Normal view

Today — 4 March 2026Main stream

Premyer Liqa: “Liverpul” “Vulverhempton”a uduzdu

4 March 2026 at 02:10

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

“Bornmut” – “Brentford” matçında qapılara qol vurulmayıb. “Lids” doğma meydanda “Sanderlend”ə məğlub olub. “Everton” “Börnli”ni, “Vulverhempton” isə “Liverpul”u məğlub yola salıb.

29-cu turun qalan görüşləri martın 4-də və 5-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
29-cu tur
3 mart

Bornmut – Brentford 0:0

Lids – Sanderlend 0:1
Qol: Diarra, 70-pen.

Everton – Börnli 2:0
Qollar: Tarkovski, 32. Dyusberi-Holl, 60.

Vulverhempton – Liverpul 2:1
Qollar: R.Qomes, 78. Andre, 90+4 – Salah, 83.

4 mart

23:30. Aston Villa – Çelsi
23:30. Brayton – Arsenal
23:30. Fulhem – Vest Hem
23:30. Mançester Siti – Nottingem Forest
00:15. Nyukasl – Mançester Yunayted

5 mart

00:00. Tottenhem – Kristal Pelas

“Barselona” İspaniya Kubokunda darmadağına sevinsə də…

4 March 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Barselona” doğma meydanda “Atletiko” ilə qarşılaşıb. Madrid təmsilçisi doğma meydanda baş tutmuş ilk oyunda 4 cavabsız qolla qalib gəlmişdi. Kataloniya təmsilçisi cavab görüşündə 3 cavabsız qol vursa da, bu, mərhələ adlamaq üçün yetərsiz olub. Nəticədə “Atletiko” ilk finalçı olub.

İspaniya Kubokunda digər finalçının adına sabah keçiriləcək “Real Sosyedad” – “Atletik” matçında aydınlıq gələcək.

İspaniya Kuboku
Yarımfinalın cavab oyunları
3 mart

Barselona – Atletiko 3:0
Qollar: Bernal, 29; 72. Rafinya, 45+4-pen.
İlk oyun – 0:4.

4 mart

00:00. Real Sosyedad – Atletik
İlk oyun – 1:0.

“Strasburq” Fransa Kubokunda ilk yarımfinalçı oldu

4 March 2026 at 01:50

Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Strasburq” doğma meydanda “Reyms”lə qarşılaşıb. Üç qolun qeydə alındığı oyundan qələbə ilə ayrılmış “Strasburq” ilk yarımfinalçı olub.

Fransa Kubokunda 1/4 final mərhələsinin qalan görüşləri martın 4-də və 5-də keçiriləcək.

Fransa Kuboku
1/4 final
3 mart

Strasburq – Reyms 2:1
Qollar: Panikelli, 82-pen. Enkizo, 87-pen – Zabi, 90+4.

4 mart

23:30. Loryan – Nitsa
00:00. Olimpik (Marsel) – Tuluza

5 mart

00:10. Olimpik (Lion) – Lans

“Qalatasaray” Türkiyə Kubokunda qrup lideri oldu

3 March 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin 4-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə A qrupunun görüşləri baş tutub.

“Qalatasaray” qrup mərhələsinin son turunda səfərdə “Alanyaspor”a da qalib gələrək lider kimi növbəti mərhələyə yüksəlib. “Trabzonspor” isə səfərdə “Başakşəhər”i yenərək qrup ikincisi olub. “Alanyaspor” da 7 xalla 3-cü olub.

Qeyd edək ki, Türkiyə Kubokunda qrup mərhələsinin qalan görüşləri martın 4-də və 5-də keçiriləcək.

Türkiyə Kuboku
Qrup mərhələsi, 4-cü tur
3 mart

A qrupu
Alanyaspor – Qalatasaray 1:2
Fəthiyəspor – Karagümrük 0:2
İstanbulspor – Boluspor 0:0
Başakşəhər – Trabzonspor 2:4

Xallar: Qalatasaray – 12. Trabzonspor – 9. Alanyaspor – 7. Başakşəhər – 6. Karagümrük – 5. Boluspor – 2. İstanbulspor – 2. Fəthiyəspor – 1.

Yaya Ture “Mançester Siti” “Arsenal”dan şanslı sayır

3 March 2026 at 23:00

“Mançester Siti”nin sabiq futbolçusu Yaya Ture İngiltərə Premyer Liqasının cari mövsümünün çempionu olacaq komandanı açıqlayıb.

Arena.az xəbər verir ki, ivuarlı keçmiş mərkəz yarımmüdafiəçisi “Arsenal” və “Mançester Siti” arasında seçim edib:

“Hesab edirəm ki, “Mançester Siti” “Arsenal”dan daha yaxşı oynayır. Söhbət üslubdan, təcrübədən, oyuna yanaşmadan gedir. Bəli, zənnimcə, “Mançester Siti” Premyer Liqanı qazanacaq”, deyə Yaya Ture vurğulayıb.

“Arsenal”ın ingiltərəli keçmiş mərkəz hücumçusu Yan Rayt isə “topçular”ın əsas fasadı ilə bağlı qənaətini açıqlayıb:

“Oyunların sonlarında “Arsenal”ın əsəbiliyi baş qaldırır. Komanda daha arxayın oynaması üçün, qələbəni özü üçün daha erkən surətdə təmin etməlidir”, deyə Rayt vurğulayıb.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümündə 29 oyuna 64 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” isə 59 xalla (28 oyun) ikinci sırada qərarlaşıb.

Alvaro Arbeloa: “Mən bəhanə axtarmıram”

3 March 2026 at 16:00

“Real”ın baş məşqçisi Alvaro Arbeloa komandanın son uğursuz nəticələrinin aparıcı futbolçuların yoxluğu ilə əlaqəli olmadığını bildirib.

Arena.az xatırladır ki, Madrid təmsilçisi İspaniya La Liqasının 26-cı turunda doğma meydanda “Xetafe”yə məğlub (0:1) olub.

Paytaxt klubunun baş məşqçisi Alvaro Arbeloa nəticədən məyus olduğunu bildirib:

“Fikrimcə, rəqibimizdən daha çox şansımız var idi. Amma futbol şanslar deyil, qollardır. Rəqib bizi heç də təəccübləndirmədi, onlar tam gözlənildiyi kimi oynadılar”.

İspaniyalı mütəxəssis, Cud Bellingem və Kilian Mbappenin zədə səbəbindən heyətdə olmamasının məğlubiyyətlər üçün bəhanə olmadığını deyib:

“Mbappe və Bellingem bəhanə kimi? Xeyr, bu, “Real”dır və onlarsız da oyunlarda qalib gəlmək üçün kifayət qədər oyunçumuz var. Mən bəhanə axtarmıram”.

Alvaro Arbeloa “qaymaqlılar”ın braziliyalı ulduzu, cinah hücumçusu Vinisius Juniorun tərəqqisi haqda qənaətini də açıqlayıb:

“Hansısa düyməni basıb-basmadığımı bilmirəm. Xidmət futbolçuya məxsusdur – o, inanılmaz, görkəmlidir. Yeganə xidmətim, əgər bu, varsa, – “Vini”yə əminlik verməyim, dəstək göstərməyimdir”, deyə Arbeloa vurğulayıb.

“Real”ın baş məşqçisi Madrid klubunun əzəli rəqibi “Barselona”nın oyunlarına baxıb-baxmadığı ilə bağlı sualı isə belə cavablayıb:

“İspaniya çempionatının bütün oyunlarına ixtiyari imkanda baxıram”, deyə Arbeloa “blauqrana”nı səciyyələndirmədən cavab verib.

Arbeloa “qaymaqlılar”ın braziliyalı ulduzu, sağ cinah hücumçusu Rodriqo Qoesin zədəsindən də danışıb:

“Rodriqo çox vacib oyunçu olmalıdır. O, zədələrinə qədər məhz belə olub. O, əsas və həlledici sima ola bilər”, deyə Arbeloa vurğulayıb.

Xatırladaq ki, “Xetafe”yə məğlubiyyət nəticəsində bu turda qələbə qazanan lider “Barselona” ilə xal fərqi 4-ə yüksəlib. “Real” hazırda 60 xalla La Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

Yesterday — 3 March 2026Main stream

“Zirə” – “Sumqayıt” 2:0 – Video

3 March 2026 at 22:30

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Sumqayıt” matçı meydan sahiblərinin qələbəsi ilə (2:0) başa çatıb.

Arena.az Zirədə keçirilmiş bu oyunun yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/4 final mərhələsinin cavab oyunu
3 mart

“Zirə” – “Sumqayıt” 2:0
Qollar: Davit Volkov, 28. Ceyhun Nuriyev, 88.
Sarı vərəqələr: İsmayıl İbrahimli, 58 (qeyri-idman hərəkəti) – Höccət Haqverdi, 69 (qeyriidman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Saşa İliç, 76 (hakimin qərarına etiraz).
Qırmızı vərəqə: Nikola Ninkoviç, 83 (ciddi qayda pozuntusu).
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 4 dəqiqə.
Saat 19:00. Zirə İdman Kompleksinin stadionu, 600 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Rauf Cabbarov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov (30. Rikardo Martins, 76), 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov (28. Leroy Mikels, 90+1), 10. Georgi Papunaşvili (29. Ceyhun Nuriyev, 63), 5. Ange Mutsinzi, 11. Junior Martins (22. Eren Aydın, 63), 17. Ayron Qomis (93. Brahim Konate, 76).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 14. Elçin Əlicanov, 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 20. İssa Cibrila.
Baş məşqçi: Rəşad Sadıqov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k) (6. Sedrik Badalo, 63), 9. Aleksandr Ramalinqom, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsana Simon (10. Nikola Ninkoviç, 63), 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini (72. Rayan Senhadji, 66).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç.

Saşa İliç: “Qırmızı vərəqə planlarımızı pozdu”

3 March 2026 at 22:00

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunun 1/4 finalında “Zirə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş cavab görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Saşa İliç mübarizəni dayandırdıqları bu görüşdən sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə “Zirə”ni təbrik edirəm. Kubok oyunları çətin keçir. Birinci hissədə yaxşı oynadıq, fasilədən sonra buraxılan səhvlər qolla nəticələndi. İkinci hissədə oyunu dəyişməyə çalışdıq. Amma Nikola Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu. Oyunçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Fürsətlərimiz çox olmadı. “Zirə”nin də qol epizodu çox deyildi. İlk fürətdəcə qol vurdular. Bu mövsüm onlarla 4 oyun keçirdik və hamısında bir-birimizə bərabər oyun göstərdik. “Zirə” keyfiyyətli komandadır.

Ninkoviçdən gözləntilərimiz böyükdür. Bu gün qırmızı vərəqə aldı. Ola bilər ki, psixoloji problemləri var, dəqiq deyə bilmərəm. Ona ümidlərimiz var, amma o, hələ ki, ümidlərimizi doğrultmur.

Oyunçularla bağlı müzakirə etmək istəməzdim. Bəli, mövsümə yaxşı başlamışdıq. Müəyyən zamandan sonra eniş oldu. Qarşıda bizi oyunlar gözləyir. Çalışacağıq ki, əlimizdən gələni edək”.

Rəşad Sadıqov: “Üzərimizdə gərginlik var idi”

3 March 2026 at 21:30

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 finalında “Sumqayıt”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan (ilk oyun 0:0) sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Vacib oyuna çıxmışdıq. Kubok oyunlarının cavab matçları xüsusilə gərgin və stressli olur. Bu qarşılaşmalarda sonradan səhvi aradan qaldırmağa vaxt olmur. Üzərimizdə gərginlik var idi. Futbolçularıma təşəkkür edirəm. Yüksək peşəkarlıq göstərdilər. Bundan sonra kubok və Premyer Liqada əsas mərhələyə giririk. Əvvəlkindən daha çox işləməliyik.

“Sumqayıt”la qısa müddətdə 3 oyun keçirdik. Əvvəlki oyunlardan xüsusi bir fərq yox idi. Hamısı eyni məcrada keçdi. Onlar hücum fazasında güclüdürlər. Rəqibə qol şansı vermədən qalib gəlmək daha önəmli idi. Bu gün də, əvvəlki matçlarda da uduza bilərdik. Onlara uğurlar arzulayıram.

Yarımfinalda “Turan Tovuz”la qarşılaşa bilərik. Onların gücü hamıya bəllidir. Mən də sizin kimi “Turan Tovuz”u yarımfinala daha yaxın görürəm. Amma hələ cavab matçı var. Ondan sonra rəqib haqda fikir bildirə bilərik. İndi “Kəpəz”lə çempionat oyununu düşünəcəyik.

İlk oyun idi ki, tam heyətlə hazırlaşmışdıq. Ən vacibi bu idi. Yetərincə heyətimiz var ki, rotasiya edək. Düşünürəm ki, ehtiyac olduqca, komanda buna hazırdır. Vacib perioda giririk. Mütləq şəkildə hamının oynamaq şansı olacaq. Futbolçular özləri də oynamaq istəyirlər”, deyə Rəşad Sadıqov vurğulayıb.

Rodriqo Qoes ciddi zədə aldı, uzun müddət oynamayacaq

3 March 2026 at 15:00

Braziliya millisinin və “Real”ın braziliyalı cinah hücumçusu Rodriqo Qoes aldığı ciddi zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, o, İspaniya La Liqasının 26-cı turunda “Xetafe”yə qarşı keçirdikləri ev oyununda (0:1) ciddi zədə alıb.

25 yaşlı futbolçu sağ dizindəki ön çarpaz bağı qoparıb və cari mövsümün qalan hissəsini, eləcə də 2026-cı ildə baş tutacaq dünya çempionatını buraxacaq.

“Marca”nın yazdığına görə, braziliyalı futbolçu bu gün tibbi müayinədən keçib və nəticədə çarpaz bağın qoparıldığı aşkarlanıb. Maraqlıdır ki, Rodriqo zədəsinə baxmayaraq, “Xetafe”yə qarşı oyunu davam etdirə bilib. O, “Santyaqo Bernabeu”dakı matçın 55-ci dəqiqəsində meydana buraxılıb və sonadək oynayıb.

Təxminən bir aylıq fasilədən sonra meydana qayıtmış 25 yaşlı futbolçu bu dəfə daha çox məcburi istirahət etməli olacaq.

Xatırladaq ki, Rodriqo Qoes cari mövsümdə “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 27 matçda iştirak edib. O, bu oyunlarda 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Rodriqodan əlavə, Madrid təmsilçisinin heyətində Raul Asensio, Eduardo Kamavinqa, Dani Sebalyos, Kilian Mbappe, Cud Bellingem və Eder Militao kimi aparıcı futbolçular da zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıblar.

Yeri gəlmişkən, “Real” daha 3 futbolçu itkisi ilə üzləşib. Madrid təmsilçisinin oyunçularından Din Höysen, Alvaro Karreras və Franko Mastantuono La Liqanın 27-ci turunda “Selta” ilə matçda iştirak edə bilməyəcəklər. Onlar “Xetafe” ilə qarşılaşmada cəzalı duruma düşüblər. Höysen və Karreras sarı vərəqə aldıqları, Mastantuono isə birbaşa qırmızı vərəqə gördüyü üçün bu halla üzləşib.

Azərbaycan Kubokunda ilk yarımfinalçı “Zirə” oldu

3 March 2026 at 21:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Zirə” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. Bu komandaların Sumqayıtda baş tutmuş ilk görüşündə qapılara qol vurulmamışdı. Bu üzdən də bütün suallara məhz cavab matçında aydınlıq gəlib.

Qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edib. Elşad Abdullayev və Pərvin Talıbov onun bu qarşılaşmadakı köməkçiləri olublar. Cavab görüşünün taleyini bir qol həll edib. “Zirə” inamlı qələbə sayəsində ilk yarımfinalçı olub.

Azərbaycan Kubokunda digər yarımfinalçıların adına martın 4-də və 5-də aydınlıq gələcək.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu
3 mart

“Zirə” – “Sumqayıt” 2:0
Qollar: Davit Volkov, 27. Ceyhun Nuriyev, 88.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 14. Elçin Əlicanov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrila, 93. Brahim Konate, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsana Simon, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 6. Sedrik Badalo.
Baş məşqçi: Saşa İliç.

Əvəzedicilər: “Qarabağ” uduzdu, “Sabah” qalib gəldi

3 March 2026 at 20:00

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 18-ci turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Turan Tovuz-2” – “Sabah-2” oyununda qonaqlar qalib gəliblər. “Qarabağ-2” isə “Şamaxı-2” ilə ev oyununda xalsız qalıb.

Əvəzedicilər Liqası
18-ci tur
2 mart

“Kəpəz-2” – “Qəbələ-2” 1:2
Qollar: Amur Yusifov, 73 – Rəvan Əsədov, 25. Qədir Ramazanov, 89.
Hakimlər: Rasim Musayev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 3:4
Qollar: Nuran Muradlı, 7. İftixar İbrahimov, 54. İbrahim Piriyev, 82 – Kamal Zülfiyev, 5. Ruslan Əliyev, 45+1. Rəvan Mustafayev, 55-öz qapısına. Elgün İsaqov, 70.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Orxan İbişov, Ləman Əmirli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 14:30.

“Neftçi-2” – “Zirə-2” 1:0
Qol: Ömər Qurbanov, 79.
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Sadiq Əliyev, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

3 mart

“Turan Tovuz-2” – “Sabah-2” 1:2
Qollar: Vüqar Bağırov, 87 – Ramil Nuraxmedov, 76. Amir Qəribov, 84.
Hakimlər: Rəsul Babayev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Rüfət Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Qarabağ-2” – “Şamaxı-2” 0:1
Qol: Davud Mənsumov, 45.
Hakimlər: Niyaz Əhmədov, Elman Kərimov, Elmin Süleymanov, Vüqar Alıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 14:30.

İkinci Liqa: “Xankəndi” 2, “Ağdaş” 4 qolla qalib gəldi

3 March 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

“Ağstafa Gəncləri” – “Göygöl” matçında qalib müəyyənləşməyib. “Xankəndi” “Araz Saatlı”ya qalib gəlibsə, “Şəki” “Ağdaş”a böyük hesabla uduzub.

16-cı tura martın 4-də keçiriləcək “Dinamo” – “Şirvan” oyunu ilə yekun vurulacaq.

İkinci Liqa
16-cı tur

1 mart

“Quba” – “Kür-Araz” 0:0
Hakimlər: Maqsud Şamıyev, Aydın Baxşıyev, Anar Bədəlov, Nazim Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

2 mart

“Qaradağ Lökbatan” – “Şəmkir” 4:0
Qollar: Rəhman Quliyev, 30. Hakan Həsənov, 44. Tural Axverdiyev, 45. İlham Hüseynov, 87.
Hakimlər: Ceyhun Hüseynov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Nahid Xasıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

3 mart

“Xankəndi” – “Araz Saatlı” 2:1
Qollar: Mirmövsüm Caniyev, 86. Elməddin Hüseynzadə, 89 – Xəyal Bədirov, 90+3.
Hakimlər: Rövşən Rəcəbov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Ağstafa Gəncləri” – “Göygöl” 1:1
Qollar: İlkin Allahverdiyev, 84 – Fərid Məmmədov, 57.
Hakimlər: Xəlil Xəlilov, Vüqar Bayramov, Sənan Atayev, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Şəki” – “Ağdaş” 1:4
Qollar: Nihat Fərəci, 3 – Yusif Dilanov, 23, 36. Oleq Xəlilov, 86; 90+3.
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

4 mart

“Dinamo” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Safalı Ağayev, Ağadur Mahmudov, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 14:30.

Siyasət Əsgərov: “Bunu bacardığımız üçün qürur duyuruq”

3 March 2026 at 18:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Şimali Makedoniyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da üz-üzə gəliblər.

Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Əsgərov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı gün oldu. Əlbəttə, çətin oyun alındı. Qələbə qazanmaq istəyirdik və bunu bacardığımız üçün qürur duyuruq. Futbolçularımıza təşəkkür edirəm. Matçın ilk 20 dəqiqəsində səhvlərimiz oldu, amma getdikdə komanda özünə gəldi. İkinci hissədə də rəqibin təzyiq edəcəyini bilirdik. Maksimum dərəcədə diqqətli olmalıydıq. Çünki rəqib bərabərlik qolu üçün hücuma atılacaqdı və haradasa səhv edəcəkdi. Qızlar sona qədər xarakter göstərərək ikinci qolu vurdular və qələbə qazandıq”.

Siyasət Əsgərov martın 7-də səfərdə Macarıstan yığması ilə keçiriləcək matçdan da uğurlu nəticə ilə dönməyi hədəflədiklərini söyləyib:

“Qısa müddətdə bərpa olunmaq çox çətindir. Heyətimizdə itkilər var, 3 futbolçumuz zədə səbəbindən heyətdən kənarda qalıb. Bizi indi Macarıstana uzun səfər gözləyir. Rəqibin gücünə bələdik, heyətində fərdi cəhətdən yüksək keyfiyyətə malik oyunçular var. Buna baxmayaraq, Macarıstandan minimum heç-heçə ilə qayıtmağı hədəfləyirik”.

Azərbaycan millisi seçmə mərhələyə inamlı qələbə ilə başladı

3 March 2026 at 17:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində mübarizəyə start verib.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Şimali Makedoniya ilə üz-üzə gəlib.

“Dalğa Arena”da baş tutmuş görüşü Polşadan olan hakimlər briqadası idarə edib. Rəqibindən daha üstün oyun nümayiş etdirmiş millimiz yekunda inamlı qələbəyə sevinib. Komandamızın hər iki qolunu Sevinc Cəfərzadə vurub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını martın 7-də Macarıstan yığmasına qarşı keçirəcək. Bu görüş Felksutdakı “Panço Arena”da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
3 mart

Azərbaycan – Şimali Makedoniya 2:0
Qollar: Sevinc Cəfərzadə, 28; 78.
Baş hakim: Anna Adamska
Baş hakimin köməkçiləri: Yulia Bukaroviç, Angelika Novak
Dördüncü hakim: Mixalina Diakov (Hakimlər briqadası Polşadandır)
Hakim-inspektor: Qraziella Pirriatore (İtaliya)
UEFA nümayəndəsi: Sərtan Kırağası (Türkiyə)
Mərdəkan. “Dalğa Arena”. Saat 15:00.

Azərbaycan: 1. Aytac Şərifova, 2. Alina Nəhmədova, 3. Jalə Məhsimova, 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva, 11. Vüsalə Seyfəddinova, 23. Yeliz Acar, 14. Coşqunə Əliyeva, 9. Sevinc Cəfərzadə (k), 20. Peritan Bozdağ.
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 6. Mədinə Curuqova, 8. Aysun Muradova, 10. Kristina Bakarandze, 13. Nərgiz Hacıyeva, 15. Kamilla Məmmədova, 16. Milana Rəhimova, 17. Vüsalə Hacıyeva, 18. Ayşən Salamzadə, 19. Xanım Əsədova, 21. Aydan Həsənova.
Baş məşqçi: Siyasət Əsgərov.

Şimali Makedoniya: 1. Viktoriya Pançurova (k), 5. Pavlinka Nikolovska, 6. Mila Paneva, 19. Simona Meyer, 21. Boyana Petkova, 7. Melaniya Qrozdanova, 8. Aleksandra Markovska, 14. Eva Veliçkovska, 10. Teona Qalabovska, 9. Yilza Maksuti, 11. Hava Mustafa.
Ehtiyat oyunçular: 12. Vedrana Komnenova, 22. Berna Kabakçı, 2. Andrea Kolovska, 3. Ane Boşeska, 4. Katerina Petkova, 13. Yovana Pavlovska, 15. Elena Paneska, 16. Kristina Krsteva, 17. Nastasya Nakova, 18. Xristina Yoşevska, 20. Vaska Vasileva, 23. Kalina Popeski.
Baş məşqçi: Aleksandar Andov.

Əvəzedicilər: 19, 20 və 21-ci turun oyun cədvəli açıqlandı

3 March 2026 at 14:00

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 19-cu, 20-ci və 21-ci turun oyun cədvəlləri açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

19-cu turun görüşləri martın 9-da və 10-da, 20-ci turun matçları martın 16-da və 17-də, 21-ci turun qarşılaşmaları isə ayın 20-də, 21-də və 22-də keçiriləcək.

Əvəzedicilər Liqası

19-cu tur

9 mart

“Zirə-2” – “Qəbələ-2”
Binə qəsəbə stadionu, 15:00.

“Sabah-2” – “Sumqayıt-2”
“Bayıl Arena”, 15:00.

“Şamaxı-2” – “Araz-Naxçıvan-2”
Şamaxı şəhər stadionu, 15:00.

10 mart

“Turan Tovuz-2” – “Kəpəz-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Qarabağ-2” – “Neftçi-2”
Binə qəsəbə stadionu, 15:00.

20-ci tur

15 mart

“Sabah-2” – “Şamaxı-2”
“Bayıl Arena”, 15:00.

16 mart

“Neftçi-2” – “Zirə-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Sumqayıt-2” – “Kəpəz-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Araz-Naxçıvan-2” – “Qarabağ-2”
Binə qəsəbə stadionu, 15:00.

“Qəbələ-2” – “Turan Tovuz-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

21-ci tur

20 mart

“Zirə-2” – “Araz-Naxçıvan-2”
Binə qəsəbə stadionu, 13:00.

“Şamaxı-2” – “Sumqayıt-2”
Şamaxı şəhər stadionu, 15:00.

21 mart

“Qarabağ-2” – “Sabah-2”
Binə qəsəbə stadionu, 14:00.

“Turan Tovuz-2” – “Neftçi-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

22 mart

“Kəpəz-2” – “Qəbələ-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Xetafe” 18 ildən sonra “Real”ı səfərdə yendi

3 March 2026 at 13:00

“Xetafe” futbol üzrə İspaniya La Liqasının 26-cı turunda Madrid “Real”ını səfərdə məğlub edərək tarixi nəticəyə imza atıb.

Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.

Belə ki, “Santyaqo Bernabeu” stadionunda keçirilmiş görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 39-cu dəqiqədə qonaqların hücumçusu Martin Satriano rəqib qapısından keçirib.

Bununla da “Xetafe” 2008-ci ildən bəri ilk dəfə Madrid səfərində “Real” üzərində qələbə sevinci yaşayıb. Həmin vaxtdan bəri bu stadionda keçirilmiş ardıcıl 16 qarşılaşmanın hamısında “kral klubu” qalib gəlmişdi.

Xatırladaq ki, “Xetafe” sonuncu dəfə 2008-ci ildə “Santyaqo Bernabeu”da rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. Sözügedən komanda La Liqanın cari mövsümündə 32 xalla 11-ci pillədə qərarlaşıb. “Real” isə 60 xalla ikincidir.

Filipe Luis “Flamenqo”dan qovuldu

3 March 2026 at 12:00

Futbol üzrə Braziliya A Seriyasında mübarizə aparan “Flamenqo” komandasının baş məşqçisi Filipe Luis istefaya göndərilib.

Arena.az bu barədə Braziliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, 40 yaşlı mütəxəssis martın 3-dən etibarən əsas komandadakı vəzifəsindən kənarlaşdırılıb. Onunla birlikdə köməkçisi İvan Palanko və fiziki hazırlıq üzrə məşqçi Dioqo Linyares də klubu tərk ediblər.

Xatırladaq ki, Filipe Luis 2024-cü ildən “Flamenqo”nu çalışdırırdı. Onun Braziliya klubu ilə müddəti 2027-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqaviləsi mövcud idi.

“Flamenqo” Filipe Luisin rəhbərliyi altında bütövlükdə 99 oyun keçirib, 62 qələbə, 21 heç-heçə və 16 məğlubiyyət görüb. Komanda bu müddətdə Libertadores Kubokunu, Braziliya Kubokunu və Braziliya Super Kubokunu qazanıb.

Braziliyalı mütəxəssis daha öncə “Flamenqo”nun U-17 və U-20 komandalarında da baş məşqçi kimi çalışıb.

Futzal: Kubokda 1/4 finalın oyun cədvəli açıqlandı

3 March 2026 at 11:00

Futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bütün qarşılaşmalar martin 15-də “Olimpik Star”da keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final
15 mart

Lənkəran – Baku Fire-2
Bakı. “Olimpik Star”. Saat: 14:00.

U-19 – PFL
Bakı. “Olimpik Star”. Saat: 16:00.

Xan-Lənkəran – Araz-Naxçıvan
Bakı. “Olimpik Star”. Saat: 18:00.

STAR karqo – Neftçi İK
Bakı. “Olimpik Star”. Saat: 20:00.

Azərbaycan millisi seçmə mərhələyə Bakıda start verir

3 March 2026 at 10:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində mübarizəyə start verəcək.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.

“Dalğa Arena”da baş tutacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Anna Adamskaya meydanda Yulia Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mixalina Dyakov yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını martın 7-də Macarıstan yığmasına qarşı keçirəcək. Bu görüş Felksutdakı “Panço Arena”da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
3 mart

Azərbaycan – Şimali Makedoniya
Baş hakim: Anna Adamska
Baş hakimin köməkçiləri: Yulia Bukaroviç, Angelika Novak
Dördüncü hakim: Mixalina Diakov (Hakimlər briqadası Polşadandır)
Hakim-inspektor: Qraziella Pirriatore (İtaliya)
UEFA nümayəndəsi: Sərtan Kırağası (Türkiyə)
Mərdəkan. “Dalğa Arena”. Saat 15:00.

Azərbaycan Kubokunda ilk yarımfinalçı Zirədə müəyyənləşir

3 March 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Zirə” doğma meydanda “Sumqayıt”la üz-üzə gələcək. Bu komandaların Sumqayıtda baş tutmuş ilk görüşündə qapılara qol vurulmamışdı. Bu üzdən də bütün suallara məhz cavab matçında aydınlıq gləcək.

Qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Elşad Abdullayev və Pərvin Talıbov onun bu qarşılaşmadakı köməkçiləri olacaqlar.

Azərbaycan Kubokunda digər yarımfinalçıların adına martın 4-də və 5-də aydınlıq gələcək.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu
3 mart

19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

La Liqa: “Real” “Xetafe”yə də uduzdu

3 March 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Real” doğma meydanda “Xetafe” ilə qarşılaşıb. Ötən tur səfərdə “Osasuna”ya uduzmuş Madrid təmsilçisi bu dəfə də evdə xalsız qalıb.

