Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.
Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 5 çəkidə 60, 67, 77, 87, 130 kq-da mübarizəyə start verilib.
4 çəkidə finalçılar müəyyənləşib. 87 kq-da isə görüşlər dairəvi sistem üzrə keçirilib. Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək.
60 kq Maksut Cankurtaran (AHİTA) – Nihat Bəhmənov (UGİM-10)
67 kq Roman Kərimov (DİN) – Murad Əliyev (AHİTA)
77 kq Cavad Məmmədov (Neftçi) – Cavidan Nehmətov (AHİTA)
130 kq Museyi Kazim Hüseyn (DİN) – Əli Bayramov (Sumqayıt-Təhsil)
“Bornmut” müdafiəçi Aleks Ximenesi (“Milan”) daimi keçid əsasında heyətinə qatmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferi həftə sonuna qədər 19,5 milyon avro+5,3 milyon avro bonuslarla tamamlanacaq.
Ödənişin bir hissəsi “Milan” və “Real” (o, Madrid klubunun yetirməsidir) arasında bölünəcək: madridlilər satışdan 50 faiz pay alacaq. 20 yaşlı futbolçu ingilislərlə müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayacaq.
Ximenes sentyabrda “Milan”dan icarəyə götürülüb. O, həmin vaxtdan bəri bütün turnirlərdə 22 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Fənərbaxça” transfer bazarında fəallığını davam etdirir. İstanbul təmsilçisi dünən “Əl-İttihad”dan yarımmüdafiəçi Nqolo Kantenin transferini rəsmiləşdirdikdən sonra hücum xəttini gücləndirməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Darvin Nunyes üçün rəsmi təklif irəli sürüb. Təklif uruqvaylı hücumçunun 6 aylıq icarəyə götürülməsini nəzərdə tutur.
Nunyeslə bağlı danışıqlar uğursuz nəticələnərsə, İstanbul klubu alternativ variant kimi “Roma”nın forvardı Artem Dovbikin transferini nəzərdən keçirəcək.
26 yaşlı Nunyes hazırkı mövsümdə klub səviyyəsində keçirdiyi 22 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, milli komanda Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan seçməsinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89) və Mədinə Curuqova (30) vurublar.
Komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nqolo Kantenin “Fənərbaxça”ya transfer olunmasına kömək edib.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Sadettin Saran klubun mətbuat xidmətinə açıqlamasında deyib:
“Şəxsən öz adımdan və klub adından Prezident Ərdoğana Kantenin uğurlu transferinə verdiyi dəstəyə görə təşəkkür edirəm. Bu, həm “Fənərbaxça”ya, həm də bütövlükdə Türkiyə futboluna fayda verəcək”.
Fransalı yarımmüdafiəçi son bir neçə ili Səudiyyə Ərəbistanında – “Əl-İttihad”da oynayıb. O, əvvəllər İngiltərədə “Lester” və “Çelsi”də forma geyinib. Kantenin hazırda 34 yaşı var.
“Fənərbaxça” hazırda Türkiyə Super Liqasında 46 xalla ikinci yerdədir və “Qalatasaray”dan üç xal geri qalır.
“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska mövsümün sonunda azad agent statusu alacaq və karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətinə “Arsenal” maraq göstərir.
Qoretska bildirib ki, güclü və fiziki oyun tərzi ilə seçilən İngiltərə futbolu ona uyğun gələcək. O, mövsümü “Bayern”də tamamlayacaq və daha sonra İngiltərəyə yollanmağı planlaşdırır.
30 yaşlı futbolçu cari mövsümdə 28 matçda iştirak edib, 1 qol vurub. Onun Münhen klubu ilə müqaviləsinin müddəti bu ilin iyununun sonuna qədərdir. Futbolçu 2018-ci ildən “Bayern”də çıxış edir.
“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo klubdakı mövcud vəziyyətdən narazıdır və müqaviləsini ləğv etməyi düşünür.
Komanda.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb. Mənbənin məlumatına görə, Ronaldo “Əl-Nəsr”dəki təsirinin azaldığına və əsas qərarlarda artıq fikirlərinin əhəmiyyət kəsb etmədiyinə inanır.
Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də oynayır. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
“Transfermarkt” portalı əvvəllər “Real”, “Mançester Yunayted”, “Yuventus” və “Sportinq”də oynamış hücumçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.
Fransanın “Strasburq” klubu qış transfer pəncərəsində bir sıra futbolçularla yollarını ayırmasına baxmayaraq, əsas hücumçularından olan Xoakin Paniçellini komandada saxlamaq niyyətindədir.
Komanda.az “Alsa Sports”-a istinadən xəbər verir ki, klub argentinalı forvard üçün edilən 50 milyon avroluq təklifi rədd edib. Eyni mövqe “Strasburq”un digər oyunçuları – Qela Due və Dieqo Moreyra üçün təqdim olunan 45 milyon avroluq təkliflərə qarşı da sərgilənib.
Paniçelli ilə bir müddət əvvəl “Kristal Pelas” ciddi şəkildə maraqlanırdı. O, cari mövsümdə 28 oyunda iştirak edib, 13 qol vurub və 2 məhsuldar ötürmə verib.
23 yaşlı forvardın “Strasburq”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
“Sabah”ın sabiq futbolçusu İqor Qabrielin yeni komandası məlum olub.
Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi Qazaxıstanda oynayacaq.
Son olaraq Özbəkistanda “Navbahor” klubunda çıxış edən 26 yaşlı futbolçu “Yelimay”a keçib. O, Premyer Liqa təmsilçisi ilə bu ilin dekabrına qədər olan müqavilə imzalayıb.
“Fluminense”nin yetirməsi olan Qabriel 2022-23-cü illərdə “Sabah”ın üzvü olub və bu müddətdə Belarus “Dinamo”sunda (Minsk) və Ukrayna “Lvov”unda icarə əsasında oynayıb.
Səudiyyə Ərəbistanının bəzi küçələrində “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun “itkin düşmüş şəxs” kimi posterləri peyda olub.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, posterin altında “Ailəsi onu axtararkən təsəllisiz ağlamağa məcbur olan 40 yaşlı bir kişi” sözləri yazılıb.
Ronaldonun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini ləğv etməyi düşündüyü barədə məlumatlar yayılıb. O, 2023-cü ildən bəri “Əl-Nəsr”də oynayır və klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
“Transfermarkt” portalı hücumçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.
“Nyukasl” İngiltərə Liqa kubokunun yarımfinalının ikinci oyununda “Mançester Siti” ilə səfərdə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, oyundan əvvəl “sağsağanlar”ın baş məşqçisi Eddi Hou klubun mətbuat xidmətinə açıqlama verib:
“Biz hələ də inanırıq. Dünyanın istənilən stadionunda yaxşı çıxış edə biləcək əla komandamız var. Oyunçularım son dərəcə motivasiyalıdır. Rəqibin hücumlarını dəf etmək bizim üçün çox çətin olacaq, amma əlimizdən gələni edəcəyik”.
Cavab oyunu bu gün “Etihad” stadionunda keçiriləcək və saat 00:00-da başlayacaq. “Nyukasl” ilk oyunda 0:2 hesabı ilə məğlub olub.
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində, fevralın 18-də “Qarabağ”la qarşılaşacaq. İlk oyun Bakıda keçiriləcək.
İngiltərə millisinin sabiq futbolçusu Pol Merson “Arsenal” – “Çelsi” matçının nəticəsi ilə bağlı fikirlərini bölüşüb. İngiltərə Liqa kubokunun yarımfinal mərhələsində baş tutan London derbisi “topçular”ın 1:0 hesablı qələbəsi ilə (ilk oyun 3:2) başa çatıb.
Qarşılaşmada yeganə qolu Kay Haverts vurub. Komanda.az xəbər verir ki, matçdan sonra “Sky Sports”-a danışan Merson, “Çelsi”nin çıxışını kəskin tənqid edib:
“Şokdayam, heyrət içindəyəm. Dilim tutulub, baş verənlərə inana bilmirəm. “Çelsi” böyük turnirin yarımfinalında biabırçı şəkildə mübarizəni dayandırdı”.
“Çelsi” hazırda İngiltərə Premyer Liqasında 24 turdan sonra 40 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Arsenal” isə bu qələbə ilə kubok uğrunda mübarizədə iddiasını bir daha ortaya qoyub.
Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Azərbaycan Triatlon Federasiyası (ATF) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Komanda.az xəbər verir ki, federasiyalar ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar.
Əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi, eləcə də üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlona cəlb edilməsi nəzərdə tutulub.
Eyni zamanda, sözügedən idman növləri ilə məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstək göstəriləcək. İdmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq ekspertlərin təlim-məşq prosesinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq.
Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseyinov imzalayıblar.
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali qış transfer pəncərəsində komandasını dəyişmək niyyətində olmayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” və “Arsenal” kimi klublardan maraq olmasına baxmayaraq, Tonali “Nyukasl”dan ayrılmağı düşünməyib. Həmçinin, klub da yanvarda onun satışını planlaşdırmayıb.
Bununla belə, mövsümün sonunda italiyalı futbolçunun planları dəyişə bilər, çünki bir neçə klubdan ona ciddi şəkildə maraq var. O, “Nyukasl”da 2023-cü ildən çıxış edir.
25 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 35 oyunda iştirak edib və 5 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində, fevralın 18-də “Qarabağ”la qarşılaşacaq. İlk oyun Bakıda keçiriləcək.
Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Mostovoy yerli klubların səviyyəsini “Qarabağ”la müqayisə edib.
Komanda.az xəbər verir ki, “Sovetski sport”-a danışan sabiq futbolçu Rusiya klublarının Azərbaycan çempionundan güclü olduğunu deyib:
“Hazırkı format və 15 əcnəbi oyunçu ilə “Zenit” mütləq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanardı. ÇSKA da Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə əldə edərdi. Klublarımız “Kayrat” və “Qarabağ”dan daha güclüdür. Amma təbii ki, inkişaf üçün daha da çox işləmək hər zaman lazımdır”.
57 yaşlı sabiq futbolçu “Spartak” (Moskva), “Benfika”, “Kan”, “Strasburq”, “Selta” və “Alaves” kimi klublarda oynayıb.
FİFA və UEFA-nın qadağaları səbəbindən Rusiya klubları və milli komandaları beynəlxalq yarışlarda iştirak edə bilmirlər.
“Qarabağ” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb və turnirin bu mərhələsində “Nyukasl”la (İngiltərə) qarşılaşacaq.
“Komo”nun baş məşqçisi Sesk Fabreqas Olimpiya məşəlinin estafetində iştirak edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis məşəli Komo şəhərinin küçələri ilə daşıyıb.
2026-cı ilin Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da Milanda keçiriləcək. Oyunlara Milanla yanaşı, Kortina şəhəri də ev sahibliyi edəcək.
38 yaşlı Fabreqas 2024-cü ildən etibarən “Komo”nun baş məşqçisi vəzifəsini icra edir. Məhz bu klub ispan mütəxəssisin futbolçu karyerasında son dayanacaq olub. O, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurub.
Sabiq yarımmüdafiəçi karyerası ərzində “Barselona”, “Arsenal”, “Çelsi” və “Monako” kimi klublarda çıxış edib. İspaniya millisinin heyətində isə 2010-cu il dünya, 2008 və 2012-ci illərdə Avropa çempionu olub.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola sosial-siyasi məsələlərdən danışaraq, Rusiya, Ukrayna və Fələstindəki soyqırımdan bəhs edib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, bütün bunların dünya xalqlarının problemi olduğunu söyləyib:
“Bəşər tarixində heç vaxt, heç vaxt indiki qədər aydın məlumat gözlərimizin qarşısında olmayıb: Fələstindəki soyqırım, Ukraynada, Rusiyada baş verənlər, bütün dünyada, Sudanda, hər yerdə baş verənlər. Hamısı gözlərimizin qarşısında baş verir. Görmək istəsək də, istəməsək də, bu, bizim problemimizdir, xalqların problemidir. Bunlar bizim problemlərimizdir”.
2022-ci ilin fevral ayının sonundan etibarən Rusiya Ukraynaya işğalçı hücumlarını davam etdirir.
Tanınmış yarımmüdafiəçi Xames Rodriqes yaxın vaxtlarda klubunu yenidən dəyişə bilər.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ABŞ-a yollanıb və MLS təmsilçisi “Minnesota Yunayted”lə müqavilə imzalamağa hazırlaşır.
Kolumbiyalı futbolçu yanvarın əvvəlində Meksikanın “Leon” klubundan ayrıldıqdan sonra azad agent statusundadır. “Minnesota Yunayted” ötən mövsüm MLS-in Qərb Konfransında turnir cədvəlini 4-cü pillədə başa vurub, pley-off mərhələsində isə yarımfinala qədər irəliləyib. Komanda yeni mövsümün ilk turunda, fevralın 22-də “Ostin”lə qarşılaşacaq.
Rodriqes karyerası ərzində “Real”, “Bayern”, “Everton”, “Portu”, “Monako” və digər nüfuzlu klubların formasını geyinib. ABŞ-a mümkün transfer kolumbiyalı oyunçunun karyerasında növbəti maraqlı mərhələ ola bilər.
“Transfermarkt” portalı 2026-cı ilin qış transfer pəncərəsində reallaşan ən bahalı 10 keçidin siyahısını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının zirvəsində “Bornmut”dan “Mançester Siti”yə transfer olunan vinger Antuan Semenyo qərarlaşıb. “Şəhərlilər” bu keçid üçün 72 milyon avro ödəyib.
Siyahıda ikinci yeri “Vulverhempton”dan “Kristal Pelas”a keçən Yorgen Strannd Larsen tutur – bu transfer 49,7 milyon avroya başa gəlib. Üçüncü ən bahalı keçid isə yarımmüdafiəçi Lukas Paketaya məxsusdur. Braziliyalı futbolçu “Vest Hem”dən ölkəsinin “Flamenqo” klubuna 42 milyon avro qarşılığında transfer olunub.
Bundan başqa, qışın ən bahalı transferləri sırasında aşağıdakı keçidlər də yer alıb:
Konor Qallaher – “Atletiko”dan “Tottenhem”ə (40 milyon avro)
Ademola Lukman – “Atalanta”dan “Atletiko”ya (35 milyon avro)
Qış transfer pəncərəsi adətən daha səssiz keçsə də, 2026-cı il yüksək məbləğli razılaşmalarla yadda qalıb.
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəyi matç üçün biletlərin qiymətlərini açıqlayıb.
Komanda.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qiymətlər bütün yaş qrupları üzrə 18 funt-sterlinq (təxminən 40 manat) müəyyən edilib.
