Reading view

“Qalatasaray” darmadağınla qalib gəldi

Türkiyə Super Liqasında 17-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.

“Alanyaspor” evdə “Karagümrük”ə, “Göztəpə” “Samsunspor”a, “Qalatasaray” isə “Kasımpaşa”ya qalib gəlib.

Türkiyə Super Liqası
17-ci tur

19 dekabr

Kocaelispor – Antalyaspor 2:1
Qollar
: Smolçiç, 24. T.Bingöl, 37 – Cannetti, 32.

20 dekabr

Konyaspor – Kayserispor 1:1
Qollar
: U.Nayir, 63 – Onuqxa, 90+3.

Eyüpspor – Fənərbağça 0:3
Qollar
: Talişka, 27. Asensio, 34. C.Duran, 75.

Beşiktaş – Rizəspor 1:0
Qol
: Raşiça, 64.

21 dekabr

Alanyaspor – Karagümrük 2:0
Qollar
: Hvanq, 13. G.Yalçın, 58.

Qalatasaray – Kasımpaşa 3:0
Qollar
: Y.Akgün, 10. Q.Sara, 82. M.İkardi, 88.

Göztəpə – Samsunspor 2:0
Qollar
: A.Kurtulan, 23; 68.

22 dekabr

18:00. Başakşəhər – Qaziantep
21:00. Gənclərbirliyi – Trabzonspor

The post “Qalatasaray” darmadağınla qalib gəldi appeared first on Komanda.az.

“Bayern”dən darmadağın

Almaniya Bundesliqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Maynts” – “Sankt Pauli” matçı qolsuz yekunlaşıb “Haydenhaym”ın qonağı olan “Bayern” isə darmadağına sevinib.

Hazırda 41 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 32, “Bayer” və “Leypsiq” 29, “Hoffenhaym” 27, “Ştutqart” 26 xal toplayıb.

Almaniya Bundesliqası
15-ci tur

19 dekabr

Borussiya (Dortmund) – Borussiya (Mönhenqladbax) 2:0
Qollar: Brandt, 10. Bayer, 90+7.

20 dekabr

Auqsburq – Verder 0:0

Köln – Union Berlin 0:1
Qol: Şafer, 90+1.

Hamburq – Ayntraxt 1:1
Qollar: Lokonqa, 19 – Larsson, 26.

Ştutqart – Hoffenhaym 0:0

Volfsburq – Frayburq 3:4
Qollar: Peyçinoviç, 13; 49; 69 – Treu, 5. Qrifo, 56-pen. Selt, 71-öz qapısına. Şerhant, 78.

Leypsiq – Bayer 1:3
Qollar: Şlager, 35 – Terrye, 40. Şik, 44. Kalbret, 90+7.

21 dekabr

Maynts – Sankt Pauli 0:0

Haydenhaym – Bayern 0:4
Qollar: Stanisiç, 15. Olise, 32. L.Dias, 86. H.Keyn, 90+2.

The post “Bayern”dən darmadağın appeared first on Komanda.az.

“Mançester Yunayted” “Aston Villa”ya uduzdu

İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

“Aston Villa” “Mançester Yunayted”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İngiltərə Premyer Liqası
17-ci tur

20 dekabr

Nyukasl – Çelsi 2:2
Qollar
: Voltemade, 4; 20 – R.Ceyms, 49. J.Pedro, 66.

Vulverhempton – Brentford 0:2
Qollar
: Potter, 63; 83.

Mançester Siti – Vest Hem 3:0
Qollar
: Haland, 5; 69. Reynders, 38.

Brayton – Sanderlend 0:0

Bornmut – Börnli 1:1
Qollar: Semenyo, 67 – Broya, 90.

Tottenhem – Liverpul 1:2
Qollar
: Riçarlison, 83 – A.İsak, 56. Ekitike, 66.

Everton – Arsenal 0:1
Qol
: Dyökereş, 27-pen.

Lids – Kristal Pelas 4:1
Qollar
: Levin, 38; 45+4. Ampadu, 60. Stax, 90+11 – Devenni, 90+2-pen.

21 dekabr

Aston Villa – Mançester Yunayted 2:1
Qollar
: M.Rocers, 45; 58 – Kunya, 45+3.

22 dekabr

00:00. Fulhem – Nottingem Forest

The post “Mançester Yunayted” “Aston Villa”ya uduzdu appeared first on Komanda.az.

“Çelsi” icarədə olan futbolçu ilə bağlı qərar verib

“Çelsi” hazırda “Bayern”də icarədə olan hücumçusu Nikolas Ceksonun gələcəyi ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu seneqallı futbolçunu komandaya qayıtdıqdan sonra satmaq fikrindədir. Ceksonun gələcəyi üçün nəzərdən keçirilən klublar arasında “Everton”, “Nyukasl”, “Aston Villa”, “Napoli” və “Atletiko” da var.

Forvardın “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilin ortalarına qədərdir.

The post “Çelsi” icarədə olan futbolçu ilə bağlı qərar verib appeared first on Komanda.az.

“Xames Rodriges bizim üçün çox vacibdir”

“Bayern”in və Kolumbiya millisinin vingeri Luis Dias “Leon”un yarımmüdafiəçisi Xames Rodrigesin yığma komanda üçün əhəmiyyətindən danışıb.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, o, həmyerlisi haqda bunu söyləyib:

“Rodriges bizim kapitanımız və liderimizdir. O, milli komanda üçün əlindən gələni edir. Ona Kolumbiya millisində daha uzun illər oynamağı arzulayıram. Rodriges bizim üçün çox vacibdir”.

Rodriges 2025-ci ildən Meksikanın “Leon” klubunda oynayır. Onun klubla müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq.

The post “Xames Rodriges bizim üçün çox vacibdir” appeared first on Komanda.az.

İngiltərəli futbolçu “Milan”dakı durumundan narazıdır

“Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu sabit oyun vaxtı əldə edə biləcəyi bir komandaya qoşulmaq istəyir. “Latsio” və İngiltərənin bir neçə klubunun oyunçuya maraq göstərdiyi bildirilir.

29 yaşlı yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

The post İngiltərəli futbolçu “Milan”dakı durumundan narazıdır appeared first on Komanda.az.

Turun son oyununda “Neftçi” sevindi

Azərbaycan Basketbol Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu matçda “Neftçi” NTD ilə üz-üzə gəlib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 106:89.

10-cu turda “Sərhədçi” “Sumqayıt”ı (86:83), “Naxçıvan” “Quba”nı (78:69), “Ordu” “Lənkəran”ı (84:72), “Gəncə” “Şəki”ni (78:73), “Abşeron Lions” “Sabah”ı (101:97) məğlub edib.

The post Turun son oyununda “Neftçi” sevindi appeared first on Komanda.az.

“Əzmkar qələbə qazandıq” – Elmar Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:0 hesablı qələbə barədə bunları söyləyib:

“Ağır oyun alındı. Meydançada yaxşı mübarizənin şahidi olduq. “Şamaxı” da yaxşı, mobil komandadır. Bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Əzmkar qələbə qazandıq. Onları qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən daha yaxşısını, daha da artığını etməyə çalışacağıq”.

The post “Əzmkar qələbə qazandıq” – Elmar Baxşıyev appeared first on Komanda.az.

“Gənc futbolçularımız etimadı tam doğrultmur” – Ayxan Abbasov

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri səfər görüşündən sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Üzücü məğlubiyyət oldu. Göstərdiyimiz oyunu nəzərə alsaq, məğlubiyyəti haqq etmirdik. Çempionat oyununda bu qədər qol epizoduna girib, dəyərləndirə bilmədiyimiz matçı xatırlamıram. Təəssüf ki, son nöqtəni qoya bilmədik. İndiyə qədər topladığımız xal pis deyil. Amma daha da yaxşı ola bilərdi. Bəlkə də futbolçularımızdan çox şey istəyirik. Bu gün təəssüf ki, gənc futbolçularımız onlara göstərdiyimiz etimadı tam doğrultmur. Biz onların gələcəyini düşünərək, daha böyük şeylər fikirləşirik. Amma bu oyunlarda bu qədər epizoda girib, istifadə edə bilməməkləri bizi üzür. Qış fasiləsinə gedirik. Fasilədən sonra yenə də gərgin çempionat olacaq. İstəyərdik ki, bu gün xal fərqimizi artıraq, 6-cı pilləyə, ya da daha irəliəy yüksələk. Amma demək ki, futbolçularımız buna hələ tam hazır deyil. Özlərinə inanmaqları vacibdir. “Araz-Naxçıvan”ı təbrik edirəm, vacib qələbə qazandılar. Onlara da uğurlar arzulayıram”.

The post “Gənc futbolçularımız etimadı tam doğrultmur” – Ayxan Abbasov appeared first on Komanda.az.

“Bornmut” Semenyoya əvəzləyici tapıb

“Bornmut” cinah oyunçusu Antuan Semenyoya əvəzedici tapıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub “Tottenhem”in oyunçusu Brennan Consonu nəzərdən keçirir. Amma “Bornmut”un Consonu transfer etməkdə maraqlı olan “Kristal Pelas”la rəqabət aparması ehtimalı var.

24 yaşlı Consonun “Tottenhem”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

The post “Bornmut” Semenyoya əvəzləyici tapıb appeared first on Komanda.az.

“Mənə elə gəldi ki, baş hakimin gözündə mənə qarşı nifrət var idi”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində doğma meydanda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Qarabağ”ı təbrik edirəm. Çox yüksək səviyyəli oyun getdi, temp yüksək idi. Komandam yaxşı oynadı. Onlara təşəkkür edirəm. Son 15 dəqiqədə yorğunluq yarandı. Qışda heyəti gücləndirdikdən sonra komanda 77 dəqiqə yox, 90 dəqiqə oynaya bilər və daha yaxşı nəticələr göstərərik. Bir xal qazansaydıq, çox yaxşı olardı. Amma alınmadı. Buna rəğmən futbolçularımdan çox razıyam.

Oyundan qabaq futbolçularla danışmışdıq. Onlara dedim ki, böyük komandalara qarşı oynamaq özlərini göstərmək üçün böyük şansdır. Futbolçular belə matçlarda özlərini göstərməlidir. Heç birinə iradım yoxdur. Belə rəqiblərlə matça motivasiya olmaq çətin deyil. Nəticə qazanmaq üçün bir az gücümüz çatmadı.

Hakimlər Komitənin sədrinə böyük hörmətim var. Bu gün mənə elə gəldi ki, baş hakimin gözündə mənə qarşı nifrət var idi. Bəlkə də mənə elə gəlib. Amma gözlər adamı aldatmır. Təki mən yanılım. Bəzi epizodlarda hakimin qərarları mübahisələrə səbəb olurdu.

Transferlərin üzərində işləyirik. Beş mövqeyə futbolçu gətirmək istəyirik. Klub rəhbərliyi ilə hər gün danışırıq. Yanvarın 3-də toplanışa başlayacağıq, 3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Çempionatın səviyyəsi yüksəlib. Bunun səbəbi “Qarabağ”dır. Bütün klublar onların sayəsində səviyyələrini yüksəldirlər”.

The post “Mənə elə gəldi ki, baş hakimin gözündə mənə qarşı nifrət var idi” appeared first on Komanda.az.

“Bura “Qarabağ”dır, uşaq bağçası deyil” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:1 hesablı qələbə barədə bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Sanki oyundan çox, futbolçuları düşünürdüm. İstəyirdim ki, ili sağlam başa vursunlar. Üç xal yerinə düşdü. “Qəbələ” bütün oyunlarda çox yaxşı mübarizə aparır. Onlara uğurlar arzulayıram. Daha çox xala layiqdirlər. Kaxaber Sxadadze ilə rəqib olmaq mənim üçün həmişə maraqlı olub. Burada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.

2025-ci il bizim üçün çox yaxşı keçdi. Narazılıqlar da oldu, uğurlarımız da. Mən bu kollektivin içindəyəm. Futbolçuların nələr çəkdiklərini görürürəm. Elə durumdayıq ki, hər kəs bizdən razı qalmalıdır. Çox gərgin il keçirdik. Çempionlar Liqasının səviyyəsi daha da yüksəkdir. Burada daha çox güc sərf edirsən. Tam başqa səviyyədir. Futbolçular bu cür təzyiqə dözüblərsə, onlardan çox razı qaldım. 2025-ci il Azərbaycan futbolçu üçün uğurlu oldu. Çempionlar Liqasında iştirak etdik, qələbələr qazandıq.

Bəzi futbolçulara rəsmi olmayan təkliflər var. Sanki komandada qarışıqlıq başlayıb. Çempionlar Liqasının qarşıdakı oyunları üçün siyahiya kimisə əlavə edə bilmərik. Ona görə də kiminsə getməsini istəmirəm.

“Qarabağ”ın Juninyonu geri qaytarması real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb. Mən onun “Sevilya”ya getməsini istəyirdim. Amma “Flamenqo” braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də, buna görə oranı seçdi.

Pedro Bikalyonun da adı Braziliya klubları ilə hallanır. Təklif olub. Amma bura “Qarabağ”dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki futbolçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçuların da “başı” gedir. Onlara yaxşı təklif edirlər, kluba isə az məbləğ təklif olunur. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, biri Dubaydan zəng edir”.

The post “Bura “Qarabağ”dır, uşaq bağçası deyil” – Qurban Qurbanov appeared first on Komanda.az.

Braziliyalı hücumçu İtaliya klubuna keçməyə yaxındır

“Arsenal”ın hücumçusu Qabriel Jesus karyerasını “Milan”da davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda tərəflər mümkün icarə transferini müzakirə edir. “Milan” hazırda forvardın fiziki hazırlığını qiymətləndirir, lakin yeni il bayramından sonra keçidlə bağlı daha konkret addımlar gözlənilir.

Jesus bu mövsümün əvvəlində aldığı zədə səbəbindən oyunlarda iştirak edə bilməyib. O, meydana qayıtdığı vaxtdan bəri 3 oyunda iştirak edib, lakin qol vura bilməyib.

The post Braziliyalı hücumçu İtaliya klubuna keçməyə yaxındır appeared first on Komanda.az.

İki klub “Barselona”ya müraciət edib – Ter Ştegen üçün

“Barselona”nın qapıçısı Mark-Andre ter Şteqenin gələcəyi hələ də qeyri-müəyyəndir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Almaniya millisinin əsas qapıçısı kimi 2026-cı il dünya çempionatında olmaq üçün müntəzəm oynamaq istəyir. Lakin Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik onu yenidən start heyətinə qaytarmaq fikrində deyil.

Eyni zamanda, “Jirona” və “Aston Villa” Ter Şteqen üçün “Barselona”ya müraciət edib.

33 yaşlı qolkiper bel zədəsindən bu yaxınlarda sağalıb. O, bu mövsüm ilk dəfə “Qvadalahara”ya qarşı kubok matçında (2:0) meydana çıxıb.

The post İki klub “Barselona”ya müraciət edib – Ter Ştegen üçün appeared first on Komanda.az.

“Milan” alman hücumçunun keçidini tamamlamaq üzrədir

“Milan” hücumçu Niklas Fullkruqun transferi ilə bağlı “Vest Hem”lə danışıqları davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” və “Vest Hem” arasında anlaşma tamamlanmaq üzrədir. Danışıqlar qabaqcıl mərhələdədir.

“Çəkicdöyənlər” Fullkruq üçün satınalma şərti ilə icarə təklifi alıblar. Çox yaxın vaxtlarda tam razılıq əldə oluna bilər.

32 yaşlı Fullkruq bu mövsüm bütün yarışlarda 9 matçda meydana çıxsa da, qol vura bilməyib. “Transfermarkt”-a görə, alman forvardın dəyəri 8 milyon avrodur.

The post “Milan” alman hücumçunun keçidini tamamlamaq üzrədir appeared first on Komanda.az.

Daha iki klub “Qarabağ”ın futbolçusu üçün danışıqlara qoşula bilər

Daha iki klub “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə maraqlanır.

Komanda.az xəbər verir ki, “Botafoqo”dan əlavə, braziliyalı futbolçu “Braqa” və “Sivasspor”un transfer siyahısındadır. Bu barədə “Bolavip Brasil” nəşri məlumat yayıb. Amma “Qarabağ”ın Bikalyo üçün nə qədər təzminat tələb etdiyi açıqlanmayıb.

Bu arada, Pedronun agenti Breno Şarte “İnternasional”ın ona maraq göstərməsi xəbərlərini təkzib edib.

24 yaşlı futbolçu mövsümün əvvəlində “Qarabağ”la müqavilə imzalayıb. Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

The post Daha iki klub “Qarabağ”ın futbolçusu üçün danışıqlara qoşula bilər appeared first on Komanda.az.

Türkiyə klubundan “Barselona”ya 10 milyon avroluq təklif

“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu polşalı futbolçu üçün “Fənərbaxça”dan 10 milyon avroluq təklif alıb. “Barselona” hələlik yekun qərar verməyib, lakin Levandovskinin özü mövsümün ortasında komandadan ayrılmaq istəmir.

37 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 17 oyunda meydana çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun İspaniya klubu ilə müqaviləsinin müddəti gələn yaya qədərdir.

The post Türkiyə klubundan “Barselona”ya 10 milyon avroluq təklif appeared first on Komanda.az.