Beləliklə, geridə qalmış 26 turdan sonra 64 xala malik “Barselona” vahid liderdir. “Real” 60 xalla ikinci pillədə qərarlaşıb. “Atletiko” və “Vilyarreal”ın 51, “Betis”in 43, “Selta”nın 40 xalı var.

İspaniya, La Liqa
26-cı tur
27 fevral

Levante – Alaves 2:0
Qollar: Espi, 88; 90+7.

28 fevral

Rayo Valyekano – Atletik 1:1
Qollar: De Frutos, 35 – İ.Uilyams, 47.

Barselona – Vilyarreal 4:1
Qollar: Yamal, 28; 37; 69. Levandovski, 90+1 – Qeye, 49.

Malyorka – Real Sosyedad 0:1
Qol: Soler, 36.

Real Ovyedo – Atletiko 0:1
Qol: X.Alvares, 90+4.

1 mart

Elçe – Espanyol 2:2
Qollar: Aquado, 42. Mir, 90-pen – K.Qarsiya, 7. Romero, 57.

Valensiya – Osasuna 1:0
Qol: Ramazani, 67-pen.

Betis – Sevilya 2:2
Qollar: Antoni, 16. Fidalqo, 37 – A.Sançes, 62. Romero, 85.

Jirona – Selta 1:2
Qollar: Vanat, 35 – Yutqla, 58. V.Reis, 70-öz qapısına.

2 mart

Real – Xetafe 0:1
Qol: Satriano, 39.

A Seriyası: “Fiorentina” “Udineze”yə böyük hesabla yenildi

3 March 2026 at 01:50

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 27-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

“Piza” doğma meydanda “Bolonya”ya minimal hesabla uduzub. “Udineze” isə “Fiorentina” ilə ev oyununda 3 xalı 3 cavabsız qolla qazanıb.

Beləliklə, geridə qalmış 27 turdan sonra 67 xal toplamış “İnter” vahid liderdir. “Milan” 57 xalla ikinci, “Napoli” 53 xalla üçüncü pillədə qərarlaşıb. “Roma” 51, “Komo” 48, “Yuventus” 47, “Atalanta” 45 xal toplayıb.

İtaliya, A Seriyası
27-ci tur
27 fevral

Parma – Kalyaro 1:1
Qollar: Oristanio, 83 – Folorunşo, 63.

28 fevral

Komo – Leççe 3:1
Qollar: Duvikas, 18. Rodriqes, 35. Kempf, 44 – Kulibali, 13.

Verona – Napoli 1:2
Qollar: Akpro, 65 – Höylund, 2. Lukaku, 90+6.

İnter – Cenoa 2:0
Qollar: Dimarko, 31. H.Çalhanoğlu, 70-pen.

1 mart

Kremoneze – Milan 0:2
Qollar: Pavloviç, 90. Leao, 90+4.

Sassuolo – Atalanta 2:1
Qollar: Kone, 23. Torstvedt, 69 – Musa, 88.

Torino – Latsio 2:0
Qollar: C.Simeone, 21. Sapata, 53.

Roma – Yuventus 3:3
Qollar: U.Fransa, 39. Ndika, 54. Malen, 65 – Konseysao, 47. Boqa, 78. Qatti, 90+3.

2 mart

Piza – Bolonya 0:1
Qol: Edqor, 90.

Udineze – Fiorentina 3:0
Qollar: Kabasele, 10. Devis, 64-pen. Buksa, 90+4.

“Zirə” – “Sumqayıt” matçının hakimləri açıqlandı

2 March 2026 at 23:00

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək “Zirə” – “Sumqayıt” oyununun hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bu komandalar arasındakı cavab qarşılaşmasını FIFA referisi Elçin Məsiyev idarə edəcək. Elşad Abdullayev və Pərvin Talıbov onun bu qarşılaşmadakı köməkçiləri olacaqlar.

Xatırladaq ki, tərəflər arasında baş tutmuş ilk matçda qapılara qol vurulmayıb – 0:0.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu
3 mart

19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

Before yesterdayMain stream

Azərbaycan millisi Şimali Makedoniyaya uduzdu

2 March 2026 at 22:00

Kişilərdən ibarət basketbol üzrə Azərbaycan millisi Avropa çempionatının (AÇ-2029) seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Şimali Makedoniya yığmasını qəbul edib.

Bakı İdman Sarayında təşkil olunmuş qarşılaşma yığmamız üçün uğursuz alınıb. Belə ki, Azərbaycan millisi bu görüşdə 70:78 hesabı ilə uduzub.

Xatırladaq ki, millimiz daha əvvəl Şimali Makedoniyaya səfərdə də 49:87 hesabı ilə uduzmuşdu. Lüksemburqa (90:95) da uduzmuş Azərbaycan milli komandası hələlik yalnız İrlandiyanı (76:75) səfərdə məğlub edib.

A qrupunda Şimali Makedoniya yığması 8 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, Azərbaycan millisi 5 xalla üçüncüdür. Bütün oyunlarda uduzmuş İrlandiya yığması 3 xalla dördüncü pillədə qərarlaşıb.

Rəhim Həsənov 22-ci turdakı mübahisəli epizodları şərh etdi

2 March 2026 at 21:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 22-ci turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 22-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Rəhim Həsənov ümumilikdə 5 matçda qeydə alınmış 9 epizodla bağlı fikirlərini bölüşüb. O, hakimlərin əksər qərarlarının doğru olduğunu bəyan edib. Həsənov yalnız “Kəpəz” – “Sumqayıt” matçındakı bir qərarın yanlış olduğunu söyləyib.

AFFA Hakimlər Komitəsinin sədrinin 22-ci turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Siyasət Əsgərov: “Əlimizdən gələni edəcəyik”

2 March 2026 at 20:00

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov jurnalistlərə açıqlama verib.

Arena.az xəbər verir ki, o, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib.

Siyasət Əsgərov bu oyunda qələbə qazanmaq istədiklərini bəyan edib:

“Sabah çox vacib oyuna çıxacağıq. Çünki bu, dünya çempionatının seçmə mərhələsində ilk matçımız olacaq. İlklər həmişə çətin və önəmli olur. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq. İtkilərimizin olmasına baxmayaraq, oyuna tam köklənmişik. Rəqibi təhlil edərək komanda ilə bölüşmüşük. Planımızı da buna görə qurmuşuq. Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununa saat 15:00-da start veriləcək.

Daniel Ballard “Sanderlend”lə yeni müqaviləyə imza atdı

2 March 2026 at 19:00

İngiltərənin “Sanderlend” klubunun mərkəz müdafiəçi Daniel Ballard Premyer Liqa klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, tərəflər arasındakı müqavilənin müddəti 2029-cu ilin yayına qədər uzadılıb. Sənəddə müddətin daha bir il artırılması bəndi də yer alıb.

Əvvəlki müqavilənin müddəti cari mövsümün sonunda bitəcəkdi.

Daniel Ballard London “Arsenal”ının yetirməsidir. O, “Suindon Taun”, “Bləkpul”, “Milluol” kimi klublarda icarədə də olub. “Sanderlend” Ballardı 2022-ci ilin yayında 2,3 milyon avro müqabilində məhz “Arsenal”dan transfer edib. 26 yaşlı futbolçu bu müddət ərzində “Sanderlend”in heyətində 114 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Şimali İrlandiyanın U-19 və U-21 yığmalarında da oynamış Ballard 2020-ci ildə debüt etdiyi əsas millidə 33 oyun keçirib, 5 qol vurub.

İkinci Liqa: “Qaradağ”dan “Şəmkir”ə 4 cavabsız qol

2 March 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

“Qaradağ Lökbatan” “Şəmkir”i qəbul edib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

16-cı turun qalan görüşləri martın 3-də və 4-də keçiriləcək.

İkinci Liqa
16-cı tur

1 mart

“Quba” – “Kür-Araz” 0:0
Hakimlər: Maqsud Şamıyev, Aydın Baxşıyev, Anar Bədəlov, Nazim Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

2 mart

“Qaradağ Lökbatan” – “Şəmkir” 4:0
Qollar: Rəhman Quliyev, 30. Hakan Həsənov, 44. Tural Axverdiyev, 45. İlham Hüseynov, 87.
Hakimlər: Ceyhun Hüseynov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Nahid Xasıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

3 mart

“Xankəndi” – “Araz Saatlı”
Hakimlər: Rövşən Rəcəbov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Ağstafa Gəncləri” – “Göygöl”
Hakimlər: Xəlil Xəlilov, Vüqar Bayramov, Sənan Atayev, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Şəki” – “Ağdaş”
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

4 mart

“Dinamo” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Safalı Ağayev, Ağadur Mahmudov, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 14:30.

Əvəzedicilər Liqası: “Neftçi” “Zirə”yə qalib gəldi

2 March 2026 at 17:00

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 18-ci turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

“Kəpəz-2” “Qəbələ-2” ilə ev oyununda məğlub olubsa, “Araz-Naxçıvan-2” də “Sumqayıt-2” ilə görüşdə uduzub. “Neftçi-2” isə “Zirə-2” üzərində çətin qələbəyə sevinib.

18-ci turun qalan görüşləri martın 3-də keçiriləcək.

Əvəzedicilər Liqası
18-ci tur
2 mart

“Kəpəz-2” – “Qəbələ-2” 1:2
Qollar: Amur Yusifov, 73 – Rəvan Əsədov, 25. Qədir Ramazanov, 89.
Hakimlər: Rasim Musayev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 3:4
Qollar: Nuran Muradlı, 7. İftixar İbrahimov, 54. İbrahim Piriyev, 82 – Kamal Zülfiyev, 5. Ruslan Əliyev, 45+1. Rəvan Mustafayev, 55-öz qapısına. Elgün İsaqov, 70.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Orxan İbişov, Ləman Əmirli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 14:30.

“Neftçi-2” – “Zirə-2” 1:0
Qol: Ömər Qurbanov, 79.
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Sadiq Əliyev, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

3 mart

“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Rəsul Babayev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Rüfət Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Qarabağ-2” – “Şamaxı-2”
Hakimlər: Niyaz Əhmədov, Elman Kərimov, Elmin Süleymanov, Vüqar Alıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 14:30.

AFFA “Neftçi”nin cavabını verdi

2 March 2026 at 16:00

AFFA son günlərdə hakimlikdən narazılıq edən “Neftçi” Futbol Klubunun bu hərəkətlərini qınayan bəyanat yayıb.

Arena.az həmin bəyanatla sizi də tanış edir:

“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkə futbolunun ali idarəedici qurumu olaraq fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildə həyata keçirir. AFFA-nın əsas prioritetləri ədalətli oyun, şəffaf idarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadının qorunmasıdır.

Son dövrlərdə Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılmış islahatlar məhz bu prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlib. Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurları beynəlxalq təlimatlara uyğun icra olunur və proseslərin institusional əsaslarla təkmilləşdirilməsi davam etdirilir.

Eyni zamanda bildiririk ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün 3 dəfə rəsmi müraciət etmək hüququna malikdir. Bu mexanizm şəffaflığın artırılması və sualların institusional qaydada cavablandırılması məqsədi daşıyır.

Bununla yanaşı, “Neftçi” PFK tərəfindən son günlər ictimaiyyətə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılır. Yaranmış vəziyyətdə spekulyasiya xarakterli məlumatların yayılması, ictimai rəylə manipulyasiya edilməsi və oyun epizodlarının qiymətləndirilməsində şəxsi maraqlardan irəli gələrək qaydaların təhrif olunması hallarının qarşısını alınması məqsədilə bildiririk ki, Hakimlər Komitəsi klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazırdır.

Bu məqsədlə “Neftçi” PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət edir, təqdim olunan epizodların detallı şəkildə təhlil olunmasını və mövcud sualların cavablandırılmasını təklif edirik.

AFFA olaraq bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırırıq”.

Emin Cəfərov Kosovo – Cəbəllütariq matçına təyinat aldı

2 March 2026 at 15:00

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov dünya çempionatının seçmə mərhələ oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Emin Cəfərov qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 2-ci qrupunun 1-ci turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən “Fadil Vokrri” stadionunda təşkil olunacaq.

Azərbaycan çempionatları tarixində ilk: Yenə 22-ci turda

2 March 2026 at 14:00

Azərbaycan çempionatlarının yüksək liqası tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu qarşılaşmada heç-heçə qeydə alınıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 22-ci turuna təsadüf edib.

“Qarabağ” – “Sabah” görüşü 3:3 hesabı ilə başa çatıb. 1992-ci ildən keçirilən turnirin ən məhsuldar heç-heçələri siyahısında 1 dəfə 6:6, 1 dəfə 4:4, 16 dəfə 3:3 hesabı var.

İlk dəfə eyni cüt arasında 2 belə məhsuldar heç-heçə qeydə alınıb. “Qarabağ”la “Sabah” 2023/24 mövsümündə də dueldən 3:3 hesablı heç-heçə ilə ayrılıb. Həmin vaxt da komandaların görüşü indiki kimi 22-ci tura təsadüf edib. 2024-cü il fevralın 11-də keçirilən görüş də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Bunadək heç-bir cütün bir-biri ilə iki matçında 6 və ya daha çox qollu heç-heçə olmamışdı. Hər iki sülh “Qarabağ”ın meydanında gerçəkləşib.

“Sabah” tarixində 4-cü dəfə Premyer Liqa matçında məhsuldar heç-heçə etməklə “Kəpəz” və “Turan”a məxsus rekordu təkrarlayıb. “Qarabağ” isə yalnız bu rəqiblə görüşlərdə 3 və ya daha çox qol vuraraq 1 xal qazanıb.

Azərbaycan – Şimali Makedoniya matçı Annaya tapşırıldı

2 March 2026 at 13:00

Qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununun hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda baş tutacaq bu oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

C Liqasının 3-cü qrupu çərçivəsində martın 3-də “Dalğa Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Anna Adamska olacaq. Ona yan xətt hakimləri Yuliya Bukaroviç və Anjelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mixalina Dyakov yerinə yetirəcək.

Dünya çempionatının seçmə mərhələsi
C Liqası, 3-cü qrup
3 mart

Azərbaycan – Şimali Makedoniya
Baş hakim: Anna Adamska.
Baş hakimin köməkçiləri: Yuliya Bukaroviç, Anjelika Novak.
Dördüncü hakim: Mixalina Diakov (Hakimlər briqadası Polşadandır).
Bakı. “Dalğa Arena”. Saat 15:00.

Premyer Liqa: Son 8 mövsümün rekordu qeydə alındı

2 March 2026 at 12:00

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümündə yeni tamaşaçı rekordu qeydə alınıb.

Arena.az xəbər verir ki, bu, 22-ci turun sonuncu oyununa təsadüf edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş “Qarabağ” – “Sabah” matçını (3:3) 10 min 361 tamaşaçı izləyib.

Buna qədər rekord 12-ci turda qeydə alınmışdı. 2025-ci il noyabrın 21-də baş tutmuş “Sumqayıt” – “Qarabağ” oyununa 9100 seyrçi tamaşa etmişdi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda qonaqlar qalib gəlmişdilər – 4:2.

“Qarabağ” – “Sabah” matçındakı göstərici təkcə cari deyil, Premyer Liqa çərçivəsində son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/2018-ci illər mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilmiş 11-ci turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (0:2) 13 min 300 seyrçi qeydə alınıb.

Harri Keyn: “Borussiya”nın yorulacağını bilirdik”

2 March 2026 at 11:00

“Bayern”in mərkəz hücumçusu Harri Keyn Almaniya Bundesliqasının 24-cü turunda “Borussiya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, Dortmundda baş tutmuş bu oyunda “Bayern” 3:2 hesablı əzmkar qələbəyə sevinib.

Münhen təmsilçisinin 32 yaşlı ingilis ulduzu bu qələbəni belə şərh edib:

“Çempionluq yürüşündə vacib oyunu qazandıq. Hesabda geri idik, amma öz oyunumuzu oynamağa davam etdik. “Borussiya”nın yorulacağını bilirdik. Təslim olmadıq”, deyə Keyn vurğulayıb.

Xatırladaq ki, Harri Keyn bu oyunda 1-i penaltidən olmaqla, 2 qol vurub.

“Bayern” 24 oyundan sonra 63 xalla Almaniya Bundesliqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb və ən yaxın təqibçisi, 52 xalla 2-ci pillədə qərarlaşmış Dortmund “Borussiya”sını 11 xal qabaqlayır. Müvafiq üstünlüyə rəğmən, “Bayern”in baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompani Münhen komandasının arxayınlığa əsası olmadığı qənaəttindədir:

“Hazırda üstünlüyümz 11 xal təşkil edir, 88 qol vurmuşuq. Dayanmağa əsas nədir? Var qüvvəmizlə çalışmağa davam edirik. Arxayınlaşmaq olmaz!”, deyə Kompani vurğulayıb.

Yeri gəlmişkən, belçikalı keçmiş mərkəz müdafiəçisi, hazırda “Bayern”in baş məşqçisi olan 39 yaşlı mütəxəssis futbolda ən sevimli qəniməti ilə bağlı sualı cavablayıb:

“Mənim ən sevilmi qənimətim? “Mançester Siti” ilə ilk çempinluğumuz. Biz həmin qəniməti sonuncu turun sonuncu saniyələrində qazanmışdıq, Serxio Aqueronun qələbə qolunu vurması ilə… Deyərdim ki, bu, bütün müddət ərzində mənim ən sevimli qənimətimdir”.

Lionel Messi dubl etdi, “İnter” ilk qələbəsini qazandı

2 March 2026 at 10:00

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Orlando Siti” ilə qarşılaşıb.

“Vağlar” səfərdə baş tutmuş bu oyunda əzmkar qələbəyə seviniblər – 4:2. Messi 90 dəqiqə meydanda olub və komandasının qələbəsinə 2 qolla töhfə verib.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 2 turdan sonra 3 xalla 7-ci pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 2 oyunda 1 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 2 oyuna çıxıb, 2 qol vurub. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 90 oyun, 79 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ozan Can Kökçü “Qroningen”ə qarşı 79 dəqiqə oynadı

2 March 2026 at 09:00

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 25-ci turunda “Qroningen”lə qarşılaşıb.

“Volendam” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Ozan bu görüşə start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib.

“Volendam” 25 turdan sonra 27 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Ozan bu oyunların 24-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 27 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

La Liqa: “Selta” səfərdə, “Valensiya” evdə sevindi

2 March 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Elçe” – “Espanyol” və “Betis” – “Sevilya” matçlarında qalib müəyyənləşməyib. “Valensiya” doğma meydanda “Osasuna”ya qalib gəlibsə, “Jirona” “Selta”ya məğlub olub.

26-cı tura martın 2-də keçiriləcək “Real” – “Xetafe” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
26-cı tur
27 fevral

Levante – Alaves 2:0
Qollar: Espi, 88; 90+7.

28 fevral

Rayo Valyekano – Atletik 1:1
Qollar: De Frutos, 35 – İ.Uilyams, 47.

Barselona – Vilyarreal 4:1
Qollar: Yamal, 28; 37; 69. Levandovski, 90+1 – Qeye, 49.

Malyorka – Real Sosyedad 0:1
Qol: Soler, 36.

Real Ovyedo – Atletiko 0:1
Qol: X.Alvares, 90+4.

1 mart

Elçe – Espanyol 2:2
Qollar: Aquado, 42. Mir, 90-pen – K.Qarsiya, 7. Romero, 57.

Valensiya – Osasuna 1:0
Qol: Ramazani, 67-pen.

Betis – Sevilya 2:2
Qollar: Antoni, 16. Fidalqo, 37 – A.Sançes, 62. Romero, 85.

Jirona – Selta 1:2
Qollar: Vanat, 35 – Yutqla, 58. V.Reis, 70-öz qapısına.

2 mart

00:00. Real – Xetafe

Liqa 1: “Olimpik”lərin duelində Marsel təmsilçisi sevindi

2 March 2026 at 01:50

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Paris” doğma meydanda “Nitsa”nı, “Lill” isə “Nant”ı tək qolla üstələyib. “Brest” də səfərdə “Mets”i oxşar hesabla məğlub edib.

Dörd qolun qeydə alındığı “Loryan” – “Oser” matçında qalib müəyyənləşməyib.

Turun mərkəzi oyununda Marsel və Lion “Olimpik”ləri üz-üzə gəliblər. Beş qolun vurulduğu bu görüşdə meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Beləliklə, geridə qalmış 24 turdan sonra 57 xala malik PSJ vahid liderdir. “Lans” 53 xalla ikinci, Lion “Olimpik”i 45 xalla üçüncü pillədə qərarlaşıb. Marsel “Olimpik”inin 43, “Lill” və “Renn”in 40, “Monako”nun 37 xalı var.

Fransa, Liqa 1
24-cü tur
27 fevral

Strasburq – Lans 1:1
Qollar: Panikelli, 18 – Sanqare, 62.

28 fevral

Renn – Tuluza 1:0
Qol: Nordin, 27.

Monako – Anje 2:0
Qollar: Baloqun, 57. Adinqra, 62.

Havr – PSJ 0:1
Qol: Barkola, 37.

1 mart

Paris – Nitsa 1:0
Qol: Munetsi, 26.

Lill – Nant 1:0
Qol: Nqoy, 90+4.

Loryan – Oser 2:2
Qollar: Dienq, 19; 29 – Senaya, 1. Kazimir, 24.

Mets – Brest 0:1
Qol: Ayorke, 69.

Olimpik (Marsel) – Olimpik (Lion) 3:2
Qollar: Payşao, 52. Obameyanq, 81; 90+1 – Tolisso, 3. Himbert, 76.

A Seriyası: “Roma” və “Yuventus”dan məhsuldar heç-heçə

2 March 2026 at 01:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə 4 qarşılaşma baş tutub.

Səfərdə “Kremoneze” ilə qarşılaşmış “Milan” son dəqiqələrdə vurduğu qollarla inamlı qələbəyə sevinib. “Sassuolo” “Atalanta”nı, “Torino” “Latsio”nu xalsız yola salıb. Turun mərkəzi oyununda “Roma” “Yuventus”u qəbul edib. Altı qolun qeydə alındığı matçda paytaxt təmsilçisi qələbəni son anda əldən verib.

27-ci turun qalan görüşləri martın 2-də keçiriləcək.

İtaliya, A Seriyası
27-ci tur
27 fevral

Parma – Kalyaro 1:1
Qollar: Oristanio, 83 – Folorunşo, 63.

28 fevral

Komo – Leççe 3:1
Qollar: Duvikas, 18. Rodriqes, 35. Kempf, 44 – Kulibali, 13.

Verona – Napoli 1:2
Qollar: Akpro, 65 – Höylund, 2. Lukaku, 90+6.

İnter – Cenoa 2:0
Qollar: Dimarko, 31. H.Çalhanoğlu, 70-pen.

1 mart

Kremoneze – Milan 0:2
Qollar: Pavloviç, 90. Leao, 90+4.

Sassuolo – Atalanta 2:1
Qollar: Kone, 23. Torstvedt, 69 – Musa, 88.

Torino – Latsio 2:0
Qollar: C.Simeone, 21. Sapata, 53.

Roma – Yuventus 3:3
Qollar: U.Fransa, 39. Ndika, 54. Malen, 65 – Konseysao, 47. Boqa, 78. Qatti, 90+3.

2 mart

21:30. Piza – Bolonya
23:45. Udineze – Fiorentina

Bundesliqa: “Ştutqart”dan “Volfsburq”a 4 cavabsız qol

2 March 2026 at 01:00

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Ştutqart” doğma meydanda “Volfsburq”a 4 cavabsız qolla qalib gəlibsə, “Ayntraxt” “Frayburq”u 2 cavabsız qolla üstələyib. Üç qolluq “Hamburq” – “Leypsiq” görüşündə isə qonaqlar qalib gəliblər.

Beləliklə, geridə qalmış 24 turdan sonra 63 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 52 xalla ikinci pillədə qərarlaşıb. “Hoffenhaym” və “Ştutqart”ın 46, “Leypsiq”in 44, “Bayer”in 40 xalı var.

Almaniya, Bundesliqa
24-cü tur
27 fevral

Auqsburq – Köln 2:0
Qollar: Ribeyro, 55. Klod-Mauris, 90+6.

28 fevral

Borussiya (Mönhenqladbax) – Union Berlin 1:0
Qol: Diks, 90+4-pen.

Bayer – Maynts 1:1
Qollar: Kuansa, 88 – Bekker, 67.

Hoffenhaym – Sankt Pauli 0:1
Qol: Laqe, 45+4.

Verder – Haydenhaym 2:0
Qollar: Miloşeviç, 57. Behrens, 90+7-öz qapısına.

Borussiya (Dortmund) – Bayern 2:3
Qollar: Şlotterbek, 26. Svensson, 83 – Keyn, 54; 70-pen. Kimmix, 87.

1 mart

Ştutqart – Volfsburq 4:0
Qollar: Undav, 21. Levelinq, 30; 42. Nartey, 90+5.

Ayntraxt – Frayburq 2:0
Qollar: Şaibi, 64. Bahoya, 81.

Hamburq – Leypsiq 1:2
Qollar: Vyeyra, 22 – R.Kardozo, 36. Diomande, 50.

Super Liqa: “Fənərbağça” Antalyadan 1 xalla qayıtdı

1 March 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Gənclərbirliyi” – “Kayserispor” və “Samsunspor” – “Qaziantep” matçlarında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Antalyaspor” – “Fənərbağça” görüşündə də qalib müəyyənləşməyib.

Beləliklə, geridə qalmış 24 turdan sonra 58 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 54 xalla ikinci, “Trabzonspor” 51 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 46, “Göztəpə”nin 42, “Başakşəhər”in 39 xalı var.

Türkiyə, Super Liqa
24-cü tur
27 fevral

Başakşəhər – Konyaspor 2:0
Qollar: Selke, 52; 61.

Trabzonspor – Karagümrük 3:1
Qollar: Onuaçu, 20. Nvayvu, 47; 50 – Verde, 28.

28 fevral

Kasımpaşa – Rizəspor 0:3
Qollar: H.Dervişoğlu, 25. Mihaila, 56. Mebude, 80.

Kocaelispor – Beşiktaş 0:1
Qol: Aqbadu, 52.

Qalatasaray – Alanyaspor 3:1
Qollar: S.Boe, 45+2. Torreyra, 58. Osimhen, 83 – Munye, 49.

Göztəpə – Eyüpspor 0:0

1 mart

Gənclərbirliyi – Kayserispor 0:0

Samsunspor – Qaziantep 0:0

Antalyaspor – Fənərbağça 2:2
Qollar: L.Mercan, 43-öz qapısına. Van de Strek, 49 – S.Şerif, 63. V.Sarı, 69-öz qapısına.

Premyer Liqa: “Arsenal” “Çelsi”ni də xalsız yola saldı

1 March 2026 at 23:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Brayton” “Nottingem Forest”i, “Fulhem” “Tottenhem”i, “Mançester Yunayted” “Kristal Pelas”ı, “Arsenal” isə “Çelsi”ni qəbul edib. Üç qolun qeydə alındığı bütün oyunlar meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Beləliklə, geridə qalmış 29 turdan sonra 64 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” 59 xalla ikinci pillədə qərarlaşıb. “Mançester Yunayted” və “Aston Villa” 51, “Liverpul” 48, “Çelsi” 45 xal toplayıb.

İngiltərə, Premyer Liqa
28-ci tur
27 fevral

Vulverhempton – Aston Villa 2:0
Qollar: J.Qomes, 61. R.Qomes, 90+8.

28 fevral

Bornmut – Sanderlend 1:1
Qollar: Evanilson, 63 – Mayenda, 18.

Börnli – Brentford 3:4
Qollar: Kayode, 45+3-öz qapısına. Antoni, 47. Flemminq, 60 – Damsqor, 9. Tyaqo, 25. Şade, 34.

Liverpul – Vest Hem 5:2
Qollar: Ekitike, 5. Van Deyk, 24. Makallister, 43. Qakpo, 70. Disasi, 82-öz qapısına – Souçek, 49. Kastelyanos, 74.

Nyukasl – Everton 2:3
Qollar: Remsi, 32. Mörfi, 82 – Brentueyt, 19. Beto, 34. Berri, 83.

Lids – Mançester Siti 0:1
Qol: Semenyo, 45+2.

1 mart

Brayton – Nottingem Forest 2:1
Qollar: D.Qomes, 6. Uelbekk, 15 – Gibbs-Uayt, 13.

Fulhem – Tottenhem 2:1
Qollar: H.Uilson, 7. İvobi, 34 – Riçarlison, 66.

Mançester Yunayted – Kristal Pelas 2:1
Qollar: B.Fernandes, 57-pen. Şeşko, 65 – Lakrua, 4.

Arsenal – Çelsi 2:1
Qollar: Saliba, 21. Timber, 66 – İnkapye, 45+2-öz qapısına.

Qurban Qurbanov: “Sabah”ın məşqçisi bizə qarşı ədəbsizlik etdi”

1 March 2026 at 22:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 3:3.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlərin görmək istədiyi kimi matç oldu. Rəqibin hücum xətti çox güclüdür. Futbol elə səviyyəyə çatıb ki, belə hesab hər oyunda baş verə bilər. Futbolun sevilən tərəfi ondadır ki, bəzən düşünmədiyin hallar ilə üzləşirsən. Məni narahat edən futbolçularımın bərpasıdır. Çox gərgin qrafikdə oynayırdıq. “Nyukasl”la görüşdən sonra belə bir matç oldu. 3 gün sonra kubok, sonra yenidən çempionat oyunu olacaq.

Bəzən elə oyunlar olur ki, heç kim onun bitməsini istəmir. Belə bir matçda, bu qədər oyunun dayandığı görüşdə 6 dəqiqənin əlavə edilməsi məncə, az idi.

Oyundan sonra sevinənlər də, narazı qalanlar da var idi. Futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Xaraktersiz bir nəticə əldə edə bilmərik. Məcbur deyilik ki, hər il çempion olaq. Futbolda belə termin yoxdur. Biz sonadək mübarizə aparacağıq. Biz bu gün “Sabah”ın gücünü daha yaxşı bildik. Qalib gəlmək istəyiriksə, bundan daha yaxşı oynamalıyıq.

Çempionatımız maraqlı keçir. Qarşıda yüngül rotasiyalar edərək futbolçuları tam hazır vəziyyətə gətirəcəyik.

