Normal view

Today — 27 April 2026Main stream

Ozan Can Kökçü “Herkales”ə qarşı oynamadı

27 April 2026 at 12:00

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü “Volendam”ın ötən gecə keçirdiyi oyunda iştirak etməyib.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 31-ci turunda “Herakles”lə qarşılaşıb.

“Volendam” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Ozan bu görüşün sonunadək ehtiyatda qalıb.

“Volendam” 31 turdan sonra 31 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Ozan bu oyunların 27-də iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 30 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Djioyev: “Bu medalın əyarını qızıla çevirəcəyəm”

27 April 2026 at 11:30

Sərbəst güləş üzrə Avropa ikincisi olmuş Azərbaycan təmsilçisi Arseniy Djioyev (86 kq) çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Allaha şükür olsun ki, bu nəticəni əldə etdim. Fürsətdən istifadə edib, Azərbaycan Güləş Federasiyasına, məni dəstəkləyən hər kəsə öz minnətdarlığımı bildirmək istəyirəm. Bizə bu cür şərait yaradan federasiyamıza təşəkkür edirəm. Çəkdiyimiz əziyyət onu göstərir ki, gələcəkdə qızıl medal da əldə bilərik. Çalışacağam ki, bu medalın əyarını qızıla çevirim”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş yarışa 86 kq çəki dərəcəsində qatılmış Arseniy Djioyev (86 kq) əvvəlcə ukraynalı Denis Bikova (10:0), daha sonra moldovalı Yevgeni Mihaelkana (11:0) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə isə latviyalı İvars Samusonok vaxtından əvvəl xalçanı məyus tərk edib – 12:2. Arseniy finalda rusiyalı İbrahim Kadiyevlə üz-üzə gəlib. O, minimal fərqlə məğlub olub (1:2) və gümüş medala sahib çıxıb.

Renat Dadaşov “Vidzev”lə matçda da ehtiyatda qaldı

27 April 2026 at 11:00

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasının “Vidzev”ə qarşı keçirdiyi oyunu buraxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 30-cu turu çərçivəsində “Vidzev”lə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə səfərdə üz-üzə gəlib və 0:2 hesablı məğlubiyyətə üzülüb. Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

30 turdan sonra 39 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 30 oyunda 9 qələbə qazanıb, 12 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 20 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Turan Bayramov: “Hədəfim Avropa çempionu olmaq idi”

27 April 2026 at 10:30

Sərbəst güləş üzrə Avropa ikincisi Turan Bayramov (74 kq) Albaniyada keçirilmiş yarışla bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Hədəfim Avropa çempionu olmaq idi. Artıq ikinci dəfədir ki, bu şansı əldən verirəm. Çox təəssüflənirəm. Final görüşündə taktiki səhv etdim. Bütün hesablarım 3:0-dan sonra puça düşdü. Bu medalı qızıla çevirmək üçün əlimdən gələni edəcəyəm. Rəqiblə güləş üslubumuz tamam fərqlidir. O, rəqibi tutub saxlamaqla fəndi edir. Mənə açıq güləşən rəqiblər daha rahat olur. Bu idmançı isə ancaq fiziki gücün hesabına, döşəkdən kənarlaşdıraraq üstünlük əldən edir. Bu, mənim güləş üslubuma əks olduğu üçün çətinlik çəkirəm. Yunan-Roma güləşində 77 kq, sərbəst güləşdə isə 74 kq ən çox rəqabətin olduğu çəkidir. Hər bir medal idmançı üçün dəyərlidir”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş Avropa çempionatında 74 kq çəki dərəcəsində yarışan Turan Bayramov startda çətinliklə də olsa, neytral atlet statusuyla Avropa çempionatına qatılmış Fərhad Nurixorjestana minimal fərqlə (3:2) qalib gəlib. Güləşçimiz 1/4 finalda belaruslu Nikita Mayevskiyə heç bir şans tanımayıb – 8:0. Yarımfinalda gürcüstanlı Georgi Elbakidzeni (2:1) üstələmiş Bayramov finala yüksəlib. Turan həlledici görüşdə slovakiyalı Taymuraz Salkazanovla qarşılaşıb. Güləşçimiz rəqibinə 2:4 fərqlə uduzub və gümüş medalı boynundan asıb.

Cəlal Hüseynov “Botev”ə qarşı bir hissə oynadı

27 April 2026 at 10:00

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 31-ci turu çərçivəsində Plovdiv “Botev”i ilə qarşılaşıb.

“Arda” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Hüseynov fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb.

“Arda” 31 turdan sonra 44 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 12 qələbə qazanıb, 8 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 80 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Cəbrayıl Hacıyev: “Çempion olmaq istəyirdim”

27 April 2026 at 09:30

Sərbəst güləş üzrə Avropa üçüncüsü Cəbrayıl Hacıyev (79 kq) Albaniyada keçirilmiş turnirlə bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Şükürlər olsun, komanda olaraq yaxşı çıxış etdik. Kislovodskidə yaxşı təlim-məşq toplanışı keçdik. Axırıncı hazırlığımız Bakıda oldu. Müəllimlərimin hamısı yanımda idi. Bu mənim böyüklərin Avropa çempionatında ikinci çıxışım idi. Əlbəttə, çempion olmaq istəyirdim. Bu dəfə üçüncü yerə çıxdım. İnşallah, gələn il daha da yaxşı hazırlaşıb, bu medalın əyarını qızıl edərəm. Qarşıdan dünya çempionatı gəlir. Ona da yaxşı hazırlaşacağam”.

Xatırladaq ki, Cəbrayıl Hacıyev (79 kq) Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş Avropa çempionatının 1/4 finalında slovakiyalı Avropa çempionu və dünya mükafatçısı Axsarbek Qulayevdən güclü olub – 7:2. Ancaq yarımfinalda belaruslu olimpiya və Avropa mükafatçısı Maqamedxabib Kadimaqamedova 1:5 hesabıyla məğlub olub. Güləşçimiz üçüncü yer uğrunda görüşdə Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevə şans tanımayıb – 8:0. Bununla da Cəbrayıl Avropa çempionatının bürünc medalını boynundan asıb və karyerasının ən böyük uğuruna imza atıb.

Premyer Liqa: “Turan” “Zirə”yə, “Sabah” “Karvan”a qarşı

27 April 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-сu turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Turan Tovuz” ilə “Zirə” arasında keçiriləcək. Tovuz şəhər stadionunda təşkil ediləcək görüşə saat 18:00-da start veriləcək. Oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.

Turun qapanış oyununda isə “Sabah” “Karvan”la üz-üzə gələcək. “Masazır Arena”da baş tutacaq görüşün start fiti saat 20:00-da səslənəcək. Oyunu Kamranbəy Rəhimov idarə edəcək.

Premyer Liqa
29-cu tur
25 aprel

“İmişli” – “Sumqayıt” 0:2
Qollar: Aleksandr Ramalinqom, 35; 85.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov.
VAR: Elvin Bayramov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qəbələ” – “Araz-Naxçıvan” 1:1
Qollar: Ömər Buludov, 75-öz qapısına – İssuf Paro, 82.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 18:30.

26 aprel

“Şamaxı” – “Kəpəz” 2:0
Qollar: Rikardo Apolinario, 68. Andrey Tırkovyanu, 75.
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Emin Əliyev.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı şəhər stadionu, 16:00.

“Neftçi” – “Qarabağ” 1:5
Qollar: Elvin Bədəlov, 20 – Musa Qurbanlı, 9; 32. Xoni Montiel, 38. Leandro Andrade, 68. Emmanuel Addai, 90+3.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi Arena”, 19:00.

27 aprel

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.

“Sabah” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
“Masazır Arena”, 20:00.

La Liqa: “Vilyarreal” evdə, “Elçe” səfərdə qalib gəldi

27 April 2026 at 01:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Rayo Valyekano” – “Real Sosyedad” matçında qalib müəyyənləşməyib. “Real Ovyedo”nun qonağı olan “Elçe” səfərdə qalib gəlib. “Osasuna” “Sevilya”nı, “Vilyarreal” da “Selta”nı məğlub yola salıb.

32-ci tura aprelin 27-də keçiriləcək “Espanyol” – “Levante” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa
32-ci tur
24 aprel

Betis – Real 1:1
Qollar: Belyerin, 90+4 – Vinisius, 17.

25 aprel

Alaves – Malyorka 2:1
Qollar: T.Martines, 56; 69 – Vircill, 18.

Xetafe – Barselona 0:2
Qollar: Fermin Lopes, 45. Raşford, 74.

Valensiya – Jirona 2:1
Qollar: Ramazani, 50. U.Sadiq, 59 – Roka, 63.

Atletiko – Atletik 3:2
Qollar: Qrizmann, 49. Sörlot, 54; 90+3 – Paredes, 23. Quruseta, 90+7.

26 aprel

Rayo Valyekano – Real Sosyedad 3:3
Qollar: Kamello, 30. Leyeune, 84. Alemao, 90+9 – Oyarsabal, 22; 76-pen. Oskarsson, 63.

Real Ovyedo – Elçe 1:2
Qollar: Çayra, 76 – Biqas, 6. Vilyar, 16.

Osasuna – Sevilya 2:1
Qollar: R.Qarsiya, 80. Katena, 90+9 – Maupay, 69.

Vilyarreal – Selta 2:1
Qollar: Moreno, 2-pen. Pepe, 29 – B.İqlesias, 73-pen.

27 aprel

23:00. Espanyol – Levante

A Seriyası: “İnter” xal itirdi, “Milan”la “Yuve”…

27 April 2026 at 00:50

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə 4 qarşılaşma baş tutub.

“Fiorentina” – “Sassuolo” və “Milan” – “Yuventus” matçlarında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Torino” – “İnter” matçında da qalib müəyyənləşməyib. “Cenoa”nın qonağı olmuş “Komo” isə turu inamlı qələbə ilə başa vurub.

34-cü turun qalan görüşləri aprelin 27-də keçiriləcək.

İtaliya, A Seriyası
34-cü tur
24 aprel

Napoli – Kremoneze 4:0
Qollar: Maktominey, 3. Höylund, 45. De Bröyne, 45+3. A.Santos, 52.

25 aprel

Parma – Piza 1:0
Qol: Elfeqe, 82.

Bolonya – Roma 0:2
Qollar: Malen, 7. El-Aynaui, 45+1.

Verona – Leççe 0:0

26 aprel

Fiorentina – Sassuolo 0:0

Cenoa – Komo 0:2
Qollar: Duvikas, 10. Diao, 68.

Torino – İnter 2:2
Qollar: Simeone, 70. Vlaşiç, 79-pen – M.Türam, 23. Bissek, 61.

Milan – Yuventus 0:0

27 aprel

20:30. Kalyari – Atalanta
22:45. Latsio – Udineze

Liqa 1: “Lill” və “Renn”dən növbəti qələbə

27 April 2026 at 00:40

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Səkkiz qolun qeydə alındığı “Havr” – “Mets” matçında qalib müəyyənləşməyib. “Olimpik” (Marsel) – “Nitsa” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Loryan” doğma meydanda “Strasburq”a, “Paris” isə “Lill”ə məğlub olub. “Renn” də “Nant”la ev oyunundan çətin qələbə ilə ayrılıb.

Beləliklə, cari mövsümün geridə qalmış 31 turundan sonra 69 xal toplamış PSJ vahid liderdir. “Lans” 63 xalla ikinci pillədə qərarlaşıb. Lion “Olimpik”i ilə “Lill” 57, “Renn” 56, Marsel “Olimpik”i 53, “Monako” 51 xal toplayıb.

Fransa, Liqa 1
31-ci tur
24 aprel

Brest – Lans 3:3
Qollar: Quindo, 7. Tüzar, 25. Ebimbe, 42 – Toven, 60. Sima, 64. Sent-Maksimin, 90+4.

25 aprel

Olimpik (Lion) – Oser 3:2
Qollar: Yaremçuk, 19; 71. Tolisso, 66 – Diomande, 35. Oko, 88.

Anje – PSJ 0:3
Qollar: Li Kan, 7. Mayulu, 39. Beraldo, 52.

Tuluza – Monako 2:2
Qollar: Rassel-Rou, 61. Emerson, 90 – Teze, 6. Kamara, 18.

26 aprel

Loryan – Strasburq 2:3
Qollar: Kadlu, 26. Paqis, 54-pen – Nanasi, 62. Adjey, 90+2-öz qapısına. Omobamidele, 90+9.

Havr – Mets 4:4
Qollar: Samatta, 5. Kexta, 13. Zuaui, 52-pen. Dukure, 61 – Kvilitaya, 9. Heyn, 45+5-pen; 85. Pandore, 54.

Paris – Lill 0:1
Qol: Pardo, 26-pen.

Renn – Nant 2:1
Qollar: Lepaul, 8-pen. Ronqye, 90+2 – Qanaqo, 40.

Olimpik (Marsel) – Nitsa 1:1
Qollar: Höybyerq, 66 – Vahi, 88-pen.

Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu oldu!

27 April 2026 at 00:20

Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş Avropa çempionatı sərbəst güləş üzrə Azərbaycan millisi üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatına bu gün yekun vurulub.

Yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə Azərbaycan millisi də Avropanın zirvəsini fəth edib. 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmış komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutmuş Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.

Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.

Xatırladaq ki, Tiranada İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Georgi Meşvildişvili (125 kq) Avropa çempionu olublar. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş medalla kifayətləniblər. Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.

Zamiq Əliyev “Vora”ya qarşı 90 dəqiqə oynadı, 2 qola üzüldü

26 April 2026 at 23:40

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 33-cü turu çərçivəsində “Vora” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Əliyev görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 29-cu dəqiqədə sarı vərəqə də alıb.

“Eqnatiya” 33 turdan sonra 54 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 33 oyunda 15 qələbə qazanıb, 9 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 69 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Avropa çempionatı: Son gündə 2 qızıl, 2 gümüş medal

26 April 2026 at 23:20

Albaniyanın paytaxtı Tirana şəhərində böyüklər arasında təşkil edilmiş güləş üzrə Avropa çempionatı bu gün başa çatıb.

Arena.az xəbər verir ki, yarışın sonuncu günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Azərbaycan millisinin üzvləri də son gündə növbəti medallarını qazanıblar.

Nürəddin Novruzov (61 kq) üçüncülük mübarizəsində italiyalı Simyone Pirodduya “tuş”la məğlub olub və yarışı 5-ci pillədə tamamlayıb.

Turan Bayramov (74 kq) həlledici görüşdə slovakiyalı Taymuraz Salkazanova 2:4 fərqlə uduzub və gümüş medalı boynundan asıb.

Arseniy Djioyev (86 kq) isə finalda rusiyalı İbrahim Kadiyevə minimal fərqlə məğlub olub (1:2) və gümüş medala sahib çıxıb.

Ali Tsokayev (92 kq) finalda bolqarıstanlı Ahmed Batayevə 5:3 hesabıyla qalib gələrək ilk dəfə qatıldığı Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Çempionatın son görüşü Georgi Meşvildişvili (125 kq) və Vladislav Baytsayev arasında baş tutub. Macarıstan güləşçisinə heç bir şans tanımayan (8:0) təmsilçimiz titulunu qoruyaraq, 2-ci dəfə Avropanın ən güclüsü olub.

Beləliklə, sərbəst güləş üzrə yığmamız Avropa çempionatını 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

Super Liqa: “Qalatasaray” “Fənər”i 3 qolla yendi

26 April 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

“Gənclərbirliyi” doğma meydanda “Kocaelispor”u tək qolla üstələyib. Turun mərkəzi oyununda isə lider “Qalatasaray” əzəli rəqibi və əsas izləyicisi “Fənərbağça” ilə üz-üzə gəlib. İstanbul derbisində meydan sahibləri 3 cavabsız qolla qalib gəliblər.

31-ci turun qalan görüşləri aprelin 27-də keçiriləcək.

Türkiyə, Super Liqa
31-ci tur
24 aprel

Başakşəhər – Kasımpaşa 4:0
Qollar: Şomurodov, 5; 87. B.Yıldırım, 22. Selke, 81.

25 aprel

Eyüpspor – Qaziantep 3:0
Qollar: U.Bozok, 62. R.Yao, 65. M.Altunbaş, 78.

Kayserispor – Rizəspor 2:0
Qollar: Çalov, 79. Benes, 88.

Göztəpə – Antalyaspor 2:0
Qollar: J.Santos, 1. A.Kurtulan, 22.

26 aprel

Gənclərbirliyi – Kocaelispor 1:0
Qol: M.Mimaroğlu, 34-pen.

Qalatasaray – Fənərbağça 3:0
Qollar: Osimhen, 40. B.A.Yılmaz, 67-pen. L.Torreyra, 83.

27 aprel

18:00. Alanyaspor – Samsunspor
21:00. Beşiktaş – Karagümrük
21:00. Konyaspor – Trabzonspor

Yesterday — 26 April 2026Main stream

Bundesliqa: “Borussiya”dan “Frayburq”a 4 cavabsız qol

26 April 2026 at 22:40

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Ştutqart” – “Verder” matçında qalib müəyyənləşməyib. Dortmund “Borussiya”sı isə doğma meydanda “Frayburq”la üz-üzə gəlib və 4 cavabsız qola sevinib.

Beləliklə, cari mövsümün geridə qalmış 31 turundan sonra 82 xalı olan “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 67 xalla ikinci, “Leypsiq” 62 xalla üçüncü pillədə qərarlaşıb. “Ştutqart”la “Hoffenhaym” 57, “Bayer” 55, “Ayntraxt”la “Frayburq” 43 xal toplayıblar.

Almaniya, Bundesliqa
31-ci tur
24 aprel

Leypsiq – Union Berlin 3:1
Qollar: Finkarqafe, 22. R.Kardozo, 25. Baku, 63 – Doexi, 78.

25 aprel

Auqsburq – Ayntraxt 1:1
Qollar: Kade, 44 – Doan, 66.

Köln – Bayer 1:2
Qollar: Valdşmit, 77 – Şik, 43-pen; 52.

Haydenhaym – Sankt Pauli 2:0
Qollar: Zivzivadze, 3. E.Dinkci, 82.

Maynts – Bayern 3:4
Qollar: Köhr, 15. Nebel, 29. Bekker, 45+2 – N.Cekson, 53. Olise, 73. Musiala, 80. H.Keyn, 83.

Volfsburq – Borussiya (Mönhenqladbax) 0:0

Hamburq – Hoffenhaym 1:2
Qollar: Qlatsel, 34-pen – Asllani, 18. Lemperle, 45.

26 aprel

Ştutqart – Verder 1:1
Qollar: Demiroviç, 61 – Staqe, 18.

Borussiya (Dortmund) – Frayburq 4:0
Qollar: Beyer, 8. Girassi, 14. Bensebaini, 31. F.Silva, 87.

Vernidub: “Hesaba görə azarkeşlərdən üzr istəyirəm”

26 April 2026 at 22:20

“Neftçi”nin məşqçisi Vitali Vernidub Premyer Liqanın 29-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü meydan sahiblərinin 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Cəzalı durumda olan baş məşqçi Yuri Vernidubun yoxluğunda mətbuat konfransına qatılmış köməkçisi və oğlu Vitali Vernidub bunları söyləyib:

“Qarabağ”la fərqli səviyyələrdəyik. Bu səviyyəyə çatmaq asan məsələ deyil. Hər gün məqş etmək lazımdır. Başa dümək lazımdır ki, bu cür komandaya qarşı oynamaq üçün sadəcə motivasiya bəs deyil. 1:5 hesabıyla uduzduq. Hər birimiz bunu anlayırıq. Bu hesaba görə azarkeşlərdən üzr istəyirəm.

“Qarabağ”la oyuna yaxşı hazırlaşmışdıq. Sizcə, biz onları təhlil etməmişdik? Bu oyunu da araşdırıb, təhlil edib, nəticə çıxarmalıyıq. Növbəti oyun üçün bəzi şeyləri dəyişəcəyik. Heyətdə dəyişikliklər olacaq. Buna əminəm.

Əlbəttə, bu məğlubiyyətin psixoloji təsiri olacaq. Bunu danmaq olmaz. Amma peşəkar futbolçu belə məğlubiyyətlərdən sonra dirçəlməyi bacarmalıdır. Oyuna baxmalı, yaxşı məqamları saxlamalı, neqativləri aradan qaldırmalısan. Düzdür, yaxşı məqamlar çox deyildi, amma var idi”.

Qurban Qurbanov: “Bu qələbə futbolçulara rahatlıq verə bilər”

26 April 2026 at 22:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 29-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü “Qarabağ”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Yaxşı oyun göstərdilər və vacib 3 xal qazandıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.

Bu oyunda bəzi rotasiyalara etmişdik. Futbolçuların hazırlığına görə bu addımı atdıq. Sıx qrafikdə oynayırdıq. Bəzi oyunçuların yorğunluğu var idi. Ona görə rotasiyalar etdik. Futbolçular yaxşı məşq edirdilər, hazırlaşırdılar. Özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər.

“Neftçi” ilə oyuna hazırlaşmağa bir o qədər vaxtımız da olmadı. Komanda şəklində bir məşqimiz oldu. “Neftçi”yə qarşı oynayırıqsa, futbolçulara çox motivasiya vermək lazım olmur. Onlara qarşı oynamaq xoşdur. Azarkeşlər üçün də yaxşı oyun alınır. Vacib olan bundan sonrakı oyundur. Komandanı ona düzgün hazırlaşdırmağa çalışacağıq. Böyükhesablı qələbə futbolçulara rahatlıq verə bilər. Növbəti oyuna hazırlaşmaq daha çətin olacaq”.

“Neftçi” – “Qarabağ” 1:5 – Video

26 April 2026 at 21:30

Azərbaycan Premyer Liqasının 29-cu turunun “Neftçi” – “Qarabağ” matçı meydan sahiblərinin 1:5 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
29-cu tur
26 aprel

“Neftçi” – “Qarabağ” 1:5
Qollar: Elvin Bədəlov, 20 – Musa Qurbanlı, 9; 32. Xoni Montiel, 38. Leandro Andrade, 68. Emmanuel Addai, 90+3.
Sarı vərəqələr: Luis Ortis, 60 (qeyri-idman hərəkəti). Cordan Rezabala, 83 (qeyri-idman hərəkəti) – Mateus Silva, 14 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: I hissədə – 1 dəqiqə, ikinci hissədə – 3 dəqiqə.
Saat 19:00. “Neftçi Arena”, 9500 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Asiman Əzizli.
Dördüncü hakim: Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (14. Edvin Kuç, 78), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu (23. Cordan Rezabala, 61), 70. Andrey Ştoqrin, 11. İmad Faraj (28. Alessio Kurçi, 72), 10. Freddi Varqas (9. Bassala Sambu, 72), 22. Luis Ortis (47. Murad Məmmədov, 61).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 6. Sessi Dalmeyda, 27. Kristian Kostin.
Məşqçi: Vitali Vernidub.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı (21. Aleksey Kaşuk, 83), 10. Abdullah Zubir (11. Emmanuel Addai, 83), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva (24. Jeremi Qnali, 83), 9. Xoni Montiel, 15. Leandro Andrade (17. Kamilo Duran, 75), 35. Pedro Bikalyo (20. Kadi Borqes, 75).
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.

Premyer Liqa: “Qarabağ” “Neftçi”yə 5 qolla qalib gəldi

26 April 2026 at 21:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-сu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşündə, həmçinin turun mərkəzi oyununda “Neftçi” əzəli rəqibi “Qarabağ”la üz-üzə gəlib.

“Neftçi Arena”da baş tutmuş görüşü Tural Qurbanov idarə edib. Altı qolun qeydə alındığı oyunda Ağdam təmsilçisi darmadağına sevinib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “İmişli” “Sumqayıt”a 0:2 hesabıyla uduzub, “Qəbələ” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib (1:1), “Şamaxı” isə “Kəpəz”ə qalib gəlib – 2:0. “Turan Tovuz” – “Zirə” və “Sabah” – “Karvan” matçları sabah keçiriləcək.

Premyer Liqa
29-cu tur
26 aprel

“Neftçi” – “Qarabağ” 1:5
Qollar: Elvin Bədəlov, 20 – Musa Qurbanlı, 9; 32. Xoni Montiel, 38. Leandro Andrade, 68. Emmanuel Addai, 90+3.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi Arena”, 19:00.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 70. Andrey Ştoqrin, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 9. Bassala Sambu, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Vitali Vernidub.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 17. Kamilo Duran, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Federasiya Kubokunda “Çelsi” – MS finalı olacaq

26 April 2026 at 20:30

Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

Mərhələnin sonuncu oyununda “Çelsi” “Lids”lə üz-üzə gəlib. Londondakı “Uembli” stadionunda baş tutmuş görüşün taleyini bir qol həll edib. “Çelsi” minimal hesabla qalib gələrək finala yüksələn tərəf olub.

Beləliklə, İngiltərə Federasiya Kubokunda “Çelsi” – “Mançester Siti” finalı olacaq. 2025/2026-cı illər mövsümünün final qarşılaşması may ayının 16-da məhz “Uembli” stadionunda baş tutacaq.

İngiltərə Federasiya Kuboku
Yarımfinal
25 aprel

Mançester Siti – Sauthempton 2:1
Qollar: Doku, 82. Niko, 87 – Azaz, 79.

26 aprel

Çelsi – Lids 1:0
Qol: Entso Fernandes, 23.

Azər Bağırov: “Təəssüf ki, səhvlər təkrarlanır”

26 April 2026 at 20:00

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 29-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü “Kəpəz”in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Ardıcıl dörd oyunda məğlub olmaq komandanı pis duruma salıb. Bu gün qələbə qazanmaq istəyirdik. Sadəcə, diqqətsizlik qolla nəticələnir. “Şamaxı”nı təbrik edirəm. İkinci hissədə biz daha üstün idik. Qol da vurduq. Şakir Seyidovun top itkisi qapımıza qolla nəticələndi. Orta xətdə səhv etməməli olduğumuzu demişdik. Təəssüf ki, səhvlər təkrarlanır və üzücü məğlubiyyətlər alırıq.

İşimi vicdanla görməyə çalışıram. Kiminsə arxada nəsə iş görməsi barədə mənim zərrə qədər şübhəm yoxdur. Kim nə iş görür, bilmirəm. Hər kəs cavabını gec-tez alacaq. Mənim üçün Allah yetərlidir. Rəhbərliyin dəstəyini hiss edirəm. Komandanın içində olublar, komandaya motivsiya da verirlər”.

Ayxan Abbasov: “Kəpəz”lə matçda layiqli qələbə qazandıq”

26 April 2026 at 19:30

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 29-cu turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün xoş qalibiyyət oldu. Azarkeşlərimizin qarşısında çoxdandır ki, qələbə qazana bilmirdik. Bilirdik ki, onlar o qələbəni bizdən gözləyirdilər. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda uduzmaq istəmirdi. Oyun sürətli başladı. Birinci hissədə qol epizodları oldu. İkinci hissəyə yaxşı başlamadıq. Sonradan oyuna nəzarət bizə keçdi. Layiqli qələbə qazandıq. Komandamızı təbrik edirəm. Gələcək oyunlara baxacağıq. Bu gün çempionatda ən maraqlı komandalardan birinə çevrilə bilmişik. “Kəpəz”in aqressiv gələcəyini bilirdik. Son pillələrdə gərgin mübarizə gedir. “Karvan” da bizimlə oyuna final kimi yanaşırdı. Bu da çempionatımıza rəng qatır”.

İkinci Liqa: “Kür-Araz” 1, “Dinamo” 5 qolla sevindi

26 April 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 24-cü turununun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Ağstafa Gəncləri” “Kür-Araz”la ev oyununda minimal hesabla uduzub. “Dinamo” isə “Şirvan”ı 5 cavabsız qolla üstələyib.

24-cü turun görüşləri aprelin 27-də və 28-də keçiriləcək.

İkinci Liqa
24-cü tur
26 aprel

“Ağstafa Gəncləri” – “Kür-Araz” 0:1
Qol: Ümid Nağdalıyev, 28.
Hakimlər: Nahid Xasıyev, Tural Bayramov, Rizvan Süleymanov, Samir Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Ağstafa şəhər stadionu, 16:30.

“Dinamo” – “Şirvan” 5:0
Qollar: Valeh Seyidov, 11; 50. Yadigar Qarayev, 43; 58. Əlisa İsayev, 64.
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 16:30.

27 aprel

“Araz Saatlı” – “Göygöl”
Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Samir Musayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Ağdaş”
Hakimlər: Maqsud Şamıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

28 aprel

“Xankəndi” – “Qaradağ Lökbatan”
Hakimlər: İnqilab Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəmkir” – “Quba”
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Vüqar Alıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şəmkir Olimpiya İdman Kompleksinin Stadionu, 16:30.

“Şamaxı” – “Kəpəz” 2:0 – Video

26 April 2026 at 18:30

Azərbaycan Premyer Liqasının 29-cu turunun “Şamaxı” – “Kəpəz” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
29-cu tur
26 aprel

“Şamaxı” – “Kəpəz” 2:0
Qollar: Rikardo Apolinario, 68. Andrey Tırkovyanu, 75.
Sarı vərəqələr: Oruc Məmmədov, 37 (qeyri-idman hərəkəti). Rikardo Apolinario, 71 (qeyri-idman hərəkəti). Sezar Enrike, 90 (qeyri-idman hərəkəti) – Rauf Hüseynli, 4 (qeyri-idman hərəkəti). Luis Paçu, 21 (qeyri-idman hərəkəti). Şakir Seyidov, 28 (qeyri-idman hərəkəti). Fərid Nəbiyev, 90+2 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Araz Bağırov (“Kəpəz”), 16 (hakimin
qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə – 1 dəqiqə, ikinci hissədə – 3 dəqiqə.
Saat 16:00. Şamaxı şəhər stadionu, 1200 tamaşaçı.

Baş hakim: Rəşad Əhmədov.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Emin Əliyev.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev (17. Rafael Məhərrəmli, 67), 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 87), 82. Rüfət Abbasov (14. Ravil Qafarov, 87), 9. Karim Rossi (88. Rodriqo Fernandes, 81), 10. Andrey Tırkovyanu (8. Alfons Msanqa, 81), 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli (17. Ümid Səmədov, 81), 88. Şakir Seyidov (99. Əli Səmədov, 87), 11. Rəhman Hacıyev, 9. Luis Paçu (21. Sadiq Şəfiyev, 87), 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana (6. Camal Cəfərov, 81), 4. Mate Abuladze, 10. Ryonosuke Ohori (7. Ehtiram Şahverdiyev, 81).
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 83. Raul İsaqov.
Baş məşqçi: Azər Bağırov.

Premyer Liqa: “Şamaxı” “Kəpəz”i xalsız yola saldı

26 April 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-сu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Şamaxı” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda təşkil edilmiş oyunun baş hakimi Rəşad Əhmədov olub. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb.

Premyer Liqa
29-cu tur
26 aprel

“Şamaxı” – “Kəpəz” 2:0
Qollar: Rikardo Apolinario, 68. Andrey Tırkovyanu, 75.
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Emin Əliyev.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı şəhər stadionu, 16:00.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 83. Raul İsaqov.
Baş məşqçi: Azər Bağırov.

“Trua” Liqa 1-ə qayıtdı

26 April 2026 at 17:00

Fransanın 2-ci liqasında çıxış edən “Trua” 2026/2027-ci illər mövsümündə Liqa 1-də mübarizə aparmaq hüququ qazanıb.

Arena.az xəbər verir ki, eyniadlı şəhəri təmsil edən bu komanda Liqa 2-nin 32-ci turunda “Sent Etyen”lə üz-üzə gəlib.

Rəqibini 2:0 hesabıyla məğlub edən komanda sona iki tur qalmış elitaya vəsiqəni rəsmiləşdirib.

64 xalla turnir cədvəlinin birinci sırasında yer almış “Trua” ən yaxın izləyicisi “Le Man”ı 6 xal qabaqlayır. Trualılar 32 oyunda 19 qələbə qazanıblar, 7 heç-heçə ediblər, 6 məğlubiyyətə üzülüblər. “Le Man” 58 xalla ikinci, “Sent Etyen” 57 xalla üçüncü, “Red Star” 54 xalla dördüncü, “Reyms” 52 xalla beşinci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Trua” sonuncu dəfə 2022/2023-cü illər mövsümündə Fransa Liqa 1-də oynayıb.

ABL: “Sabah”ın finaldakı rəqibi bəlli oldu

26 April 2026 at 16:00

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün sonuncu finalçısının adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, “Abşeron Lions” komandası Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanıb.

Sözügedən komanda buna yarımfinal mərhələsinin ikinci oyununda “Neftçi”ni məğlub etməklə nail olub. Bakı İdman Sarayında təşkil edilmiş qarşılaşma 90:81 hesabı ilə Abşeron təmsilçisinin xeyrinə bitib.

Xatırladaq ki, bu komandaların ilk görüşündə də “Abşeron Lions” qalib gəlmişdi – 95:89.

Beləliklə, bu komanda finalda “Sabah”a rəqib olub. Son çempion da ötən gün “Gəncə” ilə ikinci görüşdə növbəti qələbəsini qazanmaqla həlledici oyuna vəsiq qazanmışdı.

