Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Cenoa” – “Napoli” matçı son çempionun qələbəsi ilə başa çatıb. Dörd qolluq “Fiorentina” – “Torino” matçında isə qalib müəyyənləşməyib.
24-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək. Turun bir qarşılaşması isə fevralın 18-nə təxirə salınıb.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Bornmut” – “Aston Villa” matçında qalib müəyyənləşməyib. Lider “Arsenal” bu turda “Sanderlend”i 3 cavabsız qolla yenib. “Mançester Yunayted” isə “Tottenhem”i məğlub yola salıb.
“Börnli” evdə “Vest Hem”ə, “Fulhem” “Everton”a, “Vulverhempton” “Çelsi”yə, “Nyukasl” “Brentford”a məğlub olub.
25-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın 18 yaşlı sağ cinah hücumçusu Lamin Yamalın cari vəziyyətini qiymətləndirib.
Arena.az alman mütəxəssisin ispan futbolçu barədə müvafiq açıqlamasını təqdim edir:
“Yamal hazırda əla vəziyyətdədir. Lamin yüksək səviyyəli oyunçudur”, deyə Flik məmnunluqla vurğulayıb.
O, ispaniyalı ulduzun oyunundan razılığını ifadə edib:
“Hazırda Laminin oyunundan çox razıyam. İndi o, nəinki hücuma köklənib, həmçinin müdafiə haqda da düşünür”, deyə Hansi Flik bildirib.
Yeri gəlmişkən, İspaniya futbolunun əfsanəsi, “Barsleona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta da Yamal haqda qənaətini açıqlayıb:
“Əgər Yamal tərəqqisinə davam edərsə, onun ən görkəmli oyunçulardan biri olacağına imkanı var”, deyə İnyesta vurğulayıb.
Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Yamal cari mövsümdə “blauqrana”nın heyətində 30 oyuna çıxıb. O, bu oyunlarda 15 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 136 oyun, 39 qol və 47 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.
Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.
Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin qızıl medalını qazanıb.
Arena.az xəbər verir ki, Paris “Böyük Dəbilqə”sinə bu gün start verilib.
İlk gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparıb. Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub və mübarizəni erkən dayandırıb.
Eyni çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Ruslan Paşayev (66 kq) isə bu turniri bürünc medalla başa vurub. O, İtaliya təmsilçisi Valerio Akkolini yuko xalı ilə məğlub edərək üçüncü olub.
Balabəy Ağayevin (60 kq) çıxışı daha möhtəşəm alınıb. O, yarışı qızıl medalla tamamlayıb. 27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.
Qeyd edək ki, Balabəy Ağayev karyerasında üçüncü dəfə Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olur.
Paris “Böyük Dəbilqə”sinə fevralın 8-də yekun vurulacaq. Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.
“Benfika”nın portuqal baş məşqçisi Joze Mourinyo Madrid “Real”ının belçikalı əsas qapıçısı Tibo Kurtua haqda qənaətini açıqlayıb.
Arena.az portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Kurtuanın nailiyyətləri inanılmazdır. Tibo mənim komandamda oynayıb, onu yaxşı tanıyıram. Onu dünyanın ən yaxşı qapıçısı hesab edirəm”, deyə Mourinyo vurğulayıb.
Xatırladaq ki, Tibo Kurtua futbola Belçikanın “Bilzen” klubunda qədəm qoyub. Buradan “Genk”ə yol tapmış qapıçı böyük futbolda debüt edib. Daha sonra Kurtua “Çelsi”yə keçib və 2011-ci ilin iyulunda icarə əsasında Madrid “Atletiko”suna yollanıb. 2018-ci ilin avqustuna qədər Kurtua “döşəkçilər”in uğurları üçün çalışıb. Daha sonra belçikalı qapıçı “döşəkçilər”in düşərgəsindəki icarə müddətini başa vuraraq, transfer hüquqlarının məxsus olduğu “Çelsi”yə qayıdıb.
“Real” Kurtuanı 2018-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Çelsi”dən “qaymaqlılar”ın düşərgəsinə qatıb. Kurtuanın klubla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə belçikalı qapıçı “Real” üçün 31 oyun keçirib, 31 qol buraxıb, 12 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Tibo Kurtuanın “qaymaqlılar”ın düşərgəsində çıxışının ümumi mənzərəsi 319 oyun, 313 buraxılmış qol və 125 “quru” oyundan ibarətdir.
“Real”ın heyətində belçikalı qapıçı 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 3 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 2 dəfə FIFA Klub Dünya Kubokunu və FIFA Qitələrarası Kuboku qazanıb.
Həmçinin Kurtuanın qənimətlər muzeyində “Atletiko” ilə qazandığı İspaniya La Liqası (2013/2014), İspaniya Kuboku (2012/2013), Avropa Liqası (2011/2012) və UEFA Super Kuboku (2012/2013) var. Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 107 oyun keçirib, 84 qol “yeyib”, 54 oyundan “quru” qurtulub.
“Transfermarkt” internet-portalı 33 yaşlı qapıçının transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.
Keçmiş ingilis yarımmüdafiəçi Ceymi Rednapp İngiltərə Premyer Liqasının cari mövsümünün çempionu ilə bağlı təxminini açıqlayıb.
Arena.az keçmiş futbolçunun müvafiq qənaətini təqdim edir:
“Arsenal” daha çempiondur. Bu, mənim fikrimdir. “Topçular” 8-10 xallıq fərqlə çempion ola bilərlər”, deyə Rednapp vurğulayıb.
“Liverpul”un ingilis keçmiş mərkəz müdafiəçisi, hazırda futbol təhlilçisi olaraq çalışan Ceymi Karrager də İngiltərə Premyer Liqasının cari mövsümünün çempionu ilə bağlı fikrini açıqlayıb:
“Arsenal”! Onlar ən yaxşı heyətə malikdirlər və 22 illik çempionluq həsrətinə xitam vermək üçün hər şey hazırdır. Amma onların son nəticələrinin də göstərdiyi kimi, bu, asan olmayacaq”, deyə Karrager vurğulayıb.
Xatırladaq ki, Premyer Liqanın cari mövsümündə 25 oyuna 56 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” (24 oyun) 47, “Aston Villa” (25 oyun) 47, “Mançester Yunayted” (25 oyun) 44, “Çelsi” (25 oyun) 43, “Liverpul” (24 oyun) 39 xal toplayıb.
Futbol üzrə Braziliya millisinin və “Barselona”nın cinah hücumçusu Rafinya zədəlidir və hazırda müalicə-bərpa mərhələsindən keçir.
Arena.az xəbər verir ki, ulduz futbolçu cari vəziyyətini şərh edib:
“Mənimlə bağlı hər şey qaydasındadır. Mümkün olduqca tez bir zamanda qayıtmağa çalışacağam”, deyə Rafinya vurğulayıb.
Xatırladaq ki, “Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedri də zədəlidir. O da hazırda müalicə-bərpa mərhələsindən keçir. Artıq Pedrinin geri-dönüş tarixi ilə bağlı məlumatlar da var. İspaniya mətbuatının yazdığına görə, yarımmüdafiəçi artıq meydanda məşq təmrinlərinin icrasına başlayıb. Onun təxminən 1 aydan sonra yaşıl meydanlara qayıdışı təxmin edilir.
Qeyd edək ki, “Barselona”nın iktiləri bu iki futbolçu ilə kifayətlənmir. Kataloniya təmsilçisində Andreas Kristensen və Qavi də zədədən əziyyət çəkirlər. Amma onların nə vaxt sıraya dönəcəyi hələ bilinmir.
Yeri gəlmişkən, “Barselona”nın baş məşqçisi Hansi Flik zədəli yarımmüdafiəçi Qavinin vəziyyəti ilə bağlı açıqlama verib. Alman mütəxəssis bunları söyləyib:
“Qavi bərapsına doğru addım-addım gedir. İndi ən əsası, sakitliyini qoruyb-saxlaması və yalnız növbəti addımı haqda düşünməsidir”, deyə Hansi Flik vurğulayıb.
Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 20-ci tur çərçivəsində “Fajr Sepasi” ilə qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşdə məğlubiyyətə üzülüblər – 1:2. Yeganə qolu 41-ci dəqiqədə Əmirhüseyn Hüseynzadə vurub.
“Traktor” cari mövsümdə qazandığı 35 xalla 16 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 20 oyunda 9 qələbə qazanıb, 8 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Fulad”la qarşılaşacaq. Bu oyun fevralın 14-də evdə baş tutacaq. Bundan öncə isə “traktorçular”ı Qətərin “Əl-Sədd” komandası ilə Asiya Çempionlar Liqasının oyunu gözləyir. Bu görüş fevralın 10-da Təbrizdə baş tutacaq.
Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 20-ci turu çərçivəsində Sofiya ÇSKA-sı ilə qarşılaşıb.
Səfərdə baş tutmuş bu oyunda “Arda” məğlubiyyətə üzülüb – 2:0. Hüseynov 2026-cı ildəki ilk rəsmi oyunlarında 90 dəqiqə meydanda olub.
“Arda” 20 turdan sonra 24 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 6 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 70 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 23-cü turu çərçivəsində “Flamurtari” ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 1:0. Əliyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Eqnatiya” 23 turdan sonra 42 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 23 oyunda 12 qələbə qazanıb, 6 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 57 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 23-cü turu çərçivəsində “Bilis”lə qarşılaşıb.
“Partizani” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün fasiləsində əvəzlənib.
“Partizani” 23 turdan sonra 30 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 23 oyunda 8 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 22 oyuna çıxıb, 4 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, dördüncü oyun günündə də bir qarşılaşma baş tutub.
Günün yeganə matçı Gəncə Olimpiya İdman Kompleksində keçirilib. Burada “Gəncə” NTD ilə üz-üzə gəlib. A qrupunun oyununda “Gəncə” 104:85 hesablı qələbə qazanıb.
Xatırladaq ki, daha öncə baş tutmuş oyunlarında “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” isə “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92) məğlub etmişdi.
16-cı tura fevralın 8-də yekun vurulacaq.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Gəncə – 24. Neftçi – 22. NTD – 19. Şəki – 17.
B qrupu: Ordu – 31. Naxçıvan – 28. Sumqayıt – 22. Quba – 22. Sərhədçi – 21. Lənkəran – 20.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Fransanın “Renn” komandasının mərkəz yarımmüdafiəçisi Seko Fofana bundan sonra “Portu”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə Portuqaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
“Portu” Kot-d’İvuar yığmasının futbolçusunu icarəyə götürüb. İcarə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olacaq. Müqavilədə satınalma şərti nəzərdə tutulmayıb.
Xatırladaq ki, Seko Fofana 2025-ci ilin yanvarından “Renn”in formasını geyinir. O, cari mövsümdə Fransa Liqa 1-də 12 oyun keçirib və 1 qolla yadda qalıb. Yarımmüdafiəçi “Renn”də bütövlükdə 29 oyuna çıxıb, 2 qol və 1 assist müəllifi olub.
Fofana daha öncə “Udineze”, “Lans”, “Bastiya”, “Əl-Ettifaq”, “Fulhem”, “Əl-Nəsr” kimi klubların da formasını geyinib.
Yarımmüdafiəçi vaxtilə Fransanın U-16, U-17, U-18 və U-19 yığmalarında oynasa da, 2017-ci ildə Kot-d’İvuar yığmasında debüt edib. O, ölkəsinin millisində 30 oyuna 7 qol vurub, 3 məhsuldar ötürmə verib.
Futbol üzrə Kot-d’İvuar yığmasının və İngiltərənin “Çelsi” klubunun hücumçusu David Datro Fofana “Strasburq”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Liqa 1 təmsilçisi 23 yaşlı forvardı bu mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilədə satınalma şərti nəzərdə tutulmayıb.
Datro Fofana 2023-cü ilin yanvarında İsveçin “Molde” klubundan 12 milyon avro qarşılığında “Çelsi”yə transfer edilib. Gənc hücumçu London klubunun əsas komandasında cəmi 4 oyun keçirsə də, fərqlənə bilməyib. Onun İngiltərə nəhəngi ilə müqaviləsi 2029-cu ilin 30 iyununa kimidir.
Fofana daha öncə Almaniyanın “Union Berlin”, İngiltərənin “Börnli”, Türkiyənin “Göztəpə” və “Fatih Karagümrük” klublarında da icarədə olub.
Datro Datro Fofana 2019-cu ilin sentyabrında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı Datro Fofananı 5 milyon avro məbləğində qiymətləndirir.
“Roma”nın müdafiəçisi Canluka Mançini İtaliya A Seriyasının 23-cü turunda, “Udineze”yə qarşı keçirdikləri oyunda (0:1) zədələnib.
Arena.az “Sky Sport Italia” nəşrinə istinadən xəbər verir ki, matçın ilk hissəsində burnu sınan 29 yaşlı futbolçu görüşü sonadək belə davam etdirib.
Matçdan sonra Mançini əməliyyat olunub və qarşıdakı oyunlarda qoruyucu maska ilə çıxış edəcək.
Xatırladaq ki, Canluka Mançini 2019-cu ildən “Roma”da forma geyinir. O, indiyə qədər bu komandanın heyətində meydana çıxdığı 304 oyunda 19 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Mərkəz müdafiəçisi daha öncə “Peruca” və “Atalanta”da çıxış edib.
29 yaşlı futbolçu 2019-cu ildə debüt etdiyi İtaliya milli komandasında 18 oyun keçirib, 2 qol vurub.
“Transfermarkt” internet-portalı italiyalı müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə Ukrayna milli komandasının və “Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko bundan sonra “Ayaks”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Niderland klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
“Ayaks” 28 yaşlı futbolçunu 1,5 milyon avro müqabilində transfer edib. Ukraynalı müdafiəçi Amsterdam təmsilçisi ilə 2026-cı ilin 30 iyununadək anlaşıb.
Xatırladaq ki, Aleksandr Zinçenko “Arsenal”a 2022-ci ilin iyulunda 35 milyon avro qarşılığında “Mançester Siti”dən keçmişdi. Ukraynalı müdafiəçinin “topçular”la müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədə idi.
Zinçenko “Arsenal”ın heyətində 91 oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Ukraynalı futbolçu cari mövsümün ilk dövrəsini İngiltərənin “Nottingem Forest” klubunda keçirib. O, meydana çıxdığı 10 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Xatırladaq ki, ukraynalı futbolçu Donetsk “Şaxtyor”unun yetirməsidir. O, “Mançester Siti”, “Ufa”, PSV kimi klublarda da çıxış edib.
Zinçenko 2019-cu ildə Ukraynada ilin futbolçusu seçilib. Ukraynalı müdafiəçinin qənimətlərinin hamısı “Mançester Siti”də çıxış etdiyi dövrə aiddir: 5 dəfə Premyer Liqa çempionluğu, 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Liqa Kuboku, 2 dəfə İngiltərə Super Kuboku.
Zinçenko 2015-ci ilin oktyabrında debüt etdiyi Ukrayna millisinin heyətində 75 oyun keçirib, 12 qol vurub, 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı Zinçenkonu 15 milyon avro məbləğində qimətləndirir.
Kolumbiyalı hücumameyilli yarımmüdafiəçi Xames Rodriges bundan sonra ABŞ klubu “Minnesota Yunayted”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə MLS klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Təcrübəli futbolçu yeni komandasına azad agent statusu ilə qoşulub. 34 yaşlı oyunçu ilə imzalanmış müqavilə 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub. Razılaşmada müqavilənin müddətinin bu ilin dekabr ayınadək uzadılma bəndi də yer alıb.
Xames Rodriges “Enviqado”nun məzunudur. Böyük futbolada “Enviqado” ilə debüt etmiş Xames karyerası ərzində “Banfild”, “Portu”, “Monako”, “Real”, “Bayern”, “Everton”, “Əl-Rayyan”, Pirey “Olimpiakos”u, “San Paulo” və “Rayo Valyekano”da çıxış edib. O, 2025-ci ili Meksikanın “Leon” klubunda keçirib. Kolumbiyalı futbolçu ötən ilin sonunda Meksika klubundan ayrılandan bəri azad agent statusu daşıyırdı.
Xames Rodriges 2011-ci ilin oktyabr ayında debüt etdiyi Kolumbiya yğmasının heyətində 122 oyuna çıxıb, 31 qol vurub və 41 məhsuldar ötürmə verib.
Təcrübəli yarımmüdafiəçi Argentina, Portuqaliya, İspaniya və Almaniya çempionu olub. O, “Real”ın heyətində 2 dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Kolumbiya millisinin üzvü kimi Xames 2014-cü il dünya çempionatının ən yaxşı bombardiri, 2024-cü il Amerika Kubokunun isə ən yaxşı futbolçusu seçilib.
“Transfermarkt” internet-portalı 34 yaşlı kolumbiyalı yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçularla – Hyon Qyu O, Emmanuel Aqbadu və Devis Vaskeslə gücləndirib.
Arena.az bu barədə Super Liqa nəhənginin rəsmi saytına istinadən xəbər verir.
Hyon Qyu O Belçikanın “Genk” klubundan 14 milyon avro müqabilində transfer edilib. Cənubi Koreya millisinin hücumçusu ilə müddəti 2029-cu ilin 30 iyununadək müqavilə imzalanıb.
24 yaşlı futbolçu cari mövsümdə “Genk”in heyətində 32 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun Belçika klubunun heyətindəki ümumi göstəricisi 73 oyun, 22 qol və 6 assistdən ibarətdir. O, daha öncə “Suvon” və “Seltik”də də forma geyinib. Forvard 2022-ci ildə debüt etdiyi Cənubi Koreya yığmasının heyətində 24 oyuna 6 qol vurub.
Emmanuel Aqbadu İngiltərənin “Vulverhempton” klubundan 18 milyon avroya transfer edilib. Kot-d’İvuar yığmasının üzvü “Beşiktaş”la 2030-cu ilin 30 iyununadək anlaşıb.
Aqbadu Kot-d’İvuarın “San Pedro” klubunun yetirməsidir. O, Tunisdə “Monastr”ın, Fransada “Eupen” və “Reyms”in də formasını geyinib. “Vulverhempton” mərkəz müdafiəçisini 2025-ci ilin yanvarında “Reyms”dən 20 milyon avroya transfer etmişdi. 28 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin heyətində 35 oyun keçirib, 1 qol və 2 assistlə yadda qalıb.
2021-ci ildə Kot-d’İvuar yığmasında debüt etmiş Aqbadu 18 oyunda 2 qol müəllifi olub.
“Beşiktaş” İtaliyanın “Roma” komandasına məxsus olan kolumbiyalı qapıçı Devis Vaskesi də cari mövsümün sonunadək icarəyə götürüb. İstanbul təmsilçisi 27 yaşlı futbolçunun transfer hüquqlarını da ala bilər.
“Roma” Devis Vaskesi 2025-ci ildə İtaliyanın digər klubu “Milan”dan azad agent kimi heyətinə qatmışdı. 27 yaşlı qolkiperin “canavarlar”la 2027-ci ilin 30 iyununadək müqaviləsi var. O, “Roma”dan debüt şansı qazanmadan ayrılıb.
Devis Vaskes karyerasının ilk illərində “Patriotas”, “Quarani” kimi klublarda forma geyinib. 2023-cü ildə “Milan” “Quarani”yə 810 min avro ödəməklə kolumbiyalı qolkiperi heyətinə qatıb. Amma Devisə “Milan”ın əsas komandasında debüt qismət olmayıb. Bu üzdən də o, “Şeffild Uensdey”, “Askoli” və “Empoli” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb.
“Əl-İttihad”dakı səhifəm bağlanır. Klub rəhbərliyinə və hamıya təşəkkür etmək istəyirəm. Karyeramın bu mərhələsi mənə çox şey qazandırdı. Bu komandanın formasında meydana çıxmağımla qürur duyuram. Kluba gələcəkdə hər şeyin ən yaxşısını arzulayıram”.
Xatırladaq ki, Kərim Benzema “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulmuşdu. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərim “Əl-İttihad”da 83 oyun keçirib, 54 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “qaymaqlılar”n heyətində 14 mövsüm keçirib. Benzema “Real”la ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.
Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub yarışlarının qənimətləri var.
Kərim Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Benzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib.
Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı fransalı hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Portuqaliya millisinin də üzvü olan yarımmüdafiəçisi Ruben Neves ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçunun sözləşməsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ilin yayında bitəcəkdi.
Xatırladaq ki, Ruben Neves 2023-cü ildə İngiltərənin “Vulverhempton” klubundan 55 milyon avro müqabilində “Əl-Hilal”a transfer olunmuşdu. O, sözügedən komandanın heyətində 2023/2024-cü illər mövsümündə Səudiyyə Ərəbistanı çempionluğunu, Kral Kubokunu və iki ölkə Super Kubokunu qazanıb.
Bu mövsüm Neves “Əl-Hilal”ın heyətində bütün turnirlərdə 25 oyunda iştirak edib və 9 qol vurub. Portuqal futbolçunun “Əl-Hilal” karyerası bütövlükdə 116 oyun, 18 qol və 30 assistdən ibarətdir.
