Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, hər iki görüş eyni gündə keçiriləcək.
Komandalar “Olimpik Star”da üz-üzə gələcəklər. Əvvəlcə, “Baku Fire” lider “Neftçi” İK ilə qarşılaşacaq. Günün digər oyunu son çempion “Araz-Naxçıvan”la U-19 millimiz arasında baş tutacaq.
“Şuşa” isə bu turda meydana çıxmadan 3 xal qazanacaq. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılacaq.
Yüksək Liqa 19-cu tur 7 may
Baku Fire – Neftçi İK Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Knyaz Əmiraslanov. Hakim-inspektor: Azad Hüseynov. Bakı. “Olimpik Star”. Saat 14:00.
Araz-Naxçıvan – U-19 Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Hikmət Qafarlı. Hakim-inspektor: Füzuli Nəcəfov. Bakı. “Olimpik Star”. Saat 16:30.
Xallar: Neftçi İK – 49. Araz-Naxçıvan – 46. Baku Fire – 35. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
“Rayo Valyekano” İspaniyada Fransanın “Strasburq” komandasını sınağa çəkib. Bu komandaların ilk görüşünü Litvadan olan Donatas Rumşas idarə edib. Meydan sahibləri tək qolla qalib gəliblər.
Günün digər oyununda Ukraynanın “Şaxtyor” (Donetsk) komandası Polşada İngiltərə təmsilçisi “Kristal Pelas”la qarşılaşıb. Oyunun baş hakimi almaniyalı Feliks Svayer olub. Dörd qolluq görüş “Şaxtyor”un məğlubiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra – mayın 7-də keçiriləcək.
Avropa Konfrans Liqası Yarımfinalın cavab oyunları 7 may
23:00. Strasburq (Fransa) – Rayo Valyekano (İspaniya) Baş hakim: İvan Krujlyak (Slovakiya). Strasburq. “Stad de la Menyu”. İlk oyun 0:1.
23:00. Kristal Pelas (İngiltərə) – Şaxtyor (Donetsk, Ukrayna) Baş hakim: Alexandro Hernandes (İspaniya). London. “Selhurst Arena”. İlk oyun 3:1
Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutacaq.
“Frayburq” Almaniyada Portuqaliyanın “Braqa” komandasını sınağa çəkəcək. Bu komandaların ilk görüşündə “Braqa” qalib gəlib.
Günün digər oyununda İngiltərənin iki təmsilçisi – “Nottingem Forest”lə “Aston Villa” qarşılaşacaq. İlk görüşdə tək qolla uduzmuş “Aston Villa” evdə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Xatırladaq ki, Avroliqada final görüşü mayın 20-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Avropa Liqası Yarımfinalın cavab oyunları 7 may
23:00.Frayburq (Almaniya) – Braqa (Portuqaliya) Baş hakim: Davide Massa (İtaliya). Frayburq. “Europa Park” stadionu. İlk oyun 1:2.
23:00. Aston Villa (İngiltərə) – Nottingem Forest (İngiltərə) Baş hakim: Qlenn Nyuberq (İsveç). Birmingem. “Villa Park” stadionu. İlk oyun 0:1.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün sonuncu finalçısı müəyyənləşib.
Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab oyununda Almaniyanın “Bayern” komandası ÇL-in sonuncu qalibi PSJ-ni qəbul edib.
“Alyans Arena” stadionunda baş tutmuş qarşılaşmanı Portuqaliyadan olan Pineyro idarə edib.
Xatırladaq ki, bu komandalar arasında Paris şəhərində baş tutmuş ilk görüşdə PSJ 5:4 hesablı qələbəyə sevinmişdi. Bu görüşdə isə 2 qol qeydə alınıb. Heç-heçə nəticəsində Fransa çempionu yenidən ÇL-in finalına yüksəlib.
Daha öncə İngiltərənin “Arsenal” komandası İspaniya təmsilçisi “Atletiko” üzərində qələbə sayəsində finala vəsiqəni təmin etmişdi.
Beləliklə, mayın 30-da Macarıstanın Budapeşt şəhərində baş tutacaq həlledici oyunda PSJ ilə “Arsenal” üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqası Yarımfinalın cavab oyunları 5 may
Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0 Qol: Bakayo Saka, 44. Baş hakim: Daniel Zibert (Almaniya). London. “Emireyts” stadionu. İlk oyun – 1:1.
6 may
Bayern (Almaniya) – PSJ (Fransa) 1:1 Qollar: Harri Keyn, 90+4 – Usman Dembele, 3. Baş hakim: Pineyro (Portuqaliya). Münhen. “Alyans Arena”. İlk oyun – 4:5.
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 35-ci turu çərçivəsində “Partizani” ilə qarşılaşıb.
Hansı ki, “Partizani”də də digər azərbaycanlı futboçu Vüsal İsgəndərli çıxış edir. “Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Azərbaycanlı futbolçular matça start heyətdə başlayıblar. Vüsal fasilədə əvəzlənib. Zamiq isə 90 dəqiqə meydanda qalıb. Komandasının ilk qolunu da Əliyev vurub. O, 17-ci dəqiqədə fərqlənməklə qələbənin təməlini qoyub.
“Eqnatiya” 35 turdan sonra 57 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 35 oyunda 16 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
“Partizani” isə 35 turdan sonra 45 xalla 5-cidir. Sözügedən komanda 35 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 71 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.
Vüsal İsgəndərli isə Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 35 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.
16 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-16) Bakıda təşkil olunmuş UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, milli komandamız Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Binə stadionunda təşkil edilmiş görüş rəqib komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 25-ci dəqiqədə penaltidən fərqlənmiş Xədicə Rəhimova vurub.
Günün digər matçında Rumıniya yığması Gürcüstan seçməsini 2:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Azərbaycan millisi turnir çərçivəsində növbəti oyununu mayın 8-də Rumıniya yığmasına qarşı keçirəcək.
U-16 millimizi mayın 11-də Gürcüstan yığması ilə də görüş gözləyir.
17:00. “Qəbələ” – “Qarabağ” Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov. VAR: Əli Əliyev. AVAR: Kamran Bayramov. Qəbələ şəhər stadionu.
19:30. “Sumqayıt” – “Araz-Naxçıvan” Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov. VAR: Kamal Umudlu. AVAR: Vüsal Məmmədov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Türkiyənin “Fənərbaxça” klubunun sabiq prezidenti Aziz Yıldırım yenidən İstanbul təmsilçisinin prezidenti postuna namizədliyini irəli sürüb.
Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
74 yaşlı iş adamı iyunun əvvəlində keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib. O, prezident seçkilərində namizəd olan Barış Göktürk və Hakan Safi kimi şəxslərə onunla birləşməyi təklif edib. B.Göktürk açıqlamasında sadəcə Aziz Yıldırıma görə namizədlikdən çəkilə biləcəyini deyib.
Xatırladaq ki, “Fənərbaxça”da prezident seçkiləri 6-7 iyun tarixlərində keçiriləcək.
Aziz Yıldırım 1998-ci ildən 2018-ci ilə qədər “Fənərbaxça” klubunun prezidenti postunda çalışıb. Onun dövründə bu klubun həm futbol, həm də digər komandaları çoxsaylı titullar qazanıblar. Amma Aziz Yıldırımın klubdan ayrılmasından etibarən komanda heç bir uğur qazana bilmir. Xüsusilə də illərdir çempionluğa həsrət olan “Fənərbağça”nın əsas komandası onun rəhbərliyi dövründə 6 dəfə Türkiyə çempionu olub, 2 dəfə Türkiyə Kubokunu qazanıb.
Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Şimal” – MOİK matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Lider “Şəfa” autsayder “Difai”nin qonağı olub. Matç qolsuz bərabəriklə yekunlaşıb. Halbuki, “Şəfa” qalib gələcəyi halda çempionluğunu erkən rəsmiləşdirəcəkdi. Amma sözügedən komanda bu şansı əldən verib.
Xatırladaq ki, reqlamentə əsasən, Birinci Liqada çempion olan komanda növbəti mövsüm üçün Pemyer Liqaya birbaşa vəsiqə qazanır.
Bu gün 2-ci yerdəki “Səbail” də “Zaqatala”nın qonağı olub. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Səbail” lider “Şəfa” ilə xal fərqini azaldıb.
25-ci tura mayın 7-də keçiriləcək “Cəbrayıl” – “Baku Sportinq” oyunu ilə yekun vurulacaq.
Birinci Liqa 25-ci tur 5 may
“Şahdağ Qusar” – “Mingəçevir” 2:0 Qollar: Kvaku Adjey, 10. Aqostinyo Çipesse, 72. Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Azər Əsgərov. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.
6 may
“Şimal” – MOİK 1:1 Qollar: Ange Donald Qla, 40 – Seyxan Fərəcov, 85 Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Səbuhi Bayramov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Eldəniz Musayev. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.
Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin “Atletiko” ilə cavab oyunu “Arsenal” üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, London təmsilçisi evdə 1:0 hesablı qələbə qazanmaqla (ilk oyun 1:1) qitənin ali klub turnirində finala yüksəlib.
Bununla da “topçular” 20 il sonra ÇL-in finalında çıxış etmək hüququ qazanıblar.
İngiltərə klubu həm də 55 il əvvəlki rekordunu təkrarlayıb. Paytaxt komandası cari mövsümdə 41-ci qalibiyyətini əldə edib. Bu, XXI əsrdə londonlular üçün ən yaxşı nəticədir və bundan əlavə, klub rekordunun təkrarlanması deməkdir. “Arsenal” 1970/1971-ci illər mövsümündə də 41 qələbəyə çatmışdı. “Topçular” həmin vaxt İngiltərə Federasiya Kubokunu qazanmışdılar.
Xatırladaq ki, Premyer Liqada da uğurlu çıxışını davam etdirən Mikel Artetanın komandası hazırda bu turnirin yarış cədvəlində 76 xalla liderdir.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasında yarımfinalında “Atletiko”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, İngiltərə və İspaniya təmsilçiləri arasında ötən gecə Londonda baş tutmuş cavab görüşü “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün evdəki qələbə ingilisləri finala daşıyıb. Mikel Arteta qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Möhtəşəm bir axşamdır. Hamımız birlikdə tarix yazdıq. Bu uğurda payı olan hər kəs üçün şadam. Tribunalar bizi çox xüsusi və özünəməxsus şəkildə qarşıladı. Stadionda əla atmosfer var idi. Bunun bizm üçün nə qədər əhəmiyyətli olduğunu bir daha başa düşdük. 20 ildən sonra tarixdə 2-ci dəfə UEFA Çempionlar Liqasının finalındayıq.
Klubu məqsədlərinə çatdırmaq öhdəliyimizdə birik. Bəzən uğursuzluqlarımız olub, bu, qaçılmazdır. Biz sevgi ilə, həvəslə çalışdıq və gördüyümüz işə inandıq. Budur, bizi Budapeştdə xüsusi bir gün gözləyir”.
Xatırladaq ki, “Arsenal” finalda “Bayern” – PSJ cütünün qalibi ilə qarşılaşacaq.
Bir neçə gün öncə “Atletiko Mineyro”dan ayrılmış braziliyalı hücumçu Halk bundan sonra “Fluminense”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, 39 yaşlı forvard yeni klubu ilə 2027-ci ilin sonuna qədər anlaşıb.
O, “Fluminense”yə azad agent kimi qoşulub.
Braziliya klubunun rəsmi açıqlamasında Halkun zəngin karyerasına diqqət çəkilib: “Braziliyanın həqiqətən seçilən futbolçularından biri ilə 31 dekabr 2027-ci ilə qədər müqavilə imzaladıq. Halk çıxış etdiyi bütün klublarda çempionluqlar qazanıb”.
Xatırladaq ki, hücumçu son olaraq “Atletiko Mineyro” klubunda çıxış edib. Tərəflər mayın 1-də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Halk 2021-ci ilin fevral ayından “Atletiko Mineyro”nun uğurları üçün çalışırdı. Təcrübəli forvard bu komandanın heyətində bütövlükdə 309 oyun keçirib, 140 qol vurub, 56 məhsuldar ötürmə verib.
Braziliyalı hücumçu daha öncə “Portu”, “Zenit”, “Tokio Verdi”, “Konsadole Sapporo”, “Şanxay”, “Kavasaki Frontale”, “Vitoriya” (Salvador) kimi klubların da formasını geyinib.
Halk 2009-cu ilin noyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 49 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermakt” intenet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 24-cü turu ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Əvəzedicilər Liqası, 24-cü tur
“Qarabağ-2” – “Zirə-2” oyununda “Zirə”nin futbolçusu Rəvan Qaraəhmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb. “Zirə-2” buna görə 50 manat cərimə edilib. Meydançaya kənar şəxs daxil olduğuna görə Ağdam komandası 250 manat cərimə edilib.
“Sabah-2” – “Kəpəz-2” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 70 manat cərimə edilib.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 25-ci turu ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
İkinci Liqa, 25-ci tur
“Göygöl” – “Ağstafa Gəncləri” oyununda “Göygöl”ün 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Ağstafa Gəncləri” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün Ağstafa təmsilçisi 70 manat cərimə edilib.
“Ağdaş” – “Araz Saatlı” oyununda “Ağdaş”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün Saatlı komandası 70 manat cərimə edilib. Oyun “Araz Saatlı”nın qapıçısının formasında qüsur olması səbəbindən gec başladığına görə Saatlı komandası 150 manat cərimə ödəyəcək.
“Quba” – “Xankəndi” oyununun 71-ci dəqiqəsində “Quba”nın futbolçusu Kamal Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Quba” buna görə 50 manat cərimə edilib.
“Şirvan” – “Şəmkir” oyunu bitdikdən sonra “Şirvan”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə sözügedən komanda 200 manat cərimə edilib.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 30-cu turu ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az xəbər verir ki, bu turun yalnız bir görüşü ilə bağlı cəza tədbirləri görülməsinə ehtiyac duyulub.
AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edirik:
Azərbaycan Premyer Liqası, 30-cu tur
“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 5000 manat cərimə də ödəyəcək.
“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 5000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin edilib.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün ilk finalçısı müəyyənləşib.
Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Atletiko” komandası İngiltərədə “Arsenal”ın qonağı olub.
“Emireyts” stadionunda baş tutmuş qarşılaşmanı almaniyalı referi Daniel Zibert ibarə edib.
Xatırladaq ki, bu komandalar arasında Madrid şəhərində baş tutmuş ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1. Bu dəfə isə London təmsilçisi tək qolla qalib gələrək ilk finalçı olub.
Digər finalçı mayın 6-da bəlli olacaq. “Bayern” Almaniyada ÇL-in sonuncu qalibi olan Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada parislilər sevinən tərəf olublar – 5:4.
UEFA Çempionlar Liqası Yarımfinalın cavab oyunları 5 may
Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0 Qol: Bakayo Saka, 44. Baş hakim: Daniel Zibert (Almaniya). London. “Emireyts” stadionu. İlk oyun – 1:1.
6 may
23:00. Bayern (Almaniya) – PSJ (Fransa) Baş hakim: Pineyro (Portuqaliya). Münhen. “Alyans Arena”. İlk oyun – 4:5.
Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
İlk finalçının adına “Beşiktaş” – “Konyaspor” matçında aydınlıq gəlib. Matçın taleyini bir qol həll edib. Son dəqiqələrdə penaltidən fərqlənmiş Konya təmsilçisi finala yüksəlib. “Beşiktaş” isə mübarizəni dayandırıb.
Türkiyə Kubokunda digər finalçının adına mayın 13-də keçiriləcək “Gənclərbirliyi” – “Trabzonspor” matçında aydınlıq gələcək.
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8–10 mayda Qazaxıstanın paytaxtı Astanada “Böyük Dəbilqə” turniri keçiriləcək.
Arena.az xəbər verir ki, yarışda 7 çəki dərəcəsində 11 cüdoçumuz (6 kişi, 5 qadın) mübarizə aparacaq.
İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.
Azərbaycan milli komandasının “Böyük Dəbilqə” turniri üçün heyəti təqdim edirik:
Voleybol üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan milli komandaları qarşıdakı Avropa Liqasının hazırlığına start veriblər.
Arena.az xəbər verir ki, ilk olaraq fiziki hazırlıq üzrə çalışmalar həyata keçirən qadınlardan ibarət komandamız mayın 5-dən etibarən Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində geniş heyətlə əsas hazırlıq mərhələsinə başlayıb.
Təlim-məşq prosesinə ümumilikdə 26 voleybolçu cəlb olunub. Yığmamıza baş məşqçi Faiq Qarayev rəhbərlik edir.
Hazırlıq proqramına əsasən, komandamız Bakıda və ölkə xaricində təlim-məşq toplanışlarında olacaq, həmçinin bir sıra yoxlama oyunları keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları 5-7 iyun tarixlərində Bakıda baş tutacaq.
Kişilərdən ibarət millimiz də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təlim-məşq toplanışındadır. Komandamızın heyətinə 17 idmançı cəlb olunub. Yığmamız Avropa Liqasında yeni baş məşqçinin rəhbərliyi ilə mübarizə aparacaq.
Hazırlıq proqramına əsasən, milli komandamız Bakıda və ölkə xaricində təlim-məşq toplanışları keçəcək, həmçinin bir sıra yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları 5-7 iyun tarixlərində İsveçdə keçiriləcək.
Sonda onu da qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət milli komandasına yeni baş məşqçi təyin olunub. Komandamız qarşıdakı yarışlarda Boris Qrebennikovun rəhbərliyi ilə iştirak edəcək. Müxtəlif ölkələrdə fəaliyyət göstərmiş 67 yaşlı təcrübəli mütəxəssis həm klub, həm də milli komanda səviyyəsində bir sıra nailiyyətlər qazanıb.
“Sabah” bu gün keçirilmiş final oyunundan qələbə ilə ayrılaraq Azərbaycan Basketbol Liqasının (ABL) 2025/2026 mövsümünün qalibi olub.
Arena.az xəbər verir ki, “bayquşlar” turnirin final seriyasının üçüncü oyununda da “Abşeron Lions”dan üstün olublar.
Bakı İdman Sarayında baş tutmuş həlledici görüş paytaxt təmsilçisinin 108:95 hesablı qələbəsi ilə bitib. Sözügedən komanda əvvəlki iki görüşdə də rəqibini məğlub etmişdi – 98:93, 112:84.
Beləliklə, “bayquşlar” 2025/2026-cı illər mövsümünün qızıl medallarına sahib çıxıblar. “Abşeron Lions” isə gümüş medallarla kifayətlənib.
Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə ən tez çatmış kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olur.
Həlledici oyundan sonra çempion komanda mükafatlandırılıb. “Bayquşlar”a çempionluq kubokunu və qızıl medalları gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim ediblər.