Qeyd edək ki, final seriyasında ən tez üç qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün çempionu olacaq. Finalların tarixi daha sonra müəyyənləşəcək.

İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”

26 April 2026 at 15:00

Sərbəst güləş üzrə Avropa çempionu olmuş İslam Bazarqanov (57 kq) Albaniyadakı yarışla bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Hələ də inana bilmirəm ki, çempion olmuşam. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu, mənim üçün çox prinsipial görüş idi. Dünya çempionatında Musa Mextixanova məğlub olmuşdum. Onun güləş üslubu mənə uyğun gəlmirdi. Köklənmək çətin idi. Allaha şükürlər olsun ki, qalib gələ bildim.

Məşqçilər heyətinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Bu yarışa yüksək səviyyədə hazırlaşmaq üçün hər bir şərait yaradılmışdı. Kislovodsk və Bakıda ağır təlim-məşq toplanışları keçdik. Bütün bunların faydasını da yarışda gördük”.

Xatırladaq ki, İslam Bazarqanov (57 kq) Albaniyanın paytaxtı Tiranadakı qitə birinciliyində mübarizəyə 1/4 finaldan qoşulub. Təmsilçimiz belaruslu Aryan Tiutrin üzərində inamlı qələbə (9:4) qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə heç bir şans tanımayan (11:1) İslam karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. O, finalda rusiyalı Musa Mextixanovla qarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin revanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0 hesablı üstünlüklə başa vurub. İkinci hissədə rəqib fərqi azaltsa da, yekunda qələbə qazanan İslam olub – 8:6. Beləliklə, Tiranada himnimizi səsləndirən İslam ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Nəriman Axundzadə oynamadı, komandası yenə qalib gəldi

26 April 2026 at 14:00

Azərbaycanlı hücumçu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun “Filadelfiya Yunion”a qarşı oyununda iştirak etməyib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində “Filadelfiya Yunion”un qonağı olub.

Oyun Ohayo təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 10 oyundan sonra 12 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Nərimanın komandası 10 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 4 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Asiya Çempionlar Liqasında yenə ərəblər ən güclü oldular

26 April 2026 at 13:00

Ötən gecə keçirilmiş final oyunu ilə futbol üzrə Asiya Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, həlledici oyunda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli” ilə Yaponiyanın “Maçida” komandaları üz-üzə gəliblər.

Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Beləcə, 120 dəqiqə davam edən görüş ərəblərin qələbəsi ilə başa çatıb – 1:0. “Əl-Əhli”nin yeganə qolunu 96-cı dəqiqədə Feras Albrikan vurub.

Qeyd edək ki, “Əl-Əhli” ardıcıl ikinci dəfə Asiya Çempionlar Liqasında çempionluq sevinci yaşayır.

Xetaq Qazyumov 2025-ci ilin məşqçisi seçildi

26 April 2026 at 12:00

Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Avropa Güləş İttifaqı tərəfindən ən yaxşı məşqçi seçilib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, milli komandanın baş məşqçisi sərbəst güləş üzrə 2025-ci ilin ən yaxşı məşqçisi kimi xüsusi mükafatla təltif edilib.

Xatırladaq ki, millimizin sabiq üzvlərindən olan Xetaq Qazyumov 2023-cü ilin mart ayında Azərbaycan yığmasına baş məşqçi təyin edilib.

Azərbaycan seçməsi Qazyumovun rəhbərliyi altında ötən il Avropa çempionu olub və dünya çempionatında 4-cü yeri tutub.

“Arsenal” Premyer Liqada yeni rekord müəyyənləşdirdi

26 April 2026 at 11:00

2025/2026-cı illər mövsümündə uğurlu çıxışı ilə diqqət çəkən “Arsenal” İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, “topçular” buna Premyer Liqanın 34-cü turunda “Nyukasl”ı məğlub etdikləri (1:0) matçda nail olublar.

London təmsilçisi çempionatda künc zərbələrindən vurduğu qolların sayına görə rekord müəyyənləşdirib. Komandanın cari mövsümdə 17 belə qolu var.

Daha əvvəl “Oldhem” (1992/1993), “Vest Bromviç” (2016/2017) və “Arsenal” (2023/2024) bir mövsümdə künc zərbələrindən 16 dəfə fərqlənmişdilər. Amma London təmsilçisi özünün də şərik olduğu bu rekordu yeniləyib.

Xatırladaq ki, “topçular” hazırda İngiltərə Premyer Liqada 73 xalla vahid liderdir. Mikel Artetanın rəhbərlik etdiyi komanda 34 oyunda 22 qələbə qazanıb, 7 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Vüsal İsgəndərli “Tirana”ya qol vura bilmədi

26 April 2026 at 10:00

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 33-cü turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.

“Partizani” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 71-ci dəqiqəsində əvəzlənib.

“Partizani” 33 turdan sonra 45 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 33 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 33 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Premyer Liqa: “Şamaxı” “Kəpəz”ə, “Neftçi” “Qarabağ”a qarşı

26 April 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-сu turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Şamaxı” ilə “Kəpəz” arasında keçiriləcək. Şamaxı şəhər stadionunda təşkil ediləcək görüşə saat 16:00-da start veriləcək. Oyunun baş hakimi Rəşad Əhmədov olacaq.

Turun mərkəzi oyununda isə “Neftçi” əzəli rəqibi “Qarabağ”la üz-üzə gələcək. “Neftçi Arena”da baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək. Oyunu Tural Qurbanov idarə edəcək.

Premyer Liqa
29-cu tur
25 aprel

“İmişli” – “Sumqayıt” 0:2
Qollar: Aleksandr Ramalinqom, 35; 85.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov.
VAR: Elvin Bayramov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qəbələ” – “Araz-Naxçıvan” 1:1
Qollar: Ömər Buludov, 75-öz qapısına – İssuf Paro, 82.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 18:30.

26 aprel

“Şamaxı” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Emin Əliyev.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı şəhər stadionu, 16:00.

“Neftçi” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi Arena”, 19:00.

27 aprel

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.

“Sabah” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
“Maszır Arena”, 20:00.

Liqa 1: PSJ “Anje”ni 3 cavabsız qolla məğlub etdi

26 April 2026 at 01:00

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Tuluza” – “Monako” matçında qalib müəyyənləşməyib. Lion “Olimpik”i doğma meydanda “Oser” üzərində çətin qələbəyə sevinib. “Anje”nin qonağı olmuş lider PSJ isə 3 xalı 3 cavabsız qolla qazanıb.

31-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
31-ci tur
24 aprel

Brest – Lans 3:3
Qollar: Quindo, 7. Tüzar, 25. Ebimbe, 42 – Toven, 60. Sima, 64. Sent-Maksimin, 90+4.

25 aprel

Olimpik (Lion) – Oser 3:2
Qollar: Yaremçuk, 19; 71. Tolisso, 66 – Diomande, 35. Oko, 88.

Anje – PSJ 0:3
Qollar: Li Kan, 7. Mayulu, 39. Beraldo, 52.

Tuluza – Monako 2:2
Qollar: Rassel-Rou, 61. Emerson, 90 – Teze, 6. Kamara, 18.

26 aprel

17:00. Loryan – Strasburq
19:15. Havr – Mets
19:15. Paris – Lill
19:15. Renn – Nant
22:45. Olimpik (Marsel) – Nitsa

La Liqa: “Barsa” “Xetafe”ni 2 qolla yendi

26 April 2026 at 00:50

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

“Alaves” doğma meydanda “Malyorka”ya, “Valensiya” “Jirona”ya, “Atletiko” isə “Atletik”ə qalib gəlib. Səfərdə “Xetafe” ilə üz-üzə gəlmiş “Barselona” da turu inamlı qələbə ilə bitirib və çempionluğa bir addım da yaxınlaşıb.

32-ci turun qalan görüşləri aprelin 26-da və 27-də keçiriləcək.

İspaniya, La Liqa
32-ci tur
24 aprel

Betis – Real 1:1
Qollar: Belyerin, 90+4 – Vinisius, 17.

25 aprel

Alaves – Malyorka 2:1
Qollar: T.Martines, 56; 69 – Vircill, 18.

Xetafe – Barselona 0:2
Qollar: Fermin Lopes, 45. Raşford, 74.

Valensiya – Jirona 2:1
Qollar: Ramazani, 50. U.Sadiq, 59 – Roka, 63.

Atletiko – Atletik 3:2
Qollar: Qrizmann, 49. Sörlot, 54; 90+3 – Paredes, 23. Quruseta, 90+7.

26 aprel

16:00. Rayo Valyekano – Real Sosyedad
18:15. Real Ovyedo – Elçe
20:30. Osasuna – Sevilya
23:00. Vilyarreal – Selta

27 aprel

23:00. Espanyol – Levante

A Seriyası: “Parma” “Piza”ya, “Roma” “Bolonya”ya qalib gəldi

26 April 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

“Verona” – “Leççe” matçında qapılara qol vurulmayıb. “Parma” doğma meydanda “Piza”nı tək qolla üstələyib. “Bolonya”nın qonağı olmuş “Roma” isə turu inamlı qələbə ilə başa vurub.

34-cü turun qalan görüşləri aprelin 26-da və 27-də keçiriləcək.

İtaliya, A Seriyası
34-cü tur
24 aprel

Napoli – Kremoneze 4:0
Qollar: Maktominey, 3. Höylund, 45. De Bröyne, 45+3. A.Santos, 52.

25 aprel

Parma – Piza 1:0
Qol: Elfeqe, 82.

Bolonya – Roma 0:2
Qollar: Malen, 7. El-Aynaui, 45+1.

Verona – Leççe 0:0

26 aprel

14:30. Fiorentina – Sassuolo
17:00. Cenoa – Komo
20:00. Torino – İnter
22:45. Milan – Yuventus

27 aprel

20:30. Kalyari – Atalanta
22:45. Latsio – Udineze

Super Liqa: “Kayserispor”la “Göztəpə”dən inamlı qələbə

25 April 2026 at 23:59

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Eyüpspor” “Qaziantep”lə ev oyununda 3 cavabsız qolla qalib gəlib. “Kayserispor” “Rizəspor”u, “Göztəpə” isə “Antalyaspor”u xalsız yola salıb.

31-ci turun qalan görüşləri aprelin 26-da və 27-də keçiriləcək.

Türkiyə, Super Liqa
31-ci tur
24 aprel

Başakşəhər – Kasımpaşa 4:0
Qollar: Şomurodov, 5; 87. B.Yıldırım, 22. Selke, 81.

25 aprel

Eyüpspor – Qaziantep 3:0
Qollar: U.Bozok, 62. R.Yao, 65. M.Altunbaş, 78.

Kayserispor – Rizəspor 2:0
Qollar: Çalov, 79. Benes, 88.

Göztəpə – Antalyaspor 2:0
Qollar: J.Santos, 1. A.Kurtulan, 22.

26 aprel

15:30. Gənclərbirliyi – Kocaelispor
21:00. Qalatasaray – Fənərbağça

27 aprel

18:00. Alanyaspor – Samsunspor
21:00. Beşiktaş – Karagümrük
21:00. Konyaspor – Trabzonspor

Premyer Liqa: “Liverpul” 3, “Arsenal” 1 qola sevindi

25 April 2026 at 23:40

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, dördüncü oyun günündə 5 qarşılaşma baş tutub.

“Liverpul” doğma meydanda “Kristal Pelas”a, “Fulhem” “Aston Villa”ya, “Vest Hem” “Everton”a qalib gəlib. “Vulverhempton”un qonağı olmuş “Tottenhem” uzun müddətdən sonra qələbə sevinci yaşayıb. Bu, London təmsilçisinin 2026-cı ildəki ilk qələbəsi olub. Çempionluq uğrunda mübarizə aparan “Arsenal” da “Nyukasl”la ev oyununda tək qolla 3 xal qazanıb.

34-cü tura aprelin 27-də keçiriləcək “Mançester Yunayted” – “Brentford” görüşü ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
34-cü tur
21 aprel

Brayton – Çelsi 3:0
Qollar: F.Kadıoğlu, 3. Hinselvud, 56. Uelbek, 90+1.

22 aprel

Bornmut – Lids 2:2
Qollar: Krupi, 60. Rayan, 85 – Hill, 68-öz qapısına. Lonqstaff, 90+7.

Börnli – Mançester Siti 0:1
Qol: Haland, 5.

24 aprel

Sanderlend – Nottingem Forest 0:5
Qollar: Hume, 17-öz qapısına. K.Vud, 31. Gibbs-Uayt, 34. İ.Jezus, 37. E.Anderson, 90+5.

25 aprel

Fulhem – Aston Villa 1:0
Qol: Sessenyon, 43.

Liverpul – Kristal Pelas 3:1
Qollar: A.İsak, 35. E.Robertson, 40. F.Virts, 90+6 – Munos, 71.

Vest Hem – Everton 2:1
Qollar: Souçek, 51. K.Uilson, 90+2 – Dyuzberi-Holl, 88.

Vulverhempton – Tottenhem 0:1
Qol: Palinya, 82.

Arsenal – Nyukasl 1:0
Qol: Eze, 9.

27 aprel

23:00. Mançester Yunayted – Brentford

Bundesliqa: “Bayern” 3 top buraxdı, sonra 4 qol vurdu

25 April 2026 at 23:20

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma baş tutub.

“Volfsburq” – “Borussiya” (Mönhenqladbax) matçında qapılara qol vurulmayıb. “Auqsburq” – “Ayntraxt” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Hamburq” doğma meydanda “Hoffenhaym”a, “Köln” isə “Bayer”ə uduzub. “Haydenhaym” “Sankt Pauli”ni 2 cavabsız qolla üstələyib.

Artıq çempionluğu təmin etmiş “Bayern” isə bu turda “Maynts”ın qonağı olub. İlk hissədə qapısından 3 top buraxmış Münhen təmsilçisi fasilədən sonra 4 qol vurmaqla əzmkar qələbə qazanıb.

31-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
31-ci tur
24 aprel

Leypsiq – Union Berlin 3:1
Qollar: Finkarqafe, 22. R.Kardozo, 25. Baku, 63 – Doexi, 78.

25 aprel

Auqsburq – Ayntraxt 1:1
Qollar: Kade, 44 – Doan, 66.

Köln – Bayer 1:2
Qollar: Valdşmit, 77 – Şik, 43-pen; 52.

Haydenhaym – Sankt Pauli 2:0
Qollar: Zivzivadze, 3. E.Dinkci, 82.

Maynts – Bayern 3:4
Qollar: Köhr, 15. Nebel, 29. Bekker, 45+2 – N.Cekson, 53. Olise, 73. Musiala, 80. H.Keyn, 83.

Volfsburq – Borussiya (Mönhenqladbax) 0:0

Hamburq – Hoffenhaym 1:2
Qollar: Qlatsel, 34-pen – Asllani, 18. Lemperle, 45.

26 aprel

17:30. Ştutart – Verder
19:30. Borussiya (Dortmund) – Frayburq

Avropa çempionatı: 4 güləşçimiz finalda!

25 April 2026 at 23:00

Albaniyanın paytaxtı Tirana şəhərində böyüklər arasında təşkil edilmiş güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

Arena.az xəbər verir ki, beşinci yarış günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da mübarizəyə start verilib.

Nürəddin Novruzov (61 kq) ilk görüşdə moldovalı Leomid Kolesniklə üz-üzə gəlib. İlk dəqiqədə 0:6 hesabıyla geri düşən həmyerlimiz möhtəşəm geridönüş edərək vaxtından əvvəl qələbəni təmin edib – 17:6. Novruzov yarımfinalda albaniyalı dünya çempionu Zəlimxan Abakarovla bacarmayıb – 3:14. Nürəddin sabah bürünc medal görüşünə çıxacaq. Rəqib Simyone Piroddu (İtaliya) – Niklas Steşele (Almaniya) qarşılaşmasının qalibi olacaq.

Turan Bayramov (74 kq) startda çətinliklə də olsa, neytral atlet statusuyla Avropa çempionatına qatılan Fərhad Nurixorjestana minimal fərqlə (3:2) qalib gəlib. Güləşçimiz 1/4 finalda belaruslu Nikita Mayevskiyə heç bir şans tanımayıb – 8:0. Yarımfinalda gürcüstanlı Giorgi Elbakidzeni (2:1) üstələyən Bayramov finala yüksəlib. Turan sabah həlledici görüşdə slovakiyalı Taymuraz Salkazanov qarşılaşacaq.

Arseniy Djioyev (86 kq) əvvəlcə ukraynalı Denis Bikova (10:0), daha sonra moldovalı Yevgeni Mihaelkana (11:0) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə isə latviyalı İvars Samusonok vaxtından əvvəl xalçanı məyus tərk edib – 12:2. Arseniy sabah finalda rusiyalı İbrahim Kadiyevlə üz-üzə gələcək.

Ali Tsokayev (92 kq) belaruslu Yaraslav Yadkovskiyə tam üstünlüklə (10:0) qalib gəldikdən sonra gürcüstanlı dünya və Avropa mükafatçısı Miriani Maysuradzeyə gücünü göstərib – 5:0. Tsokayev yarımfinalda isə isveçrəli Samuel Şerrerə gücünü göstərib – 6:0. Ali finalda bolqarıstanlı Ahmed Batayevlə güləşəcək.

Georgi Meşvildişvili (125 kq) yarışa 1/4 finaldan qoşulub. Təmsilçimiz ermənistanlı Xaçatur Xaçatryanla görüşdə son saniyələrdə uğurlu fənd işlədib və sonuncu xal prinsipinə əsasən (5:5) adını yarımfinala yazdırıb. Türkiyəli Hakan Büyükçınqılı 3:1 hesabıyla üstələyən millinin ən təcrübəli üzvü finalda macarıstanlı Vladislav Baytsayevlə güləşəcək.

Qeyd edək ki, Avropa çempionatı sabah – aprelin 26-da başa çatacaq.

Federasiya Kubokunda ilk finalçı MS oldu

25 April 2026 at 22:40

Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin açılış oyununda “Mançester Siti” doğma meydanda “Sauthempton”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda “şəhərlilər” əzmkar qələbə qazanmaqla finala yüksəliblər.

İngiltərə Federasiya Kubokunda digər finalçının sabah keçiriləcək “Çelsi” – “Lids” matçında müəyyənləşəcək.

Qeyd edək ki, 2025/2026-cı illər mövsümünün final qarşılaşması may ayının 16-da baş tutacaq.

İngiltərə Federasiya Kuboku
Yarımfinal
25 aprel

Mançester Siti – Sauthempton 2:1
Qollar: Doku, 82. Niko, 87 – Azaz, 79.

26 aprel

18:00. Çelsi – Lids

Before yesterdayMain stream

İslam Bazarqanov Avropa çempionu oldu!

25 April 2026 at 22:20

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada Avropa çempionu olub.

Arena.az xəbər verir ki, Avropa çempionatının altıncı günündə Azərbaycan millisinin 2 sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.

İslam Bazarqanov (57 kq) finalda rusiyalı Musa Mextixanovla qarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin revanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0 hesablı üstünlüklə başa vurub. İkinci hissədə rəqib fərqi azaltsa da, yekunda qələbə qazanan İslam olub – 8:6. Beləliklə, Tiranada himnimizi səsləndirən İslam ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Cəbrayıl Hacıyev (79 kq) də karyerasının ən böyük uğuruna imza atıb. Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevə şans tanımayan (8:0) Cəbrayıl Avropa çempionatının bürünc medalını boynundan asıb.

Rəşid Babazadə təsəlliverici görüşdə belçikalı Ayub Musayevi 4:2 hesabıyla üstələsə də, bürünc medal görüşündə ermənistanlı Avropa çempionu Vazgen Tevanyana 0:7 hesabıyla məğlub olub və debüt etdiyi yarışı 5-ci pillədə başa vurub.

Sxadadze: “Olduğumuz yerə layiq deyilik”

25 April 2026 at 22:00

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 29-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İkinci hissədəki oyunumuza baxanda deyə bilərəm ki, bu gün 2 xal itirdik. Birinci hissə bir qədər əsəbi keçdi. Bizim oyunlarda həmişə belə olur. Turnir cədvəlindəki yerimizə baxanda bizim üçün normaldır. Futbolçularda gərginlik var. İkinci hissədə biz yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Bu da stress və ustalıqla bağlıdır. Futbolçularıma təşəkkür edirəm. Xarakter göstərdilər. Bundan sonra bizim üçün bütün oyunlar final kimi olacaq. Azarkeşlərimizə təşəkkür edirəm. Onlardan xahiş edirəm ki, sona qədər komandanın yanında olsunlar.

Hər oyunda mübarizə aparmaq lazımdır. Hər matç çətin keçəcək. Sona qədər mübarizə aparmalıyıq. Bu gün çoxları “Araz-Naxçıvan”ın rahat qələbə qazanacağını düşünürdü. Amma biz göstərdik ki, turnir cədvəlində olduğumuz yerə layiq deyilik”.

Demçenko: “Komanda futbol oynayanda xallar özü gəlir”

25 April 2026 at 21:30

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 29-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Andrey Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün oyunumuz alındı. Birildik ki, rəqibimiz sürətli əks-hücumlara çıxır. Futbolda qayda var ki, qol vurmasan, sənə qol vuracaqlar. Bu da başımıza gəldi. Rəqib əks-hücumda fərqləndi. Böyük futbol xırda detallardan ibarətdir. Oyunun sonunda qələbə qolunu vurmağa imkanımız oldu, amma alınmadı. Son dəqiqələrdə həm qalib gələ, həm də məğlub ola bilərdik.

Biz bura gələndə əvvəlcə müasir futbolu tətbiq etmək istədik. Topla daha yaxşı davranan komanda qurmağa çalışırıq. Bəzən texniki olaraq zəifsənsə, nələrisə yaxşı edə bilmirsən. Bəzi üstünlüklərimiz ola bilər. Amma texniki cəhətdən çatışmazlıqlar var.

Avrokublara getmək şansımız azdır. Turnir cədvəli göstərir ki, o qədər də yaxşı yerdə deyilik. Amma hər oyun bizə müəyyən şans verir. Komanda futbol oynayanda xallar özü gəlir. Hələlik, bu, bizdə alınmır. Qarşıma avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulub. Bunun üçün mübarizə aparırıq”.

“Qəbələ” – “Araz-Naxçıvan” 1:1 – Video

25 April 2026 at 21:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 29-cu turunun bu gün keçirilmiş “Qəbələ” – “Araz-Naxçıvan” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
29-cu tur
25 aprel

“Qəbələ” – “Araz-Naxçıvan” 1:1
Qollar: Ömər Buludov, 75-öz qapısına – İssuf Paro, 82.
Sarı vərəqələr: Xayme Syerra, 28 (qeyri-idman hərəkəti). Murad Musayev, 45 (qeyri-idman hərəkəti) – Kristian Avram, 63 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 18:30. Qəbələ şəhər stadionu, 250 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov.
Dördüncü hakim: Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev (66. Nuğay Rəşidov, 87), 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu (22. Fərid İsgəndərov, 90+3).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 74. Süleyman Damadayev, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 8. Coşqun Diniyev (6. Patrik Andrade, 46), 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado (11. Ba-Muaka Simakala, 61), 17. İssuf Paro, 23. Nuno Rodriqes (3. Bəxtiyar Həsənalızadə, 77), 10. Felipe Santos (14. Ülvi İsgəndərov, 61), 70. Çarlz Boli (7. Hamidu Keyta, 61).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 86. İbrahim Piriyev, 77. Bruno Franko.
Baş məşqçi: Andrey Demçenko.

Premyer Liqa: “Qəbələ” “Araz”la matçda qələbəni əldən verdi

25 April 2026 at 20:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-сu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Qəbələdə baş tutub.

“Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. Oyunun baş hakimi FİFA referisi Kamal Umudlu olub. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Xatırladaq ki, turun ilk oyununda “İmişli” “Sumqayıt”a 0:2 hesabıyla uduzmuşdu. 29-cu turun qalan görüşləri aprelin 26-da (“Şamaxı” – “Kəpəz”, “Neftçi” – “Qarabağ”) və 27-də (“Turan Tovuz” – “Zirə”, “Sabah” – “Karvan”) keçiriləcək.

Premyer Liqa
29-cu tur
25 aprel

“Qəbələ” – “Araz-Naxçıvan” 1:1
Qollar: Ömər Buludov, 76-öz qapısına – İssuf Paro, 83.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 18:30.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko.
Baş məşqçi: Andrey Demçenko.

Xorxe Kaskilya: “Komandam hələ hədəfinə çatmayıb”

25 April 2026 at 20:00

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə “İmişli” 0:2 hesabıyla məğlub olub.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hakimlər barədə çox təəccüblü və narazıyam. Birinci qolda oyunçumuza qarşı qayda pozuntusu var idi. Qapımıza təyin olunan penaltiyə gəldikdə, belə epizodlar çempionatda yüz dəf olub. Amma heç birində penalti verilməyib. Çempionatın səviyyəsinin qalxmasını istəyiriksə, hakimlik də inkişaf etməlidir.

Komandamın çıxışından razıyam. Futbolçular nəticəni dəyişmək üçün sona qədər mübarizə apardılar. Heç-heçə ədalətli nəticə olardı. Artıq mövsümün sonuna 4 oyun qalıb. Mübarizəni sona qədər davam etdirəcəyik. Komanda başını aşağı salmayacaq, daha da əzmkar mübarizə göstərəcək. Komandam hələ hədəfinə çatmayıb. Bütün diqqətimiz burdadır”.

Saşa İliç mətbuat konfranslarını boykotla hədələdi

25 April 2026 at 19:30

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 29-cu turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə “Sumqayıt” 2:0 hesablı qələbəyə sevinib.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Çalışdıq və 3 xal qazandıq. Ən vacibi də budur. İkinci hissədə daha fəal idik. Fasilədə qeyri-adi heç nə etmədik. İlk hissədə qol vurmuşduq. İkinci yarıda rəqib irəli çıxırdı və boşluqlar verirdi. Biz də bundan yararlanmağa çalışdıq.

Nikolo Ninkoviç penaltidən yararlana bilmədi. Futbolda belə hallar olur. Daha əvvəl Rüstəm Əhmədzadə də penaltini vura bilməmişdi. Ninkoviç bizim üçün vacib oyunçudur. Görək, növbəti penaltini kim vuracaq.

Səbuhi Abdullazadəyə böyük hörmətim var. Onu bəyənmədiyimi deməzdim. Sadəcə, oyununu dəyişməlidir. Əvəzlənməyi normaldır. Səbuhinin böyük potensialı var, millinin vacib oyunçularındandır”.

Saşa İliç mətbuatda onun haqqında getmiş bəzi xəbərlərə də münasibət bildirib:

“Mətbuatda bir neçə yazı gedib. Bu, həm mənə, həm də “Sumqayıt”a qarşı haqsızlıqdır. Mənimlə komanda arasında heç bir münaqişə yoxdur. Belə davam edərsə, növbəti dəfə mətbuat konfransında iştirak etməyəcəyəm.

Problemi izah etmək istəyirəm. Mənim, komandam barədə reallıqlar yazılsın. Daniel Beskorovoynı ilə mübahisəmi yazan jurnalistə də deyin ki, həqiqətləri yazsın. Mənim işim, taktiki gedişlərim pis ola və bu haqda yazıla bilər. Amma olmayan şeyləri demək doğru deyil”.

“İmişli” – “Sumqayıt” 0:2 – Video

25 April 2026 at 19:00

Azərbaycan Premyer Liqasının 29-cu turunun “İmişli” – “Sumqayıt” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Qubada baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
29-cu tur
25 aprel

“İmişli” – “Sumqayıt” 0:2
Qollar: Aleksandr Ramalinqom, 35; 85.
Qolla nəticələnməyən penalti: Nikola Ninkoviç, 66.
Sarı vərəqələr: Nikola Karaklaiç, 39 (qeyri-idman hərəkəti). Luis Silvestr, 39 (qeyri-idman hərəkəti). Rafael Vyeqas, 62 (qeyri-idman hərəkəti) – Danilo Beskorovaynı, 5 (qeyri-idman hərəkəti). Masaki Murata, 39 (qeyri-idman hərəkəti).
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Kristiano de Souza, 36 (hakimin qərarına etiraz). Xorxe Kaskilya, 39 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 16:00. Quba Olimpiya İdman Kompleksinin stadionu, 60 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı (17. Ezekiel Morqan, 73), 70. Mehdi Tahirov (11. Vüsal Qənbərov, 86), 10. Nikola Karaklaiç (97. Xəzər Mahmudov, 73), 29. Edvin Banqera, 14. Ronaldo de Souza (94. Rafael Vyeqas, 46), 6. Yav Mozes (21. Abbas Ağazadə, 86), 23. Dioqo Rollo, 79. Dioqo Kardozo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi (80. Keffel Resende, 60), 7. Rüstəm Əhmədzadə (23. Ronaldo Vaskez, 75), 29. Emil Mustafayev (6. Sedrik Badolo, 75), 8. Səbuhi Abdullazadə (k) (10. Nikola Ninkoviç, 60), 21. Nihad Əhmədzadə, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 11. Aleksa Yankoviç (24. Sənan Muradlı, 90+1).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç.

Premyer Liqa: Derbi Tural Qurbanova tapşırıldı

25 April 2026 at 18:30

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 29-cu turun qalan dörd oyununun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

“Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək Azərbaycan derbisi Tural Qurbanova tapşırılıb.

Premyer Liqa
29-cu tur
26 aprel

“Şamaxı” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Emin Əliyev.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı şəhər stadionu, 16:00.

“Neftçi” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi Arena”, 19:00.

27 aprel

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.

“Sabah” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
“Maszır Arena”, 20:00.

Premyer Liqa: “İmişli” “Sumqayıt”a məğlub oldu

25 April 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-сu turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “İmişli” “Sumqayıt”la üz-üzə gəlib.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil edilmiş oyuna saat 16:00-da start verilib. Qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edib. Oyun qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunu “Qəbələ” ilə “Araz-Naxçıvan” arasında keçiriləcək. 29-cu turun qalan görüşləri aprelin 26-da (“Şamaxı” – “Kəpəz”, “Neftçi” – “Qarabağ”) və 27-də (“Turan Tovuz” – “Zirə”, “Sabah” – “Karvan”) baş tutacaq.

Premyer Liqa
29-cu tur
25 aprel

“İmişli” – “Sumqayıt” 0:2
Qollar: Aleksandr Ramalinqom, 34; 85.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov.
VAR: Elvin Bayramov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 23. Dioqo Rollo, 79. Dioqo Kardozo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 30. Xəlil Mürsəlli, 94. Rafael Vyeqas, 17. Ezekiel Morqan.
Baş məşqçi: Xorxe Kaskilya.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes, 80. Keffel Resende.
Baş məşqçi: Saşa İliç.

“Qarabağ” və “Neftçi”dən birgə bəyanat

25 April 2026 at 17:00

“Neftçi” və “Qarabağ” klubları Premyer Liqanın 29-cu turunda sabah baş tutacaq qarşılaşmadan öncə birgə bəyanat yayıblar.

Arena.az xəbər verir ki, sözügedən klublar azarkeşlərə səslənərək, onları qaydalara riayət etməyə çağırıblar.

Hər iki klubun yaydığı birgə bəyanatda qeyd olunub ki, 26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti “Neftçi Arena”ya yönələcək:

“Dörd gün aralıqla Azərbaycan Premyer Liqasının oyunları çərçivəsində “Neftçi” və “Qarabağ” komandaları iki dəfə üz-üzə gələcəklər. Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir. Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Neftçi” və “Qarabağ” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq”.

Birgə bəyanatda xatırladılıb ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur:

“Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir. Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir”.

Qeyd edək ki, bu komandalar arasında görüş sabah “Neftçi Arena”da baş tutacaq. Oyuna saat 19:00-da start veriləcək.

Hazırda Ağdam klubu 56 xalla ikinci, paytaxt təmsilçisi isə 44 xalla 5-ci yerdə qərarlaşıblar.

ABL: “Sabah” finala vəsiqəni rəsmiləşdirdi

25 April 2026 at 16:00

“Sabah” Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün final oyununa vəsiqəni rəsmiləşdirib.

Arena.az xəbər verir ki, Bakı klubu bu gün baş tutmuş yarımfinalın ikinci görüşündə “Gəncə”ni səfərdə məğlub edib.

Gəncə İdman Sarayında keçirilmiş görüş qonaqların 78:73 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “bayquşlar” ilk oyunda da (96:67) qalib gəldiyi üçün finala adlayan tərəf olub.

Xatırladaq ki, yarımfinalın ikinci görüşləri çərivəsində növbəti qarşılaşma sabah “Neftçi” və “Abşeron Lions” komandaları arasında baş tutacaq. Bakı İdman Sarayında baş tutmuş ilk matç Abşeron təmsilçisinin qələbəsi ilə yekunlaşıb. “Neftçi” 89:95 hesablı məğlubiyyətə üzülüb.

ABL-in 2025/2026-cı illər mövsümünün reqlamentinə əsasən, yarımfinal mərhələsində iki qələbəyə daha tez çatan tərəf finala yüksəlir.