Təhlükəsizlik qaydalarına əsasən, 16 yaşdan aşağı şəxslər stadiona mütləq böyüklərin müşayiəti ilə daxil olmalıdırlar.
Bundan əlavə, səfərin İngiltərə futbolu tarixinə düşəcəyi qeyd olunub. Belə ki, Eddi Hounun komandası Bakıya gəlməyə görə 2 529 mil (təxminən 4 070 km) qət edəcək ki, bu da komanda üçün turnir tarixində ən uzun məsafədir.
“Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Quba səfəri Premyer Liqa komandaları üçün artıq sadəcə oyun günü deyil, əsl sınağa çevrilib. Futbolçular təkcə rəqiblə yox, bərbad vəziyyətdə olan meydança ilə də mübarizə aparmalı olur. Ot örtüyünün durumu həm oyunun tempini öldürür, həm də zədələr üçün real risk yaradır. Maraqlısı isə odur ki, bu problem aylardır gündəmdə olsa da, “İmişli” rəqiblərini hələ də Qubada qəbul etməkdə davam edir.
Məsələyə aydınlıq gətirmək üçün dünən Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq rəhbəri Sənan Abdullayevlə əlaqə saxlamışdıq. Qurum rəsmisi Komanda.az-a açıqlamasında bölgə təmsilçisinə rəsmi xəbərdarlıq məktubu göndərildiyini bildirmişdi.
Daha sonra isə qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. “İmişli”nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu məsələyə belə münasibət bildirdi:
“Quba Olimpiya İdman Kompleksinin əməkdaşları tərəfindən lazımi addımlar atılır, tədbirlər görülür. Stadionun qənaətbəxş vəziyyətə gətirilməsi məqsədilə bütün zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir”.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik bu mövsümlə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Kral kubokunun yarımfinalına vəsiqə, Çempionlar Liqasının 1/8 finalına vəsiqə və La Liqada birinci yerə yüksəlmək. İndi deyə bilərik ki, bütün məqsədlərimizə çatırıq”.
“Barselona” çərşənbə axşamı Kral kubokunun 1/4 finalında “Albasete”ni 2:1 hesabıyla məğlub edib. Komanda yanvar ayında isə finalda “Real”ı 3:2 hesabıyla məğlub edərək, İspaniya superkubokunu qazanıb.
Avropa Minifutbol Federasiyası 27 may-4 iyun tarixlərində Slovakiyada keçiriləcək AÇ-2026-nın püşkatması üçün səbətləri açıqlayıb.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandası Slovakiya, Rumıniya, Serbiya, Qazaxıstan və Bolqarıstanla birlikdə 1-ci səbətdə yer alıb.
Digər səbətlər aşağıdakılardır:
2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan; 3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya; 4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya
Püşkatma 27 fevralda Bratislavada keçiriləcək və saat 20:00-da başlayacaq.
“Barselona” texniki sponsorla bağlı qeyri-müəyyənlik fonunda ciddi maliyyə itkisi ilə üzləşib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik uzun illərdir klubun texniki tərəfdaşı olan “Nike” firması ilə danışıqlarda problemlər yaşandıqdan sonra təxminən 4 milyon avronu uğursuz bir qərara xərcləyib.
Gözləntilərə görə, “Barselona” mövsümə ya ümumiyyətlə, texniki sponsorsuz başlamalı, ya da bütün mövsümü sponsorsuz keçirməli idi. Klub rəhbərliyi paralel olaraq digər idman nəhəngi “Puma” ilə də danışıqlar aparsa da, vəziyyət aydınlaşmamışdan öncə riskli addım atılıb.
Belə ki, “Nike” loqosu olmadan yeni dizaynda on minlərlə forma əvvəlcədən istehsal edilib. Bu formalar yalnız futbol komandası üçün deyil, eyni brend altında çıxış edən basketbol və voleybol komandaları üçün də hazırlanıb.
Ancaq sonradan “Barselona”nın “Nike” ilə razılığa gəlməsi bütün planları alt-üst edib. Sponsor loqosu olmayan formaların satışa çıxarılması müqavilə pozuntusu sayıldığından, klub onları bazara təqdim edə bilməz. Bu isə kataloniyalıların artıq xərclədiyi 4 milyon avronun birbaşa zərərə çevrilməsi deməkdir.
Sözügedən formaların satışı klub üçün daha böyük maliyyə itkilərinə səbəb ola biləcəyindən, “Barselona” bu addımdan imtina etmək məcburiyyətində qalıb.
“Tottenhem”in müdafiəçisi Kristian Romero karyerasında yeni mərhələyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu cari mövsüm başa çatdıqdan sonra, yay transfer pəncərəsində London klubunu tərk edəcək.
27 yaşlı müdafiəçinin əvvəlki transfer dövrlərində İspaniya La Liqasından təkliflər aldığı bildirilir. Bundan əlavə, “Tottenhem”in kapitanı digər, adı açıqlanmayan bir çempionatın klublarının da maraq dairəsində olub. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Romero “Tottenhem”in əsas simalarından biri və komandanın lider futbolçularından sayılır.
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.
Bu barədə Komanda.az-a AVF-dən məlumat verilib.
Gözəlbəyli qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsində Yunanıstanın “Panionios” və Kiprin “Olimpiada Neapolis” komandaları arasında keçiriləcək oyunda supervayzer funksiyasını yerinə yetirəcək.
Fevralın 5-də Yunanıstanda baş tutacaq qarşılaşmanın hakimləri polşalı Tomaş Yanik və rumıniyalı Darius Dumitru Meska olacaq.
“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi, Maykl Karrikin komandanın baş məşqçisi kimi fəaliyyəti ilə bağlı fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Mançester Yunayted” yenidən “Mançester Yunayted” kimi görünür. Karrik yaxşı iş görür. O, belə davam edərsə, onu komandada saxlamaq olar”.
İngiltərəli mütəxəssisin rəhbərliyi altında “qırmızı şeytanlar” ardıcıl üç oyunda qalib gəliblər. Komandanın hazırda 41 xalı var və Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir.
Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.
Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:
4 fevral
Türkiyə, kubok 14:00 Boluspor – Alanyaspor (A Spor) 16:30 Fatih Karagümrük – Başakşəhər (A Spor) 19:00 Gənclərbirliyi – Eyüpspor (A Spor) 21:30 Qalatasaray – İstanbulspor (A Spor)
Azərbaycan, kubok 17:00 Sumqayıt – Zirə (CBC Sport) 19:30 Sabah – Qəbələ (CBC Sport)
İtaliya, kubok 00:00 İnter – Torino (TRT Spor, Matç TV)
İspaniya, kubok 00:00 Valensiya – Atletik (Futbol 2, S Sport+)
“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu Ceymi Karrager “qırmızılar”ın yarımmüdafiəçisi Florian Virts barədə fikirlərini bölüşüb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, almaniyalı oyunçunun potensialını yüksək qiymətləndirir:
“Virts mərhələli şəkildə irəliləyir. Şübhə yoxdur ki, bu oğlanın böyük ustalığı var. Ona baxanda elə gəlir ki, David Silvanın (“Mançester Siti”nin sabiq futbolçusu) yolunu təkrarlaya bilər”.
22 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayında Levekuzen “Bayer”indən 125 milyon avro qarşılığında transfer olunub. O, “qırmızılar”ın heyətində 32 oyunda iştirak edib, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.
Türkiyə Kubokunun qrup mərhələsində 3-cü tura start verilib.
Komanda.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.
“Antalyaspor” “İğdır”a böyük hesabla uduzub. “Samsunspor” “Bodrumspor”a, “Trabzonspor” “Fethiyəspor”a qalib gəlib. “Rizəspor” – “Bəyoğlu Yeni Çarşı” matçında isə qalib müəyyənləşməyib.
Türkiyə Kuboku Qrup mərhələsi, 3-cü tur 3 fevral
A qrupu Trabzonspor – Fethiyəspor 3:0
B qrupu Samsunspor – Bodrumspor 2:0 İğdır – Antalyaspor 6:0
“Barselona”nın sabiq futbolçusu Andres İnyesta Kataloniya klubunun yarımmüdafiəçisi Pedri barədə fikirlərini bölüşüb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun oyundakı rolunu və keyfiyyətlərini xüsusi vurğulayıb:
“Pedri topla özünü çox rahat hiss edir və daim oyunun içində olur. O, oyunu qurmağı bacarır, eyni zamanda, balansı poza bilir. Pedri güclü keyfiyyətlərə malik çoxşaxəli futbolçudur və inkişafını davam etdirəcək”.
23 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər üzrə 25 oyunda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib.
“Milan” qapıçısı Mayk Menyanla müqavilənin müddətini uzadıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun baş məşqçisi Massimiliano Alleqri futbolçunu müqavilə üçün şəxsən razı salmadığını deyib:
“Mən şəxsən Menyanı razı salmadım, bu müqavilə klubun ləyaqətli davranışıdır. O, çox həssas insandır və qalmaq istəyirdi. Bu yay düşdüyümüz vəziyyətdən çıxmaq vacib idi”.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik cinah hücumçusu Markus Reşford haqqında fikirlərini bildirib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, 28 yaşlı ingiltərəli futbolçudan razı olduğunu deyib:
“Düşünürəm ki, Reşfordun daha çox potensialı var. Sürəti və texnikası ilə bizə daha çox şey verə bilər. Mən ondan bunu istəyirəm. Mən ondan razıyam, amma düşünürəm ki, o, daha çox şey göstərə bilər. Hər bir oyunçunun öz bacarıqlarının zirvəsində olmasını istəyirəm”.
“Barselona” yay transfer pəncərəsində Reşfordu “Mançester Yunayted”dən icarəyə götürüb.
“Barselona”nın 28 yaşlı hücumçusu Markus Reşford icarə müddətinin bitməsindən sonra “Mançester Yunayted”ə qayıtmaq niyyətində deyil.
Komanda.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
Reşford “qırmızı şeytanlar”ın layihəsinə inanmır və hazırda oynadığı klubun böyük titullar uğrunda ciddi planlar qurduğunu düşünür. O, hesab edir ki, “Barselona”da baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında dünya səviyyəli oyunçuya çevrilə bilər.
İngiltərəli futbolçu 2025-ci ilin yayında “Mançester Yunayted”dən icarə əsasında “Barselona”ya keçib. Kataloniyalılar icarə müddəti başa çatdıqdan sonra onu 30 milyon avroya daimi olaraq almaq imkanına sahibdir.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Qavinin bərpa prosesi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, 21 yaşlı futbolçunun tələsmədən, mərhələli şəkildə toparlandığını vurğulayıb:
“O, addım-addım irəliləyir. Onun üçün ən vacibi sakit qalmaq və yalnız növbəti mərhələ haqqında düşünməkdir. Qarşıda onu uzun karyera gözləyir, buna görə də növbəti səviyyəyə keçməzdən əvvəl özünü yüz faiz hazır hiss etməsi çox önəmlidir. Biz onun qayğısına qalacağıq”.
İspaniyalı yarımmüdafiəçi dizindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesini davam etdirir. O, cari mövsümdə La Liqada 2 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun yaşıl meydanlara qayıdışı fevralın sonlarına gözlənilir.
Milli Olimpiya Komitəsinin inzibati binasında 2025-ci il üzrə respublika və beynəlxalq idman yarışlarında yüksək nəticələr əldə etmiş məktəblilərin təltifetmə mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Olimpiya mükafatçısı Zemfira Meftaxetdinova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, sektor əməkdaşları, Atletlər Komissiyasının üzvləri, Olimpiya mükafatçıları, yüksək nəticə göstərmiş məktəblilər və həmin məktəblərin direktorları iştirak ediblər.
Çıxış zamanı Çingiz Hüseynzadə məktəblilərin qazandıqları nailiyyətlərin Azərbaycan idmanının gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını, idmanın gənclərin sağlam həyat tərzinin formalaşması və vətənpərvərlik ruhunun güclənməsində xüsusi rol oynadığını vurğulayıb.
Anar Qədiməliyev isə məktəblilərin idmana marağının artırılmasında məktəbdənkənar fəaliyyətlərin və müəllimlərin rolunu xüsusi qeyd edib.
Tədbirin sonunda 2025-ci il üzrə respublika və beynəlxalq idman yarışlarında uğur əldə etmiş 30 nəfər məktəbliyə plaket və hədiyyələr təqdim olunub.
AFFA-nın uşaq futbolunun inkişafı strategiyasına uyğun olaraq, “Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək” prosesi çərçivəsində paytaxt klublarının akademiyalarına baxış keçirilib.
Komanda.az xəbər verir ki, layihə çərçivəsində “Sabah”, “Qarabağ” və “Neftçi” akademiyalarının mövcud vəziyyəti, tədris metodikası və infrastruktur imkanları yaxından izlənilib.
Keçirilən görüşlərin nəticəsi olaraq yaxın gələcəkdə akademiyaların fəaliyyətində aşağıdakı istiqamətlər üzrə yeniliklərin tətbiqi gözlənilir:
Mövcud məşq proseslərinin beynəlxalq standartlara tam uyğunlaşdırılması və oyunçu yönümlü inkişaf metodikasına keçid
Kiçik yaş qruplarından əsas komandaya qədər olan keçid mərhələlərinin metodoloji ardıcıllığının təmin edilməsi
Akademiyadan peşəkar futbolçu mərhələsinə keçid prosesinin daha sistemli və ölçülə bilən meyarlar əsasında qurulması
Akademiyalarda rol bölgüsünün dəqiqləşdirilməsi və kadr potensialından daha effektiv istifadə üçün yeni struktur yanaşmalarının tətbiqi.
Aparılan genişmiqyaslı təhlillər yaxın müddətdə tətbiq olunacaq yeni Akademiya standartlarının əsasını təşkil edəcək.
Gəncə İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.
Komanda.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası yeniyetmələr və gənclərdə bu idman növünə marağı artırmaq məqsədilə tanınmış, titullu güləşçilərin imza günlərini təşkil edir.
Yarış boyunca davam edəcək bu tədbirin ilk qonağı olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov olub. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti imzaladığı şəkilləri azyaşlı güləşçilərə və azarkeşlərə paylayıb, həmçinin onlarla öz təcrübəsini bölüşüb.
İmza günləri çərçivəsində Rafiq Hüseynov (4 fevral), Namiq Abdullayev (6 fevral), Hacı Əliyev (7 fevral), Mariya Stadnik (8 fevral) və Rəsul Çunayev (9 fevral) də tədbirin iştirakçısı olacaq.
