Reading view

La Liqa: “Barselona” “Selta”nı tək qolla yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Elçe” – “Atletiko” matçı Madrid təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb. “Real Sosyedad” doğma meydanda “Xetafe”yə minimal hesabla uduzub. Lider “Barselona” isə evdə “Selta”nı yenməklə çempionluğa bir addım da yaxınlaşıb.

İspaniya, La Liqa
33-cü tur
21 aprel

Malyorka – Valensiya 1:1
Qollar: S.Kosta, 49 – U.Sadiq, 67.

Jirona – Betis 2:3
Qollar: Siqankov, 7. Unahi, 68-pen – Roka, 23. Ezzalzuli, 63. Rikelme, 80.

Atletik – Osasuna 1:0
Qol: Quruseta, 16.

Real – Alaves 2:1
Qollar: Mbappe, 30. Vinisius, 50 – T.Martines, 90+3.

22 aprel

Elçe – Atletiko 3:2
Qollar: Affenqruber, 18. A.Silva, 33-pen: 75 – N.Qonsales, 10; 34.

Real Sosyedad – Xetafe 0:1
Qol: Qorroçateqi, 29.

Barselona – Selta 1:0
Qol: Yamal, 40-pen.

23 aprel

21:00. Levante – Sevilya
22:00. Rayo Valyekano – Espanyol
23:30. Real Ovyedo – Vilyarreal

İtaliya Kubokunda “Latsio” – “İnter” finalı olacaq

Bu gün futbol üzrə İtaliya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

“Atalanta” doğma meydanda “Latsio” ilə üz-üzə gəlib. Bu komandaların ilk görüşü məhsuldar heç-heçə qeydə alınmışdı. Cavab görüşündə də 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu üzdən də əlavə vaxta, daha sonra isə penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Latsio” finala yüksələn tərəf olub.

Beləliklə, İtaliya Kubokunda qalibin adına mayın 13-də keçiriləcək “Latsio” – “İnter” matçında aydınlıq gələcək.

İtaliya Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

İnter – Komo 3:2 (ilk oyun 0:0)
Qollar: H.Çalhanoğlu, 69; 86. Suçiç, 89 – Baturina, 32. Da Kunya, 48.

22 aprel

Atalanta – Latsio 1:1, penaltilər 1:2 (ilk oyun 2:2)
Qollar: Paşaliç, 86 – Romanyoli, 84.

Almaniya Kubokunda ilk finalçı “Bayern” oldu

Bu gün futbol üzrə Almaniya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin açılış oyununda “Bayer” Bundesliqada çempionluğunu yenicə təmin etmiş “Bayern”lə qarşılaşıb. “Qızıl dubl” iddiasında olan Münhen təmsilçisi səfərdə inamlı qələbəyə imza ataraq ilk finalçı olub.

Almaniya Kubokunda digər finalçının adına sabah keçiriləcək “Ştutqart” – “Frayburq” matçında aydınlıq gələcək.

Qeyd edək ki, 2025/2026-cı illər mövsümünün qalibi isə mayın 23-də keçiriləcək final qarşılaşmasında bəlli olacaq.

Almaniya Kuboku
Yarımfinal
22 aprel

Bayer – Bayern 0:2
Qollar: Harri Keyn, 22. Luis Dias, 90+3.

23 aprel

22:45. Ştutqart – Frayburq

Premyer Liqa: MS “Börnli”yə qalib gəldi, zirvəyə yüksəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Bornmut” – “Lids” matçında qalib müəyyənləşməyib. Səfərdə “Börnli” ilə üz-üzə gəlmiş “Mançester Siti” isə minimal hesabla qalib gələrək xallarını (70) “Arsenal”la bərabərləşdirib və liderliyə yüksəlib.

İngiltərə, Premyer Liqa
34-cü tur
21 aprel

Brayton – Çelsi 3:0
Qollar: F.Kadıoğlu, 3. Hinselvud, 56. Uelbek, 90+1.

22 aprel

Bornmut – Lids 2:2
Qollar: Krupi, 60. Rayan, 85 – Hill, 68-öz qapısına. Lonqstaff, 90+7.

Börnli – Mançester Siti 0:1
Qol: Haland, 5.

24 aprel

23:00. Sanderlend – Nottingem Forest

25 aprel

15:30. Fulhem – Aston Villa
18:00. Liverpul – Kristal Pelas
18:00. Vest Hem – Everton
18:00. Vulverhempton – Tottenhem
20:30. Arsenal – Nyukasl

27 aprel

23:00. Mançester Yunayted – Brentford

Fransa Kubokunda sonuncu finalçı “Nitsa” oldu

Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

“Strasburq” doğma meydanda “Nitsa” ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə inamlı qələbə qazanmaqla finalda iştirak hüququ əldə ediblər.

Qeyd edək ki, daha öncə “Lans” “Tuluza” üzərində darmadağınla Fransa Kubokunda ilk finalçı olmuşdu.

Beləliklə, mayın 22-də keçiriləcək həlledici oyunda “Lans” və “Nitsa” üz-üzə gələcəklər.

Fransa Kuboku
Yarımfinal
21 aprel

Lans – Tuluza 4:1
Qollar: Toven, 9-pen. Sent-Maksimin, 18. Udol, 35. Tomasson, 74 – İdalqo, 21.

22 aprel

Strasburq – Nitsa 0:2
Qollar: Vahi, 51; 82-pen.

Liqa 1: Xviça dubl etdi, PSJ 3 qola sevindi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 26-cı turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda son çempion və lider PSJ doğma meydanda “Nant”la üz-üzə gəlib.

Paris təmsilçisi bu görüşdə 3 xalı 3 cavabsız qolla qazanıb. Gürcüstan milli komandasının hücumçusu Xviça Kvaratsxeliya bu görüşdə dubla imza atıb.

Qeyd edək ki, Fransa çempionatının cari mövsümündə 29 oyuna 66 xal toplamış PSJ vahid liderdir. “Lans” 62 xalla ikinci pillədə qərarlaşıb. Lion “Olimpik”i ilə “Lill” 54, “Renn” 53, Marsel “Olimpik”i 52, “Monako” 50, “Strasburq” 43 xal toplayıb.

Fransa, Liqa 1
26-cı turun oyunu
22 aprel

PSJ – Nant 3:0
Qollar: Kvaratsxeliya, 13-pen; 50. Due, 37.

“Qalatasaray”ı Türkiyə Kubokunda yarımfinala buraxmadılar

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

“Qalatasaray” doğma meydanda “Gənclərbirliyi” ilə üz-üzə gəlib. İstanbul təmsilçisi 2 cavabsız qolla məğlub olaraq kubokla vidalaşıb.

Xatırladaq ki, daha öncə “Konyaspor”a uduzmuş “Fənərbağça” da kubokda mübarizəni dayandırmaq məcburiyyətində qalmışdı.

Türkiyə Kubokunda digər yarımfinalçıların adına aprelin 23-də aydınlıq gələcək.

Türkiyə Kuboku
1/4 final
21 aprel

Konyaspor – Fənərbağça 1:0
Qol: Yevtoviç, 120+2.

22 aprel

Qalatasaray – Gənclərbirliyi 0:2
Qollar: F.Üzüm, 51. A.Traore, 83.

23 aprel

19:45. Samsunspor – Trabzonspor
21:45. Beşiktaş – Alanyaspor

Dambrauskas: “Hakimlik də inkişaf etməlidir”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, ilk oyunda 2:2 hesablı bərabərliyə razılaşmış komandaların bu gün Masazırda baş tutmuş görüşü “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Öncə “Sabah” ailəsini təbrik edirəm. Bu qələbəni azarkeşlərimizə həsr edirəm. Bir-birinə yaxın iki komandanın mübarizəsi idi. Oyunda demək olar ki, hər şey var idi. Əlimizdən gəldiyi qədər yaxşı çıxış etməyə çalışdıq. Düzdür, çətin anlarımımız oldu. Birinci hissədə bəzən topa nəzarət rəqibə keçirdi. Oyunda önəmli an buraxdığımız qol idi. Qoldan sonra çox yaxşı reaksiya verdik. Heç vaxt təslim olmadıq, sona qədər mübarizə apardıq. Bu inadkarlığın sayəsində gözəl qələbə qazandıq. Bu qələbəni bir az qeyd edib, sabahdan bərpaya başlayacağıq. Bazar ertəsi bizi çox önəmli matç gözləyir. Düzdür, kubokda finala çıxdıq. Amma kuboku qazanmadıqca finalın hələ əhəmiyyəti yoxdur. Vacib olan titulu qazanmaqdır. Qarşıda beş çempionat oyunu var. Hələ görəcəyimiz işlər çoxdur.

akim qərarları barədə şərh verməyi xoşlamıram. Epizodlara ekrandan yox, planşetdən baxdım. Bu, artıq hakimlərin işidir, özləri deməlidir. Azərbaycanda futbolun səviyyəsinin artmasını istəyiriksə, hakimliyin səviyyəsi də artmalıdır. Bir çox ölkədə çalışmışam. Açığı, hakim qərarları ilə bağlı bu qədər danışıldığını görməmişəm. Referilərin qərarları hər həftə müzakirə olunur. İnanıram ki, növbəti həftə də bu haqda danışılacaq. Hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir. Bütün bunlardan nəticə çıxarmaq lazımdır.

Final bir oyundan ibarətdir. Həyatımda hələ asan final görməmişəm. Nələrin baş verəcəyini indidən demək çətindir. Məncə, işimizi görməli və qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Finallarda hətta aşağı liqa klublarının yaxşı oyunlarını görmüşük. İnanıram ki, final günü maraqlı olacaq. Kim güclüdürsə, o da qalib gəlsin. Hazırda bunları unuduruq. Qarşıdan gələn çempionat oyununa fokuslanacağıq”.

Qurban Qurbanov: “Hakimlər sanki “başlarını itiriblər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinalında “Sabah”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, ilk oyunda 2:2 hesablı bərabərliyə razılaşmış komandaların bu gün Masazırda baş tutmuş görüşü “Qarabağ”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”ı təbrik edirəm. Öz futbolçularıma təşəkkürümü bildirirəm. Emosional oyun alındı. İnanıram ki, hər bir azarkeş oyundan zövq aldı.

Penalti epizodu ilə bağlı mənim fikir bildirməyim fərqli alınar. Topun ələ dəydiyini yaxından da, uzaqdan da görmək olurdu. Açıq əl idi. Düzdür, son saniyədə belə epizodun olması mübahisələrə gətirib çıxarır. Bəzən mən belə fikirlər deyəndə bildirirlər ki, rəqibin qələbəsinə kölgə salır. Amma qətiyyən belə deyil. “Sabah” haqq etdiyə qələbəni qazandı. 2:2 olsaydı da, yenə 10 nəfərlə oynayacaqdıq. Daha 30 dəqiqə oynamaq üçün əlavə güc lazım idi. Amma mən epizodu penalti kimi gördüm. Belə epizodlarda VAR-a baxılsa, yəqin hansısa problemlər olar. VAR-a gedirsənsə, 90 faiz fikrini dəyişməlisən. Çünki boşuna çağırmayıblar. Bilmirəm. Hakimlik məndən uzaq sahədir. Yəqin açıqlama verəcəklər. VAR sistemi fərqli qurumdur.

Mateus Koxalskiyə verilən qırmızı vərəqə epizoduna da baxdım. Yəqin, məni hamı, həm siz, həm qarşı tərəf səmimi qəbul edər. Rəvan Həmzəzadəyə ilk hissədən sonra yaxınlaşdım, dedim ki, bu, sənə, sənin hakimliyinə yaraşmayan “qırmızı” idi. Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardır. Məncə, ağır qərar idi. Yenə də Rəhim Həsənovu gözləyək. Amma orada qırmızı vərəqə yox idi. “Sarı” versə, daha ədalətli olardı. Biz məşqçilər də səhvlər edə-edə böyümüşük. Çox istəyirəm ki, hakimlər haqda bu qədər neqativ danışılmasın. Hakimlik də səhvlərdən böyüməlidir. Bəlkə, gələcəkdə Avropada bir oyunda bu səhvi xatırlayıb, elə qərar verəcək ki, hamı ondan yaxşı danışacaq. İnsanı böyüdən səhvlərdir. Bu hallar olur. Normal qəbul etmək lazımdır”.

“Hakimlər “başlarını itiriblər”

Qurban Qurbanov matçın sonunda yaşananlara və hakimliklə bağlı səhvlərin artmasına da toxunub:

“Dava-dalaşı görmədim. Səs-küy var idi. Amma kiminsə kimisə vurduğunu görmədim. Bəzən belə emosiyalar futbolu daha da gözəlləşdirir, intriqanı artırır. Nadir hallarda belə anlar olur. Bu, futbolun silinməyən tərəflərindəndir. UEFA Çempionlar Liqasının finalında, dünya çempionatında da bəzən belə şeylər görürük.

İntriqaların əksəri hakimlərin qərarlarından sonra baş verənlərdir. Hakimlərə o qədər basqı olur ki, bilmirlər özlərini necə idarə etsinlər. Bəzən epizodu düzgün təhlil etməkdə çətinlik yaşayırlar. Hərəsi bir cür fikir bildirəcək. Pis çıxmasın, hakimlərin durumuna yazığım gəlir. Düşünürlər ki, birdən səhv qərar verərəm, həyəcanları yüksək olur. Həyəcan olan yerdə səhv də olacaq. Məncə, bu ili sakit formada başa vurmalıyıq. Bu matçda komandamın xarakterini, döyüşkənliyini gördüm. Çempionlar Liqasındakı son oyunumuzdan sonra bunu axtarırdım. İstəyirdim ki, komandamda bu ruhu yenidən görüm. İnamı geri qaytarmaq üçün böyük səbəb oldu. Hakimlər də ili yaxşı başa vursalar, yaxşı olar, yeni mövsümdə daha diqqətli olarlar. Hər biri özümüzünküdür, azərbaycanlılardır. İstərdim ki, özlərini meydanda daha inamlı hiss etsinlər. Biz məşqçilər, komandalar onların yanındayıq. Sadəcə, basqı onları səhvlərə aparır. Bir mütəxəssis kimi görürəm ki, səhvlər çoxdur.

Hakimlərimizin potensialı çoxdur. Üzülürəm ki, potensiallı hakimlərimiz belə texniki səhvlər edirlər. Bu il sanki hakimlər üçün kabusdur. İllərdir onların qərarlarını görmüşük. Qaydalar da dəyişir. Oxşar epizodlarda fərqli fikirlər olur. Yəqin, məni cərimə etməzlər. Sanki hakimlər “başlarını itiriblər. Pozitiv yanaşaq yenə də”.

“Fanatlarımızın üzülməsinə ehtiyac yoxdur”

Qurban Qurbanov “Qarabağ”ın cari mövsümü titulsuz başa vurmağa yaxın olması ilə bağlı ehtimallara da münasibət bildirib:

“Dünya futbolunda da belə hallar olur. Mən “Qarabağ”da olanda bir il avrokuboklara getmədik. 2021-ci ildə də titulsuz qalmışdıq. Belə hallar olur. Ümumiyyətlə Çempionlar Liqası bizi çox yordu. Belə deyək, “suyumuz çıxdı”. Avropadakı böyük komandalara baxsaq, çoxunda eyni situasiyadır. Məsələn, “Liverpul” keçən il əvvəl bir nəfəsə çempion olmuşdu, amma bu gün enişdədirlər. Çempionlar Liqası elədir ki, bir addım irəli gedəndə həyəcan, psixoloji yorğunluq daha artır. Dünya futbolunda belə təcrübələr çoxdur. Düzdür, ola bilsin, Premyer Liqaya çox yaxşı köklənə bilmədik. Fikrimizi Çempionlar Liqasına yönəltmişdik. Ser Aleks Ferqyusonun sözü var, komandanın zirvədə qalması 3-4 il olur. Biz şükürlər olsun, daha çox qaldıq. Arada bir il çempion olmadıq. Məsuliyyətimizi başa düşürük. Futbolçular insandır, robot deyillər. Ciddi bir narahatlığım yoxdur. İşin içindəyəm və çatışmayan şeyləri bilirəm. Ola bilsin, gələn il də çatışmazlıqlar olsun. Bunlar normaldır. Bu, o demək deyil ki, bacarmayacağıq. Ruhdan düşmürük. Hər komanda illərlə çalışır, titul qazanmaq, böyük turnirlərdə oynamaq istəyir. İntriqa böyüyür. Qarşıdakı mövsümlər daha maraqlı olacaq. Buna ancaq sevinirəm. Digər komandaların artırması ilə intriqa böyüyür. Ölkə futbolu bir komanda ilə böyüməz. Normal qəbul etməliyik. Futbolda hər cür emosiyalar olur. “Sabah”a qarşı keçirdiyimiz son oyunlar maraqlı alındı, azarkeşlər zövq aldılar. Fanatlarımız üzüldülər, amma, buna ehtiyac yoxdur. Azarkeşlərimiz yıxılanda da, qalxanda da yanımızda olublar. Belə oyunlar həmişə ailəni möhkəmləndirir”.

“Sabah” – “Qarabağ” 2:1 – Video

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Qarabağ” cavab matçı (ilk oyun 2:2) meydan sahiblərinin qələbəsi ilə (2:1) bitdi.

Arena.az bu gün Masazırda baş tutmuş oyunun videoicmalını və yekun protokolunu təqdim edir:

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu
22 aprel

“Sabah” – “Qarabağ” 2:1
Qollar: Velko Simiç, 79. Patrik Mbina, 88 – Kamilo Duran, 59.
Sarı vərəqələr: İqor Noqeyra, 11 (hakimin qərarına etiraz). Stiv Solvet, 11 (qeyri-idman hərəkəti). Stas Pokatilov, 17 (hakimin qərarına etiraz). Aaron Maluda, 44 (hakimin qərarına etiraz) – Kamilo Duran, 90+5 (hakimin qərarına etiraz). Marko Yankoviç, oyundan sonra (hakimin qərarına etiraz). Musa Qurbanlı, oyundan sonra (hakimin qərarına etiraz).
Qırmızı vərəqələr: Mateus Koxalski, 37 (rəqibi aşkar qoldan məhrum etdiyinə görə). Marko Yankoviç, oyundan sonra (hakimin qərarına etiraz).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Namiq Hüseynov (“Sabah”), 44 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 20:00. “Masazır Arena”, 8730 tamaşaçı.

Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Şirmamed Mamedov.
Dördüncü hakim: Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev (99. Patrik Mbina, 74), 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 20. Kadi Borges (10. Abdullah Zubir, 90), 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade (97. Fabian Buntiç, 41), 35. Pedro Bikalyo, 11. Emmanuel Addai (22. Musa Qurbanlı, 90), 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 9. Xoni Montiel, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Həsrət Cəfərov və Qurban Qurbanov Avropa çempionu oldular!

Azərbaycanın güləş yığmasının aparıcı üzvlərindən olan Həsrət Cəfərov və Qurban Qurbanov Avropa çempionu olublar.

Arena.az xəbər verir ki, onlar bu uğura Albaniyanın paytaxtı Tiranada imza atıblar.

Belə ki, qitə birinciliyinin üçüncü günündə yunan-Roma güləşi üzrə növbəti medalçılar müəyyənləşiblər.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda Türkiyə təmsilçisi Murad Fıratı 7:5 hesabı ilə məğlub edərək dördqat Avropa çempionu adını qazanıb.

Onun ardınca ötənilki turnirin qalibi Qurban Qurbanov (82 kq) finalda Adlet Tülübayevə (UWW) 4:2 hesabıyla qalib gələrək ikiqat Avropa çempionu olub.

Digər güləşçimiz Nihat Məmmədli (60 kq) bürünc medal uğrunda qarşılaşmada Suner Konunovu (UWW) 6:0 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Xatırladaq ki, bundan öncə Azərbaycanın yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanmışdılar.

Azərbaycan Kubokunda 2-ci finalçı “Sabah” oldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

İkinci finalçının adına “Sabah” – “Qarabağ” matçında aydınlıq gəlib. “Masazır Arena”da baş tutmuş oyunu Rəvan Həmzəzadə idarə edib. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi. Cavab görüşündə hesabı Ağdam təmsilçisi açıb. Buna qədər sözügedən komanda qapıçısı meydandan qovulduğu üçün azlıqda da qalıb. “Sabah” isə qalan dəqiqələrdə 2 qol vurmaqla əzmkar qələbə qazanmağı bacarıb. Düzdür, matçın son saniyələrində hakim Rəvan Həmzəzadə meydan sahiblərinin qapısını əllə oyuna görə penaltini təyin etməyib. Buna görə matçdan sonra ciddi narazılıq da yaranıb. Amma bu, vəziyyəti dəyişməyib və “Sabah” finala yüksəlib.

Beləliklə, Azərbaycan Kubokunda “Sabah” – “Zirə” finalı olacaq. Həlledici qarşılaşma mayın 13-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
22 aprel

“Sabah” – “Qarabağ” 2:1
Qollar: Velko Simiç, 7. Patrik Mbina, 87 – Kamilo Duran, 59.
Qırmızı vərəqə: Mateus Koxalski, 36.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 20:00.
İlk oyun – 2:2.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 9. Xoni Montiel, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

ABL: “Sabah” yarımfinala qələbə ilə başladı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin açılış oyununda “Gəncə” son çempion “Sabah”la qarşılaşıb. Bakı İdman Sarayında baş tutmuş matç “bayquşlar”ın qələbəsi ilə yekunlaşıb. “Sabah” oyundan 96:67 hesablı qələbə ilə ayrılıb.

Yarımfinal mərhələsinin digər görüşündə sabah “Abşeron Lions” və “Neftçi” komandaları münasibətlərini aydınlaşdıracaqlar.

Xatırladaq ki, ABL-in 2025/2026-cı illər mövsümünün reqlamentinə əsasən, yarımfinal mərhələsində iki qələbəyə daha tez çatan tərəf finala yüksələcək.

Liam Rosenyor “Çelsi”dən göndərildi – Rəsmi

Futbol üzrə İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirən “Çelsi” baş məşqçisi Liam Rosenyor ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubu rəsmi açıqlamasında mütəxəssisə göstərdiyi fəaliyyətə görə təşəkkür edib və onun peşəkarlığını yüksək qiymətləndirib.

Bununla yanaşı, qərarın asan verilmədiyi vurğulanıb. Bildirilib ki, son nəticələr və komandanın çıxışı klubun gözləntilərindən aşağı olub. Mövsümün sonunadək “zadəganlar”ı müvəqqəti olaraq Kallum MakFarlan çalışdıracaq.

Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasının cari mövsümündə topladığı 48 xalla 7-ci pillədə qərarlaşıb. “Zadəganlar” 34 oyunda 13 qələbə qazanıb, 9 heç-heçə edib, 12 məğlubiyyətə üzülüblər. Komanda ardıcıl 5 oyun idi Premyer Liqada məğlubiyyətə üzülürdü, üstəlik rəqib qapılarına qol da vura bilmirdi.

Liam Rosenyor bu ilin yanvarında “Çelsi”yə baş məşqçi təyin edilmişdi. İngilis mütəxəssisin klubla 2032-ci ilin 30 iyununadək müqaviləsi vardı. O, bu postda Entso Mareskanı əvəz etmişdi. İngilis məşqçi London təmsilçisini 23 matça çıxarıb, 11 qələbə, 2 heç-heçə, 10 məğlubiyyət görüb.

Rosenyor daha öncə İngiltərənin “Hall Siti”, Fransanın “Strasburq” komandalarını çalışdırıb, “Brayton” və “Derbi Kaunti”də köməkçi-məşqçi kimi işləyib.

İslam Abbasov: “Məqsədim çempionluq idi”

Yunan-Roma güləşi üzrə Avropa üçüncüsü olmuş İslam Abbasov (87 kq) Tiranadakı yarışla bağlı təəssüratlarını bölüşüb:

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bu, çox çətin yoldur. Bildiyiniz kimi, yunan-Roma güləşi Avropa ölkələrində çox yüksək səviyyədə inkişaf edib. Bu səbəbdən Avropa çempionatı çox rəqabətli və gərgin keçir. Bu yarışa hazırlaşdığım müddətdə mənə dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun!

Hər il Avropa və dünya çempionatlarında verdiyin nəticələr sənin il ərzində hazırlığının göstəricidir. Məqsəd çempionluq idi. Sadəcə, bəzi çatışmayan cəhətlər oldu. Çalışacağıq ki, onu qarşıdakı yarışlarda aradan götürək. Tam yüz faizlik formamızı bərpa edib, gələcək yarışlara hazırlaşacağıq”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş Avropa çempionatında 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov startda polşalı Arkadiuş Kuliniçlə (3:1) norveçli Eksos Mukubuya (4:3) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında bolqarıstanlı Semyon Novikova məğlub olan (0:4) güləşçimiz bürünc medal uğrunda güləşib. Təcrübəli güləşçimiz həlledici qarşılaşmada türkiyəli Doğan Kayanı üstələyib – 5:1. Bununla da İslam böyüklər arasında Avropa çempionatlarında qazandığı medalların sayını beşə (1 gümüş, 4 bürünc) çatdırıb.

Rəşad Məmmədov: “Onunla yenidən qarşılaşacağıq”

Yunan-Roma güləşi üzrə Avropa üçüncüsü Rəşad Məmmədov (55 kq) Tiranadakı yarışla bağl təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“İki il əvvəl Avropa çempionatında gümüş medal qazanmışdım. Bu il qızıl medal əldə etmək istəyirdim. Qismət olmadı. Amma yenə də vətənə medalsız qayıtmadıq.

Qarşıda yarışlarımız çoxdur. Fikirləşirəm ki, biz yenə Emin Seferşayevlə qarşılaşacağıq. İnşallah, bu məğlubiyyət təkrarlanmayacaq.

Eldəniz Əzizlinin burada olması mənim üçün böyük stimul idi. Mənə görüşlə bağlı bütün məsləhətlərini vermişdi”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 55 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Məmmədov 1/4 finalda rusiyalı Avropa çempionu və dünya mükafatçısı Emin Seferşayevə 0:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz bürünc medal uğrunda güləşib. Rəqib türkiyəli Ömər Rəcəp olub. Rəşad bu rəqibinə tam üstünlüklə (8:0) qalib gələrək bürünc medalı boynundan asıb.

Günay Qurbanova AÇ-də bürünc medal qazana bilər

Azərbaycan güləşçisi Günay Qurbanova Albaniyada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tirana şəhərində təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.

Üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib. Azərbaycan millisinin də 2 üzvü xalçaya çıxıb.

Elnurə Məmmədova (50 kq) ilk mərhələdə polşalı Aqata Qoluşovskaya “tuş”la məğlub olub.

Günay Qurbanova (59 kq) debüt etdiyi qitə birinciliyinə 1/4 finaldan qoşulub. O, startda almaniyalı Elena Brügger üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz yarımfinalda ukraynalı dünya ikincisi Mariya Vinniklə qarşılaşıb. Görüşün sonuncu dəqiqəsinədək hesabda 2:0 öndə olan güləşçimiz son saniyələrdə rəqibin fəndlərinin qarşısını ala bilməyib – 2:6. Günay sabah bürünc medal uğrunda belaruslu Marta Hetmanava ilə güləşəcək.

Xatırladaq ki, bu gün Avropa çempionatında Azərbaycanın iki yunan-Roma güləşçisi qızıl, biri isə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) eyni raundda Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yeri tutmaq üçün Suner Konunovla (UWW) qarşılaşacaq.

Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

Karlos Espi – La Liqada mart ayının ən yaxşı futbolçusu!

“Levante”nin ispaniyalı mərkəz hücumçusu Karlos Espi İspaniya La Liqasında 2026-cı ilin mart ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Espi martda “Levante”nin heyətində La Liqa çərçivəsində 3 oyuna çıxıb, 4 qol vurub.

Bu, Espinin La Liqada ilk belə uğurudur. Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi. Noyabr və dekabrda isə “Barselona”nın hücumçusu Lamin Yamal ən yaxşı seçilmişdisə, bu ilin yanvarında “Malyorka”nın hücumçusu Vedat Muriqi, fevralda isə Georges Mikautadze (“Vilyarreal”) fərqlənmişdi.

Xatırladaq ki, Karlos Espi peşəkar karyerasına məhz “Levante”də başlayıb. 20 yaşlı ispan forvard La Liqa təmsilçisinin heyətində 59 oyunda meydana çıxıb, 17 qola imza atıb, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı ücumçunun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Birinci Liqa: “Cəbrayıl”la “Şəfa” qalib gəldi, “Zaqatala” uduzdu

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Şəfa” MOİK-ə 3 cavabsız qolla qalib gəlib. “Cəbrayıl” isə “Mingəçevir”lə ev oyunundan qalib ayrılıb. “Zaqatala” isə “Şahdağ Qusar”a minimal hesabla uduzub.

23-cü turun qalan oyunları aprelin 23-də keçiriləcək. Bütün görüşlər saat 16:00-da start götürəcək.

Birinci Liqa
23-cü tur
22 aprel

“Şəfa” – MOİK 3:0
Qollar: Ürfan İsmayılov, 55. Tərlan Quliyev, 59. Nahid Əliyev, 75.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Binə qəsəbə stadionu, 16:00.

“Cəbrayıl” – “Mingəçevir” 2:1
Qollar: Sadiq Hüseynli, 20. Dileyn Açimi, 45 – Kennet Kalunqa, 55.
Hakimlər: Kamran Əliyev, Rəşad Quliyev, Elman Kərimov, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Zaqatala” – “Şahdağ Qusar” 0:1
Qol: Sənan Ağalarov, 68.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Anar Bədəlov, Rasim Musayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

23 aprel

“Şimal” – “Baku Sportinq”
Hakimlər: Namiq Bəkirov, Məmmədəli Kərimov, Samir Qaracayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Difai” – “Səbail”
Hakimlər: Alik Yunusov, Zakir Şükürzadə, Elmin Süleymanov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Buzovna qəsəbə stadionu, 16:00.

Jeremi Boqa – A Seriyasında mart ayının ən yaxşısı!

“Yuventus”un hücumameyilli yarımmüdafiəçisi Jeremi Boqa İtaliya A Seriyasında mart ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

Boqa ötən ay komandasının heyətində A Seriyasında çıxdığı 4 matçda 3 qol vurub.

Xatırladaq ki, A Seriyasında avqust ayının ən yaxşısı “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız seçilmişdi. Sentyabrda “Milan”ın amerikalı legioneri Kristian Pulişiç ən yaxşı elan edilmişdisə, oktyabrda “Napoli”nin kamerunlu mərkəz yarımmüdafiəçisi Frank Anqissa, noyabrda “Kremoneze”nin forvardı Ceymi Vardi, dekabrda “İnter”in hücumçusu Lautaro Martines, yanvarda Federiko Dimarko (“İnter”), fevralda Donyell Malen (“Roma”) fərqlənmişdi.

Jeremi Boqa “Yuventus”a 2026-cı ilin yanvarında icarə müqaviləsi əsasında qoşulub. 29 yaşlı futbolçu Turin klubunun heyətində meydana çıxdığı 12 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Futbol üzrə Kot-d’İvuar milli futbol komandasının da üzvü olan Boqa karyerası ərzində “Çelsi”, “Renn”, “Qranada”, “Birmingem Siti”, “Sassuolo”, “Atalanta”, “Nita” kimi klubların da formasını geyinib. O, ölkəsinin milli komandasında 24 oyuna çıxıb, 1 qol vurub.

Mirel Radoy – “Qaziantep”in yeni baş məşqçisi

Rumıniyalı futbol mütəxəssisi Mirel Radoy Türkiyə Super Liqasında mübarizə aparan “Qaziantep” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Super Liqa təmsilçisini son olaraq Burak Yılmaz çalışdırırdı. Lakin o, “Rizəspor”a 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra öz istəyi ilə vəzifəsindən ayrılmışdı.

Burak Yılmaz 2025-ci ilin dekabrında “Qaziantep”in baş məşqçisi təyin edilmişdi. O, bu komandanı 16 oyuna çıxarıb, 4 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət görüb.

40 yaşlı mütəxəssis daha öncə də “Qaziantep”i çalışdırmışdı. O, “Kasımpaşa”, “Kayserispor” kimi komandalarda da baş məşqçi olub, “Beşiktaş”da baş məşqçi əvəzi kimi fəaliyyət göstərib.

Mirel Radoya gəlincə, rumıniyalı mütəxəssislə 2026/2027-ci illər mövsümünün sonuna kimi nəzərdə tutulmuş müqavilə imzalanıb. 45 yaşlı məşqçinin son iş yeri ölkəsində “Styaua” olub. O, məhz ötən gün Super Liqa təmsilçisindən aldığı dəvətə görə Buxarest klubundan ayrılıb.

Radoy daha öncə “Universitatya Krayova”, “Əl-Cəzirə”, “Əl-Bataeh”, “Əl-Tay” kimi komandalarda da baş məşqçi olub. O, Rumıniyanın U-21 və əsas yığmalarını da çalışdırıb.

Nərgiz Qurbanova millimizdən istefaya göndərildi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) baş məşqçisi Nərgiz Qurbanova ilə yollar ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, U-17-yə müvəqqəti olaraq Azərbaycanın əsas milli komandasının məşqçisi Xanlar Əliyev rəhbərlik edəcək. Yeni baş məşqçinin kimliyinə isə daha sonra aydınlıq gələcək.

