Reading view

Super Liqa: “Fənərbağça”dan “Kayserispor”a 4 qol

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

“Alanyaspor” – “Trabzonspor” matçında qalib müəyyənləşməyib. “Başakşəhər” evdə “Gənclərbirliyi”nə 3 cavabsız qolla qalib gəlib. Səfərdə “Kayserispor”la qarşılaşmış “Fənərbağça” isə rəqbini 4 cavabsız qolla üstələyib.

29-cu turun qalan görüşləri aprelin 12-də və 13-də keçiriləcək.

Türkiyə, Super Liqa
29-cu tur
10 aprel

Beşiktaş – Antalyaspor 4:2
Qollar: O.Kökçü, 4. J.Silva, 9. O.H.Qyu, 33; 59 – Van de Strek, 21. Ballet, 47.

11 aprel

Başakşəhər – Gənclərbirliyi 3:0
Qollar: Şomurodov, 9; 40. B.Yıldırım, 42.

Alanyaspor – Trabzonspor 1:1
Qollar: G.Yalçın, 67-pen – O.Tufan, 58.

Kayserispor – Fənərbağça 0:4
Qollar: Kante, 45+1. Taliska, 60; 87. Nene, 62.

12 aprel

15:30. Konyaspor – Karagümrük
18:00. Göztəpə – Kasımpaşa
21:00. Qalatasaray – Kocaelispor

13 aprel

21:00. Eyüpspor – Samsunspor
21:00. Rizəspor – Qaziantep

“Neftçi” – “Araz-Naxçıvan” – 2:1 – Video

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Neftçi” – “Araz-Naxçıvan” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
27-ci tur
11 aprel

“Neftçi” – “Araz-Naxçıvan” – 2:1
Qollar: İmad Faraj, 32. Breno Almeyda, 57 – Slavik Alxasov, 65.
Sarı vərəqələr: Patrik Andrade, 20 (qeyri-idman hərəkəti). Bar Kohen, 81 (qeyri-idman hərəkəti). Ömər Buludov, 90 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 20:00. “Neftçi Arena ”, 2200 tamaşaçı.

Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov.
Dördüncü hakim: Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (6. Sessi Dalmeyda, 78), 15. Elvin Bədəlov, 7. Emil Səfərov (23. Cordan Rezabala, 88), 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda (28. Alessio Kurçi, 78), 11. İmad Faraj (47. Murad Məmmədov, 78), 10. Freddi Varqas (45. Vensan Abubakar, 84).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 14. Edvin Kuç, 27. Kristian Kostin, 22. Luis Ortis.
Baş məşqçi: Yuri Vernidub.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade (8. Coşqun Diniyev, 63), 17. İssuf Paro (5. Slavik Alxasov, 63), 23. Nuno Rodriqes (19. Bar Kohen, 75), 7. Hamidu Keyta, 10. Felipe Santos (70. Çarlz Boli, 63), 11. Ba-Muaka Simakala (16. Ramon Maçado, 81).
Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov.
Məşqçi: Vadar Nuriyev.

Yuri Vernidub: “Bu öhdəliyi üzərimə götürmüşəmsə…”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 27-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşündə meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə həqiqətən “Neftçi”nin performansı çox yaxşı idi. Bizim çox yaxşı qol epizodlarımız var idi. Ən azından 6-7 epizodumuz oldu, amma hamısını dəyərləndirə bilmədik. 60-cı dəqiqəyə qədər də yaxşı oynadıq. Ondan sonra əsas rolu psixologiya oynadı. Hesab 2:0 oldu, futbolçularımız bir az sakitləşdilər. 60 dəqiqə ərzində rəqibə maksimum pressinq etmək istəyirdik. 60 dəqiqə ərzində qapımız qarşısında cəmi 1 epizod oldu, qapıçımız da bizi xilas etdi. Biz isə 4-cü dəqiqəyə qədər 2 epizod yaratmışdıq. Futboldur, belə şeylər olur. Biz daha çox işləməliyik, çalışmalıyıq ki, oyunçuların fiziki durumları daha yaxşı olsun. Mən də baş məşqçi kimi analiz etməliyəm. Şadam ki, kapitanımız geri döndü. Möhkəm insandır, bu cür zədə ilə geri qayıtdı. Emin Mahmudov bizim üçün açar oyunçudur. Ümid edirəm ki, onunla bağlı hər şey yaxşı olacaq.

Mən təzyiq hiss etmirəm. Bundan sonrakı bütün oyunlar kubok finalı kimidir. Ona görə xallarımızı qazanmalı, irəli getməliyik. Bu ay ərzində oynayacağımız komandalar – “Zirə” və “Qarabağ” da bunu istəyirlər. Ona görə bu oyunlardan çox şey asılı olacaq. Uşaqlar bunu başa düşürlər. Rəqiblərimizin hər birinə hörmətlə yanaşırıq. Çıxıb oynayacağıq.

Mən mətbuatı oxuyanda bəzən gülümsəyirəm. Çünki elə şeylər olur ki, onlar haqda ümumiyyətlə heç nə deməmişəm. Vensan Abubakar komanda oyunçusudur, “Neftçi”nin futbolçusudur. Onun zədəsi var idi. Üç həftə məşq etmədi. Müalicə alırdı. Beş gün məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni söz Bassala Sambuya da aiddir. O, məşqlərə başlayıb, amma fərdi məşqlər edir. Yəqin ki, bərpasına 2-3 həftə gedəcək. Hər şey yaxşı getsə, “Qarabağ”la 2-ci oyuna çıxa bilər. Amma bu da şübhəlidir. Hər birini gözləyirəm. Böyük ümidlər var”.

Yuri Vernidub Ukrayna millisindən dəvət alıb?

Yuri Vernidub Ukrayna yığmasına rəhbərlik edəcəyinə dair ölkəsinin mətbuatında yayılmış xəbərlərə də münasibət bildirib:

“Son aylarda Ukraynadan heç bir jurnalistlə danışmamışam. Nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur. Yazırlar ki, Kənan Piriç qol buraxdıqdan sonra Vernidub onunla yollarını ayırmaq istəyir. Necə bunu yazmaq olar? Qol da buraxacaq, seyv də edəcək. Belə çıxır ki, buraxılan qoldan sonra hər qapıçı ilə yolları ayırmaq lazımdır? Elə suallarınız olarsa, mətbuat xidməti ilə danışa bilərsiniz, mən də müsahibəyə hər zaman hazıram. Ən azından doğru olanı deyəcəyəm. Milliyə gəldikdə, bununla bağlı söz-söhbət çoxdan gedir. Mənə heç kim zəng etməyib. Orada 8-10 nəfər yazırlar, bəlkə kimsə mənim də adımı ora daxil edib. Ciddi bir şey olsaydı, zəng edərdilər. İndi mənim bir məqsədim var, o da “Neftçi”dir. Kluba və mənim qarşıma qoyulan hədəflərə çatmağı düşünürəm. Alınar-alınmaz, həyat göstərəcək. Bu öhdəliyi üzərimə götürmüşəmsə, sona qədər gedəcəyik. Görürsünüz ki, nə qədər məsafə qət etmişik. Futbolçulara təşəkkür edirəm ki, üzərlərində işləyirlər, məşqlərdə çox peşəkardırlar. Klubun rəhbərliyinə də təşəkkür edirəm. Onlar da oyunçulara böyük motivasiya verirlər, dəstək göstərirlər. Ortada belə nəticə var. Komanda ilə rəhbərlik bir olanda, bu böyük gücdür”.

“Milan” evində darmadağın oldu

İtaliya A Seriyasının 32-ci turunda “Milan” doğma meydanda “Udineze”ni qəbul edib.

Futbolpress.az xəbər verir ki, qarşılaşma qonaqların 0:3 hesablı gözlənilməz qələbəsi ilə başa çatıb.

“Udineze”nin qazandığı bu tarixi qələbədə əsas pay sahiblərindən biri mövsümün əvvəlində “Qalatasaray”dan icarəyə götürülən Nikolo Zaniolo olub.

İtalyan ulduz matç boyu sərgilədiyi oyun və etdiyi 2 məhsuldar ötürmə ilə matçın qəhrəmanına çevrilib. Qonaqların qollarına Artur Atta (27′, 71′) və Yurgen Ekkelenkamp (37′) imza atıb.

Ardıcıl ikinci məğlubiyyətini alan “Milan” 63 xalda qalıb. Bir oyun artıq keçirməsinə baxmayaraq, “rossoneri” lider “İnter”dən artıq 9 xal geridədir. “Udineze” isə bu qələbə ilə xallarını 43-ə çatdıraraq 10-cu pilləyə yüksəlib.

 

“Liverpul” 3 oyun sonra 3 xala qovuşdu

İngiltərə Premyer Liqasının 32-ci turunda “Liverpul” doğma “Enfild” stadionunda “Fulhem”i qəbul edib.

Futbolpress.az xəbər verir ki, üç həftəlik qələbə həsrətinə son qoyan “mersisaydlılar” meydanı 2:0 hesablı qələbə ilə tərk ediblər.

Meydan sahiblərinə qələbəni gətirən qollar matçın ilk hissəsində vurulub. 36-cı dəqiqədə gənc istedad Rio Nqumoha hesabı açıb, cəmi 4 dəqiqə sonra isə komandanın lideri Məhəmməd Salah fərqi ikiyə çatdırıb.

Bu qələbə sayəsində xallarını 52-yə çatdıran “Liverpul” turnir cədvəlində 5-ci pillədəki yerini qoruyub və Çempionlar Liqasına vəsiqə şanslarını davam etdirib. “Fulhem” isə 44 xalla orta sıralarda qalıb.

Gələn həftə “Liverpul” səfərdə əzəli rəqibi “Everton”un qonağı olacaq. “Fulhem” isə “Brentford”la qarşılaşacaq.

Dövlət qurumları arasında nərd yarışı keçirildi

Aprelin 11-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə 43 əməkdaş (32 kişi və 11 qadın) iştirak edib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, qadınlar arasında Lətifə Məmmədova (Medianın İnkişafı Agentliyi) yarışın qalibi olub. İlahə Ələkbərova (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ikinci, Aysel Səfərova (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) üçüncü yerə layiq görülüblər.

Kişilər arasında Teyyub Məmmədov (Ali Məhkəmə) birinci olub. Bəhruz Quliyev (“AzerGold” QSC) yarışı ikinci, Coşqun Mütəllimov (Ali Məhkəmə) isə üçüncü pillədə başa vurublar.

Derbidə “Barselona” şousu: Yamal tarixə düşdü

İspaniya La Liqasının 31-ci turunda baş tutan Kataloniya derbisində “Barselona” doğma “Kamp Nou”da “Espanyol”u qəbul edib.

Futbolpress.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

“Barselona”ya qələbə qazandıran qolları Ferran Torres (9′, 25′), Lamin Yamal (87′) və Markus Reşford (89′) öz aktivinə yazdırıb. Xüsusilə ilk iki qolda Lamin Yamalın verdiyi məhsuldar ötürmələr diqqət çəkib. “Espanyol”un yeganə qoluna isə 56-cı dəqiqədə Pol Lozano imza atıb.

Bu matç 18 yaşlı Lamin Yamal üçün əlamətdar olub. İstedadlı ulduz La Liqada 100 oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşüb. Qeyd edək ki, Yamal cari mövsümdə liqada çıxdığı 27 matçda 15 qol və 11 asistlik performans sərgiləyib.

Əzəli rəqibi “Real Madrid”in xal itirdiyi həftədə qələbə qazanan “Barselona” xallarının sayını 79-a yüksəldib. Çempionatın bitməsinə 7 tur qalmış liderlə ikinci yer arasındakı xal fərqi 9-a çatıb. Derbidə uduzan “Espanyol” isə 38 xalda qalıb.

Gələn həftə “Barselona” “Selta Viqo”nu sınağa çəkəcək, “Espanyol” isə “Rayo Valyekano”nun qonağı olacaq.

“Bavariya” 54 illik rekordunu yenilədi

Almaniya Bundesliqasının 29-cu turunda səfərdə “Sankt-Pauli”nin qonağı olan “Bavariya” rəqibini darmadağın edərək həm çempionluğa bir addım da yaxınlaşıb, həm də tarixi rekorda imza atıb.

Futbolpress.az xəbər verir ki, matç boyu üstünlüyü əldən verməyən Münhen təmsilçisi rəqib qapısından düz 5 top keçirib.

Qolları Camal Musiala (9′), Leon Qoretska (53′), Maykl Olise (54′), Nikolas Cekson (65′) və Rafael Qerreyro (88′) öz aktivinə yazdırıb.

Belçikalı mütəxəssis Vensan Kompaninin rəhbərlik etdiyi komanda bu matçda vurduğu qollarla cari mövsüm Bundesliqada ümumi qol sayını 105-ə çatdırıb. Bununla da “Bavariya” 1971/1972 mövsümündə müəyyən etdiyi 101 qolluq tarixi klub rekordunu qırmağı başarıb.

Bu qələbə ilə xallarının sayını 76-ya yüksəldən münhenlilər liderliyi inamla davam etdirir. Çempionatın bitməsinə 5 tur qalmış onlar ən yaxın izləyiciləri “Borussiya Dortmund”u 12 xal qabaqlayırlar.

Vadar Nuriyev: “Belə olacağını ehtimal etmirdik”

“Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev Premyer Liqanın 27-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşündə Naxçıvan təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

Vadar Nuriyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Bu görüşə final oyunu kimi çıxmışdıq. Birinci hissədə “Neftçi”, ikinici hissədə biz yaxşı oynadıq. Əvəzetmələrlə oyunu düzəltdik, qol da vurduq. Komandamızdan 2-ci hissədə razı qaldım. “Neftçi”ni təbrik edirəm.

Qarşıda daha 6 oyunumuz var. Rəqiblərimizin də oyunları olacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizədən tam qopduğumuzu demək olmaz. Ola bilsin ki, rəqiblərimiz də xal itirəcəklər.

Cinah oyunçularımız yox idilər. İssuf Paro cinah oyunçusu deyil. Ömər Buludov da sol cinah oyunçusu deyil. Ehtimal etmirdik ki, belə bir şey ola bilər. Amma oldu. Bruno Franko da zədəlidir. O da olsaydı, tamam başqa futbol oynayacaqdıq. Cinahda belə səhvlər etməyəcəkdik”.

Xatırladaq ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko cəzalı olduğu üçün bu oyunu da tribunadan izləyib.

Yüksək Liqa: “DH Volley” ilk finalçı oldu

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) yarımfinal mərhələsinin cavab matçlarına start verilib.

Arena.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində yarımfinal mərhələsi çərçivəsində “DH Volley” komandası “Milli Aviasiya Akademiyası” ilə qarşılaşıb.

Gərgin keçən bu oyunda “Milli Aviasiya Akademiyası” 3:2 hesabı ilə qələbə qazanıb.

Cütün ilk qarşılaşmasında “DH Volley” 3:0 hesabı ilə qalib gəldiyindən komandaların qələbələri bərabərləşib və “Qızıl set”ə ehtiyac yaranıb. Həlledici hissədə “DH Volley” 15:12 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Milli Aviasiya Akademiyası” isə bürünc medal uğrunda mübarizə aparacaq.

Mükafatlar uğrunda keçiriləcək oyunlarda komandaların rəqibləri 13 apreldə “Turan” və “Gəncə” arasında baş tutacaq digər yarımfinal qarşılaşmasından sonra müəyyənləşəcək.

Qeyd edək ki, reqlamentə əsasən yarımfinal mərhələsinin oyunları ev və səfər prinsipi üzrə iki görüşdən ibarətdir. İki oyunun nəticəsinə görə qələbələrin sayı bərabər olarsa, qalib “Qızıl set” vasitəsilə müəyyən edilir.

Yüksək Liqa
Yarımfinal, 2-ci oyun
11 aprel

“DH Volley” – “Milli Aviasiya Akademiyası” 2:3 (16:25, 25:16, 20:25, 25:19, 15:17)
Qızıl set 15:12

Premyer Liqa: “Neftçi” “Araz”ı xalsız yola saldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutub.

“Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib. İki ukraynalı mütəxəssisin üz-üzə gəldiyi bu görüş “Neftçi Arena”da keçirilib. Qarşılaşmanı Əli Əliyev idarə edib. Üç qolun qeydə alındığı matçın sonunda “ağ-qaralar” qalib gəliblər.

Azərbaycan, Premyer Liqa
27-ci tur
11 aprel

“Neftçi” – “Araz-Naxçıvan” 2:1
Qollar: İmad Faraj, 32. Breno Almeyda, 57 – Slavik Alxasov, 65.
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Müslüm Əliyev.
“Neftçi Arena”, 20:00.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 27. Kristian Kostin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 70. Çarlz Boli, 19. Bar Kohen.
Məşqçi: Vadar Nuriyev.

Yuri Vernidub: “Bütün oyunlar bizim üçün kubok finalı kimi olacaq”

Misli Premyer Liqasının XXVII turu çərçivəsində “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb:

– Göstərdiyiniz oyunun hissələr arasında bu qədər fərqlənməsinin əsas səbəbi nədir?

– Birinci hissə həqiqətən gözəl performans sərgilədik. Ən azı 6-7 real qol şansını qaçırdıq. İkinci hissədə də 60-cı dəqiqəyə qədər yaxşı oynadıq, hətta ikinci qolu vurduq. Düşünürəm ki, ondan sonra əsas rolu psixologiya oynadı. İlk bir saat ərzində rəqib cəmi bir dəfə qola yaxın oldu ki, onda da qapıçımız inamlı oynadı. Futboldur, belə şeylər olur. Biz daha çox işləməliyik, fiziki hazırlıqları artırmalıyıq. Sevinirəm ki, kapitanımız geri qayıtdı, çünki o bizim üçün açar fiqurdur.

– Artıq avrokubok zonasının astanasındasınız. Öz üzərinizdə əlavə təzyiq hiss edirsiniz?

– Mən təzyiq hiss etmirəm, amma görürəm ki, dərəcə getdikcə artır. Əsas odur, oyunçular bunu başa düşüb, dərəcəni saxlasınlar. Bundan sonrakı bütün oyunlar bizim üçün kubok finalı kimi olacaq. Xallar qazanmalı, irəliləməliyik. Qarşıda “Zirə” və “Qarabağ” kimi çətin rəqiblər var. Bu oyunlardan çox şey asılı olacaq.

– Cənab Vernidub gəldikdən sonra çempionatda Abubakar start heyətində yer almayıb, daha çox sonradan meydana daxil olur. Deyə bilərikmi, yeni mövsüm üçün cənab Vernidubun siyahısında bu futbolçu yoxdur?

– Mətbuatı oxuyanda bəzən gülümsəyirəm, çünki elə şeylər olur ki, mən onlar haqqında ümumiyyətlə, heç nə deməmişəm, demək də istəmirəm. Abubakar “Neftçi”nin üzvüdür. Gözəl bilirsiniz ki, onun zədəsi olmuşdu. Üç həftə ərzində məşqlərə qatılmadı, müalicə aldı. Həftənin beş günü məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni sözlər Sambuya da aiddir. O artıq fərdi məşqlərə başlayıb. Onun bərpası üçün ən azı iki-üç həftə lazımdır. Ola bilər ki, “Qarabağ”la ikinci oyuna hazır olsun, amma buna şübhəylə yanaşıram. Eyni məsələ Ştoqrinə də aiddir.

– Sambu da qayıdandan sonra “Neftçi” 9 nömrəsiz oynaya bilərmi? Çünki belə komanda hücumda daha yaxşı görünür.

– Belə edək, gözləyək görək o nə vaxt qayıdır. Ondan sonra oturub düşünüb, təhlil edərik.

– Cənab Vernidub mətbuatdan danışdı. Ukrayna mətbuatında millinin baş məşqçi postuna namizədlərdən biri kimi o göstərilir. Bununla bağlı nə deyə bilər, yoxsa gələcək planlarında ancaq “Neftçi” var?

– Son ay ərzində mən Ukraynadan heç bir təmsilçi ilə danışmamışam, nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur.

Adil Nəhmətli

“Araz-Naxçıvanın” məşqçisi: “Oyuna final kimi yanaşırdıq”

Misli Premyer Liqasının XXVII turu çərçivəsində “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların məşqçisi Vadar Nuriyev oyunla bağlı təəssüratlarını bölüşüb:

– Oyuna yaxşı hazırlaşmışdıq, final kimi yanaşırdıq, qələbə qazanmaq istəyirdik. Birinci hissədə “Neftçi” yaxşı oynadı, ikinci hissədə biz. Əvəzetmələrdən sonra vəziyyəti düzəltdik, qol da vurduq. Cinah oyunçularımız olmadığı üçün məcburi mövqe dəyişikliyinə getmişdik. Öz mövqeyində oynamayan futbolçular üçün matç çətin alındı. Ümumilikdə komandadan ikinci hissədə razı qaldıq.

– Dediniz ki, qarşılaşmaya final kimi baxırdıq, bu məğlubiyyətlə qatarın getdiyini demək olar?

– Deməzdim. Qarşıda hələ altı oyun var. Hələ ki avrokuboklardan tam qopduğumuzu demək olmaz.

– İlk hissədə “Araz-Naxçıvan” çox zəif oyun göstərdi, hətta deyə bilərik ki, bəxtiniz gətirməsəydi, hesab daha böyük ola bilərdi…

– Cinah oyunçularımız öz mövqelərində oynamırdılar. Bu vəziyyətin yaranacağını ehtimal etmirdik, amma oldu. Əsas futbolçularımız zədəlidir, məsələn, Bruno olsaydı, tam fərqli futbol oynayacaqdıq.

– Amma Slavik Alxasov var idi, sonradan meydana daxil oldu, Paronun da bu mövqedə ilk oyunu deyildi, “Karvan-Yevlax”la görüşdə sağ cinah müdafiəçisi kimi çıxış etmişdi.

– “Karvan-Yevlax”la “Neftçi”ni bir hesab etməyək, onların daha keyfiyyətli futbolçuları var.

Adil Nəhmətli

“Kəpəz”in əvəzedicilərindən 4 qollu qələbə

Əvəzedicilər Liqasında XXIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün bir oyun baş tutub.

“Kəpəz-2” “Araz-Naxçıvan-2” ilə qarşılaşıb. Matç gəncəlilərin qələbəsiylə başa çatıb – 4:1.

Turun dünən keçirilən oyununda “Zirə-2” “Şamaxı-2”yə qalib gəlib – 8:1.

Əvəzedicilər Liqası
XXIII tur

11 aprel

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 4:1
Qollar:
Şahnur İsmayılov, 6. Elxan Məmmədov, 61. Əli Səmədov, 76. Sənan Əliyev, 90+1 – Səbuhi Məmmədov, 83.

“Sabah” – “Zirə” 2:2 – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turunun bu gün keçirilmiş “Sabah” – “Zirə” matçı bərabərliklə (2:2) başa çatdı.

Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
27-ci tur
11 aprel

“Sabah” – “Zirə” 2:2
Qollar: Coy Lens Mikels, 16. İqor Noqeyra, 51 – Ruan Renato, 32-pen. Eren Aydın, 41.
Sarı vərəqələr: Umarali Rahmonaliyev, 82 (qeyri-idman hərəkəti) – Ayron Qomis, 45+2 (qeyri-idman hərəkəti). Tyaqo Silva, 55 (oyun qaydalarının sistematik şəkildə pozulması); İssa Cibrilla, 62 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 18:00. “Masazır Arena”, 1320 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Asiman Əzizli.
Dördüncü hakim: Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev (19. Aaron Maluda, 66), 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris (99. Patrik Mbina, 76), 7. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla (25. Enrike Kustodio, 73), 93. Brahim Konate (14. Elçin Əlicanov, 90+4), 5. Ange Mutsinzi, 17. Ayron Qomis (21. Hacıağa Hacılı, 80), 22. Eren Aydın (28. Leroy Mikels, 73).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 29. Ceyhun Nuriyev, 10. Georgi Papunaşvili, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

Dambrauskas: “Zirə” 1 xal üçün gəlmişdi, onu da qazandı”

“Sabah”ın Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oyun alındı. Azarkeşlər qollu oyuna şahidlik etdilər. İlk dəqiqədən sonuncu dəqiqəyə qədər qalib gəlmək üçün mübarizə apardıq. 90 dəqiqə ərzində öz oyun prinsiplərimizə sadiq qaldıq. Topa daha çox nəzarət edirdik, daha çox pressinq edən, hücuma çıxan komanda biz idik. “Zirə”ni də təbrik edirəm. Yəqin ki, onlar bura 1 xal üçün gəlmişdilər. O xalı da əldə etdilər. Rəqibin yaxşı oyun planı var idi. Öz komandamı da təbrik edirəm. Ardıcıl üçüncü matçda ilk hissəfə hesabda geri düşsək də, özümüzdə cəsarət tapıb oyunu bərabərləşdiririk. Bu gün hər iki hissədə çoxlu qol fürsətlərimiz oldu. İkinci yarıda əlavə 3-4 dəqiqədə olsaydı, fərqlənə bilərdik. Bu gün bizim günümüz deyildi. Artıq bu oyunu unudub yolumuza davam etməliyik. Sabahdan etibarən “Qarabağ”la keçirəcəyimiz iki qarşılaşmaya hazırlaşmalıyıq.

Bu gün dominant tərəf biz idik. Sadəcə, öz səhvlərimizə görə qollar buraxdıq. Bu səhvləri dərindən təhlil etməliyik. Rəqib birinci hissədə iki dəfə qapımıza gəldi və iki qol vurdu. Mövsüm ərzində az qol buraxırdıq. Nəyə görə qollar buraxdığımızı təhlil edəcəyik. Biz daha çox öz oyunumuza köklənirik. Onu da qeyd edim ki, heç bir komandanın köməyinə ehtiyacımız yoxdur. Digər komandaların nəticələrinə baxmırıq.

Son dəqiqələrdə mərkəz müdafiəçilərimiz də hücuma qoşuldular. Futbolda üç nəticə hər zaman olur. Bu gün heç-heçə etdik. Amma pis çıxış etmədik. Daha yaxşı ola bilərik”.

Rəşad Sadıqov: “Sabah”dan aldığımız 1 xal dəyərlidir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün bir az həyəcanlı başladı. Rəqib ilk dəqiqələrdən böyük təzyiq göstərirdi. Müdafiədən çıxarkən səhvə yol verdik və qol buraxdıq. Çox məyusedici idi. Növbəti 10 dəqiqədə rəqib yenə bizə böyük təzyiq göstərdi. Amma sonrakı dəqiqələrdə fəal çıxış edib iki qol vurduq. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Futbolçularımız əzmkarlıq göstərdilər, qol vurmağa çalışırdılar. Son 10 dəqiqədə isə rəqib böyük qüvvə ilə irəli getdi. Müdafiəmiz etibarlı oynadı və 1 xal qazandıq. “Sabah”la oyunda qazanılan hər xal dəyərlidir. 1 xal üçün çox sevinirik. Fikrimcə, bu xal bizim üçün çox faydalı olacaq.

“Sabah” bu il həqiqətən də möhtəşəm futbol nümayiş etdirir. Səfərdə oynadığımızı nəzərə alsaq, qazanılan xal bizim üçün çox önəmlidir. Çempionatın favoritləri ilə oyunlarda qazanılan hər xal önəmli olur. “Qarabağ”dan 2, “Sabah”dan 1 xal almışıq. Bu xallar çox önəmli olur. Ötən tur son dəqiqələrdə qol buraxıb heç-heçə etdik. “Şamaxı” ilə matçda heç-heçə gözlənilməz deyil. Amma matçın gedişatı elə idi ki, rəqib azlıqda idi, çoxsaylı qol epizodlarımız var idi. Son dəqiqələrdə nəsə hadisə baş verdi və qol buraxdıq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdular. Əsas narahatlığım o idi ki, həmin məyusluq bu oyuna təsir edər. Şükürlər olsun ki, futbolçular bu gün onu hiss etdirmədilər. Növbəti turda “Neftçi” ilə oynayırıq, 4 gün sonra “Turan Tovuz”la kubokun cavab görüşü var. Əvvəl də demişdim ki, apreldə bizi çox ciddi oyunlar gözləyir. Qarşıdakı matçlara çox yaxşı hazırlaşmalıyıq”.

