Normal view

Today — 28 October 2025Main stream

“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”

28 October 2025 at 18:00

“Kəpəz”in baş məşqçisi Azər Bağırov komandasını Misli Premyer Liqasının oyunlarında daha yaxşı vəziyyətdə görmək istəyir.

Komanda.az xəbər verir ki, bunu “sarı-göylər”in baş məşqçisi özü “Ağstafa Gəncləri” komandası ilə Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, kubok matçında əsasən gənc futbolçulara şans verməsinin səbəblərindən danışıb:

“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçlarında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardır. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.

“Kəpəz” – “Ağstafa Gəncləri” oyunu “sarı-göylər”in 6:1 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda “Araz-Naxçıvan”la üz-üzə gələcək.

The post “Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik” appeared first on Komanda.az.

Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb

28 October 2025 at 17:27

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb.

Komanda.az xəbər verir ki, hazırlıq Şamaxıda keçirilir.

Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu milli Şamaxıda noyabrın 6-dək hazırlıq keçəcək. Komanda taktiki-texniki məşqləri Sumqayıtda davam etdirəcək.

Toplanış Almaniyada keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

The post Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb appeared first on Komanda.az.

“Real”ın sabiq futbolçusu Vinisiusu qınadı

28 October 2025 at 16:54

İspaniya çempionatının 10-cu turunun mərkəzi qarşılaşmasında “Real” öz meydanında “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

“Santyaqo Bernabeu”dakı oyunda “kral klubu”nun vingeri Vinisius Junior 72-ci dəqiqədə əvəzlənib və meydanı tərk edərkən narazılığını gizlətməyib.

Komanda.az xəbər verir ki, “Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos, braziliyalı futbolçunun reaksiyasını “Marca” nəşrinə belə şərh edib:

“Əla oyun keçirdiyin vaxt səni əvəzləyəndə, əlbəttə, narazı qalmaq təbiidir. Mənim də belə hallarım olub, amma heç vaxt birbaşa paltardəyişmə otağına getməmişəm. Düşünürəm ki, o, bir az sakitləşəndən sonra anlayacaq. Emosiyalarını cilovlaya bilərdi”.

“Real” qələbə sayəsində turnir cədvəlində xal fərqini “Barselona” ilə 5-ə yüksəldib. Belə ki, madridlilər 27 xalla liderliyini möhkəmləndirib, kataloniyalıların hesabında isə 22 xal var və komanda 2-ci pillədə qərarlaşıb.

The post “Real”ın sabiq futbolçusu Vinisiusu qınadı appeared first on Komanda.az.

“Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq

28 October 2025 at 16:45

UEFA Çempionlar Liqasının 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq.

 Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Satışa oktyabrın 29-da, saat 15:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.

Biletlər yalnız “iTicket.az”-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

The post “Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq appeared first on Komanda.az.

Abubakar “Neftçi”ni uğursuzluq zolağından çıxara bilər? – AÇIQLAMA

28 October 2025 at 16:33

“Neftçi” uzun müddət gözlənilən hücumçu mövqeyinə transferi ötən günlərdə nəhayət, reallaşdırdı. Bir müddət əvvəl adı “ağ-qaralar”la hallanan “Beşiktaş” və “Portu” kimi klublarda çıxış etmiş Kamerun millisinin üzvü Vensan Abubakar paytaxt təmsilçisi ilə müqavilə bağladı.

33 yaşlı futbolçunun debütü Premyer Liqanın son turuna – “Qəbələ” ilə səfər matçına (2:0) təsadüf etdi. Oyuna 70-ci dəqiqədə daxil olan kamerunlu forvard bir dəqiqə sonra məhsuldar ötürmə ilə hesabın açılmasında yaxından iştirak etdi və matçın sonlarına yaxın bir qol vurmağı da bacardı.

“Abubakarın transferi “Neftçi”ni uğursuzluq zolağından çıxara biləcəkmi” sualı ilə “ağ-qaralar”ın sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla əlaqə saxladıq. Sadıqovun Komanda.az-a açıqlaması belə oldu:

“Bilirsiz, mən hesab edirəm ki, bir futbolçu ilə hansısa uğursuzluq zolağından çıxmaq gündəmdə olmamalıdır. Ən vacibi odur ki, bu gün Abubakar da öz çıxışında bildirir ki, biz hamımız bir olsaq, bir nöqtəyə vursaq və bir yerdə çalışsaq, “Neftçi”nin ənənələrini nəzərə alaraq, əvvəlki əzəmətini qaytarmaqla istədiyimizə nail ola bilərik. Buna biz də – “Neftçi” rəhbərliyi, “Neftçi”sevərlər də ümid edirik. Və hamımız ümid edirik ki, tezliklə əzəmətini qaytaran, öz ənənəsinə sadiq olan güclü bir “Neftçi” görəcəyik. Bununla da ancaq və ancaq ümumi futbolumuz udacaq, gələcəkdə də bunun şahidi olacağıq”.

“Neftçi” Azərbaycan Premyer Liqasında 9 turdan sonra 12 xalla 8-ci pillədə yer alır.

Fəxri Rüstəmli

The post Abubakar “Neftçi”ni uğursuzluq zolağından çıxara bilər? – AÇIQLAMA appeared first on Komanda.az.

Messidən DÇ-2026 açıqlaması

28 October 2025 at 16:14

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında iştirak ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az NBC-yə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu qərarını gələn il verəcəyini bildirib:

“Düzünü desəm, dünya çempionatında oynamaq möhtəşəm olardı. Mən yaxşı formada olub Argentina yığmasına faydalı olmağı arzulayıram. Gələn il “İnter Mayami” ilə mövsümöncəsi hazırlığa başlayanda vəziyyəti dəyərləndirəcəm. Özümü yüz faiz hazır hiss etsəm və komandaya xeyrim dəyə bilsə, qərarımı verəcəm”.

Argentina millisi son dünya çempionudur. Komanda Lionel Skaloninin rəhbərliyi altında, 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransa yığmasına qalib gələrək, tarixində üçüncü dəfə dünya çempionu olmuşdu.

The post Messidən DÇ-2026 açıqlaması appeared first on Komanda.az.

“Seltik” “sükan”ı sabiq baş məşqçisinə tapşırmaq istəyir

28 October 2025 at 15:48

“Seltik” baş məşqçi postuna Angelos Postekoqlunu gətirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Klub yaxın vaxtlarda avstraliyalı mütəxəssislə əlaqə saxlayaraq, onun komandaya qayıtmaqda maraqlı olub-olmadığını öyrənmək niyyətindədir. Postekoqlu 2021–2023-cü illər arasında “Seltik”i çalışdırıb və bu müddətdə komandaya bir neçə yerli titul qazandıraraq uğurla idarə edib. O, daha sonra “Tottenhem” və “Nottingem Forest”də işləyib.

“Seltik”in baş məşqçisi Brendan Rocers yaxın günlərdə postunu tərk edib. Komanda Şotlandiya Premyer Liqasının 9 turundan sonra 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və liderdən 8 xal geri qalır.

The post “Seltik” “sükan”ı sabiq baş məşqçisinə tapşırmaq istəyir appeared first on Komanda.az.

“Barselona”nın prezidenti “Real”la oyundan sonra futbolçularla görüşüb

28 October 2025 at 15:32

“Barselona”nın prezidenti Xuan Laporta komandanı “el klasiko”da “Real”a 1:2 hesabı ilə uduzduqdan sonra ruhlandırıb. La Liqanın 10-cu turunda baş tutan matçdan sonra Madrid klubunun xal fərqi 5-ə yüksəlib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Laporta növbəti gün klubun məşq bazasına gedərək, futbolçular qarşısında qısa, motivasiyaedici çıxış edib.

Prezident bu addımı ilə komandasına dəstəyini göstərib və “Real”a məğlubiyyətin onlara mənfi təsir göstərməməsini istəyib.

Laporta həm futbolçulara, həm də baş məşqçi Hans-Diter Flikə güvəndiyini və “Barselona”nın bütün turnirlərdə mükafat uğrunda mübarizə aparmaq gücündə olduğuna inandığını deyib.

The post “Barselona”nın prezidenti “Real”la oyundan sonra futbolçularla görüşüb appeared first on Komanda.az.

Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb

28 October 2025 at 15:27

Türkiyə Super Liqası təmsilçisi “Gənclərbirliyi” baş məşqçisi Hüseyin Eroğlu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Aykut Çakmaklı yerli KİV-ə yeni baş məşqçinin Volkan Dəmirəl olacağını bildirib.

“Gənclərbirliyi” Super Liqada 8 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

The post Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb appeared first on Komanda.az.

Vaqif Sadıqov hakimlərdən narazılıqlar haqda danışdı: “Qərəzli səhvlər görmürəm”

28 October 2025 at 14:28

Azərbaycan Premyer Liqasının cari mövsümündə cəmi 9 tur geridə qalmasına baxmayaraq, demək olar ki, hər turdan sonra hakim idarəçiliyi ciddi narazılıqlara səbəb olur. Baş məşqçilərin, futbolçularun oyunlardan sonrakı çıxışlarında açıq-aşkar hakimlərdən narazı olduqları görünür.

Bununla bağlı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik.

Sadıqov Komanda.az-a açıqlamasında hakimlərin idarəçiliydə qərəz olmadığını bildirdi:

“Hesab edirəm ki, səhvlər qaçılmazdır. Ancaq ən vacibi odur ki, qərəzli səhvlər görmürəm. Düzdür, səhvlər varsa, problemləri həll etmək lazımdır. Problemi həll etmək üçün gərək yollar tapılsın. Çalışmaq lazımdır. Ancaq yenə də deyirəm, ən vacibi odur ki, hansısa qərəzdən söhbət getməsin. Burada insan faktoru, amili var, istər-istəməz, hardasa, kimsə… Mən bunu izah etməyə də çətinlik çəkirəm. Yəni, hər kəs, ən vacibi, qərəz olmadığı yerdə gördüyünə qərar verir”.

Azərbaycan millisinin sabiq baş məşqçisi hesab edir ki, indi artıq əvvəlki dövr deyil, ölkədə futbol inkişaf edib:

“Yenə də deyirəm, bu gün ən vacibi odur ki, kiminsə nəyisə etməsi… O vaxtlar gedib, biz görmüşük. İndi tamamilə fərqli bir vaxtdır, futbolumuz inkişaf edib. Burda istər-istəməz bir şeyə toxunmalıyıq, bunu bir peşəkar kimi demək istəyirəm: Futbolun və futbolçuların səviyyəsi artdıqca hakimlərin də səviyyəsi onlarla eyni vaxtda artmalıdır. Bu olan halda, bəlkə də, biz bu söz-söhbətdən uzaq olacağıq. Hesab edirəm ki, futbolumuz da, futbolçularımız da, hakimlərimiz də ayaqlaşmalıdır və inkişafa, tərəqqiyə doğru getməlidirlər”.

Fəxri Rüstəmli

The post Vaqif Sadıqov hakimlərdən narazılıqlar haqda danışdı: “Qərəzli səhvlər görmürəm” appeared first on Komanda.az.

Sabiq futbolçu “Arsenal”ın müdafiəçisini təriflədi: “Haland qədər vacibdir”

28 October 2025 at 14:06

“Liverpul”un sabiq oyunçusu Cimi Karrager “Arsenal”ın müdafiəçisi Qabriel Maqalesin oyununu yüksək qiymətləndirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun vacib oyunçulardan olduğunu söyləyib:

“Düşünürəm ki, Qabriel hazırda Premyer Liqada ən təsirli oyunçudur. O, fantastik müdafiəçidir, “Arsenal”ın bu qədər az qol buraxmasının səbəbi və həmçinin, standart zərbələr zamanı rəqiblər üçün real təhlükədir. O, Erlinq Haland kimi oyunçular qədər vacibdir”.

“Arsenal” son turda “Kristal Pelas” üzərində 1:0 hesablı qələbə qazanaraq, turnir cədvəlində rəqibləri üzərində üstünlüyünü artırıb. Komanda 9 turdan sonra 22 xalla Premyer Liqada birinci yerdədir.

The post Sabiq futbolçu “Arsenal”ın müdafiəçisini təriflədi: “Haland qədər vacibdir” appeared first on Komanda.az.

Levandovski qayıdır

28 October 2025 at 13:43

“Barselona”nın hücumçusu Robert Levandovski zədədən sonra artıq noyabrın 2-də, La Liqanın 11-ci turunda “Elçe”yə qarşı oyunda meydana çıxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Polşalı forvard artıq əsas komanda ilə məşqlərin bir hissəsində iştirak edib. Həmçinin, kataloniyalıların qapıçısı Xuan Qarsiyanın da bərpa prosesi uğurla davam edir və onun da qarşıdakı görüşdə meydana çıxma ehtimalı var.

Qarsiyanın vəziyyəti oktyabrın 29-da, növbəti məşqdən öncə dəyərləndiriləcək. Klubun həkimləri onun səhhəti ilə bağlı risk etməyəcəklərini vurğulayıblar.

The post Levandovski qayıdır appeared first on Komanda.az.

“Yuventus” bu gün Spaletti ilə danışıqlara başlayacaq

28 October 2025 at 13:19

“Yuventus” rəhbərliyi İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spaletti ilə danışıqlar aparmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar bu gün olacaq.

Turin klubu 66 yaşlı mütəxəssisə mövsümün sonuna qədər müqavilə, əlavə olaraq isə müddətin uzadılma imkanını təklif etməyi düşünür.

“Yuventus” son turda səfərdə “Latsio”ya 0:1 hesabı ilə məğlub olub və bütün turnirlərdə qələbəsiz oyunlar seriyasını 8-ə çatdırıb. Komanda A Seriyasının səkkiz turundan sonra 12 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

The post “Yuventus” bu gün Spaletti ilə danışıqlara başlayacaq appeared first on Komanda.az.

Saka ilə 5 illik müqavilə imzalanacaq

28 October 2025 at 12:47

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka klub rəhbərliyi ilə yeni müqavilə haqda razılığa gəlməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər demək olar ki, razılığa gəliblər. Yeni müqaviləyə əsasən, 24 yaşlı futbolçunun həftəlik maaşı təxminən 343 min avro olacaq və bu, onu komandanın ən çox qazanan oyunçusu edəcək. Yarımmüdafiəçinin “Arsenal”la müqaviləsi beş il müddətinə uzadılacaq.

Sakanın London klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, bu mövsüm 10 oyunda meydana çıxıb və 3 qol vurub.

The post Saka ilə 5 illik müqavilə imzalanacaq appeared first on Komanda.az.

Simeone: “Bu, bizim üçün vacib qələbədir”

28 October 2025 at 12:30

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 10-cu turunda səfərdə “Betis”lə oyunda 2:0 hesablı qələbəni şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk hissədə çox yaxşı oynadıqlarını söyləyib:

“Əla oyun keçirdik, ilk hissədə çox yaxşı oynadıq və 2:0 hesabı ilə irəli çıxdıq. Fasilədən sonra ilk hissədəki qədər kəskin deyildik, amma davamını gətirdik. Bu, bizim üçün və La Liqadakı mövqeyimiz üçün vacib qələbədir”.

Madrid klubunun 10 turdan sonra 19 xalı var və İspaniya çempionatının turnir cədvəlində dördüncü yerdədir.

The post Simeone: “Bu, bizim üçün vacib qələbədir” appeared first on Komanda.az.

Yamal “el klasiko”dan sonra profil şəklini silib

28 October 2025 at 12:08

“Barselona”nın 18 yaşlı vingeri Lamin Yamal son “el klasiko”da uğursuz çıxış edib və matçın ən aşağı qiymət alan oyunçularından biri olub.

Oktyabrın 26-da keçirilən La Liqanın 10-cu tur matçında “Real” doğma meydanda “Barselona” üzərində 2:1 hesablı qələbə qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunun gedişində Yamal yerli azarkeşlər tərəfindən fitə basılıb. Matçdan sonra isə gənc futbolçu sosial şəbəkədəki profil şəklini silərək, yerinə qara fon qoyub.

Qarşılaşma öncəsi Yamalın “Real” haqqında sərt açıqlamaları diqqət çəkmişdi və bu, matçdan sonra meydanda yaşanan gərginlikdə əsas səbəblərdən biri olub.

The post Yamal “el klasiko”dan sonra profil şəklini silib appeared first on Komanda.az.

“Tottenhem” hücumçusunu satmağı planlaşdırır

28 October 2025 at 11:47

“Tottenhem”in hücumçusu Dominik Solanke qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Londonluların baş məşqçisi Tomas Frank 28 yaşlı forvardın çıxışından razı deyil və klub onu artıq yanvarda satmağı planlaşdırır.

“Tottenhem” qışda yeni hücumçu almaq niyyətindədir, ancaq rəhbərlik bunun çətin olacağının fərqindədir. Yanvar ayı adətən böyük transferlərin baş tutması üçün mürəkkəb dövr hesab olunur.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 3 matçda meydana çıxıb. “Tottenhem” onun dəyərini təxminən 69 milyon avro qiymətləndirir.

The post “Tottenhem” hücumçusunu satmağı planlaşdırır appeared first on Komanda.az.

“Seltik” baş məşqçisi ilə vidalaşdı – Rəsmi

28 October 2025 at 11:31

“Seltik” baş məşqçi Brendon Rocersin istefa ərizəsini qəbul edib.

Komanda.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssis komandanı tərk etdikdən sonra “Seltik”ə müvəqqəti olaraq Martin O’Nill rəhbərlik edəcək. İrlandiyalı məşqçi 2000–2005-ci illər arasında da komandanın “sükanı arxasında” olub.

“Seltik” Şotlandiya çempionatında 9 turdan sonra17 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “Harts”dan 8 xal geri qalır.

“Seltik” növbəti matçını doğma meydanda “Falkirk”ə qarşı keçirəcək.

The post “Seltik” baş məşqçisi ilə vidalaşdı – Rəsmi appeared first on Komanda.az.

İngiltərə klubu Endriki icarəyə götürmək istəyir

28 October 2025 at 11:12

“Tottenhem” “Real”ın hücumçusu Endrikin durumunu yaxından izləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvard Madrid təmsilçisindəki az oyun praktikası səbəbindən narazıdır və yanvarda icarəyə gətməyə hazırdır. Bununla belə, Endrik gələcəyini məhz “Real”la əlaqələndirir və klubdan tam ayrılmaq niyyətində deyil.

“Tottenhem” rəhbərliyi isə 19 yaşlı futbolçunun oyun xüsusiyyətlərinin komandaya tam uyğun olduğunu hesab edir və qış transfer pəncərəsində onu icarəyə götürmək planı qurur.

Endrik bu mövsüm hələ meydana çıxmayıb. Onun “Real”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

The post İngiltərə klubu Endriki icarəyə götürmək istəyir appeared first on Komanda.az.

Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb

28 October 2025 at 11:06

Futzal üzrə Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç 2-si qapıçı olmaqla, ümumilikdə səfərə 14 futzalçı aparacaq:

Qapıçılar: Kamran Hacıyev (“Neftçi İK”), Cavad Məmmədov (“Baku Fire”)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi “Neftçi İK”), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı “Araz-Naxçıvan”), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı “Baku Fire”), Oqtay Mahmudzadə (U-19)

A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

The post Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb appeared first on Komanda.az.

Ronaldo və Messi ötən mövsümün ən yaxşısı olmağa namizədlər arasında

28 October 2025 at 10:52

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPRO) 2024/25 mövsümünün ən yaxşı 11 futbolçusu sırasına düşmək üçün namizədlərin adlarını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin siyahıda futbol dünyasının bir çox tanınmış simaları yer alıb.

Onların arasında Kriştiano Ronaldo, Lionel Messi, Osman Dembele, Məhəmməd Salah, Lamin Yamal və Erlinq Haland kimi adlar diqqət çəkir.

2025-ci ildə “qızıl top” mükafatının qalibi PSJ-nin vingeri Osman Dembele olub. “France Football”ın sorğusuna əsasən, ikinci yeri İspaniya millisinin və “Barselona”nın oyunçusu Lamin Yamal, 3-cü yeri isə portuqaliyalı futbolçu Vitinya tutub.

The post Ronaldo və Messi ötən mövsümün ən yaxşısı olmağa namizədlər arasında appeared first on Komanda.az.

DÇ-2026: Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb

28 October 2025 at 10:43

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı oyunlarının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“İticket.az” vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat arasında dəyişir. Azərbaycan – Fransa görüşü üçün bilet qiymətləri isə 5-200 manat aralığındadır.

İslandiya ilə qarşılaşma noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

The post DÇ-2026: Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb appeared first on Komanda.az.

İngiltərə klubu “Barselona”nın futbolçusu ilə maraqlanır

28 October 2025 at 10:30

“Barselona”nın yarımmüdafiəçisi Dro Fernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçuya “Vest Hem” ciddi şəkildə maraq göstərir.

London klubu ispaniyalı oyunçunu münasib qiymətə transfer etmək niyyətindədir, çünki Fernandesin əsas komandadakı debütündən sonra onun bazar dəyərinin artacağı gözlənilir.

Fernandes “Barselona”nın heyətində iki oyunda iştirak edib və bir məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post İngiltərə klubu “Barselona”nın futbolçusu ilə maraqlanır appeared first on Komanda.az.

Vinisius “Real”dan ayrılmağı düşünür

28 October 2025 at 10:07

“Real”ın hücumçusu Vinisius Junior komandadan ayrıla bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu Madrid klubundan ayrılmağı ciddi şəkildə düşünür. Oyunçu, statusunun, komandaya verdiyi töhfələrin qiymətləndirilmədiyini və baş məşqçi Xabi Alonso ilə münasibətlərinin getdikcə gərginləşdiyini düşünür. O, Alonsonun oyun planlarına və onun üslubuna uyğun gəlmədiyini hiss edir.