Xatırladaq ki, Nərgiz Qurbanova 2022-ci ildə AFFA İcraiyyə Komitəsinin qərarına əsasən Azərbaycanın U-17 milli komandasına baş məşqçi vəzifəsinə təsdiqlənmişdi.

Carred Brantueyt sıradan çıxdı

Futbol üzrə İngiltərə milli komandasının və “Everton” klubunun mərkəz müdafiəçisi Carred Brantueyt zədələnib.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

23 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 33-cü turunda “Liverpul”a qarşı keçirdikləri Mersisayd derbisində (1:2) sağ dizaltı vətərindən zədə alıb. Görüşün 87-ci dəqiqəsində meydanı xərəkdə tərk etmiş oyunçu daha sonra “Hill Dikinson” stadionundan qoltuq ağacları ilə ayrılıb.

Britaniya mətbuatının yaydığı məlumata görə, müdafiəçinin bu il keçiriləcək dünya çempionatında (DÇ-2026) iştirak etməsi sual altına düşüb.

Carred Brantueyt 2020-ci ilin yanvar ayından “Everton”da çıxış edir. 23 yaşlı mərkəz müdafiəçisinin bu klubla 2030-cu ilin 30 iyununadək müqaviləsi var.

Brantueyt cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub, 1 qol ötürməsi edib. Brantueyt “Everton”da bütövlükdə 96 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

İngilis futbolçu “Everton”dan öncə PSV, “Karlayl Yunayted”, “Bləkbörn” kimi klubların da formasını geyinib.

Brantueyt 2024-cü ilin iyun ayında debüt etdiyi İngiltərə milli komandasında cəmi 1 oyun keçirib.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Mahir Emreli ilə baş məşqçi arasında nə baş verir?

“Kayzerslautern”də forma şansı qazana bilməyən azərbaycanlı hücumçu Mahir Emreli Almaniya mətbuatının da gündəmindədir.

Arena.az xəbər verir ki, bu ölkənin tanınmış “Bild” nəşri Mahirin çıxışı və klubdan ayrılmaq ehtimalı ilə bağlı yazıb.

Sözügedən nəşr İkinci Bundesliqa klubunda çıxış edən Emrelinin durumu ilə bağlı bunları qeyd edib:

“Mahir Emreli “Kayzerslautern”ə ümid şüası kimi gəldi, amma diz zədəsindən tam sağaldıqdan sonra, heç də işə yaramadı. Azərbaycanlı hücumçunun məyusluğunun həddi-hüdudu yoxdur. Hücumçu ilə baş məşqçi Torsten Liberknext arasında konkret olaraq nə baş verir?

Bu yaxınlarda milli fasilə zamanı baş verən hadisə xüsusilə məyusedici idi. “Kayzerslautern” Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciət edərək Emrelinin milli komandaya qoşulmaqdan azad edilməsini istəyib. Bu addımın məqsədi oyunçunun intensiv məşqlər üçün bu vaxtdan maksimum yararlanmasına imkan vermək və mövsümün həlledici mərhələsinə tam hazır olmasını təmin etmək olub. Emreli və AFFA bu tələbi qəbul ediblər. Bəs “mükafat” nə oldu? Əsl gözlənilməz münasibət! Axı, növbəti matçda – “Fortuna” ilə (3:0) qarşılaşmada Mahirə cəmi 7 dəqiqə oyun vaxtı verildi”.

“Liberknext onu tamamilə görməzdən gəlməyə davam edir”

“Vəziyyəti daha da pisləşdirən odur ki, “Holştayn”a 0:3 hesabı ilə məğlub olduqları məyusedici oyunda Emreli bütün 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirdi. Bu, “Kayzerslautern”in qola çox ehtiyacı olmasına və əvəzetmələrə hələ də yer qalmasına baxmayaraq baş verdi. Emreli həmçinin, “Herta” ilə (1:0) matçda parlamaq şansı qazana bilmədi. Bu vəziyyət, xüsusən də, oyunçunun tamamilə sağlam və mübarizə aparmaq həvəsində olduğunu nəzərə alsaq, çaşdırıcıdır. Buna baxmayaraq, Liberknext onu tamamilə görməzdən gəlməyə davam edir.

UEFA Çempionlar Liqasında “Qarabağ” (2017) və “Dinamo”da (2022) oynamış Emreli, zədəli ulduz hücumçu İvan Prtain ilə birlikdə klubun ən çox maaş alan oyunçuları arasındadır. “Kayzerslautern” həqiqətən də bu cür bahalı ehtiyat oyunçunu qeyri-müəyyən müddətə heyətdə saxlamaq lüksünə sahibdir?

Mahir Emreli son dərəcə universal oyunçu hesab olunur: “Kayzerslautern”ə qoşulduqdan bəri, demək olar ki, bütün hücum mövqelərində yer alıb. Lakin demək olar ki, heç vaxt klassik mərkəz hücumçusu kimi oynamayıb. Onun güclü tərəfləri məhz budur. Onun “Nürnberq”dəki təsirli dövrünü xatırlamaq kifayətdir. Orada Miroslav Klozenin rəhbərliyi altında qol vurma bacarığı ilə fərqlənib (25 matçda 11 qol). Buna baxmayaraq, fakt faktlığında qalır: onun oyun müddəti artmazsa, erkən ayrılması istisna edilə bilməz. Azərbaycan millisinin hücumçusunun “Kayzerslautern”lə müqaviləsi 2028-ci ilə qədərdir”.

Rafael Markes Meksika millisinin baş məşqçisi olacaq – Rəsmi

Rafael Markes bu il keçiriləcək dünya çempionatından (DÇ-2026) sonra Meksika millisinin baş məşqçisi təyin olunacaq.

Arena.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hazırda 47 yaşlı mütəxəssis yığmada baş məşqçi Xavyer Aqirrenin köməkçisi vəzifəsini yerinə yetirir.

“Barselona”nın sabiq müdafiəçisi peşəkar karyerasını bitirdikdən sonra Kataloniya klubunun əvəzedici komandasına rəhbərlik edib. Rafael Markes 2024-cü ildən Meksika yığmasında baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərir. O, 1997–2018-ci illər aralığında formasını geyindiyi Meksika millisinin heyətində 148 oyun keçirib, 17 qol və 7 assistlə yadda qalıb.

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meksika millisi CAR, Koreya və Çexiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

Sergey Rebrov Ukrayna millisindən getdi

51 yaşlı ukraynalı futbol mütəxəssisi Sergey Rebrov Ukrayna milli komandasının baş məşqçisi postundan istefa verib.

Arena.az bu barədə Ukrayna Futbol Assosiasiyasına (UFA) istinadən xəbər verir.

Belə ki, tərəflər əməkdaşlığa xitam verilməsi barədə qarşılıqlı razılığa gəliblər.

Qurumun yaydığı məlumata görə, Rebrov 2023-cü ildə komandanı çətin pley-off mərhələsindən keçirərək Avropa çempionatına çıxarmağı bacarıb. Lakin yığmanın dünya çempionatına vəsiqə qazana bilməməsi ayrılığa səbəb olub.

UFA prezidenti Andrey Şevçenko mütəxəssisə gənc futbolçuların inkişafındakı töhfələrinə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, hazırda komanda üçün yeni qərarların qəbul edilməsi vaxtıdır.

Rebrov UFA-da vitse-prezident və İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək. Yığmanın yeni baş məşqçisi isə hələlik müəyyənləşməyib.

Xatırladaq ki, Sergey Rebrov 2023-cü ilin yayından Ukrayna yığmasına rəhbərlik edirdi. O, milli komandanı bütövlükdə 34 oyuna çıxarıb. Ukraynalılar bu görüşlərdə 16 qələbə qazanıblar, 8 heç-heçə ediblər, 10 məğlubiyyətə üzülüblər.

“Lester Siti” 3-cü diviziona düşdü

Vaxtilə futbol üzrə İngiltərə Premyer Liqasının qalibi olmuş, son illərdə böhranda olan “Lester Siti” daha bir uğursuzluqla üzləşib.

Arena.az xəbər verir ki, sözügedən komanda ölkənin 3-cü divizionuna yuvarlanıb.

“Tülkülər” Çempionşipin 44-cü turunda “Hall Siti” ilə heç-heçə edib (2:2) və cəmi 42 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. Mövsümün sonuna 2 tur qalsa da, 21-ci yerdə olan “Bləkbörn” 49 xala malikdir. Bu isə Lester təmsilçisinin liqada qalmaq şansını itirməsi deməkdir.

Qeyd edək ki, “Lester Siti” ötən mövsüm İngiltərə Premyer Liqasında çıxış edib. Komanda 25 xalla 18-ci yeri tutaraq aşağı liqaya yuvarlanmışdı. Cari ilin fevralında isə klub maliyyə qaydalarını pozduğuna görə 6 xal itirmişdi.

Xatırladaq ki, Lester təmsilçisi 2015/2016-cı illər mövsümündə Klaudio Ranyerinin rəhbərliyi altında İngiltərə çempionu olub. Komanda həmin mövsüm 81 xal toplayaraq ən yaxın izləyicisi “Arsenal”ı 10 xal qabaqlayıb.

Azərbaycan Kubokunda 2-ci finalçı bəlli olur

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutacaq.

İkinci finalçının adına “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək. “Masazır Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib.

Qeyd edək ki, Azərbaycan Kubokunda digər finalçının “Zirə” olacağı artıq dəqiqləşib.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

“Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 2:0.

22 aprel

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 20:00.
İlk oyun – 2:2.

La Liqa: “Real” “Alaves”i xalsız yola saldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Malyorka” – “Valensiya” matçında qalib müəyyənləşməyib. “Jirona” doğma meydanda “Betis”ə məğlub olub. “Atletik” “Osasuna”nı, “Real” isə “Alaves”i xalsız yola salıb.

İspaniya, La Liqa
33-cü tur
21 aprel

Malyorka – Valensiya 1:1
Qollar: S.Kosta, 49 – U.Sadiq, 67.

Jirona – Betis 2:3
Qollar: Siqankov, 7. Unahi, 68-pen – Roka, 23. Ezzalzuli, 63. Rikelme, 80.

Atletik – Osasuna 1:0
Qol: Quruseta, 16.

Real – Alaves 2:1
Qollar: Mbappe, 30. Vinisius, 50 – T.Martines, 90+3.

22 aprel

21:00. Elçe – Atletiko
22:00. Real Sosyedad – Xetafe
23:30. Barselona – Selta

23 aprel

21:00. Levante – Sevilya
22:00. Rayo Valyekano – Espanyol
23:30. Real Ovyedo – Vilyarreal

Fransa Kubokunda ilk finalçı – “Lans”!

Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Lans” doğma meydanda “Tuluza” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı görüşdə “Lans” darmadağınla qalib gələrək ilk finalçı olub.

Qeyd edək ki, Fransa Kubokunda digər finalçının adına sabah keçiriləcək “Strasburq” – “Nitsa” görüşündə aydınlıq gələcək.

Fransa Kuboku
Yarımfinal
21 aprel

Lans – Tuluza 4:1
Qollar: Toven, 9-pen. Sent-Maksimin, 18. Udol, 35. Tomasson, 74 – İdalqo, 21.

22 aprel

23:00. Strasburq – Nitsa

İtaliya Kubokunda ilk finalçı “İnter” oldu

Bu gün futbol üzrə İtaliya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“İnter” doğma meydanda “Komo” ilə üz-üzə gəlib. Bu komandaların ilk görüşü qolsuz başa çatmışdı. Beş qolun qeydə alındığı cavab görüşündə əzmkar qələbə qazanmış Milan təmsilçisi ilk finalçı olub.

Qeyd edək ki, İtaliya Kubokunda digər finalçının adına sabah keçiriləcək “Atalanta” – “Latsio” görüşündə aydınlıq gələcək. Bu komandaların ilk oyununda da qalib müəyyənləşməyib.

İtaliya Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

İnter – Komo 3:2 (ilk oyun 0:0)
Qollar: H.Çalhanoğlu, 69; 86. Suçiç, 89 – Baturina, 32. Da Kunya, 48.

22 aprel

Atalanta – Latsio (ilk oyun 2:2)

Premyer Liqa: “Çelsi” “Bornmut”a böyük hesabla uduzdu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Brayton” doğma meydanda “Çelsi” ilə qarşılaşıb. Qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan London təmsilçisi səfərdə 3 cavabsız qolla uduzub.

İngiltərə, Premyer Liqa
34-cü tur
21 aprel

Brayton – Çelsi 3:0
Qollar: F.Kadıoğlu, 3. Hinselvud, 56. Uelbek, 90+1.

22 aprel

23:00. Bornmut – Lids
23:00. Börnli – Mançester Siti

24 aprel

23:00. Sanderlend – Nottingem Forest

25 aprel

15:30. Fulhem – Aston Villa
18:00. Liverpul – Kristal Pelas
18:00. Vest Hem – Everton
18:00. Vulverhempton – Tottenhem
20:30. Arsenal – Nyukasl

27 aprel

23:00. Mançester Yunayted – Brentford

“Fənərbağça”nı Türkiyə Kubokunda yarımfinala buraxmadılar

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin açılış oyununda “Konyaspor” doğma meydanda “Fənərbağça” ilə qarşılaşıb. Görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Qalib isə əlavə vaxtda müəyyənləşib. Matçın son saniyələrində hesabı açmış Konya təmsilçisi ilk yarımfinalçı olub.

Türkiyə Kubokunda digər yarımfinalçıların adına aprelin 22-də və 23-də aydınlıq gələcək.

Türkiyə Kuboku
1/4 final
21 aprel

Konyaspor – Fənərbağça 1:0
Qol: Yevtoviç, 120+2.

22 aprel

21:30. Qalatasaray – Gənclərbirliyi

23 aprel

19:45. Samsunspor – Trabzonspor
21:45. Beşiktaş – Alanyaspor

Rəşad Məmmədov və İslam Abbasov Avropa üçüncüsü oldular

Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin üzvləri Rəşad Məmmədov və İslam Abbasov Albaniyada Avropa üçüncüsü olublar.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.

İkinci yarış günündə 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Rəşad Məmmədov türkiyəli Ömər Rəcəplə tam üstünlüklə (8:0) qalib gələrək bürünc medalı boynundan asıb.

İslam Abbasov (87 kq) da eyni nəticəni təkrarlayıb. Təcrübəli güləşçimiz həlledici qarşılaşmada türkiyəli Doğan Kayanı üstələyib – 5:1. Bununla da İslam böyüklər arasında Avropa çempionatlarında qazandığı medalların sayını beşə (1 gümüş, 4 bürünc) çatdırıb.

Millimizin digər üzvü Beka Kandelaki (130 kq) eyni uğuru təkrarlaya bilməyib. O, üçüncülük uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnivetskiyə 1:3 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

“Zirə” – “Turan Tovuz” 0:0 – Video

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Zirə” – “Turan Tovuz” cavab matçı (ilk oyun 2:0) qolsuz (0:0) başa çatıb.

Arena.az bu gün Zirədə baş tutmuş oyunun videoicmalını və yekun protokolunu təqdim edir:

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu
21 aprel

“Zirə” – “Turan Tovuz” 0:0
Sarı vərəqələr: Eren Aydın, 70 (qeyri-idman hərəkəti). Qismət Alıyev, 90+6 (qeyri-idman hərəkəti) – Joarlem Santos, 44 (qeyri-idman hərəkəti). Roberto Olabe, 65 (qeyri-idman hərəkəti). Rəhim Sadıxov, 86 (qeyri-idman hərəkəti). Alexandro Serrano, 90+2 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 19:00. Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı.

Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov.
Dördüncü hakim: Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov (73. Anatoli Nuriyev, 82), 28. Leroy Mikels (22. Eren Aydın, 59), 30. Rikardo Martins, 20. İssa Cibrilla (25. Enrike Kustodio, 82), 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis (8. İsmayıl İbrahimli, 72).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 10. Georgi Papunaşvili, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov (29. Filip Ozobiç, 71), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji (11. Ayxan Hüseynov, 85), 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 3. Enrike Silva, 9. Coş Cinnelli, 8. David Tavares.
Məşqçi: Yunis Hüseynov.

Rəşad Sadıqov: “Turan Tovuz”a hörmətsizliyim olmayıb”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinalında “Turan Tovuz”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, ilk oyunda 2:0 hesablı qələbəyə sevinmiş “Zirə” doğma meydandakı qolsuz heç-heçənin ardından finala yüksəlib.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox stressli oyun keçdi. Matçdan qabaq buna hazırlaşmışdıq. Bu il ən gərgin oyunumuzu keçirdik. 60-65-ci dəqiqəyə qədər meydanda bərabər mübarizə gedirdi. Ondan sonra rəqib riskə getdi. Biz də müdafiədən oynamağa başladıq. Futbolçularımı təbrik edirəm. Layiqli mübarizə apardılar.

Çempionatda növbəti turda yenə “Turan Tovuz”la oynayacağıq. Doğma evimə gedirəm. Peşəkar karyeramda ilk addımlarımı orada atmışam. Köhnə azarkeşlər bilir ki, “Turan”a transfer olanda mənə 3 ay oynamağa imkan vermədilər. Fuad Musayev deyirdi ki, “Şəfa”da oynamalısan. Vidadi Əhmədovla, Kazbek Tuayevlə də danışsanız, deyərlər. Dedim ki, “Turan”da oynayacağam. Şəhəri çox sevmişdim, azarkeşləri də. Üç ay sonra oynamağa icazə verdilər. Hər zaman demişəm ki, milliyə “Turan”dan düşmüşəm. O klubun mənə etdiyi yaxşılıqları unuda bilmirəm. Azarkeşlərə gəldikdə, araşdırma apardım. Bildim ki, nəyə məyus olublar. “Şamaxı” – “Turan Tovuz” oyununun 75-ci dəqiqəsində bir epizod var idi. Oyunu tribunada izləyirdim. Orada “Turan Tovuz” rəhbərliyi də var idi. Hamı ilə görüşdüm. “Şamaxı” rəhbərliyi də orada idi. Mən ora rəqibi təhlil etməyə getmişdim. “Turan Tovuz” azarkeşləri sol tərəfdə idilər. Onlar mənim əyləşdiyim yeri görmürdülər, danışılanları eşitmirdilər. Deyilir ki, mən penalti epzioduna sevinmişəm. Halbuki, “Şamaxı” rəhbərliyinə də dedim ki, penalti deyil. “Turan Tovuz”un fanatları onu eşidiblər. Onunla bağlı etirazlar var ki, Rəşad penaltiyə sevinirdi. Maraqlıdır ki, bunu “Turan Tovuz” azarkeşlərinə o formada kim çatdırıblar.

Tovuza gedəndə öz evimə gedirmiş kimi hiss edirəm. Çox adam məni tovuzlu kimi tanıyır. Azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim ki, ola bilsin sevinmişəm. Amma bu, mümkün deyil. Bilsinlər ki, “Turan Tovuz”a qarşı heç vaxt hörmətsizliyim olmayıb. Legionerləri səfərə aparanda deyirəm ki, bura mənim evimdir. Bildirirəm ki, buranın azarkeşləri xüsusidir”.

“Oyunumuzda hakim səhvlərinin olmasını istəmirəm”

Rəşad Sadıqov “Turan Tovuz”la ilk oyunda baş verənlərin cavab görüşünə təsirindən də danışıb:

“Avrokuboklar uğrunda gərgin mübarizə gedir. Həmin epizodlara oyundan sonra daha rahat baxdıq. Hakimlər də açıqladılar, hər iki epizod penaltidir. Biz də baxdıq. Penalti kimi gəlir. 3-4 tur əvvəl həmin hakim Yevlaxda eyni epizodda penalti qərarı verəndə açıqlama verilmişdi ki, penalti deyil. Futbolçularımla qaydalar, hakimlərlə kommunikasiya üzərində çox işləyirəm. Eyni epizodda iki fərqli şərh olur. Bilmirsən hansı açıqlamanı verəsən. Bizim oyundakı penaltidirsə, ona oxşar epizod “İmişli” – “Qəbələ” oyununda da olub. Epizodlar arasında böyük fərq yoxdur. Mən də deyirəm ki, penaltidir. Bizim çempionatda belə epizodlarda fərqli şərhlər olur. Mübahisəli epizodlar çoxdur. 50/50-yə epizodlar çox olur. Hakimləri də bəzən qınamaq olmur. “Qarabağ”la görüşdə Konatenin epizodu var idi, mənə görə penaltidir.

Əsas etiraz “Turan Tovuz”la kubok oyununda oldu. Bir də “Neftçi” ilə matçda. Hər üç epizod mübahisəyə açıqdır. Oyundan sonra bir dəfə baxdım, elə bildim ki, ofsayd deyil. Amma sonra təkrara baxdıqda, top qapıya gedərkən, Ruana görə Piriç topu görmürdü. Biz də ofsayd olduğunu düşünürük. Belə qərarlar məni sevindirmir. Bundan əziyyət çəkən komanda biz olmuşuq. Uzun illər hakimlikdən çox əziyyət çəkmişik. 40-50 epizod paylaşaram ki, nəticəyə təsiri olub və mövsümün sonunda avrokuboklardan uzaq qalmışıq. Səhv olub. Etiraf edirəm. Zərərimizə olan səhvləri saysaq, uçurum olar. İstəmirəm ki, oyunumuzda səhvlər olsun. “Neftçi”yə vurduğumuz qolda ofsayd olduğunu biləndə oyunun nəticəsinə görə məyus olmuşdum”.

Yunis Hüseynov: “İlk oyunda haqqımızı yedilər”

“Turan Tovuz”un məşqçisi Yunis Hüseynov Azərbaycan Kubokunun yarımfinalında “Zirə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, ilk oyunda 0:2 hesabıyla məğlub olmuş Tovuz təmsilçisi bu gün baş tutmuş matçdan 0:0 hesablı heç-heçə ilə ayrılaraq mübarizəni dayandırıb.

Yunis Hüseynov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Kubokda finala çıxmağı hər komanda istəyir. Biz də bunu istəyirdik. Oyunda güclü tərəf biz idik. Ötən matçda haqqımızı yedilər. Finala layiq komanda biz idik. Əfsuslar olsun ki, ötən oyundakı səhvlərə görə bu gün qələbə qazana bilmədik. Qol da vurduq, saymadılar. Bizdə olanda dərhal VAR-a gedirlər, rəqibdə olanda görməmişəm ki, VAR-a baxsınlar. Premyer Liqada Əliyar Ağayev rəqibə qırmızı vərəqə verib, ləğv etmişdi. Bu qədər futbolçunun haqqını yedi. Bu gün heç-heçə etdik. “Zirə”yə uğurlar arzulayıram.

Futbolçularda psixoloji olaraq təsir qalmışdı. Danmıram. İki təmiz penaltini vermirlər. Komandamız bu oyuna pis hazırlamamışdı. “Zirə” ilk görüşdə 2:0 qalib gəlmişdi. Bilirdik ki, beşli müdafiə ilə oynayacaqlar. Arxada o qədər imkan vermədilər. Buna baxmayaraq, komandamız pis təsir bağışlamadı. Birinci hissədə qol vursaydıq, ikinci qol da gələrdi. “Zirə” bu gün yalnız müdafiədə oynayırdı.

Bu gün hakim idarəçiliyindən narazı qalmadım. Amma qol epizodumuza baxmamışam.

Hansısa komanda qatıldığı yarışda kuboku qazanmaq istəmirsə, demək o komandanın məqsədi yoxdur. Məqsədimiz kuboku qazanmaq idi. Premyer Liqada çempionluq istəyirdik. Çətin oyunlarımız var. Çempionata köklənəcəyik”.

İsa Rüstəmov AÇ-də gümüş medal qazandı

Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

Arena.az xəbər verir ki, 71 kq çəki dərəcəsində çıxış edən idmançımız birdən qaldırma hərəkətində 147 kq nəticə göstərərək ikinci yeri tutub.

O, təkanla qaldırma hərəkətində 180 kq çəkini ram edərək bu növdə dördüncü olub.

İsa Rüstəmov toplamda 327 kq nəticə ilə yarışı dördüncü pillədə başa vurub.

Azərbaycan Kubokunda ilk finalçı – “Zirə”!

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

İlk finalçının adına “Zirə” – “Turan Tovuz” matçında aydınlıq gəlib. Zirə İdman Kompleksinin stadionunda baş tutmuş görüşün baş hakimi Əli Əliyev olub.

Paytaxt təmsilçisi ilk oyunda qazandığı inamlı qələbənin davamını gətirməyə və finala çıxmağa çalışıb. Tovuz təmsilçisi isə finala çıxmaq üçün rəqibini böyük hesabla məğlub etməliydi. Tərəflər bu görüşdən qolsuz ayrılıblar. Nəticədə “Zirə” finala yüksələn tərəf olub.

Qeyd edək ki, Azərbaycan Kubokunda digər finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

“Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 2:0.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 3. Enrike Silva, 9. Coş Cinnelli, 8. David Tavares.
Məşqçi: Yunis Hüseynov.

Həsrət Cəfərov və Qurban Qurbanov AÇ-nin finalında!

Azərbaycan güləşçiləri Həsrət Cəfərov və Qurban Qurbanov Albaniyada keçirilən Avropa çempionatının finalına yüksəliblər.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da mübarizəyə start verilib.

Yarışa 1/4 finaldan qoşulan Nihat Məmmədli (60 kq) ukraynalı Vladislav Kuzkoya şans tanımayıb – 5:0. Həmyerlimiz yarımfinalda ermənistanlı Suren Ağacanyana (tuş) uduzub və sabah bürünc medal uğrunda Tommaso Bosi (İtaliya) – Suner Konunov (Rusiya) qarşılaşmasının qalibiylə güləşəcək.

Həsrət Cəfərov (67 kq) startda isveçli Niklas Oehleni 5:1 hesabıyla üstələyib. Titullu güləşçimiz bolqarıstanlı Abu Muslim Amayevi isə “tuş”la yolundan kənarlaşdırıb. Cəfərov gərgin keçən yarımfinal görüşündə gürcüstanlı Dieqo Çxikvadzeyə 4:2 hesabıyla qalib gələrək 4-cü dəfə böyüklər arasında Avropa çempionatının finalına yüksəlib. Həsrət sabah həlledici görüşdə türkiyəli Murat Fıratla güləşəcək.

Ruslan Nurullayev (72 kq) debütdə ukraynalı Dmitro Vasilyevi (9:5) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ermənistanlı Qaspar Terteryana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

Qurban Qurbanov (82 kq) bolqarıstanlı Svetoslav Nikolov (7:3) və moldovalı Mihail Braduya (5:4) qalib gələrək yarımfinala yüksəlib. Qurbanov finalın bir addımlığında gürcüstanlı dünya və Avropa mükafatçısı Gela Bolkvadzeni üstələyib – 2:1. Qurban sabah həlledici görüşdə rusiyalı Adlet Tyulbayevlə mübarizə aparacaq.

Murad Əhmədiyev (97 kq) finlandiyalı Arvi Savolaynenlə (7:3) xorvatiyalı Filip Smetkodan (2:1) güclü olub. Ancaq 1/4 finalda rusiyalı Artur Sarqsyana məğlub olub – 0:4.

Marko Roze – “Bornmut”un yeni baş məşqçisi!

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparacaq “Bornmut” komandasını növbəti mövsümdən Marko Roze çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təsmilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Məlumdatda vurğulanır ki, indiki baş məşqçi Andoni İraola cari mövsümün sonunda komandadan ayrılacaq. İspan məşqçini bu vəzifədə almaniyalı mütəxəssis Marko Roze əvəz edəcək.

Xatırladaq ki, “Bornmut” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 33 oyunda 11 qələbə qazanıb, 15 heç-heçə edib, 7 görüşdə məğlub olub. Komanda 48 xalla turnir cədvəlində 8-ci pilləsində qərarlaşıb.

İraola 2023-cü ildən Premyer Liqa təmsilçisinə rəhbərlik edir. O, bu komandanı indiyə qədər 122 oyuna çıxarıb, 46 qələbə, 35 heç-heçə, 41 məğlubiyyət görüb. 43 yaşlı ispan məşqçi daha öncə AEK (Larnaka), “Mirandes” və “Rayo Valyekano”da da çalışıb.

Marko Roze isə bir ildən artıqdır ki, işsizdir. O, son olaraq “Leyptsiq”i çalışdırıb. Alman mütəxəssi Bundesliqa təmsilçisindən ötən ilin martında ayrılıb.

Roze peşəkar məşqçilik karyerasına 2010-cu ildə “Maynts”da baş məşqçinin köməkçisi vəzifəsində başlayıb. Alman mütəxəssis məşqçilik karyerası ərzində Leypsiq “Lokomotiv”i, “Zalsburq”, Mönhenqladbax “Borussiya”sı və Dortmund “Borussiya”sını və “Leypsiq”i çalışdırıb. Roze “Leypsiq”ə Almaniya Kubokunu (2022/2023) və Almaniya Super Kubokunu (2023/2024) qazandırıb.

PSJ-də Vitinya şoku

Futbol üzrə Portuqaliya milli komandasının və Fransa nəhəngi PSJ-nin dayaq yarımmüdafiəçisi Vitinya zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi Liqa 1-in 30-cu turunda Lion “Olimpik”i ilə oyunda sıradan çıxıb. Oyunçuya sağ daban zədəsi diaqnozu qoyulub. Onun müalicəsinə yaxın günlərdə başlanacaq. Portuqal futbolçunun sıraya nə vaxt dönəcəyi bilinmir.

Vitinyanın zədəsi Paris təmsilçisi üçün ciddi problemə çevriləcək. Çünki komanda UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununu aprelin 28-də “Bayern”ə qarşı keçirəcək.

Xatırladaq ki, Vitinya peşəkar karyerasına “Portu”da başlayıb. İngiltərənin “Vulverhempton” klubunda da oynamış 24 yaşlı portuqaliyalı futbolçu PSJ-yə 2022-ci ilin iyulunda 41,5 milyon avro müqabilində keçib. Yarımmüdafiəçinin Fransa nəhəngi ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Portuqal futbolçu cari mövsümdə 45 oyuna çıxıb, 7 qol vurub və 10 qolun ötürməsini verib. O, PSJ-nin heyətində bütövlükdə 198 oyuna 26 qol vurub, 24 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçi 2022-ci ildə debüt etdiyi Portuqaliya millisinin heyətində 37 oyun keçirib, 4 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

UFC 2028-ci ilə qədər Bakıda!

UFC (Mütləq Döyüş Çempionatı) 2028-ci ilə qədər Bakıda hər il “UFC Fight Night” tədbirlərinin keçirilməsini planlaşdırır.

Arena.az xəbər verir ki, bu gün UFC ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında çoxillik əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il UFC tədbirləri keçiriləcək. Bu çərçivədə ilk tədbir bu il iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Bildirilib ki, ötən ilin iyun ayında Bakı Kristal Zalında keçirilmiş UFC-nin debüt tədbiri 14 mindən çox tamaşaçını bir araya gətirib:

“Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi olub. Las-Veqasda keçirilən görüşdə UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurun davamı və tərəfdaşlığın gələcək inkişaf imkanlarını müzakirə ediblər.

Uaytın sözlərinə görə, Bakı ziyarət etmək üçün dünyanın ən yaxşı şəhərlərindən biridir:

“Şəhər olduqca gözəldir, burada yaşayan insanlar son dərəcə mehribandır. Keçən il ora səfər edəndə heyran qaldım. Qonaqpərvərlik ən yüksək səviyyədə idi. Azarkeşlər idmana inanılmaz həvəs göstərir, eyni zamanda kifayət qədər məlumatlı idilər. İnsanlar dünyanın hər yerindən gəlib bunu mütləq özləri yaşamalıdırlar”.

Fərid Qayıbov çoxillik tərəfdaşlığın əldə olunmasını Azərbaycanın qlobal idman məkanı kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm mərhələ olduğunu vurğulayıb:

“İlk Avropa Oyunları və Formula 1 kimi nüfuzlu tədbirlərə ev sahibliyi təcrübəsinə əsaslanan bu əməkdaşlıq qarışıq döyüş sənətlərinin inkişafını sürətləndirəcək və Azərbaycanla yanaşı region idmançıları üçün yeni imkanlar yaradacaq. UFC artıq Bakı idman təqviminin mühüm hissəsinə çevrilib və yerli döyüşçülər üçün doğma azarkeşlər qarşısında çıxış etmək imkanı yaradır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə yüksək səviyyəli idman tədbirləri keçirmək potensialını bir daha sübut edir”.

U-20: İbrahimov toplanışı tamamlaya bilmədi

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-20) heyətində dəyişiklik baş verib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb. Onun əvəzinə başqa futbolçuya dəvət göndərilməsinə ehtiyac duyulmayıb.

Xatırladaq ki, daha öncə zədə səbəbindən “Qarabağ”ın futbolçusu Əli Bəşirov da yığmanın heyətindən çıxarılmışdı. Amma onun əvəzinə heyətə “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunmuşdu.

Portuqaliyalı mütəxəssis Rui Jorjenin rəhbərlik etdiyi U-20 millimiz aprelin 26-na qədər Qəbələdə hazırlıq keçəcək. Bu, yeni yaradılmış Azərbaycan yığmasının ilk təlim-məşq toplanışıdır.

“Vulverhempton” Premyer Liqanı tərk edəcək – Rəsmiləşdi

Uğursuz nəticələri ilə diqqət çəkən “Vulverhempton” 2025/2026-cı illər mövsümünün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək.

