Normal view

Today — 15 March 2026ARENA.AZ

Bundesliqa: “Bayern”lə “Bayer”dən heç-heçə

14 March 2026 at 23:55

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Hoffenhaym” – “Volfsburq” və “Hamburq” – “Köln” matçlarında qalib müəyyənləşməyib. Turun mərkəzi oyununda üz-üzə gəlmiş “Bayer”lə lider “Bayern”in görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dortmund “Borussiya”sı doğma meydanda “Auqsburq”a, “Ayntraxt” isə “Haydenhaym”a qalib gəlib.

26-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
26-cı tur
13 mart

Borussiya (Mönhenqladbax) – Sankt Pauli 2:0
Qollar: Stoger, 37. Honorat, 63.

14 mart

Bayer – Bayern 1:1
Qollar: A.Qarsiya, 6 – L.Dias, 69.

Borussiya (Dortmund) – Auqsburq 2:0
Qollar: Adeyemi, 13. Recciani, 59.

Ayntraxt – Haydenhaym 1:0
Qol: Kalimuendo, 53.

Hoffenhaym – Volfsburq 1:1
Qollar: Promel, 83 – Kulyerakis, 65.

Hamburq – Köln 1:1
Qollar: F.Vyeyra, 39 – Əl-Mala, 45.

15 mart

18:30. Verder – Maynts
20:30. Frayburq – Union Berlin
22:30. Ştutqart – Leypsiq

Super Liqa: “Qalatasaray” “Başakşəhər”i 3 qolla yendi

14 March 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Göztəpə” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Kocaelispor” doğma meydanda “Konyaspor”a məğlub olubsa, “Trabzonspor” “Rizəspor”u, lider “Qalatasaray” da “Başakşəhər”i məğlub yola salıb.

26-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Türkiyə, Super Liqa
26-cı tur
13 mart

Antalyaspor – Qaziantep 1:4
Qollar: Safuri, 90+3 – Bayo, 59; 76. Kozlovski, 65. D.Kamara, 82.

Karagümrük – Fənərbağça 2:0
Qollar: B.Elmaz, 15. Serjinyo, 45+1.

14 mart

Kocaelispor – Konyaspor 1:2
Qollar: S.Dursun, 58 – Kramer, 86. Muleka, 90+4-pen.

Qalatasaray – Başakşəhər 3:0
Qollar: Sinqo, 57. Osimhen, 66. Naqa, 84.

Göztəpə – Alanyaspor 2:2
Qollar: J.Santos, 7. Janderson, 59 – Haci, 15. İ.Kaya, 90+9.

Trabzonspor – Rizəspor 1:0
Qol: Onuaçu, 51.

15 mart

17:00. Kasımpaşa – Eyüpspor
21:00. Gənclərbirliyi – Beşiktaş
21:00. Samsunspor – Kayserispor

Yesterday — 14 March 2026ARENA.AZ

Basketbol millimiz Monteneqro səfərində də xalsız qaldı

14 March 2026 at 23:00

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığmamız səfərdə Monteneqro milli komandası ilə üz-üzə gəlib.

Yığmamız bu görüşdə növbəti məğlubiyyətinə üzülüb. Basketbolçularımız meydanı 35:94 hesablı məğlubiyyətlə tərk ediblər.

Xatırladaq ki, Azərbaycan millisi Monteneqro yığmasına qarşı keçirdiyi ev oyununda da 62:104 da hesabı ilə məğlub olmuşdu.

Azərbaycan yığması daha əvvəl Bolqarıstana da hər iki oyunda uduzub – 48:141, 40:120. Komandamız Ukrayna yığması ilə görüşdən də məğlubiyyətlə ayrılıb – 34:98.

Yığmamız yer aldığı E qrupunda 5 xalla sonuncu – dördüncü sırada qərarlaşıb. Qrupa 10 xala malik Bolqarıstan yığması liderlik edir. Monteneqronun 8, Ukraynanın 7 xalı var.

Azərbaycan millisi bu qrupdakı növbəti və sonuncu görüşünü martın 17-də Bakıda məhz Ukrayna yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, basketbol üzrə növbəti Avropa çempionatının final mərhələsi 2027-ci ildə təşkil ediləcək.

Rəşad Sadıqov: “Hər iki epizod penalti idi”

14 March 2026 at 22:30

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün yaxşı başladı, təhlükəli hücumlarımız oldu. Birinci hissənin ortalarında rəqib hesabda irəli çıxdıq. Ondan sonra 5-10 dəqiqə oyunumuzda eniş oldu, rəqib daha üstün idi. Hətta 2-ci qolu vura bilərdilər. Hissənin sonlarına yaxın oyun bizim üçün daha yaxşı keçdi. 2:0-dan sonra oyunu dəyişdirmək çətin idi. Əvəzetmələr etdik, müəyyən effekt verdi. 2:1-dən sonra düşünürdük ki, rəqibi basqı altında saxlasaq, qol vurmaq ehtimalımız olar. Amma “Qarabağ” irəli atıldı və 3-cü qolunu vurdu. Bu gün meydanda güclü, yaxşı “Qarabağ” var idi. Futbolçularım əllərindən gələni etdilər. Mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Oyun təbii olaraq “Qarabağ”ın dominantlığı ilə keçirdi. Amma bizim oyunçular da yaxşı əzmkarlıq göstərdilər, ruhdan düşmədilər. Ən azından bir xal qazanmaq istəyirdik. Bu cür “Qarabağ”a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın. “Qarabağ” sıx qrafikdə idi. Amma hazırda bütün fikirləri çempionatdadır.

Futbolçularımdan razıyam. Oyun planına sadiq qalırdılar. Futbolçular tapşırıqları yaxşı səviyyədə yerinə yetirdilər. Qarşıda yenə sıx qrafik olacaq. Çox ciddi itkilərimiz var. İssa Cibrilla Qubadakı meydandakı zədədən sonra hələ də yoxdur. 5-6 aydır heç cürə bərpa ola bilmir. Brahim Konate zədədən sonra qayıdıb. Çalışırıq ki, formasını yığsın. Qismət Alıyevin qızdırması var idi. Onun yerini doldurmaq bizim üçün çətin idi. Qış fasiləsindən sonra komandamız pis çıxış etmir. Yeganə olaraq “Kəpəz”lə matçdan oyun baxımından məmnun deyiləm. O oyunla bağlı tənqidlərə də razıyam. Amma 1/4 finalı keçmişik, digər matçları qazanmışıq. “Sabah”, “Turan Tovuz” və “Qarabağ”a uduzmuşuq. Əlimizdən gələni etmişik, amma rəqib bizdən daha yaxşı olub. Klub olaraq yeni limitə uyğunlaşmağa ehtiyacımız var. Bütün oyunlara eyni limitlə çıxırıq. Yeganə fərq qapıda Aydının yox, Tyaqo Silvanın olmasıdır. Digər rəqiblər 10-11 legionerlər mübarizə aparırlar. Bu da bizim üçün növbəti illər üçün yaxşı dərs oldu”.

Rəşad Sadıqov hakimlikdən narazı qalıb

Sadıqov klubun büdcəsindən və transfer siyasətindən də söhbət açıb:

Mən də istəyərəm ki, büdcəmiz daha çox olsun, əminəm ki, rəhbərlik də onu istəyir. Bir qəpik kiməsə borcumuz yoxdur, hamıya qarşı ədalətli olmuşuq. Müəyyən məqamlarda istədiyimiz transferləri edə bilmədik. Gedişatlar yaydan bəlli idi ki, rəqiblər çempionatda necə iddialı idi. Futbolda belə hallar baş verir. Bu gün vacib olan odur ki, sona qədər mübarizə aparaq. Rəhbərlik qarşımıza avrokuboklara düşmək kimi hədəf qoymamışdı. Mümkün şəraitdə ən yaxşısını etməyə çalışırıq. Avrokuboklara düşmək istəyirik. Rəhbərliyi, özümüzü, azarkeşlərimizi sevindirmək istəyirik”.

Rəşad Sadıqov hakimlərdən də şikayətlənib:

“Paltardəyişmə otağında telefonda baxdım, mübahisəli epizodların hər ikisi penalti idi. Nəticəyə necə təsir edərdi, başqa sualdır. Bizim üçün çox üstünlük olacaqdı. Rəqib daha çox basqı ilə oynaya bilərdi. İkinci penalti epizodu da 86-cı dəqiqədə idi, qol vursaydıq, 3:2… Maraqlı olan odur ki, indi epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər iki epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Bilirsiniz, o epizodlara verilən şərhlər də adamı məyus edir. Bu iki penalti verilsəydi, şərh veriləcəkdi ki, penaltidir. Verilmədi, deyiləcək penalti deyil. Bu oyunu demirəm, lap başqa oyunda. Fərid Hacıyev, Nicat İsmayıllı… Əvvəlki oyunlarımızda da mübahisəli qərarları olub”.

Qurban Qurbanov: “Onun qarşısını kəsməyə ehtiyac görmədik”

14 March 2026 at 22:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə oldu, yaxşı dinamika var idi. Bizim üçün vacib oyun idi. Qarşımızda çox istəkli, bizi çox yaxşı təhlil etmiş kollektiv var idi. Sona qədər təslim olmadılar. Bizə rahat oynamağa imkan vermədilər. Rəşad Sadıqova və komandasına uğurlar arzulayıram.

Avrokubok oyunları olmayanda daha sərbəst oluruq. Amma hələ optimal formamızdan uzağıq. Tam özümüzə gəlməmişik. Bəzi futbolçuların performansında çatışmazlıqlar var. Komanda az-çox yorulur. Futbolçular Çempionlar Liqasında hər oyunda çox enerji itirirdilər. Gərgin mövsüm keçdi. Hər matçdan öncə məsuliyyət, stress… Futbolçular çox yükləndilər. Hətta özüm də. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı köklənəcəklər. Qarşıda yenə sıx qrafik olacaq. 3-4 gündən bir oynayacağıq. Xeyirlisi. Yenə də çalışacağıq ki, futbolçuları tam hazır edək və sıx qrafikə uyğunlaşsınlar.

Kubok və çempionat oyunlarını ardıcıl eyni komandaya qarşı keçirmək xoş deyil. Bəzən azarkeşlər üçün də bir rəqiblə oynayıb, sonra pauza edib yenidən onlarla oynamaq yaxşıdır. Yəqin qrafik sıxdır deyə, belə olub. Hər iki komanda üçün eyni vəziyyət olacaq. Mən də istəyərdim ki, bir rəqiblə oynadıqdan sonra vaxt olsun, hazırlaşaq”.

Qurban Qurbanov Kris Kuakunun Norveçin “Sarpsborq” klubuna keçidinə də şərh verib:

“Kuaku intizamlı futbolçu idi. Daha çox oynamaq istəyirdi. Amma burada az oynayırdı. Məşqçi olaraq onu başa düşərək, bu keçidə “yox” demədim. Onda da alınmadı, bizdə də. Bundan sonra oyunlarımızın sayı az olacaq. Bu üzdən də onun qarşısını kəsməyə ehtiyac görmədik.

Qurban Qurbanov “Sabah”ı daha şanslı sayır

Qurbanov “Sabah”la çempionluq mübarizəsindən də söhbət açıb:

“Sabah” hazırda çox yaxşı vəziyyətdədir. Özünəməxsus oyun üslubu olan komandadır, yaxşı kollektiv və yaxşı baş məşqçiləri var. Üstünlük onların tərəfinddədir. Amma sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Xeyirlisi. Heç vaxt deməmişəm ki, taleyimiz öz əlimizdədir, hər şey Allahın əlindədir. İndiki “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm. Stadionun durumu bizimlə oyundan daha yaxşı idi. Nə qədər futbolçu zədədən qurtuldu orada”.

“Zirə” – “Qarabağ” 1:3 – Video

14 March 2026 at 21:30

Azərbaycan Premyer Liqasının 24-cü turunun “Zirə” – “Qarabağ” matçı meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
24-cü tur
14 mart

“Zirə” – “Qarabağ” 1:3
Qollar: Ceyhun Nuriyev, 70 – Xoni Montiel, 22. Kamilo Duran, 55. Kadi Borges, 72.
Sarı vərəqə: Enrike Kustodio, 66 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 19:15. Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı.

Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rəhman İmami.
Dördüncü hakim: Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.

Zirə: 97. Tyaqo Silva, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov (29. Ceyhun Nuriyev, 56), 14. Elçin Əlicanov (21. Hacıağa Hacılı, 56), 4. Ruan Renatov (k), 25. Enrike Kustodio, 9. Davit Volkov (28. Leroy Mikels, 76), 30. Rikardo Martins, 93. Brahim Konate (10. Georgi Papunaşvili, 63), 5. Ange Mutsinzi, 11. Junior Martins (22. Eren Aydın, 63).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 73. Anatoli Nuriyev, 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 20. İssa Cibrilla, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 90+2), 10. Abdullah Zubir (k) (22. Musa Qurbanlı, 85), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel (8. Marko Yankoviç, 73), 18. Dani Bolt (30. Abbas Hüseynov, 90+2), 15. Leandro Andrade (11. Emmanuel Addai, 90+2), 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Premyer Liqa: “Qarabağ” Zirədə 3 qola sevindi

14 March 2026 at 21:05

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.

Turun mərkəzi oyununda “Zirə” son çempion “Qarabağ”la üz-üzə gəlib. Oyunu Fərid Hacıyev idarə edib. Dörd qolun qeydə alındığı görüşdə Ağdam təmsilçisi inamlı qələbəyə sevinib.

Daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “Karvan”a (2:1), “Şamaxı” “Sumqayıt”a (1:0), “Sabah” “İmişli”yə (5:0) qalib gəlib. “Kəpəz” – “Turan Tovuz” və “Qəbələ” – “Neftçi” matçları isə sabah keçiriləcək.

Premyer Liqa
24-cü tur
14 mart

“Zirə” – “Qarabağ” 1:3
Qollar: Ceyhun Nuriyev, 70 – Xoni Montiel, 22. Kamilo Duran, 55. Kadi Borges, 72.
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu. 19:15.

Zirə: 97. Tyaqo Silva, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 4. Ruan Renatov (k), 25. Enrike Kustodio, 9. Davit Volkov, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 6. Eldar Quliyev, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.

Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

ABL: “Neftçi” uduzdu, “Sabah” qalib gəldi

14 March 2026 at 20:30

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Gəncə” son çempion “Sabah”ı qəbul edib. Gəncə İdman Sarayında baş tutmuş qarşılaşma qonaqların qələbəsi ilə bitib – 87:73.

Digər oyun “Abşeron Lions”la “Neftçi” arasında təşkil edilib. Qarşılaşma Abşeron təmsilçisinin 107:87 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67), “Quba” “Lənkəran”ı (95:88) məğlub edib.

A qrupu: Sabah – 37. Abşeron Lions – 36. Neftçi – 28. Gəncə – 27. NTD – 20. Şəki – 20.

B qrupu: Ordu – 36. Naxçıvan – 34. Sərhədçi – 26. Sumqayıt – 26. Quba – 26. Lənkəran – 23.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

“İmişli” – “Sabah” 0:5 – Video

14 March 2026 at 20:00

Azərbaycan Premyer Liqasının 24-cü turunun “İmişli” – “Sabah” matçı meydan sahiblərinin 0:5 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Qubada baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
24-cü tur
14 mart

“İmişli” – “Sabah” 0:5
Qollar: Stiv Solvet, 11. Coy Lens Mikels, 14-pen; 35. Kahim Parris, 49. Aleksey İsayev, 73-pen.
Sarı vərəqə: Ezekiel Morqan, 69 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə yoxdur.
Saat 15:00. Quba Olimpiya İdman Kompleksinin stadionu, 180 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Şirmamed Mamedov.
Dördüncü hakim: Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı (21. Abbas Ağazadə, 46), 44. Həzrət İsayev, 94. Rafael Vyeqas (79. Dioqo Kardozo, 46), 10. Nikola Karaklaiç, 29. Edvin Banqera (3. Tuncay Yusifli, 25), 9. Dioqo Almeyda (97. Xəzər Mahmudov, 79), 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr (30. Xəlil Mürsəlli, 60).
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 20. Nazim Hüseynov.
Baş məşqçi: Xorxe Kaskilya.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev (21. Velko Simiç, 75), 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels (9. Xəyal Əliyev, 66), 80. Akim Zedadka, 3. Stiv Solvet (53. Andrey Santos, 84), 70. Jesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa (6. Abdulla Xaybullayev, 75), 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev (22. Zinedin Uld Xaled, 66).
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 89. Cəfər Muxtarov, 40. İqor Noqeyra, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

“Araz-Naxçıvan” Sumqayıta köçür – Rəsmi

14 March 2026 at 19:30

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” futbol klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.

Arena.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.

Naxçıvan klubu bu komandanın ev oyunlarını keçirdiyi “Dalğa Arena”da əsaslı təmir işlərinin aparılacağını bildirib. Bununla əlaqədar olaraq klub Peşəkar Futbol Liqasına alternativ stadion kimi “Sumqayıt Arena”nı təqdim edib.

Peşəkar Futbol Liqasının qərarına əsasən “Araz-Naxçıvan” 17-19 aprel tarixlərində baş tutacaq “Turan Tovuz” ilə oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını Sumqayıtda – sözügedən arenada keçirəcək.

Xatırladaq ki, Naxçıvan təmsilçisi Premyer Liqanın cari mövsümündə keçirdiyi 24 oyunda 36 xal toplayıb və 12 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda keçirdiyi 24 oyunda 10 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xorxe Kaskilya: “Sabah” səhvlərimizdən yaxşı istifadə etdi”

14 March 2026 at 19:00

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşü “İmişli”nin 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun barədə deyiləsi çox söz yoxdur. Matça yaxşı başlamadıq. Edvin Banqeranın ilk dəqiqələrdə zədələnməsi komandanın əhval-ruhiyyəsinə pis təsir etdi. Birinci qolu standart vəziyyətdən buraxdıq. Müdafiənin səhvinə görə qapımıza penalti təyin olundu. Bundan sonra toparlanmaq çətin idi. “Sabah” çempionatın lideridir. Bundan əvvəlki matçda “Qəbələ”yə böyük hesabla qalib gəlmişdilər. Bizim səhvlərimizdən yaxşı istifadə etdilər. Öz səhvlərimizin ucbatından çox qol buraxdıq. Rəqibi təbrik edirəm. Daha keyfiyyətli oyun göstərdilər. Biz isə qarşıdakı “Neftçi” ilə matçı düşünməliyik. Komandanın psixoloji durumunu düzəltməyə çalışacağıq.

Biz hər oyunda meydana qalib gəlmək üçün çıxırıq. “Neftçi” ilə matçda da 3 xal qazanmağa çalışacağıq. Amma onlar da güclü rəqibdir.

Nəticəyə bəhanə gətirmək istəmirəm. Amma Ronaldo və Banqera müdafiədə əsas oyunçularımızdır. Onların yoxluğunun təsiri oldu. Geniş heyətimiz yoxdur. Üstəlik səhvlər də oldu. Banqeranın “Neftçi”yə qarşı hazır olacağını bilmirik. Ronaldo amma qayıdacaq. Çalışacağıq, müdafiədə bugünkü səhvləri etməyək”.

Dambrauskas: “Qubada oynamaq hamı üçün çətindir”

14 March 2026 at 18:00

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 24-cü turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşü “Sabah”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qələbəyə görə çox xoşbəxtəm. Bu meydançada oynamaq çox çətindir. Bütün komandalar burada çətinlik çəkirlər. 10-15 metr məsafədən ötürmə verəndə top sıçrayır. Qələbə münasibətilə bütün “Sabah” ailəsini təbrik edirəm. Bu oyunu unudub qarşıdakı “Sumqayıt”la matça köklənəcəyik.

Məhsuldar çıxışımızın sirrinə gəlincə, futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirirlər. Artıq bizim öz kimliyimiz, öz tərzimiz yaranıb. Oyunçularımız bu sistemə uyğunlaşırlar. Üç gənc futbolçumuz (Xəyal Əliyev, Umarali Rahmonaliyev, Aaron Maluda) 15 dəfə fərqlənib. Çempionatın bu hissəsində oyunçuları fərqləndirmək istəməzdim. Kim meydana çıxırsa, bizə böyük fayda verir. Kahim Parris bir müddət oynamadı. Son iki matçda isə 3 qol vurub. Jesse Sekidika zədədən yeni qayıdıb. Oynadıqca formasını bərpa edir. Onlar məsuliyyəti öz üzərlərinə götürürlər. Öz işimizə, futbolçulara güvənirik. Onlar da bizə inanırlar. Düşünürəm ki, daha da yaxşısını edə bilərik. Çünki komandanın buna potensialı var. Çalışmaq və prosesə inanmaq lazımdır”.

Premyer Liqa: “Sabah” “İmişli”yə də 5 qol vurdu

14 March 2026 at 17:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Qubada baş tutub.

Lider “Sabah” burada “İmişli”nin qonağı olub. Oyunu Rauf Cabbarov idarə edib. Paytaxt təmsilçisi yekunda növbəti darmadağına imza atmaqla zirvədəki mövqeyini qoruyub.

Turun mərkəzi oyunu da bu gün baş tutacaq. “Zirə” son çempion “Qarabağ”ı qəbul edəcək.

Daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “Karvan”a (2:1), “Şamaxı” “Sumqayıt”a (1:0) qalib gəlib. “Kəpəz” – “Turan Tovuz” və “Qəbələ” – “Neftçi” matçları isə sabah keçiriləcək.

Premyer Liqa
24-cü tur
14 mart

“İmişli” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 15:00.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 79. Dioqo Kardoso.
Baş məşqçi: Xorxe Kaskilya.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 80. Akim Zedadka, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 21. Velko Simiç, 40. İqor Noqeyra, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Xavi: “Barselona” adlı fəsil mənim üçün başa çatıb”

14 March 2026 at 13:00

“Barselona”nın keçmiş baş məşqçisi, ispaniyalı futbol mütəxəssisi Xavi Ernandes Kataloniya klubuna bir daha qayıtmayacaq.

Arena.az xəbər verir ki, Xavi “blauqrana” ilə bağlı fəslin onun üçün qapandığını şəxsən bildirib:

“Barselona” adlı fəsil mənim üçün başa çatıb. Qayıtmaq niyyətində deyiləm”, deyə Xavi vurğulayıb.

Yeri gəlmişkən, “Barselona”nın keçmiş oyunçusu, hazırda “Komo”da çıxış edən 34 yaşlı ispaniyalı mərkəz yarımmüdafiəçisi Serji Roberto “blauqrana”nın cari mövsümdəki çıxışını qiymətləndirib. İspan futbolçunun müvafiq açıqlamasını təqdim edirik:

“Barselona”nın bir oyununu da buraxmıram. Fikrimcə, komanda ilə hər şey qaydasında olacaq. Şadam ki, ümumilikdə “Barselona”nın işləri yaxşıdır”, deyə Roberto vurğulayıb.

Xatırladaq ki, “Barselona” İspaniya La Liqasının cari mövsümündə 27 oyuna topladığı 67 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb. Kataloniya təmsilçisi 22 qələbə qazandığı halda 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

“Barselona” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşdığı İngiltərənin “Nyukasl” komandası ilə ilk oyundan da 1:1 hesablı heç-heçə ilə ayrılıb. Cavab qarşılaşması gələn həftə İspaniyada baş tutacaq.

Dieqo Simeone Antuan Qrizmanı təriflədi

14 March 2026 at 12:00

Madrid “Ateltiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in fransalı hücumçusu Antuan Qrizmann haqda qənaətini açıqlayıb.

Arena.az argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Antuan bizim üçün dayaq nöqtəsi, son dərəcədə vacib oyunçudur. Ümidvaram, o, bundan sonra da bunca səmərəli olacaq. Onu çox sevirəm. Ona və ailəsinə ən yaxşısını diləyirəm. O, karyerası üçün nəyin yaxşı olacağına özü qərar verəcək”, deyə Dieqo Simeone vurğulayıb.

“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, San-Sebastyan klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro məbləğ müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 40 oyuna çıxıb, 13 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Onun “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 485 oyun, 211 qol və 97 məhsuldar ötürmə.

Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.

Antuan “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı fransalı hücumçunun transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.

Renat Dadaşov üçün 17-ci qolsuz oyun

14 March 2026 at 11:00

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 25-ci turu çərçivəsində “Termaliça” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə səfərdə üz-üzə gəlib və əzmkar qələbəyə sevinib – 2:1. Renat bu görüşün 75-ci dəqiqəsində meydana buraxılıb. O, 90+5-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

25 turdan sonra 34 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 25 oyunda 8 qələbə qazanıb, 10 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 17 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 41 oyunda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Zamiq Əliyev liderə qarşı 90 dəqiqə oynadı

14 March 2026 at 10:00

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 28-ci turu çərçivəsində lider “Vlajniya” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Əliyev görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Eqnatiya” 28 turdan sonra 50 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Sözügedən komanda 28 oyunda 14 qələbə qazanıb, 8 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. Lider “Vlajniya”nın isə 52 xalı var.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 62 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Premyer Liqa: “İmişli” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı

14 March 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “İmişli” ilə lider “Sabah” arasında təşkil ediləcək. Qubada keçiriləcək oyunun baş hakimi Rauf Cabbarov olacaq.

Turun mərkəzi oyunu da bu gün baş tutacaq. “Zirə” son çempion “Qarabağ”ı qəbul edəcək. Mərkəzi oyunu Fərid Hacıyev idarə edəcək.

Premyer Liqa
24-cü tur
13 mart

“Araz-Naxçıvan” – “Karvan” 2:1
Qollar: Hamidu Keyta, 37. Ba-Muaka Simakala, 40 – Kayl Spens, 51.
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Dalğa Arena”.

“Sumqayıt” – “Şamaxı” 0:1
Qol: Karim Rossi, 78.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

14 mart

15:00. “İmişli” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

19:15. “Zirə” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu.

15 mart

15:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu.

La Liqa: “Vilyarreal” “Alaves”lə səfərdə “sülh bağladı”

14 March 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Alaves” doğma meydanda “Vilyarreal”la üz-üzə gəlib. İki qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

28-ci turun qalan görüşləri martın 14-də, 15-də və 16-da keçiriləcək.

İspaniya, La Liqa
28-ci tur
13 mart

Alaves – Vilyarreal 1:1
Qollar: Marin, 30-öz qapısına – Pepe, 90+8.

14 mart

17:00. Jirona – Atletik
19:15. Atletiko – Xetafe
21:30. Real Ovyedo – Valensiya
00:00. Real – Elçe

15 mart

17:00. Malyorka – Espanyol
19:15. Barselona – Sevilya
21:30. Betis – Selta
00:00. Real Sosyedad – Osasuna

16 mart

00:00. Rayo Valyekano – Levante

A Seriyası: “Torino” “Parma”nı 4 qolla məğlub etdi

14 March 2026 at 01:50

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Torino” doğma meydanda “Parma” ilə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

29-cu turun qalan görüşləri martın 14-də, 15-də və 16-da keçiriləcək.

İtaliya, A Seriyası
29-cu tur
13 mart

Torino – Parma 4:1
Qollar: C.Simeone, 3. E.İlkhan, 55. M.Keyta, 57-öz qapısına. Sapata, 90+1 – Pelleqrino, 20.

14 mart

18:00. İnter – Atalanta
21:00. Napoli – Leççe
23:45. Udineze – Yuventus

15 mart

15:30. Verona – Cenoa
18:00. Piza – Kalyari
18:00. Sassuolo – Bolonya
21:00. Komo – Roma
23:45. Latsio – Milan

16 mart

23:45. Kremoneze – Fiorentina

Liqa 1: Marsel “Olimpik”i “Oser”i tək qolla yendi

14 March 2026 at 01:40

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda Marsel “Olimpik”i doğma meydanda “Oser”lə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə minimal hesabla qalib gəliblər.

26-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək. PSJ – “Nant” matçı isə qeyri-müəyyən vaxta təxirə salınıb.

Fransa, Liqa 1
26-cı tur
13 mart

Olimpik (Marsel) – Oser 1:0
Qol: Quiri, 79.

14 mart

20:00. Loryan – Lans
22:00. Anje – Nitsa
00:05. Monako – Brest

15 mart

18:00. Strasburq – Paris
20:15. Havr – Olimpik (Lion)
20:15. Mets – Tuluza
23:45. Renn – Lill

Bundesliqa: “Borussiya” “Sankt Pauli”ni xalsız yola saldı

14 March 2026 at 01:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

26-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
26-cı tur
13 mart

Borussiya (Mönhenqladbax) – Sankt Pauli 2:0
Qollar: Stoger, 37. Honorat, 63.

14 mart

18:30. Bayer – Bayern
18:30. Borussiya (Dortmund) – Auqsburq
18:30. Ayntraxt – Haydenhaym
18:30. Hoffenhaym – Volfsburq
21:30. Hamburq – Köln

15 mart

18:30. Verder – Maynts
20:30. Frayburq – Union Berlin
22:30. Ştutqart – Leypsiq

Super Liqa: “Fənərbağça”nı məğlub edən tapıldı

14 March 2026 at 01:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Antalyaspor” doğma meydanda “Qaziantep”ə böyük hesabla uduzub. Səfərdə “Karagümrük”lə qarşılaşmış “Fənərbağça” da 2 cavabsız qolla məğlub olub. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyətidir.

26-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edib.