Baş məşqçiylə futbolçu arasında münaqişə xüsusilə, “Barselona”ya qarşı oyunda (2:1) şiddətli şəkildə alovlanıb.

Vinisiusun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post Vinisius “Real”dan ayrılmağı düşünür appeared first on Komanda.az.

Kubok: “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda – YENİLƏNİR

28 October 2025 at 16:35

Azərbaycan kubokunun 1/8 finalına vəsiqə qazanan ilk komandalar məlum olub.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçilərindən “İmişli”, “Kəpəz” və “Karvan-Yevlax” növbəti mərhələyə adlarını yazdırıb.

Mərhələ adlayan digər komandalar “Şəfa” və “Baku Sportinq”dir.

Bu günün son matçında Premyer Liqa təmsilçilərindən “Turan Tovuz” “Dinamo” ilə üz-üzə gələcək.

Mərhələnin qalan oyunları sabah keçiriləcək.

Azərbaycan kuboku, 2-ci təsnifat mərhələsi

28 oktyabr

14:00. Göygöl – Baku Sportinq 0:2
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Buzovna qəsəbə stadionu

Göygöl: 1. Nicat Əmirxanov 9. Ziyabil Məmmədov 14. Ülvi Cəlilov (k) 5. Taleh Hüseynzadə 10. Elcan Rəhimov 17. Ruslan Süleymanov 8. Kamal Həsən-pur 4. Sərcan Omarov 2. Surac Nəcəfov 6. Seymur Fərəci 22. Sənan Kərimov

Ehtiyat oyunçular: 12. Tofiq Mehdiyev 7. Nail Təhməzli 20. İsmayıl Məmmədov 18. Araz Quliyev 19. Ruslan Məmmədov 3. Raul Əlizadə

Məşqçi: Bilal Mehdiyev

Baku Sportinq: 1. Cəfər Əlizadə 11. İlham Allahverdiyev (k) 44. Samir İbrahimov 10. Elşən Abdullayev 20. Əli Mürsəlov 2. Xəyyam Hüseynov 6. Hüseyn Babayev 71. Cavanşir Şahbazlı 79. Mirmövsüm Caniyev 14. Ömər Məmmədzadə 19. Xəyyam Məmmədli

Ehtiyat oyunçular: 36. Elməddin Sultanov 9. Röyal Nəcəfov 5. Kamil Hüseynov 33. Luka Stevanoviç 7. Ceyhun Muxtarlı 8. Tolqar Yaqubov 22. Fərid Mahmudov 21. Pablo Enrike Alveş 17. Xəlil Bəşirov 77. Elvin Valiiev 18. Elgün Ələkbərli

Baş məşqçi: Kərim Diniyev

14:00. Karvan-Yevlax – Sheki City 3:1 (əlavə vaxtda)
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu

Karvan-Yevlax: 99. Pedro Mateuş 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov (k) 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 12. Vitor Roşa 3. Said İranxan 8. Peter Kinqs 10. Samuel Durrant 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 25. Əmrah Bulud 5. Nika Çaçaşvili 20. Coy Sleyd Mikels 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker

Baş məşqçi: Azər Həşimov

Sheki City: 1. Qurban Məhərrəmov 9. Nurlan Novruzov (k) 8. Kamal Mirzəyev 44. Təmraz Əmircanov 6. Elvin Dəmirov 27. Gülalı Mehrəliyev 77. Tahir Zeynalov 2. Said Əliyev 20. Nihat Fərəci 55. Rəşad Həsənov 4. Saleh Süleymanov

Ehtiyat oyunçular: 22. Həsən Həsənli 33. Ayxan Qocayev 10. Cavid İmamverdiyev 19. Rəsul İbrahimov 99. Nazim Bağırov 13. Elşad Əliyev 7. Rauf Məhərrəmov 92. Valeh Qəhrəmanlı 3. Raul Musayev 17. Ümid Nağdalıyev

Baş məşqçi: Elvin Həsənov

14:00. Qaradağ Lökbatan – İmişli 2:3
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu

Qaradağ Lökbatan: 90. Əli Kərimov 27. Sabir Allahquliyev 6. İsa Zeynallı 7. Elmin Əskərli 14. Fərid Abbaslı (k) 4. Vüsal Hüseynov 8. Ramil Orucov 11. Rəhman Quliyev 17. Tofiq Nəsibov 10. Emil Quluzadə 77. Hakan Həsənov

Ehtiyat oyunçular: 1. Rafiq Kərimov 3. Nicat Əskərov 9. Rövşən Şahmuradov 44. Qurban Hüseynov 15. Vüsal Alızadə 5. Nihad Əmrahzadə 21. Ayxan Məcidov 33. İlham Hüseynov 19. Mehdi Həşumov 88. Ceyhun Ağazadə

Baş məşqçi: Qəzənfər Abbasov

İmişli: 1. Hüseynəli Quliyev 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı (k) 44. Həzrət İsayev 3. Tuncay Yusifli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 23. Dioqo Rollo 17. Ezekiel Morqan

Ehtiyat oyunçular: 33. Andrey Sinenka 99. İmam Əli 19. Azər Salahlı 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 27. Lətif Rzayev 30. Xəlil Mürsəlli 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 7. Luis Silvestr

Baş məşqçi: Jorj Kaşkilya

14:00. Cəbrayıl – Şəfa 0:3
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

Cəbrayıl: 94. Matis Morvil 12. Andzuno Eli 21. İsa İsayev 7. Balamirzə Soltanov 8. Sadiq Hüseynli 4. Asif Məmmədov (k) 77. Əşrəf Zeynallı 2. Firəddin Abdullayev 19. Arsene Dauda 9. Dileyn Açimi 32. Elgün Dünyamalıyev

Ehtiyat oyunçular: 35. Fərman Bayramov 75. Emil Həbibov 10. Tapdıq Əhmədov 88. Əsədulla Heydərov 22. Əli Nəcəfli 11. Noh Lobe 5. Fərid Səfərli 62. Zaman Zamanlı 28. Rüstəm Əlizadə 55. Lətif Haşımov 49. Valeh Məmmədov 3. Həsən Həsənov

Məşqçi: Tariq Qasımov

Şəfa: 95. Rəvan Kazımov 88. Aqşin Paşayev (k) 8. Urfan İsmayılov 14. Vüqar Həsənov 80. Zahid Mərdanov 27. Pərviz Azadov 18. Elvin İsmayılov 11. Aqil Nəsibov 22. Hüseyn Mürsəlov 29. Ramin Nəsirli 99. Amir Ebrahimzade

Ehtiyat oyunçular: 13. Əli Həsənli 21. Novruz Məmmədov 33. Tərlan Quliyev 9. Amil Yunanov 42. Elnur Cəfərov 70. Ruslan Hacıyev 6. Xəyal Tomarov 2. Seymur Rəhimov 17. İsmayıl Zülfüqarlı 77. Ədilxan Qarəhmədov 83. Nihad Quliyev 23. Nahid Əliyev

Baş məşqçi: Elgiz Kərəmli

14:00. Kəpəz – Ağstafa Gəncləri 6:1
Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu

Kəpəz: 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov (k) 5. Rauf Hüseynli 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 21. Sadiq Şəfiyev 6. Pedro Qomeş

Ehtiyat oyunçular: 1. Kaçper Rosa 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 80. Şahnur İsmayılov 83. Raul İsaqov 9. Luis Paçu 10. Ryonosuke Ohori 55. Kresus Donqo

Baş məşqçi: Azər Bağırov

Ağstafa Gəncləri: 16. Ülvi Quliyev 8. Elgün Namazov (k) 3. Cəlal Cəlalzadə 2. İlkin Allahverdiyev 9. Eltac Hüseynov 17. Elgün Salıfov 25. Mübariz Kərimov 20. Vüsal Aslanov 6. Turan Məmmədov 7. Hüseyn Alıyev 22. Nicat İsmayılov

Ehtiyat oyunçular: 23. Uğur Məmmədhüseynov 21. Elgün Qəhrəmanov 10. Rüstəm Abdullayev 13. Nihat Bayramlı 14. Roma Dukaşvili

Baş məşqçi: Elşən Abadov

17:00. Dinamo – Turan Tovuz
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Azersun Arena”

Dinamo: 1. İbrahim Bağırov 14. Xəyal Qocayev 20. Valeh Seyidov (k) 10. Əlibala Ağayev 99. Yadigar Qarayev 18. Aydın İsxanzadə 8. İsmayıl İsmayılov 19. Məmməd Məmmədov 11. Fizuli Dəmirov 44. Əli Məmmədli 4. Məhəmməd Cəfərzadə

Ehtiyat oyunçular: 12. Elmin Qaçaylı 42. Ruslan Hüseynov 3. Rəhim Mustafayev 16. Bəxtiyar Əliyev 33. İkram Həmidli 22. Amil Nurəhmədov 2. Nihad Mahmudzadə 6. Orxan Novruzov 15. Kənan Abdullazadə 88. Nicat Nəsirli 27. Rəsul Məmmədli Məşqçi: İsmayıl Vəkiliqazicahani

Turan Tovuz: 41. Sergey Samok 4. Şəhriyar Əliyev (k) 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 39. Tural Bayramlı 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 99. Vadji İbrahima

Ehtiyat oyunçular: 13. Mehman Hacıyev 97. Elçin Qasımov 14. Murad Dadaşev 20. İbrahim Ramazanov 30. Mircamal Əlizadə 42. İsmayıl İsmayılov 60. Vüqar Bağırov

Baş məşqçi: Kurban Berdıyev

29 oktyabr

14:00. Şimal – Şahdağ Qusar
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

14:00. Xankəndi – Difai
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Ağsu şəhər stadionu

14:00. Zaqatala – Sumqayıt
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

16:00. Qəbələ – Mingəçevir
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu

16:00. Səbail – Şamaxı
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“ASCO Arena”

19:00. Neftçi – MOİK
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Palms Sports Arena”

The post Kubok: “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda – YENİLƏNİR appeared first on Komanda.az.

Günün oyunları – TV

28 October 2025 at 09:29

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

28 oktyabr

Azərbaycan, kubok
14:00 Karvan-Yevlax – Sheki City (CBC Sport)
17:00 Dinamo – Turan Tovuz (CBC Sport)

UEFA Millətlər Liqası, qadınlar
21:00 Türkiyə – Kosovo (TRT Spor)

İtaliya, A Seriyası
21:30 Leççe – Napoli (Futbol 1)
23:45 Atalanta – Milan (Futbol 1)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Çox çalışırıq, amma səhvlər etməyə davam edirik” – “Yuventus”un futbolçusu

28 October 2025 at 08:28

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli komandanın son oyunlardakı çətinlikləri barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səhvlər üzərində çalışmalı olduqlarını deyib:

“Komanda hər məşqdə əlindən gələni edir. Çox çalışırıq, amma səhvlər etməyə davam edirik. Problemin nə olduğunu anlamalıyıq. Təcili olaraq təkmilləşməli və matçlarda qalib gəlməyə başlamalıyıq. Çətinliklərin öhdəsindən gəlmək üçün birlik və həmrəyliyi qorumaq xüsusilə vacibdir”.

Turin komandası A Seriyasında oktyabrın 29-da “Udineze” ilə qarşılaşacaq. Komanda 8 oyundan sonra 12 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

The post “Çox çalışırıq, amma səhvlər etməyə davam edirik” – “Yuventus”un futbolçusu appeared first on Komanda.az.

“Atletiko”dan inamlı qələbə

28 October 2025 at 02:01

İspaniya La Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Betis” evdə “Atletiko” ilə qarşılaşıb. Madrid təmsilçisi inamlı qələbəyə sevinib.

Hazırda 27 xala malik “Real” vahid liderdir. “Barselona” 22, “Vilyarreal” 20, “Atletiko” 19, “Espanyol” 18, “Betis” 16 xal toplayıb.

İspaniya La Liqası
10-cu tur

24 oktyabr

Real Sosyedad – Sevilya 2:1
Qollar
: Oyarsabal, 19-pen; 36 – Qudel, 30.

25 oktyabr

Jirona – Real Ovyedo 3:3
Qollar
: Stuani, 64-pen; 90-pen. Unahi, 83 – Vinas, 38-pen. Rondon, 57. Karmo, 90+7.

Espanyol – Elçe 1:0
Qol
: K.Romero, 47.

Atletik – Xetafe 0:1
Qol
: Mayoral, 75.

Valensiya – Vilyarreal 0:2
Qollar
: Moreno, 45-pen. Komesana, 57.

26 oktyabr

Malyorka – Levante 1:1
Qollar
: Maffeo, 79 – Etta Eyonq, 22.

Real – Barselona 2:1
Qollar
: Mbappe, 22. Bellingem, 43 – F.Lopes, 38.

Osasuna – Selta 2:3
Qollar
: Budimir, 37-pen; 45+1 – Yutqla, 26; 69. P.Duran, 87.

Rayo Valyekano – Alaves 1:0
Qol
: Alemao, 90+1.

27 oktyabr

Betis – Atletiko 0:2
Qollar
: C.Simeone, 3. Baena, 45+1.

The post “Atletiko”dan inamlı qələbə appeared first on Komanda.az.

DÇ-nin son günündə daha bir medal

28 October 2025 at 00:05

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb.

Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Ali Tsokayev (86 kq) isə italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.a

The post DÇ-nin son günündə daha bir medal appeared first on Komanda.az.

“Fənərbaxça”dan darmadağın

27 October 2025 at 23:41

Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə iki oyun baş tutub.

“Samsunspor” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Qaziantep”in qonağı olan “Fənərbaxça” isə darmadağına sevinib.

Hazırda 28 xala malik “Qalatasaray” vahid liderdir. “Trabzonspor” 23, “Fənərbaxça” 22, “Beşiktaş”, “Samsunspor” və “Qaziantep” 17 xal toplayıb.

Türkiyə Super Liqası
10-cu tur

24 oktyabr

Karagümrük – Kayserispor 2:2
Qollar: Larsson, 16-pen. A.R.Cankaya, 79 – Onuqxa, 68; 74.

25 oktyabr

Kocaelispor – Alanyaspor 2:0
Qollar: T.Bingöl, 62. S.Dursun, 88.

Trabzonspor – Eyüpspor 2:0
Qollar: F.Auqusto, 12. Ulai, 51.

26 oktyabr

Antalyaspor – Başakşəhər 0:4
Qollar: Şomurodov, 22; 88. Da Kosta, 45+4; 53.

Qalatasaray – Göztəpə 3:1
Qollar
: Osimhen, 19. Q.Sara, 63. İkardi, 66 – E.Bekiroğlu, 6.

Gənclərbirliyi – Konyaspor 1:2
Qollar
: O.Ülgün, 28 – U.Nayir, 45+2. Bardi, 49.

Kasımpaşa – Beşiktaş 1:1
Qollar
: Vink, 33 – C.Ündər, 5.

27 oktyabr

Qaziantep – Fənərbaxça 0:4
Qollar
: En Nesiri, 5; 21. Taliska, 81; 88.

Samsunspor – Rizəspor 1:1
Qollar
: Holse, 7 – Rak-Sakyi, 32.

The post “Fənərbaxça”dan darmadağın appeared first on Komanda.az.

“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı

27 October 2025 at 23:35

“Kəpəz” Otar Aptsiauri ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub Aptsiauriyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Otar Gəncə klubunun heyətində cəmi 4 oyun keçirib.

The post “Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı appeared first on Komanda.az.

“Həmişə yalnız Halandın qollarına etibar edə bilmərik”

27 October 2025 at 22:32

“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reynders “Aston Villa”ya 0:1 hesablı məğlubiyyətdən sonra açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, bunu deyib:

“Həmişə yalnız Erlinq Halandın qollarına etibar edə bilmərik, baxmayaraq ki, əlbəttə, onlar bizə çox kömək edir. Hamımız qol vurmaq istəyirik və özümüzü yaxşı mövqelərə qoyuruq. Bəzən top qapıya girmir, amma zamanla işlər düzələcək”.

Erlinq Haland avqust ayından bəri ilk dəfə qol vura bilməyib və bu, norveçli futbolçunun 12 oyunluq qol seriyasına son qoyub.

“Şəhərlilər” Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir və lider “Arsenal”dan 6 xal geridədir.

The post “Həmişə yalnız Halandın qollarına etibar edə bilmərik” appeared first on Komanda.az.

“Neftçi” – MOİK matçına giriş pulsuz olacaq

27 October 2025 at 21:51

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız “Neftçi”nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün “Forza” və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

“Palms Sports Arena”dakı “Neftçi” – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək

The post “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq appeared first on Komanda.az.

Yesterday — 27 October 2025Main stream

PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu

27 October 2025 at 21:09

PSJ (Fransa) və “Sevilya” (İspaniya) klublarında çıxış etmiş Polşa millisinin sabiq futbolçusu Qjeqoj Krıxovyak karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

35 yaşlı yarımmüdafiəçi “Sevilya”nın heyətində 2 dəfə UEFA Avropa Liqasının qalibi olub. O, həmçinin Rusiyada “Lokomotiv” (Moskva), “Krasnodar”, İngiltərədə “Vest Bromviç”, Fransada “Reyms” və “Nant” kollektivlərində forma geyinib.

The post PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu appeared first on Komanda.az.

“Sumqayıt”da yeni basketbolçu

27 October 2025 at 20:24

“Sumqayıt” daha bir basketbolçunun keçidini reallaşdırıb.

Komanda.az Sumqayıt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan Hüseyn Qaflanov icarəyə götürülüb.

Gənc basketbolçu karyerası ərzində “Real Madrid Academy”, “Valencia Basket Academy”, VKM, “Southern California Academy”, “DME Wisconsin” kimi klublarda çıxış edib.

The post “Sumqayıt”da yeni basketbolçu appeared first on Komanda.az.

“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi

27 October 2025 at 19:41

Əvəzedicilər Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Qəbələ-2” və “Zirə-2” evdə, “Turan Tovuz-2” və “Sabah-2” isə səfərdə qələbə qazanıblar.

Xatırladaq ki, turun daha öncə keçirilmiş “Kəpəz-2” – “Neftçi-2” oyunu da qonaqların 3:1 hesablı qələbəsiylə yekunlaşmışdı.

Əvəzedicilər Liqası
8-ci tur

27 oktyabr

“Qəbələ-2” – “Qarabağ-2” 3:0
Qollar: Ceyhun Bağırzadə, 28. Nasiru Salihu, 45. Cuma Hüseynov, 90+1.

“Şamaxı-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Nihat Mehralıyev, 82 – Cəmil Məmmədov, 29. Elçin Qasımov, 48. Fərid Cəfərov, 77.

“Zirə-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Ramiz Muradov, 71; 81. Elşən Abdullayev, 86.

“Sumqayıt-2” – “Sabah-2” 1:2
Qollar: Murad Rüstəmov, 90+3 – Həmzəalı Mikayılov, 24-pen. Amir Qəribov, 90+3.

The post “Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi appeared first on Komanda.az.

“Yuventus” baş məşqçisini qovdu – Rəsmi

27 October 2025 at 19:30

İtaliya təmsilçisi “Yuventus” İqor Tudoru baş məşqçi postundan qovub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onu bu postda müvəqqəti olaraq Massimo Brambilla əvəz edəcək.

Tudor 2025-ci ilin martından “Yuventus”a rəhbərlik edirdi. Onun rəhbərliyi ilə komanda cari mövsüm 8 turdan sonra 12 xalla səkkizincidir.

The post “Yuventus” baş məşqçisini qovdu – Rəsmi appeared first on Komanda.az.

Türkiyə şokdadır: 571 hakimdən 371-i “qumarbaz” çıxdı

27 October 2025 at 19:21

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bəyan edib ki, ölkədə peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin bukmeker şirkətlərində mərc hesabı var.

Komanda.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib. Qurum rəhbəri deyib ki, həmin hakimlərdən 152-si isə aktiv şəkildə mərc oynayır. Məlumat quruma dövlət qurumlarından verilib.

Mərc oynayanlar arasında 7 üst kateqoriya hakim də var: “10 nəfərdən çox hakim oyunlara 10 mindən çox pul qoyuluşu edib”.

TFF rəhbəri bildirib ki, məsələ ilə bağlı qurumun intizam orqanları dərhal hərəkətə keçəcək: “Onlar qanunlara əsasən cəzalandırılacaq”.

Hacıosmanoğlu əlavə edib ki, Türkiyə futbolunda təmizlənmə prosesi başlayıb: “Nə qədər pislik varsa, hamısını təmizləməliyik. Biz bu işi hakimlərlə başladıq, amma burada dayanmayacağıq. Klublar da eyni məsuliyyəti daşımalıdır. Hər kəs özünü və çevrəsini yoxlamalıdır”.

TFF prezidenti bildirib ki, aparılan araşdırmalar FİFA və UEFA ilə də paylaşılıb.

The post Türkiyə şokdadır: 571 hakimdən 371-i “qumarbaz” çıxdı appeared first on Komanda.az.

“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”

27 October 2025 at 19:00

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Çimkənd şəhər stadionunda Qazaxıstan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:

“Qazaxıstan yığması ilə oyunlar bizim üçün çox vacib idi. Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik. Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik. İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi. Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə tam bərpa ola bilməməsi də müəyyən rol oynadı. Yenə də də qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar və qələbə topunu vurdular. Buna görə komandamıza təşəkkür edirəm.
Fürsətdən istifadə edərək Qazaxıstan Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışının yeri çox gözəl idi və bizim üçün hər cür şərait yaradılmışdı”.