Arena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış 33 turundan sonra elitanı tərk edəcək ilk komanda məlum olub.

33-cü turda “Vest Hem”in “Kristal Pelas”la heç-heçə etməsindən (0:0) sonra 20-ci pillədə yer almış “Vulverhempton”un elitada qala bilməyəcəyi dəqiqləşib. 17 xalla 20-ci pillədə olan “canavarlar” sona beş tur qalmış hər oyunda qalib gəlsə belə, autsayderlər zonasından çıxa bilməyəcək.

Rob Edvardsın komandası növbəti mövsümdə Çempionşipdə mübarizə aparacaq.

Xatırladaq ki, bu komanda İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 33 oyunda cəmi 3 qələbə qazanıb, 8 heç-heçə edib və 22 məğlubiyyətə üzülüb.

“Vulverhempton” 8 il öncə İngiltərə Premyer Liqaya vəsiqə qazanmışdı.

Yüksək Liqa: 17-ci turun hakim təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

17-ci turun görüşləri aprelin 23-də “Olimpik Star”da keçiriləcək.

Yüksək Liqa
17-ci tur
23 aprel

Araz-Naxçıvan – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Kənan Məlikov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:30.

Neftçi İK – U-19
Hakimlər: Elgün Hüseynov, Mahir Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xallar: Neftçi İK – 43. Araz-Naxçıvan – 40. Baku Fire – 29. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.

Bombardirlər: Sadeq Caviditavar (“Şuşa”) – 23. Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”), Allef Mayolli (“Neftçi” İK) – 21 qol.

Luka Modriç 14-cü dəfə ilin futbolçusu seçildi

İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Luka Modriç Xorvatiyada 2025-ci ilin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Arena.az xəbər verir ki, 40 yaşlı futbolçu karyerası ərzində 14-cü, ardıcıl olaraq isə 13-cü dəfə bu titula sahib çıxıb.

Xatırladaq ki, Modriç 2025-ci ilin yayında “Real”dan azad agent qismində “Milan”a qoşulub. Tərəflər 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Modriç “Milan”da “14” nömrə altında çıxış edir. O, İtaliya klubunun heyətində 35 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Luka Modriç Zaqreb “Dinamo”sunun məzunudur. Yarımmüdafiəçi karyerası ərzində həmçinin “Zrinski” (Mostar), “İnter” (Zapreşiç), “Tottenem” və “Real”da oynayıb.

Modriç 2012-ci ildən “Milan”a keçənə qədər “Real”da çıxış edib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.

Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 196 oyuna çıxıb, 28 qol vurub, 31 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 40 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

AFFA “Dinamo”nun məşqçisini 1 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 23-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 23-cü tur

“Kür-Araz” – “Göygöl” oyununda “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Kür-Araz” – “Göygöl” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Kür-Araz” komandası 100 manat cərimə edilib.

“Xankəndi” – “Dinamo” oyununun 90-cı dəqiqəsində “Dinamo”nun məşqçisi İsmael Vəkiliqazicahani hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Dinamo” komandası buna görə 250 manat cərimə ödəyəcək.

AFFA “Neftçi”ni 26200 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 28-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Zirə” – “Neftçi” matçı ilə bağlı sərt cəzalar

“Zirə” – “Neftçi” oyununda “Zirə”də 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” 700 manat cərimə edilib. “Zirə”nin məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Zirə” buna görə 2000 manat cərimə edilib. Oyun bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” 3000 manat cərimə edilib. Dəymiş zərər “Zirə” tərəfindən qarşılanacaq.

“Neftçi”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. “Neftçi”nin baş məşqçisi Yuri Vernidub hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Neftçi” buna görə 5000 manat cərimələnib. Oyun bitdikdən sonra “Neftçi”nin məşqçisi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Neftçi” buna görə də 5000 manat cərimələnib. “Neftçi”nin futbolçusu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Neftçi” buna görə 3000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” 4500 manat cərimə edilib.

“Qarabağ”la “Sabah”ı azarkeşləri ziyana saldılar

“Qarabağ” – “Sabah” oyunu başa çatdıqdan sonra “Qarabağ”ın azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam komandası 5000 manat cərimə edilib. “Sabah”da 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. “Sabah”ın futbolçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Sabah” buna görə 1000 manat cərimə edilib. Oyun başa çatdıqdan sonra “Sabah”ın azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sabah” 5000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Araz-Naxçıvan” 5000 manat cərimə edilib. “Turan Tovuz”da 5 nəfər sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə edilib.

“Karvan” – “Şamaxı” oyununda təşkilati-texniki öhdəliklər (mətbuat konfransı otağı düzgün təşkil edilməyib) pozulduğuna görə Yevlax komandası 1000 manat cərimə edilib.

“Kəpəz” – “İmişli” oyununda “Kəpəz”də 4 nəfər sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib.

Birinci Liqa: 23-cü turun bütün təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

23-cü turun oyunları aprelin 22-də və 23-də keçiriləcək. Bütün görüşlər saat 16:00-da start götürəcək.

Birinci Liqa
23-cü tur
22 aprel

“Şəfa” – MOİK
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Binə qəsəbə stadionu, 16:00.

“Cəbrayıl” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Rəşad Quliyev, Elman Kərimov, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Zaqatala” – “Şahdağ Qusar”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Anar Bədəlov, Rasim Musayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

23 aprel

“Şimal” – “Baku Sportinq”
Hakimlər: Namiq Bəkirov, Məmmədəli Kərimov, Samir Qaracayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Difai” – “Səbail”
Hakimlər: Alik Yunusov, Zakir Şükürzadə, Elmin Süleymanov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Buzovna qəsəbə stadionu, 16:00.

Azərbaycan Kubokunda ilk finalçı bəlli olur

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

İlk finalçının adına “Zirə” – “Turan Tovuz” matçında aydınlıq gələcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşə saat 19:00-da start veriləcək. Paytaxt təmsilçisi ilk oyunda qazandığı inamlı qələbənin davamını gətirməyə və finala çıxmağa çalışacaq. Tovuz təmsilçisi isə finala çıxmaq üçün rəqibini böyük hesabla məğlub etməlidir.

Qeyd edək ki, Azərbaycan Kubokunda digər finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 2:0.

22 aprel

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 20:00.
İlk oyun – 2:2.

Premyer Liqa: “Kristal Pelas” və “Vest Hem”dən heç-heçə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 33-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kristal Pelas” doğma meydanda “Vest Hem”lə üz-üzə gəlib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Beləliklə, cari mövsümün geridə qalmış 33 turundan sonra 70 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 67 xala malik ikinci pillədə qərarlaşıb. “Mançester Yunayted”lə “Aston Villa”nın 58, “Liverpul”un 55, “Çelsi”, “Brentford” və “Bornmut”un 48 xalı var.

İngiltərə, Premyer Liqa
33-cü tur
18 aprel

Brentford – Fulhem 0:0

Tottenhem – Brayton 2:2
Qollar: Porro, 39. X.Simons, 77 – Mitoma, 45+3. Rutter, 90+5.

Lids – Vulverhempton 3:0
Qollar: Castin, 18. Okafor, 20. Kalvert-Lyuin, 90+5-pen.

Nyukasl – Bornmut 1:2
Qollar: Osula, 68 – Tavernye, 32. Truffert, 85.

Çelsi – Mançester Yunayted 0:1
Qol: Kunya, 43.

19 aprel

Aston Villa – Sanderlend 4:3
Qollar: O.Uotkins, 2; 36. M.Rocers, 46. T.Abraham, 90+3 – Riqq, 9. Hume, 86. İsidor, 87.

Everton – Liverpul 1:2
Qollar: Beto, 54 – Salah, 29. Van Deyk, 90+10.

Nottingem Forest – Börnli 4:1
Qollar: Gibbs-Uayt, 62; 69; 77. İ.Jezus, 90+8 – Flemminq, 45+2.

Mançester Siti – Arsenal 2:1
Qollar: Şerki, 16. Haland, 65 – Haverts, 18.

20 aprel

Kristal Pelas – Vest Hem 0:0

A Seriyası: “Fiorentina” “Leççe” ilə bacarmadı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Leççe” doğma meydanda “Fiorentina” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Beləliklə, cari mövsümün geridə qalmış 33 turundan sonra 78 xal toplamış “İnter” vahid liderdir. “Milan” və “Napoli”nin 66, “Yuventus”un 63, “Komo” və “Roma”nın 58, “Atalanta”nın 54 xalı var.

İtaliya, A Seriyası
33-cü tur
17 aprel

Sassuolo – Komo 2:1
Qollar: Volpato, 42. Nzola, 44 – N.Pas, 45+2.

İnter – Kalyari 3:0
Qollar: Türam, 52. Barella, 56. Zelinski, 90+2.

18 aprel

Udineze – Parma 0:1
Qol: Elfeqe, 51.

Napoli – Latsio 0:2
Qollar: Kanselyeri, 6. Basiç, 57.

Roma – Atalanta 1:1
Qollar: Hermoso, 45 – Krstoviç, 12.

19 aprel

Kremoneze – Torino 0:0

Verona – Milan 0:1
Qol: Rabyo, 41.

Piza – Cenoa 1:2
Qollar: Kanesterlli, 19 – Ekhator, 41. Kolombo, 55-pen.

Yuventus – Bolonya 2:0
Qollar: C.David, 2. K.Türam, 57.

20 aprel

Leççe – Fiorentina 1:1
Qollar: T.Qabriel, 71 – C.Harrison, 30.

Super Liqa: “Qaziantep”dən “Kayserispor”a 3 qol

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Qaziantep” “Kayserispor”la üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 3 cavabsız qola seviniblər.

Beləliklə, cari mövsümün geridə qalmış 30 turundan sonra 71 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 67 xalla ikinci, “Trabzonspor” 65 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 55, “Başakşəhər”lə “Göztəpə”nin 48 xalı var.

Türkiyə, Super Liqa
30-cu tur
17 aprel

Antalyaspor – Konyaspor 0:2
Qollar: D.Qonsalves, 56. M.İbrahimoğlu, 90+6.

Fənərbağça – Rizəspor 2:2
Qollar: Taliska, 80-pen. K.Aktürkoğlu, 86 – Soue, 47. Saqnan, 90+8.

18 aprel

Karagümrük – Eyüpspor 1:2
Qollar: Serjinyo, 16 – Kranevitter, 39-öz qapısına. Leqovski, 44.

Kocaelispor – Göztəpə 1:1
Qollar: S.Dursun, 90+8-pen – Janderson, 3.

Gənclərbirliyi – Qalatasaray 1:2
Qollar: Nyanq, 66 – İkardi, 2. Y.Akgün, 35.

19 aprel

Kasımpaşa – Alanyaspor 1:0
Qol: İ.C.Kahveci, 60.

Samsunspor – Beşiktaş 2:1
Qollar: Holse, 50. Kulibali, 56 – Asllani, 90+1-pen.

Trabzonspor – Başakşəhər 1:1
Qollar: F.Auqusto, 73 – Selke, 90+3.

20 aprel

Qaziantep – Kayserispor 3:0
Qollar: Bayo, 25. Ait Bennasser, 45+1.

Güləş millimizin üç üzvü üçün AÇ-də bürünc medal şansı

Bu gün – aprelin 20-də Albaniyanın paytaxtı Tirana şəhərində təşkil edilmiş güləş üzrə Avropa çempionatına start verilib.

Arena.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Azərbaycan güləşçilərindən Rəşad Məmmədov (55 kq) 1/4 finalda rusiyalı Avropa çempionu və dünya mükafatçısı Emin Seferşayevə 0:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz sabah bürünc medal uğrunda güləşəcək. Rəqib türkiyəli Ömər Rəcəp olacaq.

Ziya Babaşov (63 kq) debütdə türkiyəli 2 qat Avropa çempionu Kərəm Kamala uduzub – 0:8.

Sənan Süleymanov (77 kq) belaruslu Şuay Mamedovu vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 9:0. Ancaq 1/4 finalda macarıstanlı Robert Fritşə minimal fərqlə məğlub olub – 5:6.

İslam Abbasov (87 kq) polşalı Arkadiuş Kuliniçlə (3:1) norveçli Eksos Mukubuya (4:3) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında bolqarıstanlı Semyon Novikova məğlub olan (0:4) güləşçimiz sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Valtteri Latvala (Finlandiya), Maryan Kola (Albaniya) və ya Doğan Kaya (Türkiyə) olacaq.

Beka Kandelaki (130 kq) albaniyalı Qriseldi Kodraya tam üstünlüklə (11:0), almaniyalı Yello Krahmerə isə minimal fərqlə (3:2) qalib gələrək yarımfinala adını yazdırıb. Macarıstanlı Dariuş Vitekə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan təmsilçimiz sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Sulxan Buidze (Gürcüstan) – Mixaylo Vişnivetski (Ukrayna) qarşılaşmasının qalibi olacaq.

“Alkmar” Niderland Kubokunun qalibi oldu

“Alkmar” “NEK Neymegen” üzərində qələbə ilə futbol üzrə Niderland Kubokunun 2025/2026-cı illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı final qarşılaşması Rotterdam şəhərində “De Kuip” stadionunda təşkil edilib.

Altı qolun qeydə alındığı oyun Neymegen təmsilçisinin darmadağını ilə yekunlaşıb. Alkmarlıların heyətində Mes De Vit (32-ci dəqiqə), Sven Meynan (67), Per Kopmeyners (73), Kes Henrik Petrus Smit (90+1) və Troy Daniel Parrot (90+5) fərqləniblər. Neymegenlilərin təsəlli qolunu isə 78-ci dəqiqədə Kökl Oqava vurub.

Beləliklə, “Alkmar” 5:1 hesablı qələbə qazanaraq, qəniməti xəzinəsinə aparıb. Bu, sözügedən komandanın Niderland Kubokunda 5-ci zəfəridir. Alkmarlılar daha öncə 1978, 1981, 1982 və 2013-cü illərdə də oxşar uğura imza atmışdılar. “NEK Neymegen” isə müvafiq yarışın finalında 6-cı müvəffəqiyyətsizliyini yaşayıb.

Luis Dias Bundesliqanın tarixinə düşən rekorda imza atdı

Futbol üzrə Almaniya Bundesliqasının 30-cu turunun “Ştutqart”la ev oyunu “Bayern”in futbolçusu Luis Dias üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, bu rəqibini 4:2 hesabıyla məğlub edərək çempionluğu rəsmiləşdirmiş Münhen təmsilçisinin üzvü rekorda imza atıb.

Qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qalmış 29 yaşlı kolumbiyalı vinger rəsmi statistika aparılan (2004/2005-ci illər mövsümündən etibarən) dönəmdən bəri Bundesliqanın bir mövsümündə ən azı 13 qol vurub və eyni sayda assist etmiş ilk “Bayern”li olub.

15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalmış futbolçu Avropanın “Böyük beşlik” liqalarında cari mövsümdə bu nəticəni göstərən yeganə oyunçudur.

Xatırladaq ki, Luis Dias 2025-ci ilin yayında “Liverpul”dan ayrılaraq “Bayern”lə 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Keçid Almaniya nəhənginə 70 milyon avro məbləğ müqabilində başa gəlib.

Luis “Bayern”də 43 oyuna çıxıb, 24 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Luis Dias “Barrankilya”nın məzunudur. Hücumçu, karyerası ərzində “Atletiko Xunior”, “Portu” və “Liverpul”da çıxış edib.

Dias 2018-ci ilin sentyabr ayında debüt etdiyi Kolumbiya yığmasının heyətində 72 oyuna 21 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 29 yaşlı kolumbiyalı sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

İkinci Liqa: “Qaradağ Lökbatan” 9, “Araz Saatlı” 8 qola sevindi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.

“Xankəndi” “Dinamo”nu, “Quba” isə “Şirvan”ı məğlu yola salıb. “Şəki”nin qonağı olmuş “Araz Saatlı” darmadağına sevinib. “Qaradağ Lökbatan” da “Şəmkir”ə böyük hesabla qalib gəlib.

İkinci Liqa
23-cü tur
19 aprel

“Ağdaş” – “Ağstafa Gəncləri” 0:1
Qol: Elgün Namazov, 74.
Hakimlər: Xalid Quliyev, Tural Bayramov, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Ağdaş şəhər stadionu, 16:00.

“Kür-Araz” – “Göygöl” 2:0
Qollar: Bayram Əliyev, 11. Eltun Həsənli, 56.
Hakimlər: Hacıağa Həsənov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Vüqar Alıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.

20 aprel

“Xankəndi” – “Dinamo” 2:1
Qollar: Emin Quliyev, 13. Bəhruz Teymurov, 90+2 – Fizuli Dəmirov, 88.
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sevda Nuriyeva, Samir Musayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Quba” – “Şirvan” 3:1
Qollar: Ramin Məhərrəmov, 19. İbrahim İbrahimli, 41. Raul Zeynallı, 58 – Qərib İbrahimov, 84.
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Xəlil Xəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Araz Saatlı” 1:8
Qollar: Saleh Süleymanov, 39 – Elariz Xəlilli, 4; 24; 67, Xəyal Bədirov, 11. Mehman Məsimov, 43; 68; 81. Nizami Səmədov, 83.
Hakimlər: Kamil Aydınov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Qaradağ Lökbatan” – “Şəmkir” 9:1
Qollar: Fərid Abbaslı, 2, Ramil Orucov, 10. Ayaz Mikayılov, 21-pen. Sabir Allahquliyev, 50; 89; 90+1. İlkin Əliyev, 63. İman Müseyibov, 88-öz qapısına. İbrahim Ağayarov, 90+3.
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Pərviz İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Rəhim Həsənov İnqilab Məmmədovun səhvini etiraf etdi – Video

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 28-ci turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 28-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.

Rəhim Həsənov bu turda “Zirə”nin “Neftçi” ilə matçda qolu qaydalar çərçivəsində vurmadığını təsdiqləyib. O, milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında həmin epizodda oyundan kənar vəziyyət olduğunu söyləyib.

Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olub. VAR-da Nicat İsmayıllı əyləşib.

Xatırladaq ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Zirə”nin futbolçusu Brahim Konate oyunun əsas vaxtının əlavə dəqiqələrində bərabərlik qolunu vurub.

AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Frenk Lempard mövsümün ən yaxşı baş məşqçisi elan edildi

“Koventri Siti”yə rəhbərlik edən Frenk Lempard İngiltərə Çempionşipində 2025/2026-cı illər mövsümünün ən yaxşı baş məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Lempardın baş məşqçisi olduğu “Koventri Siti” 2026/2027-ci illər mövsümü üçün İngiltərə Premyer Liqasına vəsiqəni vaxtından əvvəl təmin edib. Sözügedən komanda 2000/2001-ci illər mövsümündən sonra ilk dəfə elitada mübarizə aparacaq. Koventri təmsilçisinin cari mövsümü çempion kimi bitirməsi ehtimalı da yüksəkdir.

Xatırladaq ki, daha əvvəl “Çelsi” və “Everton”da işləmiş İngiltərə millisinin sabiq futbolçusu 2024-cü ilin noyabrında “Koventri Siti”nin uğurları üçün çalışır. Frenk Lempard Koventri təmsilçisini indiyə qədər 79 oyuna çıxarıb, bu görüşlərdə 43 qələbə, 16 heç-heçə və 20 məğlubiyyət görüb. “Koventri Siti”nin top fərqi də cəlbedicidir – 137:90.

“Liverpul” – 60 fərqli stadionda qalib gələn ilk komanda!

Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunda “Everton”u 2:1 hesabı ilə məğlub etmiş “Liverpul” tarixi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, Mersisayd təmsilçisi turnir tarixində 60 fərqli stadionda qələbə qazanmış ilk komanda olub.

“Hill Dikinson” stadionunda baş tutmuş Mersisayd derbisində qazanılmış bu uğurdan sonra “qırmızılar” xallarının sayını 55-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıblar. 47 xalı olan “Everton” isə onuncudur.

Xatırladaq ki, “Liverpul” ötən mövsüm İngiltərə çempionu olsa da, cari mövsümdə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. Arne Slotun rəhbərlik etdiyi komanda keçirdiyi 33 oyunda 16 qələbə qazanıb, 7 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 54 top keçirmiş “qırmızılar” 43 qol buraxıblar.

Azərbaycan Kubokunda yarımfinalın cavab matçlarının hakimləri bilindi

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinalın cavab görüşləri aprelin 21-də və 22-də keçiriləcək. “Zirə” “Turan Tovuz”u, “Sabah” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 2:0.

22 aprel

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 20:00.
İlk oyun – 2:2.

U-17 millimiz Qazaxıstana gedəcək: İlkin heyət açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) bu gündən aprelin 23-dək təlim-məşq toplanışında olacaq.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

U-17 aprelin 24-dən mayın 1-nə qədər Qazaxıstanın Çimkənd şəhərində UEFA İnkişaf Turnirində iştirak edəcək. Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində Rusiya, Qazaxıstan və Pakistanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.

Milli komandanın 26 nəfərlik ilkin siyahısı bəlli olub. 20 futbolçudan ibarət yekun heyət Qazaxıstan səfəri öncəsi müəyyənləşəcək.

Azərbaycan millisinə dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

  1. Ülvi Abbaslı – Sumqayıt
  2. Oqtay Mehrəliyev – Qarabağ
  3. Əkbər Əhmədov – Sabah
  4. Qüdrət Qarayev – Kəpəz
  5. Ruslan Quliyev – Neftçi
  6. Vaqif Nəbiyev – Qarabağ
  7. Əbubəkir Abdullayev – Sabah
  8. Roman Fərzəli – Qarabağ
  9. Arda Əzizli – Qarabağ
  10. Vaqif Məmmədli – Sabah
  11. Tunar Bayramov – Qarabağ
  12. Nazim Əliyev – Srvena Zvezda (Serbiya)
  13. Əhəd Hacızadə – Qarabağ
  14. Yusif Orucəliyev – Qarabağ
  15. Nihad Hüseynzadə – Sabah
  16. Şikar Şikar – Neftçi
  17. Firdovsi Şeydayev – Sabah
  18. Nicat Əhmədzadə – Marset (İspaniya)
  19. Rəsul Balakişiyev – Marset (İspaniya)
  20. Ümid Əliyev – Hueska (İspaniya)
  21. Amin İmanverdiyev – Osense (İspaniya)
  22. Tunar Əsgərzadə – Qarabağ
  23. Ömər Kosayev – Sumqayıt
  24. Yusif Quliyev – Marset (İspaniya)
  25. Ruslan Əbilov – Sabah
  26. Hikmət Mirzə – Nastik İdman Akademiyası (İspaniya)

25 aprel
14:30. Rusiya – Azərbaycan
“Namıs” stadionu, BIIK İdman Kompleksi.

27 aprel
14:30. Azərbaycan – Qazaxıstan
“Namıs” stadionu, BIIK İdman Kompleksi.

30 aprel
09:30. Pakistan – Azərbaycan
“Namıs” stadionu, BIIK İdman Kompleksi.

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Premyer Liqa: Son 10 mövsümün rekordu qeydə alındı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün tamaşaçı rekordu qeydə alınıb.

Arena.az xəbər verir ki, bu, 28-ci turun “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmanı 17 min 338 seyrçi izləyib.

Bu oyuna qədər əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. 22-ci turun 3:3 hesabı ilə bitmiş qarşılaşmasını 10 min 361 tamaşaçı seyr etmişdi.

28-ci turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/2016-cı illər mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa edib.

“Zirə”dən 100-cü heç-heçə

“Zirə” komandası futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) yüksək dəstəsində 100-cü dəfə heç-heçə ilə kifayətlənib.

Arena.az xəbər verir ki, bu, “Neftçi” ilə ev matçında qeydə alınıb.

Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 28-ci turuna təsadüf etmiş bu görüş 1:1 hesabı ilə nəticələnib.

Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü sülhə imza atıb. “Zirə” çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır. Bakılıların sülhlərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.

Qəsəbə klubunun ilk heç-heçəsi 2015/2016-cı illər mövsümünə təsadüf edib. 2015-ci il avqustun 16-da “Kəpəz”lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi qəsəbə təmsilçisi cari mövsümdə Premyer Liqa çərçivəsində keçirdiyi 28 oyunda 11 qələbə qazanıb, 12 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

“Turan” üçün 25-ci səfər qələbəsi, 10-cu darmadağın

“Turan Tovuz” futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turunda “Araz-Naxçıvan” üzərində 3:0 hesablı qələbə qazanıb.

Arena.az xəbər verir ki, bu, klub tarixinə iki yubileylə düşüb.

Qərb təmsilçisi Premyer Liqada 25-ci dəfə səfərdə qalib gəlib. Yubiley qələbəsi 69-cu matça təsadüf edib.

Tovuz klubu turnirin tarixində 25 və daha çox səfər qələbəsi qazanan 20-ci komanda olub. İlk belə nəticə 2022/2023-cü illər mövsümünə təsadüf edib. “Turan Tovuz” 2022-ci il avqustun 13-də “Səbail”in meydanından 3 xalla dönüb – 1:0.

“Araz-Naxçıvan”la görüş həm də tovuzluların Premyer Liqada 10-cu böyükhesablı qələbəsi kimi yadda qalıb. Evdə 4 dəfə üç və ya daha çox top fərqinə sevinmiş Tovuz təmsilçisi səfərdə 6-cı uğurunu əldə edib. İlk belə qələbə isə 2023-cü il mayın 5-də “Neftçi” ilə ev matçında qazanılıb – 4:0.

Arteta “Mançester Siti”yə məğlubiyyətə aydınlıq gətirdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 33-cü turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların Mançesterdə baş tutmuş görüşü “Arsenal”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Arteta matçdan sonra məğlubiyyəti bir neçə səbəblə əsaslandırıb:

“Bir neçə amil var. Uğur elementi var – topun qapıya düşüb-düşməməsi. İkinci epizodda top hədəfə getmədi və bundan sonra top Erlinq Halanda dəydi. Fərdi bacarıq da rol oynayır. Bu kimi anlarda sakit qalmaq, dəqiq və mümkün qədər qətiyyətli olmaq lazımdır. Məhz belə hərəkət etməliyik”, – o deyib.

Arteta etiraf edib ki, müəyyən vəziyyətlərdə komandada konsentrasiya çatışmayıb, amma ümumilikdə oyun planlaşdırıldığı kimi idarə edilib və qalib gəlmək üçün əla şanslar olub:

“Biz çox yaxın idik, amma bu, kifayət deyildi və indi etiraf etməliyik ki, çox ciddi bir şansı əldən verdik. Bununla belə, qarşıda hələ beş oyun var. Yenidən başlamalı və irəliləməliyik, çünki bu oyunda bir çox müsbət məqamlar var idi. Bəzi əlverişli anlar oldu, amma eyni zamanda yüksək intensivlikli bir mübarizə idi – bu, gözlənilən idi”.

Xatırladaq ki, cari mövsümdə çempionluğa əsas namizəd hesab edilən “Arsenal” bütün yarışlarda son altı oyundan cəmi birində qalib gəlib. Komanda “Mançester Siti” ilə oyundan əvvəl “Sportinq”lə 0:0 hesabı ilə heç-heçə edib, “Bornmut”a 1:2, “Sauthempton”a 1:2 və “Mançester Siti”yə 0:2 hesabı ilə uduzub. Komanda son altı oyunda yeganə qələbəni “Sportinq”ə (1:0) qarşı matçda qazanıb.

Bununla belə, “Arsenal” İngiltərə Premyer Liqasında 70 xalla liderlik edir. “Mançester Siti” 67 xalla ikinci yerdədir. Qeyd edək ki, “şəhərlilər”in ehtiyatda bir oyunu da var.

“Arsenal”ın növbəti oyunu İngiltərə Premyer Liqasında “Nyukasl”a qarşı olacaq. Oyun aprelin 25-də keçiriləcək.

Vüsal İsgəndərli “Bilis”ə də qol vurdu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində “Bilis”lə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 75-ci dəqiqəsində əvəzlənib. Komandasının yeganə qolunu da 19-cu dəqiqədə penaltidən dəqiq yararlanmış azərbaycanlı futbolçu vurub.

“Partizani” 32 turdan sonra 45 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 32 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 32 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Liqa 1: PSJ Lion “Olimpik”nə evdə uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 5 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Monako” – “Oser” matçında qalib müəyyənləşməyib. “Nant” – “Brest” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Mets” doğma meydanda “Paris”ə, “Strasburq” “Renn”ə, lider PSJ isə Lion “Olimpik”inə uduzub.

Beləliklə, cari mövsümün geridə qalmış 30 turundan sonra 63 xala malik PSJ vahid liderdir. “Lans” 62 xalla ikinci pillədə qərarlaşıb. “Lill” və Lion “Olimpik”i 54, “Renn” 53, Marsel “Olimpik”i 52, “Monako” 50 xal toplayıb.

Fransa, Liqa 1
30-cu tur
17 aprel

Lans – Tuluza 3:2
Qollar: S.Abdulhamid, 61. Tomasson, 67. Qaniu, 90+1 – Kasseres, 6. Kumbassa, 13.

18 aprel

Loryan – Olimpik (Marsel) 2:0
Qollar: Katseris, 28. Dienq, 58.

Anje – Havr 1:1
Qollar: Peter, 28 – Bufal, 13.

Lill – Nitsa 0:0

19 aprel

Monako – Oser 2:2
Qollar: Fati, 56. Baloqun, 59 – Danois, 11. Sinayoko, 33.

Mets – Paris 1:3
Qollar: Kvilitaya, 31 – Qori, 21. Otavio, 69. Kebbal, 89.

Nant – Brest 1:1
Qollar: M.Məhəmməd, 9 – Şardonne, 90+5.

Strasburq – Renn 0:3
Qollar: Lepaul, 20. Embolo, 50. Tamari, 52.

PSJ – Olimpik (Lion) 1:2
Qollar: Kvaratsxeliya, 90+4 – Endrik, 6. A.Moreyra, 18.

A Seriyası: “Yuve” “Bolonya”nı 2 cavabsız qolla yendi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə 4 qarşılaşma baş tutub.

“Kremoneze” – “Torino” matçında qapılara qol vurulmayıb. “Verona” doğma meydanda “Milan”a, “Piza” “Cenoa”ya məğlub olub. “Yuventus” isə “Bolonya” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

33-cü tura aprelin 20-də keçiriləcək “Leççe” – “Fiorentina” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
33-cü tur
17 aprel

Sassuolo – Komo 2:1
Qollar: Volpato, 42. Nzola, 44 – N.Pas, 45+2.

İnter – Kalyari 3:0
Qollar: Türam, 52. Barella, 56. Zelinski, 90+2.

18 aprel

Udineze – Parma 0:1
Qol: Elfeqe, 51.

Napoli – Latsio 0:2
Qollar: Kanselyeri, 6. Basiç, 57.

Roma – Atalanta 1:1
Qollar: Hermoso, 45 – Krstoviç, 12.

19 aprel

Kremoneze – Torino 0:0

Verona – Milan 0:1
Qol: Rabyo, 41.

Piza – Cenoa 1:2
Qollar: Kanesterlli, 19 – Ekhator, 41. Kolombo, 55-pen.

Yuventus – Bolonya 2:0
Qollar: C.David, 2. K.Türam, 57.

20 aprel

22:45. Leççe – Fiorentina

Nicat Abbasov Avropa ikincisi oldu!

Azərbaycan şahmatçıları Nicat Abbasov və Aydın Süleymanlı Avropa çempionatının gümüş və bürünc medallarını qazanıblar.

Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatı başa çatıb. Yarışın sonuncu – 11-ci turunda Azərbaycan qrossmeysterlərinin duelində Aydın Süleymanlı ilə Məhəmməd Muradlı heç-heçə ediblər.

Son tura lider kimi qədəm qoymuş Nicat Abbasov ağ fiqurlarla Rumıniya təmsilçisi Daniel Boqdanla bərabərliyə razılaşaraq yarım xalla kifayətlənib.

Eyni xala malik Ukrayna şahmatçısı Roman Deqityarov son turda ispan David Gixarronu məğlub edərək Avropa çempionu olub. 11 turdan sonra hərəyə 8,5 xal toplamış Azərbaycan şahmatçıları 2-4-cü yerləri bölüşdürüblər. Nicat Abbasov Avropa çempionatını ikinci, Aydın Süleymanlı isə üçüncü pillədə başa vurublar.

Son Azərbaycan çempionu Məhəmməd Muradlı qitə çempionatında 4-cü olub. Hər üç şahmatçımız gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Beləliklə, 43 ölkənin təmsil olunduğu Avropa çempionatında 2 medal Azərbaycan şahmatçılarına təqdim olunacaq. Yarışın yekunlarına əsasən, ilk dördlükdə üç Azərbaycan təmsilçisi qərarlaşıb.

Xatırladaq ki, şəxsi Avropa çempionatı 2000-ci ildən keçirilir. Azərbaycana kişi şahmatçıların qitə çempionatında yeganə medalı 2005-ci ildə ikinci yeri tutmuş Teymur Rəcəbov qazandırıb.

Bundesliqa: “Bayern”dən 35-ci çempionluq!

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Borussiya” (Mönhenqladbax) – “Maynts” matçında qalib müəyyənləşməyib. “Frayburq” doğma meydanda “Haydenhaym”a qalib gəlib. Lider “Bayern” də bu dəfə “Ştutqart” üzərində inamlı qələbəyə sevinib.