Serj Qnabri DÇ-2026-nı buraxacaq – Dəqiqləşdi

25 April 2026 at 15:00

Futbol üzrə Almaniya milli komandasının və “Bayern”in yarımmüdafiəçisi Serj Qnabri dünya çempionatını (DÇ-2027) buraxacaq.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu bir müddət öncə məşq zamanı bud nahiyəsindən ciddi zədə almışdı.

Qnabri sosial şəbəkə hesabında etdiyi paylaşımda mundial arzusunun başa çatdığını və komandanı evdən dəstəkləyəcəyini bildirib. Yarımmüdafiəçi cari mövsümün qalan oyunlarında “Bayern”ə də kömək edə bilməyəcək. Münhen təmsilçisi Bundesliqada növbəti çempionluğunu rəsmiləşdirsə də, hazırda Almaniya Kuboku və UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir.

Xatırladaq ki, Almaniya yığması dünya çempionatının E qrupunda Kurasao, Fil Dişi Sahili və Ekvador komandaları ilə mübarizə aparacaq.

Xatırladaq ki, Serj Qnabri “Bayern”ə 2017-ci ilin iyulunda 8 milyon avro müqabilində “Verder”dən keçib. O, cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub, 11 məhsuldar ötürmə verib.

Qnabrinin “Bayern” karyerası bütövlükdə 322 oyun, 103 qol və 72 məhsuldar ötürmədən ibarətdir.

Almaniyalı futbolçu karyerası ərzində “Arsenal”, “Vest Bromviç”, “Verder”, “Hoffenhaym” kimi klubların da formasını geyinib.

Qnabri 2016-cı ilin noyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 59 oyuna çıxıb, 26 qol, 11 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 30 yaşlı almaniyalı vingerin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Kilian Mbappe də sıradan çıxdı

25 April 2026 at 14:00

İspaniya La Liqasının 32-ci turunun “Betis”lə səfər oyunu “Real”ın hücumçusu Kilian Mbappe üçün uğursuz alınıb.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış bu qarşılaşmanı sona qədər davam etdirə bilməyib.

Fransalı forvard matçın sonlarına yaxın zədələnərək meydanı tərk edib.

“Kral klubu”nun yaydığı məlumata görə, 27 yaşlı futbolçuda sol budun arxa əzələsində yüklənmə (əzələ gərginliyi) aşkarlanıb. Onun bərpa müddəti barədə məlumat verilmir.

Xatırladaq ki, “Real”da Tibo Kurtua, Eder Militao, Arda Gülər, Orelyen Tçuameni və Rodriqo da zədə səbəbindən komandaya kömək edə bilmir.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mbappe cari mövsümdə “Real”ın heyətində 41 oyuna çıxıb, 41 qol vurub, 6 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 100 oyun, 85 qol, 11 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 96 oyun keçirib, 56 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Marko Yankoviç baş hakimə niyə hücum çəkib? – Özü açıqladı

25 April 2026 at 13:00

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Azərbaycan Kubokunun yarımfinalında “Sabah”la oyundan sonra baş verənlərə münasibət bildirib.

Arena.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi sosial şəbəkədə yayılan videonun şərh bölməsinə bunları yazıb:

“Özünü ciddi jurnalist və ağıllı insan kimi təqdim edirsənsə, mən səndən aşağıdakı suallara cavab verməyini istəyirəm:

Mən onu vurmaq istəsəydim, bunu etmək üçün kifayət qədər imkanım olmazdımı? 20 nəfərin reaksiyası eynidirsə, mümkündürmü ki, onların hamısı dəli olsun və yalnız bir nəfər haqlı olsun?

Sizlərdən kimsə özünə sual veribmi ki, hakim nə dedi və ya nə etdi ki, mən belə reaksiya verdim?

Və xeyr, bu penalti olduğunu düşündüyüm üçün deyil. Məsələ ondadır ki, mən meydanda ilk dəfə ondan VAR-a baxmağı xahiş edəndə o, mənə qırmızı vərəqə verdi və “rədd ol” dedi! Təkcə bir dəfə yox, dəfələrlə və təkcə mənə yox!

Üstəlik, meydanda ən sakit insan olmalı olan hakim məni paltardəyişmə otağına dəvət edir?! Niyə? Mənimlə dava etmək üçün? Bu, absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır.

Mən onun qərarı ilə razılaşmaya bilərəm, amma ona söyüş deməmişəm. Unutmayın ki, bu, “Qarabağ”da 4 il ərzində mənim ilk qırmızı vərəqəmdir və karyeramda ikinci dəfədir.

Fikirləşin”.

Xatırladaq ki, Marko Yankoviç “Sabah”la cavab oyununun ardından matçın baş hakimi Rəvan Həmzəzadənin üzərinə hücum çəkib. Buna dair video da yayılıb. “Qarabağ”ın futbolçunun insidentə görə cəzalanması gözlənilir.

Mahir Emreli “Kayzerslautern”ə lazım olmadı

25 April 2026 at 12:00

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun “Braunşveyq”ə qarşı oyununda iştirak etməyib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 31-cu turu çərçivəsində qarşılaşdıqları “Braunşveyq”lə matçın iştirak ərizəsinə də daxil edilməyib.

Doğma meydanda baş tutmuş bu görüş “Kayzerslautern”in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

31 turdan sonra 46 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 31 oyunda 14 qələbə qazanıb, 4 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 11 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Lamin Yamal – La Liqada aprelin ən yaxşı oyunçusu!

25 April 2026 at 11:00

İspaniya millisinin və “Barselona”nın cinah hücumçusu Lamin Yamal La Liqada 2026-cı ilin aprel ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

18 yaşlı futbolçu aprel ayında keçirdiyi 3 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu mükafat uğrunda mübarizədə Lukas Boye (“Alaves”), Vedat Muriqi (“Malyorka”), Karlos Soler (“Real Sosyedad”) və Federiko Vinası (“Real Ovyedo”) geridə qoyub.

Yamal bu mövsüm üçüncü dəfə ayın oyunçusu adını qazanıb. O, daha əvvəl noyabr və dekabr aylarında da bu mükafata sahib çıxmışdı.

Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi. Yanvarda Vedat Muriqi (“Malyorka”), fevralda Georges Mikautadze (“Vilyarreal”), martda Karlos Espi (“Levante”) ayın ən yaxşı oyunçusu adına layiq görülmüşdü.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 45 oyuna çıxıb. O, bu oyunlarda 24 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 151 oyun, 49 qol və 52 məhsuldar ötürmədən ibarətdir.

Onu da qeyd edək ki, vinger sol bud əzələsindən zədə aldığına görə 2025/2026-cı illər mövsümünün qalan hissəsini buraxacaq.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 25 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Jalə Əliyeva: “Məqsədim çempion olmaq idi”

25 April 2026 at 10:00

Qadın güləşi üzrə Avropa üçüncüsü olmuş Jalə Əliyeva (57 kq) Albaniyadakı qitə birinciliyi ilə bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Ötən il də yarimfinalda zədələndiyim üçün görüşü davam etdirə bilməmişdim. Bu dəfə çempion olmaq istəyirdim. Təəssüf ki, alınmadı. Müəyyən səhvlərə yol verdim. Bu səhvlərin üzərində çalışıb, əlimdən gələnin ən yaxşısını edəcəyəm”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 57 kq çəki dərəcəsində mübarizə aparan Jalə Əliyeva almaniyalı Amori Andrixə və inlandiyalı Yenna Hemiaeyə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Elvira Kamaloğluna 2:6 hesabıyla məğlub olan Əliyeva bürünc medal uğrunda görüşdə belaruslu Arina Demçankayla üz-üzə gəlib. Rəqibinə “tuş”la qalib gələn həmyerlimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bu, Jalənin böyüklər arasında analoji yarışda üçüncü (1 gümüş, 2 bürünc) medalı olub.

Premyer Liqa: “İmişli” “Sumqayıt”a, “Qəbələ” “Araz”a qarşı

25 April 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-сu turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “İmişli” “Sumqayıt”la üz-üzə gələcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil ediləcək oyuna saat 16:00-da start veriləcək. Qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək.

Günün digər oyunu “Qəbələ” ilə “Araz-Naxçıvan” arasında keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq matçın start fiti saat 18:30-da səslənəcək. Oyunun baş hakimi FİFA referisi Kamal Umudlu olacaq.

29-cu turun qalan görüşləri aprelin 26-da (“Şamaxı” – “Kəpəz”, “Neftçi” – “Qarabağ”) və 27-də (“Turan Tovuz” – “Zirə”, “Sabah” – “Karvan”) keçiriləcək.

Premyer Liqa
29-cu tur
25 aprel

“İmişli” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov.
VAR: Elvin Bayramov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 18:30.

La Liqa: “Real” “Betis”lə səfərdə “sülh bağladı”

25 April 2026 at 01:10

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Betis” doğma meydanda Madrid “Real”ı ilə üz-üzə gəlib. İki qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.

32-ci turun qalan görüşləri aprelin 25-də, 26-da və 27-də keçiriləcək.

İspaniya, La Liqa
32-ci tur
24 aprel

Betis – Real 1:1
Qollar: Belyerin, 90+4 – Vinisius, 17.

25 aprel

16:00. Alaves – Malyorka
18:15. Xetafe – Barselona
20:30. Valensiya – Jirona
23:00. Atletiko – Atletik

26 aprel

16:00. Rayo Valyekano – Real Sosyedad
18:15. Real Ovyedo – Elçe
20:30. Osasuna – Sevilya
23:00. Vilyarreal – Selta

27 aprel

23:00. Espanyol – Levante

Premyer Liqa: “Sanderlend” evdə 5 cavabsız qola üzüldü

25 April 2026 at 01:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

“Sanderlend” doğma meydanda “Nottingem Forest”lə üz-üzə gəlib. Qonaqlar bu görüşdə 5 cavabsız qola seviniblər.

İngiltərə, Premyer Liqa
34-cü tur
21 aprel

Brayton – Çelsi 3:0
Qollar: F.Kadıoğlu, 3. Hinselvud, 56. Uelbek, 90+1.

22 aprel

Bornmut – Lids 2:2
Qollar: Krupi, 60. Rayan, 85 – Hill, 68-öz qapısına. Lonqstaff, 90+7.

Börnli – Mançester Siti 0:1
Qol: Haland, 5.

24 aprel

Sanderlend – Nottingem Forest 0:5
Qollar: Hume, 17-öz qapısına. K.Vud, 31. Gibbs-Uayt, 34. İ.Jezus, 37. E.Anderson, 90+5.

25 aprel

15:30. Fulhem – Aston Villa
18:00. Liverpul – Kristal Pelas
18:00. Vest Hem – Everton
18:00. Vulverhempton – Tottenhem
20:30. Arsenal – Nyukasl

27 aprel

23:00. Mançester Yunayted – Brentford

Liqa 1: “Brest” – “Lans” matçında 6 qol

25 April 2026 at 00:50

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Brest” doğma meydanda “Lans” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.

31-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
31-ci tur
24 aprel

Brest – Lans 3:3
Qollar: Quindo, 7. Tüzar, 25. Ebimbe, 42 – Toven, 60. Sima, 64. Sent-Maksimin, 90+4.

25 aprel

17:00. Olimpik (Lion) – Oser
21:00. Anje – PSJ
23:05. Tuluza – Monako

26 aprel

17:00. Loryan – Strasburq
19:15. Havr – Mets
19:15. Paris – Lill
19:15. Renn – Nant
22:45. Olimpik (Marsel) – Nitsa

A Seriyası: “Napoli”dən “Kremoneze”yə 4 cavabsız qol

25 April 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 34-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Napoli” doğma meydanda “Kremoneze” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı görüş meydan sahiblərinin inamlı qələbəsi başa çatıb.

34-cü turun qalan görüşləri aprelin 25-də, 26-da və 27-də keçiriləcək.

İtaliya, A Seriyası
34-cü tur
24 aprel

Napoli – Kremoneze 4:0
Qollar: Maktominey, 3. Höylund, 45. De Bröyne, 45+3. A.Santos, 52.

25 aprel

17:00. Parma – Piza
20:00. Bolonya – Roma
22:45. Verona – Leççe

26 aprel

14:30. Fiorentina – Sassuolo
17:00. Cenoa – Komo
20:00. Torino – İnter
22:45. Milan – Yuventus

27 aprel

20:30. Kalyari – Atalanta
22:45. Latsio – Udineze

Bundesliqa: “Leypsiq” “Union Berlin”i 3 qolla yendi

25 April 2026 at 00:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Leypsiq” doğma meydanda “Union Berlin”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

31-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
31-ci tur
24 aprel

Leypsiq – Union Berlin 3:1
Qollar: Finkarqafe, 22. R.Kardozo, 25. Baku, 63 – Doexi, 78.

25 aprel

17:30. Auqsburq – Ayntraxt
17:30. Köln – Bayer
17:30. Haydenhaym – Sankt Pauli
17:30. Maynts – Bayern
17:30. Volfsburq – Borussiya (Mönhenqladbax)
20:30. Hamburq – Hoffenhaym

26 aprel

17:30. Ştutart – Verder
19:30. Borussiya (Dortmund) – Frayburq

Super Liqa: “Başakşəhər”dən “Kasımpaşa”ya 4 cavabsız qol

24 April 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Başakşəhər” doğma meydanda “Kasımpaşa” ilə üz-üzə gəlib. Meydan sahibləri 4 cavabsız qolla 3 xala seviniblər.

31-ci turun qalan görüşləri aprelin 25-də, 26-da və 27-də keçiriləcək.

Türkiyə, Super Liqa
31-ci tur
24 aprel

Başakşəhər – Kasımpaşa 4:0
Qollar: Şomurodov, 5; 87. B.Yıldırım, 22. Selke, 81.

25 aprel

15:30. Eyüpspor – Qaziantep
18:00. Kayserispor – Rizəspor
21:00. Göztəpə – Antalyaspor

26 aprel

15:30. Gənclərbirliyi – Kocaelispor
21:00. Qalatasaray – Fənərbağça

27 aprel

18:00. Alanyaspor – Samsunspor
21:00. Beşiktaş – Karagümrük
21:00. Konyaspor – Trabzonspor

Jalə Əliyeva yenidən Avropa üçüncüsü oldu

24 April 2026 at 23:00

Qadın güləşi üzrə Azərbaycan millisinin üzvü Jalə Əliyeva Albaniyada bürünc medal qazanmaqla yenidən Avropa üçüncüsü olub.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.

Yarışın beşinci günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Jalə Əliyeva bürünc medal uğrunda görüşdə belaruslu Arina Demçankayla üz-üzə gəlib. Rəqibinə “tuş”la qalib gələn həmyerlimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bu, Jalənin böyüklər arasında analoji yarışda üçüncü (1 gümüş, 2 bürünc) medalı olub.

Digər iki güləşçimiz isə 5-ci yerlə kifayətlənib. Ruzanna Məmmədova (62 kq) həlledici qarşılaşmada almaniyalı Naemi Laystnerə (2:5), Birgül Soltanova (65 kq) isə türkiyəli Beyza Akkuşa (2:4) məğlub olub.

Beləliklə, qitə birinciliyinə 5 idmançıyla qatılan qadınlardan ibarət millimiz yarışı 2 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) da Avropa üçüncüsü olmuşdu.

Florian Toven – Liqa 1-də martın ən yaxşı oyunçusu!

24 April 2026 at 22:30

Fransa milli komandasının və “Lans” klubunun cinah hücumçusu Florian Toven Liqa 1-də mart ayının ən yaxşı oyunçusu elan edilib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1-in mətbuat xidməti məlumat yayıb.

32 yaşlı vinger martda Fransa çempionatında 3 oyunda iştirak edib, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Onun sabit çıxışı “Lans”ın mövsümə inamlı davam etməsində mühüm rol oynayıb.

Toven cari mövsümdə ümumilikdə 32 qarşılaşmada meydana çıxıb, 11 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Toven cari mövsümdə 3-cü, karyerası ərzində 6-cı dəfə Liqa 1-də ayın ən yaxşı oyunçusu seçilir. O, ötən ilin sentyabrında və noyabrında, 2017-ci ilin martında, noyabrında və 2018-ci ilin yanvarında da oxşar mükafata layiq görülmüşdü.

Liqa 1-də cari mövsümün ilk mükafatçısı “Paris”in futbolçusu İlan Kebbal olub. O, avqust ayının ən yaxşı oyunçusu elan edilmişdi. Oktyabrda Marsel “Olimpik”inin futbolçusu Meyson Qrinvud fərqlənmişdi. Dekabr və yanvarda Lion “Olimpik”inin braziliyalı futbolçusu Endrik, fevralda isə “Brest”in futbolçusu Lüdovik Ayroke ən yaxşı seçilmişdi.

Florian Toven “Lans”a ötən ilin yayında “Udineze”dən tamhüquqlu əsasda keçib. Onun Fransa klubu ilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Bu keçid “Lans”a 6 milyon avro məbləğ müqabilində başa gəlib.

Toven “Qrenobl”ın məzunudur. Hücumçu, karyerası ərzində “Bastiya”, Marsel “Olimpik”i, “Nyukasl”, “UANL Tiqres” və “Udineze”də çıxış edib.

Toven 2017-ci ilin iyun ayında debüt etdiyi Fransa yığmasının heyətində 13 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 33 yaşlı fransız hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Deniz Undav – Bundesliqada martın ən yaxşı futbolçusu!

24 April 2026 at 21:30

“Ştutqart”ın 29 yaşlı alman hücumçusu Deniz Undav futbol üzrə Almaniya Bundesliqasında mart ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.

Undav mart ayında Bundesliqa çərçivəsində meydana çıxdığı 4 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Undav cari mövsümdə ilk, karyerası ərzində isə 3-cü dəfə oxşar mükafata layiq görülür. Alman forvard 2023-cü ilin noyabr və 2024-cü ilin yanvar aylarında da ən yaxşı seçilmşdi. Cari mövsümdə “Bayern”in hücumçusu Harri Keyn (sentyabr, dekabr və fevral) və sağ vingeri Makyl Olise hərəyə 3 dəfə (avqust, noyabr və yanvarda) ayın ən yaxşı oyunçusu elan edilib. Oktyabrda isə “Ayntraxt”ın mərkəz hücumçusu Yonatan Burkardt fərqlənib.

Deniz Undav “Verder”in yetirməsidir. O, “Meppen”, “Havelse”, “Yunion”, “Brayton”, “Ayntraxt” (Braunşveyq) kimi klubların da formasını geyinib. Hücumçu 2024-cü ilin avqustundan formasını geyindiyi “Ştutqart”ın heyətində 112 oyuna çıxıb, 56 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Undav 2024-cü ilin mart ayında Almaniya millisində debüt edib. O, yığmanın heyətində 7 oyuna çıxıb, 4 qol və 1 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

İslam Bazarqanov Avropa çempionatının finalında

24 April 2026 at 22:00

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, beşinci gündə 57, 65, 70, 79 və 97 kq-da yer almış sərbəst güləşçilər çıxış ediblər.

İslam Bazarqanov (57 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Təmsilçimiz belaruslu Aryan Tiutrin üzərində inamlı qələbə (9:4) qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə heç bir şans tanımayan (11:1) İslam karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. Bazarqanov sabah həlledici görüşdə rusiyalı Musa Mextixanovla güləşəcək.

Rəşid Babazadə (65 kq) debütdə almaniyalı Niko Megerleni (3:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Bəşir Maqomedova məğlub olub – 2:7. Babazadə sabah təsəlliverici görüşdə belçikalı Ayub Musayevlə güləşəcək.

Kənan Heybətov (70 kq) 1/4 finalda ukraynalı Oleksey Borutoya 2:7 hesabıyla uduzub.

Cəbrayıl Hacıyev (79 kq) 1/4 finalda slovakiyalı Avropa çempionu və dünya mükafatçısı Axsarbek Qulayevdən güclü olub – 7:2. Ancaq yarımfinalda belaruslu olimpiya və Avropa mükafatçısı Maqamedxabib Kadimaqamedova 1:5 hesabıyla məğlub olub. Güləşçimiz sabah üçüncü yer uğrunda güləşəcək. Rəqib Rasul Şapiyev (Şimali Makedoniya) – Tariel Qaprindaşvili (Gürcüstan) qarşılaşmasının qalibi olacaq.

Osman Nurmaqomedov (97 kq) ilk mərhələdə gürcüstanlı olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Givi Matçaraşviliyə minimal fərqlə (2:3) məğlub olub.

“Şəmkir” rəhbərliyi ilə FİF kollektivi arasında görüş keçirildi

24 April 2026 at 21:00

Bu gün “Şəmkir” Futbol Klubunun rəhbəri Adil Əliyev ilə Futbolun İnkişaf Fondunun (FİF) kollektivi arasında görüş baş tutub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı fondun bu günə qədər “Şəmkir” FK ilə bağlı gördüyü işlər barədə məlumat verilib, klubun növbəti ev oyununun birgə təşkili ilə bağlı planlar müzakirə olunub.

Eyni zamanda oyunların təşkili istiqamətində dəstək mexanizmləri, dayanıqlı maliyyə kanallarının formalaşdırılması və klubun inkişafına töhfə verəcək növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər gələcək əməkdaşlıq çərçivəsində klubun inkişaf perspektivləri, azarkeşlərlə işin gücləndirilməsi və s. planları nəzərdən keçiriblər. Görüşün yekununda qarşıdakı dövrdə birgə fəaliyyətin genişləndirilməsi, uzunmüddətli və dayanıqlı əməkdaşlığın qurulması istiqamətində razılıq əldə olunub.

Frenki De Yonq – “Barsa”da yeni rekordçu

24 April 2026 at 20:00

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubun bütün zamanların ən çox oyun keçirən niderlandlı oyunçusu olub.

Arena.az xəbər verir ki, Kataloniya klubunda çoxlu niderlandlı oyunçu çıxış edib, lakin De Yonq indi bütün həmvətənləri arasında rekorda sahib olub.

“Selta”ya qarşı La Liqa matçı (1:0) yarımmüdafiəçinin “Barselona”da bütün yarışlarda keçirdiyi 293-cü oyunu olub. Bu, əvvəlki rekordçu, matçı izləyən, De Yonqu şəxsən təbrik edən və ona 293 nömrəli formanı təqdim edən Filipp Kokudan daha çoxdur.

Xatırladaq ki, Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyul ayında “Barselona” 86 milyon avro məbləğ müqabilində De Yonqu “blauqrana”nın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

De Yonq cari mövsümdə “Barselona”nın heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 1 qol vurub, 8 məhsuldar ötürmə verib.

De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 293 oyun, 20 qol, 31 məhsuldar ötürmə.

Frenki de Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 64 oyuna çıxıb, 2 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Daniel Sebalyos “Real”ın heyətindən kənarlaşdırıldı

24 April 2026 at 19:00

İspaniyanın “Real” (Madrid) klubunun mərkəz yarımmüdafiəçisi Daniel Sebalyos cari mövsümün qalan hissəsini buraxa bilər.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bu həftə komandanın baş məşqçisi Alvaro Arbeloa ilə münaqişə yaşayıb.

Nəticədə oyunçu bu gün La Liqanın 32-ci turunda “Betis”ə qarşı keçiriləcək oyun üçün heyətdən kənarda qalıb.

Mərkəz yarımmüdafiəçisi olan Daniel Sebalyos futbola “Betis”də qədəm qoyub, həmçinin “Utrera” və “Sevilya”da çıxış edib və məhz “Betis”lə böyük futbolda debüt edib. Sebalyos futbolçu karyerası ərzində “Arsenal”da da icarə əsasında çıxış edib.

“Real” Sebalyosu 2017-ci ilin iyul ayında 16,5 milyon avro məbləğ müqabilində “Betis”dən tamhüquqlu əsasda “qaymaqlılar”ın düşərgəsinə qatıb. İspan futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Dani Sebalyos cari mövsümdə “Real” üçün bütün yarışlarda 22 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Onun “Real” karyerası bütövlükdə 214 oyun, 7 qol və 16 assistdən ibarətdir.

Sebalyos 2018-ci ildə debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyuna çıxıb, 1 qol və 2 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Canluka Prestianni 6 oyunluq cəzalandırıldı

24 April 2026 at 18:00

Argentina millisinin və Portuqaliyanın “Benfika” klubunun sağ vingeri Canluka Prestianni UEFA tərəfindən 6 oyunluq cəzalandırılıb.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real”ın (İspaniya) hücumçusu Vinisius Juniora qarşı homofob xarakterli təhqirə yol verdiyi üçün cəzalandırılıb. UEFA-nın Etika və İntizam Müfəttişinin araşdırmasından sonra oyunçuya qarşı intizam işi açılıb.

Nəticədə UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı Prestianniyə klub və ya milli komanda səviyyəsində keçirilən 6 rəsmi matçda iştirak qadağası qoyub. Cəzanın 3 oyunu qərar qəbul edildiyi tarixdən etibarən iki il müddətinə sınaq müddəti kimi müəyyənləşdirilib. Diskvalifikasiya müddətinə fevralın 25-də keçirilmiş cavab qarşılaşmasında çəkilən bir oyunluq cəza da daxil edilib.

Bundan əlavə, UEFA qeyd olunmuş cəzanın dünya miqyasında tətbiq edilməsi üçün FIFA-ya müraciət edib.

Argentinanın “Veles Sarsfild” klubunun yetirməsi olan Canluka Prestianni 2024-cü ildən “Benfika”da çıxış edir. O, Argentina millisinin heyətində də 1 oyun keçirib.

Nurəddin Rəcəbov: “Qələbəni böyük zəhmət bahasına əldə etdik”

24 April 2026 at 17:00

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin böyük məşqçisi Nurəddin Rəcəbov Avropa çempionatındakı çıxışı dəyərləndirib.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medalla komanda hesabında Avropa çempionu olmuş yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

Heydər Əliyev Aeroportunda yığmamızın qarşılanma mərasimi keçirilib.

Mərasimdə komandamızın böyük məşqçisi Nurəddin Rəcəbov jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Avropa çempionatına komanda olaraq çox yüksək səviyyədə hazırlaşmışdıq. Ardıcıl bir neçə təlim-məşq toplanışında iştirak etdik. İdmançılarımızın arasında zədəli olanlar da var idi. Böyük zəhmət bahasına bu qələbəni əldə etdik. Fürsətdən istifadə edərək, hər bir idmançımıza təşəkkürümü bildirirəm. Qazanılan 5 medaldan əlavə olaraq, komanda hesabında Avropanın ən güclüsü olduq. Ən güclü olmaq üçün komandada olan hər bira idmançı öz üzərinə düşən xalı hesaba yazdırdı. Təbii ki, xırda səhvlər var. Bunlar olmalıdır. Biz bundan sonrakı təlim-məşq toplanışlarında da, dünya çempionatı qabağı hazırlıqda da səhvlərin üzərində işləyəcəyik.

Həsrət tarix yazdı. Gənclərdə böyük məşqçi olduğum vaxtdan tanıyıram. O qədər perspektivli idmançıdır ki, bilirdim ki, bu uğuru qazanacaq. Yəqin ki, finalı izlədiniz. Türkiyəli güləşçi hesabda öndə olanda belə içimdə güvən hissi var idi. Əmin idim ki, Həsrət hesabı dəyişdirəcək. Hər birimizi bu rekord nəticə ilə sevindirdi. Nəinki finaldan əvvəl, bütün görüşlərin öncəsində, təlim-məşq toplanışları zamanı, həmişə analiz edirdik. Bütün güləşçilərimizin üzərində təhlillər aparırdıq.

Komandamızın bütün məşqçi heyətini də təbrik edirəm. Azərbaycan Güləş Federasiyanı, Gənclər və İdman nazirliyini və Milli Olimpiya Komitəsini ürəkdən təbrik edirəm. Ona görə ki, bütün təlim-məşq toplanışlarını, idmançılar üçün lazımlı olan vitaminlər və digər ehtiyacların hər birini gecikmədən, ardıcıl olaraq təmin edib, şərait yaradıblar”.

Çempionlar danışır

Qarşılanma mərasimində Avropa çempionu olmuş Həsrət Cəfərovla Qurban Qurbanov da açıqlama veriblər.

Həsrət Cəfərov: “Üzərimdə böyük məsuliyyət var idi. Bilirdim ki, 4 qat Avropa çempionu kimi tarixə düşə bilərəm. Bunun üçün də çox yaxşı hazırlaşırdım. Çox ağır görüşlər keçirdim. Hazırlığımız yaxşı olmasaydı, bu görüşlərdə qalib gələ bilməzdim. Yarımfinal və finalda hesabda geri düşdüm. Buna baxmayaraq, geridönüş edib qələbə qazandım”.

Qurban Qurbanov: “Təəssüratlarım çox yaxşıdır. Komandamız Avropa çempionu oldu. Mən də fərdi şəkildə Avropa çempionu oldum. Bu mənim ikincə Avropa çempionluğumdur. Bizdə bir neçə gün istirahət olacaq. Hansı tapşırıq verilsə, biz də ona əməl edəcəyik. Hər çempionluğun özünəməxsus çətinliyi vardı. Bu, məncə digərinə nisbətən daha çətin oldu. Çünki yarışdan əvvəl bir neçə zədəm olmuşdu. Ona görə bərpa olmaq, yenidən heyətə düşmək çox çətin oldu”.

“Olimpiya Oyunlarında medal qazanmağı qarşıma əsas hədəf qoymuşam”

Qitə birinciliyində bürünc medalla kifayətlənmiş idmançılarımız da fikirlərini bölüşüblər:

İslam Abbasov: “Yunan-Roma güləşi üzrə Avropa çempionatı həmişə gərgin mübarizə şəraitində keçir. Rəqabət güclü olduğundan bu yarışlarda təcrübə lazımdır. Bu yarışda bürünc medal qazandım. Gələn yarışlarda bu medalın əyarını qızıl etməyə çalışacağam”.

Nihat Məmmədli: “Bu il eyni şəhərdə reytinq turnirinin qalibi olmuşdum. Tiranaya yenidən çempion olmaq üçün yollanmışdım. Amma təəssüf ki, bəzi səhvlərə görə qızıl medalı əldən verdim və yarışı bürünc medalla başa vurdum. Bu, artıq mənim 4-cü Avropa çempionatı medalıdır. Buna görə sevinirəm. Ümid edirəm ki, növbəti yarışlarda daha yaxşı nəticələrlə xalqımızı sevindirərəm. Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Təlim-məşq toplanışlarımız da yaxşı keçmişdi. Komanda olaraq yaxşı nəticə göstərə biləcəyimizə inanırdıq və komanda hesabında çempion olduq”.

Rəşad Məmmədov: “İki il əvvəl Avropa çempionatında gümüş medal qazanmışdım. Bura gümüş medalı qızıl etmək üçün gəlmişdim. Təəssüf ki, bəzi səbəblərə görə alınmadı. Çox şükür ki, vətənə medalsız qayıtmadım. Səhvlərimizin üzərində işləyib, qarşıdakı yarışlara daha yaxşı hazırlaşacağıq”.

Sənan Süleymanov: “Öncə komandamızı təbrik edirəm. Avropa çempionu olduq. Nəticəm istədiyim kimi olmadı. Ümumi olaraq həm mən, həm də komanda yoldaşlarım yarışa yaxşı hazırlaşmışdıq. Bu dəfə mənim üçün uğursuz oldu. Növbəti yarışlara qədər səhvlərimin üzərində işləyəcəyəm. Qarşıda bizi dünya çempionatı gözləyir. İnanıram ki, dünya çempionatında medal qazanacağam. Olimpiya Oyunlarında medal qazanmağı qarşıma əsas hədəf qoymuşam”.

Xatırladaq ki, Avropa çempionatında Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.

Premyer Liqa: 31-ci turun oyun cədvəli açıqlandı

24 April 2026 at 16:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

31-ci turun görüşləri mayın 8-də, 9-da və 10-da keçiriləcək. Ənənəyə uyğun olaraq, hər oyun günündə iki qarşılaşma baş tutacaq. Tura Qubada start veriləcəksə, sonuncu görüş Bakıda təşkil ediləcək.

Premyer Liqa
31-ci tur
8 may

“İmişli” – “Zirə”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Sabah” – “Kəpəz”
“Masazır Arena”, 19:30.

9 may

“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

10 may

“Turan Tovuz” – “Karvan”
Tovuz şəhər stadionu, 17:00.

“Neftçi” – “Şamaxı”
Bakı. “Neftçi Arena”, 19:30.

Final oyununun nominal meydan sahibi bəlli oldu

24 April 2026 at 15:00

Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Mərasimdə Peşəkar Futbol Liqasının, “Zirə” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Zirə” mətbuat katibi Elmar Abdullazadə, “Sabah” isə klubun meneceri İlahə Vəlizadə ilə təmsil olunub. Püşkatmaya əsasən “Sabah” nominal meydan sahibi olub.

Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev, icraçı direktor Zaur Hacı-Məhərrəmov da iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.

Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də “Neftçi Arena”da keçiriləcək. Həlledici matça saat 20:00-da start veriləcək.

Klaudio Ranyeri “Roma”dan getdi – Rəsmi

24 April 2026 at 14:00

İtaliyanın “Roma” klubunun idarə heyətinin müşaviri, bu komandanın sabiq baş məşqçisi Klaudio Ranyeri vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Klub Ranyeriyə xidmətləri üçün təşəkkür edib, gələcək həyatında uğurlar arzulayıb.