Millimiz Qazaxıstan yığması ilə keçirdiyi ilk yoldaşlıq görüşündə 2:1 hesablı qələbə qazanıb.

The post “Qələbə qazanmaq böyük önəm kəsb edirdi” appeared first on Komanda.az.

“Yuventus” fransalı futbolçu üçün təklif göndərə bilər – Qışda

27 October 2025 at 18:28

“Udineze”nin yarımmüdafiəçisi Artur Atta “Yuventus”un maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 22 yaşlı futbolçunu yaxından izləyir və qış transfer pəncərəsində onunla bağlı rəsmi təklif göndərə bilər.

Atta bu yay “Mets”dən “Udineze”yə keçib və qısa müddətdə İtaliya A Seriyasında özünü göstərib. O, cari mövsümdə 9 oyunda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” fransalı yarımmüdafiəçinin dəyərini təxminən 12 milyon avro qiymətləndirir.

The post “Yuventus” fransalı futbolçu üçün təklif göndərə bilər – Qışda appeared first on Komanda.az.

“İmişli”nin futbolçusu əməliyyat olundu

27 October 2025 at 17:40

“İmişli”nın futbolçusu Vüsal Qənbərov “Kəpəz”lə keçirilən oyunda aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə 27 oktyabr 2025-ci il tarixində əməliyyat olunub.

Bu brədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu məlumat verib.

Qənbərova qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub. Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti sabit və qənaətbəxşdir.

Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq. Klub rəhbərliyi və həkim heyəti ona tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.

The post “İmişli”nin futbolçusu əməliyyat olundu appeared first on Komanda.az.

“Bayern” ingiltərəli müdafiəçi üçün danışıqlara başlayıb

27 October 2025 at 17:27

“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi “Bayern”in transfer hədəfləri arasındadır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu klubu ilə müqaviləsinin müddəti bitəndə yeniləməyəcək və bu da ona gələn yay “Kristal Pelas”dan azad agent kimi ayrılmağa imkan verəcək.

“Bayern”lə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq Dayot Upamekanonu da oxşar gələcək gözləyir. Münhen klubu artıq Upamekanonun potensial əvəzedicisi kimi gördüyü Quehinin nümayəndələri ilə danışıqlar aparır.

25 yaşlı müdafiəçi üçün eyni zamanda, “Liverpul”, “Real” və Avropanın digər aparıcı klubları mübarizə aparacaq.

The post “Bayern” ingiltərəli müdafiəçi üçün danışıqlara başlayıb appeared first on Komanda.az.

Sabiq futbolçu “el klasiko”nu tənqid etdi

27 October 2025 at 16:52

“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Xulio Salinas “el klasiko”dan sonra hər iki komandanın – “Real” və “Barselona” – çıxışını kəskin tənqid edib.

Komanda.az xəbər verir ki, Salinas “Mundo Deportivo”-a açıqlamasında matçı belə dəyərləndirib:

“Bu, son illərin ən zəif “el klasiko”su idi. Hər iki komanda hazırda yaxşı formada deyil. Qalib gələn sadəcə daha az zəif tərəf oldu”.

Dünən keçirilən qarşılaşmada “Real” “Barselona” üzərində 2:1 hesablı qələbə qazanıb. Bu nəticədən sonra Xabi Alonsonun komandası 27 xalla La Liqada lideriliyini qoruyub, “Barselona” isə 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

The post Sabiq futbolçu “el klasiko”nu tənqid etdi appeared first on Komanda.az.

Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb

27 October 2025 at 16:46

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıqlara başlayıb.

Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təlim-məşq toplanışı “Milli Aviasiya Akademiyası” voleybol klubunun idman zalında keçirilir. Yığmanın heyətinə 12 voleybolçu cəlb olunub. Hazırlıq prosesinə baş məşqçi Faiq Qarayev rəhbərlik edir və ona məşqçilər Famil Ağayev, Ziya Rəcəbov və Emin Əbilov kömək edirlər.

Komanda qarşıdakı günlərdə bir neçə yoxlama oyunu keçirəcək.

Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri yaxın günlərdə açıqlanacaq.

The post Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb appeared first on Komanda.az.

Vinisius cəzalandırıla bilər

27 October 2025 at 16:34

“Real”ın hücumçusu Vinisius Junior “el klasiko” zamanı əvəzlənməsinə əsəbi reaksiya göstərdiyi üçün klub tərəfindən intizam cəzası ala bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçunun davranışı rəhbərlik tərəfindən ciddi intizam pozuntusu kimi qiymətləndirilir.

Klub daxilində bəziləri onun cəzalandırılmasını tələb edir, digərləri isə məsələni baş məşqçi Xabi Alonso ilə futbolçu arasında şəxsi şəkildə həll etməyin tərəfdarıdır.

İddialara görə, “Real” Vinisiusa 53 min avroya qədər cərimə və ya 10 gün müddətinə qədər komandadan uzaqlaşdırma tətbiq edə bilər.

“El klasiko”da “Real” “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. 26 yaşlı futbolçu ikinci hissədə əvəzlənərkən meydanı əsəbi tərk edib və birbaşa paltardəyişmə otağına yollanıb. O, qapıçılar üzrə məşqçi Luis Llopislə söhbətdən sonra ehtiyat oyunçular skamyasına qayıdıb.

The post Vinisius cəzalandırıla bilər appeared first on Komanda.az.

“Yuventus”un dərdi Del Pyeronu da dilə gətirdi

27 October 2025 at 16:15

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero komandanın bu mövsümdəki uğursuzluqlarını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu bunu deyib:

“Mənim fikrimcə, bu, təkcə baş məşqçi İqor Tudorla bağlı deyil. Bu, daha mürəkkəb bir məsələdir: komandanın təşkili, oyunçuların kimyası və performanslarının keyfiyyəti. Oyunçular acınacaqlı nəticələrin arasında özlərini getdikcə daha pis hiss edirlər”.

Turin komandası bazar günü “Latsio” ilə oyundan (0:1) sonra ardıcıl üçüncü məğlubiyyətini alıb. Komanda səkkiz oyundur ki, qələbə qazana bilmir. Mediada isə artıq baş məşqçi İqor Tudorun qovulduğu xəbərləri yayılıb.

The post “Yuventus”un dərdi Del Pyeronu da dilə gətirdi appeared first on Komanda.az.

Azərbaycan millisi böyük hesabla uduzdu

27 October 2025 at 16:08

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

Komanda.az xəbər verir ki, B Liqasının I qrupunda Kosovo ilə qarşılaşan yığma 0:6 hesabı ilə uduzub.

Oyun Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçirilib.

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.

The post Azərbaycan millisi böyük hesabla uduzdu appeared first on Komanda.az.

Xarici KİV: “Yuventus” baş məşqçi ilə yollarını ayırıb

27 October 2025 at 15:51

“Yuventus” rəhbərliyi baş məşqçi İqor Tudoru vəzifəsindən azad edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Turin klubunun rəhbərliyi Tudoru qovulması barədə bu gün səhər məlumatlandırıb.

“Yuventus”un gənclər komandasının çalışdırıcısı Massimo Brambilla yaxın gələcəkdə müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.

“Yuventus” son vaxtlar uğursuz seriya ilə diqqət çəkir. Komanda ardıcıl 4 oyundur qol vura bilmir və son 8 matçda qələbə üzünə həsrət qalıb.

Turinlilər hazırda A Seriyasının turnir cədvəlində 12 xalla 8-ci pillədə qərarlaşıb.

The post Xarici KİV: “Yuventus” baş məşqçi ilə yollarını ayırıb appeared first on Komanda.az.

De Yonq: “Meydanda səhnə qurmağın nə mənası var?”

27 October 2025 at 15:36

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “el klasiko”dan (1:2) sonra “Real”ın kapitanı Dani Karvahalın Lamin Yamala etdiyi hərəkətə sərt reaksiya verib.

Matç bitdikdən sonra Karvahal əli ilə “sus” işarəsi göstərərək, Yamala “jest” edib. Bu hərəkət “Barselona” düşərgəsində narazılıq yaradıb.

Komanda.az xəbər verir ki, De Yonq ESPN-ə açıqlamasında onların bir-birini yaxşı tanıdıqlarını bildirib:

“Karvahal Yamalla danışmaq istəyirdisə, bunu təkbətək edə bilərdi. Belə hərəkətlər etmək lazım deyil deyirsə, qoy zəng etsin, axı onlar İspaniya millisində bir yerdə oynayırlar, bir-birlərini yaxşı tanıyırlar. Meydanda səhnə qurmağın nə mənası var?”

18 yaşlı Yamal matçdan öncə Jerar Pike (“Barselona”nın keçmiş futbolçusu) tərəfindən təşkil olunan “Medialiqa”nın “YouTube” yayımında “Real”ı saxtakarlıqda ittiham etmişdi.

The post De Yonq: “Meydanda səhnə qurmağın nə mənası var?” appeared first on Komanda.az.

Azərbaycan millisi ikinci oyunda da qələbəyə sevindi

27 October 2025 at 15:19

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununda da qələbə qazanıb.

Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstana qalib gəlib. Çimkənd şəhər stadionunda baş tutan matç Azərbaycan millisinin 1:0 hesablı üstünlüyü ilə bitib. Qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva rəqib komandanın qapısından keçirib.

Komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.

The post Azərbaycan millisi ikinci oyunda da qələbəyə sevindi appeared first on Komanda.az.

“Mbappenin qolunun ləğvi əsl biabırçılıqdır”

27 October 2025 at 14:35

“Real”ın klub televiziyasının aparıcısı “Barselona” ilə keçirilən “el klasiko”da Kilian Mbappenin qolunun ləğv edilməsinə sərt reaksiya verib.

Fransalı hücumçunun qolu oyundankənar vəziyyət səbəbindən qeydə alınmayıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, “Real TV”-nin aparıcısı qərarla razılaşmayıb və hakimləri kəskin tənqid edib:

“Mbappenin qolunun ləğvi – bu, əsl biabırçılıqdır! Bu epizodda oyundankənar vəziyyət qeydə almaq sadəcə inanılmazdır. Belə görüntülərdən sonra qolu ləğv etmək olmaz. “Real”ın hələ də Xavyer Tebas (La Liqanın prezidenti) və Xose Maria Enrike Neqreyra (İspaniya Futbol Federasiyasının keçmiş vitse-prezidenti) liqasında lider qalması möcüzədir”.

“El klasiko” Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Xabi Alonsonun komandası hazırda La Liqada 5 xallıq fərqlə liderlik edir.

The post “Mbappenin qolunun ləğvi əsl biabırçılıqdır” appeared first on Komanda.az.

Vinisiusdan Yamala: “Hə, indi danış görüm!”

27 October 2025 at 14:16

İspaniya La Liqasının 10-cu turunda “Real”ın “Barselona” üzərində 2:1 hesablı qələbəsindən sonra gərgin anlar yaşanıb.

Madrid klubunun braziliyalı hücumçusu Vinisius Junior görüş bitdikdən sonra “Barselona”nın futbolçusu Lamin Yamalla sözlə “atışıb”.

Komanda.az “Yahoo Sports”-a istinadən xəbər verir ki, Yamal paltardəyişmə otağına doğru gedərkən Vinisius ona yaxınlaşaraq qışqırıb:

“Sən topu ancaq arxaya ötürürsən! Çox danışırsan. Hə, indi danış görüm!”

Qarşılaşmadan sonra “Real” turnir cədvəlində 27 xalla liderliyini qoruyub. “Barselona” isə 22 xalla 2-ci pillədə qərarlaşıb. Xabi Alonsonun komandası əsas rəqibindən artıq 5 xal irəlidədir.

The post Vinisiusdan Yamala: “Hə, indi danış görüm!” appeared first on Komanda.az.

“Kubokun finalında doğma “Qarabağ”ımızı görmək istərdim” – MÜSAHİBƏ

27 October 2025 at 14:12

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdən sonra “Avrora Qrup”un prezidenti Ceyhun Abbasovun jurnalistlər üçün brifinqi keçirilib:

– Öncə müqavilə ilə bağlı fikirlərinizi bölüşərdiz…

– Bu gün futbol ictimaiyyətində bizim üçün çox önəmli, mühüm bir sənədə imza atdıq. PFL-lə “Avrora Qrup” arasında sponsorluq müqaviləsi imzalandı və bundan sonra Azərbaycan kuboku “Bizon” kuboku adlancaq. Şəxsən bizim, “Avrora” ailəsi üçün çox dəyərlidir. Buna görə, çalışacağıq ki, PFL-lə birgə bu missiyanı layiqincə həyata keçirək.

– Niyə bir mövsümlük imzalamısız, daha uzunmüddətli imzalamaq olmazdı?

– Qarşı tərəfi sınamaq istədik, həmçinin onlar da bizi. Hansı tərəfdən baxsan, bu, biznesdir. Bu müqavilənin bizim biznesə, marka dəyərinə gətirəcək dəyərdən söhbət gedir. Mən və komandam da düşünür ki, bu, uzunömürlü olacaq. Qarşılıqlı münasibətlərimiz bu prosesləri daha yuxarılara aparacaq və Azərbaycan futboluna, idmanına öz töhfəmizi verəcəyik. Bilirsiz ki, futbol idmanın şahıdır və Azərbaycanda da buna çox böyük maraq var. Xüsusən də, doğma “Qarabağ”ımızın son illərdə ortaya qoyduğu performans futbola marağı daha da artırır. Biz də bunun şahidiyik. Eyni zamanda, biz də öz markamıza inanırıq. Yerli brendimiz, sərvətimizdir. On ilin brendidir. Artıq bu sirr deyil, dünyanın 10-a yaxın ölkəsinə bu məhsul ixrac olunur. Bir Azərbaycan məhsulu, brendi kimi öz sözünü deyir.

– Son illər sponsorlar, bir çox şirkətlər Azərbaycan futbolundan yan qaçır. Maraqlıdır, PFL sizi necə razı saldı?

– İdmana olan marağımız, dəstəyimiz qaçılmazdır. Hazırda bir neçə kluba dəstəyimizi veririk. “Zirə”dir, “Sabah”ın alt qruplarına dəstək oluruq. Doğma “Araz”ımıza kömək edirik, sponsor kimi dəstək oluruq. PFL-dən də belə bir təklif gəldi və düşünürəm ki, biz də onu layiqincə dəyərləndirmişik.

– Deyə bilərsiz nə qədər maliyyə ayrılacaq?

– Xeyr (gülür).

– Yayda hansı klubun kuboku qaldırmasını istəyərdiz?

– Finalda doğma “Qarabağ”ımızı görmək istərdim.

– Bəs digəri?

– Sirr qalsın.

– “Bizon” ölkə kubokunda PFL-ə maliyyə cəhətdən dəstək göstərəcək. Maraqlıdır, PFL-in bu yöndə sizdə dəstəyi nə olacaq?

– Daha çox reklam nəzərdə tutulub.

– Bəs o reklamın nə dərəcədə səmərəli olması üçün hansısa ölçü mexanizmi var? Necə biləcəksiz nə dərəcədə səmərəli oldu o reklam lövhələri?

– Ümumiyyətlə, bir söz deyim, bu reklam elə bir şeydir ki, iki vur iki, dörd deyil. Yəni, bunu həmin dəqiqə ölçmək çətindir. Zaman-zaman reklam, marketinq dəstəyi özünü göstərəcək. Ancaq biz “Avrora”nın marketinq qrupu olaraq oturub düşündük ki, bu yola çıxsaq, PFL-lə birgə çalışsaq, uğurlu olarıq.

– Həvəskar futbolçu olduğunuzu dediz, yəqin ki, oynayırsız da. PFL-in prezidenti Elxan Səmədov da əvvəllər oynayırdı. Daha əvvəl yaşıl meydanlarda qarşılaşmısız?

– Özüm həvəskar futbolçuyam, artıq 45 ildir ki, oynayıram. Futbola böyük marağım var. “Avrora Qrup”un daxilində hazırda 36 komanda fəaliyyət göstərir. İlboyu oynayırıq, özüm də bir komandanın üzvüyəm. Elxan müəllimlə çox yaxşı münasibətlərimiz var futbol sahəsində. Bugünkü müqavilənin kökündə məhz bu münasibətlər dayanır.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post “Kubokun finalında doğma “Qarabağ”ımızı görmək istərdim” – MÜSAHİBƏ appeared first on Komanda.az.

“Mançester Yunayted”in ilk beşlikdə yer ala bilməməsi üçün heç bir səbəb görmürəm”

27 October 2025 at 13:44

İngiltərə millisinin sabiq futbolçusu Ceymi Rednapp “Mançester Yunayted”in bu mövsümdəki perspektivlərini qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın Premyer Liqada ilk beşliyə düşmək üçün hər şansı olduğuna inanır:

“Çox da aldanmamalıyıq, amma “Mançester Yunayted”in ilk beşlikdə yer ala bilməməsi üçün heç bir səbəb görmürəm. Əlbəttə ki, bunun üçün kifayət qədər imkanları var. Lakin baş məşqçi Ruben Amorimin dediyi kimi, heç bir illüziyaya qapılmağa ehtiyac yoxdur. Vəziyyət kəskin şəkildə dəyişə bilər”.

“Mançester Yunayted” şənbə günü “Brayton”u 4:2 hesabı ilə məğlub edərək Premyer Liqanın turnir cədvəlində ilk beşliyə yüksəlib. “Qırmızı şeytanlar” 2024/25 mövsümündə turnir cədvəlində 15-ci yeri tutmuşdular.

The post “Mançester Yunayted”in ilk beşlikdə yer ala bilməməsi üçün heç bir səbəb görmürəm” appeared first on Komanda.az.

Yamal Pike ilə Şakiranın keçmiş evini almağa hazırlaşır

27 October 2025 at 13:18

“Barselona”nın hücumçusu Lamin Yamal tanınmış keçmiş cütlük – Jerar Pike (“Barselona”nın sabiq futbolçusu) və müğənni Şakiranın əvvəllər yaşadığı malikanəni almağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

Yamal yeni evi hazırkı sevgilisi Niki Nikolla birlikdə paylaşmağı planlaşdırır. O, bu addımı ilə “Barselona”dakı komanda yoldaşları Alexandro Balde və Ronald Arauxonun qonşusu olacaq.

Malikanə Barselona yaxınlığında, Espluges-de-Ljobreqat rayonundakı “Ciutat Diagonal” yaşayış kompleksində yerləşir. Bura öz məxfiliyi və eksklüzivliyi ilə tanınır.

İspaniyalı futbolçu cari mövsümdə “Barselona”nın heyətində La Liqa və UEFA Çempionlar Liqasında 8 matçda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

The post Yamal Pike ilə Şakiranın keçmiş evini almağa hazırlaşır appeared first on Komanda.az.

“İsak 20 qol vurmasa, hamı onun uğursuz olduğunu deyəcək” – Sabiq futbolçu

27 October 2025 at 12:49

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un sabiq futbolçusu Stiv Makmanaman komandanın hücumçusu Aleksander İsakın bu mövsüm müntəzəm olaraq qol vurmağa başlayacağını gözləyir.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“İsak? 20 qol vurmasa, hamı onun uğursuz olduğunu deyəcək”.

26 yaşlı isveçli futbolçu yay transfer pəncərəsində 145 milyon avroya “Nyukasl”dan “Liverpul”a keçib. O, yeni komandasında hələ qol vurmayıb.

The post “İsak 20 qol vurmasa, hamı onun uğursuz olduğunu deyəcək” – Sabiq futbolçu appeared first on Komanda.az.

“Yerli brendlə müqavilənin futbolumuza töhfəsi böyük olacaq” – PFL rəsmisi

27 October 2025 at 12:37

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdə PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev çıxış edib.

O, bu günün xüsusi bir gün olduğunu söyləyib:

“Bu gün xüsusi bir gündür. Bu günü xüsusi edən həm də ondan ibarətdir ki, biz yerli brendlə müqavilə bağlayırıq. Düşünürəm ki, bunun futbolumuza töhfəsi böyük olacaq. “Avrora Qrup” şirkətinə təşəkkür edirəm. Layihəmiz uğurlu olacaq. Ceyhun bəy (“Avrora Qrup”un prezidenti Ceyhun Abbasov) bildirdi ki, futbolla yaxından maraqlanır. Bu bizi sevindirir. Ümid edirəm ki, birlikdə Azərbaycan futbolunu istədiyimiz səviyyəyə çatdıracağıq”.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post “Yerli brendlə müqavilənin futbolumuza töhfəsi böyük olacaq” – PFL rəsmisi appeared first on Komanda.az.

“Bu gün PFL ilə müqaviləyə imza atmaqla bu yolda uğurlu olmaq istəyirik”

27 October 2025 at 12:27

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdə PFL-in prezidenti Elxan Səmədov, idman jurnalistləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov bu yolda uğurlu olmaq üçün çalışacaqlarını bildirib:

“Sağlam bədəndə sağlam ruh olar” devizi ilə qarşısındayıq. Bu gün cənab prezident İlham Əliyevin idmana qayğısı göz önündədir. Biz də çalışırıq ki, bu yolu davam etdirək. Bu gün PFL ilə müqaviləyə imza atmaqla bu yolda uğurlu olmaq istəyirik.

“Bizon” markamız çətin markadır. Bu marka altında müxtəlif içkilərimiz mövcuddur. Düşünürük ki, “Bizon”umuz bu ilin markası olacaq. Və bu marka idmana da böyük töhfəsini verəcək”.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post “Bu gün PFL ilə müqaviləyə imza atmaqla bu yolda uğurlu olmaq istəyirik” appeared first on Komanda.az.