Beləliklə, cari mövsümün geridə qalmış 30 turundan sonra 79 xala malik “Bayern” vahid liderdir. Münhen təmsilçisi sona 4 tur qalmış artıq çempionluğu təmin edib. Bu, sözügedən klubun 35-ci çempionluğudur!

Dortmund “Borussiya”sı 64 xalla ikinci, “Leypsiq” 59 xalla üçüncü pillədə qərarlaşıb. “Ştutqart”ın 56, “Hoffenhaym”ın 54, “Bayer”in 52 xalı var.

Almaniya, Bundesliqa
30-cu tur
17 aprel

Sankt Pauli – Köln 1:1
Qollar: Mets, 69 – Valdşmidt, 86-pen.

18 aprel

Bayer – Auqsburq 1:2
Qollar: P.Şik, 12 – Rieder, 15; 90+7-pen.

Hoffenhaym – Borussiya (Dortmund) 2:1
Qollar: Kramariç, 42-pen; 90+8-pen – Girassi, 87.

Union Berlin – Volfsburq 1:2
Qollar: Burke, 85 – Vimmer, 11. Peyçinoviç, 46.

Verder – Hamburq 3:1
Qollar: Staqe, 37; 57. Puertas, 90+1 – Qlatsel, 41.

Ayntraxt – Leypsiq 1:3
Qollar: Larsson, 34 – Diomande, 27. Nusa, 70. Harder, 81.

19 aprel

Frayburq – Haydenhaym 2:1
Qollar: Manzambi, 24. Eggeştayn, 83 – Zivzivadze, 58.

Bayern – Ştutqart 4:2
Qollar: R.Gerreyro, 31. N.Cekson, 33. A.Devis, 37. H.Keyn, 52 – K.Fuhrix, 21. Ç.Andres, 88.

Borussiya (Mönhenqladbax) – Maynts 1:1
Qollar: Skalli, 7 – Amiri, 90+6-pen.

Super Liqa: “Beşiktaş” Samsundan xalsız qayıtdı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də üç qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Trabzonspor” – “Başakşəhər” matçında qalib müəyyənləşməyib. “Kasımpaşa” “Alanyaspor”u, “Samsunspor” isə “Beşiktaş”ı məğlub yola salıb.

30-cu tura aprelin 20-də keçiriləcək “Qaziantep” – “Kayserispor” oyunu ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
30-cu tur
17 aprel

Antalyaspor – Konyaspor 0:2
Qollar: D.Qonsalves, 56. M.İbrahimoğlu, 90+6.

Fənərbağça – Rizəspor 2:2
Qollar: Taliska, 80-pen. K.Aktürkoğlu, 86 – Soue, 47. Saqnan, 90+8.

18 aprel

Karagümrük – Eyüpspor 1:2
Qollar: Serjinyo, 16 – Kranevitter, 39-öz qapısına. Leqovski, 44.

Kocaelispor – Göztəpə 1:1
Qollar: S.Dursun, 90+8-pen – Janderson, 3.

Gənclərbirliyi – Qalatasaray 1:2
Qollar: Nyanq, 66 – İkardi, 2. Y.Akgün, 35.

19 aprel

Kasımpaşa – Alanyaspor 1:0
Qol: İ.C.Kahveci, 60.

Samsunspor – Beşiktaş 2:1
Qollar: Holse, 50. Kulibali, 56 – Asllani, 90+1-pen.

Trabzonspor – Başakşəhər 1:1
Qollar: F.Auqusto, 73 – Selke, 90+3.

20 aprel

21:00. Qaziantep – Kayserispor

İkinci Liqa: “Ağdaş” evdə, “Göygöl” səfərdə uduzdu

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Ağdaş” doğma meydanda “Ağstafa Gəncləri”nə minimal hesabla uduzub. “Kür-Araz” isə “Göygöl”lə oyundan inamlı qələbə ilə ayrılıb.

23-cü turun qalan görüşləri sabah keçiriləcək.

İkinci Liqa
23-cü tur
19 aprel

“Ağdaş” – “Ağstafa Gəncləri” 0:1
Qol: Elgün Namazov, 74.
Hakimlər: Xalid Quliyev, Tural Bayramov, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Ağdaş şəhər stadionu, 16:00.

“Kür-Araz” – “Göygöl” 2:0
Qollar: Bayram Əliyev, 11. Eltun Həsənli, 56.
Hakimlər: Hacıağa Həsənov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Vüqar Alıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.

20 aprel

“Xankəndi” – “Dinamo”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sevda Nuriyeva, Samir Musayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Quba” – “Şirvan”
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Xəlil Xəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Araz Saatlı”
Hakimlər: Kamil Aydınov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Qaradağ Lökbatan” – “Şəmkir”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Pərviz İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Premyer Liqa: MS “Arsenal”ı xalsız yola saldı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Everton” – “Liverpul” matçında qonaqlar qalib gəliblər. “Aston Villa” doğma meydanda “Sanderlend”i, “Nottingem Forest” isə “Börnli”ni məğlub edib.

Turun mərkəzi oyununda isə “Mançester Siti” lider “Arsenal”ı sınağa çəkib. Qarşılaşma “şəhərlilər”in qələbəsi ilə yekunlaşıb.

Tura aprelin 20-də keçiriləcək “Kristal Pelas” – “Vest Hem” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
33-cü tur
18 aprel

Brentford – Fulhem 0:0

Tottenhem – Brayton 2:2
Qollar: Porro, 39. X.Simons, 77 – Mitoma, 45+3. Rutter, 90+5.

Lids – Vulverhempton 3:0
Qollar: Castin, 18. Okafor, 20. Kalvert-Lyuin, 90+5-pen.

Nyukasl – Bornmut 1:2
Qollar: Osula, 68 – Tavernye, 32. Truffert, 85.

Çelsi – Mançester Yunayted 0:1
Qol: Kunya, 43.

19 aprel

Aston Villa – Sanderlend 4:3
Qollar: O.Uotkins, 2; 36. M.Rocers, 46. T.Abraham, 90+3 – Riqq, 9. Hume, 86. İsidor, 87.

Everton – Liverpul 1:2
Qollar: Beto, 54 – Salah, 29. Van Deyk, 90+10.

Nottingem Forest – Börnli 4:1
Qollar: Gibbs-Uayt, 62; 69; 77. İ.Jezus, 90+8 – Flemminq, 45+2.

Mançester Siti – Arsenal 2:1
Qollar: Şerki, 16. Haland, 65 – Haverts, 18.

20 aprel

23:00. Kristal Pelas – Vest Hem

Saşa İliç: “Oyundan razı qalmasam da…”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 28-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunumuzdan razı olmasam da, uzun müddətdən sonra 3 xal qazandığımız üçün sevincliyik. Nikola Vinkoviç komandamız üçün vacib oyunçudur. Lakin, bu gün onun da oyunundan razı qalmadım. Həm də 65-ci dəqiqədən sonra yorulmuşdu. Əvəzlənməsi də onun yorulması ilə bağlı idi”.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın cari mövsümündə 28 oyuna topladığı 35 xalla 12 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Saşa İliçin komandası 10 qələbə qazandığı halda 5 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 28-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Qəbələ”nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər şeyi özünüz gördünüz. Üstünlük bizim tərəfimizdə idi. Lakin əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Sonda soyuqqanlılıq çatmırdı ki, fərqlənə bilək. Son oyunlarda əlimizdən gələni etməliyik ki, Premyer Liqada qala bilək. Azarkeşlərə də təşəkkür etmək istəyirəm. Uğursuz nəticələr olsa da, bizi tək buraxmırlar. Onlardan bu nəticələrə görə üzr istəyirik”.

Qeyd edək ki, “Qəbələ” Premyer Liqanın cari mövsümündə 28 oyuna topladığı 19 xalla 12 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

“Sumqayıt” – “Qəbələ” 1:0 – Video

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Sumqayıt” – “Qəbələ” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
28-ci tur
19 aprel

“Sumqayıt” – “Qəbələ” 1:0
Qol: Höccət Haqverdi, 19.
Sarı vərəqələr: Rüstəm Əhmədzadə, 31 (hakimin qərarına etiraz). Nikola Ninkoviç, 33 (qeyri-idman hərəkəti). Ronaldo Vaskes, 65 (hakimin qərarına etiraz) – Adriel Ba Lua, 28 (qeyri-idman hərəkəti). Xayme Syerra, 90+4 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 18:00. Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionu, 1200 tamaşaçı.

Baş hakim: Vüqar Həsənli.
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Tərlan Talıbzadə.
Dördüncü hakim: Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.

Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 75. Nadir Orucov (21. Nihad Əhmədzadə, 79), 10. Nikola Ninkoviç (8. Səbuhi Abdullazadə, 66), 72. Rayan Senhadji, 6. Sedrik Badolo (29. Emil Mustafayev, 73), 23. Ronaldo Vaskes (9. Aleksandr Ramalinqom, 66), 71. Masaki Murata, 80. Keffel Resende (97. Vüsal Paşayev, 46), 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev (12. İbrahim Sanqare, 75), 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta (10. Şahin Şahniyarov, 85), 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 14. Domi Massumu (66. Nuğay Rəşidov, 81), 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev.
Baş məşqçi: Kaxaber Sxadadze.

ABL: Yarımfinal cütləri bəlli oldu

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin sonuncu 1/4 final oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün ilk oyununda “Neftçi” əlavə vaxtın sonunda NTD üzərində 102:97 hesablı qələbə qazanıb.

Bu qələbə ilə “Neftçi” seriyanın ümumi hesabında NTD-yə 2:1 qalib gəlib və yarımfinala vəsiqəni rəsmiləşdirib. Yarımfinalda “Neftçi”nin rəqibi “Şəki”yə seriyanin ümumi hesabında 2:0 hesabı ilə qalib gəlmiş “Abşeron Lions” basketbolçuları olublar.

Günün ikinci görüşündə “Ordu” və “Gəncə” komandaları qarşılaşıblar. Oyun “Gəncə”nin 88:78 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə “Gəncə” seriyanın ümumi hesabında rəqibinə 2:1 qalib gəlib və yarımfinalda “Naxçıvan”ı seriyanın ümumi hesabında 2:0 məğlub etmiş son çempion “Sabah”a rəqib olub.

Qeyd edək ki, ABL-də yarımfinal mərhələsində ilk oyunlar 22-23 apreldə keçiriləcək. Reqlamentə əsasən, seriyalarda ən tez iki qələbə qazanmış komandalar finala vəsiqə qazanacaqlar.

Premyer Liqa: “Qəbələ” Sumqayıtdan xalsız qayıtdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Sumqayıt” “Qəbələ”ni qəbul edib.

Qarşılaşmanın baş hakimi Vüqar Həsənli olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunun taleyini bir qol həll edib. Meydan sahibləri yekunda 3 xala seviniblər.

Premyer Liqa
28-ci tur
19 aprel

“Sumqayıt” – “Qəbələ” 1:0
Qol: Höccət Haqverdi, 19.
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 75. Nadir Orucov, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare.
Baş məşqçi: Kaxaber Sxadadze.

Yüksək Liqa: “Turan” ölkə çempionu oldu

“Turan” qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi qızıl medal uğrunda görüşdə “DH Volley” komandası ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş görüş əyalət təmsilçisinin 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.

Bundan öncə üçüncü yer uğrunda oyun keçirilib. Bürünc medallar uğrunda “Milli Aviasiya Akademiyası” “Gəncə” ilə görüşüb. Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində baş tutmuş qarşılaşma Gəncə təmsilçisinin 3:0 (25:18, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Yüksək Liqanın 2025/2026-cı illər mövsümünün qalibi “Turan” olubsa, “DH Volley” gümüş, “Gəncə” bürünc medallara sahib çıxıb.

Xorxe Kaskilya: “Nəticə oyuna görə oldu”

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 28-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə “İmişli” 1:0 hesablı qələbəyə sevinib.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunu yaxşı analiz etmişdik. Bu matça bütün komanda hazır idi. Düşüncəmiz Yevlaxdan 3 xal ilə ayrılmaq idi. Bu da baş verdi. Bu oyunu Yav Mozesə həsr edirik. 3 gün öncə atasını itirmişdi. Lakin bu matçda çox yaxşı çıxış edərək qələbəmizdə pay sahibi oldu. Azarkeşlərimizə də bizə səfərdə dəstək olduqları üçün təşəkkür edirik. Standart vəziyyətlərin üzərində çox işləyirik. Qolu da bu vəziyyətlərin birindən sonra vurduq. İlk hissədə hesabı artıra da bilərdik. İkinci hissədə rəqib daha yaxşı çıxış etdi. Lakin biz də müdafiə futbolunda uğurlu olaraq qələbə qazana bildik. Nəticə oyuna görə oldu.

Hamı bildiyi kimi, əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Şanslarımız çox olsa da, bunu 100 faiz əldə etməmişik. Mövsümün əvvəlində texniki heyət komandanın bu keyfiyyətinə çox inanırdı. Çətinliklər “İmişli”ni daha da formalaşdırdı. Bu, zarafat deyil. Birinci Liqadan yüksələn komanda üçün ilk ilində bu xalları yığmaq heç də asan sayılmamalıdır”.

Azər Bağırov: “Büdcə fərqi öz sözünü deyir”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 28-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə Gəncə təmsilçisi 0:1 hesabı ilə məğlub olub.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İmişli”nin müdafiədə necə qapandığını bilirdik. Oyunçularımıza da bunu bildirmişdik. Xüsusilə standart vəziyətlərdən ehtiyatlı olmağı tapşırmışdıq. Lakin, standart vəziyətdən qol buraxdıq. Bu gedişlə son oyunlar daha vacib olacaq. Ona görə də bu oyunu unudub komandanı qələbəyə kökləmək lazımdır”.

Bağırov son vaxtar mətbuatda “Kəpəz”lə bağlı gəzən söz-sohbətlərin bu məğlubiyyətdə rol oynayıb-oynamadığı barədə sualı belə cavablandırıb:

“Hər şey ola bilər. Futbolçular da insandır. Fikrimcə, oyuna yaxşı köklənmişdik. Xırda bir səvdən qol buraxdıq. Futbolda belə şeylər olur. Rəhbərlik də dəyişə bilər. Bu, normaldır. Futbolçular bu düşüncələrdən uzaq olmalıdırlar. Oyunçular daha peşakar olmalıdırlar. Xüsusilə, Gəncənin Azərbaycan futbolunda yerini nəzərə alsaq, burada futbol oynamaq üçün daha məqsədyönlü olmaq lazımdır.

İlk altılıqda yer almış komandalarla özümüzü müqayisə etsək, büdcə fərqi öz sözünü deyir. Yuxarı yerlər uğrunda mübarizə aparmaq üçün ən azı 18 futbolçun olmalıdır. Yaxşı futbolçu komandanı irəliyə aparır”.

Azər Bağırov oyundan sonra Yusif İmanovla azarkeşlər arasında yaranmış münaqişəyə və paltardəyişmə otağında futbolçuları ilə aqressiv danışmasına da aydınlıq gətirib:

“Yusif nə qədər əsəbi olsa da, azarkeşlərə qarşı o cür addım qəbuledilməzdir. Yusif şəxsən mənim tərəfimdən cəzalanacaq. Lakin o, öz səhvini başa düşdü. Sona qədər bizə dəstək olan azarkeşlərə o cür davranmaq xoş deyil.

Mən şəxsən kiməsə irad bildirmirəm. Mənim üçün futbolçunun fərqi yoxdur. Ümumi şəkildə iradım ola bilər. Biz komandayıq. Qələbə qazandığımız oyunlarda necə canla-başla oynayıblarsa, bu matçda da elə olmalıydı. Ona görə bir az əsəbi idim”.

“Kəpəz” – “İmişli” 0:1 – Video

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Kəpəz” – “İmişli” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
28-ci tur
19 aprel

“Kəpəz” – “İmişli” 0:1
Qol: Azər Salahlı, 39.
Sarı vərəqələr: Mahamadu Ba, 2 (qeyri-idman hərəkəti). Rauf Hüseynli, 33 (qeyri-idman hərəkəti). Adama Fofana, 90+3 (qeyri-idman hərəkəti) – Yav Mozes, 45 (qeyri-idman hərəkəti). Hüseynəli Quliyev, 90+3 (oyunun bərpasının ləngidilməsi). Vüsal Qənbərov, 90+3 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rakif Əliyev (“Kəpəz”), 86 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 15:30. Yevlax şəhər stadionu, 500 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Orxan İbişov.
Dördüncü hakim: Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev (6. Camal Cəfərov, 73), 5. Rauf Hüseynli (10. Ryonosuke Ohori, 58), 17. Ümid Səmədov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k) (66. Arzu Atakişiyev, 65), 24. Olavale Onanuqa (88. Şakir Seyidov, 46), 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov.
Baş məşqçi: Azər Bağırov.

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç (79. Dioqo Kardozo, 63), 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes (17. Ezekiel Morqan, 63), 9. Dioqo Almeyda (21. Abbas Ağazadə, 77), 23. Dioqo Rollo, 7. Luis Silvestr (11. Vüsal Qənbərov, 86).
Ehtiyat oyunçular: 99. İmam Əli, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

Premyer Liqa: “Kəpəz” “İmişli”yə də uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Yevlaxda baş tutub.

Burada “Kəpəz” “İmişli”ni sınağa çəkib. Yevlax şəhər stadionunda baş tutmuş qarşılaşmanı Kamal Umudlu idarə edib. Oyunun taleyini bir qol həll edib. Yekunda qonaqlar 3 xalı bayram ediblər.

Xatırladaq ki, daha öncə keçirilmiş “Zirə” – “Neftçi” oyununda (1:1) qalib müəyyənləşməyib. “Karvan” “Şamaxı”nı (1:0) məğlub edib. “Araz-Naxçıvan” “Turan Tovuz”a (0:3), “Qarabağ” isə “Sabah”a (0:1) uduzub.

Premyer Liqa
28-ci tur
19 aprel

“Kəpəz” – “İmişli” 0:1
Qol: Azər Salahlı, 38.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 15:30.

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 30. Xəlil Mürsəlli, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan.
Baş məşqçi: Xorxe Kaskilya.

Kassano və Matiç İtaliya futbolunu tənqid etdilər

İtaliya yığmasının keçmiş hücumçusu Antonio Kassano DÇ-2026-dan kənarda qalmış “skuadra adzurra” haqda qənaətini açıqlayıb.

Arena.az keçmiş futbolçunun müvafiq qənaətini təqdim edir:

“Şəxsiyyətlərimiz yoxdur, keyfiyyətimiz yoxdur, texnikamız yoxdur, heç nəyimiz yoxdur. Biz italyanlar ən yaxşı idmanımızı itirmişik. Hər şeyi sıfırdan başlamağımız gərəkdir”, deyə Kassano vurğulayıb.

“Sassuolo”nun 37 yaşlı serbiyalaı dayaq yarımmüdafiəçisi Nemanya Matiç də İtaliya futbolu haqda qənaətini açıqlayıb. Təcrübəli futbolçunun müvafiq açıqlamasını təqdim edirik:

“İtalyan futbolu 90-cı illərdə ilişib-qalıb. Buradakı əsas fəsad gənclər akademiyaları ilə bağlıdır”, deyə Matiç bildirib.

Xatırladaq ki, İtaliya milli komandası artıq ardıcıl üçüncü dünya çempionatından kənarda qalır. Bu isə nəinki İtaliyada, hətta bütün dünyada böyük əks-sədaya səbəb olub.

Cüdo: Millimiz Tiflisdən 4 medalla qayıdır

Cüdo üzrə Azərbaycan milli komandası Gürcüstanın Tiflis şəhərində təşkil edilmiş Avropa çempionatını 4 medalla tamamlayıb.

Arena.az xəbər verir ki, Avropa çempionatı bu gün başa çatıb.

Yarışın son günündə Azərbaycan millisinin daha üç üzvü mübarizəyə qoşulub. Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxıblar. Nəsibovla Kaisinova çıxışlarını erkən başa vurublar. Onlar elə ilk görüşlərindəcə uduzublar. Kənan 1/8 finalda Almaniyadan olan Erik Abramova uduzub. Kaisinova isə 1/16 finalda rusiyalı Elis Startseva ilə dueldən məğlub ayrılıb.

Kotsoyev 1/16 finalda Şimali Makedoniya təmsilçisi Nikola Pavlovski ilə qarşılaşıb və qələbə qazanıb. Təmsilçimiz 1/8 finalda ukraynalı Yaroslav Davıdçuku məğlub edərək 1/4 finala vəsiqə qazanıb. O, 1/4 finalda Macarıstan idmançısı Jombor Veqi də məğlub edərək növbəti raunda adlayıb və medal uğrunda mübarizəni davam etdirib. Zelim yarımfinalda Niderland idmançısı Simeon Katarinaya məğlub olub və üçüncü yer uğrunda mübarizə aparmaq hüququ qazanıb. Amma o, bürünc medal uğrunda görüşə buraxılmayıb. Təmsilçimiz yarımfinalda Katarina ilə qarşılaşmada qadağan olunmuş fənd tətbiq etdiyi üçün birbaşa “hansoku-make” cəzası alıb və bu səbəbdən yarışdan kənarlaşdırılıb.

Beləliklə, cüdo yığmamız Tiflisdəki Avropa çempionatını 4 medalla tamamlayıb. Əvvəlki günlərdə Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc mükafat qazanmışdıılar.

Vinisius Junior Neymarla Eder Militaonu fərqləndirdi

Madrid “Real”ının braziliyalı cinah hücumçusu Vinisius Junior dünyanın ən yaxşı müdafiəçisi ilə bağlı qənaətini açıqlayıb.

Arena.az braziliyalı futbolçunun müvafiq qənaətini təqdim edir:

“Eder Militao dünyada ən yaxşı müdafiəçidir”, deyə “Vini” həmvətəni, “Real”da və Braziliya millisində komanda yoldaşı olan mərkəz müdafiəçisinin adını çəkib.

Vinisius pərəstiş etdiyi futbolçu – həmvətəni, “Santos”un kapitanı, 34 yaşlı hücumçu Neymardan da söhbət açıb:

“Neymar – mənim ən böyük pərəstişgahlarımdan biridir!”, deyə “Vini” vurğulayıb.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 47 oyuna çıxıb, 17 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 369 oyun, 123 qol, 97 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 47 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 25 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

İkinci Liqa: 23-cü turun bütün təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

23-cü tura bu gün keçiriləcək 2 oyunla start veriləcək. Turun qalan görüşləri sabah keçiriləcək.

İkinci Liqa
23-cü tur
19 aprel

“Ağdaş”– “Ağstafa Gəncləri”
Hakimlər: Xalid Quliyev, Tural Bayramov, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Ağdaş şəhər stadionu, 16:00.

“Kür-Araz” – “Göygöl”
Hakimlər: Hacıağa Həsənov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Vüqar Alıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.

20 aprel

“Xankəndi” – “Dinamo”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sevda Nuriyeva, Samir Musayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Quba” – “Şirvan”
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Xəlil Xəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Araz Saatlı”
Hakimlər: Kamil Aydınov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Qaradağ Lökbatan” – “Şəmkir”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Pərviz İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Nikolas Pas: “DÇ-2027-yə düşmək üçün hər gün çalışıram”

“Komo”nun 21 yaşlı argentinalı hücumameyilli yarımmüdafiəçisi Nikolas Pas bu il keçiriləcək dünya çempionatında iştirak arzusundadır.

Arena.az gənc futbolçunun DÇ-2027 ilə bağlı müvafiq fikrini təqdim edir:

“Dünya çempionatı haqda xəyal edirəm. Mundiala düşmək üçün hər gün çalışıram”, deyə Pas vurğulayıb.

Xatırladaq ki, Nikolas Pas Madrid “Real”ının məzunudur. “Komo” Pası 2024-cü ilin avqust ayında “Real”ın ikinci komandası “Kastilya”dan 6 milyon avro məbləğ müabilində tamhüquqlu əsasda heyətinə qatıb. Pasın “Komo” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Əlavə edək ki, “Real”ın Pası geri satınalma hüququ var.

Niko cari mövsümdə “Komo”nun heyətində 36 oyuna çıxıb, 13 qol vurub, 7 məhsuldar ötürmə verib. O, İtaliya klubunda bütövlükdə 71 matç keçirib, 19 qol və 16 assistlə fərqlənib.

Nikolas Pas 2024-cü ilin oktyabr ayında debüt etdiyi Argentina yığmasının heyətində 8 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Pasın qənimətlər muzeyində “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku və UEFA Çempionlar Liqası var.

“Transfermarkt” internet-portalı 21 yaşlı argentinalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Serj Qnabri DÇ-2026-nı buraxa bilər

Futbol üzrə Almaniya milli komandasının və “Bayern”in yarımmüdafiəçisi Serj Qnabri dünya çempionatını (DÇ-2027) buraxa bilər.

Arena.az bu barədə Almaniya mətbuatına istinadən xəbər verir.

Buna oyunçunun aldığı ciddi zədə səbəb olub. Münhen təmsilçisi 30 yaşlı futbolçunun sağ budunun əzələsinin qopması nəticəsində uzun müddətə sıradan çıxdığını açıqlayıb. Almaniyalı yarımmüdafiəçinin bərpa prosesinin təxminən 3-4 ay çəkəcəyi gözlənilir. Beləliklə, futbolçu iyunun 11-dən iyulun 19-na qədər keçiriləcək dünya çempionatını böyük ehtimalla kənardan izləyəcək.

Xatırladaq ki, Almaniya yığması dünya çempionatının E qrupunda Kurasao, Fil Dişi Sahili və Ekvador komandaları ilə mübarizə aparacaq.

Xatırladaq ki, Serj Qnabri “Bayern”ə 2017-ci ilin iyulunda 8 milyon avro müqabilində “Verder”dən keçib. O, cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub, 11 məhsuldar ötürmə verib.

Qnabrinin “Bayern” karyerası bütövlükdə 322 oyun, 103 qol və 72 məhsuldar ötürmədən ibarətdir.

Almaniyalı futbolçu karyerası ərzində “Arsenal”, “Vest Bromviç”, “Verder”, “Hoffenhaym” kimi klubların da formasını geyinib.

Qnabri 2016-cı ilin noyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 59 oyuna çıxıb, 26 qol, 11 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 30 yaşlı almaniyalı vingerin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Coy-Lens Mikels sıradan çıxdı: Üzündə sınıq aşkarlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümünün lideri “Sabah”ın alman hücumçusu Coy-Lens Mikels sıradan çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 28-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşmış paytaxt təmsilçisi bu görüşdən 1:0 hesablı qələbə ilə ayrılaraq çempionluğa daha da yaxınlaşıb.

Amma turun mərkəzi qarşılaşması “bayquşlar”ın əsas qol silahı üçün uğursuz başa çatıb. Belə ki, o, Ağdam təmsilçisi ilə matçda üzündən zədə alıb. İlkin müayinənin nəticəsinə görə, hücumçunun üz nahiyyəsində sınıq aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mikelsin nə vaxt sıraya dönəcəyi hələ məlum deyil.

Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ilin iyul ayından 2023-cü ilin avqustuna qədər “Sabah”da çıxış edib. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. 2023-cü ilin yayında “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanı “Əl-Faysal”ına keçən Coy-Lens 2024-cü ilin yayında yenidən Azərbaycan klubuna qayıdıb. Almaniyalı vingerin “bayquşlar”la bu ilin yayınadək müqaviləsi mövcuddur. O, “Sabah”da bütövlükdə 134 oyuna 70 qol və 32 məhsuldar ötürmə müəllifi olub.

Mönhenqladbax “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker” (Norhauzen), “Karl Tseyss” və “Maastrixt” kimi klubların uğurları üçün çalışıb.

Lionel Messi Denverdə dubla imza atdı – VİDEO

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Kolorado Rapids”lə qarşılaşıb.

“Vağlar” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıblar –3:1. Messi 90 dəqiqə meydanda olub. Komandasının ilk və sonuncu qolunu da argentinalı futbolçu vurub. O, 18-ci dəqiqədə penaltidən dəqiq yararlanıb, 79-cu dəqiqədə isə matçın yekun nəticəsini müəyyənləşdirib. Ulduz futbolçu 90+2-ci dəqiqədə sarı vərəqə də alıb.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 8 oyundan sonra 15 xalla 2-ci pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 8 oyunda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 9 oyuna çıxıb, 8 qol vurub. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 97 oyun, 85 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Nəriman Axundzadə oynadı, komandası səfərdə uduzdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində səfərdə “Nyu İnqlend Revolyuşn” ilə qarşılaşıb.

ÜÇ qolun qeydə alındığı oyun Ohayo təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 1:2. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşün 88-ci dəqiqəsində meydana buraxılıb.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 6 oyundan sonra 5 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Nərimanın komandası 8 oyunda cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 4 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Zamiq Əliyevin komandası “Flamurtari”yə də uduzdu

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində “Flamurtari” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Əliyev bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Eqnatiya” 32 turdan sonra 54 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 32 oyunda 15 qələbə qazanıb, 9 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 68 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Premyer Liqa: “Kəpəz” “İmişli”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Kəpəz” “İmişli”ni sınağa çəkəcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşə saat 15:30-da start veriləcək. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.

Turun qapanış matçında isə “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Qarşılaşmanın baş hakimi Vüqar Həsənli olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matça saat 18:00-da start veriləcək.

Premyer Liqa
28-ci tur
17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: İbrahima Vadji, 71. Joarlem Santos, 82; 90+2.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 17:00.

“Zirə” – “Neftçi” 1:1
Qollar: Brahim Konate, 90+4 – İmad Faraj, 63.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

18 aprel

“Karvan” – “Şamaxı” 1:0
Qol: Coy Sleyd Mikels, 39.
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 15:30.

“Qarabağ” – “Sabah” 0:1
Qol: Abdulla Xaybullayev, 45.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

19 aprel

“Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 15:30.

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

“Real Sosyedad” İspaniya Kubokunun qalibi oldu

San Sebastyanın “Real Sosyedad” komandası futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, sözügedən komanda finalda Madrid “Atletiko”su ilə üz-üzə gəlib.

“Estadio de La Kartuxa”da qarşılaşmış komandaların həlledici görüşündə əsas vaxt 2:2 hesabıyla yekunlaşıb. Əlavə vaxtda hesab dəyişməz qaldığı üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş basklar kubokun qalibi olublar.

Qeyd edək ki, San Sebastyan təmsilçisi tarixində 3-cü dəfə İspaniya Kubokunun qalibi olur. Sözügedən komanda daha öncə 1986/1987 və 1999/2000-ci illər mövsümlərində də oxşar uğura imza atmışdı.

İspaniya Kubokunda ən çox (32) titul qazanmış komanda isə “Barselona”dır. Kataloniya təmsilçisini “Atletik” (24) və “Real” (20) izləyirlər.

İspaniya Kuboku
Final
18 aprel

Atletiko – Real Sosyedad 2:2 (penaltilər 3:4)
Qollar: Ademola Lukman, 18. Xulian Alvares, 83 – Ander Barreneçea, 1. Mikel Oyarsabal, 45+1-pen.

Liqa 1: Marsel “Olimpik”i “Loryan”a da uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Lill” – “Nitsa” matçında qapılara qol vurulmayıb. İki qolun qeydə alındığı “Anje” – “Havr” görüşündə də qalib müəyyənləşməyib. “Loryan” isə Marsel “Olimpik”i ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Qeyd edək ki, 30-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
30-cu tur
17 aprel

Lans – Tuluza 3:2
Qollar: S.Abdulhamid, 61. Tomasson, 67. Qaniu, 90+1 – Kasseres, 6. Kumbassa, 13.

18 aprel

Loryan – Olimpik (Marsel) 2:0
Qollar: Katseris, 28. Dienq, 58.

Anje – Havr 1:1
Qollar: Peter, 28 – Bufal, 13.

Lill – Nitsa 0:0

19 aprel

17:00. Monako – Oser
19:15. Mets – Paris
19:15. Nant – Brest
19:15. Strasburq – Renn
22:45. PSJ – Olimpik (Lion)

Premyer Liqa: “Tottenhem” xal itirdi, MY “Çelsi”yə qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 33-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Tottenhem” – “Brayton” matçında qalib müəyyənləşməyib. “Brentford” – “Fulhem” görüşü də qolsuz yekunlaşıb.

“Lids” “Vulverhempton”u darmadağınla yola salıbsa, “Nyukasl” doğma meydanda “Bornmut”a, “Çelsi” “Mançester Yunayted”ə məğlub olub.

Turun qalan görüşləri aprelin 19-da və 20-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
33-cü tur
18 aprel

Brentford – Fulhem 0:0

Tottenhem – Brayton 2:2
Qollar: Porro, 39. X.Simons, 77 – Mitoma, 45+3. Rutter, 90+5.

Lids – Vulverhempton 3:0
Qollar: Castin, 18. Okafor, 20. Kalvert-Lyuin, 90+5-pen.

Nyukasl – Bornmut 1:2
Qollar: Osula, 68 – Tavernye, 32. Truffert, 85.

Çelsi – Mançester Yunayted 0:1
Qol: Kunya, 43.

19 aprel

17:00. Aston Villa – Sanderlend
17:00. Everton – Liverpul
17:00. Nottingem Forest – Börnli
19:30. Mançester Siti – Arsenal

20 aprel

23:00. Kristal Pelas – Vest Hem

A Seriyası: “Napoli” evdə uduzdu, “Roma” xal itirdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Udineze” doğma meydanda “Parma”ya, “Napoli” isə “Latsio”ya məğlub olub. İki qolun qeydə alındığı “Roma” – “Atalanta” matçında da qalib müəyyənləşməyib.

