Reading view

DÇ-2026: Qrup mərhələsinə yekun vuruldu

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün mundialda qrup mərhələsinə yekun vurulub.

Son olaraq J qrupunda yer almış Argentina millisi İordaniya ilə, Avstriya isə Özbəkistanla üz-üzə gəlib.

Arlinqtonda (Texas, ABŞ) təşkil edilmiş İordaniya – Argentina matçında Lionel Messi və komanda yoldaşları ardıcıl üçüncü qələbəyə seviniblər.

Kanzas Sitidə (Missuri, ABŞ) keçirilmiş Əlcəzair – Avstriya görüşündə isə qapılara 6 qol vurulmasına rəğmən, qalib müəyyənləşməyib.

Beləliklə, Argentina millisi 9 xalla qrup birincisi olub. Avstriya və Əlcəzair yığmaları da 4 xalla mərhələ adlayıblar. Hər üç oyunda uduzmuş İordaniya isə sonuncu yeri tutaraq mübarizəni dayandırıb.

DÇ-2026
J qrupu
28 iyun

Əlcəzair – Avstriya 3:3
Qollar: Rafik Belqali, 45. Riyad Mahrez, 60; 90+3 – Marko Arnautoviç, 28. Marsel Sabitzer, 55. Saşa Kalaydziç, 90+6.

İordaniya – Argentina 1:3
Qollar: Musa Tamari, 55 – Covanni Lo Çelso, 19. Lautaro Martines, 31-pen. Lionel Messi, 80.

Xallar: Argentina – 9. Avstriya – 4. Əlcəzair – 4. İordaniya – 0.

DÇ-2026: Kolumbiya 1-ci, Portuqaliya 2-ci oldu

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub.

K qrupunda yer almış Konqo Demokratik Respublikası yığması Özbəkistanla, Kolumbiya millisi isə Portuqaliya ilə üz-üzə gəlib.

Mayamidə (Florida, ABŞ) təşkil edilmiş Kolumbiya – Portuqaliya matçında qapılara qol vurulmayıb.

Atlantada (Corciya, ABŞ) keçirilmiş Konqo – Özbəkistan görüşündə isə Afrika təmsilçisi inamlı qələbəyə sevinib.

Beləliklə, Kolumbiya millisi 7 xalla qrup birincisi olub. 5 xalı olan Portuqaliya yığması qrup ikincisi olub. 4 xal toplamış Konqo da 3-cü yerlə mərhələ adlayıb. Hər üç oyunda uduzmuş Özbəkistan isə sonuncu yeri tutaraq mübarizəni dayandırıb.

DÇ-2026
K qrupu
28 iyun

Kolumbiya – Portuqaliya 0:0

Konqo DR – Özbəkistan 3:1
Qollar: Yoan Vissa, 68-pen; 90+1. Fiston Mayele, 78 – Eldor Şomurodov, 10.

Xallar: Kolumbiya – 7. Portuqaliya – 5. Konqo DR – 4. Özbəkistan – 0.

DÇ-2026: İngiltərə, Xorvatiya və Qana da istəyinə çatdı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub.

L qrupunda yer almış Xorvatiya yığması Qana ilə, İngiltərə millisi isə Panama ilə üz-üzə gəlib.

Filadelfiyada (Pensilvaniya, ABŞ) təşkil edilmiş Xorvatiya – Qana matçında Avropa təmsilçisi çətin qələbəyə sevinib.

Nyu-Cersidə (Nyu-York, ABŞ) keçirilmiş Panama – İngiltərə görüşündə də ingilislər inamlı hesablı qalib gəliblər.

“Turan Tovuz”un müdafiəçisi Roderik Miller əvvəlki iki oyunda olduğu kimi, bu görüşdə də ehtiyatda qalıb.

Beləliklə, İngiltərə millisi 7 xalla qrup birincisi olub. Xorvatiya yığması qrup ikincisi olub. 4 xal toplamış Qana da 3-cü yerlə mərhələ adlayıb. Hər üç oyunda uduzmuş Panama isə sonuncu yeri tutaraq mübarizəni dayandırıb.

DÇ-2026
L qrupu
28 iyun

Xorvatiya – Qana 2:1
Qollar: Petar Suçiç, 31. Nikola Vlasiç, 83 – Derrik Lukkassen, 73.

Panama – İngiltərə 0:2
Qollar: Cud Bellingem, 62. Harri Keyn, 67.

Xallar: İngiltərə – 7. Xorvatiya – 6. Qana – 4. Panama – 0.

Qurban Qurbanov: “Optimal formadan hələ uzağıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində “Tirol”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi bu qarşılaşmadan 4:0 hesablı qələbə ilə ayrılıb.

Qurban Qurbanov matçdan sonra klubun rəsmi saytına açıqlamasında fikirlərini bildirib:

“Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə apardılar. Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə ki, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidilər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istəklə və templə davam edəcəyik”.

Zəkəriyyə Savo: “Qazanmaq üçün hər şeyi edəcəyik”

“Qarabağ”ın yeni transferlərindən olan Zəkəriyyə Savo Avstriyanın “Tirol” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində “Tirol”a qarşı keçirdiyii yoxlama matçda 4:0 hesablı qələbəyə sevinib.

Zəkəriyyə Savo bu matçda het-trik müəllifi olub. O, oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Özümü yaxşı hiss edirəm. Yaxşı oyun oynadığımızı düşünürəm. Bir qədər yavaş başladıq. Amma ikinci hissədə yaxşı oynadıq. Vurduğum qollar üçün çox xoşbəxtəm.

Yeni mövsümün hazırlığına Bakıda başladıq. İndi burada Avstriyadayıq. Yeni komanda yoldaşlarımla burada olmaq gözəl hissdir. Məncə, hər şey çox yaxşıdır.

Savo azarkeşlərə də müraciət ünvanlayıb:

“Qazanmaq üçün hər şey edəcəyik. Avrokuboklara şans qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bütün azarkeşlərimizlə Bakıda görüşmək üçün çox səbirsizlənirəm”.

“Şamaxı” “Qəbələ” ilə yoxlama oyunu keçirəcək

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın yay təlim-məşq toplanışı zamanı rəqiblərindən biri məlum olub.

Arena.az xəbər verir ki, sözügedən komanda “Qəbələ” ilə qarşılaşacaq.

Bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, qarşılaşma avqustun 4-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Xatırladaq ki, “Şamaxı” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünü 38 xalla 8-ci pillədə başa vurub. Komanda keçirdiyi 33 oyunda 9 qələbə qazanıb, 11 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

“Qəbələ” isə ötən mövsüm keçirdiyi 33 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 20 məğlubiyyət görüb. Bu komanda 27 xalla 11-ci yeri tutub və elitadakı yerini yalnız pley-offda “Mingəçevir” üzərində qazandığı qələbə sayəsində qoruyub.

Joze Mourinyo: “Real”a ona görə qayıtmışam ki…”

Madrid “Real”ının baş məşqçisi, 63 yaşlı portuqaliyalı mütəxəssis Joze Mourinyo 13 ildən sonra İspaniya klubuna qayıdışını şərh edib.

Arena.az tanınmış mütəxəssisin müvafiq fikrini təqdim edir:

“Ona görə qayıtmışam ki, bu klubu sevirəm. İndi işə təmkinlə yanaşmağım gərəkdir. Hər şeyi təhlil etməli, suallar verməli və onlara cavab aramalıyam. Bizə, açıq bir dialoq gərəkdir”, deyə “Mour” vurğulayıb.

Mourinyo dünyanın ən yaxşı futbol klubu ilə bağlı sualı da cavablayıb:

“Real” dünyada ən yaxşı klubdur. “Barselona”ya gəlincə, onlar “qaymaqlılar”dan sonra ən yaxşılardan biridirlər”, deyə “Mour” “kral klubu”nun əzəli rəqibinin “bostanına daş atıb”.

Xatırladaq ki, portuqaliyalı futbol mütəxəssisi bu ayın 12-də “Real”a baş məşqçi təyin olunub. 63 yaşlı məşqçi ilə 2029-cu ilin iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

“Benfika”dan ayrılan məşqçi üçün Madrid klubu 15 milyon avro sərbəstqalma məbləği ödəyib.

Xatırladaq ki, Joze Mourinyo daha öncə 2010-2013-cü illərdə də “Real”a rəhbərlik edib. Həmin vaxt o, Madrid təmsilçisi ilə İspaniya La Liqasını, İspaniya Kubokunu və İspaniya Super Kubokunu qazanıb.

Mourinyo məşqçilik karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem”, “Roma” və “Fənərbağça”nı da çalışdırıb.

“Qarabağ” “Tirol”u 4 cavabsız qolla yendi

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ” bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli “Tirol” komandası ilə üz-üzə gəlib.

“In Gernot Langes” stadionunda baş tutmuş matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 4:0. “Köhlən atlar”ın heyətində Zəkəriyyə Savo het-trikə imza atıb. Digər qolu Kamili Duran vurub.

Xatırladaq ki, “Qarabağ” Bakıdakı yoxlama matçında “Zirə”ni də məğlub etmişdi – 4:3.

Qurban Qurbanov “Tirol”la matçda aşağıdakı heyəti meydana buraxıb:

Əsas heyət: Mateus Koxalski, Bədavi Hüseynov, Mateus Silva,Bruno Lanqa, Dani Bolt, Pedro Bikalyo, Marko Yankoviç, Xoni Montiel, Zəkəriyyə Savo, Abdullah Zubir, Kamilo Duran.
Ehtiyat oyunçular: Şahrubdin Məhəmmədəliyev, Bilal Hacıyev, Məhəmməd İmaməliyev, Jali Muaddib, Jeremi Qnali, Hikmət Cəbrayılzadə, Kadi Borges, Musa Qurbanlı, Aleksey Kaşuk, Elvin Cəfərquliyev, Samuel Lobato, Renaldo Sefas, Bəhruz Qurbanlı, Əli Bəşirov, Mehdi Mütəllimli, Məhəmməd-Şahin Abbasov.

“Zirə” Türkiyədə “Navbahor”a məğlub oldu

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu gün Özbəkistan təmsilçisi “Navbahor”la qarşılaşıb.

Dörd qolun qeydə alındığı matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin heyətində yeganə qolu Yeqor Boqomolski vurub.

Xatırladaq ki, “Zirə” hazırlıq prosesi çərçivəsində daha öncə Bakıda “Qarabağ”la da qarşılaşmış və rəqibinə 3:4 hesabı ilə məğlub olmuşdu. Qəsəbə təmsilçisi iyulun 1-də daha bir yoxlama matçına çıxacaq. Rəqibin kim olacağı hələ məlum deyil.

Rəşad Sadıqovun komandası Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Torpedo” (Kutaisi) ilə üz-üzə gələcək. İlk oyun iyulun 8-də Sumqayıtda, cavab görüşü ayın 16-da Kutaisidə təşkil ediləcək.

“Şəfa” Zaur Həşimovun məşqçi heyətini açıqladı

2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa”ının məşqçilər heyəti müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, baş məşqçi Zaur Həşimova məşqçilər Hacı Əhmədov, Rauf Əliyev, Cəmil Hacıyev, Zaur Əliyev və Eyyub Əliyev kömək edəcəklər.

Xatırladaq ki, “Şəfa” 2025/2026-cı illər mövsümündə Birinci Liqada çempion olaraq Premyer Liqaya vəsiqə qazanıb. Komandaya aşağı liqada Elgiz Kərəmli rəhbərlik edirdi. Amma o, komandanı Premyer Liqaya çıxardıqdan sonra istefaya göndərilmişdi. Klub rəhbərliyi Elgiz Kərəmliyə komandada qalıb, məşqçilər heyətində yer almağı təklif etsə də, o, paytaxt təmsilçisinin bu təklifini qəbul etməmişdi.

Zaur Həşimov daha öncə “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin, Azərbaycanın U-18 milli komandasına da rəhbərlik edib.

ABŞ millisi DÇ-2026-da qol rekordunu yenilədi

Amerika Birləşmiş Ştatları (ABŞ) millisi DÇ-2026-nın qrup mərhələsində 8 qol vuraraq dünya çempionatları tarixindəki rekordunu yeniləyib.

Arena.az bu barədə FİFA-ya istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, bu, komandanın mundiallar tarixindəki ən məhsuldar çıxışı olub.

ABŞ millisi bununla da 1930-cu ildə qeydə alınmış və 2002-ci ildə təkrarlanmış 7 qolluq rekordunu geridə qoyub.

Qeyd edək ki, 3 oyundan sonra 6 xal toplamış Birləşmiş Ştatlar seçməsi D qrupunda 1-ci yeri tutub. Maurisio Poçettinonun rəhbərlik etdiyi bu komanda qrup mərhələsinin ilk turunda Paraqvayı 4:1 hesabıyla məğlub etmişdisə, ikinci turda Avstraliyanı 2 cavabsız qolla üstələmişdi. Son turda isə bu komanda Türkiyə yığmasına 2:3 hesabıyla məğlub olub.

Xatırladaq ki, Amerika təmsilçisi 1/16 finalda Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.

Kaan Ayhan DÇ tarixinin 2-ci ən gec qələbə qolunu vurdu

Futbol üzrə Türkiyə yığmasının müdafiəçisi Kaan Ayhan DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda ABŞ ilə matçda vurduğu qolla tarixə düşüb.

Arena.az xəbər verir ki, türkiyəli futbolçu dünya çempionatları tarixinin 2-ci ən gec qələbə qolunu vurub.

Kaan Ayhan ikinci hissəyə əlavə olunmuş 8-ci dəqiqədə (90+7.50-ci saniyə) fərqlənərək görüşün 3:2 hesabı ilə bitməsini təmin edib.

Bu, dünya çempionatları tarixində 1966-cı ildən bəri vurulmuş 2-ci ən gec qələbə qolu olub. Tarixdə bundan daha gec qola yalnız DÇ-2022-də Uelslə oyunda iranlı Rozbeh Çeşmi (90+7.56-cı saniyə) imza atmışdı.

Xatırladaq ki, son turdan sonra 3 xal toplamış Türkiyə yığması DÇ-2026-nın D qrupunda sonuncu yeri tutub və mübarizəni erkən dayandırıb. ABŞ millisi isə qrup birincisi kimi 1/16 finala yüksəlib.

Bahadur Həziyev yenidən “Səbail”ə qayıtdı

2026/2027-ci illər mövsümündə də Birinci Liqada mübarizə aparacaq “Səbail” keçmiş yarımmüdafiəçisi Bahadur Həziyev ilə güclənib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bahadur azad agent kimi komandaya cəlb edilib. 27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Həziyev 2019-2023-cü illər aralığında və 2025/2026-cı illər mövsümündə də məhz “Səbail”in formasını geyinib. Lakin o, bu ilin fevralında “dənizçilər”dən ayrılaraq “Mingəçevir”ə keçmişdi.

“Neftçi”nin yetirməsi olan Bahadur Həziyev MOİK, “İmişli”, “Şamaxı”, “Qaradağ Lökbatan” kimi klublarda da forma geyinib.

Bahadur Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynayıb, əsas millimizdə isə debüt şansı qazanmayıb.

“Səbail” bu yay digər sabiq oyunçularından Rubin Seyidov və Zeynəddin Abdurrahmanovu da heyətinə qatmış, həmçinin “Sumqayıt”dan Mehdi Cənnətovu transfer etmişdi.

Leandro Andrade “Qarabağ”ı Ukrayna klubuna dəyişdi

“Qarabağ”ın kabo-verdeli yarımmüdafiəçisi Leandro Andrade Ağdam klubundan ayrılaraq Ukraynanın “Polesye” komandasına keçib.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Qarabağ” Andradenin transferi ilə bağlı Ukrayna klubunun təklifini və yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

Artıq “Polesye” də bu transferi rəsmən açıqlayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik (2029-cu ilin iyununa qədər) müqavilə imzalanıb. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, “Polesye” Ukrayna Premyer Liqasında ötən mövsümü 3-cü yerdə başa vurub. Jitomir klubu növbəti mövsüm Avropa Konfrans Liqasında oynayacaq.

2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinən kabo-verdeli futbolçu bu komandanın heyətində 2021/2022, 2022/2023, 2023/2024 və 2024/2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021/2022 və 2023/2024-cü illər mövsümlərində Azərbaycan Kubokunu qazanıb. Komandanın 2023/2024-cü illər mövsümündə Avropa Liqasının 1/8 finalına, 2025/2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022/2023 və 2024/2025-ci illər mövsümlərində Avropa Liqasının əsas, 2021/2022 və 2022/2023-cü illər mövsümlərimdə Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub. Leandro “Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.

Leandro Andrade “Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.

Vozinya dünya çempionatları tarixinə düşdü

Kabo Verde milli komandasının təcrübəli qapıçısı Vozinya futbol üzrə dünya çempionatları tarixində nadir nailiyyətə imza atıb.

Arena.az xəbər veri ki, 40 yaşdan yuxarı olan təcrübəli qolkiper mundiallar tarixində iki “quru” oyun keçirən cəmi üçüncü qapıçı olub.

Vozinya DÇ-2026-nın qrup mərhələsində İspaniya və Səudiyyə Ərəbistanına qarşı keçirdikləri qarşılaşmalarda qapısını toxunulmaz saxlamışdı. Hər iki oyun qolsuz heç-heçə ilə başa çatmışdı.

Bununla da Kabo Verde millisinin qapıçısı İngiltərə yığmasının sabiq qapıçısı Piter Şilton və İtaliya millisinin əfsanəvi qolkiperi Dino Zoffun yer aldığı siyahıya daxil olub. Şilton 40 yaşdan sonra mundiallarda 3, Zoff isə 2 “quru” oyun keçirməyi bacarmışdı.

Qeyd edək ki, Kabo Verde millisi tarixində ilk dəfə iştirak etdiyi dünya çempionatında pley-off mərhələsinə yüksəlib. Afrika təmsilçisi 1/16 finalda son dünya çempionu Argentina ilə qarşılaşacaq.

ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyulun 19-da başa çatacaq.

Bülənt Qorxmaz yenidən “Antalyaspor”da!

“Bakı”nın baş məşqçisi, türkiyəli futbol mütəxəssisi Bülənt Qorxmaz bundan sonra TFF Birinci Liqanda mübarizə aparan “Antalyaspor”u çalışdıracaq.

Arena.az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

57 yaşlı mütəxəssis təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

Xatırladaq ki, “Antalyaspor” bu məşqçi üçün doğma klubdur. Belə ki, Bülənt Qorxmaz 2018-2019 mövsümündə və 2021-ci ildə də Antalya təmsilçisinə rəhbərlik edib. O, sözügedən komandanı bütövlükdə 70 oyuna çıxarıb, 29 qələbə, 14 heç-heçə və 27 məğlubiyyət görüb.

Bülənt Qorxmazın sonuncu iş yeri Birici Liqa təmsilçisi “Erokspor” olub.

Türkiyəli mütəxəssis 2009/2010-cu illər mövsümündə Azərbaycanda “Bakı”nın da baş məşqçisi olub. O, “Rizəspor”, “Alanyaspor”, “Konyaspor”, “Mersin İdman Yurdu”, “Kayseri Ərciyəsspor”, “Başakşəhər”, “Karabükspor”, “Qalatasaray” və “Gənclərbirliyi” kimi komandaları da çalışdırıb.

Rudi Qarsiya: “Liderlərimə tam etibar edirəm”

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya DÇ-2026-nın qrup mərhələsinin son turunda Yeni Zelandiyaya qarşı keçirdikləri oyunu dəyərləndirib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazanılan 5:1 hesablı qələbəni və komandasının qrup lideri kimi pley-offa yüksəlməsini belə şərh edib.

Təcrübəli mütəxəssis komandanın veteran futbolçularının çıxışını yüksək qiymətləndirib:

“Bu gün veteranlarımız, sözün əsl mənasında, öz sözlərini dedilər. Hələ heç nə qazanmamışıq, sadəcə növbəti mərhələyə yüksəlmişik. Şükürlər olsun ki, top fərqimiz dörd idi və bu, qrupu birinci pillədə başa vurmağımıza imkan verdi.

Oyuna tam daxil olduğumuzu deyə bilmərik, amma buna yaxınlaşırıq. Tədricən sürət yığırıq. İndi 1/16 finalda kiminlə qarşılaşacağımızı gözləyəcəyik. Ancaq ilk növbədə bu qələbənin sevincini yaşamalıyıq”, – deyə Rudi Qarsiya bildirib.

Baş məşqçi komandanın təcrübəli futbolçularının ünvanına səslənən tənqidlərin əlavə motivasiya olub-olmaması ilə bağlı suala da münasibət bildirib.

“Xeyr, mən bu tənqidləri oxumamışam, amma Fransa və Belçikada bu cür fikirlər səsləndirildiyini eşitmişəm. Açığı, bu, motivasiya vermir. Mən futbolçularıma güvənirəm və komandamın hazırkı vəziyyətdə olmasının səbəbi də budur.

Mən liderlərimə tam etibar edirəm və yalnız bir şey edə bilərik – bunu meydanda sübut etmək. Cavab artıq meydanda verildi və mənim əlavə edəcək başqa sözüm yoxdur”, – deyə belçikalı mütəxəssis vurğulayıb.

Yeni Zelandiya millisinin baş məşqçisi Darren Beyzli isə məğlubiyyəti və komandasının turnirlə vidalaşmasını belə şərh edib:

“Püşkatmanı gördükdə və Belçika ilə son turda qarşılaşacağımızı öyrəndikdə, yəqin ki, onların həmin vaxta qədər altı xal toplayacağını gözləyirdik. Bu isə bizim xeyrimizə işləyə bilərdi. Biz ilk iki matçda xal qazanmalı idik və bunun üçün imkanlarımız da var idi. Təəssüf ki, həmin şanslardan yararlana bilmədik. Biz oyuna qayıtmağa çalışırdıq. Dünya çempionatını 0:2 hesablı məğlubiyyətlə sakitcə başa vurmaq fikrində deyildik. Qol vurmaq və yenidən oyuna dönmək istəyirdik. Lakin təəssüf ki, rəqib səhvlərimizdən bir neçə dəfə yararlandı və bizi cəzalandırdı”.

Hossam Hassan: “Qrupu birinci yerdə də başa vura bilərdik”

Misir millisinin baş məşqçisi Hossam Hassan dünya çempionatının qrup mərhələsinin son turunda İran yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, komandasının dünya çempionatının pley-off mərhələsinə yüksəlməsindən sonra ölkə azarkeşlərini təbrik edib.

DÇ-2026-nın qrup mərhələsinin son turunda Misir və İran yığmaları arasında keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə Misir millisinin 1/16 finala yüksəlməsi üçün kifayət edib. Afrika təmsilçisi növbəti mərhələdə Avstraliya ilə qarşılaşacaq.

Hossam Hassan matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Misir millisini, eləcə də ərəb və Afrika futbolunu təbrik edirəm, çünki biz dünya çempionatında onları təmsil edirik. Misir xalqını təbrik edir və növbəti mərhələyə yüksəldiyimiz üçün Allaha şükür edirəm.

Əgər Fatuh zədələnməsəydi, qrupu birinci yerdə də başa vura bilərdik. Şükürlər olsun ki, növbəti mərhələyə yüksələrək azarkeşlərimizi sevindirə bildik.

İndi hazırlaşacaq, çox çalışacaq və bütün lazımi tədbirləri görəcəyik. Heyətdə zədəli futbolçular var, Muhanəd Laşin diskvalifikasiya olunub, Hamdi Fəthinin isə geri dönəcəyinə ümid edirəm. Amma istənilən halda misirlilərə demək istəyirəm ki, narahat olmasınlar, nikbin qalsınlar və qorxmasınlar. Mən bütün futbolçularıma inanıram”, – deyə Hossam Hassan bildirib.

Mütəxəssis əlavə edib ki, seçmə mərhələdə də məhdud heyətlə çıxış ediblər:

“Dünya çempionatının seçmə mərhələsində də məhdud heyətlə oynamışıq. Əgər qarşıdakı oyundan qorxsaydım, bu vəzifənin öhdəsindən gələ bilməzdim”.

İran millisinin baş məşqçisi Amir Qalenoy isə Misirlə heç-heçədən sonra bəxtin onların tərəfində olmadığını bildirib:

“Bəxt tərəfimizdə olmadı. Futbolçular meydanda əllərindən gələni etdilər. Səfər şəraiti və hazırlıq prosesi bizim üçün olduqca ağır keçdi. Son anda baş verən dəyişikliklər və bərpa üçün kifayət qədər vaxtın olmaması komandanın çıxışına təsir göstərdi.

İndi yalnız digər qarşılaşmaların nəticələrini gözləməliyik və ümid etməliyik ki, ən yaxşı üçüncü yerlərdən biri kimi növbəti mərhələyə yüksələcəyik”.

Bubişta: “Dünyaya göstərdik ki, çətinliklərdən qorxmaq lazım deyil”

Kabo Verde millisinin baş məşqçisi Bubişta DÇ-2026-nın qrup mərhələsinin son turunda Səudiyyə Ərəbistanı yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, tarixi uğura imza atdığını bildirib.

Kabo Verde yığması qrup mərhələsinin son turunda Səudiyyə Ərəbistanı ilə qolsuz heç-heçə edərək H qrupunda ikinci yeri tutub və tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Bununla da Afrika təmsilçisi həm 2010-cu ildən sonra pley-offa yüksələn ilk debütant, həm də mundial tarixində pley-off mərhələsinə vəsiqə qazanan ən az əhalisi olan ölkə olub.

Bubişta matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bu, bizik? Mən bunu bilmirdim. Əgər belədirsə, deməli, biz göstərdik ki, kiçik ölkələrin də böyük hədəfləri ola bilər. Əsas odur ki, diqqətini məqsədə yönəldəsən, qətiyyətli olasan və nizam-intizamlı çalışasan.

Biz sübut etdik ki, mümkünsüz heç nə yoxdur. Biz yalnız ölkəmizi deyil, həm də Afrikanı və dünyanın bütün kiçik ölkələrini təmsil edirik. Mən həmişə deyirdim ki, gec-tez Kabo Verde belə bir səhnədə olacaq. Dünyaya göstərdik ki, çətinliklərdən qorxmaq lazım deyil.

İndi pley-offdayıq və bu, xalqımız, komandamıza azarkeşlik edən hər kəs, xüsusilə də futbolçular üçün möhtəşəm hadisədir. Oyunçular bütün güclərini ortaya qoydular, xarakter və intizam nümayiş etdirdilər. Bütün bunlar bir araya gələndə belə nəticə əldə olunur”, – deyə Bubişta bildirib.

Mütəxəssis 1/16 finalda Argentina ilə qarşılaşacaq olmalarına da münasibət bildirib:

“Əvvəlcə Argentina ilə oynayacağımız üçün qürur duyuruq. Bu ölkə ilə bizi uzun illərdən gələn bağlar birləşdirir. Amma rəqibin kimliyindən asılı olmayaraq, özümüzü göstərmək istəyirik. Bilirik ki, Argentina millisində dünyanın ən yaxşı futbolçuları çıxış edir və onların heyətində bəzilərinin bütün zamanların ən yaxşısı hesab etdiyi Lionel Messi də var. Buna baxmayaraq, meydana böyük məsuliyyət və inam hissi ilə çıxacağıq”.

“Bu, arzuladığımız nəticə deyildi” – Donis

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Giorgos Donis isə komandasının mundialdakı çıxışını futbolçular üçün dəyərli təcrübə adlandırıb:

“Qol vəziyyətləri yaratmaq baxımından çox zəif çıxış etdik. Belə oyunla qələbə qazanmaq mümkün deyil. Bu gün ən böyük problemimiz təhlükəli epizodlar yarada bilməməyimiz idi. Hücum xəttimiz istədiyimiz səviyyədə oynamadı.

Bu, arzuladığımız nəticə deyildi. Özümüzə yaxın səviyyədə olan rəqibə qarşı belə çıxış narahatlıq doğurur. Bununla belə, dünya çempionatında keçdiyimiz yol futbolçular üçün yaxşı təcrübə oldu və buna görə onlara təşəkkür edirəm”.

Kabo Verde millisi dünya çempionatları tarixinə düşdü

Futbol üzrə DÇ-2026-da uğurlu çıxışı ilə diqqət çəkən Kabo Verde millisi dünya çempionatları tarixində iki əlamətdar rekorda imza atıb.

Arena.az xəbər verir ki, Afrika təmsilçisi son 24 ildə mundialın qrup mərhələsini məğlubiyyətsiz başa vurmuş ilk debütant olub.

Buna sonuncu dəfə 2002-ci ildə Seneqal millisi nail olmuşdu. Həmin mundialda seneqallılar Fransa üzərində qələbə qazanmış (1:0), Danimarka (1:1) və Uruqvayla (3:3) heç-heçə etmişdilər. Seneqal yığması daha sonra turnirdə 1/4 final mərhələsinə qədər irəliləmişdi.

Kabo Verde yığması isə DÇ-2026-nın qrup mərhələsində İspaniya (0:0), Uruqvay (2:2) və Səudiyyə Ərəbistanı (0:0) ilə heç-heçə edərək 3 xalla H qrupunda ikinci yeri tutub və 1/16 finala yüksəlib.

Bununla yanaşı, Kabo Verde millisi pley-off mərhələsinə yüksələn ən az əhalisi olan ölkə kimi də tarixə düşüb. Təxminən 525 min nəfər əhalisi olan ada dövləti dünya çempionatlarının pley-off mərhələsində iştirak hüququ qazanan ölkələr arasında bu göstərici üzrə rekordçudur.

Qeyd edək ki, Kabo Verde dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ən az əhalisi olan ölkələr siyahısında üçüncü yerdə qərarlaşıb. Bu göstəricidə yalnız 2026-cı ildə mundialda iştirak edən Kurasao və 2018-ci il dünya çempionatında çıxış etmiş İslandiya ondan irəlidədir. Hər iki komanda mübarizəni qrup mərhələsində dayandırmışdı.

DÇ-2026-nın 1/16 final mərhələsində Kabo Verde son dünya çempionu Argentina millisi ilə qarşılaşacaq.

Usman Dembele Oleq Salenkonun 32 illik rekordunu təkrarladı

Futbol üzrə Fransa milli komandasının və PSJ-nin təcrübəli hücumçusu Usman Dembele dünya çempionatları tarixinə düşüb.

Arena.az xəər verir ki, 29 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin son turunda Norveçə qarşı keçirdikləri matçın ilk hissəsində het-trik edərək əlamətdar göstəriciyə imza atıb.

Beləliklə, Dembele dünya çempionatında bir oyunun ilk hissəsində üç qol vuran ilk futbolçu olub. Sonuncu dəfə buna 1994-cü ildə ABŞ-da keçirilmiş mundialda Rusiya millisinin sabiq hücumçusu Oleq Salenko nail olmuşdu.

Salenko həmin mundialın qrup mərhələsində Kamerunla qarşılaşmanın ilk yarısında üç dəfə fərqlənmişdi. Rusiya yığmasının 6:1 hesablı qələbəsi ilə başa çatmış həmin oyunda hücumçu ümumilikdə beş qol vurmuşdu.

Qeyd edək ki, Fransa millisinin Norveç üzərində 4:1 hesablı qələbə qazandığı görüşdə Usman Dembele het-triklə yadda qalıb.

Dani Sebalyos “Real”a bu sözlərlə vida etdi

İspaniyalı yarımmüdafiəçi Dani Sebalyos sosial şəbəkə hesablarında Madrid “Real”ı ilə vidalaşdığı emosional paylaşım edib.

Arena.az xəbər verir ki, 9 il Madrid klubunun sistemində çıxış edən 29 yaşlı futbolçu azad agent statusunda komandadan ayrılıb.

Sebalyos paylaşımında klubu tərk etmək qərarının asan olmadığını bildirib və rəhbərliyə, komanda yoldaşlarına, klub əməkdaşlarına, eləcə də azarkeşlərə təşəkkür edib.

“Doqquz ildən sonra həyatımın ən vacib fəsillərindən birini bağlamağın vaxtı çatdı. Bu, asan qərar olmadı. Bu il də asan keçmədi və bəlkə də məhz buna görə bu səhifəni bağlamağın və buraya gəldiyim ilk gündəki həvəslə yeni çağırışı qəbul etməyin vaxtının çatdığını hiss etdim.

Mənə dünyanın ən böyük emblemini daşımaq və uzun illər ərzində ən yaxşılardan öyrənmək imkanı yaratdığı üçün “Real”a təşəkkür edirəm. Bu formanı geyindiyim, futbolçu və insan kimi inkişaf etdiyim, həmişə xatırlayacağım uğurlarla dolu bir tarixin parçası olduğum üçün qürur duyuram”, – deyə Dani Sebalyos yazıb.

Futbolçu həmçinin klub prezidenti, məşqçilər, komanda yoldaşları və əməkdaşlara minnətdarlığını ifadə edib.

“Ən əsası isə “Real” azarkeşlərinə təşəkkür edirəm. Şərtsiz dəstəyinizə, yüksək tələblərinizə, ən xoşbəxt anları mənimlə bölüşdüyünüzə və ən çətin günlərdə yanımda olduğunuza görə sizə minnətdaram. Sevginiz mənim üçün çox böyük məna daşıyırdı. Bunu sözlərlə ifadə etmək mümkün deyil və bu hiss mənimlə əbədi qalacaq.

Bu emblem uğrunda əlimdən gələni etdiyim, bu rəngləri qürurla və bütün qəlbimlə qoruduğum hissi ilə ayrılıram. “Real” həmişə mənim bir parçam olacaq və mən hər zaman minnətdar qalacağam. Ürəkdən təşəkkür edirəm. Hala Madrid”, – deyə ispaniyalı yarımmüdafiəçi qeyd edib.

Xatırladaq ki, Dani Sebalyos 2017-ci ilin yayında “Betis”dən “Real”a transfer olunmuşdu. O, Madrid təmsilçisinin heyətində keçirdiyi 215 rəsmi oyunda 7 qol vurub, 16 məhsuldar ötürmə edib və komanda ilə birlikdə 14 nüfuzlu titul qazanıb. Bu titullar arasında üç UEFA Çempionlar Liqası kuboku da var.

DÇ-2026: Pley-offa yüksələn komandaların sayı 28-ə çatdı

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatında (DÇ-2026) 1/16 final mərhələsinə vəsiqəni təmin edən komandaların sayı 28-ə çatıb.

Arena.az xəbər verir ki, artıq Meksika, Cənubi Afrika Respublikası, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Avstraliya, Paraqvay, Almaniya, Kot-d’İvuar, Ekvador, Niderland, Yaponiya, İsveç, Belçika, Misir, İspaniya, Kabo-Verde, Fransa, Norveç, Seneqal, Argentina, Kolumbiya, Portuqaliya, İngiltərə və Qana yığmaları pley-off mərhələsində iştirak hüququ qazanıblar.

Hazırda 1/16 final mərhələsinin 16 cütündən 9-u artıq müəyyənləşib. İlk raundda Almaniya Paraqvayla, Fransa İsveçlə, Cənubi Afrika Respublikası Kanada ilə, Niderland Mərakeşlə, ABŞ Bosniya və Herseqovina ilə, Braziliya Yaponiya ilə, Kot-d’İvuar Norveçlə, Argentina Kabo-Verde ilə, Avstraliya isə Misirlə qarşılaşacaq.

Xatırladaq ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatında hər qrupun ilk iki pilləsini tutan yığmalarla yanaşı, üçüncü yerləri tutan ən yaxşı səkkiz komanda da pley-off mərhələsinə yüksəlir.

DÇ-2026 iyulun 19-da başa çatacaq. Turnirin hazırkı çempionu Argentina millisidir.

1/16 finalın müəyyənləşmiş cütləri:

Almaniya – Paraqvay
Fransa – İsveç
CAR – Kanada
Niderland – Mərakeş
ABŞ – Bosniya və Herseqovina
Braziliya – Yaponiya
Kot-d’İvuar – Norveç
Argentina – Kabo Verde
Avstraliya – Misir

DÇ-2026: Belçika birinci, İran üçüncü oldu

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub.

G qrupunda yer almış Misir yığması İranla, Belçika millisi isə Yeni Zelandiya ilə üz-üzə gəlib.

Zapopanda (Meksika) təşkil edilmiş Uruqvay – İspaniya matçında Avropa təmsilçisi tək qolla qalib gəlib.

Sietl şəhərində (Vaşinqton, ABŞ) keçirilmiş Misir – İran görüşündə isə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beləliklə, Belçika millisi 5 xalla qrup birincisi olub. Eyni xala malik Misir yığması qrup ikincisi olub. Keçirdiyi hər üç oyundan heç-heçə ilə ayrılmış İran millisi 3 xalla qrup üçüncüsü olub və mərhələ adlamaq şanslarını saxlayır. 1 xal toplamış Yeni Zelandiya üçün isə mundial başa çatıb.

DÇ-2026
G qrupu
27 iyun

Misir – İran 1:1
Qollar: Mahmud Saber, 5 – Ramin Rezaeyan, 14.

Yeni Zelandiya – Belçika 1:5
Qollar: Elya Cust, 84 – Leandro Trossard, 28; 50. Kevin De Bröyne, 66. Romelu Lukaku, 86. Aleksis Salemakers, 90+4.

Xallar: Belçika – 5. Misir – 5. İran – 3. Yeni Zelandiya – 1.

De la Fuente: “Beylsaya hələ də heyranam”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın qrup mərhələsinin son turunda Uruqvay yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rəqib üzərində qazandıqları 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandıran ispaniyalı mütəxəssis Uruqvay millisinin baş məşqçisi Marselo Byelsaya hörmətinin dəyişmədiyini bildirib:

“Mən hələ də Marselo Byelsaya heyranam. Meydana çıxan futbolçulardır. Bu matçın gərgin keçəcəyini bilirdik. Belə oyunlarda özümüzü o qədər də rahat hiss etmirik.

Lakin bunun üçün hakim var. Bu matçda sərhəddə olan çoxlu epizodlar və çoxlu fiziki mübarizə oldu. Amma biz öhdəmizə düşən vəzifəni yerinə yetirdik.

Hakimlik çox çətin işdir. Məhz buna görə VAR sistemi mövcuddur ki, istənilən oyunda kömək etsin.

Ümid edirəm ki, biz normal futbol oynaya biləcəyik – həm top uğrunda mübarizə, həm də intizam baxımından. Əsas diqqətimizi futbola yönəltməliyik.

Artıq hakimlər haqqında danışmaq istəmirəm. Oyunun özü ilə bağlı kifayət qədər narahatlığım var. Hər kəsin öz vəzifəsi var”, – deyə Luis de la Fuente bildirib.

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa isə 0:1 hesablı məğlubiyyətdən sonra komandasının potensialını tam üzə çıxara bilmədiyini etiraf edib. Cənubi Amerika təmsilçisi qrupda üçüncü yeri tutaraq dünya çempionatı ilə vidalaşıb:

“Gərgin oyun oldu. Qol vəziyyətləri yarada biləcəyimiz epizodlarımız vardı, amma bundan istifadə edə bilmədik. Bizim üçün çox çətin qarşılaşma keçdi.

Fernando Musleranın əvəzlənməsinə gəlincə, bu dəyişikliyi o özü istədi.

Komandanın dünya çempionatından əvvəl nümayiş etdirdiyi səviyyədə çıxış etməsi üçün kifayət qədər potensialımız var idi. Lakin mən bu potensialı üzə çıxara bilmədim”, – deyə Marselo Byelsa etiraf edib.

Qrem Arnold: “Erkən qırmızı vərəqəyə görə işimiz çox çətinləşdi”

Futbol üzrə İraq milli komandasının baş məşqçisi Qrem Arnold DÇ-2026-nın qrup mərhələsində yer aldıqları qrupun çox çətin olduğunu bildirib.

Arena.az xəbər verir ki, avstraliyalı mütəxəssis Seneqala qarşı keçirdikləri və 0:5 hesablı məğlubiyyətlə başa çatmış oyundan sonra komandasının mundialdakı çıxışını dəyərləndirib:

“Seneqala qarşı matçda erkən qırmızı vərəqə aldığımız üçün işimiz çox çətinləşdi. Dünya çempionatında bizim etdiyimiz kimi səhvlərə yol verəndə, mütləq cəzalandırılırsan.

Çox çətin qrupda yer almışdıq. Üç oyundan ikisində yaxşı çıxış etdik. Bu, maraqlı bir səyahət oldu və ümid edirəm ki, futbolçular evə xoş təəssüratlarla qayıdacaqlar. İndi onlar belə rəqiblərə qarşı oynamaq üçün nə etməli olduqlarını bilirlər.

Azarkeşlər çox səs-küylü idilər. Onlara dünya çempionatından zövq almaq imkanı yaratdığımız üçün qürur duyuruq”, – deyə Qrem Arnold FIFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Seneqal millisinin baş məşqçisi Pape Tiav isə İraq üzərində qazanılan 5:0 hesablı qələbənin tamamilə haqq edilmiş nəticə olduğunu vurğulayıb.

“5:0 hesabı ilə qalib gəldik və düşünürəm ki, bu qələbəyə tam layiq idik. Komanda matçı çox yüksək səviyyədə keçirdi. Oyunun əvvəlində çətinliklər yaşadıq, çünki qələbə qazanmağa çalışan birbaşa rəqiblərdən birinə qarşı oynayırdıq”.

Mütəxəssis əlavə edib ki, komandanın taleyi artıq tam şəkildə öz əlində deyil:

“İndi taleyimiz tam olaraq bizdən asılı deyil. Digər oyunların nəticələrini gözləməliyik. Amma qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik”.

Solbakken: “Bu gün Dembelenin günü idi”

Norveç millisinin baş məşqçisi Stol Solbakken dünya çempionatının qrup mərhələsinin son turunda Fransaya 1:4 hesablı məğlubiyyəti şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis xüsusilə het-trik edən Usman Dembelenin performansını yüksək qiymətləndirib:

“Aydındır ki, bu gün Dembelenin günü idi. O, topa çox dəqiq zərbələr endirirdi və bu, bizim üçün problem yaratdı. Sol cinah müdafiəçimiz Fredrik Andre Byörkana lazımi dəstəyi göstərə bilmədik. Ona daha çox kömək etməli idik. Buraxdığımız qollardan ikisi dünya səviyyəli idi. Üçüncü qola isə imkan verməməli idik”, – deyə Stol Solbakken FIFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Fransa millisinin baş məşqçi köməkçisi Gi Stefan isə komandanın əsas çalışdırıcısı Didye Deşamın iyunun 27-də yenidən kollektivə qoşulacağını açıqlayıb.

Xatırladaq ki, Fransa – Norveç oyununda komandanı məhz Stefan idarə edib. Didye Deşam anasının vəfatı səbəbindən vətəninə yollandığı üçün qarşılaşmada iştirak edə bilməyib.

“İlk növbədə fikirlərimiz Didye ilədir. Onun qayıdışını səbirsizliklə gözləyirik və sabah məşqdə bizimlə olacaq. Oyuna gəlincə, etməli olduğumuz işi gördük. Futboldan zövq aldıq, yüksək temp və çoxlu qol epizodları var idi. Bununla belə, bəzi məqamlarda ən yaxşı oyunumuzu sərgiləmədik və bunu düzəltməliyik”, – deyə Gi Stefan bildirib.

Stefan əlavə edib ki, turnir irəlilədikcə rəqiblərin səviyyəsi daha da yüksələcək:

“Turnirdə nə qədər irəli getsək, rəqiblər bir o qədər güclü olacaq. Ayıq-sayıq qalmalıyıq”.

Dani Sebalyos “Real”dan ayrıldı

Futbol üzrə İspaniya yığma komandasının keçmiş mərkəz yarımmüdafiəçisi, Daniel Sebalyos “Real” (Madrid) klubu ilə yollarını ayırıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir, rəhbərlik 29 yaşlı futbolçunun başa çatmış müqaviləsini yeniləməmək qərarına gəlib. Bununla da Sebalyos komandadan ayrılıb və azad agent statusu qazanıb. Bu isə ona istənilən kluba sərbəst keçid etmək imkanı verir.

İspaniyalı yarımmüdafiəçi Madrid təmsilçisinin sıralarına 2017-ci ilin iyulunda “Betis”dən transfer olunmuşdu. O, “Real”ın heyətində bütün turnirlərdə ümumilikdə 215 oyuna çıxıb, 7 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Sebalyos Madrid klubunda çıxış etdiyi müddətdə 14 nüfuzlu titul qazanıb. O, üç dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub. Yarımmüdafiəçi həmçinin iki dəfə İspaniya La Liqasının və İspaniya Super Kubokunun qalibi adını qazanıb. Bundan əlavə, o, bir dəfə İspaniya Kubokunu və Qitələrarası Kuboku başı üzərinə qaldırıb.

Sebalyos 2018-ci ildə debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyuna çıxıb, 1 qol və 2 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

DÇ-2026: İspaniyaya liderlik üçün bir qol bəs etdi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub.

H qrupunda yer almış İspaniya yığması Uruqvayla, Kabo Verde millisi isə Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.

Zapopanda (Meksika) təşkil edilmiş Uruqvay – İspaniya matçında Avropa təmsilçisi tək qolla qalib gəlib.

Hyustonda (Texas, ABŞ) keçirilmiş Kabo Verde – Səudiyyə Ərəbistanı görüşündə isə qapılara qol vurulmayıb.

Beləliklə, İspaniya millisi 7 xalla qrup birincisi olub. Keçirdiyi hər üç oyundan heç-heçə ilə ayrılmış Kabo Verde 3 xalla (!) qrup ikincisi olub. Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları isə 2 xalla so iki pilləni tutublar və mundialla vidalaşıblar.

DÇ-2026
H qrupu
27 iyun

Kabo Verde – Səudiyyə Ərəbistanı 0:0

Uruqvay – İspaniya 0:1
Qol: Aleks Baena, 42.

Xallar: İspaniya – 7. Kabo Verde – 3. Uruqvay – 2. Səudiyyə Ərəbistanı – 2.

DÇ-2026: Fransa və Seneqal yığmalarından darmadağın

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub.

İ qrupunda yer almış Fransa yığması Norveçlə, Seneqal millisi isə İraqla üz-üzə gəlib.

Foksboroda (Massaçusets, ABŞ) təşkil edilmiş Norveç – Fransa matçında fransızlar darmadağınla qalib gəliblər.

Torontoda (Kanada) keçirilmiş Seneqal – İraq görüşündə isə Afrika təmsilçisi 5 cavabsız qola sevinib.

Beləliklə, Fransa millisi maksimum nəticə ilə qrup birincisi olub. Norveç də ikinci yerlə 1/16 finala vəsiqə qazanıb. Seneqal yığması 3 xalla 3-cü yeri tutubsa, hər üç oyunda uduzmuş İraq sonuncu olub.

DÇ-2026
İ qrupu
26 iyun

Norveç – Fransa 1:4
Qollar: Telo Osqor, 21 – Usman Dembele, 7; 20; 32. Dezire Due, 90+4.

Seneqal – İraq 5:0
Qollar: Habib Diarra, 4. İsmaila Sarr, 56. Pape Qeye, 59; 71. İliman Ndiaye, 82.

Xallar: Fransa – 9. Norveç – 6. Seneqal – 3. İraq – 0.

İyunun 27-də daha 2 qrupda mübarizəyə yekun vurulacaq. Növbəti oyunların proqramı belədir:

27 iyun

H qrupu
04:00. Kabo Verde – Səudiyyə Ərəbistanı
04:00. Uruqvay – İspaniya

Xallar: İspaniya – 4. Uruqvay – 2. Kabo Verde – 2. Səudiyyə Ərəbistanı – 1.

G qrupu
07:00. Misir – İran
07:00. Yeni Zelandiya – Belçika

Xallar: Misir – 4. İran – 2. Belçika – 2. Yeni Zelandiya – 1.

Lyubomir Tupta “Neftçi”də – Rəsmi

Futbol üzrə Slovakiya milli komandasının və AEL-in mərkəz hücumçusu Lyubomir Tupta bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun rəsmi saytına istinadən xəbər verir.

28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, yeni komandasında 29 nömrəli formanı geyinəcək.

Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir Tupta sonuncu klubu AEL-in heyətində 2025/2026-cı illər mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol vurub, 3 assist müəllifi olub.

İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

“Neftçi” daha öncə Rüfət Abbasov, Qustavo Klisman və Endryu Qravilyonu da heyətinə qatmışdı. Elvin Camalov, Emin Mahmudov və Emil Balayevlə yeni müqavilə bağlamış paytaxt klubu Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov və Cordan Rezabala ilə də yollarını ayırıb.

“Sabah” üçün TNS-lə matçlarda polşalı və ispan hakimlər

“Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində TNS-ə (Uels) qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

TNS-lə ilk oyun iyulun 7-də Masazırda baş tutacaq. By oyunu polşalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Patrik Qriçkeviç olacaq. Ona yan xətt hakimləri Marçin Bonyek və Bartoş Kazinski kömək edəcəklər. Dördüncü hakim isə Voyçex Miç olacaq. VAR-da Kornel Paşkeviçlə Bartoş Frankovski çalışacaqlar.

İyulun 14-də səfərdə keçiriləcək cavab görüşündə isə ispaniyalı hakimlər iş başında olacaqlar. Oyunun baş hakimi Mateo Buskets Ferrer olacaq. Ona yan xətt hakimləri İnyiqo Prieto və Qonsalo Qarsiya Qonsales yardım edəcəklər. Dördüncü hakim funksiyasını Migel Anxel Ortis Arias yerinə yetirəcək. Bu matçda VAR olub-olmayacağı hələ dəqiqləşməyib.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
7 iyul

20:00. Sabah – TNS
Hakimlər: Patrik Qriçkeviç, Marçin Bonyek, Bartoş Kazinski,Voyçex Miç (Polşa).
Masazır Arena.

14 iyul

21:30. TNS – Sabah
Hakimlər: Mateo Buskets Ferrer, İnyiqo Prieto, Qonsalo Qarsiya Qonsales, Migel Anxel Ortis Arias (İspaniya).
Osvestri. “Park Holl”.

“Zirə”nin “Torpedo” ilə oyunlarının hakimləri bəlli oldu

“Zirə”nin Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Torpedo”ya qarşı keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi avrokubokların yeni mövsümündə məhz Gürcüstan klubu ilə mübarizə aparacaq.

Kutaisi təmsilçisi ilə ilk oyun iyulun 8-də Sumqayıtda baş tutacaq. By oyunu finlandiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakim Yani Hüytiya olacaq. Ona yan xətt hakimləri Veli-Matti Leppenen və Yusso Mantere kömək edəcəklər. Dördüncü hakim isə Peyman Simani olacaq.

İyulun 16-da səfərdə keçiriləcək cavab görüşündə isə macarıstanlı hakimlər iş başında olacaqlar. Oyunun baş hakimi Mihali Kapray olacaq. Ona yan xətt hakimləri İstvan Albert və Bense Belitsa yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Marsel Derdak yerinə yetirəcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
8 iyul

20:00. Zirə – Torpedo
Hakimlər: Yani Hüytiya, Veli-Matti Leppenen, Yusso Mantere, Peyman Simani (Finlandiya).
“Sumqayıt Arena”.

16 iyul

20:00. Torpedo – Zirə
Hakimlər: Mihali Kapray, İstvan Albert, Bense Belitsa, Marsel Derdak (Macarıstan).
Kutaisi. Ramaz Şengeliya stadionu.

Ekvador Prezidenti milliyə görə istirahət günü elan etdi

Ekvador Prezidenti Daniel Noboa futbol üzrə millinin DÇ-2026-da pley-offa yüksəlməsi münasibətilə iyunun 26-sını ölkədə rəsmi istirahət günü elan edib.

Arena.az xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkədəki paylaşımında məlumat verib.

Ekvador millisi DÇ-2026-nın qrup mərhələsinin son turunda turnirin favoritlərindən sayılan Almaniya yığmasını 2:1 hesabı ilə məğlub edərək 1/16 finala vəsiqə qazanıb.

“Komandaya və baş məşqçiyə təşəkkür edirəm. Tənqidlərə, təhqirlərə və yaşadıqları çətinliklərə baxmayaraq, onlar toparlanmağı və bütün ölkəyə bu böyük sevinci yaşatmağı bacardılar. Sabah bayramdır! Yaşasın Ekvador”, – deyə Daniel Noboa bildirib.

Qeyd edək ki, Ekvador millisi tarixində beşinci dəfə dünya çempionatının final mərhələsində iştirak edir. Komandanın mundiallardakı ən yaxşı nəticəsi 2006-cı ildə 1/8 final mərhələsinə yüksəlməsi olub.

ABŞ, Kanada və Meksikada təşkil edilmiş bu dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

İbrahima Vadji daha 1 il “Turan Tovuz”da!

“Qarabağ”ın sabiq futbolçusu, hazırda “Turan Tovuz”un formasını geyinən seneqallı hücumçu İbrahima Vadji klubla yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 30 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Vadji ötən mövsümün əvvəlində Fransa təmsilçisi “Sent Etyen”dən azad agent kimi ayrılaraq “Turan Tovuz”a keçmişdi. O, əyalət təmsilçisinin heyətində 30 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Hauqesund” kimi klubların da şərəfini qoruyub.

İbrahima Vadji 2021/2022-ci illər mövsümündə formasını geyindiyi “Qarabağ”da 36 oyuna 20 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Turan Tovuz” daha öncə Dioqo Balaunu heyətinə qatmış, Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samok və Ayxan Hüseynovla yollarını ayırmışdı.

Yuto Naqatomo Asiya futbolunda tarix yazdı

Futbol üzrə Yaponiya milli komandasının sol cinah müdafiəçisi Yuto Naqatomo dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, 39 yaşlı müdafiəçi DÇ-2026-nın qrup mərhələsinin son turunda İsveçə qarşı keçirdikləri oyunda meydana çıxmaqla beş dünya çempionatında iştirak edən ilk asiyalı futbolçu olub.

Naqatomo qarşılaşmanın 75-ci dəqiqəsində, hesabın 1:1 olduğu vaxt əvəzlənərək meydana daxil olub.

Beləliklə, təcrübəli müdafiəçi Asiya futbolu tarixində unikal göstəriciyə nail olub. Daha əvvəl dünya çempionatlarının beş final mərhələsində Meksika yığmasının sabiq futbolçuları Antonio Karbaxal, Andres Quardado və Rafael Markes, Almaniya millisinin əfsanələri Lotar Matteus və Manuel Noyer, həmçinin Xorvatiya yığmasının kapitanı Luka Modriç iştirak ediblər.

Dünya çempionatlarında ən çox iştirak rekordları isə Kristiano Ronaldoya və Lionel Messiyə məxsusdur. Hər iki futbolçu altı mundialda çıxış edib.

Qeyd edək ki, Yuto Naqatomo Yaponiya millisinin heyətində 2011-ci ildə Asiya Kubokunun qalibi olub. O, milli komandada keçirdiyi 146 oyunla Yaponiya yığmasının tarixində ən çox forma geyinən ikinci futbolçudur. Bu göstəricidə yalnız karyerasını başa vurmuş Yasuhito Endodan (152 oyun) geri qalır.

Elman Himayətoğlu – “Zirə”nin yeni idman direktoru!

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin baş meneceri Elman Himayətoğlu paytaxt klubunda fərqli vəzifəyə təyinat alıb.

Arena.az bu barədə “qartallar”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, “Zirə” PFK-da kadr dəyişikliyi baş verib. Klubun baş meneceri Elman Himayətoğlu bundan sonra idman direktoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, Elman Himayətoğlu 2015-ci ildən “Zirə” PFK-da çalışır. O, daha öncə “Futbol+” qəzetində idman jurnalisti kimi fəaliyyət göstərib.

“Zirə” 2026/2027-ci illər mövsümündə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanı bu turnirin 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə görüşlər gözləyir.

Azərbaycan təmsilçisinin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də “Sumqayıt Arena”da baş tutacaq. Bu komandaların cavab görüşü isə iyulun 16-da Kutaisidə təşkil ediləcək.

Rubin Seyidov “Səbail”də

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Səbail”in keçmiş müdafiəçisi Rubin Seyidov yenidən paytaxt klubunun düşərgəsinə qayıdıb.

Arena.az bu barədə “dənizçilər”in mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, “Səbail” PFK növbəti futbolçu keçidini reallaşdırıb. Sözügedən klub son olaraq “Baku Sportinq”də çıxış etmiş 28 yaşlı müdafiəçi Rubin Seyidovla 1+1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Rubin Seyidov əvvəlki illərdə də “Səbail”in şərəfini qoruyub. O, məhz paytaxt klubunun yetirməsi hesab edilir. Rubin bu klubdan ayrılandan sonra “Şahdağ Qusar” və “Baku Sportinq” kimi aşağı liqa klublarının formasını geyinib. Seyidov daha çox müdafiənin mərkəzində çıxış edir.

Ötən mövsümün yekunlarına əsasən Premyer Liqaya vəsiqə qazana bilməyən “Səbail” növbəti mövsümdə iddialı olmaq istəyir. Paytaxt klubu artıq “Sumqayıt”dan ayrılmış qapıçı Mehdi Cənnətovu, eləcə də digər keçmiş futbolçusu Zeynəddin Abdurrahmanovu heyətinə qatıb.

Ceyhun Sultanov “Araz”ın prezidenti vəzifəsinə təyin edildi

Futbol üzrə Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Ceyhun Sultanov “Araz-Naxçıvan” klubunun prezidenti vəzifəsinə təyin edilib.

Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, bu qərar klubun İdarə Heyətinin iclasında qəbul olunub. Toplantıda həmçinin, klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub.

Xatırladaq ki, Ceyhun Sultanov futbolçu karyerası ərzində “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”, həmçinin İranın “Maşınsazi” klublarında çıxış edib. O, müxtəlif illərdə idarəçi kimi “Sumqayıt”, “Neftçi” və “Keşlə” klublarında fəaliyyət göstərib.

“Araz-Naxçıvan”ı 2025/2026-cı illər mövsümündə ukraynalı mütəxəssis Andrey Demçenko çalışdırırdı. Komanda onun rəhbərliyi altında ötən mövsümü 46 xalla 6-cı pillədə başa vurub. Mövsüm bitən kimi klub rəhbərliyi onunla yollarını ayırmış və bu posta Cavid Hüseynovu gətirmişdi.

Yuri Vernidub daha 2 il “Neftçi”də!

Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edəcək “Netçi” ukraynalı baş məşqçisi Yuri Vernidub ilə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilmiş imza mərasimində ukraynalı mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.

Klubun Müşahidə Şurasının sədri Hafiz Zeynalov baş məşqçiyə Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib:

“Klubumuz üçün xeyirli olsun! “Neftçi”nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də Konfrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik”.

“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib:

“Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba “Neftçi”dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq”.

“Bu etimadı ilk gündən hiss etmişəm, indi də hiss edirəm”

Yuri Vernidub isə ona göstərilən etimada görə klub rəhbərliyinə və azarkeşlərə təşəkkür edib:

“Müşahidə Şurasına və klub rəhbərliyinə mənə göstərdikləri dəstəyə görə minnətdarlıq etmək istəyirəm. Bu etimadı ilk gündən hiss etmişəm, indi də hiss edirəm. Öz adımdan onu deyə bilərəm ki, daha çox işləmək lazımdır. “Neftçi”nin həm ölkə daxilində, həm də Avropa miqyaslı yarışlarda layiq olduğu yerə qayıtması üçün əlimizdən gələn hər şeyi etməliyik. Azarkeşlərə məni isti qarşıladıqlarına, mövsüm boyu həm məni, həm də futbolçuları sona qədər dəstəklədiklərinə görə böyük “çox sağ ol” deyirəm. Yeni mövsümdə tribunaları dolu görmək istərdim. Onların inamı hər bir futbolçunu ruhlandırır və irəli aparır”.

Qeyd edək ki, Yuri Vernidub 2025-ci il dekabrın 9-da “Neftçi”nin baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında keçirdiyi 19 oyunun 13-də qalib gəlib, 4-ü heç-heçə, 2-si məğlubiyyət olmaqla cəmi 6 matçda xal itirib. Ümumilikdə, ukraynalı çalışdırıcının gəlişindən sonra 43 xal toplayan “Neftçi” xallarının sayını 59-a çatdıraraq ötən mövsümü 4-cü pillədə başa vurub ki, bununla da Avropa Konfrans Liqasına vəsiqəni təmin edib.

DÇ-2026-da iki tarixi rekord yeniləndi

Amerika Birləşim Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə dünya çempionatı (DÇ-2026) tarixə düşəcək daha iki rekordla yadda qalıb.

Arena.az xəbər verir ki, bu mundialda vurulan qolların sayı üzrə yeni rekord qeydə alınıb.

Hazırkı mundialda indiyədək 177 qol vurulub ki, bu da dünya çempionatları tarixində ən yüksək göstəricidir.

Əvvəlki rekord 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında müəyyənləşmişdi. Həmin turnirdə ümumilikdə 172 qol qeydə alınmışdı.

Bununla yanaşı, DÇ-2026 azarkeş sayına görə də bütün əvvəlki mundialları geridə qoyub. Almaniya ilə Ekvador arasında keçirilmiş qrup mərhələsi oyunundan sonra turnir matçlarını stadionlardan izləyən tamaşaçıların sayı 3 milyon 605 min 357 nəfərə çatıb.

Bununla da 1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatına məxsus rekord yenilənib. Həmin mundialın oyunlarını ümumilikdə 3 milyon 587 min 538 azarkeş izləmişdi.

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Turnirin hazırkı çempionu Argentina millisidir.

DÇ-2026: 19 komanda 1/16 finala vəsiqəni təmin edib

ABŞ, Kanada və Meksikada təşkil edilmiş futbol üzrə dünya çempionatında (DÇ-2026) qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, növbəti oyun günündən sonra pley-off mərhələsinə vəsiqəni təmin etmiş komandaların sayı 19-a çatıb.

Artıq Meksika, Cənubi Afrika Respublikası, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Avstraliya, Almaniya, Kot-d’İvuar, Ekvador, Niderland, Yaponiya, İsveç, Fransa, Norveç, Argentina və Kolumbiya 1/16 finalda iştirak hüququ qazanıblar.

Son oyun günündə Kot-d’İvuar, Ekvador, Niderland, Yaponiya, İsveç və Avstraliya da pley-offa yüksələn komandalar sırasına qoşulublar.