Rəqibin köməkçi məşqçisi bizə qarşı ədəbsizlik etdi. Danışığımız da bu yöndə idi. Bildirdim ki, bizim bütün heyətdən buna görə üzr istəmək lazımdır. Valdas Dambrauskas da dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm”.

“Qarabağ” – “Sabah” – 3:3 Video

1 March 2026 at 22:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “Sabah” matçı bərabərliklə (3:3) başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
22-ci tur
1 mart

“Qarabağ” – “Sabah” – 3:3
Qollar: Pedro Bikalyo, 73. Kevin Medina, 79. Musa Qurbanlı, 84 – Xəyal Əliyev, 13. Aaron Maluda, 54. Coy Lens Mikels, 61.
Sarı vərəqələr: Kevin Medina, 2 (qeyri-idman hərəkəti). Mateus Silva, 82 (hakimin qərarına etiraz). Musa Qurbanlı, oyundan sonra (hakimin qərarına etiraz) – İqor Noqeyra, 23 (qeyri-idman hərəkəti). Stiv Solvet, 31 (qeyri-idman hərəkəti).
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Zaur Tağızadə, 87 (qeyri-idman hərəkəti). Müşfiq Hüseynov, 90+8 (hakimin qərarına etiraz) – Valerio Zuddas, 87 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 6 dəqiqə.
Saat 19:00. Tofiq Bəhramov adına Respublika Stadionu, 10361 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Cəmil Quliyev.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.

Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 76), 10. Abdullah Zubir (k) (11. Emmanuel Addai, 79), 81. Kevin Medina, 8. Marko Yankoviç (15. Leandro Andrade, 62), 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk (22. Musa Qurbanlı, 62), 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 6. Kris Kuaku, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev (6. Abdulla Xaybullayev, 79), 9. Xəyal Əliyev (20. Coy Lens Mikels, 46), 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda (11. Kahim Parris, 79).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Dambrauaskas: “Qarabağ”ın təcrübəsi sözünü dedi”

1 March 2026 at 21:30

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 3:3.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyundan öncə məşqçilər heyəti ilə danışarkən deyirdik ki, matç 3:3 hesabıyla bitə bilər. Əfsuslar olsun ki, hesabda 3:0 öndə olsaq da, bu üstünlüyü sona qədər qoruyub-saxlaya bilmədik. Düzdür, bizə çətin idi. Burada “Qarabağ”ın təcrübəsi öz rolunu oynadı. Son 20 dəqiqədə onların təcrübəsi meydanda sözünü dedi. Çox üzgünük. 3:0 öndəsənsə, hansısa yolla bu üstünlüyü sonadək saxlamalısan. Amma təəssüf ki, bunu edə bilmədik. Bu, bizim üçün yaxşı dərsdir, bundan nəticə çıxarmalıyıq. Qarşıda kubok matçı var, çempionat oyunları olacaq. Bu mənada, belə vəziyyətə düşdükdə, artıq daha yaxşı hazırlıqlı olmalıyıq, düzgün oynamalıyıq. Hər iki komandanı bu oyuna görə təbrik edirəm. 70-ci dəqiqəyə qədər hesabda öndə olsaq da, rəqib son 20 dəqiqədə gözəl geridönüş edərək, hesabı bərabərləşdirdi. Soyuq havada stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Gəlməyənlərə görə də çox üzgünəm. Hələ də tribunada boş yerlər var idi. Bəzən çempionatda bu cür oyunlar UEFA Çempionlar Liqası matçlarından daha maraqlı, daha gərgin alınır. Demək olar ki, bu oyunda hər şey var idi: intriqa, dram…

Oyundan qabaq hesabı soruşsaydınız, fərqli cavab verərdim. Amma hesab 3:0 olduqdan sonra güzgüyə baxırıq və məyusuq. Biz xallar itirdik. Ona görə də “Qarabağ”ı gözəl geridönüşü reallaşdırdığı üçün təbrik etdim. Bu oyundan nəticələr çıxarmalıyıq. Ümid edirəm ki, bir daha belə səhvlərimiz olmayacaq”.

“Biz heç vaxt bu cür məsələlərə haqq vermirik” – Dambrauskas

Dambrauskas köməkçilərindən birinin “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynova qarşı qeyri-etik hərəkət etməsinə də münasibət bildirib:

“Biz üzr istədik. Sözün açığı, o anı görməmişdim. Çünki oyuna köklənmişdim. Bir də gördüm ki, hər iki komandanın ehtiyat skamyası ayağa qalxıb və orada nəsə baş verib. “Sabah” olaraq biz heç vaxt bu cür məsələlərə haqq vermirik. Bizim üçün hörmət çox önəmlidir. Feyr-pley qaydalarının hamısına riayət edirik.

Hakimliyə gəlincə, hər nə desəm də, bunun önəmi yoxdur. Çünki Hakimlər Komitəsinin sədri var və onların səhvlərindən məsuldur. Səhvlərinə baxırlar. Hər birimiz insanıq. Səmimi şəkildə ümid edirəm ki, istəyərəkdən səhv olmayıb, hər kəs səhv edə bilər. Bundan artıq şərh vermək istəmirəm. Çünki matç artıq başa çatıb. Mən öz oyunçularımı təhlil etməliyəm, onların səhvində məsuliyyətim var”.

Premyer Liqa: “Qarabağ”la “Sabah”dan 6 qolluq heç-heçə

1 March 2026 at 21:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında son çempion “Qarabağ” lider “Sabah”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş oyunu Tural Qurbanov idarə edib.

Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla liderlə arasındakı xal fərqini azaltmağı hədəfləmişdi. Amma oyuna daha yaxşı başlamış “Sabah” ardıcıl 3 qol vurub. Ruhdan düşməyən “Qarabağ” sonadək mübarizə apararaq buraxılmış qolların əvəzini çıxa bilib. Beləcə, 6 qolluq bu görüşdə qalib müəyyənləşməyib.

Xatırladaq ki, hazırda “Sabah” 53 xalla zirvədə qərarlaşıbsa, “Qarabağ” 46 xalla ikincidir.

Premyer Liqa
22-ci tur
1 mart

“Qarabağ” – “Sabah” 3:3
Qollar: Pedro Bikalyo, 73. Kevin Medina, 78. Musa Qurbanlı, 84 – Xəyal Əliyev, 13. Aaron Maluda, 54. Coy Lens Mikels, 60.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 15. Leandro Andrade, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

“Böyük Dəbilqə”: Millimiz Daşkənddən 4 “qızıl”la qayıdır

1 March 2026 at 20:30

Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil edilmiş cüdo üzrə ənənəvi “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu yarış günündə möhtəşəm çıxış edən Azərbaycan milli komandasının 4 üzvü fəxri kürsüyə qalxıb.

Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Murad Fətiyev finalda ikiqat Olimpiya çempionu Laşa Bekaurini (Gürcüstan), Kənan Nəsibov isə həlledici görüşdə Olimpiya və dünya mükafatçısı Alişer Yusupovu (Özbəkistan) məğlub edib.

Zelim Kotsoyev (-100 kq) və Camal Qamzatxanov (+100 kq) isə bürünc medal qazanıblar.

Xatırladaq ki, daha əvvəl Əhməd Yusifov (-60 kq) və Ömər Rəcəbli (-81 kq) də qızıl medal qazanmışdılar. Balabəy Ağayev (-60 kq) isə gümüş medala sahib çıxmışdı.

Yekunda 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla 7 medal qazanmış Azərbaycan “Böyük Dəbilqə”yə qatılmış 39 ölkə arasında ümumi komanda hesabında ikinci, kişilərin yarışında isə birinci yeri tutub.

“Turan Tovuz” – “İmişli” – 0:0 Video

1 March 2026 at 20:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunun “Turan Tovuz” – “İmişli” matçı bərabərliklə (0:0) başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
22-ci tur
1 mart

“Turan Tovuz” – “İmişli” – 0:0
Sarı vərəqələr: Emmanuel Hakman, 30 (qeyri-idman hərəkəti). Enrike Silva, 77 (qeyri-idman hərəkəti). Xorxe Silva, 86 (qeyri-idman hərəkəti) – Nikola Karaklaiç, 70 (qeyri-idman hərəkəti). Ronaldo de Souza, 90+3 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Yevgeni Şçetin (“Turan Tovuz”), oyundan sonra (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 16:30. “Azersun Arena”, 200 tamaşaçı.

Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rəhman İmami.
Dördüncü hakim: Alik Yunusov.
VAR: Əli Əliyev.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç (19. Roberto Olabe, 83), 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, (9. Coş Cinnelli, 83), 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. İbrahima Vadji (90. Joarlem Santos, 46), 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı (44. Həzrət İsayev, 90+2), 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç (21. Abbas Ağazadə, 80), 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr (79. Dioqo Kardoso, 63).
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 97. Xəzər Mahmudov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov.
Baş məşqçi: Xorxe Kaskilya.

Kurban Berdıyev: “İmişli” ilə matçda 2 xal itirdik”

1 March 2026 at 19:30

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 22-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Bakıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün çoxlu qol imkanlarımız oldu. Sadəcə, onları dəyərləndirə bilmədik. Qələbə qazanmaq üçün bu şanslardan yararlanmaq lazımdır. Rəqib qapımıza bir dəfə də zərbə vura bilmədi. Fikrimcə, biz bu gün 2 xal itirdik.

Coş Cinelli və İbrahima Vadjinin bizə daha çox xeyir verməsi üçün nə qədər zamana ehtiyac var? Məşqlərdə bunun üzərində işləyirik. Qarşıdakı oyunlarda problemi aradan qaldıracağıq.

Futbolçuların fiziki vəziyyətləri qaneedicidir. Kubok matçına hazırlaşacağıq”.

Xorxe Kaskilya: “Turan”la matça qələbə üçün çıxmışdıq”

1 March 2026 at 19:00

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 22-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Bakıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Taktiki cəhətdən yüksək səviyyədə çıxış etdilər. “Turan Tovuz” son matçlarda qalib gəlir, psixoloji durumları yaxşıdır. Amma onlara qarşı yaxşı mübarizə apardıq. Çətin oyun alındı. “Turan Tovuz” avrokuboklarda oynamaq istəyir. Çox intensiv oyun gedirdi. Taktiki cəhətdən oyunçularımdan razıyam. Rəqibin futbolçuları fiziki cəhətdən güclüdür. Onlar bu sarıdan bizdən güclü idilər. Amma oyun quruluşunda bizim yarımmüdafə xətti rəqibin yarımmüdafiəsinin qarşısını ala bilirdi. Oyunumuzdan razıyıq. Birinci hissədə 1-2 epizod yaratdıq. İkinci hissədə çətinlik çəkirdik. “Turan Tovuz”un mərkəz müdafiəçiləri təcrübəli və güclüdürlər. Rəqibin gücünü nəzərə alaraq, əlimizdən gələni edirdik. Biz hücumumuza daha çox diqqət yetirəcəyik. Meydana qələbə üçün çıxmışdıq. Amma oyunun gedişatından razıyıq. Heç-heçə bizim üçün pozitiv nəticədir.

Limitli resursları olan “İmişli” kimi komanda üçün Premyer Liqada mübarizə aparmaq çətindir. Onu da nəzərə almaq lazımdır ki, müəyyən oyunlarda bəxt amili bizə qarşı olub. “Karvan” və “Araz-Naxçıvan”la matçlarda qələbə əlimizdən çıxdı. Bəxt məsələsində nəsə edə bilmərik. Hər oyunda qalib gəlmək istəyirik. Bizim üçün 3 xal qazanmaq prioritetdir. Son 8 oyunun ikisində uduzmuşuq – “Qəbələ” və “Qarabağ” kimi nəhəng rəqibə. “Turan Tovuz”la görüşdə qol buraxmadıq. Güclü rəqiblərə qarşı müqavimət göstəririk. Hazırda 10-cu pillədə qərarlaşan komandadan 5 xal öndəyik. Təbii ki, super mövqe deyil. Amma biz hər oyunda qalib gəlmək, tilsimi qırmaq istəyirik. Son 11 oyun bizim üçün çox çətin olacaq. Əziyyət çəkəcəyik. Amma buna hazırıq. Ümidimiz odur ki, daha çox zədə almayaq. Zədəlilərimiz var. Çətin olacaq, məqsədlərimizə uyğun irəliləyirik”.

Premyer Liqa: “Turan” “İmişli” ilə bacarmadı

1 March 2026 at 18:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Bakıda baş tutub.

“Turan Tovuz” “İmişli” ilə üz-üzə gəlib. “Azersun Arena”da keçirilmiş oyunun baş hakimi Fərid Hacıyev olub. Tovuz təmsilçisi növbəti qələbəsini qazanmaqla liderlər qrupunda mövqeyini möhkəmləndirməyə çalışıb. Amma tərəflər yekunda qolsuz heç-heçə ilə kifayətləniblər.

Premyer Liqa
22-ci tur
1 mart

“Turan Tovuz” – “İmişli” 0:0
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov.
VAR: Əli Əliyev.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Azersun Arena”, 16:30.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 90. Joarlem Santos, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 79. Dioqo Kardoso.
Baş məşqçi: Xorxe Kaskilya.

İkinci Liqa: “Quba” və “Kür-Araz”dan qolsuz “sülh”

1 March 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Quba” “Kür-Araz”ı sınağa çəkib. Bu görüşdə qapılara qol vurulmayıb.

16-cı turun qalan görüşləri martın 2-də, 3-də və 4-də keçiriləcək.

İkinci Liqa
16-cı tur

1 mart

“Quba” – “Kür-Araz” 0:0
Hakimlər: Maqsud Şamıyev, Aydın Baxşıyev, Anar Bədəlov, Nazim Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

2 mart

“Qaradağ Lökbatan” – “Şəmkir”
Hakimlər: Ceyhun Hüseynov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Nahid Xasıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

3 mart

“Xankəndi” – “Araz Saatlı”
Hakimlər: Rövşən Rəcəbov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Ağstafa Gəncləri” – “Göygöl”
Hakimlər: Xəlil Xəlilov, Vüqar Bayramov, Sənan Atayev, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Şəki” – “Ağdaş”
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

4 mart

“Dinamo” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Safalı Ağayev, Ağadur Mahmudov, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 14:30.

Bəhlul Mustafazadə əməliyyat olundu

1 March 2026 at 17:00

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə əməliyyat olunub.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilmiş ilk oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib. Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.

Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Bəhlul Mustafazadə 2021-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışır. O, cari mövsümdə meydana çıxdığı 24 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib. O, Ağdam təmsilçisinin heyətində bütövlükdə 163 oyuna çıxıb, 6 qola imza atıb, 2 assist edib. Bəhlulun “Qarabağ”la 2027-ci ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.

27 yaşlı müdafiəçi “Qarabağ” və “Qəbələ”dən başqa “Sumqayıt” və “Sabah”da da forma geyinib. O, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında da 43 oyun keçirib, 1 qol vurub.

Marko Roys ABŞ klubu ilə yeni müqavilə imzaladı

1 March 2026 at 16:00

“Los Anceles Qalaksi”nin almaniyalı hücumameyilli yarımmüdafiəçisi Marko Roys ABŞ klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu ilə imzalanmış yeni sözləşmənin müddəti 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub.

2024-cü ilin avqustunda bu komandaya qoşulmuş Roys keçirdiyi 42 matçda 22 qolda pay sahibi olub (qol+ötürmə) və klubun sözügedən ildə MLS Kubokunu qazanmasında əsas rol oynayıb. Cari mövsümün ilk 3 oyunundan ikisində meydana kapitan kimi çıxan təcrübəli oyunçu komandasının 2026-cı ildə ilk qolunun ötürməsini edib.

Marko Roys futbola “PTSV Dortmund”da qədəm qoyub, ardınca “Borussiya”nın (Dortmund) futbol akademiyasında yetişib, daha sonra isə “Rot-Vayss”ın heyətində böyük futbolda debüt edib. 2009-cu ildə Roys Mönhenqladbax “Borussiya”sına keçib və oyun səviyyəsini tərəqqi etdirərək, 2012-ci ilin iyulunda 17,1 milyon avro qarşılığında Dortmund “Borussiya”sına gəlib. Məhz Dortmund “Borussiya”sında Roys futbol aləminə məlum özünün futbolçu simasını formalaşdırıb, oyunu və xasiyyəti ilə komandanın liderinə çevrilib, kapitan sarğısını daşıyıb. Yarımmüdafiəçi 2023/2024 mövsümünün sonunda Dortmund klubunu azad agent kimi tərk edərək “Los Anceles Qalaksi”yə keçmişdi.

Roys “Borussiya” ilə Almaniya Kubokunun ikiqat, Almaniya Super Kubokunun üçqat qalibidir. O, həmçinin 3 dəfə Bundesliqanın ən yaxşı oyunçusu seçilib və 2 dəfə Almaniyada ilin oyunçusu olub.

Marko 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasında 48 oyuna çıxıb, 15 qol vurub, 14 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 36 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.

Kristiano Ronaldo penaltini qaçırdı, zədə aldı

1 March 2026 at 15:00

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 24-cü turu çərçivəsində keçirilmiş “Əl-Fayha” ilə oyunun iştirakçısı olub.

Ronaldonun komandası səfər oyunundan qələbə ilə ayrılıb – 3:1. Portuqal futbolçu bu matça start heyətdə başlasa da, 81-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. Ehtiyat oyunçular skamyasında onun bud əzələsinə buz qoyulub. Ronaldo bu matçın 11-ci dəqiqəsində penaltidən dəqiq yararlana bilməyib.

“Əl-Nəsr” 24 turdan sonra 61 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda 24 oyunda 20 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 26 oyuna 22 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 131 oyun, 115 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.

Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Hansi Flik “Barselona”da 100-ə çatdı

1 March 2026 at 14:00

Futbol üzrə İspaniya çempionu “Barselona”nın almaniyalı baş məşqçisi Hansi Flik Kataloniya təmsilçisi ilə 100-cü oyununa çıxıb.

Arena.az xəbər verir ki, onun yubileyi İspaniya La Liqasının ötən gecə baş tutmuş “Vilyarreal”la ev oyununa təsadüf edib.

“Barselona” sözügedən matçdan 4:1 hesablı qələbə ilə ayrılıb. Flik bu uğura görə böyük sevinc hissi keçirdiyini bildirib:

“Barselona”dakı 100-cü oyunumda qələbə qazandığım üçün çox şadam. Həqiqətən çox xoşbəxtəm. Bu gün ailəm də oyunu izləmək üçün bura gəlmişdi”.

Xatırladaq ki, bu qarşılaşmada Lamin Yamal het-trik müəllifi olub. Hazırda “Barselona” turnir cədvəlində “Real”ı 4 xal qabaqlayaraq liderliyini davam etdirir.

Hansi Flik 2024-cü ilin yayında Xavi Ernandesin əvəzində “Barselona”ya baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda ilk mövsümdə La Liqanı, İspaniya Kubokunu və Super Kubokunu qazanıb.

“Barselona” Flikin rəhbərliyi altında keçirdiyi 100 oyunda 75 qələbə qazanıb, 9 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb.

Van Deyk qələbələr, Slot “gözəl futbol” arzulayır

1 March 2026 at 13:00

“Liverpul”un kapitanı, niderlandlı mərkəz müdafiəçisi Vircil van Deyk “qırmızılar”ın son vaxtlar müşahdə edilən tərəqqisini şərh edib.

Arena.az niderlandlı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Heç şübhə yoxdur ki, son həftələrdə xeyli tərrəqqiyə nail olmuşuq, amma hələ də olmaq istədiyimiz yerdə deyilik. Hazırda qələbələr qazanmağa davam etməliyik”, deyə Van Deyk vurğulayıb.

“Liverpul”un baş məşqçisi Arne Slot isə futbol haqda qənaətini açıqlayıb.
Niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edirik:

“Bir məşqçi kimi, çempionatı, UEFA Çempionlar Liqasını, İngiltərə Kubokunu və ya Liqa Kubokunu qazana bilərsən, amma qazancağın ən böyük uduş – komandanın baxılması üçün xoş olan həmin o gözəl futbolu oynamasıdır”, deyə Slot vurğulayıb.

Xatırladaq ki, “Liverpul” ötən mövsüm İngiltərə çempionu olsa da, cari mövsümdə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. “Qırmızılar” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə keçirdikləri 28 oyunda 14 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüblər. Komanda 48 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Lamin Yamal karyerasının ilk het-trikinə sevindi

1 March 2026 at 12:00

İspaniya La Liqasının 26-cı turunun “Vilyarreal”a qarşı ev oyunu “Barselona”nın sağ cinah hücumçusu Lamin Yamal üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “Kamp Nou”da baş tutmuş görüş Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsiylə yekunlaşıb.

Yamal bu oyunda komandasının qələbəsinə vurduğu 3 qolla töhfə verib. O, futbolçu karyerasında ilk dəfə het-trikə imza atıb.

Futbolçunun 18 yaş 230 günlüyündə qeydə alınmış bu nəticəsi dünya futbolunun məşhur simalarını geridə qoyması ilə diqqət çəkib. Belə ki, o, karyerasında ilk het-trikini 19 yaşında reallaşdırmış Lionel Messi və Ronaldinyonu, həmçinin bu uğura 23 yaşında çatmış Kristiano Ronaldonu qabaqlayıb.

Qeyd edək ki, hazırda yalnız Kilian Mbappe (17 yaş) və Neymar (18 yaş) Yamaldan daha erkən yaşda het-trik müəllifi ola biliblər.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 34 oyuna çıxıb. O, bu oyunlarda 18 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 140 oyun, 43 qol və 48 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Əvəzedicilər Liqası: 18-ci turun təyinatları açıqlandı

1 March 2026 at 11:00

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 18-ci turun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

18-ci turun görüşləri martın 2-də və 3-də keçiriləcək.

Əvəzedicilər Liqası
18-ci tur
2 mart

“Kəpəz-2” – “Qəbələ-2”
Hakimlər: Rasim Musayev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Orxan İbişov, Ləman Əmirli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 14:30.

“Neftçi-2” – “Zirə-2”
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Sadiq Əliyev, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

3 mart

“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Rəsul Babayev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Rüfət Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Qarabağ-2” – “Şamaxı-2”
Hakimlər: Niyaz Əhmədov, Elman Kərimov, Elmin Süleymanov, Vüqar Alıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 14:30.

Renat Dadaşov “Korona”ya qarşı 8 dəqiqə oynadı

1 March 2026 at 10:00

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 23-cü turu çərçivəsində “Korona” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və inamlı qələbəyə sevinib – 2:0. Renat bu görüşün 82-ci dəqiqəsində meydana buraxılıb.

23 turdan sonra 30 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 23 oyunda 7 qələbə qazanıb, 9 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 15 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 41 oyunda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Premyer Liqa: “Turan” “İmişli”yə, “Qarabağ” “Sabah”a qarşı

1 March 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Öncə, “Turan Tovuz” Bakıda “İmişli” ilə üz-üzə gələcək. “Azersun Arena”da keçiriləcək oyunun baş hakimi Fərid Hacıyev olacaq. Tovuz təmsilçisi növbəti qələbəsini qazanmaqla liderlər qrupunda mövqeyini möhkəmləndirməyə çalışacaq.

Turun qapanış matçında isə son çempion “Qarabağ” lider “Sabah”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunu Tural Qurbanov idarə edəcək. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla liderlə arasındakı xal fərqini azaltmağa çalışacaq.

Xatırladaq ki, hazırda “Sabah” 52 xalla zirvədə qərarlaşıbsa, “Qarabağ” 45 xalla ikincidir.

Premyer Liqa
22-ci tur

27 fevral

“Kəpəz” – “Sumqayıt” 3:0
Qollar: Ryonosuke Ohori, 2. Luis Paçu, 18; 39-pen.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu, 14:30.

“Araz-Naxçıvan” – “Zirə” 0:1
Qol: Ayron Qomis, 67.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Dalğa Arena”, 18:00.

28 fevral

“Şamaxı” – “Neftçi” 2:2
Qollar: Sezar Enrike, 75. Karim Rossi, 90+4 – Vensan Abubakar, 60; 90+3.
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 14:30.

“Qəbələ” – “Karvan” 1:1
Qollar: Seydina Keyta, 36-pen – İmani Barker, 26.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov.
VAR: Vüqar Həsənli.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 17:00.

1 mart

“Turan Tovuz” – “İmişli”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov.
VAR: Əli Əliyev.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Azersun Arena”, 16:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Ömər Rəcəbli “Böyük Dəbilqə”nin qalibi oldu

1 March 2026 at 01:00

Azərbaycanın daha bir cüdoçusu – Ömər Rəcəbli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə”nin qalibi olub.

Arena.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda Abdul-Kerim Tasuyevlə qarşılaşıb.

Rusiya təmsilçisini də məğlub etmiş Ömər Rəcəbli “Böyük Dəbilqə” turnirinin qızıl medalını qazanıb.

Bu gün tatamiyə çıxmış digər cüdoçularımızdan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) medalsız qalıblar.

Xatırladaq ki, “Böyük Dəbilqə” yarışı martın 1-də başa çatacaq. Turnirin ilk günündə Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) isə gümüş medal qazanmışdılar. Azərbaycan bu yarışda bütövlükdə 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunur.

Liqa 1: PSJ 1, “Monako” 2 qolla qalib gəldi

1 March 2026 at 02:00

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Monako” doğma meydanda “Anje”yə, “Renn” isə “Tuluza”ya qalib gəlib. Səfərdə “Havr”la qarşılaşmış lider PSJ də turu qələbə ilə başa vurub.

Qeyd edək ki, 24-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
24-cü tur
27 fevral

Strasburq – Lans 1:1
Qollar: Panikelli, 18 – Sanqare, 62.

28 fevral

Renn – Tuluza 1:0
Qol: Nordin, 27.

Monako – Anje 2:0
Qollar: Baloqun, 57. Adinqra, 62.

Havr – PSJ 0:1
Qol: Barkola, 37.

1 mart

18:00. Paris – Nitsa
20:15. Lill – Nant
20:15. Loryan – Oser
20:15. Mets – Brest
23:45. Olimpik (Marsel) – Olimpik (Lion)

La Liqa: “Barselona”dan “Vilyarreal”a 4 qol

1 March 2026 at 01:50

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

“Rayo Valyekano” – “Atletik” görüşündə qalib müəyyənləşməyib. “Malyorka” doğma meydanda “Real Sosyedad”a minimal hesabla uduzubsa, “Real Ovyedo”nun qonağı olmuş “Atletiko” oxşar hesabla qələbə qazanıb. “Barselona” isə “Vilyarreal”la ev oyununda darmadağına sevinib.

Qeyd edək ki, 26-cı turun qalan görüşləri martın 1-də və 2-də keçiriləcək.

İspaniya, La Liqa
26-cı tur
27 fevral

Levante – Alaves 2:0
Qollar: Espi, 88; 90+7.

28 fevral

Rayo Valyekano – Atletik 1:1
Qollar: De Frutos, 35 – İ.Uilyams, 47.

Barselona – Vilyarreal 4:1
Qollar: Yamal, 28; 37; 69. Levandovski, 90+1 – Qeye, 49.

Malyorka – Real Sosyedad 0:1
Qol: Soler, 36.

Real Ovyedo – Atletiko 0:1
Qol: X.Alvares, 90+4.

1 mart

17:00. Elçe – Espanyol
19:15. Valensiya – Osasuna
21:30. Betis – Sevilya
00:00. Jirona – Selta

2 mart

00:00. Real – Xetafe

A Seriyası: “Napoli” səfərdə, “İnter” evdə qələbə qazandı

1 March 2026 at 01:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Komo” – “Leççe” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. Lider “İnter” də evdə “Cenoa”nı 2 cavabsız qolla yenib. Səfərdə “Verona” ilə qarşılaşmış “Napoli” isə turu çətin qələbə ilə başa vurub.

Qeyd edək ki, 27-ci turun qalan görüşləri martın 1-də və 2-də keçiriləcək.

İtaliya, A Seriyası
27-ci tur
27 fevral

Parma – Kalyaro 1:1
Qollar: Oristanio, 83 – Folorunşo, 63.

28 fevral

Komo – Leççe 3:1
Qollar: Duvikas, 18. Rodriqes, 35. Kempf, 44 – Kulibali, 13.

Verona – Napoli 1:2
Qollar: Akpro, 65 – Höylund, 2. Lukaku, 90+6.

İnter – Cenoa 2:0
Qollar: Dimarko, 31. H.Çalhanoğlu, 70-pen.

1 mart

15:30. Kremoneze – Milan
18:00. Sassuolo – Atalanta
21:00. Torino – Latsio
23:45. Roma – Yuventus

2 mart

21:30. Piza – Bolonya
23:45. Udineze – Fiorentina

Bundesliqa: “Bayern” Dortmunddan 3 xalla qayıtdı

28 February 2026 at 23:59

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Bayer” – “Maynts” matçında qalib müəyyənləşməyib. Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Union Berlin”ə, “Verder” “Haydenhaym”a qalib gəlib. “Hoffenhaym” “Sankt Pauli” ilə ev oyunundan xalsız ayrılıb. Səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşmış lider “Bayern” də növbəti qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, 24-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
24-cü tur
27 fevral

Auqsburq – Köln 2:0
Qollar: Ribeyro, 55. Klod-Mauris, 90+6.

28 fevral

Borussiya (Mönhenqladbax) – Union Berlin 1:0
Qol: Diks, 90+4-pen.

Bayer – Maynts 1:1
Qollar: Kuansa, 88 – Bekker, 67.

Hoffenhaym – Sankt Pauli 0:1
Qol: Laqe, 45+4.

Verder – Haydenhaym 2:0
Qollar: Miloşeviç, 57. Behrens, 90+7-öz qapısına.

Borussiya (Dortmund) – Bayern 2:3
Qollar: Şlotterbek, 26. Svensson, 83 – Keyn, 54; 70-pen. Kimmix, 87.

1 mart

18:30. Ştutqart – Volfsburq
20:30. Ayntraxt – Frayburq
22:30. Hamburq – Leypsiq

Premyer Liqa: “Liverpul” 5, MS 1 qolla qalib gəldi

28 February 2026 at 23:30

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Bornmut” – “Sanderlend” matçında qalib müəyyənləşməyib. “Börnli” doğma meydanda “Brentford”a, “Nyukasl” “Everton”a qalib gəlib.