Ədalət Ələkbərov: “Arzum millini uğurlara daşımaqdır”

Futzal üzrə Azərbaycan millisinin üzvü Ədalət Ələkbərov Gürcüstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tiflisdə baş tutmuş ikinci görüşü millimizin 2:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Ədalət Ələkbərov matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“İki gün əvvəlki qarşılaşma ilə müqayisədə bir qədər yorğunluq var idi. Bu da görüşün tempinin aşağı olmasına təsirsiz ötüşmədi. Rəqibimiz heç bir fürsəti qaçırmadı. Əllərinə düşən imkanları maksimum realizə etməyi bacardılar. Bizim üçün maraqlı, faydalı yoldaşlıq oyunları oldu. Təcrübə qazanmaq baxımından maraqlı görüşlər keçirdik.

Düzdür, sona yaxın qol vurdum. Bizi məğlubiyyətdən xilas etməsə də, mənim üçün yaddaqalan oldu. Arzum hər zaman millinin formasını geyinmək, uğurlara daşımaqdır. Baş məşqçimiz istər birinci, istərsə də ikinci oyunda meydanda çox qalmağıma şərait yaratdı. Rəqibimiz də zəif komanda deyildi. Onlar yanvar-fevral aylarında Avropa çempionatının final mərhələsində iştirak ediblər.

Səhvlərimizdən nəticə çıxarmalı, onları düzəlməyə çalışmalıyıq. Təki belə fərdi səhvləri yoldaşlıq oyunlarında edək. Bizi payızda rəsmi matçlar gözləyir. Ona qədər hər fürsətdən faydalanmalıyıq. Qarşıda daha iki oyunumuz var. Qazaxıstan yığması təkcə Avropada deyil, dünyada güclü komandalardan biridir”.

U-20-nin ilk toplanışı üçün 24 futbolçu

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-20) aprelin 13-dən 26-na qədər Qəbələdə təlim-məşq toplanışı keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Rui Jorje millinin ilk toplanışına 24 futbolçu dəvət edib.

U-20 millimizə dəvət edilmiş futbolçuların adlarını nəzərinizə çatdırırıq:

  1. Həbib Hüşənov – Qəbələ
  2. Bilal Hacıyev – Qarabağ
  3. Rauf Əyyubov – Sabah
  4. Uğur Qurbanlı – Qarabağ
  5. Tuncay Əhmədov – Sabah
  6. Səttar Tahirzadə – Marset (İspaniya)
  7. Murad Qurbanov – Zirə
  8. Həzrət Səmədov – Sabah
  9. Rəşad Alışov – Qarabağ
  10. Əhməd Tarverdiyev – Sabah
  11. Eltun Babazadə – Qarabağ
  12. Ziya Şəkərxanov – Qəbələ
  13. Şahin İbrahimov – Sabah
  14. Əliəkbər Rzazadə – Qarabağ
  15. Musa Mustafayev – Zirə
  16. Abduləziz Cabbarlı – Qarabağ
  17. Mehdi Mütəllimli – Qarabağ
  18. Anar Hüseynov – Sabah
  19. Əli Qazibəyov – Qarabağ
  20. Əli Bəşirov – Qarabağ
  21. Hikmət Cəbrayılzadə – Qarabağ
  22. Şahismayıl Cəfərov – Qarabağ
  23. Nihad Orucəli – Sumqayıt
  24. Toğrul Tapdıqlı – Sabah

Premyer Liqa: “Sabah”la “Zirə”dən məhsuldar heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşması Masazırda baş tutub.

Lider “Sabah” avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” ilə üz-üzə gəlib. Qarşılaşmanın baş hakimi Tural Qurbanov olub. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Azərbaycan, Premyer Liqa
27-ci tur
11 aprel

“Sabah” – “Zirə” 2:2
Qollar: Coy Lens Mikels, 16. İqor Noqeyra, 51 – Ruan Renato, 32. Eren Aydın, 40.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
“Masazır Arena”, 18:00.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 19. Aron Maluda.
Baş məşqçi: Valdas Dambrauskas.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

Əvəzedicilər Liqası: “Kəpəz” “Araz”a 4 qolla qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 23-cü turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikiinci oyun günündə də bir qarşılaşma baş tutub.

“Kəpəz”in ikinci komandası “Araz-Naxçıvan”ın əvəzedicilərinə 4 qolla qalib gəlib.

23-cü turun oyunları aprelin 12-də və 13-də keçiriləcək.

Əvəzedicilər Liqası
23-cü tur
10 aprel

“Zirə-2” – “Şamaxı-2” 8:1
Qollar: Murad Qurbanov, 5. Murad Ələkbərov, 25. Əhliman Süleymanzadə, 37. Rauf Qafarov, 42. Samir Ağayev, 43. İslam Nəcəfli, 60-pen; 62. Rəsul Hacızadə, 86 – Ömər Yusublu, 58.
Hakimlər: Hacıağa Həsənov, Vüqar Bayramov, Ruslan Babayev, Ləman Əmirli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 15:00.

11 aprel

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 4:1
Qollar: Şahnur İsmayılov, 6. Elxan Məmmədov, 61. Əli Səmədov, 76. Sənan Əliyev, 90+1 – Səbuhi Məmmədov, 83.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Ağadur Mahmudov, Samir Musayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

12 aprel

“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

13 aprel

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:00.

“Qəbələ-2” – “Neftçi-2”
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Qəzənfər Məmmədov, Vüqar Alıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Qəbələ şəhər stadionu” (ehtiyat meydança), 15:00.

Dambrauskas: “Kiminsə köməyinə ehtiyacımız yoxdur”

Misli Premyer Liqasının XXVII turunun “Sabah” – “Zirə” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Həqiqətən, çox yaxşı oyun alındı. Azarkeşlər üçün də maraqlı idi. İlk dəqiqədən etibarən sadəcə qalib gəlmək üçün mübarizə apardıq. Üç xalı qazanmaq istəyirdik. Oyun prinsiplərimizə sadiq qaldıq, topa çox nəzarət etdik, hücumlar qurduq. “Zirə”ni də təbrik edirəm. Bura bir xal üçün gəlmişdilər və bunu da əldə etdilər. Onları da təbrik edirəm. Ardıcıl üç oyundur, hesabda geri düşürük və sonra oyunu bərabərləşdiririk. İkinci hissədə çoxlu qol şanslarımız oldu. Sanki əlavə 3-4 dəqiqə də olsaydı, qol vuracaqdıq. Bizim günümüz deyildi. Bu matçı unutmalı və bərpa məşqinə köklənməliyik.

– “Qarabağ”ın xal itirməsi bugünkü oyuna nə dərəcə təsir etdi?
– Bu haqda düşünmürəm. Bu gün meydanda dominant tərəf biz idik. Səhvlərimizə görə qollar buraxdıq. Dərindən təhlillər etməliyik. Rəqib ilk hissədə iki hücuma iki qol vurdu. Nə üçün belə sadə qollar buraxırıq, bilmirəm. Təhlil edəcəyik. Digər komandaların nəticələrinə baxmırıq. Kiminsə köməyinə ehtiyacımız yoxdur. Öz oyunumuza və nəticələrimizə baxırıq.

– Şamaxıdakı nəticə futbolçuları psixoloji cəhətdən rahatlaşdırmadı?
– Nə üçün belə düşünürsünüz? Bu gün yaxşı oynadıq, dominant olduq. Bilmirəm, oyuna baxmısınız, ya yox… son dəqiqələrdə mərkəz müdafiəçilərimiz də hücumda idi. Qol vurmağı düşünürdük. Futbolda üç nəticə var: bərabərlik, heç-heçə, məğlubiyyət. Bu gün heç-heçə oldu. İndi bunu unudub, növbəti oyuna hazırlaşmalıyıq.

Şahin Cəfərov

“Sabah”a qarşı qazanılan hər xal dəyərlidir” – Sadıqov

Misli Premyer Liqasının XXVII turunun “Sabah” – “Zirə” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Oyun bizim üçün həyəcanlı başladı. Rəqib böyük təzyiq göstərirdi. İrəli çıxanda top itirdik və qol buraxdıq. Sonrakı 10 dəqiqədə də pressinq etdilər. Lakin fasiləyə qədər geridönüş edə bildik. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxdıq. Bundan sonra qol vurmağa çalışdıq, futbolçular xarakter göstərdilər. Oyunun son dəqiqələrində müdafiəmiz etibarlı oynadı və bir xal qazandıq. “Sabah”a qarşı qazanılan hər xal dəyərlidir. Düşünürəm ki, bu nəticə bizim üçün faydalı olacaq.

– İlk hissənin əvvəlində fəal idiniz…
– Bu komanda ilə əvvəlki oyunda 27 dəqiqəyə 3 qol buraxmışdıq. Bu gün də 15-ci dəqiqədə qol buraxanda çalışdım ki, futbolçuları toparlayım, dağılmasınlar.

– Liderlə oyunda xal qazandınız. Bu gün həm də “Qarabağ”a kömək oldunuz. Qarşıdan “Neftçi” ilə oyun gəlir. Həmin görüşü həlledici saymaq olar?
– “Sabah” möhtəşəm oynayır. Qazandığımız xal çox önəmlidir. İki xal “Qarabağ”dan, bir xal “Sabah”dan götürmüşük. Bunlar çox mühümdür. Ötən turda son dəqiqə qolu ilə qələbədən olmuşduq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdu. Narahatlığım o idi ki, birdən bu məyusluq “Sabah”la da oyuna təsir edər. Qarşıda “Neftçi” və “Turan Tovuz”la oyunlarımız var. Ciddi matçlar olacaq. Başa düşürük ki, bu oyunlarda bizi nələr gözləyir.

– İssa Cibrilla və Ayron Qomis sanki meydandan çıxanda narazı idi. 
– Onları əvəzetmək istəmirdim. Qomis zədədən qayıdıb. Bir epizodda ayağını tutdu, həm də sarı vərəqəsi var idi. İssa bir məhsuldar ötürmə etdi, penalti qazandı. Çox məhsuldar oynadı. O da zədədən yeni qayıdıb. Gələcəyi düşünərək bu addımı atdım.

– Mövsümün sonuna az qalıb. İzlədiyiniz oyunçu var?
– Xeyr. Hələki bütün diqqətimiz çempionatdadır. Mövsümün sonunda rəhbərliklə danışacağıq. Hələ tələsmirik.

Şahin Cəfərov

Ayxan Abbasov “Şamaxı”dan ayrılacağını etiraf etdi

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkür edirəm. Bilirdik ki, “Qarabağ” hər oyuna final kimi yanaşır. Çempionatın sonudur, hər matç gərgin keçir. Futbolçularıma təşəkkür edirəm. Sona qədər vuruşdular. Rəqib son dəqiqələrdə üstümüzə gəldi. Amma dözə bildik. Bizim üçün hər xal vacibdir. İstəyim odur ki, çempionatın sonuna qədər oyunlara yanaşmamız bu cür olsun. Növəbti turda səfərdə “Karvan”la çətin matçımız var. Həmin görüşə hazırlaşacağıq.

Hər futbolçu bizim üçün önəmlidir. Kərim Rossi və Dioqo Balaunun yoxluğu böyük itkidir. Amma digər futbolçular üçün də özlərini göstərmək üçün bir şans oldu.

Əzmkarlığımız az olsa, bəlkə bu gün biz də digər komandalar kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparardıq. Futbolçularımız bizə yaxın olan komandalarla oyunlarda da əzmkarlıq göstəriblər. Böyük hesabla məğlub olduğumuz oyunlar da oldu. Bu tempi saxlamaq asan deyil. Futbolçular ilk turdan bu günə kimi maksimumu etməyə çalışırlar. Heyətimizdə gənclər var. Futbolçular çox “artırıblar”. Onlara görə sevinirəm.

Bu gün tam başqa taktika ilə oynadıq. Bunu “Qarabağ”a görə etdik, məcburuq. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olurlar. Oyunçulara dəstək olmaq, onlara motivasiya vermək lazımdır. Təbii ki, komanda ruhu da çox vacibdir”.

Ayxan Abbasov mövsümün sonunda “Şamaxı”dan ayrılacağı barədə xəbərlərə də münasibət bildirib:

“Şamaxı” mənim üçün doğmadır. Burada işimi davam etdirmək istəyərdim. Maddi cəhətdən də komanda möhkəmlənməlidir. İki ildir çox çətinliklər olub. Amma heç bir çətinlikdən danışmamışıq. Çalışmışıq ki, bunun öhdəsindən gələk. Məncə, klub düz yoldadır. Bunu davam etdirmək lazımdır. Rəhbərliyə böyük iş düşür. Onların yanaşmalarını bilirəm. İnanıram ki, düzgün qərar verəcəklər. “Şamaxı” həmişə mənim üçün doğma olacaq. Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm”.

“Şamaxı” – “Qarabağ” 0:0 – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turunun bu gün keçirilmiş “Şamaxı” – “Qarabağ” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
27-ci tur
11 aprel

“Şamaxı” – “Qarabağ” 0:0
Sarı vərəqələr: Həbib İsmayılov, 82 (qeyri-idman hərəkəti). Rikardo Fernandes, 89 (oyunun bərpasının ləngidilməsi) – Şahruddin Məhəmmədəliyev, fasilədə (qeyri-idman hərəkəti). Kadi Borges, 62 (qeyri-idman hərəkəti). Kamilo Duran, 63 (hakimin qərarına etiraz). Marko Yankoviç, 89 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 5 dəqiqə.
Saat 15:30. Şamaxı şəhər stadionu, 2100 tamaşaçı.

Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev (10. Andrey Tırkovyanu, 79), 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 86), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov (8. Alfons Msanqa, 59), 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu (80. Həbib İsmayılov, 59).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov (27. Toral Bayramov, 67), 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k) (8. Marko Yankoviç, 72), 81. Kevin Medina, 20. Kadi Borges (22. Musa Qurbanlı, 67), 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Əvəzedicilər Liqası: “Zirə” “Şamaxı”ya 8 qol vurdu

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 23-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Zirə”nin ikinci komandası “Şamaxı”nın əvəzedicilərinə 8 qolla qalib gəlib.

23-cü turun oyunları aprelin 11-də, 12-də və 13-də keçiriləcək.

Əvəzedicilər Liqası
23-cü tur
10 aprel

“Zirə-2” – “Şamaxı-2” 8:1
Qollar: Murad Qurbanov, 5. Murad Ələkbərov, 25. Əhliman Süleymanzadə, 37. Rauf Qafarov, 42. Samir Ağayev, 43. İslam Nəcəfli, 60-pen; 62. Rəsul Hacızadə, 86 – Ömər Yusublu, 58.
Hakimlər: Hacıağa Həsənov, Vüqar Bayramov, Ruslan Babayev, Ləman Əmirli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 15:00.

11 aprel

“Kəpəz-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Ağadur Mahmudov, Samir Musayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

12 aprel

“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

13 aprel

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:00.

“Qəbələ-2” – “Neftçi-2”
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Qəzənfər Məmmədov, Vüqar Alıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Qəbələ şəhər stadionu” (ehtiyat meydança), 15:00.

“Neftçi” – “Araz-Naxçıvan”: heyətlər

“Neftçi” Misli Premyer Liqasının XXVII turunda bu gün “Araz-Naxçıvan”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 20:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala
Ehtiyat oyunçular: 12. Kristian Avram 5. Slavik Alxasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 16. Ramon Maçado 70. Şarl Boli 19. Bar Kohen
Məşqçi: Vadar Nuriyev

 

U-20-nin heyəti açıqlandı – siyahı

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası aprelin 13-dən 26-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək.

Futbolpress.az xəbər verir ki, yığmaya 24 oyunçu çağırılıb.

N.
Ad/ Soyad
Klub
1
Həbib Hüşənov
Qəbələ
2
Bilal Hacıyev
Qarabağ
3
Rauf Əyyubov
Sabah
4
 Uğur Qurbanlı
Qarabağ
5
Tuncay Əhmədov
Sabah
6
Səttar Tahirzadə
Marcet (İspaniya)
7
Murad Qurbanov
Zirə
8
Həzrət Səmədov
Sabah
9
Rəşad Alışov
Qarabağ
10
Əhməd Tarverdiyev
Sabah
11
Eltun Babazadə
Qarabağ
12
Ziya Şəkərxanov
Qəbələ
13
Şahin İbrahimov
Sabah
14
Əliəkbər Rzazadə
Qarabağ
15
Musa Mustafayev
Zirə
16
Abduləziz Cabbarlı
Qarabağ
17
Mehdi Mütəllimli
Qarabağ
18
Anar Hüseynov
Sabah
19
Əli Qazibəyov
Qarabağ
20
Əli Bəşirov
Qarabağ
21
Hikmət Cəbrayılzadə
Qarabağ
22
Şahismayıl Cəfərov
Qarabağ
23
Nihad Orucəli
Sumqayıt
24
Toğrul Tapdıqlı
Sabah

Ayxan Abbasov: “İlk dəfədir ki, çalışdığım klubdan rahat gedirəm”

Misli Premyer Liqasının XXVII turu çərçivəsində “Şamaxı” “Qarabağ”ı qonaq edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov mətbuata açıqlama verib.

Mütəxəssis nəticəni belə şərh edib:

– Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bilirik ki, çempionatın sonuna doğru “Qarabağ” hər oyuna final kimi yanaşır. Oyuna hazırlaşmağa vaxtımız az idi, çox yorulmuşduq, meydana itkilərlə çıxmışdıq. Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Hər xal bizim üçün vacibdir. Sona qədər bu tempi saxlamaq vacibdir.

– Bu gün komandanın əsas qol silahı Rossi yox idi. Bu sizə nə dərəcədə təsir göstərdi? 

– İstənilən futbolçumuzun yoxluğunu itki hesab edirəm, amma təbii ki, aparıcı oyunçuların olmaması daha böyük itkidir və komandaya təsir edir.

– Komandanız bu oyun da, keçən tur da çox əzmkar mübarizə nümayiş etdirdi. Bu əzmkarlıq rəqibin adına görədir, yoxsa ümumi oyun üslubunuz belədir? 

– Mövsümün əvvəlindən bilirdik ki, əzmkarlığımız az olsa, liqada qalmaqda çətinlik çəkə bilərik. İlboyu bu tempi saxlamaq da çətindir, amma ilk turdan bu günə kimi futbolçular maksimum çalışırlar. Oyunçuların inkişafı göz önündədir, bu gün Orucu xüsusən bəyəndim.

– Qazanılan nəticələrdə taktiki biliyiniz əsas rol oynayır, yoxsa verdiyiniz motivasiya? 

– Bu gün “Qarabağ”a görə məcburi fərqli taktika ilə oynadıq. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olur. Təbii ki, komanda ruhu da çox vacibdir.

– Əsas qapıçınız cəza səbəbilə növbəti tur olmayacaq. Bu sizi qayğılandırır? 

– Rikardo bu gün Azərbaycan çempionatında ən yaxşı qapıçılardandı. Amma bir tərəfdən də Abdullaya şans verə biləcəyimə görə sevinirəm. Ümumən qarşıdakı turlarda hər kəsə şans verəcəm. Əsas heyətdə debüt etməyi gözləyənlər var.

– Mövsümün sonunda Şərqi Avropadan yeni məşqçi gətiriləcəyi ilə bağlı söhbətlər var. Hətta deyilənə görə, danışıqlar gedir, bununla bağlı nə deyə bilərsiniz? 

– “Şamaxı” mənim üçün doğmadır. İstəyərdim ki, burada davam edim, amma maddi cəhətdən də komanda möhkəmlənməlidir. İki ildir çox çətinliklər olsa da, çalışmışıq ki, öhdəsindən gələk. Məncə, klub doğru yoldadır, düzgün qərarlar verilməlidir. İlk dəfədir ki, çalışdığım klubdan rahat gedirəm.

Qurbanov: “Mübarizəmiz sonadək davam edəcək”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 27-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilməsək də, son saniyələrə kimi yaxşı mübarizə getdi. Futbolçular qol vurmaq üçün çox güc sərf etdilər. Belə hallar olur. Edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram.

Bu matçdan əvvəl aramızda 10 xallıq fərq var idi. Bu, az deyil. “Sabah” çox yaxşı futbol nümayiş etdirir. Qarşıdakı oyunlarda daha pozitiv olmalıyıq. Futbolçuların idman formasını, peşəkarlığını daha da yaxşılaşdırmağa çalışacağıq.

Qarşıda maraqlı oyunlarımız var. “Sabah” və “Neftçi” ilə matçlarımız olacaq. Sona kimi mübarizə aparacağıq. Titula gəlincə, belə illər olur, sanki alınmır. Sona qədər azarkeşlərimiz üçün yaxşı futbol göstərmək istəyirik. Mübarizəmiz sona kimi davam edəcək.

Heyətdə hansısa dəyişiklikər etmək istəyərdik. Komandaya yeni futbolçular cəlb etmək istəyirik. Soyuqqanlı davranmalıyıq. Heyəti gücləndirməyə ehtiyacımız var. Bütün futbolçular uğurlu mövsüm keçirdilər. Çempionlar Liqasındakı nəticələrdən sonra 70-80 faiz futbolçuya təkliflər oldu. İstər-istəməz onlar üçün özlərini ələ almaq çətin olur. Olan oldu. Başa düşürük ki, təkliflərin olması futbolun qanunudur. Bizim kimi yeni formalaşan komanda üçün belə halların mənfi təsiri var. Amma hər bir halda futbolçuları toparlamağa çalışdıq”.

Mahir Emreli “Herta” ilə oyunu kənardan izlədi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun “Herta”ya qarşı oyununda iştirak etməyib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 29-cu turu çərçivəsində qarşılaşdıqları “Herta” ilə oyunda sonadək ehtiyatda qalıb.

Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

29 turdan sonra 46 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 29 oyunda 14 qələbə qazanıb, 4 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 11 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Premyer Liqa: “Qarabağ” Şamaxıda xal itirdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Şamaxı” son çempion “Qarabağ”ı qəbul edib. Şamaxı şəhər stadionunda keçirilmiş görüşü İnqilab Məmmədov idarə edib. Tərəflər meydanı qolsuz tərk ediblər.

Daha öncə baş tutmuş “Karvan” – “Kəpəz” matçında meydan sahibləri 4:1 hesabıyla qalib gəliblər. “Sabah” – “Zirə” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları bu gün, “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” matçları sabah keçiriləcək.

Azərbaycan, Premyer Liqa
27-ci tur
11 aprel

“Şamaxı” – “Qarabağ” 0:0
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Şamaxı şəhər stadionu, 15:30.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 10. Andrey Tırkovyanu, 88. Rodriqo Fernandes, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Qurban Qurbanov: “Həmişə hər şey istədiyimiz kimi olmur”

Misli Premyer Liqasının XXVII turunun “Şamaxı” – “Qarabağ” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçulara və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilmədiyimizə baxmayaraq, sona qədər yaxşı mübarizə izlədik. Belə hallar olur, edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara baxmalıyıq. Rəqibi təbrik edirəm.

– Çempionluq yolunda vacib iki xal itirdiniz, bu, komandaya necə təsir edəcək?
– Artıq kifayət qədər təsirlənmişik. “Sabah” kimi rəqiblə 10 xallıq fərq az deyil. Qarşıdakı oyunlara daha pozitiv yanaşmalıyıq.

– Sözlərinizdən belə başa düşüldü ki, bundan sonra titul qazanmaq üçün əsas diqqəti kuboka yönəldəcəksiniz.
– Xeyr, çempionatda da hələ maraqlı oyunlarımız var. Qarşıdan “Sabah” və “Neftçi” ilə görüşlər gəlir. Alınmayan mövsümlər də olur. İstənilən halda, sona qədər azarkeşlərimizə yaxşı futbol göstərməliyik.

– Növbəti mövsüm üçün komandada köklü dəyişikliklər gözlənilirmi?
– Həmişə hər şey istədiyimiz kimi olmur, amma müəyyən dəyişikliklər etmək istəyərdik. Yeni futbolçulara, heyəti gücləndirməyə ehtiyac var.

– İndiyə qədər qazanılan uğurlu nəticələrin, gələn təkliflərin futbolçuların düşüncəsinə nə qədər təsiri olub?
– Əlbəttə ki, təsir olub. İstənilən halda, uğurlu mövsüm keçirmişik. Heyətin böyük hissəsinə müxtəlif təkliflər gəlib, amma heyətə yeni qoşulan oyunçulara bunun təsir etməsi bizim üçün mənfi nüansdır.

Adil Nəhmətli

“Sabah” – “Zirə” görüşünün heyətləri bəlli oldu

“Sabah” Misli Premyer Liqasının 27-ci turu çərçivəsində “Bank Respublika Arena”da “Zirə”ni qəbul edir. 

Futbolpress.az xəbər verir ki, komandalar saat 18:00-da start götürəcək matçda meydana bu heyətlərlə çıxacaqlar:

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 7. Umarali Raxmonaliyev

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 19. Aron Maluda

Baş məşqçi: Valdas Dambrauskas

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins

Baş məşqçi: Rəşad Sadıqov

Mahir qələbəni kənardan izlədi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Herta” ilə qarşılaşıb. Görüş Berlin təmsilçisinin qələbəsiylə başa çatıb – 1:0.

Mahir oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Kayzerslautern” 29 turdan sonra 46 xalla 7-ci sıradadır.

Robertson “Tottenhem”ə şərt qoydu

​”Liverpul”dan ayrılmağa hazırlaşan Endryu Robertsonun yeni klubu böyük ölçüdə bəlli olub.

Futbolpress.az xəbər verir ki, şotlandiyalı ulduz karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə çox yaxındır.

​Məşhur idman jurnalisti Fabrizio Romanonun yaydığı məlumatına görə, təcrübəli sol cinah müdafiəçisi “Tottenhem” ilə şifahi razılıq əldə edib. O, 2026-cı ilin iyul ayından etibarən London təmsilçisinə qoşulmağa hazırdır.

“Liverpul”u azad agent kimi tərk edəcək Robertsona bir çox fərqli klubdan təkliflər gəlsə də, İngiltərədə qalmaq faktoru bu qərarda həlledici rol oynayıb. Lakin tərəflər arasında hələlik rəsmi heç bir sənəd imzalanmayıb.

Keçidin tam rəsmiləşməsi üçün əsas şərt “Tottenhem”in Premyer Liqada yerini qorumasıdır. Əgər London klubu aşağı liqaya düşməkdən xilas olarsa, Robertson onlara qoşulacaq.

Kukseviç: “Fərdi olaraq çox səhvə yol verdik”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Gürcüstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tiflisdə baş tutmuş ikinci görüşü millimizin 2:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kukseviç matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu gün fərdi olaraq çox səhvlərə yol verdik. Səhvlərimizdən rəqib maksimum istifadı etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq”.

U-19 millimiz Xorvatiyaya 6 cavabsız qolla uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, yığmamız Xorvatiyada təşkil edilmiş Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunun ilk oyununda meydan sahibləri ilə üz-üzə gəlib.

B Liqasının 6-cı qrupunda yer almış komandaların görüşü Xorvatiya yığmasının 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, U-19 millimiz qrupdakı növbəti oyunlarında Çexiya (14 aprel) və Gürcüstan (17 aprel) yığmaları ilə də qarşılaşacaq.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 6-cı qrup
11 aprel

Xorvatiya – Azərbaycan 6:0
Baş hakim: Henrikke Nervik (Norveç).
Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Jasmin Matisiak (Almaniya).
Dördüncü hakim: Angelika Soeder (Almaniya).
Karlovaç, “Branko Çavloviç-Çavlek” stadionu. Saat 14:00.

Futzal millimiz Gürcüstana ikinci oyunda da uduzdu

Gürcüstanda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi yığmamız bu dəfə də Gürcüstan millisi ilə üz-üzə gəlib.

İki gün əvvəlki oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç həm qapıda, həm də meydan oyunçuları sırasında dəyişiklik etmişdi. Çərçivə bu dəfə Emin Kürdova tapşırılmışdısa, ilk dəqiqələrdən meydana bu gün doğun gününün qeyd edən Tofiq Mikayılov, Oqtay Rüstəmli, Murad Quluzadə və Fərid Abbasov çıxmışdı. Yeri gəlmişkən, ötən matçda meydana çıxan Pünhan Qasımzadə əsas millidə debütünü reallaşdırmışdı.