“Bizə inanan hər kəsə təşəkkür edirəm” – “Turan Tovuz”un qapıçısı

“Turan Tovuz”un qapıçısı Oleq Baklov sosial şəbəkədə paylaşım edib.

Komanda.az xəbər verir ki, Tovuz klubunun tacik qolkiperi “instaqram” səhifəsində belə yazıb:

“Futbol ili başa çatdı. Bizə inanan hər kəsə təşəkkür edirəm”.

“Turan Tovuz” Premyer Liqada 16 oyundan sonra 27 xalla 5-ci pillədədir.

The post “Bizə inanan hər kəsə təşəkkür edirəm” – “Turan Tovuz”un qapıçısı appeared first on Komanda.az.

Ukraynalı hücumçu Premyer Liqa klublarına təklif olunub

“Roma”nın hücumçusu Artem Dovbik qış transfer pəncərəsində İtaliya klubundan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Roma” forvardı İngiltərə Premyer Liqasının bir neçə klubuna təklif edib. Bu komandalar arasında “Everton”, “Sanderland” və “Vest Hem” də var.

Dovbik 2025/2026 mövsümündə 14 matçda meydana çıxıb və cəmi 2 qol vurub.

The post Ukraynalı hücumçu Premyer Liqa klublarına təklif olunub appeared first on Komanda.az.

“Qyokereş Premyer Liqa üçün doğulub” – Sabiq futbolçu

“Arsenal”ın sabiq müdafiəçisi Sol Kempbell keçmiş komandasının hücumçusu Viktor Qyokereşin Premyer Liqada uğur qazanacağına inanır.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, o, isveçli forvardın komandaya uyğunlaşdıqca və oyun tempinə alışdıqca öz potensialını tam göstərəcəyini bildirib:

“Qyokereş möhtəşəm olacaq, komandadakı oyunçular onun hərəkət vərdişlərini anlayanda və Premyer Liqadakı sürətə alışanda, daha baxımlı oyun nümayiş etdirəcək. O, bu çempionat üçün doğulub. Yalnız komanda yoldaşlarının onun zərbələrini və düzgün mövqedə olduğu anı anlayaraq ötürmə verməsi lazımdır. Hər bir mərkəz hücumçusunun öz seçimləri var, hər biri topu özünə uyğun şəkildə almaq istəyir”.

27 yaşlı forvard “Arsenal”a bu il Lissabon “Sportinq”indən keçib.

The post “Qyokereş Premyer Liqa üçün doğulub” – Sabiq futbolçu appeared first on Komanda.az.

Fransalı futbolçu “Milan”dan ayrılmasının səbəbini açıqladı

Bir vaxtlar “Milan”ın əsas sol cinah müdafiəçisi olan, hazırda isə Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasında çıxış edən Teo Hernandes İtaliya klubundan ayrılmasının səbəblərini açıqlayıb.

Fransalı futbolçu bu ilin iyulunda “qırmızı-qaralar”ın sıralarını tərk edərək Səudiyyə Ərəbistanına yollanıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı oyunçu “Gazzetta dello Sport” nəşrinə açıqlamasında ayrılığın onun istəyi ilə baş vermədiyini bildirib:

“Milan”dan getmək istəmirdim. Qalmaq üçün hazır idim. Amma klub rəhbərliyindən zəng edib dedilər ki, “getməsən, heyətdən kənarlaşdırılacaqsan”. Bu vəziyyətdə başqa seçimim yox idi və yeni klub axtarmağa məcbur qaldım”.

Hernandes 6 il “Milan”ın formasını geyinib. A Seriyası təmsilçisi onun satışından 25 milyon avro gəlir əldə edib.

The post Fransalı futbolçu “Milan”dan ayrılmasının səbəbini açıqladı appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

21 dekabr

Azərbaycan, Premyer Liqa
15:00 Qəbələ – Qarabağ (CBC Sport)
17:30 Araz-Naxçıvan – Şamaxı (CBC Sport)

İtaliya, A Seriyası
15:30 Kalyari – Piza (Futbol 1)
18:00 Sassuolo – Torino (Futbol 1)
21:00 Fiorentina – Udineze (Futbol)
23:45 Cenoa – Atalanta (Futbol 1)

Türkiyə, Super Liqa
15:30 Alanyaspor – Fatih Karagümrük (beİN Sports 1)
21:00 Qalatasaray – Kasımpaşa (Futbol 3, beİN Sports 1)
21:00 Göztəpə – Samsunspor (beİN Sports 2)

İspaniya, La Liqa
17:00 Jirona – Atletiko (İdman TV, Futbol 2)
19:15 Vilyarreal – Barselona (İdman TV, Futbol 2, Matç TV)
21:30 Elçe – Rayo Valyekano (İdman TV, Futbol 2)
00:00 Betis – Xetafe (İdman TV, Futbol 2, Matç TV)

İngiltərə, Premyer Liqa
20:30 Aston Villa – Mançester Yunayted (beİN Sports 3)

Almaniya, Bundesliqa
20:30 Haydenhaym – Bayern (S Sport+)q

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Sabiq futbolçudan Messi və Ronaldo haqda açıqlama

İspaniya millisinin sabiq hücumçusu Alvaro Neqredo Kriştiano Ronaldonun və Lionel Messinin çıxışını şərh edib, onların karyeralarını zirvədə bitirmək istəyini vurğulayıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, belə səviyyəli oyunçular üçün karyeranı başa vurmağın həmişə çətin olduğunu bildirib:

“Ronaldo və Messi möhtəşəm göstəricilər əldə ediblər. Karyeranı bitirməyin ən yaxşı yolu isə “trofey” (bütün turnirlərdə uğur əldə etmək) qazanmaqdır. Kriştianonun xarakterini nəzərə alsaq, düşünmürəm ki, o, artıq son sözünü deyib”.

40 yaşlı Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. 38 yaşındakı Messi isə ABŞ-ın MLS liqasındakı “İnter Mayami” klubunun şərəfini qoruyur.

The post Sabiq futbolçudan Messi və Ronaldo haqda açıqlama appeared first on Komanda.az.

“Arsenal”la “Liverpul”dan çətin, “Mançester Siti”dən asan qələbə

İngiltərə Premyer Liqasında 17-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 8 oyun baş tutub.

“Çelsi” “Nyukasl”la səfər matçında xal itirib. “Mançester Siti” evdə “Vest Hem”ə böyük hesabla qalib gəlibsə, “Liverpul” səfərdə “Tottenhem”i, “Arsenal” isə “Everton”u məğlub edib.

İngiltərə Premyer Liqası
17-ci tur

20 dekabr

Nyukasl – Çelsi 2:2
Qollar
: Voltemade, 4; 20 – R.Ceyms, 49. J.Pedro, 66.

Vulverhempton – Brentford 0:2
Qollar
: Potter, 63; 83.

Mançester Siti – Vest Hem 3:0
Qollar
: Haland, 5; 69. Reynders, 38.

Brayton – Sanderlend 0:0

Bornmut – Börnli 1:1
Qollar: Semenyo, 67 – Broya, 90.

Tottenhem – Liverpul 1:2
Qollar
: Riçarlison, 83 – A.İsak, 56. Ekitike, 66.

Everton – Arsenal 0:1
Qol
: Dyökereş, 27-pen.

Lids – Kristal Pelas 4:1
Qollar
: Levin, 38; 45+4. Ampadu, 60. Stax, 90+11 – Devenni, 90+2-pen.

21 dekabr

20:30. Aston Villa – Mançester Yunayted

22 dekabr

00:00. Fulhem – Nottingem Forest

The post “Arsenal”la “Liverpul”dan çətin, “Mançester Siti”dən asan qələbə appeared first on Komanda.az.

“Real”dan inamlı qələbə

İspaniya La Liqasında 17-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Real Ovyedo” – “Selta” və “Levante” – “Real Sosyedad” oyunlarında qalib müəyyənləşməyib. “Osasuna” evdə “Alaves”ə, “Real” isə “Sevilya”ya qalib gəlib.

İspaniya La Liqası
17-ci tur

19 dekabr

Valensiya – Malyorka 1:1
Qollar
: Duro, 52 – S.Kosta, 23.

20 dekabr

Real Ovyedo – Selta 0:0

Levante – Real Sosyedad 1:1
Qollar: Dela, 90+4-pen – Kubo, 45+1.

Osasuna – Alaves 3:0
Qollar
: Budimir, 72; 81-pen. R.Qarsiya, 90+3.

Real – Sevilya 2:0
Qollar
: Bellingem, 38. Mbappe, 86-pen.

21 dekabr

17:00. Jirona – Atletiko
19:15. Vilyarreal – Barselona
21:30. Elçe – Rayo Valyekano
00:00. Betis – Xetafe

22 dekabr

00:00. Atletik – Espanyol

The post “Real”dan inamlı qələbə appeared first on Komanda.az.

“Yuventus” “Roma”ya qalib gəldi

İtaliya A Seriyasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Latsio” – “Kremoneze” matçı qolsuz bitib. “Yuventus” isə evdə “Roma” üzərində qələbəyə sevinib.

Bu turun “Napoli” – “Parma”, “İnter” – “Leççe”, “Verona” – “Bolonya” və “Komo” – “Milan” oyunları təxirə salınıb.

İtaliya A Seriyası
16-cı tur

20 dekabr

Latsio – Kremoneze 0:0

Yuventus – Roma 2:1
Qollar
: Konseysao, 44. Openda, 70 – Baldansi, 76.

21 dekabr

15:30. Kalyari – Piza
18:00. Sassuolo – Torino
21:00. Fiorentina – Udineze
23:45. Cenoa – Atalanta

The post “Yuventus” “Roma”ya qalib gəldi appeared first on Komanda.az.

“Qvardiolanın komandasında olmaq mənim üçün böyük şansdır”

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma baş məşqçi Pep Qvardiola ilə münasibətlərindən söz açıb.

Komanda.az “Sport Witness”-ə istinadən xəbər verir ki, İtaliyalı qolkiper, ispaniyalı mütəxəssisə növbəti dəfə təşəkkür edib və onun məşqçi keyfiyyətlərini xüsusi vurğulayıb:

“Pepə böyük hörmətim var. Aramızda çox yaxşı münasibətlər mövcuddur. O, müxtəlif situasiyalarda düzgün qərarlar verməyə və sakit qalmağa kömək edir. Hər kəs belə bir məşqçi ilə işləməyi arzulayır. Onun komandasında olmaq mənim üçün böyük şansdır. Ümid edirəm ki, burada birlikdə daha uzun illər keçirəcəyik və klubun tarixini yenidən yazmağa kömək edəcəyik. Bu, mənim üçün xüsusi bir hissdir”.

26 yaşlı futbolçu bu ilin sentyabrında PSJ-dən “Mançester Siti”yə transfer olunub.

The post “Qvardiolanın komandasında olmaq mənim üçün böyük şansdır” appeared first on Komanda.az.

“Bayer”dən inamlı qələbə

Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 6 oyun baş tutub.

“Köln” evdə “Union Berlin”ə, “Volfsburq” isə “Frayburq”a uduzub. “Leypsiq”in qonağı olan “Bayer” inamlı qələbəyə sevinib.

Almaniya Bundesliqası
15-ci tur

19 dekabr

Borussiya (Dortmund) – Borussiya (Mönhenqladbax) 2:0
Qollar
: Brandt, 10. Bayer, 90+7.

20 dekabr

Auqsburq – Verder 0:0

Köln – Union Berlin 0:1
Qol
: Şafer, 90+1.

Hamburq – Ayntraxt 1:1
Qollar
: Lokonqa, 19 – Larsson, 26.

Ştutqart – Hoffenhaym 0:0

Volfsburq – Frayburq 3:4
Qollar: Peyçinoviç, 13; 49; 69 – Treu, 5. Qrifo, 56-pen. Selt, 71-öz qapısına. Şerhant, 78.

Leypsiq – Bayer 1:3
Qollar
: Şlager, 35 – Terrye, 40. Şik, 44. Kalbret, 90+7.

21 dekabr

18:30. Maynts – Sankt Pauli
20:30. Haydenhaym – Bayern

The post “Bayer”dən inamlı qələbə appeared first on Komanda.az.

“Fənərbaxça” və “Beşiktaş”dan qələbə

Türkiyə Super Liqasında 17-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.

“Eyüpspor”un qonağı olan “Fənərbaxça” darmadağına sevinib. “Beşiktaş” isə “Rizəspor”u tək qolla yenib.

Türkiyə Super Liqası
17-ci tur

19 dekabr

Kocaelispor – Antalyaspor 2:1
Qollar
: Smolçiç, 24. T.Bingöl, 37 – Cannetti, 32.

20 dekabr

Konyaspor – Kayserispor 1:1
Qollar
: U.Nayir, 63 – Onuqxa, 90+3.

Eyüpspor – Fənərbaxça 0:3
Qollar
: Talişka, 27. Asensio, 34. C.Duran, 75.

Beşiktaş – Rizəspor 1:0
Qol
: Raşiça, 64.

21 dekabr

15:30. Alanyaspor – Karagümrük
21:00. Qalatasaray – Kasımpaşa
21:00. Göztəpə – Samsunspor

22 dekabr

18:00. Başakşəhər – Qaziantep
21:00. Gənclərbirliyi – Trabzonspor

The post “Fənərbaxça” və “Beşiktaş”dan qələbə appeared first on Komanda.az.

“Oyunlar obyektiv və neytral idarə olunmalıdır” – Kurtinaytis

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 10-cu turu çərçivəsində “Abşeron Lions” ilə oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 97:101 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Bəzi hissələrdə yaxşı, bəzilərində isə pis oynadıq. Bu da yorğunluqla bağlıdır. Amma bununla yanaşı bugünkü oyunda qeydə alınan nəticədə böyük pay sahibi hakimlər oldu.Çempionlar liqasında böyük komandalara qarşı mübarizə apardıq. Azərbaycan çempionatında isə rəqiblər bizə qarşı yüksək motivasiya ilə oynayırlar. Təbii ki, qarşılaşdığımız bütün rəqiblər bizə qalib gəlmək istəyir. Hakimliklə bağlı bəzi məsələlər var ki, susmaq olmur. İlk olaraq hakimlərdən birinin oyuna gecikməsinə baxmayaraq görüşün daha öncə təyin olunan vaxta keçirilməsinə razılıq versəm də, bu məqam mənə qaranlıq qaldı. Artıq neçənci oyundur ki, hakimlərin bizə qarşı kobud səhvləri və müəmmalı qərarları ilə üzləşirik. Mən yerimdən qalxaraq hakimə verdiyi qərarla bağlı sual vermək istəyəndə texniki fol alıram. Halbuki hakim sualı bəlkə tam və aydın eşitmədi. Üstəlik mən artıq illərdir basketboldayam və bilirəm hakimə hansı sözü demək olar, hansı söz yox. Bəzi qərarlarına baxdıqda, sanki oyunda olmadıqlarını hiss etmək olar. Düşünürəm ki, komandalarla yanaşı hakimlik də liqanın səviyyəsinin qalxmasında çox vacib rol oynayır. Oyunlar obyektiv və neytral idarə olunmalıdır. Bizim klub olaraq məqsədimiz keyfiyyətli iş ortaya qoyaraq Azərbaycan basketbolunun inkişafına öz töhfəmizi verməkdir. Mən də yenidən Azərbaycana bu məqsədlə qayıtmışam. Düşünürəm ki, federasiya bu oyundan sonra bu cür halların bir daha təkrarlanmaması üçün hakimliklə bağlı ciddi qərarlar qəbul etməlidir”.

The post “Oyunlar obyektiv və neytral idarə olunmalıdır” – Kurtinaytis appeared first on Komanda.az.

“İli yaxşı nəticə ilə başa vurmaq istəyirik”

Azərbaycan Basketbol Liqasının 10-cu turunda “Şəki” ilə səfər oyunundan sonra “Gəncə”nin baş məşqçisi Halil Atlı fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb.

Komanda.az xəbər verir ki, o, 78:73 hesablı qələbə barədə bunları söyləyib:

“Hər şeydən öncə komandamı təbrik edirəm, bu gün müdhiş mübarizə ortaya qoyduq. Hamını bir-bir təbrik edirəm. Ceykob Uayli xəstə olaraq oynadı. Ona xüsusi minnətdaram. Çox mübarizə apardı. “Şəki” həm evdə, həm səfərdə çox mübarizə aparan komandadır. İlk matçda öz səhvlərimizdən, konsentrasiyasız oynamağımızdan dolayı istəmədiyimiz halda məğlub olmuşduq. Bu oyun daha çox mübarizə apardığımızı düşünürəm. Ona görə bir daha kollektivə minnətdarlığımı bildirirəm. Qarşıda “Sabah” ilə təxirə salınan görüşümüz var. İki gün sonra meydana çıxacağıq. Üst-üstə səfərlərdəyik. Hardasa Avropa Kuboklarında çıxış edən klublardan daha sıx təqvimdə oynayırıq. Bu, bizi çox çətin vəziyyətə salır. Amma Bakıda da ən yaxşı şəkildə mübarizə aparıb ili yaxşı nəticə ilə başa vurmaq istəyirik”.

The post “İli yaxşı nəticə ilə başa vurmaq istəyirik” appeared first on Komanda.az.

İngiltərəli futbolçu “Mançester Siti”yə dönmək istəmir

Hazırda “Everton”da icarə əsasında çıxış edən “Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş London təmsilçisində daimi qalmaq imkanı əldə edə bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Everton”un baş məşqçisi David Moyes 30 yaşlı vingerin heyətdə qalmasını istəyir.

