xallar: Portuqaliya – 16. Çexiya – 11. Şotlandiya – 11. Bolqarıstan – 10. Azərbaycan – 5. Cəbəllüttariq – 0.

FIFA AFFA-ya təşəkkür etdi

“FIFA Series – 2026” beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib.

Arena.az bu barədə milli assosiasiyaya istinadən xəbər verir.

Belə ki, ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib.

Cahanhir Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. O, gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Azərbaycan milli komandası Sumqayıtda təşkil edilmiş bu beynəlxalq turnirin qalibi olub. Millimiz ilk oyununda Sent Lüsiya yığma komandasına 6:1 hesabıyla qalib gəlib. Son olaraq Syerra Leone milli komandası ilə qarşılaşmış yığmamız əsas vaxtı 1:1 hesabıyla başa çatmış final görüşündə penaltilər seriyasından 9:8 hesabıyla qalib ayrılaraq çempion olub.

“Zirə”nin legioneri “FIFA Series-2026″nın ən yaxşı oyunçusu seçildi

“Zirə”nin futbolçuları Leroy-Jak Mikels və Anje Mutsinzinin çıxış etdiyi Ruanda millisi “FIFA Series–2026” beynəlxalq turnirinin qalibi olub.

Futbolpress.az xəbər verir ki, yığma həlledici görüşdə Estoniyanı məğlub edib – 2:0.

“Zirə”nin futbolçusu Leroy Mikels görüşdə bir qolla yadda qalıb. Daha əvvəl Qrenade ilə matçda da fərqlənən Leroy turnirin ən yaxşı oyunçusu seçilib.

Ruandada “Zirə”nin digər futbolçusu Ange Mutsinzi, “Sabah”ın hücumçusu Joy-Lens Mikels və “Karvan-Yevlax”ın vingeri Coy-Slayd Mikels də çıxış edir. Hər üç futbolçu Estoniya ilə matçda şans qazanıb.

Tuxel risk etməyəcək

İngiltərə milli komandası bu gün yoxlama matçı keçirəcək.

Futbolpress.az xəbər verir ki, yığma Yaponiya ilə üz-üzə gələcək.

İngiltərə millisinin futbolçusu Cud Bellingem görüşü buraxacaq. Onun yüngül zədəsi var və baş məşqçi Tomas Tuxel yerli mətbuata açıqlamasında yarımmüdafiəçini risk etməyəcəyini bildirib.

İngiltərə – Yaponiya oyunu saat 22:45-də başlayacaq.

Avram məğlubiyyəti kənardan izlədi

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın formasını geyindiyi Moldova yığması yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Kiprlə üz-üzə gəlib. 5 qolun vurulduğu matç Moldovanın məğlubiyyəti ilə başa çatıb – 2:3.

Avram oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B qrupunda yer alan milli səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

31 mart

20:00. Bolqarıstan (U-21) – Azərbaycan (U-21) 0:0
Plovdiv, “Xristo Botev”
Baş hakim: Denis Şurman
Baş hakimin köməkçiləri: Dmitro Zaporojenko, Viktor Nijnik
Dördüncü hakim: Dmitro Pançişin
(Hakimlər briqadası Ukraynadandır)

Nə qazandıq?

Azərbaycan millisi “FIFA Series-2026” turnirinin qalibi oldu. İlk görüşdə Sent-Lüsiya üzərində tarixə düşən (red-ən böyük hesablı qələbə) qalibiyyət (6:1) əldə edən yığma həlledici oyunda Syerra Leone yığmasını üstələdi.

Sumqayıtda, “Mehdi Hüseynzadə” stadionunda baş tutan görüşə milli daha yaxşı başlasa da, rəqib əks-hücumlardan şanslar əldə etdi. Milli birinci yarıda hücumda effektivlik göstərə bilmirdi. Bəzi anlarda tələskənlik, bəzi anlarda yanlış ötürmələr hücumların nəticəsiz yekunlaşmasına səbəb oldu. Yarımsaatın tamamına dəqiqələr qalmış yığmanı əks-hücumda yaxalayan afrikalılar istədikləri qolu vurmağı bacardı. Epizodda qayda pozuntusunun olub-olmaması da bir sual idi, hər bir halda, epizod bitməmiş diqqəti itirmək olmaz. Milli məhz bu diqqətsizlikdən qapısında qol gördü. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışan yığma iki şans yaxalasa da, rəqib qapıçını keçmək mümkün olmadı.

Milli ikinci hissədə daha üstün oynadı. Görünür, futbolçular fasilədə “ayılmışdı”. Ardıcıl hücumlardan sonra standart vəziyyət zamanı Rahil Məmmədovun akrobatik vuruşu və hesabın bərabərləşməsi komandaya əlavə təkan verdi. Lakin əsas vaxtda önə çıxmaq, oyunu tez bitirmək alınmadı.

