“Kür-Araz” – “Şəki” Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Eldar Məmmədov. Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.
“Ağdaş” – “Araz Saatlı” Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Ağdaş şəhər stadionu, 16:30.
5 may
“Quba” – “Xankəndi” Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Dinamo” Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Novruz Əzimov. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Şirvan” – “Şəmkir” Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Namiq Əliyev. Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.
Burada “Şamaxı” lider “Sabah”la üz-üzə gəlib. Artıq tarixində ilk çempionluğu təmin etmiş paytaxt təmsilçisinin səfər oyununu Kamal Umudlu idarə edib. “Bayquşlar” 3 cavabsız qol sayəsində növbəti 3 xala seviniblər.
Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan” – “Neftçi” matçı ayın 5-də baş tutacaq. Turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a qalib gəlib (2:1), “Araz-Naxçıvan” “İmişli”yə (0:1) məğlub olub.
Misli Premyer Liqasının XXX turunun “Şamaxı” – “Sabah” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram. Azarkeşlərimizə dəstələrinə görə minnətdaram. David Sezarın zədələnməsi oyunun qırılma anı idi.
Gənclərə şans verdik, epizodlar yaratdıq. “Sabah” kimi komandaya qarşı oynamaq çətindir. Qarşıda üç oyun var, mövsümü maksimum şəkildə yaxşı bitirməyə çalışacağıq”.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri yay transfer pəncərəsi üçün iddialı planlar qurub. Msport.az xəbər verir ki, “rossonerilər” heyəti bir neçə […]
Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.
Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Orlandi Siti” ilə qarşılaşıb.
“Vağlar” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıblar –3:4. Messi 90 dəqiqə meydanda olub və 1 qol, 1 assist, 1 sarı vərəqə ilə yadda qalıb. O, komandasının 25-ci dəqiqədə vurduğu ikinci qolda məhsuldar ötürmə veribsə, 34-cü dəqiqədə özü fərqlənib. Ulduz futbolçu 78-ci dəqiqədə sarı vərəqə də alıb.
“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 11 oyundan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 11 oyunda 5 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 12 oyuna çıxıb, 9 qol vurub, 1 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 100 oyun, 86 qol və 45 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
İngiltərə Çempionşipində mübarizə aparan “İpsviç Taun” komandası 2026/2027-cı illər mövsümündə Premyer Liqada çıxış edəcək.
Arena.az xəbər verir ki, ötən gün Çempionşipdə 2025/2026-cı illər mövsümünün əsas hissəsinə yekun vurulub.
Sonuncu – 46-cı turda KPR-i 3:0 hesabıyla məğlub etmiş İpsviç təmsilçisi 84 xalla ikinci yeri tutaraq elitaya yüksəlib. Bu komanda yalnız lider və çempion olan “Koventri Siti”dən (95 xal) geri qalıb və ən yaxın izləyicisi olan “Milluoll”u (83 xal) 1 xal qabaqlayıb. Kiran Makkennanın rəhbərlik etdiyi kollektiv cəmi bir illik fasilədən sonra Premyer Liqaya qayıdıb.
“İpsviç Taun” 2024/2025-ci illər mövsümündə Premyer Liqada 22 xal toplayaraq elitanı tərk etmişdi.
Xatırladaq ki, bundan əvvəl “Koventri Siti” də Premyer Liqaya vəsiqə qazanmışdı. Elitaya yüksələn sonuncu komanda isə pley-off matçlarından sonra müəyyənləşəcək. “Milluol” (83), “Sauthempton” (80), “Midlsbro” (80) və “Hall Siti” (73 xal) sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində “Çerno More” ilə qarşılaşıb.
“Arda” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Hüseynov 90 dəqiqə meydanda olub.
“Arda” 32 turdan sonra 45 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 12 qələbə qazanıb, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 81 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
İspaniya çempionatının ikinci divizionunda keçirilən “Almeriya” ilə matçda “Qranada”nın qapıçısı, Fransa millisinin və “Real”ın əfsanəsi Zinəddin Zidanın oğlu Luka Zidan […]
Türkiyənin Birinci Liqasında mübarizə aparan “Amedspor” komandası tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, ötən gün Türkiyə Birinci Liqasında 2025/2026-cı illər mövsümünün əsas hissəsinə yekun vurulub.
“Amedspor” mövsümün sonuncu – 38-ci turunda “İğdır”ın qonağı olub. Altı qolun qeydə alındığı qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb. Bu nəticə Diyarbəkir təmsilçisinin tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanması üçün kifayət edib.
Diyarbəkir klubu mövsümü 74 xalla 2-ci pillədə başa vurub. Daha öncə Super Liqaya yüksəlmiş “Ərzurumspor” da liderliyini qoruyaraq çempion olub. “Erokspor” isə 74 xalla üçüncü yeri tutub. Super Liqaya 3-cü vəsiqənin sahibi pley-off matçlarından sonra müəyyənləşəcək. “Çorum”, “Bodrumspor”, “Pendikspor” və “Keçiörengücü” arasında pley-off oyunlarının qalibi finalda “Erokspor”la qarşılaşacaq. Finalın qalibi isə Super Liqada çıxış etmək hüququ qazanacaq.
Qeyd edək ki, “Amedspor”un Super Liqaya yüksəlməsinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da biganə qalmayıb. O, bu münasibətlə kluba təbrik ünvanlayıb:
“Növbəti mövsümdə Diyarbəkiri Super Liqada təmsil edəcək “Amedspor”u, bütün klub ictimaiyyətini və diyarbəkirli qardaşlarımı ürəkdən təbrik edir, onlara uğurlar arzulayıram”.
Birinci Liqada son 4 yeri tutmuş “Serikspor”, “Sakaryaspor”, “Hatayspor” və “Adana Dəmirspor” isə aşağı liqaya yuvarlanıblar.
Sonda onu da xatırladaq ki, Türkiyə Super Liqasında Birinci Liqaya düşməyə əsas namizədlər bunlardır:
Almaniya İkinci Bundesliqasında mübarizə aparan “Şalke” 2026/2027-ci illər mövsümündə əsas Bundesliqada çıxış edəcək.
Arena.az xəbər verir ki, növbəti mövsümdə Almaniya Bundesliqasına vəsiqə qazanmış ilk komanda bəlli olub.
Miron Musliçin rəhbərlik etdiyi komanda ötən gecə İkinci Bundesliqanın 32-ci turu çərçivəsində Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanaraq xallarını 67-ə çatdırıb. Nəticədə bu komanda elitaya vəsiəqəni təmin edib. Liderin əsas izləyicisi “Paderborn” sona iki tur qalmış 58 xalla ikinci pillədə qərarlaşıbsa, “Hannover”in 57, “Elversberq”in 56 xalı var. “Darmştadt” 51, “Herta” 48 xal toplayıb.
Qeyd edək ki, İkinci Bundesliqada 2-ci yeri tutacaq komanda da əsas Bundesliqaya birbaşa vəsiqə qazanacaq. 3-cü olacaq kollektivi isə əsas Bundesliqada 16-cı yeri tutacaq komanda ilə pley-off qarşılaşmaları gözləyir.
Qeyd edək ki, “Şalke” üç mövsüm idi İkinci Bundesliqada çıxış edirdi.
Əsas Bundesliqada elitanı tərk etməyə əsas namizədlər isə 18-ci olan “Haydenhaym” (23 xal), 17-ci pillədə qərarlaşmış “Volfsburq” (25), 16-cı sırada yer almış “Sankt Pauli”dir (26).
Azərbaycan Premyer Liqasının 30-cu turunda bu gün keçiriləcək “Şamaxı” – “Sabah” matçı üçün heyətlər açıqlanıb. Msport.az xəbər verir ki, çempionluğu […]
Bolqarıstan çempionatında 2025-2026 mövsümünün qalibi bəlli olub. Msport.az xəbər verir ki, “Levski” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Sofiya təmsilçisi […]
Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Herçeq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib. Msport.az xəbər verir ki, […]
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində doğma meydanda “Minnesota Yunayted”lə qarşılaşıb.
Beş qolun qeydə alındığı oyun Ohayo təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 2:3. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşün 81-ci dəqiqəsində meydana buraxılıb.
“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 11 oyundan sonra 12 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Nərimanın komandası 11 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 6 oyun keçirsə də, fərqlənə bilməyib.
“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”in Drezden “Dinamo”suna qarşı keçirdiyi oyunda iştirak etməyib.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçunun adı 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində qarşılaşdıqları “Dinamo” ilə matçın iştirak ərizəsinə də daxil edilməyib.
Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
32 turdan sonra 46 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 32 oyunda 14 qələbə qazanıb, 4 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 11 oyuna çıxıb, 2 qola imza atıb.
Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 31-ci turu çərçivəsində Poznan “Lex”i ilə qarşılaşıb.
Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və məğlubiyyətə üzülüb – 0:1. Renat bu görüşün 77-ci dəqiqəsində meydana buraxılıb.
31 turdan sonra 39 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 31 oyunda 9 qələbə qazanıb, 12 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 21 oyunda fərqlənə bilməyib.
Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 34-cü turu çərçivəsində “Flamurtari” ilə qarşılaşıb.
“Partizani” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 79-cu dəqiqəsində əvəzlənib.
“Partizani” 34 turdan sonra 45 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 34 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 34 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Minnesota” ilə qarşılaşıb. 5 qolun vurulduğu matç “Kolumbus Kryu”nun məğlubiyyəti ilə başa çatıb – 2:3.
Nəriman oyuna 81-ci dəqiqədə daxil olub.
“Kolumbus Kryu” 11 turdan sonra 12 xalla 9-cu sıradadır.
Futbolpress.az xəbər verir ki, II Bundesliqada XXXII turda “Fortuna”ya minimal hesabla qalib gələn Qelsenkirxen təmsilçisi ən yaxın izləyicisi “Paderborn”u 9 xal qabaqlayır və sona iki tur qalmış elitaya “bilet” əldə edib.
“Şalke” 32 turda 20 qələbə qazanıb, 7 heç-heçə edib, 5 dəfə uduzub.
MLS-də 11-ci turun bəzi oyunları keçirilib. Msport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolambus Kryu” öz […]
Portuqaliya çempionatında 32-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, lider “Portu” öz meydanında “Alverka”nı 1:0 hesabı ilə məğlub edib. […]
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 34-cü turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Əliyev görüşə start heyətdə başlasa da, 72-ci dəqiqədə əvəzlənib.
Ardıcıl 4-cü məğlubiyyətini almış “Eqnatiya” 34 turdan sonra 54 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 34 oyunda 15 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 70 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
“Şamaxı” lider “Sabah”ı qəbul edəcək. Artıq tarixində ilk çempionluğu təmin etmiş paytaxt təmsilçisinin səfər oyununa saat 16:00-da start veriləcək. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.
Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. Oyunun baş hakimi Elçin Məsiyev olacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 18:30-da səslənəcək.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
“Vilyarreal” doğma meydanda “Levante”yə böyük hesabla qalib gəlib. “Valensiya” evdə “Atletiko”ya, “Alaves” “Atletik”ə məğlub olub. Səfərdə “Osasuna” ilə qarşılaşmış lider “Barselona” da turu qələbə ilə başa vurub və çempionluğa bir addım da yaxınlaşıb.
34-cü turun qalan görüşləri mayın 3-də və 4-də keçiriləcək.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Vulverhempton” – “Sanderlend” matçında qalib müəyyənləşməyib. “Brentford” doğma meydanda “Vest Hem”ə, “Nyukasl” “Brayton”a, lider “Arsenal” da “Fulhem”ə 3 qolla qalib gəlib.
35-ci turun qalan görüşləri mayın 3-də və 4-də keçiriləcək.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Bayern” – “Haydenhaym” və “Hoffenhaym” – “Ştutqart” matçlarında qalib müəyyənləşməyib. Dörd qolluq “Union Berlin” – “Köln” görüşündə də heç-heçə qeydə alınıb. “Ayntraxt” evdə “Hamburq”a, “Verder” “Auqsburq”a məğlub olub. “Bayer” isə “Leypsiq”lə ev oyununda darmadağına sevinib.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Lider “Qalatasaray” səfərdə “Samsunspor”la qarşılaşıb və böyük hesabla uduzub. Halbuki, İstanbul təmsilçisi qalib gəlsəydi erkən çempionluğu təmin edəcəkdi.
Liderin əsas izləyicisi “Fənərbağça” isə bu turda “Başakşəhər”lə ev oyunundan inamlı qələbə ilə ayrılaraq aradakı xal fərqini azaldıb.
Üçüncü pillədə qərarlaşmış “Trabzonspor” da “Göztəpə” ilə ev oyunundan xal itkisi ilə ayrılıb.
32-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
“İmişli”nin baş məşqçisi Xorxe Kaşkilya Azərbaycan Premyer Liqasının 30-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “İmişli”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xorxe Kaşkilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Oyunun vacibliyini bilirdik. Qələbə bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Demək olar, Premyer Liqadakı yerimizi 99 faiz təmin etmişik. Debütant olmağımıza baxmayaraq, yaxşı xallar qazandıq. Bu, klub üçün tarixdir. Ümid edirəm ki, fanatlar da nəticədən razıdırlar. Oyuna gəlincə, rəqibin ikinci hissədə yüksək pressinq tətbiq edəcəyini bilirdik. Əks-hücumlardan fərqlənmək üçün şanslarımız var idi.
Hədəfə böyük ölçüdə çatsaq da, komandanı motivasiya etmək bundan sonra da çətin olmayacaq. Əksinə, onları motivasiya etmək daha asan olacaq. Futbolçuların üzərində təzyiq olanda bu iş daha çətin olur. Onlar artıq qarşıdakı matçlara yaxşı oyun üçün çıxacaqlar. Məqsəd hər oyunda xal qazanmaq, qalib gəlməkdir”.
Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Hertseq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirir.
Arena.az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində bu gün ilk yoxlama görüşünü keçirib.
Millimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Azərbaycan futbolçuları yekunda 6:1 hesablı qələbəyə seviniblər.
Xatırladaq ki, minifutbol millimiz təlim-məşq toplanışı çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. Belə ki, komandamız Monteneqro və Qazaxıstan yığma komandalarının iştirakı ilə keçiriləcək miniturnirdə qüvvəsini sınayacaq.
“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 30-cu turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Andrey Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında futbolçularının istəksiz oynamasından şikayətlənib:
“İmişli” bu gün bizdən daha çox istəkli idi. Futbolu daha “ac” futbolçular oynamalıdırlar. İstəksiz futbol oynamırlar. Futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı. “İmişli” ona görə qələbə qazandı.
Futbolçularda nəyə görə istək yox idi? Çünki “ac” deyirlər. Futbolu qalib gəlmək istəyən oyunçular oynamalıdırlar”.
Ukraynalı mütəxəssis növbəti mövsümdə komandada qalmasının qeyri-müəyyən olduğunu da etiraf edib:
“Hazırda rəhbərliklə bu yöndə danışıqlar yoxdur. Ona görə də bu sual barədə nəsə deyə bilmərəm. Çünki öz taleyimin necə olacağını bilmirəm”.
Azərbaycan Premyer Liqasının 30-cu turunun “Araz-Naxçıvan” – “İmişli” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 30-cu tur 2 may
“Araz-Naxçıvan” – “İmişli” 0:1 Qol: Dioqo Kardozo, 18. Sarı vərəqələr: Yav Mozes, 65 (qeyri-idman hərəkəti). Luis Silvestr, 71 (hakimin qərarına etiraz). Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 6 dəqiqə. Saat 18:30. “Sumqayıt Arena”, 100 tamaşaçı.
Baş hakim: Vüqar Həsənli. Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Zöhrab Abbasov. Dördüncü hakim: Emin Əliyev. VAR: Fərid Hacıyev. AVAR: Rəhman İmami. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k) (19. Bar Kohen, 69), 8. Coşqun Diniyev (24. Mustafa Əhmədzadə, 59), 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado (14. Ülvi İsgəndərov, 69), 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes (5. Slavik Alxasov, 85), 10. Felipe Santos, 70. Çarlz Boli (7. Hamidu Keyta, 59). Ehtiyat oyunçular: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 77. Bruno Franko. Baş məşqçi: Andrey Demçenko.
İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov (10. Nikola Karaklaiç, 72), 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes (17. Ezekiel Morqan, 72), 23. Dioqo Rollo (70. Mehdi Tahirov, 16), 79. Dioqo Kardozo (97. Xəzər Mahmudov, 90+2), 7. Luis Silvestr (21. Abbas Ağazadə, 90+2). Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli. Baş məşqçi: Xorxe Kaskilya.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.
“Araz-Naxçıvan” burada “İmişli” ilə üz-üzə gəlib. “Sumqayıt Arena”da keçirilmiş matçın baş hakimi Vüqar Həsənli olub. Qonaqlar tək qolla 3 xal qazanıblar.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 70. Çarlz Boli. Ehtiyat oyunçular: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 24. Mustafa Əhmədzadə, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen. Baş məşqçi: Andrey Demçenko.
İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 23. Dioqo Rollo, 79. Dioqo Kardozo, 7. Luis Silvestr. Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 17. Ezekiel Morqan. Baş məşqçi: Xorxe Kaskilya.
Azərbaycan Premyer Liqasının 30-cu turunun “Kəpəz” – “Sumqayıt” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 30-cu tur 2 may
“Kəpəz” – “Sumqayıt” 2:1 Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına. Sarı vərəqələr: Ehtiram Şahverdiyev, 63 (qeyri-idman hərəkəti). Luis Paçu, 90+2 (qeyri-idman hərəkəti) – Kənan Feyziyev, 43 (qeyri-idman hərəkəti). Emil Mustafayev, 54 (qeyriidman hərəkəti). Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Saşa İliç, oyundan sonra (hakimin qərarına sərt formada etiraz etdiyi üçün). Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 5 dəqiqə. Saat 16:00. Yevlax şəhər stadionu, 500 tamaşaçı.
Baş hakim: Əli Əliyev. Baş hakimin köməkçiləri: Akif Əmirəli, Müslüm Əliyev. Dördüncü hakim: Namiq Bəkirov. VAR: Elvin Bayramov. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Asif Əliyev.
Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev (7. Ehtiram Şahverdiyev, 46), 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa (88. Şakir Seyidov, 33), 12. Mahamadu Ba, 14. Adama Fofana (6. Camal Cəfərov, 77), 4. Mate Abuladze, 10. Ryonosuke Ohori (17. Ümid Səmədov, 77). Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov. Baş məşqçi: Azər Bağırov.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə (95. Nsana Simon, 76), 29. Emil Mustafayev (6. Sedrik Badolo, 61), 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (23. Ronaldo Vaskes, 76), 33. Danilo Beskorovaynı, 80. Keffel Resende (72. Rayan Senhadji, 11), 11. Aleksa Yankoviç. Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev. Baş məşqçi: Saşa İliç.
Misli Premyer Liqasının XXX turunun “Araz-Naxçıvan” – “İmişli” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
– Futbolçularımı təbrik edirəm. Oyunun vacibliyini bilirdik. Qələbə bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Demək olar, 99 faiz liqadakı yerimizi təmin etmişik. Yenidən komandamı təbrik edirəm. Debütant olmağımıza baxmayaraq, yaxşı xallar qazandıq. Bu, klub üçün tarixdir. Ümid edirəm ki, fanatlar da nəticədən razıdır. Oyuna gəlincə, rəqibin ikinci hissədə yüksək pressinq tətbiq edəcəyini bilirdik. Əks-hücumlardan fərqlənmək üçün şanslarımız var idi.
-Demək olar, hədəfə çatdınız. Növbəti oyunlara köklənmək çətin olmayacaq?
-Oyunçuları motivasiya etmək asan olacaq. Futbolçuların üzərində təzyiq olanda bu iş daha çətindir. Onlar artıq qarşıdakı matçlara yaxşı oyun üçün çıxacaqlar.
-Rollonun durumu necədir?
-Birinci gün dəqiq bilinəcək.
-“Şamaxı”nı keçmək şansınız var…
-Əlbəttə, məqsəd hər oyunda xal qazanmaq, qalib gəlməkdir.