Oyuna gəldikdə, komandamız bu dəfə meydanı 2:5 hesablı məğlubiyyətlə tərk edib. Futzal millimiz ilk oyunda da 2:4 hesablı məğlubiyyətə üzülmüşdü.

Yoxlama oyunu
11 aprel

Gürcüstan – Azərbaycan 5:2
Qollar: Nikoloz Qabriçidze, 3:03. Levan Svanidze, 14:09. Georgi Çimakadze, 34:02; 38:16. Nikoloz Kurtanidze, 37:26 – Nihad İsmayılov, 13:02. Ədalət Ələkbərov, 39:37.
Hakimlər: Qriqol Bliadze, Aleksandre Qrdzelişvili, Qoça Taruaşvili.
Tiflis. “Tiflis Arena”. Saat 14:00.

Gürcüstan: 16. Əli Aslani, 2. Nikoloz Qabriçidze, 4. Georgi Çimakadze, 6. Janiko Georgiya, 7. Şota Topuriya, 1. Luka Xarşiladze, 12. Tornike Bukiya, 3. Saba Tkeşelaşvili, 8. Vaxtanq Kekeliya, 9. İrakli Todua (k), 10. Vaxtanq Jvaraşvili, 11. Nika Xaratişvili, 14. Nukri Tçumburidze, 17. Arçil Sebiskveradze, 18. Nikoloz Kurtanidze, 19. Saba Egriselaşvili, 20. Levan Svanidze.
Baş məşqç: Avtandil Asatiani.

Azərbaycan: 1. Emin Kürdov (k), 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 20. Fərid Abbasov, 12. Rövşən Hüseynli, 3. Kənan Manafov, 4. Pünhan Qasımzadə, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 17. Ədalət Ələkbərov, 18. Tofiq Əliyev.
Baş məşqçi: Yevgeni Kukseviç.

Mikel Arteta ÇL-də qələbəyə inanır?

“Arsenal”ın baş məşqçisi Mikel Arteta cari mövsümdə UEFA Çempionlar Liqasında qalibiyyətin mümkünlüyü ilə bağlı sualı cavablayıb.

Arena.az ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Qarşımızda hansı imkanın açıldığını başa düşürük. Müvafiq imkandan yararlanmaq üçün hər şeyi edəcəyik”, deyə Arteta vurğulayıb.

Mikel Arteta “topçular”ın sükanı arxasındakı gələcəyi ilə bağlı sualı da cavablayıb:

“Klubumuz böyük iddialara malikdir və biz yaxşı vəziyyətdəyik”, deyə Arteta gələcəyi ilə bağlı heç bir qaranlıq məqamın olmadığnı başa düşməyə əsas verib.

Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının 31 turundan sonra 70 xalla vahid liderdir. “Mançester Siti” isə 61 xalla ikinci, “Mançester Yunayted” 55 xalla üçüncü pillədə qərarlaşıb.

“Topçular” UEFA Çempionlar Liqasında da 1/4 finalda mübarizə aparır. Komanda ilk oyunda Portuqaliyanın “Sportinq” kollektivinə 1:0 hesabıyla qalib gəlib.

Qvardiola: “Çempionluq üçün hər oyunda qalib gəlməliyik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümdə çempionluq şansları ilə bağlı sualı cavablayıb.

Arena.az ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Biz hər oyunda qalib gəlməliyik…”, deyə “Pep” ümidini hələ də itirmədiyini başa düşməyə əsas verib.

O, “şəhərlilər”in kapitanı, portuqal yarımmüdafiəçi Bernardo Silvanın klubdakı gələcəyi ilə bağlı sualı da cavablayıb:

“Heç nə bilmirəm. Ona demişdim ki, onun, gələcəyi ilə bağlı məlumat verəcəyi ilk kəs olmaq istəyirəm. Amma o, mənə hələ heç nə deməyib”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, Bernardo Silvanın “Mançester Siti” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

“Mançester Siti” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 30 oyunda 61 xal toplayıb və 20 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Rəqiblərindən bir oyun az keçirmiş Xosep Qvardiolanın komandası lider “Arsenal”dna 9 xal geri qalır.

Kukseviç: “Özümüz rəqibə daha çox kömək etmiş oluruq”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç bu gün Gürcüstan millisinə məğlubiyyətdən sonra (2:5) fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunçularının gözlənilməz səhvlərə yol verdiklərini deyib:

“Bu gün fərdi olaraq çox səhvlərə yol verdik. Səhvlərimizdən rəqib maksimum istifadə etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq”.

Hakan İnzaqi və Kivunu müqayisə etdi

İtaliya A Seriyasında çempionluğa doğru addımlayan “İnter”in türkiyəli ulduzu Hakan Çalhanoğlu “La Repubblica” nəşrinə maraqlı müsahibə verib.

Futbolpress.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi həm Çempionlar Liqası arzusundan, həm də karyerasını bitirdikdən sonrakı planlarından danışıb.

Sabiq baş məşqçisi Simone İnzaqi və hazırkı çalışdırıcısı Kristian Kivu barədə danışan Hakan fərqli yanaşmaları qeyd edib:

​”Simone ilə möhtəşəm münasibətimiz var idi. O, məni komandada görməyi ürəkdən istəyirdi. Kivu isə oyunçularla daha çox empatiya qurur və onlara daha yaxındır. O, sənin meydandan kənarda necə yaşamağınla da yaxından maraqlanır”.

Ulduz futbolçu ən böyük arzusunun “İnter”lə kuboklar qazanmaq olduğunu gizlətməyib:

“İki Çempionlar Liqası finalını uduzduqdan sonra əsas məqsədim bu turniri qazanmaqdır. Həmçinin, milli komanda ilə Dünya Çempionatı matçlarımız var”.

Hakan futboldan sonra hansı sahəyə yönələcəyinə artıq qərar verib:

“Məşqçilikdən çox, idarəçilik sahəsində olmaq istəyirəm. İdman direktoru, federasiya rəsmisi və ya menecer ola bilərəm. Artıq indidən bunun üçün oxuyur və hazırlaşıram”.

Futzal millimiz növbəti dəfə Gürcüstana uduzdu

Futzal üzrə Azərbaycan millisi növbəti dəfə yoldaşlıq görüşündə Gürcüstanla qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, komandamız meydan sahiblərinə yenə uduzub.

5:2 hesabı ilə başa çatan görüş Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.

Ayın 13-ü və 15-də yığma Aktauda Qazaxıstanla yoldaşlıq matçları keçirəcək.

İdmançımız MMA turnirində qələbə qazandı

Azərbaycanlı idmançı Əli Quliyev İsveçin Vasteros şəhərində keçirilən MMA üzrə “Fight Club Rush” turnirində qələbə qazanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

66 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz braziliyalı Fabrisio Nunesi məğlub edib.

Keçmiş qapıçı: “Ronaldo DÇ-də komandasına zərər verə bilər”

​”Liverpul” və “Tottenhem”in sabiq qapıçısı Bred Fridel Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun 2026-cı il Dünya Çempionatında iştirak etmək qərarını tənqid edib.

Futbolpress.az xəbər verir ki, amerikalı qolkiper bu barədə Portuqaliyanın “Apula” qəzetinə açıqlama verib.

O, Ronaldonun fiziki cəhətdən yaxşı görünməsinə baxmayaraq, kollektiv oyuna mənfi təsir edəcəyini bildirib:

​”Bütün oyunçular bir gün təqaüdə çıxmalıdır, bu qaçılmazdır. Ronaldo hələ də əla fizikaya sahibdir, lakin oyun stili artıq əvvəlki kimi deyil. Elə bir an gəlir ki, oyunçu komandanın ümumi performansına xeyirdən çox zərər verə bilər”.

Fridel, Ronaldonun əzəli rəqibi Lionel Messinin əksinə, 2026-cı il mundialında iştirakının Portuqaliya üçün problem yaradacağını düşünür.

​Bu il ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatında Portuqaliya 11-ci qrupda Demokratik Konqo, Özbəkistan və Kolumbiya ilə mübarizə aparacaq.

Fernando Rejes karyerasını başa vurdu

Türkiyənin “Qalatasaray” klubunun Braziliyadan olan sabiq futbolçusu, dayaq yarımmüdafiəçisi Fernando Rejes karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 38 yaşlı braziliyalı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada futbolun həyatında xüsusi yer tutduğunu vurğulayaraq, bu qərarı asanlıqla verdiyini bildirib.

Rejes futbolun ona intizam, cəsarət və fədakarlıq kimi dəyərlər qazandırdığını qeyd edib.

Fernando Rejes peşəkar karyerasına “Vila Nova”da başlayıb. Braziliyalı futbolçu peşəkar karyerası ərzində “Portu” (Portuqaliya), “Eştrela” (Portuqaliya), “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya) və “İnternasional” (Braziliya) kimi klubların da formasını geyinib. 2017-2019-cu illərdə isə o, “Qalatasaray”ın heyətində çıxış edib. Rejes İstanbul klubunda 58 oyuna çıxaraq 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb, 2 dəfə Türkiyə çempionu və 1 dəfə ölkə kubokunun qalibi olub.

Rejes Braziliyanın U-20 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Qayıtmaq istədi, “Malyorka” icazə vermədi

​”Fənərbaxça”nın keçmiş ulduzu Vedat Muriqi yenidən İstanbul nəhənginə qayıtmağa çox yaxındır.

Futbolpress.az xəbər verir ki, Kosovalı hücumçu qış transfer pəncərəsində baş tutmayan keçidin pərdəarxası məqamlarını açıqlayıb.

İspaniya La Liqasında çıxış edən təcrübəli futbolçu yanvar ayında “Fənərbaxça”ya qayıtmaq ehtimalının olduğunu təsdiqləyib:

​”Yanvarda “Fənərbaxça”ya getmək imkanım var idi. Lakin komandamız elitada qalmaq uğrunda mübarizə apardığı üçün klub rəhbərliyi gedişimə icazə vermədi”.

Qışda Con Duran, Yusif En-Nesiri və Cenk Tosun kimi hücumçularla yollarını ayıran, hazırda isə forvard mövqeyində alternatifsiz qalan “sarı-lacivərdlilər” yay üçün hərəkətə keçib. İstanbul təmsilçisinin ilk rəsmi gedişinin məhz Vedat Muriqi olacağı gözlənilir.

​Artıq “Fənərbaxça” rəhbərliyi köhnə qolçusunu geri qaytarmaq üçün hazırlıqlara başlayıb və bu dəfə transferin müsbət yekunlaşacağı gözlənilir.

Azərbaycan tennisçiləri Türkiyə klubundan dəvət aldı

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasında çıxışlarını davam etdirirlər.

Futbolpress.az xəbər verir ki, seçmə komandanın üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə “Masader Spor Klubu” tərəfindən dəvət alıb. İdmançılarımız yarışın ikinci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar.

Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır. “Masader Spor Klubu” bu mövsüm də mükafatlar uğrunda mübarizə aparmaqdadır.

Stolüstü tennisçilərimizin Türkiyə Super Liqasında çıxışına gəldikdə isə, ASTF-nin bu təklifi müsbət qarşılaması, idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

“Şamaxı” – “Qarabağ”: heyətlər bilindi

“Qarabağ” Misli Premyer Liqasının XXVII turunda bu gün “Şamaxı”nın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 15:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”: 99. Mateus Koxalski 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

 

“Problemlərdən, infrastrukturdan, görüləcək işlərdən danışdıq”

Bir neçə gün əvvəl Bakı Futbol Federasiyasında BFF-nin prezidenti Tahir Süleymanovla Qərb Regional Futbol Federasiyasının rəhbəri Nadir Nəbiyevlə işgüzar görüş keçirilib. Məqsəd İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq futbolun gələcəyi naminə regionlarda görüləsi işlər barədə fikir mübadiləsi aparmaq olub. 

Nəbiyevlə mövzu ətrafında danışdıq:

“Qərb Regionlar Futbol Federasiyasına rəhbərlik etdiyim dönəmdə ilk dəfə belə görüş keçirildi. Təşkilatçı Regional Futbol Federasiyası idi. Zəng gəldi və görüşün vaxtını, məkanını söylədilər, iştirak etdik. İşgüzar görüş idi. Burda regionlarda olan problemlərdən, infrastrukturdan, görüləcək işlərdən danışdıq. Detalları açıqlamaq istəmirəm. Hər kəsin bildiyi məsələlər, başda da bölgələrdə uşaq futbolu problemləri müzakirə olundu. Regionlarda futbol infrastrukturu problemi AFFA-nın yeni inkişaf strategiyasında da əksini tapıb və bu istiqamətdə görüləcək işlərdən danışdıq”.

Veteran futbolçu ötən ay I Liqada çempionluq mübarizəsi aparan “Şəfa”da akademiyaya koordinator təyin edilib. Mütəxəssis yeni işindən və planlarından söz açdı:

“Şəfa” Premyer Liqa yolunda böyük addım atıb. Düzdür, hələ rəsmiləşən nəsə yoxdur, amma elitaya qalxmağa əsas namizəd klubdur. İndidən çalışırıq ki, Premyer Liqa üçün lisenziya tələblərini qarşılaya bilək. İşlərin 70-80 faizi hazırdır. Akademiyanın məskunlaşacağı yer hələlik dəqiqləşməyib. İndiki məqamda 4 yaş qrupu üzrə komanda var və onlar “ASK Arena”da hazırlıq keçir. Lakin Premyer Liqa üçün komanda sayı artırılmalıdır və gələcəkdə həmin arenada çətinlik yaşaya bilərik. Rəhbərlik də bu istiqamətdə işlər görməkdədir”.

Nəbiyev akademiyada daha 6 yaş qrupu üzrə komanda formalaşdırmaq planlarının olduğunu dedi:

“Qarşıda vaxt azdır. Seleksiya işlərinə başlayacağıq. Bunun üçün aşağı yaş liqalarında mövsümün bitməsini gözləyirik. 4 komandamız var və əlavə 6 kollektiv formalaşdırmağı nəzərdə tutmuşuq. İndi akademiyada 4 komanda üçün bütün şərait var. Lakin say artımı həm yeni oyunçulara, həm də məşqçilərə ehtiyacın olduğunu göstərir. İşlərimizi davam etdiririk. İnşallah, elitaya vəsiqə qazanaq, hər biri qaydasına düşəcək. Ümumi götürəndə işlərin 70-80 faizi demək olar, hazırdır”.  

Şahin Cəfərov

İngiltərəli hücumçu “Çelsi”dən ayrıla bilər

Hücumçu Liam Delap mövsümün sonunda “Çelsi”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, forvard oyun praktikasının azlığından narazıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.  Delap yayda təklifləri dəyərləndirəcək.

23 yaşlı futbolçu bu mövsüm 33 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

FIFA İranın tələbəni rədd etdi

FIFA İran millisinin dünya çempionatındakı oyunlarını Meksikaya keçirməyəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb. Meksika prezidenti Klaudiya Şeynbaum ali futbol qurumunun artıq rəsmi qərarını verdiyini deyib:

“FIFA rəsmi olaraq bildirdi ki, İran yığmasının oyunu Meksikada olmayacaq. Bu, yekun fikirdir”.

İran yığması daha əvvəl mundialdakı oyunları Meksikada keçirmək istədiyini bildirmişdi.

İyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. İran yığmasının mundialda iştirakı hələ dəqiqləşməyib.

Abdullah Zubir “Qarabağ”ı Qətər klubuna dəyişir

“Qarabağ”ın fransalı sol vingeri Abdullah Zubir 2025/2026-cı illər mövsümünün sonunda Ağdam təmsilçisi ilə yollarını ayıracaq.

Arena.az xəbər verir ki, bu barədə Fransanın “Ekip” nəşri məlumat yayıb.

Sözügedən mənbə futbolçunun yeni klubunun da müəyyənləşdiyini iddia edib. Zubirin karyerasını Qətər təmsilçisi “Əl-Şahaniyə”də davam etdirəcəyini bildirir. Transferin detalları açıqlanmasa da, müqavilənin şərtləri artıq razılaşdırılıb.

Xatırladaq ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da forma geyinir. Mərakeş əsilli fransalı vinger Ağdam klubunun heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.

Zubir “Qarabağ”la 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. O, daha öncə “Lans”, “Petrolul”, “İstr” və “Hibernian” kimi klubların da formasını geyinib.

Sonda onu da qeyd edək ki, Zubirin “Qarabağ”la 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Millinin gürcülərlə ikinci dueli

Tbilisidə təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisi bu gün ikinci yoldaşlıq oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, futzalçılarımız saat 14:00-da Gürcüstan yığması ilə qarşılaşacaq. Bu komandalar arasında 2 gün əvvəl keçirilmiş görüşdə meydan sahibləri 4:2 hesabı ilə qalib gəlib.

Yoldaşlıq oyunu

11 aprel

14:00 Gürcüstan – Azərbaycan
Tbilisi arena

 

 

Birinci Liqa: 24-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

23-cü turun oyunları iki günü əhatə edəcək.

Birinci Liqa
24-cü tur
29 aprel

MOİK – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu, 16:00.

“Mingəçevir” – “Zaqatala”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:30.

30 aprel

“Şəfa” – “Şimal”
Binə qəsəbə stadionu, 16:00.

“Baku Sportinq” – “Difai”
Buzovna qəsəbə stadionu, 16:30.

“Səbail” – “Cəbrayıl”
“Bayıl Arena”, 17:00.

İcraiyyə Komitəsinin iclası keçirildi

Aprelin 10-da Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin 2026-cı ildə ilk iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Gəncənin ilk dəfə ev sahibliyi etdiyi 8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib. AŞF rəhbəri fərqlənən yeniyetmələrin məşqçilər tərəfindən nəzarətə götürüləcəyini qeyd edib.

Ötən ilin Beynəlxalq Şahmat Federasiyası – FIDE tərəfindən “Sosial şahmat ili” elan olunduğu xatırlanıb. Bu səbəbdən FIDE 2025-ci ildə bütün dünya üzrə şahmatın sosial layihələrə cəlb olunmasına diqqəti artırıb. Beynəlxalq Şahmat Federasiyası 2025-ci ildə Azərbaycanda şahmata həsr olunan sosial layihələri yüksək qiymətləndirərək Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü, tanınmış şahmatçı Aynur Sofiyevanı xüsusi hazırlanan xatirə medalı ilə təltif edib. İclas zamanı mükafat Aynur Sofiyevaya Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov tərəfindən təqdim olunub.

İki saatdan çox davam edən iclasda Təsnifat Komissiyasının yaradılması və komissiyaya sədrin təyin edilməsi, qurumun saytının və loqosunun yenilənməsi, qadınlardan ibarət milli komandanın hazırlığı, federasiyanın dəstək proqramına dəyişikliklərin olunmasıyla bağlı məsələlər müzakirə olunub.

İclasda uşaq və gənclərdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, layihələr üzrə mütəxəssis Raul Quliyev, qadın şahmatçılardan ibarət komandanın məşqçisi Qədir Hüseynov və “Təhsil” RİM-nin şahmat üzrə baş məşqçisi Cavanşir Bağırovun hesabat və təklifləri dinlənilib.

AŞF rəhbəri Mahir Məmmədov milli komandaların payızda Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlığının federasiyasının diqqətində olduğunu söyləyib. Kişi şahmatçılardan ibarət komandanın olimpiadaya fərdi proqramla hazırlaşması barədə məlumat verilib.

U-20-in toplanışına görə daha bir təxirəsalma qərarı

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təlim-məşq toplanışı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bununla əlaqədar AFFA-nın bayrağı altında keçirilən Gənclər Liqasında 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan II mərhələnin IV və V turunun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

U-20-nin toplanışına görə Əvəzedicilər Liqasında da 13 aprel tarixindən sonra iki həftəlik fasilə olacaq.

Mahirin komandası Berlin səfərində

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada bu gün növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Herta” ilə qarşılaşacaq. Berlində baş tutacaq görüşə saat 15:00-da start veriləcək.

“Kayzerslautern” 28 turdan sonra 43 xalla 7-ci sıradadır. “Herta” isə 43 xalla 6-cıdır.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Rusiya, Premyer Liqa
15:00 Krılya Sovetov – Axmat (Matç Premyer)
17:30 Rubin – Orenburq (Matç Premyer)
20:30 Baltika – Pari NN (Matç Premyer)

Azərbaycan, Premyer Liqa
15:30 Şamaxı – Qarabağ (CBC Sport, İdman TV)
18:00 Sabah – Zirə (CBC Sport)
20:00 Neftçi – Araz-Naxçıvan (CBC Sport)

İngiltərə, Premyer Liqa
15:30 Arsenal – Bornmut (beİN Sports 3)
18:00 Brentford – Everton (İdman TV)
20:30 Liverpul – Fulhem (beİN Sports 3)

İtaliya, A Seriyası
17:00 Torino – Verona (Futbol 1)
20:00 Milan – Udineze (Futbol 1)
22:45 Atalanta – Yuventus (Futbol 1)

Türkiyə, Super Liqa
18:00 Alanyaspor – Trabzonspor (Futbol 3, beİN Sports 1)
21:00 Kayserispor – Fənərbaxça (Futbol 3, beİN Sports 1)

İspaniya, La Liqa
20:30 Barselona – Espanyol (İdman TV)
23:00 Sevilya – Atletiko (İdman TV)

Silvio Baldini – İtaliya millisinin yeni baş məşqçisi

İtaliyanın U-21 millisinə rəhbərlik edən Silvio Baldini bu ölkənin futbol üzrə əsas millisinin müvəqqəti baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

67 yaşlı mütəxəssislə bu ilin iyun ayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün öncə istefa vermiş Cennaro Qattuzonu əvəzləyib.

Xatırladaq ki, Cennaro Qattuzonun rəhbərlik etdiyi İtaliya millisi DÇ-2026-nın pley-off mərhələsinin finalında Bosniya və Herseqovina yığmasına uduzaraq mübarizəni dayandırmışdı. Bundan sonra həm federasiya rəhbərliyi, həm də Qattuzo istefa ərizəsi yazmaq məcburiyyətində qalmışdı.

Silvio Baldini 2025-ci ildən İtaliyanın U-21 millisinə rəhbərlik edir. O, daha öncə “Peskara”, “Krotone”, “Peruca”, “Palermo”, “Karrareze”, “Viçentsa”, “Empoli”, “Kataniya”, “Leççe”, “Parma”, “Breşiya”, “Kyevo”, “Syena”, “Massese”, “Viareccio” kimi İtaliya klublarında baş məşqçi kimi çalışıb.

Zubir “Qarabağ”dan ayrılır – yeni klubu bəllidir

Abdullah Zubir yayda “Qarabağ”ı tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Fransanın “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə 34 yaşlı yarımmüdafiəçinin Qətər təmsilçisi “Əl Şahaniyə” ilə razılaşdığı bildirilir. Tərəflər arasında ilkin müqavilə imzalandığı da qeyd edilib.

Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, “atlılar”la 355 oyunda 77 qol vurub, 94 məhsuldar ötürmə edib.

Alisson üçün İtaliya variantı

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” braziliyalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Turin klubu 33 yaşlı qapıçıya 3 illik müqavilə təklif etməyə hazırlaşır.

Alissonun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm Premyer Liqada 25 oyuna çıxıb.

Oyuna çıxmayan qapıçı ilə müqavilə uzadıldı

“Mançester Siti” qapıçısı Markus Bettinelli ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı qolkiperin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.

Bettinelli 2025-ci ildən “Mançester Siti”dədir. O, komanda ilə rəsmi oyuna çıxmayıb.

Arbeloa “fərqləndi”

“Real” İspaniya La Liqasının XXXI turunda “Jirona” ilə heç-heçə edib – 1:1.

Futbolpress.az xəbər verir ki, “kral klubu” baş məşqçisi Alvaro Arbeloanın rəhbərliyi altında ilk 20 oyununda artıq 24 qol buraxıb. Bu, XXI əsrdə madridlilərin çalışdırıcıları arasındakı ən pis göstəricidir.

“Real” eyni zamanda son üç rəsmi matçda qələbə qazana bilməyib.

Milli üzvü məğlubiyyəti kənardan izlədi

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland Erediviziyasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda XXX tur çərçivəsində səfərdə “Tvente” ilə qarşılaşıb. Matç “Volendam”ın məğlubiyyəti ilə başa çatıb – 1:2.

Ozan bu oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Volendam” 30 turdan sonra 28 xalla 14-cü sıradadır.

Bastoni “Barselona”ya keçəcək?

“İnter”in müdafiəçisi Alessandro Bastoni “Barselona”ya keçməyəcək. Msport.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat verib. Kataloniya […]

Source

Zubir “Qarabağ”dan ayrılır

“Qarabağ”ın kapitanı Abdullah Zubir yayda komandadan ayrılacaq.  Msport .az xəbər verir ki, bu haqda  “L”Equipe” nəşri məlumat yayıb. Məlumata görə, […]

Source

Premyer Liqa: “Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Şamaxı” son çempion “Qarabağ”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyuna saat 15:30-da start veriləcək. Görüşü İnqilab Məmmədov idarə edəcək.

Daha sonra lider “Sabah” avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” ilə üz-üzə gələcək. Masazırda baş tutacaq oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.

Günün son oyunu isə “Neftçi” və “Araz-Naxçıvan” arasında olacaq. İki ukraynalı mütəxəssisin üz-üzə gələcəyi bu görüş “Neftçi Arena”da keçiriləcək. Qarşılaşmanı Əli Əliyev idarə edəcək.

Azərbaycan, Premyer Liqa
27-ci tur
10 aprel

“Karvan” – “Kəpəz” 4:1
Qollar: Rauf Rüstəmli, 38; 45+1; 90+4. Eltun Turabov, 65 – Fərid Nəbiyev, 48.
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Emin Əliyev.
AVAR: Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Yevlax şəhər stadionu, 15:30.

11 aprel

“Şamaxı” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Şamaxı şəhər stadionu, 15:30.

“Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
“Masazır Arena”, 18:00.

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Müslüm Əliyev.
“Neftçi Arena”, 20:00.

12 aprel

“Qəbələ” – “İmişli”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Qəbələ şəhər stadionu, 15:30.

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Tovuz şəhər stadionu, 18:00.

De Zerbi: “Frank və Tudordan daha yaxşı deyiləm”

“Tottenhem”in yeni baş məşqçisi Roberto De Zerbi açıqlama verib.

Futbolpress.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis özünü komandanın keçmiş çalışdırıcıları Tomas Frank və İqor Tudorla müqayisə edib:

“Komandanın xallara ehtiyacı var. Keyfiyyətli kollektivik və daha yaxşı yerlərdə olmağa layiqik. Bundan əvvəlki məşqçilər Frank və Tudordan daha yaxşı deyiləm. Onların öz üslubları var. Sadəcə mən öz xarakterimizi, oyun tərzimi komandaya aşılamağa çalışacağam. Məqsədimiz liqada qalmaq və maksimum yuxarı sıralara yüksəlməkdir”.

“Tottenhem” Premyer Liqada 31 turdan sonra 30 xalla 18-ci sıradadır.

“Qarabağ” və “Sabah” xal itirdi, “Neftçi”dən növbəti qələbə

Bu gün Misli Premyer Liqasında XXVII turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün birinci matçında “Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Görüş başladığı hesabla başa çatıb – 0:0.

Lider “Sabah” doğma divarlar arasında “Zirə” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb.

Günün son oyununda “Neftçi” “Araz-Naxçıvan”ı məğlub edib.

Misli Premyer Liqası
XXVII tur

11 aprel

15:30 Şamaxı – Qarabağ 0:0
Şamaxı şəhər stadionu

18:00 Sabah – Zirə 2:2
Qollar:
Mikels, 16, Noqeyra, 50 – Renato, 32 (pen.), Eren Aydın, 40
“Bank Respublika Arena”

20:00 Neftçi – Araz-Naxçıvan 2:1
Qollar: Faraj, 33, B.Almeyda, 57 – S.Alxasov, 67
“Palms Sports Arena”

Eyforiya və qəzəb

“Karvan-Yevlax” Misli Premyer Liqasında bu mövsüm ikinci qələbəsini qazanıb. Füzuli Məmmədovun yetirmələri XXVII turda “Kəpəz”ə böyük hesabla qalib gəlib – 4:1.

