Normal view

Today — 5 May 2026Sport-AZ

Cüdo millimizin Astanaya gedəcək heyəti açıqlandı

5 May 2026 at 23:00

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8–10 mayda Qazaxıstanın paytaxtı Astanada “Böyük Dəbilqə” turniri keçiriləcək.

Arena.az xəbər verir ki, yarışda 7 çəki dərəcəsində 11 cüdoçumuz (6 kişi, 5 qadın) mübarizə aparacaq.

İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.

Azərbaycan milli komandasının “Böyük Dəbilqə” turniri üçün heyəti təqdim edirik:

Kişilər

-66 kq
Rəşad Yelkiyev
Turan Bayramov

-73 kq
Rəşid Məmmədəliyev

-90 kq
Aslan Kotsoyev

+100 kq
Camal Feyziyev
Uşanqi Kokauri

Qadınlar

-48 kq
Könül Əliyeva
Şəfəq Həmidova

-52 kq
Gültac Məmmədəliyeva
Leyla Əliyeva

-70 kq
Südabə Ağayeva

Voleybol millilərimiz Avropa Liqası üçün hazırlığa başladılar

5 May 2026 at 22:30

Voleybol üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan milli komandaları qarşıdakı Avropa Liqasının hazırlığına start veriblər.

Arena.az xəbər verir ki, ilk olaraq fiziki hazırlıq üzrə çalışmalar həyata keçirən qadınlardan ibarət komandamız mayın 5-dən etibarən Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində geniş heyətlə əsas hazırlıq mərhələsinə başlayıb.

Təlim-məşq prosesinə ümumilikdə 26 voleybolçu cəlb olunub. Yığmamıza baş məşqçi Faiq Qarayev rəhbərlik edir.

Hazırlıq proqramına əsasən, komandamız Bakıda və ölkə xaricində təlim-məşq toplanışlarında olacaq, həmçinin bir sıra yoxlama oyunları keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları 5-7 iyun tarixlərində Bakıda baş tutacaq.

Kişilərdən ibarət millimiz də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təlim-məşq toplanışındadır. Komandamızın heyətinə 17 idmançı cəlb olunub. Yığmamız Avropa Liqasında yeni baş məşqçinin rəhbərliyi ilə mübarizə aparacaq.

Hazırlıq proqramına əsasən, milli komandamız Bakıda və ölkə xaricində təlim-məşq toplanışları keçəcək, həmçinin bir sıra yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları 5-7 iyun tarixlərində İsveçdə keçiriləcək.

Sonda onu da qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət milli komandasına yeni baş məşqçi təyin olunub. Komandamız qarşıdakı yarışlarda Boris Qrebennikovun rəhbərliyi ilə iştirak edəcək. Müxtəlif ölkələrdə fəaliyyət göstərmiş 67 yaşlı təcrübəli mütəxəssis həm klub, həm də milli komanda səviyyəsində bir sıra nailiyyətlər qazanıb.

“Sabah” ardıcıl 4-cü dəfə ABL-in qalibi oldu!

5 May 2026 at 22:00

“Sabah” bu gün keçirilmiş final oyunundan qələbə ilə ayrılaraq Azərbaycan Basketbol Liqasının (ABL) 2025/2026 mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, “bayquşlar” turnirin final seriyasının üçüncü oyununda da “Abşeron Lions”dan üstün olublar.

Bakı İdman Sarayında baş tutmuş həlledici görüş paytaxt təmsilçisinin 108:95 hesablı qələbəsi ilə bitib. Sözügedən komanda əvvəlki iki görüşdə də rəqibini məğlub etmişdi – 98:93, 112:84.

Beləliklə, “bayquşlar” 2025/2026-cı illər mövsümünün qızıl medallarına sahib çıxıblar. “Abşeron Lions” isə gümüş medallarla kifayətlənib.

Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə ən tez çatmış kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olur.

Həlledici oyundan sonra çempion komanda mükafatlandırılıb. “Bayquşlar”a çempionluq kubokunu və qızıl medalları gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim ediblər.

Mövsümü ikinci pillədə başa vurmuş “Abşeron Lions”un oyunçularına gümüş medallar təqdim olunub.

Bundan başqa, “Sabah”ın heyətində Castin Tilman mövsümün ən dəyərli oyunçusu seçilib və xüsusi mülafata layiq görülüb.

Qeyd edək ki, “Sabah” ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının (ABL) qalibi olub.

“Sabah” Azərbaycan çempionu oldu

5 May 2026 at 22:00

“Sabah” Azərbaycan Basketbol Liqasının qalibi olub.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” final seriyasının üçüncü oyununda da “Abşeron Lions”u məğlub edib – 108:95.

Əvvəlki iki matçda da qalib olan “Sabah” mövsümün çempionu adını qazanıb.

“Qızıl əlcəy”in sahibi bilindi

5 May 2026 at 21:32

“Arsenal”ın qapıçısı David Raya Premyer Liqada mövsümün “qızıl əlcək” mükafatını qazanıb.

Futbolpress.az xəbər verir ki, o, ardıcıl üçüncü mövsüm bu mükafata layiq görülüb.

Raya cari “futbol ili”ndə 35 oyunun 17-də qapısını toxunulmaz saxlayıb.

“Arsenal” Premyer Liqada 35 turdan sonra 76 xalla liderdir.

Minifutbol millimiz Monteneqroda çempion oldu

5 May 2026 at 21:30

Minifutbol üzrə Azərbaycanın milli komandası Monteneqroda təşkil edilmiş “Millətlər Oyunları” beynəlxalq turnirinin qalibi olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandamız Qazaxıstan və Monteneqro millilərinin iştirakı ilə keçirilmiş yarışda birinci olub.

Yığma üzvlərindən Vəli Qafarov turnirin ən yaxşı qapıçısı seçilib. İsa Atayev isə yarışın ən məhsuldar futbolçusu seçilib.

Xanlar Əliyev: “Turnirin Bakıda keçirilməsi bizim üçün üstünlükdür”

5 May 2026 at 21:00

16 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi Xanlar Əliyev Bakıda keçiriləcək UEFA İnkişaf Turnirindən danışıb.

Arena.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın oyunlara hazır olduğunu deyib:

“Aprelin 30-dan təlim-məşq toplanışındayıq. Komandanın hazırlıq durumu və məşqlərdəki reaksiyaları bizi qane edir. Bunun bəhrəsini sabahkı oyunda müsbət nəticə ilə görəcəyimizə inanıram. Bildiyiniz kimi, son Avropa çempionatının seçmə mərhələsinin ardından 2009-cu il təvəllüdlülər yuxarı yaş qrupuna keçiblər. Turnir üçün əsasən 2010-2011-ci il təvəllüdlü oyunçuları dəvət etmişik. İlk dəfə millinin heyətində olanlar var. Onlar üçün yeni təcrübədir. Komandanın psixoloji durumu və məşqlərə yanaşması yaxşıdır”.

Xanlar Əliyev rəqiblər barədə də fikirlərini bildirib:

“Bu turnirdə yeni oyunçuların son durumlarını görmək imkanımız olacaq. Onların özlərini göstərmələri baxımından yaxşı şansdır. Rəqibləri təhlil etmişik. Rumıniya son Avropa çempionatının seçmə mərhələsində A Liqasında mübarizə aparıb. Gürcüstan yığması bizə tanış rəqibdir. İlk rəqibimiz olan Litva ilə görüşə yaxşı hazırlaşmışıq. Futbolçuların inkişafı baxımından turnir bizim üçün çox önəmlidir. Hər kəsə şans verəcəyik”.

O, komandanın azarkeş dəstəyinə ehtiyac duyduğunu da sözlərinə əlavə edib:

“Turnirin Bakıda keçirilməsi bizim üçün əlavə üstünlükdür. Azarkeşlərdən xahişim budur ki, oyunlarımıza gəlsinlər, qızları dəstəkləsinlər. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. UEFA İnkişaf Turniri də həmin yarışa hazırlıq məqsədi daşıyır”.

Xatırladaq ki, U-16 millimiz UEFA İnkişaf Turniri çərçivəsində mayın 6-da Litva, 8-də Rumıniya, 11-də isə Gürcüstan yığması ilə qarşılaşacaq. Oyunlar Binə stadionunda keçiriləcək.

Füzuli Məmmədov: “0:2-dən sonra geridönüş çox çətin idi”

5 May 2026 at 20:30

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 30-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun barədə çox danışmağa lüzum görmürəm. Ciddi hazırlaşmışdıq. Düşünürdük ki, evdə daha yaxşı oynayacağıq. İlk qola qədər komanda planlı oynayırdı. Sadəcə, mövqe səhvindən buraxdığımız qol mənfi təsir etdi. Birinci hissənin sonlarında rəqibin belə rahat qol vuracağını gözləmirdik. Deyərdim ki, ikinci qoldan sonra oyunumuzda düşüş baş verdi. Bu da normaldır. Məğlub olmaq istəmirdik. 0:2 hesabından sonra geridönüş etmək çox çətin idi. Üç oyunumuz qalıb. Şans varsa, son ana qədər mübarizə aparacağıq. “Neftçi”ni təbrik edirəm.

“Qəbələ” üçün də, bizim üçün də çətin oyunlar var. Aramızda 6 xallıq fərq var və “Qəbələ” ilə evdə oynayacağıq. 6 xallıq fərqi aradan qaldırmaq üçün hər oyuna ciddi hazırlaşacağıq. Biz az istirahət edəcəyik. Planımızı təqvimə uyğun tutmağa çalışacağıq”.

Vernidub: “Mövsümün əvvəlindən burada olsaydım…”

5 May 2026 at 20:00

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 30-cu turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”la oyundan sonra futbolçularda böyük emosiyalar yarandı. Yalan demiyəcəyəm, bu matça görə məndə həyəcan var idi. Adətən böyük oyunlardan sonra futbolçuların emosional vəziyyəti həmişə yaxşı olmur. Amma hamımız birlikdə bunun öhdəsindən gəldik. Oyunçularıma minnətdaram.

Bizim üçün hər oyun finaldır. “Şamaxı”, “Sabah” və “Kəpəz”lə oyunlarımız var. Futbolçular da yaxşı başa düşürlər ki, bütün matçlarda maksimumu göstərməliyik. Bəli, kubokun finalından da çox şey asılıdır. Mən bütün qarşılaşmaları çətin hesab edirəm. Bu oyunlardan sonra harada olacağımızı görəcəyik.

Falaye Sakoya təşəkkür edirəm. O, peşəkar futbolçudur. Bütün oyunlarda öz peşəkarlığını ortaya qoymalıdır. Sakonun kifayət qədər təcrübəsi var, Fransa çempionatında oynayıb.

“Neftçi” kimi tarixi olan komandada işləmək böyük şərəfdir. Ən önəmlisi odur ki, oyunçular da “Neftçi”də oynamağın adi bir şey olmadığını başa düşməlidirlər. Hər zaman peşəkar davranmalı və bu ada layiq olmalıdırlar.

Kimlərin qalıb, kimlərin gedəcəyinə gəlincə, vaxtı çatanda hər şeyi deyəcəyəm. Mətbuatda çox şey yazırlar. Hətta yazırlar ki, mənim futbolçularla münaqişəm var. Mən ümumiyyətlə konfliktli insan deyiləm. Bir-birimizə hörmətlə yanaşırıq. Nə olur-olsun, ortaq dil tapacağıq. Onu deyim ki, seçimlərdə həssas yanaşacağıq. Bizim kriteriyalara uyğun futbolçularla yola davam edəcəyik.

Məndən əvvəl də çox xallar itirilmişdi. Mənim vaxtımda da “Turan Tovuz”, “Zirə”, “Şamaxı” ilə oyunlarda xal itkiləri olub. Maksimum nəticələr əldə etmək üçün hamımız əlimizdən gələni edirik. Mövsümün əvvəlindən burada olsaydım, daha fərqli danışmaq olardı. Amma buna baxmayaraq, müsbət mənada bir çox dəyişikliklərə nail olmuşuq. Gələcəkdə ən yuxarı yerlərdə olmaq ən böyük arzumdur. Bu, futbolçuların və rəhbərliyin də arzusudur”.

Qayıbov idmançılarla görüşdü

5 May 2026 at 21:13

Bu gün gənclər və idman naziri Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca “Azərbaycan Respublikasının idman ustası” adına layiq görülən idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Daha sonra nazir idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirərək onları və məşqçilərini təbrik edib. Qayıbov bildirib ki, aprel ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 13 ölkədə səsləndirilib, idmançılarımız isə ümumilikdə 82 qızıl, 56 gümüş və 70 bürünc medal qazanıblar.

Tədbir zamanı beynəlxalq yarışlarda əldə olunan nəticələri əks etdirən videoçarx nümayiş etdirilib. Bir sıra idman növləri üzrə nümayəndələr isə iştirak etdikləri yarışlar və əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançılara gələcək yarışlarda da uğurlar arzulayıb.

“Sumqayıt” akademiyasının üzvləri ekskursiyada olub

5 May 2026 at 20:51

“Sumqayıt” Futbol Akademiyasının U-14, U-15 oğlanlar və U-16 qızlar komandaları üçün klubun baş sponsoru olan “Azərikimya” İstehsalat Birliyinə (İB) maarifləndirici ekskursiya təşkil edilib.

Futbolpress.az xəbər verir ki, səfər çərçivəsində “Azərikimya” İB-nin baş direktoru Elnur Məmmədli gənc futbolçularla görüşərək, onlara gələcək karyeraları və şəxsi inkişafları ilə bağlı tövsiyələrini verib.

Görüşün ardından iştirakçılar müəssisənin inzibati binası ilə tanış olub, daha sonra Etilen-Polietilen zavoduna yollanıblar. Burada gənc futbolçulara istehsalat prosesləri və müasir qurğuların iş prinsipi barədə ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi gənclərin dünyagörüşünü artırmaq, onları real iş mühiti ilə tanış etmək və gələcək ixtisas seçimlərində onlara dəstək olmaqdır.

Sonda ekskursiyanın təşkilinə görə “Sumqayıt” FK-nın vitse-prezidenti Aydın Xəlilova, akademiya meneceri Zərifə Bayramovaya və “Azərikimya” İB-nin İstehsalat üzrə böyük mütəxəssisi Rəhim Əkbərova minnətdarlıq ifadə olunub.

Azərbaycan təmsilçisi Dünya Kubokunda mübarizə aparacaq

5 May 2026 at 20:30

8–10 may tarixlərində Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun birinci mərhələsi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına reytinq xalı verən bu yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını Tatyana Smilovenko təmsil edəcək.

Kanoe üzrə milli komandanın liderlərindən olan Tatyana Smilovenko Dünya Kubokunda medallar və reytinq xalları uğrunda yarışacaq.

Fiziyev Bakıda Torreslə döyüşəcək

5 May 2026 at 19:45

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksiyalı Manuel Torreslə üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, idmançılar yüngül çəkidə münasibətlərə aydınlıq gəticəklər.