Neves daha öncə “Vulverhempton” və “Portu”nun formasını geyinib. Dayaq yarımmüdafiəçisi 2015-ci ildə debüt etdiyi Portuqaliya yığmasının heyətində 63 oyun keçirib, 1 qol və 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 258 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
İtaliyanın “Kalyari” klubunun hücumçusu Zito Luvumbo bundan sonrakı karyerasını İspaniya çempionatında davam etdirəcək.
Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu “Malyorka”ya keçib.
Bu barədə İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. La Liqa təmsilçisi anqolalı forvardı cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə yer alan bəndə görə, oyunçunun çıxışı İspaniya təmsilçisini qane edərsə, “Malyorka” onu 4 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdir.
Zito Luvumbo peşəkar karyerasına ölkəsinin “Primeyro de Aqosto” klubunda başlayıb. O, “Kalyari”yə 2020-ci ildə 880 min avroya transfer edib. İtaliya klubu 23 yaşlı forvardı 2021-ci ildə “Komo”ya da icarəyə verib. Luvumbo “Kalyari”nin heyətində keçirdiyi 117 oyunda 11 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
Luvumbo 2019-cu ildə debüt etdiyi Anqola yığmasının heyətində 31 oyuna cəmi 1 qol vurub.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Lids” doğma meydanda “Nottingem Forest”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri inamlı qələbəyə seviniblər.
25-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 21-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Mets” doğma meydanda “Lill” ilə üz-üzə gəlib. Bu qarşılaşmada qapılara qol vurulmayıb və komandalar meydanı hərəyə 1 xalla tərk ediblər.
21-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Verona” doğma meydanda “Piza” ilə üz-üzə gəlib. Bu qarşılaşmada qapılara qol vurulmayıb və komandalar meydanı hərəyə 1 xalla tərk ediblər.
24-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək. Turun bir qarşılaşması isə fevralın 18-nə təxirə salınıb.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 21-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Union Berlin” doğma meydanda “Ayntraxt”la üz-üzə gəlib. İki qolun qeydə alındığı matçda komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
21-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa 21-ci tur 6 fevral
Union Berlin – Ayntraxt 1:1 Qollar: Qerfeld, 87-pen – Braun, 83.
7 fevral
18:30. Frayburq – Verder 18:30. Haydenhaym – Hamburq 18:30. Maynts – Auqsburq 18:30. Sankt Pauli – Ştutqart 18:30. Volfsburq – Borussiya (Dortmund) 21:30. Borussiya (Mönhenqladbax) – Bayer
Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, son çempion “Barselona” Madrid “Atletiko”suna rəqib olub.
Digər yarımfinal görüşündə Bilbao “Atletik”i və “Real Sosyedad” üz-üzə gələcəklər.
Qeyd edək ki, İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunları 10-12 fevralda keçiriləcək. Cavab oyunları isə 3-5 mart aralığında baş tutacaq. Final qarşılaşması isə aprel ayında Sevilyadakı “Olimpiko de Sevilya – La Kartuxa” stadionunda təşkil ediləcək.
Xatırladaq ki, “Barselona” İspaniya Kubokunun sonuncu qalibidir. Ötən mövsümün finalında bu komanda Madrid “Real”ını 3:2 hesabı ilə məğlub etmişdi. “Barselona” 32 kubokla yarışı ən çox qazanan klubdur.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir qarşılaşma baş tutub.
Günün yeganə matçı Bakı İdman Sarayında keçirilib. Burada “Naxçıvan” “Ordu” ilə üz-üzə gəlib. B qrupunun oyununda “Ordu” 95:92 hesablı qələbə qazanıb.
Xatırladaq ki, daha öncə baş tutmuş turun ilk oyunlarında “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” isə “Sərhədçi”ni (97:89) məğlub etmişdi.
16-cı tura fevralın 8-də yekun vurulacaq.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 22. Gəncə – 22. NTD – 18. Şəki – 17.
B qrupu: Ordu – 31. Naxçıvan – 28. Sumqayıt – 22. Quba – 22. Sərhədçi – 21. Lənkəran – 20.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun 1/4 finalının ilk oyunlarındakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, kubok oyunlarında da qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Rəhim Həsənov ümumilikdə 2 matçda qeydə alınan bir neçə epizodla bağlı fikirlərini bölüşüb. O, “Sabah” – “Qəbələ” (0:0) və “Turan Tovuz” – “Kəpəz” (1:0) matçlarının mübahisəli epizodlarını şərh edib. Komitə sədri hakimlərin düzgün qərarlar qəbul etdiklərini bildirib. “Sumqayıt” – “Zirə” (0:0) və “Şamaxı” – “Qarabağ” (2:1) oyunlarında belə mübahisəli epizod qeydə alınmayıb.
AFFA Hakimlər Komitəsinin sədrinin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
Son olaraq “Difai”nin formasını geyinmiş mərkəz yarımmüdafiəçisi Riad Abbaszadə bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, “İmişli” PFK heyətinə yeni futbolçu cəlb edib. 25 yaşlı yarımmüdafiəçi Riad Abbaszadə bundan sonra sözügedən komandanın formasını geyinəcək. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma böyük ehtimalla, elita təmsilçisi yeni futbolçusu ilə cari mövsümün sonunadək anlaşıb.
Riad daha öncə “Şüvəlan”, “Şamaxı-2”, “Qarabağ-2”, “Oskar” (Polşa), “Difai” kimi komandalarda forma geyinib. 25 yaşlı futbolçu 2025-ci ilin yayında “Difai”dən ayrılandan bəri işsiz idi.
Xatırladaq ki, “İmişli” cari mövsümün əvvəlindən Premyer Liqada mübarizə aparır. Elita təmsilçisi keçirdiyi 18 oyunda 18 xal toplayıb və 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 12-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Murov” doğma meydanda “DH Volley” komandası ilə üz-üzə gəlib. “Murov”un idman zalında baş tutmuş görüş qonaq komandanın 3:0 (25:22, 25:17, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, turun əvvəlki matçlarında “Azərreyl” UNEC-ə (3:1), “Turan” “Gəncə”yə (3:1) “Milli Aviasiya Akademiyası” isə “Abşeron”a (3:1) qalib gəlib.
Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində 2026-cı ilin yanvar ayının qalibləri müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan Premyer Liqasında yanvarın ən yaxşı qolunun müəllifi “Qəbələ”nin legioneri Domi Massumu olub. O, Premyer Liqanın 18-ci turu çərçivəsində qarşılaşdıqları “İmişli” ilə ev oyununda komandasının hər üç qoluna imza atmış və “Qəbələ”yə 3:2 hesablı qələbə qazandırmışdı. Onun vurduğu ikinci qol daha baxımlı alınmışdı.
Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.
“Zaqatala” – “Səbail” 0:1 Qol: Emil Qasımov, 18. Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rəhman Aslanov, Ceyhun Hüseynov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
6 fevral
“Şahdağ Qusar” – “Difai” 4:0 Qollar: Aqostinyo Çipesse, 12. Rahid Əmirquliyev, 59. Arsen Xalilov, 90+2. Famil Camalov, 90+4. Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sənan Bayramzadə. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Elman Musayev. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
7 fevral
“Şimal” – “Mingəçevir” Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasıyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Azər Əsgərov. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.
Arena.az xəbər verir ki, baş tutmuş 4 qarşılaşmada cəmi 4 top vurulub.
“Şamaxı” “Qarabağ”a 2:1, “Turan Tovuz” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” qarşılaşmaları qolsuz bitib. Orta məhsuldarlıq 1,00-a bərabərdir.
Bu, Azərbaycan Kubokunda 4 matçın keçirildiyi ilk oyunlar üçün antirekordun təkrarıdır. Elə ötən mövsümdə də eyni sayda qol qeydə alınıb – “Səbail” – “Qarabağ” – 0:1, “Sabah” – “Sumqayıt” – 0:0, “Kəpəz” – “Neftçi” – 0:2, “Araz-Naxçıvan” – “Zirə” – 1:0.
Buna qədər isə 2004/2005-ci illər mövsümündə də 1/4 finalın ilk 4 görüşü 4 qolla bitib – “Neftçi” – “İnter” – 0:0, “Gənclərbirliyi” – “MKT-Araz” – 0:0, MOİK – “Xəzər Lənkəran” – 0:1, “Karat” – “Bakı” – 1:2.
Düzdür, bu raundda daha az – cəmi 2 qol vurulması da olub. Amma 1997/1998-ci illər mövsümündə 1/4 finalın ilk oyunlarından üçü baş tutub, birində isə texniki nəticə qeydə alınıb. Orta məhsuldarlıqda antirekord olsa da, ümumi oyun sayı da az olub – “Dinamo” – “Qarabağ” – 0:0, “Kəpəz” – “Bakılı” – 0:0, MOİK – “Neftçi” – 1:1, “Pambıqçı” (Bərdə) – “Kür-Nur” – -:+.
1/4 finalın cavab oyunlarında da ən az qolun qeydə alındığı mövsümlərdə 4 top vurulub. 1996/1997 və 1999/2000 mövsümlərində belə aşağı məhsuldarlıq yaşanıb.
Premyer Liqada da mübarizə aparan “Turan Tovuz” komandası futbol üzrə Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsi çərçivəsində baş tutmuş “Kəpəz”lə ev qarşılaşmasında qeydə alınıb.
Tovuz təmsilçisi 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində 18-ci kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gəlmiş qərblilər səfərdə də eyni sayda uğura malikdir.
Qeyd edək ki, “Turan Tovuz” Azərbaycan Kuboku tarixindəki ilk qələbəsini 2015/2016-cı illər mövsümünə təsadüf etmiş debüt matçında qazanıb. Qərblilər səfərdə keçirilmiş 1/16 final mərhələsinin görüşündə MOİK-i məğlub etmişdilər – 2:1.
Futbol üzrə Azərbaycan Premyer Liqasında da mübarizə aparan “Şamaxı” komandası ölkə kubokunda 60-cı qələbəsini qazanıb.
Arena.az xbəbər verir ki, bu, Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qarşı ev matçına təsadüf edib.
Şamaxının eyniadlı təmsilçisi Ağdam klubu ilə görüşdə 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub 60-cı qələbəsini 115-ci oyununda əldə edib.
“Şamaxı” evdə 34, səfərdə 24, neytral meydanda 2 dəfə qalib gəlib. Bu, yarışın tarixində 4-cü nəticədir. Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”in hesabında daha çox qələbə var.
Qeyd edək ki, Şamaxının eyniadlı təmsilçisi ilk qələbəsini 2001/2002-ci illər mövsümündə “Ümid”lə (Bakı) 1/8 finaldakı səfər matçında qazanıb – 3:1.
Yarımmüdafiəçilər: Məryəm Səmədli, Fatimə Kərimli (“Sabah”), Suel Polikarpova, Sara Səlimova (“Neftçi”), Dəniz Mikayıllı (“Şəfa”), Sara Qaribova (“Təhsil 8 İOEUGİM”);
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası
“Karvan” – “Sumqayıt” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə Yevlax komandası 1000 manat cərimə edilib. Bu oyunda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Kəpəz” komandası 1000 manat cərimə edilib.
“Kəpəz” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə Gəncə komandası 5000 manat cərimə edilib.
“Qarabağ” – “Turan Tovuz” oyununda “Turan Tovuz”da 6 nəfər sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə edilib.
Türkiyəli futbol mütəxəssisi İlhan Palut daha öncə də çalışdırdığı Super Liqa təmsilçisi “Konyaspor”a baş məşqçi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisi ilə türkiyəli mütəxəssis arasında 1,5 illik müqavilə imzalanıb.
Son olaraq “Rizəspor”u çalışdırmış İlhan Palut daha öncə də “Konyaspor”a rəhbərlik edib. O, 2021-2023-cü illər aralığında bu komandanı 81 matça çıxarıb. Konyalılar bu məşqçinin dönəmində 36 qələbə, 25 heç-heçə və 20 məğlubiyyət görmüşdülər.
49 yaşlı mütəxəssis karyerası ərzində “Hatayspor”, “Göztəpə” və “Rizəspor”a da rəhbərlik edib.
Bu mövsüm Türkiyə Super Liqasında 20 oyuna 19 xal toplamış “Konyaspor” 14-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 20 oyunda 4 qələbə qazanıb, 7 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Nyukasl”la üz-üzə gələcək “Qarabağ” iştirak ərizəsində dəyişiklik edib.
Arena.az xəbər verir ki, Kris Kuakunun adı Ağdam klubunun ÇL üçün açıqladığı iştirak ərizəsindən çıxarılıb.
Onu bu siyahıda Kadi Borges əvəzləyib.
Ağdam təmsilçisinin yeni transferlərindən olan Jeremi Qnali isə Çempionlar Liqası üçün sifariş edilməyib.
Xatırladaq ki, Kadi Borgesin adı braziliyalı futbolçunun noyabrda aldığı ciddi zədə səbəbindən Çempionlar Liqasının iştirak ərizəsindən çıxarılmışdı.
“Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq. Həlledici matça saat 00:00-da start veriləcək.
Braziliya millisinin və “Real”ın 24 yaşlı braziliyalı cinah hücumçusu Rodriqo Qoes UEFA tərəfindən 2 oyunluq cəzalandırılıb.
Arena.az xəbər verir ki, buna görə də o, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi “Benfika”ya qarşı keçirəcəkləri hər iki oyunu buraxmalı olacaq.
Buna 25 yaşlı vingerin ÇL-in Liqa mərhələsinin sonuncu turunda məhz “Benfika”ya uduzduqları matçda (2:4) ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.
UEFA braziliyalı oyunçunu hakimlərin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə 2 oyunluq diskvalifikasiya etmək qərarına gəlib.
Xatırladaq ki, “Real”ın digər futbolçusu Cud Bellingem də zədə səbəbindən “Benfika” ilə pley-off matçlarında meydana çıxmayacaq. Bu oyunlar 17 və 25 fevralda baş tutacaq.
Rodriqo Qoes “Santos”un yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2019-cu ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsində nəzərdə tutulmuş təzminat haqqı isə 1 milyard avro məbləğindədir.
Braziliyalı hücumçu cari mövsümdə “qaymaqlılar üçün 26 oyuna 3 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Rodriqonun “Real”da çıxışının ümumi mənzərəsi 296 oyun, 71 qol və 57 məhsuldar ötürmədən ibarətdir.
Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisinin heəytində 37 oyuna 9 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.
Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümün 1/8 final mərhələsinə yekun vurulub və bütün 1/4 finalçılar bəlli olub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Son görüşdə “Strasburq” və “Monako” komandaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanaraq 1/4 finala yüksəliblər.
Fransa Kuboku 1/8 final mərhələsi 3 fevral
Reyms – Le Man 3:0 Qollar: Leoni, 38; 71. Benhattab, 84.
Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsində 3-cü tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
B qrupunda yer almış “Konyaspor” “Aliağa” ilə ev oyununda 4 cavabsız qolla qalib gəlib.
C qrupunda “Fənərbağça” “Ərzurumspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb. Səfərdə “Keçiörengücü” ilə qarşılaşmış “Qaziantep” darmadağına sevinib.
“Kocaelispor” – “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib.
Xatırladaq ki, Türkiyə Kubokunda qrup mərhələsinin sonuncu – 4-cü turunun oyunları martın əvvəlində keçiriləcək.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
Günün yeganə matçı Bakı İdman Sarayında keçirilib. Burada “Quba” “Sərhədçi” ilə üz-üzə gəlib. B qrupunun oyununda “Quba” 97:89 hesablı qələbə qazanıb.
Xatırladaq ki, ötən gün baş tutmuş turun ilk oyununda “Sumqayıt” “Lənkəran”ı məğlub etmişdi – 102:77.
16-cı tura fevralın 8-də yekun vurulacaq.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 22. Gəncə – 22. NTD – 18. Şəki – 17.
B qrupu: Ordu – 29. Naxçıvan – 27. Sumqayıt – 22. Quba – 22. Sərhədçi – 21. Lənkəran – 20.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bu gün keçirilmiş “Turan Tovuz” – “Kəpəz” matçında meydan sahibləri qalib (1:0) gəlib.
Arena.az Bakıda keçirilmiş bu oyunun yekun protokolunu və videoicmalını təqdim edir:
Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu 5 fevral
“Turan Tovuz” – “Kəpəz” 1:0 Qol: Hayderson Hurtado, 57. Sarı vərəqələr: Xorxe Silva, 17 (qeyri-idman hərəkəti). İbrahima Vadji, 41 (qeyri-idman hərəkəti). Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Yunis Hüseynov (“Turan Tovuz”), 41, 41 (hakimin qərarına etiraz). Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Yunis Hüseynov, 41. Kurban Berdiyev, 64 (hakimi itələdiyi üçün). Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 4 dəqiqə. Saat 19:00. “Azersun Arena”, 300 tamaşaçı.
Baş hakim: Əli Əliyev. Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Gülnurə Əkbərzadə. Dördüncü hakim: Elvin Bayramov. VAR: Rəvan Həmzəzadə. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov (6. Fərid Yusifli, 79), 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov (9. Coş Cinnelli, 61), 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji (90. Joarlem Santos, 61), 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe (10. Xəyal Nəcəfov, 61). Ehtiyat oyunçular: 1. Oleq Baklov, 4. Şəhriyar Əliyev, 14. Murad Dadaşev, 3. Enrike Silva, 8. David Tavares. Baş məşqçi: Kurban Berdıyev.
Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev (10. Ryonosuke Ohori, 46), 99. Əli Səmədov (k) (24. Olavale Onanuqa, 71), 77. Fərid Nəbiyev (14. Adama Fofana, 61), 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 21. Sadiq Şəfiyev (9. Luis Paçu, 46), 11. Rəhman Hacıyev (5. Rauf Hüseynli, 79), 29. Dioqo Verdaska, 4. Mate Abuladze. Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov. Baş məşqçi: Azər Bağırov.
İspaniyanın “Jirona” klubunda icarədə olan “Barselona”nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunacaq.
Arena.az xəbər verir ki, 33 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, yanvarın 31-də İspaniya çempionatının 22-ci turu çərçivəsində “Real Ovyedo”ya qarşı keçirdikləri matçda (0:1) sol bud nahiyəsindən zədələnib. Ştegenin yaşıl meydanlara dəqiq qayıdış vaxtı əməliyyatdan sonra bəlli olacaq.
İcarə əsasında “Jirona”nın formasını geyinən oyunçunun məhz bu zədəyə görə müqaviləsinin ləğv edilməsi və “Barselona”ya qayıtması da gözlənilir.
Xatırladaq ki, Ter Ştegen yanvarın 21-də icarə müqaviləsi əsasında “Jirona”ya keçmişdi. O, bu komandanın heyətində cəmi 2 oyuna çıxıb.
Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ter Ştegen cari mövsümdə “blauqrana” üçün cəmi 1 oyun keçirib. Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 423 oyun, 416 buraxılmış qol və 176 “quru” oyundan ibarətdir.
Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.
“Turan Tovuz”un məşqçisi Ruslan Abışov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Kəpəz”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Ruslan Abışov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Dörd gün əvvəl “Qarabağ”a qarşı ağır oyun keçirmişdik. Heyətdə böyük rotasiya yox idi. Demək olar ki, meydana eyni heyətlə çıxmışdıq. Meydançanın vəziyyəti və hava şəraitinin də təsiri var idi. Əsas odur qələbə qazandıq. Bir aydan sonra cavab görüşü olacaq. Hələ qarşıda “Karvan”la oyun var. Bu matçı unudub həmin qarşılaşmaya hazırlaşacağıq.
Hər bir komanda istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Mövsümün sonunda ölkə kubokunda da yaxşı nəticə əldə etmək istəyirik”.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Turan Tovuz”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Gəncə təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.
Azər Bağırov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Kubokun ilk matçı idi. Çox maraqlı oyun alındı. Yaxşı mübarizə apardıq. Cavab matçında daha fərqli oynamağa çalışacağıq. Uşaqlara təşəkkür edirəm. Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçu var idi. Bunun özü bizim üçün yeni bir çağırış idi. Ümid edirəm ki, növbəti oyunda daha məsuliyyətli olub, mərhələni keçən tərəf biz olarıq.
Bu gün dirəkdən qayıdan topumuz var idi. Rəqib qapısına zərbələrimiz oldu. Cavab oyununda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq”.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun “Turan Tovuz”la “Kəpəz” arasında baş tutub. “Azərsun Arena”da keçirilmiş və Əli Əliyevin idarə etdiyi qarşılaşma Tovuz təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları martın 3-4-də keçiriləcək.
Azərbaycan Kuboku 1/4 finalın ilk oyunları 5 fevral
Futbol üzrə Almaniya yığma komandasının və “Bayern”in hücumçusu Serj Qnabri Münhen klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Münhen təmsilçisi 30 yaşlı vingerlə 2028-ci ilin yayına qədər sözləşmə imzalayıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2026-cı ilin 30 iyununda başa çatacaqdı.