Qeyd edək ki, 33-cü turun qalan görüşləri aprelin 19-da və 20-də keçiriləcək.

İtaliya, A Seriyası
33-cü tur
17 aprel

Sassuolo – Komo 2:1
Qollar: Volpato, 42. Nzola, 44 – N.Pas, 45+2.

İnter – Kalyari 3:0
Qollar: Türam, 52. Barella, 56. Zelinski, 90+2.

18 aprel

Udineze – Parma 0:1
Qol: Elfeqe, 51.

Napoli – Latsio 0:2
Qollar: Kanselyeri, 6. Basiç, 57.

Roma – Atalanta 1:1
Qollar: Hermoso, 45 – Krstoviç, 12.

19 aprel

14:30. Kremoneze – Torino
17:00. Verona – Milan
20:00. Piza – Cenoa
22:45. Yuventus – Bolonya

20 aprel

22:45. Leççe – Fiorentina

Futzal: Azərbaycan Kubokunda finalçılar bəlli oldu

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün yarımfinal mərhələsinin oyunları keçirilib.

Arena.az xəbər verir ki, hər iki oyun eyni günə təsadüf edib.

Əvvəlcə, mövsümü qızıl dublla başa vurmağı hədəfləmiş “Neftçi” Birinci Liqanın iddialılarından olan “Baku Fire-2” ilə gücünü sınayıb. Yüksək Liqa təmsilçisi istəyinə darmadağınla nail olub.

Növbəti görüşdə isə ötən ilin finalçıları üz-üzə gəliblər. Belə ki, PFL “Araz-Naxçıvan” ilə münasibətlərinə aydınlıq gətirib. Son ölkə çempionu da darmadağına imza ataraq finala yüksələn tərəf olub.

Qeyd edək ki, hər iki qarşılaşma “Olimpik Star”da təşkil edilib.

Beləliklə həlledici matçda “Neftçi” İK və “Araz-Naxçıvan” qarşılaşacaqlar. Oyun mayın 21-də keçiriləcək.

Futzal, Azərbaycan Kuboku
Yarımfinal
18 aprel

Baku Fire-2 – Neftçi İK 1:9
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

PFL – Araz-Naxçıvan 3:20
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Kənan Məlikov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 19:00.

Bundesliqa: “Borussiya” da uduzdu, “Bayer” də

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Bayer” doğma meydanda “Auqsburq”a, “Union Berlin” “Volfsburq”a, “Ayntraxt” isə “Leypsiq”ə məğlub olub. “Hoffenhaym” Dortmund “Borussiya”sını, “Verder” də “Hamburq”u xalsız yola salıb.

Qeyd edək ki, 30-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
30-cu tur
17 aprel

Sankt Pauli – Köln 1:1
Qollar: Mets, 69 – Valdşmidt, 86-pen.

18 aprel

Bayer – Auqsburq 1:2
Qollar: P.Şik, 12 – Rieder, 15; 90+7-pen.

Hoffenhaym – Borussiya (Dortmund) 2:1
Qollar: Kramariç, 42-pen; 90+8-pen – Girassi, 87.

Union Berlin – Volfsburq 1:2
Qollar: Burke, 85 – Vimmer, 11. Peyçinoviç, 46.

Verder – Hamburq 3:1
Qollar: Staqe, 37; 57. Puertas, 90+1 – Qlatsel, 41.

Ayntraxt – Leypsiq 1:3
Qollar: Larsson, 34 – Diomande, 27. Nusa, 70. Harder, 81.

19 aprel

17:30. Frayburq – Haydenhaym
19:30. Bayern – Ştutqart
17:30. Borussiya (Mönhenqladbax) – Maynts

Super Liqa: “Qalatasaray” “Gənclərbirliyi”nə qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Kocaelispor” – “Göztəpə” matçında qalib müəyyənləşməyib. “Karagümrük” doğma meydanda “Eyüpspor”a, “Gənclərbirliyi” isə “Qalatasaray”a məğlub olub.

30-cu turun qalan görüşləri aprelin 19-da və 20-də keçiriləcək.

Türkiyə, Super Liqa
30-cu tur
17 aprel

Antalyaspor – Konyaspor 0:2
Qollar: D.Qonsalves, 56. M.İbrahimoğlu, 90+6.

Fənərbağça – Rizəspor 2:2
Qollar: Taliska, 80-pen. K.Aktürkoğlu, 86 – Soue, 47. Saqnan, 90+8.

18 aprel

Karagümrük – Eyüpspor 1:2
Qollar: Serjinyo, 16 – Kranevitter, 39-öz qapısına. Leqovski, 44.

Kocaelispor – Göztəpə 1:1
Qollar: S.Dursun, 90+8-pen – Janderson, 3.

Gənclərbirliyi – Qalatasaray 1:2
Qollar: Nyanq, 66 – İkardi, 2. Y.Akgün, 35.

19 aprel

15:30. Kasımpaşa – Alanyaspor
18:00. Samsunspor – Beşiktaş
21:00. Trabzonspor – Başakşəhər

20 aprel

21:00. Qaziantep – Kayserispor

Qurban Qurbanov: “Buna göz yuma bilmərik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 28-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Ağdam təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”ı təbrik edirəm. Onlara uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Əvvəlki oyunlar daha bolqollu olmuşdu. Bu gün də yaxşı mübarizə oldu, sonluqlar çatmadı. Daha yaxşı oynamalıydıq, daha yaxşı oynaya bilərdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. “Sabah” qalibiyyəti haqq etdi. Qarşıda sıx qrafikimiz var. Pozitiv notlarla irəliyə baxmalıyıq. Komandanın əvvəlki istəyini, oyun intizamını geri qaytarmalııq.

Bəzi oyunçuların performansında çatışmazlıqlar var idi. Məşqlər pis getmir. Bəli, bir az çatışmazlıqlar, gərginliklər var. Bunu səbəb olaraq demək istəmirəm. Çempionlar Liqasında yaxşı nəticələr oldu. Yenidən çempionata köklənə, öz tempimizi geri qaytara bilmədik. Burada bəzi səbəblər var. Sanki daha çox bir yerdə məşq etməyimizə ehtiyac var idi. Amma neçə ay idi 3-4 gündən bir oyuna çıxırdıq. Oyun keyfiyyətimiz əvvəlki kimi deyildi. Bu, səbəb deyil, sadəcə, bizə mane olan məqamlardan biridir. İllər boyu bu cür oynamışıq. “Sabah” hazırda daha aktivdir, kompleks olaraq daha hazırlıqlıdırlar. Çempionatda get-gedə hamı bir-birini tanıyır. Bir komandaya qarşı bir neçə oyun keçirdikdə, ona qarşı daha inamlı olursan. Biz çempionata istədiyimiz kimi hazır ola bilmədik. Sanki bütün fikir ÇL-ə yönəlmişdi. Hər iki cəbhədə öz oyunmuzu qoruyub-saxlaya bilmədik. Görünən odur ki, mən yox, kollektivdə psixoloji olaraq yorğunluq var. Normal haldır. Dünya təcrübəsində də var. Önə pozitiv baxmalı, çatışmazlıqları aradan qaldırmalıyıq”.

“Bəlkə də oyunçularımı daha çox incələməliyəm…”

Qurban Qurbanov Sami Mmaedən sonra Abbas Hüseynov və Elvin Cəfərquliyevin də əvəzedici heyətə göndərilməsinə belə aydınlıq gətirib:

“Bu günə kimi bağışlaya-bağışlaya kimi gəlmişik. Özümüz də bu yolu keçmişik, özümüz də futbolçu kimi səhv etmişik, cərimələnmişik. Bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-arılıqda bu cür rəqiblərə qarşı, bu cür yükün altına girməyi düşünmürlər ki, bizi qarşıda hansı vacib oyunlar gözləyir. Məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox detallar var. İlk hal deyil, bəzi oyunçuları cərimələmişik. Qarşıdakı gedişata baxacağıq. Çox futbolçunu bu günə qədər bağışlamışıq. Mən istənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunun belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin üçün orada oturma, burada otur, o çağrsın-bu çağırsın… ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyunda yüksək performans o demək deyil ki, missiyan tamamlandı. Bu, “Qarabağ”dır. Bir-iki oyun udursan, bir itirilmiş xal sənə mane olur. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı “Qarabağ”dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik. Bu gün mən oyundan razı qalmadım. Uduzduğumuz əvvəlki matçdan razı qalmışdım. Bu oyundan öncə 4-5 məşq etmişdik. Bəlkə də oyunçularımı daha çox incələməliyəm…”

Qurban Qurbanov Sami Mmaenin artıq Zaqreb “Dinamo”suna geri qayıtdığı barədə xəbərlərə də aydınlıq gətirib:

“Onu əvəzedici heyətə göndərmişdik. Klubu ilə razılığa gəliblər. Zaqrebə hələ qayıda bilməz. Razılığa gəldik ki, bizim əvəzedici heyətdə məşq etməyə də bilər. Qarşılıqlı imza atılıb ki, bir-birimizə etirazımız yoxdur”.

“Qarabağ” – “Sabah” 0:1 – Video

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Qarabağ” – “Sabah” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
28-ci tur
18 aprel

“Qarabağ” – “Sabah” 0:1
Qol: Abdulla Xaybullayev, 45.
Qolla nəticələnməyən penalti: Coy Lens Mikels, 13.
Sarı vərəqələr: Mateus Silva, 11 (qeyri-idman hərəkəti). Kamilo Duran, 90+5 (qeyri-idman hərəkəti) – Stiv Solvet, 20 (qeyri-idman hərəkəti). Velko Simiç, 29 (qeyri-idman hərəkəti), Akim Zedadka, 52 (hakimin qərarına etiraz). Stas Pokatilov, 82 (oyunun bərpasının ləngidilməsi).
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Valdas Dambrauskas, 57 (hakimin qərarına etiraz). Eddi Volter Kardoso, 57 (hakimin qərarına etiraz).
Qırmızı vərəqə: Abdulla Xaybullayev, 47 (ciddi qayda pozuntusu).
Artırılan vaxt: Birinci hissədə – 1 dəqiqə, ikinci hissədə – 5 dəqiqə.
Saat 19:30. Tofiq Bəhramov adına Respublika stadionu, 17338 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: İnqilab Məmmədov.
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.

Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov (8. Marko Yankoviç, 69), 10. Abdullah Zubir (k) (11. Emmanuel Addai, 82), 81. Kevin Medina, 20. Kadi Borges (22. Musa Qurbanlı, 69), 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt (55. Bədavi Hüseynov, 80), 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels (9. Xəyal Əliyev, 90+1), 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 11. Kahim Parris (22. Zinedin Uld Xaled, 55), 19. Aaron Maluda (5. Rəhman Daşdəmirov, 55).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 70. Jesse Sekidika, 99. Patrik Mbina, 53. Andrey Santos, 83. Stefan Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Dambrauskas: “Hesabda öndə olmağa layiq idik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 28-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamı təbrik edirəm. Xüsusilə də oyunçularımı. Çox güclü rəqibin meydançasında, avrokuboklarda qrup mərhələsində çıxış etmiş komandaya səfərdə qalib gəlmək çox çətin idi. Öz oyunçularıma böyük hörmətlə yanaşıram. Bilirdik ki, bizim üçün ağır oyun olacaq. Birinci hissədə daha çox istəkli olan, istədiklərini həyata keçirən tərəf biz idik. İkinci hissədə komandamın verdiyi reaksiya xoşuma gəldi. Hesabda öndə olmağa layiq tərəf biz idik. Oyunçularım boşluqları bağladılar, rəqib heç nə ilə yadda qalmadı. İkinci hissədəki oyun nümunəvi idi. Hansısa akademiyalarda, hansısa məşqçi kurslarında göstəriləcək oyundur. Sabahdan etibarən bərpa məşqlərimizə başlayacağıq. Kubokun yarımfinalında da eyni rəqiblə qarşılaşacağıq. Hər iki komandanın böyük istəyi var. Final təcrübəsi yaşamağı çox istəyirik.

Bu futbolçuları məşq etdirməkdən məmnunam. 26-27 oyundur ki, uduzmuruq. Sizi bizim məşqlərə dəvət etsəm, məşqlərdəki intensivliyin, mübarizliyin bəzən oyunlardakından da çox olduğunu görərsiniz. Bu davranış belə qələbələrdə açardır. Hamısı mənim oyunçularımın əməyidir.

Hazırda avrokuboklar barədə düşünmürük. Avropada necə olacaq, məsuliyyətimiz necə olacaq, hazırda mənim üçün önəmli deyil. Heç bilmirik ki, hansı komandalarla düşəcəyik. Daha çox öz oyunlarımıza köklənirəm. Səhvlərimizi axtarıram. Biz çərşənbə günü çox yaxşı çıxış edib, finala çıxmaq istəyirik”.

Premyer Liqa: “Qarabağ” “Sabah”a yenə uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması son çempion “Qarabağ”la lider “Sabah” arasında baş tutub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş turun mərkəzi oyununu Elçin Məsiyev idarə edib. Oyunun taleyini bir qol həll edib. Paytaxt təmsilçisi əsas rəqibini bu oyunda da məğlub etməklə çempionluğa daha da yaxınlaşıb. 10 nəfərlə qalmış rəqibi ilə bacarmayan son çempion isə qızıl medalları “Sabah”a “hədiyyə edib”.

Daha öncə “Araz-Naxçıvan” “Turan Tovuz”a uduzub (0:3), “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib (1:1), “Karvan” isə “Şamaxı”nı məğlub edib – 1:0. “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” oyunları sabah keçiriləcək.

Premyer Liqa
28-ci tur
18 aprel

“Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydıyev, 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 83. Stefan Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Manuel Lokatelli “Yuventus”la yeni müqavilə imzaladı

Futbol üzrə İtaliya millisinin və “Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli Turin klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İtaliya millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulmuş yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2028-ci ilin 30 iyununda bitəcəkdi.

Xatırladaq ki, “Yuventus” Lokatellini 2023-cü ilin iyulunda 36,4 milyon avro qarşılığında “Sassuolo”dan transfer edib.

Cari mövsümdə Lokatelli “Yuventus”un heyətində 41 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Lokatellinin “qoca sinyoranın” heyətində ümumi statistikası isə belərdir: 224 oyun, 9 qol, 17 məhsudlar ötürmə.

Lokatelli daha öncə “Sassuolo”dan başqa yetirməsi olduğu “Milan”ın da formasını geyinib.

Manuel Lokatelli 2020-ci ilin sentyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyuna 3 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Manuel “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa çempionatının (AÇ-2020) qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı Manuel Lokatellini 25 milyon avro məbləğində qiymətləndirir.

Rövşən Qasımov: “Bizə olan ümidləri doğrultduq”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Rövşən Qasımov Andorra yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsi çərçivəsində Masazırda üz-üzə gəliblər.

Azərbaycan milli komandası bu görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Baş məşqçi Siyasət Əsgərov cəzalı olduğu üçün bu görüşdə komandanın sükanı arxasında olmayıb. Onun əvəzində mətbuat konfransına qatılmış Rövşən Qasımov bunları söyləyib:

“Çox gözəl atmosfer var idi. Bizə olan ümidləri doğrultmağa çalışdıq. İnanıram ki, azarkeşlər oyundan zövq aldılar. Komandadan razı qaldıq, qızlar bütün tapşırıqları yerinə yetirdilər. Qarşıda bizi çox vacib matçlar gözləyir. İyunda Macarıstan və Şimali Makedoniya yığmaları ilə qarşılaşacağıq. Bundan sonra tam olaraq həmin görüşlərə köklənəcəyik”.

Yüksək Liqa: “Xilasedici” ölkə çempionu oldu

Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026 mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, yarışın sonuncu günündə bütün mükafatçıların adına aydınlıq gəlib.

Həlledici oyunların hər ikisi Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində təşkil olunub.

İlk olaraq üçüncü yer uğrunda qarşılaşma keçirilib. “Neftçi” “Murov”la üz-üzə gəlib. Qarşılaşma “Neftçi”nin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:17, 25:17, 25:13). Beləcə, bu komanda çempionatın bürünc medallarına sahib çıxıb.

Daha sonra final qarşılaşması baş tutub. Həlledici oyunda “Xilasedici” və “Ordu” komandaları qarşılaşıblar. Final görüşü “Xilasedici”nin qələbəsi ilə yekunlaşıb – 3:1 (24:26, 25:16, 27:25, 25:21). Beləliklə, sözügedən komanda ölkə çempionu adına sahib çıxıb.

Yüksək Liqa
18 aprel

Üçüncü yer uğrunda oyun

“Neftçi” – “Murov” 3:0 (25:17, 25:17, 25:13)
Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzi.

Final

“Xilasedici” – “Ordu” 3:1 (24:26, 25:16, 27:25, 25:21)


Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzi.

DÇ-2027: Millimiz Andorraya Masazırda da qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer almış millimiz dördüncü sınağında Andorra yığması ilə qarşılaşıb.

Siyasət Əsgərovun rəhbərlik etdiyi komandamız bu rəqibi ilə “Masazır Arena”da üz-üzə gəlib.

Andorraya qarşı bir neçə gün öncə səfərdə keçirdiyi oyundan 3:1 hesablı qələbə ilə ayrılmış millimiz bu uğurun davamını ev oyununda da gətirmək istəyirdi. Futbolçularımız buna inamlı qələbə ilə nail olublar. Komandamızın heyətində qolları 12-ci dəqiqədə Yeliz Açar və 64-cü dəqiqədə Esra Manya vurublar.

Bu gün keçirilmiş qrupun digər oyununda Macarıstan yığması öz meydanında Şimali Makedoniya seçməsi üzərində 7:0 hesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra Macarıstan 10 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 3 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığmasına qarşı keçirəcək.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
18 aprel

Azərbaycan – Andorra 2:0
Qollar: Yeliz Açar, 12. Esra Manya, 64.
Hakimlər: Vesna Miletiç, Merima Homaraç, Nevena Markoviç, Senida Petak (hamısı Bosniya və Herseqovina).
“Masazır Arena”. Saat 17:00.

“Karvan” – “Şamaxı” 1:0 – Video

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Karvan” – “Şamaxı” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
28-ci tur
18 aprel

“Karvan” – “Şamaxı” 1:0
Qol: Coy Sleyd Mikels, 38
Sarı vərəqələr: Mois Nqvisani, 84 (oyunun bərpasının ləngidilməsi). Eltun
Turabov, 90+1 (qeyri-idman hərəkəti) – Rikardo Apolinario, 49 (qeyri-idman
hərəkəti). Andrey Tırkovyanu, 88 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Fizuli Məmmədov, 69 (hakimin qərarına
etiraz).
Artırılan vaxt: Birinci hissədə – 3 dəqiqə, ikinci hissədə – 6 dəqiqə.
Saat 15:30. Yevlax şəhər stadionu, 3000 tamaşaçı.

Baş hakim: Emin Əliyev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Müslüm Əliyev.
Dördüncü hakim: Rəşad Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov (37. Mois Nqvisani, 73), 14. Uğur Cahangirov (11. Kayl Spens, 39 / 10. Samuel Durrant, 82), 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 82), 2. Şakil Sno, 8. Peter Kinqs (19. Tompson Qavi, 73), 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 4. Olavale Doyeni.
Baş məşqçi: Fizuli Məmmədov.

Şamaxı: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov (k) (77. Nihat Mehralıyev, 87), 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 87), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov (8. Alfons Msanqa, 60), 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev (80. Həbib İsmayılov, 46), 13. Rikardo Apolinario (19. Abdullahi Şuaybu, 73), 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 2. Abdulla Rzayev, 21. Bilal İsmayılov, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes.
Baş məşqçi: Ayxan Abbasov.

Füzuli Məmmədov: “Komanda sanki yumruğa çevrilib”

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə meydan sahibləri qələbə qazanıblar – 1:0.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun olacağını bilirdik. “Şamaxı” çempionatın ən möhkəm komandasıdır. Xüsusilə, standart vəziyyətlərdə yaxşı oynayırlar. Gərgin matç keçdi. Yaxşı hazırlaşmışdıq. Uşaqlar tapşırıqları maksimum yerinə yetirdilər. Futbolçularım mərdlik göstərdilər. Onlara təşəkkür edirəm. Bu gün meydanda çox əzmkar oynadılar.

Futbolçularda inam yaranıb. Məşqlərdə bunu hiss edirəm. Qarşıdakı oyunlarda da qələbə qazanmaq istəyirik. Bundan öncəki oyunlarda da yaxşı oynamışıq. Sadəcə, son iki matçda komanda sanki yumruğa çevrilib. Qələbələrin davamını gözləyirəm”.

Ayxan Abbasov: “Məğlub olanda çox suallar yaranır”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 28-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Şamaxı”nın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. “Karvan” son matçlara final kimi baxır. Motivasiyaları yüksəkdir. Bundan öncəki matçda da əzmkarlıqları görünürdü, bu gün də göründü. Oyun əlimizdə idi, dominantlıq edirdik, amma qol vura bilmədik. Bir çox oyunlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı çatışmadı. Çox işləməlidirlər. Buna baxmayaraq, isti havada 90 dəqiqə vuruşmaq, ruhdan düşməmək, hücum etmək, son saniyəyə qədər epizoda girmək yaxşı göstəricidir. İstəyərdik ki, qalib gələk və turnir cədvəlində irəliləyək. Olmadı.

Rəqib də tempi yüksəltməyimizi istəmirdi. Bu da normaldır. İkinci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçuları meydana buraxdıq. Amma bu da yetərli olmadı. Birinci hissədə də 3 real qol vəziyyətimiz var idi. Futboldur da, olur. Qarşıdakı matçlara baxacağıq.

Motivasiya baxımından bizdə problem yox idi. Bu, olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər. Sadəcə, dediyim məqamlarda yetərli olmadılar. Xüsusən də gənc futbolçuların epizodları var idi. Məşqlərdə də yaxşıdırlar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq. Rəqib isə daha mübariz görünə bilərdi”.

Ayxan Abbasov bir müddət öncə “Şamaxı”dan ayrılacağının siqnalını vermişdi. O, bunun komandaya təsirinə dair sualı da cavablandırıb:

“Məncə, daha əksinə ola bilər. Futbolçular daha məsuliyyətli olmalıdırlar. Çünki mövsümün sonu yaxınlaşır. Müqaviləsinin müddəti başa çatan futbolçular var. Futbolçular mövsümün sonuna yaxın özlərini göstərmək istəyirlər. İnanmıram ki, bu açıqlamanın təsiri olsun. Məğlub olanda çox suallar ortaya çıxır”.

Premyer Liqa: “Karvan” “Şamaxı”ya da qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Yevlaxda baş tutub.

Çempionatın aşkar autsayderi “Karvan” doğma meydanda “Şamaxı” ilə üz-üzə gəlib. Yevlax şəhər stadionunda baş tutmuş qarşılaşmanı Emin Əliyev idarə edib. Oyunun taleyini bir qol həll edib. Ötən tur “Kəpəz”i 4:1 hesabıyla yenməklə qələbə həsrətinə son qoymuş Yevlax təmsilçisi bu dəfə də “Şamaxı”nı məğlub edib.

Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan” “Turan Tovuz”a 0:3 hesabıyla uduzub, “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1. “Qarabağ” – “Sabah” görüşü bu gün, “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” oyunları sabah keçiriləcək.

Premyer Liqa
28-ci tur
18 aprel

“Karvan” – “Şamaxı” 1:0
Qol: Coy Sleyd Mikels, 39.
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 15:30.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 8. Peter Kinqs, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 17. Samir Abdullayev, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Fizuli Məmmədov.

Şamaxı: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 8. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 2. Abdulla Rzayev, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Zelim Tçkayev AÇ-də bürünc medalla kifayətləndi

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayıb.

Yarışın üçüncü günündə Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq) və Südabə Ağayeva (70 kq) tatamiyə çıxıblar.

Südabə Ağayeva 1/8 finalda Szofi Ozbasa (Macarıstan), eyni mərhələdə Ömər Rəcəbli (81 kq) Vasiliye Qrujiçiçə (Serbiya), Murad Fətiyev (90 kq) isə 1/16 finalda Aleks Çretə (Rumıniya) uduzaraq yarışı mükafatsız başa vurublar.

Yalnız Tçkayevin çıxışı nisbətən uğurlu alınıb. İdmançımız üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib və qitə birinciliyini bürünc medalla tamamlayıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Kristian Kivu: “Kalyari” ilə matçın vacibliyini başa düşürdük”

“İnter”in baş məşqçisi Kristian Kivu İtaliya A Seriyasının 33-cü turunda “Kalyari” üzərində qazandıqları qələbəni şərh edib.

Arena.az rumın mütəxəssisin 3:0 hesablı qələbə barədə müvafiq fikrini təqdim edir:

“Oyunun vacibliyini başa düşürdük. Birinci hissədə fəsadlar yaşadıq. İkinci hissədə isə “Kalyari”nin müdafiəsini yarmağa müvəffəq olduq”, deyə Kivu vurğulayıb.

Yeri gəlmişkən, “İnter”in argentinalı keçmiş hücumçusu Dieqo Milito “neradzurri”nin baş məşqçisi, rumın mütəxəssis Kristian Kivu haqda qənaətəni açıqlayıb. Veteran futbolçunun müvafiq fikrini təqdim edirik:

“Kivu “İnter” üçün mükəmməl bir rəhbərdir”, deyə Milito vurğulayıb.

İtalyan keçmiş müdafiəçi Alessandro Kostakurta isə İtaliya A Seriyasının cari mövsümündə çempionluq uğrunda mübarizənin əsas favoritini açıqlayıb:

“Çempionatın yenidən açıq olduğu haqda danımaq olmaz, çünki “İnter” belə bir əsas verməyib”, deyə Kostakurta “neradzurri”nin favorit gördüyünü başa düşməyə əsas verib.

Xatırladaq ki, “İnter” A Seriyasının cari mövsümündə 33 oyuna topladığı 78 xalla vahid liderdir. Milan təmsilçisi 33 oyunda 25 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

“Koventri Siti” yenidən Premyer Liqada

Çempionşipdə mübarizə aparan “Koventri Siti” 2026/2027 mövsümündən etibarən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Arena.az xəbər verir ki, ötən gün növbəti mövsüm üçün İngiltərə Premyer Liqasına vəsiqə qazanmış ilk klub müəyyənləşib.

Koventri Çempionşipin 2025/2026-cı illər mövsümünün 43-cü turunda “Bləkbörn”lə heç-heçə edib və xallarının sayını 86-ya çatdırıb. Nəticədə bu komanda mövsümün sonuna 3 tur qalmış 3-cü yerdəki “Milluol”u 13 xal qabaqlayıb.

Bununla da Frenk Lempardın rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasına vəsiqəni rəsmiləşdirib. Nəticədə Koventri təmsilçisi 25 il sonra ilk dəfə elitada mübarizə aparmaq hüququ qazanıb.

Xatırladaq ki, “Koventri Siti” Çempionşipin cari mövsümündə keçirdiyi 43 oyunda 25 qələbə qazanıb, 11 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. “İpsviç Taun” 75 xalla ikinci, “Milluol” 73 xalla 3-cüdür. “Sauthempton” və “Midlsbro”nun 72, “Hall Siti”nin 68 xalı var.

Futzal: Azərbaycan Kubokunda yarımfinal günü

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün yarımfinal mərhələsinin oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, hər iki oyun eyni günə təsadüf edəcək.

Əvvəlcə, mövsümü qızıl dublla başa vurmağı hədəfləmiş “Neftçi” Birinci Liqanın iddialılarından olan “Baku Fire-2” ilə gücünü sınayacaq.

Növbəti görüşdə isə ötən ilin finalçıları üz-üzə gələcək. Belə ki, PFL “Araz-Naxçıvan” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Hər iki qarşılaşma “Olimpik Star”da təşkil ediləcək.

Futzal, Azərbaycan Kuboku
Yarımfinal
18 aprel

Baku Fire-2 – Neftçi İK
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

PFL – Araz-Naxçıvan
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Kənan Məlikov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 19:00.

Renat Dadaşov “Katoviçe” ilə matçda ehtiyatda qaldı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasının “Katoviçe”yə qarşı keçirdiyi oyunu buraxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 29-cu turu çərçivəsində “Katoviçe” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə səfərdə üz-üzə gəlib və 2:3 hesablı məğlubiyyətə üzülüb. Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

29 turdan sonra 39 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 29 oyunda 9 qələbə qazanıb, 12 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 20 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Mahir Emreli “Holştayn”la oyunu kənardan izlədi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun “Holştayn”a qarşı oyununda iştirak etməyib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 30-cu turu çərçivəsində qarşılaşdıqları “Holştayn”la oyunda sonadək ehtiyatda qalıb.

Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

30 turdan sonra 46 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 30 oyunda 14 qələbə qazanıb, 4 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 11 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

DÇ-2027: Millimiz bu gün Andorra ilə üz-üzə gələcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer almış millimiz dördüncü sınağında Andorra yığması ilə qarşılaşacaq.

Siyasət Əsgərovun rəhbərlik etdiyi komandamız bu rəqibi ilə “Masazır Arena”da üz-üzə gələcək. Oyuna saat 17:00-da start veriləcək.

Yığmamız Andorraya qarşı bir neçə gün öncə səfərdə keçirdiyi oyundan 3:1 hesablı qələbə ilə ayrılmışdı. Millimiz bu uğurun davamını ev oyununda da gətirməyə çalışacaq.

Xatırladaq ki, Azərbaycan millisi hazırda 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, dördüncü yerdəki Andorranın 1 xalı var.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
18 aprel

Azərbaycan – Andorra
Hakimlər: Vesna Miletiç, Merima Homaraç, Nevena Markoviç, Senida Petak (hamısı Bosniya və Herseqovina).
“Masazır Arena”. Saat 17:00.

Moyses Kaysedo “Çelsi” ilə yeni müqavilə bağladı

Ekvador millisinin və “Çelsi”nin dayaq yarımmüdafiəçisi Moyses Kaysedo bu gün İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər arasındakı yeni sözləşmə 2033-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti 2031-ci ilin yayında bitəcəkdi.

Moyses Kaysedo Ekvadorun “İndependyente del Valye” klubunun yetirməsidir. O, 2021-ci ilin fevral ayında 28,2 milyon avro qarşılığında bu komandadan İngiltərənin “Brayton” klubuna keçib. Gənc futbolçu Premyer Liqa təmsilçisində ümumilikdə 53 matça çıxıb, 2 qol və 3 assistlə yadda qalıb. Kaysedo “Brayton”da olarkən qısa müddət (2021/2022 mövsümündə) Belçikanın “Beersxot” klubunda icarədə də olub.

“Çelsi” Kaysedonu 2023-cü ilin avqust ayında “Brayton”dan transfer edib. 24 yaşlı futbolçunun “zadəganlar”la 2031-ci ilin 30 iyununa kimi müqaviləsi var. “Zadəganlar”ın “qağayılar”a ödədiyi 116 milyon avroluq transfer məbləği İngiltərə futbolu üçün rekorddur.

2025/2026 mövsümündə Kaysedo “Çelsi”nin heyətində 42 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə verib. O, bu klubun heyətində bütövlükdə 140 oyuna çıxıb, 8 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Kaysedo 2020-ci ilin oktyabrında debüt etdiyi Ekvador yığmasında 60 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

İkinci Liqa: 25-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Turun oyunları üç günü əhatə edəcək. Mayın 3-də bir qarşılaşma baş tutacaq. Qalan oyunlar isə ayın 4-də və 5-də baş tutacaq.

İkinci Liqa
25-ci tur

3 may

“Göygöl” – “Ağstafa Gəncləri”
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

4 may

“Kür-Araz” – “Şəki”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

“Ağdaş” – “Araz Saatlı”
Ağdaş şəhər stadionu, 16:30.

5 may

“Quba” – “Xankəndi”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Dinamo”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şirvan” – “Şəmkir”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Premyer Liqa: “Karvan” “Şamaxı”ya, “Qarabağ” “Sabah”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Əvvəlcə, çempionatın aşkar autsayderi “Karvan” doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq oyuna saat 15:30-da start veriləcək. Qarşılaşmanı Emin Əliyev idarə edəcək.

Günün digər oyunu son çempion “Qarabağ”la lider “Sabah” arasında baş tutacaq. Turun mərkəzi oyununu Elçin Məsiyev idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 19:30-da start veriləcək.

Premyer Liqa
28-ci tur
17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: İbrahima Vadji, 71. Joarlem Santos, 82; 90+2.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 17:00.

“Zirə” – “Neftçi” 1:1
Qollar: Brahim Konate, 90+4 – İmad Faraj, 63.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

18 aprel

“Karvan” – “Şamaxı”
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 15:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

19 aprel

“Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 15:30.

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

A Seriyası: “İnter” qalib gəldi, “Komo” uduzdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Sassuolo” – “Komo” matçında meydan sahibləri qələbə qazanıblar. Lider “İnter” də “Kalyari” ilə ev oyununda darmadağına imza atıb.

Qeyd edək ki, 33-cü turun qalan görüşləri aprelin 18-də, 19-da və 20-də keçiriləcək.

İtaliya, A Seriyası
33-cü tur
17 aprel

Sassuolo – Komo 2:1
Qollar: Volpato, 42. Nzola, 44 – N.Pas, 45+2.

İnter – Kalyari 3:0
Qollar: Türam, 52. Barella, 56. Zelinski, 90+2.