İtaliya mətbuatının yazdığına görə, ayrılığın əsas səbəbi təcrübəli mütəxəssislə komandanın baş məşqçi Can Pyero Qasperini arasında yaranmış fikir ayrılığıdır. Tərəflər transfer siyasəti ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Qasperini komandanın heyətindən narazılığını bildirib, Ranyeri isə transferlərin birgə razılaşdırıldığını vurğulayıb. Məlumata əsasən, mövsümün sonuna yaxın qeydə alınmış qeyri-sabit nəticələr tərəflər arasında gərginliyi daha da artırıb.

Xatırladaq ki, “Roma” hazırda A Seriyasında 33 turdan sonra 58 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, 73 yaşlı Klaudio Ranyeri 2024-cü ilin noyabrında “Roma”nın baş məşqçisi təyin olunmuş və mövsümün sonuna qədər komandaya rəhbərlik etmişdi. O, daha əvvəl də 2009–2011 və 2019-cu illərdə paytaxt klubunda çalışıb.

Georgios Donis Səudiyyə Ərəbistanı millisində!

24 April 2026 at 13:00

Yunanıstandan olan 56 yaşlı mütəxəssis Georgios Donis futbol üzrə Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

56 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, baş məşqçi bu postda Herve Renarı əvəzləyib.

Herve Renar 2024-cü ilin oktyabr ayından Səudiyyə Ərəbistanı yığmasına rəhbərlik edirdi. Sözügedən komandanı 28 oyuna çıxarmış fransalı mütəxəssis 11 qələbə, 6 heç-heçə, 11 məğlubiyyət görüb. Ərəblər məhz Renarın rəhbərliyi atlında DÇ-2026-ya vəsiqə qazanıblar. Amma bir neçə gün öncə Herve Renar millidən ayrılmağa qərar verib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı seçməsi bu il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının H qrupunda İspaniya, Kabo Verde və Uruqvay yığmaları ilə üz-üzə gələcək.

Georgios Donis isə son olaraq Səudiyyə Ərəbistanının “Əl-Xalec” komandasına rəhbərlik edib. O, məşqçilik karyerası ərzində “İlisiakos”, AEL, AEK, “Atromitos”, PAOK, APOEL, “Əl-Hilal”, “Əl-Şarca”, “Panathinaikos”, “Makkabi” (Təl-Əviv), “Əl-Wehda”, “Əl-Fateh” kimi komandalara da rəhbərlik edib.

Yüksək Liqa: 18-ci turun oyun cədvəli açıqlandı

24 April 2026 at 12:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

24-cü turun görüşləri aprelin 30-da “Olimpik Star”da keçiriləcək. Əvvəlcə “Şuşa” “Neftçi” İK ilə üz-üzə gələcək. Günün digər oyunu U-19 millimizlə “Baku Fire” arasında baş tutacaq.

Son çempion “Araz-Naxçıvan” isə meydana çıxmadan 3 xal qazanacaq. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılacaq.

Yüksək Liqa
18-ci tur
30 aprel

Şuşa – Neftçi İK
Bakı. “Olimpik Star”. Saat 14:30.

U-19 – Baku Fire
Bakı. “Olimpik Star”. Saat 16:30.

Xallar: Neftçi İK – 46. Araz-Naxçıvan – 43. Baku Fire – 32. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.

Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”), Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.

Premyer Liqa: Qəbələ və Qubaya gedəcək hakimlər bəllidir

24 April 2026 at 11:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-сu turunun iki oyununa təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Sabah – aprelin 25-də keçiriləcək görüşlər FİFA referilərinə tapşırılıb.

Turun qalan görüşləri aprelin 26-da və 27-də keçiriləcək. Həmin görüşlərin təyinatları isə böyük ehtimalla sabah açıqlanacaq.

Premyer Liqa
29-cu tur
25 aprel

“İmişli” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov.
VAR: Elvin Bayramov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 18:30.

İkinci Liqa: 24-cü turun bütün təyinatları açıqlandı

24 April 2026 at 10:00

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 24-cü turununun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

24-cü turun görüşləri aprelin 26-da, 27-də və 28-də keçiriləcək.

İkinci Liqa
24-cü tur
26 aprel

“Ağstafa Gəncləri” – “Kür-Araz”
Hakimlər: Nahid Xasıyev, Tural Bayramov, Rizvan Süleymanov, Samir Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Ağstafa şəhər stadionu, 16:30.

“Dinamo” – “Şirvan”
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 16:30.

27 aprel

“Araz Saatlı” – “Göygöl”
Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Samir Musayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Ağdaş”
Hakimlər: Maqsud Şamıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

28 aprel

“Xankəndi” – “Qaradağ Lökbatan”
Hakimlər: İnqilab Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəmkir” – “Quba”
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Vüqar Alıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şəmkir Olimpiya İdman Kompleksinin Stadionu, 16:30.

Günay Qurbanova: “Özümdən qızıl medal gözləyirdim”

24 April 2026 at 09:00

Qadın güləşi üzrə Avropa üçüncüsü olmuş Günay Qurbanova (59 kq) Albaniyadakı yarışla bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Çox sevinirəm. Bu, mənim böyüklər arasında Avropa çempionatında ilk iştirakım idi. Özümdən qızıl medal gözləyirdim. Heyif ki, alınmadı. İnşallah, gələn il daha yaxşı olacaq. 15 saniyə qalmış qələbəni əldən verdim. Yəqin ki, təcrübəm çatmadı.

Olimpiya Oyunlarında iştirak etmək üçün 57, yoxsa 62 kq-a keçmək məsələsinə mən yox, Toğrul Əsgərov qərar verəcək. Hansı çəkini məsləhət bilsə, həmin çəkidə də güləşəcəyəm”.

Xatırladaq ki, Günay Qurbanova (59 kq) debüt etdiyi qitə birinciliyinə 1/4 finaldan qoşulub və almaniyalı Elena Brügger üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz yarımfinalda ukraynalı dünya ikincisi Mariya Vinniklə qarşılaşıb. Görüşün sonuncu dəqiqəsinədək hesabda 2:0 öndə olan güləşçimiz son saniyələrdə rəqibin fəndlərinin qarşısını ala bilməyib – 2:6. Günay bürünc medal uğrunda belaruslu Marta Hetmanava ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada 7:5 hesablı qələbəyə sevinən 18 yaşlı güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib və böyüklər arasında Avropa çempionatında debütünü medalla qeyd edib.

Almaniya Kubokunda “Ştutqart” – “Bayern” finalı olacaq

24 April 2026 at 01:35

Bu gün futbol üzrə Almaniya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

Mərhələnin sonuncu oyununda “Ştutqart” “Frayburq”la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla yekunlaşıb. Əlavə vaxtın sonlarında daha bir qol vurmuş “Ştutqart” finala yüksəlib.

Daha öncə “Bayern” də “Bayer” üzərində inamlı qələbə ilə finala yüksəlmişdi.

Beləliklə, Alamaniya Kubokunda 2025/2026-cı illər mövsümünün qalibi mayın 23-də “Bayern”lə “Ştutqart” arasında keçiriləcək final qarşılaşmasında bəlli olacaq.

Almaniya Kuboku
Yarımfinal
22 aprel

Bayer – Bayern 0:2
Qollar: Harri Keyn, 22. Luis Dias, 90+3.

23 aprel

Ştutqart – Frayburq 2:1
Qollar: Undav, 70. T.Tomas, 119 – Eggeştayn, 28.

La Liqa: “Vilyarreal” xal itirdi, “Sevilya” uduzdu

24 April 2026 at 01:30

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

“Levante” doğma meydanda “Sevilya”ya, “Rayo Valyekano” isə “Espanyol”a qalib gəlib. “Real Ovyedo” – “Vilyarreal” görüşündə qalib müəyyənləşməyib.

Beləliklə, cari mövsümdə 82 xal toplamış “Barselona” vahid liderdir. “Real” 73 xalla ikinci, “Vilyarreal” 62 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko” 57, “Betis” 49, “Xetafe” və “Selta” 44, “Real Sosyedad” 42 xal toplayıb.

İspaniya, La Liqa
33-cü tur
21 aprel

Malyorka – Valensiya 1:1
Qollar: S.Kosta, 49 – U.Sadiq, 67.

Jirona – Betis 2:3
Qollar: Siqankov, 7. Unahi, 68-pen – Roka, 23. Ezzalzuli, 63. Rikelme, 80.

Atletik – Osasuna 1:0
Qol: Quruseta, 16.

Real – Alaves 2:1
Qollar: Mbappe, 30. Vinisius, 50 – T.Martines, 90+3.

22 aprel

Elçe – Atletiko 3:2
Qollar: Affenqruber, 18. A.Silva, 33-pen: 75 – N.Qonsales, 10; 34.

Real Sosyedad – Xetafe 0:1
Qol: Qorroçateqi, 29.

Barselona – Selta 1:0
Qol: Yamal, 40-pen.

23 aprel

Levante – Sevilya 2:0
Qollar: İ.Romero, 38; 90+3.

Rayo Valyekano – Espanyol 1:0
Qol: Kamello, 87.

Real Ovyedo – Vilyarreal 1:1
Qollar: Çayra, 69 – Pepe, 13-pen.

“Trabzonspor”la “Beşiktaş” Türkiyə Kubokunda yarımfinala çıxdılar

23 April 2026 at 23:59

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Samsunspor” – “Trabzonspor” matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş Trabzon təmsilçisi yarımfinala yüksəlib.

“Beşiktaş” isə “Alanyaspor”la oyunda darmadağına imza ataraq növbəti mərhələyə vəsiqə qazanıb.

Xatırladaq ki, daha öncə “Gənclərbirliyi” “Qalatasaray”, “Konyaspor” da “Fənərbağça”nı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlmişdilər.

Beləliklə, Türkiyə Kubokunda finala vəsiqə uğrunda “Beşiktaş” “Konyaspor”la, “Gənclərbirliyi” isə “Trabzonspor”la mübarizə aparacaq. Yarımfinal mərhələsinin oyunları mayın 13-də keçiriləcək. Final qarşılaşması isə mayın 24-də baş tutacaq.

Türkiyə Kuboku
1/4 final
21 aprel

Konyaspor – Fənərbağça 1:0
Qol: Yevtoviç, 120+2.

22 aprel

Qalatasaray – Gənclərbirliyi 0:2
Qollar: F.Üzüm, 51. A.Traore, 83.

23 aprel

Samsunspor – Trabzonspor 0:0 (penaltilər 1:3)

Beşiktaş – Alanyaspor 3:0
Qollar: Ture, 17. O.H.Qyu, 83. O.Kökçü, 85.

Sahil Babayev yenidən Boks Federasiyasının prezidenti seçildi

23 April 2026 at 23:30

Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib.

Arena.az xəbər erir ki, bu gün gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov 2022-2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabatı təqdim edib.

Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğısı ölkə boksunun da yeni nailiyyətlər əldə etməsinə imkan verib. Boksçularımız son 4 ildə beynəlxalq yarışlarda 178-i qızıl, 165-i gümüş və 307-si bürünc olmaqla, ümumilikdə 650 medal qazanıb. Habelə bir neçə rəsmi yarışlarda yeni rekordlar müəyyənləşdiriblər. Gənc məşqçi və hakimlərin təcrübələrinin artırılması istiqamətində də mühüm addımlar atılıb, Bakı ilə yanaşı, bölgələrdə də boks idman növü üzrə maddi-texniki baza gücləndirilib.

Ardınca növbəti 4 il üçün federasiya rəhbərliyinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti, Natiq Həsənov və Vaqif Kazımov vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov İdarə Heyətinin üzvləri seçiliblər.

Sonda Sahil Babayev göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə məlumat verib.

Arda Gülər və Eder Militao üçün mövsüm bitdi

23 April 2026 at 23:00

La Liqanın 33-cü turunun “Alaves”lə ev oyunu “Real”ın iki futbolçusu – Eder Militao və Arda Gülər üçün uğursuz yekunlaşıb.

Arena.az xəbər verir ki, Madrid təmsilçisi 2:1 hesablı qələbə qazandığı oyunda iki əsas futbolçusunu itirib.

Matçın ilk hissəsinin sonlarında zədə alan Militaoda sağ ayağın arxa bud əzələsinin zədəsi aşkarlanıb. Braziliyalı müdafiəçi cari mövsümdə artıq üçüncü dəfədir ki, zədə ilə üzləşir.

Arda Gülər də oxşar zədə səbəbindən qarşılaşmanın 58-ci dəqiqəsində meydanı tərk edib.

Klub artıq bu iki futbolçunun zədələndiyini rəsmən açıqlayıb. Onların mövsümün sonuna qədər “Real”a kömək edə bilməyəcəyi vurğulanır.

Xatırladaq ki, Arda cari mövsümdə meydana çıxdığı 50 oyunda 6 qol vurub, 14 məhsuldar ötürmə verib. Militao isə 21 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Günay Qurbanova Avropa üçüncüsü oldu

23 April 2026 at 22:30

Azərbaycanın qadın güləşi üzrə yığma komandasının üzvü Günay Qurbanova Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.

Yarışın dördüncü günündə qadın güləşi üzrə Azərbaycan millisi ilk medalını qazanıb.

Günay Qurbanova (59 kq) bürünc medal uğrunda görüşdə belaruslu Marta Hetmanava ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada 7:5 hesablı qələbəyə sevinmiş 18 yaşlı güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bununla da o, böyüklər arasında Avropa çempionatında debütünü medalla qeyd edib.

Xatırladaq ki, Günay ötən gün debüt etdiyi qitə birinciliyinə 1/4 finaldan qoşulmuş və almaniyalı Elena Brügger üzərində inamlı qələbə qazanmışdı – 7:0. Həmyerlimiz yarımfinalda ukraynalı dünya ikincisi Mariya Vinniklə qarşılaşmışdı. Görüşün sonuncu dəqiqəsinədək hesabda 2:0 öndə olan güləşçimiz son saniyələrdə rəqibin fəndlərinin qarşısını ala bilməmişdi – 2:6.

ABL: “Neftçi” yarımfinalın ilk oyununda məğlub oldu

23 April 2026 at 22:00

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026 mövsümünün yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

“Abşeron Lions” “Neftçi” ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutmuş matç Abşeron təmsilçisinin qələbəsi ilə yekunlaşıb. “Neftçi” 89:95 hesablı məğlubiyyətə üzülüb.

Yarımfinal mərhələsinin ötən gün baş tutmuş ilk görüşündə “Sabah” “Gəncə”yə 96:67 hesablı qalib gəlmişdi.

Xatırladaq ki, ABL-in 2025/2026-cı illər mövsümünün reqlamentinə əsasən, yarımfinal mərhələsində iki qələbəyə daha tez çatan tərəf finala yüksələcək.

Jalə, Ruzanna və Birgül üçün AÇ-də “bürünc” şans

23 April 2026 at 21:30

Azərbaycanın qadın güləşçiləri Jalə Əliyeva, Ruzanna Məmmədova və Birgül Soltanova Avropa çempionatında bürünc medal qazana bilərlər.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.

Dördüncü yarış günündə qadın güləşi üzrə Azərbaycan millisinin son 3 üzvü mübarizəyə qoşulub.

Jalə Əliyeva (57 kq) almaniyalı Amori Andrixə və inlandiyalı Yenna Hemiaeyə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Elvira Kamaloğluna 2:6 hesabıyla məğlub olan Əliyeva sabah bürünc medal uğrunda Tamara Dollak (Macarıstan) – Arina Demçanka (Belarus) qarşılaşmasının qalibiylə güləşəcək.

Ruzanna Məmmədova (62 kq) ukraynalı İlona Prokopevniuka tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Amina Tandelovaya məğlub olub – 0:5. Ruzanna sabah bürünc medal görüşündə almaniyalı Naemi Laystnerlə üz-üzə gələcək.

Birgül Soltanova (65 kq) rumıniyalı 4 qat Avropa mükafatçısı Krista İntseyə 3:1 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb. Həmyerlimiz finala yüksəlməyə də çox yaxın olub. Rusiyalı dünya ikincisi Alina Kasabiyeva ilə görüşdə 8:0 hesablı üstünlük əldə edən Soltanova tədricən təşəbbüsü əldən verib və minimal fərqlə (10:11) məğlub olub. Birgül sabah bürünc medal uğrunda türkiyəli Beyza Akkuşla güləşəcək.

Yüksək Liqa: “Neftçi” və “Araz”dan darmadağın

23 April 2026 at 21:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun hər iki oyunu eyni gündə “Olimpik Star”da keçirilib.

“Araz-Naxçıvan” “Şuşa”nı sınağa çəkib. “Neftçi” İK isə U-19 millimizlə üz-üzə gəlib. Hər iki görüşdə favoritlər darmadağına seviniblər.

“Baku Fire” isə 3 xalı meydana çıxmadan qazanıb. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılıb.

Yüksək Liqa
17-ci tur
23 aprel

Araz-Naxçıvan – Şuşa 18:1
Qollar: Ədalət Ələkbərov, 1:29; 7:42; 36:48; 37:10. Felipe De Lima, 4:05. Ülvi Əliyev, 6:46; 19:50; 28:18. Covanni, 17:49. Peruzzo, 19:28; 21:58. Aleks, 24:47; 25:11. Əmirhüsseyn Rasuli, 25:23; 26:45. Mirzə Əmirov, 29:33. Teyşeyra Barbosa, 29:58; 38:18 – Elmin Qaçaylı, 35:36.
Hakimlər: Knyaz Əmiraslanov, Kənan Məlikov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:30.

Neftçi İK – U-19 16:3
Qollar: Allef Mayolli, 9:02; 15:29; 21:15; 16:03; 30:25; 38:41; 39:06; 39:31. Lukas Ramos, 15:51; 26:03. Leonildo Rodriqes, 22:14; 36:17. Yaqo Henrike, 23:58; 24:35; 36:26. Qustavo Rodriqes, 24:48 – İsmayıl Əhmədov, 13:53. Pünhan Qasımzadə, 25:50. Oqtay Mahmudzadə, 30:15.
Hakimlər: Elgün Hüseynov, Mahir Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xallar: Neftçi İK – 46. Araz-Naxçıvan – 43. Baku Fire – 32. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.

Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”), Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.

“Zirə” 3-cü, “Sabah” 2-ci dəfə finalda oynayacaq

23 April 2026 at 19:30

Futbol üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün finalında “Zirə” və “Sabah” komandaları üz-üzə gələcəklər.

Arena.az xəbər verir ki, “Zirə” yarımfinalda “Turan Tovuz”u (2:0, 0:0), “Sabah” “Qarabağ”ı (2:2, 2:1) mübarizədən kənarlaşdırıb.

Qəsəbə klubu tarixində 3-cü dəfə finala yüksəlib. Zirənin eyniadlı təmsilçisi 2021/2022 və 2023/2024 mövsümlərində həlledici matçın iştirakçısı olub.

“Sabah” isə həm tarixində, həm ardıcıl ikinci dəfə finalda oynayacaq. Ötən mövsümün qalibi titulunu qorumağa çalışacaq. Mayın 13-də qarşılaşacaq rəqiblərin əvvəlki final oyunlarında eyni komanda ilə – “Qarabağ”la qarşılaşıblar.

Ümumilikdə isə 1992-ci ildən keçirilən yarışda 19 komanda final oynayıb: “Qarabağ” – 12, “Neftçi” – 11, “Şamaxı” – 6, “Xəzər Lənkəran”, “Qəbələ” – 5, “Kəpəz” – 4, “Bakı”, “Zirə” – 3, “Kür Nur”, “Şəmkir”, “Sumqayıt”, “Sabah” – 2, “İnşaatçı”, “Şəfa”, Xəzri”, “MKT-Araz”, “Karvan”, “Xəzər” L, “İnşaatçı” Sb – 1.

Rəhim Həsənov Rəvan Həmzəzadəni haqlı çıxartdı – VİDEO

23 April 2026 at 20:30

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, yarımfinalın cavab oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.

Rəhim Həsənov “Sabah” – “Qarabağ” oyununda baş hakimin epizodlarda doğru qərar verdiyini təsdiqləyib. O, “Qarabağ”ın qapıçısı Mateus Koxalskiyə haqlı olaraq qırmızı vərəqə verildiyini bildirib. Hakimlər Komitəsinin sədri görüşün sonundakı epizodda penalti olmadığını da vurğulayıb.

Xatırladaq ki, “Sabah” – “Qarabağ” oyununun baş hakimi Rəvan Həmzəzadə olub. Qarşılaşma “bayquşlar”ın 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. İlk oyunda 2:2 hesablı heç-heçə qeydə alındığı üçün, “Sabah” finala çıxan tərəf olub.

Digər yarımfinal cütündə isə “Zirə” “Turan Tovuz”u iki oyunun cəmində üstələyib – 2:0, 0:0.

Azərbaycan Kubokunun final görüşü mayın 13-də “Sabah”la “Zirə” arasında keçiriləcək.

Çimərlik futbolu: Millimiz Belarus yığması ilə üz-üzə

23 April 2026 at 20:00

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimiz hazırlıq dönəmində aprelin 29-da və 30-da Belarus yığması ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.

Artıq çimərlik futbolu yığmamızın bu toplanış üçün heyəti də açıqlanıb. Millimizə dəvət edilmiş oyunçuların adlarını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Birinci Liqa: “Səbail” 4, “Şimal” tək qolla qalib gəldi

23 April 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Şimal” “Baku Sportinq”lə ev oyunundan minimal hesabla qalib ayrılıb. “Difai”nin qonağı olmuş “Səbail” isə 3 xalı 4 cavabsız qolla qazanıb.

Birinci Liqa
23-cü tur
22 aprel

“Şəfa” – MOİK 3:0
Qollar: Ürfan İsmayılov, 55. Tərlan Quliyev, 59. Nahid Əliyev, 75.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Binə qəsəbə stadionu, 16:00.

“Cəbrayıl” – “Mingəçevir” 2:1
Qollar: Sadiq Hüseynli, 20. Dileyn Açimi, 45 – Kennet Kalunqa, 55.
Hakimlər: Kamran Əliyev, Rəşad Quliyev, Elman Kərimov, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Zaqatala” – “Şahdağ Qusar” 0:1
Qol: Sənan Ağalarov, 68.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Anar Bədəlov, Rasim Musayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

23 aprel

“Şimal” – “Baku Sportinq” 1:0
Qol: Ange Donald Qla, 12.
Hakimlər: Namiq Bəkirov, Məmmədəli Kərimov, Samir Qaracayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Difai” – “Səbail” 0:4
Qollar: Kamran Quliyev, 22; 47. Qurban Səfərov, 51; 58.
Hakimlər: Alik Yunusov, Zakir Şükürzadə, Elmin Süleymanov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Buzovna qəsəbə stadionu, 16:00.

Voleybol millilərimizin Avroliqadakı oyun cədvəli bilindi

23 April 2026 at 18:00

Azərbaycanın voleybol üzrə qadınlardan və kişilərdən ibarət milli komandalarının Avropa Liqasındakı oyun təqvimi açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığmalarımız iyunda müxtəlif ölkələrdə keçiriləcək mərhələlərdə qüvvələrini sınayacaqlar.

Komandalar turnirə səfər oyunları ilə start verəcəklər.

Qadınlar

5–7 iyun 2026 (Azərbaycan)
05.06.2026. Saat 18:00. İsveç – Azərbaycan
06.06.2026. Saat 18:00. Estoniya – İsveç
07.06.2026. Saat 18:00. Azərbaycan – Estoniya

12–14 iyun 2026 (İspaniya)
12.06.2026. Saat 19:30. Şimali Makedoniya – İspaniya
13.06.2026. Saat 18:30. Azərbaycan – Şimali Makedoniya
14.06.2026. Saat 18:00. İspaniya – Azərbaycan

19–21 iyun 2026 (Şimali Makedoniya)
19.06.2026. Saat 18:00. Azərbaycan – İsrail
20.06.2026. Saat 18:00. İsveçrə – Azərbaycan
21.06.2026. Saat 18:00. İsrail – İsveçrə

Kişilər

5–7 iyun 2026 (İsveç)
05.06.2026. Saat 18:00. Yunanıstan – İsveç
06.06.2026. Saat 16:00. Azərbaycan – Yunanıstan
07.06.2026. Saat 16:00. İsveç – Azərbaycan

12–14 iyun 2026 (Rumıniya)
12.06.2026. Saat 19:00. Azərbaycan – Rumıniya
13.06.2026. Saat 19:00. İspaniya – Azərbaycan
14.06.2026. Saat 19:00. Rumıniya – İspaniya

19–21 iyun 2026 (Azərbaycan)
19.06.2026. Saat 18:00. Macarıstan – Azərbaycan
20.06.2026. Saat 18:00. Portuqaliya – Macarıstan
21.06.2026. Saat 18:00. Azərbaycan – Portuqaliya

Lamin Yamal mövsümü erkən başa vurdu

23 April 2026 at 17:00

“Barselona”nın 18 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal zədə səbəbindən 2025/26 mövsümünü erkən başa vurub.

Arena.az xəbər verir ki, yeniyetmə futbolçu ötən gecə La Liqa çərçivəsində “Selta”ya qarşı keçirdikləri oyunda zədələnib.

18 yaşlı futbolçu matçın 40-cı dəqiqəsində penaltidən fərqlənsə də, ilk hissənin sonuna qədər oynaya bilməyib və baş məşqçi Hansi Flik onu əvəzləmək məcburiyyətində qalıb. İlkin müayinələr Yamalda arxa bud əzələsinin qopduğunu göstərib.

Matçdan sonra Hansi Flik ispan futbolçunun zədəsi barədə bunları söyləyib:

“Sabah dəqiq diaqnozu biləcəyik, ona görə, gözləməliyik. Yamal bizim üçün çox vacib oyunçudur. Eyni sözləri Joao Kanselo haqqında da deyə bilərəm. Təəssüf ki, belə hallar olur. Yamal zədəlidir, Kanselo da həmçinin. Rafinya, Mark Bernal və Andreas Kristensen isə daha əvvəl sıradan çıxıb. Zədə alan futbolçulara həmişə üzülürəm. Onların nələr yaşadığını bilirəm”.

Artıq “Barselona” ispan vingerin zədəsi barədə rəsmi açıqlama da yayıb. Xəbərdə bildirilir ki, ətraflı müayinələr nəticəsində futbolçunun dizaltı vətərinin zədələndiyi təsdiqlənib. İspaniyalı hücumçu cari mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Klubun tibbi heyəti tərəfindən Yamalın konservativ müalicə alacağı vurğulanır.

Yamalın bu zədə səbəbindən DÇ-2026-nı buraxması ehtimalı da var. Amma gənc vingerin dünya çempionatına qədər tam bərpa olunacağı gözlənilir.

Xatırladaq ki, “Selta” ilə qarşılaşma “Barselona”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Toni Kroosa görə dünyanın ən böyük istedadı

Bu arada “Real”ın almaniyalı keçmiş yarımmüdafiəçisi Toni Kroos Lamin Yamaldan söhbət açıb. Keçmiş futbolçunun müvafiq fikrini təqdim edirik:

“Lamin Yamal hal-hazırda dünya futbolunda ən böyük istedaddır”, deyə Kroos vurğulayıb.

Qeyd edək ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 45 oyuna çıxıb. O, bu oyunlarda 24 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 151 oyun, 49 qol və 52 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 25 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

“Börnli” də Premyer Liqanı tərk edəcək – Rəsmiləşdi

23 April 2026 at 16:00

“Börnli” komandası 2025/2026-cı illər mövsümünün nəticələrinə əsasən futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək.

Arena.az xəbər verir ki, ötən gecə İngiltərə Premyer Liqasını tərk edəcəyi dəqiqləşən ikinci komanda məlum olub.

Belə ki, Premyer Liqanın 34-cü turunda doğma meydanda “Mançester Siti”yə 0:1 hesabıyla məğlub olmuş “Börnli”nin elitadan düşəcəyi dəqiqləşib.

Bu komanda 34 turdan sonra 20 xalla 17-ci sırada qərarlaşıb. Keçirdiyi 34 oyunda cəmi 4 qələbə qazanmış kollektivin 8 heç-heçəsi də var. Qalan 22 oyunda isə məğlubiyyət qeydə alınıb.

Xatırladaq ki, daha əvvəl “Vulverhempton”un da Premyer Liqanı tərk edəcəyi dəqiqləşmişdi. “Canavarlar” 33 oyunda 3 qələbə qazanıb, 8 heç-heçə edib, 22 məğlubiyyətə üzülüblər. Hazırda bu komandanın hesabında 17 xal var və sonuncu pillədə qərarlaşıb.

Premyer Liqanı tərk etməyə digər əsas namizəd isə “Tottenhem”dir. London təmsilçisi hazırda 31 xalla 18-ci sırada qərarlaşıb. “Vest Hem”in 33, “Nottingem Forest”in 36, “Lids”in 40 xalı var.

Nəriman Axundzadə oynamadı, komandası qalib gəldi

23 April 2026 at 15:00

Azərbaycanlı hücumçu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun “Los Anceles Qalaksi”yə qarşı oyununda iştirak etməyib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində “Los Anceles Qalaksi”ni qəbul edib.

Üç qolun qeydə alındığı oyun Ohayo təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 9 oyundan sonra 9 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Nərimanın komandası 9 oyunda cəmi 2 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 4 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Qurban Qurbanov: “Hər iki çempionluq mənə əzizdir”

23 April 2026 at 14:00

Yunan-Roma güləşi üzrə 2 qat Avropa çempionu olmuş Qurban Qurbanov (82 kq) Tiranadakı yarışla bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım. Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur. Həsrət Cəfərov bu yarışda 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var. Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm”.

Xatırladaq ki, 82 kq çəki dərəcəsində yarışan Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş Avropa çempionatında bolqarıstanlı Svetoslav Nikolov (7:3) və moldovalı Mihail Braduya (5:4) qalib gələrək yarımfinala yüksəlib. Qurbanov finalın bir addımlığında gürcüstanlı dünya və Avropa mükafatçısı Gela Bolkvadzeni üstələyib – 2:1. Qurbanov həlledici görüşdə rusiyalı Adlet Tyulbayevlə üz-üzə gəlib. Güləşçimiz 4:2 hesablı qələbəylə titulunu qoruyub.

“Sabah” kubokda 20-ci qolunu vurdu, 30-cu oldu

23 April 2026 at 13:00

2025/2026-cı illər mövsümündəki uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Sabah” Azərbaycan kubokunda 20-ci ev qoluna imza atıb.

Arena.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu topu Velko Simiç vurub.

O, yarımfinalın “Qarabağ”la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.

Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vurmuş 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.

Qeyd edək ki, Azərbaycan Kuboku çərçivəsində evdə ən çox qola imza atmış komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.

“Qarabağ” üzərindəki qələbə ilə (2:1, ilk oyun 2:2) finala yüksəlmiş “bayquşlar” finalda “Zirə” ilə üz-üzə gələcəklər. Həlledici oyun mayın 13-də keçiriləcək.

Nihat Məmmədli: “Səhvi başqalarında axtara bilmərəm”

23 April 2026 at 12:00

Yunan-Roma güləşi üzrə Avropa üçüncüsü olmuş Nihat Məmmədli (60 kq) Tiranadakı yarışla bağl təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bu, artıq Avropa çempionatında 4-cü medalımdır. Buna görə şükür edirəm. Təbii ki, qızıl medalla qayıtmağı çox istərdim. İki Avropa çempionatında qızıl medal qazanmışdım. Bəzən hər şey istədiyin kimi olmur. Əlbəttə, səhvi başqalarında axtara bilmərəm. Bu yarışa kimi çox yaxşı təlim-məşq toplanışlarından keçmişdik. Çox yaxşı hazırlaşmışdıq komanda olaraq. Bundan sonra daha yaxşı hazırlaşıb, əlimdən gələni edəcəyəm ki, yenidən çempion olum”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş yarışa 1/4 finaldan qoşulmuş Nihat Məmmədli (60 kq) ukraynalı Vladislav Kuzkoya şans tanımayıb – 5:0. Həmyerlimiz yarımfinalda ermənistanlı Suren Ağacanyana (tuş) uduzub. Nihat bürünc medal uğrunda görüşdə rusiyalı Suner Konunova 6:0 hesabıyla qalib gələrək Avropa üçüncüsü olub. Bu, onun analoji yarışlarda 4-cü (2 qızıl, 2 bürünc) medalı kimi tarixə düşüb.

Yüksək Liqa: Bu gün 17-ci turun oyunları keçiriləcək

23 April 2026 at 11:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə “Olimpik Star”da keçiriləcək.

“Araz-Naxçıvan” “Şuşa”nı sınağa çəkəcək. “Neftçi” İK isə U-19 millimizlə üz-üzə gələcək.

Yüksək Liqa
17-ci tur
23 aprel

Araz-Naxçıvan – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Kənan Məlikov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:30.

Neftçi İK – U-19
Hakimlər: Elgün Hüseynov, Mahir Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xallar: Neftçi İK – 43. Araz-Naxçıvan – 40. Baku Fire – 29. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.