Türkiyə, Super Liqa
26-cı tur
13 mart

Antalyaspor – Qaziantep 1:4
Qollar: Safuri, 90+3 – Bayo, 59; 76. Kozlovski, 65. D.Kamara, 82.

Karagümrük – Fənərbağça 2:0
Qollar: B.Elmaz, 15. Serjinyo, 45+1.

14 mart

14:30. Kocaelispor – Konyaspor
21:00. Qalatasaray – Başakşəhər
21:00. Göztəpə – Alanyaspor
21:00. Trabzonspor – Rizəspor

15 mart

17:00. Kasımpaşa – Eyüpspor
21:00. Gənclərbirliyi – Beşiktaş
21:00. Samsunspor – Kayserispor

“Neftçi” – “Qarabağ” matçı apreldə keçiriləcək – Rəsmi

14 March 2026 at 00:30

Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının keçiriləcəyi tarix və saat bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşma aprelin 30-da “Neftçi Arena”da baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

Xatırladaq ki, “Neftçi” – “Qarabağ” matçı bu il fevralın 21-də keçirilməli idi. Amma Ağdam klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşmalı olduğu İngiltərənin “Nyukasl” komandası ilə oyuna daha yaxşı hazırlaşmaq üçün Azərbaycan derbisinin başqa tarixə keçirilməsini xahiş etmişdi. “Neftçi”nin razılığı və PFL-in rəsmi qərarı nəticəsində görüş qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Hazırda Azərbaycan Premyer Liqasında 22 oyuna 49 xal toplamış Ağdam təmsilçisi yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Paytaxt təmsilçisi isə 31 xalla 7-cidir.

Saşa İliç: “Yenə gənc oyunçulara şans verəcəyik”

13 March 2026 at 23:40

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 24-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb – 0:1.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Digər məğlub olduğumuz matçlara baxanda, bu gün daha yaxşı oynadıq. 9 oyundur qələbə qazana bilməməyimizin səbəbini bilmirəm. Avrokuboklar şansımız azaldığına görə bundan sonrakı oyunlarda akademiyamızın gənc oyunçularına da şans verəcəyik. Strategiyanın klub rəhbərliyi tərəfindən verilməsi normal bir haldır. Nəticə olmadıqda, gənclərə şans verilməsinin tərəfdarıyam. Çempionata yaxşı başlamışdıq. Ancaq daha əvvəldən bilirdik ki, bizə bir müddət sonra yeni futbolçular lazım olacaq. Qış fasiləsi zamanı transfer planlarımız istədiyimiz kimi olmadı. Nəticədə də belə məğlubiyyətlər almağa başladıq”.

İliç mövsümün sonunda “Sumqayıt”dan ayrılmasının mümkünlüyü barədə sualı isə belə cavablandırıb:

“Müqaviləm var. Mən bu barədə düşünməmişəm. “Sumqayıt”ın bu mövsümü layiq olduğu yerlərdə bitirməsinə fokuslanmışam. Mövsümün sonunda bu barədə danışarıq”.

Ayxan Abbasov: “Fasilənin olmasını istəməzdim”

13 March 2026 at 23:20

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 24-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Şamaxı”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Sərt bir qarşılaşma idi. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu atmosferdə oynamaq çempionatımıza rəng qatır. Futbolçularımdan razıyam. Həm gənc futbolçularımızın, həm də legionerlərin komandaya belə xeyir verməyi məni sevindirir. Milli komandaların oyunlarına görə yaranacaq fasiləyə qədər bir oyunumuz qaldı. Yorulmuşuq. Amma istəməzdim fasilə olsun”.

Abbasov klubların tez-tez məşqçi dəyişməsini də tənqid edib:

“Bir klubun inkişafı pillə-pillə omalıdır. Ötən mövsüm əsas oyunçularımızın çoxunu itirdik. Yeni futbolçular gəldilər. Onları da komandada saxlamaq çətin olacaq. Bu gün 90 faiz klub rəhbərləri yerli məşqçinin arxasında dayanmır. Biz nə vaxta kimi özümüzə qiymət verməyəcəyik, gördüyümüz işlər də nəticəsiz qalacaq. Təbii ki, xarici məşqçilər də lazımdır. Ümumiyyətlə, bir çox klub rəhbərləri komandadan getməlidir. Məşqçilərin tez-tez dəyişməsi çarə deyil. Bu gün yerli məşqçilər bir-birinə dəstək verməlidir”.

Before yesterdayARENA.AZ

“Sumqayıt” – “Şamaxı” 0:1 – Video

13 March 2026 at 23:00

Azərbaycan Premyer Liqasının 24-cü turunun “Sumqayıt” – “Şamaxı” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
24-cü tur
13 mart

“Sumqayıt” – “Şamaxı” 0:1
Qol: Karim Rossi, 78.
Sarı vərəqələr: Abdul Raşid Mumini, 18 (qeyri-idman hərəkəti). Emil Mustafayev, 39 (qeyri-idman hərəkəti). Danilo Beskorovaynı, 42 (qeyri-idman hərəkəti) – David Santos, 34 (qeyri-idman hərəkəti). Andrey Tırkovyanu, 40 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 20:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1000 tamaşaçı.

Baş hakim: Cavid Cəlilov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.

Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev (6. Sedrik Badolo, 63), 21. Nihad Əhmədzadə (11. Aleksa Yankoviç, 63), 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende (97. Vüsal Paşayev, 68), 95. Nsana Simon (10. Nikola Ninkoviç, 63), 25. Abdul Raşid Mumini (75. Nadir Orucov, 46).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 37. Nihad Orucəli, 23. Ronaldo Vaskes.
Baş məşqçi: Saşa İliç.

Şamaxı: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov (88. Rodriqo Fernandeş, 90+4), 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu (7. Edqar Adilxanov, 68), 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau (8. Alfons Msanqa, 87), 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Premyer Liqa: “Sumqayıt” “Şamaxı”ya da uduzdu

13 March 2026 at 22:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu görüşü “Sumqayıt”la “Şamaxı” arasında baş tutub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşü Cavid Cəlilov idarə edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Şamaxının eyniadlı təmsilçisi səfərdə minimal hesabla qələbə qazanıb.

Premyer Liqa
24-cü tur
13 mart

“Sumqayıt” – “Şamaxı” 0:1
Qol: Karim Rossi, 78.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 21. Nihad Əhmədzadə, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadjic, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsana Simon, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Saşa İliç.

Şamaxı: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkovyanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

“Araz-Naxçıvan” – “Karvan” 2:1 – Video

13 March 2026 at 22:00

Azərbaycan Premyer Liqasının 24-cü turunun “Araz-Naxçıvan” – “Karvan” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Mərdəkanda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
24-cü tur
13 mart

“Araz-Naxçıvan” – “Karvan” 2:1
Qollar: Hamidu Keyta, 38. Ba-Muaka Simakala, 40 – Kayl Spens, 51.
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 14 (qeyri-idman hərəkəti). Ba-Muaka Simakala, 17 (qeyri-idman hərəkəti). Coşqun Diniyev, 87 (qeyri-idman hərəkəti) – Uğur Cahangirov, 76 (hakimin qərarına etiraz). Əmrah Bulud, 76 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 18:30. “Dalğa Arena”, 70 tamaşaçı.

Baş hakim: Kamranbəy Rəhimov.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Kərim Zeynalov.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 17. İssuf Paro (77. Bruno Franko, 72), 23. Nuno Rodriqes (19. Bar Kohen, 86), 10. Felipe Santos, 11. Ba-Muaka Simakala (16. Ramon Maçado, 86), 7. Hamidu Keyta.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 33. Elmir Cəfərov.
Baş məşqçi: Andrey Demçenko.

Karvan: 99. Pedro Mateus, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli (7. Araz Abdullayev, 82), 5. Emin Rüstəmov (8. Peter Kinqs, 90), 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens (14. Uğur Cahangirov, 74), 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Demçenko: “Oyundan oyuna daha yaxşı oluruq”

13 March 2026 at 21:30

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 24-cü turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Demçenko qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissə bizim üçün daha uğurlu keçdi. İki baxımlı qol vurduq. İkinci hissədə isə səhvimizdən qol buraxdıq. Belə oyunda vacib olan nəzarəti əldə saxlamaq və qələbə hesabını qorumaqdır.

İkinci hissədə də yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Futbolda vurmursansa, sənin qapına qol vuracaqlar. Matçın sonları bizim üçün daha gərgin keçdi.

Fikrimcə, oyundan oyuna daha yaxşı oluruq. Çünki futbolçular məşqçilərin onlardan nə istədiklərini başa düşür, verilənləri yerinə yetirməyə çalışırlar”.

Füzuli Məmmədov: “Ən azı uduzmamaq istəyirdik”

13 March 2026 at 21:00

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 24-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Yevlax təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Füzuli Məmmədov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna çox ciddi hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Düşünürdük ki, ən azından məğlub olmarıq. Birinci hissədə iki səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. İkinci yarıda daha aqressiv oynadıq. Bir qol vurduq. İkinci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik. İkinci hissədə irəlidə oynadıq. “Araz-Naxçıvan” kimi komandaya 2-3 qol vurmaq çətindir. Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Premyer Liqa: “Karvan” “Araz”a da uduzdu

13 March 2026 at 20:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Araz-Naxçıvan” “Karvan”la üz-üzə gəlib.

“Dalğa Arena”da keçirilmiş oyunun baş hakimi Kamranbəy Rəhimov olub. Üç qolluq matçda Naxçıvan təmsilçisi qələbə qazanıb.

Premyer Liqa
24-cü tur
13 mart

“Araz-Naxçıvan” – “Karvan” 2:1
Qollar: Hamidu Keyta, 37. Ba-Muaka Simakala, 40 – Kayl Spens, 51.
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Dalğa Arena”.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 33. Elmir Cəfərov, 16. Ramon Maçado, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Karvan: 99. Pedro Mateus, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 8. Peter Kinqs, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Xosep Qvardiola – Premyer Liqada fevralın ən yaxşısı!

13 March 2026 at 20:00

“Mançester Siti”yə rəhbərlik edən ispan mütəxəssis Xosep Qvardiola İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

“Şəhərlilər” fevralda Premyer Liqada keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib.

Qvardiola bu mükafatı 12-ci dəfə qazanıb. O, hazırda “Everton”u çalışdıran Devid Moyesi (11 dəfə) üstələyib. “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson (27 dəfə) bu göstəricidə birinci yerdə qərarlaşıb. “Arsenal”da işləmiş Arsen Venger (15 dəfə) ikincidir.

Cari mövsümdə ilk belə mükafat “Liverpul”un sabiq çalışdırıcısı Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda “Mançester Yunayted”ə rəhbərlik etmiş Ruben Amorim, noyabrda “Çelsi”ni çalışdırmış Entso Mareska, dekabrda “Aston Villa”nın çalışdırıcısı Unai Emeri, yanvarda isə “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Maykl Karrik ən yaxşı seçilmişdi.

55 yaşlı Xosep Qvardiola “Mançester Siti”yə 2016-cı ilin yayından rəhbərlik edir. O, “şəhərlilər”i indiyə qədər 579 oyuna çıxarıb, 414 qələbə, 74 heç-heçə və 91 məğlubiyyət görüb.

Qvardiola “Mançester Siti” ilə bütün mümkün titulları qazanıb. O, daha öncə “Barselona” və “Bayern”ə də rəhbərlik edib.

Antuan Semenyo – Premyer Liqada fevralın ən yaxşısı!

13 March 2026 at 19:00

“Mançester Siti”nin cinah hücumçusu Antuan Semenyo İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

26 yaşlı futbolçu ötən ay İngiltərə çempionatında 5 oyuna çıxıb. O, bu matçlarda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Mükafata Semenyonun komanda yoldaşı Niko ORayli, həmçinin Benyamin Şeşko (“Mançester Yunayted”), Viktor Dyökereş (“Arsenal”), Danqo Uattara (“Brentford”) və Vircil van Deyk (“Liverpul”) də namizəd idilər.

Semenyo karyerasında ilk dəfə Premyer Liqada ayın ən yaxşı oyunçusu mükafatını qazanıb.

Xatırladaq ki, Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda “Mançester Siti”nin hücumçusu Erlinq Haland, oktyabrda “Mançester Yunayted”in forvardı Brayan Mbömo, dekabrda “Lids”də çıxış edən Dominik Kalvert-Lyuin, yanvarda isə İqor Tyaqo (“Brentford”) bu ada layiq görülmüşdü.

Qana millisinin də üzvü olan Antuan Semenyo “Mançester Siti”yə bu ilin qışında “Bornmut”dan 72 milyon avro müqavilində keçib. Onun Mançester klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi var.

Semenyo “şəhərlilər”in heyətində 14 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Antuan Semenyo İngiltərədə dünyaya göz açıb. O, peşəkar karyerasına yetirməsi olduğu “Bristol Siti”də başlayıb. Semenyo “Bat Siti”, “Nyuport Kaunti” və “Sanderlend” klublarında icarədə də oynayıb. “Bornmut” onu 2023-cü ilin yanvarında 10,25 milyon avro müqabilində heyətinə qatmışdı.

Semenyo 2022-ci ilin iyun ayında Qana milli komandasında debüt matçına çıxıb. İndiyə qədər yığmada 32 matç keçirmiş futbolçu 3 qol vurub, 1 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Birinci Liqa: “Zaqatala” “Cəbrayıl”a məğlub oldu

13 March 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Cəbrayıl” “Zaqatala” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Birinci Liqa
18-ci tur
11 mart

“Şimal” – “Şəfa” 0:2
Qollar: Emin Zamanov, 57. İbrahim Əliyev, 89.
Hakimlər: Elvin Bayramov, Samir Qaracayev, Rəşad Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

12 mart

“Şahdağ Qusar” – MOİK 1:1
Qollar: Elşən Veysov, 40 – Seyxan Fərəcov, 90+4-pen.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Difai” – “Baku Sportinq” 1:3
Qollar: Kristian Kamta, 43-pen – Xəyyam Məmmədli, 15. Elşad Tağıyev, 50. Pablo Enrike Alveş, 62-pen.
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağsu şəhər stadionu, 15:00.

“Mingəçevir” – “Səbail” 0:1
Qol: Qurban Səfərov, 45.
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

13 mart

“Cəbrayıl” – “Zaqatala” 1:0
Qol: Dileyn Açimi, 80.
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

ABL: “Quba” “Lənkəran”a qalib gəldi

13 March 2026 at 17:00

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 19-cu turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

B qrupunda yer almış “Quba” komandası səfərdə “Lənkəran”la üz-üzə gəlib. Lənkəran Olimpiya İdman Kompleksində gerçəkləşmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 94:88.

Tura martın 15-də yekun vurulacaq. Daha əvvəl “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67) məğlub edib.

A qrupu: Sabah – 35. Abşeron Lions – 34. Neftçi – 27. Gəncə – 26. NTD – 20. Şəki – 20.

B qrupu: Ordu – 36. Naxçıvan – 34. Sərhədçi – 26. Sumqayıt – 26. Quba – 26. Lənkəran – 23.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Pablo Barrios məşqdə zədələndi

13 March 2026 at 16:00

Madrid “Atletiko”sunun ispaniyalı mərkəz yarımmüdafiəçisi Pablo Barrios komandasının son məşqlərinin birində zədələnib.

Arena.az AS nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi məşq zamanı əzələ ağrısı hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.

O, ötən ay, İspaniya Kubokunda “Betis”lə matçda da zədə almışdı. Futbolçunun bərpa müddəti və sıraya dönmə tarixi açıqlanmır.

Pablo Barrios karyerasının ilk illərində “Moratalaz” və Madrid “Real”ının futbol akademiyalarında da çıxış edib. 2017-ci ildən Madrid “Atletiko”sunun sıralarında olan yarımmüdafiəçi 2022-ci ildə əsas komandaya cəlb olunub. O, cari mövsümdə meydana çıxdığı 33 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Barrios “Atletiko”nun heyətində bütövlükdə 138 oyun keçirib, 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

İspaniyanın U-19, U-21 və Olimpiya yığmalarında da oynamış Barrios, 2024-cü ilin noyabrında əsas millidə debüt edib. O, yığmanın heyətində 4 oyun keçirib.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Kris Kuaku “Qarabağ”ı Norveç klubuna dəyişdi

13 March 2026 at 15:00

“Qarabağ” dayaq yarımmüdafiəçisi Kris Kuaku ilə bağlı Norveçin yüksək liqa təmsilçisi “Sarpsborq” klubu ilə razılığa gəlib.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, 26 yaşlı yarımmüdafiəçi artıq yeni klubunun düşərgəsində tibbi müayinədən keçib. O, “Sarpsborq”la 2,5 illik rəsmi müqaviləyə imza atıb.

Xatırladaq ki, Kris Kuaku 2025-ci ilin yayında Portuqaliyanın “Mafra” klubundan 300 min avro müqabilində “Qarabağ”ya transfer olunmuşdu. Kot-d’İvuardan olan futbolçu Ağdam klubunun heyətində cəmi 19 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Ağdam klubu futbolçuya bu komandada çıxış etdiyi müddətdə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Kuaku peşəkar karyerasına Tunisin “Sfaksen” klubunda başlayıb. 26 yaşlı futbolçu daha sonra “Midtyulland”ın və “Mafra”nın uğurları üçün çalışıb.

Futzal: Azərbaycan Kubokunda 1/4 finalın təyinatları açıqlandı

13 March 2026 at 14:00

Futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı açıqlama yayıb.

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün oyunalrı martın 15-də “Olimpik Star”da təşkil ediləcək.

Azərbaycan Kuboku
1/4 final
15 mart

Lənkəran – Baku Fire
Hakimlər: İmran Məhərrəmov, Hidayət Feyzullayev, Elgün Hüseynov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 14:00.

U-19 – PFL
Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Xan-Lənkəran – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Kənan Məlikov, Nihad Bağırov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 18:00.

STAR karqo – Neftçi İK
Hakimlər: Hikmət Qafarlı, Mahir Məmmədov, Hacıəli Ağayev.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 20:00.

Matis Tel Tomas Frankı tənqid etdi

13 March 2026 at 13:00

İngiltrənin “Tottenhem” komandasının hücumçusu Matis Tel “mahmızlar”ın keçmiş baş məşqçisi Tomas Frankı tənqid edib.

Arena.az 20 yaşlı fransalı mərkəz hücumçunun 52 yaşlı danimarkalı mütəxəssis haqqındakı müvafiq fikrini təqdim edir:

“Tomasla, komandadakı roluma dair fikir ayrılıqlarım vardı və bu, ona xoş gəlmirdi. Amma o, vəziyyəti təshih etmək üçün hətta cəhd belə, etmirdi. Ehtiyat oyunçular skamyasında tez-tez oturmağımın səbəbini analmırdım”, deyə Matis Tel ürəyini boşaldıb.

Xatırladaq ki, Tomas Frank 2025-ci ilin iyulundan “Tottenhem”ə rəhbərlik edirdi. London təmsilçisi onun rəhbərliyi altında 38 oyun keçirib. Komanda bu görüşlərdə 13 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət görüb. O, bu ilin fevralında vəzifəsindən kənarlaşdırılıb.

Cari mövsümdə bərbad nəticələri ilə gündəmdə olan “Tottenhem” Tomas Frankı İqor Tudorla əvəz edib. Amma Tudorun gəlişindən sonra da komanda özünə gələ bilmir. London təmsilçisi hazırda 29 oyuna topladığı 29 xalla Premyer Liqanın yarış cədvəlində 16-cı pillədə qərarlaşıb.

Federiko Valverde: “Həmişə var gücümü ortaya qoymağa çalışıram”

13 March 2026 at 12:00

Futbol üzrə Uruqvay millisinin yarımmüdafiəçisi Federiko Valverde Madrid “Real”ının heyətindəki rolundan söhbət açıb.

Arena.az uruqvaylı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Məşqçinin və ya məşqçi heyətinin fikirlərinə uyğunlaşmağa həmişə çalışıram. Bir çox mövqelərdə oynamışam, heç də həmişə yarımmüdafiədə deyil. Amma həmişə öz töhfəmi verməyə, bütün güc-qüvvəmi ortaya qoymağa çalışıram”, deyə “Fede” vurğulayıb.

Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. O, karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb. Valverdenin “kral klubu” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 39 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 362 oyun, 38 qol, 43 məhsuldar ötürmə.

Valverde “kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2023/2024), FIFA Klub Dünya Kubokunun (2018, 2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 71 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Kuman De Yonqun zədələnməsini şərh etdi

13 March 2026 at 11:00

Niderland yığmasının baş məşqçisi Ronald Kuman “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun zədələnməsini şərh edib.

Arena.az niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Frenki təxminən altı həftəlik müddətə sıradan çıxıb. Bəzən hətta düşünürəm ki, zədələr yaxşılığadır. Axı bu, oyunçulara istirahət imkanı verir”, deyə Kuman vurğulayıb.

Xatırladaq ki, Frenki de Yonq komandasının məşqi zamanı zədələnib. Tibbi müayinə 28 yaşlı niderlandlı futbolçunun budunun arxa əzələsində yırtıq olduğunu üzə çıxarıb. Onun azı bir ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanmışdı.

Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyul ayında “Barselona” 86 milyon avro məbləğ müqabilində De Yonqu “blauqrana”nın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

De Yonq cari mövsümdə “Barselona”nın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib.

De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 290 oyun, 20 qol, 30 məhsuldar ötürmə.

Frenki de Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 64 oyuna çıxıb, 2 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Qrem Potter 2030-cu ilə qədər İsveç millisində!

13 March 2026 at 10:00

İsveç Futbol Assosiasiyası bu ölkənin milli komandasının baş məşqçisi Qrem Potter ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İngilis mütəxəssisin yeni sözləşməsi 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Qrem Potter 2025-ci ilin oktyabr ayından İsveç millisini çalışdırır. Komanda Potterin rəhbərliyi altında cəmi 2 oyuna çıxıb və 1 heç-heçə, 1 məğlubiyyət görüb.

Xatırladaq ki, İsveç milli komandası DÇ-2026-nın seçmə mərhələsinin pley-offunun yarımfinalında Ukrayna yığması ilə üz-üzə gələcək. Bu matçın qalibi Polşa – Albaniya cütünün qalibi ilə qarşılaşacaq.

Qrem Potter məşqçilik fəaliyyətinə 2008-ci ildə “Lids Karnegi”də başlayıb. Ardınca ingilis mütəxəssis “Östersund”, “Suonsi Siti” və “Brayton”u çalışdırıb. Potterin məşqçilik fəaliyyətinin zirvəsi isə 2022-ci ilin sentyabrında qəbul etdiyi “Çelsi” ilə əməkdaşlığa təsadüf edir. O, İsveç millisindən öncə İngiltərədə “Vest Hem”i də çalışdırıb.

Potterin məşqçilik qənimətləri rəfində “Östersund”la qazandığı İsveç kuboku var.

Premyer Liqa: “Araz” “Karvan”a, “Sumqayıt” “Şamaxı”ya qarşı

13 March 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Araz-Naxçıvan” “Karvan”la üz-üzə gələcək. “Dalğa Arena”da keçiriləcək oyunun baş hakimi Kamranbəy Rəhimov olacaq.

Günün digər oyunu “Sumqayıt”la “Şamaxı” arasında baş tutacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşü Cavid Cəlilov idarə edəcək.

Premyer Liqa
24-cü tur
13 mart

18:30. “Araz-Naxçıvan” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Dalğa Arena”.

20:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

14 mart

15:00. “İmişli” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

19:15. “Zirə” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu.

15 mart

15:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu.

“Samsunspor” Konfrans Liqasında 1/8 finala uğursuz başladı

13 March 2026 at 02:00

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Samsunspor” İspaniyanın “Rayo Valyekano” komandasını qəbul edib. Super Liqa klubu ilk oyunda məğlubiyyətə üzülüb və mərhələ adlamaq şanslarını azaldıb.

İtaliyanın “Fiorentina” komandası Polşanın “Rakuv” kollektivinin müqavimətini çətinliklə qırıb.

Almaniya təmsilçisi “Maynts” səfərdə “Siqma” ilə bacarmayıb. Fransanı “Strasburq” kollektivi isə “Riyeka”nı səfərdə məğlub edib.

Konfrans Liqası
1/8 finalın ilk oyunları
12 mart

Samsunspor (Türkiyə) – Rayo Valyekano (İspaniya) 1:3
Qollar: Marius, 21 – Alemao, 15; 78. A.Qarsiya, 40.

Riyeka (Xorvatiya) – Strasburq (Fransa) 1:2
Qollar: Maystoroviç, 76 – Panikelli, 2. Qodo, 72.

Alkmar (Alkmaar, Niderland) – Sparta (Çexiya) 2:1
Qollar: Parrott, 29; 87 – Voyta, 50.

Lex (Polşa) – Şaxtyor (Ukrayna) 1:3
Qollar: İshak, 70 – M.Qomes, 36. Neverton, 48. İ.Silva, 85.

Kristal Pelas (İngiltərə) – AEK (Larnaka, Kipr) 0:0

Siqma (Çexiya) – Maynts (Almaniya) 0:0

Fiorentina (İtaliya) – Rakuv (Polşa) 2:1
Qollar: Ndur, 62. Qudmundsson, 90+3-pen – Brunes, 60.

Çelye (Sloveniya) – AEK (Yunanıstan) 0:4
Qollar: Varqa, 3. Koita, 33. Qaçinoviç, 36. Mukudi, 49.

Avroliqa: Almanlar 1/8 finala uğursuz başladılar

13 March 2026 at 01:55

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyunların hamısı eyni günə təsadüf edib.

İngiltərə təmsilçilərindən “Aston Villa” Fransada “Lill”ə tək qolla qalib gəlib. “Nottingem Forest” isə evdə Danimarkanın “Midtyulland” kollektivinə oxşar hesabla məğlub olub.

1/8 finalda İtaliya təmsilçiləri “Bolonya” və “Roma” münasibətlərə aydınlıq gətiriblər. Bu görüşdə qalib müəyyənləşməyib. İspaniya təmsilçisi “Selta” ilə Lion “Olimpik”i (Fransa) arasındakı ilk görüşdə də qalib müəyyənləşməyib. “Ştutqart” evdə “Portu”ya uduzubsa, Almaniyanın digər təmsilçisi “Frayburq” da səfərdə “Genk”ə məğlub olub.

Avroliqada 1/8 finalın cavab oyunları gələn həftə keçiriləcək.

Avropa Liqası
1/8 finalın ilk oyunları
12 mart

Lill (Fransa) – Aston Villa (İngiltərə) 0:1
Qol: O.Uoktins, 61.

Ştutqart (Almaniya) – Portu (Portuqaliya) 1:2
Qollar: Undav, 40 – Moffi, 21. Mora, 27.

Bolonya (İtaliya) – Roma (İtaliya) 1:1
Qollar: Bernardeski, 50 – Pelleqrini, 71.

Panatinaikos (Yunanıstan) – Betis (İspaniya) 1:0
Qol: Taborda, 88-pen.

Selta (İspaniya) – Olimpik (Lion, Fransa) 1:1
Qollar: Rueda, 25 – Endrik, 87.

Nottingem Forest (İngiltərə) – Midtyulland (Danimarka) 0:1
Qol: Ço, 80.

Genk (Belçika) – Frayburq (Almaniya) 1:0
Qol: Əl-Uahdi, 24.

Ferentsvaroş (Macarıstan) – Braqa (Portuqaliya) 2:0
Qollar: Kaniçovski, 32. Jozef, 69.

Federiko Valverde – ÇL-də həftənin ən yaxşı oyunçusu!

12 March 2026 at 23:55

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/26 mövsümünün 1/8 final mərhələsinin ilk matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.

Arena.az xəbər verir ki, Madrid “Real”ının uruqvaylı futbolçusu Federiko Valverde bu həftənin ən yaxşısı seçilib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğuda Maykl Olise (“Bayern”), Xulian Alvares (“Atletiko”, Madrid) və Xviça Kvaratsxeliyanı (PSJ) qabaqlayıb.

Xatırladaq ki, Valverde “Real”ın doğma meydanda “Mançester Siti”ni (İngiltərə) məğlub etdiyi oyunda İspaniya komandasına qələbə qazandıran (3:0) hər 3 qolun müəllifi olub.

Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. O, karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb. Valverdenin “kral klubu” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 39 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 362 oyun, 38 qol, 43 məhsuldar ötürmə.

Valverde “kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2023/2024), FIFA Klub Dünya Kubokunun (2018, 2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 71 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

“Karvan”ın 3 legioneri milli komandalara çağırıldı

12 March 2026 at 23:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Karvan”ın 3 legioneri ölkələrinin milli komandalarına dəvət olunub.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Samuel Durant Şri-Lanka, Coy Sleyd Mikels Ruanda, Pedro Mateus isə San Tome və Prinsipi milli komandalarına çağırılıb.

Şri-Lanka millisi martın 31-də Asiya kubokunun seçmə mərhləsinin 3-cü turu çərçivəsində səfərdə Çin Taypeyi ilə qarşılaşacaq.

Ruanda milli komandası martın 27-də “FİFA Series – 2026” turniri çərçivəsində Qrenada yığması ilə üz-üzə gələcək.

San Tome və Prinsipi millisi isə Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Efiopiya yığmasını qəbul edəcək.