18 aprel

17:00. Udineze – Parma
20:00. Napoli – Latsio
22:45. Roma – Atalanta

19 aprel

14:30. Kremoneze – Torino
17:00. Verona – Milan
20:00. Piza – Cenoa
22:45. Yuventus – Bolonya

20 aprel

22:45. Leççe – Fiorentina

Liqa 1: “Lans” “Tuluza”nı xalsız yola saldı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Lans” doğma meydanda “Tuluza” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyun meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 30-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
30-cu tur
17 aprel

Lans – Tuluza 3:2
Qollar: S.Abdulhamid, 61. Tomasson, 67. Qaniu, 90+1 – Kasseres, 6. Kumbassa, 13.

18 aprel

19:00. Loryan – Olimpik (Marsel)
21:00. Anje – Havr
23:05. Lill – Nitsa

19 aprel

17:00. Monako – Oser
19:15. Mets – Paris
19:15. Nant – Brest
19:15. Strasburq – Renn
22:45. PSJ – Olimpik (Lion)

Bundesliqa: “Sankt Pauli” və “Köln”dən heç-heçə

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Sankt Pauli” doğma meydanda “Köln”lə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Qeyd edək ki, 30-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
30-cu tur
17 aprel

Sankt Pauli – Köln 1:1
Qollar: Mets, 69 – Valdşmidt, 86-pen.

18 aprel

17:30. Bayer – Auqsburq
17:30. Hoffenhaym – Borussiya (Dortmund)
17:30. Union Berlin – Volfsburq
17:30. Verder – Hamburq
20:30. Ayntraxt – Leypsiq

19 aprel

17:30. Frayburq – Haydenhaym
19:30. Bayern – Ştutqart
17:30. Borussiya (Mönhenqladbax) – Maynts

Super Liqa: “Fənərbağça” “Rizəspor”la bacarmadı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Antalyaspor” doğma meydanda “Konyaspor”a 2 cavabsız qolla məğlub olub. Dörd qolun qeydə alındığı “Fənərbağça” – “Rizəspor” görüşündə isə qalib müəyyənləşməyib.

30-cu turun qalan görüşləri aprelin 18-də, 19-da və 20-də keçiriləcək.

Türkiyə, Super Liqa
30-cu tur
17 aprel

Antalyaspor – Konyaspor 0:2
Qollar: D.Qonsalves, 56. M.İbrahimoğlu, 90+6.

Fənərbağça – Rizəspor 2:2
Qollar: Taliska, 80-pen. K.Aktürkoğlu, 86 – Soue, 47. Saqnan, 90+8.

18 aprel

15:30. Karagümrük – Eyüpspor
18:00. Kocaelispor – Göztəpə
21:00. Gənclərbirliyi – Qalatasaray

19 aprel

15:30. Kasımpaşa – Alanyaspor
18:00. Samsunspor – Beşiktaş
21:00. Trabzonspor – Başakşəhər

20 aprel

21:00. Qaziantep – Kayserispor

ABL: “Abşeron Lions” və “Sabah” yarımfinalda!

“Abşeron Lions” və “Sabah” komandaları Azərbaycan Basketbol Liqasının (ABL) 2025/26 mövsümündə yarımfinala vəsiqə qazanıblar.

Arena.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib.

Əvvəlcə, “Abşeron Lions” “Şəki”nin qonağı olub. Sözügedən komandalar Şəki Olimpiya İdman Kompleksində üz-üzə gəliblər. İlk görüşdə “Abşeron Lions” 109:78 hesabıyla üstün olmuşdu. Cavab görüşündə də 105:94 hesabı ilə qalib gəlmiş paytaxt təmsilçisi ilk yarımfinalçı olub.

Günün ikinci matçında “Sabah” “Naxçıvan”la qarşılaşıb. “Bayquşlar” birinci dueldən qalib ayrılmışdılar – 106:74. Bakı İdman Sarayındakı baş tutmuş ikinci qarşılaşma da 97:86 hesabı ilə “Sabah”ın xeyrinə yekunlaşıb. Beləliklə, paytaxt təmsilçisi növbəti yarımfinalçı olub.

Xatırladaq ki, ötən gün “Gəncə” “Ordu”nu 85:78 (ilk oyun – 106:108) “Neftçi” NTD-ni 119:99 (ilk oyun – 94:97) hesabı ilə məğlub etmişdi. Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. ABL-in cari mövsümünün reqlamentinə əsasən, 1/4 finalda iki qələbəyə daha tez çatmış komanda növbəti mərhələyə adlayır.

“Zirə” – “Neftçi” 1:1 – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turunun bu gün keçirilmiş “Zirə” – “Neftçi” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
28-ci tur

17 aprel

“Zirə” – “Neftçi” 1:1
Qollar: Brahim Konate, 90+4 – İmad Faraj, 64.
Sarı vərəqələr: İssa Cibrila, 50 (qeyri-idman hərəkəti). Leroy Mikels, 86 (hakimin qərarına etiraz). Brahim Konate, 90+5 (qeyri-idman hərəkəti) – İmad Faraj, 45 (qeyri-idman hərəkəti). Elvin Bədəlov, 88 (qeyri-idman hərəkəti). Emil Balayev, 90+5 (qeyri-idman hərəkəti).
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Rəşad Sadıqov, 50 (hakimin qərarına etiraz) – Vitali Vernidub, 39 (hakimin qərarına etiraz). Yuri Vernidub, 90+8 (hakimin qərarına etiraz).
Qırmızı vərəqə: Breno Almeyda, 90+5 (təcavüzkar davranış).
Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Ağabala Ramazanov, 90+6 (rəqib texniki zonaya daxil olduğu üçün) – Yuri Vernidub, 90+8 (hakimin qərarına etiraz). Dmitro Kara Mustafa, oyundan sonra (meydançaya daxil olub hakimin qərarına etiraz etdiyi üçün).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 19:30. Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı.

Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Zöhrab Abbasov.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev (93. Brahim Konate, 46), 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov (28. Leroy Mikels, 62), 30. Rikardo Martins (8. İsmayıl İbrahimli, 69), 20. İssa Cibrilla (10. Georgi Papunaşvili, 69), 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın (11. Junior Martins, 79).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka.
Baş məşqçi: Rəşad Sadıqov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (23. Cordan Rezabala, 74), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu (6. Sessi Dalmeyda, 84), 33. Breno Almeyda (47. Murad Məmmədov, 87), 11. İmad Faraj (70. Andrey Ştoqrin, 74), 10. Freddi Varqas (45. Vensan Abubakar, 87).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Vernidub: “Əksər hallarda dominantlıq etdik”

“Neftçi”nin məşqçisi Vitali Vernidub Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Vitali Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı axşam oldu. Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini yüksəldir. Hər iki komanda intensiv oynayırdı, qapılara zərbələr var idi. Fiziki və taktiki güclü idilər, azarkeşlər üçün də maraqlı idi. Bu oyunda əksər hallarda dominantlıq etdik. Bəzi hallarda rəqib vəziyyəti bərabərləşirdi. Oyunçularımız çox yaxşı mübarizə apardılar. Onlardan gözləntilərimiz odur ki, “Neftçi”yə yaraşan səviyyədə hər zaman oyun sərgiləsinlər. Son dəqiqələrə gəldikdə, baxacağıq, araşdıracağıq, özümüz üçün nəticələr çıxaracağıq. Nə edək ki, vəziyyət bu yerə gəlib çatmasın. Son dəqiqələr haqda çox danışmaq istəmirəm”.

Rəşad Sadıqov “Neftçi”dən üzr istədi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İki layiqli rəqib qarşılaşırdı. Oyun bizim üçün pis başladı. Öz səhvlərimizdən epizodlar verdik. 15-20 dəqiqədən sonra oyunu bərabərləşdirdik. İkinci hissəyə yaxşı başladıq, daha fəal oynadıq. Yaxşı oynadığımız dəqiqələrdə qol buraxdıq. Məyusedici oldu. Amma ondan sonra komandamın verdiyi reaksiya möhtəşəm idi. Son dəqiqədə qol vurduq. Mənim üçün qüruruvericidir. Futbolçularımı təbrik edirəm. Üç gündən sonra daha bir önəmli oyun bizi gözləyir. Tez bir zamanda o matça fokuslanacağıq.

Oyundan sonra “Neftçi”nin oyunçularından üzrxahlıq etdim. Epizodu görmədim. Amma bildirdilər ki, Brahim Konate onların ehtiyat skamyasının yanında qolu aşkar şəkildə qeyd edib. “Neftçi” çox yaxşı münasibətlərimiz olan klubdur. Fürsətdən istifadə edib baş verənlərə görə “Neftçi”dən üzr istəyirəm.

Qol epizoduna görə nəsə deyə bilmərəm. Epizoda baxmamışam. Bəlkə də ofsayddır, bir şey deyə bilmərəm”.

Premyer Liqa: “Zirə” və “Neftçi”dən 1 qol, 1 xal

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.

Burada paytaxt təmsilçiləri “Zirə” və “Neftçi” üz-üzə gəliblər. Zirə İdman Kompleksinin stadionunda baş tutmuş qarşılaşmanı İnqilab Məmmədov idarə edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Xatırladaq ki, turun açılış oyununda “Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”a 0:3 hesabıyla uduzub. “Karvan” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları aprelin 18-də baş tutacaq. “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” matçları isə ayın 19-da keçiriləcək.

Premyer Liqa
28-ci tur
17 aprel

“Zirə” – “Neftçi” 1:1
Qollar: Brahim Konate, 90+4 – İmad Faraj, 63.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 70. Andrey Ştoqrin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3 – Video

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
28-ci tur
17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: İbrahima Vadji, 72. Joarlem Santos, 82; 90+2.
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 84 (qeyri-idman hərəkəti). Felipe Santos, 90+3 (qeyri-idman hərəkəti) – İbrahima Vadji, 46 (qeyri-idman hərəkəti). Joarlem Santos, 52 (qeyri-idman hərəkəti). Emmanuel Hakman, 87 (qeyri-idman hərəkəti). Fərid Yusifli, 90+3 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Mark Kaser ( “Turan Tovuz” ), 69 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 6 dəq.
Saat 17:00. “Sumqayıt Arena”, 500 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Şirmamed Mamedov.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 5. Slavik Alxasov (34. Ürfan Abbasov, 75), 8. Coşqun Diniyev (6. Patrik Andrade, 63), 4. Rahil Məmmədov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə (11. Ba-Muaka Simakala, 78), 16. Ramon Maçado, 17. İssuf Paro (3. Bəxtiyar Həsənalızadə, 63), 23. Nuno Rodriqes, 7. Hamidu Keyta (70. Çarlz Boli, 63), 10. Felipe Santos.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov (8. David Tavares, 89), 10. Xəyal Nəcəfov (6. Fərid Yusifli, 89), 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov (99. İbrahima Vadji, 46), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 9. Coş Cinnelli.
Baş məşqçi: Kurban Berdıyev.

Demçenko: “Məsuliyyəti tam şəkildə üzərimə götürürəm”

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 28-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyundan əvvəl desəydilər ki, 0:3 hesabı ilə məğlub olacağıq, buna inanmazdım. Birinci hissədə oyunumuz alınırdı. Qol şanslarımız oldu, amma yararlana bilmədik. İkinci yarıda da yaxşı imkanlarımız oldu. Futbolda qızıl qayda var, qol vurmasan, sənə qol vuracaqlar. 90 dəqiqə ərzində oyuna köklənməni saxlamaq lazımdır. Oyunun sonlarında bizdə alınmadı və uduzduq. Son saniyəyə kimi döyüşməlisən. Amma bu, o demək deyil ki, bu məğlubiyyətdə günahkar yalnız futbolçulardır. Uduzursansa, ilk növbədə baş məşqçi günahkardır. Deməli, mən qalib gəlmək üçün lazım olan işi görməmişəm. Tam şəkildə məsuliyyəti üzərimə götürürəm.

Məqsədimiz var. Sona qədər mübarizə aparmaq lazımdır. Rəqiblərimizin də öz aralarında oyunları olacaq. Şansımızın tam bitdiyini deməzdim”.

Kurban Berdıyev: “Çox çətin və vacib qələbə qazandıq”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 28-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə Tovuz təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün çox vacib və çətin qələbə qazandıq. İkinci hissədəki oyuna görə uşaqlara minnətdaram. Yaxşı aktivlik var idi. Finişə yaxın çox vacib xallar qazandıq”.

Qeyd edək ki, “Turan Tovuz” 28 turdan sonra topladığı 55 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Berdıyevin komandası 16 qələbə qazanıb, 7 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. “Araz-Naxçıvan” isə 39 xalla 6-cıdır.

Siyasət Əsgərov: “Sabah mütləq qələbə qazanmalıyıq”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Andorraya qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar dünya çempionatının (DÇ-2027) seçmə mərhələsi çərçivəsində sabah Masazırda üz-üzə gələcəklər.

Siyasət Əsgərov bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Üç gün əvvəl bu rəqib üzərində səfərdə gözəl oyunla qələbə qazandıq. Hesabı Andorra açsa da, əzmkar mübarizə apararaq istəyimizə çatdıq. Sabah isə bu komandanı öz meydanımızda qəbul edəcəyik. Qrupu yüksək pillələrdə bitirmək istəyiriksə, sabahkı matçda da mütləq qələbə qazanmalıyıq. Rəqiblə bağlı bütün detalları komanda ilə müzakirə etmişik, lazımi məlumatları vermişik. Düşünürəm ki, qarşılaşmaya tam hazırıq. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram”.

Xatırladaq ki, C Liqasının 3-cü qrupu çərçivəsində aprelin 18-də “Masazır Arena”da keçiriləcək Azərbaycan – Andorra oyununa saat 17:00-da start veriləcək.

Premyer Liqa: “Turan” “Araz”a 3 cavabsız qolla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib.

Sumqayıtda keçirilmiş qarşılaşmanın baş hakimi Rauf Cabbarov olub. Oyunun ilk yarısı qolsuz bitib. Fasilədən sonra rəqibinə 3 cavabsız qol vurmuş Tovuz təmsilçisi darmadağına sevinib.

Premyer Liqa
28-ci tur
17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: İbrahima Vadji, 71. Joarlem Santos, 82; 90+2.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 17:00.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 6. Patrik Andrade, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 9. Coş Cinnelli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Hidayət Heydərov AÇ-nin finalında uduzdu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan son Olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.

Heydərov 1/8 finalda kosovolu Dardan Çenadan üstün olub. O, 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesə qalib gəlib. Hidayət yarımfinalda türkiyəli Bilal Çiloğlunu da məğlub edib. O, finalda 2012-ci il Olimpiya çempionu Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib. Cüdoçumuz gərgin mübarizə şəraitində keçən görüşdə hakimlərin ədalətsiz qərarı səbəbindən bu rəqibinə uduzub.

Xatırladaq ki, Hidayət Heydərov bundan əvvəl 5 dəfə Avropa çempionatında finala vəsiqə qazanmışdı. O, bunların 4-də çempion olmuş, birində isə gümüş medal əldə etmişdi. Heydərov 1 dəfə dünya çempionu da olub.

Tiflisdə keçirilən Avropa çempionatının ilk günündə mübarizəyə qoşulmuş Azərbaycanın 7 cüdoçusundan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanmışdılar.

Avropa çempionatı aprelin 19-da başa çatacaq. Azərbaycan qitə birinciliyində 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) ilə təmsil olunur.

U-19 millimiz gürcülərə də böyük hesabla uduzdu

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.

Arena.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda bu gün Gürcüstan yığması ilə qarşılaşıb.

Xorvatiyanın Luçko şəhərindəki təşkil edilmiş görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin yeganə qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub. 90+3-cü dəqiqədə Aysu Əsədova qırmızı vərəqə alaraq meydandan qovulub.

Xatırladaq ki, U-19 millimiz daha əvvəl meydan sahibi Xorvatiyaya 0:6, Çexiyaya isə 0:9 hesabıyla uduzmuşdu.

Beləliklə, Azərbaycan millisi qrupda sonuncu yeri tutub.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 6-cı qrup
17 aprel

Azərbaycan – Gürcüstan 1:4
Baş hakim: Henrikke Nervik (Norveç).
Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Iva Yaniç (Xorvatiya).
Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya).
Luçko stadionu.

AFFA “Mingəçevir”i 900 manat cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 22-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 22-ci tur

MOİK – “Zaqatala” oyununda MOİK-də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 86-cı dəqiqəsində “Cəbrayıl”ın futbolçusu Andzuno Eli ikinci sarıdan qırmız vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Cəbrayıl” buna görə 150 manat cərimə edilib.

“Mingəçevir” – “Difai” oyununda meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” 900 manat cərimə edilib.

“Səbail” – “Şimal” oyununda “Şimal”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.

Əvəzedicilər Liqası: 24-cü turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 24-cü turun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

24-cü turun görüşləri aprelin 30-da və mayın 1-də keçiriləcək.

Əvəzedicilər Liqası
24-cü tur
30 aprel

“Sumqayıt-2” – “Neftçi-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Şamaxı-2” – “Turan Tovuz-2”
Şamaxı şəhər stadionu, 16:00.

1 may

“Qarabağ-2” – “Zirə-2”
Binə qəsəbə stadionu, 12:00.

“Sabah-2” – “Kəpəz-2”
“Bayıl Arena”, 16:00.

“Araz-Naxçıvan-2” – “Qəbələ-2”
Binə qəsəbə stadionu, 17:00.

Riçarlison PSJ-dən təklif aldığını etiraf etdi

“Tottenhem”in braziliyalı hücumçusu Riçarlison nə vaxtsa, Fransa nəhəngi PSJ-nin maraq dairəsində olduğunu etiraf edib.

Arena.az braziliyalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“PSJ ilə bir neçə təmasım olub. Hər dəfə Kilian Mbappe oradan getməyə hazırlaşanda, onlar mənimlə əlaqə yaradırdılar. Bir dəfə təmsilçim hətta Parisə danışıqlara yollanmışdı. Amma keçidim baş tutmadı”, deyə hücumçu təəssüf edib.

Riçarlison 2022-ci iyulundan “Tottenhemdə” çıxış edir. Braziliyalı hücumçunun “mahmızlar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Riçarlison cari mövsümdə “mahmızlar”ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 10 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun “Tottenhem”in heyətindəki ümumi statistikası belədir: 128 oyun, 30 qol, 14 assist.

Braziliyalı hücumçu daha öncə “Everton”, “Fluminense”, “Uotford” və “Amerika Mineyro”nun da formasını geyinib.

Riçarlison 2018-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 54 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib. Hücumçu “selesao” ilə 2019-cu il Amerika Kubokunun və 2020-ci Olimpiya Oyunlarının qalibi və ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı futbolçunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Robben: “Olise mənə oxşardır, amma…”

“Bayern”in niderlandlı keçmiş cinah hücumçusu Aryen Robben münhenlilərin fransalı cinah hücumçusu Maykl Olise haqda söhbət açıb.

Arena.az veteran futbolçunun müvafiq fikrini təqdim edir:

“Müvafiq müqayisələri elə də xoşlamıram, çünki hər bir futbolçu öz oyun üslubuna malikdir. Bəli, o, nədəsə mənə oxşardır, amma buna rəğmən, mən onu başqa futbolçu hesab edirəm”, deyə Robben vurğulayıb.

Xatırladaq ki, “Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində 98 oyuna çıxıb, 38 qol və 52 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 15 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Hazard: “Dembele müstəsna istedada malikdir”

Belçikalı keçmiş cinah hücumçusu Eden Hazard PSJ-nin fransalı mərkəz hücumçusu Usman Dembele haqda qənaətini açıqlayıb.

Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Dembele müstəsna istedada malikdir, amma hesab etmirəm ki, o, qəfildən açılışıb. Onun imkanları bir neçə il öncə də görünürdü, amma indi onun tərəqqi edə biləcəyi də məlum olub”, deyə Hazard vurğulayıb.

Xatırladaq ki, Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2025/2026-cı illər mövsümündə Dembele PSJ-nin heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 16 qol vurub, 8 məhsuldar ötürmə verib.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 127 oyun, 57 qol və 38 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 58 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Karrik və Fernandesdən “Bornmut” məğlubiyyətinə şərh

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik İngiltərə Premyer Liqasının 32-ci turunda “Bornmut”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” doğma meydanda qarşılaşdıqları bu rəqibə 1:2 hesabıyla məğlub olublar.

İngilis mütəxəssis matçdan sonra bunları söyləyib:

“Oyuna yaxşı başlamadıq. Amma ikinci hissədəki fəaliyyətimizi bəyəndim. Oyunçumuzu meydandan qovmuş hakimin müvafiq qərarından narazıyam”, deyə Karrik vurğulayıb.

“Mançester Yunayted”in kapitanı, portuqal yarımmüdafiəçi Bruno Fernandes də “Bornmut”a ev məğlubiyyətinə aydınlıq gətirib:

“Hər şey elə, birinci hissədə itirilmişdi. Biz oyuna daxil ola bilmədik”, deyə Fernandes vurğulayıb.

“Bornmut”in baş məşqçisi Daniel Farke isə “Mançester Yunayted” üzərində qələbəni belə şərh edib:

“Cəsarətlə fəaliyyət göstərməyimiz və hücum futbolu oynamağımız vacib idi. Hesab edirəm ki, qələbəyə layiq idik”, deyə Farke vurğulayıb.

Sarri: “Məğlubiyyətimizi məntiqsiz hesab edirəm”

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri İtaliya A Seriyasının 32-ci turunda “Fiorentina”ya səfər məğlubiyyətinə aydınlıq gətirib.

Arena.az xəbər verir ki, sözügedən komandaların Florensiyada baş tutmuş görüşündə meydan sahibləri 1:0 hesablı qələbəyə seviniblər.

İtalyan mütəxəssis matçdan sonra jurnalistərə açıqlamasında bunları söyləyib:

“Mənə elə gəlir ki, oyuna nəzarət edirdik. Ona görə də məğlubiyyətimizi məntiqsiz hesab edirəm”, deyə Sarri bildirib.

“Fiorentina”nın baş məşqçisi Paolo Vanoli isə “Latsio” üzərində qələbəni belə şərh edib:

“Hədəfimizə doğru vacib addım atdıq. Tərəqqimizi və xasiyyətimizi nümayiş etdirdik”, deyə Vanoli vurğulayıb.

Qeyd edək ki, “Latsio” A Seriyasının cari mövsümündə 32 oyuna topladığı 44 xalla 20 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. “Fiorentina” isə 35 xalla 15-cidir.

Lionel Messi klub sahibi oldu

Lionel Messi İspaniyanın futbol üzrə üçüncü divizionunda mübarizə aparan Kataloniyanın “Kornella” klubunun yeni sahibi olub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kornella”nın yaydığı bəyanatda argentinalı ulduzun bu addımının bölgə ilə bağlılığının göstəricisi olduğu vurğulanıb:

“Bu addım Messinin Barselona ilə sıx əlaqəsini, Kataloniyada idmanın və yerli istedadların inkişafına sadiqliyini təsdiqləyir. Bu, onun “Barselona”nın heyətində çıxış etdiyi illərdə yaranmış və bu günə qədər qorunub saxlanılan bir bağdır”.

Xatırladaq ki, 1951-ci ildə əsası qoyulmuş “Kornella” ev oyunlarını 1500 tamaşaçı tutumuna malik “Nou Kamp Munisipal” stadionunda keçirir.

Futbol üzrə Argentina millisinin də üzvü olan Lionel Messi 2023-cü ildən Amerika Birləşmiş Ştatlarının “İnter Mayami” komandasında çıxış edir. O, bundan öncə bir neçə il PSJ-də (Fransa), uzun illər isə yetirməsi olduğu “Barselona”da forma geyinib.

İkinci Liqa: 24-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Turun oyunları üç günü əhatə edəcək. Aprelin 26-da 2 qarşılaşma baş tutacaq. Qalan oyunlar isə ayın 27-də və 28-də baş tutacaq.

İkinci Liqa
24-cü tur

26 aprel

“Ağstafa Gəncləri” – “Kür-Araz”
Ağstafa şəhər stadionu, 16:30

“Dinamo” – “Şirvan”
Binə qəsəbə stadionu, 16:30.

27 aprel

“Araz Saatlı” – “Göygöl”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Ağdaş”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

28 aprel

“Xankəndi” – “Qaradağ Lökbatan”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəmkir” – “Quba”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Premyer Liqa: “Araz” “Turan”a, “Zirə” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. Sumqayıtda keçiriləcək qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq. Matça saat 17:00-da start veriləcək.

Günün digər oyununda paytaxt təmsiləri “Zirə” ilə “Neftçi” üz-üzə gələcəklər. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyuna saat 19:30-da start veriləcək. Qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.

Premyer Liqa
28-ci tur
17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 17:00.

“Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

18 aprel

“Karvan” – “Şamaxı”
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 15:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

19 aprel

“Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 15:30.

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

Avroliqa: “Braqa” “Betis”i yarımfinala buraxmadı

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün yarımfinalçıları müəyyənləşib.

Arena.az xəbər verir ki, buna turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra aydınlıq gəlib.

Oyunların hamısı eyni günə təsadüf edib. “Selta” doğma meydanda “Frayburq”u, “Betis” isə “Braqa”nı qəbul edib. İspaniya təmsilçiləri evdə uduzaraq mübarizəni dayandırıblar.

“Nottingem Forest” İngiltərədə “Portu” ilə üz-üzə gəlib. “Aston Villa” isə “Bolonya”nı sınağa çəkib. İspanlardan fərqli olaraq, İngiltərə təmsilçiləri qələbə qazanaraq yarımfinala yüksəliblər.

Beləliklə, yarımfinalda “Braqa” “Frayburqa” rəqib olubsa, “Aston Villa” “Nottingem Forest”lə mübarizə aparacaq.

Xatırladaq ki, Avroliqa çərçivəsində yarımfinal görüşlərinə aprelin 30-da start veriləcək.

Avropa Liqası
1/4 final mərhələsinin cavab oyunları
16 aprel

Selta (İspaniya) – Frayburq (Almaniya) 1:3
Qollar: Svedberq, 90+1 – Matanoviç, 33. Suzuki, 39; 50.
İlk oyun – 0:3

Betis (İspaniya) – Braqa (Portuqaliya) 2:4
Qollar: Antoni, 13. Ezzalzuli, 26 – Viktor, 38. V.Karvalyo, 49. Horta, 53-pen. Qorbi, 74.
İlk oyun – 1:1

Nottingem Forest (İngiltərə) – Portu (Portuqaliya) 1:0
Qol: Gibbs-Uayt, 12.
İlk oyun – 1:1

Aston Villa (İngiltərə) – Bolonya (İtaliya) 4:0
Qollar: O.Uotkins, 16. Buendiya, 26. M.Rocers, 39. Konsa, 89.
İlk oyun – 3:1

Konfrans Liqasında yarımfinal cütləri bəlli oldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu matçlardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib.

Niderlandın “Alkmar” komandası Ukrayna “Şaxtyor”unu qəbul edib. Cavab görüşündəki heç-heçə ilk oyunda qalib gəlmiş “Şaxtyor”u növbəti mərhələyə daşıyıb.

“Fiorentina” doğma meydanda “Kristal Pelas”la qarşılaşıb. İngiltərə təmsilçisi ilk oyunda darmadağın etdiyi İtaliya klubuna səfərdə uduzsa da, mərhələ adlayan tərəf olub.

AEK “Rayo Valyekano”nu sınağa çəkib. Səfərdə 3 qola üzülmüş İspaniya təmsilçisi doğma meydanda imza atdığı darmadağın sayəsində yarımfinala yüksəlib.

Almaniyanın “Maynts” komandası isə Fransada “Strasburq”la üz-üzə gəlib. Evdə inamlı qələbəyə sevinmiş almanlar səfərdə 4 cavabsız qolla uduzduqları üçün turnirlə vidalaşıblar.

Beləliklə, “Şaxtyor” yarımfinalda “Kristal Pelas”a, “Rayo Valyekano” isə “Strasburq”a rəqib olub.

Xatırladaq ki, Konfrans Liqasında yarımfinal mərhələsinə aprelin 30-da start veriləcək.

Avropa Konfrans Liqası
1/4 final mərhələsinin cavab oyunları
16 aprel

Alkmar (Niderland) – Şaxtyor (Donetsk, Ukrayna) 2:2
Qollar: Yensen, 73. Sin, 80 – Alisson, 58. Meyreles, 83.
İlk oyun 0:3

Fiorentina (İtaliya) – Kristal Pelas (İngiltərə) 2:1
Qollar: Qudmundsson, 30-pen. Ndur, 53 – Sarr, 17.
İlk oyun – 0:3

AEK (Afina, Yunanıstan) – Rayo Valyekano (İspaniya) 3:1
Qollar: Zini, 13; 51. Marin, 36-pen – Palason, 60.
İlk oyun – 0:3

Strasburq (Fransa) – Maynts (Almaniya) 4:0
Qollar: Nanasi, 26. Uattara, 35. Enkiso, 69. Emeqa, 74.
İlk oyun – 0:2

Bernardo Silva “Mançester Siti”ni tərk edəcək – Rəsmi

“Mançester Siti”nin portuqaliyalı hücumameyilli yarımmüdafiəçisi Bernardo Silva cari mövsümün sonunda İngiltərə klubundan ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub futbolçunun komandadan ayrılacağını bəyan edib. Silva özü də sosial şəbəkə hesabında klubdan gedəcəyini təsdiqləyib və hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Silvanı heyətinə qatıb. Onun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Tərəflər yeni müqavilə bağlamaqda maraqlı olmadıqları üçün vidalaşmağa qərar veriblər.

Cari mövsümdə Silva “Siti”nin heyətində bütün yarışlarda 44 oyuna 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Silvanın “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi belədir: 451 oyun, 76 qol, 77 məhsuldar ötürmə.

Silva “Mançester Siti”nin heyətində 6 dəfə İngiltərə Premyer Liqasının, 5 dəfə İngiltərə Liqa Kubokunun, 2 dəfə İngiltərə Federasiya Kubokunun, 3 dəfə İngiltərə Super Kubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə FİFA Klub Dünya Kubokunun qalibi olub.

Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 107 oyuna çıxıb, 14 qol vurub və 29 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameylli yarımmüdafiəçnin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.

Oskar Kardoso 42 yaşında karyerasını bitirdi

Futbol üzrə Paraqvay milli komandasının sabiq mərkəz hücumçusu Oskar Kardoso 42 yaşında karyerasını bitirməyə qərar verib.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu barədə özünün sosial şəbəkə hesablarında məlumat yayıb.

Oskar Kardoso peşəkar karyerasına Paraqvayın “3 de Febrero” klubunda başlayıb. Ölkəsində “Nasional Asunsion”un da şərəfini qorumuş hücumçu sonralar Argentinada “Nyuels Old Boys”, Portuqaliyada “Benfika”, Türkiyədə “Trabzonspor”, Yunanıstanda “Olimpiakos” kimi klubların formasını geyinib. Kardosonun sonuncu iş yeri isə Paraqvayın “Libertad” komandası olub. O, 2017-ci ildən formasını geyindiyi bu klubdan 2026-cı ilin yanvarında ayrılmışdı.

Paraqvaylı hücumçu “Benfika” ilə 2 dəfə Portuqaliya çempionu olub, 5 dəfə Portuqaliya Liqa Kubokunu, 1 dəfə Portuqaliya Kubokunu qazanıb. O, “Olimpiakos”un heyətində 1 dəfə Yunanıstan çempionu olub, “Libertad”la da 5 dəfə Paraqvay Aperturasını qazanıb.

Kardoso 2006-cı ildə debüt etdiyi Paraqvay millisinin heyətində 57 oyunda meydana çıxıb, 12 qol vurub, 1 məhsuldar ötürmə verib.

Huqo Ekitike mövsümü erkən bitirdi – DÇ-ni də buraxacaq

Futbol üzrə Fransa millisinin və İngiltərənin “Liverpul” klubunun mərkəz hücumçusu Huqo Ekitike uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ (Fransa) ilə cavab oyununda zədələnib.

Ətraflı müayinələrdən sonra forvardın axilles vətərindən zədə aldığı müəyyənləşib. Ekitike mövsümünün qalan hissəsində oynamayacaq. “Liverpul” 23 yaşlı hücumçunun DÇ-2026-da Fransa millisinə kömək edə bilməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, “Liverpul” Ekitikeni 2025-ci ilin yayında 95 milyon avro müqabilində Frankfurt “Ayntraxt”ından transfer edib. Fransalı hücumçunun İngiltərə klubu ilə 2031-ci ilin yayınadək müqaviləsi var. O, “Liverpul”un heyətində 45 oyuna çıxıb, 17 qol vurub, 6 məhsuldar ötürmə verib.

Huqo Ekitike “Reyms”in məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Vayle” (icarə), PSJ və “Ayntraxt”da oynayıb.

Fransanın U-20, U-21, U-23 komandalarında da oynamış Ekitike 2025-ci ildən formasını geyindiyi əsas millinin heyətində 8 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Ektike PSJ ilə Fransa çempionu (2022/2023, 2023/2024) olub və Fransa Super Kubokunu (2023/2024) qazanıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Turan Bayramov və Əhməd Yusifovdan AÇ-də “bürünc”

Azərbaycan cüdoçuları Turan Bayramov və Əhməd Yusifov bu gün Avropa çempionatının bürünc medalını qazanıblar.