Xatırladaq ki, Serj Qnabri “Bayern”ə 2017-ci ilin iyulunda 8 milyon avro müqabilində “Verder”dən keçib. O, cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə verib.
Qnabrinin “Bayern” karyerası bütövlükdə 311 oyun, 100 qol və 69 məhsuldar ötürmədən ibarətdir.
Almaniyalı futbolçu karyerası ərzində “Arsenal”, “Vest Bromviç”, “Verder”, “Hoffenhaym” kimi klubların da formasını geyinib.
Qnabri 2016-cı ilin noyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 57 oyuna çıxıb, 25 qol, 10 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 30 yaşlı almaniyalı vingerin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.
Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 12-ci tura start verilib.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
Əvvəlcə “Azərreyl” UNEC kollektivini 3:1 (21:25, 25:17, 25:15, 25:19) hesabı ilə üstələyib. Ardınca “Turan” “Gəncə”ni 3:1 (24:26, 25:23, 25:12, 25:23), “Milli Aviasiya Akademiyası” isə “Abşeron”u 3:1 (25:15, 20:25, 25:15, 25:10) hesabı ilə məğlub edib.
“Turan” – “Gəncə” matçı Tovuz Olimpiya İdman Kompleksində, digər iki qarşılaşma isə Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.
Yüksək Liqa 12-ci tur 5 fevral
“Azərreyl” – UNEC 3:1 (21:25, 25:17, 25:15, 25:19) Azərbaycan Voleybol Federasiyasının idman zalı.
“Turan” – “Gəncə” 3:1 (24:26, 25:23, 25:12, 25:23) Tovuz Olimpiya İdman Kompleksi.
“Abşeron” – “Milli Aviasiya Akademiyası” 1:3 (15:25, 25:20, 15:25, 11:25) Azərbaycan Voleybol Federasiyasının idman zalı.
18 və 20 yaşlılardan ibarət basketbol üzrə Azərbaycanın millilərinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Arena.az bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Qızlardan ibarət U-18 millimiz B Divizionunun A qrupunda İslandiya, Portuqaliya, Rumıniya və Niderland yığmaları ilə üz-üzə gələcək. Qarşılaşmalar iyulun 31-dən avqustun 9-nə qədər baş tutacaq.
Oğlanlardan ibarət U-18 yığmamız isə B Divizionunun B qrupunda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya yığmalarına rəqib olub. Oyunlar iyulun 24-dən avqustun 2-nə qədər keçiriləcək.
Qızlardan ibarət U-20 millimiz B Divizionun A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə münasibətlərə aydınlıq gətirəcək. Matçlar iyulun 4-12-si aralığında təşkil ediləcək.
Oğlanlardan ibarət U-20 seçməmiz isə A qrupunda İrlandiya, İsveç, Slovakiya, Şimali Makedoniya ilə üz-üzə gələcək. Qarşılaşmalar iyulun 10-19-u aralığında reallaşacaq.
Sloveniyanın “Maribor” klubunun qabonlu mərkəz hücumçusu Patrik Orfe Mbina bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Sabah” 25 yaşlı futbolçunu “Maribor”dan icarəyə götürüb. Onun icarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” cari mövsümün sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.
Patrik Orfe Mbina karyerası ərzində ölkəsinin “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bu gün keçirilmiş “Şamaxı” – “Qarabağ” matçında meydan sahibləri qalib (1:0) gəlib.
Arena.az Masazırda keçirilmiş bu oyunun yekun protokolunu və videoicmalını təqdim edir:
Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu 5 fevral
“Şamaxı” – “Qarabağ” 2:1 Qollar: Karim Rossi, 26; 42 – Musa Qurbanlı, 78. Sarı vərəqələr: Karim Rossi, 13 (qeyri-idman hərəkəti). Oruc Məmmədov, 77 (qeyri-idman hərəkəti) – Musa Qurbanlı, 45 (qeyri-idman hərəkəti). Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 4 dəqiqə. Saat 14:30. Şamaxı şəhər stadionu, 1200 tamaşaçı.
Baş hakim: Kamranbəy Rəhimov. Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Tərlan Talıbzadə. Dördüncü hakim: Murad Səlimov. VAR: Rauf Cabarov. AVAR: Emin Əliyev. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev (80. Həbib İsmayılov, 71), 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 82), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov (8. Alfons Msanqa, 71), 9. Karim Rossi (10. Andrey Tirkovyanu, 82), 13. Rikardo Apolinario, 11. Dioqo Balau (19. Abdullahi Şuaybu, 87), 4. Sezar Enrike, 44. David Santos. Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 21. Bilal İsmayılov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov. Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev (10. Abdullah Zubir, 61), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə (9. Xoni Montiel, 61), 20. Kadi Borges (8. Marko Yankoviç, 61), 3. Sami Mmae, 18. Dani Bolt, 21. Aleksey Kaşuk (17. Kamilo Duran, 61), 11. Emmanuel Addai (15. Leandro Andrade, 61). Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 2. Mateus Silva, 6. Kris Kuaku, 35. Pedro Bikalyo. Baş məşqçi: Qurban Qurbanov.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş ilk oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hava şəraiti hər iki komandaya çətinlik yaradırdı. Futbolçular döyüşdülər. “Qarabağ” kimi rəqiblə mübarizə aparmaq nə qədər çətin olsa da, bu, futbolçularımıza, komandamıza əlavə güc verir. Demək olar ki, cütün taleyi ikinci oyuna qaldı. “Qarabağ” sıx qrafikdə oynayır, bəzi oyunçuları yox idi. Futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı icra etdilər. Sonradan yorğunluq oldu. Biz də sıx qrafikdə oynayırıq, çətin matçlardır. Davam edəcəyik. Beş gündən sonra yenidən “Qarabağ”la oynayacağıq. Yaxşı bərpa keçib, o oyuna hazır olmağa çalışacağıq. Bu gün qalib gəlsək də, favorit hələ də “Qarabağ”dır.
Bizim heyətimiz geniş deyil, çox da rotasiya edə bilmirik. Beş gündən bir oyunlar olur. Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq olacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün də oyun lazımdır. “Qarabağ” kimi komandalarla oyunda hər şey görünür. Bu tip rəqiblərlə mübarizə aparmaq bizim üçün yaxşı şansdır. Çempionatda hədəfimiz bəllidir. Amma həm yerimizi qorumalıyıq, bir az da üst pillələrə yüksəlmək istəyirik”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş ilk oyunu Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərimizə təşəkkür edirəm. İlk oyunda məğlub olduq. Rəqibi təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Cavab matçına daha ciddi hazırlaşmalıyıq.
Dumanlı havanın oyuna təsiri təbii ki, oldu. İkinci hissədə demək olar ki, digər tərəfdə heç nəyi görmürdüm. Gözləyirdim ki, nə olacaq, necə olacaq, oyun nə vaxt bitəcək.
Jeremi Nqalini müdafiəçi kimi gətirmişik”.
Qurban Qurbanov “Neftçi”nin Ağdam klubu ilə oyununun təxirə salınmasına razı olmaması barədə söhbətlərə də aydınlıq gətirib:
“Hər hadisəyə normal yanaşıram. Kimin haqlı, kimin haqsız çıxarılacağı mövzu deyil. Biz oyunun təxirə salınması üçün PFL-ə müraciət etdik. “Nyukasl”la oyunların arasında başqa rəqib də ola bilərdi. Məni daha çox narahat edən bazar günü yox, şənbə günü oynamağımızdır. 6 gündə 3 oyun keçirəcəyik. Belə vacib matçdan öncə çempionat oyununun təxirə salınması böyük kömək ola bilərdi. Biz müraciət etdik, onlar da razılaşmadılar. Reqlamentdə var ki, pley-offda iştirak edən komandalara güzəşt oluna bilər. Olmadı. Burada ciddi bir problem görmürəm. Onların da öz proqramları var. Başa düşürəm. Amma bu vaxta kimi olub. “Neftçi”nin özü ilə oyunun ya yerini dəyişdirmişik, ya təxirə salmışıq. Kimdənsə küsmək, incimək fikrimiz yoxdur. Daha dərindən düşünərək oyunlara hazırlaşmalıyıq.
“Neftçi”dən sadəcə bildirdilər ki, oynamaq istəyirik. Bizim tərəfimizdən üzərinə gediləsi mövzu deyil. Azarkeşləri başa düşmək olar. Bəlkə də onların arasında gedən müzakirədir. 4 gün sonra yenə Şamaxıya gələcəyik. Daha sonra Qubaya gedəcəyik. Yaxşı hazırlıq prosesimiz olmayacaq. Rəqib nə qədər güclü olsa da, sona qədər mübarizə aparmaq istəyirik”.
Bu gün futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
2026-cı ilə təsadüf edən ilk turun ilk qələbəsini “Zaqatala” ilə səfərdə qarşılaşmış “Səbail” qazanıb. “Cəbrayıl” – MOİK və “Şəfa” – “Baku Sportinq” oyunlarında isə qalib müəyyənləşməyib.
13-cü turun qalan oyunları fevralın 6-da və 7-də keçiriləcək.
Birinci Liqa 13-cü tur 5 fevral
“Cəbrayıl” – MOİK 2:2 Qollar: Arsen Dauda, 11; 74 – Seyxan Fərəcov, 41. Mehrac Baxşalı, 69. Hakimlər: Alik Yunusov, Adil Bədəlov, Aydın Bəxşiyev, Rəsul Babayev. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Zaqatala” – “Səbail” 0:1 Qol: Emil Qasımov, 18. Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rəhman Aslanov, Ceyhun Hüseynov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
6 fevral
“Şahdağ Qusar” – “Difai” Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sənan Bayramzadə. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Elman Musayev. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
7 fevral
“Şimal” – “Mingəçevir” Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasıyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Azər Əsgərov. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.
Burada “Şamaxı” Premyer Liqanın sonuncu qalibi “Qarabağ”la üz-üzə gəlib. Şamaxı şəhər stadionunda baş tutmuş oyunu Kamranbəy Rəhimov idarə edib. Əlverişsiz hava şəraitində keçirilmiş qarşılaşma sonadək davam etdirilib. Üç qolun qeydə alındığı oyun Ağdam təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, ötən gün keçirilmiş “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” oyunlarında qapılara qol vurulmayıb.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları martın 3-4-də keçiriləcək.
Azərbaycan Kuboku 1/4 finalın ilk oyunu 5 fevral
“Şamaxı” – “Qarabağ” 2:1 Qollar: Karim Rossi, 26; 41 – Abdullah Zubir, 79. Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov. VAR: Rauf Cabbarov. AVAR: Emin Əliyev. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Şamaxı şəhər stadionu, 14:30.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos. Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov, 10. Andrey Tirkovyanu, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa. Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 20. Kadi Borges, 3. Sami Mmae, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai. Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 6. Kris Kuaku, 35. Pedro Bikalyo, 17. Kamilo Duran. Baş məşqçi: Qurban Qurbanov.
Fransanın “Renn” klubunun mərkəz müdafiəçisi Jeremi Jake növbəti mövsümdən “Liverpul”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Qırmızılar” bu transfer üçün Fransa klubuna 63,6 milyon avro ödəyiblər. Tərəflər arasında uzunmüddətli müqavilə imzalansa da, detallar açıqlanmayıb. Amma Jake cari mövsümün sonunadək “Renn”də oynamağa davam edəcək. O, yeni klubuna bu ilin yayında qoşulacaq.
Jake müvafiq keçidini şərh edib. Fransalı müdafiəçi bunları qeyd edib: “Belə bir böyük kluba keçidimə şadam. “Liverpul”a transferimlə böyük qürür duyuram”, deyə Jake vurğulayıb.
Xatırladaq ki, Jeremi Jake “Renn”in öz yetirməsidir. Bir müddət “Klermon”da icarədə də olmuş futbolçu doğma klubunun əsas komandasında 32 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Jake Fransanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə İtaliya yığma komandasının və “Napoli” klubunun sağ cinah müdafiəçisi Covanni Di Lorentso uğurlu əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb.
İtaliyalı futbolçu A Seriyasının son matçında “Fiorentina”ya qarşı oynayarkən diz bağlarını zədələmişdi. Zədə ciddi olduğundan, cərrahi müdaxilə zəruri idi. Artıq futbolçunun əməliyyat edilib və uğurlu keçib.
32 yaşlı futbolçu yaxın günlərdə reabilitasiya prosesinə başlayacaq. Onun bərpa müddətinin təxminən iki ay davam edəcəyi bildirilir.
Xatırladaq ki, Covanni Di Lorentso 2019-cu ildən “Napoli”nin uğurları üçün çalışır. O, cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 32 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Sağ cinah müdafiəçisi Neapol klubunun heyətində indiyə qədər 302 oyun keçirib, 19 qol və 42 məhsuldar ötürmə müəllifi olub.
Futbolçu əvvəllər “Recina”, “Kuneo”, “Matera” və “Empoli” klublarının da formasını geyinib.
Di Lorentso 2019-cu ildə debüt etdiyi və 53 rəsmi matça çıxdığı İtaliya yığması ilə Avropa çempionu olub. O, millidə keçirdiyi oyunlarda da 5 qol və 4 assistlə yadda qalıb.
Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Niderland Kubokunun 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsi çərçivəsndə “Neymegen”lə qarşılaşıb.
“Volendam” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb və kubokla vidalaşıb – 0:1.
Ozan bu görüşə start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 23 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümün 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Alaves” doğma meydanda “Real Sosyedad”la, “Valensiya” isə “Atletik”lə üz-üzə gəlib. Hər iki oyun qonaqların qələbəsiylə yekunlaşıb. Beləcə, sözügedən komandlar adlarını yarımfinala yazdırıblar.
İspaniya Kubokunda yarımfinal mərhələsinə sabah keçiriləcək “Betis” – “Atletiko” oyunu ilə yekun vurulacaq.
Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Trua” – “Lans” matçında qonaqlar inamlı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıblar. “Loryan” “Paris”i, Lion “Olimpik”i “Laval”ı, “Nitsa” “Monpelye”ni, “Tuluza” da “Amyen”i yenməklə öz istəyinə çatıb.
Fransa Kubokunda 1/4 final mərhələsinə fevralın 5-də keçiriləcək “Strasburq” – “Monako” matçı ilə yekun vurulacaq.
Fransa Kuboku 1/8 final mərhələsi 3 fevral
Reyms – Le Man 3:0 Qollar: Leoni, 38; 71. Benhattab, 84.
Bu gün futbol üzrə İngiltərə Kubokunda 2025/2026-cı illər mövsümün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Mançester Siti” doğma meydanda Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ı qəbul edib. Bu komandaların ilk oyununda “şəhərlilər” 2:0 hesablı qələbəyə sevinmişdilər. Cavab görüşündə də qələbə qazanmış “Mançester Siti” növbəti finalçı olub.
Beləliklə, İngiltərə Kubokunda cari mövsümün finalı “Mançester Siti” və “Arsenal” komandaları arasında keçiriləcək. Həlledici qarşılaşma martın 22-də keçiriləcək.
İngiltərə Kuboku Yarımfinalın cavab oyunları 3 fevral
Arsenal – Çelsi 1:0 (ilk oyun – 3:2) Qol: Haverts, 90+7.
Futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
2026-cı ilə təsadüf edəcək ilk tura sabah start veriləcək. 13-cü turun qalan oyunları fevralın 6-da və 7-də keçiriləcək.
Birinci Liqa 13-cü tur 5 fevral
“Cəbrayıl” – MOİK Hakimlər: Alik Yunusov, Adil Bədəlov, Aydın Bəxşiyev, Rəsul Babayev. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Zaqatala” – “Səbail” Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rəhman Aslanov, Ceyhun Hüseynov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
6 fevral
“Şahdağ Qusar” – “Difai” Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sənan Bayramzadə. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Elman Musayev. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
7 fevral
“Şimal” – “Mingəçevir” Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasıyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Azər Əsgərov. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş ilk oyunu qolsuz bitib – 0:0.
Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox çətin bir oyun oldu. Rəqibi təbrik etmək istəyirəm. Çox gözəl oyun planları var idi. Biz bu gün ortalamadan aşağı çıxış etdik. Sadəcə bir şansımız oldu, ondan da istifadə edə bilmədik. Ancaq cavab matçı var. Həmin oyunda istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik.
Biz hər oyunda qalib gəlmək istəyirik. Bu matçda komanda öz səvviyəsindən çox aşağı çıxış etdi. İstədiyimiz pressinq, hücum planları yox idi. Onu da nəzərə almaq lazımdır ki, hər oyunda qalib gəlmək asan deyil. “Qəbələ” bizi çox yaxşı təhlil etmişdi. Biz sabahdan etibarən səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə üçün əlimizdən gələni etməliyik.
Bu gün meydana çıxmış start heyətimizi zəif adlandıra bilmərik. Stefen Ende ilk matçına çıxırdı. Ondan başqa bütün futbolçular daha öncə start heyətində yer alan oyunçular idi. Mənim bu komandada hər bir futbolçuya ehtiyacım var. Hər futbolçudan yararlanmaq istəyirəm. Bu gün bütün futbolçularım döyüşdülər.
Bizim üçün gələcəkdə nələr baş verəcək, bunu bilmirik. Mənim üçün növbəti matç prioritetdir. Biz heç nəyi fəda etmək niyyətində deyilik. Hər bir qarşılaşmaya qələbə üçün çıxıb əlimizdən gələni edəcəyik. Bunun üçün də lazımi heyətin olduğunu düşünürəm”.
“Qəbələ”nin baş məşqçisi Kaxabar Sxadadze Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş ilk oyunu qolsuz bitib – 0:0.
Kaxabar Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Yaxşı oyun oldu. Azarkeşlərin zövq aldığını düşünürəm. Çempionatın liderinə qarşı futbolçularımın yaxşı oynadığını, tapşırıqları düzgün yerinə yetirdiklərini düşünürəm. Müdafiədə yaxşı oynadıq. Təəssüf ki, penaltini yerinə yetirə bilmədik. Güclü rəqiblərə qarşı da oynaya bildiyimizi göstərdik.
Qış fasiləsində bəzi transferlər oldu, heyəti gücləndirdik. Öz səhvlərimiz üzərində çox işlədik. Daha əvvəl müdafiədə çox səhv edirdik. Oyundan öncə belə bir fikir var idi ki, “Sabah” “Qəbələ”nin qapısına 3 qol vuracaq. Mən bu fikri komandama qarşı hörmətsizlik kimi dəyərləndirirəm. Göstərdik ki, biz hamıya qarşı oynaya bilərik. Ən vacib tərəflərdən biri də bundan sonra futbolçularda arxayınlıq yaranmamasıdır. Balansı qorumaq lazımdır. Rza Cəfərov da ilk matçına çıxdı. Ona inanırıq. Daha bir transferimiz olacaq. Daha öncə bildirmişdik ki, 5 transferimiz olacaq.
Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Bunu bacaracağıq, ya yox, bilmirəm. “Neftçi” ilə matça kifayət qədər vaxtımız var. Düşünürəm ki, yeni transferlərimiz də komandaya tam uyğunlaşandan sonra rotasiyaya getmək olar”.
Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 16-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə matçı Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib.
B qrupunun oyununda “Sumqayıt” “Lənkəran”ı qəbul edib. Meydan sahibləri bu oyundan qalib ayrılıblar – 102:77.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 22. Gəncə – 22. NTD – 18. Şəki – 17.
B qrupu: Ordu – 29. Naxçıvan – 27. Sumqayıt – 22. Quba – 20. Sərhədçi – 20. Lənkəran – 20.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bu gün keçirilmiş “Sumqayıt” – “Zirə” matçında (0:0) qalib müəyyənləşməyib.
Arena.az Sumqayıtda keçirilmiş bu oyunun yekun protokolunu və videoicmalını təqdim edir:
Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu 4 fevral
“Sumqayıt” – “Zirə” 0:0 Sarı vərəqələr: Ronaldo Vaskes, 57 (qeyri-idman hərəkəti). Nikola Ninkoviç, 79 (qeyri-idman hərəkəti) – Rikardo Martins, 90+3 (qeyri-idman hərəkəti). Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 3 dəqiqə. Saat 17:00. Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionu, 400 tamaşaçı.
Baş hakim: Cavid Cəlilov. Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev. Dördüncü hakim: Vüqar Həsənli. VAR: Kamal Umudlu. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə (21. Nihad Əhmədzadə, 77), 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (71. Masaki Murata, 68), 9. Aleksandr Ramalinqom (37. Nihad Orucəli, 87), 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç (10. Nikola Ninkoviç, 68), 25. Abdul Raşid Mumini (72. Rayan Senhadjic, 77). Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev. Baş məşqçi: Saşa İliç.
“Sumqayıt”ın baş məşqçisi Zirə Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş ilk görüşü qolsuz başa çatıb – 0:0.