Mövsümü ikinci pillədə başa vurmuş “Abşeron Lions”un oyunçularına gümüş medallar təqdim olunub.
Bundan başqa, “Sabah”ın heyətində Castin Tilman mövsümün ən dəyərli oyunçusu seçilib və xüsusi mülafata layiq görülüb.
Qeyd edək ki, “Sabah” ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının (ABL) qalibi olub.
16 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi Xanlar Əliyev Bakıda keçiriləcək UEFA İnkişaf Turnirindən danışıb.
Arena.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın oyunlara hazır olduğunu deyib:
“Aprelin 30-dan təlim-məşq toplanışındayıq. Komandanın hazırlıq durumu və məşqlərdəki reaksiyaları bizi qane edir. Bunun bəhrəsini sabahkı oyunda müsbət nəticə ilə görəcəyimizə inanıram. Bildiyiniz kimi, son Avropa çempionatının seçmə mərhələsinin ardından 2009-cu il təvəllüdlülər yuxarı yaş qrupuna keçiblər. Turnir üçün əsasən 2010-2011-ci il təvəllüdlü oyunçuları dəvət etmişik. İlk dəfə millinin heyətində olanlar var. Onlar üçün yeni təcrübədir. Komandanın psixoloji durumu və məşqlərə yanaşması yaxşıdır”.
Xanlar Əliyev rəqiblər barədə də fikirlərini bildirib:
“Bu turnirdə yeni oyunçuların son durumlarını görmək imkanımız olacaq. Onların özlərini göstərmələri baxımından yaxşı şansdır. Rəqibləri təhlil etmişik. Rumıniya son Avropa çempionatının seçmə mərhələsində A Liqasında mübarizə aparıb. Gürcüstan yığması bizə tanış rəqibdir. İlk rəqibimiz olan Litva ilə görüşə yaxşı hazırlaşmışıq. Futbolçuların inkişafı baxımından turnir bizim üçün çox önəmlidir. Hər kəsə şans verəcəyik”.
O, komandanın azarkeş dəstəyinə ehtiyac duyduğunu da sözlərinə əlavə edib:
“Turnirin Bakıda keçirilməsi bizim üçün əlavə üstünlükdür. Azarkeşlərdən xahişim budur ki, oyunlarımıza gəlsinlər, qızları dəstəkləsinlər. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. UEFA İnkişaf Turniri də həmin yarışa hazırlıq məqsədi daşıyır”.
Xatırladaq ki, U-16 millimiz UEFA İnkişaf Turniri çərçivəsində mayın 6-da Litva, 8-də Rumıniya, 11-də isə Gürcüstan yığması ilə qarşılaşacaq. Oyunlar Binə stadionunda keçiriləcək.
“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 30-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyun barədə çox danışmağa lüzum görmürəm. Ciddi hazırlaşmışdıq. Düşünürdük ki, evdə daha yaxşı oynayacağıq. İlk qola qədər komanda planlı oynayırdı. Sadəcə, mövqe səhvindən buraxdığımız qol mənfi təsir etdi. Birinci hissənin sonlarında rəqibin belə rahat qol vuracağını gözləmirdik. Deyərdim ki, ikinci qoldan sonra oyunumuzda düşüş baş verdi. Bu da normaldır. Məğlub olmaq istəmirdik. 0:2 hesabından sonra geridönüş etmək çox çətin idi. Üç oyunumuz qalıb. Şans varsa, son ana qədər mübarizə aparacağıq. “Neftçi”ni təbrik edirəm.
“Qəbələ” üçün də, bizim üçün də çətin oyunlar var. Aramızda 6 xallıq fərq var və “Qəbələ” ilə evdə oynayacağıq. 6 xallıq fərqi aradan qaldırmaq üçün hər oyuna ciddi hazırlaşacağıq. Biz az istirahət edəcəyik. Planımızı təqvimə uyğun tutmağa çalışacağıq”.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 30-cu turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Qarabağ”la oyundan sonra futbolçularda böyük emosiyalar yarandı. Yalan demiyəcəyəm, bu matça görə məndə həyəcan var idi. Adətən böyük oyunlardan sonra futbolçuların emosional vəziyyəti həmişə yaxşı olmur. Amma hamımız birlikdə bunun öhdəsindən gəldik. Oyunçularıma minnətdaram.
Bizim üçün hər oyun finaldır. “Şamaxı”, “Sabah” və “Kəpəz”lə oyunlarımız var. Futbolçular da yaxşı başa düşürlər ki, bütün matçlarda maksimumu göstərməliyik. Bəli, kubokun finalından da çox şey asılıdır. Mən bütün qarşılaşmaları çətin hesab edirəm. Bu oyunlardan sonra harada olacağımızı görəcəyik.
Falaye Sakoya təşəkkür edirəm. O, peşəkar futbolçudur. Bütün oyunlarda öz peşəkarlığını ortaya qoymalıdır. Sakonun kifayət qədər təcrübəsi var, Fransa çempionatında oynayıb.
“Neftçi” kimi tarixi olan komandada işləmək böyük şərəfdir. Ən önəmlisi odur ki, oyunçular da “Neftçi”də oynamağın adi bir şey olmadığını başa düşməlidirlər. Hər zaman peşəkar davranmalı və bu ada layiq olmalıdırlar.
Kimlərin qalıb, kimlərin gedəcəyinə gəlincə, vaxtı çatanda hər şeyi deyəcəyəm. Mətbuatda çox şey yazırlar. Hətta yazırlar ki, mənim futbolçularla münaqişəm var. Mən ümumiyyətlə konfliktli insan deyiləm. Bir-birimizə hörmətlə yanaşırıq. Nə olur-olsun, ortaq dil tapacağıq. Onu deyim ki, seçimlərdə həssas yanaşacağıq. Bizim kriteriyalara uyğun futbolçularla yola davam edəcəyik.
Məndən əvvəl də çox xallar itirilmişdi. Mənim vaxtımda da “Turan Tovuz”, “Zirə”, “Şamaxı” ilə oyunlarda xal itkiləri olub. Maksimum nəticələr əldə etmək üçün hamımız əlimizdən gələni edirik. Mövsümün əvvəlindən burada olsaydım, daha fərqli danışmaq olardı. Amma buna baxmayaraq, müsbət mənada bir çox dəyişikliklərə nail olmuşuq. Gələcəkdə ən yuxarı yerlərdə olmaq ən böyük arzumdur. Bu, futbolçuların və rəhbərliyin də arzusudur”.
Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.
“Quba” doğma meydanda “Xankəndi” ilə qarşılaşıb və 3 cavabsız qola üzülüb. “Qaradağ Lökbatan” isə doğma meydanda “Dinamo”ya böyük hesabla qalib gəlib. “Şirvan” – “Şəmkir” görüşü də meydan sahiblərinin xeyrinə yekunlaşıb.
“Kür-Araz” – “Şəki” 5:1 Qollar: Elxan Məmmədov, 6. Bayram Əliyev, 19; 34; 78. Əli İbrahimli, 84 – Nihat Fərəci, 37-pen. Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Eldar Məmmədov. Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.
“Ağdaş” – “Araz Saatlı” 0:2 Qollar: Elariz Xəlilli, 13; 86. Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Ağdaş şəhər stadionu, 16:30.
5 may
“Quba” – “Xankəndi” 0:3 Qollar: Tural Qurbatov, 16; 51. Bəhruz Teymurov, 70. Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Dinamo” 5:2 Qollar: Ramil Orucov, 28-pen. İsa Zeynallı, 56. Ayaz Mikayılov, 65. İlham Hüseynov, 82; 86 – Rəsul Məmmədli, 41. Əlibala Ağayev, 90+2. Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Novruz Əzimov. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.
“Karvan” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Yevlax şəhər stadionunda baş tutmuş görüşün baş hakimi Rauf Cabbarov olub. Paytaxt təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edərək növbəti 3 xalına sevinib.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a (2:1), “Zirə” “Qəbələ”yə (1:0), “Qarabağ” “Turan Tovuz”a (2:1) qalib gəlib. “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” isə “Sabah”a (0:3) uduzub.
Futbol üzrə Azərbaycan millisi mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-na qədər isə Avstriyada təlim-məşq toplanışında olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə qeyd olunur ki, millimiz Avstriyanın Bad-Valtersdorf şəhərində baş tutacaq təlim-məşq toplanışı zamanı iki yoxlama oyunu da keçirəcək. Belə ki, komandamız iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.
Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək. Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.
Almaniyanın “Borussiya” (Dortmund) komandasının sabiq baş məşqçisi Edin Terziç yeni mövsümdən Bilbao “Atletik”ini çalışdıracaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl La Liqa təmsilçisinin mətbuat xidməti hazırkı mütəxəssis Ernesto Valverdenin cari mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. Onu isə bu postda Terziçin əvəz edəcəyi dəqiqləşib.
Terziçin müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. O, yeni vəzifəsinin icrasında cari mövsüm başa çatdıqdan sonra başlayacaq.
Yeri gəlmişkən, Edin Terziç Yupp Haynkesdən sonra “Atletik”in tarixində ikinci almaniyalı məşqçi olacaq.
Terziçin 43 yaşı var. O, iki dəfə – 2020-ci ildən 2021-ci ilə qədər və 2022-ci ildən 2024-cü ilə qədər “Borussiya”da çalışıb. Dortmund təmsilçisi onun rəhbərliyi altında Almaniya Kubokunu (2021) qazanıb və UEFA Çempionlar Liqasının finalına (2024) yüksəlib.
Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Komandalar mayın 7-də “Olimpik Star”da üz-üzə gələcəklər. Əvvəlcə, “Baku Fire” lider “Neftçi” İK ilə qarşılaşacaq. Günün digər oyunu son çempion “Araz-Naxçıvan”la U-19 millimiz arasında baş tutacaq.
“Şuşa” isə bu turda meydana çıxmadan 3 xal qazanacaq. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılacaq.
Yüksək Liqa 19-cu tur 7 may
Baku Fire – Neftçi İK Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Knyaz Əmiraslanov. Hakim-inspektor: Azad Hüseynov. Bakı. “Olimpik Star”. Saat 14:00.
Araz-Naxçıvan – U-19 Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Hikmət Qafarlı. Hakim-inspektor: Füzuli Nəcəfov. Bakı. “Olimpik Star”. Saat 16:30.
Xallar: Neftçi İK – 49. Araz-Naxçıvan – 46. Baku Fire – 35. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.
“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Ağdam klubunun heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.
Arena.az xəbər verir ki, portuqaliyalı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 30-cu turunun “Turan Tovuz”la ev qarşılaşmasına (2:1) təsadüf edib.
Leandro 60-cı qolunu Ağdam klubunun heyətində çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), Azərbaycan Kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.
Xatırladaq ki, Leandro Andrade “Qarabağ”da ilk qolunu 2022-ci aprelin 2-də “Səbail”lə (5:1) çempionat görüşündə vurub.
Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Onun Ağdam klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.
Leo Ağdam klubunun heyətində bütövlükdə 211 oyun keçirib. O, bu oyunlarda 60 qola imza atıb, 61 assist müəllifi olub. Leandro “Qarabağ”ın heyətində 4 dəfə (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) Azərbaycan çempionu, iki dəfə (2021/2022, 2023/2024) ölkə kubokunun qalibi olub.
Leandro Andrade daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığma komandasında da 7 oyun keçirib, lakin məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Azərbaycan Premyer Liqasının 30-cu turunun “Sumqayıt”la ev oyunu “Kəpəz”in futbolçusu Rauf Hüseynli üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, o, bu oyunda 4 dəqiqəyə iki qol vurub.
Hüseynli 2:1 hesabıyla qalib gəldikləri oyunda dubla imza atmaqla cari mövsümün rekordunu da təkrarlayıb.
86-cı və 89-cu dəqiqələrdə qol sevinci yaşayan Raufa qədər yalnız Leandro Andrade matçın bir hissəsində belə qısa müddətdə dubl müəllifi olmuşdu. “Qarabağ”ın portuqaliyalı yarımmüdafiəçisi “Araz-Naxçıvan”la martın 8-də keçirilmiş qarşılaşmada (6:0) 33-cü və 36-cı dəqiqələrdəki qolları ilə dublunu rəsmiləşdirmişdi.
Leandrodan fərqli olaraq, Rauf Hüseynli hər iki qolu penaltidən vurub. O, cari mövsümdə bir matçda 2 dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü futbolçudur. Ona qədər Aleksandr Ramalinqom (“Sumqayıt”) və Coy Lens Mikels (“Sabah”) penaltilərlə dubl etmişdi, Toral Bayramov (“Qarabağ”) het-trik etdiyi qarşılaşmada iki dəfə “ağ nöqtə”dən fərqlənmişdi. Raufa qədər Ramalinqom daha qısa müddətdə – 12 dəqiqədə iki penalti zərbəsini qola çevirmişdi. O, “Karvan”la ötən il oktyabrın 18-də keçirilmiş matçın (4:1) 54-cü və 65-ci dəqiqələrində fərqlənmişdi.
“Şamaxı” komandası futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 10-cu dəfə öz meydanında böyük hesabla uduzub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olub. Komanda 363-cü ev oyununda buna üzülüb.
“Şamaxı” tarixində bir mövsümdə 3-cü dəfə öz meydanında üç və ya daha çox top fərqi ilə uduzub. “Sabah”a qədər onların qonağı olan “Kəpəz” 4:1, “Qəbələ” 4:0 hesablı səfər qələbəsinə nail olub. Buna qədər antirekord iki belə nəticənin yaşandığı 2022/2023-cü illər mövsümündə qeydə alınmışdı.
Komandanın öz meydanında ilk ağır yenilgisi isə 2000/2001-ci illər mövsümünə təsadüf edib. 2000-ci il oktyabrın 20-də “Neftçi” “Xəzər Universiteti” adlanan rəqibinin meydanında 4:1 hesabı ilə qalib gəlib.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün ilk finalçısı müəyyənləşəcək.
Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Atletiko” komandası İngiltərədə “Arsenal”ın qonağı olacaq.
“Emireyts” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Xatırladaq ki, bu komandalar arasında Madrid şəhərində baş tutmuş ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.
Digər finalçı mayın 6-da bəlli olacaq. “Bayern” Almaniyada ÇL-in sonuncu qalibi olan Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada parislilər sevinən tərəf olublar – 5:4.
UEFA Çempionlar Liqası Yarımfinalın cavab oyunları 5 may
23:00. Arsenal (İngiltərə) – Atletiko (İspaniya) Baş hakim: Daniel Zibert (Almaniya). London. “Emireyts” stadionu. İlk oyun – 1:1.
6 may
23:00. Bayern (Almaniya) – PSJ (Fransa) Baş hakim: Pineyro (Portuqaliya). Münhen. “Alyans Arena”. İlk oyun – 4:5.
Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turunda evdə “Nottingem Forest”ə uduzan “Çelsi” 33 il sonra antirektordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, “zadəganlar” “Stemford Bric”də baş tutmuş bu görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olub.
“Nottingem Forest”in qollarını Tayvo Avoni (2, 52) və İqor Jesus (15-pen.) vurublar. London kollektivinin heyətində isə təsəlli qoluna Joao Pedro (90+3) imza atıb.
Qeyd edək ki, bu, “zadəganlar”ın cari mövsümdə Premyer Liqada ardıcıl 6-cı məğlubiyyəti olub. London təmsilçisi sonuncu dəfə 1993-cü ildə eyni uğursuzluğu yaşamışdı.
“Çelsi” son 6 oyununda cəmi 1 qol vurub və qapısından 14 qol buraxıb. Komanda turnir cədvəlində 48 xalla 9-cu pillədə yer alıb. Paytaxt təmsilçisi keçirdiyi 35 oyunda 13 qələbə qazanıb, 9 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutacaq.
“Karvan” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşə saat 16:00-da start veriləcək. Oyunun baş hakimi Rauf Cabbarov olacaq.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Sevilya” doğma meydanda “Real Sosyedad”la üz-üzə gəlib. Meydan sahibləri 3 xalı tək qolla qazanıblar.
Beləliklə, cari mövsümün geridə qalmış 34 turundan sonra 88 xala malik “Barselona” vahid liderdir. “Real” 77 xalla ikinci, “Vilyarreal” 68 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko” 63, “Betis” 53, “Selta” 47 xal toplayıb.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Çelsi” doğma meydanda “Nottingem Forest”ə məğlub olub. Səfərdə “Everton”la üz-üzə gəlmiş “Mançester Siti” isə məğlubiyyətdən son anda qurtulub və 1 xalla kifayətlənib.
Beləliklə, cari mövsümün 35 turundan sonra 76 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 71 xalla ikinci, “Mançester Yunayted” 64 xalla üçüncü pillədə qərarlaşıb. “Liverpul” və “Aston Villa” 58, “Bornmut” 52, “Brentford” 51, “Brayton” 50, “Çelsi” 48 xal toplayıb.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 35-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Kremoneze” – “Latsio” matçında qonaqlar əzmkar qələbəyə seviniblər. “Roma” isə doğma meydanda “Fiorentina”nı 4 cavabsız qolla məğlub edib.
Beləliklə, 35 turdan sonra çempionluğu təmin etmiş “İnter” 82 xalla vahid liderdir. “Napoli” 70 xalla ikinci, “Milan” 67 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus”un 65, “Roma”nın 64, “Komo”nun 62 xalı var.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 30-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Sıx qrafikə baxmayaraq, sona qədər mübarizə apardılar, böyük xarakter nümayiş etdirdilər.
Musa Qurbanlının zədəsinə gəlincə, bir az vaxt lazım olacaq. Dizində ağrılar hiss etdi. Bir neçə gün əvvəl məşqdə də eyni hal yaşanmışdı. Sabah daha dəqiq bilinəcək. Onun həmin nahiyədə xroniki zədəsi var.
Ramil Şeydayev işgüzar futbolçudur, bu da həmişə onun üstün cəhəti olub. Məşqlərdə də ən yaxşılar sırasındadır. Bəzən oyunlar elə alınır ki, matça daxil ola bilmir. Bu gün isə şans qazandı.
Hər mövqedə yeni futbolçuya ehtiyacımız var. Keyfiyyət və say önəmli məqamdır. Çalışacağıq ki, həm sayı, həm keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli keçdi. Futbolda bəzən gözləmədiyin hallar çox olur. Kimsə zədələnir, kimsə yorulur və ehtiyat skamyada problemlər yaşanır. Son vaxtlarda “Sabah”la 3, “Neftçi”ylə 2, bu gün “Turan Tovuz”la matç… hamısı yüksək səviyyəli görüşlərdir. Belə anlarda rotasiyalara ehtiyac yaranır. Çalışırıq ki, heyəti genişləndirək.