PFL sponsorluq müqaviləsi imzaladı – Azərbaycan kubokunun adı dəyişdi

27 October 2025 at 12:11

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, “Ritz-Carlton” otelinin “Şuşa” zalında keçirilən tədbirdə PFL-in prezidenti Elxan Səmədov, idman jurnalistləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən Bizon Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post PFL sponsorluq müqaviləsi imzaladı – Azərbaycan kubokunun adı dəyişdi appeared first on Komanda.az.

PSJ-nin futbolçusu da “el klasiko”nu izləməyə gedib

27 October 2025 at 12:08

PSJ-nin sağ cinah müdafiəçisi Əşrəf Hakimi bazar günü “Santyaqo Bernabeu”da baş tutan “Real” – “Barselona” qarşılaşmasında (2:1) iştirak edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli futbolçu oyunu VİP lojadan izləyib. Oyundan sonra onun stadionda çəkdirdiyi şəkillər internetdə yayılıb.

“Real” “el klasiko”da Kilian Mbappe və Çud Bellingemin qolları sayəsində qalib gəlib.

Hakimi “Real” akademiyasının məzunudur. O, əsas heyətə düşə bilməyib və 2020-ci ildə Madrid klubu onu “İnter”ə satıb. 26 yaşlı futbolçu 2021-ci ildən isə PSJ-də çıxış edir.

The post PSJ-nin futbolçusu da “el klasiko”nu izləməyə gedib appeared first on Komanda.az.

“Barselona” onun başçılığı altında bütün oyunlarda uduzub

27 October 2025 at 10:51

“Real” dünən La Liqanın 10-cu turunda doğma meydanda “Barselona”nı məğlub edib.

“Santyaqo Bernabeu”da keçirilən qarşılaşma madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, “Barselona” köməkçi-məşqçisi Markus Sorqun rəhbərliyi altında keçirdiyi bütün üç oyunda məğlub olub.

Kataloniyalılar daha əvvəl Sorqun idarəçiliyi altında “Atletiko”ya və “Leqanes”ə də uduzmuşdular. Hər iki qarşılaşma ötən ilin dekabrında baş tutmuşdu.

Baş məşqçi Hans-Diter Flik “el klasiko”da iştirak edə bilməyib. O, “Jirona” ilə oyunda qırmızı vərəqə aldığı üçün diskvalifikasiya olunmuşdu.

“Barselona” növbəti turda doğma meydanda “Elçe”ni qəbul edəcək.

The post “Barselona” onun başçılığı altında bütün oyunlarda uduzub appeared first on Komanda.az.

“Qəbələ”nin 200-cü məğlubiyyəti

27 October 2025 at 10:39

“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub olub.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Misli Premyer Liqasının 9-cu turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzub.

Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. “Qəbələ” Premyer Liqadakı məğlubiyyət sayında ən çox uduzan 6-cı komandadır. Yalnız “Kəpəz”, “Turan”, “Şamaxı”, “Neftçi” və “Sumqayıt” daha çox görüşdə xalsız qalıb.

“Qəbələ”nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də “MKT-Araz”la səfər matçına təsadüf edib – 1:4.

The post “Qəbələ”nin 200-cü məğlubiyyəti appeared first on Komanda.az.

“Real”ın futbolçusundan “Barselona”nı təhqir edən azarkeşlərə dəstək – FOTO

27 October 2025 at 10:33

La Liqanın 10-cu turunda keçirilən “el-klasiko”da “Real” “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

Matçın ardından “Santyaqo Bernabeu”dakı “Real” azarkeşləri “Barselona”ya qarşı təhqiredici şüarlar səsləndiriblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tribunalar “¡Puta Barça!” (ispanca təhqiredici ifadə, təxminən “rədd olsun Barselona!” mənasında) sözlərini hayqırıb.

Kadrlarda “Real”ın müdafiəçisi Din Heysenin azarkeşlərə əl hərəkətləri ilə bu şüarları daha yüksək səslə demələri üçün işarə etdiyi görünür.

The post “Real”ın futbolçusundan “Barselona”nı təhqir edən azarkeşlərə dəstək – FOTO appeared first on Komanda.az.

Evdə 20-ci böyükhesablı məğlubiyyət

27 October 2025 at 10:29

“Kəpəz” Azərbaycan çempionatlarında öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmtinə istinadən xəbər verir ki, Gəncə klubu Misli Premyer Liqasının 9-cu turunda “İmişli”yə evdə 0:3 hesabı ilə uduzub.

Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi ilə uduzan 3-cü komandadır. Yalnız MOİK və “Sumqayıt” daha çox ağır məğlubiyyətə üzülüb.

“Kəpəz”in evdəki ilk böyükhesablı məğlubiyyəti 2001-ci il martın 12-də “Şəmkir”lə qarşılaşmaya təsadüf edib – 0:3.

The post Evdə 20-ci böyükhesablı məğlubiyyət appeared first on Komanda.az.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün əlamətdar tur

27 October 2025 at 10:19

Azərbaycan Premyer Liqasının 9-cu turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.

Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

Andrade 2020/2021 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, “Qarabağ”da 92 görüşdə 8 qola sevinib, “Araz-Naxçıvan”da isə 8 matçda iştirak edib.

The post “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün əlamətdar tur appeared first on Komanda.az.

Alonso Zidanın uğurunu təkrarladı

27 October 2025 at 10:03

“Real” Xabi Alonsonun rəhbərliyi altında ilk “el klasiko” qələbəsini qazanıb. Komanda dünən doğma meydanda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, Alonso “Real”ın “sükanı arxasında” debüt oyununda “Barselona”ya qalib gələn ikinci baş məşqçi olub. 2016-cı ildə bunu sonuncu dəfə Zinəddin Zidan bacarmışdı.

Alonso bu ilin iyununda Karlo Ançelottini əvəz edərək “Real”ın baş məşqçisi təyin olunub. Madridlilər italiyalı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm keçirdiyi bütün dörd “el klasiko” görüşündə məğlub olmuşdu.

“Real” hazırda 27 xalla La Liqada turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Barselona” isə 22 xalla 2-cidir.

The post Alonso Zidanın uğurunu təkrarladı appeared first on Komanda.az.

Günün oyunları – TV

27 October 2025 at 09:29

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

27 oktyabr

Rusiya, Premyer Liqa
20:30 Axmat – Soçi (Matç Premyer)

Türkiyə, Super Liqa
21:00 Qaziantep – Fənərbaxça (Futbol 3, beİN Sports 1)
21:00 Samsunspor – Rizəspor (beİN Sports 2)

İspaniya, La Liqa
00:00 Betis – Atletiko (Futbol 2, S Sport+)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Bayern”in futbolçusu Premyer Liqa klubuna keçə bilər

27 October 2025 at 08:28

“Bayern”in yarımmüdafiəçisi Aleksandar Pavloviç İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” futbolçunu almaqda maraqlıdır. Lakin Münhen klubunun Pavloviç üçün yüksək transfer tələbi bu sövdələşməyə mane ola bilər. “Bayern”in rəhbərliyi oyunçunun satışı üçün 80 milyon avro tələb edir.

21 yaşlı yarımmüdafiəçinin Almaniya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.

The post “Bayern”in futbolçusu Premyer Liqa klubuna keçə bilər appeared first on Komanda.az.

“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi

27 October 2025 at 02:37

İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Malyorka” – “Levante” matçında qalib müəyyənləşməyib. “Osasuna” – “Selta” görüşündə qonaqlar qalib gəliblər. “Rayo Valyekano” isə “Alaves”i məğlub yola salıb. Turun mərkəzi oyununda da “Real” “Barselona”ya qalib gəlib.

İspaniya La Liqası
10-cu tur

24 oktyabr

Real Sosyedad – Sevilya 2:1
Qollar
: Oyarsabal, 19-pen; 36 – Qudel, 30.

25 oktyabr

Jirona – Real Ovyedo 3:3
Qollar
: Stuani, 64-pen; 90-pen. Unahi, 83 – Vinas, 38-pen. Rondon, 57. Karmo, 90+7.

Espanyol – Elçe 1:0
Qol
: K.Romero, 47.

Atletik – Xetafe 0:1
Qol
: Mayoral, 75.

Valensiya – Vilyarreal 0:2
Qollar
: Moreno, 45-pen. Komesana, 57.

26 oktyabr

Malyorka – Levante 1:1
Qollar
: Maffeo, 79 – Etta Eyonq, 22.

Real – Barselona 2:1
Qollar
: Mbappe, 22. Bellingem, 43 – F.Lopes, 38.

Osasuna – Selta 2:3
Qollar
: Budimir, 37-pen; 45+1 – Yutqla, 26; 69. P.Duran, 87.

Rayo Valyekano – Alaves 1:0
Qol
: Alemao, 90+1.

27 oktyabr

00:00. Betis – Atletiko

The post “Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi appeared first on Komanda.az.

“Lill”dən darmadağın

27 October 2025 at 02:22

Fransa Liqa 1-də 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Lill” “Mets”i, Lion “Olimpik”i “Strasburq”u, “Anje” “Loryan”ı xalsız yola salıb. “Oser” evdə “Havr”a, “Renn” isə “Nitsa”ya uduzub.

Hazırda 20 xala malik PSJ vahid liderdir. “Lans” 19, Marsel və Lion “Olimpik”ləri 18, “Lill” və “Monako” 17 xal toplayıb.

Fransa Liqa 1
9-cu tur

24 oktyabr

Paris – Nant 1:2
Qollar
: Çerqi, 15 – Əl-Ərəbi, 2. Ablin, 39.

25 oktyabr

Brest – PSJ 0:3
Qollar
: Hakimi, 29; 39. Due, 90+6.

Monako – Tuluza 1:0
Qol
: Salisu, 3.

Lans – Olimpik (Marsel) 2:1
Qollar
: Eduard, 23-pen. Pavar, 53-öz qapısına – Qrinvud, 17.

26 oktyabr

Lill – Mets 6:1
Qollar
: İqamane, 24. Korreya, 34; 53. Perro, 64. B.Andre, 82. Haraldsson, 90+3 – Sane, 90+5.

Anje – Loryan 2:0
Qollar
: P.Peter, 16. Şerif, 59.

Oser – Havr 0:1
Qol
: A.Ture, 47.

Renn – Nitsa 1:2
Qollar
: Budlal, 67 – S.Diop, 38. Klauss, 45+1.

Olimpik (Lion) – Strasburq 2:1
Qollar
: Dukure, 31-öz qapısına. Morreyra, 90+1 – Panikelli, 25.

The post “Lill”dən darmadağın appeared first on Komanda.az.

“Yuventus” “Latsio”ya məğlub oldu

27 October 2025 at 01:50

İtaliya A Seriyasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Verona” – “Kalyari” və “Fiorentina” – “Bolonya” matçlarında qalib müəyyənləşməyib. “Torino” “Cenoa”nı, “Latsio” da “Yuventus”u xalsız yola salıb. “Roma” isə səfərdə “Sassuolo”ya qalib gəlib.

Hazırda “Napoli” və “Roma”nın 18, “Milan”ın 17, “İnter”in 15, “Bolonya”nın 14, “Komo”nun 13, “Atalanta”, “Yuventus” və “Udineze”nin 12 xalı var.

İtaliya A Seriyası
8-ci tur

24 oktyabr

Milan – Piza 2:2
Qollar
: Leao, 7. Atekame, 90+3 – Kuadrado, 60-pen. Nzola, 85.

25 oktyabr

Parma – Komo 0:0

Udineze – Leççe 3:2
Qollar: Karlstrom, 16. Devis, 37. Buksa, 89 – Berişa, 59. Ndri, 90+6.

Napoli – İnter 3:1
Qollar
: De Bruyne, 33-pen. Maktominey, 54. Anqissa, 67 – H.Çalhanoğlu, 59-pen.

Kremoneze – Atalanta 1:1
Qollar
: Vardi, 78 – Breşianini, 84.

26 oktyabr

Torino – Cenoa 2:1
Qollar
: Sabelli, 63-öz qapısına. Maripan, 90 – Torsbi, 7.

Sassuolo – Roma 0:1
Qol
: Dibala, 16.

Verona – Kalyari 2:2
Qollar
: Qalyardini, 23. Orban, 59 – İdrissi, 77. Feliçi, 90+2.

Fiorentina – Bolonya 2:2
Qollar
: Qudmundsson, 74-pen. M.Kin, 90+4-pen – Kastro, 25. Kambyaqi, 52.

Latsio – Yuventus 1:0
Qol
: Başiç, 9.

The post “Yuventus” “Latsio”ya məğlub oldu appeared first on Komanda.az.

Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı

27 October 2025 at 00:30

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatı sona yaxınlaşır.

Komanda.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 65, 86 və 97 kq-da mübarizəyə start verilib.

Ceyhun Allahverdiyev (61 kq) hindistanlı Şubham Şubhama tam üstünlüklə (16:5) qalib gəlsə də, 1/4 finalda türkiyəli Tolqa Özbəyə məğlub olub – 4:6.

Ayxan Abdullazadə (65 kq) belaruslu Anatoli Xramikaya (9:2) və türkiyəli Abdullah Topraka (7:6) qalib gəldikdən sonra 1/4 finalda özbəkistanlı Ümidcan Cəlalova uduzub – 1:6.

Ali Tsokayev (86 kq) qırğızıstanlı Muxammad Abdullayevlə (10:0) yaponiyalı Fumiya İqaraşini (8:0) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 1/4 finalda rusiyalı Arsen Balayana 1:7 hesabıyla məğlub olub.

Zəfər Əliyev (97 kq) ermənistanlı Sergey Sarqsyana 6:5 hesabıyla qalib gəlsə də, 1/8 finalda rusiyalı Soslan Caqayevə “tuş”la uduzub.

Ayxan və Ali sabah təsəlliverici görüşə çıxacaq.

The post Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı appeared first on Komanda.az.

“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi

26 October 2025 at 23:58

Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Antalyaspor” evdə “Başakşəhər”ə, “Gənclərbirliyi” “Konyaspor”a uduzub. “Qalatasaray” “Göztəpə”ni xalsız yola salıbsa, “Beşiktaş” “Kasımpaşa” ilə sülh bağlayıb.

Türkiyə Super Liqası
10-cu tur

24 oktyabr

Karagümrük – Kayserispor 2:2
Qollar
: Larsson, 16-pen. A.R.Cankaya, 79 – Onuqxa, 68; 74.

25 oktyabr

Kocaelispor – Alanyaspor 2:0
Qollar
: T.Bingöl, 62. S.Dursun, 88.

Trabzonspor – Eyüpspor 2:0
Qollar
: F.Auqusto, 12. Ulai, 51.

26 oktyabr

Antalyaspor – Başakşəhər 0:4
Qollar
: Şomurodov, 22; 88. Da Kosta, 45+4; 53.

Qalatasaray – Göztəpə 3:1
Qollar
: Osimhen, 19. Q.Sara, 63. İkardi, 66 – E.Bekiroğlu, 6.

Gənclərbirliyi – Konyaspor 1:2
Qollar
: O.Ülgün, 28 – U.Nayir, 45+2. Bardi, 49.

Kasımpaşa – Beşiktaş 1:1
Qollar
: Vink, 33 – C.Ündər, 5.

27 oktyabr

21:00. Qaziantep – Fənərbağça
21:00. Samsunspor – Rizəspor

The post “Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi appeared first on Komanda.az.

Kənan çempion, Xetaq ikinci oldu

26 October 2025 at 23:36

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatı sona yaxınlaşır.

Komanda.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə millinin 2 üzvü həlledici görüşə çıxıb.

Kənan Heybətov (70 kq) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabıyla qalib gələn Kənan ilk dəfə U23 dünya çempionu olub.

Xetaq Karsanov (125 kq) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.

The post Kənan çempion, Xetaq ikinci oldu appeared first on Komanda.az.

“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu

26 October 2025 at 23:17

İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Arsenal” “Kristal Pelas”ı, “Aston Villa” “Mançester Siti”ni, “Bornmut” “Nottingem Forest”i xalsız qola salıb. “Vulverhempton” evdə “Börnli”yə, “Everton” isə “Tottenhem”ə uduzub.

Hazırda “Arsenal” 22 xalla vahid liderdir. “Bornmut” 18, “Tottenhem” və “Sanderlend” 17, “Mançester Siti” və “Mançester Yunayted” 16, “Liverpul” və “Aston Villa” 15 xal toplayıblar.

İngiltərə Premyer Liqası
9-cu tur

24 oktyabr

Lids – Vest Hem 2:1
Qollar
: Aaronson, 3. Rodon, 15 – M.Fernandes, 90.

25 oktyabr

Çelsi – Sanderlend 1:2
Qollar
: Qarnaço, 4 – İsidor, 22. Talbi, 90+3.

Nyukasl – Fulhem 2:1
Qollar
: Mörfi, 18. B.Gimaraynş, 90 – Lukiç, 56.

Mançester Yunayted – Brayton 4:2
Qollar
: Kunya, 23. Kazemiro, 34. Mbeumo, 61; 90+6 – Uelbek, 74. Kostulas, 90+2.

Brentford – Liverpul 3:2
Qollar
: Uattara, 5. Şade, 45. Tyaqo, 60-pen – M.Kerkez, 45+5. Salah, 89.

26 oktyabr

Arsenal – Kristal Pelas 1:0
Qol
: Eze, 39.

Aston Villa – Mançester Siti 1:0
Qol
: Keş, 19.

Bornmut – Nottingem Forest 2:0
Qollar
: Tavernye, 25. Krupi, 40.

Vulverhempton – Börnli 2:3
Qollar
: Larsen, 42-pen. Munetsi, 45+4 – Flemminq, 14; 30. Foster, 90+5.

Everton – Tottenhem 0:3
Qollar
: Van de Ven, 19; 45+6. Sarr, 89.

The post “Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu appeared first on Komanda.az.

“Bayer”dən inamlı qələbə

26 October 2025 at 22:53

Almaniya Bundesliqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Bayer” evdə “Frayburq”a, “Ştutqart” isə “Maynts”a qalib gəlib.

Hazırda lider “Bayern”in 24 xalı var. “Leypsiq” 19, “Ştutqart” 18, Dortmund “Borussiya”sı ilə “Bayer” 17 xal toplayıblar.

Almaniya Bundesliqası
8-ci tur

24 oktyabr

Verder – Union Berlin 1:0
Qol
: Qrüll, 72.

25 oktyabr

Auqsburq – Leypsiq 0:6
Qollar
: Diomande, 10. R.Kardozo, 18. Nusa, 22. Baumqartner, 38. Uedraoqo, 56. Lukeba, 65.

Borussiya (Mönhenqladbax) – Bayern 0:3
Qollar
: Kimmix, 64. R.Gerrero, 69. L.Karl, 81.

Ayntraxt – Sankt Pauli 2:0
Qollar
: Burkardt, 36; 56.

Hamburq – Volfsburq 0:1
Qol
: Daqim, 15.

Hoffenhaym – Haydenhaym 3:1
Qollar
: Asllani, 18. Lemperle, 45+2. Kramariç, 63 – Şimmer, 75.

Borussiya (Dortmund) – Köln 1:0
Qol
: Bayer, 90+6.

26 oktyabr

Bayer – Frayburq 2:0
Qollar
: Poku, 22. Tapsoba, 52.

Ştutqart – Maynts 2:1
Qollar
: Fuhrix, 45+4. Undav, 80 – Amiri, 41-pen.

The post “Bayer”dən inamlı qələbə appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi Premyer Liqadan 2 futbolçu ilə maraqlanır

26 October 2025 at 22:25

“Liverpul” İngiltərə Premyer Liqasından iki oyunçu ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubu “Bornmut”un futbolçusu Antuan Semenyonu və “Nyukasl”ın oyunçusu Entoni Qordonu transfer edə bilər.

“Qırmızılar” bu mövsüm İngiltərə Premyer Liqasında məyusedici seriya ilə dörd ardıcıl məğlubiyyətə uğrayıb.

“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibi Premyer Liqadan 2 futbolçu ilə maraqlanır appeared first on Komanda.az.

“Real” hücumçusunu Almaniya klubuna göndərə bilər

26 October 2025 at 21:54

“Real”ın hücumçusu Endrikin qış transfer pəncərəsində komandadan ayrılması ehtimalı yüksəkdir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu mövsüm bir dəfə də olsun oyun keçirməyib, ona görə də, klub rəhbərliyi onu icarəyə vermək qərarına gəlib.

Endrik özü də oyun vaxtı qazanmaq üçün başqa bir komandada özünü sınamaq istəyir. 19 yaşlı forvarda Bundesliqadan tələbat var və “Real” Almaniya klublarından gələn təklifləri nəzərdən keçirməyə hazırdır.

Endrikin Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

The post “Real” hücumçusunu Almaniya klubuna göndərə bilər appeared first on Komanda.az.

“Real” “Barselona”ya qalib gəldi

26 October 2025 at 21:25

Bu gün İspaniya La Liqasının 10-cu turu çərçivəsində cari mövsümün ilk “el klasiko”su keçirilib.

Komanda.az xəbər verir ki, lider “Real” “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nı qəbul edib.

Görüş Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları “Real”dan Kilian Mbappe (22-ci dəqiqə) və Cud Bellingem (43-cü dəqiqə), “Barselona”dan Fermin Lopes (38) vurub.

52-ci dəqiqədə Mbappe penaltidən yararlana bilməyib. Onun zərbəsini rəqib qapıçı Voyçex Şesnı dəf edib.