Uzun fasilədən sonra (red-komanda birinci qələbəsini II turda qazanıb) üç xala sevinən Yevlax təmsilçisi liqada qalmaq ümidlərini yenidən cücərtdi. “Kəpəz” qarşısında hər iki hissədə daha üstün oynayan və şanslar yaradan “Karvan-Yevlax” eyni zamanda bu mövsüm birinci dəfə 4 qol vurmağı bacarıb.

Yanvardan sonra oyun planında qismən artıran, buna baxmayaraq xallar qazanmaqda çətinlik yaşayan bölgə təmsilçisi sanki bütün qəzəbini “Kəpəz”lə oyunda büruzə verdi. İnamlı oyun və qələbə autsayderin düşərgəsində əhvalı müsbətə doğru dəyişəcək.

Qarşıda hələ 6 tur var və liqada qalmaq şansı davam edir. Növbəti  rəqib “Şamaxı” olacaq. Bu görüşdə də qazanılacaq qələbə və digər “qonşular”ın xal itkisi vəziyyəti yevlaxlıların xeyrinə dəyişə bilər.

“Kəpəz” isə “Qarabağ” üzərində qələbədən sonra ardıcıl ikinci oyunda məğlub olub. Ötən turda “Qəbələ”yə uduzan gəncəlilərin bu dəfə autsayder qarşısında xalsız qalması komandada eyforiya yarandığını göstərir. “Qarabağ”a minimal hesabla qalib gələn “sarı-göylər” sanki arxayınlaşıb və rahatdır. Son iki məğlubiyyət də elə bunun xəbərçisidir. Liqada qalmaq yolunda əsas rəqiblərə məğlubiyyət komandanı yenidən təzyiq altına sala bilər.

Şahin Cəfərov

Liqa 1: “Monako” “Paris”ə uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Paris” doğma meydanda “Monako”nu böyük hesabla məğlub edib. Marsel “Olimpik”i də evdə “Mets”i inamlı hesabla üstələyib.

Qeyd edək ki, 31-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək. Bu turun “Brest” – “Strasburq” və “Lans” – PSJ matçları mayın 13-də keçiriləcək.

Fransa, Liqa 1
29-cu tur
10 aprel

Paris – Monako 4:1
Qollar: İkone, 4; 21. İmmobile, 8. Koleoşo, 71 – Baloqun, 36.

Olimpik (Marsel) – Mets 3:1
Qollar: Obemayanq, 13. Payşao, 48. Traore, 90+3 -Tsitaişvili, 49.

11 aprel

21:00. Oser – Nant
23:05. Renn – Anje

12 aprel

19:15. Nitsa – Havr
19:15. Tuluza – Lill
22:45. Olimpik (Lion) – Loryan

La Liqa: “Real” “Jirona” ilə də bacarmadı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Real” doğma meydanda “Jirona” ilə üz-üzə gəlib. İki qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək ki, 31-ci turun qalan görüşləri aprelin 11-də, 12-də və 13-də keçiriləcək.

İspaniya, La Liqa
31-ci tur
10 aprel

Real – Jirona 1:1
Qollar: Valverde, 51 – Lemar, 62.

11 aprel

16:00. Real Sosyedad – Alaves
18:15. Elçe – Valensiya
20:30. Barselona – Espanyol
23:00. Sevilya – Atletiko

12 aprel

16:00. Osasuna – Betis
18:15. Malyorka – Rayo Valyekano
20:30. Selta – Real Ovyedo
23:00. Atletik – Vilyarreal

13 aprel

23:00. Levante – Xetafe

Premyer Liqa: “Vest Hem” 3 xalı 4 cavabsız qolla qazandı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Vest Hem” doğma meydanda “Vulverhempton”la üz-üzə gəlib. Meydan sahibləri yekunda darmadağına seviniblər.

Qeyd edək ki, 32-ci turun qalan görüşləri aprelin 11-də, 12-də və 13-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
32-ci tur
10 aprel

Vest Hem – Vulverhempton 4:0
Qollar: Mavropanos, 42; 83. Kastelyanos, 66; 68.

11 aprel

15:30. Arsenal – Bornmut
18:00. Brentford – Everton
18:00. Börnli – Brayton
20:30. Liverpul – Fulhem

12 aprel

17:00. Kristal Pelas – Nyukasl
17:00. Nottingem Forest – Aston Villa
17:00. Sanderlend – Tottenhem
19:30. Çelsi – Mançester Siti

13 aprel

23:00. Mançester Yunayted – Lids

A Seriyası: “Roma” “Piza”nı 3 cavabsız qolla yendi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Roma” doğma meydanda “Piza” ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi niderlandlı hücumçusu Donyell Malenin het-triki sayəsində darmadağına sevinib.

Qeyd edək ki, 32-ci turun qalan görüşləri aprelin 11-də, 12-də və 13-də keçiriləcək.

İtaliya, A Seriyası
32-ci tur
10 aprel

Roma – Piza 3:0
Qollar: Malen, 3; 43; 52.

11 aprel

17:00. Kalyari – Kremoneze
17:00. Torino – Verona
20:00. Milan – Udineze
22:45. Atalanta – Yuventus

14 aprel

14:30. Cenoa – Sassuolo
17:00. Parma – Napoli
20:00. Bolonya – Leççe
22:45. Komo – İnter

13 aprel

22:45. Fiorentina – Latsio

La Liqa: Katalonlar “Real”ı büdrətdi

İspaniya La Liqasında liderlik mübarizəsi aparan “Real Madrid” doğma meydanda “Jirona”nı qəbul edib.

Futbolpress.az xəbər verir ki, ötən həftəki məğlubiyyətdən sonra azarkeşlər qələbə gözləsə də, “kral klubu” bir xalla kifayətlənməli olub — 1:1.

​Matçın 51-ci dəqiqəsində Federiko Valverde “Real”ı önə keçirsə də, qonaqlar 62-ci dəqiqədə Tomas Lemarın qolu ilə tarazlığı bərpa ediblər.

​Bu nəticə ilə “Real Madrid” xallarını 70-ə çatdırıb. Lakin son iki turda itirilən 5 xal çempionluq yolunda vəziyyəti çətinləşdirib. Əgər lider “Barselona” (76) bu turda “Espanyol”u məğlub edərsə, əzəli rəqiblər arasındakı xal fərqi 9-a yüksələcək.

​”Jirona” isə çətin səfərdən qazanılan bir xalla xallarını 38-ə çatdırıb.

Premyer Liqa: “Vest Hem” qonaqlara rəhm etmədi

İngiltərə Premyer Liqasının XXXll turunda Londonun “Vest Hem” klubu doğma meydanda “Vulverhempton”u qəbul edib.

Futbolpress.az xəbər verir ki, Olimpiya Stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 4:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

“Çəkicdöyənlər”ə qələbə qazandıran qolları 42 və 83-cü dəqiqələrdə Konstantinos Mavropanos, 66 və 68-ci dəqiqələrdə isə Tati Kastelyanos vurub.

​Bu qələbə sayəsində xallarının sayını 32-yə çatdıran “Vest Hem” təhlükəli zonadan uzaqlaşaraq 17-ci pilləyə yüksəlib. 17 xalı olan “Vulverhempton” isə turnir cədvəlinin sonuncu pilləsində qalıb.

​33-cü turda “Vest Hem” səfərdə “Kristal Pelas”ın qonağı olacaq. “Canavarlar” isə “Lids Yunayted” səfərində xal axtaracaqlar.

A Seriyası: Malen 3 qol vurdu, “Roma” qalib gəldi

Bu gün İtaliya A Seriyasında XXXII tura start verilib.

Futbolpress.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Roma” “Pisa”nı qəbul edib.

Meydan sahiblərinin heyətində Donyell Malen het-trik edib, beləcə, oyun 3:0 hesabı ilə başa çatıb.

“Roma” bu qələbə ilə xalını 57-yə çatdıraraq 6-cı pillədəki mövqeyini möhkəmləndirib.

İtaliya A Seriyası

XXXII Tur

11 aprel

“Roma” – “Pisa” 3:0

Qol: D. Malen, 3, 43, 52

Bundesliqa: “Auqsburq”dan “Hoffenhaym”la heç-heçə

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Auqsburq” doğma meydanda “Hoffenhaym”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Qeyd edək ki, 29-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
29-cu tur
10 aprel

Auqsburq – Hoffenhaym 2:2
Qollar: Klod-Mauris, 11. Qreqoriç, 14 – Hranaç, 35. B.Ture, 42.

11 aprel

17:30. Borussiya (Dortmund) – Bayer
17:30. Haydenhaym – Union Berlin
17:30. Leypsiq – Ayntraxt
17:30. Volfsburq – Ayntraxt
20:30. Sankt Pauli – Bayern

12 aprel

7:30. Köln – Verder
19:30. Ştutqart – Hamburq
21:30. Maynts – Frayburq

“Trabzonspor”dan Koutinyo həmləsi

Super Liqada çempionluq mübarizəsini davam etdirən “Trabzonspor” növbəti mövsüm üçün heyəti gücləndirmək planlarına start verib.

Futbolpress.az xəbər verir ki, Qaradəniz təmsilçisi Braziliyanın “Palmeyras” klubunun gənc istedadı Rafael Koutinyonu transfer etmək niyyətindədir.

​Məşhur insayder Yağız Sabuncuoğlunun yaydığı məlumata görə, “bordo-mavililər” 20 yaşlı yarımmüdafiəçini heyətə qatmaq üçün rəsmi addımlar atmağa hazırlaşır.

Braziliyanın U-20 milli komandasında da forma geyinən Koutinyo meydandakı universal keyfiyyətləri ilə seçilir. O həm mərkəz yarımmüdafiəçisi, həm dayaq yarımmüdafiəçisi, həm də “on nömrə” mövqelərində rahatlıqla çıxış edə bilir.

Gənc futbolçu bu mövsüm “Palmeyras” forması ilə çıxdığı 15 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Enrike PSJ ilə müqaviləni uzadacaq

Luis Enrike PSJ ilə yeni müqavilə imzalamağa yaxındır.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssislə anlaşma 2030-cu ilin yayına qədər olacaq.

Razılaşmadan sonra 55 yaşlı mütəxəssis Avropanın ən çox maaş alan üç məşqçisindən biri ola bilər.

Hazırda Enrikenin maaşı ayda 1 milyon avro təşkil edir.

Super Liqa: İstanbulda 6 qol vuruldu

Türkiyə Super Liqasında XXIX tura start verilib.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” evdə “Antalyaspor”u qəbul edib.

Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan İstanbul təmsilçisi qələbə qazanaraq (4:2) xallarının sayını 55-ə çatdırıb. Antalyalılar isə bu nəticədən sonra 28 xalla 13-cü yerdə qərarlaşıblar.

Super Liqaya 67 xalla “Qalatasaray” başçılıq edir. Onlardan 4 xal geri qalan “Fənərbaxça” ikinci, “Trabzonspor” üçüncüdür.

Türkiyə Super Liqası

XXIX Tur

“Beşiktaş” – “Antalyaspor” 4:2

Qol: O, Kökçü, 4, J. Silva, 9, H. Oh, 33, 59 – S. Streek, 21, S. Ballet, 47

Super Liqa: “Beşiktaş”dan “Antalyaspor”a 4 qol

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Beşiktaş” doğma meydanda “Antalyaspor”la üz-üzə gəlib. Altı qolun qeydə alındığı qarşılaşma İstanbul təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.

29-cu turun qalan görüşləri aprelin 11-də, 12-də və 13-də keçiriləcək.

Türkiyə, Super Liqa
29-cu tur
10 aprel

Beşiktaş – Antalyaspor 4:2
Qollar: O.Kökçü, 4. J.Silva, 9. O.H.Qyu, 33; 59 – Van de Strek, 21. Ballet, 47.

11 aprel

15:30. Başakşəhər – Gənclərbirliyi
18:00. Alanyaspor – Trabzonspor
21:00. Kayserispor – Fənərbağça

12 aprel

15:30. Konyaspor – Karagümrük
18:00. Göztəpə – Kasımpaşa
21:00. Qalatasaray – Kocaelispor

13 aprel

21:00. Eyüpspor – Samsunspor
21:00. Rizəspor – Qaziantep

Lautaro Martines yenə sıradan çıxdı

İtaliyanın “İnter” komandasının kapitanı Lautaro Martines zədə səbəbindən yenə bir müddət yaşıl meydanlardan uzaq qala bilər.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 28 yaşlı argentinalı hücumçu sol baldır əzələsindən xəsarət alıb. Onun bərpa müddəti hələlik dəqiqləşdirilməyib və vəziyyəti yaxın günlərdə yenidən qiymətləndiriləcək.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 36 oyuna çıxıb, 20 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 371 oyun, 173 qol, 54 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.

Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 75 oyuna çıxıb, 36 qol vurub, 11 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

“İnter” ağır itki ilə üzləşdi

A Seriyasının lideri “İnter” ağır itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın kapitanı və bombardiri Lautaro Martines yenidən zədələnib.

​Ötən bazar günü bir aylıq fasilədən sonra yaşıl meydanlara qayıdan və “Roma”nı 5:2 hesabı ilə darmadağın etdikləri matçda dubl edən argentinalı forvardın sevinci uzun sürməyib. Klubun rəsmi bəyanatında bildirilir ki, müayinələr zamanı Lautaronun sol ayağında əzələ gərginliyi aşkar edilib.

Təcrübəli hücumçu ən azı iki həftə komandasına kömək edə bilməyəcək. Onun vəziyyəti bir neçə gündən sonra yenidən qiymətləndiriləcək.

Statistika göstərir ki, Lautaronun olmadığı dövrlərdə “nerazzurri” ciddi xal itkiləri yaşayır. Onun əvvəlki zədə dövründə komanda 7 oyunda cəmi 2 qələbə qazana bilmişdi.

Ulduz futbolçu hazırda 26 oyunda vurduğu 16 qolla İtaliya çempionatının bombardirlər siyahısına başçılıq edir.

Bakıda “Grand Prix” beynəlxalq karate turniri başladı

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10-12 aprel 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən “Grand Prix” beynəlxalq karate turnirinin rəsmi açılış mərasimi baş tutub.

Futbolpress.az xəbər verir ki, açılış mərasimi Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində keçirilib.

Bədii hissənin ardından final qarşılaşmalarına start verilib və qaliblərin mükafatlandırılması mərhələli şəkildə həyata keçirilib.

Tədbirdə 6 ölkəni təmsil edən ümumilikdə 700-ə yaxın idmançı iştirak edir.

“Grand Prix” beynəlxalq karate turniri müxtəlif yaş və çəki dərəcələri üzrə qarşılaşmalarla davam edir.

 

Arteta “Arsenal”la yeni müqavilə barədə düşünmür

​”Arsenal”ın baş məşqçisi Mikel Arteta klubla yeni müqavilə imzalamağa yaxın olduğu barədə yayılan iddialara aydınlıq gətirib.

Futbolpress.az xəbər verir ki, hazırkı müqaviləsi 2027-ci ilə qədər olan ispaniyalı mütəxəssis bütün diqqətini çempionluq yarışına yönəltdiyini bildirib.

​Arteta “ESPN”ə verdiyi açıqlamada yeni müqavilə barədə hələlik rəsmi bir xəbər olmadığını vurğulayıb:

​”Hazırda bunu müzakirə etməyə vaxtımız yoxdur. Bütün fokusumuz mövsümün sonuna qədər qarşıda duran hədəfləri reallaşdırmaqdır. Burada çox xoşbəxtəm, ailəm özünü yaxşı hiss edir və bu klubda həyata keçirmək istədiyim hələ çox hədəfim var”.

​London təmsilçisi hazırda həm daxili, həm də beynəlxalq arenada uğurlu seriyasını davam etdirir. Sabah “Bornmut”u qəbul edəcək “topçular” qələbə qazanacağı təqdirdə “Mançester Siti” ilə xal fərqini 12-yə çatdırmaq şansı əldə edəcək.

“Sabah” Çempionlar Liqasında məğlub oldu

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz Serbiyanın “Borats” kollektivi ilə qarşılaşıb.

Bosniya və Herseqovinada keçirilən görüşdə “bayquşlar” 60:67 hesabı ilə məğlub olublar.

“Sabah”ın U-18 komandası daha öncə B qrupunda Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini məğlub etsə də (72:61), Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub.

“Beşiktaş”dan Luçeskuya emosional vida

Türkiyə Super Liqasının son turunda “Antalyaspor”la qarşılaşan “Beşiktaş” bu yaxınlarda vəfat edən sabiq baş məşqçisi Mirça Luçeskunu xüsusi ehtiramla yad edib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” matçdan öncə isinmə hərəkətlərinə üzərində Luçeskunun şəkli olan xüsusi köynəklər və “Səni heç vaxt unutmayacağıq, əsrin çempionu…” yazılmış pankartla çıxıblar.

Bu jest həm stadiondakı, həm də ekran başındakı azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

​İstanbul nəhənginin baş məşqçisi Sergen Yalçın da oyundan əvvəl verdiyi açıqlamada kədərini gizlətməyib:

​”Həm “Qalatasaray”, həm də “Beşiktaş”la çempionluq yaşamış, çox dəyər verdiyimiz bir insanı itirdik. Mənə həmişə sahib çıxıb, bir ata kimi davranıb. Futbol dünyası çox böyük bir simasını itirdi. Ailəsinə səbir diləyirəm. Təəssüf ki, həyat bir yerdə hər kəs üçün bitir”.

​Mirça Luçesku 2003-cü ildə – klubun 100 illik yubileyində “Beşiktaş”ı çempion edərək adını klubun tarixinə qızıl hərflərlə yazdırıb.

Niko Şlotterbek Dortmund “Borussiya”sında qaldı – Rəsmi

Almaniyanın “Borussiya” komandasının mərkəz müdafiəçisi Niko Şlotterbek Dortmund klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin vaxtı 2027-ci ilin yayında başa çatmalı idi.

Niko Şlotterbek “Borussiya”ya 2022-ci ilin iyul ayında 20 milyon avro məbləğ müqabilində “Frayburq”dan keçib. Müdafiəçinin Dortmund klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Şlotterbek “Borussiya” üçün bütün yarışlarda 31 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

Şlotterbekin “Borussiya”nın heyətində çıxışının ümumi mənzərəsi 155 oyun, 10 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Niko Şlotterbek 2022-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 25 oyun keçirib, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı alman mərkəz müdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Luçano Spalletti “Yuventus”la yeni müqavilə bağladı

Futbol üzrə İtaliya çempionatında mübarizə aparan “Yuventus” klubu baş məşqçisi Luçano Spalletti ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

67 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin 30 iyununa kimi nəzərdə tutulmuş yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu ilin yayında başa çatacaqdı.

Xatırladaq ki, Luçano Spalletti ötən ilin oktyabr ayından “Yuventus”a rəhbərlik edir. İtaliyalı mütəxəssis bu komandanı indiyə qədər 31 oyuna çıxarıb, 17 qələbə, 8 heç-heçə və 6 məğlubiyyət görüb. Turin təmsilçisi A Seriyasının cari mövsümündə 31 turdan sonra 57 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Spalletti məşqçilik karyerası ərzində “Empoli”, “Sampdoriya”, “Venesiya”, “Udineze”, “Ankona”, “Roma”, “Zenit”, “İnter” və “Napoli”yə də rəhbərlik edib. O, “Napoli”yə 1990-cı ildən bəri ilk dəfə olaraq İtaliya çempionluğunu qazandırıb. “Yuventus”dan öncə isə Spalletti İtaliya milli komandasının baş məşqçisi olub.

İtaliya millisində yeni baş məşqçi

İtaliya milli komandasının müvəqqəti baş məşqçisinin adı bəlli oldu.

Futbolpress.az xəbər verir ki, yığma U-21 komandasına rəhbərlik edən Silvio Baldiniyə tapşırılıb.

İtaliya Futbol Federasiyası bir neçə gün öncə Cennaro Qattuzo ilə yollarını ayırıb. 67 yaşlı Baldini ilə iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Rafa Silva Portuqaliyada gündəm oldu

Qış transfer pəncərəsində qalmaqallı şəkildə “Beşiktaş”dan ayrılaraq “Benfika”ya üz tutan Rafa Silva Portuqaliyada ciddi tənqid hədəfinə çevrilib.

Futbolpress.az xəbər verir ki, təcrübəli futbolçunun geri dönüşü böyük məyusluq yaradıb.

​Xatırladaq ki, Rafa Silva “Beşiktaş”dan ayrılmaq üçün klubla münasibətləri gərginləşdirmiş, hətta məşqlərə çıxmaqdan imtina etmişdi. Lakin böyük ümidlərlə transfer olunduğu “Benfika”da işləri heç də istədiyi kimi getmir. 32 yaşlı futbolçu yeni komandasında keçirdiyi 12 matçda cəmi 2 qol vura bilib.

​Məhsuldarlığı kəskin aşağı düşən Silvanın performansı Portuqaliya mətbuatında sərt şəkildə tənqid olunur. Azarkeşlər və ekspertlər onun həm fiziki, həm də psixoloji cəhətdən komandaya uyğunlaşmadığını, “Beşiktaş”dakı enerjisindən əsər-əlamət qalmadığını vurğulayırlar.

Görünən odur ki, İstanbullu azarkeşlərin sevgisindən qaçan ulduz futbolçu hazırda öz ölkəsində dəstək yerinə təzyiqlərlə üzləşib.

“Borussiya” Niko ilə müqaviləni yenilədi

“Borussiya” futbolçusu Niko Şlotterbeklə yeni razılaşma əldə edib.

Futbolpress.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Dortmund təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Müqaviləyə əsasən, Almaniya millisinin üzvü 2031-ci ilin yayınadək komandasının şərəfini qoruyacaq.

Şlotterbek 2022-ci ildən cari klubunun formasını geyinir.

“Tottenhem”dən Robertson həmləsi

​”Liverpul”da bir dövrün sonuna gələn təcrübəli sol cinah müdafiəçisi Endryu Robertson karyerasını başqa bir Premyer Liqa nəhəngində davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə ​”The Athletic” nəşri məlumat yayıb.

“Tottenhem” 32 yaşlı müdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib. London təmsilçisi Robertsonun böyük təcrübəsindən yararlanaraq müdafiə xəttini gücləndirməyi hədəfləyir. Bildirilir ki, onlar hələ qış transfer pəncərəsində şotlandiyalı ulduzla ilk təmasları qurublar.

Xatırladaq ki, “Liverpul” bir neçə gün öncə Robertsonun mövsüm sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb.

​2017-ci ildən “qırmızıların” formasını geyinən ulduz müdafiəçi çıxdığı 373 matçda 13 qol və 69 məhsuldar ötürmə ilə yadda qalıb.

Füzuli Məmmədov: “Üçüncü qol oyunun taleyini həll etdi”

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə meydan sahibləri 4:1 hesablı qələbəyə seviniblər.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək çətin idi. Futbolçularda psixoloji gərginlik var idi. Rəhbərlik və məşqçilər korpusu komandaya dəstək oldu. Futbolçular matça çox ciddi hazırlaşdılar. Meydanda ürəklərini qoydular. Hesab daha böyük ola bilərdi. Hesabın 4:1 olmasına baxmayaraq, çətin oyun idi. Uşaqlar bu çətinliyin öhdəsindən gəldilər. Bütün futbolçuları təbrik edirəm. Azarkeşlərimiz bundan artığına layiqdirlər. Onları qələbələrimizlə sevindirə bilmirik. Hələ 6 tur qalıb, qarşıda yaxşı oyunlarımız olacaq. Hər görüşə qələbə üçün çıxacağıq. Bizi qarşıda daha yaxşı qələbələr gözləyir.

Hər bir qələbə futbolçuya özünəinam verir. Bu qalibiyyət bizə çox ümid verir. Bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq. Hər qol rəqibi üzür, komandaya isə qələbə ümidi verir. Birinci hissədə Raufun iki qol vurması kollektivə ümid verdi. Hesab 2:1 olduqdan sonra futbolçularda qələbəni əldən vermək qorxusu yarandı. Üçüncü qol isə artıq oyunun taleyini həll etdi.

Rauf Rüstəmli hər matçda əsas heyətə layiq futbolçulardan biridir. Maksimumunu meydanda qoymağa çalışır. Çox əzmkar futbolçudur. Son iki turda əsas heyətdə oynaya bilməmişdi. Səbəb rəqabət idi. Ədalətli olub digər oyunçulara da şans verməliyik. Rauf bu oyunu ilə hansı səviyyədə futbolçu olduğunu göstərdi”.

Azər Bağırov: “Komandanı tanıya bilmirəm”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 27-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə Gəncə təmsilçisi 1:4 hesablı məğlubiyyətə üzülüb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün itkilərimiz var idi. Mərkəz müdafiəçisi və cinah müdafiəçisi mövqeyində problem var idi. Deyirlər əvəzolunmaz futbolçu yoxdur. Amma bizdə Dioqo Verdaskanın yoxluğu hiss olunur. Məğlubiyyətin əsas səbəbi oyunçu çatışmazlığıdır. Bir futbolçu olmayanda onun yerini doldurmaq üçün gedişlər edirik. Bu gün rotasiyalar etsək də, alınmadı. “Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm. “Qəbələ” ilə matçda da bəsit qollar buraxdıq. İrəli baxmaq lazımdır.

Mən “Kəpəz”ə gələndə komandanın 7 oyundan sonra 0 xalı var idi, xaos vəziyyəti idi. Şükürlər olsun ki, bu gün sonuncu yerdən çox qabaqdayıq. Oyunçu itkisi bizə çox böyük təsir edir. Bunun psixoloji təsiri də var. Qarşıdakı oyunlara köklənmək lazımdır. Uduzmağı bacarmaq lazımdır, amma baxır necə. Düşünürəm ki, daha yaxşı olacağıq”.

Azər Bağırov komandanı bu həftə məşqə çıxarmaması ilə bağlı iddialara da aydınlıq gətirib:

“Belə bir şey yoxdur. Bərpa məşqində olmamışam. Ailə məsələləri ilə bağlı Bakıda idim. Bütün günümüzü Gəncədə keçiririk. Ailənin də problemlərini həll etmək vacibdir. Bu da normal bir şeydir. Bərpa məşqini köməkçilərim keçib. Hər şey qaydasındadır”.

Millinin məşqçisi Norveç təəssüratlarını bölüşdü

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveç təmsilçisi “Valerenqa”da bir həftəlik təcrübə proqramında iştirak edir.

Futbolpress.az mütəxəssisin ümumi Norveç təəssüratı və milli komandadan gözləntiləri ilə bağlı fikirlərini öyrəndi:

– Norveç səfərinizlə bağlı ümumi təəssüratınız necədir? Proqramınız necə irəliləyir? 

– Aprelin 5-dən “Valerenqa” klubunun düşərgəsindəyəm, ilk olaraq klubun bazası və akademiyası ilə tanış oldum. Daha sonra əsas komandanın baş məşqçisi Geir Bakke ilə görüşdüm, onların həftəlik məşq proseslərində iştirak edib iş prinsipləri ilə tanış oldum. Paytaxt təmsilçisinin “Vikinq”lə oyununu izlədim. Ümumilikdə mənim üçün çox yaxşı təcrübə proqramı oldu deyə bilərəm.

Milli komandamızın hazırkı hazırlıq səviyyəsi sizi qane edirmi? 

– Məncə, həm oyun baxımından, həm də mübarizə baxımından inkişaf var. Qarşıdakı toplanışdan maksimum istifadə edəcəyik ki, Millətlər Liqasının oyunlarına tam hazır olaq. Bizi Millətlər Liqasında çətin oyunlar gözləyir, komandamıza inamımız böyükdür, çalışacağıq ki, yaxşı nəticələr qazanaq.

Adil Nəhmətli 

“Çelsi”də Enzo qalmaqalı davam edir

​”Çelsi”nin ulduz yarımmüdafiəçisi Enzo Fernandes komanda yoldaşları və klub rəhbərliyi ilə yaşadığı insidentdən sonra cəzalandırılıb.

Futbolpress.az xəbər verir ki, argentinalı futbolçu üzr istəməsinə baxmayaraq, “Mançester Siti” ilə vacib matçı tribunadan izləyəcək.

