Normal view

Today — 10 April 2026Main stream

AL: “Aston Villa”dan səfərdə inamlı qələbə

10 April 2026 at 01:05

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün mərkəzi qarşılaşması İtaliyada baş tutub.

“Bolonya” evdə “Aston Villa” ilə bacara bilməyib – 1:3.

“Frayburq” öz meydanında “Selta” üzərində 3 cavabsız qolla qələbə qazanıb.

Mərhələnin Portuqaliyada keçirilən daha bir matçında “Porto” “Nottingem Forest”in müqavimətini qıra bilməyib, həmin görüş də 1:1 hesablı bərabərliklə yekunlaşıb.

UEFA Avropa Liqası

1/4

9 aprel

“Bolonya” (İtaliya) – “Aston Villa” (İngiltərə) 1:3

Qol: C. Rou, 90 – E. Konsa, 44, O. Votkins, 51, 90+4

“Porto” (Portuqaliya) – “Nottingem Forest” (İngiltərə) 1:1

Qol: V. Qomes, 11 – M. Fernandes, 13 (ö.q)

“Frayburq” (Almaniya) – “Selta” (İspaniya) 3:0

Qol: V. Qrifo, 10, Y. Beste, 32, M. Ginter, 78

KL: “Kristal Pelas” “Fiorentina”nı böyük hesabla məğlub etdi

10 April 2026 at 00:55

Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, gecə maraqlı görüşlərlə yadda qalıb.

Günün mərkəzi qarşılaşması İngiltərədə “Kristal Pelas” və “Fiorentina” arasında baş tutub. Meydan sahibləri 3:0 hesablı inamlı qələbəyə seviniblər.

“Rayo Vallekano” da favoriti olduğu matçda “AEK”i 3 cavabsız qolla məğlub edib. “Maynz” öz meydanında “Strazburq”, “Şaxtyor” isə “AZ Alkmaar”dan üstün olub.

Cütlər arasında cavab oyunları aprelin 16-sında keçiriləcək.

UEFA Konfrans Liqası

1/4 final

9 aprel

“Rayo Valyekano” (İspaniya) – AEK (Yunanıstan) 3:0

Qol: İ. Akomah, 2, U. Lopez, 45+2, İ. Palazon, 74 (pen)

“Maynts” (Almaniya) – “Strazburq” (Fransa) 2:0

Qol: K. Sano, 11, S. Poş, 19

“Kristal Pelas” (İngiltərə) – “Fiorentina” (İtaliya) 3:0

Qol: J. Mateta, 24 (pen), T. Miçell, 31, İ. Sarr, 90

“Şaxtyor” (Ukrayna) – “Alkmaar” (Niderland) 3:0

Qol: Pedrinyo, 72, Alisson, 81, 83

 

 

 

 

Barış Alper: “Bizi asanlıqla yıxa bilməzlər”

9 April 2026 at 23:54

Türkiyə Super Liqasının lideri “Qalatasaray” təxirə salınmış matçda “Göztəpə”ni 3:1 hesabı ilə məğlub edərək vacib 3 xal qazanıb.

Futbolpress.az xəbər verir ki, qarşılaşmaya kapitan sarğısı ilə çıxan Barış Alper Yılmaz oyundan sonra səmimi açıqlamaları ilə diqqət çəkib.

​Karyerasında ilk dəfə komandanı meydana kapitan kimi çıxaran Barış Alper bu qüruru belə ifadə edib:

​”Kapitan kimi meydana çıxdığım üçün çox xoşbəxtəm. Böyük məsuliyyətim var və məni heç nə həvəsdən sala bilməz. Özümə çox yaxşı baxıram. Forvard oynamağı da sevirəm, artıq 5 qolum oldu. Əsas odur ki, komandama töhfə verim”.

​Ötən turdakı “Trabzonspor” məğlubiyyətini “nəzər muncuğu” adlandıran ulduz futbolçu nəticənin onları daha da gücləndirdiyini bildirib:

“Futbolda dünən yoxdur, amma keçən matçdakı nəticə bizi həqiqətən üzmüşdü. Komanda olaraq danışdıq, bu günə və sabaha kökləndik. Könül istər ki, həmişə qazanaq, amma o məğlubiyyət nəzər muncuğu oldu və bizi daha da alovlandırdı. Kənar səslərə qulaq asmırıq, ancaq özümüzə baxırıq”.

​Komanda yoldaşı Mauro İkardi haqqında da yüksək fikirlər səsləndirən Barış klubdakı ailə mühitini vurğulayıb:

“Hələ heç nə bitməyib, qarşıda çox oyun var. Böyük bir ailəyik və bizi asanlıqla yıxa bilməzlər. Mauro İkardi isə çox xüsusi biridir, o, bütöv bir nəsli “Qalatasaray” azarkeşi etdi”.

Sissenin yeni komandası bəlli oldu

9 April 2026 at 23:36

Anqola millisinin yeni baş məşqçisi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, həmin posta Aliu Sisse təyin olunub.

Liviya yığmasından yenicə ayrılan Sisse Anqolanı seçib. 50 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

 

İngiltərə klubları 90 milyonluq mübarizəyə hazırlaşır

9 April 2026 at 23:14

​”Aston Villa”nın gənc ulduzu Morqan Rocers yay transfer pəncərəsinin ən çox axtarılan simasına çevrilmək üzrədir.

Futbolpress.az xəbər verir ki, İngiltərənin üç nəhəng klubu futbolçu üçün “hərraca” hazırlaşır.

​”The Times” nəşrinin yaydığı məlumata görə, “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” 21 yaşlı vingeri heyətinə qatmaq üçün rəsmi addımlar atmağa başlayıb. Mövsüm boyu göstərdiyi performansla diqqətləri üzərinə çəkən Rocers üçün klublar arasında ciddi mübarizə gözlənilir.

Birmingem təmsilçisi gənc istedadını asanlıqla buraxmaq niyyətində deyil. Klub Rocersin transfer qiymətini 90 milyon avrodan yuxarı müəyyənləşdirib. Lakin xəbərdə qeyd olunur ki, “Aston Villa” maliyyə təzyiqlərini azaltmaq üçün bu təklifləri ciddi dəyərləndirmək məcburiyyətində qala bilər.

​Əgər bu transfer baş tutarsa, ulduz futbolçu Premyer Liqa daxilində yay pəncərəsinin ən baha qiymətli keçidlərindən birinə imza atacaq.

Bu stadion Luçeskunun adını daşıyacaq

9 April 2026 at 22:57

“Dinamo Buxarest”in yeni stadionuna mərhum Mirça Luçeskunun adı veriləcək.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, stadion “Dinamo Mirça Luçesku” adlanacaq.

O, futbolçu karyerasında 12 il “Dinamo”da çıxış edib.

Xatırladaq ki, mütəxəssis 80 yaşında vəfat edib.

Demirel: “Məni Volkan edən Aziz Yıldırım oldu”

9 April 2026 at 22:45

​”Gənclərbirliyi”nin baş məşqçisi Volkan Demirel “TRT Spor”a müsahibə verib.

Futbolpress.az xəbər verir ki, o həm futbolçuluq karyerası, həm də ona qoyulan ləqəblər barədə səmimi və maraqlı etiraflar edib.

Təcrübəli mütəxəssis illərdir azarkeşlər arasında müzakirə olunan ləqəbi ilə bağlı kompleksinin olmadığını bildirib:

​”Mənə “Fənərbaxça”nın bazasında “Dayı”, kənarda isə “Ayı” deyirdilər. Bəlkə də, insanlara qəribə gəlir, amma qızlarımın ən sevdiyi oyuncaq ayıdır. Hətta qızımın bir oyuncaq ayısı var, adını da Volkan qoyub. Mən ayı olmaqdan və ayı kimi görünməkdən çox xoşbəxtəm. Çünki ayı çox güclü bir heyvandır”.

Demirel “Fənərbaxça”nın sabiq və indiki prezidentləri barədə də danışaraq, onlara olan ehtiramını ifadə edib:

“Məni “Volkan” edən insan Aziz Yıldırımdır. Onu həmişə atamın yerinə qoyuram. Ali Koç da eyni şəkildədir. Biri mənim üçün atamdırsa, digəri böyük qardaşımdır”.

Keçmiş qapıçı karyerası ərzində buraxdığı saysız-hesabsız qollar arasında ən çox yadında qalan 3 böyük səhvini xüsusi qeyd edib:

“Karyeramda çox gözəl qollar buraxmışam, amma ağlımda qalanlar həmişə səhvdən buraxdığım qollardır. Üçünü heç unuda bilmirəm: “Kasımpaşa” ilə matçda öz qapıma vurduğum, Edu ilə toqquşduğumuz epizodda “Qalatasaray”dan, və İtaliya millisindən buraxdığım qol”.

“Barselona”dan UEFA-ya sərt bəyanat

9 April 2026 at 22:28

“Barselona” Çempionlar Liqasının 1/4 finalında “Atletiko Madrid”ə qarşı keçirilən matçdakı hakim və VAR qərarlarına görə UEFA-ya rəsmi şikayət ünvanlayıb.

Futbolpress.az xəbər verir ki, klub bununla bağlı rəsmi bəyanat yayıb.

Kataloniya təmsilçisinin hüquq xidməti matçdan dərhal sonra hərəkətə keçib. Katalonlar hesab edir ki, qarşılaşmadakı hakim idarəçiliyi mövcud qaydalara zidd olub və oyunun nəticəsinə birbaşa mənfi təsir göstərib.

Şikayətin mərkəzində konkret bir epizod dayanır. Bəyanatda bildirilir ki, matçın 54-cü dəqiqəsində rəqib futbolçu öz cərimə meydançasında topla əllə oynasa da, hakim qayda pozuntusunu qeydə almayıb. Ən əsası isə, bu epizodda VAR sisteminin müdaxilə etməməsi “Barselona” tərəfindən çox “ciddi və kobud səhv” kimi qiymətləndirilib.

İspaniya nəhəngi baş verənlərlə bağlı UEFA rəhbərliyindən konkret addımlar gözləyir.

Yesterday — 9 April 2026Main stream

Robertson “Liverpul”dan ayrılır

9 April 2026 at 22:11

İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Endryu Robertson mövsümün sonunda komandadan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı şotlandiyalı futbolçunun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Mersesayd təmsilçisi yola onsuz davam etmək qərarına gəlib.

Robertson 2017-ci ildən bəri “Liverpul”un formasını geyinir.

“Yuventus” heyətini ulduz qapıçı ilə gücləndirmək istəyir

9 April 2026 at 21:43

İtaliya nəhəngi “Yuventus” qapıçı mövqeyini gücləndirmək üçün hədəfini İngiltərəyə yönəldib.

Futbolpress.az yazır ki, Turin klubunun əsas məqsədi “Liverpul”un braziliyalı ulduzu Alisson Bekkeri transfer etməkdir.

​İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, “qoca sinyora” yay transfer pəncərəsində hazırkı qapıçısı Mikele Di Qreqorio ilə yollarını ayırmağı planlaşdırır. Rəhbərlik boşalan çərçivəni məhz Alissonla doldurmaq niyyətindədir.

Xəbərdə bildirilir ki, “Yuventus” rəsmiləri artıq 33 yaşlı qolkiperin nümayəndələri ilə təmas qurublar və görüşlər kifayət qədər müsbət keçib. Daha öncə İtaliyada “Roma”nın uğurları üçün çıxış edən Alissonun yenidən A Seriyasına qayıtmağa isti yanaşdığı vurğulanır.

“Liverpul”la 2027-ci ilə qədər müqaviləsi olan təcrübəli qapıçı bu mövsüm Premyer Liqada çıxdığı 25 matçda qapısında 30 qol görüb.

Yeniyetmələr arasında cüdo üzrə Liqa yarışının I turu başlayır

9 April 2026 at 21:28

15-17 aprel tarixlərində cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, turnirdə 100 klub və idman cəmiyyətindən olan 799 idmançı (651 oğlan, 148 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Cari ildə U-17 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.

 

Cüdo texnikaları imtahanı keçiriləcək

9 April 2026 at 20:48

13–14 aprel tarixlərində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo texnikaları imtahanı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, imtahanda U-14 Liqa yarışının II turu və U-17 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə biləcəklər.

Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq prosesdə iştirak könüllüdür. Bununla yanaşı, imtahan nəticələrinin ümumi bala təsir etməsi üçün idmançıların yarışda və ya rəsmi çəki prosesində iştirak etməsi vacibdir. Çəki limitini 5 faizdən artıq aşan idmançıların imtahan nəticələri nəzərə alınmayacaq.

Qiymətləndirmə sisteminə əsasən, yarışda qazanılan xalların 70 faizi, imtahanda əldə olunan nəticələrin isə 30 faizi yekun bala əlavə ediləcək. Bu yanaşma yeniyetmə cüdoçuların həm texniki hazırlığının, həm də yarış performansının paralel şəkildə inkişafına xidmət edir.

Gənc cüdoçular arasında turnir keçiriləcək

9 April 2026 at 20:32

Aprelin 14-də 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

Futbolpress.az xəbər verir ki, yarışda 33 klub və idman cəmiyyətini təmsil edən 219 cüdoçu (175 kişi, 44 qadın) 14 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.

Qeyd edək ki, heç bir kəmər dərəcəsi olmayan və buna görə verilmiş 2 (iki) yarışlıq güzəşt imkanını istifadə etmiş idmançılar yarışlara buraxılmırlar.

 

Kukseviç: “Gözlədiyimizdən yaxşı oynadıq”

9 April 2026 at 20:21

Bu gün Tbilisidə keçirilən yoxlama oyununda futzal üzrə Azərbaycan millisi Gürcüstana məğlub olub.

Futbolpress.az xəbər verir ki, baş məşqçimiz Yevgeni Kukseviç görüş barədə açıqlama verib.

Mütəxəssis nəticəni belə şərh edib:

“Yaxşı rəqibə qarşı oynadıq. Gürcüstan millisi bir neçə ay əvvəl Avropa çempionatının final mərhələsində çıxış edib. Güclü rəqibə qarşı gözlədiyimizdən də yaxşı mübarizə apardıq.
Oyuna yaxşı başladıq. Əvvəldən yaratdığımız 2 real imkanı qola çevirə bilsəydik, hadisələr fərqli şəkildə davam edəcəkdi, əhval-ruhiyyə yaxşı olacaqdı. Əvəzində fərdi səhvlərdən 2 qol buraxdıq. Buna baxmayaraq, oyundan qopmadıq. Yenə şanslarımız oldu. Həmin imkanlardan istifadə edə bilsəydik, hesab xeyrimizə olacaqdı. Təəssüf ki, realizə baxımından “axsadıq”. Ümumi götürsək, bu görüş bizə çox lazım idi. Bunun xeyrini gələcəkdə görəcəyik.

Bir məqamı da qeyd edim ki, bu gün bir neçə gənc futzalçıya meydana çıxmaq şansı yaratdıq. Vaxt etibarilə bəlkə də, meydanda az oldular, ancaq millinin oyun həyəcanını yaşadılar, atmosferi hiss etdilər”.

Futzal millimiz məğlub oldu

9 April 2026 at 20:13

Futzal üzrə Azərbaycan millisi bu gün Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Tbilisi Arenada baş tutan matç meydan sahibi komandanın qələbəsi ilə başa çatıb.

Fasiləyə qədər imkanlardan istifadə edə bilməyən millimiz qapısında 2 qol görüb. İkinci hissəyə isə əskinə, komandamız qolla başlayıb. Cərimə zərbəsindən ötürməni Nihad İsmayılov qapıdan keçirib və fərqi azaldıb. Ancaq 31-ci dəqiqədə rəqib daha bir qol vurub. Sona 2 dəqiqə qalmış qapıçını meydan oyunçusu ilə əvəzləyən komandamız Manafoun timsalında fərqi yenidən minimuma endirib. Ancaq meydan sahibləri yenidən qol vurub. Maraqlıdır ki, qoldan əvvəl hakim fitini səsləndirsə də, birinci referi qolu qeydə alıb.

Bu komandalar arasında növbəti oyun aprelin 11-də saat 14:00-da Tbilisi Arenada keçiriləcək.

DÇ: 170 hakim təyinat aldı

9 April 2026 at 20:06

Futbol üzrə 2026-cı il Dünya Çempionatının hakimləri bəlli olub.

Futbolpress.az xəbər verir ki, FIFA-nın açıqladığı siyahıda yer alan 170 addan 52-si əsas, 118-i isə köməkçi hakimlərdir.

Baş hakimlərin siyahısı aşağıdakı kimidir:

Əbdulrəhman əl-Cassim, Xalid Əl Turays, Yusuke Araki, Ömər Abdulkadir Artan, Pyer Atço, İvan Barton, Dahanye Beyda, Xuan Qabriel Benites, Xuan Kalderon, Rafael Klaus, İsmail Elfat, Espen Eskas, Alireza Fəqani, Yael Falkon Peres, Drü Fişer, Kristian Qaray, Katya Qarsiya, Mustafa Qorbal, Alexandro Ernandes, Dario Errera, Cəlal Cayed, Kempbell-Kirk Kavana-Uo, İştvan Kovaç, Frensua Leteksye, Nin Ma, Ədhəm Mahadmeh, Denni Makkeli, Şimon Marçinyak, Mauritsio Mariani, Ektor Səid Martines, Amin Məhəmməd, Oşane Neyşn, Qlenn Nyübberq, Maykl Oliver, Əmər Əl Əli, Kevin Orteqa, Tori Penso, Joau Pineyro, Ramon Abbati, Sezar Ramos, Andres Roxas, Sandro Şörer, İlgiz Tantaşev, Entoni Teylor, Qustavo Tejera, Fakundo Telyo, Abongile Tom, Klemen Türpen, Xesus Valensuela, Slavko Vinçiç, Uilton Sampayo, Feliks Zvayer.

Xatırladaq ki, Dünya Çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

40 yaşında ÇL-də həftənin oyunçusu seçildi

9 April 2026 at 19:45

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub.

Futbolpress.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu, “Bavariya”nın qapıçısı Manuel Noyerdir.

40 yaşlı qolkiper “Real”la səfər matçında 9 seyvlə yadda qalıb.

“Bavariya” ilk oyunda 2:1 hesabıyla qalib gəlib. Cavab görüşü aprelin 15-də Münhendə olacaq.

Autsayderlər üçün kritik tur

9 April 2026 at 19:15

Sabah Misli Premyer Liqasında XXVII tura start veriləcək. Birinci gündə autsayder “Karvan-Yevlax” “Kəpəz”i qəbul edəcək.

Lider “Sabah” bu turda “Zirə”nin müqavimətini qırmağa çalışacaq. “Qarabağ” “Şamaxı” səfərinə yollanacaq, “Neftçi” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Qəbələ”nin rəqibi “İmişli” olacaq. Tura “Turan Tovuz” – “Sumqayıt” matçıyla yekun vurulacaq.

10 aprel, 15:30 Karvan-Yevlax – Kəpəz
Turnir cədvəlində 8 xalla sonuncu olan “Karvan-Yevlax” üçün demək olar, həlledici matçdır. Füzuli Məmmədovun yetirmələri məğlub olacağı halda, liqada qalmaq ümidlərinin üstündən xətt çəkəcək. Komandalar arasında 13 xallıq fərq var və “Kəpəz” daha rahat tərəfdir. 9-cu sıraya yüksələn gəncəlilər üçün bərabərlik də sərfəli nəticə sayıla bilər. Lakin autsayderlər zonasındakı rəqibləri “Qəbələ” və “İmişli”nin bu turda üz-üzə gəlməsi “sarı-göylər” üçün əlavə fürsətdir. Qələbə onları 8-ci sıraya qədər yüksəldə bilər.

11 aprel, 15:30 Şamaxı – Qarabağ
Çempionluq mübarizəsi aparan “Qarabağ” yaxşı forma yığıb. Ötən turda “Karvan-Yevlax”a 7 cavabsız qolla qalib gələn “atlılar” seriyasını Şamaxıda da davam etdirmək niyyətindədir. “Qarabağ” bu mövsüm bu arenada meydan sahiblərinə qarşı son oyunda məğlubiyyətlə üzləşib. Qurban Qurbanovun yetirmələri Şamaxı səfərindən üç xalla dönməklə zirvə yarışını davam etdirmək və kubokdakı məğlubiyyətin qisasını almağa çalışacaq.

“Şamaxı” isə ötən turda “Zirə” ilə heç-heçə etməklə liqada qalacağını rəsmiləşdirdi. Ayxan Abbasov möhkəm kollektiv yaradıb və azlıqda olmalarına baxmayaraq, Zirə səfərindən bir xalla qayıtmaq komandaya əlavə ruh yüksəkliyi verəcək.

11 aprel, 18:00 Sabah – Zirə
Lider “Sabah” qarşısıalınmazdır. 15 oyundur, məğlub olmayan “bayquşlar” yaxşı formadadır. Son turlarda eniş yaşayan və avrokuboklar mübarizəsində mühüm xallar itirən “Zirə”nin liderə qarşı hansı səviyyədə güc göstərəcəyi maraqla gözlənilir. Bu mövsüm bu arenadakı oyunda rahatlıqla qələbə qazanan “Sabah” çempionluq havasındadır və bu görüşdə də büdrəməsi ehtimal edilmir.

11 aprel, 20:00 Neftçi – Araz-Naxçıvan
Ardıcıl üç qələbə qazanan “Neftçi” avrokuboklara vəsiqə uğrunda mübarizəyə qoşulub. Xal fərqinin azalması bakılıları daha da iştahlandırıb. Bu yolda rəqiblərdən olan “Araz-Naxçıvan”ın da məğlub edilməsi komandaya əlavə motivasiya verəcək.

“Araz-Naxçıvan” Demçenkonun gəlişindən sonra hələ tam oyununu tapmayıb. “Sabah”la matçda rəqibin yorğun olmasına baxmayaraq, xal qazana bilməyən və 4 qol buraxan naxçıvanlılarda əsas problem müdafiə ilə bağlıdır. “Neftçi”nin hücum xəttinin keyfiyyətini nəzərə alsaq, “ağ-qaralar”ın ardıcıl dördüncü qələbəsinə daha yaxın olduğunu deyə bilərik.

12 aprel, 18:00 Qəbələ – İmişli
Autsayderlər qrupunda daha bir gərgin oyun Qəbələdə olacaq. İkinci dövrədə qazandığı xallarla sonuncu sıradan qurtulan “qırmızı-qaralar” indi autsayderi 11 xal qabaqlayır və 8-ci “İmişli”dən 4 xal geri qalır. Liqanın 10-cusu pley-off oynayacaq və “Qəbələ” elitadakı yerini təhlükədə saxlamaq istəmir. “İmişli” ilə matç “qırmızı-qaralar” üçün mövsümün həlledici duellərindən biri olacaq.

12 aprel, 18:00 Turan Tovuz – Sumqayıt
“Turan Tovuz” bir neçə aylıq fasilədən sonra yenidən Tovuza qayıdır. Kurban Berdıyevin yetirmələri azarkeşləri qarşısında daha iştahlı oynayacaq və son dönəmlərdə uğursuzluq yaşayan “kimyaçılar”ı büdrətməyə çalışacaq. Görüşün aşkar favoriti meydan sahibləridir. Son turda “İmişli” səfərində xal itirən tovuzlular itkini unutdurmağa çalışacaq.

“Sumqayıt”da isə işlər qaydasında getmir. Komanda 10 oyundur, qələbə qazana bilmir. Turnir cədvəlində 7-ci sıraya qədər geriləyən “kimyaçılar”ın daha bir neçə pillə enmək ehtimalı var. Komandada anlaşılmazlıq hökm sürür. Meydanda futbolçular sanki bir-birinə yaddır və oyun istəyi ürəkaçan səviyyədə deyil. Baş məşqçi Saşa İliç də böyük ehtimal yayda klubu tərk edəcək və indidən günlərini sayır. Problemlər fonunda “Sumqayıt”ın Tovuzdan xalla ayrılması inandırıcı görünmür.

Şahin Cəfərov

Məşqçilər diplomlarına qovuşdu

9 April 2026 at 18:42

Bu gün AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.

Futbolpress.az xəbər verir ki, diplomları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim ediblər.

Qeyd edək ki, 2025-2026-cı illəri əhatə edən UEFA-nın A kateqoriyalı məşqçi kursunu Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov keçiblər.

Millinin məşqçisi Norveç klubunun düşərgəsində

9 April 2026 at 18:30

Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveçin aparıcı klublarından biri olan “Valerenqa”da bir həftəlik təcrübə proqramında iştirak edir.

Futbolpress.az xəbər verir ki, təcrübə müddətində Çodarov “Valerenqa”nın əsas komandasının baş məşqçisi Geir Bakke ilə görüşüb. Görüş zamanı tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb, məşq prosesinin təşkili və iş prinsipləri ilə yaxından tanışlıq baş tutub.

Proqram çərçivəsində millimizin məşqçisi komandanın məşqlərini izləyib və iş prosesi ilə yerində tanış olub. Elnur Çodarov “Valerenqa”nın baş məşqçisinə üzərində adı yazılmış Azərbaycan millisinin formasını hədiyyə edib.

I Liqa: mərkəzi oyunu “Şəfa” qazandı

9 April 2026 at 18:12

Azərbaycan I Liqasında XXI turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, turun mərkəzi matçında lider “Şəfa” “Səbail”i məğlub edib.

“Mingəçevir” “Şimal”dan, “Şahdağ Qusar” isə “Difai”dən üstün olub.

Azərbaycan I Liqası
XXI tur

9 aprel

Şəfa – Səbail 2:1
Qollar: E.Zamanov, 48, N.Əliyev, 57 – K.Quliyev, 61

Şimal – Mingəçevir 0:3
Qollar: B.Həziyev, 62 (pen.), 87, K.Kalunqa, 73

Difai – Şahdağ Qusar 0:3
Qollar: F.Camalov, 10, K.Adjey, 29, S.Ağalarov, 31

Qadın cüdoçularımız medallara ümid edir

9 April 2026 at 17:44

Avropa çempionatında Azərbaycanın qadın cüdoçularına böyük inam var.

Futbolpress.az xəbər verir ki, qadın cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Amina Abdellatif jurnalistlərə bu barədə açıqlama verib.

Mütəxəssis Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb:

“Hazırlıq yüksək səviyyədədir. Avropa çempionatına ciddi hazırlaşırıq. Turnirdən sonra Bakıda təşkil olunacaq Dünya birinciliyinə hazırlaşacağıq. Yarışlara hər zaman medal istəyi ilə gedirik. Avropa çempionatında da qadın cüdoçulara ümidlər böyükdür. Bu dəfə də məqsədimiz uğur qazanmaqdır”.