90+8-ci dəqiqədə “Barselona”dan Pedri qırmızı vərəqə alıb.

Bu qələbədən sonra “Real” xalını 27-ə yüksəldərək liderliyini daha da möhkəmləndirib. “Barselona” isə 22 xalla 2-ci pillədə qalıb.

The post “Real” “Barselona”ya qalib gəldi appeared first on Komanda.az.

Before yesterdayMain stream

“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov

26 October 2025 at 21:02

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Şamaxı” ilə qarşılaşma haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“Ayxana uğurlar arzu edirəm. Bizim üçün asan oyun olmadı. İstərdim ki, dinamik oyun alınsın, təəssüf ki, alınmadı.

“Şamaxı” ümumən yaxşı oynadı. Məşqçinin əl işi hiss olunurdu. Belə oyunlarda bizə elə də asan olmur, çünki oyun çox dayandırılır. Həmişə bunu demək istəmişəm. Ümumiyyətlə, hakimlər kimlə oynadığımızdan asılı olmayaraq, oyunlara daha diqqətli yanaşsınlar. Hər oyunçu yıxılan kimi həkimlər gəlir, vaxt gedir. Gərək buna hakimlər də nəzarət etsinlər, belə olmaz. Biz istəyirik ki, Avropayla uyğunlaşaq, lakin bu, alınmır. Bu, bizim xeyrimizə deyil, oyunun bir anda tempi dəyişir. Bu çempionatı ona uyğunlaşdırmaq lazımdır. Oyunçular da istər-istəməz hirslənirlər. Gərək hakim buna nəzarət etsin. Yıxılanların da heç birində ciddi zədə görmədim. Uduzsaq da, udsaq da bunları deyəcəkdim. Oyunu belə tez-tez dayandırmaq olmaz.

Sağ olsunlar ki, azarkeşlər də bu gün çox dəstək oldular. Görünür ki, çempionat o qədər də asan olmayacaq, mübarizə aparacağıq. Oyunun sonlarında daha yaxşı oyun görə bilərdik. Təəssüf ki, bu, oyunun dayandırılmasına görə alınmadı”.

Nəzrin

The post “Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov appeared first on Komanda.az.

“Qarabağ”la matçda bir xal da mühümdür” – Ayxan Abbasov

26 October 2025 at 20:43

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Qarabağ”la qarşılaşma haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“Qarabağ”a qarşı oynadığımızı bilirdik. Son nəticədən sonra toparlanmağımız lazım idi. Oyunçularıma təşəkkür edirəm, döyüşkən oyun nümayiş etdirdilər. Bu qısa vaxtda “Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq. “Qarabağ”a da Çempionlar Liqasında uğurlar azru edirəm.

Bizə hər xal vacibdir. Məqsədlər fərqlidir. “Qarabağ”la biz müqayisə ediləsi deyilik. Bizim üçün bir xal da mühümdür. “Qarabağ” Çempionlar Liqasında oynayan lider komandadır.

Bu gün bizim müdafiəçilərimiz yaxşı oynadı, bunu da qeyd etmək lazımdır. Rəqibə yüz faizlik epizod vermədik. Yaxşı oynadıq.

Hücum çətin mövqedir, daim işləməlisən. Hücum mövqeyində də dayanmırıq, çalışırıq. Lider komandalarla oyunlarda da hücumlar edirik”.

Nəzrin

The post “Qarabağ”la matçda bir xal da mühümdür” – Ayxan Abbasov appeared first on Komanda.az.

“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” – Abubakar

26 October 2025 at 20:00

Vensan Abubakar “Neftçi”yə faydalı olmaq üçün gəlib.

Komanda.az xəbər verir ki, bunu Vensan Abubakarın özü Premyer Liqanın 9-cu turunda “Qəbələ” üzərində qazanılan qələbədən (2:0) sonra “ağ-qaralar”ın mətbuat xidmətinə açıqlamasında deyib.

Kamerunlu hücumçu “Neftçi” camiəsinin və azarkeşlərin onu Bakıda çox yaxşı qarşıladıqlarını bildirib:

“Öncə komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Onlar Bakıya gəldiyim ilk gündən bu yana mənə çox isti münasibət bəsləyirlər. Gəldiyimdə məni öz ailə üzvləri kimi qarşıladılar. Bu hal futbolçunun yüksək motivasiyası üçün önəmlidir. “Neftçi”yə faydalı olmaq üçün gəlmişəm. Komanda yoldaşlarımla gücümüzü birləşdirsək, yaxşı işlər görə bilərik”.

Abubakar “Qəbələ” ilə debüt matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalaraq, qələbədə əsas pay sahibi olub.

The post “Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” – Abubakar appeared first on Komanda.az.

“Qəbələ” “Neftçi”yə belə uduzdu – VİDEO

26 October 2025 at 19:43

Komanda.az Premyer Liqanın 9-cu turunun “Qəbələ” – “Neftçi” matçının (0:2) videoicmalını təqdim edir:

The post “Qəbələ” “Neftçi”yə belə uduzdu – VİDEO appeared first on Komanda.az.

“Əminəm ki, belə oyunla uğur gələcək”

26 October 2025 at 19:23

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 9-cu turu çərçivəsində doğma meydanda “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:

“Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, epizodları dəyərləndirə bilmirik. Bu qədər qol vəziyyətləri yaradırıq. Fərdi səhvlərdən qollar buraxırıq. Sanki bir qədər soyuqqanlılıq çatmır və müdafiədə səhvlərə yol veririk. Nə etmək olar? Bu səhvləri aradan qaldırmaq üçün bundan sonra da işləməliyik. Təəssüfləndirici məğlubiyyətdir. Yaratdığımız epizodların 20 faizini qola çevirə bilsəydik, nəticə daha yaxşı ola bilərdi.

Abubakar yetərincə səviyyəli futbolçudur. Amma hazırda ideal formasından uzaqdır. Biz öz oyunumuza baxmalıyıq. Belə futbolçuların gəlişi təbii ki, çempionatın səviyyəsini qaldırır.

Hamı qeyd edir ki, “Qəbələ” çox yaxşı futbol oynayır. Bunu biz də görürük, siz də görürsüz. Amma əsas olan xaldır. Bizim xalımız azdır. Vacib olan odur ki, xallar qazanaq. Karyeram ərzində heç vaxt liqada qalmaq uğrunda mübarizə aparan komandada işləməmişəm. 8 il Azərbaycanda, 5 ilə Qazaxıstanda işlədiyim klublar daim yüksək yerlər uğrunda mübarizə aparıb. Bu, mənim üçün də çətindir. Klub prezidenti ilə görüşümüz oldu, müzakirə etdik. Təəssüf doğuran odur ki, biz oyun baxımından “Neftçi”dən geri qalmadıq. Onların cəmi iki zərbəsi oldu, ikisi də qolla nəticələndi. Amma bizim nə qədər zərbələrimiz, rəqib qapıçının qurtarışları oldu. Mən 1-ci Liqada işləyəndə çoxları təəccüblə qarşıladı. Amma dedim ki, söz vermişəmsə, bu işi görəcəm. İndi də bu sözü vermişəm. Komandanın Premyer Liqada qalması üçün əlimdən gələni edəcəm. Əminəm ki, belə oyunla uğur gələcək. Səbr edəcəm, axıra qədər işimin başında olacam.

Samir Abasova mənim haqda dediyi müsbət sözlərə görə təşəkkür edirəm. Onunla tez-tez görüşürük. Onun yaxşı məşqçi kimi yetişməsinə görə şadam. Samir Abasov çempion olub. Məndən də nəsə götürübsə, buna görə sevinərəm. Yaxşı yerli məşqçilər var. Qurban Qurbanov, Ayxan Abbasov, Rəşad Sadıqov, Elmar Baxşıyevi qeyd edə bilərəm. Biz isə bütün diqqətimizi öz komandamıza yönəltməliyik ki, Premyer Liqada yerimizi qoruyaq”.

The post “Əminəm ki, belə oyunla uğur gələcək” appeared first on Komanda.az.

“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” – Samir Abasov

26 October 2025 at 18:56

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 9-cu turu çərçivəsində səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Qəbələdə oynamaq çətindir. Birinci hissə bunu göstərdi. “Qəbələ” bütün rəqiblərinə qarşı üstün futbol oynayıb. Hər futbolçu nə etmək lazım olduğunu yaxşı bilir. Öz oyunçularıma minnətdaram. Bilirdik ki, futbolçular ikinci hissədə açılışacaq. Heyəti də buna uyğun qurmuşduq. Azarkeşlərimizə təşəkkür edirəm. Yolumuza davam edirik.

Daim burada məşq edən komandanın üstünlüyü bizdən çoxdur. Mərkəzi möhkəmləndirməklə rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Oyunun əvvəlində Metyunu düşünə bilməzdik. Bu atmosferdə, havada onu ilk dəqiqələrdən meydana buraxa bilməzdik. Hazırlıq səviyyəsinin nə qədər olduğunu bilirik. Düşünürəm ki, hər şey yaxşı alındı. Elvin buranı tanıyır, Kuç da uzun müddətdir bizimlədir. Onlar da bizim oyunçulardır. Həmişə Sessi oynayacaq deyə bir şey yoxdur. Bütün futbolçular hazır olmalıdır, oynamalıdır. Mənə futbolçuların hamısının yaxşı formada olması lazımdır. Abubakar təcrübəsini göstərdi. İkinci hissədə rəqibə epizod vermədik. Elə futbolçular var ki, 45 dəqiqə meydanda qalır, məşqçi hər an ondan nəsə edəcəyini gözləyir. Abubakar həmin futbolçulardandır. Onun kimi oyunçularla bağlı qərarı sırf fiziki durumuna görə vermək düzgün deyil. Amma istədiyimiz odur ki, Abubakar 90 dəqiqə oynamağa hazır olsun.

  • Qəbul edirəm ki, 9 tur ərzində 2 qələbə “Neftçi” üçün azdır. Amma biz durmadan təhlillər edirik. İlk 2-3 oyunda tam ideal vəziyyətdə deyildik. Nə itirdiksə, orda itirdik. Yaxşı oynayıb heç-heçə etdiyimiz matçlar da problemli görünmür. İlk oyunlarda qələbə qazana bilsəydik, bəlkə də bu gün ən yüksək yerlərdə idik. Özünüz də görürsüz ki, hər turda nə qədər heeç-heçələr olur. Bu, normal bir şeydir, belə də davam edəcək. Biz isə işimizi ancaq qalib gəlmək üçün quracağıq”.

The post “9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” – Samir Abasov appeared first on Komanda.az.

Klubun sahibi işə qarışdı: Levandovskidən imtina olundu

26 October 2025 at 18:28

“Mançester Yunayted”in sahibi Cim Ratkliff “Barselona”nın hücumçusu Robert Levandovskinin transferi ilə bağlı cəhdləri dayandırıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, iş adamı karyeralarının sonuna yaxınlaşan oyunçularla müqavilə imzalamaqda maraqlı deyil. İngiltərə klubunun baş məşqçisi Ruben Amorim 37 yaşlı futbolçunu transfer etməkdə israr etsə də, rəhbərlik onun istəyini yerinə yetirməyib.

Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq.

The post Klubun sahibi işə qarışdı: Levandovskidən imtina olundu appeared first on Komanda.az.

“Sabah” Antalyada çempion oldu!

26 October 2025 at 18:00

Türkiyənin Antalya şəhərində keçirilən “Antalya Friendship Cup” turnirinə yekun vurulub.

Komanda.az xəbər verir ki, “Sabah”ın U-12 komandası turnirdə uğurla çıxış edib.

Qrup mərhələsini birinci pillədə başa vuran Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda, yarımfinalda Litvanın “Margiris”, finalda isə Rusiyanın “Yunayted Yekaterinburq” komandasını məğlub edərək turniri birinci sırada, çempion kimi başa vurub.

Antalya Friendship Cup

Yarımfinal

Sabah (Azərbaycan) – Margiris (Litva) 1:0
Qol: Cavidan Ağayev.

Final

Sabah (Azərbaycan) – Yunayted Yekaterinburq (Rusiya) 3:0
Qollar
: Raul Pənahov, Abbas Hüseynli, Nihad Həsənov.

The post “Sabah” Antalyada çempion oldu! appeared first on Komanda.az.

“Şəkidə asanlıqla məğlub olmuruq” – Meriç

26 October 2025 at 17:27

“Şəki” basketbol klubu evdə keçirdiyi matçlarda asanlıqla məğlub olmur.

Komanda.az xəbər verir ki, bunu baş məşqçi Bedri Meriç bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının 4-cü turunda qarşılaşdıqları NTD ilə matç haqqında fikirlərini bölüşüb:

“Əvvəla qələbəyə görə komandamı təbrik edirəm. Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür bildirirəm. Ötən mövsümdən bir vərdişimiz var. Şəkidə asanlıqla məğlub olmuruq. Bu mövsüm də A qrupu komandaları üçün Şəki çətin səfər olacaq. Burada öz oyunumuzu göstərə bilirik. Hücumdakı çıxışdan razıyam, ancaq müdafiədən yox. Bu gün həm Ərcan Donat, həm də Rəşid Abbasov texniki faulla uzaqlaşdırıldı. Bu problemi həll etməyimiz lazımdır. Onlara bizim meydanda ehtiyacımız var. Erkən faul aldıqlarından meydanda onların xidmətindən yararlana bilmirik. 2 yerli oyunçumuzun bu problemlə üzləşməsi hesabın böyük olmasının qarşısını aldı. Uzun oyunçu problemi yaşayırıq”.

Baş məşqçi oğlu ilə ilk dəfə rəqib qismində qarşılaşdıqlarını söyləyib:

“NTD də 4 əcnəbi ilə oynamasına baxmayaraq, yaxşı çıxış etdi. Mənim üçün də özəl matç oldu. Oğlum Dərin Bərközlə ilk dəfə rəqib qismində qarşılaşdıq. Bu, çox gözəl hiss idi. Dərinə karyerasında uğurlar arzulayıram. Ümid edirəm ki, Azərbaycan basketbolu üçün xeyri dəyəcək”.

Şəki Olimpiya İdman Kompleksində baş tutan A qrupu matçı “Şəki”nin 88:81 hesablı qələbəsi ilə başa çatıb.

The post “Şəkidə asanlıqla məğlub olmuruq” – Meriç appeared first on Komanda.az.

Tahir Baxşıyev: “Komanda hələ tam formalaşmayıb”

26 October 2025 at 16:49

Azərbaycan Basketbol Liqasının 4-cü turunda “Şəki”yə (81:88) məğlub olan NTD sona qədər mübarizə aparıb.

Komanda.az xəbər verir ki, bunu baş məşqçi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis ribaundlarda böyük oyunçu çatışmazlığını qeyd edib:

“Çətin oyun alındı. Son anda bildik ki, yeni oyunçumuz – Langdon Hatton bu oyunu buraxacaq. O lisenziyasını vaxtında ala bilmədi. Buna görə də zədəli Camal Kingi meydana buraxmaq məcburiyyətində qaldıq. O bir həftə məşq etməmişdi. Buna baxmayaraq, komanda mübarizə apardı, sonadək oynadı. Amma bizə ribaundlarda böyük oyunçu çatışmırdı. Hatton bizə bu baxımdan kömək edə bilərdi”.

Baş məşqçi komandanın hələ tam formalaşmadığını söyləyib:

“Komanda hələ tam formalaşmayıb. Hazırda cəmi dörd legioner oynayır. Amma bu məsələni həll edirik. Hatton artıq bizə qoşulub. Tezliklə daha bir legioner gələcək. Ruhdan düşmürük. Ən vacibi odur ki, komanda mübarizə aparır, istəklə oynayır. Düşünürəm, tezliklə qələbələr də gələcək”.

The post Tahir Baxşıyev: “Komanda hələ tam formalaşmayıb” appeared first on Komanda.az.

Azarkeşlər Boatenqin “Bayern”ə dönməsinə imkan vermədilər

26 October 2025 at 16:30

Almaniya millisinin və “Bayern”in sabiq müdafiəçisi Jerom Boatenq Münhen klubunda təcrübə keçməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub bununla bağlı açıqlamasında bildirib:

“Müzakirələr aparıldı və qərara gəlindi ki, Boatenq “Bayern”də təcrübə keçməyəcək. O, komandanın ətrafındakı münaqişə səbəbindən əziyyət çəkməsini istəmir”.

Məsələ burasındadır ki, Münhen klubunun azarkeşləri Boatenqin komandada təcrübə keçmək istəyinə etiraz olaraq, “qadınlara qarşı zorakılığa “yox” deyək, Boatenq “Bayern”ə qayıtmamalıdır” adlı petisiya hazırlayıblar. Petisiyanı 2200-dən çox insan imzalayıb.

Boatenqin təcrübəsi bir həftə davam edəcəkdi və bu müddət ərzində o, dörd məşqi izləyə biləcəkdi.

Boatenq əvvəllər keçmiş sevgilisi Kasia Lenhardtın intiharına səbəb olmaqda ittiham olunub. Həmçinin, o, iki qız övladı olan keçmiş sevgilisi Şerin Zenlerə qarşı fiziki zorakılıqda ittiham edilib. Münhen Regional Məhkəməsi Zenlerə qarşı zorakılıq işi üzrə qərar çıxarıb və Boatenq 200 min avro məbləğində cəza alıb.

Sabiq futbolçu 2011-ci ildən 2021-ci ilə qədər Münhen klubunda oynayıb. O, eyni zamanda, Almaniya millisiylə dünya çempionluğunu qazanıb.

The post Azarkeşlər Boatenqin “Bayern”ə dönməsinə imkan vermədilər appeared first on Komanda.az.

“Şəki” NTD-ni məğlub etdi

26 October 2025 at 15:57

Azərbaycan Basketbol Liqasının 4-cü turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, turun son oyununda “Şəki” evdə NTD ilə qarşılaşıb.

Şəki Olimpiya İdman Kompleksində baş tutan A qrupunun matçında meydan sahibləri qələbə qazanıb – 88:81.

Əvvəlki matçlarda “Sabah” “Gəncə”ni (87:68), “Lənkəran” “Quba”nı (102:87), “Ordu” “Sumqayıt”ı (116:81), “Abşeron Lions” “Neftçi”ni (100:95), “Naxçıvan” “Sərhədçi”ni (76:69) məğlub edib.

The post “Şəki” NTD-ni məğlub etdi appeared first on Komanda.az.

“Bayern” Şlotterbeki niyə transfer etməyib?

26 October 2025 at 15:31

“Bayern”in sabiq qapıçısı və klub rəhbərliyinin keçmiş üzvü Oliver Kan müdafiəçi Niko Şlotterbekin Münhen təmsilçisinə baş tutmayan transferi barədə danışıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, “Bayern”in Şlotterbeklə hələ onun “Frayburq”da çıxış etdiyi vaxt maraqlandığını bildirib. Ancaq həmin dövrdə gənc futbolçu gələcəyi ilə bağlı qərar verməli olub və nəticədə, Dortmund “Borussiya”sı onun transferini reallaşdırıb:

“Bəli, “Bayern” Şlotterbeki ala bilərdi. O zaman o, “Frayburq”da idi və gələcəyinə dair qərar verməli idi. Biz isə o vaxt başqa namizədə yönəldik, çünki Niko hələ çox gənc idi”.

25 yaşlı müdafiəçiyə hazırda “Bayern”in yenidən maraq göstərdiyi iddia olunur. Dortmund klubu isə onunla müqavilənin müddətini uzatmaq niyyətindədir.

The post “Bayern” Şlotterbeki niyə transfer etməyib? appeared first on Komanda.az.

“Kəpəz”də yeni şura yaradıldı

26 October 2025 at 15:15

“Kəpəz” klubunun nəzdində yeni şura – “Gəncənin futbol əfsanələri” təsis edilib.

Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.

Məsələ ilə bağlı keçirilən tədbirdə “Kəpəz” PFK-nın infrastruktur rəhbəri Ruslan Məmmədov, seleksiya üzrə məşqçi Əli Rəhimov, komandanın baş məşqçisi Azər Bağırov, köməkçi məşqçi Zaur Əsədov, eləcə də Gəncə futbolunda dərin iz qoymuş sabiq futbolçular iştirak ediblər.

İclas iştirakçıları əvvəlcə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin, həmçinin dünyasını dəyişmiş futbolçuların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Daha sonra çıxış edən klubun infrastruktur rəhbəri Ruslan Məmmədov şuranın yaradılma məqsədi barədə məlumat verib. O, bildirib ki, şuranın əsas məqsədi Gəncə futbolunun tarixi irsini qorumaq, təcrübəli futbolçularla gənc nəsil arasında əlaqəni gücləndirməkdir.

Məmmədov həmçinin, şuranın şüarını açıqlayıb – “Əfsanələr keçmişdə qalmır – onlar gələcəyini qurur”.

O, şuranın sədri vəzifəsinə Əli Rəhimovun namizədliyini irəli sürüb. İştirakçılar təklifi dəstəkləyiblər və Əli Rəhimov “Gəncənin futbol əfsanələri” şurasının sədri seçilib. Etimada görə minnətdarlığını bildirən Əli Rəhimov şuranın gələcək planları barədə danışıb, Gəncə futbolunun inkişafı istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Tədbirin sonunda keçmiş futbolçular öz fikirlərini səsləndirib, təklif və iradlarını bölüşüblər. İclas iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

The post “Kəpəz”də yeni şura yaradıldı appeared first on Komanda.az.

Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri məlum olub

26 October 2025 at 14:46

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Bu barədə Komanda.az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildirilib.

Azərbaycan millisi Qazaxıstan, Pakistan və Qətər yığmaları ilə birgə B qrupunda yarışacaq. A qrupunda isə Türkiyə, İran , Qvineya və Maldiv adaları yığmaları yer alıb.

İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək.

Qadın həndbolçulardan ibarət komanda 2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda qızıl, 2022-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən oyunlarda gümüş medal qazanıb.

The post Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri məlum olub appeared first on Komanda.az.

Dünyanın ən bahalı 10 müdafiəçisi – SİYAHI

26 October 2025 at 14:32

“Transfermarkt” portalı dünyanın ən bahalı müdafiəçilərinin reytinqini yeniləyib.

Komanda.az xəbər verir ki, hazırda ilk 10-luqda aşağıdakı futbolçular yer alıb:

1. Pau Kubarsi (“Barselona”) – 80 milyon avro

2. Vilyam Saliba (“Arsenal”) – 80 milyon avro

3. Əşrəf Hakimi (PSJ) – 80 milyon avro

4. Alessandro Bastoni (“İnter”) – 80 milyon avro

5. Nuno Mendeş (PSJ) – 75 milyon avro

6. Yoşko Qvardiol (“Mançester Siti”) – 75 milyon avro

7. Qabriel Maqales (“Arsenal”) – 75 milyon avro

8. Trent Aleksander-Arnold (“Real”) – 75 milyon avro

9. Din Heysen (“Real”) – 70 milyon avro

10. Vilyan Paço (PSJ) – 65 milyon avro.

The post Dünyanın ən bahalı 10 müdafiəçisi – SİYAHI appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin daha bir futbolçusu sıradan çıxdı

26 October 2025 at 14:01

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne A Seriyasının 8-ci turunda “İnter”ə matçda (3:1) sıradan çıxıb.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, belçikalı futbolçu penalti zərbəsini yerinə yetirərkən zədələnib. Onun bud nahiyyəsində problem yaranıb.

Beləliklə, De Bruyne artıq Rasmus Hoylund, Stanislav Lobotka, Aleks Meret, Amir Rahmani və Romelu Lukakunun da daxil olduğu “Napoli”nin zədəli oyunçular siyahısına qoşulub.

Neapol təmsilçisi Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. “Napoli” – “Qarabağ” matçı 6-cı tur çərçivəsində, noyabrın 25-də İtaliyada keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.

The post “Qarabağ”ın rəqibinin daha bir futbolçusu sıradan çıxdı appeared first on Komanda.az.

Azərbaycan karateçilərindən beynəlxalq turnirdə 2 medal

26 October 2025 at 13:36

Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar.

Komanda.az Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, kyokşin karate üzrə yarışda AKF-nin kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun, baş məşqçi Anar Cəfərovun rəhbərliyi altında yeniyetmələrdən ibarət komanda iştirak edib.

Turnirdə Azərbaycan 11 idmançı ilə təmsil olunub. Kənan Həkimzadə gümüş, Məhəmməd Əliyev isə bürünc medal qazanıb.

Yarışda 15 ölkədən 450-dən çox idmançı mübarizə aparıb.

The post Azərbaycan karateçilərindən beynəlxalq turnirdə 2 medal appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin baş məşqçisi məğlubiyyətlərin səbəbini axtarır

26 October 2025 at 13:30

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın bu mövsümdəki uğursuzluğu haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun üzərində işlədiklərini bildirib:

“Rəqiblərimizin bizə qarşı spesifik strategiyası var və bu, çox yaxşı işləyir. Hələ cavab axtarırıq”.

“Qırmızılar” son altı oyundan yalnız birində qalib gəlib. Komanda şənbə günü Premyer Liqanın 9-cu turunda “Brentford”a 2:3 hesabıyla uduzub.

”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin baş məşqçisi məğlubiyyətlərin səbəbini axtarır appeared first on Komanda.az.

Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurdu

26 October 2025 at 12:42

Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatını 8 (2 qızıl, 3 gümüş və 3 bürünc) medalla başa vurub.

Komanda.az xəbər verir ki, komandanın heyətində Xumar Cəfərli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməklə Budvada Azərbaycan himnini səsləndirib. Bu qızıl medal ölkəmiz üçün əlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançımız U-15 Avropa çempionatının qalibi adına yiyələnib.

Onun uğurunu Mehran Rəsulov (80 kq) da təkrarlayıb. Finalda Serqiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiq görülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü mükafatı olub. O, bunadək 2 dəfə bürünc medal əldə edib.

Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kq), Nurlan Müseyibli (66 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) bürünc medal qazanıblar.

32 ölkədən 369 idmançının qatıldığı yarışıAzərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.

The post Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurdu appeared first on Komanda.az.

Laporta “Real”ı hakimlərə təsir göstərməkdə ittiham etdi

26 October 2025 at 12:31

“Barselona”nın prezidenti Xuan Laporta “Real”la La Liqa matçından əvvəl hakimlikdən danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Real” televiziya kanalları vasitəsilə hakimlərə birbaşa təsir göstərən sağlam olmayan bir mühit yaradıb. Bu, qəbuledilməzdir. Biz qurban rolunu oynamaq istəmirik, “Santyaqo Bernabeu”ya qalib gəlmək üçün gedirik. Amma “Real” hakimlərin onlara üstünlük vermədiyini iddia edə bilməz”.

Kataloniya klubu 9 oyundan sonra 22 xalla İspaniya La Liqasının turnir cədvəlində ikinci, “Real” isə 24 xalla birinci yerdədir.

“Real” – “Barselona” matçı bu gün saat 19:15-də start götürəcək.

The post Laporta “Real”ı hakimlərə təsir göstərməkdə ittiham etdi appeared first on Komanda.az.

Ümumdünya Antidopinq Agentliyinin nümayəndələri Azərbaycanda səfərdə olub

26 October 2025 at 12:13

Bu həftə Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Komanda.az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərin məqsədi 2026-cı il martın 18-19-da WADA-nın Bakıda keçiriləcək Avropa üzrə Regional Simpoziuma hazırlıq işləri ilə tanışlıq xarakteri daşıyıb.

Simpozium Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə baş tutacaq.

WADA 2026-cı ildə dörd Regional Simpozium keçirəcək və Avropa üzrə tədbir məhz Bakıda reallaşacaq. Bu simpoziumlar 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinin və Beynəlxalq Standartların tətbiqinə hazırlıq mərhələsində regional tərəfdaşların ehtiyac və çağırışlarını nəzərə almaq məqsədilə təşkil olunacaq. Yeni Məcəllə və standartlar 2025-ci ilin dekabr ayında Koreya Respublikasının Busan şəhərində keçiriləcək İdmanda Dopinqlə Mübarizə üzrə Ümumdünya Konfransında təsdiqlənəcək və 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

WADA-nın nümayəndə heyətində ali antidopinq qurumunun Avropa ofisinin və İdman hərəkatı ilə əlaqələr departamentinin direktoru Sebastien Gillot və Tədbirlərin idarə olunması üzrə menecer Riziero Pisani yer alıblar. Nümayəndə heyəti Bakıda simpoziumun keçiriləcəyi məkan və digər infrastruktur obyektlərinə baxış keçirib.

Sebastien Gillot hazırlıq işlərinin yüksək səviyyədə və razılaşdırılmış plana uyğun şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 2026-cı ildə Avropa üzrə Regional Simpoziumun Bakıda keçirilməsi həm WADA, həm də Azərbaycan idman ictimaiyyəti üçün əlamətdar hadisə olacaq.

Riziero Pisani qeyd edib ki, simpoziumun AMADA-nın fəaliyyətinin 10 illiyi ərəfəsində keçirilməsi Agentliyin WADA ilə uzunmüddətli əməkdaşlığını və regionda antidopinq təşəbbüslərinin gücləndirilməsinə sadiqliyini nümayiş etdirir. Nümayəndə heyəti AMADA-nın simpoziumun təşkilindəki rolunu yüksək qiymətləndirib, Azərbaycanın beynəlxalq miqyaslı tədbirləri peşəkar və mükəmməl şəkildə təşkil etmək bacarığını xüsusilə vurğulayıb.

The post Ümumdünya Antidopinq Agentliyinin nümayəndələri Azərbaycanda səfərdə olub appeared first on Komanda.az.

Konte: “Bu gün İtaliyanın ən yaxşı komandası ilə qarşılaşdıq”

26 October 2025 at 11:29

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Napoli”nin baş məşqçisi Antonio Konte komandasının A Seriyasında “İnter”ə qarşı 3:1 hesablı qələbəsini şərh edib.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, yaxşı komandaya qarşı əla oyun sərgilədiklərini söyləyib:

“Mənim fikrimcə, bu gün İtaliyanın ən yaxşı komandası ilə qarşılaşdıq. “İnter” oyundan əvvəl bir neçə xal itirmişdi, amma kağız üzərində onlar digərlərindən fərqli səviyyədədirlər. Üç ildə iki Çempionlar Liqasının finalı bir şey deyir. “İnter” əla formada idi və bura bizi, “Torino” və PSV-yə məğlub olan bir komandanı məğlub etmək məqsədi ilə gəlmişdi. Amma biz təslim olmaq niyyətində deyildik. Bütün çətinliklərə baxmayaraq, əla oyun sərgiləyə bildik”.

“Napoli” A Seriyasında 18 xalla birinci yerə qayıdıb, “İnter” isə 15 xalla üçüncüdür.

The post Konte: “Bu gün İtaliyanın ən yaxşı komandası ilə qarşılaşdıq” appeared first on Komanda.az.

Şeşko kumirinin adını açıqladı

26 October 2025 at 10:28

“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko futbolda kimdən ilham aldığını açıqlayıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 22 yaşlı forvard öz kumiri kimi vaxtilə “qırmızı şeytanlar”da çıxış etmiş Zlatan İbrahimoviçi göstərib:

“Mənim futbol kumirim İbrahimoviçdir. Gənc olanda onun oyununu çox izləyirdim. O, həqiqətən inanılmaz çıxış edirdi. Bununla bağlı deyə biləcəyim yeganə şey budur”.

Şeşko bu ilin yayında “Leyptsiq”dən “Mançester Yunayted”ə 75 milyon avrodan çox məbləğ qarşılığında transfer olunub.

The post Şeşko kumirinin adını açıqladı appeared first on Komanda.az.

“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu

26 October 2025 at 10:01

“Araz-Naxçıvan”ın futbolçusu, Azərbaycan millisinin Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnən Rahil Məmmədov əməliyyat olunub.

Komanda.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub.

Cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib.

Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarixlə bağlı əlavə məlumat veriləcək.

The post “Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu appeared first on Komanda.az.

Günün oyunları – TV

26 October 2025 at 09:30

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

26 oktyabr

Rusiya, Premyer Liqa
14:00 Akron – Lokomotiv Moskva (Matç Premyer)
18:30 Zenit – Dinamo Moskva (Matç Premyer, Matç TV)
20:45 Krasnodar – Rubin (Matç Premyer)

İtaliya, A Seriyası
15:30 Torino – Cenoa (Futbol 1)
18:00 Sassuolo – Roma (Futbol 1)
21:00 Fiorentina – Bolonya (Futbol 1)
23:45 Latsio – Yuventus (Futbol 1, Matç TV)

Azərbaycan, Premyer Liqa
16:00 Qəbələ – Neftçi (CBC Sport)
18:30 Qarabağ – Şamaxı (CBC Sport)

Almaniya, 2-ci Bundesliqa
16:30 Kayzerslautern – Nürnberq (S Sport+)

İspaniya, La Liqa
17:00 Malyorka – Levante (İdman TV)
19:15 Real – Barselona (İdman TV, Futbol 2)
21:30 Osasuna – Selta (İdman TV)

İngiltərə, Premyer Liqa
18:00 Arsenal – Kristal Pelas (beİN Sports 3)
18:00 Astona Villa – Mançester Siti (beİN Sports 4)
20:30 Everton – Tottenhem (beİN Sports 3)

Türkiyə, Super Liqa
18:00 Qalatasaray – Göztəpə (Futbol 3, beİN Sports 1)
21:00 Kasımpaşa – Beşiktaş (Futbol 3, beİN Sports 1)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Agenti Alvareslə bağlı söz-söhbətlərə aydınlıq gətirdi

26 October 2025 at 08:29

“Atletiko”nun hücumçusu Xulian Alvaresin agenti Fernando İdalqo argentinalı futbolçunun gələcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Alvaresin adı zaman-zaman müxtəlif klublarla yanaşı hallanır.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, o, mətbuatda yazılanların hamısının sadəcə şayiə olduğunu deyib:

“Mətbuatda yazılanların hamısı sadəcə şayiədir. Klub, Alvaresin komandaya verdiyi töhfəyə görə ona daha sərfəli müqavilə təklif etməyə hazırdır. O, komandanın ən vacib oyunçularından biridir və madridlilərin layihəsinə tam sadiqdir”.

25 yaşlı hücumçu cari mövsümdə keçirdiyi 11 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

The post Agenti Alvareslə bağlı söz-söhbətlərə aydınlıq gətirdi appeared first on Komanda.az.

“Liverpul” da uduzdu, “Çelsi” də

26 October 2025 at 01:40

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Nyukasl” – “Fulhem” matçında meydan sahibləri qələbə qazanıblar. “Mançester Yunayted” də “Brayton”u xalsız yola salıb. Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” evdə “Sanderlend”ə uduzubsa, “Liverpul” səfərdə “Brentford”a məğlub olub.

İngiltərə Premyer Liqası
9-cu tur

24 oktyabr

Lids – Vest Hem 2:1
Qollar: Aaronson, 3. Rodon, 15 – M.Fernandes, 90.

25 oktyabr

Çelsi – Sanderlend 1:2
Qollar: Qarnaço, 4 – İsidor, 22. Talbi, 90+3.

Nyukasl – Fulhem 2:1
Qollar: Mörfi, 18. B.Gimaraynş, 90 – Lukiç, 56.

Mançester Yunayted – Brayton 4:2
Qollar: Kunya, 23. Kazemiro, 34. Mbeumo, 61; 90+6 – Uelbek, 74. Kostulas, 90+2.

Brentford – Liverpul 3:2
Qollar: Uattara, 5. Şade, 45. Tyaqo, 60-pen – M.Kerkez, 45+5. Salah, 89.

26 oktyabr

18:00. Arsenal – Kristal Pelas
18:00. Aston Villa – Mançester Siti
18:00. Bornmut – Nottingem Forest
18:00. Vulverhempton – Börnli
20:30. Everton – Tottenhem

The post “Liverpul” da uduzdu, “Çelsi” də appeared first on Komanda.az.

“Atletik” “Xetafe”yə məğlub oldu

26 October 2025 at 01:22

İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Espanyol” evdə “Elçe”ni tək qolla üstələyibsə, “Atletik” evdə “Xetafe”yə uduzub. “Valensiya” da “Vilyarreal”la bacarmayıb.

İspaniya La Liqası
10-cu tur

24 oktyabr

Real Sosyedad – Sevilya 2:1
Qollar: Oyarsabal, 19-pen; 36 – Qudel, 30.

25 oktyabr

Jirona – Real Ovyedo 3:3
Qollar
: Stuani, 64-pen; 90-pen. Unahi, 83 – Vinas, 38-pen. Rondon, 57. Karmo, 90+7.

Espanyol – Elçe 1:0
Qol
: K.Romero, 47.

Atletik – Xetafe 0:1
Qol
: Mayoral, 75.

Valensiya – Vilyarreal 0:2
Qollar
: Moreno, 45-pen. Komesana, 57.

26 oktyabr

17:00. Malyorka – Levante
19:15. Real – Barselona
21:30. Osasuna – Selta
00:00. Rayo Valyekano – Alaves

27 oktyabr

00:00. Betis – Atletiko

The post “Atletik” “Xetafe”yə məğlub oldu appeared first on Komanda.az.

PSJ-dən növbəti darmadağın

26 October 2025 at 01:09

Fransa Liqa 1-də 9-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

PSJ səfərdə “Brest”i darmadağınla yenib. “Monako” evdə “Tuluza”ya qalib gəlibsə, “Lans” da Marsel “Olimpik”ini xalsız yola salıb.

Fransa Liqa 1
9-cu tur
24 oktyabr

Paris – Nant 1:2
Qollar
: Çerqi, 15 – Əl-Ərəbi, 2. Ablin, 39.

25 oktyabr

Brest – PSJ 0:3
Qollar
: Hakimi, 29; 39. Due, 90+6.

Monako – Tuluza 1:0
Qol
: Salisu, 3.

Lans – Olimpik (Marsel) 2:1
Qollar
: Eduard, 23-pen. Pavar, 53-öz qapısına – Qrinvud, 17.

26 oktyabr

18:00. Lill – Mets
20:15. Anje – Loryan
20:15. Oser – Havr
20:15. Renn – Nitsa
23:45. Olimpik (Lion) – Strasburq

The post PSJ-dən növbəti darmadağın appeared first on Komanda.az.

“İnter” Neapoldan xalsız qayıtdı

26 October 2025 at 00:58

İtaliya A Seriyasında 8-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Parma” – “Komo” və “Kremoneze” – “Atalanta” görüşlərində qalib müəyyənləşməyib. “Udineze” “Leççe”ni, “Napoli” isə “İnter”i xalsız yola salıb.

İtaliya A Seriyası
8-ci tur

24 oktyabr

Milan – Piza 2:2
Qollar
: Leao, 7. Atekame, 90+3 – Kuadrado, 60-pen. Nzola, 85.

25 oktyabr

Parma – Komo 0:0

Udineze – Leççe 3:2
Qollar
: Karlstrom, 16. Devis, 37. Buksa, 89 – Berişa, 59. Ndri, 90+6.

Napoli – İnter 3:1
Qollar
: De Bruyne, 33-pen. Maktominey, 54. Anqissa, 67 – H.Çalhanoğlu, 59-pen.

Kremoneze – Atalanta 1:1
Qollar
: Vardi, 78 – Breşianini, 84.

26 oktyabr

15:30. Torino – Cenoa
18:00. Sassuolo – Roma
18:00. Verona – Kalyari
21:00. Fiorentina – Bolonya
23:45. Latsio – Yuventus

The post “İnter” Neapoldan xalsız qayıtdı appeared first on Komanda.az.

“Trabzonspor”dan inamlı qələbə

26 October 2025 at 00:11

Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Kocaelispor” evdə “Alanyaspor”la, “Trabzonspor” isə “Eyüpspor”la qarşılaşıb. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Türkiyə Super Liqası
10-cu tur

24 oktyabr

Karagümrük – Kayserispor 2:2
Qollar
: Larsson, 16-pen. A.R.Cankaya, 79 – Onuqxa, 68; 74.

25 oktyabr

Kocaelispor – Alanyaspor 2:0
Qollar
: T.Bingöl, 62. S.Dursun, 88.

Trabzonspor – Eyüpspor 2:0
Qollar
: F.Auqusto, 12. Ulai, 51.

26 oktyabr

15:30. Antalyaspor – Başakşəhər
18:00. Qalatasaray – Göztəpə
18:00. Gənclərbirliyi – Konyaspor
21:00. Kasımpaşa – Beşiktaş

27 oktyabr

21:00. Qaziantep – Fənərbağça
21:00. Samsunspor – Rizəspor

The post “Trabzonspor”dan inamlı qələbə appeared first on Komanda.az.

“Bayern”dən darmadağın

25 October 2025 at 23:41

Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 6 ouun baş tutub.

Lider “Bayern” bu dəfə Mönhenqladbax “Borussiya”sını 3 cavabsız qolla üstələyib. “Auqsburq” evdə “Leypsiq”ə böyük hesabla uduzub. Dortmund “Borussiya”sı isə “Köln”ü məğlub yola salıb.

Almaniya Bundesliqası
8-ci tur

24 oktyabr

Verder – Union Berlin 1:0
Qol
: Qrüll, 72.

25 oktyabr

Auqsburq – Leypsiq 0:6
Qollar
: Diomande, 10. R.Kardozo, 18. Nusa, 22. Baumqartner, 38. Uedraoqo, 56. Lukeba, 65.

Borussiya (Mönhenqladbax) – Bayern 0:3
Qollar
: Kimmix, 64. R.Gerrero, 69. L.Karl, 81.

Ayntraxt – Sankt Pauli 2:0
Qollar
: Burkardt, 36; 56.

Hamburq – Volfsburq 0:1
Qol
: Daqim, 15.

Hoffenhaym – Haydenhaym 3:1
Qollar
: Asllani, 18. Lemperle, 45+2. Kramariç, 63 – Şimmer, 75.

Borussiya (Dortmund) – Köln 1:0
Qol
: Bayer, 90+6.

26 oktyabr

18:30. Bayer – Frayburq
20:30. Ştutqart – Maynts

The post “Bayern”dən darmadağın appeared first on Komanda.az.

Kovaçiç tezliklə klubunu dəyişə bilər

25 October 2025 at 23:06

Xorvatiyalı yarımmüdafiəçi Mateo Kovaçiç yaxın vaxtlarda “Mançester Siti”dən ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

31 yaşlı futbolçunun transferi ilə Premyer Liqanın iki klubu – “Vest Hem” və “Aston Villa” maraqlanır.

Kovaçiçin “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, “Mançester Siti”yə 2023-cü ilin yayında keçib.

The post Kovaçiç tezliklə klubunu dəyişə bilər appeared first on Komanda.az.