Xatırladaq ki, “Karvan” bu mövsümdən mübarizə apardığı Azərbaycan Premyer Liqasının yarış cədvəlində aşkar autsayderdir. Yevlax təmsilçisi 23 oyuna topladığı 8 xalla 12 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Birinci Liqa: “Mingəçevir” “Səbail”ə məğlub oldu

12 March 2026 at 22:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Şahdağ Qusar” – MOİK matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Baku Sportinq” səfərdə “Difai”yə qalib gəlibsə, “Səbail” də “Mingəçevir”i minimal hesabla üstələyib.

18-ci tura martın 13-də keçiriləcək “Cəbrayıl” – “Zaqatala” oyunu ilə yekun vurulacaq.

Birinci Liqa
18-ci tur
11 mart

“Şimal” – “Şəfa” 0:2
Qollar: Emin Zamanov, 57. İbrahim Əliyev, 89.
Hakimlər: Elvin Bayramov, Samir Qaracayev, Rəşad Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

12 mart

“Şahdağ Qusar” – MOİK 1:1
Qollar: Elşən Veysov, 40 – Seyxan Fərəcov, 90+4-pen.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Difai” – “Baku Sportinq” 1:3
Qollar: Kristian Kamta, 43-pen – Xəyyam Məmmədli, 15. Elşad Tağıyev, 50. Pablo Enrike Alveş, 62-pen.
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağsu şəhər stadionu, 15:00.

“Mingəçevir” – “Səbail” 0:1
Qol: Qurban Səfərov, 45.
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

13 mart

“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

ABL: “Ordu” və “Naxçıvan” qələbə qazandılar

12 March 2026 at 21:00

Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 19-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki görüş B qrupu çərçivəsində keçirilib. Görüşlərdən biri Sumqayıt Olimpiya İdman Kompleksində, digəri Bakı İdman Mərkəzində baş tutub. Bu matçlarda “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” isə “Sərhdəçi”ni (83:67) məğlub edib.

Tura martın 15-də yekun vurulacaq.

A qrupu: Sabah – 35. Abşeron Lions – 34. Neftçi – 27. Gəncə – 26. NTD – 20. Şəki – 20.

B qrupu: Ordu – 36. Naxçıvan – 34. Sərhədçi – 26. Sumqayıt – 26. Quba – 24. Lənkəran – 22.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Yüksək Liqa: “Neftçi”dən çətin, “Araz”dan asan qələbə

12 March 2026 at 20:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə “Olimpik Star”da baş tutub.

İlk qarşılaşmada lider “Neftçi” ilə medallara iddialı “Baku Fire” qarşılaşıblar. 8 qolluq görüş “Neftçi”nin qələbəsiylə yekunlaşıb.

“Araz-Naxçıvan” U-19-la oyundan qalib ayrılıb. “Şuşa” isə “Lənkəran” üzərində darmadağına sevinib.

Yüksək Liqa
14-cü tur
12 mart

Neftçi İK – Baku Fire 5:3
Qollar: Lukas Ramos, 10:42. Qustavo Rodriqes, 14:14; 36:20. Yaqo Henrike, 27:15. Allef Mayolli, 30:35 – Oqtay Rüstəmli, 3:25. Novruz Kazıxanov, 15:38. Fərid Abbasov, 19:58.
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

U-19 – Araz-Naxçıvan 0:13
Qollar: Amirhosseyn Rasuli, 0:43; 13:24; 28:46. Alleks Rezende, 7:30; 14:01; 15:13; 20:47. Ədalət Ələkbərov, 10:47. Aleksanderson Teyşeyra, 21:19. Elan Delon, 25:13; 33:11. Felipe Lima, 27:38. Karlos Perreyra, 29:57.
Hakimlər: Hidayət Feyzullayev, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Şuşa – Lənkəran 14:1
Qollar: Namiq Məmmədkərimov, 3:35; 15:28; 30:24; 32:37. Vladislav Vorobyev, 6:37. Sadeq Javiditavar, 10:13; 20:33; 29:40; 34:41; 38:07. Adil İsmayılov, 25:00. Ümid Qəhrəmanov, 26:14. Anar İsayev, 35:11; 37:53 – Zöhrab Quluşev, 19:34.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Xallar: Neftçi İK – 37. Araz-Naxçıvan – 37. Baku Fire – 26. Şuşa – 18. U-19 – 6. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”), Sadeq Caviditavar (“Şuşa”) – 21 qol.

Yüksək Liqa: “Abşeron”la “Turan”dan qələbə

12 March 2026 at 19:00

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 17-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Hər iki matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

Əvvəlcə “Abşeron” “Gənclər”i 3:0 (25:19, 25:20, 25:17) hesabı ilə məğlub edib. Ardınca isə “Turan” “Azərreyl”i 3:0 (25:14, 25:22, 25:18) hesabı ilə üstələyib.

Xatırladaq ki, ötən gün “DH Volley” UNEC-i (3:0), “Milli Aviasiya Akademiyası” “Gəncə”ni (3:2) məğlub etmişdi.

Yüksək Liqa
17-ci tur
12 mart

“Abşeron” – “Gənclər” 3:0 (25:19, 25:20, 25:17)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

“Azərreyl” – “Turan” 0:3 (14:25, 22:25, 18:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

Xallar: Turan – 42. DH Volley – 37. Milli Aviasiya Akademiyası – 30. Gəncə – 25. UNEC – 23. Abşeron – 20. Azərreyl – 18. Murov – 9. Gənclər – 0.

Nadir Nəbiyev “Şəfa”da – Rəsmi

12 March 2026 at 18:00

Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Nadir Nəbiyev “Şəfa” klubunun akademiya rəhbəri vəzifəsinə təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, millimizin sabiq hücumçusu bundan sonra Birinci Liqa təmsilçisinin uğurları üçün çalışacaq.

Xatırladaq ki, Nadir Nəbiyev peşəkar futbolçu kimi “Neftçi”, “Turan” və “Xəzər Lənkəran” klublarının heyətində çıxış edib. O, son illərdə “Turan Tovuz” klubunun futbol akademiyasına rəhbərlik edirdi.

AÇ-2026: Millimiz Belçikaya 11 cavabsız qolla məğlub oldu

12 March 2026 at 17:00

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2026) seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer almış yığmamız Belçikanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib.

Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubec” stadionunda keçirilmiş görüşü Ukrayna və Sloveniyadan olan hakimlər briqadası idarə edib. Qarşılaşma rəqibin 11:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda Farer adaları yığması Sloveniya millisini 4:0 hesabıylü üstələyib.

Millimiz qrupdakı növbəti matçını Sloveniya yığmasına qarşı keçirəcək. Bu görüş martın 15-də baş tutacaq.

AÇ-2026-nın seçmə mərhələsi
B Liqası, 3-cü qrup
12 mart

Belçika – Azərbaycan 11:0
Baş hakim: Veronika Vasilçenko (Ukrayna).
Baş hakimin köməkçiləri: İrina Qoliyak (Ukrayna), Kaya Şkrban (Sloveniya).
Dördüncü hakim: Tayda Qlebeç (Sloveniya).
“Matiya Qubec” stadionu, Krşko. Saat 15:00.

DÇ-2026 İransız keçiriləcək

12 March 2026 at 16:00

Futbol üzrə İran yığma komandası bu il keçiriləcək dünya çempionatının (DÇ-2026) final mərhələsində iştirak etməyəcək.

Arena.az xəbər verir ki, İranın idman naziri Əhməd Dünyamalı milli komandanın dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb:

“Korrupsiyalaşmış hökumət liderimizi öldürdükdən sonra dünya çempionatında iştirak etməyimizə imkan verən heç bir səbəb yoxdur. İrana qarşı edilən düşmənçilik hərəkətləri nəzərə alınmaqla, səkkiz ay ərzində bizə qarşı iki müharibə edildi və bir neçə min vətəndaşımız öldürüldü. Bu səbəbdən, belə bir tədbirdə iştirak etmək məqsədəuyğun deyil”, – deyə nazir DPA-ya verdiyi müsahibədə bildirib.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp İran yığmasının mundialda iştirakını arzuolunmaz hesab edir. O, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb:

“İranın futbol yığması dünya çempionatına dəvət olunub, lakin mən hesab edirəm ki, onların orada iştirakı öz həyatları və təhlükəsizlikləri baxımından məqsədəuyğun deyil. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm”, – Tramp bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İrana qarşı hərbi əməliyyata başlayıb. Ölkədəki hərbi obyektlərə və şəhərlərə hava və raket zərbələri endirilib.

DÇ-2026-nın final mərhələsi bu il 11 iyun – 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada keçiriləcək. İran yığması Belçika, Misir və Yeni Zelandiya milli komandaları ilə bir qrupda yer alıb.

Yüksək Liqa: Pley-off matçlarının vaxtı bəlli oldu

12 March 2026 at 15:00

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) pley-off mərhələlərinin başlayacağı tarix bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qadın komandalar arasında pley-off mərhələsinin oyunlarına martın 27-də start veriləcək. Kişilərin yarışında isə bu mərhələ aprelin 6-da başlayacaq.

Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları aprelin 18-19-da keçiriləcək.

Qeyd edək ki, Yüksək Liqanın pley-off və yarımfinal oyunları 2 matçdan (ev-səfər) ibarət olacaq. İki görüşün yekununda komandaların qələbələri bərabər olarsa, “qızıl” set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun baş tutacaq.

Premyer Liqa: 24-cü turun bütün təyinatları açıqlandı

12 March 2026 at 14:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

“Qəbələ” – “Neftçi” matçını FIFA referisi Elçin Məsiyev idarə edəcək. “Zirə” – “Qarabağ” qarşılaşmasında isə Fərid Hacıyev söz sahibi olacaq.

Premyer Liqa
24-cü tur
13 mart

18:30. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Dalğa Arena”.

20:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

14 mart

15:00. “İmişli” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

19:15. “Zirə” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu.

15 mart

15:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu.

Tyaqo Pitarç – “Real”ın ÇL-də yeni rekordçusu!

12 March 2026 at 13:00

İspaniyalı futbolçu, 18 yaşlı yarımmüdafiəçi Tyaqo Pitarç İspaniyanın “Real” (Madrid) klubunun tarixinə düşüb.

Arena.az xəbər verir ki, gənc futoblçu buna İngiltərənin “Mançester Siti” komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda start heyətində meydana çıxmaqla nail olub.

Pitarç qarşılaşma vaxtı 18 yaş 220 günündə olub. Bu isə onu ÇL-in pley-off mərhələsində Madrid təmsilçisi üçün ilk “11-lik”də matça başlamış ən gənc ispan futbolçu edib.

Tyaqo Pitarç “kral klubu”nun əfsanəvi oyunçusu Raul Qonsalesin rekordunu qırıb. Sabiq hücumçu 1996-cı ildə 18 yaş 253 günündə “Yuventus”la ÇL görüşündə iştirak edib.

Xatırladaq ki, “Real” “Mançester Siti”ni ilk oyunda 3 cavabsız qolla üstələyib. Tərəflər arasındakı cavab qarşılaşması gələn həftə keçiriləcək.

Yüksək Liqa: Bu gün 14-cü turun oyunları keçiriləcək

12 March 2026 at 12:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə “Olimpik Star”da baş tutacaq.

İlk qarşılaşmada lider “Neftçi” ilə medallara iddialı “Baku Fire” qarşılaşacaqlar.

Yüksək Liqa
14-cü tur
12 mart

Neftçi İK – Baku Fire
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

U-19 – Araz-Naxçıvan
Hakimlər: Hidayət Feyzullayev, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Şuşa – Lənkəran
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Xallar: Neftçi İK – 34. Araz-Naxçıvan – 34. Baku Fire – 26. Şuşa – 15. U-19 – 6. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”) – 21 qol. Allef Mayolli (“Neftçi” İK) – 19 qol.

Konfrans Liqası: “Samsunspor” “Rayo Velyekano”ya qarşı

12 March 2026 at 11:00

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Samsunspor” İspaniyanın “Rayo Valyekano” komandasını qəbul edəcək.

İtaliyanın “Fiorentina” komandası Polşanın “Rakuv” kollektivinin müqavimətini qırmağa çalışacaq.

Konfrans Liqası
1/8 finalın ilk oyunları
12 mart

21:45. Samsunspor (Türkiyə) – Rayo Valyekano (İspaniya)
21:45. Riyeka (Xorvatiya) – Strasburq (Fransa)
21:45. Alkmar (Alkmaar, Niderland) – Sparta (Çexiya)
21:45. Lex (Polşa) – Şaxtyor (Ukrayna)
00:00. Kristal Pelas (İngiltərə) – AEK (Larnaka, Kipr)
00:00. Fiorentina (İtaliya) – Rakuv (Polşa)
00:00. Siqma (Çexiya) – Maynts (Almaniya)
00:00. Çelye (Sloveniya) – AEK (Yunanıstan)

Avroliqa: 1/8 final mərhələsinə start verilir

12 March 2026 at 10:00

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edəcək.

İngiltərə təmsilçilərindən “Aston Villa” Fransada “Lill”lə, “Nottingem Forest” evdə Danimarkanın “Midtyulland” kollektivi ilə üz-üzə gələcək.

1/8 finalda İtaliya təmsilçiləri “Bolonya” və “Roma” münasibətlərə aydınlıq gətirəcəklər.

Avropa Liqası
1/8 finalın ilk oyunları
12 mart

21:45. Lill (Fransa) – Aston Villa (İngiltərə)
21:45. Ştutqart (Almaniya) – Portu (Portuqaliya)
21:45. Bolonya (İtaliya) – Roma (İtaliya)
21:45. Panatinaikos (Yunanıstan) – Betis (İspaniya)
00:00. Selta (İspaniya) – Olimpik (Lion, Fransa)
00:00. Nottingem Forest (İngiltərə) – Midtyulland (Danimarka)
00:00. Genk (Belçika) – Frayburq (Almaniya)
00:00. Ferentsvaroş (Macarıstan) – Braqa (Portuqaliya)

Quti və Benzema “Real”ın problemlərini açıqladılar

12 March 2026 at 09:00

“Real”ın keçmiş yarımmüdafiəçisi Quti “qaymaqlılar”ın baş məşqçisi Alvaro Arbelonın düşdüyü vəziyyəti şərh edib.

Arena.az ispaniyalı keçmiş futbolçunun həmyerlisi barədə müvafiq fikrini təqdim edir:

“Alvaro “zəhərli konfet” alıb. Onu mövsümün ortasında, çoxlu zədəli futbolçunun olduğu komandaya dəvət ediblər. Müvafiq şərtlərdə özünü göstərmək mümkünsüzdür. Buna rəğmən, Alvaronun yaxşı tanıyıram və ümidvaram, lazımı alətləri olmasa belə, nəsə ərsəyə gətirəcək”.

“Real”ın sabiq futbolçusu “qaymaqlılar”ın xeyli zəifləməsini də əsaslandırıb:

“Toni Kroos və Luka Modriç klub üçün bütöv bir dövr yaratmışdılar. Onların simasında “Real” meydanın mərkəzində ağalıq edirdi. Hazırda digər yaxşı oyunçular var – amma hər halda Luka və ya Toni qədər yaxşı deyillər. Məhz onlar “Real”a çatışmır”.

Quti Madrid təmsilçisinin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappeni komandanın digər oyunçularından heç də vacib hesab etmədiyini də söyləyib:

“Kilian Mbappe vurduğu qollara və rəqib müdafiəçilərinə başağrısı yaratdığına görə çox vacibdir. Amma eyni zamanda, düşünürəm ki, Eder Militao, Cud Bellingem və ya digər oyunçular da “Real” üçün bunca vacibdirlər, xüsusən də indi, komanda böhranda ikən”, deyə Quti vurğulayıb..

Yeri gəlmişkən, “Real”ın digər keçmiş oyunçusu, hazırda Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”da çıxış edən fransalı ulduz hücumçu Kərim Benzema da “qaymaqlılar”ın çatışmazlığı ilə bağlı qənaətini açıqlayıb:

“Real”da komandanın ulduzları – Mbappe, Vinisius, Bellingem və Rodriqo arasında ancaq əlaqə əskikdir. Hər kəs meydandakı mükəlləfiyyətinə bələd olmalıdır”.

ÇL: MS Madriddə darmadağın oldu, PSJ 5 qola sevindi

12 March 2026 at 01:55

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

Günün maraqla gözlənilən görüşü İspaniyada baş tutub. “Real” doğma azarkeşlər önündə İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. Madrid təmsilçisi Federiko Valverdenin het-triki sayəsində ilk oyunda darmadağına sevinib.

Almaniya təmsilçisi “Bayer” doğma meydanda İngiltərə Premyer Liqasının lideri “Arsenal”la üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib.

ÇL-in sonuncu qalibi, Fransa nəhəngi PSJ “Çelsi”ni (İngiltərə) sınağa çəkib. Bol qollu görüş Paris təmsilçisinin möhtəşəm qələbəsiylə yekunlaşıb.

Daha bir qarşılaşma Norveçdə yerli “Bodo Qlimt”lə Portuqaliya “Sportinq”i arasında keçirilib. Bu görüşdə də meydan sahibləri darmadağına seviniblər.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
11 mart

Bayer (Almaniya) – Arsenal (İngiltərə) 1:1
Qollar: Andrix, 46 – Haverts, 89-pen.

Bodo Qlimt (Norveç) – Sportinq (Portuqaliya) 3:0
Qollar: Fet, 32-pen. Blomberq, 45+1. Hoq, 71.

PSJ (Fransa) – Çelsi (İngiltərə) 5:2
Qollar: Barkola, 10. Dembele, 40. Vitinya, 74. Kvaratsxeliya, 86; 90+4 – Qusto, 28. E.Fernandes, 57.

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 3:0
Qollar: Valverde, 20; 27; 42.

Basketbol millimiz Bolqarıstana səfərdə də uduzdu

11 March 2026 at 23:00

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, yığmamız səfərdə Bolqarıstan komandası ilə üz-üzə gəlib.

Plovdiv şəhərindəki “Kolodrum Arena”da təşkil edilmiş oyunda komandamız növbəti məğlubiyyətinə üzülüb. Millimiz 40:120 hesabı ilə uduzub.

Xatırladaq ki, Azərbaycan millisi Bolqarıstan yığmasına qarşı keçirdiyi ev oyununda 48:141 da hesabı ilə məğlub olmuşdu. Komandamız bu qrupda Monteneqroya (62:104) və Ukraynaya (34:98) da uduzub. Yığmamız yer aldığı E qrupunda 4 xalla sonuncu – dördüncü sırada qərarlaşıb. Qrupa 8 xala malik Bolqarıstan yığması liderlik edir. Ukraynanın 5, Monteneqronun 4 xalı var.

Qeyd edək ki, basketbol üzrə növbəti Avropa çempionatının final mərhələsi 2027-ci ildə təşkil ediləcək.

Kapello “İnter”in Milan derbisindəki çıxışını tənqid etdi

11 March 2026 at 22:00

Fabio Kapello İtaliya A Seriyasının 28-ci turunda baş tutmuş Milan derbisini – “Milan”la “İnter” arasındakı oyunu şərh edib.

Arena.az xatırladır ki, sözügedən komandalar arasındakı oyun “Milan”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

79 yaşlı italyan mütəxəssis derbidəki nəticəyə belə şərh verib:

“İnter” hiddətli deyildi, dəlisov deyildi. Bilmirəm, nə olmuşdu, amma “neradzurri” bu oyunu derbidə oynamalı olduqları kimi oynamadı. “Milan” isə ayıq-sayıqlığını oyunun lap sonuna qədər qoruyub-saxlamaqla diqqətlə fəaliyyət göstərirdi”, deyə Kapello vurğulayıb.

Yeri gəlmişkən, “Milan”ın portuqaliyalı cinah hücumçusu Rafael Leao “rossoneri”nin cari mövsümə hədəfini açıqlayıb:

“Biz çox yaxşı mövsüm keçiririk və qarşımızda, UEFA Çempionlar Liqasına qayıdışı məqsəd müəyyənləşdirmişik”, deyə Leao vurğulayıb.

“Milan”ın 30 yaşlı fransız mərkəz yarımmüdafiəçisi Adrien Rabyo isə cari idman forması haqda qənaətini açıqlayıb:

“Hələ də tərəqqi edə bilərəm. 30 yaşımda hələ də zirvəyə çatmamışam, amma daha, çox təcrübəliyəm”, deyə Rabyo vurğulayıb.

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri də “rossoneri”nin fransalı əsas qapıçısı Mayk Menyan haqda qənaətini açıqlayıb:

“Menyan komandamızın çox vacib hissəsidir”, deyə Alleqri vurğulayıb.

Yüksək Liqa: “Gəncə” uduzdu, “DH Volley” qalib gəldi

11 March 2026 at 21:00

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 17-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Oyunlar UNEC-in və “Milli Aviasiya Akademiyası”nın idman zalında təşkil olunub. “DH Volley” kollektivi UNEC-i 3:0 (25:13, 25:15, 25:18) hesabıyla üstələyib. “Milli Aviasiya Akademiyası” isə “Gəncə”ni 3:2 (23:25, 25:19, 20:25, 25:17, 15:13) hesabı ilə məğlub edib.

Azərbaycan çempionatında 17-ci tura martın 12-də yekun vurulacaq.

Yüksək Liqa
17-ci tur
11 mart

UNEC – “DH Volley” 0:3 (13:25, 15:25, 18:25)
UNEC VK-nın idman zalı.

“Milli Aviasiya Akademiyası” – “Gəncə” 3:2 (23:25, 25:19, 20:25, 25:17, 15:13)
“Milli Aviasiya Akademiyası”nın idman zalı.

Rəhim Həsənov hakimlərin bütün qərarlarını dəstəklədi – Video

11 March 2026 at 20:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 23-cü turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 22-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunlarındakı mübahisəli epizodlarla da bağlı fikirlərini dilə gətirib. Rəhim Həsənov ümumilikdə 5 matçda qeydə alınmış mübahisəli epizodları dəyərləndirib. O, hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.

AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın və kubokun son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Nəriman Axundzadə ABŞ klubuna qoşuldu

11 March 2026 at 19:30

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubu olan MLS təmsilçisi “Kolumbus Kru”nun düşərgəsinə qoşulub.

Arena.az xəbər verir ki, ABŞ təmsilçisi sosial şəbəkə hesablarında 21 yaşlı hücumçunu azarkeşlərinə təqdim edib.

Axundzadə artıq yeni komandasının heyətində ilk məşqinə də çıxıb.

Xatırladaq ki, Nəriman fevralın əvvəlində Ohayo ştatını təmsil edən “Kolumbus Kru” ilə 3,5 illik müqaviləyə imza atıb.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Qarabağ”la 2028-ci ilin 30 iyununadək müqaviləsi olan Nərimanın keçidi üçün ABŞ klubu Azərbaycan çempionuna 2,5 milyon avro ödəyib.

“Kolumbus Kru” MLS-in cari mövsümündə artıq 3 oyun keçirib, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Nərimanın yeni komandası hazırda 2 xalla 11-ci pillədə qərarlaşıb.

“Atletiko” ÇL-də “Barselona”nın rekordunu təkrarladı

11 March 2026 at 19:00

İspaniyanın “Atletiko” komandası futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) “Barselona”nın rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, Dieqo Simeonenin baş məşqçisi olduğu kollektiv buna evdə İngiltərə təmsilçisi “Tottenhem”ə qalib gəldiyi 1/8 final mərhələsinin ilk oyununda nail olub.

Madrid təmsilçisi tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində matçın ilk hissəsində 4 qol vurub.

Üstəlik, madridlilər “Barselona”dan sonra bunu UEFA Çempionlar Liqasının pley-off qarşılaşmasında bacaran ikinci İspaniya klubudur. Kataloniyalılar 2009-cu ildə Lion “Olimpik”i (Fransa) ilə görüşdə buna nail olmuşdular.

Xatırladaq ki, “Atletiko” “Tottenhem”lə ilk oyundan 5:2 hesablı qələbə ilə ayrılıb. İspaniya və İngiltərə təmsilçiləri arasındakı cavab qarşılaşması gələn həftə, martın 18-də Londonda baş tutacaq.

“Turan”ın şikayəti təmin edildi, “Sabah” rədd cavabı aldı

11 March 2026 at 18:30

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubunun apellyasiya şikayəti qismən təmin edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.

Araşdırmalara əsasən, Kurban Berdıyevin hərəkətləri AFFA İntizam Məcəlləsinin 53.1-ci maddəsi ilə tövsif edilib. Buna görə “Turan Tovuz” komandasının baş məşqçisinə 3 oyunluq diskvalifikasiya, klubun özünə isə 6000 manat cərimə tətbiq olunub.

Qeyd edək ki, ötən il fevralın 5-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş “Turan Tovuz” – “Kəpəz” matçının 64-cü dəqiqəsində Kurban Berdıyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə almış, daha sonra hakimləri təhqir etmişdi.

Buna görə AFFA İntizam Komitəsi məşqçiyə 4 oyunluq diskvalifikasiya, Tovuz klubuna isə 10000 manat cərimə vermişdi.

Apellyasiya Arbitraj Tribunalının qərarı ilə həmin qərar ləğv olunaraq cəza azaldılıb. Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.

Birinci Liqada çıxış edən “Mingəçevir”in baş məşqçi Ramiz Məmmədovla bağlı verdiyi apellyasiya şikayəti də təmin olunub. Mütəxəssisin dörd oyunluq cəzasının biri İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb. Məmmədova 6 aylıq sınaq müddəti təyin edilib.

Xatırladaq ki, Ramiz Məmmədov 15-ci turda “Şəfa”ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3 000 manat cərimələnib.

“Sabah”ın Oyunçuların Statusu və Transferi Komitəsinin 3 dekabr 2025-ci il tarixli 8604 saylı Qərarından verilmiş şikayətinə də baxılıb. Paytaxt klubunun apellyasiya şikayəti təmin edilməyib. Oyunçuların Statusu və Transferi Komitəsinin “Yusif İmanov – “Sabah” Futbol Klubu” işi ilə əlaqədar qəbul etdiyi 3 dekabr 2025-ci il tarixli 8604 saylı qərarı öz qüvvəsində saxlanılıb.

Birinci Liqa: “Şəfa” “Şimal”a qalib gəldi

11 March 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Şimal” “Şəfa”nı qəbul edib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

18-ci turun qalan görüşləri martın 12-də və 13-də keçiriləcək. Bütün oyunlara saat 15:00-da start veriləcək.

Birinci Liqa
18-ci tur
11 mart

“Şimal” – “Şəfa” 0:2
Qollar: Emin Zamanov, 57. İbrahim Əliyev, 89.
Hakimlər: Elvin Bayramov, Samir Qaracayev, Rəşad Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

12 mart

“Şahdağ Qusar” – MOİK
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Difai” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağsu şəhər stadionu, 15:00.

“Mingəçevir” – “Səbail”
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

13 mart

“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

AFFA 4 klubun əvəzedicilərini 70 manat cərimə etdi

11 March 2026 at 17:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 17-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Əvəzedicilər Liqası, 19-cu tur

“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sabah”da 4 nəfər sarı vərəqə aldığı üçün paytaxt komandası 70 manat cərimə edilib. “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda da 70 manat cərimə ödəyəcək.

“Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Araz-Naxçıvan”ın da 5 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 70 manat cərimə edilib.

Türkiyə Kubokunda 1/4 finalın və yarımfinalın püşkü atıldı

11 March 2026 at 17:00

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, İstanbul təmsilçilərindən “Beşiktaş” bu raundda “Alanyaspor”la üz-üzə gələcək.

“Fənərbağça” “Konyaspor”la, “Qalatasaray” “Gənclərbirliyi” ilə münasibətlərə aydınlıq gətirəcək. “Trabzonspor” isə “Samsunspor”un müqavimətini qırmağa çalışacaq.

“Qalatasaray” – “Gənclərbirliyi” cütünün qalibi növbəti raundda “Samsunspor” – “Trabzonspor” duelinin güclüsü ilə qarşılaşacaq. “Beşiktaş” – “Alanyaspor” görüşündə üstün olacaq tərəf “Konyaspor” – “Fənərbağça” qarşılaşmasının qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları 21-22-23 apreldə keçiriləcək. Yarımfinal matçları 12-13-14 mayda, final isə 24 mayda baş tutacaq.

Türkiyə Kuboku

1/4 final cütləri

Beşiktaş – Alanyaspor
Konyaspor – Fənərbağça
Qalatasaray – Gənclərbirliyi
Samsunspor – Trabzonspor

Yarımfinal cütləri

Qalatasaray/Gənclərbirliyi – Samsunspor/Trabzonspor
Beşiktaş/Alanyaspor – Konyaspor/Fənərbağça

AFFA “Şəmkir”ə texniki məğlubiyyət verdi

11 March 2026 at 16:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 17-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

İkinci Liqa, 17-ci tur

“Şirvan” – “Quba” oyununda “Quba”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Şəmkir” – “Xankəndi” qarşılaşmasından əvvəl “Şəmkir” komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə “Şəmkir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Ağdaş” – “Qaradağ Lökbatan” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 81-ci dəqiqəsində “Ağdaş”ın futbolçusu Vasif Nəsirov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 5 oyunluq cəza alıb. “Ağdaş” buna görə 1000 manat cərimə ödəyəcək.

“Sabah” iki rekordu bir oyunda təkrarladı

11 March 2026 at 16:00

2025/26 mövsümündə uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Sabah” Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, Bakı klubu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turunda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.