Liverpullular Qrilişin transfer hüququnu almaq və “şəhərlilər”lə tam transfer barədə razılıq əldə etməyə çalışacaq. Futbolçunun özü də “Everton”da qalmağa hazır olduğunu bildirib.

İngiltərəli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

The post İngiltərəli futbolçu “Mançester Siti”yə dönmək istəmir appeared first on Komanda.az.

Danimarkalı müdafiəçi yeni müqavilə təklifi gözləyir

“Barselona”nın müdafiəçisi Andreas Kristensen klubda qalmaq istəyir. Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu yeni müqavilə təklif olunacağına ümid edir və “Barselona”nın formasını geyinməyə davam etmək üçün yüksək maliyyə təkliflərini geri çevirməyə hazırdır.

Kristensen qalan oyunlarda özünü sübut etməli olduğunu başa düşür. O, cari mövsümdə İspaniya Kral kuboku çərçivəsində “Deportivo Qvadalahara”ya qarşı görüşdə ilk qolunu vurub. Ümumilikdə isə, futbolçu bu mövsüm 17 oyunda iştirak edib.

Danimarkalı futbolçuya Səudiyyə Ərəbistanı çempionatından da maraq olduğu bildirilir.

The post Danimarkalı müdafiəçi yeni müqavilə təklifi gözləyir appeared first on Komanda.az.

“Barselona” xorvat futbolçunu “qaralayıb”

“Barselona” rəhbərliyi müdafiənin mərkəzini gücləndirmək istiqamətində axtarışlarını davam etdirir.

Daha əvvəl Kataloniya klubunun “İnter”in futbolçusu Alessandro Bastoni ilə maraqlandığı bildirilsə də, onun transferinin reallaşması hazırda az ehtimal olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barsa”nın növbəti yay üçün əsas prioritet hədəflərindən biri “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardioldur. Klub xorvatiyalı futbolçunu müdafiə xəttinin lideri kimi görür.

Bundan başqa, La Liqa təmsilçisi “Kristal Pelas”dan Mark Quehi və “Liverpul”dan İbrahima Konatenin namizədliklərini də nəzərdən keçirir. Ancaq klub rəhbərliyində bu futbolçuların hazırda komandada çıxış edən Erik Qarsiyadan üstün olub-olmaması ilə bağlı şübhələr var.

The post “Barselona” xorvat futbolçunu “qaralayıb” appeared first on Komanda.az.

“Sabah”ı məğlub edən tapıldı

Azərbaycan Basketbol Liqasının 10-cu turunda “Abşeron Lions” “Sabah”a qalib gəlib.

Komanda.az xəbər verir ki, A qrupunun oyununda komanda 101:97 hesablı qələbə qazanıb.

Qarşılaşma Bakı İdman Sarayında keçirilib.

Turun əvvəlki oyunlarında “Sərhədçi” “Sumqayıt”ı (86:83), “Naxçıvan” “Quba”nı (78:69), “Ordu” “Lənkəran”ı (84:72), “Gəncə” isə “Şəki”ni (78:73) məğlub edib. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.

The post “Sabah”ı məğlub edən tapıldı appeared first on Komanda.az.

Renato üçün xüsusi forma

Azərbaycan Premyer Liqasının 16-cı turunda “İmişli” ilə oyundan əvvəl “Zirə”nin futbolçusu Ruan Renatoya simvolik olaraq “100” yazılmış forma təqdim edilib.

Komanda.az xəbər verir ki, formanı Zirə” PFK-nın icraçı direktoru Cahangir Məmmədov təqdim edib.

Xatırladaq ki, “Zirə” – “İmişli” matçı qolsuz yekunlaşıb – 0:0.

The post Renato üçün xüsusi forma appeared first on Komanda.az.

“Qışda kimisə transfer etmək çətindir” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində doğma meydanda “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, qolsuz heç-heçə barədə bunları söyləyib:

“Oyun gözlədiyimiz kimi keçdi. Rəqib daha çox müdafiə olunurdu, biz də onu yarmağa çalışırdıq. Vurduğumuz qol sayılmadı. Birinci hissədə nəzarət bizdə idi. İkinci yarıda daha sürətli futbol getdi, bir neçə qol epizodumuz oldu. Vacib xallar itirdik. Artıq fasiləyə gedirik. Futbolçularımdan ümumilikdə razıyam. Son matçlarda hücum xəttində bir az problemlər yaşayırıq. 11-12 oyundur ki, əsas hücumçumuzdan istifadə edə bilmirik. Çox itkilərimiz var. Bu da istədiyimiz heyətlə meydana çıxmağımıza problem yaradır. Ümidvaram ki, qışdan sonra bu qədər problem yaşamarıq.

İstəyirdik ki, qələbə qazanaq. Məyusuq. Amma bu gün uduzsaydıq da, futbolçularımın çıxışından razı qalacaqdım. 16 matçın cəmi birində meydanda zəif olmuşuq, o da “Sabah”la görüşdə. Meydana hücumçu buraxmaq istəyirdim. Amma yox idi. Konateni hücumçu kimi oynadırdıq. Onsuz da heyətimiz kasaddır, Davit Volkov 11-12 oyundur yoxdur. Nə vaxt bərpa olacağı bilinmir. “İmişli” yaxşı, möhkəm komandadır. Səfər matçlarında daha təhlükəli olurlar. Bir xala görə şikayətçi deyilik.

Rəhbərlikdən xahiş edəcəyik ki, 1-2 transfer edək. Digər tərəfdən rüsum məsələsi var. Gücümüz çatacaq ya yox, bilmirik. Mövsümün əvvəlində bilirdik ki, hücum xəttinə oyunçu lazımdır. Yerli futbolçu yoxdur. Yəni, komandanı gücləndirəcək yerli oyunçudan söhbət gedir. Üstəlik, hər bir yerli futbolçunun öz klubu ilə müqaviləsi var. Qışda kimisə transfer etmək çətindir”.

The post “Qışda kimisə transfer etmək çətindir” – Rəşad Sadıqov appeared first on Komanda.az.

“Məqsədimiz bir xal qazanmaq idi, ona da nail olduq”

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, qolsuz heç-heçə barədə bunları söyləyib:

“Hər iki komanda üçün çox çətin oyun oldu. “Zirə”nin topla üstünlüyü olsa da, taktiki cəhətədən hazır idik. Müdafiəni yaxşı qurmuşduq. “Zirə” iki təhlükəli vəziyyəti standart vəziyyətlərdən yaratdı. Bilirdik ki, rəqib fiziki cəhətdən güclüdür. İki təhlükəli künc zərbəsindən savayı, “Zirə” bizim qapımıza yaxınlaşa bilmədi. Bu da onu göstərir ki, matça taktiki cəhətdən yaxşı hazırlaşmışdıq. İkinci hissədə gözləyirdik ki, “Zirə” intensiv hücumlar edəcək. Onların oyunçuları fiziki və fərdi keyfiyyətə görə üstündür. Rəqib qol vurmaq istəyirdi. 70-ci dəqiqəyə qədər onlar pressinq edirdi. Bizim oyunçular daha yorğun görünürdü. Çünki bundan əvvəlki matçımız çox çətin şəraitdə keçdi. “Zirə” ilə oyuna hazırlaşmaq üçün 4 günümüz var idi. Çempionatın bu fazasında 4 günə oyuna hazırlaşmaq çox çətindir. “Zirə”nin isə 6 gün vaxtı var idi. Onlar qol urmaq istəyirdi. Bu cür rəqibə qarşı bir xala görə müdafiə olunduq. Bunu müvəffəqiyyətlə etdik. İkinci hissədə məqsədimiz bir xal qazanmaq idi, ona da nail olduq”.

The post “Məqsədimiz bir xal qazanmaq idi, ona da nail olduq” appeared first on Komanda.az.

Azərbaycan birinciliyində fərdi mübarizə başa çatdı

17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi mübarizə başa çatıb.

Komanda.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışın üçüncü günündə 146 cüdoçu 5 çəkidə mübarizə aparıb.

Sabah ölkə birinciliyində komandalararası yarış keçiriləcək.

Üçüncü günün mükafatçılarını təqdim edirik:

Qızlar

48 kq

  1. Fatimə Fərmanzadə (RKİM)
  2. Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
  3. Nərgiz Məmmədova (RKİM)
  4. Ülkər Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

63 kq

  1. Zilan Hüseynli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
  2. Türkan Məmmədli (Qədiroğlu İK)
  3. Pəri Məmmədli (Judo Club 2012)
  4. Aydan Bağırlı (Judo Club 2020 İK)

Oğlanlar

60 kq

  1. Məhəmmədəli Hüsüyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  2. Mehman Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  3. Əli Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
  4. İlkin Qarayev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

81 kq

  1. Amin Mehdiyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  2. Oktay Bəndəliyev (Şuşa UGİM)
  3. Yaqub Məmmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  4. Ayxan Həsənli (ACF)

+90 kq

  1. Tamerlan Əliyev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
  2. Sabir Bərxudarlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
  3. Hüseyn Hüseynli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
  4. Nihad Məlikli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

The post Azərbaycan birinciliyində fərdi mübarizə başa çatdı appeared first on Komanda.az.

Premyer Liqada noyabrın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində noyabr ayının ən yaxşı qolunun müəllifi olan “Zirə”nin futbolçusu Leroy Mikels mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Mükafatı futbolçuya 16-cı turun “Zirə” – “İmişli” görüşündən əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

The post Premyer Liqada noyabrın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı appeared first on Komanda.az.

Basketbol: “Gəncə” qələbə qazandı

Azərbaycan Basketbol Liqasının 10-cu turunda daha bir oyun A qrupunda keçirilib.

Komanda.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində “Gəncə”ni qəbul edən yerli komanda 73:78 hesabı ilə uduzub.

Turun əvvəlki oyunlarında “Sərhədçi” “Sumqayıt”ı (86:83), “Naxçıvan” “Quba”nı (78:69), “Ordu” isə “Lənkəran”ı (84:72) məğlub edib. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.

The post Basketbol: “Gəncə” qələbə qazandı appeared first on Komanda.az.

Rəhbərlik Mareskanın davranışından narazıdır

“Çelsi” rəhbərliyi baş məşqçi Enzo Mareskanın açıqlamalarından məmnun deyil.

Komanda.az “Guardian Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis son zamanlar klub rəhbərliyi ilə fikir ayrılıqlarını açıq şəkildə dilə gətirir, ancaq konkret konflikt detalları hələ məlum deyil.

Klub içərisində narazılıq əsasən Mareskanın komandada əldə etdiyi keçmiş uğurları tənqidi şəkildə vurğulamasından irəli gəlir. Rəhbərlik həmçinin, baş məşqçinin davranışındakı kəskin dəyişiklikdən məyus olub və hesab edir ki, o, bu vəzifəyə gətirilənədək Çempionşipdə çalışdığı və top səviyyədə çox da tələb olunmadığı üçün kluba minnətdar olmalıdır.

Enzo Mareskanın “Çelsi” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir və o, klubda keçən mövsümün əvvəlindən etibarən çalışır. Onun komandası UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post Rəhbərlik Mareskanın davranışından narazıdır appeared first on Komanda.az.

Füzuli Məmmədov: “İnanıram ki, güclü “Karvan-Yevlax” görəcəyik”

“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunda “Neftçi”ni qəbul edib.

Komanda.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin məşqçisi Füzuli Məmmədovun oyundan sonra mətbuat konfransı keçirilib. Məmmədov qələbə qazanmaq istədiklərini bildirib:

“Rəngli oyun olacağını bilirdik. “Neftçi”ni yaxşı təhlil etmişdik. Çox gərgin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Futbolçularım əzmkar mübarizə apardı. “Neftçi”ni təbrik edirəm. Edəcək bir şey yoxdur. Nə etmək olar, bu, futboldur. Oyunçularıma əzmkar oyuna görə “çox sağ ol” deyirəm. Yaxşı mübarizə apardıq. Amma sonda yenə səhvlər oldu. Təzyiqlərin sonunda buraxılan səhvlər bu nəticəyə gətirib çıxardı. Bunların üzərində işləməliyik. İnanıram ki, güclü “Karvan-Yevlax” görəcəyik.

Meydanda vaxt uzatmırdıq. Sadəcə, oyunun gedişində mikrozədələr olurdu, həkimlər meydana daxil olurdu. Heç kim bilərəkdən vaxt uzatmırdı.

Rəhbərliklə danışacağıq, qışda güclənməyə ehtiyacımız var. Görüşüb müzakirələr aparacağıq”.

“Karvan-Yevlax” növbəti turda “Sabah”ın qonağı olacaq.

Fəxri Rüstəmli

The post Füzuli Məmmədov: “İnanıram ki, güclü “Karvan-Yevlax” görəcəyik” appeared first on Komanda.az.

“Abubakara heç bir sualım yoxdur” – “Neftçi”nin baş məşqçisi

“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunda “Karvan-Yevlax”ın qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

“Mən bu oyunu iki hissəyə bölərdim, birinci və ikinci hissə. İlk hissədə oyunçular intensivlik göstərmədi. Çox da üstün oynamasalar da, ilk hissənin sonlarında rəqibə penalti şansı yaratdıq.

İkinci hissədə oyunçulara bildirdim ki, intensivliyi artırmasaq, qələbə qazana bilməyəcəyik. İkinci hissə başlayanda biz gördük ki, rəqib vaxtı çox uzadır. Buna baxmayaraq, çoxlu şanslarımız oldu. Şanslarımız yox, yüz faizlik epizodlarımız oldu. Və sonda 2:1 hesabı ilə qalib gəldik.

Ukraynada süni örtüklü meydançada oynamağa icazə verilmir, Azərbaycanda isə bu normaldır. Şərtlər hər iki tərəf üçün eyni idi. Əslində, bizə burda məşq keçməyimizi bildirmişdilər. Amma mən razı olmadım. Təbii örtüklü meydançada məşq keçməyi üstün tutduq. Çünki oyundan əvvəl zədələnmə ola bilərdi.

Bizim formamız ağ rəngdə idi, onlarda isə ağ-qara. Bu haqda oyunçulardan soruşmaq lazımdır.

Vensan Abubakar dünya futbolunun ulduzudur. Mənim ona heç bir sualım yoxdur. Mövsümün ortasında komandaya qoşulub. Hansı vəziyyətdə gəlməsi ilə bağlı fikrim yoxdur. Nəsə demək üçün komanda ilə toplanış keçmək lazımdır.

Kim ki mənim dediklərimə qulaq asmasa, az forma şansı qazanacaq. Mən futbolçulara hörmətlə yanaşıram, onlar da məşqçi heyətinə eyni davranmalıdır.

Gördüyüm odur ki, komandanın kapitanı Emin Mahmudov daha güclənib və oyunçuları öz arxasınca aparır. Mən də istəyirəm ki, belə olsun. Çünki kapitan komandanın lideridir və o, komandada mənim birinci köməkçimdir. Görürəm ki, komandanı arxasınca aparır”.

“Neftçi” növbəti turda “Zirə”ni qəbul edəcək.

Fəxri Rüstəmli

The post “Abubakara heç bir sualım yoxdur” – “Neftçi”nin baş məşqçisi appeared first on Komanda.az.

Salahla maraqlanan klubların sayı artır

“Liverpul”la Məhəmməd Salah arasında yaranmış gərginlik demək olar ki, aradan qalxıb.

Buna baxmayaraq, misirli futbolçunun mümkün gedişi ilə bağlı söz-söhbətlər səngimir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ Salahla maraqlanmaqda davam edir, ancaq hazırda yalnız müşahidəçi mövqedədir və yaxın zamanda konkret addım gözlənilmir.

33 yaşlı hücumçu ilə “Yuventus” və “Qalatasaray” da maraqlanır. Həmçinin, Səudiyyə Ərəbistanının “Əl-İttihad” və “Əl-Hilal” klubları da Salah uğrunda mümkün transfer yarışından geri çəkilməyib.

Salahın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə “qırmızılar”ın heyətində 20 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post Salahla maraqlanan klubların sayı artır appeared first on Komanda.az.

Bütün təkliflərə “yox” deyib – “Real”a görə

“Komo”nun yarımmüdafiəçisi Niko Pas karyerasını yenidən “Real”da davam etdirmək niyyətindədir.

21 yaşlı futbolçu mümkün transfer naminə bir sıra top-klubların təkliflərini geri çevirib.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, Pasa “Arsenal”, “Çelsi”, “Liverpul” və “Mançester Siti” rəsmi təkliflər göndərsə də, o, bu variantların hamısından imtina edərək “kral klubu”nu seçib.

Argentinalı oyunçu “Real” akademiyasının yetirməsidir və Madrid təmsilçisinə qayıtmaq onun əsas hədəfi olaraq qalır. “Kral klubu”nun rəhbərliyinin onu gələn ilin yayında “Komo”dan geri almaq imkanı var.

Pas cari mövsümdə 16 oyunda iştirak edib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

The post Bütün təkliflərə “yox” deyib – “Real”a görə appeared first on Komanda.az.

“Qalatasaray” “Mançester Yunayted”ə təklif göndərib – Uruqvaylı üçün

“Mançester Yunayted”in uruqvaylı yarımmüdafiəçisi Manuel Uqarte Türkiyə çempionatında çıxış edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu ilə “Qalatasaray” maraqlanır.