Arena.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil edilmiş qitə birinciliyinə strart verilib.

İlk yarış günündə Azərbaycan milli komandasının 7 üzvü tatamiyə çıxıb. Onlardan yalnız ikisinin çıxışı daha uğurlu alınıb.

Gültac Məmmədəliyeva (52 kq) yarışa uğurlu başlayıb. Təmsilçimiz 1/16 final mərhələsində Lüksemburq idmançısı Karla Tavares Fernandeslə qarşılaşıb. Görüşdən qalib ayrılan Məmmədəliyeva növbəti mərhələyə yüksəlib. Lakin o, növbəti raundda macarıstanlı idmançı Reka Ruppaya məğlub olaraq çıxışını başa vurub.

52 kq çəki dərəcəsindəki digər təmsilçimiz Leyla Əliyeva da 1/8 finala yüksəlib. Azərbaycanlı idmançının 1/16 finaldakı rəqibi serbiyalı Nikolina Nişaviç görüşə çıxmayıb. Nəticədə Leyla döyüşmədən mərhələ adlayıb. Əliyeva növbəti raundda dünya çempionu italiyalı Odette Cuffridaya qızıl xal bölümündə məğlub olaraq çıxışını 1/8 final mərhələsində başa vurub.

48 kq-da yarışan Könül Əliyeva ilə Şəfəq Həmidovanın da siftəsi uğurlu alınıb. Könül 1/16 finalda Amber Qersyesi (Niderland), Şəfəq isə Erza Muminoviçi (Kosovo) məğlub edərək 1/8 finala yüksəlib. Əliyeva 1/8 finalda İspaniya idmançısı Laura Martines Abelendaya uduzduğu üçün mübarizəni dayandırıb. Həmidova isə 1/8 finalda İtaliya təmsilçisi, son dünya çempionu Assunta Skuttonu məğlub edib. Azərbaycanlı idmançı 1/4 finalda Tara Babulfathdan (İsveç) da güclü olub. Şəfəq yarımfinalda Şirin Bukliyə (Fransa) uduzub. Bununla da o, bürünc medal uğrunda iştirak etmək hüququ əldə edib. Üçüncü yer uğrunda görüşdə Laura Martinesə (İspaniya) də uduzmuş cüdoçumuz Avropa çempionatını mükafatsız başa vurub.

İlk gündə 2 medal

Kişilərdən isə bu gün Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq) və Turan Bayramov (66 kq) medal qazanmağa çalışıblar.

Turan 1/16 finalda Nikolas Kuntsedən (Almaniya) güclü olub. Bayramov 1/8 finalda İtaliya təmsilçisi Elios Manzini də məğlub edib. 1/4 finalda rusiyalı Murad Çopanova yenilən Turan təsəlliverici görüşə qatılıb. Təsəlliverici görüşdə Radu İzvoreanunu (Moldova) üstələmiş cüdoçumuz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlmiş Bayramov bürünc medal qazanıb.

Balabəy 1/8 finalda Andrea Karlinonu (İtaliya) mübarizədən kənarlaşdırıb. Əhməd eyni raundda Çarli Eyri (Böyük Britaniya) məğlub edib. Ağayev 1/4 finalda Dilşot Xalmatova (Ukrayna) da qalib gəlib. Yusifov isə bu mərhələdə uduzub. O, Fransa təmsilçisi Luka Mixeidze ilə bacarmayıb. Bu üzdən də Yusifov təsəlliverici görüşə çıxıb. Azərbaycanlı idmançı təsəlliverici görüşdə Romen Valadier-Pikardı (Fransa) üstələyib və bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Balabəy də yarımfinalda Giorgi Sardalaşviliyə (Gürcüstan) uduzub. Beləcə, Ağayev də üçüncü yer uğrunda görüşə çıxmaq hüququ qazanıb. Bürünc medal uğrunda görüşdə iki azərbaycanlı cüdoçu üz-üzə gəlib. Əhməd Balabəylə görüşdə qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq. Azərbaycan Tiflisdəki qitə birinciliyində 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) ilə təmsil olunur.

ABL: “Neftçi” və “Gəncə”dən “revanş”

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ikinci oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Ordu” “Gəncə”nin qonağı olub. Gəncə İdman Sarayında baş tutmuş görüş meydan sahiblərinin qələbəsi ilə bitib – 85:78.

Xatırladaq ki, ilk görüşdə “hərbçilər” üstün olmuşdular – 108:106.

Günün ikinci matçında NTD və “Neftçi” komandaları münasibətlərə aydınlıq gətiriblər. Bakı İdman Sarayında keçirilmiş bu görüşdə də “Neftçi” 119:99 hesablı qələbəyə sevinib.

Bu komandaların ilk görüşündə də NTD qalib gəlmişdi – 97:94.

Beləliklə, hər iki cütdə yarımfinala yüksələcək komanda üçüncü görüşdə müəyyənləşəcək.

Xatırladaq ki, ABL-də 1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə daha tez çatan tərəf yarımfinala yüksələcək.

Maykl Olise – Çempionlar Liqasında həftənin ən yaxşısı!

“Bayern”in (Almaniya) fransalı cinah hücumçusu Maykl Olise UEFA Çempionlar Liqasında (ÇL) bu həftənin ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Olise ÇL-in 1/4 final mərhələsinin cavab oyununda “Real”a qarşı keçirilmiş matçın (4:3) sonlarında həlledici qola imza ataraq komandasının qələbəsində və yarımfinala yüksəlməsində böyük pay sahibi olub. Futbolçu səsvermədə Usman Dembele (PSJ), Martin Subimendi (“Arsenal”) və Dani Olmonu (“Barselona”) qabaqlayıb.

“Bayen” UEFA Çempionlar Liqasının yarımfinalında Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Digər yarımfinal cütündə isə London “Arsenal”ı Madrid “Atletiko”su ilə finala vəsiqə uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, “Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində 98 oyuna çıxıb, 38 qol və 52 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 15 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Premyer Liqa: 30-cu turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

30-cu turun oyunları dörd günü əhatə edəcək. Mayın 2-də və 3-də iki oyun keçiriləcək. Qalan iki oyun isə ayın 4-də və 5-də baş tutacaq.

Premyer Liqa
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt”
Yevlax şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “İmişli”
“Sumqayıt Arena”, 18:30.

3 may

“Şamaxı” – “Sabah”
Şamaxı şəhər stadionu, 16:00.

“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 18:30.

4 may

“Qarabağ” – “Turan Tovuz”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

5 may

“Karvan” – “Neftçi”
Yevlax şəhər stadionu, 16:00.

Birinci Liqa: “Səbail” “Şimal”ı 4 cavabsız qolla yendi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Baku Sportinq” – “Şəfa” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Mingəçevir” – “Difai” oyununda meydan sahibləri qələbə qazanıblar. “Səbail” isə “Şimal”la ev oyununda 4 cavabsız qola sevinib.

Birinci Liqa
22-ci tur
15 aprel

MOİK – “Zaqatala” 2:1
Qollar: Nkonqo Mark, 9. Seyxan Fərəcov, 28 – Roini İsmayılov, 18.
Hakimlər: Murad Səlimov, Mirnihat Seyidov, Aydın Bəxşıyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 15:00.

“Şahdağ Qusar” – “Cəbrayıl” 0:0
Hakimlər: İslam Məmmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

16 aprel

“Baku Sportinq” – “Şəfa” 0:0
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rasim Axundov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Buzovna qəsəbə stadionu, 16:00.

“Mingəçevir” – “Difai” 2:1
Qollar: Kennet Kalunqa, 33. Abba Usman, 89-pen – Kristian Kamta, 49.
Hakimlər: Mahmud Bağırzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Səbail” – “Şimal” 4:0
Qollar: Kamran Quliyev, 1; 58-pen; 90-pen. Paulo Rikardo, 74.
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Rəhman Aslanov, Nazim Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“Bayıl Arena”, 17:00.

Ceymi Karrager ÇL-i bu komandanın qazanmasını istəyir

“Liverpul”un keçmiş mərkəz müdafiəçisi Ceymi Karrager Madrid “Atletiko”sunun UEFA Çempionlar Liqasını qazanmasını istəyir.

Arena.az xəbər verir ki, hazırda futbol təhlilçisi olaraq çalışan ingilis mütəxəssis bu istəyini belə izah edib:

“Bu, mənim həqiqətən rəğbət bəslədiyim klubdur. Onların yollarına davam edib UEFA Çempionlar Liqasını qazanmasını görmək istərdim”, deyə Ceymi Karrager vurğulayıb.

Yeri əgəlmişkən, Madrid “Atletiko”sunun sağ cinah müdafiəçisi Markos Lyorente, onu futbol oynamağa sövq edən səbəbi açıqlayıb. İspan futbolçunun müvafiq fikrini təqdim edirik:

“UEFA Çempionlar Liqasında qalibiyyət mənim üçün vacib məqsəd olub. Məhz bu, hər səhər yuxudan oyanmağıma kömək edir”, deyə Lyorente vurğulayıb.

Xatırldaq ki, 1/4 finalda “Barselona”nı mübarizədən kənarlaşdırmış “Atletiko” UEFA Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb. Sözügedən komanda finala vəsiqə uğrunda İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək.

Futzal: Azərbaycan Kubokunda yarımfinalın təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün yarımfinal mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Kubokunun yarımfinalında “Baku Fire-2” “Neftçi” İK ilə mübarizə aparacaq. PFL isə “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Azərbaycan Kuboku
Yarımfinal
18 aprel

Baku Fire-2 – Neftçi İK
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

PFL – Araz-Naxçıvan
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Kənan Məlikov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 19:00.

Kilian Mbappe ÇL-də Lionel Messini qabaqladı

Madrid “Real”ının fransalı futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında Lionel Messinin uğurunu geridə qoyub.

Arena.az xəbər verrir ki, hücumçu buna Almaniyada “Bayern”ə 3:4 hesabı ilə uduzduqları ÇL-in 1/4 final mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.

Fransalı forvard cari mövsümdə bu turnirdə vurduğu qollarının sayını 15-ə çatdırıb. Messi isə 2011/2012-ci illər mövsümündə 14 qolla yadda qalmışdı.

Xatırladaq ki, turnirin rekordu Kristiano Ronaldoya məxsusdur. O, 2013/2014-cü illər mövsümündə “Real”ın heyətində 17 dəfə rəqib qapılarına yol tapmışdı.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mbappe cari mövsümdə “Real”ın heyətində 39 oyuna çıxıb, 40 qol vurub, 6 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 98 oyun, 84 qol, 11 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 96 oyun keçirib, 56 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Azərbaycan – Andorra matçı bosniyalılara tapşırıldı

Qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsinin Azərbaycan – Andorra matçının hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, DÇ-2027-nin seçmə mərhələsində C Liqasının 3-cü qrupunda yer almış komandalar aprelin 18-də Azərbaycanda üz-üzə gələcəklər.

Bu matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Vesna Miletiç olacaq. Ona yan xətt hakimləri Merima Homaraç və Nevena Markoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Senida Petak yerinə yetirəcək.

Xatırladaq ki, sözügedən qarşılaşma 18-də “Masazır Arena”da baş tutacaq. Oyuna saat 17:00-da start veriləcək.

Bu komandalar arasında bir neçə gün öncə səfərdə baş tutmuş görüşdə millimiz 3:1 hesablı qələbəyə sevinmişdi. Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
18 aprel

Azərbaycan – Andorra
Hakimlər: Vesna Miletiç, Merima Homaraç, Nevena Markoviç, Senida Petak (hamısı Bosniya və Herseqovina).
“Masazır Arena”. Saat 17:00.

İkinci Liqa: 23-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Turun oyunları iki günü əhatə edəcək. Aprelin 19-da 2 qarşılaşma baş tutacaq. Qalan oyunlar isə ayın 20-də baş tutacaq.

PFL-in yaydığı açıqlamada o da qeyd edilir ki, “Xankəndi” klubu 2-ci Liqanın 1-ci altılığında ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.

İkinci Liqa
23-cü tur
19 aprel

“Ağdaş”– “Ağstafa Gəncləri”
Ağdaş şəhər stadionu, 16:00.

“Kür-Araz” – “Göygöl”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.

20 aprel

“Xankəndi” – “Dinamo”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Quba” – “Şirvan”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Araz Saatlı”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Qaradağ Lökbatan” – “Şəmkir”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Premyer Liqa: “Qarabağ” – “Sabah” oyunu Məsiyevə tapşırıldı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Turun mərkəzi görüşü sayılan “Qarabağ” – “Sabah” oyununu FIFA referisi Elçin Məsiyev idarə edəcək. “Zirə” – “Neftçi” matçında isə baş hakim İnqilab Məmmədov olacaq.

Premyer Liqa
28-ci tur
17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 17:00.

“Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

18 aprel

“Karvan” – “Şamaxı”
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 15:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

19 aprel

“Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 15:30.

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

Birinci Liqa: 25-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, üç günü əhatə edəcək turun bütün görüşlərinə saat 16:00-da start veriləcək. Tura mayın 5-də start veriləcək. Qalan görüşlər isə ayın 6-da və 7-də keçiriləcək.

Birinci Liqa
25-ci tur
5 may

“Şahdağ Qusar” – “Mingəçevir”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.

6 may

“Şimal” – MOİK
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.

“Difai” – “Şəfa”
Buzovna qəsəbə stadionu. Saat 16:00.

“Zaqatala” – “Səbail”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.

7 may

“Cəbrayıl” – “Baku Sportinq”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.

Nəriman Axundzadə ilk dəfə start heyətdə meydana çıxdı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, ABŞ Açıq Kubokunun 1/32 final mərhələsi çərçivəsində “Riçmond Kikkers”lə görüşün iştirakçısı olub.

Nəriman bu oyunda “Kolumbus Kru” komandasının heyətində ilk dəfə start heyətində meydana çıxıb. O, həm də sonadək oynayıb.

21 yaşlı hücumçunun komandası 3:0 hesablı qələbə qazanıb. Nəriman ilk qolun vurulmasında önəmli rol oynayıb. Belə ki, Axundzadə – Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.

Qeyd edə ki, ABŞ Açıq Kubokunda mərhələlər bir oyundan ibarət olur. Bu üzdən də Axundzadənin komandası 1/16 finala yüksəlib.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 3 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Konfrans Liqasında 1/4 final mərhələsi başa çatır

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, bu matçlardan sonra yarımfinalçıların adlarına aydınlıq gələcək.

Niderlandın “Alkmar” komandası Ukrayna “Şaxtyor”unu qəbul edəcək. “Fiorentina” doğma meydanda “Kristal Pelas”ı, AEK “Rayo Valyekano”nu sınağa çəkəcək. Almaniyanın “Maynts” komandası isə Fransada “Strasburq”la üz-üzə gələcək.

Xatırladaq ki, Konfrans Liqasında yarımfinal mərhələsinə aprelin 30-da start veriləcək.

Avropa Konfrans Liqası
1/4 final mərhələsinin cavab oyunları
16 aprel

20:45. Alkmar (Niderland) – Şaxtyor (Donetsk, Ukrayna)
İlk oyun 0:3

23:00. Fiorentina (İtaliya) – Kristal Pelas (İngiltərə)
İlk oyun – 0:3

23:00. AEK (Afina, Yunanıstan) – Rayo Valyekano (İspaniya)
İlk oyun – 0:3

23:00. Strasburq (Fransa) – Maynts (Almaniya)
İlk oyun – 0:2

Avroliqa: Yarımfinalçılar bu gün bəlli olacaq

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün yarımfinalçıları müəyyənləşəcək.

Arena.az xəbər verir ki, buna turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra aydınlıq gələcək.

Oyunların hamısı eyni günə təsadüf edəcək. “Selta” doğma meydanda “Frayburq”u, “Betis” isə “Braqa”nı qəbul edəcək. “Nottingem Forest” İngiltərədə “Portu” ilə üz-üzə gələcək. “Aston Villa” isə “Bolonya”nı sınağa çəkəcək.

Xatırladaq ki, Avroliqa çərçivəsində yarımfinal görüşlərinə aprelin 30-da start veriləcək.

Avropa Liqası
1/4 final mərhələsinin cavab oyunları
16 aprel

20:45. Selta (İspaniya) – Frayburq (Almaniya)
İlk oyun – 0:3

23:00. Betis (İspaniya) – Braqa (Portuqaliya)
İlk oyun – 1:1

23:00. Nottingem Forest (İngiltərə) – Portu (Portuqaliya)
İlk oyun – 1:1

23:00. Aston Villa (İngiltərə) – Bolonya (İtaliya)
İlk oyun – 3:1

ÇL: “Bayern”lə “Arsenal” da yarımfinalda!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, bununla da turnirin sonuncu yarımfinalçıları müəyyənləşiblər.

London “Arsenal”ı İngiltərədə Portuqaliyanın “Sportinq” komandası ilə üz-üzə gəlib. Bu komandaların ilk oyununda ingilislər 1:0 hesabıyla qalib gəlmişdilər. Cavab görüşü qolsuz bitdiyi üçün “Arsenal” yarımfinala çıxan tərəf olub.

Madrid “Real”ı (İspaniya) isə Almaniyada “Bayern”in qonağı olub. Üç qolun qeydə alındığı ilk oyunda Münhen təmsilçisi 2:1 hesabıyla üstün olmuşdu. Bol qollu cavab görüşü də Almaniya nəhənginin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, daha öncə Madrid “Atletiko”su (İspaniya) və PSJ (Fransa) komandaları ÇL-in yarımfinalına vəsiqəni təmin etmişdilər.

Beləliklə, yarımfinalda PSJ “Bayern”lə, “Atletiko” isə “Arsenal”la üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsinin cavab oyunları
15 aprel

Arsenal (İngiltərə) – Sportinq (Portuqaliya) 0:0
İlk oyun – 1:0

Bayern (Almaniya) – Real (İspaniya) 4:3
Qollar: A.Pavloviç, 6. H.Keyn, 38. L.Dias, 89. M.Olise, 90+4 – A.Gülər, 1; 29. K.Mbappe, 42.
İlk oyun – 2:1

Cəlal Hüseynov “Ludoqorets”ə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 30-cu turu çərçivəsində “Ludoqorets”lə qarşılaşıb.

“Arda” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 1:0. Hüseynov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Arda” 30 turdan sonra 44 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 12 qələbə qazanıb, 8 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 79 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Emil Həsənzadə: “Bu, bizi ruhdan salmır”

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Emil Həsənzadə Qazaxıstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, millimiz iki gün öncə 2:9 hesabıyla uduzduğu qazaxlara bu gün 2:4 hesabıyla məğlub olub.

Emil Həsənzadə qarşılaşmadan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu oyunlarda bizi dəstəkləyən, hər zaman yanımızda olan, ruhdan düşməyə qoymayan insanlara təşəkkür edirəm. Aktauda bu gün ikinci oyunumuzu keçirdik. İlk qarşılaşmada nəticə ürəkaçan olmamışdı. Həmin matçda birinci hissədə yaxşı oynasaq da, sonra yorğunluq özünü göstərdi. Çünki bura oyun günü gecə saatlarında gəlmişdik. Ona qədər isə Tiflisdə iki ağır oyun keçirmişdik. Həm oyunlar, həm yol yorğunluğu, həm də gecə saatlarında gəlməyimiz təsirsiz ötüşmədi. Fiziki hazırlığımız da tam qaydasında deyildi. Buna baxmayaraq, bir gün dincəldik, zalda məşq etmək imkanımız oldu. Baş məşqçi səhvlərimzi göstərdi, daha yaxşısını necə edə biləcəyimizi dedi. Təbii ki, qarşımızda da kifayət qədər güclü və təcrübəli komanda var idi. Deyilənləri icra etməyə çalışdıq. Rəqibə rahat oynamağa imkanı vermədik. Düzdür, oyunların hamısında məğlub olduq, ancaq bu, bizi ruhdan salmır. Əksinə, baş məşqçimizin dediyi kimi, çətin oyunlarda gücümüzü sınamalıyıq ki, səhvlərimizi görək. Belə oyunlar çox olmalıdır.

Ümumiləşdirsək, aprel toplanışı çox faydalı oldu. Dörd oyunda meydana çıxdıq, hər iki rəqibimiz güclü komandalar oldu. Yenə deyirəm, yoldaşlıq oyunlarında nəticədən çox meydanda gördüyün iş vacibdir. Ümid edirəm ki, bunun xeyrini rəsmi oyunlarda mütləq görəcəyik”.

“Traktor” Asiya Çempionlar Liqası ilə vidalaşdı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu turnirin 1/8 mərhələsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” komandası ilə qarşılaşıb.

Neytral meydanda (Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Əl-Faysal Abdullah” stadionunda) baş tutmuş bu oyunda təbrizlilər gözlənilməz məğlubiyyətə üzülüblər – 0:3. “Traktorçular” 52-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıblar. BƏƏ təmsilçisi qolları da məhz bundan sonra (65, 80 və 90+8-ci dəqiqələr) vurub.

Beləliklə, İran çempionu ÇL-də mübarizəni dayandırıb.

Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisi idi. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.

Kukseviç: “Soyuqqanlılığımız çatmadı”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Qazaxıstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, millimiz iki gün öncə 2:9 hesabıyla uduzduğu qazaxlara bu gün 2:4 hesabıyla məğlub olub.

Kukseviç qarşılaşmadan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Birinci oyundan sonra istirahət etdik və yaxşı bərpa olunduq. Üstəlik, rəqibin adının gətirdiyi üstünlüyü, azarkeş amilini, zala uyğunlaşmaq baxımından yaşadığımız problemi bu dəfə bir kənara atdıq, psixoloji baxımdan matça tam hazır çıxdıq. Buna görə də yaxşı oynadığımızı deyə bilərəm. Əslində, yoxlama oyunlarını güclü rəqiblərə qarşı keçirmək yaxşı oldu. Zəif rəqibləri udub bayram etməkdənsə, səhvlərimizi, çatışmazlığımızı görüb, üzərində işləmək və inkişaf etmək lazımdır. Yenə deyirəm, bu oyunumuz da çox çətin idi, ancaq uşaqlar bacardıqlarını göstərdilər. Sadəcə, soyuqqanlılığımız çatmadı. Bəzi epizodlarda yaxşı mənada nələrsə etmək istədik, alınmadı. Bu cür oyunlarda uduzsaq da, meydanda gördüyümüz yaxşı işlər bizim üçün qələbəyə bərabərdir”.

Futzal millimiz Aktauda 2-ci oyundan da məğlub ayrıldı

Aktauda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi bu gün Qazaxıstan yığması ilə ikinci yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, ilk oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç 14-lükdə iki dəyişiklik etmişdi.

Eldar Zeynalov və Qüdrət Qasımzadənin əvəzinə Tofiq Mikayılov və Pünhan Qasımzadə komandamıza kömək edirdi. Birinci oyuna yorğun çıxmış millimiz bu dəfə daha inamlı təsir bağışlayıb. Düzdür, hesabı meydan sahibi komanda açıb. Ancaq Ülvi Əliyevlə dərhal bərabərliyi təmin edib. Növbəti qolu da qazaxlar vursa da, bu dəfə Ədalət Ələkbərov status-kvonu bərpa edib və komandalar fasiləyə “sülh”lə yollanıblar.

İkinci hissəyə komandamız daha yaxşı başlayıb. Hətta ilk real qol vəziyyətini millimiz yaradıb. Oqtay Rüstəmli qapıçı ilə üzbəüz qalsa da, hesabı xeyrimizə dəyişə bilməyib. Əvəzində 29-cu dəqiqədə meydan sahibləri fərqləniblər. Qazax futzalçılar 33-cü dəqiqədə fərqi 2 topa yüksəldiblər.

Xatırladaq ki, futzal millimiz Qazaxıstan yığmasına qarşı keçirdiyi ilk oyunda da məğlub olmuşdu. Buna qədər isə yığmamız Gürcüstanla oyunlarda ardıcıl iki məğlubiyyətə (2:4, 2:5) üzülmüşdü.

Yoxlama oyunu
15 aprel

Qazaxıstan – Azərbaycan 4:2
Qollar: Azat Valiullin, 13:35. Albert Akbalıkov, 16:42; 28:26. Damir Kairbai, 32:22 – Ülvi Əliyev, 14:29. Ədalət Ələkbərov, 17:25.
Hakimlər: Tanant Raymberniev, Timur Toktobaev, Erban Kurmamalıev (Hamısı Qırğızıstan).
Aktau. “BS Arena”. Saat 17:00

Qazaxıstan: 2. Leo İgita (k), 6. Edson Santos, 8. Erjan Karmenov, 9. Albert Akbalıkov, 17. Birjan Orazov, 16. Narun Serikov, 3. Arnold Knaur, 5. Akzol Daribay, 7. Azat Valiullin, 10. Cahangir Raşit, 11. Abdirassil Abdumanapulı, 14. Aqedil Madiyarov, 19. Damir Kairbai, 30. Aleksandr Deryabin.
Baş məşqçi: Kakau.

Azərbaycan: 1. Emin Kürdov (k), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Ədalət Ələkbərov, 19. Cavad Məmmədov, 3. Kənan Manafov, 4. Pünhan Qasımzadə, 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 15. Novruz Kazıxanov, 18. Tofiq Əliyev, 20. Fərid Abbasov.
Baş məşqçi: Yevgeni Kukseviç.

Birinci Liqa: “Zaqatala” uduzdu, “Şahdağ” xal itirdi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Şahdağ Qusar” – “Cəbrayıl” matçında qapılara qol vurulmayıb. Üç qolun vurulduğu MOİK – “Zaqatala” görüşündə isə “hərbçilər” qalib gəliblər.

22-ci turun qalan görüşləri aprelin 16-da keçiriləcək.

Birinci Liqa
22-ci tur
15 aprel

MOİK – “Zaqatala” 2:1
Qollar: Nkonqo Mark, 9. Seyxan Fərəcov, 28 – Roini İsmayılov, 18.
Hakimlər: Murad Səlimov, Mirnihat Seyidov, Aydın Bəxşıyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 15:00.

“Şahdağ Qusar” – “Cəbrayıl” 0:0
Hakimlər: İslam Məmmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

16 aprel

“Baku Sportinq” – “Şəfa”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rasim Axundov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Buzovna qəsəbə stadionu, 16:00.

“Mingəçevir” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Səbail”– “Şimal”
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Rəhman Aslanov, Nazim Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“Bayıl Arena”, 17:00.

2-ci Liqada altılıq sisteminin təqvimi açıqlandı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 2025/2026-cı illər mövsümünün növbəti mərhələsinin – altılıq sisteminin təqvimi açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Azərbaycan 2-ci Liqasında ikinci mərhələnin (altılıq sistemi) təqvimini təqdim edirik:

23-cü tur

20-21 aprel
“Xankəndi” – “Dinamo”
“Qaradağ Lökbatan” – “Şəmkir”
“Quba” – “Şirvan”

“Şəki” – “Araz Saatlı”
“Ağdaş” – “Ağstafa Gəncləri”
“Kür-Araz” – “Göygöl”

24-cü tur

27-28 aprel
“Dinamo” – “Şirvan”
“Şəmkir” – “Quba”
“Xankəndi” – “Qaradağ Lökbatan”

“Araz Saatlı” – “Göygöl”
“Ağstafa Gəncləri” – “Kür-Araz”
“Şəki” – “Ağdaş”

25-ci tur

4-5 may
“Qaradağ Lökbatan” – “Dinamo”
“Quba” – “Xankəndi”
“Şirvan” – “Şəmkir”

“Ağdaş” – “Araz Saatlı”
“Kür-Araz” – “Şəki”
“Göygöl” – “Ağstafa Gəncləri”

26-cı tur

11-12 may
“Dinamo” – “Şəmkir”
“Xankəndi” – “Şirvan”
“Qaradağ Lökbatan” – “Quba”

“Araz Saatlı” – “Ağstafa Gəncləri”
“Şəki” – “Göygöl”
“Ağdaş” – “Kür-Araz”

27-ci tur

18-19 may
“Quba” – “Dinamo”
“Şirvan” – “Qaradağ Lökbatan”
“Şəmkir” – “Xankəndi”

“Kür-Araz” – “Araz Saatlı”
“Göygöl” – “Ağdaş”
“Ağstafa Gəncləri” – “Şəki”

1-ci Liqaya vəsiqə uğrunda pley-off oyunu

27 may
1-ci Liqada 9-cu yerin sahibi – 2-ci Liqada 2-ci yerin sahibi (neytral meydan)

2-ci Liqaya vəsiqə uğrunda pley-off oyunları

29 may
2-ci Liqada 11-ci yerin sahibi – Region Liqasında 2-ci yerin sahibi (neytral meydan)
2-ci Liqada 10-cu yerin sahibi – Region Liqasında 3-cü yerin sahibi (neytral meydan)

“Atletiko” 9 il sonra, PSJ ardıcıl 3-cü dəfə!

İspaniyanın “Atletiko” komandası 2016/2017-ci illər mövsümündən sonra ilk dəfə UEFA Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, Madrid təmsilçisi 9 il əvvəl turnirin 1/4 finalında “Lester Siti”ni (İngiltərə) mübarizədən kənarlaşdırmışdı.

Fransa təmsilçisi PSJ isə ardıcıl üçüncü dəfə UEFA Çempionlar Liqasının yarımfinalında çıxış edəcək. Parislilər isə ötən mövsümdə “Aston Villa”nı, ondan əvvəl “Barselona”nı bu raundda məğlub etmişdilər.

Xatırladaq ki, Fransa çempionu ötən gün “Liverpul”u (İngiltərə), “Atletiko” isə “Barselona”nı mübarizədən kənarlaşdırıb. Madrid təmsilçisi səfərdə baş tutmuş ilk oyunda 2:0 hesabıyla qalib gəlmişdisə, cavab görüşündə 1:2 hesabıyla uduzub. PSJ isə həm ilk, həm də səfər oyunlarından eyni hesabla (2:0) qalib ayrılıb.

ÇL-in digər yarımfinalçıları bu gün keçiriləcək “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) (ilk oyun – 1:0) və “Bayern” (Almaniya) – “Real” (İspaniya) (ilk oyun – 2:1) matçlarında müəyyənləşəcək.

AFFA Məmmədovları təhqirə görə 1000 manat cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, İkinci Liqada 22-ci turun oyunlarındakı qayda pozuntularına hüququ qiymət verilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 22-ci tur

“Araz Saatlı” – “Göygöl” oyununda “Araz-Saatlı”da 5 nəfər sarı vərəqə aldığı üçün Saatlı komandası 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Araz-Saatlı”nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov rəqib oyunçuları, hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyunluq cəza alıb. Saatlı komandası buna görə 1000 manat cərimə edilib. “Araz-Saatlı”nın futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəza alıb. Saatlı komandası buna görə də 1000 manat cərimə ödəyəcək. “Göygöl”ün 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun matçöncəsi iclasında “Göygöl”ün nümayəndəsi iştirak etmədiyinə görə sözügedən komanda 150 manat cərimə edilib.

“Şəmkir” – “Şirvan” oyununda “Şəmkir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Şirvan”da 4 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” da 70 manat cərimə ödəyəcək.

AFFA “Qarabağ”ı 700 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Premyer Liqası, 27-ci tur

“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağdam komandası 700 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 23-cü tur

“Zirə-2” – “Şamaxı-2” oyununun 74-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Ramiz Zamanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şamaxı-2” buna görə 50 manat cərimə edilib.

“Qarabağ-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

Siyasət Əsgərov: “Hədəf yenə maksimum nəticə qazanmaqdır”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Andorraya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində üz-üzə gəlmiş bu komandaların ötən gün baş tutmuş görüşü Azərbaycan millisinin 3:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Siyasət Əsgərov oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

“İlk olaraq qələbə münasibətilə komandamı təbrik edirəm. Bizim üçün çox ağır oyun oldu. Rəqib öz meydanında çıxış edirdi, xal qazanmaq istəyirdi, erkən qolla da hesabı açdı. Ancaq cavab qolunu dərhal vurmağımız işimizi bir az yüngülləşdirdi. Birinci hissədə hesabda önə keçməyə çalışdıq, çox qol vəziyyətləri yaratdıq. Əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Fasilədən sonra öz oyunumuzu tapdıq. Məşqlərdə üzərində işlədiyimiz hücum bizə penalti qazandırdı. Qalan dəqiqələrdə nəzarət tam olaraq tərəfimizdə oldu, qızlar rəqibi topsuz saxladılar. Qələbə qazandığımız üçün sevincliyik”.

Baş məşqçi Andorra yığmasına qarşı keçiriləcək növbəti qarşılaşmada da eyni uğuru təkrarlamaq istədiklərini söyləyib:

“Artıq səfər matçını unudub, bu komanda ilə Bakıda keçirəcəyimiz görüşə köklənməliyik. Evdəki oyunda da hədəfimiz maksimum nəticə qazanmaqdır”.

Qeyd edək ki, millimiz Andorra yığması ilə aprelin 18-də “Masazır Arena”da qarşılaşacaq.

Futzal millimizin qazaxlarla ikinci görüşü

Futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyunu çərçivəsində Qazaxıstan yığması ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komandamız bu rəqibi ilə Aktaudakı “BS Arena”da üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Xatırladaq ki, futzal millimiz bu rəqibinə qarşı keçirdiyi ilk oyunda 2:9 hesabıyla məğlub olmuşdu. Komandamız aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə də yoxlama görüşləri keçirmişdi. Bu matçlarda da meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbələrə sevinmişdilər.