Bu gün badminton üzrə “Azerbaijan International 2026” beynəlxalq turnirinə start verilib.
Komanda.az xəbər verir ki, 33 ölkədən 347 badmintonçu 6 gün ərzində “International Challenge” kateqoriyalı turnirdə qüvvəsini sınayacaq.
Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda 238 görüş 4 kortda oynanılacaq. Yarışı yerli və əcnəbi hakimlər idarə edir.
Bu gün turnirin ilk yarış günündə kateqoriyalar üzrə təsnifat mərhələsinin oyunları keçirilib. Azərbaycan turnirdə 14 oğlan və 14 qız badmintonçu ilə təmsil olunur.
“Azerbaijan International” beynəlxalq turnirin final qarşılaşmaları fevralında 8-də keçiriləcək.
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci tura start verilib.
Komanda.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında “Gənclər” komandası ilə üz-üzə gələn “Azərreyl” 3:0 (25:15, 25:16, 25:13) hesablı qələbəyə sevinib.
Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsiylə başlayıb.
Mərasimin rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə şəhər icra başçısının müavini Adil Tağıyev, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev, eləcə də federasiyanın baş katibi Pərvin Piriyev çıxış edib. Çıxışlar zamanı Gəncə şəhərində güləşin inkişafı istiqamətində atdığı addımlardan, Nizami yurdunun son zamanlar müntəzəm şəkildə müxtəlif yerli və beynəlxalq yarışlara ev sahibliyi etməsi və bu yarışların yüksək səviyyədə təşkil edilməsi xüsusi vurğulanıb. Azərbaycan çempionatlarının UWW yarış formatına uyğun keçirilməsinin güləşçilərimizin həm beynəlxalq yarışlara uyğunlaşması, həm də potensiallarını tam şəkildə nümayiş etdirmələri üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Açılışın rəsmi hissəsindən sonra “Talant şou” rəqs qrupunun ifasına yer verilib. Bu maraqlı şou proqram Nizami Gəncəvinin kəlamları ilə başlayıb, milli rəqslə davam edib və xalqımızın döyüşçü və pəhləvan ruhunu əks etdirən səhnələrlə yekunlaşıb.
Gəncə güləş məktəbinin yetirməsi, olimpiya çempionu Toğrul Əsgərovun azarkeşlərə ünvanladığı video müraciətlə açılış mərasiminə yekun vurulub.
Xatırladaq ki, U-20 Azərbaycan çempionatı fevralın 7-dək davam edəcək.
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq. Əvvəlcə Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edəcək.
Premyer Liqada liderliyini davam etdirən “Sabah” kubokun 1/4 finalında “Qəbələ” ilə üzə-üzə gələcək. İlk oyun Masazırda təşkil olunacaq.
1/4 finalın ilk oyunları çərçıvəsində qalan iki qarşılaşma sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
4 fevral
17:00. Sumqayıt – Zirə 0:0 Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli. VAR: Kamal Umudlu. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Sumqayıt: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 80. Keffel Resende 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 64. Kənan Feyziyev 66. Ruslan Əliyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 72. Rayan Senhadjic 71. Masaki Murata Baş məşqçi: Saşa İliç
19:30. Sabah – Qəbələ Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev. VAR: Nicat İsmayıllı. AVAR: Zeynal Zeynalov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Elgiz Abbasov. “Bank Respublika Arena”
5 fevral
14:30. Şamaxı – Qarabağ Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov. VAR: Rauf Cabarov. AVAR: Emin Əliyev. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Şamaxı şəhər stadionu
19:00. Turan Tovuz – Kəpəz Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov. VAR: Rəvan Həmzəzadə. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. “Azərsun Arena”
“Barselona”nın vingeri Lamin Yamal gələcəyi ilə bağlı fikirlərini bölüşüb. 18 yaşlı futbolçu karyerasının tamamını Kataloniya klubunda keçirmək arzusunda olduğunu bildirib.
Yamal Barselonada nəşr olunan “Mundo Deportivo” qəzetinin 120 illik yubileyinə həsr olunmuş qala-gecədə iştirak edib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbir zamanı ona gələcək planları ilə bağlı sual ünvanlanıb:
“Ümid edirəm ki, ömrümün sonuna qədər burada qala biləcəm. Dünyanın ən yaxşı klubunda və ən yaxşı şəhərində hər günün dadını çıxarmaq istəyirəm”.
İspaniyalı futbolçu, həmçinin, komandanın cari hədəflərindən də danışıb:
“Biz İspaniya kubokunun yarımfinalına yüksəlmək uğrunda mübarizə aparırıq. Bu, mütləq qazanmalı olduğumuz tituldur”.
“Barselona”nın prezidenti Xuan Laporta “Mundo Deportivo” qəzetinin 120 illik yubileyi münasibətilə keçirilən tədbirdə komandanın baş məşqçisi Hans-Diter Flik haqqında danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin klub üçün ideal seçim olduğunu söyləyib:
“Yenidən prezident olsam, Flik “Barselona”nı istədiyi qədər çalışdıracaq. Komandada belə təcrübə və biliyə malik birinin olması bizim üçün vacib idi. O, təkcə fenomenal məşqçi deyil, həm də fenomenal bir insandır. Onunla müqavilə bağladığımız gün vacib bir şey etdiyimizi bilirdik, çünki o, əsl məşqçidir və təcrübəli oyunçularla yanaşı, çox gənc oyunçulardan ibarət bir komandanı necə idarə etməyi başa düşür.
O, hazırkı “Barselona” komandası üçün ideal məşqçidir. Onun sayəsində çox xoş bir mərhələdən keçirik”.
Kataloniya klubunda prezident seçkiləri mart ayında keçiriləcək.
“Barselona”nın hücumçusu Rafinya Dias aldığı yeni zədə ilə bağlı açıqlama verib. Kataloniya klubunun mətbuat xidməti daha əvvəl braziliyalı futbolçuda bud əzələsində dartılma aşkarlandığını bildirmişdi.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, Rafinya vəziyyətinin ciddi olmadığını vurğulayıb:
“Məndə hər şey qaydasındadır. Sadəcə bir az yorğunluq var, amma ümumilikdə problem yoxdur. Nəzəri olaraq bərpa prosesi uzun çəkməməlidir. Ən qısa zamanda meydana qayıtmağa çalışacam”.
29 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 22 oyunda iştirak edib, 13 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun komandası bu gün İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə “Albasete” ilə qarşılaşacaq.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl” müdafiəçisi və kapitanı Camal Lassellslə yolları ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Arxa xətt oyunçusunun “Lester”ə transfer olunduğu bildirilib. Lassels 2014-cü ildə “Nottingem Forest”dən transfer olunmuşdu. Müdafiəçi “sağsağanlar”ın heyətində ümumilikdə 253 oyuna çıxıb.
“Qarabağ”la “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də, saat 00:00-da İngiltərədə baş tutacaq.
“Atletiko” transfer pəncərəsinin son günündə yarımmüdafiəçi Rodriqo Mendozanı heyətinə qatdığını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
20 yaşlı futbolçu “Atlletiko”ya “Elçe”dən keçib. İspaniya mətbuatının məlumatına görə, madridlilər Mendoza üçün 16 milyon avro ödəyib. Yeni müqavilənin müddəti 2031-ci ilin yayına qədərdir.
İspaniyalı yarımmüdafiəçi 2023-cü ildən “Elçe”nin formasını geyinirdi. O, “yaşıl-zolaqlılar”ın heyətində bütün turnirlər üzrə 71 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
Quba səfəri Premyer Liqa komandaları üçün ciddi sınağa çevrilib. Komandalar bərbad vəziyyətdəki ot örtüyündə oynamaq məcburiyyətində qalır və bu, oyunlara mənfi təsir göstərir. Maraqlıdır ki, bu problem bir neçə aydır davam etməsinə baxmayaraq, “İmişli” hələ də rəqiblərini Qubada qəbul edir.
Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. Qurum rəsmisi Komanda.az-a açıqlamasında “İmişli”nin rəqiblərini başqa stadionda qəbul etməsinin ən sonda veriləcək qərar olduğunu bildirdi:
“İmişli” komandasının rəqiblərini başqa stadionda qəbul etməsi ən sonda veriləcək qərardır. PFL olaraq Quba Olimpiya İdman Kompleksi stadionunun daha yaxşı vəziyyətə gətirilməsi ilə bağlı “İmişli” klubuna rəsmi məktub ünvanlamışıq. Hazırda vəziyyəti nəzarətdə saxlayırıq və ümid edirik ki, durum yaxşılaşacaq. Əks təqdirdə, Əsasnamə tələblərinə uyğun olaraq növbəti addımlar atıla bilər. Qeyd etdiyiniz məsələ ilə bağlı (oyunları başqa stadionda keçirmək) bizə rəsmi müraciət gəlməyib”.
Birinci Liqada çıxış edən “Mingəçevir” yeni transferini açıqlayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi 25 yaşlı müdafiəçi Elçin Mustafayev ilə mövsümün sonuna qədər rəsmi müqavilə imzalayıb.
Futbolçu ötən mövsüm “Araz Naxçıvan”da çıxış edib.
PSJ-nin müdafiəçisi Noam Kamara karyerasını “Lion”da davam etdirəcək.
Komanda.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
19 yaşlı futbolçu mövsümün sonuna qədər “Lion”a icarə əsasında keçir. Tərəflər arasında bağlanmış müqavilədə müəyyən şərtlər yerinə yetirilərsə, satınalma şərti də aktivləşəcək. “Lion” Kamaranın icarəsi üçün PSJ-yə 3 milyon avro ödəyəcək.
Kamara 2025-ci ilin yayında PSJ ilə müqavilə bağlayıb. O, Fransa çempionunun formasında 3 oyunda iştirak edib.
“Mançester Siti” rəhbərliyi baş məşqçi Pep Qvardiolanın komandadan ayrılması ehtimalına hazırlıq görür.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, İngiltərə klubunun qısa siyahısında üç namizəd yer alır: Xabi Alonso, Sesk Fabreqas və Enzo Mareska.
Qvardiola cari mövsümün sonunda “şəhərlilər”dən ayrılmaq fikrindədir. İspaniyalı mütəxəssis 2016-cı ilin yayından etibarən klubun baş məşqçi postunu tutur.
“Mançester Siti” hazırda İngiltərə Premyer Liqasında 24 turdan sonra 47 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Arsenal”dan 6 xal geri qalır.
“İnter Mayami”nin hücumçusu Lionel Messi Avropaya qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçunu “Qalatasaray” heyətinə qatmaqda maraqlıdır.
Messi yalnız komandanın ev oyunlarında iştirak etməklə bu təklifi qəbul edə bilər. Razılıq əldə olunarsa, o, mövsümün sonuna qədər “Qalatasaray”ın heyətində 12 oyun keçirə bilər.
Argentinalı futbolçu 2023-cü ildən “İnter Mayami”nın formasını geyinir. O, ötən mövsüm komandası ilə MLS çempionluğu yaşayıb.
Ötən mövsüm Azərbaycan çempionatlarında klubların lisenziyalaşdırılması prosesində lisenziya iddiaçılarının sayı 41 olubsa, 2026/2027 mövsümü üçün müraciət edən klubların sayı təxminən 54-ə çatıb.
Komanda.az xəbər verir ki, bunu AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli qurumun mətbuat xidmətinə açıqlamasında deyib.
O, klubların lisenziyalaşdırma prosesi ilə bağlı son yeniliklər barədə danışıb:
“Klubların lisenziyalaşdırma prosesinə rəsmi başlanğıc açılış iclası ilə həyata keçirilir. Sözügedən iclas ötən il oktyabrın 16-da baş tutub. Oktyabrın sonunadək klublar müraciət etdikləri lisenziya növünə uyğun olaraq müvafiq ərizələrini Lisenziyalaşdırma şöbəsinə təqdim ediblər. Eyni zamanda, Klubların Lisenziyalaşdırılması Qaydaları tərəfimizdən hazırlanaraq klublara təqdim olunub.
Ötən mövsüm klubların lisenziyalaşdırılması prosesində lisenziya iddiaçılarının sayı 41 idisə, 2026/27 mövsümü üçün müraciət edən klubların sayı təxminən 54-ə çatıb. Bu, kəmiyyət baxımından ciddi artım deməkdir. Qeyd etmək olar ki, prosesdə iştirak edən klublar ildən-ilə daha təcrübəli olur, tələblərin ciddiliyini daha yaxşı anlayırlar. Yerində aparılan təhlil və monitorinqlər bu kəmiyyət artımının mərhələli şəkildə keyfiyyətə çevrilməsini qaçılmaz edir”.
AFFA rəsmisi 2026/2027 lisenziyalaşdırma mövsümündə müəyyən dəyişikliklərin olduğunu bildirib:
“Bunu müəyyən mənada yenilik kimi qiymətləndirmək olar. Klubların lisenziyalaşdırılması prosesi klubların peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən əsas mexanizmlərdən biri olduğundan, bu prosesin əhatə dairəsi genişləndirilib. AFFA İcraiyyə Komitəsinin 25 oktyabr 2025-ci il tarixli qərarına əsasən, cari futbol ilindən etibarən II Liqanın bütün klubları, eləcə də Region Liqasından II Liqa lisenziya növünə müraciət edən və Region Liqasının 1/4 final mərhələsinə yüksələn komandalar lisenziyalaşdırma prosesinə cəlb olunacaqlar. Bu isə o deməkdir ki, 2026/2027 mövsümündə II Liqada iştirak etmək istəyən klublar cari mövsümdə müvafiq lisenziyanı əldə etməlidirlər”. AFFA rəsmisi lisenziyalaşdırma prosesinin hazırda konkret hansı mərhələdə olması barədə məlumat verib: “Açılış iclası çərçivəsində klublar lisenziyalaşdırma qaydalarına edilən yeniliklərlə tanış olublar. Paralel olaraq, qaydalar üzrə təlim və treninqlər təşkil edilib. Bu təlimlər klubların seçiminə uyğun olaraq həm AFFA-da, həm də klubların ofislərində – Bakı və regionlarda keçirilib. Bütün təlimlər dekabrın 25-də yekunlaşıb. Bəzi təcrübəli klublar təlimlərdə iştirak etdikləri dövrdə artıq prosesə qoşularaq, sənədlərini Klubların Lisenziyalaşdırma Platformasına daxil ediblər. Digər klublar isə təlimlərdən sonra bu mərhələyə keçiblər. Hazırda proses klublar tərəfindən sənədlərin icbari təqdimolunma mərhələsindədir”.