Bununla yanaşı, bir sıra yığmalar dünya çempionatı ilə erkən vidalaşıblar. Qrup mərhələsinin başa çatdığı qruplarda Kurasao, Tunis və Türkiyə millilərinin pley-offa yüksəlmək şansı qalmayıb.

Paraqvay yığması isə qrupu üçüncü pillədə başa vurub və ən yaxşı səkkiz üçüncü komanda arasında yer almaq uğrunda mübarizəni davam etdirir.

Artıq 1/16 finalın dörd cütü də dəqiqləşib. Cənubi Afrika Respublikası Kanada ilə, Niderland Mərakeşlə, ABŞ Bosniya və Herseqovina ilə, Braziliya isə Yaponiya ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk dəfə 48 komandanın iştirak etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq. Pley-off mərhələsinə hər qrupun ilk iki komandası, həmçinin üçüncü yerləri tutan ən yaxşı səkkiz yığma vəsiqə qazanır.

Toni Popoviç: “Bu, əlamətdar nailiyyətdir”

Avstraliya millisinin baş məşqçisi Toni Popoviç dünya çempionatının qrup mərhələsinin son turunda Paraqvaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, qolsuz bərabərə qaldıqları oyundan (0:0) sonra komandasının 1/16 finala yüksəlməsini yüksək qiymətləndirib:

“Bu, əlamətdar nailiyyətdir və burada hamının – Futbol Assosiasiyasından tutmuş məşqçilər heyətinə, futbolçulara və azarkeşlərə qədər hər kəsin əməyi var. Bu, xüsusi bir gündür”, – deyə Toni Popoviç jurnalistlərə bildirib.

Mütəxəssis qeyd edib ki, komanda heç vaxt heç-heçə üçün oynamayıb:

“Oyunun gedişini və ya bizim nəyə ehtiyac duyduğumuzu müxtəlif cür dəyərləndirmək olar, amma biz bir an belə heç-heçə üçün oynadığımızı düşünmədik. Hesab edirəm ki, oyuna kifayət qədər yaxşı nəzarət etdik, təşəbbüsə sahib olduq və daha çox qol imkanı yaratdıq”.

Popoviç start heyətində etdiyi altı dəyişikliklə bağlı sualı cavablandırmaqdan imtina edib. O bildirib ki, komandadakı hər bir futbolçu vacibdir və heç kimin əsas heyətdə yeri təmin olunmayıb.

Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro isə Avstraliya ilə heç-heçəni (0:0) şərh edərkən rəqibin gücünü etiraf edib. Bu nəticə Paraqvayı qrupda üçüncü pillədə saxlayıb və komanda pley-offa yüksəlmək üçün yaxşı şanslarını qoruyub. Xatırladaq ki, dünya çempionatının 1/16 final mərhələsinə qrup üçüncüləri arasında ən yaxşı səkkiz komanda vəsiqə qazanır.

“Bu, əldə etmək istədiyimiz nəticə deyildi, amma realist olmalı olduğumuzu anlayırdıq”, – deyə Qustavo Alfaro bildirib.

Alfaro Avstraliya millisinin güclü tərəflərini də vurğulayıb:

“Onlar çox güclüdürlər, yaxşı fiziki hazırlığa malikdirlər, hündürboylu futbolçuları var və boş zonalardan istifadə etməyi bacarırlar. Cinahlarda çox yaxşı oynayırlar və heyətlərində keyfiyyətli futbolçular var.

Bu oyunun çox çətin keçəcəyini bilirdik və elə də oldu. Qələbə qazanmaq, tarix yazmaq və dünya çempionatında iki matç qazanan ilk Paraqvay komandası olmaq istəyirdik.

Onları sıxışdırmaq üçün boş zonalar tapmaqda çətinlik çəkdik. Avstraliya fiziki gücü, intizamı və sürəti birləşdirən komandadır. Belə müdafiə sistemlərini yarmaq üçün isə çox intizamlı, dəqiq və sürətli olmaq lazımdır”.

Montella: “Evə başımız dik qayıda bilərik”

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella dünya çempionatının qrup mərhələsinin son turunda ABŞ yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində 3:2 hesablı qələbədən sonra komandasının turniri başıuca tərk etdiyini bildirib.

Los Ancelesdə keçirilmiş qarşılaşmadan sonra jurnalistlərə açıqlama verən Vinçentso Montella futbolçularını yüksək qiymətləndirib. O, komandanın artıq pley-off şansını itirməsinə və tribunaların böyük hissəsinin ABŞ yığmasını dəstəkləməsinə baxmayaraq, oyunçuların xarakter, bacarıq və əzmkarlıq nümayiş etdirdiyini vurğulayıb:

“Biz evə başımız dik qayıda bilərik. Futbol bəzən ağrılı olur, amma oyunun sonunda emosiyalarımı gizlədə bilmədim. Bu matç mənim üçün 1000 qələbədən daha çox məna daşıyır”, – deyə Montella bildirib.

İtaliyalı mütəxəssis qeyd edib ki, Türkiyə millisi turnir ərzində kifayət qədər qol epizodu yaradıb, lakin onları reallaşdıra bilməyib. O, qaçırılan imkanlara görə ayrı-ayrı futbolçuları günahlandırmaq niyyətində olmadığını söyləyib.

Montellanın sözlərinə görə, komanda ilk iki oyunda bəxtsiz olub və həmin görüşlərdən heç olmasa birində heç-heçə əldə edilsəydi, vəziyyət tamamilə dəyişə bilərdi. Bununla belə, o, “futbolun hər zaman ədalətli olmadığını” da etiraf edib.

Baş məşqçi əlavə edib ki, final fitindən sonra komandada yaşanan sevinc milli qürurun təzahürü idi və bu, ona gələcəyə nikbin baxmağa əsas verir.

Türkiyə millisi 2002-ci ildən sonra ilk dəfə dünya çempionatında iştirak edib. Montella komandanın növbəti mundiala vəsiqə qazanmaq üçün yenidən 24 il gözləməyəcəyinə ümid etdiyini bildirib.

“Ümid edirəm ki, daha böyük uğurlara 24 ildən sonra deyil, daha tez nail olacağıq”, – deyə o vurğulayıb.

“Məqsədimiz qrupu lider başa vurmaq idi və buna nail olduq”

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino isə Türkiyəyə 2:3 hesablı məğlubiyyətə baxmayaraq, qrup lideri kimi pley-offa yüksəlmələrindən razı qaldığını bildirib:

“Bu ana qədər heç kim bizi qrupda birinci yeri tutmağımız münasibətilə təbrik etməyib. Mən futbolçuları, məşqçilər korpusunu və azarkeşləri çox çətin qrupda birinci yeri tutduqları üçün təbrik edirəm. Məqsədimiz qrupu lider başa vurmaq idi və buna nail olduq. Mən pozitivəm və xoşbəxtəm. Suallarınız bir qədər qəribədir”, – deyə Maurisio Poçettino jurnalistlərə bildirib.

Poçettino əlavə edib ki, bu məğlubiyyəti dəyərləndirərkən ABŞ millisinin artıq pley-offa vəsiqəni təmin etdiyini və Paraqvayla Avstraliya üzərindəki qələbələrdən sonra start heyətində ciddi dəyişikliklər etdiyini nəzərə almaq lazımdır.

“Bir komanda artıq pley-offa vəsiqə qazandıqda, digər komanda isə turnirlə vidalaşdıqda, çox mürəkkəb situasiyalar yaranır”, – deyə argentinalı mütəxəssis sözlərini yekunlaşdırıb.

DÇ-2026: Türkiyə mundiala qələbə ilə vida etdi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub.

D qrupunda Türkiyə millisi Amerika Birləşmiş Ştatları ilə, Paraqvay isə Avstraliya ilə üz-üzə gəlib.

İnqlvudda (Kaliforniya, ABŞ) təşkil edilmiş Türkiyə – ABŞ matçında qapılara bütövlükdə 5 qol vurulub. Oyun Avropa təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Santa Klarada (Kaliforniya, ABŞ) keçirilmiş Paraqvay – Avstraliya görüşündə isə qapılara qol vurulmayıb.

Beləliklə, ABŞ millisi 6 xalla qrup birincisi olub. Avstraliya və Paraqvay yığmaları da hərəyə 4 xal toplamaqla növbəti mərhələyə yüksəliblər. Mundialla vidalaşacağı daha öncə dəqiqləşmiş Türkiyə millisi isə 3 xalla qrup sonuncusu olub.

DÇ-2026
D qrupu
26 iyun

Paraqvay – Avstraliya 0:0

Türkiyə – ABŞ 3:2
Qollar: Arda Gülər, 10. Orkun Kökçü, 31. Kaan Ayhan, 90+8 – Oston Trasti, 3. Sebastyan Berhalter, 49.

Xallar: ABŞ – 6. Avstraliya – 4. Paraqvay – 4. Türkiyə – 3.

Qrem Potter: “Bu, bizim üçün böyük çağırışdır”

Futbol üzrə İsveç millisinin baş məşqçisi Qrem Potter dünya çempionatının qrup mərhələsinin son turunda Yaponiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, tərəflər bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıblar və hər iki komanda 1/16 finala vəsiqə qazanıb.

Qrem Potter matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları qeyd edib:

“Kimlə qarşılaşacağımızdan asılı olmayaraq, hər bir rəqibin yüksək səviyyəli komanda olacağını bilirik. Bu, dünya çempionatıdır və bizim üçün böyük çağırışdır. Buna görə də istənilən rəqiblə qarşılaşmağı səbirsizliklə gözləyirik.

Əlbəttə, keçmiş nəticələrimiz və nailiyyətlərimiz nəzərə alınarsa, favorit olmayacağıq. Amma bu mərhələdə yer almağımızın özü bizim üçün böyük uğurdur. Hazır olacağıq, mübarizə aparacağıq və əlimizdən gələni edəcəyik.

Yəqin ki, ilk növbədə futbolçuların fiziki durumunu bərpa etməli və qarşıdakı oyundan asılı olmayaraq yaxşı formada olduğumuza əmin olmalıyıq”.

Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu isə İsveçlə heç-heçədən sonra komandasının yalnız ölkəsini deyil, bütün Asiyanı təmsil etdiyini vurğulayıb. Yaponiya 1/16 finalda Braziliya ilə qarşılaşacaq.

Moriyasu belə deyib: “Biz Yaponiyanı təmsil edirik və bütün dünya qarşısında ölkəmizi təmsil etdiyimiz üçün qürur duyuruq. Eyni zamanda, indi biz Asiyanı da təmsil edirik. Digər Asiya komandalarının o qədər də uğurlu olmadığını bilirəm.

Bu gün qələbə qazana bilməsək də, digər Asiya komandalarını dəstəkləmək və onlar üçün ümid mənbəyinə çevrilmək istərdim. Bundan əlavə, Asiya komandaları arasında yüksək səviyyəli rəqabət olarsa, bu, ümumilikdə turnirin səviyyəsinin yüksəlməsinə kömək edə bilər”.

Ronald Kuman: “Bu, bizə problem yarada bilər”

Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının qrup mərhələsinin son turunda Tunisə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların 4 qolluq görüşü Niderland yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Niderland yığması 1/16 finalda Mərakeşlə qarşılaşacaq. Ronald Kuman matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Mən xoşbəxtəm. Qrupda birinci yeri tutmaq istəyirdik və buna nail olduq. Sadəcə, matç zamanı bu qədər asan şəkildə arxayınlaşmağımıza təəccübləndim. Düşünürəm ki, bu, çox tez 2:0 hesabı ilə önə keçməyimizlə bağlı idi. Daha güclü rəqibə qarşı oyunda bu, problem yarada bilər. Mərakeş isə hücum futbolu oynayan komandadır”.

Tunis millisinin baş məşqçisi Herve Renar isə Niderlanda məğlubiyyətdən sonra komandasının turnirdə gözləntiləri doğrultmadığını etiraf edib. Tunis yığması dünya çempionatında keçirdiyi hər üç oyunda məğlub olub:

“Bu dünya çempionatında lazımi səviyyədə deyildik. Bu, açıq-aşkar görünürdü və müzakirə mövzusu deyil. Bu, çox güclü komandaların iştirak etdiyi böyük turnirdir, xüsusilə də bizim qrupda. Çox çətin qrup idi. Artıq futbolçularla danışdım və onlara təşəkkür etdim. Lakin belə psixoloji vəziyyətdə olanda bunun öhdəsindən gəlmək asan deyil. Xüsusilə də çox güclü komandaya qarşı, möhtəşəm stadionda və tribunaları narıncı rəngə boyanmış azarkeşlər önündə oynayanda”.

DÇ-2026: Niderland qrup birincisi oldu

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub.

F qrupunda Yaponiya millisi İsveçlə, Tunis yığması isə Niderlandla qarşılaşıb.

Arlinqtonda (Texas, ABŞ) təşkil edilmiş Yaponiya – İsveç matçında qalib müəyyənləşməyib.

Kanzas Sitidə (Missuri, ABŞ) keçirilmiş Tunis – Niderland görüşündə isə qapılara bütövlükdə 4 qol vurulub. Yekunda Avropa təmsilçisi inamlı qələbəyə sevinib.

Beləliklə, Niderland millisi 7 xalla qrup birincisi olub. Yaponiya 5 xalla qrup ikincisi kimi pley-offa adlayıbsa, İsveç 4 xalla üçüncü yeri tutub. Hər üç oyunda məğlubiyyətlə üzləşmiş Tunis millisi üçün mundial erkən başa çatıb.

DÇ-2026
F qrupu
25 iyun

Yaponiya – İsveç 1:1
Qollar: Dayzen Maeda, 56 – Antoni Elanqa, 62.

Tunis – Niderland 1:3
Qollar: Hazem Masturi, 54 – Eliyes Skhiri, 3-öz qapısına. Brayan Brobbi, 7. Yan Pol van Hekke, 62.

Xallar: Niderland – 7. Yaponiya – 5. İsveç – 4. Tunis – 0.

Manuel Noyer Dieqo Maradonanı geridə qoydu

Futbol üzrə Almaniya milli komandasının təcrübəli qapıçısı Manuel Noyer dünya çempionatlarının tarixində daha bir göstəricisini yaxşılaşdırıb.

Arena.az xəbər verir ki, 40 yaşlı qolkiper DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Ekvador yığmasına qarşı matça start heyətində çıxmaqla mundiallardakı oyun sayını 22-yə çatdırıb.

Bununla da Noyer dünya çempionatları tarixində keçirdiyi oyunların sayına görə Argentina futbolunun əfsanəsi, 1986-cı il dünya çempionu Dieqo Maradonanı geridə qoyub. Alman qapıçı bu göstəricidə turnir tarixində təkbaşına 6-cı pilləyə yüksəlib.

Hazırda mundial tarixində ən çox oyun keçirən futbolçuların siyahısı belədir:

  1. Lionel Messi (Argentina) – 28 oyun
  2. Lotar Matteus (Almaniya) – 25 oyun
  3. Miroslav Kloze (Almaniya) – 24 oyun
  4. Kristiano Ronaldo (Portuqaliya) – 24 oyun
  5. Paolo Maldini (İtaliya) – 23 oyun
  6. Manuel Noyer (Almaniya) – 22 oyun
  7. Dieqo Maradona (Argentina) – 21 oyun

2011-ci ildən “Bayern”in şərəfini qoruyan Noyer həm klub, həm də milli komanda səviyyəsində zəngin karyeraya sahibdir. O, Almaniya nəhəngi ilə 13 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun qalibi olub. Təcrübəli qapıçı həmçinin iki dəfə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və klublararası dünya çempionatını qazanıb.

Manuel Noyer Almaniya millisinin heyətində isə 2014-cü ildə dünya çempionu olub. O, həmçinin 2010-cu il dünya çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnirin son qalibi Argentina millisidir.

Advokat: “Komandaya heç bir iradım yoxdur”

Futbol üzrə Kurasao millisinin baş məşqçisi Dik Advokat DÇ-2026-nın qrup mərhələsində Kot-d’İvuar yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşü debütantın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Advokat bu məğlubiyyəti komandalar arasındakı səviyyə fərqi ilə izah edib:

“Komandaya heç bir irad bildirmək olmaz. Futbolçular nəticə qazanmaq üçün çox çalışdılar.

Bu gün ilk qolu rəqibə özümüz hədiyyə etdik. Buna baxmayaraq, qol vurmaq üçün kifayət qədər imkanlarımız oldu. Daha güclü rəqibə qarşı oynayanda belə məğlubiyyətlər baş verir”.

Kot-d’İvuar millisinin baş məşqçisi Emers Fae isə qələbəni belə şərh edib:

“Qürur – ağlıma gələn ilk sözdür. Biz bunun öhdəsindən gələ biləcəyimizi bilirdik və eyni zamanda bunun çətin olacağını da anlayırdıq. Amma bacardıq. Üstəlik, qrupu ikinci pillədə başa vurduq. Xoşbəxtik və qürurluyuq, lakin daha irəliyə baxırıq. Növbəti oyundan əvvəl yaxşı dincələcəyik. Kot-d’İvuar buna layiqdir. Bu uğurun dadını çıxara və bu axşam qələbəni qeyd edə bilərik”.

Nagelsman Ekvadora məğlubiyyətin səbəblərini açıqladı

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Ekvadora qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşü Ekvadorun 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Nagelsman matçdan sonra bildirib ki, erkən qoldan sonra futbolçular intizamı itirib və həddindən artıq improvizasiyaya üstünlük veriblər:

“Yaxşı başlanğıcdan və erkən qoldan sonra daha intizamlı oynaya biləcəyimizi anlamalıyıq. Futbolçular mövqelərini çox tez-tez və xaotik şəkildə dəyişməməlidirlər. Oyunumuzda həddindən artıq improvizasiya var idi. Sadəcə daha səbirli olmalı və meydandakı strukturumuzu qorumalıyıq. Bunun üzərinə top itkilərinin çoxluğunu da əlavə etsək, bu, müəyyən məqamda problemə çevrilir”, – deyə Nagelsman bildirib.

Almaniya yığması qrup mərhələsini məğlubiyyətlə başa vursa da, əvvəlki iki turda topladığı xallar sayəsində pley-offa vəsiqə qazanıb.

Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese isə Almaniya üzərində qazanılan tarixi qələbədən sonra sevincini gizlətməyib. Argentinalı mütəxəssis uğurun ilk növbədə ölkə xalqına məxsus olduğunu vurğulayıb:

“Bu qələbə mənim üçün deyil, insanlar üçündür. Futbolçular bütün xalqa böyük sevinc bəxş etdilər. Biz bu anın həzzini çıxarmalı və onu qeyd etməliyik”, – deyə Bekkasese söyləyib.

Qeyd edək ki, Ekvador millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edərək qrup mərhələsini uğurla başa vurub və mundialın əsas sensasiyalarından birinə imza atıb.

Martin Dubravka rəsmən “Tottenhem”də!

“Börnli”nin 37 yaşlı slovakiyalı qapıçısı Martin Dubravka bundan sonra İngiltərənin digər klubu “Tottenhem”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

37 yaşlı qolkiper iyulun 1-dən etibarən yeni komandasına qoşulacaq. Dubravka “Börnli” ilə müqaviləsinin başa çatmasının ardından “Tottenhem”ə azad agent statusunda keçib. Klub hələlik futbolçu ilə imzalanmış müqavilənin müddətini açıqlamayıb.

“Tottenhem”in yaydığı bəyanatda slovakiyalı qapıçının zəngin təcrübəsi xüsusi vurğulanıb: “Dubravkanın iyulun 1-də klubumuza qoşulacağını elan etməkdən məmnunuq. Premyer Liqada uzun illər yüksək səviyyədə çıxış etmiş təcrübəli Slovakiya millisinin qapıçısı yeni mövsüm öncəsi komandamızın qapıçı xəttini gücləndirəcək. Xoş gəlmisən, Martin”!

Karyerasına vətənində “Jilina” klubunda başlamış Dubravka sonradan Avropanın müxtəlif komandalarında çıxış edib. O, İngiltərə futbolsevərlərinə daha çox “Nyukasl”dakı uğurlu çıxışı ilə tanınır. Təcrübəli qolkiper 2018-ci ildə “Sparta”dan (Praqa) “Nyukasl”a keçmiş və uzun illər komandanın əsas qapıçısı olmuşdu.

Martin Dubravka 2022/23 mövsümünün ilk yarısında icarə əsasında “Mançester Yunayted”in də formasını geyinib. Daha sonra yenidən “Nyukasl”a qayıdan qapıçı 2025-ci ildə “Börnli”yə transfer olunmuşdu.

Slovakiyalı qolkiper peşəkar karyerası ərzində 600-dən çox rəsmi oyunda meydana çıxıb. O, İngiltərə Premyer Liqasında ümumilikdə 197 matç keçirib, 297 qol buraxıb və 51 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.

Dubravka Slovakiya millisinin də əsas simalarından biridir. O, milli komandanın heyətində indiyədək 60 qarşılaşmada iştirak edib, 72 qol buraxıb və 24 matçda “quru oyun” seriyasını qoruyub.

DÇ-2026: Ekvador Almaniya üzərində qələbə ilə 1/16 finalda!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub.

E qrupunda Kurasao yığması Kot-d’İvuarla, Ekvador millisi isə Almaniya ilə qarşılaşıb.

Nyu-Cersidə (Nyu-York, ABŞ) təşkil edilmiş Ekvador – Almaniya matçında Cənubi Amerika təmsilçisi gözlənilməz və əzmkar qələbəyə sevinib.

Torontoda keçirilmiş Kurasao – Kot-d’İvuar görüşü isə Afrika təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Almaniya millisi 6 xalla qrup birincisi olubsa, eyni xala malik Kot-d’İvuar ikinci yerlə 1/16 finala vəsiqə qazanıb. Ekvador yığması da xallarının sayını 4-ə çatdıraraq qrup üçüncüsü olub və pley-offa vəsiqə əldə edib. Sonuncu yeri tutmuş debütant Kurasao üçün isə mundial erkən bitib.

DÇ-2026
E qrupu
25 iyun

Kurasao – Kot-d’İvuar 0:2
Qollar: Nikolas Pepe, 7; 64.

Ekvador – Almaniya 2:1
Qollar: Nilson Anqulo, 9. Qonsalo Plata, 77 – Leroy Sane, 2.

Xallar: Almaniya – 6. Kot-d’İvuar – 6. Ekvador – 4. Kurasao – 1.

İyunun 26-da daha 3 qrupda mübarizəyə yekun vurulacaq. Növbəti oyunların proqramı belədir:

26 iyun

F qrupu
03:00. Yaponiya – İsveç
03:00. Tunis – Niderland

Xallar: Niderland – 4. Yaponiya – 4. İsveç – 3. Tunis – 0.

D qrupu
06:00. Paraqvay – Avstraliya
06:00. Türkiyə – ABŞ

Xallar: ABŞ – 6. Avstraliya – 3. Paraqvay – 3. Türkiyə – 0.

İ qrupu
23:00. Norveç – Fransa
23:00. Seneqal – İraq

Xallar: Fransa – 6. Norveç – 6. Seneqal – 0. İraq – 0.

Pyero İnkapye rəsmən “Arsenal”ın futbolçusu oldu

Futbol üzrə İngiltərə çempionu “Arsenal” Ekvador milli komandasının da üzvü olan müdafiəçi Pyero İnkapye ilə bağlı qərarını rəsmiləşdirib.

Arena.az xəbər verir ki, London təmsilçisi futbolçunun Almaniyanın “Bayer” klubundan icarə əsasında çıxış etdiyi müqavilədə nəzərdə tutulmuş satınalma bəndini aktivləşdirərək onu tamhüquqlu oyunçuya çevirib.

24 yaşlı müdafiəçi ötən mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə 39 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi mövqeyində uğurla çıxış edərək komandanın İngiltərə çempionluğunu qazanmasında mühüm rol oynayıb.

Mətbuatın yaydığı məlumata görə, transferin dəyəri təxminən 52 milyon avro təşkil edib. Futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb və o, ən azı 2031-ci ilin yayına qədər “topçular”ın formasını geyinəcək.

2002-ci il yanvarın 9-da Ekvadorun Esmeraldas şəhərində anadan olmuş İnkapye peşəkar karyerasına “İndependyente del Valye” akademiyasında başlayıb. Daha sonra Argentinanın “Talyeres de Kordoba” klubunda çıxış edən müdafiəçi 2021-ci ildə “Bayer”ə transfer olunub. Almaniya klubunda keçirdiyi uğurlu dövr ərzində o, komandanın tarixində ilk Bundesliqa çempionluğunu və ölkə kubokunu qazanmasına töhfə verib.

Transfermarkt məlumatına əsasən, İnkapyenin hazırkı bazar dəyəri 50 milyon avro təşkil edir. Sol ayaqlı futbolçu hazırda Ekvador millisinin ən dəyərli oyunçularından biridir və milli komandanın heyətində 50-dən çox oyun keçirib.

59 yaşlı Kadzuyosi Miura daha bir il oynamağa qərar verdi

Yaponiyalı veteran futbolçu Kadzuyosi Miura peşəkar karyerasını davam etdirmək qərarına gəlib və “Yokohama” ilə yeni müqavilə imzalayıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

“Kral Kazu” ləqəbi ilə tanınan hücumçu məxsus olduğu “Yokohama” klubu ilə yeni 1 illik müqavilə imzalayıb.

Klubun yaydığı məlumata görə, 59 yaşlı futbolçu növbəti mövsümü icarə əsasında Yaponiya üçüncü liqasında çıxış edən “Fukuşima Yunayted” komandasında keçirəcək.

Beləliklə, qarşıdakı mövsüm Miuranın peşəkar futbolçu karyerasında 42-ci mövsüm olacaq.

Təcrübəli hücumçu 2005-ci ildən “Yokohama”nın futbolçusudur. O, müxtəlif dövrlərdə icarə əsasında Yaponiyanın “Suzuka Point Getters” və “Atletiko Suzuka”, Avstraliyanın “Sidney”, həmçinin Portuqaliyanın “Oliveyrense” komandalarında çıxış edib.

Miura zəngin karyerası ərzində Braziliyanın “Palmeyras”, “Koritiba” və “Santos”, Xorvatiyanın “Dinamo” (Zaqreb), eləcə də İtaliyanın “Cenoa” klublarının da formasını geyinib.

O, klub səviyyəsində iki dəfə Yaponiya çempionu olub. Miura həmçinin Yaponiya millisinin heyətində 1992-ci ildə Asiya Kubokunun qalibi adını qazanıb.

Qeyd edək ki, Kadzuyosi Miura peşəkar futbol tarixinin ən uzunömürlü oyunçularından biri hesab olunur və hələ də aktiv futbolçu karyerasını davam etdirir.

Patrik Şik milli karyerasını başa vurdu

Almaniyanın “Bayer” klubunun da üzvü olan çexiyalı mərkəz hücumçusu Patrik Şick Çexiya millisindəki çıxışını başa vurduğunu rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, 30 yaşlı hücumçu bu qərarı Çexiya yığmasının 2026-cı il dünya çempionatındakı uğursuz çıxışından dərhal sonra verib.

Meksika, Cənubi Afrika Respublikası və Cənubi Koreya ilə eyni qrupda mübarizə aparan çexlər cəmi 1 xal toplayaraq turnirin pley-off mərhələsinə yüksələ bilməyiblər.

Şik sosial şəbəkə hesabında paylaşdığı emosional açıqlamada milli komandadakı karyerasına yekun vurduğunu bildirib və Çexiya futbolundakı sistem problemlərinə də toxunub:

“Bu gün milli komandadakı hekayəm başa çatır. Bu qərar ani verilməyib və qəfil yaranmayıb. Uzun müddətdir düşündüyüm və götür-qoy etdiyim bir qərardır. Bu yol emosiyalar, sevinc, məyusluq, qələbələr və çətin anlarla dolu olub. Mən həmişə milli komanda üçün əlimdən gələni etməyə və ölkəmi ən yaxşı şəkildə təmsil etməyə çalışmışam.

Milli komandanın formasında əldə etdiklərimlə qürur duyuram. Eyni zamanda, düşünürəm ki, Çexiya futbolu son illərdə göstərdiyindən daha artığına qadirdir. Uzunmüddətli perspektivdə işləməyən bir çox məsələləri dəyişməyin vaxtı çatıb. Bunu qəzəbdən və ya məyusluqdan demirəm. Sadəcə, Çexiya futbolu mənim üçün önəmlidir”, – deyə Şik qeyd edib.

Qeyd edək ki, təcrübəli forvard Çexiya millisinin heyətində keçirdiyi 56 rəsmi oyunda 26 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Patrik Şik ölkəsinin son illərdə yetişdirdiyi ən önəmli hücumçulardan biri hesab olunur. O, hazırda klub karyerasını Almaniyanın “Bayer” komandasında davam etdirir. Hücumçu daha öncə “Roma”, “Sampdoriya”, “Bohemians”, “Leypsiq”, “Sparta” (Praqa) kimi klublarda da çıxış edib.

Renaldo Sefas “Qarabağ”da! – Rəsmi

Rusiyanın “Pari Nijni Novqorod” klubunun yamaykalı cinah hücumçusu Renaldo Sefas bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, “Pari Nijni Novqorod”la danışıqlar uğurla yekunlaşıb və yamaykalı futbolçu “Qarabağ”a transfer olunub.

Hər iki cinahda oynamağı bacaran vinger həmçinin mərkəz hücumçusu kimi çıxış edə bilir. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu ilin yayına qədər Azərbaycan komandasının formasını geyinəcək.

Yamaykada “Arnett Qardens”in formasını geyinmiş Renaldo Şimali Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü” kimi komandalarda çıxış edib. O, 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçmişdi. Sefas “Pari”nin heyətində 29 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

2023-cü ildən Yamayka millisinin şərəfini qoruyan Sefas meydana çıxdığı 28 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub.

Sonda onu da qeyd edək ki, Renaldo Sefas yay transfer pəncərəsində “Qarabağ”ın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zəkəriyyə Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç “Qarabağ”a qoşulmuşdular.

Promis David Artyom Dzyubanın DÇ rekordunu yenilədi

Futbol üzrə dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin İsveçrə ilə oyunu Kanada millisinin hücumçusu Promis David üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, dünya çempionatları tarixində meydana sonradan çıxdıqdan sonra ev sahibi komanda adına ən sürətli qolu vurmaqla yeni rekorda imza atıb.

25 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin son turunda İsveçrə ilə keçirilən görüşdə (1:2) ikinci hissədə oyuna qoşulduqdan cəmi 71 saniyə sonra fərqlənib.

Beləliklə, Promis David dünya çempionatları tarixində ev sahibi yığmanın heyətində əvəzetmədən meydana çıxaraq ən qısa müddətdə qol vuran futbolçu olub.

Əvvəlki rekord Rusiya millisinin sabiq hücumçusu Artyom Dzyubaya məxsus idi. O, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının açılış matçında Səudiyyə Ərəbistanına qarşı görüşdə (5:0) meydana çıxdıqdan 90 saniyə sonra qol vurmuşdu.

Qeyd edək ki, Kanada millisi İsveçrəyə məğlub olmasına baxmayaraq, B qrupunu ikinci pillədə başa vuraraq tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib.

DÇ-2026: Azarkeşlərinin qələbə sevinci faciə ilə nəticələndi

Dünya çempionatında (DÇ-2026) Meksika millisinin Çexiya üzərində qazandığı qələbədən sonra azarkeşlərin sevincinə xoşagəlməz hadisə kölgə salıb.

Arena.az xəbər verir ki, Meksikanın Çexiyanı 3:0 hesabı ilə məğlub etdiyi qrup mərhələsinin son tur oyunundan sonra ölkənin Kabo-San-Lukas şəhərində azarkeşlərin toplaşdığı əraziyə avtomobil daxil olub.

Qələbəni qeyd edən azarkeşlər yolu bağlayıblar. Bu zaman avtomobil sürücülərindən biri gözləmək istəməyərək izdihamın arasından keçməyə cəhd edib. Bundan qəzəblənən azarkeşlər avtomobili mühasirəyə alaraq ona zərbələr endirməyə başlayıblar. Nəticədə sürücü maşını hərəkətə gətirib və bir neçə nəfəri vurub.

Hadisə nəticəsində azı 17 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Bildirilir ki, hadisəni törədən sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda insidentin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Meksika millisi Çexiya üzərində 3:0 hesablı qələbə qazanaraq qrup mərhələsini maksimum nəticə ilə – 9 xalla başa vurub və pley-off mərhələsinə yüksəlib.

DÇ-2026 ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçirilir. Meksika yığması mundialda hələlik, maksimum nəticə ilə qrupdan çıxmış ilk komandadır.

CAR və Bosniya tarix yazdı, Haiti yeni rekorda imza atdı

Cənubi Afrika Respublikası (CAR), eləcə də Bosniya və Herseqovina yığmaları futbol üzrə dünya çempionatında (DÇ-2026) tarixi uğura imza atıblar.

Arena.az xəbər verir ki, ilk dəfə mundialda iştirak edən Cənubi Afrika Respublikası və Bosniya və Herseqovina tarixlərində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəliblər.

CAR yığması A qrupunun son turunda Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edərək mundial tarixində ilk dəfə pley-off vəsiqəsi qazanıb. İki turdan sonra cəmi 1 xal toplamış Hüqo Brosun komandası həlledici görüşdə qələbə sayəsində qrupu ikinci pillədə başa vuraraq adını 1/16 final mərhələsinə yazdırıb.

Bosniya və Herseqovina millisi isə pley-offa yüksəlməyi hələ son turun nəticələri tam başa çatmadan rəsmiləşdirib. Şotlandiyanın Braziliyaya 0:3 hesabı ilə məğlub olması bosniyalıların ən yaxşı üçüncü yerlərdən biri kimi növbəti mərhələyə vəsiqəsini təmin edib.

Bosniya və Herseqovina tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsində çıxış edəcək. Balkan təmsilçisi bundan əvvəl iştirak etdiyi yeganə mundialda – 2014-cü ildə qrup mərhələsini keçə bilməmişdi. Həmin turnirdə bosniyalılar bir qələbə qazanıb, iki dəfə məğlub olmuşdular.

Qrup mərhələsində tarix yazan daha bir komanda Haiti olub. Pley-off şansını əvvəlki turlarda itirən Karib hövzəsi təmsilçisi Mərakeşlə oyunda dünya çempionatları tarixində ilk dəfə bir matçda iki qol vurmağa nail olub.

Haitililər hesabı Mərakeşin qapıçısı Yassin Bononun avtoqolu ilə açıblar, komandanın ikinci qolunu isə Vilsan İsidor vurub.

Qeyd edək ki, Haiti bundan əvvəl iştirak etdiyi dünya çempionatlarında heç vaxt bir oyunda birdən çox qol vura bilməmişdi. Karib təmsilçisi 1974-cü ildə keçirilmiş debüt mundialında üç matçda cəmi iki qol vurmuşdu.

FIFA Qətər millisinin üzvünü 5 oyunluq cəzalandırdı

FIFA-nın İntizam Komitəsi Qətər yığma komandasının yarımmüdafiəçisi Asim Madibonu kobud hərəkətinə görə 5 oyunluq cəzalandırıb.

Arena.az bu barədə FIFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Asim Madibo dünya çempionatında (DÇ-2026) Kanadaya qarşı keçirdikləri matçda (0:6) kobud hərəkətinə belə aqibətlə üzləşib. Futbolçu qarşılaşmanın ikinci hissəsinin əvvəlində rəqibi İsmael Koneyə qarşı kobud “sürüşmə fəndi” yerinə yetirərək onu ağır zədələmişdi.

Madibo bu kobudluğu səbəbindən qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Toqquşma nəticəsində sol ayağından zədələnmiş Kanada millisinin üzvü isə meydanı xərəkdə tərk etmişdi. Madibo bir müddət sonra xəstəxanada Koneni ziyarət edərək, ondan üzr istəmişdi.

Qeyd edək ki, Asim Madibo Qətər millisində 40-dan çox oyun keçirib və 2019-cu ildə Asiya Kubokunun qalibi adını qazanıb. İsmael Kone isə İtaliyanın “Sassuolo” komandasında 2025/2026-cı illər mövsümündə meydana çıxdığı 32 oyunda 6 qol vurub.

“Səbail” Zeynəddin Abdurahmanovu heyətinə qatdı

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Səbail” 2026/2027-ci illər mövsümü üçün növbəti futbolçu transferini reallaşdırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Dənizçilər” son olaraq MOİK-də çıxış etmiş Zeynəddin Abdurahmanovu heyətinə qatıblar. 23 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Zeynəddin Abdurahmanov məhz “Səbail”in yetirməsidir. 23 yaşlı yarımmüdafiəçi vaxtilə bu klubun əsas komandasında 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. 2024-cü ilin yayında paytaxt klubundan ayrılaraq “Cəbrayıl”a keçmiş futbolçu geridə qalmış mövsümü də MOİK-də keçirib.

Abdurrahmanov 2023-cü ildə formasını geyindiyi Azərbaycanın U-21 millisinin heyətində 4 oyun keçirib. Amma ona əsas millimizdə debüt qismət olmayıb.

Rövşən Nəcəf FİFA-ya təşəkkür etdi

AFFA prezidenti Rövşən Nəcəf 15 yaşlılar arasında ilk dünya çempionatının ev sahibliyinin Azərbaycana həvalə edilməsinə münasibət bildirib.

Arena.az xəbər verir ki, o, FIFA Şurasının Bürosunun müvafiq qərarı ilə bağlı bunları söyləyib:

“FIFA Şurasının Bürosunun qərarı ilə ölkəmiz cari ilin oktyabrında 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatına və 2026-cı il Festivalına ev sahibliyi edəcək.

Bu qərar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına göstərdiyi diqqət və qayğının, dövlətimizin uğurlu idman siyasətinin parlaq nəticəsidir. Turnirin keçirilməsinin beynəlxalq yarışların, böyük və mötəbər tədbirlərin təşkilində zəngin təcrübəyə malik Azərbaycana həvalə olunması ölkəmizin idman dövləti kimi güclü mövqeyinin təzahürüdür.

İlk dəfə təşkil olunacaq və yeni formatda keçiriləcək dünya çempionatının ev sahibliyi üçün Azərbaycanın seçilməsi eyni zamanda AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın növbəti nümunəsidir. Bu xüsusda, AFFA-ya göstərilən etimada görə FIFA rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bu əlamətdar hadisə münasibətilə Azərbaycanın futbol ictimaiyyətini ürəkdən təbrik edirik”, deyə Rövşən Nəcəf qeyd edib.

Qeyd edək ki, U-15-lərin dünya çempionatı 22-31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq.

FIFA Nepal Futbol Assosiasiyasının üzvlüyünü dayandırdı

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası‎ (FIFA) Nepalın Ümumnepal Futbol Assosiasiyasının (ANFA) təşkilata üzvlüyünü müvəqqəti dayandırıb.

Arena.az bu barədə ali futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bu qərarla Nepal milli komandası və ölkə klubları beynəlxalq turnirlərdə iştirak hüququnu itiriblər.

Məlumata görə, qərarın qəbul edilməsinə Nepal Milli İdman Şurası (NSC) ilə ANFA arasında seçki prosesi ətrafında yaranmış münaqişə səbəb olub. FIFA vəziyyəti assosiasiyanın nizamnaməsinin “kobud şəkildə pozulması” və üçüncü tərəflərin seçki prosesinə müdaxiləsi kimi qiymətləndirib.

Qərara əsasən, ANFA FIFA üzvü kimi malik olduğu bütün hüquqları itirir. Həmçinin assosiasiya və onun nümayəndələri dünyanın ən ali futbol qurumu və Asiya Futbol Konfederasiyası tərəfindən təşkil olunan inkişaf proqramları, təlim kursları və digər tədbirlərdə iştirak edə bilməyəcəklər.

FIFA Nepal futbol qurumunun təşkilata üzvlüyünün bərpası üçün iki əsas şərt irəli sürüb. Birinci şərt Nepal Milli İdman Şurasının martın 25-də qəbul etdiyi qərarın tam və qeyd-şərtsiz ləğv edilməsidir. Həmin qərarla ANFA İcraiyyə Komitəsinin fəaliyyəti üç aylıq dayandırılmışdı. İkinci şərt isə assosiasiyaya öz nizamnaməsinə uyğun olaraq artıq başlanmış seçki prosesini başa çatdırmaq imkanı yaradılmasıdır.

Ali futbol qurumu tərəfindən ANFA prezidenti Kiran Raya ünvanlanmış məktubda vurğulanıb ki, qadağa “əlavə bildirişədək” qüvvədə qalacaq.

Ürfan Abbasov “Araz-Naxçıvan”a lazım olmadı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” futbolçusu Ürfan Abbasov ilə başa çatmış müqavilənin müddətini artırmayıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ürfan Abbasov 2024-cü ildən “Araz-Naxçıvan”da çıxış edirdi. 33 yaşlı cinah müdafiəçisi komandanın kapitanı idi. O, Naxçıvan klubunun forması altında meydana çıxdığı 65 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Ürfan “Qəbələ”nin yetirməsidir. O, daha öncə bu komanda ilə yanaşı, “Səbail”in də uğurları üçün çalışıb.

Abbasov vaxtilə Azərbaycanın U-21 və əsas yığmalarında da forma geyinib. Təcrübəli müdafiəçi əsas millimizin heyətində meydana çıxdığı 10 oyunda 1 qol vurub.

Xatırladaq ki, “Araz-Naxçıvan” bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə də yollarını ayırmışdı.

Seydina Keyta “Qəbələ” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünə hazırlaşan “Qəbələ” müdafiəçisi Seydina Keyta ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Mərkəz müdafiəçisi ilə yeni – 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Seydina Keyta 2026-cı ilin yanvarında “Qəbələ”yə cəlb edilmişdi. 33 yaşlı futbolçu ilə həmin vaxt 6 ay +1 illik müqavilə imzalanmışdı. Tərəflər indi qalan 1 illik müddəti aktivləşdiriblər.

Keyta ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 19 oyunda 3 qol vurub.

Təcrübəli müdafiəçinin “Qəbələ”dən əvvəlki sonuncu klubu “Panevejis” (Litva) olub. O, 2022-ci ilin yayında qoşulduğu bu komandanın heyətində 72 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Seydina Keyta karyerası ərzində “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının da şərəfini qoruyub.

Keyta “Qəbələ”də 33 nömrəli forma altında çıxış edir.

Rövlan Muradov “Araz-Naxçıvan”da

Ötən gün “Zirə”dən azad agent kimi ayrılmış yarımmüdafiəçi Rövlan Muradov bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

“Araz-Naxçıvan” bu gün növbəti futbolçu transferini reallaşdırıb. Xəbərdə vurğulanır ki, Rövlan yeni mövsümdə bu komandanın formasını geyinəcək. Yarımmüdafiəçi ilə klub arasında anlaşmanın müddəti 1 ildir.

“Qəbələ”nin yetirməsi olan Rövlan Muradov müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyinib.

28 yaşlı futbolçu 2025-ci ilin yayında “Sumqayıt”dan “Zirə”yə transfer olunmuşdu. Yarımmüdafiəçi ötən mövsüm qəsəbə təmsilçisinin heyətində cəmi 15 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Araz-Naxçıvan” daha öncə Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə də müqavilə imzalamışdı.

Mehdi Cənnətov “Sumqayıt”ı “Səbail”ə dəyişdi

Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü, 34 yaşlı Mehdi Cənnətov “Sumqayıt” klubundan ayrılaraq “Səbail”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Cənnətovun “Sumqayıt”la müqaviləsinin müddəti bu ayın sonunda başa çatırdı. Tərəflər yeni müqavilə barədə razılığa gələ bilmədikləri üçün təcrübəli qolkiper “Səbail”dən aldığı təklifi qəbul edib. O, yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Mehdi Cənnətov Rusiyanın “Anji” klubunun yetirməsidir. O, Rusiyada “Baltika”nın da formasını geyinib. 2017-ci ildə “Sumqayıt”a cəlb edilmiş qapıçı 2021-2023-cü illər aralığında “Zirə”nin də uğurları üçün çalışıb. 2023-cü ildə o, “Zirə”dən ayrılandan sonra yenidən “Sumqayıt”a qayıtmışdı.

Cənnətov “Sumqayıt”ın heyətində 166 oyuna çıxıb, 214 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.

Mehdi 2021-ci ildə debüt etdiyi Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib, 12 qol buraxıb.

Hidayət Heydərov fərqli çəki dərəcəsində yarışacaq

Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək qran-pridə fərqli çəki dərəcəsində mübarizə aparacaq.

Arena.az bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, təcrübəli idmançı bundan sonra 81 kq-da çıxış edəcək.

Los Anceles Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycanın 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Hidayət Heydərov, Zelim Tçkayev (hər ikisi 81 kq), Aslan Kotsoyev, Murad Fətiyev (90 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Qadınlar arasında Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) çıxış edəcəklər.

Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq referi Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Zelim Kotsoyev (100 kq) və Madina Kaisinova (+78 kq) zədə səbəbindən iyunun 26-28-də baş tutacaq turniri buraxacaqlar.

Xatırladaq ki, Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Monqolustanın paytaxtı Ulan-Batorda keçirilmiş “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyib. O, böyüklərin yarışında bütün medallarını 73 kq-da qazanıb.

U-15 dünya çempionatı Azərbaycanda! – Rəsmi

15 yaşadək oğlan futbolçulardan ibarət milli komandalar (U-15) arasında ilk dünya çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, bu barədə FIFA Şurasının Bürosu qərar qəbul edib. Turnir bu il oktyabrın 22-31-də təşkil olunacaq.

Yarışda ali futbol qurumuna üzv olan milli assosiasiyaların U-15 komandaları iştirak edə biləcəklər.

FIFA bu qərarı qəbul edərkən Azərbaycanın müasir idman infrastrukturu, beynəlxalq standartlara cavab verən idman obyektləri və irimiqyaslı beynəlxalq yarışların təşkilində qazandığı uğurlu təcrübəni nəzərə alıb. Turnirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya futbolunda artan nüfuzunun və beynəlxalq idman tədbirlərinə ev sahibliyi imkanlarının növbəti təsdiqidir.

Qeyd edək ki, FIFA 2025-ci ilin dekabrında U-15-lər arasında dünya çempionatının təsis olunması barədə qərar qəbul edib.

Xatırladaq ki, FIFA-nın İcraiyyə Komitəsinin 2025-ci il 2 oktyabr tarixində keçirilmiş iclasında 2027-ci ildə təşkil olunacaq U-20-lər arasında dünya çempionatının final mərhələsinə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi açıqlanıb.

Vinisius və Braziliya millisi üçün DÇ-də tarixi nəticə

Futbol üzrə Braziliya milli komandasının və Madrid “Real”ının hücumçusu Vinisius Junior dünya çempionatlarında tarixi göstəriciyə imza atıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin bütün oyunlarında fərqlənməklə Braziliya futbolunun əfsanələri Ronaldo Nazario və Rivaldo ilə eyni nailiyyəti təkrarlayıb.

Beləliklə, Vinisius Braziliya tarixində bir dünya çempionatının qrup mərhələsində ilk üç oyunda qol vurmuş azsaylı futbolçular sırasına daxil olub. Bu göstəricini sonuncu dəfə 2002-ci ildə Ronaldo Nazario və Rivaldo reallaşdırmışdılar.

Qeyd edək ki, Vinisius hazırda DÇ-2026-da yüksək performansı ilə diqqət çəkir və Braziliya millisinin hücum xəttinin əsas fiqurlarından biridir. O, qrup mərhələsində keçirdiyi 3 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Şotlandiya millisini 3:0 hesabı ilə məğlub etmiş Braziliya yığması da yeni rekorda imza atıb. “Sambaçılar” mundiallar tarixində 50 “quru” hesablı qələbə qazanmış ilk kollektiv olub.

Xatırladaq ki, Braziliya millisi C qrupunda 7 xalla birinci olub.

DÇ-2026: 13 “xoşbəxt” və ilk pley-off cütü bəllidir!

ABŞ, Kanada və Meksikada təşkil edilmiş futbol üzrə dünya çempionatında (DÇ-2026) 1/16 final mərhələsinin ilk cütü müəyyənləşib.

Arena.az xəbər verir ki, qrup mərhələsinin nəticələrinə əsasən, Cənubi Afrika Respublikası və Kanada milli komandaları pley-offun ilk qarşılaşmasında üz-üzə gələcəklər.

Oyun iyunun 28-də İnqlvud şəhərində (ABŞ) keçiriləcək.

Cənubi Afrika millisi tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Afrika təmsilçisi A qrupunda 3 turdan sonra 4 xalla ikinci yeri tutub. Kanada yığması da B qrupunu 4 xalla ikinci pillədə başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.

Bununla yanaşı, hazırda DÇ-2026-nın 1/16 final mərhələsində iştirakını rəsmiləşdirən komandaların sayı 13-ə çatıb.

İndiyədək pley-offa yüksələn millilər bunlardır:

Meksika millisi
Cənubi Afrika millisi
İsveçrə millisi
Kanada millisi
Braziliya millisi
Mərakeş millisi
ABŞ millisi
Almaniya millisi
Fransa millisi
Norveç millisi
Argentina millisi
Kolumbiya millisi
Bosniya və Herseqovina millisi

Dünya çempionatı iyulun 19-na qədər davam edəcək. Turnirin son qalibi Argentina millisidir.

Neymar 980 gün sonra Braziliya millisində meydana çıxdı!

Futbol üzrə Braziliya millisinin tarixinin ən məhsuldar hücumçusu Neymar 980 günlük fasilədən sonra yenidən yığmanın heyətində meydana çıxıb.

Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Şotlandiya yığmasına qarşı keçirdikləri oyunun 76-cı dəqiqəsində meydana daxil olub.

Bununla da o, 18 oktyabr 2023-cü ildən sonra ilk dəfə Braziliya millisinin formasını geyinib.

Təcrübəli futbolçu mundialın ilk iki oyununu baldır əzələsindəki zədə səbəbindən buraxmışdı. Onun Şotlandiya ilə matçda meydana çıxması həm futbolçu, həm də Braziliya millisi üçün əlamətdar hadisə olub.

Yığmanın lideri həm də 4 dünya çempionatında meydana çıxmış dördüncü braziliyalı oyunçu olub. Daha əvvəl Braziliya futbolu tarixində 4 dünya çempionatında yalnız Calma Santos, Kafu və Pele iştirak etmişdi.

Neymar Braziliya millisinin heyətində 129-cu oyununu keçirib. O, 79 qolla “sambaçılar”ın tarixinin ən yaxşı bombardiridir.

Qeyd edək ki, Neymarın dünya çempionatları zədələrlə yadda qalıb. O, DÇ-2022-də Serbiya ilə qrup oyununda (2:0) zədələnmişdi. DÇ-2018 ərəfəsində sağ ayağından aldığı zədədən üç ay sonra meydana qayıdan futbolçu turnirə tam hazır vəziyyətdə qatıla bilməmişdi. DÇ-2014-də isə Kolumbiya ilə 1/4 final qarşılaşmasında bel fəqərəsinin sınığı səbəbindən yarımfinalı buraxmışdı. Həmin oyunda Braziliya Almaniyaya 1:7 hesabı ilə məğlub olmuşdu.

Neymar Braziliya millisinin heyətində Olimpiya çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı, həmçinin Konfederasiyalar Kubokunun qalibi və Amerika Kubokunun finalçısı olub.

Hüqo Bros: “Son beş ildə əldə etdiklərimiz heyrətamizdir”

Cənubi Afrika Respublikası millisinin baş məşqçisi Hüqo Bros DÇ-2026-nın qrup mərhələsinin son turunda Cənubi Koreyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, A qrupunun sonuncu turunun oyunu Afrika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hüqo Bros matçdan sonra fikirlərini bölüşüb. Belçikalı mütəxəssis komandasının çıxışından məmnun qaldığını bildirib və son illərdə əldə olunan uğurları yüksək qiymətləndirib:

“Bu an nə hiss etdiyimi izah etmək çətindir. Bu, fantastik təcrübədir. Biz həqiqətən yaxşı oynadıq və qol epizodları yaratdıq. Taktiki baxımdan əla çıxış etdik, Cənubi Koreya isə ehtiyac duyduğu boş zonaları tapa bilmədi. Qolu vurduqdan sonra növbəti 20 dəqiqə çox böyük gərginlik şəraitində keçdi.

Son beş ildə əldə etdiklərimiz sadəcə heyrətamizdir. Bu qədər uzun müddət birlikdə çalışdıqda məşqçi ilə komanda arasında xüsusi bağ yaranır. Bu artıq təkcə məşqçi ilə futbolçular arasındakı münasibət deyil, biz dost olmuşuq. İndi sadəcə bu anın həzzini çıxarmalıyıq”, – deyə Bros bildirib.

Cənubi Koreya millisinin baş məşqçisi Honq Myunq-bo isə məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürüb.

“Futbolçularımız bu oyunda meydanda əllərindən gələni etdilər. İlk qolu buraxdığımız üçün məyusuq. Qeyri-qənaətbəxş nəticəyə görə məsuliyyət baş məşqçi kimi tamamilə mənim üzərimə düşür”.

Qeyd edək ki, Cənubi Afrika Respublikası millisi qrup mərhələsini uğurla başa vuraraq DÇ-2026-nın pley-off mərhələsinə vəsiqə qazanıb, Cənubi Koreya isə turnirlə vidalaşıb.

Aqirre: “Meksika yığmasının özünəməxsus xarakteri var”

Futbol üzrə Meksika millisinin baş məşqçisi Xavyer Aqirre dünya çempionatının qrup mərhələsində Çexiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, DÇ-2026-nın qrup mərhələsinin sonuncu turunun Çexiya – Meksika matçı mundialın meydan sahiblərindən biri olan meksikalıların möhtəşəm qələbəsi ilə yekunlaşıb – 3:0.

Aqirre matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu komandanın özünəməxsus xarakteri var. Futbolçular böyük uğur qazandılar. Qrup mərhələsində maksimum nəticə göstərdik. Qol da buraxmadıq. Oyunçularımdan məmnunam. Heyətdə gənc futbolçular da var. Onlar bizim gələcəyimizdir. Gələcək üçün möhkəm təməlimiz var”.

Çexiya millisinin baş məşqçisi Miroslav Koubek də məğlub olduqları və turnirlə vidalaşdıqları oyundan sonra fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis dünya çempionatının komandanın çatışmazlıqlarını üzə çıxardığını bildirib və gələcəkdə heyətdə dəyişikliklər edəcəyini açıqlayıb.

“Bu dünya çempionatı göstərdi ki, inkişaf etməliyik və mundial kimi yüksək səviyyəli turnirlərdə uğurla çıxış etməyi bacaran daha çox rəqabətədavamlı futbolçuya sahib olmalıyıq. Əminəm ki, müəyyən dəyişikliklərdən sonra növbəti yarışlarda nəticələrimizi yaxşılaşdıracağıq. Mən milliyə daha güclü futbolçular dəvət edəcəyəm”, – deyə Koubek bildirib.

Baş məşqçi qrupun əsas favoriti kimi Meksika millisini göstərib.

“Qrupumuzda aşkar favorit Meksika idi. Biz isə Cənubi Koreya və Cənubi Afrika ilə oyunlarda daha yaxşı çıxış etməli idik”, – deyə çexiyalı mütəxəssis əlavə edib.

Qeyd edək ki, Çexiya millisi DÇ-2026-nın qrup mərhələsini adlaya bilməyərək turnirlə erkən vidalaşıb. Meksika seçməsi isə A qrupunu 9 xalla birinci pillədə bitirib.

DÇ-2026: Meksikadan maksium nəticə, CAR-dan pley-offa vəsiqə!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, artıq daha bir qrupda – A qrupunda da mübarizəyə yekun vurulub.

Dünya çempionatının ev sahiblərindən olan Meksika millisi Çexiya yığmasını sınağa çəkibsə, Cənubi Afrika Respublikası (CAR) Cənubi Koreya seçməsi ilə üz-üzə gəlib.

Mexiko stadionunda baş tutmuş Çexiya – Meksika matçında Şimali Amerika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib. Meksikalıların heyətində 55-ci dəqiqədə Mateo Çaves Qarsiya, 6 dəqiqə sonra Xulian Kinyones yerli azarkeşləri ayağa qaldırıblar. Matçda son nöqtəni isə 90+4-cü dəqiqədə Alvaro Fidalqo qoyub.

CAR seçməsi isə Cənubi Koreya ilə Monterrey stadionunda keçirilmiş oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. 63-cü dəqiqədə Tapelo Maseko adını tabloya yazdırıb.

Qrupdakı 3 görüşünü də qələbə ilə başa vurmuş Meksika 9 xalla A qrupunu lider tamamlayıb. CAR yığması xallarının sayını 4-ə çatdıraraq qrupdan ikinci yerlə çıxıb. Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə əldə edən komandanın bu mərhələdəki rəqibi B qrupunu ikinci sırada başa vurmuş Kanada seçməsi olacaq. Cənubi Koreya 3 xalla 3-cü olub. 1 xalla sonuncu olan Çexiya isə mundialla vidalaşıb.

Qeyd edək ki, Meksika millisi tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç oyundan qələbə ilə ayrılıb. Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsindəki bütün görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb.

DÇ-2026
A qrupu
25 iyun

Çexiya – Meksika 0:3
Qollar: Qarsiya Çaves, 55. Xulian Kinyones, 61. Alvaro Fidalqo, 90+4.

CAR – Cənubi Koreya 1:0
Qol: Tapelo Maseko, 63.

Xallar: Meksika – 9. CAR – 4. Cənubi Koreya – 3. Çexiya – 1.

Uahbi: “Dünya çempionu olmaq hədəfinə inanmalıyıq”

Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uahbi dünya çempionatının qrup mərhələsində Haiti yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin sonuncu turu çərçivəsində üz-üzə gəlmiş bu komandaların görüşü Mərakeşin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Məhəmməd Uahbi matçdan sonra rəhbərlik etdiyi yığmanın gündən-günə irəlilədiyini söyləyib:

“Mərakeş futbolu tamamilə yeni mərhələyə qədəm qoyub. Futbolçular və azarkeşlər komandaya inanırlar, rəqiblərimiz isə bizə hörmətlə yanaşırlar. Biz bu məqsədə – dünya çempionu olmaq hədəfinə inanmalıyıq. Bütün gücümüzü ortaya qoymalı, rəqiblərimizə hörmət etməli və bu ambisiyaya yüz faiz sadiq qalmalıyıq. Mən öz işimə və məşqçilər korpusunun fəaliyyətinə böyük inam bəsləyirəm. Dünyanın ən yaxşı futbol ölkəsinə çevrilmək üçün lazım olan bütün keyfiyyətlərə sahibik”.

Mümkün rəqiblərlə bağlı danışan baş məşqçi seçim etmədiyini bildirib:

“Heç bir üstünlük vermirəm. Sabah kiminlə qarşılaşacağımız bəlli olacaq. Hər bir oyuna eyni məqsəd və eyni inamla çıxacağıq”.

Haiti millisinin baş məşqçisi Sebastyen Minye də uduzduqları oyundan sonra komandasının çıxışını dəyərləndirib. Mütəxəssis komandasının mundialda tarixi nəticə əldə etməyə çox yaxın olduğunu bildirib:

“Bu dünya çempionatında tarix yazmağa çox yaxın idik. Hətta qalib gələ bilməsək belə, turniri başımız dik şəkildə tərk etmək istəyirdik. Düşünürəm ki, bunu bacardıq”, – deyə Minye bildirib.

Qeyd edək ki, Haiti millisi DÇ-2026-nın qrup mərhələsində mübarizəni dayandırsa da, komanda turnirdə nümayiş etdirdiyi əzmkarlıqla diqqət çəkib. Baş məşqçi də futbolçularının sonadək mübarizə aparmasından razı qaldığını vurğulayıb.

Karlo Ançelotti: “Pley-offda birlik çox vacibdir”

Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti dünya çempionatının qrup mərhələsində Şotlandiya millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutmuş bu görüş Braziliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Karlo Ançelotti matçdan sonra jurnalistlərə açıqlama verib. Təcrübəli italiyalı mütəxəssis komandasının getdikcə daha yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb:

“Hazırda biz komanda kimi oynayırıq və əsas məqsədimiz də məhz budur. Biz ideal deyilik, üzərində işləməli olduğumuz məqamlar hələ də var. Oyuna nəzarət etdiyimiz zaman bir qədər daha sürətli oynaya bilərik”.

Ançelotti komandanın ilk matçla müqayisədə nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini qeyd edib:

“Mən məmnunam, çünki komanda xeyli irəliləyiş əldə edib və artıq daha uyğun şəkildə çıxış edir. Pley-off oyunlarında birlik çox vacibdir. Biz isə məhz belə bir komandaya sahibik. İlk matçla müqayisədə indi daha az səhv edirik, oyunumuzda daha çox ritm var və hücumda daha effektiv çıxış edirik”.

Braziliyalı hücumçu Vinisius Juniorun matçdakı dubluna da toxunan Ançelotti onun dünya futbolunun ən yaxşı oyunçularından biri olduğunu söyləyib:

“Vinisusun iki qol vurması məni çox sevindirir. Onun dünya çempionatında belə oynaya biləcəyinə heç vaxt şübhə etməmişəm. Millini təmsil etmək onun üçün böyük şərəfdir. O, çox yaxşı çıxış edir, hətta başla da qol vurdu ki, bu, onun üçün nadir haldır. Vini mənim kəşf etdiyim futbolçu deyil. O, ən yüksək səviyyəli oyunçudur və şübhəsiz ki, dünyanın ən yaxşı futbolçularından biridir”.

Şotlandiya yığmasının baş məşqçisi Stiv Klark 0:3 hesablı məğlubiyyətdən sonra komandasının oyunu ilə bağlı məyusluğunu gizlətməyib. Şotlandiyalı mütəxəssis futbolçularının rəqibə çox asan imkanlar verdiyini bildirib:

“Biz özümüz işimizi çətinləşdirdik, məsələ bundan ibarətdir. Rəqibə qollar vurmağa özümüz imkan yaratdıq və onlara istədikləri oyunu hədiyyə etdik. Bu, böyük məyusluqdur”.

DÇ-2026: Braziliya və Mərakeş qrupdan 7 xalla çıxdılar

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün C qrupunda da mübarizəyə yekun vurulub.

Son turda Braziliya yığması Şotlandiya ilə, Mərakeş millisi isə Haiti ilə qarşılaşıb.

