Yüksək Liqa “Lənkəran”sız davam edəcək – Rəsmi
Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Dördüncü dövrənin ilk turunda iki oyun keçiriləcək. “Lənkəran” komandası federasiyaya rəsmi müraciət edərək bildirib ki, maliyyə problemi ilə əlaqədar çempionatın qalan oyunlarında iştirak edə bilməyəcək.
Qeyd edək ki, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda “Lənkəran”la da bağlı qərar verilib. Belə ki, martın 19-da keçirilməli olan “Lənkəran” – U-19 oyununa “Lənkəran” komandası təyin olunan vaxtda gəlmədiyinə görə Lənkəran komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib. Sözügedən komanda daha öncə də oxşar cəzaya layiq görülmüşdü. Güman ki, növbəti oyuna da çıxmayacaq “Lənkəran”a yenə texniki məğlubiyyət veriləcək. Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlanacağı üçün “Lənkəran” çempionatdan rəsmən kənarlaşdırılacaq.
Yüksək Liqa
16-cı tur
2 aprel
Araz-Naxçıvan – Baku Fire
Bakı. “Olimpik Star”. Saat 14:00.
Şuşa – U-19
Bakı. “Olimpik Star”. Saat 16:00.