İkinci əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin “Shara Bullet” Maqomedov (Rusiya) ilə “dağıdıcı” döyüş tərzi ilə tanınan Miçel Pereyra (Braziliya) arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.

Qeyd edək ki, Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel “Loco” Torresdir (17-3).

Bu il “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Əliyev: “Azarkeşlərdən xahişim budur ki…”

5 May 2026 at 19:29

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Xanlar Əliyev Bakıda keçiriləcək UEFA İnkişaf Turniri ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın oyunlara hazır olduğunu deyib:

“Aprelin 30-dan təlim-məşq toplanışındayıq. Komandanın hazırlıq durumu və məşqlərdəki reaksiyaları bizi qane edir. Bunun bəhrəsini sabahkı oyunda müsbət nəticə ilə görəcəyimizə inanıram. Bildiyiniz kimi, son Avropa çempionatının seçmə mərhələsinin ardından 2009-cu il təvəllüdlülər yuxarı yaş qrupuna keçiblər. Turnir üçün əsasən 2010-2011-ci il təvəllüdlü oyunçuları dəvət etmişik. İlk dəfə millinin heyətində olanlar var. Onlar üçün yeni təcrübədir. Komandanın psixoloji durumu və məşqlərə yanaşması yaxşıdır”.

Əliyev rəqiblər barədə də fikirlərini bildirib:

“Bu turnirdə yeni oyunçuların son durumlarını görmək imkanımız olacaq. Onların özlərini göstərməsi baxımından yaxşı şansdır. Rəqibləri təhlil etmişik. Rumıniya son Avropa çempionatının seçmə mərhələsində A Liqasında mübarizə aparıb. Gürcüstan yığması bizə tanış rəqibdir. İlk rəqibimiz olan Litva ilə görüşə yaxşı hazırlaşmışıq. Turnir futbolçuların inkişafı nöqteyi-nəzərindən bizim üçün çox önəmlidir. Hər kəsə şans verəcəyik”.

O, komandanın azarkeş dəstəyinə ehtiyac duyduğunu sözlərinə əlavə edib: “

“Turnirin Bakıda keçirilməsi bizim üçün əlavə üstünlükdür. Azarkeşlərdən xahişim budur ki, oyunlarımıza gəlsinlər, qızları dəstəkləsinlər. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. UEFA İnkişaf Turniri də həmin yarışa hazırlıq məqsədi daşıyır”.

Qeyd edək ki, U-16 UEFA İnkişaf Turniri çərçivəsində mayın 6-da Litva, 8-də Rumıniya, 11-də isə Gürcüstan yığması ilə qarşılaşacaq. Oyunlar Binə stadionunda keçiriləcək.

“Karvan” – “Neftçi” 0:3 – Video

5 May 2026 at 19:30

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Karvan” – “Neftçi” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
30-cu tur
5 may

“Karvan” – “Neftçi” 0:3
Qollar: İmad Faraj, 31. Emin Mahmudov, 49-pen. Freddi Varqas, 56.
Sarı vərəqələr: Eltun Turabov, 78 (qeyri-idman hərəkəti) – Luis Ortis, 4 (qeyri-idman hərəkəti). İmad Faraj, 81 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 2 dəqiqə.
Saat 16:00. Yevlax şəhər stadionu, 2200 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Kərim Zeynalov.
Dördüncü hakim: Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k) (42. İbrahim Qədirzadə, 80), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 72), 2. Şakil Sno, 11. Kayl Spens (10. Samuel Durrant, 72), 8. Peter Kinqs (14. Uğur Cahangirov, 55), 21. İmani Barker (37. Mois Nqvisani, 55).
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 18. Süleyman Əhmədov, 77. Əli Abdullayev, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k) (19. Ağadadaş Salyanski, 80), 15. Elvin Bədəlov (17. Murad Xaçayev, 69), 7. Emil Səfərov (23. Cordan Rezabala, 69), 77. Falaye Sako, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu (4. Elvin Camalov, 64), 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas (9. Bassala Sambu, 64), 22. Luis Ortis.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 91. Nurəziz Əzizov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 24. Mustafa Sek, 70. Andrey Ştoqrin, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

İkinci Liqa: “Xankəndi” 3, “Qaradağ” 5 qola sevindi

5 May 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“Quba” doğma meydanda “Xankəndi” ilə qarşılaşıb və 3 cavabsız qola üzülüb. “Qaradağ Lökbatan” isə doğma meydanda “Dinamo”ya böyük hesabla qalib gəlib. “Şirvan” – “Şəmkir” görüşü də meydan sahiblərinin xeyrinə yekunlaşıb.

İkinci Liqa
25-ci tur
3 may

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
Qollar: Ziyabil Məmmədov, 66 – Elgün Namazov, 35.
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

4 may

“Kür-Araz” – “Şəki” 5:1
Qollar: Elxan Məmmədov, 6. Bayram Əliyev, 19; 34; 78. Əli İbrahimli, 84 – Nihat Fərəci, 37-pen.
Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

“Ağdaş” – “Araz Saatlı” 0:2
Qollar: Elariz Xəlilli, 13; 86.
Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağdaş şəhər stadionu, 16:30.

5 may

“Quba” – “Xankəndi” 0:3
Qollar: Tural Qurbatov, 16; 51. Bəhruz Teymurov, 70.
Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Dinamo” 5:2
Qollar: Ramil Orucov, 28-pen. İsa Zeynallı, 56. Ayaz Mikayılov, 65. İlham Hüseynov, 82; 86 – Rəsul Məmmədli, 41. Əlibala Ağayev, 90+2.
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şirvan” – “Şəmkir” 3:2
Qollar: Comərd Baxşəliyev, 55-pen. Ramiz Məmmədov, 57. Qərib İbrahimov, 78 – Tural Məmmədzadə, 14. Sehran Abbasov, 44.
Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Birinci Liqa: “Mingəçevir” “Şahdağ”a da uduzdu

5 May 2026 at 18:30

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Şahdağ Qusar” “Mingəçevir”i qəbul edib. Şamaxıda baş tutmuş oyun Qusar təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.

25-ci turun qalan görüşləri mayın 6-da və 7-də keçiriləcək. Bütün görüşlərə saat 16:00-da start veriləcək.

Birinci Liqa
25-ci tur
5 may

“Şahdağ Qusar” – “Mingəçevir” 2:0
Qollar: Kvaku Adjey, 10. Aqostinyo Çipesse, 72.
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

6 may

“Şimal” – MOİK
Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

“Difai” – “Şəfa”
Hakimlər: İslam Məmmədov, Rəşad Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Buzovna qəsəbə stadionu. 16:00.

“Zaqatala” – “Səbail”
Hakimlər: Kamran Əliyev, Mirnihad Seyidov, Anar Bədəlov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

7 may

“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

Azərbaycan yığması “Millətlər Liqası” turnirinin qalibi olub

5 May 2026 at 19:12

Minifutbol üzrə Azərbaycan millisi Monteneqroda keçirilən “Millətlər Liqası” turnirini uğurla başa vurub.

Futbolpress.az xəbər verir ki, yığma Qazaxıstan və Monteneqro millilərinin iştirakı ilə keçirilən yarışın qalibi olub.

Komandanın üzvlərindən Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, İsa Atayev isə ən məhsuldar futbolçusu seçilib.

Məmmədov: “Məğlub olmaq istəmirdik”

5 May 2026 at 18:55

Misli Premyer Liqasının XXX turunun “Karvan-Yevlax” – “Neftçi” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Danışılası çox şey yoxdur. Matça ciddi hazırlaşmışdıq, düşünürdük ki, yaxşı oynayacağıq. Qola qədər komanda pis təsir bağışlamadı. Lakin xırda səhvdən rəqib fərqləndi və oyun pozuldu. İkinci qol epizodu isə bizə çox təsir etdi. Qarşıda üç oyunumuz qaldı. Nə şansımız varsa, sona qədər mübarizə aparacağıq. Çalışacağıq, komandamız bu durumdan qurtulsun.

– Qoldan sonra komanda çox zəif çıxış etdi. Bu, nə ilə bağlıdır?
– Birinci qol bizi sındırmadı. İlk hissənin sonları idi və belə rahat qol vuracaqlarınl düşünmürdük. İkinci qoldan sonra eniş hiss olundu və bu da normaldır. Məğlub olmaq istəmirdik. Rəqibin fərqlənməsindən sonra futbolçularda ruh düşkünlüyü yarandı və bilirdik ki, geridönüş çox çətin olacaq.

– Təqvimlərə baxanda, şanslarınızı necə dəyərləndirirsiniz?
– Həm “Qəbələ”nin, həm də bizim çətin oyunlarımız var. Xal fərqi 6-dır və qarşıda “Qəbələ” ilə matçımız var. Hər görüşə ciddi hazırlaşacağıq.

– Digər ölkələrdə belədir ki, mövsümün sonunda liqada qalmaq uğrunda oynayan komandaların oyunları eyni gündə olur. Bizdə isə fərqlidir…
– Təqvimə uyğun planımızı quracağıq. Artıq nəsə edə bilmərik. Maksimum çalışacağıq ki, komanda növbəti oyuna hazır olsun.

Şahin Cəfərov

“Mingəçevir” səfərdə uduzdu

5 May 2026 at 18:30

Azərbaycan I Liqasında XXV tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. “Mingəçevir” Şamaxıda “Şahdağ Qusar”a uduzub.

Turun digər oyunları 6 və 7 mayda olacaq.

Azərbaycan I Liqası
XXV tur

5 may

Şahdağ Qusar – Mingəçevir 2:0
Qollar: K.Adjey, 10, A.Çipesse, 72

Vernidub: “Neftçi” kimi tarixi olan komandada işləmək şərəfdir”

5 May 2026 at 18:18

Misli Premyer Liqasının XXX turunun “Karvan-Yevlax” – “Neftçi” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “Qarabağ”la ikinci oyundan sonra uşaqlarda böyük emosiyalar ortaya çıxdı. Bu oyun üçün çox həyəcan keçirdim. Məşqçilər heyəti olaraq bunun öhdəsindən gələ bildik. Futbolçulara da minnətdaram.

– “Neftçi”nin avrokuboklara vəsiqə məsələsi məhz sizin ev oyunlarınızı keçirdiyiniz arenada müəyyənləşəcək. Həmin oyundan – kubokun finalından gözləntiləriniz nədir?
– Qarşıda üç oyun var və bunlar bizim üçün finaldır. Bütün futbolçular başa düşür ki, hər matçda maksimum nəticə göstərməliyik. Kubokun finalından da çox şey asılı olacaq. Titulu kim qazanacaq? Zaman göstərəcək. Öz oyunlarımız da vacibdir. Sona qədər mübarizəmizi davam etdirəcəyik.

– Falaye Sakoya nə vermişdiniz ki, mövsümün ən yaxşı oyunlarından birini keçirdi?
– Ona təşəkkür edirəm, peşəkar futbolçudur. Bir oyunda yox, bütün matçlarda səviyyəsini ortaya qoymalıdır. Fransa çempionatında da oynayıb və yaxşı təcrübəsi var. Ona nə deyim? Afərin!

– Məşqçi kimi böyük yol keçmisiniz. Müharibə vaxtı ölümlə üzbəüz olmusunuz. Amma ötən oyundan sonra çox həyəcanlı olduğunuzu demişdiniz. Bu, matça görə idi, ya başqa səbəbi oldu?
– Başqa səbəb yox idi. Sadəcə 1:5 hesablı məğlubiyyət mənim üçün sarsıdıcı idi. Bundan sonra söz tapa bilmirdim. Ona görə də, ikinci oyunda fərqli çıxış etdik. Qələbədən sonra emosiyalar fərqli idi və buna görə də suallara cavab vermək istəmədim. “Neftçi” kimi tarixi olan komandada işləmək isə  şərəfdir. Klubda çalışaraq futbolçulara, azarkeşlərə və rəhbərliyə böyük hörmətim var. Oyunçular da “Neftçi”də olmağın üstünlüyünü dərk etməlidir. Hər zaman peşəkar oynamalıdırlar ki, bu kluba layiq olsunlar.

– Transfer məsələlərində planlarınız hazırdır? 
– Transferlər barədə danışmamışam. Kim hansı oyunçunun adını çəkirsə, özü də danışsın. Vaxtı gələndə hər şeyi özüm deyəcəyəm. Yazırlar ki, hansısa futbolçu ilə münaqişə etmişəm, amma bu, doğru deyil. Transfer işlərində çox diqqətli olacağıq.

– “Neftçi”nin “üçlük”dən kənarda qalmasının səbəbi mövsümün əvvəlində itirilən xallardır, yoxsa hakim qərarları?
– Bu barədə şərh vermək istəmirəm. Komanda məndən əvvəl də çoxlu xallar itirmişdi. “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sumqayıt”la oyundakı heç-heçələr mənim də vaxtımda olub. Çalışırıq ki, hər oyunda maksimum nəticə qazanaq. Komandada müsbət dəyişikliklərə nail olmuşuq. Ən böyük arzum “Neftçi”nin layiq olduğu yerlərdə görməkdir.

– Kubokun finalını stadiondan izləyib, “Sabah”a azarkeşlik edəcəksiniz?
– Dəqiq bilmirəm. “Sabah”a və ya “Zirə”yə azarkeşlik etməyim doğru sayılmaz. Güclü olan qalib gəlsin. Düzdür, “Sabah”ın qələbəsi bizə daha uyğundur, amma hansısa rəqibimizə pis bir şey arzu edə bilmərəm. Həyat bumeranqdır.

Şahin Cəfərov

Hürzeler ilə davam

5 May 2026 at 17:30

“Brayton” baş məşqçisi Fabian Hürzeler ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında müddəti 2029-cu ilin yayına kimi olan anlaşma imzalanıb.

“Brayton” Premyer Liqada 35 turdan sonra 50 xalla 8-ci sıradadır.

Premyer Liqa: “Karvan” “Neftçi”yə 3 cavabsız qolla uduzdu

5 May 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

“Karvan” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Yevlax şəhər stadionunda baş tutmuş görüşün baş hakimi Rauf Cabbarov olub. Paytaxt təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edərək növbəti 3 xalına sevinib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a (2:1), “Zirə” “Qəbələ”yə (1:0), “Qarabağ” “Turan Tovuz”a (2:1) qalib gəlib. “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” isə “Sabah”a (0:3) uduzub.

Premyer Liqa
30-cu tur
5 may

“Karvan” – “Neftçi” 0:3
Qollar: İmad Faraj, 31. Emin Mahmudov, 50-pen. Freddi Varqas, 57.
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Yevlax şəhər stadionu, 16:00.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 8. Peter Kinqs, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 77. Əli Abdullayev, 37. Mois Nqvisani, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 24. Mustafa Sek, 9. Bassala Sambu, 70. Andrey Ştoqrin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Azərbaycan millisi Malta və San Marino ilə qarşılaşacaq

5 May 2026 at 17:30

Futbol üzrə Azərbaycan millisi mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-na qədər isə Avstriyada təlim-məşq toplanışında olacaq.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə qeyd olunur ki, millimiz Avstriyanın Bad-Valtersdorf şəhərində baş tutacaq təlim-məşq toplanışı zamanı iki yoxlama oyunu da keçirəcək. Belə ki, komandamız iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.

Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək. Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.

Edin Terziç – “Atletik”in yeni baş məşqçisi!

5 May 2026 at 17:00

Almaniyanın “Borussiya” (Dortmund) komandasının sabiq baş məşqçisi Edin Terziç yeni mövsümdən Bilbao “Atletik”ini çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl La Liqa təmsilçisinin mətbuat xidməti hazırkı mütəxəssis Ernesto Valverdenin cari mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. Onu isə bu postda Terziçin əvəz edəcəyi dəqiqləşib.

Terziçin müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. O, yeni vəzifəsinin icrasında cari mövsüm başa çatdıqdan sonra başlayacaq.

Yeri gəlmişkən, Edin Terziç Yupp Haynkesdən sonra “Atletik”in tarixində ikinci almaniyalı məşqçi olacaq.

Terziçin 43 yaşı var. O, iki dəfə – 2020-ci ildən 2021-ci ilə qədər və 2022-ci ildən 2024-cü ilə qədər “Borussiya”da çalışıb. Dortmund təmsilçisi onun rəhbərliyi altında Almaniya Kubokunu (2021) qazanıb və UEFA Çempionlar Liqasının finalına (2024) yüksəlib.

Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirəcək

5 May 2026 at 17:20

Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.

Futbolpress.az xəbər verir ki, millimiz Avstriya toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək.

Komandamız iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.

Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək.

Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.

Bundesliqa klubu “Fənərbağça”ya təklif göndərməyə hazırlaşır

5 May 2026 at 16:48

“Fənərbağça”nın futbolçusu Dorgeles Nene karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, malili cinah oyunçusu “Ştutqart”ın diqqət mərkəzindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə Bundesliqa klubunun Nene üçün 22 milyon avro təklif etməyə hazırlaşdığı bildirilib.

Dorgeles bu mövsüm 47 oyunda 13 qol vurub, 11 məhsuldar ötürmə edib.

İkardi “Qalatasaray”dan ayrılacaq

5 May 2026 at 16:25

Argentinalı hücumçu Mauro İkardi “Qalatasaray”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Forvardın karyerasına İtaliyada davam edəcəyi bildirilir.

İkardi 2023-cü ildən “Qalatasaray”da çıxış edir. O, bu mövsüm 45 oyunda 16 qol vurub. 33 yaşlı futbolçunun klubla müqaviləsi yayda başa çatır.

Yüksək Liqa: 19-cu turun təyinatları açıqlandı

5 May 2026 at 16:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Komandalar mayın 7-də “Olimpik Star”da üz-üzə gələcəklər. Əvvəlcə, “Baku Fire” lider “Neftçi” İK ilə qarşılaşacaq. Günün digər oyunu son çempion “Araz-Naxçıvan”la U-19 millimiz arasında baş tutacaq.

“Şuşa” isə bu turda meydana çıxmadan 3 xal qazanacaq. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılacaq.

Yüksək Liqa
19-cu tur
7 may

Baku Fire – Neftçi İK
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Araz-Naxçıvan – U-19
Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Hikmət Qafarlı.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 16:30.

Xallar: Neftçi İK – 49. Araz-Naxçıvan – 46. Baku Fire – 35. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.

Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 35. Yaqo Henrike (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”), Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.

Babək Quliyev UEFA-dan dəvət aldı

5 May 2026 at 15:00

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev Avropa Futbol Assosiasiyalarının İttifaqından (UEFA) dəvət alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Babək Quliyev Almaniyanın paytaxtı Berlində keçiriləcək UEFA-nın hakim-inspektorlar üçün seminarına qatılacaq.

Mayın 11-dən 13-nə qədər təşkil olunacaq tədbirdə Avropanın müxtəlif ölkələrindən 70 UEFA hakim-inspektorun iştirakı nəzərdə tutulur.

Milli İstanbulda toplanışa qatıldı

5 May 2026 at 15:46

Gənclərdən ibarət milli komandamız Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Futbolpress.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən hazırlıq prosesində 45 cüdoçu (33 oğlan, 12 qız) iştirak edir.

Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edirlər.

Qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyan toplanış sabah başa çatacaq.

“Atletik” baş məşqçisini açıqladı

5 May 2026 at 15:26

İspaniyanın “Atletik” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu posta Edin Terziç təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis yaydan işə başlayacaq.

“Atletik”ə hazırda Ernesto Valverde rəhbərlik edir. Komanda La Liqada 34 turdan sonra 44 xalla 8-ci sıradadır.

Terziç son olaraq Dortmund “Borussiya”sında işləyib.

Millinin oyunu FIFA+ TV-də

5 May 2026 at 15:15

AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində 16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirindəki oyunları FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Futbolpress.az xəbər verir ki, mayın 6-da Azərbaycan – Litva (17:00), 8-də Azərbaycan – Rumıniya (17:00) və 11-də keçiriləcək Azərbaycan – Gürcüstan (12:00) görüşləri platformada göstəriləcək.

Qeyd edək ki, saziş lisenziya müddəti ərzində – 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.

“Karvan-Yevlax” – “Neftçi”: heyətlər

5 May 2026 at 14:52

“Neftçi” Misli Premyer Liqasının XXX turunda bu gün “Karvan-Yevlax”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaq:

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 8. Peter Kings 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 77. Əli Abdullayev 37. Mois Nqvisani 10. Samuel Durrant 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov
“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis
Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov14. Edvin Kuç 24. Mustafa Sek 9. Bassala Sambu 70. Andrey Ştoqrin 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

 

Konate: “Taleyimiz öz əlimizdədir”

5 May 2026 at 14:27

“Zirə” Misli Premyer Liqasının XXX turunda “Qəbələ”ni məğlub edib – 1:0.

Matçdan sonra “qartallar”ın futbolçusu Brahim Konate “Futbolpress.az“a açıqlamasında oyunu şərh etdi:

“Qəbələ” ilə oyunun çətin olacağını bilirdik. Onlar çox mübariz komandadır və sürətli futbol oynayırlar. Buna baxmayaraq, sona qədər döyüşdük və əzmkarlıqla qələbə qazandıq”.

“Zirə” Azərbaycan Kubokunun finalında “Sabah”la qarşılaşacaq. Qəsəbə təmsilçisi titulu qazanacağı halda, həm də yeni mövsümdə Avropa Liqasında iştirak haqqı əldə edəcək. Konate şanslardan söz açdı:

“Sabah”ın gücünü bilirik. Amma finaldır və hər nəticə mümkündür. Məqsədimiz avrokuboklarda olmaqdır. Taleyimiz öz əlimizdədir və bunun üçün mübarizə aparacağıq. Sonda necə olacağını görəcəyik. Avrokuboklara düşə bilməsək, bizim üçün uğursuzluq sayılacaq”.

Konate öz çıxışına da toxundu:

“Düşünürəm ki, oyunum pis deyil. Düzdür, mövsümün bəzi mərhələlərində zədələrə görə ritmim pozuldu, amma futbolda belə hallar qaçılmazdır. Öz üzərimdə çox çalışıram və bilirəm ki, daha yaxşısını etməyə qadirəm”.

Şahin Cəfərov

MEDİA müsabiqə elan etdi

5 May 2026 at 14:23

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

Futbolpress.az xəbər verir ki,  Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Media subyektlərinin müsabiqədə iştirak etməsi üçün bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla ən azı dörd nəfərdən ibarət heyəti olmalıdır.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur. Bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 (səkkiz yüz) manat təşkil etməlidir.

Qeyd edək ki, müsabiqəyə 12 may 2026-cı il saat 18:00-dək müraciət etmək mümkündür.

Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.

Milli AÇ üçün yola düşdü

5 May 2026 at 14:09

Azərbaycan Karate Federasiyasının fudokan karate üslubu üzrə milli komandası Rumıniyanın Sfantu Gheorghe şəhərində keçiriləcək 28-ci Avropa çempionatında iştirak etmək üçün yola düşüb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan bu yarışda 11 nəfərlik heyətlə təmsil olunur.

Komandaya AKF prezidentinin köməkçisi, fudokan karate üslubu üzrə nümayəndə Vüsal Abdullazadə və üslubun baş məşqçisi Bəşir Mahmudov rəhbərlik edir.

Azərbaycan idmançıları Gürcüstanda 4 medal qazandı

5 May 2026 at 13:51

Mayın 2-si və 3-də Gürcüstanda taekvondo üzrə “Georgian Liga Open” turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Masallı Taekvondo Klubunun təmsilçiləri uğurla çıxış edərək ümumilikdə 1 qızıl, 3 bürünc medal qazanıb. Kiçik yeniyetmələr arasında Ayan Əliyeva (27 kq) qızıl, Yunis Həşimli (24 kq) və Əli Əliyev (27 kq) bürünc medallara sahib çıxıblar.

Yeniyetmələr arasında yarışda Zaur Rəsulzadə (45 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Leandro Andrade “Qarabağ”da 60-cı qola sevindi

5 May 2026 at 14:00

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Ağdam klubunun heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.

Arena.az xəbər verir ki, portuqaliyalı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 30-cu turunun “Turan Tovuz”la ev qarşılaşmasına (2:1) təsadüf edib.

Leandro 60-cı qolunu Ağdam klubunun heyətində çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), Azərbaycan Kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.

Xatırladaq ki, Leandro Andrade “Qarabağ”da ilk qolunu 2022-ci aprelin 2-də “Səbail”lə (5:1) çempionat görüşündə vurub.

Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Onun Ağdam klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.

Leo Ağdam klubunun heyətində bütövlükdə 211 oyun keçirib. O, bu oyunlarda 60 qola imza atıb, 61 assist müəllifi olub. Leandro “Qarabağ”ın heyətində 4 dəfə (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) Azərbaycan çempionu, iki dəfə (2021/2022, 2023/2024) ölkə kubokunun qalibi olub.

Leandro Andrade daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığma komandasında da 7 oyun keçirib, lakin məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Rauf Hüseynli mövsümün rekordunu təkrarladı

5 May 2026 at 13:00

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Sumqayıt”la ev oyunu “Kəpəz”in futbolçusu Rauf Hüseynli üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, bu oyunda 4 dəqiqəyə iki qol vurub.

Hüseynli 2:1 hesabıyla qalib gəldikləri oyunda dubla imza atmaqla cari mövsümün rekordunu da təkrarlayıb.

86-cı və 89-cu dəqiqələrdə qol sevinci yaşayan Raufa qədər yalnız Leandro Andrade matçın bir hissəsində belə qısa müddətdə dubl müəllifi olmuşdu. “Qarabağ”ın portuqaliyalı yarımmüdafiəçisi “Araz-Naxçıvan”la martın 8-də keçirilmiş qarşılaşmada (6:0) 33-cü və 36-cı dəqiqələrdəki qolları ilə dublunu rəsmiləşdirmişdi.

Leandrodan fərqli olaraq, Rauf Hüseynli hər iki qolu penaltidən vurub. O, cari mövsümdə bir matçda 2 dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü futbolçudur. Ona qədər Aleksandr Ramalinqom (“Sumqayıt”) və Coy Lens Mikels (“Sabah”) penaltilərlə dubl etmişdi, Toral Bayramov (“Qarabağ”) het-trik etdiyi qarşılaşmada iki dəfə “ağ nöqtə”dən fərqlənmişdi. Raufa qədər Ramalinqom daha qısa müddətdə – 12 dəqiqədə iki penalti zərbəsini qola çevirmişdi. O, “Karvan”la ötən il oktyabrın 18-də keçirilmiş matçın (4:1) 54-cü və 65-ci dəqiqələrində fərqlənmişdi.

“Hər kəs məsuliyyəti dərk etməlidir” – Pedro

5 May 2026 at 13:30

“Çelsi” Premyer Liqada XXXV turda “Nottingem Forest”ə uduzub – 1:3.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, “zadəganlar”ın hücumçusu Joao Pedro matçdan sonra fikirlərini bölüşüb:

“İstəmədiyimiz nəticə oldu. Hər kəs məsuliyyəti dərk etməlidir. “Çelsi” bu nəticələrə layiq deyil. Vəziyyəti düzəltməliyik. Hamıdan üzr istəyirəm”.

“Çelsi” çempionatda 48 xalla 9-cu sıradadır.

Ölkə birinciliyi başladı

5 May 2026 at 13:24

Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib.

Futbolpress.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda U-19 və U-15 yaş qrupları üzrə idmançılar bacarıqlarını göstərirlər.

4 gün davam edəcək birincilikdə Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparır.

Qaliblər komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində müəyyənləşəcək. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

Simeone: “Onların rahat oynamasına imkan verməməliyik”

5 May 2026 at 12:51

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinal mərhələsində bu gün “Arsenal”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis komandasının final şanslarını dəyərləndirib:

“Oyunun tələb etdiyi dərəcədə intensiv olmalıyıq. Həm komanda, həm də fərdi baxımdan yüksək səviyyədə çıxış etməliyik. Rəqibin heyətində keyfiyyətli futbolçular var, onlara rahat oynamaq imkanı verməməliyik.

İlk matçda pis təsir bağışlamadıq. İndi daha artırmalı və final üçün mübarizə aparmalıyıq. İnanıram ki, yaxşı nəticə qazanacağıq”.

“Arsenal” – “Atletiko” oyunu saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda bərabərlik qeydə alınıb.

“Mingəçevir”in Şamaxı səfəri

5 May 2026 at 12:27

Bu gün Azərbaycan I Liqasında XXV tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçiriləcək. “Mingəçevir” səfərdə “Şahdağ Qusar”la üz-üzə gələcək. Şamaxı OİK stadionunda reallaşacaq görüşə saat 16:00-da start veriləcək.

Turun digər oyunları 6 və 7 may tarixlərində baş tutacaq.

Azərbaycan I Liqası
XXV tur

5 may

16:00 Şahdağ Qusar – Mingəçevir
Şamaxı OİK stadionu

“Şamaxı” tarixində 10-cu dəfə bu aqibəti yaşadı

5 May 2026 at 12:00

“Şamaxı” komandası futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 10-cu dəfə öz meydanında böyük hesabla uduzub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olub. Komanda 363-cü ev oyununda buna üzülüb.

“Şamaxı” tarixində bir mövsümdə 3-cü dəfə öz meydanında üç və ya daha çox top fərqi ilə uduzub. “Sabah”a qədər onların qonağı olan “Kəpəz” 4:1, “Qəbələ” 4:0 hesablı səfər qələbəsinə nail olub. Buna qədər antirekord iki belə nəticənin yaşandığı 2022/2023-cü illər mövsümündə qeydə alınmışdı.

Komandanın öz meydanında ilk ağır yenilgisi isə 2000/2001-ci illər mövsümünə təsadüf edib. 2000-ci il oktyabrın 20-də “Neftçi” “Xəzər Universiteti” adlanan rəqibinin meydanında 4:1 hesabı ilə qalib gəlib.

ÇL: İlk finalçı müəyyənləşir

5 May 2026 at 11:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün ilk finalçısı müəyyənləşəcək.

Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Atletiko” komandası İngiltərədə “Arsenal”ın qonağı olacaq.

