Normal view

Today — 12 May 2026Main stream

A Seriyası: “Napoli” “Bolonya”ya evdə uduzdu

12 May 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 36-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Napoli” doğma meydanda “Bolonya” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı görüş Neapol təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb.

Beləliklə, 36 turdan sonra 85 xala malik “İnter” vahid liderdir. “Napoli” 70 xalla ikinci, “Yuventus” 68 xalla üçüncü pillədə qərarlaşıb. “Milan” və “Roma”nın 67, “Komo”nun 65, “Atalanta”nın 58, “Bolonya”nın 52 xalı var.

İtaliya, A Seriyası
36-cı tur
8 may

Torino – Sassuolo 2:1
Qollar: C.Simeone, 66. Pedersen, 70 – Torstvedt, 51.

9 may

Kalyari – Udineze 0:2
Qollar: Buksa, 56. Qeye, 90+6.

Latsio – İnter 0:3
Qollar: L.Martines, 6. Suçiç, 39.

Leççe – Yuventus 0:1
Qol: Vlahoviç, 1.

10 may

Verona – Komo 0:1
Qol: Duvikas, 71.

Kremoneze – Piza 3:0
Qollar: Vardi, 31. Bonassoli, 51. Okereke, 86.

Fiorentina – Cenoa 0:0

Parma – Roma 2:3
Qollar: Strefessa, 47. Keyta, 87 – Malen, 22; 90+11-pen. Renç, 90+4.

Milan – Atalanta 2:3
Qollar: Pavloviç, 88. Nkunku, 90+4-pen – Ederson, 7. Zappakosta, 29. Raspadori, 52.

11 may

Napoli – Bolonya 2:3
Qollar: Di Lorentso, 45+2. A.Santos, 48 – Bernardeski, 10. Orsolini, 34-pen. Roue, 90+1.

Yesterday — 11 May 2026Main stream

Milot Raşiç üçün mövsüm erkən bitdi

11 May 2026 at 23:00

Futbol üzrə Kosovo milli komandasının və Türkiyənin “Beşiktaş” klubunun vingeri Milot Raşiça üçün cari mövsüm erkən başa çatıb.

Arena.az xəbər verir ki, “qara qartallar” mövsümün sonunda ciddi itki ilə üzləşiblər.

İstanbul təmsilçisinin əsas heyət oyunçularından olan Raşiça mövsümü erkən başa vurub. 29 yaşlı kosovolu vinger məşq zamanı zədələnib. Aparılan MRT müayinəsində onun bud sümüyünün aşağı hissəsində ödəm aşkar olunub. Artıq futbolçunun müalicəsinə başlanılıb. Həkimlərin rəyinə görə, Raşiçanın yaxın həftələrdə meydana qayıtması mümkün deyil. Beləliklə, futbolçu bu mövsüm bir daha meydana çıxa bilməyəcək.

Milot Raşiça 2023-cü ilin avqustundan formasını geyindiyi “Beşiktaş”ın heyətində bütövlükdə 115 oyuna çıxıb, 12 qol vurub, 25 məhsuldar ötürmə verib. Onun İstanbul klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.

Raşiça daha öncə “Vuştrria”, “Vitess”, “Verder”, “Norviç Siti” və “Qalatasaray”da da forma geyinib.

Albaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Milot, 2016-cı ildən Kosovonun əsas millisinə dəvət alır. O, yığmada 64 oyuna 12 qol vurub, 18 məhsuldar ötürmə verib.

Alfonso Deyvis növbəti dəfə sıradan çıxdı

11 May 2026 at 22:00

Futbol üzrə Almaniya çempionatının qalibi olmuş “Bayern”in mərkəz müdafiəçisi Alfonso Deyvis yenidən zədələnərək sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani məlumat verib.

O, kanadalı futbolçunun UEFA Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı keçirdikləri cavab oyununda (1:1) əzələ zədəsi aldığını açıqlayıb.

Alfonso Deyvis Bundesliqada “Volfsburq”a qarşı keçirdikləri sonuncu matçı buraxıb. Klub hələlik yekun diaqnozu açıqlamayıb və tibbi müayinənin nəticələrini gözləyir. Oyunçuda əzələ yırtığı aşkarlansa, o zaman futbolçu yalnız Bundesliqada cari mövsümün sonuncu turu çərçivəsində baş tutacaq “Köln”lə qarşılaşmanı yox, həm də Almaniya Kubokunun “Ştutqart”la final matçını da buraxa bilər. “Köln”lə oyun mayın 16-da, “Ştutqart”la görüş mayın 25-də keçiriləcək.

Xatırladaq ki, bu, 25 yaşlı futbolçunun 2025-ci ilin dekabrında meydanlara qayıtdıqdan sonra aldığı üçüncü əzələ zədəsidir. O, bundan əvvəl çarpaz bağlarını qopardığı üçün uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.

“Bayern” rəhbərliyində Deyvisin əvvəlki formasına qayıda bilməməsi ilə bağlı narahatlığın artdığı bildirilir. Bu üzdən kanadalı futbolçunun Münhen təmsilçisini tərk etməsi də istisna edilmir.

DÇ-2026: FIFA hakim siyahısında dəyişiklik etdi

11 May 2026 at 21:00

FIFA-nın Hakimlər Komitəsi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı (DÇ-2026) öncəsi hakim siyahısında dəyişiklik edib.

Arena.az bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

33 yaşlı fransalı hakim Villli Delajo videohakimlər siyahısına əlavə edilib. Bu dəyişiklikdən sonra, FIFA-ya üzv 50 assosiasiyanı təmsil edən 52 baş hakim, 88 köməkçi hakim və 31 videohakimin 2026-cı il dünya çempionatının oyunlarını idarə etməsi gözlənilir.

Bildirilib ki, hakimlər mayın sonunda keçiriləcək təlim-məşq toplanışı üçün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mayami şəhərinə yollanacaqlar.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Dünya çempionatı bu il 11 iyun – 19 iyulda ABŞ, Kanada və Meksikada keçiriləcək.

Uşanqi Kokauri Astanada gümüş medal qazandı

11 May 2026 at 20:00

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan millimizin üzvü finala qədər məğlubiyyətsiz irəliləyib.

O, Qazaxıstan təmsilçisi Jantilek Nurtilepulunu, Almaniya cüdoçusu Erik Abramovu, yarımfinalda fransalı Timan Diabini məğlub edib.

Uşanqi Kokauri həlledici görüşdə rusiyalı İnal Tasoyevə uduzaraq ikinci olub.

Xatırladaq ki, Kokauri bir həftə əvvəl Düşənbədə keçirilmiş “Böyük Dəbilqə” turniriində də bürünc mükafat qazanmışdı.

Azərbaycan millisi 8–10 mayda keçirilmiş Astana “Böyük Dəbilqə”sində bütövlükdə 7 çəki dərəcəsində 11 cüdoçu (6 kişi, 5 qadın) ilə yarışıb. Amma Rəşad Yelkiyev, Turan Bayramov (-66 kq), Rəşid Məmmədəliyev (-73 kq), Aslan Kotsoyev (-90 kq), Camal Feyziyev (+100 kq), Könül Əliyeva, Şəfəq Həmidova (-48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (-52 kq) və Südabə Ağayeva (-70 kq) Qazaxıstandakı yarışda medalsız qalıblar.

Yeri gəlmişkən, Gürcüstanın Qori şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa kuboku da başa çatıb. Sonuncu yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer alıb.

Əjdər Bağırov -100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu çəki dərəcəsində Elmar Qasımov bürünc mükafata sahib çıxıb. Xəyyam Əliyev (-90 kq) və Diana Tçkayeva (-48 kq) da turniri bürünc medalla başa vurublar.

İlk yarış günündə İslam Rəhimov (-66 kq) qızıl, Elşən Əsədov (-66 kq) gümüş, Babarəhim Mirzəyev (-60 kq), Nizami İmranov (-66 kq) və Rüfət Şövlətov (-73 kq) isə bürünc medal əldə etmişdilər.

Yekunda 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü, kişilər arasında isə ikinci yeri tutub.

İkinci Liqa: “Xankəndi” 4, “Qaradağ” 3 qolla qalib gəldi

11 May 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Xankəndi” Şamaxı Olimpiya İdman Kompleksinin sadionunda “Şirvan”ı 4 cavabsız qolla üstələyib. “Qaradağ Lökbatan” isə “Quba”nı 3 cavabsız qolla yenib.

Qeyd edək ki, 26-cı tura mayın 12-də keçiriləcək “Dinamo” – “Şəmkir” oyunu ilə yekun vurulacaq.

İkinci Liqa
26-cı tur
10 may

“Araz Saatlı” – “Ağstafa Gəncləri” 3:0
Qollar: Coşqun Əsədzadə, 34; 90+5. Yaqub Yusubov, 69.
Hakimlər: Xəlil Xəlilov, Ruslan Məmmədov, Sadiq Əliyev, Xalid Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Şəki” – “Göygöl” 1:2
Qollar: Zaur Fərzəliyev, 41 – Taleh Hüseynzadə, 26; 86.
Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Hüseyn Vəliyev, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

“Ağdaş” – “Kür-Araz” 2:1
Qollar: Elvin İsmayılov, 40. Yusif Dilanov, 51 – Bayram Əliyev, 71.
Hakimlər: Rəsul Babayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rüfət Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Ağdaş şəhər stadionu.

11 may

“Xankəndi” – “Şirvan” 4:0
Qollar: Bəhruz Teymurov, 2; 39; 77. Mirmövsüm Caniyev, 88.
Hakimlər: Namiq Bəkirov, Vüqar Bayramov, İlkin Mustafazadə, Hacıağa Həsənov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin sadionu.

“Qaradağ Lökbatan” – “Quba” 3:0
Qollar: İlkin Əliyev, 35. Vüsal Hüseynov, 58. İbrahim Ağayarov, 78.
Hakimlər: Rövşən Rəcəbov, Məmmədəli Kərimov, Əhməd Əhmədsoy, Nazim Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elvin Yaqub.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

12 may

“Dinamo” – “Şəmkir”
Hakimlər: Səbuhi Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nahid Xasıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu.

Joao Kanselo ilkə imza atdı

11 May 2026 at 18:00

Portuqaliya yığmasının və “Barselona”nın müdafiəçisi Joao Kanselo Avropanın ən yaxşı beş liqasından dördünü qazanan ilk futbolçu kimi tarixə düşüb.

Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu bu nailyyəti dünən əldə edib.

O, “Barselona” ilə İspaniyada çempionluq titulunu qazanıb. Kanselo karyerası ərzində “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının, “Yuventus”la İtaliya A Seriyasının, “Bayern”lə Almaniya Bundesliqasının da qalibi olub. Bundan başqa o, həmçinin “Benfika” ilə Portuqaliya çempionatında da qızıl medala layiq görülüb. Avropanın ən güclü beş liqası arasında onun yalnız Fransada titulu yoxdur.

Xatırladaq ki, “Barsa” 31 yaşlı futbolçunu cari mövsümün sonuna qədər icarəyə götürüb. Kanselo müqavilə ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna məxsusdur.

Kanselo cari mövsümdə “Barsa”nın heyətində 26 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.

Xatırladaq ki, 2024-cü ilin yayından “Əl-Hilal”da çıxış edən Kanselo bu komandanın heyətində 45 oyuna çıxıb, 3 qol və 14 məhsuldar ötürmə müəllifi olub. O, daha əvvəl “Barselona”da da forma geyinib. Müdafiəçi 2023/2024-cü illər mövsümündə İspaniya nəhənginin heyətində 42 oyun keçirib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Benfika”nın yetirməsi olan Kanselo, karyerası ərzində “Valensiya”, “İnter”, “Yuventus”, “Mançester Siti”, “Bayern” kimi klublarda da forma geyinib.

Joao Kanselo 2016-cı ilin sentyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 66 oyun keçirib, 12 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

“Arsenal” qələbə rekordunu yenilədi

11 May 2026 at 17:30

Futbol üzrə İngiltərə Premyer Liqasının lideri “Arsenal” özünün bir mövsümdə ən çox qələbə qazanmış komanda rekordunu yeniləyib.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 36-cı turunda “Vest Hem” üzərində 1:0 hesablı qələbə qazanmış London təmsilçisi bütün turnirlər çərçivəsində 42-ci qələbəsini rəsmiləşdirib.

Bununla da “topçular” klub tarixinin rekordunu yeniləyib. Komandanın əvvəlki göstəricisi 1970/1971-ci illər mövsümündə qeydə alınmış 41 qələbə idi.

Xatırladaq ki, hazırda “Arsenal” 36 oyundan sonra 79 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 74 xalla ikinci pillədə qərarlaşıb və ehtiyatda bir oyunu var.

Mikel Artetanın rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının finalına da vəsiqə qazanıb. Londonlular mayın 30-da Budapeştdəki “Ferens Puşkaş” stadionunda PSJ (Fransa) ilə qarşılaşacaq.

Markus Raşford karyerasında ilk dəfə çempion oldu

11 May 2026 at 17:00

Futbol üzrə İngiltərə milli komandasının və “Barselona”nın sol vingeri Markus Raşford karyerasında ilk dəfə çempionluq sevinci yaşayıb.

Arena.az xəbər verir ki, “Barsa” İspaniya La Liqasının 35-ci turu çərçivəsində ötən gecə “Real”ı məğlub edərək vaxtından əvvəl birinci yeri özü üçün təmin edib.

Bu, Raşfordun karyerasındakı ilk çempionluq tituludur. 28 yaşlı ingilis hücumçu “Real”la matçda ilk qolun müəllifi olub.

Qeyd edək ki, “Barselona” hazırda 91 xalla turnir cədvəlinin ilk sırasında yer alıb. Kataloniya təmsilçisinin ən yaxın izləyicisi “Real” isə 77 xalla ikincidir.

Xatırladaq ki, “Barselona” Raşfordu 2025/2026-cı illər mövsümünün sonuna qədər müddətə icarəyə götürüb. O, İspaniya nəhənginin heyətində 47 oyuna çıxıb, 14 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

Markus Raşford “Mançester Yunayted”in məzunudur. İngilis futbolçu 2016-cı ilin yanvar ayından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edirdi. Raşfordun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi 426 oyun, 138 qol və 79 məhsuldar ötürmədən ibarətdir.

Raşford ötən mövsümün ikinci yarısını isə “Aston Villa”da keçirib, “şirlər” üçün 17 oyuna 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Markus “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.

Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 70 oyuna, 18 qol vurub və 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Premyer Liqa: 32-ci turun oyun cədvəli açıqlandı

11 May 2026 at 16:30

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

32-ci turun oyunları da üç günü əhatə edəcək. Qarşılaşmalar mayın 15-də, 16-da və 17-də baş tutacaq. Tura Yevlaxda start veriləcək. Son oyunlar isə Zirə və Masazırda baş tutacaq.

Premyer Liqa
32-ci tur
15 may

“Karvan” – “Qəbələ”
Yevlax şəhər stadionu, 17:00.

“Araz-Naxçıvan” – “Kəpəz”
“Sumqayıt Arena”, 19:30.

16 may

“Şamaxı” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 17:00.

“Qarabağ” – “İmişli”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00.

17 may

“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 18:00.

“Sabah” – “Neftçi”
“Masazır Arena”, 18:00.

“Sabah” çempionluq kubokunu bu tarixdə alacaq

11 May 2026 at 16:00

Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olmuş “Sabah” komandasının mükafatlandırılacağı tarix bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində mayın 17-də keçiriləcək “Sabah” – “Neftçi” oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Bu qarşılaşmaya saat 18:00-da start veriləcək. Matç bitəndən sonra turnirin qalibi adını qazanmış “bayquşlar”a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

Xatırladaq ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda çempionluğu mövsümün sonuna 4 tur qalmış təmin edib. Komanda hazırda 31 oyuna topladığı 75 xalla vahid liderdir. “Bayquşlar” 31 oyunda 23 qələbə qazanıb, 6 heç-heçə edib, 2 məğlubiyyətə üzülüblər.

U-16 millimiz Gürcüstanla oyunda da 4 qola üzüldü

11 May 2026 at 15:30

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-16) Bakıda təşkil edilmiş UEFA İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxıb.

Arena.az xəbər verir ki, millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda keçirilmiş görüş rəqib komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-16 yığmamızın heyətində qolları 3-cü dəqiqədə penaltidən fərqlənmiş Xədicə Rəhimova və 20-ci dəqiqədə Suel Polikarpova vurublar.

Xatırladaq ki, Azərbaycan yığması daha əvvəl keçirdiyi qarşılaşmalarda Litva (1:4) və Rumıniya yığmalarına (1:7) da uduzmuşdu.

Azərbaycan yığması sözügedən turnirə aşağıdakı heyətlə qatılmışdı:

İradə Əsədli – Şəfa
Süməyyə Əhməd – Ulduz
Xədicə Rəhimova – Neftçi
Zəhra İsmayılova – Şəfa
Məryəm Nuruzadə – Ulduz
Nuray Əzizova – Təhsil 8 İOEUGİM
Aylin Əliyeva – Ulduz
Xədicə Əlizadə – Liman
Nuray Qurbanova – Ulduz
Lamiyə Məmmədova – Şəfa
Məryəm Səmədli – Sabah
Suel Polikarpova – Neftçi
Sara Səlimova – Neftçi
Könül Hüseynova – Ulduz
Zeynəb Muradzadə – Təhsil 8 İOEUGİM
Tahirə Rəcəb – Şəfa
Aydan Nəsrullayeva – Ulduz
Səbinə Şərəfxanova – Krılya Sovetov (Rusiya)
Şəhanə Mirzəliyeva – Liman
Zəhra Abdullayeva – Ulduz

Nəriman Axundzadə “Nyu York Siti”yə qarşı 11 dəqiqə oynadı

11 May 2026 at 15:00

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində doğma meydanda “Nyu York Siti” ilə qarşılaşıb.

Oyun Ohayo təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 0:3. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşün 79-cu dəqiqəsində meydana buraxılıb.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 12 oyundan sonra 12 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Nərimanın komandası 12 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 7 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Rəhim Sadıxov Premyer Liqada 200-ə çatdı

11 May 2026 at 14:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turu “Turan Tovuz”un yarımmüdafiəçisi Rəhim Sadıxov üçün yubileylə əlamətdar olub.

Arena.az xəbər verir ki, o, sözügedən turnirdə 200-cü matçına çıxıb.

“Karvan-Yevlax”la qarşılaşmanı (1:0) əvəz olunmadan keçirən Rəhim 200 oyunda 31 qola imza atıb.

Debütü 2019/2020-ci illər mövsümünə təsadüf etmiş yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında 3 klubun formasını geyinib. O, “Sumqayıt”da 82 (17 qol), “Zirə”də 70 (10 qol), “Turan Tovuz”da 48 (4 qol) görüşə çıxıb.

Sol vinger olan Rəhim Sadıxov Moskva “Spartak”ının yetirməsidir. Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo”nun da şərəfini qorumuş Rəhim Azərbaycana 2019-cu ildə “Sumqayıt” tərəfindən gətirilib. O, 2022-ci ildə “Sumqayıt”dan ayrılaraq “Zirə”yə keçsə də, 2024-cü ilin iyulunda yenidən “Sumqayıt”a qayıdıb. Sadıxov “Sumqayıt”ın heyətində 98 oyunda 21 qol, 14 məhsuldar ötürmə müəllifi olub. Onun “Zirə” karyerası isə 81 oyun, 12 qol və 12 assistdən ibarətdir.

Rəhim 2025-ci ilin əvvəlindən “Turan Tovuz”da çıxış edir. 29 yaşlı futbolçu Tovuz klubunun heyətində 54 oyun keçirib, 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Rəhim Sadıxov Azərbaycanın U-17 və U-19 yığmalarında da oynayıb. O, 2020-ci ilin sentyabr ayında debüt etdiyi əsas milli komandamızın heyətində 11 oyunda meydana çıxıb, 1 qol vurub.

Emin Mahmudov mövsümün 2-cisi oldu

11 May 2026 at 14:00

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün ən erkən qollarından birini vurub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ən erkən qollarından biri vurulub. 31-ci turun “Neftçi” – “Şamaxı” matçında hesabı açan Emin Mahmudov 1-ci dəqiqədə fərqlənib.

Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldur. Hesabın belə erkən açılması ilk dəfə 2-ci turda qeydə alınıb. 2025-ci il avqustun 24-də Coy Lens Mikels 1-ci dəqiqədə topu rəqib qapısından keçirib. Emin kimi almaniyalı futbolçu da “Şamaxı” ilə görüşdə (2:1) fərqlənib. Çempionatın bombardiri səfər görüşündə buna nail olub.

Xatırladaq ki, Eminin hesabı açdığı “Neftçi” – “Şamaxı” oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Alexandro Serrano ikinci ispaniyalı oldu

11 May 2026 at 13:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turu “Turan Tovuz”un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib.

Onun yubileyi “Karvan”la ev matçına (1:0) təsadüf edib. Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. Premyer Liqada yalnız bir klubda çıxış etmiş futbolçu “Turan Tovuz”da 2023/2024-cü illər mövsümündə debüt edib.

Serrano Premyer Liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdır. Ona qədər yalnız “Qarabağ”ın sabiq futbolçusu Miçel buna nail olub.

Alexandro Serrano peşəkar karyerasına Xixon “Sportinq”ində başlayıb. O, “Espanyol”, “Malyorka” və “Selta”nın B komandalarında da oynayıb. Ölkəsində “Malyorka”, “Salamanka”, “Talavera”, “Korneliya” kimi klubların formasını geyinmiş futbolçu Polşa və Bolqarıstanda legioneri həyatı yaşayıb. 2021/2022 mövsümündə Polşanın “Qurnik” komandasında oynamış futbolçu 2022-ci ildən Tovuza gələnə kimi Bolqarıstan “Hebar”ında forma geyinib.

“Turan Tovuz”a 2023-cü ilin iyul ayında qoşulmuş ispan futbolçu bu komandanın heyətində 106 oyuna çıxıb, 11 qol və 13 məhsuldar ötürmə müəllifi olub.

Serrano İspaniyanın U-17, U-18 və U-19 yığmalarında da çıxış edib.

Vüsal son turda “Partizani”yə lazım olmadı

11 May 2026 at 13:00

Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Partizani” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün sonuncu – 36-cı turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Partizani” 36 oyuna topladığı 48 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci yeri tutub. Sözügedən komanda 36 oyunda 13 qələbə qazanıb, 9 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 35 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

“Neftçi” – “Şamaxı” 3:0 – Video

11 May 2026 at 12:30

Azərbaycan Premyer Liqasının 31-ci turunun “Neftçi” – “Şamaxı” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
31-ci tur
10 may

“Neftçi” – “Şamaxı” 3:0
Qollar: Emin Mahmudov, 1. İmad Faraj, 47. Breno Almeyda, 83.
Sarı vərəqələr: Luis Ortis, 10 (qeyri-idman hərəkəti) – Arsen Ağcabəyov, 20
(qeyri-idman hərəkəti). Oruc Məmmədov, 41 (qeyri-idman hərəkəti). Karim Rossi, 64 (hakimin qərarına etiraz). Rodriqo Fernandes, 90+1 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 2 dəqiqə.
Saat 19:30. “Neftçi Arena”, 2100 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Asiman Əzizli.
Dördüncü hakim: Rövşən Rəcəbov.
VAR: Rəşad Əhmədov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.

Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov (23. Cordan Rezabala, 64), 77. Falaye Sako, 6. Sessi Dalmeyda (18. İfeanyi Metyu, 64), 5. İqor Ribeyro, 33. Breno Almeyda, 11. İmad Faraj (70. Andrey Ştoqrin, 84), 10. Freddi Varqas (19. Ağadadaş Salyanski, 75), 22. Luis Ortis (24. Mustafa Sek, 64).
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 14. Edvin Kuç, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov (88. Rodriqo Fernandeş, 86), 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario (27. Emil Süleymanov, 86), 11. Dioqo Balau (19. Abdullahi Şuaybu, 86), 4. Sezar Enrike, 8. Alfons Msanqa (7. Edqar Adilxanov, 64).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 10. Andrey Tırkovyanu.
Baş məşqçi: Ayxan Abbasov.

Ozan Can Kökçü “Ekselsior”a qarşı oynamadı

11 May 2026 at 12:00

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü “Volendam”ın ötən gecə keçirdiyi oyunda iştirak etməyib.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 33-cü turunda “Ekselsior”la qarşılaşıb.

“Volendam” səfərdə baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ozan bu görüşün sonunadək ehtiyatda qalıb.

“Volendam” 33 turdan sonra 32 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Ozan bu oyunların 28-də iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 31 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Renat Dadaşov üçün 22-ci qolsuz oyun

11 May 2026 at 11:00

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində “Visla” (Plok) ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə səfərdə üz-üzə gəlib və darmadağına sevinib – 4:0. Renat bu görüşün 77-ci dəqiqəsində meydana buraxılıb. Amma o, komandasının qələbəsində xüsusi pay sahibi ola bilməyib.

32 turdan sonra 42 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 32 oyunda 10 qələbə qazanıb, 12 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Zamiq Əliyev üçün növbəti çempionluq şansı

11 May 2026 at 10:00

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün əsas mərhələsinin sonuncu – 36-cı turu çərçivəsində “Teuta” ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3. Əliyev görüşə start heyətdə başlasa da, fasilədə əvəzlənib.

“Eqnatiya” 36 oyunda topladığı 57 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü yeri tutub. Sözügedən komanda 36 oyunda 16 qələbə qazanıb, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Mövsümün əsas hissəsi yekunlaşsa da, Zamiqin komandası hələ çempionluq şansını saxlayır. Belə ki, reqlamentə əsasən, ilk 4 yeri tutmuş komanda arasında həlledici oyunlar keçiriləcək. “Eqnatiya”nı mayın 17-də “Elbasani”, mayın 23-də “Vlajniya” ilə səfər oyunları, mayın 29-da isə Tirana “Dinamo”su ilə ev matçı gözləyir.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçinin “Eqnatiya” ilə 2027-ci ilin 30 oyununadək müqaviləsi mövcuddur. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 72 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

U-13 Liqasında 2025/26 mövsümünün qalibləri bəlli oldu

11 May 2026 at 09:00

AFFA tərəfindən 13 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən U-13 Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, ötən ün Bayıl stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Turan Tovuz” üzərində 1:0 hesablı qələbə qazanan “Sabah” komandası yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Qarabağ” və “Neftçi“ komandaları üz-üzə gəliblər. Görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında rəqibini 4:3 hesabı ilə məğlub edən “Neftçi” çempion olub. “Qarabağ” isə gümüş medal əldə edib.

Oyunlardan sonra “Sabah” bürünc, “Qarabağ” gümüş medalla, “Neftçi” qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi mükafatçılar da müəyyənləşib. U-8 Liqasında “Ulduz” Futbol Akademiyasından Cəlal Quliyev, U-9 Liqasında “Qarabağ”dan Arda Babayev, U-13 Liqasında isə “Qarabağ”dan Yusif Əliyev feyr-pley mükafatçısı seçilib.

U-13 Liqasında mövsümün ən yaxşı qapıçısı “Qarabağ”ın qolkiperi Amid Şabanov, ən yaxşı futbolçusu isə “Neftçi”nin üzvü Adil Şabanov seçilib.

Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və Yarışların təşkili departamentinin rəhbəri Emin Cəfərov təqdim ediblər.

Liqa 1: PSJ “Brest”ə qalib gəldi, “Monako” “Lill”ə uduzdu

11 May 2026 at 01:30

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 8 qarşılaşma baş tutub.

“Anje” – “Strasburq” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Lider PSJ “Brest”i, “Oser” “Nitsa”nı, “Renn” “Paris”i, “Tuluza” isə Lion “Olimpik”ini xalsız yola salıb. “Havr” evdə Marsel “Olimpik”inə, “Mets” “Loryan”a, “Monako” isə “Lill”ə məğlub olub.

Beləliklə, geridə qalmış 32 turdan sonra 73 xala malik PSJ vahid liderdir. “Lans” 67 xalla ikinci, “Lill” 61 xalla üçüncü pillədə qərarlaşıb. Lİon “Olimpik”inin 60, “Renn”in 59, Marsel “Olimpik”inin 56, “Monako”nun 54 xalı var.

Fransa, Liqa 1
33-cü tur
8 may

Lans – Nant 1:0
Qol: M.Soares, 79.

10 may

Anje – Strasburq 1:1
Qollar: Koyalipu, 70 – Enkiso, 45+3-pen.

Oser – Nitsa 2:1
Qollar: Mara, 27. Sinayoko, 70 – Diop, 9.

Havr – Olimpik (Marsel) 0:1
Qol: Qrinvud, 55-pen.

Mets – Loryan 0:4
Qollar: Makenqo, 24. Dienq, 84. Avom, 90+7. Şadyu, 90+8.

Monako – Lill 0:1
Qol: Zakariya, 72-öz qapısına.

PSJ – Brest 1:0
Qol: Due, 82.

Renn – Paris 2:1
Qollar: Lepaul, 74. Embolo, 75 – Gebbels, 53.

Tuluza – Olimpik (Lion) 2:1
Qollar: Metalye, 10. Kamanzi, 78 – Tolisso, 71.

La Liqa: “Barsa” “Real”ı yendi, çempion oldu!

11 May 2026 at 01:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.

“Malyorka” – “Vilyarreal” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Real Ovyedo” – “Xetafe” görüşü qolsuz yekunlaşıb. “Atletik” evdə “Valensiya”ya uduzub.

Lider “Barselona” isə bu turda əzəli rəqibi “Real”la üz-üzə gəlib. “El klasiko”dan inamlı qələbə ilə ayrılmış “Barsa” növbəti çempionluğunu təmin edib. Bu, Kataloniya nəhənginin tarixində 29-cu İspaniya çempionluğudur!

35-ci tura mayın 11-də keçiriləcək “Rayo Valyekano” – “Jirona” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa
35-ci tur
8 may

Levante – Osasuna 3:2
Qollar: V.Qarsiya, 35; 47. Etta Eyonq, 90 – Tolyan, 3-öz qapısına. Budimir, 11.

9 may

Elçe – Alaves 1:1
Qollar: A.Rodriqes, 72 – T.Martines, 51-pen.

Sevilya – Espanyol 2:1
Qollar: Kastrin, 82. A.Adams, 90+1 – T.Dolan, 56.

Atletiko – Selta 0:1
Qol: B.İqlesias, 62.

Real Sosyedad – Betis 2:2
Qollar: Oskarsson, 79. Oyarsabal, 90+1-pen – Antoni, 39. Ezzalzuli, 47.

10 may

Malyorka – Vilyarreal 1:1
Qollar: Muriqi, 45+2 – A.Peres, 31-pen.

Atletik – Valensiya 0:1
Qol: U.Sadiq, 72.

Real Ovyedo – Xetafe 0:0

Barselona – Real 2:0
Qollar: Raşford, 9. Ferran Torres, 18.

11 may

23:00. Rayo Valyekano – Jirona

A Seriyası: “Milan” evdə uduzdu, “Roma” səfərdə sevindi

11 May 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 36-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə 5 qarşılaşma baş tutub.

“Fiorentina” – “Cenoa” matçında qapılara qol vrulmayıb. “Kremoneze” doğma meydanda “Piza”ya 3 cavabsız qolla qalib gəlibsə, “Verona” “Komo”ya, “Parma” “Roma”ya, “Milan” da “Atalanta”ya məğlub olub.

36-cı tura mayın 11-də keçiriləcək “Napoli” – “Bolonya” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
36-cı tur
8 may

Torino – Sassuolo 2:1
Qollar: C.Simeone, 66. Pedersen, 70 – Torstvedt, 51.

9 may

Kalyari – Udineze 0:2
Qollar: Buksa, 56. Qeye, 90+6.

Latsio – İnter 0:3
Qollar: L.Martines, 6. Suçiç, 39.

Leççe – Yuventus 0:1
Qol: Vlahoviç, 1.

10 may

Verona – Komo 0:1
Qol: Duvikas, 71.

Kremoneze – Piza 3:0
Qollar: Vardi, 31. Bonassoli, 51. Okereke, 86.

Fiorentina – Cenoa 0:0

Parma – Roma 2:3
Qollar: Strefessa, 47. Keyta, 87 – Malen, 22; 90+11-pen. Renç, 90+4.

Milan – Atalanta 2:3
Qollar: Pavloviç, 88. Nkunku, 90+4-pen – Ederson, 7. Zappakosta, 29. Raspadori, 52.

11 may

22:45. Napoli – Bolonya

Çimərlik futbolu millimiz qazaxları bu dəfə 3 qolla yendi

11 May 2026 at 00:20

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, komandamız növbəti dəfə Qazaxıstan yığması ilə qarşılaşıb.

Bu gün Su İdmanı Sarayında təşkil edilmiş görüş millimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində Ramil Əliyev dubla imza atıb. Digər qolu isə Sahib Məmmədov vurub.

Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk oyunda da millimiz 6:4 hesablı qələbə qazanmışdı.

Bundesliqa: “Frayburq” “Hamburq”a evdə məğlub oldu

10 May 2026 at 23:59

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Hamburq” – “Frayburq” matçında meydan sahibləri qələbə qazanıblar. “Köln” evdə “Haydenhaym”a, “Maynts” isə “Union Berlin”ə məğlub olub.

Beləliklə, cari mövsümün son turu ərəfəsində 86 xal toplamış və çempionluğu təmin etmiş “Bayern” liderdir. Dortmund “Borussiya”sı 70 xalla ikinci, “Leypsiq” 65 xalla üçüncü pillədə qərarlaşıb. “Ştutqart” və “Hoffenhaym”ın 61, “Bayer”in 58, “Frayburq” 44, “Ayntraxt”la “Auqsburq”un 43 xalı var.

Almaniya, Bundesliqa
33-cü tur
8 may

Borussiya (Dortmund) – Ayntraxt 3:2
Qollar: Girassi, 42. Şlotterbek, 45+1. İnasio, 72 – C.Y.Uzun, 2. Burkardt, 87.

9 may

Auqsburq – Borussiya (Mönhenqladbax) 3:1
Qollar: Qreqoriç, 24; 72. Felhauer, 42 – Reyna, 90+2.

Hoffenhaym – Verder 1:0
Qol: B.Ture, 26.

Leypsiq – Sankt Pauli 2:1
Qollar: Şlyager, 45. Orban, 54 – Sisey, 86.

Ştutqart – Bayer 3:1
Qollar: Demiroviç, 5. Mittelştadt, 45+7-pen. Undav, 58 – A.Qarsiya, 1.