İstanbul klubu “qırmızı şeytanlar”la transferlə bağlı danışıqlara başlayıb və Uqarte üçün maliyyə baxımından sərfəli təklif irəli sürüb.

Uqartenin ingilislərlə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, cari mövsümdə 11 oyunda meydana çıxıb.

The post “Qalatasaray” “Mançester Yunayted”ə təklif göndərib – Uruqvaylı üçün appeared first on Komanda.az.

Flik Kasadonu müdafiəçiyə çevirməkdə israrlıdır

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Mark Kasadonu sağ cinah müdafiəçisi mövqeyində oynatması ilə bağlı eksperimentini davam etdirmək niyyətindədir.

22 yaşlı futbolçu yaxın vaxtlarda İspaniya kral kuboku çərçivəsində “Deportivo Qvadalahara”ya qarşı keçirilən oyunda sağ müdafiəçi kimi meydana çıxıb. Qarşılaşma “Barselona”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kasado 75-ci dəqiqəyə qədər meydanda olub və daha sonra əvəzlənib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı bundan sonra da Kasadonu müdafiənin sağ cinahı üçün mümkün variantlardan biri kimi nəzərdən keçirməyi planlaşdırır.

Bildirilir ki, ispaniyalı yarımmüdafiəçi mövsümün sonuna qədər bu mövqedə Jül Kundenin alternativləri sırasında qalacaq. Bu siyahıda Erik Qarsiyanın da adı var.

“Barselona” növbəti oyununu La Liqada sabah “Vilyarreal”a qarşı keçirəcək.

The post Flik Kasadonu müdafiəçiyə çevirməkdə israrlıdır appeared first on Komanda.az.

Nazir “Karvan-Yevlax” – “Neftçi” matçında – FOTO

“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunda “Neftçi”ni qəbul edir.

Komanda.az-ın Yevlaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşmanı izləyənlər arasında “Neftçi”nin Müşahidə Şurasının üzvü, eyni zamanda elm və təhsil naziri olan Emin Əmrullayev də yer alır.

“Karvan-Yevlax” – “Neftçi” matçı 0:0 hesabı ilə davam edir.

The post Nazir “Karvan-Yevlax” – “Neftçi” matçında – FOTO appeared first on Komanda.az.

“Arsenal”a gələndə məqsədim kuboklar qazanmaq idi”

“Arsenal”ın hücumçusu Qabriel Jesus klubdakı məqsədləri barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bunu deyib:

“Bura gələndə məqsədim yalnız “Arsenal”da qol vurmaq deyildi, məqsədim kuboklar qazanmaq idi. Gücüm komandaya mümkün olan hansısa bir şəkildə titul qazanmağa kömək etmək istəyimdədir. “Mançester Siti”də müxtəlif mövqelərdə oynamışam, bəzən qol vurmaq vəzifələrini başqaları ilə bölüşmüşəm, bəzən cinahda oynamışam, bəzən də komanda ilə qarşılıqlı əlaqədə olmaq üçün fiziki gücümdən istifadə etmişəm. Verə biləcəyim töhfə yalnız hücumçu olmaqla məhdudlaşmır”.

Jesus 2022-ci ilin yayında “Mançester Siti”dən “Arsenal”a keçib. Forvard son illərdə zədələrdən əziyyət çəkib və bu da mətbuatda onun mümkün gedişi barədə fərziyyələrin irəli sürülməsinə səbəb olub. 28 yaşlı futbolçu bu ilin yanvar ayından bəri oyunlardan kənarda qalmasına səbəb olan ciddi zədədən sonra bu yaxınlarda meydana qayıdıb.

The post “Arsenal”a gələndə məqsədim kuboklar qazanmaq idi” appeared first on Komanda.az.

AFFA-da hakimlər üçün təlim-tədris proqramı keçirilir

FİFA dərəcəli qadın hakimlər, müvafiq Elit və 2-ci kateqoriya hakimləri üçün VAR sertifikasiyasının əldə olunmasına dair təlim-tədris proqramı keçirilir.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

AFFA-nın inzibati binasında təşkil olunan təlim-tədris prosesi VAR Layihəsi üzrə təlimçi Kristof Dierik tərəfindən həyata keçirilir.

The post AFFA-da hakimlər üçün təlim-tədris proqramı keçirilir appeared first on Komanda.az.

Braziliya klubu “Qarabağ”a ikinci dəfə təklif göndərib

“Botafoqo” klubu “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyonu transfer etmək üçün ikinci rəsmi təklifini təqdim edib.

Komanda.az xəbər verir ki, təklifin forması əvvəlki kimi, satınalma bəndi ilə icarəyə götürməkdir. Bu barədə “Globo” nəşri məlumat yayıb.

Rio-de-Janeyro klubu bu dəfə “Qarabağ”a ödəniləcək icarə haqqının məbləğini də artırıb.

24 yaşlı futbolçu “Botafoqo”nun qış transfer pəncərəsində əsas hədəflərindən biridir. Braziliya klubu Bikalyodan başqa, “Ferentsvaroş”da çıxış edən Julio Romaonu da heyətinə qatmağa çalışır.

Danışıqları “Dunkirk Sports” şirkətinin nümayəndəsi Breno Şartyer aparır. “Botafoqo” Bikalyo ilə hələlik maaş məsələsini müzakirə etməyib, lakin futbolçu ölkəsinə mümkün qayıdışı müsbət qarşılayır.

Bikalyo mövsümün əvvəlində “Qarabağ”a keçib.

The post Braziliya klubu “Qarabağ”a ikinci dəfə təklif göndərib appeared first on Komanda.az.

Ərəblər Deşama 8 illik müqavilə təklif edə bilər

Fransa millisinin baş məşqçisi Didye Deşam Səudiyyə Ərəbistanından təklif ala bilər.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisə milli komandanı 2034-cü il dünya çempionatına hazırlamaq üçün müddəti 8 il olan müqavilə təklif edilə bilər.

Səudiyyə Ərəbistanı rəhbərliyi mundialda medal qazanmaq ümidindədir. Əvvəlki xəbərlərdə bildirilirdi ki, Deşam 2026-cı il dünya çempionatından sonra Fransa millisindəki postunu tərk edəcək.

Fransalı mütəxəssis 2012-ci ildən ölkəsinin milli komandasını çalışdırır və onun rəhbərliyi altında Fransa 2018-ci ildə dünya çempionu olub.

The post Ərəblər Deşama 8 illik müqavilə təklif edə bilər appeared first on Komanda.az.

Yaşı 30-dan çox olan ən bahalı futbolçular

“Transfermarkt” portalı 30 yaşdan yuxarı ən bahalı futbolçuların reytinqini təqdim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinqin lideri İngiltərə millisinin və “Bayern”in hücumçusu Harri Keyn olub. Onun bazar dəyəri 65 milyon avro qiymətləndirilir.

İkinci pillədə yenə “Bayern”in və Almaniya millisinin yarımmüdafiəçisi Coşua Kimmix yer alıb, onun qiyməti 40 milyon avrodur.

İlk üçlüyü isə “Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandes tamamlayır, onun da bazar dəyəri 40 milyon avro olaraq göstərilib.

Lionel Messi və Kriştiano Ronaldo bu siyahıda ilk 10-luğa düşməyib. Argentinalı futboçunun qiyməti 15 milyon avro, portuqaliyalınınkı isə 12 milyon avro təşkil edir.

The post Yaşı 30-dan çox olan ən bahalı futbolçular appeared first on Komanda.az.

Arauxo qayıdır

“Barselona”nın müdafiəçisi Ronald Arauxo yaxın zamanda heyətə qayıda bilər.

Komanda.az AS-a istinadən xəbər verir ki, Kataloniya klubunun aparıcı futbolçularından olan Arauxo son oyunlarda psixoloji problemlər səbəbindən “Barsa”nın matçlarında iştirak etməyib.

Uruqvaylı müdafiəçi Milad bayramından sonra məşqləri bərpa edəcək. Hansısa yeni problem ortaya çıxmasa, Arauxo “Barselona”nın heyətində “Espanyol”a qarşı keçiriləcək oyunda iştirak edə bilər. Kataloniya derbisi yanvarın 3-də baş tutacaq.

Arauxo 2025/26 mövsümündə 15 oyunda meydana çıxıb və 2 qol vurub. O, UEFA Çempionlar Liqasının 5-ci turunda səfərdə “Çelsi” (0:3) ilə qarşılaşmada aldığı qırmızı vərəqədən sonra psixoloji problemlər yaşamış və bir müddət yaşıl meydanlardan kənar qalmışdı.

The post Arauxo qayıdır appeared first on Komanda.az.

MY türk futbolçu üçün 100 milyon avro ayırmağa hazırdır

“Yuventus”un vingeri Kənan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

“Qırmızı şeytanlar” türk futbolçunun transferi üçün 100 milyon avro ayırmağa hazırdır.

Kənan Yıldız cari mövsümdə A Seriyasında “Yuventus”un heyətində 14 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post MY türk futbolçu üçün 100 milyon avro ayırmağa hazırdır appeared first on Komanda.az.

AFFA-da klub rəsmiləri ilə görüş oldu

Azərbaycan Premyer Liqası, 1-ci Liqa, liqalarda iştirak edən akademiyalar və digər komandaların nümayəndələri ilə görüş keçirilib.

Komanda.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində baş tutan görüşdə klub rəsmiləri ilə yanaşı, milli assosiasiyanın baş katibinin müavini Elçin Məmmədov və Yarışların Təşkili Departamentinin əməkdaşları iştirak ediblər.

AFFA tərəfindən keçirilən liqaların cari mövsümündə tətbiq edilən dəyişikliklər, yarışların təşkilində müsbət və mənfi tərəflərlə bağlı diskusiyalar aparılıb, eyni zamanda növbəti mövsümlə bağlı təkliflər müzakirə olunub.

Qarşıdakı günlərdə regionlarda çıxış edən aşağı liqa komandaları ilə görüşlərin silsiləli şəkildə təşkili və müzakirələrin davam etdirilməsi planlaşdırılıb.

The post AFFA-da klub rəsmiləri ilə görüş oldu appeared first on Komanda.az.

Qrizmann Türkiyə klubunun hədəfindədir

“Atletiko”nun hücumçusu Antuan Qrizmann digər klubların diqqət mərkəzindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunu heyətinə qatmaq istəyən “Əl-Əhli” (Səudiyyə Ərəbistanı), “Əl-Vahda” (Birləşmiş Ərəb Əmirlikləri) və “Şarlott” (ABŞ) artıq ona konkret təkliflərlə müraciət ediblər.

Bununla yanaşı, Qrizmannın gələcək durumu “İnter Mayami”, “Lion”, “Yuventus” və “Qalatasaray” tərəfindən də yaxından izlənilir. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Fransalı futbolçu cari mövsümdə “Atletiko”nun heyətində bütün turnirlər üzrə 24 oyuna çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun karyerasını Avropa xaricində davam etdirib-etdirməyəcəyi yaxın aylarda daha da aktuallaşacaq.

The post Qrizmann Türkiyə klubunun hədəfindədir appeared first on Komanda.az.

Anri “Arsenal”ın futbolçusu haqda: “Mən onun nə edə biləcəyini bilirəm”

“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri keçmiş komandasının vingeri Leandro Trossardın cari mövsümdəki çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu, Trossardın hücumları çox yaxşı tamamladığını bildirib:

“Mən Trossardan təsirlənirəmmi? Həm bəli, həm də xeyr. Mən onun nə edə biləcəyini bilirəm. Bu, mən Belçika millisində çalışanda (2021-2022) da aydın görünürdü. O zaman əsas heyətə düşməsi çətin idi, çünki orada Eden Hazard oynayırdı. Trossard hücumları çox yaxşı tamamlayır və hər iki ayağı ilə möhtəşəm zərbələr edir. Onun ağlı yetərlidir və nə etməli olduğunu çox yaxşı başa düşür. O bilir ki, “Arsenal” daha çox hücumları sağ cinahdan qurur, orada da Bukayo Saka oynayır. Onun vəzifəsi qapıdan uzaq mövqelərə daha çox açılmaqdır”.

31 yaşlı Trossard cari mövsümdə 18 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə verib.

The post Anri “Arsenal”ın futbolçusu haqda: “Mən onun nə edə biləcəyini bilirəm” appeared first on Komanda.az.

“Barselona” ingiltərəli hücumçu üçün rəsmi təklif göndərib

“Norviç”in gənc hücumçusu Ajay Tavares karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, 15 yaşlı futbolçu ilə “Barselona” yaxından maraqlanır.

Kataloniya klubu Tavares üçün artıq rəsmi təklif göndərib və keçidin qış transfer pəncərəsində rəsmiləşdirilməsi mümkündür. Gənc forvard hazırda “Norviç”in U-18 komandasında çıxış edir. O, həmçinin, İngiltərə U-17 millisinin heyətində 4 oyunda meydana çıxıb.

“Barselona” La Liqada 17 turdan sonra 43 xal toplayaraq, turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu 2-ci pillədə qərarlaşan “Real”ı 4 xal qabaqlayır.

The post “Barselona” ingiltərəli hücumçu üçün rəsmi təklif göndərib appeared first on Komanda.az.

Bruno Fernandesin birlikdə oynadığı ən yaxşı 5 futbolçu

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes karyerası boyunca birlikdə oynadığı ən yaxşı beş futbolçudan ibarət heyət tərtib edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Portuqaliya millisində sabiq komanda yoldaşı Pepeni yeganə müdafiəçi olaraq seçib. “Qırmızı şeytanlar”ın sabiq oyunçuları Xuan Mata və Pol Poqba yarımmüdafiə dueti olub, Kriştiano Ronaldo və Antonio Di Natale isə hücum mövqelərini tutub. “Mançester Yunayted”in hazırkı oyunçularından heç biri heyətə daxil edilməyib.

Fernandes 2020-ci ilin əvvəlindən “Mançester Yunayted”də çıxış edir. Futbolçu İngiltərə klubuna keçməzdən əvvəl “Sportinq”, “Sampdoriya”, “Udineze” və “Novara”da oynayıb.

The post Bruno Fernandesin birlikdə oynadığı ən yaxşı 5 futbolçu appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

20 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 Karvan-Yevlax – Neftçi (CBC Sport)
16:30 Zirə – İmişli (CBC Sport)

Türkiyə, Super Liqa
15:30 Konyaspor – Kayserispor (beİN Sports 2)
18:00 Eyüpspor – Fənərbaxça (Futbol 3, beİN Sports 1)
21:00 Beşiktaş – Rizəspor (Futbol 3, beİN Sports 1)

İngiltərə, Premyer Liqa
16:30 Nyukasl – Çelsi (İdman TV, beİN Sports 3)
19:00 Mançester Siti – Vest Hem (beİN Sports 3)
21:30 Tottenhem – Liverpul (İdman TV, beİN Sports 3)
00:00 Everton – Arsenal (beİN Sports 3)

İspaniya, La Liqa
17:00 Ovyedo – Selta (Futbol 2)
19:15 Levante – Real Sosyedad (Futbol 2)
00:00 Real – Sevilya (İdman TV, Futbol 2)

Almaniya, Bundesliqa
18:30 Ştutqart – Hoffenhaym (S Sport+)
21:30 Leyptsiq – Bayer L (S Sport+)

İtaliya, A Seriyası
21:00 Latsio – Kremoneze (Futbol 1, Matç TV)
23:45 Yuventus – Roma (Futbol 1)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Braziliya klubunun baş məşqçisi Avropaya qayıtmaq istəyir

Braziliyanın “Flamenqo” klubunun baş məşqçisi Filipe Luis özünü Avropa futbolunda sınamaq niyyətində olduğunu bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Müqavilənin uzadılmasını müzakirə edirik. Amma hamı bilir ki, mən Avropaya qayıtmağı arzulayıram. Növbəti addımlarımla bağlı tezliklə qərar veriləcək”.

Luis 2024-cü ilin sentyabr ayından bəri “Flamenqo”ya rəhbərlik edir. Futbolçu olduğu müddətdə o, “Atletiko”, “Çelsi”, “Ayaks” kimi klublarda çıxış edib. Onun “Flamenqo” ilə müqaviləsinin müddəti bu ayın sonunda bitəcək.

The post Braziliya klubunun baş məşqçisi Avropaya qayıtmaq istəyir appeared first on Komanda.az.

Turun ilk oyununda heç-heçə

İspaniya La Liqasında 17-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Valensiya” evdə “Malyorka” ilə qarşılaşıb. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər.

İspaniya La Liqası
17-ci tur

19 dekabr

Valensiya – Malyorka 1:1
Qollar
: Duro, 52 – S.Kosta, 23.

20 dekabr

17:00. Real Ovyedo – Selta
19:15. Levante – Real Sosyedad
21:30. Osasuna – Alaves
00:00. Real – Sevilya

21 dekabr

17:00. Jirona – Atletiko
19:15. Vilyarreal – Barselona
21:30. Elçe – Rayo Valyekano
00:00. Betis – Xetafe

22 dekabr

00:00. Atletik – Espanyol

The post Turun ilk oyununda heç-heçə appeared first on Komanda.az.

“Bolonya” “İnter”i finala buraxmadı

İtaliya superkubokunda finalçılar müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu gün ikinci yarımfinal görüşündə “Bolonya” “İnter”lə qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb. Penaltilər seriyasında daha dəqiq olan “Bolonya” finala yüksəlib.