Son çempion “Liverpul” bu turda “Vest Hem”lə ev oyunundan darmadağınla ayrılıb. “Mançester Siti” də səfərdə “Lids”i tək qolla üstələyib.

Qeyd edək ki, 28-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
28-ci tur
27 fevral

Vulverhempton – Aston Villa 2:0
Qollar: J.Qomes, 61. R.Qomes, 90+8.

28 fevral

Bornmut – Sanderlend 1:1
Qollar: Evanilson, 63 – Mayenda, 18.

Börnli – Brentford 3:4
Qollar: Kayode, 45+3-öz qapısına. Antoni, 47. Flemminq, 60 – Damsqor, 9. Tyaqo, 25. Şade, 34.

Liverpul – Vest Hem 5:2
Qollar: Ekitike, 5. Van Deyk, 24. Makallister, 43. Qakpo, 70. Disasi, 82-öz qapısına – Souçek, 49. Kastelyanos, 74.

Nyukasl – Everton 2:3
Qollar: Remsi, 32. Mörfi, 82 – Brentueyt, 19. Beto, 34. Berri, 83.

Lids – Mançester Siti 0:1
Qol: Semenyo, 45+2.

1 mart

18:00. Brayton – Nottingem Forest
18:00. Fulhem – Tottenhem
18:00. Mançester Yunayted – Kristal Pelas
20:30. Arsenal – Çelsi

Super Liqa: “Qalatasaray” evdə, “Beşiktaş” səfərdə sevindi

28 February 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Göztəpə” – “Eyüpspor” matçında qapılara qol vurulmayıb. “Qalatasaray” doğma meydanda “Alanyaspor” üzərində qələbəyə sevinibsə, “Beşiktaş” səfərdə “Kocaelispor”u, “Rizəspor” da “Kasımpaşa”nı məğlub edib.

Turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Türkiyə, Super Liqa
24-cü tur
27 fevral

Başakşəhər – Konyaspor 2:0
Qollar: Selke, 52; 61.

Trabzonspor – Karagümrük 3:1
Qollar: Onuaçu, 20. Nvayvu, 47; 50 – Verde, 28.

28 fevral

Kasımpaşa – Rizəspor 0:3
Qollar: H.Dervişoğlu, 25. Mihaila, 56. Mebude, 80.

Kocaelispor – Beşiktaş 0:1
Qol: Aqbadu, 52.

Qalatasaray – Alanyaspor 3:1
Qollar: S.Boe, 45+2. Torreyra, 58. Osimhen, 83 – Munye, 49.

Göztəpə – Eyüpspor 0:0

1 mart

17:00. Gənclərbirliyi – Kayserispor
21:00. Antalyaspor – Fənərbağça
21:00. Samsunspor – Qaziantep

İkinci Liqa: 16-cı turun bütün təyinatları açıqlandı

28 February 2026 at 22:30

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

16-cı turun görüşləri martın 1-də, 2-də, 3-də və 4-də keçiriləcək.

İkinci Liqa
16-cı tur

1 mart

“Quba” – “Kür-Araz”
Hakimlər: Maqsud Şamıyev, Aydın Baxşıyev, Anar Bədəlov, Nazim Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

2 mart

“Qaradağ Lökbatan” – “Şəmkir”
Hakimlər: Ceyhun Hüseynov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Nahid Xasıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

3 mart

“Xankəndi” – “Araz Saatlı”
Hakimlər: Rövşən Rəcəbov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Ağstafa Gəncləri” – “Göygöl”
Hakimlər: Xəlil Xəlilov, Vüqar Bayramov, Sənan Atayev, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Şəki” – “Ağdaş”
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

4 mart

“Dinamo” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Safalı Ağayev, Ağadur Mahmudov, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 14:30.

Zamiq Əliyev 90, Vüsal İsgəndərli 88 dəqiqə oynadı

28 February 2026 at 22:00

Futbol üzrə Azərbaycan milli komandasının üzvləri – Vüsal İsgəndərli və Zamiq Əliyev Albaniya çempionatında növbəti matçlarına çıxıblar.

Arena.az xəbər verir ki, Vüsalın formasını geyindiyi “Partizani” doğma meydanda məhz Zamiqin çıxış etdiyi “Eqnatiya” ilə üz-üzə gəlib.

26-cı tur çərçivəsində keçirilmiş qarşılaşmada meydan sahibləri inamlı qələbəyə seviniblər. Azərbaycanlı futbolçuların hər ikisi bu görüşün iştirakçısı olub. Vüsal start heyətdə meydana çıxıb, 88-ci dəqiqədə əvəzlənib. Zamiq isə 90 dəqiqə meydanda olub.

Bu nəticədən sonra “Eqnatiya” 46 xalla 3-cü pillədə qərarlaşıb. Zamiqin komandası keçirdiyi 26 oyunda 13 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. “Partizani” isə 39 xalla 5-cidir. Vüsalın komandası 26 oyunda 11 qələbə, 6 heç-heçə və 9 məğlubiyyət görüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 25 oyuna çıxıb, 5 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Zamiq Əliyev isə Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 60 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Mahir Emreli “Paderborn”a qarşı bir hissə oynadı

28 February 2026 at 21:30

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 24-cü turu çərçivəsində “Paderborn”la oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutmuş 3 qolluq bu görüş “Kayzerslautern”in 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Baş məşqçi Torsten Liberknext bu matçda Emreliyə də şans verib. Azərbaycanlı hücumçu fasilədən dərhal sonra, hesab 0:1 olarkən meydana buraxılıb.

24 turdan sonra 37 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 24 oyunda 11 qələbə qazanıb, 4 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 7 oyuna çıxıb, 1 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

İkinci Liqa: “Quba” – “Kür-Araz” matçının yeri dəyişdirildi

28 February 2026 at 21:00

1 mart tarixində İkinci Liqanın 16-cı turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Quba” – “Kür-Araz” oyununun yeri dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Quba şəhərində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Quba Olimpiya İdman Kompleksinin stadionunun oyuna hazır vəziyyətə gətirilməsi mümkün olmadığından, hər iki klubun qarşılıqlı razılığı əsasında oyunun Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilməsi qərara alınıb. Oyunun başlama saatı ilə bağlı dəyişiklik yoxdur.

İkinci Liqa
16-cı tur
1 mart

“Quba” – “Kür-Araz”
Hakimlər: Maqsud Şamıyev, Aydın Baxşıyev, Anar Bədəlov, Nazim Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

Kaxaber Sxadadze: “Karvan”la matçda 2 xal itirdik”

28 February 2026 at 20:30

“Qəbələ”nin baş məşqisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün 2 xal itirdik. Çoxlu qol vəziyyətlərimiz oldu. Amma bunlardan istifadə edə bilmədik. Lazım olmayan anda sadə qollar buraxırıq. Sonradan oyunu ələ aldıq. Qol epizodlarından istifadə etmək lazımdır. Futbolçularıma bununla bağlı heç nə deyə bilmərəm. Sadəcə, belə bəsit qollar buraxmaq olmaz. Bəxt amilini də vurğulamaq lazımdır. Bu gün bəxt bizdən üz döndərmişdi.

Əvvəlki oyunda da penaltini əslində Seydina Keyta vurmalı idi. Həmin anda Adriel Ba Lua topu götürdü və penaltini vurmaq üçün xahiş etdi. Əsas penalti vuranımız Keytadır, ikinci isə Ba Lua.

Ba Lua demək olar ki, qış təlim-məşq toplanışını bizimlə keçirmədi. Sənəd problemi var idi, pasportunu dəyişməli idi. Ölkəsində proses uzandı. Ona görə də hazırlıq prosesinə gec qoşuldu. O, öz üzərində işləyir. Son ötürmələrdə və zərbələrdə çatışmazlığı var. Özü də bunu görür, başa düşür. Bizim üçün vacib oyunçudur. Ümid edirik ki, yavaş-yavaş əvvəlki formasını bərpa edəcək.

İsmael Akinade son oyunlarda zəif təsir bağışlamışdı. Sanki bir matçda oynayır, sonra onda eniş yaşanır. Həm də oruc tutur. Cüssəli futbolçudur, onun üçün belə anlarda çətin olur”.

“Qəbələ” – “Karvan” 1:1 – Video

28 February 2026 at 20:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qəbələ” – “Karvan” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
22-ci tur
28 fevral

“Qəbələ” – “Karvan” 1:1
Qollar: Seydina Keyta, 36-pen – İmani Barker, 26.
Sarı vərəqələr: Pedro Mateuş, 35 (qeyri-idman hərəkəti). Tompson Qavi, 45 (qeyri-idman hərəkəti). Emin Rüstəmov, 45+1 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 17:00. Qəbələ şəhər stadionu, 150 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Mirnihad Seyidov.
Dördüncü hakim: Rövşən Rəcəbov.
VAR: Vüqar Həsənli.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 7. Turan Manafov (66. Nuğay Rəşidov, 89), 27. Eşqin Əhmədov (13. Nicat Əliyev, 89), 33. Seydina Keyta, 50. Adriel Ba Lua (10. Şahin Şahniyarov, 67), 6. Xayme Syerra, 8. Sambu Sissoko (24. İsmael Akinade, 34), 16. İsaak Amoa, 14. Domi Massumo (12. İbrahim Sanqare, 89), 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 3. Eduardo Kunde, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

Karvan: 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli (42. İbrahim Qədirzadə, 90+2), 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 90+2), 2. Şakil Sno (13. Vüsal Məsimov, 90+2), 11. Kayl Spens (8. Peter Kings, 86), 37. Mois Nqvisani, 19. Tompson Qavi (14. Uğur Cahangirov, 75), 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 33. Eltun Turabov, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Füzuli Məmmədov: “Qəbələ”yə qalib gəlmək istəyirdik”

28 February 2026 at 19:30

“Karvan”ın baş məşqisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox çətin oyun oldu. Ciddi hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Meydança bir az sürüşkən idi deyə, bizə çətinlik yaradırdı. Futbolçular meydanda yaxşı vuruşdular. Bizim üçün 1 xal da önəmli idi. Komandamız üçün istənilən xal vacibdir. Qalib də gələ bilərdik, uduza da bilərdik. Hər iki komandaya qarşıdakı matçda uğurlar arzulayıram.

Mən gələndən sonra bəzi matçlarda yaxşı oynasaq da, müdafiədə səhvlər buraxmışıq, məğlub olmuşuq. Qələbə qazanmırıq. İnanın ki, səhvləri aradan qaldırmaq üçün çox çalışırıq. Rəqibi təhlil edirik. Qarşıda matçlar var, çempionat bitməyib. Sona qədər mübarizə aparacağıq. Bilirəm ki, çətin olacaq. Amma məcburuq”.

Premyer Liqa: “Qəbələ” və “Karvan”dan heç-heçə

28 February 2026 at 19:02

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Qəbələdə baş tutub.

Burada “Qəbələ” “Karvan”ı qəbul edib. Qəbələ şəhər stadionunda baş tutmuş matçı Kamal Umudlu idarə edib. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Premyer Liqa
22-ci tur
28 fevral

“Qəbələ” – “Karvan” 1:1
Qollar: Seydina Keyta, 36-pen – İmani Barker, 26.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov.
VAR: Vüqar Həsənli.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 7. Turan Manafov, 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 8. Sambu Sissoko ,16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 21. Ziya Şəkərxanov, 24. İsmael Akinade, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

Karvan-Yevlax: 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 8. Peter Kinqs, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

“Şamaxı” – “Neftçi” 2:2 – Video

28 February 2026 at 18:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunun “Şamaxı” – “Neftçi” matçı bərabərliklə (2:2) başa çatdı.

Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
22-ci tur
28 fevral

“Şamaxı” – “Neftçi” 2:2
Qollar: Sezar Enrike, 75. Karim Rossi, 90+4 – Vensan Abubakar, 60; 90+3.
Sarı vərəqələr: Karim Rossi, 83 (qeyri-idman hərəkəti) – İqor Ribeyro, 46 (qeyri-idman hərəkəti). Andrey Ştoqrin, 73 (qeyri-idman hərəkəti). Mustafa Sek, 90+4 (qeyri-idman hərəkəti). İfeanyi Metyu, oyundan sonra (hakimin qərarına etiraz).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Aleksandr Tançeski (“Neftçi”), 90+4 (hakimin qərarına etiraz).
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Dmitro Kara-Mustafa (“Neftçi”), 90+4 (hakimin qərarına aqressiv şəkildə etiraz etdiyinə görə).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 14:30. Şamaxı şəhər stadionu, 1200 tamaşaçı.

Baş hakim: Kamranbəy Rəhimov.
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Kərim Zeynalov.
Dördüncü hakim: İnqilab Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev (17. Rafael Məhərrəmli, 87), 97. Oruc Məmmədov (19. Abdullahi Şuaybu, 68), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov (10. Andrey Tirkovyanu, 68), 9. Karim Rossi (3. Vladislav Veremeyev, 90+4), 13. Rikardo Apolinario, 11. Dioqo Balau (27. Emil Süleymanov, 90+4), 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov.
Baş məşqçi: Ayxan Abbasov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (10. Freddi Varqas, 64), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako (70. Andrey Ştoqrin, 29), 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu (45. Vensan Abubakar, 46), 33. Breno Almeyda (28. Alessio Kurçi, 84), 11. İmad Faraj (47. Murad Məmmədov, 84).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 22. Luis Ortis.
Baş məşqçi: Yuri Vernidub.

Ayxan Abbasov: “Neftçi” ilə matçda 1 xala layiq idik”

28 February 2026 at 18:00

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlər üçün maraqlı və gözəl oyun oldu. Öz meydanımızda məğlub olmadıq. Bu, bizi sevindirir. Böyük komandalara qarşı oynamaq çətindir. Futbolçularım yaxşı mübarizə apardılar. Məncə, 1 xala layiq idik. Rəqib yaxşı formadadır. Son dəqiqələrdə ən çox qol buraxan komanda bəlkə də bizik. Bu mövsüm ilk dəfə son dəqiqədə biz qol vurduq. Qarşıdakı oyunlara hazırlaşacağıq.

Qol buraxanda onsuz da müdafiənin səhvindən olur. Çox pis yerdə top itirdik. Rəqib bizi əks-hücumda yaxaladı. Müdafiəçilərimiz sıxlaşa bilmədilər. Amma asmanın qarşısını almaq olardı.

Qarşıda “Qarabağ”la kubok oyunu var. Çətin olacaq. Futbolçuları inandırıram ki, sıx qrafikdə oynamalıyıq. Dünyanın hər yerində bu cür olur. Bizdə problem odur ki, süni örtüklü meydançada məşq edirik, oynayırıq. Bərpa olmaq çox çətindir. “Qarabağ”ın gücü bəllidir. Bizim itirəcəyimiz bir şey yoxdur, ancaq qazana bilərik”.

Ayxan Abbasov – PFL qarşıdurması davam edir

Ayxan Abbasov ötən turda “İmişli”yə qarşı keçirdikləri oyundan sonra Quba Olimpiya İdman Kompleksinin stadionunda qapılardan birinin kiçik olduğunu demişdi. Lakin PFL açıqlama yayaraq bu iddianın əsassız olduğunu bildirib. “Şamaxı”nın çalışdırıcısı baş verənlərə belə münasibət bildirib:

“Çox təəssüflənirəm ki, PFL mənə cavab verdi. Çünki məndən qabaq orada oynayan bütün məşqçilər etiraz etmişdi. Məndən də sərt danışmışdılar. Hətta bəziləri demişdi ki, bu stadionda niyə futbol oynanılır. Təəssüf ki, PFL-dən reaksiya gəlməmişdi. Səhv etmirəmsə, etik normaları pozduğumu deyiblər. Harada pozmuşam, onu axtarıram. Neçə gündür axtarıram, amma tapa bilmirəm. Həmin matçda top iki dəfə qapı dirəyinə dəydi. 12 santimetr torpaq töküb problemi aradan qaldırırlarsa, biz hara gedirik? Başqa bir məqam deyim. Futbolçuları da fikirləşib deyirəm. Bəhlul Mustafazadənin “Nyukasl”la oyundakı zədəsi Quba stadionundan başladı. Milli komandanın üzvü 6 ay futbol oynamayacaq. Hər şeyə fikir verməliyik.

Mən də çox şey danışa bilərəm, çox arqumentlərim var. Meydançamızı təmizləməyə görə bizə minnət edirlər. Nə vaxt PFL gəlib bizdə meydança təmizləyib? Qarda da oynamışıq. Bizə deyiblər ki, bu gün oynamasaz, reqlamentə görə sabah oynamalısız. Amma başqaları sabah oynamadı. Belə şeylərə cavab verməsinlər. Biz nə demişik ki? Dərd orasındadır ki, Qubada oynayan bütün komandalar o qapıya etiraz ediblər. Biz günahkar axtarmırıq, istəyirik ki, düzələk. Özümüzə da deyirəm. İşıqlandırma olmalıdır, meydançanın ot örtüyü dəyişdirilməlidir. Bunu “Turan Tovuz”da işləyəndə də deyirdim. Yavaş-yavaş inkişaf etməliyik. Amma biz geriyə gedirik. Nə vaxt sözümüz olsa, deyərik, heç kimdən çəkinəcəyimiz yoxdur. PFL çıxıb cavab versin ki, etikanı harada pozmuşam? Məndən əvvəl danışan məşqçilərin sərt açıqlamalarına cavab verərdilər. Niyə vermədilər?”

Yuri Vernidub: “Bizim irəli getməyimizi istəmirlər”

28 February 2026 at 17:30

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 22-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun haqda danışmaq istəmirəm. Hakimlər Komitəsi şərh bildirsin. Oyunumuzdan razıyam. Bu gün baş verənlər çox məyusedicidir. Bunlar futbola yaraşan şeylər deyil. Belə başa düşdüm ki, VAR qapımıza penalti verilən epizodu görüb. Biz görməsək də, onlar hansısa formada görüblər.

Hakimlik hər yerdə belədir. Azərbaycanda da, Ukraynada da, başqa ölkələrdə. Özümü məyus hiss edirəm. Ciddi irəliləyiş əldə etməyə başlamışdıq. Sanki bizim irəli getməyimizi istəmirlər. Bizi yuxarıdan aşağıya doğru itələyirlər. Amma dayanmayacağıq, davam edəcəyik. Çünki bizdə iradə var. İradəsi olan komanda hər zaman irəli gedəcək.

Vensan Abubakar bu gün start heyətində yer alsaydı, elə bir fərq olmayacaqdı. İkinci hissədə meydana çıxıb 2 qol vurdu. Onu təbrik edirəm. Həm Abubakar, həm də Bassala Sambu yaxşı oyun göstərirlər”.

Premyer Liqa: “Neftçi” “Şamaxı”da xal itirdi

28 February 2026 at 17:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Şamaxı” burada “Neftçi” ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda təşkil edilmiş qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olub. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

Premyer Liqa
22-ci tur
28 fevral

“Şamaxı” – “Neftçi” 2:2
Qollar: Sezar Enrike, 75. Karim Rossi, 90+8-pen – Vensan Abubakar, 60; 90+1.
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 14:30.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tirkovyanu, 3. Vladislav Veremeyev, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 33. Breno Almeyda, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Laporta: “Barselona” yenə La Liqanın qalibi olacaq”

28 February 2026 at 16:00

“Barselona”nın sabiq prezidenti Joan Laporta kataloniyalıların 2025/2026-cı illər mövsümündə də İspaniya çempionu olacağını bildirib.

Arena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bütün çətinliklərə baxmayaraq, La Liqanı qazanacaqlarını söyləyib:

“Son üç finalda “Real”ı məğlub etdik. İndi geri qayıdıb “Atletiko”ya (“Barselona” İspaniya Kubokunun yarımfinalının ilk matçında “Atletiko”ya 0:4 hesabı ilə məğlub olub) meydan oxumalıyıq. Komandamız bütün çətinliklərə baxmayaraq, La Liqa çempionluğunu qazanacaq”, deyə Laporta inamla vurğulayıb.

Bu arada “Barselona”nın ispaniyalı keçmiş hücumçusu, hazırda Kataloniya klubunun idman rəhbərliyində vəzifə tutan Boyan Krkiç “blauqrana”nın əsas fəsadı ilə bağlı qənaətini açıqlayıb:

“Oyunçuların köklənməsi ilə bağlı fəsad görmürəm, amma müdafiədə necə fəaliyyət göstərmək gərək olduğunu bilmək lazımdır”, deyə Krkiç vurğulayıb.

Xatırladaq ki, “Barselona” İspaniya La Liqasının 25 turundan sonra 61 xalla turnir cədvəlinə başçılıq edir. “Real” 60 xalla ikinci, “Vilyarreal” isə 51 xalla üçüncü pillədə qərarlaşıb.

Kivu “İnter”in təqvim sıxılığından şikayətçi deyil

28 February 2026 at 15:00

“İnter”in baş məqşçisi Kristian Kivu sıx oyun təqvimi mənzərəsində çoxlu oyunların keçirilməsindən qayğılanmadığını bildirib.

Arena.az rumıniyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Çoxsaylı oyunlar məni heç vaxt narahat etməyib. Oyun cədvəlini bəyənirəm. Bunu oyunçu ikən də bəyənmişəm, elə, indiyə qədər də xoşuma gəlir”, deyə Kivu vurğulayıb.

Xatırladaq ki, “İnter” İtaliya A Seriyasının cari mövsümündə topladığı 64 xalla vahid liderdir. Kivunun komandası keçirdiyi 26 oyunda 21 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. İtaliya nəhəngi UEFA Çempionlar Liqasının pley-off mərhələsində Norveç təmsilçisi “Bodo Qlimt”ə uduzaraq mübarizəni dayandırsa da, ölkə kubokunda mübarizəni davam etdirir. Milan klubu bu turnirdə də finala vəsiqə uğrunda “Komo” ilə mübarizə aparacaq.

Flik: “Bernalın parlaq gələcəyi var”

28 February 2026 at 14:00

“Barsleona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın 18 yaşlı dayaq yarımmüdafiəçisi Mark Bernal haqda qənaətini açıqlayıb.

Arena.az alman mütəxəssisin ispaniyalı futbolçu barədə müvafiq açıqlamasını təqdim edir:

“Bernal gələcəyin oyunçusudur. Ona çox ümid bəsləyirəm. Bernalın parlaq gələcəyi var”, deyə Hansi Flik vurğulayıb.

Dayaq yarımmüdafiəçisi olan Mark Bernal “Barselona”nın yetirməsidir. İspan futbolçu 2024-cü ildən “blauqrana”nın əsas komandasına cəlb olunur.

Yarımmüdafiəçi “Barselona”nın əsas komandasında cəmi 23 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Bernal İspaniyanın U-16 və U-17 yığmalarına cəlb edilib. O, U-17 yığmasında 11 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Mark 2024/2025-ci illər mövsümündə “Barselona” ilə İspaniya çempionu olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispan dayaq yarmmüdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Manuel Pelleqrini – La Liqada fevralın ən yaxşı məşqçisi!

28 February 2026 at 13:00

“Betis”ə rəhbərlik edən Manuel Pelleqrini İspaniya La Liqasında 2026-cı ilin fevral ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Betis” fevral ayında ölkə çempionatı çərçivəsində keçirdiyi 4 oyunun 3-də qalib gəlib, 1-də heç-heçə edib. Sözügedən komanda hazırda La Liqanın turnir cədvəlində 42 xalla 5-ci pillədə qərarlaşıb.

Pelleqrini cari mövsümdə ilk, karyerası ərzində 2-ci dəfə La Liqada ayın ən yaxşısı seçilir. O, daha öncə 2025-ci ilin mart ayında da oxşar mükafata layiq görülmüşdü.

Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdırarkən Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilib. Sentyabrda “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənib, oktyabrda “Rayo Valyekano”ya rəhbərlik edən İnyiqo Peres, noyabrda “Vilyarreal”ı çalışdıran Marselino Qarsiya Toral, dekabrda “Espanyol”un sükanı arxasında olan Manolo Qonsales, bu ilin yanvarında isə “Real Sosyedad”a rəhbərlik edən Pelleqrino Matarasso ayın ən yaxşı məşqçisi elan edilib.

Əhməd Yusifov ilk dəfə “Böyük Dəbilqə”nin qalibi oldu

27 February 2026 at 23:59

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə ənənəvi “Böyük Dəbilqə” turnirinin qızıl medalını qazanıb.

Arena.az xəbər verir ki, idmançımız bunu Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil edilmiş yarışda bacarıb.

Əhməd Yusifov finalda Azərbaycanın digər cüdoçusu Balabəy Ağayevi məğlub edib. Balabəy Ağayev gümüş medalla kifayətlənməli olub.

“Böyük Dəbilqə” turnirinin ilk günündə daha 5 cüdoçumuz mübarizə aparıb. Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) mübarizəni erkən dayandırıblar. Şəfəq Həmidova (48 kq) təsəlliverici görüşə çıxıb. Amma o da medal qazanmaq şansını dəyərləndirə bilməyib.

Xatırladaq ki, “Böyük Dəbilqə” martın 1-də başa çatacaq. Azərbaycan bu yarışda bütövlükdə 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunur.

Hidayət Heydərov yarışa qatılmadı, ACF cəzalandırdı

28 February 2026 at 12:00

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etməyəcək.

Arena.az xəbər verir ki, olimpiya çempionu 1/16 finalda Arun Kumarla (Hindistan) görüşə qatılmayacaq.

Bu gün Azərbaycanın dörd cüdoçusu sözügedən yarışda mübarizəyə başlayacaq. Kamran Süleymanov (73 kq) 1/32 final mərhələsində yaponiyalı Şusuke Uçimura ilə, Ömər Rəcəbli (81 kq) 1/16 finalda rumıniyalı Adrian Sulka ilə, Fidan Əlizadə (63 kq) eyni raundda özbəkistanlı Sevinç İsokova ilə, Südabə Ağayeva (70 kq) rusiyalı Kamila Badurova ilə üz-üzə gələcək.

Hidayət isə artıq çəki səbəbindən bu yarışda iştirak edə bilməyəcək. Artıq Azərbaycan Cüdo Federasiyası Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb.

“Hidayət Heydərov (73 kq) çəkisini sala bilmədiyinə görə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinə buraxılmayıb. Azərbaycan Cüdo Federasiyası daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb”, – qurumdan vurğulanıb. (Report)

Xatırladaq ki, Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.

Georges Mikautadze – La Liqada fevralın ən yaxşı futbolçusu!

28 February 2026 at 11:00

Gürcüstan millisinin və “Vilyarreal”ın hücumçusu Georges Mikautadze İspaniya La Liqasında 2026-cı ilin fevral ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Mikautadze fevralda “Vilyarreal”ın heyətində La Liqa çərçivəsində 4 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib. Bu müddətdə Mikautadzenin komandası 3 qələbə qazanıb və 1 dəfə məğlub olub.

Bu, Mikautadzenin La Liqada ilk belə uğurudur. Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi. Noyabr və dekabrda isə “Barselona”nın hücumçusu Lamin Yamal ən yaxşı seçilmişdisə, bu ilin yanvarında “Malyorka”nın hücumçusu Vedat Muriqi fərqlənmişdi.

Georges Mikautadze Fransada dünyaya göz açıb və peşəkar futbolçu karyerasına “Mets”də başlayıb. Gürcü futbolçu 2020-2022-ci illər aralığında “Sirinq”də icarədə olub. Mikautadze 2023-cü ilin avqust ayında transfer edildiyi “Ayaks”da 9 oyuna çıxsa da, məhsuldar fəaliyyətlə fərqlənə bilməyib. Bu üzdən də hücumçu 2024-cü ilin yanvar ayında yenidən, amma icarə əsasında “Mets”ə qayıdıb. Mövsümün sonunda isə “Mets” 13 milyon avro məbləğ ödəməklə sabiq hücumçusunun transfer hüquqlarını alıb. 2024-cü ilin iyul ayında Lion “Olimpik”i Mikautadzeni 18,5 milyon avro məbləğ müqabilində “Mets”dən tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Gürcü futbolçu “Vilyarreal”a 2025-ci ilin sentyabrında 31 milyon avro müqabilində Lion “Olimpik”indən keçib. Onun İspaniya klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi var. Hücumçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.

Georges Mikautadze 2021-ci ilin mart ayında debüt etdiyi Gürcüstan millisinin heyətində 41 oyun keçirib, 21 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

İkinci Liqa: 19-cu və 20-ci turun oyun cədvəli açıqlandı

28 February 2026 at 10:00

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 19-cu və 20-ci turlarının oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

İki günü əhatə edəcək 19-cu turun görüşləri martın 23-də və 24-də keçiriləcək. 20-ci turun matçları isə martın 28-də, 29-da və 30-da baş tutacaq.

İkinci Liqa

19-cu tur

23 mart

“Araz Saatlı” – “Quba”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Dinamo” – “Ağstafa Gəncləri”
Binə qəsəbə stadionu.

“Şirvan” – “Şəki”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu.

24 mart

“Kür-Araz” – “Qaradağ Lökbatan”
Heydər Əliyev adına İmişli şəhər stadionu.

“Göygöl” – “Xankəndi”
Göygöl Olimpiya İdman Kompleksinin stadionu.

“Ağdaş” – “Şəmkir”
Ağdaş şəhər stadionu.

20-ci tur

28 mart

“Şəki” – “Dinamo”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

29 mart

“Ağstafa Gəncləri” – “Quba”
Ağstafa şəhər stadionu, 15:00.

“Ağdaş” – “Araz Saatlı”
Ağdaş şəhər stadionu, 15:00.

“Şəmkir” – “Göygöl”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Şirvan”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

30 mart

“Xankəndi” – “Kür-Araz”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

Premyer Liqa: “Şamaxı” “Neftçi”yə, “Qəbələ” “Karvan”a qarşı

28 February 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk görüşü “Şamaxı” ilə “Neftçi” arasında keçiriləcək. Şamaxı şəhər stadionunda təşkil ediləcək qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.

Daha sonra “Qəbələ” “Karvan”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq matçı Kamal Umudlu idarə edəcək.

Premyer Liqa
22-ci tur
27 fevral

“Kəpəz” – “Sumqayıt” 3:0
Qollar: Ryonosuke Ohori, 2. Luis Paçu, 18; 39-pen.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu, 14:30.

