Nəriman Axundzadə MLS-də ilinə bu qədər qazanır
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”da ilinə 633 min 390 dollar qazanır.
Arena.az xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytında dərs olunan hesabatda qeyd edilib.
Axundzadənin illik maaşı vergilərlə birlikdə 633 min 390 dollar, vergilərsiz isə 550 min dollar təşkil edir. Siyahıya illik 28 milyon dollar maaşla “İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi başçılıq edir.
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 7 oyun keçirsə də, fərqlənə bilməyib.
“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