Beləliklə, dekabrın 22-də keçiriləcək həlledici oyunda “Napoli” “Bolonya” ilə qarşılaşacaq.

İtaliya superkuboku
Yarımfinal

18 dekabr

Napoli – Milan 2:0
Qollar
: David Neres, 39. Höylund, 63.

19 dekabr

Bolonya – İnter 1:1 (penaltilər 3:2)
Qollar
: Orsolini, 35-pen – M.Turam, 2.

The post “Bolonya” “İnter”i finala buraxmadı appeared first on Komanda.az.

“Borussiya”dan “Borussiya” üzərində inamlı qələbə

Almaniya Bundesliqasında 15-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Dortmund və Mönhenqladbax “Borussiya”larının görüşündə meydan sahibləri inamlı qələbəyə seviniblər.

Almaniya Bundesliqası
15-ci tur

19 dekabr

Borussiya (Dortmund) – Borussiya (Mönhenqladbax) 2:0
Qollar
: Brandt, 10. Bayer, 90+7.

20 dekabr

18:30. Auqsburq – Verder
18:30. Köln – Union Berlin
18:30. Hamburq – Ayntraxt
18:30. Ştutqart – Hoffenhaym
18:30. Volfsburq – Frayburq
21:30. Leypsiq – Bayer

21 dekabr

18:30. Maynts – Sankt Pauli
20:30. Haydenhaym – Bayern

The post “Borussiya”dan “Borussiya” üzərində inamlı qələbə appeared first on Komanda.az.

İsak İsveçdə ilin ən yaxşı futbolçusu seçildi

“Liverpul”un hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatını qazanıb.

Komanda.az xəbər verir ki, futbolçuya mükafat İsveç Futbol Assosiasiyası və “Aftonbladet” qəzeti ilə əməkdaşlıq çərçivəsində təqdim olunub.

2025-ci ildə 26 yaşlı İsak “Nyukasl”, “Liverpul” və İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. O, mükafat uğrunda “Arsenal”ın hücumçusu Viktor Dyekereşi geridə qoyub.

İsak bu ilin sentyabrında 145 milyon avroya “Nyukasl”dan “Liverpul”a transfer olunub. O, cari mövsüm “mersisaydlılar”ın heyətində bütün turnirlərdə 15 oyunda iştirak edib, 2 qol və 1 assist müəllifi olub.

The post İsak İsveçdə ilin ən yaxşı futbolçusu seçildi appeared first on Komanda.az.

IFFHS 2025-ci il üçün ən yaxşı qapıçının adını açıqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci il üçün ən yaxşı qapıçının adını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

IFFHS-nin versiyasına əsasən, bu ada İngiltərənin “Mançester Siti” klubunun qolkiperi Canluici Donnarumma layiq görülüb.

26 yaşlı “əlcək sahibi” 169 xalla birinci olub. “Real”dan (İspaniya) Tibo Kurtua ikinci (65 xal), “İnter”dən (İtaliya) Yann Sommer üçüncü (59), “Bayern”dən (Almaniya) Manuel Noyer dördüncü (50) və “Arsenal”dan (İngiltərə) David Raya beşinci (40) olub.

The post IFFHS 2025-ci il üçün ən yaxşı qapıçının adını açıqladı appeared first on Komanda.az.

“Salahın baş məşqçini tənqid etməsi rüsvayçılıq idi”

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager növbəti dəfə İngiltərə klubunun hücumçusu Məhəmməd Salahın davranışları ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, misirli futbolçunun “qırmızılar”ın baş məşqçisi Arne Slotu tənqid etməsini rüsvayçılıq adlandırıb:

“Bu, təhqir idimi? Bu, rüsvayçılıq idi. Kiminsə fərqli fikri olsa, etiraz etmirəm, amma bunu dəstəkləmək lazımdır”.

Ardıcıl üç oyunu ehtiyat oyunçular skamyasında keçirən Salah Slotu tənqid etmişdi və Afrika Millətlər Kubokundan sonra komandadan ayrılacağı haqda mesaj vermişdi. Buna cavab olaraq, baş məşqçi onu UEFA Çempionlar Liqasında “İnter”ə qarşı oyun üçün heyətdən çıxarmışdı.

The post “Salahın baş məşqçini tənqid etməsi rüsvayçılıq idi” appeared first on Komanda.az.

“Antalyaspor” səfərdə uduzdu

Türkiyə Super Liqasında 17-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Kocaelispor” evdə “Antalyaspor”la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Türkiyə Super Liqası
17-ci tur

19 dekabr

Kocaelispor – Antalyaspor 2:1
Qollar
: Smolçiç, 24. T.Bingöl, 37 – Cannetti, 32.

20 dekabr

15:30. Konyaspor – Kayserispor
18:00. Eyüpspor – Fənərbağça
21:00. Beşiktaş – Rizəspor

21 dekabr

15:30. Alanyaspor – Karagümrük
21:00. Qalatasaray – Kasımpaşa
21:00. Göztəpə – Samsunspor

22 dekabr

18:00. Başakşəhər – Qaziantep
21:00. Gənclərbirliyi – Trabzonspor

The post “Antalyaspor” səfərdə uduzdu appeared first on Komanda.az.

“Real”da əsl “doqquz nömrə” yoxdur”

“Əl-Qarafa”nın hücumçusu Xoselu keçmiş komandası “Real”ın problemləri barədə danışıb.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, o, bu problemləri belə izah edib:

“Real”ın problemi? Onlarda əsl “doqquz nömrə” yoxdur, elə deyilmi? Problem ondadır ki, insanlar bizi daim ən yaxşı illərimizlə müqayisə edirlər. 2023/24 mövsümündə cəmi iki oyunda uduzduq, altı heç-heçə etdik və qalanlarında qalib gəldik. Hansı komandadan danışmağınızdan asılı olmayaraq, belə bir nəticəni təkrarlamaq çox çətindir: “Barselona”nın ən yaxşı versiyası, “Mançester Siti”nin ən yaxşı versiyası, “Real”ın ən yaxşı versiyası”.

İspaniyalı futbolçu 2024-cü ilin yayında “Espanyol”dan “Real”a keçib və Madrid klubunun UEFA Çempionlar Liqasını qazanmasına kömək edib. Bir il sonra o, Qətərin “Əl-Qarafa” klubuna satılıb.

Son dövrlərdə uğursuz çıxış edən “Real” hazırda İspaniya La Liqasında turnir cədvəlində ikinci yerdədir.

The post “Real”da əsl “doqquz nömrə” yoxdur” appeared first on Komanda.az.

“Mançester Siti” fransalı hücumçu ilə maraqlanır

Fransanın “Trua” klubunun hücumçusu Matis Deturbe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, 18 yaşlı forvarda “Mançester Siti” maraq göstərir. Deturbe artıq “şəhərlilər”in məşq bazasına baş çəkib.

Onun uğrunda “Mançester Siti” ilə yanaşı, “Monako” və “Roma” da mübarizə aparır. “Roma” futbolçu üçün 8 milyon və 2 milyon avro bonus təklif etsə də, “Trua”dan rədd cavabı alıb.

Cari mövsümdə ölkə çempionatında 16 oyuna çıxan fransalı futbolçu 2 məhsuldar ötürmə verib.

The post “Mançester Siti” fransalı hücumçu ilə maraqlanır appeared first on Komanda.az.

“Ordu” “Lənkəran”a qalib gəldi

Azərbaycan Basketbol Liqasının 10-cu turunda daha bir görüş baş tutub.

Komanda.az xəbər verir ki, B qrupunda “Ordu” kollektivi “Lənkəran”la üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan oyun “Ordu”nun 84:72 hesablı qələbəsi ilə bitib.

Turun əvvəlki oyunlarında “Sərhədçi” “Sumqayıt”ı (86:83), “Naxçıvan” isə “Quba”nı (78:69) məğlub edib. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.

The post “Ordu” “Lənkəran”a qalib gəldi appeared first on Komanda.az.

PSJ-nin qapıçısı sıradan çıxdı

PSJ-nin və Rusiya yığmasının qapıçısı Matvey Safonov bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Komanda.az Paris təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Qitələrarası Kubokun finalında “Flamenqo” (Braziliya) ilə keçirilən matçda əlindən zədələnib.

Qapıçının 4 həftə oynamayacağı bildirilib.

PSJ ilə “Flamenqo” arasında baş tutan final matçında (1:1) Fransa klubu penaltilər seriyasında 2:1 hesabı ilə qələbə qazanıb.

26 yaşlı qapıçı cari mövsümdə PSJ-nin heyətində müxtəlif turnirlərdə 4 matçda iştirak edib, bunların ikisində qapısını toxunulmaz saxlayıb.

The post PSJ-nin qapıçısı sıradan çıxdı appeared first on Komanda.az.

Azərbaycan birinciliyinin növbəti qalibləri müəyyənləşdi

Cüdo üzrə U-17 yeniyetmələr arasında Azərbaycan birinciliyində daha 5 çəki dərəcəsində medalçılar bəlli olub.

Komanda.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışın ikinci günündə 141 cüdoçu tatamiyə çıxıb.

Qızlar 44 kq, 57 kq, +70 kq, oğlanlar isə 55 kq və 73 kq çəki dərəcələrində mübarizə aparıblar.

Ölkə birinciliyi dekabrın 21-də başa çatacaq.

İkinci günün mükafatçılarını təqdim edirik:

Qızlar

44 kq

  1. Nigar Heydərzadə (Champion 74)
  2. Fatimə Abdullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  3. Ayan Həsənli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
  4. Pərvin Sevxanlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)

57 kq

  1. Gülnaz Məmmədtağıyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  2. Səmayə Yusifli (Balaxanı İM)
  3. Nəzakət Vəliyeva (Qədiroğlu İK)
  4. Səma Vəlizadə (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

+70 kq

  1. Zemfira Əliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
  2. Ləman Abbasova (Abşeron Xırdalan)
  3. Aysel Mustafazadə (İmişli)
  4. Arzu Rəşidova (Sumqayıt şəhəri İOEUGİM)

Oğlanlar

55 kq

  1. İbrahim Talıbov (Bakı şəhəri 6 nömrəli İOEUGİM PHŞ)
  2. Rza Xəlilli (ROİL)
  3. Məhəmməd Abdullazadə (Şuşa UGİM)
  4. Turan Ayvazlı (ACF)

73 kq

  1. Sadiq Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
  2. Xəyal Sərkərov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
  3. Yusuf Nəzər (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
  4. Ruslan Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

The post Azərbaycan birinciliyinin növbəti qalibləri müəyyənləşdi appeared first on Komanda.az.

Çexiya millisində yeni baş məşqçi

Futbol üzrə Çexiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az Çexiya Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta 74 yaşlı Miroslav Kubek təyin olunub.

O, oktyabrda yığmadan ayrılan İvan Haşekin əvəzinə çalışacaq.

Mütəxəssisin müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.

Kubek daha əvvəl Çexiyanın gənclərdən ibarət millisini və ölkəsində bir sıra klubları çalışdırıb.

The post Çexiya millisində yeni baş məşqçi appeared first on Komanda.az.

Ombudsman amputant futbolu üzrə millinin üzvləri ilə görüşdü

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın amputant futbolu üzrə milli komandasının üzvlərini qəbul edib.

Komanda.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Görüşdə ANAMA-nın müşaviri Fikrət Vəliyev, AFFA-nın şöbə rəisi Nəriman Axundov, amputant futbolu yığmasının rəhbəri Elnur Sadıqov, baş məşqçisi Rövşən Quliyev, məşqçilər və komanda üzvləri iştirak ediblər.

Görüş zamanı S.Əliyeva bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsinin gücləndirilməsi və bərabər imkanlarla təmin olunması Konstitusiyadan irəli gələn fundamental prinsiplərə əsaslanır və dövlət siyasətinin əsas prioritetlərindən biridir.

O, Ombudsman təsisatının mina qurbanlarının hüquqlarının müdafiəsi, onların reabilitasiyası və sosial təminatının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.

Qeyd edilib ki, amputant idmançıların əksəriyyəti Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü, Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də postmünaqişə dövründə davam edən mina terroru nəticəsində sağlamlıqlarını itirən şəxslərdir.

Daha sonra Ombudsmanın təşəbbüsü ilə hazırlanmış, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, onların cəmiyyətə inteqrasiyasına və bərabər imkanların təşviqinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib.

The post Ombudsman amputant futbolu üzrə millinin üzvləri ilə görüşdü appeared first on Komanda.az.

“Naxçıvan” “Quba” üzərində qələbə qazandı

Azərbaycan Basketbol Liqasının 10-cu turunda daha bir görüş baş tutub.

Komanda.az xəbər verir ki, B qrupunun matçında “Quba” “Naxçıvan”la qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən oyun “Naxçıvan”ın 78:69 hesablı qələbəsi ilə bitib.

Turun açılış matçında “Sərhədçi” “Sumqayıt”a 86:83 hesabı ilə qalib gəlib. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.

The post “Naxçıvan” “Quba” üzərində qələbə qazandı appeared first on Komanda.az.

“Qarabağ” şagirdləri qonaq etdi

Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri bu gün “Qarabağ”ın qonağı olublar.

Komanda.az xəbər verir ki, görüşdə “Qarabağ” FK-nın baş direktoru Emrah Çelikel, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, baş məşqçi Qurban Qurbanov, komandanın üzvləri, həmçinin adıçəkilən məktəbin müəllimləri iştirak ediblər.

Səmimi və xoş atmosferdə keçən görüş zamanı Qurban Qurbanov və futbolçular şagirdlərlə yaxından ünsiyyət qurub, onlarla xatirə şəkilləri çəkdiriblər.

The post “Qarabağ” şagirdləri qonaq etdi appeared first on Komanda.az.

Liderə bir qol bəs etdi

1-ci Liqada 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Cəbrayıl” “Şəfa” ilə qarşılaşıb. Lider səfər oyununda tək qolla qalib gəlib.

Daha öncə keçirilmiş “Difai” – “Mingəçevir” (1:1) və “Şahdağ Qusar” – “Səbail” (2:2) oyunlarında qalib müəyyənləşməyib, “Zaqatala” MOİK-ə (1:3), “Şimal” isə “Baku Sportinq”ə (0:1) uduzub.

1-ci Liqa
11-ci tur
19 dekabr

“Cəbrayıl” – “Şəfa” 0:1
Qol
: Vüqar Həsənov, 38.

The post Liderə bir qol bəs etdi appeared first on Komanda.az.

Mareska adının “Mançester Siti” ilə hallanması haqda danışdı

“Çelsi”nin baş məşqçisi Enzo Mareska “Mançester Siti”ni çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bunun onu maraqlandırmadığını deyib:

“Bu məni maraqlandırmır, çünki bunun 100 faiz şayiə olduğunu bilirəm. Belə şeylərə vaxtım yoxdur. Burada müqaviləm var, ehtimal ki, 2029-cu ilə qədər. Mən bu klub üzərində cəmləşmişəm və burada olduğum üçün qürur duyuram.

Bir həftə öncə “Yuventus”la bağlı da eyni hal baş verdi. Mən buna fikir vermirəm. Əsas odur ki, bu xəbərlər niyə ortaya çıxıb, anlamaq lazımdır, amma bunlar sadəcə şayiələrdir”.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post Mareska adının “Mançester Siti” ilə hallanması haqda danışdı appeared first on Komanda.az.

“Qarabağ”ın futbolçusu 6 aya yaxın olmayacaq

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub. Həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.

Komanda.az kluba istinadən xəbər verir ki, “Qarabağ”ın digər futbolçusu Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.

Komandanın digər üzvü Kadir Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

Hər üç futbolçunun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.

The post “Qarabağ”ın futbolçusu 6 aya yaxın olmayacaq appeared first on Komanda.az.

Azərbaycanda FİFA hakimlərinin sayı artıb

2026-cı ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin siyahısı FİFA tərəfindən təsdiqlənib.

Komanda.az xəbər verir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub.

FİFA tərəfindən təsdiqlənmiş 2026-cı il üçün azərbaycanlı referilərin siyahısı aşağıdakı kimidir:

Referilər:

Kişilər:

Əliyar Ağayev

Elçin Məsiyev

Kamal Umudlu

Tural Qurbanov (yeni)

Qadınlar:

Fəridə Lütfəliyeva

Referi köməkçiləri:

Zeynal Zeynalov

Akif Əmirəli

Elşad Abdullayev

Pərvin Talıbov

Namiq Hüseynov

Vüsal Məmmədov

Cəmil Qulliyev (yeni)

Asiman Əzizli (yeni)

Qadınlar:

Gülnurə Əkbərzadə

Sevda Nurıyeva

VAR hakimləri:

Nicat İsmayıllı (yeni)

İnqilab Məmmədov (yeni)

Fərid Hacıyev (yeni)

Futzal üzrə referilər:

Hikmət Qafarlı

Knyaz Əmiraslanov

Əli Cəbrayılov

Çimərlik futbolu üzrə referi:

Nail Nağıyev

Yeni FİFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev referilərlə görüşərək onları təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Görüşdə, həmçinin, AFFA baş katibinin müşaviri Frank de Bleker, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər. Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

The post Azərbaycanda FİFA hakimlərinin sayı artıb appeared first on Komanda.az.