“Emireyts” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, bu komandalar arasında Madrid şəhərində baş tutmuş ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.

Digər finalçı mayın 6-da bəlli olacaq. “Bayern” Almaniyada ÇL-in sonuncu qalibi olan Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada parislilər sevinən tərəf olublar – 5:4.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
5 may

23:00. Arsenal (İngiltərə) – Atletiko (İspaniya)
Baş hakim: Daniel Zibert (Almaniya).
London. “Emireyts” stadionu.
İlk oyun – 1:1.

6 may

23:00. Bayern (Almaniya) – PSJ (Fransa)
Baş hakim: Pineyro (Portuqaliya).
Münhen. “Alyans Arena”.
İlk oyun – 4:5.

“Çelsi” 33 il sonra bunu yaşadı

5 May 2026 at 12:12

“Çelsi” İngiltərə Premyer Liqasının XXXV turunda “Nottingem Forest”ə uduzub – 1:5.

Futbolpress.az xəbər verir ki, London klubu son altı oyunda qələbə qazana bilməyib. Bu, “zadəganlar”ın 1993-cü ildən sonra göstərdiyi ən pis nəticədir. Komanda sonuncu dəfə 33 il əvvəl bu vəziyyətlə üzləşmişdi.

“Çelsi” Premyer Liqada 35 turdan sonra 48 xalla 9-cu sıradadır.

Babək Quliyevə UEFA-dan dəvət

5 May 2026 at 11:38

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan dəvət alıb.

Futbolpress.az xəbər verir ki, o, Almaniyanın paytaxtı Berlində keçiriləcək UEFA hakim-inspektorlar üçün seminara qatılacaq.

Mayın 11-dən 13-dək təşkil olunacaq tədbirdə Avropanın müxtəlif ölkələrindən 70 UEFA hakim-inspektorun iştirakı nəzərdə tutulur.

Ukrayna millisinin “sükanı” italiyalıya tapşırılır

5 May 2026 at 11:34

Ukrayna millisinin yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, yığmanın “sükanı” italiyalı Andre Malderaya tapşırılacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Mütəxəssis son olaraq “Marsel”də baş məşqçi Roberto De Zerbinin köməkçisi olub. O, 2016-2021-ci illərdə də Ukrayna millisində çalışıb.

Ukrayna yığmasında ötən ay baş məşqçi Sergey Rebrovla yollar ayrılıb.

Hansı oyun, hansı kanalda? – TV

5 May 2026 at 11:17

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

Azərbaycan, Premyer Liqa
16:00 Karvan-Yevlax – Neftçi (CBC Sport)

Türkiyə Kuboku
21:30 Beşiktaş – Konyaspor (ATV Türkiyə)

UEFA Çempionlar Liqası
23:00 Arsenal – Atletiko (İctimai TV, TRT 1)

Andrade üçün yubiley

5 May 2026 at 11:00

Leandro Andrade “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXX turunun “Turan Tovuz”la ev qarşılaşmasına (2:1) təsadüf edib.

Leandro 60-cı qolunu Ağdam klubunda çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), ölkə kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.

Qeyd edək ki, Leandro “Qarabağ”da ilk qolunu 2022-ci il aprelin 2-də “Səbail”lə (5:1) çempionat görüşündə vurub.

“Kəpəz”in futbolçusundan mövsümün rekordu

5 May 2026 at 10:46

Misli Premyer Liqasının XXX turu “Kəpəz”in futbolçusu Rauf Hüseynlinin 4 dəqiqəyə iki qol vurması ilə əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, “Sumqayıt”la ev oyununda (2:1) fərqlənən futbolçu bununla da mövsümün rekordunu təkrarlayıb. 86-cı və 89-cu dəqiqələrdə qol sevinci yaşayan Raufa qədər yalnız Leandro Andrade matçın bir hissəsində belə qısa müddətdə dubl müəllifi olub. “Qarabağ”ın portuqaliyalı yarımmüdafiəçisi “Araz-Naxçıvan”la martın 8-də keçirilən qarşılaşmada (6:0) 33-cü və 36-cı dəqiqələrdəki qolları ilə dublunu rəsmiləşdirib.

Leandrodan fərqli olaraq Hüseynli hər iki qolu penaltidən vurub. O, cari mövsümdə bir matçda 2 dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü futbolçudur. Onadək Aleksandr Ramalinqom (“Sumqayıt”) və Coy Lens Mikels (“Sabah”) penaltilərlə dubl edib, Toral Bayramov (“Qarabağ”) het-trik etdiyi qarşılaşmada iki dəfə “ağ nöqtə”dən fərqlənib. Raufa qədər Ramalinqom daha qısa müddətdə – 12 dəqiqədə iki penalti zərbəsini qola çevirmişdi. O, “Karvan-Yevlax”la ötən il oktyabrın 18-də keçirilən matçın (4:1) 54-cü və 65-ci dəqiqələrində fərqlənib.

“Şamaxı”nın uğursuz “3”ləri

5 May 2026 at 10:39

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 10-cu dəfə öz meydanında böyük hesabla uduzub.

Futbolpress.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Misli Premyer Liqasının XXX turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olub. Komanda 363-cü ev oyununda bu nəticəyə görə üzülüb.

“Şamaxı” tarixində bir mövsümdə 3-cü dəfə öz meydanında üç və ya daha çox top fərqi ilə uduzub. “Sabah”a qədər onların qonağı olan “Kəpəz” 4:1, “Qəbələ” 4:0 hesablı səfər qələbəsinə nail olub. Bunadək antirekord iki belə nəticənin yaşandığı 2022/23 mövsümündə qeydə alınmışdı.

Komandanın öz meydanında ilk ağır məğlubiyyəti isə 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il oktyabrın 20-də “Neftçi” “Xəzər Universiteti” adlanan rəqibinin meydanında 4:1 hesabı ilə qalib gəlib.

“Çalışırıq ki, gəncləri pis vərdişlərdən uzaqlaşdıraq, güləşdə kütləvilik yaradaq”

5 May 2026 at 10:25

Azərbaycan güləşçiləri ötən ay Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını 13 medalla başa vurub.

Sərbəst güləş üzrə yığmamız Avropanın zirvəsini fəth edib. 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Tiranada İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşçiləri də adını tarixə yazdırıb. Millimiz uğurlu çıxış edərək çempion titulunu qoruyub. Belə ki, 2 qızıl, 3 bürünc medal qazanan yığmamız 133 xalla yenidən Avropa çempionu olub. Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub. Millinin heyətində Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Azərbaycan güləşçiləri son illərdə Avropada dominantlıq edir. Qazanılan beynəlxalq uğurlar görülən işlərin və çəkilən əziyyətlərin məntiqi nəticəsidir.

Komandanın Avropa çempionatındakı çıxışı və perspektivlər haqqında Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı ilə danışdıq. Qurumun rəsmisi nəticələri belə dəyərləndirdi: 

“Komanda üç növün ikisində Avropa çempionu olubsa, nəticəni müsbət qiymətləndirmək olar. Artıq üçüncü dəfədir ki, qatıldığımız yarışın iki növündə zirvəyə yüksəlirik. 5 qızıl, 2 gümüş və 6 bürünc medal qazandıq. Düzdür, medal sayı daha çox ola bilərdi. Bəzi güləşçilərin çıxışından fərdi şəkildə narazılığımız oldu. Sərbəst güləşdə Kənan Heybətov, Nurəddin Novruzovdan, yunan-Roma güləşində Sənan Süleymanovdan medal gözləyirdik. Qadınların güləşində isə azı üç finala ümid edirdik. Amma səhvləri gördük və onların üzərində işləyəcəyik. Məşqçilər həm komanda, həm fərdi şəkildə çatışmazlıqları aradan qaldırmağa çalışacaq”.

Musalı güləş üzrə milli komandaların əsas hədəflərinə toxundu:

“Bu nəticə bizi arxayınlaşdırmır. Son illərdə güləşdə Avropada dominant ölkə rolundayıq. Qarşıda dünya çempionatı var və bizim üçün əsas məqsəd orada uğur qazanmaqdır. Bu turnirdə İran, ABŞ, Yaponiya, eləcə də, Orta Asiya ölkələrinin idmançıları da olacaq. Eyforiyaya qapılmadan yarışa hazırlaşmalıyıq”.

Federasiya rəsmisi güləşin gənclər arasında populyarlığı və təbliğat işləri ilə bağlı danışdı:

“Hər qələbə həmin idman növünü bir qədər daha populyarlaşdırır. Ölkə başçısı İlham Əliyevin bizi qəbul etməsi gündəmi zəbt etdi, nəticəmiz diqqət mərkəzinə düşdü. Məsələn, Həsrət Cəfərovun, Qurban Qurbanovun, Jalə Əliyevanın qələbələri gənclərə motivasiya verir, onlar bu güləşçiləri özlərinə kumir seçirlər.

Güləşin təbliği üçün müxtəlif istiqamətlərdə addımlar atırıq. Xüsusilə, məktəblərdə layihələr həyata keçiririk. “Güləş və sağlam yaşa” sloqanı ilə yeni işlərimiz olacaq. Eyni zamanda sosial çarxlarımız da yayımlanır. Çalışırıq ki, gəncləri zərərli vərdişlərdən uzaqlaşdıraq, güləşdə kütləvilik yaradaq. Azərbaycan çempionatlarının vizual keyfiyyətinin yaxşılaşdırılması da bu kampaniyaların tərkib hissəsidir”.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının böyük məşqçisi Nurəddin Rəcəbov da fikirlərini bölüşdü. O, idmançıların çıxışından razı qaldığını bildirdi:

“Həqiqətən, çox yüksək səviyyədə çıxış etdik. Bu nəticə müzakirə olunmur. Komanda olaraq dünyanın ən böyük güləş ölkələrindən üstün olduq. Gücümüzü göstərdik, məşqçilərlə idmançıların gecə-gündüz birlikdə çəkdiyi əziyyətin bəhrəsini gördük. Hələ əsas heyətdən iki üzvümüz- dünya çempionları Eldəniz və Ülvi – yarışdan kənarda idi.

Ümumi götürəndə, yüksək səviyyədə mübarizə apardıq. Belə nəticələri qazanmaq çox çətin olur. Sübut etdik ki, Avropanın ən güclü güləş komandalarından biriyik. Hər çəkidə yaxşı mübarizə apardıq. Düzdür, medalların sayı və əyarı fərqli ola bilərdi, lakin ümumi baxsaq, nəticə qənaətbəxşdir. Qarşıda dünya çempionatı var. Çalışacağıq ki, çatışmazlıqlarımızı aradan qaldıraq. Federasiya tərəfindən hər cür şərait yaradılıb. Toplanışlar vaxtında keçirilməsəydi, belə yaxşı hazırlaşmaq mümkün olmazdı. Hər kəsə minnətdaram”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

 

Mövsümdə 3-cü, tarixdə 10-cu

5 May 2026 at 12:15
“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 10-cu dəfə öz meydanında böyük hesabla uduzub. Msport.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” […]

Source

“Çelsi” 33 il idi Premyer Liqada bu aqibəti yaşamırdı

5 May 2026 at 10:00

Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turunda evdə “Nottingem Forest”ə uduzan “Çelsi” 33 il sonra antirektordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, “zadəganlar” “Stemford Bric”də baş tutmuş bu görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olub.

“Nottingem Forest”in qollarını Tayvo Avoni (2, 52) və İqor Jesus (15-pen.) vurublar. London kollektivinin heyətində isə təsəlli qoluna Joao Pedro (90+3) imza atıb.

Qeyd edək ki, bu, “zadəganlar”ın cari mövsümdə Premyer Liqada ardıcıl 6-cı məğlubiyyəti olub. London təmsilçisi sonuncu dəfə 1993-cü ildə eyni uğursuzluğu yaşamışdı.

“Çelsi” son 6 oyununda cəmi 1 qol vurub və qapısından 14 qol buraxıb. Komanda turnir cədvəlində 48 xalla 9-cu pillədə yer alıb. Paytaxt təmsilçisi keçirdiyi 35 oyunda 13 qələbə qazanıb, 9 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

“Real”ın zədəlisi 5 ay oynamayacaq

5 May 2026 at 10:10

“Real”ın zədəli futbolçusu Ferlan Mendinin son durumu açıqlanıb.

Futbolpress.az COPE-yə istinadən xəbər verir ki, sağ ayağının bud əzələsindən xəsarət alan müdafiəçi əməliyyat olunacaq. Mendi 5 ay yaşıl meydanlardan uzaq qalacaq.

Fransalı futbolçu bu mövsüm 9 oyunda meydana çıxıb.

Kubokun finalına bilet qiymətləri

5 May 2026 at 09:44

Azərbaycan Kubokunda final oyununun biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, 13 may tarixində saat 20:00-da başlayacaq “Sabah” – “Zirə” qarşılaşmasının biletlərini bu gündən etibarən “iticket.az” saytından əldə etmək mümkündür.

“Palms Sports Arena”da baş tutacaq matçın biletlərinin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 (“VIP Gold”) manatdır.

Bilet almaq üçün keçid.

ABL: “Sabah” bu gün çempion ola bilər

5 May 2026 at 09:28

Bu gün Azərbaycan Basketbol Liqasında çempion bəlli ola bilər.

Futbolpress.az xəbər verir ki, “Sabah” final seriyasının üçüncü oyununda “Abşeron Lions”la üz-üzə gələcək. Görüşə saat 19:00-da start veriləcək.

Bundan əvvəlki iki matçda “Sabah” qələbə qazanıb. Çempionluq üçün isə üç qələbəyə ehtiyac var.

“Ayaks”ın yetirməsi Azərbaycanda oynamaq istəmir

5 May 2026 at 09:19

“Qarabağ” Kiprin “Pafos” klubunun qapıçısı Cey Korter ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

Qolkiper “Pafos”dan ayrılmaq niyyətindədir. O, “Qarabağ”ın marağına baxmayaraq, Azərbaycanda oynamağa müsbət yanaşmır.

Korter Niderlanda qayıtmaq niyyətindədir. Onunla sabiq klubu “Qo İhed İqlz” da maraqlanır. Qapıçının seçimi məhz Erediviziya təmsilçisindən yanadır.

Korter “Ayaks”ın yetirməsidir. O, karyerası ərzində ölkəsində “Alkmaar”, “Qo İhed İqlz”,  Şotlandiyada “Aberdin” kimi klublarda çıxış edib. Qapıçının “Pafos”la müqaviləsi 2028-ci ilin yayına kimidir.

Volkanla yollar ayrıldı

5 May 2026 at 09:00

Türkiyənin “Gənclərbirliyi” klubu baş məşqçisi Volkan Demirellə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Gənclərbirliyi” çempionatda 32 turdan sonra 28 xalla 16-cı sıradadır.

Premyer Liqa: “Karvan” “Neftçi”yə qarşı

5 May 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutacaq.

“Karvan” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşə saat 16:00-da start veriləcək. Oyunun baş hakimi Rauf Cabbarov olacaq.