Volfsburq – Bayern 0:1
Qol: Olise, 56.

10 may

Hamburq – Frayburq 3:2
Qollar: Jatta, 14. Vuskoviç, 64. Balde, 67 – Matanoviç, 16; 87.

Köln – Haydenhaym 1:3
Qollar: Bulter, 10 – Şoppner, 8; 72. İbrahimoviç, 28.

Maynts – Union Berlin 1:3
Qollar: Bekker, 48 – İliç, 38. Burke, 88. Yuranoviç, 90+1.

“Turan Tovuz” 21-ci mükafatçı, 23-cü təmsilçimiz oldu!

10 May 2026 at 23:30

Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 31-ci turunun “Karvan”la ev oyunu “Turan Tovuz” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, bu oyunda Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün üçüncü mükafatçısı və ölkəmizin avrokuboklardakı daha bir təmsilçisi müəyyənləşib.

“Sabah”la “Qarabağ”ın ardından Tovuz klubu da bu uğura nail olub. Kurban Berdıyevin baş məşqçisi olduğu komanda “Karvan”la ev oyunundakı qələbə ilə (1:0) xallarının sayını 59-a çatdırıb. Bununla da Tovuz klubu ilk “üçlük”də yerini təmin edib.

Bu qələbədən sonra “Neftçi” və “Zirə” üçün əlçatmaz olan Qərb təmsilçisinin gümüş, yoxsa bürünc medallara sahib çıxacağı son 2 turda dəqiqləşəcək. İlk medalını təmin edən “Turan Tovuz” çempionatın tarixinə mükafat sahibi olan 21-ci komanda kimi düşüb.

Əvvəlki 33 mövsümdə (2001/02 mövsümü başa çatmayıb) 20 komanda mükafata yiyələnib. “Neftçi” hamıdan çox – 21 dəfə medalçılar sırasında yer alıb. “Qarabağ” cari mövsümdə özünün 20-ci mükafatını əldə etsə də, medalın əyarı hələ dəqiqləşməyib.

“Şamaxı”nın 9, “Kəpəz”lə “Bakı”nın hərəyə 6, “Qəbələ”nin 5, “Şəmkir”, “Xəzər Lənkəran” və “Zirə”nin hərəyə 4 mükafatı var. “Turan Tovuz”la eyni şəhərin – Tovuzun çempionatdakı ilk təmsilçisi “Turan”ın da eyni sayda – 4 medalı var: 1 qızıl, 1 gümüş və 2 bürünc.

İlk çempionluğunu bu il qazanmış “Sabah” 3-ə çatıbsa, “Xəzər” (Sumqayıt), “Xəzri”, “Karvan”ın hərəyə 2 medalı var. Digər komandalar “Turan Tovuz” kimi bir dəfə “üçlüy”ə düşüb: AZAL, “Simurq”, “Viləş”, “Səbail”, “Sumqayıt”, “Araz-Naxçıvan”.

İlk “üçlük”də yerini təmin edən Tovuz klubu həm də avrokuboklara vəsiqə qazanıb. Qitə səhnəsində debüt edəcək komandanın Avropa Liqası, yoxsa Avropa Konfrans Liqasında mübarizə aparacağı kubokun finalı və ya qarşıdakı turlardan asılı olacaq.

“Turan Tovuz” Azərbaycan futbolu tarixinə avrokuboklara (İntertoto kuboku da nəzərə alınmaqla) vəsiqə qazanmış 23-cü komanda kimi düşüb.

İndiyədək 22 komanda ölkəmizi Avropada təmsil edib: “Qarabağ”, “Neftçi”, “Şamaxı”, “Qəbələ”, “Sabah”, “Zirə”, “Bakı”, “Xəzər Lənkəran”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Bakı fəhləsi”, “Şəmkir”, , “Araz-Naxçıvan”, AZAL, “Sumqayıt”, “Xəzri”, “Səbail”, “Simurq”, “Turan”, “Şəfa”, “Viləş”.

Tovuz avrokuboklarda 2-ci komanda ilə təmsil olunacaq. 1994-cü ildə Azərbaycanın avrokuboklardakı ilk təmsilçisi bu şəhərin komandası “Turan” olub.

Premyer Liqa: “Arsenal” “Vest Hem”i tək qolla

10 May 2026 at 23:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 36-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Börnli” – “Aston Villa” və “Kristal Pelas” – “Everton” matçlarında qalib müəyyənləşməyib. “Nottingem Forest” – “Nyukasl” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Sərərdə “Vest Hem”lə qarşılaşmış lider “Arsenal” isə tək qolla qalib gələrək çempionluğa daha da yaxınlaşıb.

36-cı tura mayın 11-də keçiriləcək “Tottenhem” – “Lids” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
36-cı tur
9 may

Liverpul – Çelsi 1:1
Qollar: Qravenberx, 6 – E.Fernandes, 35.

Brayton – Vulverhempton 3:0
Qollar: Hinşelvud, 1. Dunk, 5. Minteh, 86.

Fulhem – Bornmut 0:1
Qol: Rayan, 53.

Sanderlend – Mançester Yunayted 0:0

Mançester Siti – Brentford 3:0
Qollar: Doku, 60. Haland, 75. Marmuş, 90+2.

10 may

Börnli – Aston Villa 2:2
Qollar: Antoni, 8. Flemminq, 58 – Barkli, 42. O.Uotkins, 56.

Kristal Pelas – Everton 2:2
Qollar: İ.Sarr, 34. Mateta, 77 – Tarkovski, 6. Beto, 47.

Nottingem Forest – Nyukasl 1:1
Qollar: Anderson, 88 – Barnes, 74.

Vest Hem – Arsenal 0:1
Qol: Trossard, 83.

11 may

23:00. Tottenhem – Lids

Yuri Vernidub: “Başqa çıxış yolumuz yoxdur”

10 May 2026 at 22:30

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 31-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunlaır söyləyib:

“Biz “Neftçi” adına layiq oyun nümayiş etdirməyə çalışırıq. Bu elə bir komandadır ki, ilk dəqiqələrdən aqressiv futbol sərgiləməli, pressinq tətbiq etməli və sona qədər topa nəzarəti əlində saxlamalıdır. Bizdən aşağı mövqedə qərarlaşan komandalara qarşı matçlarda erkən qol vururuqsa, oyunumuz daha da asanlaşır. Bu gün də bunu bacardıq. Xeyli qol epizodumuz olsa da, ilk hissədə onları reallaşdıra bilmirdik. Lakin fasilədən sonra istəyimizə çatdıq. Oyunçularımın bu fəlsəfəni dərk etməsi məni sevindirir, onlar ilk dəqiqələrdən geriyə çəkilib müdafiə olunmurlar. “Qarabağ”a qalib gəldiyimiz oyunda birinci yox, ikinci nömrə kimi çıxış edirdik və bu da bizə yekunda uğur gətirdi”.

Ukraynalı mütəxəssis “Qarabağ”la 5 illik qələbə həsrətinə son qoyduqdan sonra qarşıda “Sabah”a qarşı 3 illik uğursuz seriyanı qırmaqla bağlı suala belə aydınlıq gətirib:

“Başqa çıxış yolumuz yoxdur. Hazırda turnir cədvəlində “Zirə” ilə aramızda 3 xallıq fərq var, amma bu, heç nə demək deyil. “Sabah”la görüşdə yalnız nəticəyə oynayacağıq. Onlar mayın 13-də baş tutacaq kubokun final matçına hazırlaşırlar və qalib gəlsələr, mövsümü iki titulla başa vuracaqlar. Biz isə əlimizdən gələni etməliyik ki, mövsümü ən azından 4-cü yerdə bitirək”.

Yuri Vernidub “Qarabağ”a 1:5 hesablı ağır məğlubiyyətdən sonra qapıçı Kənan Piriçin əvəzinə Emil Balayevə şans verilməsinə və heyətdəki digər dəyişikliklərə də aydınlıq gətirib:

“Burada xüsusi bir şey görmürəm. Kənan Piriç də, Emil Balayev də çox yaxşı qapıçılardır. Sadəcə, “Qarabağ”a böyükhesablı məğlubiyyətdən sonra Balayevə şans vermək qərarına gəldik. Həmin matçdan sonra heyətdə dəyişikliklərə getməli idim və 4 futbolçunu dəyişdik. Bu addım xeyrimizə işlədi. Gələcək üçün eyni səviyyəli iki qapıçımız olacaq, rotasiya edərək hər ikisinə şans verə bilərik”.

Ayxan Abbasov: “Şamaxı”da son iki oyunum qalıb”

10 May 2026 at 22:00

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 31-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Şamaxı təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Ötən matçda David Santosun ağır zədələnməsi komandamızda ruh düşkünlüyü yaratdı. Ona Allahdan şəfa diləyirəm. Çempionatın elə bir mərhələsindəyik ki, bəzi klublar üçün son matçlar artıq formal xarakter daşıyır. Buna baxmayaraq, qarşıda “Turan Tovuz”la son ev oyunumuz var və həmin matça hazırlaşacağıq. Bu gün də bəzi yeni oyunçulara meydanda şans verdik”.

Abbasov ardıcıl iki çətin oyunda qol vura bilməmələri və qapılarında 6 top görmələri ilə bağlı sualı cavablandırarkən komandadakı yorğunluğa və təqvimin ağırlığına diqqət çəkib:

“Düzdür, iki oyuna 6 top buraxdıq. Halbuki, bundan əvvəl az qol buraxdığımıza görə 4-cü və ya 5-ci yerdə idik. Təqvimimiz kifayət qədər ağır idi. Avrokuboklara və çempionluğa oynayan iddialı rəqiblərlə qarşılaşdıq. Bu matçlardan əvvəl çempionatdakı vəziyyətimiz aydın idi. Futbolçularımız yorulublar, mövsüm gərgin keçdi, zədələrimiz oldu. Görünür, oyunçular artıq tətili gözləyirlər və bunu da hardasa normal qarşılamaq olar. Bu gün “Neftçi” çox motivasiyalı idi. Amma bütün bunlara rəğmən, klub olaraq futbolçulardan razıyıq, onlar bu ağır yolda canlarını qoydular. Bizi dəstəkləməyə gələn azarkeşlərimizi sevindirmək istəyirdik, lakin təəssüf ki, alınmadı”.

Ayxan Abbasov “Şamaxı”dakı gələcəyi ilə bağlı yayılan iddialara da aydınlıq gətirib. O, cari mövsümün sonunda komandanı tərk edəcəyini təsdiqləyib:

“Qışdan bəri yayda vəziyyətin necə olacağı ilə bağlı bəzi fikirlər və söhbətlər var idi. Klub rəhbərliyi ilə danışmışıq, vəziyyəti təhlil etmişik və onlar necə olacağını bilirlər. “Şamaxı”da cəmi 2 oyunum qalıb və çox istəyərdim ki, bu matçlardan xal qazanaraq komandadan ayrılaq. “Şəfa”nı çalışdıracağım barədə isə söhbət olmayıb. Yəqin ki, bir yerə köklənəcəyik. Millidə bizi ağır yol gözləyir. Tam olaraq o oyunlara hazırlaşacağıq”.

Before yesterdayMain stream

Premyer Liqa: “Neftçi”dən “Şamaxı”ya 3 cavabsız qol

10 May 2026 at 21:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Neftçi” “Şamaxı”nı sınağa çəkib.

“Neftçi Arena”da baş tutmuş oyunu Tural Qurbanov idarə edib. Paytaxt təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edib.

Premyer Liqa
31-ci tur
10 may

“Neftçi” – “Şamaxı” 3:0
Qollar: Emin Mahmudov, 1. İmad Faraj, 47. Breno Almeyda, 83.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov.
VAR: Rəşad Əhmədov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”, 19:30.

Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 5. İqor Ribeyro, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 70. Andrey Ştoqrin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 10. Andrey Tırkovyanu, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

“Turan Tovuz” – “Karvan” 1:0 – Video

10 May 2026 at 21:00

Azərbaycan Premyer Liqasının 31-ci turunun “Turan Tovuz” – “Karvan” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Tovuzda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
31-ci tur
10 may

“Turan Tovuz” – “Karvan” 1:0
Qol: Ayxan Hüseynov, 45+1.
Sarı vərəqələr: Roderik Miller, 58 (qeyri-idman hərəkəti). Emmanuel Hakman, 68 – Coy Sleyd Mikels, 40 (hakimin qərarına etiraz). Emin Rüstəmov, 52 (qeyri-idman hərəkəti). Tompson Qavi, 90+1 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 17:00. Tovuz şəhər stadionu, 4400 tamaşaçı.

Baş hakim: Əkbər Əhmədov.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Zeynal Zeynalov.
Dördüncü hakim: Niyaz Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov (19. Roberto Olabe, 72), 11. Ayxan Hüseynov (99. İbrahima Vadji, 81), 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos (8. David Tavares, 89), 15. Emmanuel Hakman (k) (2. Mark Rene Mampassi, 72), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli.
Baş məşqçi: Kurban Berdıyev.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k) (42. İbrahim Qədirzadə, 80), 33. Eltun Turabov, 13. Vüsal Məsimov (37. Mois Nqvisani, 60), 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli (19. Tompson Qavi, 60), 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 46), 2. Şakil Sno, 11. Kayl Spens (8. Peter Kinqs, 60), 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 18. Süleyman Əhmədov, 77. Əli Abdullayev, 10. Samuel Durant.
Baş məşqçi: Füzuli Məmmədov.

Kurban Berdıyev: “Yeni hədəflər heyətimizdən asılı olacaq”

10 May 2026 at 20:30

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 31-ci turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçulara çətin oyun olacağını demişdim. Onlar məsuliyyəti dərk edirdilər. Şükür Allaha, qələbə qazanaraq tapşırığın öhdəsindən gəldik.

Mən bura gələndə, klub prezidenti qarşımıza xeyli məqsəd qoydu ki, tovuzlu azarkeşlərə sevinc bəxş edək. Klub prezidentinə təşəkkür edirəm ki, bu layihəyə görə öz ürəyini qoydu. Bu müddət ərzində harda oynamağımızdan asılı olmayaraq, bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu uğur karyeramda xüsusi əhəmiyyətə malikdir. Çünki bu 2 il ərzində ən aşağı nöqtələrdən başladıq və gəldiyimiz nöqtə budur, avrokuboklara gedirik. Buna görə də Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur”.

Berdıyev növbəti mövsüm və avrokuboklar üçün heyətin güclənməsinin vacibliyini də vurğulayıb:

“Klub prezidenti tapşırıq verib ki, heyət güclənməlidir. Futbolçular dəvət etmək üçün variantlar axtarırıq. Oyunçuları dəvət edəndə onlar baxırlar ki, klub avrokuboklarda oynayır, ya yox. İndi daha asan olacağını düşünürəm. Növbəti mövsüm üçün Premyer Liqada hədəflərimizin necə olacağına gəlincə, bu barədə indidən danışmaq çətin olar. Bu, nə qədər güclənməyimizdən asılı olacaq. Baxın, “Sabah” güclü heyətə sahib olduğu üçün çempion oldu. Bunu inkar edə bilmərik. Məhz yeni gələnlər “Sabah”ın oyununu canlandırdılar. Həmçinin baş məşqçi amili də özünü doğrultdu”.

Füzuli Məmmədov: “Premyer Liqaya qayıtmaq üçün…”

10 May 2026 at 20:00

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 31-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşü Yevlax təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Füzuli Məmmədov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun gözlədiyimiz kimi gərgin keçdi. Hər iki komanda meydanda döyüşkən futbol sərgilədi. Rəqibi tam təhlil etmişdik. Futbolçularımızı oyuna qələbə üçün kökləmişdik. Bir qol oyunun taleyini həll etdi. Oyunun gedişatında sistem dəyişikliyi edib, hesabı bərabərləşdirməyə çalışdıq. Amma “Turan Tovuz”un müdafiə xətti çox yaxşıdır. Rəqibi səhv etməyə məcbur etməyə çalışsaq da, alınmadı. Bir qol epizodumuz oldu, onu da reallaşdıra bilmədik. Hər futbolçuya təşəkkür edirəm. “Turan Tovuz”u təbrik edirəm, avrokuboklarda onlara uğurlar arzulayıram”.

Füzuli Məmmədov komandasının Premyer Liqanı tərk etməsinə də münasibət bildirib:

“Çox oyunlarımız oldu ki, qələbə qazana bilərdik. Uşaq səhvlərindən qollar buraxdıq. Çox məqamlar var. Oyunları bir-bir saya da bilərəm, hamısı xatirimdədir. İtirdiyimiz xallar oldu. Onlar bizə hava-su kimi lazım idi. Səfərdə “Turan Tovuz”a qalib gəlmək çətindir. Amma evdə qələbə qazana biləcəyimiz oyunlar az deyildi.

“Karvan”ın infrastruktur baxımından növbəti mövsümün sonunda Premyer Liqaya qayıtması üçün hər bir şəraiti var. Komandanın heyətində potensiallı futbolçular var. Premyer Liqaya yenidən geri qayıtmaq istəyiriksə, yaxşı komanda qurmalıyıq. Bunun üçün çempionat bitdikdən sonra rəhbərliklə danışığımız olacaq. Yaxşı komanda qurub yenidən Premyer Liqaya geri qayıda bilərik”.

İkinci Liqa: “Şəki” uduzdu, “Ağdaş” qalib gəldi

10 May 2026 at 19:30

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Araz Saatlı” “Ağstafa Gəncləri” ilə ev oyununda 3 cavabsız qola sevinib. “Ağdaş” “Kür-Araz”la ev oyunundan qalib ayrılıb. “Şəki” isə “Göygöl”ə məğlub olub.

Qeyd edək ki, 26-cı turun görüşləri mayın 10-da, 11-də və 12-də keçiriləcək. Bütün görüşlərə eyni saatda – 17:00-da start veriləcək.

İkinci Liqa
26-cı tur
10 may

“Araz Saatlı” – “Ağstafa Gəncləri” 3:0
Qollar: Coşqun Əsədzadə, 34; 90+5. Yaqub Yusubov, 69.
Hakimlər: Xəlil Xəlilov, Ruslan Məmmədov, Sadiq Əliyev, Xalid Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Şəki” – “Göygöl” 1:2
Qollar: Zaur Fərzəliyev, 41 – Taleh Hüseynzadə, 26; 86.
Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Hüseyn Vəliyev, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

“Ağdaş” – “Kür-Araz” 2:1
Qollar: Elvin İsmayılov, 40. Yusif Dilanov, 51 – Bayram Əliyev, 71.
Hakimlər: Rəsul Babayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rüfət Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Ağdaş şəhər stadionu.

11 may

“Xankəndi” – “Şirvan”
Hakimlər: Namiq Bəkirov, Vüqar Bayramov, İlkin Mustafazadə, Hacıağa Həsənov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin sadionu.

“Qaradağ Lökbatan” – “Quba”
Hakimlər: Rövşən Rəcəbov, Məmmədəli Kərimov, Əhməd Əhmədsoy, Nazim Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elvin Yaqub.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

12 may

“Dinamo” – “Şəmkir”
Hakimlər: Səbuhi Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nahid Xasıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu.

Premyer Liqa: “Turan” Konfrans Liqasına, “Karvan” Birinci Liqaya!

10 May 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.

“Turan Tovuz” doğma meydanda “Karvan”la münasibətlərinə aydınlıq gətirib. Tovuz şəhər stadionunda keçirilmiş oyunun baş hakimi Əkbər Əhmədov olub. Görüşün taleyini bir qol həll edib. Tovuz təmsilçisi tək qolla vacib 3 xal qazanıb. Nəticədə “Turan Tovuz” həm çempionatın bürünc medallarını, həm də Avropa Konfrans Liqasına vəsiqəni təmin edib.

Eyni zamanda “Karvan”ın da Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

Premyer Liqa
31-ci tur
10 may

“Turan Tovuz” – “Karvan” 1:0
Qol: Ayxan Hüseynov, 45+1.
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu, 17:00.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 19. Roberto Olabe, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 17. Samir Abdullayev, 77. Əli Abdullayev, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 10. Samuel Durrant.
Baş məşqçi: Füzuli Məmmədov.

Əvəzedicilər: “Qəbələ” “Sabah”ı tək qolla yendi

10 May 2026 at 18:30

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 25-ci tura bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

“Qəbələ-2” doğma meydanda “Sabah”ın ikinci komandası ilə görüşüb. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Əvəzedicilər Liqası
25-ci tur
7 may

“Neftçi-2” – “Araz-Naxçıvan-2” 4:0
Qollar: Məhəmməd Məmmədli, 13. Fərid Səfərli, 31. Mirşahbaz Şahbazov, 45+2. Nurlan Musayev, 83.
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Ləman Əmirli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Müzəffər Müzəffərli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

8 may

“Zirə-2” – “Sumqayıt-2” 3:1
Qollar: Murad Ələkbərov, 1. Rauf Qafarov, 4. Elmar Məmmədov, 74 – Nihad Orucəli, 5.
Hakimlər: Əliyar Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Vüqar Alıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Xatirə Aslanova.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Turan Tovuz-2” – “Qarabağ-2” 0:3
Qollar: Eltun Babazadə, 52. Nicat Xasıyev, 62. Abbas Hüseynov, 83.
Hakimlər: Elçin Abdullayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

9 may

“Kəpəz-2” – “Şamaxı-2” 3:2
Qollar: Sənan Şamilov, 14. Şahnur İsmayılov, 54. Elgün Bayramov, 90+4-pen – Səlim Alıyev, 61. İslam İsmayılzadə, 89.
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Rüfət Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30.

10 may

“Qəbələ-2” – “Sabah-2” 1:0
Qol: Süleyman Damadayev, 35-pen.
Hakimlər: İslam Məmmədov, Kamran Bayramov, Rəşad Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

Əşrəf Aşırov Vyetnamda çempion oldu

10 May 2026 at 18:00

Çimərlik güləşi üzrə Azərbaycan milli komandasının üzvü Əşrəf Aşırov Dünya Seriyasının ilk mərhələsində qızıl medala sahib çıxıb.

Arena.az xəbər verir ki, Vyetnamın Dananq şəhərində çimərlik güləşi üzrə yeni mövsümə start verilib.

Həftəsonu keçirilən Dünya Seriyasının ilk mərhələsində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 4 güləşçi təmsil edib. Millimiz Vyetnamdan 1 dəst medala sahib çıxıb.

Əşrəf Aşırov (90 kq) çimərlik güləşində uğurlu debütü ilə diqqət mərkəzinə düşüb. Qrup mərhələsində maksimum nəticə göstərmiş həmyerlimiz yarımfinalda yunanıstanlı Mixail Akritidisə, finalda isə gürcüstanlı İuza Tsertsvadzeyə 3:1 hesabıyla qalib gələrək çempion olub.

Sahib Dadaşov (80 kq) qrup 2-cisi kimi yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda fransalı Huqo Kuenoya şans tanımayıb – 3:0. Finalda gürcüstanlı Luka Çxitunidzeyə minimal fərqlə (1:2) məğlub olan Dadaşov gümüş medalı boynundan asıb.

Rübail İbrahimli (70 kq) də qrup ikincisi kimi adını yarımfinala yazdırıb. Güləşçimiz finalın bir addımlığında rusiyalı Konstantin Topşinoyevə 0:1 hesabıyla məğlub olsa da, fransalı Kuentin Stikeri (2:1) üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Dörd çəkidən üçündə təmsil olunan millimiz 60 xal toplayaraq, komanda hesabında Gürcüstan (71) və Ukraynadan (65) sonra 3-cü yeri tutub.

David Santos əməliyyat olunacaq, 4-5 ay oynamayacaq

10 May 2026 at 15:00

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın futbolçusu David Santos 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisindən bildirilib.

Buna braziliyalı müdafiəçinin Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”a uduzduqları oyunda (0:3) zədələnməsi sabəb olub. Sözügedən matçın ilk hissəsində əvəzlənmiş oyunçunun dizindəki çarpaz bağı qopub və o, əməliyyat olunacaq.

Xatırladaq ki, David Santos cari mövsümün əvvəlində “Şamaxı”ya keçmişdi. 24 yaşlı mərkəz müdafiəçisi əyalət təmsilçisinin heyətində meydana çıxdığı 33 oyunda 1 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı müdafiəçi karyerası ərzində “Kovilya”, “Penafiel”, “Anapolis”, “Lusitaniya”, “Montaleqre”, “Felqeyras”, “Braqa” (B) kimi komandalarda da forma geyinib.

Kadi Borges Premyer Liqada 25-ci qoluna imza atdı

10 May 2026 at 14:00

Azərbaycan Premyer Liqasının 35-ci turunun “Qəbələ” ilə səfər oyunu “Qarabağ”ın futbolçusu Kadi Borges üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında 25-ci qoluna imza atıb.

O, “Qəbələ” ilə səfər qarşılaşmasının (1:1) 29-cu dəqiqəsində fərqlənib. 25-ci qoluna sevinən cənubi amerikalı buna 76-cı oyununda nail olub.

Ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinmiş Kadi Borges 2021/2022-ci illər mövsümündə 12, 2022/2023-cü illər mövsümündə 4, 2024/2025-ci illər mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/2026-cı illər mövsümündə vuran 4-cü futbolçudur. Onun komanda yoldaşı Toral Bayramov və “Araz-Naxçıvan”lılar Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.

Ürfan Abbasov “350”yə çatdı, 14-cü oldu

10 May 2026 at 13:00

Azərbaycan Premyer Liqasının 31-ci turunun “Sumqayıt”la səfər oyunu “Araz-Naxçıvan”ın kapitanı Ürfan Abbasov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, Premyer Liqada 350-ci oyununu keçirib.

Təcrübəli müdafiəçinin yubileyi “Sumqayıt”a 1:2 hesabıyla uduzduqları səfər matçına təsadüf edib. O, bu görüşə start heyətində çıxıb.

Abbasov 350 oyunda 8 qola imza atıb. Debütü 2011/2012-ci illər mövsümünə təsadüf etmiş futbolçu üç klubun formasını geyinib. O, “Qəbələ”də 248 (5 qol), “Səbail”də 47 (2 qol) və “Araz-Naxçıvan”da 55 (1 qol) oyun keçirib.

Ürfan Abbasov Azərbaycan çempionatları tarixinə yüksək dəstədə 350 və daha çox oyun keçirmiş 14-cü futbolçu kimi düşüb. O, 2025/2026-cı illər mövsümündə adı sifariş vərəqində olmuş oyunçular arasında 3-cü göstəriciyə malikdir. “Qəbələ”nin futbolçusu Asif Məmmədov 388, karyerasını mövsümün gedişində “Araz-Naxçıvan”da bitirmiş Qara Qarayev 360 matçın iştirakçısı olub.

FIFA “Qarabağ”a da transfer qadağası qoydu

10 May 2026 at 12:00

Dünyanın ən ali futbol qurumu olan FIFA Azərbaycanın “Qarabağ” klubuna da yeni futbolçuların qeydiyyatı ilə bağlı qadağa qoyub.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qərar növbəti üç transfer dövrünü əhatə edəcək. Hazırda sanksiyanın hansı səbəbdən tətbiq edildiyi məlum deyil.

Klubun mətbuat katibi Anar Hacıyevin məlumatına görə, bununla bağlı hələlik rəsmi bildiriş gəlməyib:

“Problemin nə olduğu bilinmir. Bunun ciddi məsələ olduğunu düşünmürük”.

Xatırladaq ki, FIFA bir neçə gün öncə Azərbaycanın digər klubu “Neftçi”yə də transfer qadağası tətbiq etmişdi. Paytaxt klubunun keçmiş futbolçusu Alessio Kurçiyə ödənişi vaxtında etmədiyi üçün cəzalandığı üzə çıxmışdı. Amma “Neftçi”dən verilmiş məlumata görə, artıq problem həll edilib və transfer qadağası aradan qaldırılıb.

“Kayserispor” və “Karagümrük” Super Liqanı tərk etdilər

10 May 2026 at 11:00

“Kayserispor” və “Fatih Karagümrük” komandaları cari mövsümün sonunda futbol üzrə Türkiyə çempionatını (Super Liqa) tərk edəcəklər.

Arena.az xəbər verir ki, 2025/2026-cı illər mövsümünün sonunda Türkiyə Super Liqasını tərk edəcək iki komandanın adı məlum olub.

Ötən gecə keçirilmiş 33-cü turun oyunlarından sonra “Kayserispor” və “Fatih Karagümrük” komandalarının aşağı liqaya düşəcəyi dəqiqləşib. Sona bir tur qalmış hər iki komandanın xalı 27-dir və növbəti matçdan asılı olmayaraq, elitanı tərk edəcəkləri müəyyənləşib.

Elitanı tərk edəcək sonuncu komanda isə məhz sonuncu – 34-cü turda bəlli olacaq. Bu, “Antalyaspor”, “Gənclərbirliyi”, “Eyüpspor” və “Kasımpaşa” klublarından biri olacaq.

Hazırda Türkiyə Super Liqasının autsayderlər qrupundakı vəziyyət belədir:

  1. Eyüpspor – 32 xal
  2. Kasımpaşa – 32 xal
  3. Gənclərbirliyi – 31 xal
  4. Antalyaspor – 29 xal
  5. Karagümrük – 27 xal
  6. Kayserispor – 27 xal

La Liqa: “Atletiko” “Selta”ya evdə uduzdu

10 May 2026 at 01:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Real Sosyedad” – “Betis” matçında qalib müəyyənləşməyib. “Elçe” – “Alaves” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Sevilya” doğma meydanda “Espanyol”a qalib gəlibsə, “Atletiko” “Selta”ya məğlub olub.

35-ci turun qalan görüşləri mayın 10-da və 11-də keçiriləcək.

İspaniya, La Liqa
35-ci tur
8 may

Levante – Osasuna 3:2
Qollar: V.Qarsiya, 35; 47. Etta Eyonq, 90 – Tolyan, 3-öz qapısına. Budimir, 11.

9 may

Elçe – Alaves 1:1
Qollar: A.Rodriqes, 72 – T.Martines, 51-pen.

Sevilya – Espanyol 2:1
Qollar: Kastrin, 82. A.Adams, 90+1 – T.Dolan, 56.

Atletiko – Selta 0:1
Qol: B.İqlesias, 62.

Real Sosyedad – Betis 2:2
Qollar: Oskarsson, 79. Oyarsabal, 90+1-pen – Antoni, 39. Ezzalzuli, 47.

10 may

16:00. Malyorka – Vilyarreal
18:15. Atletik – Valensiya
20:30. Real Ovyedo – Xetafe
23:00. Barselona – Real

11 may

23:00. Rayo Valyekano – Jirona

A Seriyası: “Yuventus” 1, “İnter” 3 qolla qalib gəldi

10 May 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 36-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Çempionluğu təmin etmiş “İnter” səfərdə “Latsio”nu, “Yuventus” “Leççe”ni, “Udineze” isə “Kalyari”ni məğlub edib.

36-cı turun qalan görüşləri mayın 10-da və 11-də keçiriləcək.

İtaliya, A Seriyası
36-cı tur
8 may

Torino – Sassuolo 2:1
Qollar: C.Simeone, 66. Pedersen, 70 – Torstvedt, 51.

9 may

Kalyari – Udineze 0:2
Qollar: Buksa, 56. Qeye, 90+6.

Latsio – İnter 0:3
Qollar: L.Martines, 6. Suçiç, 39.

Leççe – Yuventus 0:1
Qol: Vlahoviç, 1.

10 may

14:30. Verona – Komo
17:00. Kremoneze – Piza
17:00. Fiorentina – Cenoa
20:00. Parma – Roma
22:45. Milan – Atalanta

11 may

22:45. Napoli – Bolonya

Bundesliqa: “Bayern” “Volfsburq”u tək qolla yendi

10 May 2026 at 00:20

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Auqsburq” doğma meydanda Mönhenqladbax “Borussiya”sına, “Hoffenhaym” “Verder”ə, “Leypsiq” “Sankt Pauli”yə, “Ştutqart” “Bayer”ə qalib gəlib. “Volfsburq”un qonağı olmuş “Bayern” isə tək qolla 3 xal qazanıb.

33-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
33-cü tur
8 may

Borussiya (Dortmund) – Ayntraxt 3:2
Qollar: Girassi, 42. Şlotterbek, 45+1. İnasio, 72 – C.Y.Uzun, 2. Burkardt, 87.

9 may

Auqsburq – Borussiya (Mönhenqladbax) 3:1
Qollar: Qreqoriç, 24; 72. Felhauer, 42 – Reyna, 90+2.

Hoffenhaym – Verder 1:0
Qol: B.Ture, 26.

Leypsiq – Sankt Pauli 2:1
Qollar: Şlyager, 45. Orban, 54 – Sisey, 86.

Ştutqart – Bayer 3:1
Qollar: Demiroviç, 5. Mittelştadt, 45+7-pen. Undav, 58 – A.Qarsiya, 1.

Volfsburq – Bayern 0:1
Qol: Olise, 56.

10 may

17:30. Hamburq – Frayburq
19:30. Köln – Haydenhaym
21:30. Maynts – Union Berlin

Premyer Liqa: MS “Brentford”u 3 qolla yendi

9 May 2026 at 23:59

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 36-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub.

bu gün keçirilən oyunlarda “Liverpul” “Çelsi” ilə, “Mançester Yunayted” isə “Sanderlend”lə heç-heçə edib. “Mançester Siti” doğma meydanda “Brentford”u məğlubiyyətə uğradıb.

36-cı turun qalan görüşləri mayın 10-da və 11-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
36-cı tur
9 may

Liverpul – Çelsi 1:1
Qollar: Qravenberx, 6 – E.Fernandes, 35.

Brayton – Vulverhempton 3:0
Qollar: Hinşelvud, 1. Dunk, 5. Minteh, 86.

Fulhem – Bornmut 0:1
Qol: Rayan, 53.

Sanderlend – Mançester Yunayted 0:0

Mançester Siti – Brentford 3:0
Qollar: Doku, 60. Haland, 75. Marmuş, 90+2.

10 may

17:00. Börnli – Aston Villa
17:00. Kristal Pelas – Everton
17:00. Nottingem Forest – Nyukasl
19:30. Vest Hem – Arsenal

11 may

23:00. Tottenhem – Lids

Super Liqa: “Qalatasaray” 26-cı çempionluğu təmin etdi!

9 May 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, matçların hamısı eyni vaxtda oynanılıb.

“Antalyaspor” üzərində əzmkar qələbə qazanmış “Qalatasaray” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Okan Burukun komandası ardıcıl dördüncü dəfə qızıl medallara sahib çıxıb. Ümumilikdə isə bu, İstanbul klubunun tarixində 26-cı çempionluqdur.