Misli Premyer Liqasının XXX turunun “Araz-Naxçıvan” – “İmişli” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
– “İmişli” bizdən daha istəkli idi. Qələbəyə “ac” futbolçular lazımdır – belə istəksiz oynamaq olmaz. Bu gün rəqibdən hansısa komponentdə üstün olduğumuzu deyə bilmərik. Alınmırsa, sona qədər döyüşmək lazımdır. “İmişli” daha çox mübarizə apardı və qələbə qazandı.
– Nə üçün futbolçular istəkli deyil?
– Çünki qələbəyə “ac” deyillər. Meydanda qalib gəlmək istəyənlər oynamalıdır.
– Komandada qalsanız, heyətin böyük hissəsini dəyişəcəksiniz?
– Hazırda bu haqda nəsə demək çətindir, çünki öz taleyim də hələ bəlli deyil.
Türkiyə I Liqasında mövsümün əsas hissəsinə yekun vurulub.
Futbolpress.az xəbər verir ki, sonuncu – XXXVIII turda “Iğdır”la heç-heçə edən (3:3) “Amedspor” Super Liqaya vəsiqə qazanıb. Diyarbakır təmsilçisi mövsümü 74 xalla 2-ci pillədə başa vurub.
Daha əvvəl “Ərzurumspor” Super Liqaya vəsiqə əldə edib. Elitaya yüksələcək üçüncü komanda pley-off matçlarından sonra müəyyənləşəcək.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Futbolpress.az xəbər verir ki, 26 yaşlı cüdoçu üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudini məğlub edib.
Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyib.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 30-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun oldu. Qarşılaşma bizim üçün yaxşı başlaya bilərdi. Yenə epizodlardan yararlana bilmirik. Buraxdığımız qollar da kuryoz alınır. Uşaqlara təşəkkür edirəm ki, tez toparlandılar və oyunun sonunda əsl geridönüş etdilər. Xüsusi təşəkkürlər əsl azarkeşlərimizədir. Dırnaqarası bəzi azarkeşlər də var ki, komanda udanda da nəsə bəhanə axtarırlar, əziyyətə qiymət vermirlər. Futbolu bilən azarkeşlər anlayırlar ki, mən gələndə komanda hansı durumda idi. Böyük ölçüdə komandaya heç kimi cəlb edə bilmədim. 6 futbolçu transfer etmişəm. Bunların içində yeganə legioner Mate Abuladzedir. Gətirdiyim oyunçuların bəziləri 1-ci Liqa və Əvəzedicilər Liqasındandır. Onlara da təşəkkür edirəm ki, meydanda vuruşurlar. İnşallah, hər şey onlar üçün yaxşı olar. Kimlərin istefa qışqıracağı mənim üçün önəmli deyil.
Komandamızda ehtiyat oyunçular skamyası yoxdur. Kimsə zədələnəndə mövqeni birdən dəyişirik. Bunu əsl azarkeş görür. Dioqo Verdaska meydanda olmayanda 3-4 mövqe axsayır. Bunun üçün Mendeleyev olmaq lazım deyil. Sadəcə “Kəpəz”i qəlbən istəmək lazımdır.
Bütün rəqiblərə başağrısı olmuşuq. Futbolçulara tapşırıram ki, xırda səhvlər etməsək, qələbələr gələcək. Bizim kimi komandadan xırda səhvlər qola səbəb olur. İnanıram ki, hər şey daha yaxşı olacaq”.
“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Sumqayıt”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç bu oyunda qırmızı vərəqə aldığı üçün mətbuat konfransında iştirak etməyib. Əvəzində onun köməkçisi Kaplanoviç jurnalistlər önünə çıxıb:
“Oyun barədə danışmaq istəmirəm. Rəqibi təbrik edirəm. Hakimdən danışmalıyam. Nəyə görə penalti verildiyini başa düşmədim. Aydındır ki, turnir cədvəlində rahat yerdəyik. Amma yenə də bizə qarşı belə hərəkəti anlaya bilmirəm. Hər dəfə “Sumqayıt”ın oyununda belə hallar olur. Hər dəfə qırmızı vərəqə… Saşa İliç bir neçə dəfə qırmızı vərəqə alıb. Mənim özümə də verilib. Başa düşmürəm ki, bu, nə ilə bağlıdır. Top bədəndən ələ dəyib. Belə penaltini başa düşə bilmirəm. Bu, birinci dəfə deyil. Belə şeylərə görə xallar itiririk. Bir az həyəcanlıyam, hisslərimə hakim ola bilmirəm. Amma belə olmaz.
İkinci penalti təmiz idi. Buna nəsə demirəm. Bəli, səhv etdik. Bunu təhlil edəcəyik. Bizim üçün problemli məsələ birinci penaltidir. Hər dəfə “Sumqayıt”a qarşı belə halların niyə baş verməsini başa düşmürəm. Baş məşqçi Saşa İliç hakimə heç nə demədi. Amma birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı.
Oyunun baş hakiminin əslən gəncəli olması gülməlidir. Məncə, haqsızlıqdır. Hər şeydən əvvəl peşəkar olmaq lazımdır. Gənc oyunçunu da fikirləşmək lazımdır. 18 yaşlı futbolçu belə haqsızlıqla qarşılaşırsa, onun gələcəyinə təsir edə bilər”.
17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Ardınca çıxış edən Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov ölkəmizdə beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini vurğulayıb. O, turnirinin əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar və qonaqlara Bakıda xoş istirahətlər arzulayıb.
“Heydər Əliyev kuboku-2026”nın supervayzeri Pavlo Vasilinçuk (Ukrayna) Təşkilat Komitəsinə minnətdarlığını bildirib, gərgin döyüşlərin olacağına inam ifadə edib.
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır.
185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.
Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.azxəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Maraqlı oyun alındı. Matç bizim üçün yaxşı başlaya bilərdi, amma qol vura bilmədik. Kuryoz qollar buraxırıq. Uşaqların hər birinə təşəkkür edirəm ki, toparlandılar və geridönüş etdilər. Fanatlarımıza sağ ol deyirəm – daim bizim yanımızdadırlar. Dırnaqarası azarkeşlərimiz də var ki, qələbə qazananda belə min bir bəhanə axtarırlar. Əziyyətə dəyər verilmir.
– Söhbət var idi ki, məğlub olsaydınız, istefa şüarları səslənəcəkdi…
– Xeyr. Əsl “Kəpəz” azarkeşləri bilir ki, Azər Bağırov hansı vəziyyətdə komandanı götürüb. Xal yox idi, legioner çatışmazlığı yaşayırdıq. Cəmi bir əcnəbi transfer etdik, Cefferson da Azərin səhvinə görə getməyib. Gənc oyunçularla yolumuza davam etdik. Hansısa fanatın “istefa” qışqırması mənim üçün önəmli deyil.
– Ardıcıl 4 məğlubiyyətə səbəb nə idi?
– Komandamızın ehtiyat qüvvəsi yoxdur. Bir oyunçu zədələndə eyni anda üç mövqeni dəyişməli oluruq. Bu işləri əsl azarkeşlər görür. Amma dırnaqarası fanatlar var, bəhanə axtarırlar ki, Azəri “vursunlar”.
– Sonuncu olmayacağınız dəqiqləşdi. İndi qarşıda pley-offa düşməmək lazımdır…
– Liqada qarşılaşdığımız komandalara “başağrısı” olmuşuq. Turnir cədvəlində kimin hansı yerdə olmasına baxmırıq. Cüzi səhvlərdən qol buraxmasaq, qələbələrimiz də gələcək. İnanıram ki, azarkeşlərin dəstəyi ilə daha yaxşı olacağıq.
– Buraxdığınız qola bəxtsizlik, ya qapıçı səhvi demək olar?
– Rikoşet oldu, amma vacib məqam bu gün Yusifin qapıda olması və futbolçulara inam verməsidir. O, bəzi anlarda səhvləri siğortalayır.
– Rəqib həmkarınız ilk qolunuzda penalti olmadığını dedi. Siz nə düşünürsünüz?
– Əksini desək, düzgün olmaz. Çempionlar Liqasına baxsaq və ordakı penaltilərə nəzər yetirsək, çox suala özümüz cavab tapacağıq.
Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra qonaq komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Bu gün oyundan yox, hakimdən danışmaq lazımdır, ancaq istəmirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Amma penaltinin nə üçün verildiyini anlamadım. Düzdür, liqada yerimizi təmin etmişik, amma bizə qarşı verilən qərarları başa düşmürəm. Hər dəfə bizə – məşqçilərə qırmızı vərəqə verilir. Anlamıram nə üçün bunlar baş verir. Top bədənə dəyir, sonra ələ, amma penalti verilir. Bizə qarşı artıq neçənci dəfədir bu cür qərarlar verilir. Həyəcanlıyam, əsəblərimə hakim ola bilmirəm. Belə də olmaz… Niyə bizə gələndə qaydalar fərqli olur?
– İkinci penaltidə müdafiəçiniz Danilonun kobud səhvi oldu. Bunu necə şərh edərdiniz?
– Bu epizod penaltidir, bəli, səhv etdik. Saşa İliçi tez-tez cəzalandırırlar, bu gün nəsə demədi axı, nə üçün sərt qərar verilir?
– Rüstəm əvəzlənəndə narazı idi və birbaşa paltardəyişmə otağına yollandı. Onu cəzalandıracaqsınız?
– Bunu mən də başa düşmədim. Sevinməlidir ki, meydana çıxıb. Mənim üçün bu, qeyri-peşəkar hərəkətdir. Hər kəs komandaya faydalı olmağa çalışmalıdır. Futbol fərdi oyun deyil.
– İki komanda da fərqli məkanda oynayır. Amma matçın baş hakimi səhv etmirəmsə, əslən gəncəlidir. Bunu nə dərəcə doğru hesab edirsiniz? Həm də “Kəpəz”in sabiq futbolçusu olub…
– Bu, hamı üçün gülməlidir. Haqsızlıqdır, peşəkar olmaq lazımdır. Belə oyunlara ciddi yanaşılmalıdır. Gənc oyunçuları da fikirləşməyə ehtiyac var.
– Təyinatlar açıqlananda baxırsınız?
– Təhlil etmirik. Biz oyunçuların analizlərinə üstünlük veririk. Hakimlər barədə danışmaq bizim işimiz deyil. Bizim üçün referilərin fərqi yoxdur.
– Hakimliklə bağlı AFFA-ya şikayətiniz olacaq?
– Klub olaraq, heç vaxt hakimliklə bağlı geniş etirazımız olmayıb. Həmişə “hakim də insandır, səhv edər” aspekti ilə yanaşmışıq. Ancaq bu hallar təkrarlananda artıq təbii vəziyyətdən çıxır. Səsimiz çıxmadıqca, belə fikir formalaşır ki, bizi əzmək olar. Bugünkü oyunla bağlı da etirazımız olacaq. (“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev)
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Tacikistanda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançımız bu gün üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Rəşid Məmmədəliyev yarışda üçüncü yeri tutub.
Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər.
“Böyük Dəbilqə” mayın 3-də başa çatacaq. Sabah +100 kq çəki dərəcəsində mübarizə aparan millimizin digər üzvləri Uşanqi Kokauri ilə Camal Qamzatxanov da mübarizəyə qoşulacaqlar. 1/8 finaldan mübarizəyə qoşulacaq Kokauri Mohammadpuria Banaeyan Tolki (İran), Qamzatxanov isə Yovan Pekoviçlə (Monteneqro) qarşılaşacaq.
Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün qalibini müəyyənləşdirəcək final seriyası davam edir.
Arena.az xəbər verir ki, bu gün “Sabah” və “Abşeron Lions” komandaları arasındakı final seriyasının ikinci oyunu keçirilib.
Bakı İdman Sarayında baş tutmuş oyun yenə “Sabah” basketbolçularının üstünlüyü şəraitində keçib. Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda bu dəfə də “Abşeron Lions”dan üstün olub. Qarşılaşma 112:84 hesabı ilə “bayquşlar”ın xeyrinə bitib. Nəticədə bu komanda super seriyada ümumi hesabı 2:0 edib.
Final seriyasının üçüncü oyunu mayın 5-də baş tutacaq. Qarşılaşmaya saat 19:00-da start veriləcək.
Qeyd edək ki, ABL-in 2025/2026-cı illər mövsümünün reqlamentinə əsasən, final seriyasında ən tez üç qələbə qazanmış komanda Azərbaycan çempionu olacaq.
Azərbaycan Basketbol Liqasının sonuncu qalibi məhz “Sabah” komandasıdır.
“Araz-Naxçıvan” Misli Premyer Liqasının XXX turunda bu gün “İmişli”ni qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 34. Urfan Abbasov (k), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro , 23. Nuno Rodriqes, 10. Felipe Santos, 70. Şarl Boli
Ehtiyat oyunçular: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 24. Mustafa Əhmədzadə, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
“İmişli”: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 94. Rafael Vieqaş, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Mozes, 23. Dioqo Rollo, 79. Dioqo Kardozu, 7. Luis Silvestr
Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 17. Ezekiel Morqan
Futbol üzrə İspaniya yığmasının keçmiş sağ cinah müdafiəçisi, Madrid “Real”ının kapitanı Dani Karvaxal yenidən zədələnib.
Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belə ki, klub Karvaxalın sağlamlıq vəziyyətini açıqlayıb. Aparılan tibbi müayinələrin nəticələrinə əsasən, 34 yaşlı cinah müdafiəçisinin ayaq barmağında sınıq aşkarlanıb.
Xatırladaq ki, Karvaxal ötən ilin oktyabr ayının sonundan yanvar ayınadək diz nahiyəsindəki zədə səbəbindən 12 görüşü buraxmaq məcburiyyətində qalıb. Komandanın kapitanı bundan əvvəl isə sentyabrdan oktyabr ayınadək əzələ zədəsindən əziyyət çəkmişdi. Ümumiyyətlə, ispan futbolçu son illərdə tez-tez zədə alması və əməliyyata məruz qalması ilə gündəmə gəlir.
Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Təcrübəli futbolçunun bu klubla cari müqaviləsinin müddəti 2026-ci ilin iyun ayının sonuna qədərdir.
Cari mövsümdə Karvaxal “Real” üçün 20 oyun keçirib. Daninin “Real” karyerası ümumilikdə 448 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.
Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 52 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.
“Transfermarkt” internet-portalı 34 yaşlı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
“Mənim üçün Neymar – gördüyüm ən istedadlı oyunçudur. Onunla milli komandamızda uzun müddət olmuşam və deyə bilərəm ki, bu, xalis istedaddır. Onun malik olduğu səlislik təəssürat doğurur”, deyə Antoni vurğulayıb.
Xatırladaq ki, Neymar “Santos”un məzunudur. Hücumçu 2009-2013-cü illərdə məhz “balıqlar”ın əsas komandasında çıxış edib. “Santos”un veteran hücumçu ilə müqaviləsinin müddəti 2026-cı ilin sonunadək nəzərdə tutulub.
12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış “Ney” cari mövsümdə “balıqlar” üçün 11 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Braziiliyalı futbolçunun “Santos”da çıxışının ümümi mənzərəsi 264 oyun, 151 qol və 73 məhsuldar ötürmədən ibarətdir.
Neymar 2010-cu ilin avqust ayında debüt etdiyi Braziliya millisinin heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib. “Ney” “selesao” ilə FIFA Konfederasiyalar Kubokunu (2013) və Olimpiya Oyunlarını (2016) qazanıb.
Braziliyalı futbolçu karyerası ərzində İspaniyada “Barselona”nın, Fransada PSJ-nin, Səudiyyə Ərəbistanında “Əl-Hilal”ın da formasını geyinib.
“Transfermarkt” internet-portalı 34 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
“Real” Fransanın “Lion” klubunda icarədə olan Endriklə bağlı qərarını verib.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı hücumçunun transfer hüquqlarını satmayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Real” Endrikin yeni mövsümdə komandanın əsas oyunçularından biri olacağına inanır.
Braziliyalı futbolçu “Lion”da 21 oyunda 7 qol vurub, 7 məhsuldar ötürmə edib.
Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Dani Karvahal zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyalı cinah oyunçusu iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Sumqayıt” matçı üçün heyətlər açıqlanıb. Msport.az xəbər verir ki, komandalar saat […]
“Atletiko”nun hücumçusu Xulian Alvares Çempionlar Liqasının yarımfinalında “Arsenal”a qarşı cavab oyununda iştirak edə biləcək.
Arena.az xatırladır ki, argentinalı futbolçu İngiltərə təmsilçisinə qarşı “Metropolitano”da keçirilmiş ilk oyunda (1:1) zədələnərək, ikinci hissədə əvəzlənmişdi.
Lakin Alvaresi zədəsinin ciddi olmadığı məlum olub. Vurğulanır ki, argentinalı hücumçu mayın 5-də “Emireyts”də “Arsenal”a qarşı keçiriləcək cavab oyununda “döşəkçilər”ə kömək edə biləcək.
Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvaresin “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.
Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 105 oyunda 49 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 51 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğin qiymətləndirir.
Portuqaliyalı hücumçu Qonçalo Ramoş mövsümün sonunda PSJ-dən ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Forvard oyun praktikasının azlığından narazıdır və klubunu dəyişmək niyyətindədir.
Ramoşla İngiltərə və İtaliya klubları yaxından maraqlanır.
“Marsel”in futbolçusu Meyson Qrivund karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Yuventus” ingiltərəli hücumçunun xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Turin klubu yayda futbolçunun transferi üçün danışıqlara başlayacaq.
Qrinvud bu mövsüm 42 oyunda 25 qol vurub, 10 məhsuldar ötürmə edib.
“Real”ın baş məşqçisi Alvaro Arbeloa açıqlama verib.
Futbolpress.az “sport.es” saytına istinadən xəbər verir ki, mütəxəssis Joze Mourinyonun onu əvəzləyəcəyi haqqında çıxan məlumatlara münasibət bildirib:
“Bütün diqqətim növbəti oyundadır. Mühüm olan “Real”dır. Sualların yaranması normaldır, başa düşürəm. Ancaq indi öz karyeram haqda nəsə deyə bilmərəm. Hər oyun mənim üçün önəmlidir”.
İspaniya mətbuatı Arbeloa ilə yolların ayrılacağını və bu posta Mourinyonun gətiriləcəyini iddia edib.
“Real” La Liqada 74 xalla ikinci sıradadır və lider “Barselona”dan 9 xal geri qalır.
“Kəpəz” Misli Premyer Liqasının XXX turunda bu gün “Sumqayıt”ı qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv çempionatda son 4 oyunu uduzub. “Qarabağ”a qalib gələndən sonra “qara zolağ”a düşən gəncəlilər “Sumqayıt”la matçda uğursuz seriyanı sonlandırmaq istəyir.
Komandalar arasında bu mövsüm baş tutan iki oyunda da 3:0 hesablı nəticə qeydə alınıb. Tərəflər hərəyə bir dəfə üç xala sevinib.
Ümumiyyətlə, “Kəpəz” ilə “Sumqayıt” arasında keçirilən son 5 matçda komandalar hərəyə iki dəfə qələbə qazanıb. Bir görüşdə isə qalib müəyyənləşməyib.
Bu gün, Yevlax şəhər stadionunda baş tutacaq matça saat 16:00-da start veriləcək.
“Qalatasaray” bu gün Super Liqada XXXII turda “Samsunspor”un qonağı olacaq.
Futbolpress.az xəbər verir ki, “cim-bom” matçda qələbə qazanacağı halda, sona iki tur qalmış çempionluğunu rəsmiləşdirəcək. Görüş saat 21:00-da başlayacaq.
“Qalatasaray” 74 xalla çempionatda birinci sıradadır. İkinci “Fənərbağça”nın isə 67 xalı var.
“Tottenhem”in baş məşqçisi Roberto de Zerbi açıqlama verib.
Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis komandada neqativ fikirlərin olduğunu deyib:
“Əsas mübarizəmiz özümüzlədir. İçimizdəki səsi susdurmalıyıq. Oynamalı, döyüşməliyik. Hamımız ağlayırıq, sanki liqanı tərk etmişik. Mübarizə davam edir, hələ heç nə bitməyib. İlk növbədə komandadakı neqativ fikirləri atmalıyıq. Çətin günlərdən keçirik. Məğlub olanlar ağlamalıdır, biz yox. Çünki hələ liqadan düşməmişik”.
“Tottenhem” 34 xalla sona 4 tur qalmış 18-ci sıradadır.
Braziliyanın “Atletiko Mineyro” klubu 39 yaşlı hücumçusu və kapitanı Halk ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
Arena.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
Təcrübəli futbolçunun yaxın vaxtlarda “Fluminense” ilə müqavilə imzalaması gözlənilir.
Halk 2021-ci ilin fevral ayından “Atletiko Mineyro”nun uğurları üçün çalışırdı. Təcrübəli forvard bu komandanın heyətində bütövlükdə 309 oyun keçirib, 140 qol vurub, 56 məhsuldar ötürmə verib.
Braziliyalı hücumçu daha öncə “Portu”, “Zenit”, “Tokio Verdi”, “Konsadole Sapporo”, “Şanxay”, “Kavasaki Frontale”, “Vitoriya” (Salvador) kimi klubların da formasını geyinib.
Halk 2009-cu ilin noyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 49 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermakt” intenet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.
İtaliya B Seriyasında mübarizə aparan “Venesiya” komandası 2026/2027-ci illər mövsümündən A Seriyasında çıxış edəcək.
Arena.az xəbər verir ki, sözügedən komanda bunu B Seriyasının 2025/2026-cı illər mövsümünün 37-ci turunda səfərdə “Spetsiya” ilə heç-heçə etməklə bacarıb.
Hazırda 79 xalı olan venesiyalılar sona 1 tur qalmış 3-cü yerdəki “Montsa”nı 4 xal qabaqlayıb və elitaya vəsiqəni təmin edib. İkinci yerdə 78 xala malik “Frozinone” qərarlaşıb. “Palermo” isə 72 xalla dördüncüdür.
Xatırladaq ki, “Venesiya” sonuncu dəfə 2021/2022-ci illər mövsümündə A Seriyasında yarışıb.
Cari mövsümün sonunda A seriyasını tərk edəcək 2 komandanın adına da aydınlıq gəlib. Bunlar “Piza” və “Verona”dır.
“Piza” 35-ci turda “Leççe”yə 1:2 hesabı ilə məğlub olaraq, 17-ci yerə yüksəlmək şanslarını itirib. Bu, onların 1990/1991-ci illər mövsümündən bəri yüksək liqada ilk ili idi.
Həmçinin “Verona”nın da “Leççe”ni keçə bilməyəcəyi dəqiqləşib. Onlar 2019-cu ildən bəri A Seriyasında oynayırdılar.
“Yuventus”un baş məşqçisi, italiyalı futbol mütəxəssisi Luçano Spalletti A Seriyasında aprel ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.
“Yuventus” aprel ayında keçirdiyi 4 oyunun üçündən qalib ayrılıb, birində heç-heçə edib. Spallettinin komandası “Cenoa” (2:0), “Atalanta” (1:0) və “Bolonya” (2:0) ilə görüşlərdən 3, “Milan”la matçdan (0:0) 1 xalla ayrılıb.
Spalletti cari mövsümdə ilk, karyerasında isə 5-ci dəfə bu mükafata layiq görülüb. O, 2021-ci ilin sentyabr, 2022-ci ilin fevral və oktyabr, həmçinin 2023-cü ilin yanvar aylarında da oxşar uğura imza atmışdı. Spalletti həm də rekordçu (beşqat qalib) olan Simone İnzaqiyə çatıb.
A Seriyasının cari mövsümündəki ilk mükafatı “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı. O, avqustun ən yaxşısı seçilmişdi. Sentyabrda və noyabrda Massimiliano Alleqri (“Milan”), oktyabrda Can Pyero Qasperini (“Roma”), dekabrda və bu ilin yanvarında Kristian Kivu (“İnter”), fevralda Raffaele Palladino (“Atalanta”), martda Sesk Fabreqas (“Komo”) fərqlənmişdi.
Xatırladaq ki, Luçano Spalletti ötən ilin oktyabr ayından “Yuventus”a rəhbərlik edir. İtaliyalı mütəxəssis bu komandanı indiyə qədər 34 oyuna çıxarıb, 19 qələbə, 9 heç-heçə və 6 məğlubiyyət görüb. Turin təmsilçisi A Seriyasının cari mövsümündə 34 turdan sonra 64 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Spalletti məşqçilik karyerası ərzində “Empoli”, “Sampdoriya”, “Venesiya”, “Udineze”, “Ankona”, “Roma”, “Zenit”, “İnter” və “Napoli”yə də rəhbərlik edib. O, “Napoli”yə 1990-cı ildən bəri ilk dəfə olaraq İtaliya çempionluğunu qazandırıb. “Yuventus”dan öncə isə Spalletti İtaliya milli komandasının baş məşqçisi olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-11 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri təşkil olunub.
Futbolpress.az xəbər verir ki, turnirin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzini və fiziki fəallığı təşviq etməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, eləcə də yeni dostluqların qurulmasına şərait yaratmaqdır.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərində yerləşən uşaq evlərinin komandaları iştirak ediblər.
Yarışda komandalar “Zəfər”, “Şahinlər”, “Birlik”, “Kəpəz”, “Xan” və “Qala” adları altında güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub.
Tədbirdə iştirak edən Leyla Əliyeva oyunları izləyib, komandaları dəstəkləyib, uşaqlarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdirib. Leyla Əliyeva iştirakçılara uğurlar arzulayaraq, bu cür təşəbbüslərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Turnirin yekununda qalib komandalar diplom, medal və kubokla təltif olunublar. İkinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıblar.
Tədbirin sonunda tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir göstərdiyini, onların özünəinamının və sosial əlaqələrinin güclənməsinə töhfə verdiyini bildiriblər. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turniri ötən ildən etibarən ənənəvi xarakter alıb. Bu il keçirilən yarış da həmin təşəbbüsün uğurlu davamı kimi təşkil olunub.
“Real”da aprel ayının ən yaxşı futbolçusu açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu, türkiyəli yarımmüdafiəçi Arda Gülerdir. O, səsvermədə Vinisius Junior, Federiko Valverde, Antonio Rüdiger və Cud Bellingemi qabaqlayıb.
Arda ötən ay 5 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis Premyer Liqada çempionluq yarışından danışıb:
“Qarşıda dörd oyun var və şanslarımız davam edir. Çempionluq üçün istənilən çətin vəziyyətin öhdəsindən gəlməyi bacarmalısan. Mübarizəmizi davam etdiririk. Mövsümü titulla başa vurmaq istəyirik”.
“Arsenal” 34 turdan sonra 73 xalla birinci sıradadı. Ehtiyatda bir oyunu olan “Mançester Siti” isə 70 xalla ikincidir.
Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan, icarə əsasında “Barselona”da çıxış edən Markus Reşforda daha bir “elçi” çıxıb.
Futbolpress.az xəbər verir ki, “Aston Villa”dan sonra “Tottenhem” də oyunçunu heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. London klubu Premyer Liqada qalacağı halda, transferdə əsas hədəfi Reşford olacaq.
İngiltərəli futbolçu bu mövsüm 45 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə edib.
“Tottenhem” Premyer Liqada 34 turdan sonra 34 xalla 14-cü sıradadır.
PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino açıqlama verib.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis Paris klubunda çalışdığı dövrdə Lionel Messi ilə probleminin olmadığını bildirib:
“PSJ kimi klubda verdiyiniz hər qərar müzakirə olunur. Yadımdadır, bir dəfə Messini oyunun gedişində əvəzləmişdim. Çünki həkimlər onun dizində problem olduğunu və çox oynamağın risk yaradacağını demişdi. Lakin matçdan sonra dedilər ki, “Qvardiola olsa, Messini əvəzləməzdi”. Ancaq situasiyanı tam başa düşmürdülər. Messi ilə heç vaxt problemim olmayıb”.
Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Neftçi” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Xoni Montiel əməliyyat olunub.
Arena.az xəbər verir ki, ayaq barmağı sınan və ötən gün əməliyyat olunan ispaniyalı yarımmüdafiəçi ən azı 1 ay meydana çıxa bilməyəcək.
Bu isə Montiel üçün mövsümün erkən bitməsi deməkdir.
Xatırladaq ki, Montiel “Neftçi” ilə matçın 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud oyunundan sonra zədələnmişdi. O, əvəzləndikdən dərhal sonra birbaşa xəstəxanaya aparılmışdı.
Xoni Montiel 2025-ci ilin avqust ayında İspaniyanın “Rayo Valyekano” klubundan azad agent kimi ayrıldıqdan sonra “Qarabağ”a keçib. 27 yaşlı ispan futbolçunun Ağdam klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, Azərbaycan klubunun heyətində 25 oyuna çıxıb, 5 qol və 10 məhsuldar ötürmə müəllifi olub.
Montiel daha öncə “Rayo Valyekano”, “Toledo”, “Deportivo”, “Real Ovyedo”, “Levante”, “Valyadolid” və “Burxos” kimi klubların da şərəfini qoruyub. İspan yarımmüdafiəçi ölkəsinin U-17, U-18 və U-19 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
PSJ-nin qapıçısı Matvey Safonov Liqa 1-də “Loryan”la matçı buraxa bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb. Rusiyalı qapıçının yüngül zədəsi var və oyunda iştirakı sual altındadır.
PSJ-də ehtiyat qolkiper Luka Şevalyenin də zədəsi var. Paris klubu hər iki qolkiperinin yoxluğunda 19 yaşlı Renato Marinə şans verməyi düşünür. Marin bu mövsüm cəmi bir oyunda meydana çıxıb.
Bu gün keçiriləcək PSJ – “Loryan” oyununa saat 19:00-da start veriləcək.
“Barselona”nın futbolçusu Robert Levandovski karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. 37 yaşlı hücumçunun “Yuventus”la razılığa gəldiyi bildirilib. Keçidin mövsümün sonunda rəsmiləşəcəyi qeyd olunub.
Levandovskinin “Barselona” ilə müqaviləsi yayda başa çatır. O, bu mövsüm La Liqada 26 oyunda 12 qol vurub.
“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını İtaliyada davam etdirə bilər. Msport.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. “Yuventus” […]
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Kəpəz” “Sumqayıt”ı sınağa çəkəcək. Yevlax şəhər stadionunda keçiriləcək oyuna saat 16:00-da start veriləcək. Qarşılaşmanı Əli Əliyev idarə edəcək.
Günün digər oyunu “Araz-Naxçıvan”la “İmişli” arasında təşkil ediləcək. “Sumqayıt Arena”da keçiriləcək oyunun start fiti 18:30-da səslənəcək. Matçın baş hakimi Vüqar Həsənli olacaq.
Misli Premyer Liqasında bu mövsüm səfər oyunlarında ən çox qol vuran futbolçu məlum olub.
Futbolpress.az-ın məlumatına görə, bu, bombardir Coy-Lens Mikelsdir. “Sabah”ın alman hücumçusu səfər matçlarında 11 qola imza atıb. Mikels ümumilikdə çempionatda 18 qolla ən çox fərqlənən oyunçudur. O, qollarının 7-ni isə ev matçlarında vurub.
Bu göstəricidə onu komanda yoldaşı Velko Simiç, “Neftçi”nin forvardı Bassalu Sambu və “Turan Tovuz”un futbolçusu Joarlem Santos izləyir. Hər üç oyunçunun aktivində 6 səfər qolu var.
5 və 6-cı pillədə isə “Şamaxı”dan Kərim Rossi və “Neftçi”dən Vensan Abubakar qərarlaşıb. Hər iki oyunçu səfər oyunlarında 5 dəfə fərqlənməyi bacarıb.
İtaliya A Seriyasında aprel ayının ən yaxşı baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu, “Yuventus”un çalışdırıcısı Luçano Spalettidir.
Mütəxəssisin rəhbərlik etdiyi “qoca sinyora” ötən ay “Cenoa”nı (2:0), “Atalanta”nı (1:0), “Bolonya”nı (2:0) məğlub edib, “Milan”la heç-heçə (0:0) edib.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 35-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda çempionatın aşkar autsayderi “Piza” doğma meydanda əsas rəqiblərindən biri olan “Leççe” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı görüş qonaqların qələbəsi ilə yekunlaşıb.
35-ci turun qalan görüşləri mayın 2-də, 3-də və 4-də keçiriləcək.
“Sabah”ın futbolçuları – Aaron Maluda, Rəhman Daşdəmirov, Coy-Lens Mikels və İqor Noqeyra Şüvəlanda klubun və yerli sakinlərin birgə zəhməti nəticəsində salınmış meydançada uşaqlarla görüşüb.
Futbolpress.az xəbər verir ki, bu barədə “bayquşlar”ın mətbuat xidməti məlumat yayıb.
Futbolçular azyaşlılarla söhbət edib, onlarla futbol oynayıb və müxtəlif hədiyyələr veriblər.
AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın 76-cı Konqresi çərçivəsində bir sıra görüşlər keçirib.
Futbolpress.az xəbər verir ki, Kanadanın Vankuver şəhərində təşkil olunan tədbir zamanı AFFA prezidenti müxtəlif milli assosiasiyaların rəhbərləri ilə görüşərək futbol sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Rövşən Nəcəf Özbəkistan, Belçika, Pakistan, Banqladeş və digər futbol federasiyalarının prezidentləri ilə bir araya gələrək qarşılıqlı əlaqələrin inkişafı və gələcək birgə layihələr barədə fikir mübadiləsi aparıb. Görüşlərdə futbolun inkişafına yönəlmiş məsələlər də müzakirə olunub.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Rizəspor” – “Konyaspor” matçında meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Qaziantep”lə üz-üzə gəlmiş “Beşiktaş” da turu inamlı qələbə ilə başa vurub.
32-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf FIFA-nın 76-cı Konqresi çərçivəsində bir sıra görüşlər keçirib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Kanadanın Vankuver şəhərində təşkil olunmuş tədbir zamanı AFFA prezidenti müxtəlif milli assosiasiyaların rəhbərləri ilə görüşərək futbol sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Rövşən Nəcəf Özbəkistan, Belçika, Pakistan, Banqladeş və digər futbol federasiyalarının prezidentləri ilə bir araya gələrək qarşılıqlı əlaqələrin inkişafı və gələcək birgə layihələr barədə fikir mübadiləsi aparıb.
Görüşlərdə futbolun inkişafına yönəlmiş məsələlər də müzakirə olunub.
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirəcəkləri cavab oyununu buraxacaq.
Arena.az xəbər verir ki, Almaniya nəhəngi ilə doğma meydanda baş tutmuş ilk oyunda (5:4) zədə almış futbolçu ətraflı tibbi müayinədən keçib.
Hakimi ombasından zədələnib. Klubdan verilən məlumata görə, Hakimi Münhendə keçiriləcək oyunu buraxmalı olacaq. Əgər PSJ finala vəsiqə qazanarsa, Hakimi parislilərin xidmətində ola biləcək.
Xatırladaq ki, PSJ və “Bayern” arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması mayın 6-da Münhendə baş tutacaq. Bu cütün qalibi finalda “Atletiko” – “Arsenal” cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Əşrəf Hakimi Madrid “Real”ının yetirməsidir. İspaniya nəhəngi bir müddət Dortmund “Borussiya”sında (Almaniya) icarədə də olmuş müdafiəçini 2020-ci ildə 43 milyon avroya Milan “İnter”inə satıb. PSJ isə Əşrəfi 2021-ci ilin yayında 68 milyon avro müqabilində heyətinə qatıb. 27 yaşlı futbolçunun Paris klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Hakimi indiyə qədər Fransa nəhənginin heyətində 206 oyuna çıxıb, 28 qol və 44 məhsuldar ötürmə müəllifi olub.
2016-cı ildə Mərakeş yığmasında debüt etmiş Hakimi millinin heyətində 95 oyun keçirib, 11 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
“Kür-Araz” – “Şəki” Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Eldar Məmmədov. Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.
“Ağdaş” – “Araz Saatlı” Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Ağdaş şəhər stadionu, 16:30.
5 may
“Quba” – “Xankəndi” Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Dinamo” Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Novruz Əzimov. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Şirvan” – “Şəmkir” Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Namiq Əliyev. Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev “Kəpəz” klubunun akademiyasının qonağı olub.
Futbolpress.az xəbər verir ki, görüşdə klub rəsmiləri, komandanın məşqçilər heyəti və futbolçular iştirak ediblər.
Əvvəlcə Teymur Hacıyevə Akademiyanın infrastrukturu və fəaliyyəti barədə məlumat verilib, mövcud şəraitlə yaxından tanışlıq olub. Daha sonra Baş Polis İdarəsinin rəisi komanda üzvləri ilə görüşərək onlarla söhbət edib.
Görüş zamanı polis general-mayoru futbolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb, onlara həm idmanda, həm də şəxsi həyatlarında müvəffəqiyyətlər diləyib. O, hər zaman “Kəpəz” klubunun yanında olduğunu bildirib.
Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç “Milan”da qalacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 40 yaşlı futbolçunun müqaviləsində olan bir illik artırma bəndi qüvvəyə minəcək. O, 2027-ci ilin yayına qədər “qırmızı-qaralar”ın formasını geyinəcək.
Modriç bu mövsüm A Seriyasında 33 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
“Fənərbağça” Super Liqada XXXV turda “Başakşəhər”lə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Dorgeles Nene matçda iştirak etməyəcək. Məşqdə zədələnən futbolçunun əməliyyat olması planlaşdırılır.
Nene bu mövsüm Super Liqada 25 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.
Sabah keçiriləcək “Fənərbağça” – “Başakşəhər” oyununa 21:00-da start veriləcək.
“Barselona” baş məşqçisi Hansi Fliklə müqaviləni uzatmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında razılıq əldə olunub. Fliklə müqavilənin müddəti 2028-ci ilin yayına kimi olacaq.
“Barselona” İspaniya La Liqasında 33 turdan sonra 85 xalla liderdir və ən yaxın izləyicisi “Real”ı 9 xal qabaqlayır.
“Benfika”nın futbolçusu Riçard Rios komandanın baş məşqçisi Joze Mourinyo ilə bağlı açıqlama verib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi mütəxəssisin adının “Real”la hallanmasına münasibət bildirib:
“Mourinyonun güclü xarakteri var. O, komandaya əla motivasiya verir və hər kəsə özünü dəyərli hiss etdirir. Uzun illərdir bu sahədədir və çoxlu titullar qazanıb. Mourinyonun “Real”a keçməsini istəmirəm. Ümumiyyətlə, bu barədə konkret informasiya eşitməmişəm. Onunla keçirdiyimiz hər gün bizim üçün bir fürsətdir”.
Bu gün Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir həmçinin 22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədova və bütün üzvlərə fəaliyyətlərinə görə minnətdarlığını bildirib.
İclasın gündəliyi təsdiq edildikdən sonra 2022–2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edilib. Hesabat səsvermə yolu ilə təsdiqlənib. Daha sonra Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin Nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.
Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın prezidenti seçilib. Əliağa Fətullayev birinci vitse-prezident, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov isə İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib: Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzv təyin olunublar.
Ənvər Ənvərli ona göstərilən etimada görə təşəkkürünü bildirib. Yığıncaqda çıxış edən federasiyanın sabiq vitse-prezidenti Mehman Qocayev isə yeni rəhbərliyə fəaliyyətində uğurlar arzulayıb.
Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandalar mayın 7-də “Olimpik Star”da üz-üzə gələcəklər. Əvvəlcə, “Baku Fire” lider “Neftçi” İK ilə qarşılaşacaq. Günün digər oyunu son çempion “Araz-Naxçıvan”la U-19 millimiz arasında baş tutacaq.