Səlimli lisenziyalaşdırma prosesində tələblərin yerinə yetirilmə monitorinq mərhələsi barədə də danışıb:
“Təqdim edilən sənədlər əsasında lisenziya iddiaçılarının tələblərə uyğunluğu mütəmadi olaraq yoxlanılır və bu proses çərçivəsində klublarla sıx əməkdaşlıq qurulur. AFFA tərəfindən “Klubların Lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi”nə start verilib. İlkin mərhələdə Premyer Liqa və I Liqa klubları ilə onlayn görüşlər keçirilib və bu görüşlərdə akademiyaların inkişaf ehtiyacları, tələblərə uyğunluğun artırılması və metodiki dəstək mexanizmləri müzakirə olunub.
Növbəti mərhələdə Lisenziya və Qeydiyyat Departamentinin məşqçi-koordinatoru Sərxan Hüseynov tərəfindən klubların akademiyalarına yerində baxışlar həyata keçirilib. Səfərlər zamanı mövcud vəziyyət qiymətləndirilib, məşqçi heyəti, tibbi personal, infrastruktur, bütün yaş qrupları üzrə məşq prosesləri, eləcə də SMM və hüquq komandalarının fəaliyyəti təhlil olunub və klublara müvafiq tövsiyələr təqdim edilib. Bu tədbirlər AFFA-nın akademiyaların inkişafına göstərdiyi davamlı dəstəyin və lisenziyalaşdırma prosesinin daha da təkmilləşdirilməsinə yönəlmiş mühüm addımlardır”.
Meksikalı hücumçu Obed Varqas “Atletiko”ya transfer olunub.
Komanda.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytında məlumat verilib.
20 yaşlı futbolçu “Atletiko”un sıralarına ABŞ-ın “Sietl Saunders” klubundan qoşulub. Transferin dəyəri 3 milyon avro təşkil edib. Varqasla bağlanmış müqavilənin müddəti 2030-cu ilin yayına qədərdir.
O, 2025-ci ildə bütün turnirlər üzrə 38 oyunda iştirak edib, 6 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Atletiko” hazırda La Liqada 22 turdan sonra 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 30-cü dəfə təşkil olunacaq kubok uğrunda 6-sı Yüksək, 10-u Birinci Liqa iştirakçısı olmaqla ümumilikdə 16 komanda mübarizə aparacaq.
Yarışa 1/8 final mərhələsindən start veriləcək və hər mərhələdə komandalar bir dəfə qarşılaşacaq.
“Barselona”nın yarımmüdafiəçisi Pedrinin bərpa prosesi ilə bağlı yeni detallar açıqlanıb.
Komanda.az “Jijantes FC”-yə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun sağalması plan üzrə davam edir.
Pedri artıq meydançada fərdi məşqlərə başlayıb. Gözləntilərə əsasən, o, təxminən bir ay sonra komandanın ümumi məşq qrupuna qoşula biləcək.
23 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 25 oyunda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun komandası bu gün İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə “Albasete” ilə qarşılaşacaq.
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu tərk edə bilər. 40 yaşlı hücumçu klubun hazırkı vəziyyətindən narazıdır.
Komanda.az “Record”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçunu “Əl-Nəsr”in heyətin gücləndirilməsi istiqamətində apardığı zəif transfer siyasəti qane etmir. O, hesab edir ki, klub ölkə çempionatının digər aparıcı komandaları ilə müqayisədə daha passiv davranır.
Ronaldo “Əl-Nəsr”ə yeni futbolçuların transferinə süni maneələr yaradıldığını və bunun komandanın Səudiyyə Ərəbistanı çempionu olmasına əngəl törətdiyini düşünür.
O, 2023-cü ilin yanvarından “Əl-Nəsr”in formasını geyinir. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.
“Qarabağ”ın fransalı müdafiəçi Jeremi Qnalinin transferi üçün Kiprin AEK klubuna ödədiyi məbləğ məlum olub.
Komanda.az xəbər verir ki, “transfermakt” portalına görə, Ağdam klubu 23 yaşlı sol cinah müdafiəçisi üçün 100 min avro (təxminin 200 000 manatdan çox) ödəyib.
Qnalinin bazar dəyəri 450 min avrodur.
Azərbaycan çempionu yeni futbolçusu ilə 2,5 illik müqavilə imzalayıb.
”Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalinin agenti Cüzeppe Rizo futbolçunun bu yaxınlarda doğma vətəninə, İtaliya liqasına qayıda biləcəyi haqda yayılan şayiələrə cavab verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bu barədə danışmaq üçün hələ tezdir. “Nyukasl” əlbəttə ki, indi ondan ayrılmaq istəməyəcək, çünki klubun vacib məqsədləri var”.
Tonali 2023-cü ilin yayında “Milan”dan İngiltərə klubuna transfer olunub.
“Nyukasl” “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibidir.
Fransalı hücumçu Kərim Benzema “Əl-İttihad”dan ayrılması ilə bağlı açıqlama verib. O, karyerasını Səudiyyə Ərəbistanının digər klubu olan “Əl-Hilal”da davam etdirəcək.
Komanda.az xəbər verir ki, 38 yaşlı forvard sosial şəbəkə hesabındakı paylaşımında “Əl-İttihad”dakı dövrünü dəyərləndirib:
“Əl-İttihad”dakı səhifəm bağlanır. Klub rəhbərliyinə və hamıya təşəkkür etmək istəyirəm. Karyeramın bu mərhələsi mənə çox şey qazandırdı. Bu komandanın formasında meydana çıxmağımla qürur duyuram. Kluba gələcəkdə hər şeyin ən yaxşısını arzulayıram”.
Benzema cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 14 oyunda iştirak edib, 8 qol vurub.
“Əl-Əhli”nin hücumçusu İvan Toni komandadan ayrılmaq istəməməsinin səbəbini izah edib.
Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, o, hazırda bu klubda özünü yaxş hiss etdiyini söyləyib:
“Hazırda yaxşı olduğumu hiss edirəm və Səudiyyə Ərəbistanında qol vurmağa davam etməklə, dünya çempionatına yollanmaq şansım daha yüksək olacaq. Bu liqada qol vurmaq mənim üçün asan deyil, çətindir. Amma belə bir komandada oynamaq mənə şans verir”.
29 yaşlı hücumçu bu mövsüm bütün yarışlarda 28 oyun keçirib, 26 qol vurub və 8 məhsuldar ötürmə edib.
2026-cı il dünya çempionatı bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək.
“Ayaks”ın yeni müdafiəçisi Oleksandr Zinçenko Amsterdam klubuna keçidi fonunda “Nottingem Forest” və komandanın azarkeşləri ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, ukraynalı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək klubdaxili mühiti və komanda ətrafındakı atmosferi xüsusi vurğulayıb:
“Klubun daxilində və ətrafında inanılmaz insanlar var. Təşəkkür edirəm və hər şeyin ən yaxşısını arzulayıram, “Nottingem Forest”.
İngiltərə klubu ötən ilin sentyabrında Zinçenkonu “Arsenal”dan icarəyə götürmüşdü. 29 yaşlı müdafiəçi “Nottingem Forest”in heyətində bütün turnirlərdə ümumilikdə 10 matçda iştirak edib.
“Ayaks” Zinçenkonu mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb. Maraqlı detal kimi, onun evindəki otaqlardan birini “Arsenal” rənglərində dizayn etdiyi də bildirilir.
“Roma”nın ispaniyalı müdafiəçisi Abubakar Sanqare La Liqa təmsilçisi “Elçe”yə icarəyə verilib.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
“Roma” rəhbərliyi Brayan Saraqosanın “Selta”dan transfer edilməsindən sonra baş məşqçi Can Pyero Qasperininin planlarına daxil olmayan Sanqareni komandada saxlamağı məqsədəuyğun hesab etməyib.
İtaliya çempionatında meydana çıxmayan 30 yaşlı oyunçunun “Elçe”yə keçidinin maliyyə detalları açıqlanmayıb.
Sanqare “Roma”ya transfer olunmamışdan əvvəl İspaniyada “Levante”nin formasını geyinib.
“Kəpəz” klubu bışaqlanan futbolçusu Veysəl Rzayevin durumu ilə bağlı açıqlama yayıb
Komanda.az xəbər verir ki, insident nəticəsində xəsarət alan futbolçunun hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunduğu bildirilib.
Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti sabitdir.
Hadisə bu gün səhər saatlarında Gəncə şəhərində baş verib. Futbolçu Müseyib Bağırov küçəsində iki nəfər arasında yaranan əlbəyaxa davanın şahidi olub. Mübahisəyə müdaxilə edərək tərəfləri ayırmaq istəyən Veysəl Rzayev bu zaman bıçaq xəsarəti alıb.
“Əl-Nəsr” rəhbərliyi ölkə çempionatında “Ər-Riyad”la keçirilən, 1:0 hesabı ilə qalib gəldikləri oyundan əvvəl və sonra futbolçuların və baş məşqçinin fləş-müsahibə zonasına çıxmasına icazə verməyib.
Komanda.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Nəticədə, nə baş məşqçi Jorje Jezus, nə də komandanın futbolçuları matçdan əvvəl və sonra adəti üzrə media öhdəliklərini yerinə yetiriblər. Portuqaliyalı mütəxəssis Səudiyyə Pro Liqasında oyunlardan öncə keçirilən ənənəvi fləş-müsahibədə görünməyib, həmçinin, “Ər-Riyad”la matçdan sonra təşkil olunan mətbuat konfransında da iştirak etməyib.
Səudiyyə Ərəbistanı mediasının məlumatına görə, Jezus oyundan sonra açıqlama vermədiyinə görə üzr istəyib. Ancaq mətbuat konfransından imtina etməsi onun 6,7 min avrodan çox cərimə olunması ilə nəticələnə bilər.
Bu hadisələr “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun klub rəhbərliyinin fəaliyyətindən narazı qalaraq “Ər-Riyad”la oyunu boykot etməsi fonunda baş verib. Ronaldo həmin görüşdə meydana çıxmaqdan imtina edib.
Braziliyalı futbolçu Duqlas Kosta “Kyevo”ya transfer olunub və İtaliyaya qayıtması haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha əvvəl “Yuventus”da oynadığı İtaliya üçün çox darıxdığını etiraf edib:
“İtaliya üçün çox darıxırdım. Tətillərimi burada keçirmək, dincəlmək üçün fürsət tapdıqca geri qayıdırdım. Dünyanın hər yerində tanış olduğum italyanlar mənə həmişə ən yaxşısını arzulayırdılar. “Yuventus”da üç mövsüm fantastik keçdi. Bu ölkə əbədi olaraq ürəyimə yerləşib”.
Kosta karyerası ərzində “Yuventus”, “Bayern”, “Los Anceles Qalaksi”, “Fluminense” və “Qremio”da da oynayıb.
Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.
Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:
3 fevral
Türkiyə, kubok 14:00 Iğdır – Antalyaspor (A Spor) 16:30 Samsunspor – Bodrumspor (A Spor) 19:00 Rizəspor – Bəyoğlu Yeni Çarşı (A Spor) 21:30 Trabzonspor – Fəthiyəspor (A Spor)
İtaliya, A Seriyası 23:45 Bolonya – Milan (Futbol 1)
İspaniya, kubok 00:00 Albasete – Barselona (Futbol 2)
“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager bu mövsüm İngiltərə Premyer Liqasında “Arsenal”ın çempionluq şansları barədə fikirlərini bölüşüb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, artıq “Arsenal”ı çempion sayır:
“Arsenal” artıq çempiondur. Bu, mənim şəxsi fikrimdir. Onlar mövsümü 8–10 xallıq fərqlə başa vura bilərlər. Belə olmasa, təəccüblənərəm. Komanda və baş məşqçi (Mikel Arteta) son vaxtlar bir az gərgin idilər, amma indi bir qədər rahatlaşmaq olar. “Arsenal”ın gücü və sabitliyi onları çempionluğa yaxın edir”.
“Topçular” hazırda İngiltərə Premyer Liqasında 24 turdan sonra 53 xalla turnir cədvəlinə başçılıq edir. Mikel Artetanın komandası 2-ci pillədəki “Mançester Siti”ni 6 xal qabaqlayır.
“Qızıl top”un beşqat sahibi, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Ər-Riyad” klubuna qarşı keçiriləcək oyunda “Əl-Nəsr”in heyətinə daxil edilməyib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Portuqaliyanın “A Bola” nəşri Ronaldonun oyunu boykot edə biləcəyi ilə bağlı xəbər yaymışdı. Mənbənin iddiasına görə, futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu idarəetmə formasından narazıdır.
Xüsusilə də, eyni fondun nəzarətində olan rəqib klublarla müqayisədə “Əl-Nəsr”in daha zəif idarə olunduğunu düşünür. Ronaldo hesab edir ki, klub transfer pəncərəsində lazımi səviyyədə gücləndirilməyib.
“Yuventus”un baş məşqçisi Luçano Spalettidən “Qalatasaray”ın hücumçusu Mauro İkardi ilə yeni tərəfdaşlıq ehtimalı haqda soruşulub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu perspektivə şübhə ilə yanaşdığını bildirib:
“İnsanlar məndən İkardi haqqında soruşurlar və mən onun haqqında çox yaxşı şey deyə bilmərəm. Xeyr, o, meydanda mənə kömək etdi, qollar vurdu, bu baxımdan onunla heç bir problem yoxdur və bu mənada İkardi faydalı ola bilər. Amma əsasən meydandan kənarda olan, mənə heç yaraşmayan başqa vəziyyətlər də var idi”.
Spaletti cari mövsümün əvvəllərində “Yuventus”un “sükanı arxasına” keçib. O, daha əvvəl “İnter”də İkardi ilə işləyib.
“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Elmar bəy, hazırda nə işlə məşğulsuz?
– “Araz-Naxçıvan”dan ayrıldıqdan sonra ən çox ehtiyac duyduğum istirahət etmək idi. Həm dincəlirəm, ailəmlə vaxt keçirirəm, həm də çempionat və avrokubok oyunlarını izləyirəm.
– Gələcək planlarınız nələrdir? Yeni təkliflər gözləyirsiz, yoxsa, hələ ki, fasiləyə davam?
– Planlar əlbəttə, işləməklə bağlıdır. Hələ ki, real təklif yoxdur. Həm də, mövsümün bu dövründə hansısa ciddi təklif gözləmək və almaq çətindir. Hələ ki, gözləyirik.
– “Araz-Naxçıvan”la yolların ayrılması sizin üçün nə dərəcədə gözlənilən idi?