Çox istərdim ki, daha yuxarılarda olaq. Böyümək, böyük futbolu tam hiss etmək üçün yüksək səviyyəli turnirlər daha önəmlidir. Güclü komandalarla qarşılaşmaq isə özlüyündə mühüm təcrübədir. Düzdür, fikirlər var ki, Konfrans Liqasında daha irəli gedə bilərik. Amma nəzərə alaq ki, bir il əvvəl Avropa Liqasında bir qələbə qazandıq, bu il isə Çempionlar Liqasında 10 xal topladıq. Bir çox nüanslar var, qəti nəsə demək olmur. Amma elə oyunlar da var ki, həmin performansla Çempionlar Liqasına layiq olduğumuzu göstəririk. Xeyirlisi, hansı turnir olursa olsun, mübarizəmizi davam etdirəcəyik”.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 30-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş oyun Tovuz təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Ümumilikdə ağır oyun oldu. “Qarabağ” matçın böyük hissəsində təşəbbüsə sahib idi. İkinci hissənin əvvəlində buraxılan qol oyunumuza təsir etdi. Sonda vəziyyəti düzəltmək üçün cəhdlərimiz oldu, amma alınmadı. Yəqin ki, bu da həyəcanla bağlı idi. Şanslardan istifadə etsəydik, hesab və nəticə başqa cür olardı. Bu həyəcan da nəzəri cəhətdən ikinci yeri tutmağımız üçün şansımızın olması ilə bağlı idi”.
Təcrübəli mütəxəssis ilyarımdır oynamayan Denis Marandiçin durumundan da söhbət açıb:
“Onun əməliyyatı yaxşı keçib. Növbəti mövsümə qayıdacağına ümid edirik”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.
“Qarabağ” “Turan Tovuz”la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş oyunun baş hakimi Rəşad Əhmədov olub. Üç qolun qeydə alındığı oyunda Ağdam təmsilçisi 3 xala sevinib.
30-cu tura sabah keçiriləcək “Karvan” – “Neftçi” matçı ilə yekun vurulacaq. Daha öncə “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” “Sabah”a (0:3) uduzub, “Kəpəz” “Sumqayıt”a (2:1), “Zirə” “Qəbələ”yə (1:0) qalib gəlib.
Futbol üzrə Fransa millisinin və Madrid “Real”ının sol cinah müdafiəçisi Ferlan Mendi yenə uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı fransalı futbolçu İspaniya La Liqasının 34-cü turu çərçivəsində “Espanyol”a qarşı keçirdikləro və 2:0 hesablı qələbə qazandıqları matçın 14-cü dəqiqəsində xəsarət alaraq əvəzlənmək məcburiyyətində qalıb.
Tibbi heyət tərəfindən aparılan müayinələr nəticəsində futbolçunun sağ ayağının düz əzələsinin vətərində zədə aşkarlanıb. Hazırda müayinənin yekun nəticələrinin dəqiqləşdirildiyi bildirilir. Təcrübəli müdafiəçinin təxminən 5 ay yaşıl meydanlardan uzaq qalmaq ehtimalı var.
Ferlan Mendi “Real”a 2019-cu ilin iyul ayında 48 milyon avro məbləğ müqabilində Lion “Olimpik”indən tamhüquqlu əsasda keçib. Fransalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Mendi “Real” üçün cəmi 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Ferlan Mendinin “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 210 oyun, 6 qol və 12 məhsuldar ötürmədən ibarətdir.
Mendi daha öncə Fransanın “Havr” və “Olimpik” (Lion) klublarının da şərəfini qoruyub. Müdafiəçi 2018-ci ildə debüt etdiyi Fransa yığmasının heyətində 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə seçilməyib.
“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri matçda zədə alıb.
Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu bu gün keçirilən matçın 8-ci dəqiqəsində ayaq əzələsindən zədə alıb.
Hücumçuunun zədələnməsi zamanı rəqib müdaxiləsi olmayıb. Amma oyunu davam etdirə bilməyən futbolçu Abdullah Zubirlə əvəzlənib.
Musanın zədəsinin nə dərəcədə ciddi olmasına ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
Xatırladaq ki, Musa Qurbanlı cari mövsümdə meydana çıxdığı 38 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
“Qarabağ” bir müddət öncə yarımmüdafiəçi Xoni Montieli də zədə səbəbindən itirmişdi. İspaniyalı futbolçu üçün cari mövsüm artıq başa çatıb. Mərkəz müdafiəçisi Bəhlul Mustafazadə isə artıq uzun müddətdir zədə səbəbindən komandasına kömək edə bilmir.
Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Kür-Araz” – “Şəki” matçında meydan sahibləri qələbə qazanıblar. “Ağdaş” isə doğma meydanda “Araz Saatlı”ya 2 cavabsız qolla uduzub.
25-ci turun qalan görüşləri mayın 5-də keçiriləcək.
“Kür-Araz” – “Şəki” 5:1 Qollar: Elxan Məmmədov, 6. Bayram Əliyev, 19; 34; 78. Əli İbrahimli, 84 – Nihat Fərəci, 37-pen. Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Eldar Məmmədov. Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.
“Ağdaş” – “Araz Saatlı” 0:2 Qollar: Elariz Xəlilli, 13; 86. Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Ağdaş şəhər stadionu, 16:30.
5 may
“Quba” – “Xankəndi” Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Dinamo” Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Novruz Əzimov. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Şirvan” – “Şəmkir” Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Namiq Əliyev. Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin bir şikayətini təmin etməyib.
Arena.az bu barədə ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir.
Belə ki, AFFA İntizam Komitəsinin martın 11-də azarkeşlərin təhqiramiz ifadələr səsləndirməsinə görə klubu cərimələməsi barədə qərarı qüvvədə saxlanılıb. Fanatlar Azərbaycan Premyer Liqasında “Turan Tovuz”la görüşdə hakimləri təhqir etdiyi üçün “ağ-qaralar” 8 000 manat ziyana düşüblər.
Bundan əlavə, Bakı təmsilçisinin daha bir şikayətinə baxılması təxirə salınıb. Komanda azarkeşləri tərəfindən təhqiredici pankart açdığına görə klub 15 000 manat cərimə edilmişdi. Lakin Apellyasiya Arbitraj Tribunalı bu şikayətə baxılmasını əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salıb. Məsələ ilə bağlı yekun qərarın nə vaxt açıqlanacağı bildirilmir.
“Malyorka”ya rəhbərlik edən argentinalı mütəxəssis Martin Demişelis İspaniya La Liqasında 2026-cı ilin aprel ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Demişelis mükafat uğrunda mübarizədə Almada (“Real Ovyedo”) və Hansi Fliki (“Barselona”) qabaqlayıb.
“Malyorka” aprel ayında İspaniya çempionatı çərçivəsində keçirdiyi 4 oyunun ikisində qalib gəlib, birində heç-heçə edib, birində məğlub olub.
Martin Demişelis həm cari mövsümdə, həm də karyerası ərzində ilk dəfə La Liqada ayın ən yaxşısı seçilir. Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdırarkən Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilib. Sentyabrda “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənib, oktyabrda “Rayo Valyekano”ya rəhbərlik edən İnyiqo Peres, noyabrda “Vilyarreal”ı çalışdıran Marselino Qarsiya Toral, dekabrda “Espanyol”un sükanı arxasında olan Manolo Qonsales, bu ilin yanvarında “Real Sosyedad”a rəhbərlik edən Pelleqrino Matarasso, fevralda Manuel Pelleqrini (“Betis”), martda Hansi Flik (“Barselona”) ayın ən yaxşı məşqçisi elan edilib.
Xatırladaq ki, Demişelis bu ilin mart ayında “Malyorka”nın baş məşqçisi təyin edilib. 45 yaşlı mütəxəssis bu komandanı cəmi 8 oyuna çıxarıb, 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət görüb.
Argentinalı mütəxəssis daha öncə “Monterrey”, “River Pleyt” kimi komandalara, “Bayern”in U-19 və əvəzedici komandalarına da rəhbərlik edib.
“Malyorka” 2025/2026-cı illər mövsümündə La Liqa çərçivəsində keçirdiyi 34 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb. Sözügedən kollektiv 38 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.
İspaniyanın “Vilyarreal” komandasının baş məşqçisi Marselino Qarsiya Toral cari mövsümün sonunda La Liqa təmsilçisindən ayrılacaq.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub 2023-cü ildən komandada işləyən 60 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməməyə qərar verib.
Xatırladaq ki, 2013-cü ildən 2016-cı ilədək “Vilyarreal”ın baş məşqçisi olmuş Marselino 2023-cü ildə yenidən bu kluba qayıtmışdı. O, klub tarixində ən çox oyun keçirmiş mütəxəssis olmaqla yanaşı, baş məşqçilər arasında qələbə rekorduna (145) da sahibdir.
Marselino Qarsiya Toral məşqçilik karyerası dövründə “Lealtad”, “Sportinq” (Xixon), “Rekreativo”, “Rasinq” (Santander), “Saraqosa”, “Sevilya”, “Valensiya”, “Atletik” və “Olimpik” (Marsel) kimi komandalara da rəhbərlik edib.
“Vilyarreal” hazırda La Liqada 68 xalla yarış cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Çimərlik futbolu üzrə Azərbaycan millisi mayın 4-dən 20-nə qədər Su İdmanı Sarayında təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, millimiz hazırlıq dönəmində Qazaxıstan yığması ilə iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar mayın 7-də və 9-da baş tutacaq. Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.
Bu oyunlar üçün çimərlik futbolu üzrə Azərbaycan yığmasına dəvət edilmiş futbolçuların adlarını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.
Xatırladaq ki, Azərbaycan millisi bir neçə gün öncə Bakıdakı hazırlıq çərçivəsində Belarus yığması ilə də iki yoxlama oyunu keçirmişdi. Həmin görüşlərdən birincisində 1:3 hesabıyla uduzmuş komandamız ikinci matçda 4:3 hesabıyla qalib gəlmişdi.
“Leypsiq”in 19 yaşlı ivuarlı vingeri Yan Dyomande futbol üzrə Almaniya Bundesliqasında aprel ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.
Dyomande aprel ayında Bundesliqa çərçivəsində meydana çıxdığı 4 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Leypsiq”in universal vingeri həm cari mövsümdə, həm də karyerası ərzində ilk dəfə oxşar mükafata layiq görülür.
Cari mövsümdə “Bayern”in hücumçusu Harri Keyn (sentyabr, dekabr və fevral) və sağ vingeri Makyl Olise hərəyə 3 dəfə (avqust, noyabr və yanvarda) ayın ən yaxşı oyunçusu elan ediliblər. Oktyabrda Yonatan Burkardt (“Ayntraxt”), martda Denis Undav (“Ştutqart”) fərqləniblər.
Yan Dyomande peşəkar karyerasına İspaniyanın “Leqanes” klubunda başlayıb. “Leypsiq” onu 2025-ci ilin yayında 20 milyon avro məbləğ müqabilində məhz İspaniya klubundan transfer edib. 19 yaşlı cinah hücumçusu Almaniya klubunun heyətində indiyə qədər 34 oyuna çıxıb, 13 qol vurub, 9 məhsuldar ötürmə verib.
Kot-d’İvuarın U-17 və U-23 yığmalarında da oynamış Dyomande 2025-ci ildə debüt etdiyi əsas millinin heyətində 9 oyun keçirib, 3 qola imza atıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.
İngiltərənin “Mançester Yunayted” klubunun sabiq mərkəz müdafiəçisi Stiv Bryus məşqçilik karyerasını başa vurmaq qərarına gəlib.
Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.
İngiltərəli mütəxəssis ötən ilin yayında “Bləkpul”dan ayrıldıqdan sonra işsiz idi. O, yeni komanda tapmadığı üçün artıq başqa fəaliyyətlərlə məşğul olacağını açıqlayıb. Bununla belə, təcrübəli məşqçi İngiltərə millisi tərəfindən təklif olacağı təqdirdə, geri dönə biləcəyinə eyham vurub.
Bryusun karyerasında baş məşqçi kimi təxminən 1000 oyun var ki, bunun 476-sı İngiltərə Premyer Liqasına təsadüf edir.
Stiv Bryus futbolçu karyerası ərzində 1987–1996-cı illərdə “Mançester Yunayted”in formasını geyinib və “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi Aleks Ferqyusonun rəhbərliyi altında üç dəfə Premyer Liqa çempionu olub.
İngilis mütəxəssis məşqçilik karyerası ərzində “Şeffild Yunayted”, “Haddersfild Taun”, “Uiqan”, “Kristal Pelas”, “Birmingem Siti”, “Sanderlend”, “Hall Siti”, “Aston Villa”, “Şeffild Uenzdey”, “Nyukasl” və “Vest Bromviç” kimi komandalara rəhbərlik edib.
Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 25-ci turun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Dörd günü əhatə edəcək turun görüşləri mayın 7-də, 8-də, 9-da və 10-da keçiriləcək. Bakıda start veriləcək tura Qəbələdə baş tutacaq oyunla yekun vurulacaq.
Əvəzedicilər Liqası 25-ci tur 7 may
“Neftçi-2” – “Araz-Naxçıvan-2” “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.
8 may
“Zirə-2” – “Sumqayıt-2” “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Turan Tovuz-2” – “Qarabağ-2” Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.
9 may
“Kəpəz-2” – “Şamaxı-2” Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30.
10 may
“Qəbələ-2” – “Sabah-2” Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
“Liverpul” 2014/2015-ci illər mövsümündən sonra İngiltərə Premyer Liqasında məğlubiyyət sayında ən pis göstəricisinə imza atıb.
Arena.az xəbər verir ki, bu, Arne Slotun baş məşqçisi olduğu kollektivin ötən gün 35-ci tur çərçivəsində “Mançester Yunayted”ə 2:3 hesabıyla uduzması nəticəsində ilə reallaşıb.
Beləliklə, Mersisayd təmsilçisi cari mövsümdə 11-ci dəfə meydanı xalsız tərk edib. “Qırmızılar” 2014/2015-ci illər mövsümündə 12 məğlubiyyət almışdı. Sözügedən komanda cari mövsümün qalan oyunlarında daha bir məğlubiyyət alsa, əvvəlki uğursuzluğunu təkrarlayacaq.
Xatırladaq ki, sonuncu ölkə çempionu hazırda 58 xalla dördüncü pillədə qərarlaşıb. “Liverpul” 35 oyunda 17 qələbə və 7 heç-heçə də görüb.
“Mançester Yunayted” isə bu qələbə sayəsində UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququ qazanıb. Mançesterlilər hazırda 64 xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıblar. İngiltərə Premyer Liqasının ilk beş komandası UEFA Çempionlar Liqasının gələn mövsümündə iştirak edəcək. Hazırda “Arsenal” vahid liderir. “Mançester Siti” 70 xalla ikinci, “Aston Villa” 58 xalla beşincidir.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutacaq.
“Qarabağ” “Turan Tovuz”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 19:30-da start veriləcək. Oyunun baş hakimi Rəşad Əhmədov olacaq.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.
“Betis” doğma meydanda “Real Ovyedo”ya, “Selta” “Elçe”yə qalib gəlib. “Xetafe” “Rayo Valyekano” ilə ev oyunundan xalsız ayrılıb. “Espanyol”un qonağı olmuş “Real” da turu inamlı qələbə ilə başa vurub.
34-cü tura mayın 4-də keçiriləcək “Sevilya” – “Real Sosyedad” oyunu ilə yekun vurulacaq.
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 5 qarşılaşma baş tutub.
“Lill” – “Havr” matçında qalib müəyyənləşməyib. “Strasburq” doğma meydanda “Tuluza”ya uduzubsa, “Oser” “Anje”ni, “Paris” “Brest”i, Lion “Olimpik”i “Renn”i məğlub yola salıb.
Beləliklə, sona 2 tur qalmış 70 xala malik PSJ vahid liderdir. “Lans” 64 xalla ikinci, Lion “Olimpik”i 60 xalla üçüncü pillədə qərarlaşıb. “Lill” 58, “Renn” 56, “Monako” 54, Marsel “Olimpik”i 53 xal toplayıb.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə 4 qarşılaşma baş tutub.
“Bolonya” – “Kalyari” matçında qapılara qol vurulmayıb. “Sassuolo”nun qonağı olmuş “Milan” məğlubiyyətə üzülübsə, “Yuventus” “Verona” ilə ev oyununda xal itirib. Lider “İnter” isə “Parma” ilə ev oyunundan inamlı qələbə ilə ayrılmaqla sona 3 tur qalmış çempionluğunu təmin edib.
Qeyd edək ki, bu, “İnter”in tarixindəki 21-ci İtaliya çempionluğudur.
35-ci turun qalan görüşləri mayın 4-də keçiriləcək.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
“Bornmut” doğma meydanda “Kristal Pelas”ı 3 cavabsız qolla üstələyib. Beş qolluq “Mançester Yunayted” – “Liverpul” görüşü də meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Aston Villa”nın qonağı olmuş “Tottenhem” isə səfərdə qələbə qazanıb.
35-ci turun qalan görüşləri mayın 4-də keçiriləcək.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Frayburq” – “Volfsburq” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Sankt Pauli” doğma meydanda “Maynts”a məğlub olub. Mönhenqladbax və Dortmund “Borussiya”larının görüşündə isə meydan sahibləri tək qolla qalib gəliblər.
Beləliklə, geridə qalmış 32 turdan sonra 83 xala malik “Bayern” vahid liderdir. Çempionluğu təmin etmiş Münhen təmsilçisini 67 xala malik Dortmund “Borussiya”sı və 62 xallı “Leypsiq” izləyirlər. “Bayer”, “Ştutqart” və “Hoffenhaym”ın 58, “Frayburq”un 44 xalı var.
Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsi – 4-cü qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki yarış Mayami (ABŞ, Florida) şəhərində təşkil olunub.
Bundan əvvəlki Yaponiya və Çin qran-prilərində olduğu kimi, Mayami qran-prisində də “Mersedes”in gənc pilotu Kimi Antonelli qalib olub. 19 yaşlı italiyalı sürücü 57 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində 3-cü zəfərdir.
İkinci yeri “Maklaren”in sürücüsü Landro Norris tutub. İlk üçlüyü “Maklaren”in digər pilotu Oskar Piastri qapayıb.
Beləliklə, geridə qalmış 3 mərhələdən sonra Kimi Antonelli 100 xalla vahid liderdir. Antonellinin komanda yoldaşı Corc Rassel 80 xalla ikinci pillədə qərarlaşıb. “Ferrari”nin pilotu Şarl Lekler isə 63 xalla üçüncüdür.
Mühəndislər Kubokunda “Mersedes” 180 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 112 xalla ikinci, “Maklaren” isə 94 xalla üçüncü yerdə gedir.
Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 5-ci qran-prisi Kanadada keçiriləcək. Monrealda baş tutacaq bu yarış mayın 24-də təşkil olunacaq.
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 32-ci turunda “Herenven”lə qarşılaşıb.
“Volendam” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Ozan bu görüşə start heyətdə başlayıb və 51-ci dəqiqədə əvəzlənib.
“Volendam” 32 turdan sonra 31 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Ozan bu oyunların 27-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 30 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın cüdo üzrə millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirini 3 bürünc medalla başa vurub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yarışın son günündə təmsilçilərimizdən Camal Qamzatxanov (+ 100 kq) və Uşanqi Kokauri (+100 kq) bürünc medal qazanıblar.
Kokauri həlledici görüşdə Özbəkistan idmançısı Muxammadkodir Mansurovu üstələyərək bürünc medala layiq görülüb.
Qamzatxanov isə üçüncü yer uğrunda görüşdə rumıniyalı Darius Dobreyə qalib gələrək bürünc mükafatın sahibi olub.
Bununla da yığmamız “Böyük Dəbilqə” turnirini 3 bürünc medalla başa vurub. Daha əvvəl təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) də fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
Xatırladaq ki, Azərbaycan yığma komandası Düşənbədəki yarışa 4 çəki dərəcəsində 6 cüdoçu ilə qatılmışdı.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün ağır oyun oldu. “Qəbələ” çox baxımlı futbol oynayır. Fikrimcə, bu komanda avrokuboklar uğrunda mübarizə aparmalı idi. Son oyunlarda yaxşı oynasalar da, nəticə qazanmaqda çətinlik çəkdiklərini düşünürəm. Matç gərgin mübarizə şəraitində keçdi. Özümüzdə güc tapıb növbəti matçlarda daha yaxşı oyun sərgiləməliyik. Matça çox pis başlamışdıq. İkinci hissədə müəyyən qədər oyunu düzəldə bildik. Futbolçularımı sona qədər əzmkar mübarizə apardıqları üçün təbrik edirəm.
Birinci hissədə çoxsaylı top itkilərimiz oldu. Sıx qrafik, aprel ayının yorğunluğu müəyyən qədər buna təsir göstərirdi. İmkan düşdükcə müəyyən mövqelərdə rotasiyalar etdik. Enrike Kustodionun zədəsi bizim üçün ciddi problem yaradır. İssa Cibrillanı əvəz edə bilmirik. O da üst-üstə ağır oyunlar keçirdikdə zədəyə meyilli olur. Onu bu gün qorxa-qorxa meydanda saxladıq. Qol vurduqdan sonra dərhal əvəz etdik”.
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 30-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü əyalət təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Kaxaber Sxadadze qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə “Zirə”ni təbrik edirəm. Rəşad Sadıqov uzun müddətdir buradadır və yaxşı komanda yaradıb.
Biz də oyuna çox yaxşı hazırlaşmışdıq. Qol epizodlarımız da var idi. Lakin son nöqtəni qoymaqda çətinlik çəkirdik. Bu məqam bizdə problemdir. Bu oyunda da bəsit qol buraxdıq. Qola qədər rəqibin təhlükəli epizodları demək olar ki, yox idi. Bu oyuna da çoxlu azarkeş gəlmişdi. Təəssüf edirəm ki, onları sevindirə bilmədik”.
Azərbaycan Premyer Liqasının 30-cu turunun “Zirə” – “Qəbələ” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 30-cu tur 3 may
“Zirə” – “Qəbələ” 1:0 Qol: Junior Martins, 78. Sarı vərəqələr: Brahim Konate, 44 (hakimin qərarına etiraz). Georgi Papunaşvili, 74 (qeyri-idman hərəkəti). Hacıağa Hacılı, 81 (qeyri-idman hərəkəti). Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə. Saat 18:30. Zirə İdman Kompleksinin stadionu, 150 tamaşaçı.
Baş hakim: Elçin Məsiyev. Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Teymur Teymurov. Dördüncü hakim: Əkbər Əhmədov. VAR: Rəvan Həmzəzadə. AVAR: Cəmil Quliyev. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, (73. Anatoli Nuriyev, 60), 10. Georgi Papunaşvili (26. Stefan Akka, 80), 20. İssa Cibrilla (21. Hacıağa Hacılı, 80), 93. Brahim Konate (30. Rikardo Martins, 60), 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın (11. Junior Martins, 73). Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 6. Eldar Quliyev. Baş məşqçi: Rəşad Sadıqov.
Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev (66. Nuğay Rəşidov, 88), 10. Şahin Şahniyarov (50. Adriel Ba Lua, 80), 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu. Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde. Baş məşqçi: Kaxaber Sxadadze.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.
“Zirə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Oyunun baş hakimi Elçin Məsiyev olub. Zirə İdman Kompleksinin stadionunda baş tutmuş görüşün taleyini bir qol həll edib. Meydan sahibləri tək qolla 3 xal qazanıblar.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a qalib gəlib (2:1), “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” “Sabah”a (0:3) uduzub. “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan” – “Neftçi” matçı ayın 5-də keçiriləcək.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 30-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü “Sabah”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dambrauskas görüşdən sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunçularımı təbrik edirəm. Bizə dəstək olan azarkeşləri də təbrik edirəm. Düzdür, çempion olmaq xəbəri gəldikdən sonra bu oyuna köklənmək bir qədər çətin oldu. Futbolçularıma təşəkkür edirəm. Onlar özlərində güc tapdılar, meydana motivasiyalı şəkildə çıxdılar. Həqiqətən də göstərdilər ki, biz layiqli şəkildə çempion olmuşuq. Çox xoşbəxtəm. “Şamaxı” çox yaxşı komandadır. Yaxşı oynayırlar. Bu cür komandaya 3 qol vurmaq asan deyil. Hər iki hissədə qol fürsətlərimiz oldu, onlardan tam istifadə edə bilmədik. Oyunun böyük hissəsində dominant tərəf idik. Futbolçularıma peşəkar davranışlarına, loqoya hörmətinə görə təşəkkür edirəm. Hər biri ən yaxşı sözlərə layiqdir.
Bu, mənim üçüncü çempionluğumdur. Litvada və Bolqarıstanda çempionluq yaşamışam. Xorvatiya və Bolqarıstanda kubok qazanmışam. Bu, mənim ən böyük nailiyyətlərimdən biridir. “Jalgiris” və “Ludoqorets”ə də hörmətlə yanaşıram. Orada çempionatda mütləq qalib gəlməlisən. Amma bizim bu cür klubla, bu cür yanaşmamızla əldə etdiyimiz uğur həqiqətən böyükdür. Yanlış xatırlamıramsa, artıq 9 ay olar ki, uduzmuruq. Çoxlu qollar vurmuşuq. Onu da qeyd edim ki, Azərbaycan çempionatı güclüdür. Yaxın müddətdə daha da inkişaf edəcəyini düşünürəm. Çempionlar Liqasında pley-off oynamış komandanı keçərək çempion olmaq böyük nailiyyətdir. “Sabah” ailəsinə təşəkkür edirəm. Təmizlik işçisindən prezidentimizə qədər minnətdaram, bu nailiyyətdə toxunuşu olan hər bir adama təşəkkür düşür.
Kubok bir oyundan ibarətdir. Kim daha yaxşı çıxış edəcək, daha az səhvə yol verəcəksə, qalib olacaq. Hər kəs meydana çıxaraq, işini görəcək. Bizim üçün kubok çox önəmlidir. Tarix yazmaq niyyətindəyik. Biz meydana çıxarkən, başqa şeyləri düşünməyəcəyik. Kimlər final görüşümüzdən xeyir əldə edə bilər, kim hara gedə bilər, bu, bizim üçün önəmli deyil. Biz meydana çıxacağıq ki, kuboku qazanaq”.
Valdas Dambrauskasdan Cəfər Muxtarov açıqlaması
Dambrauskas bu gün debüt etmiş Cəfər Muxtarovdan da söhbət açıb:
“Onun bizim əsas komandamıza qoşulması qəribə oldu. Milli komandalara görə yaranmış fasilədə bizə əvəzedici heyətdən gələrək məşqlərə qoşuldu. Gördüm ki, onun çox yaxşı keyfiyyətləri var, topa yaxşı nəzarət edir. İlk ötürməsi də çox yaxşıdır. O, bizim məşqlərə çox uyğun gəldi. Komanda olaraq daha çox top saxlayırıq, önə oynayırıq. Onda da bu keyfiyyətlər var idi. Oktyabrdan bu yana bizimlə məşq edir. Düzdür, meydanda çox dəqiqələri əldə etməyib. Amma bu gün ona dəstək olmağa çalışdıq. Məşqlərdə iştirak edən oyunçularımızın uğurumuzda toxunuşu var idi. Ona görə bu gün də biz onlara həmin mükafatı verdik. Debüt etməyə layiq idilər. Bizim kimi çempion olan komandalarda standartlar çox yüksək olur, rəqabət yüksəkdir. Bəzən oyunçular çox məşq etsələr də, onlara fürsət verməyə imkan olmur. Cəfər Muxtarov da daxil olmaqla bu cür oyunçular eqolarını komanda üçün tərk edirlər. Əllərindən gələni edirlər ki, məşqimiz çox yüksək səviyyədə keçsin. Cəfər Muxtarov milli komandanı da nəzərdən keçirməlidir. Daha çox topa nəzarət etmək istəyiriksə, bu cür oyunçulara önəm vermək lazımdır. Açar ötürmələr verir. Gələcək nəyi göstərər, deyə bilmərəm. Amma o, bu gün oynamağa layiq idi”.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 30-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ayxan Abbasov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Onlara, eyni zamanda ölkəmizi avrokuboklarda təmsil edəcək bütün komandalara uğurlar arzulayıram. Azarkeşlərimizə dəstəklərinə görə minnətdaram.
Çətin oyun oldu. Epizodlarımız olsa da, onlardan düzgün istifadə edə, yararlana bilmədik. David Santosun zədələnməsi oyunun qırılma anı idi. Gənclərə şans verdik, epizodlar yaratdıq. “Sabah” kimi komandaya qarşı oynamaq çətindir. Qarşıda üç oyunumuz var. Mövsümü maksimum şəkildə yaxşı bitirməyə çalışacağıq”.
“Kür-Araz” – “Şəki” Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Eldar Məmmədov. Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.
“Ağdaş” – “Araz Saatlı” Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Ağdaş şəhər stadionu, 16:30.
5 may
“Quba” – “Xankəndi” Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Dinamo” Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Novruz Əzimov. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Şirvan” – “Şəmkir” Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Namiq Əliyev. Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.
Burada “Şamaxı” lider “Sabah”la üz-üzə gəlib. Artıq tarixində ilk çempionluğu təmin etmiş paytaxt təmsilçisinin səfər oyununu Kamal Umudlu idarə edib. “Bayquşlar” 3 cavabsız qol sayəsində növbəti 3 xala seviniblər.
Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan” – “Neftçi” matçı ayın 5-də baş tutacaq. Turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a qalib gəlib (2:1), “Araz-Naxçıvan” “İmişli”yə (0:1) məğlub olub.
Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.
Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Orlandi Siti” ilə qarşılaşıb.
“Vağlar” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıblar –3:4. Messi 90 dəqiqə meydanda olub və 1 qol, 1 assist, 1 sarı vərəqə ilə yadda qalıb. O, komandasının 25-ci dəqiqədə vurduğu ikinci qolda məhsuldar ötürmə veribsə, 34-cü dəqiqədə özü fərqlənib. Ulduz futbolçu 78-ci dəqiqədə sarı vərəqə də alıb.
“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 11 oyundan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 11 oyunda 5 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 12 oyuna çıxıb, 9 qol vurub, 1 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 100 oyun, 86 qol və 45 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
İngiltərə Çempionşipində mübarizə aparan “İpsviç Taun” komandası 2026/2027-cı illər mövsümündə Premyer Liqada çıxış edəcək.
Arena.az xəbər verir ki, ötən gün Çempionşipdə 2025/2026-cı illər mövsümünün əsas hissəsinə yekun vurulub.
Sonuncu – 46-cı turda KPR-i 3:0 hesabıyla məğlub etmiş İpsviç təmsilçisi 84 xalla ikinci yeri tutaraq elitaya yüksəlib. Bu komanda yalnız lider və çempion olan “Koventri Siti”dən (95 xal) geri qalıb və ən yaxın izləyicisi olan “Milluoll”u (83 xal) 1 xal qabaqlayıb. Kiran Makkennanın rəhbərlik etdiyi kollektiv cəmi bir illik fasilədən sonra Premyer Liqaya qayıdıb.
“İpsviç Taun” 2024/2025-ci illər mövsümündə Premyer Liqada 22 xal toplayaraq elitanı tərk etmişdi.
Xatırladaq ki, bundan əvvəl “Koventri Siti” də Premyer Liqaya vəsiqə qazanmışdı. Elitaya yüksələn sonuncu komanda isə pley-off matçlarından sonra müəyyənləşəcək. “Milluol” (83), “Sauthempton” (80), “Midlsbro” (80) və “Hall Siti” (73 xal) sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində “Çerno More” ilə qarşılaşıb.
“Arda” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Hüseynov 90 dəqiqə meydanda olub.
“Arda” 32 turdan sonra 45 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 12 qələbə qazanıb, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 81 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Türkiyənin Birinci Liqasında mübarizə aparan “Amedspor” komandası tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, ötən gün Türkiyə Birinci Liqasında 2025/2026-cı illər mövsümünün əsas hissəsinə yekun vurulub.
“Amedspor” mövsümün sonuncu – 38-ci turunda “İğdır”ın qonağı olub. Altı qolun qeydə alındığı qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb. Bu nəticə Diyarbəkir təmsilçisinin tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanması üçün kifayət edib.
Diyarbəkir klubu mövsümü 74 xalla 2-ci pillədə başa vurub. Daha öncə Super Liqaya yüksəlmiş “Ərzurumspor” da liderliyini qoruyaraq çempion olub. “Erokspor” isə 74 xalla üçüncü yeri tutub. Super Liqaya 3-cü vəsiqənin sahibi pley-off matçlarından sonra müəyyənləşəcək. “Çorum”, “Bodrumspor”, “Pendikspor” və “Keçiörengücü” arasında pley-off oyunlarının qalibi finalda “Erokspor”la qarşılaşacaq. Finalın qalibi isə Super Liqada çıxış etmək hüququ qazanacaq.
Qeyd edək ki, “Amedspor”un Super Liqaya yüksəlməsinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da biganə qalmayıb. O, bu münasibətlə kluba təbrik ünvanlayıb:
“Növbəti mövsümdə Diyarbəkiri Super Liqada təmsil edəcək “Amedspor”u, bütün klub ictimaiyyətini və diyarbəkirli qardaşlarımı ürəkdən təbrik edir, onlara uğurlar arzulayıram”.
Birinci Liqada son 4 yeri tutmuş “Serikspor”, “Sakaryaspor”, “Hatayspor” və “Adana Dəmirspor” isə aşağı liqaya yuvarlanıblar.
Sonda onu da xatırladaq ki, Türkiyə Super Liqasında Birinci Liqaya düşməyə əsas namizədlər bunlardır:
Almaniya İkinci Bundesliqasında mübarizə aparan “Şalke” 2026/2027-ci illər mövsümündə əsas Bundesliqada çıxış edəcək.
Arena.az xəbər verir ki, növbəti mövsümdə Almaniya Bundesliqasına vəsiqə qazanmış ilk komanda bəlli olub.
Miron Musliçin rəhbərlik etdiyi komanda ötən gecə İkinci Bundesliqanın 32-ci turu çərçivəsində Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanaraq xallarını 67-ə çatdırıb. Nəticədə bu komanda elitaya vəsiəqəni təmin edib. Liderin əsas izləyicisi “Paderborn” sona iki tur qalmış 58 xalla ikinci pillədə qərarlaşıbsa, “Hannover”in 57, “Elversberq”in 56 xalı var. “Darmştadt” 51, “Herta” 48 xal toplayıb.
Qeyd edək ki, İkinci Bundesliqada 2-ci yeri tutacaq komanda da əsas Bundesliqaya birbaşa vəsiqə qazanacaq. 3-cü olacaq kollektivi isə əsas Bundesliqada 16-cı yeri tutacaq komanda ilə pley-off qarşılaşmaları gözləyir.
Qeyd edək ki, “Şalke” üç mövsüm idi İkinci Bundesliqada çıxış edirdi.
Əsas Bundesliqada elitanı tərk etməyə əsas namizədlər isə 18-ci olan “Haydenhaym” (23 xal), 17-ci pillədə qərarlaşmış “Volfsburq” (25), 16-cı sırada yer almış “Sankt Pauli”dir (26).
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində doğma meydanda “Minnesota Yunayted”lə qarşılaşıb.
Beş qolun qeydə alındığı oyun Ohayo təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 2:3. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşün 81-ci dəqiqəsində meydana buraxılıb.
“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 11 oyundan sonra 12 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Nərimanın komandası 11 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 6 oyun keçirsə də, fərqlənə bilməyib.
“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”in Drezden “Dinamo”suna qarşı keçirdiyi oyunda iştirak etməyib.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçunun adı 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində qarşılaşdıqları “Dinamo” ilə matçın iştirak ərizəsinə də daxil edilməyib.
Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
32 turdan sonra 46 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 32 oyunda 14 qələbə qazanıb, 4 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 11 oyuna çıxıb, 2 qola imza atıb.
Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 31-ci turu çərçivəsində Poznan “Lex”i ilə qarşılaşıb.
Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və məğlubiyyətə üzülüb – 0:1. Renat bu görüşün 77-ci dəqiqəsində meydana buraxılıb.
31 turdan sonra 39 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 31 oyunda 9 qələbə qazanıb, 12 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 21 oyunda fərqlənə bilməyib.
Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 34-cü turu çərçivəsində “Flamurtari” ilə qarşılaşıb.
“Partizani” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 79-cu dəqiqəsində əvəzlənib.
“Partizani” 34 turdan sonra 45 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 34 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 34 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 34-cü turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Əliyev görüşə start heyətdə başlasa da, 72-ci dəqiqədə əvəzlənib.
Ardıcıl 4-cü məğlubiyyətini almış “Eqnatiya” 34 turdan sonra 54 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 34 oyunda 15 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 70 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
“Şamaxı” lider “Sabah”ı qəbul edəcək. Artıq tarixində ilk çempionluğu təmin etmiş paytaxt təmsilçisinin səfər oyununa saat 16:00-da start veriləcək. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.
Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. Oyunun baş hakimi Elçin Məsiyev olacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 18:30-da səslənəcək.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
“Vilyarreal” doğma meydanda “Levante”yə böyük hesabla qalib gəlib. “Valensiya” evdə “Atletiko”ya, “Alaves” “Atletik”ə məğlub olub. Səfərdə “Osasuna” ilə qarşılaşmış lider “Barselona” da turu qələbə ilə başa vurub və çempionluğa bir addım da yaxınlaşıb.