​Klub rəhbərliyi futbolçunun üzrünü qəbul etsə də, intizam qaydalarını əsas gətirərək onu ən mühüm oyunda meydandan kənarda saxlayıb.

“Çelsi”nin sükanı arxasında olan Liam Rozenyor məsələ ilə bağlı bunları deyib:

​”Enzo bazar günü oynamayacaq. Ümid edirəm ki, ondan sonra o, yenidən komandanın vacib hissəsinə çevriləcək. Hazırda aşmalı olduğumuz bəzi maneələr var. Onunla çox yaxşı söhbətimiz oldu, məndən və klubdan üzr istədi. Gələn həftə vəziyyətə yenidən baxacağıq”.

Xatırladaq ki, Enzo Fernandes Amerika Kubokundakı qələbədən sonra irqçi xarakterli şüarların yer aldığı video paylaşdığı üçün komanda yoldaşlarının və ictimaiyyətin ciddi narazılığına səbəb olmuşdu. Görünən odur ki, klub daxilində sular hələ durulmayıb.

“Real”ın siyahısında Deşam da var

​”Real” gələn mövsüm üçün baş məşqçi axtarışlarını sürətləndirib.

Futbolpress.az xəbər verir ki, Madrid klubunun hədəfində gözlənilməz bir ad – Didye Deşam var.

​Məşhur insayder Fabris Hokinsin yaydığı məlumata görə, Didye Deşam “kral klubu”nun gələn mövsüm üçün müəyyənləşdirdiyi namizədlər siyahısına daxil edilib.

Təcrübəli mütəxəssis 2026-cı il Dünya Çempionatından sonra Fransa milli komandasındakı postunu tərk edəcək. Bununla da onun 2012-ci ildən bəri davam edən fəaliyyəti sona çatacaq.

 

Füzuli Məmmədov: “Sona qədər mübarizə aparacağıq”

Misli Premyer Liqasının XXVII turu çərçivəsində ilk görüşdə “Karvan-Yevlax” “Kəpəz”i qonaq edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov mətbuata açıqlama verib.

Mütəxəssis nəticəni belə şərh edib:

– Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək bizim üçün çətin oldu. Futbolçularda psixoloji gərginlik var idi, lakin həm rəhbərlik, həm də məşqçilər korpusu tam dəstək göstərdilər. Bilirdik ki, ağır oyun olacaq. “Kəpəz”in heyəti kifayət qədər güclüdür, amma çox ciddi hazırlaşmışdıq. Oyunçularımız əzmkarlıq göstərdilər, hesab daha da böyük ola bilərdi. 4:1 hesabına baxmayaraq, çətinlik çəkdik. 2:1 olanda rəqib oyunu dəyişə bilərdi, amma futbolçularım oyundan düşmədilər, əksinə, növbəti qolları da vurmağı bacardılar. Azarkeşlərimiz bundan çoxuna layiqdilər, lakin biz onları lazımi qədər sevindirə bilmirik. Buna görə məyus oluram. Qarşıda hələ 6 tur var, hər birində əzmkarlıq göstərməyə çalışacağıq. Bizi daha yaxşı qələbələr gözləyir.

– Həmişə deyirdiniz ki, bir qələbə olsun, hər şey düzələcək… 

– Əlbəttə ki, digər klublarda çalışdığım vaxtlarda da görmüşəm ki, qalibiyyət futbolçulara motivasiya verir. Bu oyundakı nəticə də bizi gələcək üçün ümidləndirdi.

– Erkən qolların, ilk hissəni öndə başa vurmağın psixoloji üstünlüyü varmı? 

– Əlbəttə, hər qol rəqibi həvəsdən salır. İlk hissədə Raufun iki qol vurması komandaya böyük ümid verdi. Fərq minimuma enəndə futbolçularda ehtiyatlılıq, hesabı qorumaq hissi yarandı. Deyərdim ki, üçüncü qol oyunun taleyini həll etmiş oldu.

– Rauf bu gün parlaq oyun göstərdi, siz onda bu bacarığı kəşf etmişdiniz? 

– O, əsas heyətə layiq futbolçulardan biridir, çox əzmkar və istəklidir. Son iki turu əsas heyətdə oynaya bilməmişdi, səbəb yalnız heyətdəki rəqabət idi. “Araz Naxçıvan”la oyunda gözləntilərdən aşağı çıxış etdiyi üçün ədalətli davranıb digər oyunçulara şans verməli olmuşduq. Rauf bu oyunla bir daha özünün hansı səviyyədə olduğunu sübut etdi.

– Bu qarşılaşma göstərdi ki, komanda top saxlaya, oyun göstərə, qol vura bilir. Bəs bu ana qədərki periodda nələr baş verirdi?

– Burda çox nüanslar var. Bəzən futbolçular xırda səhv edirlər, nəticədə qol buraxırıq. Dərhal psixoloji düşkünlük yaranır. Komandanın potensialına bələdəm, bəzi başqa oyunlarda da çox yaxşı oynamışıq, olub ki, qolumuzu da saymayıblar. Bəzi görüşlərdə qapımıza gözləmədiyimiz zamanda qollar vurulub. “Kəpəz” və bəzi komandalar var ki, biz onlarla nəinki başabaş, hətta üstün də oynaya bilirik. Bu gün də bunu göstərdik.

– Mövsümün bitməsinə 6 tur qalmış “Qəbələ” ilə “Karvan-Yevlax” arasında 8 xal fərq var. Bu fərqin aradan qalxacağına inanırsınız?

– Əlbəttə. Hər zaman inanmışam. Bütün oyunlara ümidlə çıxıram. Sona qədər mübarizə aparacağıq.

Adil Nəhmətli

Azər Bağırov: “Komandamı tanıya bilmirəm”

Misli Premyer Liqasının XXVII turu çərçivəsində ilk görüşdə “Karvan-Yevlax”  “Kəpəz”i qonaq edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Azər Bağırov mətbuata açıqlama verib.

Mütəxəssis nəticəni belə şərh edib:

– Çempionatda sonlara doğru itkilərimiz daha da çoxalır. Bu gün heyətdə məcburi əvəzetmələrə getmişdik, lakin təəssüf ki, müdafiədəki zonaları qoruya bilmədik. “Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm. “Qəbələ” ilə görüşdə də qapımızda çox bəsit qollar gördük. Düzəltməli, danışmalı olduğumuz məqamları bilirik. Qısaca, irəli baxmaq lazımdır.

– Dioqonun yoxluğu sanki özünü göstərdi, nə düşünürsünüz? 

– Əslində, əvəzedilməz futbolçu yoxdur, amma bu gün Dioqonun olmaması, müəyyən mövqelərdə oyunçu çatışmazlığı təsirini göstərdi.

– Komandanız bu gün qələbə qazansaydı, psixoloji üstünlük əldə edəcəkdiniz, amma indi vəziyyət tam əksinədir. Sizcə, komandada psixoloji cəhətdən hansı dəyişikliklərə ehtiyac var? 

– Bu, bir qədər geniş mövzudur. Mən komandanı götürəndə vəziyyət daha da xaotik idi, 7 oyuna xal yox idi. Bu gün sonuncu pillədən çox irəlidəyik. Dediyim kimi, oyunçu itkisi komandaya çox təsir edir, həm nəticəyə, həm də psixologiyaya zərəri var. İstəməzdik belə olsun, yenə də uduzmağı bacarmaq lazımdır. Düşünürəm ki, daha yaxşı olacaq.

– Ohorini oynatmaqla bağlı düşüncələriniz maraqlıdır. 

– Ohori bir gün bizimlə məşqə çıxıb. Fiziki hazırlıqlarını keçib, amma meydançada onu itirmək istəmədim ki, gələn matçlarda xidmətindən maksimum yararlanaq.

– Komandanızın ardıcıl məğlubiyyətlərini “Qarabağ” üzərindəki qələbədən sonra yaranan eyforiya ilə əsaslandırmaq olarmı?

– Əlbəttə, bu da ola bilər, amma əsas səbəb heyətdəki itkilərdi. Bilirsiniz ki, Dioqo komandanın aparıcı üzvüdür, bu gün onun meydanda olmaması, iki mövqenin birdən düzgün işləməməsinə gətirib çıxardı. Həmçinin, Raufun da yoxluğu bizə təsir elədi. Ehtiram bu gün mənim istədiyim şəkildə çıxış edə bilmədi. Bunlar hamısı məğlubiyyətin səbəbləridir.

– Eşitmişik ki, siz son məşqlərə çıxmamısınız. Bu nə dərəcədə doğrudur? 

– Xeyr, bu doğru deyil. Mən sadəcə bərpa məşqində iştirak etməmişəm, düşünürəm ki, bu normal haldır.

– Sirr deyilsə, nə üçün iştirak etməmisiniz? 

– Ailəvi məsələlərimlə bağlı Bakıda idim. Bütün günümüzü Gəncədə keçiririk, amma ailəvi problemləri də həll etmək vacibdir.

Adil Nəhmətli

“Karvan” – “Kəpəz” – 4:1 – Video

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Karvan” – “Kəpəz” matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
27-ci tur
10 aprel

“Karvan” – “Kəpəz” – 4:1
Qollar: Rauf Rüstəmli, 38; 45+1; 90+4. Eltun Turabov, 65 – Fərid Nəbiyev, 49.
Sarı vərəqələr: İmani Barker, 50 (qeyri-idman hərəkəti). Eltun Turabov, 86 (oyunun bərpasının ləngidilməsi) – Olavale Onanuqa, 31 (qeyri-idman hərəkəti). Ehtiram Şahverdiyev, 38 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiq.
Saat 15:30. Yevlax şəhər stadionu, 2500 tamaşaçı.

Baş hakim: Nicat İsmayıllı.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Ruslan Quliyev.
VAR: Emin Əliyev.
AVAR: Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov (37. Mois Nqvisani, 83), 14. Uğur Cahangirov (19. Tompson Qavi, 71), 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 83), 2. Şakil Sno, 11. Kayl Spens (10. Samuel Durrant, 83), 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 8. Peter Kinqs, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev (5. Rauf Hüseynli, 83), 77. Fərid Nəbiyev (99. Əli Səmədov, 83), 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 6. Camal Cəfərov (17. Ümid Səmədov, 46), 9. Luis Paçu (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.

Premyer Liqa: “Karvan” “Kəpəz”ə 4 qol vurdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda çempionatın aşkar autsayderi “Karvan” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib. Yevlax şəhər stadionunda keçirilmiş qarşılaşmanı Nicat İsmayıllı idarə edib. Uzun müddətdir 3 xala həsrət olan Yevlax təmsilçisi bu görüşdə darmadağınla qalib gələrək sürprizə imza atıb.

“Şamaxı” – “Qarabağ”, “Sabah” – “Zirə” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları aprelin 11-də keçiriləcək. “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” matçları ayın 12-də baş tutacaq.

Azərbaycan, Premyer Liqa
27-ci tur
10 aprel

“Karvan” – “Kəpəz” 4:1
Qollar: Rauf Rüstəmli, 38; 45+1; 90+4. Eltun Turabov, 65 – Fərid Nəbiyev, 48.
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Emin Əliyev.
AVAR: Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Yevlax şəhər stadionu, 15:30.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 17. Samir Abdullayev, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 6. Camal Cəfərov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.

Kassano və Kostakurtadan Martines açıqlaması

İtaliyalı keçmiş hücumçu Antonio Kassano “İnter”in kapitanı, argentinalı hücumçu Lautaro Martines haqda qənaətini açıqlayıb.

Arena.az xəbər verir ki, veteran futbolçu bunları vurğulayıb:

“Lautaro nəinki “İnter”in ən yaxşı oyunçusu, həmçinin İtaliya A Seriyasının ən yaxşısıdır. Talnız təlxəklər buna qarşı əsas gətirə bilərlər. Ümumiyyətlə, Lautaro – dünyada ən yaxşı mərkəz hücumçularından biridir”, deyə Kassano vurğulayıb.

İtaliyalı keçmiş mərkəz müdafiəçisi Alessandro Kostakurta da Lautaro Martines haqda qənaətini açıqlayıb:

“Lautaro İtaliya A Seriyasının ən yaxşı oyunçusu deyil, amma komandasının ən vacib oyunçusudur”, deyə Kostakurta vurğulayıb.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 36 oyuna çıxıb, 20 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 371 oyun, 173 qol, 54 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.

Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 75 oyuna çıxıb, 36 qol vurub, 11 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Jerar Martin: “Gedişatı dəyişə bilərik”

“Barselona”nın sol cinah müdafiəçisi Jerar Martin Çempionlar Liqasının 1/4 finalında “Atletiko”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində “Kamp Nou”da Madrid “Atletiko”suna 0:2 hesabıyla məğlub olub.

Jerar Martin bu məğlubiyyətə belə aydınlıq gətirib:

“Bərabər heyətlərdə oyunu nəzarətimiz altında saxlayırdıq, amma qırmızı vərəqə belə oyunlarda hər şeyi dəyişir. Müvafiq mənzərədə qol məqamlarımız vardı, amma vura bilmədik. Rəqibin fürsəti az idi, ancaq onlar imkanlarından faydalandılar. Biz hələ də inanırıq ki, qarşılaşmanın gedişatını dəyişə bilərik”, deyə Martin vurğulayıb.

Xatırladaq ki, “Barselona” ilə “Atletiko” arasındakı cavab qarşılaşması gələn həftə Madriddə keçiriləcək. Aprelin 14-də baş tutacaq görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

“Milan” “Barselona”nın hücumçusu ilə maraqlanır

“Barselona”nın futbolçusu Robert Levandovski karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Milan” polşalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.

İtaliya klubu forvardı yayda azad agent kimi sıralarına qatmaq istəyir.

Levandovskinin ABŞ klublarından da təklifi var. Hücumçu qərarını yayda verəcək.

Polşalı futbolçu 2022-ci ildən “Barselona”da çıxış edir. O, 186 oyunda 118 qol vurub.

MLS klubu Neymarla maraqlanır

“Çinçinnati” “Santos”un futbolçusu Neymara maraq göstərir. Msport.az xəbər verir ki, MLS təmsilçisi 34 yaşlı futbolçu üçün rəsmi təklif irəli sürüb. […]

Source

Haland və Semenyo “Mançester Siti”nin çıxışına qiymət verdi

“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland “şəhərlilər”in cari mövsümdəki nəticələrini qiymətləndirib.

Arena.az forvardın müvafiq açıqlamasını təqdim edir:

“Biz heç də rəvan mövsüm keçirmirik. “Mançester Siti” UEFA Çempionlar Liqasından kənarda qalıd. Bu, bizi xoşhal etmir. Amma qarşıda bizi digər oyunlar gözləyir”, deyə Haland vurğulayıb.

“Mançester Siti”nin qanalı cinah hücumçusu Antuan Semenyo da “şəhərlilər”in iddiasını açıqlayıb:

“Biz mümkün olduqca çoxlu oyunu qazanmaq istəyirik. Oyundan oyuna keçməklə, indi isə hər bir oyun – finaldır. Odur ki, mübarizəmizə davam etməli və yekunda nə alınacağına baxmalıyıq”, deyə Semenyo vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 30 oyunda 61 xal toplayıb və 20 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Rəqiblərindən bir oyun az keçirmiş Xosep Qvardiolanın komandası lider “Arsenal”dna 9 xal geri qalır.

Kevin De Bröyne: “Neapolda xoşbəxtik”

İtaliyanın “Napoli” klubunun belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne Neapol təmsilçisindəki gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az belçikalı futbolçunun müvafiq cavvabını təqdim edir:

“Napoli” ilə müqaviləm var. Bu klubda özümü əla hiss edirəm”, deyə De Bröyne vurğulayıb.

34 yaşlı hücumameyilli yarımmüdafiəçi Neapolda xoşbəxt olduğunu bildirib:

“Bu, hələ də rəqabətəqadir futbol oynaya biləcəyim ən yaxşı yerdir. Uyğunlaşmağımızla bağlı bəzi çətinliklərimiz vardı, amma indi hamımız xoşbəxtik”, deyə De Bröyne ailəsi adından vurğulayıb.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün başa çatması ilə “Mançester Siti”dən azad agent qismində ayrılmış De Bröyne “Napoli”yə qoşulub. Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

De Bröyne cari mövsümdə “Napoli”nin heyətində 15 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Kevin De Bröyne “Genk”in məzunudur. Futbolçu, karyerası ərzində “Çelsi”, “Verder” (icarə), “Volfsburq” və “Mançester Siti”də oynayıb.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 117 oyun keçirib, 36 qol vurub, 53 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Stiven Cerrard: “Ruh düşkünlüyünə qapılmaq olmaz”

“Liverpul”un əfsanəsi, keçmiş yarımmüdafiəçi Stiven Cerrard “qırmızılar”ın cari mövsümdəki çıxışı barədə fikirlərini bölüşüb.

Arena.az xatırladır ki, “Liverpul” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində Parisdə Fransa nəhəngi PSJ-yə 0:2 hesabı ilə məğlub olub.

İngiltərə millisinin sabiq üzvü “qırmızılar”ın müvafiq məğlubiyyəti haqda danışarkən bunları vurğulayıb:

“Oyunlar tez əvəzlənir… İndi oyunçular zehniyyətcə tez bir zamanda yüklənmədən azad olmalı və əhval-ruhiyyə düşkünlüyündən yararlanmaq istəyində olan “Fulhem”ə qarşı növbəti oyun haqda düşünməlidirlər. Büdrəməyə yol vermək olmaz”, deyə Cerrard vurğulayıb.

Yeri gəlmişkən, Stiven Cerrard “Liverpul”un “Bayern”in fransalı cinah hücumçusu Maykl Oliseyə marağını şərh edib:

“Olisenin “Liverpul”a gərəkli olduğuna şübhəm yoxdur. Amma onun “Bayern”i tərk edəcəyinə əsas görmürəm. Qənimətləri sıralamaq üçün o, əla imkana malikdir. Düşünürəm ki, “Bavariya” Avropanın ən güclü klubu olacaq”, deyə Cerrard fikrini əsaslandırıb.

Avroliqa matçında bədbəxt hadisə

Avropa Liqasının 1/4 final mərhələsində Portuqaliyada keçirilən “Portu” – “Nottingem Forest” matçından sonra bədbəxt hadisə yaşanıb.

Futbolpress.az xəbər verir ki, matçın final fitindən sonra tribunada 84 yaşlı ingilis azarkeş vəfat edib. Onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Matç 1:1 hesabıyla başa çatıb.

Millinin məşqçisi 49 yaşında vəfat etdi

Polşa millisinin məşqçisi Yaçek Mager vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının mətbuat xidməti mələumat yayıb. Mütəxəssis 49 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Mager 2025-ci ilin yayından millinin çalışdırıcısı Yan Urbanın məşqçilər korpusunda yer alırdı.

Daha bir futbolçunun “Liverpul”dan ayrılacağı dəqiqləşdi

“Liverpul” müdafiəçisi Endryu Robertsonun yayda klubdan ayrılacağını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, cinay oyunçusunun müqaviləsinin müddəti uzadılmayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Robertson 2017-ci ildən “Liverpul”un formasını geyinir. O, bu mövsüm Premyer Liqada 19 oyuna çıxıb.

“Liverpul”da daha öncə misirli hücumçu Məhəmməd Salahın komandadan ayrılacağı açıqlanmışdı.

“Neftçi”də kapitan sevinci

“Neftçi”nin futbolçusu Emin Mahmudov zədəsini sağaldıb.

Futbolpress.az-ın məlumatına görə, yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub. Kapitan baş məşqçi Yuri Vernidubun şans verəcəyi təqdirdə, sabah “Araz-Naxçıvan”la Premyer Liqa matçında meydana çıxa bilər.

Mahmudov zədə səbəbindən XXVI turda “Sumqayıt”la səfər oyununda (3:1) iştirak etməyib.

Sabah keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyununa saat 20:00-da start veriləcək.

“Liverpul” Salaha əvəzləyici tapdı

“Liverpul” Məhəmməd Salahın əvəzləyicisini İngiltərə Premyer Liqasında tapıb. Msport.az xəbər verir ki, cari mövsümün sonunda klubdan ayrılacağını təsdiqləyən misirli futbolçunun […]

Source

Məqsəd İsayev İstanbulda əməliyyat edildi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in sol cinah müdafiəçisi Məqsəd İsayev əməliyyat olunub.

Arena.az bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Müdafiəçi Türkiyənin İstanbul şəhərində əməliyyat edilib. Onun çarpaz bağlarında aparılan cərrahi müdaxilə uğurla başa çatıb. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə məlumat verilmir.

Xatırladaq ki, Məqsəd İsayev 2025-ci ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq “Kəpəz”ə keçib. O, bu ilin 30 iyununadək Gəncə klubunda çıxış edəcək.

Məqsəd indiyə qədər “Kəpəz”in heyətində 22 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

İsayev karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Sabah”, “Səbail”, “Keşlə” (indiki “Şamaxı”) və “Zirə” kimi klublarda da çıxış edib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış futbolçuya əsas millimizdə debüt qismət olmayıb.

AFFA “Şirvan”ı azarkeşlərinə görə 500 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 21-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 21-ci tur

“Araz Saatlı” – “Ağstafa Gəncləri” oyunu Təcili Tibbi Yardım maşınının gec gəlməsi səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 200 manat cərimə edilib.

“Göygöl” – “Ağdaş” oyunu Təcili Tibbi Yardım maşınının gec gəlməsi səbəbindən gec başladığına görə “Göygöl” komandası 200 manat cərimə edilib.

“Şirvan” – “Xankəndi” oyununda “Şirvan”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Şirvan” komandası 500 manat cərimə edilib.

“Kür-Araz” – “Şəmkir” oyununun 61-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Tahir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şəmkir” komandası buna görə 50 manat cərimə ödəyəcək.

“Quba” – “Şəki” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Quba” komandası 100 manat cərimə edilib.

Birinci Liqa: Tərcüməçisi “Səbail”i ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 21-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 21-ci tur

“Şəfa” – “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində “Səbail”in tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Səbail” buna görə 2400 manat cərimə edilib.

“Difai” – “Şahdağ Qusar” oyununun 77-ci dəqiqəsində “Şahdağ Qusar”ın futbolçusu Kvaku Adjey ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şahdağ Qusar” buna görə 150 manat cərimə ödəyəcək.

“Turan Tovuz”un ev oyunu 2 manata

Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışa çıxıb.

Futbolpress.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 12 aprel tarixində, saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Azərbaycanı “Bahar Kuboku”nda onlar təmsil edəcək

16-18 aprel tarixlərində kayak və kanoe üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Muğla şəhərində keçiriləcək “Bahar Kuboku” beynəlxalq reqatasında iştirak edəcəklər.

Futbolpress.az xəbər verir ki, yarışlarda Azərbaycan Su İdman Növləri Federasiyası Qurban Sadıqlının məşqçiliyi ilə 7 nəfərlik heyətlə mübarizə aparacaq.

Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növü üzrə mükafatçılar sırasına düşməyə çalışacaq.

“Karvan-Yevlax” – “Kəpəz”: heyətlər

“Karvan-Yevlax” Misli Premyer Liqasının XXVII turunda bu gün “Kəpəz”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 15:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 17. Samir Abdullayev 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 10. Samuel Durrant 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov

“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 6. Camal Cəfərov 9. Luis Paçu 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 5. Rauf Hüseynli 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 80. Şahnur İsmayılov 57. Amur Yusifov 10. Ryonosuke Ohori
Baş məşqçi: Azər Bağırov

 

“Kəpəz”in futbolçusu əməliyyat olundu

“Kəpəz”in futbolçusu Məqsəd İsayev əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İsayev Türkiyənin İstanbul şəhərində uğurla əməliyyat keçirib.

Müdafiəçinin çarpaz bağlarında aparılan cərrahi müdaxilə uğurla başa çatıb.

Məqsəd bu mövsüm Premyer Liqada 20 oyuna çıxıb.

Santuş üçün Afrika iddiası

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Fernando Santuş karyerasını Qanada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis sözügedən ölkənin yığma komandasını çalışdırmağa əsas namizəddir. Bu barədə Afrika mətbuatı məlumat yayıb. Santuşla danışıqların son mərhələdə olduğu bildirilir.

Qana yığmasında bir müddət əvvəl Otto Addo ilə yollar ayrılıb.

Santuş 2024-cü ilin yayından 2025-ci ilin sentyabrına kimi Azərbaycan millisinə rəhbərlik edib.

“Qəbələ”nin legioneri: “Azərbaycanda oynamaqdan zövq alıram”

“Qəbələ”nin futbolçusu İsmael Akinadenin “Futbolpress.az“a müsahibəsi:

– “Kəpəz” üzərində vacib qələbə qazandınız və autsayderlə xal fərqini 11-ə yüksəltdiniz. Oyunu necə şərh edərdiniz?
– Bu oyun bizim üçün çox vacib idi. Matçdan əvvəl qarşımıza yalnız qələbə hədəfi qoymuşduq. Şükürlər olsun, yaxşı oyunla da istəyimizə çatdıq.

– Ardıcıl üç məğlubiyyətdən sonra belə mühüm oyuna köklənmək psixoloji baxımdan çətin olmadı?
– Qələbə qazana bilməmək pisdir. İstəyirdik ki, bu uğursuz seriyanı sonlandıraq. Bütün diqqətimizi matça vermişdik. İstədiyimiz tempi yaxaladıq və nəticəni qazandıq. Mövsümün qalan hissəsində də belə davam etməliyik.

– “Kəpəz”ə qədər 3 oyuna 13 qol buraxmışdınız. Necə toparlandınız?
– “Sabah”a qarşı 1:7 hesablı məğlubiyyət qəbuledilməz idi. Həmin gün futbol bəxti bizim yanımızda deyildi. İstədiklərimizi meydanda edə bilmədik. Onlarla kubokda yaxşı mübarizə aparmışdıq. Lakin sonra belə nəticənin olması bizi çox məyus etdi. Bilirdik ki, toparlanmalıyıq, yoxsa vəziyyətimiz daha pisləşə bilər. Çox çalışdıq və yekunda qələbəsizlik seriyamızı bitirdik.

– Qarşıda “İmişli” ilə oyun var. Qələbə sizi 9-cu pilləyə yaxınlaşdıra bilər…
– Vacib oyundur. Diqqətli olmalı və qələbə qazanmalıyıq. Meydanda üzərimizə düşənləri edəcəyik. Hər oyunun bizim üçün əhəmiyyəti böyükdür. İndi hansısa pillə haqda yox, “İmişli” ilə matçla bağlı düşünürük.

– Artıq 4 aydır, Azərbaycandasan. Çempionatla bağlı təəssüratların necədir?
– Azərbaycan liqası çox yaxşıdır. Bütün komandalarda texnikalı oyunçular var, yarış rəqabətli keçir. Azərbaycanda oynamaqdan zövq alıram. Karyeram boyu hər zaman olduğum yerdə fayda verməyə çalışmışam. Çətinliklər olsa da, bununla mübarizə aparmağı sevirəm. Hər oyun maksimumu etməyə çalışıram. Düzdür, bəzən istədiyim kimi alınmaya bilər, amma dəqiq olan bir şey var ki, meydana daxil oldumsa, bütün gücümü qoyacağam.

Şahin Cəfəriv

Nihad İsmayılov: “Real imkanlar baxımından biz üstün idik”

Futzal üzrə Azərbaycan millisinin üzvü Nihad İsmayılov Gürcüstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların ötən gün Tiflisdə baş tutmuş ilk görüşü millimizin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Nihad İsmayılov matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından biz üstün idik. 6-7 epizodu boşa verdik. Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı. Əvəzində meydan sahibi komanda səhvlərimizi bağışlamadı. Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar. İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Belə deyim də, fasilədən sonra bərabər oyun oldu. Baş məşqçi komandaya cəlb olunan gənclərə də şans verdi. Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmaqları lazım idi. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları da buna görə əhəmiyyətlidir.

Bu rəqiblə aprelin 11-də yenə qarşılaşacağıq. Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Komandamız oyundan oyuna yaxşı tərəfdən seçilir. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdir. Uşaqlar hesabda geri düşməyimizə rəğmən, ruhdan düşmədilər. Bu, fərqləndiriləcək məqamdır. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq”.