Cüdo üzrə Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

Adil Nəhmətli

AFFA A kateqoriyalı məşqçilərə diplom təqdim etdi

9 April 2026 at 17:36

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu uğurla başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.

Futbolpress.az xəbər verir ki, bu barədə qurum rəsmi saytında məlumat yayıb.

Diplomları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim ediblər.

2025-2026-cı illəri əhatə edən UEFA-nın A kateqoriyalı məşqçi kursunu Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov keçiblər.

Riçard Trautman Avropa çempionatında uğurlu nəticəyə inanır

9 April 2026 at 17:30

Azərbaycanın cüdo millisinin Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlıqları davam edir.

Futbolpress.az xəbər verir ki, kişi cüdoçulardan ibarət millinin baş məşqçisi Riçard Trautman jurnalistlərə açıqlama verib.

Alman mütəxəssis qarşıdakı turnirə nikbin yanaşır:

“Komandanın hazırlığı istədiyimiz səviyyədədir, yaxşı təlim-məşq toplanışı keçmişik. Əlbəyaxa döyüş növləri olduğu üçün burada zədələr qaçınılmazdır. Təəssüf ki, 66 kq çəki dərəcəsində Ruslan Paşayev zədəyə görə Avropa çempionatında iştirak edə bilməyəcək.

Təbii ki, Avropa çempionatında uğur qazanmaq istəyirik. Həmçinin, Dünya çempionatına da diqqətlə yanaşırıq. Orada da yaxşı nəticələr qazanacağımıza inanıram. Əvvəlcədən proqnoz vemək çətindir. Ötən il Avropa çempionatında 5 medal qazanmışdıq. Bu dəfə bu rəqəmin daha böyük olacağına inanıram”.

Cüdo üzrə Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

Adil Nəhmətli

Cüdo millimiz Avropa Çempionatına hazırlaşır

9 April 2026 at 17:13

Avropa çempionatına hazırlığını davam etdirən cüdo üzrə milli komandamızın media üçün açıq məşqi təşkil olunub.

Futbolpress.az xəbər verir ki, Azərbaycanı mötəbər turnirdə təmsil edəcək ilkin heyət artıq müəyyənləşib.

Siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib. Millinin yekun heyəti isə yarışa az qalmış açıqlanacaq.

Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 16–19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Qitə yarışında 46 ölkədən 409 cüdoçu (232 kişi və 177 qadın) 14 dəst medal uğrunda mübarizə aparacaq.

Milli komandamızın ilkin heyəti belədir:

Kişilər

 

-60 kq

Balabəy Ağayev

Əhməd Yusifov

-66 kq

Turan Bayramov

-73 kq

Hidayət Heydərov

-81 kq

Zelim Tçkayev

Ömər Rəcəbli

-90 kq

Murad Fətiyev

-100 kq

Zelim Kotsoyev

+100 kq

Kənan Nəsibov

 

Qadınlar

 

-48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

-52 kq

Leyla Əliyeva

Gültac Məmmədəliyeva

-70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova

Bakıda “Grand Prix” beynəlxalq karate turniri keçiriləcək

9 April 2026 at 16:45

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10–12 aprel 2026-cı il tarixlərində Bakı şəhərində “Grand Prix” beynəlxalq karate turniri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, yarış Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində baş tutacaq. Turnirin açılış mərasimi 10 aprel tarixində saat 17:00-da keçiriləcək.

Turnirdə 9 ölkəni təmsil edən ümumilikdə 700-ə yaxın idmançı iştirak edəcək.

“Grand Prix” turnirinin əsas məqsədi karate idman növünün inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan karateçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.

Yarış çərçivəsində müxtəlif yaş və çəki dərəcələri üzrə görüşlər təşkil olunacaq, qaliblər müvafiq mükafatlarla təltif ediləcəklər.

 

Məşhur futbolçu “Fənərbağça”ya təklif olundu

9 April 2026 at 16:30

“Əl Əhli”nin futbolçusu Riyad Mahrez karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az “Fanatik”ə istinadən xəbər verir ki, 35 yaşlı oyunçu “Fənərbağça”ya təklif olunub.

Mahrez yenidən Avropaya qayıtmaq istəyir. Menecerlər əlcəzairli yarımmüdafiəçini İstanbul klubuna təklif edib.

Mahrez daha əvvəl “Lester” və “Mançester Siti”də forma geyinib.

Yarımmüdafiəçi bu mövsüm “Əl Əhli”də 23 oyunda 4 qol vurub.

AFFA iki kluba texniki məğlubiyyət verdi

9 April 2026 at 16:15

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda U-13 və U-12 Liqasından bir komandaya texniki məğlubiyyət verilib.

U13 Liqasında keçirilən UGİM(Culfa) – UGİM(Şərur) oyunu bitdikdən sonra UGİM(Culfa) komandasının heyətində 2012-ci il təvəllüdlü Əli Əsgərlinin meydana daxil olduğu üçün klub texniki məğlubiyyət alıb.

U-12 Liqasında isə “Araz Saatlı” – “Xan Marafon İK” oyununun 44-cü dəqiqəsində qonaqlarn baş məşqçisi komandanı meydandan çıxardığı üçün kluba texniki məğlubiyyət verilib.

Tahir Gozel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

9 April 2026 at 15:54

Azərbaycanın aparıcı sənaye qruplarından olan “Azərsun Holdinq”in idarəetməsində strateji dəyişiklik həyata keçirilib.

Futbolpress.az xəbər verir ki,

Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözel təyin edilib. Bu dəyişiklik ailə biznesinin növbəti nəslə etibarını və holdinqin müasir, innovativ idarəçilik modelinə keçidini simvolizə edir.

Tahir Gözel Şeffild Universitetinin Menecment fakültəsinin və Fransa Sup de Co Universitetinin məzunudur. O, “Greentech” və digər qlobal şirkətlərə rəhbərlik etməklə yanaşı, ölkəmizdə süni intellekt və İT sahəsində ən müasir standartlara cavab verən “Proxima” şirkətinin qurucusudur.

Gözel “Qarabağ” Futbol Klubunun da rəhbəridir.

“Şəfa”nın futbolçusu mükafatına qovuşdu

9 April 2026 at 15:36

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Şəfa” futbol klubunun üzvü Tərlan Quliyev mükafatlandırılıb .

Futbolpress.az xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifinə mükafatı XXI turun “Şəfa” – “Səbail” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.

 

“Karvan-Yevlax” – “Kəpəz”: hakimlər

9 April 2026 at 15:22

Misli Premyer Liqasında XXVII turun “Karvan-Yevlax” – “Kəpəz” oyununun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü Nicat İsmayıllı idarə edəcək.

10 aprel (cümə)

“Karvan-Yevlax” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Emin Əliyev
AVAR: Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Novruz Əzimov
Yevlax şəhər stadionu, 15:30

Premyer Liqa klubları cərimələndi

9 April 2026 at 14:56

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Zirə” komandası 2000 manat cərimə edilsin (maddə 99, 57.2);

7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Zirə” – “Şamaxı” oyununun 53-cü dəqiqəsində “Şamaxı” komandasının 11 nömrəli futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Sabah” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Sabah” oyunu bitdikdən sonra “Araz-Naxçıvan” komandasının baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz-Naxçıvan” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);

Ehtiram Quliyevin açıqlaması baha başa gəldi

9 April 2026 at 14:39

AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyevi cərimələyib.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun bugünkü iclasında qərar qəbul edilib.

İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinalında keçirilən “Zirə” – “Turan Tovuz” oyunu ilə bağlı aşağıdakı qərarları qəbul edib:

“3 aprel 2026-cı il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşündə “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);

3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilsin (maddə 88.4);

3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1)”.

“Liverpul” üçün uğursuz göstərici

9 April 2026 at 13:55

“Liverpul” Çempionlar Liqasında 1/4 finalda PSJ-yə uduzub.

Futbolpress.az xəbər verir ki, İngiltərə klubu görüşdə uğursuz statistika ilə diqqət çəkib. “Liverpul” matçboyu rəqib qapısına dəqiq zərbə endirə bilməyib.

Komandalar arasındakı cavab oyunu aprelin 14-də, İngiltərədə olacaq.

“Beşiktaş” “Real”ın futbolçusu ilə maraqlanır

9 April 2026 at 13:30

“Real”ın futbolçusu Dani Sebalyos karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” ispaniyalı yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Madrid klubu Dani üçün 10 milyon avro tələb edir.

Sebalyos bu mövsüm La Liqada 15 oyuna çıxıb.

“Qarabağ” akademiyasında görüş

9 April 2026 at 13:16

“Qarabağ” FK Akademiyasının U-19 komandası “Bərabər imkanlar” layihəsi çərçivəsində uşaqlarla görüş keçirib.

Futbolpress.az xəbər verir ki, UEFA tərəfindən UEFA Gənclər Liqası çərçivəsində akademiyaya ayrılan 1000 avro məbləğində maliyyə vəsaiti gənc futbolçuların sosial və fərdi inkişafına yönəldilib. Klub bu vəsaitdən təyinatı üzrə istifadə edərək bir sıra inklüziv və maarifləndirici təşəbbüslər həyata keçirib.

Layihə çərçivəsində klubun tərəfdaşı olan “Qarabağ Mechack 9030” komandası ilə birgə interaktiv proqram təşkil olunub. Futbol məktəblərindən olan uşaqların iştirak etdiyi tədbirdə robotika üzrə praktiki workshop keçirilib, iştirakçılar öz robotlarını hazırlayaraq oyun xəritəsi üzərində yarışdırıblar.

Bununla yanaşı, “Bərabər imkanlar” layihəsi çərçivəsində eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün 1 aylıq LEGO dərsləri təşkil olunub. Əvvəlki mərhələdə “Sərhədçi” İdman Mərkəzində keçirilən görüşdə isə uşaqlara klub tərəfindən formalar və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, UEFA Gənclər Liqası yalnız idman rəqabəti deyil, həm də gənc futbolçuların sosial məsuliyyət və inkişafını dəstəkləyən platformadır. “Qarabağ” FK akademiyası bu istiqamətdə fəaliyyətini davamlı şəkildə genişləndirir.

Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

9 April 2026 at 12:51

AFFA-nın təşəbbüsü və “Azərpoçt” MMC-nin dəstəyi ilə Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin 80 illik yubileyi münasibətilə yeni poçt markaları dövriyyəyə buraxılıb.

Futbolpress.az xəbər verir ki, yeni filateliya məhsulu Banişevskinin zəngin idman irsini əks etdirir. Buraxılış bir poçt markasından ibarətdir. Eyni zamanda yubiley münasibətilə xüsusi poçt kartları da hazırlanıb.

Poçt blokunun tirajı 2500, poçt kartlarının tirajı isə 1000 ədəddir. Bu təşəbbüs A. Banişevskinin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Anatoli Banişevski XX əsrdə Azərbaycanın ən görməkli futbolçularından biri kimi tarixə düşüb. O, SSRİ milli komandasının heyətində 1966-cı il dünya çempionatında 4-cü yeri tutub, 1972-ci il Avropa çempionatında isə gümüş medal qazanıb. Klub səviyyəsində 1966-cı ildə “Neftçi”nin tərkibində SSRİ çempionatının bürünc mükafatçısı olub.

SSRİ millisinin heyətində 50-dən çox oyun keçirən Banişevski 1996-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2004-cü ildə isə UEFA-nın versiyasına əsasən Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.

“Fiorentina”nın İngiltərə sınağı

9 April 2026 at 12:30

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, günün birinci matçında “Valyekano” azarkeşləri önündə AEK-i qəbul edəcək.

İtaliyanın “Fiorentina” komandası İngiltərədə “Kristal Pelas”ın qonağı olacaq.

“Maynts” “Strasburq”la, “Şaxtyor” isə “Alkmaar”la üz-üzə gələcək.

UEFA Konfrans Liqası
1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

20:45 Valyekano – AEK
23:00 Kristal Pelas – Fiorentina
23:00 Maynts – Strasburq
23:00 Şaxtyor – Alkmaar

Gürcüstanlı futbolçu PSJ-nin tarixinə düşdü

9 April 2026 at 12:15

PSJ Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Liverpul”u məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, parislilərin ikinci qolunu vuran Xviça Kvaratsxeliya unikal göstəriciyə imza atıb.

Gürcüstanlı yarımmüdafiəçi PSJ tarixində Çempionlar Liqasında pley-off mərhələlərində ardıcıl 4-cü oyunda qol vuran birinci futbolçu ünvanına yiyələnib.

Xviça daha əvvəl pley-offda “Monako”ya, 1/8 finalda isə hər iki oyunda “Çelsi”yə qol vurub.

“Bizim üçün hər növbəti oyun final dəyərindədir” – Xaybulayev

9 April 2026 at 11:45

“Sabah” Misli Premyer Liqasının XXVI turunda “Araz-Naxçıvan”ı məğlub edib – 4:2.

“Bayquşlar”ın futbolçusu Abdulla Xaybulayev matçdan sonra “Futbolpress.az“a fikirlərini bölüşdü:

“Çətin oyun alındı. Matçdan öncə də bu qarşılaşmanın asan olmayacağını bilirdik. Ümumiyyətlə çempionatda heç bir matç rahat keçmir. Komanda olaraq bunun fərqindəyik. Bu oyunda da çətinliklə üzləşsək də, vacib anlarda komanda xarakter göstərdi. Matçın gedişatını dəyişə bildik. Bunun da sayəsində meydandan 3 xalla ayrıldıq. Qalib gəldiyimizə görə şadam.”

“Qarabağ”la kubok oyunundan sonra liqada qələbə qazanan “Sabah” xallarını 65-ə çatdırıb və liderdir. Komanda sona 7 tur qalmış ən yaxın izləyicisi “Qarabağ”ı 10 xal qabaqlayır. Xaybulayev kollektivdəki atmosferə toxundu:

“Qarabağ”la oyundan sonra müəyyən yorğunluq var idi və bu, normal haldır. Amma hər bir halda  bu cür qrafikdə oynamağa öyrəşməliyik. Komandada ab-hava yaxşıdır. Qələbələr qazanıldıqca ümumi atmosfer də müsbət olur. Amma indidən hansısa nəticə barədə danışmaq tezdir. Biz komanda olaraq hər növbəti matçımıza köklənirik. İndi də diqqətimizi “Zirə” ilə qarşıdakı oyunumuza cəmləmişik.

Bizim üçün hər növbəti oyun vacibdir, final dəyərindədir. “Zirə” ilə oyunumuz da bu baxımdan çətin keçəcək. İnanıram ki, komanda olaraq yaxşı mübarizə apararaq bu oyundan da qələbə ilə ayrılacağıq”. 

Şahin Cəfərov

Slot: “Enfild”dəki oyun fərqli olacaq”

9 April 2026 at 11:27

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasında PSJ-yə uduzduqları görüşü şərh edib.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla bitən matçdan sonra bunları deyib:

“Enfild”dəki oyun fərqli olacaq. Hesab 0:2 olsa da, geridönüş üçün şansımız hələ də var. Cavab matçında daha çox qol vəziyyəti yaratmalı, erkən qol vurmalıyıq. Rəqibin topa nəzarətinin qarşısını almaq vacibdir. Ola bilsin, heç onlara qol şansı vermədik. Cavab matçında fərqli “Liverpul” olacaq”.

Komandalar arasındakı cavab oyunu aprelin 14-də İngiltərədə olacaq.

Arauxo: “Gücümüz var, geridönüşə inanırıq”

9 April 2026 at 11:16

“Barselona”nın futbolçusu Ronald Arauxo Çempionlar Liqasında “Atletiko”ya uduzduqları oyunu şərh edib.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, müdafiəçi 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Məğlub olmaq istəməzdik. Geri düşəndən sonra çox çalışdıq, amma alınmadı. Azlıqda oynamağımıza baxmayaraq, “Atletiko”dan üstün idik. Topa nəzarət edir, şanslar yaradırdıq. Məğlubiyyətə görə məyusuq, ancaq düşünürəm ki, vəziyyəti dəyişə bilərik.

Biz “Barselona”yıq və geridönüş edə bilərik. Dəfələrlə bunu göstərmişik. Cavab oyunu rəqib meydançasında olacaq. Asan deyil, amma gücümüz var, geridönüşə inanırıq”.

Komandalar arasındakı cavab oyunu aprelin 14-də olacaq.

Hansı oyun, hansı kanalda? – TV

9 April 2026 at 10:49

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Konfrans Liqası
20:45 Valyekano – AEK (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Rizəspor – Samsunspor (beİN Sports 1)

Avropa Liqası
23:00 Bolonya – Aston Villa (İctimai TV)
23:00 Portu – Nottingem Forest (CBC Sport)

Azərbaycan millisi Gürcüstana qarşı

9 April 2026 at 10:36

Futzal üzrə Azərbaycan millisi bu gün Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, matç Tbilisi şəhərindəki İdman Sarayında saat 18:00-da start götürəcək.

Yoldaşlıq oyunu
Gürcüstan – Azərbaycan
9 aprel. Tbilisi İdman Sarayı. Saat 18:00

Gürcüstan

Qapıçılar: Tornike Bukia, Əli Aslani, Luka Xarşiladze
Oyunçular: Giorgi Çimakadze, Vaxtanq Kekeliya, Arçil Sebiskveradze, İrakli Todua, Vaxtan Jvaraşvili, Levan Svanidze, Nikoloz Qabrichidze, Tkeşelaşvili, Nika Xaratişvili, Saba Eqriselaşvili, Janiko Giorgia, Nikoloz Kurtanidze, Şota Topuriya
Baş məşqç: Avtandil Asatiani

Azərbaycan

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev, Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov, Pünhan Qasımzadə, Ədalət Ələkbərov, Ülvi Əliyev, Qüdrət Qasımzadə
Baş məşqçi: Yevgeni Kukseviç

“Daha çox qol vura bilərdik” – Xviça

9 April 2026 at 10:26

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasında “Liverpul”a qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Daha çox qol vura bilərdik. Yaxşı şanslarımız oldu, amma dəyərləndirə bilmədik. Ümumi götürəndə, gözəl oyun sərgilədik. Diqqətimizi qorumalıyıq. Hələ hər şey həll olunmayıb. Səfər oyununda inanılmaz atmosfer olacaq. Buna hazır olmalıyıq.”

Komandalar arasındakı cavab görüşü aprelin 14-də İngiltərədə olacaq.

Pley-off variantı: “İmişli” üçün həyəcan

9 April 2026 at 10:14

Misli Premyer Liqasında mövsümün bitməsinə 7 tur qalıb.

Turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax”ın aktivində 8 xal var və bölgə klubu 11-ci pillədəki “Qəbələ”dən 11 xal geri qalır. Qarşıdakı turlarda fərqin qapanması real görünmür.

Autsayderlər zonasında maraqlı situasiya isə pley-off oynayacaq komanda ilə bağlıdır. Reqlamentə əsasən, 11-ci yeri tutan I Liqanın ikincisi ilə Premyer Liqada qalmaq uğrunda pley-off oynayacaq.

İndiki məqamda pley-offa üç namizəd var: “Kəpəz”, “Qəbələ” və “İmişli”. “İmişli” 23 xalla 9-cu sıradadır. Aktivində 21 xal olan “Kəpəz” 10-da, 19 xallı “Qəbələ” isə 11-də qərarlaşıb.

“Kəpəz” və “Qəbələ”nin qış fasiləsindən sonra xallarını artırması “İmişli” üçün həyəcan yaradıb. Jorj Kaşkilyanın yetirmələri turnir cədvəlində rəqiblərindən öndə olsa da, fərq azdır. “Kəpəz”lə 2, “Qəbələ” ilə 4 xallıq fərq var və bunu qapamaq klublar üçün çətin olmaya bilər.

Misli Premyer Liqasında növbəti turda “Qəbələ” ilə “İmişli” üz-üzə gələcək. “Qırmızı-qaralar” doğma divarlar arasında oynayacaq və qələbə fərqi 1 xala endirəcək. “Kəpəz” isə autsayder “Karvan-Yevlax”ın qonağı olacaq. Bu matçda gəncəlilər qələbə qazansa və “İmişli” xal itirsə, komanda 9-cu sıraya yüksələcək.

Təqvim “Qəbələ” və “Kəpəz”in xeyrinədir. “İmişli” isə pley-offdan qurtulmaq üçün qarşıdakı turlarda qələbə həsrətinə son verməlidir.

I Liqada “üçlük”də maraqlı mənzərə yaranıb. “Şəfa” 45 xalla liderdir və ikinci “Baku Sportinq”i 5 xal qabaqlayır. Amma bakılıların ehtiyatda daha bir oyunu var.

I Liqada ikinci yer uğrunda “Baku Sportinq”, “Səbail” və “Mingəçevir” mübarizə aparır. “Baku Sportinq” daha üstün tərəf görünür. Lakin bu gün “Səbail”in “Şəfa”nı məğlub etməsi zirvə yarışını da qızışdıracaq. “Mingəçevir” isə ikinci dövrədə inamlı nəticələri ilə “üçlüy”ə yaxınlaşıb.

Xal fərqinin azlığı çempionatda həm çempionluq, həm də ikincilik uğrunda ciddi mübarizənin gedəcəyindən xəbər verir.

Şahin Cəfərov

Qrizmann: “Qələbəyə sevinirik, amma hələ heç nə bitməyib”

9 April 2026 at 09:48

“Atletiko”nun futbolçusu Antuan Qrizmann Çempionlar Liqasında “Barselona”ya qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, hücumçu 2:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Üzərində işləməli olduğumuz çox şey var. Qələbəyə sevinirik, amma hələ heç nə bitməyib. Qarşıda daha vacib bir görüş var. Sakit qalmalı, özümüzə inanmalı və ayaqlarımızı yerə möhkəm basmalıyıq.”

Komandalar arasındakı cavab oyunu aprelin 14-də Madriddə olacaq.

“Hakimlərin səhvləri normaldır, bəs VAR?

9 April 2026 at 09:28

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasında “Atletiko”ya uduzduqları oyunu şərh edib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Məğlub olduq, amma pis oynamadıq. Təslim olmamışıq. Qarşıda bir oyun var və şanslarımız olacaq.

Kubarsinin qovulması? Məncə, qırmızı vərəqə verilməyə bilərdi. Əmin deyiləm ki, qərar tam doğrudur. Başa düşmürəm, bəzi epizodlara nə üçün VAR müdaxilə etmir? Hakimlərin səhvləri normaldır, bəs VAR niyə reaksiyaya keçmir?  “Atletiko”nun futbolçusunun əlinə top dəymişdi, amma nə hakim, nə də VAR bunu görmədi.”

Komandalar arasındakı cavab oyunu aprelin 14-də Madriddə olacaq.

ÇL: həftənin oyunçusu kim olacaq?

9 April 2026 at 09:19

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin oyunçusu adına namizədlər məlum olub.

Futbolpress.az xəbər verir ki, bu ad uğrunda “Arsenal”dan David Raya, “Bavariya”dan Manuel Noyer, “Atletiko”dan Yulian Alvares və PSJ-dən Xviça Kvaratsxeliya yarışacaq.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.

Binədə kritik duel

9 April 2026 at 09:00

Bu gün Azərbaycan I Liqasında XXI tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə üç qarşılaşma keçiriləcək.

Turun mərkəzi oyununda lider “Şəfa” “Səbail”i qəbul edəcək.

“Mingəçevir” “Şimal”ın qonağı olacaq, “Difai” “Şahdağ Qusar”la üz-üzə gələcək.

Azərbaycan I Liqası
XXI tur

9 aprel

15:00 Şəfa – Səbail
Binə qəsəbə stadionu

15:30 Şimal – Mingəçevir
Şamaxı OİK stadionu

15:30 Difai – Şahdağ Qusar
Buzonva qəsəbə stadionu

Avropa Liqası: 1/4 finalın ilk oyunlarına yekun vurulacaq

9 April 2026 at 08:43

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, İtaliya təmsilçisi “Bolonya” azarkeşləri önündə İngiltərənin “Aston Villa” komandasını qəbul edəcək.

“Portu” “Nottingem Forest”lə, “Frayburq” isə “Selta” ilə üz-üzə gələcək.

Dünən baş tutan 1/4 finalın birinci oyununda “Betis” səfərdə “Braqa” ilə heç-heçə edib.

UEFA Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

23:00 Bolonya – Aston Villa
23:00 Portu – Nottingem Forest
23:00 Frayburq – Selta

20 il sonra “Kamp Nou”da

9 April 2026 at 08:26

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Atletiko”ya məğlub olub – 0:2.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubu 20 il sonra birinci dəfə Madrid klubuna “Kamp Nou”da uduzub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona” sonuncu dəfə 2006-cı ilin fevralında “Kamp Nou”da “Atletiko”ya uduzmuşdu – 1:3.

Faydası olmayan etiraflar

9 April 2026 at 08:00

Misli Premyer Liqası oyunlarında mübahisəli hakim qərarları davam etməkdədir. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov son iki videoşərhində səhvləri etiraf etməkdədir.

Həsənov kubokda “Turan Tovuz” – “Zirə” oyununda FIFA referisi Əliyar Ağayevin iki səhvə yol verdiyini bildirmişdi. Funksioner bu dəfə isə Misli Premyer Liqasının XXVI turunda “Sumqayıt” – “Neftçi” matçında penalti təyin edən Kamal Umudlunun yanlışa yol verdiyini qeyd edib.

Həsənovun qərarını yanlış hesab etdiyi digər  hakim isə Elçin Məsiyevdir. O, qeyd edib ki, “Zirə” – “Şamaxı” matçının ilk hissəsində referi meydan sahiblərinin oyunçusuna qayda  pozuntusuna görə sarı vərəqə verməli idi. Lakin Məsiyev həmin epizodda rəsmi xəbərdarlıq etməyib.

Son turlarda yaşanan səhvlər və onların etirafı isə heç nəyi dəyişmir. Nəticə olduğu kimi qalır.

Maraqlıdır ki, səhvlər hazırda Azərbaycanın aparıcı referiləri tərəfindən edilir. Kubokda “Zirə” – “Turan Tovuz” oyununda (2:0) nəticəyə, bəlkə də, cütün taleyinə ciddi təsir göstərə biləcək iki kobud səhv edən Əliyar Ağayev hazırda ölkənin aparıcı referilərindən biridir. Çempionlar Liqası matçlarına da təyinat alan Ağayevin  çempionatda “istirahət edəcəyi” gözlənilir. Hakimlər Komitəsinin onu cəzalandırdığı və qarşıdakı bir neçə turda təyinat verməyəcəyi ehtimal edilir.