“Barselona” belçikalı futbolçu üçün ilkin danışıqlara başlayıb

Belçikanın “Brügge” klubunda çıxış edən 17 yaşlı vinger Yesse Bisivu karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə “Barselona” maraqlanır.

Kataloniyalılar onun U-17 dünya çempionatındakı çıxışından məmnun qalıb və artıq futbolçunun nümayəndəsi ilə ilkin danışıqlara başlayıb. Transferin gələn ilin yayında rəsmiləşdirilməsi mümkündür.

“Barselona” La Liqada 17 turdan sonra 43 xal toplayaraq, turnir cədvəlinə başçılıq edir. Hans-Diter Flikin rəhbərlik etdiyi komanda 2-ci pillədə qərarlaşan “Real”ı 4 xal qabaqlayır.

The post “Barselona” belçikalı futbolçu üçün ilkin danışıqlara başlayıb appeared first on Komanda.az.

Yüksək Liqa: Tovuz təmsilçisi qələbə qazandı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci turun növbəti matçı keçirilib.

Komanda.az xəbər verir ki, turun son oyun günündə “Abşeron”la qarşılaşan “Turan” 3:0 (25:19, 25:12, 25:18) hesablı qələbə qazanıb.

Oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Turun daha əvvəl gerçəkləşən qarşılaşmalarında “Azərreyl” “Murov Az Terminal”ı (3:0), “Gəncə” isə UNEC-i (3:2) məğlub edib. “Milli Aviasiya Akademiyası” – “Gənclər” matçının tarixi hələ dəqiqləşməyib.

The post Yüksək Liqa: Tovuz təmsilçisi qələbə qazandı appeared first on Komanda.az.

Azər Bağırov: “Oyuna yaxşı hazırlaşmışdıq, amma alınmadı”

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunun açılış matçında “Turan Tovuz”la üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda 0:2 hesabı ilə məğlub olan Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov istədikləri oyunun alınmadığını bildirib:

“Meydançada istədiyimiz oyun alınmadı. Kiminsə olmaması ilə əlaqəli deyil. İlk dəqiqələrdən “Turan”ın təzyiqinə düşdük. İstəməzdik belə olsun, əfsuslar olsun ki, məğlub olduq. Tovuz komandasını təbrik edirəm. Əslində, oyuna yaxşı hazırlaşmışdıq, amma alınmadı. Bəlkə də, 6 ayın yorğunluğu var idi. İstədiyimizi meydanda göstərə bilmədik. Rəhim Həsənov AFFA Hakimlər Komitəsinin sədri təyin olunduqdan sonra bir məsələyə toxundu ki, tempi öldürməmək, vaxtı uzatmamaq… “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına da belə hallar təsir edir. Yalan olmasın, bəlkə də, bu gün 20-dən çox yerdəqalmalar oldu.

Qış toplanışımızı Gəncədə keçirəcəyik, hələ ki, planımızda xarici ölkəyə getmək yoxdur”.

“Kəpəz” növbəti turda “Qarabağ”ın qonağı olacaq.

Fəxri Rüstəmli

The post Azər Bağırov: “Oyuna yaxşı hazırlaşmışdıq, amma alınmadı” appeared first on Komanda.az.

Berdıyev: “Nəinki Azərbaycan, heç Rusiya mətbuatını belə, izləmirəm”

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunun açılış matçında “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçdan sonra tovuzluların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı olub. Türkmənistanlı çalışdırıcı 2:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Bu il çempionatda son oyun idi və çox vacib idi. Uşaqlar da bu məsuliyyəti dərk edirdi. Bir çox zədəli oyunçularımız var idi, öz mövqelərində oynamırdılar. Bu vacib qələbəyə görə futbolçularımı təbrik edirəm. Kifayət qədər təcrübəli məşqçiyəm, keçən oyunda azarkeşlərin “istefa” çağırışlarına fikir vermirdim. Nəinki Azərbaycan, heç Rusiya mətbuatını belə, izləmirəm.

Yanvarın 4-ü 18-i arası Türkiyədə toplanışda olacağıq”.

“Turan Tovuz” növbəti turda “Sumqayıt”ı qəbul edəcək.

Fəxri Rüstəmli

The post Berdıyev: “Nəinki Azərbaycan, heç Rusiya mətbuatını belə, izləmirəm” appeared first on Komanda.az.

“Roma” italiyalı hücumçu üçün hərəkətə keçib

“Roma” transfer bazarında aktiv işləməyə davam edir və “Atletiko”nun hücumçusu Cakomo Raspadorinin mümkün keçidini araşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt klubu yalnız “Mançester Yunayted”dən Coşua Zirkze ilə maraqlanmır, həm də italiyalı futbolçunun ətrafı ilə artıq ilkin əlaqələr qurulub.

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini uzun müddətdir Raspadorini izləyir və hələ “Atalanta”dakı dönəmində onu komandaya dəvət etməyə çalışıb.

25 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 13 oyuna çıxaraq, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post “Roma” italiyalı hücumçu üçün hərəkətə keçib appeared first on Komanda.az.

Az maaşa da razıdır – Təki Avropaya qayıtsın

“Əl-Nəsr”in yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını yenidən Avropada davam etdirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ər-Riyad təmsilçisi 33 yaşlı futbolçuya müqavilənin müddətini uzatmağı təklif etsə də, o, hələlik buna cavab verməyib.

Brozoviç Avropaya qayıtmaq niyyətindədir və həmçinin, hazırkı maaşının Avropa klubları üçün çox yüksək olduğunu anlayır. Bu səbəbdən, o, ciddi maaş endiriminə razı olmağa hazırdır. Keçidin artıq yanvarda baş tutması da istisna edilmir.

Xorvatiyalı futbolçunun “Əl-Nəsr”lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, Səudiyyə Ərəbistanına 2023-cü ilin yayında köçməzdən əvvəl 7 il İtaliya A Seriyasında “İnter”in formasını geyinib.

The post Az maaşa da razıdır – Təki Avropaya qayıtsın appeared first on Komanda.az.

“Napoli” bəyanat yaydı, Alleqriyə etirazını bildirdi

“Napoli” rəsmi saytında “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin davranışına etirazını bildirib.

Bu, İtaliya superkubokunun yarımfinal matçında baş verib. Qarşılaşma “Napoli”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komanda.az Neapol klubunun yaydığı bəyanatı təqdim edir:

“Napoli” “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin yarımfinal matçı zamanı azarkeşlərin gözü qarşısında və canlı yayımda Qabriele Orialini (“Napoli”nin idman koordinatoru) təhqir etməsini qətiyyətlə pisləyir.

Biz ümid edirik ki, bu, nəzərdən qaçmayacaq, xüsusən də, matçın 33 kamera ilə yayımlandığını nəzərə alsaq, baş verənləri görməməzlikdən gəlmək mümkün deyil”.

“Napoli” UEFA Çempionlar Liqasının 5-ci turunda evdə “Qarabağ”ı məğlub edib – 2:0.

The post “Napoli” bəyanat yaydı, Alleqriyə etirazını bildirdi appeared first on Komanda.az.

“Şəmkir”in hakimləri təhqir edən rəsmilərinin cəzası açıqlandı

Hakimləri təhqir edən 2-ci Liqa təmsilçisi “Şəmkir”in rəsmiləri 4 oyunluq diskvalifikasiya olunub.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

13-cü turun “Quba” ilə oyunu bitdikdən sonra hakimləri təhqir edən “Şəmkir”in meneceri Taleh Əliyev və digər rəsmisi Elçin Qurbanov 4 oyunluq cəzalanıblar. Bununla yanaşı, hər iki şəxsin hərəkətinə görə klub 1000 manat cərimələnib.

Həmçinin, “Şəmkir” 5 oyunçusunun sarı vərəqə almasına görə 70, azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə 600 manat ziayan düşüb.

Bölgə klubunun futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Onun hərəkətinə görə bölgə klubu 50 manat cərimələnib.

The post “Şəmkir”in hakimləri təhqir edən rəsmilərinin cəzası açıqlandı appeared first on Komanda.az.

40 yaşlı Ronaldo bədənini nümayiş etdirdi – FOTO

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo hazırkı fiziki vəziyyətini əks etdirən fotosunu paylaşıb.

Komanda.az xəbər verir ki, Ronaldo sosial mediada paylaşdığı fotoya “Saunadan sonra” şərhini yazıb.

40 yaşlı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümündə 9 oyun keçirib, 10 qol vurub və 1 məhsuldar ötürmə edib. O, Portuqaliya millisinin heyətində isə 2026-cı il dünya çempionatının seçmə mərhələsində 5 oyun keçirib və 5 qol vurub.

The post 40 yaşlı Ronaldo bədənini nümayiş etdirdi – FOTO appeared first on Komanda.az.

Ter Ştegen Premyer Liqa klubuna keçə bilər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

“Tottenhem” almaniyalı qapıçını heyətinə qatmaq istəyir. “Barselona” onun satışına hazır olsa da, hələlik konkret danışıqlar aparılmayıb.

33 yaşlı futbolçu “Barsa”nın formasını 2014-cü ilin yayından geyinir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

The post Ter Ştegen Premyer Liqa klubuna keçə bilər appeared first on Komanda.az.

“Sheki City”ə texniki məğlubiyyət verildi

Azərbaycan 2-ci Liqasında çıxış edən “Sheki City” texniki məğlubiyyətlə cəzalandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Bölgə təmsilçisinə 13-cü turun “Qaradağ Lökbatan”la matçına çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 1000 manat cərimələnib.

The post “Sheki City”ə texniki məğlubiyyət verildi appeared first on Komanda.az.

“Qarabağ”a xəbərdarlıq edildi, 10 min manat cərimə olundu

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə komitənin iclasında qərar qəbul olunub.

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” 2500 manat cərimə edilib.

Oyunun 54-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” 7000 manat cərimə edilib.

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Qarabağ” 3000 manat cərimə edilib. Stadiona dəymiş ziyan “Qarabağ” tərəfindən qarşılanacaq.

“Sabah” – “Qarabağ” oyununa “Qarabağ” təyin edilmiş vaxtdan gec gəldiyinə görə kluba xəbərdarlıq edilib.

The post “Qarabağ”a xəbərdarlıq edildi, 10 min manat cərimə olundu appeared first on Komanda.az.

Firminoya özünü xatırladan futbolçu

Qətərin “Əl-Sədd” klubunun hücumçusu Roberto Firmino “Liverpul”un futbolçusu Huqo Ekitike haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun ona özünü xatırlatdığını söyləyib:

“Ekitikeni çox bəyənirəm, o, topla əla davranır. O, mənə ilk dəfə “Liverpul”a gələndə özümü bir az xatırladır”.

Firmino 2015-ci ildən 2023-cü ilə qədər “qırmızılar”ın heyətində çıxış edib.

Ekitike bu yay 95 milyon avroya “Ayntraxt”dan (Frankfurt) “Liverpul”a transfer olunub.

”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post Firminoya özünü xatırladan futbolçu appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi yapon futbolçunu transfer etdi – Rəsmi

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilk qış transferini həyata keçirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yaponiyalı oyunçu Keyta Kosuqi Frankfurt klubunun sıralarına qoşulub. 

19 yaşlı müdafiəçi İsveçin “Yurqorden” klubundan transfer olunub. 

“Qarabağ” – “Ayntraxt” matçı yanvarda 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və oyuna saat 21:45-də start veriləcək.

The post “Qarabağ”ın rəqibi yapon futbolçunu transfer etdi – Rəsmi appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin baş məşqçisi Kyezadan narazıdır

“Liverpul”un baş məşqçisi Arne Slot vinger Federiko Kyezanın çıxışından narazıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı ötən mövsüm “Plimut”a qarşı sensasiyalı məğlubiyyətdən sonra italiyalı futbolçuya çox əsəbiləşmişdi. Bu, Slotun Kyezaya etimadsızlığının yalnız bir nümunəsidir.

Slot Kyezaya etibar etmir, buna görə də onun start heyətinə düşməsi çətin görünür, hətta əvəzetmə kimi çıxıb müntəzəm qol vursa belə.

28 yaşlı futbolçu 2024-cü ilin avqustunda “Yuventus”dan “Liverpul”a keçib. “Qırmızılar”ı elə həmin yaydan etibarən Arne Slot çalışdırmağa başlayıb.

Kyeza cari mövsümdə 16 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin baş məşqçisi Kyezadan narazıdır appeared first on Komanda.az.

“Mançester Yunayted” 60 milyon avroluq oyunçu ilə maraqlanır

“Köln”ün yarımmüdafiəçisi Səid El-Mala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 19 yaşlı vingerin xidmətində “Mançester Yunayted” maraqlıdır.

Almaniya klubu futbolçusunu 60 milyon avro məbləğində qiymətləndirir. Transferin yayda rəsmiləşdirilməsi istisna olunmur. El Malanın “keçilər”lə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına kimidir.

Almaniyalı yarımmüdafiəçi cari mövsümdə 16 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

The post “Mançester Yunayted” 60 milyon avroluq oyunçu ilə maraqlanır appeared first on Komanda.az.

Tanınmış məşqçi vəfat edib

Danimarka və Norveç milli komandalarının sabiq baş məşqçisi Oqe Hareyde vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə mütəxəssisin oğlu Bendik Hareyde VG nəşrinə açıqlamasında deyib:

“Atam axşam evdə, ailəsinin yanında dünyasını dəyişdi. O, son oyununu oynadı. Xəstəliyi dövründə gördüyümüz bütün sevgi və dəstəyə görə sonsuz minnətdarıq”.

İyul ayında norveçli mütəxəssisə beyin xərçəngi diaqnozu qoyulmuşdu.

Oqe Hareyde 2017-ci ildə Danimarka millisinin baş məşqçisi kimi komandanı DÇ-2018-ə çıxarıb və 1/8 final mərhələsinə qədər irəliləyib. O, müxtəlif illərdə Norveç və İslandiya millilərini də çalışdırıb.

Klub səviyyəsində “Molde”, “Rusenborq”, “Vikinq”, “Bröndbü”, eləcə də İsveçin “Helsinqborq”, “Malmö” və “Erqryute” klublarında çalışan Hareyde İsveç, Danimarka və Norveç çempionu olub. 2014-cü ildə isə İsveç çempionatında ilin məşqçisi seçilib.

The post Tanınmış məşqçi vəfat edib appeared first on Komanda.az.

“Mançester Siti”nin futbolçusu ilə bağlı qərar veriləcək

“Mançester Siti”nin yarımmüdafiəçisi Klaudio Eçeverrinin Leverkuzen “Bayer”indəki icarəsinin bu qış başa çatması ehtimalı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun agentləri maraqlı klublarla danışıqlar aparır və qərar bu həftə sonu verilə bilər.

Argentinalı futbolçu oyun praktikasının azlığından əziyyət çəkir. Belə ki, o, cari mövsümdə “Bayer”də cəmi 270 dəqiqə oynayıb və 1 məhsuldar ötürmə verib.

Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

The post “Mançester Siti”nin futbolçusu ilə bağlı qərar veriləcək appeared first on Komanda.az.

Ter Ştegen qərarını verib

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yanvar transfer pəncərəsində komandasını dəyişmək niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Almaniyalı qolkiper cari mövsümdə ciddi oyun praktikası çatışmazlığı yaşayır. Hans-Diter Flikin rəhbərlik etdiyi məşqçilər heyəti əsas etimadı Xuan Qarsiyaya göstərir. Buna baxmayaraq, Ter Ştegen mövsümün sonuna qədər “Barselona”da qalmağa hazırdır.

33 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, 2014-cü ilin yayından “Barsa”nın şərəfini qoruyur.

The post Ter Ştegen qərarını verib appeared first on Komanda.az.

“Çelsi” və “Arsenal” türk futbolçu üçün danışıq aparır

İngiltərənin top-klubları “Yuventus”un hücumçusu Kənan Yıldız uğrunda mübarizəni davam etdirir.

Turin təmsilçisinin rəhbərliyi 20 yaşlı futbolçunu daha yaxşı şərtlərlə yeni müqavilə imzalamağa razı salmağa çalışsa da, Premyer Liqa klubları Kənanı heyətinə qatmaq niyyətindən geri çəkilmir.

Komanda.az “caughtoffside”-a istinadən xəbər verir ki, London təmsilçiləri “Çelsi” və “Arsenal” türkiyəli futbolçunun agentləri vasitəsilə danışıqlar aparır. Yıldız hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib.

Kənan Yıldız cari mövsümdə “Yuventus”un heyətində 21 oyunda iştirak edib, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

The post “Çelsi” və “Arsenal” türk futbolçu üçün danışıq aparır appeared first on Komanda.az.

Vilayət Eyvazov yenidən federasiya prezidenti seçildi

Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib.

Komanda.az xəbər verir ki, federasiyanın baş katibi Emin Cəfərov 2022-2025-ci illərdə Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib. Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb.

Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal əldə ediblər. Milli komandanın üzvü Nigar Nəsirova 2025-ci il dünya çempionatında 50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.

Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib.

İsmət Əliyev, Zemfira Meftahətdinova, Tofiq Bəylərov vitse-prezident, Tamirlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.

Sonda federasiya prezidenti Vilayət Eyvazov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və qurumun qarşıdakı fəaliyyət planları barədə danışıb.