“Şuşa” isə bu turda meydana çıxmadan 3 xal qazanacaq. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılacaq.
Yüksək Liqa 19-cu tur 7 may
Baku Fire – Neftçi İK Bakı. “Olimpik Star”. Saat 14:00.
Araz-Naxçıvan – U-19 Bakı. “Olimpik Star”. Saat 16:30.
Xallar: Neftçi İK – 49. Araz-Naxçıvan – 46. Baku Fire – 35. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.
Mayın 2-də 17 yaşadək (U-17) oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinə start veriləcək.
Futbolpress.az xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda iştirak edəcəklər.
185 boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.
Yarışın ilk günü saat 15:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq.
Qeyd edək ki, “Heydər Əliyev kuboku-2026″nın supervayzeri Pavlo Vasilinçuk (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.
“Liverpul”un futbolçusu Məhəmməd Salah karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fənərbağça” misirli hücumçunun xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb. Klub nümayəndələrinin Salahın meneceri ilə görüş keçirdiyi bildirilir. 33 yaşlı hücumçunun illik maaş tələbi 20 milyon avrodur.
Salah daha əvvəl mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.
Mövsümün sonunda müqaviləsi başa çatan Mauro İkardinin “Qalatasaray”dakı gələcəyi qeyri-müəyyəndir. Msport.az xəbər verir ki, İstanbul nəhəngi ilə yeni sözləşmə imzalamayan […]
“Qarabağ” Misli Premyer Liqasında bu mövsüm 6 dəfə məğlub olub.
Futbolpress.az-ın məlumatına görə, “atlılar” iki dəfə “Sabah”a, bir dəfə “Neftçi”yə, iki dəfə “Kəpəz”ə, bir dəfə də “Sumqayıt”a uduzub. Komanda 64 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb.
“Qarabağ” sonuncu dəfə 2013/14 mövsümündə çempionatda bu qədər məğlubiyyətlə üzləşib. “Atlılar” həmin ildə liqanı 72 xalla birinci sırada bitirmişdi.
“Qarabağ” bu mövsüm turnir cədvəlinin üçüncüsü “Turan Tovuz” və beşincisi “Zirə”dən daha çox uduzub. Hər iki kollektiv 5 oyunda meydanı məğlubiyyətlə tərk edib.
Qurban Qurbanovun yetirmələri çempionatda 29 turda 18 qələbə qazanıb. Bu, çempionatın ən yaxşı ikinci göstəricisidir. Birincilik isə çempion “Sabah”a məxsusdur – 22 qələbə.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Prezident Kuboku-2026” beynəlxalq reqatasının sonuncu yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Mingəçevirdə keçirilən yarışın son gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Bu gün ikinəfərlik kayak qayığında Tengiz Qaqnidze – Qiyas Əhmədov (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü 200 metr məsafəyə yürüşdə qızıl mükafata sahib çıxıb. Niyaz Məlikov – İvan Vorobyanski (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü isə gümüş medal qazanıb.
İkinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə Sənan Cəfərzadə – Tahir Mövsümov (2010-2011-ci il təvəllüdlü idmançılar) dueti bürünc mükafata sahib çıxıb. Akademik avarçəkmədə ikinəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə Azər İlyasov – Tunar Məmmədzadə (2008-2009 təvəllüdlü idmançılar) tandemi də üçüncü olub.
Ümumilikdə Azərbaycan beynəlxalq turniri 9 medalla başa vurub.
Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan, icarə əsasında “Barselona”da çıxış edən Markus Reşforda yeni “elçi” çıxıb.
Futbolpress.az xəbər verir ki, “Aston Villa” klubu hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Sky Sports” məlumat yayıb. Premyer Liqa klubu Reşford üçün danışıqlara başlayacaq.
İngiltərəli futbolçu bu mövsüm 45 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə edib.
Azərbaycan komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasını 9 medalla başa vurub.
Futbolpress.az xəbər verir ki, yarışın Mingəçevirdə keçirilən son günündə yığma daha 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) qazanıb.
Bu gün ikinəfərlik kayak qayığında Tengiz Qaqnidze – Qiyas Əhmədov (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü 200 metr məsafəyə yarışda qızıl mükafata sahib çıxıb. Niyaz Məlikov – İvan Vorobyanski (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü isə gümüş medal qazanıb.
İkinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə (2010-2011) Sənan Cəfərzadə – Tahir Mövsümov dueti bürünc mükafata sahib çıxıb. Akademik avarçəkmədə ikinəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə (2008-2009 təvəllüdlü idmançılar) Azər İlyasov – Tunar Məmmədzadə tandemi də üçüncü olub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edib.
“Qarabağ”ın “Neftçi” ilə oyunda zədələnən futbolçusu Joni Montiel əməliyyat olunub. Msport.az xəbər verir ki, bu barədə Ağdam klubundan məlumat verib. […]
“Barselona”da çıxış edən Rafinyanın Səudiyyə Ərəbistanında karyerasını davam etdirmək ehtimalı yenidən ortaya çıxıb. Msport.az xəbər verir ki, bu çempionatda çıxış […]
Xorvatiyalı futbolçu Luka Modriç daha bir mövsüm “Milan”da çıxış edəcək. Msport.az xəbər ki, 40 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddətinin 2026/2027 mövsümünün […]
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqanın 21-ci turundan təxirə salınmış bir oyunla bağlı qərarlar açıqlanıb.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 21-ci tur
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.
“Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə Ağdam komandası 8000 manat cərimə edilib.
Futbol üzrə Türkiyə millisinin hücumameyilli yarımmüdafiəçisi, “Fənərbağça”nın kapitanı Mert Hakan Yandaş cəzalandırılıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, qanunsuz mərc oyunlarında iştirak etməsi səbəbindən 31 yaşlı yarımmüdafiəçi bir il müddətinə diskvalifikasiya edilib.
Xatırladaq ki, Hakan Yandaş bir müddət əvvəl sözügedən məsələyə görə həbs olunmuş, daha sonra azadlığa buraxılmışdı.
Mert Hakan Yandaş 2020-ci ilin avqust ayından “Fənərbağça”nın uğurları üçün çalışır. Onun İstanbul klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. Yarımmüdafiəçi bu komandanın heyətində 149 oyuna çıxıb, 11 qol və 25 məhsuldar ötürmə müəllifi olub.
Mert karyerası ərzində “Sivasspo”, “Bucaspor”, “Menemen”, “Yeşil Bursa”, “Altınordu” kimi klubların da formasını geyinib. O, 2020-ci ildə Türkiyə millisində də 1 oyun keçirib, lakin sonralar forma şansı qazanmayıb.
AFFA U-14 Liqasında çıxış edən “Metak” komandasına texniki məğlubiyyət verilib.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Komanda “Gəncə” ilə oyunda təyin olunan vaxtda meydanda olmayıb və bu səbəbdən görüş baş tutmayıb. Qurum “Metak”a 0:3 hesablı texniki məğlubiyyət alıb.
“Kür-Araz” – “Sheki City”
Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldar Məmmədov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00
“Ağdaş” – “Araz Saatlı”
Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Ağdaş şəhər stadionu, 16:30
5 may (çərşənbə axşamı)
“Quba” – “Xankəndi”
Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Quba OİK stadionu, 16:00
“Qaradağ Lökbatan” – “Dinamo”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Novruz Əzimov
Lökbatan OİK stadionu, 16:00
“Qarabağ” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Neftçi”yə uduzub – 1:2.
Çempionluğu rəsmiləşən “Sabah”dan 13 xal geridə olan “atlılar” üçün ikinci pillə də təhlükədədir. Aktivində 59 xalı olan “Qarabağ” ən yaxın izləyicisi “Turan Tovuz”u üç xal qabaqlayır və komandalar növbəti turda üz-üzə gələcək. Tovuzlular qələbə qazanacağı halda, xallar bərabərləşəcək və son üç görüş gümüş medallar üçün kritik olacaq.
“Qarabağ”ın növbəti 4 oyunu:
30-cu tur: Qarabağ – Turan Tovuz 31-ci tur: Qəbələ – Qarabağ 32-ci tur: Qarabağ – İmişli 33-cü tur: Sumqayıt – Qarabağ
Təqvim “atlılar”ın xeyrinədir. “Qarabağ” növbəti turda tovuzlularla oyunda xal itirməzsə, böyük ölçüdə ikinci pilləni təmin edəcək.
“Turan Tovuz”un növbəti 4 oyunu:
30-cu tur: Qarabağ – Turan Tovuz 31-ci tur: Turan Tovuz – Karvan-Yevlax 32-ci tur: Şamaxı – Turan Tovuz 33-cü tur: Turan Tovuz – Sabah.
Kurban Berdıyevin yetirmələrinin son turda çempiona qarşı ev oyunu var. “Qarabağ”la müqayisədə daha çətin görüşləri olan tovuzlular ilk növbədə növbəti matçdan üç xal qazanmalı və xalları bərabərləşdirməlidir. “Qarabağ”ın enişdə olduğunu nəzərə alsaq, “Turan Tovuz” üçün gümüş medallar şansının davam etdiyini demək olar. Gümüş medal yarışında növbəti tur həlledicidir.
Mayın 4-də keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyununa saat 19:30-da start veriləcək.
Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
29 aprel 2026-cı il tarixində I Liqada XXIV turun MOİK – “Şahdağ Qusar” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);
29 aprel 2026-cı il tarixində I Liqada XXIV turun “Mingəçevir” – “Zaqatala” oyununda “Zaqatala” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1).
Futbolpress.az xəbər verir ki, toplantıda Misli Premyer Liqası XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
30 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXI turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
30 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXI turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
“Qarabağ”ın futbolçuları Abbas Hüseynov və Elvin Cəfərquliyev Əvəzedicilər Liqasında qol vurublar. Msport.az xəbər verir ki, cinah müdafiəçiləri 24-cü turda “Qarabağ-2″nin […]
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, komandamız yenə Belarus millisi ilə qarşılaşıb.
Su İdmanı Sarayında təşkil olunmuş görüş qonaq millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin qollarını Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.
Xatırladaq ki, çimərlik futbolu yığmamız Bakıdakı hazırlıq prosesi çərçivəsində Belarus milli komandasına qarşı keçirdiyi ilk oyunda 1:3 hesabıyla məğlub olmuşdu.
Bu toplanış üçün millimizə dəvət edilmiş oyunçuların adlarını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” yarımmüdafiəçisi İdris İnqilablı ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaqdı.
Xatırladaq ki, İdris İnqilablı 2024-cü ildən “İmişli”də çıxış edir. Mərkəz yarımmüdafiəçisi cari mövsümdə əyalət təmsilçisinin heyətində 28 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
“Qəbələ”nin yetirməsi olan İdris karyerası ərzində “Sabah” və “Kəpəz”in də formasını geyinib. Yarımmüdafiəçi Azərbaycanın U-19 və U-21 yığmalarında çıxış etsə də, əsas millimizdə debüt şansı qazanmayıb.
Qeyd edək ki, “İmişli” ilk mövsümünü keçirdiyi Azərbaycan Premyer Liqasında hazırda 29 oyuna topladığı 29 xalla 9-cu sırada qərarlaşıb.
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, milli yenə Belarus yığması ilə qarşılaşıb. Su İdmanı Sarayında təşkil olunan görüş Azərbaycan millisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın heyətində qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.
“Liverpul” və “Mançester Yunayted” “Real”ın yarımmüdafiəçisi Orelyen Çuameni ilə maraqlanır. Msport.az xəbər verir ki, “Los Blancos”un potensial yeni baş məşqçisi […]
“Mançester Yunayted” “Milan”ın hücumçusu Rafael Leao ilə maraqlanır. Msport.az xəvər verir ki, “qırmızı şeytanlar” portuqaliyalı hücumçunu transfer etmək üçün hücumçular […]
“Liverpul”un və Misir millisinin hücumçusu Məhəmməd Salah karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Msport.az xəbər verir ki, “Fənərbağça” oyunçu ilə […]
Beynəlxalq Şahmat Federasiyası (FIDE) qadın və kimi şahmatçıların 2026-cı il mayın 1-nə olan dünya reytinq siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, yenilənmiş siyahıda Azərbaycan qrossmeysteri Aydın Süleymanlı ciddi irəliləyişə imza atıb.
Belə ki, şahmatçımız 12 reytinq xalı qazanaraq ümumi göstəricisini 2665-ə çatdırıb və 15 pillə irəliləyərək dünya reytinqində 49-cu yerə yüksəlib. Bu nəticə onun karyerasında ən yüksək göstəricidir. Süleymanlının yüksəlişi Polşanın Katovitse şəhərində keçirilmiş şəxsi Avropa çempionatındakı uğurlu çıxışı ilə bağlıdır. O, həmin turnirdə məğlubiyyət yaşamadan bürünc medal qazanıb.
Azərbaycan şahmatçıları arasında liderliyini qoruyan Şəhriyar Məmmədyarov isə hesabat dövründə 2 xal artıraraq 2717 xalla 26-cı pillədə qərarlaşıb və bir mövqe irəliləyib.
Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2689 xal) 39-cu, Eltac Səfərli (2648 xal) 70-ci, Rauf Məmmədov (2636 xal) isə 90-cı sırada yer alıblar.
Diqqətçəkən məqamlardan biri isə odur ki, dünya reytinqinin ilk onluğunda ilk dəfə olaraq Özbəkistanın iki şahmatçısı – Nodirbek Abdusattorov və Cavaxir Sindarov yer alıb. Sindarov ötən ay İddiaçılar turnirinin qalibi olaraq dünya çempionu adı uğrunda hazırkı çempion, hindistanlı Dommaracu Qukeşlə qarşılaşmaq hüququ qazanıb. Qukeş hazırda 2732 xalla reytinqdə 18-ci pillədədir. Onların görüşünün noyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır.
Hazırda dünya reytinqinin ilk onluğu belədir: Maqnus Karlsen (Norveç, 2840), Hikaru Nakamura (ABŞ, 2792), Fabiano Karuana (ABŞ, 2788), Nodirbek Abdusattorov (Özbəkistan, 2780), Cavaxir Sindarov (Özbəkistan, 2776), Aniş Giri (Niderland, 2767), Vinsent Kaymer (Almaniya, 2759), Əlirza Firuzca (Fransa, 2759), Uesli So (ABŞ, 2754) və Vey İ (Çin, 2753).
Qadın şahmatçılar arasında isə Azərbaycan təmsilçiləri arasında liderliyini Ülviyyə Fətəliyeva qoruyur. O, 2450 xalla dünya reytinqində 26-cı pillədədir. Digər şahmatçılarımızdan Günay Məmmədzadə (2374 xal) 69-cu, Gövhər Beydullayeva (2368 xal) 72-ci, Xanım Balacayeva (2350 xal) isə 94-cü yerdə qərarlaşıb.
Qadınlarda çinli Hou Yifan (2596) reytinq cədvəlinə başçılıq edir.
FIFA prezidenti Canni İnfantino İran yığmasının bu il keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ-2026) iştirak edəcəyini açıqlayıb.
Arena.az xəbər verir ki, o, bu barədə Kanadada təşkil edilmiş FIFA-nın 76-cı konqresində məlumat verib.
“Əlbəttə, İran yığması dünya çempionatında iştirak edəcək. Komanda ABŞ-də oynayacaq. Səbəb sadədir: bizə birləşmək lazımdır ki, insanlar da bir yerdə olsunlar. Bizim məsuliyyətimiz bax bundadır. Dünya futbolla birləşir”, – İnfantino bildirib.
İnfantino onu da bildirib ki, qiymətlərinə baxmayaraq, DÇ-2026-nın biletləri sürətlə satılır. Onun sözlərinə görə, əvvəlki iki dünya çempionatı üçün təxminən 15 milyon biletlə müqayisədə təxminən 500 milyon bilet sorğusu daxil olub. FIFA hazırkı satış mərhələsində təklif olunan bütün biletləri satıb və mövcud kvotaları daim artırır. İnfantino qeyd edib ki, biletlər bahalı, lakin ümumiyyətlə əlçatandır və bütün gəlirlər futbolun inkişafına yenidən investisiya kimi qoyulur.
Daha əvvəl media orqanları biletlərin yüksək qiymətləri və onların üçüncü tərəf platformalarında əhəmiyyətli dərəcədə şişirdilmiş qiymətlərlə yenidən satışı barədə məlumat verirdi. Amma İnfantino bütün bunların bilet satışına mane olmadığını bəyan edib.
Xatırladaq ki, DÇ-2026 bu il 11 iyun – 19 iyulda ABŞ, Kanada və Meksikada keçiriləcək.
Yeri gəlmişkən, Canni İnfantino 2031-ci ilədək vəzifəsində qalmağı planlaşdırır. Funksioner bu barədə qurumun Kanadanın Vankuver şəhərində keçirilən konqresində açıqlama verib. O, 2027-ci ildə yenidən FIFA prezidenti seçilmək istədiyini söyləyib.
İnfantino 2016-cı ildən ali futbol qurumuna rəhbərlik edir. Təşkilatın nizamnaməsinə əsasən, bir şəxs yalnız üç dəfə bu posta seçilə bilər. Lakin 2022-ci ildə FIFA Şurası onun 2016-cı ildən 2019-cu ilədək prezident kimi ilk müddətini nəzərə almamaq qərarına gəlib. O, 2023-cü ildəki seçkilərdə yeganə namizəd olub.
“Neftçi”nin qapıçısı Emil Balayev Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Qarabağ”la oyundan sonra fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandaların ötən gün baş tutmuş görüşü “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Emil Balayev matçdan sonra klubun “Youtube” kanalına açıqlama verib. O, komandasının qələbəsini belə şərh edib:
“Çox sevinirəm. Uzun müddətdir ki, “Qarabağ”a qarşı qalibiyyətimiz yox idi. Həmin qələbəyə bu matçda nail olduq. Məşqçilər heyətinə, “Neftçi” ailəsinə təşəkkür edirəm. Hamı inandı, mənə bu qarşılaşmada etimad göstərdilər. Etimadı doğrultmağa çalışdım. Əlimizdən gələni etməyə çalışdıq. Komandada qlobal dəyişikliyin olduğunu deməzdim. Meydana çıxan hər oyunçu necə futbol fəlsəfəmizin olduğunu bilir. Məşqçinin tapşırıqlarını yerinə yetirəndə, belə nəticə qeydə alınır”.
Balayev aprelin 26-da “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları qarşılaşmanı da xatırlayıb:
“Həmin matçda oyunumuz alınmadı. Bu görüşdə isə qalib gəldik. Əvvəlki qarşılaşmadakı məğlubiyyətə baxmayaraq, azarkeşlərimiz bizi tək qoymadılar, dəstək oldular. Onların dəstəyi sayəsində qalib gəldik”.
Xatırladaq ki, “Neftçi” hazırda Azərbaycan Premyer Liqasının yarış cədvəlində 47 xalla dördüncü pillədə qərarlaşıb.
AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə “FIFA Women’s Development Programme” çərçivəsində 8-10 yaşlı qızlar üçün futbol festivalı keçirilib.
Futbolpress.az xəbər verir ki, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə 62 qız iştirak edib.
Proqram çərçivəsində iştirakçılar üçün sadə futbol məşqləri, estafet oyunları və əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin milli komandanın futbolçuları ilə fotozona yaradılıb və məşqçilər tərəfindən topla ilkin davranış qaydaları göstərilib. Qızlar həm əyləniblər, həm də futbol bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Tədbirdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadınlardan ibarət Azərbaycan milli komandasının məşqçiləri, futbolçuları və assosiasiya nümayəndələri iştirak ediblər. Millinin üzvü Mədinə Curuqova festivalın gənc səfiri seçilib.
İştirakçılar AFFA tərəfindən idman geyimi, toplar və gödəkçələrlə təmin olunublar.
Bu cür festivalların gələcəkdə də davamlı keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd qızlar arasında sağlam həyat tərzini təşviq etmək, futbola marağı artırmaq, gələcəkdə onları liqalara və milli komandalara hazırlamaqdır.