34-cü turun qalan görüşləri mayın 3-də və 4-də keçiriləcək.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Vulverhempton” – “Sanderlend” matçında qalib müəyyənləşməyib. “Brentford” doğma meydanda “Vest Hem”ə, “Nyukasl” “Brayton”a, lider “Arsenal” da “Fulhem”ə 3 qolla qalib gəlib.
35-ci turun qalan görüşləri mayın 3-də və 4-də keçiriləcək.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Bayern” – “Haydenhaym” və “Hoffenhaym” – “Ştutqart” matçlarında qalib müəyyənləşməyib. Dörd qolluq “Union Berlin” – “Köln” görüşündə də heç-heçə qeydə alınıb. “Ayntraxt” evdə “Hamburq”a, “Verder” “Auqsburq”a məğlub olub. “Bayer” isə “Leypsiq”lə ev oyununda darmadağına sevinib.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Lider “Qalatasaray” səfərdə “Samsunspor”la qarşılaşıb və böyük hesabla uduzub. Halbuki, İstanbul təmsilçisi qalib gəlsəydi erkən çempionluğu təmin edəcəkdi.
Liderin əsas izləyicisi “Fənərbağça” isə bu turda “Başakşəhər”lə ev oyunundan inamlı qələbə ilə ayrılaraq aradakı xal fərqini azaldıb.
Üçüncü pillədə qərarlaşmış “Trabzonspor” da “Göztəpə” ilə ev oyunundan xal itkisi ilə ayrılıb.
32-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
“İmişli”nin baş məşqçisi Xorxe Kaşkilya Azərbaycan Premyer Liqasının 30-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “İmişli”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xorxe Kaşkilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Oyunun vacibliyini bilirdik. Qələbə bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Demək olar, Premyer Liqadakı yerimizi 99 faiz təmin etmişik. Debütant olmağımıza baxmayaraq, yaxşı xallar qazandıq. Bu, klub üçün tarixdir. Ümid edirəm ki, fanatlar da nəticədən razıdırlar. Oyuna gəlincə, rəqibin ikinci hissədə yüksək pressinq tətbiq edəcəyini bilirdik. Əks-hücumlardan fərqlənmək üçün şanslarımız var idi.
Hədəfə böyük ölçüdə çatsaq da, komandanı motivasiya etmək bundan sonra da çətin olmayacaq. Əksinə, onları motivasiya etmək daha asan olacaq. Futbolçuların üzərində təzyiq olanda bu iş daha çətin olur. Onlar artıq qarşıdakı matçlara yaxşı oyun üçün çıxacaqlar. Məqsəd hər oyunda xal qazanmaq, qalib gəlməkdir”.
Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Hertseq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirir.
Arena.az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində bu gün ilk yoxlama görüşünü keçirib.
Millimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Azərbaycan futbolçuları yekunda 6:1 hesablı qələbəyə seviniblər.
Xatırladaq ki, minifutbol millimiz təlim-məşq toplanışı çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. Belə ki, komandamız Monteneqro və Qazaxıstan yığma komandalarının iştirakı ilə keçiriləcək miniturnirdə qüvvəsini sınayacaq.
“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 30-cu turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Andrey Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında futbolçularının istəksiz oynamasından şikayətlənib:
“İmişli” bu gün bizdən daha çox istəkli idi. Futbolu daha “ac” futbolçular oynamalıdırlar. İstəksiz futbol oynamırlar. Futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı. “İmişli” ona görə qələbə qazandı.
Futbolçularda nəyə görə istək yox idi? Çünki “ac” deyirlər. Futbolu qalib gəlmək istəyən oyunçular oynamalıdırlar”.
Ukraynalı mütəxəssis növbəti mövsümdə komandada qalmasının qeyri-müəyyən olduğunu da etiraf edib:
“Hazırda rəhbərliklə bu yöndə danışıqlar yoxdur. Ona görə də bu sual barədə nəsə deyə bilmərəm. Çünki öz taleyimin necə olacağını bilmirəm”.
Azərbaycan Premyer Liqasının 30-cu turunun “Araz-Naxçıvan” – “İmişli” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 30-cu tur 2 may
“Araz-Naxçıvan” – “İmişli” 0:1 Qol: Dioqo Kardozo, 18. Sarı vərəqələr: Yav Mozes, 65 (qeyri-idman hərəkəti). Luis Silvestr, 71 (hakimin qərarına etiraz). Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 6 dəqiqə. Saat 18:30. “Sumqayıt Arena”, 100 tamaşaçı.
Baş hakim: Vüqar Həsənli. Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Zöhrab Abbasov. Dördüncü hakim: Emin Əliyev. VAR: Fərid Hacıyev. AVAR: Rəhman İmami. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k) (19. Bar Kohen, 69), 8. Coşqun Diniyev (24. Mustafa Əhmədzadə, 59), 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado (14. Ülvi İsgəndərov, 69), 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes (5. Slavik Alxasov, 85), 10. Felipe Santos, 70. Çarlz Boli (7. Hamidu Keyta, 59). Ehtiyat oyunçular: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 77. Bruno Franko. Baş məşqçi: Andrey Demçenko.
İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov (10. Nikola Karaklaiç, 72), 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes (17. Ezekiel Morqan, 72), 23. Dioqo Rollo (70. Mehdi Tahirov, 16), 79. Dioqo Kardozo (97. Xəzər Mahmudov, 90+2), 7. Luis Silvestr (21. Abbas Ağazadə, 90+2). Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli. Baş məşqçi: Xorxe Kaskilya.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.
“Araz-Naxçıvan” burada “İmişli” ilə üz-üzə gəlib. “Sumqayıt Arena”da keçirilmiş matçın baş hakimi Vüqar Həsənli olub. Qonaqlar tək qolla 3 xal qazanıblar.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 70. Çarlz Boli. Ehtiyat oyunçular: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 24. Mustafa Əhmədzadə, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen. Baş məşqçi: Andrey Demçenko.
İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 23. Dioqo Rollo, 79. Dioqo Kardozo, 7. Luis Silvestr. Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 17. Ezekiel Morqan. Baş məşqçi: Xorxe Kaskilya.
Azərbaycan Premyer Liqasının 30-cu turunun “Kəpəz” – “Sumqayıt” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 30-cu tur 2 may
“Kəpəz” – “Sumqayıt” 2:1 Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına. Sarı vərəqələr: Ehtiram Şahverdiyev, 63 (qeyri-idman hərəkəti). Luis Paçu, 90+2 (qeyri-idman hərəkəti) – Kənan Feyziyev, 43 (qeyri-idman hərəkəti). Emil Mustafayev, 54 (qeyriidman hərəkəti). Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Saşa İliç, oyundan sonra (hakimin qərarına sərt formada etiraz etdiyi üçün). Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 5 dəqiqə. Saat 16:00. Yevlax şəhər stadionu, 500 tamaşaçı.
Baş hakim: Əli Əliyev. Baş hakimin köməkçiləri: Akif Əmirəli, Müslüm Əliyev. Dördüncü hakim: Namiq Bəkirov. VAR: Elvin Bayramov. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Asif Əliyev.
Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev (7. Ehtiram Şahverdiyev, 46), 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa (88. Şakir Seyidov, 33), 12. Mahamadu Ba, 14. Adama Fofana (6. Camal Cəfərov, 77), 4. Mate Abuladze, 10. Ryonosuke Ohori (17. Ümid Səmədov, 77). Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov. Baş məşqçi: Azər Bağırov.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə (95. Nsana Simon, 76), 29. Emil Mustafayev (6. Sedrik Badolo, 61), 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (23. Ronaldo Vaskes, 76), 33. Danilo Beskorovaynı, 80. Keffel Resende (72. Rayan Senhadji, 11), 11. Aleksa Yankoviç. Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev. Baş məşqçi: Saşa İliç.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 30-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun oldu. Qarşılaşma bizim üçün yaxşı başlaya bilərdi. Yenə epizodlardan yararlana bilmirik. Buraxdığımız qollar da kuryoz alınır. Uşaqlara təşəkkür edirəm ki, tez toparlandılar və oyunun sonunda əsl geridönüş etdilər. Xüsusi təşəkkürlər əsl azarkeşlərimizədir. Dırnaqarası bəzi azarkeşlər də var ki, komanda udanda da nəsə bəhanə axtarırlar, əziyyətə qiymət vermirlər. Futbolu bilən azarkeşlər anlayırlar ki, mən gələndə komanda hansı durumda idi. Böyük ölçüdə komandaya heç kimi cəlb edə bilmədim. 6 futbolçu transfer etmişəm. Bunların içində yeganə legioner Mate Abuladzedir. Gətirdiyim oyunçuların bəziləri 1-ci Liqa və Əvəzedicilər Liqasındandır. Onlara da təşəkkür edirəm ki, meydanda vuruşurlar. İnşallah, hər şey onlar üçün yaxşı olar. Kimlərin istefa qışqıracağı mənim üçün önəmli deyil.
Komandamızda ehtiyat oyunçular skamyası yoxdur. Kimsə zədələnəndə mövqeni birdən dəyişirik. Bunu əsl azarkeş görür. Dioqo Verdaska meydanda olmayanda 3-4 mövqe axsayır. Bunun üçün Mendeleyev olmaq lazım deyil. Sadəcə “Kəpəz”i qəlbən istəmək lazımdır.
Bütün rəqiblərə başağrısı olmuşuq. Futbolçulara tapşırıram ki, xırda səhvlər etməsək, qələbələr gələcək. Bizim kimi komandadan xırda səhvlər qola səbəb olur. İnanıram ki, hər şey daha yaxşı olacaq”.
“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Sumqayıt”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç bu oyunda qırmızı vərəqə aldığı üçün mətbuat konfransında iştirak etməyib. Əvəzində onun köməkçisi Kaplanoviç jurnalistlər önünə çıxıb:
“Oyun barədə danışmaq istəmirəm. Rəqibi təbrik edirəm. Hakimdən danışmalıyam. Nəyə görə penalti verildiyini başa düşmədim. Aydındır ki, turnir cədvəlində rahat yerdəyik. Amma yenə də bizə qarşı belə hərəkəti anlaya bilmirəm. Hər dəfə “Sumqayıt”ın oyununda belə hallar olur. Hər dəfə qırmızı vərəqə… Saşa İliç bir neçə dəfə qırmızı vərəqə alıb. Mənim özümə də verilib. Başa düşmürəm ki, bu, nə ilə bağlıdır. Top bədəndən ələ dəyib. Belə penaltini başa düşə bilmirəm. Bu, birinci dəfə deyil. Belə şeylərə görə xallar itiririk. Bir az həyəcanlıyam, hisslərimə hakim ola bilmirəm. Amma belə olmaz.
İkinci penalti təmiz idi. Buna nəsə demirəm. Bəli, səhv etdik. Bunu təhlil edəcəyik. Bizim üçün problemli məsələ birinci penaltidir. Hər dəfə “Sumqayıt”a qarşı belə halların niyə baş verməsini başa düşmürəm. Baş məşqçi Saşa İliç hakimə heç nə demədi. Amma birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı.
Oyunun baş hakiminin əslən gəncəli olması gülməlidir. Məncə, haqsızlıqdır. Hər şeydən əvvəl peşəkar olmaq lazımdır. Gənc oyunçunu da fikirləşmək lazımdır. 18 yaşlı futbolçu belə haqsızlıqla qarşılaşırsa, onun gələcəyinə təsir edə bilər”.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Tacikistanda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançımız bu gün üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Rəşid Məmmədəliyev yarışda üçüncü yeri tutub.
Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər.
“Böyük Dəbilqə” mayın 3-də başa çatacaq. Sabah +100 kq çəki dərəcəsində mübarizə aparan millimizin digər üzvləri Uşanqi Kokauri ilə Camal Qamzatxanov da mübarizəyə qoşulacaqlar. 1/8 finaldan mübarizəyə qoşulacaq Kokauri Mohammadpuria Banaeyan Tolki (İran), Qamzatxanov isə Yovan Pekoviçlə (Monteneqro) qarşılaşacaq.
Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün qalibini müəyyənləşdirəcək final seriyası davam edir.
Arena.az xəbər verir ki, bu gün “Sabah” və “Abşeron Lions” komandaları arasındakı final seriyasının ikinci oyunu keçirilib.
Bakı İdman Sarayında baş tutmuş oyun yenə “Sabah” basketbolçularının üstünlüyü şəraitində keçib. Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda bu dəfə də “Abşeron Lions”dan üstün olub. Qarşılaşma 112:84 hesabı ilə “bayquşlar”ın xeyrinə bitib. Nəticədə bu komanda super seriyada ümumi hesabı 2:0 edib.
Final seriyasının üçüncü oyunu mayın 5-də baş tutacaq. Qarşılaşmaya saat 19:00-da start veriləcək.
Qeyd edək ki, ABL-in 2025/2026-cı illər mövsümünün reqlamentinə əsasən, final seriyasında ən tez üç qələbə qazanmış komanda Azərbaycan çempionu olacaq.
Azərbaycan Basketbol Liqasının sonuncu qalibi məhz “Sabah” komandasıdır.
Futbol üzrə İspaniya yığmasının keçmiş sağ cinah müdafiəçisi, Madrid “Real”ının kapitanı Dani Karvaxal yenidən zədələnib.
Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belə ki, klub Karvaxalın sağlamlıq vəziyyətini açıqlayıb. Aparılan tibbi müayinələrin nəticələrinə əsasən, 34 yaşlı cinah müdafiəçisinin ayaq barmağında sınıq aşkarlanıb.
Xatırladaq ki, Karvaxal ötən ilin oktyabr ayının sonundan yanvar ayınadək diz nahiyəsindəki zədə səbəbindən 12 görüşü buraxmaq məcburiyyətində qalıb. Komandanın kapitanı bundan əvvəl isə sentyabrdan oktyabr ayınadək əzələ zədəsindən əziyyət çəkmişdi. Ümumiyyətlə, ispan futbolçu son illərdə tez-tez zədə alması və əməliyyata məruz qalması ilə gündəmə gəlir.
Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Təcrübəli futbolçunun bu klubla cari müqaviləsinin müddəti 2026-ci ilin iyun ayının sonuna qədərdir.
Cari mövsümdə Karvaxal “Real” üçün 20 oyun keçirib. Daninin “Real” karyerası ümumilikdə 448 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.
Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 52 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.
“Transfermarkt” internet-portalı 34 yaşlı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
“Mənim üçün Neymar – gördüyüm ən istedadlı oyunçudur. Onunla milli komandamızda uzun müddət olmuşam və deyə bilərəm ki, bu, xalis istedaddır. Onun malik olduğu səlislik təəssürat doğurur”, deyə Antoni vurğulayıb.
Xatırladaq ki, Neymar “Santos”un məzunudur. Hücumçu 2009-2013-cü illərdə məhz “balıqlar”ın əsas komandasında çıxış edib. “Santos”un veteran hücumçu ilə müqaviləsinin müddəti 2026-cı ilin sonunadək nəzərdə tutulub.
12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış “Ney” cari mövsümdə “balıqlar” üçün 11 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Braziiliyalı futbolçunun “Santos”da çıxışının ümümi mənzərəsi 264 oyun, 151 qol və 73 məhsuldar ötürmədən ibarətdir.
Neymar 2010-cu ilin avqust ayında debüt etdiyi Braziliya millisinin heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib. “Ney” “selesao” ilə FIFA Konfederasiyalar Kubokunu (2013) və Olimpiya Oyunlarını (2016) qazanıb.
Braziliyalı futbolçu karyerası ərzində İspaniyada “Barselona”nın, Fransada PSJ-nin, Səudiyyə Ərəbistanında “Əl-Hilal”ın da formasını geyinib.
“Transfermarkt” internet-portalı 34 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
“Atletiko”nun hücumçusu Xulian Alvares Çempionlar Liqasının yarımfinalında “Arsenal”a qarşı cavab oyununda iştirak edə biləcək.
Arena.az xatırladır ki, argentinalı futbolçu İngiltərə təmsilçisinə qarşı “Metropolitano”da keçirilmiş ilk oyunda (1:1) zədələnərək, ikinci hissədə əvəzlənmişdi.
Lakin Alvaresi zədəsinin ciddi olmadığı məlum olub. Vurğulanır ki, argentinalı hücumçu mayın 5-də “Emireyts”də “Arsenal”a qarşı keçiriləcək cavab oyununda “döşəkçilər”ə kömək edə biləcək.
Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvaresin “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.
Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 105 oyunda 49 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 51 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğin qiymətləndirir.
Braziliyanın “Atletiko Mineyro” klubu 39 yaşlı hücumçusu və kapitanı Halk ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
Arena.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
Təcrübəli futbolçunun yaxın vaxtlarda “Fluminense” ilə müqavilə imzalaması gözlənilir.
Halk 2021-ci ilin fevral ayından “Atletiko Mineyro”nun uğurları üçün çalışırdı. Təcrübəli forvard bu komandanın heyətində bütövlükdə 309 oyun keçirib, 140 qol vurub, 56 məhsuldar ötürmə verib.
Braziliyalı hücumçu daha öncə “Portu”, “Zenit”, “Tokio Verdi”, “Konsadole Sapporo”, “Şanxay”, “Kavasaki Frontale”, “Vitoriya” (Salvador) kimi klubların da formasını geyinib.
Halk 2009-cu ilin noyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 49 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermakt” intenet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.
İtaliya B Seriyasında mübarizə aparan “Venesiya” komandası 2026/2027-ci illər mövsümündən A Seriyasında çıxış edəcək.
Arena.az xəbər verir ki, sözügedən komanda bunu B Seriyasının 2025/2026-cı illər mövsümünün 37-ci turunda səfərdə “Spetsiya” ilə heç-heçə etməklə bacarıb.
Hazırda 79 xalı olan venesiyalılar sona 1 tur qalmış 3-cü yerdəki “Montsa”nı 4 xal qabaqlayıb və elitaya vəsiqəni təmin edib. İkinci yerdə 78 xala malik “Frozinone” qərarlaşıb. “Palermo” isə 72 xalla dördüncüdür.
Xatırladaq ki, “Venesiya” sonuncu dəfə 2021/2022-ci illər mövsümündə A Seriyasında yarışıb.
Cari mövsümün sonunda A seriyasını tərk edəcək 2 komandanın adına da aydınlıq gəlib. Bunlar “Piza” və “Verona”dır.
“Piza” 35-ci turda “Leççe”yə 1:2 hesabı ilə məğlub olaraq, 17-ci yerə yüksəlmək şanslarını itirib. Bu, onların 1990/1991-ci illər mövsümündən bəri yüksək liqada ilk ili idi.