Premyer Liqa
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Yevlax şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “İmişli” 0:1
Qol: Dioqo Kardozo, 18.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
“Sumqayıt Arena”, 18:30.

3 may

“Şamaxı” – “Sabah” 0:3
Qollar: Stiv Solvet, 37. Coy Lens Mikels, 77. Umarali Rahmonaliyev, 90+1-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Şamaxı şəhər stadionu, 16:00.

“Zirə” – “Qəbələ” 1:0
Qol: Martins Junior, 78.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

4 may

“Qarabağ” – “Turan Tovuz” 2:1
Qollar: Leandro Andrade, 50. Mateus Silva, 54 – Ayxan Hüseynov, 77.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

5 may

“Karvan” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Yevlax şəhər stadionu, 16:00.

ÇL: ilk finalçı məlum olur

5 May 2026 at 08:40

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı məlum olacaq.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Arsenal” komandası yarımfinal mərhələsinin cavab oyununda Madrid “Atletiko”sunu qəbul edəcək. Matça saat 23:00-da start veriləcək.

Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb – 1:1.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

5 may

23:00 Arsenal – Atletiko

“Neftçi” 3 xalı 3 qolla qazandı

5 May 2026 at 17:50

Bu gün Misli Premyer Liqasında XXX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçirilib. “Neftçi” “Karvan-Yevlax”ı səfərdə məğlub edib.

Misli Premyer Liqası
XXX tur

5 may

16:00 Karvan-Yevlax – Neftçi 0:3

Qollar: İmad Faraj, 31, Emin Mahmudov, 50, Varqas, 57
Baş hakim:
Rauf Cabarov
Yevlax şəhər stadionu

Yorğun “Qarabağ”ın “gümüş”ü

5 May 2026 at 08:01

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda “Turan Tovuz”u məğlub edib – 2:1.

“Qarabağ” oyunun son 10-15 dəqiqəsi istisna olmaqla, qalan vaxtlarda üstün tərəf kimi oynadı. İlk hissədə real şans yaratmaqda çətinlik çəkən “atlılar” fasilədən sonra 4 dəqiqə ərzində vurduğu 2 qolla oyunun taleyini həll etdi. Tovuzlular sonda təzyiqi artırıb, hesabı bərabərləşdirməyə çalışsa da, təsəlli qolundan artığına gücü çatmadı.

“Qarabağ” ümumi fonda yorğun görünür. Kamilo Duranın cəzalı olması, Musa Qurbanlının matçın əvvəlində zədələnməsi komandanının hücum gücünə təsirsiz ötüşmədi. Müdafiəçi Kevin Medina “atlılar”ın heyətində ön plana çıxan əsas oyunçu idi. Bəzən hücuma da qoşulan, geridə isə kritik müdaxilələrlə komandasına fayda verən kolumbiyalı qazanılan qələbədə pay sahiblərindən oldu.

Tovuz təmsilçisi isə oyun baxımından artırmalıdır. Komanda, sürpriz olmazsa, yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq. Heyətin gücləndirilməsi mütləqdir. Bəzi futbolçuların hücum potensialını artırmağa ehtiyac var. Kurban Berdıyev böyük avrokubok təcrübəsinə malikdir, ancaq heyətdəki oyunçuların əksəriyyəti ilk dəfə Avropa arenasında çıxış edəcək. Klub artıq yeni mövsümlə bağlı planlara başlamalıdır – gecikmə avrokuboklarda uğursuz nəticələrə və ya erkən vidaya zəmin yarada bilər.

“Qarabağ” qələbə sayəsində xallarını 62-yə çatdırıb. Komanda ən yaxın izləyicisi “Turan Tovuz”u 6 xal qabaqlayır. “Atlılar” bununla da sona üç tur qalmış liqada gümüş medalların taleyini böyük ölçüdə həll etdi.

Şahin Cəfərov 

La Liqa: “Sevilya” “Real Sosyedad”ı tək qolla yendi

5 May 2026 at 01:10

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Sevilya” doğma meydanda “Real Sosyedad”la üz-üzə gəlib. Meydan sahibləri 3 xalı tək qolla qazanıblar.

Beləliklə, cari mövsümün geridə qalmış 34 turundan sonra 88 xala malik “Barselona” vahid liderdir. “Real” 77 xalla ikinci, “Vilyarreal” 68 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko” 63, “Betis” 53, “Selta” 47 xal toplayıb.

İspaniya, La Liqa
34-cü tur
1 may

Jirona – Malyorka 0:1
Qol: Samu Kosta, 43.

2 may

Vilyarreal – Levante 5:1
Qollar: Mikautadze, 38; 68. Moleyro, 62. Buçanan, 87. Pepe, 90 – Espi, 51.

Valensiya – Atletiko 0:2
Qollar: Luke, 74. Kubo, 82.

Alaves – Atletik 2:4
Qollar: Blanko, 8. Tenalya, 68 – Navarro, 46. Sanset, 74. N.Uilyams, 83; 87.

Osasuna – Barselona 1:2
Qollar: R.Qarsiya, 88 – Levandovski, 81. F.Torres, 86.

3 may

Selta – Elçe 3:1
Qollar: Alvares, 14. Aspas, 30. B.İqlesias, 85 – A.Silva, 82-pen.

Xetafe – Rayo Valyekano 0:2
Qollar: Kamello, 38. Nteka, 73.

Betis – Real Ovyedo 3:0
Qollar: K.Ernandes, 22; 58. Ezzalzuli, 45.

Espanyol – Real 0:2
Qollar: Vinisius, 55; 66.

4 may

Sevilya – Real Sosyedad 1:0
Qol: A.Sançes, 50.

Premyer Liqa: “Çelsi” evdə uduzdu, MS səfərdə büdrədi

5 May 2026 at 01:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Çelsi” doğma meydanda “Nottingem Forest”ə məğlub olub. Səfərdə “Everton”la üz-üzə gəlmiş “Mançester Siti” isə məğlubiyyətdən son anda qurtulub və 1 xalla kifayətlənib.

Beləliklə, cari mövsümün 35 turundan sonra 76 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 71 xalla ikinci, “Mançester Yunayted” 64 xalla üçüncü pillədə qərarlaşıb. “Liverpul” və “Aston Villa” 58, “Bornmut” 52, “Brentford” 51, “Brayton” 50, “Çelsi” 48 xal toplayıb.

İngiltərə, Premyer Liqa
35-ci tur
1 may

Lids – Börnli 3:1
Qollar: Stax, 8. Okafor, 52. Kalvert-Lyuin, 56 – Tçauna, 71.

2 may

Brentford – Vest Hem 3:0
Qollar: Mavropanos, 15-öz qapısına. İ.Tyaqo, 54-pen. Damsqor, 82.

Nyukasl – Brayton 3:1
Qollar: Osula, 12. Börn, 24. Barnes, 90+5 – Hinşelvud, 61.

Vulverhempton – Sanderlend 1:1
Qollar: Bueno, 54 – Mukiele, 17.

Arsenal – Fulhem 3:0
Qollar: Dyökereş, 9; 45+4. Saka, 40.

3 may

Bornmut – Kristal Pelas 3:0
Qollar: Lerma, 10-öz qapısına. Kroupi, 32-pen. Rayan, 77.

Mançester Yunayted – Liverpul 3:2
Qollar: Kunya, 6. Şeşko, 14. Meynu, 77 – Soboslai, 47. Qakpo, 56.

Aston Villa – Tottenhem 1:2
Qollar: Buendiya, 90+6 – Qallaxer, 12. Riçarlison, 25.

4 may

Çelsi – Nottingem Forest 1:3
Qollar: J.Pedro, 90+3 – Avoniyi, 2; 52. İ.Jezus, 15-pen.

Everton – Mançester Siti 3:3
Qollar: Barri, 68; 81. O’Brayen, 73 – Doku, 43; 90+7. Haland, 83.

A Seriyası: “Roma”dan “Fiorentina”ya 4 cavabsız qol

5 May 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 35-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Kremoneze” – “Latsio” matçında qonaqlar əzmkar qələbəyə seviniblər. “Roma” isə doğma meydanda “Fiorentina”nı 4 cavabsız qolla məğlub edib.

Beləliklə, 35 turdan sonra çempionluğu təmin etmiş “İnter” 82 xalla vahid liderdir. “Napoli” 70 xalla ikinci, “Milan” 67 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus”un 65, “Roma”nın 64, “Komo”nun 62 xalı var.

İtaliya, A Seriyası
35-ci tur
1 may

Piza – Leççe 1:2
Qollar: Leris, 56 – Banda, 52. Xeddira, 65.

2 may

Udineze – Torino 2:0
Qollar: Ehizibue, 45+1. Kristensen, 51.

Komo – Napoli 0:0

Atalanta – Cenoa 0:0

3 may

Bolonya – Kalyari 0:0

Sassuolo – Milan 2:0
Qollar: Berardi, 5. Loryente, 47.

Yuventus – Verona 1:1
Qollar: Vlahoviç, 62 – Bouye, 34.

İnter – Parma 2:0
Qollar: M.Türam, 45+1. Mxitaryan, 80.

4 may

Kremoneze – Latsio 1:2
Qollar: Bonatsoli, 29 – İsaksen, 53. Noslin, 90+2.

Roma – Fiorentina 4:0
Qollar: Mançini, 13. Uelsi Fransa, 17. Hermoso, 34. Pisilli, 58.

“Heydər Əliyev kuboku-2026”: üçüncü günün döyüşləri keçirilib

4 May 2026 at 23:47

Bakıda 17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turniri davam edir.

Futbolpress.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın üçüncü günündə 31 döyüş baş tutub.

Azərbaycan boksçularından 1-i finala, 10-u yarımfinala vəsiqə qazanıb. Sabah qızlar arasında 1/2, oğlanlarda 1/4 final döyüşləri davam edəcək.

Heydər Əliyev kuboku-2026

4 may

Qızlar

1/4 final

57 kq

Emiliya Beydullayeva (Azərbaycan) – Fatimə Alıyeva (Azərbaycan) – 3:2

1/2 final

48 kq

Aydan İsmayıllı (Azərbaycan) – Nurgül Ocaqova (Azərbaycan) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib

63 kq

Alsu Yafarova (Azərbaycan) – Elene Karçava (Gürcüstan) – 2:3

Anastasiya Çokoraya (Gürcüstan) – Aynur Vəlizadə (Azərbaycan) – birinci qalib gəlib

Oğlanlar

1/4 final

46 kq

Həsrət Məmmədov (Azərbaycan) – Həsən Məhərrəmov (Azərbaycan) – 5:0

Yusif Hüseynov (Azərbaycan) – Xeyrəddin Paşayev (Gürcüstan) – 4:1

Sərxan Əlizadə (Azərbaycan) – Maxanbet Sapar (Qazaxıstan) – 3:2

50 kq

Vaqif Məhəmmədli (Azərbaycan) – Faiq Hənifəzadə (Azərbaycan) – birinci üçüncü raundda tam üstünlüklə qalib gəlib

Rəsul Babazadə (Azərbaycan) – Luka Kokaşvili (Gürcüstan) – 5:0

Azad Məmmədli (Azərbaycan) – Sahib Baxışlı (Azərbaycan) – 0:5

Rüstəm Nəsibov (Azərbaycan) – Amir Tairjanov (Qazaxıstan) – 4:1

57 kq

Məhəmmədəli İstamov (Azərbaycan) – Nikita Stepoy (Moldova) – 5:0

Məmmədqulu İmanzadə (Azərbaycan) – Əli Camalzadə (Azərbaycan) – 0:5

63 kq

Vəkil Qurbanov (Azərbaycan) – Fərhad Quliyev (Azərbaycan) – 5:0

75 kq

Yusif Ağakişiyev (Azərbaycan) – Davud Camalzadə (Azərbaycan) – 5:0

+80 kq

Mehran Rəsulov (Azərbaycan) – Uğur Həsənov (Azərbaycan) – birinci mərhələ adlayıb

Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır. 185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də keçiriləcək.

“Qarabağ” – “Turan Tovuz” 2:1 – Video

4 May 2026 at 23:00

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Qarabağ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Tovuzda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
30-cu tur
4 may

“Qarabağ” – “Turan Tovuz” 2:1
Qollar: Leandro Andrade, 50. Mateus Silva, 54 – Ayxan Hüseynov, 76.
Sarı vərəqələr: Pedro Bikalyo, 52 (qeyri-idman hərəkəti). Kevin Medina, 69 (qeyri-idman hərəkəti) – Rəhim Sadıxov, 18 (qeyri-idman hərəkəti). Joarlem Santos, 37 (qeyri-idman hərəkəti). Roberto Olabe, 52 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 19:30. Tofiq Bəhramov adına Respublika Stadionu, 2414 tamaşaçı.

Baş hakim: Rəşad Əhmədov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov.
Dördüncü hakim: Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı (10. Abdullah Zubir, 11), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade (18. Dani Bolt, 90), 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai (77. Ramil Şeydayev, 77).
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 32. Hikmət Cəbrayılzadə, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji (10. Xəyal Nəcəfov, 66), 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe (11. Ayxan Hüseynov, 66), 2. Mark Rene Mampassi (5. Roderik Miller, 77).
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Qurban Qurbanov: “Hər mövqedə yeni oyunçuya ehtiyac var”

4 May 2026 at 22:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 30-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Sıx qrafikə baxmayaraq, sona qədər mübarizə apardılar, böyük xarakter nümayiş etdirdilər.

Musa Qurbanlının zədəsinə gəlincə, bir az vaxt lazım olacaq. Dizində ağrılar hiss etdi. Bir neçə gün əvvəl məşqdə də eyni hal yaşanmışdı. Sabah daha dəqiq bilinəcək. Onun həmin nahiyədə xroniki zədəsi var.

Ramil Şeydayev işgüzar futbolçudur, bu da həmişə onun üstün cəhəti olub. Məşqlərdə də ən yaxşılar sırasındadır. Bəzən oyunlar elə alınır ki, matça daxil ola bilmir. Bu gün isə şans qazandı.

Hər mövqedə yeni futbolçuya ehtiyacımız var. Keyfiyyət və say önəmli məqamdır. Çalışacağıq ki, həm sayı, həm keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli keçdi. Futbolda bəzən gözləmədiyin hallar çox olur. Kimsə zədələnir, kimsə yorulur və ehtiyat skamyada problemlər yaşanır. Son vaxtlarda “Sabah”la 3, “Neftçi”ylə 2, bu gün “Turan Tovuz”la matç… hamısı yüksək səviyyəli görüşlərdir. Belə anlarda rotasiyalara ehtiyac yaranır. Çalışırıq ki, heyəti genişləndirək.

Çox istərdim ki, daha yuxarılarda olaq. Böyümək, böyük futbolu tam hiss etmək üçün yüksək səviyyəli turnirlər daha önəmlidir. Güclü komandalarla qarşılaşmaq isə özlüyündə mühüm təcrübədir. Düzdür, fikirlər var ki, Konfrans Liqasında daha irəli gedə bilərik. Amma nəzərə alaq ki, bir il əvvəl Avropa Liqasında bir qələbə qazandıq, bu il isə Çempionlar Liqasında 10 xal topladıq. Bir çox nüanslar var, qəti nəsə demək olmur. Amma elə oyunlar da var ki, həmin performansla Çempionlar Liqasına layiq olduğumuzu göstəririk. Xeyirlisi, hansı turnir olursa olsun, mübarizəmizi davam etdirəcəyik”.