Bu, həm də ən böyük fərqli qələbəsinin təkrarı olub. 2022-ci il dekabrın 23-də “Sumqayıt”ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da Premyer Liqa çərçivəsində baş tutmuşdu. 2022/2023-cü illər mövsümündə səfərdə 6 top fərqi ilə qalib gəlmiş “Sabah” eyni uğuru evdə təkrarlayıb.

“Bayquşlar” Premyer Liqanın cari mövsümünün ən böyük qələbəsini də təkrarlayıblar. 23-cü turun bir gün əvvəlki matçında “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlamış paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qol vurub.

Hazırda Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” Premyer Liqanın cari mövsümündə 23 oyuna qazandıqları 56 xalla zirvədə qərarlaşıblar. 17 qələbə qazanmış komanda 5 heç-heçə və 1 məğlubiyyət də görüb.

Basketbol millimiz səfərdə Bolqarıstanla üz-üzə

11 March 2026 at 13:30

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, yığmamız səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələcək.

Plovdiv şəhərindəki “Kolodrum Arena”da təşkil ediləcək oyuna saat 21:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi Bolqarıstan yığmasına qarşı keçirdiyi ev oyununda 48:141 hesabı ilə məğlub olmuşdu. Komandamız bu qrupda Monteneqroya (62:104) və Ukraynaya (34:98) da uduzub. Yığmamız yer aldığı E qrupunda 3 xalla sonuncu – dördüncü sırada qərarlaşıb. Qrupa 6 xala malik Bolqarıstan yığması liderlik edir. Ukraynanın 5, Monteneqronun 4 xalı var.

Qeyd edək ki, basketbol üzrə növbəti Avropa çempionatının final mərhələsi 2027-ci ildə təşkil ediləcək.

Ayaz Abdullayev “Quba”dan getdi

11 March 2026 at 12:30

Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Quba” klubunun prezidenti Ayaz Abdullayev vəzifəsindən gedib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamada bunlar qeyd edilib:

“Məlumatınıza çatdırırıq ki, Ayaz Abdullayev “Quba” PFK-da fəaliyyətini başa vurub. Onun rəhbərliyi dövründə klub qısa müddətdə böyük inkişaf yolu keçib. Komanda Region Liqasından İkinci Liqaya yüksəlib, ötən mövsüm pley-off mərhələsinə vəsiqə qazanıb, bu mövsüm isə çempionatın ilk üçlüyündə qərarlaşaraq mühüm nəticələr əldə edib.

O, şəxsi işlərinin çoxluğu səbəbindən klubun nəzarətsiz qalmaması və daha irəliyə getməsi üçün vəzifəsini təhvil verib. Yaxın günlərdə yeni icraçı direktorun və yeni rəhbərin adları açıqlanacaq.

Quba futbolunun inkişafı naminə göstərdiyi zəhmət və klubun əldə etdiyi uğurlarda verdiyi töhfələrə görə Ayaz Abdullayevə klubumuz adından minnətdarlığımızı bildirir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Hər şey “Quba” Peşəkar Futbol Klubunun daha yaxşı gələcəyi naminədir!”

AFFA “Neftçi”ni 23 000 manat cərimələdi

11 March 2026 at 15:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 23-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həmin qərarların siyahısı ilə sizi də tanış edir:

Azərbaycan Premyer Liqa, 23-cü tur

“Şamaxı” – “İmişli” oyununda “İmişli”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.

“Zirə” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə paytaxt komandası 15 000 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə paytaxt klubu 8000 manat cərimə edilib.

Coy Lens Mikels Premyer Liqada 50-ci qolunu vurdu

11 March 2026 at 15:00

“Sabah”ın almaniyalı hücumçusu Coy Lens Mikels futbol üzrə Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub.

Arena.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turunun “Qəbələ” ilə matçına (7:1) təsadüf edib.

Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb. Azərbaycanda yalnız “Sabah”da forma geyinmiş Mikels 50-ci qolunu 102-ci oyununda vurub.

O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olublar.

Almaniyalı futbolçu 2021/22 mövsümündə 11, növbəti çempionatda 17, 2023/24 mövsümündə 1, ötən turnirdə 9 dəfə fərqlənib.

Coy Lens Mikels cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb.

AFFA-dan “Qarabağ”la “Sabah”ın məşqçilərinə sərt cəza

11 March 2026 at 14:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 22-ci turunun bir oyunu ilə bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, söhbət 22-ci turun “Qarabağ” – “Sabah” oyunundan gedir.

İntizam Komitəsi daha öncə 22-ci turun görüşləri ilə bağlı qərarlarını açıqlasa da, “Qarabağ” – “Sabah” oyunundakı qalmaqallı epizodla bağlı heç bir qərar verməmişdi. Amma bu gün baş tutan iclasda həmin epizoda da hüquqi qiymət verilib:

Azərbaycan Premyer Liqa, 22-ci tur

“Qarabağ” – “Sabah” oyununda “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyunluq cəza alıb. “Sabah” buna görə 15 000 manat cərimə edilib.

“Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov kütləvi davada iştirak etdiyinə görə 6 oyunluq cəza alıb. Ağdam komandası 6000 manat cərimə edilib.

“Qarabağ”ın məşqçisi Zaur Tağızadə də kütləvi davada iştirak etdiyinə görə 6 oyunluq cəza alıb. Ağdam komandası buna görə də 6000 manat cərimə ödəyəcək.

“Sabah” 100-cü qələbəsinə sevindi

11 March 2026 at 14:00

2025/2026-cı illər mövsümündə uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Sabah” Premyer Liqada 100-cü qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu, “Qəbələ” ilə ev oyununa təsadüf edib.

Bakı klubu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turunda 7:1 hesabı ilə qalib gəlib.

2018/2019 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.

Qeyd edək ki, paytaxt təmsilçisi ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt “Keşlə” adlanan indiki “Şamaxı” üzərində qazanıb – 1:0.

Hazırda Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” Premyer Liqanın cari mövsümündə 23 oyuna qazandıqları 56 xalla zirvədə qərarlaşıblar. 17 qələbə qazanmış komanda 5 heç-heçə və 1 məğlubiyyət də görüb.

Rodriqo Fransisko Fernandes “Şamaxı”da!

11 March 2026 at 13:00

Portuqaliyalı dayaq yarımmüdafiəçisi Rodriqo Fransisko Fernandes bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Şamaxı” heyətinə daha bir futbolçu qatıb. Əyalət klubu tam adı Rodriqo Fransisko Pinto Vyeyra Fernandes olan portuqaliyalı yarımmüdafiəçi ilə anlaşıb. 25 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Rodriqo Fransisko Fernandes Lissabon “Sportinq”inin yetirməsidir. 2021-ci ildə “Portu”ya üz tutmuş futbolçu 2025-ci ilin yayına kimi bu klubun B komandasının formasını geyinib. Lakin “Portu”dan ayrılandan bəri klubsuz qalan yarımmüdafiəçinin hazırda hansı formada olduğu bəlli deyil.

Rodriqo Portuqaliyanın U-16, U-17, U-18 və U-19 yığmalarında oynasa da, sonradan milliyə dəvət almayıb.

ÇL: MS “Real”a, “Çelsi” PSJ-yə qarşı

11 March 2026 at 12:53

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutacaq.

Günün maraqla gözlənilən görüşü İspaniyada baş tutacaq. “Real” doğma azarkeşlər önündə İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək.

Almaniya təmsilçisi “Bayer” doğma meydanda İngiltərə Premyer Liqasının lideri “Arsenal”la üz-üzə gələcəksə, ÇL-in sonuncu qalibi, Fransa nəhəngi PSJ də “Çelsi”ni (İngiltərə) sınağa çəkəcək. Daha bir qarşılaşma Norveçdə yerli “Bodo Qlimt”lə Portuqaliya “Sportinq”i arasında keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
11 mart

21:45. Bayer (Almaniya) – Arsenal (İngiltərə)
00:00. Bodo Qlimt (Norveç) – Sportinq (Portuqaliya)
00:00. PSJ (Fransa) – Çelsi (İngiltərə)
00:00. Real (İspaniya) – Mançester Siti (İngiltərə)

Remi Deşam “Olimpik”lə yeni müqaviləyə imza atdı

11 March 2026 at 11:00

Fransanın “Olimpik” (Lion) klubunun 29 yaşlı qapıçısı Remi Deşam Liqa 1 təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər arasında imzalanmış yeni saziş 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Remi Deşam peşəkar karyerası ərzində PSJ, “Tur”, “Klermon”, “Şarlerua” və “Nant” kimi klubların şərəfini qoruyub. Lion “Olimpik”i onu 2024-cü ilin yayında azad agent kimi heyətinə qatıb. Fransalı qapıçı cari mövsümdə Lion klubunun heyətində bütün turnirlər çərçivəsində cəmi 12 matçda iştirak edib və qapısında 9 qol görüb, 7 görüşü “quru” hesabla başa vurub. Deşamın “Olimpik” karyerası bütövlükdə 15 oyun, 14 buraxılmış qol və 7 “quru” matçdan ibarətdir.

Deşam ölkəsinin milli komandalarında forma geyinmək şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Kayl Uoker milli karyerasını bitirdi

11 March 2026 at 10:00

“Börnli”nin 35 yaşlı sağ cinah müdafiəçisi Kayl Uoker İngiltərə millisindəki karyerasını başa vurduğunu bəyan edib.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu qərarını növbəti dünya çempionatına 3 ay qalmış açıqlayıb.

Bu mövsüm “Börnli”nin heyətində Premyer Liqada 27 oyuna çıxmış müdafiəçi son vaxtlar Tomas Tuxelin rəhbərlik etdiyi milli komandaya dəvət almırdı. O, sosial şəbəkə hesabında etdiyi paylaşımda bunları qeyd edib:

“Ölkəmi 10 ildən artıq təmsil etdikdən sonra milli karyeramı sonlandırmağa qərar verdim. İngiltərə millisinin formasını geyinmək karyeramın ən böyük şərəfi idi və bununla hər zaman qürur duyacağam. Bütün komanda yoldaşlarıma, məşqçilərə və azarkeşlərə bu səyahətdə yanımda olduqları üçün təşəkkür edirəm. İndi mən də azarkeşlərə qoşulub dünya çempionatında uşaqları dəstəkləyəcəyəm”.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel də Uoker haqqında xoş sözlər deyib:

“Onunla az müddət işləməyimə baxmayaraq, Kaylın İngiltərə futbolunun əfsanələrindən biri olduğunu bilirdim. 14 illik beynəlxalq karyera və 5 böyük turnir onun fədakarlığının sübutudur”.

2011-ci ildə debüt etdiyi İngiltərə millisinin heyətində 14 il çıxış etmiş Uoker 100 oyunluq yubiley həddinə cəmi 4 matç qalmış millidən getmək qərarı verib. O, yığmanın heyətində 96 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib. Karyerası ərzində 5 böyük turnirdə iştirak etmiş futbolçu iki dəfə Avropa çempionatının gümüş medalını qazanıb (AÇ-2021 və AÇ-2024).

Uoker məzunu olduğu “Şeffild Yunayted”, həmçinin “Northempton Taun”, “Tottenhem”, “Kuinz Park Reyncers”, “Aston Villa” və “Milan”da çıxış edib. Kayl karyerasının ən parla dövrünü isə “Mançester Siti”də keçirib. O, “şəhərlilər”in heyətində 319 oyuna çıxıb, 6 qol və 23 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 35 yaşlı müdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Rodriqo Qoes əməliyyat olundu

11 March 2026 at 09:00

Futbol üzrə Braziliya milli komandasının və Madrid “Real”ının cinah hücumçusu Rodriqo Qoes əməliyyatı olunub.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat “Real”ın tibbi heyətinin nəzarəti altında həyata keçirilib. Bildirilib ki, Rodriqo yaxın günlərdə reabilitasiya prosesinə başlayacaq. 25 yaşlı hücumçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Rodriqo İspaniya La Liqasının 26-cı turunda “Xetafe”yə qarşı keçirdikləri oyunda (0:1) zədələnmişdi. Dizində çarpaz bağların qırılması diaqnozu qoyulan futbolçu uğurlu cərrahiyyə əməliyyatı keçirib. 25 yaşlı hücumçunun yaxın vaxtlarda reabilitasiya mərhələsinə başlayacağı bildirilir. Klub hələlik futbolçunun yaşıl meydanlara dəqiq qayıdış vaxtını açıqlamayıb.

Rodriqo Qoes cari mövsümdə “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 27 matçda iştirak edib. O, bu oyunlarda 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

ÇL: “Qalatasaray” evdə, “Bayern” səfərdə qalib gəldi

11 March 2026 at 02:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda İngiltərə çempionu “Liverpul”la üz-üzə gəlib. Meydan sahibləri yekunda minimal hesabla qələbə qazanıblar.

Almaniya çempionu “Bayern” İtaliyada “Atalanta”nın, İngiltərənin “Tottenhem” komandası isə İspaniyada “Atletiko”nun qonağı olub. İtaliyada qonaqlar darmadağına seviniblərsə, İspaniyada meydan sahibləri böyük hesabla qələbə qazanıblar.

ÇL-in pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış İngiltərənin “Nyukasl” komandası İspaniya təmsilçisi “Barselona” ilə münasibətlərə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
10 mart

Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə) 1:0
Qol: Lemina, 7.

Atletiko (İspaniya) – Tottenhem (İngiltərə) 5:2
Qollar: Lyorente, 6. Qrizmann, 14. X.Alvares, 15; 55. Le Normand, 22 – Porro, 26. Solanke, 76.

Nyukasl (İngiltərə) – Barselona (İspaniya) 1:1
Qollar: Barns, 87 – Yamal, 90+6-pen.

Atalanta (İtaliya) – Bayern (Almaniya) 1:6
Qollar: Paşaliç, 90+3 – Stanişiç, 12. Olise, 22; 64. Qnabri, 25. N.Cekson, 52. Musiala, 67.

Dambrauskas “Qəbələ” üzərində darmadağını şərh etdi

10 March 2026 at 23:00

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azəraycan Premyer Liqasının 23-cü turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamı təbrik edirəm. Rəqibimiz haqqında xoş sözlər demək istəyirəm. Ola bilər ki, bu gün hesab bir az fərqli oldu, amma bundan əvvəl 120 dəqiqəlik qarşılaşma və s. amillər “Qəbələ”nin bugünkü oyununa təsir etdi. Növbəti matça hazırlaşmalıyıq. Kubok oyunları ilə çempionat oyunları arasında fərq olur. Rəqib müdafiənin arxasına yaxşı hücum edən oyunçulardan ibarətdir. Lakin futbolçularım bu hücumların qarşısını almağı yaxşı bacardılar.

Coy Lens Mikels ikinci hissənin başlanğıcında zədəsi ilə əlaqədar əvəz olundu. O, hələ oyunlara tam olaraq hazır deyil. Amma onun bu vəziyyətdə belə qollar vurması çox sevindiricid məqamdır. Andrey Santosa gəlincə, meydanda az vaxt keçirdiyinə görə, onun oyunu barədə hər hansı fikir bildirmək doğru olmazdı. Amma məşqlərdə çox çalışır və gələcəyə dair ümid verir. O, gəncdir və bundan sonra komanda üçün çox xeyir verəcək. Hər bir futbolçumuz bizim üçün dəyərlidir. Mənim üçün favorit oyunçu matç günü meydanda olandır. Hər 3 hücumçumuz bizə çox lazımdır. Xəyal Əliyevin bu gün sağlamlıqla bağlı narahatlığı var idi. Ona görə bu gün meydanda olmadı. Amma ona da sonrakı oyunlarda çox ehtiyacımız olacaq”.

Sxadadze: “Oyunçularımız bu oyuna hazır deyildilər”

10 March 2026 at 22:30

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş oyununda “Qəbələ” 1:7 hesablı məğlubiyyətə üzülüb.

Kaxaber Sxadadze oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün böyük hesabla məğlub olduq. Əlbəttə, belə hallarda məşqçi məsuliyyəti öz üzərinə götürür. Bu oyunu analiz edib səhvlərimizdən nəticə çıxarmalıyıq. Nələri səhv etdiyimizi aşkara çıxarmalıyıq. Oyunçularımızın əksəriyyəti birmənalı olaraq bu oyuna hazır deyildilər. İki çox sadə səhvdən qol buraxdıq. Ondan sonra isə rəqib müdafiəmizdəki boşluqlardan istifadə etdi. “Sabah” kimi komandaya qarşı bu cür boşluqlar yaratmaq olmaz. Çünki onlar bu boşluqlardan istifadə edirlər. Bundan sonra isə hesab artmağa başladı. Əlbəttə, oyunu yaxşı analiz etməliyik. Danışacaq çox şey yoxdur”.

“Sabah” – “Qəbələ” 7:1 – Video

10 March 2026 at 22:00

Azərbaycan Premyer Liqasının 23-cü turunun “Sabah” – “Qəbələ” matçı meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
23-cü tur
10 mart

“Sabah” – “Qəbələ” 7:1
Qollar: Coy Lens Mikels, 11; 33. Aleksey İsayev, 24. Kahim Parris, 40. Aaron Maluda, 53. Jesse Sekidika, 63. Rəhman Daşdəmirov, 77 – Adriel Ba Lua, 87.
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə yoxdur.
Saat 19:15. “Masazır Arena”, 500 tamaşaçı.

Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Teymur Teymurov.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels (70. Jesse Sekidika, 50), 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet (5. Rəhman Daşdəmirov, 66), 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa (22. Zinedin Uld Xaled, 66), 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev (6. Abdulla Xaybullayev, 66), 19. Aaron Maluda (53. Andrey Santos, 84).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 7. Turan Manafov (27. Eşqin Əhmədov, 25), 13. Nicat Əliyev (66. Nuğay Rəşidov, 60), 24. İsmael Akinade (22. Fərid İsgəndərov, 76), 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra (14. Domi Massumu, 46), 8. Sambu Sissoko (10. Şahin Şahniyarov, 60), 16. İsaak Amoa, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare.
Baş məşqçi: Kaxaber Sxadadze.

Region Liqasında 1/8 finalın püşkü atıldı

10 March 2026 at 21:30

Bu gün AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutmuş tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib.

Həmçinin iştirakçı komandaların 1/4 final və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.

1/8 finalın cütləri belədir:

“Xəzər” (Ağcabədi) – “Qovlar”
“Zəngəzur” – “Viləş”
“Samur” – “Şirvanovka”
“Biləsuvar” – “Ağsu Siti”
“Mil” (Beyləqan) – “Ramana”
“Marafon” – “Qobustan”
“Şəfəq” – “Beyləqan”
“Bərdə” – “Lənkəran”

Qeyd edək ki, AFFA Region Liqasında 1/8 final mərhələsinin ilk oyunları martın 14-15-də keçiriləcək. Cavab görüşləri isə martın 28-də və 29-da baş tutacaq.

Premyer Liqa: “Sabah” “Qəbələ”ni 7 qolla məğlub etdi

10 March 2026 at 21:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 23-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında lider “Sabah” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Bu oyunun baş hakimi İnqilab Məmmədov olub. 8 qolun qeydə alındığı görüşün yekununda meydan sahibləri darmadağına seviniblər.

Premyer Liqa
23-cü tur
10 mart

“Sabah” – “Qəbələ” 7:1
Qollar: Coy Lens Mikels, 11; 32. Aleksey İsayev, 24. Kahim Parris, 40. Aaron Maluda, 53. Jesse Sekidika, 63. Rəhman Daşdəmirov, 77 – Adriel Ba Lua, 87.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Masazır Arena”, 19:15.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 7. Turan Manafov, 13. Nicat Əliyev, 24. İsmael Akinade, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 8. Sambu Sissoko, 16. İsaak Amoa, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 14. Domi Massumu.
Baş məşqçi: Kaxaber Sxadadze.

Yüksək Liqa: “Azərreyl” və “Neftçi”dən qələbə

10 March 2026 at 20:30

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 17-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.

Abşeron Olimpiya İdman Kompleksində “Gənclər”lə qarşılaşan “Azərreyl” rahat qələbəyə sevinib.

Günün digər iki görüşü Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil edilib. “Xilasedici” “Ordu” ilə görüşdən asan qələbə ilə ayrılıb. “Murov”la qarşılaşan “Neftçi” isə bu turda çətin qələbəyə sevinib.

Yüksək Liqa
17-ci tur
10 mart

“Gənclər” – “Azərreyl” 0:3 (16:25, 17:25, 21:25)
Abşeron Olimpiya İdman Kompleksi.

“Murov” – “Neftçi” 2:3 (23:25, 25:22, 25:18, 23:25, 11:15)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Xilasedici” – “Ordu” 3:0 (25:19, 25:16, 25:23)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Kamilo Duran Kolumbiya millisinə çağırıldı – İlk dəfə!

10 March 2026 at 20:00

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın vingeri Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya millisinə çağırılıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu martda keçiriləcək yoxlama görüşləri üçün milliyə dəvət olunub. İndiyə qədər milli komandaya dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bumövsümkü çıxışından sonra Kolumbiya yığmasına çağırılıb. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orlando şəhərində baş tutacaq.

Xatırladaq ki, Kamilo Duran 2025-ci ilin avqustunda Portuqaliyanın “Portimonense” klubundan 200 min avro müqabilində “Qarabağ”a keçib. 23 yaşlı kolumbiyalı futbolçunun Ağdam klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Duran indiyə qədər “Qarabağ”ın heyətində 34 oyuna çıxıb, 9 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış etmiş Duran daha sonra Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.

Əvəzedicilər Liqası: “Qarabağ” “Neftçi”yə məğlub oldu

10 March 2026 at 19:30

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 19-cu turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Qarabağ-2” – “Neftçi-2” oyununda qonaqlar qələbə qazanıblar. “Turan Tovuz-2” isə “Kəpəz-2” üzərində inamlı qələbəyə sevinib.

Əvəzedicilər Liqası
19-cu tur
9 mart

“Zirə-2” – “Qəbələ-2” 5:1
Qollar: Murad Ələkbərov, 21; 33. Əhliman Süleymanzadə, 48. Rauf Qafarov, 59. Fərid Şahhüseyni, 83 – Qədir Ramazanov, 64.
Hakimlər: Murad Səlimov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Samir Musayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 15:00.

“Sabah-2” – “Sumqayıt-2” 3:0
Qollar: Əli Əlizadə, 32; 56. Şahin İbrahimov, 73.
Hakimlər: İslam Məmmədov, Safalı Ağayev, Ağadur Mahmudov, Ləman Əmirli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 15:00.

“Şamaxı-2” – “Araz-Naxçıvan-2” 5:3
Qollar: Abdullahi Şuaybu, 5. Raul Məmmədov, 76; 86; 90+3. Həbib İsmayılov, 89 – Nuran Muradlı, 19. İftixar İbrahimov, 34; 52.
Hakimlər: Nəriman Ağayev, Aydın Baxşıyev, Elvin Mədətov, Hacıağa Həsənov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu, 15:00.

10 mart

“Turan Tovuz-2” – “Kəpəz-2” 3:1
Qollar: Vüqar Bağırov, 15. Elçin Qasımov, 26; 77 – İsabala Məmmədli, 8.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Elmin Süleymanov, Rüfət Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Qarabağ-2” – “Neftçi-2” 1:2
Qollar: Məsud Əlişanlı, 2 – Ömər Qurbanov, 10. Fariz Xeyrullayev, 39.
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Kamil Aydınov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 15:00.

“Turan Tovuz” ev oyunlarını Sumqayıtda keçirəcək

10 March 2026 at 19:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” bəzi ev oyunlarını Sumqayıtda keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, daha əvvəl Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə əlaqədar Peşəkar Futbol Liqası tərəfindən Tovuz klubunun ev oyunlarını müvəqqəti olaraq “Azərsun Arena”da keçirməsinə icazə verilib:

“Klubun Tovuz şəhər stadionuna qayıtması öncədən test oyununun keçirilməsi şərti ilə Azərbaycan Premyer Liqasının 25-ci turunun oyununa planlaşdırılıb. Son aparılan təhlillər, mütəxəssis rəyləri və klubun rəsmi müraciətinə əsasən, stadionun oyuna hazır vəziyyətə gətirilməsinin ən tez aprel ayının ortalarında mümkün ola biləcəyi müəyyənləşib. Tovuz klubunun müvəqqəti olaraq çıxış etdiyi “Azərsun Arena”nın da təmirə bağlanması səbəbindən (“Turan Tovuz”un bu stadiondan yalnız fevralda istifadə edəcəyi əvvəlcədən rəsmi şəkildə bildirilmişdi) sözügedən turun oyununun, həmçinin Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək ev qarşılaşmasının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili ilə bağlı Peşəkar Futbol Liqasına müraciət daxil olub.

Tovuz şəhər stadionundakı mövcud durum, klubun müraciəti, eləcə də “Sumqayıt” klubunun razılıq məktubu nəzərə alınaraq Peşəkar Futbol Liqası tərəfindən “Turan Tovuz”un Azərbaycan Premyer Liqasının 25-ci turunun qarşılaşmasını və Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə qərar verilib. Sözügedən qarşılaşmalardan sonra Tovuz şəhər stadionunun ümumi vəziyyəti yenidən qiymətləndiriləcək və 26-cı turdan etibarən komandanın ev oyunlarının Tovuz şəhər stadionunda keçirilib-keçirilməməsi ilə bağlı əlavə qərar qəbul olunacaq”.

İkinci Liqa: “Göygöl” “Şəki”ni 10 qolla məğlub etdi

10 March 2026 at 18:30

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

“Araz Saatlı” doğma meydanda “Dinamo”ya, “Ağdaş” isə “Qaradağ Lökbatan”a məğlub olub. “Göygöl” də “Şəki” ilə ev oyununda əzici hesabla qələbə qazanıb.

Xatırladaq ki, bu gün keçirilməli olan “Şəmkir” – “Xankəndi” matçı baş tutmayıb.

İkinci Liqa
17-ci tur
8 mart

“Kür-Araz” – “Ağstafa Gəncləri” 2:2
Qollar: Bayram Əliyev, 82. Elxan Məmmədov, 85-pen – Elgün Namazov, 32. Ramin Süleymanov, 45+1.
Hakimlər: Nahid Xasıyev, Rəhman Aslanov, Cavid Ömərov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.

9 mart

“Şirvan” – “Quba” 1:0
Qol: Ruslan Şahbazov, 10.
Hakimlər: Rəsul Babayev, Asif Abdullayev, Rasim Axundov, Vüqar Alıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu.

“Şəmkir” – “Xankəndi” matçı baş tutmayıb
Hakimlər: Kamran Əliyev, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

10 mart

“Araz Saatlı” – “Dinamo” 1:2
Qollar: Rəvan Əvəzov, 64 – Ziya Məmmədli, 7. Əlibala Ağayev, 76-pen.
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Tural Bayramov, Nail Nağıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Göygöl” – “Şəki” 10:1
Qollar: Cavid Abbasov, 10. Ülvi Cəlilov, 31. Ziyabil Məmmədov, 57; 72. Sənan Kərimov, 62; 63. Fərid Məmmədov, 65. Kamal Həsən-pur, 80. Araz Quliyev, 84; 89 – Tahir Zeynalov, 39.
Hakimlər: Namiq Bəkirov, Sadiq Əliyev, Hüseyn Vəliyev, Elçin Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu.

“Ağdaş” – “Qaradağ Lökbatan” 0:4
Qollar: Vüsal Hüseynov, 19. Tofiq Nəsibov, 32; 34; 57.
Hakimlər: Sənan Bayramzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, İrşad Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Ağdaş şəhər stadionu.

Premyer Liqa: Mövsümün ən böyükhesablı qələbəsi

10 March 2026 at 18:00

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

Arena.az xəbər verir ki, bu, ölkə çempionatının 23-cü turuna təsadüf edib.

“Qarabağ” “Araz-Naxçıvan”la qarşılaşmada qonaqların qapısından 6 cavabsız top keçirib. Cari mövsümdə ilk dəfə bir komanda altı top fərqi ilə qalib gəlib. Ağdam klubu həm də mövsümdə bir oyunda 6 qol vuran ilk komanda olub.

Buna qədər mövsümün rekordu 5:0-a bərabər idi. 2025-ci il avqustun 30-da “Zirə” evdə “Kəpəz”ə, sentyabrın 21-də “Qarabağ” səfərdə “Araz-Naxçıvan”a 5 cavabsız qol vurmuşdu.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümündə 53 xal toplamış “Sabah” hazırda vahid liderdir. “Qarabağ” 49 xalla ikinci, “Turan Tovuz” isə 44 xalla üçüncü pillədə qərarlaşıb.

Rui Jorje – Azərbaycanın U-20 millisinin baş məşqçisi!

10 March 2026 at 17:30

Portuqaliyalı futbol mütəxəssisi Rui Jorje Azərbaycanın U-20 milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, AFFA İcraiyyə Komitəsinin 19 fevral 2026-cı il tarixində keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi postuna Rui Jorjenin namizədliyi müzakirə çıxarılmış və təsdiq edilmişdi.

Hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Rui Jorje müvafiq millinin baş məşqçisi postuna təyin olunub.

Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.
Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq. Dəqiq tarix, vaxt və mətbuat konfransının keçiriləcəyi məkanla bağlı ictimayyətə məlumat veriləcək.

Qeyd edək ki, Rui Jorje məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.

2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorje 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Jorje Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Birinci Liqa: 18-ci turun bütün təyinatları bəlli oldu

10 March 2026 at 17:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 18-ci turunun təyinatları məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

18-ci turun görüşləri martın 11-də, 12-də və 13-də keçiriləcək. Bütün oyunlara saat 15:00-da start veriləcək.