– Bu barədə bir neçə dəfə ətraflı açıqlama vermişəm. Klub rəhbərliyinin qərarı idi. Onlar mənimlə işləmək istəmədiklərini və mövcud olan müqaviləyə xitam vermək istədiklərini bildirdilər. Təbii ki, qarşı tərəfin niyyəti, fikri məlumdursa, orada qalmağın mənası yoxdur.
– Ötən mövsüm avrokuboklara qədər yüksələn komanda bu mövsüm niyə sabit oyun sərgiləyə bilmir? Sizcə, əsas səbəb nədir?
– Mən istefaya göndəriləndə komanda 16 oyundan 26 xal toplamışdı və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmışdı. Üçüncü yerdəki komandadan iki xal az toplamışdıq. Halbuki, qarşıda hələ bizi 17 tur gözləyirdi və iki xallıq fərqi əritmək mümkün idi. Hər bir komandada yüksəliş və eniş dövrü olur. Bizim Premyer Liqada “Qarabağ”dan başqa, sabit oynayan və nəticə qazanan başqa komanda yoxdur axı.
“Araz-Naxçıvan”a gəldikdə, yayda heyətə 6-7 futbolçu cəlb etdik və bir neçəsinə əsas heyətdə şans verirdik. Onların yeni çempionata və komandaya uyğunlaşması vaxt aparırdı. Eləcə də, zədəli və cəzalı futbolçuların olması o dəqiqə hiss olunurdu. Çünki geniş heyətimiz yox idi. Bunların da hamısı yekunda komandanın oyununa və nəticələrinə təsirsiz ötüşmür.
– Komandanın heyət baxımından potensialı Premyer Liqada daha yuxarı yerlər üçün yetərli idi, yoxsa, transfer siyasətində problemlər var idi?
– Transfer elədir ki, bəyəndiyin hər futbolçu sən istəyəni verməyə bilər. İzlədiyin, klubunda lider olan oyunçu bəzən yeni komandaya, ölkəyə, mentalitetə uyğunlaşmaq baxımından problem yaşayır. Kimsə deyə bilməz ki, transfer etdiyimiz futbolçuların hamısı özünü doğrutdu. “Araz-Naxçıvan”ın durumunu az əvvəl izah etdim. Biz avrokubok zonasından cəmi iki xal geridə qalırdıq. Bunu da aradan qaldırmaq mümkünsüz deyildi.
– Mövsüm ərzində sizi ən çox narahat edən məqam nə oldu?
– Əsas müdafiəçimiz olan İqor Ribeyronu başqa kluba (“Neftçi”) satdıq. Bir də, bəzi futbolçuların potensialından aşağı çıxış etməsi. Görünür, bu da uyğunlaşma ilə bağlı oldu ki, potensiallarını tam aça bilmədilər.
– Sizcə, “Araz-Naxçıvan” rəhbərliyi sizə tam etimad göstərirdi?
– Ötən mövsüm etimad tam idi və daim yanımızda idilər. Ona görə də, yekunda üçüncü yeri tutduq, klubun tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandıq, hətta əksəriyyətin yeniləcəyi “Aris”lə iki oyunda yüksək performans göstərdik. Bakıda qələbə qazandıq, səfərdə heç-heçə edərək həm mərhələ adladıq, həm də ölkəyə reytinq xalları qazandırdıq. Amma cari mövsümdə, xüsusilə də, son iki ayda bu etimadı hiss etmədik. Tədricən soyuq münasibətin, uzaqlaşmağın şahidi olduq. Bunu futbolçular da görür, anlayırdılar. Səbəbini isə bilmirdim.
– Ukraynalı Andrey Demçenkonun baş məşqçi təyin olunmasına münasibətiniz necədir? Bu seçim klub üçün doğru addımdır?
– Bu, rəhbərliyin qərarıdır. Demçenko həmkarımdır, onunla bağlı fikir bildirməyim düzgün olmaz.
– Komandanı yaxından tanıyan biri kimi, sizcə, yeni baş məşqçini hansı çətinliklər gözləyir?
– Bu suala cavab verməyim etik cəhətdən düzgün deyil. Ona sadəcə uğurlar arzulayıram. Hadisələrin gedişi də göstərir ki, asan olmayacaq.
– Yəqin “Neftçi” ilə son turdakı matçı izləmisiz. Böyükhesablı məğlubiyyəti necə dəyərləndirirsiz?
– Tamaşaçı kimi televiziyadan izlədim. Gözlənilməz oldu. Xüsusilə də, hesabın belə fərqli olması. Son illərin statistikasına baxsaz, “Araz-Naxçıvan” “Neftçi” ilə duellərdə daha çox qalib gələn tərəf olub.
– Arxada qalan dövrə baxanda, “kaş ki, belə etməzdim” dediyiniz qərarlar var?
– Səhvsiz insan olmur. Səhv etmək də insana xas olan cəhətdir. Əsas olan səhvlərdən nəticə çıxarmaqdır. Geriyə boylanmıram, olanları da yenidən vərəqləmirəm. “Kaş ki” deməyi də xoşlamıram. Allahın qisməti nədirsə, onu da yaşayırıq.
– “Araz-Naxçıvan” sizin üçün nə ifadə edir?
– İşlədiyim, yaxşı işlər gördüyüm klubdur. İşlədiyimiz müddətdə çalışdıq ki, klubun tarixinə yaxşı nəticələr yazdıraq.
– Necə düşünürsüz, Azərbaycan futbolunda baş məşqçilərə münasibətdə səbr, dözüm yetərlidir?
– Məncə, əcnəbilərlə müqayisədə yerli məşqçilərə qarşı bir qədər amansızlıq var. Niyəsə öz mütəxəssislərimizə ehtiyatla yanaşırıq, sanki, yaxşı nəticələr qazananda da şübhə ilə baxırıq. Ancaq əcnəbi məşqçilərin uğursuzluğuna uzun müddət dözülür. Yaxşıdır və ya pisdir, buna siz qiymət verin.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb və Ağdam təmsilçisi fransalı futbolçu Jeremi Qnalini sıralarına cəlb edib.
Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.
23 yaşlı oyunçu karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.
AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 ötürmə ilə yadda qalıb.
“İnter”in prezidenti Cüzeppe Marotta Denzel Dumfrisin “Liverpul”a mümkün keçidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri bu iddiaları qəti şəkildə təkzib edib:
“Bəzi telefon zəngləri var ki, qəfil edilir və etik sərhədləri aşaraq vəziyyəti yalnız daha da gərginləşdirir. Heç bir ehtimal yoxdur. Dumfris bizimlə qalacaq, “İnter”də”.
Niderlandlı müdafiəçi 2021-ci ildən “İnter”in formasını geyinir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 15 oyunda meydana çıxıb və 3 qol vurub.
29 yaşlı futbolçunun Milan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq La Liqanın 22-ci turunda “Elçe”yə qarşı keçirilən oyun haqda danışıb.
Yanvarın 31-də baş tutan qarşılaşma Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu, komandanın inkişaf etdiyini, ancaq hələ də tam potensialına çatmadığını bildirib:
“Komanda olaraq inkişaf etməyə davam edirik, bu isə çox vacibdir. Amma hələ maksimum səviyyəmizə çatmamışıq. Adətən hücumları yaxşı tamamlayan futbolçularımız olur. Bəzən hansısa oyunda imkanları boşa verə bilərsən, əsas məsələ isə həmin epizodları yaratmağımızdır”.
De Yonq rəqib komandanın oyun tərzini də xüsusi vurğulayıb:
“Adətən komandalar bizə qarşı müdafiəyə çəkilir, amma “Elçe” çox cəsarətli komandadır. Onlar yaxşı futbol oynayırlar və bu da oyunu azarkeşlər üçün daha maraqlı edir”.
O, mövsümün həlledici mərhələsinin başladığını da diqqətə çatdırıb:
“İndi mövsümün ən həyəcanlı dövrünə daxil oluruq – Kral kuboku və UEFA Çempionlar Liqası oyunları, həmçinin, La Liqanın son mərhələsi bizi gözləyir”.
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “Jirona”da ciddi zədə alıb və bu səbəbdən Kataloniya klubuna vaxtından əvvəl qayıda bilər.
33 yaşlı qolkiper yanvarın 21-də, mövsümün sonuna qədər icarə əsasında “Barselona”dan “Jirona”ya keçmişdi. O, yeni klubunda cəmi iki oyunda – “Xetafe”yə qarşı (1:1) və “Ovyedo” ilə matçda (0:1) forma geyinməyə macal tapıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı futbolçuda arxa bud əzələsində ciddi zədələnmə – əzələ yırtığı və vətərlərin qopması ehtimalı aşkarlanıb. İlkin tibbi müayinələr dəqiq diaqnozun qoyulmasına imkan verməyib.
Gözləntilərə əsasən, Ter Ştegen iki ay meydanlardan kənar qala bilər. Bu halda, “Jirona” icarə müqaviləsini vaxtından əvvəl ləğv edərək, onu yenidən “Barselona”ya göndərə bilər.
Ter Ştegenin vəziyyəti yaxın günlərdə keçiriləcək əlavə müayinələrdən sonra tam aydınlaşacaq.
“Fənərbaxça”da icarədə olan “Əl-Nəsr”in hücumçusu Con Duran İngiltərəyə qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı kolumbiyalı futbolçu Səudiyyə Ərəbistanında yaşamaqda çətinlik çəkib və artıq “Fənərbaxça”da da daimi oyunçu deyil. O, “Tottenhem” və “Lids” də daxil olmaqla İngiltərə Premyer Liqasının bir neçə klubuna təklif olunub.
Duran bu mövsüm bütün turnirlərdə 21 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Komo”nun baş məşqçisi Sesk Fabreqas gələcəkdə “Barselona”nın yeni çalışdırıcısı ola bilər.
Komanda.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
“Barselona” rəhbərliyi ispaniyalı mütəxəssisin A Seriyasındakı fəaliyyətini yüksək qiymətləndirir və onu Hans-Diter Flikin mümkün gedişindən sonra potensial namizədlər siyahısına daxil edib. Klub rəhbərliyini Fabreqasın oyun üslubu, gənc futbolçulara göstərdiyi etimad və “Barsa”dakı keçmişi xüsusilə cəlb edir.
Hazırda “Barselona”nın baş məşqçisi 60 yaşlı Flikdir və o, bu vəzifəni 2024-cü ildən icra edir. Onun komandası hazırda İspaniya çempionatında 22 turdan sonra 55 xalla turnir cədvəlinə başçılıq edir.
“Atletiko”nun hücumçusu Aleksandr Sörlot “Yuventus”un maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu norveçli forvardı qış transfer pəncərəsi bağlanmamış heyətinə qatmaq niyyətindədir.
Bundan əvvəl “Yuventus” hücum xəttini gücləndirmək üçün Jan-Filipp Mateta (“Kristal Pelas”), Yussef En-Nesiri (“Fənərbaxça”) və Mauro İkardi (“Qalatasaray”) variantlarını nəzərdən keçirmişdi. Ancaq hazırda klubun diqqəti məhz Sörlot üzərində cəmlənib və yaxın saatlarda onun transferi üçün konkret addımların atılması mümkündür.
30 yaşlı hücumçu cari mövsümdə La Liqada 21 matçda iştirak edib, 7 qol vurub. “Yuventus” rəhbərliyi onu hücum xətti üçün uyğun variant kimi dəyərləndirir və transfer pəncərəsi bağlanana qədər qərar verməyi planlaşdırır.
“Qarabağ” fevralın 18-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”ı qəbul edəcək.
İngiltərə klubu ilə oyunlarla bağlı “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyevin fikirlərini öyrəndik. Komanda.az saytına açıqlama verən Baxşıyev, “Nyukasl”la matçlarda “Qarabağ”a inandığını bildirdi:
“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə, eləcə də, pley-off mərhələsində oynamaq hüququ qazanmaqla ciddi uğur əldə edib. Zatən 10 ildən artıqdır ki, daim avrokubokların qrup mərhələsində çıxış etmək çəkilən əziyyətin, görülən işin və səbrin nəticəsidir. “Nyukasl”la oyunlarda da təmsilçimizə inanıram”.
O, “köhlən atlar”ın bu mərhələdə uğur qazanmaq şansı barədə nikbindir:
“Düzdür, bizimkilərin İngiltərə klubları ilə oyunları alınmır. Ancaq bir neçə ay əvvəl Bakıda “Çelsi” ilə keçirilən oyunu (2:2) xatırlasaq, deməli, qələbə qazanmaq, mərhələ adlamaq mümkündür. Qurban müəllim (Qurban Qurbanov) bunu daha yaxşı bilir və hamıdan çox istəyir. Biz təmsilçimiz üzərində təzyiq yaratmaq yox, dəstək verməliyik. “Qarabağ”a uğurlar arzulayıram və inanıram”.
“Atletik”in hücumçusu Niko Uilyams komandasına yaxın aylarda kömək edə bilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.
23 yaşlı futbolçu əvvəlki müalicədən nəticə ala bilmədiyi üçün qasıq problemləri ilə bağlı yenidən tibbi kurs keçməli olacaq. Buna görə də, o, 6–8 həftə komandadan kənarda qalacaq.
Uilyams cari mövsümdə bütün turnirlərdə 23 oyunda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun komandası növbəti matçını fevralın 4-də, ölkə kubokunun 1/4 final mərhələsində səfərdə “Valensiya”ya qarşı keçirəcək.
İspaniyalı futbolçunun yoxluğu klub üçün ciddi itki sayılır və komandanın hücum xəttində əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.
“Qarabağ”ın transfer etməyə yaxın olduğu Jeremi Qnali ilə bağlayacağı müqavilənin müddəti məlum olub.
Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmış Ağdam klubu fransalı legionerlə iki illik anlaşıb. Anlaşmaya görə, müqavilə sonradan daha bir il uzadıla bilər. O. artıq Azərbaycana gəlib və bu gün tibbi baxışdan keçəcəyi ehtimal olunur.
Qnali 2024-cü ildən “AEK Larnaka”da çıxış edir. Sol cinah müdafiəçisi və vinger kimi də oynaya bilən Qnalinin klubu ilə yayadək müqaviləsi var. Bu da “Qarabağ”ın işini asanlaşdıra bilər. Bu səbəbdən, Azərbaycan çempionunun təklif edəcəyi məbləğin kiprliləri razı salacağı gözlənilir.
Əslən Konqodan olan futbolçu Fransa vətəndaşıdır. Onun “transfermarkt”da bazar dəyəri 450 min avro göstərilib.
Azərbaycanın 19 yaşadək qadınlardan ibarət millisi Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində fevralın 4-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, komanda bu gün Özbəkistana yola düşəcək.