Yesterday — 4 May 2026Sport-AZ

II Liqada tur başladı

4 May 2026 at 22:23

Futbol üzrə Azərbaycan II Liqasında XXV tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki matç keçirilib.

II Liqa, XXV tur

4 may

“Kür-Araz” – “Şəki Siti” 5:1

Qollar: E.Məmmədov, 6, B.Əliyev, 19, 34, 78, Ə.İbrahimli, 83 – N.Fərəci, 36 (pen)

“Ağdaş” – “Araz Saatlı” 0:2

Qollar: E.Xəlilli, 13, 86

Berdıyev: “Şanslardan istifadə etsəydik…”

4 May 2026 at 22:00

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 30-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş oyun Tovuz təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Ümumilikdə ağır oyun oldu. “Qarabağ” matçın böyük hissəsində təşəbbüsə sahib idi. İkinci hissənin əvvəlində buraxılan qol oyunumuza təsir etdi. Sonda vəziyyəti düzəltmək üçün cəhdlərimiz oldu, amma alınmadı. Yəqin ki, bu da həyəcanla bağlı idi. Şanslardan istifadə etsəydik, hesab və nəticə başqa cür olardı. Bu həyəcan da nəzəri cəhətdən ikinci yeri tutmağımız üçün şansımızın olması ilə bağlı idi”.

Təcrübəli mütəxəssis ilyarımdır oynamayan Denis Marandiçin durumundan da söhbət açıb:

“Onun əməliyyatı yaxşı keçib. Növbəti mövsümə qayıdacağına ümid edirik”.

Premyer Liqa: “Qarabağ” “Turan Tovuz”a qalib gəldi

4 May 2026 at 21:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

“Qarabağ” “Turan Tovuz”la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş oyunun baş hakimi Rəşad Əhmədov olub. Üç qolun qeydə alındığı oyunda Ağdam təmsilçisi 3 xala sevinib.

30-cu tura sabah keçiriləcək “Karvan” – “Neftçi” matçı ilə yekun vurulacaq. Daha öncə “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” “Sabah”a (0:3) uduzub, “Kəpəz” “Sumqayıt”a (2:1), “Zirə” “Qəbələ”yə (1:0) qalib gəlib.

Premyer Liqa
30-cu tur
4 may

“Qarabağ” – “Turan Tovuz” 2:1
Qollar: Leandro Andrade, 50. Mateus Silva, 54 – Ayxan Hüseynov, 77.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 18. Dani Bolt, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 5. Roderik Miller, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Ferlan Mendi 5 ay futbolsuz qala bilər

4 May 2026 at 21:00

Futbol üzrə Fransa millisinin və Madrid “Real”ının sol cinah müdafiəçisi Ferlan Mendi yenə uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı fransalı futbolçu İspaniya La Liqasının 34-cü turu çərçivəsində “Espanyol”a qarşı keçirdikləro və 2:0 hesablı qələbə qazandıqları matçın 14-cü dəqiqəsində xəsarət alaraq əvəzlənmək məcburiyyətində qalıb.

Tibbi heyət tərəfindən aparılan müayinələr nəticəsində futbolçunun sağ ayağının düz əzələsinin vətərində zədə aşkarlanıb. Hazırda müayinənin yekun nəticələrinin dəqiqləşdirildiyi bildirilir. Təcrübəli müdafiəçinin təxminən 5 ay yaşıl meydanlardan uzaq qalmaq ehtimalı var.

Ferlan Mendi “Real”a 2019-cu ilin iyul ayında 48 milyon avro məbləğ müqabilində Lion “Olimpik”indən tamhüquqlu əsasda keçib.
Fransalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Mendi “Real” üçün cəmi 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Ferlan Mendinin “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 210 oyun, 6 qol və 12 məhsuldar ötürmədən ibarətdir.

Mendi daha öncə Fransanın “Havr” və “Olimpik” (Lion) klublarının da şərəfini qoruyub. Müdafiəçi 2018-ci ildə debüt etdiyi Fransa yığmasının heyətində 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə seçilməyib.

“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

“Bu ilki çempionat düşündüyümdən daha keyfiyyətli oldu” – Qurbanov

4 May 2026 at 21:53

Misli Premyer Liqasının XXX turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Sıx qrafikə baxmayaraq, sona qədər mübarizə apardılar. Oyunçularım  böyük xarakter nümayiş etdirdilər.

– Musa Qurbanlının zədəsi nə dərəcə ciddidir?
– Bir az vaxt lazım olacaq. Dizində ağrılar hiss etdi. Bir neçə gün əvvəl məşqdə də eyni hal yaşanmışdı. Sabah daha dəqiq bilinəcək. Onun həmin nahiyədə xroniki zədəsi var.

– Buraxdığınız qolda Koxalskinin səhvi var idi, ya rəqibin ustalığı?
– Hər ikisi. Ayxan baxımlı zərbə endirdi, amma qapıçı da belə toplara reaksiya verməlidir.

– Sanki zərbəyə hazır deyildi…
– Sanki ciddiyə almırdı. Təkrar epizoda baxdım, zərbə də keyfiyyətli idi.

– Ramil Şeydayev bu il cəmi bir oyuna çıxıb və 9 dəqiqə şans qazanıb. Alternativ yox idi oynadı, ya məşqlərdə özünü göstərir?
– Ramil işgüzar futbolçudur, bu da həmişə onun üstün cəhəti olub. Məşqlərdə də ən yaxşılar sırasındadır. Bəzən oyunlar elə alınır ki, matça daxil ola bilmir. Bu gün isə şans qazandı.

– AFFA İntizam Komitəsi kubokun “Sabah”la yarımfinal oyunu ilə bağlı cəzaları açıqlamayıb. Araşdırmanın bu qədər uzun çəkməsi haqda nə düşünürsünüz?
– Bu barədə heç nə fikirləşmirəm.

Yayda yeni istədiyiniz hücumçular alınmazsa, Juninyonu geri qaytarmaq variantını nəzərdən keçirərsiniz?
– İnanmıram ki, Meksika çempionatından bura qayıtsın. Üstəlik, orda dünya çempionatı da keçiriləcək. Gəlsə, yox demərəm. Son oyunlarda da formadadır. Az qol vursa da, vacib anlarda önə çıxır. Onun gəlişi isə çətin görünür.

– Yerli “bazar”da diqqətinizdə olan legionerlər var?
– Var, amma klublarındadırlar.

– Çox qol vurub, az qol buraxan komandalardansınız. Yayda transferlərdə vacib mövqe hansı olacaq?
– Ümumi baxırıq. Hər mövqedə yeni futbolçuya ehtiyacımız var. Keyfiyyət və say önəmli məqamdır. Çalışacağıq ki, həm sayı, həm keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli keçdi. Futbolda bəzən gözləmədiyin hallar çox olur. Kimsə zədələnir, kimsə yorulur və ehtiyat skamyada problemlər yaşanır. Son vaxtlarda “Sabah”la 3, “Neftçi”ylə 2, bu gün “Turan Tovuz”la matç… hamısı yüksək səviyyəli görüşlərdir. Belə anlarda rotasiyalara ehtiyac yaranır. Çalışırıq ki, heyəti genişləndirək.

– Kuboku “Sabah”ın, yoxsa “Zirə”nin qazanmasını istərdiniz?
– Hər ikisinə uğurlar arzu edirəm.

– Sizcə, bu ilki tempi saxlaya bilsəniz, Konfrans Liqasında yarımfinala qədər yüksəlmək ehtimalı var?
– Bizə Konfrans Liqasını arzu edirsiniz? (gülür) Çox istərdim ki, daha yuxarılarda olaq. Böyümək, böyük futbolu tam hiss etmək üçün yüksək səviyyəli turnirlər daha önəmlidir. Güclü komandalarla qarşılaşmaq isə özlüyündə mühüm təcrübədir. Düzdür, fikirlər var ki, Konfrans Liqasında daha irəli gedə bilərik. Amma nəzərə alaq ki, bir il əvvəl Avropa Liqasında bir qələbə qazandıq, bu il isə Çempionlar Liqasında 10 xal topladıq. Bir çox nüanslar var, qəti nəsə demək olmur. Amma elə oyunlar da var ki, həmin performansla Çempionlar Liqasına layiq olduğumuzu göstəririk.

“Dinamo” (Zaqreb) ilə düşdüyümüz mövsüm içimdə rahatlıq var idi ki, ÇL-də qruplara düşəcəyik. Amma baxırsan ki, nəticə başqa cür olur. Həmin il Avropa Liqasında yaxşı çıxış etsək də, cəmi bir qələbə qazandıq. Ölkədən çıxanda fərqli stress, fərqli futbol, fərqli yanaşma olur. Hər komandanın böyük potensialı və iddiası var. Onlar da bizim kimi yaxşı nəticəyə can atırlar. Xeyirlisi, hansı turnir olursa olsun, mübarizəmizi davam etdirəcəyik.

Şahin Cəfərov

“Şanslardan yararlana bilsəydik, başqa cür olardı”

4 May 2026 at 21:32

Misli Premyer Liqasının XXX turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Ümumilikdə, ağır oyun keçdi. “Qarabağ” daha çox üstün tərəf idi. İkinci hissənin əvvəlində buraxılan iki qol oyunumuza təsir etdi. Sonda vəziyyəti düzəltmək üçün cəhdlərimiz oldu, amma alınmadı.

– Denis Marandiçinin durumu nə yerdədir? 
– Əməliyyat olunub. Ümid edirik ki, növbəti mövsümə qayıdacaq.

– Çoxsaylı qol epizodlarınızı əldən buraxmağınızı necə şərh edərdiniz?
– Məncə, həyəcanla bağlı idi. Şanslardan yararlana bilsəydik, başqa cür olardı.

– Buraxdığınız qollarda rəqibin ustalığı çox idi, ya qapıçınızın səhvi?
– İkinci qol rikoşet, ilk qol isə rəqibin ustalığı ilə bağlı idi.

– İkincilik yolunda həlledici matç idi. Futbolçularınızın motivasiyasının kifayət qədər olduğunu düşünürsünüz?
– Bayaq qeyd etdim, həyəcan var idi və bu, məhz təzyiqlə bağlıydı.

Şahin Cəfərov

Qazaxda region birinciliyi keçirildi

4 May 2026 at 20:47

Qazaxda 14 yaşadək cüdoçular arasında Qərb bölgəsi üzrə region birinciliyi keçirilib.

Futbolpress.az xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində baş tutan yarışda 12 klub və idman cəmiyyətindən 126 idmançı iştirak edib.

Turnirin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirmək olub.

Mükafatçıları təqdim edirik:

Oğlanlar

38 kq

1. Mehdi Əlişov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

2. Sənan Məmmədov (Gəncə şəhəri 2 nömrəli UGİŞM)

3. Ayxan Mahmudov (Qazax UGİM)

3. Əhməd Həsənov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

42 kq

1. Ramal Qocalı (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

2. Ömər Mirzəyev (Gəncə şəhəri 2 nömrəli UGİŞM)

3. Ömər Qurbanov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

3. Kənan Mədətov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

46 kq

1. İlqar Şərifov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

2. Sadiq Abbaszadə (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

3. Altay Məmmədov (Metallurq Gəncə)

3. Heydar Qasımov (Metallurq Gəncə)

50 kq

1. Rəvan Bayramov (Qazax UGİM)

2. Mehman Alıyev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

3. Suliddin Abbasov (Metallurq Gəncə)

3. Elcan Mustafayev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

55 kq

1. Məhəmmədəli Bağırov (Gəncə şəhəri 2 nömrəli UGİŞM)

2. Telman Zeynalov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

3. Nicat Əliyev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

3. Tunar Ağalarzadə (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

60 kq

1. Atilla Haqverdiyev (Metallurq Gəncə)

2. Abbas Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

3. Hüseyn Həsənzadə (Gəncə şəhəri 2 nömrəli UGİŞM)

66 kq

1. Musa Ələkbərov (Gəncə İdman Liseyi)

2. Hüseyn Mustafayev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

3. Dəniz Əhmədov (Qazax UGİM)

73 kq

1. Farid Ələkbərov (Gəncə şəhəri 2 nömrəli UGİŞM)

2. Həmid Qasımov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

3. İbrahim Babazadə (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

+73 kq

1. Yusif Məmmədov (Metallurq Gəncə)

2. Ayxan Məhərrəmov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

3. Nuru Hüseynli (Ağstafa Olimpiya İK)

Qızlar

36 kq

1. Nəslihan Abdullayeva (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

2. Pəri Abdullayeva (Qazax UGİM)

3. Dəniz Cəfərova (Goranboy UGİM)

40 kq

1. Nilgün Hüseynova (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

2. Günay Səfərova (Goranboy OİK)

3. Ayan Əliyeva (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

Medina təltif olundu

4 May 2026 at 20:38

“Qarabağ”ın müdafiəçisi Kevin Medina komandanın heyətində 200-cü oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXIX turunun “Neftçi” ilə görüşünə (5:1) təsadüf edib.

Medina XXX turun “Turan Tovuz”la matçı öncəsi “200” yazılı formayla təltif olunub.

Kolumbiyalı müdafiəçi 200 qarşılaşmada 6 qola imza atıb. Kevin çempionatda 117i (3 qol), avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 oyunda şans qazanıb.

UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində turnir keçirildi

4 May 2026 at 20:16

UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol turnirinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, BDU-nun müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilən turnir universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb. Yarışın həlledici oyunları Bakı Dövlət Universitetinin futbol meydançasında baş tutub.

Üçüncü yer uğrunda görüşdə Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin komandası Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin komandasını 5:1 hesabı ilə məğlub edərək bürünc mükafatçı olub. Final qarşılaşmasında isə Tarix fakültəsinin komandası Hüquq fakültəsinin komandasını 1:0 hesabı ilə üstələyərək turnirin qalibi adına yiyələnib.
Yekunda çempion komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlər isə müvafiq medallar və diplomlarla mükafatlandırılıblar. Bununla yanaşı, yarış çərçivəsində fərdi göstəriciləri ilə seçilən iştirakçılar müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüb.

Mükafatlandırma mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev iştirak ediblər. Onlar qalib və mükafatçı komandaları təbrik edib, onlara kubok və mükafatlar veriblər.
Qeyd edək ki, AFFA və BDU gələcəkdə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini planlaşdırır.

19 yaşlı futbolçu üçün 20 milyon avro ödəyəcəklər

4 May 2026 at 19:30

İngiltərənin “Brentford” klubu “Zalsburq”un futbolçusu Yannik Şuster ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Premyer Liqa klubu 19 yaşlı müdafiəçi üçün 20 milyon avro təklif edib. Tərəflər arasında danışıqlar son mərhələdədir.