Penaltilər seriyası isə daha gərgin alındı. Tərəflər hərəyə 10 penalti vurdu, milli 9-nu, rəqib 8-ni qola çevirdi. Turnirin böyük mahiyyəti olmasa da, həm Azərbaycan, həm Syerra Leone tərəfi qalib olmaq üçün çox arzulu idi. Matçboyu rəqib komandanın baş məşqçisi Məhəmməd Kallonun kənarda çılğınlığı, məğlubiyyət sonrası mətbuat konfransına gəlməməsi onun üçün görüşün necə önəmli olduğunu, məğlubiyyətin isə necə kədərləndirdiyini göstərdi.

“FIFA Series” turniri yoldaşlıq xarakteri daşıyır və beynəlxalq reytinq baxımından ciddi əhəmiyyət kəsb etmir. Hər bir halda, qazanılan iki qələbə və tarixin ilk kuboku yığma üçün motivasiyaverici olacaq.

Qazanc nə oldu?

FIFA reytinqinə cüzi təsir, uzunmüddətli qələbəsizlik seriyasının bitirilməsi və futbolçuların yoxlanılması.

Ayxan Abbasov, demək olar, dəvət etdiyi futbolçuların hamısına şans verdi. Mütəxəssis kimin hələ potensialını artırmalı, kiminsə milli üçün faydalı ola bilməyəcəyini gördü.

Lakin xüsusilə Syerra Leone ilə matçda nümayiş etdirilən oyun Millətlər Liqasında uğur qazanmaq üçün yetərli olmayacaq. Bu turnirdəki rəqiblərimiz  Lixtenşteyn və Litva olacaq. Birinciləri hər iki matçda məğlub etmək olar, amma Litva kifayət qədər ciddi rəqibdir. Son dövrlərdə inkişafda olan bu komanda müdafiədə kompakt oyunu ilə seçilir. Syerra Leone yığmasının müdafiəsini yarmaqda çətinlik çəkən, Sent Lüsiya ilə əldə etdiyi 10 şansın birində  dəqiq olan milli Litvaya qarşı daha ciddi hazırlaşmalıdır.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Avropa çempionatı
19:30 Xorvatiya U21 – Türkiyə U21 (TRT Spor)

Yoxlama oyunu
20:00 Norveç – İsveçrə (CBC Sport)
21:00 Rusiya – Mali (Matç Premyer, Matç TV)

DÇ-2026
22:45 Kosovo – Türkiyə (TV8)
22:45 Bosniya və Herseqovina – İtaliya (CBC Sport)

DÇ-2026: İtaliya yenə mundialdan kənar qaldı

Bu gün dünya çempionatının pley-off mərhələsinin final oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Türkiyə yığması həlledici görüşdə Kosovoya qalib gəlib.

Çexiya Danimarkanı, İsveç isə Polşanı üstələyib. İtaliya millisi isə Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub.

DÇ-2026
Pley-off mərhələsi, final

31 mart

Bosniya Herseqovina – İtaliya 1:1 (penaltilər 4:1)
Qollar:
Tabakoviç, 79 – M.Kin, 15.

İsveç – Polşa 3:2
Qollar:
Elanqa, 19. Laqerbielke, 44. Dyökereş, 88 – Zalevski, 33. Sviderski, 55.

Kosovo – Türkiyə 0:1
Qol:
K.Aktürkoğlu, 53.

Çexiya – Danimarka 2:2 (penaltilər 3:1)
Qollar:
Şults, 3. Kreyçi, 100 – Andersen, 72. Hoq, 111.

Millinin futbolçusu: “Gülə-gülə danışırıqsa, nə xoş”

Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Milli həlledici görüşdə Syerra Leoneni məğlub edib – 1:1, penaltilər 9:8.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra millinin futbolçusu Vüsal İsgəndərli fikirlərini bölüşüb:

“Gülə-gülə danışırıqsa, nə xoş. Əlbəttə, istəyimiz budur ki, qələbələr davam etsin. Bu iki oyunda rəqibin adı önəmli deyil. Əsas odur, qələbələr bizə inam versin”.

 

Yeni yolun başlanğıcı…

Millimiz “FIFA Series-2026” turniri çərçivəsində cırtdan Sent Lüsiya ilə qarşılaşmada ən böyükhesablı qələbəsini qazandı (6:1)…

İkinci oyunda Afrikanın ortabablarından olan Syerra Leone ilə əsas vaxtda 1:1 hesabıyla bitən oyunu dramatik penaltilər seriyasında udub turnirin qalibi oldu – kubok götürdü…

Millinin baş məşqçisi Ayxan Abbasov mükafatlandırmaya övladı ilə qatılmışdı…

Millinin oyunçuları sanki böyük bir turnirin qalibi olubmuş kimi sevinirdi…

Futbolçular mətbuata açıqlamalarında o qədər sevincli görünürdülər ki…

***

Bütün bunlar ironik və ikonik detallarıyla fərqli hisslər yaradırdı.

