Normal view

Today — 16 February 2026Sport-AZ

La Liqa: “Atletiko” “Rayo Valyekano”ya böyük hesabla uduzdu

16 February 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.

“Real Ovyedo” doğma meydanda “Atletik”ə, “Levante” “Valensiya”ya, “Malyorka” da “Betis”ə məğlub olub. Səfərdə “Rayo Valyekano” ilə qarşılaşmış Madrid “Atletiko”su da 3 cavabsız qolla uduzub.

24-cü tura fevralın 16-da keçiriləcək “Jirona” – “Barselona” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
24-cü tur
13 fevral

Elçe – Osasuna 0:0

14 fevral

Espanyol – Selta 2:2
Qollar: K.Qarsiya, 66. T.Dolan, 86 – Yutqla, 38. B.İqlesias, 90+3.

Xetafe – Vilyarreal 2:1
Qollar: Arambarri, 41-pen. Satriano, 53 – Mikautadze, 76.

Sevilya – Alaves 1:1
Qollar: D.Sou, 42 – T.Martines, 60.

Real – Real Sosyedad 4:1
Qollar: Q.Qarsiya, 5. Vinisius, 25-pen; 48-pen. F.Valverde, 31 – Oyarsabal, 21-pen.

15 fevral

Real Ovyedo – Atletik 1:2
Qollar: Kaira, 30 – Xaureqisar, 58. Sanset, 71-pen.

Rayo Valyekano – Atletiko 3:0
Qollar: F.Peres, 40. Valentin, 45. Mendi, 76.

Levante – Valensiya 0:2
Qollar: Ramazani, 64. U.Sadiq, 84.

Malyorka – Betis 1:2
Qollar: Muriqi, 66 – Ezzalzuli, 18. Bakambu, 45+2.

16 fevral

00:00. Jirona – Barselona

Liqa 1: Lion “Olimpik”i “Nitsa”nı xalsız yola saldı

16 February 2026 at 01:50

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.

“Havr” doğma meydanda “Tuluza”ya, “Loryan” “Anje”yə, Lion “Olimpik”i də “Nitsa”ya qalib gəlib. “Mets” isə “Oser”lə ev oyununda məğlubiyyətə üzülüb.

Beləliklə, geridə qalmış 22 turdan sonra 52 xala malik “Lans” vahid liderdir. PSJ 51 xalla ikinci, Lion “Olimpik”i 45 xalla üçüncü pillədə qərarlaşıb. Marsel “Olimpik”inin 40, “Lill” və “Renn”in 34 xalları var.

Fransa, Liqa 1
22-ci tur
13 fevral

Renn – PSJ 3:1
Qollar: Tamari, 34. Lepaul, 69. Embolo, 81 – Dembele, 72

Monako – Nant 3:1
Qollar: Adinqra, 25; 28. Zakariya, 30. Kentonse, 45+1.

14 fevral

Olimpik (Marsel) – Strasburq 2:2
Qollar: Qrinvud, 14. Quiri, 47 – Nanasi, 73. Panikelli, 90+7-pen.

Lill – Brest 1:1
Qollar: Perrin, 71 – Laskari, 58.

Paris – Lans 0:5
Qollar: Said, 24; 38. Toven, 58-pen. Fofana, 90; 90+5.

15 fevral

Havr – Tuluza 2:1
Qollar: Sumare, 43; 53 – Sidibe, 45+3.

Loryan – Anje 2:0
Qollar: Paqis, 9. Makenqo, 58.

Mets – Oser 1:3
Qollar: Mbala, 90+4 – Sane, 4-öz qapısına. Mbula, 76-öz qapısına. Danols, 89.

Olimpik (Lion) – Nitsa 2:0
Qollar: Tolisso, 45+1. Nartey, 64.

A Seriyası: “Napoli” – “Roma” matçında məhsuldar heç-heçə

16 February 2026 at 01:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

“Kremoneze” – “Cenoa” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Napoli” – “Roma” görüşündə də qalib müəyyənləşməyib. “Udineze” evdə “Sassuolo”ya, “Torino” “Bolonya”ya uduzub, “Parma” “Verona”nı xalsız yola salıb.

25-ci tura fevralın 16-da keçiriləcək “Kalyari” – “Leççe” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
25-ci tur
13 fevral

Piza – Milan 1:2
Qollar: Loyola, 71 – Loftus-Çik, 39. Modriç, 85.

14 fevral

Komo – Fiorentina 1:2
Qollar: Parisi, 77-öz qapısına – Facoli, 26. M.Kin, 54-pen.

Latsio – Atalanta 0:2
Qollar: Ederson, 41-pen. Zalevski, 60.

İnter – Yuventus 3:2
Qollar: Kambyazo, 17-öz qapısına. Espozito, 76. Zyelinski, 90 – Kambyazo, 26. Lokatelli, 83.

15 fevral

Udineze – Sassuolo 1:2
Qollar: Solet, 10 – Loryente, 56. Pinamonti, 58.

Kremoneze – Cenoa 0:0

Parma – Verona 2:1
Qollar: Bernabe, 4. Pelleqrino, 90+3 – Harrui, 43-pen.

Torino – Bolonya 1:2
Qollar: Vlaşiç, 62 – Vlaşiç, 49-öz qapısına. S.Kastro, 70.

Napoli – Roma 2:2
Qollar: Spinatsola, 40. A.Santos, 82 – Malen, 7; 71-pen.

16 fevral

23:45. Kalyari – Leççe

Azərbaycan Kubokunda 1/8 final başa çatdı

15 February 2026 at 22:19

Futzal üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Baku Fire” “Ulduz”u darmadağın edib. PFL “Timsport”a, “Star Kargo” isə “Şuşa”ya qalib gəlib.

Azərbaycan Kuboku
1/8 final

Ulduz – Baku Fire-2 1:12
STAR kargo – Şuşa10:8
Timsport – PFL 4:15

1/4 final

U-19 – Yeni Suraxanı / PFL
Lənkəran – Baku Fire-2
STAR kargo – Neftçi İK
Xan-Lənkəran – Araz-Naxçıvan

Demçenkodan qələbə şərhi

15 February 2026 at 20:01

Azərbaycan Premyer Liqasının XX turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Yaxşı oynadıq və istədiyimiz üç xalı qazandıq. Futbolçularım döyüşürdülər, qələbə üçün hər şeyi etdilər. Görmək istədiklərimizi gördük, futbolçuların istəyi var idi. Öyrənməli olduğumuz nüanslar var ki, işləməliyik. Futbolçulara da təşəkkürümü etdim. Aydın idi ki, hamı bu gün can yandırırdı.

– Qələbə ilə oyunçuların psixoloji durumunu düzəltmək, yoxsa sisteminizi qəbul etdirmək daha vacibdir?
– Sistem üzərində çalışırıq. Futbolçularda istəyi görürük, bu, vacibdir. Futbolçuların hamısı motivasiyalıdır, özgüvənləri yerindədir.

Şahin Cəfərov

Vitor Pereyra – “Nottingem Forest”in yeni baş məşçqisi!

15 February 2026 at 23:30

Portuqaliyalı futbol mütəxəssisi Vitor Pereyra İngiltərə Premyer Liqasında mübarizə aparan “Nottingem Forest”ə baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

57 yaşlı məşqçi ilə müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bir neçə gün öncə istefaya göndərilmiş Şon Dayçı əvəz edib.

Şon Dayç 2025-ci ilin oktyabrından etibarən “meşəçilər”in “sükanı arxasında” idi. O, sözügedən komandanı bütövlükdə 25 oyuna çıxarıb, 10 qələbə, 5 heç-heçə və 10 məğlubiyyət görüb. Şon Dayç daha öncə “Uotford”, “Börnli” və “Everton”da da baş məşqçi kimi çalışıb.

Bu, cari mövsümdə “Nottingem Forest”də üçüncü məşqçi istefasıdır. Sentyabrda Nuno Espirito Santo komandadan ayrılmışdısa, oktyabrda Angelos Postekoqlu da vəzifəsindən göndərilmişdi.

Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 27 xalla 17-ci pillədə qərarlaşıb və aşağı sıralardan uzaqlaşmaq uğrunda mübarizə aparır.

Vitor Pereyra daha öncə “Flamenqo”, “Korintians”, “Fənərbağça”, “Şanxay”, “1860 Münhen”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu”, “Santa Klara”, “Espinyo”, “Sanxoanense”, “Vulverhempton” kimi komandaları da çalışdırıb.

Super Liqa: “Beşiktaş” “Başakşəhər”i son dəqiqə qolu ilə yendi

15 February 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də üç qarşılaşma baş tutub.

“Göztəpə” – “Kayserispor” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Başakşəhər” – “Beşiktaş” görüşündə qonaqlar son dəqiqə qolu ilə qalib gəliblər. “Kocaelispor” isə doğma meydanda “Qaziantep”ə 3 cavabsız qolla qalib gəlib.

22-ci turun qalan görüşləri fevralın 16-da keçiriləcək.

Türkiyə, Super Liqa
22-ci tur
13 fevral

Antalyaspor – Samsunspor 3:1
Qollar: Ballet, 6; 22. Storm, 72 – Ntçam, 90+6-pen.

Qalatasaray – Eyüpspor 5:1
Qollar: Y.Akgün, 2. İkardi, 33; 48; 70. Onquene, 87-öz qapısına – M.Altunbaş, 71.

14 fevral

Gənclərbirliyi – Rizəspor 2:2
Qollar: Sou, 18-öz qapısına. Koita, 45 – Pala, 77; 87.

Alanyaspor – Konyaspor 2:1
Qollar: Ruan, 37. Haderqyonay, 80-pen – Bardi, 83.

Trabzonspor – Fənərbağça 2:3
Qollar: Muçi, 6. Onuaçu, 43 – Talişka, 15. K.Aktürkoğlu, 34. Asensio, 48.

15 fevral

Kocaelispor – Qaziantep 3:0
Qollar: Aqyei, 36. S.Dursun, 76. Rivas, 81.

Göztəpə – Kayserispor 0:0

Başakşəhər – Beşiktaş 2:3
Qollar: Selke, 36. B.Yıldırım, 88 – Hyen-Qyu, 43. O.Kökçü, 58. M.Həkimoğlu, 90+7.

16 fevral

21:00. Kasımpaşa – Karagümrük

Yesterday — 15 February 2026Sport-AZ

Bundesliqa: “Auqsburq” “Haydenhaym”ı tək qolla yendi

15 February 2026 at 22:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 oyun baş tutub.

Dörd qolun qeydə alındığı “Leypsiq” – “Volfsburq” matçında qalib müəyyənləşməyib. “Auqsburq” isə doğma meydanda “Haydenhaym”ı tək qolla üstələyib.

Beləliklə, 22 turdan sonra 57 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 51 xalla ikinci, “Hoffenhaym” 45 xalla üçüncü pillədə qərarlaşıb. “Ştutqart” 42, “Leypsiq” 40, “Bayer” 39, “Ayntraxt” 31 xal toplayıb.

Almaniya, Bundesliqa
22-ci tur
13 fevral

Borussiya (Dortmund) – Maynts 4:0
Qollar: Jirassi, 10; 42. Bayer, 15. Köhr, 84-öz qapısına.

14 fevral

Bayer – Sankt Pauli 4:0
Qollar: Kuansa, 13. Şik, 14. Tapsoba, 52. Poku, 78.

Ayntraxt – Borussiya (Mönhenqladbax) 3:0
Qollar: Braun, 24. Amaimuni, 34. Knauff, 75.

Hamburq – Union Berlin 3:2
Qollar: Koniqsdorffer, 35; 82. Kapaldo, 45+2 – Kerfeld, 28-pen. İliç, 89.

Hoffenhaym – Frayburq 3:0
Qollar: Asllani, 46. O.Kabak, 51. Gendrey, 90+5.

Verder – Bayern 0:3
Qollar: H.Keyn, 22-pen; 25. Qoretska, 70.

Ştutqart – Köln 3:1
Qollar: Demiroviç, 15; 84. Undav, 90+2.

15 fevral

Auqsburq – Haydenhaym 1:0
Qol: Klod-Mauris, 80-pen.

Leypsiq – Volfsburq 2:2
Qollar: Diomande, 70. Qruda, 89 – Amura, 52. Svanberq, 78.

Vüsal İsgəndərli “Tirana”ya da qol vurdu

15 February 2026 at 22:00

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 24-cü turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:0. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 72-ci dəqiqəsində əvəzlənib. Komandasının ikinci qolunu da 37-ci dəqiqədə azərbaycanlı futbolçu vurub.

“Partizani” 24 turdan sonra 33 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 24 oyunda 9 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 23 oyuna çıxıb, 5 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Futzal: Azərbaycan Kubokunda 1/4 final cütləri bəlli oldu

15 February 2026 at 21:30

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşmanın keçirilməsi nəzərdə tutulsa da, onlardan üçü baş tutub.

“Yeni Suraxanı” U-19-la görüşə gəlmədiyinə görə, matçın nəticəsi haqda AFFA-nın İntizam Komitəsi qərar verəcək. Günün ilk matçında “Baku Fire-2” böyükhesablı qələbə qazanıb. Birinci Liqanın iddialı təmsilçilərindən “STAR Karqo” – “Şuşa” dueli isə ən maraqlı görüş olub. Matçın əvvəlində Yüksək Liqa klubu hesabda öndə olsa da, aşağı liqa təmsilçisi sona yaxın hadisələrin axarını xeyrinə dəyişib və qələbə qazanıb. Son görüşdə isə Azərbaycan kubokunun son qalibi olan PFL böyükhesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.

Futzal, Azərbaycan Kuboku
1/8 final
14 fevral

Baku Fire – Araz-Naxçıvan 1:5
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Hakim-inspektor: Murad Məmmədov.

Neftçi İK – Trabzon Azərbaycan 14:3
Hakimlər: Hidayət Feyzullayev, Anar Fərəcov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.

Lənkəran – Atletiko Baku 17:3
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Ramiz Əsədov.

Xan-Lənkəran – Dəstə Ordubad 6:3
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.

15 fevral

Ulduz – Baku Fire-2 1:12
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Murad Məmmədov.

U-19 – Yeni Suraxanı matçı baş tutmayıb
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.

STAR karqo – Şuşa 10:8
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Azad Hüseynov.

Timsport – PFL 4:15
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.

Azərbaycan Kubokunda 1/4 final cütləri:

U-19/Yeni Suraxanı – PFL
Lənkəran – Baku Fire-2
STAR karqo – Neftçi İK
Xan-Lənkəran – Araz-Naxçıvan

Eddi Hau “Nyukasl”ın zədəli futbolçularından danışdı

15 February 2026 at 21:00

“Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı rəqibi “Nyukasl”ın baş məşqçisi Eddi Hau heyətdəki zədəli futbolçuların durumunu açıqlayıb.

Arena.az xəbər verir ki, mütəxəssis bu barədə Britaniya mətbuatına danışıb.

“Nyukasl” ötən gün İngiltərə Federasiya Kubokunun 4-cü mərhələsi çərçivəsində səfərdə “Aston Villa” ilə qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.

Eddi Hau kubok matçında komandaya kömək edə bilməyən bəzi futbolçuların durumu barədə bunları danışıb:

“Hazırda əsas narahatlığımız Bruno Gimaraynşla bağlıdır. Onun zədəsinin nə dərəcədə ciddi olduğunu və hansı müddətə kənarda qalacağını müəyyənləşdirmək üçün müayinələrin tam nəticəsini gözləyirik. Lyuis Mayli də bud nahiyəsindən aldığı zərbə və əzələ zədəsi səbəbindən bir müddət bizə kömək edə bilməyəcək. Joelintonun bərpa prosesi çox yaxşı gedir və qayıdışı uzaqda deyil. Tino Livramento isə artıq yaşıl meydanda məşqlərə başlayıb və martın əvvəlində tam hazır olacağını gözləyirik”.

Xatırladaq ki, “Qarabağ”la “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə (saat 00:00) İngiltərədə təşkil ediləcək.

“Tottenhem”də Vilson Odober də sıradan çıxdı

15 February 2026 at 16:00

İngiltərənin “Tottenhem” klubunun fransalı sol vingeri Vilson Odober zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı fransalı futbolçunun dizində ön çarpaz bağları qopub. Bu üzdən də o, yaxın vaxtlarda əməliyyat olunacaq və uzun müddət meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Vilson Odober 2024-cü ilin yayında İngiltərənin “Börnli” klubundan 29,3 milyon avro müqabilində “Tottenhem”ə keçib. Cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxmış hücumçu 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Tottenhem” karyerası bütövlükdə 54 oyun, 5 qol və 5 assistdən ibarətdir.

Vilson Odober futbola “Trilpor” klubunda qədəm qoyub. Buradan PSJ-yə yol tapmış hücumçu böyük futbolda “Trua”nın heyətində debüt edib, ardınca “Börnli”də oynayıb.

Vilson Odober Fransanın U-16, U-18, U-19, U-20, U-21 və U-23 yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.

Odober 2024/2025-ci illər mövsümündə “Tottenhem”lə Avropa Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı fransalı sol vingerin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:0 – Video

15 February 2026 at 20:30

Azərbaycan Premyer Liqasının 20-ci turunun “Araz-Naxçıvan” – “Sumqayıt” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Mərdəkanda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
20-ci tur
15 fevral

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:0
Qol: Ramon Maçado, 45+5-pen.
Sarı vərəqə: Bar Kohen, 30 (qeyri-idman hərəkəti). Mustafa Əhmədzadə, 62 (qeyri-idman hərəkəti). Rahil Məmmədov, 66 (hakimin qərarına etiraz). Coşqun Diniyev, 67 (qeyri-idman hərəkəti). Slavik Alxasov, 87 (qeyri-idman hərəkəti) – Höccət Haqverdi, 90+3 (hakimin qərarına etiraz).
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Rikkardo De Vivo, 73 (hakimin qərarına etiraz) – Saşa İliç, 52 (hakimin qərarına etiraz).
Qırmızı vərəqə: Aleksandr Ramalinqom, 74 (təcavüzkar davranış).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 17:00. “Dalğa Arena”, 150 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado (23. Nuno Rodriqes, 85), 10. Felipe Santos (14. Ülvi İsgəndərov, 85), 70. Çarlz Boli (7. Hamidu Keyta, 60), 19. Bar Kohen (11. Ba-Muaka Simakala, 68).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 77. Bruno Franko.
Baş məşqçi: Andrey Demçenko.

Sumqayıt: 1. Mehdi Cənnətov (k), 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə (29. Emil Mustafayev, 83), 19. Roi Kehat (23. Ronaldo Vaskes, 68), 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (8. Səbuhi Abdullazadə, 68), 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç (6. Sedrik Badolo, 75), 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji.
Baş məşqçi: Saşa İliç.

Demçenko: “Futbolçular qələbə üçün hər şeyi etdilər”

15 February 2026 at 20:00

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Andrey Demçenko qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oynadıq və istədiyimiz 3 xalı qazandıq. Futbolçularım döyüşdülər, qələbə üçün hər şeyi etdilər. Görmək istədiklərimizi gördük, futbolçuların istəyi var idi. Öyrənməli olduğumuz nüanslar var. Ona görə daha çox işləməliyik. Futbolçulara da təşəkkürümü etdim. Aydın idi ki, bu gün hamı can yandırırdı.

Biz sistem üzərində çalışırıq. Vacib olan odur ki, futbolçularda istəyi gördük. Futbolçuların hamısı motivasiyalıdır, özgüvənləri yerindədir”.

İliç: “Bizi asan oyunlar gözləmir”

15 February 2026 at 19:31

Azərbaycan Premyer Liqasının XX turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Məğlub olmamalı idik. Penaltidən buraxılan qolla uduzduq. Ümumi oyun bərabər gedirdi.

– Bu gün komanda özünə bənzəmirdi. Sizcə, “Zirə” ilə ardıcıl oyunlar komandaya psixoloji və fiziki təsir etdi?
– Razı deyiləm. Üç oyunda da bərabər səviyyə göstərdik. Sadəcə futbolda belə hallar olur. Bəzən bəxtin gətirmir, bəzən nəsə alınmır. Amma üç matçı da eyni keçirmişik.

– Qarşıdan autsayderlərlə oyunlar gəlir. Ardıcıl bu üç oyunda fürsətdən istifadə edib, yerinizi möhkəmləndirə bilərsiniz?
– Deməzdim zəif komandalardır. “Qəbələ” müəyyən səviyyədə olan, nəticələr qazanan komandadır. Bizi asan oyunlar gözləmir. Bütün matçlar ciddidir.

– Bu heyət istədiyinizdir, ya transferlər lazımdır?
– Əslində, güclənməyimizə ehtiyac var. Amma hələki bu heyətlə davam edirik.

– Yeni mövsüm də burda qalıb, iddialı heyətlə avrokuboklara oynamaq istəyirsiniz, ya bu mövsüm alınmazsa, getməyi düşünürsünüz?
– 
Bu haqda danışmaq tezdir. Qarşıda vacib oyunlarımız var. Avrokubok uğrunda mübarizə aparmağa çalışacağıq. Ciddi oyunlarımız var.

– Mövsümün əvvəlində sanki komanda daha əhvalı yaxşı idi. Ancaq ikinci dövrədə sanki nəsə məyusluq var. Bu, nəticələrlə bağlıdır?
– Həmişə pozitivəm. Amma komanda məğlub olanda bunu qorumaq çətindir. Futbolda hər nəticə olur. Əsas odur ki, futbolçular meydanda keyfiyyətli oyunlar göstərsin.

Şahin Cəfərov

Bağırov: “Bəlkə də, çempionatın ən ucuz qol buraxan komandasıyıq”

15 February 2026 at 17:19

Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – “Neftçi” matçından (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olanda da komandanın yanında olurlar. Növbəti matçlarda daha yaxşı oynayıb, onların etimadını doğrultmağa çalışacağıq. Oyuna gəlincə, birinci hissədə planlaşdırdıqlarımızı edə bilmədik. Bəlkə də, çempionatın ən ucuz qol buraxan komandasıyıq. Daha məsuliyyətli olmalıyıq.

– Buraxılan qollarda qapıçının nə dərəcədə səhvləri var?
– Hər oyundan əvvəl məşqçilərlə həyət barədə məsləhətləşirik. Xüsusən də qapıçı məşqçisi ilə. Əlbəttə ki, bu gün Yusif İmanovun səhvləri var idi. Daha çox məsuliyyətli olmalıdır.

– Ryonosuke Ohori “Neftçi” ilə oyunlarda meydanda olmaması nəylə bağlıdır?
– Gözündə bir az problem var idi. Qərar verdik ki, bu gün dincəlsin. Dörd gün əvvəl Bakıda həkimdə olub. İstəsəz, kağızları da göstərə bilərəm.

– Rəhbərliyin komandaya dəstəyini hiss edirsiz?
– Heç bir problemimiz yoxdur. Klub üzərinə düşən öhdəlikləri yerinə yetirir. Deyə bilmərəm ki, nəyimizsə çatışmır. Hər şey qaydasındadır.

– Qışda niyə az transfer etdiz?
– Ceferson Bentonun getməyi bizə böyük zərbə oldu. Rüsumu bilirsiz. Legioneri 3 aylıq götürüb klubu riskə sala bilmərik. “Kəpəz” Premyer Liqadan düşməyəcək. Öz gücümüzü nəzərə alıb transferlər etdik. Kim “Kəpəz”dən hər oyunda xallar gözləyirsə, mənim o adama suallarım var. Bu gün çətindir. “Neftçi” ilə “Kəpəz”in imkanları eynidir? Bəlkə “Sabah”la? Legionerə 250 min verib çempionatda qalacaqsansa, pulları yalandan xərcləmək düzgün deyil. Riskdir. Oyunçu gəlib zədələnə bilər. Ceferson qalsaydı, bir vinger transfer etməyi düşünürdük. Cefersonun gedişi başa düşə bilmədiyimiz situasiya idi. Belə şeyə rast gəlməmişəm. Vitor Feijao dedi ki, həyat yoldaşım hamilədir. Övladı burada dünyaya gətirə bilməz. Feijaoya icazə verdik. Ceferson da icazə istəsəydi, ona da veriləcəkdi. O qədər beyni qarışıq futbolçu idi ki, icazəsiz çıxıb getdi və klubu pis vəziyyətdə qoydu.

Şahin Cəfərov

Saşa İliç: “Araz-Naxçıvan”a məğlub olmamalıydıq”

15 February 2026 at 19:30

“Sumayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Mərdəkanda baş tutmuş görüşü Sumqayıt təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bu gün məğlub olmamalıydıq. Hardasa bərabər səviyyəli oyun idi. Penaltidən qol buraxdıq. Gərək uduzmazdıq.

Ümumiyyətlə, son üç matçda bütün rəqiblərimizlə bərabər səvliyyədə oyun göstərmişik. Bəzən qalib gəlirsən, bəzən uduzursan. Futboldur da.

Növbəti rəqiblərimizin zəif komandalar olduğunu deməzdim. “Qəbələ” səviyyəli komandadır, müəyyən nəticələri var. Asan oyun olacağı fikirləri ilə razı deyiləm. Qarşıda bizi çox çətin oyunlar gözləyir. Avrokuboklar uğrunda mübarizə aparacağıq.

Komandaya son olaraq Sedrik Badolo gəlib. Yeni oyunçudur. Cəmi bir məşq keçib. Güclənməyimizə ehtiyac var. Hələ ki, bu heyətlə davam edirik.

Mən həmişə pozitivəm. Amma komanda uduzursa, pozitivliyi qorumaq çətindir. Əsas odur ki, futbolçular meydanda keyfiyyətli oyun göstərsinlər. Uduzan komandanın baş məşqçisi kimi sevinməli bir şey görmürəm”.

Premyer Liqa: “Sumqayıt” “Araz-Naxçıvan”a da uduzdu

15 February 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Mərdəkanda baş tutub.

Burada “Araz-Naxçıvan”la “Sumqayıt” komandaları qarşılaşıblar. “Dalğa Arena”da baş tutmuş görüşü Elçin Məsiyev idarə edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Naxçıvan təmsilçisi penaltidən vurduğu yeganə qol sayəsində 3 xala sevinib.

Premyer Liqa
20-ci tur
15 fevral

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:0
Qol: Ramon Maçado, 45+5-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Dalğa Arena”, 17:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 10. Felipe Santos, 70. Çarlz Boli, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 14. Ülvi İsgəndərov, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko.
Baş məşqçi: Andrey Demçenko.

Sumqayıt: 1. Mehdi Cənnətov (k), 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes.
Baş məşqçi: Saşa İliç.

Renat Dadaşov “Motor”da 13-cü oyununu da qolsuz başa vurdu

15 February 2026 at 18:30

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 21-ci turu çərçivəsində “Lexiya” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Beş qolluq oyunda Renatın komandası məğlubiyyətə üzülüb – 2:3. Renat bu görüşün 85-ci dəqiqəsində meydana buraxılıb.

21 turdan sonra 24 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 21 oyunda 5 qələbə qazanıb, 9 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 13 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 41 oyunda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

İqor Tyaqo – Premyer Liqada yanvarın ən yaxşısı!

15 February 2026 at 15:00

“Brentford”un braziliyalı mərkəz hücumçusu İqor Tyaqo İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

24 yaşlı braziliyalı futbolçu yanvar ayında İngiltərə çempionatı çərçivəsində meydana çıxdığı 2 oyunda 5 qol vurub. O, “Everton”la matçda het-trikə, “Sanderlend”lə görüşdə isə dubla imza atıb.

Tyaqo mükafat uğrunda mübarizədə Yassin Ayari (“Brayton”), Patrik Dorqu (“Mançester Yunayted”), Entso Fernandes (“Çelsi”), Junior Krupi (“Bornmut”), Krisensio Sammervill (“Vest Hem”), Harri Uilson (“Fulhem”) və Florian Virts (“Liverpul”) kimi futbolçuları qabaqlayıb.

Braziliyalı futbolçu karyerasında ikinci dəfə bu mükafata layiq görülüb. O, noyabrda da oxşar uğura imza atmışdı.

Xatırladaq ki, Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda “Mançester Siti”nin hücumçusu Erlinq Haland, oktyabrda “Mançester Yunayted”in forvardı Brayan Mbömo, dekabrda “Lids”də çıxış edən Dominik Kalvert-Lyuin bu ada layiq görülmüşdü.

İqor Tyaqo “Brentford”a 2024-cü ilin yayında Belçkanın “Brügge” klubundan 33 milyon avro müqabilində keçib. Onun İngiltərə klubu ilə 2031-cu ilin 30 iyununadək müqaviləsi var. Braziliyalı futbolçu “Brentford”un heyətində meydana çıxdığı 35 oyunda 18 qol vurub, 1 məhsuldar ötürmə verib.

Tyaqo daha öncə “Kruzeyro”, “Brügge”, “Ludoqorets” kimi klubların da şərəfini qoruyub.

“Transfermarkt” internet-portalı 24 yaşlı forvardın transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Maykl Karrik – Premyer Liqada yanvarın ən yaxşı məşqçisi!

15 February 2026 at 14:00

“Mançester Yunayted”ə rəhbərlik edən ingilis futbol mütəxəssisi Maykl Karrik İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

“Mançester Yunayted” Karrikin rəhbərliyi altında yanvarda “Arsenal”ı (3:2) və “Mançester Siti”ni (2:0) məğlub edərək iki qələbə qazanıb. Adıçəkilən kollektivlər turnir cədvəlində müvafiq olaraq birinci və ikinci yerdə qərarlaşıblar.

Karrik səsvermədə Şon Dayç (“Nottingem Forest”), Andoni İraola (“Bornmut”) və Liam Rosenyor (“Çelsi”) kimi məşqçiləri geridə qoyub.

Karrik karyerasında ilk dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi mükafatını alır. Cari mövsümdə ilk belə mükafat “Liverpul”un sabiq çalışdırıcısı Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda “Mançester Yunayted”ə rəhbərlik etmiş Ruben Amorim, noyabrda “Çelsi”ni çalışdırmış Entso Mareska, dekabrda isə “Aston Villa”nın çalışdırıcısı Unai Emeri ən yaxşı seçilmişdi.

44 yaşlı Maykl Karrik “Mançester Yunayted”ə yanvarın 13-dən rəhbərlik etməyə başlayıb. O, “qırmızı şeytanlar”ı hələlik 5 oyuna çıxarıb, 4 qələbə və 1 heç-heçə görüb, məğlubiyyət acısı dadmayıb.

Karrik “Mançester Yunayted”in futbolçusu kimi 5 dəfə İngiltərə Premyer Liqasının, UEFA Çempionlar Liqasının, Avropa Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.

Tomas Rays “Samsunspor”la vidalaşdı

14 February 2026 at 15:00

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Samsunspor” komandasının baş məşqçisi Tomas Rays istefaya göndərilib.

Arena.az bu barədə Samsun klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. “Samsunspor” Raysın köməkçiləri ilə də yollarını ayırıb.

Xatırladaq ki, Tomas Rays 2024-cü ilin yayında “Samsunspor”un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm Super Liqanı 3-cü pillədə başa vurub. Samsun təmsilçisi bu mövsüm isə 22 turdan sonra 30 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Rays “Samsunspor”u bütövlükdə 72 oyuna çıxarıb, 33 qələbə, 18 heç-heçə və 21 məğlubiyyət görüb.

Alman mütəxəssis əvvəllər “Şalke”nin və “Boxum”un da baş məşqçisi olub.

“Kəpəz” – “Neftçi” 1:3 – Video

15 February 2026 at 18:00

Azərbaycan Premyer Liqasının 20-ci turunun “Kəpəz” – “Neftçi” matçı meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
20-ci tur

15 fevral

“Kəpəz” – “Neftçi” 1:3
Qollar: Rauf Hüseynli, 35-pen – Bassala Sambu, 27; 38. Emin Mahmudov, 40.
Sarı vərəqə: Elvin Camalov, 74 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Məqsəd İsayev, 71 (ciddi qayda pozuntusu).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 14:30. Yevlax şəhər stadionu, 700 tamaşaçı.

Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Namiq Bəkirov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev (6. Camal Cəfərov, 54), 5. Rauf Hüseynli (21. Sadiq Şəfiyev, 65), 88. Şakir Seyidov (12. Mahamadu Ba, 65), 11. Rəhman Hacıyev, 9. Luis Paçu (7. Ehtiram Şahverdiyev, 46), 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Bağırov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (4. Elvin Camalov, 69), 17. Murad Xaçayev, 7. Emil Səfərov (10. Freddi Varqas, 56), 47. Murad Məmmədov (70. Andrey Ştoqrin, 82), 77. Falaye Sako, 24. Mustafa Sek (22. Luis Ortis, 69), 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu (45. Vensan Abubakar, 56), 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 33. Breno Almeyda, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Azər Bağırov: “Heç nədən 3 qol buraxdıq”

15 February 2026 at 17:30

“Kəpəz”nin baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkürümü bildirirəm ki, məğlub olsaq belə, komandanın yanında oldular. Bu, bizim üçün böyük motivasiyadır. Çalışacağıq ki, qarşıdakı matçlarda daha yaxşı oynayıb, onların etimadını doğruldaq. Oyunu iki hissəyə bölmüşdük. Amma əfsuslar olsun ki, ilk hissədə heç nədən 3 qol buraxdıq. Çox “ucuz” qollar buraxırıq. Daha ciddi, daha məsuliyyətli olub, növbəti görüşlərdə yaxşı nəticəyə köklənmək lazımdır.

Bu gün Yusif İmanovun səhvləri var idi. Daha çox məsuliyyətli olmalıdır. “Turan Tovuz”la oyunda da bir səhvi olmuşdu. Hamısını təhlil edirik. Ölçü götürüləcək.

Ryonosuke Ohorinin gözündə bir az problem var idi. Qərar verdik ki, bu gün dincəlsin. Dörd gün əvvəl Bakıda həkimdə olub.

Biz öz gücümüzü nəzərə alıb transferlər etdik. Kim “Kəpəz”dən hər oyunda xallar gözləyirsə, mənim o adama suallarım var. Bu gün çətindir. “Neftçi” ilə “Kəpəz”in imkanları eynidir? Bəlkə “Sabah”la? Legionerə 250 min verib çempionatda qalacaqsansa, pulları yalandan xərcləmək düzgün deyil. Riskdir. Oyunçu gəlib zədələnə bilər. Bütün çətinliklərə rəğmən, “Kəpəz” Premyer Liqadan düşməyəcək”.

Vernidub: “Qarabağ”a çətin dönəmdə dəstək olmağa qərar verdik”

15 February 2026 at 17:00

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Neftçi” azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Bir neçə həftə öncə “Forza Neftçi”nin doğum günü idi. Həmin vaxtı xəstələnmişdim və orada iştirak edə bilmədim. Ona görə də fanatlardan üzr istəyirəm. Onlar daim bizə dəstək verirlər və biz də belə nəticələr əldə edirik.

Bassala Sambu və Vensan Abubakara yaxşı hücumçulardır. Fərqli planlarda oynayırlar. Məşqçi kimi mənə seçim etmək çətindir. Amma həm Sambunun, həm də Abubakarın oyunundan razıyam. Onların qol vurması mənə xoşdur. Amma gördüyüm odur ki, özlərini də çox dəyişiblər. Öz üzərilərində daha çox işləyib, daha çox komanda üçün oynayırlar. Belə davam etsələr, daha yaxşı oynayacaqlar.

Bu oyundan sonra istirahət olacaq. Qarşıdakı həftə oyunumuz yoxdur. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama görüşü keçirək. Olmasa, öz aramızda oynayacağıq. Bunu komandanı tonusda saxlamaq üçün edirik.
Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün işlədik və üç xalı qazandıq. Onlarla çox ünsiyyətdə oluram. Münasibətləri də çox yaxşıdır. Daha çox işləyəcəyik və hər şey daha da yaxşı olacaq.

Qapıçıları nəzərə almasaq, komandamızda 23 futbolçu var. Onların hər biri məşqlərdə çox yaxşı təsir bağışlayırlar. Təbii ki, hamısı eyni anda meydana çıxa bilməz. Onlar oynamağa layiqdirlər. Buna görə şərait yaradıram ki, oyunlarda oynasınlar. Əgər oyunçular ancaq məşq edir, oynamırlarsa, fərqli nəticələr ortaya çıxır. “Qarabağ”ın oyunlarında gördünüz ki, bəzi hallarda dəyişikliklərə getdilər və hansı nəticələr oldu. Bir futbolçu uzun müddət meydana çıxmırsa, oyun ritmini itirir. Ona görə də hər zaman heyəti qarışdırırıq ki, hamı bir-birini əvəz edə bilsin. Bizim komandada ulduz yoxdur, bizdə ailə və komanda var. Komandada ulduz olanda onları idarə etmək də çətindir. Bizim yanaşma fəlsəfəmiz budur”.

“Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram” – Vernidub

Vernidub “Qarabağ”la matçın təxirə salınmasına da toxunub:

“Qarabağ”la oyunun təxirə salınmasına dair söhbətləri yekunlaşdırmaq vaxtıdır. Rəhbərliklə görüşdük və belə çətin dönəmdə “Qarabağ”a dəstək olmaq qərarı verdik. Hansı ki, onlar Azərbaycanı böyük futbol arenasında təmsil edirlər. Belə qərar verdik, bizim qərardır. Bizim üçün o qədər də yaxşı olmaya bilər, ritmdən düşə bilərik. Amma ümidvaram ki, hər şey yaxşı olacaq. “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir. Sizin ölkə buna layiqdir.

Azarkeşsiz futbol olmur. Yaxşı münasibətlərimiz davam edir. Onlardan istəyərdim ki, daim yanımızda olsunlar. Həm belə xoş günlərimizdə, həm də o qədər də xoş olmayan durumumuzda da. Bu, həm “Neftçi”yə, həm də azarkeşlərimizə lazımdır. Mən bizim azarkeşlərilə fəxr edirəm və çox sevinirəm ki, “Neftçi”nin böyük azarkeş ordusu var”.

Premyer Liqa: “Kəpəz” “Neftçi”yə Yevlaxda uduzdu

15 February 2026 at 16:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Yevlaxda baş tutub.

Burada “Kəpəz” “Neftçi”ni qəbul edib. Əli Əliyevin idarə etdiyi oyunda qapılara 4 qol vurulub. Paytaxt təmsilçisi səfər matçından inamlı qələbə ilə qayıdıb.

Premyer Liqa
20-ci tur
15 fevral

“Kəpəz” – “Neftçi” 1:3
Qollar: Rauf Hüseynli, 35-pen – Bassala Sambu, 27; 38. Emin Mahmudov, 40.
Qırmızı vərəqə: Məqsəd İsayev, 72.
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yevlax şəhər stadionu, 14:30.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 12. Mahamadu Ba.
Baş məşqçi: Azər Bağırov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 17. Murad Xaçayev, 7. Emil Səfərov, 47. Murad Məmmədov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 27. Kristian Kostin, 33. Breno Almeyda, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Vernidub: “Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük”

15 February 2026 at 16:46

Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – “Neftçi” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Oyunun qəhrəmanı sayıla biləcək Bassalu Sambu bombardirlər siyahısında liderdir. Abubakar gələndən sonra az oynayırdı, amma sizin dönəminizdə daha yaxşı çıxış edir. Ona nə “yedizdirib, içizdirmisiniz”?
– Azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bir neçə gün əvvəl “Forza Neftçi”nin ad günü idi. Həmin vaxt xəstələnmişdim, onların tədbirində iştirak edə bilmədim. Buna görə onlardan üzr istəyirəm. Deyim ki, əsas onların dəstəyidir ki, bu gün belə nəticələr əldə edirik. Sambu və Abubakara gəlincə, hər ikisi yaxşı hücumçudur. Fərqli planlarda oynayan oyunçulardır. Məşqçi kimi mənə seçim etmək çətindir. Hər ikisindən razıyam. Xoşdur ki, qollar vururlar. Gördüyüm odur ki, özlərini də dəyişiblər, çox çalışırlar, komanda üçün oynayırlar. Bu cür davam etsələr, daha yaxşı olacaqlar.

– Komanda yaxşı formadadır. Heç kim belə dönəmdə formadan düşmək istəməz. “Qarabağ”la oyun təxirə salınıb və iki həftəlik fasilə olacaq. Bu müddətdə komandanı necə tonusda saxlamağı düşünürsünüz?
– İki günlük istirahət olacaq. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama matçı təşkil edilsin. Olmasa da, öz aramızda oynayacağıq ki, komanda ritmdən düşməsin.

– Ardıcıl qələbələrdən sonra futbolçulara mükafat verilirmi?
– Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün çalışdıq və üç xalı qazandıq. Futbolçularla çox ünsiyyətdə oluram, münasibətlər yaxşıdır. Daha çox çalışacağıq.

– Sizə qədər ehtiyatda olan oyunçular indi daha çox şans qazanır. Hələ optimal heyəti formalaşdırmamısınız, yoxsa prinsipiniz budur?
– Qapıçıları nəzərə almasaq, 23 futbolçumuz var. Hər biri məşqlərdə çox yaxşıdır. Anlayıram ki, hamısı eyni anda oynaya bilməz. Hər oyunçu oynamağa layiqdir. Həftə ərzində məşqlərdə yaxşı iştirak edirlər. Şərait yaradıram ki, hamısı oyunlarda da olsun. Futbolçular ancaq məşqlərdə çıxış edib, oynamasalar, fərqli nəticələr olar. Uzun müddət oynamayan futbolçu ritmini itirir. Buna görə hər zaman hamıya şans veririk ki, bir-birini əvəz edə bilsinlər. Bizdə ulduz futbolçu yoxdur, komanda, ailə var. “Ulduzlar” olanda onları da idarə etmək çətindir.

– Ukrayna mətbuatına açıqlamanızda bildirmişdiniz ki, “Qarabağ” və “Neftçi” Ukraynanın “Dinamo” və “Şaxtyor”u kimidir. İndi “Qarabağ”la oyunun təxirə salınmasına şəxsi fikriniz nədir? Oyunun təxirə salınması komandaya necə təsir edəcək?
– Bu söhbəti bağlayaq. Rəhbərliklə görüşdük və qərar verdik ki, dəstək olaq. “Qarabağ” Azərbaycanı Avropada təmsil edir. Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük. Amma ümid edirəm ki, hər şey yaxşı olar. Belə də deyim, “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir.

– Ardıcıl üçüncü qələbəni qazandınız. Azarkeşlərə yaxın gələcəklə bağlı nə deyə bilərsiniz?
– Azarkeşlərlə yaxşı münasibətlərimiz var. Həmişə bizimlə olmalarını istəyirəm. Bu, həm “Neftçi”yə, həm fanatlara lazımdır. Azarkeşlərimizlə fəxr edirəm. Sevinirəm ki, belə azarkeş ordumuz var.

Şahin Cəfərov

“Araz-Naxçıvan” – “Sumqayıt”: heyətlər

15 February 2026 at 15:52

“Sumqayıt” bu gün Premyer Liqanın XX turunda “Araz-Naxçıvan”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Araz-Naxçıvan”: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 10. Felipe Santos 70. Şarl Boli 19. Bar Kohen
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 14. Ülvi İsgəndərov 23. Nuno Rodriqes 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko
Baş məşqçi: Andrey Demçenko

“Sumqayıt”: 1. Mehdi Cənnətov (k) 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev 72. Rayan Senhadjic 6. Sedrik Badolo 23. Ronaldo Vaskez
Baş məşqçi: Saşa İliç

“Real” La Liqada penalti rekorduna imza atdı

15 February 2026 at 13:00

2025/2026-cı illər mövsümündə çempionluq uğrunda mübarizə aparan Madrid “Real”ı İspaniya La Liqasında yeni rekorda imza atıb.

Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.

Madrid təmsilçisi buna La Liqanın 24-cü turunda doğma meydanda qarşılaşdığı “Real Sosyedad”ı 4:2 hesabıyla məğlub etdikləri oyunda nail olub. “Kral klubu” bu matçdakı qollardan ikisini penaltidən vurub.

Komanda cari mövsüm turnirdə 13 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib. Bu isə ölkə çempionatında yeni rekorddur.

Xatırladaq ki, əvvəlki rekord “Barselona”ya məxsus idi. Kataloniya təmsilçisinin futbolçuları 1950/1951-ci və 2015/2016-cı illər mövsümlərində 12 penalti vurublar.

“Real” İspaniya La Liqasının cari mövsümündə keçirdiyi 24 oyunda 60 xal toplayıb və zirvədə qərarlaşıb. Komanda 24 oyunda 19 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

İqor Tudor – “Tottenhem”in yeni baş məşqçisi

14 February 2026 at 15:30

Xorvatiyalı futbol mütəxəssisi İqor Tudor İngiltərə Premyer Liqasında mübarizə aparan “Tottenhem”in baş məşqçisi təyin edilib.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.

47 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna – 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub. Tudor bu postda bir neçə gün öncə istefaya göndərilmiş Tomas Frankı əvəz edib.

İqor Tudor son olaraq İtaliyanın “Yuventus” komandasına rəhbərlik edib. O, məşqçilik karyerası ərzində “Hayduk” (Split), PAOK, “Karabükspor”, “Qalatasaray”, “Udineze”, “Verona”, “Olimpik” (Marel) və “Latsio” kimi komandaların da baş məşqçisi olub.

Tomas Frank isə 2025-ci ilin iyulundan “Tottenhem”ə rəhbərlik edirdi. London təmsilçisi onun rəhbərliyi altında 38 oyun keçirib. Komanda bu görüşlərdə 13 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət görüb.

52 yaşlı danimarkalı mütəxəssis daha öncə ölkəsinin U-16, U-17 və U-19 yığmalarına rəhbərlik edib. O, 2013-2016-cı illər aralığında Danimarkanın “Brondbü” komandasını çalışdırıb. “Tottenhem”dən öncə isə Frank İngiltərənin “Brentford” komandasına rəhbərlik edib.

“Tottenhem” hazırda Premyer Liqada 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

“Neftçi” 1 belçikalı, 2 nigeriyalı futbolçu transfer etdi

14 February 2026 at 14:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” əvəzedici komandasına 3 yeni oyunçu cəlb edib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə müddəti bu mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb. Klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşmanın müddəti daha 2 il artırıla bilər.

19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” (Almaniya) klubunun U-19 komandası olub. 18 yaşlı İstifanus buna qədər Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

Xatırladaq ki, “Neftçi”nin ikinci komandası Əvəzedicilər Liqasının cari mövsümündə 15 oyuna topladığı 31 xalla yarış cədvəlnin 3-cü pilləsində qərarlaşıb. “Ağ-qaralar” 10 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Dortmund “Borussiya”sından Bundesliqada yeni rekord

14 February 2026 at 13:00

Dortmund “Borussiya”sı futbol üzrə Almaniya Bundesliqasında özünə məxsus olan rekordu təkrarlayıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bunu Bundesliqanın 22-ci turunun açılış matçında öz meydanında “Maynts”ı 4:0 hesabı ilə məğlub etdiyi matçda reallaşdırıb.

Bu qarşılaşmada 4 qol vurmuş komanda ardıcıl 15-ci çempionat oyununda fərqlənməyi bacarıb. Bununla da “Borussiya” turnirdəki rekordunu təkrarlayıb.

Daha əvvəl ardıcıl 15 matçda qol vurmaq rekorduna iki dəfə imza atılıb. 1980-ci ildə “Hamburq” bunu reallaşdırıbsa, 2013-cü ildə “Borussiya” Yurgen Kloppun rəhbərliyi altında oxşar nəticəni göstərib.

Dortmund “Borussiya”sı hazırda 51 xalla Almaniya Bundesliqasının turnir cədvəlinin ikinci pilləsində yer alıb. “Arılar” lider “Bayern”dən 3 xal geridədirlər. Komanda keçirdiyi 22 oyunda 15 qələbə qazanıb, 6 heç-heçə edib və cəmi 1 məğlubiyyətə üzülüb.

Luka Modriç A Seriyasının tarixinə düşdü

14 February 2026 at 12:00

Futbol üzrə Xorvatiya milli komandasının və “Milan”ın mərkəz yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasının tarixinə düşüb.

Arena.az xəbər verir ki, 40 yaşlı futbolçu bunu 25-ci turun “Piza” ilə səfər oyununun (2:1) 85-ci dəqiqəsində qol vurmaqla reallaşdırıb.

Modriç (40 yaş 157 gün) İtaliya A Seriyasında qol vuran ən yaşlı üçüncü futbolçu olub. O, yalnız Alessandro Kostakurta (41 yaş 25 gün) və Zlatan İbrahimoviçdən (41 yaş 166 gün) geri qalır.

Xatırladaq ki, Modriç 2025-ci ilin yayında “Real”dan azad agent qismində “Milan”a qoşulub. Tərəflər 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Modriç “Milan”da “14” nömrə altında çıxış edir. O, İtaliya klubunun heyətində 26 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Luka Modriç Zaqreb “Dinamo”sunun məzunudur. Yarımmüdafiəçi karyerası ərzində həmçinin “Zrinski” (Mostar), “İnter” (Zapreşiç), “Tottenem” və “Real”da oynayıb.

Modriç 2012-ci ildən “Milan”a keçənə qədər “Real”da çıxış edib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.

Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 194 oyuna çıxıb, 28 qol vurub, 31 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 40 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

“Qarabağ”ın rəqibində Bruno Gimaraynş şoku

13 February 2026 at 23:00

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraynş zədələnib

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

Belə ki, 28 yaşlı braziliyalı futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Müayinə nəticəsində onun sol budundan ciddi zədə aldığı aşkar olunub.

İngiltərə Premyer Liqasının 26-cı turunda “Tottenhem”lə matçda (2:1) zədələnmiş futbolçu bu səbəbdən iki ay komandasına kömək edə bilməyəcək. Yaxın vaxtlarda Gimaraynşın müalicə üçün vətəninə yollanacağı bildirilir.

Bruno Gimaraynş cari mövsümdə “Nyukasl”ın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə (saat 00:00) İngiltərədə baş tutacaq.

Şəhriyar Məmmədyarov: “Qarabağ”dan hər şey gözləmək olar”

15 February 2026 at 12:00

Şahmat üzrə Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

Arena.az rapid üzrə dünya, komandalar arasında üçqat Avropa çempionu ilə müsahibəni təqdim edir:

  • Ölkə çempionatından əvvəlki turnirlərdə fərqli nəticələr əldə etmisən. Sanki son partiyalarda istədiyin nəticəni qazanmaqda çətinlik çəkirsən?
  • Son 8 oyunda istədiyim nəticəni əldə etmirəm. Ötən il keçirilən Dünya Kubokunda yarışı ağır məğlubiyyətlə başa vurdum. Yəni qazandığım oyunu uduzdum. Bu yarış istənilən peşəkar şahmatçıya çox vacibdir. Dünya Kubokundakı məğlubiyyətdən sonra mənim üçün çətin oldu. Rahat uduş vəziyyəti olduğu halda partiyanı məğlub başa vurdum. 2026-cı il mənim üçün uğurlu başlamadı. Bundesliqada ardıcıl 4 partiyada heç-heçə oynadım. Azərbaycan çempionatında da ilk oyunda bərabərlik qeydə alındı. Yarışlar çox olduğuna görə çətinlik aşkar hiss olunur.
  • Deməli, 2026-cı ilin ilk qələbəsini Azərbaycan çempionatında qazandın…
  • Tam doğru, bu ilin ilk qələbəsini 1/16 final mərhələsinin cavab partiyasında əldə etdim. Rəqibim Murad İbrahimli çox güclü oynadı. Ümumiyyətlə, azərbaycanlı yeniyetmə və gənc şahmatçılar çox yaxşı mübarizə göstərirlər. Təəccüblü odur ki, yaxşı oynasalar da, reytinqləri çox aşağıdır. Azərbaycan çempionatı kimi yarışlar çox gərgin keçir. Normalda, tanınmış şahmatçılar belə yarışlarda iştirak etmirlər. Çünki, reytinq itirirsən. Mən 1/16 finalda Murad İbrahimlini 1,5-0,5 hesabıyla üstələdim. Növbəti mərhələyə adlasam da, reytinq itirdim. Belə hallardan qaçmaq üçün çox şahmatçı bu yarışlarda iştirak etmir.

“Keçmiş Şəhriyar Məmmədyarovu indi görmək çətindir”

  • 1/16 finalın ilk görüşündə də qələbəyə oynaya bilərdiniz…
  • Düzünü desəm, əvvəlki illərim olsaydı, yəni daha gənc olsaydım, qara fiqurlarla qələbəyə oynayardım. Zaman keçdikcə fərqli düşünürsən. Əsas mərhələ adlamaqdır. Risk etmək istəmədim, etiraf edirəm. İlk oyunda heç-heçə, cavab görüşündə qələbə qazanmaqla 1/8 finala vəsiqə qazandım. Yarışdan əvvəl Murad İbrahimlinin oyununa baxdım. İnternetdə çoxlu sayda onlayn yarışlarda iştirakını gördüm. Birinci qarşıma çıxan İbrahimli – Karlsen partiyası oldu. 1:0 hesablı qələbə qazanıb. Növbəti oyunu Nakamurayla partiya idi, orada da qalib gəlib. Son illərdə internetdə çox oyun keçirirlər. Yəni gənc və yeniyetmə şahmatçılarımız bu gün oyun baxımından artırıblar.
    İnternet üzərindən olsa belə, artıq dünyada onlayn yarışda nəticələr adi qəbul edilmir. Türkiyənin özündə də internetdə güclü rəqib üzərində qələbə böyük hadisə kimi qəbul edilir. Səmimi fikirlərimdir. Yaxınlarda bacım Zeynəb Məmmədyarovanın məktəbinə getmişdim. Orada yeniyetmələrin blits yarışını izlədim və hətta onlarla bir qədər oynadıq. Çox yaxşı mübarizə göstərdilər. Gənc şahmatçılar hər gün inkişaf edirlər.
  • Bəlkə siz daha çox yorulursunuz?
  • Təbii, keçmiş Şəhriyar Məmmədyarovu indi görmək çətindir. Sadəcə, gənclərin gücləndiyinə inanmağınızı istərdim. Azərbaycan çempionatı çox nüfuzlu yarışdır. Hər bir şahmatçı ölkəsinin ən güclü olduğunu sübut etmək istəyir. Mənim üçün çox əziz yarışdır. Ona görə burada itirilən reytinqimə təəssüflənmirəm. Mümkün qədər irəli getməyə çalışacağam. Sadəcə, hər tur çempionatda sürpriz ola bilər. Ona görə 1/8 finala vəsiqə qazanmağıma çox sevindim.
  • Şəhriyar sonuncu dəfə neçənci ildə Azərbaycan çempionu olub?
  • 2001 və 2002-ci illərdə Azərbaycan çempionu olmuşam. Səhv etmirəmsə o yarışdan sonra çempionatda oynamadım. Ardıcıl iki çempionluqdan sonra 23 il keçdi və ötən il yarışda mübarizə apardım. 2001, 2002-ci illərdə çempionat çox maraqlı idi. Həmin yarışda biz o qədər güclü deyildik. Reytinqimiz düşündüyünüz kimi yüksək olmayıb. Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov və digərləri mübarizə aparırdılar. Amma reytinqlərimiz indikindən aşağı olub.

“Bacım çempion olsa, şok olmaram”

  • Ən çox çempion Rauf olub. Altı dəfə Azərbaycan çempionatda birinci yeri tutub. Maraqlıdır, bu il Rauf Məmmədovu kim dayandıracaq?
  • Altıqat Azərbaycan çempionu olmaq böyük nəticədir. “Nokaut” sistemində ümumiyyətlə yarışı udmaq çox çətindir. Ötən il Raufun qələbəsi fikrimcə, karyerasında ən çətin çempionluq oldu. Rauf çox yaxşı şahmatçıdır. Niyə də yeddinci dəfə çempion olmasın? Onun ölkə şahmatı və Azərbaycan milli komandası üçün etdiklərini çox az adam edib. Mənim üçün Raufun millidə inanılmaz böyük əziyyəti və uğurları var. Yenə də çempion olsa, bunu normal qarşılayacağıq. Amma çalışacağıq buna imkan verməyək (gülür). Püşkə əsasən finalda qarşılaşmaq ehtimalı var. Finala doğru uzun yol var, hər mərhələdə hər partiya həlledicidir.
  • Bacıların Zeynəb və Türkan qadınlar arasında Azərbaycan çempionatında iştirak edirlər. Bu barədə nə düşünürsən?
  • Zeynəb ilk oyunda qalib gələ bilərdi. Oyunu istədiyi kimi alınmadı. Əvəzində Türkan 1/16 final mərhələsində hər iki oyunda udaraq mərhələ adladı. Etiraf edək ki, hər ikisi son illər şahmata nisbətən az vaxt ayırır. Əvvəlki illərdə daha çox vaxt həsr edirdilər. İndi övladları var, uşaqlarını dəstəkləyirlər. Qadınların çempionatı da çox çətindir. İllər öncə hər ikisi çempionatda favorit sayılırdı. İndi vəziyyət dəyişib. Qadın şahmatında hər bir iştirakçının qalib gəlmək şansı olduğunu düşünürəm. Səhvlər hər oyunda həlledici ola bilər. Şansları azdır, amma Türkan irəliləyə bilər. Bacım çempion olsa, şok olmaram, amma sevinərəm.
  • Şahmatdan başqa hansı idman növünə baxırsan?
  • Çox gərgin təqvim üzrə yarışlarda oynayıram. Üstəlik, artıq iki ilə yaxın türk şahmatçı Yağız Ərdoğmuşla məşğul oluram. Çox inkişaf edir. Onunla hazırlaşıram, bəzən yarışlara birgə yollanırıq. Digər idman növlərinə baxmağa vaxt olmur. İmkan düşdükcə futbola baxıram. Demək olar ki, baxmadığım futbol yoxdur. Ötən ay vaxt oldu və atamla birlikdə stadionda “Qarabağ”ın Çempionlar Liqasında “Ayntraxt”la matçına baxdıq. Çox əla oyun keçdi.

“Qarabağ”dan hər şey gözləmək olar”

  • “Qarabağ”ın uğurlu çıxış edəcəyinə inanırdınız?
  • Atam “Qarabağ”a dəhşətli dərəcədə inanırdı. İlk dəqiqədən yaxşı olacağını deyirdi. Mən fərqli baxırdım. Almanlar həm büdcə, həm təcrübə baxımından üstün tərəf kimi görünürdülər. “Qarabağ” inanılmaz mübarizə göstərdi və qələbəni daha çox istəyirdi. Hava çox soyuq idi. Buna baxmayaraq, son dəqiqəyə qədər stadionda qaldıq. Çox xoşbəxtəm ki, “Qarabağ” – “Ayntraxt” matçını stadionda izləmişəm. Dəhşət hisslər idi.
  • Azərbaycan çempionatının yarımfinal günlərində “Qarabağ” Bakıda “Nyukasl”ı qəbul edəcək. Şanslar barədə fikirlərin maraqlıdır…
  • Desəm ki, şans yoxdur, yalan olar. “Nyukasl” böyük favoritdir. Zəngin təcrübəli komandadır. Bu il qeyri-sabit çıxış edirlər. Amma hər zaman mübarizə göstərirlər. Çətin olacağı hamıya məlumdur. Lakin “Qarabağ” adi komanda deyil. “Benfika”ya 0:2 uduzurdu, sonda 3:2 qalib gəldi. “Ayntraxt”a 1:2 məğlub olurdu, sonda hesabı 3:2 etdi. “Çelsi” kimi komandayla heç-heçə oynadı. Yəni “Qarabağ”dan hər şey gözləmək olar. Yarış vaxtı olsa belə, stadiona getməyə çalışacağam.
  • Məşqçiliyə başlayandan sonra yarışlarda iştirak etmək daha çətin olar. Çünki şahmatçı məşqçiliyə başlayırsa, artıq inkişafdan qalır. Bu fikirlə razısan?
  • Peşəkar şahmatçı müəyyən zamana qədər özünə vaxt ayırmalıdır. 35:36 yaşına qədər ancaq özümlə məşğul olmuşam. Pandemiya zamanı yarışlar dayandı və məşqçiliyə başladım. Gənc şahmatçılara məşqçi olmağı məsləhət görmürəm. Vaxt olduqca mütləq özləri şahmatla məşğul olmalıdır. Mənim işlədiyim şahmatçı böyük gələcək vəd edən şahmatçıdır. Dünyanın ən yaxşı şahmatçılarından biri olan Yağız Ərdoğmuşla işləmək çox xoşdur. Sizin fikirlə razıyam. Dünya çempionu olmaq istəyən şahmatçı məşqçilik etməli deyil. Bəzən gəncləri görürəm məşqçilik edirlər, amma bu çox çətindir. Gəlin etiraf edək, ən gözəl vaxtlarım qarşıdadır desəm, yalan olar. Dünya çempionu olmaq şanslarım var, amma illər öncə olduğu qədər deyil.

“Fənərbağça”dan rekord göstərici

15 February 2026 at 13:57

“Fənərbağça” Super Liqanın XXII turunda “Trabzonspor”u məğlub edib – 3:2.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi bu mövsüm çempionatda məğlub olmayıb. Komanda 22 görüşün 15-də qələbə qazanıb, 7-də heç-heçə edib.

“Fənərbağça” ümumiyyətlə, ardıcıl 19 oyundur, uduzmur. Bu klub tarixinin ən uzun məğlubiyyətsizlik seriyasıdır.

“Fənərbağça” çempionatda 52 xalla ikinci sıradadır.

“Kəpəz” – “Neftçi”: heyətlər

15 February 2026 at 13:24

“Neftçi” Premyer Liqanın XX turunda “Kəpəz”in qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 12. Mahamadu Ba
Baş məşqçi: Azər Bağırov

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 17. Murad Xaçayev 7. Emil Səfərov 47. Murad Məmmədov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 11. İmad Faraj
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 45. Vensan Abubakar 14. Edvin Kuç 27. Kristian Kostin 33. Breno Almeyda 70. Andrey Ştoqrin 10. Freddi Varqas 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

Azərbaycan atleti Qazaxıstanda “gümüş” qazandı

15 February 2026 at 12:18

Azərbaycan atleti İsmail Əliyev Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.

Futbolpress.az xəbər verir ki, o, Olqa Ripakova mükafatı uğrunda yarışda gümüş medal qazanıb.

Əliyev Qış Dünya Turunun Gümüş səviyyəli turnirində növəitələmə növündə fərqlənib. O, 16,58 metr nəticə ilə ikinci yeri tutub.

“Bavariya” “Qalatasaray”ın hücumçusu ilə maraqlanır

15 February 2026 at 11:45

“Qalatasaray”ın futbolçusu Viktor Osimhen karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Bavariya” nigeriyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb. Münhen klubu yayda forvard üçün hərəkətə keçəcək.

Osimhen bu mövsüm 22 oyunda 15 qol vurub.

Şəhriyar: “Qarabağ”dan hər şey gözləmək olar”

15 February 2026 at 11:15

Şahmat üzrə Azərbaycan yığmasının üzvü, rapid üzrə dünya, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

Futbolpress.az həmin müsahibəni təqdim edir.

– Ölkə çempionatından əvvəlki turnirlərdə fərqli nəticələr əldə etmisən. Sanki son partiyalarda istədiyin nəticəni qazanmaqda çətinlik çəkirsən?
– Son 8 oyunda istədiyim nəticəni əldə etmirəm. Ötən il keçirilən Dünya Kubokunda yarışı ağır məğlubiyyətlə başa vurdum. Yəni qazandığım oyunu uduzdum. Bu yarış istənilən peşəkar şahmatçıya çox vacibdi. Dünya Kubokundakı məğlubiyyətdən sonra mənim üçün çətin oldu. Rahat uduş vəziyyəti olduğu halda partiyanı məğlub başa vurdum. 2026-cı il mənim üçün uğurlu başlamadı. Bundesliqada ardıcıl 4 partiyada heç-heçə oynadım. Azərbaycan çempionatında da ilk oyunda bərabərlik qeydə alındı. Yarışlar çox olduğuna görə çətinlik aşkar hiss olunur.