Şuster bu mövsüm 30 oyunda 1 qol vurub.

“Qarabağ”da ciddi itki

4 May 2026 at 22:00
“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Turan Tovuz”la keçirilən oyunda zədə alıb. Msport.az xəbər verir ki, […]

Source

Musa Qurbanlı “Turan Tovuz”la matçda zədələndi

4 May 2026 at 20:00

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri matçda zədə alıb.

Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu bu gün keçirilən matçın 8-ci dəqiqəsində ayaq əzələsindən zədə alıb.

Hücumçuunun zədələnməsi zamanı rəqib müdaxiləsi olmayıb. Amma oyunu davam etdirə bilməyən futbolçu Abdullah Zubirlə əvəzlənib.

Musanın zədəsinin nə dərəcədə ciddi olmasına ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, Musa Qurbanlı cari mövsümdə meydana çıxdığı 38 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Qarabağ” bir müddət öncə yarımmüdafiəçi Xoni Montieli də zədə səbəbindən itirmişdi. İspaniyalı futbolçu üçün cari mövsüm artıq başa çatıb. Mərkəz müdafiəçisi Bəhlul Mustafazadə isə artıq uzun müddətdir zədə səbəbindən komandasına kömək edə bilmir.

İkinci Liqa: “Şəki” səfərdə, “Ağdaş” evdə uduzdu

4 May 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Kür-Araz” – “Şəki” matçında meydan sahibləri qələbə qazanıblar. “Ağdaş” isə doğma meydanda “Araz Saatlı”ya 2 cavabsız qolla uduzub.

25-ci turun qalan görüşləri mayın 5-də keçiriləcək.

İkinci Liqa
25-ci tur
3 may

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
Qollar: Ziyabil Məmmədov, 66 – Elgün Namazov, 35.
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

4 may

“Kür-Araz” – “Şəki” 5:1
Qollar: Elxan Məmmədov, 6. Bayram Əliyev, 19; 34; 78. Əli İbrahimli, 84 – Nihat Fərəci, 37-pen.
Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

“Ağdaş” – “Araz Saatlı” 0:2
Qollar: Elariz Xəlilli, 13; 86.
Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağdaş şəhər stadionu, 16:30.

5 may

“Quba” – “Xankəndi”
Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Dinamo”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şirvan” – “Şəmkir”
Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

AFFA “Neftçi”nin 2 şikayətindən birini rədd etdi

4 May 2026 at 18:00

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin bir şikayətini təmin etməyib.

Arena.az bu barədə ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, AFFA İntizam Komitəsinin martın 11-də azarkeşlərin təhqiramiz ifadələr səsləndirməsinə görə klubu cərimələməsi barədə qərarı qüvvədə saxlanılıb. Fanatlar Azərbaycan Premyer Liqasında “Turan Tovuz”la görüşdə hakimləri təhqir etdiyi üçün “ağ-qaralar” 8 000 manat ziyana düşüblər.

Bundan əlavə, Bakı təmsilçisinin daha bir şikayətinə baxılması təxirə salınıb. Komanda azarkeşləri tərəfindən təhqiredici pankart açdığına görə klub 15 000 manat cərimə edilmişdi. Lakin Apellyasiya Arbitraj Tribunalı bu şikayətə baxılmasını əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salıb. Məsələ ilə bağlı yekun qərarın nə vaxt açıqlanacağı bildirilmir.

“Qarabağ”da ciddi itki

4 May 2026 at 19:40

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda “Turan Tovuz”u qəbul edir.

Futbolpress.az xəbər verir ki, görüşün 9-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Musa Qurbanlı zədələnib. O, Abdullah Zubirlə əvəzlənib.

İlk hissəsi davam edən matçda hesab açılmayıb.

Marotta adı “Barselona” ilə hallanan futbolçudan danışdı

4 May 2026 at 19:14

“İnter”in prezidenti Beppe Marotta müdafiəçi Alessandro Bastoninin adının “Barselona” ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, funksioner İtaliya mətbuatına açıqlamasında bunları deyib:

“Barselona”nın oyunçuya marağı var, düzdür. Ancaq hələ rəsmi müraciət yoxdur. Bastoni getmək istədiyini desə, qarşısını almarıq. Amma indi bizimlə olmaqdan məmnundur”.

Bastoni bu mövsüm 38 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Neftçi”nin şikayəti təmin olunmadı

4 May 2026 at 18:45

Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Toplantıda “Neftçi”nin şikayəti təmin edilməyib:

“Neftçi” Peşəkar Futbol Klubunun (Misli Premyer Liqası) “Neftçi” – “Turan Tovuz” oyunu ilə bağlı AFFA İntizam Məcəlləsinin 52.6-cı maddəsinə əsasən verilən qərardan şikayətə baxılmasına dair:

9 mart 2026-cı il tarixində Misli Premyer Liqasının XXIII turunun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” komandasının 15 000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarından verilmiş şikayətə, əlavə sübutların toplanılması və tədqiq edilməsi zərurəti nəzərə alınaraq, baxılması təxirə salınsın”.

Martin Demişelis – La Liqada aprelin ən yaxşı məşqçisi!

4 May 2026 at 17:00

“Malyorka”ya rəhbərlik edən argentinalı mütəxəssis Martin Demişelis İspaniya La Liqasında 2026-cı ilin aprel ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Demişelis mükafat uğrunda mübarizədə Almada (“Real Ovyedo”) və Hansi Fliki (“Barselona”) qabaqlayıb.

“Malyorka” aprel ayında İspaniya çempionatı çərçivəsində keçirdiyi 4 oyunun ikisində qalib gəlib, birində heç-heçə edib, birində məğlub olub.

Martin Demişelis həm cari mövsümdə, həm də karyerası ərzində ilk dəfə La Liqada ayın ən yaxşısı seçilir. Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdırarkən Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilib. Sentyabrda “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənib, oktyabrda “Rayo Valyekano”ya rəhbərlik edən İnyiqo Peres, noyabrda “Vilyarreal”ı çalışdıran Marselino Qarsiya Toral, dekabrda “Espanyol”un sükanı arxasında olan Manolo Qonsales, bu ilin yanvarında “Real Sosyedad”a rəhbərlik edən Pelleqrino Matarasso, fevralda Manuel Pelleqrini (“Betis”), martda Hansi Flik (“Barselona”) ayın ən yaxşı məşqçisi elan edilib.

Xatırladaq ki, Demişelis bu ilin mart ayında “Malyorka”nın baş məşqçisi təyin edilib. 45 yaşlı mütəxəssis bu komandanı cəmi 8 oyuna çıxarıb, 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət görüb.

Argentinalı mütəxəssis daha öncə “Monterrey”, “River Pleyt” kimi komandalara, “Bayern”in U-19 və əvəzedici komandalarına da rəhbərlik edib.

“Malyorka” 2025/2026-cı illər mövsümündə La Liqa çərçivəsində keçirdiyi 34 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb. Sözügedən kollektiv 38 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

“Qarabağ” – “Turan Tovuz”: heyətlər

4 May 2026 at 18:26

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 22. Musa Qurbanlı 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 18. Dani Bolt 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 99. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 5. Roderik Miller 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

Enrike fransalı hücumçunun “biletini kəsdi”

4 May 2026 at 18:16

PSJ icarə əsasında “Tottenhem”də çıxış edən futbolçusu Randal Kolo Muani ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, Paris klubunun baş məşqçisi Luis Enrike fransalı hücumçunu komandada istəmir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Mütəxəssis Kolo Muanini gələcək planlarına daxil etməyəcək və rəhbərliyi bu barədə məlumatlandırıb.

Randal bu mövsüm “Tottenhem”də 37 oyunda 5 qol vurub. Onun icarə müqaviləsi yayda başa çatır.

“Real” “Mançester Siti”nin futbolçusu ilə maraqlanır

4 May 2026 at 17:45

“Mançester Siti”nin futbolçusu Teyani Reynders karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Real” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Transfer News Line” portalı məlumat yayıb. Madrid klubu yayda 27 yaşlı futbolçu üçün “şəhərlilər”lə danışıqlara başlayacaq.

Reynders bu mövsüm 45 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.

“İPL dünyanın ən yaxşı liqasıdır” – Fabreqas

4 May 2026 at 17:30

“Komo”nun baş məşqçisi Sesk Fabreqas açıqlama verib.

Futbolpress.az “Goal”a istinadən xəbər verir ki, mütəxəssis İngiltərə Premyer Liqası haqda fikirlərini bölüşüb:

“İPL dünyanın ən yaxşı liqasıdır. Həm azarkeş, həm də futbolçu olanda bunu hiss etmişəm və demişəm. Mourinyo bir dəfə “Çelsi”də oynadığım zaman mənə dedi ki, məşqçi karyerası təxminən 30 il davam edir. İndi mən “Komo”dayam və bəlkə də burada 10 il keçirdim, ancaq sonra Premyer Liqaya gedə bilərəm. Futbol gözlənilməzlərin oyunudur. Hər saniyə vəziyyət dəyişə bilər. Bu gün zirvədə olan, sabah daha aşağıya düşə bilər. Nələrin olacağını görəcəyik”.

Fabreqasın adı “Çelsi” klubu ilə hallanır.

“Komo” A Seriyasında 62 xalla beşinci sıradadır.

“Qarabağ” – “Turan Tovuz”: statistika nə deyir?

4 May 2026 at 17:15

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az-ın məlumatına görə, cari mövsümdə komandalar arasında baş tutan iki oyunu da “Qarabağ” qazanıb. “Atlılar” 1:0 və 2:1 hesablı qələbəyə sevinib. Ümumiyyətlə, tərəflərin son 5 duelində üstünlük “Qarabağ”dadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu görüşlərdə 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə də uduzub. Tovuz klubu sonuncu dəfə 2025-ci ilin yanvarında “Qarabağ”a qalib gəlib – 2:1.

“Qarabağ” liqada 59 xalla ikinci sıradadır. “Turan Tovuz” isə 56 xalla üçüncü pillədə qərarlaşıb. “Atlılar” son 5 çempionat oyununda 2 qələbə qazanıb, 2 dəfə uduzub, 1 heç-heçə edib.

“Turan Tovuz” isə 5 matçdır məğlub olmur. Kurben Berdıyevin yetirmələri bu görüşlərdə 3 heç-heçə edib, 2 dəfə qələbə qazanıb.

“Turan Tovuz” bu mövsüm səfər oyunlarında ən yaxşı nəticə göstərən üçüncü komandadır. Qərb təmsilçisi qonaq olduğu 15 matçda 8 qələbə qazanıb, 2 dəfə uduzub. “Qarabağ” isə ev oyunlarındakı nəticələrə görə çempionatda ən yaxşı ikinci kollektivdir. Qurbanovun tələbələri 15 ev matçında 9 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.

“Qarabağ” ilə “Turan Tovuz” arasında birincilərin ev sahibi olduğu son beş dueldə də üstünlük “atlılar”dadır – 3 qələbə, 2 məğlubiyyət.

Oyunöncəsi statistikaya nəzər salsaq, rəqəmlər “Qarabağ”ın xeyrinədir. Lakin “Turan Tovuz” bu gün qələbə qazanacağı halda, xallar bərabərləşəcək və gümüş medallar uğrunda mübarizə son tura qədər davam edəcək. “Qarabağ”ın qələbəsi isə demək olar, intriqanı bitirəcək.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 19:30-da start veriləcək.

Azərbaycanlı hakimlər İstanbulda beynəlxalq yarışda iştirak edib

4 May 2026 at 16:46

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri növbəti beynəlxalq yarışda ölkəmizi təmsil edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Rəşad Əliyev, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev və respublika dərəcəli hakim İslam Nəcəfquliyev Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda ədalət təmsilçiləri sırasında yer alıblar.

Fodenlə bağlı qərar verildi

4 May 2026 at 18:15
“Mançester Siti” futbolçusu Fil Fodenlə müqavilənin müddətini uzatmaq üçün danışıqlara start verib. Msport.az xəbər verir ki, “şəhərlilər” 25 yaşlı yarımmüdafiəçini […]

Source

Marselino Qarsiya Toral “Vilyarreal”ı tərk edəcək

4 May 2026 at 16:00

İspaniyanın “Vilyarreal” komandasının baş məşqçisi Marselino Qarsiya Toral cari mövsümün sonunda La Liqa təmsilçisindən ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub 2023-cü ildən komandada işləyən 60 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməməyə qərar verib.

Xatırladaq ki, 2013-cü ildən 2016-cı ilədək “Vilyarreal”ın baş məşqçisi olmuş Marselino 2023-cü ildə yenidən bu kluba qayıtmışdı. O, klub tarixində ən çox oyun keçirmiş mütəxəssis olmaqla yanaşı, baş məşqçilər arasında qələbə rekorduna (145) da sahibdir.

Marselino Qarsiya Toral məşqçilik karyerası dövründə “Lealtad”, “Sportinq” (Xixon), “Rekreativo”, “Rasinq” (Santander), “Saraqosa”, “Sevilya”, “Valensiya”, “Atletik” və “Olimpik” (Marsel) kimi komandalara da rəhbərlik edib.

“Vilyarreal” hazırda La Liqada 68 xalla yarış cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Çimərlik futbolu millimiz Qazaxıstanla 2 oyun keçirəcək

4 May 2026 at 15:00

Çimərlik futbolu üzrə Azərbaycan millisi mayın 4-dən 20-nə qədər Su İdmanı Sarayında təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimiz hazırlıq dönəmində Qazaxıstan yığması ilə iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar mayın 7-də və 9-da baş tutacaq. Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.

Bu oyunlar üçün çimərlik futbolu üzrə Azərbaycan yığmasına dəvət edilmiş futbolçuların adlarını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Xatırladaq ki, Azərbaycan millisi bir neçə gün öncə Bakıdakı hazırlıq çərçivəsində Belarus yığması ilə də iki yoxlama oyunu keçirmişdi. Həmin görüşlərdən birincisində 1:3 hesabıyla uduzmuş komandamız ikinci matçda 4:3 hesabıyla qalib gəlmişdi.

Yan Dyomande – Bundesliqada aprelin ən yaxşı futbolçusu!

4 May 2026 at 14:00

“Leypsiq”in 19 yaşlı ivuarlı vingeri Yan Dyomande futbol üzrə Almaniya Bundesliqasında aprel ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.

Dyomande aprel ayında Bundesliqa çərçivəsində meydana çıxdığı 4 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Leypsiq”in universal vingeri həm cari mövsümdə, həm də karyerası ərzində ilk dəfə oxşar mükafata layiq görülür.

Cari mövsümdə “Bayern”in hücumçusu Harri Keyn (sentyabr, dekabr və fevral) və sağ vingeri Makyl Olise hərəyə 3 dəfə (avqust, noyabr və yanvarda) ayın ən yaxşı oyunçusu elan ediliblər. Oktyabrda Yonatan Burkardt (“Ayntraxt”), martda Denis Undav (“Ştutqart”) fərqləniblər.