Saşa İliç matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Kubok oyunları iki matçdan ibarətdir. Bu gün meydanda bərabər oyun gördük. Hər iki komandanın bir neçə qol epizodu oldu. Nəticəni ədalətli hesab edirəm.
Əlimizdə olan futbolçularla oynayırıq. Qısa müddətdə eyni rəqiblə iki oyun keçirmək təbii ki, çətindir. Uğurlu nəticə əldə etmək üçün optimal heyəti qurmağa çalışacağıq.
Kubok matçı olduğu üçün, təbii ki, ehtiyatlı oynadıq. Havanın da təsiri oldu. “Zirə” kimi komandaya qarşı diqqətli olmaq lazımdır. Rəqibin də çox şansı olmadı. Bizim də epizodumuz oldu. Müdafiəçi Səbuhi Abdullazadənin zərbəsini blokladı. Davamında rəqib əks-hücuma çıxdı. Son dəqiqələrdə daha zəif oynadığımızı deməzdim. Bəzi futbolçularımız zədədən sonra 90 dəqiqə oynamağa hazır deyil. Xüsusilə də gənc oyunçuları qeyd edərdim. Buna görə bəzi dəyişikliklər etməliyik. Bunun da təsiri ola bilər.
Daha sadə oynamalıyıq. Topu itirəndə mübarizəni davam etdirməliyik. Hava pis olsa da, meydançamız əla vəziyyətdə idi. Ona görə də hava şəraiti bəhanə ola bilməz”.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş ilk görüşü qolsuz başa çatıb – 0:0.
Rəşad Sadıqov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“İdeal komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, oyunu yaxşı səviyyədə keçirdik. Daha çox dominant tərəf biz idik. Yaxşı hücumlarımız, qol epizodlarımız var idi. Sadəcə, qol vura bilmədik. Bəlkə də bu gün 1-2 qol vursaydıq, cavab matçına daha rahat hazırlaşardıq.
Artıq 3 gündən sonra bu iki komanda arasında olduqca önəmli çempionat oyunu var. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik. O matç daha fərqli keçəcək. Bu gün hər iki komandanın beynində birinci oyun idi deyə, səhvləri düzəltmək üçün vaxt var idisə, amma hamımız başa düşürük ki, 3 gündən sonra keçiriləcək qarşılaşma turnir cədvəli baxımından nə qədər önəmlidir. Düşünürük ki, o matçda rəqib daha istəkli, daha motivasiyalı olacaq. Çalışacağıq ki, bizə vacib olan qələbəni 3 gündən sonra burada qazanaq.
Bu gün qol epizodlarımız oldu, qalib də gələ bilərdik. Amma alınmadı. Artıq növbəti oyuna köklənməliyik. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam”.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun Sumqayıtda keçirilib.
Mərhələnin açılış oyununda “Sumqayıt” “Zirə”ni qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunun baş hakimi Cavid Cəlilov olub. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin qalan ilk oyunları fevralın 5-də keçiriləcək. Bu gün həm də “Sabah” – “Qəbələ” görüşü baş tutacaq.
Azərbaycan Kuboku 1/4 finalın ilk oyunu 4 fevral
“Sumqayıt” – “Zirə” 0:0 Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli. VAR: Kamal Umudlu. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini. Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 71. Masaki Murata. Baş məşqçi: Saşa İliç.
Premyer Liqa təmsilçisi “Zirə”nin futbolçusu Fuad Bayramov bundan sonra Birinci Liqada çıxış edən “Mingəçevir”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər icarə müqaviləsi əsasında “Mingəçevir”də çıxış edəcək. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək.
Yeri gəlmişkən qeyd edək ki, “Mingəçevir” Fuad Bayramov ilə yanaşı daha bir neçə tanınmış futbolçunu heyətinə cəlb edib. Premyer Liqaya vəsiqə qazanmağı hədəfləmiş əyalət təmsilçisi adları aşağıda qeyd edilmiş oyunçularla müqavilə bağlayıblar.
Yunanovla Novruzov da “Mingəçevir”ə üz tutdular
32 yaşlı hücümçu Nurlan Novruzov bu klubla mövsümün sonuna qədər rəsmi müqavilə imzalayıb. Son olaraq “Şəki”də forma geyinmiş Nurlan yeni klubunda 19 nömrəli forma ilə tər tökəcək.
33 yaşlı hücumçu Amil Yunanov da əyalət təmsilçisi ilə anlaşıb. Son olaraq “Şəfa”da forma geyinmiş təcrübəli futbolçu yeni klubu ilə mövsümün sonunadək anlaşıb. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.
24 yaşlı hücümçü Cəlal Cəbrayılovla da mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb. Buna qədər MOİK-də forma geyinmiş Cəlal “Mingəçevir”də 99 nömrəli forma ilə tər tökəcək.
“Mingəçevir” “Kəpəz”in futbolçusu Şahmar Aşurovu da heyətinə qatıb. 21 yaşlı hücümçü ilə mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb. Şahmar yeni komandasında 97 nömrəli formanı geyinəcək.
20 yaşlı mərkəz müdafiəçisi Əkbər Eyyubov da bundan sonra “Mingəçevir”də çıxış edəcək. Onunla da mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb. Müqavilə ilə “Zirə”yə məxsus Əkbər, əyalət təmsilçisinin heyətində 33 nömrəli forma ilə tər tökəcək.
“Mingəçevir”in digər transferi 25 yaşlı müdafiəçi Elçin Mustafayevdir. Onunla da mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb. Elçin son olaraq “Araz Naxçıvan”da forma geyinib.
“Səbail”in mərkəz yarımmüdafiəçisi Bahadur Həziyev də “Mingəçevir”ə üz tutub. 26 yaşlı futbolçu ilə mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb.
Əyalət təmsilçisi legioner futbolçu ilə də güclənib. Söhbət 22 yaşlı gürcü yarımmüdafiəçi Nika Çaçaşvilidən gedir. Nikanın sonuncu klubu “Karvan” olub. O, Yevlax təmsilçisindən bu qış fasiləsində azad agent kimi ayrılıb.
“Mingəçevir”in növbəti transferi Taleh Fərmanovdur. 23 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Şəmkir”, “Mingəçevir”, “Zirə” və “Qəbələ” kimi klubların şərəfini qoruyub.
24 yaşlı qapıçı Əmrah Məmmədli də “Mingəçevir”ə üz tutub. O, karyerası ərzində “Şimal”, “Cəbrayıl”, “Araz-Saatlı”, MOİK, “Mingəçevir” və “Qəbələ” kimi klubların şərəfini qoruyub.
“Mingəçevir” yarımmüdafiəçi Qabil Əlizadəni də heyətinə qatıb. Mərkəz yarımmüdafiəçisi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. O, karyerası ərzində “Karvan”, “Sumqayıt” və “Araz-Naxçıvan” kimi klubların şərəfini qoruyub.
“Mingəçevir”də 3 ayrılıq
Əyalət təmsilçisi üç futbolçusu ilə də yollarını ayırıb. Sahib Həsənov hərbi xidmətə yola düşdüyü üçün “Mingəçevir”i tərk edib. Klub rəhbərliyi Samir Abdullayev və Qurban Səfərovla da vidalaşıb.
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilk yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşıb.
Bu komandalar arasındakı ilk görüş millimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-19 yığmamızın heyətində qolları dubla imza atmış Ayşən Salamzadə (11-ci və 89-cu dəqiqələrdə) və Mədinə Curuqova (30-cu dəqiqə) vurublar.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.
Xatırladaq ki, millimizin Özbəkistana aparılmış heyətinə aşağıdakı futbolçular cəlb ediliblər:
Qapıçılar: Nərgiz Ağaliyeva, Bədriyyə Mavludova (hər ikisi “Şəfa”), Firuzə Bayramova (“Dirçəliş”);
Müdafiəçilər: Məsumə Nəzərli (“Neftçi”), Arzu Cəfərova, Yelizaveta Vaysman (hər ikisi “Şəfa”), Aygün Novruzova (“Sabah”), Pərişan Abdullayeva, Aysel Cumayeva (hər ikisi “Liman”);
Yarımmüdafiəçilər: Ülviyyə İslamova (“Baku Juniors”), Arzu Ağaliyeva, Mədinə Qədiməliyeva (hər ikisi “Şəfa”), Vahidə Əlipaşayeva (“Dirçəliş”), Səma Əsədova (“Sabah”), Mədinə Curuqova, Ayşən Salamzadə (hər ikisi “Neftçi”);
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, millimiz fevralın 5-dən 10-na qədər qonşu ölkədə hazırlıq keçəcək. U-17 hazırlıq çərçivəsində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar fevralın 6-da və 9-da baş tutacaq. Hər iki oyunun Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13:00-da başlanması planlaşdırılır.
Azərbaycan millisinin bu toplanış üçün açıqlanmış heyətini nəzərinizə çatdırırıq:
Qapıçılar: İradə Əsədli (“Şəfa”), Süməyyə Əhməd (“Ulduz”);
Yarımmüdafiəçilər: Məryəm Səmədli, Fatimə Kərimli (“Sabah”), Suel Polikarpova, Sara Səlimova (“Neftçi”), Dəniz Mikayıllı (“Şəfa”), Sara Qaribova (“Təhsil 8 İOEUGİM”);
Avropa çempionatının final mərhələsinə təyinat alan ilk azərbaycanlı hakim kimi tarixə düşən FİFA referisi Hikmət Qafarlı 3 görüşdə iş başında alıb.
Arena.az xəbər verir ki, artıq vətənə dönən referi qitə birinciliyi ilə bağlı təəssüratlarını bölüşüb.
Hikmət Qafarlı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb:
– İlk dəfə belə mötəbər yarışa təyinat aldın. Atmosfer necə idi? – Demək olar, fərqli bir atmosfer idi. Qitənin ən nüfuzlu futzal yarışı, üstəlik 4 ildən bir keçirilir və ilk dəfə Azərbaycan hakimlik məktəbinin üzvü də orada təmsil olunur. Karyeramın indiyə qədər olan hissəsinin ən həyəcanlı və qürurverici yarışıydı. İstər təşkilatçılıq, operativlik, komandaların oyunlara hazırlıq və yanaşması, istərsə də oyunların səviyyəsi, sürət, intizam, taktiki gedişlər və s. tam fərqli idi. Bu cür oyunları idarə edən hakimlər də zövq almaqla yanaşı, daha məsuliyyətli olurlar.
– Final mərhələsində ilk təyinatın Ermənistan – Ukrayna oyununa oldu. Timekeeper kimi olsa da, həmin matçda iş başında olmağın bir həyəcanı var idimi? – Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi. Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma oyunun start fitindən sonra artıq həyacan yerini oyunun atmosferinə buraxır.
– Baş hakim kimi Ukrayna – Litva görüşünü idarə etdin. Hakim-inspektor idarəçiliyinlə bağlı nə dedi? – Birinci turdan sonra qrupda vəziyyət gərginləşmişdi. Ukraynaya yenilmiş Litva isə heç kimin gözləmədiyi halda Çexiya kimi güclü rəqiblə heç-heçə etmişdi. Bu dueldə Litva futzalçıları qələbə qazansaydları, Ukrayna mübarizəni dayandıracaqdı. Ona görə oyunda gərginlik çox idi. Üstəlik, Litva həm də təşkilatçı ölkələrdən biri idi, doğma meydanda oynayırdı, azarkeşlər arenanı doldurmuşdu. Bu da oyuna əlavə rəng qatırdı. Görüşü yaxşı idarə etdik, ciddi, oyunun nəticəsinə, ruhuna təsir edən səhvlərimiz olmadı. Matçdan sonra hakim-inspektor hansısa iradlarının olmadığını və idarəçiliyimizi yüksək balla qiymətləndirdiyini bildirdi.
– Gürcüstan – Fransa matçında isə üçüncü hakim oldun. Oyunun gərginliyini nəzərə alsaq, işin çox idi? – Həqiqətən də qarşılama gərgin keçdi. Fransa favoritlərdən idi, onlara heç-heçə də sərf edirdi. Gürcüstan isə ilk oyunda Latviyaya yenildiyinə görə mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Belə vəziyyətdə texniki zonada yer alan məşqçilər və oyunçular daha çox emosional olur, hər qərara çılğınlıqla reaksiya verirlər. Belədə də üçüncü hakimin işin çətinləşir. Ümumiyyətlə, bu cür turnirə təyinat alan hakimlərdən heç birinin işi az olmur, məsuliyyəti böyük olur. Aldığım qiymətlər göstərdi ki, hər 3 təyinatda hakim kimi üzərimə düşən işlərin öhdəsindən layincə gəlmişəm.
– Bəs qrup mərhələsindən sonrakı oyunlara təyinat almamağın nə ilə bağlıdır? – Qrup mərhələsi başa çatdıqdan sonra oyunların sayı demək olar, yarıbayrı azalır. Ona görə də UEFA hakimlərin bir hissəsini turnirdən azad etdi. 12 hakim geri göndərildi ki, onların da əksəriyyəti ilk dəfə təyinat alanlar idi. UEFA oyunların gərginliyini və ağırlığını nəzərə alaraq, pley-off mərhələsində daha təcrübəli referilərə təyinat verir. Aralarında elə hakimlər var ki, onlar 3-cü dəfə Avropa çempionatının final mərhələsində iştirak edirlər.
– Ümumiləşdirsək, Avropa çempionatında hansı yeniliklərlə tanış oldun və təəssüratların necədir? – Əlbəttə, yüksək və xoş təəssüratlarla qayıtdım. Avropanın ən güclü milli komandalarının və hakimlərinin iştirak etdiyi çempionata qatıldım, oyunlar idarə etdim, yeniliklərlə tanış oldum. Çempionat zamanı ilk dəfə videodəstək sisteminin iş prinsipi ilə tanış oldum, hətta Ukrayna – Litva görüşündə bundan istifadə etdim. Komandaların yüksək futzal bilikləri, göstərdiyi keyfiyyətli görüşlərin şahidi oldum və futzalın nə qədər sevimli idman oyunu olduğuna şahidlik etdim.
Futzal üzrə Azərbaycan milli komandasının sabiq üzvü Elvin Quliyev Finlandiya yığmasından təklif alıb və bu komandanın baş məşqçisi ola bilər.
Arena.az xəbər verir ki, məşqçi kurslarını Finlandiya Futbol Federasiyasında keçmiş və yekunda UEFA-nın B lisenziyasını almış mütəxəssis bu ölkənin futzal üzrə əsas millisinin baş məşqçisi vəzifəsinə namizəddir.
Skandinaviyalılar Quliyevə müraciət edərək özü ilə bağlı məlumatları federasiyanın namizədlər üçün yaradılmış bölməsinə yerləşdirməsini xahiş ediblər. Seçimlərin nəticəsi yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, Elvin Quliyev futzalçı karyerası dönəmində “Turan AİR”, “Asfarma”, TT, “Neftçi” İSM, “Əmrahbank”, “Baku Fire”, “İtaldizayn” klublarının formasını geyinib. O, Azərbaycan çempionu olub və Azərbaycan Kubokunu qazanıb. Quliyev müxtəlif illərdə Azərbaycan milli komandasının heyətində də çıxış edib.
Ötən gün Gəncə şəhərində “Kəpəz” komandasının futbolçusunun Veysəl Rzayevin bıçaqlanması ilə bağlı cinayət işi açılıb.
Arena.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, ötən gün səhər saatlarında 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.
Artıq Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Veysəl Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Onu da qeyd edək ki, Veysəl Rzayev hazırda xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Mərhələnin açılış oyununda “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Cavid Cəlilov olacaq.
Günün digər oyunu Premyer Liqanın lideri “Sabah”la “Qəbələ” arasında baş tutacaq. “Masazır Arena”da keçiriləcək oyunu Fərid Hacıyev idarə edəcək.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin qalan ilk oyunları fevralın 5-də keçiriləcək.
Azərbaycan Kuboku 1/4 final 4 fevral
“Sumqayıt” – “Zirə” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli. VAR: Kamal Umudlu. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
Bu gün futbol üzrə İngiltərə Kubokunda 2025/2026-cı illər mövsümün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Arsenal” doğma meydanda Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşıb. Bu komandaların ilk oyununda “topçular” 3:2 hesablı qələbəyə sevinmişdilər. Cavab görüşündə də qələbə qazanmış “Arsenal” ilk finalçı olub.
İngiltərə Kubokunda finalın digər iştirakçısı sabah – fevralın 4-də müəyyənləşəcək.
İngiltərə Kuboku Yarımfinalın cavab oyunları 3 fevral
Arsenal – Çelsi 1:0 (ilk oyun – 3:2) Qol: Haverts, 90+7.
Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümün 1/8 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Reyms” doğma meydanda “Le Man”la, Marsel “Olimpik”i isə “Renn”lə üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri darmadağına seviniblər və 1/4 finala yüksəliblər.
Fransa Kubokunda 1/4 final mərhələsinin qalan iştirakçıları fevralın 4-də və 5-də müəyyənləşəcək.
Fransa Kuboku 1/8 final mərhələsi 3 fevral
Reyms – Le Man 3:0 Qollar: Leoni, 38; 71. Benhattab, 84.
Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Səfərdə “İğdır”la qarşılaşan “Antalyaspor” biabırçı hesabla uduzub. “Samsunspor” “Bodrumspor”u, “Trabzonspor” “Fethiyəspor”u məğlub yola salıb. “Rizəspor” – “Bəyoğlu Yeni Çarşı” matçında isə qalib müəyyənləşməyib.
Türkiyə Kuboku Qrup mərhələsi, 3-cü tur 3 fevral
A qrupu Trabzonspor – Fethiyəspor 3:0
B qrupu Samsunspor – Bodrumspor 2:0 İğdır – Antalyaspor 6:0
İspaniyanın “Elçe” klubunun mərkəz yarımmüdafiəçisi Rodriqo Mendosa bundan sonra “Atletiko”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
“Atletiko” 20 yaşlı futbolçunun transferi üçün “Elçe”yə 16 milyon avro ödəyib. İspan yarımmüdafiəçinin yeni klubu ilə müqavilənin müddəti 2031-ci ilin yayına qədərdir.
Rodriqo Mendosa “Elçe”nin yetirməsidir. İspaniyalı yarımmüdafiəçi 2023-cü ildən bu klubun əsas komandasında forma geyinirdi. O, “yaşıl-zolaqlılar”ın heyətində bütün turnirlər üzrə 71 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
İspaniyanın U-17, U-18, U-19, U-20 yığmalarında da oynamış Mendosa ötən ildən U-21-də forma geyinir.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə Serbiya milli komandasının və “Yuventus”un hücumçusu Duşan Vlahoviç İtaliya klubunun düşərgəsinə qayıdıb.
Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
26 yaşlı futbolçu ötən ilin dekabrında Londonda sol ayaq əzələsindən əməliyyat olunmuşdu. O, yanvar ayı ərzində bərpa prosesini Serbiyanın paytaxtı Belqradda keçirib və burada şəxsi fizioterapevtlə məşqlər edib. Vlahoviçin mart ayına qədər yaşıl meydanlara dönməsi gözlənilmir.
Xatırladaq ki, Duşan Vlahoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Fiorentina”dakı çıxışı ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro məbləğ müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçib. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib. Serb hücumçunun “Yuventus”dakı ümumi çıxışı 162 oyun, 64 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
Vlahoviç 2023/2024-cü illər mövsümündə “Yuventus”la İtaliya Kubokunun qalibi olub.
Duşan Vlahoviç 2020-ci ilin oktyabr ayında debüt etdiyi Serbiya yığma komandasının heyətində 41 oyuna çıxıb. O, bu oyunlarda 16 qola imza atıb və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 26 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.
İngiltərənin “Vulverhempton” klubunun mərkəz hücumçusu Yorgen Larsen bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Kristal Pelas”ın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, sözügedən klub tarixinin ən bahalı futbolçu transferini gerçəkləşdirib. 25 yaşlı norveçli hücumçu ilə 4,5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb. “Kristal Pelas” bu keçidə görə “Vulverhempton”a 49,7 milyon avro ödəyib.
Tam adı Yorgen Strand Larsen olan norveçli hücumçu “Sarpsborq”un yetirməsidir. O, “Qroningen”, “Selta” kimi klublarda da çıxış edib. “Vulverhempton” hücumçunu 2025-ci ilin yayında 27 milyon avroya “Selta”dan transfer etmişdi. Bundan əvvəl isə o, “canavarlar”ın heyətində icarə əsasında çıxış edirdi. Larsen Premyer Liqa təmsilçisinin heyətində 64 oyun keçirib, 20 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Norveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Yorgen Larsen 2020-ci ildə debüt etdiyi əsas millidə 24 oyun keçirib, 4 qol vurub.
Larseni satmış “Vulverhempton” da heyətini yeni hücumçu ilə gücləndirib. Sözügedən klub Çempionşipdə çıxış edən “Sauthempton”un forvardı Adam Armstronqu sıralarına cəlb edib.