Səfərdə “Konyaspor”un qonağı olmuş “Fənərbağça” 3 xalı 3 qolla qazanıb. Bununla da, İstanbul klubu ikinci yeri təmin edib.

Bürünc medallar isə səfərdə “Beşiktaş”a qalib gəlmiş “Trabzonspor”a qismət olub.

“Kayserispor” və “Karagümrük” isə son turun nəticələrindən asılı olmayaraq, Super Liqa ilə vidalaşıblar.

Türkiyə, Super Liqa
33-cü tur
9 may

Alanyaspor – Kayserispor 3:1
Qollar: Ella, 7. Haderqyonay, 40-pen – Benes, 13.

Başakşəhər – Samsunspor 3:0
Qollar: Şomurodov, 6-pem. Y.Sarı, 43. Fayzullayev, 78.

Beşiktaş – Trabzonspor 1:2
Qollar: O.Kökçü, 14-pen – Zubkov, 15. Muçi, 62.

Eyüpspor – Rizəspor 4:0
Qollar: U.Bozok, 18-pen. M.Altunbaş, 29. Kaleqari, 45+1. E.Akbaba, 88.

Qalatasaray – Antalyaspor 4:2
Qollar: Lemina, 56. Osimhen, 66-pen; 88. K.Ayhan, 90+5 – S.Dikmen, 45+3; 62.

Gənclərbirliyi – Kasımpaşa 3:2
Qollar: A.Traore, 52. Qoutas, 45+4. Tonqya, 70-pen – Benediçak, 1; 12-pen.

Göztəpə – Qaziantep 2:1
Qollar: Abena, 4-öz qapısına. Jeh, 80 – Bayo, 56.

Kocaelispor – Karagümrük 0:1
Qol: A.Çinar, 70.

Konyaspor – Fənərbağça 0:3
Qollar: Fred, 13; 72. Braun, 57.

Lionel Messi MLS-də yeni rekordçu oldu

10 May 2026 at 10:00

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Toronto” ilə qarşılaşıb.

“Vağlar” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıblar – 4:2. Messi 90 dəqiqə meydanda olub və 1 qol və 2 assistlə yadda qalıb. O, komandasının 75-ci dəqiqədə vurduğu sonuncu qolun müəllifi olubsa, 56-cı dəqiqədə Luis Suaresin, 73-cü dəqiqədə Serxio Regilonun fərqlənməsinə şərait yaradıb.

Bu oyundakı 1 qol və 2 assist sayəsində Messi MLS-in tarixində “qol+ötürmə” sisteminə görə 100-ə ən tez çatan oyunçu olub. Bu nailiyyət üçün ona 64 oyun kifayət edib. Onun aktivində 59 qol, 41 qol ötürməsi var.

Əvvəlki rekord “Toronto”nun sabiq oyunçusu Sebastyan Covinkoya (95 matçda 58 qol və 42 məhsuldar ötürmə) məxsus idi. Bu kateqoriyada ilk “üçlüy”ü “Los Anceles Qalaksi”də oynamış Robbi Kin tamamlayır. İrlandiyalı futbolçu 96 matçda 62 qol vurub və 39 məhsuldar ötürmə edib.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 12 oyundan sonra 22 xalla 3-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 12 oyunda 6 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 13 oyuna çıxıb, 10 qol vurub, 3 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 101 oyun, 87 qol və 47 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Premyer Liqa: “Turan” “Karvan”a, “Neftçi” “Şamaxı”ya qarşı

10 May 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

“Turan Tovuz” doğma meydanda “Karvan”la münasibətlərinə aydınlıq gətirəcək. Tovuz şəhər stadionunda keçiriləcək matça saat 17:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi Əkbər Əhmədov olacaq.

Turun qapanış matçında “Neftçi” “Şamaxı”nı sınağa çəkəcək. “Neftçi Arena”da baş tutacaq oyunun start fiti 19:30-da səslənəcək. Görüşü Tural Qurbanov idarə edəcək.

Premyer Liqa
31-ci tur
8 may

“İmişli” – “Zirə” 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Sabah” – “Kəpəz” 0:1
Qol: Rəhman Hacıyev, 46.
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Masazır Arena”, 19:30.

9 may

“Qəbələ” – “Qarabağ” 1:1
Qollar: İsmael Akinade, 57 – Kadi Borges, 29.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Araz-Naxçıvan” 2:1
Qollar: Aleksandr Ramalinqom, 45+2. Rahil Məmmədov, 90+3-öz qapısına – Ba-Muaka Simakala, 63.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

10 may

“Turan Tovuz” – “Karvan”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu, 17:00.

“Neftçi” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov.
VAR: Rəşad Əhmədov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”, 19:30.

Kaplanoviç: “Son saniyələrədək xarakter göstərdik”

9 May 2026 at 23:00

“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Premyer Liqanın 31-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Veliçko Kaplanoviç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə oyunçularımızı və azarkeşlərimizi təbrik edirəm. Maksiumum istək göstərdik və qələbə qazandıq. İlk hissədə yaxşı çıxış etdik. Lakin ikinci hissədə rəqib üstünlüyü ələ aldı. Sevinirəm ki, son saniyələrədək xarakter göstərdik və qələbə qolunu vura bildik”.

Serbiyalı mütəxəssis fasilədən sonra təşəbbüsün rəqibə keçməsinin səbəblərinə də aydınlıq gətirib:

“Araz-Naxçıvan” həqiqətən də keyfiyyətli komandadır. Fərdi cəhətdən çox yaxşı oyunçulara sahibdirlər. Ən böyük problemimiz o idi ki, tez-tez ötürmə səhvlərinə yol verirdik. Məhz bu səbəbdən də meydanda üstünlük rəqibin tərəfinə keçirdi”.

Demçenko futbolçularını tənqid etdi

9 May 2026 at 22:30

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 31-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 1:2.

Andrey Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün oyunumuz pis alınmadı. Qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Biz bunlardan istifadə edə bilmədik və məğlub olduq. Səhvlərimizdən yararlandılar. İkinci hissədə oyunumuzu düzəltdik, qol vurduq və nəzarəti ələ ala bildik. Matçda qalib gəlmək üçün ölməlisən. Qələbə qazanmaq üçün bütün futbolçular oyuna can qoymalıdırlar. Ancaq bizdə bunu bəzi futbolçular etmirdilər. Futbolda qələbə istəyirsənsə, bunu hamı istəməlidir. Kimsə aldatmağa çalışırsa, bunun əziyyətini komanda çəkir. Bəzi oyunçulara görə digərləri əziyyət çəkdilər”.

“Sumqayıt” – “Araz-Naxçıvan” 2:1 – Video

9 May 2026 at 22:00

Azərbaycan Premyer Liqasının 31-ci turunun “Sumqayıt” – “Araz-Naxçıvan” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
31-ci tur
9 may

“Sumqayıt” – “Araz-Naxçıvan” 2:1
Qollar: Aleksandr Ramalinqom, 45+2. Rahil Məmmədov, 90+3-öz qapısına – Ba-Muaka Simakala, 63.
Sarı vərəqələr: Nikola Ninkoviç, 54 (qeyri-idman hərəkəti) – Çarlz Boli, 54 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 19:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1100 tamaşaçı.

Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Tərlan Talıbzadə.
Dördüncü hakim: Cavid Cəlilov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Namiq Əliyev.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi (72. Rayan Senhadji, 39), 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (7. Rüstəm Əhmədzadə, 75), 6. Sedrik Badolo (29. Emil Mustafayev, 86), 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes (95. Nsana Simon, 75), 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.
Məşqçi: Veliçko Kaplanoviç.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k) (26. Ömər Buludov, 63), 4. Rahil Məmmədov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes (19. Bar Kohen, 63), 7. Hamidu Keyta (70. Çarlz Boli, 46), 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko (5. Slavik Alxasov, 88).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 33. Elmir Cəfərov, 16. Ramon Maçado.
Baş məşqçi: Andrey Demçenko.

Premyer Liqa: “Sumqayıt” “Araz”ı xalsız yola saldı

9 May 2026 at 21:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.

“Sumqayıt” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil edilmiş oyunu Rəvan Həmzəzadə idarə edib. Üç qolluq görüşün yekununda qələbəni meydan sahibləri bayram ediblər.

Premyer Liqa
31-ci tur
9 may

“Sumqayıt” – “Araz-Naxçıvan” 2:1
Qollar: Alkesnadr Ramalinqom, 45+2. Rahil Məmmədov, 90+3-öz qapısına – Ba-Muaka Simakala, 63.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 95. Nsana Simon.
Məşqçi: Veliçko Kaplanoviç.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 4. Rahil Məmmədov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 86. İbrahim Piriyev, 33. Elmir Cəfərov, 16. Ramon Maçado, 70. Çarlz Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Sxadadze: “Milli fasilədən sonra bərbad matçımız olmayıb”

9 May 2026 at 20:30

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 31-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçulara təşəkkür edirəm. Bizim üçün çox vacib oyun idi. Onlar bu matçın əhəməyyətini başa düşürdülər. Vacib 1 xal qazandıq. Oyunçular bütün gücləri ilə mübarizə apardılar. “Qarabağ” meydana ən güclü heyətlə çıxmışdı. Premyer Liqada belə heyətlə sonuncu dəfə nə vaxt oynadıqlarını xatırlamıram. Onlar Çempionlar Liqasında möhtəşəm nəticələr göstəriblər. Bütün bunlar Qurban Qurbanovun əməyinin nəticəsidir. Uzun müddətdir ki, “Qarabağ”da çalışır. Deyərdim ki, Azərbaycan futbolu onun sayəsində Avropada və dünyada təmsil olunur. Bizim oyuna gəlincə, qol vəziyyətləri yaratdıq. Futbolçular yaxşı oynadılar. Səlahət Ağayevi xüsusi qeyd edərdim. Penaltidə komandanı qoldan xilas etdi. Qarşıda daha iki oyunumuz var. Hər ikisi finala bərabər matçlardır. Tez bərpa olunmalı və növbəti oyuna hazırlaşmalıyıq. Belə yüksək səviyyəli komandaya qarşı dolu tribunaların qarşısında oynamaq olduqca xoş idi. Sona qədər komandanı dəstəklədikləri üçün azarkeşlərə təşəkkür edirəm.

Milli fasilədən sonra bərbad oynadığımız matç olmayıb. “Sumqayıt”a qarşı əla oyun keçirmişdik. Bir səhv etdik, o da qolla nəticələndi. “Zirə” ilə matçı qeyd edə bilərəm. Futbolçular xarakter göstərdilər. Sadəcə, bir az bəxtimiz gətirmədi. Bəli, bəzi qarşılaşmalar olmuşdu ki, narazı qalmışdım. Ona görə də turnir cədvəlində bu yerdəyik. Amma son oyunların hamısında futbolçular xarakter göstəriblər”.

Qurban Qurbanov: “Özümüzü haqlı çıxara bilmərik”

9 May 2026 at 20:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 31-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Uzaq səfərdə komandanı tək qoymadıqları üçün azarkeşlərə təşəkkür edirəm. Futbolçular tam gücləri ilə oynadılar. Onlara iradlarım yoxdur. Həm qalib gələ, həm də məğlub ola bilərdik. İntizamlı, döyüşkən komanda ilə heç-heçə etdik. “Qəbələ” həm oyununa, həm xarakterinə görə bəlkə də daha yaxşı yerlərdə olmalı idi. Kaxaber Sxadadze yaxşı sistem qurub. Çempionatın sonuna yaxınlaşmışıq. Həm fiziki, həm də psixoloji yorğunluq futbolçulara təsir edir. Qarşıda iki oyunumuz var. Həmin matçlara ciddi hazırlaşmalıyıq. Fikrimcə, nəticə oyuna görə idi. Hər iki komandaya uğurlar arzulayıram.

Oyunun sonuna yaxın əvəzetmə barədə düşündük. Amma ehtiyat etdik ki, sistem pozula bilər. Həm də belə havada sonradan oyuna girənlərdə nəfəs almaqda çətinlik olur. Ümumiyyətlə, səfər komandaları üçün Qəbələdə oynamaq həmişə çətin olub. Sona kimi oyunu pozmamağa çalışdıq. Rəqib tam qapanmışdı. Sürətə çox da ehtiyac yox idi. İstədik ki, futbolçular 90 dəqiqə oyunun gərginliyini hiss etsinlər”.

Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinalında qarşılaşdıqları “Sabah”la oyuna görə ağır cəza və cərimələrlə üzləşmələrinə də münasibət bildirib:

“Deyəcək bir söz yoxdur. Belə qərar veriblər. Əgər aqressiv hərəkətimiz olubsa, özümüzü hansısa epizoda görə haqlı çıxara bilmərik. Çünki oyunçularımız aqressiv hərəkət ediblər, hakimə təzyiq göstəriblər. Qərar verilib, biz də razılaşmalıyıq”.

“Qəbələ” – “Qarabağ” 1:1 – Video

9 May 2026 at 19:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turunun bu gün keçirilmiş “Qəbələ” – “Qarabağ” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
31-ci tur
9 may

“Qəbələ” – “Qarabağ” 1:1
Qollar: İsmael Akinade, 57 – Kadi Borges, 29.
Qolla nəticələnməyən penalti: Toral Bayramov, 78.
Sarı vərəqələr: Eşqin Əhmədov, 78 (qeyri-idman hərəkəti). Nuğay Rəşidov, 82 (qeyri-idman hərəkəti). İsmael Akinade, 86 (hakimin qərarına etiraz) – Kamilo Duran, 50 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Asif Məmmədov, 86 (hakimləri təhqir etdiyi üçün).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 17:00. Qəbələ şəhər stadionu, 2000 tamaşaçı.

Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Orxan İbişov.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.

Qəbələ: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov (14. Domi Massumu, 66), 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Lua (66. Nuğay Rəşidov, 74), 3. Eduardo Kunde (28. Murad Musayev, 66), 6. Xayme Syerra, 16. İsaak Amoa, 30. Prins Ovusu (22. Fərid İsgəndərov, 89).
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 74. Süleyman Damadayev, 12. İbrahim Sanqare, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Premyer Liqa: “Qarabağ” Qəbələdə də xal itirdi

9 May 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə ilk qarşılaşması Qəbələdə baş tutub.

“Qəbələ” doğma meydanda “Qarabağ”la üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş oyunun baş hakimi İnqilab Məmmədov olub. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Premyer Liqa
31-ci tur
9 may

“Qəbələ” – “Qarabağ” 1:1
Qollar: İsmael Akinade, 57 – Kadi Borges, 29.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 12. İbrahim Sanqare, 14. Domi Massumu 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Əvəzedicilər: “Kəpəz” “Şamaxı”ya 3 qolla qalib gəldi

9 May 2026 at 18:30

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 25-ci turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Kəpəz-2” – “Şamaxı-2” oyununda qələbəni Gəncə təmsilçisi bayram edib.

25-ci tura mayın 10-da keçiriləcək “Qəbələ-2” – “Sabah-2” oyunu ilə yekun vurulacaq.

Əvəzedicilər Liqası
25-ci tur
7 may

“Neftçi-2” – “Araz-Naxçıvan-2” 4:0
Qollar: Məhəmməd Məmmədli, 13. Fərid Səfərli, 31. Mirşahbaz Şahbazov, 45+2. Nurlan Musayev, 83.
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Ləman Əmirli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Müzəffər Müzəffərli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

8 may

“Zirə-2” – “Sumqayıt-2” 3:1
Qollar: Murad Ələkbərov, 1. Rauf Qafarov, 4. Elmar Məmmədov, 74 – Nihad Orucəli, 5.
Hakimlər: Əliyar Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Vüqar Alıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Xatirə Aslanova.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Turan Tovuz-2” – “Qarabağ-2” 0:3
Qollar: Eltun Babazadə, 52. Nicat Xasıyev, 62. Abbas Hüseynov, 83.
Hakimlər: Elçin Abdullayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

9 may

“Kəpəz-2” – “Şamaxı-2” 3:2
Qollar: Sənan Şamilov, 14. Şahnur İsmayılov, 54. Elgün Bayramov, 90+4-pen – Səlim Alıyev, 61. İslam İsmayılzadə, 89.
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Rüfət Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30.

10 may

“Qəbələ-2” – “Sabah-2”
Hakimlər: İslam Məmmədov, Kamran Bayramov, Rəşad Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

Anton Krivotsyuk “Pohanq”a qarşı 90 dəqiqə oynadı

9 May 2026 at 16:00

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2026-cı il mövsümünün 13-cü turu çərçivəsində “Pohanq”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 81-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 13 oyuna topladığı 16 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Krivotsyukun komandası 13 oyuna 4 qələbə qazanıb, 4 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 7-də iştirak edib.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 100 oyuna çıxıb, 5 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 27 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 46 matça çıxıb, 1 qola imza atıb.

“Frozinone” yenidən A Seriyasında!

9 May 2026 at 14:00

İtaliya B Seriyasının 38-ci turunun sonuncu turunun oyununda “Frosinone” doğma meydanda “Mantova”nı yenməklə A Seriyasına yüksəlib.

Arena.az xəbər verir ki, sözügedən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Nəticədə “Frozinone” İtaliya B Seriyasının 2025/2026-cı illər mövsümünü 81 xalla ikinci pillədə başa vurub. Bununla da komanda 2023/2024-cü illər mövsümündən bəri oynamadığı A Seriyasına vəsiqəni təmin edib.

Xatırladaq ki, daha əvvəl “Venesiya” lider kimi elitaya vəsiqəni rəsmiləşdirmişdi. Çempion mövsümü 82 xalla bitirib.

A Seriyasına sonuncu vəsiqə uğrunda isə 6 klub mübarizə aparacaq. Pley-off mərhələsinin ilk oyunları 12 mayda keçiriləcək. Şansını saxlayan komandalar bunlardır:

  1. Montsa – 76 xal
  2. Palermo – 72 xal
  3. Katanzaro – 59 xal
  4. Modena – 55 xal
  5. Yuve Stabiya – 61 xal
  6. Avellino – 49 xal

Sonda onu da əlavə edək ki, “Piza” və “Verona” artıq İtaliya A Seriyasını tərk ediblər. Digər bəxtsiz isə “Kremoneze”, “Leççe”, “Fiorentina” və ya “Kalyari”dən biri olacaq.

“Nant” da “Mets”in aqibətini yaşadı

9 May 2026 at 13:00

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Nant” komandası 2026/2027-ci illər mövsümünü Liqa 2-də keçirəcək.

Arena.az xəbər verir ki, ötən gecə keçirilmiş bir oyundan sonra Liqa 1-i tərk edəcək ikinci komandanın adına aydınlıq gəlib.

“Nant” çempionatın 33-cü turunda “Lans”a 0:1 hesabı ilə uduzub. Bununla da sözügedən komandanın elitanı tərk edəcəyi dəqiqləşib. Bu kollektiv hazırda mövsümün bitməsinə 1 tur qalmış 23 xalla 17-cidir. Erik Blahiçin komandası 16-cı pillədəki “Oser”dən 5 xal geri qalır.

Xatırladaq ki, daha əvvəl “Mets”in Liqa 1-i tərk edəcəyi dəqiqləşmişdi. Sözügedən komanda 16 xalla sonuncudur. Elitanı tərk edəcək üçüncü kollektiv isə böyük ehtimalla “Oser” olacaq.

Yeri gəlmişkən, Fransa Liqa 1-də 67 xalla 2-ci pilləni təmin etmiş “Lans” növbəti mövsümdə UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak edəcək. “Qan-qızılılar” həmçinin ölkə çempionluğuna nəzəri imkanlarını saxlayırlar.

Xatırladaq ki, “Lans” Avropanın ən mötəbər klub yarışında sonuncu dəfə 2023/2024-cü illər mövsümündə çıxış edib.

Davit Volkov Premyer Liqada 200-cü oyununa çıxdı

9 May 2026 at 18:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün 31-ci turu “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, gürcü vinger sözügedən turnirdə 200-cü oyununu keçirib.

Gürcüstanlı legioner “İmişli” ilə səfər matçının (0:0) 61-ci dəqiqəsində meydana daxil olub. Hücumçu 200 görüşdə 60 qola imza atıb.

Debütü 2018/2019-cu illər mövsümünə təsadüf etmiş Davit Volkov Azərbaycan Premyer Liqasında üç klubda çıxış edib. O, “Qəbələ”də 27 (7 qol), “Sabah”da 63 (16 qol), “Zirə”də 110 (37 qol) matçın iştirakçısı olub.

Qeyd edək ki, Davit Premyer Liqada 200-cü oyunu cari mövsümə təsadüf edən 5-ci futbolçudur. Ona qədər Filip Ozobiç, Elvin Bədəlov, Elvin Yunuszadə və Abdullah Zubir buna nail olmuşdular.

“Sabah” Premyer Liqada üçüncülüyə şərik oldu

9 May 2026 at 17:00

2025/2026-cı illər mövsümünün çempionluğunu təmin etmiş “Sabah”ın Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsizlik seriyası qırılıb.

Arena.az xəbər verir ki, bir neçə gün öncə Azərbaycan çempionu adını qazanmış paytaxt təmsilçisi 31-ci turun “Kəpəz”lə ev oyununda uduzub – 0:1.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda buna qədər sonuncu dəfə cari mövsümün 3-cü turunda xalsız qalmışdı. 2025-ci il avqustun 31-də “İmişli” “Sabah”a 1 qolla qalib gəlmişdi. Çempionun mövsümdəki hər iki məğlubiyyəti ev qarşılaşmalarına təsadüf edib.

“Sabah” bu müddətdə (250 gün) 28 məğlubiyyətsiz matç keçirib. Komanda 22 qələbə qazanıb və 6 heç-heçə edib.

Bununla da paytaxt təmsilçisi turnirin tarixində 3-cü ən uzun məğlubiyyətsiz seriya adına şərik olub. Yalnız “Qarabağ” daha uzun seriyalara malikdir. Ağdam klubu iki dəfə məğlubiyyətsizliyə nail olub. “Bayquşlar” isə “Kəpəz”in nəticəsini təkrarlayıblar.

Ən uzun 5 seriya (texniki nəticələr və nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla)

  1. “Qarabağ” – 49 (30.10.2021-09.04.2023)
  2. “Qarabağ” – 31 (31.10.2018-10.11.2019)
  3. “Kəpəz” – 28 (14.09.1997-19.09.1998)
  4. “Sabah” – 28 (14.09.2025-03.05.2026)
  5. “Turan” – 27 (12.09.1992-14.07.1993)

Qeyd: mötərizədə məğlubiyyətsiz seriyanın ilk və son oyununun tarixi göstərilib.

U-15 Liqasında 2025/26 mövsümünün qalibləri mükafatlandırıldı

9 May 2026 at 15:00

AFFA-nın 15 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil etdiyi U-15 Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, bu gün Liqanın qalibləri mükafatlandırılıb.

“Neftçi” Futbol Mərkəzində təşkil edilmiş tədbirdən əvvəl sonuncu turun oyunları baş tutub. A Liqasının 10-cu turunun son qarşılaşmalarında “Ulduz” “Neftçi”ni 2:1, “Sabah” isə EFA-nı 3:1 hesabı ilə məğlub edib. Beləliklə, “Neftçi” 24 xalla mövsümü çempion kimi, “Sabah” 22 xalla ikinci, “Ulduz” isə 20 xalla üçüncü pillədə başa vurub.

Matçların ardından mükafatlandırma mərasimi baş tutub. Çempionatda 3-cü yeri tutmuş “Ulduz” bürünc, 2-ci pillənin sahibi “Sabah” gümüş medallarla təltif olunub. Çempion “Neftçi”yə isə qızıl medallar və kubok təqdim edilib.
Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 27 qol yazdıran “Karvan”ın futbolçusu Ramil İsmayıllı ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya əsasən, U-15 Liqasında mövsümün ən yaxşı oyunçusu isə “Neftçi”nin üzvü Kənan Əzimov seçilib.

Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov təqdim ediblər.

İkinci Liqa: 26-cı turun hakim təyinatları açıqlandı

9 May 2026 at 12:00

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 26-cı turun görüşləri mayın 10-da, 11-də və 12-də keçiriləcək. Bütün görüşlərə eyni saatda – 17:00-da start veriləcək.

İkinci Liqa
26-cı tur
10 may

“Araz Saatlı” – “Ağstafa Gəncləri”
Hakimlər: Xəlil Xəlilov, Ruslan Məmmədov, Sadiq Əliyev, Xalid Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Şəki” – “Göygöl”
Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Hüseyn Vəliyev, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

“Ağdaş” – “Kür-Araz”
Hakimlər: Rəsul Babayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rüfət Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Ağdaş şəhər stadionu.

11 may

“Xankəndi” – “Şirvan”
Hakimlər: Namiq Bəkirov, Vüqar Bayramov, İlkin Mustafazadə, Hacıağa Həsənov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin sadionu.

“Qaradağ Lökbatan” – “Quba”
Hakimlər: Rövşən Rəcəbov, Məmmədəli Kərimov, Əhməd Əhmədsoy, Nazim Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elvin Yaqub.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

12 may

“Dinamo” – “Şəmkir”
Hakimlər: Səbuhi Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nahid Xasıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu.

Çimərlik futbolu millimiz Qazaxıstan yığmasına qalib gəldi

9 May 2026 at 11:00

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, komandamız Qazaxıstan yığması ilə qarşılaşıb.

Su İdmanı Sarayında təşkil edilmiş görüş millimizin 6:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində Sabir Allahquliyev 3, Orxan Məmmədov, Ramil Əliyev və İsa İsayev isə hərəyə bir qol vurublar.

Qeyd edək ki, bu komandalar arasında daha bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Cəlal Hüseynov “Lokomotiv”ə qarşı 90 dəqiqə oynadı

9 May 2026 at 10:00

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 33-cü turu çərçivəsində Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb.

“Arda” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Hüseynov 90 dəqiqə meydanda olub. O, 88-ci dəqiqədə sarı vərəqə də alıb.

“Arda” 33 turdan sonra 45 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 12 qələbə qazanıb, 9 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 82 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Premyer Liqa: “Qəbələ” “Qarabağ”a, “Sumqayıt” “Araz”a qarşı

9 May 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

“Qəbələ” doğma meydanda “Qarabağ”la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək oyuna saat 17:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq.

Günün digər oyunu “Sumqayıt”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək oyunun start fiti saat 19:30-da səsələnəcək. Oyunu Rəvan Həmzəzadə idarə edəcək.

Premyer Liqa
31-ci tur
8 may

“İmişli” – “Zirə” 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Sabah” – “Kəpəz” 0:1
Qol: Rəhman Hacıyev, 46.
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Masazır Arena”, 19:30.

9 may

“Qəbələ” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

10 may

“Turan Tovuz” – “Karvan”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu, 17:00.

“Neftçi” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov.
VAR: Rəşad Əhmədov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”, 19:30.

La Liqa: “Osasuna” səfərdə “Levante”yə uduzdu

9 May 2026 at 01:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Levante” doğma meydanda “Osasuna” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

35-ci turun qalan görüşləri mayın 9-da, 10-da və 11-də keçiriləcək.

İspaniya, La Liqa
35-ci tur
8 may

Levante – Osasuna 3:2
Qollar: V.Qarsiya, 35; 47. Etta Eyonq, 90 – Tolyan, 3-öz qapısına. Budimir, 11.

9 may

16:00. Elçe – Alaves
18:15. Sevilya – Espanyol
20:30. Atletiko – Selta
23:00. Real Sosyedad – Betis

10 may

16:00. Malyorka – Vilyarreal
18:15. Atletik – Valensiya
20:30. Real Ovyedo – Xetafe
23:00. Barselona – Real

11 may

23:00. Rayo Valyekano – Jirona

A Seriyası: “Torino” “Sassuolo”ya qalib gəldi

9 May 2026 at 00:50

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 36-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Torino” doğma meydanda “Sassuolo” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

36-cı turun qalan görüşləri mayın 9-da, 10-da və 11-də keçiriləcək.

İtaliya, A Seriyası
36-cı tur
8 may

Torino – Sassuolo 2:1
Qollar: C.Simeone, 66. Pedersen, 70 – Torstvedt, 51.

9 may

17:00. Kalyari – Udineze
20:00. Latsio – İnter
22:45. Leççe – Yuventus

10 may

14:30. Verona – Komo
17:00. Kremoneze – Piza
17:00. Fiorentina – Cenoa
20:00. Parma – Roma
22:45. Milan – Atalanta

11 may

22:45. Napoli – Bolonya

Liqa 1: “Lans” “Nant”ı tək qolla yendi

9 May 2026 at 00:40

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Lans” doğma meydanda “Nant”la qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

33-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək və hamısı eyni saatda başlayacaq.

Fransa, Liqa 1
33-cü tur
8 may

Lans – Nant 1:0
Qol: M.Soares, 79.

10 may

23:00. Anje – Strasburq
23:00. Oser – Nitsa
23:00. Havr – Olimpik (Marsel)
23:00. Mets – Loryan
23:00. Monako – Lill
23:00. PSJ – Brest
23:00. Renn – Paris
23:00. Tuluza – Olimpik (Lion)

Bundesliqa: “Borussiya” “Ayntraxt”ı xalsız yola saldı

9 May 2026 at 00:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda Dortmund “Borussiya”sı doğma meydanda “Ayntraxt”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

33-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
33-cü tur
8 may

Borussiya (Dortmund) – Ayntraxt 3:2
Qollar: Girassi, 42. Şlotterbek, 45+1. İnasio, 72 – C.Y.Uzun, 2. Burkardt, 87.

9 may

17:30. Auqsburq – Borussiya (Mönhenqladbax)
17:30. Hoffenhaym – Verder
17:30. Leypsiq – Sankt Pauli
17:30. Ştutqart – Bayer
20:30. Volfsburq – Bayern

10 may

17:30. Hamburq – Frayburq
19:30. Köln – Haydenhaym
21:30. Maynts – Union Berlin

Mahir Emreli “Arminiya”ya qarşı 25 dəqiqə oynadı

8 May 2026 at 23:30

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 33-cü turu çərçivəsində Bilefeld “Arminiya”sı ilə oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutmuş bu görüş “Kayzerslautern”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş məşqçi Torsten Liberknext bu matçda Emreliyə də şans verib. Azərbaycanlı hücumçu 65-ci dəqiqədə meydana buraxılıb.

33 turdan sonra 49 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 33 oyunda 15 qələbə qazanıb, 4 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 12 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Morqan Gibbs-Uayt – Premyer Liqada aprelin ən yaxşı oyunçusu!

8 May 2026 at 23:00

“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

26 yaşlı ingilis futbolçu futbolçu keçirdiyi üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə verib. O, xüsusilə, “Börnli” ilə matçda etdiyi het-triklə diqqət çəkib.

Gibbs-Uayt mükafat uğrunda mübarizədə Carrod Bouen və Konstantinos Mavropanos (hər ikisi “Vest Hem”), Rayan Şerki və Niko O’Rayli (hər ikisi “Mançester Siti”), Paskal Qross (“Brayton”), Noa Okafor (“Lids Yunated”) kimi futbolçuları qabaqlayıb.

Morqan Gibbs-Uayt karyerası ilk dəfə Premyer Liqada ayın ən yaxşı oyunçusu elan edilir.

Xatırladaq ki, Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda Erlinq Haland (“Mançester Siti”), oktyabrda Brayan Mbömo (“Mançester Yunayted”), dekabrda Dominik Kalvert-Lyuin (“Lids”), yanvarda İqor Tyaqo (“Brentford”), fevralda Antuan Semenyo (“Mançester Siti”), martda Bruno Fernandes (“Mançester Yunayted”) bu ada layiq görülmüşdü.

Dambrauskas: “Risk etmək istəmədik”

8 May 2026 at 22:40

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 31-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü “Sabah”ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Kəpəz”i təbrik etmək istəyirəm. Bu qələbə onlar üçün çox böyük uğur idi. Bu gün nəsə çox şey demək istəmirəm. İlk hissədə daha çox dominant, daha yaxşı oynayan tərəf biz idik. Sadəcə, künc zərbələrindən 3-4 qol fürsətimiz oldu ki, “Kəpəz”in qapıçısı çox yaxşı çıxış etdi, qol vurmağımıza imkan vermədi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Amma bundan sonra oyun ritmimiz kifayət qədər düşdü. Daha sonra anlaşılmaz səhv buraxdıq. Belədə, rəqib də fərqləndi. “Kəpəz” öz qapısına tərəf çəkildi. Hücumlar zamanı səbirli olmalıydıq, amma bəzən tələsirdik. Bütün bunları unutmalıyıq. Düzdür, bir balaca üzgünük. Çünki uzun müddətdir məğlubedilməzliyimiz var idi. Amma üzülməyə vaxt yoxdur. Qarşıdakı vacib final oyununa hazırlaşmalıyıq.

Bu gün daha çox az oynayan futbolçularımıza şans verdik. Müəyyən mənada risk etmək istəmədik. Çünki zədəlilərimiz ola bilərdi. Amma bu gün meydana çıxanlar da göstərməliydilər ki, öz keyfiyyətli necədir, nə edə bilərlər. İstədiklərimizə bu gün müəyyən mənada müvəffəq ola bilmədik. Amma onların davranışından, göstərdikləri cəhdlərdən şikayət edə bilmərəm. Adicə bir oyunçunu dəyişəndə, komandada dinamika necə düşür… Təsəvvür edin, 5-6 oyunçu dəyişirsən. Bu isə asan deyil. Bu gün meydana çıxan heyət 5-6 oyun ardıcıl birlikdə çıxış etsəydi, fərqli mənzərəyə şahid olardınız. Sabah bərpa məşqimizi keçəcəyik. İnkişaf etdirməli olduğumuz məsələlər üzərində işləyib, çərşənbə günü keçiriləcək matçı izləyəcəyik”.

Azər Bağırov: “Sabah”la matçda bəxtimiz gətirdi”

8 May 2026 at 22:20

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 31-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Allah qoysa, Azərbaycanı Avropada yaxşı təmsil etsinlər. Oyuna gəldikdə, “Sabah” kimi komandaya qarşı meydana çıxmışdıq. 22 oyun idi ki, uduzmurdular. Çox matçda da oyunun müqəddəratını birinci hissədə həll etmişdilər. Bu gün bir az bəxtimiz gətirdi. Yusif İmanova təşəkkür edirik ki, ən yaxşı oyunlarından birini keçirdi. Düşünürdük ki, “Sabah” dəyişikliklərə gedəcək. Çünki 5 gündən sonra oyunları var. Şükürlər olsun ki, planlaşdırdıqlarımız baş verdi. Komandamı qələbə münasibətilə təbrik edirəm. Hər bir futbolçuya minnətdaram. Gəncədən gələn azarkeşlərə bir daha təşəkkür edirəm.