Birinci Liqa
18-ci tur
11 mart

“Şimal” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Samir Qaracayev, Rəşad Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

12 mart

“Şahdağ Qusar” – MOİK
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Difai” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağsu şəhər stadionu, 15:00.

“Mingəçevir” – “Səbail”
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

13 mart

“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Sergey Samok ardıcıl 8-ci “quru” oyununu keçirdi

10 March 2026 at 16:30

“Turan Tovuz”un qapıçısı Sergey Samok Premyer Liqada meydana çıxdığı ardıcıl 8-ci oyunda qapısını toxunulmaz saxlayıb.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turunun “Neftçi” ilə görüşündə (1:0) qapısını toxunulmaz saxlayan qolkiper cari mövsümdə meydana çıxdığı 6 matçın heç birində qol buraxmayıb.

Xatırladaq ki, Samok ötən çempionatın son iki turunda da “quru oyun” keçirib. O, sonuncu dəfə 2024/2025-ci illər mövsümünün 34-cü turunda qol buraxıb. Rusiyalı qapıçı “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçında (1:2) rəqibin fərqlənməsinə mane ola bilməyib. Həmin görüşdə sonuncu qolu 32-ci dəqiqədə Dembo Darbo vurub. Buraxılan topdan sonra Sergey Samok “quru” dəqiqələrinin sayını 778-ə çatdırıb.

“Turan Tovuz” tarixinin 50-ci qələbəsi

10 March 2026 at 16:00

Cari mövsümdə uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Turan Tovuz” Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, qərb təmsilçisinin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turuna təsadüf edib.

Tovuz klubu səfərdə “Neftçi”yə qalib gəlib – 1:0.

50-ci qələbə 131-ci matçda əldə olunub. Tovuzlular evdə 26, səfərdə 24 dəfə üç xala seviniblər. Qərb təmsilçisi turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.

Qeyd edək ki, 2022/2023-cü illər mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib – 1:0.

Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə 23 oyuna topladığı 44 xalla 3-cü pillədə qərarlaşıb. Komanda 23 oyunda 13 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

AFFA-dan “Şahdağ Qusar”la bağlı sərt cəzalar

10 March 2026 at 15:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 17-ci turundakı oyunlarla bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Birinci Liqa, 17-ci tur

“Baku Sportinq” – “Mingəçevir” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. Oyunun fasiləsində “Mingəçevir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə bu klub 900 manat cərimə edilib.

“Şəfa” – “Şahdağ Qusar” oyununda “Şəfa”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. “Şahdağ Qusar”da 4 nəfər sarı vərəqə aldığı üçün Qusar komandası da 210 manat cərimə edilib. Oyunun 45+2-ci dəqiqəsində “Şahdağ Qusar”ın həkimi Müşfiq Hümmətli hakimi təhqir və təhdid etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Şahdağ Qusar” buna görə 3000 manat cərimə ödəyəcək. Oyunun 90+4-cü dəqiqəsində “Şahdağ Qusar”ın məşqçisi Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Şahdağ Qusar” buna görə də 3000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şahdağ Qusar”ın icraçı direktoru Mirzə Bayrampul “A buraxılışı” akkreditasiyası olmadan Zona 1-ə daxil olduğuna görə Qusar komandası 300 manat cərimə edilib.

“Cəbrayıl” – “Səbail” oyununda “Cəbrayıl”da 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

Leandro Andrade 40-a çatdı, 70-ci oldu

10 March 2026 at 15:00

Kabo Verde yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun yubiley qolu 127-ci oyununa təsadüf edib.

O, Azərbaycan Premyer Liqasının 23-cü turunun “Araz-Naxçıvan”la görüşündə (6:0) dubl müəllifi olub. Leandronun ilk qolu yubiley xarakterli olub. İkinci dəfə fərqlənməklə isə o, Azərbaycan çempionatlarındakı göstəricisini 41-ə çatdırıb.

Premyer Liqada 2021/2022-ci illər mövsümündə debüt etmiş və yalnız “Qarabağ”ın uğurları üçün çalışmış Andrade turnirin tarixinə 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb. Yarımmüdafiəçi 41 qol vurmuş Samir A. Məmmədov, Fazil Əsədov, Leandro Qomes, Baqali Daboya şərik çıxıb.

Xatırladaq ki, Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Onun Ağdam klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.

Leo Ağdam klubunun heyətində bütövlükdə 201 oyun keçirib. O, bu oyunlarda 56 qola imza atıb, 58 assist müəllifi olub. Leandro “Qarabağ”ın heyətində 4 dəfə (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) Azərbaycan çempionu, iki dəfə (2021/2022, 2023/2024) ölkə kubokunun qalibi olub.

Leandro Andrade daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığma komandasında da 7 oyun keçirib, lakin məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Araz-Naxçıvan” 20-ci dəfə darmadağına üzüldü

10 March 2026 at 14:00

“Araz-Naxçıvan” futbol üzrə Azərbaycan çempionatlarının yüksək liqasında 20-ci dəfə böyük hesabla məğlub olub.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turuna təsadüf edib.

Naxçıvan təmsilçisi “Qarabağ”la səfər matçında 0:6 hesabı ilə uduzub.

Üç və ya daha çox top fərqi ilə olan 20 məğlubiyyətdən 8-i öz, 12-si rəqib meydanında qeydə alınıb. Naxçıvan komandasının ilk belə matçı 2000-ci il sentyabrın 9-da “Neftçi”yə qarşı olub. Bakı klubu səfərdə 7 cavabsız qol vurub.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Qarabağ”la son üç görüşdə böyükhesablı məğlubiyyət alıb – 0:5, 1:5, 0:6.

Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. Komanda hazırda 33 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 23 oyunda 9 qələbə qazanmış Muxtar Respublika təmsilçisi, 6 heç-heçə və 8 məğlubiyyət də görüb.

ÇL: 1/8 final mərhələsinə İstanbulda start verilir

10 March 2026 at 13:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda İngiltərə çempionu “Liverpul”la üz-üzə gələcək.

Almaniya çempionu “Bayern” İtaliyada “Atalanta”nın, İngiltərənin “Tottenhem” komandası isə İspaniyada “Atletiko”nun qonağı olacaq.

ÇL-in pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış İngiltərənin “Nyukasl” komandası İspaniya təmsilçisi “Barselona” ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
10 mart

21:45. Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə)
00:00. Atletiko (İspaniya) – Tottenhem (İngiltərə)
00:00. Nyukasl (İngiltərə) – Barselona (İspaniya)
00:00. Atalanta (İtaliya) – Bayern (Almaniya)

Vüsal İsgəndərlinin komandası “Dinamo”ya da qalib gəldi

10 March 2026 at 12:00

Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Partizani” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 6-cı turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Partizani” səfərdə baş tutmuş bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.

“Partizani” 27 turdan sonra 42 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. Sözügedən komanda 27 oyunda 12 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 25 oyuna çıxıb, 5 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

MS Federasiya Kubokunda “Liverpul”a rəqib oldu

10 March 2026 at 11:00

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cütləri bəlli olub.

Arena.az xəbər verir ki, bu, ötən gün baş tutmuş 1/8 final mərhələsinin sonuncu qarşılaşmasından sonra müəyyənləşib.

“Vest Hem” doğma meydanda “Brentford”a penaltilər seriyasında qalib gəlməklə “Lids”ə rəqib olub.

“Çelsi” yarımfinala vəsiqə uğrunda “Port Veyl” ilə mübarizə aparacaq. Premyer Liqanın lideri “Arsenal” 1/4 finalda “Sauthempton”u sınağa çəkəcək.

Yarımfinala vəsiqə uğrunda ən maraqlı görüş isə “Mançester Siti” ilə “Liverpul” arasında baş tutacaq.

Federasiya Kubokunda 1/4 finalın oyunları aprelin əvvəlində keçiriləcək.

İngiltərə, Federasiya Kuboku
1/4 final

Çelsi – Port Veyl
Mançester Siti – Liverpul
Sauthempton – Arsenal
Vest Hem – Lids

Zamiq Əliyev “Teuta”ya qarşı 90 dəqiqə oynadı

10 March 2026 at 10:00

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 27-ci turu çərçivəsində “Teuta” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 4:2. Əliyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Eqnatiya” 27 turdan sonra 49 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 27 oyunda 14 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 61 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Premyer Liqa: “Sabah” “Qəbələ” ilə üz-üzə

10 March 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 23-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış matçında lider “Sabah” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Bu oyunun baş hakimi İnqilab Məmmədov olacaq.

Premyer Liqa
23-cü tur
7 mart

“Karvan” – “Sumqayıt” 1:1
Qollar: Coy Sleyd Mikels, 90+4 – Səbuhi Abdullazadə, 51-pen.
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yevlax şəhər stadionu, 15:00.

8 mart

“Şamaxı” – “İmişli” 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Həşimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 15:00.

“Qarabağ” – “Araz-Naxçıvan” 6:0
Qollar: Xoni Montiel, 15-pen. Leandro Andrade, 33; 36. Kamilo Duran, 64-pen; 89. Musa Qurbanlı, 83.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:15.

9 mart

“Zirə” – “Kəpəz” 2:2
Qollar: Eren Aydın, 5. Ruan Renato, 90+7 – Rauf Hüseynli, 32. Dioqo Verdaska, 51.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov.
VAR: Elvin Bayramov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

“Neftçi” – “Turan Tovuz” 0:1
Qol: Joarlem Santos, 56.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 20:30.

10 mart

“Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Masazır Arena”, 19:15.

“Vest Hem” Federasiya Kubokunda sonuncu 1/4 finalçı oldu

10 March 2026 at 03:00

Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Vest Hem” doğma meydanda “Brentford”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı əsas vaxtda qalib müəyyənləşməyib. Bu üzdən penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Vest Hem” Federasiya Kubokunda sonuncu 1/4 finalçı olub.

İngiltərə, Federasiya Kuboku
1/8 final
6 mart

Vulverhempton – Liverpul 1:3
Qollar: Hvanq, 90+1 – E.Robertson, 51. Salah, 53. K.Cons, 74.

7 mart

Mansfild – Arsenal 1:2
Qollar: Evans, 50 – Madueke, 41. Eze, 66.

Reksem – Çelsi 2:4
Qollar: Smit, 18. Doyl, 78 – Okonkvo, 40-öz qapısına. Açimponq, 82. Qarnaço, 96. J.Pedro, 120+5.

Nyukasl – Mançester Siti 1:3
Qollar: Barnes, 18 – Savinyo, 39. Marmuş, 47; 65.

8 mart

Fulhem – Sauthempton 0:1
Qol: Stüart, 90+1.

Port Veyl – Sanderlend 1:0
Qol: Ueyn, 28.

Lids – Norviç Siti 3:0
Qollar: Lonqstaff, 32. QudmundssoN, 43. Piroe, 85.

9 mart

Vest Hem – Brentford 2:2 (penaltilər 5:3)
Qollar: Bouen, 19; 34-pen – İ.Tyaqo, 28; 81-pen.

La Liqa: “Espanyol” “Real Ovyedo” ilə matçda xal itirdi

10 March 2026 at 02:30

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Espanyol” doğma meydanda “Real Ovyedo” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Beləliklə, mövsümün geridə qalmış 27 turundan sonra 67 xala malik “Barselona” vahid liderdir. “Real” 64 xalla ikinci pillədə qərarlaşıb. “Atletiko” və “Vilyarreal”ın 54, “Betis”in 43, “Selta”nın 40 xalı var.

İspaniya, La Liqa
27-ci tur
6 mart

Selta – Real 1:2
Qollar: B.İqlesias, 25 – Tçuameni, 11. Valverde, 90+4.

7 mart

Osasuna – Malyorka 2:2
Qollar: Barxa, 89. Budimir, 90+4 – Muriqi, 35; 61.

Levante – Jirona 1:1
Qollar: Espi, 50 – Roka, 90+4.

Atletiko – Real Sosyedad 3:2
Qollar: Sörlot, 5. N.Qonsales, 67; 81 – Soler, 9. Oyarsabal, 68.

Atletik – Barselona 0:1
Qol: Yamal, 68.

8 mart

Vilyarreal – Elçe 2:1
Qollar: Buçanan, 31. Mourino, 41 – A.Silva, 83.

Xetafe – Betis 2:0
Qollar: Femenia, 28. Satriano, 45+1.

Sevilya – Rayo Valyekano 1:1
Qollar: A.Adams, 13 – Paça, 50.

Valensiya – Alaves 3:2
Qollar: Querra, 47. E.Comert, 90. Duro, 90+9-pen – Boye, 3-pen; 71.

9 mart

Espanyol – Real Ovyedo 1:1
Qollar: K.Qarsiya, 36 – Reyna, 8.

A Seriyası: “Latsio” “Sasssuolo”nu xalsız yola saldı

10 March 2026 at 02:00

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 28-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Latsio” doğma meydanda “Sassuolo” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Beləliklə, mövsümün geridə qalmış 28 turundan sonra 67 xala malik “İnter” vahid liderdir. “Milan” 60 xalla ikinci, “Napoli” 56 xalla üçüncü pillədə qərarlaşıb. “Komo” və “Roma”nın 51, “Yuventus”un 50, “Atalanta”nın 46 xalı var.

İtaliya, A Seriyası
28-ci tur
6 mart

Napoli – Torino 2:1
Qollar: A.Santos, 7. Elmas, 68 – Kasadey, 87.

7 mart

Kalyari – Komo 1:2
Qollar: Espozito, 56 – Baturina, 14. Da Kunya, 76.

Atalanta – Udineze 2:2
Qollar: Skamakka, 75; 79 – K.Devis, 55.

Yuventus – Piza 4:0
Qollar: Kambyazo, 54. Türam, 65. K.Yıldız, 75. Boqa, 90+3.

8 mart

Leççe – Kremoneze 2:1
Qollar: Pyerotti, 22. Ştuliç, 38-pen – Bonatsoli, 47.

Bolonya – Verona 1:2
Qollar: Roue, 49 – Freze, 53. Bouye, 57.

Fiorentina – Parma 0:0

Cenoa – Roma 2:1
Qollar: Messias, 52-pen. Vitinya, 80 – Ndika, 55.

Milan – İnter 1:0
Qol: Estupinan, 35.

9 mart

Latsio – Sassuolo 2:1
Qollar: Maldini, 2. Maruşiç, 90+2 – Loryente, 35.

Super Liqa: “Trabzonspor” Kayseridə 3 qola sevindi

9 March 2026 at 23:59

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Alanyaspor” – “Gənclərbirliyi” matçında qapılara qol vurulmayıb. “Eyüpspor” doğma meydanda “Kocaelispor”a, “Kayserispor” isə “Trabzonspor”a məğlub olub.

Beləliklə, mövsümün geridə qalmış 25 turundan sonra 61 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 57 xalla ikinci, “Trabzonspor” 54 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş” 46, “Başakşəhər”lə “Göztəpə” 42 xal toplayıblar.

Türkiyə, Super Liqa
25-ci tur
7 mart

Başakşəhər – Göztəpə 2:1
Qollar: O.Şahiner, 13. Brniç, 69 – Antuneş, 39.

Beşiktaş – Qalatasaray 0:1
Qol: Osimhen, 39.

8 mart

Qaziantep – Karagümrük 1:1
Qollar: Maksim, 54 – Serjinyo, 63.

Konyaspor – Kasımpaşa 1:1
Qollar: Muleka, 17 – Benediçak, 31-pen.

Rizəspor – Antalyaspor 1:0
Qol: Laçi, 10-pen.

Fənərbağça – Samsunspor 3:2
Qollar: Genduzi, 15. Nene, 90. Şerif, 90+5 – Marius, 11; 23.

9 mart

Eyüpspor – Kocaelispor 0:1
Qol: S.Dursun, 6-pen.

Alanyaspor – Gənclərbirliyi 0:0

Kayserispor – Trabzonspor 1:3
Qollar: Onuqxa, 83 – Onuaçu, 45+2; 45+7-pen. B.Bayazit, 53-öz qapısına.

Vernidub: “Turan Tovuz”a məğlubiyyətə layiq deyildik”

9 March 2026 at 23:40

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 23-cü turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü paytaxt təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nə vaxtsa, məğlub olmalı idik. O da bu gün oldu. Oyuna görə məğlubiyyətə layiq deyildik. Ən azından bir xal qazanmalı idik. Hətta qalibiyyət də mümkün idi. Nə onlarda, nə də bizdə çox böyük epizodlar var idi. Rəqib bir imkanı dəyərləndirə bildisə, biz bunu bacarmadıq. Bununla barışmaq və işləmək lazımdır. Gələcəkdə nə olacağını həyat göstərəcək.

İntensiv oyun getsə də, çox qol epizodu yox idi. Uduzduq. Bunu geridə qoymalı və yolumuza davam etməliyik. “Turan Tovuz” sıradan komanda deyil. Ona görə 3-cü pillədədir. Biz də onlardan heç nədə geri qalmadıq. Təəssüf ki, bir qol buraxdıq və o da matçın taleyini həll etdi.

Bəli, “Neftçi”də də oruc tutanlar var. Bunun futbolçuların hazırlığına təsiri var. Amma bu, təkcə bizdə deyil. Azərbaycanda olan bütün komandalar vəziyyət belədir. Onların dini etiqadlarını pzomağa özümdə hüqüq görmürəm. Bunun da öhdəsindən gələcəyik.

Mənə qədər burada bir baş məqşçi olub. O məşqçi haqda pis bir şey deyə bilmərəm. O, mənim həmkarımdır. Komanda yığıb və gəlmişəm işləməyə. Mən gəlim deyim ki, mənə qədər olan hamı günahkardır, heç vaxt deməmişəm, demərəm də. Bacarmaq lazımdır ki, zərbəni ala biləsən və insan olaraq qalasan. Ona görə də indiyə qədər çalışdığım komandalarda da həmişə nəticə olub”.

Kurban Berdıyev: “Qələbəni haqq edirdik”

9 March 2026 at 23:20

“Turan Tovuz”un ba məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Tovuz təmsilçisinin 1:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikrimcə, oyunçularım qələbəni haqq edirdilər.

Bundan əvvəl də demişdim ki, oyundan-oyuna hazırlaşırıq. Bizim üçün kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Turnir cədvəlinə fikir vermirik. Sonda hər şey bilinəcək. Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm. Biz yalnız qarşımızdakı oyuna hazırlaşırıq.

Bir neçə oyundur qol buraxmasaq da, qapımız qarşısında təhlükəli epizodlar olur. Əgər olmasaydı, başqa məsələ. Amma bu təhlükəli vəziyyətlər göstərir ki, üzərində işləməli olduğumuz məqamlar çoxdur”.

“Neftçi” – “Turan Tovuz” 0:1 – Video

9 March 2026 at 23:00

Azərbaycan Premyer Liqasının 23-cü turunun “Neftçi” – “Turan Tovuz” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
23-cü tur
9 mart

“Neftçi” – “Turan Tovuz” 0:1
Qol: Joarlem Santos, 56.
Sarı vərəqələr: İfeanyi Metyu, 34 (qeyri-idman hərəkəti) – Filip Ozobiç, 47 (qeyri-idman hərəkəti). Xorxe Silva, 90+4 (oyunun bərpasının ləngidilməsi).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 20:30. “Neftçi Arena”, 4200 tamaşaçı.

Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli.
Dördüncü hakim: Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (7. Emil Səfərov, 60), 15. Elvin Bədəlov, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu (6. Sessi Dalmeyda, 46), 9. Bassala Sambu (45. Vensan Abubakar, 68), 33. Breno Almeyda (47. Murad Məmmədov, 60), 70. Andrey Ştoqrin, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis (17. Murad Xaçayev, 46).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç (19. Roberto Olabe, 79), 17. Rəhim Sadıxov (6. Fərid Yusifli, 86), 11. Ayxan Hüseynov (99. İbrahima Vadji, 86), 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 9. Coş Cinnelli, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.

Premyer Liqa: “Neftçi” “Turan Tovuz”a evdə uduzdu

9 March 2026 at 22:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutub.

“Neftçi” doğma meydanda “Turan Tovuz”la üz-üzə gəlib. “Neftçi Arena”da təşkil edilmiş görüşü Əliyar Ağayev idarə edib. Tovuz təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib.

Tura sabah keçiriləcək “Sabah” – “Qəbələ” oyunu ilə yekun vurulacaq. Daha öncə keçirilmiş “Karvan” – “Sumqayıt” (1:1), “Şamaxı” – “İmişli” (0:0) və “Zirə” – “Kəpəz” (2:2) oyunlarında qalib müəyyənləşməyib. “Qarabağ” isə “Araz-Naxçıvan”a böyük hesabla qalib gəlib – 6:0.

Premyer Liqa
23-cü tur
9 mart

“Neftçi” – “Turan Tovuz” 0:1
Qol: Joarlem Santos, 56.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 20:30.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 33. Breno Almeyda, 70. Andrey Ştoqrin, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.

“Zirə” – “Kəpəz” 2:2 – Video

9 March 2026 at 22:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-ci turunun “Zirə” – “Kəpəz” matçı bərabərliklə (2:2) başa çatdı.

Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
23-cü tur
9 mart

“Zirə” – “Kəpəz” 2:2
Qollar: Eren Aydın, 5. Ruan Renato, 90+7 – Rauf Hüseynli, 32. Dioqo Verdaska, 51.
Sarı vərəqələr: Enrike Kustodio, 80 (qeyri-idman hərəkəti) – Olavale Onanuqa, 38 (qeyri-idman hərəkəti). Luis Paçu, 52 (qeyri-idman hərəkəti). Rauf Hüseynli, 79 (qeyri-idman hərəkəti). Mate Abuladze, 82 (oyunun bərpasının ləngidilməsi).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 18:30. Zirə İdman Kompleksinin stadionu, 400 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov.
Dördüncü hakim: Alik Yunusov.
VAR: Elvin Bayramov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev (10. Georgi Papunaşvili, 53), 26. Stefan Akka, 4. Ruan Renato, 28. Leroy Mikels (9. Davit Volkov, 64), 30. Rikardo Martins (73. Anatoli Nuriyev, 72), 20. İssa Cibrilla (25. Enrike Kustodio, 46), 93. Brahim Konate (8. İsmayıl İbrahimli, 46), 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 5. Ange Mutsinzi, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Kəpəz: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev (11. Rəhman Hacıyev, 76), 77. Fərid Nəbiyev (99. Əli Səmədov, 90+3), 5. Rauf Hüseynli, 6. Camal Cəfərov (17. Ümid Səmədov, 69), 9. Luis Paçu (21. Sadiq Şəfiyev, 90+3), 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 33. Yusif İmanov, 81. Elgün Bayramov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 57. Amur Yusifov.
Baş məşqçi: Azər Bağırov.

Azər Bağırov: “Zirə” ilə matçda 2 xal itirdik”

9 March 2026 at 21:30

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür edirəm ki, sona qədər komandanın yanında oldular. Yaxşı və pis günümüzdə yanımızda olmalarını istəyirəm. Əsl azarkeşlər dar gündə tanınır. Matça gəldikdə, yaxşı komandaya qarşı oynadıq. “Zirə”də illərin oturuşmuş heyəti var. Rəqibin güclü tərəflərini futbolçulara demişdik. Maraqlı oyun alındı. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra toparlandıq. Daha dəqiq oynamağı bacarsaydıq, sonuncu dəqiqədə qələbəni əldən verməzdik. Son saniyələrdə qol buraxdığımızı nəzərə alsaq, mənə elə gəlir ki, biz 2 xal itirdik. Əfsuslar olsun. Önümüzə baxacağıq. Qarşıda çətin oyunlarımız var. “Zirə”yə uğurlar arzulayıram”.

Rəşad Sadıqov: “Oyuna nəzarət edən tərəf biz idik”

9 March 2026 at 21:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün çox yaxşı başladı, erkən qol vurduq. Birinci hissədə başqa qol epizodlarımız da var idi, amma bunlardan istifadə edə bilmədik. Rəqib isə standart vəziyyətdən fərqləndi. İkinci hissəyə fəal başlasaq da, yenə standart vəziyyətdən qol buraxdıq. Bundan sonra çoxsaylı hücumlar etdik. Oyuna nəzarət edən tərəf biz idik. Rəqib hesabda öndə olduğu üçün daha çox müdafiəyə diqqət yetirirdi. Son dəqiqələrdə künc zərbəsindən qol vurub 1 xal qazandıq. Mövsüm ərzində belə oyunlar olur. Hər iki qol standart vəziyyətdən oldu. Matçdan öncə bu haqda danışmışdıq. Son vaxtlar çempionatımızda belə qollar çox olur. Bu qədər çətinliyə baxmayaraq, 1 xal da yaxşı nəticədir.

Oyundan əvvəl təbii olaraq, hamımız 3 xala köklənmişdik. Amma gedişat elə idi ki, 1 xal qazandıq”.

Rəşad Sadıqov “Kəpəz” azarkeşlərinin matçın sonlarında onun ünvanına şüarlar səsləndirməsinə də münasibət bildirib:

“Eşitmirdim, maraqlı deyil. Bircə onu deyə bilərəm ki, Premyer Liqada 2 komanda çempionluğa oynayır, 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. O 5 komandanın arasında yerli məşqçi bircə mənəm. Digərləri adlı-sanlı əcnəbi mütəxəssislərdir. Sadəcə, bunu qeyd etmək istəyirəm”.

Premyer Liqa: “Zirə”dən “Kəpəz”lə məhsuldar heç-heçə

9 March 2026 at 20:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun gününün ilk qarşılaşması “Zirə” ilə “Kəpəz” arasında baş tutub.

Zirə İdman Kompleksinin stadionunda keçirilmiş görüşün baş hakimi Kamal Umudlu olub.

Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Günün digər oyunu “Neftçi” ilə “Turan Tovuz” arasında keçiriləcək. Daha öncə keçirilmiş “Karvan” – “Sumqayıt” (1:1), “Şamaxı” – “İmişli” (0:0) və “Zirə” – “Kəpəz” (2:2) oyunlarında qalib müəyyənləşməyib, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəlib – 6:0.

Tura sabah keçiriləcək “Sabah” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
23-cü tur
9 mart

“Zirə” – “Kəpəz” 2:2
Qollar: Eren Aydın, 5. Ruan Renato, 90+7 – Rauf Hüseynli, 32. Dioqo Verdaska, 51.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov.
VAR: Elvin Bayramov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 4. Ruan Renato, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 5. Ange Mutsinzi, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Kəpəz: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 6. Camal Cəfərov, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 33. Yusif İmanov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 11. Rəhman Hacıyev, 57. Amur Yusifov.
Baş məşqçi: Azər Bağırov.

Alvaro Karreras sıradan çıxdı

9 March 2026 at 20:00

İspaniyanın “Real” (Madrid) klubunun sol cinah müdafiəçisi, ispaniyalı futbolçu Alvaro Karreras zədələnib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçunun sağ ayağının baldır əzələsində zədə aşkarlanıb. Onun nə vaxt yaşıl meydanlara qayıdacağı hələ açıqlanmayıb.

Xatırladaq ki, “Real”da Karrerasdan öncə David Alaba, Eder Militao, Cud Bellingem, Dani Sebalyos, Kilian Mbappe və Rodriqo Qoes kimi futbolçular da zədədən əziyyət çəkirdikər.

Madrid təmsilçisi martın 11-də UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında “Mançester Siti”ni qəbul edəcək. Adları yuxarıda qeyd edilmiş futbolçuların bu matçda “Real”a kömək etməsi gözlənilmir.

Alvaro Karreras “Mançester Yunayted”in məzunudur. Müdafiəçi, karyerası ərzində “Preston Nort End”, “Qranada” və “Benfika”da oynayıb. “Real” onu 2025-ci ilin yayında 50 milyon avro müqabilində “Benfika”dan transfer edib. İspan futbolçunun Madrid klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Karreras cari mövsümdə “Real” üçün 34 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Karreras İspaniyanın U-19 və U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ çağırış almayıb.

Karrerasın qənimətlər muzeyində “Benfika” ilə qazandığı Portuqaliya Liqa Kuboku (2024/2025) var.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispan sol cinah müdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Əvəzedicilər: “Sabah” 3, “Zirə” və “Şamaxı” 5 qola sevindi

9 March 2026 at 19:00

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 19-cu turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Zirə-2” “Qəbələ-2” ilə, “Sabah-2” də “Sumqayıt-2” ilə ev oyununda darmadağına sevinib. 8 qolun vurulduğu “Şamaxı-2” – “Araz-Naxçıvan-2” matçında da meydan sahibləri qələbə qazanıblar.

19-cu turun görüşləri martın 10-da keçiriləcək.

Əvəzedicilər Liqası
19-cu tur
9 mart

“Zirə-2” – “Qəbələ-2” 5:1
Qollar: Murad Ələkbərov, 21; 33. Əhliman Süleymanzadə, 48. Rauf Qafarov, 59. Fərid Şahhüseyni, 83 – Qədir Ramazanov, 64.
Hakimlər: Murad Səlimov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Samir Musayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 15:00.

“Sabah-2” – “Sumqayıt-2” 3:0
Qollar: Əli Əlizadə, 32; 56. Şahin İbrahimov, 73.
Hakimlər: İslam Məmmədov, Safalı Ağayev, Ağadur Mahmudov, Ləman Əmirli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 15:00.