Premyer Liqa: Daha 5 oyunun hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 27-ci turun daha beş oyununun hakim təyinatları müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Qarşılaşmaları aşağıda adları qeyd olunmuş hakimlər idarə edəcəklər:

Premyer Liqa
27-ci tur
11 aprel

“Şamaxı” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Şamaxı şəhər stadionu, 15:30.

“Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
“Masazır Arena”, 18:00.

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Müslüm Əliyev.
“Neftçi Arena”, 20:00.

12 aprel

“Qəbələ” – “İmişli”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Qəbələ şəhər stadionu, 15:30.

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Tovuz şəhər stadionu, 18:00.

Endryu Robertson “Liverpul”u tərk edəcək – Rəsmi

“Liverpul”un şotlandiyalı sol cinah müdafiəçisi Endryu Robertson cari mövsümün sonunda İngiltərə klubundan ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun “Liverpul”la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Tərəflər arasında yeni sözləşmənin imzalanmaması qərara alınıb.

Britaniya mətbuatının iddiasına görə, artıq bir necə klub, xüsusilə “Tottenhem” oyunçunu azad agent statusu ilə heyətinə qatmağa çalışır.

Xatırladaq ki, Endryu Robertson 2017-ci ildən “Liverpul”un formasını geyinir. 31 yaşlı oyunçu bu komandanın heyətində indiyə qədər 373 matça çıxıb, 13 qola imza atıb, 69 məhsuldar ötürmə verib.

Robertson “Liverpul”la bütün mümkün klub titullarına sahib çıxıb. O, daha öncə KPR, “Dandi Yunayted” və “Hall Siti” klublarının da formasını geyinib.

Kapitanı olduğu Şotlandiya yığmasında 92 matçda 4 dəfə fərqlənmiş müdafiəçi, 12 məhsuldar ötürmə də verib.

Tərcüməçisi “Səbail”i ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

9 aprel 2026-cı il tarixində I Liqada XXI turun “Şəfa” – “Səbail” oyununun 90+1-ci dəqiqəsində “Səbail” komandasının tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Səbail” komandası 2400 manat cərimə edilsin (maddə 52.3);

9 aprel 2026-cı il tarixində I Liqada XXI turun “Difai” – “Şahdağ Qusar” oyununun 77-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 40 nömrəli futbolçusu Kvaku Adjey ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

“Sabah”ın oyunu FIFA referisinə tapşırıldı

Misli Premyer Liqasında XXVII turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Sabah” – “Zirə” oyununu Tural Qurbanov idarə edəcək.

10 aprel

15:30. “Karvan-Yevlax” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Emin Əliyev
AVAR: Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Novruz Əzimov
Yevlax şəhər stadionu

11 aprel

15:30. “Şamaxı” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu

18:00. “Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abasov
“Bank Respublika Arena”

20:00. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Palms Sports Arena”

12 aprel

15:30. “Qəbələ” – “İmişli”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu

18:00. “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu

Nəbiyev yayı gözləyir

“Səbail”dən ayrılan Yusif Nəbiyev fərdi məşqlər edir.

Futbolpress.az-ın məlumatına görə, cinah müdafiəçisi bu mövsüm “dənizçilər”lə I Liqa oyunlarına çıxdığı üçün “futbol ili”nin sonuna kimi başqa komandada oynaya bilməz. Nəbiyev bu səbəbdən hələ klubsuz olduğunu bildirdi:

“Səbail”lə oyunlara çıxdığım üçün başqa klubda oynaya bilmərəm. Ona görə yayı gözləyirəm. İndi özüm fərdi çalışıram ki, idman formasından çox düşməyim”.

Nəbiyev fevralda baş məşqçi Adil Şükürovla qalmaqal yaşamış və daha sonra klubdan ayrılmışdı.

“Sabah” Serbiya klubuna qarşı

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” bu gün 5-8-ci yerlər uğrunda matçda Serbiyanın “Borats” kollektivi ilə qarşılaşacaq. Görüşə saat 19:30-da start veriləcək.

“Sabah”ın U-18 komandası bundan öncə Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini məğlub edib – 72:61. “Bayquşlar” ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 uduzub.

Birinci Liqa: 23-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

İki günü əhatə edəcək turun bütün görüşlərin saat 16:00-da start veriləcək.

Birinci Liqa
23-cü tur
22 aprel

“Şəfa” – MOİK
Binə qəsəbə stadionu. 16:00.

“Cəbrayıl” – “Mingəçevir”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00

“Zaqatala” – “Şahdağ Qusar”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 16:00

23 aprel

“Şimal” – “Baku Sportinq”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00

“Difai” – “Səbail”
Buzovna qəsəbə stadionu. 16:00

“Mövqeyimə görə dünyanın ən yaxşıları arasındayam”

“Mançester Yunayted”in futbolçusu Harri Maquayr açıqlama verib.

Futbolpress.az “The Athletic”ə istinadən xəbər verir ki, müdafiəçi özünü mövqeyinin ən yaxşılarından adlandırıb:

“İngiltərə millisinin dünya çempionatı üçün heyətində olacağıma inanıram. Gücüm var və özümü göstərə bilərəm. Məşqçi hansı rolu versə, qəbul etməyə hazıram. Hesab edirəm ki, mövqeyimə görə dünyanın ən yaxşıları arasındayam”.

Maquayr bu mövsüm 20 oyunda 2 qol vurub.

“Neftçi”nin sabiq futbolçusu Sinqapur klubunda

“Neftçi”nin sabiq futbolçusu Keysuke Honda karyerasını Sinqapurda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi “Juronq”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Honda yayda yeni klubuna qoşulacaq.

39 yaşlı futbolçu 2021-ci ilin martından iyuluna kimi “Neftçi”nin formasını geyinib.

İsmayılov: “Onlar üçün yaxşı təcrübə oldu”

Dünən Tbilisi Arenada Gürcüstanla keçirilən yoldaşlıq oyununda millinin ilk qolunu vuran Nihad İsmayılov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, İsmayılov 2:4 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından biz üstün idik. 6-7 epizodu boşa verdik. Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı. Əvəzində meydan sahibi komanda səhvlərimizi bağışlamadı. Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar.

İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Belə deyim də, fasilədən sonra bərabər oyun oldu. Baş məşqçi komandaya cəlb olunan gənclərə də şans verdi. Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmaqları lazım idi. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları da buna görə əhəmiyyətlidir.

Bu rəqiblə aprelin 11-də yenə qarşılaşacağıq. Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Komandamız oyundan oyuna yaxşı tərəfdən seçilir. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdir. Uşaqlar hesabda geri düşməyimizə rəğmən ruhdan düşmədilər. Bu, fərqləndiriləcək məqamdır. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq”.

“Arsenal”ın Arteta planı

“Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Tərəflər arasında danışıqlar artıq başlayıb.

Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir.

“Topçular” İngiltərə Premyer Liqasında 31 turdan sonra 70 xalla liderdir. Komanda Çempionlar Liqasında isə 1/4 finalda mübarizə aparır.

“Barselona” şikayət etdi, UEFA cəzalandırdı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” – “Atletiko” matçının (0:2) baş hakimi İştvan Kovaç cəzalanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Referi oyun zamanı yanlış qərarlara yol verdiyi üçün mövsümün sonuna kimi turnirə təyinat almayacaq.

“Barselona” görüşün birinci hissəsində müdafiəçisi Pau Kubarsinin qovulmasından sonra azlıqda qalıb. Daha sonra oyunun 54-cü dəqiqəsində “Atletiko”nun futbolçusunun öz cərimə meydançasında topa əllə oynamasına baxmayaraq, penalti təyin edilməyib.

“Barselona” matçdan sonra hakimdən UEFA-ya şikayətini bildirmişdi.

Desəm öldürərlər, deməsəm ölləm…

Azərbaycan Kubokunun yarımfinalının “Zirə” ilə ilk oyunundan (0:2) sonra media önünə çıxan Ehtiram Quliyevin emosiya dolu açıqlamaları gündəmi zəbt etdi. Onun çıxışını haqlı sayanlar da oldu, nahaq sayanlar da.

Quliyevin əsas etirazı matçın baş hakimi Əliyar Ağayevə idi. Sitat:

“…Haqqımız, uşaqların alın təri Əliyar Ağayevin haramı olsun. “Zirə”nin qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolumuzda bu şeylər dəyişdirilməlidir. Biriləri bəzi şeyləri dilə gətirməlidir. Biz dilə gətirmədikcə, səssiz qaldıqca, “əliyargillər” belə oyunlar idarə edəcək, futbolumuzu bu günə qoyacaq. Yatırım etməyin də anlamı yoxdur. Belə çıxır ki, əziyyət çəkməyin də, oyunçu transfer etməyin də anlamı yoxdur, “əliyargillər”dən canımız, futbolumuzun “can”ı qurtarmalıdır”. 

Diqqətçəkən başqa məqam isə, “…oturub su içənlər” ifadəsi idi. Bu da məzhəb ayrıseçkiliyinə cəhd kimi yozuldu hətta:

“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, ayaq üstə içsinlər, tək ayaq üstə içsinlər, amma haqqımızı, oyunçuların haqqını içməsinlər”.

Nominal olaraq “Turan Tovuz” İdarə Heyətinin sədri vəzifəsinə daşıyan, əslində isə klubun varlığında əsas pay sahibi olan Ehtiram bəyin etirazı haqlı idi. Bunu AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Ağayevin qərarlarını şərh edərkən dediklərinə əsasən də bildirmək olar. Sitat:

“…Hakim epizodu monitordan izlədikdən sonra qərarında qalır. Hakimlər Komitəsi əlin-qolun qeyri-qanuni istifadə təsirini açıqlayıb. Oyunçu topa oynayarkən mübarizəyə qoşulan zaman əl və qol  hərəkəti rəqibin üz, baş-boyun istiqamətində güc tətbiq edərsə, bu, qayda pozuntusudur. Hakimlər Komitəsinin bu epizoddan gözləntisi penalti və sarı vərəqədir;

“…”Zirə”nin oyunçusu ayağını yuxarıdan gətirir və topa təmas etməyə çalışır. Lakin burda rəqibin ayağına düşüncəsiz təmas var. Bu səbəbdən Hakimlər Komitəsinin bu epizoddan gözləntisi penalti və sarı vərəqə qərarıdır”.

Güman ki, Əliyar bir neçə oyunluq cəzalanıb. Hərçənd bu, “Turan Tovuz”un itirilən xallarını geri qaytarmır. Atalar demiş, it də getdi, ip də getdi…

Və sanki Ehtiram bəyin çıxışı “sizif əməyi” effektini verdi. AFFA bu çıxışa görə 15000 manat cərimə kəsdi.

Sual yaranır. Quliyev haqlı idisə, yəni Əliyar səhv qərarlar vermişdisə (rəsmən açıqlandığı kimi), onda bu çıxışa görə böyük məbləğdə cərimə niyə?!

Deməli, böyük ehtimalla, məsələ hakimliyə etiraz məqamında deyil, sözügedən çıxışı daha dəqiq xatırlamaq gərəkdir. Ehtiram bəy azarkeşlərə səslənir… onları olanlara münasibət göstərməyə səsləyir. Bununla sanki təhrikedici mövqe tutur.

Böyük ehtimalla, assosiasiya bu və bu kimi detalları nəzərdə tutaraq maddi cərimə kəsib. Elə deyilsə, onda cərimənin məntiqi yoxdur.

Sadəcə, qərarda aydın açıqlamaq məqsədəuyğun olardı…

Bir nəticəyə təsir edən hakim səhvi və yaratdığı canfəşanlıq prosesi belə bir vəziyyətə gətirdi. Hansı ki, nə səbəb, nə nəticəsi gələcəyə faydalı oldu.

Yenə səhvlər olacaq, yenə Ehtiram Quliyev coşğulu çıxış edəcək.

Çünki yarımçıq qalan, həll olunmayan məqamlar çoxdur. Nə Ehtiram bəy etirazının məzmununu doğru qurur, nə AFFA ilə effektiv dialoq yaranır, nə də tərəflərin təcrübəli işgüzar/ideoloji komandası var ki, kritik məqamda effektiv yol seçə bilsinlər.

Bu dilemmanı şairin təbirincə ifadə etsək, desəm öldürərlər, deməsəm ölləm…

Elçin Cəlilov

P.S. Ehtiram bəy kimiləri bu futbolda çox belə vəziyyətlə qarşılaşacaqlar; deməsələr “ölərlər”, deyəndə də “öldürüləcək”…

Yevlaxda vacib oyun

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura start veriləcək. Msport.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçiriləcək. Çempionatın […]

Source

Cəlal Hüseynov lider “Levski”yə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 29-cu turu çərçivəsində lider Sofiya “Levski”si ilə qarşılaşıb.

“Arda” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Hüseynov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Arda” 29 turdan sonra 41 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 11 qələbə qazanıb, 8 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 78 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Premyer Liqa: “Karvan” “Kəpəz”lə üz-üzə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış oyununda çempionatın aşkar autsayderi “Karvan” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək. Yevlax şəhər stadionunda keçiriləcək bu qarşılaşmanı Nicat İsmayıllı idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ruslan Quliyev yerinə yetirəcək.

Qeyd edək ki, aprelin 11-də və 12-də keçiriləcək turun qalan görüşlərinin təyinatları hələ açıqlanmayıb.

Azərbaycan, Premyer Liqa
27-ci tur
10 aprel

“Karvan” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Emin Əliyev.
AVAR: Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Yevlax şəhər stadionu, 15:30.

11 aprel

“Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu, 15:30.

“Sabah” – “Zirə”
“Masazır Arena”, 18:00.

“Neftçi” – “Araz-Naxçıvan”
“Neftçi Arena”, 20:00.

12 aprel

“Qəbələ” – “İmişli”
Qəbələ şəhər stadionu, 15:30.

“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 18:00.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Azərbaycan, Premyer Liqa
15:30 Karvan-Yevlax – Kəpəz (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Beşiktaş – Antalyaspor (Futbol 3, beİN Sports 1)

İtaliya, A Seriyası
22:45 Roma – Piza (Futbol 1)

İspaniya, La Liqa
23:00 Real – Jirona (İdman TV, Futbol 2)

İngiltərə, Premyer Liqa
23:00 Vest Hem – Vulverhempton (beİN Sports 3)

MLS klubu Neymar üçün danışıqlara başladı

“Santos”un hücumçusu Neymar karyerasını ABŞ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. MLS təmsilçisi “Çinçinnati” braziliyalı futbolçunun xidmətində maraqlıdır. Klub nümayəndələri artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Neymarın “Santos”la müqaviləsi ilin sonuna kimidir. O, bu mövsüm Braziliya çempionatında 4 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Autsayder qələbə həsrətinə son qoydu

Bu gün Misli Premyer Liqasında XXVII tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib.

Autsayder “Karvan-Yevlax” “Kəpəz”i qəbul edib. Matç Yevlax təmsilçisinin qələbəsiylə başa çatıb.

Misli Premyer Liqası
XXVII tur

10 aprel

15:30 Karvan-Yevlax – Kəpəz 4:1
Qollar:
R.Rütəmli, 38, 45+2, 90+4, E.Turabov, 65 – F.Nəbiyev, 48
Baş hakim:
Nicat İsmayıllı
Yevlax şəhər stadionu

Konfrans Liqasında 1/4 final darmadağınlarla başladı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, bu mərhələnin ilk qarşılaşmaları eyni günə təsadüf edib.

İspaniyanın “Rayo Valyekano” komandası Yunanıstan təmsilçisi AEK-i qəbul edib və 3 cavabsız qola sevinib.

Ukraynanın “Şaxtyor” kollektivi Niderlandın “Alkmar” komandası ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də Donetsk təmsilçisi darmadağına sevinib.

İngiltərənin “Kristal Pelas” komandası da İtaliya təmsilçisi “Fiorentina”nı darmadağınla yola salıb.

Almaniyanın “Maynts” komandası isə Fransanın “Strasburq” kollektivi ilə ev oyununda inamlı qələbə qazanıb.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 16-da keçiriləcək.

Avropa Konfrans Liqası
1/4 final mərhələsinin ilk oyunları
9 aprel

Rayo Valyekano (İspaniya) – AEK (Yunanıstan) 3:0
Qollar: Akomaç, 2. U.Lopes, 45+2. Palason, 74-pen.

Şaxtyor (Ukrayna) – Alkmar (Niderland) 3:0
Qollar: Pedrinyo, 72. Alisson, 81; 83.

Kristal Pelas (İngiltərə) – Fiorentina (İtaliya) 3:0
Qollar: Mateta, 24-pen. Mitçell, 31. Sarr, 90.

Maynts (Almaniya) – Strasburq (Fransa) 2:0
Qollar: Sano, 11. Poş, 19.

Avroliqa: “Frayburq” qalib gəldi, “Bolonya” uduzdu

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Bolonya” doğma meydanda “Aston Villa”ya məğlub olub. “Portu” – “Nottingem Forest” matçında qalib müəyyənləşməyib. “Fraybuq” isə “Selta”nı 3 cavabsız qolla yenib.

Xatırladaq ki, ilk oyun günündə baş tutmuş “Braqa” – “Betis” matçında qalib müəyyənləşməmişdi – 1:1.

Avroliqanın 1/4 final mərhələsinin cavab qarşılaşmaları gələn həftə – aprelin 16-da baş tutacaq.

Avropa Liqası
1/4 final mərhələsinin ilk oyunları
8 aprel

Braqa (Portuqaliya) – Betis (İspaniya) 1:1
Qollar: Florian Qrilliç, 5 – Xuan Kamilo Ernandes, 62-pen.

9 aprel

Bolonya (İtaliya) – Aston Villa (İngiltərə) 1:3
Qollar: Roue, 90 – Konsa, 44. O.Uotkins, 51; 90+4.

Portu (Portuqaliya) – Nottingem Forest (İngiltərə) 1:1
Qollar: U.Qomes, 11 – M.Fernandes, 13-öz qapısına.

Fraybuq (Almaniya) – Selta (İspaniya) 3:0
Qollar: Qrifo, 10. Beste, 32. Ginter, 78.

Super Liqa: “Samsunspor” “Rizəspor”a böyük hesabla uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda “Rizəspor” doğma meydanda “Samsunspor” ilə üz-üzə gəlib.

Beş qolun qeydə alındığı qarşılaşmada Rizə təmsilçisi darmadağına sevinib.

Qeyd edək ki, hazırda Türkiyə çempionatının yarış cədvəlində “Qalatasaray” 67 xalla vahid liderdir. Lideri 63 xala malik “Fənərbağça” ilə “Trabzonspor” izləyirlər. “Beşiktaş”ın 52, “Göztəpə”nin 46, “Başakşəhər”in 44, “Samsunspor”un 36, “Kocaelispor” və “Qaziantep”in 34, “Rizəspor”un 33, “Alanyaspor”un 32, “Konyaspor”un 31 xalı var.

Türkiyə, Super Liqa
27-ci turun oyunu
9 aprel

Rizəspor – Samsunspor 4:1
Qollar: Auqusto, 39; 0. Mosi, 43. Laçi, 45+3 – Ndiaye, 90+3.

AL: “Aston Villa”dan səfərdə inamlı qələbə

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün mərkəzi qarşılaşması İtaliyada baş tutub.

“Bolonya” evdə “Aston Villa” ilə bacara bilməyib – 1:3.

“Frayburq” öz meydanında “Selta” üzərində 3 cavabsız qolla qələbə qazanıb.

Mərhələnin Portuqaliyada keçirilən daha bir matçında “Porto” “Nottingem Forest”in müqavimətini qıra bilməyib, həmin görüş də 1:1 hesablı bərabərliklə yekunlaşıb.

UEFA Avropa Liqası

1/4

9 aprel

“Bolonya” (İtaliya) – “Aston Villa” (İngiltərə) 1:3

Qol: C. Rou, 90 – E. Konsa, 44, O. Votkins, 51, 90+4

“Porto” (Portuqaliya) – “Nottingem Forest” (İngiltərə) 1:1

Qol: V. Qomes, 11 – M. Fernandes, 13 (ö.q)

“Frayburq” (Almaniya) – “Selta” (İspaniya) 3:0

Qol: V. Qrifo, 10, Y. Beste, 32, M. Ginter, 78

KL: “Kristal Pelas” “Fiorentina”nı böyük hesabla məğlub etdi

Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, gecə maraqlı görüşlərlə yadda qalıb.

Günün mərkəzi qarşılaşması İngiltərədə “Kristal Pelas” və “Fiorentina” arasında baş tutub. Meydan sahibləri 3:0 hesablı inamlı qələbəyə seviniblər.

“Rayo Vallekano” da favoriti olduğu matçda “AEK”i 3 cavabsız qolla məğlub edib. “Maynz” öz meydanında “Strazburq”, “Şaxtyor” isə “AZ Alkmaar”dan üstün olub.

Cütlər arasında cavab oyunları aprelin 16-sında keçiriləcək.

UEFA Konfrans Liqası

1/4 final

9 aprel

“Rayo Valyekano” (İspaniya) – AEK (Yunanıstan) 3:0

Qol: İ. Akomah, 2, U. Lopez, 45+2, İ. Palazon, 74 (pen)

“Maynts” (Almaniya) – “Strazburq” (Fransa) 2:0

Qol: K. Sano, 11, S. Poş, 19

“Kristal Pelas” (İngiltərə) – “Fiorentina” (İtaliya) 3:0

Qol: J. Mateta, 24 (pen), T. Miçell, 31, İ. Sarr, 90

“Şaxtyor” (Ukrayna) – “Alkmaar” (Niderland) 3:0

Qol: Pedrinyo, 72, Alisson, 81, 83

 

 

 

 

Barış Alper: “Bizi asanlıqla yıxa bilməzlər”

Türkiyə Super Liqasının lideri “Qalatasaray” təxirə salınmış matçda “Göztəpə”ni 3:1 hesabı ilə məğlub edərək vacib 3 xal qazanıb.

Futbolpress.az xəbər verir ki, qarşılaşmaya kapitan sarğısı ilə çıxan Barış Alper Yılmaz oyundan sonra səmimi açıqlamaları ilə diqqət çəkib.

​Karyerasında ilk dəfə komandanı meydana kapitan kimi çıxaran Barış Alper bu qüruru belə ifadə edib:

​”Kapitan kimi meydana çıxdığım üçün çox xoşbəxtəm. Böyük məsuliyyətim var və məni heç nə həvəsdən sala bilməz. Özümə çox yaxşı baxıram. Forvard oynamağı da sevirəm, artıq 5 qolum oldu. Əsas odur ki, komandama töhfə verim”.

​Ötən turdakı “Trabzonspor” məğlubiyyətini “nəzər muncuğu” adlandıran ulduz futbolçu nəticənin onları daha da gücləndirdiyini bildirib:

“Futbolda dünən yoxdur, amma keçən matçdakı nəticə bizi həqiqətən üzmüşdü. Komanda olaraq danışdıq, bu günə və sabaha kökləndik. Könül istər ki, həmişə qazanaq, amma o məğlubiyyət nəzər muncuğu oldu və bizi daha da alovlandırdı. Kənar səslərə qulaq asmırıq, ancaq özümüzə baxırıq”.

​Komanda yoldaşı Mauro İkardi haqqında da yüksək fikirlər səsləndirən Barış klubdakı ailə mühitini vurğulayıb:

“Hələ heç nə bitməyib, qarşıda çox oyun var. Böyük bir ailəyik və bizi asanlıqla yıxa bilməzlər. Mauro İkardi isə çox xüsusi biridir, o, bütöv bir nəsli “Qalatasaray” azarkeşi etdi”.

İngiltərə klubları 90 milyonluq mübarizəyə hazırlaşır

​”Aston Villa”nın gənc ulduzu Morqan Rocers yay transfer pəncərəsinin ən çox axtarılan simasına çevrilmək üzrədir.

Futbolpress.az xəbər verir ki, İngiltərənin üç nəhəng klubu futbolçu üçün “hərraca” hazırlaşır.

​”The Times” nəşrinin yaydığı məlumata görə, “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” 21 yaşlı vingeri heyətinə qatmaq üçün rəsmi addımlar atmağa başlayıb. Mövsüm boyu göstərdiyi performansla diqqətləri üzərinə çəkən Rocers üçün klublar arasında ciddi mübarizə gözlənilir.

Birmingem təmsilçisi gənc istedadını asanlıqla buraxmaq niyyətində deyil. Klub Rocersin transfer qiymətini 90 milyon avrodan yuxarı müəyyənləşdirib. Lakin xəbərdə qeyd olunur ki, “Aston Villa” maliyyə təzyiqlərini azaltmaq üçün bu təklifləri ciddi dəyərləndirmək məcburiyyətində qala bilər.

​Əgər bu transfer baş tutarsa, ulduz futbolçu Premyer Liqa daxilində yay pəncərəsinin ən baha qiymətli keçidlərindən birinə imza atacaq.

Demirel: “Məni Volkan edən Aziz Yıldırım oldu”

​”Gənclərbirliyi”nin baş məşqçisi Volkan Demirel “TRT Spor”a müsahibə verib.

Futbolpress.az xəbər verir ki, o həm futbolçuluq karyerası, həm də ona qoyulan ləqəblər barədə səmimi və maraqlı etiraflar edib.

Təcrübəli mütəxəssis illərdir azarkeşlər arasında müzakirə olunan ləqəbi ilə bağlı kompleksinin olmadığını bildirib:

​”Mənə “Fənərbaxça”nın bazasında “Dayı”, kənarda isə “Ayı” deyirdilər. Bəlkə də, insanlara qəribə gəlir, amma qızlarımın ən sevdiyi oyuncaq ayıdır. Hətta qızımın bir oyuncaq ayısı var, adını da Volkan qoyub. Mən ayı olmaqdan və ayı kimi görünməkdən çox xoşbəxtəm. Çünki ayı çox güclü bir heyvandır”.

Demirel “Fənərbaxça”nın sabiq və indiki prezidentləri barədə də danışaraq, onlara olan ehtiramını ifadə edib:

“Məni “Volkan” edən insan Aziz Yıldırımdır. Onu həmişə atamın yerinə qoyuram. Ali Koç da eyni şəkildədir. Biri mənim üçün atamdırsa, digəri böyük qardaşımdır”.

Keçmiş qapıçı karyerası ərzində buraxdığı saysız-hesabsız qollar arasında ən çox yadında qalan 3 böyük səhvini xüsusi qeyd edib:

“Karyeramda çox gözəl qollar buraxmışam, amma ağlımda qalanlar həmişə səhvdən buraxdığım qollardır. Üçünü heç unuda bilmirəm: “Kasımpaşa” ilə matçda öz qapıma vurduğum, Edu ilə toqquşduğumuz epizodda “Qalatasaray”dan, və İtaliya millisindən buraxdığım qol”.

DÇ-2026 üçün rekord sayda hakim

Bu ilin yayında keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinin oyunlarında rekord sayda hakim çalışacaq.

Arena.az bu barədə FIFA-ya istinadən xəbər verir.

Qurumdan verilən məlumata görə, mundialda ümumilikdə 170 hakim fəaliyyət göstərəcək.

Siyahıya 52 baş hakim, 88 köməkçi hakim və altısı qadın olmaqla 30 video hakim daxildir. Bu, dünya çempionatları tarixində ən yüksək say hesab olunur və 2022-ci ildə reallaşmış dünya çempionatında qeydə alınmış göstəricidən 41 nəfər çoxdur.

Bundan əlavə, tarixdə ilk dəfə olaraq azarkeşlər hakimlərin üzərində quraşdırılmış kameralar vasitəsilə epizodların təkrarını onların baxış bucağından izləyə biləcəklər.

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Kukseviç: “Gözlədiyimizdən yaxşı mübarizə apardıq”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Gürcüstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tiflisdə baş tutmuş ilk görüşü millimizin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kukseviç matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Yaxşı rəqibə qarşı oynadıq. Gürcüstan millisi bir neçə ay əvvəl Avropa çempionatının final mərhələsində çıxış edib. Güclü rəqibə qarşı gözlədiyimizdən də yaxşı mübarizə apardıq.