Heyətdə böyük dəyişikliklər edə bilmirik. Çempionatda 12-13 nəfərlə oynadıqda, eniş də olacaq. Fiziki və psixoloji məqamlar da var. Ən pisi o idi ki, dəyişiklik edəndə oyunu gücləndirə bilmirdik. Uduzduğumuz 4 oyunda da elə oldu ki, heyətdə futbolçular yox idi. Biz də rotasiya edəndə, birdən-birə 4-5 zona zəifləyir. Futbol adamları bunu başa düşürlər, amma anlaşılandır ki, azarkeşlər tam başqa cür baxırlar. Komandanın yüksəliş dövründə enişi görəndə, üzülürlər”.

“Sabah” – “Kəpəz” 0:1 – Video

8 May 2026 at 22:00

Azərbaycan Premyer Liqasının 31-ci turunun “Sabah” – “Kəpəz” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
31-ci tur
8 may

“Sabah” – “Kəpəz” 0:1
Qol: Rəhman Hacıyev, 46.
Sarı vərəqələr: Andrey Santos, 55 (qeyri-idman hərəkəti). İqor Noqeyra, 63 (qeyri-idman hərəkəti). Abdulla Xaybullayev, 71 (qeyri-idman hərəkəti) – Dioqo Verdaska, 57 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 5 dəqiqə.
Saat 19:30. “Masazır Arena”, 750 tamaşaçı.

Baş hakim: Elvin Bayramov.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Sabah: 92. Stas Pokatilov (k), 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 20. Coy Lens Mikels (99. Patrik Mbina, 65), 40. İqor Noqeyra, 80. Akim Zedadka (2. Amin Seydiyev, 65), 3. Stiv Solvet (53. Andrey Santos, 46), 70. Jesse Sekidika, 7. Umarali Rahmonaliyev (22. Zinedin Uld Xaled, 65), 83. Stefen Ende (11. Kahim Parris, 74).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 89. Cəfər Muxtarov, 21. Velko Simiç, 19. Aaron Maluda.
Baş məşqçi: Valdas Dambrauskas.

Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev (80. Şahnur İsmayılov, 90+2), 5. Rauf Hüseynli, 88. Şakir Seyidov (99. Əli Səmədov, 87), 11. Rəhman Hacıyev, 6. Camal Cəfərov (24. Olavale Onanuqa, 46), 29. Dioqo Verdaska (k), 12. Mahamadu Ba (77. Fərid Nəbiyev, 46), 14. Adama Fofana (17. Ümid Səmədov, 87), 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 57. Amur Yusifov, 83. Raul İsaqov.
Baş məşqçi: Azər Bağırov.

Premyer Liqa: “Sabah” evdə “Kəpəz”ə uduzdu

8 May 2026 at 21:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu görüşü artıq çempionluğu təmin etmiş “Sabah”la “Kəpəz” arasında keçirilib.

Masazırda baş tutmuş qarşılaşmanın baş hakimi Elvin Bayramov olub. Paytaxt təmsilçisi bu görüşdə gözlənilməz məğlubiyyətə üzülüb.

Premyer Liqa
31-ci tur
8 may

“Sabah” – “Kəpəz” 0:1
Qol: Rəhman Hacıyev, 46.
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Masazır Arena”, 19:30.

Sabah: 92. Stas Pokatilov (k), 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 7. Umarali Rahmonaliyev, 83. Stefen Ende.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 2. Amin Seydiyev, 89. Cəfər Muxtarov, 21. Velko Simiç, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 19. Aaron Maluda.
Baş məşqçi: Valdas Dambrauskas.

Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 6. Camal Cəfərov, 29. Dioqo Verdaska (k), 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 83. Raul İsaqov, 24. Olavale Onanuqa.
Baş məşqçi: Azər Bağırov.

U-16 millimiz Bakıda Rumıniya yığmasına da uduzdu

8 May 2026 at 21:00

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-16) Bakıda təşkil olunmuş UEFA İnkişaf Turnirində bu gün ikinci oyununa çıxıb.

Arena.az xəbər verir ki, millimiz Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda keçirilmiş görüş rəqib komandanın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində yeganə qolu 45+2-ci dəqiqədə penaltidən fərqlənmiş Xədicə Rəhimova vurub.

Günün digər matçında Gürcüstan yığma komandası Litva seçməsini 1:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, U-16 millimiz UEFA İnkişaf Turnirində çərçivəsində keçirdiyi ilk oyunda Litva yığma komandasına 1:4 hesabıyla uduzmuşdu.

Azərbaycan millisi növbəti oyununu mayın 11-də Gürcüstan yığmasına qarşı keçirəcək. Turnirdəki son oyunun start fiti saat 12:00-da səslənəcək.

“İmişli” – “Zirə” 0:0 – Video

8 May 2026 at 20:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turunun bu gün keçirilmiş “İmişli” – “Zirə” matçı bərabərliklə (0:0) başa çatdı.

Arena.az Qubada baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
31-ci tur
8 may

“İmişli” – “Zirə” 0:0
Sarı vərəqələr: Vüsal Qənbərov, 36 (qeyri-idman hərəkəti). Luis Silvestr, 54 (qeyri-idman hərəkəti). Edvin Banqera, 88 (oyunun bərpasının ləngidilməsi).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 16:30. Quba Olimpiya İdman Kompleksinin stadionu, 70 tamaşaçı.

Baş hakim: Kamranbəy Rəhimov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Mirnihad Seyidov.
Dördüncü hakim: Emin Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 70. Mehdi Tahirov (44. Həzrət İsayev, 85), 11. Vüsal Qənbərov (10. Nikola Karaklaiç, 73), 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 79. Dioqo Kardozo (97. Xəzər Mahmudov, 85), 17. Ezekiel Morqan (21. Abbas Ağazadə, 85), 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 90. Riad Abbaszadə, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov.
Baş məşqçi: Xorxe Kaskilya.

Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı (14. Elçin Əlicanov, 90+1), 8. İsmayıl İbrahimli, 26. Stefan Akka, 4. Ruan Renato (5. Ange Mutsinzi, 46), 28. Leroy Mikels, 10. Georgi Papunaşvili (29. Ceyhun Nuriyev, 61), 30. Rikardo Martins (17. Ayron Qomis, 46), 11. Junior Martins (9. Davit Volkov, 61).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 7. Rövlan Muradov, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Xorxe Kaskilya Rəşad Sadıqovdan üzr istədi

8 May 2026 at 20:00

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 31-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 0:0.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyundan sonra görüşmədiyim üçün Rəşad Sadıqovdan üzr istəyirəm. Çox yaxşı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissədə yaxşı oynadıq. Rəqibdən daha çox qol şansları yaratdıq. İkinci yarıda da rəqabətli oyun gedirdi. Son 20 dəqiqədə “Zirə” daha fəal idi. Buna görə də müdafiə olunduq. Məncə, heç-heçə ədalətli nəticədir. Bu mövsüm “Zirə”yə məğlub olmadıq. Vacib məsələ odur ki, “İmişli” öz məqsədinə nail olub. Oyunçularımı təbrik edirəm. Hər matçda mübarizə aparıblar. “Zirə”yə ölkə kubokunun finalında uğurlar arzulayıram”.

Portuqaliyalı mütəxəssis cari mövsüm bitən kimi əyalət klubundan ayrılacağı barədə xəbərlərə münasibət bildirmək istəməyib.

Rəşad Sadıqov: “Aprel ayı bizi çox yordu”

8 May 2026 at 19:30

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 31-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 0:0.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Olduqca ağır oyun oldu. Meydançanın vəziyyətini gördünüz. Futbolçular 90 dəqiqə ərzində çox istəkli idilər. Qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Amma sonluğu gətirə bilmədik. Məyusuq. Qələbə qazanmaq istəyirdik. Artıq önümüzdəki oyunlara hazırlaşmalıyıq.

Üstün tərəf biz idik, yaxşı qol fürsətləri yaratdıq. Qəti şəkildə sırf kubuku düşünmürük. Adətən kubokun finalı mövsümün sonunda olurdu. İndi isə ağır qrafikə təsadüf etdi. Rotasiyaların, zədələrin oyunumuza təsiri olur. Sıx qrafikdən keçmişik. 35 gün ərzində 8-ci oyunumuz idi. Aprel ayı bizi çox yordu. Meydançanın keyfiyyəti son ötürmələrə, zərbələrə təsir edirdi.

Adətən oyundan sonra məşqçilər həmkarları ilə görüşüb sonra futbolçularını təbrik edirlər. “İmişli”nin baş məşqçisi isə matç bitən kimi oyunçularını təbrik etməyə getdi. Mən də tərcüməçi ilə görüşdüm və hərə öz istiqamətində getdi”.

Rəşad Sadıqov Premyer Liqada klub sayının artırılması barədə sualı da cavablandırıb:

“Əsas, məqsədin nə olmasıdır. Məqsəd sadəcə sayı artırmaqdırsa, say artıb, amma may ayında palçıqda futbol oynayırıq. Klubların çoxu 3-4 stadionda oynayır. İnfrastrukturu, stadionu olan klub varsa, Premyer Liqaya gələ bilər. Çempionatımızda keyfiyyətli komandalar, legionerlər var. Bu keyfiyyəti saxlamaq üçün ən azı ot örtüyü yaxsi vəziyyətdə olmalıdır”.

AFFA lisenziya verdiyi klubların siyahısını açıqladı

8 May 2026 at 19:00

Bu gün – mayın 8-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Lisenziya Komissiyasının növbəti iclası keçirilib.

Arena.az xəbər verir ki, iclasda 2026/2027 mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Azərbaycan Premyer Liqasında, Birinci Liqa, İkinci Liqa və Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

  1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
    “Araz-Naxçıvan”, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Şamaxı”, “Turan Tovuz”, “Zirə”.
  2. UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
    “Neftçi”, “Sumqayıt”.
  3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
    “Baku Sportinq”, “Difai”, “İmişli”, “Karvan”, “Kəpəz”, “Mingəçevir”, “Səbail”, “Şəfa”.
  4. Birinci Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
    “Cəbrayıl”, “Dinamo”, “Qaradağ Lökbatan”, “Quba”, MOİK, “Şahdağ Qusar”, “Şəmkir”, “Şimal”, “Xankəndi”, “Zaqatala”.
  5. İkinci Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
    “Ağstafa Gəncləri”, “Araz Saatlı”, “Biləsuvar”, “Kür Araz”, “Lənkəran”, “Marafon”, “Ramana”, “Samur”, “Şəfəq”, “Şəki”, “Şirvan”, “Zəngəzur”.
  6. İkinci Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
    “Ağdaş”, “Xəzər Ağcabədi”.
  7. Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
    “Araz-Naxçıvan”, “Baku Juniors”, “Dirçəliş”, “İmişli”, “Qəbələ”, “Liman”, “Sabah”, “Şəfa”, “Ümid”.

UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 (on) gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Digər lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 (beş) gündür.

Qeyd 1: Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 14-cü maddəsinə müvafiq olaraq, lisenziyanı almış klub avtomatik olaraq çıxış etdiyi liqadan aşağı yarışlarda da iştirak üçün lisenziya əldə etmiş hesab olunur.

Qeyd 2: İkinci Liqada iştirak edən “Göygöl”, həmçinin Yüksək Qızlar Liqasında iştirak edən “Təhsil 8” və “Zaqatala” lisenziya prosesinə qoşulmaqdan imtina ediblər.

Premyer Liqa: “İmişli” “Zirə”dən xal aldı

8 May 2026 at 18:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “İmişli” “Zirə”ni qəbul edib.

Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutmuş görüşü Kamranbəy Rəhimov idarə edib. Bu görüşdə qapılara qol vurulmayıb.

Premyer Liqa
31-ci tur
8 may

“İmişli” – “Zirə” 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 11. Vüsal Qənbərov, 94. Rafael Vieqaş, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 21. Abbas Ağazadə, 90. Riad Abbaszadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 10. Nikola Karaklaiç.
Baş məşqçi: Xorxe Kaskilya.

Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 26. Stefan Akka, 4. Ruan Renato, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 11. Junior Martins.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 9. Davit Volkov, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Əvəzedicilər: “Qarabağ”la “Zirə” 3 xalı 3 qolla qazandılar

8 May 2026 at 18:00

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 25-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Zirə-2” – “Sumqayıt-2” matçında birincilər qalib gəliblər. “Turan Tovuz-2” – “Qarabağ-2” matçında isə Ağdam təmsilçisi darmadağına sevinib.

25-ci turun qalan oyunları mayın 9-da və 10-da keçiriləcək.

Əvəzedicilər Liqası
25-ci tur
7 may

“Neftçi-2” – “Araz-Naxçıvan-2” 4:0
Qollar: Məhəmməd Məmmədli, 13. Fərid Səfərli, 31. Mirşahbaz Şahbazov, 45+2. Nurlan Musayev, 83.
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Ləman Əmirli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Müzəffər Müzəffərli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

8 may

“Zirə-2” – “Sumqayıt-2” 3:1
Qollar: Murad Ələkbərov, 1. Rauf Qafarov, 4. Elmar Məmmədov, 74 – Nihad Orucəli, 5.
Hakimlər: Əliyar Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Vüqar Alıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Xatirə Aslanova.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Turan Tovuz-2” – “Qarabağ-2” 0:3
Qollar: Eltun Babazadə, 52. Nicat Xasıyev, 62. Abbas Hüseynov, 83.
Hakimlər: Elçin Abdullayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

9 may

“Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Rüfət Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30.

10 may

“Qəbələ-2” – “Sabah-2”
Hakimlər: İslam Məmmədov, Kamran Bayramov, Rəşad Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

Xosep Qvardiola – Premyer Liqada aprelin ən yaxşısı!

8 May 2026 at 17:30

“Mançester Siti”yə rəhbərlik edən ispan mütəxəssis Xosep Qvardiola İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

“Şəhərlilər” apreldə Premyer Liqada keçirdikləri 3 oyunun hamısında qələbə qazanıblar. “Mançester Siti” “Çelsi”ni 3:0, “Arsenal”ı 2:1, “Börnli”ni isə 1:0 hesabı ilə məğlub edib.

Qvardiola bu mükafatı cari mövsümdə 2-ci, bütövlükdə isə 13-cü dəfə qazanıb. O, bu ilin fevral ayında da ən yaxşı seçilmişdi. “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson (27 dəfə) bu göstəricidə birinci yerdə qərarlaşıb. “Arsenal”da işləmiş Arsen Venger (15 dəfə) ikincidir.

Cari mövsümdə ilk belə mükafat Arne Slota (“Liverpul”) verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda Oliver Qlasner (“Kristal Pelas”), oktyabrda Ruben Amorim (“Mançester Yunayted”), noyabrda Entso Mareska (“Çelsi”), dekabrda Unai Emeri (“Aston Villa”), yanvarda Maykl Karrik (“Mançester Yunayted”), martda Mikel Arteta (“Arsenal”) ən yaxşı seçilmişdi.

55 yaşlı Xosep Qvardiola “Mançester Siti”yə 2016-cı ilin yayından rəhbərlik edir. O, “şəhərlilər”i indiyə qədər 588 oyuna çıxarıb, 420 qələbə, 76 heç-heçə və 92 məğlubiyyət görüb.

Qvardiola “Mançester Siti” ilə bütün mümkün titulları qazanıb. O, daha öncə “Barselona” və “Bayern”ə də rəhbərlik edib.

AFFA Amil Yunanovu 4 oyunluq cəzalandırdı

8 May 2026 at 17:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 25-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 25-ci tur

“Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Şahdağ Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Qusar komandası 210 manat cərimə edilib. “Mingəçevir”in 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda da 210 manat cərimə ödəyəcək.

“Şahdağ Qusar” – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir”in futbolçusu Amil Yunanov azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Mingəçevir” buna görə 3000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Mingəçevir”in digər futbolçusu Elnur Mirzəyev rəqibə qarşı şifahi və ya qeyri-şifahi təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyunluq cəza alıb. “Mingəçevir” buna görə də 1200 manat cərimə edilib.

“Zaqatala” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu İlkin Qırtımov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Zaqatala” buna görə 2400 manat cərimə edilib.

“Zaqatala” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Səbail”in futbolçusu Ruslan Voronsov da qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Səbail” buna görə 2400 manat cərimə ödəyəcək.

Yankoviç 8 oyunluq cəza aldı, “Qarabağ” 74500 manat cərimələndi

8 May 2026 at 16:30

“Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç 8 oyunluq cəza alıb, Ağdam klubu isə 74 000 manatdan çox cərimələnib.

Arena.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Belə ki, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarındakı qayda pozuntularına hüquqi qiymət verilib.

Azərbaycan Kuboku

“Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə edilib.

“Sabah” – “Qarabağ” oyununda “Sabah”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. “Sabah”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə paytaxt komandası 2000 manat cərimə edilib. “Sabah”ın azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə sözügedən klub 6500 manat cərimə edilib. “Sabah”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt komandası daha 3000 manat cərimə ödəyəcək.

“Sabah” – “Qarabağ” oyununun 37-ci dəqiqəsində “Qarabağ”ın qapıçısı Mateus Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Ağdam komandası 1000 manat cərimə edilib.

Oyun bitdikdən sonra “Qarabağ”ın futbolçusu Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyunluq cəza alıb. “Qarabağ” buna görə 25500 manat cərimə edilib.

“Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Ağdam komandası 2000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən dəfələrlə pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam komandası 7000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə sözügedən klub 8000 manat cərimə edilib.

“Qarabağ”ın azarkeşlərinin olduğu sektorda zərər və dağıntı törədildiyinə görə Ağdam komandası 5000 manat cərimə edilib. Stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər “Qarabağ” tərəfindən qarşılanacaq.

Oyun bitdikdən sonra “Qarabağ”ın məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyunluq cəza alıb. “Qarabağ” buna görə 18000 manat cərimə edilib.

Oyun bitdikdən sonra “Qarabağ”ın əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəza alıb. “Qarabağ” buna görə 8000 manat cərimə edilib.

1-ci Liqada 26-cı turun oyun cədvəli açıqlandı

8 May 2026 at 16:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

İki günü əhatə edəcək turun bütün görüşlərinə saat 17:00-da start veriləcək. Mayın 14-də bir qarşılaşma baş tutacaq. Turun qalan dörd oyunu isə mayın 15-də təşkil ediləcək.

Birinci Liqa
26-cı tur
14 may

“Şimal” – “Difai”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00.

15 may

“Mingəçevir” – MOİK
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança). Saat 17:00.

“Səbail” – “Şahdağ Qusar”
“Bayıl Arena”. Saat 17:00.

“Baku Sportinq” – “Zaqatala”
Buzovna qəsəbə stadionu. Saat 17:00.

“Şəfa” – “Cəbrayıl”
Binə qəsəbə stadionu. Saat 17:00.

Yüksək Liqa: 20-ci turun oyun cədvəli açıqlandı

8 May 2026 at 15:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasını rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 20-ci turun oyunları 2 gün ərzində fərqli məkanlarda keçiriləcək.

Mayın 14-də keçiriləcək “Şuşa” – “Baku Fire” görüşü “Olimpik Star”da baş tutacaq. Oyuna saat 16:00-da start veriləcək.

“Neftçi” İK – “Araz-Naxçıvan” görüşü isə mayın 18-də Bakı İdman Sarayında təşkil ediləcək. Oyunun start fiti saat 16:00-da səslənəcək.

U-19 millimiz isə bu turda meydana çıxmadan 3 xal qazanacaq. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılacaq.

Yüksək Liqa
20-ci tur
14 may

Şuşa – Baku Fire
Bakı. “Olimpik Star”. Saat 16:00.

18 may

Neftçi İK – Araz-Naxçıvan
Bakı İdman Sarayı. Saat 16:00.

Xallar: Neftçi İK – 52. Araz-Naxçıvan – 49. Baku Fire – 35. Şuşa – 21. U-19 – 12. Lənkəran – 0.

Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 37. Yaqo Henrike (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”), Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.

Rəşad Sadıqov: “Finalda sevinən tərəf olmaq üçün…”

8 May 2026 at 14:00

“Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Sabah”a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu haqqında fikirlərini bölüşüb:

“Oyuna yaxşı hazırlaşmağa çalışırıq. Rəqib Azərbaycan Premyer Liqasında çempionluğu təmin edib, əhval-ruhiyyələri yüksəkdir. Mövsüm ərzində möhtəşəm və əla oyun nümayiş etdiriblər. Finalda kimə qarşı oynayacağımızı başa düşürük. Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq”.

Rəşad Sadıqov üçüncü dəfə ölkə kubokunun finalında oynayacaqlarını xatırladıb:

“Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq. Hər ikisində də yaxşı mübarizə aparmışdıq. Yaddaqalan finallar olub. Amma turnirin qalibi ola bilməmişik. Bu dəfə “Sabah” komandası ilə üz-üzə gələcəyik. Hamımız bilirik ki, ötən mövsüm Azərbaycan Kubokunun qalibi olublar, əzmkar qələbə qazanıblar”.

Xatırladaq ki, Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün finalında “Sabah” və “Zirə” komandaları üz-üzə gələcəklər. Qarşılaşma mayın 13-də “Neftçi Arena”da baş tutacaq. Həlledici oyuna saat 20:00-da start veriləcək.

Azərbaycan Kubokunun final oyunlarında 289 463 azarkeş

8 May 2026 at 13:00

Futbol üzrə Azərbaycan Kubokunun 34-cü mövsümünün (2025/2026-cı illər mövsümü) finalı 32-ci həlledici qarşılaşma olacaq.

Arena.az xəbər verir ki, buna qədər 2001/2002 və 2019/2020-ci illər mövsümləri başa çatdırılmayıb.

Baş tutan 31 finaldan biri – 2020/2021-ci illər mövsümünün matçı isə koronavirus pandemiyası üzündən tamaşaçısız keçirilib.

30 finalı ümumilikdə 300 minə yaxın – 289 min 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.

2009/2010-cu illər mövsümünün finalını isə rekord sayda 26000 tamaşaçı seyr edib. “Bakı” və “Xəzər Lənkəran” arasında keçirilmiş həmin görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınmış ən yüksək göstəricidir.

Mövsüm – finalda tamaşaçı
1992 – 1000
1993 – 10000
1993/1994 – 1350
1994/1995 – 5000
1995/1996 – 5000
1996/1997 – 5000
1997/1998 – 5500
1998/1999 – 8000
1999/2000 – 6000
2000/2001 – 2000
2001/2002 – Yarımçıq qalıb
2003/2004 – 8000
2004/2005 – 10000
2005/2006 – 6000
2006/2007 – 10000
2007/2008 – 20000
2008/2009 – 10000
2009/2010 – 26000
2010/2011 – 24000
2011/2012 – 4300
2012/2013 – 20000
2013/2014 – 22000
2014/2015 – 4500
2015/2016 – 23000
2016/2017 – 12800
2017/2018 – 4500
2018/2019 – 10000
2019/2020 – Yarımçıq qalıb
2020/2021 – Azarkeşsiz
2021/2022 – 3500
2022/2023 – 9000
2023/2024 – 5500
2024/2025 – 7513

Xatırladaq ki, Azərbaycan Kubokunun cari mövsümünün finalında “Sabah” və “Zirə” komandaları üz-üzə gələcəklər. Qarşılaşma mayın 13-də “Neftçi Arena”da baş tutacaq. Həlledici oyuna saat 20:00-da start veriləcək.

Dambrauskas: “Kuboku qazansaq, fantastik nəticə olacaq”

8 May 2026 at 12:00

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, 49 yaşlı mütəxəssis “Zirə”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu haqqında fikirlərini bölüşüb:

“Bizim üçün Azərbaycan Premyer Liqasının qalibi olmaq böyük mükafat idi. Ancaq başqa bir titul da var. Azərbaycan Kubokunu da qazanmağa çalışacağıq. Bunu etsək, bizim üçün fantastik, tarixi nəticə olacaq. Hər kəs bu tarixin, uğurun bir parçası olmaq istəyir. Bu matçlarda xırda detallar qalibi müəyyən edir”.

Dambrauskasun sözlərinə görə, “Zirə” çox yaxşı komandadır:

“Heç vaxt təslim olmurlar. Onlar bizi təəccübləndirə bilərlər. Amma elə dönəmdəyik ki, buna yer yoxdur. Çünki rəqibi çox yaxşı tanıyırıq. Onların nələr edə biləcəyini bilirik. Lakin final matçında psixoloji amil və fərdi mübarizələr də önəmlidir. Çox yaxşı oyun olacağını düşünürəm. Azarkeşləri final günü stadiona dəvət edirəm. Kuboku qazanacağımıza ümid edirəm”, deyə Dambrauskas bildirib.

Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında “Sabah” və “Zirə” komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də “Neftçi Arena”da baş tutacaq. Həlledici oyuna saat 20:00-da start veriləcək.

“Ayın qolu”: Aprel ayının qalibləri bəlli oldu – Video

8 May 2026 at 11:00

Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində 2026-cı ilin aprel ayının qalibləri müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan Premyer Liqasında aprel ayının ən yaxşı qolunun müəllifi “Sumqayıt”ın serbiyalı legioneri Nikola Ninkoviç olub. O, Premyer Liqanın 26-cı turu çərçivəsində qarşılaşdıqları “Neftçi” ilə ev oyununda komandasının yeganə qoluna imza atmışdı. Bu oyun “Sumqayıt”ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı.

Birinci Liqada Seyxan Fərəcov (MOİK), İkinci Liqada Rəsul İbrahimov (“Şəki”) birinci olub.

Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

Kristiano Ronaldo 100-ə çatdı

8 May 2026 at 10:00

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 33-cü turu çərçivəsində keçirilmiş “Əl-Şabab”la oyunun iştirakçısı olub.

Ronaldonun komandası səfər oyunundan qələbə ilə ayrılıb – 4:2. Portuqal futbolçu bu matça start heyətdə başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. Komandasının üçüncü qolunu da Kristiano vurub. O, 75-ci dəqiqədə Sadio Manenin ötürməsindən sonra fərqlənib. Digər 3 qolu isə het-trikə imza atmış Joao Feliks vurub.

Ronaldo vurduğu bu qolla Səudiyyə Ərəbistanı çempionatında 100-cü qolunu rəsmiləşdirib. Portuqaliyalı hücumçu buna 105-ci matçında nail olub. Ümumi karyerasında isə Ronaldo 971-ci qoluna imza atıb.

“Əl-Nəsr” 33 turdan sonra 82 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda keçirdiyi 32 oyunda 27 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 34 oyuna 28 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 139 oyun, 121 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.

Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 41 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Premyer Liqa: “İmişli” “Zirə”yə, “Sabah” “Kəpəz”ə qarşı

8 May 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “İmişli” “Zirə”ni qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq görüşə saat 16:30-da start veriləcək. Qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.

Günün digər oyunu artıq çempionluğu təmin etmiş “Sabah”la “Kəpəz” arasında keçiriləcək. Qarşılaşmanın baş hakimi Elvin Bayramov olacaq. Masazırda baş tutacaq oyuna saat 19:30-da start veriləcək.

Premyer Liqa
31-ci tur
8 may

“İmişli” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Sabah” – “Kəpəz”
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Masazır Arena”, 19:30.

9 may

“Qəbələ” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

10 may

“Turan Tovuz” – “Karvan”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu, 17:00.

“Neftçi” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov.
VAR: Rəşad Əhmədov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”, 19:30.

Konfrans Liqasında “Kristal Pelas” – “Rayo Valyekano” finalı!

8 May 2026 at 00:55

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.

“Rayo Valyekano” Fransanın “Strasburq” komandasını sınağa çəkib. Bu komandaların ilk görüşündə İspaniya təmsilçisi tək qolla qalib gəlmişdi. Cavab görüşündə də oxşar hesabla qələbə qazanmış “Rayo Valyekano” finala yüksəlib.

Günün digər oyununda Ukraynanın “Şaxtyor” (Donetsk) komandası İngiltərə təmsilçisi “Kristal Pelas”ın qonağı olub. İlk görüş “Şaxtyor”un məğlubiyyəti ilə yekunlaşmışdı. İngilislər cavab matçından da qalib ayrılaraq həlledici oyunda iştirak hüququ qazanıblar.

Xatırladaq ki, Avropa Konfrans Liqasında final görüşü mayın 27-də Almaniyanın Leypsiq şəhərində keçiriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
7 may

Strasburq (Fransa) – Rayo Valyekano (İspaniya) 0:1
Qollar: Alemao, 42.
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Strasburq. “Stad de la Menyu”.
İlk oyun 0:1.

Kristal Pelas (İngiltərə) – Şaxtyor (Donetsk, Ukrayna) 2:1
Qollar: Pedrinyo, 25-öz qapısına. İsmaila Sarr, 52 – Equinaldo, 34.
Baş hakim: Alexandro Hernandes (İspaniya).
London. “Selhurst Arena”.
İlk oyun 3:1

Avroliqa: “Aston Villa” və “Frayburq” finalda!

8 May 2026 at 01:00

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.

“Frayburq” Almaniyada Portuqaliyanın “Braqa” komandasını sınağa çəkib. Bu komandaların ilk görüşündə “Braqa” qalib gəlmişdi. Cavab görüşündə həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmış Almaniya təmsilçisi finala yüksələn tərəf olub.

Günün digər oyununda İngiltərənin iki təmsilçisi – “Nottingem Forest”lə “Aston Villa” qarşılaşıb. İlk görüşdə tək qolla uduzmuş “Aston Villa” evdə həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb və həlledici oyunda iştirak hüququ qazanıb.

Xatırladaq ki, Avroliqada final görüşü mayın 20-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
7 may

Frayburq (Almaniya) – Braqa (Portuqaliya) 3:1
Qollar: Lukas Kubler, 19; 72. Yohan Manzambi, 41 – Pau Viktor, 79.
Baş hakim: Davide Massa (İtaliya).
Frayburq. “Europa Park” stadionu.
İlk oyun 1:2.

Aston Villa (İngiltərə) – Nottingem Forest (İngiltərə) 4:0
Qollar: Olli Uotkins, 36. Emiliano Buendiya, 57-pen. Con Makqinn, 77; 80.
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Birmingem. “Villa Park” stadionu.
İlk oyun 0:1.

Metin Diyadin yenidən “Gənclərbirliyi”ndə!

6 May 2026 at 23:00

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” komandasını bundan sonra Metin Diyadin çalışdıracaq.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

58 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Metin Diyadin “Gənclərbirliyi” üçün tanış simadır. O, 1988-1998-ci illər aralığında bu komandaya futbolçu kimi xidmət göstərib. Məşqçiliyə də elə bu komandada başlamış türkiyəli mütəxəssis 2002-2007-ci, 2013-cü, 2021-2022-ci illərdə “Gənclərbirliyi”nin sükanı arxasında çalışıb. Sonuncu dəfə 2025-ci ilin dekabrında bu komandanın baş məşqçisi təyin edilmiş Diyadin bu ilin fevralında postunu tərk etmək məcburiyyətində qalmışdı. Lakin klub rəhbərliyi onu yenidən bu vəzifəyə qaytarıb.

Diyadin məşqçilik karyerası ərzində “Əskişəhərspor”, “Rizəspor”, “Orduspor”, “Kasımpaşa”, “Göztəpə”, “Qaziantep”, “Girəsunspor”, “Ankaragücü”, “Bandırmaspor”, “İğdır” kimi komandalara da rəhbərlik edib.

Metin Diyadin “Gənclərbirliyi” komandasının baş məşqçi postunda ötən gün istefaya göndərilmiş Volkan Demireli əvəz edib.

“Gənclərbirliyi” Türkiyə Super Liqasının cari mövsümündə 32 oyunda topladığı 28 xalla 16-cı pillədə qərarlaşıb.

Ernesto Valverde La Liqanın tarixinə düşdü

5 May 2026 at 15:30

İspaniyanın “Atletik” komandasının baş məşqçisi Ernesto Valverde Bilbao təmsilçisinin sükanı arxasında 500-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, onun yubiley matçı La Liqanın 34-cü turuna təsadüf edib.

Bilbao təmsilçisi “Alaves”i 4:2 hesabı ilə məğlub edib.

Bu nailiyyət Valverdeyə İspaniya çempionatında bir klubla 500 oyunluq həddə çatan məşqçilərin sırasına qoşulmağa imkan verib. Əvvəllər yalnız Arsenio İqlesias, Migel Munyos, Luis Araqones və Dieqo Simeone bunu bacarmışdılar.

Xatırladaq ki, Ernesto Valverde “Atletik”də üçüncü dönəmini keçirir. O, 2003–2005 (91 oyun, 37 qələbə, 22 heç-heçə, 32 məğlubiyyət) və 2013–2017-ci illərdə (213 oyun, 101 qələbə, 46 heç-heçə, 66 məğlubiyyət) də komandaya rəhbərlik edib. Valverde 2022-ci ildə yenidən bu kluba qayıdıb. Bu müddətdə o, komandanı 194 oyuna çıxarıb, 92 qələbə, 43 heç-heçə, 59 məğlubiyyət görüb.

Valverde Bilbao təmsilçisi ilə 2015/2016-cı illər mövsümündə İspaniya Super Kubokunu, 2023/2024-cü illər mövsümündə isə İspaniya Kubokunu qazanıb.

62 yaşlı mütəxəssis karyerası ərzində “Espanyol”, “Olimpiakos”, “Vilyarreal”, “Valensiya” və “Barselona”ya da rəhbərlik edib.

Fabian Hürtseler “Brayton”la yeni müqavilə bağladı

7 May 2026 at 22:30

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Brayton” baş məşqçisi Fabian Hürtseler ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, gənc mütəxəssis yeni müqaviləyə əsasən 2029-cu ilin 30 iyununa qədər bu komandanı çalışdırmağa davam edəcək.

33 yaşlı mütəxəssislə əvvəlki müqavilə 2027-ci ilə qədər nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Hürtseler “Brayton”a 2024-cü ilin iyul ayında baş məşqçi təyin edilmişdi. Bununla da o, İngiltərə Premyer Liqası tarixinə ən gənc baş məşqçi kimi düşmüşdü.

“Brayton” Hürtselerin rəhbərliyi altında indiyə qədər 85 oyun keçirib, onların 37-də qələbə qazanıb, 24-də heç-heçə edib və 24-də məğlubiyyətlə üzləşib. Komanda hazırda Premyer Liqada 35 oyundan sonra 50 xalla 8-ci pillədə qərarlaşıb.