Çempionatda son dövrədir. Çempionluq və avrokuboklara vəsiqə uğrunda mübarizədə gərginlik pik həddə çatıb. Referilər qarşıdakı oyunlarda maksimum diqqətli olmalıdırlar. Əks halda, növbəti kritik matçda baş verəcək hakim səhvi daha böyük səs-küyə səbəb ola bilər.

Şahin Cəfərov

ÇL: “Barselona” uduzdu, PSJ qalib gəldi

9 April 2026 at 00:58

UEFA Çempionlar Liqasında 1/4 finalın daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, “Barselona” evdə “Atletiko Madrid”i, “PSJ” isə “Liverpul”u qəbul edib.

İspaniya derbisində paytaxt təmsilçisi qələbəyə sevinib. Parislilər isə “Liverpul”u İngiltərəyə əliboş yola salıblar.

UEFA Çempionlar Liqası 

1/4 final

8 aprel

“Barselona” (İspaniya) – “Atletiko Madrid” (İspaniya) 0:2
Qol: X. Alvarez, 45, A. Sörlot, 70

“PSJ” (Fransa) – “Liverpul” (İngiltərə) 2:0
Qol:  D. Due, 11, X. Kvaratsxelia, 65

Before yesterdayMain stream

Dövlət qurumları arasında şahmat turniri keçirildi

8 April 2026 at 23:42

Aprelin 8-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.

Futbolpress.az xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan tədbirdə 19 dövlət qurumundan 49 əməkdaş iştirak edib.

Qadınlar arasında Afaq Xudaverdiyeva (Mərkəzi Bank) birinci olub. Qəndab Əzizova (“Azərbaycan Dəmir Yolları” QSC) yarışı ikinci, Fizzə İsmayılova (Dövlət Gömrük Komitəsi) üçüncü pillədə başa vurub.

Kişilər arasında Sənan Quliyev (“Azərbaycan Dəmir Yolları” QSC) birinci, Murad Quliyev (Mərkəzi Bank) ikinci, Ədalət Umudov (Fövqəladə Hallar Nazirliyi) isə üçüncü yeri tutub.

Super Liqa: “Qalatasaray” qələbə qazandı

8 April 2026 at 23:37

Türkiyə Super Liqasında XXVII turun təxirə salınmış matçı keçirilib.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” səfərdə “Göztəpə” ilə qarşılaşıb.

Oyun İstanbul nəhənginin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda “Qalatasaray” 67 xalla turnir cədvəlində liderdir. 63 xala sahib “Fənərbaxça” və “Trabzonspor” isə ikinci və üçüncü pillələri bölüşür.

Stend atıcılığı üzrə Federasiya Kubokunun qalibləri bəlli oldu

8 April 2026 at 23:20

Stend atıcılığı üzrə Federasiya Kubokunun qalibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində səngər stendi (trap) və dairəvi stend (skeet) növləri üzrə təşkil olunan yarışda idmançılar öz dəqiqlik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışların mükafatçılarını təqdim edirik:

Dairəvi stend:

1. Fuad Qurbanov

2. Əli Mustafayev

3. Niyaz Ağazadə

Dairəvi stend (U21):

1. Məhəmməd Teyubov

2. İslam Əjdərli

3. Murad Allahverdiyev

Səngər stendi:

1. Mirmömin Ağazadə

2. Tamerlan Məmmədov

3. Mürtəza Novruzlu

Səngər stendi (U21):

1. Mürtəza Novruzlu

2. Nərmin Cəfərova

3. Osman Əliyev

Yarışların nəticələri qüvvədə olan yeni ISSF qaydalarına uyğun olaraq müəyyənləşdirilib.

Gimnastlarımız Avropa Çempionatında mərhələ adladı

8 April 2026 at 23:05

Portuqaliyada keçirilən gimnastika üzrə Avropa Çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən idmançılar mərhələ adlayıblar.

Batut gimnastikası üzrə milli komandamızın üzvləri Ammar Baxşalıyev, Ömər Qasımlı, Muhamməd Həsənli və Fərhad Mustafayev komanda hesabında final mərhələsinə yüksəliblər. İkili-mini batut üzrə isə Ammar Baxşalıyev və Fərhad Mustafayev yarımfinala vəsiqə qazanıblar.

Avropa Liqası: “Betis” “Braqa” ilə bərabərliyə razılaşdı

8 April 2026 at 22:49

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə İspaniya klubu “Betis” Portuqaliyada “Braqa”nın qonağı olub.

“Estadio Municipal de Braga”da baş tutan oyunda 1:1 hesablı “sülh” qeydə alınıb.

Meydan sahiblərinin heyətində 5-ci dəqiqədə Florian Qrilliç fərqlənib. Qonaq komandanın cavab qolunu isə 62-ci dəqiqədə Xuan Kamilo Ernandes 11 metrlik cərimə zərbəsindən vurub.

Raundun digər qarşılaşmaları 9 apreldə keçiriləcək.

“Marsel” loqosunu dəyişdi

8 April 2026 at 22:41

Fransa “Liqa 1” təmsilçisi “Olimpik Marsel” azarkeşlərini təəccübləndirən addım atıb.

Futbolpress.az xəbər verir ki, Marsel klubu 22 ildən sonra loqosunu dəyişmək qərarına gəlib.

​Yenilənmiş dizaynda klubun ənənəvi “O” və “M” hərflərinin iç-içə keçdiyi klassik forma qorunub saxlanılsa da, daha müasir və minimalist üsluba üstünlük verilib. Loqonun rəng tonları və xətt kəsimlərində edilən vizual toxunuşlar klubun yeni dövrə keçidini simvolizə edir.

Klubun ikonik şüarı olan “Droit au But” (Doğrudan hədəfə/qapıya) ifadəsi yeni loqoda da öz yerini qoruyub.

2004-cü ildən istifadə olunan loqonu əvəz edən bu yeni dizayn, klubun həm keçmişinə sadiqliyini, həm də gələcəyə baxışını əks etdirir.

“Barselona” Cənubi Koreyaya yollana bilər

8 April 2026 at 22:28

“Barselona” yayda yoldaşlıq oyunu keçirmək üçün Cənubi Koreyadan təklif alıb.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, katalonlar bu oyundan 9-10 milyon avro gəlir əldə edə bilər.

Lakin “Barselona” hazırda Asiya turu əvəzinə yay hazırlığını İngiltərədə keçirməyi planlaşdırır.

Komanda hazırda La Liqada 76 xalla liderdir və əzəli rəqibi “Real”ı 7 xal qabaqlayır.

“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazandı

8 April 2026 at 21:49

Bu gün Azərbaycan basketbolunda yeni tarix yazılıb.

Futbolpress.az xəbər verir ki, “Sabah”ın gənc basketbolçuları Bosniya və Herseqovinanın Laktasi şəhərində keçirilən Gənclər Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

“Sabah”ın U-18 komandası “B” qrupunun ikinci turunda Almaniyanın “Porşe BBA Lyudviqsburq” klubunu 72:61 hesabı ilə məğlub edib.

Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

Simeonedən Yamal üçün “kirli plan”

8 April 2026 at 21:41

Çempionlar Liqasının 1/4 finalında keçiriləcək “Barselona” – “Atletiko Madrid” matçı öncəsi Dieqo Simeonenin gizli strategiyası üzə çıxıb.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis Kataloniya klubunun gənc ulduzu Lamin Yamalı dayandırmaq üçün aqressiv üsullara əl atacaq.

​İspaniyanın “Sport” qəzetinin yaydığı məlumata görə, Simeone futbolçularına Yamala qarşı yalnız taktiki deyil, həm də ciddi fiziki və psixoloji təzyiq göstərməyi tapşırıb.

Simeonenin planının əsas məqsədi 18 yaşlı futbolçunu özündən çıxarmaq və ona sarı vərəqə aldırmaqdır. Hazırda limitdə olan Yamal sarı vərəqə görəcəyi təqdirdə, aprelin 14-də Madriddə keçiriləcək cavab qarşılaşmasında iştirak edə bilməyəcək. Bu səbəbdən “Atletiko” futbolçularına matçın ilk dəqiqələrindən rəqibə qarşı sərt müdaxilələr etmək və onu səhvə vadar etmək tapşırılıb.

​”Barselona”nın ən böyük silahlarından biri olan Yamal bu mövsüm keçirdiyi 41 rəsmi oyunda 21 qol və 16 asistlə yadda qalıb.

“Üzməyi Öyrənək” layihəsində çalışacaq məşqçilər üçün seminar başladı

8 April 2026 at 21:24

Mingəçevirdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə “Üzməyi Öyrənək” layihəsində çalışacaq məşqçilər üçün seminara start verilib.

Futbolpress.az xəbər verir ki, respublikanın müxtəlif bölgələrini təmsil edən 57 məşqçinin iştirakı ilə keçirilən seminarı üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi, isveçrəli mütəxəssis Luka Qabrilo aparır.

Təlim proqramını uğurla başa vuran məşqçilər layihə çərçivəsində məktəblilərə üzgüçülük dərsləri keçəcəklər.

Layihənin məqsədi uşaqlarda üzgüçülük bacarıqları, su təhlükəsizliyi vərdişləri və özünəinam formalaşdırmaqdır.

“Yuventus”da Spaletti dövrü uzanır

8 April 2026 at 20:51

​”Yuventus” rəhbərliyi komandada “yenidənqurma” layihəsinin memarı hesab olunan Luçano Spaletti ilə yola davam etmək qərarına gəlib.

Futbolpress.az xəbər verir ki, ötən ilin oktyabrında İqor Tudoru əvəzləyən 67 yaşlı mütəxəssis qısa müddətdə “qoca sinyora”ya sabitlik gətirməyi bacarıb.

Çempionlar Liqası zonasına daxil olmaq üçün mübarizə aparan Turin təmsilçisi təcrübəli məşqçini yeni müqavilə ilə mükafatlandırmağa hazırlaşır.

İtaliya mətbuatının yaydığı məlumata görə, tərəflər 2028-ci ilin iyununa qədər qüvvədə olacaq yeni müqavilə üzərində razılığa gəliblər. Spalettinin hazırkı müqaviləsi 2026-cı ildə başa çatsa da, yeni razılaşma həm müddət, həm də maliyyə baxımından daha üstündür.

Onun yeni maaşı bonuslar da daxil olmaqla illik təxminən 5-6 milyon avro təşkil edəcək. Müddət isə 2028-ci ilin yayına qədər olacaq.

Məqsəd aprelin 11-də səfərdə keçiriləcək “Atalanta” matçından öncə rəsmi imzaları atmaq və komandanın diqqətini tamamilə oyuna yönəltməkdir.

Ronaldonu sürpriz gözləyir

8 April 2026 at 20:39

Səudiyyə Ərəbistanı Pro Liqasının 28-ci turunda keçiriləcək “Əl-Əxdud” – “Əl-Nəsr” matçında maraqlı anlar yaşanacaq.

Futbolpress.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri rəqib komandanın kapitanı Kriştiano Ronaldo üçün xüsusi sürpriz hazırlayıblar.

​Səudiyyənin “Okaz” qəzetinin yaydığı məlumata görə, “Əl-Əxdud” azarkeşləri qarşıdakı şənbə günü keçiriləcək oyunun 7-ci dəqiqəsində ayağa qalxaraq portuqaliyalı ulduzun adını xorla səsləndirəcəklər.

Azarkeşlər bu addımla Ronaldonun Səudiyyə futboluna verdiyi böyük töhfələrə və ölkəyə nümayiş etdirdiyi sevgiyə görə ona təşəkkür etmək istəyirlər.

Kriştiano Ronaldo hazırda 23 qolla bombardirlər siyahısında 3-cü pillədə qərarlaşıb. O, liderlər – İvan Toni (“Əl-Əhli”) və Xulian Kinonisdən (“Əl-Qadisiya”) 3 qol geri qalır.

Noyer Madriddə rekord qırdı

8 April 2026 at 20:16

“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda maraqlı rekorda imza atıb.

Futbolpress.az xəbər verir ki, o, buna “Real”a qarşı səfər oyununda 9 qurtarış etməklə nail olub.

Noyer bununla “Santyaqo Bernabeu”da pley-off mərhələsində Madrid nəhənginə qarşı bir matçda ən çox qurtarış edən qapıçı olub. 

Komandalar arasında cavab oyunu aprelin 15-də “Münhen Arena”da keçiriləcək.

Qadın voleybolçular yarımfinal oyunlarına çıxıblar

8 April 2026 at 19:37

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində iki qarşılaşma baş tutub.

“Gəncə” “Turan”la üz-üzə gəlib. Qarşılaşma Tovuz təmsilçisinin 3:0 (25:22, 25:12, 25:13) hesablı qələbəsi ilə bitib.

“Milli Aviasiya Akademiyası” “DH Volley” komandalarının oyununda isə ikincilər 3:0 (25:22, 25:19, 25:19) hesabı ilə qalib gəlib.

Cütlər arasında ikinci görüşlər aprelin 11-i və 13-də baş tutacaq.

 

 

 

Maquayr İngiltərədə qalır

8 April 2026 at 19:31

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komandası ilə müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı futbolçu həftəlik 190 min funt sterlinq maaşının azaldılması ilə razılaşaraq klubda qalmağı seçib.

O, “qırmızı şeytanlar”la 1 illik yeni müqavilə imzalayıb, razılaşmada əlavə 12 ay uzatma bəndi də var.

Maquayra “Napoli” və “İnter Mayami” yüksək maaş təklif etsələr də, futbolçu karyerasını İngiltərədə davam etdirmək qərarı verib.

DÇ: Noyer qərarını verdi

8 April 2026 at 19:10

​Almaniya futbolunun əfsanəvi qapıçısı Manuel Noyer Dünya Çempionatı ilə bağlı son qərarını verib.

Futbolpress.az xəbər verir ki, təcrübəli qolkiper bu il keçiriləcək mundialda iştirak etməyəcək.

​Fabrizio Romanonun verdiyi məlumata görə, Noyer milli komandaya qayıtmaqla bağlı fikrini dəyişməyəcəyini rəsmən bildirib. O, artıq diqqətini tamamilə klub karyerasına yönəltdiyini vurğulayıb.

Alman futbolunun digər bir əfsanəsi Lotar Matteus da mövzuya toxunaraq, baş məşqçi Yulian Nagelsmannın bu qayıdışda maraqlı olmadığını qeyd edib:

​”Nagelsmann Noyerin qayıdışı üçün qapını açmayacaq. Elə buna görə də Manuelin milli karyerası ilə bağlı qərarı artıq ‘daş üzərində yazılıb’. Mən buna tam əminəm.”

​Beləliklə, Almaniya millisi 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirə əfsanəvi qapıçısı olmadan yollanacaq.

Cüdo millisinin heyətində dəyişiklik

8 April 2026 at 18:45

Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyətində dəyişiklik baş verib.

Futbolpress.az xəbər verir ki, 66 kq çəki dərəcəsində Ruslan Paşayevin zədə alması səbəbindən onun əvəzinə Turan Bayramov heyətə daxil edilib.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 16–19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

Gimnastlarımız Avropa Çempionatında finala vəsiqə qazandı

8 April 2026 at 18:34

Tamblinq üzrə Azərbaycan millisi Portuqaliyada keçirilən Avropa Çempionatında çıxışını davam etdirir.

Futbolpress.az xəbər verir ki, millimizin iki üzvü turnirin finalına yüksəlib.

Təmsilçilərimizdən Tofiq Əliyev (54.700 xal) və Mixail Malkin (54.800 xal) fərdi yarışlarda həlledici raunda vəsiqə əldə ediblər.

Həmçinin komanda hesabında da Azərbaycan final mərhələsində çıxış edəcək.

“Benfika”nın prezidenti Mourinyo ilə bağlı açıqlama verdi

8 April 2026 at 18:21

​”Benfika”nın baş məşqçisi Joze Mourinyonun gələcəyi ətrafında yaranan söz-söhbətlərə həm klub rəhbərliyi, həm də təcrübəli mütəxəssis özü aydınlıq gətirib.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, ​Mourinyonun meneceri Xorxe Mendeş portuqaliyalı məşqçinin “Benfika”dan ayrılması üçün fəal çalışır.

Lakin “Kasa Pia” ilə matçdan sonra Joze bu iddiaları kəskin təkzib edib:

​”Xorxe Mendeş mənim menecerimdir, amma qərarları mən verirəm. Mənim qərarım isə ‘Benfika’da qalmaqdır.”

​Klubun prezidenti Rui Koşta da Mourinyo ilə tam həmrəy olduqlarını bildirib:

“Jozenin hələ bir illik müqaviləsi var, bu, hazırda müzakirə mövzusu deyil. Onunla fəaliyyətimizdə tam uzlaşma var.”

​”Fənərbaxça”dan ayrıldıqdan sonra Portuqaliya nəhənginə keçən Mourinyonun 2027-ci ilə qədər müqaviləsi olsa da, maraqlı bir detal var. Müqaviləyə əsasən, 2025/26 mövsümünün sonundan etibarən 10 gün ərzində həm klubun, həm də məşqçinin müqaviləni təktərəfli ləğv etmək hüququ mövcuddur.

Azərbaycan Mursiyada 2 idmançı ilə təmsil olunacaq

8 April 2026 at 17:38

11-18 aprel tarixlərində İspaniyada yelkənli qayıq üzrə ILCA 4 (Beynəlxalq Laser Sinfi Assosiasiyası) Avropa çempionatı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Mursiya şəhərində təşkil olunacaq qitə birinciliyində Azərbaycan Su İdman Növləri Federasiyası (AWSF) ölkəmizi iki idmançı ilə təmsil edəcək.

Komandanın heyətində Nərgiz Məmmədova və Nəzrin Məmmədova yüksək nəticələr uğrunda mübarizə aparacaqlar. Məşqçi Mithat Can Yıldırım, komanda rəhbəri isə Burcu Algon Giorgiannidir.

Enrike: “Belə matçlarda favorit olmur”

8 April 2026 at 17:15

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında bu gün “Liverpul”a qarşı keçirəcəkləri 1/4 final oyunu ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçın favoritinin olmadığını deyib:

“Ümid edirik ki, topa daha çox nəzarət edən tərəf biz olarıq. Bunun nə qədər çətin olacağının fərqindəyik. “Liverpul”un çox yaxşı heyəti və baş məşqçisi var. İngiltərə klubları ilə oynamağa öyrəşmişik. Bu baxımdan oyun tempi ilə bağlı narahatlığımız yoxdur.

Belə matçlarda favorit olmur. Çempionlar Liqasında həlledici dönəmdir və hər komandanın şansı var”.

PSJ – “Liverpul” oyunu saat 23:00-da start götürəcək.

MS onun üçün danışıqlara başladı

8 April 2026 at 16:53

“Nottingem Forest”in futbolçusu Elliot Anderson mövsümün sonunda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Şəhərlilər” oyunçunun transferi üçün Premyer Liqa klubu ilə danışıqlara başlayıb.

Elliot bu mövsüm 31 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Mourinyo onları “sildi”

8 April 2026 at 16:30

“Benfika”nın baş məşqçisi Joze Mourinyo yayda heyətdə ciddi dəyişiklik etməyi planlaşdırır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

Portuqaliyalı mütəxəssis Rafa Silva, Enzo Barreneça, Georgi Sudakov və Dodi Lukebakionun satılmasını istəyir. O, adıçəkilən futbolçuların performansından məmnun deyil.

“Benfika” Portuqaliya çempionatında 28 turdan sonra 66 xalla 3-cü sıradadır.

Qolf Federasiyasında yığıncaq

8 April 2026 at 16:15

Aprelin 8-də “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

“Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin prezidenti Rauf Xəlilov çıxış edərək, bu idman növünün inkişafı üçün görülən işlərin əhəmiyyətini vurğulayıb. Daha sonra qurumun 2022-2025-ci illər ərzində gördüyü işlərə dair hesabat təqdim edilib.  Gündəlikdəki məsələlər təsdiq olunduqdan sonra İctimai Birliyin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiyada qəbul olunub.

Yığıncaqda federasiya rəhbərliyinə seçkilər də keçirilib. Səsvermənin nəticələrinə əsasən, Rauf Xəlilov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Zakir İbrahimov və Anar Əzimov vitse-prezident, Kamran Qasımov, Zaur İbrahimov və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər.

Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Afaq Zeynalova  komissiyanın sədri, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə üzvləri seçiliblər.

Avrokuboklara vəsiqənin birinci sahibi – “Sabah”

8 April 2026 at 15:58

“Sabah” Misli Premyer Liqasında sona 7 tur qalmış avrokuboklara vəsiqəni təmin edib.

Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın yetirmələri 65 xalla birinci sıradadır və 4-cü pillədəki “Zirə”ni 22 xal qabaqlayır.

“Sabah” riyazi olaraq ən pis halda, 3-cü ola bilər ki, bu da Konfrans Liqasına vəsiqə deməkdir.

Maquayrın fədakarlığı

8 April 2026 at 15:30

“Mançester Yunayted” futbolçusu Harri Maquayrın müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, ingiltərəli müdafiəçi komandada qalmaq üçün maaşının azaldılmasına razı olub. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Daha əvvəl həftəlik 190 min funt-sterlinq qazanan müdafiəçi yeni müqavilə üçün daha aşağı maaşa razılaşıb.

Maquayrla müddəti 2027-ci ilin yayına kimi olan sözləşmə imzalanıb.

“Şamaxı”lı: “Bu, bizə böyük motivasiya verir”

8 April 2026 at 15:21

“Şamaxı” Misli Premyer Liqasının XXVI turunda “Zirə” ilə heç-heçə edib – 1:1. Bölgə təmsilçisinin futbolçusu Oruc Məmmədov matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı. Yarımmüdafiəçi bərabərliyi belə şərh etdi:

“Çətin oyun olacağını bilirdik. “Zirə” yaxşı komandadır. Onlara qarşı 10 nəfərlə oynamaq əlavə çətinlik yaradır. Ancaq sona qədər mübarizə apardıq və bir xal qazandıq. “Zirə”nin təzyiqini gözləyirdik. Biz azlıqda qalandan sonra daha çox pressinq etməyə başladılar. Təmkinli olduq, səbirli davrandıq. Son dəqiqədə vurduğumuz qolla da istədiyimiz xalı qazandıq”.

“Şamaxı” 31 xalla 8-ci sırada qərarlaşıb. Komandanın liqada qalması dəqiqləşib. Oruc bundan sonra hədəflərinin yuxarı sıralara qalxmaq olduğunu bildirdi:

“Məqsəd liqada qalmaq idi, amma indi daha yuxarı pillələrə çıxa bilərik. Bu, bizə böyük motivasiya verir. Qarşıdakı oyunlarda da maksimumu edib, xallar qazanmağa çalışacağıq. Mövsümün sonunda harada olacağımızı görəcəyik”.

Şahin Cəfərov

Azərbaycan çempionatında yarımfinal günü

8 April 2026 at 14:49

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Gəncə” “Turan”la üz-üzə gələcək oyuna saat 16:00-da start veriləcək.

Digər görüşdə isə “Milli Aviasiya Akademiyası” “DH Volley” ilə qarşılaşacaq. Bu oyun isə 18:00-da başlayacaq.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Tərəflər arasında ikinci görüşlər aprelin 11 və 13-də baş tutacaq.

“Arsenal”ın futbolçusu ÇL-in tarixinə düşdü

8 April 2026 at 14:29

“Arsenal”ın futbolçusu Maks Douman Çempionlar Liqasının tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi turnirin 1/4 final mərhələsində meydana çıxan ən gənc futbolçu statusunu qazanıb.

Douman dünən “Sportinq”lə səfər görüşündə meydana çıxarkən 16 yaş 97 günlük idi.

Görüş “Arsenal”ın qələbəsiylə başa çatıb – 1:0. Cavab oyunu aprelin 15-də olacaq.

“Barselona” “Qalatasaray”ın hücumçusu ilə maraqlanır

8 April 2026 at 14:15

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” nigeriyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə “Football Espana” nəşri məlumat yayıb.

Kataloniya klubu yayda Osimhen üçün danışıqlara başlayacaq.

Forvard bu mövsüm Super Liqada 19 oyunda 12 qol vurub.

Luçesku üçün sükut

8 April 2026 at 13:56

Türkiyə çempionatlarında 8-13 aprel tarixləri arasında keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Sükut dünən vəfat edən rumıniyalı məşqçi Mirça Luçesku xatirəsinə həsr olunacaq.

Luçesku “Qalatasaray”, “Beşiktaş” klublarında və Türkiyə yığmasında məşqçi kimi çalışıb. O, son olaraq Rumıniya millisinə rəhbərlik edib. Mütəxəssis dünən, 80 yaşında vəfat edib.

“Qarabağ”da iclas

8 April 2026 at 13:52

“Qarabağ” Futbol Klubunun İdarə Heyətinin növbəti iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, iclasda klub prezidenti Tahir Gözel, vitse-prezident Fevzihan Aras, baş direktor və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Görüş zamanı cari mövsümün gedişatı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, əldə edilən nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələri ilə yanaşı, təşkilati və idarəetmə məsələləri üzrə də geniş fikir mübadiləsi aparılıb.

İclasda eyni zamanda növbəti mövsümün planlaşdırılması əsas müzakirə mövzularından biri olub. Komandanın heyətinin gücləndirilməsi, infrastruktur layihələri, akademiyanın inkişafı və beynəlxalq arenada daha uğurlu çıxış üçün strateji istiqamətlər nəzərdən keçirilib.

İdarə Heyəti qarşıdakı dövrdə klubun dayanıqlı inkişafının təmin olunması, azarkeş məmnuniyyətinin artırılması və “Qarabağ” Futbol Klubunun həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurlarının davamlılığının təmin olunmasını prioritet kimi müəyyən edib.

Felipe Santos: “Nəticə istədiyimiz kimi olmadı”

8 April 2026 at 13:26

“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Misli Premyer Liqasında XXVI turda “Sabah”a uduzduqları oyundan sonra paylaşım edib.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu 2:4 hesabıyla məğlub olduqları matçla bağlı sosial şəbəkə hesabında bunları yazıb:

“Bir qol daha vurduğum üçün xoşbəxtəm. Ancaq nəticə istədiyimiz kimi olmadı. Çalışmağa davam edəcəyik”.

Santos bu mövsüm 20 oyunda 6 qol vurub.

