Avroliqa: Almanlar 1/8 finala uğursuz başladılar
Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyunların hamısı eyni günə təsadüf edib.
İngiltərə təmsilçilərindən “Aston Villa” Fransada “Lill”ə tək qolla qalib gəlib. “Nottingem Forest” isə evdə Danimarkanın “Midtyulland” kollektivinə oxşar hesabla məğlub olub.
1/8 finalda İtaliya təmsilçiləri “Bolonya” və “Roma” münasibətlərə aydınlıq gətiriblər. Bu görüşdə qalib müəyyənləşməyib. İspaniya təmsilçisi “Selta” ilə Lion “Olimpik”i (Fransa) arasındakı ilk görüşdə də qalib müəyyənləşməyib. “Ştutqart” evdə “Portu”ya uduzubsa, Almaniyanın digər təmsilçisi “Frayburq” da səfərdə “Genk”ə məğlub olub.
Avroliqada 1/8 finalın cavab oyunları gələn həftə keçiriləcək.
Avropa Liqası
1/8 finalın ilk oyunları
12 mart
Lill (Fransa) – Aston Villa (İngiltərə) 0:1
Qol: O.Uoktins, 61.
Ştutqart (Almaniya) – Portu (Portuqaliya) 1:2
Qollar: Undav, 40 – Moffi, 21. Mora, 27.
Bolonya (İtaliya) – Roma (İtaliya) 1:1
Qollar: Bernardeski, 50 – Pelleqrini, 71.
Panatinaikos (Yunanıstan) – Betis (İspaniya) 1:0
Qol: Taborda, 88-pen.
Selta (İspaniya) – Olimpik (Lion, Fransa) 1:1
Qollar: Rueda, 25 – Endrik, 87.
Nottingem Forest (İngiltərə) – Midtyulland (Danimarka) 0:1
Qol: Ço, 80.
Genk (Belçika) – Frayburq (Almaniya) 1:0
Qol: Əl-Uahdi, 24.
Ferentsvaroş (Macarıstan) – Braqa (Portuqaliya) 2:0
Qollar: Kaniçovski, 32. Jozef, 69.