Fabian Hürtseler daha öncə Almaniyanın “Sankt-Pauli” komandasının da baş məşqçisi olub.

Lyuis Mayli mövsümü erkən başa vurdu

7 May 2026 at 22:00

İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisinin və “Nyukasl”ın yarımmüdafiəçisi Lyuis Mayli mövsümü erkən başa vurub.

Arena.az xəbər verir ki, “Nyukasl” 2025/2026-cı illər mövsümünün son oyunları ərəfəsində daha bir ciddi itki ilə üzləşib.

Klubun yaydığı məlumata görə, komandanın mərkəz yarımmüdafiəçisi Lyuis Mayli zədə səbəbindən qalan oyunlarda meydana çıxa bilməyəcək. Məşq zamanı sıradan çıxan futbolçu komandasının çempionatdakı həlledici qarşılaşmalarında iştirak etmək şansını itirib. Onun dəqiq bərpa müddəti açıqlanmayıb.

Mayli “Nyukasl”ın öz yetirməsidir. O, cari mövsümdə bu komandanın forması ilə bütün turnirlərdə ümumilikdə 34 matçda meydana çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə rəqib qapılarından 3 top keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Lyuis “Nyukasl”ın əsas komandasının heyətində bütövlükdə 80 oyun keçirib, 6 qol və 8 assist müəllifi olub.

Daha öncə İngiltərənin U-17, U-19 və U-20 yığmalarında da oynamış yarımmüdafiəçi hazırda U-21-in şərəfini qoruyur.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Deklan Rays – ÇL-də həftənin oyunçusu!

7 May 2026 at 21:30

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin cavab oyunlarının ən yaxşısı seçilib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, bu gün ÇL-də həftənin oyunçusu açıqlanıb. Bu ada Deklan Rays layiq görülüb. O, digər namizəd Vilyan Paçonu (PSJ) geridə qoymağı bacarıb.

26 yaşlı oyunçu ÇL-in yarımfinal mərhələsi çərçivəsində doğma meydanda qarşılaşdıqları “Atletiko” (Madrid, İspaniya) ilə matçda komandasının 1:0 hesablı qələbəsinə inamlı oyunu ilə töhfə verib. “Topçular” qələbə sayəsində qitənin ən nüfuzlu klub turnirinin finalına vəsiqə qazanıb.

“Arsenal” mayın 30-da baş tutacaq final qarşılaşmasında Fransa təmsilçisi PSJ ilə üz-üzə gələcək.

Xatırladaq ki, Deklan Rays futbola “Çelsi”də qədəm qoyub. Amma hələ yeniyetmə ikən “zadəganlar”ın düşərgəsindən “Vest Hem”ə keçmiş Rays “çəkicdöyənlər”in uğurları üçün çalışıb.

Rays “Arsenal”a 2023-cü ilin iyulunda 116,6 milyon avro məbləğ müqabilində “Vest Hem”dən keçib. “Dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rays “Arsenal”ın heyətində 52 oyun keçirib, 5 qol vurub, 11 məhsuldar ötürmə verib. Raysın “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi 155 oyun, 21 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 72 oyuna çıxıb, 6 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. “Üç şir”ə qədər Rays irland köklərinə əsaslanaraq İrlandiya yığması üçün oynayıb, aşağı yaş yığmaları ilə yanaşı, əsas yığmada da 3 oyun keçirib.

Deklan Raysın qənimətlər muzeyində “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var. Həmçinin Rays 2022/2023-cü illər mövsümü üçün “Vest Hem”in ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 27 yaşlı ingiltərəli dayaq yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Azərbaycan Kubokunda 32-ci final

7 May 2026 at 21:00

Peşəkar Futbol Liqası (PFL) futbol üzrə Azərbaycan Kubokunda indiyə qədər keçirilmiş bütün finalların siyahısını açıqlayıb.

Arena.az xəbər verir ki, Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün final görüşü mayın 13-də “Neftçi Arena”da baş tutacaq.

PFL bu oyundan öncə kubokla bağlı müxtəlif statistikalar açıqlamağa başlayıb.

Azərbaycan Kubokunun indiyə qədər keçirilmiş bütün finallarının siyahısını təqdim edirik:

  1. “Kür” – “İnşaatçı” (Bakı) 1:2
  2. “İnşaatçı” (Sabirabad) – “Qarabağ” 0:1
    1993/1994. “Kəpəz” – “Xəzər” (Lənkəran) 2:0
    1994/1995. “Neftçi” – “Kür-Nur” 1:0
    1995/1996. “Neftçi” – “Qarabağ” 3:0
    1996/1997. “Kəpəz” – “Xəzri” 1:0
    1997/1998. “Kəpəz” – “Qarabağ” 2:0
    1998/1999. “Şəmkir” – “Neftçi” 0:0, pen. 3:5
    1999/2000. “Kəpəz” – “Qarabağ” 2:1
    2000/2001. “Şəfa” – “Neftçi” 2:1
    2001/2002. Yarımçıq qalıb
    2002/2003. Keçirilməyib
    2003/2004. “Şəmkir” – “Neftçi” 0:1
    2004/2005. “İnter” – “Bakı” 1:2
    2005/2006. “Qarabağ” – “Karvan” 2:1
    2006/2007. “Xəzər-Lənkəran” – “MKT-Araz” 1:0
    2007/2008. “Xəzər-Lənkəran” – “İnter” 2:0
    2008/2009. “İnter” – “Qarabağ” 0:1
    2009/2010. “Xəzər-Lənkəran” – “Bakı” 1:2
    2010/2011. “Xəzər Lənkəran” – “İnter” 1:1, pen. 4:2
    2011/2012. “Neftçi” – “Bakı” 0:2
    2012/2013. “Neftçi” – “Xəzər Lənkəran” 0:0, pen.5:3
    2013/2014. “Qəbələ” – “Neftçi” 1:1, pen. 2:3
    2014/2015. “Qarabağ” – “Neftçi” 3:1
    2015/2016. “Qarabağ” – “Neftçi” 1:0, ə.v.
    2016/2017. “Qarabağ” – “Qəbələ” 2:0
    2017/2018. “Keşlə” – “Qəbələ” 1:0
    2018/2019. “Qəbələ” – “Sumqayıt” 1:0
    2019/2020. Yarımçıq qalıb
    2020/2021. “Keşlə” – “Sumqayıt” 2:1
    2021/2022. “Qarabağ” – “Zirə” 1:1, pen.4:3
    2022/2023. “Qəbələ” – “Neftçi” 1:0 ə.v.
    2023/2024. “Qarabağ” – “Zirə” 2:1
    2024/2025. “Sabah” – “Qarabağ” 3:2, ə.v.
    2025/2026. “Sabah” – “Zirə”

“Böyük Dəbilqə”: Astanada ilk rəqiblər bəlli oldu

7 May 2026 at 20:30

Mayın 7-də Qazaxıstanın paytaxtı Astana şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparacaq.

8-10 may aralığında keçiriləcək Astanadakı “Böyük Dəbilqə” turnirində ilk yarış günü təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 16:00-da start götürəcək.

Kişilər

-66 kq, 1/16 final
Rəşad Yelkiyev – Hyonu An (Koreya)
Turan Bayramov – Matteo Piras (İtaliya)

-73 kq, 1/8 final
Rəşid Məmmədəliyev – Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə

-90 kq, 1/16 final
Aslan Kotsoyev – Aybol Nissanali (Qazaxıstan)

+100 kq, 1/8 final
Camal Feyziyev – Yakub Sordil (Polşa)
Uşanqi Kokauri – Jantilek Nurtilepuli (Qazaxıstan)

Qadınlar

-48 kq, 1/16 final
Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)

-48 kq, 1/8 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə

-52 kq, 1/16 final
Leyla Əliyeva – Taniştha Tokas (Hindistan)

-52 kq, 1/8 final
Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan)

-70 kq, 1/8 final
Südabə Ağayeva – Miriam Butkereyt (Almaniya)

Yüksək Liqa: “Neftçi” və “Araz”dan inamlı qələbə

7 May 2026 at 20:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, hər iki görüş eyni gündə keçiriləcək.

Komandalar “Olimpik Star”da üz-üzə gələcəklər. Əvvəlcə, “Baku Fire” lider “Neftçi” İK ilə qarşılaşacaq. Günün digər oyunu son çempion “Araz-Naxçıvan”la U-19 millimiz arasında baş tutacaq.

“Şuşa” isə bu turda meydana çıxmadan 3 xal qazanacaq. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılacaq.

Yüksək Liqa
19-cu tur
7 may

Baku Fire – Neftçi İK 1:5
Qollar: Məhəmməd Abbasov, 37:03 – Lukas Ramos, 2:59; 14:11. Allef Mayolli, 6:39; 13:41. Markus Vinisius, 19:03.
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Araz-Naxçıvan – U-19 12:2
Qollar: Alleks, 2:22; 18:38. Teyşeyra Barbos, 3:00; 11:25; 12:48. Filipe De Lima, 11:00. Əmirhüsseyn Rəsuli, 15:39; 29:25. Turan Azayev, 16:12-öz qapısına. Ülvi Əliyev, 21:53. Mirzə Əmirov, 32:58. Covanni, 35:36 – İsmayıl Əhmədov, 22:10. Fərid Kərimli, 23:45.
Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Hikmət Qafarlı.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 16:30.

Xallar: Neftçi İK – 52. Araz-Naxçıvan – 49. Baku Fire – 35. Şuşa – 21. U-19 – 12. Lənkəran – 0.

Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 37. Yaqo Henrike (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”), Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.

Əvəzedicilər: “Neftçi”dən “Araz”a 4 cavabsız qol

7 May 2026 at 19:30

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 25-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Neftçi”nin ikinci komandası doğma meydanda “Araz-Naxçıvan-2” ilə qarşılaşıb. Meydan sahibləri 3 xalı 4 cavabsız qolla qazanıblar.

25-ci turun qalan oyunları mayın 8-də, 9-da və 10-da keçiriləcək.

Əvəzedicilər Liqası
25-ci tur
7 may

“Neftçi-2” – “Araz-Naxçıvan-2” 4:0
Qollar: Məhəmməd Məmmədli, 13. Fərid Səfərli, 31. Mirşahbaz Şahbazov, 45+2. Nurlan Musayev, 83.
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Ləman Əmirli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Müzəffər Müzəffərli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

8 may

“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Əliyar Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Vüqar Alıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Xatirə Aslanova.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Turan Tovuz-2” – “Qarabağ-2”
Hakimlər: Elçin Abdullayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

9 may

“Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Rüfət Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30.

10 may

“Qəbələ-2” – “Sabah-2”
Hakimlər: İslam Məmmədov, Kamran Bayramov, Rəşad Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

Rəhim Həsənov 10 mübahisəli epizodu şərh etdi – Video

7 May 2026 at 19:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 30-cu turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 30-cu turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.

Rəhim Həsənov bütövlükdə 4 oyunda qeydə alınmış 10 mübahisəli epizoda şərh verib. Ən çox (4) “Kəpəz” – “Sumqayıt” oyununda mübahisəli epizod qeydə alınıb. “Şamaxı” – “Sabah” görüşündə 3, “Karvan” – “Neftçi” matçında 2 belə epizod var. “Zirə” – “Qəbələ” oyununda da hakimin bir qərarı mübahisə doğurub. Lakin Hakimlər Komitəsinin sədri bütün epizodlarda ədalət təmsilçilərinin doğru qərarlar verdiyini bəyan edib.

Maraqlıdır ki, 10 mübahisəli epizoddan 8-i əllə oyuna görədir.

Qalan iki oyunda isə hakimlərin mübahisəli qərarları olmayıb.

AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Birinci Liqa: “Cəbrayıl” “Baku Sportinq”ə uduzdu

7 May 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Cəbrayıl” “Baku Sportinq”i qəbul edib. Beş qolluq görüşdə qonaqlar qələbə qazanıblar.

Birinci Liqa
25-ci tur
5 may

“Şahdağ Qusar” – “Mingəçevir” 2:0
Qollar: Kvaku Adjey, 10. Aqostinyo Çipesse, 72.
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

6 may

“Şimal” – MOİK 1:1
Qollar: Ange Donald Qla, 40 – Seyxan Fərəcov, 85
Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

“Difai” – “Şəfa” 0:0
Hakimlər: İslam Məmmədov, Rəşad Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Buzovna qəsəbə stadionu. 16:00.

“Zaqatala” – “Səbail” 0:3
Qollar: Afonso Almeyda, 20; 34. Paulo Rikardo, 81.
Hakimlər: Kamran Əliyev, Mirnihad Seyidov, Anar Bədəlov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

7 may

“Cəbrayıl” – “Baku Sportinq” 2:3
Qollar: Dileyn Açimi, 23. Arsene Dauda, 65 – Elşad Tağıyev, 28; 70; 86.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

Xviça Kvaratsxeliya ÇL-in tarixinə düşdü

7 May 2026 at 17:00

UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”lə cavab oyunu PSJ-nin gürcü hücumçusu Xviça Kvaratsxeliya üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Münhendə baş tutmuş cavab matçında (1:1) məhsuldar ötürmə müəllifi olan futbolçu ardıcıl 7-ci oyunda qolun vurulmasında iştirak edib.

Bununla da o, Çempionlar Liqasının tarixinə düşüb. Kvaratsxeliya turnir tarixində pley-off mərhələlərində bu göstəriciyə imza atmış ilk oyunçudur.

Xviça cari mövsümdə ÇL-də 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xatırladaq ki, PSJ Kvaratsxeliyanı 2025-ci il yanvarında heyətinə qatıb. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədərdir. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən 70 milyon avro məbləğ müqabilində keçib.

Xviça indiyə qədər PSJ-nin heyətində 76 oyuna çıxıb, 26 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi”, “Dinamo” (Tiflis) və “Napoli” komandalarında oynayıb. O, Neapol klubu ilə İtaliya çempionu olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 49 oyuna 22 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Volkan Demirel “Gənclərbirliyi” ilə yenə erkən ayrıldı

5 May 2026 at 16:30

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” komandasının baş məşqçisi Volkan Demirel istefaya göndərilib.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

44 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında görüş keçirilib. Tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırmağa qərar veriblər.

Xatırladaq ki, Volkan Demirel ötən ilin oktyabr ayının sonunda “Gənclərbirliyi” komandasına baş məşqçi təyin edilmiş, lakin cəmi 2 ay sonra istefa vermişdi. Bu ilin mart ayında bu kluba qayıtmış Volkanın fəaliyyət müddəti yenə 2 ay sürüb.

Demirel sözügedən komandanı əvvəlki fəaliyyəti dövründə cəmi 6 oyuna çıxarmış, 3 qələbə və 3 məğlubiyyət görmüşdü. Bu dəfə isə o, “Gənclərbirliyi”nin sükanı arxasında 9 oyuna çıxıb, 2 qələbə, 1 heç-heçə və 6 məğlubiyyət görüb.

Demirel daha öncə “Fənərbağça”da köməkçi, “Karagümrük”, “Hatayspor” və “Bodrumspor”da baş məşqçi kimi çalışıb.

“Gənclərbirliyi” Türkiyə Super Liqasının cari mövsümündə 32 oyunda topladığı 28 xalla 16-cı pillədə qərarlaşıb.

Markinyos Roberto Karlosun ÇL rekordunu qırdı

7 May 2026 at 16:00

Futbol üzrə Braziliya milli komandasının və Fransanın PSJ klubunun kapitanı Markinyos UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

Arena.az xəbər verir ki, “Bayern”lə yarımfinalın cavab matçda meydana çıxmış müdafiəçi turnirdə ən çox oyun keçirən braziliyalı futbolçu olub.

Bu, 32 yaşlı futbolçunun ÇL-dəki 121-ci matçı olub.

Təcrübəli müdafiəçi ötən gecə keçirilən görüşdən sonra Roberto Karlosa məxsus rekordu qırıb. Keçmiş müdafiəçi UEFA Çempionlar Liqasında 120 oyun keçirmişdi.

Xatırladaq ki, Markinyos PSJ-yə 2013-cü ilin iyul ayında 31,4 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Braziliyalı müdafiəçinin Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə braziliyalı müdafiəçi PSJ-nin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 2 qol vurub.

Markinyosun Fransa nəhənginin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 520 oyun, 43 qol və 12 məhsuldar ötürmə.

Braziliyalı futbolçu PSJ ilə 10 dəfə Fransa Liqa 1-in, 8 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 10 dəfə Fransa Super Kubokunun, həmçinin UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun qalibi olub.

Markinyos 2013-cü ilin noyabrında debüt etdiyi Braziliya millisinində 104 oyuna 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2016-cı il Rio-de-Janeyro Olimpiadasınını qalibi olub, həmçinin, 2019-cu il Amerika Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

ÇL tarixində ilk dəfə iki ispan baş məşçqi üz-üzə

7 May 2026 at 15:00

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) tarixində ilk dəfə iki ispaniyalı baş məşqçi bu turnirin finalında üz-üzə gələcək.

Arena.az xəbər verir ki, bu, İngiltərənin “Arsenal” və Fransanın PSJ komandalarının həlledici matça vəsiqə qazanması sayəsində mümkün olub.

London təmsilçisində Mikel Arteta, Paris klubunda isə Luis Enrike titula sahib çıxmağa çalışacaq.

Əvvəllər UEFA Çempionlar Liqası və Çempionlar Kubokunda eyni ölkə mütəxəssisləri 4 dəfə münasibətlərə aydınlıq gətiriblər.

Bu, 1979-cu ildə “Nottinqem Forest” (Brayan Klaf) – “Malmö” (Bob Hafton), 2003-cü ildə “Yuventus” (Marçello Lippi) – “Milan” (Karlo Ançelotti), 2013-cü ildə “Borussiya” (Dortmund, Yurgen Klopp) – “Bayern” (Yupp Haynkes), 2020-ci ildə PSJ (Tomas Tuxel) – “Bayern” (Hansi Flik) matçlarında yaşanıb.

Onlar müvafiq olaraq İngiltərə, İtaliya və Almaniyadan (hər ikisi) olan baş məşqçilər idilər. İspaniyalı mütəxəssislər isə ilk dəfə ÇL-in finalında qarşılaşacaqlar.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı mayın 30-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Luis Enrike: “Ardıcıl 2-ci dəfə finala çıxmaq inanılmazdır”

7 May 2026 at 14:00

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, Fransa və Almaniya nəhəngləri arasında ötən gecə Münhendə baş tutmuş cavab görüşü 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İlk oyunda 5:4 hesablı qələbəyə sevinmiş Paris klubu finala yüksəlib. Luis Enrike matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, çox yüksək səviyyəli matç idi. Oyuna inamlı başladıq, qoldan sonra isə daha çox imkanlarımız yarandı. Yenidən necə komanda olduğumuzu göstərdik və lazım olduğu kimi çıxış etdik. Ardıcıl ikinci dəfə finala çıxmaq inanılmazdır. Biz çox xoşbəxtik”.

İspaniyalı mütəxəssis finala qədər asan yol keçmədiklərini bildirib:

“Püşk bizi ən çətin rəqiblərlə üz-üzə qoydu. Necə ki, tez-tez olur. Buna baxmayaraq, yenə bir final oynayacağıq. Bu, klub üçün tarixi məqam və Çempionlar Liqasını qazanmaq uğrunda mübarizəni davam etdirmək baxımından şansdır. Ötən il tarix yazdıq və indi həmin impulsu qorumaq, kluba müsbət emosiyalar gətirmək istəyirik”.

Luis Enrike finalda qarşılaşcaqları “Arsenal” və onun baş məşqçisi Mikel Arteta haqda da fikirlərini bildirib:

“Arteta ilə çox yaxşı münasibətim var. Çünki o, çox gənc vaxtlarında “Barselona”da mənimlə komanda yoldaşım olub. Əla komanda qurub, bir neçə ildir orada çalışır və necə məşqçi olduğunu görmək mümkündür. Çətin olacağını başa düşürəm. Amma biz öz oyun üslubumuza və məqsədlərimizə inanırıq. Əminəm ki, sona qədər mübarizə aparacağıq”.

Xatırladaq ki, PSJ ilə “Arsenal” arasında final oyunu mayın 30-da Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da keçiriləcək. Həlledici oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Niklas Süle karyerasını başa vurdu – 30 yaşında

7 May 2026 at 13:00

Futbol üzrə Almaniya yığmasının və Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Niklas Süle karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.

Almaniya millisinin sabiq üzvü aprelin 18-də “Hoffenhaym”a uduzduqları (1:2) oyunda zədələndikdən sonra bu qərarı verib:

“Karyeramı başa vurduğumu elan etmək istəyirəm. “Hoffenhaym”la oyundan sonra həkimimiz paltardəyişmə otağında məni müayinə etdi, fizioterapevtə baxdı və başını yellədi. Duşa girdim və təxminən 10 dəqiqə ağladım. Düşündüm ki, vəziyyət çox pisdir. Ertəsi gün MRT müayinəsinə getdim və xoş xəbər aldım. Mənə 1000 faiz aydın oldu ki, artıq özümü riskə atmamalıyam. Budur, hər şey bitdi. Yaşamaq, tətilə getmək, uşaqlarımla vaxt keçirmək şansını gözləyərkən 3-cü dəfə açıq diz zədəsindən daha pis bir şey təsəvvür edə bilməzdim”.

Xatırladaq ki, Niklas Süle “Hoffenhaym”ın yetirməsidir. O,
sözügedən komandanın heyətində 117 oyun keçirib, 8 qol və 4 assistlə yadda qalıb. 2017-2022-ci illər aralığında Almaniya nəhəngi “Bayern”də çıxış etmiş futbolçu burada 171 oyunda 7 qol və 5 assist müəllifi olub. Müdafiəçi 2022-ci ildən Dortmund “Borussiya”sının şərəfini qoruyurdu. Alman futbolçu bu komandanın heyətində 109 oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Süle klub karyerasındakı bütün titullarını (14) “Bayern”lə qazanıb:

UEFA Çempionlar Liqası (2019/2020)
UEFA Super Kuboku (2020/2021)
FİFA Klub Dünya Kuboku (2020/2021)
Almaniya Bundesliqası (2017/2018, 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022)
Almaniya Kuboku (2018/2019, 2019/2020)
Almaniya Super Kuboku (2017/2018, 2018/2019, 2020/2021, 2021/2022)

Almaniyalı futbolçu 2017-2023-cü illər aralığında ölkəsinin əsas millisinin heyətində 49 oyun keçirib, 1 qol vurub. O, milli komanda ilə 2017-ci ildə FİFA Konfederasiyalar Kubokunun qalibi olub.

FIFA “Neftçi”yə transfer qadağası qoydu – Rəsmi

7 May 2026 at 12:00

Dünyanın ən ali futbol qurumu FIFA Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” klubuna transfer qadağası qoyub.

Arena.az xəbər verir ki, bununla bağlı qərar FİFA-nın rəsmi saytında dərc olunub.

Cəzanın səbəbi açıqlanmayıb. Lakin adətən belə qərarlar ya klubun hazırkı və ya sabiq futbolçuları/məşqçiləri qarşısında borcları və ya maliyyə tələblərini pozmasına görə qəbul olunur.

Rəsmən təsdiqlənməsə də, cəzanın vaxtilə paytaxt klubunda çıxış etmiş Alessio Kurçiyə qalmış borcun tam ödənilməməsi ilə bağlı olduğu bildirlir.

“Neftçi” ilə bağlı qərar qarşıdakı 3 transfer dövrünü əhatə edir: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri. Bu o deməkdir ki, qadağa müddəti dəyişilməsə, “Neftçi” yeni oyunçu transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcək. Lakin paytaxt klubundan verilən məlumata görə, transfer qadağası tezliklə aradan qaldırılacaq. Bir futbolçu ilə bağlı borcun tam bağlanmasından sonra bu prolemin də yoluna qoyulacağı gözlənilir.

Yüksək Liqa: Bu gün 19-cu turun oyunları keçiriləcək

7 May 2026 at 11:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, hər iki görüş eyni gündə keçiriləcək.

Komandalar “Olimpik Star”da üz-üzə gələcəklər. Əvvəlcə, “Baku Fire” lider “Neftçi” İK ilə qarşılaşacaq. Günün digər oyunu son çempion “Araz-Naxçıvan”la U-19 millimiz arasında baş tutacaq.

“Şuşa” isə bu turda meydana çıxmadan 3 xal qazanacaq. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılacaq.

Yüksək Liqa
19-cu tur
7 may

Baku Fire – Neftçi İK
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Araz-Naxçıvan – U-19
Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Hikmət Qafarlı.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 16:30.

Xallar: Neftçi İK – 49. Araz-Naxçıvan – 46. Baku Fire – 35. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.

Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 35. Yaqo Henrike (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”), Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.

Konfrans Liqasında finalçılar müəyyənləşir

7 May 2026 at 10:00

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutacaq.

“Rayo Valyekano” Fransanın “Strasburq” komandasını sınağa çəkəcək. Bu komandaların ilk görüşündə İspaniya təmsilçisi tək qolla qalib gəlib.

Günün digər oyununda Ukraynanın “Şaxtyor” (Donetsk) komandası İngiltərə təmsilçisi “Kristal Pelas”ın qonağı olacaq. İlk görüş “Şaxtyor”un məğlubiyyəti ilə yekunlaşıb.

Xatırladaq ki, Avropa Konfrans Liqasında final görüşü mayın 27-də Almaniyanın Leypsiq şəhərində keçiriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
7 may

23:00. Strasburq (Fransa) – Rayo Valyekano (İspaniya)
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Strasburq. “Stad de la Menyu”.
İlk oyun 0:1.

23:00. Kristal Pelas (İngiltərə) – Şaxtyor (Donetsk, Ukrayna)
Baş hakim: Alexandro Hernandes (İspaniya).
London. “Selhurst Arena”.
İlk oyun 3:1

Avroliqa: Bu gün hər iki finalçı bəlli olacaq

7 May 2026 at 09:00

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutacaq.

“Frayburq” Almaniyada Portuqaliyanın “Braqa” komandasını sınağa çəkəcək. Bu komandaların ilk görüşündə “Braqa” qalib gəlib.

Günün digər oyununda İngiltərənin iki təmsilçisi – “Nottingem Forest”lə “Aston Villa” qarşılaşacaq. İlk görüşdə tək qolla uduzmuş “Aston Villa” evdə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Xatırladaq ki, Avroliqada final görüşü mayın 20-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
7 may

23:00. Frayburq (Almaniya) – Braqa (Portuqaliya)
Baş hakim: Davide Massa (İtaliya).
Frayburq. “Europa Park” stadionu.
İlk oyun 1:2.

23:00. Aston Villa (İngiltərə) – Nottingem Forest (İngiltərə)
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Birmingem. “Villa Park” stadionu.
İlk oyun 0:1.

ÇL: PSJ yenidən finalda!

7 May 2026 at 01:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün sonuncu finalçısı müəyyənləşib.

Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab oyununda Almaniyanın “Bayern” komandası ÇL-in sonuncu qalibi PSJ-ni qəbul edib.

“Alyans Arena” stadionunda baş tutmuş qarşılaşmanı Portuqaliyadan olan Pineyro idarə edib.

Xatırladaq ki, bu komandalar arasında Paris şəhərində baş tutmuş ilk görüşdə PSJ 5:4 hesablı qələbəyə sevinmişdi. Bu görüşdə isə 2 qol qeydə alınıb. Heç-heçə nəticəsində Fransa çempionu yenidən ÇL-in finalına yüksəlib.

Daha öncə İngiltərənin “Arsenal” komandası İspaniya təmsilçisi “Atletiko” üzərində qələbə sayəsində finala vəsiqəni təmin etmişdi.

Beləliklə, mayın 30-da Macarıstanın Budapeşt şəhərində baş tutacaq həlledici oyunda PSJ ilə “Arsenal” üz-üzə gələcəklər.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
5 may

Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol: Bakayo Saka, 44.
Baş hakim: Daniel Zibert (Almaniya).
London. “Emireyts” stadionu.
İlk oyun – 1:1.

6 may

Bayern (Almaniya) – PSJ (Fransa) 1:1
Qollar: Harri Keyn, 90+4 – Usman Dembele, 3.
Baş hakim: Pineyro (Portuqaliya).
Münhen. “Alyans Arena”.
İlk oyun – 4:5.

Zamiq Əliyev Albaniyada Vüsal İsgəndərlini məyus etdi

6 May 2026 at 22:00

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 35-ci turu çərçivəsində “Partizani” ilə qarşılaşıb.

Hansı ki, “Partizani”də də digər azərbaycanlı futboçu Vüsal İsgəndərli çıxış edir. “Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Azərbaycanlı futbolçular matça start heyətdə başlayıblar. Vüsal fasilədə əvəzlənib. Zamiq isə 90 dəqiqə meydanda qalıb. Komandasının ilk qolunu da Əliyev vurub. O, 17-ci dəqiqədə fərqlənməklə qələbənin təməlini qoyub.


“Eqnatiya” 35 turdan sonra 57 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 35 oyunda 16 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

“Partizani” isə 35 turdan sonra 45 xalla 5-cidir. Sözügedən komanda 35 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 71 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Vüsal İsgəndərli isə Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 35 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

U-16 millimiz Litva ilə matçda 4 qola üzüldü

6 May 2026 at 21:00

16 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-16) Bakıda təşkil olunmuş UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, milli komandamız Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Binə stadionunda təşkil edilmiş görüş rəqib komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 25-ci dəqiqədə penaltidən fərqlənmiş Xədicə Rəhimova vurub.

Günün digər matçında Rumıniya yığması Gürcüstan seçməsini 2:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Azərbaycan millisi turnir çərçivəsində növbəti oyununu mayın 8-də Rumıniya yığmasına qarşı keçirəcək.

U-16 millimizi mayın 11-də Gürcüstan yığması ilə də görüş gözləyir.

Premyer Liqa: 31-ci turun hakim təyinatları açıqlandı

6 May 2026 at 20:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqsının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 31-ci turun oyunları mayın 8-də, 9-da və 10-da keçiriləcək.

Premyer Liqa
31-ci tur
8 may

16:30. “İmişli” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Cəmil Quliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

19:30. “Sabah” – “Kəpəz”
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Fərid Hacıyev.
AVAR: Teymur Teymurov.
“Masazır Arena”.

9 may

17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Qəbələ şəhər stadionu.

19:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

10 may

17:00. “Turan Tovuz” – “Karvan”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Namik Hüseynov.
Tovuz şəhər stadionu.

19:30. “Neftçi” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov.
VAR: Rəşad Əhmədov.
AVAR: Müslüm Əliyev.
“Neftçi Arena”.

Aziz Yıldırım yenidən “Fənər”ə prezident seçilə bilər

6 May 2026 at 19:00

Türkiyənin “Fənərbaxça” klubunun sabiq prezidenti Aziz Yıldırım yenidən İstanbul təmsilçisinin prezidenti postuna namizədliyini irəli sürüb.

Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

74 yaşlı iş adamı iyunun əvvəlində keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib. O, prezident seçkilərində namizəd olan Barış Göktürk və Hakan Safi kimi şəxslərə onunla birləşməyi təklif edib. B.Göktürk açıqlamasında sadəcə Aziz Yıldırıma görə namizədlikdən çəkilə biləcəyini deyib.

Xatırladaq ki, “Fənərbaxça”da prezident seçkiləri 6-7 iyun tarixlərində keçiriləcək.

Aziz Yıldırım 1998-ci ildən 2018-ci ilə qədər “Fənərbaxça” klubunun prezidenti postunda çalışıb. Onun dövründə bu klubun həm futbol, həm də digər komandaları çoxsaylı titullar qazanıblar. Amma Aziz Yıldırımın klubdan ayrılmasından etibarən komanda heç bir uğur qazana bilmir. Xüsusilə də illərdir çempionluğa həsrət olan “Fənərbağça”nın əsas komandası onun rəhbərliyi dövründə 6 dəfə Türkiyə çempionu olub, 2 dəfə Türkiyə Kubokunu qazanıb.

Birinci Liqa: “Şəfa” büdrədi, “Səbail” 3 qola sevindi

6 May 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Şimal” – MOİK matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Lider “Şəfa” autsayder “Difai”nin qonağı olub. Matç qolsuz bərabəriklə yekunlaşıb. Halbuki, “Şəfa” qalib gələcəyi halda çempionluğunu erkən rəsmiləşdirəcəkdi. Amma sözügedən komanda bu şansı əldən verib.

Xatırladaq ki, reqlamentə əsasən, Birinci Liqada çempion olan komanda növbəti mövsüm üçün Pemyer Liqaya birbaşa vəsiqə qazanır.

Bu gün 2-ci yerdəki “Səbail” də “Zaqatala”nın qonağı olub. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Səbail” lider “Şəfa” ilə xal fərqini azaldıb.

25-ci tura mayın 7-də keçiriləcək “Cəbrayıl” – “Baku Sportinq” oyunu ilə yekun vurulacaq.

Birinci Liqa
25-ci tur
5 may

“Şahdağ Qusar” – “Mingəçevir” 2:0
Qollar: Kvaku Adjey, 10. Aqostinyo Çipesse, 72.
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

6 may

“Şimal” – MOİK 1:1
Qollar: Ange Donald Qla, 40 – Seyxan Fərəcov, 85
Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

“Difai” – “Şəfa” 0:0
Hakimlər: İslam Məmmədov, Rəşad Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Buzovna qəsəbə stadionu. 16:00.

“Zaqatala” – “Səbail” 0:3
Qollar: Afonso Almeyda, 20; 34. Paulo Rikardo, 81.
Hakimlər: Kamran Əliyev, Mirnihad Seyidov, Anar Bədəlov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

7 may

“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

“Arsenal” 20 il sonra finala çıxdı, 55 il əvvəlki rekordu təkrarladı

6 May 2026 at 17:00

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin “Atletiko” ilə cavab oyunu “Arsenal” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, London təmsilçisi evdə 1:0 hesablı qələbə qazanmaqla (ilk oyun 1:1) qitənin ali klub turnirində finala yüksəlib.

Bununla da “topçular” 20 il sonra ÇL-in finalında çıxış etmək hüququ qazanıblar.

İngiltərə klubu həm də 55 il əvvəlki rekordunu təkrarlayıb. Paytaxt komandası cari mövsümdə 41-ci qalibiyyətini əldə edib. Bu, XXI əsrdə londonlular üçün ən yaxşı nəticədir və bundan əlavə, klub rekordunun təkrarlanması deməkdir. “Arsenal” 1970/1971-ci illər mövsümündə də 41 qələbəyə çatmışdı. “Topçular” həmin vaxt İngiltərə Federasiya Kubokunu qazanmışdılar.