Oyuna yaxşı başladıq. Əvvəldən yaratdığımız 2 real imkanı qola çevirə bilsəydik, hadisələr fərqli şəkildə davam edəcəkdi, əhval-ruhiyyə yaxşı olacaqdı. Əvəzində fərdi səhvlərdən 2 qol buraxdıq. Buna baxmayaraq, oyundan qopmadıq. Yenə şanslarımız oldu. Həmin imkanlardan istifadə edə bilsəydik, hesab xeyrimizə olacaqdı. Təəssüf ki, realizə baxımından “axsadıq”. Ümumi götürsək, bu görüş bizə çox lazım idi. Bunun xeyrini gələcəkdə görəcəyik.

Bir məqamı da qeyd edim ki, bu gün bir neçə gənc futzalçıya meydana çıxmaq şansı yaratdıq. Vaxt etibarı ilə bəlkə də meydanda az oldular, ancaq millinin oyun həyəcanını yaşadılar, atmosferi hiss etdilər”.

Manuel Noyer – ÇL-də həftənin ən yaxşı oyunçusu!

“Bayern”in qapıçısı Manuel Noyer azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Almaniyalı qolkiper ÇL-in 1/4 final mərhələsi çərçivəsində Madrid “Real”ına (İspaniya) qarşı keçirdikləri ilk görüşdə (2:1) özünü yaxşı tərəfdən göstərib. Noyer səsvermədə David Raya (“Arsenal”), Xviça Kvaratsxeliya (PSJ) və Xulian Alvaresi (“Atletiko”) qabaqlayıb.

Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 31 oyuna çıxıb, 30 qol buraxıb, 10 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 592 oyun, 489 buraxılmış qol və 275 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 12 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 40 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Futzal millimiz Gürcüstana ilk oyuna məğlub oldu

Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda yerli Gürcüstan yığması ilə üz-üzə gəlib.

“Tiflis Arena”da baş tutmuş matç meydan sahibi komandanın qələbəsi ilə başa çatıb. Fasiləyə qədər imkanlardan istifadə edə bilməyən millimiz qapısında 2 qol görüb. İkinci hissəyə isə əskinə, komandamız qolla başlayıb. Cərimə zərbəsindən ötürməni Nihad İsmayılov qapıdan keçirib və fərqi azaldıb. Ancaq 31-ci dəqiqədə rəqib daha bir qol vurub. Sona 2 dəqiqə qalmış qapıçını meydan oyunçusu ilə əvəzləyən komandamız Manafoun timsalında fərqi yenidən minimuma endirib. Ancaq meydan sahibləri yenidən qol vurublar.

Futzal millimiz bu rəqiblə aprelin 11-də daha bir oyun keçirəcək. Eyni məkanda baş tutacaq görüşə saat 14:00-da start veriləcək.

Yoxlama oyunu
9 aprel

Gürcüstan – Azərbaycan 4:2
Qollar: Vaxtanq Jvaraşvili, 4:48. Janiko Georgiya, 5:06. İrakli Todua, 30:34. Nikoloz Kurtanidze, 38:51 – Nihad İsmayılov, 22:18. Kənan Manafov, 38:41.
Hakimlər: Qriqol Bliadze, Sopiko Rizhamadze, Qoça Taruaşvili (Gürcüstan).
Tiflis. “Tiflis Arena”. Saat 18:00.

Gürcüstan: 16. Əli Aslani, 4. Georgi Çimakadze, 8. Vaxtanq Kekeliya, 9. İrakli Todua (k), 18. Nikoloz Kurtanidze, 1. Luka Xarşiladze, 12. Tornike Bukiya, 2.Nikoloz Qabriçidze, 3. Saba Tkeşelaşvili, 6. Janiko Georgiya, 7. Şota Topuriya, 10. Vaxtanq Jvaraşvili, 11. Nika Xaratişvili, 14. Nukri Tçumburidze, 17. Arçil Sebiskveradze, 19. Saba Egriselaşvili, 20. Levan Svanidze.
Baş məşqç: Avtandil Asatiani.

Azərbaycan: 12. Rövşən Hüseynli, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Ədalət Ələkbərov, 1. Emin Kürdov (k), 3. Kənan Manafov, 4. Pünhan Qasımzadə, 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 14. Tofiq Mikayılov, 15. Novruz Kazıxanov, 18. Tofiq Əliyev, 20. Fərid Abbasov.
Baş məşqçi: Yevgeni Kukseviç.

Elnur Çodarov “Valerenqa”nın düşərgəsində

Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov “Valerenqa”da bir həftəlik təcrübə proqramında iştirak edir.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Çodarov UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveçin aparıcı klublarından biri olan “Valerenqa”nın düşərgəsinə yollanıb. O, təcrübə müddətində “Valerenqa”nın əsas komandasının baş məşqçisi Geir Bakke ilə görüşüb. Görüş zamanı tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb, məşq prosesinin təşkili və iş prinsipləri ilə yaxından tanışlıq baş tutub.

Proqram çərçivəsində millimizin məşqçisi komandanın məşqlərini izləyib və iş prosesi ilə yerində tanış olub. Elnur Çodarov “Valerenqa”nın baş məşqçisinə üzərində adı yazılmış Azərbaycan millisinin formasını hədiyyə edib.

İkinci Liqa: “Quba” “Şəki”ni darmadağınla yola saldı

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 21-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Quba” “Şəki”ni qəbul edib. Altı qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər.

İkinci Liqa
21-ci tur
6 aprel

“Göygöl” – “Ağdaş” 0:2
Qollar: Elçin Süleymanov, 18; 39.
Hakimlər: Rasim Musayev, Taleh Məmmədov, Rəşad Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Araz Saatlı” – “Ağstafa Gəncləri” 7:1
Qollar: Xəyal Bədirov, 30; 90. Rüstəm Rüstəmov, 48. Mehman Məsimov, 54; 68. Nizami Səmədov, 75. Elariz Xəlilli, 77 – Kamran Hüseynov, 81.
Hakimlər: Səbuhi Bayramov, Məmmədəli Kərimov, Əkbər Əliyev, Vüqar Alıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

7 aprel

“Dinamo” – “Qaradağ Lökbatan” 0:5
Qollar: Vüsal Hüseynov, 17. Ayaz Mikayılov, 33; 81; 84. Rövşən Şahmuradov, 78-pen.
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Hüseyn Vəliyev, Samir Musayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 15:00.

“Şirvan” – “Xankəndi” 1:5
Qollar: Tural Rzayev, 49 – Elmar Rəhimov, 13. Bəhruz Teymurov, 15. Elvin Nəsibov, 51; 65; 90+2.
Hakimlər: Əkbər Əhmədov, Aydın Baxşıyev, Elmin Süleymanov, Xalid Quliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Kür-Araz” – “Şəmkir” 1:0
Qol: Mirabbas Mirbabayev, 82-pen.
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Rüfət Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

9 aprel

“Quba” – “Şəki” 5:1
Qollar: Cavid Qasımov, 31. İbrahim İbrahimli, 34; 69. Elnur Səmədov, 58; 81 – Elgün Hacıbabayev, 76.
Hakimlər: Murad Səlimov, Əhməd Əhmədsoy, Ruslan Məmmədov, Hacıağa Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Birinci Liqa: “Səbail” “Şəfa”ya da uduzdu

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 21-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Şəfa” – “Səbail” oyununda birincilər qalib gəliblər. “Şimal” “Mingəçevir”ə, “Difai” isə “Şahdağ Qusar”a 3 cavabsız qolla uduzub.

Birinci Liqa
21-ci tur
8 aprel

“Baku Sportinq” – MOİK 3:1
Qollar: Pablo Alveş, 12-pen; 45-pen. İlham Allahverdiyev, 59 – Seyxan Fərəcov, 90+2.
Hakimlər: Alik Yunusov, Aydın Bəxşiyev, Məmmədəli Kərimov, Nazim Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Buzovna qəsəbə stadionu, 15:30.

“Cəbrayıl” – “Zaqatala” 3:2
Qollar: Sadiq Hüseynli, 14. Andzuno Eli, 51. Dileyn Açimi, 87 – Rəşad Həsənov, 50-öz qapısına. Roini İsmayılov, 68.
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Niyaz Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

9 aprel

“Şəfa” – “Səbail” 2:1
Qollar: Emin Zamanov, 48. Nahid Əliyev, 57 – Kamran Quliyev, 61-pen.
Hakimlər: Fərid Hacıyev, Mirnihat Seyidov, Asif Abdullayev, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 15:00.

“Şimal” – “Mingəçevir” 0:3
Qollar: Bahadur Həziyev, 62-pen; 87. Kennet Kalunqa, 73.
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Taleh Məmmədov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Difai” – “Şahdağ Qusar” 0:3
Qollar: Famil Camalov, 10. Kvaku Adjey, 29. Sənan Ağalarov, 31.
Hakimlər: Pərviz İbrahimov, Zakir Şükürzadə, İlkin Mustafayev, Nahid Xasıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Buzovna qəsəbə stadionu, 15:30.

Qarnaço Argentinaya qayıda bilər

“Çelsi”nin futbolçusu Alexandro Qarnaço karyerasını ölkəsində davam etdirə bilər. Msport.az xəbər verir ki, “River Pleyt” argentinalı vingerin xidmətində maraqlıdır. Buenos […]

Source

Tahir Gözəl “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri oldu

“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözəl “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, idarəetmədəki bu strateji dəyişiklik ailə biznesinin növbəti nəslə etibarını və holdinqin müasir, innovativ idarəçilik modelinə keçidini simvolizə edir.

Tahir Gözəl “Şeffild” Universitetinin menecment fakültəsinin və “Fransa Sup de Co” Universitetinin məzunudur. O, “Greentech” kimi qlobal şirkətlərə rəhbərlik etməklə yanaşı, ölkəmizdə süni intellekt və İT sahəsində ən müasir standartlara cavab verən “Proxima” şirkətinin qurucusudur.

Yeni sədr “Azərsun Holdinq”in ixrac coğrafiyasını hazırkı 40 ölkədən 60-a çatdırmağı, istehsalatda AI əsaslı optimallaşdırmanı tətbiq etməyi və “Made in Azerbaijan” brendini dünyaya tanıtmağı hədəfləyir.

Mançesterdən Londona köçür?

“Mançester Siti”nin qapıçısı Ceyms Trafford Premyer Liqada klubunu dəyişə bilər. Msport.az xəbər verir ki, “Tottenhem” ingiltərəli qolkiperi transfer etmək istəyir. […]

Source

PSJ rusiyalı futbolçunu istəyir

Rusiya milisinin 20 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov PSJ-yə keçə bilər. Msport.az xəbər verir ki, Paris klubu “Lokomotiv”in yarımmüdafiəçisini yay transfer […]

Source

Alissona A Seriyasından maraq

“Yuventus” yay transfer pəncərəsində heyətini gücləndirmək üçün hərəkətə keçib. Msport.az xəbər verir ki, Turin təmsilçisi “Liverpul”un qapıçısı Alisson Bekerə maraq […]

Source

Premyer Liqa: “Karvan” – “Kəpəz” matçının hakimləri bilindi

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 27-ci turun “Karvan” – “Kəpəz” oyununun təyinatları müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Sabah – aprelin 10-da Yevlax şəhər stadionunda keçiriləcək bu qarşılaşmanı Nicat İsmayıllı idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ruslan Quliyev yerinə yetirəcək.

Qeyd edək ki, aprelin 11-də və 12-də keçiriləcək turun qalan görüşlərinin təyinatları daha sonra açıqlanacaq.

Azərbaycan, Premyer Liqa
27-ci tur
10 aprel

“Karvan” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Emin Əliyev.
AVAR: Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Yevlax şəhər stadionu, 15:30.

AFFA Ehtiram Quliyevin açıqlamasına 15 000 manat cərimə kəsdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kubokunun yarımfinal mərhələsi ilə bağlı qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısı ilə sizi də tanış edir:

Azərbaycan Kuboku, yarımfinalın ilk oyunları

“Turan Tovuz” – “Zirə” görüşündə “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Tovuz komandası 5000 manat cərimə edilib.

“Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz”un idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə Tovuz klubu 15000 manat cərimə ödəyəcək.

“Turan Tovuz” – “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilib.

AFFA Demçenkonu 1 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 26-cı turu ilə bağlı qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısı ilə sizi də tanış edir:

Premyer Liqa, 26-cı tur

“Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Zirə” 2000 manat cərimə edilib. Oyunun 53-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Şamaxı” buna görə 1000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Sabah” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 700 manat cərimə edilib. Oyun bitdikdən sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Naxçıvan komandası buna görə 2500 manat cərimə ödəyəcək.

Əvəzedicilər Liqası: 23-cü turun təyinatları açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 23-cü turun bütün təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

23-cü turun oyunları aprelin 10-da, 11-də, 12-də və 13-də keçiriləcək.

Əvəzedicilər Liqası
23-cü tur
10 aprel

“Zirə-2” – “Şamaxı-2”
Hakimlər: Hacıağa Həsənov, Vüqar Bayramov, Ruslan Babayev, Ləman Əmirli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 15:00.

11 aprel

“Kəpəz-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Ağadur Mahmudov, Samir Musayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

12 aprel

“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

13 aprel

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:00.

“Qəbələ-2” – “Neftçi-2”
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Qəzənfər Məmmədov, Vüqar Alıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Qəbələ şəhər stadionu” (ehtiyat meydança), 15:00.

“Fənərbağça” Asensionu itirdi

“Fənərbağça”nın heyətində ciddi itki baş verib. Msport.az xəbər verir ki, İstanbul nəhənginin aparıcı oyunçularından olan Marko Asensio Türkiyə çempionatının 28-ci turunun “Beşiktaş”la […]

Source

Klubuna ən sadiq 5 futbolçu

Bütün karyerasını bir klubda keçirən ən yaxşı futbolçuların reytinqi açıqlanıb. Msport.az xəbər verir ki, İngiltərənin BBC nəşri bütün peşəkar karyerasını […]

Source

Yüksək Liqa: 17-ci turun oyun cədvəli açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

17-ci turun oyunları aprelin 23-də “Olimpik Star”da keçiriləcək. İlk matça saat 15:30-da start veriləcək. Son çempion “Araz-Naxçıvan” “Şuşa”nı sınağa çəkəcək. Lider “Neftçi” isə U-19 millimizlə üz-üzə gələcək.

“Lənkəran” çempionatda iştirakını dayandırdığı üçün “Baku Fire” bu turda oynamadan 3 xal qazanacaq.

Yüksək Liqa
17-ci tur
23 aprel

Araz-Naxçıvan – Şuşa
Bakı. “Olimpik Star”. Saat 15:30.

Neftçi İK – U-19
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xallar: Neftçi İK – 43. Araz-Naxçıvan – 40. Baku Fire – 29. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.

Bombardirlər: Sadeq Caviditavar (“Şuşa”) – 23. Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”), Allef Mayolli (“Neftçi” İK) – 21 qol.

Futzal millimizin Gürcüstanla ilk sınağı

Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi bu gün yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda yerli Gürcüstan yığması ilə üz-üzə gələcək.

Görüş Tiflis şəhərindəki İdman Sarayında baş tutacaq. Oyuna saat 18:00-da start veriləcək.

Qeyd edək ki, futzal millimiz aprelin 11-də eyni məkanda Gürcüstan yığması ilə ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan yığması ilə ilə yoxlama matçları keçirəcək.

Yoxlama oyunu
9 aprel

Gürcüstan – Azərbaycan
Tiflis İdman Sarayı. Saat 18:00.

Gürcüstan
Qapıçılar
: Tornike Bukia, Əli Aslani, Luka Xarşiladze
Oyunçular: Giorgi Çimakadze, Vaxtanq Kekeliya, Arçil Sebiskveradze, İrakli Todua, Vaxtan Jvaraşvili, Levan Svanidze, Nikoloz Qabrichidze, Tkeşelaşvili, Nika Xaratişvili, Saba Eqriselaşvili, Janiko Giorgia, Nikoloz Kurtanidze, Şota Topuriya
Baş məşqç: Avtandil Asatiani

Azərbaycan
Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev, Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov, Pünhan Qasımzadə, Ədalət Ələkbərov, Ülvi Əliyev, Qüdrət Qasımzadə
Baş məşqçi: Yevgeni Kukseviç

Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, bu mərhələnin ilk qarşılaşmaları eyni günə təsadüf edəcək.

İspaniyanın “Rayo Valyekano” komandası Yunanıstan təmsilçisi AEK-i qəbul edəcək. Ukraynanın “Şaxtyor” kollektivi Niderlandın “Alkmar” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. İngiltərənin “Kristal Pelas” komandası İtaliya təmsilçisi “Fiorentina”nı sınağa çəkəcək. Almaniyanın “Maynts” komandası isə Fransanın “Strasburq” kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 16-da keçiriləcək.

Avropa Konfrans Liqası
1/4 final mərhələsinin ilk oyunları
9 aprel

20:45. Rayo Valyekano (İspaniya) – AEK (Yunanıstan)
23:00. Şaxtyor (Ukrayna) – Alkmar (Niderland)
23:00. Kristal Pelas (İngiltərə) – Fiorentina (İtaliya)
23:00. Maynts (Almaniya) – Strasburq (Fransa)

Avroliqa: “Frayburq” “Selta”ya, “Bolonya” “Aston Villa”ya qarşı

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutacaq.

“Bolonya” doğma meydanda “Aston Villa”nı, “Portu” “Nottingem Forest”i, “Fraybuq” isə “Selta”nı sınağa çəkəcək.

Xatırladaq ki, ilk oyun günündə baş tutmuş “Braqa” – “Betis” matçında qalib müəyyənləşməmişdi – 1:1.

Avroliqanın 1/4 final mərhələsinin cavab qarşılaşmaları gələn həftə – aprelin 16-da baş tutacaq.

Avropa Liqası
1/4 final mərhələsinin ilk oyunları
8 aprel

Braqa (Portuqaliya) – Betis (İspaniya) 1:1
Qollar: Florian Qrilliç, 5 – Xuan Kamilo Ernandes, 62-pen.

9 aprel

23:00. Bolonya (İtaliya) – Aston Villa (İngiltərə)
23:00. Portu (Portuqaliya) – Nottingem Forest (İngiltərə)
23:00. Fraybuq (Almaniya) – Selta (İspaniya)

ÇL: “Barselona” “Atletiko”ya, “Liverpul” PSJ-yə uduzdu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günü çərçivəsində daha iki qarşılaşma baş tutub.

Parisdə yerli PSJ İngiltərənin “Liverpul” komandasını qəbul edib və inamlı qələbəyə sevinib. Digər matçda isə İspaniya təmsilçiləri “Barselona” və Madrid “Atletiko”su üz-üzə gəliblər. Bu görüşdə də paytaxt təmsilçisi inamlı qələbə qazanıb.

Qeyd edək ki, ÇL-də 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl “Bayern” (Almaniya) Madriddə “Real”a 2:1, “Arsenal” (İngiltərə) isə Lissabonda “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsinin ilk oyunları
8 aprel

PSJ (Fransa) – Liverpul (İngiltərə) 2:0
Qollar: Dezire Due, 11. Xviça Kvaratsxeliya, 65.

Barselona (İspaniya) – Atletiko (İspaniya) 0:2
Qollar: Xulian Alvares, 45. Aleksander Sörlot, 70.

Super Liqa: “Qalatasaray” “Göztəpə”ni 3 qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda lider “Qalatasaray” səfərdə “Göztəpə” ilə üz-üzə gəlib.

Dörd qolun qeydə alındığı qarşılaşma İstanbul təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Qalatasaray” 67 xalla vahid liderdir. Lideri 63 xala malik “Fənərbağça” ilə “Trabzonspor” izləyirlər. “Beşiktaş”ın 52, “Göztəpə”nin 46, “Başakşəhər”in 44, “Samsunspor”un 36, “Kocaelispor” və “Qaziantep”in 34, “Alanyaspor”un 32, “Konyaspor”un 31 xalı var.

Türkiyə, Super Liqa
27-ci turun oyunu
8 aprel

Göztəpə – Qalatasaray 1:3
Qollar: Juan Santos, 50 – Barış Alper Yılmaz, 5. Allan Qodoi, 19-öz qapısına. Mario Lemina, 75.

Aliu Sisse Liviya millisindən ayrıldı

Futbol üzrə Liviya milli komandasının baş məşqçisi, Seneqaldan olan mütəxəssis Aliu Sisse vəzifəsindən ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, seneqallı mütəxəssis bu qərarını sosial media hesabında açıqlayıb.

50 yaşlı mütəxəssis mart ayında komanda ilə son təlim-məşq toplanışını keçdiyini bildirib. Sisse bu dövrü həm peşəkar, həm də şəxsi baxımdan dəyərli təcrübə kimi qiymətləndirib. Məşqçilər heyətinə və futbolçulara təşəkkür edən mütəxəssis görülən işlərdən qürur duyduğunu vurğulayıb və komandanın gələcəyinə inandığını qeyd edib. O, həmçinin azarkeşlərə dəstəyə görə minnətdarlığını ifadə edib.

Xatırladaq ki, Aliu Sisse 2025-ci ilin mart ayından Liviya yığmasına rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 10 oyuna çıxarıb, 3 qələbə, 5 heç-heçə və 2 məğlubiyyət görüb.

Sisse daha öncə Seneqalın U-23 və əsas yığmalarına da rəhbərlik edib.

Avroliqa: “Betis” və “Braqa”dan ilk oyunda heç-heçə

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

İspaniya təmsilçisi “Betis” Portuqaliyada “Braqa”nın qonağı olub. “Estadio Municipal de Braga”da keçirilmiş oyunda qalib müəyyənləşməyib – 1:1. Ev sahiblərinin heyətində Florian Qrilliç (5) fərqlənib. Qonaq komandanın qolunu isə penaltidən Xuan Kamilo Ernandes (62) vurub.

Avroliqanın 1/4 final mərhələsinin digər ilk oyunları sabah – aprelin 9-da keçiriləcək. Bu mərhələnin cavab qarşılaşmaları isə gələn həftə – aprelin 16-da baş tutacaq.

Avropa Liqası
1/4 final mərhələsinin ilk oyunları
8 aprel

Braqa (Portuqaliya) – Betis (İspaniya) 1:1
Qollar: Florian Qrilliç, 5 – Xuan Kamilo Ernandes, 62-pen.

9 aprel

23:00. Bolonya (İtaliya) – Aston Villa (İngiltərə)
23:00. Portu (Portuqaliya) – Nottingem Forest (İngiltərə)
23:00. Fraybuq (Almaniya) – Selta (İspaniya)

Rəhim Həsənov 14 mübahisəli qərara şərh verdi – Video

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 26-cı turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 26-cı turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.

Rəhim Həsənov ümumilikdə 5 matçda qeydə alınmış 14 mübahisəli epizodu dəyərləndirib. O, hakimlərin əksər vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib. Yalnız iki görüşdə hakim səhvi qeydə alınıb. Bunlar “Sumqayıt” – “Neftçi” və “Zirə” – “Şamaxı” matçlarındakı mübahisəli epizodlardır.

Qeyd edək ki, 26-cı turun “Araz-Naxçıvan” – “Sabah” matçında 5, “Sumqayıt” – “Neftçi” oyununda 4, “Zirə” – “Şamaxı” qarşılaşmasında 3, “Kəpəz” – “Qəbələ” və “Qarabağ” – “Karvan” matçlarında isə 1 mübahisəli epizod var.

AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Yüksək Liqa: “DH Volley” və “Turan” finala yaxınlaşdılar

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə baş tutub.

Görüşlər Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

İlk olaraq “Gəncə” “Turan”la üz-üzə gəlib. Qarşılaşma Tovuz təmsilçisinin 3:0 (25:22, 25:12, 25:13) hesablı qələbəsi ilə bitib. “Milli Aviasiya Akademiyası”nın “DH Volley” ilə oyununda isə ikincilər qələbə qazanıblar – 3:0 (25:22, 25:19, 25:19).

Tərəflər arasında ikinci görüşlər aprelin 11-i və 13-də baş tutacaq.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Yüksək Liqa
Yarımfinalın ilk oyunları
8 aprel

“Gəncə” – “Turan” 0:3 (22:25, 12:25, 13:25)
“Milli Aviasiya Akademiyası” – “DH Volley” 0:3 (22:25, 19:25, 19:25)

Birinci Liqa: “Baku Sportinq” və “Cəbrayıl” 3 qola sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 21-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Beş qolun qeydə alındığı “Cəbrayıl” – “Zaqatala” matçında meydan sahibləri qələbə qazanıblar. “Baku Sportinq” də MOİK-lə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Qeyd edək ki, 21-ci turun qalan oyunları aprelin 9-da keçiriləcək.

Birinci Liqa
21-ci tur
8 aprel

“Baku Sportinq” – MOİK 3:1
Qollar: Pablo Alveş, 12-pen; 45-pen. İlham Allahverdiyev, 59 – Seyxan Fərəcov, 90+2.
Hakimlər: Alik Yunusov, Aydın Bəxşiyev, Məmmədəli Kərimov, Nazim Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Buzovna qəsəbə stadionu, 15:30.

“Cəbrayıl” – “Zaqatala” 3:2
Qollar: Sadiq Hüseynli, 14. Andzuno Eli, 51. Dileyn Açimi, 87 – Rəşad Həsənov, 50-öz qapısına. Roini İsmayılov, 68.
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Niyaz Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

9 aprel

“Şəfa” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Mirnihat Seyidov, Asif Abdullayev, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 15:00.

“Şimal” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Taleh Məmmədov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Difai” – “Şahdağ Qusar”
Hakimlər: Pərviz İbrahimov, Zakir Şükürzadə, İlkin Mustafayev, Nahid Xasıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Buzovna qəsəbə stadionu, 15:30.

Maks Dauman – Çempionlar Liqasında yeni rekordçu!

İngiltərənin “Arsenal” klubunun sağ vingeri Maks Dauman UEFA Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşdirib.

Arena.az xəbər verir ki, o, bunu ÇL-in 1/4 final mərhələsində Portuqaliyanın “Sportinq” komandasına qarşı keçirdikləri ilk oyunda (1:0) iştirak etməklə bacarıb.

Dauman bu görüşün 76-cı dəqiqəsində meydana çıxıb. Nəticədə 16 yaş 97 günlük yarımmüdafiəçi ÇL tarixində 1/4 finalda oynayan ən gənc futbolçu olub.

Əvvəlki rekord 16 yaş 272 günlüyündə PSJ-yə qarşı meydana çıxmış “Barselona”nın hücumçusu Lamin Yamala məxsus idi.

Xatırladaq ki, Maks Dauman “Arsenal”ın öz yetirməsidir. O, London təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 9 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Dauman İngiltərənin U-16, U-17 və U-19 yığmalarında da oynayıb.

Mahmud Dahud “Ayntraxt”ı tərk edəcək – Rəsmi

Almaniyanın “Ayntraxt” klubunun mərkəz yarımmüdafiəçisi Mahmud Dahud cari mövsümün sonunda Frankfurt təmsilçisindən ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçunun müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Tərəflər bu anlaşmanı yeniləməyəcəklərinə dair razılığa gəliblər.

Xatırladaq ki, Dahud 2024-cü ilin yayında İngiltərənin “Brayton” klubundan Frankfurt təmsilçisinə transfer olunub. O, bu mövsüm bütün turnirlərdə 17 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Dahudun “Ayntraxt” karyerası bütövlükdə 35 oyun, 3 qol və 3 məhsuldar ötürmədən ibarətdir.

Mahmud Dahud Düsseldorf “Fortuna”sının yetirməsidir. O, peşəkar karyerasına Mönhenqladbax “Borussiya”sında başlayıb. Yarımmüdafiəçi “Borussiya” (Dortmund), “Ştutqart”, “Brayton” kimi klubların da formasını geyinib.

Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Suriya əsilli Dahud, əsas millidə də 2 matça çıxıb.

Andrey Sinenka bir müddət “İmişli”yə kömək edə bilməyəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” klubunun əsas qapıçısı Andrey Sinenka zədələnib.

Arena.az xəbər verir ki, Belarusdan olan qolkiper Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 26-cı turu çərçivəsində qarşılaşdıqları “Turan Tovuz”la ev oyununda sıradan çıxıb.