“Şamaxı-2” – “Araz-Naxçıvan-2” 5:3
Qollar: Abdullahi Şuaybu, 5. Raul Məmmədov, 76; 86; 90+3. Həbib İsmayılov, 89 – Nuran Muradlı, 19. İftixar İbrahimov, 34; 52.
Hakimlər: Nəriman Ağayev, Aydın Baxşıyev, Elvin Mədətov, Hacıağa Həsənov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu, 15:00.

10 mart

“Turan Tovuz-2” – “Kəpəz-2”
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Elmin Süleymanov, Rüfət Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Qarabağ-2” – “Neftçi-2”
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Kamil Aydınov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 15:00.

İkinci Liqa: “Şirvan” “Quba”nı tək qolla yendi

9 March 2026 at 17:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

“Şirvan” doğma meydanda “Quba” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Bu gün keçirilməli olan “Şəmkir” – “Xankəndi” matçı isə baş tutmayıb.

17-ci turun qalan oyunları martın 9-da və 10-da keçiriləcək. Bütün görüşlərə saat 15:00-da start veriləcək.

İkinci Liqa
17-ci tur
8 mart

“Kür-Araz” – “Ağstafa Gəncləri” 2:2
Qollar: Bayram Əliyev, 82. Elxan Məmmədov, 85-pen – Elgün Namazov, 32. Ramin Süleymanov, 45+1.
Hakimlər: Nahid Xasıyev, Rəhman Aslanov, Cavid Ömərov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.

9 mart

“Şirvan” – “Quba” 1:0
Qol: Ruslan Şahbazov, 10.
Hakimlər: Rəsul Babayev, Asif Abdullayev, Rasim Axundov, Vüqar Alıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu.

“Şəmkir” – “Xankəndi” matçı baş tutmayıb
Hakimlər: Kamran Əliyev, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

10 mart

“Araz Saatlı” – “Dinamo”
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Tural Bayramov, Nail Nağıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Göygöl” – “Şəki”
Hakimlər: Namiq Bəkirov, Sadiq Əliyev, Hüseyn Vəliyev, Elçin Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu.

“Ağdaş” – “Qaradağ Lökbatan”
Hakimlər: Sənan Bayramzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, İrşad Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Ağdaş şəhər stadionu.

Polina Rəhimova Yunanıstan Kubokunun qalibi oldu

9 March 2026 at 16:00

Voleybol üzrə Azərbaycan millisinin üzvü Polina Rəhimova Yunanıstan Kubokunun 2025/2026 mövsümünün qalibi olub.

Arena.az bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Rəhimovanın çıxış etdiyi “Panionios” komandası Yunanıstan Kubokunun qalibi olub. Final görüşündə “Thiras” üzərində 3:1 hesablı qələbə qazanmış Afina təmsilçisi kuboku başı üzərinə qaldırıb. Polina Rəhimovanın komandası üstün oyun nümayiş etdirərək mövsümü titulla başa vurub.

Endrik – Liqa 1-də fevral ayının ən yaxşı oyunçusu!

9 March 2026 at 15:00

Lion “Olimpik”inin formasını geyinən braziliyalı futbolçu Endrik Fransa Liqa 1-də fevral ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə turnirin mətbuat xidmətinə istinadən xəbər verir.

19 yaşlı braziliyalı futbolçu fevralda Liqa 1 çərçivəsində meydana çıxdığı 4 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Olimpik”in hücumçusu yanvar ayında da Liqa 1-in ən yaxşı oyunçusu seçilmişdi.

Xatırladaq ki, Lion “Olimpik”i Endriki cari mövsümün sonunadək İspaniya nəhəngi “Real”dan icarəyə götürüb. Gənc hücumçu Fransa klubunun heyətində indiyə qədər 10 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Endrik “Palmeyras”ın yetirməsidir. “Real” braziliyalı hücumçunu 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda heyətinə qatıb. Braziliyalı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Endrik cari mövsümdə “Real”la cəmi 3 oyunda iştirak edib və 99 dəqiqə meydanda olub. O, “Real”ın heyətində ümumilikdə 40 oyuna 7 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Gənc futbolçu “Real”la da UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 14 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Martin Subimendi: “Real”ın mənə ehtiyacı yoxdur”

9 March 2026 at 14:00

“Arsenal”ın ispaniyalı dayaq yarımmüdafiəçisi Martin Subimendi “Real”a mümkün keçidi ilə bağlı sualı cavablayıb.

Arena.az 27 yaşlı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Real”ın mənə ehtiyac duyduğunu düşünmürəm. Uğura müvəffəq olmaq üçün “Real” çoxlu futbolçulara malikdir. Ona görə də – yox…”, deyə Subimendi vurğulayıb.

Xatırladaq ki, Subimendi “Arsenal”a 2025-ci ilin yayında “Real Sosyedad”dan 60 milyon avro müqabilində keçib. Onun İngiltərə klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var.

İspan futbolçu indiyə qədər “Arsenal”ın heyətində 40 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Martin Subimendi “Real Sosyedad”ın məzunudur. O, “Arsenal”a qədər yalnız San-Sebastyan klubunun uğurları üçün çalışıb. İspan futbolçunun doğma klubu üçün çıxışının ümumi mənzərəsi isə 236 oyun, 10 qol və 9 məhuslar ötürmədən ibarətdir.

Subimendi 2021-ci ilin iyun ayında debüt edtdiyi İspaniya yığmasının heyətində 23 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərlqənib.

Subimendinin qənimətlər muzeyində “Real Sosyedad”la qazandığı İspaniya Kuboku (2019/2020) və həmçinin İspaniya yığması ilə qazandığı UEFA Millətlər Liqası (2023) və Avorpa Çempionatı (2024) var.

“Transfermarkt” internet-portalı 27 yaşlı ispan dayaq yarımmüdafiəçisinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Qravenberx “Liverpul”la daha çox qənimət qazanmaq istəyir

9 March 2026 at 13:00

“Liverpul”un 23 yaşlı niderlandlı dayaq yarımmüdafiəçisi Rayan Qravenberx “qırmızılar”ın düşərgəsindəki hədəflərini açıqlayıb.

Arena.az niderlandlı futbolçunun müvafiq fikrini təqdim edir:

“Yaxınmüddətli mənzərədə hədəfim – cari mövsümü mümkün olduqca yaxşı başa vurmaqdır. Uzunmüddətli mənzərədə isə – “Liverpul”la daha da çox qənimətlər qazanmaqdır”, deyə yarımmüdafiəçi vurğulayıb.

Xatırladaq ki, Rayan Qravenberx futbola “Zebyurgiya” klubunda qədəm qoyub və buradan Niderland nəhəngi “Ayaks”ın düşərgəsinə yol taparaq, böyük futbolda debüt edib. Ardınca “Bayern”ə keçmiş Qravenberxi 2023-cü ilin sentyabrında “Liverpul” 40 milyon avro məbləğ müqabilində “qırmızılar”ın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun ingilis klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Futbolçu cari mövsümdə “Liverpul”un heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 4 qol və 6 məhsuldar ilə yadda qalıb.

Qravenberxin “qırmızılar” üçün çıxışının ümumi mənzərəsi isə 123 oyun, 8 qol və 12 məhsuldar ötürmədən ibarətdir.

Qravenberx 2021-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 24 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Rayan Qravenberxin qənimətlər muzeyində “Ayaks”la Niderland çempionluğu (3 dəfə) və Niderland Kuboku (2 dəfə), “Bayern”lə Almaniya Bundesliqası çempionluğu və Almaniya Super Kuboku, “Liverpul”la İngiltərə çempionluğu və İngiltərə Liqa Kuboku var. Həmçinin Qravenberx Niderlandın U-17 yığması ilə Avropa çempionu (2018) olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin trasnfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

İvan Provedel üçün mövsüm erkən bitdi

9 March 2026 at 12:00

“Latsio”nun rusəsilli italiyalı qapıçısı İvan Provedel çiynindən aldığı ağır zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Qapıçı yaxın günlərdə əməliyyat olunacaq. Futbolçu aldığı zədədən sonra davamlı çiyin ağrıları hiss edib və bu səbəbdən tibbi müayinədən keçirilib. Həkimlər onun əməliyyat edilməsinə qərar veriblər. Əməliyyatdan sonra bərpa müddətinin uzun çəkməsi ehtimal edilir və buna görə də qapıçının mövsümün qalan hissəsini buraxacağı gözlənilir.

İvan Provedel Pordenone şəhərində dünyaya gəlib. İvanın atası italyan, anası Yelena isə Moskvadan olan rusdur. O, 2022-ci ilin avqustundan “Latsio”da çıxış edir. Tərəflər arasında müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Provedel “Latsio”nun heyətində 29 oyuna çıxıb, 30 qol buraxıb, 12 “quru” oyun keçirib. Ümumilikdə qapıçı “Latsio”nun heyətində 146 oyuna 163 qol buraxıb, 53 oyunda qapısının toxunulmazlığını təmin edib. Məhz “Latsio”da Provedel daha da tərrəqqi edib və A Seriyasının 2022/2023-cü illər mövsümünün ən yaxşı qapıçısı adına layiq görülüb.

Təcrübəli qapıçı karyerası ərzində “Spetsiya”, “Empoli”, “Pro Verçelli”, “Piza”, “Peruca”, “Modena”, “Yuve Stabiya” kimi klubların da şərəfini qoruyub.

İvan İtaliyanın U-20 yığmasında 5 oyun keçirib, 5 qol buraxıb, 3 oyundan “quru” qurtulub. Həmçinin Provedel U-21 yığmasına və İtaliyanın əsas yığmasına dəvət alsa da, debütü baş tutmayıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı İvan Provedeli 3 milyon avro məbləğində qiymətləndirir.

Lionel Messi “DS Yunayted”ə qol vurdu, 3 xala sevindi

9 March 2026 at 11:00

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “DS Yunayted”lə qarşılaşıb.

“Vağlar” səfərdə baş tutmuş bu oyunda çətin qələbəyə seviniblər – 2:1. Messi 90 dəqiqə meydanda olub və komandasının qələbəsinə 1 qolla töhfə verib. O, 27-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 3 oyundan sonra 6 xalla 3-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 3 oyuna çıxıb, 3 qol vurub. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 91 oyun, 80 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ozan Can Kökçü “Neymegen”ə qarşı 84 dəqiqə oynadı

9 March 2026 at 10:00

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 26-cı turunda “Neymegen”lə qarşılaşıb.

“Volendam” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Ozan bu görüşə start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib.

“Volendam” 26 turdan sonra 27 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Ozan bu oyunların 25-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 28 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Premyer Liqa: “Zirə” “Kəpəz”ə, “Neftçi” “Turan”a qarşı

9 March 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 23-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də iki qarşılaşma baş tutacaq.

Öncə, “Zirə” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüşün start fiti saat 18:30-da səslənəcək. Qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq.

Günün digər oyunu “Neftçi” ilə “Turan Tovuz” arasında keçiriləcək. “Neftçi Arena”da təşkil ediləcək görüşü Əliyar Ağayev idarə edəcək.

Premyer Liqa
23-cü tur

7 mart

“Karvan” – “Sumqayıt” 1:1
Qollar: Coy Sleyd Mikels, 90+4 – Səbuhi Abdullazadə, 51-pen.
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yevlax şəhər stadionu, 15:00.

8 mart

“Şamaxı” – “İmişli” 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Həşimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 15:00.

“Qarabağ” – “Araz-Naxçıvan” 6:0
Qollar: Xoni Montiel, 15-pen. Leandro Andrade, 33; 36. Kamilo Duran, 64-pen; 89. Musa Qurbanlı, 83.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:15.

9 mart

“Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov.
VAR: Elvin Bayramov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 20:30.

10 mart

“Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Masazır Arena”, 19:15.

La Liqa: “Vilyarreal” və “Valensiya”dan qələbə

9 March 2026 at 02:10

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

“Sevilya” – “Rayo Valyekano” matçında qalib müəyyənləşməyib. “Vilyarreal” doğma meydanda “Elçe”yə, “Xetafe” “Betis”ə, “Valensiya” isə “Alaves”ə qalib gəlib.

27-ci tura martın 9-da keçiriləcək “Espanyol” – “Real Ovyedo” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
27-ci tur
6 mart

Selta – Real 1:2
Qollar: B.İqlesias, 25 – Tçuameni, 11. Valverde, 90+4.

7 mart

Osasuna – Malyorka 2:2
Qollar: Barxa, 89. Budimir, 90+4 – Muriqi, 35; 61.

Levante – Jirona 1:1
Qollar: Espi, 50 – Roka, 90+4.

Atletiko – Real Sosyedad 3:2
Qollar: Sörlot, 5. N.Qonsales, 67; 81 – Soler, 9. Oyarsabal, 68.

Atletik – Barselona 0:1
Qol: Yamal, 68.

8 mart

Vilyarreal – Elçe 2:1
Qollar: Buçanan, 31. Mourino, 41 – A.Silva, 83.

Xetafe – Betis 2:0
Qollar: Femenia, 28. Satriano, 45+1.

Sevilya – Rayo Valyekano 1:1
Qollar: A.Adams, 13 – Paça, 50.

Valensiya – Alaves 3:2
Qollar: Querra, 47. E.Comert, 90. Duro, 90+9-pen – Boye, 3-pen; 71.

9 mart

00:00. Espanyol – Real Ovyedo

Liqa 1: “Renn” və “Lans”dan darmadağın

9 March 2026 at 02:00

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 5 qarşılaşma baş tutub.

“Lill” – “Loryan” və “Olimpik” (Lion) – “Paris” matçlarında qalib müəyyənləşməyib. “Lans” doğma meydanda “Mets”i, “Brest” isə “Havr”ı “quru” hesabla məğlub edib. “Nitsa”nın qonağı olan “Renn” də səfərdə darmadağına sevinib.

Beləliklə, mövsümün geridə qalmış 25 turundan sonra 57 xala malik PSJ vahid liderdir. “Lans” 56 xalla ikinci pillədə qərarlaşıb. Marsel və Lion “Olimpik”ləri 46, “Renn” 43, “Lill” 41, “Monako” 40 xal toplayıb.

Fransa, Liqa 1
25-ci tur
6 mart

PSJ – Monako 1:3
Qollar: Barkola, 71 – Akliuş, 27. Qolovin, 55. Baloqun, 73.

7 mart

Nant – Anje 0:1
Qol: Sbai, 52.

Oser – Strasburq 0:0

Tuluza – Olimpik (Marsel) 0:1
Qol: Qrinvud, 18.

8 mart

Lans – Mets 3:0
Qollar: Abdulhamid, 44. Toven, 46. Haldara, 52.

Brest – Havr 2:0
Qollar: Kastilyo, 45+2. Ayorke, 71.

Lill – Loryan 1:1
Qollar: Pardo, 65 – Avom, 90+3.

Nitsa – Renn 0:4
Qollar: Lepaul, 13. Şimanski, 20. Blaz, 74. Muklele, 90+2.

Olimpik (Lion) – Paris 1:1
Qollar: Tolisso, 90+6-pen – Munetsi, 63.

A Seriyası: “Milan” derbidə “İnter”ə qalib gəldi

9 March 2026 at 01:50

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə 5 qarşılaşma baş tutub.

“Fiorentina” – “Parma” görüşündə qapılara qol vurulmayıb. “Bolonya” doğma meydanda “Verona”ya məğlub olub. “Leççe” “Kremoneze”ni, “Cenoa” “Roma”nı, “Milan” isə derbidə “İnter”i məğlub edib.

28-ci tura martın 9-da keçiriləcək “Latsio” – “Sassuolo” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
28-ci tur
6 mart

Napoli – Torino 2:1
Qollar: A.Santos, 7. Elmas, 68 – Kasadey, 87.

7 mart

Kalyari – Komo 1:2
Qollar: Espozito, 56 – Baturina, 14. Da Kunya, 76.

Atalanta – Udineze 2:2
Qollar: Skamakka, 75; 79 – K.Devis, 55.

Yuventus – Piza 4:0
Qollar: Kambyazo, 54. Türam, 65. K.Yıldız, 75. Boqa, 90+3.

8 mart

Leççe – Kremoneze 2:1
Qollar: Pyerotti, 22. Ştuliç, 38-pen – Bonatsoli, 47.

Bolonya – Verona 1:2
Qollar: Roue, 49 – Freze, 53. Bouye, 57.

Fiorentina – Parma 0:0

Cenoa – Roma 2:1
Qollar: Messias, 52-pen. Vitinya, 80 – Ndika, 55.

Milan – İnter 1:0
Qol: Estupinan, 35.

9 mart

23:45. Latsio – Sassuolo

Federasiya Kubokunda daha üç 1/4 finalçı bilindi

9 March 2026 at 00:30

Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2025/2026 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də üç qarşılaşma baş tutub.

“Sauthempton” səfərdə “Fulhem”i, “Port Veyl” isə doğma meydanda “Sanderlend”i minimal hesabla məğlub edərək 1/4 finala yüksəliblər. “Lids” də “Norviç Siti” ilə ev oyununda darmadağınla buna nail olub.

Federasiya Kubokunda 1/8 final mərhələsinə martın 9-da keçiriləcək “Vest Hem” – “Brentford” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Federasiya Kuboku
1/8 final
6 mart

Vulverhempton – Liverpul 1:3
Qollar: Hvanq, 90+1 – E.Robertson, 51. Salah, 53. K.Cons, 74.

7 mart

Mansfild – Arsenal 1:2
Qollar: Evans, 50 – Madueke, 41. Eze, 66.

Reksem – Çelsi 2:4
Qollar: Smit, 18. Doyl, 78 – Okonkvo, 40-öz qapısına. Açimponq, 82. Qarnaço, 96. J.Pedro, 120+5.

Nyukasl – Mançester Siti 1:3
Qollar: Barnes, 18 – Savinyo, 39. Marmuş, 47; 65.

8 mart

Fulhem – Sauthempton 0:1
Qol: Stüart, 90+1.

Port Veyl – Sanderlend 1:0
Qol: Ueyn, 28.

Lids – Norviç Siti 3:0
Qollar: Lonqstaff, 32. QudmundssoN, 43. Piroe, 85.

9 mart

23:30. Vest Hem – Brentford

Super Liqa: “Fənərbağça” “Samsunspor”u 3 qolla yendi

8 March 2026 at 23:55

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Qaziantep” – “Karagümrük” və “Konyaspor” – “Kasımpaşa” matçlarında qalib müəyyənləşməyib. Hər iki oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Rizəspor” doğma meydanda “Antalyaspor”u tək qolla üstələyib. “Fənərbağça” da “Samsunspor”la ev oyununda çətin qələbəyə sevinib.

Turun qalan görüşləri martın 9-da keçiriləcək.

Türkiyə, Super Liqa
25-ci tur
7 mart

Başakşəhər – Göztəpə 2:1
Qollar: O.Şahiner, 13. Brniç, 69 – Antuneş, 39.

Beşiktaş – Qalatasaray 0:1
Qol: Osimhen, 39.

8 mart

Qaziantep – Karagümrük 1:1
Qollar: Maksim, 54 – Serjinyo, 63.

Konyaspor – Kasımpaşa 1:1
Qollar: Muleka, 17 – Benediçak, 31-pen.

Rizəspor – Antalyaspor 1:0
Qol: Laçi, 10-pen.

Fənərbağça – Samsunspor 3:2
Qollar: Genduzi, 15. Nene, 90. Şerif, 90+5 – Marius, 11; 23.

9 mart

17:00. Eyüpspor – Kocaelispor
21:00. Alanyaspor – Gənclərbirliyi
21:00. Kayserispor – Trabzonspor

Bundesliqa: “Verder” Berlində 4 qola sevindi

8 March 2026 at 23:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 25-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Sankt Pauli” – “Ayntraxt” matçında qapılara qol vurulmayıb. Səfərdə “Union Berlin”lə qarşılaşmış “Verder” isə rəqibinə böyük hesabla qalib gəlib.

Beləliklə, mövsümün geridə qalmış 25 turundan sonra 66 xal toplamış “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 55 xalla ikinci, “Hoffenhaym” 49 xalla üçüncü pillədə qərarlaşıb. “Ştutqart”la “Leypsiq”in 47, “Bayer”in 44 xalı var.

Almaniya, Bundesliqa
25-ci tur
6 mart

Bayern – Borussiya (Mönhenqladbax) 4:1
Qollar: L.Dias, 33. Laymer, 45+1. Musiala, 57-pen. N.Cekson, 79 – Mohya, 89.

7 mart

Frayburq – Bayer 3:3
Qollar: Qrifo, 34. Suzuki, 43. Ginter, 86 – Kofane, 37. Qrimaldo, 45+3. Terrye, 52.

Haydenhaym – Hoffenhaym 2:4
Qollar: Kerber, 63; 84 – Prass, 26; 45+1. Asllani, 49. Lemperle, 78.

Maynts – Ştutqart 2:2
Qollar: Li, 39. Da Kosta, 90+1 – Demiroviç, 76. Undav, 77.

Leypsiq – Auqsburq 2:1
Qollar: Dyomande, 76. A.Çaves, 90+2-öz qapısına – Fellhauer, 39.

Volfsburq – Hamburq 1:2
Qollar: Eriksen, 22-pen – Vuşkoviç, 33-pen. Dompe, 58-plen.

Köln – Borussiya (Dortmund) 1:2
Qollar: Kaminski, 88 – Girassi, 15. Beyer, 60.

8 mart

Sankt Pauli – Ayntraxt 0:0

Union Berlin – Verder 1:4
Qollar: Kohn, 18-pen – Deman, 31. Staqe, 36. Qrüll, 66. Çoviç, 90+4.

Qurban Qurbanov: “Sabah”ın çempionluq şansı daha çoxdur”

8 March 2026 at 23:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Ağdam təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün stadionda xeyli qadın azarkeş var idi. Onlara təşəkkür edirəm. Bu gün qadınların bayramıdır, onlara xoşbəxtlik, sağlam həyat arzulayıram. Yaxşı oyun alındı. Həm bolqollu matç keçdi, həm də yaxşı hücumlarımız alındı. Düşündüyümüz, məşqdə etdiklərimizi meydanda gördüm. Bu da çox önəmlidir. Mənə inam verdi ki, futbolçular yavaş-yavaş özlərinə gəlməyə başlayırlar. Yorğunluq, gərginlik qalır deyə, bəzən alınmır. Amma bu gün xeyli yaxşı şeylər gördüm. Narazı qaldığım epizodlar da oldu. Oyundan sonra da futbolçulara bəzi iradları bildirdim ki, onu yaxşılaşdırmalıyıq. İnanıram ki, bir neçə matçdan sonra hər şey qaydasına düşəcək. “Araz-Naxçıvan”a uğurlar arzulayıram. Hesabda geridə olsalar da, öz oyunlarından əl çəkmirdilər.

Oyuna yaxşı köklənmişdik. “Araz-Naxçıvan” indi də, bundan əvvəl də həmişə baxımlı futbol oynayıb. Elmar Baxşıyevin vaxtında da belə idi. Ola bilər ki, onlarla oyunlar bizim idman formamızın yaxşı olduğu vaxta düşür. “Araz-Naxçıvan” bizim üçün heç də asan rəqib olmayıb. Bu gün bəlkə kənardan rahat görünürdük. Amma futbolçularımız çox əziyyət çəkdi, aktiv idilər.

Musa Qurbanlı ardıcıl 3 oyundur qol vurur. Bu, sevindiric haldır. Sonradan meydana girən oyunçuların oyunu dəyişməsi çox çətindir. Buna qabiliyyət və bacarıq lazımdır. Xüsusilə də rəqib müdafiədə sıx oynayanda belə oyunçulara ehtiyac olur. Musada yaxşılığa doğru irəliləyiş çoxdur, həvəsdən düşməməlidir, daim mübarizə aparmalıdır. Yavaş-yavaş böyüyür, hamımız üçün sevindiricidir. Hazırda ondan razıyam”.

Qurban Qurbanov “Qarabağ”ın artıq tam olaraq çempionata kökləndiyini də vurğulayıb:

“Futbolçuların bir az da özünə gəlməsinə ehtiyac var. Həqiqətən bu il ən gərgin illərdən biri oldu. Çempionlar Liqasının oyunları, gözləntilər… Bizim 10 yox, 3-4 xalımız olsaydı, bəlkə daha rahat oynayardılar, heç kimin çox tələbi də olmazdı. Amma hər qələbə gəldikdə, daha çox gözlənti oldu. Futbolçuların məsuliyyəti də artdı. Son oyuna qədər gərginlik oldu. Futbolçular o gərginliyə dözdülər. Çempionat heç də asan deyil. Baxmayaraq ki, bu gün belə hesabla qələbə qazandıq. Hər oyunumuzda son saniyəyə qədər mübarizə gedib. İndidən daha rahat hazırlaşmağa şansımız olacaq. Təəssüf ki, 2 oyundan sonra fasilə olacaq. Komanda bir yerdə olmayacaq. Mənim üçün komandanın bir yerdə olması çox vacibdir. “Sabah”ın şansı daha çoxdur, yaxşı komanda formalaşdırıblar, amma biz sona qədər mübarizə aparacağıq. Qarşıdakı günlərdə futbolçuların idman formasını mütləq yaxşılaşdırmalıyıq”.

“Qarabağ” – “Araz-Naxçıvan” 6:0 – Video

8 March 2026 at 22:30

Azərbaycan Premyer Liqasının 23-cü turunun “Qarabağ” – “Araz-Naxçıvan” matçı meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
23-cü tur
8 mart

“Qarabağ” – “Araz-Naxçıvan” 6:0
Qollar: Xoni Montiel, 15-pen. Leandro Andrade, 33; 36. Kamilo Duran, 64-pen; 89. Musa Qurbanlı, 83.
Sarı vərəqələr: Mustafa Əhmədzadə, 42 (qeyri-idman hərəkəti). İssuf Paro, 62 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə yoxdur.
Saat 19:15. Tofiq Bəhramov adına Respublika Stadionu, 3200 tamaşaçı.

Baş hakim: Rəşad Əhmədov.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Kərim Zeynalov.
Dördüncü hakim: Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 81), 10. Abdullah Zubir (8. Marko Yankoviç, 72), 81. Kevin Medina, 9. Xoni Montiel, 18. Dani Bolt (30. Abbas Hüseynov, 81), 15. Leandro Andrade (77. Ramil Şeydayev, 81), 35. Pedro Bikalyo, 11. Emmanuel Addai (22. Musa Qurbanlı, 72), 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 32. Hikmət Cəbrayılzadə, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov (77. Bruno Franko, 55), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 23. Nuno Rodriqes (17. İssuf Paro, 46), 7. Hamidu Keyta (70. Çarlz Boli, 55), 10. Felipe Santos, 11. Ba-Muaka Simakala (14. Ülvi İsgəndərov, 67), 19. Bar Kohen (24. Mustafa Əhmədzadə, 39).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli.
Baş məşqçi: Andrey Demçenko.

Demçenko: “Futbolçular cərimə olunacaqlar”

8 March 2026 at 22:00

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Çox yaxşı oynadılar, layiqli qalibiyyət əldə etdilər. Hər bir komanda rəqibin ona verdiyi imkanlar qədər oynayır. Futbolçularım “Qarabağ”a imkan verdilər ki, onlar meydanda hər şeyi etsinlər. Bu oyunda fikrimiz başqa idi. “Qarabağ”a daha çox pressinq edib, futbolçulara yaxın oynayıb, onları topsuz saxlamaq istəyirdik. Pressinq komanda oyunudur. Hansısa oyunçu pressinq etməyəndə, bütün kollektivə təsir edir. Buraxdığımız ilk qol bizə çox təsir etdi. Qapıçımız səhv etdi, penaltidən əvvəl qapıçımız önə çıxaraq topu götürməli idi. Belə hal baş verirsə, rəqibə daha çox özgüvən verirsiniz və nəticə də belə olur. Bu cür oyuna görə azarkeşlərimizdən üzr istəyirəm. Onlar bu məyusluğa layiq deyildilər. Futbolda 11 nəfər yox, bütün komanda oynayır. Bu gün oyunda bizdə 2 qrup var idi, bir qrup oyunu istəyirdi, digəri istəmirdi. Məğlubiyyətə görə səbəbkar təkcə oyunçular deyil. Məşqçilər korpusunun da səhvi var.

Bu cür məğlubiyyətdən sonra bərpa olmaq çətindir. Amma çalışacağıq ki, bərpa olaq və növbəti oyunlara hazırlaşaq.

“Qarabağ” kimi ÇL-də oynayan komandaya qarşı asan deyil. Matçdan əvvəl də bəzi futbolçularda narahatlıq var idi. Sanki çəkinirdilər. Bu da futbolçulara doğru qərar verməyə mane olur. Komandanı bir yerə yığıb, səhvləri axtaracağıq. Bu cür təsiredici məğlubiyyətdən sonra futbolçular cərimələnəcək. Bu, birbaşa klub prezidentinin göstərişidir”.

Premyer Liqa: “Qarabağ”dan “Araz”a 6 cavabsız qol

8 March 2026 at 21:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması “Qarabağ”la “Araz-Naxçıvan” arasında baş tutub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunun baş hakimi Rəşad Əhmədov olub. Ağdam təmsilçisi rəqibini 6 cavabsız qolla məğlub edib.

