Zamiq Əliyevin komandası liderlə heç-heçəyə razılaşdı
Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2025/2026-cı illər mövsümünün 10-cu turu çərçivəsində “Vlajniya” ilə qarşılaşıb. “Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan xal itkisi ilə ayrılıb – 2:2. Əliyev bu oyunun iştirakçısı olmayıb.