“Araz-Naxçıvan” – “Zirə” 0:1
Qol: Ayron Qomis, 67.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Dalğa Arena”, 18:00.

28 fevral

“Şamaxı” – “Neftçi”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 14:30.

“Qəbələ” – “Karvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov.
VAR: Vüqar Həsənli.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 17:00.

1 mart

“Turan Tovuz” – “İmişli”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov.
VAR: Əli Əliyev.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Azersun Arena”, 16:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Basketbol millimiz səfərdə İrlandiyaya qalib gəldi

28 February 2026 at 08:00

Kişilərdən ibarət basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komandamız Dublində İrlandiya yığmasının qonağı olub.

Qarşılaşma “National Basketball Arena”da keçirilib. Gərgin mübarizə şəraiitndə keçmiş oyun millimizin qələbəsi ilə yekunlaşıb. Belə ki, komandamız yekunda bu rəqibinə 76:75 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburq (90:95) yığmalarına məğlub olmuşdu. Komandamız qrupda 4 xalla üçüncü pillədə qərarlaşıb.

Basketbol yığmamız qrupdakı növbəti oyununu Şimali Makedoniya yığmasına qarşı keçirəcək. Martın 2-də Bakı İdman Sarayında baş tutacaq bu görüşə saat 20:00-da start veriləcək.

Millimizin yer aldığı A qrupunda 3 turdan sonrakı vəziyyət belədir:

  1. Şimali Makedoniya – 6
  2. Lüksemburq – 5
  3. Azərbaycan – 4
  4. İrlandiya – 3

Premyer Liqa: “Aston Villa” “Vulverhempton”a uduzdu

28 February 2026 at 02:10

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Vulverhempton” doğma meydanda “Aston Villa” ilə üz-üzə gəlib. Meydan sahibləri yekunda inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, 28-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
28-ci tur
27 fevral

Vulverhempton – Aston Villa 2:0
Qollar: J.Qomes, 61. R.Qomes, 90+8.

28 fevral

16:30. Bornmut – Sanderlend
19:00. Börnli – Brentford
19:00. Liverpul – Vest Hem
19:00. Nyukasl – Everton
21:30. Lids – Mançester Siti

1 mart

18:00. Brayton – Nottingem Forest
18:00. Fulhem – Tottenhem
18:00. Mançester Yunayted – Kristal Pelas
20:30. Arsenal – Çelsi

La Liqa: “Levante” “Alaves”i 2 cavabsız qolla yendi

28 February 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Levante” doğma meydanda “Alaves”lə üz-üzə gəlib. Meydan sahibləri yekunda inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, 26-cı turun qalan görüşləri fevralın 28-də, martın 1-də və 2-də keçiriləcək.

İspaniya, La Liqa
26-cı tur
27 fevral

Levante – Alaves 2:0
Qollar: Espi, 88; 90+7.

28 fevral

17:00. Rayo Valyekano – Atletik
19:15. Barselona – Vilyarreal
21:30. Malyorka – Real Sosyedad
00:00. Real Ovyedo – Atletiko

1 mart

17:00. Elçe – Espanyol
19:15. Valensiya – Osasuna
21:30. Betis – Sevilya
00:00. Jirona – Selta

2 mart

00:00. Real – Xetafe

A Seriyası: “Parma” və “Kalyari” üçün 1 qol, 1 xal

28 February 2026 at 01:50

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 27-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Parma” doğma meydanda “Kalyari” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Qeyd edək ki, 27-ci turun qalan görüşləri fevralın 28-də, martın 1-də və 2-də keçiriləcək.

İtaliya, A Seriyası
27-ci tur
27 fevral

Parma – Kalyaro 1:1
Qollar: Oristanio, 83 – Folorunşo, 63.

28 fevral

18:00. Komo – Leççe
21:00. Verona – Napoli
23:45. İnter – Cenoa

1 mart

15:30. Kremoneze – Milan
18:00. Sassuolo – Atalanta
21:00. Torino – Latsio
23:45. Roma – Yuventus

2 mart

21:30. Piza – Bolonya
23:45. Udineze – Fiorentina

Liqa 1: “Strasburq” və “Lans”dan hərəyə 1 qol, 1 xal

28 February 2026 at 01:40

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Strasburq” doğma meydanda “Lans”la üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Qeyd edək ki, 24-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
24-cü tur
27 fevral

Strasburq – Lans 1:1
Qollar: Panikelli, 18 – Sanqare, 62.

28 fevral

20:00. Renn – Tuluza
22:00. Monako – Anje
00:05. Havr – PSJ

1 mart

18:00. Paris – Nitsa
20:15. Lill – Nant
20:15. Loryan – Oser
20:15. Mets – Brest
23:45. Olimpik (Marsel) – Olimpik (Lion)

Bundesliqa: “Auqsburq” “Köln”ü xalsız yola saldı

28 February 2026 at 01:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Auqsburq” doğma meydanda “Köln”lə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 2 cavabsız qolla qələbə qazanıblar.

Qeyd edək ki, 24-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
24-cü tur
27 fevral

Auqsburq – Köln 2:0
Qollar: Ribeyro, 55. Klod-Mauris, 90+6.

28 fevral

18:30. Borussiya (Mönhenqladbax) – Union Berlin
18:30. Bayer – Maynts
18:30. Hoffenhaym – Sankt Pauli
18:30. Verder – Haydenhaym
21:30. Borussiya (Dortmund) – Bayern

1 mart

18:30. Ştutqart – Volfsburq
20:30. Ayntraxt – Frayburq
22:30. Hamburq – Leypsiq

Bartoş Mazurek avrokubokların tarixinə düşdü

27 February 2026 at 23:30

Polşanın “Yagelloniya” klubunun 19 yaşlı hücumameyilli yarımmüdafiəçisi Bartoş Mazurek avrokubokların tarixinə düşüb.

Arena.az xəbər verir ki, polşalı futbolçu buna Avropa Konfrans Liqasının pley-off mərhələsində İtaliyanın “Fiorentina”ya komandasına qarşı keçirdikləri cavab matçında 3 qol vurmaqla nail olub.

Mazurek 2007-ci il təvəllüdlü futbolçular arasında UEFA turnirlərində het-trik edən ilk oyunçu olub.

Xatırladaq ki, bu qarşılaşmanın əsas vaxtı polşalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə “Fiorentina” bu hesabla qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. Burada 2:1 üstün olan Florensiya təmsilçisi rəqibini 5:4 hesabı ilə məğlub edərək mərhələ adlayıb. “Yagelloniya” isə bu turnirlə vidalaşıb.

Bartoş Mazurek “Yagelloniya”nın öz yetirməsidir. 2025-ci ildən Polşa klubunun əsas komandasında forma geyinən yarımmüdafiəçi indiyə qədər meydana çıxdığı 23 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Polşanın U-16, U-17 və U-18 yığmalarında da oynamış Mazurek hazırda ölkəsinin U-19 millisində forma geyinir.

Super Liqa: “Başakşəhər”lə “Trabzonspor”dan qələbə

27 February 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Başakşəhər” doğma meydanda “Konyaspor”la, “Trabzonspor” isə “Karagümrük”lə üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Türkiyə, Super Liqa
24-cü tur
27 fevral

Başakşəhər – Konyaspor 2:0
Qollar: Selke, 52; 61.

Trabzonspor – Karagümrük 3:1
Qollar: Onuaçu, 20. Nvayvu, 47; 50 – Verde, 28.

28 fevral

14:30. Kasımpaşa – Rizəspor
17:00. Kocaelispor – Beşiktaş
21:00. Qalatasaray – Alanyaspor
21:00. Göztəpə – Eyüpspor

1 mart

17:00. Gənclərbirliyi – Kayserispor
21:00. Antalyaspor – Fənərbağça
21:00. Samsunspor – Qaziantep

Cəlal Hüseynov “Spartak”a qarşı 16 dəqiqə oynadı

27 February 2026 at 22:30

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 23-cü turu çərçivəsində Varna “Spartak”ı ilə qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyunda “Arda” qələbəyə sevinib – 1:0. Hüseynov bu görüşün 74-cü dəqiqəsində meydana buraxılıb.

“Arda” 23 turdan sonra 31 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 8 qələbə qazanıb, 7 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 71 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Minifutbol millimiz İtaliya, Fransa və Avstriya ilə eyni qrupda

27 February 2026 at 22:00

Minifutbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, püşkatma mərasimi Slovakiyanın paytaxtı Bratislavada təşkil edilib.

Püşkatma zamanı birinci səbətdə yer almış Azərbaycan milli komandası F qrupunda Fransa, İtaliya və Avstriya yığmalarına rəqib olub.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatının final mərhələsi bu il mayın 27-dən iyunun 4-nə qədər Bratislavada təşkil olunacaq. Azərbaycan milli komandasının oyunlarının təqvimi daha sonra müəyyənləşəcək.

Demçenko: “Futbolçularımın istəkli olması sevindiricidir”

27 February 2026 at 21:30

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 22-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Demçenko qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün meydanda başqa komanda gördük. Deyə bilərəm ki, artıq irəli getmişik. Pis oynamadıq. Qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu. Futbolda belə hallar olur. Qol vurmursansa, sənə qol vururlar. Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi. Bu gün futbolçularımızın gözündə alov var idi, istəkli idilər. Bu, sevindiricidir.

Mənim üçün əsas olan məşqdir. Futbolçu məşqdə nə göstərirsə, oyunda da onu göstərir. Hansı oyunçu məşqlərdə verdiyim tapşırıqları tez qəbul edirsə, o da start heyətində başlayır. Bu gün Nuno Rodriqesə şans verdik. O da özünü çox yaxşı göstərdi. Biz ondan razı qaldıq”.

Rəşad Sadıqov: “Çox güc sərf etdik”

27 February 2026 at 21:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş oyunu “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Olduqca vacib qələbə qazandıq. Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. İki eyni səviyyədə olan komanda qarşılaşırdı. İkisi də avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Vacib olan sona qədər intizamı qoruyub-saxlamaq və qələbə qazanmaq idi. Şükürlər olsun ki, qalib gəldik. Qarşıda bizi “Sumqayıt”la vacib kubok oyunu gözləyir. Bütün diqqətimizi həmin matça yönəltməliyik. Bundan sonra çempionatın 3-cü dövrəsinin hazırlığına başlayacağıq.

“Sumqayıt”ın bu gün “Kəpəz”ə qarşı keçirdiyi oyuna baxırdım. “Sumqayıt” qırmızı vərəqəyə qədər yaxşı oynayırdı. Sadəcə, “Kəpəz” əks-hücumlarda təhlükəli oldu və əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. “Sumqayıt”ın baş məşqçisi xeyli rotasiya etdi. Rəqibi 3 gün sonrakı matçda yorğun gözləmirik. Çempionat elə gedir ki, hər oyunda xal və ya xallar uğrunda mübarizə aparmaq lazım gəlir.

Biz də başa düşürük ki, “Sumqayıt” kubokda daha istəkli olacaq. Mənə elə gəlir ki, qırmızı vərəqədən sonra edilən dəyişikliklərdə “Sumqayıt”ın baş məşqçisi kubok matçını düşünürdü. Yəqin ki, mən də onun yerində olsaydım, eyni şeyi edərdim. Biz bu gün çox güc sərf etdik. Ona görə də tez bir zamanda bərpa olmalıyıq”.

“Araz-Naxçıvan” – “Zirə” 0:1 – Video

27 February 2026 at 20:30

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Araz-Naxçıvan” – “Zirə” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Mərdəkanda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
22-ci tur
27 fevral

“Araz-Naxçıvan” – “Zirə” 0:1
Qol: Ayron Qomis, 68.
Sarı vərəqələr: Nuno Rodriqes, 64 (qeyri-idman hərəkəti). Coşqun Diniyev, oyundan sonra (hakimin qərarına etiraz) – Rikardo Martins, 82 (qeyri-idman hərəkəti). Ceyhun Nuriyev, 90+2 (qeyri-idman hərəkəti). Ange Mutsinzi, 90+3 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 18:00. “Dalğa Arena”, 60 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Zeynal Zeynalov.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov (77. Bruno Franko, 66), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov (14. Ülvi İsgəndərov, 78), 16. Ramon Maçado (11. Ba-Muaka Simakala, 46), 6. Patrik Andrade, 7. Hamidu Keyta (70. Çarlz Boli, 66), 10. Felipe Santos, 19. Bar Kohen (23. Nuno Rodriqes, 58).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 17. İssuf Paro.
Baş məşqçi: Andrey Demçenko.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə (7. Rövlan Muradov, 73), 26. Stefan Akka, 25. Enrike Kustodio, 9. Davit Volkov (28. Leroy Mikels, 73), 10. Georgi Papunaşvili (29. Ceyhun Nuriyev, 59), 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın (11. Junior Martins, 59).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 20. İssa Cibrila, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Premyer Liqa: “Zirə” “Araz”ı tək qolla yendi

27 February 2026 at 20:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Mərdəkanda baş tutub.

“Araz-Naxçıvan” burada “Zirə”ni qəbul edib. “Dalğa Arena”dakı görüşün baş hakimi Rauf Cabbarov olub. Qəsəbə təmsilçisi səfər matçında tək qolla 3 xal qazanıb.

Premyer Liqa
22-ci tur
27 fevral

“Araz-Naxçıvan” – “Zirə” 0:1
Qol: Ayron Qomis, 67.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Dalğa Arena”, 18:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 10. Felipe Santos, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.
Baş məşqçi: Andrey Demçenko.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 28. Leroy Mikels, 20. İssa Cibrila, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Yüksək Liqa: UNEC və “Turan”dan qələbə

27 February 2026 at 19:30

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 15-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

UNEC “Gənclər” komandasını 3:0 (25:7, 25:15, 25:8) hesabı ilə üstələyib.

“Turan” isə səfərdə “Milli Aviasiya Akademiyası”na qalib gəlib – 3:2 (23:25, 23:25, 25:18, 25:20, 15:6).

Xatırladaq ki, turun daha əvvəl keçirilmiş oyunlarında “Abşeron” “Murov Az Terminal”ı (3:1), “DH Volley” “Gəncə”ni (3:2) məğlub etmişdi.

Yüksək Liqa
15-ci tur
27 fevral

UNEC – “Gənclər” 3:0 (25:7, 25:15, 25:8)
UNEC voleybol komandasının idman zalı.

“Milli Aviasiya Akademiyası” – “Turan” 2:3 (25:23, 25:23, 18:25, 20:25, 6:15)
“Milli Aviasiya Akademiyası” voleybol komandasının idman zalı.

Xallar: Turan – 36, DH Volley – 34, Milli Aviasiya Akademiyası – 25, UNEC – 23, Abşeron – 17, Gəncə – 21, Azərreyl – 15, Murov – 9, Gənclər – 0.

Azər Bağırov: “Qələbəni fanatlarımıza həsr edirik”

27 February 2026 at 19:00

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyunda Gəncə təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu qələbəni onlara həsr edirik. Məncə, maraqlı oyun alındı. Bu gün istədiklərimiz meydanda həyata keçdi. Uşaqları təbrik edirəm. Önümüzə baxacağıq.

“Sabah”la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də motivasiya həmin oyundan qaynaqlanmışdı. Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar.

Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq. “Turan Tovuz”la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik”.

Saşa İliç: “Gəlişimdən bəri ən zəif ilk hissə keçirdik”

27 February 2026 at 18:30

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyunda “Sumqayıt” 0:3 hesabı ilə məğlub olub.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Fikrimcə, bura gəldiyim vaxtdan bəri ən pis birinci hissə oynadıq. İnana bilmirəm ki, bu cür asan qollar buraxdıq. İkinci hissəyə bir az yaxşı başladıq. Amma Ninkoviçin meydanı tərk etməsi oyuna təsirini göstərdi.

Daha yaxşı oynamağa çalışacağıq. Aleksander Ramalinqomun bir oyunluq cəzası qalıb. Bizi kubok matçı da gözləyir. Mövcud oyunçularla davam edəcəyik. Deməzdim ki, mən rahatam. Təbii ki, bununla bağlı müəyyən işlər görülür. İlk 20 dəqiqədə buraxılan qollar komandanın oyununu sındırdı.

Yankoviçin hərarəti yüksək idi. İki məşqdə iştirak etməmişdi. Ona görə bu matçda iştirak etmədi”.

Konfrans Liqasında 1/8 finalın bütün cütləri bəlli oldu

27 February 2026 at 18:00

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Bu raundda Liqa mərhələsini ilk “8-lik”də başa vurmuş komandalar və pley-offun qalibləri mübarizə aparacaqlar. Türkiyə təmsilçisi “Samsunspor” 1/4 finala vəsiqə uğrunda İspaniya La Liqasında mübarizə aparan “Rato Valyekano” ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçları martın 12-də, cavab görüşləri isə ayın 19-da keçiriləcək.

Avropa Konfrans Liqası
1/8 final mərhələsi

Lex” (Polşa) – Şaxtyor (Ukrayna)
Kristal Pelas (İngiltərə) – AEK (Larnaka, Kipr)
Samsunspor (Türkiyə) – Rayo Valyekano (İspaniya)
Siqma (Çexiya) – Maynts (Almaniya)
Alkmar (Alkmar, Niderland) – Sparta (Çexiya)
Fiorentina (İtaliya) – Rakuv (Polşa)
Çelye (Sloveniya) – AEK (Yunanıstan)
Riyeka (Xorvatiya) – Strasburq (Fransa)

“Kəpəz” – “Sumqayıt” 3:0 – Video

27 February 2026 at 17:30

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Kəpəz” – “Sumqayıt” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
22-ci tur
27 fevral

“Kəpəz” – “Sumqayıt” 3:0
Qollar: Ryonosuke Ohori, 2. Luis Paçu, 18; 39-pen.
Sarı vərəqələr: Mahamadu Ba, 13 (qeyri-idman hərəkəti). Yusif İmanov, 45+3 (qeyri-idman hərəkəti) – Emil Mustafayev, 35 (qeyri-idman hərəkəti). Nikola Ninkoviç, 45+3; 62 (qeyri-idman hərəkəti). Nadir Orucov, 56 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Nikola Ninkoviç, 62.
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 14:30. Yevlax şəhər stadionu, 300 tamaşaçı.

Baş hakim: Rəşad Əhmədov.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.

Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev (23. Fərid Kələntərov, 78), 11. Rəhman Hacıyev (6. Camal Cəfərov, 78), 9. Luis Paçu (21. Sadiq Şəfiyev, 67), 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (99. Əli Səmədov, 58), 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori (17. Ümid Səmədov, 78).
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Bağırov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə (24. Sənan Muradlı, 75), 29. Emil Mustafayev (11. Aleksa Yankoviç, 46), 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 6. Sedrik Badolo (21. Nihad Əhmədzadə, 66), 33. Danilo Beskorovaynı, 71. Masaki Murata (95. Nsana Simon, 46), 80. Keffel Resende (97. Vüsal Paşayev, 66).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 37. Nihad Orucəli, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

Avroliqa: “Roma” “Bolonya”ya, “Selta” “Olimpik”ə rəqib oldu

27 February 2026 at 17:00

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Bu raundda Liqa mərhələsini ilk “8-lik”də başa vurmuş komandalar və pley-offun qalibləri mübarizə aparacaqlar. Favoritlərdən “Roma” İtaliyanın digər klubu “Bolonya”ya rəqib olub. “Frayburq” “Genk”lə, “Ştutqart” “Portu”yla, “Selta” Lion “Olimpik”i ilə qarşılaşacaq.

Avroliqada 1/8 final mərhələsinin ilk matçları martın 12-də, cavab görüşləri isə ayın 19-da keçiriləcək.

Ferentsvaroş (Macarıstan) – Braqa (Portuqaliya)
Genk (Belçika) – Frayburq (Almaniya)
Ştutqart (Almaniya) – Portu (Portuqaliya)
Bolonya (İtaliya) – Roma (İtaliya)
Panatinaikos (Yunanıstan) – Betis (İspaniya)
Selta (İspaniya) – Olimpik (Lion, Fransa)
Nottingem Forest (İngiltərə) – Midtyulland (Danimarka)
Lill (Fransa) – Aston Villa (İngiltərə)

Premyer Liqa: “Sumqayıt” “Kəpəz”ə böyük hesabla uduzdu

27 February 2026 at 16:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, turun açılış matçında “Kəpəz” “Sumqayıt”la üz-üzə gəlib.

Yevlax şəhər stadionunda baş tutmuş matçı Rəşad Əhmədov idarə edib. Gəncə təmsilçisi bu oyunda darmadağına sevinib.

Premyer Liqa
22-ci tur
27 fevral

“Kəpəz” – “Sumqayıt” 3:0
Qollar: Ryonosuke Ohori, 2. Luis Paçu, 19; 40-pen.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu, 14:30.

Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov.
Baş məşqçi: Azər Bağırov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 95. Nsana Simon, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

Vitali Stepanovski “Neftçi”dən qovuldu

27 February 2026 at 16:00

“Neftçi” basketbol komandasının baş məşqçisi Vitali Stepanovski və köməkçi məşqçi Oleq Qonçarov istefaya göndəriliblər.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “Neftçi”də baş məşqçi funksiyasını hələlik köməkçi məşqçi, gürcüstanlı mütəxəssis Daviti Çivçivadze yerinə yetirəcək.

“Ağ-qaralar” Azərbaycan Basketbol Liqasının 2025/2026-cı illər mövsümündə qeyri-sabit çıxışı ilə diqqət çəkir. Komanda 17 turdan yer aldığı A qrupunda 25 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan klubu Vitali Stepanovskini 2025-ci ilin iyul ayında baş məşqçi postuna gətirmişdi. Ukraynalı mütəxəssis əvvəllər “Ximik” (Ukrayna), “Krayova” (Rumıniya) komandalarını və ölkəsinin millisini çalışdırıb. Onun sonuncu iş yeri isə Estoniyanın “Parnu” klubu olmuşdu. Vitali Stepanovski həmin komandada da baş məşqçi kimi çalışıb.

ÇL: “Qalatasaray” “Liverpul”a rəqib oldu

27 February 2026 at 15:30

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Qeyd edək ki, bu raundda ÇL-in Liqa mərhələsini ilk “8-lik”də başa vurmuş komandalar və pley-offun qalibləri mübarizə aparacaqlar. Türkiyə çempionu “Qalatasaray” 1/4 finala vəsiqə uğrunda İngiltərə nəhəngi “Liverpul”la üz-üzə gələcək.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları martın 10-11-də, cavab qarşılaşmaları isə 17-18-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi

PSJ (Fransa) – Çelsi (İngiltərə)
Real (İspaniya) – Mançester Siti (İngiltərə)
Nyukasl (İngiltərə) – Barselona (İspaniya)
Bodo Qlimt (Norveç) – Sportinq (Portuqaliya)
Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə)
Atalanta (İtaliya) – Bayern (Almaniya)
Atletiko (İspaniya) – Tottenhem (İngiltərə)
Bayer (Almaniya) – Arsenal (İngiltərə)

UEFA reytinqi: Azərbaycan mövsümü 27-ci yerdə bitirəcək

27 February 2026 at 15:00

Azərbaycan UEFA reytinqində 2025/2026-cı illər mövsümünü 27-ci pillədə başa vuracaq.

Arena.az xəbər verir ki, bu, avrokuboklarda pley-off mərhələsinin oyunlarından sonra bəlli olub.

27-ci sıradan aşağıda qərarlaşmış ölkələrin avrokuboklarda təmsilçiləri qalmayıb.

Azərbaycan hazırda 22,937 əmsalla 27-cidir. 26-cı yerdəki Sloveniyanın 23,968 əmsalı var.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a (İngiltərə) iki oyunun nəticəsinə (1:6, 2:3) görə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Cari mövsümdə Azərbaycan klubları ümumilikdə 23,250 əmsal toplayıblar. Bu göstərici avrokuboklarda çıxış edən 4 klubun sayına bölündükdə 5,812 reytinq əmsalı əldə olunur.

5,812 əmsal Azərbaycan klub futbolu tarixində ən yüksək nəticə deyil. Rekord 2023/2024-cü illər mövsümündə qazanılmış 5,875 əmsal olub. “Qarabağ” qarşıdakı 1/16 final mərhələsinin iki oyununda heç olmasa bir dəfə məğlubiyyətsiz çıxış edərsə, bu rekord yenilənəcək.

Qeyd edək ki, bu mövsüm toplanan 23,250 əmsaldan 18,750-si məhz “Qarabağ”ın payına düşür. Ağdam klubu UEFA Çempionlar Liqasının seçmə mərhələsində 5 əmsal, əsas mərhələyə yüksəlməyə görə 6 bonus əmsalı, əsas mərhələdə 7 əmsal, 22-ci yerə görə isə əlavə 0,750 bonus əmsalı qazanıb.

Xatırladaq ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinə hazırda İngiltərə başçılıq edir – 113,130. İtaliya (98,303) ikinci, İspaniya (92,359) üçüncü, Almaniya (88,688) dördüncü, Fransa (80,141) beşincidir.

İkinci Liqa: 17-ci və 18-ci turun oyun cədvəli açıqlandı

27 February 2026 at 14:30

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 17-ci və 18-ci turlarının oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

3 günü əhatə edəcəkk 17-ci turun görüşləri martın 8-də, 9-da və 10-da keçiriləcək. 18-ci turun matçları isə martın 16-da və 17-də baş tutacaq.

İkinci Liqa

17-ci tur

8 mart

“Kür-Araz” – “Ağstafa Gəncləri”
Heydər Əliyev adına İmişli şəhər stadionu.

9 mart

“Şirvan” – “Quba”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu.

“Şəmkir” – “Xankəndi”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

10 mart

“Araz Saatlı” – “Dinamo”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Göygöl” – “Şəki”
Göygöl Olimpiya İdman Kompleksinin stadionu.

“Ağdaş” – “Qaradağ Lökbatan”
Ağdaş şəhər stadionu.

18-ci tur

16 mart

“Şəki” – “Kür-Araz”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00

“Ağstafa Gəncləri” – “Şirvan
Ağstafa şəhər stadionu, 15:00.

17 mart

“Xankəndi” – “Ağdaş”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Şəmkir” – “Araz Saatlı”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Göygöl”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Quba” – “Dinamo”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Yaqoba Arrasate Martin Demişelislə əvəzləndi

27 February 2026 at 14:00

İspaniyanın “Malyorka” klubu əsas komandanın baş məşqçisi Yaqoba Arrasate ilə yollarını ayırıb və onu Martin Demişelislə əvəz edib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yaqoba Arrasatenin “Malyorka” ilə müqaviləsinin müddəti bu mövsümün sonuna – iyunun 30-na kimi idi. Amma komandanın son oyunlardakı ardıcıl məğlubiyyətləri klub rəhbərliyinin ispan məşqçini erkən istefaya göndərməyə vadar edib.

Arrasate 2024-cü ilin iyul ayından “Malyorka”ya rəhbərlik edirdi. O, indiyə qədər bu komandanı 68 oyuna çıxarıb. Komanda bu görüşlərdə 21 qələbə qazanıb, 15 heç-heçə edib və 32 məğlubiyyətə üzülüb.

“Malyorka” 2025/2026-cı illər mövsümündə La Liqa çərçivəsində keçirdiyi 25 oyunda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 15 məğlubiyyətə üzülüb. Sözügedən kollektiv 24 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Yaqoba Arrasate daha öncə “Numansiya”, “Real Sosyedad” və “Osasuna”ya da rəhbərlik edib.

“Malyorka” yeni baş məşqçisini də müəyyənləşdirib. Komandaya bundan sonra Martin Demişelis rəhbərlik edəcək. 45 yaşlı argentinalı mütəxəssis La Liqa klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Razılaşmaya görə, onun sözləşməni bir mövsüm də uzatmaq hüququ var.

“Bayern” və “Mançester Siti” komandalarının keçmiş müdafiəçisi sonuncu dəfə Meksika klubu “Monterrey”də baş məşqçi olub və 2025-ci ildə komandadan ayrılıb. O, daha öncə “Bayern”in ikinci komandasına və “River Pleyt”ə də rəhbərlik edib.

“Qarabağ”ın bir mövsümdə imza atdığı ilklər və rekordlar

27 February 2026 at 13:30

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının pley-offunda “Nyukasl”a məğlub olaraq mübarizəni dayandırdı.

Arena.az xatırladır ki, bununla da Azərbaycan klubları üçün avrokubokların 2025/2026-cı illər mövsümü başa çatdı.

Mübarizəni davam etdirən sonuncu təmsilçimiz – UEFA Çempionlar Liqasının pley-offuna qədər irəliləmiş Ağdam klubu 1/8 final şansını İngiltərənin “Nyukasl” klubu ilə matçlarda əldən verib. Qurban Qurbanovun yetirmələrinin cari mövsümdəki avrokubok çıxışı tarixi nailiyyətlərlə əlamətdar olub.

Azərbaycan futbolu tarixində ikinci dəfə əsas mərhələyə yüksələn “Qarabağ” buna Liqa formatlı turnirdə nail olmaqla ilkə imza atıb.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi Azərbaycanın UEFA Gənclər Liqasında 2 komanda ilə təmsil olunmasına səbəb olub. “Qarabağ” Çempionlar Liqası yolunda, “Sabah” Çempionlar yolunda mübarizə aparıb.

Ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsinə adlayan “Qarabağ” özünün sahibi olduğu Azərbaycan rekordunu yeniləyib. Ağdam klubu 2014/2015-ci illər mövsümündən başlayan seriya müddətində 2 dəfə UEFA Çempionlar Liqası, 9 dəfə Avropa Liqası, 1 dəfə Avropa Konfrans Liqasında əsas raunda yüksəlib.

1-ci turun “Benfika” ilə Portuqaliyadakı oyununda 3:2 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk qələbəsini qazanıb.

“Benfika” ilə oyunun ən yaxşısı seçilən Pedro Bikalyo Azərbaycan klubunun heyətində UEFA Çempionlar Liqasında matçın oyunçusu seçilən ilk futbolçu kimi tarixə düşüb.

2-ci turda “Kopenhagen”i Bakıda 2:0 hesabı ilə məğlub edən “Qarabağ” Azərbaycan təmsilçilərinin UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk ev qələbəsini əldə edib, həm də ilk quruhesablı qələbəni qazanıb.

“Kopenhagen”lə qarşılaşmanın ən yaxşısı seçilən Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında oyunun futbolçusu adına layiq görülən ilk azərbaycanlı futbolçu olub.