Həmçinin “Verona”nın da “Leççe”ni keçə bilməyəcəyi dəqiqləşib. Onlar 2019-cu ildən bəri A Seriyasında oynayırdılar.
“Yuventus”un baş məşqçisi, italiyalı futbol mütəxəssisi Luçano Spalletti A Seriyasında aprel ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.
“Yuventus” aprel ayında keçirdiyi 4 oyunun üçündən qalib ayrılıb, birində heç-heçə edib. Spallettinin komandası “Cenoa” (2:0), “Atalanta” (1:0) və “Bolonya” (2:0) ilə görüşlərdən 3, “Milan”la matçdan (0:0) 1 xalla ayrılıb.
Spalletti cari mövsümdə ilk, karyerasında isə 5-ci dəfə bu mükafata layiq görülüb. O, 2021-ci ilin sentyabr, 2022-ci ilin fevral və oktyabr, həmçinin 2023-cü ilin yanvar aylarında da oxşar uğura imza atmışdı. Spalletti həm də rekordçu (beşqat qalib) olan Simone İnzaqiyə çatıb.
A Seriyasının cari mövsümündəki ilk mükafatı “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı. O, avqustun ən yaxşısı seçilmişdi. Sentyabrda və noyabrda Massimiliano Alleqri (“Milan”), oktyabrda Can Pyero Qasperini (“Roma”), dekabrda və bu ilin yanvarında Kristian Kivu (“İnter”), fevralda Raffaele Palladino (“Atalanta”), martda Sesk Fabreqas (“Komo”) fərqlənmişdi.
Xatırladaq ki, Luçano Spalletti ötən ilin oktyabr ayından “Yuventus”a rəhbərlik edir. İtaliyalı mütəxəssis bu komandanı indiyə qədər 34 oyuna çıxarıb, 19 qələbə, 9 heç-heçə və 6 məğlubiyyət görüb. Turin təmsilçisi A Seriyasının cari mövsümündə 34 turdan sonra 64 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Spalletti məşqçilik karyerası ərzində “Empoli”, “Sampdoriya”, “Venesiya”, “Udineze”, “Ankona”, “Roma”, “Zenit”, “İnter” və “Napoli”yə də rəhbərlik edib. O, “Napoli”yə 1990-cı ildən bəri ilk dəfə olaraq İtaliya çempionluğunu qazandırıb. “Yuventus”dan öncə isə Spalletti İtaliya milli komandasının baş məşqçisi olub.
Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Neftçi” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Xoni Montiel əməliyyat olunub.
Arena.az xəbər verir ki, ayaq barmağı sınan və ötən gün əməliyyat olunan ispaniyalı yarımmüdafiəçi ən azı 1 ay meydana çıxa bilməyəcək.
Bu isə Montiel üçün mövsümün erkən bitməsi deməkdir.
Xatırladaq ki, Montiel “Neftçi” ilə matçın 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud oyunundan sonra zədələnmişdi. O, əvəzləndikdən dərhal sonra birbaşa xəstəxanaya aparılmışdı.
Xoni Montiel 2025-ci ilin avqust ayında İspaniyanın “Rayo Valyekano” klubundan azad agent kimi ayrıldıqdan sonra “Qarabağ”a keçib. 27 yaşlı ispan futbolçunun Ağdam klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, Azərbaycan klubunun heyətində 25 oyuna çıxıb, 5 qol və 10 məhsuldar ötürmə müəllifi olub.
Montiel daha öncə “Rayo Valyekano”, “Toledo”, “Deportivo”, “Real Ovyedo”, “Levante”, “Valyadolid” və “Burxos” kimi klubların da şərəfini qoruyub. İspan yarımmüdafiəçi ölkəsinin U-17, U-18 və U-19 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Kəpəz” “Sumqayıt”ı sınağa çəkəcək. Yevlax şəhər stadionunda keçiriləcək oyuna saat 16:00-da start veriləcək. Qarşılaşmanı Əli Əliyev idarə edəcək.
Günün digər oyunu “Araz-Naxçıvan”la “İmişli” arasında təşkil ediləcək. “Sumqayıt Arena”da keçiriləcək oyunun start fiti 18:30-da səslənəcək. Matçın baş hakimi Vüqar Həsənli olacaq.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 35-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda çempionatın aşkar autsayderi “Piza” doğma meydanda əsas rəqiblərindən biri olan “Leççe” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı görüş qonaqların qələbəsi ilə yekunlaşıb.
35-ci turun qalan görüşləri mayın 2-də, 3-də və 4-də keçiriləcək.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Rizəspor” – “Konyaspor” matçında meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Qaziantep”lə üz-üzə gəlmiş “Beşiktaş” da turu inamlı qələbə ilə başa vurub.
32-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf FIFA-nın 76-cı Konqresi çərçivəsində bir sıra görüşlər keçirib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Kanadanın Vankuver şəhərində təşkil olunmuş tədbir zamanı AFFA prezidenti müxtəlif milli assosiasiyaların rəhbərləri ilə görüşərək futbol sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Rövşən Nəcəf Özbəkistan, Belçika, Pakistan, Banqladeş və digər futbol federasiyalarının prezidentləri ilə bir araya gələrək qarşılıqlı əlaqələrin inkişafı və gələcək birgə layihələr barədə fikir mübadiləsi aparıb.
Görüşlərdə futbolun inkişafına yönəlmiş məsələlər də müzakirə olunub.
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirəcəkləri cavab oyununu buraxacaq.
Arena.az xəbər verir ki, Almaniya nəhəngi ilə doğma meydanda baş tutmuş ilk oyunda (5:4) zədə almış futbolçu ətraflı tibbi müayinədən keçib.
Hakimi ombasından zədələnib. Klubdan verilən məlumata görə, Hakimi Münhendə keçiriləcək oyunu buraxmalı olacaq. Əgər PSJ finala vəsiqə qazanarsa, Hakimi parislilərin xidmətində ola biləcək.
Xatırladaq ki, PSJ və “Bayern” arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması mayın 6-da Münhendə baş tutacaq. Bu cütün qalibi finalda “Atletiko” – “Arsenal” cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Əşrəf Hakimi Madrid “Real”ının yetirməsidir. İspaniya nəhəngi bir müddət Dortmund “Borussiya”sında (Almaniya) icarədə də olmuş müdafiəçini 2020-ci ildə 43 milyon avroya Milan “İnter”inə satıb. PSJ isə Əşrəfi 2021-ci ilin yayında 68 milyon avro müqabilində heyətinə qatıb. 27 yaşlı futbolçunun Paris klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Hakimi indiyə qədər Fransa nəhənginin heyətində 206 oyuna çıxıb, 28 qol və 44 məhsuldar ötürmə müəllifi olub.
2016-cı ildə Mərakeş yığmasında debüt etmiş Hakimi millinin heyətində 95 oyun keçirib, 11 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
“Kür-Araz” – “Şəki” Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Eldar Məmmədov. Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.
“Ağdaş” – “Araz Saatlı” Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Ağdaş şəhər stadionu, 16:30.
5 may
“Quba” – “Xankəndi” Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Dinamo” Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Novruz Əzimov. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Şirvan” – “Şəmkir” Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Namiq Əliyev. Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandalar mayın 7-də “Olimpik Star”da üz-üzə gələcəklər. Əvvəlcə, “Baku Fire” lider “Neftçi” İK ilə qarşılaşacaq. Günün digər oyunu son çempion “Araz-Naxçıvan”la U-19 millimiz arasında baş tutacaq.
“Şuşa” isə bu turda meydana çıxmadan 3 xal qazanacaq. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılacaq.
Yüksək Liqa 19-cu tur 7 may
Baku Fire – Neftçi İK Bakı. “Olimpik Star”. Saat 14:00.
Araz-Naxçıvan – U-19 Bakı. “Olimpik Star”. Saat 16:30.
Xallar: Neftçi İK – 49. Araz-Naxçıvan – 46. Baku Fire – 35. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqanın 21-ci turundan təxirə salınmış bir oyunla bağlı qərarlar açıqlanıb.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 21-ci tur
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.
“Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə Ağdam komandası 8000 manat cərimə edilib.
Futbol üzrə Türkiyə millisinin hücumameyilli yarımmüdafiəçisi, “Fənərbağça”nın kapitanı Mert Hakan Yandaş cəzalandırılıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, qanunsuz mərc oyunlarında iştirak etməsi səbəbindən 31 yaşlı yarımmüdafiəçi bir il müddətinə diskvalifikasiya edilib.
Xatırladaq ki, Hakan Yandaş bir müddət əvvəl sözügedən məsələyə görə həbs olunmuş, daha sonra azadlığa buraxılmışdı.
Mert Hakan Yandaş 2020-ci ilin avqust ayından “Fənərbağça”nın uğurları üçün çalışır. Onun İstanbul klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. Yarımmüdafiəçi bu komandanın heyətində 149 oyuna çıxıb, 11 qol və 25 məhsuldar ötürmə müəllifi olub.
Mert karyerası ərzində “Sivasspo”, “Bucaspor”, “Menemen”, “Yeşil Bursa”, “Altınordu” kimi klubların da formasını geyinib. O, 2020-ci ildə Türkiyə millisində də 1 oyun keçirib, lakin sonralar forma şansı qazanmayıb.
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, komandamız yenə Belarus millisi ilə qarşılaşıb.
Su İdmanı Sarayında təşkil olunmuş görüş qonaq millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin qollarını Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.
Xatırladaq ki, çimərlik futbolu yığmamız Bakıdakı hazırlıq prosesi çərçivəsində Belarus milli komandasına qarşı keçirdiyi ilk oyunda 1:3 hesabıyla məğlub olmuşdu.
Bu toplanış üçün millimizə dəvət edilmiş oyunçuların adlarını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” yarımmüdafiəçisi İdris İnqilablı ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaqdı.
Xatırladaq ki, İdris İnqilablı 2024-cü ildən “İmişli”də çıxış edir. Mərkəz yarımmüdafiəçisi cari mövsümdə əyalət təmsilçisinin heyətində 28 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
“Qəbələ”nin yetirməsi olan İdris karyerası ərzində “Sabah” və “Kəpəz”in də formasını geyinib. Yarımmüdafiəçi Azərbaycanın U-19 və U-21 yığmalarında çıxış etsə də, əsas millimizdə debüt şansı qazanmayıb.
Qeyd edək ki, “İmişli” ilk mövsümünü keçirdiyi Azərbaycan Premyer Liqasında hazırda 29 oyuna topladığı 29 xalla 9-cu sırada qərarlaşıb.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) qadın və kimi şahmatçıların 2026-cı il mayın 1-nə olan dünya reytinq siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, yenilənmiş siyahıda Azərbaycan qrossmeysteri Aydın Süleymanlı ciddi irəliləyişə imza atıb.
Belə ki, şahmatçımız 12 reytinq xalı qazanaraq ümumi göstəricisini 2665-ə çatdırıb və 15 pillə irəliləyərək dünya reytinqində 49-cu yerə yüksəlib. Bu nəticə onun karyerasında ən yüksək göstəricidir. Süleymanlının yüksəlişi Polşanın Katovitse şəhərində keçirilmiş şəxsi Avropa çempionatındakı uğurlu çıxışı ilə bağlıdır. O, həmin turnirdə məğlubiyyət yaşamadan bürünc medal qazanıb.
Azərbaycan şahmatçıları arasında liderliyini qoruyan Şəhriyar Məmmədyarov isə hesabat dövründə 2 xal artıraraq 2717 xalla 26-cı pillədə qərarlaşıb və bir mövqe irəliləyib.
Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2689 xal) 39-cu, Eltac Səfərli (2648 xal) 70-ci, Rauf Məmmədov (2636 xal) isə 90-cı sırada yer alıblar.
Diqqətçəkən məqamlardan biri isə odur ki, dünya reytinqinin ilk onluğunda ilk dəfə olaraq Özbəkistanın iki şahmatçısı – Nodirbek Abdusattorov və Cavaxir Sindarov yer alıb. Sindarov ötən ay İddiaçılar turnirinin qalibi olaraq dünya çempionu adı uğrunda hazırkı çempion, hindistanlı Dommaracu Qukeşlə qarşılaşmaq hüququ qazanıb. Qukeş hazırda 2732 xalla reytinqdə 18-ci pillədədir. Onların görüşünün noyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır.
Hazırda dünya reytinqinin ilk onluğu belədir: Maqnus Karlsen (Norveç, 2840), Hikaru Nakamura (ABŞ, 2792), Fabiano Karuana (ABŞ, 2788), Nodirbek Abdusattorov (Özbəkistan, 2780), Cavaxir Sindarov (Özbəkistan, 2776), Aniş Giri (Niderland, 2767), Vinsent Kaymer (Almaniya, 2759), Əlirza Firuzca (Fransa, 2759), Uesli So (ABŞ, 2754) və Vey İ (Çin, 2753).
Qadın şahmatçılar arasında isə Azərbaycan təmsilçiləri arasında liderliyini Ülviyyə Fətəliyeva qoruyur. O, 2450 xalla dünya reytinqində 26-cı pillədədir. Digər şahmatçılarımızdan Günay Məmmədzadə (2374 xal) 69-cu, Gövhər Beydullayeva (2368 xal) 72-ci, Xanım Balacayeva (2350 xal) isə 94-cü yerdə qərarlaşıb.
Qadınlarda çinli Hou Yifan (2596) reytinq cədvəlinə başçılıq edir.
FIFA prezidenti Canni İnfantino İran yığmasının bu il keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ-2026) iştirak edəcəyini açıqlayıb.
Arena.az xəbər verir ki, o, bu barədə Kanadada təşkil edilmiş FIFA-nın 76-cı konqresində məlumat verib.
“Əlbəttə, İran yığması dünya çempionatında iştirak edəcək. Komanda ABŞ-də oynayacaq. Səbəb sadədir: bizə birləşmək lazımdır ki, insanlar da bir yerdə olsunlar. Bizim məsuliyyətimiz bax bundadır. Dünya futbolla birləşir”, – İnfantino bildirib.
İnfantino onu da bildirib ki, qiymətlərinə baxmayaraq, DÇ-2026-nın biletləri sürətlə satılır. Onun sözlərinə görə, əvvəlki iki dünya çempionatı üçün təxminən 15 milyon biletlə müqayisədə təxminən 500 milyon bilet sorğusu daxil olub. FIFA hazırkı satış mərhələsində təklif olunan bütün biletləri satıb və mövcud kvotaları daim artırır. İnfantino qeyd edib ki, biletlər bahalı, lakin ümumiyyətlə əlçatandır və bütün gəlirlər futbolun inkişafına yenidən investisiya kimi qoyulur.
Daha əvvəl media orqanları biletlərin yüksək qiymətləri və onların üçüncü tərəf platformalarında əhəmiyyətli dərəcədə şişirdilmiş qiymətlərlə yenidən satışı barədə məlumat verirdi. Amma İnfantino bütün bunların bilet satışına mane olmadığını bəyan edib.
Xatırladaq ki, DÇ-2026 bu il 11 iyun – 19 iyulda ABŞ, Kanada və Meksikada keçiriləcək.
Yeri gəlmişkən, Canni İnfantino 2031-ci ilədək vəzifəsində qalmağı planlaşdırır. Funksioner bu barədə qurumun Kanadanın Vankuver şəhərində keçirilən konqresində açıqlama verib. O, 2027-ci ildə yenidən FIFA prezidenti seçilmək istədiyini söyləyib.
İnfantino 2016-cı ildən ali futbol qurumuna rəhbərlik edir. Təşkilatın nizamnaməsinə əsasən, bir şəxs yalnız üç dəfə bu posta seçilə bilər. Lakin 2022-ci ildə FIFA Şurası onun 2016-cı ildən 2019-cu ilədək prezident kimi ilk müddətini nəzərə almamaq qərarına gəlib. O, 2023-cü ildəki seçkilərdə yeganə namizəd olub.
“Neftçi”nin qapıçısı Emil Balayev Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Qarabağ”la oyundan sonra fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandaların ötən gün baş tutmuş görüşü “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Emil Balayev matçdan sonra klubun “Youtube” kanalına açıqlama verib. O, komandasının qələbəsini belə şərh edib:
“Çox sevinirəm. Uzun müddətdir ki, “Qarabağ”a qarşı qalibiyyətimiz yox idi. Həmin qələbəyə bu matçda nail olduq. Məşqçilər heyətinə, “Neftçi” ailəsinə təşəkkür edirəm. Hamı inandı, mənə bu qarşılaşmada etimad göstərdilər. Etimadı doğrultmağa çalışdım. Əlimizdən gələni etməyə çalışdıq. Komandada qlobal dəyişikliyin olduğunu deməzdim. Meydana çıxan hər oyunçu necə futbol fəlsəfəmizin olduğunu bilir. Məşqçinin tapşırıqlarını yerinə yetirəndə, belə nəticə qeydə alınır”.
Balayev aprelin 26-da “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları qarşılaşmanı da xatırlayıb:
“Həmin matçda oyunumuz alınmadı. Bu görüşdə isə qalib gəldik. Əvvəlki qarşılaşmadakı məğlubiyyətə baxmayaraq, azarkeşlərimiz bizi tək qoymadılar, dəstək oldular. Onların dəstəyi sayəsində qalib gəldik”.
Xatırladaq ki, “Neftçi” hazırda Azərbaycan Premyer Liqasının yarış cədvəlində 47 xalla dördüncü pillədə qərarlaşıb.
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
“Rayo Valyekano” İspaniyada Fransanın “Strasburq” komandasını sınağa çəkib. Bu komandaların ilk görüşünü Litvadan olan Donatas Rumşas idarə edib. Meydan sahibləri tək qolla qalib gəliblər.
Günün digər oyununda Ukraynanın “Şaxtyor” (Donetsk) komandası Polşada İngiltərə təmsilçisi “Kristal Pelas”la qarşılaşıb. Oyunun baş hakimi almaniyalı Feliks Svayer olub. Dörd qolluq görüş “Şaxtyor”un məğlubiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra – mayın 7-də keçiriləcək.
Avropa Konfrans Liqası Yarımfinalın ilk oyunları 30 aprel
Rayo Valyekano (İspaniya) – Strasburq (Fransa) 1:0 Qol: Alemao, 54. Baş hakim: Donatas Rumşas (Litva). Madrid. “Kampo de Valyekas” stadionu.
Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
“Braqa” Portuqaliyada Almaniyanın “Frayburq” komandasını sınağa çəkib. Bu komandaların ilk görüşünü İngiltərədən olan Entoni Teylor idarə edib. Üç qolluq görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Günün digər oyununda İngiltərənin iki təmsilçisi – “Nottingem Forest”lə “Aston Villa” qarşılaşıb. Oyunun baş hakimi portuqaliyalı Pineyro olub. Bu görüşdə də meydan sahibləri qələbəni bayram ediblər.