28 yaşlı ingilis futbolçu ilə 3,5 illik müqavilə imzalanıb. Bu keçid Premyer Liqa kollektivinə 7 milyon funt sterlinqə başa gəlib.
Armstronq cari mövsümdə Çempionşipdə ən məhsuldar futbolçular sırasında yer alır. O, 29 oyunda 11 qol (1-i penaltidən olmaqla) vuraraq daha iki futbolçu ilə birlikdə bombardirlər siyahısında üçüncü pillədə yer alıb.
Adam Armstronq karyerası ərzində “Nyukasl”, “Koventri Siti”, “Barnsli”, “Bolton Uonderers”, “Bləkbörn”, “Vest Bromviç” kimi klubların da şərəfini qoruyub. O, İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 18-ci turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 18-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Rəhim Həsənov ümumilikdə 4 matçda qeydə alınan 7 epizodla bağlı fikirlərini bölüşüb. O, Rauf Cabbarovun “Araz-Naxçıvan” – “Neftçi” görüşündə, Elçin Məsiyevin isə “Qarabağ” – “Turan Tovuz” matçında verdiyi bəzi qərarların yanlış olduğunu təsdiqləyib.
AFFA Hakimlər Komitəsinin sədrinin 18-ci turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” müdafiəçisi və kapitanı Camal Lassells ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Arxa xətt oyunçusunun “Lester Siti”yə transfer olunduğu bildirilib. O, yeni klubu ilə 2026-cı ilin 30 iyununadək anlaşıb.
Camal Lassels 2014-cü ildə “Nottingem Forest”dən “Nyukasl”a keçmişdi. Təcrübəli müdafiəçi “sağsağanlar”ın heyətində ümumilikdə 253 oyuna çıxıb, 15 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Lassels daha öncə “Nottingem Forest” və “Steveneyc”də forma geyinib. O, İngiltərənin U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.
Xatırladaq ki, “Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
İtaliyanın “Roma” klubu 23 yaşlı ispan sol cinah hücumçusu Brayan Saraqosanı “Bayern”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat veirr.
İcarə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Keçid paytaxt təmsilçisinə 2 milyon avro məbləğ müqabilində başa gəlib. Mövsümün sonunda “canavarlar” Saraqosanın transfer hüquqlarına da yiyələnə bilərlər.
Brayan Saraqosa “Qranada”nın məzunudur. Hücumçu, karyerası ərzində “El-Exido” (icarə), “Bayern” və “Osasuna”da (icarə) çıxış edib. Cari mövsümün ilk dövrəsində isə Saraqosa “Selta”da icarədə olub. O, bu komandanın heyətində 26 oyuna çıxıb, 2 qol və 4 assistlə yadda qalıb.
İspaniyalı futbolçu “Bayern”ə 2023-cü ildə “Qranada”dan 13 milyon avro müqabilində keçib. O, Münhen təmsilçisinin heyətində cəmi 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Brayan Saraqosa 2023-cü ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 3 oyuna 1 qolla yadda qalıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı ispan sol cinah hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
“Roma” ispaniyalı müdafiəçisi Abubakar Sanqareni də La Liqa təmsilçisi “Elçe”yə icarəyə verib. Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. Paytaxt klubunun rəhbərliyi Brayan Saraqosanın “Selta”dan (İspaniya) transfer edilməsindən sonra baş məşqçi Can Pyero Qasperininin planlarına daxil olmayan Sanqareni komandada saxlamağı məqsədəuyğun hesab etməyib.
İtaliya çempionatında meydana çıxmayan 18 yaşlı oyunçunun “Elçe”yə keçidinin maliyyə detalları açıqlanmayıb. İspaniya klubu futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb.
Sanqare İtaliya klubuna transfer olunmamışdan əvvəl İspaniyada “Levante”nin formasını geyinib. Hazırda İspaniyanın U-19 yığmasında çıxış edən futbolçu əvvəllər U-15, U-16 və U-17-də də forma geyinib.
AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.
Arena.az xəbər verir ki, Seymur Səlimli müsahibəsində klubların lisenziyalaşdırma prosesi ilə bağlı son yeniliklər barədə məlumat verib.
– Klubların lisenziyalaşdırma prosesində son durum necədir? – Klubların lisenziyalaşdırma prosesinə rəsmi başlanğıc açılış iclası ilə həyata keçirilir. Sözügedən iclas ötən il oktyabrın 16-da baş tutub. Oktyabrın sonunadək klublar müraciət etdikləri lisenziya növünə uyğun olaraq müvafiq ərizələrini Lisenziyalaşdırma şöbəsinə təqdim ediblər. Eyni zamanda, Klubların Lisenziyalaşdırılması Qaydaları tərəfimizdən hazırlanaraq klublara təqdim olunub.
– 2026/2027 lisenziyalaşdırma mövsümündə hər hansı yeniliklər tətbiq olunubmu? – Bunu müəyyən mənada yenilik kimi qiymətləndirmək olar. Klubların lisenziyalaşdırılması prosesi klubların peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən əsas mexanizmlərdən biri olduğundan, bu prosesin əhatə dairəsi genişləndirilib. AFFA İcraiyyə Komitəsinin 25 oktyabr 2025-ci il tarixli qərarına əsasən, cari futbol ilindən etibarən İkinci Liqanın bütün klubları, eləcə də Region Liqasından İkinci Liqa lisenziya növünə müraciət edən və Region Liqasının 1/4 final mərhələsinə yüksələn komandalar lisenziyalaşdırma prosesinə cəlb olunacaqlar. Bu isə o deməkdir ki, 2026/2027 mövsümündə İkinci Liqada iştirak etmək istəyən klublar cari mövsümdə müvafiq lisenziyanı əldə etməlidirlər.
– Lisenziyalaşdırma prosesi hazırda konkret olaraq hansı mərhələdədir? – Açılış iclası çərçivəsində klublar lisenziyalaşdırma qaydalarına edilən yeniliklərlə tanış olublar. Paralel olaraq, qaydalar üzrə təlim və treninqlər təşkil edilib. Bu təlimlər klubların seçiminə uyğun olaraq həm AFFA-da, həm də klubların ofislərində – Bakı və regionlarda keçirilib. Bütün təlimlər dekabrın 25-də yekunlaşıb. Bəzi təcrübəli klublar təlimlərdə iştirak etdikləri dövrdə artıq prosesə qoşularaq, sənədlərini Klubların Lisenziyalaşdırma Platformasına daxil ediblər. Digər klublar isə təlimlərdən sonra bu mərhələyə keçiblər. Hazırda proses klublar tərəfindən sənədlərin icbari təqdimolunma mərhələsindədir.
“Bu, kəmiyyət baxımından ciddi artım deməkdir” – Seymur Səlimli
– Lisenziyalaşdırma prosesində tələblərin yerinə yetirilmə monitorinq mərhələsi barədə nə deyə bilərsiniz? – Təqdim edilən sənədlər əsasında lisenziya iddiaçılarının tələblərə uyğunluğu mütəmadi olaraq yoxlanılır və bu proses çərçivəsində klublarla sıx əməkdaşlıq qurulur. AFFA tərəfindən “Klubların Lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi”nə start verilib. İlkin mərhələdə Premyer Liqa və Birinci Liqa klubları ilə onlayn görüşlər keçirilib və bu görüşlərdə akademiyaların inkişaf ehtiyacları, tələblərə uyğunluğun artırılması və metodiki dəstək mexanizmləri müzakirə olunub.
Növbəti mərhələdə Lisenziya və Qeydiyyat Departamentinin məşqçi-koordinatoru Sərxan Hüseynov tərəfindən klubların akademiyalarına yerində baxışlar həyata keçirilib. Səfərlər zamanı mövcud vəziyyət qiymətləndirilib, məşqçi heyəti, tibbi personal, infrastruktur, bütün yaş qrupları üzrə məşq prosesləri, eləcə də SMM və hüquq komandalarının fəaliyyəti təhlil olunub və klublara müvafiq tövsiyələr təqdim edilib. Bu tədbirlər AFFA-nın akademiyaların inkişafına göstərdiyi davamlı dəstəyin və lisenziyalaşdırma prosesinin daha da təkmilləşdirilməsinə yönəlmiş mühüm addımlardır.
– Ümumilikdə bu tədbirləri keyfiyyət və kəmiyyət baxımından necə dəyərləndirərdiniz? – Ötən mövsüm klubların lisenziyalaşdırılması prosesində lisenziya iddiaçılarının sayı 41 idisə, 2026/27 mövsümü üçün müraciət edən klubların sayı təxminən 54-ə çatıb. Bu, kəmiyyət baxımından ciddi artım deməkdir. Qeyd etmək olar ki, prosesdə iştirak edən klublar ildən-ilə daha təcrübəli olur, tələblərin ciddiliyini daha yaxşı anlayırlar. Yerində aparılan təhlil və monitorinqlər bu kəmiyyət artımının mərhələli şəkildə keyfiyyətə çevrilməsini qaçılmaz edir.
Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, sayca 30-cü dəfə təşkil olunacaq kubok uğrunda 6-sı Yüksək, 10-u Birinci Liqa iştirakçısı olmaqla ümumilikdə 16 komanda mübarizə aparacaq.
Yarışa 1/8 final mərhələsindən start veriləcək və hər mərhələdə komandalar bir dəfə qarşılaşacaqlar. Fevralın 14-ü və 15-də başlayacaq Azərbaycan Kubokunun qalibi mayın 21-də keçiriləcək final matçında məlum olacaq.
Azərbaycan Kuboku 1/8 final
U-19 – Yeni Suraxanı Lənkəran – Atletiko Baku STAR kargo – Şuşa Xan-Lənkəran – Dəstə Ordubad Baku Fire – Araz-Naxçıvan Neftçi İK – Trabzon Azərbaycan Ulduz – Baku Fire-2 Timsport – PFL
1/4 final
U-19/Yeni Suraxanı – Timsport/PFL Lənkəran/Atletiko Baku – Ulduz/Baku Fire-2 STAR kargo/Şuşa – Neftçi İK/Trabzon Azərbaycan Xan-Lənkəran/Dəstə Ordubad – Baku Fire/Araz-Naxçıvan
Yarımfinal
U-19 – Yeni Suraxanı / Timsport – PFL // Xan-Lənkəran – Dəstə Ordubad / Baku Fire – Araz-Naxçıvan
Lənkəran – Atletiko Baku / Ulduz – Baku Fire-2 // STAR kargo – Şuşa / Neftçi İK – Trabzon Azərbaycan
İtaliyanın “Latsio” klubunun 34 yaşlı uruqvaylı yarımmüdafiəçisi Matias Vesino karyerasını “Selta”da (İspaniya) davam etdirəcək.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Təcrübəli oyunçunun yeni klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. O, La Liqa təmsilçisinə azad agent kimi qoşulub.
Matias Vesino “Latsio”ya 2022-ci ilin yayında “İnter”dən azad agent kimi keçmişdi. O, İtaliya klubunda keçirdiyi 3 mövsüm ərzində 128 oyuna çıxıb, 13 qol və 9 məhsuldar ötürmə müəllifi olub.
Vesino əvvəllər “İnter”, “Fiorentina”, “Kalyari”, “Empoli”, “Nasional” və “Sentral Espanyol” klublarının da formasını geyinib. Uruqvay yığmasında 69 oyun keçirmiş futbolçu, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Uruqvaylı futbolçu “İnter”in heyətində İtaliya çempionu, İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi olub.
“Çelsi”nin konqoəsilli fransalı mərkəz müdafiəçisi, Fransa yığmasının da üzvü olan Aksel Disasi bundan sonra “Vest Hem”də çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, 27 yaşlı müdafiəçi cari mövsümün sonunadək icarə əsasında bu komandada çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Aksel Disasi isə “Çelsi”yə 2023-cü ilin avqustunda 45 milyon avro müqabilində “Monako”dan keçib. “Zadəganlar”ın Disasi ilə 2029-cu ilin 30 iyununa kimi müqaviləsi mövcuddur. O, London təmsilçisinin heyətində bütövlükdə 61 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Disasi “Paris”in yetirməsi olsa da, peşəkar karyerasına “Reyms”də başlayıb. Daha çox “Monako”dakı çıxışı ilə məşhurlaşmış futbolçu 2017-ci ildə Konqo Demokratik Respublikasının U-20 yığmasında debüt edib. Sonradan isə Fransanın lehinə seçim edərək, “xoruzlar”ın U-20, U-21 yığmalarında oynayıb. O, 2022-ci ildə isə Fransanın əsas yığmasında debüt edib və bu komandada 5 oyun keçirib.
Xatırladaq ki, Disasi ötən mövsüm “Aston Villa”da da icarədə olub.
Gəncənin “Kəpəz” komandasının 24 yaşlı oyunçusu Veysəl Rzayev bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarılır.
Arena.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.
Qeyd olunub ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda futbolçunun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.
Futbolçunun formasını geyindiyi “Kəpəz” klubu da hadisə ilə bağlı rəsmi açıqlama yayıb:
“Rzayev insident nəticəsində xəsarət alıb. Klubumuzun üzvü hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur. Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti stabildir”.
Xatırladaq ki, Veysəl bu qış fasiləsində “Turan Tovuz”dan azad agent kimi ayrılaraq “Kəpəz”lə müqavilə bağlayıb. Tərəflər cari mövsümün sonunadək anlaşıblar. Rzayev Gəncə təmsilçisinin heyətində 2 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Qəbələ”nin yetirməsi olan Rzayev karyerası ərzində “Turan Tovuz” və “Sabah”ın da formasını geyinib.
Azərbaycanın U-16, U-17, U-19 və U-21 yığmalarının da şərəfini qorumuş 23 yaşlı futbolçuya əsas millimizdə debüt etmək qismət olmayıb.
“Yuventus” yarımmüdafiəçisi Joao Marionu “Bolonya”ya verərək sözügedən klubun sağ cinah müdafiəçisi Emil Holmu heyətinə qatıb.
Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, Turin kollektivi İsveç millisinin sağ cinah müdafiəçisi Emil Holmu cari mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb. Müqavilədə sözügedən futbolçunun transfer hüquqlarının alınması şərti də var.
Joao Mario da cari mövsümün sonunadək “Bolonya”da icarədə olacaq.
Xatırladaq ki, Joao Mariu “Yuventus””un heyətində 13 oyunda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb. Emil Holm isə “Bolonya”nın formasında keçirdiyi 19 oyunda 1 qol və 5 məhsuldar ötürməsi var.
Holm İsveç yığmasının heyətində keçirdiyi 16 oyunda 2 qol vurub. “Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.
Joao Mario da Portuqaliya yığmasının heyətində 3 oyun keçirib. “Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8,5 milyon avro məbləğində qiymətləndirir.
İtaliyanın “Atalanta” klubunun nigeriyalı hücumçusu Ademola Lukman bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı nigeriyalı futbolçu ilə 2030-cu ilin 30 iyununa qədər müqavilə imzalanıb. Sözügedən keçid Madrid kollektivinə 35 milyon avroya başa gəlib.
Ademola Lukman “Çarlton”un məzunudur. Hücumçu, karyerası ərzində “Everton”, “Leypsiq”, “Fulhem” və “Lester Siti”də də oynayıb.
“Atalanta” Lukmanı 2022-ci ilin avqust ayında 9,35 milyon avro məbləğ müqabilində “Leypsiq”dən heyətinə qatmışdı. Nigeriyalı hücumçunun Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2027-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Lukman “Atalanta”nın heyətində 137 oyuna çıxıb, 55 qol vurub, 27 məhsuldar ötürmə verib.
Ademola Lukman 2022-ci ilin mart ayında debüt etdiyi Nigeriya yığmasının heyətində 41 oyuna 11 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib. Nigeriya yığmasında debütə qədər Lukman İngiltərənin U-19, U-20 və U-21 yığmalarında çıxış edib.
Nigeriyalı hücumçunun qənimətlər muzeyində ilk klub qəniməti məhz 2023/2024-cü illər mövsümü Avropa Liqasının kubokudur. Həmçinin Lukman İngiltərənin U-20 yığması ilə Dünya Kubokunun (2017) qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı nigeriyalı hücumçunun transfer qiymətini 35 milyon avro məbləğində qiymətləndirir.
“Atletiko” Obed Varqası da heyətinə qatdı
“Atletiko” ABŞ klubu “Sietl”dan mərkəz yarımmüdafiəçisi Obed Varqası da transfer edib. İspaniya klubu bu keçid üçün 3 milyon avro ödəyib. O da Madrid təmsilçisi ilə 2030-cu ilin 30 iyununadək anlaşıb.
Alyaskada dünyaya gəlmiş, “Takoma Defianse”nin yetirməsi olan Obed Varqas 2021-ci ildən formasını geyindiyi “Sietl” komandasının heyətində 130 oyun keçirib, 8 qol və 10 assist müəllifi olub.
Varqas vaxtilə Amerika Birləşmiş Ştatlarının U-20 və U-23 yığmalarında oynamış Varqas 2024-cü ildə Meksika millisində çıxış etməyə qərar verib. O, Meksika yığmasının heyətində 3 oyun keçirib.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer qiymətini 8 milyon avro məbləğində qiymətləndirir.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Malyorka” doğma meydanda “Sevilya” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağınla qalib gəliblər.
Beləliklə, geridə qalmış 22 turdan sonra 55 xala malik “Barselona” vahid liderdir. “Real” 54 xalla ikinci, “Atletiko” 45 xalla üçüncü pillədə qərarlaşıb. “Vilyarreal”ın 42, “Betis”in 35, “Espanyol”un 34, “Selta”nın 33 xalı var.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Kocaelispor” doğma meydanda “Fənərbağça” ilə üz-üzə gəlib. İstanbul təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.
Beləliklə, geridə qalmış 20 turdan sonra 49 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 46 xalla ikinci, “Trabzonspor” 42 xalla üçüncü pillədə qərarlaşıb. “Göztəpə”nin 39, “Beşiktaş”ın 36, “Başakşəhər” və “Samsunspor”un 30 xalı var.
Türkiyə, Super Liqa 20-ci tur 30 yanvar
Antalyaspor – Trabzonspor 1:1 Qollar: Van de Strek, 43 – Onuaçu, 53-pen.
Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətindən kənarlaşdırılıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 20-ci turu çərçivəsində bu gün keçirilmiş “Ər-Riyad”la səfər matçının heyətinə daxil edilməyib. Ulduz futbolçunun komandası səfər görüşündə 1:0 hesablı qələbəyə sevinib. Oyundakı yeganə qolu 40-cı dəqiqədə Joao Feliksin ötürməsindən sonra Sadio Mane vurub.
Ronaldonun bu oyunun heyətinə daxil edilməməsinin dəqiq səbəbi açıqlanmır. Amma daha öncə Portuqaliya mətbuatı futbolçunun oyunu boykot edə biləcəyi ilə bağlı xəbər yaymışdı. Mənbənin iddiasına görə, futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu idarəetmə formasından narazıdır. Xüsusilə də eyni fondun nəzarətində olan rəqib klublarla müqayisədə “Əl-Nəsr”in daha zəif idarə olunduğunu düşünür. Ronaldo hesab edir ki, komanda transfer pəncərəsində lazımi səviyyədə gücləndirilməyib.
“Əl-Nəsr” 20 turdan sonra 46 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bu komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. Turnir cədvəlinə “Əl-Hilal” rəhbərlik edir.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 22 oyuna 18 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 127 oyun, 111 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.
Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
İtaliyanın “Verona” komandasının hücumameyilli yarımmüdafiəçisi Alfadjo Sisse bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
“Milan” bu transfer üçün “Verona”ya 8 milyon avro ödəyib. 19 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Amma Sisse “Milan”a cari mövsümün sonunda qoşulacaq. O, həmin vaxta qədər “Katanzaro”da icarə əsasında çıxış edəcək.
Əslən Qvineyadan olan Alfadjo Sisse İtaliyada dünyaya göz açıb və bu ölkənin vətəndaşlığını daşıyır. “Verona”da 4 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməmiş yarımmüdafiəçi “Katanzaro”da 21 oyuna 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Sisse İtaliyanın U-16, U-18 və U-19 yığmalarında oynayıb, hazırda isə U-21-in formasını geyinir.
“Transfermarkt” internet-portalı 19 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
Kiprin AEK (Larnaka) klubunun cinah müdafiəçisi, fransalı futbolçu Jeremi Qnali bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəər verir.
Xəbərdə bildirilir ki, “Qarabağ” heyətinə yeni futbolçu qatıb. Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb. Sözügedən klubla fransalı futbolçu Jeremi Qnalinin “Qarabağ”a transferi ilə bağlı razılıq əldə olunub.
Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.
23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Mets” (B), İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.
Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer edilmiş Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.
İspaniyanın “Jirona” komandasının almaniyalı qapıçısı Mark-Andre ter Ştegen ən azı iki ay yaşıl meydanlardan kənarda qala bilər.
Arena.az xəbər verir ki, buna futbolçunun ciddi zədələnməsi səbəb olub.