Ələkbərov Qazaxıstanda bürünc medal qazandı

8 April 2026 at 12:56

Azərbaycanın şose velosipedi üzrə U23 yığma komandasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən “Road Race 2026” yarışında iştirak edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ələkbərov 130 idmançının mübarizə apardığı yarışda 25 km-lik fərdi ötüşmə növündə bürünc medal qazanıb.

Arbeloa: “Cütün taleyi Münhendə həll olunacaq”

8 April 2026 at 12:26

“Real”ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya uduzduqları görüşü şərh edib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Hələ heç nə bitməyib. Minimal fərqlə uduzmuşuq. İstənilən meydanda qalib gəlmək gücündəyik. 0:2 geridə olsaq da, komandam təslim olmadı. Yaxşı reaksiya verdik, xarakter göstərdik, risklər etdik və oyunda qaldıq. Cütün taleyi Münhendə həll olunacaq”.

Komandalar arasındakı cavab görüşü aprelin 15-də olacaq.

Son 4 mövsümün ən böyük hesabı

8 April 2026 at 12:10

Misli Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” matçında mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.

Bu, təkcə cari mövsümün deyil, son 4 çempionatda qeydə alınan ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/22 mövsümünə təsadüf edib. 1452 gün, təxminən 4 il əvvəl – 2022-ci aprelin 15-də “Qarabağ” “Şamaxı”nı 8 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.

Riberidən sonra Olis

8 April 2026 at 11:50

“Bavariya” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real”ı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Maykl Olis bu görüşdə bir məhsuldar ötürmə ilə yadda qalıb. Bu, onun 25-ci assisti olub.

Olis XXI əsrdə fransalı futbolçular arasında bir mövsümdə bu qədər məhsuldar ötürmə edən ilk oyunçudur. Bundan əvvəlki rekordçu Frank Riberi idi.

Fransalı sabiq vinger 2011/12 mövsümündə 24 məhsuldar ötürmə etmişdi.

Felipe 131-ci oldu

8 April 2026 at 11:29

Felipe Santos Premyer Liqada 25-ci qolunu vurub.

Futbolpress.az xəbər verir ki, “Araz-Naxçıvan”ın braziliyalı legioneri Misli Premyer Liqasının XXVI turunun “Sabah”la ev oyununda (2:4) hesabı açıb.

O, 109-cu matçında “25”ə çatıb. Turnirdə 2021/22 mövsümündə debüt edən yarımmüdafiəçi üç klubda forma geyinib.

Santos “Şamaxı”da 6 (21 oyunda), “Qəbələ”də 3 (35 oyunda), “Araz-Naxçıvan”da 16 (53 oyunda) qola imza atıb. Felipe turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçudur. Cənubi amerikalı eyni sayda qola imza atan Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benouahi, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramova çatıb.

XXI əsrin ən məhsuldar seriyası

8 April 2026 at 11:20

Misli Premyer Liqasında məhsuldar turlar seriyası davam edir.

Futbolpress.az xəbər verir ki, XXVI turda 23 qol vurulub. Orta məhsuldarlıq 3,83-ə bərabərdir.

Bu göstərici ardıcıl 4-cü dəfə 3 və ya daha yüksək olub. XXIII turda 21 (3,50), XXIV turda 19 (3,17), XXV turda 18 (3,00) qol vurulub.

III dövrənin startından yaşanan bu məhsuldarlıq seriyası Azərbaycan çempionatlarının yüksək dəstəsində XXI əsrin rekordudur.

Daha uzun seriya 2000/01 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt II-VIII turlarda ardıcıl 7 dəfə orta məhsuldarlıq 3 və ya daha yüksək olub. Sonrakı illərdə isə belə seriyalar 3 turdan uzun sürməyib.

Azərbaycan futbolu tarixinə düşən kolumbiyalı

8 April 2026 at 11:15

Misli Premyer Liqasının XXVI turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı hücumçusu “Karvan-Yevlax”la qarşılaşmada (7:0) üç qola imza atıb.

Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov V tura “Araz-Naxçıvan” (5:0), “Qəbələ”nin legioneri Domi Massumo XVIII turda “İmişli” (3:2) ilə görüşdə belə uğura imza atıb.

Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.

Bu, Amerika qitəsindən olan futbolçuların 9-cu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə 2, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya 1 matçda 3 qola sevinib. Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomeşin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.

“Sabah” Almaniya klubu ilə üz-üzə

8 April 2026 at 10:51

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün ikinci matçına çıxacaq.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” B qrupunda Almaniyanın Porşe BBA Lyudviqsburq” kollektivi ilə üz-üzə gələcək. Görüşə saat 19:30-da start veriləcək.

“Sabah”ın komandası ilk matçda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub.

AL: 1/4 final başlayır

8 April 2026 at 10:35

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir oyun keçiriləcək. İspaniyanın “Betis” klubu səfərdə “Braqa” ilə üz-üzə gələcək. Matç saat 20:45-də start götürəcək.

Mərhələnin digər oyunları sabah keçiriləcək.

UEFA Avropa Liqası
1/4 final mərhələsi, ilk oyun

20:45 Betis – Braqa

4 oyunluq cəzalanan Şükürov: “Yəqin qocalıram, səbirsiz olmağa başlamışam”

8 April 2026 at 10:21

“Səbail”in baş məşqçisi Adil Şükürov I Liqanın XX turunda “Baku Sportinq”lə oyunda hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb.

Mütəxəssis “Futbolpress.az“a açıqlamasında qərarı şərh etdi:

“Nəsə olacağı gözlənilən idi. Fikrimi izah edim, oyun başlayandan bəzi qərarlar məni narahat edirdi. Bəzən texniki zonada gözümüzün qarşısında baş verənləri görüb susuruq. Ancaq bəzən hakimlərin etdiklərinə səssiz qalmaq olmur. Bizim də emosiyalarımız var. Yəqin qocalıram, səbirsiz olmağa başlamışam”.

Şükürov çempionatda hakim idarəçiliyinə toxundu:

“Hakimlər diqqətli olmalıdırlar. Onların qərarları birbaşa nəticələrə təsir edir. Ola bilər, kimsə gəncdir, təcrübəsizdir, nəyisə görmür. Amma şahidi olmuşuq ki, neçə klub hakim səhvlərinin qurbanı olub. Bəzən sponsorlar da futboldan geri çəkilir. Hakimlər üzərlərində daha çox çalışmalıdırlar ki, gələcəkdə də yaxşı xatırlansınlar”.

“Səbail” növbəti turda turnir cədvəlinin lideri “Şəfa” ilə qarşılaşacaq. Hazırda üçüncü sırada qərarlaşan “dənizçilər” bakılılardan 8 xal geri qalır. Şükürov “Baku Sportinq”lə oyunda yaşanan mübahisəli halların bu görüş üçün əlavə motivasiya ola biləcəyini qeyd etdi:

“Çalışacağıq ki, bu hakim səhvlərinə görə yaşanan ağır nəticələri aradan qaldıram. Kapitanımız Sadiq Quliyev də heç nədən sarı vərəqə almışdı və limitə düşüb. İnanıram ki, çətinliyin öhdəsindən gələ biləcəyik. Mübarizəmizi sona qədər davam etdirəcəyik. Hər kəs üzərinə düşəni maksimum yerinə yetirməlidir”.

Şahin Cəfərov

“Sabah” “Şəmkir”ə çatdı

8 April 2026 at 10:12

“Sabah” Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXVI turuna təsadüf edib. Bakı klubu “Araz-Naxçıvan”a 4:2 hesabı ilə qalib gəlib.

“Sabah” 120-ci səfərində “50”yə çatıb. Paytaxt təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında – 2018-ci il avqustun 12-də “Şamaxı” üzərində qazanıb – 1:0.

“Sabah” turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn 11-ci komanda kimi düşüb. Bakılılar bu göstəricidə “Şəmkir”ə çatıb.

Hansı oyun, hansı kanalda? – TV

8 April 2026 at 09:46

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Avropa Liqası
20:45 Sportinq – Betis (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Göztəpə – Qalatasaray (Futbol 3, beİN Sports 1)

Çempionlar Liqası
23:00 Barselona – Atletiko (CBC Sport)
23:00 PSJ – Liverpul (İctimai TV)

ÇL: “Liverpul” PSJ-yə, “Barselona” “Atletiko”ya qarşı

8 April 2026 at 09:32

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

​Futbolpress.az xəbər verir ki, ikinci gündə iki qarşılaşma keçiriləcək.

PSJ “Liverpul”u qəbul edəcək.

Digər matçda isə İspaniya təmsilçiləri “Barselona” və “Atletiko” üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar

8 aprel

23:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə)

23:00. “Barselona” (İspaniya) – “Atletiko” (İspaniya)

“Qarabağ”dan başqa…

8 April 2026 at 09:23

Misli Premyer Liqasında XXVI tur başa çatıb.

Futbolpress.az xəbər verir ki, görüşlərdən yalnız birində ev sahibləri qələbəyə sevinib.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qarabağ” autsayder “Karvan-Yevlax”ı doğma divarlar arasında darmadağın edib – 7:0.

Digər 5 görüşün 3-də qonaqlar qələbə qazanıb, 2 oyun isə bərabərliklə başa çatıb.

Bu turda “Neftçi” “Sumqayıt”, “Qəbələ” “Kəpəz”, “Sabah” isə “Araz-Naxçıvan” səfərində üç xal qazanan tərəf olub.

ÇL: “Bavariya” və “Arsenal” səfərdə qazandı

8 April 2026 at 01:02

UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Real” evdə “Bavariya”nı, “Sportinq” isə “Arsenal”ı qəbul edib.

İspanlar doğma meydanda almanlara məğlub olub. “Arsenal” isə Lissabonda “Sportinq”ə qalib gəlib.

UEFA Çempionlar Liqası 

1/4 final

8 aprel

“Real” (İspaniya) – “Bavariya” (Almaniya) 1:2
Qol: K. Mbappe, 74 – L. Diaz, 41, H. Kane, 46

“Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə) 0:1
Qol:  K. Havertz, 90+1

“Araz-Naxçıvan”ın məşqçisi: ” Ən azından 1 xal istəyirdik”

7 April 2026 at 23:06

Misli Premyer Liqasının XXVI turunun “Araz-Naxçıvan” – “Sabah” oyunundan (2:4) sonra meydan sahiblərinin məşqçisi Vadar Nuriyev fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, nəticəni belə şərh edib:

– Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi də yaxşı analiz etmişdik, yaxşı da başladıq. Adi səhvdən, anlaşılmazlıqdan qol buraxdıq. İkinci qol da səhvdən sonra oldu. İkinci qol zamanı qayda pozuntusu var idi, amma baş hakim VAR-a müraciət etmədi. “Sabah” elə komandadır ki, əks-hücum şansı verdinsə, səni bağışlamaycaq. Ən azından 1 xal istəyirdik, lakin alınmadı. “Sabah”ı təbrik edirik, öz yolumuza davam edəcəyik.

– Hakimin rəqibə simpatiyası hiss olunurdu? Nəticəyə təsir edən səhvləri oldu?

– Əlbəttə. Nuno Rodriqesi vurmuşdular, baxmadılar. Baş hakim “Sabah”ın 3-cü qolu zamanı VAR-a baxmadı. Belə olmur, əgər qərar verirsənsə, baxmalısan. O isə heç VAR-a yaxın da getmədi. Bu qərarlar da bizim oyunumuza təsir etdi.

Adil Nəhmətli

Luçesku dünyasını dəyişdi

7 April 2026 at 22:43

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku 80 yaşında vəfat edib.

Futbolpress.az xəbər verir ki, o, ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, Luçesku martın 29-da təcili xəstəxanaya yerləşdirilmişdi. Aprelin 2-də isə o, Rumıniya millisinin baş məşqçi postundan uzaqlaşmışdı.

O, məşqçilik kariyerası boyu İtaliyanın “İnter”, “Piza”, “Breşiya”, Türkiyənin “Qalatasaray”, “Beşiktaş”, Ukraynanın “Dinamo” (Kiyev) və “Şaxtyor” (Donetsk) komandalarına rəhbərlik edib. O, 2024-cü ildən Rumıniya yığmasını çalışdırırdı.

Valdas Dambrauskas: “Hədəfim komandanı Avropaya aparmaq idi”

7 April 2026 at 22:37

Misli Premyer Liqasının XXVI turunun “Araz-Naxçıvan” – “Sabah” oyunundan (2:4) sonra qonaqların baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, nəticəni belə şərh edib:

– “Sabah” ailəsini böyük qələbə münasibətilə təbrik edirəm. Həqiqətən də, bu gün vacib qələbə qazandıq. Oyuna yaxşı başlamadıq. Arxa xəttən hücuma çıxarkən səhvlərə yol verdik. Rəqib bu səhvlərdən yararlandı. Məmnunam ki, onlara cavab verməyi yaxşı bacardıq. Layiqli qələbə qazandıq, görüşün taleyini daha tez həll edə bilərdik. 3 gün sonra yeni oyunumuz var, artıq bu günü unudub, həmin matça köklənməliyik.

– Həqiqətən də, çox yaxşı bir komanda formalaşdırmısınız. Baxımlı oyun göstərirsiniz. Bütün mövsümü eyni tempdə davam etmək çox çətindir, bunu sona qədər qoruya bilməməklə bağlı qorxunuz varmı? 

– Bu məni narahat etmir. Məni sadəcə növbəti oyun düşündürür və narahat edir. Yaxşı şəkildə bərpa olmalıyıq. 8-9 aydır ideyalarımızı tətbiq edirik, nəticələri bu sayədə qazanırıq.

– “Sabah”ı ilk mövsümünüzdə avrokuboklara çıxara bildiniz. Bununla bağlı təbrik almısınız, yoxsa əsas təbriki mövsümün sonunda gözləyirsiniz? 

– Mən bura gələndə hədəfim komandanı Avropaya aparmaq idi. Yenə də bu uğur barədə düşünmürük, sadəcə qarşıdan gələn oyunu fikirləşirik.

Lepinitsanın hazırki vəziyyəti nə yerdədir? Ona gələn təkliflər barədə fikirləriniz maraqlıdır. 

– İkinci sualla başlayacam. Oyunçu ilə bu barədə danışmaq mənim vəzifəm deyil. Bizim üçün önəmli odur ki, futbolçularımız qarşıdakı oyunlara köklənsinlər. Gələcək barəsində danışmaq üçün çox tezdir. Lepinyiçanın vəziyyəti barəsində onu deyə bilərəm ki, kiçik zədəsi var, gözləyirik ki, bərpa prosesindən keçsin və qarşıdakı oyuna hazır olsun. O, komandamız üçün vacib oyunçudur. Bu gün heyətimizin genişliyi də bizə kömək etdi və bunun sayəsində oyundakı dominantlıq bizim tərəfimizdə oldu.

– “Levski” ilə oyundan bu yana götürsək, “Sabah”ın nə qədər inkişaf etdiyini düşünürsünüz? 

– Mən bunu faizlə hesablaya bilmərəm, məktəbdə riyaziyyatım o qədər də güclü deyildi. “Levski”dən bu yana 30-dan çox oyuna çıxmışıq. Əlbəttə ki, inkişaf var, daha da yaxşı oynayırıq. Yeni oyunçular qoşulub, bütün fazalarda inkişaf var. Bu məsələ də var ki, əgər biz bir oyun pis oynasaq, siz məndən soruşacaqsınız ki, bəs inkişaf hardadır? Önümüzdəki yaya 2 ayımız qalıb. Daha da inkişaf etməliyik. Siz fəlsəfi sual verdiniz, mən də sizə fəlsəfi cavab verdim.

– Hamidu Keyta nədənsə narazı görünürdü, onunla nə danışdınız? 

– Onunla ləğv edilən dördüncü qolumuzu müzakirə etdik. Orda toxunuşun olub – olmaması, ümumi situasiya barədə danışdıq. Xüsusi bir şey yox idi.

Adil Nəhmətli

“Arsenal”ın sabiq futbolçusu karyerasını bitirdi

7 April 2026 at 22:20

Uels millisinin və İngiltərənin “Arsenal” klubunun sabiq yarımmüdafiəçisi Aaron Remzi futbolçu karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

Son klubu Meksikada “Pumas” olan Remzi daha əvvəl “Arsenal”, “Nitsa”, “Yuventus” kimi klublarda forma geyinib.

Remzi Uels yığmasında 86 oyunda 21 qol vurub.

Çimərlik futbolu millimiz yenə qalib gəldi

7 April 2026 at 21:50

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova yığması ilə qarşılaşıb.

Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə 1 qol vurublar.

Komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda millimiz 8:5 hesablı qələbə qazanıb.

AFFA-da Region Liqası klubları üçün xüsusi dövr iclası keçirildi

7 April 2026 at 21:46

Bu gün AFFA-nın Lisenziya və Qeydiyyat Departamenti tərəfindən “RL-II L” lisenziya növünə müraciət edən və AFFA Region Liqasının 1/4 final mərhələsinə yüksələn klublar üçün 2026/2027-ci illər mövsümünün lisenziyalaşdırma prosesi üzrə xüsusi dövr iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, AFFA Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunan tədbirdə baş katibin müavini Elçin Məmmədov, Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli çıxış edərək klublara lisenziyalaşdırma mövsümündə uğurlar arzulayıblar.

İclas zamanı iştirakçı klublara lisenziyalaşdırma qaydaları, qeydiyyat prosesləri, tələb olunan sənədlər, eləcə də klublar tərəfindən atılacaq növbəti addımlar haqqında ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb və praktiki izahlar təqdim olunub.

“Sabah” Çempionlar Liqasına məğlubiyyətlə başladı

7 April 2026 at 21:29

“Sabah” basketbol klubunun U-18 komandası gənclər arasında Çempionlar Liqasında mübarizəyə başlayıb.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz B qrupundakı ilk görüşündə Bosniya və Herseqovinanın “İqokea” komandası ilə üz-üzə qarşılaşıb.

Oyun rəqibin 88:58 hesablı qələbəsi ilə bitib.

“Sabah” qrupdakı növbəti oyununu Almaniyanın “Porşe BBA Lyudviqsburq” klubuna qarşı keçirəcək.

 

Azərbaycan Basketbol Liqasında pley-offun bütün cütləri bəlli oldu

7 April 2026 at 20:55

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn sonuncu komanda da bəlli olub.

Futbolpress.az xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində “Sumqayıt” NTD-ni qəbul edib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma NTD-nin 95:88 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında ilk görüşdə də NTD rəqibini 121:107 hesabı ilə məğlub etmişdi.

Xatırladaq ki, daha əvvəl “Naxçıvan”, “Şəki” və “Gəncə” kollektivləri də Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

Pley-off raundunda “Sabah” – “Naxçıvan”, “Abşeron Lions” – “Şəki”, “Neftçi” – NTD və “Ordu” – “Gəncə” matçları keçiriləcək.

Luçeskunun səhhəti ilə bağlı yenilik var

7 April 2026 at 20:48

İnfarkt keçirən rumıniyalı mütəxəssis Mirça Luçeskunun əməliyyatı baş tutmayacaq.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Luçeskunun fiziki vəziyyətidir.

Hərtərəfli müayinə zamanı ağciyərlərə təsir edən insult və qan dövranı problemləri də aşkar edilib. Onun bədəni belə mürəkkəb prosedura tab gətirmək üçün çox zəifdir.

Xatırladaq ki, mütəxəssis Rumıniya milli komandasının məşqi zamanı vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

PFL-dən nümunəvi addım

7 April 2026 at 20:29

7 aprel — Dünya Səhiyyə Günü münasibətilə Misli Premyer Liqasının XXVI turunun “Liv Bona Dea Arena”da baş tutan “Araz Naxçıvan” – “Sabah” oyunundan əvvəl sosial təşəbbüs həyata keçirilib.

Futbolpress.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində reallaşan tədbir münasibətilə komandaların futbolçuları meydana daun sindromlu uşaqlarla birlikdə çıxıblar.

Aksiyanın əsas məqsədi inklüziv cəmiyyətin təşviqi, hər bir fərdin cəmiyyət üçün özünəməxsus yerə sahib olması, eyni zamanda futbolun hər kəs üçün əlçatanlığının nümayiş etdirilməsi olub.

Beləliklə, futbolun sadəcə oyundan ibarət olmadığı, həm də mühüm sosial dəyərləri aşılamaq üçün güclü bir platforma rolunu oynadığı bir daha diqqətə çatdırılıb.

“Ordu” “Neftçi”yə qalib gəldi

7 April 2026 at 20:12

Bu gün kişi voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

Futbolpress.az yazır ki, günün ikinci oyununda “Ordu” “Neftçi” ilə qarşılaşıb.

Görüş “Ordu”nun 3:0 (25:12, 25:14, 25:16) hesablı qələbəsi ilə bitib.

Bundan əvvəl “Xilasedici” “Murov Az Terminal”ı 3:0 hesabı ilə məğlub etmişdi.

Komandalar arasında ikinci matçlar isə aprelin 14-də baş tutacaq.

 

Vüqar Məmməd: “4-5 top fərqlə qalib gəlməli idik”

7 April 2026 at 19:58

Misli Premyer Liqasının XXVI turunun “Zirə” – “Şamaxı” oyunundan (1:1) sonra meydan sahiblərinin məşqçisi Vüqar Məmməd fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, nəticəni belə şərh edib:

– Çoxsaylı qol epizodlarını boşa verdik, demək olar ki, oyun 90 dəqiqə üstünlüyümüz şəraitində keçdi. Qırmızı vərəqədən əvvəl də, sonra da bu belə idi. 4-5 top fərqi ilə qələbə qazanmalı olduğumuz oyunda bərabərliklə kifayətləndik. Təəssüf ki, sonda 2 xal itirdik. Futbolçularımız qələbəni çox istəyirdi, kifayət qədər cəhd etdilər.

– “Neftçi” ilə xal fərqiniz 3-ə düşdü. Bu haqda fikriniz necədir?

– Biz oyundan-oyuna hazırlaşırıq, hər matça maksimum köklənirik. Yuxarı pillələrdə yer tutmaq istəyirik. Futboldur, hər şey ola bilər.

– Penaltini Ruan Renato vurdu. Bəs Qismət Alıyev deyildi əsas penalti vuran?

– Qismət və Ruan vurur. Son vaxtlarda Ruan vururdu. Yenə də o yaxınlaşdı. Penalti lotereyadır. Əlimizə düşən epizodları vura bilmədik. Demək olar ki, bizim günümüz deyildi.

Adil Nəhmətli

Ayxan Abbasov: “Rəqibi 1 xal münasibətilə təbrik edirəm”

7 April 2026 at 19:36

Misli Premyer Liqasının XXVI turunun “Zirə” – “Şamaxı” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis nəticəni belə şərh edib:

“Maraqlı və gərgin oyun oldu. İlk hissədə taktiki döyüş izlədik. Rəqibin ikinci hissədə fərqli oynayacağını bilirdik, amma ilk dəqiqələrdən qırmızı vərəqə almağımız işimizi çətinə saldı. 11 metrlik cərimə zərbəsi də əlavə zərbə oldu. Əsas olan odur ki, qol buraxdıqdan sonra belə, komandamız dağılmadı, şansımızı sona qədər saxladıq. 10 nəfərlə “Zirə” kimi komandadan səfərdə 1 xal almaq bizim üçün uğurdur. Məncə, “Şamaxı” bu mövsüm boyundan yuxarı atlandı, futbolçuların oyunu, çempionata yanaşması məni qane edir. Rəqibi 1 xal münasibətilə təbrik edirəm. Gələcək oyunlarda uğurlar arzu edirəm.”

Adil Nəhmətli

“Mançester Yunayted” transfer hazırlıqlarına başladı

7 April 2026 at 19:02

​”Mançester Yunayted” yay transfer pəncərəsi üçün planlarını işə salıb.”Qırmızı şeytanlar” heyəti gəncləşdirmək və orta xətti tamamilə yeniləmək niyyətindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

​Məlumata görə, klub rəhbərliyi yayda orta xəttə iki yeni oyunçu transfer etməyə hazırlaşır. Bu qərar komandadan bəzi əsas simaların ayrılacağı mənasına gəlir.

​Kazemirodan sonra Manuel Uqarte də “Old Trafford”la vidalaşa bilər. Artıq son həftələrdə uruqvaylı yarımmüdafiəçinin gələcəyi ilə bağlı ilkin danışıqlar aparılıb. Yanvar ayında böyük ümidlərlə heyətə qatılan Uqarteyə Avropanın bir neçə klubunun maraq göstərdiyi və iyun ayında onun üçün qapıların açılacağı vurğulanır.

Komandada yeganə əsas fiqur isə Kobbi Meynu olacaq. “Mançester Yunayted” gənc ulduzla yeni və uzunmüddətli müqavilə imzalayaraq onu layihənin mərkəzində saxlamağı planlaşdırır.

 

“Baku Open” turnirində iştirak edəcək ölkələr bəlli oldu

7 April 2026 at 18:52

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Baku Open” beynəlxalq şahmat festivalında çıxış edəcək ölkələr bilinib.

Futbolpress.az xəbər verir ki, turnir üçün 12 ölkə iştirakını təsdiqləyib.

Festivalda Azərbaycan, Əfqanıstan, Çin, İngiltərə, Hindistan, İran, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan və FIDE bayrağı altında 150 şahmatçı mübarizə aparacaq.

Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçiriləcək. Ümumi mükafat fondu 50 000 ABŞ dolları təşkil edir.

Bakı Kristal Zalında gerçəkləşəcək turnirin açılış mərasimi aprelin 28-də olacaq. Festival mayın 6-da bitəcək.

Boksçularımızdan beynəlxalq turnirdə uğurlu çıxış

7 April 2026 at 18:34

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, 6 gün davam edən yarışda 10 ölkənin 126 idmançısı qüvvəsini sınayıb.

Boks Mərkəzində təşkil olunan turnir Azərbaycan millisi üçün uğurlu alınıb. Bu gün baş tutan final mərhələsinin ilk görüşündə Sübhan Mamedov (50 kq) komanda yoldaşı Bilalhəbaşi Nəzərovla döyüşüb. Döyüş dünya çempionunun 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca da həlledici mərhələdə Azərbaycan duelləri olub. Amin Məmmədzadə (55 kq) Zəlimxan Süleymanova qalib gələrək qızıl medala yiyələnib. Tayfur Əliyev (60 kq) – Məhəmmədəli Aşırəliyev və Malik Həsənov (65 kq) – Zaur Qəhrəmanov qarşılaşmaları birincilərin aktivinə yazılıb.