4-cü turda dünya çempionu “Çelsi” ilə Bakıdakı oyunda qeydə alınan 2:2 hesablı heç-heçə Azərbaycan klublarının İngiltərə təmsilçiləri ilə oyunda ilk xalı kimi tarixə düşüb.

Bəhlulla Elvin də tarixə düşdülər

7-ci turun “Ayntraxt”la Bakıda keçirilən oyununda (3:2) qol sevinci yaşayan Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk Azərbaycan vətəndaşı kimi tarixə düşüb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla başa vurmuş “Qarabağ” 2017/2018-ci illər mövsümündə qrupda topladığı 2 xaldan 5 dəfə çox xal yığmaqla rekorda imza atıb.

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci yerdə başa vurmaqla pley-offa vəsiqə qazanıb ki, bu da Azərbaycan futbolu tarixində ilk belə nəticədir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsi UEFA reytinqində 6 bonus xalı qazandırıb ki, bu da Azərbaycan klublarının avrokuboklardakı ən yüksək qazancıdır.

Elvin Cəfərquliyev “Nyukasl”la ilk matçda (1:6) qol vurmaqla UEFA Çempionlar Liqasının pley-offunda fərqlənən ilk Azərbaycan futbolçusu kimi tarixə düşüb. O, cavab görüşündə də (2:3) rəqib qapısına yol tapmaqla UEFA Çempionlar Liqasının əsas mərhələlərində ardıcıl iki oyun qol vuran ilk azərbaycanlı futbolçu olub.

Kamilo Duran Liqa mərhələsi və pley-offda ümumilikdə 5 qol vurmaqla Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələlərindəki ən yaxşı bombardiri olub.

“Qarabağ” UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə ümumilikdə 31 qol vurub ki, bu da Azərbaycan klublarının bir mövsüm üçün mütləq rekordudur.

2025/2026-cı illər mövsümündə Azərbaycan klubları avrokuboklarda 48 qol vurublar ki, bu da 2023/2024-cü illər mövsümündəki məhsuldarlıq rekordunun təkrarıdır. Bu qollardan 31-i “Qarabağ”ın payına düşür.

“Qarabağ”ın uğurlu çıxışı nəticəsində Azərbaycanın cari mövsüm üçün UEFA reytinqi 5,812-yə bərabər olub. Bu, 2023/2024-cü illər mövsümündən sonra (5,850) ikinci ən yüksək göstəricidir.

“Qarabağ” cari mövsümdə klubun UEFA reytinqinə 13,750 xal qazanmaqla Azərbaycan futbolu tarixində rekorda imza atıb. Ağdam klubu 2 il əvvəl topladığı 11,000 xallıq göstəricini geridə qoyub.

Konfrans Liqasında 1/8 final cütləri müəyyənləşir

27 February 2026 at 11:30

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin püşkü atılacaq.

Arena.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Pükatma mərasiminə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Bu raundda Liqa mərhələsini ilk “8-lik”də başa vurmuş komandalar və pley-offun qalibləri mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçları martın 12-də, cavab görüşləri isə ayın 19-da keçiriləcək.

Liqa mərhələsinin ilk “8-liy”i: “Strasburq” (Fransa), “Rakuv” (Polşa), AEK (Yunanıstan), “Sparta” (Çexiya), “Rayo Valyekano” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Maynts” (Almaniya), AEK (Larnaka, Kipr).

Pley-off mərhələsinin qalibləri: “Kristal Pelas” (İngiltərə), “Lex” (Polşa), “Samsunspor” (Türkiyə), “Çelye” (Sloveniya), “Alkmar” (Niderland), “Fiorentina” (İtaliya), “Riyeka” (Xorvatiya), “Siqma” (Çexiya).

Frenki de Yonq azı bir ay oynamayacaq

27 February 2026 at 13:00

Futbol üzrə İspaniya çempionu “Barselona”nın mərkəz yarımmüdafiəçisi Frenki de Yonq komandanın son məşqi zamanı zədələnib.

Arena.az xəbər verir ki, ilkin tibbi müayinə 28 yaşlı niderlandlı futbolçunun budunun arxa əzələsində yırtıq olduğunu üzə çıxarıb.

Onun azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Xatırladaq ki, Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyul ayında “Barselona” 86 milyon avro məbləğ müqabilində De Yonqu “blauqrana”nın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

De Yonq cari mövsümdə “Barselona”nın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib.

De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 290 oyun, 20 qol, 30 məhsuldar ötürmə.

Frenki de Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 64 oyuna çıxıb, 2 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Minifutbol millimizin AÇ-də rəqibləri müəyyənləşir

27 February 2026 at 12:30

Bu gün minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri bəlli olacaq.

Arena.az xəbər verir ki, püşkatma mərasimi bu gün Slovakiyanın paytaxtı Bratislavada təşkil edəcək.

Tədbirə saat 20:00-da start veriləcək.

Azərbaycan milli komandası püşkatma zamanı birinci səbətdə yer alacaq.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatının final mərhələsi bu il mayın 27-dən iyunun 4-nə qədər Bratislavada təşkil olunacaq.

1-ci səbət: Slovakiya, Rumıniya, Azərbaycan, Serbiya, Qazaxıstan, Bolqarıstan;

2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;

3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;

4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya.

Kit Endryus 2032-ci ilədək “Brentford”da!

27 February 2026 at 12:00

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Brentford” baş məşqçisi Kit Endryus ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İrlandiyalı mütəxəssis müddəti 2032-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalayıb.

Xatırladaq ki, Kit Endryus 2025-ci ilin iyul ayında “Brentford”un baş məşqçisi təyin olunub. Onun Premyer Liqa klubu ilə əvvəlki müqaviləsi 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuşdu.

Baş məşqçi postuna təyinat alana qədər Kit Endryus 2024-cü ilin yayından “Brentford”da standart vəziyyətlər üzrə məşqçi funksiyasını yerinə yetirirdi. O, daha əvvəl “Şeffild Yunayted”, “Milton-Kins Dons” klublarında və İrlandiya millisində də məşqçi kimi çalışıb. Bu, onun baş məşqçi kimi ilk fəaliyyətidir.

“Brentford” Endryusun rəhbərliyi altında keçirdiyi 33 oyunda 17 qələbə qazanıb, 4 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Avroliqa: 1/8 finalın püşkü atılacaq

27 February 2026 at 10:30

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin püşkü atılacaq.

Arena.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Püşkatma mərasiminə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Bu raundda Liqa mərhələsini ilk “8-lik”də başa vurmuş komandalar və pley-offun qalibləri mübarizə aparacaqlar.

Qeyd edək ki, Avroliqada 1/8 final mərhələsinin ilk matçları martın 12-də, cavab görüşləri isə ayın 19-da keçiriləcək.

Liqa mərhələsinin ilk “8-liy”i: “Olimpik” (Lion, Fransa), “Aston Villa” (İngiltərə), “Midtyulland” (Danimarka), “Betis” (İspaniya), “Portu”, “Braqa” (hər ikisi Portuqaliya), “Frayburq” (Almaniya), “Roma” (İtaliya).

Pley-off mərhələsinin qalibləri: “Genk” (Belçika), “Bolonya” (İtaliya), “Ştutqart” (Almaniya), “Ferentsvaroş” (Macarıstan), “Nottingem Forest” (Almaniya), “Selta” (İspaniya), “Lill” (Fransa), “Panatinaikos” (Yunanıstan).

ÇL: Bu gün 1/8 finalın püşkü atılır

27 February 2026 at 09:30

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin püşkü atılacaq.

Arena.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Pükatma mərasiminə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Qeyd edək ki, bu raundda ÇL-in Liqa mərhələsini ilk “8-lik”də başa vurmuş komandalar və pley-offun qalibləri iştirak edəcəklər.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları martın 10-11-də, cavab qarşılaşmaları isə 17-18-də keçiriləcək.

Liqa mərhələsinin ilk “8-liy”i: “Arsenal” (İngiltərə), “Bayern” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Mançester Siti” (İngiltərə).

Pley-off mərhələsinin qalibləri: “Real” (İspaniya), PSJ (Fransa), “Nyukasl” (İngiltərə), “Atletiko” (İspaniya), “Atalanta” (İtaliya), “Bayer” (Almaniya), “Qalatasaray” (Türkiyə), “Bodo Qlimt” (Norveç).

“Traktor”a 3 xal üçün 1 qol bəs etdi, zirvəyə yüksəldi

27 February 2026 at 11:00

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 23-cü tur çərçivəsində “Gol Gohar”la qarşılaşıb.

Sözügedən komanda bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıblar. Təbrizlilərin yeganə qolunu 40-cı dəqiqədə Mahdi Haşemnecad vurub.

“Traktor” cari mövsümdə qazandığı 39 xalla 16 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 22 oyunda 10 qələbə qazanıb, 9 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Persepolis”lə qarşılaşacaq. Bu oyun martın 6-da səfərdə baş tutacaq. Bundan öncə isə Təbriz klubunu Asiya Çempionlar Liqasının pley-off mərhələsində “Şabab Əl-Əhli” (Dubay, Birləşmiş Ərəb Əmirlikləri) komandası ilə ilk oyun (2 mart) gözləyir.

Birinci Liqa: 19-cu turun oyun cədvəli açıqlandı

27 February 2026 at 10:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 19-cu turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bu turun oyunları iki günü əhatə edəcək. Qarşılaşmalar martın 18-də və 19-da keçiriləcək.

Birinci Liqa
19-cu tur
18 mart

“Baku Sportinq” – “Mingəçevir”
Buzovna qəsəbə stadionu, 15:00.

“Şəfa” – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu, 15:00.

“Səbail” – MOİK
“Bayıl Arena”, 18:00.

19 mart

“Şimal” – “Zaqatala”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Difai” – “Cəbrayıl”
Ağsu şəhər stadionu, 15:00.

Premyer Liqa: “Kəpəz” “Sumqayıt”a, “Araz” “Zirə”yə qarşı

27 February 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Kəpəz” “Sumqayıt”la üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq matçı Rəşad Əhmədov idarə edəcək.

Günün digər oyunu “Araz-Naxçıvan”la “Zirə” arasında baş tutacaq. “Dalğa Arena”dakı görüşün baş hakimi Rauf Cabbarov olacaq.

Premyer Liqa
22-ci tur
27 fevral

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu, 14:30.

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Dalğa Arena”, 18:00.

28 fevral

“Şamaxı” – “Neftçi”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 14:30.

“Qəbələ” – “Karvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov.
VAR: Vüqar Həsənli.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 17:00.

1 mart

“Turan Tovuz” – “İmişli”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov.
VAR: Əli Əliyev.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Azersun Arena”, 16:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Avroliqa: “Fənərbağça”nı 1/8 finala buraxmadılar

27 February 2026 at 02:30

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, bütün oyunları eyni günə təsadüf edib.

Türkiyənin “Fənərbağça” komandası İngiltərədə “Nottingem Forest”in qonağı olub. İlk oyunda uduzmuş İstanbul təmsilçisi səfərdə qələbə qazansa da, bu, mərhələ adlamaq üçün yetərli olmayıb.

Almaniyanın “Ştutqart” komandası öz meydanında Şotlandiya təmsilçisi “Seltik”ə məğlub olsa da, yekunda mərhələ adlayan tərəf olub.

Digər oyunlarda isə “Ferentsvaroş”, “Panatinaikos”, “Lill”, “Genk”, “Selta” və “Bolonya” komandaları 1/8 finala yüksəliblər.

Xatırladaq ki, daha əvvəl “Portu”, “Braqa” (hər ikisi Portuqaliya), “Midtyulland” (Danimarka), “Betis” (İspaniya), “Frayburq” (Almaniya), “Olimpik” (Lion, Fransa), “Roma” (İtaliya) və “Aston Villa” (İngiltərə) Avroliqada 1/8 finala vəsiqə qazanmışdılar.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunları
26 fevral

Ferentsvaroş (Macarıstan) – Ludoqorets (Bolqarıstan) 2:0
Qollar: Kaniçovski, 14. Zakariassen, 30.
İlk oyun – 1:2

Viktoriya (Çexiya) – Panatinaikos (Yunanıstan) 1:1 (penaltilər 3:4)
Qollar: Şpasil, 62 – Tetteh, 9.
İlk oyun – 2:2

Ştutqart (Almaniya) – Seltik (Şotlandiya) 0:1
Qol: Makkovan, 1.
İlk oyun – 4:1

Srvena Zvezda (Serbiya) – Lill (Fransa) 0:2
Qollar: Jiru, 4. Nqoy, 99.
İlk oyun – 1:0

Genk (Belçika) – Dinamo (Xorvatiya) 3:3
Qollar: Sor, 51. Vinlof, 101-öz qapısına. Heymans, 114 – Bakrar, 45+2. Stoykoviç, 57-pen; 75.
İlk oyun – 3:1

Selta (İspaniya) – PAOK (Yunanıstan) 1:0
Qol: Svedberq, 63.
İlk oyun – 2:1

Nottingem Forest (İngiltərə) – Fənərbağça (Türkiyə) 1:2
Qollar: Hadson-Odoi, 68 – K.Aktürkoğlu, 22; 48-pen.
İlk oyun – 3:0

Bolonya (İtaliya) – Brann (Norveç) 1:0
Qol: J.Mario, 56.
İlk oyun – 1:0

“Samsunspor” Konfrans Liqasında 1/8 finala çıxdı

27 February 2026 at 02:00

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/26-cı illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Türkiyənin “Samsunspor” komandası doğma meydanda Şimali Makedoniyanın “Şkendiya” kollektivini qəbul edib və darmadağın sayəsində 1/8 finala yüksəlib.

İtaliyanın “Fiorentina” komandası səfərdə yendiyi Polşa “Yagelloniya”sı ilə bu dəfə evdə üz-üzə gəlib. Gərgin keçən və əlavə vaxta qədər getmiş görüşün yekununda Florensiya təmsilçisi məğlub olmasına rəğmən, mərhələ adlayıb.

“Çelye”, “Riyeka”, “Lex”, “Alkmar”, “Kristal Pelas” və “Siqma” da rəqibləri ilə mübarizədən qalib ayrılmaqla növbəti mərhələyə yüksəliblər.

Xatırladaq ki, daha əvvəl “Rayo Valyekano” (İspaniya), “Şaxtyor” (Ukrayna), AEK (Yunanıstan), “Sparta” (Çexiya), “Maynts” (Almaniya), AEK (Larnaka, Kipr), “Strasburq” (Fransa) və “Rakuv” (Polşa) 1/8 finala vəsiqə qazanmışdılar.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunları
26 fevral

Fiorentina (İtaliya) – Yagelloniya (Polşa) 2:4
Qollar: Facoli, 107. Romançuk, 114-öz qapısına – Mazurek, 23; 45+3; 49. İmaz, 118.
İlk oyun – 3:0

Samsunspor (Türkiyə) – Şkendiya (Şimali Makedoniya) 4:0
Qollar: Ntçam, 53. Ndiaye, 71. Marius, 79; 90+2.
İlk oyun – 1:0

Çelye (Sloveniya) – Drita (Kosovo) 3:2
Qollar: Seslar, 19; 43-pen. Hrka, 23 – Krasniqi, 26. Dabiqay, 51.
İlk oyun – 3:2

Riyeka (Xorvatiya) – Omoniya (Kipr) 3:1
Qollar: Fruk, 52; 67. Adu, 79 – Tankoviç, 13.
İlk oyun – 1:0

Lex (Polşa) – KuPS (Finlandiya) 1:0
Qol: P.Rodriqes, 65.
İlk oyun – 2:0

Alkmar (Niderland) – Noa (Ermənistan) 4:0
Qollar: Daal, 5. Meynans, 39; 54. Yensen, 90+1.
İlk oyun – 0:1

Kristal Pelas (İngiltərə) – Zrinski (Bosniya və Herseqovina) 2:0
Qollar: Lakrua, 36. Gessand, 90+3.
İlk oyun – 1:1

Lozanna (İsveçrə) – Siqma (Çexiya) 1:2
Qollar: Yanneh, 35 – Sip, 22. Rusek, 44.
İlk oyun – 1:1

Yüksək Liqa: “Abşeron” və “DH Volley”dən qələbə

26 February 2026 at 21:00

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümününün 15-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Abşeron” “Murov” komandasını 3:1 (25:14, 21:25, 25:17, 25:13) hesabı ilə üstələyib. Ardınca isə “DH Volley” komandası “Gəncə”ni məğlub edib – 3:2.

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

15-ci tura fevralın 27-də yekun vurulacaq.

Yüksək Liqa
15-ci tur
26 fevral

“Abşeron” – “Murov” 3:1 (25:14, 21:25, 25:17, 25:13)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

“DH Volley” – “Gəncə” 3:2 (19:25, 17:25, 25:12, 25:22, 15:10)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

Aleksander Sörlot – ÇL-də həftənin ən yaxşı futbolçusu!

26 February 2026 at 20:00

“Atletiko”nun hücumçusu Aleksander Sörlot azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Norveçli hücumçu pley-off mərhələsinin cavab oyununda “Brügge” (Belçika) ilə keçirilən görüşdə (4:1) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Norveçli futbolçu səsvermədə Yens Petter Hauqe (“Bodo Qlimt”), Orelyen Tçuameni (“Real”) və Viktor Osimheni (“Qalatasaray”) qabaqlayıb.

Aleksander Sörlot Madrid “Atletiko”suna 2024-cü ilin avqust ayında 32 milyon avro məbləğ müqabilində “Vilyarreal”dan tamhüquqlu əsasda keçib.

Norveçli hücumçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Sörlot “döşəkçilər” üçün 36 oyuna 15 qol və 1 məhsudlar ötürmə ilə fərqlənib. O, “Atletiko”da bütövlükdə 89 oyuna çıxıb, 39 qol və 3 assist müəllifi olub.

Sörlot karyerası ərzində “Real Sosyedad”, “Trabzonspor”, “Qroningen”, “Leypsiq”, “Bodo Qlimt”, “Midtyulland”, “Gent”, “Kristal Pelas”, “Rusenborq” kimi klubların da şərəfini qoruyub.

Norveçli hücumçu 2016-cı ildə debüt etdiyi milli komandada 68 oyuna çıxıb, 26 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı norveçi mərkəz hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Karlo Pinsolyo 2027-ci ilədək “Yuventus”da – Rəsmi

26 February 2026 at 19:00

İtaliyanın “Yuventus” klubunun veteran qapıçısı Karlo Pinsolyo “qoca sinyora” ilə müqaviləsinin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu haqda Turin klubunun rəsmi saytı məlumat yayıb.

“Yuventus”la müqaviləsini yeniləmiş Karlo Pinsolyo daha iki il bizimlə qalacaq, yəni 2027-ci ilə qədər. Bizim qapıçımız gənclər sektorunda formamızı geyinəndən, həmişə ağ-qara rəngləri qoruyub.

Pinso “Yuventus”un ruhunu təcəssüm etdirir və həmişə təcəssüm etdirib. Anlamaq xoşdur ki, biz sonralar da onun enerjisinə, dəstəyinə, təbəssümünə güvənə bilərik. Onun məşqlərdə və oyunlarda verdiyi töhfələri unutmayaq.

Karlo “byankoneri”nin paltardəyişmə otağında vacib yer tutur və biz şadıq ki, o yaxın gələcəkdə də bizimlə qalacaq”.

Xatırladaq ki, Karlo Pinsolyo “Yuventus”un yetirməsi olmasına baxmayaraq, bu komandada heç vaxt əsas heyət üzvünə çevrilə bilməyib. Əvəzində o, “Viareccio”, “Peskara”, “Viçentsa”, “Modena”, “Livorno”, “Latina” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. 35 yaşlı qolkiper Turin təmsilçisinin əsas komandasında cəmi 6 oyuna çıxıb, 5 qol buraxıb, 2 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.

Karlo vaxtilə İtaliyanın U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Basketbol millimizin İrlandiya ilə matç üçün heyəti bəlli oldu

26 February 2026 at 18:00

Basketbol üzrə Azərbaycan millisinin Avropa çempionatının ilkin təsnifat mərhələsində İrlandiya ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

Arena.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev sabah reallaşacaq görüşdə 12 basketbolçuya şans verəcək.

Səfər matçı üçün heyətə Emmanuel Aqbason, Vesli Van Bek, Ulaş Turqut, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı və Şirzad Şirzadov daxil ediliblər.

Qeyd edək ki, İrlandiya – Azərbaycan qarşılaşması fevralın 27-də Dublindəki “National Basketball Arena”da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:30-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələ çərçivəsində növbəti matçını martın 2-də isə Şimali Makedoniya yığmasına qarşı keçirəcək.

İkinci Liqa: Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu

26 February 2026 at 17:00

Futbol üzrə Azərbaycan İkinci Liqasının 2025/26 mövsümünün 2026-cı ildə keçirilmiş ilk turu yubileylərlə əlamətdar olub.

Arena.az xəbər verir ki, 15-ci turda fərqlənmiş Vidadi Cəfərov bu turnirdə 50-ci, Valeh Seyidov isə 30-cu qolunu vurub.

Vidadi “Quba”nın “Göygöl”lə səfər oyununda (2:0) komandasının ikinci qoluna imza atıb. O, “50”yə iki mövsümə çatıb. Ötən çempionat “Şəmkir”dəki 31 qolla 2-ci Liqanın bombardiri olmuş hücumçu bu mövsüm “Quba”dakı 19 topla hamıdan öndə qərarlaşıb.

Cəfərov PFL-in bayrağı altında 3-cü dəfə keçirilən 2-ci Liqada 50 və daha çox qol vuran 4-cü futbolçudur. Cavid İmamverdiyev 65, Tural Qurbatov 57, Elvin Nəsibov 51 topla onu qabaqlayır.

Valeh Seyidov isə “Kür-Araz”la səfər matçında (4:2) het-trik edib. O, 2023/2024-cü illər mövsümündə 16, ötən çempionatda 6, cari turnirdə 8 dəfə fərqlənib. Hücumçu “Dinamo”da 29, “Şimal”da 1 dəfə rəqib qapılarına yol tapıb. Seyidov PFL bayrağı altında keçirilən 2-ci Liqada 30 və daha çox qola sevinən 8-ci oyunçudur.

AFFA-dan “Kəpəz”in futbolçusuna 6 oyunluq cəza

26 February 2026 at 16:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 17-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Əvəzedicilər Liqası, 17-ci tur

“Qəbələ-2” – “Neftçi-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ” 200 manat cərimə edilib.

“Zirə-2” – “Qarabağ-2” oyununda “Zirə”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Matçöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyinə görə “Zirə” 150 manat cərimə edilib.

“Kəpəz-2” – “Sabah-2” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə klubu 70 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Nihad İsaqov təcavüzkar davranışa, eyni zamanda rəqibi buna təhrik etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 6 oyunluq cəza alıb. Gəncə komandası buna görə 300 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Sabah”ın futbolçusu Həmzəalı Mikayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb. “Sabah” buna görə 150 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Sabah”ın məşqçisi Din Haliloviç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb. “Sabah” buna görə 500 manat cərimə ödəyəcək.

“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununun qapı torunda problem olduğuna görə matç gec başladığı üçün “Sumqayıt” 200 manat cərimə edilib.

AFFA Atayevlə Rəsulova 1 oyunluq cəza verdi

26 February 2026 at 16:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 15-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

İkinci Liqa, 15-ci tur

“Araz Saatlı” – “Şirvan” oyununda “Şirvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” 70 manat cərimə edilib. Oyunun 90+2-ci dəqiqəsində “Şirvan”ın futbolçusu Elcan Rəsulov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şirvan” buna görə 50 manat cərimə edilib.

“Kür-Araz” – “Dinamo” oyununda “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.

“Şəmkir” – “Şəki” oyununda “Şəmkir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 53-cü dəqiqəsində “Şəmkir”in futbolçusu Hüseyn Atayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şəmkir” buna görə 100 manat cərimə edilib.

AFFA-dan Bayramova cəza, “Şimal”a cərimə

26 February 2026 at 15:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 16-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Birinci Liqa, 16-cı tur

“Şimal” – “Cəbrayıl” oyununun 87-ci dəqiqəsində “Şimal”ın futbolçusu Nurlan Bayramov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzaya layiq görülüb. “Şimal” buna görə 300 manat cərimə edilib.

“Səbail” – “Baku Sportinq” oyununda “Səbail”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.

“Mingəçevir” – MOİK oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

AFFA Şakir Seyidovu 2 oyunluq cəzalandırdı

26 February 2026 at 15:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 21-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Azərbaycan Premyer Liqası, 21-ci tur

“İmişli” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.

“Sabah” – “Kəpəz” oyununun 90+8-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Kəpəz” klubu buna görə 1000 manat cərimə ödəyəcək.

Kristiano Ronaldo bu klubun səhmlərinin 25 faizini aldı

26 February 2026 at 14:00

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo İspaniyanın “Almeriya” klubunun səhmlərinin 25 faizini alıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Rəsmi açıqlamada bunlar qeyd edilib:

“Kristiano Ronaldo, CR7 S.A.-nın törəmə şirkəti olan CR7 Sports Investments vasitəsilə “Almeriya”da 25 faiz pay əldə edib və bu, həm klubun, həm də portuqaliyalı iş adamının investisiya portfelinin davamlı genişlənməsində əhəmiyyətli bir addımdır.

Bu müqavilə, klubun prezidenti Məhəmməd Əl-Xeriji tərəfindən öz biznes konqlomeratı olan “SMC Group” vasitəsilə həyata keçirilən beynəlxalq genişlənmənin bir hissəsidir.

“Almeriya”nın prezidenti Məhəmməd Əl Xeriji bildirib: “Kristianonun investisiya qoymaq üçün klubumuzu seçməsindən məmnunuq. O, bütün dövrlərin ən böyük oyunçusu hesab olunur, İspan futbolunu çox yaxşı bilir və burada həm əsas komanda, həm də gənclər akademiyası baxımından qurduğumuz şeylərin potensialını başa düşür”.

Kristiano Ronaldo öz növbəsində bildirib: “Uzun müddətdir ki, məqsədim meydandan kənarda futbola töhfə vermək olub. “Almeriya” möhkəm təmələ və aydın böyümə potensialına malik bir klubdur. Klubun növbəti böyümə mərhələsini dəstəkləmək üçün rəhbərliklə birlikdə işləməyi səbirsizliklə gözləyirəm”.

Roi Kehat mövsümün sonunadək oynaya bilməyəcək

26 February 2026 at 13:00

Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qəbələ” ilə matçda zədələnən “Sumqayıt”ın futbolçusu Roi Kehat əməliyyat olunub.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Cərrahi müdaxilə yarımmüdafiəçinin vətəni İsraildə baş tutub. Oyunçuya axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulub. Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək. O, ən az mövsümün sonuna qədər komandaya kömək edə bilməyəcək.

“Sumqayıt” Kehatı 2023-cü ilin iyulunda “İroni Kiryat Şmona” klubundan transfer edib. Yarımmüdafiəçi cari mövsümdə bu komandanın heyətində 24 oyuna çıxıb, 2 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub. Kehat “Sumqayıt”da bütövlükdə 98 oyun keçirib, 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. İsrailli futbolçunun “Sumqayıt”la 2027-ci ilin 30 iyununadək müqaviləsi var.

Roi Kehat Təl-Əviv “Makkabi”sinin yetirməsidir. 33 yaşlı futbolçu peşəkar karyerasına da bu komandada başlayıb. Hücumameyilli yarımmüdafiəçi “Hapoel” (Beer Şeva), “Makkabi” (Yavne), “İroni Kiryat Şmona”, “Austriya” (Vyana), “Makkabi” (Hayfa), “Makkabi” (Netanya) klublarında da forma geyinib.

İsrailin aşağı yaş qrupları üzrə müxtəlif millilərində oynamış yarımmüdafiəçi əsas yığmada da 5 matça çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Arteta: “Qarşıda hələ uzun yolumuz var”

26 February 2026 at 12:00

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın cari mövsümün İngiltərə çempionuluğu uğrunda mübarizəsi haqda sualı cavablayıb.

Arena.az ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Oyundan oyuna gedirik. Qarşıda hələ uzun yolumuz var. Axı bizi hələ kukok oyunları, UEFA Çempionlar Liqasının matçları gözləyir”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının cari mövsümündə uğurlu çıxışı ilə diqqət mərkəzindədir. “Topçular” keçirdikləri 28 oyunda 18 qələbə qazanıblar, 7 heç-heçə ediblər, 3 məğlubiyyətə üzülüblər. Artetanın komandası hazırda 61 xalla zirvədə qərarlaşıb və əsas izləyicisi “Mançester Siti”ni 5 xal qabaqlayır.

London klubu İngiltərə Federasiya Kubokunun 1/8 finalında “Mansfild”lə (7 mart), İngiltərə Liqa Kubokunun finalında isə “Mançester Siti” ilə (22 mart) qarşılaşacaq.

Konfrans Liqasında 1/8 finalın son iştirakçıları bəlli olur

26 February 2026 at 11:00

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, baş tutacaq görüşlərdən sonra 1/8 finala vəsiqə qazanacaq sonuncu kollektivlərin adına aydınlıq gələcək.

Türkiyənin “Samsunspor” komandası doğma meydanda Şimali Makedoniyanın “Şkendiya” kollektivini qəbul edəcək.

İtaliyanın “Fiorentina” komandası isə Polşa “Yagelloniya”sı ilə üz-üzə gələcək.

Xatırladaq ki, daha əvvəl “Rayo Valyekano” (İspaniya), “Şaxtyor” (Ukrayna), AEK (Yunanıstan), “Sparta” (Çexiya), “Maynts” (Almaniya), AEK (Larnaka, Kipr), “Strasburq” (Fransa) və “Rakuv” (Polşa) 1/8 finala vəsiqə qazanıb.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunları
26 fevral

21:45. Fiorentina (İtaliya) – Yagelloniya (Polşa)
İlk oyun – 3:0

21:45. Samsunspor (Türkiyə) – Şkendiya (Şimali Makedoniya)
İlk oyun – 1:0

21:45. Çelye (Sloveniya) – Drita (Kosovo)
İlk oyun – 3:2

21:45. Riyeka (Xorvatiya) – Omoniya (Kipr)
İlk oyun – 1:0

00:00. Lex (Polşa) – KuPS (Finlandiya)
İlk oyun – 2:0

00:00. Alkmar (Niderland) – Noa (Ermənistan)
İlk oyun – 0:1

00:00. Kristal Pelas (İngiltərə) – Zrinski (Bosniya və Herseqovina)
İlk oyun – 1:1

00:00. Lozanna (İsveçrə) – Siqma (Çexiya)
İlk oyun – 1:1

Avroliqa: 1/8 finalın sonuncu iştirakçıları bəlli olur

26 February 2026 at 10:00

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, bu gün keçiriləcək matçlardan sonra 1/8 finala adlayacaq komandaların hamısı müəyyənləşəcək.