33 yaşlı qolkiperin bud əzələsində problem aşkarlanıb. İcarə əsasında “Jirona”nın formasını geyinən oyunçunun müqaviləsinin ləğv edilməsi və “Barselona”ya qayıtması da istisna edilmir.
Xatırladaq ki, Ter Ştegen yanvarın 21-də icarə müqaviləsi əsasında “Jirona”ya keçmişdi. O, bu komandanın heyətində cəmi iki oyuna çıxıb.
Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ter Ştegen cari mövsümdə “blauqrana” üçün cəmi 1 oyun keçirib. Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 423 oyun, 416 buraxılmış qol və 176 “quru” oyundan ibarətdir.
Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə İspaniya milli komandasının və Bilbao “Atletik”inin sol cinah hücumçusu Niko Uilyams uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Uilyams zədə səbəbindən yaxın aylarda komandasına kömək edə bilməyəcək. 23 yaşlı futbolçu əvvəlki müalicədən nəticə ala bilmədiyi üçün qasıq problemləri ilə bağlı yenidən tibbi kurs keçməli olacaq. Buna görə də, o, 6–8 həftə komandadan kənarda qalacaq.
Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının məzunudur. Hücumçu 2021-ci ilin iyul ayından əsas komandada çıxış edir. Uilyamsın Bilbao klubu ilə 2035-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Niko Uilyams cari mövsümdə “şirlər” üçün 23 oyun keçirib, 4 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Uilyamsın “Atletik”dəki karyerası ümumilikdə 190 oyun, 35 qol və 35 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 30 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.
“Transfermarkt” internet portalı 23 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.
“Barselona”nın hücumçusu Rafinya İspaniya Kubokunun 1/4 finalı çərçivəsində “Albasete”yə qarşı keçirəcəkləri oyunda iştirak etməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçunun sağ budundan əzələ zədəsi aldığı diqqətə çatdırılıb. Hücumçu buna görə bir müddət məcburi istirahət etməli olacaq. Amma onun bərpa müddəti açıqlanmır.
Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün 22 oyun keçirib, 13 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 166 oyun, 67 qol və 56 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 36 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə İtaliya milli komandasının mərkəz hücumçusu Çiro İmmobile bundan sonra Fransanın “Paris” klubunun uğurları üçün çalıışacaq.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı hücumçu yeni klubu ilə 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. İmmobile Fransa klubunda 36 nömrəli formanı geyinəcək.
İtaliyalı hücumçunun son klubu “Bolonya” olub və o, burada cəmi 9 oyun keçirib, heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, cari mövsümün əvvəlində qoşulduğu İtaliya klubu ilə 1+1 illik müqaviləyə imza atmışdı. Amma “Bolonya” “Paris”ə keçmək fikrinə düşmüş hücumçunu azad agent kimi buraxmağa razı olub.
Çiro İmmobile “Yuventus”un yetirməsi olsa da, Turin təmsilçisində çox oyun şansı qazanmayıb. Təcrübəli forvard karyerası ərzində “Beşiktaş”, “Syena”, “Qrosseto”, “Sorrento”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya” (Dortmund), “Sevilya”, “Bolonya” və “Latsio”da da forma geyinib.
İmmobile 2014-cü ilin mart ayında debüt etdiyi İtaliya yığmasında 57 oyun keçirib, 17 qol vurub, 8 assist edib.
“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) təlim-məşq toplanışı üçün bu gün Özbəkistana yola düşəcək.
Arena.az xəbər verir ki, fevralın 8-nə qədər Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Oyunların fevralın 4-də və 7-də keçirilməsi nəzərdə tutulub. Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 14:00-da başlanması planlaşdırılır.
U-19 millimizin heyətinə aşağıdakı futbolçular cəlb ediliblər:
Qapıçılar: Nərgiz Ağaliyeva, Bədriyyə Mavludova (hər ikisi “Şəfa”), Firuzə Bayramova (“Dirçəliş”);
Müdafiəçilər: Məsumə Nəzərli (“Neftçi”), Arzu Cəfərova, Yelizaveta Vaysman (hər ikisi “Şəfa”), Aygün Novruzova (“Sabah”), Pərişan Abdullayeva, Aysel Cumayeva (hər ikisi “Liman”);
Yarımmüdafiəçilər: Ülviyyə İslamova (“Baku Juniors”), Arzu Ağaliyeva, Mədinə Qədiməliyeva (hər ikisi “Şəfa”), Vahidə Əlipaşayeva (“Dirçəliş”), Səma Əsədova (“Sabah”), Mədinə Curuqova, Ayşən Salamzadə (hər ikisi “Neftçi”);
İngiltərənin “Arsenal” klubunun ispaniyalı mərkəz yarımmüdafiəçisi Mikel Merino uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
29 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda “Mançester Yunayted”ə uduzduqları (2:3) oyunda zədə almışdı. İspaniya millisinin üzvü sağ ayağındakı sümükdən ciddi xəsarət alıb. Klubdan verilən məlumata görə, Merino yaxın günlərdə əməliyyat olunacaq və uzun müddət meydana çıxa bilməyəcək.
Xatırladaq ki, “Arsenal” Merinonu 2024-cü ilin avqustunda 32 milyon avro müqabilində İspaniya təmsilçisi “Real Sosyedad”dan transfer edib. 28 yaşlı futbolçunun “topçular”la 2028-ci ilin 30 iyununadək müqaviləsi var.
Merino “Arsenal”ın heyətində cari mövsümdə 33 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə verib. İspan futbolçu bu komandada bütövlükdə 77 oyuna 15 qol və 8 assistlə yadda qalıb.
Mikel Merino “Osasuna”nın yetirməsidir. O, 2016-2017-ci illərdə Dortmund “Borussiya”sında, 2017-2018-ci illərdə “Nyukasl”da legioner həyatı yaşayıb. 2018-ci ildə ölkəsinə qayıtmış ispan yarımmüdafiəçi həmin vaxtdan “Arsenal”a keçənə qədər “Real Sosyedad”da çıxış edib.
2020-ci ildən İspaniya yığmasında çıxış edən Merino, millidə 41 oyuna 10 qol və 5 məhsuldar ötürmə müəllifi olub. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionu olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə Portuqaliya yığmasının və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes şəxsi rekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının 24-cü turunda 3:2 hesabı ilə qələbə qazandıqları “Fulhem”lə oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mançester klubunun kapitanının hesabında hazırda 12 məhsuldar ötürmə var. Bu, onun İngiltərə klubuna keçdikdən sonrakı ilk mövsümündə (2020/2021) müəyyənləşdirdiyi şəxsi rekordunun təkrarıdır. Cari mövsümün hələ yarısında olduğunu nəzərə alsaq, Fernandesin qalan oyunlarda yeni rekorda imza atacağı şübhə doğurmur.
Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 23 oyun keçirib, 5 qol vurub, 13 məhsuldar ötürmə verib.
Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 313 oyun, 103 qol və 99 məhsuldar ötürmədən ibarətdir.
Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 85 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 28 qol vurub, 24 məhsuldar ötürmə verib.
Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.
“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.
İngiltərə milli komandasının və İspaniyanın “Real” klubunun hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasında “Benfika”ya qarşı keçirəcəkləri pley-off oyunlarını buraxacaq.
Buna 22 yaşlı yarımmüdafiəçinin İspaniya La Liqasının 22-ci turunda “Rayo Valyekano”ya 2:1 hesabı ilə qalib gəldikləri matçda zədələnməsi səbəb olub. Tibbi müayinələrdən sonra ingiltərəli oyunçunun sol ayağındakı vətərdə zədə aşkarlanıb. Onun sağalması üçün bir ay vaxt lazımdır. Beləliklə, Bellingem fevralın 17-də və 25-də keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında meydana çıxmayacaq.
Bundan əlavə, yarımmüdafiəçi La Liqada “Valensiya” (8 fevral), “Real Sosyedad” (14 fevral) və “Osasuna”ya (22 fevral) qarşı görüşlərdə də komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, Cud Bellingem 2023-cü ilin iyunundan “Real”da çıxış edir. O, Madrid klubuna 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameyilli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Bellingem cari mövsümdə meydana çıxdığı 28 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib. İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 128 oyun, 44 qol və 32 məhsuldar ötürmədən ibarətdir.
Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 46 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” 22 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.
Braziliyalı müdafiəçi İqor Ribeyro cari mövsümdən formasını geyinməyə başladığı “Neftçi”nin heyətində ilk çempionat qolunu vurub.
Arena.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi Azərbaycan Premyer Liqasının 18-ci turunda fərqlənib.
O, “Araz-Naxçıvan”la görüşdə (4:0) sabiq komandasının qapısına yol tapıb.
İqor Ribeyro Azərbaycan çempionatları tarixində “Neftçi”nin heyətində rəqib qapısına qol vurmuş 200-cü futbolçu olub. Cari mövsümün startına qədər 194 oyunçu bunu bacarmışdı. İqora qədər daha 5 futbolçu bu siyahıya cari çempionatda daxil olub. Alessio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da ilk qoluna əvvəlki turlarda imza atıb.
“Neftçi” Azərbaycan çempionatlarının yüksək liqasında ən çox futbolçusu qol vuran komandadır. Heç bir digər komandanın 200 oyunçusu fərqlənməyib.
Qeyd edək ki, “ağ-qaralar”ın ilk qolunu 1992-ci il mayın 8-də “Xəzər”in (Sumqayıt) qapısına Yunis Hüseynov vurub. 200 nəfərlik “qol silah”ları siyahısına isə 99 qol vurmuş Samir Ələkbərov başçılıq edir.
“Sabah” futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümündə ardıcıl 7-ci qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, bu, 18-ci turun “Zirə” ilə görüşündə gerçəkləşib.
Buna qədər “İmişli” (3:0), “Neftçi” (2:0), “Turan Tovuz” (3:1), “Qarabağ” (2:1), “Sumqayıt” (3:1) və “Karvan” (4:1) üzərində qələbə qazanmış paytaxt təmsilçisi bu dəfə 3:1 hesabına sevinib. Bu, klub tarixinin rekordunun təkrarıdır.
“Bayquşlar” Premyer Liqada ən uzun qələbə seriyasına 2022-ci ildə imza atmışdı. Həmin vaxt da komanda ardıcıl 7 dəfə qalib gəlmişdi. 2022/2023-cü illər mövsümünün ilk yarısındakı seriya dövründə 17 qol vuran paytaxt klubu 4 top buraxıb. Bu dəfə isə top fərqi 20-5-dir.
“Sabah” həm də ardıcıl 3-cü matçda 3 və ya daha çox qol vurub. Bu da klubun Premyer Liqadakı rekordunun təkrarıdır. Bakı təmsilçisi 2021/2022-ci illər mövsümünün ilk yarısında “Sumqayıt” (3:0), “Qəbələ” (3:1) və “Zirə” (3:3) ilə qarşılaşmalarda məhsuldarlıq göstərib.
Premyer Liqada mübarizə aparan “Kəpəz” komandası Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, Gəncə klubunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 18-ci turuna təsadüf edib.
Qərb təmsilçisi “Şamaxı” ilə ev matçında 0:2 hesabı ilə uduzub. Sözügedən komanda 700 oyunda 293 qələbə qazanıb, 146 heç-heçə edib və 261 dəfə uduzub. 1040 qola sevinmiş komanda 889 top buraxıb.
Gəncə klubu evdə 342, səfərdə 346, neytral meydanda 12 oyun keçirib. “Kəpəz” oyun sayında yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”dan geri qalır.
Qeyd edək ki, ilk matçını 1992-ci il mayın 3-də keçirmiş Gəncə təmsilçisi evdə “Turan”a 2:1 hesabı ilə qalib gəlib.
Hazırda Azər Bağırovun rəhbərlik etdiyi qərb təmsilçisi Premyer Liqada keçirdiyi 18 oyunda 4 qələbə qazanıb, 14 məğlubiyyətə üzülüb. 12 xalı olan kollektiv 12 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqasının 18-ci turunda “Araz-Naxçıvan”la qarşılaşmış “Neftçi” mövsümdə ilk dəfə səfərdə böyükhesablı qələbə qazanıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi rəqib meydanında 4:0 hesabı ilə qalib gəlib.
“Ağ-qaralar” sonuncu dəfə belə nəticəyə 2023/2024-cü illər mövsümündə imza atmışdılar. Bunu 624 gün gözləyən Bakı klubu 2024-cü il mayın 18-də “Səbail”in meydanında 3 cavabsız qola sevinmişdi.
“Neftçi”nin səfərdəki 4 və ya daha çox top fərqli qələbəsi isə 2022/2023-cü illər mövsümündə qeydə alınmışdı. “Dalğa Arena”dakı uğurdan 1030 gün əvvəl – 2023-cü il aprelin 8-də “Sumqayıt” qonaqların 4 cavabsız qoluna üzülmüşdü.
Xatırladaq ki, hazırda Yuri Vernidubun çalışdırdığı paytaxt təmsilçisi cari mövsümdə keçirdiyi 18 oyunda 5 qələbə qazanıb, 9 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. “Ağ-qaralar” 24 xalla 7-ci pillədə qərarlaşıblar.
Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turu ikinci het-trik ilə əlamətdar olub.
Arena.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Domi Massumu “İmişli” ilə ev oyununda (3:2) 3 qol vurub.
Cari mövsümdə konqoluya qədər Toral Bayramov belə uğura imza atmışdı. “Qarabağ”ın futbolçusu 5-ci turun “Araz-Naxçıvan”la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşamışdı.
Domi Premyer Liqanın tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legioner statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.
Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdur. Cari mövsümdə “Zirə”də çıxış edən gürcüstanlı 4 matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, “Kəpəz” forması geyindiyi 1997/1998-ci illər mövsümündə 2 het-trik müəllifi olub.
Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2025/2026-cı illər mövsümünün 22-ci turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Əliyev bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
“Eqnatiya” 22 turdan sonra 39 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 3-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 22 oyunda 11 qələbə qazanıb, 6 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 56 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.
Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 21-ci turunda “Qou Ehed İqlz” ilə qarşılaşıb.
“Volendam” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ozan bu görüşə start heyətdə başlayıb və sonadək meydanda olub.
“Volendam” 21 turdan sonra 18 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Ozan bu oyunların 20-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 22 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 20-ci turu çərçivəsində “Elversberq”lə qarşılaşıb.
Doğma meydanda baş tutmuş oyunda “Kayzerslautern” məğlubiyyətlə üzləşib – 1:3. Ağır zədədən sonra bərpa prosesi keçən Mahir bu oyunun iştirakçısı olmayıb.
20 turdan sonra 31 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 20 oyunda 9 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. O, Almaniya klubunda 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.
Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.
“Xetafe” – “Selta” matçı qolsuz yekunlaşıb. “Atletik” – “Real Sosyedad” görüşündə də qalib müəyyənləşməyib. “Real” doğma meydanda “Rayo Valyekano”ya, “Betis” isə “Valensiya”ya qalib gəlib.
22-ci tura fevralın 2-də keçiriləcək “Malyorka” – “Sevilya” oyunu ilə yekun vurulacaq.
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Nitsa” – “Brest” matçında qalib müəyyənləşməyib. “Tuluza” – “Oser” görüşü isə qolsuz yekunlaşıb.
Lion “Olimpik”i doğma meydanda “Lill”ə, “Anje” “Mets”ə tək qolla qalib gəlib. Səfərdə “Strasburq”la qarşılaşmış PSJ də turu qələbə ilə başa vurub.
Beləliklə, geridə qalmış 20 turdan sonra 48 xala malik PSJ vahid liderdir. “Lans” 46 xalla ikinci pillədə qərarlaşıb. Marsel və Lion “Olimpik”ləri 39, “Lill” 32, “Renn” 31, “Strasburq” və “Tuluza” 30 xal toplayıblar.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Gənclərbirliyi” – “Qaziantep” matçında meydan sahibləri qələbə qazanıblar. “Qalatasaray” isə “Kayserispor”la ev oyununda 4 cavabsız qola sevinib.
20-ci tura fevralın 2-də keçiriləcək “Kocaelispor” – “Fənərbağça” matçı ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa 20-ci tur 30 yanvar
Antalyaspor – Trabzonspor 1:1 Qollar: Van de Strek, 43 – Onuaçu, 53-pen.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Ştutqart” doğma meydanda “Frayburq”la üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə tək qolla qalib gəlib.
Beş qolun qeydə alındığı “Borussiya” (Dortmund) – “Haydenhaym” görüşündə də birincilər çətin qələbəyə seviniblər.
Beləliklə, geridə qalmış 20 turdan sonra 51 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 45 xalla ikinci, “Hoffenhaym” 42 xalla üçüncü pillədə qərarlaşıb. “Ştutqart”ın 39, “Leypsiq”in 36, “Bayer”in 35 xalı var.
Almaniya, Bundesliqa 20-ci tur 30 yanvar
Köln – Volfsburq 1:0 Qol: Mayna, 29.
31 yanvar
Auqsburq – Sankt Pauli 2:1 Qollar: Qreqoriç, 41; 59 – Sinani, 32-pen.
Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 15-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Gəncə” “Şəki”ni qəbul edib. A qrupunun qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 95:80.
Turun sonuncu matçında isə “Neftçi” NTD-ni məğlub edib – 98:82.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Ordu” “Lənkəran”ı (103:63), “Naxçıvan” “Quba”nı (82:70), “Sərhədçi” “Sumqayıt”ı (98:94), “Sabah” “Abşeron Lions”u (117:96) məğlub edib.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 22. Gəncə – 22. NTD – 18. Şəki – 17.
B qrupu: Ordu – 29. Naxçıvan – 27. Sumqayıt – 20. Quba – 20. Sərhədçi – 20. Lənkəran – 19.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Azərbaycan Premyer Liqasının 18-ci turunun “Qarabağ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 18-ci tur 1 fevral
“Qarabağ” – “Turan Tovuz” 1:0 Qol: Abdullah Zubir, 41. Sarı vərəqələr: Xoni Montiel, 35 (qeyri-idman hərəkəti). Marko Yankoviç, 47 (qeyri-idman hərəkəti) – Faiq Hacıyev, 11 (qeyri-idman hərəkəti). Filip Ozobiç, 35 (qeyri-idman hərəkəti). İbrahima Vadji, 44 (qeyri-idman hərəkəti). Roderik Miller, 55 (qeyri-idman hərəkəti). Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Yunis Hüseynov (“Turan Tovuz”), 90 (hakimin qərarına etiraz). Yevgeni Şetinin (“Turan Tovuz”), 90+3 (hakimin qərarına etiraz). Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 4 dəqiqə. Tofiq Bəhramov adına Respublika Stadionu, 2617 tamaşaçı.
Baş hakim: Elçin Məsiyev. Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov. Dördüncü hakim: Elvin Bayramov. VAR: Rəşad Əhmədov. AVAR: Akif Əmirəli. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 84), 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç (20. Kadi Borges, 84), 2. Mateus Silva, 9. Xoni Montiel (11. Emmanuel Addai, 66), 15. Leandro Andrade (21. Aleksey Kaşuk, 84), 35. Pedro Bikalyo, 17. Kamilo Duran (22. Musa Qurbanlı, 90+2). Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku. Baş məşqçi: Qurban Qurbanov.
Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç (19. Roberto Olabe, 62), 17. Rəhim Sadıxov (10. Xəyal Nəcəfov, 90), 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov (9. Coş Cinnelli, 75), 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. İbrahima Vadji (90. Joarlem Santos, 62), 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado. Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 8. David Tavares. Baş məşqçi: Kurban Berdıyev.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Vacib bir qələbə qazandıq. Möhkəm bir komandaya qarşı oynayırdıq. Oyunçularım xarakter göstərdilər. Belə qarşılaşmalarda oyunu ələ almaq elə də asan deyil. Hər bir pauza, hər bir cərimə zərbəsi rəqibin üstülüyü demək idi. Hər bir halda futbolçularım qalib gəlmək üçün əllərindən gələni etdilər.
Hakimlərə tövsiyə verməyə ehtiyac yoxdur. Mən ancaq onlara uğurlar arzu edə bilərəm. Oyun çox dayanırdı. Elçin Məsiyev oyunlarda olanda adətən mən daha çox rahat oluram. Avropa təcrübəsi çox olduğuna görə bu hiss məndə olur. Matç zamanı müəyyən emosiyalara qapılıb öz etirazımı sərt bildirdim. İlk hissədən sonra onunla söhbət etdim və etirazımın nə ilə bağlı olduğunu dilə gətirdim. Normal qarşıladı. Oyun tez-tez dayananda futbolçuların da ritmi pozulur. Amma onlar daha yaxşı bilirlər.
“Sabah”ın yüksəlişi təbii ki, bizi bir komanda olaraq narahat edir. Amma digər tərəfdən də sevindirir ki, bu rəqabət bizi də irəliyə doğru aparır.