Bombardirlər: Sadeq Caviditavar (“Şuşa”) – 23. Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”), Allef Mayolli (“Neftçi” İK) – 21 qol.

Həsrət Cəfərov: “Qızıl”ımı qızıma həsr edirəm”

23 April 2026 at 10:00

Yunan-Roma güləşi üzrə 4 qat Avropa çempionu olmuş Həsrət Cəfərov (67 kq) Tiranadakı yarışla bağl təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Təəssüratlarım həqiqətən çox gözəldir. Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü “qızıl”ımı qazanıram. Həqiqətən də bu qızıl medalların arxasında böyük əziyyət, zəhmət dayanır. Bu “qızıl”ı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu “qızıl” olur. Bu “qızıl”ımı, tarixi uğurumu qızıma həsr edirəm”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov startda isveçli Niklas Oehleni 5:1 hesabıyla üstələyib. Titullu güləşçimiz bolqarıstanlı Abu Muslim Amayevi isə “tuş”la yolundan kənarlaşdırıb. Cəfərov gərgin keçən yarımfinal görüşündə gürcüstanlı Dieqo Çxikvadzeyə 4:2 hesabıyla qalib gələrək finala yüksəlib. Həsrət həlledici görüşdə də türkiyəli Murat Fıratdan üstün olub – 7:5.

Azərbaycan millisi yenidən Avropa çempionu oldu!

23 April 2026 at 09:00

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi titulunu qoruyaraq növbəti dəfə Avropa çempionu adını qazanıb.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Azərbaycan millisi bu yarışda uğurlu çıxış edərək titulunu qoruyub. Belə ki, 2 qızıl, 3 bürünc medal qazanmış yığmamız 133 xalla yenidən Avropa çempion olub. Türkiyə millisi 121 xalla ikinci, Gürcüstan yığması isə 118 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, Azərbaycan milli komandasının heyətində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olaraq qızıl medala yiyələniblər. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medalla kifayətləniblər.

Millimizin üzvlərindən Həsrət Cəfərov da tarixi uğura imza atıb. Belə ki, 4-cü dəfə Avropa çempionu olmuş pəhləvanımız Azərbaycan yunan-Roma güləşində yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

La Liqa: “Barselona” “Selta”nı tək qolla yendi

23 April 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Elçe” – “Atletiko” matçı Madrid təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb. “Real Sosyedad” doğma meydanda “Xetafe”yə minimal hesabla uduzub. Lider “Barselona” isə evdə “Selta”nı yenməklə çempionluğa bir addım da yaxınlaşıb.

İspaniya, La Liqa
33-cü tur
21 aprel

Malyorka – Valensiya 1:1
Qollar: S.Kosta, 49 – U.Sadiq, 67.

Jirona – Betis 2:3
Qollar: Siqankov, 7. Unahi, 68-pen – Roka, 23. Ezzalzuli, 63. Rikelme, 80.

Atletik – Osasuna 1:0
Qol: Quruseta, 16.

Real – Alaves 2:1
Qollar: Mbappe, 30. Vinisius, 50 – T.Martines, 90+3.

22 aprel

Elçe – Atletiko 3:2
Qollar: Affenqruber, 18. A.Silva, 33-pen: 75 – N.Qonsales, 10; 34.

Real Sosyedad – Xetafe 0:1
Qol: Qorroçateqi, 29.

Barselona – Selta 1:0
Qol: Yamal, 40-pen.

23 aprel

21:00. Levante – Sevilya
22:00. Rayo Valyekano – Espanyol
23:30. Real Ovyedo – Vilyarreal

İtaliya Kubokunda “Latsio” – “İnter” finalı olacaq

23 April 2026 at 01:45

Bu gün futbol üzrə İtaliya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

“Atalanta” doğma meydanda “Latsio” ilə üz-üzə gəlib. Bu komandaların ilk görüşü məhsuldar heç-heçə qeydə alınmışdı. Cavab görüşündə də 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu üzdən də əlavə vaxta, daha sonra isə penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Latsio” finala yüksələn tərəf olub.

Beləliklə, İtaliya Kubokunda qalibin adına mayın 13-də keçiriləcək “Latsio” – “İnter” matçında aydınlıq gələcək.

İtaliya Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

İnter – Komo 3:2 (ilk oyun 0:0)
Qollar: H.Çalhanoğlu, 69; 86. Suçiç, 89 – Baturina, 32. Da Kunya, 48.

22 aprel

Atalanta – Latsio 1:1, penaltilər 1:2 (ilk oyun 2:2)
Qollar: Paşaliç, 86 – Romanyoli, 84.

Almaniya Kubokunda ilk finalçı “Bayern” oldu

23 April 2026 at 01:30

Bu gün futbol üzrə Almaniya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin açılış oyununda “Bayer” Bundesliqada çempionluğunu yenicə təmin etmiş “Bayern”lə qarşılaşıb. “Qızıl dubl” iddiasında olan Münhen təmsilçisi səfərdə inamlı qələbəyə imza ataraq ilk finalçı olub.

Almaniya Kubokunda digər finalçının adına sabah keçiriləcək “Ştutqart” – “Frayburq” matçında aydınlıq gələcək.

Qeyd edək ki, 2025/2026-cı illər mövsümünün qalibi isə mayın 23-də keçiriləcək final qarşılaşmasında bəlli olacaq.

Almaniya Kuboku
Yarımfinal
22 aprel

Bayer – Bayern 0:2
Qollar: Harri Keyn, 22. Luis Dias, 90+3.

23 aprel

22:45. Ştutqart – Frayburq

Premyer Liqa: MS “Börnli”yə qalib gəldi, zirvəyə yüksəldi

23 April 2026 at 01:15

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Bornmut” – “Lids” matçında qalib müəyyənləşməyib. Səfərdə “Börnli” ilə üz-üzə gəlmiş “Mançester Siti” isə minimal hesabla qalib gələrək xallarını (70) “Arsenal”la bərabərləşdirib və liderliyə yüksəlib.

İngiltərə, Premyer Liqa
34-cü tur
21 aprel

Brayton – Çelsi 3:0
Qollar: F.Kadıoğlu, 3. Hinselvud, 56. Uelbek, 90+1.

22 aprel

Bornmut – Lids 2:2
Qollar: Krupi, 60. Rayan, 85 – Hill, 68-öz qapısına. Lonqstaff, 90+7.

Börnli – Mançester Siti 0:1
Qol: Haland, 5.

24 aprel

23:00. Sanderlend – Nottingem Forest

25 aprel

15:30. Fulhem – Aston Villa
18:00. Liverpul – Kristal Pelas
18:00. Vest Hem – Everton
18:00. Vulverhempton – Tottenhem
20:30. Arsenal – Nyukasl

27 aprel

23:00. Mançester Yunayted – Brentford

Fransa Kubokunda sonuncu finalçı “Nitsa” oldu

23 April 2026 at 01:00

Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

“Strasburq” doğma meydanda “Nitsa” ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə inamlı qələbə qazanmaqla finalda iştirak hüququ əldə ediblər.

Qeyd edək ki, daha öncə “Lans” “Tuluza” üzərində darmadağınla Fransa Kubokunda ilk finalçı olmuşdu.

Beləliklə, mayın 22-də keçiriləcək həlledici oyunda “Lans” və “Nitsa” üz-üzə gələcəklər.

Fransa Kuboku
Yarımfinal
21 aprel

Lans – Tuluza 4:1
Qollar: Toven, 9-pen. Sent-Maksimin, 18. Udol, 35. Tomasson, 74 – İdalqo, 21.

22 aprel

Strasburq – Nitsa 0:2
Qollar: Vahi, 51; 82-pen.

Liqa 1: Xviça dubl etdi, PSJ 3 qola sevindi

23 April 2026 at 00:40

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 26-cı turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda son çempion və lider PSJ doğma meydanda “Nant”la üz-üzə gəlib.

Paris təmsilçisi bu görüşdə 3 xalı 3 cavabsız qolla qazanıb. Gürcüstan milli komandasının hücumçusu Xviça Kvaratsxeliya bu görüşdə dubla imza atıb.

Qeyd edək ki, Fransa çempionatının cari mövsümündə 29 oyuna 66 xal toplamış PSJ vahid liderdir. “Lans” 62 xalla ikinci pillədə qərarlaşıb. Lion “Olimpik”i ilə “Lill” 54, “Renn” 53, Marsel “Olimpik”i 52, “Monako” 50, “Strasburq” 43 xal toplayıb.

Fransa, Liqa 1
26-cı turun oyunu
22 aprel

PSJ – Nant 3:0
Qollar: Kvaratsxeliya, 13-pen; 50. Due, 37.

“Qalatasaray”ı Türkiyə Kubokunda yarımfinala buraxmadılar

23 April 2026 at 00:20

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

“Qalatasaray” doğma meydanda “Gənclərbirliyi” ilə üz-üzə gəlib. İstanbul təmsilçisi 2 cavabsız qolla məğlub olaraq kubokla vidalaşıb.

Xatırladaq ki, daha öncə “Konyaspor”a uduzmuş “Fənərbağça” da kubokda mübarizəni dayandırmaq məcburiyyətində qalmışdı.

Türkiyə Kubokunda digər yarımfinalçıların adına aprelin 23-də aydınlıq gələcək.

Türkiyə Kuboku
1/4 final
21 aprel

Konyaspor – Fənərbağça 1:0
Qol: Yevtoviç, 120+2.

22 aprel

Qalatasaray – Gənclərbirliyi 0:2
Qollar: F.Üzüm, 51. A.Traore, 83.

23 aprel

19:45. Samsunspor – Trabzonspor
21:45. Beşiktaş – Alanyaspor

Dambrauskas: “Hakimlik də inkişaf etməlidir”

22 April 2026 at 23:59

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, ilk oyunda 2:2 hesablı bərabərliyə razılaşmış komandaların bu gün Masazırda baş tutmuş görüşü “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Öncə “Sabah” ailəsini təbrik edirəm. Bu qələbəni azarkeşlərimizə həsr edirəm. Bir-birinə yaxın iki komandanın mübarizəsi idi. Oyunda demək olar ki, hər şey var idi. Əlimizdən gəldiyi qədər yaxşı çıxış etməyə çalışdıq. Düzdür, çətin anlarımımız oldu. Birinci hissədə bəzən topa nəzarət rəqibə keçirdi. Oyunda önəmli an buraxdığımız qol idi. Qoldan sonra çox yaxşı reaksiya verdik. Heç vaxt təslim olmadıq, sona qədər mübarizə apardıq. Bu inadkarlığın sayəsində gözəl qələbə qazandıq. Bu qələbəni bir az qeyd edib, sabahdan bərpaya başlayacağıq. Bazar ertəsi bizi çox önəmli matç gözləyir. Düzdür, kubokda finala çıxdıq. Amma kuboku qazanmadıqca finalın hələ əhəmiyyəti yoxdur. Vacib olan titulu qazanmaqdır. Qarşıda beş çempionat oyunu var. Hələ görəcəyimiz işlər çoxdur.

akim qərarları barədə şərh verməyi xoşlamıram. Epizodlara ekrandan yox, planşetdən baxdım. Bu, artıq hakimlərin işidir, özləri deməlidir. Azərbaycanda futbolun səviyyəsinin artmasını istəyiriksə, hakimliyin səviyyəsi də artmalıdır. Bir çox ölkədə çalışmışam. Açığı, hakim qərarları ilə bağlı bu qədər danışıldığını görməmişəm. Referilərin qərarları hər həftə müzakirə olunur. İnanıram ki, növbəti həftə də bu haqda danışılacaq. Hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir. Bütün bunlardan nəticə çıxarmaq lazımdır.

Final bir oyundan ibarətdir. Həyatımda hələ asan final görməmişəm. Nələrin baş verəcəyini indidən demək çətindir. Məncə, işimizi görməli və qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Finallarda hətta aşağı liqa klublarının yaxşı oyunlarını görmüşük. İnanıram ki, final günü maraqlı olacaq. Kim güclüdürsə, o da qalib gəlsin. Hazırda bunları unuduruq. Qarşıdan gələn çempionat oyununa fokuslanacağıq”.

Qurban Qurbanov: “Hakimlər sanki “başlarını itiriblər”

22 April 2026 at 23:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinalında “Sabah”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, ilk oyunda 2:2 hesablı bərabərliyə razılaşmış komandaların bu gün Masazırda baş tutmuş görüşü “Qarabağ”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”ı təbrik edirəm. Öz futbolçularıma təşəkkürümü bildirirəm. Emosional oyun alındı. İnanıram ki, hər bir azarkeş oyundan zövq aldı.

Penalti epizodu ilə bağlı mənim fikir bildirməyim fərqli alınar. Topun ələ dəydiyini yaxından da, uzaqdan da görmək olurdu. Açıq əl idi. Düzdür, son saniyədə belə epizodun olması mübahisələrə gətirib çıxarır. Bəzən mən belə fikirlər deyəndə bildirirlər ki, rəqibin qələbəsinə kölgə salır. Amma qətiyyən belə deyil. “Sabah” haqq etdiyə qələbəni qazandı. 2:2 olsaydı da, yenə 10 nəfərlə oynayacaqdıq. Daha 30 dəqiqə oynamaq üçün əlavə güc lazım idi. Amma mən epizodu penalti kimi gördüm. Belə epizodlarda VAR-a baxılsa, yəqin hansısa problemlər olar. VAR-a gedirsənsə, 90 faiz fikrini dəyişməlisən. Çünki boşuna çağırmayıblar. Bilmirəm. Hakimlik məndən uzaq sahədir. Yəqin açıqlama verəcəklər. VAR sistemi fərqli qurumdur.

Mateus Koxalskiyə verilən qırmızı vərəqə epizoduna da baxdım. Yəqin, məni hamı, həm siz, həm qarşı tərəf səmimi qəbul edər. Rəvan Həmzəzadəyə ilk hissədən sonra yaxınlaşdım, dedim ki, bu, sənə, sənin hakimliyinə yaraşmayan “qırmızı” idi. Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardır. Məncə, ağır qərar idi. Yenə də Rəhim Həsənovu gözləyək. Amma orada qırmızı vərəqə yox idi. “Sarı” versə, daha ədalətli olardı. Biz məşqçilər də səhvlər edə-edə böyümüşük. Çox istəyirəm ki, hakimlər haqda bu qədər neqativ danışılmasın. Hakimlik də səhvlərdən böyüməlidir. Bəlkə, gələcəkdə Avropada bir oyunda bu səhvi xatırlayıb, elə qərar verəcək ki, hamı ondan yaxşı danışacaq. İnsanı böyüdən səhvlərdir. Bu hallar olur. Normal qəbul etmək lazımdır”.

“Hakimlər “başlarını itiriblər”

Qurban Qurbanov matçın sonunda yaşananlara və hakimliklə bağlı səhvlərin artmasına da toxunub:

“Dava-dalaşı görmədim. Səs-küy var idi. Amma kiminsə kimisə vurduğunu görmədim. Bəzən belə emosiyalar futbolu daha da gözəlləşdirir, intriqanı artırır. Nadir hallarda belə anlar olur. Bu, futbolun silinməyən tərəflərindəndir. UEFA Çempionlar Liqasının finalında, dünya çempionatında da bəzən belə şeylər görürük.

İntriqaların əksəri hakimlərin qərarlarından sonra baş verənlərdir. Hakimlərə o qədər basqı olur ki, bilmirlər özlərini necə idarə etsinlər. Bəzən epizodu düzgün təhlil etməkdə çətinlik yaşayırlar. Hərəsi bir cür fikir bildirəcək. Pis çıxmasın, hakimlərin durumuna yazığım gəlir. Düşünürlər ki, birdən səhv qərar verərəm, həyəcanları yüksək olur. Həyəcan olan yerdə səhv də olacaq. Məncə, bu ili sakit formada başa vurmalıyıq. Bu matçda komandamın xarakterini, döyüşkənliyini gördüm. Çempionlar Liqasındakı son oyunumuzdan sonra bunu axtarırdım. İstəyirdim ki, komandamda bu ruhu yenidən görüm. İnamı geri qaytarmaq üçün böyük səbəb oldu. Hakimlər də ili yaxşı başa vursalar, yaxşı olar, yeni mövsümdə daha diqqətli olarlar. Hər biri özümüzünküdür, azərbaycanlılardır. İstərdim ki, özlərini meydanda daha inamlı hiss etsinlər. Biz məşqçilər, komandalar onların yanındayıq. Sadəcə, basqı onları səhvlərə aparır. Bir mütəxəssis kimi görürəm ki, səhvlər çoxdur.

Hakimlərimizin potensialı çoxdur. Üzülürəm ki, potensiallı hakimlərimiz belə texniki səhvlər edirlər. Bu il sanki hakimlər üçün kabusdur. İllərdir onların qərarlarını görmüşük. Qaydalar da dəyişir. Oxşar epizodlarda fərqli fikirlər olur. Yəqin, məni cərimə etməzlər. Sanki hakimlər “başlarını itiriblər. Pozitiv yanaşaq yenə də”.

“Fanatlarımızın üzülməsinə ehtiyac yoxdur”

Qurban Qurbanov “Qarabağ”ın cari mövsümü titulsuz başa vurmağa yaxın olması ilə bağlı ehtimallara da münasibət bildirib:

“Dünya futbolunda da belə hallar olur. Mən “Qarabağ”da olanda bir il avrokuboklara getmədik. 2021-ci ildə də titulsuz qalmışdıq. Belə hallar olur. Ümumiyyətlə Çempionlar Liqası bizi çox yordu. Belə deyək, “suyumuz çıxdı”. Avropadakı böyük komandalara baxsaq, çoxunda eyni situasiyadır. Məsələn, “Liverpul” keçən il əvvəl bir nəfəsə çempion olmuşdu, amma bu gün enişdədirlər. Çempionlar Liqası elədir ki, bir addım irəli gedəndə həyəcan, psixoloji yorğunluq daha artır. Dünya futbolunda belə təcrübələr çoxdur. Düzdür, ola bilsin, Premyer Liqaya çox yaxşı köklənə bilmədik. Fikrimizi Çempionlar Liqasına yönəltmişdik. Ser Aleks Ferqyusonun sözü var, komandanın zirvədə qalması 3-4 il olur. Biz şükürlər olsun, daha çox qaldıq. Arada bir il çempion olmadıq. Məsuliyyətimizi başa düşürük. Futbolçular insandır, robot deyillər. Ciddi bir narahatlığım yoxdur. İşin içindəyəm və çatışmayan şeyləri bilirəm. Ola bilsin, gələn il də çatışmazlıqlar olsun. Bunlar normaldır. Bu, o demək deyil ki, bacarmayacağıq. Ruhdan düşmürük. Hər komanda illərlə çalışır, titul qazanmaq, böyük turnirlərdə oynamaq istəyir. İntriqa böyüyür. Qarşıdakı mövsümlər daha maraqlı olacaq. Buna ancaq sevinirəm. Digər komandaların artırması ilə intriqa böyüyür. Ölkə futbolu bir komanda ilə böyüməz. Normal qəbul etməliyik. Futbolda hər cür emosiyalar olur. “Sabah”a qarşı keçirdiyimiz son oyunlar maraqlı alındı, azarkeşlər zövq aldılar. Fanatlarımız üzüldülər, amma, buna ehtiyac yoxdur. Azarkeşlərimiz yıxılanda da, qalxanda da yanımızda olublar. Belə oyunlar həmişə ailəni möhkəmləndirir”.

“Sabah” – “Qarabağ” 2:1 – Video

22 April 2026 at 23:00

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Qarabağ” cavab matçı (ilk oyun 2:2) meydan sahiblərinin qələbəsi ilə (2:1) bitdi.

Arena.az bu gün Masazırda baş tutmuş oyunun videoicmalını və yekun protokolunu təqdim edir:

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu
22 aprel

“Sabah” – “Qarabağ” 2:1
Qollar: Velko Simiç, 79. Patrik Mbina, 88 – Kamilo Duran, 59.
Sarı vərəqələr: İqor Noqeyra, 11 (hakimin qərarına etiraz). Stiv Solvet, 11 (qeyri-idman hərəkəti). Stas Pokatilov, 17 (hakimin qərarına etiraz). Aaron Maluda, 44 (hakimin qərarına etiraz) – Kamilo Duran, 90+5 (hakimin qərarına etiraz). Marko Yankoviç, oyundan sonra (hakimin qərarına etiraz). Musa Qurbanlı, oyundan sonra (hakimin qərarına etiraz).
Qırmızı vərəqələr: Mateus Koxalski, 37 (rəqibi aşkar qoldan məhrum etdiyinə görə). Marko Yankoviç, oyundan sonra (hakimin qərarına etiraz).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Namiq Hüseynov (“Sabah”), 44 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 20:00. “Masazır Arena”, 8730 tamaşaçı.

Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Şirmamed Mamedov.
Dördüncü hakim: Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev (99. Patrik Mbina, 74), 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 20. Kadi Borges (10. Abdullah Zubir, 90), 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade (97. Fabian Buntiç, 41), 35. Pedro Bikalyo, 11. Emmanuel Addai (22. Musa Qurbanlı, 90), 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 9. Xoni Montiel, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Həsrət Cəfərov və Qurban Qurbanov Avropa çempionu oldular!

22 April 2026 at 22:30

Azərbaycanın güləş yığmasının aparıcı üzvlərindən olan Həsrət Cəfərov və Qurban Qurbanov Avropa çempionu olublar.

Arena.az xəbər verir ki, onlar bu uğura Albaniyanın paytaxtı Tiranada imza atıblar.

Belə ki, qitə birinciliyinin üçüncü günündə yunan-Roma güləşi üzrə növbəti medalçılar müəyyənləşiblər.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda Türkiyə təmsilçisi Murad Fıratı 7:5 hesabı ilə məğlub edərək dördqat Avropa çempionu adını qazanıb.

Onun ardınca ötənilki turnirin qalibi Qurban Qurbanov (82 kq) finalda Adlet Tülübayevə (UWW) 4:2 hesabıyla qalib gələrək ikiqat Avropa çempionu olub.

Digər güləşçimiz Nihat Məmmədli (60 kq) bürünc medal uğrunda qarşılaşmada Suner Konunovu (UWW) 6:0 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Xatırladaq ki, bundan öncə Azərbaycanın yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanmışdılar.

Azərbaycan Kubokunda 2-ci finalçı “Sabah” oldu

22 April 2026 at 22:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

İkinci finalçının adına “Sabah” – “Qarabağ” matçında aydınlıq gəlib. “Masazır Arena”da baş tutmuş oyunu Rəvan Həmzəzadə idarə edib. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi. Cavab görüşündə hesabı Ağdam təmsilçisi açıb. Buna qədər sözügedən komanda qapıçısı meydandan qovulduğu üçün azlıqda da qalıb. “Sabah” isə qalan dəqiqələrdə 2 qol vurmaqla əzmkar qələbə qazanmağı bacarıb. Düzdür, matçın son saniyələrində hakim Rəvan Həmzəzadə meydan sahiblərinin qapısını əllə oyuna görə penaltini təyin etməyib. Buna görə matçdan sonra ciddi narazılıq da yaranıb. Amma bu, vəziyyəti dəyişməyib və “Sabah” finala yüksəlib.

Beləliklə, Azərbaycan Kubokunda “Sabah” – “Zirə” finalı olacaq. Həlledici qarşılaşma mayın 13-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
22 aprel

“Sabah” – “Qarabağ” 2:1
Qollar: Velko Simiç, 7. Patrik Mbina, 87 – Kamilo Duran, 59.
Qırmızı vərəqə: Mateus Koxalski, 36.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 20:00.
İlk oyun – 2:2.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 9. Xoni Montiel, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

ABL: “Sabah” yarımfinala qələbə ilə başladı

22 April 2026 at 21:30

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin açılış oyununda “Gəncə” son çempion “Sabah”la qarşılaşıb. Bakı İdman Sarayında baş tutmuş matç “bayquşlar”ın qələbəsi ilə yekunlaşıb. “Sabah” oyundan 96:67 hesablı qələbə ilə ayrılıb.

Yarımfinal mərhələsinin digər görüşündə sabah “Abşeron Lions” və “Neftçi” komandaları münasibətlərini aydınlaşdıracaqlar.

Xatırladaq ki, ABL-in 2025/2026-cı illər mövsümünün reqlamentinə əsasən, yarımfinal mərhələsində iki qələbəyə daha tez çatan tərəf finala yüksələcək.

Liam Rosenyor “Çelsi”dən göndərildi – Rəsmi

22 April 2026 at 21:00

Futbol üzrə İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirən “Çelsi” baş məşqçisi Liam Rosenyor ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubu rəsmi açıqlamasında mütəxəssisə göstərdiyi fəaliyyətə görə təşəkkür edib və onun peşəkarlığını yüksək qiymətləndirib.

Bununla yanaşı, qərarın asan verilmədiyi vurğulanıb. Bildirilib ki, son nəticələr və komandanın çıxışı klubun gözləntilərindən aşağı olub. Mövsümün sonunadək “zadəganlar”ı müvəqqəti olaraq Kallum MakFarlan çalışdıracaq.

Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasının cari mövsümündə topladığı 48 xalla 7-ci pillədə qərarlaşıb. “Zadəganlar” 34 oyunda 13 qələbə qazanıb, 9 heç-heçə edib, 12 məğlubiyyətə üzülüblər. Komanda ardıcıl 5 oyun idi Premyer Liqada məğlubiyyətə üzülürdü, üstəlik rəqib qapılarına qol da vura bilmirdi.

Liam Rosenyor bu ilin yanvarında “Çelsi”yə baş məşqçi təyin edilmişdi. İngilis mütəxəssisin klubla 2032-ci ilin 30 iyununadək müqaviləsi vardı. O, bu postda Entso Mareskanı əvəz etmişdi. İngilis məşqçi London təmsilçisini 23 matça çıxarıb, 11 qələbə, 2 heç-heçə, 10 məğlubiyyət görüb.

Rosenyor daha öncə İngiltərənin “Hall Siti”, Fransanın “Strasburq” komandalarını çalışdırıb, “Brayton” və “Derbi Kaunti”də köməkçi-məşqçi kimi işləyib.

İslam Abbasov: “Məqsədim çempionluq idi”

22 April 2026 at 19:30

Yunan-Roma güləşi üzrə Avropa üçüncüsü olmuş İslam Abbasov (87 kq) Tiranadakı yarışla bağlı təəssüratlarını bölüşüb:

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bu, çox çətin yoldur. Bildiyiniz kimi, yunan-Roma güləşi Avropa ölkələrində çox yüksək səviyyədə inkişaf edib. Bu səbəbdən Avropa çempionatı çox rəqabətli və gərgin keçir. Bu yarışa hazırlaşdığım müddətdə mənə dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun!

Hər il Avropa və dünya çempionatlarında verdiyin nəticələr sənin il ərzində hazırlığının göstəricidir. Məqsəd çempionluq idi. Sadəcə, bəzi çatışmayan cəhətlər oldu. Çalışacağıq ki, onu qarşıdakı yarışlarda aradan götürək. Tam yüz faizlik formamızı bərpa edib, gələcək yarışlara hazırlaşacağıq”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş Avropa çempionatında 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov startda polşalı Arkadiuş Kuliniçlə (3:1) norveçli Eksos Mukubuya (4:3) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında bolqarıstanlı Semyon Novikova məğlub olan (0:4) güləşçimiz bürünc medal uğrunda güləşib. Təcrübəli güləşçimiz həlledici qarşılaşmada türkiyəli Doğan Kayanı üstələyib – 5:1. Bununla da İslam böyüklər arasında Avropa çempionatlarında qazandığı medalların sayını beşə (1 gümüş, 4 bürünc) çatdırıb.

Rəşad Məmmədov: “Onunla yenidən qarşılaşacağıq”

22 April 2026 at 20:30

Yunan-Roma güləşi üzrə Avropa üçüncüsü Rəşad Məmmədov (55 kq) Tiranadakı yarışla bağl təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“İki il əvvəl Avropa çempionatında gümüş medal qazanmışdım. Bu il qızıl medal əldə etmək istəyirdim. Qismət olmadı. Amma yenə də vətənə medalsız qayıtmadıq.

Qarşıda yarışlarımız çoxdur. Fikirləşirəm ki, biz yenə Emin Seferşayevlə qarşılaşacağıq. İnşallah, bu məğlubiyyət təkrarlanmayacaq.

Eldəniz Əzizlinin burada olması mənim üçün böyük stimul idi. Mənə görüşlə bağlı bütün məsləhətlərini vermişdi”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 55 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Məmmədov 1/4 finalda rusiyalı Avropa çempionu və dünya mükafatçısı Emin Seferşayevə 0:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz bürünc medal uğrunda güləşib. Rəqib türkiyəli Ömər Rəcəp olub. Rəşad bu rəqibinə tam üstünlüklə (8:0) qalib gələrək bürünc medalı boynundan asıb.

Günay Qurbanova AÇ-də bürünc medal qazana bilər

22 April 2026 at 20:00

Azərbaycan güləşçisi Günay Qurbanova Albaniyada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tirana şəhərində təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.

Üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib. Azərbaycan millisinin də 2 üzvü xalçaya çıxıb.

Elnurə Məmmədova (50 kq) ilk mərhələdə polşalı Aqata Qoluşovskaya “tuş”la məğlub olub.

Günay Qurbanova (59 kq) debüt etdiyi qitə birinciliyinə 1/4 finaldan qoşulub. O, startda almaniyalı Elena Brügger üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz yarımfinalda ukraynalı dünya ikincisi Mariya Vinniklə qarşılaşıb. Görüşün sonuncu dəqiqəsinədək hesabda 2:0 öndə olan güləşçimiz son saniyələrdə rəqibin fəndlərinin qarşısını ala bilməyib – 2:6. Günay sabah bürünc medal uğrunda belaruslu Marta Hetmanava ilə güləşəcək.

Xatırladaq ki, bu gün Avropa çempionatında Azərbaycanın iki yunan-Roma güləşçisi qızıl, biri isə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) eyni raundda Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yeri tutmaq üçün Suner Konunovla (UWW) qarşılaşacaq.

Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

Karlos Espi – La Liqada mart ayının ən yaxşı futbolçusu!

22 April 2026 at 19:00

“Levante”nin ispaniyalı mərkəz hücumçusu Karlos Espi İspaniya La Liqasında 2026-cı ilin mart ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Espi martda “Levante”nin heyətində La Liqa çərçivəsində 3 oyuna çıxıb, 4 qol vurub.

Bu, Espinin La Liqada ilk belə uğurudur. Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi. Noyabr və dekabrda isə “Barselona”nın hücumçusu Lamin Yamal ən yaxşı seçilmişdisə, bu ilin yanvarında “Malyorka”nın hücumçusu Vedat Muriqi, fevralda isə Georges Mikautadze (“Vilyarreal”) fərqlənmişdi.

Xatırladaq ki, Karlos Espi peşəkar karyerasına məhz “Levante”də başlayıb. 20 yaşlı ispan forvard La Liqa təmsilçisinin heyətində 59 oyunda meydana çıxıb, 17 qola imza atıb, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı ücumçunun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Birinci Liqa: “Cəbrayıl”la “Şəfa” qalib gəldi, “Zaqatala” uduzdu

22 April 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Şəfa” MOİK-ə 3 cavabsız qolla qalib gəlib. “Cəbrayıl” isə “Mingəçevir”lə ev oyunundan qalib ayrılıb. “Zaqatala” isə “Şahdağ Qusar”a minimal hesabla uduzub.

23-cü turun qalan oyunları aprelin 23-də keçiriləcək. Bütün görüşlər saat 16:00-da start götürəcək.

Birinci Liqa
23-cü tur
22 aprel

“Şəfa” – MOİK 3:0
Qollar: Ürfan İsmayılov, 55. Tərlan Quliyev, 59. Nahid Əliyev, 75.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Binə qəsəbə stadionu, 16:00.

“Cəbrayıl” – “Mingəçevir” 2:1
Qollar: Sadiq Hüseynli, 20. Dileyn Açimi, 45 – Kennet Kalunqa, 55.
Hakimlər: Kamran Əliyev, Rəşad Quliyev, Elman Kərimov, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Zaqatala” – “Şahdağ Qusar” 0:1
Qol: Sənan Ağalarov, 68.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Anar Bədəlov, Rasim Musayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

23 aprel

“Şimal” – “Baku Sportinq”
Hakimlər: Namiq Bəkirov, Məmmədəli Kərimov, Samir Qaracayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Difai” – “Səbail”
Hakimlər: Alik Yunusov, Zakir Şükürzadə, Elmin Süleymanov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Buzovna qəsəbə stadionu, 16:00.

Jeremi Boqa – A Seriyasında mart ayının ən yaxşısı!

22 April 2026 at 17:00

“Yuventus”un hücumameyilli yarımmüdafiəçisi Jeremi Boqa İtaliya A Seriyasında mart ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

Boqa ötən ay komandasının heyətində A Seriyasında çıxdığı 4 matçda 3 qol vurub.