Xatırladaq ki, Avroliqada yarımfinal mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra – mayın 7-də keçiriləcək.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Neftçi” ilə oyundan sonra fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə “Neftçi”ni təbrik edirəm. Bu gün qələbəyə çox istəkli idilər, sonadək vuruşdular və yaxşı müdafiə olundular. Eyni zamanda öz futbolçularımdan da razı qaldım. Çünki yaxşı xarakter göstərdilər və məğlub durumda olmağımıza baxmayaraq, daim rəqibin üzərinə getdilər.
Oyundan əvvəl futbolçularıma da bildirmişdim ki, bu matçda rəqib daha hazırlıqlı və aktiv olacaq. Ümumilikdə, meydanda çox yaxşı futbol ab-havası var idi. Hazırda bizə xeyli istirahət lazımdır, lakin cəmi 4 gündən sonra növbəti oyunumuz var. Çempionlar Liqasından uzaqlaşsaq da, hələ də sıx qrafiklə mübarizə aparırıq. Bu mövsüm həm futbolçularımız, həm də biz məşqçilər üçün böyük təcrübə oldu. Oyunçularımızın ümumi fiziki potensialını daha yaxından tanımaq imkanı əldə etdik. Onlar çox ağır mövsüm keçirərək həddindən artıq yoruldular. Ona görə də bu məğlubiyyətə rəğmən, bütün futbolçularıma təşəkkür edirəm”.
Təcrübəli mütəxəssis əvvəlki turda qazandıqları 5:1 hesablı qələbənin “Neftçi”yə əlavə motivasiya verdiyini təsdiqləyib:
“Yüz faiz belədir. Onlar bu matç üçün yaxşı hazırlıq proqramı keçmişdilər. Gözləyirdim ki, bu gün “Neftçi”nin futbolçuları daha hazırlıqlı və əzmli olacaqlar. Əvvəlki matçdakı böyükhesablı qələbəmiz böyük ehtimalla rəqibə əlavə ciddiyyət və motivasiya vermişdi. Onlar bu gün qələbəyə tam layiq idilər.
Qurban Qurbanov həmin böyükhesablı qələbənin öz futbolçularında yaratdığı ehtimal olunan arxayınlıq hissindən də bəhs edib:
“İstər-istəməz müəyyən rahatlıq yaranır. Maksimum çalışdıq ki, futbolçular o nəticə barədə düşünməsinlər. Oyunçularımız kifayət qədər təcrübəlidirlər, “Neftçi”nin gücünü və fərdi ustalıq səviyyəsi yüksək olan futbolçulara sahib olduğunu yaxşı bilirlər. Buna rəğmən, nə qədər konsentrasiya olsalar da, daxilən rahatlıq hissi var idi. Bu, təbiidir, çünki hamısı insandır”.
“Bu vəziyyət bizi narahat edir”
Baş məşqçi Xoni Montielin zədələnməsinin matçın gedişatına və taktiki planlara necə təsir etdiyini belə izah edib:
“Bəli, bu, bizim üçün gözlənilməz bir hal oldu. Matçdan öncə əvəzetmələrlə bağlı tamamilə fərqli planlarımız var idi. Məsələn, Pedro Bikalyo 9 oyun idi ki, fasiləsiz çıxış edirdi və onu meydana buraxmaqda ehtiyatlı davranırdıq. Montiel isə əvvəlki görüşdə oynamamışdı deyə, ona şans vermişdik. Zədə səbəbindən məcburi dəyişikliklər etməli olduq və bu da düşünülmüş addımlarımızın pozulmasına gətirib çıxardı”.
Qurban Qurbanov tarixində ilk dəfə çempionluq sevinci yaşayan “Sabah”ı təbrik edərək çempionatdakı rəqabətin artmasını müsbət qiymətləndirib:
“Mən onları bu münasibətlə təbrik edirəm. İstənilən komandamızın uğurunu təqdir etməli və onları təbrik etməyi bacarmalıyıq. Bu, futbolun yazılmamış qanunlarından biridir. Son bir-iki ay ərzində çempionatda çox gərgin oyunlar keçirdik. Qısa müddətdə “Sabah”la üç, “Neftçi” ilə iki dəfə üz-üzə gəldik. Həm azarkeş marağı, həm də oyunun tempi baxımından sanki tamamilə fərqli bir Azərbaycan çempionatının şahidi olduq. İlboyu davam edən psixoloji və fiziki yorğunluğa baxmayaraq, futbolçularımız əsl xarakter göstərdilər. Düzdür, ümumi nəticələr bizim üçün o qədər də ürəkaçan olmaya bilər, lakin meydanda göstərilən dözümlülük təqdirəlayiqdir. Nəticələrin belə dəyişməsi və rəqabətin artması futbola olan marağı daha da çoxaldır. Azarkeş kütləsi artdıqca intriqa böyüyür, bu isə hər kəsin məsuliyyətini daha da artırır”.
Məşqçi ikincilik şanslarının təhlükə altında olmasına toxunaraq qarşıdakı oyunlarda maksimum mübarizə aparacaqlarını bildirib:
“Sözsüz ki, bu vəziyyət bizi narahat edir. Qarşıda bizi çox yaxşı və hazırlıqlı “Turan Tovuz”la matç gözləyir. Onların özünəməxsus oyun üslubu var və rəqiblər üçün həmişə ciddi çətinliklər yaradırlar. Biz buna tam hazır olmalıyıq. Son oyunlara qədər mübarizəmizi davam etdirəcəyik. Bayaq da qeyd etdiyim kimi, futbolçularım bu il əlavə xarakter nümayiş etdirdilər. Sıx qrafikə baxmayaraq, məqsədimizə çatmağa çalışacağıq. Öz komandama arxayınam və inanıram ki, qalan matçlarda meydanda maksimum güclərini qoyacaqlar”.
“Daim çempion olmalıyıq deyə qayda yoxdur”
Qurban Qurbanov “Qarabağ”ın bu mövsüm çempionluqdan uzaq düşməsinin əsas səbəblərini həm daxili amillər, həm də rəqiblərin gücü ilə izah edib:
“Bunun bir neçə səbəbi var. Bəlkə də, bu çempionata tam şəkildə hazırlaşa bilməmişdik. Əvvəlcədən daxili birinciliyin bu qədər gərgin keçəcəyini və rəqabətin gücünü tam proqnozlaşdırmamışdıq. Eyni zamanda Çempionlar Liqasındakı uzun marafon bizi çox yordu. Bundan əlavə, mövsüm ərzində futbolçularımıza gələn təkliflər və digər xırda detallar da ölkə çempionatına olan motivasiyaya müəyyən qədər təsir göstərdi. Digər tərəfdən, qarşımızda çox yaxşı formalaşmış “Sabah” komandası var idi. Onlar bütün diqqətlərini yalnız çempionata yönəltmişdilər və heç bir oyunda rəqiblərə boşluq vermədilər. Biz isə gücümüzü cəbhələr arasında düzgün bölüşdürə bilmədik. Həm də daim çempion olmalıyıq deyə qayda yoxdur. İstənilən ölkənin futbolunda belə hallara rast gəlinir. Güclü olsan belə, bəzən çempion ola bilmirsən. Burada müəyyən incə nüanslar var ki, onları normal analiz edib düzgün qəbul etməliyik. Daxilimizdə hansı çatışmazlıqların olduğunu da yaxşı bilirəm. Çempionatda “Sabah”, “Neftçi”, “Zirə” kimi çox istəkli komandalar var və onlar titul üçün böyük işlər görürlər. Sonda nəticə də belə oldu. Bütün bunlardan düzgün nəticə çıxararaq qarşıdakı illərə daha yaxşı hazırlaşacağıq. Bununla belə, komandamın ümumi gedişatından və futbolçularımın performansından tamamilə razıyam”.
Təcrübəli mütəxəssis yay transfer pəncərəsində komandada gözlənilən dəyişikliklərə və yeni transferlərə də aydınlıq gətirib:
“Bəli, hazırda yeni oyunçularla bağlı danışıqlar gedir və belə görüşlər çoxdur. Bəlkə də, gündəlik işimizin 60-70 faizini məhz transfer məsələlərinə yönəltmişik. Bu, o demək deyil ki, hazırkı futbolçulardan narazıyam və kimlərisə mütləq göndərəcəyik. Sadəcə olaraq, gələcək üçün daha geniş bir heyətə ehtiyacımız var. Çalışacağıq ki, yeni transferlər edək. Bəlkə 5-6 nəfər olacaq, dəqiq sayını hələ bilmirəm. Hər şey istədiyimiz kimi rəvan getsəydi, işləmək daha asan olardı, lakin bəzən son anda hansısa transfer baş tutmur. Komandada mütləq dəyişikliklər olacaq, lakin əsas məqsəd heyəti genişləndirmək və növbəti mövsümdəki gərgin qrafikə tam hazır olmaqdır”.
“Ayrılıqlar yeni transferlərin reallaşmasından asılı olacaq”
Baş məşqçi mövsümün sonunda kimlərlə yolların ayrılacağı barədə verilən sualı cavablandırarkən komandadakı yorğunluq amilini ön plana çəkib:
“Hazırda heç bir futbolçunu qəti şəkildə göndərmək barədə düşünməmişəm. Çünki hələ rəsmən komandaya qatılan yeni oyunçu yoxdur. Qərarlar mövsümün sonunda veriləcək. Marko Yankoviçə gəldikdə, o, həddindən artıq yorulmuşdu. Ümumiyyətlə, həm klubda, həm də milli komandada mütəmadi oynayan futbolçularımızda ciddi yorğunluq yaranır. Milliyə getməyənlər isə nisbətən dincəlmək fürsəti tapırlar. Biz Yankoviçə xüsusi istirahət verdik ki, fiziki formasını bərpa edə bilsin. Gələcəkdə bəlkə də bir neçə futbolçu ilə yollarımızı ayırmaq istədiyimizi bildirəcəyik, lakin bu da birbaşa yeni transferlərin reallaşmasından asılı olacaq. Bütün futbolçuların klubla qüvvədə olan müqavilələri var və istənilən ayrılıq qarşılıqlı razılaşma əsasında baş tutmalıdır. Böyük ehtimalla, gedənlər də olacaq, amma eyni zamanda yeni gələnlər də olmalıdır”.
Qurban Qurbanov əsas komandadan uzaqlaşdırılmış Elvin Cəfərquliyevin taleyi və əvəzedici heyətə göndərilən futbolçuların durumu ilə bağlı məsələlərə də münasibət bildirib:
“Elvinlə bağlı vəziyyət hələ ki, necə var, elə də qalır. Özü də mənimlə görüşmək üçün hər hansı bir cəhd etməyib. Gələn mövsüm üçün hazırlıq planını hələ tam dəqiqləşdirməmişəm, çünki qarşıda hələ bir neçə oyunumuz var. Əvəzedici heyətə göndərilən futbolçuların orada oynamamasına gəldikdə, mən onların meydana çıxmaması ilə bağlı heç bir xüsusi tapşırıq verməmişəm. Əgər istəsələr, çıxıb oynaya bilərlər”.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Qarabağ”la matçdan sonra fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Neftçi” azarkeşlərini təbrik edirəm. Bu, bizim üçün çox önəmli bir qələbə idi. Eyni zamanda bundan əvvəlki ağır məğlubiyyətə görə onlardan bir daha üzr istəyirəm. “Neftçi” elə bir komandadır ki, daim eyni yüksək səviyyədə oynamalı və rəqibə pressinq tətbiq etməlidir. Ötən matçda necə oynadığımızı gördünüz və 1:5 hesabı ilə uduzduq. Biz həmin məğlubiyyətdən lazımi nəticələr çıxardıq və məhz buna görə də bu gün meydanda yaxşı oyun nümayiş etdirdik”.
Yuri Vernidub gərgin matçın onu emosional baxımdan çox yorduğunu vurğulayaraq jurnalistlərdən anlayış göstərmələrini və bu dəfə sual verməmələrini xahiş edib:
“Sizdən bir xahişim var. Hazırda o qədər fərqli hisslər keçirirəm ki, mümkünsə, bu gün mənə sual verməyəsiniz. Qarşıda hələ 4 oyunumuz var, o zaman nə qədər istəsəniz, suallarınızı məmnuniyyətlə cavablandırmağa hazıram. Hazırda sadəcə oyundan uzaqlaşmaq istəyirəm. Ümid edirəm ki, bu istəyimi anlayışla qarşılayacaqsınız. Bu, qətiyyən sizə qarşı hörmətsizlik deyil, hər birinizə böyük hörmətlə yanaşıram. Çox sevinirəm ki, siz həmişə maraqlı suallar verirsiniz və mən də onları səmimi şəkildə cavablandırıram. Lakin bu gərgin matç məni emosional baxımdan o qədər yordu və bütün enerjimi aldı ki, bu dəfəlik sual-cavab hissəsi olmasa, daha yaxşı olar. İnanın ki, hamınıza dərin hörmətim var”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionunun adına sona 4 tur qalmış aydınlıq gəlib.
21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçında 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisinin aktivində 59 xal qalıb. Bununla da 72 xala malik “Sabah” ən yaxın izləyicisi üçün əlçatmaz olub.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bununla da tarixində ilk dəfə Azərbaycan çempionu adını qazanıb. “Sabah” 1992-ci ildən keçirilən turnirin tarixinə 9-cu çempion kimi düşüb.
Cari mövsümə qədər 8 komanda bu titula sahib çıxıb. “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.
“Sabah” son 18 mövsümdə bu siyahıya düşən ilk komandadır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməmişdi. “Sabah”a qədər sonuncu yeni çempion 2007/2008 mövsümündə ilk titulunu əldə edən “İnter” olub.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu keçirilib.
Arena.az xəbər verir ki, qarşılaşmanı Kamranbəy Rəhimov idarə edib.
Ona yan xətt hakimləri Rəhman İmami ilə Müslüm Əliyev kömək ediblər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirib.
Tərəflər “Neftçi Arena”da üz-üzə gəliblər. Sözügedən komandalar bir neçə gün öncə də oxşar məkanda üz-üzə gəlmişdilər. Həmin qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı. Bu dəfə isə “Neftçi” əzəli rəqibi üzərində 2:1 hesablı qələbəyə sevinib. Nəticədə həm paytaxt klubu yarış cədvəlində 4-cü pilləyə yüksəlib, həm də “Sabah” cari mövsümün sonuna 4 tur qalmış Azərbaycan çempionu olub.
“Mançester Yunayted”in 21 yaşlı mərkəz yarımmüdafiəçisi Kobbi Meynu İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.
Gəncə futbolçunun klubla yeni anlaşmasının müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Yeni müqaviləyə əsasən ingiltərəli futbolçunun qazancı da artırılıb.
Xatırladaq ki, Kobbi Meynu “Mançester Yunayted”in yetirməsidir. O, əsas komandada keçirdiyi 98 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Meynu İngiltərənin U-17, U-18 və U-19 yığmalarında oynadıqdan sonra 2024-cü ilin martında əsas millidə debüt edib. Gənc yarımmüdafiəçi İngiltərə millisinin heyətində meydana çıxdığı 12 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə İngiltərə milli komandasının sabiq cinah müdafiəçisi Eşliq Yanq cari mövsümün sonunda karyerasını başa vuracaq.
Arena.az xəbər verir ki, hazırda “İpsviç Taun”da çıxış edən 40 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.
O, mayın 2-də karyerasının sonuncu oyununa çıxacağını açıqlayıb. Həmin gün “İpsviç Taun” Çempionşipin 46-cı turu çərçivəsində KPR ilə üz-üzə gələcək.
Xatırladaq ki, Eşli Yanq ötən ilin yayında “Everton”dan ayrılaraq “İpsviç Taun”la 1 illik müqavilə imzalamışdı. Cari mövsümdə o, bu komandanın heyətində 15 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi FIFA-nın 76-cı Konqresində iştirak etmək üçün Kanadaya yollanıb.
Arena.az xəbər verir ki, bu gün Kanadanın Vankuver şəhərində FIFA-nın 76-cı Konqresi keçiriləcək.
Tədbirə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmiləri də qatılacaqlar. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov Konqresdə iştirak edəcəklər.
Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun hər iki görüşü “Olimpik Star”da baş tutub.
Əvvəlcə “Şuşa” “Neftçi” İK ilə üz-üzə gəlib. Lider “Neftçi” “Şuşa”nın qapısından 28 cavabsız top keçirib. Bu, cari mövsümdə qeydə alınan ən böyükhesablı qələbədir. Çempionatın bombardiri Allef Mayolli və komanda yoldaşı Leonildo Rodriqes hərəyə 6 dəfə rəqib qapısına yol tapıblar.
Günün digər oyunu U-19 millimizlə “Baku Fire” arasında baş tutub. “Baku Fire” gənclər yığmamızdan güclü olub.
Son çempion “Araz-Naxçıvan” isə meydana çıxmadan 3 xal qazanıb. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılıb.
Yüksək Liqa 18-ci tur 30 aprel
Şuşa – Neftçi İK 0:28 Hakimlər: Hidayət Feyzullayev, Ramil Namazov, Hikmət Qafarlı. Hakim-inspektor: Füzuli Nəcəfov. Bakı. “Olimpik Star”. Saat 14:30.
U-19 – Baku Fire 3:10 Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Knyaz Əmiraslanov. Hakim-inspektor: Elçin Səmədli. Bakı. “Olimpik Star”. Saat 16:30.
Xallar: Neftçi İK – 49. Araz-Naxçıvan – 46. Baku Fire – 35. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.
Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 24-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Sumqayıt”la “Neftçi”nin ikinci komandaları arasındakı görüşdə meydan sahibləri qalib gəliblər. “Şamaxı-2” isə “Turan Tovuz”un ikinci komandası ilə ev oyunundan məğlubiyyətlə ayrılıb.
24-cü turun qalan görüşləri mayın 1-də keçiriləcək.
Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcəyi dəqiqləşmiş “Börnli” klubu baş məşqçisi Skott Parker ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Klub rəhbərliyi ötən həftə çempionatı tərk edəcəkləri dəqiqləşəndən sonra onun taleyi ilə bağlı müzakirələr aparıb. Yekunda tərəflər yollarını ayırmaq barədə qərar qəbul ediblər.
Xatırladaq ki, “Börnli” 2024/2025-ci illər mövsümündə məhz Skott Parkerin rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanmışdı. Amma komanda cari mövsümün geridə qalmış 34 turunda cəmi 20 xal qazanıb. Komandanın sona 4 tur qalmış Premyer Liqanı tərk etməsi dəqiqləşib.