– Deməli 2026-cı ilin ilk qələbəsini Azərbaycan çempionatında qazandın.
– Tam doğru, bu ilin ilk qələbəsini 1/16 final mərhələsinin cavab partiyasında əldə etdim. Rəqibim Murad İbrahimli çox güclü oynadı. Ümumiyyətlə azərbaycanlı yeniyetmə və gənc şahmatçılar çox yaxşı mübarizə göstərir. Təəccüblü odur ki, yaxşı oynasalar da reytinqləri çox aşağıdı.
Azərbaycan çempionatı kimi yarışlar çox gərgin keçir. Normalda tanınmış şahmatçılar belə yarışlarda iştirak etmir. Çünki, reytinq itirirsən. Mən 1/16 finalda Murad İbrahimlini 1,5-0,5 hesabıyla üstələdim. Növbəti mərhələyə adlasam da, reytinq itirdim. Belə hallardan qaçmaq üçün çox şahmatçı bu yarışlarda iştirak etmir.

– Halbuki 1/16 finalın ilk görüşündə də qələbəyə oynaya bilərdiniz.
– Düzünü desəm əvvəlki illərim olsaydı, yəni daha gənc olsaydım qara fiqurlarla qələbəyə oynayardım. Zaman keçdikcə fərqli düşünürsən. Əsas mərhələ adlamaqdı. Risk etmək istəmədim, etiraf edirəm. İlk oyunda heç-heçə, cavab görüşündə qələbə qazanmaqla 1/8 finala vəsiqə qazandım. Yarışdan əvvəl Murad İbrahimlinin oyununa baxdım. İnternetdə çoxlu sayda onlayn yarışlarda iştirakını gördüm. Birinci qarşıma çıxan İbrahimli-Karlsen partiyası oldu. 1-0 hesablı qələbə qazanıb. Növbəti oyunu Nakamurayla partiya idi, orada da qalib gəlib. Son illərdə internetdə çox oyun keçirirlər. Yəni gənc və yeniyetmə şahmatçılarımız bu gün oyun baxımından artırıblar.
İnternet üzərindən olsa belə artıq dünyada onlayn yarışda nəticələr adi qəbul edilmir. Türkiyənin özündə də internetdə güclü rəqib üzərində qələbə böyük hadisə kimi qəbul edilir. Səmimi fikirlərimdi. Yaxınlarda bacım Zeynəb Məmmədyarovanın məktəbinə getmişdim. Orada yeniyetmələrin blits yarışını izlədim və hətta onlarla bir qədər oynadıq. Çox yaxşı mübarizə göstərdilər. Gənc şahmatçılar hər gün inkişaf edirlər.

– Bəlkə sizlər daha çox yorulursunuz?
– Təbii, keçmiş Şəhriyar Məmmədyarovu indi görmək çətindi. Sadəcə gənclərin gücləndiyinə inanmağınızı istərdim. Azərbaycan çempionatı çox nüfuzlu yarışdı. Hər bir şahmatçı ölkəsinin ən güclü olduğunu sübut etmək istəyir. Mənim üçün çox əziz yarışdı. Ona görə burada itirilən reytinqimə təəssüflənmirəm. Çalışacam mümkün qədər irəli gedim. Sadəcə hər tur çempionatda sürpriz ola bilər. Ona görə 1/8 finala vəsiqə qazanmağıma çox sevindim.

– Şəhriyar son dəfə neçənci ildə Azərbaycan çempionu olub?
– 2001 və 2002-ci illərdə Azərbaycan çempionu olmuşam. Səhv etmirəmsə o yarışdan sonra çempionatda oynamadım. Ardıcıl iki çempionluqdan sonra 23 il keçdi və ötən il yarışda mübarizə apardım. 2001, 2002-ci illərdə çempionat çox maraqlı idi. Həmin yarışda biz o qədər güclü deyildik. Reytinqimiz düşündüyünüz kimi yüksək olmayıb. Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov və digərləri mübarizə aparırdı. Amma reytinqlərimiz indikindən aşağı olub.

– Ən çox çempion Rauf olub. Altı dəfə Azərbaycan çempionatda birinci yeri tutub. Maraqlıdır bu il Rauf Məmmədovu kim dayandıracaq?
– Altıqat Azərbaycan çempionu olmaq böyük nəticədir. “Nokaut” sistemində ümumiyyətlə yarışı udmaq çox çətindi. Ötən il Raufun qələbəsi fikrimcə karyerasında ən çətin çempionluq oldu. Rauf çox yaxşı şahmatçıdır. Niyə də yeddinci dəfə çempion olmasın? Onun ölkə şahmatı və Azərbaycan milli komandası üçün etdiklərini çox az adam eləyib. Mənim üçün Raufun millidə inanılmaz böyük əziyyəti və uğurları var. Yenə də çempion olarsa bunu normal qarşılayacağıq. Amma çalışacayıq buna imkan verməyək (gülür). Püşkə əsasən finalda qarşılaşmaq ehtimalı var. Finala doğru uzun yol var, hər mərhələdə hər partiya həlledicidi.

– Bacıların Zeynəb və Türkan qadınlar arasında Azərbaycan çempionatında iştirak edir. Bu barədə nə düşünürsən?
– Zeynəb ilk oyunda qalib gələ bilərdi. Oyunu istədiyi kimi alınmadı. Əvəzində Türkan 1/16 final mərhələsində hər iki oyunda udaraq mərhələ adladı. Etiraf edək ki, hər ikisi son illər şahmata nisbətən az vaxt ayırır. Əvvəlki illərdə daha çox vaxt həsr edirdilər. İndi övladları var, uşaqlarını dəstəkləyirlər. Qadınların çempionatı da çox çətindi. İllər öncə hər ikisi çempionatda favorit sayılırdı. İndi vəziyyət dəyişib. Qadın şahmatında hər bir iştirakçının qalib gəlmək şansı olduğunu düşünürəm. Səhvlər hər oyunda həlledici ola bilər. Şansları azdı, amma Türkan irəliləyə bilər. Bacım çempion olsa şok olmaram, amma sevinərəm.

– Şahmatdan başqa hansı idman növünə baxırsan?
– Çox gərgin təqvim üzrə yarışlarda oynayıram. Üstəlik artıq iki ilə yaxın türk şahmatçı Yağız Ərdoğmuşla məşğul oluram. Çox inkişaf edir. Onunla hazırlaşıram, bəzən yarışlara birgə yollanırıq. Digər idman növlərinə baxmağa vaxt olmur. İmkan düşdükcə futbola baxıram. Demək olar ki, baxmadığım futbol yoxdu. Ötən ay vaxt oldu və atamla birlikdə stadionda “Qarabağ”ın Çempionlar Liqasında “Ayntraxt”la matçına baxdıq. Çox əla oyun keçdi.

– “Qarabağ”ın uğurlu çıxış edəcəyinə inanırdınız?
– Atam dəhşətli dərəcədə “Qarabağ”a inanırdı. İlk dəqiqədən deyirdi yaxşı olacaq. Mən fərqli baxırdım. Almanlar həm büdcə, həm təcrübə baxımından üstün tərəf kimi görünürdü. “Qarabağ” inanılmaz mübarizə göstərdi və qələbəni daha çox istəyirdi. Hava çox soyuq idi. Buna baxmayaraq son dəqiqəyə qədər stadionda qaldıq. Çox xoşbəxtəm ki, “Qarabağ”-“Ayntraxt” matçını stadionda izləmişəm. Dəhşət hisslər idi.

– Azərbaycan çempionatının yarımfinal günlərində “Qarabağ” Bakıda “Nyukasl”ı qəbul edəcək. Şanslar barədə fikirlərin maraqlıdı…
– Desəm ki, şans yoxdu yalan olar. “Nyukasl” böyük favoritdi. Zəngin təcrübəli komandadır. Bu il qeyri-stabil çıxış edirlər. Amma hər zaman mübarizə göstərirlər. Çətin olacağı hamıya məlumdu. Lakin “Qarabağ” adi komanda deyil. “Benfika”ya 0-2 uduzurdu, sonda 3-2 qalib gəldi. “Ayntraxt”a 1-2 məğlub olurdu, sonda hesabı 3-2 etdi. “Çelsi” kimi komandayla heç-heçə oynadı. Yəni “Qarabağ”dan hər şey gözləmək olar. Yarış vaxtı olsa belə çalışacam stadiona gedim.

– Məşqçiliyə başlayandan sonra yarışlarda iştirak etmək daha çətin olar. Çünki şahmatçı məşqçiliyə başlayırsa artıq inkişafdan qalır. Bu fikirlə razısan?
– Peşəkar şahmatçı müəyyən zamana qədər özünə vaxt ayırmalıdı. 35-36 yaşına qədər ancaq özümlə məşğul olmuşam. Pandemiya zamanı yarışlar dayandı və məşqçiliyə başladım. Gənc şahmatçılara məşqçi olmağı məsləhət görmürəm. Vaxt olduqca mütləq özləri şahmatla məşğul olmalıdı. Mənim işlədiyim şahmatçı böyük gələcək vəd edən şahmatçıdı. Dünyanın ən yaxşı şahmatçılarından biri olan Yağız Ərdoğmuşla işləmək çox xoşdu. Sizin fikirlə razıyam. Dünya çempionu olmaq istəyən şahmatçı məşqçilik etməli deyil. Bəzən gəncləri görürəm məşqçilik edirlər, amma bu çox çətindi. Gəlin etiraf edək, ən gözəl vaxtlarım qarşıdadır desəm yalan olar. Dünya çempionu olmaq şanslarım var, amma illər öncə olduğu qədər deyil.

Hansı oyun, hansı kanalda? – TV

15 February 2026 at 10:00

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

15 fevral

Azərbaycan, Premyer Liqa
14:30 Kəpəz – Neftçi (CBC Sport)
17:00 Araz-Naxçıvan – Sumqayıt (CBC Sport)

İtaliya, A Seriyası
15:30 Udineze – Sassuolo (Futbol 1)
21:00 Torino – Bolonya (Futbol 1, Matç TV)
23:45 Napoli – Roma (Futbol 1, Matç TV)

Türkiyə, Super Liqa
15:30 Kocaelispor – Qazintep (beİN Sports 1)
18:00 Göztəpə – Kayserispor (Futbol 3, beİN Sports 1 )
21:00 Başakşəhər – Beşiktaş (Futbol 3, beİN Sports 1)

İspaniya, La Liqa
17:00 Ovyedo – Atletik (İdman TV)
19:15 Rayo Valyekano – Atletiko (Futbol 2)
21:30 Levante – Valensiya (İdman TV)
00:00 Malyorka – Betis (İdman TV)

Cəlal Hüseynov “Slaviya” üzərində qələbəni kənardan izlədi

15 February 2026 at 11:00

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının daha bir oyununu buraxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 21-ci turu çərçivəsində “Slaviya” (Sofiya) ilə qarşılaşıb.

“Arda” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. Hüseynov bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Arda” 21 turdan sonra 27 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda bu oyunlarda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 71 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Futzal: 1/4 finalçıların sonuncu iştirakçıları bəlli olur

15 February 2026 at 10:00

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutacaq.

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qarşılaşmaları “Olimpik Star”da keçirilir.

Futzal, Azərbaycan Kuboku
1/8 final
14 fevral

Baku Fire – Araz-Naxçıvan 1:5
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Hakim-inspektor: Murad Məmmədov.

Neftçi İK – Trabzon Azərbaycan 14:3
Hakimlər: Hidayət Feyzullayev, Anar Fərəcov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.

Lənkəran – Atletiko Baku 17:3
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Ramiz Əsədov.

Xan-Lənkəran – Dəstə Ordubad 6:3
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.

15 fevral

14:00. Ulduz – Baku Fire-2
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Murad Məmmədov.

16:00. U-19 – Yeni Suraxanı
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.

18:00. STAR karqo – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Azad Hüseynov.

20:00. Timsport – PFL
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.

Qubada daha bir biabırçılıq

15 February 2026 at 10:45
Dünən Qubada növbəti biabırçılığın şahidi olduq….Artıq deməkdən, yazmaqdan da bezmişik ki, Quba Olimpiya Kompleksinin stadionunun meydançası Premyer Liqa şərtlərinə uyğun […]

Source

Premyer Liqa: “Kəpəz” “Neftçi”yə, “Araz” “Sumqayıt”a qarşı

15 February 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Əvvəlcə, “Kəpəz” “Neftçi”ni qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Əli Əliyev olacaq.

Günün digər oyunu “Araz-Naxçıvan”la “Sumqayıt” arasında keçiriləcək. “Dalğa Arena” baş tutacaq görüşü Elçin Məsiyev idarə edəcək.

Premyer Liqa
20-ci tur
14 fevral

“İmişli” – “Qarabağ” 0:1
Qol: Musa Qurbanlı, 79.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Zirə” – “Karvan” 1:0
Qol: Davit Volkov, 20.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

15 fevral

“Kəpəz” – “Neftçi”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yevlax şəhər stadionu, 14:30.

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Dalğa Arena”, 17:00.

16 fevral

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

“Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu, 17:00.

Yararsız meydan və qəzəb

15 February 2026 at 08:39

“Qarabağ” Premyer Liqanın XX turunda “İmişli”yə qalib gəlib – 1:0.

Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matçda nəticə yox, meydançanın durumu və hakimlik müzakirə olundu. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası açıqlamasında da hiddətli danışdı, bu arenada futbola icazə verənlərə narazılığını bildirib, tənqidi fikirlərini söylədi. Mütəxəssis Çempionlar Liqasında “Nyukasl”la oyunöncəsi belə səfərin komandanın əleyhinə olduğunu vurğuladı.

“Qarabağ”dan əvvəl də bu arenada “İmişli”nin qonağı olan klublar narazılıqlarını bildirsələr də, çarə tapılmır. Futbolçuların daha çox güc sərf etməsi, zədələrin qaçılmaz olması iddialı komandalar üçün həyəcan yaradır. Bu vəziyyətin meydan sahibi “İmişli”yə sərf etməsi də realdır. Hədəfi liqada qalmaq olan komanda ev matçlarında qələbə qazana bilməməsinə baxmayaraq, kifayət qədər heç-heçələr edib. “Sabah”, “Neftçi”, “Zirə” kimi komandalardan bir xal qoparmağı bacaran bölgə klubu futbola yararsız arenadan öz faydasını götürmüş olur.

Digər məsələ isə hakimliklə bağlıdır. İkinci hissədə Kadi Borgesin qırmızı vərəqə aldığı epizod müzakirəyə açıqdır. Daha əvvəl “İmişli”nin oyunçusunun braziliyalını çəkməsinə baxmayaraq, Kadinin onu itələməsi birbaşa “qırmızı” ilə dəyərləndirildi ki, bu da kifayət qədər ağır qərardır. Daha sonra meydan sahiblərinin futbolçusu Dieqo Almeydanın etirazlarının yekunu da “qırmızı” ilə nəticələndi.

İki “qırmızı”, bir qol, bərbad meydança və narazılıqlar fonunda “Qarabağ” çətin də olsa, qələbə qazanmaqla, bir oyun az keçirən lider “Sabah”la fərqi minimuma endirdi.

Şahin Cəfərov

“Neftçi”dən qələbə, “Araz-Naxçıvan” həsrətə son qoydu

15 February 2026 at 19:00

Bu gün Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Neftçi” səfərdə “Kəpəz”lə qarşılaşıb. Görüş “ağ-qaralar”ın qələbəsiylə başa çatıb.

Digər görüşdə “Sumqayıt” “Araz-Naxçıvan”ın qonağı olub. Matç naxçıvanlıların qələbəsiylə yekunlaşıb.

Azərbaycan Premyer Liqası
XX tur

15 fevral

14:30 Kəpəz – Neftçi 1:3
Qollar:
Rauf Rüstəmli, 35 (pen.) – Bassalu Sambu, 27, 38, Emin Mahmudov, 40
Qırmızı vərəqə: Məqsəd İsayev, 72 (“Kəpəz”)
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu

17:00 Araz-Naxçıvan – Sumqayıt 1:0
Qol:
Ramon Maçado, 45+4 (pen.)
Qırmızı vərəqə: Aleksandr Ramalinqom, 74
Baş hakim: Elçin Məsiyev
“Liv Bona Dea Arena”

Liqa 1: “Lans” Parisdə 5 cavabsız qola sevindi

15 February 2026 at 02:15

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Olimpik” (Marsel) – “Strasburq”, eləcə də “Lill” – “Brest” matçlarında qalib müəyyənləşməyib.

Səfərdə “Paris”lə üz-üzə gələn “Lans” isə 5 cavabsız qola sevinib.

22-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
22-ci tur

13 fevral

Renn – PSJ 3:1
Qollar: Tamari, 34. Lepaul, 69. Embolo, 81 – Dembele, 72

Monako – Nant 3:1
Qollar: Adinqra, 25; 28. Zakariya, 30. Kentonse, 45+1.

14 fevral

Olimpik (Marsel) – Strasburq 2:2
Qollar: Qrinvud, 14. Quiri, 47 – Nanasi, 73. Panikelli, 90+7-pen.

Lill – Brest 1:1
Qollar: Perrin, 71 – Laskari, 58.

Paris – Lans 0:5
Qollar: Said, 24; 38. Toven, 58-pen. Fofana, 90; 90+5.

15 fevral

18:00. Havr – Tuluza
20:15. Loryan – Anje
20:15. Mets – Oser
23:45. Olimpik (Lion) – Nitsa

La Liqa: “Real” “Real Sosyedad”a 4 qolla qalib gəldi

15 February 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Espanyol” – “Selta” matçında qalib müəyyənləşməyib. “Sevilya” ilə “Alaves” də hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Xetafe” doğma meydanda “Vilyarreal”a, “Real” isə “Real Sosyedad”a qalib gəlib.

24-cü turun qalan görüşləri fevralın 15-də və 16-da keçiriləcək.

İspaniya, La Liqa
24-cü tur
13 fevral

Elçe – Osasuna 0:0

14 fevral

Espanyol – Selta 2:2
Qollar: K.Qarsiya, 66. T.Dolan, 86 – Yutqla, 38. B.İqlesias, 90+3.

Xetafe – Vilyarreal 2:1
Qollar: Arambarri, 41-pen. Satriano, 53 – Mikautadze, 76.

Sevilya – Alaves 1:1
Qollar: D.Sou, 42 – T.Martines, 60.

Real – Real Sosyedad 4:1
Qollar: Q.Qarsiya, 5. Vinisius, 25-pen; 48-pen. F.Valverde, 31 – Oyarsabal, 21-pen.

15 fevral

17:00. Real Ovyedo – Atletik
19:15. Rayo Valyekano – Atletiko
21:30. Levante – Valensiya
00:00. Malyorka – Betis

16 fevral

00:00. Jirona – Barselona

A Seriyası: “İnter” “Yuventus”u da xalsız yola saldı

15 February 2026 at 01:45

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Komo” – “Fiorentina” matçında qonaqlar qələbə qazanıblar. “Latsio” da evdə “Atalanta”ya uduzub.

Turun mərkəzi oyununda “İnter” “Yuventus”la üz-üzə gəlib. Milanda baş tutmuş oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

25-ci turun qalan görüşləri fevralın 15-də və 16-da keçiriləcək.

İtaliya, A Seriyası
25-ci tur
13 fevral

Piza – Milan 1:2
Qollar: Loyola, 71 – Loftus-Çik, 39. Modriç, 85.

14 fevral

Komo – Fiorentina 1:2
Qollar: Parisi, 77-öz qapısına – Facoli, 26. M.Kin, 54-pen.

Latsio – Atalanta 0:2
Qollar: Ederson, 41-pen. Zalevski, 60.

İnter – Yuventus 3:2
Qollar: Kambyazo, 17-öz qapısına. Espozito, 76. Zyelinski, 90 – Kambyazo, 26. Lokatelli, 83.

15 fevral

15:30. Udineze – Sassuolo
18:00. Kremoneze – Cenoa
18:00. Parma – Verona
21:00. Torino – Bolonya
23:45. Napoli – Roma

16 fevral

23:45. Kalyari – Leççe

Ozan Can Kökçü PSV-yə qarşı 84 dəqiqə oynadı

14 February 2026 at 11:00

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 23-cü turunda PSV ilə qarşılaşıb.

“Volendam” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Ozan bu görüşə start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib.

“Volendam” 23 turdan sonra 24 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Ozan bu oyunların 22-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 25 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

“Nyukasl” “Qarabağ”la oyundan əvvəl kubokda sevindi

15 February 2026 at 00:28

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl” İngiltərə Kubokunda növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, 1/16 final mərhələsində “Aston Villa” ilə qarşılaşıb. Görüş “Nyukasl”ın qələbəsiylə başa çatıb – 3:1.

“Sağsağanlar”ın qollarını Tonali (2) və Voltemad vurub.

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda keçirəcək. Cavab görüşü isə fevralın 25-də İngiltərədə olacaq.

“Sabah”dan inamlı qələbə

14 February 2026 at 21:46

Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turun son qarşılaşmasında “Sabah” NTD ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan görüş “Sabah”ın qələbəsiylə başa çatıb – 103:87.

Daha əvvəl keçirilən görüşlərdə “Sərhədçi” “Lənkəran”ı (83:69), “Naxçıvan” “Sumqayıt”ı (110:107), “Abşeron Lions” “Gəncə”ni (81:71), “Ordu” “Quba”nı (98:87), “Neftçi” “Şəki”ni (93:77) məğlub edib.

Bundesliqa: “Bayern” və “Bayer”dən darmadağın

14 February 2026 at 23:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 6 oyun baş tutub.

Beş qolun qeydə alındığı “Hamburq” – “Union Berlin” matçında meydan sahibləri çətin qələbəyə seviniblər. “Ştutqart” da “Köln”ü məğlub yola salıb.

“Bayer” evdə “Sankt Pauli”yə, “Ayntraxt” Mönhenqladbax “Borussiya”sına, “Hoffenhaym” da “Frayburq”a böyük hesabla qalib gəlib. Lider “Bayern” isə səfərdə “Verder”i 3 cavabsız qolla üstələyib.

22-ci turun qalan görüşləri fevralın 15-də keçiriləcək.

Almaniya, Bundesliqa
22-ci tur
13 fevral

Borussiya (Dortmund) – Maynts 4:0
Qollar: Jirassi, 10; 42. Bayer, 15. Köhr, 84-öz qapısına.

14 fevral

Bayer – Sankt Pauli 4:0
Qollar: Kuansa, 13. Şik, 14. Tapsoba, 52. Poku, 78.

Ayntraxt – Borussiya (Mönhenqladbax) 3:0
Qollar: Braun, 24. Amaimuni, 34. Knauff, 75.

Hamburq – Union Berlin 3:2
Qollar: Koniqsdorffer, 35; 82. Kapaldo, 45+2 – Kerfeld, 28-pen. İliç, 89.

Hoffenhaym – Frayburq 3:0
Qollar: Asllani, 46. O.Kabak, 51. Gendrey, 90+5.

Verder – Bayern 0:3
Qollar: H.Keyn, 22-pen; 25. Qoretska, 70.

Ştutqart – Köln 3:1
Qollar: Demiroviç, 15; 84. Undav, 90+2.

15 fevral

18:30. Auqsburq – Haydenhaym
20:30. Leypsiq – Volfsburq

Super Liqa: “Fənərbağça” Trabzondan əzmkar qələbə ilə döndü

14 February 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Gənclərbirliyi” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Alanyaspor” doğma meydanda “Konyaspor”a məğlub olub.

Səfərdə “Trabzonspor”la qarşılaşmış “Fənərbağça” da turu qələbə ilə başa vurub.

22-ci turun qalan görüşləri fevralın 15-də və 16-da keçiriləcək.

Türkiyə, Super Liqa
22-ci tur
13 fevral

Antalyaspor – Samsunspor 3:1
Qollar: Ballet, 6; 22. Storm, 72 – Ntçam, 90+6-pen.

Qalatasaray – Eyüpspor 5:1
Qollar: Y.Akgün, 2. İkardi, 33; 48; 70. Onquene, 87-öz qapısına – M.Altunbaş, 71.

14 fevral

Gənclərbirliyi – Rizəspor 2:2
Qollar: Sou, 18-öz qapısına. Koita, 45 – Pala, 77; 87.

Alanyaspor – Konyaspor 2:1
Qollar: Ruan, 37. Haderqyonay, 80-pen – Bardi, 83.

Trabzonspor – Fənərbağça 2:3
Qollar: Muçi, 6. Onuaçu, 43 – Talişka, 15. K.Aktürkoğlu, 34. Asensio, 48.

15 fevral

15:30. Kocaelispor – Qaziantep
18:00. Göztəpə – Kayserispor
21:00. Başakşəhər – Beşiktaş

16 fevral

21:00. Kasımpaşa – Karagümrük

Zamiq Əliyev “Vora”ya qarşı 90 dəqiqə oynadı

14 February 2026 at 22:30

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 24-cü turu çərçivəsində “Vora” ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Əliyev bu görüşə start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib. O, 80-ci dəqiqədə sarı vərəqə də alıb.

“Eqnatiya” 24 turdan sonra 43 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Sözügedən komanda 24 oyunda 12 qələbə qazanıb, 7 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 58 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Mahir Emrelinin yoxluğunda tək qolla 3 xal

14 February 2026 at 22:00

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 22-ci turu çərçivəsində “Qroyter Furt”la qarşılaşıb.

Doğma meydanda baş tutmuş oyunda “Kayzerslautern” qələbəyə sevinib – 1:0. Ağır zədədən sonra bərpa prosesi keçən Mahir bu oyunun iştirakçısı olmayıb.

23 turdan sonra 34 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 22 oyunda 10 qələbə qazanıb, 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. O, Almaniya klubunda 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

ABL: “Abşeron Lions” və “Ordu”dan qələbə

13 February 2026 at 22:00

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

A qrupunda “Gəncə” səfərinə yollanan “Abşeron Lions” 81:71 hesablı qələbəyə sevinib.

B qrupunda isə “Ordu” və “Quba” kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma birincilərin 98:87 hesablı qələbəsi ilə bitib.

Daha əvvəl keçirilmiş görüşlərdə “Sərhədçi” “Lənkəran”ı (83:69), “Naxçıvan” “Sumqayıt”ı (110:107) məğlub edib.

Tura fevralın 14-də yekun vurulacaq.

A qrupu: Sabah – 31. Abşeron Lions – 30. Gəncə – 24. Neftçi – 23. NTD – 19. Şəki – 18.

B qrupu: Ordu – 31. Naxçıvan – 30. Sərhədçi – 23. Sumqayıt – 23. Quba – 22. Lənkəran – 21.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Yüksək Liqa: UNEC “Murov”a da uduzdu

13 February 2026 at 21:00

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 13-cü turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə matçı UNEC və “Murov” komandaları arasında baş tutub.

Tərəflər UNEC-in idman zalında üz-üzə gəliblər. “Murov” meydan sahiblərini 3:1 (25:23, 19:25, 25:23, 25:23) hesabıyla məğlub edib.

Xatırladaq ki, bu turun digər oyunları ötən gün keçirilmişdi. “Milli Aviasiya Akademiyası” “Azərreyl”i 3:1, “DH Volley” isə “Turan”ı 3:2 hesabı ilə üstələmişdi.

13-cü tura fevralın 17-də yekun vurulacaq. Turun son oyunu Gəncə şəhərində “Gəncə” və “Gənclər” komandaları arasında keçiriləcək.

Yüksək Liqa
13-cü tur
13 fevral

UNEC – “Murov” 3:1 (25:23, 19:25, 25:23, 25:23)

Dayo Upamekano “Bayern”lə yeni müqavilə bağladı

13 February 2026 at 20:00

Almaniya nəhəngi “Bayern”in fransalı mərkəz müdafiəçisi Dayo Upamekano Bundesliqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə Münhen klubunun rəsmi saytına istinadən xəbər verir.

Tərəflər müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş yeni sözləşməyə imza atıblar. Əvvəlki müqavilənin müddəti cari mövsümün sonunda bitəcəkdi.

Xatırladaq ki, Dayo Upamekano “Valansyen”in yetirməsidir. Fransalı müdafiəçi karyerası ərzində “Zalsburq”, “Leypsiq” və “Bayern”də çıxış edib.

“Bayern” Upamekanonu 2021-ci ilin iyulunda 42,5 milyon avro müqabilində “Leypsiq”dən tamhüquqlu əsasda heyətinə qatıb.

Upamekano cari mövsümdə “Bayern”in heyətində 28 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib. O, Münhen təmsilçisində bütövlükdə 180 oyun keçirib, 6 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Dayo Upamekanonun qənimətlər muzeyində “Leypsiq”lə 2 Avstriya çempuonluğu, 2 Avstriya Kuboku və “Bayern”lə 3 Almaniya çempionluğu və 3 Almaniya Super Kuboku var.

Upamekano 2020-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 35 oyuna çıxıb, 2 qol vurub. Müdafiəçi “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Santyaqo Kastro “Bolonya” ilə yeni müqaviləyə imza atdı

13 February 2026 at 18:00

İtaliyanın “Bolonya” komandasının argentinalı mərkəz hücumçusu Santyaqo Kastro A Seriyası təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub gənc hücumçusu ilə yeni müqavilənin 2030-cu ilin 30 iyununadək nəzərdə tutulduğunu bəyan edib. Əvvəlki müqavilənin müddəti 2028-ci ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Santyaqo Kastro Argentinanın “Veles Sarsfild” klubunun yetirməsidir. “Bolonya” onu 2024-cü ilin yanvarında 13,2 milyon avro müqabilində Argentina klubundan transfer edib.

Kastro cari mövsümdə iştirakçısı olduğu 31 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Bolonya” karyerası bütövlükdə 85 oyun, 19 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

Kastro Argentinanın U-16, U-20 və U-23 yığmalarında forma geyinsə də, hələ əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Before yesterdaySport-AZ

Futzal: 1/4 finalçıların yarısı bəlli oldu

14 February 2026 at 21:30

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

İlk matçda iki iddialı komanda üz-üzə gəlib. Birinci hissə gərgin keçsə də, “Araz-Naxçıvan” ikinci hissədə oyunun taleyini həll edib. Digər oyunlarda Yüksək Liqa təmsilçiləri olan “Neftçi” və “Lənkəran” asanlıqla qalib gəliblər. Günün son dueli isə gərginliyi ilə yadda qalıb. Nominal qonaqlar ardıcıl 2 qol vursa da, meydan sahibləri qələbə qazanmağı bacarıblar. Beləliklə, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Lənkəran” və “Xan-Lənkəran” 1/4 finala vəsiqə qazanıblar.

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları fevralın 15-də keçiriləcək.

Qarşılaşmaların hamısı “Olimpik Star”da baş tutacaq.

Futzal, Azərbaycan Kuboku
1/8 final
14 fevral

Baku Fire – Araz-Naxçıvan 1:5
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Hakim-inspektor: Murad Məmmədov.

Neftçi İK – Trabzon Azərbaycan 14:3
Hakimlər: Hidayət Feyzullayev, Anar Fərəcov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.

Lənkəran – Atletiko Baku 17:3
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Ramiz Əsədov.

Xan-Lənkəran – Dəstə Ordubad 6:3
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.

15 fevral

14:00. Ulduz – Baku Fire-2
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Murad Məmmədov.

16:00. U-19 – Yeni Suraxanı
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.

18:00. STAR karqo – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Azad Hüseynov.

20:00. Timsport – PFL
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.

ABL: “Sabah” və “Neftçi”dən rahat qələbə

14 February 2026 at 21:00

Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 17-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Öncə, “Şəki” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Şəki Olimpiya İdman Kompleksində baş tutmuş görüş Bakı klubunun qələbəsi ilə başa çatıb – 93:77.

Turun son matçı Bakı İdman Sarayında NTD və “Sabah” komandaları arasında baş tutub. Qarşılaşma qrup liderinin 103:87 hesablı qələbəsi ilə başa çatıb.

Daha əvvəl keçirilmiş görüşlərdə “Sərhədçi” “Lənkəran”ı (83:69), “Naxçıvan” “Sumqayıt”ı (110:107), “Abşeron Lions” “Gəncə”ni (81:71), “Ordu” “Quba”nı (98:87) məğlub etmişdi.

Beləliklə, 17 turdan sonra qruplardakı vəziyyət belədir:

A qrupu: Sabah – 33. Abşeron Lions – 32. Neftçi – 25. Gəncə – 25. NTD – 19. Şəki – 19.

B qrupu: Ordu – 33. Naxçıvan – 30. Quba – 23. Sərhədçi – 23. Sumqayıt – 23. Lənkəran – 21.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Əvəzedicilər Liqası: “Sabah”la “Sumqayıt”dan heç-heçə

14 February 2026 at 16:00

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 16-cı turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Sabah”la “Sumqayıt”ın ikinci komandaları arasında keçirilmiş oyunda qapılara qol vurulmayıb.

16-cı turun qalan görüşləri fevralın 16-da və 17-də keçiriləcək.

Əvəzedicilər Liqası
16-cı tur
14 fevral

“Sabah-2” – “Sumqayıt-2” 0:0
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”, 14:00.

16 fevral

“Araz-Naxçıvan-2” – “Zirə-2”
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Sənan Bayramzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:30.

17 fevral

“Turan Tovuz-2” – “Şamaxı-2”
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Niyaz Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Qarabağ-2” – “Qəbələ-2”
Hakimlər: Nazim Abdullayev, Cavid Ömərov, Hüseyn Vəliyev, Rəsul Babayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 14:30.

“Neftçi-2” – “Kəpəz-2”
Hakimlər: Ceyhun Hüseynov, Tural Bayramov, Sadiq Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Rafinya qayıtdı, Reşford…

14 February 2026 at 21:00

“Barselona”nın futbolçusu Rafinya kollektiv məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Braziliyalı hücumçu şans veriləcəyi halda, La Liqada “Jirona” ilə matçda meydana çıxa bilər.

Komandanın digər futbolçusu Markus Reşford isə hələ tam hazır deyil.

“Jirona” – “Barselona” oyunu fevralın 16-da keçiriləcək.

“Kəpəz” doğma arenaya qayıdır – ilk oyun may ayında planlaşdırılır

14 February 2026 at 20:47

“Kəpəz” klubunun İdarə Heyətinin üzvü Fərman Əlizadənin “Futbolpress.az“a müsahibəsi:

– Gəncə stadionu ilə bağlı vəziyyət nə yerdədir?
– İlk növbədə ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə klubumuz və azarkeşlər adından təşəkkür edirik. Məhz Prezidentin sərəncamı ilə stadionun inşası “Kəpəz”in inkişafı üçün böyük təkandır. Stadionun tikintisi Gənclər və İdman Nazirliyinə həvalə olunub və gördüyünüz kimi qısa müddətdə böyük iş görülüb. Fors-major hal baş verməzsə, hər zaman klubların yanında olan AFFA və PFL-in dəstəyi ilə ilk ev oyunumuzun may ayında keçirilməsi planlaşdırılır.

–  “Kəpəz”ə gələrkən qarşınıza qoyduğunuz əsas məqsəd və hədəf nə idi?
– Mən özüm də Gəncədə doğulub, burada böyümüşəm. “Kəpəz” uşaqlıqdan azarkeşlik etdiyim komandadır. Doğma şəhərimin doğma klubuna dəstək olmaq təklifi olundu və mən də bunu böyük məmnuniyyətlə qəbul etdim. “Kəpəz” böyük tarixə, zəngin ənənələrə və güclü azarkeş bazasına malik klubdur. İlk mərhələdə prioritetimiz Premyer Liqada mövqeyimizi qorumaq, paralel olaraq isə struktur baxımından davamlı inkişaf üçün möhkəm baza formalaşdırmaq idi.

– Yeni mövsümün startından klubda hansı işlər görülüb?
– Akademiya ilə əsas komanda arasında koordinasiya gücləndirilib. Eyni zamanda infrastrukturun mərhələli şəkildə yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Qürurverici haldır ki, struktur dəyişiklikləri nəticəsində Azərbaycan futbol klubları arasında ilk qadın klub meneceri məhz “Kəpəz”də fəaliyyət göstərir. Səbinə Hənifəyeva bu işin öhdəsindən yüksək səviyyədə və layiqincə gəlir. Klub da onun fəaliyyətini yüksək qiymətləndirir.

– Bu mövsüm komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Növbəti mövsüm üçün plan nədir?
– Mövsümün əvvəlində hədəflərimiz daha fərqli idi. Təəssüf ki, start istədiyimiz kimi alınmadı. Sonradan müəyyən dəyişikliklər etdik. Azər Bağırov komandaya qayıtdıqdan sonra yeni transferlər reallaşdırıldı. Yusif İmanov, Rauf Hüseynli, Mate Abuladze, Veysəl Rzayev, Rəhman Hacıyev və Camal Cəfərov baş məşqçimizin istəyi ilə komandaya cəlb olundular. Bir sıra oyunçularla isə yollar ayrıldı. Mövsümün qalan hissəsində əsas hədəf sabitliyi qorumaqdır. Kubokda isə bacardığımız qədər irəliləmək istəyirik. Komandamıza inanırıq. Baş məşqçimiz, yerli futbolçularımız və ümumilikdə kollektivin hər bir üzvünün qarşıya qoyulan hədəflərə çatmaq üçün maksimum çalışacağına əminik. Növbəti mövsümdə isə daha rəqabətədavamlı kollektiv formalaşdırmaq və turnir cədvəlində yuxarı pillələr uğrunda mübarizə aparmaq niyyətindəyik. Addımlarımız mərhələli və real plan əsasında atılır.

– Veysəl Rzayevin vəziyyəti necədir və onunla bağlı plan nədir?
– Klubun İnfrastruktur rəhbəri Ruslan Məmmədov, baş məşqçimiz Azər Bağırov və komanda üzvləri mütəmadi olaraq Veysəl Rzayevi ziyarət edirlər. Əsas məqsədimiz onun tam sağalaraq ayağa qalxmasıdır. Ümid edirik ki, Veysəl tezliklə yaşıl meydanlara qayıdacaq.

– Cefferson Bentu ilə bağlı vəziyyət nə yerdədir?
– Təəssüf ki, Cefferson Bentu klub qarşısında olan öhdəliklərini yerinə yetirməyib və qış fasiləsindən sonra komandanın düşərgəsinə qayıtmayıb. Bununla bağlı artıq FIFA-ya müraciət etmişik. FIFA-nın qaydalarına uyğun olaraq hüquqi proses başlanılıb. Onun gedişi seleksiya planlarımızda dəyişiklik etməyə məcbur etdi. Bu səbəbdən baş məşqçi Azər Bağırovun istəyi ilə Mate Abuladze komandaya dəvət olundu.

– Akademiyanın inkişafı ilə bağlı hansı planlar var?
– Akademiya klubun gələcəyidir. Seçim mexanizmi gücləndirilir. Ötən ay növbəti seleksiya məşqləri keçirilib və bu seleksiya nəticəsində aşağı yaş qrupları üzrə komandalara uşaqlar cəlb olunub. Məşqçilərin ixtisasartırması və kateqoriyalarının yüksəldilməsi prioritetdir. Texniki bazanın təkmilləşdirilməsi istiqamətində də işlər görülür. Məqsədimiz əsas komandaya mütəmadi olaraq akademiya yetirmələri qazandırmaqdır. Qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz iki yoxlama görüşündə “Kəpəz”in 10-dan çox yetirməsi şans qazanıb. Bu hal klubumuzda uzun illər qeydə alınmırdı. Bu fakt əsas komanda ilə akademiya arasında əlaqələrin möhkəmləndiyini və sistemli işin artıq nəticə verməyə başladığını göstərir.

– Uzun illərdir milli komandaya dəvət olmur. Bu ənənənin bərpası üçün nə edilir?
– Bu istiqamətdə işlər aparılır. Artıq akademiyamızın futbolçuları aşağı yaş qrupları üzrə milli komandalara dəvət almağa başlayıblar. Bu, görülən işlərin real nəticəsidir. Ümid edirik ki, yaxın illərdə onları əsas milli komandanın heyətində də görəcəyik. Gələcəkdə Akademiyaya performans və fiziki hazırlıq üzrə mütəxəssislərin cəlb olunması da nəzərdə tutulub. Məqsədimiz futbolçuların fərdi inkişafını daha peşəkar səviyyəyə qaldırmaqdır.

– Maliyyə sabitliyi və sponsorluq məsələləri ilə bağlı hansı addımlar atılıb?
– Bildiyiniz kimi, ilk dəfədir ki, “Kəpəz”in titul sponsoru var. Bu münasibətlə “Unibank”a təşəkkür edirik. Onlarla yeni layihələr üzərində işləyirik və əməkdaşlığımızı daha da genişləndirməyi planlaşdırırıq. Ümumilikdə büdcə planlaması daha sistemli şəkildə qurulub. Paralel olaraq yeni tərəfdaşların cəlb olunması istiqamətində danışıqlar aparılır. Məqsədimiz uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaqdır. Klubun brend dəyərinin artırılması sponsor marağını da yüksəldir.

– Akademiya üçün yeni layihələr nəzərdə tutulurmu?
– Akademiya yeni məşq inventarları və forma dəsti ilə təmin olunub. Futbolçuların məşq etdiyi stadionda mövcud olan natamam işlər mərhələli şəkildə aradan qaldırılır. Ərazidə hasarların hörülməsi artıq yekunlaşdırılıb. Stadion ərazisində yeni sanitar qovşağı inşa olunub və qızlar və oğlanlar üçün ayrıca nəzərdə tutulub. Bundan əlavə, Akademiyanın məşq meydançasında işıqlandırma sisteminin qurulmasına başlanılıb. Uzun illər işıqlandırmanın olmaması səbəbindən axşam saatlarında məşq keçmək mümkün deyildi və bu, futbolçuların inkişafına mənfi təsir göstərirdi. Yeni sistemin quraşdırılması ilə bu problem aradan qaldırılacaq və məşqlər daha əlverişli şəraitdə, daha geniş zaman intervalında keçiriləcək. Bundan başqa, Akademiya üçün oyun vaxtı istifadə ediləcək soyunub-geyinmə otağının tikintisi və əlavə sanitar qovşağın inşası nəzərdə tutulub. Yaxın gələcəkdə süni meydançanın dəyişdirilməsi də planlarımız sırasındadır.

– Akademiyadan əsas komandaya keçid mexanizmi necə qurulacaq?
– Perspektivli futbolçular artıq əsas komandanın məşqlərinə cəlb olunur. Məşqçilər heyəti ilə koordinasiya gücləndirilib. İdarə Heyətinin sədri Adil Vəliyevlə keçirilən görüşdə baş məşqçimiz Azər Bağırovun qarşısına akademiya ilə bağlı konkret tapşırıqlar qoyulub və o da planlarının klub strategiyası ilə tam uyğun olduğunu bildirib. Baş məşqçimiz mütəmadi olaraq aşağı yaş qruplarının məşqlərini və matçlarını izləyir. Yoxlama oyunlarında akademiya üzvlərinə şans verilməsi də bu sistemli yanaşmanın tərkib hissəsidir.

– Azarkeşlərlə bağlı hansı planlar var?
– “Kəpəz” azarkeşsiz təsəvvür olunmur. “Xəmsə” və “Kəpəz Ultras” kimi uzun illər tribunada və komandanın yanında olan və yeni yaradılan “Zona 20” kimi üç böyük azarkeş qrupumuz var. Onlar nəticədən asılı olmayaraq hər zaman klubun yanındadırlar. Bu dəstək klubumuz üçün böyük stimuldur. Ev oyunlarını Gəncədə keçirəcəyimiz vaxt onların dəstəyinə daha çox ehtiyacımız olacaq və inanırıq ki, arena tam dolacaq.

– “Kəpəz”in veteranlarla bağlı nə deyə bilərsiz?
– Veteranlar “Kəpəz”in tarixidir. Klubun ən böyük uğurları onların adları ilə bağlıdır. Onların dəstəyinə hər zaman ehtiyacımız var. Veterlarla arasında Akademiyamızda fəaliyyət göstərənləri də var. Onlar klubumuzun aşağı yaş qruparndan ibarət komandalarda məşqçilər heyətində yer alıblar. Bundan başqa, klubun nəzdnində “Gəncə futbol əfsanələri” şurası da yaradılıb. Bu şuraya komandanın formasını geyinən bütün veteranlar üzv seçilib. Onlarla bağlı da planlarımız var. Bu ayın sonunda görüşümüz olacaq. Ev oyunlarımızı doğma stadionumuzda keçirəndə onlar üçün də xüsusi tribuna ayrılacaq və “Kəpəz”in matçlarını izləmələri üçün şərait yaradılacaq.

– Qarşıda sizi 2 çətin matç gözləyir. “Neftçi” və “Sabah” oyunları ilə bağlı gözləntiləriniz?
– Rəqibdən asılı olmayaraq baş məşqçi və futbolçularımızın hədəfi əzmkar oyun göstərib, qələbə qazanmaqdır. “Neftçi” ənənəsi olan köklü bir komandadır. Güclü heyətə malikdirlər. Onlarla oyunumuz hər zaman gərgin idman mübarizəsi şəraitində keçib. “Sabah” da artıq tarix yazmağa başlayır. Ötən mövsüm Azərbaycan kubokunu qazanmaları bunun sübutudur. Hazırda isə Premyer Liqada turnir cədvəlinin ilk pilləsində qərarlaşıblar və uğurlu mövsüm keçirirlər. Bütün bunlara rəğmən bildirdiyim kimi hədəfimiz hər oyunda layiqli mübarizə aparıb, maksuimum nəticə qazanmaqdır.

Şahin Cəfərov

Füzuli Məmmədov: “Hansısa səhv bizi Premyer Liqadan sala bilər”

14 February 2026 at 20:39

Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” – “Karvan-Yevlax” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çox maraqlı oyun oldu. Meydanda mübarizə getdi. Hər iki komanda yaxşı oyun sərgilədi. Bilirik ki, “Zirə” yaxşı komandadır, amma bu gün biz də yaxşı oynadıq. Standart vəziyyətdən qol buraxdıq. Hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı. Rəqibi təbrik edirəm, növbəti matça hazırlaşacağıq.

– Qavi Tompson meydandan çıxanda qərara etiraz etdi…
– Hər futbolçu oyunu alınmayanda stressdə olur. Qavinin də davranışı normaldır. Emosional idi. Daha sonra hərəkətini başa düşdü

– Artıq neçənci dəfədir ki, ilk hissədə əvəzetməyə gedirsiz. Bu, nə ilə bağlıdır?
– “Sumqayıt”la matçda Raufun oyunu pis alınmırdı. Müdafiədə problemlər var idi, məcburiyyətdən onu əvəzlədik. Bu gün də hesabda geridə idik. Qavi yarımmüdafiəçidir, Kinqs isə hücumameyillidir. Biz futbolçuların zəif çıxışına görə yox, hücumda effektiv olmaq dəyişiklik üçün edirik. Taktiki gedişlərdir.

– Birinci hissədə potensial penalti epizodu var idi. Epizoda baxdız, fikirləriniz nədir?
– Baxdım. VAR-da oturanlar da baxırlar. Dirsək var idi, amma necə dəyərləndirirlər, bilmirəm. Hakimlər bizdən daha biliklidir.

– Ötən oyunda da rəqibinizə aşkar qırmızı vərəqə verilməmişdi. Sizcə, sonuncu pillədə olduğunuza görə, hakimlər sizə qeyri-ciddi yanaşırlar?
– Mübarizə aparırıq, əziyyət çəkirik. Hər oyuna qələbə üçün çıxırıq, amma belə epizodlar bizi məyus edir. Hakimlər daha diqqətli olmalıdırlar. Hansısa səhv bizi Premyer Liqadan sala bilər. İstəyim odur ki, hakimlər bizim matçlarda çox diqqətli olsunlar.

Şahin Cəfərov

Sadıqov: “İstədiyimizi nə qədər reallaşdıracağıq, onu zaman göstərəcək”

14 February 2026 at 19:43

Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” – “Karvan-Yevlax” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Gərgin oyun olacağını bilirdik. Rəqibimiz hər oyuna “ölüm-qalım” mübarizəsi ilə çıxır. Hər xal onlar üçün çox önəmlidir. Bilirdik ki, qarşımızda möhkəm komanda olacaq. Müdafiə davranışları fərqli idi, daha kompakt oynadılar. Oyunboyu yaxşı hücumlarımız var idi. 2-ci və ya 3-cü qolu vursaydıq, matç daha rahat keçərdi. Amma vacib olan odur ki, qalib gəldik. Rəqibə qol epizodu vermədik. Futbolçularımı təbrik edirəm. Çox vacib və stressli görüşdə qələbə qazandıq.

– Anatoli Nuriyevin transferi necə alındı?
– Bəyəndiyim futbolçulardan idi. “Sabah”a müraciət etdik və buna “hə” dedilər. Nuriyevin keçidinə razı oldular. Bizim üçün vacib transfer idi. Buna görə “Sabah”a təşəkkür edirəm. Yaxından və yaxşı tanıdığım oyunçudur. Son vaxtlarda az oynayıb. Amma zamanla daha yaxşı formaya düşəcək.

– Bu heyət hədəflərə çatmağa imkan verəcək?
– İstədiyimiz ən azından avrokuboklara düşməkdir. İki komanda çempionluq, digər beş komanda isə avrokuboklara vəsiqə üçün mübarizə aparır. Komandaların yaxşı heyətləri var, yaxşı performans göstərirlər. İstədiyimizi nə qədər reallaşdıracağıq, onu zaman göstərəcək. Ən vacib olan zədəlilərimizin az olması, futbolçuların yaxşı formada olmasıdır.

Şahin Cəfərov

Karyerasında 500-cü qol!

14 February 2026 at 21:30
“Bayern”in hücumçusu Harri Keyn Almaniya Bundesliqasının 22-ci turunda “Verder”lə oyunda (3:0) dubl edib. Msport.az xəbər verir ki, bu, ingiltərəli forvardın […]

Source

“Zirə” – “Karvan” 1:0 – Video

14 February 2026 at 20:30

Azərbaycan Premyer Liqasının 20-ci turunun “Zirə” – “Karvan” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
20-ci tur
14 fevral

“Zirə” – “Karvan” 1:0
Qol: Davit Volkov, 20.
Sarı vərəqələr: Vadim Abdullayev, 45+1 (qeyri-idman hərəkəti). Eltun Turabov, 74 (qeyriidman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 17:00. Zirə İdman Kompleksinin stadionu, 350 tamaşaçı.

Baş hakim: Kamranbəy Rəhimov.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Mirnihad Seyidov.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 19. Rüfət Abdullazadə (7. Rövlan Muradov, 68), 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili (29. Ceyhun Nuriyev, 68), 5. Ange Mutsinzi, 11. Junior Martins (73. Anatoli Nuriyev, 46), 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 26. Stefan Akka, 30. Rikardo Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov (37. Mois Nqvisani, 46), 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli (10. Samuel Durrant, 77), 5. Emin Rüstəmov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, (8. Peter Kings, 32 / 17. Samir Abdullayev, 77), 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 42. İbrahim Qədirzadə, 4. Olavale Doyeni.
Baş məşqçi: Fizuli Məmmədov.

Rəşad Sadıqov Anatoli Nuriyevin transferindən danışdı

14 February 2026 at 20:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü qəsəbə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Gərgin oyun keçdi. Belə olacağını gözləyirdik. Rəqibimiz hər oyuna sonuncu matç kimi çıxır. Hər xal onlar üçün çox önəmlidir. Bilirdik ki, qarşımızda möhkəm komanda olacaq. Müdafiə davranışları fərqli idi, daha kompakt oynadılar. Oyunboyu yaxşı hücumlarımız var idi. 2-ci və ya 3-cü qolu vursaydıq, matç daha rahat keçərdi. Amma vacib olan odur ki, qalib gəldik. Rəqibə qol epizodu vermədik. Futbolçularımı təbrik edirəm. Çox vacib və stressli görüşdə qələbə qazandıq.

İstəyimiz ən azından avrokuboklara düşməkdir. Çox istəyərdik ki, Avropaya gedək. Amma bu mövsüm rəqabət daha fərqlidir. İki komanda çempionluq uğrunda mübarizə aparır, digər 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq. Rəqiblərimizin də yaxşı heyəti var. Yaxşı performans göstərilər. İstədiyimizi nə qədər reallaşdıracağıq, onu zaman göstərəcək. Ən vacib olan zədəlilərimizin az olması, futbolçuların yaxşı formada olmasıdır”.

Rəşad Sadıqov Anatoli Nuriyevin “Zirə”yə transferindən də söhbət açıb:

“Anatoli Nuriyevi futbolçu olaraq həmişə bəyənmişəm. “Sabah”a müraciət etdik və buna müsbət cavab verdilər, Nuriyevin keçidinə razı oldular. Bizim üçün vacib transfer idi. Buna görə “Sabah”a təşəkkür edirəm. Yaxından və yaxşı tanıdığım oyunçudur. Son vaxtlarda az oynayıb. Amma zamanla daha yaxşı formaya düşəcək”.

Füzuli Məmmədov hakimləri diqqətli olmağa çağırdı

14 February 2026 at 19:30

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü Yevlax təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı oyun oldu. Meydanda mübarizə getdi. Hər iki komanda yaxşı oyun sərgilədi. Bilirik ki, “Zirə” yaxşı komandadır, amma bu gün biz də yaxşı oynadıq. Bir standart vəziyyətdə rəqibi buraxdıq və qapımızda qol gördük. Hesabı bərabərləşdirmək istədik. Oyunun gedişatında sistemdə dəyişiklik etdik, hücumçuların sayını artırdıq. Təəssüf ki, qol vura bilmədik. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşacağıq”.

Füzuli Məmmədov Qavi Tompsonun ilk hissədə əvəzlənməsinə etiraz etməsinə də münasibət bildirib:

“Hər bir fubtolçunun oyunu alınmayanda stresə düşür. Bu, normaldır. Qavi təcrübəli oyunçulardandır. Sakitləşdikdən sonra başa düşdü. Qavini dəyişdik ki, ora hücumameyilli oyunçu əlavə edək. Hesabda geridə idik. Qavi yarımmüdafiəçidir, Kinqs isə hücumameyillidir. Biz futbolçuların zəif çıxışına görə yox, hücumda effektiv olmaq üçün dəyişiklik edirik. Taktiki gedişlərdir”.

Baş məşqçi hakimlərin onların oyunlarında diqqətli olmalarının vacibliyini də vurğulayıb:

“Epizodlara VAR-da oturanlar da baxırlar. Bu gün bir epizodda dirsək zərbəsi var idi, amma necə dəyərləndirirlər, bilmirəm. Hakimlər bizdən daha biliklidirlər. O epizodda dirsək var idi. Bizim müdafiəçimizə qarşı dirsək zərbəsi oldu. Ötən oyunda da rəqibimizə aşkar qırmızı vərəqə verilməmişdi. Bütün bunlar bizə çox təsir edir. Biz çox əziyyət çəkirik. Futbolçular da əziyyət çəkirlər. Hər oyuna qalibiyyət üçün çıxırıq. Belə epizodlar bizi əzir. Bizim oyunlarda hakimlər maksimum diqqətli olmalıdırlar. Hansısa səhv bizi Premyer Liqadan sala bilər. İstəyim odur ki, hakimlər bizim matçlarda çox diqqətli olsunlar”.

Premyer Liqa: “Karvan” “Zirə”yə də uduzdu

14 February 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.

“Zirə” çempionatın aşkar autsayderi “Karvan”ı qəbul edib. Zirədə baş tutmuş görüşün baş hakimi Kamranbəy Rəhimov olub. Meydan sahibləri bu görüşü tək qolla qalib başa vurublar.

Premyer Liqa
20-ci tur
14 fevral

“Zirə” – “Karvan” 1:0
Qol: Davit Volkov, 20.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 19. Rüfət Abdullazadə, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 30. Rikardo Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 42. İbrahim Qədirzadə, 17. Samir Abdullayev, 37. Mois Nqvisani, 8. Peter Kinqs, 10. Samuel Durrant. 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Xorxe Kaskilya: “Qarabağ”la heç-heçə daha ədalətli nəticə olardı”

14 February 2026 at 18:30

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş oyunu “İmişli”nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox çətin və mübarizəli oyun getdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Komandam bu gün taktiki cəhətdən yaxşı oyun göstərdi. “Qarabağ”ın hücum xəttinin qarşısını ala bilirdik. İkinci hissədə standart vəziyyətdə bir səhv qolla nəticələndi. Bu da qələbə qolu oldu. Komandamın oyunundan razı qaldım. Yaxşı oynadıq, sona qədər mübarizə apardıq. Məğlubiyyət futbolun bir hissəsidir, amma heç-heçə daha ədalətli nəticə olardı.

Stadiona toplaşmış azarkeşlərin rəqibi dəstəlməsinin bizim oyunumuza elə də böyük təsiri yox idi. İlk dəfədir ev oyunumuza bu qədər azarkeş gəlir. Onların “Qarabağ”ı dəstəkləməsi bizim oyunçulara motivasiya verirdi. Bu, bizə heç bir problem yaratmadı.

Dioqo Almeydanın lazımsız qırmızı vərəqə aldığı epizodu təhlil edəcəyik. Onun barəsində tədbir görüləcək”.

Xorxe Kaskilya “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun meydançanın durumu barədə fikirlərinə də münasibət bildirib:

“Meydançanın vəziyyətinə baş məşqçi cavabdeh deyil. Bu sual rəhbərliyə verilsə, daha yaxşı olar. Qurban Qurbanov kimi məşqçi burada sadəcə bir oyun keçirəndən sonra belə narazılıq edibsə, bizim futbolçular necə razı qala bilərlər? Burada 16-17 oyun keçirməliyik. Əlbəttə, meydaçanın təsiri böyükdür. Ötən oyunda Yav Mozes, bu gün Mehdi Tahirov zədələndi. Futbolçular da meydançanın təsirini hiss edirlər. Burada oynamağımız nə məndən, nə də oyunçulardan asılıdır”.

Qurban Qurbanov Qubada sərt danışdı: “Belə olmaz”

14 February 2026 at 18:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş oyunu “Qarabağ”ın 1:0 hesablı çətin qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Çox vacib qələbə qazandıq. Azarkeşlərimizə, bütün qubalılara təşəkkür edirəm. Komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik edirdilər. “İmişli”yə uğurlar arzulayıram”.

Qurban Qurbanov Quba Olimpiya İdman Kompleksinin bərbad gündə olan qazonu barədə sualı cavablandırarkən sərt etirazını dilə gətirib:

“Meydança yox səviyyəsində idi. Belə meydanda futbol oynamağa necə icazə verilə bilər, başa düşmürəm. Bir neçə gün öncə İspaniyada ot örtüyünün durumuna görə iki oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. Bəzi iradları bildirəndə deyirlər ki, ancaq “Qarabağ”ı düşünür. Bu meydançanı görməyə nə Qurban lazımdır, nə də başqası. Belə olmaz. Dərindən düşünsək, hər şeyin çıxış yolu var. Belə meydançada “Nyukasl”la oyuna necə hazırlaşaq? Gərək futbolçular 3-4 gün bərpa keçsinlər. Oyunçular ikiqat yükləndilər. Meydança müzakirə olunası mövzudur. Burada təkcə biz oynamırıq. Məncə, bütün komandalar şikayət edir. Oturub gözləyirdim ki, oyun nə vaxt qurtaracaq. Futboldan başqa nə desəniz, var idi”.

Qurban Qurbanov bəzi futbolçuların durumundan da danışıb, həmçinin Kadi Borgesin bu oyunda qırmızı vərəqə almasına münasibət bildirib:

“Mateus Koxalskinin yüngül zədəsi var idi. Dünən məşqdə zədə almışdı. Durumuna sabah aydınlıq gələcək. Buna görə adını bu görüşün ştirak ərizəsinə daxil etməmişdik. Leandro Andrade də oyundan çıxanda axsayırdı. Onun da durumuna baxacağıq. Meydança elədir ki, bilmirsən nə zədəsidir. O da sabah dəqiqləşəcək.

Bu gün əvəzetmələri həm oyunun gedişatına görə etdik, həm də ötən matçda 90 dəqiqə meydanda olanları axıra qədər meydanda saxlamamağa çalışdıq. “Şamaxı” ilə görüş süni örtüklü meydançada idi. Son iki matçda futbolçular 4 oyunluq yükləndilər. Belə komandalar 90 dəqiqə müdafiə olunurlar. Ona görə də futbolçular güc itirirlər.

“Nyukasl”la oyuna tam hazır olmayacağıq”

Kadi Borgesin qırmızı vərəqə almasına gəlincə, deyəcək çox söz yoxdur. Futbol mübarizə oyunudur. Rəqib Kadini əllə saxladı. O da insandır. Əlini atır ki, buraxsın. Hakim dərhal qırmızı vərəqə verir. Ola bilər toxunuş olub. Amma epizodun əvvəlinə baxmaq lazımdır. Bəlkə də heç hakim epizodu görmürdü. Yəqin Əliyar Ağayev VAR-dan deyib. Əliyar onsuz da bizim oyunlarda maraqlı qərarlar qəbul edir. Birinci dəfə deyil. Cavid Cəlilov heç epizoda baxmırdı. Mən də baxmırdım. Sonradan baxdım. Əvvəlki oyunda Bəhlul Mustafazadəyə ikinci sarı vərəqənin verilməməsi çox müzakirə olundu. Hakimlər yəqin ehtiyat edirlər. Hakimlərdən danışmağı xoşlamıram. Onlar federasiyaya bildirməlidirlər ki, bu stadionda futbol oynamaq olmaz. Hansı əsrdə yaşayırıq? Başa düşürəm ki, “İmişli” yeni komandadır, stadionu yoxdur. Burada oynayırlarsa, onda burada da məşq etsinlər də. Özləri niyə burada məşq etmirlər? Bakıda məşq edib Qubada oynayırlar. Bakıda da oynasınlar. Bunları ona görə deyirəm ki, bəlkə meydançanın yaxşılaşdırılmasına faydam olar. Heç kimlə düşmənliyimiz yoxdur. Sadəcə, istəyirik ki, normal futbol oynansın. “Nyukasl”la oyuna tam hazır olmayacağıq. Meydançanın bu dərəcədə pis olduğunu düşünmürdüm”.

Qurban Qurbanov “Neftçi” ilə oyunun təxirə salınmasından sonra “Qarabağ”ın sosial şəbəkələrdə çox tənqid olunmasına dair fikirlərini də bölüşüb:

“Hamımız azərbaycanlıyıq. Dünya futbolunda da aktual olan mövzudur. Hansısa komandanın üzərinə daha çox gedirlər. Normal bir şeydir. Bəlkə də intriqa belə böyüyür. İnanmıram ki, bizə qarşı nəsə olsun. Uğuru olan komandaya qarşı belə şeylər daha çox olur. Amma böyük futbola bir az hörmətlə yanaşmaq lazımdır. Azərbaycanı dünyada hamı tanıyır. Sosial şəbəkələrdə gedən müzakirələrə o qədər də fikir verməyək.

“Nyukasl” sürətli komandadır, Premyer Liqa təmsilçisidir. Son iki oyuna görə normal hazırlaşa bilmədik. Bu iki matçda bəlkə də 1000 ötürmə etməli idik, amma heç 500 ötürmə edə bilmədik. İstədiyim hücumları qura bilmədim. Amma təcrübəmiz var. İlk dəfə deyil. Sadəcə heç vaxt belə hazırlıq olmamışdı. Təxminən 20 dəqiqə 10 nəfərlə oynadıq. Futbolçular əlavə güc sərf etdilər. Futbolçuları tez bərpa etməliyik. İnşallah yaxşı olar”.

“İmişli” – “Qarabağ” 0:1 – Video

14 February 2026 at 17:30

Azərbaycan Premyer Liqasının 20-ci turunun “İmişli” – “Qarabağ” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Qubada baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
20-ci tur
14 fevral

“İmişli” – “Qarabağ” 0:1
Qol: Musa Qurbanlı, 79.
Sarı vərəqələr: Dioqo Almeyda, 47; 83 (hakimin qərarına etiraz). Həzrət İsayev, 90 (qeyri-idman hərəkəti) – Marko Yankoviç, 90+2 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Dioqo Almeyda, 83 – Kadi Borges, 72 (təcavüzkar davranış).
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 5 dəqiqə.
Saat 14:30. Quba Olimpiya İdman Kompleksinin stadionu, 3500 tamaşaçı.

Baş hakim: Cavid Cəlilov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev.
Dördüncü hakim: Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı (79. Dioqo Kardoso, 60), 70. Mehdi Tahirov (44. Həzrət İsayev, 60), 94. Rafael Vyeqas (77. Elmir Rəhimzadə, 88), 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 97. Xəzər Mahmudov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 10. Nikola Karaklaiç.
Baş məşqçi: Xorxe Kaskilya

Qarabağ: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 65), 10. Abdullah Zubir (k) (11. Emmanuel Addai, 85), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel (20. Kadi Borges, 65), 15. Leandro Andrade (22. Musa Qurbanlı, 65), 35. Pedro Bikalyo, 17. Kamilo Duran (18. Dani Bolt, 85).
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 3. Sami Mmae, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Camal Cəfərov yenidən “Kəpəz”də

14 February 2026 at 17:00

Ötən gün “Sabah”dan azad agent kimi ayrılmış 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Camal Cəfərov bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, “Kəpəz” bu gün heyətini yeni oyunçu ilə gücləndirib. Gəncə klubu azad agent statusuna malik Camal Cəfərovun keçidini rəsmiləşdirib. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, son klubu “Sabah” olan Camal müxtəlif vaxtlarda “sarı-göylər”in formasını geyinib. Cəfərov 2023/2024-cü və 2024/2025-ci illər mövsümünü icarə əsasında Gəncə komandasında keçirib. O, bu komandanın heyətində keçirdiyi 46 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Rusiyanın “Anji” klubunun yetirməsi olan Camal 2020-ci ildən “Sabah”da çıxış edirdi. O, Azərbaycanın U-17 və U-21 yığmalarının da formasını geyinib.

İqor Tyaqo “Brentford”la yeni müqaviləyə imza atdı

13 February 2026 at 16:00

İngiltərənin “Brentford” klubunun braziliyalı mərkəz hücumçusu İqor Tyaqo Premyer Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

24 yaşlı braziliyalı hücumçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmaya əsasən, müqavilənin daha bir mövsüm uzadılması imkanı da var.

Futbolçunun İngiltərə klubu ilə əvvəlki müqaviləsi 2029-cu ilin 30 iyununadək nəzərdə tutulmuşdu.

Xatırladaq ki, İqor Tyaqo “Brentford”a 2024-cü ilin yayında Belçkanın “Brügge” klubundan 33 milyon avro müqabilində keçib. Braziliyalı futbolçu “Brentford”un heyətində meydana çıxdığı 35 oyunda 18 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Tyaqo daha öncə “Kruzeyro”, “Brügge”, “Ludoqorets” kimi klubların da şərəfini qoruyub.

“Transfermarkt” internet-portalı 24 yaşlı forvardın transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Qurbanov: “Belə meydançada oynamağa necə icazə verilə bilər?”

14 February 2026 at 17:04

Azərbaycan Premyer Liqasının XX turunun “İmişli” – “Qarabağ” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Futbolçularıma təşəkkür edirəm, vacib qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm, yaxşı atmosfer var idi. “İmişli”yə uğurlar arzu edirəm.

– Meydançanın durumu komandanın oyununa nə dərəcə təsir etdi?
– Meydança yox idi… Belə meydançada oynamağa necə icazə verilə bilər? Bir neçə gün əvvəl İspaniya La Liqasında meydançanın durumuna görə iki oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. İrad bildirəndə deyirlər ki, ancaq “Qarabağ”, “Qarabağ”… Buna nə Qurban, nə başqası lazımdır. Belə olmaz. Bu meydançanı görməyə Qurban, “Qarabağ” lazım deyil. Belə meydançada oynamaq olmaz. Zədəsi var, osu var, busu var. Dərindən düşünüb, nəsə etməyə çalışsaq, hər şeyə çıxış yolu tapılar. Nə meydança var, nə temp var. Heç nə də. Burda “Nyukasl”a hazırlaşırsan, gəlib burda oynayırsan. “Nyukasl”la oyuna necə hazılaşaq? Bugünlük məsələ deyil. Burda bütün komandalar şikayət edir. Nəsə etmək olmaz? Oturub gözləyirik ki, oyun nə vaxt bitəcək, zədə olmasın. Futboldan başqa nə desən, var idi.

– Koxalski nə üçün oynamadı? 
– Mikrozədəsi var. Bakıya gedəndən sonra bilinəcək son durumu.

– Əvəzetmələri də zədə ehtimalına görə etdiniz?
– Həm oyunun gedişatına görə, həm də bəzi oyunçuların ağır yüklənməsini istəmədim. Oyun gərgin idi. Belə komandalar futbol oynamağa imkan vermir, əlavə güc sərf edirsən.

– Kadi Borgesin “qırmızı”sı ilə bağlı nə düşünürsünüz, nə baş verdi?
– Deyiləcək söz yoxdur. Futbol mübarizə oyunudur. Rəqib 3 metr boyunca Kadini saxladı. Sonra ani epizodda gəlib “qırmızı” verir. Bilmirəm, görürdülər? Bəlkə də, VAR-dan dedilər. Ya Əliyar dedi, ya da… Onsuz da Əliyar bizim oyunlarda maraqlı qərarlar verir. Yəqin, nədənsə ehtiyat edirlər. Əvvəlki oyunda Bəhlula qırmızı vərəqə verilmədi, çox danışıldı, indi ehtiyat edirlər. İstəmirlər yenə danışılsın. İnanmıram ki, hakimlərin belə meydançada oyun idarə etməyə haqqı var, ya yox. Hansı əsrdə yaşayırıq? Futbolumuz inkişaf etsin deyirik, amma… Başa düşürəm, yeni komandadır, arena yoxdur. Onda Bakıda məşq etməsinlər, burda etsinlər. Niyə burda oynayır, məşqi Bakıda keçirlər? Niyə danışıram? Bəlkə, bu sözlərlə meydançanın durumunun yaxşılaşması üçün nəsə edərlər. Bizim kimdənsə asılacağımız yoxdur, istəyirik ki, normal futbol oynasın. Birbaşa deyirəm, mən bu son iki səfər oyununa 4 oyunun gücünü sərf etdim. “Nyukasl”la oyuna hazır olmayacağıq, bunu indidən deyirəm.

– Arena ilə bağlı iradlarınızı İcraiyyə Komitəsində bildirəcəksiniz? 
– Həmişə iradlarımızı bildiririk. İstəyirik ki, hamının öz stadionu olsun. Bir illik vaxt verilib. Amma belə də etmək olmaz axı, gözləyirlər ki, onsuz bir il var. Lisenziya şöbəsi baxmalı, qərar qəbul etməlidirlər. Stadionu gəzib, baxmışam. Futbolçu qaça bilmir. Güc sərf edir, amma olmur. Düzü, çox məyusam. Son vaxtlarda futbolda bu qədər məyus olmamışdım.

– Son günlər sanki “Qarabağ”a qarşı aqressiya var. “Neftçi” ilə oyunun təxirə salınması da çox danışıldı, sanki “Qarabağ”ın uğurları qısqanılır…
– Bunlar dünya futbolunda da olan şeylərdir. Hansısa komandanın üzərinə çox gedilir, normaldır. Amma inanmıram ki, bizə qarşı nəsə olsun. Hər şeyi normal qarşılayırıq. Onsuz uğuru olan komandaya qarşı mövzu çox olur. Böyük futbola hörmətlə yanaşmaq lazımdır. Azərbaycan olaraq varlı ölkəyik, bu dəqiqə bütün dünyada bizi tanıyırlar, dəyərləndirirlər. Bəzi məsələlər var ki, həll edilməlidir.

– “Nyukasl”la oyuna hazırlıq necə olacaq?
– “Nyukasl”a qarşı necə oynamalıyıq? Bilirik ki, sürətli komandadır, Premyer Liqada oynayırlar, danışmağa ehtiyac yoxdur. Sürətli oynamalıyıq, düşünməliyik. Amma son iki matçımızda heç birini edə bilmədik. Bəlkə də, düşündüyüm 1000 ötürmə idisə, heç 500-ün edə bilmədik. Hər bir halda, təcrübəmiz var. Ancaq heç vaxt belə hazırlıq olmamışdı.

Şahin Cəfərov

Premyer Liqa: “Qarabağ” “İmişli”ni tək qolla yendi

14 February 2026 at 16:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “İmişli” son çempion “Qarabağ”la üz-üzə gəlib.

Qubada keçirilmiş oyunu Cavid Cəlilov idarə edib. Hər iki komandanın azlıqda qaldığı matçın yekununda Ağdam təmsilçisi tək qolla qalib gəlib.

Premyer Liqa
20-ci tur
14 fevral

“İmişli” – “Qarabağ” 0:1
Qol: Musa Qurbanlı, 79.
Qırmızı vərəqə: Dioqo Almeyda, 84 – Kadi Borges, 72.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 94. Rafael Vyeqas, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 10. Nikola Karaklaiç, 79. Dioqo Kardoso.
Baş məşqçi: Xorxe Kaskilya.

Qarabağ: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 20. Kadi Borges, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Xuan Bernat “Eybar”da!

13 February 2026 at 15:00

Fransa çempionu PSJ-nin və Almaniya nəhəngi “Bayern”in keçmiş müdafiəçisi Xuan Bernat bundan sonra karyerasını İspaniyanın aşağı liqasında davam etdirəcək.

Arena.az xəbər verir ki, “Eybar” 32 yaşlı oyunçu ilə azad agent kimi müqavilə bağlayıb.

Sözləşmənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, “Eybar” hazırda İspaniyanın ikinci divizionunda çıxış edir. Komandanın 32 xalı var və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bernat ötən mövsüm “Xetafe” və “Vilyarreal”da keçirib. İspaniyalı müdafiəçi La Liqada 24 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə verib.

Xuan Bernat “Valensiya”nın yetirməsidir. İspaniya klubu onu 2014-cü ildə 10 milyon avroya Almaniya nəhəngi “Bayern”ə satmışdı. PSJ isə Bernatı 2018-ci ilin avqustunda 5 milyon avro müqabilində heyətinə cəlb etmişdi. Bernat 2023/2024 mövsümünü “Benfika”da icarədə keçirib. Daha sonra o, “Vilyarreal” və “Xetafe”də çıxış edib.

2014-cü ildə İspaniya yığmasında debüt etmiş müdafiəçi, millinin heyətində 14 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Sabah” Rüstəmlə Camala ehtiyac duymadı

13 February 2026 at 14:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” qapıçısı Rüstəm Samiqullin və hücumçusu Camal Cəfərovla yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqanın lideri bu iki futbolçu ilə vidalaşıb. Klub rəhbərliyi onlara xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Rüstəm Samiqullin Rusiyanın “Stroqino” klubunun yetirməsidir. O, 2020-ci ilin yanvarından “Sabah”ın sıralarında idi. Bir müddət “Səbail” və “Neftçi”də icarədə olmuş Samiqullin “bayquşlar”ın əsas komandasında cəmi 5 oyun keçirib, 6 qol buraxıb, 1 matçda qapısını toxunulmaz saxlayıb.

23 yaşlı Rüstəm Azərbaycanın U-17 və U-21 yığmalarında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

Camal Cəfərov da Rusiyanın “Anji” klubunun yetirməsidir. O, isə “Sabah”a 2020-ci ilin yayında qoşulmuşdu. Bu müddət ərzində 2 dəfə “Kəpəz”ə icarəyə verilmiş Camala paytaxt klubunun əsas komandasında 24 oyun keçirmək qismət olub. O, bu oyunlarda cəmi 1 assistlə yadda qalıb.

23 yaşlı Camal da Azərbaycanın U-17 və U-21 yığmalarında forma geyinib, amma əsas millidə oynamaq şansı qazanmayıb.

Sonda onu da qeyd edək ki, Camal Cəfərovun bundan sonrakı karyerasını yenə “Kəpəz”də davam etdirməsi gözlənilir. Rüstəm Samiqullinin hansı kluba keçəcəyi isə hələ bəlli deyil.

Azərbaycan millisinin Litva və Lixtenşteynlə oyunlarının vaxtı bilindi

13 February 2026 at 13:00

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2025/2026-cı illər mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.

Belə ki, bu gün millimizin yer aldığı D Liqasının 2-ci qrupunun təqvimi açıqlanıb. Dünən keçirilmiş püşkatma mərasimində Azərbaycan millisi Litva və Lixtenşteyn seçmələri ilə eyni qrupa düşüb.

Azərbaycan millisi ilk və son matçını səfərdə müvafiq olaraq Lixtenşteynə və Litvaya keçirəcək.

UEFA-nın təsdiq etdiyi təqvimə əsasən, bu qrupun təqvimi aşağıdakı kimidir:

24 sentyabr, 2026-cı il
22:45. Lixtenşteyn – Litva

27 sentyabr, 2026-cı il
17:00. Lixtenşteyn – Azərbaycan

1 oktyabr, 2006-cı il
20:00. Azərbaycan – Lixtenşteyn

4 oktyabr, 2006-cı il
17:00. Azərbaycan – Litva

13 noyabr, 2006-cı il
22:45. Litva – Azərbaycan

16 noyabr, 2006-cı il
20:00. Litva – Lixtenşteyn

Sterlinqin ilk seçimi

14 February 2026 at 15:16

“Feyenoord”un yeni transferi Rahim Sterlinqin forma nömrəsi məlum olub.

Futbolpress.az xəbər verir ki, ingiltərəli vinger Niderland klubunda 19 nömrəli formanı geyinəcək.

Ötən ay “Çelsi”dən ayrılan Sterlinq “Feyenoord”la müddəti mövsümün sonuna kimi olan müqavilə imzalayıb.

“Yuventus” məni xilas etdi”

14 February 2026 at 14:00

“Nitsa”dan “Yuventus”a keçən Jeremi Boqa açıqlama verib.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu Fransa klubunda çətin dönəm keçirdiyini deyib:

“Mövsümün əvvəlində uğursuz nəticələrə görə azarkeşlər klubun bazasına hücum etmişdi. Komanda yoldaşlarımdan yaralananlar da oldu. Buna baxmayaraq, sonra mən heyətdən çıxarıldım. Ailəm və mənim üçün pis dönəm idi. İki ay evdə qaldım, detalları çox danışmaq istəmirəm. İndi burda olduğuma görə xoşbəxtəm. “Yuventus” məni xilas etdi”.

Boqa icarə əsasında “Yuventus”a keçib.

“İmişli” – “Qarabağ”: heyətlər

14 February 2026 at 13:22

“Qarabağ” Premyer Liqanın XX turunda bu gün “İmişli”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da start götürəcək oyuna komandalar aşağıdak heyətlə çıxacaqlar…

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 70. Mehdi Tahirov 94. Rafael Vieqaş 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 10. Nikola Karaklaiç 79. Dioqo Kardozu
Baş məşqçi: Jorj Kaşkilya

“Qarabağ”: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 20. Kadi Borqes 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

Futzal: 1/8 finala start verilir

14 February 2026 at 10:00

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilir.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları fevralın 15-də keçiriləcək.

Qarşılaşmaların hamısı “Olimpik Star”da baş tutacaq.

Futzal, Azərbaycan Kuboku
1/8 final
14 fevral

14:00. Baku Fire – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Hakim-inspektor: Murad Məmmədov.

16:00. Neftçi İK – Trabzon Azərbaycan
Hakimlər: Hidayət Feyzullayev, Anar Fərəcov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.

18:00. Lənkəran – Atletiko Baku
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Ramiz Əsədov.

20:00. Xan-Lənkəran – Dəstə Ordubad
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.

15 fevral

14:00. Ulduz – Baku Fire-2
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Murad Məmmədov.

16:00. U-19 – Yeni Suraxanı
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.

18:00. STAR karqo – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Azad Hüseynov.

20:00. Timsport – PFL
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.

“Yuventus” “İnter”lə oyuna itki ilə çıxacaq

14 February 2026 at 12:31

“Yuventus” İtaliya A Seriyasında “İnter”lə oyuna ciddi itki ilə çıxacaq.

Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Kefren Türam zədə səbəbindən matçda iştirak etməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bu gün keçiriləcək “İnter” – “Yuventus” oyunu saat 23:45-də start götürəcək.

24 yaşlı futbolçu bu mövsüm 31 oyunda 3 məhsuldar ötürmə edib.

“Araz-Naxçıvan”dan transfer

14 February 2026 at 12:00

Futzal üzrə “Araz-Naxçıvan” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, komanda Elan Delon Pereyra da Silva ilə müqavilə imzalayıb.

Elan 14 avqust 2001-ci ildə Braziliyanın Pinyan şəhərində doğulub. O, karyerası ərzində “Pumas-SE”, “Uniao Bahia-BA”, Avstriyanın “Göfis” və Tacikistanın “Soro Kompaniya” klublarında çıxış edib.

 

“Şalke”dən “Neftçi”yə

14 February 2026 at 11:36

“Neftçi”nin əvəzedici komandasına 3 futbolçu transfer olunub.

Futbolpress.az xəbər verir ki, Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb. Bununla belə, klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.

Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

“Nyukasl”ın aparıcı oyunçusu “Qarabağ”a qarşı oynamayacaq

14 February 2026 at 11:00

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş sıradan çıxıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi zədə səbəbindən iki ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Gimarayeş bu mövsüm 35 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda keçirəcək.

Hansı oyun, hansı kanalda? – TV

14 February 2026 at 10:25

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

14 fevral

Azərbaycan, Premyer Liqa
14:30 İmişli – Qarabağ (CBC Sport)
17:00 Zirə – Karvan-Yevlax (CBC Sport)

Türkiyə, Super Liqa
15:30 Gənclərbirliyi – Rizəspor (beİN Sports 2)
18:00 Alanyaspor – Konyaspor (beİN Sports 2)
21:00 Trabzonspor – Fənərbağça (Futbol 3, beİN Sports 1)

İspaniya, La Liqa
19:15 Xetafe – Vilyarreal (İdman TV)
21:30 Sevilya – Alaves (İdman TV)
00:00 Real – Real Sosyedad (İdman TV)

İtaliya, A Seriyası
21:00 Latsio – Atalanta (Futbol 1, Matç TV)
23:45 İnter – Yuventus (Futbol 1, Matç TV)

“Komanda ruhumuzu qaytarmalıyıq”

14 February 2026 at 09:50

PSJ-nin futbolçusu Osman Dembele Fransa çempionatında “Renn”ə uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan vinger 1:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Komanda ruhumuzu qaytarmalıyıq. Oyuna pis başladıq və rəqib bundan yararlandı. Düşünürəm ki, daha arzulu, istəkli oynamalıyıq. Bu matçda özümüzə bənzəmədik. Hər birimiz komandanı düşünməliyik, özümüzü yox”.

Super Liqa klubu baş məşqçisini göndərdi

14 February 2026 at 09:20

Türkiyənin “Samsunspor” klubunun baş məşqçisi Tomas Reislə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə Super Liqada “Antalyaspor”a məğlubiyyətdən (1:3) sonra yollar ayrılıb.

“Samsunspor” çempionatda 22 turdan sonra 30 xalla 7-ci sıradadır.

Milli üzvünün komandası liderə qalib gəldi

14 February 2026 at 08:26

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland Erediviziyasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda evində PSV ilə qarşılaşıb. Matç “Volendam”ın qələbəsiylə başa çatıb – 2:1.

Ozan oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib.

“Volendam” 23 turdan sonra 24 xalla 14-cü sıradadır.

“İnter” “Yuventus”u xalsız yola saldı

15 February 2026 at 01:50

İtaliya A Seriyasında XXV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. bir oyun baş tutub.

“Milan” səfərdə “Piza”ya qalib gəlib.

İtaliya A Seriyası
XXV tur

13 fevral

Piza – Milan 1:2
Qollar:
Loyola, 71 – Loftus-Çik, 39. Modriç, 85.

14 fevral

Komo – Fiorentina 1:2
Qollar:
Parisi, 77 (avtoqol.) – Facoli, 26. M.Kin, 54 (pen.)

Latsio – Atalanta 0:2
Qollar:
Ederson, 41 (pen.), Zalevski, 60.

İnter – Yuventus 3:2
Qollar:
Kambyazo, 17 (öz qapısına) Espozito, 76. Zyelinski, 90 – Kambyazo, 26. Lokatelli, 83.

15 fevral

15:30. Udineze – Sassuolo
18:00. Kremoneze – Cenoa
18:00. Parma – Verona
21:00. Torino – Bolonya
23:45. Napoli – Roma

16 fevral

23:45. Kalyari – Leççe

“Qarabağ” və “Zirə”dən qələbə

14 February 2026 at 18:56

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Qarabağ” Qubada “İmişli”nin məğlub edib, digər görüşdə “Zirə” “Karvan-Yevlax”dan üstün olu.

Azərbaycan Premyer Liqası
XX tur

14 fevral

14:30 İmişli – Qarabağ 0:1
Qol:
Musa Qurbanlı, 80
Qırmızı vərəqə: Dieqo Almeyda, 84 (“İmişli”) – Kadi Borges, 72 (“Qarabağ”)
Baş hakim: Cavid Cəlilov
Quba OİK stadionu

17:00 Zirə – Karvan-Yevlax 1:0
Qol:
Volkov, 20
Baş hakim: Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu

“Leypsiq” xal itirdi

15 February 2026 at 22:59

Almaniya Bundesliqasında XXII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Dortmund “Borussiya”sı doğma meydanda “Maynts”la qarşılaşıb. Görüş meydan sahiblərinin darmadağınıyla başa çatıb.

Almaniya Bundesliqası
XXII tur

13 fevral

Borussiya (Dortmund) – Maynts 4:0
Qollar:
Jirassi, 10; 42. Bayer, 15. Köhr, 84-öz qapısına.

14 fevral

Bayer – Sankt Pauli 4:0
Qollar:
Kuansa, 13. Şik, 14. Tapsoba, 52. Poku, 78.

Ayntraxt – Borussiya (Münhenqladbax) 3:0
Qollar:
Braun, 24. Amaimuni, 34. Knauff, 75.

Hamburq – Union Berlin 3:2
Qollar:
Koniqsdorffer, 35; 82. Kapaldo, 45+2 – Kerfeld, 28-pen. İliç, 89.

Hoffenhaym – Frayburq 3:0
Qollar:
Asllani, 46. O.Kabak, 51. Gendrey, 90+5.

Verder – Bavariya 0:3
Qollar:
H.Keyn, 22-pen; 25. Qoretska, 70.

Ştutqart – Köln 3:1
Qollar:
Demiroviç, 15; 84. Undav, 90+2.

15 fevral

Auqsburq – Haydenhaym 1:0
Qol:
Klod-Mauris, 80 (pen.)

Leypsiq – Volfsburq 2:2
Qollar:
Diomande, 70. Qruda, 89 – Amura, 52. Svanberq, 78.

Liqa 1: PSJ 1:3-ə üzüldü, “Monako” sevindi

14 February 2026 at 02:00

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Renn” doğma meydanda lider PSJ ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun Paris nəhənginin gözlənilməz məğlubiyyəti ilə yekunlaşıb.

Günün digər oyununda “Monako” “Nant”ı qəbul edib. Bu görüşdə də qonaqlar oxşar hesabla (3:1) qələbə qazanıblar.

22-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
22-ci tur
13 fevral

Renn – PSJ 3:1
Qollar: Tamari, 34. Lepaul, 69. Embolo, 81 – Dembele, 72

Monako – Nant 3:1
Qollar: Adinqra, 25; 28. Zakariya, 30. Kentonse, 45+1.

14 fevral

20:00. Olimpik (Marsel) – Strasbutq
22:00. Lill – Brest
00:05. Paris – Lans

15 fevral

18:00. Havr – Tuluza
20:15. Loryan – Anje
20:15. Mets – Oser
23:45. Olimpik (Lion) – Nitsa

La Liqa: “Elçe” və “Osasuna”dan heç-heçə

14 February 2026 at 01:50

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Elçe” doğma meydanda “Osasuna” ilə qarşılaşıb. Tərəflər bu qarşılaşmadan qolsuz ayrılıblar.

24-cü turun qalan görüşləri fevralın 14-də, 15-də və 16-da keçiriləcək.

İspaniya, La Liqa
24-cü tur
13 fevral

Elçe – Osasuna 0:0

14 fevral

17:00. Espanyol – Selta
19:15. Xetafe – Vilyarreal
21:30. Sevilya – Alaves
00:00. Real – Real Sosyedad

15 fevral

17:00. Real Ovyedo – Atletik
19:15. Rayo Valyekano – Atletiko
21:30. Levante – Valensiya
00:00. Malyorka – Betis

16 fevral

00:00. Jirona – Barselona

A Seriyası: “Milan” “Piza”nı səfərdə məğlub etdi

14 February 2026 at 01:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Piza” doğma meydanda “Milan”la qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar çətin qələbəyə seviniblər.

25-ci turun qalan görüşləri fevralın 14-də, 15 və 16-da keçiriləcək.

İtaliya, A Seriyası
25-ci tur
13 fevral

Piza – Milan 1:2
Qollar: Loyola, 71 – Loftus-Çik, 39. Modriç, 85.

14 fevral

18:00. Komo – Fiorentina
21:00. Latsio – Atalanta
23:45. İnter – Yuventus

15 fevral

15:30. Udineze – Sassuolo
18:00. Kremoneze – Cenoa
18:00. Parma – Verona
21:00. Torino – Bolonya
23:45. Napoli – Roma

16 fevral

23:45. Kalyari – Leççe

Bundesliqa: “Borussiya”dan “Maynts”a 4 cavabsız qol

14 February 2026 at 01:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda Dortmund “Borussiya”sı doğma meydanda “Maynts”la qarşılaşıb. Meydan sahibləri bu görüşdə 4 cavabsız qolla qalib gəliblər.

22-ci turun qalan görüşləri fevralın 14-də və 15-də keçiriləcək.

Almaniya, Bundesliqa
22-ci tur
13 fevral

Borussiya (Dortmund) – Maynts 4:0
Qollar: Jirassi, 10; 42. Bayer, 15. Köhr, 84-öz qapısına.

14 fevral

18:30. Bayer – Sankt Pauli
18:30. Ayntraxt – Borussiya (Mönhenqladbax)
18:30. Hamburq – Union Berlin
18:30. Hoffenhaym – Frayburq
18:30. Verder – Bayern
21:30. Ştutqart – Köln

15 fevral

18:30. Auqsburq – Haydenhaym
20:30. Leypsiq – Volfsburq

“Beşiktaş” səfərdə qazandı

15 February 2026 at 23:32

Türkiyə Super Liqasında XXII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Lider “Qalatasaray” azarkeşləri önündə “Eyüpspor”u darmadağın edib. “Samsunspor” səfərdə “Antalyaspor”a uduzub.

“Fənərbağça” bu turda səfərdə “Trabzonspor”a qalib gəlib.

Türkiyə Super Liqası
XXII tur

13 fevral

Antalyaspor – Samsunspor 3:1
Qollar: Ballet, 6, 22. Storm, 72 – Ntçam, 90+6 (pen.)

Qalatasaray – Eyüpspor 5:1
Qollar: Y.Akgün, 2. İkardi, 33, 48, 70. Onquene, 87 (avtoqol) – M.Altunbaş, 71.

14 fevral

Gənclərbirliyi – Rizəspor 2:2
Qollar:
Sou, 18 (avtoqol), Koita, 45 – Pala, 77, 87.

Alanyaspor – Konyaspor 2:1
Qollar:
Ruan, 37. Haderqyonay, 80-pen – Bardi, 83.

Trabzonspor – Fənərbağça 2:3
Qollar:
Muçi, 6. Onuaçu, 43 – Talişka, 15. K.Aktürkoğlu, 34. Asensio, 48.

15 fevral

Kocaelispor – Qaziantep 3:0
Qollar:
Aqyei, 36. S.Dursun, 76. Rivas, 81.

Göztəpə – Kayserispor 0:0

Başakşəhər – Beşiktaş 2:3
Qollar:
Selke, 36. B.Yıldırım, 88 – Hyonq Oh, 43. O.Kökçü, 58. M.Həkimoğlu, 90+7.

16 fevral

21:00. Kasımpaşa – Karagümrük

Ayın məşqçisi bilindi

13 February 2026 at 22:00

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, “Mançester Yunayted”in çalışdırıcısı Maykl Karrikdir.

Mütəxəssisin rəhbərlik etdiyi “qırmızı şeytanlar” ötən ay iki oyunda da qələbə qazanıb. Komanda “Arsenal” və “Mançester Siti”yə qalib gəlib.

Premyer Liqada təyinatlar açıqlandı

13 February 2026 at 21:18

Azərbaycan Premyer Liqasında XX turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, sabah keçiriləcək “İmişli” – “Qarabağ” oyununu Cavid Cəlilov idarə edəcək.

“İmişli” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu, 14:30

“Zirə” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu, 17:00

15 fevral (bazar)

“Kəpəz” – “Neftçi”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Yevlax şəhər stadionu, 14:30

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Liv Bona Dea Arena”, 17:00

16 fevral (bazar ertəsi)

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şamaxı şəhər stadionu, 14:30

“Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ şəhər stadionu, 17:00

Super Liqa: “Qalatasaray” “Eyüpspor”u 5 qolla yendi

13 February 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Antalyaspor” doğma meydanda “Samsunspor”a, lider “Qalatasaray” isə “Eyüpspor”a qalib gəlib.

22-ci turun qalan görüşləri fevralın 14-də, 15-də və 16-da keçiriləcək.

Türkiyə, Super Liqa
22-ci tur
13 fevral

Antalyaspor – Samsunspor 3:1
Qollar: Ballet, 6; 22. Storm, 72 – Ntçam, 90+6-pen.

Qalatasaray – Eyüpspor 5:1
Qollar: Y.Akgün, 2. İkardi, 33; 48; 70. Onquene, 87-öz qapısına – M.Altunbaş, 71.

14 fevral

15:30. Gənclərbirliyi – Rizəspor
18:00. Alanyaspor – Konyaspor
21:00. Trabzonspor – Fənərbağça

15 fevral

15:30. Kocaelispor – Qaziantep
18:00. Göztəpə – Kayserispor
21:00. Başakşəhər – Beşiktaş

16 fevral

21:00. Kasımpaşa – Karagümrük

Premyer Liqa: 20-ci turun bütün təyinatları açıqlandı

13 February 2026 at 19:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

20-ci turun görüşləri fevralın 14-də, 15-də və 16-da keçiriləcək.

Premyer Liqa
20-ci tur
14 fevral

“İmişli” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Zirə” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

15 fevral

“Kəpəz” – “Neftçi”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yevlax şəhər stadionu, 14:30.

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Dalğa Arena”, 17:00.

16 fevral

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

“Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu, 17:00.

Futzal: 1/8 finalın bütün təyinatları açıqlandı

13 February 2026 at 12:00

Futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları fevralın 14-də və 15-də keçiriləcək. Qarşılaşmaların hamısı “Olimpik Star”da baş tutacaq.

Azərbaycan Kuboku
1/8 final
14 fevral

14:00. Baku Fire – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Hakim-inspektor: Murad Məmmədov.

16:00. Neftçi İK – Trabzon Azərbaycan
Hakimlər: Hidayət Feyzullayev, Anar Fərəcov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.

18:00. Lənkəran – Atletiko Baku
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Ramiz Əsədov.

20:00. Xan-Lənkəran – Dəstə Ordubad
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.

15 fevral

14:00. Ulduz – Baku Fire-2
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Murad Məmmədov.

16:00. U-19 – Yeni Suraxanı
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.

18:00. STAR karqo – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Azad Hüseynov.

20:00. Timsport – PFL
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.

Premyer Liqa: “İmişli” “Qarabağ”a, “Zirə” “Karvan”a qarşı

13 February 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “İmişli” son çempion “Qarabağ”la üz-üzə gələcək. Qubada keçiriləcək oyunu Cavid Cəlilov idarə edəcək.

Günün digər oyunu “Zirə” ilə çempionatın aşkar autsayderi “Karvan” arasında təşkil ediləcək. Zirədə baş tutacaq görüşün baş hakimi Kamranbəy Rəhimov olacaq.

Premyer Liqa
20-ci tur
14 fevral

“İmişli” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Zirə” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

15 fevral

“Kəpəz” – “Neftçi”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yevlax şəhər stadionu, 14:30.

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Dalğa Arena”, 17:00.

16 fevral

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

“Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu, 17:00.

Azərbaycan çempionatında 1/4 finalçılar bilindi

13 February 2026 at 20:42

Şahmat üzrə Azərbaycan çempionatında son 1/4 finalçılar müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bu gün baş tutan tay-brekdə Nicat Abasov gənc istedad Xaqan Əhmədə qalib gələrək adını növbəti mərhələyə yazdırıb. Son çempion Rauf Məmmədov Şiroğlan Talıbovu üstələyərək mübarizəni davam etdirmək imkanı qazanıb.

Qadın şahmatçıların yarışında gözlənilməz nəticə qeyd alınıb. Milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva çempionatda çıxışını dayandırıb. G.Beydullayeva Nərmin Abdinovaya uduzaraq turniri tərk edib.

Sabah Azərbaycan çempionatında 1/4 final mərhələsinə start veriləcək.

“Neftçi”dən 8 qollu qələbə

13 February 2026 at 20:15

“Neftçi” Yüksək Qızlar Liqasında növbəti oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, qadınlardan ibarət komanda15-ci turda “Zaqatala”nın qapısından 8 cavabsız top keçirib. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda Röya Əliyeva het-trikə, Mədinə Curuqova isə dubla imza atıb. Digər qolları Sara Səlimova, Məsumə Nəzərli və Günay İsmayılova vurublar.

Qeyd edək ki, bütün oyunlarda qələbə qazanan “Neftçi” 15 turdan sonra 45 xalla turnir cədvəlinin vahid lideridir.

Yeni transfer: “Mənimçün vacib olan budur”

13 February 2026 at 19:58

“Sumqayıt” son olaraq Trnava “Spartak”ında çıxış etmiş hücumçu Sedrik Badolonu heyətinə qatıb. 28 yaşlı Burkina Faso millisinin üzvü ilə 2026/27 mövsümünün sonunadək + 1 il şərtiylə anlaşma əldə olunub.

Afrikalı futbolçu “Futbolpress.az“a açıqlamasında “kimyaçılar”a keçidi haqda fikirlərini bölüşdü:

“Hər şey qaydasındadır. Burda məni çox yaxşı qarşıladılar. Təklif alanda çox düşünmədim. Azərbaycan futbolu haqda məlumatım var idi. Düşünürəm ki, burda futbolun səviyyəsi yaxşıdır. Azərbaycanın Avropa arenasında oynayan klubları var. Daha əvvəl “Şerif”də oynayanda “Zirə”yə qarşı matçda şans qazanmışdım. Həmin oyunda rəqibimiz daha çox atletik futbola üstünlük vermişdi və çətinlik yaşamışdıq”.

Badalo “Sumqayıt”dakı hədəflərinə toxunub:

“Liqaya yeni gəlmişəm. İndi çox şey danışa bilmərəm. Lakin bilirəm ki, burda futbolun səviyyəsi yaxşıdır. Komandaya hədəflərinə çatmağa kömək etmək istəyirəm. Mənimçün vacib olan budur. Necə alınacağını görəcəyik”.

Şahin Cəfərov

Fransalı Münhendə qaldı

13 February 2026 at 19:25

“Bavariya” futbolçusu Dayot Upamekano ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı müdafiəçinin sözləşməsi 2030-cu ilin yayına kimi artırılıb.

Müdafiəçi bu mövsüm 28 oyunda meydana çıxıb.

“Neftçi” veteranlarını təbrik etdi

13 February 2026 at 19:05

“Neftçi”nin veteran futbolçuları – Asif Əliyev və Aydın Ələkbərov “Palms Sports” Futbol Mərkəzində klubun qonağı olub.

Futbolpress.az xəbər verir ki, klub nümayəndələri ilə görüşən Asif Əliyevə 70, Aydın Ələkbərova isə 60 illik yubileyi münasibətilə xatirə hədiyyələri təqdim edilib.

1956-cı il fevralın 10-da Gəncədə dünyaya gələn Əliyev bir müddət doğma şəhərinin “Tərəqqi” klubunda oynayandan sonra “Neftçi”yə dəvət olunub. 1973-cü ildə SSRİ çempionatının birinci dəstəsində “İnşaatçı” (Aşqabad) klubuna qarşı debüt matçındaca qol vuraraq komandamıza 1:0 hesablı qələbə qazandırıb. Həmin mövsümdə meydana çıxdığı 7 oyunda 2 qol vuran hücumçu növbəti mövsümdən etibarən əsas heyət üzvlərindən biri olub.

Ümumilikdə, “ağ-qaralar”ın heyətində keçirdiyi 12 mövsüm ərzində 258 oyunda meydana çıxıb, 43 qola imza atıb.

1985-ci ildə “Neftçi”ni tərk edəndən sonra 6 il “Kəpəz”in şərəfini qoruyub və 1990-cı ildə karyerasını “Göyəzən”də başa vurub.

Daha sonra məşqçiliyə başlayan Asif Əliyev 1995-2000-ci illər ərzində baş məşqçilər – Kazbek Tuayev, Ruslan Abdullayev və Əhməd Ələsgərovun köməkçisi olub, 1996, 1998, 1999-cu illərdə isə komandanın baş məşqçisi vəzifəsini yerinə yetirib.

1966-cı ildə anadan olan Aydın Ələkbərov isə 5 mövsüm – 1993-1997-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bu müddət ərzində 130 rəsmi matçda meydana çıxan müdafiəçi 1996 və 1997-ci illərdə “Flaqman”la Azərbaycan çempionatının, 1995 və 1996-cı illərdə isə ölkə kubokunun qalibi olub.

Mingəçevirdə “sülh”

13 February 2026 at 18:49

Azərbaycan I Liqasında XIV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

“Difai” “Şimal”ı məğlub edib. “Mingəçevir” isə “Zaqatala” ilə heç-heçəyə razılaşıb.

I Liqa
XIV tur

13 fevral

“Difai” – “Şimal” 3:1
Qollar: K.Kamta, 16, A.Bektaşoğlu, 31, V.Ondo, 50

“Mingəçevir” – “Zaqatala” 0:0

Poçettino qayıda bilər

13 February 2026 at 18:15

Baş məşqçi axtarışlarını davam etdirən “Tottenhem”də daha bir mütəxəssisin namizədliyi nəzərdən keçirilir.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi komandanın sabiq baş məşqçisi Maurisio Poçettinoya təklif göndərmək niyyətindədir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

argentinalı mütəxəssis hazırda ABŞ yığmasına rəhbərlik edir.

Poçettino 2014-2019-cu illərdə “Tottenhem”i çalışdırıb.

London klubu fevralın 11-də baş məşqçisi Tomas Frankla vidalaşıb. Komanda Premyer Liqada 16-cı sıradadır.

“Barselona” hakimlərdən şikayət edəcək

13 February 2026 at 17:43

“Barselona” İspaniya Kubokunun yarımfinalının “Atletiko” ilə matçının hakimlərindən şikayət etməyi düşünür.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kataloniya klubu matçın ikinci hissəsində ləğv olunan qolda hakim xətasının olduğunu düşünür. “Barselona” yaxın zamanda İspaniya Kral Futbol Federasiyasına şikayət ünvanlayacaq.

“Atletiko” “Barselona”nı 4:0 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab görüşü martın 3-də “Kamp Nou”da olacaq.

Birinci Liqa: Mingəçevirdə heç-heçə, “Difai”dən qələbə

13 February 2026 at 17:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Mingəçevir” – “Zaqatala” matçında qapılara qol vurulmayıb. “Difai” isə “Şimal”la ev oyununda inamlı qələbəyə sevinib.

Birinci Liqa
14-cü tur

12 fevral

“Şahdağ Qusar” – “Cəbrayıl” 4:2
Qollar: Kvaku Adjey, 37. Peter Aqblevor, 42. Yelmar Aşurov, 50. Cavad Qurbanlı, 67 – Andzuno Eli, 34. Dileyn Açimi, 60-pen.
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Baku Sportinq” – MOİK 2:0
Qollar: Elşad Tağıyev, 53. Xəyyam Məmmədli, 90+4.
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Buzovna qəsəbə stadionu, 14:30.

“Səbail” – “Şəfa” 0:0
Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 17:00.

13 fevral

“Difai” – “Şimal” 3:1
Qollar: Kristian Kamta, 16. Altayturan Bektaşoğlu, 30. Vorren LLoyd Ondo, 50 – Şirin Şirinov, 58.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağsu şəhər stadionu, 14:30.

“Mingəçevir” – “Zaqatala” 0:0
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30.

Azərbaycan çempionatı başa çatdı

13 February 2026 at 17:24

Yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatı başa çatıb.

Futbolpress.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın sonuncu – beşinci günündə sərbəst güləşdə 48, 55, 65, 80 və 110 kq-da medalçılar müəyyənləşib.

48 kq
Hüseyn Rzazadə (Cəlilabad, Mywrestling)
Toğrul Əliyev (Cəlilabad, Mywrestling)
Nurxan İsmayılov (Abşeron, AHİTA), Həzrət Müzəffərov (Gəncə,Təhsil-1)

55 kq
Abbas Şəfiyev (Lənkəran)
Əliağa Süleymanov (Gəncə,Təhsil-1)
Əlirza Heybətli (Abşeron, Mywrestling), Şirzad Hüseynov (Gəncə, AHİTA)

65 kq
Rəşid Nazarov (ROİL,”Neftçi”)
Ramal Məmmədoğlu (Mywrestling)
Məhərrəm Babayev (Şəmkir), Xamis Zamanov (Zaqatala)

80 kq
Nihad Süleymanlı (“Neftçi”,Təhsil)
Elvin Hacıquliyev (Xaçmaz)
Tural Eynullayev (Masallı), Elvin Nəcəfzadə (Təhsil)

110 kq
Hakim Tağıyev (ROİL, “Neftçi”)
Khabib Zokhraev (AGF)
Məhəmməd Cəfərov (Goranboy), Nicat Mustafayev (Neftçi)

Premyer Liqa klubunda yeni müqavilə

13 February 2026 at 17:00

“Brentford” hücumçusu İqor Tyaqonun müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçunun sözləşməsi 2031-ci ilin yayına kimi artırılıb.

Tyaqo bu mövsüm Premyer Liqada 26 oyunda 17 qol vurub.

Atanqana Belçika klubuna keçdi

13 February 2026 at 17:30
“Qəbələ”dən ayrıldıqdan sonra uzun müddət klubsuz qalmış Kristof Atanqana karyerasını bərpa edib. Msport.az xəbər verir ki, kamerunlu qapıçı Belçikada legioner […]

Source

Əvəzedicilər Liqası: 16-cı turun bütün təyinatları açıqlandı

13 February 2026 at 11:00

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 16-cı turun təyinatları müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

16-cı turun görüşləri fevralın 14-də, 16-da və 17-də keçiriləcək.

Əvəzedicilər Liqası
16-cı tur
14 fevral

“Sabah-2” – “Sumqayıt-2”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”, 14:00.

16 fevral

“Araz-Naxçıvan-2” – “Zirə-2”
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Sənan Bayramzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:30.

17 fevral

“Turan Tovuz-2” – “Şamaxı-2”
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Niyaz Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Qarabağ-2” – “Qəbələ-2”
Hakimlər: Nazim Abdullayev, Cavid Ömərov, Hüseyn Vəliyev, Rəsul Babayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 14:30.

“Neftçi-2” – “Kəpəz-2”
Hakimlər: Ceyhun Hüseynov, Tural Bayramov, Sadiq Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi Futbol Mərkəzi (4-cü meydança), 15:00.

“Barselona” 5 il idi belə aqibətlə üzləşmirdi

13 February 2026 at 10:00

Futbol üzrə İspaniya La Liqasının sonuncu qalibi olan “Barselona” komandası 5 ildən sonra ilk dəfə bir hissədə qapısından 4 qol buraxıb.

Arena.az xəbər verir ki, bu, İspaniya Kral Kubokunun yarımfinal mərhələsi çərçivəsində ötən gecə Madriddə “Atetiko”ya qarşı keçirilmiş matçda baş verib.

Meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatan görüşdə bütün qollar ilk hissədə vurulub. Kataloniya klubu sonuncu dəfə bir hissə ərzində 4 qolu 2020-ci ildə UEFA Çempionlar Liqasında “Bayern”ə 2:8 hesabı ilə uduzduqları matçda buraxmışdı. Maraqlıdır ki, həmin vaxt Münhen təmsilçisini “Barselona”nın hazırkı baş məşqçisi Hansi Flik çalışdırırdı.

Bu nəticə həm də komandanın Flikin rəhbərliyi altında ən böyükhesablı məğlubiyyəti kimi tarixə düşüb. Eyni zamanda, bu, almaniyalı mütəxəssisin karyerasında 2005-ci ilin martından bəri aldığı ən ağır məğlubiyyətdir.

Xatırladaq ki, bu komandalar arasında yarımfinalın cavab görüşü martın əvvəlində Kataloniyada keçiriləcək. “Atletiko”nun belə bir üstünlüyü əldən verməsi elə də inandırıcı görünməsə də, “Barsa”nın revanş üçün çalışacağı da dəqiqdir.

Rahim Sterlinq “Feyenoord”a keçdi – Rəsmi

13 February 2026 at 09:00

Bir müddət öncə “Çelsi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək klubdan ayrılmış Rahim Sterlinq özünə yeni iş yeri tapıb.

Arena.az İngiltərə millisinin sabiq üzvü bundan sonra Niderlandın “Feyenoord” komandasının uğurları üçün çalışacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Rahim Sterlinq futbola “Alfa və Omeqa” klubunda qədəm qoyub. İngilis vinger karyerası ərzində KPR, “Liverpul”, “Mançester Siti”, “Arsenal” və “Çelsi”də oynayıb.

“Çelsi” Sterlinqi 2022-ci ilin yayında “Mançester Siti”dən 56,2 milyon avro müqabilində transfer etmişdi. O, London təmsilçisinin heyətində 81 oyuna çıxıb, 19 qol vurub, 15 məhsuldar ötürmə verib.

Sterlinq 2012-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 82 oyun keçirib, 20 qol vurub və 27 məhsuldar ötürmə verib.

Rahim Sterlinqin qənimətlər muzeyindəki bütün kuboklar “Mançester Siti”nin adı ilə bağlıdır – İngiltərə Premyer Liqası çempionluğu (4 dəfə), İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (5 dəfə) və İngiltərə Super Kuboku (2 dəfə). Həmçinin Sterlinq 2019-cu ildə İngiltərədə ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis sol vingerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Tahir Gözəl “Neftçi”yə təşəkkür etdi

12 February 2026 at 23:30

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın prezidenti Tahir Gözəl “Neftçi” klubuna onlara göstərdiyi jestə görə təşəkkür edib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəhbəri klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Nyukasl”la oyunlar arasında cəmi 6 gün fasilə olduğunu və bu müddətdə komandanın İngiltərəyə uzun səfər edəcəyini nəzərə alaraq Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilməli olan oyunun təxirə salınmasına razılıq verdiyi üçün “Neftçi”yə təşəkkürünü bildirib:

“Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə “Neftçi” rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm. “Neftçi” klubu bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi. Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.

İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, müraciətimizə əsasnaməyə uyğun, operativ və obyektiv şəkildə yanaşdığına görə Peşəkar Futbol Liqasına minnətdarlığımı bildirirəm. “Neftçi”yə gələcək fəaliyyətində uğurlar arzulayıram”, deyə Tahir Gözəl bildirib.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 21-ci turunda üz-üzə gələcək “Neftçi” və “Qarabağ” komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb. “Qarabağ”ın Peşəkar Futbol Liqasına rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək.

Yüksək Liqa: “Azərreyl” uduzdu, “DH Volley” qazandı

12 February 2026 at 23:00

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 13-cü tura start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutub.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib. Əvvəlcə “Milli Aviasiya Akademiyası” “Azərreyl” kollektivinə 3:1 (25:16, 26:24, 29:31, 25:20) hesabı ilə qalib gəlib. Ardınca isə “DH Volley” komandası “Turan”ı 3:2 (25:23, 23:25, 25:10, 19:25, 15:13) hesabı ilə üstələyib.

Xatırladaq ki, 13-cü tura fevralın 17-də yekun vurulacaq.

Yüksək Liqa
13-cü tur
12 fevral

“Azərreyl” – “Milli Aviasiya Akademiyası” 1:3 (16:25, 24:26, 31:29, 20:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

“DH Volley” – “Turan” 3:2 (25:23, 23:25, 25:10, 19:25, 15:13)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

UEFA Millətlər Liqası: Türkiyə millisi çətin qrupa düşdü

12 February 2026 at 22:30

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə təşkil edilmiş tədbirdə A, B, C və D Liqalarında qrupların tərkibi müəyyənləşib.

A Liqasının 1-ci qrupunda yer almış qardaş ölkə Türkiyə seçməsi Fransa, İtaliya və Belçika kimi gülcü yığmalara rəqib olub.

UEFA Millətlər Liqası

A Liqası

1-ci qrup
Fransa
İtaliya
Belçika
Türkiyə

2-ci qrup
Almaniya
Niderland
Serbiya
Yunanıstan

3-cü qrup
İspaniya
Xorvatiya
İngiltərə
Çexiya

4-cü qrup
Portuqaliya
Danimarka
Norveç
Uels

B Liqası

1-ci qrup
Şotlandiya
İsveçrə
Sloveniya
Şimali Makedoniya

2-ci qrup
Macarıstan
Ukrayna
Gürcüstan
Şimali İrlandiya

3-cü qrup
İsrail
Avstriya
İrlandiya
Kosovo

4-cü qrup
Polşa
Bosniya və Herseqovina
Rumıniya
İsveç

C Liqası

1-ci qrup
Albaniya
Finlandiya
Belarus
San Marino

2-ci qrup
Monteneqro
Ermənistan
Kipr
Latviya/Cəbəllütariq cütünün qalibi

3-cü qrup
Qazaxıstan
Slovakiya
Farer Adaları
Moldova

4-cü qrup
İslandiya
Bolqarıstan
Estoniya
Lüksemburq/Malta cütünün qalibi

D Liqası

1-ci qrup
Latviya/Cəbəllütariq cütünün məğlubu
Lüksemburq/Malta cütünün məğlubu
Andorra

2-ci qrup
Azərbaycan
Lixtenşteyn
Litva

Xatırladaq ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 24-də start veriləcək. Qrupun son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda təşkil ediləcək.

Ayxan Abbasov millimizin C Liqasına qayıdacağına inanır

12 February 2026 at 22:00

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, gənc mütəxəssis UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.

Ayxan Abbasov qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Rəqiblərimiz bilindi. Jomandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.

Xatırladaq ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

UEFA Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək. Azərbaycan millisinin oyunlarının rəsmi təqvimi və məkanları daha sonra müəyyənləşəcək.

Azərbaycan millisi Litva və Lixtenşteynlə qarşılaşacaq

12 February 2026 at 21:30

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündəki rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün Belçikanın paytaxtı Brüsseldə UEFA Millətlər Liqasının növbəti mövsümünün püşkü atılıb.

Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan millisinin püşkatmaya D Liqasının 1-ci səbətindən qoşulacağı öncədən məlum idi. Burada 3 komandadan ibarət 2 qrup formalaşacaqdı. Püşkə əsasən, Azərbaycan millisi Litva və Lixtenşteyn yığmalarına rəqib olub. Bu qrupda yer almış komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matça çıxacaqlar.

Xatırladaq ki, UEFA Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabr ayında start veriləcək. Milli komandamızın bu rəqiblərlə oyunlarının təqvimi və məkanları daha sonra dəqiqləşəcək.

ABL: “Naxçıvan” “Sumqayıt”a səfərdə qalib gəldi

12 February 2026 at 21:00

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Günün yeganə matçında “Naxçıvan” “Sumqayıt”ın qonağı olub. Sumqayıt Olimpiya İdman Kompleksində baş tutmuş matç “Naxçıvan”ın 110:107 hesablı qələbəsi ilə bitib.

Daha öncə keçirilmiş turun açılış matçında “Sərhədçi” səfərdə “Lənkəran”ı məğlub edib – 83:69.

Tura fevralın 14-də yekun vurulacaq.

A qrupu: Sabah – 31. Abşeron Lions – 30. Gəncə – 24. Neftçi – 23. NTD – 19. Şəki – 18.

B qrupu: Ordu – 31. Naxçıvan – 30. Sərhədçi – 23. Sumqayıt – 23. Quba – 22. Lənkəran – 21.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

“Neftçi” – “Qarabağ” oyunu təxirə salındı – Rəsmi

12 February 2026 at 20:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində fevralın 21-də keçirilməli olan “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı “Nyukasl”la (İngiltərə) matça yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib. “Qarabağ”ın rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək. Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat hələlik yoxdur.

Xatırladaq ki, “Neftçi” – “Qarabağ” oyununun təxirə salınması ilə bağlı müzakirələr xeyli müddət idi gündəmdə idi. Paytaxt təmsilçisinin buna razı olmaq istəmədiyi vurğulanırdı. Lakin göründüyü kimi, yekunda Ağdam təmsilçisinin istəyi nəzərə alınıb.

“Qarabağ”la “Nyukasl” arasında ilk matç fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək (saat 21:45). Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə təşkil ediləcək. Bu oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Anatoli Nuriyev “Sabah”ı “Zirə”yə dəyişdi

12 February 2026 at 20:00

Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan hücumameyilli yarımmüdafiəçi Anatoli Nuriyev “Sabah”dan ayrılıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.

Bu barədə paytaxt təmsilçilərinin mətbuat xidməti məlumat yayıb. “Sabah” futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Nuriyev azad agent kimi qoşulduğu “Zirə” ilə də cari mövsümün sonuna kimi müqavilə imzalayıb.

Xatırladaq ki, Anatoli Nuriyev 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, “bayquşlar”ın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, 21 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi paytaxt klubu ilə Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.

Nuriyev daha öncə Azərbaycanda “Sumqayıt”ın da formasını geyinib – 5 oyun, 1 qol, 1 assist. Ukraynada dünyaya göz açmış yarımmüdafiəçi bu ölkədə “Minay”, “Kolos” və “Stal” kimi klubların da şərəfini qoruyub.

2021-ci ildə Azərbaycan millisində debüt etmiş Anatoli meydana çıxdığı 19 oyunda 1 qol vurub.

Sedrik Badolo “Sumqayıt”da – Rəsmi

12 February 2026 at 18:00

Futbol üzrə Burkina Faso millisinin hücumameyilli yarımmüdafiəçisi Sedrik Badolo bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, son olaraq “Spartak”da (Trnava) çıxış etmiş 28 yaşlı hücumçu ilə sonradan 1 il uzatmaq şərti ilə 2026/2027-ci illər mövsümünün sonunadək anlaşma imzalanıb.

Sedrk Badolo karyerası ərzində USFA, “Kaukab Marakeş”, “Salitas”, “Pohronie”, “Şerif” (Tiraspol) kimi klubların da şərəfini qoruyub. 27 yaşlı futbolçu Tnava “Spartak”ına 2025-ci ilin yanvarında Moldovanın “Şerif” klubundan azad agent kimi keçmişdi. 27 yaşlı yarımmüdafiəçi Slovakiya təmsilçisinin heyətində cəmi 21 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Badolo 2022-ci ilin martında debüt etdiyi Burkina Faso millisinin heyətində 30 oyun keçirib və 3 məhsuldar ötürmə müəllifi olub.

Ceyms Milner Premyer Liqa rekorduna şərik oldu

12 February 2026 at 17:00

Premyer Liqanın 26-cı turunun “Aston Villa” ilə səfər oyunu “Brayton”un ingilis yarımmüdafiəçisi Ceyms Milner üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Milner 0:1 hesabıyla uduzduqları bu görüşün iştirakçısı olmaqla İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

40 yaşlı futbolçu bunu matçın 22-ci dəqiqəsində meydana daxil olmaqla reallaşdırıb. Premyer Liqada 653-cü oyununa çıxmış Milner çempionat tarixində ən çox matç keçirmiş Qaret Perrinin rekorduna şərik olub.

Təcrübəli oyunçu karyerası ərzində “Lids” (48 oyun), “Nyukasl” (94 oyun), “Aston Villa” (100 oyun), “Mançester Siti” (147 oyun) və “Liverpul” (230 oyun) kimi klubların şərəfini qoruyub. 2023-cü ilin yayında “Brayton”a qoşulmuş Milner bu komandanın heyətində indiyədək 34 matçda iştirak edib. Premyer Liqada ümumilikdə 56 qol vurmuş yarımmüdafiəçi həmçinin 90 məhsuldar ötürmə ilə turnir tarixinin ən yaxşı 10 assistentindən biridir.

Milner fevralın 21-də “Brentford”a qarşı keçiriləcək görüşdə meydana çıxacağı təqdirdə Qaret Perrinin rekordunu qıraraq siyahıda liderliyə yüksələcək. Hazırda çıxışını davam etdirən oyunçular arasında onun ən yaxın izləyicisi “Brentford”un üzvü Cordan Hendersondur (454 oyun).

Milner Premyer Liqa tarixində 40 yaşından sonra meydana çıxmış 5-ci meydan oyunçusudur. Turnir tarixinin ən yaşlı meydan oyunçusu rekordu isə hələlik 40 yaş 272 günlüyündə son matçına çıxmış Teddi Şeringemə məxsusdur.

Ceyms Milner “Lids”in yetirməsidir. O, kayerası ərzində “Lids”, “Suindon Taun”, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti” və “Liverpul”da çıxış edib. Yarımmüdafiəçsi “Brayton”a 2023-cü ilin iyulunda “Liverpul”dan azad agent qismində qoşulub. Ceymsin “qağayılar”la müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.

Cari mövsümdə Milner “Brayton”un heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə ilə fərqlənib.

Milner böyük futbolda klub səviyyəsində bütün qənimətləri qazanıb və buna “Mançester Siti” və “Liverpul”la nail olub. Milner İngiltərə Premyer Liqasının 2 dəfə “Mançester Siti”, 1 dəfə “Liverpul”la olmaqla, 3 qat qalibidir. Həmçinin Milner İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun və İngiltərə Super Kubokunun hər birini 1 dəfə “Mançester Siti və 1 dəfə “Liverpul”la qazanaraq, 2 qat qalib olub. “Liverpul”un heyətində isə Milner beynəlxalq arenada uğurlar qazanıb: Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Ceyms Milner 2009-cu ilin avqustunda debüt etdiyi İngiltərə yığmasının heyətində 61 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı veteran yarımmüdafiəçinin transfer dəyərini 750 min avro məbləğində qiymətləndirir.

Aleks Ximenes “Milan”a qayıtmayacaq – 19 milyona satıldı

12 February 2026 at 15:00

İtaliyanın “Milan” klubunun sağ cinah müdafiəçisi Aleks Ximenes icarə əsasında çıxış etdiyi “Bornmut”un tamhüquqlu futbolçusuna çevrilib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçunun transferi üçün “Bornmut” “Milan”a 19 milyon avro ödəyib. Müqaviləyə əlavə olaraq 5 milyon avro bonus da daxildir.

İspaniyalı müdafiəçi cari Premyer Liqa mövsümündə 22 oyunda iştirak edib, 1 qol vurub.

Tam adı Alexandro Ximenes Sançes olan ispaniyalı futbolçu “Real” və “Milan” klublarının yetirməsidir. Gənc müdafiəçi “Real”ın əsas komandasında debüt şansı qazanmasa da, “Milan”ın əsas komandasında 34 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub.

Aleks Ximenes İspaniyanın U-15, U-17, U-19, U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Barselona” İspaniya Kubokunda biabırçı hesabla uduzdu

13 February 2026 at 02:10

Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

“Atletiko” doğma meydanda “Barselona” ilə qarşılaşıb. Madrid təmsilçisi rəqibini elə ilk hissədə vurduğu 4 cavabsız qolla məğlub edib və finala vəsiqə yolunda önəmli addım atıb.

Qeyd edək ki, İspaniya Kubokunda yarımfinal mərhələsinin cavab görüşləri martın 3-də və 4-də keçiriləcək.

İspaniya Kuboku
Yarımfinalın ilk oyunları
11 fevral

Atletik – Real Sosyedad 0:1
Qol: Turrientes, 62.

12 fevral

Atletiko – Barselona 4:0
Qollar: E.Qarsiya, 6-öz qapısına. Qrizmann, 14. Lukman, 33. X.Alvares, 45+2.

Premyer Liqa: “Arsenal” “Brentford”la matçda xal itirdi

13 February 2026 at 02:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Brentford” doğma meydanda lider “Arsenal”la qarşılaşıb. London təmsilçisi səfər oyununda xal itkisi ilə üzləşib.

Beləliklə, geridə qalmış 26 turdan sonra 57 xala malik “Arsenal” hələ də vahid liderdir. “Mançester Siti” 53 xalla ikinci, “Aston Villa” 50 xalla üçüncü pillədə qərarlaşıb. “Mançester Yunayted”in 45, “Çelsi”nin 44, “Liverpul”un 42, “Brentford”un 40 xalı var.

İngiltərə, Premyer Liqa
26-cı tur
10 fevral

Çelsi – Lids 2:2
Qollar: J.Pedro, 24. Palmer, 58-pen – Nmeça, 67-pen. Okafor, 73.

Everton – Bornmut 1:2
Qollar: Ndiaye, 42-pen – Rayan, 61. A.Adli, 64.

Tottenhem – Nyukasl 1:2
Qollar: Qrey, 64 – Tiav, 45+5. Remsi, 68.

Vest Hem – Mançester Yunayted 1:1
Qollar: Souçek, 50 – Şeşko, 90+6.

11 fevral

Aston Villa – Brayton 1:0
Qol: Hinselvud, 86-öz qapısına.

Kristal Pelas – Börnli 2:3
Qollar: Larsen, 17; 33 – Meybri, 40. Antoni, 44. Lerma, 45+2-öz qapısına.

Mançester Siti – Fulhem 3:0
Qollar: Semenyo, 24. Orayli, 30. Haland, 39.

Nottingem Forest – Vulverhempton 0:0

Sanderlend – Liverpul 0:1
Qol: Van Deyk, 61.

12 fevral

Brentford – Arsenal 1:1
Qollar: Lyuis-Potter, 71 – Madueke, 61.

U-18 millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

12 February 2026 at 15:00

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-18) fevralın 13-dən 16-na qədər təlim-məşq toplanışında olacaq.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Hazırlıq prosesi Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq. Daha sonra yığmamız fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə reallaşacaq Beynəlxalq İnkişaf Turnirinə qatılacaq.

Turnirdə 8 komanda 2 qrupda yarışacaq. U-18 millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.

Bakı toplanışı üçün U-18-ə dəvət alan futbolçular və oyunların təqvimi ilə sizi tanış edirik.

Belarusa bu heyətdən 21 oyunçu aparılacaq:

  1. Nurəziz Əzizov – Neftçi
  2. Bilal Hacıyev – Qarabağ
  3. Kamil Həsənov – Neftçi
  4. Uğur Qurbanlı – Qarabağ
  5. Rəşad Gülüşov – Sabah
  6. Atacan Məmmədov – Marset (İspaniya)
  7. Səttar Tahirzadə – Marset (İspaniya)
  8. Muhamməd Çodarov – Marset (İspaniya)
  9. İsmayıl Səfərli – Neftçi
  10. Əli Kiçibəyov – Turan Tovuz
  11. Amin Rzayev – Qarabağ
  12. Sahib Xəlilli – Neftçi
  13. Elgün Duraxanov – Sabah
  14. Eldar Abbasov – Qarabağ
  15. Raul İsaqov – Kəpəz
  16. Nihad Hüseynzadə – Sabah
  17. Ruslan Xasiyev – Şinnik (Yaroslavl, Rusiya)
  18. Musa Mustafayev – Zirə
  19. İbrahim Xəlilov – Sabah
  20. Samir Şərifov – Sabah
  21. Pünhan Kərimov – Marset (İspaniya)
  22. Emin Süleymanov – Neftçi
  23. Əli Bəşirov – Qarabağ
  24. Rüstəm Hüseynli – Neftçi
  25. Kamal Zülfiyev – Sumqayıt
  26. Nicat Kərimov – Sabah

19 fevral
13:50. Azərbaycan – Rusiya

20 fevral
14:20. Azərbaycan – Özbəkistan

21 fevral
16:40. Belarus – Azərbaycan

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib. Fevralın 23-də həlledici görüşlər keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Eldar Tağızadə “Barselona”ya lazım olmadı

12 February 2026 at 14:00

Azərbaycanın U-21 yığmasının keçmiş qapıçısı Eldar Tağızadə müqavilə ilə məxsus olduğu “Barselona”dan yenidən ayrı düşüb.

Arena.az xəbər verir ki, İspaniya nəhəngi azərbaycanlı qolkiperi icarəyə göndərib.

“Barsa”nın ikinci komandasında çıxış etmiş 22 yaşlı qapıçı bundan sonrakı karyerasını Sloveniyanın “Bıstritsa” klubunda davam etdirəcək. Onun aşağı liqa klubu ilə icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Tağızadə artıq yeni komandasının məşqlərinə qoşulub.

Xatırladaq ki, Eldar Tağızadə 2024-cü ilin avqustunda İspaniya nəhəngi “Barselona” ilə müqavilə bağlayıb. Daha öncə İspaniyanın “Luqo Polvorin” klubunda çıxış etmiş azərbaycanlı qolkiper Kataloniya nəhənginə azad agent kimi qoşulub. “Barselona” ilə Tağızadə arasında imzalanmış rəsmi müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir. Müqaviləyə əsasən, gənc qolkiper Kataloniya klubunun ikinci komandasının – “Barselona Atletik”in qapısını qoruyacaqdı. Lakin o, qısa müddət sonra İspaniyanın aşağı liqa klublarından olan “Tudelano”ya icarəyə verilmişdi.

Tağızadə “Neftçi”nin yetirməsidir. O, 2019-cu ildə paytaxt klubundan ayrılaraq İspaniyanın “Marset” futbol akademiyasına keçib. 2021-ci ilin yanvarında Fransanın “Klermon” klubuna qoşulmuş futbolçu “Luqo Polvorin”də də forma geyinib.

Xatırladaq ki, Tağızadə vaxtilə Azərbaycanın U-19 yığmasında cəmi 2 oyun keçirib.

Şon Dayç “Nottingem Forest”dən qovuldu

12 February 2026 at 13:00

İngiltərə Premyer Liqasında mübarizə aparan “Nottingem Forest” komandasının baş məşqçisi Şon Dayç istefaya göndərilib.

Arena.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Premyer Liqanın 26-cı turunda “Vulverhempton”a qarşı keçirilmiş və qolsuz heç-heçə ilə başa çatmış oyundan sonra vəzifəsindən azad edilib.

Şon Dayç 2025-ci ilin oktyabrından etibarən “meşəçilər”in “sükanı arxasında” idi. O, sözügedən komandanı bütövlükdə 25 oyuna çıxarıb, 10 qələbə, 5 heç-heçə və 10 məğlubiyyət görüb.

Qeyd edək ki, bu, cari mövsümdə “Nottingem Forest”də üçüncü məşqçi istefasıdır. Sentyabrda Nuno Espirito Santo komandadan ayrılmışdısa, oktyabrda Angelos Postekoqlu da vəzifəsindən göndərilmişdi.

Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 27 xalla 17-ci pillədə qərarlaşıb və aşağı sıralardan uzaqlaşmaq uğrunda mübarizə aparır.

Şon Dayç daha öncə “Uotford”, “Börnli” və “Everton”da da baş məşqçi kimi çalışıb.

Tomas Tuxel 2028-ci ilədək İngiltərə millisində!

12 February 2026 at 12:00

Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Tomas Tuxel İngiltərə Futbol Assosiasiyasının yeni müqavilə təklifini qəbul edib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, 2025-ci ilin yanvarında İngiltərə yığmasının “sükanı arxası”na təyin edilmiş Tuxelin “üç şir”lə əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin dünya çempionatının sonuna qədər nəzərdə tutulmuşdu.

Tomas Tuxel İngiltərə yığmasını indiyə qədər 10 oyuna çıxarıb, 9 qələbə qarşılığında cəmi 1 məğlubiyyət görüb. Top fərqi də diqqət çəkir – 24:3.

Tuxel İngiltərə yığmasından əvvəl “Bayern”, “Çelsi”, PSJ, “Borussiya” (Dortmund), “Maynts” və “Auqsburq” kimi komandalara da rəhbərlik edib.

Erlinq Haland – Son beş ildə millidə ən çox qol vurmuş futbolçu!

12 February 2026 at 11:00

Futbol üzrə Norveç millisinin və “Mançester Siti”nin mərkəz hücumçusu Erlinq Haland növbəti uğuru ilə diqqət mərkəzinə düşüb.

Arena.az xəbər verir ki, son beş ildə milli komandaların heyətində ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb.

Siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərtib edib. Haland bu siyahıda birinci pillədə qərarlaşıb. 25 yaşlı forvard beş il ərzində yığmada 49 qola imza atıb. O, 2021-ci ildə 6, 2022-ci ildə 9, 2023-cü ildə 6, 2024-cü ildə 11, 2025-ci ildə isə 17 dəfə rəqib qapılarına yol tapıb.

İngiltərə millisindən Harri Keyn ikinci sıradadır. 32 yaşlı oyunçu son beş ildə yığma forması ilə 46 dəfə fərqlənib. İlk “3-lüy”ü Lionel Messi qapayır – 44 qol. Portuqaliyalı Kristiano Ronaldo isə dördüncüdür – 41 qol.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 29 qol vurub, 6 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 183 oyun, 153 qol və 27 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 48 oyuna 55 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Lionel Messi zədələndi, oyun təxirə salındı

12 February 2026 at 10:00

Argentinalı hücumçus Lionel Messi zədələndiyi üçün “İnter Mayami”nin Puertо-Rikоda keçirilməsi planlaşdırılan yoxlama oyunu təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

Argentinalı ulduz Ekvadorun “Barselona” komandası ilə matçda əzələsində gərginlik hiss edib. Nəticədə “İndependyente del Valye” komandasına qarşı keçirilməli olan görüşün vaxtı dəyişdirilib.

Fevralın 14-nə təyin olunmuş qarşılaşma fevralın 26-da baş tutacaq.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” geridə qalmış mövsümdə 49 oyuna 43 qol və 26 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 88 oyun, 77 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Azərbaycan millisinin UEFA Millətlər Liqasında rəqibləri bəlli olur

12 February 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündəki rəqibləri müəyyənləşəcək.

Arena.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək püşkatma mərasiminə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan millisinin püşkatmaya D Liqasının 1-ci səbətindən qoşulacağı indidən məlumdur. Burada 3 komandadan ibarət 2 qrup formalaşacaq. Bu qruplarda komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matça çıxacaqlar.

D Liqasında iştirak edəcək iki yığma martda baş tutacaq pley-off oyunlarından sonra dəqiqləşəcək.

UEFA Millətlər Liqası
2026/2027-ci illər mövsümü

A Liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya
2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya
3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç
4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail
2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna
3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya
4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan
2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan
3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya
4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino

D Liqası

1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu
2-ci səbət: Lixtenşteyn, Andorra

Pley-offda məğlub tərəf reytinqdə 49-52-ci yerlərdən birini tutsa, birinci səbətdə qalacaq. 53 və ya 54-cü yerdə qərarlaşsa, ikinci səbətə düşəcək. Bu cütlər püşkdə həmin yerlərin sahibləri kimi təmsil olunacaqlar.

Xatırladaq ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək. Qrup mərhələsinin son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda təşkil ediləcək.

Yüksək Liqa: “Neftçi” qalib gəldi, “Azərreyl” uduzdu

11 February 2026 at 21:00

Bu gün kişi voleybolçular arasında təşkil edilm Azərbaycan çempionatında (Yüksək Liqa) 13-cü turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.

“Ordu” ilə qarşılaşmış “Murov” rəqibinə 3:0 (25:17, 25:17, 25:12) hesabı ilə qalib gəlib. “Neftçi” “Gənclər”i 3:0 (26:24, 25:23, 25:18), “Xilasedici” isə “Azərreyl”i 3:0 (25:22, 25:21, 25:20) məğlub edib.

Yüksək Liqa
13-cü tur
11 fevral

“Murov” – “Ordu” 3:0 (25:17, 25:17, 25:12)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Gənclər” – “Neftçi” 0:3 (24:26, 23:25, 18:25)
Abşeron Olimpiya İdman Kompleksi.

“Xilasedici” – “Azərreyl” 3:0 (25:22, 25:21, 25:20)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Xallar: Xilasedici – 31. Neftçi – 29. Ordu – 25. Murov – 17. Azərreyl – 15. Gənclər – 0.

ABL: “Lənkəran” “Sərhədçi”yə evdə uduzdu

11 February 2026 at 20:30

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 17-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Sərhədçi” səfərdə “Lənkəran”la üz-üzə gəlib. Lənkəran Olimpiya İdman Kompleksində keçirilmiş qarşılaşma qonaqların 83:69 hesablı qələbəsi ilə yekunlaşıb.

17-ci tura fevralın 14-də yekun vurulacaq.

A qrupu: Sabah – 31. Abşeron Lions – 30. Gəncə – 24. Neftçi – 23. NTD – 19. Şəki – 18.

B qrupu: Ordu – 31. Naxçıvan – 28. Sərhədçi – 23. Sumqayıt – 22. Quba – 22. Lənkəran – 21.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Rəhim Həsənov Kamal Umudlunun səhv qərar verdiyini təsdiqlədi

11 February 2026 at 20:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 19-cu turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 19-cu turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Rəhim Həsənov ümumilikdə 4 matçda qeydə alınmış epizodlarla bağlı fikirlərini bölüşüb.

Mütəxəssis referi Kamal Umudlunun “Şamaxı” – “Qarabağ” görüşündə qonaqların futbolçusu Bəhlul Mustafazadəyə sarı vərəqə göstərməli olduğunu bildirib.

AFFA Hakimlər Komitəsinin sədrinin 19-cu turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

“Nyukasl” Bakıya gələcək azarkeşlərinə xəbərdarlıq etdi

11 February 2026 at 19:00

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinda qarşılaşacağı “Qarabağ”la matçdan əvvəl azarkeşlərinə müraciət ünvanlayıb.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, klub rəhbərliyi Bakıda keçiriləcək ilk matçdan əvvəl azarkeşlərdən Azərbaycan mədəniyyətinə diqqətli yanaşmağı tövsiyə edib. Məlumatda azarkeşlər üçün vacib olan səfər, təhlükəsizlik və davranış qaydaları əksini tapıb:

“Azərbaycana səfər edənlərin etibarlı pasportu olmalı və əvvəlcədən viza almalıdırlar. Viza prosesi üçün bir həftə vaxt ayrılması və səyahət sığortasının əldə edilməsi lazımdır. Ölkənin rəsmi valyutası manatdır. Bakıda kart və təmassız ödənişlərdən geniş istifadə olunur, həmçinin, bankomatlar mövcuddur. Hava limanından şəhər mərkəzinə taksi və ya birbaşa avtobus xidməti ilə getmək mümkündür. Metro səhər saat 06:00-dan gecə 00:00-dək fəaliyyət göstərir və istifadə üçün kart lazımdır”.

İngiltərə klubu azarkeşlərinin “Gənclik” metrostansiyasından istifadə etmələrini və stadionun “B” qapısına (Gate B) yönəlmələrini xahiş edib:

“Girişdə stüardlar və polis tərəfindən yoxlanışlar aparılacaq, stadion ərazisində hərbi qulluqçular olacaq. Stadiona A4 ölçüsündən böyük çantalar, çətirlər, həmçinin, pirotexnik vasitələr, vuvuzelalar buraxılmayacaq. Bayraqlar 1,5m x 2m ölçüsündən böyük olmamalı və siyasi şüarlar ehtiva etməməlidir. Stadion daxilində qəlyanaltılar və içkilər (o cümlədən pivə) satılacaq. Kənardan spirtli içki gətirmək qadağandır”.

Ramazan ayının başlayacağı və fevralın 18-dən orucluğun start götürəcəyi və ingiltərəli azarkeşlərdən buna, həmçinin, yerli mədəniyyətə hörmətlə yanaşmaları tövsiyə olunub. Şəhidlər Xiyabanı kimi tarixi və mühüm məkanlarda davranışlara xüsusi diqqət yetirilməsi, hörmətsizlik edilməməsi barədə də xəbərdarlıq olunub.

Matç bitdikdən sonra isə “Nyukasl” azarkeşlərinin təhlükəsizlik məqsədilə 30 dəqiqə tribunada saxlanılacağı bildirilib.

Xatırladaq ki, “Qarabağ” – “Nyukasl” oyunu fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.

Birinci Liqa: “Cəbrayıl”la MOİK uduzdu, mərkəzi oyun qolsuz bitdi

12 February 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Şahdağ Qusar” – “Cəbrayıl” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. “Baku Sportinq” doğma meydanda MOİK üzərində inamlı qələbə qazanb. “Səbail”lə “Şəfa” arasında baş tutmuş mərkəzi oyunda isə qapılara qol vurulmayıb.

14-cü turun görüşləri fevralın 13-də keçiriləcək.

Birinci Liqa
14-cü tur

12 fevral

“Şahdağ Qusar” – “Cəbrayıl” 4:2
Qollar: Kvaku Adjey, 37. Peter Aqblevor, 42. Yelmar Aşurov, 50. Cavad Qurbanlı, 67 – Andzuno Eli, 34. Dileyn Açimi, 60-pen.
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Baku Sportinq” – MOİK 2:0
Qollar: Elşad Tağıyev, 53. Xəyyam Məmmədli, 90+4.
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Buzovna qəsəbə stadionu, 14:30.

“Səbail” – “Şəfa” 0:0
Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 17:00.

13 fevral

“Difai” – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağsu şəhər stadionu, 14:30.

“Mingəçevir” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30.

Roberto De Zerbi Marsel “Olimpik”indən qovuldu

11 February 2026 at 19:30

Marsel “Olimpik”inin baş məşqçisi, italyan mütəxəssis Roberto De Zerbi tutduğu vəzifədən istefaya göndərilib.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən məlumat verir.

Marsel klubunun rəhbərliyi mütəxəssislə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Bu, Fransa Liqa 1-in 21-ci turunda PSJ-yə 0:5 hesablı məğlubiyyətlə əlaqələndirilib.

Roberto De Zerbi 2024/2025-ci illər mövsümünün əvvəlindən Marsel təmsilçisini çalışdırırdı. 46 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 69 oyuna çıxarıb. Bu oyunlarda 39 qələbə qazanmış Fransa təmsilçisi 8 heç-heçə və 22 məğlubiyyət görüb.

Komanda hazırda 21 Liqa 1 oyunundan sonra 39 xalla 4-cü yerdədir və lider PSJ-dən 12 xal geri qalır.

De Zerbi daha öncə “Darfo Boario”, “Focca”, “Palermo”, “Benevento”, “Sassuolo”, “Şaxtyor” (Donetsk) və “Brayton” kimi komandalara da rəhbərlik edib.

Tomas Frank “Tottenhem”dən qovuldu

11 February 2026 at 18:30

Danimarkalı futbol mütəxəssisi Tomas Frank İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi postundan istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Frankın istefasına komandanın son oyunlarındakı uğursuz nəticələr səbəb olub. Londonlular son 5 matçdan yalnız birində qələbə qazanıblar. Komanda hazırda Premyer Liqada 26 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xatırladaq ki, Tomas Frank 2025-ci ilin iyulundan “Tottenhem”ə rəhbərlik edirdi. London təmsilçisi onun rəhbərliyi altında 38 oyun keçirib. Komanda bu görüşlərdə 13 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət görüb.

52 yaşlı danimarkalı mütəxəssis daha öncə ölkəsinin U-16, U-17 və U-19 yığmalarına rəhbərlik edib. O, 2013-2016-cı illər aralığında Danimarkanın “Brondbü” komandasını çalışdırıb. “Tottenhem”dən öncə isə Frank İngiltərənin “Brentford” komandasına rəhbərlik edib.

İspaniya Kubokunda yarımfinalın ilk oyunu keçirildi

12 February 2026 at 03:00

Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Atletik” doğma meydanda “Real Sosyedad”la üz-üzə gəlib. Qonaqlar səfərdə minimal hesabla qalib gəliblər.

Qeyd edək ki, İspaniya Kubokunda finala vəsiqə uğrunda digər yarımfinal görüşü “Atletiko” və “Barselona” arasında baş tutacaq.

Cavab görüşləri martın 3-də və 4-də keçiriləcək.

İspaniya Kuboku
Yarımfinalın ilk oyunları
11 fevral

Atletik – Real Sosyedad 0:1
Qol: Turrientes, 62.

12 fevral

00:00. Atletiko – Barselona

İtaliya Kubokunda sonuncu yarımfinalçı “Latsio” oldu

12 February 2026 at 02:40

Bu gün futbol üzrə İtaliya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Bolonya” doğma meydanda “Latsio” ilə üz-üzə gəlib. Doğma meydanda penaltilər seriyasında uduzmuş bolonyalılar kubokla vidalaşıblar. “Latsio” isə yarımfinala yüksəlib.

Daha öncə “İnter”, “Atalanta” və “Komo” da İtaliya Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanmışdılar. Beləliklə, bu mövsüm finala vəsiqə uğrunda “Komo” “İnter”lə, “Latsio” isə “Atalanta” ilə mübarizə aparacaq.

İtaliya Kuboku
1/4 final mərhələsi
4 fevral

İnter – Torino 2:1
Qollar: Bonni, 35. Diuf, 47 – Kulenoviç, 57.

5 fevral

Atalanta – Yuventus 3:0
Qollar: Skamakka, 27-pen. Sulemana, 77. Paşaliç, 85.

10 fevral

Napoli – Komo 1:1 (penaltilər 6:7)
Qollar: Verqara, 46 – Baturina, 39-pen.

11 fevral

Bolonya – Latsio 1:1 (penaltilər 1:4)
Qollar: S.Kastro, 30 – Noslin, 48.

Premyer Liqa: “Liverpul” 1, MS 3 qolla qalib gəldi

12 February 2026 at 02:20

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 5 qarşılaşma baş tutub.

“Nottingem Forest” – “Vulverhempton” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Kristal Pelas” – “Börnli” matçında qonaqlar qələbə qazanıblar. “Aston Villa” “Brayton”u, “Mançester Siti” “Fulhem”i məğlub yola salıb. “Sanderlend”in qonağı olan “Liverpul” da turu qələbə ilə başa vurub.

26-cı tura fevralın 12-də keçiriləcək “Brentford” – “Arsenal” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
26-cı tur
10 fevral

Çelsi – Lids 2:2
Qollar: J.Pedro, 24. Palmer, 58-pen – Nmeça, 67-pen. Okafor, 73.

Everton – Bornmut 1:2
Qollar: Ndiaye, 42-pen – Rayan, 61. A.Adli, 64.

Tottenhem – Nyukasl 1:2
Qollar: Qrey, 64 – Tiav, 45+5. Remsi, 68.

Vest Hem – Mançester Yunayted 1:1
Qollar: Souçek, 50 – Şeşko, 90+6.

11 fevral

Aston Villa – Brayton 1:0
Qol: Hinselvud, 86-öz qapısına.

Kristal Pelas – Börnli 2:3
Qollar: Larsen, 17; 33 – Meybri, 40. Antoni, 44. Lerma, 45+2-öz qapısına.

Mançester Siti – Fulhem 3:0
Qollar: Semenyo, 24. Orayli, 30. Haland, 39.

Nottingem Forest – Vulverhempton 0:0

Sanderlend – Liverpul 0:1
Qol: Van Deyk, 61.

12 fevral

00:00. Brentford – Arsenal

Almaniya Kubokunda sonuncu yarımfinalçı – “Bayern”

12 February 2026 at 02:00

Bu gün futbol üzrə Almaniya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

“Bayern” doğma meydanda “Leypsiq”lə üz-üzə gəlib. İnamlı qələbəyə sevinmiş Münhen təmsilçisi sonuncu yarımfinalçı olub.

Xatırladaq ki, daha öncə “Bayer”, “Ştutqart” və “Frayburq” da Almaniya Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanmışdılar.

Almaniya Kuboku
1/4 final mərhələsi
3 fevral

Bayer – Sankt Pauli 3:0
Qollar: Terrye, 31. Şik, 63. Hofmann, 90+2.

4 fevral

Holştayn – Ştutqart 0:3
Qollar: Undav, 56. Fuhrix, 89. Karazor, 90+2.

10 fevral

Herta – Frayburq 1:1 (penaltilər 4:5)
Qollar: Rise, 104 – Suzuki, 96.

11 fevral

Bayern – Leypsiq 2:0
Qollar: H.Keyn, 64-pen. L.Dias, 67.

Birinci Liqa: 14-cü turun bütün təyinatları açıqlandı

11 February 2026 at 18:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

14-cü turun görüşləri fevralın 12-də və 13-də keçiriləcək.

Birinci Liqa
14-cü tur

12 fevral

“Şahdağ Qusar” – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Baku Sportinq” – MOİK
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Buzovna qəsəbə stadionu, 14:30.

“Səbail” – “Şəfa”
Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 17:00.

13 fevral

“Difai” – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağsu şəhər stadionu, 14:30.

“Mingəçevir” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30.

Nəriman Axundzadə “Qarabağ”a bu sözlərlə vida etdi

11 February 2026 at 17:30

ABŞ klubu “Kolumbus Kru”ya keçən Azərbaycan millisinin cinah hücumçusu Nəriman Axundzadə sosial şəbəkə hesabında paylaşım edib.

Arena.az xəbər verir ki, 21 yaşlı hücumçu “Qarabağ”la vidalaşıb.

O, paylaşımında bunları qeyd edib: “Çox sağ ol, böyük “Qarabağ” ailəsi”.

Xatırladaq ki, Nəriman Axundzadənin “Kolumbus Kru” ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Yeri gəlmişkən, ABŞ klubunun baş meneceri İssa Toll Nərimanın transferi barədə fikirlərini bölüşüb. O, “Qarabağ”dan 2,5 milyon avroya aldıqları futbolçunun transferi ilə bağlı bunları dilə gətirib:

“Nəriman klubumuza fərqli bacarıqlar gətirəcək və bu, komandamıza əlavə bir ölçü qatacaq. Onun texniki keyfiyyətləri və yüksək iş əzmi oyun üslubumuzla çox yaxşı uyğunlaşır.

Gənc yaşına baxmayaraq, Nəriman artıq həm ölkə daxilində, həm Avropa səviyyəsində, həm də milli komandada təcrübə qazanıb. Onu Kolambusda qarşılamaqdan məmnunuq və klubumuzda necə inkişaf edəcəyini səbirsizliklə gözləyirik”.

Sonda bir maraqlı məqamı da vurğulayaq ki, Nəriman Axundzadə ABŞ klubunda daha əvvəl Azərbaycanda oynamış Nikolas Hagenlə komanda yoldaşı olacaq. Qvatemaladan olan qapıçı 2024-cü ilin dekabrından MLS təmsilçisində çıxış edir. 29 yaşlı qolkiper 2020/2021 mövsümündə “Səbail”in formasını geyinib.

Əvəzedicilər Liqası: 16, 17 və 18-ci turun oyun cədvəli açıqlandı

11 February 2026 at 17:00

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 16, 17 və 18-ci turların oyun cədvəlləri açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

16-cı turun oyunları 14, 16 və 17 fevralda keçiriləcək. 17-ci turun görüşləri fevralın 22-də və 23-də baş tutacaq. 18-ci turun matçları isə 2-3 marta təsadüf edəcək.

Əvəzedicilər Liqası

16-cı tur

14 fevral

“Sabah-2” – “Sumqayıt-2”
“Bayıl Arena”, 14:00.

16 fevral

“Araz-Naxçıvan-2” – “Zirə-2”
Binə qəsəbə stadionu, 14:30.

17 fevral

“Turan Tovuz-2” – “Şamaxı-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Qarabağ-2” – “Qəbələ-2”
Binə qəsəbə stadionu, 14:30.

“Neftçi-2” – “Kəpəz-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

17-ci tur

22 fevral

“Qəbələ-2” – “Neftçi-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

23 fevral

“Sumqayıt-2” – “Turan Tovuz-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Şamaxı-2” – “Araz-Naxçıvan-2”
Şamaxı şəhər stadionu, 14:00.

“Kəpəz-2” – “Sabah-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Zirə-2” – “Qarabağ-2”
Binə qəsəbə stadionu, 14:30.

18-ci tur

2 mart

“Kəpəz-2” – “Qəbələ-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2”
Binə qəsəbə stadionu, 14:30.

“Neftçi-2” – “Zirə-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

3 mart

“Turan Tovuz-2” – “Sabah-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Qarabağ-2” – “Şamaxı-2”
Binə qəsəbə stadionu, 14:30.

“Qarabağ” dünya reytinqində 9 pillə irəlilədi

11 February 2026 at 16:30

Azərbaycanın “Qarabağ”, “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” futbol klublarının dünya reytinqindəki mövqeləri bəlli olub.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

İFFHS-in cədvəlində planetin 502 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycanı 4 klub təmsil edib.

Hazırda 200 xalı olan “Qarabağ” yeni siyahıda 9 pillə irəliləyib. Azərbaycan çempionu 69-cu sıradan 60-cı yerə yüksəlib.

Digər klublarımızdan “Sabah” (96 xal) 224-cü yerdən 211-ə qalxıb. “Zirə” (63 xal) 389-cu mövqedən 418-ə, “Araz-Naxçıvan” (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.

Dünya reytinqinə 595 xalı olan Fransa çempionu PSJ rəhbərlik edir. İngiltərənin “Çelsi” klubu 496 xalla ikinci pillədə qərarlaşıb. Almaniyanın “Bayern” komandası 457 xalla ilk üçlüyü qapayır.

Reytinq siyahısının ilk 10 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. PSJ (Fransa) – 595 xal
  2. Çelsi (İngiltərə) – 496 xal
  3. Bayern (Almaniya) – 457 xal
  4. Real (Madrid, İspaniya) – 451 xal
  5. İnter (Milan, İtaliya) – 439 xal
  6. Barselona (İspaniya) – 438 xal
  7. Flamenqo (Braziliya) – 424 xal
  8. Arsenal (İngiltərə) – 401 xal
  9. Palmeyras (Braziliya) – 387 xal
  10. Borussiya (Dortmund, Almaniya) – 382 xal

Birinci Liqa: 15-ci və 16-cı turun oyun cədvəli açıqlandı

11 February 2026 at 16:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 15-ci və 16-cı turlarının oyun cədvəlləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

15-ci turun görüşləri fevralın 18-də və 19-da keçiriləcək. 16-cı turun matçları isə 24 və 25 fevralda baş tutacaq.

Birinci Liqa

15-ci tur

18 fevral

“Cəbrayıl” – “Baku Sportinq”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

MOİK – “Səbail”
Binə qəsəbə stadionu, 14:30.

19 fevral

“Şəfa” – “Mingəçevir”
Binə qəsəbə stadionu, 14:30.

“Zaqatala” – “Difai”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Şimal” – “Şahdağ Qusar”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

16-cı tur

24 fevral

“Şimal” – “Cəbrayıl”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Səbail” – “Baku Sportinq”
“Bayıl Arena”, 17:00.

25 fevral

“Şahdağ Qusar” – “Zaqatala”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Difai” – “Şəfa”
Ağsu şəhər stadionu, 15:00.

“Mingəçevir” – MOİK
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

AFFA “Zirə”ni forma nömrəsinə görə cərimələdi

11 February 2026 at 15:30

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Əvəzedicilər Liqasının 15-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 15-ci tur

“Şamaxı-2” – “Sabah-2” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Neftçi-2” – “Qarabağ-2” oyununa “Qarabağ”ın azarkeşləri buraxılmadığına görə “Neftçi” 200 manat cərimə edilib. Bu oyunda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağdam klubu 70 manat cərimə edilib.

“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə”nin futbolçusu Əli Məmmədovun idman formasında oyunçu nömrəsi fərqli olduğuna görə “Zirə” 300 manat cərimə edilib.

AFFA “Cəbrayıl” və “Şahdağ Qusar”ı cərimələdi

11 February 2026 at 15:00

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Birinci Liqanın 18-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 18-ci tur

“Cəbrayıl” – MOİK oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Cəbrayıl” komandası 600 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Difai” oyununda “Şahdağ Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Qusar komandası 210 manat cərimə edilib.

AFFA “Araz”ı 3700, “Zirə”ni 1500 manat cərimələdi

11 February 2026 at 14:30

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Azərbaycan Premyer Liqasının 19-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Premyer Liqası, 19-cu tur

“Sabah” – “Araz-Naxçıvan” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə paytaxt klubu 1000 manat cərimə edilib. Oyun “Araz-Naxçıvan”ın meydançaya gec çıxması səbəbindən gec başladığı üçün Naxçıvan komandası 3000 manat cərimə edilib. “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan klubu 700 manat cərimə edilib.

“Sumqayıt” – “Zirə” oyununda “Zirə”nin 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə “Zirə” komandası 1500 manat cərimə edilib.

“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağdam klubu 700 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” tərəfindən qarşılanacaq.

“Neftçi” – “Qəbələ” oyununun 90+1-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Neftçi” buna görə 500 manat cərimə edilib.

AFFA Kurban Berdıyevi 4 oyunluq cəzalandırdı

11 February 2026 at 14:00

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Azərbaycan Kubokunun 1/4 finalının ilk oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Kuboku, 1/4 finalın ilk oyunları

“Sabah” – “Qəbələ” oyununa “Qəbələ” komandası təyin edilmiş vaxtdan gec gəldiyinə görə sözügedən kluba xəbərdarlıq edilib.

“Turan Tovuz” – “Kəpəz” oyununun 41-ci dəqiqəsində “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Tovuz komandası buna görə 2500 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” oyununun 64-cü dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. Tovuz komandası buna görə də 10 000 manat cərimə ödəyəcək.

Sambu Sissoko “Qəbələ”də – Rəsmi

11 February 2026 at 13:30

Fransanın “Valansyen” klubunun dayaq yarımmüdafiəçisi Sambu Sissoko bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Qəbələ” “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir futbolçu cəlb edib. “Qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valansyen” klubundan cari mövsümün sonuna qədər icarəyə götürüblər.

Sambu Sissoko Fransanın “Tur” klubunun yetirməsidir. O, bu komandada 32 oyuna 1 qol və 3 assistlə yadda qalıb. Sonuncu komandası “Valansyen” (38 oyun, 3 qol, 1 assist) olan fransalı futbolçu daha öncə vətənində “Reyms” (14 oyun) və “Keviyi Ruan” (19 oyun, 1 qol, 1 assist), Ukraynada “Vorskla” (14 oyun), Belçikada “Seren” (42 oyun, 2 qol, 2 assist) kimi klubların formasını geyinib. O, Fransanın U-19, U-20 və U-21 millilərinin heyətində çıxış etsə də, əsas yığmada debüt şansı qazanmayıb.

Faiq Hacıyev Premyer Liqada 100-ə çatdı

11 February 2026 at 13:00

Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan Faiq Hacıyev Azərbaycan çempionatında (Premyer Liqa) 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, “Turan Tovuz”un kapitanının yubileyi “Karvan”la matça (1:0) təsadüf edib.

O, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 19-cu turunun görüşünə start heyətində çıxıb.

Faiq Premyer Liqada indiyə qədər keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.

25 yaşlı müdafiəçi indiyə qədər iki klubun formasını geyinib. 2019/2020-ci illər mövsümündə “Qəbələ” forması ilə Premyer Liqada debüt etmiş Hacıyev “qırmızı-qaralar”la 6 oyuna çıxıb. O, “Turan Tovuz”dakı 94 görüşdə 3 qol vurub.

Qeyd edək ki, Faiq Hacıyev Azərbaycan çempionatları tarixində 100 və daha çox oyun keçirmiş 451-ci futbolçu olub.

“Turan Tovuz” 25-ə çatdı, 30-cu oldu

11 February 2026 at 12:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunda “Karvan”ı qəbul etmiş “Turan Tovuz” rəqibini 1:0 hesabı ilə məğlub edib.

Arena.az xəbər verir ki, bu, klub tarixinə Premyer Liqadakı 25-ci qələbə kimi düşüb.

Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə etmiş 30-cu komandadır.

Xatırladaq ki, “Turan Tovuz” 2022/2023-cü illər mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilmiş matçda meydan sahibləri 2 qola seviniblər.

Kurban Berdıyevin çalışdırdığı Tovuz təmsilçisi Premyer Liqanın cari mövsümündə keçirdiyi 18 oyunda 10 qələbə qazanıb, 3 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb. Komanda 33 xalla 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

“Kəpəz” Premyer Liqada son 13 ilin rekorduna imza atdı

11 February 2026 at 11:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunda “İmişli”nin qonağı olan “Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb.

Arena.az xəbər verir ki, 2025/2026-cı illər mövsümündə ilk dəfə sülhə imza atmış (0:0) Gəncə klubu ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı.

Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də “Neftçi” ilə görüşdə qeydə alınmışdı – 2:2. “Kəpəz”in sonrakı 21 matçında 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.

281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudur. Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012/2013-cü illər mövsümünə təsadüf edib. Həmin vaxt “Rəvan” 25 görüşdə “sülh”süz oynamışdı.

Qeyd edək ki, Azərbaycan çempionatının mütləq rekordu 1996/1998-ci illər mövsümündə 51 oyunu heç-heçəsiz bitmiş “Şəfa”ya məxsusdur.

“Sabah” 50-ci ev qələbəsinə sevindi

11 February 2026 at 10:00

Futbol üzrə Azərbaycan çempionatının cari mövsümünün vahid lideri olan “Sabah” Premyer Liqada 50-ci ev qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 19-cu turuna təsadüf edib.

Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.

Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.

Xatırladaq ki, 2018/2019-cu illər mövsümündən Premyer Liqada çıxış edən paytaxt klubu ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib – 1:0.

“Bayquşlar” cari mövsümdə Premyer Liqada 19 oyunda 14 qələbə qazanıblar. Qalan oyunlarda isə 4 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. 46 xalı olan Valdas Dambrauskasın komandası ən yaxın izləyicisi “Qarabağ”ı 4 xal qabaqlayır.

“Traktor” ÇL-də “Əl-Sədd”ə məğlub oldu

11 February 2026 at 09:00

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu turnirin əsas mərhələsinin 7-ci turunda Qətərin “Əl-Sədd” komandası ilə qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyunda təbrizlilər məğlubiyyətə üzülüblər – 0:2.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv ÇL-dəki növbəti oyununu evdə Qətərin digər təmsilçisi “Əl-Qarafa”ya qarşı keçirəcək. Bu oyun fevralın 17-də səfərdə baş tutacaq.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının cari mövsümündə ümumilikdə 24 komanda mübarizə aparır. İştirakçılar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünüblər. Hər zonada 12 komanda yarışır və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə mübarizə aparırlar.

Hər komanda 8 oyun keçirəcək. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Orada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən “Qərb”lə “Şərq” birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.

“Traktor” “Qərb” zonasında yer alıb. Komanda hazırda 14 xalla 3-cü pillədə qərarlaşıb. Təbrizlilər qrup mərhələsinin sonuncu turunda “Əl-Qarafa”ya uduzsa belə, ən yaxşı 8 komanda sırasında yer alacaq.

Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.

“Frayburq” Almaniya Kubokunda 3-cü yarımfinalçı oldu

11 February 2026 at 02:30

Bu gün futbol üzrə Almaniya Kubokunda 2025/2026-cı illər mövsümün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, növbəti oyun günündə də bir qarşılaşma baş tutub.

“Herta” doğma meydanda “Frayburq”la üz-üzə gəlib. Rəqibini penaltilər seriyasında məğlub etmiş “Frayburq” üçüncü yarımfinalçı olub.

Almaniya Kubokunda yarımfinal mərhələsinin sonuncu iştirakçısı fevralın 11-də keçiriləcək “Bayern” – “Leypsiq” matçında müəyyənləşəcək.

Almaniya Kuboku
1/4 final mərhələsi
3 fevral

Bayer – Sankt Pauli 3:0
Qollar: Terrye, 31. Şik, 63. Hofmann, 90+2.

4 fevral

Holştayn – Ştutqart 0:3
Qollar: Undav, 56. Fuhrix, 89. Karazor, 90+2.

10 fevral

Herta – Frayburq 1:1 (penaltilər 4:5)
Qollar: Rise, 104 – Suzuki, 96.

11 fevral

23:45. Bayern – Leypsiq

“Komo” “Napoli”ni İtaliya Kubokunda yarımfinala buraxmadı

11 February 2026 at 02:20

Bu gün futbol üzrə İtaliya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, növbəti oyun günündə bir qarşılaşma baş tutub.

“Napoli” doğma meydanda “Komo” ilə üz-üzə gəlib. Doğma meydanda penaltilər seriyasında uduzmuş Neapol təmsilçisi kubokla vidalaşıb. “Komo” isə yarımfinala yüksəlib.

İtaliya Kubokunda 1/4 final mərhələsinə fevralın 11-də keçiriləcək “Bolonya” – “Latsio” oyunu ilə yekun vurulacaq.

İtaliya Kuboku
1/4 final mərhələsi
4 fevral

İnter – Torino 2:1
Qollar: Bonni, 35. Diuf, 47 – Kulenoviç, 57.

5 fevral

Atalanta – Yuventus 3:0
Qollar: Skamakka, 27-pen. Sulemana, 77. Paşaliç, 85.

10 fevral

Napoli – Komo 1:1 (penaltilər 6:7)
Qollar: Verqara, 46 – Baturina, 39-pen.

11 fevral

00:00. Bolonya – Latsio

Premyer Liqa: “Çelsi” və MY xal itirdi, “Tottenhem” uduzdu

11 February 2026 at 02:10

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Çelsi” – “Lids” matçında qalib müəyyənləşməyib. “Vest Hem” – “Mançester Yunayted” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Everton” evdə “Bornmut”a, “Tottenhem” isə “Nyukasl”a məğlub olub.

26-cı turun qalan görüşləri fevralın 11-də və 12-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
26-cı tur
10 fevral

Çelsi – Lids 2:2
Qollar: J.Pedro, 24. Palmer, 58-pen – Nmeça, 67-pen. Okafor, 73.

Everton – Bornmut 1:2
Qollar: Ndiaye, 42-pen – Rayan, 61. A.Adli, 64.

Tottenhem – Nyukasl 1:2
Qollar: Qrey, 64 – Tiav, 45+5. Remsi, 68.

Vest Hem – Mançester Yunayted 1:1
Qollar: Souçek, 50 – Şeşko, 90+6.

11 fevral

23:30. Aston Villa – Brayton
23:30. Kristal Pelas – Börnli
23:30. Mançester Siti – Fulhem
23:30. Nottingem Forest – Vulverhempton
00:15. Sanderlend – Liverpul

12 fevral

00:00. Brentford – Arsenal

Kenan Piriç: Son 3 oyunda qol buraxmamaq yaxşı göstəricidir”

10 February 2026 at 23:30

“Neftçi”nin qapıçısı Kenan Piriç Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Kenan Piriç matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Qəbələ”nin əks hücumlarda yaxşı çıxış etdiyini bilirdik. Oyunda üstünlük quran tərəf biz idik. Qaşrılaşma ərzində 2 dəfə səhvə yol verdik, rəqib komanda həmin vaxtlarda təhlükəli hücumlar yaratdı. Təəssüf ki, ikinci hissədə oyuna istədiyimiz kimi başlaya bilmədik.

“Qəbələ”nin futbolçuları hücumlar yaratmağa başlayırdılar. Sevinirik ki, qapımızı toxunulmaz saxlamağı bacardıq. Son 3 oyunda qol buraxmırıq. Bu, çox yaxşı göstəricidir. Təbii ki, burada tək qapıçının yox, bütün komandanın payı var”.

Mark Mampassi “Turan Tovuz”da!

10 February 2026 at 20:30

Rusiyanın “Lokomotiv” (Moskva) klubunun mərkəz müdafiəçisi Mark Mampassi bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Müdafiəçi icarə müqaviləsi əsasında cari mövsümün sonunadək bölgə təmsilçisinin şərəfini qoruyacaq.

Ukraynada dünyaya göz açmış Mark Mampassi Donetsk “Şaxtyor”unun yetirməsidir. 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol”, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortreyk”in formasını geyinib.

Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 22 oyunda meydana çıxmış futbolçu 1 assistlə yadda qalıb. O, Belçika klubunun heyətində 44 oyun keçirib, 1 qol və 2 assist müəllifi olub. Mampassi “Lokomotiv”də də 18 oyunda meydanda olub.

Mark Ukraynanın U-16, U-17 və U-19 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Zəhra Kərimzadə “bürünc”ü qızıl medalla əvəz etmək istəyir

10 February 2026 at 20:00

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş reytinq turnirində 3-cü yeri tutmuş Azərbaycan güləşçisi Zəhra Kərimzadə bu uğurunu şərh edib.

Arena.az xəbər verir ki, ötən həftə baş tutmuş reytinq turnirində ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edib.

2024-cü ildə yeniyetmələr dünya və Avropa üçüncüsü olan Zəhra Kərimzadə ilk dəfə böyüklər arasında fəxri kürsüyə qalxıb. 18 yaşlı güləşçimiz 72 kq-da bürünc medal qazanıb. 1/4 finalda olimpiya mükafatçısı, dünya və Avropa çempionu Buse Tosuna 0:2 hesabıyla məğlub olan Kərimzadə üçüncü yer uğrunda qarşılaşmada gənclər arasında dünya və böyüklər arasında Asiya çempionu Mahiro Yoşitakeyə (4:1) qalib gəlib.

Gənc güləşçi yarışla bağlı təəssüratlarını bölüşüb:

“Böyüklər arasında keçirilən reytinq turnirində bürünc medal qazandığım üçün çox sevincli və qürurluyam. İlk görüşdə türkiyəli olimpiya mükafatçısı Buse Tosunla qarşılaşdım. Məğlub olsam da, ruhdan düşmədim. Bürünc medal uğrunda Yaponiya təmsilçisiylə güləşdim. Titullu rəqiblə qarşılaşacağımı bilirdim. Məşqçilərimiz məni psixoloji və taktiki cəhətdən görüşə yüksək səviyyədə hazırladı. Onların verdiyi motivasiya nəticəsində qarşılaşmaya tam hazır oldum. Mübarizəmiz gərgin keçdi. Sona kimi güləşdim və qalib oldum. Üzərimdə əziyyəti olan baş məşqçimizə, federasiyamıza və şəxsi məşqçimə təşəkkür edirəm. İnşallah, növbəti yarışlarda bürünc medalı qızıl medalla əvəz edərəm”.

Çixradze: “Neftçi”yə uduzmağa layiq deyildik”

10 February 2026 at 23:00

“Qəbələ”nin məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının 19-cu turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Georgi Çixradze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı və dinamik oyun oldu. Bilirdik ki, “Neftçi” matçın əvvəlində sürətli oynayacaq. İlk 15 dəqiqədə sürətdə geri qaldıq. Rəqib oyuna aqressiv başladı. Nəticədə qol buraxdıq. Amma bundan sonra çox yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə bizim qol vəziyyətlərimiz oldu. Elə epizodlar idi ki, bilmirəm onları necə əldən verdik. Amma bu, futboldur, belə hallar olur. Mənə elə gəlir ki, məğlubiyyətə layiq deyildik.

Prins Ovusu gənc oyunçudur, öz üzərində işləyir, inkişaf edir. Premyer Liqada ilk mövsümüdür. Onun məğlubiyyətə görə bu qədər məyus olmasını başa düşmək olar.

Rza Cəfərovu daha əvvəldən transfer etmək istəyirdik. Həmin vaxt alınmadı. Gənc futbolçudur. Ona böyük ümidlər bəsləyirik. Rzanın potensialına bələdik. “Sabah”la kubok matçını yaxşı keçirmişdi. Ona görə bu gün qapıda Rzanın dayanacağını planlaşdırmışdıq”.

Nəriman Axundzadə rəsmən ABŞ klubunda!

10 February 2026 at 22:30

Azərbaycan millisinin və “Qarabağ”ın cinah hücumçusu Nəriman Axundzadə bundan sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 2029-cu ilin 30 iyununa qədər müqavilə imzalanıb.

O, P-1 vizasını (ABŞ-də idmançılara verilən xüsusi viza) aldıqdan sonra rəsmən komandanın heyətinə daxil olacaq və meydana çıxa biləcək.

Ağdam klubu da bu transferi təsdiqləyib: “Klubumuzla ABŞ təmsilçisi “Kolumbus Kru” arasında aparılan danışıqlar yekunlaşıb: Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub. “Qarabağ”ın yetirməsi olan Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandamızın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

Bu illər ərzində klubumuzun uğurları üçün çalışan Nəriman Axundzadəyə göstərdiyi əzmə, peşəkarlığa və verdiyi töhfələrə görə təşəkkür edir, karyerasının yeni mərhələsində ona uğurlar arzulayırıq”.

Xatırladaq ki, “Qarabağ”ın öz yetirməsi hesab olunan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Qarabağ”la 2028-ci ilin 30 iyununadək müqaviləsi olan Nərimanın keçidi üçün ABŞ klubu Azərbaycan çempionuna 2,5 milyon avro ödəyib.

Yuri Vernidub: “Breno Almeydanı çoxdan izləyirdik”

10 February 2026 at 22:00

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə çox yaxşı oynadıq. Bir qol vurduq. İkincini də vura bilərdik. “Qəbələ”nin isə ümumiyyətlə fürsətləri olmadı. İkinci hissə bir qədər fərqli alındı. Komanda bu meydanda uzun müddətdir qələbə qazanmırdı. Hesabda öndə idik deyə, bəlkə də komanda müdafiə olunmağı seçdi. Bu da bizim istədiyimiz oyun deyil. Daha yaxşı oyun gözləyirdik. Oyunçulara dedim ki, bu gün bizə qələbə laızmdır ki, yolumuza davam edə bilək. Onlar buna nail oldular. Mən də təşəkkür edirəm. Oyun yaddan çıxır. Nəticə isə həmişə yadda qalır”.

Yuri Vernidub “Qarabağ”la “Neftçi” arasındakı oyunun təxirə salınacağı barədə xəbərlərə də toxunub:

“Bu, harada yazılıb, kim deyib? Mənə deyilsə ki, oynayaq, oynayacağıq. Oynamayaq deyilsə, oynamayacağıq. Azərbaycan Premyer Liqasında 12 komanda var. Bizə görə onlardan biri bizik, digər 11 komanda isə rəqibdir. Mənim üçün hər oyun önəmlidir. Rəqibin “Qarabağ”, “Sumqayıt” və ya “Kəpəz” olmasının fərqi yoxdur. İstəyirəm ki, hər oyunda qələbə qazanım. Qarşımda duran tapşırıq budur”.

Ukraynalı mütəxəssis yeni transfer Breno Almeyda barədə də danışıb:

“Onu uzun müddətdir izləyirdik. Bizdə çox yaxşı skautinq var. Bu oyunçu həm skautların, həm də məşqçi heyətinin xoşuna gəldi. Həm cinahlarda, həm də hücumun mərkəzində oynamağı bacarır. Yaxşı sürəti, texnikası və driblinqi var. Ondan gözləntilərim böyükdür. Sabahdan etibarən bizimlə məşqlərdə olacaq. Əlbəttə ki, kollektivə tam uyğunlaşması üçün bir az vaxt lazımdır. Bir həftədən sonra oynaya bilər. Dərhal onu oyuna buraxa bilmərəm. Məşqlərdə futbolçuya baxmaq lazımdır”.

“Neftçi” – “Qəbələ” 1:0 – Video

10 February 2026 at 21:30

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Turan Tovuz” – “Karvan” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
19-cu tur
10 fevral

“Neftçi” – “Qəbələ” 1:0
Qol: Emin Mahmudov, 12.
Sarı vərəqələr: Bassala Sambu, 50 (qeyri-idman hərəkəti). Andrey Ştoqrin, 53 (qeyri-idman hərəkəti). Elvin Bədəlov, 78; 90+1 (qeyri-idman hərəkəti); Kenan Piriç, 83 (oyunun bərpasının ləngidilməsi).
Qırmızı vərəqə: Elvin Bədəlov, 90+1.
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 19:00. “Neftçi” Arena ”, 1000 tamaşaçı.

Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Kərim Zeynalov.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (4. Elvin Camalov, 88), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 7. Emil Səfərov (23. Cordan Rezabala, 60), 47. Murad Məmmədov (70. Andrey Ştoqrin, 46), 77. Falaye Sako, 24. Mustafa Sek, 18. İfeanyi Metyu (14. Edvin Kuç, 73), 9. Bassala Sambu, 11. İmad Faraj (28. Alessio Kurçi, 88).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 19. Ağadadaş Salyanski, 45. Vensan Abubakar, 27. Kristian Kostin, 22. Luis Ortis.
Baş məşqçi: Yuri Vernidub.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k) (50. Adriel Ba Lua, 60), 66. Nuğay Rəşidov (7. Turan Manafov, 76), 10. Şahin Şahniyarov (3. Eduardo Kunde, 46), 27. Eşqin Əhmədov (13. Nicat Əliyev, 76), 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 6. İsaak Amoa, 14. Domi Massumo (12. İbrahim Sanqare, 84), 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 70. Paulo Kimbila.
Məşqçi: George Çixradze.

Premyer Liqa: “Neftçi” “Qəbələ”yə də qalib gəldi

10 February 2026 at 21:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Neftçi” ilə “Qəbələ” üz-üzə gəliblər.

Əliyar Ağayevin idarə etdiyi görüş “Neftçi Arena”da təşkil edilib. Görüşün taleyini bir qol həll edib. Paytaxt təmsilçisi növbəti qələbəsini qazanmaqla yarış cədvəlindəki mövqeyini yaxşılaşdırıb.

Premyer Liqa
19-cu tur
10 fevral

“Neftçi” – “Qəbələ” 1:0
Qol: Emin Mahmudov, 12.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Neftçi Arena”, 19:00.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 47. Murad Məmmədov, 77. Falaye Sako, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 19. Ağadadaş Salyanski, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 27. Kristian Kostin, 70. Andrey Ştoqrin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 70. Paulo Kimbila.
Məşqçi: George Çixradze.

Ayxan Abbasov: “Müdafiə xəttimizin səhvindən uduzduq”

10 February 2026 at 18:30

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş oyunu meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Üzücü məğlubiyyət oldu. Hava şəraitini nəzərə alsaq, meydanda xarakter göstərmək lazım idi. İlk hissə daha çətin keçdi. İkinci hissədə bir az hava düzəldi. Ümumən, pis mübarizə aparmadıq. Rəqibimiz “Qarabağ” idi. Ən böyük problemimiz oyunun sonlarında qollar buraxmağımızdır. Futbolçulara bununla bağlı xəbərdarlıq edirik. Təəssüf… Orada elə böyük epizod da yox idi. Təəssüf ki, boşluq verdik. Yenə də mübarizələrinə görə uşaqlara təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq.

“Qarabağ”la kubokun cavab matçında da üz-üzə gələcəyik. Oynadıqca bir-birimizi daha yaxşı tanıyırıq. “Qarabağ”a qarşı aqressiyasız oynamaq mümkünsüzdür. Bütün oyunlarda bu formada olmaq istəyirik. Bəzi matçlarda alınmır. Aqressivlik kubokun cavab oyununda bundan çox olmalıdır”.

Abbasov əvəzetmələrinin uğursuz adlandırılmasına da münasibət bildirib:

“Oruc Məmmədov özü əvəzlənmək istədi. Kərim Rossi yorulmuşdu. Oyuna girən futbolçuların səhvi yox idi. Səhv müdafiədə idi. Müdafiə xəttinə əl dəymədik”.

Qurban Qurbanov: “Nəriman Axundzadənin getməsi lazım idi”

10 February 2026 at 18:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş oyunu Ağdam təmsilçisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Belə çətin hava şəraitində komandanın yanında oldular. Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Birinci hissənin əvvəlində “Şamaxı” bizdən daha aqressiv idi. İkinci hissədə oyunu ələ ala bildik. Futbolçular belə meydançada topa nəzarət etməyi bacardılar. Bunun sayəsində son saniyələrdə qələbə qolu vuruldu. Qarşıdakı oyunlara hazırlaşacağıq.

“İmişli” ilə matçda heyətdə hansısa dəyişikliklər ola bilər. Bu heyət əvvəlki matçda oynamamışdı. Bir az istirahətə ehtiyacları var idi. Yəqin ki, bəzi rotasiyalar edəcəyik. Bəzi futbolçulardan narazılığım var. İstədiyim performansı göstərə bilmirlər. Belə şəraitdə keyfiyyət göstərmək elə də asan deyil. Amma elə elementlər var ki, onları vaxtında etmək lazımdır”.

Qurban Qurbanov Nəriman Axundzadənin ABŞ klubuna keçidinə də toxunub:

“Danışıqlar ciddi gedir, sona yaxınlaşır. Bu gün də oyundan sonra bir futbolçu mənə yaxınlaşıb dedi ki, yaxşı təklifim var. Bunları əldə saxlamaq heç də asan deyil. Sakitləşdirməyə çalışırıq, başqa xəbərlər gəlir. Futbolçunu da başa düşmək lazımdır. Elə yerlərdən təkliflər gəlir ki, ora ancaq pula görə getmək olar. Elə pul təklif edirlər ki, futbolçular “yox” deyə bilmirlər. Belə problemlərimiz var. Yenə də oyunlara yaxşı motivasiya ilə hazırlaşmağa çalışırıq.

Nəriman kimi oyunçunun komandadan getməsi bizim üçün heç də ürəkaçan deyil. Son vaxtlar baş verən məlum məsələlərə görə getməsi lazım idi. Çünki özündə deyildi. Hər gün fərqli fikirdə idi. Yəqin nəsə oxuyub gəlirdi, qarşısına nəsə çıxırdı. Toparlanması üçün getməyə ehtiyacı var idi. Buna görə belə addım atdıq. Son iki ildə böyümək üçün çox əziyyət çəkib. İnanıram ki, daha yaxşı Nəriman görə biləcəyik.

Bəhlul Mustafazadənin də Çin klubuna keçidi mümkün idi. Bir neçə detal oldu. Bəhlulla danışmışdım, razılaşmışdıq. Onun tərəfində idim. Bəzi detallar var. Çox da dərinə getməyək”.

“Şamaxı” – “Qarabağ” 1:2 – Video

10 February 2026 at 17:30

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Şamaxı” – “Qarabağ” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Mərdəkanda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
19-cu tur
10 fevral

“Şamaxı” – “Qarabağ” 1:2
Qollar: Oruc Məmmədov, 14 – Xoni Montiel, 18. Kamilo Duran, 90+4.
Sarı vərəqələr: Alfons Msanqa, 59 (qeyri-idman hərəkəti). Emil Süleymanov, 90+2 (qeyri-idman hərəkəti). Arsen Ağcabəyov, 90+5 (hakimin qərarına etiraz) – Bəhlul Mustafazadə, 40 (qeyri-idman hərəkəti). Xoni Montiel, 56 (qeyri-idman hərəkəti). Mateus Silva, 63 (qeyri-idman hərəkəti). Kamilo Duran, 90+5 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 14:30. Şamaxı şəhər stadionu, 900 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov.
Dördüncü hakim: Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov (21. Bilal İsmayılov, 90+1), 82. Rüfət Abbasov, 9. Karim Rossi (19. Abdullahi Şuaybu, 84), 10. Andrey Tirkovyanu (7. Edqar Adilxanov, 46), 11. Dioqo Balau (48. Ramiz Muradov, 90+1), 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa (27. Emil Süleymanov, 84).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 90. Davud Mənsumov.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 65), 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges (22. Musa Qurbanlı, 65), 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Premyer Liqa: “Qarabağ” qarlı Şamaxıdan 3 xalla qayıtdı

10 February 2026 at 17:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Şamaxı” doğma meydanda son çempion “Qarabağ”la üz-üzə gəlib. Qardan çətinliklə təmizlənmiş Şamaxı şəhər stadionunda keçirilən və vaxtından bir qədər gec başlamış bu oyunu Kamal Umudlu idarə edib. Üç qolluq görüşün sonunda “Qarabağ” əzmkar qələbəyə sevinib.

Premyer Liqa
19-cu tur
10 fevral

“Şamaxı” – “Qarabağ” 1:2
Qollar: Oruc Məmmədov, 14 – Xoni Montiel, 18. Kamilo Duran, 90+4.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu, 14:30.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkovyanu, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 90. Davud Mənsumov, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Cek Qriliş cari mövsümü erkən başa vurdu

10 February 2026 at 16:00

“Everton”un ingiltərəli sol cinah hücumçusu Cek Qriliş aldığı ciddi zədə səbəbindən 2025/2026-cı illər mövsümünün sonunadək oynamayacaq.

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

30 yaşlı futbolçu bir müddət əvvəl zədə almış və müalicəsinə start verilmişdi. Həmin vaxt oyunçunun bir neçə ay oynaya bilməyəcəyi vurğulanırdı. Lakin həkimlər sonradan onun əməliyyat olunmasına ehtiyac duyublar. Ayaq sümüyündə sınıq aşkarlanmış Qrilişin bu əməliyyatdan sonra uzun müddət bərpa prosesi keçməsi gözlənilir. Onun cari mövsümdə bir daha meydana çıxmayacağı dəqiqləşib. O, ən yaxşı halda yayda məşqlərə başlayacaq.

Xatırladaq ki, Qriliş cari mövsümün sonuna qədər müddətə “Mançester Siti”dən “Everton”a icarəyə verilib. O, cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 22 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Cek Qriliş “Aston Villa”nın məzunudur. Futbolçu həmçinin “Notts Kaunti” (icarə) və “Mançester Siti”də çıxış edib. “Mançester Siti” Qrilişi 2021-ci ilin avqust ayında “Aston Villa”dan 117,5 milyon avro məbləğ müqabilində “şəhərlilər”in heyətinə qatıb.

Ümumilikdə Qriliş “Mançester Siti” üçün 157 oyuna çıxıb, 17 qol və 23 məhsuldar ötürmə ilə fərqlənib.

Cek Qriliş 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 39 oyuna 4 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Breno Almeyda “Neftçi”də – 200 min avroluq transfer!

10 February 2026 at 15:00

Braziliyalı futbolçu, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda bundan snra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Neftçi” bu il ilk transferini həyata keçirib. Braziliyalı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda artıq “Neftçi” ailəsinin üzvüdür. 27 yaşlı futbolçu ilə 2,5 illik müqavilə bağlanıb.

Sonuncu klubu “Etnikos” (Kipr) olan Almeyda Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb. O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Almeyda 2024-cü ildən formasını geyindiyi “Etnikos”da bütövlükdə 47 oyun keçirib, 6 qol və 10 assistlə yadda qalıb.

Braziliyalı sağ vinger karyerası ərzində “Portuqeza RJ”, “Fiqeyrense”, “Nova İquaçu RJ”, “Retro” və “Sampayo MA” klublarının da formasını geyinib.

Sonda onu da bildirək ki, “Neftçi” Brenonun transferi üçün “Etnikos”a 200 min avro ödəyib.

“Şamaxı” – “Qarabağ” oyunu gec başlayacaq – Səbəb

10 February 2026 at 14:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunun bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişilib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə qeyd olunur ki, qarşılaşmanın başlama saatının dəyişdirilməsinə güclü qar səbəb olub. Belə ki, Şamaxı şəhər stadionunun qazonu tamamilə qarla örtüldüyü üçün meydançanın təmizlənməsinə ehtiyac var. Stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.

Sonda onu da qeyd edək ki, Şamaxı şəhər stadionunda qazonun qardan təmizlənməsinə klub rəsmilərindən də dəstək göstərənlər var. Hətta “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bu işdə öz köməyini əsirgəməyib.

Eddi Hau “Nyukasl”dan, klub rəhbərliyi ondan narazıdır

10 February 2026 at 13:00

“Nyukasl”ın baş məşqçisi Eddi Hau “sağsağanlar”ın qış transfer pəncərəsindəki fəaliyyətsizliyi ilə bağlı sualı cavablayıb.

Arena.az ingilis mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Nə var, ortadadır. Biz müvafiq şəraitdə işləməyə çoxdan adətkarıq”, deyə Hau eyhamla vurğulayıb.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl”da problemlər bitmir. Britaniya mətbuatının iddiasına görə, ardıcıl uğursuz nəticələrdən sonra baş məşqçi Eddi Hounun postu laxlayıb.

Premyer Liqa klubunun rəhbərliyi artıq yeni baş məşqçi axtarışına başlayıb. Təsadüfi deyil ki, “sağsağanlar” çempionatın son 4 matçının 1-də heç-heçə edib, 3 dəfə isə məğlub olub. “Nyukasl”ın avrokuboklara vəsiqə şansı artıq minimuma enib. Bu üzdən Hounun mövsüm bitməmiş qovulması gözlənilir.

Bütün turnirlər daxil olmaqla son 5 görüşdə qələbə üzü görməyən komanda bu gün Premyer Liqanın növbəti turunda “Tottenhem”in qonağı olacaq. Daha bir məğlubiyyət Hounun istefaya göndərilməsinə səbəb ola bilər. Bu baş verərsə, “Nyukasl” hətta “Qarabağ”la matça yeni baş məşqçinin rəhbərliyi altında çıxa bilər. Ancaq rəhbərlik daha çox “Qarabağ”la görüşlərin nəticələrini gözləmək fikrindədir.

Qeyd edək ki, “Qarabağ”la “Nyukasl” arasında ilk oyun fevralın 18-də Bakıda, cavab qarşılaşması isə 24-də Nyukaslda keçiriləcək.

Bu arada İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin DÇ-2026-dan “Nyukasl”ı çalışdırması gözlənilir. Almaniyalı mütəxəssis bu posta əsas namizədlərdən biridir.

Xatırladaq ki, Tuxel İngiltərədə daha əvvəl “Çelsi”ni də çalışdırıb.

Nəriman Axundzadə ABŞ klubuna keçir – Rəsmi

10 February 2026 at 12:00

Azərbaycan millisinin və “Qarabağ”ın cinah hücumçusu Nəriman Axundzadə bundan sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Klubun yaydığı açıqlamada bunlar qeyd edilib: “Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib. Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq”.

Xatırladaq ki, “Qarabağ”ın öz yetirməsi hesab olunan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edir. Sağ cinah vingeri indiyə qədər “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Sonda onu da qeyd edək ki, “Qarabağ”la 2028-ci ilin 30 iyununadək müqaviləsi olan Nərimanın keçidi üçün ABŞ klubunun Azərbaycan çempionuna 2,5 milyon avro ödəməsi gözlənilir.

Kenan Yıldız: “Yuventus”da çox məmnunam”

10 February 2026 at 11:00

Türkiyə millisinin və “Yuventus”un sol cinah hücumçusu Kenan Yıldız İtaliya klubu ilə yeni müqavilə bağlamasına şərh verib.

Arena.az xatırladır ki, “Yuvnetus” rəhbərliyi “byankoneri”nun türk ulduzu, 20 yaşlı futbolçu Kenan Yıldızla müqaviləsinin müddətini 2030-cu ilin yayına qədər uzadıb.

Türk ulduz “qoca sinyora” ilə əməkdaşlığını yeniləməsini şərh edib:

“Yuventus”da çox məmnunam. Özümü burada evdəki kimi hiss edirəm, ətrafımda ailəm var. Əminəm, yaxın gələcəkdə bizi qış uğurları gözləyir”, deyə Yıldız inamla bildirib.

Xatırladaq ki, Kenan Yıldız Almaniyanın “Bayern” klubunun yetirməsidir. Türk futbolçu “Yuventus”a 2022-ci ilin iyul ayında azad agent qismində qoşulub. 2023-cü ildən Turin təmsilçisinin əsas komandasına cəlb edilmiş türk hücumçu meydana çıxdığı 116 oyuna çıxıb, 25 qola imza atıb və 19 məhsuldar ötürmə verib.

Yıldız 2023-cü ilin oktyabr ayında debüt etdiyi Türkiyə milli komandasında 26 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı türk hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

❌
❌