“Nyukasl”la matçdan əvvəl “Şamaxı” və “İmişli” ilə səfər qarşılaşmalarımız var. Çox narahatam. “Nyukasl”la maçdan əvvəl 2 Şamaxı səfərimiz var, biri kubokda, biri çempionatda. “İmişli” ilə matçda da Qubadakı meydançanın vəziyyəti bizi narahat edir. Müəyyən rotasiyalar olacaq, amma müəyyən futbolçuların oyun təcrübəsinə ehtiyac var”.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Tovuz təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə “Qarabağ”ı avrokuboklardakı uğurlu çıxışına görə təbrik etmək istəyirəm. Bu, bütün Azərbaycan futbolunun uğurudur. “Qarabağ” da bir lider kimi ölkəni layiqincə təmsil edir.
Bu gün keçirilən matç barədə isə onu deyə bilərəm ki, ikinci hissədəki çıxışımızdan müəyyən qədər razı qaldım. Ümumilikdə isə məyusedici bir məğlubiyyət oldu. Sonda imkanlarımız var idi, lakin məğlubiyyətdən xilas olmağı bacarmadıq.
Qol zamanı oyundankənar vəziyyətlə bağlı etirazımız var idi. Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi. Hər matçda göstərirdi, bu matçda göstərmədi. Amma bu, məğlub olduğumuza görə bəhanə deyil.
Öz meydançamız hazır olanda, azarkeşlərimizlə birgə daha yaxşı nəticə verə bilərik. Yeni futbolçulara vaxt lazımdır. Fikrimcə, bizə kömək edəcəklər”.
“Sumqayıt”ın portuqaliyalı mərkəz müdafiəçisi Pedro Pinto Azərbaycan klubundan ayrılaraq “Petro Luanda” komandasına keçib.
Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.
Klubun yaydığı məlumatda bildirilir ki, “Sumqayıt”la Anqolanın “Petroleos de Luanda” klubu arasında müdafiəçi Pedro Pintonun transferi ilə bağlı anlaşma əldə edilib. Razılaşmaya əsasən, Pedro “Petroleos de Luanda” klubuna transfer olunub. “Sumqayıt” futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Sumqayıt” Pedro Pintonu 2025-ci ilin yayında heyətinə qatmışdı. 30 yaşlı müdafiəçi ilə həmin vaxt 1+1 illik müqavilə imzalanmışdı.
Pedro “Sumqayıt”a elə Anqolanın “Petro Luanda” klubundan gəlmişdi. O, Azərbaycan təmsilçisinin heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 18 oyun keçirib.
Pinto karyerası ərzində Portuqaliyanın “Leyşoynş”, “Vitoriya” (Setubal), “Aroka” kimi klublarının da şərəfini qoruyub.
“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 18-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Andrey Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Birinci hissə bizim üçün əlverişli olmadı. Standart vəziyyətdən qollar buraxdıq. Səhvlər etdik. Diqqətsizlik nəticəsində “Neftçi” iki qol vurdu. İkinci hissə bizim üçün daha yaxşı oldu. Təhlükəli qol epizodları yaratdıq. Hücum oyunu oynamaq üçün xüsusi istək lazımdır. Futbolçularda müəyyən psixoloji vəziyyət olmalıdır ki, hücum futbolu oynayasan. Bunu futbolçularda görmədim. “Neftçi”ni təbrik edirəm, yaxşı oynayaraq 4 qol vurdular.
Başa düşürəm ki, 0:4 xoşagəlməz hesabdır. Komandaya hücum futbolu oynamağı öyrətmək istəyirəm. Üç həftənin içərisində psixoloji olaraq dəyişmək asan deyil. Zaman bunu göstərəcək. Burada qalmağım nəticədən asılıdır. Daim müdafiə olunmaq Avropa futbolu deyil. Müasir Avropa futbolunun tələbini yerinə yetirmək istəyirik. Futbol təkcə hücumdan asılı deyil, həm də müdafiədən ibarətdir. Bütün komanda ilə həm hücumda, həm də müdafiədə olmaq lazımdır”.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 18-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü “Neftçi”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Komandanın fiziki durumu yaxşı olarsa, gözəl oynayar, yaxşı pressinq edib, yaxşı hücumlar həyata keçirər. Bunların arxasında həm də sürət dayanır. Hətta oyundan əvvəl İmad Fərəc və Cordan Rezabala xəstlənmişdilər, bizimlə deyildilər. Çünki onlar 5 gün xəstə oldular. Digər oyunçular meydanda yaxşı görünürdülər. Bizdə ulduz yoxdur, kollektiv var. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün – bizim şüarımızdır. Ona görə hər biri ilə fəxr edirəm.
“Zirə” ilə oyun çətin idi. Həmin oyuna hazır deyildik. Orada psixoloji durum amili rol oynadı. Yoxlama matçlarında gözəl oynamışdıq, məhz bu gün oynadığımız kimi. Mənim üçün ən önəmlisi odur ki, futbolçularrın hər biri bugünkü kimi oynasın. O zaman mən də sakit, səbirli olacağam.
Freddi Varqasın zədəsinin nə dərəcədə ciddi olduğunu dəqiq deyə bilmərəm. Ayağına tikiş qoyublar. Orada çox ciddi kəsik var. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
Heç kimi icarəyə verməyə hazırlaşmırıq. 22 futbolçumuz və 4 qapıçımız var. Buna qədər kim icarəyə verilibsə, olub. Hamısı oynamaq istəyir. Hər birinə şərait yaradacağam. “Qəbələ”yə icarəyə verilən Rza Cəfərovu da izləyəcəyik. Mütləq şəkildə bütün oyunçuların oynamasına şərait yaratmalıyam ki, daim ehtiyatda oturmasınlar, meydanda oyun göstərsinlər. Oyun praktikası tam başqadır, 30 dəqiqə oyun, saatyarımlıq məşqdən daha faydalıdır. Şadam ki, dəyişə biləcək resurslarım var və oyunçular da yaxşı oynayırlar.
“Qəbələ”yə böyük hörmətlə yanaşıram, oğlum orada 3 il oynayıb. Hörmət başqa, oyun başqa. Mən “Neftçi”nin udmasını istəyirəm. “Qəbələ”nin də baş məşqçisi bunu istəyir. Onlar da oyunları udurlar, çox maraqlı matç olacaq”.
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 22-ci turu çərçivəsində “Elbasani” ilə qarşılaşıb.
“Partizani” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşüb 74-cü dəqiqəsində əvəzlənib. Komandasının ikinci qolunu da 66-cı dəqiqədə Vüsal vurub.
“Partizani” 22 turdan sonra 27 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 21 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 21 oyuna çıxıb, 4 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
İtaliyalı futbol mütəxəssisi Alberto Cilardino A Seriyasında mübarizə aparan “Piza”nın baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulmuş müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilib.
“Piza” İtaliya A Seriyasının cari mövsümündə keçirdiyi 23 oyunda cəmi 1 qələbə qazanıb, 11 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb. Komanda 14 xalla 20 iştirakçı arasında 19-cudur.
Alberto Cilardino 2025-ci ilin iyul ayından “Piza”ya rəhbərlik edirdi. 43 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 25 oyunda meydana çıxarıb. Bu görüşlərdə genuyalılar 2 qələbə qazanıb, 11 heç-heçə edib, 12 məğlubiyyətə üzülüblər.
Cilardino daha öncə “Syena”, “Pro Verçelli”, “Ressato”, “Cenoa” kimi komandalarda da baş məşqçi kimi çalışıb.
İngiltərənin “Mançester Siti” klubunun dayaq yarımmüdafiəçisi Mahamadu Susoho bundan sonra “Kocaelispor”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Super Liqa təmsilçisinin bu transfer üçün İngiltərə nəhənginə nə qədər ödədiyi açıqlanmır. 21 yaşlı futbolçu ilə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
Mahamadu Susoho futbola İspaniyanın “Espanyol” klubunda başlayıb, 2017-ci ildə isə “Mançester Siti”yə üz tutub. O, bir müddət “Peterboro Yunayted” (17 oyun, 1 qol) və “Livinqston”da (19 oyun, 1 qol) icarədə də olub. Susoho “Mançester Siti”nin əsas komandasında 1 oyun keçirsə də, fərqlənə bilməyib.
Susoho 2021-ci ildə İngiltərənin U-16 yığmasında 2 oyun keçirsə də, sonradan İspaniyanın U-17 və U-18 milli komandalarında çıxış edib.
Futbol üzrə İngiltərə milli komandasının və “Vest Hem”in mərkəz yarımmüdafiəçisi Ceyms Uord-Prouz “Börnli”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Börnli” 31 yaşlı futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilənin müddəti bitən kimi yarımmüdafiəçi “Vest Hem”in düşərgəsinə qayıdacaq.
Ceyms Uord-Prouz “Sauthempton”un yetirməsidir. “Vest Hem” onu 2023-cü ilin yayında 34,8 milyon avro müqabilində heyətinə qatıb. İngilis futbolçunun bu klubla 2027-ci ilin 30 iyununadək müqaviləsi var. Uord-Prouz “Vest Hem”in heyətində bütövlükdə 73 oyun kçeirib, 8 qol və 12 məhsuldar ötürmə müəllifi olub.
Uord-Prouz İngiltərə yığmasında da forma geyinib. O, 2017-ci ilin martında debüt etdiyi millidə 11 matça çıxıb, 2 qola imza atıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə ABŞ milli komandasının sağ cinah müdafiəçisi Aleks Friman bundan sonra “Vilyarreal”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
La Liqa təmsilçisi 21 yaşlı müdafiəçini ABŞ klubu “Orlando Siti”dən transfer edib. “Vilyarreal” bu transfer üçün MLS təmsilçisinə 3,5 milyon avro ödəyib. Amerikalı futbolçu ilə müddəti 2032-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Aleks Friman “Orlondo Siti”nin yetirməsidir. O, sözügedən komandanın heyətində 42 oyun keçirib, 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Friman Amerika Birləşmiş Ştatlarının U-19 və U-23 yığmalarında forma geyindikdən sonra 2025-ci ildə əsas millidə debüt edib. O, ABŞ yığmasının heyətində 13 oyun keçirib, 2 qol vurub.
“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.
Türkiyənin “Fənərbağça” klubunun xorvatiyalı qapıçısı Dominik Livakoviç bundan sonra Zaqreb “Dinamo”sunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
“Dinamo” 30 yaşlı qolkiperi 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Xorvatlar yarım mövsümlük icarə üçün “Fənərbağça”ya 300 min avro ödəyib.
Xatırladaq ki, “Fənərbağça” Livakoviçi 2023-cü ilin avqust ayında məhz Zaqreb “Dinamo”sundan 6,65 milyon avro müqabilində transfer edib. O, İstanbul klubunun heyətində 74 oyuna çıxıb, 80 qol buraxıb, 26 matçda qapısını toxunulmaz saxlayıb. Cari mövsümün ilk dövrəsində isə Livakoviç “Jirona”da icarədə olub. Lakin o, İspaniya klubunun heyətində forma şansı qazana bilmədiyi üçün La Liqa təmsilçisini erkən tərk edib.
Livakoviç Zaqreb “Dinamo”sundan başqa “NK Zaqreb” və “Zadar”da da forma geyinib. O, Xorvatiyanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2017-ci ilin oktyabr ayında əsas millidə debüt edib. Livakoviç Xorvatiya millisinin heyətində meydana çıxdığı 71 oyunda 73 qol buraxıb, 25 matçda qapısının toxunulmazlığını təmin edib.
“Transfermarkt” internet-portalı 31 yaşlı qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, Livakoviçi icarəyə vermiş “Fənərbağça” heyətinə yeni futbolçu da cəlb edib. Sözügedən klub “Anje”nin hücumçusu Sidiki Şerifi heyətinə qatıb. Fransalı forvard artıq İstanbuldadır. 19 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanacağı gözlənilir.
“Fənərbağça” Sidikini icarə müqaviləsi əsasında heyətinə qatıb. Türkiyə klubu icarə üçün “Anje”yə 4 milyon avro ödəyib. Hücumçunun müqaviləsində 18 milyon avroya satınalma və əlavə olaraq 3 milyon avroluq bonus maddəsinin də yer aldığı bildirilir.
Sidiki Şerif “Anje”nin yetirməsidir. O, bu mövsüm Liqa 1 təmsilçisinin heyətində 20 rəsmi matçda 4 qol vurub.
“Espanyol” 25 yaşlı belçikalı sağ cinah hücumçusu Siril Nqonqeni “Napoli”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
İcarə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər müddətdə qüvvədə olacaq. Keçid La Liqa təmsilçisinə 2 milyon avro məbləğ müqabilində başa gəlib. Müqavilədə futbolçunun transfer hüquqlarının satın alınması şərti də mövcuddur.
Siril Nqonqe “Brügge”nin məzunudur. Hücumçu, karyerası ərzində PSV-nin ehtiyat komandası “PSV Yonq”da (icarə), həmçinin “Valveyk”, “Qroningen”, “Verona” və “Napoli”də çıxış edib. Neapol klubu hücumçunu 2024-cü ildə 20 milyon avro müqabilində “Verona”dan transfer edib. Onun “Napoli” ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. Futbolçu İtaliya çempionunun heyətində 35 oyun keçirib, 3 qol və 1 assistlə yadda qalıb.
Nqonqe cari mövsümün ilk dövrəsində “Torino”da icarədə olub, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Siril Nqonqe 2024-cü ilin oktyabr ayında Belçika yığmasının heyətində debüt edib, meydanda cəmi 3 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Siril Nqonqenin qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtalya çempionluğu (2024/2025) var.
“Transfermarkt” internet-portalı 25 yaşlı belçikalı sağ cinah hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
Fevralın 1-də Avstraliyanın Sidney şəhərində keçirilmiş UFC turniri çərçivəsində azərbaycanlı döyüşçü Rafael Fiziyev də oktaqona çıxıb.
Arena.az xəbər verir ki, yüngül çəki dərəcəsində baş tutmuş və turnirin üçüncü ən vacib döyüşü hesab olunan qarşılaşmada UFC reytinqində 9-cu pillədə yer alan Rafael Fiziyev 70 kq çəki dərəcəsində 14-cü olan braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.
Döyüşdə qələbəni ikinci raundda nokautla Maurisio Ruffi qazanıb.
32 yaşlı Fiziyevin peşəkar karyerasında 13 qələbə (9-u vaxtından əvvəl) və 5 məğlubiyyət var.
29 yaşlı Maurisio Ruffi isə peşəkar karyerasına 2016-cı ilin sentyabrında başlayıb. Bu döyüşdən sonra braziliyalı idmançının aktivində 13 qələbə və 2 məğlubiyyət yer alır.
Fiziyev braziliyalı döyüşçüyə uduzduğu görüşdən sonra fikirərini bölüşüb. O, sosial şəbəkə hesabındakı paylaşımında bildirib ki, özünü inkişaf etdirib daha irəli gedəcək:
“Nə deyə bilərəm ki? Deyəcək bir söz yoxdur. Yaxşıca döyüldüm. Texniki nokaut. Nə etmək olar? Mən cəsarətimin çatdığı o həyatı yaşayıram. Bəli, mən buna cürət etdim. Mən döyüşçüyəm, geri qayıdacağam. Yenə də davam edəcəyəm, özümü inkişaf etdirəcəyəm, irəli gedəcəyəm və hamını qələbələrimlə sevindirməyə çalışacağam. Bunun öhdəsindən gələcəyəm. Dəstək olan hər kəsə təşəkkür edirəm. Hamınızı sevindirmək alınmadı…”
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.
Əvvəlcə, “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək oyunun baş hakimi Rauf Cabbarov olacaq.
Turun qapanış matçında son çempion “Qarabağ” “Turan Tovuz”la üz-üzə gələcək. Elçin Məsiyevin idarə edəcəyi oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Premyer Liqa 18-ci tur 30 yanvar
“Karvan” – “Sumqayıt” 0:2 Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vazkez, 33. Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov. VAR: İnqilab Məmmədov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Yevlax şəhər stadionu, 14:30.
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Paris” – “Olimpik” (Marsel) matçında qalib müəyyənləşməyib. “Loryan” doğma meydanda “Nant”a qalib gəlib. “Monako” isə “Renn”lə ev oyununda darmadağına sevinib.
20-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Osasuna” – “Vilyarreal” matçında qalib müəyyənləşməyib. “Levante” – “Atletiko” görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb. “Real Ovyedo” “Jirona”nı tək qolla yenibsə, “Elçe”nin qonağı olan lider “Barselona” inamlı qələbəyə sevinib.
22-ci turun qalan görüşləri fevralın 1-də və 2-də keçiriləcək.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
“Brayton” – “Everton” matçında qalib müəyyənləşməyib. “Vulverhempton” evdə “Bornmut”a 2 cavabsız qolla uduzubsa, lider “Arsenal” səfərdə “Lids”ə 4 cavabsız qolla qalib gəlib. “Çelsi” “Vest Hem”i, “”Liverpul” isə UEFA Çempionlar Liqasının pley-offunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Nyukasl”ı məğlub edib.
Turun qalan görüşləri fevralın 1-də və 2-də keçiriləcək.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Piza” doğma meydanda “Sassuolo”ya məğlub olub. “Napoli” “Fiorentina” ilə ev oyunundan çətin qələbə ilə ayrılıb. “Kalyari” isə “Verona”nı 4 cavabsız qolla üstələyib.
23-cü turun qalan görüşləri fevralın 1-də, 2-də və 3-də keçiriləcək.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Lider “Bayern” səfərdə “Hamburq”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. “Verder” – “Borussiya” (Mönhenqladbax) görüşü də “sülh”lə bitib. “Auqsburq” “Sankt Pauli”ni, “Hoffenhaym” “Union Berlin”i xalsız yola salıb. “Ayntraxt” evdə “Bayer”ə, “Leypsiq” “Maynts”a məğlub olub.
20-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa 20-ci tur 30 yanvar
Köln – Volfsburq 1:0 Qol: Mayna, 29.
31 yanvar
Auqsburq – Sankt Pauli 2:1 Qollar: Qreqoriç, 41; 59 – Sinani, 32-pen.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Başakşəhər” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Beşiktaş” doğma meydanda “Konyaspor”u, “Göztəpə” isə “Karagümrük”ü məğlub edib. “Alanyaspor” da evdə “Eyüpspor”a uduzub.
20-ci turun qalan görüşləri fevralın 1-də və 2-də keçiriləcək.
Türkiyə, Super Liqa 20-ci tur 30 yanvar
Antalyaspor – Trabzonspor 1:1 Qollar: Van de Strek, 43 – Onuaçu, 53-pen.
“Sabah”ın yarımmüdafiəçisi Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü “Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Aleksey İsayev matçdan sonra “Sabah”ın mətbuat xidmətinə açıqlama verib. Bu qarşılaşmada 3 məhsuldar ötürmə verən və mövsümdəki assist sayını 6-ya çatdıran yarımmüdafiəçi azarkeşlərin ona “sehrbaz” ləqəbi verməsinə təvazökar yanaşıb:
“Mən sadəcə Sibirdən olan sadə oğlanam. Təşəkkür edirəm. Əsas odur ki, komanda qələbə qazandı. Hər zaman komanda yoldaşıma ötürmə verməyə şad oluram. Deyəsən, bundan qol vurmaqdan daha çox həzz alıram. Göründüyü kimi, məndə ötürmə vermək qol vurmaqdan daha yaxşı alınır. Hər şey komanda üçündür”.
Təcrübəli futbolçu komandadakı uğurlu ab-havadan və futbolçular arasındakı anlaşmadan da danışıb:
“Hər gün məşq edirik, məşqçinin tapşırıqlarını yerinə yetiririk, bir sözlə, dayanmadan çalışırıq. Kollektivimiz əladır, aramızda əla anlaşma var. Bazada hamımız birlikdə ünsiyyət qururuq. Bizdə hansısa qruplaşmalar, ayrılıqlar yoxdur. Çalışırıq ki, bir-birimizdən fransız, Azərbaycan, ispan, rus dillərində sözlər öyrənək. Biz bir ailə kimi olmağa çalışırıq”.
Futbol üzrə Fransa yığma komandasının və “Milan”ın qapıçısı Mayk Menyan İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Qapıçının “rossoneri” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədəydi.
Mayk Menyan PSJ-nin yetirməsidir. 2010/2011-ci illər mövsümündə Fransa nəhənginin heyətində böyük futbola qədər qoymuş Menyan, 2015-ci ilin avqustunda “Lill”ə transfer edilib. Fransalı qapıçı “Milan”a 2021-ci ilin iyulunda 15,4 milyon avro müqabilində elə, “Lill”dən keçib.
Cari mövsümdə Menyan “Milan”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 20 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib.
Ümumilikdə Menyanın “rossoneri”nin heyətində çıxış mənzərəsi belədir: 188 oyun, 190 buraxılmış qol, 70 “quru” oyun.
Menyan “Lill” və “Milan”la milli çempionatların qalibi olub (müvafiq olaraq 2020/2021 və 2021/2022 mövsümlərində).