Türkiyənin “Fənərbağça” komandası İngiltərədə “Nottingem Forest”in qonağı olacaq.

Almaniyanın “Ştutqart” komandası isə öz meydanında Şotlandiya təmsilçisi “Seltik”lə üz-üzə gələcək.

Xatırladaq ki, daha əvvəl “Portu”, “Braqa” (hər ikisi Portuqaliya), “Midtyulland” (Danimarka), “Betis” (İspaniya), “Frayburq” (Almaniya), “Olimpik” (Lion, Fransa), “Roma” (İtaliya) və “Aston Villa” (İngiltərə) Avroliqada 1/8 finala vəsiqə qazanıb.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunları
26 fevral

21:45. Ferentsvaroş (Macarıstan) – Ludoqorets (Bolqarıstan)
İlk oyun – 1:2

21:45. Viktoriya (Çexiya) – Panatinaikos (Yunanıstan)
İlk oyun – 2:2

21:45. Ştutqart (Almaniya) – Seltik (Şotlandiya)
İlk oyun – 4:1

21:45. Srvena Zvezda (Serbiya) – Lill (Fransa)
İlk oyun – 1:0

00:00. Genk (Belçika) – Dinamo (Xorvatiya)
İlk oyun – 3:1

00:00. Selta (İspaniya) – PAOK (Yunanıstan)
İlk oyun – 2:1

00:00. Nottingem Forest (İngiltərə) – Fənərbağça (Türkiyə)
İlk oyun – 3:0

00:00. Bolonya (İtaliya) – Brann (Norveç)
İlk oyun – 1:0

Birinci Liqa: 18-ci turun oyun cədvəli açıqlandı

26 February 2026 at 09:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bu turun oyunları üç günü əhatə edəcək. Martın 11-də, 12-də və 13-də keçiriləcək oyunların hamısına saat 15:00-da start veriləcək.

Birinci Liqa
18-ci tur
11 mart

“Şimal” – “Şəfa”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

12 mart

“Şahdağ Qusar” – MOİK
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

“Difai” – “Baku Sportinq”
Ağsu şəhər stadionu.

“Mingəçevir” – “Səbail”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).

13 mart

“Cəbrayıl” – “Zaqatala”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

ÇL: “Qalatasaray” “Yuve” səddini çətinliklə keçdi

26 February 2026 at 02:39

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, keçirilmiş son 4 oyunla 1/8 finala yüksələn daha 4 komanda müəyyənləşib.

ÇL-in sonuncu qalibi olan PSJ Parisdə Fransanın digər təmsilçisi “Monako” ilə üz-üzə gəlib. Dörd qolluq görüşdə qalib müəyyənləşməsə də, PSJ ilk oyundakı qələbə sayəsində mərhələ adlayan tərəf olub.

“Atalanta” doğma meydanda Dortmund “Borussiya”sını sınağa çəkib. İlk oyundakı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmış İtaliya təmsilçisi 1/8 finala yüksəlib.

“Yuventus” İtaliyada “Qalatasaray”la, “Real” İspaniyada “Benfika” ilə görüşüb. Madrid təmsilçisi doğma meydanda da qalib gəlməklə istəyinə çatıb. “Yuventus” isə Türkiyə nəhənginə 90 dəqiqədə 3 qol vurmaqla ümumi hesabı bərabərləşdirsə də, əlavə vaxtda iki qol vurmuş “Qalatasaray” mərhələ adlayan tərəf olub.

Xatırladaq ki, ötən gün keçirilmiş matçlardan sonra “Atletiko” (İspaniya), “Bayer” (Almaniya), “Bodo Qlimt” (Norveç) və “Nyukasl” (İngiltərə) komandaları da 1/8 finala vəsiqə qazanmışdılar.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
25 fevral

Atalanta (İtaliya) – Borussiya (Dortmund, Almaniya) 4:1
Qollar: Skamakka, 5. Zappakosta, 45. Paşaliç, 57. Samardziç, 90+8-pen – Adeyemi, 75.
İlk oyun – 0:2.

PSJ (Fransa) – Monako (Fransa) 2:2
Qollar: Markinyos, 60. Kvaratsxeliya, 66 – Akliuş, 45. Teze, 90+1.
İlk oyun – 3:2.

Yuventus (İtaliya) – Qalatasaray (Türkiyə) 3:2
Qollar: Lokatelli, 37-pen. Qatti, 67. Makkenni, 82 – Osimhen, 105+1. B.A.Yılmaz, 119.
İlk oyun – 2:5.

Real (İspaniya) – Benfika (Portuqaliya) 2:1
Qollar: Tçuameni, 16. Vinisius, 80 – Rafa Silva, 14.
İlk oyun – 1:0.

“Kayserispor” Djaloviçi Moe ilə əvəzlədi

25 February 2026 at 23:55

Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” komandasının baş məşqçisi Radomir Djaloviç istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Djaloviçlə yanaşı, köməkçilərini də komandadan göndərib. Super Liqa təmsilçisi onların hər birinə xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Radomir Djaloviç 2025-ci ilin oktyabr ayından “Kayserispor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 15 oyuna çıxarıb, 3 qələbə, 4 heç-heçə və 8 məğlubiyyət görüb.

Monteneqrodan olan 43 yaşlı mütəxəssis daha öncə “Riyeka” və “Maribor”da da baş məşqçi kimi çalışıb.

Artıq Kayseri təmsilçisinin yeni baş məşqçisi də məlumdur. Bu posta norveçli Erlinq Moe gətirilib. 55 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Erlinq Moe daha öncə Türkiyədə “Beşiktaş”da da çalışıb. O, 2025-ci ildə İstanbul klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib. Moe “Traef”, “Kristiansund” və “Molde”də də baş məşqçilik edib.

Premyer Liqa: 22-ci turun bütün təyinatları bəlli oldu

25 February 2026 at 23:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun bütün təyinatları məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 22-ci turun görüşləri fevralın 27-də, 28-də və martın 1-də keçiriləcək.

Premyer Liqa
22-ci tur
27 fevral

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu, 14:30.

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Dalğa Arena”, 18:00.

28 fevral

“Şamaxı” – “Neftçi”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 14:30.

“Qəbələ” – “Karvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov.
VAR: Vüqar Həsənli.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 17:00.

1 mart

“Turan Tovuz” – “İmişli”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov.
VAR: Əli Əliyev.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Azersun Arena”, 16:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

“Bodo Qlimt” və Hauqedən tarixi rekord!

25 February 2026 at 22:00

Norveçin “Bodo Qlimt” klubu, eləcə də bu komandanın hücumçusu Yens Petter Hauqe UEFA Çempionlar Liqasında (ÇL) rekorda imza atıb.

Arena.az xəbər verir ki, Norveç təmsilçisi ÇL-in pley-off mərhələsinin ötən gecə baş tutmuş cavab matçında İtaliya “İnter”ini 2:1 hesabı ilə məğlub edərək (ilk oyun – 3:1) XXI əsrdə unikal nailiyyət əldə edib.

Skandinaviya klubu Avropanın “Top-5” liqalarını təmsil edən rəqiblərinə qarşı ardıcıl 4 qələbə qazanmış ilk komanda olub. Norveçlilər “İnter”dən əvvəl “Mançester Siti”ni (3:1) və Madrid “Atletiko”sunu (2:1) üstələyiblər. Sonuncu dəfə belə nəticəni 1971/1972-ci illər mövsümündə Niderlandın “Ayaks” komandası göstərmişdi.

Norveç klubunun hücumçusu Yens Petter Hauqe isə UEFA Çempionlar Liqasında norveçli futbolçular arasında yeni rekord müəyyənləşdirib. O, cari mövsümdə turnirdə 6 qol vurub.

Bu, Norveç klubunun heyətində bir mövsümdə vurulan ən çox qol kimi tarixə düşüb. “Tottenhem” (İngiltərə) və “İnter”in (İtaliya) qapısına 2 dəfə yol tapan futbolçu “Borussiya” (Dortmund, Almaniya) və “Mançester Siti” ilə oyunlarda (İngiltərə) 1 dəfə fərqlənib.

Xatırladaq ki, “Bodo Qlimt” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “İnter”i iki oyunun nəticəsinə (3:1, 2:1) görə mübarizədən kənarlaşdıraraq 1/8 finala vəsiqə qazanıb. Norveç təmsilçisi növbəti mərhələdə “Mançester Siti” – “Sportinq” cütünün qalibi ilə qarşılaşacaq.

Yüksək Liqa: “Neftçi” çətin, “Ordu” asan qələbəyə sevindi

25 February 2026 at 21:00

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 15-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Abşeron Olimpiya İdman Kompleksində üz-üzə gəlmiş “Gənclər” və “Ordu” komandalarının duelində ikincilər 3:0 hesablı qələbəyə seviniblər. Fövqəladə Hallar Nazirliyinin idman zalında isə “Neftçi” “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 15-ci tura fevralın 28-də yekun vurulacaq.

Yüksək Liqa
15-ci tur
25 fevral

“Azərreyl” – “Neftçi” 2:3 (24:26, 25:20, 25:22, 21:25, 9:15)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Gənclər” – “Ordu” 0:3 (16:25, 21:25, 22:25)
Abşeron Olimpiya İdman Kompleksi.

Premyer Liqa: 23, 24 və 25-ci turun oyun cədvəli açıqlandı

25 February 2026 at 20:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 23-cü, 24-cü və 25-ci turların oyun cədvəlləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

23-cü turun görüşləri 7-10 mart aralığında keçiriləcək. 24-cü turun matçları martın 13-də, 14-də və 15-də baş tutacaq. 25-ci turun qarşılaşmaları isə martın 18-də, 19-da, 20-də və 21-də təşkil ediləcək.

Premyer Liqa

23-cü tur

7 mart

“Karvan” – “Sumqayıt”
Yevlax şəhər stadionu, 15:00.

8 mart

“Şamaxı” – “İmişli”
Şamaxı şəhər stadionu, 15:00.

“Qarabağ” – “Araz-Naxçıvan”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:15.

9 mart

“Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu, 18:30.

“Neftçi” – “Turan Tovuz”
“Neftçi Arena”, 20:30.

10 mart

“Sabah” – “Qəbələ”
“Masazır Arena”, 19:15.

24-cü tur

13 mart

“Araz-Naxçıvan” – “Karvan”
“Liv Bona Dea Arena”, 18:30

“Sumqayıt” – “Şamaxı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:30.

14 mart

“İmişli” – “Sabah”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu, 19:15.

15 mart

“Kəpəz” – “Turan Tovuz”
Yevlax şəhər stadionu, 15:00.

“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 18:00.

25-ci tur

18 mart

“Şamaxı” – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu, 15:00.

19 mart

“Karvan” – “Zirə”
Yevlax şəhər stadionu, 15:00

“Sabah” – “Sumqayıt”
“Masazır Arena”, 19:15.

20 mart

“Kəpəz” – “Qarabağ”
Yevlax şəhər stadionu, 15:00.

“Neftçi” – “İmişli”
“Neftçi Arena”, 19:15

21 mart

“Turan Tovuz” – “Qəbələ”
16:00 (Görüşün məkanı ilə bağlı PFL-in Tovuz şəhər stadionunu qiymətləndirməsindən sonra qərar veriləcək)

Qeyd: Milli komandanın “FİFA series” turnirində keçiriləcək oyunlara daha yaxşı hazırlaşması məqsədilə AFFA-nın rəsmi müraciəti, Peşəkar Futbol Liqasının qərarı ilə 25-ci turun oyun günlərində müvafiq dəyişikliklər edilib.

U-19 millimiz Moldovaya ilk yoxlama oyununda qalib gəldi

25 February 2026 at 19:00

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Moldovada keçirdiyi ilk yoxlama oyununda qələbə qazanıb.

Arena.az xəbər verir ki, U-19 millimiz hazırlıq prosesi çərçivəsində bu gün Moldovanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib.

Vadul lui Voda şəhərindəki Texniki Mərkəzdə baş tutmuş qarşılaşma millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qollarını Nicat Nərimanov (61-ci dəqiqə) və İbrahim Babayev (82-ci dəqiqə) rəqib qapısından keçiriblər.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 27-də keçiriləcək.

Sabir Allahquliyev 70-ə 150-ci oyunda çatdı

25 February 2026 at 18:00

Sabir Allahquliyev İkinci Liqada mübarizə aparan “Qaradağ Lökbatan” komandasının heyətində 70-ci qoluna imza atıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına isinadən xəbər verir.

Bu, İkinci Liqanın 2025/2026-cı illər mövsümünün 15-ci turuna təsadüf edib. 37 yaşlı hücumçu “Xankəndi” ilə görüşdə (1:2) hesabı açıb.

Lökbatan təmsilçisinin heyətində 2013/2014-cü illər mövsümündə debüt etmiş Sabir Allahquliyev 70-ci qolunu 150-ci oyununda vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.

Allahquliyev Birinci Liqada 60 (128 oyunda), İkinci Liqada 5 (14 oyunda), Azərbaycan Kubokunda 5 (8 oyunda) dəfə “Qaradağ Lökbatan” forması ilə fərqlənib.

Qeyd edək ki, Sabir Lökbatan klubunun heyətində 2021/2022-ci illər mövsümündə vurduğu 22 qolla Birinci Liqanın bombardiri adını qazanmışdı.

Birinci Liqa: “Mingəçevir” 2, “Şəfa” 8 qolla qalib gəldi

25 February 2026 at 17:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Şahdağ Qusar” “Zaqatala” ilə qarşılaşıb və rəqibini minimal hesabla üstələyib. “Mingəçevir” də MOİK üzərində inamlı qələbəyə sevinib. 9 qolun qeydə alındığı “Difai” – “Şəfa” oyununda qonaqlar darmadağınla qalib gəliblər.

Birinci Liqa
16-cı tur
24 fevral

“Şimal” – “Cəbrayıl” 3:2
Qollar: Niyazi Osmanov, 45. Ceyhun Kəlbəliyev, 69; 74 – Dileyn Açimi, 28; 64.
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Rəşad Quliyev, Ruslan Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Səbail” – “Baku Sportinq” 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman Aslanov, İslam Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 17:00.

25 fevral

“Şahdağ Qusar” – “Zaqatala” 1:0
Qol: Aqostinyo Çipesse, 61.
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Elçin Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00 .

“Difai” – “Şəfa” 1:8
Qollar: Raul Yaqubzadə, 89 – Pərviz Azadov, 8; 46. Emin Zamanov, 29. Nahid Əliyev, 44. Tərlan Quliyev, 50. Amir Ebrahimzadə, 60. Hacıəli Şirəliyev, 65-öz qapısına. Aqil Nəsibov, 86.
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Samir Qaracayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Ağsu şəhər stadionu, 15:00.

“Mingəçevir” – MOİK 2:0
Qollar: Bahadur Həziyev, 11. Kennet Kalunqa, 63.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

Aleksander Sörlot “Atletiko”nun tarixinə düşdü

25 February 2026 at 16:00

Futbol üzrə Norveç milli komandasının mərkəz hücumçusu Aleksander Sörlot İspaniyanın “Atletiko” klubunun tarixinə düşüb.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu buna UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində Belçika təmsilçisi “Brügge”yə qalib gəldikləri (4:1) cavab oyununda 3 qol vurmaqla nail olub.

Norveçli forvard Madrid təmsilçisinin tarixində bu turnirin pley-offunda het-trik edən ilk oyunçu olub.

Sörlot həmçinin klub tarixində qrup mərhələsi də daxil olmaqla, ÇL-dəki bir matçda 3 dəfə fərqlənən ikinci oyunçudur. Daha əvvəl xorvatiyalı Mario Mandjukiç 2014-cü ildə bunu bacarmışdı.

Aleksander Sörlot Madrid “Atletiko”suna 2024-cü ilin avqust ayında 32 milyon avro məbləğ müqabilində “Vilyarreal”dan tamhüquqlu əsasda keçib.

Norveçli hücumçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Sörlot “döşəkçilər” üçün 36 oyuna 15 qol və 1 məhsudlar ötürmə ilə fərqlənib. O, “Atletiko”da bütövlükdə 89 oyuna çıxıb, 39 qol və 3 assist müəllifi olub.

Sörlot karyerası ərzində “Real Sosyedad”, “Trabzonspor”, “Qroningen”, “Leypsiq”, “Bodo Qlimt”, “Midtyulland”, “Gent”, “Kristal Pelas”, “Rusenborq” kimi klubların da şərəfini qoruyub.

Norveçli hücumçu 2016-cı ildə debüt etdiyi milli komandada 68 oyuna çıxıb, 26 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı norveçi mərkəz hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

“Qarabağ” 71-ci, “Neftçi” 375-ci pillədə!

25 February 2026 at 15:00

Azərbaycanın “Qarabağ”, “Zirə”, “Sabah” və “Neftçi” futbol klublarının dünya reytinqindəki mövqeləri bəlli olub.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

IFFHS 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb.

İFFHS-in cədvəlində planetin 501 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycanı 4 klub təmsil edib.

Hazırda 768,75 xalı olan “Qarabağ” yeni siyahıda 71-ci sırada qərarlaşıb.

Digər klublarımızdan “Neftçi” 300 xalla 375-ci, “Zirə” 290,5 xalla 399-cu, “Sabah” 283,25 xalla 411-ci pillədə yer alıb.

Dünya reytinqinə 1753 xalı olan Madrid “Real”ı rəhbərlik edir. İngiltərənin “Mançester Siti” klubu 1605 xalla ikinci pillədə qərarlaşıb. Braziliyanın “Flamenqo” komandası 1536 xalla ilk üçlüyü qapayır.

Reytinq siyahısının ilk 10 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. Real (Madrid, İspaniya) – 1753 xal
  2. Mançester Siti (İngiltərə) – 1605 xal
  3. Flamenqo (Braziliya) – 1536 xal
  4. PSJ (Fransa) – 1470 xal
  5. Palmeyras (Braziliya) – 1449 xal
  6. Bayern (Almaniya) – 1433 xal
  7. İnter (Milan, İtaliya) – 1430 xal
  8. Çelsi (İngiltərə) – 1334 xal
  9. Barselona (İspaniya) – 1332 xal
  10. Liverpul (İngiltərə) – 1265 xal

İkinci Liqa: 16-cı turun oyun cədvəli açıqlandı

25 February 2026 at 14:00

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bu turun oyunları dörd günü əhatə edəcək. Ağstafa şəhər stadionunun qazonunda bərpa işləri davam etdiyi üçün “Ağstafa Gəncləri” bir ev oyununu Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.

Şəki şəhər stadionu Peşəkar Futbol Liqasının təftiş qrupu tərəfindən qəbul edilənə qədər “Şəki” ev oyunlarını Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.

İkinci Liqa
16-cı tur
1 mart

“Quba” – “Kür-Araz”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

2 mart

“Qaradağ Lökbatan” – “Şəmkir”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

3 mart

“Xankəndi” – “Araz Saatlı”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Ağstafa Gəncləri” – “Göygöl”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Şəki” – “Ağdaş”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

4 mart

“Dinamo” – “Şirvan”
Binə qəsəbə stadionu, 14:30.

Birinci Liqa: 17-ci turun oyun cədvəli açıqlandı

25 February 2026 at 13:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

İki günü əhatə edəcək turun bütün oyunlarına saat 15:00-da start veriləcək. Qarşılaşmalar martın 5-də və 6-da keçiriləcək.

Birinci Liqa
17-ci tur
5 mart

“Baku Sportinq” – “Mingəçevir”
Buzovna qəsəbə stadionu.

“Şəfa” – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu.

“Zaqatala” – “Şimal”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

6 mart

“Cəbrayıl” – “Səbail”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

MOİK – “Difai”
Binə qəsəbə stadionu.

Faxardo Hernandes “İmişli”də

25 February 2026 at 12:00

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” klubu heyətini yeni legioner futbolçu – Faxardo Hernandes ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kolumbiyalı yarımmüdafiəçi “İmişli”yə azad agent kimi keçib. 19 yaşlı futbolçu ilə 2,5 + 1 illik müqavilə imzalanıb. O, yeni komandasında 8 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Faxardo Hernandes Kolumbiyada gənc istedadların yetişdirilməsi ilə tanınan “Club Deportivo Maracaneiro” futbol məktəbinin yetirməsidir.

Azərbaycan Premyer Liqasının 250-ci avtoqolu

25 February 2026 at 11:00

Azərbaycan Premyer Liqasının 14-cü turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” matçı (0:3) avtoqolla əlamətdar olub.

Arena.az xəbər verir ki, görüşdəki son qolu meydan sahiblərinin futbolçusu Seydina Keyta öz qapısına vurub.

Bu, Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol olub. 1992-ci ildən keçirilən yarışda Seydinaya qədər 249 belə hal yaşanmışdı.

İlk avtoqol 1992-ci il mayın 16-da qeydə alınıb. Kürdəmir “Şirvan”ının futbolçusu Vahid Mahmudov “Kürmük”lə səfər görüşündə (0:6) “fərqlənib”.

İndiyədək 44 komanda öz qapısına qol vurub. 40 komanda rəqib qoluna sevinib. Keyta avtoqol müəllifi olan 207-ci futbolçu olub.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümündə daha çox – 18 avtoqol vurulub. 1993/1994-cü illər mövsümündə isə ümumiyyətlə belə qol qeydə alınmayıb.

ÇL: Pley-off mərhələsinə yekun vurulur

25 February 2026 at 10:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, keçiriləcək son 4 oyundan sonra 1/8 finala yüksələcək daha 4 komanda müəyyənləşəcək.

ÇL-in sonuncu qalibi olan PSJ Parisdə Fransanın digər təmsilçisi “Monako” ilə üz-üzə gələcək.

“Atalanta” doğma meydanda Dortmund “Borussiya”sını sınağa çəkəcək.

“Yuventus” İtaliyada “Qalatasaray”la, “Real” İspaniyada “Benfika” ilə görüşəcək.

Xatırladaq ki, ötən gün keçirilmiş matçlardan sonra “Atletiko” (İspaniya), “Bayer” (Almaniya), “Bodo Qlimt” (Norveç) və “Nyukasl” (İngiltərə) komandaları 1/8 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
25 fevral

21:45. Atalanta (İtaliya) – Borussiya (Dortmund, Almaniya)
İlk oyun – 0:2.

00:00. PSJ (Fransa) – Monako (Fransa)
İlk oyun – 3:2.

00:00. Yuventus (İtaliya) – Qalatasaray (Türkiyə)
İlk oyun – 2:5.

00:00. Real (İspaniya) – Benfika (Portuqaliya)
İlk oyun – 1:0.

Zubir: “Nyukasl”a qarşı iki fərqli oyun keçirdik”

25 February 2026 at 09:00

“Qarabağ”ın kapitanı Abdullah Zubir Çempionlar Liqasının pley-offunda “Nyukasl”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Bakıdakı ilk oyunda 1:6 hesabıyla uduzmuş Azərbaycan çempionu səfərdə də 2:3 hesabıyla məğlub olaraq ÇL-lə vidalaşıb.

Zubir matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“İlk və cavab oyunu arasında fərqlər çox idi. Bu komandaya qarşı iki fərqli oyun keçirdik. Amma bu gün daha yaxşı futbol oynamaq və əsl “Qarabağ”ın əsl gücünü göstərmək istəyirdik. Hesab edirəm ki, buna nail olduq. Yaxşı çıxış etməyimiz, azarkeşlərimiz üçün çox önəmlidir. Yaxşı oyun nümayiş etdirdik və iki qol vurduq. İlk matçdakı böyükhesablı məğlubiyyətdən sonra bu, önəmli idi. Qarşılaşmaya istədiyimiz kimi başlamasaq da, sonradan toparlana bildik”.

Eddi Hau: “Qarabağ”a qarşı ideal oyun sərgiləmədik”

25 February 2026 at 03:10

“Nyukasl”ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Bakıdakı ilk oyunda 6:1 hesabıyla qalib gəlmiş İngiltərə təmsilçisi ev oyununda da 3:2 hesabıyla üstün olub.

Eddi Hau qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“1/8 finala yüksəlmək bizim üçün tarixi uğurdur. Bu axşam ideal oyun sərgilədiyimizi deməzdim. Görünür, əsas çətinliyimiz görüşün əvvəlində hesabı 2:0 etməyimizdən sonra yarandı. Daha çox qol vurmaq üçün lazımi istəyi və aqressiyanı göstərə bilmədik. İkinci hissədə isə oyun daha açıq keçdi, hər iki komanda tez-tez hücumlara atılırdı. Hesab 2:0 olduqdan sonra rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik”.

Hau qitənin ən nüfuzlu klub turnirində böyük təcrübələr qazandıqlarını bildirib:

“UEFA Çempionlar Liqası bizim üçün möhtəşəm bir təcrübədir. Hər şeyimizi ortaya qoyacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Qurban Qurbanov: “Qısa müddətdə toparlanmalıyıq”

25 February 2026 at 02:50

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-offunda “Nyukasl”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Bakıdakı ilk oyunda 1:6 hesabıyla uduzmuş Azərbaycan çempionu səfərdə də 2:3 hesabıyla məğlub olaraq ÇL-lə vidalaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür etmək istəyirəm. Çünki Çempionlar Liqasında uzun və maraqlı mövsüm keçirdilər. Göstərdikləri oyuna, performansa, xarakterə görə hər birindən çox razıyam. “Nyukasl”la bugünkü matçda da özlərini maksimum dərəcədə yaxşı tərəfdən göstərdilər. Görüşün startında iki qol buraxsaq da, komanda toparlanmağı bacardı və sona kimi mübarizədən qopmadı. Fürsətdən istifadə edərək “Nyukasl” azarkeşlərinə də təşəkkür edirəm. Yaxşı hücumlarımıza, vurduğumuz qola görə əl çalır, bəzən bizə də azarkeşlik edirdilər. Həmçinin bu mövsüm bizimlə olan, komandamızı sona kimi dəstəkləyən azarkeşlərimizə də təşəkkürümü bildirirəm. Biz də onları sevindirməyə çalışdıq”.

Qurbanov bu mövsüm UEFA Çempionlar Liqasında yaxşı təcrübə qazandıqlarını söyləyib:

“Hər oyun bizim üçün böyük təcrübə oldu. ÇL-in Liqa mərhələsində fərqli oyun sistemində çıxış edən böyük klublara qarşı oynadıq. Ancaq bizim üçün ən böyük təcrübə İngiltərə klublarına qarşı oyunlar oldu. İngilis futbolu Avropada çox fərqlənir. Əlbəttə, daha yaxşı oyunlar keçirməyimizi istərdim. Ancaq düşünürəm ki, özümüzü mümkün qədər yaxşı tərəfdən göstərməyi bacardıq. Futbolçular fiziki və psixoloji cəhətdən çox yoruldular. Buna baxmayaraq, qarşımıza qoyduğumuz məqsəd maksimum dərəcədə irəli getməkdir. Qısa müddətdə toparlanmalı və daha uğurlu iş görmək üçün düşünməliyik”.

ÇL: “Bodo Qlimt” “İnter”i 1/8 finala buraxmadı

25 February 2026 at 02:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” səfərdə İngiltərə təmsilçisi “Nyukasl”ın qonağı olub. Cavab görüşündə də uduzan Ağdam klubu ÇL-lə vidalaşıb.

“Atletiko” Madriddə “Brügge”ni qəbul edib. Bu komandalar arasındakı ilk görüş heç-heçə başa çatmışdı. Amma cavab görüşündə darmadağına sevinmiş İspaniya təmsilçisi 1/8 finala yüksəlib.

“Bayer” səfərdə məğlub etdiyi “Olimpiakos”la doğma meydanda heç-heçə etsə də, bu, Almaniya təmsilçisinin mərhələ adlamasına mane olmayıb. İtaliya nəhəngi “İnter” isə evdə “Bodo Qlimt”ə məğlub olaraq Çempionlar Liqasında mübarizəsinə xitam verib.

Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin qalan cavab görüşləri sabah baş tutacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
24 fevral

Atletiko (İspaniya) – Brügge (Belçika) 4:1
Qollar: Sörlot, 23; 76; 87. Kardozo, 48 – Ordones, 36.
İlk oyun – 3:3

Bayer (Almaniya) – Olimpiakos (Yunanıstan) 0:0
İlk oyun – 2:0

İnter (İtaliya) – Bodo Qlimt (Norveç) 1:2
Qollar: Bastoni, 76 – Hauqe, 58. Evyen, 72.
İlk oyun – 1:3

Nyukasl (İngiltərə) – Qarabağ (Azərbaycan) 3:2
Qollar: Sandro Tonali, 4. Joelinton, 6. Sven Botman, 52 – Kamilo Duran, 51. Elvin Cəfərquliyev, 57.
İlk oyun – 6:1

ÇL: “Qarabağ” 1/8 finala vəsiqə qazana bilmədi

25 February 2026 at 01:55

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində cavab oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu 1/8 finala vəsiqə uğrunda İngiltərə təmsilçisi “Nyukasl”la üz-üzə gəlib.

Sözügedən komandalar arasındakı ilk oyun ötən həftə Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş və Azərbaycan təmsilçisinin 1:6 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı. Cavab görüşü isə bu gün Nyukasldakı “Sent Ceyms Park” stadionunda baş tutub. Bu görüşü İtaliyadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Davide Massa olub.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin cari mövsümündə uğurlu çıxışı ilə diqqət çəkirdi. Ağdam klubu ÇL-in Liqa mərhələsində 8 oyuna topladığı 10 xalla ən güclü 24 komanda arasında yer alaraq pley-offda iştirak hüququ qazanmışdı. “Nyukasl” isə ÇL-in Liqa mərhələsində 14 xalla 12-ci yeri tutmuşdu.