“Bavariya” qapıçısı Manuel Noyerə yeni müqavilə təklif edib.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb. Münhen klubu 40 yaşlı qolkiperlə müddəti 2027-ci ilin yayına kimi olan müqavilə imzalamaq niyyətindədir.
Noyer özü də “Bavariya”da qalmağa razıdır. Tərəflər arasında danışıqlar son mərhələdədir.
Manuel Noyer 2011-ci ildən Münhen klubunda çıxış edir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasına bu gün yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində sonuncu mükafatçılar məlum olacaq.
Ötən gün Azərbaycan təmsilçilərindən Azər İlyasov akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlü idmançılar) yürüşdə qızıl medal əldə edib. Əlimurad Hacızadə birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə ikinci olub. Mustafa Vəlizadə – Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar.
Həmçinin Niyaz Malikov – İvan Vorobyanski cütlüyü 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə (2008–2009 təvəllüdlü idmançılar) bürünc medala sahib çıxıblar.
Daha əvvəl isə Əlimurad Hacızadə birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş əldə etmişdi.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.
Mahaçqala “Dinamo”sunun baş direktoru Şamil Qazizov “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevi transfer etmək istədikləri xəbərlərinə münasibət bildirib. Msport.az xəbər verir ki, […]
2025/2026 mövsümündə “Qızıl top” mükafatını qazanmağa namizəd futbolçuların siyahısı yenilənib. Msport.az xəbər verir ki, “Goal.com” saytının tərtib etdiyi reytinqə Almaniyanın […]
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) qiymətlərinə baxmayaraq, 2026-cı il Dünya Kuboku üçün biletləri sürətlə satır. Msport.az xəbər verir ki, təşkilatın […]
“Sabah” son 18 mövsüm ərzində Azərbaycan futbolunda ilk çempionluğunu yaşayan yeganə komandadır. Msport.az xəbər verir ki, Premyer Liqanın PFL bayrağı […]
UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. Msport.az xəbər verir ki, Portuqaliyanın “Braqa” klubu Almaniya təmsilçisi “Frayburq”u qəbul edib. Qarşılaşma […]
UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Msport.az xəbər verir ki, matçlardan biri İspaniyada, digəri Polşada baş tutub. “Rayo […]
İran milli komandası yayda keçiriləcək dünya çempionatında iştirak edəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino FIFA Konqresində açıqlamasında deyib. O, Asiya təmsilçisinin mundialda oynayacağını bildirib.
Daha əvvəl İranın idman naziri İsrail və ABŞ ilə müharibəyə görə dünya çempionatında oynamayacaqlarını açıqlamışdı.
İran yığması G qrupunda Yeni Zelandiya, Belçika və Misirlə mübarizə aparacaq. Dünya çempionatına iyunun 11-də start veriləcək.
FİFA-nın Kanadada keçirilən konqressində qalmaqal baş verib. Msport.az xəbər verir ki, dünya futbol qurumunun rəhbəri Canni İnfantino İsrail və Fələstin […]
“Real”ın futbolçuları komandanın baş məşqçi postunda Joze Mourinyodansa Yurgen Kloppu görmək istəyirlər. Msport.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist […]
“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib – 2:1.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar”ın qələbə qolunu vuran Bassalu Sambu klubun televiziyasına açıqlamasında bunları deyib:
“Əlhəmdülillah, Allah məni bu mövqeyə gətirib. Çətin vaxtlarımda yanımda olan hər kəsə təşəkkür edirəm”
Qolkiper Emil Balayev isə qələbəni belə şərh edib:
“Uzun müddəti idi, “Qarabağ”ı məğlub edə bilmirik. Bu günə şükürlər olsun. Etimad göstərən hər kəsə təşəkkür edirəm. Çalışdım ki, gözləntiləri qarşılayım. Qapıçı mövqeyində qlobal dəyişiklik olmadı. Hər birimiz meydana çıxmağa daim hazırıq. Qələbə münasibətilə bütün “Neftçi” ailəsini təbrik edirəm”.
“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib – 2:1. “Ağ-qaralar” bununla da “atlılar”a qarşı 18 oyunluq qələbəsizlik seriyasını bitirib.
Ötən həftə 1:5 hesabıyla uduzan “Neftçi” bu dəfə dərsinə yaxşı hazırlaşdı. Müdafiədə kompakt oynayan, yarımmüdafiədə yüksək pressinqlə rəqibi səhvlərə məcbur edən “ağ-qaralar” ilk hissədə balansı qoruya bildi. Fasilədən sonra qonaqlar üstünlüyü artırsa da, sürətli əks-hücumlarla təhlükəli gələn “Neftçi” standart vəziyyətdən fərqləndi. Qoldan sonra da rəqibini geridə qəbul edən “ağ-qaralar” hesabı qorumağa çalışırdı. Lakin oyunun sonlarına yaxın Elvin Bədəlovun avtoqolu hesaba tarazlıq gətirdi.
Əslində, bərabərlik də “Neftçi” üçün pis nəticə sayılmazdı, lakin son dəqiqədə Sambunun başla vurduğu qol bakılılar üçün əlavə motivasiya, uzunmüddətli seriyanın qırılması ilə əlamətdar oldu. “Neftçi” bu qələbə ilə çoxdandır arzulanan ruhunun oyanışını göstərdi.
Vernidubun komandası turnir cədvəlində də bir pillə irəlilədi. İndi mühüm olan mövqeni qorumaqdır. Kubokda da “Sabah” çempion olacağı halda, “Neftçi” Konfrans Liqasına vəsiqə qazanacaq.
Mövsüm ərzində xüsusilə, Çempionlar Liqasında böyük güc sərf edən “Qarabağ” indi bunun acısını yaşayır. Son çempion “taxtdan düşdü”, qızıl medallar “Sabah”ın olacaq. Matçdan sonra baş məşqçi Qurban Qurbanov da qeyd etdi, komanda bu mövsümdən dərs çıxarmalıdır. Ehtiyat qüvvəsi zəifləyən “atlılar” elə büdrədiyi ilk ildəcə çempionluğu qaçırdı. “Sabah”ın yüksəlişi, “Neftçi”nin dönüşü, “Turan Tovuz”, “Zirə” kimi komandaların mübarizliyi qarşıdakı illərdə liqada maraqlı rəqabətin xəbərçisidir.
Misli Premyer Liqasının 2025/26 mövsümünün qalibi bəlli olub.
Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionunun adına sona 4 tur qalmış aydınlıq gəlib.
XXI turdan təxirə salınan “Neftçi” – “Qarabağ” matçında 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisinin aktivində 59 xal qalıb. Bununla da 72 xala malik “Sabah” ən yaxın izləyicisi üçün əlçatmaz olub.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bununla da tarixində ilk dəfə Azərbaycan çempionu adını qazanıb. “Sabah” 1992-ci ildən keçirilən turnirin tarixinə 9-cu çempion kimi düşüb.
Cari mövsümə qədər 8 komanda bu titula sahib çıxıb. “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.
“Sabah” son 18 mövsümdə bu siyahıya düşən ilk komandadır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməmişdi. “Sabah”a qədər sonuncu yeni çempion 2007/08 mövsümündə ilk titulunu əldə edən “İnter” olub.
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
“Rayo Valyekano” İspaniyada Fransanın “Strasburq” komandasını sınağa çəkib. Bu komandaların ilk görüşünü Litvadan olan Donatas Rumşas idarə edib. Meydan sahibləri tək qolla qalib gəliblər.
Günün digər oyununda Ukraynanın “Şaxtyor” (Donetsk) komandası Polşada İngiltərə təmsilçisi “Kristal Pelas”la qarşılaşıb. Oyunun baş hakimi almaniyalı Feliks Svayer olub. Dörd qolluq görüş “Şaxtyor”un məğlubiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra – mayın 7-də keçiriləcək.
Avropa Konfrans Liqası Yarımfinalın ilk oyunları 30 aprel
Rayo Valyekano (İspaniya) – Strasburq (Fransa) 1:0 Qol: Alemao, 54. Baş hakim: Donatas Rumşas (Litva). Madrid. “Kampo de Valyekas” stadionu.
Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
“Braqa” Portuqaliyada Almaniyanın “Frayburq” komandasını sınağa çəkib. Bu komandaların ilk görüşünü İngiltərədən olan Entoni Teylor idarə edib. Üç qolluq görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Günün digər oyununda İngiltərənin iki təmsilçisi – “Nottingem Forest”lə “Aston Villa” qarşılaşıb. Oyunun baş hakimi portuqaliyalı Pineyro olub. Bu görüşdə də meydan sahibləri qələbəni bayram ediblər.
Xatırladaq ki, Avroliqada yarımfinal mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra – mayın 7-də keçiriləcək.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Neftçi” ilə oyundan sonra fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə “Neftçi”ni təbrik edirəm. Bu gün qələbəyə çox istəkli idilər, sonadək vuruşdular və yaxşı müdafiə olundular. Eyni zamanda öz futbolçularımdan da razı qaldım. Çünki yaxşı xarakter göstərdilər və məğlub durumda olmağımıza baxmayaraq, daim rəqibin üzərinə getdilər.
Oyundan əvvəl futbolçularıma da bildirmişdim ki, bu matçda rəqib daha hazırlıqlı və aktiv olacaq. Ümumilikdə, meydanda çox yaxşı futbol ab-havası var idi. Hazırda bizə xeyli istirahət lazımdır, lakin cəmi 4 gündən sonra növbəti oyunumuz var. Çempionlar Liqasından uzaqlaşsaq da, hələ də sıx qrafiklə mübarizə aparırıq. Bu mövsüm həm futbolçularımız, həm də biz məşqçilər üçün böyük təcrübə oldu. Oyunçularımızın ümumi fiziki potensialını daha yaxından tanımaq imkanı əldə etdik. Onlar çox ağır mövsüm keçirərək həddindən artıq yoruldular. Ona görə də bu məğlubiyyətə rəğmən, bütün futbolçularıma təşəkkür edirəm”.
Təcrübəli mütəxəssis əvvəlki turda qazandıqları 5:1 hesablı qələbənin “Neftçi”yə əlavə motivasiya verdiyini təsdiqləyib:
“Yüz faiz belədir. Onlar bu matç üçün yaxşı hazırlıq proqramı keçmişdilər. Gözləyirdim ki, bu gün “Neftçi”nin futbolçuları daha hazırlıqlı və əzmli olacaqlar. Əvvəlki matçdakı böyükhesablı qələbəmiz böyük ehtimalla rəqibə əlavə ciddiyyət və motivasiya vermişdi. Onlar bu gün qələbəyə tam layiq idilər.
Qurban Qurbanov həmin böyükhesablı qələbənin öz futbolçularında yaratdığı ehtimal olunan arxayınlıq hissindən də bəhs edib:
“İstər-istəməz müəyyən rahatlıq yaranır. Maksimum çalışdıq ki, futbolçular o nəticə barədə düşünməsinlər. Oyunçularımız kifayət qədər təcrübəlidirlər, “Neftçi”nin gücünü və fərdi ustalıq səviyyəsi yüksək olan futbolçulara sahib olduğunu yaxşı bilirlər. Buna rəğmən, nə qədər konsentrasiya olsalar da, daxilən rahatlıq hissi var idi. Bu, təbiidir, çünki hamısı insandır”.
“Bu vəziyyət bizi narahat edir”
Baş məşqçi Xoni Montielin zədələnməsinin matçın gedişatına və taktiki planlara necə təsir etdiyini belə izah edib:
“Bəli, bu, bizim üçün gözlənilməz bir hal oldu. Matçdan öncə əvəzetmələrlə bağlı tamamilə fərqli planlarımız var idi. Məsələn, Pedro Bikalyo 9 oyun idi ki, fasiləsiz çıxış edirdi və onu meydana buraxmaqda ehtiyatlı davranırdıq. Montiel isə əvvəlki görüşdə oynamamışdı deyə, ona şans vermişdik. Zədə səbəbindən məcburi dəyişikliklər etməli olduq və bu da düşünülmüş addımlarımızın pozulmasına gətirib çıxardı”.
Qurban Qurbanov tarixində ilk dəfə çempionluq sevinci yaşayan “Sabah”ı təbrik edərək çempionatdakı rəqabətin artmasını müsbət qiymətləndirib:
“Mən onları bu münasibətlə təbrik edirəm. İstənilən komandamızın uğurunu təqdir etməli və onları təbrik etməyi bacarmalıyıq. Bu, futbolun yazılmamış qanunlarından biridir. Son bir-iki ay ərzində çempionatda çox gərgin oyunlar keçirdik. Qısa müddətdə “Sabah”la üç, “Neftçi” ilə iki dəfə üz-üzə gəldik. Həm azarkeş marağı, həm də oyunun tempi baxımından sanki tamamilə fərqli bir Azərbaycan çempionatının şahidi olduq. İlboyu davam edən psixoloji və fiziki yorğunluğa baxmayaraq, futbolçularımız əsl xarakter göstərdilər. Düzdür, ümumi nəticələr bizim üçün o qədər də ürəkaçan olmaya bilər, lakin meydanda göstərilən dözümlülük təqdirəlayiqdir. Nəticələrin belə dəyişməsi və rəqabətin artması futbola olan marağı daha da çoxaldır. Azarkeş kütləsi artdıqca intriqa böyüyür, bu isə hər kəsin məsuliyyətini daha da artırır”.
Məşqçi ikincilik şanslarının təhlükə altında olmasına toxunaraq qarşıdakı oyunlarda maksimum mübarizə aparacaqlarını bildirib:
“Sözsüz ki, bu vəziyyət bizi narahat edir. Qarşıda bizi çox yaxşı və hazırlıqlı “Turan Tovuz”la matç gözləyir. Onların özünəməxsus oyun üslubu var və rəqiblər üçün həmişə ciddi çətinliklər yaradırlar. Biz buna tam hazır olmalıyıq. Son oyunlara qədər mübarizəmizi davam etdirəcəyik. Bayaq da qeyd etdiyim kimi, futbolçularım bu il əlavə xarakter nümayiş etdirdilər. Sıx qrafikə baxmayaraq, məqsədimizə çatmağa çalışacağıq. Öz komandama arxayınam və inanıram ki, qalan matçlarda meydanda maksimum güclərini qoyacaqlar”.
“Daim çempion olmalıyıq deyə qayda yoxdur”
Qurban Qurbanov “Qarabağ”ın bu mövsüm çempionluqdan uzaq düşməsinin əsas səbəblərini həm daxili amillər, həm də rəqiblərin gücü ilə izah edib:
“Bunun bir neçə səbəbi var. Bəlkə də, bu çempionata tam şəkildə hazırlaşa bilməmişdik. Əvvəlcədən daxili birinciliyin bu qədər gərgin keçəcəyini və rəqabətin gücünü tam proqnozlaşdırmamışdıq. Eyni zamanda Çempionlar Liqasındakı uzun marafon bizi çox yordu. Bundan əlavə, mövsüm ərzində futbolçularımıza gələn təkliflər və digər xırda detallar da ölkə çempionatına olan motivasiyaya müəyyən qədər təsir göstərdi. Digər tərəfdən, qarşımızda çox yaxşı formalaşmış “Sabah” komandası var idi. Onlar bütün diqqətlərini yalnız çempionata yönəltmişdilər və heç bir oyunda rəqiblərə boşluq vermədilər. Biz isə gücümüzü cəbhələr arasında düzgün bölüşdürə bilmədik. Həm də daim çempion olmalıyıq deyə qayda yoxdur. İstənilən ölkənin futbolunda belə hallara rast gəlinir. Güclü olsan belə, bəzən çempion ola bilmirsən. Burada müəyyən incə nüanslar var ki, onları normal analiz edib düzgün qəbul etməliyik. Daxilimizdə hansı çatışmazlıqların olduğunu da yaxşı bilirəm. Çempionatda “Sabah”, “Neftçi”, “Zirə” kimi çox istəkli komandalar var və onlar titul üçün böyük işlər görürlər. Sonda nəticə də belə oldu. Bütün bunlardan düzgün nəticə çıxararaq qarşıdakı illərə daha yaxşı hazırlaşacağıq. Bununla belə, komandamın ümumi gedişatından və futbolçularımın performansından tamamilə razıyam”.
Təcrübəli mütəxəssis yay transfer pəncərəsində komandada gözlənilən dəyişikliklərə və yeni transferlərə də aydınlıq gətirib:
“Bəli, hazırda yeni oyunçularla bağlı danışıqlar gedir və belə görüşlər çoxdur. Bəlkə də, gündəlik işimizin 60-70 faizini məhz transfer məsələlərinə yönəltmişik. Bu, o demək deyil ki, hazırkı futbolçulardan narazıyam və kimlərisə mütləq göndərəcəyik. Sadəcə olaraq, gələcək üçün daha geniş bir heyətə ehtiyacımız var. Çalışacağıq ki, yeni transferlər edək. Bəlkə 5-6 nəfər olacaq, dəqiq sayını hələ bilmirəm. Hər şey istədiyimiz kimi rəvan getsəydi, işləmək daha asan olardı, lakin bəzən son anda hansısa transfer baş tutmur. Komandada mütləq dəyişikliklər olacaq, lakin əsas məqsəd heyəti genişləndirmək və növbəti mövsümdəki gərgin qrafikə tam hazır olmaqdır”.
“Ayrılıqlar yeni transferlərin reallaşmasından asılı olacaq”
Baş məşqçi mövsümün sonunda kimlərlə yolların ayrılacağı barədə verilən sualı cavablandırarkən komandadakı yorğunluq amilini ön plana çəkib:
“Hazırda heç bir futbolçunu qəti şəkildə göndərmək barədə düşünməmişəm. Çünki hələ rəsmən komandaya qatılan yeni oyunçu yoxdur. Qərarlar mövsümün sonunda veriləcək. Marko Yankoviçə gəldikdə, o, həddindən artıq yorulmuşdu. Ümumiyyətlə, həm klubda, həm də milli komandada mütəmadi oynayan futbolçularımızda ciddi yorğunluq yaranır. Milliyə getməyənlər isə nisbətən dincəlmək fürsəti tapırlar. Biz Yankoviçə xüsusi istirahət verdik ki, fiziki formasını bərpa edə bilsin. Gələcəkdə bəlkə də bir neçə futbolçu ilə yollarımızı ayırmaq istədiyimizi bildirəcəyik, lakin bu da birbaşa yeni transferlərin reallaşmasından asılı olacaq. Bütün futbolçuların klubla qüvvədə olan müqavilələri var və istənilən ayrılıq qarşılıqlı razılaşma əsasında baş tutmalıdır. Böyük ehtimalla, gedənlər də olacaq, amma eyni zamanda yeni gələnlər də olmalıdır”.
Qurban Qurbanov əsas komandadan uzaqlaşdırılmış Elvin Cəfərquliyevin taleyi və əvəzedici heyətə göndərilən futbolçuların durumu ilə bağlı məsələlərə də münasibət bildirib:
“Elvinlə bağlı vəziyyət hələ ki, necə var, elə də qalır. Özü də mənimlə görüşmək üçün hər hansı bir cəhd etməyib. Gələn mövsüm üçün hazırlıq planını hələ tam dəqiqləşdirməmişəm, çünki qarşıda hələ bir neçə oyunumuz var. Əvəzedici heyətə göndərilən futbolçuların orada oynamamasına gəldikdə, mən onların meydana çıxmaması ilə bağlı heç bir xüsusi tapşırıq verməmişəm. Əgər istəsələr, çıxıb oynaya bilərlər”.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Qarabağ”la matçdan sonra fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Neftçi” azarkeşlərini təbrik edirəm. Bu, bizim üçün çox önəmli bir qələbə idi. Eyni zamanda bundan əvvəlki ağır məğlubiyyətə görə onlardan bir daha üzr istəyirəm. “Neftçi” elə bir komandadır ki, daim eyni yüksək səviyyədə oynamalı və rəqibə pressinq tətbiq etməlidir. Ötən matçda necə oynadığımızı gördünüz və 1:5 hesabı ilə uduzduq. Biz həmin məğlubiyyətdən lazımi nəticələr çıxardıq və məhz buna görə də bu gün meydanda yaxşı oyun nümayiş etdirdik”.