90 kq-da Surət Qarayev Coşua Heskeni məğlub edib – 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28). Məhəmməd Abdullayev (+90 kq) də komanda yoldaşlarının uğurunu davam etdirib. O, Aleksandr Şauya (Avstraliya) 3:2 (29:28, 29:28, 27:30, 30:27, 27:30) hesabı ilə qalib gələrək çəkisinin ən güclüsü olub.

Digər boksçularımızdan Seyid Seyidov (80 kq) gümüş, Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov, Rasim Çobanlı (hər ikisi 75 kq), Həsən Osmanlı (80 kq), Murad Allahverdiyev (85 kq), Səbuhi Əlizadə (+90 kq), Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) bürünc medal qazanıblar.

Millimiz 21 – 6 qızıl, 5 gümüş və 10 bürünc medalla komanda hesabında birinci yeri tutub və Böyük İpək Yolu kubokuna yiyələnib. İkinci yerdə Qazaxıstan (3-5-7) qərarlaşıb, “üçlüy”ü Türkiyə (3-0-3) qapayıb.

Turnirdə ən yaxşı boksçu Bakberqen Aliaskarov (Qazaxıstan) seçilib. Raşid Benaiça (Əlcəzair) ən yaxşı hakim adına layiq görülüb.

 

 

“Araz-Naxçıvan” – “Sabah”: Heyətlər

7 April 2026 at 18:22

“Araz-Naxçıvan” Misli Premyer Liqasının XXVI turunda bu gün “Sabah”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 4. Rahil Məmmədov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala

Ehtiyat oyunçular:12. Kristian Avram 34. Urfan Abbasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 86. İbrahim Piriyev 16. Ramon Maçado 70. Şarl Boli 19. Bar Kohen

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 11. Kahim Parris 7. Umarali Raxmonaliyev

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 70. Cesse Sekidika 13. İvan Lepiniça 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 19. Aron Maluda

Xorxe Kaskilya: “Qələbə qazanmağa layiq idik”

7 April 2026 at 18:15

Misli Premyer Liqasının XXVI turunun “İmişli” – “Turan Tovuz” oyunundan (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Xorxe Kaskilya fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, nəticəni belə şərh edib:

“Oyunçularımı təbrik etmək istəyirəm. Komanda doyüşkən oyun üslubuna qayıdıb. Bu tempdə davam etsək, istənilən rəqibə çətinlik yarada bilərik. İlk qolu vurana qədər oyun bizim üçün çətin keçirdi. Bütün görüş boyu taktiki cəhətdən yaxşı çıxış etdik. Müdafiədəki səhvlərimiz və Morqanın zədələnməsi səbəbilə qapımızda qol gördük. İkinci hissəyə daha rahat başladıq. 2:1 hesab ilə qalib gəlməli idik, buna layiq idik. Bu bir xal da bizim üçün çox vacibdir. İndi bütün diqqətimiz “Qəbələ” ilə oyuna yönəlib”.

“Xilasedici” inamlı qələbə qazandı

7 April 2026 at 18:02

Bu gün kişi voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

Futbolpress.az yazır ki, ilk oyunda “Murov Az Terminal” “Xilasedici” ilə üz-üzə gəlib.

FHN-nin idman zalında keçirilən görüş “Xilasedici”nin 0:3 (20:25, 18:25, 18:25) hesablıq qələbəsi ilə bitib.

Tovuz şəhər stadionu təftiş edildi

7 April 2026 at 17:47

Peşəkar Futbol Liqası tərəfindən Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə PFL açıqlama yayıb.

Keçirilmiş test oyununun nəticələrinə əsasən “Turan Tovuz” klubunun ev oyunlarının 12 apreldə nəzərdə tutulmuş “Sumqayıt”a qarşı matçdan etibarən Tovuz şəhər stadionunda keçirilməsinə qərar verilib.

Kurban Berdiyev: “Çox vacib xallar itirdik”

7 April 2026 at 17:21

Misli Premyer Liqasının XXVI turunun “İmişli” – “Turan Tovuz” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdiyev fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis nəticəni belə şərh edib:

“İlk hissədə çox pis oynadıq. Hissənin axırlarına yaxın demək olar ki, heç nədən qol buraxdıq. İkinci hissədə bir qədər aktivliyimizi artırdıq, amma ikinci qolu vurmaq üçün bəzi şeylər kifayət etmədi. Təəssüf ki, çox vacib xallar itirdik”.

Adil Nəhmətli

 

“Atalanta”nın futbolçusu ispanların hədəfində

7 April 2026 at 17:15

“Atalanta”nın futbolçusu Ederson karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Atletiko” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Madrid klubu Ederson üçün 35 milyon avro təklif etməyə hazırlaşır.

“Atalanta” oyunçusunu azı 50 milyon avroya satmaq niyyətindədir.

Ederson bu mövsüm 34 oyunda 2 qol vurub.

“Gəncə” pley-offa vəsiqə qazandı

7 April 2026 at 16:40

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn daha bir komanda bəlli olub.

Futbolpress.az xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində “Lənkəran” “Gəncə”ni qəbul edib.

Oyun Qərb təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında ilk oyunda da “Gəncə” rəqibini 91:55 hesabı ilə üstələmişdi.

Xatırladaq ki, daha əvvəl “Naxçıvan” və “Şəki” komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

“Ayın qolu” layihəsinin qalibləri bilindi

7 April 2026 at 16:37

Azərbaycan çempionatlarında “Ayın qolu” layihəsində mart ayının qalibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında Eren Aydın, I Liqada Tərlan Quliyev və II Liqada Emil Quluzadə birinci olub.

“Zirə” – “Şamaxı”: heyətlər

7 April 2026 at 16:21

“Zirə” Misli Premyer Liqasının XXVI turunda bu gün “Şamaxı”nı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 17:15-də start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Zirə”: 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 4. Ruan Renato (k) 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 32. Qismət Alıyev 21. Hacıağa Hacılı 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 22. Eren Aydın
Məşqçi: Vüqar Məmməd

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 88. Rodriqo Fernandeş 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 3. Vladislav Veremeyev 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

Taekvondo üzrə Dünya Birinciliyi keçiriləcək

7 April 2026 at 16:20

Aprelin 12–17-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində taekvondo üzrə gənclər arasında dünya birinciliyi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, yarışda ölkəmizi 15 taekvondoçu (10 oğlan və 5 qız) təmsil edəcək.

Turnirdə Rasim Xəlilov (45 kq), İlyas Hətəmli (48 kq), Novruz Əliyev (51 kq), Elmir Səlimov (55 kq), Məhəmməd Həsənov (59 kq), Çingiz Həsənov (63 kq), Həsən Əlizadə (68 kq), Adil Kazımlı (73 kq), İsrafil Nəcəfov (78 kq), Allahverdi Məmmədov (+78 kq), Ləman Manafova (42 kq), Nilufər Borci (49 kq), Gülay Əliyeva (52 kq), Fatimə Həsənova (55 kq) və Türkan Yuniszadə (59 kq) mübarizə aparacaqlar.

Dünya birinciliyi aprelin 12–17-də keçiriləcək.

Bölgədə yeni cüdo zalı

7 April 2026 at 15:44

Daşkəsəndə yeni cüdo zalı fəaliyyətə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin nümayəndəsi Cavad Cavadov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyası tərəfindən zal müasir standartlara uyğun tatami və məşq prosesi üçün zəruri olan digər avadanlıqlarla təchiz edilib. Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün şərait yaradılıb.
Qeyd edək ki, 2022–2026-cı illər ərzində Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Zaqatalanın Mosul kəndi, Qəbələnin Vəndam qəsəbəsi və Qaradağ rayonunun Sahil qəsəbəsində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 198 idman zalına ümumilikdə 14180 tatami paylanılıb.

ASA “Study in Azerbaijan” beynəlxalq sərgisində

7 April 2026 at 15:16

Qazaxıstanın Almatı şəhərində Azərbaycanın ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisi keçirilir.

Futbolpress.az xəbər verir ki, sərgidə təmsil olunan 25-ə yaxın aparıcı ali təhsil müəssisələri içərisində Azərbaycan İdman Akademiyasının (ASA) stendi də yer alır. Akademiyanı Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin Beynəlxalq reytinqlər üzrə koordinatoru Nərgiz Vəliyeva və şöbənin baş mütəxəssisi Qalibə Hüseynova təmsil edirlər.

Sərgiyə gələn abituriyent və tələbələr ASA-nın ali təhsil proqramları, akademik imkanları və elmi nailiyyətləri haqqında məlumat əldə edir, həmçinin onların ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı sualları cavablandırılır.

Qeyd edək ki, sözügedən sərgi 7-8 aprel tarixlərində Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək.

Mauqayrla bağlı qərar açıqlandı

7 April 2026 at 14:30

“Mançester Yunayted” futbolçusu Harri Maquayrın müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı müdafiəçinin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.

Maquayr 2019-cu ildən “Mançester Yunayted”in formasını geyinir.

Millidə Hagi dönəmi

7 April 2026 at 14:04

Rumıniya millisinin baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, yığmanın “sükanı” George Hagiyə tapşırılıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Hagi bu postda Mirça Luçeskunu əvəzləyib.

Qubada heyətlər məlum oldu

7 April 2026 at 13:59

“Turan Tovuz” Misli Premyer Liqasının XXVI turunda bu gün “İmişli”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, Quba OİK stadionunda, saat 15:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 44. Həzrət İsayev 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 79. Dioqo Kardozu 17. Ezekiel Morqan
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 6. Yau Mozes
Baş məşqçi: Jorj Kaşkilya

“Turan Tovuz”: 1. Oleq Baklov 88. Faiq Hacıyev (k) 6. Fərid Yusifli 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman  32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 9. Coş Cinnelli 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 99. İbrahima Vadji 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

 

“Liverpul” onu komandada saxlamaq istəyir

7 April 2026 at 13:29

“Liverpul” futbolçusu İbrahim Konate ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. “Qırmızılar” bir müddətdir oyunçu ilə danışıq aparır.

Konate “Liverpul”da qalmağa müsbət yanaşır. O, daha bir neçə il klubun formasını geyinmək niyyətindədir.

26 yaşlı futbolçu 2021-ci ilin yayından Mersisayd təmsilçisində çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatır.

Spalettinin yubileyi

7 April 2026 at 13:00

İtaliyalı mütəxəssis Luçano Spaletti A Seriyasında 300-cü qələbəsinə çatıb.

Futbolpress.az xəbər verir ki, “Yuventus”u çalışdıran məşqçinin yubileyi “Cenoa” ilə oyuna təsadüf edib. “Qoca sinyora” rəqibini 2:0 hesabıyla məğlub edib.

Spaletti A Seriyasında ən çox qələbə qazanan dördüncü məşqçidir.

Birinci sırada Covanni Trapattoni yer alıb – 352 qələbə.

AFFA iki kluba texniki məğlubiyyət verdi

7 April 2026 at 12:36

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda U-14 Qızlar Liqasında mübarizə aparan iki kluba texniki məğlubiyyət verilməsi ilə bağlı qərar qəbul edilib:

05.04.2026-cı il tarixində AFFA U-14 Qızlar Liqası çərçivəsində keçirməli olan “Sumqayıt FK-Pirallahı FK” oyunu Pirallahı komandasının oyunçu  sayının yetərli olmaması səbəbindən baş tutmayıb. Buna əsasən, Pirallahı komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

04.04.2026-cı il tarixində AFFA U-14 Qızlar Liqasının “Kür” Samux – “Mingəçevir” oyunu, “Kür” Samux komandası oyuna təyin olunmuş vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna əsasən, “Kür Samux” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

“Sabah”ın hücumçusu daha bir oyunu buraxacaq

7 April 2026 at 12:21

“Sabah” Misli Premyer Liqasının XXVI turunda bu gün “Araz-Naxçıvan”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” oyuna bir itki ilə çıxacaq. Hücumçu Pavol Şafranko zədəsini hələ tam sağaltmadığı üçün matçda iştirak etməyəcək. Komandada cəzalı yoxdur.

“Araz-Naxçıvan” – “Sabah” oyununa saat 19:30-da start veriləcək.

“Sabah”  25 turdan sonra 62 xalla liderdir. “Araz-Naxçıvan” isə 39 xalla 6-cı sırada qərarlaşıb.

“Kəpəz”, “Sabah” və “Araz-Naxçıvan” cəzalandı

7 April 2026 at 12:07

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Sabah-2” – “Zirə-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).

AFFA “Səbail” və “Mingəçevir”i yüksək məbləğdə cərimələdi

7 April 2026 at 11:55

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

2 aprel 2026-cı il tarixində I Liqada XX turun “Səbail” – “Baku Sportinq” oyununun 65-ci dəqiqəsində “Səbail” komandasının baş məşqçisi Adil Şükürov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Səbail” komandası 3000 manat cərimə edilsin (maddə 52.4);

2 aprel 2026-cı il tarixində I Liqada XX turun “Səbail” – “Baku Sportinq” oyununda “Səbail” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Səbail” komandası 1500 manat cərimə edilsin (maddə 52.5);

3 aprel 2026-cı il tarixində I Liqada XX turun “Mingəçevir” – “Şəfa” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” komandası 1500 manat cərimə edilsin (maddə 86.3);

3 aprel 2026-cı il tarixində I Liqada XX turun “Mingəçevir” – “Şəfa” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

Millinin məşqçisi: “Görəcəyimiz işlər çoxdur”

7 April 2026 at 11:27

Aprel ayında 4 yoldaşlıq oyunu keçirəcək futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

Futbolpress.az xəbər verir ki, komanda dünən də günü 2 məşqlə yekunlaşdırıb. Bu gün axşam saatlarında zala çıxacaq futzalçılarımız sabah – aprelin 8-də Bakı-Tbilisi reysi ilə Gürcüstana yola düşəcək.

Bakıdakı hazırlıqla bağlı baş məşqçi Yevgeni Kukseviç “azfutzal.az”a açıqlama verib:

“Bu cür toplanışları nə qədər çox keçirsək futzalçılarımızın xeyrinə olacaq. Gələcək üçün addımlar atırıq. Hazırda komanda inkişaf prosesindədir. Çalışırıq ki, düşündüklərimizi və etmək istədiklərimizi məşq prosesində tətbiq edək. Üç gün ərzində 5 məşq keçmək planlaşdırılıb. Artıq 4 məşqimizi tamamlamışıq, bu gün isə Bakıda son hazırlıq məşqimizi edəcəyik. Zaldakı məşqlərlə paralel nəzəri çalışmalarımız, videoanalizlərimiz də olur. Yəni toplanış zamanı vaxtdan maksimum yararlanıb, irəliyə doğru addım atmağa çalışırıq. Çünki görəcəyimiz işlər çoxdur”.

Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb:

“Həm Gürcüstan, həm də Qazaxıstan millisi günlü rəqiblərdir. Gürcülər 2 ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər. Bu komanda son illər ciddi inkişaf mərhələsindən keçir. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk “4-lüy”ündə qərarlaşıb. Bu komanda dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak edib, eyni zamanda mükafatlar qazanıb. Bu da rəqibimizin güclü olmasından xəbər verir. Oyunlarına  baxmışıq, necə oynadıqlarını bilirik. Belə qarşılaşmalar bizim üçün həm təcrübə qazanmaq, həm də payızda keçirəcəyimiz rəsm görüşlərə daha yaxşı hazırlaşmaq baxımından çox əhəmiyyətlidir”.

Çalışdırıcı bir həftə ərzində 4 oyun keçirməyin ağır olmasına rəğmən, faydalı olacağını qabardıb:

“FİFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışdıq. Oyunların ardıcıllığı belə formalaşdı. Çətin də olsa, ümumiyyətlə oynamamaqdansa, meydanda olmaq daha yaxşıdır. Bir daha qeyd edirəm, komandanın inkişafını və verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün, çətinliyə baxmayaraq mübarizə aparmalıyıq. Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq düşərgəyə 17 futzalçı dəvət etmişik”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq.

“Neftçi”nin sıçrayışı

7 April 2026 at 11:20

“Neftçi” Misli Premyer Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv son olaraq Sumqayıtda yerli komandaya qalib gəlib – 3:1.

“Ağ-qaralar” yüksəlişdədir. Vernidubun gəlişindən sonra oyun planında artıran bakılılar son üç oyunda 12 qol vurub. “İmişli”ni 6 qolla məğlub edən “Neftçi” “Sumqayıt” və “Qəbələ”yə də eyni hesabla qalib gəlib – 3:1.

Xallarını artıran paytaxt klubu turnir cədvəlində beşinci sıraya yüksəlib. Komanda “Zirə”dən iki xal geri qalır. Üçüncü “Turan Tovuz”la xal fərqi isə 8-dir.

Sıralanan qələbələrlə avrokubok iştahası artan “Neftçi” üçün bu ay həlledici olacaq. Əsas rəqiblər, “Araz-Naxçıvan” və “Zirə” ilə oyunlar, ardıcıl “Qarabağ”la iki duel komandanın mühüm sınaqlarıdır. Vernidub özü də bu qrafiklə “ağ-qaralar”ın nəyə qadir olduğunu görmək üçün yaxşı fürsət yarandığını bildirib.

Bu mövsüm avrokuboklara vəsiqə qazanılmasa belə, Vernidub “Neftçi” üçün doğru seçim olduğunu sübut edib. Həm nəticələr, həm də komandanın sərgilədiyi oyun bunun bariz sübutudur. İlin əvvəlində gözləntiləri qarşılaya bilməyən Bassala Sambu, İmad Faraj, Fredi Varqas kimi adlar artıq komandanın əsas silahlarına çevrilib. “Pafos”la razılaşan Murad Məmmədov da hər oyunda öz keyfiyyətini nümayiş etdirməkdədir. İqor Ribeyro və Elvin Bədəlov tandemi müdafiənin mərkəzində inamlı çıxışı ilə seçilib. Qapıçı Kenan Piriçin də kritik seyvlərini xüsusi qeyd etmək lazımdır.

Heyətin özəyi qorunsa və yeni mövsüm üçün bəzi mövqelərdə güc artırılsa, “Neftçi” çoxdandır arzuladığı çempionluq yarışının əsas adlarından birinə çevrilə bilər. Düzdür, indiki məqamda iddialı danışmaq tezdir, lakin gedişatın göstərdiyi məhz budur. “Neftçi”nin nə göstərəcəyini isə zamanla məlum olacaq.

Şahin Cəfərov

MS-in istədiyi futbolçu üçün 50 milyon tələb edirlər

7 April 2026 at 10:46

“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” “Brentford”dan Mikael Kayode ilə maraqlanır. Bu barədə “Sport” nəşri məlumat yayıb.

“Brentford” adı İspaniya klubları ilə də hallanan 21 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq tələb edir.

Kayode bu mövsüm Premyer Liqada 30 oyunda 1 qol vurub.

“Çelsi” Barkonun “hə”sini aldı

7 April 2026 at 10:26

“Brayton”un futbolçusu Valentin Barko yayda klubunu dəyişəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Çelsi” ilə razılaşıb. Bu barədə “TalkSPORT” portalı məlumat yayıb.

Futbolçu ilə anlaşan “zadəganlar” klubla danışıqları davam etdirir. Tərəflər maliyyə məsələsində hələ razılığa gəlməyib.

Barko bu mövsüm 24 oyunda 3 məhsuldar ötürmə edib.

Qərar verildi: 15 milyon avro ödəyəcəklər

7 April 2026 at 10:13

“Napoli” icarə əsasında komandada çıxış edən Alisson Santosun transfer hüquqlarını alacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Neapol klubu futbolçu üçün “Sportinq”ə 15,5 milyon avro ödəyəcək. Tərəflər arasında yayda yeni – uzunmüddətli müqavilə imzalanacaq.

23 yaşlı futbolçu fevraldan “Napoli”də çıxış edir. O, A Seriyasında 7 oyunda 2 qol vurub.

“Qırmızı şeytan” satışa çıxarıldı

7 April 2026 at 09:52

“Mançester Yunayted” futbolçusu Manuel Uqarteni transferə çıxarıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “TEAMtalk” portalı məlumat yayıb. “Qırmızı şeytanlar” uruqvaylı yarımmüdafiəçi üçün təklifləri dəyərləndirəcək.

Uqartenin adı İtaliya və Türkiyə klubları ilə hallanır.

Futbolçu 2024-cü ildə PSJ-dən “Mançester Yunayted”ə keçib. O, bu mövsüm 23 oyunda meydana çıxıb.

Hansı oyun, hansı kanalda? – TV

7 April 2026 at 09:38

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Azərbaycan, Premyer Liqa
15:00 İmişli – Turan Tovuz (CBC Sport)
17:15 Zirə – Şamaxı (CBC Sport)
19:30 Araz-Naxçıvan – Sabah (CBC Sport)

Rusiya Kuboku
19:00 Krılya Sovetov – ÇSKA (Matç Premyer, Matç TV)

Çempionlar Liqası
23:00 Sportinq – Arsenal (İctimai TV)
23:00 Real – Bayern (CBC Sport)

Oğlu Luçeskunun son durumunu açıqladı

7 April 2026 at 09:22

Rumıniyalı məşqçi Mirça Luçesku komadadır.

Futbolpress.az xəbər verir ki, bu barədə mütəxəssisin oğlu Razvan Luçesku ölkəsinin mətbuatına açıqlamasında deyib. O, atasının komada olduğunu bildirib və insanları məlumatları yalnız rəsmi mənbələrdən öyrənməyə çağırıb.

İki gün öncə Rumıniya mətbuatı Luçeskunun vəfat xəbərini yaysa da, daha sonra məlumatlar təkzib edilib.

ÇL: “Real” “Bavariya”ya qarşı

7 April 2026 at 09:00

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçiriləcək.

“Real” azarkeşləri önündə “Bavariya”nı qəbul edəcək. Digər matçda “Arsenal” “Sportinq”lə səfərdə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar

7 aprel

23:00 Real – Bavariya
23:00 Sportinq – Arsenal

“Qarabağ” belə rahat olmamışdı…

7 April 2026 at 08:50

“Qarabağ” Misli Premyer Liqasının XXVI turunda autsayder “Karvan-Yevlax”ı darmadağın edib – 7:0.

Oyundan öncə proqnozlaşdırıldığı kimi rahat qələbə qazanan “atlılar” liqanın sonuncusu qarşısında çətinlik çəkmədi. İlk hissədə vurduğu ardıcıl qollarla oyunun taleyini həll edən Qurban Qurbanovun yetirmələri mövsümün ən böyükhesablı qələbəsini qazanıb.

Rahat hücumlar təşkil edən, qısa və bəzən də uzun ötürmələrdə qol şansları yaradan “Qarabağ” bəlkə də, bu “futbol ili”ndə ilk dəfə şanslarından bu qədər maksimum yararlanmağı bacardı. Rəqib müdafiəsinin kobud səhvlərini də qeyd etmək yerinə düşər. “Karvan-Yevlax” son çempion qarşısında məhəllə komandası təsirini bağışlayırdı.

Autsayder “Karvan-Yevlax” 11-ci sırada yer alan “Qəbələ”dən 11 xal geri qalır. Qarşıda 7 tur var və yevlaxlıların bu fərqi bağlayacağı inandırıcı görünmür. Komandanın sərgilədiyi oyun ümid vermir. “Qarabağ”la matçda alınan böyükhesablı məğlubiyyət bölgə klubu üçün əlavə zərbə oldu. Oyuna baxsaq, artıq autsayderin də taleyi ilə barışdığını demək olar. Heyət baxımından “Qəbələ” və “Kəpəz”dən geri qalan “Karvan-Yevlax”ın liqada qalması üçün artıq möcüzəyə ehtiyacı var.

Şahin Cəfərov

Premyer Liqa: “Sabah” qələbə qazandı – YENİLƏNİB

7 April 2026 at 21:31

Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə üç qarşılaşma keçirilib.

“Zirə” evdə “Şamaxı”nı qəbul edib, ilk hissə qolsuz bərabərliklə bitib. Oyunun 52-ci dəqiqəsində qonaqların futbolçusu Dioqo Balau qırmızı vərəqə alıb. 66-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Ruan Renato penaltini qola çevirə bilməyib. Bununla belə, 69-cu dəqiqədə Mikels komandasını hesabda irəli çıxarmağı bacarıb. “Zirə” azlıqda qalmış rəqibinə qarşı hesab üstünlüyünü qoruya bilməyib, 90+2-ci dəqiqədə Edqar Adilxanov hesabı bərabərləşdirib – 1:1.

“Turan Tovuz” Qubada “İmişli”nin qonağı olub. Oyun Kardozo və Mampassinin qolları ilə bərabərliklə yekunlaşıb – 1:1.

Lider “Sabah” səfərdə “Araz-Naxçıvan”la üz-üzə gəlib. Lider bu görüşdən də qələbə ilə ayrılıb – 2:4.

Misli Premyer Liqası
XXVI tur

7 aprel

15:00 İmişli – Turan Tovuz 1:1

Qol: Kardozo, 45+1 – Mampassi, 53

Quba OİK stadionu

17:15 Zirə – Şamaxı 1:1

Qol: Mikkels, 69 – Adilxanov, 90+2

Zirə İK stadionu

19:30 Araz-Naxçıvan – Sabah 2:4

Qol: F. Santos, 7, H. Keyta 26 – V. Simiç, 14, J. L. Mikels, 38, 63 (pen), K. Parris, 81

Liv Bona Dea Arena

La Liqa: “Vilyareal”a ağır zərbə

7 April 2026 at 01:02

İspaniya La Liqasında 30-cu tur yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə “Jirona” evdə “Vilyareal”ı qəbul edib.

Gərgin keçən oyunun taleyini 1 qol həll edib. 45+1-ci dəqiqədə qonaqların müdafiəçisi Pau Navarro topu öz qapısına daxil edib. Beləcə, “Jirona” minimal hesablı qələbəyə sevinib – 1:0.

Qeyd edək ki, turnir cədvəlinə 76 xalla “Barselona” başçılıq edir. “Real” 69 xalla üçüncü, “Atletiko Madrid”i 2 xal qabaqlayan “Vilyareal” üçüncüdür.

A Seriyası: “Napoli” vacib qələbə qazandı

7 April 2026 at 00:45

İtaliya A Seriyasında 31-ci turun oyunları geridə qalıb.

Futbolpress.az xəbər verir ki, “Atalanta”, “Yuventus” və “Napoli” turun son oyun gününü qələbə ilə başa vurublar.