Azərbaycan güləşçisi dünya üçüncüsü oldu

25 October 2025 at 22:45

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) millini medalsız qoymayıb. Perpsektivli güləşçimiz italiyalı Aurora Russoya “tuş”la qalib gələrək dünya üçüncüsü olub.

İki sərbəst güləşçimiz isə fəxri kürsüyə qalxmaq şansını əldən verib. Maqomed-Başir Xaniyev (74 kq) medalın bir addımlığında almaniyalı Manuel Vaqinə (4:8), Sadiq Mustafazadə (92 kq) isə təsəlliverici görüşdə özbəkistanlı Şirzad Poyonova (tuş) məğlub olub.

The post Azərbaycan güləşçisi dünya üçüncüsü oldu appeared first on Komanda.az.

“Gənc və perspektivli komandamız var”

25 October 2025 at 22:19

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə milli vətənə qayıdıb.

Komanda.az xəbər verir ki, iki qızıl və bir bürünc medal qazanaraq yeni rekord müəyyənləşdirən və komanda hesabında dünya üçüncüsü olan güləşçilərimiz üçün Heydər Əliyev Aeroportunda qarşılanma mərasimi təşkil edilib.

Aleksandr Tarakanov, baş məşqçi:

“İlk növbədə AGF rəhbərliyinə, GİN və MOK-a yarışa hazırlıq zamanı verdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Ölkə daxili və xarici təlim-məşq toplanışları, qatıldığımız yarışlar güləşçilərimizin hazırlıq səviyyəsini yüksəltdi. Gənc və perspektivli komandamız var. Bu yarış göstərdi ki, bu gənclər də gələcəkdə böyüklər arasında yarışlarda ölkəmizi uğurla təmsil edə bilər”.

Elmir Əliyev, dünya çempionu:

“Bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. İlk dəfə U23 dünya çempionatına qatıldım. Bu il Avropa çempionatında ani səhvdən məğlub olduğum Rusiya güləşçisindən bu yarışda revanş aldım. Allaha şükürlər olsun. İnşallah, böyüklərdə Eldəniz Əzizlinin yoluyla davam edərəm”.

Ziya Babaşov, dünya çempionu:

“U23 yaş qrupunu dünya çempionu kimi başa vururam. Buna görə sevinirəm. Himnimizi səsləndirmək qürurverici hissdir. Bu uğurun arxasında hazırlıq durur. Yarışa yüksək səviyyədə hazırlıq keçmişdik. Qalib gələcəyimə inanırdım. Qələbəmi Azərbaycan ordusuna və şəhidlərimizə həsr edirəm”.

Ruslan Nurullayev, dünya üçüncüsü:

“Yarış yüksək səviyyədə keçdi. Düzdür, hərbi xidmətlə əlaqədar olaraq, hazırlıq prosesinin bir hissəsini buraxmalı oldum. Ancaq yenə də bu yarışa yaxşı hazırlaşdığımı düşünürəm. Bizə yaradılan şəraitə görə federasiyamıza təşəkkür edirəm. İranlı rəqibimə uduzsam da, məşqçilər məni çox yaxşı motivasiya etdilər. Xüsusən də bürünc medal uğrunda erməni güləşçiylə görüşə yaxşı hazırlaşdırdılar. Bu il U23 Avropa çempionu olmuşdum. Dünya çempionu da olmaq istəyirdim. Qismət olmadı. İnanıram ki, bu bürünc medalı gələn il qızılla əvəzləyəcəyəm. Mən Dövlət Sərhəd Xidmətində qulluq edirəm. Bu medalı əsgər yoldaşlarıma həsr edirəm”.

The post “Gənc və perspektivli komandamız var” appeared first on Komanda.az.

“Rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur” – Rəşad Sadıqov

25 October 2025 at 21:54

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 9-cu turunda doğma meydanda “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Birinci hissə üstünlüyümüzlə keçdi, hesabı açdıq. İkinci yarıda rəqibin böyük qüvvə ilə irəli atılacağı bəlli idi. Belə də oldu. Yaxaladığımız boşluqlardan səmərəli istifadə edib ikinci qolu vursaydıq, oyun bizim üçün daha rahat keçərdi. Biz vurmadıqca rəqib daha böyük qüvvə ilə hücuma çıxırdı. Bu dəqiqələrdə futbolçularımız yaxşı xarakter nümayiş etdirdi və rəqibə fərqlənməyə imkan vermədilər. Çox vacib 3 xal qazandıq.

Gənc futbolçu olacağı təqdirdə mütləq şəkildə oynadacağıq. Bizim hələ elə imkanımız yoxdur ki, perspektivli uşaqları aşağı yaş qruplarından ibarət komandalarımıza cəlb edək. Bilirik ki, iddialı akademiyaları olan klublarımız var. Biz onlarla rəqabət aparmaqda çətinlik çəkirik. İlk fürsətdə Cəlalı oynatdıq. Onu Azərbaycan futboluna qazandırdıq. Fürsət düşdükcə yerli futbolçulara şans verən məşqçiyəm. Hazırda rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur. 17 yaşlı Əhlimanı artıq əsas komandaya cəlb edirik. Düşünürəm ki, 1-2 il sonra onu çempionat oyunlarında görəcəyik. Digər gənclərdə hələ ki matçlarda iştirak edəcək potensial görmürəm. Bir az da bərkiməlidirlər. 3-4 nəfər var ki, bizimlə məşqlərdə iştirak edirlər. Amma hazırda oyunlarda iştirak etmələri riskli olar.

Vinsent Tilin komandaya gəlməsinin bir səbəbi var, o da kollektivi gücləndirməkdir. Onun vaxtilə dizindən aldığı zədə bizi narahat edirdi. Biz onu yoxladıq. Dizində heç bir problem yox idi. Başqa bir zədə aldı. O zədə də 4-5 dəfə təkrarlandı. 4 ay ərzində komanda ilə cəmi bir məşqdə iştirak etmişdi. Oturduq söhbət etdik, düşündük ki, ona uzunmüddətli müalicə lazımdır. Yaxşı olar ki, Avropada bərpa prosesi keçsin. Ola bilər ki, bir məşqçi olaraq gələcəkdə Tillə qarşılaşım. Çünki futbolçu olaraq onu çox bəyənirəm. Düşünürəm ki, hər iki tərəf üçün doğru qərar oldu.

Tyaqo Silvanın “Sabah”la oyundakı qollarda səhvi yox idi. Qərar həmin matçdan öncə verilmişdi. Demişdim ki, “Sumqayıt” və “Karvan-Yevlax”la oyunlarda Aydın Bayramova şans verəcəm. O, bizim üçün dəyərlidir. Aydının ötən mövsüm ikinci yeri tutmağımızda böyük rolu oldu. Amma bir nömrəli qapıçımız Silvadır. Hamımız başa düşürük ki, Aydının millidə debüt etmək üçün şansı var. Məşqçilər bütün yerli qapıçıları gözdən keçirəcək.

Eldar Quliyevin ümumi çıxışından çox razıyam. Onun gəldiyi mövsümdə komanda uğursuz oldu, 5-ci yeri tutduq. Amma sonrakı illərdə Eldarın böyük əməyi olub. Sadəcə olaraq bir az uğursuzluq yaşadı. Ötən mövsüm sona 3-4 tur qalmış zədələndi. Təlim-məşq toplanışında yenidən zədə aldı. 3-4 ay yaxşı məşq edə bilmədi. Yavaş-yavaş ona şans verməyə başlamışıq. Yaxın gələcəkdə daha çox oynayacaq”.

The post “Rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur” – Rəşad Sadıqov appeared first on Komanda.az.

“İkinci hissədə biz daha üstün idik” – Saşa İliç

25 October 2025 at 21:37

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 9-cu turu çərçivəsində səfərdə “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra bunları söyləyib:

“Zirə” çox çətin rəqibdir. Birinci hissədə, xüsusilə də ilk 25 dəqiqədə niyə zəif oynadığımızı başa düşmədim. Amma ikinci yarıda biz daha üstün idik. Birinci hissədə də bu cür oynasaydıq, nəticə başqa cür olardı”.

The post “İkinci hissədə biz daha üstün idik” – Saşa İliç appeared first on Komanda.az.

“Sumqayıt” “Zirə”yə belə uduzdu – VİDEO

25 October 2025 at 21:22

Komanda.az Premyer Liqanın 9-cu turunun “Zirə” – “Sumqayıt” matçının (1:0) videoicmalını təqdim edir:

The post “Sumqayıt” “Zirə”yə belə uduzdu – VİDEO appeared first on Komanda.az.

Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında

25 October 2025 at 21:06

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 57, 70, 79 və 125 kq-da mübarizəyə start verilib.

Muhəmmədəli Əlizadə (57 kq) debütdə özbəkistanlı Nodirbek Cumanazarovla bacarmayıb – 0:10.

Kənan Heybətov (70 kq) kanadalı Koul Koqhilə (10:0), belçikalı Muhammad Abdurahmanova (10:0), ermənistanlı Davit Marqaryana (tuş) və amerikalı Piter Dükə (14:4) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Kənan finalda iranlı Sina Xəliliylə güləşəcək.

Fərid Cabbarov (79 kq) isveçrəli Umar Mavlayevi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qazaxıstanlı Yerxan Abilə 0:5 hesabıyla məğlub olub.

Xetaq Karsanov (125 kq) belaruslu Pavel Cyatlava (12:2) və misirli Abdelrahman Şeyatana (11:0) tam üstünlüklə qalib gəldikdən sonra türkiyəli Hakan Büyükçınqıldan güclü olub – 7:5. Təmsilçimiz yarımfinalda amerikalı Daniel Herreraya da heç bir şans tanımayıb – 12:2. Xetaq finalda iranlı Abolfazl Necadla güləşəcək.

Həlledici qarşılaşmalar sabah keçiriləcək.

The post Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında appeared first on Komanda.az.

“Neftçi” “Abşeron Lions”a uduzdu

25 October 2025 at 20:43

Azərbaycan Basketbol Liqasında 4-cü turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gəlib.

A qrupunun qarşılaşması “Abşeron Lions”un qələbəsi ilə yekunlaşıb – 100:95.

Günün ilk matçında “Naxçıvan” “Sərhədçi”ni üstələyib – 76:69.

Tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda “Sabah” “Gəncə”ni (87:68), “Lənkəran” “Quba”nı (102:87), “Ordu” “Sumqayıt”ı (116:81) məğlub edib.

The post “Neftçi” “Abşeron Lions”a uduzdu appeared first on Komanda.az.

“Sabah” hakimin bu qərarından narazıdır – VİDEO

25 October 2025 at 20:37

“Sabah” Premyer Liqanın 9-cu turunun “Araz-Naxçıvan”la səfər matçının son saniyələrindəki hakim qərarından narazı qalıb.

Komanda.az xəbər verir ki, hakimin qayda pozuntusu qeydə almasından sonra Naxçıvan təmsilçisi bərabərlik qolunu vurub.

Həmin anın görüntüsü ilə sizi də tanış edirik.

Xatırladaq ki, qarşılaşma 2:2 hesabıyla yekunlaşıb.

The post “Sabah” hakimin bu qərarından narazıdır – VİDEO appeared first on Komanda.az.

“Barselona”nın işi çətinləşib

25 October 2025 at 20:00

“Hoffenhaym”ın hücumçusu Fisnik Asllani Avropanın aparıcı klublarının diqqət mərkəzində qalmaqda davam edir.

Daha əvvəl bildirilmişdi ki, 23 yaşlı forvard “Barselona”nın əsas transfer hədəflərindən biridir. Kataloniyalılar növbəti mövsümdə Robert Levandovskinin yerini dolduracaq hücumçu axtarırlar.

Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, “Barselona”nın işi çətinləşib. Çünki Asllani ilə “Tottenhem”, “Çelsi” və “Aston Villa” da maraqlanır. Bu dörd klubun skautları futbolçunun çıxışını yaxından izləyir.

Kosovolu futbolçunun müqaviləsində 30 milyon avrodan çox olmayan sərbəstqalma məbləği qeyd olunub.

The post “Barselona”nın işi çətinləşib appeared first on Komanda.az.

“Sabah” qələbəni son anda əldən verdi – VİDEO

25 October 2025 at 19:29

Komanda.az Premyer Liqanın 9-cu turunun “Araz-Naxçıvan” – “Sabah” matçının (2:2) videoicmalını təqdim edir:

The post “Sabah” qələbəni son anda əldən verdi – VİDEO appeared first on Komanda.az.

Kollina: “İnsanlar məndən üz çevirirdi, çünki fərqli görünüşdə idim”

25 October 2025 at 19:00

UEFA Hakimlər Komitəsinin rəhbəri, sabiq italiyalı hakim Pyerluici Kollina saçlarının tökülməsi səbəbindən insanların ondan üz çevirməsi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun çətin bir sınaq olduğunu bildirib:

“Bu, çətin bir sınaq idi. 24 yaşımda, 1984-cü ilin dekabrında xəstəlik keçirdim. O zaman bu, indiki kimi aydın deyildi. İnsanlar məndən üz çevirirdi, çünki fərqli görünüşdə idim. O qədər fərqli idim ki, bəzi şübhələr yaranmışdı. Aydın deyildi ki, saçı tökülmüş biri hakim işləyə biləcəkmi?

Mənə tövsiyə etdilər ki, saçlarım uzanana qədər gözləyim. Bir neçə ay sonra da uzanmadı, amma yenə də məni hakimlik testindən keçməyə məcbur etdilər. Onlar nə alınacağını görmək istəyirdilər. Mən o insanlara minnətdaram, çünki onları hakimin xarici görünüşü yox, keyfiyyətləri maraqlandırırdı.

Bu bir növ imkan oldu, məni tanınan etdi. Elə o zaman həyatım dəyişdi”.

Kollina 1999-cu ildə UEFA Çempionlar Liqasının finalı, 2004-cü ildə UEFA Kubokunun finalı, 2002-ci ildə dünya çempionatının finalı və 1996-cı ildə Olimpiadanın finalı daxil olmaqla bir çox böyük futbol oyunlarını idarə edib.

The post Kollina: “İnsanlar məndən üz çevirirdi, çünki fərqli görünüşdə idim” appeared first on Komanda.az.

Elmar Baxşıyev: “Sevinirik ki, bir xal qazana bildik”

25 October 2025 at 18:20

“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sabah”la üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən və 2:2 hesabı ilə başa çatan matçdan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı olub. Baxşıyev yaxşı oyuna şahidlik etdiklərini bildirib:

“Yaxşı, dinamik, mübarizəli oyuna şahid olduq. Hər iki komanda oyuna rəng qatırdı. Ümumi olaraq, komandamın çıxışından razıyam. İlk gündən istədiklərimi yerinə yetirirlər.

Bir xal qazandıq. Tək bizə aid deyil, istənilən komanda oyunun 95-ci dəqiqəsində qol vurarsa, belə emosiya nümayiş etdirməsi normaldır. Sevinirik ki, bir xal qazana bildik.

İstəyərdim ki, belə oyuna, bu cür tempə 2-3 dəqiqə baxılmasın. Çünki futbolçular da həmin tempə çatmaq üçün çox çalışırlar. Yenə də hakimliyin üzərinə getmək istəmirəm. Görünən odur ki, bizə daha fərqli yanaşırlar. Təkcə meydanda deyil, kənardan da bizə maneə olmağa çalışırlar”.

“Araz-Naxçıvan” növbəti turda “Sumqayıt”ın qonağı olacaq.

Fəxri Rüstəmli

The post Elmar Baxşıyev: “Sevinirik ki, bir xal qazana bildik” appeared first on Komanda.az.

Dambrauskas: “Oyunun sonunda hakimin əleyhimizə verdiyi qərar mənə də müəmmalı gəldi”

25 October 2025 at 18:14

“Sabah” Azərbaycan Premyer Liqasının 9-cu turunda bu gün “Araz-Naxçıvan”la qarşılaşıb.

Komanda.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı olub. Litvalı mütəxəssis 2:2 hesabı ilə başa çatan oyunu belə şərh edib:

“Çətin oyun oldu. Düşünürəm ki, ilk hissədə topa daha çox nəzarət edən tərəf biz idik. Rəqibə çox fürsətlər vermədik.

İkinci hissənin əvvəli çox da xoşuma gəlmədi. Sanki yuxuladıq. Rəqib daha çox təzyiq edirdi. Biz qol vurduq, daha sonra rəqib fərqləndi. Oyun daha da açıldı.

Oyunun sonunda hakimin bizim əleyhimizə verdiyi qərar mənə də müəmmalı gəldi. Hakimlər Komitəsinin sədri bu qərarı necə dəyərləndirəcək, bilmirəm. Amma son saniyələrdə verilən bu cərimə zərbəsi bizə çox böyük zərər verdi”.

“Sabah” növbəti turda “Qəbələ”ni qəbul edəcək.

Fəxri Rüstəmli

The post Dambrauskas: “Oyunun sonunda hakimin əleyhimizə verdiyi qərar mənə də müəmmalı gəldi” appeared first on Komanda.az.

“Birinci hissədə etdiyimiz səhvlərin ucbatından toparlana bilmədik”

25 October 2025 at 18:00

“Sərhədçi” basketbol komandası “Naxçıvan”la oyunun ilk hissəsində etdiyi səhvlərə görə toparlana bilməyib.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Anar Sarıyev qarşılaşmadan sonra açıqlama verib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının 4-cü turunda məğlub olduqları qarşılaşma (69:76) haqqında fikirlərini bölüşüb:

“İlk yarını çox pis oynadıq. Demək olar ki, birinci hissədə etdiyimiz səhvlərin ucbatından 3-cü və 4-cü periodda da toparlana bilmədik. Hələ də komandaya inanıram. Düşünürəm ki, növbəti matçlarda daha yaxşı oynayacağıq, özümüzü göstərəcəyik. Bu, komanda idman növüdür və biz elə etməliyik ki, 12 oyunçunun hamısı hər zaman hazır olsun. Hər kəs maksimum dərəcədə komandaya töhfə verməlidir. Gələn oyunlarda daha da yaxşı olacağıq”.

The post “Birinci hissədə etdiyimiz səhvlərin ucbatından toparlana bilmədik” appeared first on Komanda.az.

“Qarabağ”ın futbolçusu: “Bu, mənim üçün xoş bir sürpriz oldu”

25 October 2025 at 17:29

“Qarabağ”ın kabo-verdeli futbolçusu Leandro Andrade Avropa futbolu tarixində nadir bir uğura imza atıb. O, fərqli UEFA turnirlərində — Çempionlar Liqası və Avropa Liqası  — hər ikisində ilk dəqiqədə qol vuran ilk futbolçu olub.

Komanda.az xəbər verir ki, Andrade klubun rəsmi saytına müsahibəsində bu barədə və qarşıdakı oyunlar haqda danışıb.
 
– Leandro, Avropa futbolunda tarix yazmısan. Bu xəbəri eşidəndə hansı hissləri keçirdin?
– Açığı, təəccübləndim. Oyundan sonra xəbərləri görənə qədər bu rekordu qırdığımı bilmirdim. Bu, mənim üçün xoş bir sürpriz oldu. Belə bir nəticə əldə etdiyimə görə şadam. Həmin gün daha yaxşı ola biləcək yeganə şey oyunu qazanmaq olardı.

– “Hakken” və FKSB-yə qarşı ilk dəqiqədə vurduğun qollardan sonra “Atletik”ə qarşı da eyni hal təkrarlanıb. Bu ardıcıllıq təsadüfdür, yoxsa Qurban Qurbanovun tapşırıqlarının nəticəsidir?
– Bu, təsadüf deyil. Baş məşqçimiz Qurban Qurbanov daim bizə ilk dəqiqədən diqqətli və fokuslanmış şəkildə başlamağı tapşırır. Mən də çalışıram, bunu meydanda maksimum dərəcədə tətbiq edim. Əlbəttə, bu statistikanı artırmaq istəyirəm, amma növbəti dəfə təki oyunun sonu qələbə ilə bitsin. Bilbaodakı oyunda fərdi olaraq tarix yazdım, amma “Hakken”lə qarşılaşmada biz komanda olaraq tarix yaratdıq, çünki o qələbə ilə qrup mərhələsinə vəsiqə qazandıq. Mənim üçün ən sevimli qol da məhz həmin oyunda vurduğum qoldur.

– “Atletik”lə görüşdə erkən qol vursan da, nəticə istədiyiniz kimi olmadı. Oyunda nələri daha yaxşı etmək olardı?
– Oyunda həm yaxşı, həm də pis anlarımız oldu. Düşünürəm ki, “Atletik”ə qarşı daha yaxşı oynamaq potensialımız var. Nəticəyə görə məsuliyyət bizə aiddir, daha yaxşı çıxış edə bilərdik. Aleksey Kaşukun epizodu ilə oyunun taleyini dəyişmək ərəfəsində idik. O, fürsəti qaçırmadı, sadəcə çox düzgün qərar verdi, amma Yurinin müdaxiləsi həqiqətən möhtəşəm idi — buna da haqqını vermək lazımdır.

– Növbəti turda, noyabrın 5-də “Qarabağ” Bakıda “Çelsi” ilə qarşılaşacaq. Komandanın əhval-ruhiyyəsi necədir?
– “Çelsi”yə qarşı oyun çox həyəcanlı olacaq. Amma etiraf edim ki, indi hələ o matç haqqında yox, daha çox hazırlıq prosesi barədə düşünürəm. Qarşımızda iki liqa oyunu var, məşqlərdə bəzi detalları təkmilləşdirməliyik. Komandanın məqsədi hər görüşdə bir az da inkişaf etməkdir. Mən də hazırda buna fokuslanmışam.