Mayami stadionunda keçirilmiş Braziliya – Şotlandiya matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib. “Sambaçılar”ın heyətində Vinisius dubla imza atıb. Yekun nəticəni isə Mateus Kunya müəyyənləşdirib.

Mərakeş də Haitini məğlub edib. Atlanta stadionunda keçirilmiş matçda Afrika təmsilçisi 4:2 hesablı qələbəyə sevinib. Mərakeşin heyətində Əşrəf Hakimi, İsmael Saybari, Sofyan Rahimi və Yassin Gessim qol vurublar. Haiti isə əvvəlcə Yassin Bononun avtoqoluna sevinib, digər qolu Uilson İsidor vurub.

Beləliklə, Braziliya seçməsi 7 xalla qrup lideri olub. Mərakeş də 7 xal toplamasına baxmayaraq, ikinci yerlə kifayətlənib. Şotlandiya 3 xalla üçüncü olub. Xalsız olan Haitinin isə qrupdan çıxmayacağı daha əvvəl dəqiqləşmişdi.

DÇ-2026
C qrupu
25 iyun

Mərakeş – Haiti 4:2
Qollar: Əşrəf Hakimi, 39. İsmael Saybari, 45+1. Sofyan Rahimi, 78. Yassin Gessim, 89 – Yassin Bono, 10-öz qapısına. Uilson İsidor, 43.

Şotlandiya – Braziliya 0:3
Qollar: Vinisius Junior, 7; 45+3. Mateus Kunya, 60.

Xallar: Braziliya – 7. Mərakeş – 7. Şotlandiya – 3. Haiti – 0.

Barbarez: “Qazandığımız uğurla fəxr edirik”

Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sergey Barbarez DÇ-2026-nın qrup mərhələsinin son turunda Qətərə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bosniyalılar bu oyunda 3:1 hesablı qələbəyə seviniblər.

Sergey Barbares matçdan sonra sevincini gizlətməyib. Bosniyalı mütəxəssis komandasının tarixi uğura imza atdığını vurğulayıb:

“Biz tarix yazmaq istəyirdik, lakin belə nəticə əldə edəcəyimizi düşünmürdük. Əlbəttə, biz həmişə əlimizdən gələni etməyə çalışırıq və qazandığımız uğurla fəxr edirik. Bosniyadan çox sayda təbrik mesajı almışam və bu, möhtəşəm hissdir. Vətənə qayıtdıqdan sonra azarkeşlərlə birlikdə bunu qeyd etmək çox gözəl olacaq. Yəqin ki, bütün bunları tezliklə daha yaxşı dərk edəcəyik. Hazırda nə qədər xoşbəxt olduğumu təsvir etməyə söz tapa bilmirəm”.

Qətər yığmasının baş məşqçisi Xulen Lopeteqi isə 1:3 hesablı məğlubiyyətdən və komandasının turnirlə vidalaşmasından sonra futbolçularını müdafiə edib. İspaniyalı mütəxəssis görüşün taleyini rəqibin vurduğu ilk qolun həll etdiyini bildirib:

“Həlledici məqam rəqibin inanılmaz ilk qolu oldu. Daha sonra isə biz iki səhvə yol verdik və onlar bundan maksimum yararlandılar. Ən yüksək səviyyəli futbolda belə hallar baş verir”.

Lopeteqi hesab edir ki, komandası məğlubiyyətə baxmayaraq, daha artığına layiq idi:

“Fikrimcə, biz çox şeyi düzgün etdik, sadəcə, bu gün futbol bizi mükafatlandırmadı. Daha artığına layiq idik. Oyunçular güclü xarakter və böyük ürək nümayiş etdirdilər. Hətta ilk hissədə hesabı bərabərləşdirmək üçün kifayət qədər imkanlarımız var idi”.

Qətər millisinin çalışdırıcısı komandasının topa nəzarət oyununu inkişaf etdirməli olduğunu da qeyd edib:

“Topu itirdiyimiz zaman daha həssas komandaya çevrilirdik. Buna baxmayaraq, futbolçularımla fəxr edirəm. Bizim rəqibdən daha çox təhlükəli epizodumuz oldu, lakin onlardan yararlana bilmədik”.

Lopeteqi əlavə edib ki, dünya çempionatında qazanılan təcrübə gənc futbolçuların inkişafı üçün mühüm rol oynayacaq:

“Bu təcrübə gənc oyunçuların gələcəkdə öyrənməsinə və daha güclü olmasına kömək etməlidir. Dünya çempionatında yenidən oynamaq şansının olub-olmayacağını heç vaxt bilmirsən. Ümid edirik ki, bu, bizim mundialdakı son oyunumuz olmayacaq”.

Murat Yakın: “Bu anın həzzini çıxara bilərik”

İsveçrə millisinin baş məşqçisi Murat Yakın dünya çempionatının qrup mərhələsinin son turunda Kanada yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutmuş bu oyunda İsveçrə yığması 2:1 hesablı qələbəyə sevinib.

Murat Yakın matçdan sonra jurnalistlərə açıqlamasında komandasının ikinci hissəyə çox yaxşı başladığını vurğulayıb:

“İkinci hissəyə əla başladıq və iki qol vurduq. Daha sonra rəqib hücumameyilli oyunçuları meydana buraxaraq bir topun əvəzini çıxdı və bu, işimizi çətinləşdirdi. Biz top itkilərinə çox asan yol verdik və bununla da rəqibə geri dönüş ümidi verdik. Lakin sonda qələbəni qoruyub saxlaya bildik və ən vacib olan da budur. Hazırda turnir cədvəlinin zirvəsində qərarlaşdığımız anın həzzini çıxara bilərik”.

Yakın növbəti mərhələdəki rəqiblərini gözlədiklərini və sıx təqvimdə istirahətin böyük əhəmiyyət daşıdığını da qeyd edib:

“İndi əvvəlcə gözləməliyik və rəqibimizin kim olacağını görməliyik. Belə böyük məsafələrdə iki-üç günlük istirahət, şübhəsiz ki, çox vacibdir”.

Kanada yığmasının baş məşqçisi Cessi Marş isə məğlubiyyətə baxmayaraq, komandasının xarakter nümayiş etdirdiyini bildirib. Amerikalı mütəxəssis futbolçularının sona qədər mübarizə apardığını vurğulayıb:

“Komandamızın xarakterə malik olduğunu bilirəm. İstənilən anda maksimum gücünü ortaya qoyan futbolçularımız var. Sadəcə xırda detallara daha çox diqqət yetirməliyik. Oyunun əvvəlində tərəddüdlü və kifayət qədər aqressiv deyildik. Amma mən müsbət məqamlara və komandanın reaksiyasına fokuslanacağam”.

Marş fasilədə taktiki dəyişikliklər etməyə çalışdıqlarını da söyləyib:

“Fasilədə bütün boş zonaları bağlamağı düşünürdüm və istərdim ki, bunu bacaraq. Biz sadəcə Kanadada nümayiş etdirdiyimiz enerjini qorumaq istəyirdik. Məyusluq da məhz bundandır. Lakin biz Los-Ancelesə yollanırıq və hələ də ölkəmizi ruhlandırmaq istəyirik. Hazırda olmaq istədiyimiz yerdəyik – pley-offdayıq”.

DÇ-2026: B qrupunda mübarizə yekunlaşdı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün qrup mərhələsində sonuncu tura start verilib.

İlk olaraq B qrupunda mübarizəyə yekun vurulub. İsveçrə millisi Kanada ilə, Bosniya və Herseqovina yığması isə Qətərlə üz-üzə gəlib.

İsveçrə millisi Vankuverdə qarşılaşdığı Kanadanı 2:1 hesabıyla məğlub edib. Qalib komandanın qollarını Ruben Varqas və Joan Manzambi vurublar. Meydan sahiblərinin heyətində isə Promis Akinpelu təsəlli qoluna imza atıb.

Bosniya və Herseqovina isə Sietldə (Vaşinqton, ABŞ) Qətər millisinə qalib gəlib – 3:1. Bosniyalıların heyətində Kərim Alaybeqoviç və Ermin Mahmiç hərəyə bir dəfə fərqləniblər. Həmçinin, Mahmud Abunada 34-cü dəqiqədə topu öz qapısına göndərib. Qətərin tək qolu isə Həsən Əl-Haydosun aktivinə yazılıb.

Beləliklə, İsveçrə B qrupunu 7 xalla lider tamamlayıb. Kanada 4 xalla ikinci olub. Bosniya və Herseqovina da 4 xal toplamasına rəğmən, 3-cü yerlə kifayətlənib. Qətər yığması isə 1 xalla sonuncu yeri tutaraq mübarizəni dayandırıb.

DÇ-2026
B qrupu
24 iyun

Bosniya və Herseqovina – Qətər 3:1
Qollar: Kərim Alaybeqoviç, 29. Mahmud Abunada, 34-öz qapısına. Ermin Mahmiç, 80 – Həsən Əl-Haydos, 42.

İsveçrə – Kanada 2:1
Qollar: Ruben Varqas, 46. Joan Manzambi, 57 – Promise David, 76.

Xallar: İsveçrə 7. Kanada – 4. Bosniya və Herseqovina – 4. Qətər – 1.

Bu gün mundialda daha 3 qrupda mübarizəyə yekun vurulacaq. A, C və E qruplarında bütün suallara aydınlıq gələcək. Baş tutacaq oyunların siyahısını və qruplardakı son durumu təqdim edirik:

25 iyun

C qrupu
02:00. Mərakeş – Haiti
02:00. Şotlandiya – Braziliya

Xallar: Braziliya – 4. Mərakeş – 4. Şotlandiya – 3. Haiti – 0.

A qrupu
05:00. Çexiya – Meksika
05:00. CAR – Cənubi Koreya

Xallar: Meksika – 6. Cənubi Koreya – 3. Çexiya – 1. CAR – 1.

E qrupu
00:00. Kurasao – Kot-d’İvuar
00:00. Ekvador – Almaniya

Xallar: Almaniya – 6. Kot-d’İvuar – 3. Ekvador – 1. Kurasao – 1.

Deyan Lovren klubsuz qaldı

Futbol üzrə Xorvat milli komandasının keçmiş mərkəz müdafiəçisi Deyan Lovren Yunanıstanın PAOK klubundan ayrılıb və azad agentə çevrilib.

Arena.az bu barədə PAOK-un rəsmi saytına istinadən məlumat verir.

36 yaşlı futbolçu özünə yeni klub tapa bilməsə, böyük ehtimalla karyerasını başa vuracaq.

Xatırladaq ki, Lovren 2024-cü ildə Yunanıstan klubuna azad agent kimi keçmiş və 2 illik müqaviləyə imza atmışdı. O, PAOK-un heyətində cəmi 27 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Lovren karyerası ərzində “Liverpul”, “Zenit”, “Dinamo” (Zaqreb), “Sauthempton”, “İnter” (Zapreşiç), “Olimpik” (Lion) kimi klubların şərəfini qoruyub.

Deyan Lovren 2009-cu ilin oktyabrında debüt etdiyi Xorvatiya yığmasının heyətində 78 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı veteran futbolçunu 400 min avro məbləğində qiymətləndirir.

“Sabah” “Universitatya” ilə “sülh bağladı”

Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcək son ölkə çempionu “Sabah” Avstriyadakı təlim-məşq toplanışını davam etdirir.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Avstriyanın Tirol bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama matçına çıxıb.

“Bayquşlar” Rumıniyanın “Universitatya” (Krayova) komandası ilə qraşılaşıblar. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunda hesabı 4-cü dəqiqədə “Universitatya” açıb. Azərbaycan çempionu məğlubiyyətdən 65-ci dəqiqədə qurtulub.

“Sabah” növbəti yoxlama oyunlarında iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polesye” komandaları ilə qarşılaşacaq.

Azərbaycan çempionu UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsində Uels təmsilçisi TNS ilə üz-üzə gələcək. Bu gün cütün qalibi növbəti mərhələdə “Vardar” (Şimali Makedoniya ) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Maykl Olise: “Mənə “10 nömrə” mövqeyi daha rahatdır”

Futbol üzrə Almaniya çempionu olan “Bayern”in fransalı cinah hücumçusu Maykl Olise Münhen klubunun rəhbərliyini əmin etməsi ilə gündəmə gəlib.

Arena.az xəbər verir ki, Olise onun xidmətində maraqlı olan “Real”la heç bir danışıq aparmadığını klub rəhbərliyinə çatdırıb.

Xatırladaq ki, daha əvvəl bəzi mətbuat səhifələri “Real”ın Olise ilə danışıqlar apardığı haqda ehtikarlıq ediblər.

Yeri gəlmişkən, Olise meydanda sevimli mövqeyi ilə bağlı sualı da cavablayıb. Fransalı futbolçunun müvafiq açıqlamasını təqdim edirik:

“Mənə “10 nömrə” mövqeyində rahatdır. Müvafiq mövqe azacıq sərbəstlik təxmin edir. Mən, məhz həmin mövqedə oynamaqla böya-başa çatmışam, odur ki, bu, mənim üçün təbiidir”, deyə Olise vurğulayıb.

Xatırladaq ki, “Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində bütövlükdə 107 oyuna çıxıb, 42 qol və 54 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 19 oyun keçirib, 7 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Bellingem Runinin rekordunu qırdı

Futbol üzrə İngiltərə milli komandasının hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem yığmanın tarixində yeni rekord müəyyənləşdirib.

Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Qanaya qarşı keçirdikləri oyunda (0:0) start heyətində meydana çıxıb.

Bu, onun İngiltərə millisində 50-ci matçı olub. Beləliklə, Bellingem yığma tarixində 50 oyun həddinə çatan ən gənc futbolçu olub – 22 yaş 359 gün. O, Ueyn Runiyə məxsus olan rekordu yeniləyib. Runi İngiltərə millisində 50 oyun həddinə 23 yaş 159 günlüyündə çatmışdı.

Yeri gəlmişkən, İngiltərə yığması da Qana ilə oyunda maraqlı rekorda imza atıb. İngilislər topa sahibolma göstəricisində dünya çempionatlarının rekordunu müəyyənləşdiriblər. Sözügedən komanda bu qarşılaşmada topa 78,8 faiz nəzarət edib. Lakin İngiltərə yığması topu qapıdan keçirə bilməyib.

Bu, 1966-cı ildən bəri dünya çempionatlarında qol vura bilməyən komandalar arasında qeydə alınmış ən yüksək topa sahibolma göstəricisidir.

Qeyd edək ki, İngiltərə yığması növbəti matçını iyunun 27-də Panama millisinə qarşı keçirəcək.

DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.

Amara Diuf “Fənərbağça”da – Rəsmi

Futbol üzrə Seneqal milli komandasının yeniyetmə sol vingeri Amara Diuf bundan sonra Türkiyənin “Fənərbağça” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı vingerlə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Amara Diuf Seneqalın “Jenerasyon Fut” klubunun yetirməsidir. O, 2023-2025-ci illərdə bu klubun əsas komandasında oynayıb. Son bir ildə isə futbolçu klubsuz qalmışdı.

2023-cü ildə Seneqalın əsas yığmasında da debüt etmiş Amara meydana çıxdığı 2 oyunda məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xatırladaq ki, bir müddət öncə sabiq çalışdırıcısı İsmail Kartalı yenidən baş məşqçi postuna gətirmiş “Fənərbağça” keçmiş hücumçusu Vedat Muriqini də heyətinə qatmışdı.

Edvin Kuç “Neftçi”ni bu kluba dəyişdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümü bitən kimi “Neftçi”dən ayrılmış Edvin Kuç özünə yeni klub tapıb.

Arena.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi sabiq komandası olan “Balkani”yə qayıdıb.

Bu barədə Kosovo klubunun mətbuat xidməti məlumat yayıb. Kuç ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Kuç 2019-2024-cü illərdə də “Balkani”də çıxış edib. O, həmin dövrdə komandanın kapitanı və liderlərindən olub. Kosovo klubunun heyətində 198 oyun keçirib, 22 qol və 10 assist müəllifi olmuş futbolçu bu komanda ilə 3 dəfə çempionluq sevinci yaşayıb.

Edvin Kuç 2024-cü ilin iyul ayından “Neftçi”nin formasını geyinirdi. 31 yaşlı yarımmüdafiəçi paytaxt klubunun heyətində 42 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Kuç “Neftçi”dən öncə “Ballkani”, “Deçiç”, “Rudar”, “Üsti nad Labem”, “Mladost”, “Gilyani” kimi klubların şərəfini qoruyub. Edvin 2023-cü ilin oktyabr ayında debüt etdiyi Monteneqro yığmasında 16 oyun keçirib, 4 qol vurub.

Lionel Messi karyerasını başa vurmaq istəmir

Argentina millisinin kapitanı, “İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasını yaxın zamanda başa vurmaq niyyətində olmadığını açıqlayıb.

Arena.az xəbər verir ki, dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olan 39 yaşlı forvard gələcək karyerası ilə bağlı bunları söyləyib:

“Komandama fayda verə bildiyim, fiziki cəhətdən özümü yaxşı hiss etdiyim və komanda yoldaşlarıma kömək edə bildiyim müddətdə oynamağa davam edəcəyəm”, – deyə Messi bildirib.

Xatırladaq ki, argentinalı ulduz bu günlərdə dünya çempionatları tarixinin bombardirləri siyahısında yeni rekorda imza atıb. Messi mundiallarda vurduğu qolların sayını 18-ə çatdıraraq Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyub və turnir tarixinin ən məhsuldar futbolçusuna çevrilib.

Bu gün – iyunun 24-də 39 yaşı tamam olan Messi 2023-cü ildən ABŞ klubu “İnter Mayami”nin formasını geyinir. Avropadakı karyerası ərzində isə o, “Barselona” və PSJ-də çıxış edib.

Argentina millisinin kapitanı “Barselona”nın heyətində 4 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun və 3 dəfə klublararası dünya çempionatının qalibi olub.

Lionel Messi həmçinin Argentina yığmasının heyətində 2022-ci ildə dünya çempionu, 2014-cü ildə dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının qalibi, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub.

Səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülmüş Messi bu göstərici üzrə də dünya rekordçusudur.

Aaron Remzi “Oksford Yunayted”in baş məşqçisi təyin edildi

Uels millisinin və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Aaron Remzi rəsmən İngiltərənin “Oksford Yunayted” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti və maliyyə şərtləri açıqlanmayıb.

“Oksford Yunayted” 2025/2026-cı illər mövsümünün yekununda Çempionşipdə 22-ci yeri tutaraq Liqa 1-ə (İngiltərə futbolunun gücünə görə üçüncü divizionu) yuvarlanıb. Gənc mütəxəssisin qarşısına komandanı yenidən Çempionşipə qaytarmaq vəzifəsi qoyulub.

Remzi təyinatından sonra klubun mətbuat xidmətinə açıqlamasında bu an üçün uzun illər hazırlaşdığını bildirib:

“Bu məqama uzun illər hazırlaşmışam. Karyeram boyunca dünyanın ən yaxşı məşqçilərindən bəzilərinin rəhbərliyi altında oynamışam və maksimum konsentrasiya tələb edən vəziyyətlərlə üzləşmişəm. Qazandığım təcrübədən istifadə edərək bu istedadlı futbolçu qrupuna yüksək standartlar, peşəkarlıq və zəhmətkeşlik mədəniyyətini aşılamaq istəyirəm”, – deyə Remzi vurğulayıb.

Qeyd edək ki, Aaron Remzi futbolçu karyerası ərzində “Arsenal”ın heyətində üç dəfə İngiltərə Kubokunun və üç dəfə İngiltərə Super Kubokunun qalibi olub. O, həmçinin İtaliyanın “Yuventus” klubunun heyətində A Seriyasının, İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi adını qazanıb.

Sabiq yarımmüdafiəçi ötən mövsümü “Kardiff Siti”də oynayan-məşqçi kimi keçirib.

Endryu Qravilyon “Neftçi”də – Rəsmi

İtaliyanın “Peksara” klubunun qvadelupalı mərkəz müdafiəçisi Endryu Qravilyon bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib. Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, yeni komandasında 55 nömrəli formanı geyinəcək.

Zəngin karyeraya malik olan Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. Karyerasına Milan “İnter”ində başlamış futbolçu “Benevento”, “Peskara”, “Sassuolo”, “Askoli”, “Reyms”, “Torino”, “Adama Dəmirspor” kimi klubların formasını geyinib. O, 2025-ci ildə yenidən “Peskara”ya qayıtmışdı.

Müdafiəçi Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

“Neftçi” daha öncə Rüfət Abbasov və Qustavo Klismanı da heyətinə qatmışdı. Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov və Cordan Rezabala komandanı tərk ediblər. Elvin Camalov, Emin Mahmudov və Emil Balayev isə yeni müqaviləyə imza atıblar.

DÇ-2026: Pley-offa 7, evə 5 vəsiqənin sahibi bəllidir

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında (DÇ-2026) pley-offa vəsiqə qazanan komandaların sayı 7-yə çatıb.

Arena.az xəbər verir ki, bu gün qrup mərhələsində 2-ci tura yekun vurulub.

2-ci turun oyunlarından sonra Meksika, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina və Kolumbiya yığmaları 1/16 finalda iştirakı rəsmiləşdiriblər.

Beş komandanın isə qrup mərhələsinin son turunun nəticələrindən asılı olmayaraq, mundialla vidalaşacağı artıq indidən bəllidir. Bunlar Haiti, Türkiyə, Tunis, İordaniya və Panama yığma komandalarıdır.

Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində 3-cü tur bu gün başlayacaq.

Mundiala iyulun 19-da yekun vurulacaq.

A qrupu:

  1. Meksika – 6 xal
  2. Cənubi Koreya – 3 xal
  3. Çexiya – 1 xal
  4. CAR – 1 xal

B qrupu:

  1. İsveçrə – 4 xal
  2. Kanada – 4 xal
  3. Qətər – 1 xal
  4. Bosniya və Herseqovina – 1 xal

C qrupu:

  1. Braziliya – 4 xal
  2. Mərakeş – 4 xal
  3. Şotlandiya – 3 xal
  4. Haiti – 0 xal

D qrupu:

  1. ABŞ – 6 xal
  2. Avstraliya – 3 xal
  3. Paraqvay – 3 xal
  4. Türkiyə – 0 xal

E qrupu:

  1. Almaniya – 6 xal
  2. Ekvador – 3 xal
  3. Kot-d’İvuar – 3 xal
  4. Kurasao – 0 xal

F qrupu:

  1. Niderland – 4 xal
  2. Yaponiya – 4 xal
  3. İsveç – 3 xal
  4. Tunis – 0 xal

G qrupu:

  1. Misir – 4 xal
  2. İran – 2 xal
  3. Belçika – 2 xal
  4. Yeni Zelandiya – 1 xal

H qrupu:

  1. İspaniya – 4 xal
  2. Uruqvay – 4 xal
  3. Kabo Verde – 1 xal
  4. Səudiyyə Ərəbistanı – 1 xal

I qrupu:

  1. Fransa – 6 xal
  2. Norveç – 6 xal
  3. Seneqal – 0 xal
  4. İraq – 0 xal

J qrupu:

  1. Argentina – 6 xal
  2. Əlcəzair – 3 xal
  3. Avstriya – 3 xal
  4. İordaniya – 0 xal

K qrupu:

  1. Kolumbiya – 6 xal
  2. Portuqaliya – 4 xal
  3. Özbəkistan – 1 xal
  4. Konqo DR – 0 xal

L qrupu:

  1. İngiltərə – 4 xal
  2. Xorvatiya – 3 xal
  3. Qana – 2 xal
  4. Panama – 1 xal

Ronaldinyo 11 ildən sonra peşəkar futbola qayıtdı – Rəsmi

Futbol üzrə Braziliya milli komandasının və “Barselona”nın sabiq ulduzu Ronaldinyo uzun fasilədən sonra peşəkar futbolçu karyerasını bərpa edib.

Arena.az xəbər verir ki, 2002-ci ilin dünya çempionu İtaliyanın C Seriyasında mübarizə aparan “Ravenna” klubu ilə rəsmi müqavilə imzalayıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti açıqlanmayıb. Ronaldinyonun təqdimat mərasimi ABŞ-ın Mayami şəhərində keçirilib.

“Ravenna”nın yaydığı bəyanatda braziliyalının transferi klub tarixinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilib:

“Ronaldinyo “Ravenna”ya futbolçu kimi qoşulur. Bu, klub tarixinin ən əlamətdar transferlərindən biridir və şübhəsiz ki, “Ravenna”nı dünya futbolunun diqqət mərkəzinə gətirəcək.

Bu, sadəcə simvolik addım deyil. Ronaldinyo qarşısına konkret məqsəd qoyub – peşəkar karyerasındakı son qolunu məhz “Ravenna” forması ilə vurmaq. Bununla o, futbol tarixinin ən parlaq karyeralarından birinə yeni səhifə əlavə etmək istəyir.

Onun gəlişi aydın mesaj verir: “Ravenna” ciddi layihə həyata keçirir və İtaliya futbol mədəniyyəti yeni bir istinad nöqtəsi qazanıb. Klub tarixinin ən maraqlı dövrü məhz indi başlayır”, – deyə bəyanatda vurğulanıb.

“Yenidən topla rəqs etməyi səbirsizliklə gözləyirəm”

Braziliyalı veteran futbolçu da yeni klubuna keçidi ilə bağlı həyəcanını gizlətməyib:

“Yeni rənglər, amma əvvəlki təbəssüm. Yenidən topla rəqs etməyə və yeni tarix yazmağa başlamağı səbirsizliklə gözləyirəm. Futbol həmişə mənim üçün sevinc mənbəyi olub və bu ruhu “Ravenna”ya da gətirmək istəyirəm”.

İtaliya mətbuatının yazdığına görə, Ronaldinyonun “Ravenna”dakı rolu yalnız meydanla məhdudlaşmayacaq. O, həmçinin klubun marketinq, reklam və xeyriyyə layihələrində iştirak edəcək. Məlumata əsasən, braziliyalıya klubun müəyyən səhmlərinin də təklif olunduğu bildirilir. “Ravenna” gələcəkdə Ronaldinyonun şəxsi R10 brendindən də istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, Ronaldinyo son rəsmi oyununu 2015-ci ildə Braziliyanın “Fluminense” klubunun heyətində keçirib. O, 2018-ci ildə futbolçu karyerasını başa vurduğunu rəsmən açıqlamışdı.

Karyerası ərzində Ronaldinyo “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” kimi klubların formasını geyinib. O, “Barselona” ilə UEFA Çempionlar Liqasının qalibi olub, iki dəfə İspaniya çempionu adını qazanıb. “Milan”ın heyətində isə İtaliya çempionluğu yaşayıb.

Braziliya millisinin heyətində Ronaldinyo 2002-ci ildə dünya çempionu, 1999-cu ildə Amerika Kubokunun qalibi olub, həmçinin 2008-ci il Pekin Olimpiadasının bürünc medalını qazanıb. Əfsanəvi futbolçu 2005-ci ildə dünyanın ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatına layiq görülüb.

1913-cü ildə əsası qoyulan “Ravenna” klubu hazırda İtaliya futbolunun üçüncü liqası olan C Seriyasında çıxış edir. Klub ötən mövsüm öz qrupunda üçüncü yeri tutaraq pley-offa yüksəlsə də, “Salernitana”ya məğlub olaraq B Seriyasına vəsiqə qazana bilməyib.

Klubun sahibi, amerikalı-italiyalı biznesmen İnyatsio Çipriani “Ravenna”nı İtaliya futbolunun yüksək səviyyəsinə çıxarmağı qarşısına məqsəd qoyub. Ronaldinyonun transferi isə bu iddialı layihənin ən səs-küylü addımı hesab olunur.

AFFA PFL-dən geri qalsa da…

AFFA, qurumun İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi barədə açıqlama yayıb.

Arena.az xəbər verir ki, ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində Premyer Liqa klublarına ödənişlər həyata keçirilib.

Daha öncə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən bu barədə rəsmi xəbəri diqqətinizə çatdırmışdıq. Üstündən bir neçə saat keçdikdən sonra AFFA da oxşar açıqlama yayıb. Xəbərdə bunlar qeyd edilib:

“Bu mexanizm AFFA tərəfindən yerli futbolçuların inkişafını təşviq etmək, klubların maliyyə dayanıqlığını gücləndirmək və ümumilikdə ölkə futbolunun inkişafına əlavə dəstək vermək məqsədilə yaradılıb. AFFA tərəfindən formalaşdırılan qaydalara əsasən, bonus fondu klubların legioner futbolçular üzrə ödədikləri rüsumlar hesabına formalaşıb və vəsait yerli futbolçuların Misli Premyer Liqasında meydana çıxdıqları dəqiqələrə uyğun olaraq bölüşdürülüb.

Bu təşviq mexanizmi klubların yerli və xüsusilə gənc futbolçulara daha çox etimad göstərməsini, onların inkişafına üstünlük verməsini və Azərbaycan futbolunun gələcəyinin formalaşmasına töhfə verməsini hədəfləyir.

Qərara əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Bonus bölgüsündə ən yüksək nəticə göstərən “Qəbələ” klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib. Siyahının ikinci pilləsində yer alan “Sumqayıt” klubunun qazancı 299 min 197 manat, üçüncü sıradakı “Şamaxı” klubunun fonddan gəliri isə 267 min 314 manat təşkil edib.

Bununla yanaşı, AFFA tərəfindən toplanmış vəsaitin 1 milyon 500 min manatlıq hissəsinin Peşəkar Futbol Liqasının büdcəsində saxlanılmasına icazə verilib.

AFFA ilə Peşəkar Futbol Liqası arasında çempionatın təşkili və keçirilməsi ilə bağlı müqaviləyə uyğun olaraq, İntizam Komitəsinin tətbiq etdiyi maliyyə sanksiyalarından, eləcə də legioner futbolçular üzrə müəyyən edilmiş rüsumlardan formalaşan vəsaitlərin Peşəkar Futbol Liqasının büdcəsinə daxil edilməsinə AFFA tərəfindən səlahiyyət verilib.

Təşviq mexanizminin yerli futbolçuların inkişafına, klubların fəaliyyətinə və ümumilikdə Azərbaycan futboluna müsbət təsir göstərdiyini nəzərə alaraq, layihənin növbəti mövsümdə də davam etdirilməsi planlaşdırılır”.

Sözardı…

Sonda onu da vurğulayaq ki, bu iki qurumun ayrı-ayrılıqda bonus məbləğini sanki özü veribmiş kimi ictimaiyyətin diqqətinə çatdırması kənardan heç də yaxşı təsir bağışlamır. Görünür, son dövrlərdə bu qurumların rəhbərlikləri arasındakı münasibətlərin qaydasında olmaması barədə xəbərlər heç də şayiə deyil və yekun mənzərə belə xoşagəlməz görüntü yaradır.

Ante Budimir – Xorvatiya millisinin DÇ-də ən yaşlı qol müəllifi!

Futbol üzrə Xorvatiya milli komandasının təcrübəli hücumçusu Ante Budimir dünya çempionatında (DÇ-2026) tarixi rekorda imza atıb.

Arena.az xəbər verir ki, 34 yaşlı forvard dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Panama millisinə qarşı keçirdikləri və Xorvatiyanın 1:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmada yeganə qolu vuraraq komandasına vacib üç xal qazandırıb.

Budimir bu qolu vurarkən 34 yaş 336 günlük olub və bununla da Xorvatiya millisinin dünya çempionatları tarixində ən yaşlı qol müəllifi adına sahib çıxıb.

Təcrübəli hücumçu 2014-cü ildən bəri qüvvədə olan rekordu yeniləyib. Əvvəlki rekord sabiq hücumçu İvitsa Oliçə məxsus idi. O, Braziliyada keçirilmiş DÇ-2014-də Kamerun üzərində 4:0 hesablı qələbə ilə başa çatmış görüşdə 34 yaş 277 günlük olarkən fərqlənmişdi.

Beləliklə, Xorvatiya millisinin dünya çempionatlarında ən yaşlı qol müəllifləri siyahısı hazırda belə görünür:

Ante Budimir – 34 yaş 336 gün (2026, Panama ilə oyun)
İvitsa Oliç – 34 yaş 277 gün (2014, Kamerun ilə oyun)

Qeyd edək ki, Xorvatiya millisi qrup mərhələsinin son turunda iyunun 27-də Qana yığması ilə qarşılaşacaq.

Rövlan Muradov “Zirə”yə lazım olmadı – Rəsmi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” klubu daha bir futbolçusu – yarımmüdafiəçi Rövlan Muradov ilə də yollarını ayırıb.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun “Zirə” ilə 2027-ci ilin 30 iyununadək sözləşməsi mövcud idi.

Xatırladaq ki, Rövlan Muradov 2025-ci ilin yayında “Sumqayıt”dan “Zirə”yə transfer olunmuşdu. Yarımmüdafiəçi qəsəbə təmsilçisinin heyətində cəmi 15 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Rövlan karyerası ərzində “Qəbələ”, “Sumqayıt”, “Slaviya” (Praqa, B komandası), “Qarabağ” kimi klublarda da çıxış edib.

“Zirə” daha öncə Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev və Ayron Qomislə də yollarını ayırmışdı. Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov və Vieyrinyanı heyətinə qatmış qəsəbə təmsilçisi Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə də yeni müqavilə bağlayıb.

Alexandro Herrera rəsmən “Araz-Naxçıvan”da!

Dominikanın “San Kristobal” komandasının yarımmüdafiəçisi Alexandro Herrera bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşma “1+1” il müddətinədir. O, yeni komandasına azad agent kimi cəlb edilib.

Alexandro Herrera “Arko Saraqosa” akademiyasının yetirməsidir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi peşəkar futbolçu karyerasına Argentinanın “Banfild” komandasında başlayıb. Herreranın sonuncu klubu Dominika Respublikasının “San Kristobal”ı olub.

Herrera Kolumbiyanın U-20 yığmasına dəvət alsa da, debüt imkanı qazanmayıb.

“Araz-Naxçıvan” daha öncə Luka Dumançiç, Rəşad Həsənov və Alberto Fernandesi də heyətinə qatmışdı.

Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala komandanı tərk ediblər. Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov və İbrahim Piriyev isə yeni müqaviləyə imza atıb.

PFL klublara 2 milyon 610 min manat mükafat payladı

Peşəkar Futbol Liqası (PFL) futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublara 2 milyon 610 min manat mükafat ödəyib.

Arena.az xəbər verir ki, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara ödənişlər həyata keçirilib.

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa klubları arasında bölüşdürülüb. Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb.

Mövsüm ərzində PFL tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, PFL tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.

Yekun bölgüdə ilk pillədə “Qəbələ” klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib.

İlk dəfə tətbiq edilən bu təşviq mexanizminin klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Luka Modriç millidə 200 oyun həddinə çatan 4-cü futbolçu oldu!

Futbol üzrə Xorvatiya milli komandasının yarımmüdafiəçisi və kapitanı Luka Modriç yığma karyerasında növbəti tarixi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Panama millisinə qarşı keçirdikləri oyuna start heyətində çıxmaqla Xorvatiya yığmasının heyətində 200-cü matçını keçirib.

Bununla da Modriç milli komandalar səviyyəsində 200 oyun həddini aşan tarixdə cəmi dördüncü futbolçu olub.

Bu göstəricidə xorvatiyalı ulduzu yalnız üç futbolçu qabaqlayır:

Kristiano Ronaldo (Portuqaliya) – 230 oyun;
Bader Əl-Mutava (Küveyt) – 202 oyun;
Lionel Messi (Argentina) – 201 oyun.

Qeyd edək ki, DÇ-2026 Luka Modriçin karyerasında iştirak etdiyi beşinci dünya çempionatıdır. Mundial tarixində yalnız Kristiano Ronaldo və Lionel Messi altı dünya çempionatında iştirak ediblər.

Modriç 2018-ci ildə Rusiya mundialında Xorvatiya millisinin heyətində gümüş, 2022-ci ildə isə bürünc medal qazanıb. Həmin il o, həm də dünyanın ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatına layiq görülüb.

Təcrübəli yarımmüdafiəçi 2025-ci ilin yayından İtaliyanın “Milan” klubunun formasını geyinir. O, bundan əvvəl 13 il – 2012-ci ildən 2025-ci ilə qədər İspaniyanın “Real” (Madrid) klubunda çıxış edib.

Modriç Madrid təmsilçisinin heyətində 6 dəfə UEFA Çempionlar Liqasının, 5 dəfə klublararası dünya çempionatının, 4 dəfə İspaniya çempionatının, 2 dəfə İspaniya Kubokunun və 5 dəfə ölkə Super Kubokunun qalibi olub. Xorvatiyalı futbolçu karyerası ərzində həmçinin İngiltərənin “Tottenhem” və Zaqrebin “Dinamo” klublarında da çıxış edib.

Nestor Lorenso: “Daha böyük hesablı qələbəyə layiq idik”

Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso DÇ-2026-nın qrup mərhələsində Konqo Demokratik Respublikasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Kolumbiya yığması bu oyunda rəqibi üzərində 1:0 hesablı qələbəni bayram edib.

Qarşılaşmanın taleyini 76-cı dəqiqədə müdafiəçi Daniel Munyosun vurduğu yeganə qol həll edib. Nəticədə Kolumbiya millisi ardıcıl ikinci qələbəsini qazanaraq vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə əldə edib.

Nestor Lorenso matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının göstərdiyi oyundan razı qaldığını bildirib:

“Bu komandaya göstərdiyi bütün səylərə görə təşəkkür etmək istəyirəm. Futbolçular oyun planına tam şəkildə əməl etdilər. Fikrimcə, daha böyük hesablı qələbəyə layiq idik. Oyunun sonlarına yaxın rəqib işimizi çətinləşdirdi, lakin qələbəmiz tamamilə haqq edilmişdi”.

Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyen Desabr isə məğlubiyyətdən sonra komandasının güclü rəqiblərlə qarşılaşmaqla mühüm təcrübə topladığını vurğulayıb:

“Bu, bizim üçün çətin oyun oldu. Çox güclü komandaya qarşı oynayırdıq və onlar bizdən üstün idilər. Futbolçularımız hər zamankı kimi nəticə qazanmaq üçün meydanda sonadək mübarizə apardılar, amma istəyimizə çata bilmədik. Portuqaliya və Kolumbiya ilə oyunlar bizə böyük təcrübə qazandırır. Çünki bu, bizim ilk dünya çempionatımızdır və belə səviyyə ilə ilk dəfə qarşılaşırıq”.

Zlatko Daliç: “Bu, təhlükəli rəqiblə ağır və gərgin oyun idi”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Panamaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın növbəti matçına xorvatlar Panama üzərində 1:0 hesablı qələbəyə seviniblər.

Qarşılaşmanın yeganə qolunu ikinci hissədə meydana daxil olan komandanın təcrübəli hücumçusu Ante Budimir vurub.

Zlatko Daliç matçın komandası üçün asan keçmədiyini etiraf edib:

“Bu, təhlükəli rəqibə qarşı ağır və gərgin oyun idi. Birinci hissədə istədiklərimizin çoxunu edə bilmədik, lakin ikinci hissədə xeyli yaxşı çıxış etdik. Üç xal qazandıq və hələ də mübarizədəyik. Çətin anlar yaşadıq və toparlanmaq üçün bu qələbəyə ehtiyacımız var idi”.

Panama millisinin baş məşqçisi Tomas Kristiansen isə məğlubiyyətə baxmayaraq, futbolçularının oyunundan razı qaldığını bildirib. Danimarkalı mütəxəssis komandasının sonadək mübarizə apardığını vurğulayıb:

“Yaxşı oynadıq. Öz prinsiplərimizdən geri çəkilmədən sonadək mübarizə apardıq və deyə biləcəyim yeganə şey odur ki, futbolçularımla qürur duyuram. Onlar əla oyun keçirdilər, biz Xorvatiya ilə bərabər səviyyədə mübarizə apardıq. Futbolda belə hallar olur. Rəqibin bir açıq qol imkanı oldu və bundan yararlandı. Açığı, onlar bizim qapımız qarşısında ciddi təhlükə yarada bilmədilər. Düşünürəm ki, bu matçda cəsarət nümayiş etdirdik və mən yenə də komandamla qürur duyuram”.

Qari O’Nil – “İpsviç Taun”un yeni baş məşqçisi!

43 yaşlı futbol mütəxəssisi Qari O’Nil yenidən İngiltərə Premyer Liqasına qayıtmış “İpsviç Taun” komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssis “traktorçular”ın 90 illik peşəkar tarixində 20-ci baş məşqçi olub. Klub O’Nillə 2029-cu ilin yayına qədər qüvvədə olacaq 3 illik müqavilə bağlayıb.

Yeni təyinatından sonra Qari O’Nil klubun rəsmi saytına açıqlamasında “İpsviç Taun”a rəhbərlik etməyin onun üçün böyük şərəf olduğunu bildirib:

“Bu möhtəşəm kluba rəhbərlik etmək mənim üçün böyük şərəfdir. Son illərdə komandanın inkişafını diqqətlə izləyirdim və “İpsviç”i Premyer Liqada çalışdırmaq imkanı məni çox ruhlandırır. Bu klubun aydın inkişaf strategiyası və böyük ambisiyaları var. Azarkeşlər və yerli ictimaiyyət qarşısındakı məsuliyyəti çox yaxşı anlayıram. Bizi hansı çağırışların gözlədiyini bilirik və işə başlamağı səbirsizliklə gözləyirəm”, – deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, britaniyalı məşqçinin son iş yeri Fransanın “Strasburq” klubu olub. Onun rəhbərliyi altında Elzas təmsilçisi Liqa 1-də 8-ci yeri tutub və klub tarixində ilk dəfə Avropa Konfrans Liqasının yarımfinalına yüksəlib.

Qari O’Nil daha əvvəl İngiltərə Premyer Liqasında “Bornmut” və “Vulverhempton” klublarını da çalışdırıb. O, hər iki komandanı elitada saxlamağı bacarıb. “Bornmut” onun rəhbərliyi altında mövsümü 15-ci, “Vulverhempton” isə 14-cü pillədə başa vurub.

Baş məşqçi ilə birlikdə onun məşqçilər korpusunda yer alan Tim Cenkins, Nil Kritçli və Ed Eyms də “İpsviç Taun”a keçiblər. Hər üç mütəxəssis Qari O’Nilin “Strasburq”dakı məşqçilər heyətində çalışırdı.

Harri Keyn millidə oyun sayına görə Devid Bekhemi geridə qoydu

İngiltərə millisinin hücumçusu Harri Keyn yığmada keçirdiyi oyunların sayına görə əfsanəvi Devid Bekhemi geridə qoyaraq tarixi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Qana millisinə qarşı keçirdikləri oyuna start heyətində çıxmaqla İngiltərə yığmasının heyətində 116-cı matçını keçirib.

Bununla da Keyn 115 oyun keçirmiş sabiq kapitan Devid Bekhemi arxada qoyaraq İngiltərə millisinin tarixində ən çox oyun keçirən futbolçular siyahısında üçüncü pilləyə yüksəlib.

Hazırda bu göstərici üzrə yalnız iki futbolçu Harri Keyni qabaqlayır. İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi yığmanın heyətində 120 oyunda iştirak edib, əfsanəvi qapıçı Piter Şilton isə 125 matçla rekordçudur.

Qeyd edək ki, Harri Keyn 2015-ci ildən İngiltərə millisinin formasını geyinir və 81 qolla yığmanın tarixində ən məhsuldar futbolçu hesab olunur.

Klub karyerasında uzun illər “Tottenhem”in şərəfini qorumuş hücumçu 2023-cü ilin avqustundan Almaniyanın “Bayern” klubunda çıxış edir.

Keyn həmçinin 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında 6 qol vuraraq turnirin bombardiri olmuşdu.

DÇ-2026: 2-ci tur Kolumbiyanın qələbəsi ilə yekunlaşdı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Kolumbiya və Konqo Demokratik Respublikası yığmaları üz-üzə gəliblər. Zapopanda (Kanada) keçirilmiş K qrupunun matçında Kolumbiya yığması cəmi 1 qol vurmaqla 3 xala sevinib. Oyundakı yeganə qolun müəllifi 76-cı dəqiqədə fərqlənmiş Daniel Munyos olub.

Xatırladaq ki, qrupun digər oyununda Portuqaliya Özbəkistanı 5:0 hesabı ilə məğlub etmişdi. Ardıcıl ikinci görüşdə qələbə qazanmış Kolumbiya millisi hazırda 6 xalla K qrupunda liderdir. Portuqaliyanın 4, Konqonun 1 xalı var. Özbəkistan isə xalsız və sonuncudur.

DÇ-2026
K qrupu
24 iyun

Kolumbiya – Konqo DR 1:0
Qol: Daniel Munyos, 76.

DÇ-2026: Miller izlədi, Panama Xorvatiyaya uduzdu

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Panama və Xorvatiya yığmaları üz-üzə gəliblər. Torontoda (Kanada) keçirilmiş L qrupunun matçında Avropa təmsilçisi cəmi 1 qol vurmaqla 3 xala sevinib. Oyundakı yeganə qolun müəllifi 54-cü dəqiqədə fərqlənmiş Ante Budimir olub.

“Turan Tovuz”un müdafiəçisi Roderik Miller ilk turda olduğu kimi, bu dəfə də matçı ehtiyat oyunçular skamyasından izləyib.

Xatırladaq ki, qrupun digər matçında İngiltərə və Qana milliləri qolsuz (0:0) bərabərə qalmışdılar.

Beləliklə, hazırda L qrupunda 4 xalı olan İngiltərə millisi qrup birincisidir. Qana 4, Xorvatiya 3 xal toplayıb. Hazırda xalsız və sonuncu olan Panamanın isə qrupdan çıxmayacağı dəqiqləşib.

DÇ-2026
L qrupu
24 iyun

Panama – Xorvatiya 0:1
Qol: Ante Budimir, 54.

Kristiano Ronaldo: “Rekordlar həmişə xoşdur, amma…”

Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistana qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, mundialın debütantı üzərində qazandıqları 5:0 hesablı qələbədən sonra rekordlarına da münasibət bildirib.

41 yaşlı hücumçu qarşılaşmada dubla imza ataraq dünya çempionatları tarixində altı müxtəlif mundialda qol vuran ilk futbolçu olub.

Ronaldo komandanın nümayiş etdirdiyi oyundan məmnun qaldığını vurğulayıb:

“Çox şadam, amma mənim üçün ən vacibi komandamızın işi və nümayiş etdirdiyimiz inamdır. Komanda həqiqətən çox yaxşı çıxış etdi və oyununu əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Deyildiyi kimi, hər qaranlıq buludun arxasında işıq var. Şəxsən mənim üçün rekordlar həmişə xoşdur, lakin əsas vəzifəm həmişə milli komandanın qarşısına qoyulan məqsədlərə çatmasına kömək etməkdir”, – deyə Ronaldo FIFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Qeyd edək ki, portuqaliyalı superulduz Özbəkistanla oyunda vurduğu iki qolla dünya çempionatlarındakı qol sayını 10-a çatdırıb. Bununla da o, əfsanəvi Eysebionu geridə qoyaraq Portuqaliya millisinin mundiallar tarixində ən məhsuldar futbolçusu olub.

Ronaldo həmçinin 41 yaşında dünya çempionatında fərqlənən ikinci ən yaşlı futbolçu kimi tarixə düşüb. Bu göstəricidə rekord 1994-cü il mundialında 42 yaşında qol vuran kamerunlu Rojer Millaya məxsusdur.

Xatırladaq ki, Kristiano Ronaldo DÇ-2026-da vurduğu qolla dünya çempionatları tarixində altı müxtəlif turnirdə fərqlənmiş ilk futbolçu adına sahib çıxıb. Portuqaliya millisinin lideri daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən mundiallarda da qol sevinci yaşamışdı.

Tomas Tuxel: “Belə komandalara qol vurmaq çətindir”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın qrup mərhələsində Qana ilə qolsuz bərabərə qaldıqları oyunu (0:0) şərh edib.

Arena.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının qələbəyə daha yaxın olduğunu düşünsə də, rəqibin müdafiədə çox intizamlı oynadığını vurğulayıb.

“Matçın sonlarında iki yaxşı qol imkanımız oldu və bəlkə də qələbəyə layiq idik. Belə komandalara qarşı qol vurmaq çətindir, alınmadıqda isə oyun səbir sınağına çevrilir. Rəqib bu qədər aşağı blokla müdafiə olunanda oynamaq asan deyil.

Birinci hissədə tempimiz var idi, enerjili çıxış edirdik, lakin sadəcə qol vura bilmədik. Rəqibin əks-hücumlarının qarşısını çox yaxşı aldıq, müdafiədə də əla oynadıq. Meydana sonradan daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Panama ilə oyun dörd gündən sonra olacaq və həmin qarşılaşma barədə daha sonra düşünəcəyik”, – deyə Tomas Tuxel matçdan sonra bildirib.

Qana millisinin baş məşqçisi Karlos Keyroş isə futbolçularının göstərdiyi mübarizədən qürur duyduğunu bildirib. Təcrübəli mütəxəssis İngiltərəni dünya çempionatının əsas favoritlərindən biri hesab etdiyini də gizlətməyib:

“Futbolçularımızın necə mübarizə aparması və oyun planına necə əməl etməsi ilə fəxr edirəm. Mənim təvazökar fikrimcə, İngiltərə dünya çempionatının qalibi olmağa əsas namizədlərdən biridir.

Bu nəticə azarkeşlərimiz üçün bir hədiyyədir. Eyni zamanda, itirdiyimiz bəzi futbolçular üçün də bir hədiyyədir. Müdafiə olunmalı olduğun zaman müsbət nəticə qazanmaq üçün məhz belə oynamaq lazımdır.

Məqsədimiz ilk hissəni üstün vəziyyətdə başa vurmaq idi ki, İngiltərənin bizi məğlub etmək şansı qalmasın. Məhz bundan sonra oyuna nəzarət etməyə başladıq. Biz də qol vura bilərdik, təəssüf ki, bunu bacarmadıq. Düşünürəm ki, İngiltərənin də fərqlənmək imkanı var idi. Buna görə heç-heçə hər iki komanda üçün ədalətli nəticə oldu”.

Didye Deşam Norveçlə oyunu buraxacaq – Səbəb

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın qrup mərhələsinin son turunda Norveçə qarşı keçirəcəkləri oyunu buraxmalı olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFP agentliyi Fransa Futbol Federasiyasına istinadən məlumat yayıb.

Xəbərdə vurğulanır ki, fransalı məşqçi anasının vəfat etməsi səbəbindən bu oyunda komandasına rəhbərlik edə bilməyəcək. 57 yaşlı mütəxəssis ailəvi səbəblərlə əlaqədar vətəninə qayıdacaq və iyunun 26-da keçiriləcək qarşılaşmada texniki zonada olmayacaq.

Qeyd edək ki, Fransa və Norveç milliləri I qrupunda mübarizə aparır. Hər iki komanda iki turdan sonra 6 xal toplayaraq vaxtından əvvəl pley-off mərhələsinə vəsiqəni təmin edib. Qrupu birinci pillədə başa vurmaq üçün Fransa yığmasına son turda məğlub olmamaq kifayət edəcək.

Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında “xoruzlar” 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialının gümüş medalını qazanıb, AÇ-2016-nın finalına yüksəlib və 2024/2025-ci illər mövsümündə UEFA Millətlər Liqasının qalibi adını əldə edib.

DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İngiltərə və Qana yığmaları üz-üzə gəliblər. Bostonda (Massaçusets, ABŞ) keçirilmiş L qrupunun matçında hesab açılmayıb.

İlk turda Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlmiş avropalılar xallarını 4-ə çatdırıblar. Birinci matçlarında Panama seçməsini məğlub etmiş (1:0) Qana yığması da eyni xala malikdir.

Bu qrupun digər matçında, saat 03:00-da Panama Xorvatiya ilə qarşılaşacaq.

DÇ-2026
L qrupu
24 iyun

İngiltərə – Qana 0:0

Növbəti oyunların proqramı:

L qrupu
03:00. Panama – Xorvatiya

K qrupu
06:00. Kolumbiya – Konqo DR

B qrupu
23:00. Bosniya və Herseqovina – Qətər
23:00. İsveçrə – Kanada

Roberto Martines razı, Fabio Kannavaro xoşbəxtdir

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistana qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, K qrupunun oyunu Hyuston şəhərində (Texas, ABŞ) yerləşən “NRG Stadium”da baş tutub.

Xatırladaq ki, portuqaliyalılar mundialın ilk turunda Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə edərək gözlənilmədən xal itirmişdilər. Bu dəfə isə sözügedən komanda 5:0 hesablı qələbəyə sevinib.

Roberto Martines komandasının ilk oyundan nəticə çıxardığını vurğulayıb:

“Soyunub-geyinmə otağında məhz belə reaksiyanı gördük. Bəzən turnirdə irəliləmək üçün ilk oyundakı kimi bir matça ehtiyac olur. Bu gün eyni istək və fədakarlıqla oynayan, lakin artıq ilk matç olmadığı üçün daha yetkin görünən bir komanda gördük. Nəticədən çox razıyam”.

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro isə böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularının çıxışını yüksək qiymətləndirib. İtaliyalı mütəxəssis komandalar arasında səviyyə fərqinin böyük olduğunu etiraf edib:

“Komandama qarşı heç bir iradım yoxdur. Komandalarımız arasında çox böyük fərq var idi. Portuqaliya kimi rəqibə qarşı ilk 10 dəqiqədə qol buraxırsansa, bundan sonra oynamaq çox çətin olur. Dünya çempionatında iştirak təcrübəsi bizim üçün çox dəyərlidir. Hesab böyük olsa da, futbolçularımızın mübarizədən vaz keçmədiyini gördüm. Buna görə çox xoşbəxtəm”.

Kristiano Ronaldo – 6 müxtəlif DÇ-də qol vuran ilk futbolçu!

DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistana qarşı keçirdikləri oyun Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, futbol üzrə dünya çempionatları tarixində yeni rekordlara imza atıb.

Altı müxtəlif dünya çempionatında qol vuran ilk futbolçu

40 yaşlı hücumçu 5:0 hesablı qələbəyə sevindikləri bu oyunda dubla imza atıb. Ronaldo matçın 6-cı dəqiqəsində Joao Kanselonun ötürməsini dəqiq tamamlayaraq hesabı açıb. Bu qol sayəsində portuqaliyalı ulduz dünya çempionatları tarixində altı müxtəlif mundialda qol vurmuş ilk futbolçu olub.

Buna qədər Ronaldo bu rekordu Argentina millisinin kapitanı Lionel Messi ilə bölüşürdü. Hər iki futbolçu beş müxtəlif dünya çempionatında fərqlənməyi bacarmışdı.

Ronaldo mundiallarda ilk qolunu 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatında vurub. O, daha sonra 2010, 2014, 2018, 2022 və nəhayət 2026-cı il dünya çempionatlarında da rəqib qapılarına yol tapıb.

Dünya çempionatlarında ən çox oyun keçirən futbolçular arasında ilk üçlükdə

Özbəkistanla qarşılaşma Ronaldo üçün dünya çempionatlarındakı 24-cü oyun olub. Bununla da o, italiyalı əfsanə Paolo Maldinini geridə qoyub və almaniyalı Miroslav Kloze ilə birlikdə üçüncü pilləyə yüksəlib.

Hazırda mundial tarixində Ronaldodan daha çox oyun keçirən yalnız iki futbolçu var:

Lionel Messi – 28 oyun;
Lotar Matteus – 25 oyun.

Dünya çempionatında qol vuran ikinci ən yaşlı futbolçu

Ronaldo həmçinin dünya çempionatlarında 40 yaşdan yuxarı qol vuran ikinci futbolçu kimi tarixə düşüb.

41 yaşlı hücumçu bu göstəricidə yalnız Kamerun millisinin sabiq hücumçusu Rojer Milladan geri qalır. Milla 1994-cü il dünya çempionatında Rusiya millisinə qarşı oyunda 42 yaşında fərqlənmişdi.

Bundan əlavə, Ronaldo dünya çempionatları tarixində 40 yaşdan sonra dubla imza atan ilk futbolçu olub.

Portuqaliya millisinin mundiallar tarixində ən məhsuldar futbolçusu

Ronaldo matçın 39-cu dəqiqəsində Bruno Fernandesin ötürməsindən sonra ikinci qolunu vuraraq dünya çempionatlarında qollarının sayını 10-a çatdırıb.

Bununla da o, Portuqaliya millisinin əfsanəsi Eysebionu geridə qoyaraq ölkəsinin dünya çempionatları tarixində ən məhsuldar futbolçusu olub.

Ronaldo həmçinin mundial tarixində 10 qol həddinə çatmış 16-cı futbolçu kimi də tarixə düşüb. Hazırda dünya çempionatlarının bombardirləri siyahısına 18 qolla Lionel Messi başçılıq edir.

Kristiano Ronaldo Maradona və Neymarı geridə qoydu

Ronaldonun ilk qolu onun dünya çempionatlarındakı qol sayını 9-a çatdırmışdı. Bu göstərici ilə o, Argentina futbolunun əfsanəsi Dieqo Maradona və Braziliya millisinin ulduzu Neymar da daxil olmaqla yeddi futbolçunu geridə qoymuşdu. İkinci qoldan sonra isə Ronaldonun hesabında artıq 10 qol var.

Karyerasında 975-ci qol

Özbəkistanla matçda qeydə alınmış dubl sayəsində Ronaldo peşəkar karyerasındakı qollarının sayını 975-ə çatdırıb.

Bu qollardan:

145-i Portuqaliya millisinin heyətində;
830-u isə klub səviyyəsində vurulub.

Beləliklə, təcrübəli hücumçu karyerasında 1000 qol həddinə daha da yaxınlaşıb.

İlk oyundakı uğursuzluqdan sonra möhtəşəm dönüş

Portuqaliya millisi DÇ-2026-ya Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə ilə başlamışdı. Həmin oyunda Ronaldo demək olar ki, görünməz olmuş və yığmanın heyətində böyük turnirlərdə ardıcıl 10 oyunda qol vurmamaqla şəxsi antirekordunu müəyyənləşdirmişdi.

Lakin Özbəkistanla görüşdə 41 yaşlı futbolçu yenidən özünü ən yüksək səviyyədə göstərərək tənqidlərə cavab verib.

Kristiano Ronaldo karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının, bir dəfə Avropa çempionatının və iki dəfə UEFA Millətlər Liqasının qalibi olub. O, həmçinin milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixinin ən məhsuldar futbolçusudur. Portuqaliyalı superulduz beş dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Qeyd edək ki, Portuqaliya millisi iki turdan sonra 4 xalla K qrupuna başçılıq edir. Qrupun son turunda portuqaliyalılar Kolumbiya ilə qarşılaşacaqlar.

ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunur. Mundial iyulun 19-da başa çatacaq.

İnyaki Penya “Barselona”nı “Panatinaikos”a dəyişdi

Futbol üzrə İspaniya çempionu “Barselona”nın qapıçısı İnyaki Penya bundan sonra Yunanıstanın “Panatinaikos” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətlərinə istinadən xəbər verir.

“Barsa” 27 yaşlı ispaniyalı qapıçını 3 milyon avro müqabilində satıb. Kataloniya klubunda möhkəmlənə bilməyən qolkiper “Panatinaikos”la 3 illik müqaviləyə imza atıb.

İnyaki Penya futbola “Vilyarreal”da başlasa da, “Barselona”nın yetirməsi hesab edilir. O, Kataloniya klubunun əsas komandasının heyətində 45 oyuna çıxıb, 64 qol buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb.

Penya 2022-ci ildə Türkiyənin “Qalatasaray” klubunda, ötən mövsüm isə “Elçe”də icarədə də olub.

Qeyd edək ki, Penya “Barselona”da Voyçex Şesnı, Mark-Andre ter Ştegen və Xoan Qarsiyadan sonra dördüncü qapıçı idi.

İspaniyanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynamasına baxmayaraq, Penyaya əsas millidə debüt etmək qismət olmayıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

DÇ-2026: Ronaldodan dubl, Portuqaliyadan darmadağın

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Portuqaliya və Özbəkistan yığmaları üz-üzə gəliblər. Hyustonda (Texas, ABŞ) keçirilmiş K qrupunun matçında Avropa təmsilçisi darmadağına sevinib – 5:0.

Portuqaliyalıların lideri və kapitanı Kristiano Ronaldo bu görüşdə dublla yadda qalıb. Digər qollar isə Nuno Mendes, Abdukodir Xusanov və Rafael Leaodan gəlib.

Qrupun digər oyununda, saat 06:00-da Kolumbiya və Konqo Demokratik Respublikası yığmaları qarşılaşacaqlar.

Beləliklə, hazırda K qrupunda 4 xalı olan Portuqaliya millisi qrup birincisidir. Kolumbiyanın 3, Konqo Demokratik Respublikasının 1 xalı var. Xalsız olan Özbəkistan isə sonuncudur və mundialla erkən vidalaşacağı dəqiqləşib.

DÇ-2026
K qrupu
23 iyun

Portuqaliya – Özbəkistan 5:0
Qollar: Kristiano Ronaldo, 6; 39. Nuno Mendes, 17. Abdukodir Xusanov, 60-öz qapısına. Rafael Leao, 87.

Növbəti oyunların proqramı:

24 iyun

L qrupu
00:00. İngiltərə – Qana
03:00. Panama – Xorvatiya

K qrupu
06:00. Kolumbiya – Konqo DR

B qrupu
23:00. Bosniya və Herseqovina – Qətər
23:00. İsveçrə – Kanada

Tyaqo Silva yenidən “Fluminense”də – Rəsmi

Bu yay Portuqaliyanın “Portu” klubundan azad agent kimi ayrılmış 41 yaşlı braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva yenidən “Fluminense”yə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı müdafiəçi komandaya azad agent kimi qoşulub. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2026-cı ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, Tyaqo “Portu”ya 2026-cı ilin yanvarında məhz “Fluminense”dən keçmişdi. Təcrübəli futbolçu Portuqaliya nəhənginin heyətində 2025/2026-cı illər mövsümündə 14 matça çıxıb və ölkə çempionu adını qazanıb.

Silva üçüncü dəfə doğma klubuna qayıdır. O, “Fluminense”nin heyətində bütövlükdə 186 oyun keçirib, 18 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Silva karyerası ərzində Avropada “Milan” (İtaliya), PSJ (Fransa) və “Çelsi”nin (İngiltərə), Braziliyada “Fluminense” və “Yuventude”nin də formasını geyinib.

Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 41 yaşlı futbolçunun tansfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Murad Məmmədov: “Pafos”a keçdiyim üçün çox xoşbəxtəm”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) üzvü Murad Məmmədov “Pafos”a transferinin uğurlu addım olacağını düşünür.

Arena.az xəbər verir ki, gənc futbolçu bunu Kipr klubunun mətbuat xidmətinə açıqlamasında deyib.

O, ötən mövsüm komandanın oyunlarını yaxından izlədiyini söyləyib:

“Ötən mövsüm bu komandanın oyunlarını yaxından izləyirdim və mənə çox xoş gəlirdi. Bu kluba keçidimin karyeramda uğurlu bir addım olacağını düşündüm. Bir dəfə evdə oturarkən atama dedim ki, vaxt gələcək, mən belə klublarda oynayacağam, sən də evdən mənim avrokuboklardakı oyunlarımı izləyəcəksən. Şükürlər olsun ki, artıq buradayam və çox xoşbəxtəm”.

Murad Məmmədov 47 nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb:

“Futbol karyerama başlayanda ilk növbədə müdafiədə çıxış edirdim və 4 nömrə altında oynayırdım. Daha sonra komandaya yeni baş məşqçi gəldi və mən vinger mövqeyində, 7 nömrə ilə oynamağa başladım, həmçinin kapitanlıq etdim. Əsas komandaya yüksələndə bu iki rəqəmi birləşdirib 47-ni seçmək qərarına gəldim. Uşaqlıq dövrümdən bəri yalnız 4 və 7 rəqəmləri altında oynamışam. Ümumiyyətlə, 7 mənim ən sevdiyim və uğur gətirən rəqəmdir”.

Qeyd edək ki, Kiprin “Pafos” klubu “Neftçi”nin yetirməsi olan 20 yaşlı Murad Məmmədovu yay azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Cennaro Qattuzo – “Latsio”nun yeni baş məşqçisi!

Futbol üzrə İtaliya yığma komandasının sabiq baş məşqçisi Cennaro Qattuzo bundan sonra A Seriyası təmsilçisi “Latsio”nu çalışdıracaq.

Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

48 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti açıqlanmayıb. Klubun bəyanatında bildirilir:

“Klub yeni baş məşqçisini səmimi qəlbdən salamlayır və əmindir ki, onun təcrübəsi, peşəkarlığı və məqsədyönlülüyü komandanın qarşıya qoyduğu idman hədəflərinə çatmasına kömək edəcək”.

Qeyd edək ki, Qattuzo son olaraq İtaliya millisini çalışdırıb. O, yığmanın 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsindən sonra vəzifəsindən ayrılmışdı.

Məşqçilik karyerası ərzində Qattuzo İtaliyanın “Palermo”, “Piza”, “Milan” və “Napoli” klublarını, İsveçrənin “Syon”, Yunanıstanın OFİ, İspaniyanın “Valensiya”, Fransanın “Olimpik” (Marsel) və Xorvatiyanın “Hayduk” komandalarını da çalışdırıb. Onun rəhbərliyi altında “Napoli” 2020-ci ildə İtaliya Kubokunun qalibi olub.

Futbolçu karyerasında isə Cennaro Qattuzo əsasən “Milan”dakı çıxışı ilə yadda qalıb. O, 1999-2012-ci illərdə “rossonerilər”in heyətində 468 oyunda iştirak edib, 11 qol vurub və 19 məhsuldar ötürmə edib. “Milan”la iki dəfə İtaliya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş sabiq yarımmüdafiəçi, həmçinin 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu titulunu qazanıb.

“Zirə”nin rəqibi “Torpedo” evdə xal itirdi

Azərbaycan təmsilçisi “Zirə”nin Avropa Konfrans Liqasındakı rəqibi olan Kutaisi “Torpedo”si Gürcüstan çempionatında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Kutaisi təmsilçisi öz meydanında “Spaeri” ilə qarşılaşıb.

19-cu tur çərçivəsində baş tutmuş bu görüşdə qalib müəyyənləşməyib. Tərəflər meydanı qolsuz bərabərliklə tərk ediblər – 0:0.

Ardıcıl 3 oyun idi uduzan “Torpedo” məhz bu heç-heçə sayəsində uğursuz gedişata son qoyub. Komanda 4 oyundur qələbəyə həsrətdir.

“Zirə”nin rəqibi cari mövsümdə keçirdiyi 19 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. 30 qol vurmuş komanda öz qapısından 19 top buraxıb. 27 xalı olan Kutaisi təmsilçisi 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisinin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də “Sumqayıt Arena”da baş tutacaq. Bu komandaların cavab görüşü isə iyulun 16-da Kutaisidə təşkil ediləcək.

Vieyrinya “Zirə”də – Rəsmi

Portuqaliyalı hücumameyilli yarımmüdafiəçi Filipe da Silva Tavares Vieyra (Vieyrinya) bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

29 yaşlı futbolçu 2 illik müqavilə bağlanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Vieyrinya “Feyrense” və “Portu” klublarının yetirməsidir. O, karyerası ərzində “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Vizeu”, “Espinyo”, “San Joao de Ver”, “Beyra Mar” kimi klublarda çıxış edib. Portuqaliyalı futbolçu 2024-cü ilin yayından Kiprin “Olimpiakos” (Nikosiya) klubunda çıxış edirdi. O, sözügedən komandanın heyətində meydana çıxdığı 60 oyunda 12 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xatırladaq ki, “Zirə” daha öncə Amin Seydiyev, Maykon Kleyton və Ayxan Hüseynovu da heyətinə qatmışdı. Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə yeni müqavilə imzalanıb. Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev və Ayron Qomis isə komandanı tərk ediblər.

Fabiyan Buntiç “Qarabağ”ı Portuqaliya klubuna dəyişdi

Almaniya vətəndaşlığına da malik xorvat qapıçı Fabiyan Buntiç “Qarabağ”dan ayrılandan sonra özünə yeni klub tapmaqda çətinlik çəkməyib.

Arena.az xəbər verir ki, Ağdam klubuna Portuqaliyadan gəlmiş təcrübəli qolkiper yenə bu ölkəyə qayıdıb.

O, Portuqaliyanın 2-ci liqa təmsilçisi “Farense” ilə anlaşıb. 29 yaşlı oyunçu yeni klubu ilə 1 illik sözləşməyə imza atıb. Müqavilədə onu daha bir il uzatmaq bəndi də var.

Portuqaliyada ailə qurduğunu və orada bir müddət yaşadığını açıqlayan Buntiç həmin ölkəyə uyğunlaşmaqda çətinlik çəkməyəcəyini söyləyib. O, Azərbaycan təcrübəsindən də bəhs edib:

“Azərbaycanda mədəniyyət və insanların futbola baxışı fərqlidir. Amma mənə Çempionlar Liqası və Avropa Liqası kimi böyük turnirlərdə oynamaq imkanı verildi. Ən yüksək səviyyəli yarışlarda iştirak etdikcə daim yeni şeylər öyrənirsən və mən də bu təcrübədən daha bilikli şəkildə ayrıldım”.

Xatırladaq ki, Fabiyan Buntiç “Qarabağ”a 2024-cü ilin yayında Portuqaliyanın “Vizela” klubundan 350 min avro müqabilində transfer edilmişdi. O, Ağdam klubunun heyətində cəmi 22 oyuna çıxıb, 24 qol buraxıb, 9 matçda qapısını toxunulmaz saxlayıb.

Almaniyanın “Ştutqart” klubunun yetirməsi olan Buntiç “Vizela”dan öncə “İnqolştadt”da da forma geyinib. O, Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.

Ayxan Hüseynov “Zirə”də – Rəsmi

“Turan Tovuz”dan ayrılmış Azərbaycan millisinin hücumameyilli yarımmüdafiəçisi Ayxan Hüseynov “Zirə” ilə rəsmi müqaviləyə imza atıb.

Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, “Zirə” bu gün yeni futbolçuyla anlaşıb. Sözügedən klub Ayxan Hüseynovu heyətinə qatıb. Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Ayxan Hüseynov Rusiyada dünyaya göz açıb və futbolun sirlərinə bu ölkənin müxtəlif klublarında yiyələnib. O, “Zenit”, “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Dolqoprudni”, “Ximki” kimi klubların müxtəlif yaş qrupları üzrə komandalarında oynayıb. “Turan Tovuz” bu futbolçunu 2022-ci ilin yayında “Ximki”dən azad agent kimi heyətinə cəlb etmişdi. Ayxan Tovuz klubunun əsas komandasının heyətində 142 oyuna çıxıb, 24 qol vurub, 31 məhsuldar ötürmə verib.

Ayxan 2026-cı mart ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 4 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

Yeri gəlmişkən, “Zirə”nin sabiq məşqçisi Eltun Yaqublu yenidən bu klubda çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaqublu “Zirə”nin yeni yaradılmış Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib. Mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Xatırladaq ki, Eltun Yaqublu 2020-2025-ci illərdə “Zirə”də məşqçi kimi fəaliyyət göstərib.

Azər Məmmədov yenidən “Kəpəz”də!

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” komandasının baş məşqçi postuna yenidən Azər Məmmədov gətirilib.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, yaxın günlərdə 50 yaşlı mütəxəssislə növbəti mövsümün sonuna qədər nəzərdə tutulmuş 1 illik müqavilə imzalanacaq. O, bu postda ötən mövsüm başa çatan kimi komandadan ayrılmış və “Şamaxı”nın “sükanı arxasına” keçmiş Azər Bağırovu əvəz edəcək.

Xatırladaq ki, Azər Məmmədov Gəncə təmsilçisi üçün tanış simadır. O, 2023-cü ildə də “Kəpəz”i çalışdırıb. Məmmədov 2023/2024-cü illər mövsümünün əvvəlindən “Kəpəz”ə rəhbərlik etsə də, noyabrda istefa verib. O, həmin dövrdə bu komandanı bütövlükdə 12 oyuna çıxarıb. Gəncə təmsilçisi bu görüşlərdə cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.

Həmin dövrdə “Kəpəz” Azər Məmmədovun baş məşqçi kimi çalışdırdığı ilk komanda olub. O, daha öncə “Qarabağ”ın futbol akademiyasında və “Zirə”nin ikinci komandasında çalışmış, “Səbail”də köməkçi məşqçi olmuşdu. “Kəpəz”dən ayrılandan sonra isə o, bir müddət “Səbail”də də baş məşqçi kimi çalışıb. Məmmədov 2024-cü ilin noyabrında “Səbail”dən ayrılandan bəri işsiz idi.

Ayxan Hüseynov “Turan Tovuz”u tərk etdi – Rəsmi

“Turan Tovuz”la Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olmuş hücumameyilli yarımmüdafiəçi Ayxan Abbasov əyalət klubundan ayrılmağa qərar verib.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, klubun Ayxan Hüseynovla müqaviləsinin müddəti başa çatıb. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər. “Turan Tovuz” futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Ayxan Hüseynov Rusiyada dünyaya göz açıb və futbolun sirlərinə bu ölkənin müxtəlif klublarında yiyələnib. O, “Zenit”, “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Dolqoprudni”, “Ximki” kimi klubların müxtəlif yaş qrupları üzrə komandalarında oynayıb. “Turan Tovuz” futbolçunu 2022-ci ilin yayında “Ximki”dən azad agent kimi heyətinə cəlb etmişdi. Ayxan Tovuz klubunun əsas komandasının heyətində 142 oyuna çıxıb, 24 qol vurub, 31 məhsuldar ötürmə verib.

Ayxan 2026-cı mart ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 4 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

Sonda onu da qeyd edək ki, Ayxan Hüseynovun karyerasını Premyer Liqamızın digər iştirakçısı “Zirə”də davam etdirməsi gözlənilir.

Alberto Fernandes “Araz-Naxçıvan”da!

2026/2027-ci illər mövsümündən öncə heyətini gücləndirməyə çalışan “Araz-Naxçıvan” ispaniyalı yarımmüdafiəçi Alberto Fernandes ilə anlaşıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir. O, qarşıdakı mövsümün sonunadək bu komandanın uğurları üçün çalışacaq.

Tam adı Alberto Fernandes Qarsiya olan futbolçu “Real” (Madrid) klubunun yetirməsidir. Yarımmüdafiəçi müxtəlif illərdə vətənində “Kastilya”, “Fuenlabrada”, “UCAM Mursiya”, “Sabadel”, “Rayo Maxadaonda”, eləcə də Kiprin “Omoniya 29M” və “Akritas Xlorakas” klublarının formasını geyinib.

Alberto Fernandes 2017-ci ildə İspaniya U-19 millisinin heyətində 1 oyunda meydana çıxsa da, sonradan ona milli formanı geyinmək qismət olmayıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Luka Dumançiç və Rəşad Həsənovu da heyətinə qatmış, Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyevlə yeni müqavilə bağlamışdı. Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala isə komandanı tərk ediblər.

Mbappe Klozeyə çatdı: “Messinin rekordlarına fikir vermirəm”

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatının qrup mərhələsinin ikinci turunda İraq yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, ulduz hücumçu bu oyunda vurduğu iki qolla mundiallar tarixinin ən məhsuldar futbolçuları siyahısında ikinci pilləyə yüksəlib.

27 yaşlı forvard bununla dünya çempionatlarındakı qollarının sayını 16-ya çatdırıb. Mbappe əvvəlcə braziliyalı əfsanə Ronaldo ilə eyni göstəriciyə (15 qol) sahib olmuş, daha sonra isə onu geridə qoyaraq Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze ilə ikinci pilləni bölüşməyə başlayıb.

Hazırda mundiallar tarixinin bombardirlər siyahısına 18 qolla Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir.

İraqla qarşılaşma Mbappe üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Bu görüş Fransa millisinin heyətində onun 100-cü oyunu olub. Bununla da o, yığmanın heyətində 100 oyun həddinə çatmış 10-cu futbolçu kimi tarixə düşüb.

Mbappe oyundan sonra Messinin rekordlarını yaxalamaq barədə düşünmədiyini bildirib:

“Leo həmişə qol vurub. O, bunu həmişə edib və etməyə davam edəcək. Əgər diqqətimi Leonun nə etdiyinə yönəltsəm, daha da çox çalışmalı olacağam. Mən ümumiyyətlə onun nə etdiyinə fikir vermirəm. Mən yalnız komandama kömək etməyi düşünürəm”.

Qeyd edək ki, Kilian 2024-cü ildən Madrid “Real”ının formasını geyinir. O, Fransa millisinin tarixində 60 qolla ən məhsuldar futbolçu hesab olunur. Ulduz hücumçu 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal qazanıb.

Lionel Messi: “Bu anlardan həzz alıram”

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının qrup mərhələsinin ikinci turunda Avstriyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra həm komandasının uğuruna, həm də mundiallar tarixinin ən məhsuldar futbolçusu olmasına münasibət bildirib.

38 yaşlı hücumçu Avstriya ilə qarşılaşmada dubla imza ataraq Argentina yığmasına vaxtından əvvəl 1/16 final mərhələsinə vəsiqə qazandırıb. Bununla yanaşı, Lionel Messi Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyaraq dünya çempionatları tarixinin ən yaxşı bombardiri adına sahib çıxıb.

Messi ilk növbədə komandasının növbəti mərhələyə yüksəlməsinə sevindiyini bildirib:

“İlk növbədə bu qələbəyə çox sevinirəm. Bu, bizim üçün son dərəcə vacib idi və ağır, gərgin mübarizə şəraitində qazanıldı. İndi gələcəyə daha rahat baxa bilərik. Bu dünya çempionatında bütün oyunlar gərgin və bərabər mübarizə şəraitində keçir. Mən bu anlardan həzz alıram və komanda yoldaşlarımla birlikdə uğuru qeyd etməyi səbirsizliklə gözləyirəm”.

Argentina millisinin kapitanı penalti epizoduna görə məyus olduğunu da gizlətməyib:

“Penaltiyə görə əsəbiləşmişdim, çünki onu qaçırdım və zərbəm çox uğursuz alındı. Xoşbəxtlikdən, oyunun gedişatını dəyişə bildik və hesabda önə keçdik. Hər şey həqiqətən möhtəşəm alındı. Əgər həmin penaltini qola çevirsəydim, bəlkə də digər iki qolu vurmazdım. Əsas odur ki, həm nəticədən, həm də komandanın oyunundan və əzmkarlığından razıyam”.

Lionel Messi bombardir rekordunun onun üçün əsas məsələ olmadığını vurğulayıb:

“Bilirdik ki, bu oyunda qalib gəlmək asan olmayacaq. Heç kim heç nəyi asanlıqla vermir. Uzunmüddətli hücumlarda topa nəzarət etmək bizim üçün çətin idi. Ən vacibi növbəti mərhələyə yüksəlməyimizdir”.

Argentinalı ulduz dünya çempionatlarında vurduğu qollar arasında ən yaxşısını seçməkdə də çətinlik çəkdiyini deyib:

“Mən yorğunam, gücüm az qalıb və indi bu barədə düşünmək çətindir. Bu komanda bir araya gələndə ünsiyyətdən, rəqabətdən və gündəlik həyatdan zövq alır. Biz azarkeşlərin sevincindən də həzz alırıq və komandadakı harmoniyanı qorumağa çalışırıq. Lakin addım-addım irəliləyirik. Qarşıda uzun və çətin yol var”.

Kike Alvares – “Jirona”nın yeni baş məşqçisi!

Kike Alvares futbol üzrə İspaniya çempionatında (Sequnda) mübarizə aparacaq “Jirona” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Jirona” baş məşqçi postunda Miçel Sançesin varisini müəyyənləşdirib. Kataloniya təmsilçisinin yeni baş məşqçisi daha əvvəl klubun əvəzedici komandasını çalışdırmış 50 yaşlı Kike Alvares olub.

Klubun rəsmi açıqlamasına əsasən, mütəxəssislə 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş bir illik müqavilə imzalanıb. “Jirona” rəhbərliyi idman layihəsində davamlılığı qorumaq məqsədilə daxili kadrların irəli çəkilməsi variantına üstünlük verib.

Alvares son iki mövsümdə “Jirona”nın B komandasına rəhbərlik edib. Onun rəhbərliyi altında ehtiyat heyəti Terseradan Sequnda RFEF-ə yüksəlməyi bacarıb və yeni səviyyədə möhkəmlənib.

Qeyd edək ki, Kike Alvares məşqçi kimi kifayət qədər zəngin təcrübəyə malikdir. “Barselona” akademiyasının yetirməsi olan mütəxəssis katalon klubunun strukturunda çalışıb, həmçinin “Vilyarreal”, “Alaves” və “Levante”nin məşqçilər korpusunda yer alıb.

Klubun yaydığı bəyanatda yeni baş məşqçinin əsas məqsədinin “Jirona”nı yenidən yüksək liqaya qaytarmaq olduğu vurğulanıb:

“Kike Alvares əsas komandanın sükanı arxasına keçərək öz təcrübəsi, klubu yaxından tanıması və gənc futbolçuların inkişafına sadiqliyi sayəsində “Jirona”nı yenidən La Liqaya qaytarmağa çalışacaq. Bu addımla klub öz kadr potensialına, davamlılıq, özünəməxsusluq və akademiya futbolçularının inkişafına əsaslanan modelinə sadiq qaldığını bir daha nümayiş etdirir”.

Vladimir Petkoviç: “Taleyimizi öz əlimizə almaq çox vacib idi”

Əlcəzair millisinin baş məşqçisi Vladimir Petkoviç dünya çempionatının qrup mərhələsində İordaniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunun oyunu Əlcəzairin 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Vladimir Petkoviç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu matçda qələbəyə layiq idik və bu nəticə, şübhəsiz ki, növbəti oyun öncəsi bizə əlavə inam verəcək”, – deyə Petkoviç bildirib.

Mütəxəssis qeyd edib ki, komandasının müdafiədə buraxdığı səhv nəticəsində İordaniya ilk hissədə hesabı açmağa nail olub.

“İordaniya birlik nümayiş etdirən, döyüşkən komandadır və dünya çempionatında iştirak etməyə tam layiqdir. Bizim üçün bu görüşdə qalib gəlmək, pley-off şanslarımızı qorumaq və taleyimizi öz əlimizə almaq çox vacib idi. Hələ heç nə həll olunmayıb, amma hazırda yaxşı mövqedəyik”, – deyə Petkoviç əlavə edib.

İordaniya millisinin baş məşqçisi Camal Sellami isə Əlcəzairə 1:2 hesabı ilə uduzduqları oyundan sonra komandasının çıxışından razı qaldığını bildirib:

“Əlcəzair yığması bir neçə əvəzetmə etdi və məhz onlar oyunun taleyində həlledici rol oynadılar. Onların çox hündürboy hücumçusu var idi. Düşünürəm ki, təcrübəsizlik səbəbindən iki künc zərbəsindən qol buraxdıq.

Ümumilikdə əla oyun keçirdik və çıxışımızla fəxr edə bilərik. Bu, dünya çempionatındakı ilk təcrübəmizdir və hesab edirəm ki, ilk matçla müqayisədə daha yaxşı oynadıq”.

Sellami növbəti rəqib Argentina ilə qarşılaşma barədə də danışıb.

“İndi bizi Argentina ilə oyun gözləyir. Bu, bizim üçün bir fürsətdir – özümüzü ən yaxşı tərəfdən göstərmək və İordaniya futboluna layiq iz qoymaq imkanıdır”, – deyə mütəxəssis vurğulayıb.

Solbakken: “Haland dünyanın ən yaxşı hücumçusudur”

Norveç millisinin baş məşqçisi Stol Solbakken dünya çempionatının qrup mərhələsində Seneqal yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşü Norveçin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Stol Solbakken matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bəli, bu gün Erlinq Haland boş qapıya qol vura bilmədi. Hətta o, daha dörd dəfə fərqlənə bilərdi. Amma ciddi danışsaq, o, dünyanın ən yaxşı hücumçusudur. Üstəlik, Fransa və ya Argentina kimi komandalarda deyil, Norveç millisində çıxış edir və buna baxmayaraq, qol vurmağa davam edir. Onun hesabında artıq 4 qol var – ən yüksək səviyyədə iki dubl.

“Qızıl buts”u qazanmaq Fransa və ya Argentina kimi komandalarda oynayanda daha asandır. Lakin biz növbəti matçlarda Erlinqə daha çox oyun vaxtı və daha çox dəstək verməyə çalışacağıq. O, hazırda əla formadadır və mən onun dünya futbolunun ən böyük səhnəsində qol vurmasına çox sevinirəm”.

Solbakken növbəti rəqib olan Fransa ilə oyuna hazırlığın hələ başlamadığını da bildirib.

“Fransa ilə oyunun planlaşdırılmasına hələ başlamamışıq. İndi məşq düşərgəmizə qayıdacaq və yaxşı şəkildə bərpa olunacağıq. Belə ağır matçdan sonra bu, mütləq lazımdır. Həmin görüşdə fərqli futbolçular da meydana çıxacaqlar”.

Seneqal millisinin baş məşqçisi Pape Tiav isə Norveçə 2:3 hesabı ilə uduzduqları oyundan sonra komandasının turnirdə uğur qazanmaq şansına inandığını bildirib:

“Düşünürəm ki, bu, bizim üçün çox çətin oyun oldu. Çox güclü Norveç yığmasına qarşı oynayırdıq. Onlar yüksək effektivliklə çıxış edərək bizi çox çətin vəziyyətlərə salırdılar.

Qolları ən uyğun olmayan məqamlarda buraxdıq – biri birinci hissənin sonlarında, digəri isə ikinci hissənin əvvəlində.

Bununla belə, Norveçi təbrik etməliyik. Eyni zamanda futbolçularımı ruhdan düşməməyə çağırıram, çünki oyun həqiqətən çətin keçdi.

Biz müsbət nəticə və üç xal qazanmağa ümid edirdik, lakin bu axşam buna nail ola bilmədik”.

DÇ-2026: Əlcəzair İordaniya üzərində əzmkar qələbəyə sevindi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İordaniya və Əlcəzair yığmaları üz-üzə gəliblər. Santa Klarada (Kaliforniya, ABŞ) keçirilmiş J qrupunun matçında Əlcəzair yığması əzmkar qələbəyə sevinib.

Hesabı 36-cı dəqiqədə İordaniya yığmasının üzvü Nizar Əl-Rəşdan açıb. Əlcəzair komandasının heyətində Nadir Benbuali 69-cu, Amin Quiri 82-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, bu qrupun digər matçında Argentina Avstriyanı 2 cavabsız qolla üstələmişdi.

Beləliklə, hazırda J qrupunda 6 xalı olan Argentina yığması son turun nəticələrindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin edib. Avstriya və Əlcəzair yığmalarının 3 xalı var. İordaniya millisi isə 0 xalla sonuncudur və mundialla erkən vidalaşacağı dəqiqləşib.

İordaniya millisi bu dünya çempionatında növbəti mərhələ şansını itirən dördüncü komandadır. Daha əvvəl Türkiyə, Haiti və Tunisin də 1/16 finala vəsiqə qazana bilmədiyi dəqiqləşmişdi.

DÇ-2026
J qrupu
23 iyun

İordaniya – Əlcəzair 1:2
Qollar: Nizar Əl-Rəşdan, 36 – Nadir Benbuali, 69. Amin Quiri, 82.

Deşam: “Futbolçularıma qarşı həddindən artıq tələbkaram”

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsinin ikinci turunda İraq yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən matç fransızların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissə yaxşı keçdi. Ola bilsin ki, futbolçularıma qarşı həddindən artıq tələbkaram. Amma heyətdəki oyunçulara münasibətdə məhz bu yanaşmaya üstünlük verirəm.

İkinci hissədə baş verənləri nəzərə alsaq, tam şəkildə oyuna nəzarət etdik. Bu, asan deyildi. Nəticənin taleyini əvvəlcədən həll etməyimiz çox vacib idi.

Qələbə qazanmaq yaxşıdır. Bu gün növbəti mərhələyə vəsiqə qazandıq. Bununla belə, əminəm ki, Norveçə qarşı üçüncü oyun qrupdakı yekun mövqeyimizi müəyyənləşdirəcək”.

İraq millisinin baş məşqçisi Qrem Arnold isə bu məğlubiyyətə baxmayaraq, komandasının pley-off şanslarına inandığını bildirib:

“Hazırda mənim üçün əsas məsələ Seneqalla oyundur. Üçüncü yeri tutan səkkiz komanda növbəti mərhələyə yüksələcək. Buna görə də hələ də şansımız var”.

Arnold ilk hissədə komandasının çıxışını yüksək qiymətləndirib, lakin əlverişsiz hava şəraiti səbəbindən yaranan iki saatdan çox fasilənin oyunun axarına mənfi təsir etdiyini qeyd edib.

“Fasilə zamanı futbolçulara ilk hissənin görüntülərini bir qədər uzun göstərdim ki, Fransanın bizi hansı məqamlarda çətin vəziyyətə saldığını görə bilsinlər.

Amma əsas məsələ futbolçuların sakit qalması və oyunun bərpasına hazırlaşması idi”.

Avstraliyalı mütəxəssis Fransa millisinin hücumçusu Kilian Mbappenin çıxışına da xüsusi toxunub:

“O, inanılmaz futbolçudur. Sürətini dayandırmaq mümkün deyil. Məhz buna görə müdafiə xəttimizi adət etdiyimdən bir qədər geridə qurduq. Əgər arxada boşluq buraxsanız və Mbappe bu qədər sürətlidirsə, o sizi məhv edəcək”.

Arnold həmçinin turnirin bombardirlik yarışının çox maraqlı keçəcəyini vurğulayıb.

“Erlinq Haland qol vurur, Lionel Messi qol vurur, Mbappe də eyni şeyi edir. Düşünürəm ki, ən məhsuldar futbolçu adına görə bu üç oyunçu arasında çox maraqlı mübarizə olacaq”.

DÇ-2026: Norveç yığması da istəyinə çatdı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Norveç və Seneqal yığmaları üz-üzə gəliblər. Nyu-Cersidə (Nyu-York, ABŞ) keçirilmiş İ qrupunun matçında avropalılar çətin qələbəyə seviniblər.

Norveçin qollarını Markus Pedersen və dubla imza atmış Erlinq Haland vurublar. Seneqalın heyətində isə İsmaila Sarr dublla yadda qalıb.

Xatırladaq ki, bu qrupun digər matçında Fransa İraqı 3:0 hesabı ilə məğlub etmişdi.

Beləliklə, hazırda İ qrupunda 6 xalı olan Fransa və Norveç yığmaları son matçın nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin ediblər. İraq və Seneqal yığmalarının aqibətinə isə son turda aydınlıq gələcək.

DÇ-2026
İ qrupu
23 iyun

Norveç – Seneqal 3:2
Qollar: Markus Pedersen, 43. Erlinq Haland, 48; 58 – İsmaila Sarr, 53; 90+3.

DÇ-2026: Fransa darmadağınla 1/16 finalda!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Fransa və İraq yığmaları üz-üzə gəliblər. Filadelfiyada (Pensilvaniya, ABŞ) keçirilmiş İ qrupunun matçında avropalılar darmadağına seviniblər.

Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.

Qeyd edək ki, matçın ilk hissəsi başa çatdıqdan sonra uzun fasilə yaranıb. Qarşılaşmanın ikinci hissəsinin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.

Beləliklə, hazırda İ qrupunda 6 xalı olan Fransa millisi son matçın nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin edib. Norveç yığmasının 3 xalı varsa, Seneqal və İraq xal hesabını aça bilməyib.

DÇ-2026
İ qrupu
23 iyun

Fransa – İraq 3:0
Qollar: Kilian Mbappe, 14; 54. Usman Dembele, 66.

Lionel Messi dünya çempionatları tarixinin bombardiri oldu!

Futbol üzrə Argentina milli komandasının kapitanı və ulduz hücumçusu Lionel Messi dünya futbolu tarixinə daha bir neçə rekordla düşüb.

Arena.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Avstriya yığmasına qarşı keçirdikləri oyunda tarixi nailiyyətlərə imza atıb.

Dallas şəhərində (Texas, ABŞ) təşkil edilmiş bu qarşılaşmada argentinalı forvard hesabı açaraq komandasını önə keçirib. Bu qol Messi üçün dünya çempionatları tarixində 17-ci olub. Bununla da o, Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyaraq mundialların ən yaxşı bombardiri adına yiyələnib. Klozenin aktivində 16 qol var idi.

Bundan başqa, Messi ardıcıl altıncı dünya çempionatı oyununda da fərqlənərək daha bir rekordu təkrarlayıb. Argentinalı futbolçunun qolluq seriyası DÇ-2022-nin 1/8 final mərhələsindən başlayıb və DÇ-2026-da da davam edir. Daha əvvəl belə nəticəyə yalnız Fransa millisinin sabiq hücumçusu Just Fontaine (1958) və Braziliya yığmasının əfsanəvi forvardı Jairzinyo (1970) nail olmuşdu. Lakin onlar bunu eyni turnir çərçivəsində bacarmışdılar.

Messi bu qarşılaşmada bir antirekorda da imza atıb. Oyunun 9-cu dəqiqəsində təyin olunmuş penalti zərbəsini qola çevirə bilməyən hücumçu dünya çempionatları tarixində ən çox penalti qaçıran futbolçu olub. Bu, onun mundiallarda əsas vaxt ərzində qaçırdığı üçüncü penalti olub. Bununla da Messi daha əvvəl bu göstəricidə şərik olduğu Qana millisinin sabiq futbolçusu Asamoa Qyanı geridə qoyub.

Beləliklə, Avstriya ilə oyunda həm tarixi bombardir rekordunu qıran, həm ardıcıl qol seriyası rekordunu təkrarlayan, həm də penalti antirekorduna sahib çıxan Lionel Messi dünya futbol tarixindəki mövqeyini daha da möhkəmləndirib.

Martin Demiçelis – “Leypsiq”in yeni baş məşqçisi!

Argentinalı futbol mütəxəssisi Martin Demiçelis Almaniya Bundesliqasında mübarizə aparan “Leypsiq” komandasına baş məşqçi təyin edilib.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

45 yaşlı mütəxəssislə 2 illik (2028-ci ilin yayına qədər) nəzərdə tutulmuş müqavilə imzalanıb. Demiçelis bu postda ötən mövsüm komandanı Bundesliqada üçüncü yerə və UEFA Çempionlar Liqasına vəsiqəyə daşımış Ole Verneri əvəz edib.

“Leypsiq”in idman direktoru Marsel Şefer yeni baş məşqçinin təyinatını belə şərh edib:

“Martin Demiçelisin simasında həm futbolçu, həm də məşqçi kimi Avropa, Cənubi və Şimali Amerikada ən yüksək səviyyədə böyük təcrübə toplamış bir mütəxəssis qazanırıq. Bu beynəlxalq baxış “Leypsiq”in qlobal inkişaf strategiyasına tam uyğundur. Martin aydın futbol fəlsəfəsini yüksək intensivlik və peşəkarlıqla birləşdirir. Əminik ki, o, komandaya yeni impuls verəcək və klubun gələcək uğurlarında mühüm rol oynayacaq”.

Qeyd edək ki, Martin Demiçelis futbolçu karyerası ərzində “Bayern”in heyətində dörd dəfə Almaniya çempionu olub. O, həmçinin “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının və iki dəfə İngiltərə Liqa Kubokunun qalibi adını qazanıb.

Argentinalı sabiq müdafiəçi ölkəsinin millisində 51 oyun keçirib və 2014-cü il dünya çempionatının finalına qədər irəliləyən komandanın üzvü olub.

Məşqçi karyerası ərzində isə Demiçelis “Bayern”in ikinci komandasında, Argentinanın “River Pleyt”, Meksikanın “Monterrey” və İspaniyanın “Malyorka” klublarında çalışıb.

Domi Massumu “Qəbələ”dən ayrıldı, Ermənistana üz tutdu

Futbol üzrə Konqo milli komandasının hücumameyilli yarımmüdafiəçisi Domi Massumu “Qəbələ” klubundan ayrılaraq Ermənistana üz tutub.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçunun “Qəbələ” ilə müqaviləsinin müddəti bu yay başa çatırdı.

O, azad agent statusuna malik olduğu üçün Azərbaycan klubundan ayrılmağa qərar verib. Konqolu vinger Ermənistanın “Alaşkert” klubundan aldığı təklifi müsbət dəyərləndirib. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Domi Massumu 2024-cü ildən “Qəbələ”də çıxış edirdi. Sol cinah vingeri bu komandanın heyətində geridə qalmış mövsümdə 39 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Domi Jaures Massumu daha öncə vətənində “Otoho d’Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

Qeyd edək ki, Massumu bu yay Azərbaycandan ayrılandan sonra Ermənistana üz tutmuş ikinci legionerdir. Ondan öncə ötən mövsümü “Şamaxı”da keçirmiş braziliyalı müdafiəçi Sezar Enrike də “Alaşkert”lə müqavilə imzalamışdı.

Skaloni: “Messinin fədakarlığı heyrətamizdir”

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsində Avstriyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş bu oyunda argentinalılar 2:0 hesablı qələbəyə seviniblər.

Lionel Skaloni matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandanın kapitanı Lionel Messinin çıxışını yüksək qiymətləndirib. 38 yaşlı hücumçu matçda dubla imza ataraq Argentina yığmasına vaxtından əvvəl 1/16 final mərhələsinə vəsiqə qazandırıb. Skaloni xüsusilə Messinin meydandakı fədakarlığını vurğulayıb:

“Komandamız çətinlik çəkdiyi anlarda belə Leo top qazanmağa, sonadək mübarizə aparmağa davam edirdi. O, rəqib meydanının yarısında topu saxlayır, nə qədər motivasiyalı olduğu açıq şəkildə görünürdü.

Futbolda belə fədakarlığa tez-tez rast gəlmək olmur. Amma Leo hər zaman özünü məhz belə göstərib. Bu, sadəcə heyrətamizdir və biz buna görə çox sevinirik. Düzünü desəm, Messi haqqında daha nə demək olar, bilmirəm”.

Avstriya ilə oyunda vurduğu iki qol sayəsində Messi yalnız komandasına vacib qələbə qazandırmayıb, həm də rəsmi olaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu adına sahib çıxıb.

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik də Argentina ilə matçdakı məğlubiyyəti şərh edib:

“Daha artığına nail ola bilərdik. Amma ümumilikdə oyunumuz planlaşdırdığımız kimi – cəsarətli və aqressiv idi.

İstərdim ki, bir-iki epizodda bir qədər daha cəsarətli davranaydıq və uzaq məsafədən zərbələr endirəydik. Xüsusilə ilk hissədə bunun üçün imkanlar var idi.

Əks-hücumdan ikinci qolu buraxmağımız çox üzücüdür. Lakin ümumilikdə pis çıxış etmədik”.

Çimərlik güləşi millimiz Batumidə 2 medalla 3-cü oldu

İyunun 20-də və 21-də Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 2026-cı il mövsümünün 3-cü mərhələsi keçirilib.

Arena.az xəbər verir ki, milli komandamızın baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında qonşu ölkədə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparıblar.

Onlardan ikisi fəxri kürsüyə qalxıb. Əşrəf Aşırov (90 kq) uğurlu çıxış edərək yarışın qalibi olub. Bununla da həmyerlimiz ilk mərhələdəki nəticəni təkrarlayıb. Xatırladaq ki, Aşırov Vyetnamın Dananq şəhərində keçirilmiş analoji yarışda da çempion olmuşdu. Vüsal Əliyev (80 kq) isə Batumidə bürünc medalı boynundan asıb.

Beləliklə, çimərlik güləşi üzrə millimiz Dünya Seriyasının 3-cü mərhələsində 1 qızıl və 1 bürünc medal qazanmaqla komanda hesabında 55 xal toplayaraq İran (90) və Gürcüstandan (70) sonra üçüncü yeri tutub.

Qeyd edək ki, Dünya Seriyasında I-S dərəcəli hakimimiz Bəşir İsazadə də ədaləti qoruyanlar sırasında olub.

Seyxan Fərəcov “İmişli”yə döndü, İmam Əli “nikah təzələdi”

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” sabiq hücumçusu Seyxan Fərəcov ilə güclənib, həmçinin İmam Əli ilə müqaviləni yeniləyib.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, “İmişli” PFK heyətini yeni futbolçu ilə gücləndirib. Klub 24 yaşlı hücumçu Seyxan Fərəcov ilə 2+1 illik müqavilə bağlayıb. Seyxan son olaraq MOİK-in şərəfini qoruyub.

Seyxan karyerası ərzində “Zirə”, “Şüvəlan”, “Qaradağ Lökbatan” və MOİK klublarında forma geyinib. O, MOİK-ə 2025-ci ilin yayında məhz “İmişli”dən ayrılaraq keçmişdi.

“İmişli” PFK qapıçı İmam Əli ilə müqavilənin də müddətini uzadıb. Gənc qolkiperlə yeni müqavilə 2+1 illikdir. 19 yaşlı qolkiper “İmişli”yə 2025-ci ilin yayında “Neftçi”dən keçmişdi. O, əyalət təmsilçisinin əsas komandasında cəmi 1 matç keçirib və 1 qol buraxıb.

DÇ-2026: Messidən dubl, Argentinadan pley-offa vəsiqə!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Argentina və Avstriya yığmaları üz-üzə gəliblər. Dallasda (Texas, ABŞ) keçirilmiş J qrupunun matçında argentinalılar inamlı qələbəyə seviniblər.

Qolları Argentina yığmasının lideri və kapitani Lionel Messi vurub. O, 38-ci və 90+5-ci dəqiqələrdə fərqlənib.

Bununla da o, dünya çempionatları tarixində 18-ci qolunu vurub və Almaniya yığmasının sabiq forvardı Miroslav Klozeni (16) geridə qoyub.

Messi 9-cu dəqiqədə penaltidən də qol vurmaq fürsəti qazanıb. Amma onun zərbəsi dəqiq alınmayıb.

Beləliklə, hazırda J qrupunda 6 xalı olan Argentina millisi son matçın nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin edib. Avstriya yığmasının 3 xalı varsa, İordaniya və Əlcəzair xal hesabını aça bilməyib.

DÇ-2026
J qrupu
22 iyun

Argentina – Avstriya 2:0
Qollar: Lionel Messi, 38; 90+5.

Növbəti oyunların proqramı:

23 iyun

İ qrupu
01:00. Fransa – İraq
04:00. Norveç – Seneqal

J qrupu
07:00. İordaniya – Əlcəzair

K qrupu
21:00. Portuqaliya – Özbəkistan

“Zirə” – “Torpedo” oyunu bu arenada keçiriləcək

Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Torpedo” (Kutaisi, Gürcüstan) oyununun başlama saatı müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bu komandalar arasında ilk görüş iyulun 8-də “Sumqayıt Arena”da keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya adına stadionda təşkil ediləcək. Bu görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xatırladaq ki, “Zirə” əslində bu mövsüm avrokuboklara vəsiqə qazana bilməmişdi. Amma “Turan Tovuz”un cəzalı duruma düşməsindən sonra Tovuz təmsilçisini məhz “qartallar” əvəzləmişdilər.

“Neftçi” də yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Amma bu yarışa 2-ci təsnifat mərhələsindən qoşulacaq “ağ-qaralar”ın oyunlarının vaxtı hələ elan edilməyib.

“Mançester Yunayted” yeni stadion üçün torpaq sahəsi aldı

İngiltərənin ən köklü klublarından olan “Mançester Yunayted” yeni stadionun inşası üçün nəzərdə tutulmuş torpaq sahəsini mülkiyyətinə keçirib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “qırmızı şeytanlar” hazırkı “Old Trafford” stadionundan təxminən 350 metr şimal-qərbdə yerləşən, sahəsi 25 akr (təxminən 10 hektar) olan ərazini satın alıblar.

“Mançester Yunayted” rəhbərliyinin planına əsasən, yeni arenanın tutumu 100 min azarkeş olacaq. Bu isə stadionu Avropanın ən böyük futbol arenalarından birinə çevirəcək.

Qeyd edək ki, “Old Trafford” stadionu 1910-cu ildə istifadəyə verilib və hazırda 74 mindən bir qədər çox tamaşaçı tutumuna malikdir. Əfsanəvi arena 1966-cı il dünya çempionatının, 1996-cı il Avropa çempionatının oyunlarına, eləcə də “Milan”ın “Yuventus”u məğlub edərək UEFA Çempionlar Liqasının qalibi olduğu 2003-cü il finalına ev sahibliyi edib.

“Qarabağ”ın “Vestri” ilə oyunlarının başlama saatı açıqlandı

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la İslandiyanın “Vestri” komandası arasındakı keçiriləcək oyunların başlama saatları bəlli olub.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bu komandalar arasında ilk görüş iyulun 9-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matça saat 20:00-da start veriləcək.

Cavab qarşılaşması isə iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə yerləşən “Valbjarnarvöllur stadionunda təşkil olunacaq. Görüşə yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 17 iyul, saat 00:00-da) start veriləcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün gümüş mükafatçısı olan “Qarabağ” Avroliqanın ilk təsnifat mərhələsində “Vestri”ni mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi 2-ci təsnifat mərhələsində də ilk oyunu evdə keçirəcək.

“Sabah”ın TNS ilə oyunlarının başlama saatı açıqlandı

UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində “Sabah” ilə TNS arasında keçiriləcək oyunların başlama saatları müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Komandalar arasında ilk görüş iyulun 7-də Masazırda təşkil ediləcək. “Masazır Arena”da baş tutacaq qarşılaşmaya saat 20:00-da start veriləcək.

Cavab oyunu isə iyulun 14-də İngiltərənin Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda təşkil olunacaq. Bu matça Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Xatırladaq ki, bu, 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasının, həm də Azərbaycan Kubokunun qalii olmuş “Sabah”ın tarixində UEFA Çempionlar Liqasındakı debütüdür. Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsində TNS komandasını məğlub edə bilsə, növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Covanni Malaqo İtaliya Futbol Federasiyasının prezidenti seçildi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) italiyalı üzvü Covanni Malaqo İtaliya Futbol Federasiyasının (FIGC) yeni prezidenti vəzifəsinə seçilib.

Arena.az xəbər verir ki, bu barədə FIGC-nin mətbuat xidməti məlumat yayıb.

Yeni prezidentin seçkiləri iyunun 22-də Romada keçirilib. Səsvermənin nəticələrinə əsasən, Malaqo seçicilərin 68,58 faizinin dəstəyini qazanaraq federasiyanın rəhbəri olub. Onun əsas rəqibi Cankarlo Abete isə 29,17 faiz səs toplayıb. Bülletenlərin 2,25 faizi isə boş olub.

Qeyd edək ki, bu ilin aprelində Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsindən ayrılmışdı. Daha əvvəl İtaliya millisinin ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi ölkə futbolunda ciddi narazılığa səbəb olmuşdu.

67 yaşlı Covanni Malaqo 2013-2025-ci illərdə İtaliya Milli Olimpiya Komitəsinin (CONI) prezidenti vəzifəsində çalışıb. O, həmçinin 2026-cı ildə Milan və Kortina-d’Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib. Malaqo 2019-cu ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür.

Talqat Baysufinov Qazaxıstan millisindən ayrıldı

Qazaxıstan Futbol Federasiyası (KFF) bu ölkənin milli komandasının baş məşqçisi olan 57 yaşlı mütəxəssis Talqat Baysufinov ilə yolları ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təcrübəli mütəxəssis milli komandanın baş məşqçisi postunu tərk etmək qərarı verib. Federasiyanın yaydığı açıqlamada Talqat Baysufinovun Qazaxıstan futbolunun inkişafına verdiyi töhfə xüsusi vurğulanıb.

“Qazaxıstan Futbol Federasiyası Talqat Maruanoviçə peşəkarlığına, işinə sədaqətinə və Qazaxıstan millisinin inkişafına verdiyi böyük töhfəyə görə təşəkkür edir, ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayır”, – deyə federasiyanın bəyanatında bildirilir.

Qeyd edək ki, Talqat Baysufinov müxtəlif dövrlərdə bir neçə dəfə Qazaxıstan millisinin baş məşqçisi vəzifəsində çalışıb. O, 2025-ci ilin oktyabrında növbəti dəfə Qazaxıstan yığmasının “sükanı arxasına” keçmişdi. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, bu, 57 yaşlı mütəxəssisin Qazaxıstan millisinə rəhbərlik etdiyi 3-cü dövr olub. O, 2016-2017 və 2020-2022-ci illərdə də yığmanı çalışdırıb.

“Qarabağ” Avstriyaya 25 futbolçu ilə yollandı – Siyahı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriyadakı yay təlim-məşq toplanışına apardığı futbolçuların siyahısı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisinin heyətində 25 futbolçu yer alıb. Onların arasında baş məşqçi Qurban Qurbanovun ötən mövsümün sonunda əsas heyətdən kənarlaşdırdğı Elvin Cəfərquliyev də var:

Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Mateus Koxalski, Martin Zlomisliç, Bilal Hacıyev;

Müdafiəçilər: Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Mateus Silva, Dani Bolt, Jeremi Qnali, Bruno Lanqa, Elvin Cəfərquliyev, Məhəmməd İmaməliyev;

Yarımmüdafiəçilər: Abdullah Zubir, Leandro Andrade, Xoni Montiel, Marko Yankoviç, Pedro Bikalyo, Aleksey Kaşuk, Kadi Borges, Samuel Lobato, Jali Muaddib, Hikmət Cəbrayılzadə, Bəhruz Qurbanlı, Mehdi Mütəllimli, Əli Bəşirov, Məhəmməd-Şahin Abbasov;

Hücumçular: Musa Qurbanlı, Zəkəriyyə Savo, Kamilo Duran.

Qalan bütün futbolçular Ağdam klubunun Tiroldakı düşərgəsində yer alsalar da, yeni transferlərdən olan Martin Zlomisliç Bosniya və Herseqovina yığmasının DÇ-2026-dakı çıxışını başa vurmasından sonra heyətə qoşulacaq.

Xatırladaq ki, “Qarabağ” bu gün yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşüb. Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçirəcək. Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi “Tirol”la qarşılaşacaq (saat 19:00). Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş”la qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

“Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq.

“Malaqa” La Liqaya vəsiqə qazanan sonuncu komanda oldu

İspaniyanın “Malaqa” komandası 2026/2027-ci illər mövsümündən etibarən yenidən İspaniya La Liqasında mübarizə aparmaq hüququ qazanıb.

Arena.az xəbər verir ki, bu gün La Liqaya vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.

Malaqanın eyniadlı təmsilçisi La Liqaya sonuncu vəsiqə uğrunda təşkil edilmiş pley-offun final mərhələsinin cavab oyununda “Almeriya”nı 2:1 hesabı ilə məğlub edib. Komandalar arasında keçirilmiş ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı – 0:0.

Qalib komandanın heyətində Ruisi Rubio Karlos 65-ci, David Larrubiya 71-ci dəqiqədə fərqlənib. “Almeriya”nın yeganə qolunu isə 76-cı dəqiqədə Leo Baptistao vurub.

Bununla da “Malaqa” növbəti mövsümdən La Liqada çıxış etmək hüququ qazanıb.

Xatırladaq ki, daha əvvəl “Rasinq” və “Deportivo” da elitaya vəsiqə əldə etmişdilər.

Öz növbəsində, 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən “Real Ovyedo”, “Jirona” və “Malyorka” La Liqanı tərk ediblər. Bu komandalar növbəti mövsümdə Sequndada mübarizə aparacaqlar.

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri bu gün gənclər və idman naziri Fərid Qayıbov ilə görüş keçiriblər.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Gənclər və İdman Nazirliyinin dəvəti ilə keçirilmiş görüşdə millinin futbolçuları, məşqçi və texniki heyəti iştirak edib.

Söhbət zamanı komandanın 2027-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışı və əldə etdiyi nəticələr müzakirə olunub. Fərid Qayıbov millinin qrup mərhələsində keçirdiyi 6 oyunun 4-də qələbə qazanaraq 12 xalla ikinci yeri tutmasını yüksək nəticə kimi qiymətləndirib.
Nazir komandanın nümayiş etdirdiyi əzmkar mübarizəni və peşəkar yanaşmanı xüsusi vurğulayaraq futbolçuları təbrik edib. O, əldə olunan nəticələrin ölkədə qadın futbolunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib və komanda üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıb. Fərid Qayıbov, həmçinin, UEFA Millətlər Liqasının növbəti mövsümündə millinin daha uğurlu çıxış edəcəyinə inandığını qeyd edib.

Daha sonra AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva ölkədə qadın futbolunun mövcud vəziyyəti, inkişaf istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Millinin baş məşqçisi Siyasət Əsgərov isə komandanın fəaliyyəti, hazırlıq prosesi və qarşıdakı hədəflərlə bağlı fikirlərini bölüşüb.

Görüşün sonunda kapitan Sevinc Cəfərzadə xatirə hədiyyəsi olaraq Azərbaycan millisinin formasını Fərid Qayıbova təqdim edib.

Səmimi və məhsuldar şəraitdə keçən görüş xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.

Misir millisi tarixində ilk dəfə DÇ-də qələbə qazandı

Misir millisi futbol üzrə dünya çempionatları tarixində ilk qələbəsini qazanıb, hücumçusu Məhəmməd Salah isə yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, Afrika təmsilçisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Yeni Zelandiyanı 3:1 hesabı ilə məğlub edərək tarixi uğura imza atıb.

Kanadanın Vankuver şəhərində keçirilmiş qarşılaşmada Yeni Zelandiya hesabı açsa da, misirlilər geridönüş etməyi bacarıblar. Yeni zelandiyalıların heyətində Finn Serman 15-ci dəqiqədə fərqlənib. Misirin qollarını isə Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqe (82) vurublar.

Bu qələbəyədək Misir millisi dünya çempionatlarının final mərhələsində keçirdiyi səkkiz oyunda üç heç-heçə edib və beş dəfə məğlub olmuşdu. Beləliklə, yığma mundial tarixində ilk qələbəsini doqquzuncu matçında əldə edib.

Məhəmməd Salah isə Misir yığmasının yeni rekordçusu olub. Təcrübəli hücumçu Misir millisinin tarixində qol vurmuş ən yaşlı futbolçu adına sahib çıxıb. O,, Yeni Zelandiya ilə matçda 34 yaş 6 günlüyündə qapıya yol tapmaqla Maqdi Abdelqaninin rekordunu geridə qoyub. Abdelqani 1990-cı ildə keçirilmiş Niderland ilə matçda qol vurarkən 30 yaş 320 günlük idi.

Yeni Zelandiya millisi isə dünya çempionatlarında dörd oyundan ibarət məğlubiyyətsiz seriyasını başa vurub. Okeaniya təmsilçisi 2010-cu il mundialında qrup mərhələsində keçirdiyi hər üç oyunda heç-heçə etmişdi.

İki turdan sonra G qrupunda Misir 4 xalla turnir cədvəlinə başçılıq edir. İran və Belçikanın hərəsinin 2 xalı var. Yeni Zelandiya isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Qrup mərhələsinin son turunda Misir İranla, Belçika isə Yeni Zelandiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyulun 19-da başa çatacaq. Dünya çempionatında ilk dəfə 48 komanda iştirak edir. Turnirin son qalibi Argentina millisidir.

Lamin Yamal: “Mən həmişə DÇ-yə düşməyi arzulamışam”

İspaniya millisinin hücumçusu Lamin Yamal dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, ərəblər üzərində qazanılmış 4:0 hesablı qələbədən sonra təəssüratlarını bölüşüb.

18 yaşlı futbolçu komandanın ilk turdakı uğursuzluqdan nəticə çıxardığını və hazırda daha yaxşı vəziyyətdə olduqlarını bildirib.

“Biz oyunun ilk hissəsini keçirib bir qədər dincəlməyi planlaşdırmışdıq, amma əsas məqsəd komandaya kömək etmək idi. İlk oyunda özümüz kimi deyildik, lakin indi formaya düşmüşük və daha artığını etməyə hazırıq.

Hər şey istədiyimiz kimi alındı: üç top fərqi ilə üstünlük qazanmağımız mənə dincəlmək imkanı verdi. Buna görə də hər şey ideal keçdi. Qalib gəlməli olduğunu düşündüyün oyunda heç-heçə etmək xoş deyil. Biz bu barədə çox düşündük və bu matça məhz istədiyimiz şəkildə yanaşdıq”.

Gənc futbolçu dünya çempionatında start heyətində çıxdığı ilk oyunda qol vurmağın onun üçün xüsusi məna daşıdığını vurğulayıb.

“Mən həmişə dünya çempionatına düşməyi arzulamışam. Start heyətində keçirdiyim ilk mundial oyununda qol vurmaq sadəcə bir xəyaldır. Son dünya çempionatını məktəbdə sinif otağında izləyirdim. İndi isə burada, anamın və bütün ailəmin gözü qarşısında qol vurmaq sadəcə möhtəşəm hissdir”.

Yamal “Barselona”nın yetirməsidir və 2023-cü ilin aprel ayından əsas komandada çıxış edir. Gənc futbolçu Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), iki dəfə İspaniya Super Kubokunun qalibi (2025, 2026), bir dəfə isə ölkə kubokunun sahibi (2025) olub.

Lamin Yamal İspaniya millisinin heyətində keçirdiyi 27 oyunda 7 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Kevin Lenini DÇ tarixində unikal rekorda imza atdı

Futbol üzrə Kabo Verde milli komandasının yarımmüdafiəçisi Kevin Lenini dünya çempionatları tarixində unikal rekorda imza atıb.

Arena.az xəbər verir ki, “Krasnodar”ın futbolçusu DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Uruqvaya qarşı keçirdikləri oyunda komandasının mundiallardakı ilk qolunu vuraraq adını tarixə yazdırıb.

21-ci dəqiqədə birbaşa cərimə zərbəsini dəqiq yerinə yetirmiş Kevin Lenini Kabo Verde millisinin dünya çempionatlarındakı ilk qolunun müəllifi olub.

Opta statistik platformasının məlumatına görə, bununla da Kabo Verde mundial tarixində turnirdəki ilk qolunu birbaşa cərimə zərbəsindən vurmiş ilk milli komanda kimi rekorda sahib çıxıb.

Qeyd edək ki, Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edir. Afrika təmsilçisi ilk turda İspaniya ilə qolsuz heç-heçə etmişdi (0:0).

ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyulun 19-da başa çatacaq. Mundial tarixində ilk dəfə 48 komanda turnirdə iştirak edir. Komandalar 12 qrupa bölünüb və hər qrupdan ilk iki yeri tutan yığmalarla yanaşı, ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi də 1/16 finala yüksələcək.

Zümrüd Ağayeva AÇ-də 8 oyuna təyinat aldı

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva 19 yaşadək qadın futbolçular arasında Avropa çempionatına təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Vurğulanır ki, Ağayeva UEFA-dan növbəti təyinat alıb. O, 19 yaşadək qadın futbolçular (U-19) arasında iyunun 27-dən iyulun 10-na qədər Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatının final mərhələsində iş başında olacaq.

Zümrüd Ağayeva turnirin ümumilikdə 8 oyununda UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək. AFFA rəsmisi A qrupunun İsveç – Polşa (27 iyun), Bosniya və Herseqovina – İsveç (30 iyun), Polşa – Bosniya və Herseqovina (3 iyul), B qrupunun isə Avstriya – İslandiya (28 iyun), Avstriya – İsveçrə (1 iyul) və İspaniya – Avstriya (4 iyul) qarşılaşmalarında fəaliyyət göstərəcək.

UEFA qitə birinciliyinin həlledici mərhələlərində də Zümrüd Ağayevaya etimad göstərib. Belə ki, o, iyulun 7-də U-19-ların Avropa çempionatının yarımfinal görüşündə iş başında olacaq. Həmin ayın 10-da isə həmyerlimiz final görüşünün UEFA nümayəndəsi olacaq.

Çimərlik futbolu: Millimiz Latviya, İngiltərə və Slovakiyaya qarşı

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, milli komandamız B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya yığmaları ilə üz-üzə gələcək.

A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar. Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.

Xatırladaq ki, çimərlik futbolu üzrə Avropa çempionatının seçmə mərhələsinin oyunları iyulun 15-17-si aralığında baş tutacaq.

Niko Şlotterbek DÇ-2026 ilə erkən vidalaşdı

Futbol üzrə Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek zədə səbəbindən DÇ-2026-nın qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, 26 yaşlı futbolçunun sol topuq oynağında bağ qırığı aşkarlanıb. Onun bərpa müddətinin minimum səkkiz həftə çəkəcəyi bildirilir.

Niko Şlotterbek zədəni dünya çempionatının qrup mərhələsinin ikinci turunda Kot-d’İvuar millisinə qarşı keçirdikləri matçda alıb. Müdafiəçi görüşün 13-cü dəqiqəsində zədələnsə də, ağrıkəsici preparatların təsiri ilə ilk hissənin sonuna qədər mübarizəni davam etdirib.

Lakin fasilədən sonra Yulian Nagelsmann futbolçunu əvəzləmək məcburiyyətində qalıb. Baş məşqçi ikinci hissənin əvvəlində onun yerinə Antonio Rüdiger meydana çıxıb.

Xatırladaq ki, Toronto şəhərində keçirilmiş bu qarşılaşma Almaniya millisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Buna baxmayaraq, Şlotterbekin aldığı ciddi zədə Almaniya yığması üçün turnirin gedişində ciddi itki hesab olunur.

Almaniya millisi qrup mərhələsinin son turunda iyunun 25-də Ekvador yığması ilə qarşılaşacaq. Bu görüşdə qrupdakı yekun sıralama müəyyənləşəcək.

İran millisi dünya çempionatları tarixinə yeni rekordla düşdü

İran millisi futbol üzrə dünya çempionatları tarixində bir matça çıxmış ən yaşlı start heyətinin rekordunu müəyyənləşdirib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Belçikaya qarşı keçirilən oyunda İran yığmasının start heyətinin orta yaşı 32 il 181 gün təşkil edib.

Bununla da iranlılar mundiallar tarixində yeni rekordun müəllifi olublar.

Maraqlıdır ki, İran millisinin start heyətində meydana çıxmış futbolçulardan yalnız üçü 30 yaşdan aşağı olub. Bunlar müdafiəçi Saleh Hardani (27 yaş 177 gün), hücumçu Məhəmməd Mohebi (27 yaş 183 gün) və yarımmüdafiəçi Səid Ezzətollahi (29 yaş 263 gün) olub.

Bununla yanaşı, əvvəlki rekord 1998-ci ildən Almaniya millisinə məxsus idi. Həmin vaxt almanlar qrup mərhələsində məhz İran yığmasına qarşı oyuna orta yaşı 31 il 334 gün olan heyətlə çıxmışdılar.

Yeri gəlmişkən, İran millisinin futbolçuları Belçika ilə oyundan sonra sülhə çağırış mesajı yayıblar.

Xatırladaq ki, Los-Ancelesdə baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. İran yığmasının futbolçuları matçdan sonra aşağıdakı mesajı paylaşıblar:

“Min illər əvvəlki qədim Farsdan bu günkü sivilizasiyaya qədər İranın ruhu yaşayır və güclü olaraq qalır. Biz Los-Ancelesə qürur hissi ilə gəldik, şərəflə mübarizə apardıq və ləyaqətlə ayrılırıq.

Qonaqpərvərliyinizə görə təşəkkür edirik, Los-Anceles. Həmçinin bu iki oyun ərzində ürəyini, səsini və ruhunu komandaya verən hər bir iranlıya təşəkkür edirik. Qoy bütün xalqlar arasında sülh, qarşılıqlı hörmət və dostluq hökm sürsün”.

Qeyd edək ki, İran millisi qrup mərhələsinin ilk turunda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib. İranlılar son turda, iyunun 27-də Misir yığması ilə qarşılaşacaqlar.

DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi mundial iyulun 19-da başa çatacaq. Turnirin son qalibi isə Argentina millisidir.

“Sabah” Avstriyada bu 3 rəqiblə qarşılaşacaq

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Sabah” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanın ilk rəqibi Rumıniyanın “Universitatya” (Krayova) kollektivi olacaq. Matç iyunun 24-də baş tutacaq.

Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda iyunun 28-də Macarıstanın “Ferentsvaroş” kollektivi ilə üz-üz gələcək. İyulun 2-də isə Ukraynanın “Polesye” kollektivi ilə qarşılaşma nəzərdə tutulub.