“Strasburq”un müdafiəçisi Mamadu Sarr yenidən “Çelsi”yə qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu hazırda “Strasburq”da icarə əsasında çıxış edən 20 yaşlı futbolçunu geri qaytarmağı planlaşdırır.
Klub rəhbərliyi Sarrı yüksək səviyyəli müdafiəçi kimi qiymətləndirir və onu uzunmüddətli layihənin vacib hissəsi hesab edir. İddiaya görə, seneqallı futbolçunun İngiltərəyə dönüşü artıq qaçılmazdır. “Çelsi” onu yayda məhz “Strasburq”dan transfer edib, ancaq təxminən ay yarım sonra yenidən əvvəlki klubuna icarəyə göndərib.
Mamadu Sarr cari mövsümdə bütün turnirlər daxil olmaqla 18 oyunda meydana çıxıb.
Moskva “Lokomotiv”inin müdafiəçisi Çesar Montes “Beşiktaş”a transfer olunmayacaq.
Komanda.az “Championat”-a istinadən xəbər verir, İstanbul klubu meksikalı futbolçunun keçidi üzrə danışıqlardan çıxmaq qərarı qəbul edib.
Montes 2024-cü ilin payızından “Lokomotiv”də çıxış edir. O, cari mövsümün ilk yarısında 19 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun komandası hazırda 18 turdan sonra 37 xalla Rusiya Premyer Liqasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
“Bayern”in müdafiəçisi Dayo Upamekano klubla başa çatan müqaviləsinin müddətini uzatmaya bilər.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu hələ də Münhen təmsilçisinin təqdim etdiyi yeni müqavilə təklifinə rəsmi cavab verməyib.
Klub rəhbərliyi səbrini itirməyə başlayıb və 27 yaşlı oyunçuya təzyiqi artırıb. “Bayern” yaxın vaxtlarda Upamekanodan qəti “bəli” və ya “xeyr” cavabı almaq niyyətindədir. Əks halda, hazırkı təklif geri götürüləcək.
Münhen klubu Upamekano üçün şərtləri yaxşılaşdırmaq fikrində deyil. Rəhbərlik hazırkı müqavilə təklifini onun üçün artıq “çox sərfəli” hesab edir.
Almaniya çempionunun rəhbərliyi vəziyyətin bu cür uzanmasından narahatdır və artıq mövsümün sonunda müdafiəçinin azad agent kimi komandadan ayrılacağı ehtimalı ilə barışıblar.
“Milan”ın qapıçısı Mayk Menyan klubla müqaviləsinin müddətini 2031-ci ilə qədər uzadıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bu qərarı verməsinin səbəbini açıqlayıb:
“Çox məmnunam və xoşbəxtəm. Xəbər çoxdan gözlənilən idi. Düşünürəm ki, insanlar hətta bir az yoruldular, amma səbr etmək lazım idi. Hamımız – mən və ailəm “Milan”ı həqiqətən sevirik. Biz buranın öz evimiz olduğunu hiss edirik. Və mən klubla kuboklar qazanmaq istəyirəm. Ümid edirəm ki, belə olacaq”.
30 yaşlı qolkiper 2021-ci ildən bəri “Milan”da oynayır.
Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası ilə yeni, uzunmüddətli müqavilə imzalamağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis komandayla 2030-cu ilə qədər olan müqavilə imzalamağa razılıq verib. Gözlənilməz hadisələr istisna olmaqla, müqavilə yaxın günlərdə imzalanacaq.
Ançelotti 2025-ci ilin iyun ayının əvvəlindən Braziliya millisinə rəhbərlik edir. İtaliyalı məşqçi daha əvvəl dörd il “Real”da çalışıb.
Braziliyalılar qarşıdan gələn dünya çempionatının qrup mərhələsində Mərakeş, Şotlandiya və Haiti yığmaları ilə qarşılaşacaq.
“Nyukasl”ın müdafiəçisi Camal Lassels yaxın vaxtlarda komandadan ayrılacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
32 yaşlı futbolçu bu gün tibbi müayinədən keçərək, İngiltərənin Çempionşip liqasında çıxış edən “Lester” klubuna transfer olunacaq.
İngiltərəli oyunçu 2014-cü ildən “Nyukasl”ın formasını geyinir. O, cari mövsümdə İngiltərə Premyer Liqasının 2 oyununda iştirak edib və ümumilikdə 19 dəqiqə meydanda olub.
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq. İlk oyun fevralın 18-də, saat 21:45-də Bakıda keçiriləcək. Tərəflər bu ayın 24-də isə İngiltərədə cavab matçına çıxacaqlar.
“Atalanta”nın yarımmüdafiəçisi Ederson bu qış “Atletiko”ya keçməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu transfer pəncərəsi bağlanmamış braziliyalı futbolçunu heyətinə qatmağı planlaşdırsa da, razılaşma son anda baş tutmayıb.
“Atletiko” Edersonla şəxsi müqavilə şərtləri üzrə razılığa gəlsə də, klubu onu ən azı mövsümün sonuna qədər buraxmaq niyyətində deyil.
26 yaşlı yarımmüdafiəçi ilə “Mançester Yunayted”, “Barselona” və Avropanın digər top-klubları da maraqlanır. “Atletiko”nun heyətinə yaxın vaxtlarda “Atalanta”dan başqa bir futbolçu – hücumçu Ademola Lukman qoşula bilər.
“Neftçi”nin heyətində qol vuran futbolçuların sayı 200-ə çatıb.
Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, İqor Ribeyro Bakı klubunun heyətində Azərbaycan çempionatlarında ilk qoluna imza atıb.
Braziliyalı müdafiəçi Premyer Liqanın 18-ci turunda, “Araz-Naxçıvan”la görüşdə (4:0) sabiq komandasının qapısına yol tapıb.
Ribeyro Azərbaycan çempionatları tarixində “Neftçi”nin heyətində rəqib qapısına qol vuran 200-cü futbolçu olub. Cari mövsümün startına qədər 194 oyunçu bunu bacarmışdısa, cari çempionatda İqora qədər daha 5 futbolçu – Alesio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da bu siyahıya daxil olub.
“Neftçi” Azərbaycan çempionatlarının yüksək liqasında ən çox futbolçusu qol vuran komandadır. Hazırda heç bir digər klubun 200 oyunçusu fərqlənməyib.
“Ağ-qaralar”ın ilk qolunu 1992-ci il mayın 8-də “Xəzər”in (Sumqayıt) qapısına Yunis Hüseynov vurub. 200 nəfərlik siyahıya isə 99 qol vuran Samir Ələkbərov başçılıq edir.
“Barselona” rəhbərliyi komandanın hücumçusu Ferran Torreslə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
25 yaşlı futbolçunun cari mövsümdə göstərdiyi uğurlu çıxış klubun bu qərarında əsas rol oynayıb. Torresin “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Kataloniya klubu ispaniyalı forvardı 2022-ci ildə “Mançester Siti”dən transfer edib. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 oyunda iştirak edib, 16 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Barselona” digər hücumçusu, polşalı Robert Levandovski ilə müqavilənin müddətini uzatmağı planlaşdırmır. Bu səbəbdən, klub yayda top-səviyyəli hücumçu transfer edə bilməsə, növbəti mövsümdə Ferran Torres əsas mərkəz hücumçusu statusunu qazana bilər.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 18-ci turunda gerçəkləşib.
“Zirə”ni səfərdə 3:1 hesabı ilə üstələyən “bayquşlar” çempinatda ardıcıl yeddinci qələbəsini qazanıb.
Komanda bunadək “İmişli” (3:0), “Neftçi” (2:0), “Turan Tovuz” (3:1), “Qarabağ” (2:1), “Sumqayıt” (3:1) və “Karvan-Yevlax”ı (4:1) məğlub edib.
“Sabah” Premyer Liqada ən uzun qələbə seriyasına 2022-ci ildə imza atıb. Həmin vaxt da komanda ardıcıl 7 dəfə qalib gəlib. 2022/2023 mövsümünün ilk yarısındakı seriya dövründə 17 qol vuran paytaxt klubu 4 top buraxıb. Bu dəfə isə top fərqi 20-5-dir.
“Sabah” həm də ardıcıl 3-cü matçda 3 və ya daha çox qol vurub. Bu da klubun Premyer Liqadakı rekordunun təkrarıdır. Bakı təmsilçisi 2021/2022 mövsümünün ilk yarısında “Sumqayıt” (3:0), “Qəbələ” (3:1) və “Zirə” (3:3) ilə qarşılaşmalarda məhsuldarlıq göstərib.
“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Gəncə klubunun yubileyi Premyer Liqanın 18-ci turuna təsadüf edib.
Qərb təmsilçisi “Şamaxı” ilə ev matçında 0:2 hesabı ilə uduzub. “Kəpəz” 700 oyunda 293 qələbə qazanıb, 146 heç-heçə edib və 261 dəfə məğlub olub. 1040 qol vuran komanda öz qapısında 889 top görüb.
Gəncə klubu evdə 342, səfərdə 346, neytral meydanda isə 12 oyun keçirib. “Kəpəz” oyun sayında yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”dan geri qalır.
İlk matçını 1992-ci il mayın 3-də keçirən Gəncə təmsilçisi evdə “Turan”a 2:1 hesabı ilə qalib gəlib.
ABŞ-ın “Sietl Saunders” klubunun yarımmüdafiəçisi Obed Varqas karyerasını İspaniyada davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko” 20 yaşlı futbolçunun transferi ilə bağlı razılıq əldə edib.
Varqas yaxın 24 saat ərzində Madrid klubu ilə rəsmi müqavilə imzalayacaq. Bununla belə, “Atletiko”da hələlik yekun qərar verilməyib: futbolçu dərhal əsas komandada saxlanılacaq, yoxsa, yenidən “Sietl Saunders”ə icarəyə göndəriləcək.
Meksikalı yarımmüdafiəçi 2025-ci ildə bütün turnirlər üzrə 41 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes sərfəli təkliflərə baxmayaraq, klubunu dəyişməmək qərarına gəlib. 22 yaşlı futbolçu bu yaxınlarda “Barsa” ilə yeni müqavilə imzalayıb və anlaşmanın müddəti 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Çelsi” daha əvvəl ispaniyalı oyunçuya xeyli yüksək maaş təklif edib. Ancaq Lopes mövqeyindən geri çəkilməyərək “Barselona”ya sadiq qalıb.
Fermin Lopesə “Bayern” də ciddi maraq göstərib. Münhen klubu ona yalnız yüksək əməkhaqqı deyil, eyni zamanda, komandanın gələcək layihəsində mühüm rol vəd edib. Buna baxmayaraq, almanlar da məqsədinə çata bilməyib.
Lopes maddi baxımdan daha cəlbedici təklifləri geri çevirərək, karyerasını doğma klubunda davam etdirməyi seçib.
Azərbaycan Premyer Liqasının 17-ci turunda “Araz-Naxçıvan”la qarşılaşan “Neftçi” cari mövsümdə ilk dəfə səfərdə böyükhesablı qələbəyə imza atıb.
Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, paytaxt təmsilçisi rəqib meydanında 4:0 hesabı ilə qalib gəlib.
“Ağ-qaralar” sonuncu dəfə belə nəticəyə 2023/2024 mövsümündə imza atıb. Bunu 624 gün gözləyən Bakı klubu 2024-cü il mayın 18-də “Səbail”in meydanında üç cavabsız qola sevinib.
“Neftçi”nin səfərdəki 4 və ya daha çox top fərqli qələbəsi isə 2022/23 mövsümündə qeydə alınıb. “Liv Bona Dea”dakı uğurdan 1030 gün əvvəl – 2023-cü il aprelin 8-də “Sumqayıt” qonaqların 4 cavabsız qoluna üzülüb.
“Real”ın müdafiəçisi Fran Qarsiya “Bornmut”un maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilislər 26 yaşlı futbolçunu qış transfer pəncərəsi bağlanmamış heyətinə qatmaq niyyətində olub və bu məqsədlə “kral klubu”na rəsmi təklif göndərib.
Madrid təmsilçisi bu təklifi rədd edib. “Bornmut”un yayda və ya daha sonra yeni cəhd edib-etməyəcəyi hələlik məlum deyil.
İspaniyalı oyunçunun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 14 oyunda meydana çıxıb və 1 qol vurub.
Azərbaycan çempionatları tarixində milliləşənlər də daxil olmaqla het-trik edən legioner futbolçuların sayı 50-yə çatıb.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Misli Premyer Liqasının 18-ci turu mövsümün ikinci het-triki ilə əlamətdar olub.
“Qəbələ”nin futbolçusu Domi Massumo “İmişli” ilə ev oyununda (3:2) qol vurub.
Konqoluya qədər Toral Bayramov fərqlənib. “Qarabağ”ın futbolçusu 5-ci turun “Araz-Naxçıvan”la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşayıb. Domi Premyer Liqa tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legioner statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.
Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdur. Cari mövsümdə “Zirə”də çıxış edən gürcüstanlı 4 matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, “Kəpəz”in formasını geyindiyi 1997/1998 mövsümündə 2 het-trik müəllifi olub.
“Arsenal”ın və İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merino dünya çempionatına qədər vaxtında sağala bilməyəcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, futbolçunun sağalması çox uzun müddət çəkəcək. O, 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatını buraxmaq riski ilə üz-üzədir.
Merino “Mançester Yunayted”lə oyunda (2:3) ayağından zədə alıb. Daha sonra zədənin ciddi olduğu və əməliyyat tələb olunduğu məlum olub.
İspaniya millisi qarşıdan gələn turnirin qrup mərhələsində Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay yığmalarıyla qarşılaşacaq.
PSJ “Real”ın marağına baxmayaraq, yarımmüdafiəçisi Vitinyanı satmayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubunun prezidenti Nasser Əl-Xələfi portuqaliyalı oyunçunu komandanın əsas fiquru kimi görür, o, əvəzsizdir.
Daha əvvəl “Real”ın yarımmüdafiəçinin transferini nəzərdən keçirdiyi, lakin PSJ ilə danışıqlarda çətinliklərin yarana biləcəyini başa düşdüyü bildirilib.
Vitinya 2022-ci ilin yayında “Portu”dan Paris klubuna transfer olunub. 25 yaşlı futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
“Liverpul” hazırda “Sanderlend”də icarə əsasında çıxış edən “Leyptsiq”in sağ cinah müdafiəçisi Lyutsxarela Qertreyd üçün danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar”ın niderlandlı futbolçuyla maraqlanmalarının əsas səbəbi, baş məşqçi Arne Slotun onu “Feyenoord”dakı vaxtından tanımasıdır.