Xatırladaq ki, A Seriyasında avqust ayının ən yaxşısı “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız seçilmişdi. Sentyabrda “Milan”ın amerikalı legioneri Kristian Pulişiç ən yaxşı elan edilmişdisə, oktyabrda “Napoli”nin kamerunlu mərkəz yarımmüdafiəçisi Frank Anqissa, noyabrda “Kremoneze”nin forvardı Ceymi Vardi, dekabrda “İnter”in hücumçusu Lautaro Martines, yanvarda Federiko Dimarko (“İnter”), fevralda Donyell Malen (“Roma”) fərqlənmişdi.

Jeremi Boqa “Yuventus”a 2026-cı ilin yanvarında icarə müqaviləsi əsasında qoşulub. 29 yaşlı futbolçu Turin klubunun heyətində meydana çıxdığı 12 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Futbol üzrə Kot-d’İvuar milli futbol komandasının da üzvü olan Boqa karyerası ərzində “Çelsi”, “Renn”, “Qranada”, “Birmingem Siti”, “Sassuolo”, “Atalanta”, “Nita” kimi klubların da formasını geyinib. O, ölkəsinin milli komandasında 24 oyuna çıxıb, 1 qol vurub.

Mirel Radoy – “Qaziantep”in yeni baş məşqçisi

22 April 2026 at 16:00

Rumıniyalı futbol mütəxəssisi Mirel Radoy Türkiyə Super Liqasında mübarizə aparan “Qaziantep” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Super Liqa təmsilçisini son olaraq Burak Yılmaz çalışdırırdı. Lakin o, “Rizəspor”a 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra öz istəyi ilə vəzifəsindən ayrılmışdı.

Burak Yılmaz 2025-ci ilin dekabrında “Qaziantep”in baş məşqçisi təyin edilmişdi. O, bu komandanı 16 oyuna çıxarıb, 4 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət görüb.

40 yaşlı mütəxəssis daha öncə də “Qaziantep”i çalışdırmışdı. O, “Kasımpaşa”, “Kayserispor” kimi komandalarda da baş məşqçi olub, “Beşiktaş”da baş məşqçi əvəzi kimi fəaliyyət göstərib.

Mirel Radoya gəlincə, rumıniyalı mütəxəssislə 2026/2027-ci illər mövsümünün sonuna kimi nəzərdə tutulmuş müqavilə imzalanıb. 45 yaşlı məşqçinin son iş yeri ölkəsində “Styaua” olub. O, məhz ötən gün Super Liqa təmsilçisindən aldığı dəvətə görə Buxarest klubundan ayrılıb.

Radoy daha öncə “Universitatya Krayova”, “Əl-Cəzirə”, “Əl-Bataeh”, “Əl-Tay” kimi komandalarda da baş məşqçi olub. O, Rumıniyanın U-21 və əsas yığmalarını da çalışdırıb.

Nərgiz Qurbanova millimizdən istefaya göndərildi

22 April 2026 at 15:00

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) baş məşqçisi Nərgiz Qurbanova ilə yollar ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, U-17-yə müvəqqəti olaraq Azərbaycanın əsas milli komandasının məşqçisi Xanlar Əliyev rəhbərlik edəcək. Yeni baş məşqçinin kimliyinə isə daha sonra aydınlıq gələcək.

Xatırladaq ki, Nərgiz Qurbanova 2022-ci ildə AFFA İcraiyyə Komitəsinin qərarına əsasən Azərbaycanın U-17 milli komandasına baş məşqçi vəzifəsinə təsdiqlənmişdi.

Carred Brantueyt sıradan çıxdı

22 April 2026 at 14:00

Futbol üzrə İngiltərə milli komandasının və “Everton” klubunun mərkəz müdafiəçisi Carred Brantueyt zədələnib.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

23 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 33-cü turunda “Liverpul”a qarşı keçirdikləri Mersisayd derbisində (1:2) sağ dizaltı vətərindən zədə alıb. Görüşün 87-ci dəqiqəsində meydanı xərəkdə tərk etmiş oyunçu daha sonra “Hill Dikinson” stadionundan qoltuq ağacları ilə ayrılıb.

Britaniya mətbuatının yaydığı məlumata görə, müdafiəçinin bu il keçiriləcək dünya çempionatında (DÇ-2026) iştirak etməsi sual altına düşüb.

Carred Brantueyt 2020-ci ilin yanvar ayından “Everton”da çıxış edir. 23 yaşlı mərkəz müdafiəçisinin bu klubla 2030-cu ilin 30 iyununadək müqaviləsi var.

Brantueyt cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub, 1 qol ötürməsi edib. Brantueyt “Everton”da bütövlükdə 96 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

İngilis futbolçu “Everton”dan öncə PSV, “Karlayl Yunayted”, “Bləkbörn” kimi klubların da formasını geyinib.

Brantueyt 2024-cü ilin iyun ayında debüt etdiyi İngiltərə milli komandasında cəmi 1 oyun keçirib.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Mahir Emreli ilə baş məşqçi arasında nə baş verir?

22 April 2026 at 13:00

“Kayzerslautern”də forma şansı qazana bilməyən azərbaycanlı hücumçu Mahir Emreli Almaniya mətbuatının da gündəmindədir.

Arena.az xəbər verir ki, bu ölkənin tanınmış “Bild” nəşri Mahirin çıxışı və klubdan ayrılmaq ehtimalı ilə bağlı yazıb.

Sözügedən nəşr İkinci Bundesliqa klubunda çıxış edən Emrelinin durumu ilə bağlı bunları qeyd edib:

“Mahir Emreli “Kayzerslautern”ə ümid şüası kimi gəldi, amma diz zədəsindən tam sağaldıqdan sonra, heç də işə yaramadı. Azərbaycanlı hücumçunun məyusluğunun həddi-hüdudu yoxdur. Hücumçu ilə baş məşqçi Torsten Liberknext arasında konkret olaraq nə baş verir?

Bu yaxınlarda milli fasilə zamanı baş verən hadisə xüsusilə məyusedici idi. “Kayzerslautern” Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciət edərək Emrelinin milli komandaya qoşulmaqdan azad edilməsini istəyib. Bu addımın məqsədi oyunçunun intensiv məşqlər üçün bu vaxtdan maksimum yararlanmasına imkan vermək və mövsümün həlledici mərhələsinə tam hazır olmasını təmin etmək olub. Emreli və AFFA bu tələbi qəbul ediblər. Bəs “mükafat” nə oldu? Əsl gözlənilməz münasibət! Axı, növbəti matçda – “Fortuna” ilə (3:0) qarşılaşmada Mahirə cəmi 7 dəqiqə oyun vaxtı verildi”.

“Liberknext onu tamamilə görməzdən gəlməyə davam edir”

“Vəziyyəti daha da pisləşdirən odur ki, “Holştayn”a 0:3 hesabı ilə məğlub olduqları məyusedici oyunda Emreli bütün 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirdi. Bu, “Kayzerslautern”in qola çox ehtiyacı olmasına və əvəzetmələrə hələ də yer qalmasına baxmayaraq baş verdi. Emreli həmçinin, “Herta” ilə (1:0) matçda parlamaq şansı qazana bilmədi. Bu vəziyyət, xüsusən də, oyunçunun tamamilə sağlam və mübarizə aparmaq həvəsində olduğunu nəzərə alsaq, çaşdırıcıdır. Buna baxmayaraq, Liberknext onu tamamilə görməzdən gəlməyə davam edir.

UEFA Çempionlar Liqasında “Qarabağ” (2017) və “Dinamo”da (2022) oynamış Emreli, zədəli ulduz hücumçu İvan Prtain ilə birlikdə klubun ən çox maaş alan oyunçuları arasındadır. “Kayzerslautern” həqiqətən də bu cür bahalı ehtiyat oyunçunu qeyri-müəyyən müddətə heyətdə saxlamaq lüksünə sahibdir?

Mahir Emreli son dərəcə universal oyunçu hesab olunur: “Kayzerslautern”ə qoşulduqdan bəri, demək olar ki, bütün hücum mövqelərində yer alıb. Lakin demək olar ki, heç vaxt klassik mərkəz hücumçusu kimi oynamayıb. Onun güclü tərəfləri məhz budur. Onun “Nürnberq”dəki təsirli dövrünü xatırlamaq kifayətdir. Orada Miroslav Klozenin rəhbərliyi altında qol vurma bacarığı ilə fərqlənib (25 matçda 11 qol). Buna baxmayaraq, fakt faktlığında qalır: onun oyun müddəti artmazsa, erkən ayrılması istisna edilə bilməz. Azərbaycan millisinin hücumçusunun “Kayzerslautern”lə müqaviləsi 2028-ci ilə qədərdir”.

Rafael Markes Meksika millisinin baş məşqçisi olacaq – Rəsmi

22 April 2026 at 12:00

Rafael Markes bu il keçiriləcək dünya çempionatından (DÇ-2026) sonra Meksika millisinin baş məşqçisi təyin olunacaq.

Arena.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hazırda 47 yaşlı mütəxəssis yığmada baş məşqçi Xavyer Aqirrenin köməkçisi vəzifəsini yerinə yetirir.

“Barselona”nın sabiq müdafiəçisi peşəkar karyerasını bitirdikdən sonra Kataloniya klubunun əvəzedici komandasına rəhbərlik edib. Rafael Markes 2024-cü ildən Meksika yığmasında baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərir. O, 1997–2018-ci illər aralığında formasını geyindiyi Meksika millisinin heyətində 148 oyun keçirib, 17 qol və 7 assistlə yadda qalıb.

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meksika millisi CAR, Koreya və Çexiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

Sergey Rebrov Ukrayna millisindən getdi

22 April 2026 at 11:00

51 yaşlı ukraynalı futbol mütəxəssisi Sergey Rebrov Ukrayna milli komandasının baş məşqçisi postundan istefa verib.

Arena.az bu barədə Ukrayna Futbol Assosiasiyasına (UFA) istinadən xəbər verir.

Belə ki, tərəflər əməkdaşlığa xitam verilməsi barədə qarşılıqlı razılığa gəliblər.

Qurumun yaydığı məlumata görə, Rebrov 2023-cü ildə komandanı çətin pley-off mərhələsindən keçirərək Avropa çempionatına çıxarmağı bacarıb. Lakin yığmanın dünya çempionatına vəsiqə qazana bilməməsi ayrılığa səbəb olub.

UFA prezidenti Andrey Şevçenko mütəxəssisə gənc futbolçuların inkişafındakı töhfələrinə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, hazırda komanda üçün yeni qərarların qəbul edilməsi vaxtıdır.

Rebrov UFA-da vitse-prezident və İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək. Yığmanın yeni baş məşqçisi isə hələlik müəyyənləşməyib.

Xatırladaq ki, Sergey Rebrov 2023-cü ilin yayından Ukrayna yığmasına rəhbərlik edirdi. O, milli komandanı bütövlükdə 34 oyuna çıxarıb. Ukraynalılar bu görüşlərdə 16 qələbə qazanıblar, 8 heç-heçə ediblər, 10 məğlubiyyətə üzülüblər.

“Lester Siti” 3-cü diviziona düşdü

22 April 2026 at 10:00

Vaxtilə futbol üzrə İngiltərə Premyer Liqasının qalibi olmuş, son illərdə böhranda olan “Lester Siti” daha bir uğursuzluqla üzləşib.

Arena.az xəbər verir ki, sözügedən komanda ölkənin 3-cü divizionuna yuvarlanıb.

“Tülkülər” Çempionşipin 44-cü turunda “Hall Siti” ilə heç-heçə edib (2:2) və cəmi 42 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. Mövsümün sonuna 2 tur qalsa da, 21-ci yerdə olan “Bləkbörn” 49 xala malikdir. Bu isə Lester təmsilçisinin liqada qalmaq şansını itirməsi deməkdir.

Qeyd edək ki, “Lester Siti” ötən mövsüm İngiltərə Premyer Liqasında çıxış edib. Komanda 25 xalla 18-ci yeri tutaraq aşağı liqaya yuvarlanmışdı. Cari ilin fevralında isə klub maliyyə qaydalarını pozduğuna görə 6 xal itirmişdi.

Xatırladaq ki, Lester təmsilçisi 2015/2016-cı illər mövsümündə Klaudio Ranyerinin rəhbərliyi altında İngiltərə çempionu olub. Komanda həmin mövsüm 81 xal toplayaraq ən yaxın izləyicisi “Arsenal”ı 10 xal qabaqlayıb.

Azərbaycan Kubokunda 2-ci finalçı bəlli olur

22 April 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutacaq.

İkinci finalçının adına “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək. “Masazır Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib.

Qeyd edək ki, Azərbaycan Kubokunda digər finalçının “Zirə” olacağı artıq dəqiqləşib.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

“Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 2:0.

22 aprel

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 20:00.
İlk oyun – 2:2.

La Liqa: “Real” “Alaves”i xalsız yola saldı

22 April 2026 at 01:30

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Malyorka” – “Valensiya” matçında qalib müəyyənləşməyib. “Jirona” doğma meydanda “Betis”ə məğlub olub. “Atletik” “Osasuna”nı, “Real” isə “Alaves”i xalsız yola salıb.

İspaniya, La Liqa
33-cü tur
21 aprel

Malyorka – Valensiya 1:1
Qollar: S.Kosta, 49 – U.Sadiq, 67.

Jirona – Betis 2:3
Qollar: Siqankov, 7. Unahi, 68-pen – Roka, 23. Ezzalzuli, 63. Rikelme, 80.

Atletik – Osasuna 1:0
Qol: Quruseta, 16.

Real – Alaves 2:1
Qollar: Mbappe, 30. Vinisius, 50 – T.Martines, 90+3.

22 aprel

21:00. Elçe – Atletiko
22:00. Real Sosyedad – Xetafe
23:30. Barselona – Selta

23 aprel

21:00. Levante – Sevilya
22:00. Rayo Valyekano – Espanyol
23:30. Real Ovyedo – Vilyarreal

Fransa Kubokunda ilk finalçı – “Lans”!

22 April 2026 at 01:20

Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Lans” doğma meydanda “Tuluza” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı görüşdə “Lans” darmadağınla qalib gələrək ilk finalçı olub.

Qeyd edək ki, Fransa Kubokunda digər finalçının adına sabah keçiriləcək “Strasburq” – “Nitsa” görüşündə aydınlıq gələcək.

Fransa Kuboku
Yarımfinal
21 aprel

Lans – Tuluza 4:1
Qollar: Toven, 9-pen. Sent-Maksimin, 18. Udol, 35. Tomasson, 74 – İdalqo, 21.

22 aprel

23:00. Strasburq – Nitsa

İtaliya Kubokunda ilk finalçı “İnter” oldu

22 April 2026 at 01:10

Bu gün futbol üzrə İtaliya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“İnter” doğma meydanda “Komo” ilə üz-üzə gəlib. Bu komandaların ilk görüşü qolsuz başa çatmışdı. Beş qolun qeydə alındığı cavab görüşündə əzmkar qələbə qazanmış Milan təmsilçisi ilk finalçı olub.

Qeyd edək ki, İtaliya Kubokunda digər finalçının adına sabah keçiriləcək “Atalanta” – “Latsio” görüşündə aydınlıq gələcək. Bu komandaların ilk oyununda da qalib müəyyənləşməyib.

İtaliya Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

İnter – Komo 3:2 (ilk oyun 0:0)
Qollar: H.Çalhanoğlu, 69; 86. Suçiç, 89 – Baturina, 32. Da Kunya, 48.

22 aprel

Atalanta – Latsio (ilk oyun 2:2)

Premyer Liqa: “Çelsi” “Bornmut”a böyük hesabla uduzdu

22 April 2026 at 01:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Brayton” doğma meydanda “Çelsi” ilə qarşılaşıb. Qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan London təmsilçisi səfərdə 3 cavabsız qolla uduzub.

İngiltərə, Premyer Liqa
34-cü tur
21 aprel

Brayton – Çelsi 3:0
Qollar: F.Kadıoğlu, 3. Hinselvud, 56. Uelbek, 90+1.

22 aprel

23:00. Bornmut – Lids
23:00. Börnli – Mançester Siti

24 aprel

23:00. Sanderlend – Nottingem Forest

25 aprel

15:30. Fulhem – Aston Villa
18:00. Liverpul – Kristal Pelas
18:00. Vest Hem – Everton
18:00. Vulverhempton – Tottenhem
20:30. Arsenal – Nyukasl

27 aprel

23:00. Mançester Yunayted – Brentford

“Fənərbağça”nı Türkiyə Kubokunda yarımfinala buraxmadılar

22 April 2026 at 00:30

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin açılış oyununda “Konyaspor” doğma meydanda “Fənərbağça” ilə qarşılaşıb. Görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Qalib isə əlavə vaxtda müəyyənləşib. Matçın son saniyələrində hesabı açmış Konya təmsilçisi ilk yarımfinalçı olub.

Türkiyə Kubokunda digər yarımfinalçıların adına aprelin 22-də və 23-də aydınlıq gələcək.

Türkiyə Kuboku
1/4 final
21 aprel

Konyaspor – Fənərbağça 1:0
Qol: Yevtoviç, 120+2.

22 aprel

21:30. Qalatasaray – Gənclərbirliyi

23 aprel

19:45. Samsunspor – Trabzonspor
21:45. Beşiktaş – Alanyaspor

Rəşad Məmmədov və İslam Abbasov Avropa üçüncüsü oldular

21 April 2026 at 23:30

Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin üzvləri Rəşad Məmmədov və İslam Abbasov Albaniyada Avropa üçüncüsü olublar.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.

İkinci yarış günündə 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Rəşad Məmmədov türkiyəli Ömər Rəcəplə tam üstünlüklə (8:0) qalib gələrək bürünc medalı boynundan asıb.

İslam Abbasov (87 kq) da eyni nəticəni təkrarlayıb. Təcrübəli güləşçimiz həlledici qarşılaşmada türkiyəli Doğan Kayanı üstələyib – 5:1. Bununla da İslam böyüklər arasında Avropa çempionatlarında qazandığı medalların sayını beşə (1 gümüş, 4 bürünc) çatdırıb.

Millimizin digər üzvü Beka Kandelaki (130 kq) eyni uğuru təkrarlaya bilməyib. O, üçüncülük uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnivetskiyə 1:3 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

“Zirə” – “Turan Tovuz” 0:0 – Video

21 April 2026 at 23:00

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Zirə” – “Turan Tovuz” cavab matçı (ilk oyun 2:0) qolsuz (0:0) başa çatıb.

Arena.az bu gün Zirədə baş tutmuş oyunun videoicmalını və yekun protokolunu təqdim edir:

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu
21 aprel

“Zirə” – “Turan Tovuz” 0:0
Sarı vərəqələr: Eren Aydın, 70 (qeyri-idman hərəkəti). Qismət Alıyev, 90+6 (qeyri-idman hərəkəti) – Joarlem Santos, 44 (qeyri-idman hərəkəti). Roberto Olabe, 65 (qeyri-idman hərəkəti). Rəhim Sadıxov, 86 (qeyri-idman hərəkəti). Alexandro Serrano, 90+2 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 19:00. Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı.

Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov.
Dördüncü hakim: Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov (73. Anatoli Nuriyev, 82), 28. Leroy Mikels (22. Eren Aydın, 59), 30. Rikardo Martins, 20. İssa Cibrilla (25. Enrike Kustodio, 82), 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis (8. İsmayıl İbrahimli, 72).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 10. Georgi Papunaşvili, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov (29. Filip Ozobiç, 71), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji (11. Ayxan Hüseynov, 85), 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 3. Enrike Silva, 9. Coş Cinnelli, 8. David Tavares.
Məşqçi: Yunis Hüseynov.

Rəşad Sadıqov: “Turan Tovuz”a hörmətsizliyim olmayıb”

21 April 2026 at 22:30

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinalında “Turan Tovuz”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, ilk oyunda 2:0 hesablı qələbəyə sevinmiş “Zirə” doğma meydandakı qolsuz heç-heçənin ardından finala yüksəlib.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox stressli oyun keçdi. Matçdan qabaq buna hazırlaşmışdıq. Bu il ən gərgin oyunumuzu keçirdik. 60-65-ci dəqiqəyə qədər meydanda bərabər mübarizə gedirdi. Ondan sonra rəqib riskə getdi. Biz də müdafiədən oynamağa başladıq. Futbolçularımı təbrik edirəm. Layiqli mübarizə apardılar.

Çempionatda növbəti turda yenə “Turan Tovuz”la oynayacağıq. Doğma evimə gedirəm. Peşəkar karyeramda ilk addımlarımı orada atmışam. Köhnə azarkeşlər bilir ki, “Turan”a transfer olanda mənə 3 ay oynamağa imkan vermədilər. Fuad Musayev deyirdi ki, “Şəfa”da oynamalısan. Vidadi Əhmədovla, Kazbek Tuayevlə də danışsanız, deyərlər. Dedim ki, “Turan”da oynayacağam. Şəhəri çox sevmişdim, azarkeşləri də. Üç ay sonra oynamağa icazə verdilər. Hər zaman demişəm ki, milliyə “Turan”dan düşmüşəm. O klubun mənə etdiyi yaxşılıqları unuda bilmirəm. Azarkeşlərə gəldikdə, araşdırma apardım. Bildim ki, nəyə məyus olublar. “Şamaxı” – “Turan Tovuz” oyununun 75-ci dəqiqəsində bir epizod var idi. Oyunu tribunada izləyirdim. Orada “Turan Tovuz” rəhbərliyi də var idi. Hamı ilə görüşdüm. “Şamaxı” rəhbərliyi də orada idi. Mən ora rəqibi təhlil etməyə getmişdim. “Turan Tovuz” azarkeşləri sol tərəfdə idilər. Onlar mənim əyləşdiyim yeri görmürdülər, danışılanları eşitmirdilər. Deyilir ki, mən penalti epzioduna sevinmişəm. Halbuki, “Şamaxı” rəhbərliyinə də dedim ki, penalti deyil. “Turan Tovuz”un fanatları onu eşidiblər. Onunla bağlı etirazlar var ki, Rəşad penaltiyə sevinirdi. Maraqlıdır ki, bunu “Turan Tovuz” azarkeşlərinə o formada kim çatdırıblar.

Tovuza gedəndə öz evimə gedirmiş kimi hiss edirəm. Çox adam məni tovuzlu kimi tanıyır. Azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim ki, ola bilsin sevinmişəm. Amma bu, mümkün deyil. Bilsinlər ki, “Turan Tovuz”a qarşı heç vaxt hörmətsizliyim olmayıb. Legionerləri səfərə aparanda deyirəm ki, bura mənim evimdir. Bildirirəm ki, buranın azarkeşləri xüsusidir”.

“Oyunumuzda hakim səhvlərinin olmasını istəmirəm”

Rəşad Sadıqov “Turan Tovuz”la ilk oyunda baş verənlərin cavab görüşünə təsirindən də danışıb:

“Avrokuboklar uğrunda gərgin mübarizə gedir. Həmin epizodlara oyundan sonra daha rahat baxdıq. Hakimlər də açıqladılar, hər iki epizod penaltidir. Biz də baxdıq. Penalti kimi gəlir. 3-4 tur əvvəl həmin hakim Yevlaxda eyni epizodda penalti qərarı verəndə açıqlama verilmişdi ki, penalti deyil. Futbolçularımla qaydalar, hakimlərlə kommunikasiya üzərində çox işləyirəm. Eyni epizodda iki fərqli şərh olur. Bilmirsən hansı açıqlamanı verəsən. Bizim oyundakı penaltidirsə, ona oxşar epizod “İmişli” – “Qəbələ” oyununda da olub. Epizodlar arasında böyük fərq yoxdur. Mən də deyirəm ki, penaltidir. Bizim çempionatda belə epizodlarda fərqli şərhlər olur. Mübahisəli epizodlar çoxdur. 50/50-yə epizodlar çox olur. Hakimləri də bəzən qınamaq olmur. “Qarabağ”la görüşdə Konatenin epizodu var idi, mənə görə penaltidir.

Əsas etiraz “Turan Tovuz”la kubok oyununda oldu. Bir də “Neftçi” ilə matçda. Hər üç epizod mübahisəyə açıqdır. Oyundan sonra bir dəfə baxdım, elə bildim ki, ofsayd deyil. Amma sonra təkrara baxdıqda, top qapıya gedərkən, Ruana görə Piriç topu görmürdü. Biz də ofsayd olduğunu düşünürük. Belə qərarlar məni sevindirmir. Bundan əziyyət çəkən komanda biz olmuşuq. Uzun illər hakimlikdən çox əziyyət çəkmişik. 40-50 epizod paylaşaram ki, nəticəyə təsiri olub və mövsümün sonunda avrokuboklardan uzaq qalmışıq. Səhv olub. Etiraf edirəm. Zərərimizə olan səhvləri saysaq, uçurum olar. İstəmirəm ki, oyunumuzda səhvlər olsun. “Neftçi”yə vurduğumuz qolda ofsayd olduğunu biləndə oyunun nəticəsinə görə məyus olmuşdum”.

Yunis Hüseynov: “İlk oyunda haqqımızı yedilər”

21 April 2026 at 22:00

“Turan Tovuz”un məşqçisi Yunis Hüseynov Azərbaycan Kubokunun yarımfinalında “Zirə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, ilk oyunda 0:2 hesabıyla məğlub olmuş Tovuz təmsilçisi bu gün baş tutmuş matçdan 0:0 hesablı heç-heçə ilə ayrılaraq mübarizəni dayandırıb.

Yunis Hüseynov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Kubokda finala çıxmağı hər komanda istəyir. Biz də bunu istəyirdik. Oyunda güclü tərəf biz idik. Ötən matçda haqqımızı yedilər. Finala layiq komanda biz idik. Əfsuslar olsun ki, ötən oyundakı səhvlərə görə bu gün qələbə qazana bilmədik. Qol da vurduq, saymadılar. Bizdə olanda dərhal VAR-a gedirlər, rəqibdə olanda görməmişəm ki, VAR-a baxsınlar. Premyer Liqada Əliyar Ağayev rəqibə qırmızı vərəqə verib, ləğv etmişdi. Bu qədər futbolçunun haqqını yedi. Bu gün heç-heçə etdik. “Zirə”yə uğurlar arzulayıram.

Futbolçularda psixoloji olaraq təsir qalmışdı. Danmıram. İki təmiz penaltini vermirlər. Komandamız bu oyuna pis hazırlamamışdı. “Zirə” ilk görüşdə 2:0 qalib gəlmişdi. Bilirdik ki, beşli müdafiə ilə oynayacaqlar. Arxada o qədər imkan vermədilər. Buna baxmayaraq, komandamız pis təsir bağışlamadı. Birinci hissədə qol vursaydıq, ikinci qol da gələrdi. “Zirə” bu gün yalnız müdafiədə oynayırdı.

Bu gün hakim idarəçiliyindən narazı qalmadım. Amma qol epizodumuza baxmamışam.

Hansısa komanda qatıldığı yarışda kuboku qazanmaq istəmirsə, demək o komandanın məqsədi yoxdur. Məqsədimiz kuboku qazanmaq idi. Premyer Liqada çempionluq istəyirdik. Çətin oyunlarımız var. Çempionata köklənəcəyik”.

İsa Rüstəmov AÇ-də gümüş medal qazandı

21 April 2026 at 21:30

Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

Arena.az xəbər verir ki, 71 kq çəki dərəcəsində çıxış edən idmançımız birdən qaldırma hərəkətində 147 kq nəticə göstərərək ikinci yeri tutub.

O, təkanla qaldırma hərəkətində 180 kq çəkini ram edərək bu növdə dördüncü olub.

İsa Rüstəmov toplamda 327 kq nəticə ilə yarışı dördüncü pillədə başa vurub.

Azərbaycan Kubokunda ilk finalçı – “Zirə”!

21 April 2026 at 21:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

İlk finalçının adına “Zirə” – “Turan Tovuz” matçında aydınlıq gəlib. Zirə İdman Kompleksinin stadionunda baş tutmuş görüşün baş hakimi Əli Əliyev olub.

Paytaxt təmsilçisi ilk oyunda qazandığı inamlı qələbənin davamını gətirməyə və finala çıxmağa çalışıb. Tovuz təmsilçisi isə finala çıxmaq üçün rəqibini böyük hesabla məğlub etməliydi. Tərəflər bu görüşdən qolsuz ayrılıblar. Nəticədə “Zirə” finala yüksələn tərəf olub.

Qeyd edək ki, Azərbaycan Kubokunda digər finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

“Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 2:0.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 3. Enrike Silva, 9. Coş Cinnelli, 8. David Tavares.
Məşqçi: Yunis Hüseynov.

Həsrət Cəfərov və Qurban Qurbanov AÇ-nin finalında!

21 April 2026 at 20:00

Azərbaycan güləşçiləri Həsrət Cəfərov və Qurban Qurbanov Albaniyada keçirilən Avropa çempionatının finalına yüksəliblər.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da mübarizəyə start verilib.

Yarışa 1/4 finaldan qoşulan Nihat Məmmədli (60 kq) ukraynalı Vladislav Kuzkoya şans tanımayıb – 5:0. Həmyerlimiz yarımfinalda ermənistanlı Suren Ağacanyana (tuş) uduzub və sabah bürünc medal uğrunda Tommaso Bosi (İtaliya) – Suner Konunov (Rusiya) qarşılaşmasının qalibiylə güləşəcək.

Həsrət Cəfərov (67 kq) startda isveçli Niklas Oehleni 5:1 hesabıyla üstələyib. Titullu güləşçimiz bolqarıstanlı Abu Muslim Amayevi isə “tuş”la yolundan kənarlaşdırıb. Cəfərov gərgin keçən yarımfinal görüşündə gürcüstanlı Dieqo Çxikvadzeyə 4:2 hesabıyla qalib gələrək 4-cü dəfə böyüklər arasında Avropa çempionatının finalına yüksəlib. Həsrət sabah həlledici görüşdə türkiyəli Murat Fıratla güləşəcək.

Ruslan Nurullayev (72 kq) debütdə ukraynalı Dmitro Vasilyevi (9:5) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ermənistanlı Qaspar Terteryana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

Qurban Qurbanov (82 kq) bolqarıstanlı Svetoslav Nikolov (7:3) və moldovalı Mihail Braduya (5:4) qalib gələrək yarımfinala yüksəlib. Qurbanov finalın bir addımlığında gürcüstanlı dünya və Avropa mükafatçısı Gela Bolkvadzeni üstələyib – 2:1. Qurban sabah həlledici görüşdə rusiyalı Adlet Tyulbayevlə mübarizə aparacaq.

Murad Əhmədiyev (97 kq) finlandiyalı Arvi Savolaynenlə (7:3) xorvatiyalı Filip Smetkodan (2:1) güclü olub. Ancaq 1/4 finalda rusiyalı Artur Sarqsyana məğlub olub – 0:4.

Marko Roze – “Bornmut”un yeni baş məşqçisi!

21 April 2026 at 19:00

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparacaq “Bornmut” komandasını növbəti mövsümdən Marko Roze çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təsmilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Məlumdatda vurğulanır ki, indiki baş məşqçi Andoni İraola cari mövsümün sonunda komandadan ayrılacaq. İspan məşqçini bu vəzifədə almaniyalı mütəxəssis Marko Roze əvəz edəcək.

Xatırladaq ki, “Bornmut” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 33 oyunda 11 qələbə qazanıb, 15 heç-heçə edib, 7 görüşdə məğlub olub. Komanda 48 xalla turnir cədvəlində 8-ci pilləsində qərarlaşıb.

İraola 2023-cü ildən Premyer Liqa təmsilçisinə rəhbərlik edir. O, bu komandanı indiyə qədər 122 oyuna çıxarıb, 46 qələbə, 35 heç-heçə, 41 məğlubiyyət görüb. 43 yaşlı ispan məşqçi daha öncə AEK (Larnaka), “Mirandes” və “Rayo Valyekano”da da çalışıb.

Marko Roze isə bir ildən artıqdır ki, işsizdir. O, son olaraq “Leyptsiq”i çalışdırıb. Alman mütəxəssi Bundesliqa təmsilçisindən ötən ilin martında ayrılıb.

Roze peşəkar məşqçilik karyerasına 2010-cu ildə “Maynts”da baş məşqçinin köməkçisi vəzifəsində başlayıb. Alman mütəxəssis məşqçilik karyerası ərzində Leypsiq “Lokomotiv”i, “Zalsburq”, Mönhenqladbax “Borussiya”sı və Dortmund “Borussiya”sını və “Leypsiq”i çalışdırıb. Roze “Leypsiq”ə Almaniya Kubokunu (2022/2023) və Almaniya Super Kubokunu (2023/2024) qazandırıb.

PSJ-də Vitinya şoku

21 April 2026 at 18:00

Futbol üzrə Portuqaliya milli komandasının və Fransa nəhəngi PSJ-nin dayaq yarımmüdafiəçisi Vitinya zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi Liqa 1-in 30-cu turunda Lion “Olimpik”i ilə oyunda sıradan çıxıb. Oyunçuya sağ daban zədəsi diaqnozu qoyulub. Onun müalicəsinə yaxın günlərdə başlanacaq. Portuqal futbolçunun sıraya nə vaxt dönəcəyi bilinmir.

Vitinyanın zədəsi Paris təmsilçisi üçün ciddi problemə çevriləcək. Çünki komanda UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununu aprelin 28-də “Bayern”ə qarşı keçirəcək.