Mayk Menyan 2020-ci ilin oktyabrında debüt etdiyi Fransa yığmasının heyətində 37 oyuna çıxıb, 28 qol buraxıb və 20 oyundan “quru” qurtulub. Mayk Fransanın əsas yığmasına qədər U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətindən keçməklə, 10 illik yol gəlib. Menyan “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
Portuqaliyanın “Dezembro” komandasının mərkəz hücumçusu Dioqo Kardoso bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub portuqaliyalı futbolçu Dioqo Kardoso ilə anlaşıb. 24 yaşlı mərkəz hücumçusu ilə 2,5 illik müqavilə imzalanıb.
“Benfika” Akademiyasının yetirməsi olan Dioqo peşəkar karyerasına Portuqaliyanın “Dezembro” klubunda başlayıb, son olaraq isə “Portimonense” U-23 komandasının formasını geyinib.
Müxtəlif yaş qruplarında “Benfika” U-17 və “Vitoriya” U-19 komandalarında çıxış edən Kardoso güclü futbol məktəbi keçib və bunu meydanda da hiss etdirməyi bacarır.
Xatırladaq ki, hücumçu cari mövsümün ilk yarısında meydana çıxdığı 17 oyunda 6 qol vuraraq məhsuldar performansı ilə diqqət çəkib.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə, B qrupunun matçında “Sumqayıt” doğma meydanda “Sərhədçi” ilə qarşılaşıb. Oyun qonaqların 98:94 hesablı qələbəsi ilə bitib.
Daha sonra Bakı İdman Sarayında “Sabah” “Abşeron Lions” ilə üz-üzə gəlib. A qrupunun oyunu “bayquşlar”ın 117:96 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Lənkəran” “Ordu”nu (103:63), “Naxçıvan” isə “Quba”nı (82:70) məğlub edib.
15-ci tura fevralın 1-də yekun vurulacaq.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 20. Gəncə – 20. NTD – 17. Şəki – 16.
B qrupu: Ordu – 29. Naxçıvan – 27. Sumqayıt – 20. Quba – 20. Sərhədçi – 20. Lənkəran – 19.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Baxımlı, maraqlı oyun alındı. Birinci hissədə 0:3 hesabıyla məğlub durumda idik. Halbuki, oyun bərabər səviyyədə keçirdi. Futbolçularımın çıxışından razı idim. Sadəcə, rəqib əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. Biz isə əksinə, epizodları dəyərləndirə bilmədik. Belə olan halda ilk hissədən sonra gözlənilməz hesab var idi. İkinci yarıda futbolçular oyundan qopmadılar, sona qədər mübarizə apardılar. Sonda standart vəziyyətdən fərqləndik. Amma oyunu çevirmək çətin görünürdü. Futbolçularıma təşəkkür edirəm. Yaxşı oyunlarımızdan birini keçirdik.
3 qol buraxsaq da, burada rəqibin ustalıq səviyyəsini də nəzərə almaq lazımdır. İlk 30 dəqiqədə xırda səhvlərdən istifadə etdilər və dərhal bizi cəzalandırdılar. Başqa bir səbəb görmürəm. Futbolçularım taktiki cəhətdən verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Bu gün hər şey rəqib üçün uğurlu alınırdı, bizim üçün isə əksinə.
Hakimlik haqda danışıb rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Hər iki komandanın ifasında keyfiyyətli futbol oldu. Son fazada rəqib daha dəqiq idi. Buna görə də qələbə qazandılar”.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün Zirədə baş tutmuş görüşü “Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Onların oyuna yanaşması, davranışları möhtəşəm idi. Nə planlaşdırmışdıqsa, hamısını meydanda icra edə bildik. Çox gözəl performans sərgilədik. Oyunun taleyi artıq birinci hissədə həll olunmuşdu. İlk yarıda daha çox qol vura bilərdik. Onu da qeyd edim ki, “Zirə” həqiqətən də möhtəşəm komandadır. Biz hesabda 2:0 öndə olan zaman rəqibin yaxşı qol fürsətləri oldu. İkinci hissədə balanslaşdırılmış oyun oldu. Rəqib üzərimizə gəlməyə başladı. Son ötürmələrimizdə çatışmazlıqlar var idi. Artıq bütün bunları unuduruq. Çünki qarşıdan çox çətin həftə gəlir. Üç çətin oyunumuz var. Onlara hazırlaşmalıyıq.
“Qarabağ”ın Avropadakı performansı çox yaxşıdır. Onları təbrik edirəm, uğurlar arzulayıram. Avropada Azərbaycan adı çəkiləndə ilk növbədə “Qarabağ” yada düşür. Onlar Azərbaycanı çox yaxşı təmsil edirlər”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə paytaxt derbisi baş tutub.
“Zirə” lider “Sabah”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilmş qarşılaşmanın baş hakimi Kamal Umudlu olub. Dörd qolun qeydə alındığı matçda “bayquşlar” inamlı qələbə qazanmaqla zirvədəki mövqeyini qoruyub.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Alina Nəhmədova bundan sonra Serbiyada çıxış edəcək.
Arena.az xəbər verir ki, müdafiəçi Serbiyanın “Partizan” klubuna transfer olunub.
Alina Nəhmədova son olaraq “Neftçi”nin şərəfini qoruyub.
Xatırladaq ki, bir neçə gün öncə qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının digər üzvü Coşqunə Əliyeva də Türkiyənin “Qaziantep” klubuna transfer olunmuşdu. 23 yaşlı yarımmüdafiəçi də “Neftçi”dən “Qaziantep”ə keçmişdi.
Azərbaycan millisinin daha bir üzvü – Rusiyanın “Zenit” klubunda çıxış edən Nigar Mirzəliyeva da bu yaxınlarda Almaniyanın “Hamburq” komandasına transfer edilmişdi. Böyük ehtimalla bu keçidlər AFFA-nın vasitəsilə həyata keçirilir və Azərbaycan milli komandasının daha da gücləndirilməsinə xidmət edir. Bu üzdən millimizin digər üzvlərinin də xarici klublara keçidinin şahidi ola bilərik.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Şamaxı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Mühüm qələbədir. Çempionatda ən vacib xallarımızı qazandıq. Çünki rəqib “Qarabağ” səfərindən 3 xalla qayıtmışdı, yaxşı motivasiyaları var idi. Ötən turda üzücü məğlubiyyət almışdıq. Amma buna baxmayaraq, futbolçularımın reaksiyası xoşuma gəldi. Onları təbrik edirəm. Yolumuza davam edirik.
Bilirdik ki, ikinci hissədə rəqib üstümüzə gələcək. Ötən oyun 0:4 hesabla uduzmağımıza baxmayaraq, ən yaxşı oyunlarımızdan biri idi. Məğlub olduqdan sonra yaxşı təhlillər apardıq. Şanslarımız olur, dəyərləndirə bilmirdik.
Təəssüf ki, bu gün bizdə oyuna yox, nəticələrə üstünlük verilir. Amma biz oyunçu yetişdirmək istəyirik. Gənc oyunçuları qazandırmağa çalışırıq, bunun üzərində işləyirik.
Biz məğlub olan kimi milli komanda amili qabardılır, gərək məğlub olmayaq. İnanın ki, mən fasilədə öz istirahətimi bütövlükdə milliyə həsr etdim.
İtkilər olacaq. Rikardo gələn oyunda olmayacaq. Dördüncü sarı vərəqəsini aldı bu gün. İnanın ki, vaxt axtarıram Abdulla Rzayevi meydana buraxam. Bu gün ən yaxşılardan biri idi. “Qarabağ”la kubok matçında olacaq-olmayacaq, hələ bilmirəm”.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunun çətin olacağını, ötən turda alınan məğlubiyyətdən sonra “Şamaxı”nın bu görüşə daha məsuliyyətli yanaşacağını bilirdik. Biz də maksimum şəkildə matça hazırlaşmaq istədik. Təəssüf ki, səhvlər etdik və istəmədiyimiz bir məğlubiyyət yaşadıq. Rəqib bunlardan yararlanıb fərqləndi. Səhvlərimiz əsasən ortadakı boşluqlar idi. Futbolda qaydalar var, səhv buraxdınsa, rəqib cəzalandıracaq. “Şamaxı” əks-hücumda oynayır. Ona görə də, cərimə meydançası ətrafında səhvlər buraxmamalı idik.
Rəqibi təbrik edirəm. Çempionatın ikinci hissəsi yeni başlayıb. Qarşıda çətin oyunlarımız var. Kubokda da yolumuza davam edirik. Heç bir rəqibə asan təslim olmayacağıq. İnanıram ki, öhdəsindən gələcəyik”.
Kosovo millisinin və “Malyorka”nın hücumçusu Vedat Muriqi İspaniya La Liqasında 2026-cı ilin yanvar ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.
Muriqi yanvarda “Malyorka”nın heyətində La Liqa çərçivəsində 4 oyuna çıxıb və 5 qol vurub.
Kosovolu futbolçu səsvermədə Aleksander Sörlot (“Atletiko”), Qonsalo Qedes (“Real Sosyedad”), Vladislav Vanat (“Jirona”) və Markos Alonsonu (“Selta”) geridə qoyub.
Bu, Muriqinin La Liqada 2-ci, cari mövsümdə isə ilk belə uğurudur. O, 2022-ci ilin may ayında da oxşar mükafata layiq görülmüşdü.
Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi. Noyabr və Dekabrda isə “Barselona”nın hücumçusu Lamin Yamal ən yaxşı seçilmişdi.
Xatırladaq ki, Vedat Muriqi 2022-ci ildən “Malyorka”da çıxış edir. Təcrübəli hücumçu bu komandanın heyətində 138 oyuna çıxıb, 49 qol və 11 assist müəllifi olub. “Malyorka”nın kosovolu hücumçusu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.
Muriqi daha öncə Türkiyənin “Fənərbağça”, “Girəsunspor”, “Gənclərbirliyi”, “Rizəspor” klublarında çıxış edib. O, “Latsio”, “Teuta”, “Besa” və “Liriya”da da forma geyinib.
Kosovo yığmasında 66 oyuna çıxmış hücumçu, 32 qola imza atıb, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı hücumçunun transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.
Bu gün qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) növbəti oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu Gəncə İdman Sarayında baş tutub.
11-ci turun qapanış oyununda “Murov” komandası “Gəncə”nin qonağı olub. Qarşılaşma ev sahibinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, turun daha öncə keçirilmiş oyunlarında “Abşeron” UNEC-ə 3:0 (26:24, 25:21, 26:24), “DH Volley” isə “Azərreyl”ə 3:0 (25:13, 27:25, 25:15) hesabıyla qalib gəlib. “Gənclər” isə “Turan”a 0:3 (20:25, 11:25, 17:25) hesabıyla məğlub olub.
Yüksək Liqa (qadınlar) 11-ci tur 31 yanvar
“Gəncə” – “Murov” 3:0 (25:21, 25:21, 25:23) Gəncə İdman Sarayı.
11 turdan sonra yarış cədvəlindəki vəziyyət belədir:
İtaliyanın “İnter” klubunun albaniyalı dayaq yarımmüdafiəçisi Kristyan Asllani bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Beşiktaş” 23 yaşlı futbolçunu 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Xatırladaq ki, Asllani cari mövsümün ilk dövrəsini “Torino”da icarədə keçirib. Turinlilər bir mövsümlük icarə üçün “İnter”ə 1,5 milyon avro ödəmişdilər. Transfer hüquqları alınacağı halda, Asllani 2029-cu ilin 30 iyununadək “Torino”da çıxış etməliydi. Lakin Turin klubu bunu dəyərləndirməyib və futbolçu sözügedən komandanı erkən tərk edib. Asllani “Torino”da 16 oyun keçirsə də, fərqlənə bilməyib.
Kristyan Asllani “Empoli”nin yetirməsidir. 2022-ci ildən “İnter”də çıxış edən futbolçu bu komandanın heyətində meydana çıxdığı 99 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Albaniyalı futbolçunun Milan klubu ilə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.
Asllani “İnter”lə İtaliya çempionu (2023/2024), İtaliya Kubokunun (2022/2023) və İtaliya Super Kubokunun (2022/2023 və 2023/2024) qalibi olub.
Yarımmüdafiəçi Albaniya yığmasında da 38 oyuna çıxıb, 5 qol və 2 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.
Azərbaycan Premyer Liqasının 18-ci turunun “İmişli” ilə ev oyunu “Qəbələ”nin cinah hücumçusu Domi Massumu üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, konqolu futbolçu bu oyunda “qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsinə het-triklə töhfə verib.
Domi Massumu klub tarixində bir oyunda 3 qol vuran 8-ci futbolçudur. Bu, Premyer Liqada “qırmızı-qaralar”ın 4-cü het-trikidir. Domiyə qədər Fərzad Hatəmi, Baqali Dabo və Bilel Auaşeriya çempionatda fərqlənmişdi.
Digər het-triiklərdən biri Avropa Liqasına, üçü Azərbaycan kubokuna təsadüf edib. Teo Uiks avrokuboklarda, Vüsal Qarayev, Filip Ozobiç və Prins Ovusu kubokda het-trik müəllifi olublar. Ümumilikdə isə het-triklərdən 6-sı ev, 2-si səfər matçında qeydə alınıb.
Massumunun “İmişli” ilə görüşdəki sonuncu qolu həm də yubiley xarakteri daşıyıb. Konqolu “Qəbələ”nin heyətində bütün turnirlər nəzərə alınmaqla ümumilikdə 25-ci qoluna imza atıb.
Domi Premyer Liqada 6, Azərbaycan kubokunda 3, Birinci Liqada 16 dəfə fərqlənib. “Qəbələ”də 48 oyun keçirmiş legioner klub tarixinin bombardirləri siyahısında 4-cü yerə şərikdir.
“Qəbələ”nin futbolçularının aktivində bir penta-trik və bir poker də var. Rövşən Əhmədov birinci dəstədə 5, Vitali Balamestnı Premyer Liqada 4 qol vurmağı bacarıb.
Futbol üzrə İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes Kataloniya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə İspaniya çempionunun rəsmi saytına istinadən xəbər verir.
22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulmuş sözləşmə imzalanıb. Yeni müqaviləyə əsasən futbolçunun maaşının da məbləği artırılıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2027-ci ilin 30 iyununda bitməli idi.
Xatırladaq ki, Fermin Lopes “Barselona”nın öz yetirməsidir. Yarımmüdafiəçi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 114 oyuna çıxıb, 29 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə 26 oyuna çıxıb, 10 qol və 11 assistlə diqqət mərkəzinə düşüb.
Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığma komandasında forma geyinir. O, milli komandanın heyətində 5 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.
İspaniya çempionu “Barselona”nın 18 yaşlı hücumameyilli yarımmüdafiəçisi Pedro Fernandes Fransa nəhəngi PSJ-yə qoşulub.
Arena.az xəbər verir ki, Paris təmsilçisi bu transferi 8,2 milyon avroya rəsmiləşdirib.
İspan futbolçu yeni klubu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə bağlayıb.
“Barselona”nın baş məşqçisi Hansi Flik müvafiq keçidi şərh edib:
“Əslində, bu barədə çox da danışmaq istəmirəm. “Dro”nu çox bəyənirəm, amma, əlbəttə, pərişanam”, deyə Flik vurğulayıb
Flik “blauqrana”nın heyəti haqda qənaətini də açıqlayıb:
“Əlbəttə, heyətimizdən məmnunam. Zədəli oyunçularımız isə tezliklə sıraya qayıdacaqlar”.
Xatırladaq ki, Dro Fernandes kimi tanınmış Pedro Fernandes Sarmiento “Barselona”nın yetirməsidir. O, Kataloniya təmsilçisinin əsas komandasında 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. Dro İspaniyanın U-15, U-16 və U-17 yığmalarında çıxış edib, hazırda isə U-18-ə dəvət alır.
“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
“Aston Villa”nın 24 yaşlı ivuarlı mərkəz hücumçusu Evann Gessan bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Kristal Pelas”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Sözügedən klub futbolçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Transferin maliyyə detalları açıqlanmayıb.
Xatırladaq ki, “Aston Villa” Gessanı 2025-ci ilin yayında “Nitsa”dan (Fransa) 30 milyon avro müqabilində tamhüquqlu əsasda “şirlər”in heyətinə qatmışdı. O, sözügedən komandanın heyətində 21 oyuna çıxıb və cəmi 2 qolla yadda qalıb.
Evann Gessan “Nitsa”nın məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Lozanna” (icarə) və “Nant”da (icarə) çıxış edib.
Evann Gessan 2024-cü ilin iyun ayında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 19 oyuna 3 qolla fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı ivuarlı mərkəz hücumçusunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.
Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 19-cu turu çərçivəsində keçirilmiş “Əl-Xalud”la oyunun iştirakçısı olub.
Ronaldonun komandası səfər oyunundan qələbə ilə ayrılıb – 3:0. Portuqal futbolçu bu matçda 79 dəqiqə meydanda olub. Komandasının ilk qolunu da 47-ci dəqiqədə Kristiano vurub.
Bununla da o, peşəkar karyerasında vurduğu qolların sayını 961-ə çatdırıb. Ronaldo milli komandalar, Avropa çempionatları və UEFA Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu və rəsmi matçlarda 961 qola çatan ilk futbolçudur.
“Əl-Nəsr” 19 turdan sonra 43 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Əl-Nəsr”in ehtiyatda təxirə salınmış bir oyunu da var. Turnir cədvəlinə 46 xalla “Əl-Hilal” rəhbərlik edir.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 22 oyuna 18 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 127 oyun, 111 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.
Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
Rahim Sterlinq “Çelsi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək İngiltərə klubundan birdəfəlik ayrılıb.
Arena.az bu barədə London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Zadəganlar”ın heyətində forma şansı qazanmaqda çətinlik çəkən ingilis hücumçu çıxış yolunu klubdan birdəfəlik ayrılmaqda görüb. Azad agentə çevrilən Sterlinq hazırda özünə yeni komanda axtarmaqdadır. Onun klubla hələ 18 aylıq müqaviləsi mövcud idi.
Xatırladaq ki, “Çelsi” Sterlinqi 2022-ci ilin yayında “Mançester Siti”dən 56,2 milyon avro müqabilində transfer etmişdi. O, London təmsilçisinin heyətində 81 oyuna çıxıb, 19 qol vurub, 15 məhsuldar ötürmə verib.
Sterlinq 2024/2025-ci illər mövsümündə “Arsenal”da icarədə də olub – 28 oyun, 1 qol və 5 assist.
Rahim Sterlinq futbola “Alfa və Omeqa” klubunda qədəm qoyub. İngilis vinger karyerası ərzində KPR, “Liverpul”, “Mançester Siti”, “Arsenal” və “Çelsi”də oynayıb.
Sterlinq 2012-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 82 oyun keçirib, 20 qol vurub və 27 məhsuldar ötürmə verib.
Rahim Sterlinqin qənimətlər muzeyindəki bütün kuboklar “Mançester Siti”nin adı ilə bağlıdır – İngiltərə Premyer Liqası çempionluğu (4 dəfə), İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (5 dəfə) və İngiltərə Super Kuboku (2 dəfə). Həmçinin Sterlinq 2019-cu ildə İngiltərədə ilin oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis sol vingerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Kəpəz”lə “Şamaxı” arasında keçiriləcək. Cavid Cəlilovun idarə edəcəyi görüş Yevlax şəhər stadionunda baş tutacaq.
Bu gün həm də paytaxt derbisinə şahidlik edəcəyik. “Zirə” lider “Sabah”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq.
Premyer Liqa 18-ci tur 30 yanvar
“Karvan” – “Sumqayıt” 0:2 Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vazkez, 33. Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov. VAR: İnqilab Məmmədov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Yevlax şəhər stadionu, 14:30.
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Lans” doğma meydanda “Havr”la üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri ilk hissədə vurduqları qol sayəsində 3 xala seviniblər.
20-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1 20-ci tur 30 yanvar
Lans – Havr 1:0 Qol: Aqilar, 45+1.
31 yanvar
20:00. Paris – Olimpik (Marsel) 22:00. Loryan – Nant 00:05. Monako – Renn
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Latsio” doğma meydanda “Cenoa” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı meydan sahibləri çətinliklə də olsa, qələbə qazanıblar.
23-cü turun qalan görüşləri yanvarın 31-də, fevralın 1-də, 2-də və 3-də keçiriləcək.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Köln” doğma meydanda “Volfsburq”la üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Matçın yekununda meydan sahibləri 3 xalı bayram edən tərəf olublar.
20-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa 20-ci tur 30 yanvar
Köln – Volfsburq 1:0 Qol: Mayna, 29.
31 yanvar
18:30. Auqsburq – Sankt Pauli 18:30. Ayntraxt – Bayer 18:30. Hoffenhaym – Union Berlin 18:30. Leypsiq – Maynts 18:30. Verder – Borussiya (Mönhenqladbax) 21:30. Hamburq – Bayern