Qeyd edək ki, Azərbaycan millisi Aktaudakı yoxlama oyunlarına aşağıdakı heyətlə yollanıb:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Cavad Məmmədov (“Baku Fire”);

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı “Neftçi” İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı “Baku Fire”), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi “Araz-Naxçıvan”), Qüdrət Qasımzadə (“Şuşa”).

ÇL: Yarımfinala son iki vəsiqə bu gün sahibini tapacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün yarımfinalının sonuncu iki iştirakçısı müəyyənləşəcək.

Arena.az xəbər verir ki, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gələcək.

London “Arsenal”ı İngiltərədə Portuqaliyanın “Sportinq” komandası ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda ingilislər 1:0 hesabıyla qalib gəliblər.

Madrid “Real”ı (İspaniya) isə Almaniyada “Bayern”in qonağı olacaq. Üç qolun qeydə alındığı ilk oyunda Münhen təmsilçisi 2:1 hesabıyla üstün olub.

Xatırladaq ki, daha öncə Madrid “Atletiko”su (İspaniya) və PSJ (Fransa) komandaları ÇL-in yarımfinalına vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsinin cavab oyunları
15 aprel

23:00. Arsenal (İngiltərə) – Sportinq (Portuqaliya)
İlk oyun – 1:0

23:00. Bayern (Almaniya) – Real (İspaniya)
İlk oyun – 2:1

Ozan Kabak 2030-cu ilədək “Hoffenhaym”da!

“Hoffenhaym”da çıxış edən Türkiyə millisinin müdafiəçisi Ozan Kabak Almaniya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçi ilə müddəti 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Ozan Kabak 2022-ci ildən “Hoffenhaym”da çıxış edir. O, Bundesliqa təmsilçisinin heyətində bütövlükdə 84 matça çıxıb, 12 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Qalatasaray”ın yetirməsi olan Ozan karyerası ərzində “Ştutqart”, “Şalke”, “Liverpul”, “Norviç Siti” kimi klubların da formasını geyinib.

Türkiyənin U-15, U-16, U-17, U-18 yığmalarında da oynamış mərkəz müdafiəçisi 2019-cu ildən əsas millidə çıxış edir. O, Türkiyə yığmasının heyətində 28 oyuna çıxıb, 2 qola imza atıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Cüdo millimizin AÇ üçün yekun heyəti açıqlandı

Aprelin 16-dan 19-dək Gürcüstanın paytaxtı Tiflis şəhərində böyüklər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.

Arena.az xəbər verir ki, qitə yarışında Azərbaycanı təmsil edəcək yekun heyət bəlli olub.

Mötəbər turnirdə 11 çəki dərəcəsində 15 cüdoçumuz (9 kişi və 6 qadın) mübarizə aparacaq. İlkin heyətdə yer alan Ruslan Paşayev (-66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.

Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

Yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.

Kişilər

-60 kq
Balabəy Ağayev
Əhməd Yusifov

-66 kq
Turan Bayramov

-73 kq
Hidayət Heydərov

-81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli

-90 kq
Murad Fətiyev

-100 kq
Zelim Kotsoyev

+100 kq
Kənan Nəsibov

Qadınlar

-48 kq
Könül Əliyeva
Şəfəq Həmidova

-52 kq
Leyla Əliyeva
Gültac Məmmədəliyeva

-70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova

ÇL: “Atletiko” “Barsa”nı, PSJ “Liverpul”u yarımfinala buraxmadı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün ilk yarımfinalçıları müəyyənləşiblər.

Arena.az xəbər verir ki, buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gəlib.

İlk oyun günündə 2 qarşılaşma baş tutub. İspaniya klublarının duelində “Atletiko” öz meydanında “Barselona”nı sınağa çəkib. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub etmişdi. Cavab görüşü “Barselona”nın xeyrinə bitsə də, ümumi nəticə “Atletiko”nu yarımfinala çıxarıb.

Günün digər görüşündə isə İngiltərənin “Liverpul” komandası Fransa nəhəngi PSJ ilə üz-üzə gəlib. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanmışdı. PSJ cavab görüşündə də oxşar hesabla qalib gələrək yoluna davam edib.

Qeyd edək ki, ÇL-in 1/4 final mərhələsinə sabah yekun vurulacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
14 aprel

Atletiko (İspaniya) – Barselona (İspaniya) 1:2
Qollar: A.Lukman, 31 – L.Yamal, 4. F.Torres, 24.
İlk oyun – 2:0

Liverpul (İngiltərə) – PSJ (Fransa) 0:2
Qollar: U.Dembele, 72; 90+1.
İlk oyun – 0:2

Xavyer Maskerano “İnter Mayami”dən getdi – Rəsmi

Xavyer Maskerano Amerika Birləşmiş Ştatlarının “İnter Mayami” komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı məşqçi öz istəyi ilə vəzifəsindən gedib. O, bunun ailəvi məsələlərlə əlaqəli olduğunu vurğulayıb.

Xatırladaq ki, Maskerano 2025-ci ilin əvvəlindən bu komandanı çalışdırırdı. Argentinalı mütəxəssisin klubla müqaviləsi 2028-ci ilin dekabr ayına qədər qüvvədə idi.

“İnter Mayami” ötən mövsüm Maskeranonun rəhbərliyi altında MLS-in qalibi olsa da, cari mövsümdə Şərq Konfransında üçüncü pillədə qərarlaşıb. Mayami təmsilçisi argentinalı məşqçi ilə 67 oyun keçirib, 38 qələbə, 15 heç-heçə, 14 məğlubiyyət görüb.

Xavyer Maskerano daha öncə Argentinanın U-20 və U-23 yığmalarında da baş məşqçi kimi çalışıb.

DÇ-2027: Millimizdən ardıcıl 2-ci qələbə!

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində 3-cü oyununa çıxıb.

Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer almış millimiz Andorra yığması ilə qarşılaşıb.

Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil edilmiş görüşü Ukraynadan olan hakimlər briqadası idarə edib. Üç qolun qeydə alındığı oyun millimizin əzmkar qələbəsi ilə yekunlaşıb. Hesabı 12-ci dəqiqədə meydan sahibləri açıblar. Amma komandamız əzmkarlıq göstərərək ardıcıl 3 qol vurmaqla yekunda inamlı qələbəyə sevinib – 3:1. Yığmamızın heyətində Sevinc Cəfərzadə dubla imza atıb. Esra Manya isə millimizin üçüncü qolunu vurub.

Xatırladaq ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv daha əvvəl keçirdiyi oyunlarda Macarıstana (0:1) uduzmuş, Şimali Makedoniyanı (2:0) məğlub etmişdi.

Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
14 aprel

Andorra – Azərbaycan 1:3
Qollar: Tere Morato, 12 – Sevinc Cəfərzadə, 15; 50-pen. Esra Manya, 90+2.
Baş hakim: Kristina Kozorox
Baş hakimin köməkçiləri: İrina Çayka, İrina Xoliyak
Dördüncü hakim: Veronika Vasilçenko (Hakimlər briqadası Ukraynadandır).
Milli Stadion. Saat 21:00.

ABL: “Şəki”dən uğursuz, “Sabah”dan uğurlu start

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026 mövsümünün pley-off mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Hər iki oyun Bakı İdman Sarayında təşkil edilib. Öncə, “Abşeron Lions” “Şəki” ilə görüşüb. Abşeron təmsilçisi bu görüşdə 109:77 hesabı ilə qalib gəlib. Daha sonra son çempion “Sabah” “Naxçıvan”la üz-üzə gəlib. Matçın yekununda sevinən tərəf “bayquşlar” olublar – 106:74.

Xatırladaq ki, ilk oyun günündə NTD “Neftçi”yə, “Ordu” isə “Gəncə”yə qalib gəlmişdi.

ABL-in cari mövsümünün reqlamentinə əsasən, komandalar bu mərhələdə 2 qələbəyə qədər mübarizə aparacaqlar.

Yüksək Liqa
Pley-offun ilk oyunları
13 aprel

Neftçi – NTD 94:97
Ordu – Gəncə 108:106

14 aprel

Abşeron Lions – Şəki 109:77
Sabah – Naxçıvan 106:74

Yüksək Liqa: “Xilasedici” və “Ordu” finalda!

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün finalçıları bəlli olub.

Arena.az xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında yarımfinal mərhələsinin son oyunları keçirilib.

Günün ilk qarşılaşmasında “Xilasedici” və “Murov” komandaları üz-üzə gəliblər. İlk oyunda 3:0 hesabı ilə qalib gəlmiş “Xilasedici” bu görüşdə də eyni hesabla rəqibini məğlub edib.

Növbəti görüş “Neftçi” və “Ordu” komandaları arasında baş tutub. Gərginliyi ilə yadda qalan oyun “Ordu”nun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarımfinal oyununda da qalib gəlmiş “Ordu” 2 qələbədən sonra adını finala yazdırıb.

Beləliklə, kişilərin mübarizəsində üçüncü yer uğrunda oyunda “Murov” və “Neftçi” komandaları qarşılaşacaqlar. Finalda isə “Xilasedici” və “Ordu” komandaları üz-üzə gələcəklər.

Yüksək Liqa
Yarımfinalın ikinci oyunları
14 aprel

“Xilasedici” – “Murov” 3:0 (25:19, 25:19, 25:22)

“Neftçi” – “Ordu” 2:3 (25:22, 24:26, 25:23, 26:28, 14:16)

Güləş millilərimizin Avropa çempionatı üçün heyət açıqlandı

Aprelin 20-dən 26-na qədər Albaniyanın paytaxtı Tirana şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.

Arena.az xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında məsul yarışda iştirak edəcək milli komandalarımızla görüş keçirilib.

AGF rəhbərliyinin iştirak etdiyi tədbirdə bütün yarış iştirakçılarına uğurlar arzulanıb. AGF-nin baş katibi Pərvin Piriyev, vitse-prezidentlər Namiq Abdullayev və Fərid Mansurov, eləcə də sərbəst güləş üzrə koordinator Hacı Əliyev çıxış edərək millinin hər bir üzvünə inandıqlarını, görüşün nəticəsindən asılı olmayaraq son nəfəsədək mübarizə aparmağın vacibliyini dilə gətiriblər.

Daha sonra qitə birinciliyində iştirak edəcək heyət açıqlanıb. Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində mübarizə aparacaq. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Bəhruz Həzrətipur, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) çıxış edəcək.

Daha sonra qadın güləşinə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Elnurə Məmmədova (50 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) ölkəmizi təmsil edəcək.

Yarışın son günlərində isə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokoyev (92 kq), Osman Nurmaqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) uğur qazanmağa çalışacaq.

Avropa çempionatında ədaləti I-S dərəcəli hakimlərimiz – Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə qoruyacaq.

ABL: NTD və “Ordu”dan pley-offa uğurlu start

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki oyun Bakı İdman Sarayında təşkil edilib. Öncə, “Neftçi” NTD ilə görüşüb. “Ağ-qaralar” bu görüşdə 94:97 hesabı ilə məğlub olublar. Daha sonra “Ordu” “Gəncə” ilə üz-üzə gəlib. Overtayma qədər davam etmiş matçın yekununda sevinən tərəf “Ordu” olub – 108:106.

Sabah daha iki oyun keçiriləcək. Son çempion “Sabah” “Naxçıvan”ı, “Absheron Lions” “Şəki”ni sınağa çəkəcək. Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.

Xatırladaq ki, ABL-in cari mövsümünün reqlamentinə əsasən, komandalar bu mərhələdə 2 qələbəyə qədər mübarizə aparacaqlar

Yüksək Liqa
Pley-offun ilk oyunları
13 aprel

Neftçi – NTD 94:97
Ordu – Gəncə 108:106

İkinci Liqa: “Quba” və “Şəki” darmadağına üzüldülər

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

“Xankəndi” “Dinamo” ilə oyundan inamlı qələbə ilə ayrılıb. “Qaradağ Lökbatan” “Quba”nı, “Ağstafa Gəncləri” “Şəki”ni böyük hesabla məğlub edib.

İkinci Liqa
22-ci tur
13 aprel

“Araz Saatlı” – “Göygöl” 2:1
Qollar: Elariz Xəlilli, 9 – Fərid Məmmədov, 83-pen. Ülvi Cəlilov, 84.
Hakimlər: Nahid Xasıyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Nəriman Ağayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Ağdaş” – “Kür-Araz” 1:0
Qol: Elçin Süleymanov, 76-pen.
Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Xalid Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağdaş şəhər stadionu, 16:00.

“Şəmkir” – “Şirvan” 0:1
Qol: Elgün Xəlilov, 88.
Hakimlər: Sənan Bayramzadə, Taleh Məmmədov, Ağadur Mahmudov, Nail Nağıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

14 aprel

“Xankəndi” – “Dinamo” 3:1
Qollar: Elvin Nəsibov, 7; 67. Emin Quliyev, 71-pen – Valeh Seyidov, 34.
Hakimlər: Ceyhun Hüseynov, Məmmədəli Kərimov, Ruslan Babayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Qaradağ Lökbatan” – “Quba” 5:1
Qollar: Rəhman Quliyev, 43; 45. Tural Axverdiyev, 55. Sabir Allahquliyev, 62. Vüsal Hüseynov, 85 – Bəhram Köçərli, 74.
Hakimlər: Səbuhi Bayramov, Sevda Nuriyeva, Tural Bayramov, Rasim Musayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Ağstafa Gəncləri” 1:4
Qollar: Rəsul İbrahimov, 8 – Ramin Süleymanov, 3. Eltac Hüseynov, 50; 72. İlkin Allahverdiyev, 66.
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

U-19 millimiz Çexiyaya 0:9 hesabıyla uduzdu

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Arena.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda bu gün Çexiya yığması ilə qarşılaşıb.

Xorvatiyanın Luçko şəhərindəki təşkil edilmiş görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, U-19 millimiz daha əvvəl meydan sahibi Xorvatiyaya 6 cavabsız qolla uduzmuşdu.

Azərbaycan millisi qrupdakı sonuncu oyununu aprelin 17-də Gürcüstan yığmasına qarşı keçirəcək.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 6-cı qrup
14 aprel

Çexiya – Azərbaycan 9:0
Baş hakim: Eqlantina Pyetruşay (Albaniya).
Baş hakimin köməkçiləri: Paola Şayl (Albaniya), Iva Yaniç (Xorvatiya).
Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya).
Luçko stadionu.

Liam Rosenyor fanatları səbrili olmağa səslədi

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor uğursuz mövsüm fonunda “zadəganlar”ın azarkeşlərinə müraciət ünvanlayıb.

Arena.az xəbər verir ki, ingiltərəli mütəxssis tərəfdarları səbrli olmağa səsləyib:

“Səbrli və ümidlə dolu olun. Çünki mən, komandamla, Avropanın ən yaxşı komandaları sırasında olmaq üçün yorulmadan çalışıram”, deyə Rosenyor vurğulayıb.

Liam Rosenyor komandanın yarımmüdafiəçisi Entso Fernandesin ətrafında yaranmış vəziyyətə də münasibət bildirib. O, futbolçuya tətbiq olunmuş sanksiyanın şəxsi xarakter daşımadığını vurğulayıb:

“İstənilən komanda Fernandes kimi oyunçunu itirməkdən əziyyət çəkər. Mən rəhbərlik və idman direktorlarının dəstəyi ilə klub üçün uzunmüddətli qərar verdim. Burada şəxsi məsələ yoxdur. O, tezliklə komandaya qayıdacaq. Entso yüksək səviyyəli futbolçu və həqiqətən, yaxşı insandır. Onun geri dönüşünü səbirsizliklə gözləyirəm.

Qeyd etdiyim maneə bundan ibarət idi: Fernandes rəhbərliklə, komandanın aparıcı oyunçuları və digər futbolçularla danışmaq istəyirdi. Mən mətbuat konfransı keçirəndə bu, hələ baş verməmişdi.

İndi isə o, mənimlə, klub rəhbərliyi və bütün komanda ilə danışıb. Biz onun qayıdışını səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, argentinalı futbolçu “Real”a mümkün keçidi ilə bağlı səsləndirdiyi fikirlərə görə müvəqqəti olaraq komandadan kənarlaşdırılmışdı. O, açıqlamalarının birində Madriddə yaşamaq istədiyini demiş, bu isə onun karyerasını “Real”da davam etdirməyə eyham vururmuş kimi qiymətləndirilmişdi.

Baş məşqçi isə bildirib ki, Fernandes bununla komandanın dəyərlərini müəyyən edən həddi aşıb.

“Milan” Leaonu satıb, Tonalini geri qaytarır?

“Milan”ın idman drektoru İqli Tare portuqaliyalı cinah hücumçusu Rafael Leaonun bu klub üçün əhəmiyyətindən danışıb.

Arena.az alban mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Rafaelin keyfiyyətləri mübahisə mövzusu deyil. Leao “Milan” üçün çox vacib oyunçudur”, deyə Tare vurğulayıb

Bu arada “Nyukasl”ın italyan yarımmüdafiəçisi Sandro Tonalinin agenti, futbolçunun İtaliya A Seriyasına mümkün qayıdışı ilə bağlı sualı cavablayıb.

“Hal-hazırda bu barədə danışmaq hələ tezdir”, deyə futbolçunun agenti vurğulayıb.

Xatırladaq ki, Tonali “Breşiya”nın məzunudur. O, İtaliyada doğma klubudan başqa, “Milan”da çıxış edib. Tonalinin adı hazırda bir neçə İtaliya klubu ilə, həmçinin “rossoneri” ilə birgə hallanır.

Xatırladaq ki, Milanın eyniadlı təmsilçisi A Seriyasının cari mövsümündə 32 oyuna topladığı 63 xalla 3-cü pillədə qərarlaşıb.

“Roma” yayda ciddi islahatlara hazırlaşır

A Seriyasında qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan “Roma” yayda heyətində böyük islahat aparmaq niyyətindədir.

Arena.az xəbər verir ki, “təmizlik” işləri ilə yanaşı bəzi transferlərin də gerçəkləşdiriləcəyi bildirilir.

Vurğulanır ki, plan strateji əhəmiyyət daşıyır, məqsəd, komandaın daha da iddialı kollektivə çevrilməsini təmin etməkdir.

Artıq “canavarlar”ın düşərgəsini tərk edəcək futbolçular da məlum olub. Mövsümün sonunda Artyom Dovbik, Stefan El-Şaaravi, Brayan Saraqosa, Lorentso Venturino, Evan Ferqyuson, Konstantinos Tsimikas və Zeki Çelik klubdan ayrılacaqlar.

“Canavarlar”ın düşərgəsindəki gələcəyi qeyri-müəyyən olaraq qalan futbolçular da var. Belə ki, Paulo Dibala, Devayn Renç, Anxelinyo və Lorentso Pelleqrini ilə bağlı məsələ açıq olaraq qalır.

Paytaxt klubu yayda iki futbolçusunu satmağı da planlaşdırır. Belə ki, fransalı iki oyunçu – yarımmüdafiəçi Manu Kone və müdafiəçi Evan Ndikaya digər klublardan böyük maraq var. Onlarla maraqlanan klubların adları açıqlanmır. Amma yaxşı təkliflər olacağı halda, “Roma” onları satmağa razı olacaq.

Bu arada “Roma”nın baş məşqçisi Can Pyero Qasperini “canavarlar”ın argentinalı hücumçusu Paulo Dibala haqdə qənaətini açıqlayıb. İtalyan mütəxəssisin müvafiq qənaətini təqdim edirik:

“Paulo yüksək səviyyəli hücumçuya gərək olan bütün keyfiyyətlərə malikdir”, deyə Qasperini vurğulayıb.

Ülvi Əliyev: “Vəziyyət düşünüldüyü qədər də ağır deyil”

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Ülvi Əliyev Qazaxıstan yığmasına qarşı keçirdikləri yoxlama oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların ötən gün Aktauda baş tutmuş görüşündə millimiz 2:9 hesablı məğlubiyyətə üzülüb.

Ülvi Əliyev matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Rəqibimizin gücünü bilirdik. Təsadüfi deyil ki, bu gün Avropanın 4-cü ən güclü komandasıdır. Dünya çempionatında da kifayət qədər yaxşı çıxış etmişdilər. Düzdür, Avropa çempionatının final mərhələsinə vəsiqəni pley-off oyunlarında əldən verdilər. Rəqabərli çempionatları var.

Oyun gərgin keçdi. 12-13 dəqiqə yaxşı mübarizə apardıq. Yorğunluq tədricən sözünü dedi. Çünki rəqibdən fərqli olaraq, biz Tiflisdə də 2 ağır görüş keçirmişdik, üstəlik Aktauya gecə saatlarında gəldik və məşq etmədən oyuna çıxdıq. Dediklərim bəhanə kimi qəbul olunmasın. Nəticəyə görə məyusuq, ancaq bu məğlubiyyətin ətrafında dolanıb qalmaq istəmirik. Heyətimizdə gənclər də var, təcrübəlilər də. Yeni sistem qurulur, baş məşqçinin tələbi fərqlidir. Oyun təcrübəsi azdır, bu cür qarşılaşmalar bu boşluğu doldurmaq üçün bizə çox kömək edəcək. Yenə deyirəm, vəziyyət düşünüldüyü qədər də ağır deyil. Əsas odur ki, etdiyimiz səhvlərdən nəticə çıxaraq, oyunumuzu təkmilləşdirək. Vacib olan rəsmi matçlardır ki, ona qədər hazır olmalıyıq”.

U-20 millimizdə Bəşirovu Kərimov əvəzlədi

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-20) heyətində dəyişiklik baş verib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, zədə səbəbindən “Qarabağ”ın futbolçusu Əli Bəşirov yığmanın heyətindən çıxarılıb. Onun əvəzinə heyətə “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunub.

Xatırladaq ki, portuqaliyalı mütəxəssis Rui Jorjenin rəhbərlik etdiyi U-20 millimiz aprelin 26-na qədər Qəbələdə hazırlıq keçəcək. Bu, yeni yaradılmış Azərbaycan yığmasının ilk təlim-məşq toplanışıdır.

Prins Ovusu “Qəbələ” ilə yeni müqaviləyə imza atdı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ” futbolçusu Prins Ovusu ilə müqavilənin müddətini uzadıb.

Arena.az bu barədə əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Tərəflar arasında 2028-ci ilin iyununa qədər anlaşma imzalanıb.

Xatırladaq ki, Prins Ovusu “Qəbələ”nin əsas komandasına 2025-ci ilin yayında cəlb edilib. Maraqlıdır ki, klub həmin vaxt da onunla 3 illik müqavilə imzalandığını bəyan etmişdi.

20 yaşlı vinger “Qəbələ”nin əsas komandasının heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Qəbələ” Ovusunu Qananın Nayan Akademiyasından transfer edib. Futbolçu ötən mövsüm əyalət klubunun U-19 komandasında da çıxış edib. O, bu komanda ilə U-19 Liqasının gümüş mükafatçısı olub. Qanalı vinger keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.

DÇ-2027: Azərbaycan millisi Andorraya qarşı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində 3-cü oyununa çıxacaq.

Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer almış millimiz Andorra yığması ilə qarşılaşacaq.

Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil olunacaq görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xatırladaq ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv daha əvvəl keçirdiyi oyunlarda Macarıstana (0:1) uduzub, Şimali Makedoniyanı (2:0) məğlub edib.

Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 3 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 4, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
14 aprel

Andorra – Azərbaycan
Baş hakim: Kristina Kozorox
Baş hakimin köməkçiləri: İrina Çayka, İrina Xoliyak
Dördüncü hakim: Veronika Vasilçenko (Hakimlər briqadası Ukraynadandır).
Milli Stadion. Saat 21:00.

ÇL: Bu gün ilk yarımfinalçılar bəlli olacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün ilk yarımfinalçıları müəyyənləşəcək.

Arena.az xəbər verir ki, buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində “Atletiko” öz meydanında “Barselona”nı sınağa çəkəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.

Günün digər görüşündə isə İngiltərənin “Liverpul” komandası Fransa nəhəngi PSJ ilə üz-üzə gələcək. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, ÇL-in 1/4 final mərhələsinə sabah yekun vurulacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
14 aprel

23:00. Atletiko (İspaniya) – Barselona (İspaniya)
İlk oyun – 2:0

23:00. Liverpul (İngiltərə) – PSJ (Fransa)
İlk oyun – 0:2

Vüsal İsgəndərli “Elbasani”yə qarşı 62 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 31-ci turu çərçivəsində “Elbasani” ilə qarşılaşıb.

“Partizani” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 62-ci dəqiqəsində əvəzlənib.

“Partizani” 31 turdan sonra 44 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 31 oyunda 12 qələbə qazanıb, 8 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 31 oyuna çıxıb, 5 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

La Liqa: “Levante” “Xetafe”ni xalsız yola saldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Levante” “Xetafe”ni qəbul edib. Meydan sahibləri tək qolla 3 xal qazanıblar.

Beləliklə, cari mövsümün geridə qalmış 31 turundan sonra 79 xala malik “Barselona” vahid liderdir. “Real” 70 xalla ikinci, “Vilyarreal” 61 xalla üçüncü pillədə qərarlaşıblar. “Atletiko” 57, “Betis” 46, “Selta” 44, “Real Sosyeyad” 42, “Xetafe” 41 xal toplayıb.

İspaniya, La Liqa
31-ci tur
10 aprel

Real – Jirona 1:1
Qollar: Valverde, 51 – Lemar, 62.

11 aprel

Real Sosyedad – Alaves 3:3
Qollar: Suçiç, 14. Sivera, 27-öz qapısına. Oskarsson, 60 – Kaleta-Çar, 3-öz qapısına. Diabate, 24. Boye, 90+7.

Elçe – Valensiya 1:0
Qol: Kepeda, 73.

Barselona – Espanyol 4:1
Qollar: F.Torres, 9; 25. Yamal, 87. Raşford, 89 – Losano, 56.

Sevilya – Atletiko 2:1
Qollar: Adams, 10-pen. Qudel, 45+2 – Bonar, 35.

12 aprel

Osasuna – Betis 1:1
Qollar: Budimir, 40-pen – Ezzalzuli, 7.

Malyorka – Rayo Valyekano 3:0
Qollar: Muriqi, 36; 40. Vircill, 65.

Selta – Real Ovyedo 0:3
Qollar: Reyna, 4. Vinas, 45; 57.

Atletik – Vilyarreal 1:2
Qollar: Quruseta, 84 – Kardona, 26. A.Qonsales, 45+5.

13 aprel

Levante – Xetafe 1:0
Qol: Espi, 83.

Premyer Liqa: MY “Lids”ə evdə uduzdu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Mançester Yunayted” doğma meydanda “Lids”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç “qırmızı şeytanlar”ın məğlubiyyəti ilə yekunlaşıb.

Beləliklə, cari mövsümün geridə qalmış 32 turundan sonra 70 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 64 xalla ikinci pillədə qərarlaşıb. “Mançester Yunayted”lə “Aston Villa” 55, “Liverpul” 52, “Çelsi” 48, “Brentford”la “Everton” 47 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
32-ci tur
10 aprel

Vest Hem – Vulverhempton 4:0
Qollar: Mavropanos, 42; 83. Kastelyanos, 66; 68.

11 aprel

Arsenal – Bornmut 1:2
Qollar: Dyökereş, 35-pen – Kroupi, 17. Skott, 74.

Brentford – Everton 2:2
Qollar: Tyaqo, 3-pen; 76 – Beto, 26. Dyusberi-Holl, 90+1.

Börnli – Brayton 0:2
Qollar: Viffer, 43; 89.

Liverpul – Fulhem 2:0
Qollar: Nqumoha, 36. Salah, 40.

12 aprel

Kristal Pelas – Nyukasl 2:1
Qollar: Mateta, 80; 90+4-pen – Osula, 43.

Nottingem Forest – Aston Villa 1:1
Qollar: N.Uilyams, 38 – Murilyo, 23-öz qapısına.

Sanderlend – Tottenhem 1:0
Qol: Mukiele, 61.

Çelsi – Mançester Siti 0:3
Qollar: O’Rayli, 51. Qehi, 57. Doku, 68.

13 aprel

Mançester Yunayted – Lids 1:2
Qollar: Kazemiro, 69 – Okafor, 5; 29.

A Seriyası: “Fiorentina” “Latsio”nu tək qolla yendi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Fiorentina” doğma meydanda “Latsio”nu sınağa çəkib. Florensiya təmsilçisi bu görüşdə minimal hesabla qalib gəlib.

Beləliklə, cari mövsümün geridə qalmış 32 turundan sonra 75 xala malik “İnter” vahid liderdir. “Napoli” 66 xalla ikinci, “Milan” 63 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus”un 60, “Komo”nun 58, “Roma”nın 57, “Atalanta”nın 53 xalı var.

İtaliya, A Seriyası
32-ci tur
10 aprel

Roma – Piza 3:0
Qollar: Malen, 3; 43; 52.

11 aprel

Kalyari – Kremoneze 1:0
Qol: Espozito, 63.

Torino – Verona 2:1
Qollar: C.Simeone, 6. Kasadey, 50 – Bouye, 38.

Milan – Udineze 0:3
Qollar: Bartesaqi, 27-öz qapısına. Ekkelenkamp, 37. Atta, 71.

Atalanta – Yuventus 0:1
Qol: Boqa, 48.

14 aprel

Cenoa – Sassuolo 2:1
Qollar: Malinovski, 18. Ekuban, 84 – Kone, 57.

Parma – Napoli 1:1
Qollar: Strefezza, 1 – Maktominey, 60.

Bolonya – Leççe 2:0
Qollar: Freuler, 26. Orsolini, 90+2.

Komo – İnter 3:4
Qollar: Valle, 36. Pas, 45. Da Kunya, 88-pen – Türam, 45+2; 49. Dumfris, 59; 72.

13 aprel

Fiorentina – Latsio 1:0
Qol: Qosens, 28.

Super Liqa: “Eyüpspor” evdə, “Qaziantep” səfərdə uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

“Eyüpspor” doğma meydanda “Samsunspor”a məğlub olub. “Rizəspor” isə “Qaziantep”i məğlub yola salıb.

Beləliklə, geridə qalmış 29 turdan sonra 68 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 66 xalla ikinci, “Trabzonspor” 64 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 55, “Başakşəhər”lə “Göztəpə”nin 47 xalı var.

Türkiyə, Super Liqa
29-cu tur
10 aprel

Beşiktaş – Antalyaspor 4:2
Qollar: O.Kökçü, 4. J.Silva, 9. O.H.Qyu, 33; 59 – Van de Strek, 21. Ballet, 47.

11 aprel

Başakşəhər – Gənclərbirliyi 3:0
Qollar: Şomurodov, 9; 40. B.Yıldırım, 42.

Alanyaspor – Trabzonspor 1:1
Qollar: G.Yalçın, 67-pen – O.Tufan, 58.

Kayserispor – Fənərbağça 0:4
Qollar: Kante, 45+1. Taliska, 60; 87. Nene, 62.

12 aprel

Konyaspor – Karagümrük 3:0
Qollar: Kramer, 21. Muleka, 28. D.Qonsalves, 90+1.

Göztəpə – Kasımpaşa 3:3
Qollar: J.Santos, 24. Jeh, 82-pen. Bokele, 89 – Ben Uanes, 45+1. Benediçak, 52. Krastev, 76-öz qapısına.

Qalatasaray – Kocaelispor 1:1
Qollar: Sane, 30 – Petkoviç, 72.

13 aprel

Eyüpspor – Samsunspor 1:2
Qollar: M.Altunbaş, 45+2-pen – Marius, 76. A.Souza, 90+4.

Rizəspor – Qaziantep 2:1
Qollar: Laçi, 79. Soue, 81 – Bayo, 23.

Yevgeni Kukseviç: “Oyuna nəzarət tamamilə rəqibdə idi”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Qazaxıstan yığmasına qarşı keçirdikləri yoxlama oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Aktauda baş tutmuş görüşündə millimiz 2:9 hesablı məğlubiyyətə üzülüb.

Yevgeni Kukseviç matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu cür atmosferdə oynamaq çox çətindir. Azarkeşlər zalı doldurmuşdular, oyun zamanı dayanmadan öz dəstəklərini göstərdilər. Komandamız üçün hər bir oyun təcrübə qazanmaq baxımından vacibdir.

Qazaxıstan millisinin heyətində dəyişiklik olsa da, onlar “dördlüyü” və sistemi saxlayıblar. Yeni gələn futzalçılar isə onlara dəstək ola bilirlər. Çünki güclü, rəqabətli çempionatları var. Biz isə hələ sxemi və sistemi qurmamışıq.

Bu oyunda demək olar, bütün üstünlüyü rəqibə verdik. Gürcüstanla oyunlarda topu özümüzdə saxlayırdıq, hücumlar qururduq. Bu gün meydanda nəzarət tamamilə rəqibdə idi.

Qısa vaxtda ardıcıl qollar buraxırıq. Çünki oyunu üzərinə götürəcək lider futzalçımız yoxdur. Hər dəfə tapşırılır ki, əsəblərinizə hakim olun, soyuqqanlılığınızı qoruyun. Bu da psixoloji durumla bağlıdır. Bununla bağlı nə qədər söhbət aparsaq da, oyun zamanı dediyimizin əksini görürük.

Bu görüşləri danışan zaman çətin olacağını bilirdik. Qısa vaxtda 4 oyun keçirmək ağırdır, lakin milli üçün faydalıdır”.

❌