The post “Qarabağ”ın futbolçusu: “Bu, mənim üçün xoş bir sürpriz oldu” appeared first on Komanda.az.

Ronaldo yuxunun önəmindən danışdı

25 October 2025 at 16:47

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo optimal fiziki formanın qorunmasında yuxunun önəmini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yatmalı və oyanmalı olduğu vaxtı dəqiq izlədiyini söyləyib:

“Mən yatmalı və oyanmalı olduğum vaxtı dəqiq izləyirəm. Həyatımızda sağlamlığı qorumaq baxımından bəlkə də, ən vacib şey budur”.

O, bildirib ki, adətən gecə yarısından gec olmayaraq yatır.

40 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 7 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

The post Ronaldo yuxunun önəmindən danışdı appeared first on Komanda.az.

“Komandamdan çox razıyam” – “Naxçıvan”ın baş məşqçisi

25 October 2025 at 16:37

“Naxçıvan”ın baş məşqçisi Nikola Bozinoski klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, mütəxəssis Azərbaycan Basketbol Liqasının 4-cü turunda “Sərhədçi”yə qalib gəldikləri qarşılaşma haqqında (76:69) fikirlərini bölüşüb:

“İlk olaraq, rəqibi təbrik edirəm. Yaxşı mübarizə apardılar. Birinci hissəni çox yaxşı başa vurduq. İkinci yarıya isə çox pis start verdik. Düşünürəm ki, buna hakim səhvləri çox təsir etdi. Amma daha sonra öz oyunumuza qayıda bildik. Ümumilikdə, üçüncü periodu heç də yaxşı keçirmədik və yalnız bu periodda geriyə düşdük. Oyun zamanı yaxşı xaraktet göstərdik. Yekunda qələbə qazanmağı bacardıq. Komandamdan çox razıyam”.

The post “Komandamdan çox razıyam” – “Naxçıvan”ın baş məşqçisi appeared first on Komanda.az.

Qızı Ançelottinin Qattuzo ilə küsülü olmasının səbəbini açıqladı

25 October 2025 at 16:19

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin qızı Katya atasının Cennaro Qattuzo ilə niyə danışmadığını açıqlayıb.

Komanda.az “Corriere della Sera”-ya istinadən xəbər verir ki, o, altı il əvvəl baş vermiş hadisələri xatırladıb:

“O vaxtdan bəri onlar danışmayıblar və görüşməyiblər. Atam məyus idi və heç nə baş verməmiş kimi davranmır. Qattuzo o vaxtdan bəri ona zəng etməyib.

Bəlkə də, onları dünya çempionatında görəcəyik, ümid edirik ki, İtaliya orada iştirak edəcək. Braziliya – İtaliya finalı möhtəşəm olardı. Sonuncu dəfə belə final 1994-cü ildə olub, o vaxt atam Arriqo Sakkinin köməkçisi idi. Bəs Qattuzo harada idi?”

Ançelotti “Napoli”dən uğursuz nəticələr səbəbindən istefa verəndə yerinə Qattuzo gətirilmişdi. Ondan əvvəl Qattuzo “Milan”da onun rəhbərliyi altında oynayırdı və Ançelottiyə baş verənləri xəbər verməmişdi. Bu isə məşqçilər arasında soyuqluğa səbəb olmuşdu. Hazırda 47 yaşlı Qattuzo İtaliya millisinə rəhbərlik edir.

The post Qızı Ançelottinin Qattuzo ilə küsülü olmasının səbəbini açıqladı appeared first on Komanda.az.

“Naxçıvan” “Sərhədçi”ni məğlub etdi

25 October 2025 at 15:58

Azərbaycan Basketbol Liqasında 4-cü turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, günün ilk matçında “Sərhədçi” “Naxçıvan”la üz-üzə gəlib. B qrupunun qarşılaşması Naxçıvan komandasının qələbəsi ilə yekunlaşıb – 76:69.

Günün ikinci görüşündə “Neftçi” “Abşeron Lions”la münasibətlərə aydınlıq gətirəcək. A qrupunun matçı saat 18:00-da başlayacaq.

Tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda “Sabah” “Gəncə”ni (87:68), “Lənkəran” “Quba”nı (102:87), “Ordu” “Sumqayıt”ı (116:81) məğlub edib.

The post “Naxçıvan” “Sərhədçi”ni məğlub etdi appeared first on Komanda.az.

Laporta: “Heç vaxt “Barselona”nın qələbələrindən bezmirəm”

25 October 2025 at 15:48

“Barselona”nın prezidenti Xuan Laporta komandanın uğurları barədə danışıb.

Kataloniya klubu ötən mövsüm İspaniyada keçirilən bütün turnirlərdə qalib gələrək, tarixi nəticə göstərib. Üstəlik, komanda “Real”a qarşı keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri “el klasiko” ərəfəsində verdiyi açıqlamada heç vaxt “Barselona”nın qələbələrindən bezmədiyini deyib:

“Mən heç vaxt “Barselona”nın qələbələrindən bezmirəm. Komandanın qalib gəlməsini izləmək bizim azarkeş olaraq qanımıza işləyib. Bu, sadəcə idman uğuru deyil, bundan qat-qat dərin hissdir”.

“Real” – “Barselona” matçı sabah “Santyaqo Bernabeu”da keçiriləcək və saat 19:15-də start götürəcək.

The post Laporta: “Heç vaxt “Barselona”nın qələbələrindən bezmirəm” appeared first on Komanda.az.

Azərbaycan klubu ABŞ-dan olan basketbolçu ilə anlaşıb

25 October 2025 at 15:37

NTD klubu ABŞ-dan olan basketbolçu transfer edib.

Bu barədə Komanda.az-a paytaxt təmsilçisindən məlumat verilib.

Lanqdon Hattonla bir illik müqavilə imzalanıb.

Oyunçu son olaraq Litvanın “Jonava” klubunun şərəfini qoruyub.

The post Azərbaycan klubu ABŞ-dan olan basketbolçu ilə anlaşıb appeared first on Komanda.az.

Sabiq futbolçu “Yuventus”un çempionluq yarışına hazır olmadığını düşünür

25 October 2025 at 15:20

İtaliya millisinin sabiq futbolçusu Fabritsio Ravanelli cari A Seriyası mövsümündə qızıl medallar uğrunda mübarizə barədə fikirlərini açıqlayıb.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, o, çempionluq yarışında favoritlərin “Milan”la “İnter”in olduğunu, “Yuventus”un isə bu mübarizədə hələ bir-iki il vaxta ehtiyac duyduğunu hesab edir:

“Milan” və “İnter” skudetto uğrunda sonadək mübarizə aparacaq. “Yuventus”a vaxt lazımdır, onlar hələ belə komandalarla rəqabət apara bilməzlər. Rəhbərliyə sakit işləmək imkanı vermək lazımdır”.

“Milan” hazırda İtaliya çempionatında 17 xalla turnir cədvəlinin 1-ci, “İnter” isə 15 xalla 2-ci pilləsində qərarlaşıb. “Yuventus” 12 xalla yeddincidir.

The post Sabiq futbolçu “Yuventus”un çempionluq yarışına hazır olmadığını düşünür appeared first on Komanda.az.

“Dias fantastik oyunçudur” – “Bayern” rəsmisi

25 October 2025 at 14:46

“Bayern”in idman direktoru Kristof Freund komandanın vingeri Luis Diasın debüt mövsümünü uğurlu keçirməsi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, kolumbiyalı futbolçunun oyununu yüksək qiymətləndirdiklərini söyləyib:

“Biz Diasın oyunlarını olduqca yüksək qiymətləndiririk. O, əla insandır, çox çalışqan oyunçudur. O, artıq bir çox qol vurub və bir çox məhsuldar ötürmə edib. Dias komandaya böyük dəyər qatan fantastik oyunçudur. Biz çox məmnunuq”.

Dias bu ilin yayında 70 milyon avroya “Liverpul”dan Münhen klubuna keçib. O, bu mövsüm bütün yarışlarda 12 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

The post “Dias fantastik oyunçudur” – “Bayern” rəsmisi appeared first on Komanda.az.

Şahmat: Yeniyetmə və gənclər arasında rapid turniri keçirilib

25 October 2025 at 14:34

Azərbaycan Şahmat Federasiyasının (AŞF) Uşaq-Gənclər Komissiyası Avropa çempionatına hazırlıq məqsədi ilə yeniyetmə və gənclər arasında rapid turniri keçirib.

Bu barədə Komanda.az-a AŞF-dən məlumat verilib. Yarışdan əvvəl millinin üzvləri Məhəmməd Muradlı və Ayan Allahverdiyeva gənc şahmatçılarla təcrübəsini bölüşüblər.

40 şahmatçının iştirak etdiyi turnirdə 6 xal toplayan Məhəmməd Muradlı birinci yeri tutub. Qalibdən yarım xal geri qalan Allahverdi Həmidov ikinci, 5 xalı olan Paşam Əlizadə isə üçüncü olub.

The post Şahmat: Yeniyetmə və gənclər arasında rapid turniri keçirilib appeared first on Komanda.az.

Yunanıstan klubu “Qarabağ”ın futbolçusundan əl çəkmir

25 October 2025 at 13:22

“Panatinaikos” “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçi transfer etməkdə qərarlıdır.

Komanda.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, onlar “Qarabağ”ın “Atletik”ə oyununa (1:3) skautlarını da göndəriblər.

Yunanlar bir ilə yaxındır ki, monteneqrolu futbolçunu yaxından izləyir. Klub yayda onu transfer etmək istəsə də, Yankoviç bu təklifi geri çevirib. Amma “Panatinaikos” bu “sevda”dan əl çəkənə oxşamır.

30 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsinin müddati 2027-ci ilin yayına qədərdir.

The post Yunanıstan klubu “Qarabağ”ın futbolçusundan əl çəkmir appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibindən 2 futbolçusu ilə yeni müqavilə

25 October 2025 at 12:41

“Napoli” rəhbərliyi komandanın iki gənc oyunçusu – hücumçu Cüzeppe Ambrozino və yarımmüdafiəçi Antonio Verqara ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə məlumat İtaliya klubunun rəsmi saytında yer alıb. Yeni razılaşmaya əsasən, hər iki futbolçu 2030-cu ilin yayına qədər “Napoli”nin heyətində qalacaq.

Verqara klubun akademiyasının yetirməsidir. O, bu mövsüm əsas komandada 1 oyuna çıxıb. Ambrozino isə “Napoli”yə 2013-cü ildə qoşulub. Onun hesabında əsas heyətdə 2 oyun var.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibindən 2 futbolçusu ilə yeni müqavilə appeared first on Komanda.az.

Ukraynalı hücumçu narazıdır

25 October 2025 at 12:20

Ukraynalı hücumçu Artyom Dovbik yaxın transfer pəncərəsində “Roma”dan ayrılmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.

28 yaşlı futbolçu komandadakı vəziyyətindən narazıdır və daha çox oyun praktikası əldə edə biləcəyi klub axtarır. Hazırda Dovbik bu məsələdə öz meneceri ilə birgə müxtəlif variantları dəyərləndirir.

Cari mövsümdə A Seriyasında 6 oyun keçirən hücumçu 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Roma” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post Ukraynalı hücumçu narazıdır appeared first on Komanda.az.

“Şəmkir” Nadirovla vidalaşdı, “sükan”ı müvəqqəti baş məşqçiyə tapşırdı

25 October 2025 at 12:14

Azərbaycan 2-ci Liqasında çıxış edən “Şəmkir”ə müvəqqəti yeni baş məşqçi təyin edilib.

Komanda.az xəbər verir ki, Vüqar Nadirovla vidalaşan qərb təmsilçisini onun köməkçisi olmuş Kamran İsmayılov çalışdıracaq.

Bildirilib ki, komandaya qarşıdakı turlarda İsmayılov rəhbərlik edəcək və məşq prosesi onun nəzarəti altında davam edəcək.

“Şəmkir” çempionatda geridə qalan 6 tura 9 xal toplayıb. Liderlərin 15 xalı var.

The post “Şəmkir” Nadirovla vidalaşdı, “sükan”ı müvəqqəti baş məşqçiyə tapşırdı appeared first on Komanda.az.

Platini: “Məni məhv etmək istəyirdilər”

25 October 2025 at 11:45

UEFA-nın sabiq prezidenti Mişel Platini özünə qarşı iddia olunan korrupsiya ittihamlarına münasibət bildirib.

Komanda.az “Il Messaggero”-ya istinadən xəbər verir ki, o, FİFA və İsveçrə prokurorlarını sərt tənqid edib:

“İsveçrəli prokurorlar təqaüdə çıxandan sonra FİFA-da işləmək istəyirdilər. Hər şey eyni insanların əlindədirsə, bu, əsl mafiya deməkdir. Onlar məni məhv etmək qərarına gəlmişdilər. Amma bu, onlarda baş tutmadı”.

Platiniyə qarşı maliyyə pozuntuları ilə bağlı ittihamlar irəli sürülmüşdü, ancaq onun günahı sübuta yetirilmədi.

Fransa futbolunun tanınmış siması UEFA-nın prezidenti vəzifəsini 2007–2016-cı illərdə icra edib. O, futbolçu karyerası ərzində “Nansi”, “Sent-Etyen”, “Yuventus” və Fransa millisinin şərəfini qoruyub.

The post Platini: “Məni məhv etmək istəyirdilər” appeared first on Komanda.az.

“Qyokereşə vaxt verin” – Sabiq futbolçu

25 October 2025 at 11:11

“Arsenal”ın sabiq qapıçısı Devid Simen komandanın hücumçusu Viktor Qyokereş haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, isveçli futbolçunun zamanla daha yaxşı olacağını söyləyib:

“Qyokereş kluba, yeni komanda yoldaşlarına və Premyer Liqanın tempinə öyrəşir. Gördüyümüz kimi, o, fiziki cəhətdən güclü oyun oynamağı sevir, sadəcə ona vaxt verin. O, getdikcə daha yaxşı görünür, formasını bərpa edir və əminəm ki, tezliklə daha çox qol vurmağa başlayacaq”.

27 yaşlı forvard bu ilin yayında “Sportinq”dən “Arsenal”a keçib. O, Çempionlar Liqasında “Atletiko” üzərində 4:0 hesablı qələbə qazandıqları oyunda iki qol vurub.

The post “Qyokereşə vaxt verin” – Sabiq futbolçu appeared first on Komanda.az.

Alonso türk futbolçunu Virtslə müqayisə etdi

25 October 2025 at 10:17

“Real”ın baş məşqçisi Xabi Alonso komandanın türkiyəli yarımmüdafiəçisi Arda Güləri “Liverpul”un futbolçusu Florian Virtslə müqayisə edib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu deyib:

“Ardanın irəliləyişindən çox məmnunam, amma daha çoxunu istəyirik. Virts “Bayer”də də eyni idi. O, gəncdir, amma artıq əla oyunçudur. Virts hələ də inkişaf edir, lakin çox yüksək səviyyədədir”.

İspaniyalı məşqçi “Bayer”də Virtslə çalışıb. Daha sonra 22 yaşlı yarımmüdafiəçi 125 milyon avroya Leverkuzen klubundan “Liverpul”a keçib. O, bu mövsüm 12 matçda 3 məhsuldar ötürmə edib.

Arda Gülər isə 2025/2026 mövsümündə 18 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

The post Alonso türk futbolçunu Virtslə müqayisə etdi appeared first on Komanda.az.

Günün oyunları – TV

25 October 2025 at 09:30

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

25 oktyabr

Azərbaycan, Premyer Liqa
16:00 Araz-Naxçıvan – Sabah (CBC Sport)
18:30 Zirə – Sumqayıt (CBC Sport)

İspaniya, La Liqa
16:00 Jirona – Ovyedo (İdman TV)
20:30 Atletik – Xetafe (Futbol 2)
23:00 Valensiya – Vilyarreal (Futbol 2)

İtaliya, A Seriyası
17:00 Parma – Komo (Futbol 3)
20:00 Napoli – İnter (Futbol 1, Matç TV)
22:45 Kremoneze – Atalanta (Futbol 1)

Almaniya, Bundesliqa
17:30 Borussiya M – Bayern (S Sport+)

İngiltərə, Premyer Liqa
18:00 Çelsi – Sanderlend (beİN Sports 3)
20:30 Mançester Yunayted – Brayton (İdman TV)
23:00 Brentford – Liverpul (İdman TV)

Türkiyə, Super Liqa
18:00 Kocaelispor – Alanyaspor (beİN Sports 1)
21:00 Trabzonspor – Eyüpspor (Futbol 3, beİN Sports 1)

Fransa, Liqa 1
19:00 Brest – PSJ (beİN Sports 4)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Almaniyalı hücumçu “Bayern”də oynamaq istəyir

25 October 2025 at 08:29

“Nyukasl”ın hücumçusu Nik Voltemade gələcəkdə özünü hansı klubda görmək istədiyini artıq müəyyənləşdirib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, almaniyalı forvard bir gün “Bayern”in heyətində çıxış etməyi arzulayır.

Münhen təmsilçisi yay transfer pəncərəsi zamanı Voltemadeni almağa cəhd edib, ancaq “Ştutqart” təklif olunan şərtlərlə razılaşmayıb. Daha sonra onun transferini “Nyukasl” reallaşdırıb və ingilislər xeyli yüksək məbləğ ödəyiblər.

23 yaşlı futbolçu “Bayern”ə keçmək istədiyini gizlətmir, ancaq bunun yaxın illərdə baş verəcəyinə inanmır. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2030/31 mövsümünün sonuna kimidir.

The post Almaniyalı hücumçu “Bayern”də oynamaq istəyir appeared first on Komanda.az.

“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi

26 October 2025 at 20:23

Oktyabrın 24-də Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündəki hər iki qarşılaşmada bölgə komandaları üz-üzə gəlib.

Əvvəlcə Şamaxı şəhər stadionunda “Karvan-Yevlax” “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirib. Görüş Tovuz təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Günün son matçında “Kəpəz” Qəbələdə “İmişli” ilə görüşüb. Qonaqlar bu matçda darmadağına seviniblər.

Dünən daha iki oyun olub. Günün ilk matçı Masazırda təşkil olunub. Meydan sahibi qismində “Araz-Naxçıvan” “Sabah”la qarşılaşıb. Dörd qolluq görüşdə qalib müəyyənləşməyib.

“Zirə” isə bu turda “Sumqayıt”ı qəbul edib və minimal hesabla qalib gəlib.

Turun qalan oyunları bu gün keçirilib. Əvvəlcə “Qəbələ” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Paytaxt təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib. “Ağ-qaralar”ın yeni transferi Vensan Abubakar debüt matçında komandasının qələbəsinə 1 qol və 1 assistlə yardım edib.

Turun son oyununda isə “Qarabağ” “Şamaxı” ilə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb.

Azərbaycan Premyer Liqası, 9-cu tur

24 oktyabr

Karvan-Yevlax – Turan Tovuz 1:2
Qollar: Sno, 69 – Serrano 71. Olabe, 77.
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu, 14:30

Karvan-Yevlax: 1. Kamran İbrahimov 7. Araz Abdullayev 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 33. Eltun Turabov 18. Süleyman Əhmədov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 21. İmani Barker
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 12. Vitor Roşa 37. Mois Nqvisani 3. Said İranxan 8. Peter Kings 10. Samuel Durrant 4. Olavale Doyeni
Baş məşqçi: Azər Həşimov

Turan Tovuz: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 99. Vadji İbrahima
Baş məşqçi: Kurban Berdiyev

Kəpəz – İmişli 0:3
Qollar: Juninyo, 45+2. Dioqo Almeyda, 60. Rafael Vyeqas, 85.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu, 17:00

Kəpəz: 22. Məmməd Hüseynov 27. Məqsəd İsayev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 1. Kaçper Rosa 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 5. Rauf Hüseynli 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 55. Kresus Donqo
Baş məşqçi: Azər Bağırov

İmişli: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 11. Vüsal Qənbərov 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 44. Həzrət İsayev 3. Tuncay Yusifli 10. Nikola Karaklaiç 17. Ezekiel Morqan
Baş məşqçi: Jorj Kaşkilya

25 oktyabr

Araz-Naxçıvan – Sabah 2:2
Qollar: İssuf Paro, 58. Ba-Muaka Simakala, 90+9- Stiv Solvet, 54. Coy Lens Mikels, 73-pen.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Emin Cəfərov
Bank Respublika Arena, 16:00

Araz-Naxçıvan: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 2. Qara Qarayev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev

Sabah: 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 33. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 8. Ayaz Quliyev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 40. İqor Noqeyra 70. Cesse Sekidika 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

Zirə – Sumqayıt 1:0
Qol: Brahim Konate, 37.
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Zirə İdman Kompleksinin stadionu, 18:30

Zirə: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 14. Pedro Pinto, 10. Nikola Ninkoviç, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.

26 oktyabr

Qəbələ – Neftçi 0:2
Qollar: İfeanyi Metyu, 71. Vensan Abubakar, 81.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu, 16:00

Qəbələ: 1. Səlahət Ağayev  28. Murad Musayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 42. Jandro Fuks 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 7. Rüfət Əhmədov 66. Nuğay Rəşidov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 3. Eduardo Kunde 70. Paulo Quimbila 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze 

Neftçi: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 4. Elvin Camalov 15. Elvin Bədəlov 14. Edvin Kuç 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 9. Bassala Sambu 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 6. Sessi Dalmeyda 18. İfeanyi Metyu 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Samir Abasov 

Qarabağ – Şamaxı 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”, 18:30

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.

The post “Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi appeared first on Komanda.az.

❌
❌