Yuri Vernidub gərgin matçın onu emosional baxımdan çox yorduğunu vurğulayaraq jurnalistlərdən anlayış göstərmələrini və bu dəfə sual verməmələrini xahiş edib:
“Sizdən bir xahişim var. Hazırda o qədər fərqli hisslər keçirirəm ki, mümkünsə, bu gün mənə sual verməyəsiniz. Qarşıda hələ 4 oyunumuz var, o zaman nə qədər istəsəniz, suallarınızı məmnuniyyətlə cavablandırmağa hazıram. Hazırda sadəcə oyundan uzaqlaşmaq istəyirəm. Ümid edirəm ki, bu istəyimi anlayışla qarşılayacaqsınız. Bu, qətiyyən sizə qarşı hörmətsizlik deyil, hər birinizə böyük hörmətlə yanaşıram. Çox sevinirəm ki, siz həmişə maraqlı suallar verirsiniz və mən də onları səmimi şəkildə cavablandırıram. Lakin bu gərgin matç məni emosional baxımdan o qədər yordu və bütün enerjimi aldı ki, bu dəfəlik sual-cavab hissəsi olmasa, daha yaxşı olar. İnanın ki, hamınıza dərin hörmətim var”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionunun adına sona 4 tur qalmış aydınlıq gəlib.
21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçında 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisinin aktivində 59 xal qalıb. Bununla da 72 xala malik “Sabah” ən yaxın izləyicisi üçün əlçatmaz olub.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bununla da tarixində ilk dəfə Azərbaycan çempionu adını qazanıb. “Sabah” 1992-ci ildən keçirilən turnirin tarixinə 9-cu çempion kimi düşüb.
Cari mövsümə qədər 8 komanda bu titula sahib çıxıb. “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.
“Sabah” son 18 mövsümdə bu siyahıya düşən ilk komandadır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməmişdi. “Sabah”a qədər sonuncu yeni çempion 2007/2008 mövsümündə ilk titulunu əldə edən “İnter” olub.
Misli Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:
– “Neftçi” azarkeşlərini təbrik edirəm, eyni zamanda ötən oyundakı nəticəyə görə onlardan üzr istəyirəm. Belə oynamamalı idik. Bu səhvlərdən nəticə çıxardıq və qələbə qazandıq. Fanatlarımızı bir daha təbrik edirəm. Xahiş edirəm, bu gün sual verməyəsiniz – elə vəziyyətdəyəm ki, bir az sakitləşməyə ehtiyacım var. Qarşıdakı dörd oyunda nə qədər istəsəniz, sual verə bilərsiniz. Bu, hörmətsizlik kimi qəbul olunmasın. Oyun emosional baxımdan məni çox yordu. Bu gün sual olmasa, daha yaxşı olar.
Misli Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– “Neftçi”ni təbrik edirəm. Qarşımızda əzmkar, istəkli rəqib var idi. Futbolçularıma da təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Futbolda belə hallar olur. Qələbə “Neftçi”nin haqqı sayılır. İlk oyundan sonra da demişdim ki, bu matç daha çətin keçəcək. Stadionda yaxşı atmosfer vardı, azarkeşlərə təşəkkür edirəm. Düzü, bizə istirahət lazımdır, amma qarşıda oyunlarımız var. Çempionlar Liqasından uzaqlaşsaq da, hələ sıx qrafikdəyik. Futbolçularım üçün bu mövsüm çox faydalı, təcrübə baxımından əhəmiyyətli oldu. Onu da qeyd edim ki, ağır bir mövsüm keçirdik. Məğlubiyyətlər də yaşandı, amma buna baxmayaraq futbolçulara təşəkkür edirəm.
– “Neftçi”yə qarşı iki fərqli oyun oldu. Sizcə, ilk matçdakı məğlubiyyət onlara motivasiya baxımından necə təsir göstərdi?
– “Neftçi”nin daha hazırlıqlı olacağını gözləyirdik. Bu dəfə ciddi və motivasiyalı idilər.
– İlk oyundakı böyükhesablı qələbəniz futbolçularda rahatlıq yaratmadı?
– Ola bilər, ancaq çalışdıq ki, oyunçular bu barədə çox düşünməsin. “Neftçi”nin keyfiyyətli və sürətli futbolçuları var. Komandam nə qədər köklənməyə çalışsa da, müəyyən rahatlıq hiss olunurdu. İlk dəqiqələrdən bunu görmək mümkün idi.
– Montielin zədəsi oyuna necə təsir etdi?
– Gözlənilməz dəyişiklik oldu. Oyundan əvvəl planlarımız fərqli idi. Bu gün Pedro Bikalyonu ehtiyatda saxladıq, çünki son 9 oyunda daim meydanda qaldı. Montielə çox şans vermək istədik, lakin o da zədələndi. Planlarımızda olmayan əvəzetmələr etdik. Sonradan oyuna daxil olan futbolçular da pis təsir bağışlamadı. Futbolda son dəqiqə qolları azarkeşlərin ən çox gözlədiyi anlardandır. Bu gün “Neftçi”nin günü idi.
– “Sabah” ilk dəfə çempion oldu. Bu barədə nə deyə bilərsiniz?
– Onları təbrik edirəm. İstənilən komandamızın uğurlarını qeyd etməliyik. Son bir ay – ay yarımı nəzərə alsaq, çempionatın bütün matçları sıx qrafikdə baş tutdu. “Sabah”a 3, “Neftçi”yə qarşı 2 oyun keçirdik. Həm azarkeş sayı, həm də oyun tempi baxımından fərqli qarşılaşmalar oldu. İlboyu yığılan yorğunluğa baxmayaraq, bu matçlarda yaxşı təsir bağışladıq. Nəticələrin dəyişməsi futbol ictimaiyyətinin marağını da artırır. Bu isə intriqanın böyüməsinə və məsuliyyətin artmasına səbəb olur. “Sabah”ı bir daha təbrik edirəm.
– İkinci pilləni itirmək təhlükəsi sizi narahat etmir?
– Qarşıda “Turan Tovuz”la matç var. Onlar da yaxşı hazırlaşıb, müəyyən narahatlıq isə normaldır. Bu il futbolçularım böyük xarakter nümayiş etdirib. İnanıram ki, onlar yenə maksimum nəticə üçün mübarizə aparacaqlar.
– Bu mövsüm çempion ola bilməməyinizin səbəbini nədə görürsünüz?
– Bir neçə səbəb var. Ola bilər ki, çempionata tam hazırlaşa bilmədik. Digər tərəfdən, Çempionlar Liqası bizi xeyli yordu. Bəzi detallar da var – oyunçulara gələn təkliflər, diqqətin yayınması və s. Bunları qabartmağa ehtiyac yoxdur, amma motivasiyaya təsir edirdi. Eyni zamanda, qarşımızda yaxşı hazırlaşmış “Sabah” var idi. Onlar bütün diqqətlərini çempionata yönəltmişdilər və demək olar ki, heç bir oyunda boşluq vermədilər. Görünür, bu çempionata tam hazır deyildik, gücümüzü düzgün bölüşdürə bilmədik. Hər zaman çempion olası deyilik ki.
İstənilən ölkədə bu hallar olur. Bəzi nüanslar var, onları düzgün təhlil etməliyik. Çempion ola bilməməyimizi qəbul edirəm. Futbolçuların hansı əziyyətlərdən keçdiyini anlayıram. Bu mövsüm rəqiblər çox istəkli idilər – istər “Neftçi”, istər “Sabah”, istərsə də “Zirə”. Onlar da hədəflərinə çatmaq üçün böyük işlər gördülər. Bu mövsümdən nəticə çıxarıb, qarşıdakı illərə daha yaxşı hazırlaşacağıq. Ümumilimdə isə futbolçulardan razıyam.
– Yayda klubda ciddi dəyişikliklər gözlənilir. Hazırda transfer məsələləri ilə bağlı durum nədir?
– Danışıq apardığımız futbolçular çoxdur. İşimizin 60-70 faizini transfer məsələlərinə yönəlib. Dəyişikliklərə ehtiyac var. Nə qədərinin alınacağını demık çətindir. Hər şey istədiyimiz kimi getsəydi, iş də daha rahat alınardı.
– Bəzi futbolçular son oyunlarda performans baxımından artırıb. Hansısa oyunçu var ki, onlarla bağlı fikriniz dəyişib?
– Hələ konkret bir qərar yoxdur. Milli komandalarda oynayan futbolçular da çox yorulur. Marko Yankoviçə istirahət verdikdən sonra özünə gəldi, performansını bərpa etdi. Bir neçə oyunçu ilə bağlı ilkin planlarımız var -bəzilərinin getməsi normaldır. Lakin müqaviləsi davam edənlər də var və onlarla razılığa, gəlməliyik.
– Elvin Cəfərquliyevlə bağlı son durum nədir?
– Hələ yenilik yoxdur. Planımı tam tutmamışam. Qarşıda bir neçə oyun var.
– Onunla görüş planlaşdırırsınız?
– Hələ görüşməmişik.
– Abbas və Elvin əvəzedici komandaya göndərilsələr də, orada da oynamırlar.
– İstəsələr, oynaya bilərlər.
“Sabah” ta“Sabah” ilk çempionluğunu rəsmiləşdirdi!rixində ilk dəfə Azərbaycan Premyer Liqasının qalibi adını rəsmiləşdirib. Msport.az xəbər verir ki, bu gün keçirilən […]
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu keçirilib.
Arena.az xəbər verir ki, qarşılaşmanı Kamranbəy Rəhimov idarə edib.
Ona yan xətt hakimləri Rəhman İmami ilə Müslüm Əliyev kömək ediblər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirib.
Tərəflər “Neftçi Arena”da üz-üzə gəliblər. Sözügedən komandalar bir neçə gün öncə də oxşar məkanda üz-üzə gəlmişdilər. Həmin qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı. Bu dəfə isə “Neftçi” əzəli rəqibi üzərində 2:1 hesablı qələbəyə sevinib. Nəticədə həm paytaxt klubu yarış cədvəlində 4-cü pilləyə yüksəlib, həm də “Sabah” cari mövsümün sonuna 4 tur qalmış Azərbaycan çempionu olub.
“Mançester Yunayted”in 21 yaşlı mərkəz yarımmüdafiəçisi Kobbi Meynu İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.
Gəncə futbolçunun klubla yeni anlaşmasının müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Yeni müqaviləyə əsasən ingiltərəli futbolçunun qazancı da artırılıb.
Xatırladaq ki, Kobbi Meynu “Mançester Yunayted”in yetirməsidir. O, əsas komandada keçirdiyi 98 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Meynu İngiltərənin U-17, U-18 və U-19 yığmalarında oynadıqdan sonra 2024-cü ilin martında əsas millidə debüt edib. Gənc yarımmüdafiəçi İngiltərə millisinin heyətində meydana çıxdığı 12 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə İngiltərə milli komandasının sabiq cinah müdafiəçisi Eşliq Yanq cari mövsümün sonunda karyerasını başa vuracaq.
Arena.az xəbər verir ki, hazırda “İpsviç Taun”da çıxış edən 40 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.
O, mayın 2-də karyerasının sonuncu oyununa çıxacağını açıqlayıb. Həmin gün “İpsviç Taun” Çempionşipin 46-cı turu çərçivəsində KPR ilə üz-üzə gələcək.
Xatırladaq ki, Eşli Yanq ötən ilin yayında “Everton”dan ayrılaraq “İpsviç Taun”la 1 illik müqavilə imzalamışdı. Cari mövsümdə o, bu komandanın heyətində 15 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi FIFA-nın 76-cı Konqresində iştirak etmək üçün Kanadaya yollanıb.
Arena.az xəbər verir ki, bu gün Kanadanın Vankuver şəhərində FIFA-nın 76-cı Konqresi keçiriləcək.
Tədbirə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmiləri də qatılacaqlar. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov Konqresdə iştirak edəcəklər.
Bu gün Kanadanın Vankuver şəhərində FIFA-nın 76-cı Konqresi keçiriləcək.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov Konqresdə iştirak edəcəklər.
Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun hər iki görüşü “Olimpik Star”da baş tutub.
Əvvəlcə “Şuşa” “Neftçi” İK ilə üz-üzə gəlib. Lider “Neftçi” “Şuşa”nın qapısından 28 cavabsız top keçirib. Bu, cari mövsümdə qeydə alınan ən böyükhesablı qələbədir. Çempionatın bombardiri Allef Mayolli və komanda yoldaşı Leonildo Rodriqes hərəyə 6 dəfə rəqib qapısına yol tapıblar.
Günün digər oyunu U-19 millimizlə “Baku Fire” arasında baş tutub. “Baku Fire” gənclər yığmamızdan güclü olub.
Son çempion “Araz-Naxçıvan” isə meydana çıxmadan 3 xal qazanıb. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılıb.
Yüksək Liqa 18-ci tur 30 aprel
Şuşa – Neftçi İK 0:28 Hakimlər: Hidayət Feyzullayev, Ramil Namazov, Hikmət Qafarlı. Hakim-inspektor: Füzuli Nəcəfov. Bakı. “Olimpik Star”. Saat 14:30.
U-19 – Baku Fire 3:10 Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Knyaz Əmiraslanov. Hakim-inspektor: Elçin Səmədli. Bakı. “Olimpik Star”. Saat 16:30.
Xallar: Neftçi İK – 49. Araz-Naxçıvan – 46. Baku Fire – 35. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.
“Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaş cəzalanıb.
Futbolpress.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası qanunsuz mərc oyunlarında iştirak etməsi səbəbindən yarımmüdafiəçini bir il müddətinə diskvalifikasiya edib.
Mert daha əvvəl həbs olunmuş, ötən ay azadlığa buraxılmışdı.
Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open – 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib. Ardınca çıxış edən AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov festivalda rekord sayda – 980 iştirakçının mübarizə apardığını bildirib. O, Azərbaycanın dünyada aparıcı şahmat ölkələrindən biri kimi tanındığını qeyd edib. Mahir Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şahmata yüksək səviyyədə qayğı göstərildiyini vurğulayıb.
Sonra 2023,2024 və 2025-ci illərdə keçirilən “Baku Open” turnirlərinin ən maraqlı anlarını əks etdirən video nümayiş etdirilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycanda şahmat ənənələrinin olduğunu bildirib. Nazir şahmatçıların son illər beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etdiyini söyləyib. Fərid Qayıbov qeyd edib ki, Prezident İlham Əliyev bütün idman növlərinə yüksək səviyyədə qayğı göstərir.
Sonda Azərbaycan Şahmat Turunun yeni tanıtım videosu təqdim olunub.
Gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirdə 3-cü turun rəmzi ilk gedişini edib.
Qeyd edək ki, “Baku Open” Azərbaycan Şahmat Turunun 2026-cı ildə ilk yarışıdır. Bakıdan sonra Şəkidə beynəlxalq şahmat yarışı keçiriləcək.
Xatırladaq ki, “Baku Open” beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir. Yarışa mayın 6-da yekun vurulacaq.
Azərbaycan Premyer Liqasında 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçı üçün heyətlər açıqlanıb. Msport.az xəbər verir ki, komandalar saat […]
Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 24-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Sumqayıt”la “Neftçi”nin ikinci komandaları arasındakı görüşdə meydan sahibləri qalib gəliblər. “Şamaxı-2” isə “Turan Tovuz”un ikinci komandası ilə ev oyunundan məğlubiyyətlə ayrılıb.
24-cü turun qalan görüşləri mayın 1-də keçiriləcək.
Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcəyi dəqiqləşmiş “Börnli” klubu baş məşqçisi Skott Parker ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Klub rəhbərliyi ötən həftə çempionatı tərk edəcəkləri dəqiqləşəndən sonra onun taleyi ilə bağlı müzakirələr aparıb. Yekunda tərəflər yollarını ayırmaq barədə qərar qəbul ediblər.
Xatırladaq ki, “Börnli” 2024/2025-ci illər mövsümündə məhz Skott Parkerin rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanmışdı. Amma komanda cari mövsümün geridə qalmış 34 turunda cəmi 20 xal qazanıb. Komandanın sona 4 tur qalmış Premyer Liqanı tərk etməsi dəqiqləşib.
Artıq “Börnli”nin yeni baş məşqçisi də məlumdur. Komanda Maykl Ceksona tapşırılıb. O, son bir neçə ildir ki, komandanın məşqçilər heyətinin üzvüdür. Bu üzdən də rəhbərlik komandanı məhz tanış mütəxəssisə tapşırmaq qərarına gəlib. Maykl Cekson cari mövsümün sonuna qədər baş məşqçi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, 45 yaşlı Skott Parker 2024-cü ilin yayından bəri komandaya rəhbərlik edirdi.
İspaniyanın “Atletiko” klubunun futbolçusu Xulian Alvares UEFA Çempionlar Liqasında Lionel Messinin nailiyyətini geridə qoyub.
Arena.az xəbər verir ki, argentinalı hücumçu buna doğma meydanda İngiltərə təmsilçisi “Arsenal”la heç-heçə (1:1) etdikləri yarımfinal mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.
Bu, argentinalı forvardın qitənin bir nömrəli klub turnirində 25-ci qoludur. O, bu rəqəmə bütün cənubi amarikalılardan daha tez çatıb. Alvares bu turnirdəki 41-ci görüşdə 25 qol vurubsa, Messi 42-ci oyunda bunu bacarıb.
Bundan əlavə, o, UEFA Çempionlar Liqasında bir mövsümdə 10 qol vurmuş ilk “Atletiko”lu oyunçu ünvanına da sahib çıxıb.
Xatırladaq ki, “Arsenal” və “Atletiko” arasında cavab görüşü mayın 5-də Londonda reallaşacaq.
Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvaresin “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.
Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 105 oyunda 49 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 51 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğin qiymətləndirir.
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu ABŞ kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş “Noksvil”lə matçın iştirakçısı olub.
Qarşılaşmaya start heyətində başlamış forvard sonadək əvəzlənməyib. Görüş “Kolumbus Kru”nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da futbolçumuzun komandası 1/4 finala vəsiqə qazanıb.
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 5 oyun keçirsə də, fərqlənə bilməyib.
“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Bu gün – aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev güləş üzrə yığma komandalarımızın üzvləri ilə görüşüb.
Arena.az bu barədə president.az saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olmuş yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı:
“Salaməleyküm, əyləşin.
İlk növbədə, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.
Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.
“Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları”
“Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.
Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.
Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.
“Hər şey mənim gözümün önündə keçib”
“Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.
Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.
Güləşçilərimizdən Prezidentə təşəkkür
Sonra idmançılar çıxış ediblər.
Sərbəst güləşçi Turan Bayramov deyib: “Cənab Prezident, ilk növbədə, dəyərli vaxtınızı ayırıb bizi qəbul etdiyiniz üçün sərbəst güləş milli komandası adından Sizə təşəkkürlərimizi bildiririk. Ölkəmizi Avropa çempionatında layiqincə təmsil etdik. Komandamız ardıcıl surətdə ikinci dəfədir Avropa çempionu olur. Sizin bizi qəbul etməyiniz məsuliyyətimizi daha da artırır, bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələni edəcəyəm ki, gələcəkdə qarşınıza qızıl medalla çıxım”.
Yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib: “Cənab Prezident, ilk növbədə, Sizi salamlayıram. Bizi qəbul etdiyiniz üçün çox sağ olun. Bildiyiniz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazandım. Bu, mənim ümumilikdə dördüncü qızılımdır və yarış həqiqətən də çox çətin keçdi. Dördqat Avropa çempionu kimi Azərbaycan yunan-Roma güləşi tarixində bir rekorda imza atdım. Bizi belə dəstəklədiyiniz, bizə göstərdiyiniz diqqət və qayğı üçün Sizə öz təşəkkürümüzü bildiririk. Sizin diqqət və qayğınız bizim üçün ən böyük məsuliyyətdir. Çox sağ olun”.