Günün ilk qarşılaşması “Udineze” və “Komo” arasında keçirilib. Oyunda hesab açılmayıb (0:0). Səfərdə “Leççe”nin qonağı olan “Atalanta” 3 xalı 3 qolla qazanıb (0:3). “Yuventus” evdə “Cenoa” üzərində 2:0 hesablı inamlı qələbə qazanıb.

Turun maraqla gözlənilən oyunlarından biri Neapolda baş tutub. “Napoli” evdə “Milanı” sınağa çəkib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib qapısından yeganə qolu 79-cu dəqiqədə Matteo Politano keçirib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 72 xalla “İnter” başçılıq edir. Son çempion “Napoli” 65 xalla ikinci, ondan 2 xal geri qalan “Milan” üçüncüdür.

“Arsenal”da itki: İki ulduz “Sportinq”ə qarşı oynamayacaq 

6 April 2026 at 23:52

​”Arsenal”ın baş məşqçisi Mikel Arteta sabah keçiriləcək Çempionlar Liqası matçı öncəsi komandadakı son vəziyyətlə bağlı mühüm açıqlamalar verib.

Futbolpress.az xəbər verir ki, insayder Fabrisio Romanonun verdiyi məlumata görə, “topçular” Portuqaliya səfərinə ciddi itkilərlə yola düşürlər.

Komandanın əsas simalarından olan Bukayo Saka və müdafiəçi Yurrien Timber zədə səbəbindən “Sportinq”ə qarşı keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcəklər. Hər iki futbolçunun sabahkı oyunun heyətindən çıxarıldığı təsdiqlənib.

Arteta azarkeşləri sevindirəcək xəbərləri də paylaşıb. Belə ki, zədədən qayıdan Qabriel Maqalhaes, Deklan Rays və Leandro Trossard artıq tam hazırdırlar. Baş məşqçi hər üç futbolçunun “Alvalade” stadionunda keçiriləcək gərgin mübarizədə iştirak edə biləcəyini rəsmən bildirib.

​Qeyd edək ki, “Sportinq” – “Arsenal” qarşılaşması sabah gecə keçiriləcək.

Bozinoski “Sabah”a qarşı mübarizəni prestij hesab edir

6 April 2026 at 23:43

“Naxçıvan”ın baş məşqçisi Nikola Bozinoski “Sabah”a qarşı mübarizəni komandası üçün prestij adlandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bunu “Sərhədçi”yə qarşı pley-in mərhələsinin ikinci oyunundan sonra verdiyi açıqlamada deyib.

O, qalib gəldikləri qarşılaşmanı şərh edib:

“Rəqib oyuna çox yaxşı başladı. Biz də onlara istədiyimiz kimi qarşılıq verdik. Əvəzetmələr zamanı ehtiyat oyunçu seçimimizin daha geniş olması komandaya üstünlük qazandırdı və bu amil meydanda mübarizəni daha rahat aparmağımıza şərait yaratdı. Bu da oyunun qırılma anlarından biri oldu. Pley-off mərhələsindəki rəqibimiz “Sabah”a qarşı mübarizə aparmaq bizim üçün prestijdir. Bu matçda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, oyun “Naxçıvan”ın 93:80 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də qalib gələn komanda (98:87) pley-offa yüksəlib.

Türkiyə Super Liqasında 28-ci tur geridə qaldı

6 April 2026 at 22:56

Türkiyə Super Liqasında 28-ci tur geridə qalıb.

Futbolpress.az xəbər verir ki, turun son qarşılaşmasında “Kocaelispor” evdə “Başakşehir”i qəbul edib.

Görüş başladığı hesabla başa çatıb – 0:0.

Qeyd edək ki, 28 oyundan sonra  “Kocaelispor” 34 xalla turnir cədvəlində 8-ci, “Başakşehir” isə 44 xalla 6-cı pillədədir.

Boksçularımız beynəlxalq turnirdə finala yüksəliblər

6 April 2026 at 22:34

Bakıda ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın beşinci günündə kişi boksçular arasında finalçılar bəlli olub.

Azərbaycan millisinin 11 idmançısı adını həlledici görüşə yazdırıb. Onlardan səkkizi 4 çəkidə bir-biri ilə qarşılaşacaq.

Yarımfinalda məğlub olan Zidan Hümbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev və Səbuhi Əlizadə turniri bürünc medalla başa vurublar. Bununla da komandamızın hesabındakı bürünc mükafatların sayı 10-a yüksəlib. Bu gün başa çatan qadın boksçuların mübarizəsində 1 gün öncə Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) da yarışı 3-cü pillədə bitirib.

Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində final döyüşləri aprelin 7-də, saat 13:00-da başlayacaq.

“Naxçıvan” pley-offa yüksəlib

6 April 2026 at 22:01

“Naxçıvan” Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi pley-in mərhələsinin ikinci oyununda “Sərhədçi” ilə qarşılaşıb.

Oyun “Naxçıvan”ın 93:80 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də qaləbə qazanan komanda (98:87) pley-offa yüksəlib.

 

Qurban Qurbanov: “Hər oyuna hazır olmalıyıq”

6 April 2026 at 21:52

Misli Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” oyunundan (7:0) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını belə cavablandırıb:

– Adətən “Qarabağ” liqada üstün olur və bu qədər xal fərqi ilə geriyə düşmür. Komanda hazırkı vəziyyətə lazımi reaksiyanı verə bilir? 

– Əlbəttə ki, verir. Komandada xarakter olduğu üçün nəticə qazanırıq. Bəzən uğursuz gedişatdan sonra geridönüş edə bilmişik, amma alınmayan zamanlar da olub. Daxili problemlər olub, futbolçuların çoxu istədiyimiz formada olmayıblar. Potensiallı futbolçularımız var, təcrübəli komandayıq. Sona kimi çalışırıq ki, qələbə qazanaq. “Sabah” yaxşı balanslaşmış komandadır. “Neftçi”, “Zirə”, “Turan Tovuz” da oyunlarını inkişaf etdiriblər, stabil oyun göstərir, nəticə qazanırlar. Hər oyuna hazır olmalıyıq. Çalışmalıyıq ki, nəticə vermək üçün düz nədirsə, ondan əl çəkməyək.

– Hakimlik məsələsi çox danışılır. Çempionatın bu vəziyyətinə hakimliyin nə dərəcədə təsiri var? 

– Fikir bildirmək bəlkə, düzgün deyil. Amma ümumən kənardan görünür ki, hakimlər bilmirlər nə qərar versinlər. Bilmirəm, tələb çoxdur, yoxsa dünya futbolunda da hansısa yeni qaydalar olur. Hakimlər bir az tərəddüd içindədirlər. Məndə də olur, bəzən təcrübəsi az olan futbolçudan oyunda çox şey tələb edirəm. Bəzən görürsən ki, təcrübəsizlik ona mane olur. Birində düz edir, o birində yox. Konkret qayda olmalıdır, futbolun da, hakimliyin də dili birdir. Ola bilər ki, tam formalaşmaq lazımdır. Bizim öz hakimlik məktəbimiz olmalıdır. Avropa nə qədər desə də, bizim də özümüzə aid dəst-xəttimiz, qanunlarımız olmalıdır. Hakimlər sanki bir az təzyiq altındadır. Allah köməkləri olsun. Çünki ən çox müzakirə olunan da onlardır. Allah işlərini asanlaşdırsın.

Adil Nəhmətli

Füzuli Məmmədov: “Hər şey göz önündədir”

6 April 2026 at 21:11

Misli Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” oyunundan (7:0) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:

“Oyun haqqında çox danışmağa ehtiyac yoxdur, hər şey göz önündədir. Komandamız bu gün ağır məğlubiyyət aldı, “Qarabağ”ı təbrik edir, qarşıdakı oyunlarda onlara uğurlar arzulayıram”.

Adil Nəhmətli

İkinci liqada növbəti turun oyunları keçirilib

6 April 2026 at 21:01

Futbol üzrə Azərbaycan II Liqasında XXI tura start verilib.

Futbolpress.az xəbər verir ki, bu gün iki görüş keçirilib.

“Ağdaş” səfərdə “Göygöl”ü məğlub edib, “Araz Saatlı” isə evdə “Ağstafa Gəncləri”nə böyük hesabla qalib gəlib.

 

II Liqa, XXI tur

6 aprel

 

“Göygöl” – “Ağdaş” 0:2

Qollar: E.Süleymanov, 18, 39

 

“Araz Saatlı” – “Ağstafa Gəncləri” 7:1

Qollar: X.Bədirov, 30, 90, R.Rüstəmov, 48, M.Məsimov, 54, 68, N.Səmədov, 75, E.Xəlilli, 77

“Real” ulduzu ilə müqaviləni uzada bilər

6 April 2026 at 19:53

Braziliyalı ulduz Vinisius Junior “Real”la yeni müqavilə imzalamağa yaxındır.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı futbolçu komandası ilə müqaviləni uzatmağa müsbət yanaşır.

Qeyd edək ki, cari mövsüm 44 oyunda iştirak edərək 17 qol, 13 məhsuldar ötürmə ilə yadda qalan Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi gələn il başa çatacaq. 

Super Liqada 11 metrlik cərimə zərbəsini ən çox onlar qazanıb

6 April 2026 at 19:08

“Transfermarkt” platforması bu mövsüm Türkiyə Super Liqasında ən çox 11 metrlik cərimə zərbəsi yerinə yetirən klubların adını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, siyahıda ilk pillədə 9 qazanılan penalti ilə Trabzonspor klubu qərarlaşıb.

İkinci pillədə Fənərbağça (7), üçüncü pillədə isə Göztepe (5) klubu var.

Digər favoritlərdən “Beşiktaş” 5-ci, “Qalatasaray” isə 8-ci pillədədir.

Yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı keçirilir

6 April 2026 at 18:44

Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışına start verilib.

Futbolpress.az xəbər verir ki, Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən hazırlıq prosesinə 8 ölkədən 200-ə yaxın idmançı qatılıb.

Təlim düşərgəsində Azərbaycan millisi ilə yanaşı, Belarus, Bolqarıstan, Qazaxıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ nümayəndələri də iştirak edir.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Orxan Səfərov və Kotaro Sasaki, eləcə də yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov və Tərlan Kərimov rəhbərlik edirlər.

Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən təlim-məşq toplanışı aprelin 8-də başa çatacaq.

Milli komanda Türkiyədə qələbə qazanıb

6 April 2026 at 18:19

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azarbaycan milli komandası ilk yoldaşlıq oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova yığması ilə qarşılaşıb.

Görüş komandamızın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurub.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.

“Qarabağ” – “Karvan-Yevlax”: heyətlər

6 April 2026 at 18:01

“Qarabağ” Misli Premyer Liqasının XXVI turunda bu gün “Karvan-Yevlax”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 16. Rauf Rüstəmli 10. Samuel Durrant

Baş məşqçi: Füzuli Məmmədov

Millinin 7 futbolçusu səfərdən qayıtmadı

6 April 2026 at 17:36

Eritreya yığmasının 7 futbolçusu itkin düşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Romen Molina məlumat yayıb.

Afrika Millətlər Kubokunda martın 31-də Eritreyanın Esvatiniyə qarşı keçirdiyi səfər oyunundan (2:1) sonra yığmanın 7 oyunçusu ölkəyə qayıtmayıb. Onların harda olmasıyla bağlı məlumat yoxdur.

 

Millinin əfsanəvi futbolçusu yenidən yaşıl meydanlarda

6 April 2026 at 17:17

Finlandiya millisinin sabiq futbolçusu Yari Litmanen yenidən yaşıl meydanlara qayıdıb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, 55 yaşlı əfsanəvi oyunçu Estoniyanın “Kalev” klubunun üçüncü komandasında oyunlara çıxacaq.

Litmanen karyerası ərzində “Ayaks”, “Barselona” və “Liverpul” kimi klublarda çıxış edib. O, 1995-ci ildə “Ayaks”ın heyətində Çempionlar Liqasının qalibi olub.

Litmanen Finlandiya millisində 137 oyun keçirib.

“Real” arzularımın klubudur”

6 April 2026 at 16:50

“Real”ın futbolçusu Vinisius Junior açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu klubdakı gələcəyindən danışıb:

“Danışıqlar müsbət irəliləyir və klubla müqaviləmi yeniləyəcəyəm. “Real” arzularımın klubudur. Uzun illər bu komandada oynamaq istəyirəm”.

Vinisius 2018-ci ildən “Real”ın formasını geyinir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı

6 April 2026 at 16:23

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın təşkil etdiyi “1001 Sevinc” lotereyasının növbəti tirajının qalibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bu dəfə şans 22 yaşlı Şəmkir sakini Eltun Qurbanovun üzünə gülüb.
Ona aldığı 19 biletdən biri lotereyanın super uduşu – “Changan Q05” avtomobilini qazandırıb.

Qalib Eltun Qurbanov bildirib ki, lotereya biletini sadəcə şansını sınamaq üçün alıb və belə böyük uduş qazanacağını gözləməyib. Avtomobili qazanması ailəsində də böyük sevincə səbəb olub. Bunun xoş sürpriz olduğunu deyən Eltun hər kəsə şansını yoxlamağı tövsiyə edib.

Tiraj çərçivəsində digər qaliblərə də bir-birindən dəyərli hədiyyələr təqdim olunub və iştirakçılar sevinc dolu anlar yaşayıblar.
“1001 Sevinc” lotereyasının növbəti tirajı 14 apreldə keçiriləcək. Cəmi 50 qəpiyə “SAMSUNG” markalı paltaryuyan və qabyuyan maşın, 1 manata isə “Apple MacBook 16 M3 Pro” notbuku, eləcə də soyuducu qazanmaq şansı var.

Lotereyada iştirak etmək üçün sadəcə Azerlotereya.com və ya Misli.az saytına daxil olub “1001 Sevinc” bölməsindən istədiyiniz əşya üzrə lotereya bileti almağınız kifayətdir.

Əşya lotereyasının qalibləri “Azərlotereya”nın yutub kanalında canlı yayımda müəyyən olunur. Daha ətraflı məlumatı Azerlotereya.com rəsmi saytından əldə edə bilərsiniz.

//www.youtube.com/watch?v=m2cETDWlD2g

“Şəki” pley-offda

6 April 2026 at 16:18

“Şəki” Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə yüksəlib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi həlledici görüşdə “Quba”ya qalib gəlib – 120:77.

“Şəki”nin növbəti rəqibi “Absheron Lions” olacaq.

Pley-in mərhələsinin digər matçında “Sərhədçi” bu gün “Naxçıvan”la qarşılaşacaq.

“Fənərbağça”da itki

6 April 2026 at 15:49

“Fənərbağça” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Marko Asensio sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Asensio Super Liqada “Beşiktaş”la matçda (1:0) zədə alıb. Futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Həkimlərin ilkin rəyinə görə, Asensio azı bir həftə yaşıl meydanlardan uzaq qalacaq.

Marko bu mövsüm Super Liqada 24 oyunda 11 qol vurub, 13 məhsuldar ötürmə edib.

Millinin Andorra ilə oyunlar üçün heyəti – adlar

6 April 2026 at 15:29

Qadınlardan ibarət Azərbaycan milli komandası aprelin 7-də İspaniyada təlim-məşq toplanışına başlayacaq.

Futbolpress.az xəbər verir ki, millimiz dünya çempionatının seçmə mərhələsində Andorra yığması ilə aprelin 14-də səfərdə, 18-də isə evdə qarşılaşacaq.

Millinin heyəti:

N.
AD/SOYAD
KLUB
1
Aytac Şərifova
Yüksekova (Türkiyə)
2
Nərgiz Əliyeva
Giresun Sanayispor (Türkiyə)
3
Günay İsmayılova
Neftçi
4
Nigar Mirzaliyeva
Hamburq (Almaniya)
5
Jalə Məhsimova
Yüksekova (Türkiyə)
6
Yeliz Açar
Beşiktaş (Türkiyə)
7
Alina Nəhmədova
Partizan (Serbiya)
8
Aysun Muradova
Haymana (Türkiyə)
9
Kamilla Məmmədova
Dirçəliş
10
Nərgiz Hacıyeva
Şəfa
11
Aydan Həsənova
Neftçi
12
Milana Rəhimova
Lyuboten (Şimali Makedoniya)
13
Diana Məmmədova
Rubin Kazan (Rusiya)
14
Röya Əliyeva
Neftçi
15
Sona Rəhimova
Neftçi
16
Fidan Cəfərova
Hakkarigücü (Türkiyə)
17
Manə Mollayeva
Neftçi
18
Vüsalə Seyfəddinova
Neftçi
19
Coşqunə Əliyeva
Gaziantep Safir (Türkiyə)
20
Esra Manya
Beşiktaş (Türkiyə)
21
Peritan Bozdağ
Fənərbağça (Türkiyə)
22
Sevinc Cəfərzadə
Yüksekova (Türkiyə)
23
Kristina Bakarandze
Nike Lusso (Gürcüstan)

“Sabah”ın komandası Türkiyədə çempion oldu

6 April 2026 at 15:12

“Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilmiş “Antalya City Friendship Cup” beynəlxalq futbol turnirində iştirak edib.

Futbolpress.az xəbər verir ki, Nasir Nəsirlinin baş məşqçisi olduğu komandamız turnir çərçivəsində qrup mərhələsində Türkiyənin “Manavqat” (4:0), “TSI Academy” (7:1) və “Göztepe” (6:1) komandalarını məğlub edib. U-14 yarımfinalda meydan sahibi ölkənin “Kardelenspor” (5:1) komandasını üstələyərək həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı təmsil edən “Young Pro” komandasına qalib gələn (3:0) “Sabah” turniri çempion kimi başa vurub.

Antalya City Friendship Cup
Qrup mərhələsi

Sabah – Manavqat 4:0
Qollar: Yusif Ağayev, Əli Hüseynli, Elman Tahirov, Tofiq Zaidov.

TSI Academy – Sabah 1:7
Qollar: Əli.Hüseynli (2), Yusif Ağayev, Eldar Hüseynov, Artyom Solovyov, Çingiz Müslümov, Tofiq Zaidov.

Sabah – Göztepe 6:1
Qollar: Yusif Ağayev (2), Elman Tahirov, Hüseyn Musayev, Tofiq Zaidov, Eldar Hüseynov.

Yarımfinal

Kardelenspor – Sabah 1:5
Qollar: Amal Şıxkərimzadə, Yusif Ağayev (2), Elman Tahirov, İhsan Mehrəliyev.

Final

Sabah – Young Pro 3:0
Qollar: Yusif Ağayev (2), Əli Səfərov.

Rəhim Həsənov Əliyar Ağayevin səhv qərarlar verdiyini təsdiqlədi – VİDEO

6 April 2026 at 14:46

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarındakı mübahisəli epizodları şərh edib.

Futbolpress.az xəbər verir ki, funksioner “Turan Tovuz” – “Zirə” oyununda baş hakim Əliyar Ağayevin səhv qərarlar verdiyini təsdiqləyib.

“Sabah”ın futbolçuları “üçlüy”ü ələ keçirib

6 April 2026 at 14:26

Azərbaycan Premyer Liqasında ən çox məhsuldar ötürmə edən futbolçu Aleksey İsayevdir.

Futbolpress.az xəbər verir ki, “Sabah”da çıxış edən yarımmüdafiəçi 16 matçda 10 məhsuldar ötürmə edib.

İkinci və üçüncü sırada da “bayquşlar”ın futbolçuları yer alıb. Timoteuş Puxaç 9, Velko Simiç isə 8 assistlə “üçlüy”ü tamamlayır.

Dördüncü pillənin sahibi isə Kamilo Durandır. “Qarabağ”ın legioneri 23 oyunda 7 assist edib. Beşinci sırada isə “Neftçi”nin kapitanı Emin Mahmudov qərarlaşıb – məhsuldar ötürmə.

Qoretska: “Bu statistikanı dəyişmək istəyirik”

6 April 2026 at 14:00

“Bavariya”nın futbolçusu Leon Qoretska Çempionlar Liqasında “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az Almaniya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi görüşlə bağlı bunları deyib:

“Daha əvvəl “Real”la duellərimizdə uğursuz olmuşuq. Bu statistikanı dəyişmək istəyirik. “Real”ın çox keyfiyyəti oyunçuları var, amma bu mövsüm bəzi matçlarda yaxşı nəticə qazana bilməyiblər. Buna baxmayaraq, onların necə oynayacağını təxmin etmək olmur. Çempionlar Liqasında daha uğurludurlar”.

Sabah keçiriləcək “Real” – “Bavariya” oyununa saat 23:00-da start veriləcək.

“Kəpəz”in legioneri məğlubiyyətdən sonra nələr yazdı?

6 April 2026 at 13:38

“Kəpəz”in futbolçusu Olavele Onanuqa sosial şəbəkə hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Qəbələ”yə məğlubiyyətdən sonra (0:2) instaqram hesabında bunları yazıb:

“Sona qədər mübarizə apar”.

“Kəpəz” çempionatda 26 turdan sonra 21 xalla 10-cu sıradadır. Gəncə təmsilçisi autsayder “Karvan-Yevlax”ı 13 xal qabaqlayır.

502 şahmatçı arasında 14 azərbaycanlı

6 April 2026 at 13:21

Aprelin 7-də Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatına start veriləcək.

Futbolpress.az xəbər verir ki, mötəbər yarışda 43 ölkədən 502 şahmatçı iştirak edir. Azərbaycanı Avropa çempionatında 14 şahmatçı təmsil edəcək.

Qitə çempionatında təmsilçilərimizdən Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaq.

Avropa çempionatı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazandıracaq.

Xatırladaq ki, qitə çempionatı 11 turdan ibarət olaraq təşkil edilir. Yarışa aprelin 19-da yekun vurulacaq.

İliçin rahatlığı

6 April 2026 at 13:00

“Sumqayıt” 10 oyundur, qələbə qazana bilmir. Saşa İliçin rəhbərlik etdiyi kollektiv sonuncu dəfə yanvarda, Misli Premyer Liqasında autsayder “Karvan-Yevlax”a qalib gəlib.

Mövsümün əvvəlində qazandığı nəticələrlə bir müddət “üçlük”də qərarlaşan “kimyaçılar” toparlana bilmir. Komanda oyun planında axsayır, xətlərarası əlaqə yox dərəcəsindədir. Yarımmüdafiəçilərin performansındakı eniş qol yollarında problemlərə səbəb olur. Hücumda Ramalinqom, Rüstəm Əhmədzadə, Aleksa Yankoviç, Ronaldo Vaskesin məhsuldarlığı sıfıra bərabərdir. Nə kəsərli hücum var, nə məntiqli oyun. Dünən də “Neftçi” ilə matçda vurulan qol standart vəziyyətdən, serbiyalı Nikola Ninkoviçin fərdi keyfiyyətləri hesabına oldu.

Uğursuz nəticələrə baxmayaraq, baş məşqçi Saşa İliçin rahatlığı xüsusi maraq yaradır. Ola bilsin, serbiyalı mövsümün sonunda yolların ayrılacağından artıq xəbərdardır. İstefa vermək niyyətində də deyil. Özü də yaxşı anlayır ki, bu cür uğursuzluqlar başqa ölkədə yaşansaydı, vəzifəsindən çoxdan kənarlaşdırılmışdı.

Turnir cədvəlində yeddinci pilləyə qədər geriləyən “Sumqayıt” qonşusu “Şamaxı”nın bu turda qələbə qazanacağı təqdirdə, daha bir pillə aşağı düşəcək. Mövsümün əvvəlində “üçlük”də yer alan komandanın yanvardan sonra bu qədər geriləməsinin səbəbi isə müəmmalıdır. Heyət eynidir, baş məşqçi dəyişməyib, komandanın əsas “silah”ları da yerindədir. Bəs bu enişin səbəbi nədir? Uğursuzluq kimin aktivinə yazılmalıdır? Suallar çoxdur, lakin tutarlı cavab tapmaq mümkün olmur ki, olmur…

Şahin Cəfərov

Azərbaycan Sloveniyada 6 idmançı ilə təmsil olundu

6 April 2026 at 12:39

Sloveniyanın Portoroj şəhərində təşkil edilmiş yelkənli qayıq idman növü üzrə “Sailing Point Easter Regatta 2026” beynəlxalq yarışına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) idmançıları da reqatada təmsil olunub.

Komandanın üzvlərindən Kamal Bəşirli “Qızıl” qrupda özünün yaş kateqoriyasında uğurlu nəticə əldə edib. Emel Məmmədli, Furkan Mustafayev və Səma Mansurzadə “Gümüş” qrupda, Amira Bayramova “Bürünc” qrupda, Amin Cəlilzadə isə “Zümrüd” qrupda mübarizə aparıblar.

Mərkəzi oyun Hacıyevə tapşırıldı

6 April 2026 at 12:28

I Liqada XXI turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Şəfa” – “Səbail” oyununu Fərid Hacıyev idarə edəcək.

8 aprel (çərşənbə)

“Baku Sportinq” – MOİK
Hakimlər: Alik Yunusov, Aydın Bəxşiyev, Məmmədəli Kərimov, Nazim Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Buzovna qəsəbə stadionu, 15:30

“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Niyaz Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şamaxı OİK stadionu, 15:30

9 aprel (cümə axşamı)

“Şəfa” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Mirnihat Seyidov, Asif Abdullayev, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Binə qəsəbə stadionu, 15:00

“Şimal” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Taleh Məmmədov, Ceyhun Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı OİK stadionu, 15:30

“Difai” – “Şahdağ Qusar”
Hakimlər: Pərviz İbrahimov, Zakir Şükürzadə, İlkin Mustafayev, Nahid Xasıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Buzovna qəsəbə stadionu, 15:30

İnzaqi: “Pula ehtiyacım yoxdur”

6 April 2026 at 12:00

“İnter”in keçmiş baş məşqçisi Simone İnzaqi adının İtaliya yığması ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, hazırda “Əl Hilal”a rəhbərlik edən mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

“Səudiyyə Ərəbistanında hər şey məni qane edir. İnfrastruktur, həyat tərzi xoşdur. İtaliya yığması ilə adımın hallanması? Mənim pula ehtiyacım yoxdur. Təəssüflənirəm ki, milli komandamız dünya çempionatına vəsiqə qazana bilmədi. Amma əminəm ki, İtaliya futbolu yenidən dirçələcək.

Hazırda “Əl Hilal”a rəhbərlik edirəm və burda xoşbəxtəm. Milli komanda ilə adımın hallanması xoşdur. Lakin klubla müqaviləmin müddəti hələ bitməyib”.

İtaliya yığmasında bir neçə gün əvvəl baş məşqçi Cennaro Qattuzo ilə yollar ayrılıb.

