Kolin Kazım İngiltərə komandasına baş məşqçi təyin edildi
Futbol üzrə Türkiyə millisinin sabiq üzvü Kolin Kazım Riçards İngiltərənin “Kroli Taun” komandasına baş məşqçi təyin edilib.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Gənc mütəxəssislə 2025/2026-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bu təyinata qədər “Arsenal”ın gənclərdən ibarət komandasında məşqçi kimi fəaliyyət göstərib. Bu, 39 yaşlı sabiq futbolçunun baş məşqçi kimi ilk işi olacaq.
İngiltərənin səviyyəcə 2-ci Liqasında mübarizə aparan “Kroli Taun” 31 xalla 21-ci sırada qərarlaşıb.
Xatırladaq ki, Kolim Kazım karyerası ərzində Türkiyənin “Fənərbağça”, “Qalatasaray”, “Fatih Karagümrük”, “Bursaspor”, İngiltərənin “Beri”, “Brayton”, “Şeffild Yunayted”, “Bləkbörn”, “Derbi Kaunti”, Braziliyanın “Koritiba”, “Korintians”, Meksikanın “Lobos”, “Verakrus”, Niderlandın “Feyenoord”, Şotlandiyanın “Seltik”, Fransanın “Tuluza”, Yunanıstanın “Olimpiakos” kimi klublarında forma geyinib. O, Türkiyə yığmasında 37 oyun keçirib, 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub.