25 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb və qol vurmayıb. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
İspaniya La Liqasında 22-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.
“Xetafe” – “Selta” və “Atletik” – “Real Sosyedad” görüşlərində qalib müəyyənləşməyib. “Real” evdə “Rayo Valyekano”ya, “Betis” isə “Valensiya”ya qalib gəlib.
Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.
“Tuluza” – “Oser” və “Nitsa” – “Brest” matçlarında qalib müəyyənləşməyib. Lion “Olimpik”i evdə “Lill”ə, “Anje” “Mets”ə qalib gəlib. PSJ də səfərdə “Strasburq”u məğlub edib.
Hazırda 48 xala malik PSJ vahid liderdir. “Lans” 46, Marsel və Lion “Olimpik”ləri 39, “Lill” 32, “Renn” 31 xal toplayıb.
Belçikada keçirilən cüdo üzrə beynəlxalq açıq turnir yekunlaşıb.
Komanda.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan cüdoçuları aktivlərinə daha 4 medal yazdırıblar.
Vise şəhərində baş tutan kişilərin mübarizəsində Yaşar Nəcəfov (-66 kq) tatamiyə çıxdığı bütün görüşlərdən qalib ayrılaraq qızıl medal əldə edib. Eyni çəki dərəcəsində Tofiq Məmmədov (-66 kq) bürünc mükafata layiq görülüb. Cəsur İbadlı (-81 kq) da üçüncü yeri tutub. Herstal şəhərində təşkil olunan qadınların yarışında isə Gültac Məmmədəliyeva (-52 kq) bürünc medala yiyələnib.
Beləliklə, Azərbaycan millisi turniri 3 qızıl, 2 gümüş və 6 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurub.
İlk yarış günündə Murad Muradlı (-60 kq), Camal Feyziyev (+100 kq) qızıl, Əbil Yusubov (-73 kq), Zelim Tçkayev (-90 kq) gümüş, Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc medal qazanmışdı.
“İnter” yarımmüdafiəçi Körtis Cons üçün “Liverpul”la danışıqları davam etdirir.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, İtaliya klubu 25 yaşlı futbolçunu sonradan 40 milyon avroya almaq hüququ ilə icarəyə götürməyə hazırdır. Oyunçunun özü də artıq transferə razılıq verib, lakin “Liverpul” hələlik keçidi təsdiqləməyib. Transfer baş tutarsa, “İnter”in “Nottingem Forest”in futbolçu Davide Frattesi üçün təklifini qəbul etməsi ehtimalı yüksəkdir.
Cons bu mövsüm bütün yarışlarda 30 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
“Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareskaya İngiltərədə yeni iş təklif oluna bilər.
Komanda.az “Mirror” qəzetinə istinadən xəbər verir ki, “Lester” italiyalı mütəxəssisin xidmətində maraqlıdır və klub tezliklə danışıqlara başlamağa hazırdır.
Mareska yanvarın 1-də “Çelsi”dən istefaya göndərilib. 45 yaşlı mütəxəssis daha əvvəl, 2023-cü ildən 2024-cü ilə qədər “Lester”i çalışdırıb. Onun rəhbərliyi altında komanda Çempionşipdə qalib gələrək, İngiltərə Premyer Liqasına vəsiqə qazanmışdı. Komanda hazırda Çempionşipin turnir cədvəlində 30 oyundan 38 xalla 16-cı yerdədir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbə haqda belə deyib:
“Çox vacib oyun, vacib qabiliyyət idi. Yorğunluq hiss olunurdu, lakin futbolçularımız yaxşı performans göstərdilər. Azarleşlərimiz böyük motivasiya verdi, təşəkkür edirəm.
“Turan Tovuz” özünəxas oyunu olan komandadır. Belə matçlarda oyunu ələ almaq heç də asan olmur. Futbolçularıma bu oyuna hazır olmalarını bildirmişdim. Ən böyük qorxum zədədir.
Dünən məşqdə də oyunçuların ümumi vəziyyətinə baxdıq”.
Baş məşqçi, eyni zamanda, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşma haqda da fikir bildirib:
“İngiltərə sanki başqa bir futbol aləmidir. Mənə görə, İngiltərə Premyer Liqası digər liqaları üstələyir. Sanki başqa aləmdir. Orada elə bir vəziyyət yaranır ki, onlar oyunun sonunda azarkeşlər üçün oynayırlar. Daha çox qol vurmaq istəyirlər.
Transfer var, Bakıya gəlməlidir. Hansı xətdə oyunçu lazım olarsa, onu doldurmalıyıq. Lakin bizdə boş yer yoxdur, yalnız kimisə çıxarmalıyam”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 18-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:4 hesablı məğlubiyyətə üzüldükləri matçla bağlı bunları söyləyib:
“Birinci hissə bizim üçün əlverişli olmadı. Standart vəziyyətdən qollar buraxdıq. Səhvlər etdik. Diqqətsizlik nəticəsində “Neftçi” iki qol vurdu. İkinci hissədə bizim üçün daha yaxşı oldu. Təhlükəli qol epizodları yaratdıq. Hücum oyunu oynamaq üçün xüsusi istək lazımdır. Futbolçularda müəyyən psixoloji vəziyyət olmalıdır ki, hücum futbolu oynayasan. Bunu futbolçularda görmədim. “Neftçi”ni təbrik edirəm, yaxşı oynayaraq 4 qol vurdular.
Başa düşürəm ki, 0:4 xoşagəlməz hesabdır. Komandaya hücum futbolu oynamağı öyrətmək istəyirəm. Üç həftənin içərisində psixoloji olaraq dəyişmək də asan deyil. Zaman bunu göstərəcək. Burada qalmağım nəticədən asılıdır”.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 4:0 hesablı qələbədən sonra bunları söyləyib:
“Yoldaşlıq matçlarındakı gözəl oynamışdıq, məhz bu gün oynadığımız matç kimi. Mənim üçün ən önəmlisi odur ki, futbolçularrın hər biri bugünkü kimi oynamasını çatdırım. O zaman mən də sakit, səbirli olacağam.
Freddi Varqasın zədəsinin nə dərəcədə ciddi olduğunu dəqiq deyə bilmərəm. Ayağına tikiş qoyublar. Orada çox ciddi kəsik var. Ümid etmək istəyirəm ki, hər şey yaxşı olacaq.
Heç kimi icarəyə verməyə hazırlaşmırıq. 22 futbolçumuz və 4 qapıçımız var. Buna qədər kim icarəyə verilibsə, olub. Hamısı oynamaq istəyir. Hər birinə şərait yaradacağam. “Qəbələ”yə icarəyə verilən Rza Cəfərovu da izləyəcəyik.
“Qəbələ”yə böyük hörmətlə yanaşıram, oğlum orada 3 il oynayıb. Hörmət başqa, oyun başqa. Mən “Neftçi”nin udmasını istəyirəm. “Qəbələ”nin də baş məşqçisi bunu istəyir. Onlar da oyunları udurlar, çox maraqlı matç olacaq.
Andrey Ştoqrin oyunun gedişində dizindən zərbə aldı. Ona afərin ki, o cür vəziyyətdə olsa da, oynadı. Fiziki duruma gəldikdə, rahat şəkildə 120-130 dəqiqə qaça bilər. Özü əvəzetmə istədi. Hesab da bizə imkan verirdi ki, dəyişikliyə gedək. Eyni məsələ Murada da aiddir. 22 oyunçum var, hamısı oynamaq istəyir. Mütləq şəkildə bütün oyunçuların oynamasına şərait yaratmalıyam ki, daim ehtiyatda oturmasınlar, meydanda oyun göstərsinlər. Oyun praktikası tam başqadır, 30 dəqiqə oyun, saatyarımlıq məşqdən daha faydalıdır. Şadam ki, dəyişə biləcək resurslarım var və oyunçular da yaxşı oynayırlar”.
“Piza” baş məşqçisi Alberto Cilardinonu istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti yayıb.
Yarışın autsayderinin rəhbərliyi Cilardinonun işindən razı qalmayıb.
İtaliya millisinin sabiq üzvü 2025-ci ilin yayından “Piza”nı çalışdırırdı. Bu müddət ərzində komanda 25 oyun keçirib, 2 dəfə qalib gəlib, 11 qarşılaşmada heç-heçə edib, 12 görüşdə isə məğlub olub.
“Piza” A Seriyasının 23 turundan sonra 14 xalla 19-cu yerdədir.
“Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Real”la qarşıdakı qarşılaşmalar haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Bizim yalnız iki seçimimiz var idi: “Real” və ya “İnter”. Seçim məhdud idi. Bu yaxınlarda “Real”ın bir oyunçusu matçdan sonra mənə köynəyini təklif edəndə, zarafatla “Benfika” oyunçularına “Real” futbolçularının taxdıqları gerbi göstərdim. Onlardan 15-i var… Onlar kraldırlar. Bu, sadəcə tarix deyil. Şübhəsiz ki, turnirin əsas iddiaçısı ilə qarşılaşırıq. Amma bundan əvvəl daha üç oyunumuz var və buna diqqət yetirməliyik”.
“Benfika” Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Real”ı 4:2 hesabıyla məğlub edib. Pley-off mərhələsində komandaların ilk görüşü 17 fevralda, cavab matçı isə 25 fevralda keçiriləcək.
Kişi və qadınlar arasında keçiriləcək Azərbaycan çempionatına 46 şahmatçı qatılacaq.
Bu barədə Komanda.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Turnir 6-22 fevral aralığında təşkil olunacaq. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq.
Çempionat olimpiya sistemi üzrə FİDE oyun qaydaları əsasında təşkil olunacaq.
Ötən il olduğu kimi bu ildə Azərbaycan çempionatında ölkənin əksər şahmatçıları mübarizə aparacaq. Kişilərin yarışında çempionluq uğrunda rapid və 20 yaşlılar arasında dünya çempionu, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, altıqat Azərbaycan və komandalar arasında üçqat Avropa çempionu Rauf Məmmədov, milli komandanın heyətində qitə çempionatının qalibi Eltac Səfərli, qadınların mübarizəsində isə son ölkə çempionu Günay Məmmədzadə, şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva və digərləri mübarizə aparacaq.
Azərbaycan çempionatının ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.
Azərbaycan çempionatının açılış mərasimi fevralın 6-da keçiriləcək.
“Barselona”nın müdafiəçisi Erik Qarsiya La Liqada “Elçe” ilə oyunda (3:1) komandasının çıxışıyla bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunu deyib:
“Hər şey yaxşı olardı, amma bu gün (dünən) bu qədər şansı boşa verdik… Təsəvvür edin ki, fərqli bir vəziyyətdə nə baş verərdi! Məsələn, Çempionlar Liqasının pley-off matçında bu, sadəcə qəbuledilməzdir”.
Kataloniya klubu qələbə qazansa da, saysız-hesabsız qol şanslarını boşa verib. Komanda UEFA Çempionlar Liqasının 1/8 finalına yüksəlib və rəqibi pley-off oyunlarından sonra müəyyənləşəcək.
Azərbaycan Basketbol Liqasında 15-ci turun daha bir oyunu keçirilib.
Komanda.az xəbər verir ki, günün ilk matçında “Gəncə” “Şəki”ni qəbul edib. A qrupunun qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 95:80.
Günün ikinci görüşündə “Neftçi” NTD ilə üz-üzə gələcək.
14-ci turda “Ordu” “Lənkəran”ı (103:63), “Naxçıvan” “Quba”nı (82:70), “Sərhədçi” “Sumqayıt”ı (98:94), “Sabah” “Abşeron Lions”u (117:96) məğlub edib.
Bu barədə Komanda.az-a Bakı təmsilçisindən məlumat verilib.
Zeyn Nouls mövsümün sonuna kimi komandada çıxış edəcək.
Baham adalarından olan 34 yaşlı oyunçu mərkəz hücumçusu mövqeyində çıxış edir. Zeyn Nouls son olaraq Türkiyənin “Cedi Osman” klubunun şərəfini qoruyub.
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone hücumçu Ademola Lukmanın “Atalanta”dan transferində əsas rol oynayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu argentinalı mütəxəssisin birbaşa müdaxiləsindən sonra “Atletiko”ya keçmək qərarına gəlib. Oyunçu üçün şərtlər razılaşdırılıb və bu barədə şənbə günü məlumat verilib. Müqavilənin 40 milyon avroya başa gələcəyi gözlənilir.
Daha əvvəl Türkiyənin “Fənərbaxça” klubu forvardın transferi üçün favorit hesab olunurdu.
Simeone isə bu yaxınlarda transferlərin onun işi olmadığını və klubun bu qış bir oyunçu də olsun transfer etməməsi halında şikayət etməyəcəyini bildirib.
Tanrı tələsmir və heç vaxt da gecikmir. O, sadəcə ən doğru anı gözləyir. Bəzən son saniyəni, bəzən hamının ümidinin üzüldüyü bir məqamı. Elə o an öz sözünü deyir. Bu dəfə “Benfika”nın ukraynalı qapıçısı Trubini gətirdi səhnəyə, onu özü yetişdirdi sanki. Elə bil son saniyələrdə “irəli” əmrini verib göndərdi onu adlı-sanlı “Real”ın qapısı önünə. Bir növ, “rəqibin adını heçə say, sən bunu bacaraqsan” dedi. Bacardı da.
Sabah isə kimin “adını çağıracağını” Tanrı özü bilir. Necə ki, bir müddət əvvəl Bəhlul Mustafazadəni çağırmışdı… Frankfurt “Ayntraxt”ı ilə oyunda “Qarabağ”ın son saniyələrdə vurduğu qol gəlir gözlərimizin önünə. Hesab 3:2 oldu və o qol sadəcə topun torla qovuşması deyildi. O qol bir ümid idi. Bir dirəniş, “biz hələ buradayıq” mesajı idi. Və o qolun müəllifi Bəhlul Mustafazadə idi.
Maraqlıdır ki, Bəhlul həmin oyunda ideal təsir bağışlamırdı. Oyunboyu etdiyi səhvlər, mövqe itkiləri, qərarsız anlar gözə dəyirdi. Bəzən elə görünürdü ki, bu oyun onun gecəsidir, amma yaxşı mənada yox. Ancaq futbolun amansız, eyni zamanda ədalətli bir qanunu var: son sözü deyən yadda qalır. Bəhlul da məhz bunu etdi. Həmin qol bütün səhvləri sildi. Hətta baş məşqçi Qurban Qurbanovun da gözündə. Çünki o qolun çəkisi statistikadan, epizodlardan, fərdi səhvlərdən qat-qat ağır idi. O qol “Qarabağ”ın Avropadakı kimliyini qoruyan, komandanın ruhunu yaşadan qollardan idi. Elə qollardan ki, illər sonra da xatırlanır.
Və indi… UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlmiş bir komandanı qoyub, Çinə yollanmaq sual doğurur. Çox sual. Bu, emosional yanaşma deyil, peşəkar futbol məntiqinin ortaya qoyduğu sualdır. Bəli, hər futbolçunun öz karyerası var, öz seçimi, öz ailəsi, öz hesabları. Heç kim başqasının həyatına hökm edə bilməz.
Amma bəzi qərarlar var ki, onlar təkcə “öz işimdir” cümləsi ilə izah olunmur. Avropada ad qazanmaq, Çempionlar Liqasında “vitrin”ə çıxmaq, özünü daha böyük “bazarlar”a göstərmək şansı hər futbolçuya qismət olmur. Bu mərhələdə komandanı tərk edib Çin yolunu tutmaq isə sualların cavabını çətinləşdirir. Sadəcə bir sual: Bəhlul, sənin Çində nə işin var?
Pul cavabdırsa, qısamüddətlidir. Rahatlıq cavabdırsa, aldadıcıdır. İnkişaf? Çində? Mənasızdır. Yox, ünvanı, atmosferi dəyişirsənsə, bu, Çin olmalı deyil axı… Futbol tarixində iz qoyanlar rahat yolu seçənlər olmayıb. Sən artıq sübut etmişdin ki, son saniyələrin adamı ola bilirsən. Belə adamların hekayəsi isə yarımçıq qalmamalıdır.
Bəzən Tanrı səni doğru anda yetişdirir. Amma o anı necə dəyərləndirmək artıq sənin öz işindir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu son zamanlar irəliləyiş əldə edib. O, qol vurmağa və əvvəlcə boşa xərclənən kimi görünən investisiyanı tədricən doğrultmağa başlayıb. İtaliya klubu oyunçunu satmaq barədə fikirini dəyişib.
Qışın əvvəlində “Fənərbaxça”nın forvardla maraqlandığı və onun Türkiyə liqasına göndəriləcəyi haqda söhbətlər gedirdi. Həmçinin, Jan-Filip Matetanın “Milan”a potensial transferinin Nkunku üçün yaxşı olmadığı bildirilirdi.
“Milan”ın braziliyalı sabiq qapıçısı Nelson Dida komandanın yeni transferi Luka Modriç haqqında yüksək fikirlər səsləndirib.
Xorvatiyalı yarımmüdafiəçi “Real”dan A Seriyasına keçdikdən sonra zəhmətkeşliyi və peşəkarlığı ilə ətrafındakıları heyran edib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Dida, Modriçin meydandakı təsirini xüsusi vurğulayıb:
“Modriç çox güclü futbolçudur. O, son dərəcə texnikalı oyunçudur və hələ də böyük həvəs, ehtirasla çıxış edir. Bu, komanda yoldaşları tərəfindən də hiss olunur və məhz bu, oyun zamanı meydanda çox vacib məqamdır. Şəxsən mən Modriçlə eyni meydanda oynamadığıma görə təəssüflənirəm”.
“Milan” İtaliya çempionatının 23-cü turunda “Bolonya” ilə qarşılaşacaq.
“Qarabağ”ın kapitanı Abdullah Zubir Ağdam klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasında “Nyukasl”la düşməsi ilə bağlı fikirlərini bildirib.
Komanda.az “Le Figaro-”ya istinadən xəbər verir ki, fransalı futbolçu məyus olduğunu deyib:
“Şəxsən mən məyus oldum. Çünki “Park de Prens”ə yollanaraq, orada oynamaq istəyirdim. Mən fransızam və Çempionlar Liqasının hazırkı qalibinə qarşı (PSJ) oynamaq əla olardı. Bu, sadəcə mənim şəxsi fikrimdir. Komanda yoldaşlarımın bu fikrimi paylaşıb-paylaşmadığını bilmirəm (gülür)”.
“Real”ın və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos “İnter”lə bağlı proqnoz verib.
Milan təmsilçisi UEFA Çempionlar Liqasında birbaşa 1/8 finala yüksələ bilməyib və ümumi mərhələnin nəticələrinə görə, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Kristian Kivunun komandası pley-offda Norveçin “Bodo-Qlimt” klubu ilə qarşılaşacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kroos, “İnter”in 1/8 finala yüksələ biləcəyini düşünsə də, bu mövsüm Çempionlar Liqasını qazanmayacağını deyib.
“İnter”in “Bodo-Qlimt”lə oyunları fevralın 18-də və 24-də olacaq. A Seriyası təmsilçisi əvvəlki mövsümdə finala qədər irəliləmiş, orada PSJ-yə 0:5 hesabı ilə uduzmuşdu.
“Real”ın və “Çelsi”nin sabiq hücumçusu Eden Hazard “vaxtı ilə imkan olsaydı, “Barselona”ya keçərdimi” sualına cavab verib.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki belçikalı keçmiş futbolçu, uşaqlıqdan yeganə arzusunun “Real”da oynamaq olduğunu bildirib:
“Xeyr. Uşaqlıqdan həmişə “Real”da oynamağı arzulamışam. Futbola başladığım ilk günlərdən atama deyirdim ki, yalnız “Real”a keçmək istəyirəm. Təbii ki, “Barselona” öz oyun tərzi, Lionel Messi ilə cəlbedici idi… Amma dostum, “İrəli, Madrid!”
Hazard 2019-2023-cü illərdə “Real”ın formasını geyinib. Bu müddət ərzində bütün turnirlərdə 76 oyuna çıxan keçmiş futbolçu, 7 qol vurub və 12 məhsuldar ötürmə verib. O, karyerasını 2023-cü ildə başa vurub.
Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.
Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:
1 fevral
İtaliya, A Seriyası 15:30 Torino – Leççe (Matç TV) 18:00 Komo – Atalanta (Futbol 1) 21:00 Kremoneze – İnter (Futbol 1, Matç TV) 23:45 Parma – Yuventus (Futbol 1)
Azərbaycan, Premyer Liqa 16:00 Araz-Naxçıvan – Neftçi (CBC Sport) 18:30 Qarabağ – Turan Tovuz (CBC Sport)
İspaniya, La Liqa 17:00 Real – Rayo Valyekano (İdman TV, Futbol 2) 19:15 Betis – Valensiya (Futbol 2) 00:00 Atletik – Real Sosyedad (İdman TV, Futbol 2, Matç TV)
“Barselona”nın hücumçusu Robert Levandovskinin həyat yoldaşı Anna, onun mövsümün sonunda Kataloniya klubunu tərk edə biləcəyini istisna etməyib.
Komanda.az xəbər verir ki, polşalı futbolçunun xanımı “Meszyki” nəşrinə açıqlamasında bunları deyib:
“Ümid edirəm, Levandovskinin haqqında uzun illər danışacaqlar və azarkeşlər onu unutmayacaq, çünki o, böyük işlər görüb. Onunla qürur duyuram. Bilirəm ki, hər il bu haqda düşünür, amma hələ karyerası bitməyib, baxmayaraq ki, sona yaxınlaşır. Sual yaranır: Bundan sonra nə olacaq? Amma böyük idmançının yolu belədir.
Gəlin, “Barselona”dakı bu mövsümü izləyək, çünki bəlkə də, bu, ərimin son mövsümü olacaq. Ona görə də, hər anından, hər oyundan, azarkeşlərlə hər görüşdən zövq almaq lazımdır, çünki bir gün onlar artıq olmayacaq”.
Levandovski 2022-ci ilin yayından “Barselona”da çıxış edir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 25 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti yayda başa çatacaq.
İspaniya La Liqasında 22-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.
“Levante” – “Atletiko” və “Osasuna” – “Vilyarreal” matçlarında qalib müəyyənləşməyib. “Real Ovyedo” “Jirona”nı yenibsə, “Elçe”nin qonağı olan lider “Barselona” inamlı qələbəyə sevinib.
İngiltərə Premyer Liqasında 24-cü tura start verilib.
Komanda.az xəbər verir ki, bu gün 5 oyun baş tutub.
“Vulverhempton” evdə “Bornmut”a uduzubsa, lider “Arsenal” səfərdə “Lids”ə 4 cavabsız qolla qalib gəlib. “Çelsi” “Vest Hem”i, “Liverpul” isə UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Nyukasl”ı məğlub edib.
Azərbaycan Premyer Liqasının 18-ci turunda “Zirə” səfərindən 3:1 hesablı qələbə ilə dönən “Sabah”ın aparıcı futbolçusu Aleksey İsayev matçdan sonra təəssüratlarını bölüşüb.
Komanda.az xəbər verir ki, futbolçu “Sabah”ın mətbuat xidmətinə danışıb.
Qarşılaşmada üç məhsuldar ötürmə verən və mövsümdəki asist sayını 6-ya çatdıran yarımmüdafiəçi azarkeşlərin ona “Sehrbaz” ləqəbi verməsinə təvazökar yanaşıb:
“Mən sadəcə Sibirdən olan sadə oğlanam. Təşəkkür edirəm. Əsas odur ki, komanda qazandı. Hər zaman komanda yoldaşıma ötürmə verməyə şad oluram. Deyəsən, bundan qol vurmaqdan daha çox həzz alıram. Göründüyü kimi, məndə ötürmə vermək qol vurmaqdan daha yaxşı alınır. Hər şey komanda üçündür”.
Təcrübəli futbolçu komandadakı uğurlu ab-havadan və futbolçular arasındakı anlaşmadan da danışıb:
“Hər gün məşq edirik, məşqçinin tapşırıqlarını yerinə yetiririk, bir sözlə, dayanmadan çalışırıq. Kollektivimiz əladır, aramızda əla anlaşma var. Bazada hamımız birlikdə ünsiyyət qururuq. Bizdə hansısa qruplaşmalar, ayrılıqlar yoxdur. Çalışırıq ki, bir-birimizdən fransız, Azərbaycan, ispan, rus dillərində sözlər öyrənək. Biz bir ailə kimi olmağa çalışırıq”.
Komanda.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Komanda portuqaliyalı futbolçu Dioqo Kardoso ilə anlaşıb. 24 yaşlı mərkəz hücumçusu artıq “İmişli”nin şərəfini qoruyacaq. Futbolçu ilə 2 il 6 aylıq müqavilə bağlayıb.
Dioqo peşəkar karyerasına Portuqaliyanın “1 Dezembro” klubunda başlayıb, son olaraq isə “Portimonense” U-23 komandasının formasını geyinib. O, eyni zamanda Benfika Akademiyasının yetirməsidir.
Müxtəlif yaş qruplarında “Benfika” U-17 və “Vitoriya” U-19 komandalarında çıxış edən Kardozu güclü futbol məktəbi keçib və bunu meydanda da hiss etdirməyi bacarır.
Xatırladaq ki, hücumçu cari mövsümün ilk yarısında meydana çıxdığı 17 oyunda 6 qol vuraraq məhsuldar performansı ilə diqqət çəkib.
Yanvarın 30-da Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub. Hər iki oyun paytaxdan kənarda baş tutub. Turun ilk matçında autsayder “Karvan-Yevlax” “Sumqayıt”la qarşılaşıb. Oyun Sumqayıt təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Günün ikinci oyununda “Qəbələ” doğma meydanda “İmişli” ilə üz-üzə gəlib. Əyalət təmsilçilərinin görüşü meydan sahiblərinin qələbəsiylə bitib.
Dünən daha iki oyun olub. Əvvəlcə Yevlaxda “Kəpəz” nominal meydan sahibi kimi “Şamaxı”nı qəbul edib. Ötən turda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən Gəncə təmsilçisi bu dəfə “Şamaxı”ya eyni hesabla uduzub.
Turun maraqla gözlənilən qarşılaşmalarından birində isə “Zirə” lider “Sabah”la üz-üzə gəlib. Dörd qolluq görüşdə qonaqlar inamlı qələbəyə seviniblər.
Turun qalan oyunları bu gün keçirilib. “Araz-Naxçıvan” bu turda “Neftçi”ni qəbul edib. Paytaxt təmsilçisi darmadağınla qalib gəlib.
UEFA Çempionlar Liqasında yoluna davam edən “Qarabağ” isə turun son oyununda “Turan Tovuz”la qarşılaşıb və tək qolla 3 xal qazanıb.
Azərbaycan Premyer Liqası, 18-ci tur
30 yanvar
Karvan-Yevlax – Sumqayıt 0:2 Qol: Aleksa Yankoviç, 20. Vaskez, 33. Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov VAR: İnqilab Məmmədov AVAR: Teymur Teymurov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Bəhram Qurbanov Yevlax şəhər stadionu, 14:30
Karvan-Yevlax: 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 4. Olavale Doyeni Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 77. Əli Abdullayev 8. Peter Kings 10. Samuel Durrant, 21. İmani Barker Baş məşqçi: Füzuli Məmmədov
Sumqayıt: 22. Xəyal Fərzullayev 8. Səbuhi Abdullazadə (k) 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 80. Keffel Resende 95. Nsane Simon 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 24. Sənan Muradlı 64. Kənan Feyziyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 19. Roi Kehat 71. Masaki Murata Baş məşqçi: Saşa İliç
Qəbələ – İmişli 3:2 Qollar: Domi Massumo, 27; 45+1; 88 – Dioqo Almeyda, 7; 61. Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev VAR: Əliyar Ağayev AVAR: Rahil Ramazanov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Mübariz Hüseynov Qəbələ şəhər stadionu, 17:00
Qəbələ: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 7. Turan Manafov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 70. Paulo Quimbila Məşqçi: George Çixradze
İmişli: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli Baş məşqçi: Jorj Kaşkilya
31 yanvar
Kəpəz – Şamaxı 0:2 Qol: Ağcabəyov, 12. Karim Rossi, 45+1. Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev VAR: Fərid Hacıyev AVAR: Asiman Əzizli Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: İlham Əliyev Yevlax şəhər stadionu, 14:30
Kəpəz: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 5. Rauf Hüseynli 8. Veysəl Rzayev 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 80. Şahnur İsmayılov 9. Luis Paçu Baş məşqçi: Azər Bağırov
Şamaxı: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa Baş məşqçi: Ayxan Abbasov
Zirə – Sabah 1:3 Qollar: Davit Volkov, 83 – Velko Simiç, 10. İvan Lepinitsa, 22. Xəyal Əliyev, 27. Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov VAR: Rəvan Həmzəzadə AVAR: Rəhman İmami Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Erkin Hüseynov Zirə İdman Kompleksinin stadionu, 17:00