MS və “Çelsi”nin rəqibi məlum oldu

6 April 2026 at 11:38

İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, 1/4 finalda “Arsenal”ı mübarizədən kənarlaşdıran “Sauthempton”un növbəti rəqibi “Mançester Siti” olacaq.

“Çelsi” isə final yolunda “Lids”lə üz-üzə gələcək.

Yarımfinal oyunları aprelin 25 və 26-da olacaq.

Sərgən Yalçın: “Təyin olunan penalti qərarı düzgün deyildi”

6 April 2026 at 11:24

“Beşiktaş” Super Liqanın XXVIII turunda “Fənərbağça”ya uduzub – 0:1.

Futbolpress.az xəbər verir ki, matçdan sonra “qara qartallar”ın baş məşqçisi Sərgən Yalçın fikirlərini bölüşüb. “BeinSports”a açıqlama verən mütəxəssin rəqibin son dəqiqədə qazandığı penaltinin ədalətsiz qərar olduğunu deyib:

“Nəticədən sonra hakimlik müzakirə olunmalıdır. Təyin olunan penalti qərarı düzgün deyildi. Bizi məyus edən budur. İlk dəfə deyil ki, məğlub oluruq. Amma ədalətsiz qərarla uduzmaq bizi incidir”.

“Neftçi” üçün böyük şans!

6 April 2026 at 11:00

“Sumqayıt” üzərində qələbə (3:1) “Neftçi”ni avrokuboklara vəsiqə uğrunda mübarizə yoluna çıxartdı. “Ağ-qaralar” 42 xalla 4-cü pilləyə yüksəldi. “Araz Naxçıvan”ı 2 xal üstələyən Yuri Vernidubun “drujinası” növbəti tur elə bu rəqiblə üzləşəcək.

Taleyin öz əlində…

Həmin oyunda qələbə ən pis halda 4-cü yeri möhkəmlədəcək, 3-cü pillədəki “Zirə” xal itirsə (“Şamaxı”), “Neftçi” o yeri zəbt edəcək. Maraqlıdır ki, bu ssenari növbəti tur baş tutmasa, ondan sonrakı tur reallaşdırmaq olar. Çünki bu dəfə rəqib “Zirə” olacaq.

Ümumiyyətlə, “Qarabağ”la təxirə salınmış oyunu da nəzərə alsaq; qələbə və ya 1 xal “flaqman”ın avrokubok arzularını cücərdəcək.

Sona 8 tur qalıb.

29-cu tur: “Qarabağ”
30-cu tur: “Karvan Yevlax”
31-ci tur: “Şamaxı”
32-ci tur: “Sabah”
33-cü tur: “Kəpəz”

Sırf “Neftçi” spektrından yanaşsaq, liderlik/çempionluq uğrunda mübarizədə olan “Qarabağ” və “Sabah”dan başqa oyunlarda xal itirməsə, hətta 3-cü yeri tutmaq mümkündür. Çünki qonşu pillələrdə qərarlaşan rəqiblərin də hegemonlarla qarşılaşması var və xal itirmə ehtimalı “Neftçi”yə nisbətən daha çoxdur. “Xalq komandası” resurs baxımından da avrokuboklara namizədlər – “Turan Tovuz”, “Zirə” və “Araz Naxçıvan”dan daha geniş imkanlara malikdir.

Kamil Əhməd

Tanınmış futbolçu “butslarını asdı”

6 April 2026 at 10:37

“Çelsi”nin sabiq futbolçusu Oskar karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ürəyindəki problemə görə “butslarını asıb”. Bu barədə Oskar “Globo” nəşrinə müsahibəsində deyib.

Son klubu Braziliyada “San Paulo” olan futbolçu daha əvvəl “Çelsi” və “Şanxay Port”da çıxış edib. O, London klubu ilə İngiltərə Premyer Liqasını və Avropa Liqasını qazanıb.

Abubakar: “Qarşıdakı hər oyuna final kimi yanaşmalıyıq”

6 April 2026 at 10:23

“Neftçi” Misli Premyer Liqasının XXVI turunda “Sumqayıt”ı məğlub edib – 3:1.

Futbolpress.az xəbər verir ki, matçdan sonra “ağ-qaralar”ın hücumçusu Vensan Abubakar klubun televiziyasına açıqlamasında oyunla bağlı fikirlərini bölüşüb:

“Komanda çox yaxşı çalışır. Oyundan-oyuna özünəinam daha da artır. Bunu xüsusi vurğulamaq istəyirəm. Düşünürəm ki, eyni ruhda davam etməliyik. Qarşıdakı hər oyuna final kimi yanaşmalıyıq.

Oyunda tək hücumçu ilə oynayırdıq, bu, asan deyil. Hər oyunu təhlil edib, yaxşılaşdıra bilərik. Qol epizodları çox yaradırıq, amma bəzən vura bilmirik. Məşqlərdə bunun üzərində çox çalışırıq.

Qarşıdakı hər oyun final kimi olacaq. Çalışacağıq ki, oyunumuzu meydanda göstərək”.

Hansı oyun, hansı kanalda? – TV

6 April 2026 at 10:09

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

İtaliya, A Seriyası
14:30 Udineze – Komo (Futbol 1)
17:00 Leççe – Atalanta (Futbol 1)
20:00 Yuventus – Cenoa (Futbol 1)
22:45 Napoli – Milan (Futbol 1)

Azərbaycan, Premyer Liqa
19:00 Qarabağ – Karvan-Yevlax (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Kocaelispor – Başakşəhər (beİN Sports 1)

İspaniya, La Liqa
23:00 Jirona – Vilyarreal (İdman TV, Futbol 2)

 

Qvardiola ayrılığı açıqladı

6 April 2026 at 09:45

Portuqaliyalı futbolçu Bernardu Silva mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola “Sky Sports”a açıqlamasında deyib. O, Silvanın kluba vida edəcəyini söyləyib.

Bernardu 2017-ci ildən “Mançester Siti”də çıxış edirdi.

Futbolçunun adı İspaniya və Türkiyə klubları ilə hallanır.

“Neftçi” Vernidubun vətəni deyil – 2

6 April 2026 at 09:30

İkinci dəfə yazmağa ehtiyac yarandı. Yuri Vernidub “Neftçi” tribunasını öz vətəni üçün istifadə edir. Üç ay əvvəl bu haqda yazmışdıq.

Deməli, Vernidub “Sumqayıt” – “Neftçi” (1:3) oyunundan sonra keçirilən mətbuat konfransında çıxışına belə başlayıb:

“Bir il əvvəl Ukraynada, “Krivbass”da çalışırdım. Həmin vaxt, səhv etmirəmsə, aprelin 4-də idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak olmuşdu. 9 uşaqla yanaşı, 21 böyük də ölmüşdü. Vaxt keçsə də, bunu xatırlayıram. Bunu deməli idim. İndi isə sualları verə bilərsiniz”.

Bu artıq neçənci belə haldır. Dünyada buna oxşar hallar varmı? Çox az da olsa, var. Lakin bu ona dəlalət etmir ki, Vernidub ara-sıra bu tribunadan “vətəninin həqiqətlərini” işıqlandırsın, tirajlandırsın.

O, bilir ki, bunu onlarla media orqanı yazacaq və məsələ geniş auditoriyaya yayılacaq.

Bilirik ki, Ukrayna Rusiya ilə müharibədədir. Azərbaycan dövlətinin bu müharibəyə, ümumiyyətlə bütün müharibələrə münasibəti də məlumdur. Biz heç vaxt aqressor tərəfdə olmamışıq.

Müharibədə qalib gəlmiş ölkə kimi yandaşımızı da, əksimizə dayananları da görmüşük.

Sözügedən müharibədə isə haqlı və ya haqsız tərəfi müəyyənləşdirmək bizə düşməyib. Azərbaycanın hər iki ölkə ilə münasibətləri var…

Vernidub bura gələndən azı 3-4 dəfə bu müharibədən bəhs edən məqamları xüsusi qabardıb – sual verilmədən, öz təşəbbüsü ilə.

Ötən dəfə də yazmışdıq, güman ki, “Neftçi”nin onunla bu mövzuda hər hansı “centlmen anlaşması” olub. O halda bu anlaşılandır, elə deyilsə, onda Vernidubun etdiyi fürsətdən sui-istifadə halıdır.

Beynəlxalq hüquqdan və nəzəri politikadan anlayışı olan biri kimi qeyd edim ki, Azərbaycan demokratik dövlətdir və beynəlxalq hüququn prinsiplərinə tam əməl edir. Bu halda kimin nəsə deməyi və nə cür deməyi problem sayılmamalıdır…

Vernidubun təşəbbüsləri də problem sayılmır, sadəcə, sui-istifadə halıdır.

O, bura müqavilə əsasında işləməyə gəlib. Vətəni müharibə şəraitində olan biri xüsusi amansız vəziyyətdən ölkəsini tərk etməyib ki, onun bəhs etdiyimiz çıxışlarını haray kimi qəbul edək və hüququn təqsirsizlik prezumpsiyası əsasında haqlı sayaq. Belə bir hal yoxdur, o, bura işləməyə gəlib. İctimai əsaslarla da deyil, yüksək qonorarlı/ödənişli özəl işə. O halda işləməyə gəldiyi ölkənin ictimai tribunalarından vətəni naminə müntəzəm istifadənin adı nədir?

Biz emosional xalq ola bilərik, haqsızlığa məruz qalmağın nə olduğunu da çox yaxşı bilə bilərik, lakin bəzən bu rasionallığı itirəcək həddə gələndə yaxşı hal olmur.

Bizim Ukrayna – Rusiya müharibəsində hansı ölkənin haqlı, hansının haqsız olduğuna dair öz fikrimiz, rəyimiz, mövqeyimiz ola bilər. Lakin dövlət xalqın emosiyaları əsasında idarə edilmir. Dövlətimizin hər iki ölkə ilə münasibətləri var. 99.9% insanımız Ukraynaya hücum edildiyini, haqsızlığa məruz qaldığını deyə, düşünə bilər. Lakin bir təsisatın vasitəsilə ölkənin ictimai tribunalarından öz ölkənin reputasiyasına uyğun təbliğat aparmaq – bu, istifadədir.

Təkrar qeyd edirik, buna dair sual yoxdursa, birbaşa çıxışa başlanırsa və sonra, “indi suallarınızı verə bilərsiniz” deyilirsə, bu zərurətdən doğan vəziyyət yox, sui-istifadədir və məsələyə aidiyyatı olan tərəflər bir az da diqqətli olsalar, daha yaxşı olar.

Bu mühakimə yürütmək deyil, politik münasibət deyil, “Rusiya tərəfi nə düşünər” təəssübkeşliyi isə heç deyil. Biz də bilirik nə var, nə yox. Bir-iki dəfə oldu, çox pakizə. Daha bunu ənənəyə çevirib istifadə etməyin.

Yazını xalq şairi Məmməd Arazın “Müharibə olmasa!” şeiri ilə bitirmək istəyirəm.

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında,-
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər,-
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar.
Bəşərin gülləsi-söz,
Sözü-məhəbbət olar,-
Müharibə olmasa!

Kamil Əhməd

“Sumqayıt”ın qələbə həsrəti – 10 oyunda 7 məğlubiyyət!

6 April 2026 at 09:15

“Sumqayıt” Misli Premyer Liqasının XXVI turunda “Neftçi”yə uduzub – 1:3.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” 10 oyundur, qələbə qazana bilmir. Komanda sonuncu dəfə çempionatda yanvarda autsayder “Karvan-Yevlax”a qalib gəlib. “Gənclik şəhəri” təmsilçisi bu görüşlərdə 7 dəfə məğlub olub, 3 dəfə heç-heçə edib.

“Sumqayıt” 26 turdan sonra 32 xalla 7-ci sırada qərarlaşıb.

PSJ 75 milyonluq futbolçu ilə maraqlanır

6 April 2026 at 08:48

“Leypsiq” klubunun futbolçusu Yan Diomande karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, PSJ afrikalı vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Paris klubu mövsümün sonunda Diomandenin transferi üçün “Leypsiq”lə danışıqlara başlamağı planlaşdırır.

Fil Dişi Sahili yığmasının da üzvü olan 19 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 75 milyon avrodur. Diomande bu mövsüm Bundesliqada 27 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

Niderlandda çempion məlum oldu

6 April 2026 at 08:30

Niderland Erediviziyasında çempion məlum olub.

Futbolpress.az xəbər verir ki, PSV sona beş tur qalmış qızıl medalları təmin edib.

Turnir cədvəlinin ikinci sırasında yer alan “Feyenoord”un XXIX turda “Volendam”la bərabərə qalmasından sonra liderlə fərq 17 olub. Bununla da PSV-nin sona beş tur qalmış çempionluğu rəsmiləşib.

Eyndhoven təmsilçisi tarixində 27-ci dəfə liqanın qalibi olub.

“Qarabağ” darmadağınla qələbə qazandı – YENİLƏNİB

6 April 2026 at 20:53

Misli Premyer Liqasında bu gün XXVI turun daha bir oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qarabağ” autsayder “Karvan-Yevlax”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə meydan sahibləri turnir cədvəlinin autsayderinə 7 cavabsız qolla qalib gəlib.

Kamilo Duranın het-trik, Leandro Andradenin dubl etdiyi oyunda Dani Bolt və Abdulla Zubir hərəyə bir dəfə fərqləniblər.

Bununla da “Qarabağ” ikinci pillədəki yerini möhkəmləndirib, “Karvan-Yevlax” isə sonuncu pillədə qərarlaşmağa davam edir.

Misli Premyer Liqası 
XXVI

6 aprel

19:00 Qarabağ – Karvan-Yevlax 7:0

Qollar: Leandro Andrade 23′, 64′, Kamilo Duran 31′, 45′, 48′ Dani Bolt 40′, Abdulla Zubir 43′

Baş hakim: Kamranbəy Rəhimov
Tofiq Bəhramov adına Respublika stadionu

Milli üzvü heç-heçəni kənardan izlədi

6 April 2026 at 00:38

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Feyenoord”la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.

Ozan görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Volendam” Erediviziyada 28 xalla 14-cü sıradadır.

Millinin toplanışı başladı

5 April 2026 at 22:29

Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.

Futbolpress.az xəbər verir ki, yığma üzvləri səhər və axşam olmaqla günü iki məşqlə başa vurub.

Milli aprelin 7-dək hazırlığını Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.

Qeyd edək ki, millimiz aprelin 8-də Tbilisiyə səfər edəcək, ertəsi gün və ayın 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək.

İliç: “Neftçi” belə səhvləri bağışlamır”

5 April 2026 at 20:43

Misli Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Neftçi” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Rəqibi təbrik edirəm. Bəzi səhvlərə yola verdik. Bunun nəticəsində məğlub olduq.

– Komanda 10 oyundur, qələbə qazana bilmir. Bu məğlubiyyətlərdə sizin payınız nə qədərdir və istefa vermək haqda düşünürsünüz?
– Mənlə bağlı qərarı rəhbərlik verir. Problem yoxdur. Futbolçulara tapşırıqları veririk. Səbuhiyə başa salırıq ki, mərkəzdə səhv etmək olmaz, amma hər oyun təkrarlanır.

– Belə çıxır, kapitanla baş məşqçi arasında problem var?
– Tək Səbuhi ilə bağlı problem yoxdur. Bu gün Səbuhidir, sabah Murata, sonra Ninkoviç ola bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidir. “Neftçi” kimi rəqiblər belə səhvləri bağışlamır.

– “Karvan-Yevlax”, “Kəpəz”, “Qəbələ”yə qarşı da yaxşı oyun görməmişik. Bunun arxasında nə dayanır?
– “Kəpəz”lə oyunu izləmisiniz? Buraxdığımız qollara baxmısınız?

– Futbolçular səhv edəcəksə, bəs, baş məşqçi burda nə rol oynayır?
– Çempionatda 4-5 komanda var ki, səviyyə baxımından bizi üstələyir. Səhvlər nəticəyə təsir edir. Biz maksimumuza ötən ilin noyabrında çatdıq. Çempionatın birinci yarısında heç kim sual vermirdi ki, niyə belə qələbələr qazanırsınız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər.

– Rəhbərliyi dediniz, futbolçuların səhvlərini bildirdiniz. Bəs, siz baş məşqçi kimi nələri səhv edirsiniz? 
– Məsuliyyətim komandanı hazırlamaq, buraxılan səhvləri çalışmaqdır. Futbolda daha çox səhv edən komanda uduzur. Böyük problemimizdir, asan səhvlər buraxırıq. Sırf buna görə uduzuruq. Məşqlərdə çalışırıq, səhvlər üzərində işləyirik, amma növbəti oyunda yenə bu səhvlər təkrarlanır. “Qarabağ” eyni heyətlə nə qədər uzağa gedə bilər? Rotasiyalar lazımdır…

– Səbuhi Abdullazadə sanki oynamaq istəmir. Onu meydana buraxmaq nə dərəcədə düzgündür?
– Mənim üçün inanılmazdır. Çünki mən də futbolçu olmuşam. Başa düşə bilmirəm ki, necə oynamaq istəməyə bilərsən? Bu, anormal bir şeydir. Səbuhi bu klubun yetirməsidir. Onun oynamaq istəmədiyinə inanmıram.

– Azarkeşlər sizinlə bağlı problem görmür, onlar da futbolçuları günahkar sayır. Rəhbərlik yeni müqavilə təklif etsə, qərarınız necə olar?
– Nəticə qazanmaq istəyirsənsə, hamı bir olmalı, bir strategiya üçün çalışmaq lazımdır. Demirəm ki, bütün səhvlər futbolçularn üzərinə düşür, hamının səhvləri var. Futbolçuların səhvi mənim də səhvim deməkdir. Yeni müqavilə haqda danışmaq istəmirəm. İndi bunun vaxtı deyil.

Şahin Cəfərov

Vernidub: “Komandamın nəyə qadir olduğunu görmək istəyirəm”

5 April 2026 at 20:25

Misli Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Neftçi” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Bir il əvvəl Ukraynada, “Krivbass”da çalışırdım. Həmin vaxt, səhv etmirəmsə, aprelin 4-də idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak olmuşdu. 9 uşaqla yanaşı, 21 böyük də ölmüşdü. Vaxt keçsə də, bunu xatırlayıram. Bunu deməli idim. İndi isə sualları verə bilərsiniz.

– Bu gün qələbə qazanmaq üçün əvvəlki matçlarda olan nəyisə dəyişdinizmi?
– İşləyirik, çox çalışırıq. Futbolçuların yaxşı əhvalı var. Bütün oyunçular oynamaq istəyir. İşimiz indi daha asan olub. Sadəcə heyəti seçməliyəm. Özünüz də görürsünüz, bu gün komanda gözəl performans sərgilədi. Kifayət qədər qol epizodları yaratdıq, fərq böyük ola bilərdi. Buraxdığımız qoldan sonra yaxşı reaksiya göstərdik. Məşqçi kimi mənim üçün önəmli olan budur.

– Qarşıda “Qarabağ”la 2 oyun var. Digər rəqiblər isə “Zirə” və “Araz-Naxçıvan”dır. Komanda fasilədən necə qayıdıb? Bu oyunlara hansı dərəcədə hazırsınız?
– Uşaqlara demişəm ki, ağır aprel ayı var. 5 oyunumuz olacaq və ardıcıl güclü rəqiblərlə qarşılaşacağıq. Bu, əladır. Bu oyunları səbirsizliklə gözləyirəm. Komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Bu matçları uğurla başa vura  bilsək, yaxşı olacaq.

– Emin Mahmudovun durumu necədir?
– Ondan böyük gözləntilərim var. Düşünürəm ki, 1-2 gün sonra məşqlərə qoşulacaq. Bilirsiniz, kapitandır. Kapitanla oyun bir cürdür, kapitansız tam başqa. Meydandakı idarəetmə baxımından onsuz da çətinliklər ola bilir. Emin gün keçdikcə daha da yetkinləşir.

– Turnir cədvəlində sizdən aşağıda olan komandalara xal itirirsiniz. Qarşıda da onlara qarşı duellər olacaq. Hansısa fərqli planınız var?
– Hər zaman bir plan var: çıx, oyna və qazan. Necə olacağını görəcəyik.

– Plan eynidirsə, nə üçün iddialı komandalarla oyunlarda xal qazanmaq çətin olur?
– Hər oyun üçün plan var. İndi bunu deyə bilmərəm. Rəqiblərin güclü və zəif tərəflərini bilirik. Tək A yox, B planımız da var.

– Bəzi taktiki dəyişikliklər etmişdiniz. Abubakar ehtiyatda olsa da, start “11-lik”də mərkəz hücumçusu buraxmamağınız nə ilə bağlıdır?
– Varqas ikinci oyundur, hücumçu kimi oynayır. Sambunun bəzi kiçik problemləri var. Hələ də bizimlə məşq etmir. Abubakar hələ tam formasını yığmayıb. Buna görə startda Varqas oynadı və pis də alınmadı.

– “Turan Tovuz” – “Zirə” oyunundakı mübahisəli hakim qərarları ilə bağlı nə deyə bilərsiniz?
– Hakimlər bizim də xətrimizə dəyib. Lakin onlar da insandır, səhv edə bilərlər. Məğlub olan komanda üçün qərarlar bəzən ağır olur. Gücümü komandama həsr edirəm, digər amillərə fikir vermirəm. Ukraynada olanda da hakimlər məni sevirdi, indi də. Yenə deyirəm, işim komandamı oyunlara hazırlamaqdır.

Şahin Cəfərov

Bağırov: “Qəbələ” qələbəni daha çox istədi”

5 April 2026 at 19:20

Misli Premyer Liqasının XXVI turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Düzü, belə nəticəni gözləyirdim. Nə vaxtsa uduzacağımızı bilirdim. Hiss olundu ki, bu gün “Qəbələ” qələbəni daha çox istədi. Xırda səhvlərimiz qolla nəticələndi. Çempionat davam edir, növbəti oyunlara köklənəcəyik.

– Özünüzdən güclü rəqiblərə qarşı daha yaxşı oynayırsınız. Amma eyni mövqelərdə olduğunuz rəqiblərə xal itirirsiniz. Köklənmə problemi var?
– 4-5 oyundan sonra bir matçda zəif oynamaq normaldır. Ən az legioneri olan komandayıq. Əlimizə düşən fürsətləri dəyərləndirə bilməyəndə çətinlik olur. Bu gün adi epizodları vura bilmədik.

– Yusif İmanovun milliyə dəvət almamasına münasibətiniz nədir?
– Ayxan müəllimin futbolu, beynindəki düşüncələri və buna uyğun qapıçı seçimi – bu, normal bir haldır. Hətta biz görmüşük ki, öz klubunda oynamayan, millidə daha yaxşı oyunlar nümayiş etdirib. Normaldır. Hər məşqçinin futbola baxışı var. Ayxan müəllimin fikirlərinə və düşüncələrinə, futbola baxışına hörmətlə yanaşıram. Mən necə olardım? Başqa məsələdir.

– Rəhbərliklə yeni müqavilə haqda danışmısınız?
– Xeyr, yeni müqavilə imzalamamışıq. Amma bəzi söhbətlərimiz olub. Maliyyə tərəfləri tam bilinəndən sonra digər məsələlərə də aydınlıq gələcək. Yəni büdcəmizin nə qədər olacağı bəlli olduqdan sonra rəhbərliklə müzakirə aparacağıq. Bizim planımız var və ona uyğun da işimizə davam edirik.

Sxadadze: “Futbolçulara dedim ki…”

5 April 2026 at 18:39

Misli Premyer Liqasının XXVI turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar, yaxşı nəticə qazandılar. Birinci hissədə oyunçularda gərginlik hiss olunurdu. Fasilədən sonra rəqibə imkan vermədik. Demək olar, şans yarada bilmədilər. İlk hissənin sonunda futbolçulara dedim ki, özünüzə inanın, daha yaxşı oynaya bilərsiniz. Bizim üçün hər oyun finala bərabərdir. Bu gün də göstərdik ki, oynaya bilirik.

– Ardıcıl məğlubiyyətlərdən sonra azarkeşlər sizi istefaya səsləyir, artıq klubun yeni baş məşqçi axtarması ilə bağlı xəbərlər çıxırdı. Bu, sizə necə təsir edirdi?
– Hər yerdə belədir. Komanda uduzursa, günahkar məşqçidir. İşimiz belədir. Azarkeşləri də başa düşürəm, nəticə istəyirlər. Onlarla görüşdüm və xahiş etdim ki, belə etməsinlər. Çünki onda komanda daxilində də atmosfer pozulur. Klubda görüş oldu, rəsmilər iştirak etdi. Bu, komandaya müsbət təsirini göstərdi.

– Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Sizcə, bu qələbəni şişirtməyə dəyər, ya necə? Nə düşünürsünüz?
– Yaxşı oyunlar oldu. Ayxan Abbasov komandanı toparlaya bilib. Psixoloji baxımdan belə qələbələr vacibdir. Komandanı indiki məqamda tənqid etmək olmaz. Bu, millidir və hər kəs onlara azarkeşlik etməlidir.

“Sumqayıt” – “Neftçi”: heyətlər

5 April 2026 at 16:48

“Neftçi” Misli Premyer Liqasının XXVI turunda bu gün “Sumqayıt”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 18:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 24. Sənan Muradlı 75. Nadir Orucov 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 72. Rayan Senhadjic 6. Sedrik Badolo 95. Nsana Simon
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 21. Nihad Əhmədzadə 37. Nihad Orucəli 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 71. Masaki Murata 11. Aleksa Yankoviç
Baş məşqçi: Saşa İliç

“Neftçi”: 13. Kenan Piriç (k) 4. Elvin Camalov 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 70. Andrey Ştoqrin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

“Qarabağ”ın oyunu 3 manata

5 April 2026 at 16:00

Premyer Liqanın XXVI turu çərçivəsində keçiriləcək “Karvan-Yevlax” ilə oyunun biletləri bu gün satışa çıxıb.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qiymətlər isə 3 və 20 manat aralığındadır.

Biletlər iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Sabah keçiriləcək matça saat 19:00-da start veriləcək.

Milli üzvü məğlubiyyətin iştirakçısı oldu

5 April 2026 at 14:52

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” Albaniya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Vlajniya” ilə qarşılaşıb. Matç “Partizani”nin məğlubiyyəti ilə başa çatıb – 0:2.

Vüsal matça start heyətdə başlayıb və sona qədər oynayıb.