Qadın güləşçi Jalə Əliyeva deyib: “Cənab Prezident, bu gün burada çıxış etmək mənim üçün böyük şərəfdir. Mən dörd il bundan qabaq da Sizinlə görüşdə iştirak etmişdim. 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuşdum. Bu dəfə isə böyüklərdən ibarət yarışda Avropa mükafatçısı oldum. Biz Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun”.
“Qızların da medalçılar arasında olmalarına çox şadam”
Prezident İlham Əliyev deyib: Çox sağ olun. Komandamız çoxmillətlidir, hələ hamı Azərbaycan dilini kifayət qədər bilmir, ona görə də rus dilində bir neçə söz demək istərdim. Hamını bir daha təbrik etmək və Azərbaycanı beynəlxalq arenada belə layiqincə təmsil etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Əlbəttə, Avropa çempionatında belə bir mühüm, deyərdim ki, tarixi qələbədən danışarkən xüsusi qeyd etmək istərdim, həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanıblar. Yəni bu, çox əhəmiyyətlidir.
Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda inkişaf edir.
Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin uğuruna, qələbəsinə sevinir və bu, çox qiymətlidir.
Əlbəttə, qeyd etməli olduğum daha bir vacib məqam ondan ibarətdir ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni eyni dərəcədə çox sevindirir. Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir”.
“Avropada heç də hamı Azərbaycanın qələbələrinə sevinmir”
Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın — Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var. Dediyim kimi, vaxtilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm, bu gün isə onlar öz tələbələrinə azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır.
Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur – biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.
Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, – xalça üzərində və xalçadan kənarda, – layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.
Beləliklə, bir daha təbrik edirəm və yeni qələbələr arzulayıram. Sağ olun”.
“Qalatasaray”ın futbolçusu Qabriel Sara karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Aston Villa” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə italiyalı insayder Nikolo Skira məlumat yayıb. Xəbərdə Premyer Liqa klubunun braziliyalı futbolçu ilə danışıqlara başladığı bildirilib.
Sara bu mövsüm Super Liqada 27 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.
“İnter”in futbolçusu Luis Henrike karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Beşiktaş” cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə “Fanatik” nəşri məlumat yayıb. “İnter” braziliyalı vinger üçün 20 milyon avro tələb edir.
Henrike bu mövsüm A Seriyasında 27 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
“Sabah” klubunun bu gün Misli Premyer Liqasında çempionluğu rəsmiləşə bilər.
Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın ən yaxın izləyicisi “Qarabağ” səfərdə “Neftçi” ilə qarşılaşacaq. “Atlılar” bu matçda məğlub olacağı halda, “Sabah”ın sona 4 tur qalmış qızıl medalları təmin olunacaq.
“Futuristlər” 29 turdan sonra 72 xalla birinci sıradadır və “Qarabağ”ı 13 xal qabaqlayır. Mövsümün sonuna 4 tur qalıb və bu gün “atlılar” məğlub olsa, onların “bayquşlar”a çatması mümkünsüz olacaq.
“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını La Liqada davam etdirməyə üstünlük verir. Msport.az xəbər verir ki, argentinalı futbolçunun adı “Barselona” və […]
İngiltərə millisinin sabiq futbolçusu Eşliq Yanq karyerasını başa vurur. Msport.az xəbər verir ki, “İpsviç”də çıxış edən 40 yaşlı cinah müdafiəçisi […]
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev AFFA-nın rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, o, Qazaxıstanın Çimkənd şəhərində təşkil olunmuş UEFA İnkişaf Turniri ilə bağlı fikirlərini bölüşüb.
Baş məşqçi səfərə tam heyətlə yollana bilmədiklərini və qısa müddətdə ardıcıl 3 oyun keçirdiklərini bildirib:
“Hazırkı yaş qrupu sonuncu dəfə ötən ilin oktyabrında Qəbələdə təşkil olunan MDB Oyunları zamanı bir araya gəlmişdi. Düzdür, toplanışlar tez-tez olsa, çatışmazlıqları daha erkən aradan qaldıra bilərik. Budəfəki toplanışa aprelin 20-də başladıq və qısa müddət ərzində ardıcıl üç oyun keçirdik. Bir neçə əsas futbolçumuz heyətdə deyildi. U-20 millinin toplanışına qatılanlar və zədəlilər var idi. Əli Bəşirov, Bilal Hacıyev, Uğur Qurbanlı və Mehdi Mütəllimlini qeyd edə bilərəm. Əlbəttə ki, onların yoxluğu bizə müəyyən çətinliklər yaratdı. Buna baxmayaraq, keçirdiyimiz üç oyundan ikisində qələbə qazandıq”.
Aqil Nəbiyev Rusiya, Qazaxıstan və Pakistan yığmalarına qarşı baş tutan matçları dəyərləndirib:
“Rusiya yığmasına qarşı keçirdiyimiz ilk görüşün birinci hissəsi 0:0 hesabı ilə yekunlaşdı. Fasilədən sonra heyətdə ardıcıl əvəzetmələrə əl atdıq. Dəyişikliklərdən sonra oyunumuzda, futbolçuların fiziki durumunda eniş yaşandı. Ancaq yenə də komanda toparlanaraq ardıcıl iki qələbə qazandı. 6 aylıq fasilədən sonra toplanaraq turnirə hazırlaşmaq həm bizim, həm də futbolçular üçün çətin oldu. Bu yaş qrupu ilə səfərdə ilk beynəlxalq turnirə qatılmışdıq. Buna görə də futbolçularda həyəcan, stress var idi. Həm texniki, həm də fiziki çatışmazlıqları barədə onları məlumatlandırmışıq, həmçinin klubları ilə də görüşəcəyik”.
U-17-nin baş məşqçisi noyabrda Almaniya, Şimali İrlandiya və Litva yığmalarına qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ matçlarına qədər komandanın hazır olacağına inandığını vurğulayıb:
“İlin sonlarında Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyik. Çətin qrupa düşmüşük. Rəsmi oyunlara qədər baş tutacaq toplanışlarda problemləri aradan qaldırmağa çalışacağıq. Perpektivli komandamız var, daha güclü potensiala malikik”.
U-17 UEFA İnkişaf Turnirində Rusiya (0:5) yığmasına məğlub olub, Qazaxıstan (1:1, Penaltilərlə 4:2) və Pakistan (1:0) seçmələrinə isə qalib gəlib.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) bu gün UEFA İnkişaf Turnirində üçüncü oyuna çıxıb.
Arena.az xəbər verir ki, millimiz Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilmiş görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.
Bununla da Aqil Nəbiyevin yetirmələri 4 komandanın iştirakı ilə baş tutmuş turniri 5 xalla tamamlayıb. U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1. penaltilərlə 4:2) seçmələri ilə qarşılaşmışdı.
Qeyd edək ki, millimiz UEFA İnkişaf Turnirinə bu heyətlə qatılmışdı:
Ülvi Abbaslı – Sumqayıt Oqtay Mehrəliyev – Qarabağ Ruslan Quliyev – Neftçi Vaqif Nəbiyev – Qarabağ Roman Fərzəli – Qarabağ Arda Əzizli – Qarabağ Vaqif Məmmədli – Sabah Tunar Bayramov – Qarabağ Nazim Əliyev – Srvena Zvezda (Serbiya) Əhəd Hacızadə – Qarabağ Yusif Orucəliyev – Qarabağ Nihad Hüseynzadə – Sabah Şikar Şikar – Neftçi Firdovsi Şeydayev – Sabah Nicat Əhmədzadə – Marset (İspaniya) Rəsul Balakişiyev – Marset (İspaniya) Ümid Əliyev – Hueska (İspaniya) Tunar Əsgərzadə – Qarabağ Ruslan Əbilov – Sabah Hikmət Mirzə – Nastik İdman Akademiyası (İspaniya)
Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun hər iki görüşü “Olimpik Star”da baş tutacaq.
Əvvəlcə “Şuşa” “Neftçi” İK ilə üz-üzə gələcək. Günün digər oyunu U-19 millimizlə “Baku Fire” arasında baş tutacaq.
Son çempion “Araz-Naxçıvan” isə meydana çıxmadan 3 xal qazanacaq. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılacaq.
Yüksək Liqa 18-ci tur 30 aprel
Şuşa – Neftçi İK Hakimlər: Hidayət Feyzullayev, Ramil Namazov, Hikmət Qafarlı. Hakim-inspektor: Füzuli Nəcəfov. Bakı. “Olimpik Star”. Saat 14:30.
U-19 – Baku Fire Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Knyaz Əmiraslanov. Hakim-inspektor: Elçin Səmədli. Bakı. “Olimpik Star”. Saat 16:30.
Xallar: Neftçi İK – 46. Araz-Naxçıvan – 43. Baku Fire – 32. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.
Azərbaycan avarçəkəni Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasında qızıl medal qazanıb.
Futbolpress.azxəbər verir ki, Azər İlyasov akademik avarçəkmədə tək nəfərlik qayıqla 1500 metr məsafədə (2008–2009 təvəllüdlər arasında) birinci olub.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.
Aprelin 30-da Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.
1-3 may tarixlərində keçiriləcək Düşənbə Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 16:00-da start götürəcək . Yarışın görüşləri “JudoTV” və “CBC Sport”dan canlı yayımlanacaq.
Kişilər
-60 kq, 1/8 final
Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə
-66 kq, 1/8 final
Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan)
İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan)
-73 kq, 1/8 final
Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan UEFA İnkişaf Turniri ilə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, baş məşqçi AFFA-nın mətbuat xidmətinə açıqlamasında səfərə tam heyətlə yollana bilmədiklərini və qısa müddətdə ardıcıl 3 oyun keçirdiklərini bildirib:
“Hazırkı yaş qrupu sonuncu dəfə ötən ilin oktyabrında Qəbələdə təşkil olunan MDB Oyunları zamanı bir araya gəlmişdi. Düzdür, toplanışlar tez-tez olsa, çatışmazlıqları daha erkən aradan qaldıra bilərik. Budəfəki toplanışa aprelin 20-də başladıq və qısa müddət ərzində ardıcıl üç oyun keçirdik. Bir neçə əsas futbolçumuz heyətdə deyildi. U-20 millinin toplanışına qatılanlar və zədəlilər var idi. Əli Bəşirov, Bilal Hacıyev, Uğur Qurbanlı və Mehdi Mütəllimlini qeyd edə bilərəm. Əlbəttə ki, onların yoxluğu bizə müəyyən çətinliklər yaratdı. Buna baxmayaraq, keçirdiyimiz üç oyundan ikisində qələbə qazandıq”.
A. Nəbiyev Rusiya, Qazaxıstan və Pakistan yığmalarına qarşı baş tutan matçları dəyərləndirib:
“Rusiya yığmasına qarşı keçirdiyimiz ilk görüşün birinci hissəsi 0:0 hesabı ilə yekunlaşdı. Fasilədən sonra heyətdə ardıcıl əvəzetmələrə əl atdıq. Dəyişikliklərdən sonra oyunumuzda, futbolçuların fiziki durumunda eniş yaşandı. Ancaq yenə də komanda toparlanaraq ardıcıl iki qələbə qazandı. 6 aylıq fasilədən sonra toplanaraq turnirə hazırlaşmaq həm bizim, həm də futbolçular üçün çətin oldu. Bu yaş qrupu ilə səfərdə ilk beynəlxalq turnirə qatılmışdıq. Buna görə də futbolçularda həyəcan, stress var idi. Həm texniki, həm də fiziki çatışmazlıqları barədə onları məlumatlandırmışıq, həmçinin klubları ilə də görüşəcəyik”.
U-17-nin baş məşqçisi noyabrda Almaniya, Şimali İrlandiya və Litva yığmalarına qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ matçlarına qədər komandanın hazır olacağına inandığını vurğulayıb:
“İlin sonlarında Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyik. Çətin qrupa düşmüşük. Rəsmi oyunlara qədər baş tutacaq toplanışlarda problemləri aradan qaldırmağa çalışacağıq. Perpektivli komandamız var, daha güclü olacaq potensiala malikik”.
Qeyd edək ki, U-17 UEFA İnkişaf Turnirində Rusiya (0:5) yığmasına məğlub olub, Qazaxıstan (1:1, Penaltilərlə 4:2) və Pakistan (1:0) seçmələrinə isə qalib gəlib.
İtaliya A Seriyası təmsilçisi “Milan” futbolçusu Yussuf Fofana ilə yollarını ayırmağa hazırdır. Msport.az xəbər verir ki, “rossonerilər” 27 yaşlı yarımmüdafiəçini […]
Futbolpress.az xəbər verir ki, Paris təmsilçisinin qapıçısı Luka Şevalye və müdafiəçi Əşrəf Hakimi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onlar bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Hakimi və Şevalye PSJ-nin Çempionlar Liqasında “Bavariya”ya qarşı keçirəcəyi cavab oyununu buraxacaq.
Görüş mayın 6-da olacaq. Komandalar arasındakı ilk matçda PSJ qələbə qazanıb – 5:4.
“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq futbolçusu Eşli Yanq karyerasını bitirməyə qərar verib.
Futbolpress.az xəbər verir ki, bu barədə cinah oyunçusu sosial şəbəkə hesabında paylaşım edib. “İpsviç”də çıxış edən 40 yaşlı futbolçu mayın 2-də son matçına çıxacağını bildirib.
Yanq karyerası ərzində “İnter”, “Mançester Yunayted”, “Everton”, “Aston Villa” kimi klublarda forma geyinib.
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Futbolpress.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib:
“Salaməleyküm, əyləşin.
İlk növbədə, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.
Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.
Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.
Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.
Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.
Daha sonra idmançılar çıxış ediblər:
Sərbəst güləşçi Turan Bayramov deyib:
“Cənab Prezident, ilk növbədə, dəyərli vaxtınızı ayırıb bizi qəbul etdiyiniz üçün sərbəst güləş milli komandası adından Sizə təşəkkürlərimizi bildiririk. Ölkəmizi Avropa çempionatında layiqincə təmsil etdik. Komandamız ardıcıl surətdə ikinci dəfədir Avropa çempionu olur. Sizin bizi qəbul etməyiniz məsuliyyətimizi daha da artırır, bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələni edəcəyəm ki, gələcəkdə qarşınıza qızıl medalla çıxım”.
“Cənab Prezident, ilk növbədə, Sizi salamlayıram. Bizi qəbul etdiyiniz üçün çox sağ olun. Bildiyiniz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazandım. Bu, mənim ümumilikdə dördüncü qızılımdır və yarış həqiqətən də çox çətin keçdi. Dördqat Avropa çempionu kimi Azərbaycan yunan-Roma güləşi tarixində bir rekorda imza atdım. Bizi belə dəstəklədiyiniz, bizə göstərdiyiniz diqqət və qayğı üçün Sizə öz təşəkkürümüzü bildiririk. Sizin diqqət və qayğınız bizim üçün ən böyük məsuliyyətdir. Çox sağ olun”.
Qadın güləşçi Jalə Əliyeva bunları söyləyib:
“Cənab Prezident, bu gün burada çıxış etmək mənim üçün böyük şərəfdir. Mən dörd il bundan qabaq da Sizinlə görüşdə iştirak etmişdim. 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuşdum. Bu dəfə isə böyüklərdən ibarət yarışda Avropa mükafatçısı oldum. Biz Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun”.
Prezident İlham Əliyev yekunda bunları deyib:
“Çox sağ olun. Komandamız çoxmillətlidir, hələ hamı Azərbaycan dilini kifayət qədər bilmir, ona görə də rus dilində bir neçə söz demək istərdim. Hamını bir daha təbrik etmək və Azərbaycanı beynəlxalq arenada belə layiqincə təmsil etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Əlbəttə, Avropa çempionatında belə bir mühüm, deyərdim ki, tarixi qələbədən danışarkən xüsusi qeyd etmək istərdim, həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanıblar. Yəni bu, çox əhəmiyyətlidir.
Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda inkişaf edir.
Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin uğuruna, qələbəsinə sevinir və bu, çox qiymətlidir.
Əlbəttə, qeyd etməli olduğum daha bir vacib məqam ondan ibarətdir ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni eyni dərəcədə çox sevindirir. Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın — Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var. Dediyim kimi, vaxtilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm, bu gün isə onlar öz tələbələrinə azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır.
Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur – biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.
Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, – xalça üzərində və xalçadan kənarda, – layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.
Beləliklə, bir daha təbrik edirəm və yeni qələbələr arzulayıram. Sağ olun”.
“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo açıqlama verib.
Futbolpress.az xəbər verir ki, “Record” nəşrinə danışan 40 yaşlı futbolçu liqa ilə bağlı fikirlərini bölüşüb:
“Son zamanlarda xoş olmayan situasiya var. Hamı hakimlərdən, çempionatdan şikayət edir. Bu, yanlışdır. Mövsümün sonunda fikirlərimi daha aydın bölüşəcəyəm. Avropadakı liqalarla rəqabət aparmaq istəyiriksə, özümüzü yaxşı göstərməliyik. Şikayətləri bitirməliyik”.
Ronaldonun komandası çempionatda 30 turdan sonra 79 xalla liderdir və ən yaxın izləyicisi “Əl Hilal”ı 8 xal qabaqlayır.
“Milan” futbolçusu Kristofer Nkunkunu satmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qırmızı-qaralar” fransalı yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək.
Nkunku baş məşqçi Massimiliano Alleqrinin planlarında yer almır.
“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edəcək.
Bakı klubunun keçmiş məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:
“Neftçi” dördüncü yer üçün mübarizə aparmağa davam etmək istəyirsə, mütləq qələbə qazanmalıdır. Məğlubiyyət şanslarını çox azaldacaq. Buna görə, komanda matça maksimum şəkildə hazır olmalıdır”.
Komandalar arasında ötən həftə baş tutan görüşdə “Qarabağ” 5:1 hesablı qələbə qazanıb. Əsədov bu nəticənin bugünkü oyuna mümkün təsirindən söz açdı:
“1:5-in təsiri ola bilər. Belə məğlubiyyətin komandada inamsızlıq yaratmaq ehtimalı var. Amma bəzən də görürük ki, ağır nəticələr geridönüş üçün bir məqama çevrilir. “Neftçi” oyuna son şans kimi baxmalıdır. “Qarabağ”ın gücü isə bəllidir. Komandada daxili atmosfer nə qədər yaxşı olmasa da, meydanda sərgilənən oyun bunları arxa planda qoyur”.
Mütəxəssis “Neftçi”nin durumuna da toxundu:
“Ötən matç göstərdi ki, “Neftçi” hələ yüksək səviyyədə oyun üçün hazır deyil. Vernidubun işi çox olacaq. Məsələ tək taktiki vəziyyətdən getmir, oyunçu profili önəmlidir, komandada bəzi mövqelər gücləndirilməlidir. “Qarabağ”la oyun “Neftçi” üçün test oldu. Gələcək planları qurmaq üçün bu görüşlərdən nələrsə götürmək olar”.
“Neftçi” – “Qarabağ” oyununa saat 20:00-da start veriləcək.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində son oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, yığma üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş millinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.
Bununla da Aqil Nəbiyevin yetirmələri 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb. U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1. Penaltilərlə 4:2) seçmələri ilə qarşılaşıb.
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutacaq.
“Rayo Valyekano” İspaniyada Fransanın “Strasburq” komandasını sınağa çəkəcək. Bu komandaların ilk görüşünü Litvadan olan Donatas Rumşas idarə edəcək.
Günün digər oyununda Ukraynanın “Şaxtyor” (Donetsk) komandası Polşada İngiltərə təmsilçisi – “Kristal Pelas”la qarşılaşacaq. Oyunun baş hakimi almaniyalı Feliks Svayer olacaq.
Xatırladaq ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra – mayın 7-də keçiriləcək.
Avropa Konfrans Liqası Yarımfinalın ilk oyunları 30 aprel
23:00. Rayo Valyekano (İspaniya) – Strasburq (Fransa) Baş hakim: Donatas Rumşas (Litva). Madrid. “Kampo de Valyekas” stadionu.