Xatırladaq ki, “Sabah” yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında (ÇL) təmsil etməlidir. Paytaxt klubunu ÇL-in birinci təsnifat mərhələsində Uelsin TNS kollektivi ilə görüşlər gözləyir. Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsində TNS komandasını məğlub etsə, növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Fabian Buntiç və Amin Ramazanov “Qarabağ”dan ayrıldılar

Futbol üzrə Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı olan “Qarabağ” qapıçıları – Fabian Buntiç və Amin Ramazanov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub rəhbərliyi Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Amin Ramazanovun isə müqaviləsinin müddəti başa çatıb.

Onlara “Qarabağ”ın uğurları naminə göstərdikləri xidmətlərə görə təşəkkür edilib, hər ikisinə gələcək karyeralarında uğurlar arzulanıb.

Fabian Buntiç 2024-cü ilin yayından “Qarabağ”ın uğurları üçün çalışırdı. 29 yaşlı xorvatiyalı qapıçı bu komandada 22 oyuna çıxıb, 24 qol buraxıb, 9 matçda qapısını toxunulmaz saxlayıb.

Amin Ramazanov isə 2021-ci ildən “Qarabağ”ın sıralaırnda idi. 23 yaşlı qolkiper Ağdam təmsilçisinin əsas komandasında 15 oyun keçirib, 18 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb.

U-17 millimiz Tacikistanla 2 yoxlama oyunu keçirəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) iyunun 23-dən iyulun 2-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, U-17 millimiz toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə 2 yoxlama oyunu keçirəcək.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18:30-da başlanması planlaşdırılır.

Azərbaycan millisinə dəvət edilmiş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

  1. Ülvi Abbaslı – Sumqayıt
  2. Oqtay Mehrəliyev – Qarabağ
  3. Cavidan Babayev – Qarabağ
  4. Ruslan Quliyev – Neftçi
  5. Vaqif Nəbiyev – Qarabağ
  6. Uğur Qurbanlı – Qarabağ
  7. Cihad Sadıqov – Sabah
  8. Roman Fərzəli – Qarabağ
  9. Mehdi Hüseyn – Qarabağ
  10. Rəsul Balakişiyev – Marset (İspaniya)
  11. Nicat Əhmədzadə – Marset (İspaniya)
  12. Vaqif Məmmədli – Sabah
  13. Ömər Fətəliyev – Qarabağ
  14. Əhəd Hacızadə – Qarabağ
  15. Nihad Hüseynzadə – Sabah
  16. Renat Əliyev – Neftçi
  17. Davud Abullayev – Qarabağ
  18. Şikar Şikar – Neftçi
  19. Tunar Bayramov – Qarabağ
  20. Firdovsi Şeydayev – Sabah
  21. Nazim Əliyev – Srvena Zvezda (Serbiya)
  22. Daniil Rəcəbov – Qarabağ
  23. Ruslan Əbilov – Sabah

Rəşad Həsənov “Araz-Naxçıvan”da – Rəsmi

Birinci Liqa təmsilçisi “Cəbrayıl”ın məkrəz müdafiəçisi Rəşad Həsənov bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” 23 yaşlı futbolçu Rəşad Həsənovla anlaşıb. Mərkəz müdafiəçisi yeni mövsümdə Naxçıvan komandasının formasını geyinəcək. Onunla imzalanmış müqavilənin müddəti 1 illikdir.

Rəşad Həsənov daha öncə “Keşlə”, “Şamaxı” və “Zirə-2” komandalarında çıxış edib. 23 yaşlı futbolçu ötən mövsümü Birinci Liqada mübarizə aparan “Cəbrayıl”ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərovla yeni müqavilə imzalamış, Luka Dumançiçi transfer etdiyini açıqlamışdı. Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala isə komandanı tərk ediblər.

Elvin Cəfərquliyev “Qarabağ”la birlikdə Avstriyaya yollandı

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev “Qarabağ”la birlikdə Avstriyaya təlim-məşq toplanışına yollanıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

25 yaşlı cinah müdafiəçisi səfərə yollanmış futbolçular arasında yer alıb.

Xatırladaq ki, Elvin Cəfərquliyev 2025/2026-cı illər mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı. Ağdam təmsilçisi bu üzdən onu transferə çıxarıb. Yəni Cəfərquliyev Avstriyadakı təlim-məşq toplanışına yollansa da, onun hələ də klubdan ayrılmaq ehtimalı var. Amma onun komandada qalması da istisna edilmir.

“Keşlə”nin (indiki “Şamaxı”) yetirməsi olan Cəfərquliyev 2017-ci ildən “Qarabağ”ın sıralarındadır. O, 2019/2020-ci illər mövsümündə “Sumqayıt”da icarə əsasında oynadıqdan sonra – 2019-cu il iyulun 1-də “Qarabağ”la yeni müqavilə bağlayıb.

Elvin indiyə qədər “Qarabağ”ın heyətində 228 oyuna çıxıb, 10 qol və 37 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt”da dəyəri 2 milyon avro göstərilən Cəfərquliyev Azərbaycan milli komandasının heyətində 37 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lamin Yamal və İspaniya millisi DÇ-nin tarixinə düşdü

İspaniya millisinin hücumçusu Lamin Yamal futbol üzrə dünya çempionatları tarixində 19 yaşına çatmamış hesabı açan ikinci futbolçu olub.

Arena.az xəbər verir ki, 18 yaşlı forvard DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunda fərqlənərək adını mundial tarixinə yazdırıb.

Bu göstərici üzrə rekord üçqat dünya çempionu, braziliyalı əfsanə Peleyə məxsusdur. O, 1958-ci ildə keçirilmiş dünya çempionatında 17 yaşında olarkən Uels millisi ilə qarşılaşmada yeganə qolu vuraraq komandasına qələbə qazandırmışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə matç Yamal üçün dünya çempionatlarında ilk dəfə start heyətində meydana çıxdığı oyun olub. O, qrup mərhələsinin ilk turunda Kabo Verde ilə qolsuz bərabərliklə başa çatan görüşdə ikinci hissədə əvəzedici kimi meydana daxil olmuşdu.

Hazırda 18 yaşı olan Yamal “Barselona”nın yetirməsidir və 2023-cü ilin aprel ayından əsas komandada çıxış edir. Gənc futbolçu Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), iki dəfə İspaniya Super Kubokunun qalibi (2025, 2026), bir dəfə isə ölkə kubokunun sahibi (2025) olub.

Lamin Yamal İspaniya millisinin heyətində keçirdiyi 27 oyunda 7 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

İspaniya millisi isə dünya çempionatları tarixində unikal rekorda imza atıb. Son Avropa çempionu buna Səudiyyə Ərəbistanını məğlub etdiyi oyunda nail olub.

İspaniya tarixdə 18 yaşda iki oyunçunun mundial matçında qol vurduğu ilk milli komanda olub.

Lamin Yamal (18 yaş 343 gün) ötən gün 4:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Daha əvvəl Qavi (18 yaş, 110 gün) 2022-ci ildə keçirilmiş turnirdə, Kosta Rika ilə oyunda adını tabloya yazdırmışdı.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunmuş DÇ-2026 iyulun 19-da başa çatacaq.

Zlomisliç: “Qarabağ” ailəsinə qoşulduğum üçün çox xoşbəxtəm”

Futbol üzrə Bosniya və Herseqovina yığmasının qapıçısı Martin Zlomisliç yenicə keçdiyi “Qarabağ” azarkeşlərinə müraciət ünvanlayıb.

Arena.az xəbər verir ki, o, sosial şəbəkə hesablarındakı paylaşımında bunları qeyd edib:

“Salam, əziz “Qarabağ” azarkeşləri. “Qarabağ” ailəsinə qoşulduğum üçün çox xoşbəxtəm. Hazırda milli komandamla birlikdə Dünya Çempionatında iştirak edirəm. Bilirəm ki, “Qarabağ” böyük klubdur və inanılmaz azarkeşlərə sahibdir. Komandaya qoşulacağım və hər birinizlə görüşəcəyim günü səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, “Qarabağ” bosniyalı qapıçını Xorvatiyanın “Riyeka” klubundan 500 min avro müqabilində transfer edib. 27 yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.

“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Zlomisliç 2021-ci ildə “Riyeka”da çıxış edirdi.

Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxmış Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.

Lətif Rzayev “İmişli”yə lazım olmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə hazırlaşan “İmişli” yarımmüdafiəçisi Lətif Rzayev ilə yollarını ayırıb.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Klub “İmişli” üçün göstərdiyi əzm, peşəkarlıq və fədakarlığa görə futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Lətif Rzayev ötən mövsüm “İmişli”yə Premyer Liqada kömək edə bilməyib. Buna onun “Səbail”ə icarəyə verilməsi səbəb olub. 21 yaşlı futbolçunun karyerasını elə “Səbail”də davam etdirməsi gözlənilir.

“İmişli” daha öncə Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə və Orxan Fərəcovla da yollarını ayırmışdı. Tuncay Yusifli və İdris İnqilablı isə əyalət klubu ilə yeni müqaviləyə imza atıblar. Elita təmsilçisi hələ yeni transferlər etməyə tələsmir.

Hossam Hassan: “İstərdim ki, bu nəsil gələcəyini özü müəyyən etsin”

Misir millisinin baş məşqçisi Hossam Hassan dünya çempionatının qrup mərhələsində Yeni Zelandiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutmuş görüşü Misirin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hossam Hassan matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fasilədə futbolçulara dedim ki, qələbə qazanmaq əzmi ilə dolmadan və bizə göstərilən dəstəyə görə qürur hiss etmədən meydana qayıtmayacağıq.

Misir futbol ictimaiyyətinə özünəinam qazanmaq, güclü tərəflərindən istifadə etmək, final mərhələsinə gedən yolu təhlil etmək, eləcə də bu imkanları yaratmağa çalışan əvvəlki nəsillərin zəhmətini qiymətləndirmək üçün zamana ehtiyac var idi”.

Baş məşqçi hazırkı futbolçu nəslinin öz taleyini özü müəyyən etməsini istədiyini də vurğulayıb.

“İstəyirdim ki, bu nəsil öz gələcəyini, öz yolunu özü müəyyən etsin. Biz həmçinin milli çempionatın və ümumilikdə Afrika futbolunun inkişafını davam etdirmək istəyirik”.

Hossam Hassann komandanın lideri Məhəmməd Salahın çıxışına da toxunub:

“Salah meydanda çox çalışdı və bunu bilməlisiniz. Ola bilsin ki, onun təhlükəliliyinə, bacarığına və keyfiyyətlərinə ən uyğun mövqedə oynamasına imkan verən ilk məşqçi mənəm. Biz bir çox məqamlar üzərində işləmişik və əminəm ki, onu hələ dəfələrlə meydanda görəcəyik”.

Yeni Zelandiya millisinin baş məşqçisi Darren Beyzli də oyundan sonra fikirlərini bölüşüb. Mütəxəssis komandasının ilk hissədə yaxşı çıxış etdiyini, lakin ikinci yarıda oyunun tempini itirdiyini bildirib:

“Məyusuq. Birinci hissədə çox yaxşı oynadıq. Topa nəzarətdə üstün idik və çoxlu təhlükəli epizodlar yaratdıq. İkinci hissəyə çıxanda hər şeyin qaydasında olacağını düşünürdüm, amma oyunun tempini tuta bilmədik.

Misir sürətini artırdı və biz ilk hissədə uğurla etdiklərimizi təkrarlaya bilmədik. Nəticədə bu, bizə zərər verdi. Tarixi uğura qədər cəmi bir oyunumuz qalıb. Bilirik ki, indi Belçikanı məğlub etməliyik”.

Vüqar Əsgərli – “İmişli”nin U-19 komandasının yeni baş məşqçisi!

UEFA Pro lisenziyasına malik olan Vüqar Əsgərli “Qarabağ” klubundan ayrılaraq “İmişli”nin U-19 komandasına baş məşqçi təyin edilib.

Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “İmişli” PFK-da növbəti kadr təyinatı həyata keçirilib. Təcrübəli mütəxəssis Vüqar Əsgərli klubun U-19 komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Əsgərli Azərbaycan futbolunda həm peşəkar futbolçu, həm də məşqçi kimi uzun illər fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə “Qarabağ” FK-nın U-15, U-17 və U-19 komandalarına rəhbərlik edib, eləcə də “Şamaxı” FK-nın baş məşqçisi kimi çalışıb. Bundan başqa, o, Azərbaycanın U-19 qadınlardan ibarət milli komandasının baş məşqçisi olub və ölkəmizi UEFA turnirlərində təmsil edib.

Xatırladaq ki, “İmişli” daha öncə Ruhid Usubovu əvəzedicilərdən ibarət komandaya baş məşqçi təyin etdiyini, Rövşən Babayevi isə Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə gətirdiyini açıqlamışdı.

Ruhid Usubov “İmişli”də baş məşqçi təyin edildi

Veteran futbolçu Ruhid Usubov “İmişli” klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə vurğulanır ki, “İmişli” PFK inkişaf strategiyası çərçivəsində mühüm kadr təyinatını həyata keçirib. Təcrübəli mütəxəssis Ruhid Usubov klubun əvəzedici komandasının baş məşqçisi vəzifəsinə təyin olunub. Futbol sahəsində qazandığı təcrübə, peşəkar yanaşması və gənc futbolçularla işləmək bacarığı ilə seçilən Ruhid Usubovun rəhbərliyi altında əvəzedici komandanın daha da inkişaf edəcəyinə inam vurğulanıb.

Xatırladaq ki, Usubov futbolçu karyerası dövründə “MKT-Araz”, “İnter” (indiki “Şamaxı”), MOİK, “Simurq” (Zaqatala), “Qaradağ Lökbatan”, “Mil-Muğan” kimi klubların formasını geyinib. O, futbolçu karyerasını bitirəndən bəri müxtəlif klublarda uşaq komandalarına rəhbərlik edib.

Rövşən Babayev “İmişli”də!

Azərbaycanlı mütəxəssis Rövşən Babayev “İmişli” Peşəkar Futbol Klubunda Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə təyin olunub.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Vurğulanır ki, “İmişli”də gənc futbolçuların inkişafına yönəlmiş fəaliyyətlərin daha da gücləndirilməsi məqsədilə təcrübəli mütəxəssis bu klubun Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə gətirilib.

Uzun illər Azərbaycan futbolunda həm oyunçu, həm də məşqçi kimi fəaliyyət göstərmiş Rövşən Babayev zəngin təcrübəyə malikdir. UEFA “A” kateqoriyalı məşqçi lisenziyasının sahibi olan mütəxəssis müxtəlif yaş qruplarında futbolçuların hazırlanması, akademiya idarəçiliyi və peşəkar komandaların məşqçi korpusunda çalışması ilə seçilib. O, karyerası ərzində “Sabah”, “Simurq”, “İnter”, “Sumqayıt”, “Xəzər” və digər klublarda uğurla fəaliyyət göstərib.

Babayev yeni vəzifəsində “İmişli”nin uşaq və yeniyetmə futbolunun inkişafı, istedadların aşkarlanması, akademiya sisteminin təkmilləşdirilməsi və gənc futbolçuların əsas komandaya inteqrasiyası istiqamətində fəaliyyət göstərəcək.

DÇ-2026: Misir yığmasından inamlı və əzmkar qələbə

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Yeni Zelandiya və Misir yığmaları üz-üzə gəliblər. Vankuverdə (Kanada) keçirilmiş G qrupunun matçında qapılara qapılara 4 qol vurulub. Hesabı Yeni Zelandiyanın açdığı görüşün yekununda Afrika təmsilçisi əzmkar qələbəyə sevinib.

Beləliklə, hazırda G qrupunda Misir yığması 4 xalla vahid liderdir. İran və Belçika yığmalarının 2 xalı var. Yeni Zelandiya yığması isə 1 xalla son pillədə qərarlaşıb.

DÇ-2026
G qrupu
22 iyun

Yeni Zelandiya – Misir 1:3
Qollar: Finn Surman, 15 – Mustafa Ziko, 58. Məhəmməd Salah, 67. Trezeqe, 82.

Marselo Byelsa: “İntensivliyi azaltmamalı idik”

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa DÇ-2026-nın H qrupunun ikinci turunda Kabo Verde yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların məhsuldar keçən görüşündə qalib müəyyənləşməyib – 2:2.

Marselo Byelsa matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının oyunun müəyyən hissələrində nəzarəti itirdiyini və bunun nəticəyə təsir göstərdiyini bildirib:

“Yaxşı müdafiə olunduğumuz zaman oyun bizə üstünlük qazanmağa imkan verirdi. Oyuna nəzarəti itirdiyimiz anlarda isə bu üstünlük rəqiblə müqayisədə azalırdı. Nəticəyə təsir edən əsas amil oyunun intensivliyini azaltmağımız oldu. Bu isə baş verməməli idi”.

Kabo Verde millisinin baş məşqçisi Bubişta isə Uruqvayla heç-heçəni (2:2) yüksək qiymətləndirib və futbolçularının əzmkarlığını xüsusi vurğulayıb:

“Komandamızı və bütün xalqımızı ürəklə oynadığımız bu oyuna görə təbrik etmək istəyirəm. Matçı çox çətin şəraitdə başa vurduq, çünki bir çox futbolçuda artıq qıcolmalar başlamışdı. Buna baxmayaraq, komandamız bütün matç ərzində cəsarətli idi, daim qələbə qazanmağa çalışırdı və bu, bizi çox sevindirir.

Biz bütün futbolçularımıza inanırıq. Həmişə dəyişikliklər edirik və komandamız hər oyuna qələbə qazanmaq istəyi və yaxşı təşkilatlanmış şəkildə çıxır. Bu gün əldə etdiyimiz nəticədən razı qalmalıyıq”.

DÇ-2026: Kabo Verde Uruqvaydan da xal aldı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Uruqvay və Kabo Verde yığmaları üz-üzə gəliblər. Mayamidə (Florida, ABŞ) keçirilmiş H qrupunun matçında qapılara 4 qol vurulsa da, qalib müəyyyənləşməyib. İlk turda İspaniya yığmasından xal almaqla böyük sürprizə imza atış Kabo Verde millisi bu dəfə də Uruqvayı büdrədib.

Beləliklə, hazırda H qrupunda İspaniya millisi 4 xalla vahid liderdir. Uruqvay və Kabo Verde yığmaları hərəyə 2 xal toplayıblar. Səudiyyə Ərəbistanı isə 1 xalla sonuncudur.

DÇ-2026
H qrupu
22 iyun

Uruqvay – Kabo Verde 2:2
Qollar: Maksimiliano Arauxo, 44. Aqustin Kanobbio, 45+6 – Kevin Lenini, 21. Helio Varela, 61.

De la Fuente: “Bu yanaşmadan çox razıyıq”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş oyun İspaniya millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Luis de la Fuente matçdan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini paylaşıb. İspaniyalı mütəxəssis komandasının həm taktiki, həm də fiziki baxımdan yaxşı çıxış etdiyini bildirib:

“Birinci hissəni əla keçirdik, ikinci hissədə də yaxşı oynadıq. Ən vacibi odur ki, bu nəticə bizə tempi qorumağa və qarşıdakı vacib matçlara hazırlaşmağa imkan verir. Uruqvaya qarşı bizi çətin və çox gərgin oyun gözləyir.

Biz bunu futbolçularla müzakirə etdik və hamı eyni fikirdə oldu ki, daha vertikal və daha intensiv futbol oynamalıyıq. Bunu zərbələrimizdə də görmək mümkün idi – ilk dəqiqələrdən rəqibə təzyiq göstərir, onları öz cərimə meydançalarına sıxışdırırdıq. Bu yanaşmadan çox razıyıq, lakin inkişaf etməyə və daha da təkmilləşməyə davam etməliyik.

Yamal artıq indi tam gücü ilə oynamaq üçün ideal formadadır. Oyarzabal barədə nə demək olar? Onun kiçik problemləri var idi – hər şeyi açıqlamaq olmaz, amma o, həmişə yüksək səviyyəli oyun nümayiş etdirir. Əlbəttə, matçın necə inkişaf edəcəyini görməli idik, lakin bugünkü qələbə məqsədimizə doğru atılmış vacib addım oldu”.

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Giorgos Donis isə qarşılaşmadan sonra rəqibin üstünlüyünü etiraf edib.

“Biz öz cərimə meydançamızda İspaniyanı saxlamaq üçün kifayət qədər güclü deyildik. Həddindən artıq çox səhvə yol verdik. Oyun istədiyiniz kimi getməyəndə və çox qısa müddətdə üç qol buraxanda özünüzə inamınızı itirirsiniz. Belə hallar böyük turnirlərdə tez-tez baş verir.

Hamı görür ki, Yamal kimi futbolçular fərdi keyfiyyətləri və təkbətək epizodlardakı bacarıqları ilə oyunun gedişatını dəyişirlər. O, bunu İspaniya millisində də tez-tez edir və fiziki hazırlığı daha da yaxşılaşdıqca, daha effektiv futbolçuya çevriləcək”.

Rudi Qarsiya: “Bizdə hücumda effektivlik çatışmırdı”

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya dünya çempionatının qrup mərhələsində İranla qolsuz heç-heçə etdikləri (0:0) oyunu şərh edib.

Arena.az xatırladır ki, belçikalılar görüşün son 30 dəqiqəsini Natan Nqoyun qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda keçiriblər.

Rudi Qarsiya matçdan sonra jurnalistlərə açıqlamasında növbəti xal itkisinə belə şərh verib:

“Bizə hücumda effektivlik çatışmırdı. Məhz belə bir oyun gözləyirdim: təxminən 70 faiz topa sahib olmaq, çoxlu cinah ötürmələri və zərbələr. Çərçivəyə düşən zərbələrimiz oldu, amma rəqib qapıçını kifayət qədər çətin vəziyyətə sala bilmədik. On nəfərlə oynamaq da bizə müsbət emosiyalar vermədi.

Biz əvvəllər də bu üslubda oynamışıq və adətən ən azı üç qol vurmuşuq. Bu, dünya çempionatına bir qədər ləng start verməyimizin tərkib hissəsidir. Bəzən bir qədər tərəddüdlü görünürdük. Bununla belə, indi Yeni Zelandiya ilə matçda hansı nəticəyə ehtiyacımız olduğunu dəqiq bilirik”.

İran millisinin baş məşqçisi Amir Qalenoy isə Belçika ilə heç-heçəni ədalətli nəticə kimi qiymətləndirib:

“Düşünürəm ki, bu, çox maraqlı və gərgin oyun oldu. Hər iki komanda qələbəyə layiq idi, hər ikisi üç xal qazana bilərdi. Bütün futbolçulara, xüsusilə də qapıçı Əli Beyranvanda səmimi təşəkkürümü bildirmək istəyirəm”, – deyə iranlı mütəxəssis bildirib.

Qalenoy həmçinin turnir zamanı komandasının üzləşdiyi viza məhdudiyyətləri və çətin şəraitlə bağlı FIFA-nı və ABŞ hakimiyyətini ictimai şəkildə tənqid etməyə davam edib.

DÇ-2026: Belçika İranla da bacarmadı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İran və Belçika yığmaları üz-üzə gəliblər. İnqlvudda (Kaliforniya, ABŞ) keçirilmiş G qrupunun matçında qapılara qol vurulmayıb. Komandalar ilk turda olduğu kimi, bu dəfə də 1 xalla kifayətləniblər.

Beləliklə, hazırda G qrupunda həm İran, həm də Belçika yığmasının 2 xalı var. Yeni Zelandiya və Misir yığmaları isə 1 xalla son iki pilləni bölüşürlər. Qrupda hələ qələbə sevinci yaşayan komanda yoxdur.

DÇ-2026
G qrupu
21 iyun

Belçika – İran 0:0

Növbəti oyunların proqramı:

22 iyun

H qrupu
01:00. Uruqvay – Kabo Verde

G qrupu
05:00. Yeni Zelandiya – Misir

J qrupu
21:00. Argentina – Avstriya

Voleybol millimiz Avroliqanı qələbəsiz və xalsız bitrdi

Kişilərdən ibarət voleybol üzrə Azərbaycan milli komandası Avropa Liqasının 2026-cı il mövsümündəki mübarizəsini uğursuz başa vurub.

Arena.az xəbər verir ki, Bakıda keçirilən üçüncü turun son qarşılaşmasında millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib.

Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunmuş oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa Liqasında ümumilikdə altı oyun keçirmiş millimiz Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstan və Portuqaliyaya isə 1:3 hesabı ilə məğlub olub. Beləliklə, komandamız turniri qələbə və xal qazanmadan başa vurub.

Qeyd edək ki, reqlamentə əsasən, yarışda iştirak edən 27 komanda arasında ilk dörd yeri tutan kollektivlər Dördlər Finalına vəsiqə qazanırlar. Turnirin yarımfinal və final oyunları 27 iyun – 12 iyul tarixlərində keçiriləcək.

Avropa Liqası
21 iyun

Azərbaycan – Portuqaliya 1:3 (25:21, 16:25, 12:25, 19:25)

DÇ-2026: İspaniya 3 xalı 4 cavabsız qolla qazandı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gəliblər. Atlantada (Corciya, ABŞ) keçirilmiş H qrupunun matçında ispanlar darmadağına seviniblər. Avropa təmsilçisinin heyətində hesabı Lamin Yamal açıbsa, Mikel Oyarsabal dubla imza atıb. Digər qol isə rəqib futbolçunun topu öz qapısına göndərməsi nəticəsində qeydə alınıb.

Hazırda H qrupunda İspaniya yığması 4 xalla vahid liderdir. Digər komandaların isə hərəyə 1 xalı var.

DÇ-2026
H qrupu
21 iyun

İspaniya – Səudiyyə Ərəbistanı 4:0
Qollar: Lamin Yamal, 10. Mikel Oyarsabal, 21; 24. Hassan Tambakti, 49-öz qapısına.

Martin Zlomisliç “Qarabağ”da – Rəsmi

Xorvatiyanın “Riyeka” klubunun, Bosniya və Herseqovina yığmasının qapıçısı Martin Zlomisliç bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, 2026/2027-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən Ağdam klubu növbəti futbolçu keçidini gerçəkləşdirib. Xorvatiyanın “Riyeka” klubu ilə danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç “Qarabağ”a transfer olunub.

Bosniya və herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper komandasında 23 nömrəli formanı geyinəcək.

Əldə etdiyimiz məlumata görə, “Qarabağ” bu keçid üçün “Riyeka”ya 500 miin avro ödəyib.

“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Zlomisliç 2021-ci ildə “Riyeka”da çıxış edirdi.

Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxmış Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.

Xatırladaq ki, Martin Zlomisliç yay transfer pəncərəsində “Qarabağ”ın beşinci transferidir. Daha əvvəl Jali Muaddib, Zəkəriyyə Savo, Samuel Lobato və Bruno Lanqa Ağdam klubunun heyətinə cəlb edilmişdilər.

Emin Mahmudov və Emil Balayevdən “Neftçi” ilə yeni müqavilə

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi” PFK kapitanları – Emin Mahmudov və Emil Balayevlə müqavilənin müddətlərini uzadıb.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017/2018-ci illər mövsümündən “Neftçi”nin şərəfini qoruyan Emin Mahmudov geridə qalmış 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.

“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/2013 – 2014/2015 və 2023/2024-2025/26 mövsümlərində “Neftçi” ilə birgə olub və 25 rəsmi oyun keçirib.

Xatırladaq ki, “Neftçi” daha öncə Elvin Camalovla da yeni müqavilə imzalandığını açıqlamışdı. Rüfət Abbasov və Qustavo Klismanı heyətinə qatmış paytaxt klubu Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov və Cordan Rezabala ilə də yollarını ayırıb.

Bədavi Hüseynov daha bir il “Qarabağ”da – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan mərkəz müdafiəçisi Bədavi Hüseynov “Qarabağ”la yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, 34 yaşlı müdafiəçi ilə yeni 1 illik sözləşmə imzalanıb. Təcrübəli futbolçunun əvvəlki müqaviləsinin müddəti bu ayın sonunda bitirdi. Amma yeni razılaşmaya əsasən, Bədavi 2027-ci ilin yayına qədər “Qarabağ”ın uğurları üçün çalışmağa davam edəcək.

“Dağdizel”in yetirməsi olan, “Anji” və “Sumqayıt”da da oynamış Bədavi Hüseynov 2012-ci ilin avqust ayından “Qarabağ”da çıxış edir. 33 yaşlı futbolçu Ağdam klubunun heyətində 379 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə verib.

Bədavi “Qarabağ”ın heyətində 11 dəfə Azərbaycan çempionu olub, 5 dəfə Azərbaycan Kubokunu qazanıb.

2012-ci ildən Azərbaycan millisində forma geyinən müdafiəçi 80 oyuna çıxıb, 1 qola imza atıb.

Moriyasu: “Fanatların dəstəyi bizim üçün böyük stimul oldu”

Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu dünya çempionatının qrup mərhələsində Tunis üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, yaponiyalı mütəxəssis komandasının oyuna yaxşı hazırlaşdığını və futbolçuların verilən tapşırıqları uğurla yerinə yetirdiyini bildirib.

“Biz oyuna yaxşı hazırlaşmışdıq və aqressiv futbol nümayiş etdirdik. Hazırlıq prosesi zamanı məşqçilər korpusu nə etməli olduğumuzu dəqiq şəkildə izah etmişdi və bunun sayəsində futbolçular öz potensiallarını tam ortaya qoya bildilər.

Çoxlu sayda yapon azarkeş Monterreyə gəlmişdi, onlar bizimlə birlikdə dövlət himnimizi oxudular və bizi yüksək səslə dəstəklədilər. Onların dəstəyi bizim üçün böyük stimul oldu”, – deyə Moriyasu FIFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Tunis millisinin baş məşqçisi Herve Renar isə Yaponiyaya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra rəqibin üstünlüyünü etiraf edib:

“Belə nəticə ilə barışmaq olmaz. Birinci hissədə topa nəzarət vasitəsilə müdafiədən çıxmaqda tamamilə aciz idik. İkinci hissənin ilk iyirmi dəqiqəsində bunu daha yaxşı bacardıq, lakin daha sonra müdafiədə həddindən artıq yumşaq oynadıq.

Hazırda mənəvi durum baxımından vəziyyət asan deyil. Futbolçular əllərindən gələni etdilər, sadəcə, qarşımızda səviyyə baxımından bizi xeyli üstələyən komanda var idi.

Mübarizəni davam etdirməliyik. Futbolçular üçün bu, asan məqam deyil, çünki artıq turnirlə vidalaşdığımız məlumdur. Buna görə də son matçda ən azı bir qədər qürur nümayiş etdirməliyik”, – deyə fransalı mütəxəssis bildirib.

Qeyd edək ki, turnirin ilk iki oyununda məğlub olan Tunis millisi DÇ-2026-nın pley-off mərhələsinə yüksəlmək şansını vaxtından əvvəl itirib. Yaponiya isə 4 xal toplayaraq 1/16 finala vəsiqəni demək olar ki, təmin edib.

DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəldi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Yaponiya və Tunis yığmaları üz-üzə gəliblər. Monterreydə (Kanada) keçirilmiş F qrupunun matçında yaponlar darmadağına seviniblər. Asiyalıların heyətində Ayase Ueda dubla imza atıb. Digər qolları isə Daiçi Kamada və Junya İto vurublar.

Hazırda F qrupunda Niderland və Yaponiya yığmalarının 4 xalı var. İsveç millisi 3 xalla üçüncü pillədə qərarlaşıb. Xalsız olan Tunis yığması üçün isə sonuncudur.

DÇ-2026
F qrupu
21 iyun

Tunis – Yaponiya 0:4
Qollar: Daiçi Kamada, 4. Ayase Ueda, 31; 83. Junya İto, 69.

Dik Advokat: “Ekvadorla heç-heçə möcüzəyə bərabərdir”

Kurasao milli komandasının baş məşqçisi Dik Advokat DÇ-2026-nın qrup mərhələsində Ekvador yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşündə qalib müəyyənləşməyib və debütant Kurasao yığması mundiallarda ilk xal sevincini yaşayıb.

Dik Advokat matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının göstərdiyi mübarizədən razı qaldığını bildirib:

“Məncə, göstərdiyimiz oyun baxımından bu, həqiqətən də əla matç idi. Oyunun sonunda futbolçuların ayaqlarında yorğunluq hiss olunurdu. Komandamın əzmkarlığına heyranam.

Xoşbəxtlikdən, nəticəni qoruyub saxlaya bildik. Düşünürəm ki, buna layiq idik, çünki bizim də qol vurmaq imkanlarımız oldu. Yaxşı oyun keçirdik. Kurasao üçün Ekvadorla heç-heçə etmək möcüzəyə bərabərdir”.

Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese isə qolsuz bərabərliklə yekunlaşan oyundan sonra nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb.

“Futbolda izahı mümkün olmayan şeylər var. Biz qalib gəlmək istəyirdik, amma bunu bacarmadıq. Buna görə məsuliyyət daşıyan şəxs mənəm. Komandama dedim ki, əgər sonadək mübarizə aparırsınızsa və bütün gücünüzü ortaya qoyursunuzsa, sizə heç bir iradım yoxdur.

Nə qədər ki, şansımız var, sona qədər mübarizə aparacağıq. Biz çox sıx birləşmiş kollektivik, bir ailə kimiyik. Heç kim bunun asan olacağını demirdi. Komanda əldə etdiyindən daha artığına layiq idi və buna görə məsuliyyəti mən daşıyıram”.

DÇ-2026: Kurasao millisindən tarixi heç-heçə

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Ekvador və Kurasao yığmaları üz-üzə gəliblər. Kanzas Sitidə (Missuri, ABŞ) keçirilmiş E qrupunun matçında qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, bu, tarixində ilk dəfə mundiala qatılmış Kurasao yığmasının dünya çempionatlarında ilk heç-heçəsidir.

Xatırladaq ki, bu qrupun digər oyununda Almaniya millisi Kot-d’İvuar yığması üzərində əzmkar qələbəyə sevinib – 2:1.

Hazırda Almaniya yığmasının 6 xalı var və bu komanda növbəti mərhələyə vəsiqəni təmin edib. Kot-d’İvuar milli komandasının 3 xalı var. Ekvador və Kurasao yığmaları isə hərəyə 1 xal toplayıblar.

DÇ-2026
E qrupu
21 iyun

Ekvador – Kurasao 0:0

Nagelsmann: “Bu, uğurumuzun açarıdır”

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann dünya çempionatının qrup mərhələsində Kot-d’İvuara qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Kanadanın Toronto şəhərində keçirilmiş görüşdə almanlar əzmkar qələbəyə seviniblər.

Nagelsmann matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nəticəyə görə çox sevincliyəm. Vacib qalibiyyətə görə futbolçularımı artıq təbrik etdim. Qazandığımız 3 xal çox önəmli idi. Komandamızda yaxşı birlik var. Gördüyümüz kimi, əvəzetmədən oyuna daxil olan futbolçular da komandaya xeyir verə bilirlər. Bu, uğurun açarıdır.

Deniz Undav bu gün iki yüksək səviyyəli qol vurdu. O, anadangəlmə hücumçudur. Hər iki qolu düşünmədən vurdu. O, hara və necə zərbə endirməyi çox yaxşı bilir”.

Almaniyalı mütəxəssis “Ştutqart”ın hücumçusunun qrup mərhələsinin son turunda Ekvadora qarşı matça start heyətində başlama ehtimalının olduğunu da qeyd edib.

“O, öz rolunu əla yerinə yetirir. İndi yenidən onun əsas heyətdə oynayıb-oynamaması ilə bağlı müzakirələr başlayacaq. Amma belə də demək olar: qoy, öz yolu ilə davam etsin”, – deyə baş məşqçi vurğulayıb.

Nagelsmann həmçinin müdafiəçi Niko Şlotterbekin zədəsindən narahatlığını ifadə edib:

“Onun vəziyyəti yaxşı görünmür. Sabah MRT müayinəsindən keçəcək və bundan sonra hər şey aydın olacaq”.

Kot-d’İvuar millisinin baş məşqçisi Emers Fae də komandasının çıxışını dəyərləndirib:

“Bu, qrupda birinci yer uğrunda yüksək səviyyəli qarşılaşma idi. Biz 1:0 hesabı ilə öndə idik və ikinci hissənin əvvəlində üstünlüyə sahib idik. Təəssüf ki, ikinci qolu vura bilmədik. Yaxşı oyun keçirdik, amma bəzi detallar həlledici oldu. Bizə bir qədər təcrübə çatmır. Böyük komandalara qarşı oynayanda buraxılan qoldan heç vaxt sığortalanmırsınız.

Oyunçularımla qürur duyuram. Təəssüf ki, bir neçə real qol vəziyyətini boşa verdik. Lakin Almaniya millisi böyük təcrübəyə malikdir. Oyunun gedişində taktiki cəhətdən müəyyən dəyişikliklər etdilər və üstünlüyü ələ keçirdilər”.

Emers Fae rəqibdən daha ədalətli oyun gözlədiyini də bildirib. O, Almaniyanı qələbə münasibətilə təbrik etsə də, narazılığını gizlətməyib:

“Almaniyanı qələbə münasibətilə təbrik edirəm. Amma mən belə böyük bir ölkədən daha ədalətli oyun gözləyirdim.

Noyer dünya çempionatlarında qapıçılar arasında rekordçu oldu

Almaniya millisinin üzvü Manuel Noyer futbol üzrə dünya çempionatları tarixində qapıçılar arasında ən çox oyun keçirən futbolçu adına sahib çıxıb.

Arena.az xəbər verir ki, 40 yaşlı qolkiper DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Kot-d’İvuar yığmasına qarşı keçirilən matçda meydana çıxmaqla mundiallardakı oyun sayını 21-ə çatdırıb.

Bununla da o, indiyədək bu göstəricidə rekordun sahibi olan Fransa millisinin sabiq qapıçısı Uqo Lyorisi geridə qoyub.

Qeyd edək ki, Noyer 2011-ci ildən Almaniyanın “Bayern” klubunun formasını geyinir. O, Münhen təmsilçisinin heyətində 13 dəfə Almaniya çempionu olub, 7 dəfə ölkə Super Kubokunu, 6 dəfə Almaniya Kubokunu qazanıb. Təcrübəli qapıçı həmçinin iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Manuel Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu adına yiyələnib, 2010-cu il mundialında isə bürünc medal qazanıb.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

DÇ-2026: Almaniya millisi Kot-d’İvuarı çətinliklə yendi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Almaniya və Kot-d’İvuar yığmaları üz-üzə gəliblər. Torontoda (Kanada) keçirilmiş E qrupunun matçında almanlar çətin və əzmkar qələbəyə seviniblər.

Kot-d’İvuar yığmasının heyətində Frank Kessye 30-cu dəqiqədə hesabı açıb. Almanların hər iki qolunu isə matçın son yarım saatında Deniz Undav vurub.

Hazırda Almaniya yığmasının 6 xalı var və bu komanda növbəti mərhələyə vəsiqəni təmin edib. Kot-d’İvuar millisinin isə 3 xalı var. Bu qrupun digər qarşılaşmasında 2 saat sonra Ekvador və Kurasao yığmaları üz-üzə gələcəklər.

DÇ-2026
E qrupu
21 iyun

Almaniya – Kot-d’İvuar 2:1
Qollar: D.Undav, 68; 90+4 – Frank Kessye, 30.

Növbəti oyunların proqramı:

E qrupu
04:00. Ekvador – Kurasao

F qrupu
08:00. Tunis – Yaponiya

H qrupu
20:00. İspaniya – Səudiyyə Ərəbistanı

G qrupu
23:00. Belçika – İran

Ronald Kuman: “Hər oyunda qalib gəlmək istəyirik”

Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının qrup mərhələsində İsveç üzərində qazanılan 5:1 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra bunları söyləyib:

“İlk qolda istəyə biləcəyiniz hər şey var idi. Biz bilirik ki, Brayan Brobbi bunu çox yaxşı bacarır. Hər şey Bart Verbrüggenin topu uğurla dəf etməsi ilə başladı. Daha sonra sürətli əks-hücum təşkil olundu və Brayan yenidən qapı qarşısında peyda oldu. Qapıçının da köməyi ilə bundan daha mükəmməl qol vurmaq çətindir”, – deyə Ronald Kuman Brayan Brobbinin oyunun gedişini necə dəyişdirdiyini qeyd edib.

Narıncılar” üçün bu qələbənin nə dərəcədə vacib olduğu barədə suala Kuman qəti cavab verib:

“Biz hər oyunda qalib gəlmək istəyirik. Bundan əlavə, turnirdə ilk qələbəmizi qazanmaq istəyirdik və bu, komandaya müəyyən rahatlıq verdi”.

Yaponiya ilə oyunda etdiyi əvəzləmələrə görə ünvanına səslənən tənqidlərə Kuman zarafatla münasibət bildirib:

“Bəlkə də, bu dəfə əvəzləmələr əvvəlki matçdakından daha yaxşı alındı”.

Daha sonra o, ciddi şəkildə əlavə edib:

“Bu oyunda təzyiq daha çox idi, çünki qalib gəlməli olduğumuzu bilirdik. Amma heç bir gərginlik hiss etmirdim. İlk oyundan sonra müəyyən işlər gördük. İndi isə hər şeyin qaydasında olduğunu görürsünüz”.

İsveç millisinin baş məşqçisi Qrem Potter isə ağır məğlubiyyətə belə şərh verib:

“Bəzən belə təcrübələr yaşamaq lazımdır. Oyunun bu cür keçəcəyini düşünmürdüm, amma bundan nəticə çıxarmalıyıq. Biz güclü komandaya qarşı oynayırdıq. Onlar hücum edir və cinahlarda bizi üstələyirdilər. İlk qolu uzun ötürmədən sonra buraxdıq və həmin epizodda kifayət qədər yaxşı müdafiə oluna bilmədik”.

Rəşad Sadıqov: “İmtina etsəydik, UEFA bizi cəzalandıracaqdı”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün “Azərsun Arena”da “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, qəsəbə təmsilçisi bu görüşdə 3:4 hesabıyla məğlub olub.

Rəşad Sadıqov matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Düşündüyümdən də səmərəli oyun alındı. Baxmayaraq ki, hazırlığa gec başlamışıq. Əslində isə planlaşdırdığımızdan tez başladıq, iyunun 25-də yığışmağı düşünürdük. Sonra müəyyən səbəblərə görə plan dəyişdi, amma bu oyuna qədər yenə də vaxtımız az idi. Buna baxmayaraq, futbolçularım yüksək peşəkarlıq göstərdilər. Düşünürəm ki, iki 30, bir 45 dəqiqəlik hissədən ibarət səmərəli oyun alındı. Hər bir futbolçu istədiyimiz yükləməni aldı”.

Rəşad Sadıqov Avropa Konfrans Liqasında cəzalanmış “Turan Tovuz”u əvəz etmələrinə də münasibət bildirib:

“Azərbaycan futbolunun azarkeşi olaraq, hamımız üzüldük. Xüsusilə də mən neçə illərdir, “Turan Tovuz”un çempionatımıza dönməsini, yaxşı çıxış etməsini, avrokuboklarda oynamasını istəmişəm. 32 illik həsrət vardı. “Turan Tovuz” avrokuboklara vəsiqə qazananda çox sevinmişdim. Son ana qədər gözlədik. Rəhbərliklə aramızda avrokuboklardan imtina etməklə bağlı söhbət də getdi. Qəti hazır deyildik. Mövsümün sonunda qərar vermişdik ki, yeni heyət quraq, 2-3 ilin heyətini yığaq. Elə də oldu, çoxsaylı futbolçularımız getdi. Rəhbərliklə birgə maraqlandıq. Lakin imtina etsəydik, bizi cəza gözləyirdi”.

Qurban Qurbanov: “Gedənlər yenə olacaq, gələnlər də”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Azərsun Arena”da “Zirə”yə qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandaların yeni mövsümə hazırlıq çərçivəsində baş tutmuş görüşündə Ağdam təmsilçisi 4:3 hesablı qələbəyə sevinib.

Qurban Qurbanov matçdan sonra bunları söyləyib:

“Bizim üçün çox faydalı hazırlıq oyunu alındı. Komandamın bu günə qədərki hazırlığından razı qaldım. Futbolçuların hamısı məsuliyyətlə çalışırdılar. Düzdür, bəzi oyunçuların bu yaxınlarda millidə çıxış etmələri, eyni zamanda zədə səbəbindən heyət tam deyildi. Yeni gələn futbolçular da cəmi 30 dəqiqə meydanda oldular. Birlikdə hələ çox məşq etməmişik. Hər biri barəsində xoş təəssüratlar oldu. Qarşıdakı müddətdə daha yaxşı hazırlıq keçəcəklərinə və komandaya fayda verəcəklərinə inanıram”.

Qurban Qurbanov Ağdam klubunun bu yay üçün transfer çalışmalarına da münasibət bildirib:

“Yavaş-yavaş istədiklərimizi həyata keçiririk. Bəzən düşünmədiyimiz variantlar da olur. İşimizin daha sürətli olmasını istərdim. Vaxtımız var. İnanıram ki, düşündüklərimizi edə biləcəyik. Bu yöndə çox ciddi iş, danışıqlar gedir. İstərdik, transferlər daha tez alınsın. Amma yubana da bilər. Gedənlər də olacaq, gələnlər də. Hər mövqeyə oyunçularla danışıq gedir. Həm müdafiəni, həm orta sahəni, həm də hücumu gücləndirməliyik. Mütləq şəkildə bunu etməliyik”.

DÇ-2026: Niderland İsveçi 5 qolla yendi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Niderland və İsveç yığmaları üz-üzə gəliblər. Hyustonda (Texas, ABŞ) keçirilmiş F qrupunun matçında Niderland yığması darmadağına sevinib.

Niderland millisinin heyətində Brayan Brobbi və Kodi Qakpo dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Antoni Elanqa vurub.

Beləliklə Niderland 4 xalla ilk pilləyə yüksəlib. İsveç yığması 3 xalla ikincidir.

Xatırladaq ki, bu qrupun digər qarşılaşmasında düz bir saat sonra Almaniya millisi Kot-d’İvuar yığmasını sınağa çəkəcək.

DÇ-2026
F qrupu
20 iyun

Niderland – İsveç 5:1
Qollar: Brayan Brobbi, 5; 17. Kodi Qakpo, 47; 54. Krisensio Sammervill, 89 – Antoni Elanqa, 59.

Afonso Moreyra “Bayer”də!

Fransanın “Olimpik” (Lion) klubunun portuqaliyalı cinah hücumçusu Alfonso Moreyra bundan sonra “Bayer”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Keçid Leverkuzen təmsilçisinə 29,5 milyon avro məbləğ müqabilində başa gəlib. Moreyra 2031-ci ilin iyun ayının sonuna qədər müddət ərzində “əczaçılar”ın xidmətində olacaq.

Afonso Moreyra Portuqaliyanın “Sportinq” klubunun yetirməsidir. 21 yaşlı futbolçu ölkəsində “Jil Visente”nin də formasını geyinib. O, Lion “Olimpik”inə 2025-ci ilin iyulunda cəmi 2 milyon avro müqabilində keçmişdi. Gənc futbolçu Fransa klubunun heyətində 37 oyuna çıxıb, 8 qol vurub, 11 məhsuldar ötürmə verib.

Moreyra Portuqaliyanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Qarabağ” – “Zirə” matçında 7 qol

Azərbaycanı 2026/2027-ci illər mövsümündə avrokuboklarda təmsil edəcək “Qarabağ” və “Zirə” komandaları bu gün yoxlama oyunu keçiriblər.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün “Azərsun Arena”nın məşq meydançasında üz-üzə gəliblər.

Matç Ağdam təmsilçisin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. “Köhlən atlar”ın heyətində Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade və Mehdi Mütəllimli fərqləniblər. Bakı klubunda isə Georgi Papunaşvili, Yeqor Boqomolski və Namiq Ələsgərov qol vurublar.

Xatırladaq ki, Ağdam klubu yeni mövsümdə Azərbaycanı Avropa Liqasında, “Zirə” isə Avropa Konfrasns Liqasında təmsil edəcək.

Yoxlama oyunu
20 iyun

Qarabağ – Zirə 4:3
Qollar: Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade, Mehdi Mütəllimli – Georgi Papunaşvili, Yeqor Boqomolski, Namiq Ələsgərov.

“Turan Tovuz” Tural Bayramlı və Sergey Samokla vidalaşdı

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün bürünc mükafatçısı “Turan Tovuz” Tural Bayramlı və Sergey Samokla yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klubla iki futbolçu – Tural Bayramlı və Sergey Samok arasındakı müqavilənin müddəti başa çatıb. Əyalət təmsilçisi futbolçulara göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Tural 2024-cü ildən bu komandada çıxış edirdi. 28 yaşlı yarımmüdafiəçi Tovuz klubunun heyətində 10 oyun keçirsə də, fərqlənə bilməyib.

Samok da 2024-cü ildən bu klubda çıxış edirdi. O, bu komandanın heyətində 32 oyuna çıxıb, 32 qol buraxıb, 12 matçda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, “Turan Tovuz” daha öncə Şəhriyar Əliyev və Filip Ozobiçlə də yollarını ayırmışdı. Gedənlərin əvəzində “Şamaxı”da çıxış edən Dioqo Balau heyətə cəlb edilib.

Elvin Camalov “Neftçi” ilə yeni müqavilə bağladı

Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” dayaq yarımmüdafiəçisi Elvin Camalov ilə müqavilənin müddətini artırıb.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Tərəflər arasında 1+1 illik yeni müqavilə imzalanıb.

Elvin Camalov 2025-ci ilin yanvarında “Sabah”dan “Neftçi”yə keçib. Yarımmüdafiəçi bu müddətdə “ağ-qaralar”ın heyətində 28 rəsmi oyun keçirib, 1 qol vurub.

Camalov 2021-ci ilin yayından “Neftçi”yə keçənə qədər “Sabah”da çıxış edib. O, Daha öncə “Qəbələ” və “Zirə”də də oynayıb. Yarımmüdafiəçi, 2019-cu ilin noyabr ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 21 oyun keçirib. Təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

Xatırladaq ki, “Neftçi” daha öncə Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov və Cordan Rezabala ilə yollarını ayırmışdı. Gedənlərin əvəzində Rüfət Abbasovla Qustavo Klisman heyətə cəlb ediliblər.

Maykon Kleyton “Zirə”də!

Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” heyətini yeni qapıçı – brazilyalı Maykon Kleyton ilə gücləndirib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, brazilyalı qolkiperlə 2 illik müqavilə imzalanıb. 27 yaşlı futbolçunun transferi ilə bağlı digər detallar açıqlanmır.

Maykon Kleyton Braziliyanın “Santa Krus” klubunun yetirməsidir. O, karyerası ərzində “Redd Bull Braqantino”, “Vitoriya”, “Seara” kimi klublarda da çıxış edib. Qapıçı son olaraq Portuqaliyanın “Portimonense” komandasının uğurları üçün çalışıb. O, 2025-ci ilin yanvar ayından formasını geyindiyi bu klubun heyətində 18 oyuna çıxıb, 23 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, “Zirə” daha öncə Amin Seydiyevi də heyətinə qatmışdı. Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə də yeni müqavilə imzalanıb. Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev və Ayron Qomis isə komandanı tərk ediblər.

Manuel Noyer DÇ-2026-dan sonra Almaniya millisindən gedəcək

Almaniya yığmasının qapıçısı Manuel Noyer dünya çempionatından (DÇ-2026) sonra milli komandadakı karyerasını başa vuracağını açıqlayıb.

Arena.az xəbər verir ki, 40 yaşlı qolkiperin sözlərini jurnalist Fabrisio Romano özünün X sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

AÇ-2024-dən sonra Almaniya millisinə dəvət almayan Noyer Şimali Amerikada keçirilən dünya çempionatında iştirak etmək üçün yenidən yığmaya qayıtmışdı.

“Bu, Almaniya millisində mənim son turnirim olacaq. İki ildən sonra keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırmıram.

Mən hər oyunu səbirsizliklə gözləmək və vida, yaxud son matç haqqında düşünməmək istəyirəm”, – deyə Noyer bildirib.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bayern”də çıxış edir. Təcrübəli qolkiper Münhen təmsilçisi ilə 13 dəfə Almaniya çempionu, 7 dəfə ölkə Super Kubokunun, 6 dəfə Almaniya Kubokunun qalibi olub. O, həmçinin iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.

Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub, 2010-cu il mundialında isə bürünc medal qazanıb.

Bundan əvvəl təcrübəli qolkiper dünya çempionatlarının beşində iştirak edən ikinci qapıçı olmuş, həmçinin mundial tarixində qapıçılar arasında keçirilən oyunların sayına görə rekordu təkrarlamışdı.

Ayron Qomis “Zirə”yə lazım olmadı

Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” mərkəz yarımmüdafiəçisi Ayron Qomis ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti başa çatıb. “Zirə” futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Ayron Qomis 2024-cü ilin sentyabrından “Zirə”də oynayırdı. O, ötən mövsüm meydana çıxdığı 35 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Qomisin “Zirə” karyerası 64 oyun, 3 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Əslən Seneqaldan olan fransalı yarımmüdafiəçi Fransanın “Amyen” klubunun yetirməsidir. O, Fransanın digər klubu “Dünkerk”də də çıxış edib. Qomis Türkiyədə “Kasımpaşa”nın, İtaliyada “Salernitana”nın uğurları üçün çalışıb.

“Zirə” daha öncə Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva və Anatoli Nuriyevlə də vidalaşmışdı. Amin Seydiyevi heyətinə qatmış klub Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə də yeni müqavilə bağlayıb.

Qustavo Klisman “Neftçi”də! – Rəsmi

Portuqaliyanın “Santa Klara” klubunun mərkəz yarımmüdafiəçisi Qustavo Klisman bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda artıq “Neftçi” ailəsinin üzvüdür. 26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, yeni komandasında 20 nömrəli formanı geyinəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirmiş Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub. Yarımmüdafiəçi “Eştoril”, “Alverka”, “Portimonense” kimi komandalarda da forma geyinib.

“Neftçi” daha öncə “Şamaxı”dan Rüfət Abbasovu da transfer etmişdi. Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov və Cordan Rezabala isə paytaxt klubunu tərk ediblər.

“Qarabağ” ÇSKA-nı “Tirol”la əvəz etdi

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ” komandasının Avstriyadakı təlim-məşq toplanışının proqramında dəyişiklik edilib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı nəzərdə tutulmuş yoxlama oyunu ləğv olunub. “Köhlən-atlar” bunun əvəzində iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi “Tirol”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.

Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş” ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Serci Roberto “Komo”dan ayrıldı

“Barselona”nın keçmiş kapitanı, ispan yarımmüdafiəçi Serci Roberto 2 ildir formasını geyindiyi İtaliyanın “Komo” komandasından ayrılıb.

Arena.az bu barədə “Komo”nun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər bu yaya qədər olan müqavilənin müddətini uzatmaq istəməyiblər. Klub təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, uğurlar arzulayıb.

Serci Roberto 2024-cü ilin yayında azad agent kimi qoşulduğu “Komo” ilə 2 illik müqavilə bağlamışdı. 34 yaşlı ispan futbolçu bu komandanın heyətində keçirdiyi iki mövsüm ərzində 37 oyuna çıxıb, 1 qol və 1 assist müəllifi olub.

Serci Roberto futbola “Sante-Kreus” klubunda qədəm qoyub, bir müddət sonra Tarraqonanın “Ximnastik” klubuna, oradan isə “Barselona”ya keçib. O, məhz “Barselona”da bir oyunçu kimi püxtələşib, “bluqrana”nın heyətində keçirdiyi 14 il ərzində kapitanlığa qədər yüksəlib.

Roberto “Barselona”nın heyətində ümumilikdə 373 oyuna çıxıb, 19 qol vurub, 43 məhsudar ötürmə verib.

Serci Roberto 2016-cı ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 11 oyun keçirib, 1 qol vurub.

Roberto “Barselona” ilə İspaniya La Liqasının (7 dəfə), İspaniya Kral Kubokunun (6 dəfə), İspaniya Super Kubokunun (5 dəfə), Çempionlar Liqasının (2 dəfə), UEFA Super Kubokunun, FIFA Klub dünya Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 1,4 milyon avro məbləğində qiymətləndirir.

Rodriqo Fernandes “Sabah”da

2025/2026-cı illər mövsümü bitən kimi “Şamaxı”dan ayrılmış Rodriqo Fernandes bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Fernandes yeni klubuna azad agent kimi qoşulub.

Xatırladaq ki, tam adı Rodriqo Fransisko Fernandes olan portuqaliyalı dayaq yarımmüdafiəçisi “Şamaxı”ya bu ilin mart ayında azad agent kimi cəlb edilmişdi. 25 yaşlı oyunçu əyalət klubunun heyətində cəmi 5 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Rodriqo Fransisko Fernandes Lissabon “Sportinq”inin yetirməsidir. 2021-ci ildə “Portu”ya üz tutmuş futbolçu 2025-ci ilin yayına kimi bu klubun B komandasının formasını geyinib.

Rodriqo Fernandes Portuqaliyanın U-16, U-17, U-18 və U-19 yığmalarında oynasa da, sonradan milliyə dəvət almayıb.

Kukseviç: “Cəsarətli və əzmkar olmaq lazımdır”

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yevgeni Kukseviç Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, dünya çempionatının (DÇ-2028) əsas mərhələsinin püşkü komandamızı Çexiya və Latviya yığmaları ilə bir qrupa saldı.

Ev-səfər prinsipi ilə keçiriləcək matçların nəticəsinə uyğun olaraq, qrup mərhələsini ilk iki pillədə başa vuracaq komandalar mübarizəni davam etdirəcəklər. Təbii ki, millimiz də iddialıdır və vəsiqə qazanmaq üçün yarışacaq.

Yevgeni Kukseviç 12-ci qrupu belə dəyərləndirib:

“Yaxşı komandalarla bir qrupda yer almışıq. Çexiya ənənəvi olaraq hər zaman yaxşı səviyyədə olur. Onlar daim yüksək yerlər və böyük turnirlərə qatılmaq üçün mübarizə aparırlar. Latviya yığması da son illərdə inkişafdadır. Avropa çempionatının final mərhələsində iştirak ediblər, hətta əsas rəqiblərdən birini də məğlub etmişdilər. Bu onu göstərir ki, bizi iki güclü və mübariz komanda ilə oyunlar gözləyir. Ancaq nəticə qazanmaq mümkündür. Bizim də yaxşı komandamız var. Sadəcə düzgün hazırlıq keçməli, rəqiblərə qarşı həvəslə oynamalıyıq. Ümumiyyətlə, pley-off oyunlarına vəsiqə qazanmaq üçün cəsarətli və əzmkar olmaq lazımdır”.

Caner Erkin karyerasını başa vurdu

2026-cı ilin əvvəlindən klubsuz olan futbol üzrə Türkiyə milli komandasının keçmiş sol cinah müdafiəçisi Caner Erkin peşəkar karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 37 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Xatırladaq ki, Caner Erkin “Manisaspor”un yetirməsidir. Müdafiəçi Türkiyədə “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Fatih Karagümrük”, “Başakşəhər”, “Eyüpspor” kimi klubların da şərəfini qoruyub. O, Rusiyada ÇSKA (Moskva), İtaliyada “İnter” kimi klublarda legioner həyatı da yaşayıb. Canerin sonuncu klubu “Sakaryaspor” olub. O, bu ilin fevralında sözügedən klubu tərk edəndən bəri işsiz idi.

Caner 2006-2021-ci illər aralığında formasını geyindiyi Türkiyə yığmasının heyətində 63 matç keçirib, 2 qol vurub.

Türkiyəli futbolçu ÇSKA ilə 3 dəfə Rusiya Kubokunu qazanıb. O, bir dəfə “Beşiktaş”la, iki dəfə “Fənərbağça” ilə Türkiyə çempionu olub. “Fənər”in heyətində iki dəfə Türkiyə Kubokunu qazanmış futbolçu bir dəfə bu komanda ilə Super Kubok sevinci də yaşayıb.

Montella: “Belə matçlara adətən 50 oyundan bir rast gəlinir”

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella dünya çempionatının qrup mərhələsi çərçivəsində Paraqvaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində üz-üzə gəlmiş komandaların görüşü Türkiyə millisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Montella Türkiyənin mərhələ adlamaq şanslarını itirdiyi görüşdən sonra bunları söyləyib:

“Çox, çox üzgünəm. Xalqımızın böyük gözləntiləri var idi. Bizim özümüzün də böyük gözləntilərimiz vardı. Türkiyə Futbol Federasiyası adından da çox məyusam. Onların nə qədər əziyyət çəkdiyini bilirəm.

Mən artıq 35 ildir peşəkar futbolun içindəyəm. Adətən belə matçlara 50 oyundan bir rast gəlinir. Amma bunun ardıcıl iki oyunda baş verməsi həqiqətən təəccüblüdür.

Son iki oyunda ümumilikdə 65 zərbə vurmuşuq. Hələ topa sahibolma faizindən danışmıram belə. Taleyin bu dəfə bizim tərəfimizdə olmadığını düşünürəm.

Futbolçularıma dedim ki, onlar meydanda hər şeylərini ortaya qoyublar və başlarını dik tutmalıdırlar. Qismətdən artıq yol yoxdur”.

Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro da oyundan sonra açıqlama verib. O, 1:0 hesabı ilə qalib gəldikləri matç haqqında fikirlərini bölüşüb:

“Bu görüşdə əlimizdən gələni etməli idik. Oyunçular məşqçilik karyeramın ən yaxşı günlərindən birini mənə yaşatdılar. Kimsə sizə “Paraqvay öldü” desə, şübhə edin. Dərhal inanmayın. Ən pis məğlubiyyət özünüzə olan inamı itirməkdir”.

Yan Paul van Hekke rəsmən “Tottenhem”də!

Niderland millisinin və İngiltərənin “Brayton” klubunun mərkəz müdafiəçisi Yan Paul van Hekke bundan sonra “Tottenhem”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Tottenhem”in rəsmi saytına istinadən xəbər verir.

26 yaşlı futbolçu London təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb. Klub transferin maliyyə detallarını açıqlamasa da, “Tottenhem”in bu keçid üçün “Brayton”a 60 milyon avro ödədiyi iddia edilir.

Bundan əlavə, tərəflər arasında bağlanan razılaşmaya əsasən, “Brayton” futbolçunun gələcəkdə mümkün satışından əldə olunacaq məbləğin 20 faizini alacaq.