Premyer Liqa
23-cü tur
8 mart

“Qarabağ” – “Araz-Naxçıvan” 6:0
Qollar: Xoni Montiel, 15. Leandro Andrade, 33; 36. Kamilo Duran, 64-pen; 89. Musa Qurbanlı, 83.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:15.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 77. Bruno Franko, 70. Çarlz Boli.
Baş məşqçi: Andrey Demçenko.

Burçin Keskin “Neftçi”də – Rəsmi

8 March 2026 at 21:00

Türkiyəli mütəxəssis Burçin Keskin bundan sonra “Neftçi”də hakim məsələləri və oyun qaydaları üzrə məsləhətçi vəzifəsində çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Burçin Keskinin bu gün əsas komanda ilə ilk görüşü baş tutub. “Neftçi” Futbol Mərkəzində məşqçilər korpusu və futbolçularla bir araya gəlmiş türkiyəli mütəxəssis oyun qaydalarındakı son dəyişikliklər, hakimlərə verilən tövsiyələr və digər məsələlər barədə seminar keçib.

Xatırladaq ki, Burçin Keskin futbol sahəsində fəaliyyətə əvvəlcə hakim kimi başlayıb. Daha sonra hakimlərin təlimi və inkişafı sahəsində işləyib, uzun müddət Türkiyə Futbol Federasiyası (TFF) strukturunda müxtəlif vəzifələrdə çalışıb. O, 2022-23-cü illərdə isə AFFA Hakimlər Komitəsində hakimlərin inkişafı üzrə məsləhətçi kimi fəaliyyət göstərib.

Renat Dadaşov “Motor”da 16-cı oyunu da qolsuz bitirdi

8 March 2026 at 20:30

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 24-cü turu çərçivəsində “Qornik” (Zabrze) ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və heç-heçə ilə kifayətlənib – 0:0. Renat bu görüşün 73-cü dəqiqəsində meydana buraxılıb.

24 turdan sonra 31 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 24 oyunda 7 qələbə qazanıb, 10 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 16 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 41 oyunda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

ABL: “Neftçi” “Gəncə”yə qalib gəldi

8 March 2026 at 20:00

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 18-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun “Neftçi” ilə “Gəncə” arasında baş tutub.

Sərhədçi İdman Mərkəzində təşkil edilmiş qarşılaşma Bakı klubunun 76:72 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, turun əvvəlki matçlarında “Sumqayıt” “Quba”nı (117:116), “Sərhədçi” “Ordu”nu (70:67), “Naxçıvan” “Lənkəran”ı (104:73), “Sabah” “Şəki”ni (102:82), “Abşeron Lions” isə NTD-ni (107:88) məğlub edib.

Beləliklə, 18 turdan sonra turnir cədvəlindəki vəziyyət belədir:

A qrupu: Sabah – 35. Abşeron Lions – 34. Neftçi – 27. Gəncə – 26. NTD – 20. Şəki – 20.

B qrupu: Ordu – 34. Naxçıvan – 32. Sərhədçi – 25. Sumqayıt – 25. Quba – 24. Lənkəran – 23.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

İkinci Liqa: “Kür-Araz”dan “Ağstafa Gəncləri” ilə heç-heçə

8 March 2026 at 19:30

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Kür-Araz” “Ağstafa Gəncləri”ni qəbul edib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

17-ci turun qalan oyunları martın 9-da və 10-da keçiriləcək. Bütün görüşlərə saat 15:00-da start veriləcək.

İkinci Liqa
17-ci tur
8 mart

“Kür-Araz” – “Ağstafa Gəncləri” 2:2
Qollar: Bayram Əliyev, 82. Elxan Məmmədov, 85-pen – Elgün Namazov, 32. Ramin Süleymanov, 45+1.
Hakimlər: Nahid Xasıyev, Rəhman Aslanov, Cavid Ömərov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.

9 mart

“Şirvan” – “Quba”
Hakimlər: Rəsul Babayev, Asif Abdullayev, Rasim Axundov, Vüqar Alıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu.

“Şəmkir” – “Xankəndi”
Hakimlər: Kamran Əliyev, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

10 mart

“Araz Saatlı” – “Dinamo”
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Tural Bayramov, Nail Nağıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Göygöl” – “Şəki”
Hakimlər: Namiq Bəkirov, Sadiq Əliyev, Hüseyn Vəliyev, Elçin Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu.

“Ağdaş” – “Qaradağ Lökbatan”
Hakimlər: Sənan Bayramzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, İrşad Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Ağdaş şəhər stadionu.

Ayxan Abbasov: “Heyət seçimim rəhbərliklə müzakirə edilmir”

8 March 2026 at 19:00

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sıx qrafikdə oynayırdıq, son matçda üzücü məğlubiyyət də almışdıq. Futbolçular psixoloji tərəfdən yorğun idilər. Buna baxmayaraq, yorğun halda bu gün 90 dəqiqə yaxşı mübarizə apardıq. “İmişli” çempionatda ən çox heç-heçəsi olan komandadır. Rəqibə oynamağa imkan vermirlər, özləri də oynamırlar. Qubada da görmüşdük, burada da gördük. Yorğun olsaq da, mühüm xal qazandıq. Çünki çempionatda həm yerimizi qorumalıyıq, yuxarı pilləyə də şansımız var. Mübarizə davam edir. Komandanı təbrik edirəm. Qarşıdakı matçlara baxacağıq.

Komandanın birinci məqsədi Premyer Liqada qalmaq idi. Çünki klub böyümək istəyirsə, Premyer Liqada qalmalıdır. Bəlli büdcəmiz var. Bizdən aşağı olan komandalardan heç nə ilə fərqlənmirik. İkinci dövrədən stabil olaraq yerimizdəyik. Kubokda hədəf var idi. Amma “Qarabağ” çox güclü idi. Bəlkə də bir az təcrübə, rotasiya üçün geniş heyət olsaydı, daha yaxşı oynamaq olardı. Bundan sonrakı oyunlar özümüz və futbolçuların gələcəyi üçün böyük motivasiyadır. Hər oyunda mübarizə aparacağıq.

Bəzi məqamlar var ki, bu, sırf mənə aiddir. Azərbaycanda son dövrə qalanda, fikirlər də dəyişir, məqsədlər də. Ona görə bu cür suallar gəlir. Amma mənim öz məqsədim, yanaşmam var. Meydana kimi buraxacağıq, kimi oynadacağıq, bu məsələlər rəhbərliklə müzakirə olunmur”.

Xorxe Kaskilya: “Şamaxıya qələbə üçün gəlmişdik”

8 March 2026 at 18:30

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 23-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Şamaxı”nın uzun ötürmələrə üstünlük verdiyini bilirdik, buna hazır idik. Oyun çox sərt keçdi. Son 30 dəqiqədə daha çox hücuma keçdik ki, qol vuraq. Şanslarımız var idi, amma dəyərləndirə bilmədik. “Şamaxı” çoxlu qayda pozuntusuna yol verirdi. Baş hakim də buna imkan verirdi, əksər hallarda onların çox sərt oynamasına imkan yaradırdı. Biz isə oyunun tempini yüksək tutmağa çalışırdıq. Qayda pozuntuları öz təsirini göstərirdi, rəqib sürəti aşağı salırdı. Hakimlərin bunun qarşısını daha effektiv alacağını gözləsək də, bu, baş vermədi. Biz isə sonlara yaxın daha yaxşı oynadıq, epizodlarımız var idi. Heç-heçə oynadıq, pis nəticə deyil. Amma bu nəticə ilə razı deyilik. Şamaxıya qələbə üçün gəlmişdik.

Digər komandalardan fərqli olaraq, bizdə hücumameyilli oyunçuların keyfiyyəti hardasa çatışmır. Son nöqtəni qoymaq baxımından belədir. Üstəlik, biz aşağı liqadan gəlmişik və 22 xal yığa bilmişik. Bu da yaxşı nəticədir. Sonuncu pillədən 2 pillə yuxarıdayıq. Limitli komanda olsaq da, yaxşı oyun göstəririk. Güclü komanda oyunu göstərərək, bu cür nəticələr qazanırıq. Hər oyunda komandamdan razıyam. Çünki bütün futbolçular 100 faiz güclərini verir, mübarizə aparırlar. Başa düşürəm, qalib gələ, qol vura bilmirik. Amma mövqeyimiz pis deyil. Komandamız sona qədər mübarizə aparır. Qalib gələ bilməsək də, uduzmuruq da. Hər bir komanda “İmişli” ilə görüşdə problem yaşayır. Başa düşürük ki, qarşımızda çətin rəqiblər var. Amma biz rəqiblərə əvvəllər də layiqli müqavimət göstərmişik”.

“Şamaxı” – “İmişli” 0:0 – Video

8 March 2026 at 18:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-ci turunun “Şamaxı” – “İmişli” matçı bərabərliklə (0:0) başa çatdı.

Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
23-cü tur
8 mart

“Şamaxı” – “İmişli” 0:0
Sarı vərəqələr: Alfons Msanqa, 36 (qeyri-idman hərəkəti). Rikardo Apolinario, 56 (qeyri-idman hərəkəti) – İdris İnqilablı, 27 (qeyri-idman hərəkəti). Ezekiel Morqan, 56 (qeyri-idman hərəkəti). Dioqo Almeyda, 60 (qeyri-idman hərəkəti). Ronaldo de Souza, 78 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kristiano de Souza (“İmişli), 76 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 15:00. Şamaxı şəhər stadionu, 500 tamaşaçı.

Baş hakim: Vüqar Həsənli.
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Tərlan Talıbzadə.
Dördüncü hakim: Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Şamaxı: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev (27. Emil Süleymanov, 89), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov (11. Dioqo Balau, 60), 9. Karim Rossi, 10. Andrey Tirkovyanu (80. Həbib İsmayılov, 89), 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa (97. Oruc Məmmədov, 46).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 17. Rafael Məhərrəmli, 21. Bilal İsmayılov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı (21. Abbas Ağazadə, 66), 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç (79. Dioqo Kardozu, 66), 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov.
Baş məşqçi: Xorxe Kaskilya.

Premyer Liqa: “Şamaxı” ilə “İmişli”dən qolsuz “sülh”

8 March 2026 at 17:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

Burada “Şamaxı” “İmişli”ni qəbul edib. Şamaxı şəhər stadionunda keçirilmiş qarşılaşmanı Vüqar Həsənli idarə edib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu görüşdə qapılara qol vurulmayıb.

Xatırladaq ki, daha öncə keçirilmiş “Karvan” – “Sumqayıt” matçında qalib müəyyənləşməyib – 1:1. “Qarabağ” – “Araz-Naxçıvan” matçı bu gün keçiriləcək. “Zirə” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” oyunları sabah, “Sabah” – “Qəbələ” matçı isə martın 10-da təşkil ediləcək.

Premyer Liqa
23-cü tur
8 mart

“Şamaxı” – “İmişli” 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Həşimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 15:00.

Şamaxı: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tirkovyanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 11. Dioqo Balau, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 79. Dioqo Kardoso.
Baş məşqçi: Xorxe Kaskilya.

Rio Ferdinand: “Arsenal”la oynamaq daha da çətin olacaq”

8 March 2026 at 16:00

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand bu mövsüm İngiltərə çempionu olacaq komanda haqda qənaətini açıqlayıb.

Arena.az hazırda futbol təhlilçisi olaraq çalışan ingilis mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Düşünürəm ki, “Arsenal” çempionluğu nəyin bahasına olursa olsun, qazanacaq. Onlar qənimətləri qazandıqda fərqli bir komanda olacaq və əminlik hasil edəcəklər. Növbəti mövsümdə isə onlarla oynamaq daha da çətin olacaq”, deyə Rio Ferdinand vurğulayıb.

Xatırladaq, 43 yaşlı ispan mütəxəssis Mikel Artetanın çalışdırdığı “Arsenal” cari mövsümdə çıxış etdiyi bütün yarışlarda çempionluq uğrunda mütləq mübarizə aparır.

Yeri gəlmişkən, Artetanın vəzifəsindən istefa verə biləcəyi şərt məlum olub. Britaniya mətbuatının iddiasına görə, “topçular” İngiltərə Premyer Liqasını və UEFA Çempionlar Liqasını qazansalar, Arteta London klubundan ayrılacaq. Belə ki, ispan mütəxəssis “Arsenal”la bağlı layihəsini bu iki qəniməti qazanmaq baxımından kifayət hesab edir. Bundan sonra Artetanın daha böyük çağırışlara səs vermək – məsələn, Madrid “Real”ının sükanı arxasına keçəmək niyyətində olduğu vurğulanır.

Vilyam Saliba – dünyanın ən bahalı mərkəz müdafiəçisi!

8 March 2026 at 15:00

Fransa yığmasının və London “Arsenal”ının 24 yaşlı futbolçusu Vilyam Saliba dünyanın ən bahalı mərkəz müdafiəçisidir.

Arena.az xəbər verir ki, “Transfermarkt” internet-portalı mövsümün növbəti yenilənmələri əsasında ən bahalı mərkəz müdafiəçilərindən ibarət siyahısını açıqlayıb.

Siyahının zirvəsində “Arsenal”ın fransalı müdafiəçisi Saliba yer alıb.
Nüfuzlu portal futbolçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Salibanın valideynləri əslən Kamerundandırlar. O, İl-de-Frans bölgəsinin Sen-Sen-Deni departamentinin Bondi kommunasında dünyaya gəlib. Vilyam elə, yerli “Bondi”də də futbolda ilk addımlarını atıb. Buradan “Monfermey”, ardınca isə “Sent Etyen”ə keçmiş Saliba böyük futbolda debüt edib. 2019-cu ilin iyul ayında “Arsenal” 30 milyon avro məbləğ müqabilində Salibanı “topçular”ın düşərgəsinə qatıb və futbolçusunu bir müddət elə, “Sent Etyen”ə, ardınca “Nitsa” və Marsel “Olimpik”inə icarələrə göndərib. 2022-ci ilin iyun aynda “Arsenal” artıq püxtələşmiş futbolçusunu “topçular”ın heyətinə geri qaytarıb.

Vilyam Saliba 2025/2026-cı illər mövsümündə “topçular”ın heyətində 34 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Salibanın “Arsenal”ın heyətində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə təsvir yaradır: 168 oyun, 8 qol, 3 məhsuldar ötürmə.

Saliba Fransanın Olimpiya yığması da (U-23) daxil olmaqla, U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə uzun bir yol gəlib və 2022-ci ilin mart ayında “xoruzlar”ın əsas yığmasında debüt edib. Saliba Fransa yığmasında 31 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Vilyamın qənimətlər muzeyində “Arsenal”la qazandığı 2 qənimət – İngiltərə Super Kuboku (2020/2021, 2023/2024) var. “Xoruzlar”la isə Saliba DÇ-2022-nin gümüş mükafatçısı olub.

Fərdi mükafatlara gəlincə, Vilyam Saliba 2022-ci ildə Fransa Liqa 1-in ən yaxşı gənc oyunçusu seçilib.

Kilian Mbappe və Cud Bellingem üçün xüsusi mütəxəssis

8 March 2026 at 14:00

Məlum olduğu kimi, “Real”ın fransalı ulduzu, 27 yaşlı mərkəz hücumçusu Kilian Mbappe daha əvvəl aldığı zədədən müalicə alır.

Arena.az xəbər verir ki, müalicə-bərpa mərhələsini tezləşdirmək niyyətində olan fransalı ulduzun sol dizinin arxa xaçvari bağlarının yüklənmiş vəziyyətdə olduğu müəyyənləşib.

Vurğulanır ki, məhz bu məqamdan sonra Mbappe sağlamlığını təhlükə altına atmamaq qərarına gəlib.

“Real”da Mbappe ilə yanaşı, ingiltərəli hücumameyilli yarımmüdafiəçi Cud Bellingem də zədədən əziyyət çəkir. “Kral klubu” futbolçularının hər iki ikisinin səmərəli müalicə alamaları və bərpa olmaları məqsədilə onları xüsusi mütəxəssislərin ixtiyarına verilib.

Vurğulanır ki, Bellingem Londona, Mbappe isə Parisə göndərilib. Futbolçular müalicə-bərpa mərhələlərini tamamladıqdan sonra, Madridə – “qaymaqlılar”ın düşərgəsinə qayıdacaqlar.

Yeri gəlmişkən, müəyyən büdrəmələrlə üzləşsə də, “Barselona”nın parlaq mövsüm keçirdiyi mənzərədə, “Real” əzəli rəqibi ilə müqayisədə xeyli sönük gözə dəyir. 67 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edən “Barselona”nı 2-ci pillədən 63 xalla təqib edən ən yaxın izləyicisi “Real”ın düşərgəsində, “blauqrana” ilə müvafiq xal fərqini aradan qaldıra biləcəklərinə inanmırlar.

Vurğulanır ki, “qaymaqlılar”ın futbolçuları bəzi aparıcı oyunçularının sıradan çıxması ilə düşdükləri uğursuzluqlar zolağında özlərini “tamamilə köməksiz” hiss edirlər.

Daniel Bauer “Volfsburq”dan qovuldu

8 March 2026 at 13:00

Futbol üzrə Almaniya Bundesliqasında uğursuz mövsüm keçirən “Volfsburq” baş məşqçisi Daniel Bauer ilə yollarını ayırıb.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

43 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Yeni baş məşqçinin tezliklə rəsmən açıqlanacağı vurğulanıb.

Xatırladaq ki, Daniel Bauer 2016-cı ildən bu klubun sistemində çalışırdı. O, 2025-ci ilin noyabrında Pol Simonisin istefasından sonra müvəqqəti baş məşqçi təyin edilmiş, dekabrda isə baş məşqçi kimi təsdiqlənmişdi. Bundesliqa təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 15 oyun keçirib, 4 qələbə, 3 heç-heçə, 9 məğlubiyyət görüb.

“Volfsburq” cari Bundesliqa mövsümündə qeyri-sabit çıxışı ilə diqqət çəkir. Komanda 25 oyundan sonra komanda 20 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Bundesliqa təmsilçisi 25 oyunda 5 qələbə qazanıb, 5 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.

Formula 1: 2026-cı ilin ilk zəfəri Corc Rasselə qismət oldu

8 March 2026 at 12:00

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünə start verilib və mövsümün ilk qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, ilk yarış Avstraliyada təşkil olunub.

Avstraliya qran-prisində “Mersedes”in pilotu Corc Rassell bütün rəqiblərini qabaqlayıb. Britaniyalı 28 yaşlı pilot karyerasında 6-cı zəfərinə sevinib.

Mövsümün ilk yarışında Andrea Kimi Antonelli (“Mercedes”) ikinci, Şarl Lekler (“Ferrari”) üçüncü olub.

İlk turdan sonra Corc Rasselin 25 xalı var. Kimi Antonelli 18 xalla ikinci, Şarl Lekler 15 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Mersedes” 43 xalla birincidir. “Ferrari” 27 xalla ikinci, “Maklaren” 10 xalla üçüncü pillədə yer alıb.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 2-ci qran-prisi Çində keçiriləcək. Şanxay şəhərində baş tutacaq bu yarış martın 15-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Corc Rassell (Mersedes) – 25
  2. Kimi Antonelli (Mersedes) – 18
  3. Şarl Lekler (Ferrari) – 15
  4. Luis Hamilton (Ferrari) – 12
  5. Lando Norris (Maklaren) – 10
  6. Maks Ferstappen (Red Bull) – 8
  7. Oliver Berman (Haas) – 6
  8. Arvid Linblad (Rasinq Bulls) – 4
  9. Qabriel Bortoleto (Audi) – 2
  10. Pyer Qasli (Alpin) – 1
  11. Esteban Okon (Haas) – 0
  12. Aleksander Albon (Uilyams) – 0
  13. Liam Louson (Rasinq Bulls) – 0
  14. Franko Kolapinto (Alpin) – 0
  15. Karlos Sayns (Uilyams) – 0
  16. Serxio Peres (Kadillak) – 0
  17. İsaak Hacar (Red Bull) – 0
  18. Oskar Piastri (Maklaren) – 0
  19. Niko Hulkenberq (Audi) – 0
  20. Fernando Alonso (Aston Martin) – 0
  21. Valtteri Bottas (Kadillak) – 0
  22. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 43
  2. Ferrari – 27
  3. Maklaren – 10
  4. Red Bull – 8
  5. Haas – 6
  6. Rasinq Bulls – 4
  7. Audi – 2
  8. Alpin – 1
  9. Uilyams – 0
  10. Kadillak – 0
  11. Aston Martin – 0

Mahir Emreli “Boxum”a qarşı 7 dəqiqə oynadı

8 March 2026 at 11:00

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 25-ci turu çərçivəsində “Boxum”la oyunun iştirakçısı olub.

Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Baş məşqçi Torsten Liberknext bu matçda Emreliyə də şans verib. Azərbaycanlı hücumçu 83-cü dəqiqədə meydana buraxılıb.

25 turdan sonra 37 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 25 oyunda 11 qələbə qazanıb, 4 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 8 oyuna çıxıb, 1 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Cəlal Hüseynov “Botev”ə qarşı 90 dəqiqə oynadı

8 March 2026 at 10:00

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 25-ci turu çərçivəsində “Botev”lə (Vratsa) qarşılaşıb.

“Arda” səfərdə baş tutmuş bu oyundan xalsız ayrılıb – 0:1. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub. O, 90+3-cü dəqiqədə sarı vərəqə də alıb.

“Arda” 25 turdan sonra 32 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 8 qələbə qazanıb, 8 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 73 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Premyer Liqa: “Şamaxı” “İmişli”yə, “Qarabağ” “Araz”a qarşı

8 March 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 23-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Şamaxı” “İmişli”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyuna saat 15:00-da start veriləcək. Qarşılaşmanı Vüqar Həsənli idarə edəcək.

Günün digər oyunu “Qarabağ”la “Araz-Naxçıvan” arasında baş tutacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunun start fiti saat 19:15-də səslənəcək. Qarşılaşmanın baş hakimi Rəşad Əhmədov olacaq.

Premyer Liqa
23-cü tur
7 mart

“Karvan” – “Sumqayıt” 1:1
Qollar: Coy Sleyd Mikels, 90+4 – Səbuhi Abdullazadə, 51-pen.
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yevlax şəhər stadionu, 15:00.

8 mart

“Şamaxı” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Həşimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 15:00.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:15.

9 mart

“Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov.
VAR: Elvin Bayramov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 20:30.

10 mart

“Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Masazır Arena”, 19:15.

La Liqa: “Barselona” “Atletik”i tək qolla yendi

8 March 2026 at 02:30

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Osasuna” – “Malyorka” matçında, eləcə də “Levante” – “Jirona” görüşündü qalib müəyyənləşməyib. Madrid “Atletiko”su doğma meydanda “Real Sosyedad”ı çətinliklə yenibsə, lider “Barselona” da “Atletik”lə səfər matçında 3 xalı tək qolla qazanıb.

27-ci turun qalan görüşləri martın 8-də və 9-da keçiriləcək.

İspaniya, La Liqa
27-ci tur
6 mart

Selta – Real 1:2
Qollar: B.İqlesias, 25 – Tçuameni, 11. Valverde, 90+4.

7 mart

Osasuna – Malyorka 2:2
Qollar: Barxa, 89. Budimir, 90+4 – Muriqi, 35; 61.

Levante – Jirona 1:1
Qollar: Espi, 50 – Roka, 90+4.

Atletiko – Real Sosyedad 3:2
Qollar: Sörlot, 5. N.Qonsales, 67; 81 – Soler, 9. Oyarsabal, 68.

Atletik – Barselona 0:1
Qol: Yamal, 68.

8 mart

17:00. Vilyarreal – Elçe
19:15. Xetafe – Betis
21:30. Sevilya – Rayo Valyekano
00:00. Valensiya – Alaves

9 mart

00:00. Espanyol – Real Ovyedo

Liqa 1: “Tuluza” və “Nant” doğma meydanda uduzdular

8 March 2026 at 02:00

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Oser” – “Strasburq” matçında qapılara qol vurulmayıb. “Nant” doğma meydanda “Anje”yə, “Tuluza” isə Marsel “Olimpik”inə minimal hesabla uduzub.

25-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
25-ci tur
6 mart

PSJ – Monako 1:3
Qollar: Barkola, 71 – Akliuş, 27. Qolovin, 55. Baloqun, 73.

7 mart

Nant – Anje 0:1
Qol: Sbai, 52.

Oser – Strasburq 0:0

Tuluza – Olimpik (Marsel) 0:1
Qol: Qrinvud, 18.

8 mart

18:00. Lans – Mets
20:15. Brest – Havr
20:15. Lill – Loryan
20:15. Nitsa – Renn
23:45. Olimpik (Lion) – Paris

Federasiya Kubokunda daha üç 1/4 finalçı bəlli oldu

8 March 2026 at 01:45

Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2025/2026 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Arsenal” səfərdə “Mansfild”i, “Çelsi” “Reksem”i, “Mançester Siti” isə “Nyukasl”ı məğlub edərək 1/4 finala yüksəliblər.

Federasiya Kubokunda 1/8 finalın qalan görüşləri martın 8-də və 9-da keçiriləcək.

İngiltərə, Federasiya Kuboku
1/8 final
6 mart

Vulverhempton – Liverpul 1:3
Qollar: Hvanq, 90+1 – E.Robertson, 51. Salah, 53. K.Cons, 74.

7 mart

Mansfild – Arsenal 1:2
Qollar: Evans, 50 – Madueke, 41. Eze, 66.

Reksem – Çelsi 2:4
Qollar: Smit, 18. Doyl, 78 – Okonkvo, 40-öz qapısına. Açimponq, 82. Qarnaço, 96. J.Pedro, 120+5.

Nyukasl – Mançester Siti 1:3
Qollar: Barnes, 18 – Savinyo, 39. Marmuş, 47; 65.

8 mart

16:00. Fulhem – Sauthempton
17:30. Port Veyl – Sanderlend
20:30. Lids – Norviç Siti

9 mart

23:30. Vest Hem – Brentford

A Seriyası: “Yuventus” “Piza”nı 4 cavabsız qolla yendi

8 March 2026 at 01:30

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Atalanta” – “Udineze” matçında qalib müəyyənləşməyib. “Kalyari” doğma meydanda “Komo”ya məğlub olubsa, “Yuventus” “Piza”nı 4 cavabsız qolla yenib.

Qeyd edək ki, 28-ci turun qalan görüşləri martın 8-də və 9-da keçiriləcək.

İtaliya, A Seriyası
28-ci tur
6 mart

Napoli – Torino 2:1
Qollar: A.Santos, 7. Elmas, 68 – Kasadey, 87.

7 mart

Kalyari – Komo 1:2
Qollar: Espozito, 56 – Baturina, 14. Da Kunya, 76.

Atalanta – Udineze 2:2
Qollar: Skamakka, 75; 79 – K.Devis, 55.

Yuventus – Piza 4:0
Qollar: Kambyazo, 54. Türam, 65. K.Yıldız, 75. Boqa, 90+3.

8 mart

15:30. Leççe – Kremoneze
18:00. Bolonya – Verona
18:00. Fiorentina – Parma
21:00. Cenoa – Roma
23:45. Milan – İnter

9 mart

23:45. Latsio – Sassuolo

Bundesliqa: “Borussiya” “Köln”ü səfərdə yendi

8 March 2026 at 00:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Frayburq” – “Bayer”, eləcə də dörd qolun vurulduğu “Maynts” – “Ştutqart” görüşlərində qalib müəyyənləşməyib.

“Leypsiq” doğma meydanda “Auqsburq”a qalib gəlibsə, “Haydenhaym” “Hoffenhaym”a, “Volfsburq” “Hamburq”a, “Köln” də Dortmund “Borussiya”sına məğlub olub.

25-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
25-ci tur
6 mart

Bayern – Borussiya (Mönhenqladbax) 4:1
Qollar: L.Dias, 33. Laymer, 45+1. Musiala, 57-pen. N.Cekson, 79 – Mohya, 89.

7 mart

Frayburq – Bayer 3:3
Qollar: Qrifo, 34. Suzuki, 43. Ginter, 86 – Kofane, 37. Qrimaldo, 45+3. Terrye, 52.

Haydenhaym – Hoffenhaym 2:4
Qollar: Kerber, 63; 84 – Prass, 26; 45+1. Asllani, 49. Lemperle, 78.

Maynts – Ştutqart 2:2
Qollar: Li, 39. Da Kosta, 90+1 – Demiroviç, 76. Undav, 77.

Leypsiq – Auqsburq 2:1
Qollar: Dyomande, 76. A.Çaves, 90+2-öz qapısına – Fellhauer, 39.

Volfsburq – Hamburq 1:2
Qollar: Eriksen, 22-pen – Vuşkoviç, 33-pen. Dompe, 58-plen.

Köln – Borussiya (Dortmund) 1:2
Qollar: Kaminski, 88 – Girassi, 15. Beyer, 60.

8 mart

18:30. Sankt Pauli – Ayntraxt
20:30. Union Berlin – Verder

Super Liqa: “Qalatasaray” “Beşiktaş”ı tək qolla yendi

7 March 2026 at 23:59

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Başakşəhər” doğma meydanda “Göztəpə” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar. İstanbul derbisində isə “Beşiktaş” “Qalatasaray”ı qəbul edib. Son çempion və lider səfər matçından qalib ayrılıb.

Turun qalan görüşləri martın 8-də və 9-da keçiriləcək.

Türkiyə, Super Liqa
25-ci tur
7 mart

Başakşəhər – Göztəpə 2:1
Qollar: O.Şahiner, 13. Brniç, 69 – Antuneş, 39.