23:00. Şaxtyor (Donetsk, Ukrayna) – Kristal Pelas (İngiltərə) Baş hakim: Feliks Svayer (Almaniya). Krakov. “Sinerji Arena”.
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, yığma Belarus millisi ilə qarşılaşıb. Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin heyətində qolu Ramil Əliyev vurub.
“Atletiko Mineyro”nun hücumçusu Halk klubunu dəyişməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu barədə Braziliyanın “Globo” nəşri məlumat yayıb. 39 yaşlı futbolçu “Fluminense” ilə anlaşıb. O, yaxın zamanda yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.
Halk “Atletiko Mineyro” ilə 2021-ci ildə Braziliya çempionu olub.
“Neftçi” Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edəcək. “Palms Sports Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
Komandalar aprelin 26-da, XXIX tur çərçivəsində bu arenada üz-üzə gəlmiş və “Qarabağ” 5:1 hesablı qələbə qazanmışdı.
“Neftçi” əzəli rəqibinə qarşı keçirdiyi son 11 oyunda uduzub. Bakılılar bu gün seriyanı qırmaq arzusundadır. Oyunu vacib edən daha bir detal ilə “ağ-qaralar”ın liqada dördüncü pilləyə yüksəlmək şansının olmasıyla bağlıdır.
“Neftçi” bu gün “Qarabağ”la matçda üç xal qazansa, turnir cədvəlində dördüncü olan “Zirə”ni keçəcək və bir xallıq üstünlük yaranacaq. Dördüncü pillənin sahibi “Sabah”ın ölkə kubokunu qazanacağı halda, Konfrans Liqasına yollanacaq.
Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu keçirilib. Msport.az xəbər verir ki, matç “Palms Sports Arena”da […]
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.
Ona yan xətt hakimləri Rəhman İmami ilə Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
“Neftçi Arena”da baş tutacaq oyuna saat 20:00-da start veriləcək.
Xatırladaq ki, sözügedən komandalar bir neçə gün öncə də oxşar məkanda üz-üzə gəlmişdilər. Həmin qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.
“Qarabağ” hazırda Premyer Liqanın yarış cədvəlində 59 xalla ikinci pillədə qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.
Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyun keçirilib.
Futbolpress.az xəbər verir ki, “Neftçi” azarkeşləri önündə “Qarabağ”ı qəbul edib. “Palms Sports Arena”da baş tutan oyun “ağ-qaralar”ın qələbəsiylə başa çatıb.
Bu nəticədən sonra “Sabah” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. “Bayquşlar” ikinci “Qarabağ”ı 13 xal qabaqlayır.
Misli Premyer Liqası XXI turdan təxirə salınmış oyun
30 aprel
20:00 Neftçi – Qarabağ 1:1 Qol: Emil Səfərov, 55 – Elvin Bədəlov, 85 (avtoqol)
Baş hakim: Kamranbəy Rəhimov
“Palms Sports Arena”
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
Mərhələnin ikinci oyununda Madrid “Atletiko”su İspaniyada İngiltərə Premyer Liqasının lideri “Arsenal”ı sınağa çəkib. Tərəflər hərəyə 1 qolla kifayətləniblər. Bu üzdən də bütün suallara cavab görüşündə aydınlıq gələcək.
Xatırladaq ki, mərhələnin ilk oyununda ÇL-in sonuncu qalibi PSJ Fransada Almaniya nəhəngi “Bayern”ə 5:4 hesabı ilə qalib gəlib.
Yarımfinalın cavab görüşləri mayın 5-də və 6-da baş tutacaq.
UEFA Çempionlar Liqası Yarımfinalın ilk oyunları 28 aprel
PSJ (Fransa) – Bayern (Almaniya) 5:4 Qollar: Xviça Kvaratsxeliya, 24; 56. Joao Neves, 33. Usman Dembele, 45+5-pen; 58 – Harri Keyn, 17-pen. Maykl Olise, 41. Dayo Upamekano, 65. Luis Dias, 68. Baş hakim: Sandro Şerer (İsveçrə). Paris. “Park de Prens” stadionu.
29 aprel
Atletiko (Madrid, İspaniya) – Arsenal (İngiltərə) 1:1 Qollar: Xulian Alvares, 56-pen – Viktor Dyökereş, 44-pen. Baş hakim: Danni Makkeli (Niderland). Atletiko. “Metropolitano” stadionu.
Fransa çempionatında mübarizə aparan “Tuluza” klubu cari mövsümün sonunda baş məşqçi Karles Martines ilə yollarını ayıracaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Liqa 1 təmsilçisi bu ilin 30 iyununa qədər qüvvədə olan müqavilənin müddətini uzatmayacaqlarını təsdiqləyib. Beləliklə, 41 yaşlı ispaniyalı mütəxəssis yayda vəzifəsindən ayrılacaq.
Xatırladaq ki, Karles Martines 2023-cü ildən sözügedən komandanı çalışdırırdı. Bu, onun klub səviyyəsində müstəqil şəkildə ilk iş təcrübəsidir. İspan mütəxəssis “Tuluza”nı indiyə qədər bütövlükdə 118 oyuna çıxarıb. Liqa 1 təmsilçisi bu görüşlərdə 42 qələbə qazanıb, 30 heç-heçə edib, 46 məğlubiyyətə üzülüb.
“Tuluza” hazırda Fransa Liqa 1-in 2025/2026-cı illər mövsümünün turnir cədvəlində 31 oyuna topladığı 38 xalla 10-cu yerdə qərarlaşıb. Komanda 10 qələbə qazanıb, 8 heç-heçə edib, 13 məğlubiyyət görüb.
FİFA bu il təşkil ediləcək futbol üzrə dünya çempionatı (DÇ-2026) üçün ayıracağı mükafat fondunun artırıldığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Vurğulanır ki, yeni qərara əsasən mundialın ümumi mükafatının məbləği 15 faiz artırılaraq 871 milyon dollara çatdırılıb.
Turnirdə iştirak edəcək hər komanda minimum 12,5 milyon dollar qazanacaq. Əlavə olaraq, hazırlıq və təsnifat ödənişləri də yüksəldilib.
Qeyd edilir ki, FİFA-nın bu addımı yüksək xərclərlə bağlı federasiyaların narahatlıqlarını azaltmaq məqsədi daşıyır.
DÇ-2026 bu il ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçiriləcək. İyunun 11-dən iyulun 19-na qədər davam edəcək bu dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq ki, bu da rekord göstəricidir.
Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün qalibini müəyyənləşdirəcək final seriyasına start verilib.
Arena.az xəbər verir ki, bu gün “Sabah” və “Abşeron Lions” komandaları arasındakı final seriyasının ilk oyunu keçirilib.
Bakı İdman Sarayında baş tutmuş oyuna “Abşeron Lions” üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran “Sabah” basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Final seriyasının ikinci oyunu mayın 2-də baş tutacaq. Qarşılaşmaya saat 14:00-da start veriləcək.
Qeyd edək ki, ABL-in 2025/2026-cı illər mövsümünün reqlamentinə əsasən, final seriyasında ən tez üç qələbə qazanmış komanda Azərbaycan çempionu olacaq.
Azərbaycan Basketbol Liqasının sonuncu qalibi məhz “Sabah” komandasıdır.
Futbol üzrə Burkina Faso millisinin mərkəz müdafiəçisi Edmond Tapsoba Almaniyanın “Bayer” klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Leverkuzen klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı yeni müqavilənin müddəti 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti 2028-ci ilin 30 iyununda bitəcəkdi.
Xatırladaq ki, Edmond Tapsoba 2020-ci ilin yanvar ayından Leverkuzen təmsilçisinin uğurları üçün çalışır. “Bayer” onu həmin vaxt Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubundan 20,2 milyon avroya transfer etmişdi. Tapsoba indiyə qədər “Bayer”də 267 oyuna çıxıb, 13 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
Tapsoba daha öncə “Salitas”, “Uaqaduqu”, “Leyksoeş”, “Vitoriya” kimi klubların da şərəfini qoruyub.
Edmond 2016-cı ilin avqustunda debüt etdiyi Burkina Faso yığmasının heyətində 60 oyuna çıxıb, 4 qola imza atıb, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirəcəkləri cavab oyununu buraxa bilər.
Arena.az xəbər verir ki, Almaniya nəhəngi ilə doğma meydanda baş tutmuş ilk oyunda (5:4) zədə almış futbolçu ilkin tibbi müayinədən keçib.
Müayinənin nəticələri oyunçudakı problemin sadəcə əzələ qıcolmaları olması ilə bağlı ilkin versiyanı təkzib edir. Bu səbəbdən mərakeşli futbolçu tezliklə daha ətraflı tibbi testlərə cəlb olunacaq. Əgər futbolçuda ciddi problem aşkarlanarsa, onun mövqeyində müvəqqəti olaraq yarımmüdafiəçi Uorren Zair-Emeri çıxış edəcək.
Xatırladaq ki, PSJ və “Bayern” arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması mayın 6-da Münhendə baş tutacaq. Bu cütün qalibi finalda “Atletiko” – “Arsenal” cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Əşrəf Hakimi Madrid “Real”ının yetirməsidir. İspaniya nəhəngi bir müddət Dortmund “Borussiya”sında (Almaniya) icarədə də olmuş müdafiəçini 2020-ci ildə 43 milyon avroya Milan “İnter”inə satıb. PSJ isə Əşrəfi 2021-ci ilin yayında 68 milyon avro müqabilində heyətinə qatıb. 27 yaşlı futbolçunun Paris klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Hakimi indiyə qədər Fransa nəhənginin heyətində 206 oyuna çıxıb, 28 qol və 44 məhsuldar ötürmə müəllifi olub.
2016-cı ildə Mərakeş yığmasında debüt etmiş Hakimi millinin heyətində 95 oyun keçirib, 11 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
İspaniyanın “Qranada” komandasının əlcəzairli qapıçısı, ötənlərin məşhur futbolçusu Zinədin Zidanın oğlu Luka Zidan ağır zədə alıb.
Arena.az xəbər verir ki, “Almeriya” ilə oyunda toqquşma nəticəsində zədələnmiş qolkiperin çənə sümüyündə sınıq aşkarlanıb.
Bu səbəbdən o, mövsümün qalan hissəsini buraxacaq. Lukanın qarşıdakı dünya çempionatında iştirakı da sual altına düşüb. Əməliyyat olunacağı halda Zidanın mundialı qaçırması ehtimalı yüksəkdir.
Xatırladaq ki, əfsanəvi futbolçu Zinədin Zidanın oğlu əvvəllər Fransanın gənclər komandalarında çıxış edib. O, ötən il ata tərəfdən nənə-babasının vətəni olan Əlcəzairin şərəfini qorumaq qərarına gələrək vətəndaşlığını dəyişib.
Luka Zidan 2024-cü ilin yayından “Qranada”da çıxış edir. 27 yaşlı qolkiper bu komandanın heyətində meydana çıxdığı 45 oyunda 57 top buraxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.
Luka “Eybar”, “Real”, “Kastilya”, “Rasinq”, “Rayo Valyekano” kimi komandalarda da çıxış edib.
Almaniya çempionu “Bayern”in təcrübəli qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının (ÇL) antirekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, bu, ÇL-in 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin PSJ (Fransa) ilə ilk oyununda qeydə alınıb.
Almaniyalı qolkiper 4:5 hesabıyla uduzduqları matçda qapıya vurulan 5 zərbədən heç birini dəf edə bilməyib. PSJ futbolçularının çərçivəyə endirdiyi zərbələrin hamısı qollarla nəticələnib. Beləliklə, Noyer turniridə nadir antirekordu təkrarlayıb.
Oxşar hadisə sonuncu dəfə 2000-ci ildə baş verib. O zaman “Çelsi”nin qapıçısı Ed de Qeye də “Barselona”ya qarşı 1/4 finalda bir dənə də olsun seyv etmədən 5 qol buraxmışdı.
Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 35 oyuna çıxıb, 38 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib.
Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 596 oyun, 497 buraxılmış qol və 269 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 13 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 40 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.
Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Şəfa” – “Şimal” matçında qapılara qol vurulmayıb. MOİK “Şahdağ Qusar”la ev oyununda tək qolla uduzub. Səkkiz qolun qeydə alındığı “Mingəçevir” – “Zaqatala” oyununda isə meydan sahibləri darmadağına seviniblər.
24-cü turun qalan görüşləri aprelin 30-da keçiriləcək.
İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Co Koul polşalı hücumçu Robert Levandovskinin “Liverpul”da oynamasını arzu edir.
Arena.az xəbər verir ki, “Barselona”nın 37 yaşlı polyak ulduzunun cari mövsümün sonunda Kataloniya klubunu böyük ehtimalla azad agent qismində tərk edəcək.
Bu arada Co Koul “Liverpul”a “Lyova” ilə müqavilə imzalamğı tövsiyə edib:
“Fikrimcə, “Liverpul”a öndə təcrübəli hücumçu mane olmaz. Robert Levandovski ilə müqavilə imzalamaq olar”, deyə Koul bildirib.
Xatırladaq ki, Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir. Amma tərəflərin bu ilin yayında yollarını ayırması gözlənilir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 41 oyuna çıxıb, 17 qol vurub, 4 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 188 oyun, 118 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 165 oyun keçirib, 89 qol vurub, 38 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
“Liverpul”un mərkəz müafiəçisi İbrahima Konate “qırmızılar”la cari mövsümün sonunda başa çatacaq müqaviləsindən danışıb.
Arena.az xəbər verir ki, fransalı futbolçu Premyer Liqa nəhəngi ilə yeni müqavilə bağlamaq niyyətində olduğunu gizlətməyib:
“Böyük ehtimal var ki, mən növbəti mövsümdə də burada qalacağam. Bu, elə, həmişə istəyində olduğumdur”, deyə Konate vurğulayıb.
Yeri gəlmişkən, “Liverpul”un macar yarımmüdafiəçisi Dominik Soboslai də “qırmızılar”a münasibətini açıqlayıb:
“Burada olmaq çox xoşuma gəlir. Ailəm xoşbəxtdir. Həm klubu, həm də azarkeşləri sevirəm”, deyə Soboslai vurğulayıb.
Xatırladaq ki, Dominik Soboslai 2023-cü ildən “Liverpul”un formasını geyinir. 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin İngiltərə klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. Macar futbolçu “qırmızılar”ın heyətində 143 oyuna çıxıb, 27 qol vurub, 23 məhsuldar ötürmə müəllifi olub.
İbrahima Konate isə 2021-ci ildən “Liverpul”un uğurları üçün çalışır. 26 yaşlı müdafiəçi “qırmızılar”ın heyətində 179 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Türkiyə Futbol Federasiyası (TFF) Türkiyə Kubokunun 2025/2026-cı illər mövsümünün final oyununun keçiriləcəyi stadionu açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, həlledici qarşılaşma Antalya Stadionunda baş tutacaq.
Final matçının tarixi mayın 24-dən 22-nə dəyişdirilib. Həlledici görüşə Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.
Xatırladaq ki, turnirin yarımfinalında “Beşiktaş” “Konyaspor”la, “Trabzonspor” “Gənclərbirliyi” ilə üz-üzə gələcək. “Beşiktaş”ın “Konyaspor”la görüşü mayın 5-də baş tutacaq. Digər finalçının adına isə mayın 13-də aydınlıq gələcək. Hər iki qarşılaşmaya saat 21:30-da start veriləcək.
Türkiyə Kubokunun sonuncu qalibi “Qalatasaray”dır. İstanbul təmsilçisi həm də bu turnirin rekordçusudur – 19 titul. “Beşiktaş” 11, “Trabzonspor” 9 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva qadınlar arasında UEFA Çempionlar Liqasına təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Könül Mehdiyeva qadınlar arasında UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Barselona” (İspaniya) – “Bayern” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.
Sözügedən komandalar arasındakı görüş mayın 3-də Barselona şəhərində yerləşən “Nou Kamp” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.
Xatırladaq ki, İspaniya və Almaniya nəhəngləri arasında aprelin 25-də Münhen şəhərində keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 1:1.
Qadınlar arasında UEFA Çempionlar Liqasının digər finalçısının adına mayın 2-də keçiriləcək “Olimpik” (Lion, Fransa) – “Arsenal” (İngiltərə) matçında aydınlıq gələcək. Bu komandaların ilk görüşündə ingilislər 2:1 hesablı qələbəyə seviniblər.
Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək. Ona yan xətt hakimləri Rəhman İmami ilə Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma sabah – aprelin 30-da “Neftçi Arena”da baş tutacaq.
Xatırladaq ki, sözügedən komandalar bir neçə gün öncə də oxşar məkanda üz-üzə gəlmişdilər. Həmin qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Almaniya çempionu “Bayern”in ingilis hücumçusu Harri Keyn futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) unikal nailiyyətə imza atıb.
Arena.az xəbər verir ki, 32 yaşlı forvard ötən gecə ÇL-in yarımfinal mərhələsinin PSJ (Fransa) ilə ilk oyununda bir qol vurub.
Bununla da Keyn ÇL-də çıxdığı ardıcıl 6-cı matçda qol müəllifi olub. O, əvvəlki beş Çempionlar Liqası matçında – “Union”, PSV, “Atalanta” və “Real”la (həm ilk, həm də cavab oyununda) görüşlərdə də fərqlənmişdi. Nəticədə Keyn sözügedən turnirdə ingiltərəli futbolçular arasında yeni rekord müəyyənləşdirib.
Keyn son 6 matçda 8 qol vurmaqla 2008-ci ildə ardıcıl beş oyunda fərqlənmiş həmyerlisi Stiven Cerrardın da rekordunu qırıb.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 46 oyuna çıxıb, 54 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 142 oyun, 139 qol və 33 məhsuldar ötürmədən ibarətdir.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 112 oyuna 78 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.
“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı bəzi qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
“Araz Saatlı” – “Göygöl” oyununda “Göygöl”ün 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.
“Xankəndi” – “Qaradağ Lökbatan” oyununda “Xankəndi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Xankəndi”nin futbolçusu Elvin Nəsibov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Xankəndi” buna görə 50 manat cərimə ödəyəcək. Oyunun 90+10-cu dəqiqəsində “Xankəndi”nin futbolçusu Müşfiq Teymurov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Xankəndi” buna görə 250 manat cərimə edilib. Meydançaya kənar əşya atıldığına görə “Xankəndi” 200 manat cərimə edilib. Oyunun 90+8-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Ülvi Sarıyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Qaradağ Lökbatan” buna görə 800 manat cərimə edilib. Oyun bitdikdən sonra “Qaradağ Lökbatan”ın futbolçusu Hakan Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Lökbatan komandası buna görə 50 manat cərimə edilib.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 29-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Premyer Liqa, 29-cu tur
“İmişli” – “Sumqayıt” oyununda “İmişli”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib. Oyun “Sumqayıt”ın formasında qüsurlar olması səbəbindən gec başladığına görə sözügedən klub 1500 manat cərimə edilib. “Sumqayıtın azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə sözügedən klub 8000 manat cərimə ödəyəcək. Oyun bitdikdən sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə bu komanda daha 3000 manat cərimə edilib.
“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə paytaxt komandası 5000 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə paytaxt klubu 8000 manat cərimə edilib. “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə Ağdam komandası 7000 manat cərimə edilib.
“Sabah” – “Karvan” oyununun 64-cü dəqiqəsində “Sabah”ın futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Sabah” buna görə 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə paytaxt komandası 6500 manat cərimə edilib. Oyunun 36-cı dəqiqəsində “Karvan”ın futbolçusu Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Yevlax komandası buna görə 500 manat cərimə edilib.
16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-16) aprelin 30-da Bakıda təlim-məşq toplanışına başlayacaq.
Arena.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək U-16 ardından Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq.
Komandamız Litva, Rumıniya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq. Oyunlar Binə stadionunda keçiriləcək.
Azərbaycan yığmasına dəvət edilmiş futbolçuların adlarını və keçirəcəyi oyunların təqvimini nəzərinizə çatdırırıq: