Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə pley-off mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, A, B, C və D yolunda ümumilikdə səkkiz oyun keçirilib.
Türkiyə millisi İstanbulda Rumıniya seçməsi ilə üz-üzə gəlib. “Beşiktaş Park” stadionunda təşkil olunmuş matçın taleyini bir qol həll edib. Meydan sahibləri çətin qələbə sayəsində finala yüksəliblər. “Ay-ulduzlular” DÇ-yə vəsiqə uğrunda həlledici görüşdə Kosovo yığması ilə qarşılaşacaqlar.
A yolunda İtaliya yığması Şimali İrlandiyanı üstələyib. Uels – Bosniya və Herseqovina görüşündə isə qalib penaltilər seriyasında müəyyənləşib. Bosniyalılar çətin qələbə sayəsində finala yüksəliblər.
B yolunda İsveç yığması Ukraynadan, Polşa seçməsi isə Albaniyadan güclü olub.
D yolunda da Danimarka millisi Şimali Makedoniyanı, Çexiya isə İrlandiyanı üstələyərək finala yüksəlib.
Final qarşılaşmaları da bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
26 mart
A yolu
İtaliya – Şimali İrlandiya 2:0
Qollar: Tonali, 56. M.Kin, 80.
Uels – Bosniya və Herseqovina 1:1 (penaltilər 2:4)
Qollar: D.Ceyms, 51 – Dzeko, 86.
B yolu
Ukrayna – İsveç 1:3
Qollar: Ponomarenko, 90 – Dyökereş, 6; 51; 73-pen.
Polşa – Albaniya 2:1
Qollar: Levandovski, 63. Zyelinski, 73 – Hoca, 42.
C yolu
Türkiyə – Rumıniya 1:0
Qol: F.Kadıoğlu, 53.
Slovakiya – Kosovo 3:4
Qollar: Valyent, 6. Haraslin, 45. Ştreleç, 90+4 – Hodza, 21. Asllani, 47. Musliya, 60. Hayrizi, 72.
D yolu
Danimarka – Şimali Makedoniya 4:0
Qollar: Damsqor, 49. İsaksen, 58; 59. Norqor, 75.
Çexiya – İrlandiya 2:2 (penaltilər 4:3)
Qollar: Şik, 27-pen. Kreyçi, 86 – Parrott, 19-pen. Kovar, 23-öz qapısına.
Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri – ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika mundialın final mərhələsində iştirak hüququ qazanıb.