Beşiktaş – Qalatasaray 0:1
Qol: Osimhen, 39.

8 mart

14:30. Qaziantep – Karagümrük
14:30. Rizəspor – Antalyaspor
17:00. Konyaspor – Kasımpaşa
21:00. Fənərbağça – Samsunspor

9 mart

17:00. Eyüpspor – Kocaelispor
21:00. Alanyaspor – Gənclərbirliyi
21:00. Kayserispor – Trabzonspor

ABL: “Sabah” və “Abşeron Lions”dan qələbə

7 March 2026 at 23:30

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə, “Şəki” evdə “Sabah”la üz-üzə gəlib. Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma qonaqların qələbəsi ilə bitib – 102:82.

Günün ikinci matçı “Sərhədçi” İdman Mərkəzində “Abşeron Lions” və NTD arasında baş tutub. Abşeron təmsilçisi yekunda 107:88 hesablı qələbəyə sevinib.

Tura martın 8-də yekun vurulacaq. Daha əvvəl keçirilmiş görüşlərdə “Sumqayıt” “Quba”nı (117:116), “Sərhədçi” “Ordu”nu (70:67), “Naxçıvan” isə “Lənkəran”ı (104:73) məğlub edib.

A qrupu: Sabah – 35. Abşeron Lions – 34. Neftçi – 25. Gəncə – 25. NTD – 20. Şəki – 20.

B qrupu: Ordu – 34. Naxçıvan – 32. Sərhədçi – 25. Sumqayıt – 25. Quba – 24. Lənkəran – 23.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Küveytdən qalmış Əliyar Ağayev vətənə qayıtdı

7 March 2026 at 23:00

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev və FIFA VAR referisi Nicat İsmayıllı bir neçə günlük gecikmədən sonra vətənə qayıdıblar.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Əliyar Ağayev və Nicat İsmayıllı Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbindən bir müddət Küveytdən Azərbaycana qayıda bilmirdilər.

Bu gün referilərimiz təhlükəsiz şəkildə vətənə qayıdıblar. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaranmış vəziyyət zamanı göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycanın Küveytdəki səfirliyinə təşəkkürünü bildirib.

Premyer Liqa: 23-cü turun qalan təyinatları da bəlli oldu

7 March 2026 at 22:30

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün 23-cü turunun daha üç oyununun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Həmin təyinatlarla sizi də tanış edirik:

Premyer Liqa
23-cü tur
9 mart

“Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov.
VAR: Elvin Bayramov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 20:30.

10 mart

“Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Masazır Arena”, 19:15.

Siyasət Əsgərov: “Bizi səhv etməyə məcbur etdilər”

7 March 2026 at 22:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Macarıstana qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsi çərçivəsində Macarıstanda üz-üzə gəliblər.

Millimiz bu görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Siyasət Əsgərov matçdan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Təəssüf ki, minimal hesabla məğlub olduq. İlk oyundan sonra istəyirdik ki, bu qarşılaşmada ən azı 1 xal qazanaq. Rəqibi yaxşı təhlil etmişdik, komandanın gücünü, futbolçularının səviyyəsini bilirdik. Birinci hissədə bizi səhv etməyə məcbur etdilər və qapımıza yol tapdılar. Qarşıdakı oyunlarda yaxşı nəticə qazanmaq üçün tez bir zamanda səhvlərimizi analiz edib, onları aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, millimiz növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.

Azərbaycan millisi səfərdə macarlara məğlub oldu

7 March 2026 at 21:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda bu gün C Liqasının 3-cü qrupunda Macarıstan yığması üz-üzə gəlib.

Felksutdakı “Panço Arena”da baş tutmuş görüşə Bakı vaxtı ilə saat 20:00-da start verilib. Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Filipa Pereyra Kunya olub. Ona yan xətt hakimləri Andreya Souza və Kristiana Moreyra Kosta kömək ediblər.

Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri minimal hesabla qalib gəliblər.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk oyununu bir neçə gün öncə Bakıda Şimali Makedoniya yığmasına qarşı keçirib və 2:0 hesablı qələbəyə sevinib.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
7 mart

Macarıstan – Azərbaycan 1:0
Baş hakim: Filipa Pereyra Kunya.
Baş hakimin köməkçiləri: Andreya Souza, Kristiana Moreyra Kosta
Dördüncü hakim: Sara Alves (Hakimlər briqadası Portuqaliyadandır).
Felksutd. “Panço Arena”. Saat 17:30.

Füzuli Məmmədov: “Sumqayıt”a qalib gələcəyimizə inanırdıq”

7 March 2026 at 20:00

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Hər iki komanda meydanda döyüşkən futbol nümayiş etdirdi. Meydanın hər mövqeyi uğrunda mübarizə getdi. Futbolçuların meydandakı döyüşkənliyi mənim üçün xoşdur. Pis olan odur ki, qapımıza iki penalti təyin olundu. Qapımızı toxunulmaz saxlamaq üçün çox çalışırıq. Oyun ərzində rəqibin elə də çox qol epizodu olmadı. Cərimə meydançasının içində diqqətsizlik etdik. Keçidlər zamanı yaxşı fürsətlərimiz oldu. Amma onları dəyərləndirə bilmədik. Qələbə qazanmaq istəyirdik. Futbolçular çox istəkli idilər. Onların hər birinə təşəkkür edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq.

Hər oyuna ciddi hazırlaşırıq. Həm futbolçular, həm də məşqçilər korpusu olaraq oyunlara çox ciddi yanaşırıq. Bu matça da qələbə üçün çıxmışdıq. Qalib gələcəyimizə inanırdıq. Təəssüf ki, cərimə meydançasının daxilində səhv etdik. 2 qol vurub qələbə qazanmaq çətin olur. Sevindirici məqam odur ki, komanda 2 oyundur məğlub olmur. Xal fərqini aradan qaldırmaq üçün növbəti matçlarda mütləq qələbə qazanmalıyıq.

Qapıçı Pedro Mateusdan çox razıyam. Qapıçımız hər oyunda özünü yaxşı tərəfdən göstərir. Qapıçılar üzrə məşqçimizin işini də dəyərləndirməliyik. Pedro kritik qurtarışlar edir. Amma komandanın əziyyətini də yerə vurmaq istəmirəm.

Araz Abdullayev uzun müddət zədəli oldu. Bu oyuna kimi 3 məşqdə iştirak edib. Zədədən qayıtdıqdan 2 gün sonra yeni eyni yerdən ağrı hiss etdi. Onu müalicəyə göndərdik. Yaxşı müalicə keçdi. Qarşıda oyunlar var. Komandaya kömək etmək üçün çox çalışmalıdır”.

Saşa İliç: “Qışda bəzi tələblərim yerinə yetirilmədi”

7 March 2026 at 19:00

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 23-cü turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Kifayət qədər səhvlərə yol verdik. Keyfiyyətsiz oyun alındı. Penaltidən yararlana bilsəydik, bəlkə də burada tam fərqli yöndə danışırdım. Ümumi götürsək, çıxışımızdan narazıyam.

Bu gün daha çox gənclərə, akademiyanın yetirmələrinə şans verdik. Fikrimcə, mövsümün qalan hissəsində də belə olacaq. Bu, rəhbərlikdən gələn tapşırıqdır. Bizə deyiblər ki, daha çox akademiyanın yetirmələrinə şans verin.

Verilən qərara hörmətlə yanaşıram. Mövcud heyətlə işləməliyəm. Gənc futbolçular oyun təcrübəsi qazanandan sonra dəyişikliklər olacaq. Mövsümün sonuna hələ vaxt var. Hələ, işimə davam edirəm. Nə qərar qəbul olunsa, razılaşacağam. Mənim müqaviləmin müddəti onsuz da mövsümün sonuna kimidir. Transferlə bağlı məsələlər məndən asılı deyil.

Bizim güclü akademiyamız var. Nəticə üçün müəyyən vaxt lazımdır. Klubun qərarını başa düşürəm. Avrokuboklara vəsiqə qazanmaq şansımız azaldığı üçün gənc futbolçulara şans verməklə növbəti mövsümlər üçün strateji yollar axtarırıq.

Biz hamımız komanda üçün çalışırıq. Mövsümə yaxşı start verdik, kifayət qədər xal topladıq. Qış fasiləsində müəyyən tələblərim oldu, onlar da alınmadı. Uğursuz nəticələr bununla bağlı ola bilər”.

“Karvan” – “Sumqayıt” 1:1 – Video

7 March 2026 at 18:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunun “Karvan” – “Sumqayıt” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
23-cü tur
7 mart

“Karvan” – “Sumqayıt” 1:1
Qollar: Coy Sleyd Mikels, 90+4 – Səbuhi Abdullazadə, 51-pen.
Qolla nəticələnməyən penalti: Rüstəm Əhmədzadə, 72.
Sarı vərəqələr: Danilo Beskorovaynı, 67 (qeyri-idman hərəkəti). Masaki Murata, 78 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 15:00. Yevlax şəhər stadionu, 1500 tamaşaçı.

Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.

Karvan: 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli (14. Uğur Cahangirov, 75), 5. Emin Rüstəmov (8. Peter Kinqs, 69), 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens (17. Samir Abdullayev, 75), 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə (24. Sənan Muradlı, 81), 75. Nadir Orucov, 72. Rayan Senhadji, 6. Sedrik Badolo (95. Nsane Simon, 66), 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç (29. Emil Mustafayev, 66).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

Premyer Liqa: “Karvan”dan “Sumqayıt”a son dəqiqə şoku

7 March 2026 at 17:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 23-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Karvan” “Sumqayıt”ı qəbul edib. Yevlax şəhər stadionunda baş tutmuş görüşün baş hakimi Əli Əliyev olub. Qonaqlar bu oyunda qələbəni son anda əldən veriblər.

23-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək. “Şamaxı” – “İmişli” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları sabah baş tutacaq. “Zirə” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” matçları martın 9-da keçiriləcək. Tura ayın 10-da təşkil ediləcək “Sabah” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
23-cü tur
7 mart

“Karvan” – “Sumqayıt” 1:1
Qollar: Coy Sleyd Mikels, 90+4 – Səbuhi Abdullazadə, 51-pen.
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yevlax şəhər stadionu, 15:00.

Karvan: 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 8. Peter Kinqs, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 95. Nsane Simon, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

Pau Kubarsi “Barselona” ilə ÇL-i qazanmaq istəyir

7 March 2026 at 16:00

İspaniya millisinin və “Barselona”nın 19 yaşlı mərkəz müdafiəçisi Pau Kubarsi futbolla bağlı arzusunu açıqlayıb.

Arena.az gənc müdafiəçinin müvafiq fikirini təqdim edir:

“Barselona” azarkeşi üçün ixtiyari qənimətin qazanılması inanılmazdır, amma Çempionlar Liqasında qalibiyyət – bu, xüsusi arzudur. Biz müvafiq qalibiyyət uğrunda mübarizə aparacaq və ona müvəffəq olmağa çalışacağıq”, deyə Kubarsi vurğulayıb.

Xatırladaq ki, Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Kubarsinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 35 oyuna çıxıb, 1 qola imza atıb. Gənc müdafiəçinin “Barselona” karyerası ümumilikdə 115 oyun, 2 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 1 məhsudlar ötürmə verib.

Kubarsinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Super Kuboku (2024/2025), İspaniya çempionluğu (2024/2025), İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku, 2024-cü il Olimpiya futbol turnirinin qızıl medalı var.

“Transfermarkt” internet-portalı 19 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Azərbaycan millisi Macarıstan yığmasına qarşı

7 March 2026 at 15:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda bu gün C Liqasının 3-cü qrupunda Macarıstan yığması üz-üzə gələcək.

Felksutdakı “Panço Arena”da baş tutacaq görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filipa Pereyra Kunya olacaq. Ona yan xətt hakimləri Andreya Souza və Kristiana Moreyra Kosta kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sara Alves yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk oyununu bir neçə gün öncə Bakıda Şimali Makedoniya yığmasına qarşı keçirib və 2:0 hesablı qələbəyə sevinib.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
7 mart

Macarıstan – Azərbaycan
Baş hakim: Filipa Pereyra Kunya.
Baş hakimin köməkçiləri: Andreya Souza, Kristiana Moreyra Kosta
Dördüncü hakim: Sara Alves (Hakimlər briqadası Portuqaliyadandır).
Felksutd. “Panço Arena”. Saat 17:30.

Siyasət Əsgərov: “Rəqibi səhvə məcbur etməyə çalışacağıq”

7 March 2026 at 14:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Macarıstanla oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, millimiz dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Macarıstan yığması ilə qarşılaşacaq.

Siyasət Əsgərov bu oyundan öncə AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

“Çox vacib oyuna çıxacağıq. Üç gün əvvəl evdə Şimali Makedoniya üzərində inamlı oyunla qələbə qazandıq. Düzdür, bəzi futbolçularımızda yüngül zədə var. Ancaq düşünürəm ki, həkimlərimiz matça qədər onları hazır vəziyyətə gətirə biləcəklər. Uzaq yol gəldiyimizi də nəzərə almaq lazımdır. Oyunçuları həm fiziki, həm də psixoloji cəhətdən hazırlamalıyıq. Bunu bacaracağımıza inanıram”.

Baş məşqçi səfərdə uğurlu nəticə qazanmaq istədiklərini söyləyib:

“Macarıstan yığması çox güclü komandadır, futbolçuları fərdi cəhətdən yüksək keyfiyyətə malikdirlər. Andorra ilə ilk oyunda gözlənilməz şəkildə xal itirdilər. Bizimlə öz meydanlarında qarşılaşacaqları üçün maksimum dərəcədə hazırlaşıblar. Həmçinin biz də tamamilə görüşə köklənmişik. Start fitindən sona qədər tempdən düşməməyə və rəqibi səhvə məcbur etməyə çalışacağıq. Buradan uğurlu nəticə ilə ayrılacağımıza inanıram”.

Qeyd edək ki, bu gün Felksutdakı “Panço Arena”da keçiriləcək Macarıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Raffaele Palladino – A Seriyasında fevralın ən yaxşı məşqçisi

7 March 2026 at 13:00

“Atalanta”nın baş məşqçisi, italiyalı futbol mütəxəssisi Raffaele Palladino A Seriyasında fevral ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

“Atalanta” bu ilin fevralında A Seriyası çərçivəsində keçirdiyi 4 oyundan 3-də qələbə qazanıb. Komanda “Kremoneze”yə (2:1), “Latsio”ya (2:0) və “Napoli”yə (2:1) qalib gəlib, “Komo” ilə heç-heçə edib (0:0).

“Atalanta” 27 turdan sonra 45 xal toplayıb və turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.

Palladino karyerasında 2-ci dəfə bu mükafata layiq görülüb. O, 2023-cü ilin aprel ayında “Montsa”ya rəhbərlik etdiyi dövrdə də oxşar uğura imza atmışdı.

A Seriyasının cari mövsümündəki ilk mükafatı “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı. O, avqustun ən yaxşısı seçilmişdi. Sentyabrda və noyabrda “Milan”ı çalışdıran Massimiliano Alleqri, oktyabrda “Roma”ya rəhbərlik edən Can Pyero Qasperini, dekabrda və bu ilin yanvarında isə “İnter”i çalışdıran Kristian Kivu fərqlənmişdi.

Xatırladaq ki, Raffaele Palladino “Atalanta”nı 2025-ci ilin noyabr ayında qəbul edib. Bu müddətdə italyan mütəxəssis Berqamo təmsilçisini 25 oyuna çıxarıb, 15 qələbə, 3 heç-heçə, 7 məğlubiyyət yaşayıb.

41 yaşlı italyan mütəxəssis daha öncə “Fiorentina” və “Montsa”ya da rəhbərlik edib.

“Tottenhem” İqor Tudoru da qovur?

7 March 2026 at 12:00

“Tottenhem” tarixinin ən çətin dövrlərindən birini yaşayır, “mahmızlar” İngiltərə Premyer Liqasından Çempionşipə yuvarlana bilərlər.

Arena.az xəbər verir ki, klub rəhbərliyi komandanı düşdüyü vəziyyətdən qurtarmaq üzərində baş sındırır.

Vurğulanır ki, klub rəhbərliyi yaranmış çətin vəziyyətdə “mahmızlar”ın baş məşqçisi, xorvat mütəxəssis İqor Tudoru istefaya hələ göndərməmək qərarına gəlib. Onlar Tudorun “mahmızlar”ı Premyer Liqada saxlaya biləcəyinə inanırlar.

Buna baxmayaraq, yaranmış vəziyyətdə London klubunun rəhbərliyi “mahmızlar”ı böhrandan çıxara biləcək yeni baş məşqçi axtarışını da davam etdirir. Bildirilir ki, hazırda İngiltərə klubu italyan mütəxəssis Roberto De Zerbi, argentinalı mütəxəssis Maurisio Poçettino və irland mütəxəssis Robbi Kinlə maraqlanır.

Xatırladaq ki, “Tottenhem” “mahmızlar”ın sükanını cari mövsümün sonuna qədər müddətə xorvat mütəxəssis İqor Tudora həvalə edib, amma komanda özünə heç cür gələ bilmir. İngiltərə Premyer Liqasında 29 oyundan sonra 29 xal toplamış komanda yarış cədvəlinin 16-cı pilləsində qərarlaşıb və Çempionşipə yuvarlanmaq təhlükəsi ilə üz-üzədir.

Komandanın uğursuz mövsüm keçirməsi futbolçular arasında da fikir ayrılığı yaradıb. Vurğulanır ki, yayda “mahmızlar”ın düşərgəsini argentinalı mərkəz müdafiəçisi Kristian Romero, niderlandlı mərkəz müdafiəçisi Mikki van de Ven və braziliyalı mərkəz hücumçusu Rişarlison tərk edəcəklər.

Bu arada “mahmızlar”ın keçmiş baş məşqçisi, hazırda ABŞ yığmasının sükanı arxasında olan argentinalı mütəxəssis Maurisio Poçettinonun London komandasının Çempionşipə yuvarlanacağı halda belə, kluba qayıtmağa hazır olduğu iddia edilir. “Poç” “Tottenhem”i 2014–2019-cu illərdə çalışdırıb.

Rodriqo Qoes son illərdə zədəli halda oynayıb

7 March 2026 at 11:00

Məlum olduğu kimi, “Real”ın braziliyalı ulduzu, 25 yaşlı sağ cinah hücumçusu Rodriqo Qoes uzun müddətə sıradan çıxıb.

Arena.az xatırladrı ki, dizinin ön çarpaz bağlarının yırtığı ilə üzləşmiş futbolçu təxminən 10 ay yaşıl meydanlardan uzaq qalmalı olacaq.

Bu arada Rodriqonun son illər ərzində çarpaz bağlarının qismən yırtığı ilə oynadığı məlum olub. O, müvafiq zədə ilə 2023-cü ildə üzləşib, amma buna rəğmən, futbolçu zədəli halda çıxış etməyə davam edib.

Yeri gəlmişkən, Rodriqo Qoes futbol həyatının ən çətin məqamında gələcəyi ilə bağlı qərar qəbul edib. Vurğulanır ki, hücumçu “Real”dan ayrılmaq niyyətində deyil. Braziliyalı ulduz zədədən bərpa olmaq və iddiasını yenidən ortaya qoymaq əzmindədir.

Dünya futbolunun braziliyalı əfsanəsi Ronadinyo isə həmvətəni Rodriqoya dəstəklə müraciət ünvanlayıb:

“Sənə qüsursuz bərpa diləyirəm, qardaşım”, – “Roni” özünün sosial şəbəkə hesabları üzərindən paylaşdığı ismarışa Rodriqo ilə birlikdə çəkilmiş şəklini də qoşub.

Cessi Linqard “Korintians”da – Rəsmi

7 March 2026 at 10:00

Futbol üzrə İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Cessi Linqard bundan sonra “Korintians”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Braziliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

33 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar. Linqardın ən azı bu ilin sonuna kimi “Korintians”da çıxış etməsi gözlənilir.

Xatırladaq ki, Cessi Linqard “Mançester Yunayted”in yetirməsidir. O, 21 il formasını geyindiyi İngiltərə klubunun əsas komandasında bütövlükdə 232 oyuna çıxıb, 35 qol vurub. O, bu illər ərzində qısa müddətə olmaq şərtilə “Lester Siti”, “Birmingem Siti”, “Brayton”, “Derbi Kaunti” və “Vest Hem” kimi klublara icarəyə də verilib. Linqard 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən ayrılıb “Nottingem Forest”ə üz tutsa da, bu komandada cəmi bir mövsüm keçirib. Təcrübəli yarımmüdafiəçi son olaraq Cənubi Koreyanın “Seul” klubunda forma geyinib. O, sözügedən klubun forması altında meydana çıxdığı 66 oyunda 18 qol vurub, 10 məhsuldar ötürmə verib.

İngiltərə yığmasında 32 oyun keçirmiş futbolçu, 6 qola imza atıb.

Premyer Liqa: “Karvan” “Sumqayıt”a qarşı

7 March 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 23-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Karvan” “Sumqayıt”ı qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşə saat 15:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi Əli Əliyev olacaq.

23-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.“Şamaxı” – “İmişli” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları sabah baş tutacaq. “Zirə” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” matçları martın 9-da keçiriləcək. Tura ayın 10-da təşkil ediləcək “Sabah” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
23-cü tur
7 mart

“Karvan” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yevlax şəhər stadionu, 15:00.

Federasiya Kubokunda ilk 1/4 finalçı “Liverpul” oldu

7 March 2026 at 02:30

Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin açılış oyununda “Vulverhempton” doğma meydanda “Liverpul”la üz-üzə gəlib. “Qırmızılar” səfər oyunundan inamlı qələbə ilə ayrılaraq ilk 1/4 finalçı olublar.

Federasiya Kubokunda 1/8 finalın qalan görüşləri martın 7-də və 8-də keçiriləcək.

İngiltərə, Federasiya Kuboku
1/8 final
6 mart

Vulverhempton – Liverpul 1:3
Qollar: Hvanq, 90+1 – E.Robertson, 51. Salah, 53. K.Cons, 74.

7 mart

16:15. Mansfild – Arsenal
21:45. Reksem – Çelsi
00:00. Nyukasl – Mançester Siti

8 mart

16:00. Fulhem – Sauthempton
17:30. Port Veyl – Sanderlend
20:30. Lids – Norviç Siti
23:30. Vest Hem – Brentford

La Liqa: “Real” “Selta”nı səfərdə çətinliklə yendi

7 March 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Selta” doğma meydanda Madrid “Real”ı ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun qonaqların çətin qələbəsi ilə başa çatıb.

27-ci turun qalan görüşləri martın 7-də, 8-də və 9-da keçiriləcək.

İspaniya, La Liqa
27-ci tur
6 mart

Selta – Real 1:2
Qollar: B.İqlesias, 25 – Tçuameni, 11. Valverde, 90+4.

7 mart

17:00. Osasuna – Malyorka
19:15. Levante – Jirona
21:30. Atletiko – Real Sosyedad
00:00. Atletik – Barselona

8 mart

17:00. Vilyarreal – Elçe
19:15. Xetafe – Betis
21:30. Sevilya – Rayo Valyekano
00:00. Valensiya – Alaves

9 mart

00:00. Espanyol – Real Ovyedo

Liqa 1: “Monako” PSJ-yə səfərdə 3 qol vurdu

7 March 2026 at 01:50

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda lider və son çempion PSJ doğma meydanda “Monako” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyun qonaqların inamlı qələbəsi ilə başa çatıb.

25-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
25-ci tur
6 mart

PSJ – Monako 1:3
Qollar: Barkola, 71 – Akliuş, 27. Qolovin, 55. Baloqun, 73.

7 mart

20:00. Nant – Anje
22:00. Oser – Strasburq
00:05. Tuluza – Olimpik (Marsel)

8 mart

18:00. Lans – Mets
20:15. Brest – Havr
20:15. Lill – Loryan
20:15. Nitsa – Renn
23:45. Olimpik (Lion) – Paris

A Seriyası: “Napoli” “Torino” üzərində qələbəyə sevindi

7 March 2026 at 01:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 28-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Napoli” doğma meydanda “Torino” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin çətin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 28-ci turun qalan görüşləri martın 7-də, 8-də və 9-da keçiriləcək.

İtaliya, A Seriyası
28-ci tur
6 mart

Napoli – Torino 2:1
Qollar: A.Santos, 7. Elmas, 68 – Kasadey, 87.

7 mart

18:00. Kalyari – Komo
21:00. Atalanta – Udineze
23:45. Yuventus – Piza

8 mart

15:30. Leççe – Kremoneze
18:00. Bolonya – Verona
18:00. Fiorentina – Parma
21:00. Cenoa – Roma
23:45. Milan – İnter

9 mart

23:45. Latsio – Sassuolo

Bundesliqa: “Bayern”dən “Borussiya”ya 4 qol

7 March 2026 at 01:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda lider “Bayern” doğma meydanda Mönhenqladbax “Borussiya”sı ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyun Münhen təmsilçisinin qələbəsi ilə başa çatıb.

25-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
25-ci tur
6 mart

Bayern – Borussiya (Mönhenqladbax) 4:1
Qollar: L.Dias, 33. Laymer, 45+1. Musiala, 57-pen. N.Cekson, 79 – Mohya, 89.

7 mart

18:30. Frayburq – Bayer
18:30. Haydenhaym – Hoffenhaym
18:30. Maynts – Ştutqart
18:30. Leypsiq – Auqsburq
18:30. Volfsburq – Hamburq
21:30. Köln – Borussiya (Dortmund)

8 mart

18:30. Sankt Pauli – Ayntraxt
20:30. Union Berlin – Verder

ABL: “Naxçıvan” “Lənkəran”ı məğlub etdi

6 March 2026 at 23:00

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyunu “Naxçıvan”la “Lənkəran” arasında keçirilib.

Sərhədçi İdman Mərkəzindəki qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 104:73.

Daha öncə “Sumqayıt” “Quba”nı (117:116), “Sərhədçi” “Ordu”nu (70:67) məğlub edib. Tura martın 8-də yekun vurulacaq.

A qrupu: Sabah – 33. Abşeron Lions – 32. Neftçi – 25. Gəncə – 25. NTD – 19. Şəki – 19.

B qrupu: Ordu – 34. Naxçıvan – 32. Sərhədçi – 25. Sumqayıt – 25. Quba – 24. Lənkəran – 23.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

AFFA FIFA referiləri üçün təqdimat mərasimi keçirdi

6 March 2026 at 22:00

Bu gün AFFA-nın inzibati binasında 2026-cı ildə FIFA referiləri kimi fəaliyyət göstərəcək hakimlərə vəsiqələr və döş nişanları təqdim edib.

Arena.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Elçin Məmmədov, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər.

Vəsiqə və döş nişanlarını hakimlərə təqdim edən Cahangir Fərəcullayev onları bu münasibətlə təbrik edib. O, Azərbaycan hakimlərinin beynəlxalq arenada ölkəni layiqincə təmsil edəcəyinə inandığını bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Bəhruz Teymurov hakimlər üçün nəzərdə tutulan yeni bonus proqramı barədə təqdimatla çıxış edib. O, AFFA İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmiş proqramın tətbiq mexanizmi barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, bonus proqramı iki əsas prinsip – dayanıqlılıq və kollektiv məsuliyyət üzərində qurulub. Yeni sistem hakimlərin fəaliyyətində peşəkarlığın artırılması, performansın stimullaşdırılması və daha uğurlu nəticələrin əldə olunmasına xidmət edəcək.

Tədbirin sonunda hakimlərin sualları cavablandırılıb və proqramın tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

“Ayın qolu”: Fevral ayının qalibləri bəlli oldu – Video

6 March 2026 at 21:00

Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində 2026-cı ilin fevral ayının qalibləri müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan Premyer Liqasında fevralın ən yaxşı qolunun müəllifi “Neftçi”nin legioneri Alessio Kurçi olub. O, Premyer Liqanın 18-ci turu çərçivəsində qarşılaşdıqları “Araz-Naxçıvan”la səfər oyununda komandasının üçüncü qoluna imza atmış və “Neftçi”yə 4:0 hesablı qələbə qazanmaqda kömək etmişdi.

Birinci Liqada Elşən Abdullayev (“Baku Sportinq”), İkinci Liqada isə Əli Bağırov (“Ağstafa Gəncləri”) birinci olub.

Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

Yüksək Liqa: “Azərreyl” və “Turan”dan qələbə

6 March 2026 at 20:00

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 16-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Turan” Tovuz Olimpiya İdman Kompleksində “Abşeron”la qarşılaşıb. Tovuz təmsilçisi bu oyunda 3:0 (25:14, 25:14, 25:17) hesablı qələbəyə sevinib.

Turun sonuncu oyunu isə “Murov”la “Azərreyl” arasında baş tutub. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilmiş bu görüşdə “Murov” 1:3 (21:25, 22:25, 25:18, 22:25) hesabı ilə məğlub olub.

Yüksək Liqa
16-cı tur
6 mart

“Turan” – “Abşeron” 3:0 (25:14, 25:14, 25:17)
Tovuz Olimpiya İdman Kompleksi.

“Murov” – “Azərreyl” 1:3 (21:25, 22:25, 25:18, 22:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

Xal durumu: Turan – 39. DH Volley – 34. Milli Aviasiya Akademiyası – 28. UNEC – 23. Gəncə – 24. Abşeron – 17. Azərreyl – 18. Murov – 9. Gənclər – 0.

❌
❌