Açığı, bəzən sentimental olmamaq mümkün deyildi.

Bəli, reallıq hissi hakimlik etsə, olanları qəribə qarşılamaq, təsvir etmək olar. Lakin bütün tərkibi ilə bu mənzərələr futbolumuzun tarixi səbəb-nəticə əlaqələrinin bariz mənzərəsi idi.

Bizə isə rasional olmaq, peşəkar yanaşma gərəkdir.

***

Peşəkarlıq mühitinin formalaşdırılmasına hələ çox var, lakin bir rasional detalı qeyd etmək olar. AFFA-nın baş katibi Cahangir Fərəcullayev “CBC Sport”a flaş açıqlamasında belə bir cümlə işlətdi: “Bu yeni yolun başlanğıcıdır”.

Tipik rasional yanaşmadır. Reallıq hissinə söykənmiş, mövcud vəziyyəti ironiyadan xilas edib gələcək barədə ümidverici iddia etmək.

Bəli, bugünkü nəticə ilə öyünəsi bir şey yoxdur. Lakin simvolik yanaşma sərgiləyib, bu kiçik müsbət məqama uğurlu gələcəyin başlanğıcı mahiyyətində yanaşmaq olar.

Bir şərtlə, iddianın məsuliyyəti dərk edilə və bunun üçün ümidverici zəmin ola/yaradıla.

Varmı?

Görürükmü?

İctimaiyyətin əksəri bu suallara müsbət, pozitiv reaksiya verməz.

Ehtimal ki, bunu AFFA da bilir, baş katibə də əyandır.

3 gün sonra assosiasiyanın hesabat konfransı olacaq. İnkişafa ümid verəcək, yeni yolun başlanğıcı şüarına lobbi yaradacaq arqumentlərin olub-olmayacağı həmin konfransda əyani bilinəcək.

Ötən bir ildə hansı addımlar atılıb və qarşıda hansı planlar/prioritetlər müəyyənləşdirilib? Məhz bu suala cavab həmin konfransda böyük ölçüdə məlum olacaq.

Yeni yolun başlanğıcıdırmı…

Elçin Cəlilov

Bayramov: “Hər cür situasiyaya hazır idik”

Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Milli həlledici görüşdə Syerra Leoneni məğlub edib – 1:1, penaltilər 9:8.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra millinin qapıçısı Aydın Bayramov fikirlərini bölüşüb:

“Bütün xalqımızı təbrik edirəm. Çoxdandı qələbə qazana bilmirdik. Bu iki qələbə vacib idi. İstərdik ki, elə əsas vaxtda qələbəni təmin edək. Futboldur. Hər cür situasiyaya hazır idik.

Final, penaltilər deyiləndə beynimdə müəyyən ssenarini düşünürdüm. Analiz etmişdim. Düzdür, penaltilər seriyası mənim üçün çox uğurlu alınmadı. İstiqaməti tapırdım, amma tuta bilmirdim”.

FIFA-dan AFFA-ya xatirə hədiyyəsi

“FIFA Series – 2026” beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib.

Futbolpress.az xəbər verir ki, ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib. Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Azərbaycan milli komandası “FIFA Series – 2026” turnirinin qalibi olub.

Ayxan Abbasov: “Turnirin qalibi olduğumuz üçün sevinirik”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov bu gün Syerra Leone yığma komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, millimiz “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Syerra Leone yığması ilə keçirilmiş final oyunundan (1:1, penaltilərlə 9:8) qalib ayrılıb.

Ayxan Abbasov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Stadionda gözəl atmosfer var idi. İkinci oyunun ilk matçdan fərqli olacağını bilirdik. Birinci hissədə hücumda istədiyimiz kimi aqressiv ola bilmədik. İkinci hissəyə əvəzləmələrlə başladıq. Fasilədən sonra futbolçuların istəyi daha da artdı. Fanatlar üçün penaltilər seriyası maraqlı alındı. Turnirin qalibi olduğumuz üçün sevinirik. Ancaq oyun göstərdi ki, rəqib güclü olduqca biz də artırmalıyıq. Yayda təşkil olunacaq təlim-məşq toplanışını da faydalı keçirərək UEFA Millətlər Liqasına hazır olmağa çalışacağıq.

Zəif komanda yoxdur. Toplanışdan maksimum istifadə etmək istədik. Bir çox yeni oyunçular gəldi, onları sınaqdan keçirdik. Allah qoysa, xeyrini görəcəyik. Oyundan-oyuna futbolçular özləri haqda fikir yaradırlar. Kimlərinsə zədəli olması işimizi çətinə sala bilər. İndi də zədəlilər var idi. UEFA Millətlər Liqasındakı rəqiblərimizi də təhlil edirik. Litva həqiqətən möhkəm komandadır. Onlar evdə çox yaxşı çıxış edirlər. Şanslar bərabərdir. Çalışacağıq ki, qrupun qalibi olaq”.

❌