Xatırladaq ki, Premyer Liqada da uğurlu çıxışını davam etdirən Mikel Artetanın komandası hazırda bu turnirin yarış cədvəlində 76 xalla liderdir.

Mikel Arteta: “Hamımız birlikdə tarix yazdıq”

6 May 2026 at 13:00

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasında yarımfinalında “Atletiko”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İngiltərə və İspaniya təmsilçiləri arasında ötən gecə Londonda baş tutmuş cavab görüşü “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün evdəki qələbə ingilisləri finala daşıyıb. Mikel Arteta qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Möhtəşəm bir axşamdır. Hamımız birlikdə tarix yazdıq. Bu uğurda payı olan hər kəs üçün şadam. Tribunalar bizi çox xüsusi və özünəməxsus şəkildə qarşıladı. Stadionda əla atmosfer var idi. Bunun bizm üçün nə qədər əhəmiyyətli olduğunu bir daha başa düşdük. 20 ildən sonra tarixdə 2-ci dəfə UEFA Çempionlar Liqasının finalındayıq.

Klubu məqsədlərinə çatdırmaq öhdəliyimizdə birik. Bəzən uğursuzluqlarımız olub, bu, qaçılmazdır. Biz sevgi ilə, həvəslə çalışdıq və gördüyümüz işə inandıq. Budur, bizi Budapeştdə xüsusi bir gün gözləyir”.

Xatırladaq ki, “Arsenal” finalda “Bayern” – PSJ cütünün qalibi ilə qarşılaşacaq.

Halk “Fluminense”də – Rəsmi

6 May 2026 at 12:00

Bir neçə gün öncə “Atletiko Mineyro”dan ayrılmış braziliyalı hücumçu Halk bundan sonra “Fluminense”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, 39 yaşlı forvard yeni klubu ilə 2027-ci ilin sonuna qədər anlaşıb.

O, “Fluminense”yə azad agent kimi qoşulub.

Braziliya klubunun rəsmi açıqlamasında Halkun zəngin karyerasına diqqət çəkilib: “Braziliyanın həqiqətən seçilən futbolçularından biri ilə 31 dekabr 2027-ci ilə qədər müqavilə imzaladıq. Halk çıxış etdiyi bütün klublarda çempionluqlar qazanıb”.

Xatırladaq ki, hücumçu son olaraq “Atletiko Mineyro” klubunda çıxış edib. Tərəflər mayın 1-də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Halk 2021-ci ilin fevral ayından “Atletiko Mineyro”nun uğurları üçün çalışırdı. Təcrübəli forvard bu komandanın heyətində bütövlükdə 309 oyun keçirib, 140 qol vurub, 56 məhsuldar ötürmə verib.

Braziliyalı hücumçu daha öncə “Portu”, “Zenit”, “Tokio Verdi”, “Konsadole Sapporo”, “Şanxay”, “Kavasaki Frontale”, “Vitoriya” (Salvador) kimi klubların da formasını geyinib.

Halk 2009-cu ilin noyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 49 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermakt” intenet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

AFFA Rəvana 1 oyunluq cəza verdi

6 May 2026 at 16:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 24-cü turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 24-cü tur

“Qarabağ-2” – “Zirə-2” oyununda “Zirə”nin futbolçusu Rəvan Qaraəhmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb. “Zirə-2” buna görə 50 manat cərimə edilib. Meydançaya kənar şəxs daxil olduğuna görə Ağdam komandası 250 manat cərimə edilib.

“Sabah-2” – “Kəpəz-2” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 70 manat cərimə edilib.

AFFA “Araz Saatlı”nı 150, “Şirvan”ı 200 manat cərimələdi

6 May 2026 at 15:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 25-ci turu ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 25-ci tur

“Göygöl” – “Ağstafa Gəncləri” oyununda “Göygöl”ün 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Ağstafa Gəncləri” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün Ağstafa təmsilçisi 70 manat cərimə edilib.

“Ağdaş” – “Araz Saatlı” oyununda “Ağdaş”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün Saatlı komandası 70 manat cərimə edilib. Oyun “Araz Saatlı”nın qapıçısının formasında qüsur olması səbəbindən gec başladığına görə Saatlı komandası 150 manat cərimə ödəyəcək.

“Quba” – “Xankəndi” oyununun 71-ci dəqiqəsində “Quba”nın futbolçusu Kamal Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Quba” buna görə 50 manat cərimə edilib.

“Şirvan” – “Şəmkir” oyunu bitdikdən sonra “Şirvan”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə sözügedən komanda 200 manat cərimə edilib.

AFFA Saşa İliçlə Riad Rəfiyevi cəzalandırdı

6 May 2026 at 14:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 30-cu turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az xəbər verir ki, bu turun yalnız bir görüşü ilə bağlı cəza tədbirləri görülməsinə ehtiyac duyulub.

AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edirik:

Azərbaycan Premyer Liqası, 30-cu tur

“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 5000 manat cərimə də ödəyəcək.

“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 5000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin edilib.

Əvəzedicilər Liqası: 25-ci turun təyinatları açıqlandı

6 May 2026 at 11:00

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 25-ci turun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

25-ci turun oyunları mayın 7-də, 8-də, 9-da və 10-da keçiriləcək.

Əvəzedicilər Liqası
25-ci tur
7 may

“Neftçi-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Ləman Əmirli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Müzəffər Müzəffərli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

8 may

“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Əliyar Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Vüqar Alıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Xatirə Aslanova.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Turan Tovuz-2” – “Qarabağ-2”
Hakimlər: Elçin Abdullayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

9 may

“Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Rüfət Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30.

10 may

“Qəbələ-2” – “Sabah-2”
Hakimlər: İslam Məmmədov, Kamran Bayramov, Rəşad Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

İkinci Liqa: 26-cı turun oyun cədvəli açıqlandı

6 May 2026 at 10:00

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Üç günü əhatə edəcək turun bütün görüşlərinə saat 17:00-da start veriləcək. Tura mayın 10-da start veriləcək. Sonuncu oyun isə ayın 12-də keçiriləcək.

İkinci Liqa
26-cı tur
10 may

“Araz Saatlı” – “Ağstafa Gəncləri”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00.

“Şəki” – “Göygöl”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00.

“Ağdaş” – “Kür-Araz”
Ağdaş şəhər stadionu. Saat 17:00.

11 may

“Xankəndi” – “Şirvan”
Şamaxı Olimpiya İdman Kompleksinin sadionu. Saat 17:00.

“Qaradağ Lökbatan” – “Quba”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00.

12 may

“Dinamo” – “Şəmkir”
Binə qəsəbə stadionu. Saat 17:00.

ÇL: İkinci finalçı Münhendə müəyyənləşir

6 May 2026 at 09:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün sonuncu finalçısı müəyyənləşəcək.

Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab oyununda Almaniyanın “Bayern” komandası ÇL-in sonuncu qalibi PSJ-ni qəbul edəcək.

“Alyans Arena” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, bu komandalar arasında Paris şəhərində baş tutmuş ilk görüşdə PSJ 5:4 hesablı qələbəyə sevinmişdi.

Daha öncə İngiltərənin “Arsenal” komandası İspaniya təmsilçisi “Atletiko” üzərində qələbə sayəsində finala vəsiqəni təmin edib.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
5 may

Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol: Bakayo Saka, 44.
Baş hakim: Daniel Zibert (Almaniya).
London. “Emireyts” stadionu.
İlk oyun – 1:1.

6 may

23:00. Bayern (Almaniya) – PSJ (Fransa)
Baş hakim: Pineyro (Portuqaliya).
Münhen. “Alyans Arena”.
İlk oyun – 4:5.

ÇL-də ilk finalçı “Arsenal” oldu

6 May 2026 at 00:55

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün ilk finalçısı müəyyənləşib.

Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Atletiko” komandası İngiltərədə “Arsenal”ın qonağı olub.

“Emireyts” stadionunda baş tutmuş qarşılaşmanı almaniyalı referi Daniel Zibert ibarə edib.

Xatırladaq ki, bu komandalar arasında Madrid şəhərində baş tutmuş ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1. Bu dəfə isə London təmsilçisi tək qolla qalib gələrək ilk finalçı olub.

Digər finalçı mayın 6-da bəlli olacaq. “Bayern” Almaniyada ÇL-in sonuncu qalibi olan Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada parislilər sevinən tərəf olublar – 5:4.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
5 may

Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol: Bakayo Saka, 44.
Baş hakim: Daniel Zibert (Almaniya).
London. “Emireyts” stadionu.
İlk oyun – 1:1.

6 may

23:00. Bayern (Almaniya) – PSJ (Fransa)
Baş hakim: Pineyro (Portuqaliya).
Münhen. “Alyans Arena”.
İlk oyun – 4:5.

“Beşiktaş”ı Türkiyə Kubokunda finala buraxmadılar

5 May 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

İlk finalçının adına “Beşiktaş” – “Konyaspor” matçında aydınlıq gəlib. Matçın taleyini bir qol həll edib. Son dəqiqələrdə penaltidən fərqlənmiş Konya təmsilçisi finala yüksəlib. “Beşiktaş” isə mübarizəni dayandırıb.

Türkiyə Kubokunda digər finalçının adına mayın 13-də keçiriləcək “Gənclərbirliyi” – “Trabzonspor” matçında aydınlıq gələcək.

Final qarşılaşması isə mayın 24-də baş tutacaq.

Türkiyə Kuboku
Yarımfinal
5 may

Beşiktaş – Konyaspor 0:1
Qol: Bardi, 90+8-pen.

13 may

21:30. Gənclərbirliyi – Trabzonspor

Cüdo millimizin Astanaya gedəcək heyəti açıqlandı

5 May 2026 at 23:00

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8–10 mayda Qazaxıstanın paytaxtı Astanada “Böyük Dəbilqə” turniri keçiriləcək.

Arena.az xəbər verir ki, yarışda 7 çəki dərəcəsində 11 cüdoçumuz (6 kişi, 5 qadın) mübarizə aparacaq.

İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.

Azərbaycan milli komandasının “Böyük Dəbilqə” turniri üçün heyəti təqdim edirik:

Kişilər

-66 kq
Rəşad Yelkiyev
Turan Bayramov

-73 kq
Rəşid Məmmədəliyev

-90 kq
Aslan Kotsoyev

+100 kq
Camal Feyziyev
Uşanqi Kokauri

Qadınlar

-48 kq
Könül Əliyeva
Şəfəq Həmidova

-52 kq
Gültac Məmmədəliyeva
Leyla Əliyeva

-70 kq
Südabə Ağayeva

Voleybol millilərimiz Avropa Liqası üçün hazırlığa başladılar

5 May 2026 at 22:30

Voleybol üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan milli komandaları qarşıdakı Avropa Liqasının hazırlığına start veriblər.

Arena.az xəbər verir ki, ilk olaraq fiziki hazırlıq üzrə çalışmalar həyata keçirən qadınlardan ibarət komandamız mayın 5-dən etibarən Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində geniş heyətlə əsas hazırlıq mərhələsinə başlayıb.

Təlim-məşq prosesinə ümumilikdə 26 voleybolçu cəlb olunub. Yığmamıza baş məşqçi Faiq Qarayev rəhbərlik edir.

Hazırlıq proqramına əsasən, komandamız Bakıda və ölkə xaricində təlim-məşq toplanışlarında olacaq, həmçinin bir sıra yoxlama oyunları keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları 5-7 iyun tarixlərində Bakıda baş tutacaq.

Kişilərdən ibarət millimiz də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təlim-məşq toplanışındadır. Komandamızın heyətinə 17 idmançı cəlb olunub. Yığmamız Avropa Liqasında yeni baş məşqçinin rəhbərliyi ilə mübarizə aparacaq.

Hazırlıq proqramına əsasən, milli komandamız Bakıda və ölkə xaricində təlim-məşq toplanışları keçəcək, həmçinin bir sıra yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları 5-7 iyun tarixlərində İsveçdə keçiriləcək.

Sonda onu da qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət milli komandasına yeni baş məşqçi təyin olunub. Komandamız qarşıdakı yarışlarda Boris Qrebennikovun rəhbərliyi ilə iştirak edəcək. Müxtəlif ölkələrdə fəaliyyət göstərmiş 67 yaşlı təcrübəli mütəxəssis həm klub, həm də milli komanda səviyyəsində bir sıra nailiyyətlər qazanıb.

“Sabah” ardıcıl 4-cü dəfə ABL-in qalibi oldu!

5 May 2026 at 22:00

“Sabah” bu gün keçirilmiş final oyunundan qələbə ilə ayrılaraq Azərbaycan Basketbol Liqasının (ABL) 2025/2026 mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, “bayquşlar” turnirin final seriyasının üçüncü oyununda da “Abşeron Lions”dan üstün olublar.

Bakı İdman Sarayında baş tutmuş həlledici görüş paytaxt təmsilçisinin 108:95 hesablı qələbəsi ilə bitib. Sözügedən komanda əvvəlki iki görüşdə də rəqibini məğlub etmişdi – 98:93, 112:84.

Beləliklə, “bayquşlar” 2025/2026-cı illər mövsümünün qızıl medallarına sahib çıxıblar. “Abşeron Lions” isə gümüş medallarla kifayətlənib.

Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə ən tez çatmış kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olur.

Həlledici oyundan sonra çempion komanda mükafatlandırılıb. “Bayquşlar”a çempionluq kubokunu və qızıl medalları gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim ediblər.

Mövsümü ikinci pillədə başa vurmuş “Abşeron Lions”un oyunçularına gümüş medallar təqdim olunub.

Bundan başqa, “Sabah”ın heyətində Castin Tilman mövsümün ən dəyərli oyunçusu seçilib və xüsusi mülafata layiq görülüb.

Qeyd edək ki, “Sabah” ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının (ABL) qalibi olub.

Minifutbol millimiz Monteneqroda çempion oldu

5 May 2026 at 21:30

Minifutbol üzrə Azərbaycanın milli komandası Monteneqroda təşkil edilmiş “Millətlər Oyunları” beynəlxalq turnirinin qalibi olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandamız Qazaxıstan və Monteneqro millilərinin iştirakı ilə keçirilmiş yarışda birinci olub.

Yığma üzvlərindən Vəli Qafarov turnirin ən yaxşı qapıçısı seçilib. İsa Atayev isə yarışın ən məhsuldar futbolçusu seçilib.

Xanlar Əliyev: “Turnirin Bakıda keçirilməsi bizim üçün üstünlükdür”

5 May 2026 at 21:00

16 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi Xanlar Əliyev Bakıda keçiriləcək UEFA İnkişaf Turnirindən danışıb.

Arena.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın oyunlara hazır olduğunu deyib:

“Aprelin 30-dan təlim-məşq toplanışındayıq. Komandanın hazırlıq durumu və məşqlərdəki reaksiyaları bizi qane edir. Bunun bəhrəsini sabahkı oyunda müsbət nəticə ilə görəcəyimizə inanıram. Bildiyiniz kimi, son Avropa çempionatının seçmə mərhələsinin ardından 2009-cu il təvəllüdlülər yuxarı yaş qrupuna keçiblər. Turnir üçün əsasən 2010-2011-ci il təvəllüdlü oyunçuları dəvət etmişik. İlk dəfə millinin heyətində olanlar var. Onlar üçün yeni təcrübədir. Komandanın psixoloji durumu və məşqlərə yanaşması yaxşıdır”.

Xanlar Əliyev rəqiblər barədə də fikirlərini bildirib:

“Bu turnirdə yeni oyunçuların son durumlarını görmək imkanımız olacaq. Onların özlərini göstərmələri baxımından yaxşı şansdır. Rəqibləri təhlil etmişik. Rumıniya son Avropa çempionatının seçmə mərhələsində A Liqasında mübarizə aparıb. Gürcüstan yığması bizə tanış rəqibdir. İlk rəqibimiz olan Litva ilə görüşə yaxşı hazırlaşmışıq. Futbolçuların inkişafı baxımından turnir bizim üçün çox önəmlidir. Hər kəsə şans verəcəyik”.

O, komandanın azarkeş dəstəyinə ehtiyac duyduğunu da sözlərinə əlavə edib:

“Turnirin Bakıda keçirilməsi bizim üçün əlavə üstünlükdür. Azarkeşlərdən xahişim budur ki, oyunlarımıza gəlsinlər, qızları dəstəkləsinlər. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. UEFA İnkişaf Turniri də həmin yarışa hazırlıq məqsədi daşıyır”.

Xatırladaq ki, U-16 millimiz UEFA İnkişaf Turniri çərçivəsində mayın 6-da Litva, 8-də Rumıniya, 11-də isə Gürcüstan yığması ilə qarşılaşacaq. Oyunlar Binə stadionunda keçiriləcək.

Füzuli Məmmədov: “0:2-dən sonra geridönüş çox çətin idi”

5 May 2026 at 20:30

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 30-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun barədə çox danışmağa lüzum görmürəm. Ciddi hazırlaşmışdıq. Düşünürdük ki, evdə daha yaxşı oynayacağıq. İlk qola qədər komanda planlı oynayırdı. Sadəcə, mövqe səhvindən buraxdığımız qol mənfi təsir etdi. Birinci hissənin sonlarında rəqibin belə rahat qol vuracağını gözləmirdik. Deyərdim ki, ikinci qoldan sonra oyunumuzda düşüş baş verdi. Bu da normaldır. Məğlub olmaq istəmirdik. 0:2 hesabından sonra geridönüş etmək çox çətin idi. Üç oyunumuz qalıb. Şans varsa, son ana qədər mübarizə aparacağıq. “Neftçi”ni təbrik edirəm.

“Qəbələ” üçün də, bizim üçün də çətin oyunlar var. Aramızda 6 xallıq fərq var və “Qəbələ” ilə evdə oynayacağıq. 6 xallıq fərqi aradan qaldırmaq üçün hər oyuna ciddi hazırlaşacağıq. Biz az istirahət edəcəyik. Planımızı təqvimə uyğun tutmağa çalışacağıq”.

Vernidub: “Mövsümün əvvəlindən burada olsaydım…”

5 May 2026 at 20:00

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 30-cu turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”la oyundan sonra futbolçularda böyük emosiyalar yarandı. Yalan demiyəcəyəm, bu matça görə məndə həyəcan var idi. Adətən böyük oyunlardan sonra futbolçuların emosional vəziyyəti həmişə yaxşı olmur. Amma hamımız birlikdə bunun öhdəsindən gəldik. Oyunçularıma minnətdaram.

Bizim üçün hər oyun finaldır. “Şamaxı”, “Sabah” və “Kəpəz”lə oyunlarımız var. Futbolçular da yaxşı başa düşürlər ki, bütün matçlarda maksimumu göstərməliyik. Bəli, kubokun finalından da çox şey asılıdır. Mən bütün qarşılaşmaları çətin hesab edirəm. Bu oyunlardan sonra harada olacağımızı görəcəyik.

Falaye Sakoya təşəkkür edirəm. O, peşəkar futbolçudur. Bütün oyunlarda öz peşəkarlığını ortaya qoymalıdır. Sakonun kifayət qədər təcrübəsi var, Fransa çempionatında oynayıb.

“Neftçi” kimi tarixi olan komandada işləmək böyük şərəfdir. Ən önəmlisi odur ki, oyunçular da “Neftçi”də oynamağın adi bir şey olmadığını başa düşməlidirlər. Hər zaman peşəkar davranmalı və bu ada layiq olmalıdırlar.

Kimlərin qalıb, kimlərin gedəcəyinə gəlincə, vaxtı çatanda hər şeyi deyəcəyəm. Mətbuatda çox şey yazırlar. Hətta yazırlar ki, mənim futbolçularla münaqişəm var. Mən ümumiyyətlə konfliktli insan deyiləm. Bir-birimizə hörmətlə yanaşırıq. Nə olur-olsun, ortaq dil tapacağıq. Onu deyim ki, seçimlərdə həssas yanaşacağıq. Bizim kriteriyalara uyğun futbolçularla yola davam edəcəyik.

Məndən əvvəl də çox xallar itirilmişdi. Mənim vaxtımda da “Turan Tovuz”, “Zirə”, “Şamaxı” ilə oyunlarda xal itkiləri olub. Maksimum nəticələr əldə etmək üçün hamımız əlimizdən gələni edirik. Mövsümün əvvəlindən burada olsaydım, daha fərqli danışmaq olardı. Amma buna baxmayaraq, müsbət mənada bir çox dəyişikliklərə nail olmuşuq. Gələcəkdə ən yuxarı yerlərdə olmaq ən böyük arzumdur. Bu, futbolçuların və rəhbərliyin də arzusudur”.

“Karvan” – “Neftçi” 0:3 – Video

5 May 2026 at 19:30

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Karvan” – “Neftçi” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
30-cu tur
5 may

“Karvan” – “Neftçi” 0:3
Qollar: İmad Faraj, 31. Emin Mahmudov, 49-pen. Freddi Varqas, 56.
Sarı vərəqələr: Eltun Turabov, 78 (qeyri-idman hərəkəti) – Luis Ortis, 4 (qeyri-idman hərəkəti). İmad Faraj, 81 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 2 dəqiqə.
Saat 16:00. Yevlax şəhər stadionu, 2200 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Kərim Zeynalov.
Dördüncü hakim: Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k) (42. İbrahim Qədirzadə, 80), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 72), 2. Şakil Sno, 11. Kayl Spens (10. Samuel Durrant, 72), 8. Peter Kinqs (14. Uğur Cahangirov, 55), 21. İmani Barker (37. Mois Nqvisani, 55).
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 18. Süleyman Əhmədov, 77. Əli Abdullayev, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k) (19. Ağadadaş Salyanski, 80), 15. Elvin Bədəlov (17. Murad Xaçayev, 69), 7. Emil Səfərov (23. Cordan Rezabala, 69), 77. Falaye Sako, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu (4. Elvin Camalov, 64), 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas (9. Bassala Sambu, 64), 22. Luis Ortis.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 91. Nurəziz Əzizov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 24. Mustafa Sek, 70. Andrey Ştoqrin, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

İkinci Liqa: “Xankəndi” 3, “Qaradağ” 5 qola sevindi

5 May 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“Quba” doğma meydanda “Xankəndi” ilə qarşılaşıb və 3 cavabsız qola üzülüb. “Qaradağ Lökbatan” isə doğma meydanda “Dinamo”ya böyük hesabla qalib gəlib. “Şirvan” – “Şəmkir” görüşü də meydan sahiblərinin xeyrinə yekunlaşıb.

İkinci Liqa
25-ci tur
3 may

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
Qollar: Ziyabil Məmmədov, 66 – Elgün Namazov, 35.
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

4 may

“Kür-Araz” – “Şəki” 5:1
Qollar: Elxan Məmmədov, 6. Bayram Əliyev, 19; 34; 78. Əli İbrahimli, 84 – Nihat Fərəci, 37-pen.
Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

“Ağdaş” – “Araz Saatlı” 0:2
Qollar: Elariz Xəlilli, 13; 86.
Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağdaş şəhər stadionu, 16:30.

5 may

“Quba” – “Xankəndi” 0:3
Qollar: Tural Qurbatov, 16; 51. Bəhruz Teymurov, 70.
Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Dinamo” 5:2
Qollar: Ramil Orucov, 28-pen. İsa Zeynallı, 56. Ayaz Mikayılov, 65. İlham Hüseynov, 82; 86 – Rəsul Məmmədli, 41. Əlibala Ağayev, 90+2.
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şirvan” – “Şəmkir” 3:2
Qollar: Comərd Baxşəliyev, 55-pen. Ramiz Məmmədov, 57. Qərib İbrahimov, 78 – Tural Məmmədzadə, 14. Sehran Abbasov, 44.
Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Birinci Liqa: “Mingəçevir” “Şahdağ”a da uduzdu

5 May 2026 at 18:30

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Şahdağ Qusar” “Mingəçevir”i qəbul edib. Şamaxıda baş tutmuş oyun Qusar təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.

25-ci turun qalan görüşləri mayın 6-da və 7-də keçiriləcək. Bütün görüşlərə saat 16:00-da start veriləcək.

Birinci Liqa
25-ci tur
5 may

“Şahdağ Qusar” – “Mingəçevir” 2:0
Qollar: Kvaku Adjey, 10. Aqostinyo Çipesse, 72.
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

6 may

“Şimal” – MOİK
Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

“Difai” – “Şəfa”
Hakimlər: İslam Məmmədov, Rəşad Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Buzovna qəsəbə stadionu. 16:00.

“Zaqatala” – “Səbail”
Hakimlər: Kamran Əliyev, Mirnihad Seyidov, Anar Bədəlov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

7 may

“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

Premyer Liqa: “Karvan” “Neftçi”yə 3 cavabsız qolla uduzdu

5 May 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

“Karvan” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Yevlax şəhər stadionunda baş tutmuş görüşün baş hakimi Rauf Cabbarov olub. Paytaxt təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edərək növbəti 3 xalına sevinib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a (2:1), “Zirə” “Qəbələ”yə (1:0), “Qarabağ” “Turan Tovuz”a (2:1) qalib gəlib. “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” isə “Sabah”a (0:3) uduzub.

Premyer Liqa
30-cu tur
5 may

“Karvan” – “Neftçi” 0:3
Qollar: İmad Faraj, 31. Emin Mahmudov, 50-pen. Freddi Varqas, 57.
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Yevlax şəhər stadionu, 16:00.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 8. Peter Kinqs, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 77. Əli Abdullayev, 37. Mois Nqvisani, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 24. Mustafa Sek, 9. Bassala Sambu, 70. Andrey Ştoqrin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Azərbaycan millisi Malta və San Marino ilə qarşılaşacaq

5 May 2026 at 17:30

Futbol üzrə Azərbaycan millisi mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-na qədər isə Avstriyada təlim-məşq toplanışında olacaq.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə qeyd olunur ki, millimiz Avstriyanın Bad-Valtersdorf şəhərində baş tutacaq təlim-məşq toplanışı zamanı iki yoxlama oyunu da keçirəcək. Belə ki, komandamız iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.

Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək. Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.

Edin Terziç – “Atletik”in yeni baş məşqçisi!

5 May 2026 at 17:00

Almaniyanın “Borussiya” (Dortmund) komandasının sabiq baş məşqçisi Edin Terziç yeni mövsümdən Bilbao “Atletik”ini çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl La Liqa təmsilçisinin mətbuat xidməti hazırkı mütəxəssis Ernesto Valverdenin cari mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. Onu isə bu postda Terziçin əvəz edəcəyi dəqiqləşib.

Terziçin müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. O, yeni vəzifəsinin icrasında cari mövsüm başa çatdıqdan sonra başlayacaq.

Yeri gəlmişkən, Edin Terziç Yupp Haynkesdən sonra “Atletik”in tarixində ikinci almaniyalı məşqçi olacaq.

Terziçin 43 yaşı var. O, iki dəfə – 2020-ci ildən 2021-ci ilə qədər və 2022-ci ildən 2024-cü ilə qədər “Borussiya”da çalışıb. Dortmund təmsilçisi onun rəhbərliyi altında Almaniya Kubokunu (2021) qazanıb və UEFA Çempionlar Liqasının finalına (2024) yüksəlib.

Yüksək Liqa: 19-cu turun təyinatları açıqlandı

5 May 2026 at 16:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Komandalar mayın 7-də “Olimpik Star”da üz-üzə gələcəklər. Əvvəlcə, “Baku Fire” lider “Neftçi” İK ilə qarşılaşacaq. Günün digər oyunu son çempion “Araz-Naxçıvan”la U-19 millimiz arasında baş tutacaq.

“Şuşa” isə bu turda meydana çıxmadan 3 xal qazanacaq. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılacaq.

Yüksək Liqa
19-cu tur
7 may

Baku Fire – Neftçi İK
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Araz-Naxçıvan – U-19
Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Hikmət Qafarlı.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 16:30.

Xallar: Neftçi İK – 49. Araz-Naxçıvan – 46. Baku Fire – 35. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.

Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 35. Yaqo Henrike (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”), Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.

Babək Quliyev UEFA-dan dəvət aldı

5 May 2026 at 15:00

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev Avropa Futbol Assosiasiyalarının İttifaqından (UEFA) dəvət alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Babək Quliyev Almaniyanın paytaxtı Berlində keçiriləcək UEFA-nın hakim-inspektorlar üçün seminarına qatılacaq.

Mayın 11-dən 13-nə qədər təşkil olunacaq tədbirdə Avropanın müxtəlif ölkələrindən 70 UEFA hakim-inspektorun iştirakı nəzərdə tutulur.

Leandro Andrade “Qarabağ”da 60-cı qola sevindi

5 May 2026 at 14:00

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Ağdam klubunun heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.

Arena.az xəbər verir ki, portuqaliyalı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 30-cu turunun “Turan Tovuz”la ev qarşılaşmasına (2:1) təsadüf edib.

Leandro 60-cı qolunu Ağdam klubunun heyətində çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), Azərbaycan Kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.

Xatırladaq ki, Leandro Andrade “Qarabağ”da ilk qolunu 2022-ci aprelin 2-də “Səbail”lə (5:1) çempionat görüşündə vurub.

Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Onun Ağdam klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.

Leo Ağdam klubunun heyətində bütövlükdə 211 oyun keçirib. O, bu oyunlarda 60 qola imza atıb, 61 assist müəllifi olub. Leandro “Qarabağ”ın heyətində 4 dəfə (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) Azərbaycan çempionu, iki dəfə (2021/2022, 2023/2024) ölkə kubokunun qalibi olub.

Leandro Andrade daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığma komandasında da 7 oyun keçirib, lakin məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Rauf Hüseynli mövsümün rekordunu təkrarladı

5 May 2026 at 13:00

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Sumqayıt”la ev oyunu “Kəpəz”in futbolçusu Rauf Hüseynli üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, bu oyunda 4 dəqiqəyə iki qol vurub.

Hüseynli 2:1 hesabıyla qalib gəldikləri oyunda dubla imza atmaqla cari mövsümün rekordunu da təkrarlayıb.

86-cı və 89-cu dəqiqələrdə qol sevinci yaşayan Raufa qədər yalnız Leandro Andrade matçın bir hissəsində belə qısa müddətdə dubl müəllifi olmuşdu. “Qarabağ”ın portuqaliyalı yarımmüdafiəçisi “Araz-Naxçıvan”la martın 8-də keçirilmiş qarşılaşmada (6:0) 33-cü və 36-cı dəqiqələrdəki qolları ilə dublunu rəsmiləşdirmişdi.

Leandrodan fərqli olaraq, Rauf Hüseynli hər iki qolu penaltidən vurub. O, cari mövsümdə bir matçda 2 dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü futbolçudur. Ona qədər Aleksandr Ramalinqom (“Sumqayıt”) və Coy Lens Mikels (“Sabah”) penaltilərlə dubl etmişdi, Toral Bayramov (“Qarabağ”) het-trik etdiyi qarşılaşmada iki dəfə “ağ nöqtə”dən fərqlənmişdi. Raufa qədər Ramalinqom daha qısa müddətdə – 12 dəqiqədə iki penalti zərbəsini qola çevirmişdi. O, “Karvan”la ötən il oktyabrın 18-də keçirilmiş matçın (4:1) 54-cü və 65-ci dəqiqələrində fərqlənmişdi.

“Şamaxı” tarixində 10-cu dəfə bu aqibəti yaşadı

5 May 2026 at 12:00

“Şamaxı” komandası futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 10-cu dəfə öz meydanında böyük hesabla uduzub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olub. Komanda 363-cü ev oyununda buna üzülüb.

“Şamaxı” tarixində bir mövsümdə 3-cü dəfə öz meydanında üç və ya daha çox top fərqi ilə uduzub. “Sabah”a qədər onların qonağı olan “Kəpəz” 4:1, “Qəbələ” 4:0 hesablı səfər qələbəsinə nail olub. Buna qədər antirekord iki belə nəticənin yaşandığı 2022/2023-cü illər mövsümündə qeydə alınmışdı.

Komandanın öz meydanında ilk ağır yenilgisi isə 2000/2001-ci illər mövsümünə təsadüf edib. 2000-ci il oktyabrın 20-də “Neftçi” “Xəzər Universiteti” adlanan rəqibinin meydanında 4:1 hesabı ilə qalib gəlib.

ÇL: İlk finalçı müəyyənləşir

5 May 2026 at 11:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün ilk finalçısı müəyyənləşəcək.

Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Atletiko” komandası İngiltərədə “Arsenal”ın qonağı olacaq.

“Emireyts” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, bu komandalar arasında Madrid şəhərində baş tutmuş ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.

Digər finalçı mayın 6-da bəlli olacaq. “Bayern” Almaniyada ÇL-in sonuncu qalibi olan Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada parislilər sevinən tərəf olublar – 5:4.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
5 may

23:00. Arsenal (İngiltərə) – Atletiko (İspaniya)
Baş hakim: Daniel Zibert (Almaniya).
London. “Emireyts” stadionu.
İlk oyun – 1:1.

6 may

23:00. Bayern (Almaniya) – PSJ (Fransa)
Baş hakim: Pineyro (Portuqaliya).
Münhen. “Alyans Arena”.
İlk oyun – 4:5.

“Çelsi” 33 il idi Premyer Liqada bu aqibəti yaşamırdı

5 May 2026 at 10:00

Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turunda evdə “Nottingem Forest”ə uduzan “Çelsi” 33 il sonra antirektordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, “zadəganlar” “Stemford Bric”də baş tutmuş bu görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olub.

“Nottingem Forest”in qollarını Tayvo Avoni (2, 52) və İqor Jesus (15-pen.) vurublar. London kollektivinin heyətində isə təsəlli qoluna Joao Pedro (90+3) imza atıb.

Qeyd edək ki, bu, “zadəganlar”ın cari mövsümdə Premyer Liqada ardıcıl 6-cı məğlubiyyəti olub. London təmsilçisi sonuncu dəfə 1993-cü ildə eyni uğursuzluğu yaşamışdı.

“Çelsi” son 6 oyununda cəmi 1 qol vurub və qapısından 14 qol buraxıb. Komanda turnir cədvəlində 48 xalla 9-cu pillədə yer alıb. Paytaxt təmsilçisi keçirdiyi 35 oyunda 13 qələbə qazanıb, 9 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

Premyer Liqa: “Karvan” “Neftçi”yə qarşı

5 May 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutacaq.

“Karvan” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşə saat 16:00-da start veriləcək. Oyunun baş hakimi Rauf Cabbarov olacaq.

Premyer Liqa
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Yevlax şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “İmişli” 0:1
Qol: Dioqo Kardozo, 18.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
“Sumqayıt Arena”, 18:30.