Xatırladaq ki, Vitinya peşəkar karyerasına “Portu”da başlayıb. İngiltərənin “Vulverhempton” klubunda da oynamış 24 yaşlı portuqaliyalı futbolçu PSJ-yə 2022-ci ilin iyulunda 41,5 milyon avro müqabilində keçib. Yarımmüdafiəçinin Fransa nəhəngi ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Portuqal futbolçu cari mövsümdə 45 oyuna çıxıb, 7 qol vurub və 10 qolun ötürməsini verib. O, PSJ-nin heyətində bütövlükdə 198 oyuna 26 qol vurub, 24 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçi 2022-ci ildə debüt etdiyi Portuqaliya millisinin heyətində 37 oyun keçirib, 4 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

UFC 2028-ci ilə qədər Bakıda!

21 April 2026 at 17:00

UFC (Mütləq Döyüş Çempionatı) 2028-ci ilə qədər Bakıda hər il “UFC Fight Night” tədbirlərinin keçirilməsini planlaşdırır.

Arena.az xəbər verir ki, bu gün UFC ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında çoxillik əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il UFC tədbirləri keçiriləcək. Bu çərçivədə ilk tədbir bu il iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Bildirilib ki, ötən ilin iyun ayında Bakı Kristal Zalında keçirilmiş UFC-nin debüt tədbiri 14 mindən çox tamaşaçını bir araya gətirib:

“Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi olub. Las-Veqasda keçirilən görüşdə UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurun davamı və tərəfdaşlığın gələcək inkişaf imkanlarını müzakirə ediblər.

Uaytın sözlərinə görə, Bakı ziyarət etmək üçün dünyanın ən yaxşı şəhərlərindən biridir:

“Şəhər olduqca gözəldir, burada yaşayan insanlar son dərəcə mehribandır. Keçən il ora səfər edəndə heyran qaldım. Qonaqpərvərlik ən yüksək səviyyədə idi. Azarkeşlər idmana inanılmaz həvəs göstərir, eyni zamanda kifayət qədər məlumatlı idilər. İnsanlar dünyanın hər yerindən gəlib bunu mütləq özləri yaşamalıdırlar”.

Fərid Qayıbov çoxillik tərəfdaşlığın əldə olunmasını Azərbaycanın qlobal idman məkanı kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm mərhələ olduğunu vurğulayıb:

“İlk Avropa Oyunları və Formula 1 kimi nüfuzlu tədbirlərə ev sahibliyi təcrübəsinə əsaslanan bu əməkdaşlıq qarışıq döyüş sənətlərinin inkişafını sürətləndirəcək və Azərbaycanla yanaşı region idmançıları üçün yeni imkanlar yaradacaq. UFC artıq Bakı idman təqviminin mühüm hissəsinə çevrilib və yerli döyüşçülər üçün doğma azarkeşlər qarşısında çıxış etmək imkanı yaradır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə yüksək səviyyəli idman tədbirləri keçirmək potensialını bir daha sübut edir”.

U-20: İbrahimov toplanışı tamamlaya bilmədi

21 April 2026 at 16:00

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-20) heyətində dəyişiklik baş verib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb. Onun əvəzinə başqa futbolçuya dəvət göndərilməsinə ehtiyac duyulmayıb.

Xatırladaq ki, daha öncə zədə səbəbindən “Qarabağ”ın futbolçusu Əli Bəşirov da yığmanın heyətindən çıxarılmışdı. Amma onun əvəzinə heyətə “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunmuşdu.

Portuqaliyalı mütəxəssis Rui Jorjenin rəhbərlik etdiyi U-20 millimiz aprelin 26-na qədər Qəbələdə hazırlıq keçəcək. Bu, yeni yaradılmış Azərbaycan yığmasının ilk təlim-məşq toplanışıdır.

“Vulverhempton” Premyer Liqanı tərk edəcək – Rəsmiləşdi

21 April 2026 at 15:00

Uğursuz nəticələri ilə diqqət çəkən “Vulverhempton” 2025/2026-cı illər mövsümünün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək.

Arena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış 33 turundan sonra elitanı tərk edəcək ilk komanda məlum olub.

33-cü turda “Vest Hem”in “Kristal Pelas”la heç-heçə etməsindən (0:0) sonra 20-ci pillədə yer almış “Vulverhempton”un elitada qala bilməyəcəyi dəqiqləşib. 17 xalla 20-ci pillədə olan “canavarlar” sona beş tur qalmış hər oyunda qalib gəlsə belə, autsayderlər zonasından çıxa bilməyəcək.

Rob Edvardsın komandası növbəti mövsümdə Çempionşipdə mübarizə aparacaq.

Xatırladaq ki, bu komanda İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 33 oyunda cəmi 3 qələbə qazanıb, 8 heç-heçə edib və 22 məğlubiyyətə üzülüb.

“Vulverhempton” 8 il öncə İngiltərə Premyer Liqaya vəsiqə qazanmışdı.

Yüksək Liqa: 17-ci turun hakim təyinatları açıqlandı

21 April 2026 at 14:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

17-ci turun görüşləri aprelin 23-də “Olimpik Star”da keçiriləcək.

Yüksək Liqa
17-ci tur
23 aprel

Araz-Naxçıvan – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Kənan Məlikov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:30.

Neftçi İK – U-19
Hakimlər: Elgün Hüseynov, Mahir Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xallar: Neftçi İK – 43. Araz-Naxçıvan – 40. Baku Fire – 29. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.

Bombardirlər: Sadeq Caviditavar (“Şuşa”) – 23. Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”), Allef Mayolli (“Neftçi” İK) – 21 qol.

Luka Modriç 14-cü dəfə ilin futbolçusu seçildi

21 April 2026 at 13:00

İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Luka Modriç Xorvatiyada 2025-ci ilin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Arena.az xəbər verir ki, 40 yaşlı futbolçu karyerası ərzində 14-cü, ardıcıl olaraq isə 13-cü dəfə bu titula sahib çıxıb.

Xatırladaq ki, Modriç 2025-ci ilin yayında “Real”dan azad agent qismində “Milan”a qoşulub. Tərəflər 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Modriç “Milan”da “14” nömrə altında çıxış edir. O, İtaliya klubunun heyətində 35 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Luka Modriç Zaqreb “Dinamo”sunun məzunudur. Yarımmüdafiəçi karyerası ərzində həmçinin “Zrinski” (Mostar), “İnter” (Zapreşiç), “Tottenem” və “Real”da oynayıb.

Modriç 2012-ci ildən “Milan”a keçənə qədər “Real”da çıxış edib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.

Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 196 oyuna çıxıb, 28 qol vurub, 31 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 40 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

AFFA “Dinamo”nun məşqçisini 1 oyunluq cəzalandırdı

21 April 2026 at 12:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 23-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 23-cü tur

“Kür-Araz” – “Göygöl” oyununda “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Kür-Araz” – “Göygöl” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Kür-Araz” komandası 100 manat cərimə edilib.

“Xankəndi” – “Dinamo” oyununun 90-cı dəqiqəsində “Dinamo”nun məşqçisi İsmael Vəkiliqazicahani hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Dinamo” komandası buna görə 250 manat cərimə ödəyəcək.

AFFA “Neftçi”ni 26200 manat cərimələdi

21 April 2026 at 11:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 28-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Zirə” – “Neftçi” matçı ilə bağlı sərt cəzalar

“Zirə” – “Neftçi” oyununda “Zirə”də 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” 700 manat cərimə edilib. “Zirə”nin məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Zirə” buna görə 2000 manat cərimə edilib. Oyun bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” 3000 manat cərimə edilib. Dəymiş zərər “Zirə” tərəfindən qarşılanacaq.

“Neftçi”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. “Neftçi”nin baş məşqçisi Yuri Vernidub hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Neftçi” buna görə 5000 manat cərimələnib. Oyun bitdikdən sonra “Neftçi”nin məşqçisi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Neftçi” buna görə də 5000 manat cərimələnib. “Neftçi”nin futbolçusu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Neftçi” buna görə 3000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” 4500 manat cərimə edilib.

“Qarabağ”la “Sabah”ı azarkeşləri ziyana saldılar

“Qarabağ” – “Sabah” oyunu başa çatdıqdan sonra “Qarabağ”ın azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam komandası 5000 manat cərimə edilib. “Sabah”da 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. “Sabah”ın futbolçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Sabah” buna görə 1000 manat cərimə edilib. Oyun başa çatdıqdan sonra “Sabah”ın azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sabah” 5000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Araz-Naxçıvan” 5000 manat cərimə edilib. “Turan Tovuz”da 5 nəfər sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə edilib.

“Karvan” – “Şamaxı” oyununda təşkilati-texniki öhdəliklər (mətbuat konfransı otağı düzgün təşkil edilməyib) pozulduğuna görə Yevlax komandası 1000 manat cərimə edilib.

“Kəpəz” – “İmişli” oyununda “Kəpəz”də 4 nəfər sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib.

Birinci Liqa: 23-cü turun bütün təyinatları açıqlandı

21 April 2026 at 10:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

23-cü turun oyunları aprelin 22-də və 23-də keçiriləcək. Bütün görüşlər saat 16:00-da start götürəcək.

Birinci Liqa
23-cü tur
22 aprel

“Şəfa” – MOİK
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Binə qəsəbə stadionu, 16:00.

“Cəbrayıl” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Rəşad Quliyev, Elman Kərimov, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Zaqatala” – “Şahdağ Qusar”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Anar Bədəlov, Rasim Musayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

23 aprel

“Şimal” – “Baku Sportinq”
Hakimlər: Namiq Bəkirov, Məmmədəli Kərimov, Samir Qaracayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Difai” – “Səbail”
Hakimlər: Alik Yunusov, Zakir Şükürzadə, Elmin Süleymanov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Buzovna qəsəbə stadionu, 16:00.

Azərbaycan Kubokunda ilk finalçı bəlli olur

21 April 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

İlk finalçının adına “Zirə” – “Turan Tovuz” matçında aydınlıq gələcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşə saat 19:00-da start veriləcək. Paytaxt təmsilçisi ilk oyunda qazandığı inamlı qələbənin davamını gətirməyə və finala çıxmağa çalışacaq. Tovuz təmsilçisi isə finala çıxmaq üçün rəqibini böyük hesabla məğlub etməlidir.

Qeyd edək ki, Azərbaycan Kubokunda digər finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 2:0.

22 aprel

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 20:00.
İlk oyun – 2:2.

Premyer Liqa: “Kristal Pelas” və “Vest Hem”dən heç-heçə

21 April 2026 at 01:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 33-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kristal Pelas” doğma meydanda “Vest Hem”lə üz-üzə gəlib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Beləliklə, cari mövsümün geridə qalmış 33 turundan sonra 70 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 67 xala malik ikinci pillədə qərarlaşıb. “Mançester Yunayted”lə “Aston Villa”nın 58, “Liverpul”un 55, “Çelsi”, “Brentford” və “Bornmut”un 48 xalı var.

İngiltərə, Premyer Liqa
33-cü tur
18 aprel

Brentford – Fulhem 0:0

Tottenhem – Brayton 2:2
Qollar: Porro, 39. X.Simons, 77 – Mitoma, 45+3. Rutter, 90+5.

Lids – Vulverhempton 3:0
Qollar: Castin, 18. Okafor, 20. Kalvert-Lyuin, 90+5-pen.

Nyukasl – Bornmut 1:2
Qollar: Osula, 68 – Tavernye, 32. Truffert, 85.

Çelsi – Mançester Yunayted 0:1
Qol: Kunya, 43.

19 aprel

Aston Villa – Sanderlend 4:3
Qollar: O.Uotkins, 2; 36. M.Rocers, 46. T.Abraham, 90+3 – Riqq, 9. Hume, 86. İsidor, 87.

Everton – Liverpul 1:2
Qollar: Beto, 54 – Salah, 29. Van Deyk, 90+10.

Nottingem Forest – Börnli 4:1
Qollar: Gibbs-Uayt, 62; 69; 77. İ.Jezus, 90+8 – Flemminq, 45+2.

Mançester Siti – Arsenal 2:1
Qollar: Şerki, 16. Haland, 65 – Haverts, 18.

20 aprel

Kristal Pelas – Vest Hem 0:0

A Seriyası: “Fiorentina” “Leççe” ilə bacarmadı

21 April 2026 at 00:45

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Leççe” doğma meydanda “Fiorentina” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Beləliklə, cari mövsümün geridə qalmış 33 turundan sonra 78 xal toplamış “İnter” vahid liderdir. “Milan” və “Napoli”nin 66, “Yuventus”un 63, “Komo” və “Roma”nın 58, “Atalanta”nın 54 xalı var.

İtaliya, A Seriyası
33-cü tur
17 aprel

Sassuolo – Komo 2:1
Qollar: Volpato, 42. Nzola, 44 – N.Pas, 45+2.

İnter – Kalyari 3:0
Qollar: Türam, 52. Barella, 56. Zelinski, 90+2.

18 aprel

Udineze – Parma 0:1
Qol: Elfeqe, 51.

Napoli – Latsio 0:2
Qollar: Kanselyeri, 6. Basiç, 57.

Roma – Atalanta 1:1
Qollar: Hermoso, 45 – Krstoviç, 12.

19 aprel

Kremoneze – Torino 0:0

Verona – Milan 0:1
Qol: Rabyo, 41.

Piza – Cenoa 1:2
Qollar: Kanesterlli, 19 – Ekhator, 41. Kolombo, 55-pen.

Yuventus – Bolonya 2:0
Qollar: C.David, 2. K.Türam, 57.

20 aprel

Leççe – Fiorentina 1:1
Qollar: T.Qabriel, 71 – C.Harrison, 30.

Super Liqa: “Qaziantep”dən “Kayserispor”a 3 qol

20 April 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Qaziantep” “Kayserispor”la üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 3 cavabsız qola seviniblər.

Beləliklə, cari mövsümün geridə qalmış 30 turundan sonra 71 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 67 xalla ikinci, “Trabzonspor” 65 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 55, “Başakşəhər”lə “Göztəpə”nin 48 xalı var.

Türkiyə, Super Liqa
30-cu tur
17 aprel

Antalyaspor – Konyaspor 0:2
Qollar: D.Qonsalves, 56. M.İbrahimoğlu, 90+6.

Fənərbağça – Rizəspor 2:2
Qollar: Taliska, 80-pen. K.Aktürkoğlu, 86 – Soue, 47. Saqnan, 90+8.

18 aprel

Karagümrük – Eyüpspor 1:2
Qollar: Serjinyo, 16 – Kranevitter, 39-öz qapısına. Leqovski, 44.

Kocaelispor – Göztəpə 1:1
Qollar: S.Dursun, 90+8-pen – Janderson, 3.

Gənclərbirliyi – Qalatasaray 1:2
Qollar: Nyanq, 66 – İkardi, 2. Y.Akgün, 35.

19 aprel

Kasımpaşa – Alanyaspor 1:0
Qol: İ.C.Kahveci, 60.

Samsunspor – Beşiktaş 2:1
Qollar: Holse, 50. Kulibali, 56 – Asllani, 90+1-pen.

Trabzonspor – Başakşəhər 1:1
Qollar: F.Auqusto, 73 – Selke, 90+3.

20 aprel

Qaziantep – Kayserispor 3:0
Qollar: Bayo, 25. Ait Bennasser, 45+1.

Güləş millimizin üç üzvü üçün AÇ-də bürünc medal şansı

20 April 2026 at 22:00

Bu gün – aprelin 20-də Albaniyanın paytaxtı Tirana şəhərində təşkil edilmiş güləş üzrə Avropa çempionatına start verilib.

Arena.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Azərbaycan güləşçilərindən Rəşad Məmmədov (55 kq) 1/4 finalda rusiyalı Avropa çempionu və dünya mükafatçısı Emin Seferşayevə 0:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz sabah bürünc medal uğrunda güləşəcək. Rəqib türkiyəli Ömər Rəcəp olacaq.

Ziya Babaşov (63 kq) debütdə türkiyəli 2 qat Avropa çempionu Kərəm Kamala uduzub – 0:8.

Sənan Süleymanov (77 kq) belaruslu Şuay Mamedovu vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 9:0. Ancaq 1/4 finalda macarıstanlı Robert Fritşə minimal fərqlə məğlub olub – 5:6.

İslam Abbasov (87 kq) polşalı Arkadiuş Kuliniçlə (3:1) norveçli Eksos Mukubuya (4:3) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında bolqarıstanlı Semyon Novikova məğlub olan (0:4) güləşçimiz sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Valtteri Latvala (Finlandiya), Maryan Kola (Albaniya) və ya Doğan Kaya (Türkiyə) olacaq.

Beka Kandelaki (130 kq) albaniyalı Qriseldi Kodraya tam üstünlüklə (11:0), almaniyalı Yello Krahmerə isə minimal fərqlə (3:2) qalib gələrək yarımfinala adını yazdırıb. Macarıstanlı Dariuş Vitekə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan təmsilçimiz sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Sulxan Buidze (Gürcüstan) – Mixaylo Vişnivetski (Ukrayna) qarşılaşmasının qalibi olacaq.

“Alkmar” Niderland Kubokunun qalibi oldu

20 April 2026 at 21:00

“Alkmar” “NEK Neymegen” üzərində qələbə ilə futbol üzrə Niderland Kubokunun 2025/2026-cı illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı final qarşılaşması Rotterdam şəhərində “De Kuip” stadionunda təşkil edilib.

Altı qolun qeydə alındığı oyun Neymegen təmsilçisinin darmadağını ilə yekunlaşıb. Alkmarlıların heyətində Mes De Vit (32-ci dəqiqə), Sven Meynan (67), Per Kopmeyners (73), Kes Henrik Petrus Smit (90+1) və Troy Daniel Parrot (90+5) fərqləniblər. Neymegenlilərin təsəlli qolunu isə 78-ci dəqiqədə Kökl Oqava vurub.

Beləliklə, “Alkmar” 5:1 hesablı qələbə qazanaraq, qəniməti xəzinəsinə aparıb. Bu, sözügedən komandanın Niderland Kubokunda 5-ci zəfəridir. Alkmarlılar daha öncə 1978, 1981, 1982 və 2013-cü illərdə də oxşar uğura imza atmışdılar. “NEK Neymegen” isə müvafiq yarışın finalında 6-cı müvəffəqiyyətsizliyini yaşayıb.

Luis Dias Bundesliqanın tarixinə düşən rekorda imza atdı

20 April 2026 at 20:00

Futbol üzrə Almaniya Bundesliqasının 30-cu turunun “Ştutqart”la ev oyunu “Bayern”in futbolçusu Luis Dias üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, bu rəqibini 4:2 hesabıyla məğlub edərək çempionluğu rəsmiləşdirmiş Münhen təmsilçisinin üzvü rekorda imza atıb.

Qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qalmış 29 yaşlı kolumbiyalı vinger rəsmi statistika aparılan (2004/2005-ci illər mövsümündən etibarən) dönəmdən bəri Bundesliqanın bir mövsümündə ən azı 13 qol vurub və eyni sayda assist etmiş ilk “Bayern”li olub.

15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalmış futbolçu Avropanın “Böyük beşlik” liqalarında cari mövsümdə bu nəticəni göstərən yeganə oyunçudur.

Xatırladaq ki, Luis Dias 2025-ci ilin yayında “Liverpul”dan ayrılaraq “Bayern”lə 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Keçid Almaniya nəhənginə 70 milyon avro məbləğ müqabilində başa gəlib.

Luis “Bayern”də 43 oyuna çıxıb, 24 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Luis Dias “Barrankilya”nın məzunudur. Hücumçu, karyerası ərzində “Atletiko Xunior”, “Portu” və “Liverpul”da çıxış edib.

Dias 2018-ci ilin sentyabr ayında debüt etdiyi Kolumbiya yığmasının heyətində 72 oyuna 21 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 29 yaşlı kolumbiyalı sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

İkinci Liqa: “Qaradağ Lökbatan” 9, “Araz Saatlı” 8 qola sevindi

20 April 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.

“Xankəndi” “Dinamo”nu, “Quba” isə “Şirvan”ı məğlu yola salıb. “Şəki”nin qonağı olmuş “Araz Saatlı” darmadağına sevinib. “Qaradağ Lökbatan” da “Şəmkir”ə böyük hesabla qalib gəlib.

İkinci Liqa
23-cü tur
19 aprel

“Ağdaş” – “Ağstafa Gəncləri” 0:1
Qol: Elgün Namazov, 74.
Hakimlər: Xalid Quliyev, Tural Bayramov, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Ağdaş şəhər stadionu, 16:00.

“Kür-Araz” – “Göygöl” 2:0
Qollar: Bayram Əliyev, 11. Eltun Həsənli, 56.
Hakimlər: Hacıağa Həsənov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Vüqar Alıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.

20 aprel

“Xankəndi” – “Dinamo” 2:1
Qollar: Emin Quliyev, 13. Bəhruz Teymurov, 90+2 – Fizuli Dəmirov, 88.
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sevda Nuriyeva, Samir Musayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Quba” – “Şirvan” 3:1
Qollar: Ramin Məhərrəmov, 19. İbrahim İbrahimli, 41. Raul Zeynallı, 58 – Qərib İbrahimov, 84.
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Xəlil Xəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Araz Saatlı” 1:8
Qollar: Saleh Süleymanov, 39 – Elariz Xəlilli, 4; 24; 67, Xəyal Bədirov, 11. Mehman Məsimov, 43; 68; 81. Nizami Səmədov, 83.
Hakimlər: Kamil Aydınov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Qaradağ Lökbatan” – “Şəmkir” 9:1
Qollar: Fərid Abbaslı, 2, Ramil Orucov, 10. Ayaz Mikayılov, 21-pen. Sabir Allahquliyev, 50; 89; 90+1. İlkin Əliyev, 63. İman Müseyibov, 88-öz qapısına. İbrahim Ağayarov, 90+3.
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Pərviz İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Rəhim Həsənov İnqilab Məmmədovun səhvini etiraf etdi – Video

20 April 2026 at 18:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 28-ci turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 28-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.

Rəhim Həsənov bu turda “Zirə”nin “Neftçi” ilə matçda qolu qaydalar çərçivəsində vurmadığını təsdiqləyib. O, milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında həmin epizodda oyundan kənar vəziyyət olduğunu söyləyib.

Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olub. VAR-da Nicat İsmayıllı əyləşib.

Xatırladaq ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Zirə”nin futbolçusu Brahim Konate oyunun əsas vaxtının əlavə dəqiqələrində bərabərlik qolunu vurub.

AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Frenk Lempard mövsümün ən yaxşı baş məşqçisi elan edildi

20 April 2026 at 17:00

“Koventri Siti”yə rəhbərlik edən Frenk Lempard İngiltərə Çempionşipində 2025/2026-cı illər mövsümünün ən yaxşı baş məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Lempardın baş məşqçisi olduğu “Koventri Siti” 2026/2027-ci illər mövsümü üçün İngiltərə Premyer Liqasına vəsiqəni vaxtından əvvəl təmin edib. Sözügedən komanda 2000/2001-ci illər mövsümündən sonra ilk dəfə elitada mübarizə aparacaq. Koventri təmsilçisinin cari mövsümü çempion kimi bitirməsi ehtimalı da yüksəkdir.

Xatırladaq ki, daha əvvəl “Çelsi” və “Everton”da işləmiş İngiltərə millisinin sabiq futbolçusu 2024-cü ilin noyabrında “Koventri Siti”nin uğurları üçün çalışır. Frenk Lempard Koventri təmsilçisini indiyə qədər 79 oyuna çıxarıb, bu görüşlərdə 43 qələbə, 16 heç-heçə və 20 məğlubiyyət görüb. “Koventri Siti”nin top fərqi də cəlbedicidir – 137:90.

“Liverpul” – 60 fərqli stadionda qalib gələn ilk komanda!

20 April 2026 at 16:00

Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunda “Everton”u 2:1 hesabı ilə məğlub etmiş “Liverpul” tarixi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, Mersisayd təmsilçisi turnir tarixində 60 fərqli stadionda qələbə qazanmış ilk komanda olub.

“Hill Dikinson” stadionunda baş tutmuş Mersisayd derbisində qazanılmış bu uğurdan sonra “qırmızılar” xallarının sayını 55-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıblar. 47 xalı olan “Everton” isə onuncudur.

Xatırladaq ki, “Liverpul” ötən mövsüm İngiltərə çempionu olsa da, cari mövsümdə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. Arne Slotun rəhbərlik etdiyi komanda keçirdiyi 33 oyunda 16 qələbə qazanıb, 7 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 54 top keçirmiş “qırmızılar” 43 qol buraxıblar.

Azərbaycan Kubokunda yarımfinalın cavab matçlarının hakimləri bilindi

20 April 2026 at 15:00

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinalın cavab görüşləri aprelin 21-də və 22-də keçiriləcək. “Zirə” “Turan Tovuz”u, “Sabah” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 2:0.

22 aprel

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 20:00.
İlk oyun – 2:2.

U-17 millimiz Qazaxıstana gedəcək: İlkin heyət açıqlandı

20 April 2026 at 14:00

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) bu gündən aprelin 23-dək təlim-məşq toplanışında olacaq.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

U-17 aprelin 24-dən mayın 1-nə qədər Qazaxıstanın Çimkənd şəhərində UEFA İnkişaf Turnirində iştirak edəcək. Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində Rusiya, Qazaxıstan və Pakistanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.

Milli komandanın 26 nəfərlik ilkin siyahısı bəlli olub. 20 futbolçudan ibarət yekun heyət Qazaxıstan səfəri öncəsi müəyyənləşəcək.

Azərbaycan millisinə dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

  1. Ülvi Abbaslı – Sumqayıt
  2. Oqtay Mehrəliyev – Qarabağ
  3. Əkbər Əhmədov – Sabah
  4. Qüdrət Qarayev – Kəpəz
  5. Ruslan Quliyev – Neftçi
  6. Vaqif Nəbiyev – Qarabağ
  7. Əbubəkir Abdullayev – Sabah
  8. Roman Fərzəli – Qarabağ
  9. Arda Əzizli – Qarabağ
  10. Vaqif Məmmədli – Sabah
  11. Tunar Bayramov – Qarabağ
  12. Nazim Əliyev – Srvena Zvezda (Serbiya)
  13. Əhəd Hacızadə – Qarabağ
  14. Yusif Orucəliyev – Qarabağ
  15. Nihad Hüseynzadə – Sabah
  16. Şikar Şikar – Neftçi
  17. Firdovsi Şeydayev – Sabah
  18. Nicat Əhmədzadə – Marset (İspaniya)
  19. Rəsul Balakişiyev – Marset (İspaniya)
  20. Ümid Əliyev – Hueska (İspaniya)
  21. Amin İmanverdiyev – Osense (İspaniya)
  22. Tunar Əsgərzadə – Qarabağ
  23. Ömər Kosayev – Sumqayıt
  24. Yusif Quliyev – Marset (İspaniya)
  25. Ruslan Əbilov – Sabah
  26. Hikmət Mirzə – Nastik İdman Akademiyası (İspaniya)

25 aprel
14:30. Rusiya – Azərbaycan
“Namıs” stadionu, BIIK İdman Kompleksi.

27 aprel
14:30. Azərbaycan – Qazaxıstan
“Namıs” stadionu, BIIK İdman Kompleksi.

30 aprel
09:30. Pakistan – Azərbaycan
“Namıs” stadionu, BIIK İdman Kompleksi.

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Premyer Liqa: Son 10 mövsümün rekordu qeydə alındı

20 April 2026 at 13:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün tamaşaçı rekordu qeydə alınıb.

Arena.az xəbər verir ki, bu, 28-ci turun “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmanı 17 min 338 seyrçi izləyib.

Bu oyuna qədər əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. 22-ci turun 3:3 hesabı ilə bitmiş qarşılaşmasını 10 min 361 tamaşaçı seyr etmişdi.

28-ci turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/2016-cı illər mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa edib.

“Zirə”dən 100-cü heç-heçə

20 April 2026 at 12:00

“Zirə” komandası futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) yüksək dəstəsində 100-cü dəfə heç-heçə ilə kifayətlənib.

Arena.az xəbər verir ki, bu, “Neftçi” ilə ev matçında qeydə alınıb.

Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 28-ci turuna təsadüf etmiş bu görüş 1:1 hesabı ilə nəticələnib.

Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü sülhə imza atıb. “Zirə” çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır. Bakılıların sülhlərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.

Qəsəbə klubunun ilk heç-heçəsi 2015/2016-cı illər mövsümünə təsadüf edib. 2015-ci il avqustun 16-da “Kəpəz”lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi qəsəbə təmsilçisi cari mövsümdə Premyer Liqa çərçivəsində keçirdiyi 28 oyunda 11 qələbə qazanıb, 12 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

“Turan” üçün 25-ci səfər qələbəsi, 10-cu darmadağın

20 April 2026 at 11:00

“Turan Tovuz” futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turunda “Araz-Naxçıvan” üzərində 3:0 hesablı qələbə qazanıb.

Arena.az xəbər verir ki, bu, klub tarixinə iki yubileylə düşüb.

Qərb təmsilçisi Premyer Liqada 25-ci dəfə səfərdə qalib gəlib. Yubiley qələbəsi 69-cu matça təsadüf edib.

Tovuz klubu turnirin tarixində 25 və daha çox səfər qələbəsi qazanan 20-ci komanda olub. İlk belə nəticə 2022/2023-cü illər mövsümünə təsadüf edib. “Turan Tovuz” 2022-ci il avqustun 13-də “Səbail”in meydanından 3 xalla dönüb – 1:0.

“Araz-Naxçıvan”la görüş həm də tovuzluların Premyer Liqada 10-cu böyükhesablı qələbəsi kimi yadda qalıb. Evdə 4 dəfə üç və ya daha çox top fərqinə sevinmiş Tovuz təmsilçisi səfərdə 6-cı uğurunu əldə edib. İlk belə qələbə isə 2023-cü il mayın 5-də “Neftçi” ilə ev matçında qazanılıb – 4:0.

Arteta “Mançester Siti”yə məğlubiyyətə aydınlıq gətirdi

20 April 2026 at 10:00

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 33-cü turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların Mançesterdə baş tutmuş görüşü “Arsenal”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Arteta matçdan sonra məğlubiyyəti bir neçə səbəblə əsaslandırıb:

“Bir neçə amil var. Uğur elementi var – topun qapıya düşüb-düşməməsi. İkinci epizodda top hədəfə getmədi və bundan sonra top Erlinq Halanda dəydi. Fərdi bacarıq da rol oynayır. Bu kimi anlarda sakit qalmaq, dəqiq və mümkün qədər qətiyyətli olmaq lazımdır. Məhz belə hərəkət etməliyik”, – o deyib.

Arteta etiraf edib ki, müəyyən vəziyyətlərdə komandada konsentrasiya çatışmayıb, amma ümumilikdə oyun planlaşdırıldığı kimi idarə edilib və qalib gəlmək üçün əla şanslar olub:

“Biz çox yaxın idik, amma bu, kifayət deyildi və indi etiraf etməliyik ki, çox ciddi bir şansı əldən verdik. Bununla belə, qarşıda hələ beş oyun var. Yenidən başlamalı və irəliləməliyik, çünki bu oyunda bir çox müsbət məqamlar var idi. Bəzi əlverişli anlar oldu, amma eyni zamanda yüksək intensivlikli bir mübarizə idi – bu, gözlənilən idi”.

Xatırladaq ki, cari mövsümdə çempionluğa əsas namizəd hesab edilən “Arsenal” bütün yarışlarda son altı oyundan cəmi birində qalib gəlib. Komanda “Mançester Siti” ilə oyundan əvvəl “Sportinq”lə 0:0 hesabı ilə heç-heçə edib, “Bornmut”a 1:2, “Sauthempton”a 1:2 və “Mançester Siti”yə 0:2 hesabı ilə uduzub. Komanda son altı oyunda yeganə qələbəni “Sportinq”ə (1:0) qarşı matçda qazanıb.

Bununla belə, “Arsenal” İngiltərə Premyer Liqasında 70 xalla liderlik edir. “Mançester Siti” 67 xalla ikinci yerdədir. Qeyd edək ki, “şəhərlilər”in ehtiyatda bir oyunu da var.

“Arsenal”ın növbəti oyunu İngiltərə Premyer Liqasında “Nyukasl”a qarşı olacaq. Oyun aprelin 25-də keçiriləcək.

Vüsal İsgəndərli “Bilis”ə də qol vurdu

20 April 2026 at 09:00

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində “Bilis”lə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 75-ci dəqiqəsində əvəzlənib. Komandasının yeganə qolunu da 19-cu dəqiqədə penaltidən dəqiq yararlanmış azərbaycanlı futbolçu vurub.

“Partizani” 32 turdan sonra 45 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 32 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 32 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Liqa 1: PSJ Lion “Olimpik”nə evdə uduzdu

20 April 2026 at 01:00

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 5 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Monako” – “Oser” matçında qalib müəyyənləşməyib. “Nant” – “Brest” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Mets” doğma meydanda “Paris”ə, “Strasburq” “Renn”ə, lider PSJ isə Lion “Olimpik”inə uduzub.