Xatırladaq ki, van Hekke 2020-ci ilin sentyabrında Niderlandın “NAC Breda” klubundan “Brayton”a transfer olunmuşdu. Müdafiəçi 2025/26 mövsümündə komandasının əsas fiqurlarından biri olub. O, bütün turnirlərdə 40 oyunda meydana çıxaraq 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Niderlandlı müdafiəçinin “Brayton” karyerası bütövlükdə 131 oyun, 4 qol və 6 məhsuldar ötürmədən ibarətdir.

Van Hekke karyerası ərzində “Bləkbörn Rovers”, “Herenven, “NAC Breda” kimi klubların da şərəfini qoruyub.

Yan Paul van Hekke 2024-cü ildə debüt etdiyi Niderland millisinni heyətində 13 oyun keçirib, 1 məhsuldar ötürmə verib. O, hazırda milli komandanın heyətində DÇ-2026-da iştirak edir.

DÇ-2026: Türkiyə yenə uduzdu, qrupda qaldı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Türkiyə və Paraqvay yığmaları üz-üzə gəliblər. Santa Klarada (Kanada) keçirilmiş D qrupunun matçında Paraqvay yığması yeganə qolla qələbə qazanıb. Matias Qalarsa 2-ci dəqiqədə vurduğu qolla Türkiyə millisini məyus edib.

Xatırladaq ki, bu qrupun digər qarşılaşmasında ABŞ millisi Avstraliya yığmasını 2:0 hesabıyla məğlub etmişdi.

Beləliklə, 2 turdan sonra ABŞ yığması 6 xalla qrup lideridir və növbəti mərhələyə vəsiqəni təmin edib. Avstraliya və Paraqvay yığmalarının hərəyə 3 xalı var. Xalsız və sonuncu olan Türkiyə millisinin isə qrupdan çıxa bilməyəcəyi artıq dəqiqdir.

DÇ-2026
D qrupu
20 iyun

Türkiyə – Paraqvay 0:1
Qol: Matias Qalarsa, 2.

Növbəti oyunların proqramı:

F qrupu
21:00. Niderland – İsveç
00:00. Almaniya – Kot-d’İvuar

Ançelotti: “İstənilən komandaya qarşı rəqabət apara bilərik”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünya çempionatının qrup mərhələsi çərçivəsində Haitiyə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşmış bu komandaların görüşü Braziliya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ançelotti matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:Ə

“Bu, bütöv və keyfiyyətli oyun oldu. Birinci hissədə daha yaxşı çıxış etdik, hücumda daha effektiv idik. İkinci hissədə isə oyuna daha çox nəzarət etdik. Bununla belə, kifayət qədər qol epizodlarımız var idi və daha çox qol vura bilərdik. Bu, yaxşı oyun idi.

Biz Vinisius Junioru mərkəzdə oynatdıq, Duqlas Santos isə cinahda qaldı və Vinisius bu rolda özünü əla tərəfdən göstərdi. Vini təkcə birəbir vəziyyətlərdə təhlükəli deyil. O, yarımmüdafiənin dərinliyindən də hücumlara təhlükə yarada bilir. Mövqelərini dəyişə bilər və digər futbolçular da buna uyğunlaşırlar.

Sağ cinahda isə Rafinya və Rayan Fransisko ilə sabitliyimizi qoruyuruq, çünki istəyirik ki, Danilo bir qədər geridə oynasın.

Biz pley-off mərhələsi haqqında düşünmürük. Hazırda məqsədimiz Şotlandiyaya qarşı oyunda daha yaxşı çıxış etmək, qalib gəlmək və mümkün olsa, qrupda birinci yeri tutmaqdır. Şotlandiyanın özünəməxsus xüsusiyyətləri var və Mərakeşlə oyunda olduğu kimi problemlər yarada bilər. Vacib olan sakitliyi, soyuqqanlılığı qorumaq və işləməyə davam etməkdir.

Bütün oyunlar çətindir. Braziliya Futbol Konfederasiyasında inanırıq ki, istənilən komandaya qarşı rəqabət apara bilərik. Buraya həm Haiti, həm də Fransa daxildir.

Sabah Neymar fərdi məşqlər edəcək, bazar günü isə ümumi qrupla çalışmalara qayıdacaq. Bundan sonra o, Şotlandiya ilə oyun üçün heyətə daxil ediləcək”.

Haiti millisinin baş məşqçisi Sebastyen Minye isə uduzduqları qarşılaşmanı şərh edib:

“Braziliya millisi ilə qarşılaşmağımız bəxtsizlik idi. Sonuncu dəfə dünya çempionatında iştirak etməyimizdən 52 il keçib və bunu nəzərə almalıyıq. Futbolçularımız da burada olmağa layiq olduqlarının fərqindədirlər. Çox yaxşı oyun planımız var idi, lakin ilk su fasiləsindən sonra etdiyimiz səhvlər və top itkiləri bizə baha başa gəldi”.

DÇ-2026: Braziliyadan Haitiyə 3 cavabsız qol

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Braziliya və Haiti yığmaları üz-üzə gəliblər. Filadelfiyada (Pensilvaniya, ABŞ) keçirilmiş C qrupunun matçında Cənubi Amerika təmsilçisi darmadağına sevinib. Mateus Kunyanın dubla imza atdığı görüşdə digər qolu Vinisius Junior vurub.

Xatırladaq ki, bu qrupun digər qarşılaşmasında Mərakeş millisi Şotlandiya yığmasını tək qolla üstələmişdi.

Beləliklə, 2 turdan sonra Braziliya və Mərakeş yığmalarının hərəyə 4 xalı var. Şotlandiya 3 xalla üçüncüdür. Xalsız olan Haiti millisi isə sonuncudur.

DÇ-2026
C qrupu
20 iyun

Braziliya – Haiti 3:0
Qollar: Mateus Kunya, 23; 36. Vinisius Junior, 45+3.

Növbəti oyunların proqramı:

D qrupu
07:00. Türkiyə – Paraqvay

F qrupu
21:00. Niderland – İsveç
00:00. Almaniya – Kot-d’İvuar

Stiv Klark: “Məyusuq, amma hələ bir şansımız var”

Şotlandiya millisinin baş məşqçisi Stiv Klark dünya çempionatının qrup mərhələsi çərçivəsində Mərakeşə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində üz-üzə gəlmiş bu komandaların oyunu Mərakeş millisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Stiv Klark matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının məğlubiyyətinə belə şərh verib:

“Düşünürdük ki, istədiyimiz nəticəni əldə edə biləcəyik. Oyuna çox pis başladıq. Qarşılaşmaya uyğunlaşmaq üçün ilk beş-on dəqiqəni tab gətirməli olduq. Bundan sonra isə rəqibə problem yarada biləcəyimizi göstərdik.

Təəssüf ki, hesabı dəyişə biləcək yeganə açıq qol epizodundan yararlana bilmədik. Həmin qol bizə ən azı bir xal qazandıra bilərdi.

Bu komanda uzun illərdir xarakter və dözümlülük nümayiş etdirir. Biz məyusuq, amma hələ bir şansımız var.

Hamı Skott Maktmineylə bağlı epizodu müzakirə edir. Mən Con Makqinnlə bağlı vəziyyətə baxdım – bu, 50-yə 50 epizod idi. Bəzi hakimlər penalti təyin edərdi, bəziləri isə yox. Bəzən VAR sistemi də müdaxilə edir.

Bu komanda yenidən ayağa qalxmağa hazırdır. Biz buraya indiyədək heç bir Şotlandiya komandasının bacarmadığını etmək üçün gəlmişik. Bu gün əlimizdən gələni etdik və yenə də bunu etməyə çalışacağıq”.

Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uahbi isə Şotlandiya üzərində qazanılan qələbədən sonra komandasının çıxışını yüksək qiymətləndirib:

“Bu, əla oyun idi. Ümid edirəm ki, eyni ruhda davam edəcəyik”.

Mütəxəssis bildirib ki, “Atlas şirləri” sürəti azaltmaq fikrində deyil və komanda bundan sonra da əzmlə çalışmağa davam edəcək.

“Abde Ezzalzuli (Saybari) iki qol vurdu və ümid edirəm ki, bu cür davam edəcəyik”.

Komandanın birliyini necə qoruduğu ilə bağlı suala isə Uahbi təvazökarlıqla cavab verib:

“Komanda onsuz da vahid kollektiv idi. Mən və köməkçilərim sadəcə heyətə gənc futbolçular əlavə etdik”.

Baş məşqçi həmçinin bu komandanın bir hissəsi olmaqdan qürur duyduğunu bildirib.

DÇ-2026: Mərakeş Şotlandiyanı tək qolla yendi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Şotlandiya və Mərakeş yığmaları üz-üzə gəliblər. Foksboroda (Massaçusets, ABŞ) keçirilmiş C qrupunun matçında Mərakeş tək qolla qalib gəliblər. Qalib komandaya qələbəni gətirən qolu 2-ci dəqiqədə İsmael Saybari vurub.

Qeyd edək ki, bu qrupun digər qarşılaşmasında saat 04:30-da Braziliya Haiti ilə üz-üzə gələcək.

DÇ-2026
C qrupu
20 iyun

Şotlandiya – Mərakeş 0:1
Qol: İsmael Saybari, 2.

Növbəti oyunların proqramı:

C qrupu
04:30. Braziliya – Haiti

D qrupu
07:00. Türkiyə – Paraqvay

F qrupu
21:00. Niderland – İsveç
00:00. Almaniya – Kot-d’İvuar

Poçettino: “Bu, fantastik oyun idi”

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino dünya çempionatının qrup mərhələsi çərçivəsində Avstraliyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində üz-üzə gəlmiş bu komandaların oyunu ABŞ millisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Bu nəticə sayəsində ABŞ yığması vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanıb.

Poçettino matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, fantastik oyun və çox yaxşı keçən ilk hissə idi. Düşünürəm ki, meydanda üstün tərəf biz idik.

Çox çətin matç gözləyirdim, xüsusilə də dekabr ayında onlarla heç-heçə etdiyimizi nəzərə alsaq. Azarkeşlərimiz adına çox sevinirəm.

Kristian Pulişic zədə səbəbindən oynaya bilmədi. Amma turniri qazanmaq istəyiriksə, bizə bütün komanda lazımdır”.

Avstraliya millisinin baş məşqçisi Toni Popovic də oyundan sonra komandasının çıxışını dəyərləndirib:

“Bilmirəm, bəlkə də səbəb mövcud vəziyyət idi, amma biz ləng və çevik olmayan təsir bağışlayırdıq.

Rəqib daha sürətli, daha güclü idi, bütün ikili mübarizələri və ikinci topları qazanırdı. Belə olduqda oyunun tempini tutmaq çox çətinləşir və nəticədə iki asan qol buraxdıq.

Hesab edirəm ki, ikinci hissədə komandamız çox yaxşı reaksiya verdi. Azarkeşlərin yaratdığı böyük təzyiq və səs-küy fonunda futbolçular ikinci hissədə nəyə qadir olduqlarını göstərdilər”.

DÇ-2026: ABŞ ardıcıl ikinci qələbəsini qazandı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində ABŞ və Avstraliya yığmaları üz-üzə gəliblər. Sietldə (Vaşinqton, ABŞ) keçirilmiş D qrupunun matçında meydan sahibləri inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, bu qrupun digər oyununda Türkiyə millisi Paraqvay yığması ilə qarşılaşacaq. Bu görüşə Bakı vaxtı ilə saat 07:00-da start veriləcək.

DÇ-2026
A qrupu
19 iyun

ABŞ – Avstraliya 2:0
Qollar: Kameron Burgess, 11-öz qapısına. Aleksander Friman, 43.

Növbəti oyunların proqramı:

C qrupu
02:00. Şotlandiya – Mərakeş
04:30. Braziliya – Haiti

D qrupu
07:00. Türkiyə – Paraqvay

F qrupu
21:00. Niderland – İsveç
00:00. Almaniya – Kot-d’İvuar

Vedat Muriqi yenidən “Fənərbağça”da

Kosovo millisinin və İspaniyanın “Malyorka” klubunun hücumçusu Vedat Muriqi bundan sonra “Fənərbağça”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

İstanbul təmsilçisi bu keçid üçün La Liqanı tərk etmiş “Malyorka”ya 15,5 milyon avro ödəyib. 32 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Vedat Muriqi 2022-ci ildən “Malyorka”da çıxış edirdi. Təcrübəli hücumçu bu komandanın heyətində 155 oyuna çıxıb, 58 qol və 12 assist müəllifi olub. “Malyorka”nın kosovolu hücumçusu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi vardı.

Muriqi daha öncə də “Fənərbağça”nın formasını geyinib. O, 2019/2020-ci illər mövsümündə İstanbul klubunun heyətində 36 oyuna 17 qol vurub, 7 məhsuldar ötürmə verib.

Kosovolu futbolçu Türkiyənin “Girəsunspor”, “Gənclərbirliyi”, “Rizəspor” klublarında da çıxış edib. O, “Latsio”, “Teuta”, “Besa” və “Liriya”da da forma geyinib.

Kosovo yığmasında 68 oyuna çıxmış hücumçu, 32 qola imza atıb, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı hücumçunun transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.

“Nant” yenidən erməni baş məşqçiyə tapşırıldı

Fransanın “Nant” klubunun rəhbərliyi 63 yaşlı erməni mütəxəssis Mişel Ter-Zakaryanı “sarıbülbüllər”in baş məşqçisi vəzifəsinə təyin edib.

Arena.az xəbər verir ki, tərəflər 2 illik müqavilə imzalayıblar.

Xatırldaq ki, Ter-Zakaryan əvvəllər, 2006-cı ildə “Nant”ın “B” komandasını, sonralar isə 2007–2008-ci və 2012–2016-cı illərdə “sarıbüllbüllər”in əsas komandasını çalışdırıb.

Erməni mütəxəssis karyerası ərzində “Monpelye”, “Klermon”, “Reyms”, “Brest” və “Kan” kimi komandaları da çalışdırıb.

“Nant” ötən mövsüm Fransa Liqa 1-də 34 oyuna topladığı 24 xalla 18 iştirakçı arasında 17-ci yeri tutub və elitanı tərk edib. Komanda 34 oyunda cəmi 5 qələbə qazanıb, 9 heç-heçə edib, 20 məğlubiyyətə üzülüb. Bu üzdən də sözügedən kollektiv növbəti mövsümdə Liqa 2-də yarışacaq və yenidən elitaya qayıtmağa çalışacaq.

Jeremi Boqa “Yuventus”da qaldı – Rəsmi

Fransanın “Nitsa” klubunun hücumameyilli yarımmüdafiəçisi Jeremi Boqa tamhüquqlu əsasda İtaliya nəhəngi “Yuvnetus”a keçib.

Arena.az xəbər verir ki, keçid İtaliya klubuna 4,8 milyon avro məbləğ müqabilində başa gəlib.

Tərəflər 3 illik (2029-cu ilin 30 iyununadək) müqaviləyə imza atıblar.

Xatırladaq ki, Boqa ötən mövsümün ikinci yarısını icarə müqaviləsi əsasında məhz “Yuventus”un heyətində keçirib. O, Turin klubunun forması ilə meydana çıxdığı 17 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Futbol üzrə Kot-d’İvuar milli futbol komandasının da üzvü olan Boqa karyerası ərzində “Çelsi”, “Renn”, “Qranada”, “Birmingem Siti”, “Sassuolo”, “Atalanta”, “Nitsa” kimi klubların da formasını geyinib.

Boqa vaxtilə Fransanın U-19 yığmasında forma geyinsə də, 2017-ci ildə Kot-d’İvuar milli komandasında debüt edib. O, bu ölkənin yığmasında 24 oyuna çıxıb, 1 qol vurub.

Voleybol yığmalarımızdan bir qələbə, bir məğlubiyyət

Azərbaycanın voleybol üzrə kişilərdən və qadınlardan ibarət milli komandaları bu gün Avropa Liqasının cari mövsümdnə növbəti oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, kişi voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil edilmiş üçüncü tur çərçivəsində Macarıstan yığması ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandamız növbəti oyununu iyunun 21-də Portuqaliya yığmasına qarşı keçirəcək. Sabah isə Portuqaliya və Macarıstan kollektivləri üz-üzə gələcəklər.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi isə Şimali Makedoniyada təşkil edilmiş üçüncü tur çərçivəsində İsrail yığması ilə qarşılaşıb. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz növbəti oyununu sabah İsveçrə yığmasına qarşı keçirəcək.

Avropa Liqası
19 iyun

Kişilər

Macarıstan – Azərbaycan 3:1 (25:19, 22:25, 29:27, 25:16)

Qadınlar

Azərbaycan – İsrail 3:0 (25:20, 25:19, 25:20)

Kurasao millisi Ginnesin Rekordlar Kitabına düşdü!

Kurasao millisi futbol üzrə dünya çempionatında (DÇ-2026) iştirak edən ən az əhaliyə malik ölkə kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Arena.az xəbər verir ki, sözügedən komanda “Ginnesin Rekordlar Kitabı”nın mətbuat xidməti tərəfindən rekordçu elan olunub.

Karib dənizində yerləşən və Niderland Krallğının tərkibinə daxil olan Kurasaonun əhalisi cəmi 156 min nəfərdir.

Kurasao yığması dünya çempionatları tarixində ilk oyununu iyunun 14-də keçirib. Debüt matçında komanda Almaniya millisinə 1:7 hesabı ilə məğlub olub.

Kurasao 2010-cu ilə qədər Niderland Antillesnin tərkibində olub. Həmin ildən sonra ada Niderland Krallığının tərkibində muxtar dövlət statusu qazanıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.

Komandalar 12 qrupa bölünüblər. Hər qrupdan ilk iki yeri tutan yığmalar, həmçinin ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi pley-off mərhələsinə vəsiqə qazanacaq.

Kurasao millisi E qrupunda Almaniya, Kot-d’İvuar və Ekvadorla mübarizə aparır. Sözügedən komanda növbəti oyununu iyunun 21-də Ekvadora qarşı keçirəcək.

Olivye Pantalon – “Nitsa”nın yeni baş məşqçisi!

Fransalı futbol mütəxəssisi Olivye Pantalon Fransa Liqa 1-də mübarizə aparan “Nitsa” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Nitsa” rəhbərliyi bir gün öncə istefaya göndərdiyi Klod Pyuelə əvəzləyicini dərhal müəyyənləşdirib. Belə ki, bundan sonra “qartallar”a digər fransalı mütəxəssis Pantalon rəhbərlik edəcək. 59 yaşlı mütəxəssislə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Olivye Pantalon daha öncə “Ayaçço”, “Tur”, “Loryan” kimi komandalara da rəhbərlik edib.

Klod Pyuel isə “Nitsa”nın sükanı arxasına 2025-ci ilin dekabr ayında gətirilmişdi. 64 taşlı mütəxəssis bu komandanı 27 oyuna çıxarıb, 8 qələbə, 10 heç-heçə və 9 məğlubiyyət görüb.

“Nitsa” Pyuelin rəhbərliyi altında Liqa 1-in 2025/2026-cı illər mövsümünü 16-cı pillədə başa vurub. Komanda elitada qalmaq üçün “Sent Etyen”lə pley-off görüşləri keçirmək məcburiyyətində qalıb. Bu vəzifənin öhdəsindən çətinliklə gəlmiş komanda Liqa 1-də qalıb.

Klod Pyuel daha öncə “Sent Etyen”, “Lester Siti”, “Sauthempton”, Lion “Olimpik”i, “Lill” və “Monako” kimi komandalara da rəhbərlik edib. O, 2012-2016-cı illər aralığında da “Nitsa”nın baş məşqçisi olub.

Yeri gəlmişkən, “Nitsa”nın yeni prezidenti də məlum olub. Belə ki, sözügedən klub yenidən təşkilatlanmasına davam edir. “Qartallar”ın yeni prezidenti də məlumdur. Bu, “Nitsa”ya 2002–2009-cu illərdə rəhbərlik etmiş Moris Koendir.

Xatırladaq ki, “Nitsa”nın əvvəlki prezidenti Jan-Pyer River idi.

Əlavə edək ki, Koen 2002–2009-cu illərdə də “Nitsa”ya rəhbərlik edib.

Premyer Liqa: 2026/27 mövsümünün püşkü atıldı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün püşkü atılıb və yarışın təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, çempionatın yeni mövsümü avqustun 21-də “Arsenal” və “Koventri Siti” arasındakı matçla start götürəcək.

Yeni mövsümə avqustun 21-də start veriləcək. Çempionat gələn il mayın sonunda bitəcək. Sonuncu – 38-ci turun oyunları mayın 30-da keçiriləcək.

İngiltərə, Premyer Liqa
1-ci tur
21 avqust

Arsenal – Koventri Siti

22 avqust

Hall Siti – Mançester Yunayted
Everton – Kristal Pelas
İpsviç Taun – Sanderlend
Nottingem Forest – Lids Yunayted
Brentford – Tottenhem

23 avqust

Brayton – Aston Villa
Mançester Siti – Bornmut
Nyukasl Yunayted – Liverpul

24 avqust

Fulhem – Çelsi

Cordan Rezabala “Neftçi”yə lazım olmadı

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” ekvadorlu hücumameyilli yarımmüdafiəçi Cordan Rezabala ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Neftçi” 26 yaşlı futbolçuya təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Corcan Rezabala ötən ilin yayında “Neftçi”yə transfer olunmuşdu. Ekvadorlu yarımmüdafiəçi bu komandanın heyətində 26 rəsmi oyun keçirib. O, bu görüşlərdə cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralına qədər “Sumqayıt”ın formasını geyinmiş Rezabala Azərbaycan klubundan ayrıldıqdan sonra “Dorados Sinaloa”da çıxış edib.

Cordan Rezabala 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

Xatırladaq ki, “Neftçi” daha öncə Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin və Murad Məmmədovla da yollarını ayırmışdı. Əvəzində paytaxt klubu hələlik Rüfət Abbasovu heyətinə qatıb.

ÇSKA “Qarabağ”la yoxlama matçını ləğv etdi

Bolqarıstanın ÇSKA (Sofiya) komandasının Avstriya toplanışı çərçivəsində “Qarabağ”a qarşı keçirməyi nəzərdə tutduğu yoxlama oyunu ləğv edilib.

Arena.az bu barədə Bolqarıstan klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, sözügedən klub əsas komandanın yay hazırlıq planında dəyişiklik edib. İyunun 27-də “Qarabağ”a qarşı Avstriyada keçirilməsi nəzərdə tutulan yoxlama oyunu ləğv olunub. Buna səbəb komandaların Avropa Liqasında bir-birinə rəqib ola bilmə ehtimalıdır. Hər iki komanda Avroliqada 1-ci mərhələni adlasa, bir-birinə rəqib olacaq.

Xatırladaq ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda Tirol əyalətində iyulun 2-nə qədər hazırlıq keçəcək. Ağdam klubu daha əvvəl elan etmişdi ki, təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. İyunun 27-də ÇSKA (Bolqarıstan), iyulun 1-də isə “Metallist” (Ukrayna) və “Ferentsvaroş”la (Macarıstan) yoxlama oyunlarının keçiriləcəyi bildirilmişdi. Böyük ehtimalla, Ağdam klubu Sofiya təmsilçisinin əvəzində özünə fərqli rəqib axtaracaq.

Klod Pyuel “Nitsa”dan getdi

Futbol üzrə Fransa çempionatında mübarizə aparan “Nitsa” komandasının baş məşqçisi, fransız mütəxəssis Klod Pyuel Liqa 1 təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Nitsa” rəhbərliyi Pyuelə “qartallar”a xidməti müqabilində minnətdarlığını ifadə edib, mütəxəssisə gələcək fəaliyyətində uğurlar diləyib.

Xatırladaq ki, Pyuel “Nitsa”nın sükanı arxasına 2025-ci ilin dekabr ayında gətirilmişdi. 64 taşlı mütəxəssis bu komandanı 27 oyuna çıxarıb, 8 qələbə, 10 heç-heçə və 9 məğlubiyyət görüb.

“Nitsa” Pyuelin rəhbərliyi altında Liqa 1-in 2025/2026-cı illər mövsümünü 16-cı pillədə başa vurub. Komanda elitada qalmaq üçün “Sent Etyen”lə pley-off görüşləri keçirmək məcburiyyətində qalıb. Bu vəzifənin öhdəsindən çətinliklə gəlmiş komanda Liqa 1-də qalıb.

Klod Pyuel daha öncə “Sent Etyen”, “Lester Siti”, “Sauthempton”, Lion “Olimpik”i, “Lill” və “Monako” kimi komandalara da rəhbərlik edib. O, 2012-2016-cı illər aralığında da “Nitsa”nın baş məşqçisi olub.

Cud Bellingem DÇ-2026-da iştirakla yeni rekorda imza atdı

Futbol üzrə İngiltərə milli komandasının və Madrid “Real”ının hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem Avropa futbolunda yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, o, buna DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Xorvatiyaya qarşı keçirdikləri oyunda (4:2) nail olub.

Belə ki, Bellingem dörd müxtəlif böyük beynəlxalq turnirdə iştirak edən ən gənc avropalı futbolçu adını qazanıb. Xorvatiya ilə matç zamanı o, 22 yaşı 353 günlüyündə olub.

Əvvəlki rekord isə Lukas Podolskiyə məxsus idi. O, dördüncü böyük beynəlxalq turnirində 23 yaş 4 günlük olarkən iştirak etmişdi.

Xatırladaq ki, Cud Bellingem 2023-cü ilin iyunundan “Real”da çıxış edir. O, Madrid klubuna 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameyilli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Bellingem geridə qalmış mövsümdə meydana çıxdığı 40 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə verib. İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 140 oyun, 46 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 49 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” 22 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

“İmişli” 5 futbolçusu ilə vidalaşdı

“İmişli” klubu 5 futbolçusu – Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə və Orxan Fərəcovla yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

İmişlinin eyniadlı təmsilçisi adları qeyd edilən futbolçuların hər birinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, bu, əyalət klubunun 2025/2026-cı illər mövsümünün başa çatmasından sonra açıqladığı ilk ayrılıqlardır. Komandanı bu yay fasiləsində başqa hansısa futbolçunun tərk edib-etməyəcəyi hələ bilinmir. Klub bunadək yalnız Tuncay Yusifli və İdris İnqilablı ilə yeni müqavilənin imzalandığını bəyan etmişdi.

“İmişli” 2025/2026-cı illər mövsümündə debüt etdiyi Azərbaycan Premyer Liqasında 33 oyuna topladığı 34 xalla 12 iştirakçı arasında 9-cu yeri tutub.

Emin Kürdov: “Normal qrupa düşmüşük”

Futzal üzrə Azərbaycan millisinin kapitanı Emin Kürdov dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkünü dəyərləndirib.

Arena.az xatırladır ki, bu gün 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb.

12-ci qrupda yer almış Azərbaycan millisi Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq. Kapitan Emin Kürdov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında komandamızın şanslarını dəyərləndirib:

“Çexiya ilə 2 il əvvəl yoldaşlıq oyunlarında qarşılaşmışıq. Düzdür, həmin matçlarda uduzmuşuq, ancaq rəsmi oyunların tapşırığı fərqli olur. Həmin görüşlər də göstərdi ki, Bakıdakı matçda qrupun favoriti hesab edilən çexlərlə başabaş mübarizə aparmaq olar. Bəlkə səfərdə də bunu etmək mümkündür. Onlarda da nəsildəyimə prosesi gedir, gənc futzalçılar komandaya cəlb olunur. Hər şey hazırlıqdan, həmin oyunlar ərəfəsindəki futzalçıların durumundan asılı olacaq. Latviya ilə son illərdə klub səviyyəsində qarşılaşmışıq. Təbii ki, Çexiya millisi onlardan çox güclü rəqibdir. Belə deyim də, normal qrupa düşmüşük. Hər biri ilə oynamaq və meydandan xalla ayrılmaq olar. Çalışacağıq ki, minimum tapşırığı yerinə yetirək, pley-offa vəsiqə qazanaq.

Yenə deyirəm, yaxşı hazırlıq prosesi keçməli, yoldaşlıq oyunlarında gücümüzü sınamalıyıq. Sonuncu dəfə apreldə Qazaxıstan millisi ilə qarşılaşmışıq. Rəsmi görüşlərə qədər azı 2 oyun da keçirmək lazımdır. Hazırlıq, yanaşma necə olacaqsa, nəticə də ona uyğun olacaq. Komanda yoldaşlarıma inanıram. Mübariz kollektivimiz var. Qalır yaxşı hazırlaşmaq, tapşırıqları meydanda düzgün yerinə yetirmək. İnanıram ki, Azərbaycan millisi yenidən elit-raunda vəsiqə qazanacaq. Təbii ki, bu yolda azarkeşlərimiz də bizə dəstək olmalı, hər zamankı kimi zalda varlıqlarını hiss etdirməlidirlər”.

Joan Manzambi 24 illik rekordu yenilədi

Futbol üzrə İsveçrə milli komandasının 20 yaşlı mərkəz yarımmüdafiəçisi Joan Manzambi dünya çempionatlarının tarixinə düşüb.

Arena.az xəbər verir ki, gənc yarımmüdafiəçi buna DÇ-2026-nın B qrupunun 2-ci turunda Bosniya və Herseqovinanı məğlub etdikləri matçda nail olub.

O, mundiallarda əvəzetmədən meydana çıxaraq dubl edən ən gənc oyunçu olub. Manzambi bunu 20 yaş 247 günündə bacarıb.

Əvvəlki rekord DÇ-2002-də Sloveniyaya qarşı görüşdə iki dəfə fərqlənmiş paraqvaylı Nelson Kuevasaya (22 yaş 153) məxsus idi.

Xatırladaq ki, İsveçrə Bosniya və Herseqovinanı 4:1 hesabı ilə üstələyib.

Joan Manzambi bu oyunda vurduğu iki qoldan sonra təəssüratlarını bölüşüb. Qələbədə əsas pay sahiblərindən biri olan futbolçu bu uğurun karyerasında xüsusi yer tutduğunu bildirib.

“Fikrimcə, bu, karyeramın ən yaxşı anıdır. Dünya çempionatına uğurlu başlaya bilməməyimizin səbəblərini bilirdik. Bu oyunda isə soyuqqanlı davranmağı bacardıq. Bizim çox yaxşı komandamız var və bunu bu gün meydanda göstərdik”.

Conatan Devid Kanada millisinin və DÇ-nin tarixinə düşdü

Kanada yığmasının hücumçusu Conatan Devid DÇ-2026-nın qrup mərhələsində Qətərlə matçda het-trik edərək dünya çempionatları tarixinə düşüb.

Arena.az xəbər verir ki, futbolçu 1966-cı ildən bəri mundialda ev sahibi ölkə millisinin heyətində het-trik edən ilk oyunçu ünvanına yiyələnib.

Bütövlükdə isə bu, dünya çempionatları tarixində 6-cı belə haldır.

Conatan Devid dünya çempionatları tarixində daha bir nadir uğura imza atıb. Kanadalı forvard 1930-cu ildən bəri KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) ölkələrini təmsil edən ilk futbolçu olub ki, dünya çempionatında bir matçda 3 qol vurub.

Bundan əvvəl dünya çempionatında bir oyunda üç qol vuran son KONKAKAF futbolçusu ABŞ millisinin sabiq hücumçusu Bert Patenaude olmuşdu. O, bunu 1930-cu ildə Paraqvaya qarşı oyunda bacarmışdı.

Kanada yığması da Qətər üzərində qazandığı 6:0 hesablı qələbə ilə tarixi nailiyyətə imza atıb. Sözügedən komanda dünya çempionatları tarixində Avropa və Cənubi Amerika xaricindən çıxan ilk komanda olub ki, bir oyunda 5-dən çox qol vurmağı bacarıb.

Vankuverdə keçirilmiş qarşılaşmada həm də Qətər millisinin baş məşqçisi Xulen Lopeteqi dünya çempionatları tarixində ispan məşqçilərin rəhbərlik etdiyi komandalar arasında ən böyük hesablı məğlubiyyət rekordunun sahibi olub.

İki turdan sonra Kanada B qrupunda 4 xalla liderdir. Eyni xala malik İsveçrə yığması ikinci pillədə qərarlaşıb. Bosniya və Herseqovina və Qətər yığmaları isə hərəyə 1 xal toplayıblar.

Qrup mərhələsinin son turunda Kanada İsveçrə ilə, Qətər Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.

Nahid Əliyev “Şəfa”da qaldı – Rəsmi

2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” Nahid Əliyev ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti bu yay bitirdi.

Azərbaycanın U-21 millisinin üzvü olan Nahid Əliyev 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir. O, karyerası ərzində Azərbaycanda “Mingəçevir” və “Turan Tovuz”un da formasını geyinib.

“Şəfa” daha öncə Tərlan Quliyev, Elnur Cəfərov və Ramin Nəsirli ilə də yeni müqavilə bağlamışdı. Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev və Məmməd Hüseynovu heyətinə qatmış paytaxt klubu Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyevlə də yollarını ayırıb.

Aydın Süleymanlı DÇ-də Maqnus Karlsenə qalib gəldi

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir.

Belə ki, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

Yekunda Azərbaycanın “Odlar Yurdu” komandası Maqnus Karlsenin çıxış etdiyi, turnirin əsas favoritlərindən biri olan “WR Chess” üzərində qələbə qazanıb – 3,5:2,5.

Qeyd edək ki, “WR Chess”in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır. Heyəti əsasən gənc şahmatçılardan formalaşmış “Odlar Yurdu” hazırda 15 xalla 8-ci pillədə qərarlaşıb.

Azərbaycanı turnirdə Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov təmsil edirlər. Rauf Məmmədov eyni zamanda kapitan funksiyasını yerinə yetirir. AŞF-nin baş katibi İlahə Qədimova isə dünya çempionatında baş hakimin müavini kimi fəaliyyət göstərir.

Qeyd edək ki, 22 iyuna qədər davam edəcək yarışın qaydalarına əsasən heyətdə 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı çıxış etməlidir.

İsmael Kone Qətərlə matçda ağır zədə aldı, DÇ ilə vidalaşdı

Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Qətərlə oyunda ciddi zədə alıb.

Arena.az xəbər verir ki, Vankuverdə keçirilmiş qarşılaşmanın 52-ci dəqiqəsində, hesab 3:0 Kanada komandasının xeyrinə olarkən, Qətər millisinin müdafiəçisi Asim Madibo Koneyə qarşı kobud qayda pozuntusuna yol verib.

Bundan sonra həkimlər dərhal meydana daxil olaraq futbolçuya ilkin yardım göstəriblər. Zədənin ağırlığı səbəbindən Kone meydanı xərəkdə tərk edib. Hadisədən sonra futbolçular arasında gərginlik yaşanıb və qısa müddətli qarşıdurma baş verib.

Kanada yığmasının bəzi üzvləri zədə alan komanda yoldaşına görə göz yaşlarını saxlaya bilməyiblər. Zədənin həddən artıq ciddi olması səbəbindən matçın yayımı zamanı epizodun təkrarının göstərilməməsi qərara alınıb. Çünki qayda pozuntusu zamanı Konenin ayağı qırılıb.

Baş hakim qayda pozuntusuna görə Madibonu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb. Qətər millisi oyunu doqquz nəfərlə davam etdirmək məcburiyyətində qalıb. Belə ki, bundan əvvəl komandanın digər üzvü Homam Əl-Əmin də qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

İtaliyanın “Sassuolo” klubunun formasını geyinən İsmael Kone ağır zədə səbəbindən ən qısa zamanda əməliyyat olunacaq. Onun bərpa müddəti dəqiq bilinməsə də, bu dünya çempionatında bir daha oynamayacağı dəqiqdir.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

Luka Dumançiç rəsmən “Araz-Naxçıvan”da!

Xorvatiyalı müdafiəçi Luka Dumançiç bundan sonra Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Buldirilir ki, 27 yaşlı mərkəz müdafiəçisi yeni mövsümdə Naxçıvanın komandasının formasını geyinəcək. Onunla anlaşmanın müddəti 1 illikdir (2027-ci ilin 30 iyununa qədər).

Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreviç), “Rudeş”, “Solin”, “Nafta 1903”, “Jalgiris” klublarında çıxış etmiş mərkəz müdafiəçisi son 5 ayda İndoneziyanın “Persis” komandasının formasını geyinib.

Luka Dumançiç 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib. Lakin ona əsas millidə debüt qismət olmayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalamışdı. Dumançiç isə yay fasiləsində komandanın ilk transferidir.

Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala da komandanı tərk ediblər.

Elnur Abdullayev – “Səbail”in yeni baş məşqçisi!

Bu yay “Şahdağ Qusar”dan ayrılmış Elnur Abdullayev bundan sonra Birinci Liqada mübarizə aparan “Səbail”ə rəhbərlik edəcək.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, 40 yaşlı mütəxəssis “dənizçilər”lə 3 illik müqaviləyə imza atıb. Onun qarşısına çempionluq və Premyer Liqaya vəsiqə hədəfi qoyulub.

Xatırladaq ki, Elnur Abdullayevin son iş yeri 2-ci Liqada çempion olduğu “Şahdağ Qusar” komandası olub. Lakin o, mövsüm bitən kimi gözlənilməz şəkildə istefaya göndərilmişdi. Qusar klubu onu bu postda Füzuli Məmmədovla əvəz edib.

Elnur Abdullayev isə “Səbail”də ötən gün istefası açıqlanmış Adil Şükürovu əvəzləyib. Şükürov ötən ilin noyabrından “Səbail”də işləyirdi. Onun rəhbərliyi altında komanda Birinci Liqanın 2025/2026-cı illər mövsümünü 3-cü pillədə başa vurub və əsas tapşırığın (Premyer Liqaya vəsiqə qazanmaq) öhdəsindən gələ bilməyib.

Bir neçə gün öncə “Səbail”in rəhbərliyində də dəyişiklik qeydə alınıb. Belə ki, İdarə Heyətinin qərarına əsasən, Mirzə Bayrampur klubun prezidenti vəzifəsinə təyin olunub.

Futzal millimiz Latviya və Çexiyaya rəqib oldu

Bu gün 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının (DÇ-2028) Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutmuş mərasimdə 36 komanda hər birində 3 iştirakçı olmaqla 3 qrupa bölünüb.

İkinci səbətdə yer almış futzal millimizin Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya ilə qarşılaşmayacağı məlum idi.

Püşkün nəticəsinə əsasən, komandamız 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.

1-ci qrup: Ermənistan, Macarıstan, İsveç

2-ci qrup: Fransa, Moldova, Monteneqro

3-cü qrup: Xorvatiya, Almaniya, Litva

4-cü qrup: İspaniya, Finlandiya, Şimali Makedoniya

5-ci qrup: Polşa, Bosniya və Herseqovina, Şimali İrlandiya

6-cı qrup: Qazaxıstan, Belarus, Albaniya

7-ci qrup: Portuqaliya, Rumıniya, Danimarka

8-ci qrup: Niderland, Serbiya, Andorra

9-cu qrup: Ukrayna, Slovakiya, Estoniya

10-cu qrup: İtaliya, Gürcüstan, Kosovo

11-ci qrup: Sloveniya, Belçika, Norveç

12-ci qrup: Çexiya, Azərbaycan, Latviya.

Qeyd edək ki, DÇ-2028-in əsas seçmə mərhələsinin qrup oyunları aşağıdakı tarixlərdə keçiriləcək:

12-21 oktyabr 2026
2-11 noyabr 2026
6-9 dekabr 2026
22 fevral – 3 mart 2027

Dambrauskas TNS-ə rəqib olmalarını belə şərh etdi

Azərbaycan Premyer Liqasının qalibi “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, litvalı mütəxəssis “Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə (Uels) rəqib olmasına münasibət bildirib.

Valdas Dambrauskas hər rəqibə hörmətlə yanaşmağın vacibliyini qeyd edib:

“İlk növbədə hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. TNS dəfələrlə Uels çempionatının qalibi olub. Avropada yaxşı tanınan komandadır. Onlar daxili çempionatda son 10 ildən çox müddətdə dominantlıq edirlər. Hansı futbolu oynamağınızdan asılı olmayaraq, hər matçda qələbə qazanmaq düşüncəsini inkişaf etdirməlisiniz. Bu, hər bir rəqibə hörmət etməyin və özünüzü ən yaxşı şəkildə hazırlamağın vacibliyini göstərir”.

Baş məşqçi püşkatmanın nəticəsini dəyərləndirib:

“Hansı rəqiblə düşməyimizin tamamilə əhəmiyyətsiz olduğunu düşünürəm. Ən vacib məqam necə hazırlaşacağımız, hansı formada olacağımız, nə qədər istəkli və intizamlı davranacağımızdır. Kağız üzərində zəif görünən rəqiblə də qarşılaşa bilərsiniz, lakin hazır deyilsinizsə, problem yaşayacaqsınız. Çünki artıq hamı futbol oynamağı bacarır. Evdə və səfərdə keçiriləcək 2 oyunda hər şey baş verə bilər”.

Valdas Dambrauskas qarşıdakı 2 həftəlik təlim-məşq toplanışına da toxunub:

“İndi etməli olduğumuz yeganə şey bu toplanışa böyük istək və mükəmməl motivasiya ilə başlamaqdır. İki həftəlik yüksək səviyyəli hazırlıq keçməli, yoldaşlıq görüşlərində oyun üslubumuzu yeniləməliyik. Mövcud oyunumuzu təkmilləşdirmək üçün bəzi yeni komponentlər əlavə etməli və futbolçulara necə bir sistem istədiyimizi xatırlatmalıyıq. Düzgün hazırlaşdığımız təqdirdə, nəticə özü gələcək”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-də və 14-15-də baş tutacaq. Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.

Xavyer Aqirre: “Bu, ən yaxşı oyunumuz deyildi”

Meksika yığmasının baş məşqçisi Xavyer Aqirre dünya çempionatının qrup mərhələsində Cənubi Koreyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində Cənubi Koreya üzərində 1:0 hesablı qələbəyə sevinmiş meksikalılar dünya çempionatının pley-off mərhələsinə yüksəliblər.

Xavyer Aqirre matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox çətin oyun oldu. Biz rəqibi çox yaxşı tanıyırıq. Onlar bizə güclü təzyiq göstərirdilər. Onlar bizə boşluq vermədiyi kimi, biz də onlara imkan yaratmırdıq.

Sonda elə görünürdü ki, bir səhv oyunun taleyini həll edə bilər. Bu, ən yaxşı oyunumuz deyildi. Çünki rəqib bizə öz futbolumuzu tam göstərməyə imkan vermirdi”.

Cənubi Koreya yığmasının baş məşqçisi Hon Myon Bo isə Meksikaya 0:1 hesablı məğlubiyyətdən sonra komandasının çıxışını belə dəyərləndirib:

“Biz planlaşdırdığımız kimi oynadıq. Məğlubiyyətin bu şəkildə gəlməsi məyusedicidir.

Qrup mərhələsinin son oyununda bütün gücümüzü ortaya qoyacağıq. Futbolçulardan sakit qalmağı və öz oyunumuzu oynamağı xahiş etmişdim. Düşünürəm ki, bunu kifayət qədər yaxşı bacardıq.

Oyun boyu soyuqqanlılığımızı qoruduq. İndi isə bütün diqqətimizi növbəti qarşılaşmaya hazırlığa yönəldəcəyik”.

Cessi Marş: “Bu, bizim üçün tarixi qələbədir”

Kanada millisinin baş məşqçisi Cessi Marş dünya çempionatının qrup mərhələsi çərçivəsində Qətərə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Kanada millisi DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşdığı bu rəqibini 6:0 hesabıyla məğlub edib.

Cessi Marş matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, bizim üçün tarixi qələbədir. Lakin hazırda ən çox düşündüyümüz məsələ İsmayıl Konedir. Onun zədəsi bizi çox narahat edir. Komanda olaraq onun ətrafında birləşmişik və ən qısa zamanda sağalmasını arzulayırıq. İsmayıl əla insandır. O, ideal deyil, amma məhz buna görə onu sevirik. O, digər futbolçuların bacarmadığı şeyləri edə bilir. O, bir çox cəhətdən komandamızın simvoludur. Bosniya və Herseqovina ilə oyunda ən yaxşı futbolçumuz idi. Bu, bizim üçün çox böyük itkidir. Biz bütün qəlbimizlə onun yanındayıq və ona dəstək oluruq. Amma əminəm ki, bu oğlanın qarşıda çox böyük gələcəyi var”.

Qətər yığmasının baş məşqçisi Xulen Lopeteqi isə ağır məğlubiyyəti belə şərh edib:

“Bu, bir neçə səbəbə görə çox çətin matç idi. Biz çox güclü rəqibə qarşı oynayırdıq. Oyunun əvvəlində qol buraxdıq, daha sonra isə qırmızı vərəqə aldıq. Bu, dönüş nöqtəsi oldu.

İlk qırmızı vərəqə və üçüncü qol oyunun taleyini həll etdi. Amma futbol belədir. İndi futbolçularımızı fiziki, mənəvi və psixoloji baxımdan bərpa etməliyik.

Dünya çempionatında hər növbəti oyun əvvəlkindən daha çətin olur. Lakin biz bu turnirdə iştirak etmək haqqını qazanmışıq.

Bosniya və Herseqovina ilə oyun? Həmin qarşılaşmada səhv etmək hüququmuz yoxdur. Bu, həm bizim, həm də onların son oyunu olacaq. İndi əsas məqsəd bərpa olunmaqdır. Dediyim kimi, bu matç bir neçə səbəbə görə çox ağır keçdi. Futbolçuların sağlamlığının qayğısına qalmalıyıq, sonra isə nə olacağını görəcəyik”.

DÇ-2028: Millimizin rəqibləri bu gün bilinəcək

Bu gün 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının (DÇ-2028) Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılacaq.

Arena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.

Püşk ərəfəsində 36 komanda hər birində 12 milli olmaqla 3 səbətə bölünüb. Püşkdən sonra hər qrupda 3 komanda yer alacaq və onlar ev-səfər prinsipi ilə qarşılaşacaqlar. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq. Millimiz 2-ci səbətdə yer alıb. Bu mərhələdə komandamızın rəqibləri arasında Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya yığmaları olmayacaq. UEFA İcraiyyə Komitəsinin qərarı ilə 1-ci səbətdə yer alan komandalardan isə Ermənistan yığması komandamızla rəqib ola bilməz. Rusiya yığması ilə bağlı cəza saksiyası isə davam edir.

1-ci səbət: Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Ermənistan, Sloveniya, Çexiya, Polşa, Niderland

2-ci səbət: Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, Azərbaycan

3-cü səbət: Latviya, İsveç, Şimali Makedoniya, Kosova, Andorra, Monteneqro, Norveç, Litva, Danimarka, Albaniya, Estoniya, Şimali İrlandiya.

Qeyd edək ki, futzal üzrə dünya çempionatının (DÇ-2028) əsas seçmə mərhələsinin qrup oyunları aşağıdakı tarixlərdə keçiriləcək:

12-21 oktyabr 2026
2-11 noyabr 2026
6-9 dekabr 2026
22 fevral – 3 mart 2027

DÇ-2026: Meksika qrup qalibi kimi növbəti mərhələdə!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Meksika və Cənubi Koreya yığmaları üz-üzə gəliblər. Zapopanda keçirilmiş A qrupunun matçında meydan sahibləri tək qolla qalib gəliblər. Meksikaya növbəti qələbəni Luis Romo qazandırıb.

Qeyd edək ki, bu qrupun digər oyununda Çexiya millisi Cənubi Afrika Respublikası yığması ilə heç-heçəyə razılaşmışdı – 1:1.

Beləliklə, 2 turdan sonra 6 xala malik Meksika yığması qrup qalibi kimi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Cənubi Koreyanın 3, Çexiya və Cənubi Afrika Respublikasının 1 xalı var.

DÇ-2026
A qrupu
19 iyun

Meksika – Cənubi Koreya 1:0
Qol: Luis Romo, 50.

DÇ-2026: Kanada Qətərə 6 cavabsız qolla qalib gəldi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Kanada və Qətər yığmaları üz-üzə gəliblər. Vankuverdə keçirilmiş B qrupunun matçında meydan sahibləri darmadağınla qələbə qazanıblar. Meydan sahiblərinin heyətində Conatan Devid het-trikə imza atıb. Kayl Larin və Neytan Saliba hərəyə bir qol vurublar. Manay Mohamed isə avtoqol müəllifi olub.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveçrə Bosniya və Herseqovina yığmasını 4:1 hesabı ilə üstələmişdi.

Beləliklə, 2 turdan sonra Kanada və İsveçrənin hərəyə 4 xalı var. Bosniya və Herseqovina ilə Qətər yığmaları da hərəyə 1 xal toplayıblar.

DÇ-2026
B qrupu
19 iyun

Kanada – Qətər 6:0
Qollar: Conatan Devid, 29; 45+4; 90+2. Kayl Larin, 16. Neytan Saliba, 66. Manay Mohamed, 75-öz qapısına.

Murat Yakin: “Su fasiləsini gözləməyə qərar verdik ki…”

İsveçrə yığmasının baş məşqçisi Murat Yakin dünya çempionatının qrup mərhələsində Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş oyunda İsveçrə millisi rəqibi üzərində 4:1 hesablı qələbəyə sevinib.

Murat Yakın matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün vacib olan bütün enerjimizi meydanda qoymaq və həll yolları tapmaq idi. Bizə səbir göstərmək lazım idi. Taktiki dəyişiklikləri etmək üçün su fasiləsini gözləməyə qərar verdik ki, rəqibin buna reaksiya vermək imkanı olmasın.

Daha sürətli futbolçuları meydana buraxdıq və rəqib yorulduqdan sonra boş zonalar yaranmağa başladı. Biz də həmin boşluqlardan istifadə edərək matçın taleyini inamlı şəkildə həll etdik”.

Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sergey Barbarez də məğlubiyyətdən sonra fikirlərini bölüşüb:

“Su fasiləsinə qədər meydanda daha yaxşı oynayan komanda biz idik. Yaxşı çıxış edir, rəqibə təzyiq göstərirdik.

İsveçrə çox güclü futbolçulara malik yaxşı komandadır və onlar boş zonalardan istifadə etməyi bacarırlar. Nəticədə bizi cəzalandırdılar. Amma həyat belədir.

Bu, son 10 oyunda ilk məğlubiyyətimizdir, lakin həyat bununla bitmir. Qarşıda daha bir oyunumuz var və biz həmin matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Viktor Munyos “Liverpul”da! – Rəsmi

İngiltərənin “Liverpul” klubu heyətini İspaniya milli komandasının və “Osasuna”nın cinah hücumçusu Viktor Munyos ilə gücləndirib.

Arena.az bu barədə Premyer Liqa nəhənginin rəsmi saytına istinadən xəbər verir.

22 yaşlı futbolçu hazırda dünya çempionatında (DÇ-2026) İspaniya millisinin düşərgəsində olsa da, ABŞ-ın Tennessi ştatında yerləşən məşq bazasında tibbi müayinədən uğurla keçib və mersisaydlılarla uzunmüddətli müqaviləyə imza atıb. Klub müqavilənin müddətini açıqlamayıb.

İnsayderlərin məlumatına görə, transferin dəyəri 40 milyon avro təşkil edib. Maraqlıdır ki, bu məbləğin yarısı – 20 milyon avro – futbolçunun yetirməsi olduğu “Real” (Madrid) klubuna çatacaq. Bu bənd Munyosun 2025-ci ilin iyulunda “Osasuna”ya keçidi zamanı müqaviləyə daxil edilmişdi.

Munyos 2025/2026-cı illər mövsümündə Pamplona təmsilçisinin heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, perspektivli ispan vingerin keçidi Andoni İraolanın “Liverpul”un baş məşqçisi təyin olunmasından sonra klubun ilk yay transferi olub.

Viktor Munyos 2026-cı ildə debüt etdiyi İspaniya millisinin heyətində 2 oyuna çıxıb, 1 qol vurub.

DÇ-2026: İsveçrə millisi 3 xalı 4 qolla qazandı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçrə və Bosniya və Herseqovina yığmaları üz-üzə gəliblər.

Los Ancelesdə (Kaliforniya, ABŞ) keçirilmiş B qrupunun matçında isveçrəlilər 4:1 hesablı qələbə qazanıblar. Qalib komandanın heyətində Joan Manzambi (74, 90) dubla imza atıb. Digər qolları isə Ruben Varqas (84) və Qranit Caka (90+7, penaltidən) öz adına yazdırıblar. Bosniyalıların təsəlli qolunu isə Ermin Mahmiç (90+3) vurub.

Bu qrupun digər oyununda, saat 02:00-da Kanada Qətərlə qarşılaşacaq.

DÇ-2026
B qrupu
18 iyun

İsveçrə – Bosniya və Herseqovina 4:1
Qollar: Joan Manzambi, 74; 90. Ruben Varqas, 84. Qranit Caka, 90+7-pen – Ermin Mahmiç, 90+3.

Növbəti oyunların proqramı:

19 iyun

B qrupu
02:00. Kanada – Qətər

A qrupu
05:00. Meksika – Cənubi Koreya

D qrupu
23:00. ABŞ – Avstraliya

Kristian Kivu “İnter”lə yeni müqavilə imzaladı

Milan “İnter”inin baş məşqçisi, rumıniyalı futbol mütəxəssisi Kristian Kivu İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Milan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti gələn ilin yayında bitəcəkdi.

45 yaşlı rumıniyalı mütəxəssis 2025-ci ilin yayında “İnter”in baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda ilk mövsümdəcə həm İtaliya çempionluğunu, həm də ölkə kubokunu qazanıb.

“İnter” Kivunun rəhbərliyi altında 57 oyun keçirib, 38 qələbəyə sevinib, 7 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Kivu daha öncə İtaliyada “Parma”ya da rəhbərlik edib. Rumıniyalı məşqçi buna qədər “İnter”in müxtəlif yaş qruplarından ibarət komandalarında çalışıb.

Kivu futbolçu karyerası ərzində 2007–2014-cü illərdə “İnter”in formasını geyinib. O, Milan təmsilçisi ilə 3 dəfə İtaliya çempionu olub, 2 dəfə ölkə kubokunu və super kubokunu qazanıb. Bundan əlavə, bir dəfə UEFA Çempionlar Liqasının, bir dəfə isə Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.

Rumıniyalı sabiq müdafiəçi İtaliyada həmçinin “Roma” klubunda çıxış edib və paytaxt təmsilçisi ilə İtaliya Kubokunu qazanıb.

Miroslav Kubek: “Heç-heçədən məyusuq”

Çexiya yığmasının baş məşqçisi Miroslav Kubek dünya çempionatının qrup mərhələsində CAR millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutmuş Çexiya – Cənubi Afrika Respublikası matçında qalib müəyyənləşməyib – 1:1.

Miroslav Kubek matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu nəticədən məyusuq. Çünki yaratdığımız qol imkanlarına baxsaq, qələbəyə daha yaxın olan tərəf biz idik. Lakin bir səhvə yol verdik və bu səhv bizə qələbə bahasına başa gəldi. Buna baxmayaraq, ikinci hissədə daha yaxşı oynadığımızı düşünürəm”.

Cənubi Afrika Respublikası yığmasının baş məşqçisi Huqo Bros da oyundan sonra komandasının çıxışından razı qaldığını bildirib.

“Komandamla çox fəxr edirəm. Bu, Cənubi Afrikadır – biz gözəl futbolu sevirik, aqressiv oynayırıq və qol imkanları yaradırıq. Bəli, səhvlər etdik, amma bugünkü çıxışımızla fəxr edirəm. Çexiya güclü komandadır və heyətində çox hündürboylu futbolçular var. Buna baxmayaraq, biz çox yaxşı oynadıq.

Hesabın 1:1 olması bir qədər təəssüf doğurur. İndi isə Cənubi Koreyaya qarşı oyunda qalib gəlməliyik. Həmin matç da çox çətin olacaq. Əgər bugünkü əzmkarlıq və yanaşma ilə oynasaq, buna nail olmaq mümkündür”.

DÇ-2026: Çexiya CAR-la matçda qələbəni əldən verdi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turunun ilk oyununda Çexiya və Cənubi Afrika Respublikası (CAR) yığmaları qarşılaşıblar.

Atlanta (Corciya, ABŞ) stadionunda keçirimiş A qrupunun matçında qalib müəyyənləşməyib – 1:1. Avropalıların heyətində Mixal Sadilek 6-cı dəqiqədə çexiyalı azarkeşləri ayağa qaldırıb. 83-cü dəqiqədə isə Teboho Mokoena penalti zərbəsini dəqiq yerinə yetirərək CAR yığmasına 1 xal qazandırıb.

Bu qrupun digər oyununda saat 05:00-da Meksika Cənubi Koreya ilə üz-üzə gələcək.

DÇ-2026
A qrupu
18 iyun

Çexiya – CAR 1:1
Qollar: Mixal Sadilek, 6 – Teboho Mokoena, 83-pen.

Fayzullayev DÇ-də yeni rekorda imza atdı

Özbəkistan millisinin üzvü Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatında başla qol vurmuş ən bəstəboy futbolçu olub.

Arena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bunu DÇ-2026-nın K qrupunun 1-ci turunda baş tutmuş Kolumbiya ilə oyunda bacarıb.

Türkiyənin “Başakşəhər” klubuna məxsus olan oyunçunun boyu 167 sm-dir.

Əvvəlki rekord 2022-ci ildə baş tutan mundialda Qanaya qol vurmuş uruqvaylı Corcian de Arraskaetaya (173 sm) məxsus olub.

Bundan başqa, Abbosbek Fayzullayev Özbəkistan millisinin mundiallar tarixində ilk qolunun müəllifi olub.

Qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan Fayzullayev nəticədən narazı qaldıqlarını bildirib:

“Nəticəyə görə məyusuq. Heç olmasa bir xal qazana bilərdik. Uşaqlar meydanda sonadək mübarizə apardılar və bütün güclərini ortaya qoydular. İlk dəqiqələrdə həyəcan hiss olunurdu, amma ikinci hissədə yaxşı oynadıq. Rəqibin ikinci qolu bizim öz səhvimizdən sonra vuruldu. Bu, çox üzücü oldu.

Həm stadiona gəlib bizi dəstəkləyən azarkeşlərə, həm də səhər saatlarında ekran qarşısında oyunu izləyən hər kəsə təşəkkür edirəm. İndi bütün diqqətimizi qarşıda qalan iki oyuna yönəltmişik”.

Xatırladaq ki, Özbəkistan millisi Kolumbiyaya 1:3 hesabı ilə uduzub.

Yeri gəlmişkən, eyni gündə Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Neves də XXI əsrdə dünya çempionatlarında başla qol vurmuş ən qısaboylu üçüncü futbolçu kimi adını tarixə yazdırıb. O, DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Konqo Demokratik Respublikası yığmasına qarşı keçirilən oyunda dünya çempionatlarının tarixinə düşüb. Portuqaliyalı yarımmüdafiəçinin boyu 174 santimetrdir.

Portuqaliya – Konqo DR matçı 1:1 hesabıyla başa çatıb.

Benyat San Xose – “Rayo Valyekano”nun yeni baş məşqçisi!

İspaniyalı futbol mütəxəssisi Benyat San Xose La Liqada mübarizə aparan “Rayo Valyekano”nun baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

46 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, bu postda 2025/2026-cı illər mövsümü bitən kimi komandadan ayrılmış İnyiqo Peresi əvəz edib. Hansı ki, o, “Rayo Valyekano”dan ayrılandan sonra “Vilyarreal”a baş məşqçi təyin edilib.

İnyiqo Peres 2024-cü ilin fevral ayından “Rayo Valyekano”ya rəhbərlik edirdi. Sözügedən komanda bu mütəxəssisin rəhbərliyi altında 113 oyuna çıxıb, 44 qələbə, 33 heç-heçə, 36 məğlubiyyət görüb.

La Liqa təmsilçisi geridə qalmış 2025/2026-cı illər mövsümündə 50 xalla 8-ci yeri tutub və avrokuboklardan kənarda qalıb. Əvəzində, İnyiqo Peres komandanı Avropa Konfrans Liqasının finalına çıxarıb. Lakin İspaniya təmsilçisi həlledici oyunda İngiltərənin “Kristal Pelas” komandasına uduzub.

Benyat San Xose isə son olaraq “Eybar”ı çalışdırıb. O, “Atlas”, “Bolivar”, “Mazatlan”, “Eupen”, “Əl-Nəsr”, “Universidad Katolika”, “Əl-İttihad”, “Əl-İttifaq”, “Deportes Antofaqasta” kimi komandalara da rəhbərlik edib.

Harri Keyn DÇ-2026-da bir dublla rekordları sıraladı

Futbol üzrə İngiltərə yığmasının hücumçusu Harri Keyn DÇ-2026-da keçirdikləri ilk oyunda dubla imza atmaqla bir neçə ilki gerçələşdirib.

Arena.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının qrup mərhələsinin ilk turunda İngiltərə yığması Xorvatiya millisinə 4:2 hesabıyla qalib gəlib.

Keyn bu görüşdə iki qol vurmaqla tarixi nailiyyətə imza atıb. 32 yaşlı futbolçu əvvəlcə matçın 12-ci dəqiqəsində penaltidən fərqlənərək dünya çempionatları tarixində ən çox penalti qolu vuran oyunçu olub. Keyn mundiallarda vurduğu penalti qollarının sayını 5-ə çatdıraraq bu göstəricidə indiyədək liderliyi bölüşdüyü Eysebio, Rob Rensenbrink, Qabriel Batistuta və Lionel Messini geridə qoyub.

Bu qol Keyn üçün dünya çempionatlarındakı 9-cu qol olub. Bununla da İngiltərə millisinin kapitanı mundial qollarının sayına görə Kristiano Ronaldonu (8 qol) arxada qoyub. O, eyni zamanda dünya çempionatlarında ən azı 9 qol vurmuş 26-cı futbolçu kimi tarixə düşüb.

Keyn ikinci qolunu da vuraraq dünya çempionatlarındakı qollarının sayını 10-a yüksəldib. Beləliklə, o, İngiltərə millisinin mundiallar tarixində ən məhsuldar futbolçusu olan Qari Linekerin rekorduna şərik çıxıb. Hər iki futbolçunun hesabında 10 qol var və onlar bu göstəriciyə 12 oyunda nail olublar.

Keyn bu mundialda növbəti qolunu vuracağı təqdirdə bu göstəricidə Linekeri geridə qoyaraq təkbaşına lider olacaq.