3 may

“Şamaxı” – “Sabah” 0:3
Qollar: Stiv Solvet, 37. Coy Lens Mikels, 77. Umarali Rahmonaliyev, 90+1-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Şamaxı şəhər stadionu, 16:00.

“Zirə” – “Qəbələ” 1:0
Qol: Martins Junior, 78.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

4 may

“Qarabağ” – “Turan Tovuz” 2:1
Qollar: Leandro Andrade, 50. Mateus Silva, 54 – Ayxan Hüseynov, 77.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

5 may

“Karvan” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Yevlax şəhər stadionu, 16:00.

La Liqa: “Sevilya” “Real Sosyedad”ı tək qolla yendi

5 May 2026 at 01:10

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Sevilya” doğma meydanda “Real Sosyedad”la üz-üzə gəlib. Meydan sahibləri 3 xalı tək qolla qazanıblar.

Beləliklə, cari mövsümün geridə qalmış 34 turundan sonra 88 xala malik “Barselona” vahid liderdir. “Real” 77 xalla ikinci, “Vilyarreal” 68 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko” 63, “Betis” 53, “Selta” 47 xal toplayıb.

İspaniya, La Liqa
34-cü tur
1 may

Jirona – Malyorka 0:1
Qol: Samu Kosta, 43.

2 may

Vilyarreal – Levante 5:1
Qollar: Mikautadze, 38; 68. Moleyro, 62. Buçanan, 87. Pepe, 90 – Espi, 51.

Valensiya – Atletiko 0:2
Qollar: Luke, 74. Kubo, 82.

Alaves – Atletik 2:4
Qollar: Blanko, 8. Tenalya, 68 – Navarro, 46. Sanset, 74. N.Uilyams, 83; 87.

Osasuna – Barselona 1:2
Qollar: R.Qarsiya, 88 – Levandovski, 81. F.Torres, 86.

3 may

Selta – Elçe 3:1
Qollar: Alvares, 14. Aspas, 30. B.İqlesias, 85 – A.Silva, 82-pen.

Xetafe – Rayo Valyekano 0:2
Qollar: Kamello, 38. Nteka, 73.

Betis – Real Ovyedo 3:0
Qollar: K.Ernandes, 22; 58. Ezzalzuli, 45.

Espanyol – Real 0:2
Qollar: Vinisius, 55; 66.

4 may

Sevilya – Real Sosyedad 1:0
Qol: A.Sançes, 50.

Premyer Liqa: “Çelsi” evdə uduzdu, MS səfərdə büdrədi

5 May 2026 at 01:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Çelsi” doğma meydanda “Nottingem Forest”ə məğlub olub. Səfərdə “Everton”la üz-üzə gəlmiş “Mançester Siti” isə məğlubiyyətdən son anda qurtulub və 1 xalla kifayətlənib.

Beləliklə, cari mövsümün 35 turundan sonra 76 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 71 xalla ikinci, “Mançester Yunayted” 64 xalla üçüncü pillədə qərarlaşıb. “Liverpul” və “Aston Villa” 58, “Bornmut” 52, “Brentford” 51, “Brayton” 50, “Çelsi” 48 xal toplayıb.

İngiltərə, Premyer Liqa
35-ci tur
1 may

Lids – Börnli 3:1
Qollar: Stax, 8. Okafor, 52. Kalvert-Lyuin, 56 – Tçauna, 71.

2 may

Brentford – Vest Hem 3:0
Qollar: Mavropanos, 15-öz qapısına. İ.Tyaqo, 54-pen. Damsqor, 82.

Nyukasl – Brayton 3:1
Qollar: Osula, 12. Börn, 24. Barnes, 90+5 – Hinşelvud, 61.

Vulverhempton – Sanderlend 1:1
Qollar: Bueno, 54 – Mukiele, 17.

Arsenal – Fulhem 3:0
Qollar: Dyökereş, 9; 45+4. Saka, 40.

3 may

Bornmut – Kristal Pelas 3:0
Qollar: Lerma, 10-öz qapısına. Kroupi, 32-pen. Rayan, 77.

Mançester Yunayted – Liverpul 3:2
Qollar: Kunya, 6. Şeşko, 14. Meynu, 77 – Soboslai, 47. Qakpo, 56.

Aston Villa – Tottenhem 1:2
Qollar: Buendiya, 90+6 – Qallaxer, 12. Riçarlison, 25.

4 may

Çelsi – Nottingem Forest 1:3
Qollar: J.Pedro, 90+3 – Avoniyi, 2; 52. İ.Jezus, 15-pen.

Everton – Mançester Siti 3:3
Qollar: Barri, 68; 81. O’Brayen, 73 – Doku, 43; 90+7. Haland, 83.

A Seriyası: “Roma”dan “Fiorentina”ya 4 cavabsız qol

5 May 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 35-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Kremoneze” – “Latsio” matçında qonaqlar əzmkar qələbəyə seviniblər. “Roma” isə doğma meydanda “Fiorentina”nı 4 cavabsız qolla məğlub edib.

Beləliklə, 35 turdan sonra çempionluğu təmin etmiş “İnter” 82 xalla vahid liderdir. “Napoli” 70 xalla ikinci, “Milan” 67 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus”un 65, “Roma”nın 64, “Komo”nun 62 xalı var.

İtaliya, A Seriyası
35-ci tur
1 may

Piza – Leççe 1:2
Qollar: Leris, 56 – Banda, 52. Xeddira, 65.

2 may

Udineze – Torino 2:0
Qollar: Ehizibue, 45+1. Kristensen, 51.

Komo – Napoli 0:0

Atalanta – Cenoa 0:0

3 may

Bolonya – Kalyari 0:0

Sassuolo – Milan 2:0
Qollar: Berardi, 5. Loryente, 47.

Yuventus – Verona 1:1
Qollar: Vlahoviç, 62 – Bouye, 34.

İnter – Parma 2:0
Qollar: M.Türam, 45+1. Mxitaryan, 80.

4 may

Kremoneze – Latsio 1:2
Qollar: Bonatsoli, 29 – İsaksen, 53. Noslin, 90+2.

Roma – Fiorentina 4:0
Qollar: Mançini, 13. Uelsi Fransa, 17. Hermoso, 34. Pisilli, 58.

“Qarabağ” – “Turan Tovuz” 2:1 – Video

4 May 2026 at 23:00

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Qarabağ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Tovuzda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
30-cu tur
4 may

“Qarabağ” – “Turan Tovuz” 2:1
Qollar: Leandro Andrade, 50. Mateus Silva, 54 – Ayxan Hüseynov, 76.
Sarı vərəqələr: Pedro Bikalyo, 52 (qeyri-idman hərəkəti). Kevin Medina, 69 (qeyri-idman hərəkəti) – Rəhim Sadıxov, 18 (qeyri-idman hərəkəti). Joarlem Santos, 37 (qeyri-idman hərəkəti). Roberto Olabe, 52 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 19:30. Tofiq Bəhramov adına Respublika Stadionu, 2414 tamaşaçı.

Baş hakim: Rəşad Əhmədov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov.
Dördüncü hakim: Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı (10. Abdullah Zubir, 11), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade (18. Dani Bolt, 90), 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai (77. Ramil Şeydayev, 77).
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 32. Hikmət Cəbrayılzadə, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji (10. Xəyal Nəcəfov, 66), 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe (11. Ayxan Hüseynov, 66), 2. Mark Rene Mampassi (5. Roderik Miller, 77).
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Qurban Qurbanov: “Hər mövqedə yeni oyunçuya ehtiyac var”

4 May 2026 at 22:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 30-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Sıx qrafikə baxmayaraq, sona qədər mübarizə apardılar, böyük xarakter nümayiş etdirdilər.

Musa Qurbanlının zədəsinə gəlincə, bir az vaxt lazım olacaq. Dizində ağrılar hiss etdi. Bir neçə gün əvvəl məşqdə də eyni hal yaşanmışdı. Sabah daha dəqiq bilinəcək. Onun həmin nahiyədə xroniki zədəsi var.

Ramil Şeydayev işgüzar futbolçudur, bu da həmişə onun üstün cəhəti olub. Məşqlərdə də ən yaxşılar sırasındadır. Bəzən oyunlar elə alınır ki, matça daxil ola bilmir. Bu gün isə şans qazandı.

Hər mövqedə yeni futbolçuya ehtiyacımız var. Keyfiyyət və say önəmli məqamdır. Çalışacağıq ki, həm sayı, həm keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli keçdi. Futbolda bəzən gözləmədiyin hallar çox olur. Kimsə zədələnir, kimsə yorulur və ehtiyat skamyada problemlər yaşanır. Son vaxtlarda “Sabah”la 3, “Neftçi”ylə 2, bu gün “Turan Tovuz”la matç… hamısı yüksək səviyyəli görüşlərdir. Belə anlarda rotasiyalara ehtiyac yaranır. Çalışırıq ki, heyəti genişləndirək.

Çox istərdim ki, daha yuxarılarda olaq. Böyümək, böyük futbolu tam hiss etmək üçün yüksək səviyyəli turnirlər daha önəmlidir. Güclü komandalarla qarşılaşmaq isə özlüyündə mühüm təcrübədir. Düzdür, fikirlər var ki, Konfrans Liqasında daha irəli gedə bilərik. Amma nəzərə alaq ki, bir il əvvəl Avropa Liqasında bir qələbə qazandıq, bu il isə Çempionlar Liqasında 10 xal topladıq. Bir çox nüanslar var, qəti nəsə demək olmur. Amma elə oyunlar da var ki, həmin performansla Çempionlar Liqasına layiq olduğumuzu göstəririk. Xeyirlisi, hansı turnir olursa olsun, mübarizəmizi davam etdirəcəyik”.

Berdıyev: “Şanslardan istifadə etsəydik…”

4 May 2026 at 22:00

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 30-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş oyun Tovuz təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Ümumilikdə ağır oyun oldu. “Qarabağ” matçın böyük hissəsində təşəbbüsə sahib idi. İkinci hissənin əvvəlində buraxılan qol oyunumuza təsir etdi. Sonda vəziyyəti düzəltmək üçün cəhdlərimiz oldu, amma alınmadı. Yəqin ki, bu da həyəcanla bağlı idi. Şanslardan istifadə etsəydik, hesab və nəticə başqa cür olardı. Bu həyəcan da nəzəri cəhətdən ikinci yeri tutmağımız üçün şansımızın olması ilə bağlı idi”.

Təcrübəli mütəxəssis ilyarımdır oynamayan Denis Marandiçin durumundan da söhbət açıb:

“Onun əməliyyatı yaxşı keçib. Növbəti mövsümə qayıdacağına ümid edirik”.

Premyer Liqa: “Qarabağ” “Turan Tovuz”a qalib gəldi

4 May 2026 at 21:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

“Qarabağ” “Turan Tovuz”la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş oyunun baş hakimi Rəşad Əhmədov olub. Üç qolun qeydə alındığı oyunda Ağdam təmsilçisi 3 xala sevinib.

30-cu tura sabah keçiriləcək “Karvan” – “Neftçi” matçı ilə yekun vurulacaq. Daha öncə “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” “Sabah”a (0:3) uduzub, “Kəpəz” “Sumqayıt”a (2:1), “Zirə” “Qəbələ”yə (1:0) qalib gəlib.

Premyer Liqa
30-cu tur
4 may

“Qarabağ” – “Turan Tovuz” 2:1
Qollar: Leandro Andrade, 50. Mateus Silva, 54 – Ayxan Hüseynov, 77.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 18. Dani Bolt, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 5. Roderik Miller, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Ferlan Mendi 5 ay futbolsuz qala bilər

4 May 2026 at 21:00

Futbol üzrə Fransa millisinin və Madrid “Real”ının sol cinah müdafiəçisi Ferlan Mendi yenə uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı fransalı futbolçu İspaniya La Liqasının 34-cü turu çərçivəsində “Espanyol”a qarşı keçirdikləro və 2:0 hesablı qələbə qazandıqları matçın 14-cü dəqiqəsində xəsarət alaraq əvəzlənmək məcburiyyətində qalıb.

Tibbi heyət tərəfindən aparılan müayinələr nəticəsində futbolçunun sağ ayağının düz əzələsinin vətərində zədə aşkarlanıb. Hazırda müayinənin yekun nəticələrinin dəqiqləşdirildiyi bildirilir. Təcrübəli müdafiəçinin təxminən 5 ay yaşıl meydanlardan uzaq qalmaq ehtimalı var.

Ferlan Mendi “Real”a 2019-cu ilin iyul ayında 48 milyon avro məbləğ müqabilində Lion “Olimpik”indən tamhüquqlu əsasda keçib.
Fransalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Mendi “Real” üçün cəmi 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Ferlan Mendinin “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 210 oyun, 6 qol və 12 məhsuldar ötürmədən ibarətdir.

Mendi daha öncə Fransanın “Havr” və “Olimpik” (Lion) klublarının da şərəfini qoruyub. Müdafiəçi 2018-ci ildə debüt etdiyi Fransa yığmasının heyətində 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə seçilməyib.

“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Musa Qurbanlı “Turan Tovuz”la matçda zədələndi

4 May 2026 at 20:00

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri matçda zədə alıb.

Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu bu gün keçirilən matçın 8-ci dəqiqəsində ayaq əzələsindən zədə alıb.

Hücumçuunun zədələnməsi zamanı rəqib müdaxiləsi olmayıb. Amma oyunu davam etdirə bilməyən futbolçu Abdullah Zubirlə əvəzlənib.

Musanın zədəsinin nə dərəcədə ciddi olmasına ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, Musa Qurbanlı cari mövsümdə meydana çıxdığı 38 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Qarabağ” bir müddət öncə yarımmüdafiəçi Xoni Montieli də zədə səbəbindən itirmişdi. İspaniyalı futbolçu üçün cari mövsüm artıq başa çatıb. Mərkəz müdafiəçisi Bəhlul Mustafazadə isə artıq uzun müddətdir zədə səbəbindən komandasına kömək edə bilmir.

İkinci Liqa: “Şəki” səfərdə, “Ağdaş” evdə uduzdu

4 May 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Kür-Araz” – “Şəki” matçında meydan sahibləri qələbə qazanıblar. “Ağdaş” isə doğma meydanda “Araz Saatlı”ya 2 cavabsız qolla uduzub.

25-ci turun qalan görüşləri mayın 5-də keçiriləcək.

İkinci Liqa
25-ci tur
3 may

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
Qollar: Ziyabil Məmmədov, 66 – Elgün Namazov, 35.
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

4 may

“Kür-Araz” – “Şəki” 5:1
Qollar: Elxan Məmmədov, 6. Bayram Əliyev, 19; 34; 78. Əli İbrahimli, 84 – Nihat Fərəci, 37-pen.
Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

“Ağdaş” – “Araz Saatlı” 0:2
Qollar: Elariz Xəlilli, 13; 86.
Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağdaş şəhər stadionu, 16:30.

5 may

“Quba” – “Xankəndi”
Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Dinamo”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şirvan” – “Şəmkir”
Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

AFFA “Neftçi”nin 2 şikayətindən birini rədd etdi

4 May 2026 at 18:00

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin bir şikayətini təmin etməyib.

Arena.az bu barədə ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, AFFA İntizam Komitəsinin martın 11-də azarkeşlərin təhqiramiz ifadələr səsləndirməsinə görə klubu cərimələməsi barədə qərarı qüvvədə saxlanılıb. Fanatlar Azərbaycan Premyer Liqasında “Turan Tovuz”la görüşdə hakimləri təhqir etdiyi üçün “ağ-qaralar” 8 000 manat ziyana düşüblər.

Bundan əlavə, Bakı təmsilçisinin daha bir şikayətinə baxılması təxirə salınıb. Komanda azarkeşləri tərəfindən təhqiredici pankart açdığına görə klub 15 000 manat cərimə edilmişdi. Lakin Apellyasiya Arbitraj Tribunalı bu şikayətə baxılmasını əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salıb. Məsələ ilə bağlı yekun qərarın nə vaxt açıqlanacağı bildirilmir.

Martin Demişelis – La Liqada aprelin ən yaxşı məşqçisi!

4 May 2026 at 17:00

“Malyorka”ya rəhbərlik edən argentinalı mütəxəssis Martin Demişelis İspaniya La Liqasında 2026-cı ilin aprel ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Demişelis mükafat uğrunda mübarizədə Almada (“Real Ovyedo”) və Hansi Fliki (“Barselona”) qabaqlayıb.

“Malyorka” aprel ayında İspaniya çempionatı çərçivəsində keçirdiyi 4 oyunun ikisində qalib gəlib, birində heç-heçə edib, birində məğlub olub.

Martin Demişelis həm cari mövsümdə, həm də karyerası ərzində ilk dəfə La Liqada ayın ən yaxşısı seçilir. Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdırarkən Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilib. Sentyabrda “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənib, oktyabrda “Rayo Valyekano”ya rəhbərlik edən İnyiqo Peres, noyabrda “Vilyarreal”ı çalışdıran Marselino Qarsiya Toral, dekabrda “Espanyol”un sükanı arxasında olan Manolo Qonsales, bu ilin yanvarında “Real Sosyedad”a rəhbərlik edən Pelleqrino Matarasso, fevralda Manuel Pelleqrini (“Betis”), martda Hansi Flik (“Barselona”) ayın ən yaxşı məşqçisi elan edilib.

Xatırladaq ki, Demişelis bu ilin mart ayında “Malyorka”nın baş məşqçisi təyin edilib. 45 yaşlı mütəxəssis bu komandanı cəmi 8 oyuna çıxarıb, 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət görüb.

Argentinalı mütəxəssis daha öncə “Monterrey”, “River Pleyt” kimi komandalara, “Bayern”in U-19 və əvəzedici komandalarına da rəhbərlik edib.

“Malyorka” 2025/2026-cı illər mövsümündə La Liqa çərçivəsində keçirdiyi 34 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb. Sözügedən kollektiv 38 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Marselino Qarsiya Toral “Vilyarreal”ı tərk edəcək

4 May 2026 at 16:00

İspaniyanın “Vilyarreal” komandasının baş məşqçisi Marselino Qarsiya Toral cari mövsümün sonunda La Liqa təmsilçisindən ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub 2023-cü ildən komandada işləyən 60 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməməyə qərar verib.

Xatırladaq ki, 2013-cü ildən 2016-cı ilədək “Vilyarreal”ın baş məşqçisi olmuş Marselino 2023-cü ildə yenidən bu kluba qayıtmışdı. O, klub tarixində ən çox oyun keçirmiş mütəxəssis olmaqla yanaşı, baş məşqçilər arasında qələbə rekorduna (145) da sahibdir.

Marselino Qarsiya Toral məşqçilik karyerası dövründə “Lealtad”, “Sportinq” (Xixon), “Rekreativo”, “Rasinq” (Santander), “Saraqosa”, “Sevilya”, “Valensiya”, “Atletik” və “Olimpik” (Marsel) kimi komandalara da rəhbərlik edib.

“Vilyarreal” hazırda La Liqada 68 xalla yarış cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Çimərlik futbolu millimiz Qazaxıstanla 2 oyun keçirəcək

4 May 2026 at 15:00

Çimərlik futbolu üzrə Azərbaycan millisi mayın 4-dən 20-nə qədər Su İdmanı Sarayında təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimiz hazırlıq dönəmində Qazaxıstan yığması ilə iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar mayın 7-də və 9-da baş tutacaq. Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.

Bu oyunlar üçün çimərlik futbolu üzrə Azərbaycan yığmasına dəvət edilmiş futbolçuların adlarını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Xatırladaq ki, Azərbaycan millisi bir neçə gün öncə Bakıdakı hazırlıq çərçivəsində Belarus yığması ilə də iki yoxlama oyunu keçirmişdi. Həmin görüşlərdən birincisində 1:3 hesabıyla uduzmuş komandamız ikinci matçda 4:3 hesabıyla qalib gəlmişdi.

Yan Dyomande – Bundesliqada aprelin ən yaxşı futbolçusu!

4 May 2026 at 14:00

“Leypsiq”in 19 yaşlı ivuarlı vingeri Yan Dyomande futbol üzrə Almaniya Bundesliqasında aprel ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.

Dyomande aprel ayında Bundesliqa çərçivəsində meydana çıxdığı 4 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Leypsiq”in universal vingeri həm cari mövsümdə, həm də karyerası ərzində ilk dəfə oxşar mükafata layiq görülür.

Cari mövsümdə “Bayern”in hücumçusu Harri Keyn (sentyabr, dekabr və fevral) və sağ vingeri Makyl Olise hərəyə 3 dəfə (avqust, noyabr və yanvarda) ayın ən yaxşı oyunçusu elan ediliblər. Oktyabrda Yonatan Burkardt (“Ayntraxt”), martda Denis Undav (“Ştutqart”) fərqləniblər.

Yan Dyomande peşəkar karyerasına İspaniyanın “Leqanes” klubunda başlayıb. “Leypsiq” onu 2025-ci ilin yayında 20 milyon avro məbləğ müqabilində məhz İspaniya klubundan transfer edib. 19 yaşlı cinah hücumçusu Almaniya klubunun heyətində indiyə qədər 34 oyuna çıxıb, 13 qol vurub, 9 məhsuldar ötürmə verib.

Kot-d’İvuarın U-17 və U-23 yığmalarında da oynamış Dyomande 2025-ci ildə debüt etdiyi əsas millinin heyətində 9 oyun keçirib, 3 qola imza atıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Stiv Bryus məşqçi karyerasını bitirdi

4 May 2026 at 13:00

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq mərkəz müdafiəçisi Stiv Bryus məşqçilik karyerasını başa vurmaq qərarına gəlib.

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

İngiltərəli mütəxəssis ötən ilin yayında “Bləkpul”dan ayrıldıqdan sonra işsiz idi. O, yeni komanda tapmadığı üçün artıq başqa fəaliyyətlərlə məşğul olacağını açıqlayıb. Bununla belə, təcrübəli məşqçi İngiltərə millisi tərəfindən təklif olacağı təqdirdə, geri dönə biləcəyinə eyham vurub.

Bryusun karyerasında baş məşqçi kimi təxminən 1000 oyun var ki, bunun 476-sı İngiltərə Premyer Liqasına təsadüf edir.

Stiv Bryus futbolçu karyerası ərzində 1987–1996-cı illərdə “Mançester Yunayted”in formasını geyinib və “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi Aleks Ferqyusonun rəhbərliyi altında üç dəfə Premyer Liqa çempionu olub.

İngilis mütəxəssis məşqçilik karyerası ərzində “Şeffild Yunayted”, “Haddersfild Taun”, “Uiqan”, “Kristal Pelas”, “Birmingem Siti”, “Sanderlend”, “Hall Siti”, “Aston Villa”, “Şeffild Uenzdey”, “Nyukasl” və “Vest Bromviç” kimi komandalara rəhbərlik edib.

Əvəzedicilər: 25-ci turun oyun cədvəli açıqlandı

4 May 2026 at 12:00

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 25-ci turun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Dörd günü əhatə edəcək turun görüşləri mayın 7-də, 8-də, 9-da və 10-da keçiriləcək. Bakıda start veriləcək tura Qəbələdə baş tutacaq oyunla yekun vurulacaq.

Əvəzedicilər Liqası
25-ci tur
7 may

“Neftçi-2” – “Araz-Naxçıvan-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

8 may

“Zirə-2” – “Sumqayıt-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Turan Tovuz-2” – “Qarabağ-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

9 may

“Kəpəz-2” – “Şamaxı-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30.

10 may

“Qəbələ-2” – “Sabah-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

Birinci Liqa: 25-ci turun təyinatları açıqlandı

4 May 2026 at 11:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

25-ci turun görüşləri mayın 5-də, 6-da və 7-də keçiriləcək. Bütün görüşlərə saat 16:00-da start veriləcək.

Birinci Liqa
25-ci tur
5 may

“Şahdağ Qusar” – “Mingəçevir”
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

6 may

“Şimal” – MOİK
Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

“Difai” – “Şəfa”
Hakimlər: İslam Məmmədov, Rəşad Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Buzovna qəsəbə stadionu. 16:00.

“Zaqatala” – “Səbail”
Hakimlər: Kamran Əliyev, Mirnihad Seyidov, Anar Bədəlov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

7 may

“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

“Liverpul” bu aqibəti 11 il sonra yaşadı, MY hədəfə çatdı

4 May 2026 at 10:00

“Liverpul” 2014/2015-ci illər mövsümündən sonra İngiltərə Premyer Liqasında məğlubiyyət sayında ən pis göstəricisinə imza atıb.

Arena.az xəbər verir ki, bu, Arne Slotun baş məşqçisi olduğu kollektivin ötən gün 35-ci tur çərçivəsində “Mançester Yunayted”ə 2:3 hesabıyla uduzması nəticəsində ilə reallaşıb.

Beləliklə, Mersisayd təmsilçisi cari mövsümdə 11-ci dəfə meydanı xalsız tərk edib. “Qırmızılar” 2014/2015-ci illər mövsümündə 12 məğlubiyyət almışdı. Sözügedən komanda cari mövsümün qalan oyunlarında daha bir məğlubiyyət alsa, əvvəlki uğursuzluğunu təkrarlayacaq.

Xatırladaq ki, sonuncu ölkə çempionu hazırda 58 xalla dördüncü pillədə qərarlaşıb. “Liverpul” 35 oyunda 17 qələbə və 7 heç-heçə də görüb.

“Mançester Yunayted” isə bu qələbə sayəsində UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququ qazanıb. Mançesterlilər hazırda 64 xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıblar. İngiltərə Premyer Liqasının ilk beş komandası UEFA Çempionlar Liqasının gələn mövsümündə iştirak edəcək. Hazırda “Arsenal” vahid liderir. “Mançester Siti” 70 xalla ikinci, “Aston Villa” 58 xalla beşincidir.

Premyer Liqa: “Qarabağ” “Turan Tovuz”a qarşı

4 May 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutacaq.

“Qarabağ” “Turan Tovuz”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 19:30-da start veriləcək. Oyunun baş hakimi Rəşad Əhmədov olacaq.

Premyer Liqa
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Yevlax şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “İmişli” 0:1
Qol: Dioqo Kardozo, 18.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
“Sumqayıt Arena”, 18:30.

3 may

“Şamaxı” – “Sabah” 0:3
Qollar: Stiv Solvet, 37. Coy Lens Mikels, 77. Umarali Rahmonaliyev, 90+1-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Şamaxı şəhər stadionu, 16:00.

“Zirə” – “Qəbələ” 1:0
Qol: Martins Junior, 78.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

4 may

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

5 may

“Karvan” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Yevlax şəhər stadionu, 16:00.

La Liqa: “Real” “Espanyol”u 2 cavabsız qolla yendi

4 May 2026 at 01:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.

“Betis” doğma meydanda “Real Ovyedo”ya, “Selta” “Elçe”yə qalib gəlib. “Xetafe” “Rayo Valyekano” ilə ev oyunundan xalsız ayrılıb. “Espanyol”un qonağı olmuş “Real” da turu inamlı qələbə ilə başa vurub.

34-cü tura mayın 4-də keçiriləcək “Sevilya” – “Real Sosyedad” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
34-cü tur
1 may

Jirona – Malyorka 0:1
Qol: Samu Kosta, 43.

2 may

Vilyarreal – Levante 5:1
Qollar: Mikautadze, 38; 68. Moleyro, 62. Buçanan, 87. Pepe, 90 – Espi, 51.

Valensiya – Atletiko 0:2
Qollar: Luke, 74. Kubo, 82.

Alaves – Atletik 2:4
Qollar: Blanko, 8. Tenalya, 68 – Navarro, 46. Sanset, 74. N.Uilyams, 83; 87.

Osasuna – Barselona 1:2
Qollar: R.Qarsiya, 88 – Levandovski, 81. F.Torres, 86.

3 may

Selta – Elçe 3:1
Qollar: Alvares, 14. Aspas, 30. B.İqlesias, 85 – A.Silva, 82-pen.

Xetafe – Rayo Valyekano 0:2
Qollar: Kamello, 38. Nteka, 73.

Betis – Real Ovyedo 3:0
Qollar: K.Ernandes, 22; 58. Ezzalzuli, 45.

Espanyol – Real 0:2
Qollar: Vinisius, 55; 66.

4 may

23:00. Sevilya – Real Sosyedad

Liqa 1: “Lill” xal itirdi, “Renn” uduzdu

4 May 2026 at 00:50

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 5 qarşılaşma baş tutub.

“Lill” – “Havr” matçında qalib müəyyənləşməyib. “Strasburq” doğma meydanda “Tuluza”ya uduzubsa, “Oser” “Anje”ni, “Paris” “Brest”i, Lion “Olimpik”i “Renn”i məğlub yola salıb.

Beləliklə, sona 2 tur qalmış 70 xala malik PSJ vahid liderdir. “Lans” 64 xalla ikinci, Lion “Olimpik”i 60 xalla üçüncü pillədə qərarlaşıb. “Lill” 58, “Renn” 56, “Monako” 54, Marsel “Olimpik”i 53 xal toplayıb.

Fransa, Liqa 1
32-ci tur
2 may

Nant – Olimpik (Marsel) 3:0
Qollar: Qanaqo, 50. Kabelya, 54. Ablin, 58.

Mets – Monako 1:2
Qollar: Deminque, 49 – Baloqun, 61. Fati, 90+1.

PSJ – Loryan 2:2
Qollar: Mbaye, 6. Zair-Emeri, 62 – Paqis, 12. Tosin, 78.

Nitsa – Lans 1:1
Qollar: Abdi, 84 – Sent-Maksimin, 60.

3 may

Lill – Havr 1:1
Qollar: Haraldsson, 29 – Sumare, 33.

Oser – Anje 3:1
Qollar: Mara, 12; 61. Sinayoko, 67 – Koyalipu, 77-pen.

Paris – Brest 4:0
Qollar: Matondo, 13; 67. Gebbels, 20. Koleoşo, 89.

Strasburq – Tuluza 1:2
Qollar: Amo, 27 – Metali, 43. Emersonn, 84.

Olimpik (Lion) – Renn 4:2
Qollar: Yaremçuk, 37. Tolisso, 42-pen. Moreyra, 52. Endrik, 75 – Tamari, 6. Lepaul, 48.

A Seriyası: “İnter” 21-ci dəfə İtaliya çempionu oldu

4 May 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə 4 qarşılaşma baş tutub.

“Bolonya” – “Kalyari” matçında qapılara qol vurulmayıb. “Sassuolo”nun qonağı olmuş “Milan” məğlubiyyətə üzülübsə, “Yuventus” “Verona” ilə ev oyununda xal itirib. Lider “İnter” isə “Parma” ilə ev oyunundan inamlı qələbə ilə ayrılmaqla sona 3 tur qalmış çempionluğunu təmin edib.

Qeyd edək ki, bu, “İnter”in tarixindəki 21-ci İtaliya çempionluğudur.

35-ci turun qalan görüşləri mayın 4-də keçiriləcək.

İtaliya, A Seriyası
35-ci tur
1 may

Piza – Leççe 1:2
Qollar: Leris, 56 – Banda, 52. Xeddira, 65.

2 may

Udineze – Torino 2:0
Qollar: Ehizibue, 45+1. Kristensen, 51.

Komo – Napoli 0:0

Atalanta – Cenoa 0:0

3 may

Bolonya – Kalyari 0:0

Sassuolo – Milan 2:0
Qollar: Berardi, 5. Loryente, 47.

Yuventus – Verona 1:1
Qollar: Vlahoviç, 62 – Bouye, 34.

İnter – Parma 2:0
Qollar: M.Türam, 45+1. Mxitaryan, 80.

4 may

20:30. Kremoneze – Latsio
22:45. Roma – Fiorentina

Premyer Liqa: “Liverpul” uduzdu, “Tottenhem” qalib gəldi

4 May 2026 at 00:30

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

“Bornmut” doğma meydanda “Kristal Pelas”ı 3 cavabsız qolla üstələyib. Beş qolluq “Mançester Yunayted” – “Liverpul” görüşü də meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Aston Villa”nın qonağı olmuş “Tottenhem” isə səfərdə qələbə qazanıb.

35-ci turun qalan görüşləri mayın 4-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
35-ci tur
1 may

Lids – Börnli 3:1
Qollar: Stax, 8. Okafor, 52. Kalvert-Lyuin, 56 – Tçauna, 71.

2 may

Brentford – Vest Hem 3:0
Qollar: Mavropanos, 15-öz qapısına. İ.Tyaqo, 54-pen. Damsqor, 82.

Nyukasl – Brayton 3:1
Qollar: Osula, 12. Börn, 24. Barnes, 90+5 – Hinşelvud, 61.

Vulverhempton – Sanderlend 1:1
Qollar: Bueno, 54 – Mukiele, 17.

Arsenal – Fulhem 3:0
Qollar: Dyökereş, 9; 45+4. Saka, 40.

3 may

Bornmut – Kristal Pelas 3:0
Qollar: Lerma, 10-öz qapısına. Kroupi, 32-pen. Rayan, 77.

Mançester Yunayted – Liverpul 3:2
Qollar: Kunya, 6. Şeşko, 14. Meynu, 77 – Soboslai, 47. Qakpo, 56.

Aston Villa – Tottenhem 1:2
Qollar: Buendiya, 90+6 – Qallaxer, 12. Riçarlison, 25.

4 may

18:00. Çelsi – Nottingem Forest
23:00. Everton – Mançester Siti

Bundesliqa: “Borussiya” “Borussiya”ya uduzdu

3 May 2026 at 23:59

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Frayburq” – “Volfsburq” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Sankt Pauli” doğma meydanda “Maynts”a məğlub olub. Mönhenqladbax və Dortmund “Borussiya”larının görüşündə isə meydan sahibləri tək qolla qalib gəliblər.

Beləliklə, geridə qalmış 32 turdan sonra 83 xala malik “Bayern” vahid liderdir. Çempionluğu təmin etmiş Münhen təmsilçisini 67 xala malik Dortmund “Borussiya”sı və 62 xallı “Leypsiq” izləyirlər. “Bayer”, “Ştutqart” və “Hoffenhaym”ın 58, “Frayburq”un 44 xalı var.

Almaniya, Bundesliqa
32-ci tur
2 aprel

Bayern – Haydenhaym 3:3
Qollar: Qoretska, 44; 57. Olise, 90+10 – Zivzivadze, 22; 76. E.Dinkci, 31.

Hoffenhaym – Ştutqart 3:3
Qollar: Kramariç, 7; 49. B.Ture, 23 – Fuhrix, 20. Demiroviç, 64. T.Tomas, 90+5.