İngiltərə təmsilçiləri ilə oyunlarda adətən çətinliklə üzləşmiş “Qarabağ” “Nyukasl”la görüşdə də uğursuz gedişata son qoya bilməyib. Artıq itiriləsi heç nəyi qalmamış Ağdam klubunun səfərdəki oyunda ən azı layiqli mübarizə aparacağını gözləmək olardı. Belə də olub. Komandamız səfər matçında 2 qol vurmağa nail olsa da, 3 qol buraxmaqla yenə məğlub olub və ÇL-in cari mövsümündəki tarixi çıxışını başa vurub.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
24 fevral

“Nyukasl” – “Qarabağ” 3:2
Qollar: Sandro Tonali, 4. Joelinton, 6. Sven Botman, 52 – Kamilo Duran, 51. Elvin Cəfərquliyev, 57.
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Payretto (İtaliya).
VAR: Daniele Kiffi (İtaliya).
AVAR: Kristian Dingert (Almaniya).
Nyukasl. “Sent Ceyms Park” stadionu. Saat 00:00.
İlk oyun – 6:1.

Nyukasl: 32. Aaron Ramsdeyl, 2. Kiran Trippyer (k), 4. Sven Botman, 7. Joelinton, 8. Sandro Tonali, 11. Harvi Barnes, 18. Uilyam Osula, 23. Ceykop Mörfi, 27. Nik Voltemade, 33. Dan Börn, 37. Aleks Mörfi.
Ehtiyat oyunçular: 1. Nik Pope, 26. Con Ruddi, 58. Aydan Harris, 3. Lyuis Holl, 9. Yoan Vissa, 10. Antoni Qordon, 20. Antoni Elanqa, 28. Co Uillok, 61. Leo Şahar, 62. Şon Niv.
Baş məşqçi: Eddi Hau.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir, 17. Kamilo Duran, 18. Dani Bolt, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə.
Baş məşqçi: Qurban Qurbanov.

“Nyukasl” – “Qarabağ”: Start heyətlər açıqlandı

24 February 2026 at 23:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Nyukasl” – “Qarabağ” matçının start heyətləri bəlli olub.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı cavab oyunu bu gün Nyukasldakı “Sent Ceyms Park” stadionunda baş tutacaq.

Görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FIFA referisi Davide Massa olacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
24 fevral

“Nyukasl” – “Qarabağ”
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Payretto (İtaliya).
VAR: Daniele Kiffi (İtaliya).
AVAR: Kristian Dingert (Almaniya).
Nyukasl. “Sent Ceyms Park” stadionu. Saat 00:00.
İlk oyun – 6:1.

Nyukasl: 32. Aaron Ramsdeyl, 2. Kiran Trippyer (k), 4. Sven Botman, 7. Joelinton, 8. Sandro Tonali, 11. Harvi Barnes, 18. Uilyam Osula, 23. Ceykop Mörfi, 27. Nik Voltemade, 33. Dan Börn, 37. Aleks Mörfi.
Ehtiyat oyunçular: 1. Nik Pope, 26. Con Ruddi, 58. Aydan Harris, 3. Lyuis Holl, 9. Yoan Vissa, 10. Antoni Qordon, 20. Antoni Elanqa, 28. Co Uillok, 61. Leo Şahar, 62. Şon Niv.
Baş məşqçi: Eddi Hau.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir, 17. Kamilo Duran, 18. Dani Bolt, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Rövşən Nəcəf Canni İnfantinonu təbrik etdi – Video

24 February 2026 at 22:00

AFFA prezidenti Rövşən Nəcəf Canni İnfantinoya FIFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik ünvanlayıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“Hörmətli Prezident Canni İnfantino, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası adından sizi FIFA prezidenti seçilməyinizin 10 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Son on il ərzində sizin liderliyiniz futbolun qlobal liderliyini daha da möhkəmləndirmiş və dünya üzrə üzv assosiasiyalar üçün əhəmiyyətli inkişaf imkanlarını genişləndirmişdir. FIFA ilə əməkdaşlığımız Azərbaycan futbolunun inkişafında real və ölçülə bilən irəliləyişlərlə nəticələnmişdir”, – deyə Rövşən Nəcəf təbrik videomüraciətində bildirib.

Xatırladaq ki, əslən İtaliyadan olan isveçrəli Canni İnfantino 2016-cı ilin fevral ayından FIFA-nın prezidenti kimi çalışır.

Tahir Baxşıyev: “İrlandiyanı məğlub etmək üçün gücümüz var”

24 February 2026 at 21:00

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev qarşıdakı rəsmi oyunlardan gözləntilərini bölüşüb.

Arena.az xəbər verir kİ, millinin çalışdırıcısı bununla bağlı Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Tahir Baxşıyev milli komandamızın Avropa çempionatının (AÇ-2029) ilkin seçmə mərhələsindəki şanslarını belə dəyərləndirib:

Baş məşqçi əsas diqqətin İrlandiya ilə ilk qarşılaşmaya yönəldiyini vurğulayıb:

“Əsas diqqətimiz İrlandiya ilə matça yönəlib. Rəqibin oyunlarını təhlil etmişik. Milliləşdirilmiş oyunçumuz da birbaşa orada komandaya qoşulacaq. Orada da iki məşqimiz olacaq. İnanırıq ki, gücümüz var. Əgər yaxşı mübarizə aparsaq, səfərdən qalib qayıdacağıq”.

Mütəxəssis hazırlıq üçün vaxtın az olmasına baxmayaraq, basketbolçuların durumunun yaxşı olduğunu söyləyib:

“Vaxtımız azdır. Uşaqların vəziyyəti normaldır, yaxşı məşqlər keçmişik. Heyətdə yalnız Əkbər Məmmədov və İsmayıl Abdullayev zədə səbəbindən bizə kömək edə bilməyəcəklər. Digər oyunçularla bağlı hər şey qaydasındadır. Bilirik ki, İrlandiya ilə oyun çətin keçəcək. Onlar da bizim kimi iki məğlubiyyətlə başlayıb. Bundan əlavə, öz meydanlarında oynayacaqlar. İndidən heç nə deyə bilmərəm. Qarşıda 4 oyun var. Lüksemburqun öz meydanında necə oynayacağını bilmirik. Biz öz oyunlarımız barədə düşünməliyik”.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələ çərçivəsində növbəti matçlarını fevralın 27-də İrlandiya, martın 2-də isə Şimali Makedoniya yığmasına qarşı keçirəcək.

Basketbol millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

24 February 2026 at 20:30

Basketbol üzrə Azərbaycan milli komandasının növbəti Avropa çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşib.

Arena.az bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bekə ki, Azərbaycanın kişilərdən ibarət basketbol yığmasının baş məşqçisi Tahir Baxşıyev AÇ-2029-un ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya ilə oyunlar üçün geniş heyəti açıqlayıb. Heyətdə “Sabah”dan dörd, “Neftçi”, “Gəncə”, “Şəki” və “Abşeron Lions”dan iki, “Ordu”, NTD və İspaniyanın “Tenerife” klubundan isə bir oyunçu yer alıb.

Milliyə Amil Həmzəyev, Əkbər Məmmədov (hər ikisi “Neftçi”), Emmanuel Aqbason, Endar Poladxanlı, Şirzad Şirzadov, Kamran Məmmədov (hamısı “Sabah”), Ulaş Turqut, Cəbrayıl Əkbərov (hər ikisi “Gəncə”), Elşad Şirzadov (“Ordu”), Vesli Van Bek “Tenerife”), Derin Berkoz (NTD), Rəşid Abbasov, Ercan Donat (hər ikisi “Şəki”), İsmayıl Abdullayev və Saadettin Donat (hər ikisi “Abşeron Lions”) dəvət olunublar.

Qeyd edək ki, Əkbər Məmmədov və İsmayıl Abdullayev geniş heyətə daxil edilsələr də, zədə səbəbindən təlim-məşq toplanışını davam etdirə bilməyiblər.

Yüksək Liqa: “Baku Fire”, “Araz” və “Neftçi”dən darmadağın

24 February 2026 at 20:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunları kecirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə və eyni məkanda (“Olimpik Star”) baş tutub.

Əvvəlcə, son çempion “Araz-Naxçıvan” “Şuşa”nı sınağa çəkib və darmadağına sevinib. U-19 millimizlə qarşılaşan “Neftçi” İK da darmadağıla qalib gəlib. “Baku Fire” isə “Lənkəran”dan üstün olub.

Yüksək Liqa
12-ci tur
24 fevral

Şuşa – Araz-Naxçıvan 5:12
Qollar: Rüstəm Bağırov, 0:30. Ümid Qəhrəmanov, 19:40. Sadeq Caviditavar, 23:14; 29:33. Qüdrət Qasımzadə, 32:00 – Jan Karlos, 15:00. Ədalət Ələkbərov, 16:20; 24:18; 24:47. Jan Perruzo, 18:43; 31: 57. Elan Delon, 22:43. Alleks Rezende 23:49; 37:53. Felipe, 27:22; 28:15. Ülvi Əliyev, 36:10.
Hakimlər: Ramil Namazov, Elgün Hüseynov, Rza Məmmədov.
Hakim-inspəktor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

U-19 – Neftçi İK 0:16
Qollar: Fərid Atakişiyev, 7:47; 16:18; 27:13. Qustavo Rodriqes, 10:12; 12:02; 24:25. Yaqo Henrike, 10:48; 30:41. Leonildo Rodriqes, 12:47. Lukas Ramos, 14:08; 20:21; 33:48; 36:49. Nihad İsmayılov, 27:03. Kərim İbrahimov, 39:33. Bəyoğlan Vəlizadə, 39:57.
Həkimlər: Mahir Məmmədov, Hacıəli Ağayev, Hidayət Feyzullayev.
Hakim-inspəktor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Lənkəran – Baku Fire 3:8
Qollar: Murad Quluzadə, 4:29-öz qapısına. Arzu Abbasov, 17:32. Rasim Əhmədov, 37:43 – Həsənəli Rəhimov, 2:20. Fərid Abbasov, 4:11. Ramazan Atakişiyev, 11:10. Murad Quluzadə, 22:09. Azər Manafov, 24:53; 27:30; 38:31. Məhəmməd Abbasov, 37:00.
Həkimlər: Kənan Məlikov, Vüsal Balaşov, Rza Məmmədov.
Hakim-inspəktor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Xallar: Neftçi İK – 31. Araz-Naxçıvan – 31. Baku Fire – 23. Şuşa – 15. U-19 – 6. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”) – 21 qol.

Birinci Liqa: “Səbail” yenə xal itirdi, “Şimal” sevindi

24 February 2026 at 19:30

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Səbail” – “Baku Sportinq” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Şimal” – “Cəbrayıl” matçında isə meydan sahibləri qələbə qazanıblar.

Qeyd edək ki, turun qalan oyunları fevralın 25-də keçiriləcək.

Birinci Liqa
16-cı tur
24 fevral

“Şimal” – “Cəbrayıl” 3:2
Qollar: Niyazi Osmanov, 45. Ceyhun Kəlbəliyev, 69; 74 – Dileyn Açimi, 28; 64.
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Rəşad Quliyev, Ruslan Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Səbail” – “Baku Sportinq” 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman Aslanov, İslam Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 17:00.

25 fevral

“Şahdağ Qusar” – “Zaqatala”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Elçin Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00 .

“Difai” – “Şəfa”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Samir Qaracayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Ağsu şəhər stadionu, 15:00.

“Mingəçevir” – MOİK
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Qəbələ” – “Turan Tovuz” 0:3 – Video

24 February 2026 at 19:00

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Qəbələ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
14-cü tur
24 fevral

“Qəbələ” – “Turan Tovuz” 0:3
Qollar: Alexandro Serrano, 9. Filip Ozobiç, 18. Seydina Keyta, 47-öz qapısına.
Sarı vərəqə: Rəhim Sadıxov, 34 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 2 dəqiqə.
Saat 15:00. Qəbələ şəhər stadionu, 300 tamaşaçı.

Baş hakim: Cavid Cəlilov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 7. Turan Manafov (66. Nuğay Rəşidov, 46), 27. Eşqin Əhmədov (13. Nicat Əliyev, 69), 24. İsmael Akinade (10. Şahin Şahniyarov, 56), 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde (12. İbrahim Sanqare, 69), 6. Xayme Syerra, 8. Sambu Sissoko (30. Prins Ovusu, 56), 14. Domi Massumu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 16. İsaak Amoa, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç (19. Roberto Olabe, 71), 17. Rəhim Sadıxov (6. Fərid Yusifli, 84), 11. Ayxan Hüseynov (9. Coş Cinnelli, 84), 5. Roderik Miller (2. Mark Rene Mampassi, 46), 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. İbrahima Vadji (90. Joarlem Santos, 71), 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Sxadadze: “Bəzi oyunçular özlərini göstərə bilmədilər”

24 February 2026 at 18:30

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 14-cü turundan təxirə salınmış “Turan Tovuz”la oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə meydan sahibləri 0:3 hesablı məğlubiyyətə üzülüblər.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Turan Tovuz”u təbrik edirəm. Oyun haqda çox danışmayacağam. Oyuna çox pis başladıq. İlk dəqiqələrdə 2 qol buraxdıq. “Turan Tovuz” kimi təcrübəli komandaya qarşı sonradan oyunu toparlamaq çətindir. Rəqibin 2-ci qolundan sonra bir neçə fürsətimiz oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Fərqlənə bilsəydik, bəlkə də oyun başqa cür ola bilərdi. İkinci hissənin əvvəlində isə öz qapımıza qol vurduq. Bundan sonra komanda istədiyi kimi oynaya bilmədi. “Turan Tovuz” müdafiədə çox diqqətli oynayır. Onların müdafiə xəttini yarmaq çox çətin olur.

Bizim üçün hər oyun vacibdir. Aydın məsələdir ki, “Karvan”la matç final kimidir. Prins Ovusu çox gəncdir. Həddindən artıq çox oynayıb. Bəzən onu da əvəzləmək lazımdır. Dörd gündən bir oyun oynayırıq. Bu da çətindir. Belə hallarda heyətdə rotasiyalar vacibdir. Bəzi futbolçular özlərini yaxşı tərəfdən göstərdi, bəziləri göstərə bilmədi. Sıx qrafikdə rotasiyalar etməliyik. Start heyətində meydana çıxanlar başa düşməlidirlər ki, özlərini göstərməlidirlər. Təəssüf ki, bəziləri özlərini göstərə bilmədilər. Bütün mövsümü 11 nəfərlə oynamaq mümkün deyil. Murad Musayev ötən matçda oynamamışdı. Halbuki komandanın kapitanıdır. Bu gün meydana çıxdı və müdafiədə komandanın ən səhvsiz oyunçularından biri idi. Hamı öz üzərində bu cür işləməlidir. Komanda 11 nəfərdən ibarət deyil. Digər futbolçular da xeyir verməlidir.

Heç vaxt deyə bilmərəm ki, biz “Karvan”dan güclüyük. Onlar da yaxşı komandadır. Çalışırlar, mübarizə aparırlar. Xalları az olsa da, çox ciddi oyun olacaq”.

Berdıyev: “Bu mövsüm gözlənilməz nəticələr çoxdur”

24 February 2026 at 18:00

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 14-cü turundan təxirə salınmış “Qəbələ” ilə oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə Tovuz təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qəbələ”dən bir az ehtiyat edirdik. Onların yaxşı komanda olduğunu bilirdik. Rəqibin sürətli hücumçuları var. Necə rəqib gözləyirdiksə, onu da gördük. Birinci hissədə “Qəbələ”nin kifayət qədər qol epizodları oldu. Heç bir komanda üçün onlara qarşı oynamaq asan olmayıb. İşimizin öhdəsindən gəldik. Uşaqlar pis oynamadılar.

Komanda zamanla formalaşır. Buna bir neçə il lazım olur. Hər mövsümün özünün vəzifələri var. Bu mövsümün vəzifələri ötən mövsümdən fərqlidir. Buna uyğun olaraq, irəliyə doğru addımlayırıq. Bəzən nəsə alınır, bəzən alınmır. Amma uşaqlar hara getdiklərini bilirlər. Bir az vaxt lazımdır.

Ötən mövsüm bizə göstərdi ki, indidən nəsə demək tezdir. Hazırda Azərbaycan çempionatı o qədər rəqabətlidir ki, istənilən komanda digərindən xal ala bilər. Ötən mövsümün nəticələrini hardasa əvvəlcədən demək olardı. Amma bu mövsüm gözlənilməz nəticələr qeydə alınır. Azərbaycan futbolu daha da güclü olub.

Rəhim Sadıqovun mövqeyini dəyişmişik. Onunla danışdıq. Belə qərara gəldik ki, dayaq yarımmüdafiəçisi mövqeyində daha çox fayda verə bilər”.

Nikolo Rovella əməliyyat olundu

24 February 2026 at 17:30

İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Nikolo Rovella sağ körpücük sümüyünün sınığı səbəbindən əməliyyat olunub.

Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Əməliyyat uğurla keçib. Onun yaxın günlərdə xüsusi reabilitasiya proqramına başlayacağı bildirilir.

İtaliya millisinin 24 yaşlı üzvü fevralın 21-də A Seriyasının 26-cı turunda “Kalyari”yə qarşı keçirdikləri görüşdə (0:0) xəsarət almışdı.

Nikolo Rovella müqavilə ilə İtaliyanın digər klubu “Yuventus”dan “Latsio”ya keçib. O, əvvəlcə icarə müqaviləsi əsasında “Latsio”da çıxış etsə də, paytaxt klubu 17 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb.

Rovella cari mövsümdə cəmi 9 matçda iştirak edib. O, ötən ilin sentyabrından bu ilin yanvarına qədər osteomielit xəstəliyi səbəbindən yaşıl meydanlardan uzaq qalmışdı.

“Cenoa”nın yetirməsi olan Nikolo “Montsa”da da çıxış edib. Onun “Latsio” karyerası bütövlükdə 83 oyun və 7 məhsuldar ötürmədən ibarətdir.

Rovella 2024-cü ildə debüt etdiyi İtaliya millisinin heyətində 4 oyun keçirib.

Premyer Liqa: “Qəbələ” “Turan”a böyük hesabla uduzdu

24 February 2026 at 17:00

Bu gün futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/26 mövsümünün 14-cü turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu “Qəbələ” ilə “Turan Tovuz” arasında baş tutub.

Qəbələ şəhər stadionunda keçirilmiş görüşü Cavid Cəlilov idarə edib.

“Qəbələ” ölkə çempionatının 21 turundan sonra 15 xalla 12 iştirakçı arasında 10-cu sırada qərarlaşmışdı. “Turan Tovuz” isə 37 xalla 3-cü idi. Hər iki komanda qalib gələcəyi halda indiki mövqeyində qalacaqdı.

Görüş Tovuz təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Qonaqlar 3 xalı 3 cavabsız qolla qazanıblar.

Xatırladaq ki, bu oyun ötən ilin sonlarında əlverişsiz hava şəraiti səbəbindən yarıda qalmışdı.

Azərbaycan, Premyer Liqa
14-cü turun oyunu
24 fevral

“Qəbələ” – “Turan Tovuz” 0:3
Qollar: Alexandro Serrano, 9. Filip Ozobiç, 18. Seydina Keyta, 47-öz qapısına.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 7. Turan Manafov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 8. Sambu Sissoko, 14. Domi Massumu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 16. İsaak Amoa, 70. Paulo Kimbila, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Sxadadze.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 90. Joarlem Santos, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.

İkinci Liqa: “Xankəndi” qalib gəldi, “Şəmkir” xal itirdi

24 February 2026 at 16:30

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, 2026-cı ilə təsadüf edən ilk turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Xankəndi” – “Qaradağ Lökbatan” oyununda meydan sahibləri qələbə qazanıblar. “Şəmkir” – “Şəki” oyununda isə qapılara qol vurulmayıb.

İkinci Liqa
15-ci tur
23 fevral

“Araz Saatlı” – “Şirvan” 1:2
Qollar: Xəyal Bədirov, 29 – Xəyal Bədirov, 42-öz qapısına. Ülvi Quliyev, 89-pen.
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Xəlil Xəlilov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Kür-Araz” – “Dinamo” 2:4
Qollar: Elxan Məmmədov, 23-pen; 90+1 – Valeh Seyidov, 7; 36-pen; 81-pen. Əli Abbasov, 78.
Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:30.

“Göygöl” – “Quba” 0:2
Qollar: Vidadi Cəfərov, 57. İmran Azaxov, 90+3.
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Hüseyn Vəliyev, Rüfət Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Ağdaş” – “Ağstafa Gəncləri” 0:1
Qol: Əli Bağırov, 27.
Hakimlər: Səbuhi Bayramov, Safalı Ağayev, Tural Bayramov, Vüqar Alıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağdaş şəhər stadionu, 14:30.

24 fevral

“Xankəndi” – “Qaradağ Lökbatan” 2:1
Qollar: Emin Quliyev, 62. Fərid Abbaslı, 76-öz qapısına – Sabir Allahquliyev, 16.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Ruslan Babayev, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Şəmkir” – “Şəki” 0:0
Hakimlər: Nahid Xasıyev, Ağadur Mahmudov, Elvin Mədətov, Nazim Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Leni Yoro sürücülük hüququndan məhrum edildi

24 February 2026 at 16:00

“Mançester Yunayted”in müdafiəçisi Leni Yoro yaşayış massivində sürət həddini aşdığı üçün sürücülük hüququndan məhrum edilib və cərimələnib.

Arena.az bu barədə “BBC Sport” nəşrinə istinadən xəbər verir.

22 yaşlı futbolçu ötən ilin avqustunda avtomobili ilə 30 mil (48 km) sürət həddi olan zonada saatda 72 millə (115 km) hərəkət edərkən radara düşüb.

Mərkəz müdafiəçisi məhkəmədə günahını etiraf edib. Məhkəmənin qərarı ilə Yoro 666 funt-sterlinq məbləğində cərimələnib və 6 ay müddətinə sükan arxasına keçməsi qadağan olunub. O, həmçinin 120 funt-sterlinq məhkəmə xərclərini və 266 funt-sterlinq məbləğində əlavə rüsumu ödəməlidir.

Futbolçunun vəkili Liza Nevitt iclasda müdafiəçinin dostunu dəmir yolu vağzalına çatdırmaq üçün tələsdiyini bildirib və onun adından üzr istəyib.

Mərkəz müdafiəçisi olan Leni Yoro Fransanın “Lill” klubunun yetirməsidir. Fransalı müdafiəçi qısa karyerası ərzində ancaq “itlər”ə xidmət edib. “Mançester Yunayted” Yoronu 2024-cü ilin yayında “Lill”dən 62 milyon avro məbləğ müqabilində öz heyətinə qatıb. “Qırmızı şeytanlar” Yoro ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Yoro “Mançester Yunayted”in heyətində cəmi 58 rəsmi matç keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Leni Yoro Fransanın əsas milli komandasına hələ dəvət almasa da, aşağı yaş dəstələri üzrə yığmalarda – U-17, U-18, U-19, U-21 və U-23-də çıxış edib. Gənc müdafiəçi həmçinin “xoruzlar”ın Olimpiya komandasına cəlb edilib.

“Transfermarkt” internet-portalı 22 yaşlı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

“Liverpul” rekorda, Salah antirekorda imza atdı

24 February 2026 at 15:30

Futbol üzrə İngiltərə Premyer Liqasının 27-ci turunun “Nottingem Forest”lə səfər oyunu “Liverpul” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “qırmızılar” İngiltərə Premyer Liqasında yeni rekorda imza atıblar.

Mersisayd təmsilçisi buna “Nottingem Forest”i 1:0 hesabıyla məğlub etməklə nail olub. Komandanın qələbə qoluna 90+7-ci dəqiqədə Aleksis Makallister imza atıb.

“Liverpul” cari mövsümdə 90-cı və uzatma dəqiqələrində 7 dəfə qələbə topunu vurub. Bu, Premyer Liqa tarixində ilk belə göstəricidir.

İngiltərə çempionunun misirli futbolçusu Məhəmməd Salah isə hazırkı ölkə çempionunda antirekordla yadda qalıb. O, ardıcıl 9 oyundur ki, çempionatda fərqlənə bilmir. Bu, misirli forvardın Premyer Liqadakı ən uğursuz seriyasıdır.

Məhəmməd Salah son olaraq noyabrın 1-də, “Aston Villa”ya qalib gəldikləri qarşılaşmada (2:0) qol vurub.

“Nyukasl” “Qarabağ”la matça 3 ciddi itki ilə çıxacaq

24 February 2026 at 15:00

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi cavab matçına ciddi itkilərlə çıxacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, zədə problemləri davam edən İngiltərə klubunun 3 futbolçusu – Bruno Gimaraynş, Tino Livramento və Emil Kraft bu gün meydana çıxa bilməyəcək.

Ağdam klubu da bu oyuna itkilərlə çıxacaq. İngilislərlə ilk oyunda ağır zədə almış mərkəz müdafiəçisi Bəhlul Mustafazadə cavab matçını buraxacaq. Qapıçı Şahruddin Məhəmmədəliyev də uzun müddətdir zədəlidir. Sami Mmae isə əvəzedici komandaya göndərilib.

Qeyd edək ki, bu gün İngiltərədə təşkil ediləcək “Nyukasl” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Bu komandalar arasında Bakıda keçirilmiş ilk görüşdə “Qarabağ” rəqibinə 1:6 hesabı ilə uduzub və mərhələ adlamaq şansı demək olar ki, qalmayıb.

Renso Saraviya “Valensiya”da

24 February 2026 at 14:30

Argentina milli komandasının sabiq sağ müdafiəçisi Renzo Saraviya bundan sonra “Valensiya”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, La Liqa təmsilçisi ilə 32 yaşlı argentinalı futbolçu arasında müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Saraciya bu komandada ağır zədə almış Dimitri Fulkyeni əvəz edəcək.

Renzo Saraviya “Valensiya”ya azad agent kimi keçib. O, sonuncu iş yeri olmuş Braziliyanın “Atletiko Mineyro” klubundan bu ilin əvvəlində azad agent kimi ayrılmış və özünə yeni komanda axtarmağa başlamışdı.

Saraviya karyerası ərzində “Botafoqo”, “İnternasyonal”, “Rasinq”, “Belqrano” və “Portu” kimi klublarda da çıxış edib.

Renzo 2018-ci ildə debüt etdiyi Argentina millisinin heyətində 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Voleybol millimizin Avropa çempionatında rəqibləri bəlli oldu

24 February 2026 at 14:00

18 yaşadək qızlardan ibarət voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatının 2-ci təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

Arena.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, yığmamız martın 27-dən 29-na qədər İspaniyanın ev sahibliyi edəcəyi C qrupunda mübarizə aparacaq.

Şahin Çatmanın rəhbərlik etdiyi komandamız qrupda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu martın 27-də İspaniyaya qarşı keçirəcək. Növbəti günlərdə isə müvafiq olaraq Niderland və Estoniya ilə oyunlar baş tutacaq.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində 20 komanda 5 qrupda yarışacaq və yalnız qrup birinciləri AÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.

C qrupu

27 mart
20:00. Estoniya – Niderland
22:30. İspaniya – Azərbaycan

28 mart
20:00. Niderland – Azərbaycan
22:30. Estoniya – İspaniya

29 mart
20:00. Azərbaycan – Estoniya
22:30. Niderland – İspaniya

Futzal millimiz Gürcüstana yollanacaq

24 February 2026 at 13:30

Futzal üzrə Azərbaycan milli komandası bu ilin aprel ayında Gürcüstana yollanacaq və orada iki yoxlama oyunu keçirəcək.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu milli komandamız Tiflis İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşacaq.

Qeyd edilir ki, görüşlər aprelin 9-da və 11-də baş tutacaq.

“Qəbələ” – “Turan Tovuz” oyununun hakimləri açıqlandı

24 February 2026 at 13:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” oyununun təyinatları açıqlanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bu gün baş tutacaq matçın baş hakimi Cavid Cəlilov olacaq. Ona yan xətt hakimləri Kamran Bayramov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək. VAR-da FIFA referisi Əliyar Ağayev, AVAR-da Zeynal Zeynalov əyləşəcək.

Bu gün Qəbələ şəhər stadionunda təşkil ediləcək qarşılaşmaya saat 15:00-da start veriləcək.

Azərbaycan, Premyer Liqa
14-cü turun oyunu
24 fevral

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

ÇL: Pley-off mərhələsinin cavab oyunlarına start verilir

24 February 2026 at 12:30

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” səfərdə İngiltərə təmsilçisi “Nyukasl”ın qonağı olacaq.

“Atletiko” Madriddə “Brügge”ni qəbul edəcək. Bu komandalar arasındakı ilk görüş heç-heçə başa çatıb.

Digər oyunlarda “Bayer” “Olimpiakos”la, “İnter” isə “Bodo Qlimt”lə üz-üzə gələcək.

Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin qalan cavab görüşləri sabah baş tutacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
24 fevral

21:45. Atletiko (İspaniya) – Brügge (Belçika)
İlk oyun – 3:3

00:00. Bayer (Almaniya) – Olimpiakos (Yunanıstan)
İlk oyun – 2:0

00:00. İnter (İtaliya) – Bodo Qlimt (Norveç)
İlk oyun -1:3

00:00. Nyukasl (İngiltərə) – Qarabağ (Azərbaycan)
İlk oyun – 6:1

Yüksək Liqa: Bu gün 12-ci turun oyunları keçiriləcək

24 February 2026 at 12:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunları keciriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə və eyni məkanda (“Olimpik Star”) baş tutacaq.

Əvvəlcə lider “Araz-Naxçıvan” “Şuşa”nı sınağa çəkəcək. U-19 millimiz “Neftçi” İK ilə, “Lənkəran” da “Baku Fire” ilə qarşılaşacaq.

Yüksək Liqa
12-ci tur
24 fevral

Şuşa – Araz-Naxçıvan
Hakimlər: Ramil Namazov, Elgün Hüseynov, Rza Məmmədov.
Hakim-inspəktor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

U-19 – Neftçi İK
Həkimlər: Mahir Məmmədov, Hacıəli Ağayev, Hidayət Feyzullayev.
Hakim-inspəktor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Lənkəran – Baku Fire
Həkimlər: Kənan Məlikov, Vüsal Balaşov, Rza Məmmədov.
Hakim-inspəktor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 18:00.

❌
❌