İngiltərə yığmasının lideri həmçinin dünya çempionatlarında 10 qol həddinə çatmış 16-cı futbolçu olub. Bundan başqa, o, Devid Bekhemdən sonra üç müxtəlif dünya çempionatında qol vurmağı bacaran ikinci ingilis futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Harri Keyn hazırda Almaniyanın “Bayern” klubunda çıxış edir. O, 81 qolla İngiltərə millisinin tarixində ən yaxşı bombardirdir. Hücumçu 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında 6 qol vuraraq turnirin bombardiri olmuşdu.

Beləliklə, Xorvatiya ilə qarşılaşma Harri Keyn üçün təkcə uğurlu start deyil, həm də dünya çempionatları tarixində bir neçə mühüm rekordu yenilədiyi unudulmaz oyun kimi yadda qalıb.

ÇL: “Neftçi” üçün “Buduçnost”, PAOK və “Hapoel”

“Neftçi”nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, bu gün keçirilmiş püşkatmanın nəticəsinə əsasən, Bakı təmsilçisi bu mərhələnin 1-ci qrupunun yarımfinalında Monteneqronun “Buduçnost” komandası ilə qarşılaşacaq.

Cütün qalibi finalda PAOK (Yunanıstan) – “Hapoel” (Yerusəlim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qalib komanda 2-ci təsnifat mərhələsinə yüksələcək.

“Neftçi”nin yer aldığı bu qrupun oyunlarının hansı ölkədə təşkil ediləcəyi hələlik məlum deyil. Bir oyundan ibarət olacaq bütün görüşlər eyni məkanda təşkil ediləcək.

Xatırladaq ki, ÇL-in 1-ci təsnifat mərhələsinin yarımfinal oyunları iyulun 22-də, final görüşüi isə eyni ayın 25-də keçiriləcək.

Ravil Qafarov və Mehrac Baxşalı “Şahdağ Qusar”da!

“Qəbələ”nin futbolçusu Mehrac Baxşalı və “Şamaxı”dan ayrılmış Ravil Qafarov bundan sonra “Şahdağ Qusar”ın uğurları üçün çalışacaqlar.

Arena.az xəbər verir ki, bu barədə Qusar klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub Premyer Liqa təmsilçisi “Qəbələ”dən Mehrac Baxşalını icarə əsasında heyətinə cəlb edib. 23 yaşlı hücumçu cari mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək.

Əyalət klubu azad agent statusuna malik Ravil Qafarov ilə də müqavilə imzalayıb. 20 yaşlı futbolçunun müqaviləsinin müddəti 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Ravilin son klubu “Şamaxı” olub. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvüdür.

“Şahdağ Qusar” Gülağa Əsədovu da heyətinə cəlb edib. 23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb. Əsədovun son klubu “Ordu” olub.

Ötən mövsümü “Səbail”in heyətində keçirmiş Fəxri Məmmədli də “Şahdağ Qusar”a keçib. 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvü olan futbolçunun müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Daha bir yeni transferi Ürfan İsmayılovdur. 30 yaşlı futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb. Təcrübəli yarımmüdafiəçi ötən mövsümü “Şəfa”da keçirib.

Qusar təmsilçisi qapıçı Elməddin Sultanovu da heyətinə qatıb. Qolkiper növbəti mövsümü bu komandanın heyətində keçirəcək. 25 yaşlı qapıçı “Qəbələ”nin yetirməsidir. Onun son klubu “Baku Sportinq” olub.

“Şahdağ Qusar” iki futbolçusu ilə də yeni müqavilə bağlayıb. Qapıçı Müşviq Nadirov və hücumçu Famil Camalovla müqavilənin müddəti artırılıb. Hər iki futbolçu növbəti mövsümün sonuna qədər bu komandanın uğurları üçün çalışacaq.

“Difai” Şəhriyar Məmmədova tapşırıldı

Birinci Liqanı tərk edərək növbəti mövsümdən İkinci Liqada mübarizə aparacaq “Difai” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Şəhriyar Məmmədov çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. Amma böyük ehtimalla, gənc mütəxəssis yeni klubu ilə 1 illik sözləşməyə imza atıb.

Xatırladaq ki, Şəhriyar Məmmədov daha əvvəl “Araz Saatlı” və MOİK-də çalışıb.

Qeyd edək ki, “Difai” Birinci Liqada 2025/2026-cı illər mövsümünü sonuncu sırada başa vuraraq İkinci Liqaya düşüb. Bu komanda ötən mövsüm keçirdiyi 27 oyunda cəmi 4 qələbə qazanıb, 6 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb. Cəmi 18 xal toplamış kollektiv 10 iştirakçı arasında sonuncu yeri tutub.

“Zirə” “Qarabağ”la qarşılaşıb Boluya yollanacaq

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə”nin 2026/2027-ci illər mövsümünə hazırlıq planı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakıda hazırlıq keçən komanda iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək. Bu müddətdə bir yoxlama oyunu keçirəcək komanda iyunun 20-də “Qarabağ”la qarşılaşacaq. “Azərsun Arena”da baş tutacaq bu görüşə saat 18:00-da start veriləcək.

Qəsəbə təmsilçisi 25 iyun – 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılıq keçəcək. Hazırlığın növbəti mərhələsində komanda daha iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi və oyun saatları haqqında əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Zirə” Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə üz-üzə gələcək. Təmsilçimiz bu rəqibini keçəcəyi halda növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

İbrahima Konate rəsmən “Real”da!

Bu yay “Liverpul”dan azad agent kimi ayrılmış Fransa yığmasının mərkəz müdafiəçisi İbrahima Konate Madrid “Real”ına keçib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

Xatırladaq ki, İbrahima Konate Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2017-ci ildən 2021-ci ilə qədər “Leypsiq”in (Almaniya) uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi “Liverpul”a 2021-ci ilin iyul ayında 40 milyon avro müqabilində məhz “Leypsiq”dən keçmişdi.

Fransalı futbolçu “Liverpul”un heyətində 183 oyuna çıxıb. O, bu oyunlarda 7 qola imza atıb, həmçinin 4 məhsuldar ötürmə müəllifi olub.

Fransa yığmasının üzvü “Liverpul”la 5 titul qazanıb. O, 2 dəfə (2022 və 2024-cü illərdə) İngiltərə Liqa Kubokunun, 1 dəfə İngiltərə Premyer Liqasının (2024/2025), 1 dəfə İngiltərə Federasiya Kubokunun (2022), 1 dəfə də İngiltərə Super Kubokunun (2022/2023) qalibi olub.

İbrahima Konate Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Müdafiəçi 2022-ci ilin iyun ayında əsas millidə debüt edib. O, yığma komandanın heyətində meydana çıxdığı 28 oyunda 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edildi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Cahangir Fərəcullayev UEFA-da komitə üzvü seçilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Cahangir Fərəcullayev UEFA-nın Marketinq Məsləhət Komitəsinin üzvü təyin edilib. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Fərəcullayev sözügedən komitədə fəaliyyət göstərəcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi UEFA Komitələri və Ekspert Panellərinin tərkibini müzakirə edib və qitə futbol qurumuna üzv assosiasiyalar tərəfindən təqdim edilən namizədlər əsasında təklif olunan yeni tərkibi təsdiqləyib.

Andrey Santos “Sabah”ı Gürcüstan klubuna dəyişdi

Futbol üzrə Azərbaycan çempionatının və kubokunun sonuncu qalibi olan “Sabah”ın müdafiəçisi Andrey Santos paytaxt klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Gürcüstanın “İberiya” klubuna keçib.

Bu barədə Gürcüstan təmsilçisi məlumat yayıb. Xəbərdə bildirilir ki, “İberiya” Santosu icarə müqaviləsi əsasında heyətinə qatıb. Müqavilədə satınalma şərtinin olub-olmadığı açıqlanmır. “Sabah” isə bu keçidlə bağlı hələlik heç bir rəsmi açıqlama yayıb.

Xatırladaq ki, Andrey Santos ötən ilin yayında “Sabah”a qoşulub. Tam adı Andrey Viktor Souza Santos olan braziliyalı futbolçu başa çatmış mövsümdə Premyer Liqada 6 oyuna çıxıb. 21 yaşlı mərkəz müdafiəçisi paytaxt klubunun heyətində cəmi 8 matç keçirib.

Sonda onu da xatırladaq ki, “İberiya” “Sabah”ın Konfrans Liqasındakı potensial rəqibidir. Paytaxt təmsilçisi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə (Uels) uduzarsa, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Flora” (Estoniya) – “İberiya” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Jesse Sekidika “Sabah”ı Cənubi Koreya klubuna dəyişdi

Bir neçə gün əvvəl “Sabah”dan ayrılmış nigeriyalı cinah hücumçusu Jesse Sekidika bundan sonra Cənubi Koreyada çıxış edəcək.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu K-Liqa təmsilçisi “Qanqvon”la rəsmi müqavilə imzalayıb.

Cənubi Koreya klubu Sekidikanın 70 nömrəli formanı geyinəcəyini açıqlayıb. “Qanqvon”un ən böyük transferi hesab edilən ön xətt oyunçusunu klub prezidenti Kim Byunq Ji şəxsən qarşılayıb və tibbi müayinə zamanı onu müşayiət edib.

Xatırladaq ki, Jesse Sekidika 2023-cü ilin sentyabr ayından “Sabah”da çıxış edirdi. O, “bayquşlar”ın tarixində mühüm rol oynamış futbolçulardandır. Nigeriyalı futbolçu “bayquşlar”ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

29 yaşlı futbolçu karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Əskişəhərspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyəspor” (2023) və Belçikanın “Leven” (2021) klublarında da oynayıb.

Kevin Medina “Qarabağ”a bu sözlərlə vida etdi

Dünən “Qarabağ”dan ayrıldığı rəsmən açıqlanmış kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina Azərbaycan klubu ilə vidalaşıb.

Arena.az xəbər verir ki, müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün həyatımda və karyeramda iz qoymuş bir klubla vidalaşıram.

“Qarabağ”a gəldiyim ilk gündən məni açıq ürəklə qarşıladılar. Burada möhtəşəm peşəkarlar, dosta çevrilən həmkarlar və hər zaman yanımda olan, dəstəyini əsirgəməyən ehtiraslı azarkeşlər tanıdım.

Bu illər mənim üçün böyük öyrənmə, zəhmət, uğur və inkişaf illəri oldu. Bu formanı geyinmək, bu gerbi təmsil etmək həm şərəf, həm də böyük məsuliyyət idi. Mən də hər zaman meydanda buna sədaqət, hörmət və peşəkarlıqla layiq olmağa çalışdım.

Bu yolun bir hissəsi olan hər kəsə təşəkkür edirəm: klub rəhbərliyinə, məşqçilər heyətinə, klub əməkdaşlarına və ən əsası komanda yoldaşlarıma. Birlikdə yaşadığımız hər an qəlbimdə və yaddaşımda əbədi qalacaq.

“Qarabağ” azarkeşlərinə xüsusi təşəkkürümü bildirirəm. Hər dəstəyinizə, hər mesajınıza, həm yaxşı, həm də çətin günlərdə yanımda olduğunuz üçün minnətdaram. Sizdən gördüyüm sevgi və yaşadığımız bütün anlar heç vaxt unudulmayacaq.

İndi isə yeni bir çağırışa başlamağın vaxtıdır. Bu böyük klubun tarixinin bir hissəsi olmaqdan qürur duyaraq və sonsuz minnətdarlıq hissi ilə ayrılıram. “Qarabağ”a gələcəkdə daha böyük uğurlar, yeni nailiyyətlər və daha parlaq bir gələcək arzulayıram. Bu klub həqiqətən də tarix yazan bir klubdur!”

Xatırladaq ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən 33 yaşlı müdafiəçinin karyerasını Malayziyanın “Johor” klubunda davam etdirəcəyi gözlənilir.

İsmail Kartal yenidən “Fənərbağça”da! – Rəsmi

Türkiyəli futbol mütəxəssisi İsmail Kartal yenidən “Fənərbağça” klubunun əsas komandasının baş məşqçisi təyin edilib.

Arena.az bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 65 yaşlı mütəxəssislə 1 illik (2026/2027-ci illər mövsümünün sonunadək) müqavilə imzalanıb.

İstanbul klubunun niderlandlı sabiq futbolçusu Dirk Kuyt İsmail Kartalın əsas köməkçisi təyin edilib. Oğuz Çetin isə bu klubun futbol direktoru təyin edilib.

Xatırladaq ki, bir neçə gün öncə baş tutmuş seçkilərdə qalib gəlmiş Aziz Yıldırım yenidən “Fənərbağça”ya prezident seçilmişdi. Yeni təyinatlar da məhz onun rəhbərliyə gəlişindən sonra gerçəkləşib. İsmail Kartal “Fənər”in baş məşqçi postunda ötən mövsümün sonunda istefaya göndərilmiş Domeniko Tedeskonu əvəz edib.

İsmail Kartal “Fənərbağça” üçün yad sima deyil. O, futbolçu karyerası dönəmində ən çox məhz bu klubun uğurları üçün çalışıb. Sağ cinah müdafiəçisi 1983-1993-cü illər aralığında İstanbul təmsilçisinin heyətində 200-dən çox oyun keçirib.

Kartal məşqçiliyə də 1996-cı ilə məhz “Fənərbağça”da başlayıb. O, müxtəlif vaxtlarda klubun yeniyetmə və gənclərdən ibarət komandalarına rəhbərlik edib, həmçinin əsas komandada köməkçi-məşqçi kimi çalışıb. Təcrübəli mütəxəssis 2014/15 mövsümündə “Fənərbağça”nın baş məşqçisi olub və komandaya Türkiyə Super Kubokunu qazandırıb. İstanbul klubu həmin vaxt onun rəhbərliyi altında meydana çıxdığı 46 oyunda 30 qələbə qazanıb, 10 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Kartal 2022-ci ilin yanvarında yenidən bu posta gətirilib və may ayına kimi komandaya rəhbərlik edib. İstanbul klubu onun rəhbərliyi altında meydana çıxdığı 21 oyunda 12 qələbə qazanıb, 5 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb.

Türkiyəli mütəxəssis son olaraq 2023/2024-cü illər mövsümündə İstanbul klubuna rəhbərlik edib. O, 58 oyunda 44 qələbə, 7 heç-heçə, 7 məğlubiyyət görüb.

İsmail Kartal məşqçilik karyerası ərzində “Karabükspor”, “Sivasspor”, “Mardinspor”, “Altay”, “Malatyaspor”, “Orduspor”, “Ərzurumspor”, “Konyaspor”, “Rizəspor”, “Ankaragücü”, “Qaziantepspor”, “Əskişəhərspor” və “Persepolis”ə də rəhbərlik edib.

“Şəfa” Rəvan, Ruslan və Vüqarla da yollarını ayırdı

2026/2027 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” daha 3 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qapıçı Rəvan Kazımov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Ruslan Hacıyevin müqavilələrinin müddəti başa çatıb. Klub hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, daha öncə Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənovun da bu komandanı tərk etdiyi rəsmən elan edilmişdi.

“Şəfa” geridə qalmış mövsümdə Birinci Liqanın qalibi olaraq 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi elitaya çıxdıqdan sonra baş məşqçi postuna Zaur Həşimovu gətirib. Sözügedən klub “Kəpəz”dən Məmmədov Hüseynov və Rauf Hüseynlini, “Sabah”dan Nicat Mehbalıyevi, həmçinin “Şamaxı”dan Arsen Ağcabəyovu, “Qəbələ”dən Murad Musayev transfer edib. Kapitan Tərlan Quliyev, Ramin Nəsirli, Elnur Cəfərovla da yeni müqavilə imzalanıb.

İbrahim Piriyev “Araz”la yeni müqavilə bağladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” yarımmüdafiəçisi İbrahim Piriyev ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

Xatırladaq ki, İbrahim Piriyev 2025/2026-cı illər mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan oyunçu “Zirə” ilə Azərbaycan Premyer Liqasının son turunda keçirilmiş matçda debut edib.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla da yeni müqavilə bağlamışdı.

Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala isə komandanı tərk ediblər.

Adil Şükürov “Səbail”dən getdi – Rəsmi

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Səbail” komandasının baş məşqçisi Adil Şükürov istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Birinci Liqa təmsilçisi mütəxəssisin başa çatmış müqaviləsinin müddətini uzatmayıb. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Adil Şükürov ötən ilin noyabrından “Səbail”də işləyirdi. Onun rəhbərliyi altında komanda Birinci Liqanın 2025/2026-cı illər mövsümünü 3-cü pillədə başa vurub və əsas tapşırığın (Premyer Liqaya vəsiqə qazanmaq) öhdəsindən gələ bilməyib.

Qeyd edək ki, ötən gün “Səbail” rəhbərliyində də dəyişiklik qeydə alınıb. Belə ki, İdarə Heyətinin qərarına əsasən, Mirzə Bayrampur klubun prezidenti vəzifəsinə təyin olunub. Yeni rəhbərliyin komandanın baş məşqçi postunu kimə tapşıracağı hələ bilinmir.

Kannavaro: “Bura Özbəkistanı tanıtmaq üçün gəlmişik”

Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavaro dünya çempionatının qrup mərhələsində Kolumbiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, tarixində ilk dəfə mundiala qatılmış özbəklər DÇ-2026-nın qrup mərhələsinin ilk turunda qarşılaşdığı Kolumbiyaya 1:3 hesabıyla məğlub olublar.

Fabio Kannavaro məğlubiyyətdən sonra fikirlərini bölüşüb:

“Maraqlı oyun alındı. İkinci hissədə matçın gedişatını dəyişə bildik. Sol cinah vasitəsilə təhlükəli hücumlar qurur, oyuna nəzarəti ələ almağa çalışırdıq.

Hər şeydən əvvəl biz bura Özbəkistanı bütün dünyaya müsbət tərəfdən göstərmək üçün gəlmişik. Mən komandaya həmişə deyirəm ki, matç boyu fəal və cəsarətli oynamaq lazımdır. Kolumbiya kimi komandaya qarşı top olmadan oynamaq asan deyil.

Ümumilikdə ikinci hissədə yaxşı çıxış etdik, amma təəssüf ki, qollar buraxdıq. Bu oyunu xatırlayacağıq, çünki o, tarixidir. Biz dünya çempionatındayıq. Deyə bilərəm ki, bu qarşılaşma bizim üçün faydalı oldu. Səhvlərimiz var idi və onların üzərində işləyəcəyik.

Futbolçularımla fəxr edirəm. Onlar yaxşı oynadılar. Bu gün çox çətin matç idi. Belə bir stadionda, belə azarkeşlər qarşısında oynamaq asan deyil. Amma bu, eyni zamanda əlavə motivasiya da verə bilər”.

Kolumbiya yığmasının baş məşqçisi Nestor Lorenso isə qələbəni şərh edib:

“Bizi çox çətin oyunun gözlədiyini bilirdik. Qələbə böyük sevincdir. Lakin bir çox futbolçular yorğun təsir bağışlayırdılar. Bu, həm emosional, həm də fiziki gərginliklə bağlı idi.

Bundan əlavə, müəyyən çətinliklər yaşayırdıq, çünki hamı bizdən yalnız inamlı qələbə gözləyirdi. Düşünürəm ki, Özbəkistan yığmasının gücünü həqiqətən yalnız məşqçilər korpusu tam dərk edirdi”.

DÇ-2026: Özbəkistan debüt matçında məğlub oldu

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında debütant Özbəkistan millisi Kolumbiya yığması üz-üzə gəlib. Mexikoda (Meksika) təşkil edilmiş K qrupunun oyununda 4 qol qeydə alınıb. Yekunda qələbəni bayram edən tərəf Kolumbiya millisi olub.

Kolumbiyanın qollarını Daniel Munyos (40), Luis Dias (65) və Xaminton Kampas (90+9) vurublar. Özbəkistan yığmasında isə Abbosbek Fayzullayev (60) fərqlənən oyunçu olub.

Xatırladaq ki, bu qrupun Portuqaliya – Konqo Demokratik Respublikası oyunu 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

DÇ-2026
K qrupu
18 iyun

Özbəkistan – Kolumbiya 1:3
Qollar: Abbosbek Fayzullayev, 60 – Daniel Munyos, 40. Luis Dias, 65. Xaminton Kampas, 90+9.

Növbəti oyunların proqramı belədir:

A qrupu
20:00. Çexiya – Cənubi Afrika

B qrupu
23:00. İsveçrə – Bosniya və Herseqovina

Karlos Keyroş: “Bu oyunu ağlımız sayəsində qazandıq”

Qana yığmasının baş məşqçisi Karlos Keyroş dünya çempionatının qrup mərhələsində Panama yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində baş tutmuş bu görüşdə Qana yığması rəqibi üzərində 1:0 hesablı qələbəyə sevinib.

Karlos Keyroş matçdan sonra qələbəni belə şərh edib:

“Əvvəlcə səbir göstərməli olduq, döyüşçülər kimi mübarizə apardıq. Bu oyunu ağlımız sayəsində qazandıq.

Panama futbol oynamağı bacaran komandadır. Bilirdik ki, onlar oyuna nəzarət etməyə çalışacaqlar. Bizim strategiyamız isə təşəbbüsü onlara vermək və bundan faydalanmaq idi”.

Panama yığmasının baş məşqçisi Tomas Kristiansen də matçdan sonra fikirlərini bölüşüb:

“Bu nəticə ağrılıdır, çünki Panama yığması daha artığına layiq idi. Birinci hissədə oyuna nəzarət edirdik, lakin ikinci hissədə rəqibin üslubunda oynamağa başladıq. Biz bunu istəmirdik, amma indi peşman olmağın vaxtı deyil. Qarşıda hələ iki oyunumuz var. Pley-off mərhələsinə yüksəlmək istəyiriksə, Xorvatiya ilə oyunda yaxşı nəticə əldə etməliyik.

Qanaya məğlubiyyətdən nəticə çıxarmalıyıq. Dünya çempionatında səhvlər çox baha başa gəlir. Xorvatiya ilə oyunda çəkinməyəcəyik. Panamanın məğlub edilməsinin nə qədər çətin olduğunu göstərmək istəyirik və son nəfəsimizə qədər mübarizə aparacağıq”.

Roderik Miller DÇ-2026-da ilk oyunu kənardan izlədi

Panama millisinin və “Turan Tovuz”un mərkəz müdafiəçisi Roderik Miller DÇ-2026-da ilk turun oyununda iştirak şansı qazanmayıb.

Arena.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nın L qrupunda Qana və Panama milliləri üz-üzə gəliblər.

Torontoda keçirilmiş qarşılaşma Qananın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın böyük hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalar yaranan imkanlardan istifadə edə bilməyiblər. Qarşılaşmanın taleyi əlavə olunmuş vaxtda həll edilib. Çaleb Yirenkyi 90+5-ci dəqiqədə fərqlənərək Qanaya üç xal qazandırıb.

Miller matçın iştirakçısı olmayıb. Panamanın mərkəz müdafiəçisi sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

Xatırladaq ki, Miller Panama millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyətində yer alıb. Bununla da Miller Azərbaycan Premyer Liqasında çıxış edərək dünya çempionatına dəvət almış ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Panama millisi dünya çempionatında Xorvatiya, İngiltərə və Qana yığmaları ilə birgə L qrupunda mübarizə aparır.

Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. O, indiyə qədər Tovuz təmsilçisinin heyətində 80 oyuna çıxıb, 10 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. Müdafiəçi Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında legioner həyatı yaşayıb.

Roderik Panama millisində 48 oyun keçirib, 2 qola imza atıb, 1 assist müəllifi olub. O, Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.

DÇ-2026: Panama Qanaya məğlub oldu

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Qana və Panama yığmaları üz-üzə gəliblər. Torontoda (Kanada) təşkil edilmiş L qrupunun oyununda cəmi bir qol qeydə alınıb. Yekunda qələbəni bayram edən tərəf Afrika təmsilçisi olub. Qanaya qələbə gətirən qolu 90+5-ci dəqiqədə Çaleb Yirenkyi vurub.

Xatırladaq ki, bu qrupun digər oyununda İngiltərə millisi Xorvatiya yığmasına 4:2 hesabıyla qalib gəlmişdi.

DÇ-2026
L qrupu
18 iyun

Qana – Panama 1:0
Qol: Çaleb Yirenkyi, 90+5.

Növbəti oyunların proqramı belədir:

K qrupu
06:00. Özbəkistan – Kolumbiya

A qrupu
20:00. Çexiya – Cənubi Afrika

B qrupu
23:00. İsveçrə – Bosniya və Herseqovina

Tomas Tuxel: “Futbolçuların reaksiyası xoşuma gəldi”

İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel dünya çempionatının qrup mərhələsində Xorvatiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəlmiş komandaların görüşündə İngiltərə millisi 4:2 hesablı qələbəyə sevinib.

Tomas Tuxel matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı reaksiya göstərdik. Birinci hissə bizim üçün bir qədər çətin keçdi. Komandada müəyyən gərginlik hiss olunurdu. Verdiyimiz qərarlar daha ehtiyatlı oynamaq və geri çəkilmək istəyi ilə bağlı idi. Oyunun ritmini tapmaqda çətinlik çəkirdik və rəqibin müdafiəsindəki boşluqlardan istifadə etmək üçün bizə özünəinam çatmırdı.

Statistikaya baxdım: birinci hissədə ikili mübarizələrin cəmi 33 faizini, ikinci hissədə isə 73 faizini qazanmışıq. Deməli, topsuz oyunda da ilk hissədə kifayət qədər yaxşı deyildik, lazımi fədakarlığı göstərmirdik.

İkinci hissədə futbolçuların reaksiyası xoşuma gəldi. Bu emosional bir qarşılaşma idi, meydanda çoxlu hisslər yaşanırdı. Oyunun ritminə düşmək üçün bizə müəyyən vaxt lazım oldu”.

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç isə uduzduqları oyundan sonra komandasının çıxışını tənqid edib:

“İkinci hissəni çox pis keçirdik. Birinci hissədə iki qolu standart vəziyyətlərdən buraxdıq, onlardan biri penalti idi. Bəzi məqamlarda səhvlərə yol verdik.

Üçüncü qolu uzun ötürmədən sonra buraxdıq və həmin andan etibarən oyuna qayıtmağın nə qədər çətin olduğunu gördük. Biz pis reaksiya verdik və oyunumuzu yenidən düzgün qura bilmədik”.

DÇ-2026: İngiltərə xorvatları 4 qolla yendi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında İngiltərə və Xorvatiya yığmaları üz-üzə gəliblər. Arlinqtonda (ABŞ, Texas) təşkil edilmiş L qrupunun oyununda qapılara bütövlükdə 6 qol vurulub. Yekunda ingilislər 4:2 hesablı qələbəni bayram ediblər.

İngilislərin heyətində Harri Keyn dubla imza atıbsa, Cud Bellingem və Markus Raşford hərəyə bir dəfə fərqləniblər. Xorvatların qollarını isə Martin Baturina və Petar Musa vurublar.

Bu qrupun digər oyununda, saat 03:00-da Qana millisi Panama yığması ilə qarşılaşacaq.

DÇ-2026
L qrupu
18 iyun

İngiltərə – Xorvatiya 4:2
Qollar: Harri Keyn, 12-pen; 42. Cud Bellingem, 47. Markus Raşford, 85 – Martin Baturina, 36. Petar Musa, 45+5.

Növbəti oyunların proqramı belədir:

L qrupu
03:00. Qana – Panama

K qrupu
06:00. Özbəkistan – Kolumbiya

A qrupu
20:00. Çexiya – Cənubi Afrika

B qrupu
23:00. İsveçrə – Bosniya və Herseqovina

Kristiano Ronaldo DÇ-2026-da bir neçə tarixi rekorda imza atdı

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo DÇ-2026-da Konqo DR ilə oyunda meydana çıxmaqla daha bir neçə rekorda imza atıb.

Arena.az xəbər verir ki, mundialın qrup mərhələsinin ilk turunun bu görüşündə qalib müəyyənləşməyib – 1:1.

Ronaldo start heyətində meydana çıxmaqla futbol tarixinə daha bir neçə rekord əlavə edib. Portuqal ulduz ilk növbədə, dünya çempionatlarının final mərhələsində iştirak edən futbolçular arasında xüsusi bir göstəriciyə nail olub. O, karyerasında altıncı dünya çempionatında meydana çıxaraq bu göstəricidə yalnız Lionel Messi ilə eyni səviyyəyə yüksəlib. Beləliklə, Ronaldo və Messi dünya çempionatlarının altı final mərhələsində iştirak edən yeganə futbolçular olublar.

Konqo DR ilə qarşılaşma Ronaldonun dünya çempionatlarındakı 23-cü oyunu kimi tarixə düşüb. Bu göstərici ilə o, əfsanəvi italiyalı müdafiəçi Paolo Maldini ilə bərabərləşərək turnir tarixində ən çox oyun keçirən futbolçular siyahısında dördüncü pilləyə yüksəlib. Ondan yuxarıda yalnız Messi (27 oyun), Lotar Matteus (25 oyun) və Miroslav Kloze (24 oyun) qərarlaşıblar.

41 yaşlı portuqaliyalı daha bir mühüm nailiyyətə imza atıb. O, dünya çempionatlarında meydana çıxan ən yaşlı avropalı futbolçu olub. Bununla da Ronaldo 1986-cı ildə son dünya çempionatı oyununu 41 yaşında keçirmiş Şimali İrlandiya yığmasının sabiq qapıçısı Pat Jenninqsin rekordunu geridə qoyub.

Bununla yanaşı, Ronaldo dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu rekordunu da yeniləyib. Qarşılaşma zamanı onun yaşı 41 il 132 gün idi. Bu göstəricidə onu yalnız 2018-ci il mundialında 45 yaş 161 günündə start heyətində meydana çıxmış misirli qapıçı Essam El-Hadari qabaqlayır.

Xatırladaq ki, 41 yaşlı Ronaldo karyerası ərzində:

5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub;
Avropa çempionu adını qazanıb;
2 dəfə UEFA Millətlər Liqasını qazanıb;
Milli komandalar tarixinin ən məhsuldar bombardiridir;
Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatlarının qol rekordlarına sahibdir;
5 dəfə “Qızıl top” mükafatını qazanıb.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Yuventus” və “Real” kimi nəhəng klubların formasını geyinib.

Roberto Martines: “Oyunumuza tənqidi yanaşlamalıyıq”

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines dünya çempionatında Konqo Demokratik Respublikasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəlmiş bu komandaların görüşündə qalib müəyyənləşməyib – 1:1.

Portuqaliya hesabı erkən açsa da, üstünlüyünü qoruya bilməyib. Roberto Martines matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna çox yaxşı və düzgün başladıq. Lakin erkən vurduğumuz qol müəyyən mənada hücumdakı sonrakı fəaliyyətimizə mənfi təsir göstərdi. Biz həddindən artıq topa nəzarət etməyə fokuslandıq və rəqibin cərimə meydançasına daxil olmaqda çətinlik çəkməyə başladıq. Bu isə Konqo DR futbolçularına yenidən təşkilatlanmaq imkanı verdi.

Fasilədən dərhal əvvəl buraxdığımız qol standart vəziyyətdən vuruldu. Biz çox yaxşı bilirdik ki, bu, fiziki cəhətdən güclü və standart vəziyyətlərdən əla istifadə edən komandadır. Amma dünya çempionatının səviyyəsi məhz budur. İndi hər şeyi ətraflı təhlil etməliyik, lakin komandanın münasibəti və yanaşması mənim xoşuma gəldi.

Konqonun qolu matçın psixoloji baxımdan bizim üçün ən çətin anında gəldi. Buna baxmayaraq, futbolçular buraxılan qola yaxşı reaksiya verdilər. Onların oyuna münasibəti nümunəvi idi.

Bəli, nümayiş etdirdiyimiz futbolun yekun keyfiyyətindən tam razı qalmadıq. Amma oyunçuların son saniyəyə qədər meydanda nələr qurmağa çalışdıqlarından və göstərdikləri əzmkarlıqdan məmnunam. Bunların hamısı inkişaf prosesinin bir hissəsidir.

Qarşıda bizi daha iki çox vacib qrup oyunu gözləyir. Öz çıxışımızı tənqidi şəkildə qiymətləndirməliyik və bunu mütləq edəcəyik. Bu qarşılaşma bir daha göstərdi ki, dünya çempionatında asan oyun olmur. Portuqaliya oyundan oyuna inkişaf etməli və güclənməlidir”.

Konqo Demokratik Respublikası yığmasının baş məşqçisi Sebastyan Desabre isə heç-heçəyə belə şərh verib:

“Konqo Demokratik Respublikası yığmasının dünya çempionatında ilk xalını qazanması və ilk qolunu vurması bizim üçün böyük qürur mənbəyidir. Futbolçular inanılmaz fədakarlıq və özlərini oyuna tam həsr etmə nümayiş etdirdilər. Oyun planını tam olaraq nəzərdə tutduğumuz kimi yerinə yetirdik, standart vəziyyətdən qol vurduq və açığını desəm, futbolçularımla çox qürur duyuram. Onlar Konqonu layiqincə təmsil etdilər və bütün ölkə buna layiqdir”.

DÇ-2026: Portuqaliya xal itkisi ilə başladı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Portuqaliya və Konqo Demokratik Respublikası yığmaları üz-üzə gəliblər. Hyustonda (ABŞ, Texas) təşkil edilmiş oyunda qalib müəyyənləşməyib – 1:1.

Avropalıların heyətində Joao Neves 6-cı dəqiqədə adını tabloya yazdırıb. Afrika təmsilçisinin qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.

Portuqaliya millisinin heyətində ulduz futbolçu Kristiano Ronaldo oyunun əvvəlindən sonuna qədər meydanda olsa da, heç nə ilə yadda qalmayıb.

Bu qrupun digər oyununda, saat 06:00-da Özbəkistan millisi Kolumbiya yığması ilə qarşılaşacaq.

DÇ-2026
K qrupu
17 iyun

Portuqaliya – Konqo DR 1:1
Qollar: Joao Neves, 6 – Yoan Vissa, 45+5.

Ole Verner “Leypsiq”dən qovuldu

Almaniyalı futbol mütəxəssisi Ole Verner Bundesliqada mübarizə aparan “Leypsiq” komandasının baş məşqçi vəzifəsindən qovulub.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

38 yaşlı mütəxəssisin klubla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi olsa da, Bundesliqa təmsilçisi onu vaxtından əvvəl istefaya göndərilib.

Ole Verner məşqçilik karyerasına “Holştayn Kil” komandasında başlayıb. O, dörd ilə yaxın “Verder”in baş məşqçisi olub. 2025-ci ilin iyul ayından “Leypsiq”ə rəhbərlik edən almaniyalı mütəxəssis bu komandanı 38 oyuna çıxarıb, 23 qələbə, 5 heç-heçə, 10 məğlubiyyət görüb.

“Leypsiq” son mövsümdə Almaniya Bundesliqasında 34 oyuna topladığı 65 xalla 3-cü yeri tutub və bürünc medallarla kifayətlənib. Komanda 34 oyunda 20 qələbə qazanıb, 5 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

“Səbail”in yeni prezidenti – Mirzə Bayrampur

Azərbaycan Premyer Liqanın keçmiş iştirakçısı, hazırda Birinci Liqada mübarizə aparan “Səbail” klubunun rəhbərliyi dəyişib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, İdarə Heyətinin qərarına əsasən, Mirzə Bayrampur klubun prezidenti vəzifəsinə təyin olunub.

Xatırladaq ki, “Səbail” 10 ildir Azərbaycanın futbol səhnəsindədir. 2025-ci ildə Azərbaycan Premyer Liqasını tərk etmiş paytaxt klubunun cəmi bir mövsüm sonra elitaya qayıtması gözlənilsə də, bu, baş vermədi. Belə ki, Birinci Liqada 2025/2026-cı illər mövsümünü 3-cü pillədə bitirmiş “dənizçilər” növbəti mövsümü də bu turnirdə keçirəcəklər.

Klubun rəhbərliyindəki dəyişikliyin də məhz bu uğursuzluqla bağlı olduğu ehtimal edilir. Amma bu, “dənizçilər”lə bağlı yeganə dəyişiklik olmayacaq. Paytaxt klubunun adının da dəyişdirilməsi, hətta bölgələrimizdən birini təmsil etməsi gözlənilir. ASCO sponsorluqdan imtina etdikdən sonra paytaxt təmsilçisində maliyyə problemləri də yaranıb. Bu üzdən komanda hətta “Bayıl Arena”dan da çıxarılıb.

Bruno Lanqa “Qarabağ”da – Rəsmi

İspaniyanın “Almeriya” klubunun mozambikli sol cinah müdafiəçisi Bruno Lanqa bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 2026/2027-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib. Mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı İspaniyanın “Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, yeni komandasında 5 nömrəli formanı geyinəcək.

Lanqanın son klubu İspaniya təmsilçisi “Almeriya” olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası “Eştrela”da keçirib. Lanqa karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” və İspaniyada “Almeriya” klublarının formasını geyinib.

Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

Lanqa yay transfer pəncərəsində “Qarabağ”ın dördüncü transferidir. Daha əvvəl Jali Muaddib, Zəkəriyyə Savo və Samuel Lobato “Qarabağ”a qoşulmuşdu.

Pedro Bikalyo ilə yeni müqavilə bağlamış Ağdam klubu Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae və Kevin Medina ilə də yollarını ayırıb.

Nikolo Zaniolo “Qalatasaray”ı tərk etdi – Rəsmi

Futbol üzrə Türkiyə çempionu “Qalatasaray”ın italiyalı yarımmüdafiəçisi Nikolo Zaniolo İstanbul təmsilçisindən birdəfəlik ayrılıb.

Arena.az xəbər verir ki, o, karyerasını İtaliya A Seriyasında davam etdirməyə qərar verib.

“Udineze” ötən mövsüm bu komandada icarə əsasında çıxış etmiş 26 yaşlı futbolçunun müqaviləsindəki satınalma bəndini aktivləşdirərək Zaniolonun transfer hüquqlarına tam sahib olub. Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Zaniolo ilə 2029-cu ilin yayına qədər rəsmi müqavilə imzalanıb.

“Udineze” bu keçid üçün İstanbul təmsilçisinə 5 milyon avro ödəyəcək. Razılaşmanın xüsusi bəndinə əsasən, italiyalı yarımmüdafiəçinin növbəti satışından əldə olunacaq gəlirin 50 faizi də məhz “Qalatasaray”ın büdcəsinə köçürüləcək.

Xatırladaq ki, Zaniolo “Qalatasaray”a 2023-cü ilin fevralında “Roma”dan keçmişdi. İstanbul təmsilçisinin heyətində 12 oyuna 5 qol vurub, 1 assist etmiş yarımmüdafiəçi burada möhkəmlənə bilməyib.

Nikolo Zaniolo İngiltərənin “Aston Villa”, İtaliyanın “Virtus Entella”, “İnter”, “Roma”, “Atalanta”, “Fiorentina” klublarında da forma geyinib.

İtaliya yığmasının da üzvü olan 25 yaşlı Zaniolo millinin heyətində 19 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı italiyalı futbolçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Ramin Nəsirli də “Şəfa”da qaldı – Rəsmi

2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” Ramin Nəsirli ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti bu yay bitirdi.

“Neftçi”nin yetirməsi olan Ramin Nəsirli 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir. Yarımmüdafiəçi daha öncə “Neftçi”, “Dauqavpils”, “Araz-Naxçıvan” kimi klubların formasını geyinib.

“Şəfa” daha öncə Tərlan Quliyev və Elnur Cəfərovla da müqavilənin müddətini uzatdığını açıqlamışdı. Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev və Məmməd Hüseynovu heyətinə qatmış paytaxt klubu Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev və Ürfan İsmayılovla da yollarını ayırıb.

Marko Arnautoviç Avstriya millisində daha bir rekorda imza atdı

DÇ-2026-nın final mərhələsinin ilk turunun İordaniya ilə oyunu Avstriya yığmasının hücumçusu Marko Arnautoviç üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu 3:1 hesabıyla qalib gəldikləri bu oyunda komandasının sonuncu qoluna imza atıb.

Bununla da o, Avstriya yığmasının rekordçusuna çevrilib. Belə ki, Marko
mundiallar tarixində qol vurmuş ən yaşlı avstriyalı futbolçu ünvanını əldə edib. FIFA-nın yaydığı məlumata görə, təcrübəli hücumçu bu rekordu 37 yaş 59 günlüyündə rəsmiləşdirib. O, bununla da uzunmüddətli rekordu yeniləyib. Əvvəlki rekord DÇ-1998-də Kamerun yığmasına qarşı matçda (1:1) bərabərlik qolunu vurmuş Toni Polsterə məxsus idi. Sözügedən futbolçu 34 yaş 93 günlüyündə fərqlənmişdi.

Xatırladaq ki, Marko Arnautoviç hazırda Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edir. 36 yaşlı forvard 2025-ci ilin yayında İtaliyanın “İnter” klubundan azad agent kimi ayrılaraq Serbiya təmsilçisi ilə 2 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalayıb. O, bu komandanın heyətində 32 oyuna çıxıb, 10 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Arnautoviç daha əvvəl İtaliyada “İnter” və “Bolonya”nın, Niderlandda “Tvente”nin, Almaniyada “Verder”in, İngiltərədə “Vest Hem” və “Stok Siti”nin, Çində “Şanxay SİPQ” komandasının da formasını geyinib.

Marko Arnautoviç 2008-ci ilin oktyabr ayında debüt etdiyi Avstriya yığmasında 134 oyun keçirib, 48 qol vurub, 30 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 37 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

İbrahim Mbaye – DÇ-də qol vuran ən gənc afrikalı futbolçu!

DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda Fransa yığmasına qol vuran Seneqal milli komandasının üzvü İbrahim Mbaye tarixə düşüb.

Arena.az bu barədə FIFA-ya istinadən xəbər verir.

Belə ki, o, dünya çempionatlarında qol vurmuş ən gənc afrikalı futbolçu olub. Mbaye 18 yaş 143 günlüyündə fərqlənib.

Qeyd edək ki, I qrupunun matçında Fransa yığması Seneqalı 3:1 hesabı ilə məğlub edib. Gənc futbolçu komandasının yeganə qolunu qarşılaşmanın 90+5-ci dəqiqəsində vurub.

İbrahim Mbaye Fransa nəhəngi PSJ-nin şərəfini qoruyur. 18 yaşlı futbolçu 2018-ci ildən Paris klubunun sistemindədir. İstedadlı vinger PSJ-nin əsas komandasında indiyə qədər 42 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

İbrahim vaxtilə Fransanın U-16, U-17, U-18 və U-20 yığmalarında oynasa da, 2025-ci ildən Seneqalın əsas millisində forma geyinir. Yeniyetmə futbolçu bu komandanın heyətində 12 oyuna çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə verib.

Konfrans Liqasında klublarımızın potensial rəqibləri bilindi

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün püşkü atılıb, klublarımızın rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilmiş püşkatmada nəinki bu turnirdə mübarizə aparacaq “Neftçi” və “Zirə”nin, hətta “Sabah”la “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.

Məlum olduğu kimi, “Neftçi” Konfrans Liqasında mübarizəyə birbaşa 2-ci təsnifat mərhələsindən başlayacaq. “Ağ-qaralar” bu raundda 1-ci təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.

Mübarizəyə ilk raunddan başlayacaq “Zirə”nin də növbəti mərhələdəki rəqibi artıq indidən məlumdur. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandasını keçəcəyi təqdirdə, növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. “Zirə” – “Torpedo” cütünün qalibi növbəti mərhələdə ilk oyunu səfərdə keçirəcək.

“Qarabağ” bu mövsüm Avropa Liqasında mübarizə aparacaq. Ağdam klubu Avroliqanın 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi bu rəqibinə uduzsa, o zaman Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Litva) duelinin qalibi ilə görüşəcək. “Qarabağ” – “Vestri” cütünün məğlubu bu raundda ilk oyunu evdə keçirməli olacaq.

Azərbaycan çempionu “Sabah” da Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə apara bilər. Belə ki, paytaxt klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasına uduzsa, Konfrans Liqasının 1-ci raundunun “Flora” (Tallin, Estoniya) – “İberiya” (Gürcüstan) duelinin məğlubu ilə görüşəcək.

Xatırladaq ki, ÇL-də birinci raundun məğlubları mübarizəni Avropa Liqasında yox, Konfrans Liqasında davam etdirir. Yalnız ÇL-də 2-ci mərhələnin məğlubu uduzacağı halda Avroliqanın 3-cü təsnifat mərhələsinə düşür.

Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

Kevin Medina “Qarabağ”dan getdi – Rəsmi

“Qarabağ”ın Kolumbiyadan olan mərkəz müdafiəçisi Kevin Medina 6 ildir formasını geyindiyi Ağdam klubundan ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Təşəkkürlər, Kevin! Hər şey üçün təşəkkür edirik!” – deyə klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, 33 yaşlı kolumbiyalının Malayziyanın “Johor” komandasına keçməsi gözlənilir. Medina sözügedən klubdan sərfəli təklif alıb. Futbolçunun “Qarabağ” qarşısındakı xidmətləri nəzərə alınaraq onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Beləliklə, Medina yeni klubuna azad agent kimi keçəcək. Halbuki, o, müqavilə ilə daha bir il Ağdam klubuna xidmət göstərməli idi.

Kevin Medina 2020-ci ilin iyul ayından “Qarabağ”ın şərəfini qoruyurdu. 30 yaşlı futbolçu Ağdam təmsilçisinin heyətində keçirdiyi 204 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Mərkəz müdafiəçisi daha öncə Portuqaliyada “Naval”, “Moura”, “Sintrense”, “Pinhalnovense”, “Akademiko Vizeu” və “Çaves” kimi klublarda forma geyinib.

Avroliqa: “Qarabağ” “Vestri” səddini keçsə…

“Qarabağ”ın Avropa Liqasının (Avroliqa) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, Avroliqanın 2-ci təsnifat mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında atılıb.

Püşkün nəticəsinə əsasən, “Qarabağ” – “Vestri” (İslandiya) cütünün qalibi ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” mərhələ adlasa, ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, Avroliqada 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

Avropa Liqası
2-ci təsnifat mərhələsi
23–30 iyul

Hammarbü (İsveç) – Anderlext (Belçika)

Qarabağ (Azərbaycan)/Vestri (İslandiya) – ÇSKA (Sofiya, Bolqarıstan)/Derri Siti (İrlandiya)

Tromse (Norveç) – Viktoriya (Plzen, Çexiya)

Tvente (Niderland) – Voyvodina (Serbiya)/Ferentsvaroş (Macarıstan)

Beşiktaş (Türkiyə) – Midtyulland (Danimarka)

Hayduk (Split, Xorvatiya)/Jilina (Slovakiya) – Pafos (Kipr)

Şerif (Tiraspol, Moldova)/Aluminiy (Sloveniya) – Makkabi (Təl-Əviv, İsrail)

Senkt Qallen (İsveçrə) – Benfika (Portuqaliya)

Dinamo (Kiyev, Ukrayna)/Universitatya (Kluj, Rumıniya) – PAOK (Yunanıstan)

Lionel Messi bir het-triklə DÇ-də rekordları alt-üst etdi

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi dünya çempionatlarında yeni rekordlara imza atıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirdikləri oyunda meydana çıxmaqla mundiallarda 6 dəfə iştirak etmiş ilk oyunçu olub.

Messi meydana çıxması ilə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını da 27-yə çatdıraraq rekordu yeniləyib. Hələ karyerasını davam etdirən futbolçular arasında bu göstəricidə ona ən yaxın olan Kristiano Ronaldo 22 oyunla ikinci yerdə qərarlaşıb.

Messi Əlcəzairlə oyunda het-trik edərək dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında almaniyalı Miroslav Klozeyə çatıb. O, görüşün 17-ci, 60-cı və 76-cı dəqiqələrində fərqlənməklə mundiallarda vurduğu qolların sayı 16-ya çatdırıb.

Messi Əlcəzairlə görüşdə qol vurmaqla dünya çempionatlarında daha bir rekorda imza atıb. 38 yaşlı forvard mundial tarixində fərqli rəqiblərə ən çox qol vurmuş futbolçu olub. O, ümumilikdə 11 müxtəlif milli komandanın qapısına yol tapıb və bu göstəricidə Kristiano Ronaldo, Yurgen Klinsmann və Miroslav Kloze kimi əfsanələri geridə qoyub.

Bundan başqa, Messi dünya çempionatları tarixində qol vuran üçüncü ən yaşlı oyunçu, bu turnirin tarixində het-trik edən ən yaşlı oyunçu olub.

38 yaşlı hücumçu matçın 17-ci dəqiqəsində cərimə meydançasının kənarından möhtəşəm qola imza atıb. Bu, onun dünya çempionatları tarixində cərimə meydançasından kənardan vurduğu 5-ci qol olub. Bununla da Messi dünya çempionatı tarixində cərimə meydançasının xaricindən ən çox qol vuran braziliyalı əfsanəvi oyunçu Rivelinonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, Lionel Messi hazırda ABŞ klubu “İnter Mayami”də çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Futbolçu 8 dəfə “Qızıl top” mükafatına layiq görülərək bu göstəricidə də rekord sahibidir.

ÇL: “Sabah” TNS-i keçsə…

“Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında bu gün təşkil olunmuş püşkatma mərasimində dəqiqləşib.

Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasını məğlub etsə, növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu cütün qalibi ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
17 iyul – 21/22 iyul

Myalbu (İsveç) – Linkoln (Cəbəllüttariq)/İnter Eskaldes (Andorra)

Tre Fiori (San Marino)/Larne (Şimali İrlandiya) – Srvena Zvezda (Serbiya)

Sabah (Azərbaycan)/TNS (Uels) – Vardar (Şimali Makedoniya)/KuPS (Finlandiya)

Klaksvik (Farer adaları)/Atert Bissen (Lüksemburq) – Kauno Jalgiris (Litva)/Drita (Kosovo)

Orhus (Danimarka) – Lex (Poznan, Polşa)

Ararat (Ermənistan)/Riqa (Latviya) – Floriana (Malta)/Şemrok Rovers (İrlandiya)

Borats (Bosniya və Herseqovina)/Levski (Bolqarıstan) – Vitebsk (Belarus)/Universitatya (Krayova, Rumıniya)

Omoniya (Kipr) – Kayrat (Qazaxıstan)/Sutyeska (Monteneqro)

Tyun (İsveçrə) – Dinamo (Zaqreb, Xorvatiya)

Vikinqur (İslandiya)/Dyor ETO (Macarıstan) – Hapoel (Beer Şeva, İsrail)

Flora (Estoniya)/İberiya (Gürcüstan) – Slovan (Bratislava, Slovakiya)

Petrokub (Moldova)/Eqnatiya (Albaniya) – Çelye (Sloveniya)

Fənərbağça (Türkiyə) – Qornik (Polşa)

Ştrum Qras (Avstriya) – Harts (Şotlandiya)

Bernardo Silva “Real”da – Rəsmi

“Mançester Siti”dən ayrılmış portuqaliyalı hücumameyilli yarımmüdafiəçi Bernardo Silva bundan sonra “Real”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Madrid təmsilçisi “Mançester Siti”dən azad agent kimi ayrılmış 31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlayıb. Portuqal futbolçunun “Real”da illik maaşı 20 milyon avro təşkil edəcək. Bundan əlavə, o 10 milyon avro imza bonusu, agenti Jorje Mendes və atası isə ümumilikdə 10 milyon avro komissiya haqqı əldə edəcək.

Xatırladaq ki, Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Silvanı heyətinə qatıb. Silva “şəhərlilər”in heyətində 460 oyuna çıxıb, 76 qol, 77 məhsuldar ötürmə.

Silva “Mançester Siti”nin heyətində 6 dəfə İngiltərə Premyer Liqasının, 5 dəfə İngiltərə Liqa Kubokunun, 2 dəfə İngiltərə Federasiya Kubokunun, 3 dəfə İngiltərə Super Kubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə FİFA Klub Dünya Kubokunun qalibi olub.

Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 109 oyuna çıxıb, 14 qol vurub və 29 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameylli yarımmüdafiəçnin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Cəlal Hüseynov “Petrolul”da!

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi, 23 yaşlı Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, Cəlalın bu klubla müqaviləsinin müddəti 2025/2026-cı illər mövsümünün sonunda başa çatıb.

Bu üzdən də o, azad agent kimi özünə yeni klub tapıb. Azərbaycanlı futbolçu bundan sonrakı karyerasını Rumıniyada davam etdirəcək.

Müdafiəçi bu ölkənin “Petrolul” klubu ilə anlaşıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

“Petrolul” Rumıniya çempionatının geridə qalmış mövsümünü 32 xalla 16 komanda arasında 12-ci pillədə başa vurub.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında “Arda” ilə 3 illik müqavilə imzalamışdı. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 10 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Ülvi İsgəndərov “Araz”la yeni müqavilə bağladı

Azərbaycan Premyer Liqasında növbəti mövsümə hazırlaşan “Araz-Naxçıvan” hücumçusu Ülvi İsgəndərov ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, İsgəndərov yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024/2025-ci illər mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir. 28 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 66 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Qəbələ”nin yetirməsi olan Ülvi İsgəndərov “Sumqayıt”da da çıxış edib. Azərbaycanın U-21 millisində də oynamış futbolçuya əsas millidə debüt qismət olmayıb.

“Araz-Naxçıvan” daha öncə Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləmişdi. Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala isə komandanı tərk ediblər.

Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bəlli olur

“Neftçi” və “Zirə”nin Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, bu gün Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Püşkatmada Azərbaycan klublarının da potensial rəqibləri bilinəcək.

Yarışa 2-ci təsnifat mərhələsindən qoşulacaq “Neftçi”nin potensial rəqibləri bunlardır:

“Ludoqorets” (Bolqarıstan)
“Rakuv” (Polşa)
“Apollon” (Kipr)
“Dinamo” (Albaniya) – “Astana” (Qazaxıstan) cütünün qalibi
“Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi

Turnirin 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə qarşılşacaq “Zirə”nin növbəti raunddakı potensial rəqibləri isə bu klublardır:

AEK (Kipr)
ÇFR (Kluj, Rumıniya)
“Spartak”(Slovakiya)
“Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi

Qeyd edək ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

Bu gün həm də Avropa Liqasının 1-ci təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Vestri” duelinin məğlubunun, həmçinin UEFA Çempionlar Liqasında 1-ci raundunda yarışacaq “Sabah” (Azərbaycan) – TNS (Uels) cütünün məğlubunun Konfrans Liqasının 2-ci raundunda hansı komanda ilə qarşılaşacağı bilinəcək.

2-ci təsnifat mərhələsində “Sabah” – TNS cütünün məğlubunun 3 mümkün rəqibi:

“Flora” (Estoniya) – “İberiya” (Gürcüstan) cütünün məğlubu
“Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu
“Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün məğlubu

2-ci təsnifat mərhələsində “Qarabağ” – “Vestri” cütünün məğlubunun 5 mümkün rəqibi:

“Rapid” (Avstriya)
“Qradets Kralove” (Çexiya)
“Hibernian” (Şotlandiya)

həmçinin Konfrans Liqasının I təsnifat mərhələsinin aşağıdakı cütlüklərinin qalibləri:

“Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya)
“Petrovats” (Monteneqro) – “Jalgiris” (Litva)

Xatırladaq ki, ÇL-ə birinci mərhələdən başlayan cütlüklərin məğlubu mübarizəni Avropa Liqasında deyil, Konfrans Liqasında davam etdirəcək. Yalnız ÇL-də 2-ci mərhələnin məğlubu uduzacağı halda Avroliqanın 3-cü mərhələsinə düşür.

Avroliqa: “Qarabağ” üçün “Beşiktaş”, “Tvente”, ÇSKA…

“Qarabağ”ın Avropa Liqasının (Avroliqa) 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.

UEFA-nın mənzil-qərargahında baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Ağdam təmsilçisi bu raundda da səpələnmişlər səbətində yer alacaq.

“Köhlən atlar”ın mümkün rəqibləri bunlar idi:

“Beşiktaş” (Türkiyə)
“Tvente” (Niderland)
“Tromse” (Norveç)
“Sankt Qallen” (İsveçrə)
“Hammarbü” (İsveç)
“Şerif” (Moldova) – “Aluminiy” (Sloveniya) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna) – “Universtatya” (Kluj, Rumıniya) cütünün qalibi
“Hayduk” (Xorvatiya) – “Jilina” (Slovakiya) cütünün qalibi
ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi.

Püşkatmaya bir neçə saat qalmış UEFA iştirakçı komandaları qruplara bölüb və “Qarabağ”ın da potensial rəqibləri azalıb. Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını məğlub etsə, aşağıdakı komandalardan birinə rəqib olacaq:

“Beşiktaş” (Türkiyə)
“Tvente” (Niderland)
“Tromse” (Norveç)
“Hammarbü” (İsveç)
ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi

Xatırladaq ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

Ağdam təmsilçisi Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək. Bu raundun oyunları iyulun 9-da və 16-da keçiriləcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını səfərdə keçirəcək.

ÇL: “Sabah” “Srvena Zvezda” və ya “Lex”ə rəqib ola bilər

“Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil ediləcək.

UEFA-nın mənzil-qərargahında baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.

Azərbaycan təmsilçisi bu raundda səpələnməmişlər səbətində yer alacaq. “Bayquşlar” mərhələ adlayacağı təqdirdə aşağıdakı komandalardan birinə rəqib olacaqlar:

“Srvena Zvezda” (Serbiya)
“Lex” (Poznan, Polşa)
“Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
“Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi
“Jalgiris” (Litva) – “Drita” (Kosovo) cütünün qalibi
“Linkoln” (Cəbəllütariq) – “İnter” (Eskaldes, Andorra) cütünün qalibi

Xatırladaq ki, “Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) ilə münasibətlərə aydınlıq gətirəcək. Bu mərhələnin oyunları iyulun 7-8-də və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.

ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.

Ralf Ranqnik: “Haqq etdiyimiz qələbəni qazandıq”

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik dünya çempionatının qrup mərhələsində İordaniyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların dörd qolluq görüşü Avstriya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ralf Ranqnik matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunlarır söyləyib:

“Matçdan əvvəl də mətbuata demişdim ki, bu dünya çempionatında artıq bir çox sürprizlər görmüşük. İordaniya çox təhlükəli, qapanan və sürətli əks-hücumlar edən komandadır.

Bu, çox çətin oyun idi. İordaniya bizim işimizi xeyli çətinləşdirdi. Xüsusilə ikinci hissənin ortalarında özümüzə gəlmək üçün bizə müəyyən vaxt lazım oldu. Nəticədə haqq etdiyimiz qələbəni qazandıq, amma bunun üçün çox çalışmalı olduq.

Fasilədən sonra etdiyimiz əvəzetmələr və taktiki dəyişikliklər bizə böyük kömək göstərdi.

İordaniya? Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər. Açığı, belə bir oyun nümayiş etdirəcəklərini gözləmirdik.

Oyunçuların reaksiyasından razıyam. İkinci hissənin əvvəlində qapımızda qol görsək də, komanda intizamı itirmədi. Romano Şmidin fərdi keyfiyyəti və Marko Arnautoviçin son nöqtəni qoyması bizə vacib 3 xalı qazandırdı”.

Ranqnik hədəflərinin qrupdan çıxmaq olduğunu sözlərinə əlavə edib:

“28 illik fasilədən sonra mundiala qələbə ilə başlamaq mükəmməldir. Lakin Argentina və Əlcəzair kimi rəqiblərin olduğu qrupda hələ heç nə bitməyib. İndi növbəti oyunlara fokuslanmalıyıq. Məqsəd qrupdan çıxmaqdır”.

“Biz bura sadəcə iştirak üçün gəlməmişik”

İordaniya millisinin baş məşqçisi Camal Sellami isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Birinci hissəyə çox müsbət başladıq, lakin rəqib yaxşı təşkilatlanmış komanda idi. Hesabı bərabərləşdirdikdən sonra rəqib ərazi üstünlüyünü ələ keçirdi.

Nəticə İordaniya komandasının nümayiş etdirdiyi fədakarlığı və mübarizəni tam əks etdirmir. Şəxsən mən komandamızın çıxışından çox razıyam.

Qalib gələ bilməməyimizin səbəblərindən biri də Avstriya yığmasının heyətində “Real” və “Bayern” kimi klublarda çıxış edən futbolçuların olmasıdır. Amma düşünürəm ki, bizim əldə etdiklərimiz də qürur mənbəyidir”.

Mütəxəssis Əli Olvanın tarixi qola imza atdığını da vurğulayıb:

“Ölkəmizin dünya çempionatları tarixindəki ilk oyununda qol vurduq. Əli Olvanın qolu bütün İordaniya xalqı üçün tarixi bir an idi. Avstriya kimi güclü Avropa komandası ilə başabaş mübarizə apardıq. Hesab 1:1 olarkən avtoqol oldu və bu, oyunçularımın motivasiyasına təsir etdi. Sonda təyin olunan penalti isə nöqtəni qoydu”.

O, mübarizəni sonadək davam etdirəcəklərini bildirib:

“Biz bura sadəcə iştirak üçün gəlməmişik. Futbolçularımın göstərdiyi cəsarətdən qürur duyuram. Növbəti oyunlarda səhvlərimizi düzəldib qrupdan çıxmaq üçün sonadək vuruşacağıq”.

DÇ-2026: Avstriya inamlı qələbə ilə başladı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Avstriya və İordaniya yığmaları üz-üzə gəliblər. Santa Klarada (Kanada) təşkil edilmiş oyun avropalıların inamlı qələbəsi ilə yekunlaşıb. J qrupunun matçında Avstriya millisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Avstriya yığmasının heyətində 20-ci dəqiqədə Romano Şmid hesabı açıb. Əli Olvan 50-ci dəqiqədə tarazlığı bərpa edib. 76-cı dəqiqədə İordaniya komandasından Yazan Əl-Ərəb avtoqol müəllifi olub. 90+12-ci dəqiqədə Marko Arnautoviç penaltini dəqiq yerinə yetirməklə yekun nəticəni müəyyənləşdirib.

Xatırladaq ki, J qrupunun digər qarşılaşmasında Argentina Əlcəzairi üç cavabsız qolla üstələyib.

DÇ-2026
J qrupu
17 iyun

Avstriya – İordaniya 3:1
Qollar: Romano Şmid, 20. Yazan Əl-Ərəb, 76-öz qapısına. Marko Arnautoviç, 90+12-pen – Əli Olvan, 50.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

Skaloni və Pektoviç matçı qoyub, Messidən danışdılar

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsində Əlcəzairə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəliblər və yekunda Argentina yığması 3:0 hesablı qələbəyə sevinib.