Union Berlin – Köln 2:2
Qollar: Rothe, 73. L.Burcu, 89 – Bulter, 33. El Mala, 61.

Ayntraxt – Hamburq 1:2
Qollar: C.Y.Uzun, 48 – Qronbaek, 51. F.Vyeyra, 59.

Verder – Auqsburq 1:3
Qollar: Şmid, 64 – Kade, 24; 45+3. Yakiç, 69.

Bayer – Leypsiq 4:1
Qollar: P.Şik, 25; 76; 89. Tella, 45 – Baumqartner, 80.

3 may

Sankt Pauli – Maynts 1:2
Qollar: Sisey, 87 – Tiets, 6. Mvene, 40.

Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 1:0
Qol: Tabakoviç, 88.

Frayburq – Volfsburq 1:1
Qollar: Linhart, 75 – Kulyelaris, 55.

Super Liqa: Autsayder “Karagümrük”ə 1 qol bəs etdi

3 May 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Antalyaspor” – “Alanyaspor” matçında qapılara qol vurulmayıb. “Kasımpaşa” – “Kocaelispor” və “Kayserispor” – “Eyüpspor” görüşlərində tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Karagümrük” isə doğma meydanda “Gənclərbirliyi”ni minimal hesabla üstələyib.

Beləliklə, 32 turdan sonra 74 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 70 xalla ikinci, “Trabzonspor” 66 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş” 59, “Göztəpə” 52, “Başakşəhər” 51 xal toplayıb.

Türkiyə, Super Liqa
32-ci tur
1 may

Rizəspor – Konyaspor 3:2
Qollar: Laçi, 18. Mebude, 58. Auqusto, 65 – Jo, 16. Andzuana, 89.

Qaziantep – Beşiktaş 0:2
Qollar: Djalo, 7. Asllani, 22-pen.

2 may

Fənərbağça – Başakşəhər 3:1
Qollar: Taliska, 28; 57; 72 – Harit, 36.

Samsunspor – Qalatasaray 4:1
Qollar: Marius, 22; 71. Ndiaye, 57; 82 – Y.Akgün, 9.

Trabzonspor – Göztəpə 1:1
Qollar: U.Nayir, 90+3 – J.Santos, 32.

3 may

Antalyaspor – Alanyaspor 0:0

Karagümrük – Gənclərbirliyi 1:0
Qol: T.Çukur, 17.

Kasımpaşa – Kocaelispor 1:1
Qollar: Benediçak, 2 – Aqyei, 23.

Kayserispor – Eyüpspor 1:1
Qollar: Tuçi, 60 – Klaro, 4.

Formula 1: Kimi Antonelli Mayamidə də hamını qabaqladı

3 May 2026 at 23:00

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsi – 4-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Mayami (ABŞ, Florida) şəhərində təşkil olunub.

Bundan əvvəlki Yaponiya və Çin qran-prilərində olduğu kimi, Mayami qran-prisində də “Mersedes”in gənc pilotu Kimi Antonelli qalib olub. 19 yaşlı italiyalı sürücü 57 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində 3-cü zəfərdir.

İkinci yeri “Maklaren”in sürücüsü Landro Norris tutub. İlk üçlüyü “Maklaren”in digər pilotu Oskar Piastri qapayıb.

Beləliklə, geridə qalmış 3 mərhələdən sonra Kimi Antonelli 100 xalla vahid liderdir. Antonellinin komanda yoldaşı Corc Rassel 80 xalla ikinci pillədə qərarlaşıb. “Ferrari”nin pilotu Şarl Lekler isə 63 xalla üçüncüdür.

Mühəndislər Kubokunda “Mersedes” 180 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 112 xalla ikinci, “Maklaren” isə 94 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 5-ci qran-prisi Kanadada keçiriləcək. Monrealda baş tutacaq bu yarış mayın 24-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 100
  2. Corc Rassell (Mersedes) – 80
  3. Şarl Lekler (Ferrari) – 63
  4. Lando Norris (Maklaren) – 51
  5. Luis Hamilton (Ferrari) – 49
  6. Oskar Piastri (Maklaren) – 43
  7. Maks Ferstappen (Red Bull) – 26
  8. Oliver Berman (Haas) – 17
  9. Pyer Qasli (Alpin) – 16
  10. Liam Louson (Rasinq Bulls) – 10
  11. Franko Kolapinto (Alpin) – 5
  12. Arvid Linblad (Rasinq Bulls) – 4
  13. İsaak Hacar (Red Bull) – 4
  14. Karlos Sayns (Uilyams) – 4
  15. Qabriel Bortoleto (Audi) – 2
  16. Esteban Okon (Haas) – 1
  17. Aleksander Albon (Uilyams) – 0
  18. Serxio Peres (Kadillak) – 0
  19. Niko Hulkenberq (Audi) – 0
  20. Fernando Alonso (Aston Martin) – 0
  21. Valtteri Bottas (Kadillak) – 0
  22. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 180
  2. Ferrari – 112
  3. Maklaren – 94
  4. Red Bull – 30
  5. Alpin – 21
  6. Haas – 18
  7. Rasinq Bulls – 14
  8. Uilyams – 5
  9. Audi – 2
  10. Kadillak – 0
  11. Aston Martin – 0

Ozan Can Kökçü “Herenven”ə qarşı 51 dəqiqə oynadı

3 May 2026 at 23:00

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 32-ci turunda “Herenven”lə qarşılaşıb.

“Volendam” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Ozan bu görüşə start heyətdə başlayıb və 51-ci dəqiqədə əvəzlənib.

“Volendam” 32 turdan sonra 31 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Ozan bu oyunların 27-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 30 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

“Böyük Dəbilqə”: Uşanqi və Camaldan bürünc medal

3 May 2026 at 22:30

Azərbaycanın cüdo üzrə millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirini 3 bürünc medalla başa vurub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarışın son günündə təmsilçilərimizdən Camal Qamzatxanov (+ 100 kq) və Uşanqi Kokauri (+100 kq) bürünc medal qazanıblar.

Kokauri həlledici görüşdə Özbəkistan idmançısı Muxammadkodir Mansurovu üstələyərək bürünc medala layiq görülüb.

Qamzatxanov isə üçüncü yer uğrunda görüşdə rumıniyalı Darius Dobreyə qalib gələrək bürünc mükafatın sahibi olub.

Bununla da yığmamız “Böyük Dəbilqə” turnirini 3 bürünc medalla başa vurub. Daha əvvəl təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) də fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

Xatırladaq ki, Azərbaycan yığma komandası Düşənbədəki yarışa 4 çəki dərəcəsində 6 cüdoçu ilə qatılmışdı.

Rəşad Sadıqov: “Onun zədəsi bizim üçün ciddi problem yaradır”

3 May 2026 at 22:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün ağır oyun oldu. “Qəbələ” çox baxımlı futbol oynayır. Fikrimcə, bu komanda avrokuboklar uğrunda mübarizə aparmalı idi. Son oyunlarda yaxşı oynasalar da, nəticə qazanmaqda çətinlik çəkdiklərini düşünürəm. Matç gərgin mübarizə şəraitində keçdi. Özümüzdə güc tapıb növbəti matçlarda daha yaxşı oyun sərgiləməliyik. Matça çox pis başlamışdıq. İkinci hissədə müəyyən qədər oyunu düzəldə bildik. Futbolçularımı sona qədər əzmkar mübarizə apardıqları üçün təbrik edirəm.

Birinci hissədə çoxsaylı top itkilərimiz oldu. Sıx qrafik, aprel ayının yorğunluğu müəyyən qədər buna təsir göstərirdi. İmkan düşdükcə müəyyən mövqelərdə rotasiyalar etdik. Enrike Kustodionun zədəsi bizim üçün ciddi problem yaradır. İssa Cibrillanı əvəz edə bilmirik. O da üst-üstə ağır oyunlar keçirdikdə zədəyə meyilli olur. Onu bu gün qorxa-qorxa meydanda saxladıq. Qol vurduqdan sonra dərhal əvəz etdik”.

Sxadadze: “Son nöqtəni qoymaq bizdə problemdir”

3 May 2026 at 21:30

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 30-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü əyalət təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Kaxaber Sxadadze qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə “Zirə”ni təbrik edirəm. Rəşad Sadıqov uzun müddətdir buradadır və yaxşı komanda yaradıb.

Biz də oyuna çox yaxşı hazırlaşmışdıq. Qol epizodlarımız da var idi. Lakin son nöqtəni qoymaqda çətinlik çəkirdik. Bu məqam bizdə problemdir. Bu oyunda da bəsit qol buraxdıq. Qola qədər rəqibin təhlükəli epizodları demək olar ki, yox idi. Bu oyuna da çoxlu azarkeş gəlmişdi. Təəssüf edirəm ki, onları sevindirə bilmədik”.

“Zirə” – “Qəbələ” 1:0 – Video

3 May 2026 at 21:00

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Zirə” – “Qəbələ” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
30-cu tur
3 may

“Zirə” – “Qəbələ” 1:0
Qol: Junior Martins, 78.
Sarı vərəqələr: Brahim Konate, 44 (hakimin qərarına etiraz). Georgi Papunaşvili, 74 (qeyri-idman hərəkəti). Hacıağa Hacılı, 81 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 18:30. Zirə İdman Kompleksinin stadionu, 150 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Teymur Teymurov.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, (73. Anatoli Nuriyev, 60), 10. Georgi Papunaşvili (26. Stefan Akka, 80), 20. İssa Cibrilla (21. Hacıağa Hacılı, 80), 93. Brahim Konate (30. Rikardo Martins, 60), 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın (11. Junior Martins, 73).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev (66. Nuğay Rəşidov, 88), 10. Şahin Şahniyarov (50. Adriel Ba Lua, 80), 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.

Premyer Liqa: “Qəbələ” Zirədən xalsız qayıtdı

3 May 2026 at 20:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.

“Zirə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Oyunun baş hakimi Elçin Məsiyev olub. Zirə İdman Kompleksinin stadionunda baş tutmuş görüşün taleyini bir qol həll edib. Meydan sahibləri tək qolla 3 xal qazanıblar.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a qalib gəlib (2:1), “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” “Sabah”a (0:3) uduzub. “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan” – “Neftçi” matçı ayın 5-də keçiriləcək.

Premyer Liqa
30-cu tur
3 may

“Zirə” – “Qəbələ” 1:0
Qol: Junior Martins, 78.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 30. Rikardo Martins, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.

Dambrauskas: “Layiqli şəkildə çempion olduğumuzu göstərdik”

3 May 2026 at 20:00

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 30-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü “Sabah”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas görüşdən sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Bizə dəstək olan azarkeşləri də təbrik edirəm. Düzdür, çempion olmaq xəbəri gəldikdən sonra bu oyuna köklənmək bir qədər çətin oldu. Futbolçularıma təşəkkür edirəm. Onlar özlərində güc tapdılar, meydana motivasiyalı şəkildə çıxdılar. Həqiqətən də göstərdilər ki, biz layiqli şəkildə çempion olmuşuq. Çox xoşbəxtəm. “Şamaxı” çox yaxşı komandadır. Yaxşı oynayırlar. Bu cür komandaya 3 qol vurmaq asan deyil. Hər iki hissədə qol fürsətlərimiz oldu, onlardan tam istifadə edə bilmədik. Oyunun böyük hissəsində dominant tərəf idik. Futbolçularıma peşəkar davranışlarına, loqoya hörmətinə görə təşəkkür edirəm. Hər biri ən yaxşı sözlərə layiqdir.

Bu, mənim üçüncü çempionluğumdur. Litvada və Bolqarıstanda çempionluq yaşamışam. Xorvatiya və Bolqarıstanda kubok qazanmışam. Bu, mənim ən böyük nailiyyətlərimdən biridir. “Jalgiris” və “Ludoqorets”ə də hörmətlə yanaşıram. Orada çempionatda mütləq qalib gəlməlisən. Amma bizim bu cür klubla, bu cür yanaşmamızla əldə etdiyimiz uğur həqiqətən böyükdür. Yanlış xatırlamıramsa, artıq 9 ay olar ki, uduzmuruq. Çoxlu qollar vurmuşuq. Onu da qeyd edim ki, Azərbaycan çempionatı güclüdür. Yaxın müddətdə daha da inkişaf edəcəyini düşünürəm. Çempionlar Liqasında pley-off oynamış komandanı keçərək çempion olmaq böyük nailiyyətdir. “Sabah” ailəsinə təşəkkür edirəm. Təmizlik işçisindən prezidentimizə qədər minnətdaram, bu nailiyyətdə toxunuşu olan hər bir adama təşəkkür düşür.

Kubok bir oyundan ibarətdir. Kim daha yaxşı çıxış edəcək, daha az səhvə yol verəcəksə, qalib olacaq. Hər kəs meydana çıxaraq, işini görəcək. Bizim üçün kubok çox önəmlidir. Tarix yazmaq niyyətindəyik. Biz meydana çıxarkən, başqa şeyləri düşünməyəcəyik. Kimlər final görüşümüzdən xeyir əldə edə bilər, kim hara gedə bilər, bu, bizim üçün önəmli deyil. Biz meydana çıxacağıq ki, kuboku qazanaq”.

Valdas Dambrauskasdan Cəfər Muxtarov açıqlaması

Dambrauskas bu gün debüt etmiş Cəfər Muxtarovdan da söhbət açıb:

“Onun bizim əsas komandamıza qoşulması qəribə oldu. Milli komandalara görə yaranmış fasilədə bizə əvəzedici heyətdən gələrək məşqlərə qoşuldu. Gördüm ki, onun çox yaxşı keyfiyyətləri var, topa yaxşı nəzarət edir. İlk ötürməsi də çox yaxşıdır. O, bizim məşqlərə çox uyğun gəldi. Komanda olaraq daha çox top saxlayırıq, önə oynayırıq. Onda da bu keyfiyyətlər var idi. Oktyabrdan bu yana bizimlə məşq edir. Düzdür, meydanda çox dəqiqələri əldə etməyib. Amma bu gün ona dəstək olmağa çalışdıq. Məşqlərdə iştirak edən oyunçularımızın uğurumuzda toxunuşu var idi. Ona görə bu gün də biz onlara həmin mükafatı verdik. Debüt etməyə layiq idilər. Bizim kimi çempion olan komandalarda standartlar çox yüksək olur, rəqabət yüksəkdir. Bəzən oyunçular çox məşq etsələr də, onlara fürsət verməyə imkan olmur. Cəfər Muxtarov da daxil olmaqla bu cür oyunçular eqolarını komanda üçün tərk edirlər. Əllərindən gələni edirlər ki, məşqimiz çox yüksək səviyyədə keçsin. Cəfər Muxtarov milli komandanı da nəzərdən keçirməlidir. Daha çox topa nəzarət etmək istəyiriksə, bu cür oyunçulara önəm vermək lazımdır. Açar ötürmələr verir. Gələcək nəyi göstərər, deyə bilmərəm. Amma o, bu gün oynamağa layiq idi”.

Ayxan Abbasov: “Onun zədələnməsi oyunun qırılma anı idi”

3 May 2026 at 19:30

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 30-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Ayxan Abbasov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Onlara, eyni zamanda ölkəmizi avrokuboklarda təmsil edəcək bütün komandalara uğurlar arzulayıram. Azarkeşlərimizə dəstəklərinə görə minnətdaram.

Çətin oyun oldu. Epizodlarımız olsa da, onlardan düzgün istifadə edə, yararlana bilmədik. David Santosun zədələnməsi oyunun qırılma anı idi. Gənclərə şans verdik, epizodlar yaratdıq. “Sabah” kimi komandaya qarşı oynamaq çətindir. Qarşıda üç oyunumuz var. Mövsümü maksimum şəkildə yaxşı bitirməyə çalışacağıq”.

“Şamaxı” – “Sabah” 0:3 – Video

3 May 2026 at 19:00

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Şamaxı” – “Sabah” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
30-cu tur
3 may

“Şamaxı” – “Sabah” 0:3
Qollar: Stiv Solvet, 37. Coy Lens Mikels, 78. Umarali Rahmonaliyev, 90+1-pen.
Sarı vərəqələr: Rəhman Daşdəmirov, 21 (qeyri-idman hərəkəti). İvan Lepinitsa, 51 (qeyri-idman hərəkəti). Cəfər Muxtarov, 85 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə – 3 dəqiqə.
Saat 16:00. Şamaxı şəhər stadionu, 1500 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Tərlan Talıbzadə.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k) (80. Həbib İsmayılov, 46), 5. Arsen Ağcabəyov, 27. Emil Süleymanov (21. Bilal İsmayılov, 79), 82. Rüfət Abbasov, 9. Karim Rossi (19. Abdullahi Şuaybu, 66), 10. Andrey Tırkovyanu (7. Edqar Adilxanov, 46), 3. Vladislav Veremeyev, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos (8. Alfons Msanqa, 36).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 55. Nicat Mehbalıyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 21. Velko Simiç, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç (17. Tellur Mütəllimov, 42), 13. İvan Lepinitsa (89. Cəfər Muxtarov, 83), 11. Kahim Parris (70. Jesse Sekidika, 70), 99. Patrik Mbina (9. Xəyal Əliyev, 70), 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda (20. Coy Lens Mikels, 70).
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 94. Rəvan Mirzəmmədov, 40. İqor Noqeyra, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

İkinci Liqa: “Göygöl”dən “Ağstafa Gəncləri” ilə heç-heçə

3 May 2026 at 18:30

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Göygöl” doğma meydanda “Ağstafa Gəncləri” ilə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

25-ci turun qalan görüşləri mayın 4-də və 5-də keçiriləcək.

İkinci Liqa
25-ci tur
3 may

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
Qollar: Ziyabil Məmmədov, 66 – Elgün Namazov, 35.
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

4 may

“Kür-Araz” – “Şəki”
Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

“Ağdaş” – “Araz Saatlı”
Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağdaş şəhər stadionu, 16:30.

5 may

“Quba” – “Xankəndi”
Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Dinamo”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şirvan” – “Şəmkir”
Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Premyer Liqa: “Sabah” Şamaxıda 3 cavabsız qola sevindi

3 May 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

Burada “Şamaxı” lider “Sabah”la üz-üzə gəlib. Artıq tarixində ilk çempionluğu təmin etmiş paytaxt təmsilçisinin səfər oyununu Kamal Umudlu idarə edib. “Bayquşlar” 3 cavabsız qol sayəsində növbəti 3 xala seviniblər.

Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan” – “Neftçi” matçı ayın 5-də baş tutacaq. Turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a qalib gəlib (2:1), “Araz-Naxçıvan” “İmişli”yə (0:1) məğlub olub.

Premyer Liqa
30-cu tur
3 may

“Şamaxı” – “Sabah” 0:3
Qollar: Stiv Solvet, 37. Coy Lens Mikels, 77. Umarali Rahmonaliyev, 90+1-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Şamaxı şəhər stadionu, 16:00.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 27. Emil Süleymanov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 55. Nicat Mehbalıyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 21. Velko Simiç, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 99. Patrik Mbina, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Lionel Messi “Orlando Siti”yə qol vursa da… – Video

3 May 2026 at 17:30

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Orlandi Siti” ilə qarşılaşıb.

“Vağlar” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıblar –3:4. Messi 90 dəqiqə meydanda olub və 1 qol, 1 assist, 1 sarı vərəqə ilə yadda qalıb. O, komandasının 25-ci dəqiqədə vurduğu ikinci qolda məhsuldar ötürmə veribsə, 34-cü dəqiqədə özü fərqlənib. Ulduz futbolçu 78-ci dəqiqədə sarı vərəqə də alıb.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 11 oyundan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 11 oyunda 5 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 12 oyuna çıxıb, 9 qol vurub, 1 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 100 oyun, 86 qol və 45 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“İpsviç Taun” yenidən Premyer Liqada!

3 May 2026 at 17:00

İngiltərə Çempionşipində mübarizə aparan “İpsviç Taun” komandası 2026/2027-cı illər mövsümündə Premyer Liqada çıxış edəcək.

Arena.az xəbər verir ki, ötən gün Çempionşipdə 2025/2026-cı illər mövsümünün əsas hissəsinə yekun vurulub.

Sonuncu – 46-cı turda KPR-i 3:0 hesabıyla məğlub etmiş İpsviç təmsilçisi 84 xalla ikinci yeri tutaraq elitaya yüksəlib. Bu komanda yalnız lider və çempion olan “Koventri Siti”dən (95 xal) geri qalıb və ən yaxın izləyicisi olan “Milluoll”u (83 xal) 1 xal qabaqlayıb. Kiran Makkennanın rəhbərlik etdiyi kollektiv cəmi bir illik fasilədən sonra Premyer Liqaya qayıdıb.

“İpsviç Taun” 2024/2025-ci illər mövsümündə Premyer Liqada 22 xal toplayaraq elitanı tərk etmişdi.

Xatırladaq ki, bundan əvvəl “Koventri Siti” də Premyer Liqaya vəsiqə qazanmışdı. Elitaya yüksələn sonuncu komanda isə pley-off matçlarından sonra müəyyənləşəcək. “Milluol” (83), “Sauthempton” (80), “Midlsbro” (80) və “Hall Siti” (73 xal) sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Cəlal Hüseynov “Çerno More”yə qarşı 90 dəqiqə oynadı

3 May 2026 at 16:30

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində “Çerno More” ilə qarşılaşıb.

“Arda” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Hüseynov 90 dəqiqə meydanda olub.

“Arda” 32 turdan sonra 45 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 12 qələbə qazanıb, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 81 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

“Amedspor” tarixində ilk dəfə Super Liqaya yüksəldi

3 May 2026 at 16:00

Türkiyənin Birinci Liqasında mübarizə aparan “Amedspor” komandası tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, ötən gün Türkiyə Birinci Liqasında 2025/2026-cı illər mövsümünün əsas hissəsinə yekun vurulub.

“Amedspor” mövsümün sonuncu – 38-ci turunda “İğdır”ın qonağı olub. Altı qolun qeydə alındığı qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb. Bu nəticə Diyarbəkir təmsilçisinin tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanması üçün kifayət edib.

Diyarbəkir klubu mövsümü 74 xalla 2-ci pillədə başa vurub. Daha öncə Super Liqaya yüksəlmiş “Ərzurumspor” da liderliyini qoruyaraq çempion olub. “Erokspor” isə 74 xalla üçüncü yeri tutub. Super Liqaya 3-cü vəsiqənin sahibi pley-off matçlarından sonra müəyyənləşəcək. “Çorum”, “Bodrumspor”, “Pendikspor” və “Keçiörengücü” arasında pley-off oyunlarının qalibi finalda “Erokspor”la qarşılaşacaq. Finalın qalibi isə Super Liqada çıxış etmək hüququ qazanacaq.

Qeyd edək ki, “Amedspor”un Super Liqaya yüksəlməsinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da biganə qalmayıb. O, bu münasibətlə kluba təbrik ünvanlayıb:

“Növbəti mövsümdə Diyarbəkiri Super Liqada təmsil edəcək “Amedspor”u, bütün klub ictimaiyyətini və diyarbəkirli qardaşlarımı ürəkdən təbrik edir, onlara uğurlar arzulayıram”.

Birinci Liqada son 4 yeri tutmuş “Serikspor”, “Sakaryaspor”, “Hatayspor” və “Adana Dəmirspor” isə aşağı liqaya yuvarlanıblar.

Sonda onu da xatırladaq ki, Türkiyə Super Liqasında Birinci Liqaya düşməyə əsas namizədlər bunlardır:

“Karagümrük” (21 xalla 18-ci)
“Kayserispor” (26 xalla 17-ci)
“Antalyaspor” (28 xalla 16-cı)
“Eyüpspor” (28 xalla 15-ci)
“Gənclərbirliyi” (28 xalla 14-cü)

“Şalke” 3 il sonra yenidən Bundesliqada!

3 May 2026 at 15:00

Almaniya İkinci Bundesliqasında mübarizə aparan “Şalke” 2026/2027-ci illər mövsümündə əsas Bundesliqada çıxış edəcək.

Arena.az xəbər verir ki, növbəti mövsümdə Almaniya Bundesliqasına vəsiqə qazanmış ilk komanda bəlli olub.

Miron Musliçin rəhbərlik etdiyi komanda ötən gecə İkinci Bundesliqanın 32-ci turu çərçivəsində Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanaraq xallarını 67-ə çatdırıb. Nəticədə bu komanda elitaya vəsiəqəni təmin edib. Liderin əsas izləyicisi “Paderborn” sona iki tur qalmış 58 xalla ikinci pillədə qərarlaşıbsa, “Hannover”in 57, “Elversberq”in 56 xalı var. “Darmştadt” 51, “Herta” 48 xal toplayıb.

Qeyd edək ki, İkinci Bundesliqada 2-ci yeri tutacaq komanda da əsas Bundesliqaya birbaşa vəsiqə qazanacaq. 3-cü olacaq kollektivi isə əsas Bundesliqada 16-cı yeri tutacaq komanda ilə pley-off qarşılaşmaları gözləyir.

Qeyd edək ki, “Şalke” üç mövsüm idi İkinci Bundesliqada çıxış edirdi.

Əsas Bundesliqada elitanı tərk etməyə əsas namizədlər isə 18-ci olan “Haydenhaym” (23 xal), 17-ci pillədə qərarlaşmış “Volfsburq” (25), 16-cı sırada yer almış “Sankt Pauli”dir (26).

Nəriman Axundzadə 9 dəqiqə oynadı, komandası uduzdu

3 May 2026 at 14:00

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində doğma meydanda “Minnesota Yunayted”lə qarşılaşıb.

Beş qolun qeydə alındığı oyun Ohayo təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 2:3. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşün 81-ci dəqiqəsində meydana buraxılıb.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 11 oyundan sonra 12 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Nərimanın komandası 11 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 6 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Mahir Emreli “Kayzerslautern”ə yenə lazım olmadı

3 May 2026 at 13:00

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”in Drezden “Dinamo”suna qarşı keçirdiyi oyunda iştirak etməyib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçunun adı 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində qarşılaşdıqları “Dinamo” ilə matçın iştirak ərizəsinə də daxil edilməyib.

Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

32 turdan sonra 46 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 32 oyunda 14 qələbə qazanıb, 4 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 11 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Renat Dadaşov üçün 21-ci qolsuz oyun

3 May 2026 at 12:00

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 31-ci turu çərçivəsində Poznan “Lex”i ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və məğlubiyyətə üzülüb – 0:1. Renat bu görüşün 77-ci dəqiqəsində meydana buraxılıb.

31 turdan sonra 39 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 31 oyunda 9 qələbə qazanıb, 12 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 21 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Vüsal İsgəndərli “Flamurtari”yə qol vura bilmədi

3 May 2026 at 11:00

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 34-cü turu çərçivəsində “Flamurtari” ilə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 79-cu dəqiqəsində əvəzlənib.

“Partizani” 34 turdan sonra 45 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 34 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 34 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Zamiq Əliyev “Dinamo”ya qarşı 72 dəqiqə oynadı

3 May 2026 at 10:00

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 34-cü turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Əliyev görüşə start heyətdə başlasa da, 72-ci dəqiqədə əvəzlənib.

Ardıcıl 4-cü məğlubiyyətini almış “Eqnatiya” 34 turdan sonra 54 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 34 oyunda 15 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 70 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Premyer Liqa: “Şamaxı” “Sabah”a, “Zirə” “Qəbələ”yə qarşı

3 May 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

“Şamaxı” lider “Sabah”ı qəbul edəcək. Artıq tarixində ilk çempionluğu təmin etmiş paytaxt təmsilçisinin səfər oyununa saat 16:00-da start veriləcək. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.

Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. Oyunun baş hakimi Elçin Məsiyev olacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 18:30-da səslənəcək.

Premyer Liqa
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Yevlax şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “İmişli” 0:1
Qol: Dioqo Kardozo, 18.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
“Sumqayıt Arena”, 18:30.

3 may

“Şamaxı” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Şamaxı şəhər stadionu, 16:00.

“Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

4 may

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

5 may

“Karvan” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Yevlax şəhər stadionu, 16:00.

Liqa 1: PSJ “Loryan”la ev oyununda xal itirdi

3 May 2026 at 01:00

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı PSJ – “Loryan” matçı liderin xal itkisi ilə üzləşib. “Nitsa” – “Lans” matçında da qalib müəyyənləşməyib. “Nant” evdə Marsel “Olimpik”inə 3 cavabsız qolla qalib gəlibsə, “Monako” səfərdə “Mets”i çətinliklə üstələyib.

32-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
32-ci tur
2 may

Nant – Olimpik (Marsel) 3:0
Qollar: Qanaqo, 50. Kabelya, 54. Ablin, 58.

Mets – Monako 1:2
Qollar: Deminque, 49 – Baloqun, 61. Fati, 90+1.

PSJ – Loryan 2:2
Qollar: Mbaye, 6. Zair-Emeri, 62 – Paqis, 12. Tosin, 78.

Nitsa – Lans 1:1
Qollar: Abdi, 84 – Sent-Maksimin, 60.

3 may

17:00. Lill – Havr
19:15. Oser – Anje
19:15. Paris – Brest
19:15. Strasburq – Tuluza
22:45. Olimpik (Lion) – Renn

La Liqa: “Barselona”dan “Osasuna” üzərində çətin qələbə

3 May 2026 at 00:50

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

“Vilyarreal” doğma meydanda “Levante”yə böyük hesabla qalib gəlib. “Valensiya” evdə “Atletiko”ya, “Alaves” “Atletik”ə məğlub olub. Səfərdə “Osasuna” ilə qarşılaşmış lider “Barselona” da turu qələbə ilə başa vurub və çempionluğa bir addım da yaxınlaşıb.

34-cü turun qalan görüşləri mayın 3-də və 4-də keçiriləcək.

İspaniya, La Liqa
34-cü tur
1 may

Jirona – Malyorka 0:1
Qol: Samu Kosta, 43.

2 may

Vilyarreal – Levante 5:1
Qollar: Mikautadze, 38; 68. Moleyro, 62. Buçanan, 87. Pepe, 90 – Espi, 51.

Valensiya – Atletiko 0:2
Qollar: Luke, 74. Kubo, 82.

Alaves – Atletik 2:4
Qollar: Blanko, 8. Tenalya, 68 – Navarro, 46. Sanset, 74. N.Uilyams, 83; 87.

Osasuna – Barselona 1:2
Qollar: R.Qarsiya, 88 – Levandovski, 81. F.Torres, 86.

3 may

16:00. Selta – Elçe
18:15. Xetafe – Rayo Valyekano
20:30. Betis – Real Ovyedo
23:00. Espanyol – Real

4 may

23:00. Sevilya – Real Sosyedad

A Seriyası: “Napoli” səfərdə, “Atalanta” evdə xal itirdi

3 May 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Komo” – “Napoli” və “Atalanta” – “Cenoa” matçlarında qapılara qol vurulmayıb. “Udineze” isə “Torino” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

35-ci turun qalan görüşləri mayın 3-də və 4-də keçiriləcək.

İtaliya, A Seriyası
35-ci tur
1 may

Piza – Leççe 1:2
Qollar: Leris, 56 – Banda, 52. Xeddira, 65.

2 may

Udineze – Torino 2:0
Qollar: Ehizibue, 45+1. Kristensen, 51.

Komo – Napoli 0:0

Atalanta – Cenoa 0:0

3 may

14:30. Bolonya – Kalyari
17:00. Sassuolo – Milan
20:00. Yuventus – Verona
22:45. İnter – Parma

4 may

20:30. Kremoneze – Latsio
22:45. Roma – Fiorentina

Premyer Liqa: “Arsenal”dan “Fulhem”ə 3 cavabsız qol

2 May 2026 at 23:40

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Vulverhempton” – “Sanderlend” matçında qalib müəyyənləşməyib. “Brentford” doğma meydanda “Vest Hem”ə, “Nyukasl” “Brayton”a, lider “Arsenal” da “Fulhem”ə 3 qolla qalib gəlib.

35-ci turun qalan görüşləri mayın 3-də və 4-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
35-ci tur
1 may

Lids – Börnli 3:1
Qollar: Stax, 8. Okafor, 52. Kalvert-Lyuin, 56 – Tçauna, 71.

2 may

Brentford – Vest Hem 3:0
Qollar: Mavropanos, 15-öz qapısına. İ.Tyaqo, 54-pen. Damsqor, 82.

Nyukasl – Brayton 3:1
Qollar: Osula, 12. Börn, 24. Barnes, 90+5 – Hinşelvud, 61.

Vulverhempton – Sanderlend 1:1
Qollar: Bueno, 54 – Mukiele, 17.

Arsenal – Fulhem 3:0
Qollar: Dyökereş, 9; 45+4. Saka, 40.

3 may

17:00. Bornmut – Kristal Pelas
18:30. Mançester Yunayted – Liverpul
22:00. Aston Villa – Tottenhem

4 may

18:00. Çelsi – Nottingem Forest
23:00. Everton – Mançester Siti

Bundesliqa: “Bayer” 4 qola sevindi, “Bayern” xal itirdi

2 May 2026 at 23:20

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Bayern” – “Haydenhaym” və “Hoffenhaym” – “Ştutqart” matçlarında qalib müəyyənləşməyib. Dörd qolluq “Union Berlin” – “Köln” görüşündə də heç-heçə qeydə alınıb. “Ayntraxt” evdə “Hamburq”a, “Verder” “Auqsburq”a məğlub olub. “Bayer” isə “Leypsiq”lə ev oyununda darmadağına sevinib.

32-ci turun qalan görüşləri sabah keçiriləcək.

Almaniya, Bundesliqa
32-ci tur
2 aprel

Bayern – Haydenhaym 3:3
Qollar: Qoretska, 44; 57. Olise, 90+10 – Zivzivadze, 22; 76. E.Dinkci, 31.

Hoffenhaym – Ştutqart 3:3
Qollar: Kramariç, 7; 49. B.Ture, 23 – Fuhrix, 20. Demiroviç, 64. T.Tomas, 90+5.

Union Berlin – Köln 2:2
Qollar: Rothe, 73. L.Burcu, 89 – Bulter, 33. El Mala, 61.

Ayntraxt – Hamburq 1:2
Qollar: C.Y.Uzun, 48 – Qronbaek, 51. F.Vyeyra, 59.

Verder – Auqsburq 1:3
Qollar: Şmid, 64 – Kade, 24; 45+3. Yakiç, 69.

Bayer – Leypsiq 4:1
Qollar: P.Şik, 25; 76; 89. Tella, 45 – Baumqartner, 80.

3 may

17:30. Sankt Pauli – Maynts
19:30. Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund)
21:30. Frayburq – Volfsburq

❌
❌