Beləliklə, cari mövsümün geridə qalmış 30 turundan sonra 63 xala malik PSJ vahid liderdir. “Lans” 62 xalla ikinci pillədə qərarlaşıb. “Lill” və Lion “Olimpik”i 54, “Renn” 53, Marsel “Olimpik”i 52, “Monako” 50 xal toplayıb.

Fransa, Liqa 1
30-cu tur
17 aprel

Lans – Tuluza 3:2
Qollar: S.Abdulhamid, 61. Tomasson, 67. Qaniu, 90+1 – Kasseres, 6. Kumbassa, 13.

18 aprel

Loryan – Olimpik (Marsel) 2:0
Qollar: Katseris, 28. Dienq, 58.

Anje – Havr 1:1
Qollar: Peter, 28 – Bufal, 13.

Lill – Nitsa 0:0

19 aprel

Monako – Oser 2:2
Qollar: Fati, 56. Baloqun, 59 – Danois, 11. Sinayoko, 33.

Mets – Paris 1:3
Qollar: Kvilitaya, 31 – Qori, 21. Otavio, 69. Kebbal, 89.

Nant – Brest 1:1
Qollar: M.Məhəmməd, 9 – Şardonne, 90+5.

Strasburq – Renn 0:3
Qollar: Lepaul, 20. Embolo, 50. Tamari, 52.

PSJ – Olimpik (Lion) 1:2
Qollar: Kvaratsxeliya, 90+4 – Endrik, 6. A.Moreyra, 18.

A Seriyası: “Yuve” “Bolonya”nı 2 cavabsız qolla yendi

20 April 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə 4 qarşılaşma baş tutub.

“Kremoneze” – “Torino” matçında qapılara qol vurulmayıb. “Verona” doğma meydanda “Milan”a, “Piza” “Cenoa”ya məğlub olub. “Yuventus” isə “Bolonya” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

33-cü tura aprelin 20-də keçiriləcək “Leççe” – “Fiorentina” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
33-cü tur
17 aprel

Sassuolo – Komo 2:1
Qollar: Volpato, 42. Nzola, 44 – N.Pas, 45+2.

İnter – Kalyari 3:0
Qollar: Türam, 52. Barella, 56. Zelinski, 90+2.

18 aprel

Udineze – Parma 0:1
Qol: Elfeqe, 51.

Napoli – Latsio 0:2
Qollar: Kanselyeri, 6. Basiç, 57.

Roma – Atalanta 1:1
Qollar: Hermoso, 45 – Krstoviç, 12.

19 aprel

Kremoneze – Torino 0:0

Verona – Milan 0:1
Qol: Rabyo, 41.

Piza – Cenoa 1:2
Qollar: Kanesterlli, 19 – Ekhator, 41. Kolombo, 55-pen.

Yuventus – Bolonya 2:0
Qollar: C.David, 2. K.Türam, 57.

20 aprel

22:45. Leççe – Fiorentina

Nicat Abbasov Avropa ikincisi oldu!

20 April 2026 at 00:20

Azərbaycan şahmatçıları Nicat Abbasov və Aydın Süleymanlı Avropa çempionatının gümüş və bürünc medallarını qazanıblar.

Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatı başa çatıb. Yarışın sonuncu – 11-ci turunda Azərbaycan qrossmeysterlərinin duelində Aydın Süleymanlı ilə Məhəmməd Muradlı heç-heçə ediblər.

Son tura lider kimi qədəm qoymuş Nicat Abbasov ağ fiqurlarla Rumıniya təmsilçisi Daniel Boqdanla bərabərliyə razılaşaraq yarım xalla kifayətlənib.

Eyni xala malik Ukrayna şahmatçısı Roman Deqityarov son turda ispan David Gixarronu məğlub edərək Avropa çempionu olub. 11 turdan sonra hərəyə 8,5 xal toplamış Azərbaycan şahmatçıları 2-4-cü yerləri bölüşdürüblər. Nicat Abbasov Avropa çempionatını ikinci, Aydın Süleymanlı isə üçüncü pillədə başa vurublar.

Son Azərbaycan çempionu Məhəmməd Muradlı qitə çempionatında 4-cü olub. Hər üç şahmatçımız gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Beləliklə, 43 ölkənin təmsil olunduğu Avropa çempionatında 2 medal Azərbaycan şahmatçılarına təqdim olunacaq. Yarışın yekunlarına əsasən, ilk dördlükdə üç Azərbaycan təmsilçisi qərarlaşıb.

Xatırladaq ki, şəxsi Avropa çempionatı 2000-ci ildən keçirilir. Azərbaycana kişi şahmatçıların qitə çempionatında yeganə medalı 2005-ci ildə ikinci yeri tutmuş Teymur Rəcəbov qazandırıb.

Bundesliqa: “Bayern”dən 35-ci çempionluq!

19 April 2026 at 23:55

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Borussiya” (Mönhenqladbax) – “Maynts” matçında qalib müəyyənləşməyib. “Frayburq” doğma meydanda “Haydenhaym”a qalib gəlib. Lider “Bayern” də bu dəfə “Ştutqart” üzərində inamlı qələbəyə sevinib.

Beləliklə, cari mövsümün geridə qalmış 30 turundan sonra 79 xala malik “Bayern” vahid liderdir. Münhen təmsilçisi sona 4 tur qalmış artıq çempionluğu təmin edib. Bu, sözügedən klubun 35-ci çempionluğudur!

Dortmund “Borussiya”sı 64 xalla ikinci, “Leypsiq” 59 xalla üçüncü pillədə qərarlaşıb. “Ştutqart”ın 56, “Hoffenhaym”ın 54, “Bayer”in 52 xalı var.

Almaniya, Bundesliqa
30-cu tur
17 aprel

Sankt Pauli – Köln 1:1
Qollar: Mets, 69 – Valdşmidt, 86-pen.

18 aprel

Bayer – Auqsburq 1:2
Qollar: P.Şik, 12 – Rieder, 15; 90+7-pen.

Hoffenhaym – Borussiya (Dortmund) 2:1
Qollar: Kramariç, 42-pen; 90+8-pen – Girassi, 87.

Union Berlin – Volfsburq 1:2
Qollar: Burke, 85 – Vimmer, 11. Peyçinoviç, 46.

Verder – Hamburq 3:1
Qollar: Staqe, 37; 57. Puertas, 90+1 – Qlatsel, 41.

Ayntraxt – Leypsiq 1:3
Qollar: Larsson, 34 – Diomande, 27. Nusa, 70. Harder, 81.

19 aprel

Frayburq – Haydenhaym 2:1
Qollar: Manzambi, 24. Eggeştayn, 83 – Zivzivadze, 58.

Bayern – Ştutqart 4:2
Qollar: R.Gerreyro, 31. N.Cekson, 33. A.Devis, 37. H.Keyn, 52 – K.Fuhrix, 21. Ç.Andres, 88.

Borussiya (Mönhenqladbax) – Maynts 1:1
Qollar: Skalli, 7 – Amiri, 90+6-pen.

Super Liqa: “Beşiktaş” Samsundan xalsız qayıtdı

19 April 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də üç qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Trabzonspor” – “Başakşəhər” matçında qalib müəyyənləşməyib. “Kasımpaşa” “Alanyaspor”u, “Samsunspor” isə “Beşiktaş”ı məğlub yola salıb.

30-cu tura aprelin 20-də keçiriləcək “Qaziantep” – “Kayserispor” oyunu ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
30-cu tur
17 aprel

Antalyaspor – Konyaspor 0:2
Qollar: D.Qonsalves, 56. M.İbrahimoğlu, 90+6.

Fənərbağça – Rizəspor 2:2
Qollar: Taliska, 80-pen. K.Aktürkoğlu, 86 – Soue, 47. Saqnan, 90+8.

18 aprel

Karagümrük – Eyüpspor 1:2
Qollar: Serjinyo, 16 – Kranevitter, 39-öz qapısına. Leqovski, 44.

Kocaelispor – Göztəpə 1:1
Qollar: S.Dursun, 90+8-pen – Janderson, 3.

Gənclərbirliyi – Qalatasaray 1:2
Qollar: Nyanq, 66 – İkardi, 2. Y.Akgün, 35.

19 aprel

Kasımpaşa – Alanyaspor 1:0
Qol: İ.C.Kahveci, 60.

Samsunspor – Beşiktaş 2:1
Qollar: Holse, 50. Kulibali, 56 – Asllani, 90+1-pen.

Trabzonspor – Başakşəhər 1:1
Qollar: F.Auqusto, 73 – Selke, 90+3.

20 aprel

21:00. Qaziantep – Kayserispor

İkinci Liqa: “Ağdaş” evdə, “Göygöl” səfərdə uduzdu

19 April 2026 at 23:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Ağdaş” doğma meydanda “Ağstafa Gəncləri”nə minimal hesabla uduzub. “Kür-Araz” isə “Göygöl”lə oyundan inamlı qələbə ilə ayrılıb.

23-cü turun qalan görüşləri sabah keçiriləcək.

İkinci Liqa
23-cü tur
19 aprel

“Ağdaş” – “Ağstafa Gəncləri” 0:1
Qol: Elgün Namazov, 74.
Hakimlər: Xalid Quliyev, Tural Bayramov, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Ağdaş şəhər stadionu, 16:00.

“Kür-Araz” – “Göygöl” 2:0
Qollar: Bayram Əliyev, 11. Eltun Həsənli, 56.
Hakimlər: Hacıağa Həsənov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Vüqar Alıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.

20 aprel

“Xankəndi” – “Dinamo”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sevda Nuriyeva, Samir Musayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Quba” – “Şirvan”
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Xəlil Xəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Araz Saatlı”
Hakimlər: Kamil Aydınov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Qaradağ Lökbatan” – “Şəmkir”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Pərviz İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Premyer Liqa: MS “Arsenal”ı xalsız yola saldı

19 April 2026 at 22:30

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Everton” – “Liverpul” matçında qonaqlar qalib gəliblər. “Aston Villa” doğma meydanda “Sanderlend”i, “Nottingem Forest” isə “Börnli”ni məğlub edib.

Turun mərkəzi oyununda isə “Mançester Siti” lider “Arsenal”ı sınağa çəkib. Qarşılaşma “şəhərlilər”in qələbəsi ilə yekunlaşıb.

Tura aprelin 20-də keçiriləcək “Kristal Pelas” – “Vest Hem” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
33-cü tur
18 aprel

Brentford – Fulhem 0:0

Tottenhem – Brayton 2:2
Qollar: Porro, 39. X.Simons, 77 – Mitoma, 45+3. Rutter, 90+5.

Lids – Vulverhempton 3:0
Qollar: Castin, 18. Okafor, 20. Kalvert-Lyuin, 90+5-pen.

Nyukasl – Bornmut 1:2
Qollar: Osula, 68 – Tavernye, 32. Truffert, 85.

Çelsi – Mançester Yunayted 0:1
Qol: Kunya, 43.

19 aprel

Aston Villa – Sanderlend 4:3
Qollar: O.Uotkins, 2; 36. M.Rocers, 46. T.Abraham, 90+3 – Riqq, 9. Hume, 86. İsidor, 87.

Everton – Liverpul 1:2
Qollar: Beto, 54 – Salah, 29. Van Deyk, 90+10.

Nottingem Forest – Börnli 4:1
Qollar: Gibbs-Uayt, 62; 69; 77. İ.Jezus, 90+8 – Flemminq, 45+2.

Mançester Siti – Arsenal 2:1
Qollar: Şerki, 16. Haland, 65 – Haverts, 18.

20 aprel

23:00. Kristal Pelas – Vest Hem

Saşa İliç: “Oyundan razı qalmasam da…”

19 April 2026 at 22:00

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 28-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunumuzdan razı olmasam da, uzun müddətdən sonra 3 xal qazandığımız üçün sevincliyik. Nikola Vinkoviç komandamız üçün vacib oyunçudur. Lakin, bu gün onun da oyunundan razı qalmadım. Həm də 65-ci dəqiqədən sonra yorulmuşdu. Əvəzlənməsi də onun yorulması ilə bağlı idi”.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın cari mövsümündə 28 oyuna topladığı 35 xalla 12 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Saşa İliçin komandası 10 qələbə qazandığı halda 5 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”

19 April 2026 at 21:30

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 28-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Qəbələ”nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər şeyi özünüz gördünüz. Üstünlük bizim tərəfimizdə idi. Lakin əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Sonda soyuqqanlılıq çatmırdı ki, fərqlənə bilək. Son oyunlarda əlimizdən gələni etməliyik ki, Premyer Liqada qala bilək. Azarkeşlərə də təşəkkür etmək istəyirəm. Uğursuz nəticələr olsa da, bizi tək buraxmırlar. Onlardan bu nəticələrə görə üzr istəyirik”.

Qeyd edək ki, “Qəbələ” Premyer Liqanın cari mövsümündə 28 oyuna topladığı 19 xalla 12 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

“Sumqayıt” – “Qəbələ” 1:0 – Video

19 April 2026 at 21:00

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Sumqayıt” – “Qəbələ” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
28-ci tur
19 aprel

“Sumqayıt” – “Qəbələ” 1:0
Qol: Höccət Haqverdi, 19.
Sarı vərəqələr: Rüstəm Əhmədzadə, 31 (hakimin qərarına etiraz). Nikola Ninkoviç, 33 (qeyri-idman hərəkəti). Ronaldo Vaskes, 65 (hakimin qərarına etiraz) – Adriel Ba Lua, 28 (qeyri-idman hərəkəti). Xayme Syerra, 90+4 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 18:00. Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionu, 1200 tamaşaçı.

Baş hakim: Vüqar Həsənli.
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Tərlan Talıbzadə.
Dördüncü hakim: Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.

Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 75. Nadir Orucov (21. Nihad Əhmədzadə, 79), 10. Nikola Ninkoviç (8. Səbuhi Abdullazadə, 66), 72. Rayan Senhadji, 6. Sedrik Badolo (29. Emil Mustafayev, 73), 23. Ronaldo Vaskes (9. Aleksandr Ramalinqom, 66), 71. Masaki Murata, 80. Keffel Resende (97. Vüsal Paşayev, 46), 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev (12. İbrahim Sanqare, 75), 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta (10. Şahin Şahniyarov, 85), 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 14. Domi Massumu (66. Nuğay Rəşidov, 81), 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev.
Baş məşqçi: Kaxaber Sxadadze.

ABL: Yarımfinal cütləri bəlli oldu

19 April 2026 at 20:30

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin sonuncu 1/4 final oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün ilk oyununda “Neftçi” əlavə vaxtın sonunda NTD üzərində 102:97 hesablı qələbə qazanıb.

Bu qələbə ilə “Neftçi” seriyanın ümumi hesabında NTD-yə 2:1 qalib gəlib və yarımfinala vəsiqəni rəsmiləşdirib. Yarımfinalda “Neftçi”nin rəqibi “Şəki”yə seriyanin ümumi hesabında 2:0 hesabı ilə qalib gəlmiş “Abşeron Lions” basketbolçuları olublar.

Günün ikinci görüşündə “Ordu” və “Gəncə” komandaları qarşılaşıblar. Oyun “Gəncə”nin 88:78 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə “Gəncə” seriyanın ümumi hesabında rəqibinə 2:1 qalib gəlib və yarımfinalda “Naxçıvan”ı seriyanın ümumi hesabında 2:0 məğlub etmiş son çempion “Sabah”a rəqib olub.

Qeyd edək ki, ABL-də yarımfinal mərhələsində ilk oyunlar 22-23 apreldə keçiriləcək. Reqlamentə əsasən, seriyalarda ən tez iki qələbə qazanmış komandalar finala vəsiqə qazanacaqlar.

Premyer Liqa: “Qəbələ” Sumqayıtdan xalsız qayıtdı

19 April 2026 at 20:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Sumqayıt” “Qəbələ”ni qəbul edib.

Qarşılaşmanın baş hakimi Vüqar Həsənli olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunun taleyini bir qol həll edib. Meydan sahibləri yekunda 3 xala seviniblər.

Premyer Liqa
28-ci tur
19 aprel

“Sumqayıt” – “Qəbələ” 1:0
Qol: Höccət Haqverdi, 19.
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 75. Nadir Orucov, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare.
Baş məşqçi: Kaxaber Sxadadze.

Yüksək Liqa: “Turan” ölkə çempionu oldu

19 April 2026 at 19:30

“Turan” qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi qızıl medal uğrunda görüşdə “DH Volley” komandası ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş görüş əyalət təmsilçisinin 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.

Bundan öncə üçüncü yer uğrunda oyun keçirilib. Bürünc medallar uğrunda “Milli Aviasiya Akademiyası” “Gəncə” ilə görüşüb. Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində baş tutmuş qarşılaşma Gəncə təmsilçisinin 3:0 (25:18, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Yüksək Liqanın 2025/2026-cı illər mövsümünün qalibi “Turan” olubsa, “DH Volley” gümüş, “Gəncə” bürünc medallara sahib çıxıb.

Xorxe Kaskilya: “Nəticə oyuna görə oldu”

19 April 2026 at 19:00

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 28-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə “İmişli” 1:0 hesablı qələbəyə sevinib.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunu yaxşı analiz etmişdik. Bu matça bütün komanda hazır idi. Düşüncəmiz Yevlaxdan 3 xal ilə ayrılmaq idi. Bu da baş verdi. Bu oyunu Yav Mozesə həsr edirik. 3 gün öncə atasını itirmişdi. Lakin bu matçda çox yaxşı çıxış edərək qələbəmizdə pay sahibi oldu. Azarkeşlərimizə də bizə səfərdə dəstək olduqları üçün təşəkkür edirik. Standart vəziyyətlərin üzərində çox işləyirik. Qolu da bu vəziyyətlərin birindən sonra vurduq. İlk hissədə hesabı artıra da bilərdik. İkinci hissədə rəqib daha yaxşı çıxış etdi. Lakin biz də müdafiə futbolunda uğurlu olaraq qələbə qazana bildik. Nəticə oyuna görə oldu.

Hamı bildiyi kimi, əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Şanslarımız çox olsa da, bunu 100 faiz əldə etməmişik. Mövsümün əvvəlində texniki heyət komandanın bu keyfiyyətinə çox inanırdı. Çətinliklər “İmişli”ni daha da formalaşdırdı. Bu, zarafat deyil. Birinci Liqadan yüksələn komanda üçün ilk ilində bu xalları yığmaq heç də asan sayılmamalıdır”.

Azər Bağırov: “Büdcə fərqi öz sözünü deyir”

19 April 2026 at 18:30

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 28-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə Gəncə təmsilçisi 0:1 hesabı ilə məğlub olub.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İmişli”nin müdafiədə necə qapandığını bilirdik. Oyunçularımıza da bunu bildirmişdik. Xüsusilə standart vəziyətlərdən ehtiyatlı olmağı tapşırmışdıq. Lakin, standart vəziyətdən qol buraxdıq. Bu gedişlə son oyunlar daha vacib olacaq. Ona görə də bu oyunu unudub komandanı qələbəyə kökləmək lazımdır”.

Bağırov son vaxtar mətbuatda “Kəpəz”lə bağlı gəzən söz-sohbətlərin bu məğlubiyyətdə rol oynayıb-oynamadığı barədə sualı belə cavablandırıb:

“Hər şey ola bilər. Futbolçular da insandır. Fikrimcə, oyuna yaxşı köklənmişdik. Xırda bir səvdən qol buraxdıq. Futbolda belə şeylər olur. Rəhbərlik də dəyişə bilər. Bu, normaldır. Futbolçular bu düşüncələrdən uzaq olmalıdırlar. Oyunçular daha peşakar olmalıdırlar. Xüsusilə, Gəncənin Azərbaycan futbolunda yerini nəzərə alsaq, burada futbol oynamaq üçün daha məqsədyönlü olmaq lazımdır.

İlk altılıqda yer almış komandalarla özümüzü müqayisə etsək, büdcə fərqi öz sözünü deyir. Yuxarı yerlər uğrunda mübarizə aparmaq üçün ən azı 18 futbolçun olmalıdır. Yaxşı futbolçu komandanı irəliyə aparır”.

Azər Bağırov oyundan sonra Yusif İmanovla azarkeşlər arasında yaranmış münaqişəyə və paltardəyişmə otağında futbolçuları ilə aqressiv danışmasına da aydınlıq gətirib:

“Yusif nə qədər əsəbi olsa da, azarkeşlərə qarşı o cür addım qəbuledilməzdir. Yusif şəxsən mənim tərəfimdən cəzalanacaq. Lakin o, öz səhvini başa düşdü. Sona qədər bizə dəstək olan azarkeşlərə o cür davranmaq xoş deyil.

Mən şəxsən kiməsə irad bildirmirəm. Mənim üçün futbolçunun fərqi yoxdur. Ümumi şəkildə iradım ola bilər. Biz komandayıq. Qələbə qazandığımız oyunlarda necə canla-başla oynayıblarsa, bu matçda da elə olmalıydı. Ona görə bir az əsəbi idim”.

“Kəpəz” – “İmişli” 0:1 – Video

19 April 2026 at 18:00

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Kəpəz” – “İmişli” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
28-ci tur
19 aprel

“Kəpəz” – “İmişli” 0:1
Qol: Azər Salahlı, 39.
Sarı vərəqələr: Mahamadu Ba, 2 (qeyri-idman hərəkəti). Rauf Hüseynli, 33 (qeyri-idman hərəkəti). Adama Fofana, 90+3 (qeyri-idman hərəkəti) – Yav Mozes, 45 (qeyri-idman hərəkəti). Hüseynəli Quliyev, 90+3 (oyunun bərpasının ləngidilməsi). Vüsal Qənbərov, 90+3 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rakif Əliyev (“Kəpəz”), 86 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 15:30. Yevlax şəhər stadionu, 500 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Orxan İbişov.
Dördüncü hakim: Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev (6. Camal Cəfərov, 73), 5. Rauf Hüseynli (10. Ryonosuke Ohori, 58), 17. Ümid Səmədov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k) (66. Arzu Atakişiyev, 65), 24. Olavale Onanuqa (88. Şakir Seyidov, 46), 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov.
Baş məşqçi: Azər Bağırov.

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç (79. Dioqo Kardozo, 63), 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes (17. Ezekiel Morqan, 63), 9. Dioqo Almeyda (21. Abbas Ağazadə, 77), 23. Dioqo Rollo, 7. Luis Silvestr (11. Vüsal Qənbərov, 86).
Ehtiyat oyunçular: 99. İmam Əli, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

Premyer Liqa: “Kəpəz” “İmişli”yə də uduzdu

19 April 2026 at 17:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Yevlaxda baş tutub.

Burada “Kəpəz” “İmişli”ni sınağa çəkib. Yevlax şəhər stadionunda baş tutmuş qarşılaşmanı Kamal Umudlu idarə edib. Oyunun taleyini bir qol həll edib. Yekunda qonaqlar 3 xalı bayram ediblər.

Xatırladaq ki, daha öncə keçirilmiş “Zirə” – “Neftçi” oyununda (1:1) qalib müəyyənləşməyib. “Karvan” “Şamaxı”nı (1:0) məğlub edib. “Araz-Naxçıvan” “Turan Tovuz”a (0:3), “Qarabağ” isə “Sabah”a (0:1) uduzub.

Premyer Liqa
28-ci tur
19 aprel

“Kəpəz” – “İmişli” 0:1
Qol: Azər Salahlı, 38.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 15:30.

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 30. Xəlil Mürsəlli, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan.
Baş məşqçi: Xorxe Kaskilya.

Kassano və Matiç İtaliya futbolunu tənqid etdilər

19 April 2026 at 17:00

İtaliya yığmasının keçmiş hücumçusu Antonio Kassano DÇ-2026-dan kənarda qalmış “skuadra adzurra” haqda qənaətini açıqlayıb.

Arena.az keçmiş futbolçunun müvafiq qənaətini təqdim edir:

“Şəxsiyyətlərimiz yoxdur, keyfiyyətimiz yoxdur, texnikamız yoxdur, heç nəyimiz yoxdur. Biz italyanlar ən yaxşı idmanımızı itirmişik. Hər şeyi sıfırdan başlamağımız gərəkdir”, deyə Kassano vurğulayıb.

“Sassuolo”nun 37 yaşlı serbiyalaı dayaq yarımmüdafiəçisi Nemanya Matiç də İtaliya futbolu haqda qənaətini açıqlayıb. Təcrübəli futbolçunun müvafiq açıqlamasını təqdim edirik:

“İtalyan futbolu 90-cı illərdə ilişib-qalıb. Buradakı əsas fəsad gənclər akademiyaları ilə bağlıdır”, deyə Matiç bildirib.

Xatırladaq ki, İtaliya milli komandası artıq ardıcıl üçüncü dünya çempionatından kənarda qalır. Bu isə nəinki İtaliyada, hətta bütün dünyada böyük əks-sədaya səbəb olub.

Cüdo: Millimiz Tiflisdən 4 medalla qayıdır

19 April 2026 at 16:30

Cüdo üzrə Azərbaycan milli komandası Gürcüstanın Tiflis şəhərində təşkil edilmiş Avropa çempionatını 4 medalla tamamlayıb.

Arena.az xəbər verir ki, Avropa çempionatı bu gün başa çatıb.

Yarışın son günündə Azərbaycan millisinin daha üç üzvü mübarizəyə qoşulub. Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxıblar. Nəsibovla Kaisinova çıxışlarını erkən başa vurublar. Onlar elə ilk görüşlərindəcə uduzublar. Kənan 1/8 finalda Almaniyadan olan Erik Abramova uduzub. Kaisinova isə 1/16 finalda rusiyalı Elis Startseva ilə dueldən məğlub ayrılıb.

Kotsoyev 1/16 finalda Şimali Makedoniya təmsilçisi Nikola Pavlovski ilə qarşılaşıb və qələbə qazanıb. Təmsilçimiz 1/8 finalda ukraynalı Yaroslav Davıdçuku məğlub edərək 1/4 finala vəsiqə qazanıb. O, 1/4 finalda Macarıstan idmançısı Jombor Veqi də məğlub edərək növbəti raunda adlayıb və medal uğrunda mübarizəni davam etdirib. Zelim yarımfinalda Niderland idmançısı Simeon Katarinaya məğlub olub və üçüncü yer uğrunda mübarizə aparmaq hüququ qazanıb. Amma o, bürünc medal uğrunda görüşə buraxılmayıb. Təmsilçimiz yarımfinalda Katarina ilə qarşılaşmada qadağan olunmuş fənd tətbiq etdiyi üçün birbaşa “hansoku-make” cəzası alıb və bu səbəbdən yarışdan kənarlaşdırılıb.

Beləliklə, cüdo yığmamız Tiflisdəki Avropa çempionatını 4 medalla tamamlayıb. Əvvəlki günlərdə Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc mükafat qazanmışdıılar.

Vinisius Junior Neymarla Eder Militaonu fərqləndirdi

19 April 2026 at 16:00

Madrid “Real”ının braziliyalı cinah hücumçusu Vinisius Junior dünyanın ən yaxşı müdafiəçisi ilə bağlı qənaətini açıqlayıb.

Arena.az braziliyalı futbolçunun müvafiq qənaətini təqdim edir:

“Eder Militao dünyada ən yaxşı müdafiəçidir”, deyə “Vini” həmvətəni, “Real”da və Braziliya millisində komanda yoldaşı olan mərkəz müdafiəçisinin adını çəkib.

Vinisius pərəstiş etdiyi futbolçu – həmvətəni, “Santos”un kapitanı, 34 yaşlı hücumçu Neymardan da söhbət açıb:

“Neymar – mənim ən böyük pərəstişgahlarımdan biridir!”, deyə “Vini” vurğulayıb.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 47 oyuna çıxıb, 17 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 369 oyun, 123 qol, 97 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 47 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 25 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

İkinci Liqa: 23-cü turun bütün təyinatları açıqlandı

19 April 2026 at 15:30

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

23-cü tura bu gün keçiriləcək 2 oyunla start veriləcək. Turun qalan görüşləri sabah keçiriləcək.

İkinci Liqa
23-cü tur
19 aprel

“Ağdaş”– “Ağstafa Gəncləri”
Hakimlər: Xalid Quliyev, Tural Bayramov, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Ağdaş şəhər stadionu, 16:00.

“Kür-Araz” – “Göygöl”
Hakimlər: Hacıağa Həsənov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Vüqar Alıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.

20 aprel

“Xankəndi” – “Dinamo”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sevda Nuriyeva, Samir Musayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Quba” – “Şirvan”
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Xəlil Xəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Araz Saatlı”
Hakimlər: Kamil Aydınov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Qaradağ Lökbatan” – “Şəmkir”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Pərviz İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Nikolas Pas: “DÇ-2027-yə düşmək üçün hər gün çalışıram”

19 April 2026 at 15:00

“Komo”nun 21 yaşlı argentinalı hücumameyilli yarımmüdafiəçisi Nikolas Pas bu il keçiriləcək dünya çempionatında iştirak arzusundadır.

Arena.az gənc futbolçunun DÇ-2027 ilə bağlı müvafiq fikrini təqdim edir:

“Dünya çempionatı haqda xəyal edirəm. Mundiala düşmək üçün hər gün çalışıram”, deyə Pas vurğulayıb.

Xatırladaq ki, Nikolas Pas Madrid “Real”ının məzunudur. “Komo” Pası 2024-cü ilin avqust ayında “Real”ın ikinci komandası “Kastilya”dan 6 milyon avro məbləğ müabilində tamhüquqlu əsasda heyətinə qatıb. Pasın “Komo” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Əlavə edək ki, “Real”ın Pası geri satınalma hüququ var.

Niko cari mövsümdə “Komo”nun heyətində 36 oyuna çıxıb, 13 qol vurub, 7 məhsuldar ötürmə verib. O, İtaliya klubunda bütövlükdə 71 matç keçirib, 19 qol və 16 assistlə fərqlənib.

Nikolas Pas 2024-cü ilin oktyabr ayında debüt etdiyi Argentina yığmasının heyətində 8 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Pasın qənimətlər muzeyində “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku və UEFA Çempionlar Liqası var.

“Transfermarkt” internet-portalı 21 yaşlı argentinalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Serj Qnabri DÇ-2026-nı buraxa bilər

19 April 2026 at 14:00

Futbol üzrə Almaniya milli komandasının və “Bayern”in yarımmüdafiəçisi Serj Qnabri dünya çempionatını (DÇ-2027) buraxa bilər.

Arena.az bu barədə Almaniya mətbuatına istinadən xəbər verir.

Buna oyunçunun aldığı ciddi zədə səbəb olub. Münhen təmsilçisi 30 yaşlı futbolçunun sağ budunun əzələsinin qopması nəticəsində uzun müddətə sıradan çıxdığını açıqlayıb. Almaniyalı yarımmüdafiəçinin bərpa prosesinin təxminən 3-4 ay çəkəcəyi gözlənilir. Beləliklə, futbolçu iyunun 11-dən iyulun 19-na qədər keçiriləcək dünya çempionatını böyük ehtimalla kənardan izləyəcək.

Xatırladaq ki, Almaniya yığması dünya çempionatının E qrupunda Kurasao, Fil Dişi Sahili və Ekvador komandaları ilə mübarizə aparacaq.

Xatırladaq ki, Serj Qnabri “Bayern”ə 2017-ci ilin iyulunda 8 milyon avro müqabilində “Verder”dən keçib. O, cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub, 11 məhsuldar ötürmə verib.

Qnabrinin “Bayern” karyerası bütövlükdə 322 oyun, 103 qol və 72 məhsuldar ötürmədən ibarətdir.

Almaniyalı futbolçu karyerası ərzində “Arsenal”, “Vest Bromviç”, “Verder”, “Hoffenhaym” kimi klubların da formasını geyinib.

Qnabri 2016-cı ilin noyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 59 oyuna çıxıb, 26 qol, 11 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 30 yaşlı almaniyalı vingerin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Coy-Lens Mikels sıradan çıxdı: Üzündə sınıq aşkarlandı

19 April 2026 at 13:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümünün lideri “Sabah”ın alman hücumçusu Coy-Lens Mikels sıradan çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 28-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşmış paytaxt təmsilçisi bu görüşdən 1:0 hesablı qələbə ilə ayrılaraq çempionluğa daha da yaxınlaşıb.

Amma turun mərkəzi qarşılaşması “bayquşlar”ın əsas qol silahı üçün uğursuz başa çatıb. Belə ki, o, Ağdam təmsilçisi ilə matçda üzündən zədə alıb. İlkin müayinənin nəticəsinə görə, hücumçunun üz nahiyyəsində sınıq aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mikelsin nə vaxt sıraya dönəcəyi hələ məlum deyil.

Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ilin iyul ayından 2023-cü ilin avqustuna qədər “Sabah”da çıxış edib. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. 2023-cü ilin yayında “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanı “Əl-Faysal”ına keçən Coy-Lens 2024-cü ilin yayında yenidən Azərbaycan klubuna qayıdıb. Almaniyalı vingerin “bayquşlar”la bu ilin yayınadək müqaviləsi mövcuddur. O, “Sabah”da bütövlükdə 134 oyuna 70 qol və 32 məhsuldar ötürmə müəllifi olub.

Mönhenqladbax “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker” (Norhauzen), “Karl Tseyss” və “Maastrixt” kimi klubların uğurları üçün çalışıb.

❌
❌