The post Vilayət Eyvazov yenidən federasiya prezidenti seçildi appeared first on Komanda.az.

“Modriç Qattuzoya bənzəyir”

“Milan”ın sabiq hücumçusu Marko Simone İtaliya klubunun yarımmüdafiəçisi Luka Modriçin niyə oyunu ilə azarkeşləri heyrətləndirməyə davam etdiyini izah edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, azarkeşlərin Modriç kimi oyunçuları sevdiyini söyləyib:

“Karyerasında hər şeyi qazanmasına baxmayaraq, onun hələ də bu həvəsə sahib olduğunu görə bilərsiz. O, azarkeşlərin də pərəstiş etdiyi Cennaro Qattuzoya (“Milan”ın sabiq futbolçusu) bənzəyir. Onlar onun kimi oyunçuları sevirlər”.

Modriç daha əvvəl “Tottenhem” və “Real”da oynayıb. 40 yaşlı futbolçu 2018-ci ildə “qızıl top”u qazanıb.

The post “Modriç Qattuzoya bənzəyir” appeared first on Komanda.az.

İkardinin İtaliya klubuna keçidi baş tutmaya bilər

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin “Milan”a transferi baş tutmaya bilər.

“Qırmızı-qaralar” qış transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır və 32 yaşlı forvard əsas namizədlərdən biri hesab olunurdu.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar dayandırılıb.

Buna səbəb “Milan” rəhbərliyinin diqqətini tam şəkildə “Vest Hem”in futbolçusu Niklas Fullkruqun transferinə yönəltməsidir. Almaniyalı hücumçu klub üçün əsas prioritet olaraq qalır və bu keçidin yanvarın əvvəlində rəsmiləşdirilməsi gözlənilir.

Daha əvvəl Mauro İkardinin A Seriyasına qayıtmaq istədiyi bildirilirdi. Argentinalı futbolçu vaxtilə İtaliyada “İnter” və “Sampdoriya”nın formasını geyinib.

The post İkardinin İtaliya klubuna keçidi baş tutmaya bilər appeared first on Komanda.az.

UEFA-dan AFFA-ya məktub

İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin 2025-ci ildəki fəaliyyətini yüksək qiymətləndirib.

Bu barədə Komanda.az-a AFFA-dan məlumat verilib.

Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.

Klubların Lisenziyalaşdırılması Şöbəsi 2026/2027 Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

The post UEFA-dan AFFA-ya məktub appeared first on Komanda.az.

“Barselona” onu buraxmaq istəmir

Markus Reşford hazırda “Mançester Yunayted”dən icarə əsasında “Barselona”nın formasını geyinir. Mövsümün sonunadək nəzərdə tutulan müqavilədə onun birdəfəlik transferi üçün satınalma şərti də yer alır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların rəhbərliyi ingiltərəli vingerin klubdakı gələcəyi ilə bağlı yekun qərar verməsə də, onunla yolları davam etdirmək variantına daha çox meyillidir.

28 yaşlı futbolçunun tam transferi hazırda onun mövsümün sonunda komandadan ayrılmasından daha real ssenari kimi qiymətləndirilir.

Bildirilir ki, “Barselona” rəhbərliyində Reşfordun 30 milyon avro qarşılığında satın alınmasının zəruriliyi ilə bağlı inam getdikcə artır. O, cari mövsümdə Hans-Diter Flikin komandasında keçirdiyi 23 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə verib.

The post “Barselona” onu buraxmaq istəmir appeared first on Komanda.az.

İspaniya klubu Ançelottinin namizədliyini nəzərdən keçirir

Davide Ançelotti yaxın vaxtlarda Braziliyanın “Botafoqo” klubunda baş məşqçi postunu tərk edib.

36 yaşlı mütəxəssis iyulda bu vəzifəyə təyin olunmuşdu və bu, onun baş məşqçi kimi ilk müstəqil işi idi. Son günlər italiyalı çalışdırıcının müqavilənin müddətini uzatmamaq qərarına gəldiyi məlum olub.

Bu fonda Avropadan ona maraq xəbərləri ortaya çıxıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ançelottinin namizədliyi “Rayo Valyekano” tərəfindən nəzərdən keçirilir. Ancaq söhbətin konkret hansı vəzifədən getdiyi hələlik açıqlanmır.

Hazırda Madrid təmsilçisinin baş məşqçisi İniqo Peresdir. “Rayo Valyekano” La Liqada turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb və eyni zamanda Konfrans Liqasında ümumi mərhələnin yekunlarına əsasən birbaşa 1/8 finala vəsiqə qazanıb.

Davide Ançelotti daha əvvəl atası Karlo Ançelottinin köməkçisi kimi “Real”da çalışıb.

The post İspaniya klubu Ançelottinin namizədliyini nəzərdən keçirir appeared first on Komanda.az.

Azərbaycan UEFA reytinqində geriləyib

Avropa klub yarışlarının son oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərib.

Komanda.az xəbər verir ki, Konfrans Liqasında dünən keçirilən oyunlardan sonra Azərbaycan 26-cı yerdən (22.250 xal) 28-ci yerə düşüb.

Slovakiya Azərbaycandan bir pillə yuxarıdadır (22.375), Bolqarıstan isə 29-cu pillədədir (19.875).

Azərbaycan Avropa mövsümünə 17.125 xalla başlayıb. Hazırda ölkəni yalnız bir klub – “Qarabağ” Avropa yarışlarında təmsil edir.

The post Azərbaycan UEFA reytinqində geriləyib appeared first on Komanda.az.

İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini bağladı

Sabiq futbolçu Zlatan İbrahimoviçin oğlu Vinsent İbrahimoviç ilk peşəkar müqaviləsini imzalayıb. 2008-ci il təvəllüdlü futbolçu atasının hazırda çalışdığı klubun – “Milan”ın şərəfini qoruyacaq.

Komanda.az “qırmızı-qaralar”ın mətbuat xidmətinin bu hadisə ilə bağlı yaydığı açıqlamanı təqdim edir:

“Milan” məmnuniyyətlə bildirir ki, Vinsent Zlatan İbrahimoviç klubla ilk peşəkar müqaviləsini imzalayıb. Yarımmüdafiəçi “Milan Futuro” (“Milan”ın gələcəyi) layihəsinin bir hissəsidir”.

Zlatan İbrahimoviç 2023-cü ildə futbolçu karyerasını başa vurub. O, qısa fasilədən sonra isə “Milan” rəhbərliyinə daxil olub və daha əvvəl Paolo Maldiniyə məxsus olan vəzifəyə yaxın bir mövqedə fəaliyyət göstərməyə başlayıb.

The post İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini bağladı appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

19 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 Kəpəz – Turan Tovuz (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Kocaelispor – Antalyaspor (beİN Sports 1)

İtaliya, superkubok
23:00 Bolonya – İnter (TRT Spor, Futbol 1)

Almaniya, Bundesliqa
23:30 Borussiya D – Borussiya M (S Sport+)

İspaniya, La Liqa
00:00 Valensiya – Malyorka (İdman TV, Futbol 2)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Levandovskinin rekordunu qırmaq çox çətin olacaq”

“Bayern”in hücumçusu Harri Keyn Bundesliqada bir mövsüm ərzində vurulan qollar üzrə rekordu qırmaq ehtimalı barədə fikirlərini bölüşüb.

Hazırda bu göstərici Münhen təmsilçisinin sabiq forvardı Robert Levandovskiyə məxsusdur. Polşalı hücumçu 2020/21 mövsümündə Bundesliqada 41 qol vuraraq, tarixi rekord müəyyənləşdirmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli hücumçu mümkün rekorda real yanaşdığını gizlətməyib:

“Düşünürəm ki, bu mümkündür, xüsusilə, mövsümə necə başladığımı nəzərə alsaq. Amma qarşıda hələ uzun yol var. Bu səviyyəni daha dörd-beş ay qorumaq lazımdır. Futbolda ən çətin məqam da məhz uzun müddət sabit qalmaqdır”.

O, Levandovskinin nəticəsinin əhəmiyyətini də vurğulayıb:

“Bu, inanılmaz rekorddur və onu qırmaq çox çətin olacaq, bunu anlayıram. Amma belə hədəflərə can atmaq həmişə xoşdur”.

Harri Keyn cari mövsümdə Bundesliqada 14 oyunda 18 qol vuraraq, yüksək məhsuldarlıq nümayiş etdirir.

The post “Levandovskinin rekordunu qırmaq çox çətin olacaq” appeared first on Komanda.az.

“Samsunspor” “Maynts”a uduzsa da, pley-offa yüksəldi

UEFA Konfrans Liqasında Liqa mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, son turun bütün görüşləri eyni günə təsadüf edib.

“Samsunspor” səfərdə “Maynts”la qarşılaşıb. Türkiyə təmsilçisi bu oyunda uduzaraq ilk 8-likdən kənarda qalıb. Samsunlular pley-offda mübarizə aparacaqlar.

“Fiorentina” da İsveçrədə “Lozanna”ya məğlub olub.

Pley-off mərhələsinə 2026-cı ildə, 19-20 fevralda start veriləcək.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 6-cı tur

19 dekabr

Alkmaar (Niderland) – Yagelloniya (Polşa) 0:0
Şaxtyor (Kiyev, Ukrayna) – Riyeka (Xorvatiya) 0:0
Slovan (Slovakiya) – Hakken (İsveç) 1:0
Legiya (Polşa) – Linkoln (Cəbəllütariq) 4:1
Sparta (Praqa, Çexiya) – Aberdin (Şotlandiya) 3:0
Dinamo (Kiyev, Ukrayna) – Noa (Ermənistan) 2:0
Kristal Pelas (İngiltərə) – KuPS (Finlandiya) 2:2
Rayo Valyekano (İspaniya) – Drita (Kosovo) 3:0
Şemrok Rovers (İrlandiya) – Hamrun (Malta) 3:1
Omoniya (Kipr) – Rakuv (Polşa) 0:1
Maynts (Almaniya) – Samsunspor (Türkiyə) 2:0
Strasburq (Fransa) – Breydablik (İslandiya) 3:1
Çelye (Sloveniya) – Şelburn (İrlandiya) 0:0
Zrinski (Bosniya və Herseqovina) – Rapid (Avstriya) 1:1
AEK (Yunanıstan) – Universitatya (Krayova, Rumıniya) 2:2
Siqma (Çexiya) – Lex (Polşa) 1:2
AEK (Larnaka, Kipr) – Şkendiya (Şimali Makedoniya) 1:0
Lozanna (İsveçrə) – Fiorentina (İtaliya) 1:0

The post “Samsunspor” “Maynts”a uduzsa da, pley-offa yüksəldi appeared first on Komanda.az.

“Napoli” “Milan”a qalib gəldi, finala yüksəldi

İtaliya superkubokunda ilk finalçı müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu gün yarımfinalın ilk qarşılaşması baş tutub.

“Napoli” Səudiyyə Ərəbistanında “Milan”la qarşılaşıb. 2 cavabsız qolla qalib gələn son çempion finala yüksəlib.

İtaliya superkuboku
Yarımfinal

18 dekabr

Napoli – Milan 2:0
Qollar
: David Neres, 39. Höylund, 63.

19 dekabr

23:00. Bolonya – İnter

The post “Napoli” “Milan”a qalib gəldi, finala yüksəldi appeared first on Komanda.az.

“Biz Alonsoya tamamilə etibar edirik”

“Real”ın qapıçısı Andrey Lunin baş məşqçi Xabi Alonso ilə bağlı sualları cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı qolkiper bunu deyib:

“Talavera” ilə oyunda son dəqiqədə komandanı qoldan xilas etməyim Alonsonu qovulmaqdan xilas etdimi? Mən belə düşünmürəm, sadəcə, işimi görürəm. Biz baş məşqçiyə tamamilə etibar edirik, ona heç bir şübhəm yoxdur. Alonso klubun əfsanəsidir və böyük hörmətə layiqdir. Sadəcə, onun fikirlərinə və oyun tərzinə alışmalıyıq”.

İspaniyalı məşqçi postundan uzaqlaşdırılmaq üzrə idi, amma görünür, hələlik o, vəzifəsində qalacaq.

“Real” çərşənbə günü Kral kubokunda “Talavera”nı 3:2 hesabıyla məğlub edib. “Kral klubu” şənbə günü La Liqada “Sevilya” ilə qarşılaşacaq.

The post “Biz Alonsoya tamamilə etibar edirik” appeared first on Komanda.az.

Atıcılıq Federasiyasında köhnə-yeni prezident

Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib.

Komanda.az xəbər verir ki, Federasiyanın baş katibi Emin Cəfərov 2022–2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib.

Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb. Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal əldə ediblər. Milli komandanın üzvü Nigar Nəsirova 2025-ci il dünya çempionatında 50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.

Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib.

İsmət Əliyev, Zemfira Meftahətdinova, Tofiq Bəylərov vitse-prezident, Tamirlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.

Sonda federasiya prezidenti Vilayət Eyvazov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və qurumun qarşıdakı fəaliyyət planları barədə danışıb.

The post Atıcılıq Federasiyasında köhnə-yeni prezident appeared first on Komanda.az.

“Qarabağ”la “Araz-Naxçıvan”dan qələbə

Dekabrın 19-da Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olub. Yevlaxda keçirilən görüşdə “Kəpəz” “Turan Tovuz”u qonaq edib. Oyun Tovuz təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb.

Dünən daha iki oyun keçirilib. “Neftçi” yeni baş məşqçisi Yuri Vernidubla Yevlaxa səfər edib. “Ağ-qaralar” autsayder “Karvan-Yevlax”ın qonağı olub. Bakı təmsilçisi bu matçda əzmkar qələbəyə sevinib.

“Zirə” isə bu tur “İmişli” ilə qarşılaşıb. Tərəflər meydanı qolsuz tərk ediblər.

Bu gün daha iki oyun olub. “Qarabağ” Qəbələdə eyniadlı komanda ilə görüşüb. Qarşılaşma Ağdam komandasının qələbəsi ilə bitib.

“Şamaxı” isə “Araz-Naxçıvan”la üz-üzə gəlib. Naxçıvan təmsilçisi bu görüşdən inamlı qələbə ilə ayrılıb.

Turun son oyunu sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası, 16-cı tur

19 dekabr

Kəpəz – Turan Tovuz 0:2
Qol:
Serrano, 6. Joarlem Santos, 47.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu, 14:00

Kəpəz: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 80. Şahnur İsmayılov 83. Raul İsaqov 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov

Turan Tovuz: 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 17. Rəhim Sadıqov 10. Xəyal Nəcəfov 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə 60. Vüqar Bağırov 21. Aleks Souza
Baş məşqçi: Kurban Berdıyev

20 dekabr

Karvan-Yevlax – Neftçi 1:2
Qol: Araz Abdullayev, 45+4-pen – Sambu 61. Emin Mahmudov, 90+7-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu, 14:00

Karvan-Yevlax: 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev  2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 3. Said İranxan, 10. Samuel Durrant
Məşqçi: Füzuli Məmmədov

Neftçi: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin 11. İmad Faraj  10. Freddi Varqas 23. Cordan Rezabala 
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 77. Falaye Sako 22. Luis Ortis 28. Alessio Kurçi  
Baş məşqçi: Yuri Vernidub 

Zirə – İmişli 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu, 16:30

Zirə: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 48. Ramiz Muradov 26. Stefan Aka 20. İssa Cibrila 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

İmişli: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya

21 dekabr

Qəbələ – Qarabağ 1:2
Qol: Ovusu, 6 – Bədavi Hüseynov, 27. Yankoviç, 79.
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu, 15:00

Qəbələ: 1. Səlahət Ağayev  28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 13. Nicat Əliyev 74. Süleyman Damadayev 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze 

Qarabağ: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 8. Marko Yankoviç 2. Mateus Silva 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 7. Nəriman Axundzadə 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 81. Kevin Medina 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov 

Araz-Naxçıvan – Şamaxı 2:0
Qollar
: Patrik Andrade, 54. Çarlz Boli, 87.
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Liv Bona Dea Arena”, 17:30

Araz-Naxçıvan: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 6. Patrik Andrade 17. İssuf Paro 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 23. Nuno Rodriqes 7. Hamidu Keyta 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev 

Şamaxı: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 90. Davud Mənsumov 6. Antonio Lara 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov 

22 dekabr

Sumqayıt – Sabah
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30

The post “Qarabağ”la “Araz-Naxçıvan”dan qələbə appeared first on Komanda.az.

Azərbaycan birinciliyi start götürüb

Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürüb.

Komanda.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışın ilk günündə 177 cüdoçu 6 çəki dərəcəsində mübarizə aparıb.

Qızlar arasında 40 kq, 52 kq, 70 kq; oğlanlarda isə 50 kq, 66 kq və 90 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib.

Dörd gün davam edəcək ölkə birinciliyinə 89 klub və idman cəmiyyətindən 495 cüdoçu qatılıb.