Onu matçın 83-cü dəqiqəsində Hüseynəli Quliyev əvəzləyib. Sözügedən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Artıq Sinenkanın durumuna aydınlıq gəlib. Bölgə təmsilçisindən verilən məlumata görə, Belarusdan olan futbolçunun tibbi müayinəsi zamanı aşağı ətrafın addüktor əzələlərinə aldığı zərbə nəticəsində ağrı, şişlik və hərəkət məhdudiyyəti aşkarlanıb. Ona “bud addüktor əzələlərinin kontuziyası” diaqnozu qoyulub. Mövcud kliniki vəziyyət nəzərə alınaraq, funksional bərpanın təmin edilməsi və idmançının optimal fiziki vəziyyətə qaytarılması məqsədilə qapıçı 5-8 seanslıq fizioterapiya müalicəsinə cəlb olunub.

Xatırladaq ki, Andrey Sinenka cari mövsümün əvvəlindən formasını geyindiyi “İmişli”nin heyətində 29 oyuna çıxıb, 40 qol buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb.

“Qarabağ” rəhbərliyi iclas keçirdi

Futbol üzrə Azərbaycan çempionatının sonuncu qalibi olan “Qarabağ” klubunda bu gün İdarə Heyətinin növbəti iclası keçirilib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İclasda klub prezidenti Tahir Gözəl, vitse-prezident Fevzihan Aras, baş direktor və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Görüş zamanı cari mövsümün gedişatı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, əldə edilən nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələri ilə yanaşı, təşkilati və idarəetmə məsələləri üzrə də geniş fikir mübadiləsi aparılıb.

İclasda eyni zamanda növbəti mövsümün planlaşdırılması əsas müzakirə mövzularından biri olub. Komandanın heyətinin gücləndirilməsi, infrastruktur layihələri, akademiyanın inkişafı və beynəlxalq arenada daha uğurlu çıxış üçün strateji istiqamətlər nəzərdən keçirilib.

İdarə Heyəti qarşıdakı dövrdə klubun dayanıqlı inkişafının təmin olunması, azarkeş məmnuniyyətinin artırılması və “Qarabağ” Futbol Klubunun həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurlarının davamlılığının təmin olunmasını prioritet kimi müəyyən edib.

ÇL: Manul Noyer Lionel Messinin rekordunu təkrarladı

Almaniyanın “Bayern” klubunun qapıçısı Manuel Noyer Lionel Messinin UEFA Çempionlar Liqasındakı (ÇL) rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, 40 yaşlı qolkiper buna İspaniyada “Real”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda nail olub.

Noyer Münhen təmsilçisinin heyətində bu turnirdə 136-cı dəfə start heyətində meydana çıxıb. O, bir komandada bunu bacaran oyunçular arasında ilk “üçlük”dədir.

Daha əvvəl Messi (136 oyun) “Barselona” forması ilə buna nail olub. ÇL-də mütləq rekord isə “Real”ın sabiq qapıçısı İker Kasilyasa məxsusdur – 149 oyun.

Xatırladaq ki, 2011-ci ildən “Bayern”də çıxış edən Manuel Noyer cari mövsümdə bütün turnirlər çərçivəsində 31 qarşılaşmada meydanda olub. Alman qolkiper bu görüşlərdə 30 top buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb.

Premyer Liqa: XXI əsrin ən məhsuldar seriyası

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümündə məhsuldar turlar seriyası davam edir.

Arena.az xəbər verir ki, 26-cı turda qapılara bütövlükdə 23 qol vurulub.

Orta məhsuldarlıq 3,83-ə bərabər olub.

Bu göstərici ardıcıl 4-cü dəfə 3 və ya daha yüksək olub. 23-cü turda 21 (3,50), 24-cü turda 19 (3,17), 25-ci turda 18 (3,00) qol vurulmuşdu.

Üçüncü dövrənin startından yaşanan bu məhsuldarlıq seriyası Azərbaycan çempionatlarının yüksək dəstəsində XXI əsrin rekordudur.

Premyer Liqa tarixinin daha uzun seriyası 2000/2001-ci illər mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt 2-8-ci turlarda ardıcıl 7 dəfə orta məhsuldarlıq 3 və ya daha yüksək olmuşdu. Sonrakı illərdə isə belə seriyalar 3 turdan uzun sürməyib.

“Qarabağ” son 4 mövsümün rekorduna imza atdı

Azərbaycan Premyer Liqasının 26-cı turunun “Qarabağ” – “Karvan” matçında mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.

Arena.az xəbər verir ki, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.

Bu, təkcə cari mövsümün deyil, son 4 çempionatda qeydə alınmış ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/2022-ci illər mövsümünə təsadüf edib. 1452 gün, təxminən 4 il əvvəl – 2022-ci aprelin 15-də “Qarabağ” “Şamaxı”nı 8 cavabsız qolla məğlub etmişdi.

Xatırladaq ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.

Ağdam təmsilçisi Premyer Liqanın cari mövsümündə topladığı 55 xalla 2-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası 25 oyunda 17 qələbə qazanıb, 4 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Premyer Liqa: Kamilo Duran 35-ci oldu

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 26-cı turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.

Arena.az xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı hücumçusu “Karvan”la qarşılaşmada (7:0) üç qola imza atıb.

Bu, mövsümün 3-cü het-triki olub. Buna qədər onun komanda yoldaşı Toral Bayramov 5-ci tura “Araz-Naxçıvan” (5:0), “Qəbələ”nin legioneri Domi Massumu isə 18-ci turda “İmişli” (3:2) ilə görüşdə belə uğura imza atmıışdı.

Kamilo Duran Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. Kolumbiyalı hücumçu belə uğura imza atmış ilk kolumbiyalıdır.

Bu, Amerika qitəsindən olan futbolçuların Premyer Liqa tarixində 9-cu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə 2, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya 1 matçda 3 qola sevinib. Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomesin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.

Felipe Santos Premyer Liqada 25-ci qolunu vurdu

“Araz-Naxçıvan”ın braziliyalı hücumameyilli yarımmüdafiəçisi Felipe Santos futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub.

Arena.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 26-cı turunun “Sabah”la ev oyununda (2:4) hesabı açıb.

Felipe 109-cu matçında “25”ə çatıb. Turnirdə 2021/2022-ci illər mövsümündə debüt etmiş yarımmüdafiəçi üç klubda forma geyinib.

Felipe Santos “Şamaxı”da 6 (21 oyunda), “Qəbələ”də 3 (35 oyunda), “Araz-Naxçıvan”da 16 (53 oyunda) qola imza atıb. Felipe turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçudur.

Cənubi amerikalı eyni sayda qola imza atmış Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benuahi, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramova çatıb.

“Sabah” 50-ci qələbə ilə “Şəmkir”ə çatdı

Azərbaycan çempionatının cari mövsümündə uğurlu çıxışı ilə diqqət çəkən “Sabah” Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 26-cı turuna təsadüf edib. Bakı klubu “Araz-Naxçıvan”a 4:2 hesabı ilə qalib gəlib.

“Bayquşlar” 120-ci səfər matçında “50”yə çatıblar. Paytaxt təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında – 2018-ci il avqustun 12-də “Şamaxı” üzərində qazanıb – 1:0.

“Sabah” turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn 11-ci komanda kimi düşüb. Bakılılar bu göstəricidə “Şəmkir”ə çatıblar.

Xatırladaq ki, “bayquşlar” cari mövsümün geridə qalmış 26 turundan sonra 65 xalla 1-ci pillədə qərarlaşıblar. Valdas Dambrauskasın çalışdırdığı kollektiv 26 oyunda 20 qələbə qazanıb, 5 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Avroliqa: “Betis” “Braqa” ilə üz-üzə

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

İspaniya təmsilçisi “Betis” Portuqaliyada “Braqa”nın qonağı olacaq. “Estadio Municipal de Braga”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Avroliqanın 1/4 final mərhələsinin digər ilk oyunları sabah – aprelin 9-da keçiriləcək. Bu mərhələnin cavab qarşılaşmaları isə gələn həftə – aprelin 16-da baş tutacaq.

Avropa Liqası
1/4 final mərhələsinin ilk oyunları
8 aprel

20:45. Braqa (Portuqaliya) – Betis (İspaniya)

9 aprel

23:00. Bolonya (İtaliya) – Aston Villa (İngiltərə)
23:00. Portu (Portuqaliya) – Nottingem Forest (İngiltərə)
23:00. Fraybuq (Almaniya) – Selta (İspaniya)

ÇL: “Barselona” “Atletiko”ya, PSJ “Liverpul”a qarşı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günü çərçivəsində daha iki qarşılaşma baş tutacaq.

Parisdə yerli PSJ İngiltərənin “Liverpul” komandasını qəbul edəcək. Digər matçda isə İspaniya təmsilçiləri “Barselona” və Madrid “Atletiko”su üz-üzə gələcəklər.

Qeyd edək ki, ÇL-də 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl “Bayern” (Almaniya) Madriddə “Real”a 2:1, “Arsenal” (İngiltərə) isə Lissabonda “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsinin ilk oyunları
8 aprel

23:00. PSJ (Fransa) – Liverpul (İngiltərə)
23:00. Barselona (İspaniya) – Atletiko (İspaniya)

ÇL: “Bayern” “Real”ı, “Arsenal” “Sportinq”i səfərdə yendi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İspaniyanın “Real” (Madrid) komandası doğma meydanda Almaniya nəhəngi “Bayern”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda Münhen təmsilçisi qələbə qazanan tərəf olub.

İngiltərə Premyer Liqasının cari mövsümünün lideri “Arsenal” isə səfərdə Portuqaliyanın “Sportinq” komandasının qonağı olub. Londonlular bu görüşdə tək qolla qalib gəliblər.

Bu mərhələnin “Barselona” (İspaniya) – “Atletiko” (İspaniya) və PSJ (Fransa) – “Liverpul” (İngiltərə) oyunları sabah baş tutacaq.

Xatırladaq ki, ÇL-in 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-15-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsinin ilk oyunları
7 aprel

Real (İspaniya) – Bayern (Almaniya) 1:2
Qollar: Kilian Mbappe, 74 – Luis Dias, 41. Harri Keyn, 46.

Sportinq (Portuqaliya) – Arsenal (İngiltərə) 0:1
Qol: Haverts, 90+1.

Mirça Luçesku vəfat etdi

Futbol üzrə Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku bu gün 80 yaşında ürək tutmasından vəfat edib.

Arena.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xatırladaq ki, Luçesku martın 29-da infarkt keçirdiyi üçün təcili xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyəti Slovakiyaya uçuş ərəfəsində, Rumıniya milli komandasının son məşqindən əvvəl keçirilmiş texniki iclas zamanı pisləşmişdi. Aprelin 2-də isə o, Rumıniya millisinin baş məşqçi postundan ayrılmışdı.

Əslində, Luçeskunun səhhətindəki problemlər hələ 2025-ci ilin sonunda kəskinləşməyə başlamışdı. Yanvarın sonunda o, kəskin soyuqdəymənin ürək problemlərini ağırlaşdırması səbəbindən daha bir neçə gün xəstəxanada qalmalı olmuşdu.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında Rumıniya yığması DÇ-2026-nın pley-off mərhələsinə qədər irəliləmişdi. Komanda burada Türkiyə yığmasına 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.

Luçeskunun ikinci dəfə məşqçilik etdiyi dönəmdə Rumıniya millisi 11 qələbə qazanıb, 1 heç-heçə edib və 6 dəfə məğlub olub.

Xatırladaq ki, Luçesku futbol tarixində milli komandanı meydana çıxarmış ən yaşlı baş məşqçi idi.

Mirça Luçesku 2024-cü ilin avqustunda Runıniya yığması ilə 2 illik – müddəti 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı.

Təcrübəli mütəxəssis daha öncə də Rumıniya yığmasına rəhbərlik etmişdi. Rumıniyalı çalışdırıcı 1981-1986-cı illər aralığında ölkəsinin millisinin baş məşqçi vəzifəsində işləmişdi.

2023-cü ilin noyabr ayında Luçesku Kiyev “Dinamo”sundan ayrıldığını və məşqçilik karyerasına xitam verdiyini açıqlamışdı. Lakin qısa istirahətdən sonra təcrübəli mütəxəssis sevimli işinə davam etmək qərarına gəlmişdi.

Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Luçesku bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu da uğurla çalışdırıb.

Rumın mütəxəssis zəngin məşqçilik karyerası ərzində Türkiyə milli komandasına da rəhbərlik edib. O, Buxarest “Dinamo”sunu, “Piza”nı, “Breşiya”nı, “Recina”nı, Buxarest “Rapid”ini, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı, “Beşiktaş”ı da çalışdırıb.

Yüksək Liqa: “Xilasedici” və “Ordu” finala yaxınlaşdılar

Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, raundun hər iki oyunu eyni gündə və eyni məkanda (Fövqəladə Hallar Nazirliyinin İdman Zalında) keçirilib.

Əvvəlcə, “Murov” “Xilasedici” ilə qarşılaşıb. Matç “Xilasedici”nin 3:0 hesablı qələbəsi ilə bitib. Ardınca isə “Ordu” “Neftçi”ni üstələyib – 3:0.

Komandalar arasında ikinci matçlar aprelin 14-də baş tutacaq.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılacaq. Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Yüksək Liqa
Yarımfinalın ilk oyunları
7 aprel

Murov – Xilasedici 0:3 (20:25, 18:25, 18:25)
Ordu – Neftçi 3:0 (25:12, 25:14, 25:16)

ABL: Pley-off mərhələsinin bütün cütləri bəlli oldu

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinə yüksələn sonuncu komandalar bəlli olub.

Arena.az xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində bu gün “Lənkəran” “Gəncə”ni, “Sumqayıt” isə NTD-ni qəbul edib.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutmuş ilk görüş Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında keçirilmiş ilk görüşdə də “Gəncə” rəqibini üstələmişdi – 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutmuş digər görüş isə NTD-nin 95:88 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında ilk görüşdə də NTD rəqibini üstələmişdi – 121:107. Bu nəticədən sonra komanda növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.

Xatırladaq ki, daha əvvəl “Naxçıvan” və “Şəki” komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəlmişdilər.

Beləlikə, pley-offda “Sabah” – “Naxçıvan”, “Abşeron Lions” – “Şəki”, “Neftçi” – NTD və “Ordu” – “Gəncə” matçları keçiriləcək.

Qeyd edək ki, ABL-in cari mövsümünün reqlamentinə əsasən, seriyalarda ən tez iki qələbə qazanmış klublar yarımfinala vəsiqə qazanacaqlar.

“Araz-Naxçıvan” – “Sabah” 2:4 – Video

Azərbaycan Premyer Liqasının 26-cı turunun “Araz-Naxçıvan” – “Sabah” matçı meydan sahiblərinin 2:4 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Mərdəkanda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
26-cı tur
7 aprel

“Araz-Naxçıvan” – “Sabah” 2:4
Qollar: Felipe Santos, 7. Hamidu Keyta, 26 – Velko Simiç, 14. Coy Lens Mikels, 37; 62-pen. Kahim Parris, 81.
Sarı vərəqələr: Felipe Santos, 44 (hakimin qərarına etiraz). Hamidu Keyta, 61 (hakimin qərarına etiraz). Coşqun Diniyev, 70 (hakinin qərarına etiraz). Ürfan Abbasov, 90+6 (qeyriidman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Andrey Demçenko, 69, oyundan sonra (hakimin qərarına etiraz).
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Andrey Demçenko, oyundan sonra.
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 19:30. “Dalğa Arena”, 300 tamaşaçı.

Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rəhman İmami.
Dördüncü hakim: Rəşad Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 24. Mustafa Əhmədzadə (8. Coşqun Diniyev, 85), 6. Patrik Andrade, 17. İssuf Paro (34. Ürfan Abbasov, 77), 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos (16. Ramon Maçado, 85), 11. Ba-Muaka Simakala (70. Çarlz Boli, 77).
Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 86. İbrahim Piriyev, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev (19. Aron Maluda, 46), 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels (9. Xəyal Əliyev, 90+4), 21. Velko Simiç (70. Jesse Sekidika, 90+4), 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 11. Kahim Parris (99. Patrik Mbina, 82), 7. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 13. İvan Lepinitsa, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Vadar Nuriyev hakimlikdən şikayətləndi

“Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev Premyer Liqanın 26-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Vadar Nuriyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı təhlil etmişdik. Matça da yaxşı başladıq. Adi səhvdən, anlaşılmazlıqdan qol buraxdıq. İkinci qol da səhvdən sonra oldu. İkinci qol zamanı qayda pozuntusu var idi, amma baş hakim VAR-a baxmadı. “Sabah” elə komandadır ki, əks-hücum şansı verdinsə, bağışlamayacaq. Ən azından 1 xal götürmək istəyirdik. Alınmadı. “Sabah”ı təbrik edirik. Biz də öz yolumuza davam edəcəyik.

Hakimin rəqibə simpatiyası hiss olunurdu. Nuno Rodriqesi vurmuşdular, VAR-a baxmadı. Baş hakim “Sabah”ın 3-cü qolu zamanı da VAR-a baxmadı. Əgər qərar verirsənsə, VAR-a baxmalısan. Bu qərarlar da bizim oyunumuza təsir etdi”.

Dambrauskas: “Araz”la matçda layiqli qələbə qazandıq”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 26-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü “Sabah”ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah” ailəsini qələbə münasibətilə təbrik edirəm. Bu gün çox böyük qalibiyyət əldə etdik. Oyuna kifayət qədər yaxşı başlamadıq. Matç bu gün bizim üçün qəribə alındı. Müdafiədən çıxarkən səhvlər etdik, rəqib də bundan yararlandı. Çox şadam ki, qol buraxdıqdan sonra yaxşı reaksiya verdik. Layiqli qələbə qazandıq. Oyunun taleyini daha tez həll edə bilərdik. Çox qol fürsətimiz var idi. Qələbəyə görə xoşbəxtəm. Üç gündən sonra yeni oyun olacaq. Artıq bu matçı unudub, qarşıdakı görüşə köklənməliyik.

Mən sadəcə qarşıdakı oyunu fikirləşirəm, o qarşılaşma məni narahat edir. Çünki yaxşı bərpa olmalıyıq. Oyunlar qısa müddət ərzində keçirildikdə, əlavə taktika keçə bilmirik. Amma gördüyümüz işlər 8-9 ayın göstəricisidir.

“Sabah”ın avrokuboklara vəsiqə qazanması dəqiqləşdi. Bu barədə bilmirdim. Bizim üçün böyük uğurdur. Mən bura gəlməmişdən öncə hədəf Avropada iştirak etmək idi. Bunları unuduruq, bu haqda düşünmürük.

Əlbəttə, komandada inkişaf var, daha yaxşı oynayırıq. İnkişaf elədir ki, bir oyun pis oynasaq da, ondan sonra yenə pis oyun olsa, soruşacaqsınız ki, inkişaf haradadır? Hazırda yaya 2 ay qalıb. Düşünürəm ki, inkişaf var, amma daha da inkişaf etməliyik. Siz fəlsəfi sual verdiniz, mən də fəlsəfi cavab verdim”.

İkinci Liqa: “Qaradağ”la “Xankəndi” 5 qolla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 21-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Qaradağ Lökbatan” “Dinamo” ilə, “Xankəndi” “Şirvan” ilə səfər oyununda darmadağına sevinib. “Kür-Araz” isə “Şəmkir”lə ev oyunundan qalib ayrılıb.

21-ci tura aprelin 9-da keçiriləcək “Quba” – “Şəki” oyunu ilə yekun vurulacaq.

İkinci Liqa
21-ci tur
6 aprel

“Göygöl” – “Ağdaş” 0:2
Qollar: Elçin Süleymanov, 18; 39.
Hakimlər: Rasim Musayev, Taleh Məmmədov, Rəşad Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Araz Saatlı” – “Ağstafa Gəncləri” 7:1
Qollar: Xəyal Bədirov, 30; 90. Rüstəm Rüstəmov, 48. Mehman Məsimov, 54; 68. Nizami Səmədov, 75. Elariz Xəlilli, 77 – Kamran Hüseynov, 81.
Hakimlər: Səbuhi Bayramov, Məmmədəli Kərimov, Əkbər Əliyev, Vüqar Alıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

7 aprel

“Dinamo” – “Qaradağ Lökbatan” 0:5
Qollar: Vüsal Hüseynov, 17. Ayaz Mikayılov, 33; 81; 84. Rövşən Şahmuradov, 78-pen.
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Hüseyn Vəliyev, Samir Musayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 15:00.

“Şirvan” – “Xankəndi” 1:5
Qollar: Tural Rzayev, 49 – Elmar Rəhimov, 13. Bəhruz Teymurov, 15. Elvin Nəsibov, 51; 65; 90+2.
Hakimlər: Əkbər Əhmədov, Aydın Baxşıyev, Elmin Süleymanov, Xalid Quliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Kür-Araz” – “Şəmkir” 1:0
Qol: Mirabbas Mirbabayev, 82-pen.
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Rüfət Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

9 aprel

“Quba” – “Şəki”
Hakimlər: Murad Səlimov, Əhməd Əhmədsoy, Ruslan Məmmədov, Hacıağa Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Çimərlik futbolu: Millimizdən ardıcıl ikinci qələbə

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova yığması ilə qarşılaşıb.

Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2 qol vurublar. Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə hərəyə 1 dəfə fərqləniblər.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk yoxlama oyununda da Azərbaycan millisi 8:5 hesablı qələbə qazanmışdı.

Premyer Liqa: “Sabah” “Araz”a da 4 qol vurdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Araz-Naxçıvan” lider “Sabah” qarşılaşıb.

“Dalğa Arena”da keçirilmiş oyunu Fərid Hacıyev idarə edib. Altı qolluq oyunda “Sabah” inamlı qələbəyə sevinib.

Premyer Liqa
26-cı tur
7 aprel

“Araz-Naxçıvan” – “Sabah” 2:4
Qollar: Felipe Santos, 7. Hamidu Keyta, 26 – Velko Simiç, 13. Coy Lens Mikels, 37; 63-pen. Kahim Parris, 81.
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Dalğa Arena”, 19:30.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 86. İbrahim Piriyev, 16. Ramon Maçado, 70. Çarlz Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 70. Cesse Sekidika, 13. İvan Lepinitsa, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 19. Aron Maluda.
Baş məşqçi: Valdas Dambrauskas.

“Zirə” – “Şamaxı” 1:1 – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turunun bu gün keçirilmiş “Zirə” – “Şamaxı” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
26-cı tur
7 aprel

“Zirə” – “Şamaxı” 1:1
Qollar: Leroy Mikels, 69 – Edqar Adilxanov, 90+2.
Qolla nəticələnməyən penalti: Ruan Renato, 65.
Sarı vərəqələr: Qismət Alıyev, 57 (hakimin qərarına etiraz). Anatoli Nuriyev, 60 (qeyri-idman hərəkəti) – Rüfət Abbasov, 41 (qeyri-idman hərəkəti). Karim Rossi, 77 (hakimin qərarına etiraz).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ayxan Abbasov, 54 (hakimin qərarına etiraz).
Qırmızı vərəqə: Dioqo Balau, 53 (ciddi qayda pozuntusu).
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 5 dəqiqə.
Saat 17:15. Zirə İdman Kompleksinin stadionu, 300 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Teymur Teymurov.
Dördüncü hakim: İnqilab Məmmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Zirə: 97. Tyaqo Silva, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov (32. Qismət Alıyev, 46), 4. Ruan Renato (k), 25. Enrike Kustodio (20. İssa Cibrilla, 57), 28. Leroy Mikels, 10. Georgi Papunaşvili (29. Ceyhun Nuriyev, 88), 93. Brahim Konate (73. Anatoli Nuriyev, 57), 5. Ange Mutsinzi, 11. Junior Martins (9. Davit Volkov, 57), 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 26. Stefan Akka, 30. Rikardo Martins, 22. Eren Aydın.
Məşqçi: Vüqar Məmməd.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev (80. Həbib İsmayılov, 89), 82. Rüfət Abbasov, 9. Karim Rossi (19. Abdullahi Şuaybu, 83), 10. Andrey Tırkovyanu (7. Edqar Adilxanov, 70), 13. Rikardo Apolinario (27. Emil Süleymanov, 83), 11. Dioqo Balau, 4. Sezar Enrike, 88. Rodriqo Fernandeş (97. Oruc Məmmədov, 46), 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 3. Vladislav Veremeyev.
Baş məşqçi: Ayxan Abbasov.

Vüqar Məmməd: “Bu gün “Zirə”nin günü deyildi”

“Zirə”nin məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının 26-cı turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Vüqar Məmməd matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamız çoxlu epizodlarla üstünlük nümayiş etdirirdi. 90 dəqiqə üstünlüyümüz var idi. 4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik. Sonda bərabərlik oldu. Böyük üstünlük bizim tərəfimizdə idi.

Biz oyundan-oyuna hazırlaşırıq, hər matça maksimum köklənirik. Yuxarı pillələrdə yer tutmaq istəyirik. Futboldur, hər şey ola bilər.

Bizdə penaltiləri Qismət Alıyevlə Ruan Renato vururlar. Son vaxtlarda Ruan vururdu. Yenə də o yaxınlaşdı. Penalti lotereyadır. Əlimizə düşən epizodları vura bilmədik. Demək olar ki, bizim günümüz deyildi”.

Xatırladaq ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sarı vərəqə limitinin dolmasına görə cəzalı olduğu üçün bu oyunu tribunadan izləyirdi.

Ayxan Abbasov: “Şamaxı” boyundan yuxarı tullandı”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı və gərgin oyun oldu. Birinci hissədə taktiki savaş getdi. Təəssüf ki, Dioqo Balau fürsətdən istifadə etmədi. Bilirdik ki, fasilədən sonra rəqib dəyişiklik edəcək. İlk dəqiqələrdən qırmızı vərəqə almağımız bizi çətin duruma saldı. Qol buraxdıqdan sonra da komanda dağılmadı, sona qədər şansımızı saxladıq. Bir çox oyunlarda bu çatmırdı, qol buraxdıqdan sonra dağılmışıq, ikinci qolu buraxmışıq. 10 nəfərlə “Zirə” kimi komandadan xal almaq uğurdur. Bu mövsüm “Şamaxı” boyundan yuxarı tullandı. İstəyimiz budur ki, futbolçular sona qədər mübarizə aparsınlar. Rəqibi də təbrik edirəm, bir xal qazandılar.

Dioqo Balauya niyə əsəbiləşdim? Topu qəbul etdikdən sonra bu səhvləri edirdi. İrəliyə oynamaq istəyirdi. Birinci hissədə də öz tərəfimizdə elə səhv etmişdi. Üzücü hal odur ki, gələn oyun üçün itkilərimiz çoxdur. Kərim Rossi, Dioqo Balau ilə yanaşı, mən də cəzalıyam. Sizinlə danışa-danışa fikirləşirik ki, növbəti oyun üçün 11 nəfər tapaq”.

Premyer Liqa: “Zirə” 10 nəfərlə qalmış “Şamaxı” ilə bacarmadı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ikinci qarşılaşması Zirədə baş tutub.

“Zirə” “Şamaxı”nı qəbul edib. Oyunun baş hakimi Elçin Məsiyev olub. “Zirə” bu oyunda azlıqda qalmış rəqibi üzərində qələbəni son anda əldən verib.

Turun qapanış matçında “Araz-Naxçıvan”la lider “Sabah” qarşılaşacaq.

Daha öncə “Kəpəz” “Qəbələ”yə (0:2), “Sumqayıt” “Neftçi”yə (1:3) uduzub, “Qarabağ” “Karvan”a (7:0) qalib gəlib. “İmişli” – “Turan Tovuz” matçında qalib müəyyənləşməyib – 1:1.

Premyer Liqa
26-cı tur
7 aprel

“Zirə” – “Şamaxı” 1:1
Qollar: Leroy Mikels, 69 – Edqar Adilxanov, 90+2.
Qırmızı vərəqə: Dioqo Balau, 52.
Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu, 17:15.

Zirə: 97. Tyaqo Silva, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 4. Ruan Renato (k), 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 22. Eren Aydın.
Məşqçi: Vüqar Məmməd.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 88. Rodriqo Fernandes, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 3. Vladislav Veremeyev, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

❌