“Partizani” 30 turdan sonra 44 xalla 4-cü sıradadır.

“Kəpəz” – “Qəbələ”: heyətlər

5 April 2026 at 14:45

“Kəpəz” Misli Premyer Liqasının XXVI turunda bu gün “Qəbələ”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 15:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 97. Elxan Məmmədov 80. Şahnur İsmayılov
Baş məşqçi: Azər Bağırov

“Qəbələ”: 1. Səlahət Ağayev  28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 3. Eduardo Kunde 8. Sambu Sissoko
Baş məşqçi: Kaxaber Sxadadze

 

Flikin “300”ü

5 April 2026 at 13:36

“Barselona” İspaniya La Liqasının XXX turunda “Atletiko”nu məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, bu nəticə kataloniyalıların baş məşqçisi Hansi Flik üçün əlamətdar statistika ilə yadda qalıb. Belə ki, komanda mütəxəssisin başçılığı altında 299 və 300-cü qolları vurub.

“Barselona” bu saya 107 oyunda çatıb.

Flikin dönəmində komandanın bombardiri Robert Levandovskidir – 58 qol.

Azər Bağırov: “Müsbət qığılcımlar var”

5 April 2026 at 13:00

“Kəpəz”in baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın hazırlığını dəyərləndirib:

“Fasilə, inşallah, komandamızın xeyrinə olar. Bu müddəti fiziki, taktiki və psixoloji hazırlıqlara ayırmışıq. İki həftəlik məşq prosesini zədəsiz başa vurduğumuzu düşünürəm. Oyunlar necə hazırlaşdığımızı göstərəcək. Əsas nəticədir. Şükürlər olsun, bazada hər şərait var. Böyük komandalarda necə struktur işi varsa, bu da həminkilərdəndir. Yerdə qalan məsələlər zamanladır”.

Bağırov nəticələr və Misli Premyer Liqasında növbəti turlar haqda fikirlərini bölüşüb:

“Olduğumuz yerdə ailə ruhu qurmaq istəyirik. Çalışırıq, komandada yaxşı əhval yaradaq. Bugünkü gündə nəticələrimizin səbəblərindən biri də yaxşı kollektiv formalaşdırmağımızdır. Müsbət qığılcımlar var.

Hər oyuna fərdi hazırlaşırıq. Futbolçular dünən yox, sabah haqda düşünürlər. Hərəsinini özünün təhlili, yanaşması bizim üçün önəmlidir və onlar da bunu dərk edir”.

“Kəpəz” bu gün “Qəbələ” ilə qarşılaşacaq. Matça saat 15:30-da start veriləcək.

Nəriman MLS-də növbəti oyuna çıxdı

5 April 2026 at 12:33

Azərbaycanlı futbolçu Nəriman Axundzadə MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, “Kolumbus Kryu”da çıxış edən hücumçu “Atlanta” ilə matçda iştirak edib. O, ikinci hissədə – 90-cı dəqiqədə meydana daxil olub.

Matç “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 3:1.

Nərimanın komandası 6 turdan sonra 5 xalla 11-ci sırada qərarlaşıb.

Hansı oyun, hansı kanalda? – TV

5 April 2026 at 12:25

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Azərbaycan, Premyer Liqa
15:30 Kəpəz – Qəbələ (CBC Sport)
18:00 Sumqayıt – Neftçi (İdman TV, CBC Sport)

Rusiya, Premyer Liqa
17:30 Dinamo Mahaçqala – Baltika (Matç Premyer, Matç TV)
20:30 Spartak Moskva – Lokomotiv Moskva (Matç Premyer, Matç TV)

İspaniya, La Liqa
16:00 Xetafe – Atletik (İdman TV)
18:15 Valensiya – Selta (Futbol 2)
20:30 Ovyedo – Sevilya (İdman TV)
23:00 Alaves – Osasuna (İdman TV)

İtaliya, A Seriyası
17:00 Kremoneze – Bolonya (Futbol 1)
20:00 Piza – Torino (Futbol 1)
22:45 İnter – Roma (Futbol 1, Matç TV)

Türkiyə, Super Liqa
21:00 Fənərbağça – Beşiktaş (Futbol 3, beİN Sports 1)

Adı “Fənərbağça” ilə hallanan hücumçudan ayrılıq qərarı

5 April 2026 at 11:23

Hücumçu Seru Girassi “Borussiya”dan ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı forvard mövsümün sonunda təklifləri dəyərləndirəcək. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Girassi bu mövsüm 39 oyunda 18 qol vurub, 6 məhsuldar ötürmə edib. Forvardın adı Türkiyənin “Fənərbağça” klubu ilə hallanır.

“Qəbələ”dən qələbə, “Neftçi” səfərdə qazandı

5 April 2026 at 19:55

Bu gün Misli Premyer Liqasında XXVI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki oyun baş tutub.

Günün birinci matçında “Kəpəz” Yevlaxda “Qəbələ”yə uduzub.

Digər görüşdə “Neftçi” “Sumqayıt”a qalib gəlib.

Misli Premyer Liqası
XXVI tur

5 aprel

15:30 Kəpəz – Qəbələ 0:2
Qollar:
Akinade, 74, Massumo, 90
Baş hakim: Vüqar Həsənli
Yevlax şəhər stadionu

18:00 Sumqayıt – Neftçi 1:3
Qollar:
Ninkoviç, 53 – Varqas, 36 (pen.), Metyu, 65, Abubakar, 89
Baş hakim: Kamal Umudlu
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Arsenal” kubokla vidalaşdı

5 April 2026 at 01:28

“Arsenal” İngiltərə Federasiya Kubokunda mübarizəni dayandırıb.

Futbolpress.az xəbər verir ki, “topçular” Çempionşip təmsilçisi “Sauthempton”a 1/4 finalda uduzub. Görüş 1:2 hesabıyla başa çatıb.

“Arsenal”ın yeganə qolunu Qyökereş vurub. “Sauthempton”da isə Ross Stivart və Şea Çarles fərqlənib.

“Real” uduzdu, “Barselona” qələbə qazandı

5 April 2026 at 01:17

Bu gün İspaniya La Liqasında XXX turun növbəti oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. “Valyekano” azarkeşləri önündə “Elçe”ni məğlub edib.

“Real” səfərdə “Malyorka”ya uduzub. “Barselona” isə səfərdə “Atletiko”ya qalib gəlib.

İspaniya La Liqası
XXX tur

3 aprel

Valyekano – Elçe 1:0
Qol: R.Nteka, 74

4 aprel

Betis – Espanyol 0:0

Malyorka – Real 2:1
Qollar: M.Morlaes, 41, V.Muriqi, 90+1 – E.Militao, 88

Real Sosyedad – Levante 2:0
Qollar: J.Martin, 30, B.Mendes, 83

Atletiko – Barselona 1:2
Qollar: C.Simeone, 39 – M.Reşford, 42, R.Levandovski, 87

Super Liqa: derbini “Fənərbağça” qazandı

5 April 2026 at 23:30

Türkiyə Super Liqasında XXVIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Lider “Qalatasaray” bu turda “Trabzonspor”a uduzub.

İstanbul derbisində “Fənərbağça” qələbə qazanıb.

Türkiyə Super Liqası 

XXVIII

4 aprel 

Gənclərbirliyi – Göztəpə 0:2

Qollar: Miroşi, 39-pen. Bokele, 68-pen.

Kasımpaşa – Kayserispor 2:0

Qollar: Benediçak, 10. Yanniotis, 66.

Qaziantep – Alanyaspor 1:1

Qollar: Kozlovski, 63 – İ.Kaya, 42.

Trabzonspor – Qalatasaray 2:1

Qollar: Onuaçu, 4. Nvayvu, 62 –  Sinqo, 48.

5 aprel

Karagümrük – Rizespor 2:1
Qollar: Serginyo, 39, S.Babiçka, 87 – A.Sov, 70

Samsunspor – Konyaspor 2:2
Qollar: K.Holz, 42, 72 – E.Bardi, 23 (pen.), B.Kramer, 78

Antalyaspor – Eyüpspor 3:0
Qollar: S.Strik, 63, N.Storm, 77, S.Ballet, 83

Fənərbağça – Beşiktaş 1:0
Qol: K.Aktürkoğlu, 90+11 (pen.)

Baxşıyev: “Arxayınlaşmağa haqqımız yoxdur”

4 April 2026 at 21:39

NTD komandasının baş məşqçisi Tahir Baxşıyev “Sumqayıt” BK (121:107) ilə qarşılaşmadan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis pley-off mərhələsində qələbə qazandıqları ilk matçla bağlı bunları deyib:

“Komandanı təbrik edirəm. Pley-off yolunda ilk addımı atdıq. Bilirdik ki, bizi çətin oyun gözləyir. Cavab görüşü də çox ağır olacaq. “Sumqayıt” yaxşı komanda olduğunu sübut etdi, sona qədər mübarizə apardılar. Bizim isə arxayınlaşmağa haqqımız yoxdur. Cavab oyununa ciddi hazırlaşacağıq. Hazırda komandamız daha yaxşı oynayır. Sadəcə diqqəti itirmək olmaz. Oyunçularım istədiyim kimi oynaya bilirlər. Əgər bu şəkildə davam etsələr, bizi qarşıda hələ çox oyun gözləyir”.

ABL: NTD və “Gəncə” ilk oyunu qazandı

4 April 2026 at 21:19

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, NTD “Sumqayıt”ı, “Gəncə” isə “Lənkəran”ı məğlub edib.

Komandalar arasındakı cavab oyunu 6-7 apreldə keçiriləcək.

Azərbaycan Basketbol Liqası
Pley-in mərhələsi, ilk oyunlar

NTD – Sumqayıt 121:107
Gəncə – Lənkəran 91:55

“Qarabağ”ın U-12 komandası Antalyada yarımfinala yüksəlib

4 April 2026 at 21:00

“Qarabağ”ın U-12 komandasının “Antalya Friendship Cup 2026” turnirində iştirakı çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov komandamızı ziyarət edib.

Futbolpress.az xəbər verir ki, qonaqlar komanda üzvləri ilə görüşərək onlara növbəti oyunlarda uğurlar arzulayıb və xatirə şəkli çəkdiriblər.

Əlavə edək ki, komanda turnirdə aşağıdakı nəticələri əldə edib:

“Qarabağ” – “Viz Sinara” 2:1
“Qarabağ” – “Manavgat Kartalları” 9:0
“Qarabağ” – “Slovan Liberec” 1:0
“Qarabağ” – DSI FC 4:1
“Qarabağ” – “Almaty Junior” 7:0

Qeyd edək ki, “Almaty Junior”la görüşdə qələbə qazanan komanda yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Tanınmış futbolçudan ayrılıq qərarı

4 April 2026 at 19:18

Müdafiəçi Kiran Trippye mövsümün sonunda “Nyukasl”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı futbolçunun müddəti başa çatacaq müqaviləsi uzadılmayacaq.

Trippye 2022-ci ildən “Nyukasl”da çıxış edirdi. O, bu mövsüm Premyer Liqada 18 oyunda 1 məhsuldar ötürmə edib.

İngiltərəli futbolçu “sağsağanlar”dan öncə “Mançester Siti”, “Bernli, “Tottenhem”, “Atletiko” kimi klublarda forma geyinib.

Avropa Kubokunun açılış mərasimi keçirildi

4 April 2026 at 18:47

Aprelin 4-də Gəncə İdman Sarayında cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun rəsmi açılış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca iştirakçılar və qonaqlar salamlanıb, Gəncənin beynəlxalq idman yarışlarına ev sahibliyi edən şəhərlərdən biri kimi əhəmiyyəti vurğulanıb.

Açılış mərasimində bildirilib ki, turnir Avropa Cüdo Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Yarışda 10 ölkədən 269 idmançı mübarizə aparır.
Rəsmi hissədə Avropa Cüdo Birliyinin idman komissarı Patris Ronyu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cavad Cavadov və Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov çıxış ediblər. Çıxışlarda ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı, bölgələrdə beynəlxalq yarışların təşkili və bu cür turnirlərin gənc idmançıların inkişafındakı rolu xüsusi qeyd olunub. Natiqlər yarış iştirakçılarına uğurlar arzulayıb, turnirin yüksək səviyyədə təşkilində əməyi olan bütün tərəflərə təşəkkürlərini bildiriblər.

Daha sonra bədii hissə təqdim olunub. Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” ritm və rəqs ansamblının çıxışı mərasimə xüsusi rəng qatıb.

Qeyd edək ki, Gəncədə təşkil olunan yeniyetmələr arasında Avropa Kuboku iki gün davam edəcək.

Super Liqa matçında qapıçı qol vurdu – VİDEO

4 April 2026 at 18:36

“Kasımpaşa” Türkiyə Super Liqasının XXVIII turunda “Kayserispor”u məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Andreas Canniotis komandasının ikinci qolunun müəllifi olub. O, öz meydançasından vurduğu zərbə ilə fərqlənməyi bacarıb.

“Kasımpaşa” Super Liqada 27 xalla 13-cü sıradadır. “Kayserispor” isə 23 xalla 16-cıdır.

Qolkiperin qolunu burdan izləyə bilərsiniz.

“Meydana qələbə üçün çıxmalıyıq, başqa variantımız yoxdur”

4 April 2026 at 18:15

“Kəpəz”in futbolçuusu Əli Səmədov klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandanın hazırlığından və növbəti turun “Qəbələ” ilə matçından danışıb:

“Qarabağ” üzərindəki möhtəşəm qələbədən sonra üç günlük istirahət etdik. Fiziki hazırlığımızı yaxşı duruma gətirməyə çalışdıq. Ağır məşqlərimiz oldu. Hamı məşqlərdə canla-başla iştirak etdi. Düşünürəm ki, hər şey qaydasındadır.

“Qəbələ” bizim turnir cədvəlində əsas rəqiblərimizdən biridir. Bu qarşılaşmadan sonra da rəqiblərimizlə ardıcıl oyunlarımız olacaq. Meydana qələbə üçün çıxmalıyıq, başqa variantımız yoxdur. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Buna görə də “Qəbələ” ilə matç bizim üçün çox vacibdir.

Azarkeşlərimiz hər oyunda bizi dəstəkləyirlər. Oyundan-oyuna azarkeşlərin sayı artır. Hamısına təşəkkürümü bildirirəm. İnanıram ki, “Qəbələ” ilə görüşdə də dəstəklərini əsirgəməyəcəklər. Onların dəstəyi bizim üçün çox vaacibdir”.

Sabah keçiriləcək “Kəpəz” – “Qəbələ” oyunu saat 15:30-da start götürəcək.

“Cavab oyununda hər kəsə qalib gələcəyik” – kapitan

4 April 2026 at 17:53

“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Zirə”yə uduzub – 0:2.

Tovuz təmsilçisinin kapitanı Faiq Hacıyev “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Oyunun çətin keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq. Bəzi məqamlarda istədiklərimizi edə bilmədik. Düzdür, hesab bizi qane etmir, ancaq bu, hələ son deyil”.

Cinah oyunçusu final şanslarının qaldığını əlavə etdi:

“Başa düşürük, hesab əleyhimizədir və geridönüş asan olmayacaq. Amma ikinci oyuna daha yaxşı hazırlaşacağıq. Nəticəni xeyrimizə dəyişə biləcək gücdəyik. Bizim üçün hələ heç nə bitməyib”.

Kapitan oyunun hakim idarəçiliyinə də toxundu:

“Hakimlər haqda danışmağı sevmirəm. Ona görə şərh verməyəcəyəm. İnşallah, cavab oyununda hər kəsə qalib gələcəyik”.

Komandalar arasında yarımfinalın cavab matçı aprelin 21-də, Zirə İdman Kompleksinin stadionunda olacaq.

Şahin Cəfərov

“Mançester Siti” “Liverpul”u darmadağın etdi

4 April 2026 at 17:46

“Mançester Siti” İngiltərə Federasiya Kubokunda yarımfinala yüksəlib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” 1/4 finalda “Liverpul”u darmadağın edib – 4:0.

“Mançester Siti”nin qollarını Erlinq Haaland (3) və Antoine Semenyo vurub. “Liverpul”da Məhəmməd Salah ikinci hissədə penaltidən yararlana bilməyib.

Mahir qələbənin iştirakçısı oldu

4 April 2026 at 17:25

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Fortuna” ilə qarşılaşıb. Matç “Kayzerslautern”in qələbəsiylə başa çatıb – 3:0.

Mahir oyuna 83-cü dəqiqədə daxil olub.

“Kayzerslautern” çempionatda 28 turdan sonra 43 xalla 7-ci sıradadır.

Milliyə 18 futbolçu çağırıldı – adlar

4 April 2026 at 16:51

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən aprelin 9-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Futbolpress.az xəbər verir ki, U-19 aprelin 11-dən 17-dək Xorvatiyada Avropa çempionatının seçmə mərhələsinin II raundunda mübarizə aparacaq. Millimiz B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq.

Millinin heyəti və oyunların təqvimi:

Nr.
 Adı / Soyadı
Klub
1
Nərgiz Ağaliyeva
Şəfa
2
Firuzə Bayramova
Dirçəliş
3
Vahidə Əlipaşayeva
Dirçəliş
4
Mədinə Curuqova
Neftçi
5
Arzu Cəfərova
Şəfa
6
Səma Əsədova
Sabah
7
Yelizaveta Vaysman
Şəfa
8
Ülviyyə İslamova
Baku Juniors
9
Pərişan Abdullayeva
Liman
10
Xanım Əsədova
Neftçi
11
Aygün Novruzova
Sabah
12
Aysu Əsədova
Sabah
13
Ayan Abdiyeva
Liman
14
Mədinə Qədiməliyeva
Şəfa
15
Məsumə Nəzərli
Neftçi
16
Ayşən Salamzadə
Neftçi
17
Arzu Ağaliyeva
Şəfa
18
Bədriyyə Mavludova
Şəfa
11 aprel

14:00. Xorvatiya (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)
Baş hakim: Henrikke Nervik (Norveç)
Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Jasmin Matisiak (Almaniya)
Dördüncü hakim: Angelika Soeder (Almaniya)
Karlovaç, “Branko Çavloviç-Çavlek” stadionu

14 aprel

16:00. Çexiya (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)
Baş hakim: Eqlantina Pyetruşay (Albaniya)
Baş hakimin köməkçiləri: Paola Şayl (Albaniya), Iva Yaniç (Xorvatiya)
Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya)
Luçko stadionu

17 aprel

14:00. Azərbaycan (U-19, Qadınlar) – Gürcüstan (U-19, Qadınlar)
Baş hakim: Henrikke Nervik (Norveç)
Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Iva Yaniç (Xorvatiya)
Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya)
Luçko stadionu

Komandası qələbələri sıraladı, özü də mükafat qazandı

4 April 2026 at 16:19

İtaliya A Seriyasında mart ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Komo”nun çalışdırıcısı Sesk Fabreqas layiq görülüb.

Onun rəhbərlik etdiyi komanda ötən ay çempionatda “Leççe”ni (3:1), “Kalyari”ni (2:1), “Roma”nı (2:1) və “Piza”nı (5:0) məğlub edib.

“Komo” A Seriyasında 57 xalla 4-cü sıradadır.

Kadinin “40”ı

4 April 2026 at 15:42

Kadi Borqes “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.

Futbolpress.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Sabah”la qarşılaşmasında (2:2) dubl müəllifi olub. O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını “40”a çatdırıb.

Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi “Qarabağ”ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.

Qeyd edək ki, Borqes “Qarabağ”da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.

18 ildən sonra: tarixdə 3-cü dəfə

4 April 2026 at 15:24

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları meydana çıxan 4 komandadan üçünün 2 qol vurması ilə yadda qalıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” – “Sabah” qarşılaşmasında (2:2) hər iki komanda, “Turan Tovuz” – “Zirə” matçında (0:2) qonaqlar iki dəfə fərqlənib.

Ölkə kuboku tarixində 3-cü dəfə yarımfinalın ilk oyunlarında ən azı 3 komanda 2 və ya daha çox qol vurub. Belə məhsuldarlığa sonuncu dəfə 18 il əvvəl təsadüf olunub. 2007/08 mövsümündə “Qəbələ” – “Xəzər-Lənkəran” (1:3) və “Neftçi” – “İnter” (2:2) cütlərində yalnız bir komanda 2-dən az qol vurub.

1994/95 mövsümündə də oxşar hadisə yaşanıb. “Neftçi” – “Xəzri” (2:1) və “Kəpəz” – “Kur-Nur” (3:3) matçlarında üç komanda məhsuldarlıq göstərib.

Ümumilikdə isə 2 görüşdə 6 qol vurulub və orta məhsuldarlıq 3,00-ə bərabər olub. 1/2 finalın ilk oyunlarında Azərbaycan kuboku tarixində 9-cu dəfə bu rəqəm 3 və ya daha yüksək olub.

Mütləq rekord 1994/95 mövsümünə məxsusdur. “Neftçi” – “Xəzri” (2:1) və “Kəpəz” – “Kur-Nur” (3:3) matçlarında 9 qol vurulub və orta göstərici 4,50 olub. 2007/08 və 2008/09 mövsümlərində 8, 2023/24 mövsümündə 7 qol qeydə alınıb. 1997/98, 2015/16, 2016/17 və 2022/23 mövsümlərində isə indiki kimi ilk oyunlar 6 qolla yekunlaşıb.

“Sabah”ın yubiley qolu

4 April 2026 at 15:00

“Sabah” Azərbaycan Kubokunda 50-ci qolunu vurub.

Futbolpress.az xəbər verir ki, bu, yarımfinalın ilk matçına təsadüf edib.

“Qarabağ”la səfər görüşündə hesabı açan Umarali Raxmonaliyev Bakı klubunun yubiley qolunun müəllifi olub. Paytaxt təmsilçisi ölkə kubokunda keçirdiyi 27-ci matçında 2:2 hesablı heç-heçə ilə qollarının sayını 51-ə yüksəldib.

“Sabah”ın orta məhsuldarlığı 1,89-a bərabərdir. Paytaxt təmsilçisi evdə 19, səfərdə 29, neytral meydanda 3 dəfə fərqlənib. Bununla da ölkə kuboku tarixində 50 və ya daha çox qol vuran komandaların sayı 21-ə çatıb.

Kubokda 2017/18 mövsümündə debüt edən “Sabah” ilk qolunu növbəti ildə vurub. “Sabah” 2018/19 mövsümünün 1/8 finalında “Ağsu”ya 3:0 hesabı ilə qalib gəlib. Komandanın kubokdakı ilk qolunu 2018-ci il dekabrın 6-da keçirilən görüşün 6-cı dəqiqəsində Bəxtiyar Soltanov vurub.

Yetirmələrinin satışından ən çox qazanan klublar

4 April 2026 at 14:26

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son 10 ildə yetirmələrinin satışından ən çox qazanc əldə edən klubları açıqlayıb.

Futbolpress.az xəbər verir ki, birinci sırada Portuqaliyanın “Benfika” klubu yer alıb. Lissabon təmsilçisinin qazancı 589 milyon avro göstərilib.

İkinci sırada Niderland “Ayaks”ı yer alıb. “Narıncılar” akademiyasından çıxan oyunçuların satışından 454 milyon avro qazanıb.

“Üçlüy”ü İngiltərənin “Çelsi” klubu tamamlayır – 442 milyon avro.

Nesta “Tottenhem”in təklifini rədd etdi

4 April 2026 at 14:00

“Milan”ın və İtaliya millisinin sabiq futbolçusu Alessandro Nesta “Tottenhem”dən təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Keçmiş müdafiəçi komandanın yeni baş məşqçisi Roberto De Zerbinin məşqçilər korpusuna qoşulmaq təklifini rədd edib.

Nesta baş məşqçi kimi çalışmaq istəyir və təkliflər gözləyir.

Sabiq müdafiəçi daha əvvəl “Recinna”, “Frozinone”, “Peruca” və “Mayami”də çalışıb.

“Liverpul” PL klubunun futbolçusu ilə maraqlanır

4 April 2026 at 13:34

“Liverpul” İngiltərənin “Bornmut” klubunun müdafiəçisi Markos Senesi ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “TEAMtalk” portalı məlumat yayıb. “Qırmızılar” yayda müdafiəçi üçün Premyer Liqa klubuna təklifini bildirəcək.

Senesi 2022-ci ildən “Bornmut”un formasını geyinir. O, bu mövsüm Premyer Liqada 30 oyunda meydana çıxıb.

Kərəmli 8 xallıq fərqi qabartdı: “Biz yox, onlar təzyiq altındadır”

4 April 2026 at 13:00

I Liqanın lideri “Şəfa” mövsümdə ilk məğlubiyyətini yaşayıb. Bakı təmsilçisi XX turda səfərdə “Mingəçevir”ə uduzub – 2:5.

“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti belə şərh etdi:

“Kluba gələndən bəri liqada ilk məğlubiyyətimizdir. Oyunda hesabı bərabərləşdirmək üçün bir çox epizodumuz oldu. Rəqib də çoxlu qol şansları yaratdı. Oyunun sonlarında isə irəli atılıb hesabı bərabərləşdirməyə çalışdıq. Lakin qapımızda üçüncü qolu gördük. Bir müdafiəçini hücumçu ilə əvəzlədik, digərini isə irəli göndərdik ki, hesabı bərabərləşdirək. Amma önə çıxdığımız anda müdafiə xəttində boşluqlar verdik və yenidən qollar buraxdıq. “Mingəçevir” bu şanslardan maksimum yararlandı. Onları təbrik edirəm, qələbəyə layiq idilər”.

Mütəxəssis məğlubiyyətin komandada ruh düşkünlüyü yaratmayacağını əlavə etdi:

“Komandada ruh düşkünlüyü yoxdur. Çünki hamı 8 xal fərqiylə birinci pillədə olduğumuzu anlayır. Məğlubiyyətdən nəticə çıxarmalıyıq. Qarşıda oyunlar var və liderliyimizi davam etdirərək, mübarizəmizi aparacağıq”.

“Şəfa” növbəti iki turda ən yaxın izləyiciləri “Səbail” və “Baku Sportinq”lə qarşılaşacaq. Kərəmli komandada basqı olmadığını bildirdi:

“Rəqiblərdən irəlidəyik və xal fərqimiz var. Buna görə biz yox, onlar təzyiq altındadır. Çünki “Səbail” və “Baku Sportinq” həm ikincilikdən, həm də çempionluq mübarizəsindən qopmamağa çalışır. İndiki məqamda bizim üstünlüyümüz daha çoxdur”.

Şahin Cəfərov

❌
❌