Lionel Skaloni matçdan sonra təşkil edilmiş mətbuat konfransında daha çox bu oyunun qəhrəmanı Lionel Messidən söhbət açıb:

O, Messinin yüksək oyunu sayəsində qalib gəldiklərini bildirib:

“Messi istədiyi müddətcə dünyanın ən yaxşısı olmağa davam edəcək. Onun barəsində deməyə söz tapmıram. Lionel bunu artıq 20 ildir bacarır. Messinin bütün dünyaya ötürdüyü hissləri və göstərdiyi futbolu dəyərləndirməliyik. Bu, həqiqətən, inanılmazdır. Biz isə oyundan-oyuna mübarizəmizi davam etdirəcəyik.

Qarşıya çıxan problemləri vaxtı gəldikcə həll edəcəyik. Komanda razıdır, biz bir çox futbolçuya oyun vaxtı verdik. Ümid edirəm ki, növbəti matçı da qazanacağıq ki, üçüncü qrup oyununda bütün futbolçular şans əldə edə bilsinlər”.

Əlcəzair yığmasının baş məşqçisi Vladimir Petkoviç də bu qarşılaşmada het-trik etmiş Lionel Messi haqqında danışıb:

“Sinif və ustalıq daim qalır. Çünki biz sıradan bir futbolçudan yox, karyerası ərzində yeddi və ya səkkiz dəfə “Qızıl top” qazanmış bir oyunçudan danışırıq.

Təəssüf ki, ilk və ikinci qolları vurmaq imkanı ona özümüz verdik və bunu etməsi onun üçün asan oldu. Onun bəxti gətirib ki, bütün Argentina yığması onun üçün çalışır və ona dəstək verir. O isə artıq neçə illərdir, bəlkə də onilliklərdir, inanılmaz işlər görür.

Bu gün Argentina yığmasının qapıya ümumilikdə 10 zərbəsi oldu və onların yeddisini Messi vurdu”.

DÇ-2026: Argentina Messinin het-triki ilə sevindi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Argentina və Əlcəzair yığmaları üz-üzə gəliblər. Kanzasda (Missuri, ABŞ) təşkil edilmiş oyun darmadağınla yekunlaşıb. J qrupunun matçında Argentina rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Hər üçün qol komandanın lideri və kapitanı Lionel Messinin aktivinə yazılıb. O, 17, 60 və 76-cı dəqiqələrdə diqqət mərkəzinə düşüb.

Xatırladaq ki, bu qrupun digər oyununda saat 08:00-da Avstriya İordaniya ilə üz-üzə gələcək.

DÇ-2026
J qrupu
17 iyun

Argentina – Əlcəzair 3:0
Qollar: Lionel Messi, 17; 60; 76.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

J qrupu
08:00. Avstriya – İordaniya

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

Solbakken: “İraqla matçda layiqli qələbə qazandıq”

Norveç yığmasının baş məşqçisi Stol Solbakken dünya çempionatının qrup mərhələsində İraq millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşündə qapılara 5 qol vurulub və yekunda Avropa təmsilçisi 4:1 hesablı qələbəyə sevinib.

Stol Solbakken matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamız oyuna yaxşı başladı və ilk hissədəki qollar bizə üstünlük qazandırdı. Lakin İraq da xüsusilə ilk hissədə yaxşı mübarizə apardı və bizə çətinlik yaratdı. Ümumilikdə oyuna nəzarət etdik və layiqli qələbə qazandıq. Müdafiədə bəzi səhvlərimiz oldu ki, onları da düzəltməliyik.

Təcrübəli mütəxəssis bu matçda dubl etmiş hücumçu Erlinq Haland haqqında da fikirlərini bölüşüb:

“Erlinqlə işləmək çox asandır. O, komanda yoldaşlarına hər zaman ən yaxşısını arzulayır, onlarla və məşqçilər heyəti ilə vaxt keçirməyi sevir. O, superulduzdur, amma eyni zamanda çox sakit və sadə insandır”.

İraq millisinin baş məşqçisi Qrem Arnold isə məğlubiyyəti belə şərh edib:

“Bəzi anlarda oyunumuz həqiqətən möhtəşəm idi, amma bir neçə səhv bizə çox ciddi zərər vurdu. Norveç millisi, həqiqətən, yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu məğlubiyyətə baxmayaraq, qrupdan çıxmaq üçün şansımız var. Bizim hələ iki oyunumuz qalır”.

DÇ-2026: Norveç İraqı 4 qolla yendi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Norveç və İraq yığmaları üz-üzə gəliblər. Bostonda (Massaçusets, ABŞ) təşkil edilmiş oyunda qapılara bütövlükdə 5 qol vurulub.

I qrupunun matçında Norveç millisi rəqibinə böyük hesabla qalib gəlib. Avropalıların qollarını dubla imza atmış Erlinq Haland, Leo Estiqor və Ayman Husseyn (90+6-öz qapısına) vurublar. İraqın heyətində isə yeganə qol Ayman Husseynin ayağına yazılıb.

Xatırladaq ki, bu qrupun digər matçında Fransa Seneqala 3:1 hesabı ilə qalib gəlib.

DÇ-2026
I qrupu
17 iyun

İraq – Norveç 1:4
Qollar: Ayman Husseyn, 39 – Erlinq Haland, 29; 43. Leo Estiqor, 76, Ayman Husseyn, 90+6-öz qapısına.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

J qrupu
05:00. Argentina – Əlcəzair
08:00. Avstriya – İordaniya

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

Kilian Mbappe Fransa millisinin ən yaxşı bombardiri oldu!

Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatlarında vurduğu qolların sayına görə bir neçə rekorda imza atıb.

Arena.az xəbər verir ki, o, buna DÇ-2026-nın qrup mərhələsinin ilk turunda qarşılaşdıqları Seneqal yığması ilə oyunda dubla imza atmaqla nail olub.

27 yaşlı forvard komandasının 3:1 hesablı qələbəsində əsas pay sahibi olub. Mbappe bu qollarla mundiallardakı qol sayını 14-ə çatdırıb. O bununla braziliyalı Peleni (12 qol), argentinalı Lionel Messini (13 qol) və həmyerlisi Jüst Fonteni (13 qol) geridə qoyaraq almaniyalı Gerd Müllerin göstəricisini təkrarlayıb. Siyahıda yalnız braziliyalı Ronaldo (15 qol) və almaniyalı Miroslav Kloze (16 qol) ondan öndə qərarlaşıb.

Bununla yanaşı, hücumçu Fransa millisi tarixinin ən yaxşı bombardiri adına da sahib çıxıb. Mbappe milli komandada keçirdiyi 99-cu oyunda 58-ci qolunu vuraraq 57 qola malik Olivye Jirunun rekordunu yeniləyib.

Xatırladaq ki, Kilian Mbappe 2024-cü ildən İspaniya nəhəngi “Real”ın formasını geyinir. Hücumçu ötən mövsüm 44 oyunda 42 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal qazanıb.

Deşam: “İlk oyundakı qələbə həlledici deyil”

Fransa yığmasının baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsində Seneqal millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşmış bu komandaların görüşü Fransa yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu qələbə bizə müəyyən rahatlıq gətirir. Oyuna bir qədər ehtiyatlı və gərgin başladıq, rəqib isə çox yaxşı çıxış edirdi. Daha sonra oyunumuzu tapa bildik, xüsusilə də Usman Dembelenin və Maykl Olisenin mövqelərini dəyişdikdən sonra. Bredli Barkola da çox təhlükəli oynadı.

Dörd komandadan ibarət qrupda ilk oyunda qələbə qazanmaq hələ heç nəyi həll etmir. Fransa azarkeşləri bizi dəstəkləmək üçün uzaq yoldan gəliblər və bu, ucuz başa gəlmir. Futbol yalnız qalib gəldiyin və həmin emosiyaları onlarla bölüşə bildiyin zaman həqiqətən sehrli olur.

Barkola ilə bağlı onu deyə bilərəm ki, start heyətində yer almağa tam haqqı çatan çox sayda futbolçu var. Rayan Şerki də onlardan biridir. Bizə onların hamısı lazım olacaq”.

Seneqal yığmasının baş məşqçisi Pap Tiav isə 1:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Biz bu matçda qalib gəlməyi çox istəyirdik və bu, meydanda da görünürdü. Təəssüf ki, bizə effektivlik çatmadı. Dünya çempionatında isə hər şeyi xırda detallar həll edir. Qol vurmaq üçün imkanlarımız var idi, amma eyni zamanda vacib məqamlarda top itkilərinə yol verdik. Biz özümüzə belə səhvlərə icazə verə bilmərik.

Nəticə gözlədiyimiz kimi olmadı. İkinci hissədə bir neçə kollektiv səhvə yol verdik və sonda məhz onlar həlledici oldu. Müdafiədə oyunun böyük hissəsində yaxşı təsir bağışlayırdıq, lakin bəzi anlarda topa nəzarəti itirdik və bunun cəzasını çəkdik.

Fikrimcə, biz bu sınağa layiqincə cavab verdik. Belə turnirlərdə əziyyət çəkmək normaldır. Hesabda geri düşdükdən sonra reaksiya verməyə və hesabı bərabərləşdirməyə çalışdıq, lakin buna nail ola bilmədik. Norveçə qarşı növbəti oyunda daha aqressiv olmalıyıq”.

Rəşad Sadıqov: “Bu, bizim üçün çox gözlənilməz oldu”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”ya rəqib olmalarını şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün ilk raundunda Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə qarşılaşacaq.

Klubun mətbuat xidmətinə açıqlama verən “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov püşkatmadan sonra rəqibi dəyərləndirib. O, rəqib komandanın mütəmadi olaraq avrokuboklarda iştirak etdiyini xatırladıb:

“Əslində, bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz “Torpedo”dur. Rəqib çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır.

Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, sonda mərhələ keçən tərəf olmaq istəyirik”.

Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da baş tutacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk matçını evdə keçirəcək.

DÇ-2026: Fransa Seneqala qalib gəldi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Fransa və Seneqal yığmaları üz-üzə gəliblər. Nyu-Cersidə (Nyu York, ABŞ) keçirilmiş I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər. Fransanın heyətində Kilian Mbappe dubla imza atıbsa, digər qolu Bredli Barkola vurub. Afrika təmsilçisinin heyətində isə İbrahim Mbaye fərqlənib.

Bu qrupun digər oyununda, saat 02:00-da İraq Norveçlə üz-üzə gələcək.

DÇ-2026
I qrupu
16 iyun

Fransa – Seneqal 3:1
Qollar: Kilian Mbappe, 66; 90+6. Bredli Barkola, 82 – İbrahim Mbaye, 90+5.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

I qrupu
02:00. İraq – Norveç

J qrupu
05:00. Argentina – Əlcəzair
08:00. Avstriya – İordaniya

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

Mundial Uruqvay millisində yeni rekordçu oldu

Futbol üzrə Uruqvay milli komandasının təcrübəli qapıçısı Fernando Muslera dünya çempionatlarının (DÇ) tarixinə düşüb.

Arena.az xəbər verir ki, 39 yaşlı qolkiper DÇ-2026-nın qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunda meydana çıxmaqla mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu olub.

Bundan əvvəl Uruqvay millisinin tarixində ən yaşlı oyunçu mərkəz müdafiəçisi Dieqo Qodin idi. O, DÇ-2022-də 36 yaş 285 günlüyündə meydana çıxıb.

Muslera həm də beşinci dünya çempionatında iştirak edib. O, uzun illərdir Uruqvay millisinin əsas simalarından biri hesab olunur və yığmanın heyətində 130-dan çox oyun keçirib.

Qeyd edək ki, Uruqvay yığması mundialın qrup mərhələsində Səudiyyə Ərəbistanı, İspaniya və Kabo Verde ilə birlikdə H qrupunda mübarizə aparır.

Fernando Muslera 2025-ci ilin yayından Argentinanın “Estudiantes” klubunda çıxış edir. Onun bu klubla 2026-cı ilin 31 dekabrına qədər müqaviləsi mövcuddur.

Muslera daha öncə Türkiyədə “Qalatasaray”ın, İtaliyada “Latsio”nun, ölkəsində “Nasional” və “Montevideo Uonderers” klublarının da formasını geyinib.

Təcrübəli qolkiper 2009-cu ilin oktyabr ayında debüt etdiyi Uruqvay yığmasında bütövlükdə 135 oyun keçirib. O, bu oyunlarda 137 qol buraxıb, 52 matçda qapısını toxunulmaz saxlayıb.

Muslera milli komandanın heyətində DÇ-2010, DÇ-2014, DÇ-2018 və DÇ-2022-nin iştirakçısı olub. Qapıçı həm də Uruqvay milli komandasının heyətində 2011-ci ildə Amerika Kubokunu qazanmağın sevincini yaşayıb.

Ruben Amorim – “Milan”ın yeni baş məşqçisi!

Portuqaliyalı futbol mütəxəssisi Ruben Amorim İtaliya A Seriyasında mübarizə aparan “Milan”ın baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun rəsmi bəyanatında gənc mütəxəssisin fəaliyyəti yüksək qiymətləndirilib:

“Biz illərdir Rubeni izləyirik. Onun “Sportinq”dəki işi bizdə böyük təəssürat yaratmaqla yanaşı, axtardığımız oyun üslubunu da özündə əks etdirir. O, yeni Avropa nəslinin ən hazırlıqlı və yenilikçi məşqçilərindən biridir”.

Amorim “Milan”ın “sükanı arxası”nda bu yay postundan ayrılmış Massimiliano Alleqrini əvəz edib. İtaliyalı mütəxəssisin istefasına “Milan”ın 2025/2026-cı illər mövsümündə göstərdiyi zəif nəticələr səbəb olub. Belə ki, komanda ölkə çempionatında beşinci yeri tutub və UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Alleqri 2025-ci ilin may ayında “Milan”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. 58 yaşlı mütəxəssisin bu klubla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi var idi.

Massimiliano Alleqri 2010-2014-cü illərdə də “Milan”ı çalışdırıb. O, 2010/2011-ci illər mövsümündə “Milan”ı İtaliya çempionu edibsə, 2011/2012 mövsümündə bu kluba İtaliya Super Kubokunu qazandırıb.

Alleqri daha öncə “Yuventus”, SPAL, “Qrosseto”, “Sassuolo”, “Kalyari” kimi komandaları da çalışdırıb. Onun yeni mövsümdən “Napoli”yə rəhbərlik edəcəyi barədə xəbərlər dolaşır.

Ruben Amorim isə son olaraq İngiltərə təmsilçisi “Mançsester Yunayted”ə rəhbərlik edib. O, 2024-cü ilin noyabr ayında “qırmızı şeytanlar”ın baş məşqçisi təyin olunsa da, bu ilin yanvarında istefaya göndərilmişdi. Amorim sözügedən komandanı bütövlükdə 63 oyuna çıxarıb, 25 qələbə, 15 heç-heçə və 23 məğlubiyyət görüb.

Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqaliya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

“Neftçi” Konfrans Liqasına Sloveniyada hazırlaşacaq

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi”nin 2026/2027-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-nə qədər Bakıda – klubun özünə məxsus futbol mərkəzində keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-nə qədər Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq “ağ-qaralar” bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq.

Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

Qeyd edək ki, “Neftçi” Avropa Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən start verəcək. “Ağ-qaralar”ın bu mərhələdəki rəqibi isə sabah baş tutacaq püşkatmadan sonra müəyyənləşəcək.

Hakan Sünal “Sumqayıt”dan getdi

“Sumqayıt” Futbol Akademiyasının direktoru, almaniyalı mütəxəssis Hakan Sünal Azərbaycan klubu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə növbəti mövsüm üçün əməkdaşlıq barəsində razılaşma əldə olunmayıb. Bu üzdən də tərəflər vidalaşmalı olublar.

Xatırladaq ki, Hakan Sünal 2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edirdi. Tərəflər arasındakı mövcud anlaşma bu ayın sonunda başa çatacaq.

Qurban Qurbanov: “Vestri” barədə ilkin təəssüratlarımız var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.

Arena.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin bu gün keçirilmiş püşkatmasında “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi bu mərhələdə İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək.

Qurban Qurbanov sözügedən komanda ilə görüşlər barədə bunları söyləyib:

“Həddindən artıq ciddi olmalıyıq. Çünki komandamız hələ optimal formada deyil. Heyətimizdə zədəli futbolçular da var. Eyni zamanda transfer çalışmalarını davam etdiririk. Doğrudur, seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik. Ancaq yenə də heyəti komplektləşdirmək üçün əlimizdən gələni edirik. İlk növbədə qısa müddətdə formaya düşməliyik. Bunun üçün də yaxşı hazırlıq keçmək lazımdır.

Futbol son vaxtlar o qədər dəyişilib ki, heç kimin potensialını öncədən dəqiq bilmək olmur. “Vestri” barədə ilkin təəssüratlarımız var, müəyyən qədər maraqlanmışıq. Heyətlərində kifayət qədər dəyişiklik olub. İlk matça qədər geniş məlumat topalayacaq və ciddi hazırlaşacağıq. Son olaraq, UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Sabah”a, Konfrans Liqasında mübarizə aparacaq “Zirə” və “Neftçi”yə uğurlar arzulayırıq”.

Antonio Rüdiger “Real”la yeni müqaviləyə imza atdı

Futbol üzrə Almaniya milli komandasının mərkəz müdafiəçisi Antonio Rüdiger İspaniya nəhəngi “Real”la yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Madrid klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

33 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti gələn il başa çatacaqdı.

Etiqadca müsəlman olan Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 182 oyun, 8 qol, 4 məhsuldar ötürmə.

Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 83 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı almaniyalı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

“Zirə” Konfrans Liqasında “Torpedo”ya rəqib oldu

“Zirə”nin futbol üzrə Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, bu gün Konfrans Liqasında yeni mövsümün ilk püşkatma mərasimi təşkil edilib.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan təmsilçisinin də rəqibi müəyyənləşib. “Qartallar” bu mərhələdə Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə üz-üzə gələcəklər.

Xatırladaq ki, Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da keçiriləcək. Cavab görüşləri isə eyni ayın 16-da baş tutacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə” ilk matçını evdə keçirəcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
9 iyul – 16 iyul

Veles (Bosniya və Herseqovina) – Milsami (Moldova)
Bohemians (İrlandiya) – Sent Jozefs (Cəbəllüttariq)
Dinamo Siti (Albaniya) – Astana (Qazaxıstan)
Nomads (Uels) – Balkani (Kosovo)
Zirə (Azərbaycan) – Torpedo (Kutaisi, Gürcüstan)
Differdanj (Lüksemburq) – İlves (Finlandiya)
Dinamo (Minsk, Belarus) – Sileks (Şimali Makedoniya)
Deçiç (Monteneqro) – Liepaya (Latviya)
Elbasani (Albaniya) – BATE (Belarus)
Qlentoran (Şimali İrlandiya) – RFS (Latviya)
Mornar (Monteneqro) – Atletik Eskaldes (Andorra)
Bayns (Lüksemburq) – Dinamo (Tiflis, Gürcüstan)
Petrovaç (Monteneqro) – Jalgiris (Litva)
Kaernarfon Taun (Uels) – Levadiya (Estoniya)
Marsaxlokk (Malta) – Pünik (Ermənistan)
Hagelmann (Litva) – Payde (Estoniya)
Alakşkert (Ermənistan) – Yelimay (Qazaxıstan)
Vikinqur (Şimali İrlandiya) – Styarnan (İslandiya)
Dila (Gürcüstan) – Virtus (San Marino)
Sarayevo (Bosniya və Herseqovina) – İnter Turku (Finlandiya)
Europa (Cəbəllüttariq) – Şkendiya (Şimali Makedoniya)
Nomme Kalyu (Estoniya) – Linfild (Şimali İrlandiya)
Penibont (Uels) – Santa Koloma (Andorra)
Runavik (Farer adaları) – Hamrun Spartans (Malta)
Strassen (Lüksemburq) – La Fiorita (San Marino)
Vlajniya (Albaniya) – Malişeva (Kosovo)

Samuel Lobato “Qarabağ”da – Rəsmi

Portuqaliyanın “Portimonense” klubunun mərkəz yarımmüdafiəçisi Samuel Lobato bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Qarabağ” növbəti transferini gerçəkləşdirib. Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 28 nömrəli formanı geyinəcək.

2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikan”, B SAD və “Tondela” klublarında da çıxış edib.

Lobato yay transfer pəncərəsində “Qarabağ”a qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zəkəriyyə Savonun keçidi rəsmiləşmişdi.

Ağdam klubu Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə vidalaşıb, Pedro Bikalyo ilə də yeni müqavilə bağlayıb.

“Qarabağ” Avroliqada İslandiya klubuna rəqib oldu

“Qarabağ”ın futbol üzrə Avropa Liqasının (Avroliqa) 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün Avroliqanın yeni mövsümünün ilk püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil edilmiş püşkatmada Azərbaycanın bu turnirdəki təmsilçisinin də rəqibi müəyyənləşib. Ağdam klubu püşk zamanı daha yüksək reytinqə malik komandaların düşdüyü səpələnmişlər səbətində yer alıb. Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın rəqibi “Vestri” (İslandiya) olub. Azərbaycan təmsilçisi ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, Avroliqanın 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-da keçiriləcək. Cavab qarşılaşmaları isə eyni ayın 16-da baş tutacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsi
9 iyul – 16 iyul

Dinamo (Kiyev, Ukrayna) – Universitatya (Kluj, Rumıniya)
Qarabağ (Azərbaycan) – Vestri (İslandiya)
Hayduk (Split, Xorvatiya) – Jilina (Slovakiya)
ÇSKA (Sofiya, Bolqarıstan) – Derri Siti (İrlandiya)
Şerif (Tiraspol, Moldova) – Aluminiy (Sloveniya)
Voyvodina (Serbiya) – Ferentsvaroş (Macarıstan)

“Şəfa” Novruz, Ürfan və Aqşinlə də vidalaşdı

2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” daha 3 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, müdafiəçi Novruz Məmmədov, yarımmüdafiəçilər Aqşin Paşayev və Ürfan İsmayılovun müqavilələrinin müddəti başa çatıb. Klub hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, daha öncə qapıçı Əli Həsənli, müdafiəçilər Zahid Mərdanov, Hüseyn Mürsəlov, Seymur Rəhimov, yarımmüdafiəçilər Emin Zamanov, Elvin İsmayılov və Aqil Nəsibov, hücumçular Amir Ebrahimzade və İbrahim Əliyevin də bu komandanı tərk etdiyi rəsmən elan edilmişdi.

“Şəfa” geridə qalmış mövsümdə Birinci Liqanın qalibi olaraq 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi elitaya çıxdıqdan sonra baş məşqçi postuna Zaur Həşimovu gətirib. Sözügedən klub “Kəpəz”dən Məmmədov Hüseynov və Rauf Hüseynlini, “Sabah”dan Nicat Mehbalıyevi, həmçinin “Şamaxı”dan Arsen Ağcabəyovu, “Qəbələ”dən Murad Musayev transfer edib. Kapitan Tərlan Quliyev və Elnur Cəfərovla da yeni müqavilə imzalanıb.

“Sabah” ÇL-də TNS-ə rəqib oldu

Futbol üzrə Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün ÇL-in 2026/2027-ci illər mövsümünün ilk püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmada Azərbaycan çempionunun da rəqibi bəlli olub. Püşkün nəticəsinə əsasən, Uelsin TNS komandası Bakı klubuna rəqib olub. Azərbaycan çempionu ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-də keçiriləcək. Cavab görüşləri isə eyni ayın 14-15-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
7-8 iyul/14-15 iyul

Sabah (Azərbaycan) – TNS (Uels)
Floriana (Malta) – Şemrok Rovers (İrlandiya)
Flora (Estoniya) – İberiya (Gürcüstan)
Linkoln (Cəbəllüttariq) – İnter Eskaldes (Andorra)
Tre Fiori (San Marino) – Larne (Şimali İrlandiya)
Ararat (Ermənistan) – Riqa (Latviya)
Vardar (Şimali Makedoniya) – KuPS (Finlandiya)
Kauno Jalgiris (Litva) – Drita (Kosovo)
Vitebsk (Belarus) – Universitatya (Krayova, Rumıniya)
Petrokub (Moldova) – Eqnatiya (Albaniya)
Borats (Bosniya və Herseqovina) – Levski (Bolqarıstan)
Vikinqur (İslandiya) – Dyor ETO (Macarıstan)
Kayrat (Qazaxıstan) – Sutyeska (Monteneqro)
Klaksvik (Farer adaları) – Atert Bissen (Lüksemburq)

Dino Toppmöller – “Lans”ın yeni baş məşqçisi!

Almaniyalı futbol mütəxəssisi Dino Toppmöller Fransa çempionatında mübarizə aparan “Lans” komandasına baş məşqçi təyin edilib.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Fransa çempionatının vitse-çempionu “Lans” baş məşqçi Pyer Sajla yollarını ayırdıqdan sonra yeni çalışdırıcısını müəyyənləşdirib. Bundan sonra komandaya almaniyalı mütəxəssis Dino Toppmöller rəhbərlik edəcək. 45 yaşlı məşqçi ilə müddəti iki il olan müqavilə imzalanıb və o, dərhal işə başlayacaq.

Toppmöller daha əvvəl Frankfurt “Ayntraxt”ında baş məşqçi kimi çalışıb. Onun 3-4-3 taktiki sisteminə üstünlük verdiyi bildirilir və “Lans”ın gələn mövsümdə bu sxemin müxtəlif variantlarını tətbiq edəcəyi gözlənilir.

Liqa 1-in yeni mövsümü avqustun 22-də start götürəcək. Sözügedən komanda ötən mövsüm yalnız çempion PSJ-dən geri qalaraq gümüş medallarla kifayətlənib. Mövsüm bitən kimi Pyer Saj öz istəyi ilə komandadan ayrılaraq “Kristal Pelas”ın (İngiltərə) baş məşqçisi olub.

Sabri Lamuşi Herve Renarla əvəzləndi – DÇ-də şok istefa

DÇ-2026-da mübarizə aparan Tunis yığmasının baş məşqçisi Sabri Lamuşi istefaya göndərilib, onu bu postda Herve Renar əvəz edib.

Arena.az bu barədə Tunis Futbol Federasiyasına istinadən xəbər verir.

Bildirilir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda İsveçə ağır məğlubiyyətdən (1:5) dərhal sonra Sabri Lamuşi istefaya göndərilib. Federasiya rəhbərliyi bu darmadağından sonra gözlənilməz qərar verməklə dünya çempionatları tarixində qeyri-adi bir addım atıb.

Xatırladaq ki, Lamuşi bu ilin yanvar ayından Tunis yığmasına rəhbərlik edirdi. 54 yaşlı fransalı mütəxəssis bu komandanı cəmi 5 oyuna çıxarıb, 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət görüb.

Lamuşini Tunis millisində həmyerlisi Herve Renar əvəz edib. Onunla cəmi 1 aylıq müqavilə imzalanıb. Renarın bu komandadakı gələcəyi millinin DÇ-2026-dakı nəticələrindən asılı olacaq.

Qeyd edək ki, F qrupunda yer almış Tunis millisi növbəti matçını iyunun 21-də Yaponiya yığmasına qarşı keçirəcək.

Renar daha əvvəl Səudiyyə Ərəbistanı, həmçinin Fransanın qadınlardan ibarət millilərini də çalışdırıb.

Elçin Qasımov PFL tərəfindən mükafatlandırıldı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilən Əvəzedicilər Liqasının bombardiri Elçin Qasımov mükafatlandırılıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Əvəzedicilər Liqasında 2025/2026-ci illər mövsümünün bombardiri “Turan Tovuz”un ikinci komandasının üzvü Elçin Qasımov olub. 21 qolla çempionatın ən sərrast futbolçusu olan Tovuz komandasının hücumçusu xüsusi hədiyyə ilə mükafatlandırılıb. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.

Xatırladaq ki, “Sabah”ın əvəzedici komandasının üzvü Ramil Nuraxmedov 14 qolla ikinci olub. Nuraxmedovun komandası 59 xalla mövsümü çempion kimi başa vurub. “Qəbələ-2” 58 xalla gümüş, “Neftçi-2” 53 xalla bürünc medallara sahib çıxıb. Tovuz təmsilçisi isə 34 xalla 6-cı yeri tutub.

Cavid Hüseynov: “Hər çağırış mənim üçün yeni bir imkandır”

“Araz-Naxçıvan”ın yeni baş məşçqisi Cavid Hüseynov Naxçıvan təmsilçisinin “sükanı arxası”na keçməsinə münasibətini açıqlayıb.

Arena.az xəbər verir ki, 38 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Belə bir məsuliyyətli işi mənə həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm. “Araz-Naxçıvan” Premyer Liqaya rəng qatan klublardandır. Hər mövsüm iddiası ilə seçilir. Biz də çalışacağıq ki, bu komanda ilə uğur qazanaq. Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandır. Məsuliyyətimizi anlayırıq. Təbii ki, asan olmayacaq. Heyətin formalaşdırılması üçün transfer çalışmalarını davam etdiririk. Bəyəndiyimiz futbolçuların keçidi üçün danışıqlar aparılır. Rəsmi razılaşma olduqca, klub tərəfindən açıqlama veriləcək”.

Xatırladaq ki, Cavid Hüseynov Premyer Liqada mübarizə aparan “Araz-Naxçıvan”la 1 mövsümlük müqavilə imzalayıb.

Ozan Can Kökçü “Vanspor”da!

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, o, 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Erediviziyanı tərk etmiş bu komandada qalmaq istəməyib.

Artıq Ozan Can Kökçünün yeni klubu da müəyyənləşib. O, bundan sonra karyerasını Türkiyənin “Vanspor” klubunda davam etdirəcək. 27 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, “Vanspor” Türkiyə Birinci Liqasında mübarizə aparır. Bu komanda geridə qalmış mövsümdə 38 oyuna topladığı 49 xalla 20 iştirakçı arasında 14-cü yeri tutub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalamışdı. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçmişdi. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 31 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Cavid Hüseynov – “Araz-Naxçıvan”ın yeni baş məşqçisi!

Azərbaycan millisinin sabiq üzvü Cavid Hüseynov Premyer Liqada mübarizə aparan “Araz-Naxçıvan”a baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Xəbərdə bildirilir ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Cavid Hüseynov futbolçu kimi müxtəlif illərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Dəmirspor” klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinib. O, məşqçilik fəaliyyətinə “Şamaxı” klubunda başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışmış 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.

Hüseynov “Araz-Naxçıvan”ın sükanı arxasında 2025/2026-cı illər mövsümü bitən kimi komandadan ayrılmış Andrey Demçekonu əvəz edib. Naxçıvan təmsilçisi ukraynalı mütəxəssisin rəhbərliyi altında mövsümü 46 xalla 6-cı pillədə başa vurub.

Patrik Orfe Mbina daha 3 il “Sabah”da!

Sloveniyanın “Maribor” klubunun qabonlu mərkəz hücumçusu Patrik Orfe Mbina bundan sonra daha 3 mövsüm “Sabah”da çıxış edəcək.

Arena.az bu barədə Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Sabah” Mbinanın transfer hüquqlarına yiyələnib. 25 yaşlı hücumçunun icarəsi ilə bağlı “Maribor”la bağlanmış müqavilədə nəzərdə tutulmuş transfer bəndi qüvvəyə minib. Qabonlu oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Mbina bu ilin fevralından “Sabah”ın uğurları üçün çalışırdı. O, “bayquşlar”ın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Patrik Orfe Mbina karyerası ərzində ölkəsinin “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Qismət Alıyev daha 2 il “Zirə”də!

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” kapitanı olan müdafiəçisi Qismət Alıyev ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə “qartallar”ın mətbuat xidməti məlumat yayıb.

29 yaşlı cinah müdafiəçisi ilə 2 illik sözləşmə imzalanıb. Onun klubla əvvəlki müqaviləsinin müddəti bu yaya qədər idi. Qismət yeni müqaviləyə əsasən, 2028-ci ilin yayına kimi “Zirə”də qalacaq.

Xatırladaq ki, Qismət Alıyev 2020-ci ilin oktyabr ayından Bakı təmsilçisində oynayır. Sağ cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 213 oyunda 15 qola imza atıb, 20 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Qismət daha öncə yalnız yetirməsi olduğu “Qəbələ”nin uğurları üçün çalışıb – 82 oyun, 1 qol, 5 assist. O, Azərbaycan milli komandasında da 21 matça çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

“Zirə” bu yay Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov və Enrike Kustodio ilə də yeni müqavilə bağlamış, “Sabah”dan ayrılmış Amin Seydiyevi heyətinə qatmışdı. Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva və Anatoli Nuriyev isə komandanı tərk ediblər.

Elnur Cəfərov “Şəfa” ilə yeni müqavilə bağladı

2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” Elnur Cəfərov ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı vingerlə 1 illik anlaşmaya imza atılıb. Əvvəlki müqavilənin müddəti bu yay bitirdi.

Elnur Cəfərov 2025-ci ilin yanvarından “Şəfa”nın formasını geyinir. O, Azərbaycan Premyer Liqasına yüksələn komandanın aparıcı üzvlərindən biri olub.

“Xəzər Lənkəran”ın yetirməsi olan Cəfərov karyerası ərzində “Tondela”, “Duqopolye”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Qaradağ Lökbatan”, “Kəpəz”, “İmişli” kimi klublarda da forma geyinib. Elnur Azərbaycanın U-17, U-19, U-21 yığmalarında oynayıb, əsas millimizdə də 1 oyun keçirib.

“Şəfa” geridə qalmış mövsümdə Birinci Liqanın qalibi olaraq 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi elitaya çıxdıqdan sonra baş məşqçi postuna Zaur Həşimovu gətirib, kapitan Tərlan Quliyevlə yeni müqavilə bağlayıb.

Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov və İbrahim Əliyevlə yollarını ayıran paytaxt klubu əvəzində Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev və Məmməd Hüseynovla güclənib.

Avroliqa: “Qarabağ”ın 1-ci təsnifat mərhələsində rəqibi bəlli olur

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Arena.az xəbər verir ki, mərasim UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq.

Püşkatmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək. Tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi müəyyənləşəcək.

Ağdam klubunun potensial rəqibləri sırasında “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya) və “Vestri” (İslandiya) komandaları yer alıblar.

Qeyd edək ki, Avroliqada 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da keçiriləcək. Cavab görüşləri isə ayın 16-da baş tutacaq.

“Zirə” üçün Konfrans Liqasında 5 mümkün rəqib

“Zirə”nin Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsindəki rəqibi bu gün müəyyənləşəcək.

Arena.az xəbər verir ki, püşkatma mərasimi bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.

Tədbirə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

“Səpələnmişlər” səbətində yer almış Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqiblərinin ilkin siyahısı belə idi:

“Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “Konnas-Ki Nomads” (Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter” (Turku, Finlandiya), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Dinamo Siti” (Albaniya), “UNA Strassen” (Lüksemburq), “Hegelmann” (Litva), “Peynbont” (Uels), NSİ (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar” (Monteneqro), “Qlentoran” (Şimali İrlandiya), “Marsaxlokk” (Malta), “Nomme Kalyu” (Estoniya), “Elbasani” (Albaniya), “Kaernarfon Taun” (Uels), “Mondorf-les-Bayns” (Lüksemburq), “Petrovaç” (Monteneqro).

Amma püşkatmaya bir neçə saat qalmış “Zirə”nin potensial rəqiblərinin sayı azalıb. Belə ki, “qartallar”ın mümkün rəqiblərinin sayı beşə düşüb.

Bunlar “Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Yelimay” (Qazaxıstan), “Elbasani” (Albaniya) və “Petrovaç”dır (Monteneqro).

Xatırladaq ki, Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da, cavab görüşləri ayın 16-da baş tutacaq.

ÇL: “Sabah” üçün 7 mümkün rəqib

“Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, ÇL-in yeni mövsümünün ilk təsnifat mərhələsinin püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində təşkil ediləcək.

UEFA-nın mənzil-qərargahında keçiriləcək tədbirə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın “Şemrok Rovers”, Uelsin TNS, İslandiyanın “Vikinqur”, Şimali İrlandiyanın “Larne”, Finlandiyanın “KuPS”, Qazaxıstanın “Kayrat”, Moldovanın “Petrokub”, Estoniyanın “Flora”, Cəbəllüttariqin “Linkoln”, Rumıniyanın “Universitatya”, Farer adalarının “Klaksvik”, Kosovonun “Drita”, Bosniya və Herseqovinanın “Borats” və Latviyanın “Riqa” kollektivləri idi.

Amma püşkatmaya bir neçə saat qalmış təmsilçimizin potensial rəqiblərinin sayı azalıb. Belə ki, “Sabah”ın mümkün rəqibləri yeddiyə düşüb.

Bunlar İrlandiyanın “Şemrok Rovers”, Finlandiyanın “KuPS”, Cəbəllüttariqin “Linkoln”, Latviyanın “Riqa”, Estoniyanın “Flora”, Şimali İrlandiyanın “Larne” və Uelsin TNS klublarıdır.

Xatırladaq ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-də, cavab görüşləri isə ayın 14-15-də keçiriləcək.

Qalenoy və Beyzlidən heç-heçəyə şərh

İran yığmasının baş məşqçisi Əmir Qalenoy dünya çempionatınn qrup mərhələsində Yeni Zelandiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Qalenoy matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox gözəl görüş alındı. Məncə, ilk turun ən yaxşı matçı idi. Oyundan razı olsam da, nəticədən razı deyiləm. Qapımıza iki top gəldi, hər ikisi qolla nəticələndi. Bizim isə çox qol imkanlarımız oldu. Amma yararlana bilmədik. ABŞ-yə daha tez gəlməli idik. Amma təəssüf ki, buna imkan vermədilər. Hələ tam uyğunlaşmamışıq. Artıq bir az dincəlməli və bərpa olunmalıyıq. Bu matçı təhlil edəcəyik və zəif cəhətlərimizin üzərində işləyəcəyik”.

Yeni Zelandiya millisinin baş məşqçisi Darren Beyzli isə məhsuldar heç-heçəyə belə şərh verib:

“Oyunçularla son dərəcə fəxr edirəm. Düşünürəm ki, topa sahib olmaqda həqiqətən də çox yaxşı idik və yaxşı müdafiə olunduq. Oyunda çoxlu qol imkanları yaratdıq. İki dəfə üstün olduğumuz oyunu qazana bilmədiyimiz üçün məyusam, iki əla qol vurduq, bəzi anlar yaşadıq ki, bu da həqiqətən yaxşı idi. Bu gecə tarix yazmaq və Dünya Kubokunda bir oyun qazanmaq şansımız var idi. Biz qalib gəlməyə çox yaxın idik”.

Byelsa: “Qalib gəlməli olduğumuz oyunda xal itirdik”

Uruqvay yığmasının baş məşqçisi Marselo Byelsa dünya çempionatında Səudiyyə Ərəbistanı millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Marselo Byelsa matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarşılaşdığımız rəqib məğlub etməli olduğumuz komanda idi. İlk hissədə bəzən gördük ki, işimizi düzgün qurmamışıq. Bu, qalib gəlməli olduğumuz oyun idi. Düşünürəm ki, qələbə qazana bilməməyimizin səbəbi ən yaxşı oyunumuzu göstərə bilməməyimizdir. Məhz buna görə qalib gələ bilmədik. Birinci hissədə ikinci hissədə oynadığımız kimi oynamaq üçün hər şeyimiz var idi, amma bunu yalnız fasilədən sonra bacardıq.

İkinci hissədə oyun dəyişdi. Daha çox variant yarandı, futbolçular hərəkət etmək, topsuz açılmaq və qol vəziyyətləri yaratmaq imkanı əldə etdilər. Futbolda belə hallar olur. Bəzən az sayda qol epizodu yaradırsan, amma qol vurursan. Bəzən isə çoxlu imkanlar əldə etsən də, bundan yararlana bilmirsən”.

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Georgios Donis isə güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:

“Təşkilatlanmış müdafiə sərgilədiyimizi və oyun planına sadiq qaldığımızı söyləyə bilərəm. Bu matçda qazanılan 1 xal həqiqətən çox dəyərlidir. Növbəti matçlarda da ən azı eyni uğuru təkrarlamağa çalışacağıq”.

DÇ-2026: Yeni Zelandiya İran üzərində qələbəni əldən verdi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında İran və Yeni Zelandiya yığmaları üz-üzə gəliblər. Kaliforniya ştatının İnqlvud şəhərində (ABŞ) təşkil edilmiş oyunda qapılara bütövlükdə 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

Oyunda hesabı Okeaniya təmsilçisi açıb. Yeni Zelandiya yığmasının heyətində Elayja Cast 7-ci dəqiqədə fərqlənib. Oyunun 32-ci dəqiqəsində İran millisinin üzvü Ramin Rezayan hesabı bərabərləşdirib. İkinci hissədə Cast dubla imza atsa da, 64-cü dəqiqədə Məhəmməd Mohebi bu qolun əvəzini çıxıb. Beləliklə, gərgin keçən matçda qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, bu qrupun digər oyununda Belçika Misirlə bərabərə qalıb – 1:1.

DÇ-2026
G qrupu
16 iyun

İran – Yeni Zelandiya 2:2
Qollar: Ramin Rezaeyan, 32. Məhəmməd Mohebi, 64 – Elayja Cast, 7; 54.

DÇ-2026: Uruqvay ilk oyunda məğlubiyyətdən qaçdı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Səudiyyə Ərəbistanı və Uruqvay yığmaları üz-üzə gəliblər. Mayamidə (ABŞ, Florida) baş tutmuş H qrupunun matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər – 1:1.

Görüşdə hesabı asiyalılar açıblar. 41-ci dəqiqədə Abdulelah Əl-Əmri fərqlənib. Uruqvaylılara 1 xal qazandıran qolu 80-ci dəqiqədə Maksimiliano Arauxo vurub.

Qeyd edək ki, bu qrupun digər matçında İspaniya seçməsi Kabo Verdə ilə qolsuz heç-heçəyə razılaşıb.

DÇ-2026
H qrupu
16 iyun

Səudiyyə Ərəbistanı – Uruqvay 1:1
Qollar: Abdulelah Əl-Əmri, 41 – Maksimiliano Arauxo, 80.

Pyer Saj – “Kristal Pelas”ın yeni baş məşqçisi!

Fransalı futbol mütəxəssisi Pyer Saj İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas” komandasına baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Fransalı mütəxəssislə müddəti daha bir mövsüm uzadılmaq şərtilə iki illik, 2029-cu ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Pyer Saj son olaraq Fransanın “Lans” komandasını çalışdırıb. Sözügedən komanda 2025/2026-cı illər mövsümündə Liqa 1-də ikinci yeri tutub və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Lakin fransalı mütəxəssis İngiltərə klubundan aldığı təklifi müsbət dəyərləndirərək “Lans”dan ayrılıb. O, Liqa 1 təmsilçisini bir mövsüm ərzində 40 oyuna çıxarıb, 28 qələbə, 4 heç-heçə, 8 məğlubiyyət görüb. 47 yaşlı məşqçi daha öncə Lion “Olimpik”inə və “Şamberi”yə də rəhbərlik edib.

Saj “Kristal Pelas”ın “sükan arxası”nda avstriyalı futbol mütəxəssisi Oliver Qlasneri əvəz edib. Qlasner “Kristal Pelas”a Avropa Konfrans Liqasını, həmçinin İngiltərə Kubokunu və İngiltərə Super Kubokunu qazandırıb. O, klub tarixinin ən uğurlu məşqçisi olsa da, daha iddialı komanda çalışdırmaq arzusunda olduğu üçün “Kristal Pelas”ı tərk edib.

Oliver Qlasner 2024-cü ilin fevralından “Kristal Pelas”a rəhbərlik edirdi. 51 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 121 oyuna çıxarıb, 53 qələbə, 33 heç-heçə və 35 məğlubiyyət görüb.

Avstriyalı mütəxəssis əvvəllər “Rid”, LASK, “Volfsburq” və “Ayntraxt”da da baş məşqçi kimi çalışıb.

Rudi Qarsiya: “Misirə qalib gələ bilərdik”

Belçika yığmasının baş məşqçisi Rudi Qarsiya dünya çempionatının qrup mərhələsinin ilk turunda Misirə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sietldə (ABŞ, Vaşinqton) baş tutmuş görüşündə qalib müəyyənləşməyib.

Rudi Qarsiya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Dünya çempionatı kimi turnirin ilk oyunu həmişə çətin olur, xüsusilə də Misir kimi Afrikanın ən güclü yığmalarından birinə qarşı oynayanda. Vacib olan odur ki, biz təslim olmadıq. Ehtiyatdan meydana daxil olan futbolçunun sayəsində hesabı bərabərləşdirə bildik və bu, bütün komandanın nə qədər vacib olduğunu göstərir. Bu, iki çox yaxşı milli komanda arasında baş tutan əla bir oyun idi. Rəqib komanda ilk zərbədən qol vurdu. İkinci hissədə bərabərlik qolunu vurduq. Fikrimcə, qələbə də qazana bilərdik”.

Misir yığmasının baş məşqçisi Hossam Hassan da heç-heçədən sonra komandasının oyununu yüksək qiymətləndirib:

“Futbolçularımla fəxr edirəm. Son iki il ərzində üzərində çalışdığım taktiki ideyaları meydanda necə həyata keçirdiklərindən razıyam. Mən onlara həmişə deyirdim ki, fərqli futbol oynamalıyıq və istənilən komandaya qarşı mübarizə apara bilərik. Bizim üçün ən vacib məqsəd növbəti mərhələyə yüksəlməkdir. Qarşıdakı oyunlarda vəziyyəti daha da yaxşılaşdırmaq şansımız var”.

Qeyd edək ki, bu matçın son dəqiqələrində Misirin futbolçuları Zizonun belçikalı müdafiəçi ilə toqquşmadan sonra yıxıldığı epizoda görə penalti təyin olunmasını tələb etsələr də, onların etirazı qəbul edilməyib. Baş məşqçi həmin epizoda da toxunub:

“Biz qələbəyə çox yaxın idik və həmin epizodda bizim xeyrimizə penalti verilməli idi”.

DÇ-2026: Belçika Misirlə “sülh”ə razılaşdı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Belçika və Misir yığmaları üz-üzə gəliblər. Sietlə (ABŞ, Vaşinqton) təşkil edilmiş G qrupunun matçında qalib müəyyənləşməyib. Afrikalıların heyətində Emam Aşur, Avropa təmsilçisində isə Romelu Lukaku diqqət mərkəzinə düşüb.

Bu qrupun digər oyununda, saat 05:00-da İran Yeni Zelandiya ilə qarşılaşacaq.

DÇ-2026
F qrupu
15 iyun

Belçika – Misir 1:1
Qollar: Romelu Lukaku, 66 – Emam Aşur, 19.

İyunun 16-da daha 3 oyun keçiriləcək. Növbəti oyunların proqramını təqdim edirik:

H qrupu
02:00. Səudiyyə Ərəbistanı – Uruqvay

G qrupu
05:00. İran – Yeni Zelandiya

İ qrupu
23:00. Fransa – Seneqal

Mauritsio Sarri – “Atalanta”nın yeni baş məşqçisi!

Bu ilin yayında “Latsio” ilə yollarını ayırmış Mauritsio Sarri İtaliya A Seriyasının digər təmsilçisi “Atalanta”ya baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisi məlumat yayıb.

67 yaşlı mütəxəssis yeni klubu ilə 3 illik (2029-cu ilin 30 iyununadək) müqavilə bağlayıb. İtaliyalı mütəxəssis bu postda həmyerlisi Raffaele Palladinonu əvəzləyib.

Xatırladaq ki, Palladino ötən ilin noyabrından Berqamo təmsilçisinə rəhbərlik etməyə başlamışdı. “Atalanta” onun rəhbərliyi altında 2025/2026-cı illər mövsümündə İtaliya A Seriyasını 7-ci pillədə tamamlayıb və Konfrans Liqasında iştirak hüququ qazanıb.

Raffaele Palladino “Atalanta”nı bütövlükdə 39 oyuna çıxarıb. Berqamo təmsilçisi bu görüşlərdə 18 qələbə, 8 heç-heçə görüb, 13 məğlubiyyət yaşayıb.

42 yaşlı italyan mütəxəssis daha öncə “Fiorentina” və “Montsa”ya da rəhbərlik edib.

Mauritsio Sarri isə 2025-ci ilin iyun ayında “Latsio”ya qayıtmışdı. 66 yaşlı mütəxəssisin paytaxt klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi. Amma klub rəhbərliyi uğursuz mövsümdən sonra onunla vidalaşmağa qərar vermişdi. Sarri 2021-ci ilin iyun ayından 2024-cü ilin martına kimi də “Latsio”ya rəhbərlik edib.

“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.

De la Fuente: “Burada zəif rəqib yoxdur”

Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatında Kabo Verdeyə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0

Luis de la Fuente matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Matça yaxşı başladıq və oyun ərzində üstün tərəf olmağa çalışdıq. Bir neçə qol imkanı yaratdıq, lakin son nöqtəni qoya bilmədik. Kabo Verde müdafiədə çox intizamlı çıxış etdi və işimizi çətinləşdirdi. Əlbəttə, qələbə qazanmaq istəyirdik, amma bu nəticədən nəticə çıxarıb yolumuza davam etməliyik.

Bizim əhval-ruhiyyəmiz müsbətdir və inkişaf etmək istəyirik. Meydanda baş verənləri, yaratdığımız çoxsaylı qol vəziyyətlərini nəzərə alsaq, bu günkü oyunda qalib gəlməli idik. Lakin bizə həm fiziki təravət, həm də soyuqqanlılıq çatmadı. İnkişaf etməyə və formamızı daha da yaxşılaşdırmağa davam etməliyik. Növbəti oyuna qədər olan günlərdə əsas məqsədimiz məhz budur.

Rəqib fiziki baxımdan çox güclü idi. Biz bilirdik ki, onlar çox aşağı müdafiə xətti ilə oynayacaq və heyətlərində çox güclü futbolçular var. Buna bizim təravət çatışmazlığımızı da əlavə etsək, ortaya bu mənzərə çıxır. Futbolda belə hallar olur — burada zəif rəqib yoxdur”.

“Biz cəsur oğlanlarıq”

Kabo Verde milli komandasının baş məşqçisi Bubista (Pedro Leytao Brito) isə sensasiyalı heç-heçəni belə şərh edib:

“Bu nəticə ölkəm üçün hər şey deməkdir. Biz çox istəyirdik ki, nəhayət bütün futbol dünyası yığmamızın necə oynadığını görsün. Biz sübut etdik ki, inanılmaz dərəcədə dözümlü bir komandayıq.

Final fitindən sonra qapıçımız Vozinyanın göz yaşları yalnız onu bürüyən güclü emosiyalardan qaynaqlanırdı. Bu nəticə uzun illər davam edən ağır, səbirli və əziyyətli əməyin bəhrəsidir. Biz müdafiədə möhtəşəm və təşkilatlanmış şəkildə oynadıq. Vozinya uzun illərdir milli komandanın formasını geyinir, lakin mən fərdi olaraq hansısa futbolçunu xüsusi vurğulamağı xoşlamıram. O, bu oyunda qapıda sakit və inamlı görünürdüsə, bunun əsas səbəbi qarşısında oynayan bütün futbolçuların meydanda öz işlərini ən yüksək səviyyədə yerinə yetirməsi idi.

Ümumiyyətlə, indi kağız üzərində daha zəif hesab olunan yığmaları təbrik etməyin vaxtıdır. Onlar nəhəng iş görürlər. Dünya futbolunun ümumi səviyyəsi hazırda xeyli dərəcədə bərabərləşib. Yüksək taktiki təşkilatlanma sayəsində planetin ən güclü komandaları ilə bərabər səviyyədə rəqabət aparmaq mümkündür. Bəli, İspaniya topa tam nəzarət edirdi, amma bu, heç də oyunun gedişatına tam nəzarət etdiyi anlamına gəlmir. Əlbəttə, biz özümüz də daha çox hücum etmək istərdik və matçın sonlarına doğru bunu müəyyən qədər bacardıq.

Bununla belə, etiraf etməliyik ki, İspaniya yığması fantastik, ən yüksək səviyyəli komandadır. Və biz yalnız fəxr edə bilərik ki, dünya çempionatındakı debüt oyunumuzda belə bir nəticəyə nail olduq.

Amma bu uğurdan başımız dönmür. Uruqvay çox sərt və sistemli komandadır, lakin biz həmişə öz oyun üslubumuza sadiq qalırıq və ona inanırıq. Qrup mərhələsində bizi daha üç çox çətin qarşılaşma gözləyir, amma biz cəsur oğlanlarıq. İspaniya kimi rəqiblə heç-heçə etmək bizə daha çox psixoloji sabitlik və öz gücümüzə inam verir. İndi biz praktikada bilirik ki, istənilən rəqiblə bu qədər yüksək səviyyədə rəqabət apara bilərik. Məhz bunu bütün dünyaya sübut etmək istəyirdik”.

CAS “Turan Tovuz”un bütün ümidini puç etdi

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılmış “Turan Tovuz”un müraciəti ilə bağlı qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, qurum UEFA Appelyasiya Orqanının qərb təmsilçisi haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb.

15 iyun tarixində verilmiş qərara əsasən, “Turan Tovuz” Avropa Konfrans Liqasının 2025/2026-cı illər mövsümündə iştirak etməyəcək. Tovuz klubu son ümid yeri kimi CAS-a müraciət ünvanlasa da, burada da istəyinə çata bilməyib. Bu üzdən də sözügedən komandanı avrokuboklarda “Zirə” əvəz edəcək.

Beləliklə, 2026/2027-ci illər mövsümündə “Neftçi” Azərbaycanı Konfrans Liqasının 2-ci, “Zirə” isə 1-ci təsnifat mərhələsində təmsil edəcək.

Xatırladaq ki, 2019-cu ildə Birinci Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar “Turan Tovuz”un 7 futbolçusu – Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. UEFA da məhz bunu əsas götürərək Tovuz klubunu bu mövsüm avrokuboklara buraxmaq istəməyib.

“Şəfa” Seymur, İbrahim və Elvinlə də vidalaşdı

2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” klubu daha 3 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, müdafiəçi Seymur Rəhimov, yarımmüdafiəçi Elvin İsmayılov və hücumçu İbrahim Əliyevin müqavilələrinin müddəti başa çatıb. Klub hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, daha öncə qapıçı Əli Həsənli, müdafiəçilər Zahid Mərdanov, Hüseyn Mürsəlov, yarımmüdafiəçilər Emin Zamanov və Aqil Nəsibov, hücumçu Amir Ebrahimzadenin də bu komandanı tərk etdiyi rəsmən elan edilmişdi.

“Şəfa” geridə qalmış mövsümdə Birinci Liqanın qalibi olaraq 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi elitaya çıxdıqdan sonra baş məşqçi postuna Zaur Həşimovu gətirib. Sözügedən klub “Kəpəz”dən Məmmədov Hüseynov və Rauf Hüseynlini, “Sabah”dan Nicat Mehbalıyevi, həmçinin “Şamaxı”dan Arsen Ağcabəyovu, “Qəbələ”dən Murad Musayev transfer edib. Kapitan Tərlan Quliyevlə də yeni müqavilə imzalanıb.

DÇ-2026: İspaniya Kabo Verde ilə bacarmadı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında DÇ-2026-nın favoritlərindən hesab edilən İspaniya yığması Kabo Verde millisi ilə üz-üzə gəlib. Atlantada (ABŞ, Corciya) təşkil edilmiş H qrupunun matçında sürpriz nəticə qeydə alınıb.

İspaniya millisinin üstünlüyü şəraitində keçən matçda hesab açılmayıb. Bununla da Kabo Verde seçməsi tarixində ilk dəfə qatıldığı dünya çempionatında ilk xalını qazanıb.

Qeyd edək ki, bu qrupun digər oyunu bu gecə keçiriləcək. Bakı vaxtı ilə saat 02:00-da Səudiyyə Ərəbistanı Uruqvayla qarşılaşacaq.

DÇ-2026
F qrupu
15 iyun

İspaniya – Kabo Verde 0:0

Niderland millisi DÇ-də unikal nailiyyətə imza atdı

Futbol üzrə Niderland millisi dünya çempionatları tarixində maraqlı və bir o qədər də unikal bir göstəriciyə imza atıb.

Arena.az xəbər verir ki, “narıncılar” dünya çempionatlarının qrup mərhələsinin ilk turunda keçirdiyi heç bir oyunda məğlub olmayıblar.

Niderland millisi bu göstəricidə 10 matçda 7 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib.

Komanda son olaraq iyunun 14-də DÇ-2026-nın 1-ci turunda Yaponiya millisi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Niderland millisinin 34 yaşlı müdafiəçisi Vircil van Deyk isə dünya çempionatlarında öz ölkəsinin heyətində qol vuran ən yaşlı ikinci futbolçu olub. Yaponiya yığması ilə oyun (2:2) zamanı Van Deyk 34 yaş 341 günündə olub. Matçın 50-ci dəqiqəsində futbolçu başla topu tora göndərərək hesabı açıb.

Niderland millisinin heyətində qol vuran ən yaşlı oyunçu isə Covanni van Bronkhorstdur. O, Cənubi Afrikada keçirilmiş DÇ-2010-un Uruqvayla yarımfinal matçının (3:2) 18-ci dəqiqəsində fərqlənib. Həmin vaxt o, 35 yaş 151 günündə olub.

Xatırladaq ki, Vircil van Deyk həmçinin Yaponiya ilə qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.

Azərbaycan Premyer Liqasında yay bazarlığı – Yenilənir

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar yay transfer pəncərəsində heyətlərini gücləndirməyə çalışırlar.

Arena.az sizi Premyer Liqa klublarının rəsmən açıqladıqları yeni transferləri, eləcə də komandalardan göndərilən futbolçuların siyahısı ilə tanış edir:

SABAH

Gələn: Eyden Makkarti (“Kayzer Çifs”, CAR), Yunes Laşaab (“Lill”, Fransa, icarə), Junior Almeyda (“Maritimo”, Portuqaliya)
Gedən: Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev (“Zirə”), Nicat Mehbalıyev (“Şəfa”)
Müqavilə müddətini artıran: Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç, Tellur Mütəllimov, Patrik Mbina

QARABAĞ

Gələn: Zəkəriyyə Savo (“Yurqorden”, İsveç), Jali Muaddib (“Omoniya”, Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç (“Riyeka”, Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya)
Gedən: Toral Bayramov (“Bursaspor”, Türkiyə), Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade (“Polesye”, Ukrayna)
Müqavilə müddətini artıran: Pedro Bikalyo, Bədavi Hüseynov

TURAN TOVUZ

Gələn: Dioqo Balau (“Şamaxı”)
Gedən: Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samok, Ayxan Hüseynov (“Zirə”)
Müqavilə müddətini artıran: İbrahima Vadji

NEFTÇİ

Gələn: Rüfət Abbasov (“Şamaxı”), Rza Cəfərov (“Qəbələ”, icarədən qayıdıb), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon (“Peskara”, İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan)
Gedən: Vensan Abubakar, Edvin Kuç (“Balkani”, Kosovo), Kristian Kostin, Murad Məmmədov (“Pafos”, Kipr), Cordan Rezabala
Müqavilə müddətini artıran: Elvin Camalov, Emin Mahmudov, Emil Balayev

ZİRƏ

Gələn: Amin Seydiyev (“Sabah”), Maykon Kleyton (“Portimonense”, Portuqaliya), Ayxan Hüseynov (“Turan Tovuz”), Vieyrinya (“Olimpiakos”, Nikosiya, Kipr)
Gedən: Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə (“Varajdin”, Xorvatiya, icarə müddəti bitib), Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov (“Araz-Naxçıvan”)
Müqavilə müddətini artıran: Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio, Qismət Alıyev

ARAZ-NAXÇIVAN

Gələn: Luka Dumançiç (“Persis”, İndoneziya), Rəşad Həsənov (“Cəbrayıl”), Alberto Fernandes (“Akritas Xlorakas”, Kipr), Alexandro Herrera (“San Kristobal”, Dominikan), Rövlan Muradov (“Zirə”)
Gedən: Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram (“Petrokub”, Moldova), Felipe Santos, Ba-Muaka Simakala, Ürfan Abbasov
Müqavilə müddətini artıran: Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev

SUMQAYIT

Gələn:
Gedən: Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı (“Şamaxı”, icarə), Mehdi Cənnətov (“Səbail”)
Müqavilə müddətini artıran:

ŞAMAXI

Gələn: Uğur Cahangirov (“Karvan”), Emin Rüstəmov (“Karvan”), Sənan Muradlı (“Sumqayıt”, icarə), Ceyhun Bağırzadə (“Qəbələ”)
Gedən: Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov (“Şəfa”), Andrey Tırkovyanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov (“Neftçi”), Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike (“Alaşkert”, Ermənistan), Ravil Qafarov, Dioqo Balau (“Turan Tovuz”)
Müqavilə müddətini artıran: Abdulla Seydəhmədov, Həbib İsmayılov

İMİŞLİ

Gələn: Seyxan Fərəcov (MOİK)
Gedən: Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev
Müqavilə müddətini artıran: Tuncay Yusifli, İdris İnqilablı, İmam Əli

KƏPƏZ

Gələn:
Gedən: Rauf Hüseynli (“Şəfa”), Məmməd Hüseynov (“Şəfa”)
Müqavilə müddətini artıran: Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska

QƏBƏLƏ

Gələn:
Gedən: İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov (“Stellenboş”, CAR, icarə müddəti bitib), Rza Cəfərov (“Neftçi”, icarə müddəti bitib), Sambu Sissoko (“Valensyen”, Fransa, icarə müddəti bitib), Murad Musayev (“Şəfa”), Adriel Ba Lua, Ceyhun Bağırzadə (“Şamaxı”), Domi Massumu (“Alaşkert”, Ermənistan)
Müqavilə müddətini artıran: Seydina Keyta

ŞƏFA

Gələn: Rauf Hüseynli (“Kəpəz”), Nicat Mehbalıyev (“Sabah”), Arsen Ağcabəyov (“Şamaxı”), Murad Musayev (“Qəbələ”), Məmməd Hüseynov (“Kəpəz”)
Gedən: Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov, Ruslan Hacıyev
Müqavilə müddətini artıran: Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli, Nahid Əliyev

❌