Artıq “Börnli”nin yeni baş məşqçisi də məlumdur. Komanda Maykl Ceksona tapşırılıb. O, son bir neçə ildir ki, komandanın məşqçilər heyətinin üzvüdür. Bu üzdən də rəhbərlik komandanı məhz tanış mütəxəssisə tapşırmaq qərarına gəlib. Maykl Cekson cari mövsümün sonuna qədər baş məşqçi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, 45 yaşlı Skott Parker 2024-cü ilin yayından bəri komandaya rəhbərlik edirdi.
İspaniyanın “Atletiko” klubunun futbolçusu Xulian Alvares UEFA Çempionlar Liqasında Lionel Messinin nailiyyətini geridə qoyub.
Arena.az xəbər verir ki, argentinalı hücumçu buna doğma meydanda İngiltərə təmsilçisi “Arsenal”la heç-heçə (1:1) etdikləri yarımfinal mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.
Bu, argentinalı forvardın qitənin bir nömrəli klub turnirində 25-ci qoludur. O, bu rəqəmə bütün cənubi amarikalılardan daha tez çatıb. Alvares bu turnirdəki 41-ci görüşdə 25 qol vurubsa, Messi 42-ci oyunda bunu bacarıb.
Bundan əlavə, o, UEFA Çempionlar Liqasında bir mövsümdə 10 qol vurmuş ilk “Atletiko”lu oyunçu ünvanına da sahib çıxıb.
Xatırladaq ki, “Arsenal” və “Atletiko” arasında cavab görüşü mayın 5-də Londonda reallaşacaq.
Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvaresin “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.
Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 105 oyunda 49 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 51 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğin qiymətləndirir.
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu ABŞ kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş “Noksvil”lə matçın iştirakçısı olub.
Qarşılaşmaya start heyətində başlamış forvard sonadək əvəzlənməyib. Görüş “Kolumbus Kru”nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da futbolçumuzun komandası 1/4 finala vəsiqə qazanıb.
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 5 oyun keçirsə də, fərqlənə bilməyib.
“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Bu gün – aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev güləş üzrə yığma komandalarımızın üzvləri ilə görüşüb.
Arena.az bu barədə president.az saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olmuş yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı:
“Salaməleyküm, əyləşin.
İlk növbədə, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.
Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.
“Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları”
“Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.
Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.
Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.
“Hər şey mənim gözümün önündə keçib”
“Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.
Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.
Güləşçilərimizdən Prezidentə təşəkkür
Sonra idmançılar çıxış ediblər.
Sərbəst güləşçi Turan Bayramov deyib: “Cənab Prezident, ilk növbədə, dəyərli vaxtınızı ayırıb bizi qəbul etdiyiniz üçün sərbəst güləş milli komandası adından Sizə təşəkkürlərimizi bildiririk. Ölkəmizi Avropa çempionatında layiqincə təmsil etdik. Komandamız ardıcıl surətdə ikinci dəfədir Avropa çempionu olur. Sizin bizi qəbul etməyiniz məsuliyyətimizi daha da artırır, bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələni edəcəyəm ki, gələcəkdə qarşınıza qızıl medalla çıxım”.
Yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib: “Cənab Prezident, ilk növbədə, Sizi salamlayıram. Bizi qəbul etdiyiniz üçün çox sağ olun. Bildiyiniz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazandım. Bu, mənim ümumilikdə dördüncü qızılımdır və yarış həqiqətən də çox çətin keçdi. Dördqat Avropa çempionu kimi Azərbaycan yunan-Roma güləşi tarixində bir rekorda imza atdım. Bizi belə dəstəklədiyiniz, bizə göstərdiyiniz diqqət və qayğı üçün Sizə öz təşəkkürümüzü bildiririk. Sizin diqqət və qayğınız bizim üçün ən böyük məsuliyyətdir. Çox sağ olun”.
Qadın güləşçi Jalə Əliyeva deyib: “Cənab Prezident, bu gün burada çıxış etmək mənim üçün böyük şərəfdir. Mən dörd il bundan qabaq da Sizinlə görüşdə iştirak etmişdim. 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuşdum. Bu dəfə isə böyüklərdən ibarət yarışda Avropa mükafatçısı oldum. Biz Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun”.
“Qızların da medalçılar arasında olmalarına çox şadam”
Prezident İlham Əliyev deyib: Çox sağ olun. Komandamız çoxmillətlidir, hələ hamı Azərbaycan dilini kifayət qədər bilmir, ona görə də rus dilində bir neçə söz demək istərdim. Hamını bir daha təbrik etmək və Azərbaycanı beynəlxalq arenada belə layiqincə təmsil etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Əlbəttə, Avropa çempionatında belə bir mühüm, deyərdim ki, tarixi qələbədən danışarkən xüsusi qeyd etmək istərdim, həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanıblar. Yəni bu, çox əhəmiyyətlidir.
Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda inkişaf edir.
Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin uğuruna, qələbəsinə sevinir və bu, çox qiymətlidir.
Əlbəttə, qeyd etməli olduğum daha bir vacib məqam ondan ibarətdir ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni eyni dərəcədə çox sevindirir. Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir”.
“Avropada heç də hamı Azərbaycanın qələbələrinə sevinmir”
Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın — Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var. Dediyim kimi, vaxtilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm, bu gün isə onlar öz tələbələrinə azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır.
Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur – biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.
Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, – xalça üzərində və xalçadan kənarda, – layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.
Beləliklə, bir daha təbrik edirəm və yeni qələbələr arzulayıram. Sağ olun”.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev AFFA-nın rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, o, Qazaxıstanın Çimkənd şəhərində təşkil olunmuş UEFA İnkişaf Turniri ilə bağlı fikirlərini bölüşüb.
Baş məşqçi səfərə tam heyətlə yollana bilmədiklərini və qısa müddətdə ardıcıl 3 oyun keçirdiklərini bildirib:
“Hazırkı yaş qrupu sonuncu dəfə ötən ilin oktyabrında Qəbələdə təşkil olunan MDB Oyunları zamanı bir araya gəlmişdi. Düzdür, toplanışlar tez-tez olsa, çatışmazlıqları daha erkən aradan qaldıra bilərik. Budəfəki toplanışa aprelin 20-də başladıq və qısa müddət ərzində ardıcıl üç oyun keçirdik. Bir neçə əsas futbolçumuz heyətdə deyildi. U-20 millinin toplanışına qatılanlar və zədəlilər var idi. Əli Bəşirov, Bilal Hacıyev, Uğur Qurbanlı və Mehdi Mütəllimlini qeyd edə bilərəm. Əlbəttə ki, onların yoxluğu bizə müəyyən çətinliklər yaratdı. Buna baxmayaraq, keçirdiyimiz üç oyundan ikisində qələbə qazandıq”.
Aqil Nəbiyev Rusiya, Qazaxıstan və Pakistan yığmalarına qarşı baş tutan matçları dəyərləndirib:
“Rusiya yığmasına qarşı keçirdiyimiz ilk görüşün birinci hissəsi 0:0 hesabı ilə yekunlaşdı. Fasilədən sonra heyətdə ardıcıl əvəzetmələrə əl atdıq. Dəyişikliklərdən sonra oyunumuzda, futbolçuların fiziki durumunda eniş yaşandı. Ancaq yenə də komanda toparlanaraq ardıcıl iki qələbə qazandı. 6 aylıq fasilədən sonra toplanaraq turnirə hazırlaşmaq həm bizim, həm də futbolçular üçün çətin oldu. Bu yaş qrupu ilə səfərdə ilk beynəlxalq turnirə qatılmışdıq. Buna görə də futbolçularda həyəcan, stress var idi. Həm texniki, həm də fiziki çatışmazlıqları barədə onları məlumatlandırmışıq, həmçinin klubları ilə də görüşəcəyik”.
U-17-nin baş məşqçisi noyabrda Almaniya, Şimali İrlandiya və Litva yığmalarına qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ matçlarına qədər komandanın hazır olacağına inandığını vurğulayıb:
“İlin sonlarında Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyik. Çətin qrupa düşmüşük. Rəsmi oyunlara qədər baş tutacaq toplanışlarda problemləri aradan qaldırmağa çalışacağıq. Perpektivli komandamız var, daha güclü potensiala malikik”.
U-17 UEFA İnkişaf Turnirində Rusiya (0:5) yığmasına məğlub olub, Qazaxıstan (1:1, Penaltilərlə 4:2) və Pakistan (1:0) seçmələrinə isə qalib gəlib.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) bu gün UEFA İnkişaf Turnirində üçüncü oyuna çıxıb.
Arena.az xəbər verir ki, millimiz Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilmiş görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.
Bununla da Aqil Nəbiyevin yetirmələri 4 komandanın iştirakı ilə baş tutmuş turniri 5 xalla tamamlayıb. U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1. penaltilərlə 4:2) seçmələri ilə qarşılaşmışdı.
Qeyd edək ki, millimiz UEFA İnkişaf Turnirinə bu heyətlə qatılmışdı:
Ülvi Abbaslı – Sumqayıt Oqtay Mehrəliyev – Qarabağ Ruslan Quliyev – Neftçi Vaqif Nəbiyev – Qarabağ Roman Fərzəli – Qarabağ Arda Əzizli – Qarabağ Vaqif Məmmədli – Sabah Tunar Bayramov – Qarabağ Nazim Əliyev – Srvena Zvezda (Serbiya) Əhəd Hacızadə – Qarabağ Yusif Orucəliyev – Qarabağ Nihad Hüseynzadə – Sabah Şikar Şikar – Neftçi Firdovsi Şeydayev – Sabah Nicat Əhmədzadə – Marset (İspaniya) Rəsul Balakişiyev – Marset (İspaniya) Ümid Əliyev – Hueska (İspaniya) Tunar Əsgərzadə – Qarabağ Ruslan Əbilov – Sabah Hikmət Mirzə – Nastik İdman Akademiyası (İspaniya)
Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun hər iki görüşü “Olimpik Star”da baş tutacaq.
Əvvəlcə “Şuşa” “Neftçi” İK ilə üz-üzə gələcək. Günün digər oyunu U-19 millimizlə “Baku Fire” arasında baş tutacaq.
Son çempion “Araz-Naxçıvan” isə meydana çıxmadan 3 xal qazanacaq. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılacaq.
Yüksək Liqa 18-ci tur 30 aprel
Şuşa – Neftçi İK Hakimlər: Hidayət Feyzullayev, Ramil Namazov, Hikmət Qafarlı. Hakim-inspektor: Füzuli Nəcəfov. Bakı. “Olimpik Star”. Saat 14:30.
U-19 – Baku Fire Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Knyaz Əmiraslanov. Hakim-inspektor: Elçin Səmədli. Bakı. “Olimpik Star”. Saat 16:30.
Xallar: Neftçi İK – 46. Araz-Naxçıvan – 43. Baku Fire – 32. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutacaq.
“Rayo Valyekano” İspaniyada Fransanın “Strasburq” komandasını sınağa çəkəcək. Bu komandaların ilk görüşünü Litvadan olan Donatas Rumşas idarə edəcək.
Günün digər oyununda Ukraynanın “Şaxtyor” (Donetsk) komandası Polşada İngiltərə təmsilçisi – “Kristal Pelas”la qarşılaşacaq. Oyunun baş hakimi almaniyalı Feliks Svayer olacaq.
Xatırladaq ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra – mayın 7-də keçiriləcək.
Avropa Konfrans Liqası Yarımfinalın ilk oyunları 30 aprel
23:00. Rayo Valyekano (İspaniya) – Strasburq (Fransa) Baş hakim: Donatas Rumşas (Litva). Madrid. “Kampo de Valyekas” stadionu.
23:00. Şaxtyor (Donetsk, Ukrayna) – Kristal Pelas (İngiltərə) Baş hakim: Feliks Svayer (Almaniya). Krakov. “Sinerji Arena”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.
Ona yan xətt hakimləri Rəhman İmami ilə Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
“Neftçi Arena”da baş tutacaq oyuna saat 20:00-da start veriləcək.
Xatırladaq ki, sözügedən komandalar bir neçə gün öncə də oxşar məkanda üz-üzə gəlmişdilər. Həmin qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.
“Qarabağ” hazırda Premyer Liqanın yarış cədvəlində 59 xalla ikinci pillədə qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
Mərhələnin ikinci oyununda Madrid “Atletiko”su İspaniyada İngiltərə Premyer Liqasının lideri “Arsenal”ı sınağa çəkib. Tərəflər hərəyə 1 qolla kifayətləniblər. Bu üzdən də bütün suallara cavab görüşündə aydınlıq gələcək.
Xatırladaq ki, mərhələnin ilk oyununda ÇL-in sonuncu qalibi PSJ Fransada Almaniya nəhəngi “Bayern”ə 5:4 hesabı ilə qalib gəlib.
Yarımfinalın cavab görüşləri mayın 5-də və 6-da baş tutacaq.
UEFA Çempionlar Liqası Yarımfinalın ilk oyunları 28 aprel
PSJ (Fransa) – Bayern (Almaniya) 5:4 Qollar: Xviça Kvaratsxeliya, 24; 56. Joao Neves, 33. Usman Dembele, 45+5-pen; 58 – Harri Keyn, 17-pen. Maykl Olise, 41. Dayo Upamekano, 65. Luis Dias, 68. Baş hakim: Sandro Şerer (İsveçrə). Paris. “Park de Prens” stadionu.
29 aprel
Atletiko (Madrid, İspaniya) – Arsenal (İngiltərə) 1:1 Qollar: Xulian Alvares, 56-pen – Viktor Dyökereş, 44-pen. Baş hakim: Danni Makkeli (Niderland). Atletiko. “Metropolitano” stadionu.
Fransa çempionatında mübarizə aparan “Tuluza” klubu cari mövsümün sonunda baş məşqçi Karles Martines ilə yollarını ayıracaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Liqa 1 təmsilçisi bu ilin 30 iyununa qədər qüvvədə olan müqavilənin müddətini uzatmayacaqlarını təsdiqləyib. Beləliklə, 41 yaşlı ispaniyalı mütəxəssis yayda vəzifəsindən ayrılacaq.
Xatırladaq ki, Karles Martines 2023-cü ildən sözügedən komandanı çalışdırırdı. Bu, onun klub səviyyəsində müstəqil şəkildə ilk iş təcrübəsidir. İspan mütəxəssis “Tuluza”nı indiyə qədər bütövlükdə 118 oyuna çıxarıb. Liqa 1 təmsilçisi bu görüşlərdə 42 qələbə qazanıb, 30 heç-heçə edib, 46 məğlubiyyətə üzülüb.
“Tuluza” hazırda Fransa Liqa 1-in 2025/2026-cı illər mövsümünün turnir cədvəlində 31 oyuna topladığı 38 xalla 10-cu yerdə qərarlaşıb. Komanda 10 qələbə qazanıb, 8 heç-heçə edib, 13 məğlubiyyət görüb.
FİFA bu il təşkil ediləcək futbol üzrə dünya çempionatı (DÇ-2026) üçün ayıracağı mükafat fondunun artırıldığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Vurğulanır ki, yeni qərara əsasən mundialın ümumi mükafatının məbləği 15 faiz artırılaraq 871 milyon dollara çatdırılıb.
Turnirdə iştirak edəcək hər komanda minimum 12,5 milyon dollar qazanacaq. Əlavə olaraq, hazırlıq və təsnifat ödənişləri də yüksəldilib.
Qeyd edilir ki, FİFA-nın bu addımı yüksək xərclərlə bağlı federasiyaların narahatlıqlarını azaltmaq məqsədi daşıyır.
DÇ-2026 bu il ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçiriləcək. İyunun 11-dən iyulun 19-na qədər davam edəcək bu dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq ki, bu da rekord göstəricidir.
Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün qalibini müəyyənləşdirəcək final seriyasına start verilib.
Arena.az xəbər verir ki, bu gün “Sabah” və “Abşeron Lions” komandaları arasındakı final seriyasının ilk oyunu keçirilib.
Bakı İdman Sarayında baş tutmuş oyuna “Abşeron Lions” üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran “Sabah” basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Final seriyasının ikinci oyunu mayın 2-də baş tutacaq. Qarşılaşmaya saat 14:00-da start veriləcək.
Qeyd edək ki, ABL-in 2025/2026-cı illər mövsümünün reqlamentinə əsasən, final seriyasında ən tez üç qələbə qazanmış komanda Azərbaycan çempionu olacaq.
Azərbaycan Basketbol Liqasının sonuncu qalibi məhz “Sabah” komandasıdır.
Futbol üzrə Burkina Faso millisinin mərkəz müdafiəçisi Edmond Tapsoba Almaniyanın “Bayer” klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Leverkuzen klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı yeni müqavilənin müddəti 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti 2028-ci ilin 30 iyununda bitəcəkdi.
Xatırladaq ki, Edmond Tapsoba 2020-ci ilin yanvar ayından Leverkuzen təmsilçisinin uğurları üçün çalışır. “Bayer” onu həmin vaxt Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubundan 20,2 milyon avroya transfer etmişdi. Tapsoba indiyə qədər “Bayer”də 267 oyuna çıxıb, 13 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
Tapsoba daha öncə “Salitas”, “Uaqaduqu”, “Leyksoeş”, “Vitoriya” kimi klubların da şərəfini qoruyub.
Edmond 2016-cı ilin avqustunda debüt etdiyi Burkina Faso yığmasının heyətində 60 oyuna çıxıb, 4 qola imza atıb, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.
Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Şəfa” – “Şimal” matçında qapılara qol vurulmayıb. MOİK “Şahdağ Qusar”la ev oyununda tək qolla uduzub. Səkkiz qolun qeydə alındığı “Mingəçevir” – “Zaqatala” oyununda isə meydan sahibləri darmadağına seviniblər.
24-cü turun qalan görüşləri aprelin 30-da keçiriləcək.
İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Co Koul polşalı hücumçu Robert Levandovskinin “Liverpul”da oynamasını arzu edir.
Arena.az xəbər verir ki, “Barselona”nın 37 yaşlı polyak ulduzunun cari mövsümün sonunda Kataloniya klubunu böyük ehtimalla azad agent qismində tərk edəcək.
Bu arada Co Koul “Liverpul”a “Lyova” ilə müqavilə imzalamğı tövsiyə edib:
“Fikrimcə, “Liverpul”a öndə təcrübəli hücumçu mane olmaz. Robert Levandovski ilə müqavilə imzalamaq olar”, deyə Koul bildirib.
Xatırladaq ki, Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir. Amma tərəflərin bu ilin yayında yollarını ayırması gözlənilir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 41 oyuna çıxıb, 17 qol vurub, 4 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 188 oyun, 118 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 165 oyun keçirib, 89 qol vurub, 38 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.