İlk günün mükafatçı:

Qızlar

40 kq

  1. Sofiya Bıkova (ACF)
  2. Ayan Muradova (Şəki)
  3. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
  4. Ləman Niftəliyeva (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

52 kq

  1. Tövsiyyə Babayeva (Qəbələ Bakı)
  2. Yağmur Əhmədzadə (Neftçi Sumqayıt)
  3. Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)
  4. Nərmin Ağamirzəzadə (RKİM)

70 kq

  1. Fidan Cəlilli (RKİM)
  2. Məsumə Məmmədli (Judo Club 2012)
  3. Rəna Əhmədova (Qəbələ İK şəhər)
  4. Sümeyya Nuriyeva (Sumqayıt şəhəri İOEUGİM)

Oğlanlar

50 kq

  1. Nihad Ağayev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
  2. Anar Mirzoev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  3. Rəvan Məmmədli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
  4. Rza Ayvazlı (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

66 kq

  1. Elgün Ələkbərov (FHN İSK)
  2. Zaməddin Bağırov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
  3. Sənan Piriyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  4. Elgün Səfərov (Mingəçevir UGİM)

90 kq

  1. Nurəddin Əliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  2. Ömər Axundov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
  3. Nazim Ağayev (FHN İSK)
  4. Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

The post Azərbaycan birinciliyi start götürüb appeared first on Komanda.az.

“Azərbaycanın Avropaya səs salan komandasına qarşı mükəmməl oynadıq”

“Sabah” Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edib.

Komanda.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis matçdan razı olduğunu bildirib:

“İlk olaraq oyunçularımı təbrik etmək istəyirəm. Bu gün inanılmaz performans göstərdilər. Hətta deyərdim ki, Azərbaycanın Avropaya səs salan komandasına qarşı mükəmməl futbol oynadıq. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən, bu gün möhtəşəm atmosfer yaratmışdılar. Mən “Sabah” ailəsini, rəhbərliyi, azarkeşləri qalibiyyət münasibəti ilə təbrik edirəm.

Deyə bilərəm ki, heç vaxt turnir cədvəlinə baxmıram. Paltardəyişmə otağında uşaqlara da dedim ki, hələ bu il üçün bizim bir oyunumuz var. Sabahdan bərpa prosesinə başlamalıyıq. Mövsümün əvvəlindən keçdiyimiz inkişafdan razıyam.

Əlbəttə ki, bugünkü oyunda da narazı qaldığım epizodlar olurdu. “Qarabağ” cinahlarda boşluqlar verirdi və biz qol fürsətləri yaradırdıq. Bu cür epizodları top-komandalara qarşı matçlarda dəyərləndirə bilməməyimiz məni məyus edir. Oyunun ilk 10 dəqiqəsindən razı qalmadım. Çox sadə qol buraxdıq. Amma ikinci hissədə üstün olan tərəf biz idik. Rəqibi yaxşı təzyiq altında saxlayırdıq. Bu da məni məmnun edirdi.

Əlimdə olan heyətdən çox məmnunam. Elə oyunçularımız var ki, hələ də potensialını tam açmayıb. Zədəli oyunçularımız var, bunlardan biri Cessi Sekidikadır. Onun da tam sağalmasını gözləyirik. Oyunçu gətirmək üçün tələsmirik. Çünki elə oyunçu gətirməliyik ki, komandamıza, paltardəyişmə otağına uyğun olsun. Belə bir oyunçu qarşımıza çıxacağı halda, düşünmədən rəhbərliklə müzakirə etməyə hazırıq.

Mən məşqçiyəm, nə idman direktoru, nə də agentəm. Mənim vəzifəm oyunçularda idman bacarıqlarını inkişaf etdirməkdir. Aron Maludanı burda görməkdən məmnunam. Düşünürəm ki, o da özünü inkişaf etdirmək üçün çalışır. Onun icarədə olması və ya burda davam etməsi mənim səlahiyyətimdə olan bir iş deyil”.

“Sabah” – “Qarabağ” matçı ikincilərin UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda evdə “Ferensvaroş”la (2:3, səfərdə 3:1) qarşılaşma səbəbindən təxirə salınmışdı.

“Sabah” Premyer Liqanın 16-cı turunda “Sumqayıt”ın qonağı olacaq.

Fəxri Rüstəmli

The post “Azərbaycanın Avropaya səs salan komandasına qarşı mükəmməl oynadıq” appeared first on Komanda.az.

Qurban Qurbanov: “Bu gün qarşımızda çox ciddi komanda var idi”

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış oyunda “Sabah”ın qonağı olub.

Komanda.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olub. Qurbanov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Rəqibi təbrik edirəm. Oyuna gəldikdə, maraqlı oyun keçdi. Komandam həddindən artıq böyük güc sərf edir. Bir neçə turnirdə iştirak edirik. Bəzi futbolçular hazır deyildi. Xəstə olan oyunçularımız var idi. Hər bir halda, bunlar səbəb deyil.

Azarkeşlərə təşəkkür edirəm, yaxşı atmosfer var idi. “Qəbələ” ilə oyuna hazırlaşacağıq.

Marko Yankoviç dünən məşqdə zədə aldı. Risklidir onun meydana çıxması. Montiel də hələ tam hazır deyil. “Araz-Naxçıvan”la oyunda da xeyli güc sərf etmişdi. Ümumən, yaxşı çıxış etdilər. Amma hər bir halda, məğlub olduq və kimdəsə səhv axtarmaq istəmirəm.

Çempionun dəyişməsi ilə bağlı hər il belə fikir var. İstənilən an hər şey dəyişə bilər. Bu gün qarşımızda çox ciddi komanda var idi. Yaxşı təşkil olunmuş heyətlə üz-üzə gəldik. Bu “Sabah”ı götürsək, Avropada yaxşı nəticələr göstərə bilər. Avropa təcrübəsi olan məşqçiləri var, biz də onların uğuruna sevinərik. Addım-addım böyüyürlər”.

“Sabah” – “Qarabağ” matçı ikincilərin UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda evdə “Ferensvaroş”la (2:3, səfərdə 3:1) qarşılaşma səbəbindən təxirə salınmışdı.

“Qarabağ” Premyer Liqanın 16-cı turunda “Qəbələ”nin qonağı olacaq.

Fəxri Rüstəmli

The post Qurban Qurbanov: “Bu gün qarşımızda çox ciddi komanda var idi” appeared first on Komanda.az.

“Milan”ın futbolçusu əməliyyat olunacaq

“Milan”ın hücumçusu Santiaqo Ximenes ayaq biləyindən əməliyyat etdirəcək.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatın məqsədi sümüyün bərpasıdır.

Futbolçunun təxminən 6 həftə sonra meydanlara qayıda biləcəyi gözlənilir.

Meksikalı hücumçu bu mövsüm A seriyasında 9 matçda iştirak edib və qol vura bilməyib.

The post “Milan”ın futbolçusu əməliyyat olunacaq appeared first on Komanda.az.

Finalissimanın vaxtı və yeri dəqiqləşdi

İspaniya və Argentina yığmalarının üz-üzə gələcəyi Finalissima oyununun vaxtı və yeri bəlli olub.

Komanda.az xəbər verir ki, Avropa və Amerika çempionlarını qarşılaşdıran Finalissima matçı 27 mart 2026-cı ildə Qətərin paytaxtı Dohada yerləşən “Lusail” stadionunda keçiriləcək.

Argentina millisi 2024-cü ildə Amerika Kubokunun qalibi olub. İspaniya yığması isə həmin il Avropa çempionluğunu qazanıb.

Xatırladaq ki, əvvəlki Finalissima 2022-ci ildə baş tutub. Həmin görüşdə Argentina millisi İtaliya yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.

The post Finalissimanın vaxtı və yeri dəqiqləşdi appeared first on Komanda.az.

“Gəncə”dən çətin qələbə

Bu gün qadın voleybolçuların Yüksək Liqasında 7-ci turun oyunu keçirilib.

Komanda.az xəbər verir ki, UNEC VK-nın idman zalında UNEC və “Gəncə” komandaları üz-üzə gəlib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. Görüşdə qonaq komanda “Gəncə” 3:2 hesabı ilə UNEC üzərində qələbə qazanıb.

Turun növbəti oyunu sabah saat 15:00-da AVF-nin idman zalında “Abşeron” və “Turan” komandaları arasında keçiriləcək.

The post “Gəncə”dən çətin qələbə appeared first on Komanda.az.

İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatmaya əsasən, “Çelsi” “Arsenal”/”Kristal Pleas” duelinin qalibi ilə üz-üzə gələcək.

“Mançester Siti” isə “Nyukasl”a rəqib olub.

Yarımfinalın ilk oyunları yanvarın 12-də, cavab matçları isə fevralın 2-də keçiriləcək.

The post İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu appeared first on Komanda.az.

Laporta: “Bəzi insanlar Olmo ilə anlaşmanın baş tutmasını istəmirdi”

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Dani Olmo ilə bağlı fikirlərini bölüşüb.

Kataloniya klubu ispaniyalı futbolçunu 2024-cü ilin yayında “Leyptsiq”dən transfer edib. Avropa çempionunun qeydiyyatı ilk mərhələdə mümkün olmayıb, mövsüm ərzində isə o, yenidən oynamaq hüququnu itirib. Yalnız idman məhkəməsinin müdaxiləsindən sonra klub onu heyətə rəsmən daxil edə bilib.

Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, Laporta klubun Olmo uğrunda sona qədər mübarizə apardığını deyib:

“Biz Olmo üçün israrla mübarizə apardıq, çünki onun futbol keyfiyyətlərinə və işinə sədaqətinə ehtiyacımız var idi. Onun evinə – “Barselona”ya qayıtmaq istədiyini bilirdik. Bu transfer çoxlu maneələrlə müşayiət olunan, ziddiyyətli bir keçid idi və bəzi insanlar açıq-aşkar bu anlaşmanın baş tutmasını istəmirdi. Bütün bu çətinliklər Daninin “Barselona” ilə bağlarını daha da gücləndirdi. Biz ona çox minnətdarıq”.

Olmo cari mövsümdə 17 oyunda meydana çıxaraq, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

The post Laporta: “Bəzi insanlar Olmo ilə anlaşmanın baş tutmasını istəmirdi” appeared first on Komanda.az.

La Liqanın prezidenti “Real”ı tənqid etdi

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Neqreyra işi” ilə bağlı “Real”ın mövqeyini yenidən tənqid edib. Onun sözlərinə görə, “kral klubu” bu məhkəmə prosesində səmimi davranmır və keçmişdə mövqeyi tam fərqli olub.

“Barselona” və klubun keçmiş rəhbərliyi İspaniya Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlərin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya edilən ödənişlərlə bağlı rüşvət ittihamı ilə üzləşib.

Dekabrın 12-də “Barselona”nın prezidenti Xuan Laporta məhkəmədə ifadə verib. Həmin gün Kataloniya klubunun keçmiş baş məşqçiləri Luis Enrike və Ernesto Valverde də dindirilib. Bildirilirdi ki, prosesdə özəl ittihamçı qismində çıxış edən “Real”ın nümayəndələri Laportaya suallar ünvanlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas “Real”ın davranışını şou adlandırıb:

“Real”ın prezidenti (Florentino Peres) baş verənlərin yarısını belə, anlamır. Məhkəmədə hamı danışandan sonra sonuncu çıxış edən onların vəkili oldu. Niyə? Çünki məhkəməyə ən gec qoşulan da elə o idi.

Bu, iki ay çəkdi. Əvvəllər “Barselona” Super Liqa məsələsinə görə onların müttəfiqi idi. İndi isə Super Liqadan uzaqlaşdıqdan sonra özlərini cəngavər kimi aparırlar.

Üstəlik, verdikləri 12 sualın hamısına artıq Luis Enrike və Valverde cavab vermişdi. Bu proses bir şoudur, insanları aldatmaqdan başqa bir şey deyil”.

“Real”ın hüquqşünasları dindirilmə zamanı Laportadan hesabatlarda “aloe veralı hədiyyə dəstləri” (rəsmi sənədlərdə yazılan, amma real məzmunu şübhə doğuran bir xərc izahı) kimi göstərilən 60 min avroluq məbləğ barədə soruşublar. “Barselona”nın prezidenti isə bu ödənişi xatırlamadığını deyib.

The post La Liqanın prezidenti “Real”ı tənqid etdi appeared first on Komanda.az.

“Səbail” və “Mingəçevir”dən heç-heçə

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 11-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib.

Çempionatın iddialı komandalarından olan “Şəfa” “Şahdağ Qusar”la heç-heçə edib. “Difai” – “Mingəçevir” görüşündə də bərabərlik qeydə alınıb.

1-ci Liqa, 11-ci tur

18 dekabr

“Şahdağ Qusar” – “Səbail” 2:2
Qollar: 
S.Ağalarov, 27, R.Voronsov, 35 – S.Bağırov, 26, B.Həziyev, 69

“Difai” – “Mingəçevir” 1:1
Qollar:
 M.Musazadə, 2 – S.Abdullayev, 9 (pen)
Qırmızı vərəqə: M.Musazadə, 31 (“Difai”)

The post “Səbail” və “Mingəçevir”dən heç-heçə appeared first on Komanda.az.

“Tottenhem” də istəyir – “Real”ın hədəfindəki futbolçunu

Braziliyanın “Vasko da Qama” klubunun hücumçusu Rayan “Tottenhem”in maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “NT Vascainos” məlumat yayıb.

London klubunun məşqçilər heyəti 19 yaşlı vingeri yaxından izləyir. Klub artıq qış transfer pəncərəsində “Vasqo da Qama”ya rəsmi təklif göndərə bilər.

Ancaq daha əvvəl də xəbər verildiyi kimi, bu keçidə “Real” ciddi maneə yaratmaq niyyətindədir. “Kral klubu” Rayan üçün 50 milyon avro ödəməyə hazırdır.

Braziliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 56 oyuna çıxıb, 20 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post “Tottenhem” də istəyir – “Real”ın hədəfindəki futbolçunu appeared first on Komanda.az.

Azərbaycan Voleybol Federasiyası yarımçıq dayandırılmış oyunla bağlı qərar verdi

Kişi voleybolçuların Yüksək Liqasında yarımçıq dayandırılmış 7-ci turun “Xilasedici” – “ORDU” oyunu ilə bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Dekabrın 17-də keçirilən qarşılaşmanın yekun nəticəsi ilə əlaqədar bu gün Azərbaycan Voleybol Federasiyasında (AVF) iclas keçirilib.

İclasda federasiyanın İnzibati Məsələlər Komissiyasının üzvləri, “Xilasedici” və “ORDU” komandalarının menecerləri, qarşılaşmanın supervayzeri və hakimlər iştirak ediblər.

AVF-nin baş katibi Faiq Orucovun rəhbərliyi ilə keçirilən iclasda dünənki qarşılaşmada baş verən hadisələr ətraflı şəkildə araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, yarımçıq dayandırılmış “Xilasedici” – “ORDU” qarşılaşmasında “Xilasedici” komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

The post Azərbaycan Voleybol Federasiyası yarımçıq dayandırılmış oyunla bağlı qərar verdi appeared first on Komanda.az.

“Uşaqlar bizim necə ağır zəhmət çəkdiyimizi görür” – Ronaldonun xanımı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges uşaqların tərbiyəsi ilə bağlı fikirlərini bölüşüb.

Cütlük ümumilikdə beş uşaq böyüdür. Onların iki qızı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rodriges uşaqlara zəhmətin və əziyyətin dəyərini aşılamağın indiki dövrdə xüsusilə vacib olduğunu vurğulayıb:

“Həm heç nəyə sahib olmaq, həm də hər şeyə sahib olmaq… Bunun nə demək olduğunu bilirsiz. Bu dövrdə uşaqlara əməyin və çalışmanın dəyərini necə izah etmək olar? Maddi imkanların səviyyəsi artsa da, ailənin əsas dəyərləri dəyişmir.

İqtisadi imkanlarımız fərqli səviyyədə olsa belə, mahiyyətimiz eyni qalır. Biz onlara öz dəyərlərimizi aşılayırıq. Uşaqlar bizim necə ağır zəhmət çəkdiyimizi görür, anlayırlar ki, heç nə asanlıqla əldə edilmir. Ona görə də, onlara daim xatırladırıq ki, mübarizə aparmaq və hər şeydən əvvəl yaxşı insan olmaq lazımdır.

Uşaqlar tərbiyəli, məsuliyyətli böyüyür, məktəbdə səylə oxuyur və müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Ən önəmlisi isə odur ki, onlar arzularının arxasınca gedirlər. Evdə gördükləri də məhz budur”.

The post “Uşaqlar bizim necə ağır zəhmət çəkdiyimizi görür” – Ronaldonun xanımı appeared first on Komanda.az.

“Sabah”dan “Qarabağ” üzərində əzmkar qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 1-ci turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunu keçirilib.

Komanda.az xəbər verir ki, qarşılaşma “Bank Respublika Arena”da təşkil olunub.

Bu oyunun nəticəsi Premyer Liqada lideri dəyişə bilərdi. “Qarabağ” matçdan öncə 33 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşmışdı. İki xal az toplayan “Sabah” ikinci idi. Meydan sahibləri qələbə qazanmaqla “köhlən atlar”ı “taxt”dan endirə bilərdi.

Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma meydan sahibləri yekunda əzmkar qələbə qazanmaqla zirvəyə yüksəliblər.

Azərbaycan Premyer Liqası, 1-ci turun oyunu

18 dekabr 

Sabah  Qarabağ 2:1
Qollar: Coy Lens Mikels, 52. Aaron Maluda, 88 – Leandro Andrade, 9.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 19:30

Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybulayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Cesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

The post “Sabah”dan “Qarabağ” üzərində əzmkar qələbə appeared first on Komanda.az.

❌