Yan Dyomande peşəkar karyerasına İspaniyanın “Leqanes” klubunda başlayıb. “Leypsiq” onu 2025-ci ilin yayında 20 milyon avro məbləğ müqabilində məhz İspaniya klubundan transfer edib. 19 yaşlı cinah hücumçusu Almaniya klubunun heyətində indiyə qədər 34 oyuna çıxıb, 13 qol vurub, 9 məhsuldar ötürmə verib.

Kot-d’İvuarın U-17 və U-23 yığmalarında da oynamış Dyomande 2025-ci ildə debüt etdiyi əsas millinin heyətində 9 oyun keçirib, 3 qola imza atıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Stiv Bryus məşqçi karyerasını bitirdi

4 May 2026 at 13:00

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq mərkəz müdafiəçisi Stiv Bryus məşqçilik karyerasını başa vurmaq qərarına gəlib.

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

İngiltərəli mütəxəssis ötən ilin yayında “Bləkpul”dan ayrıldıqdan sonra işsiz idi. O, yeni komanda tapmadığı üçün artıq başqa fəaliyyətlərlə məşğul olacağını açıqlayıb. Bununla belə, təcrübəli məşqçi İngiltərə millisi tərəfindən təklif olacağı təqdirdə, geri dönə biləcəyinə eyham vurub.

Bryusun karyerasında baş məşqçi kimi təxminən 1000 oyun var ki, bunun 476-sı İngiltərə Premyer Liqasına təsadüf edir.

Stiv Bryus futbolçu karyerası ərzində 1987–1996-cı illərdə “Mançester Yunayted”in formasını geyinib və “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi Aleks Ferqyusonun rəhbərliyi altında üç dəfə Premyer Liqa çempionu olub.

İngilis mütəxəssis məşqçilik karyerası ərzində “Şeffild Yunayted”, “Haddersfild Taun”, “Uiqan”, “Kristal Pelas”, “Birmingem Siti”, “Sanderlend”, “Hall Siti”, “Aston Villa”, “Şeffild Uenzdey”, “Nyukasl” və “Vest Bromviç” kimi komandalara rəhbərlik edib.

Toralla yollar ayrılacaq – rəsmi

4 May 2026 at 16:25

İspaniyanın “Vilyarreal” klubu mövsümün sonunda baş məşqçisi Marselino Toralla yollarını ayıracaq.

Futbolpress.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Toral 2023-cü ildən “sarı dənizaltılar”a rəhbərlik edirdi.

“Vilyarreal” La Liqada sona dörd tur qalmış üçüncü sıradadır.

ASTF rəsmiləri Londonda

4 May 2026 at 16:08

Bu il 100 illiyi qeyd olunan Beynəlxalq Stolüstü Tennis Federasiyasının yubiley sammiti keçirilib.

Futbolpress.az xəbər veir ki, Londonda təşkil olunan tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) vitse-prezidenti Elmar İslamla baş katibi Könül Mikayılova da iştirak edib.

Quruma üzv ölkələrin rəsmilərinin qatıldığı toplantıda son bir ildə görülən işlərlə bağlı hesabat dinlənilib, stolüstü tennisin mövcud durumu və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr verilib. Həmçinin, BSTF-nin yeni konstitusiyası qəbul olunub.

Sonda təşkilatın rəhbərliyi tərəfindən məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, sözügedən idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.

I Liqada təyinatlar

4 May 2026 at 15:52

I Liqada XXV turun təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, bütün görüşlər saat 16:00-da start götürəcək.

5 may (çərşənbə axşamı)

“Şahdağ Qusar” – “Mingəçevir”
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Şamaxı OİK stadionu

6 may (çərşənbə)

“Şimal” – MOİK
Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı OİK stadionu

“Difai” – “Şəfa”
Hakimlər: İslam Məmmədov, Rəşad Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Buzovna qəsəbə stadionu

“Zaqatala” – “Səbail”
Hakimlər: Kamran Əliyev, Mirnihad Seyidov, Anar Bədəlov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Zaqatala OİK stadionu

7 may (cümə axşamı)

“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı OİK stadionu

Azərbaycan yığması Qazaxıstanla iki oyun keçirəcək

4 May 2026 at 15:26

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

Futbolpress.az xəbər verir ki, millimiz hazırlıq dönəmində mayın 7-də və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu oynayacaq. Hər iki görüşün saat 18:00-da başlaması nəzərdə tutulur.

Millimizə dəvət edilən oyunçuların adlarını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

“Çempionluğun taleyi öz əlimizdə idi, amma dəyərləndirə bilmədik”

4 May 2026 at 15:15

“Qaradağ Lökbatan” II Liqada 64 xalla ikinci sıradadır. Komanda lider “Xankəndi”dən üç xal geri qalır.

Lökbatan təmsilçisi sonuncu turda məhz əsas rəqibinə uduzaraq çempionluq yolunda vacib xal itirib. Komandanın baş məşqçisi Qəzənfər Abbasov “Futbolpress.az”a açıqlamasında bunları deyib:

“Xankəndi” ilə oyun ağır keçdi. Düzdür, minimal hesabla uduzduq, lakin ümumi götürəndə pis təsir bağışlamadıq. Geridə olanda ruhdan düşmədik, mübarizə apardıq. Oyunun sonlarında hesabı bərabərləşdirə bilərdik, amma vaxt çatmadı. Futbolçularımı əzmkar mübarizəyə görə təbrik edirəm. Çempionluğun taleyi öz əlimizdə idi, amma dəyərləndirə bilmədik”.

II Liqada ikinci yeri tutan komanda I Liqaya vəsiqə uğrunda çempionatın 9-cusu ilə pley-off oynayacaq. I Liqada həmin mövqe uğrunda autsayderlər – “Difai” və “Şimal” mübarizə aparır. Abbasov pley-offda rəqibin kimliyinin önəm daşımadığını bildirdi:

“İki komandanın da gücü demək olar, eynidir. I Liqaya qalxmaq istəyiriksə, istənilən rəqibə qalib gəlmək məcburiyyətindəyik. Həm “Difai”, həm “Şimal” ağır komandalardır”.

Mütəxəssisin klubdakı müqaviləsi yayda başa çatır. O, özü haqqında qərarı rəhbərliyin verəcəyini əlavə etdi:

“Müqaviləm mayın sonunda başa çatır. Komandanın vəziyyətindən asılı olmayaraq, yekun qərarı rəhbərlik verəcək. İndi bu məsələ barədə nəsə deyə bilmərəm”.

Şahin Cəfərov

Endrik: “Real” qayıtmağımı istəsə, qayıdaram”

4 May 2026 at 14:51

Müqavilə ilə “Real”a məxsus olan, icarə əsasında “Lion”da çıxış edən Endrik açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Fransa mətbuatına danışan braziliyalı hücumçu klubdakı taleyindən söz açıb:

“Burada xoşbəxtəm. Amma “Real” qayıtmağımı istəsə, qayıdaram. Düzü, “Lion”da qalmağı da arzulayıram. Özümü yaxşı hiss etməyim üçün hər şeyi edirlər”.

Endrik “Lion”da 19 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib. Onun icarə müqaviləsi yayda başa çatır.

“Qəbələ” – “Sabah” oyununun vaxtı bilindi

4 May 2026 at 14:26

Əvəzedicilər Liqasında XXV turun oyun cədvəli açıqlanıb.

Futbolpress.az xəbər verir ki, dörd günü əhatə edəcək turun görüşləri aşağıdakı kimidir:

7 may (cümə axşamı)

“Neftçi-2” – “Araz-Naxçıvan-2”
Palms Sports Futbol Mərkəzi (IV meydança), 17:00

8 may (cümə)

“Zirə-2” – “Sumqayıt-2”
Palms Sports Futbol Mərkəzi (IV meydança), 13:00

“Turan Tovuz-2” – “Qarabağ-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00

9 may (şənbə)

“Kəpəz-2” – “Şamaxı-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30

10 may (bazar)

“Qəbələ-2” – “Sabah-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00

Azərbaycan təmsilçiləri Almaniyada üç medal qazandı

4 May 2026 at 14:12

Azərbaycan təmsilçiləri Almaniyanın Münhen şəhərində keçirilən kapoeyra üzrə “Bimba Open 2026” beynəlxalq Avropa turnirində iştirak edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Yeniyetmələrin mübarizəsində Mehriban Hacıbabayeva qızıl, Rəsul Muradlı bürünc medal qazanıb. Gənclər kateqoriyasında isə Raul Hüseynov birinci olub.

Yarımfinalın cavab oyununa yeni formada çıxacaqlar

4 May 2026 at 13:56

“Bavariya” yeni mövsüm üçün ev formasını təqdim edib.

Futbolpress.az xəbər verir ki, “Adidas” tərəfindən hazırlanan dəstlər ənənəvi olaraq, qırmızı rəngdədir.

“Bavariya” mayın 6-da, Çempionlar Liqasında yarımfinal mərhələsində PSJ-yə qarşı keçirəcəyi ev oyununda yeni formalardan istifadə edəcək.

Komandalar arasındakı ilk matçda Paris klubu qələbə qazanıb – 5:4.

Neymar Robinyonun oğlunu döydü

4 May 2026 at 13:30

Braziliyanın “Santos” klubunun məşqində futbolçular Neymarla Robinyo Junior arasında mübahisə yaranıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

34 yaşlı Neymar 18 yaşlı Robinyonun onu aldatmasından narazı qalıb və bunu hörmətsizlik kimi qəbul edib. O, həmkarından xahiş edərək, onun daha sakit oynamasını bildirib. Bundan sonra tərəflər arasında mübahisə böyüyüb və dava düşüb. Neymar Robinyonun əvvəlcə üzünə vurub, sonra onu yerə yıxıb.

Gənc oyunçunun nümayəndələri Neymarın davranışından kluba şikayət edib. Lakin “Santos” rəsmilərindən hələlik açıqlama verilməyib. Daha sonra tərəflər barışıb və Neymar bazada gənc futbolçudan üzr istəyib.

Robinyo Junior braziliyalı keçmiş futbolçu Robinyonun oğludur.

“Qırmızı şeytanlar” Çempionlar Liqasında

4 May 2026 at 13:15

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXXV turunda “Liverpul”u məğlub edib – 3:2.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” qələbə ilə xallarını 64-ə çatdırıb və altıncı pillədəki “Bornmut”u 12 xal qabaqlayıb.

“Mançester Yunayted” liqada sona üç tur qalmış Çempionlar Liqasına vəsiqəni təmin edib.

Əvəzedicilər: 25-ci turun oyun cədvəli açıqlandı

4 May 2026 at 12:00

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 25-ci turun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Dörd günü əhatə edəcək turun görüşləri mayın 7-də, 8-də, 9-da və 10-da keçiriləcək. Bakıda start veriləcək tura Qəbələdə baş tutacaq oyunla yekun vurulacaq.

Əvəzedicilər Liqası
25-ci tur
7 may

“Neftçi-2” – “Araz-Naxçıvan-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

8 may

“Zirə-2” – “Sumqayıt-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Turan Tovuz-2” – “Qarabağ-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

9 may

“Kəpəz-2” – “Şamaxı-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30.

10 may

“Qəbələ-2” – “Sabah-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

Birinci Liqa: 25-ci turun təyinatları açıqlandı

4 May 2026 at 11:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

25-ci turun görüşləri mayın 5-də, 6-da və 7-də keçiriləcək. Bütün görüşlərə saat 16:00-da start veriləcək.

Birinci Liqa
25-ci tur
5 may

“Şahdağ Qusar” – “Mingəçevir”
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

6 may

“Şimal” – MOİK
Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

“Difai” – “Şəfa”
Hakimlər: İslam Məmmədov, Rəşad Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Buzovna qəsəbə stadionu. 16:00.

“Zaqatala” – “Səbail”
Hakimlər: Kamran Əliyev, Mirnihad Seyidov, Anar Bədəlov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

7 may

“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

“Liverpul” bu aqibəti 11 il sonra yaşadı, MY hədəfə çatdı

4 May 2026 at 10:00

“Liverpul” 2014/2015-ci illər mövsümündən sonra İngiltərə Premyer Liqasında məğlubiyyət sayında ən pis göstəricisinə imza atıb.

Arena.az xəbər verir ki, bu, Arne Slotun baş məşqçisi olduğu kollektivin ötən gün 35-ci tur çərçivəsində “Mançester Yunayted”ə 2:3 hesabıyla uduzması nəticəsində ilə reallaşıb.

Beləliklə, Mersisayd təmsilçisi cari mövsümdə 11-ci dəfə meydanı xalsız tərk edib. “Qırmızılar” 2014/2015-ci illər mövsümündə 12 məğlubiyyət almışdı. Sözügedən komanda cari mövsümün qalan oyunlarında daha bir məğlubiyyət alsa, əvvəlki uğursuzluğunu təkrarlayacaq.

Xatırladaq ki, sonuncu ölkə çempionu hazırda 58 xalla dördüncü pillədə qərarlaşıb. “Liverpul” 35 oyunda 17 qələbə və 7 heç-heçə də görüb.

“Mançester Yunayted” isə bu qələbə sayəsində UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququ qazanıb. Mançesterlilər hazırda 64 xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıblar. İngiltərə Premyer Liqasının ilk beş komandası UEFA Çempionlar Liqasının gələn mövsümündə iştirak edəcək. Hazırda “Arsenal” vahid liderir. “Mançester Siti” 70 xalla ikinci, “Aston Villa” 58 xalla beşincidir.

Qubada Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək

4 May 2026 at 12:51

Mayın 12–13-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş badminton turniri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidməti məlumat yayıb.

2012–2013-cü il təvəllüdlü idmançılar (U-15) arasında təşkil olunacaq yarış Quba Olimpiya İdman Kompleksində baş tutacaq.

Kivu “İnter”in tarixinə düşdü

4 May 2026 at 12:25

“İnter” İtaliya A Seriyasında 2025/26 mövsümünün qalibi olub.

Futbolpress.az xəbər verir ki, komandanın moldovalı çalışdırıcısı Kristian Kivu 2010-cu ildən sonra “neradzurra” ilə liqanı qazanan ilk əcnəbi mütəxəssis olub.

Sonuncu dəfə 2010-cu ildə “İnter” portuqaliyalı Joze Mourinyonun rəhbərliyi altında A Seriyasının qızıl medallarını qazanmışdı.

“Qələbəyə görə çox sevinirəm” – Arbeloa

4 May 2026 at 12:16

“Real”ın baş məşqçisi Alvaro Arbeloa La Liqada “Espanyol”a qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Marca”ya açıqlamasında 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Qol buraxmamağımız yaxşıdır. Qələbəyə görə çox sevinirəm. Bütün üstünlük bizdə idi və layiq olduğumuz xalları qazandıq.

Qarşıdan “El Klasiko” gəlir. “Barselona” kimi güclü rəqibə qarşı oynayacağıq. Azarkeşlərimiz üçün də mühüm oyundur. Matça qədər yaxşı bərpa keçib, ciddi hazırlaşmağa çalışacağıq”.

“Barselona” – “Real” oyunu mayın 10-da keçiriləcək. “Barselona” bu matçda məğlub olmazsa, La Liqada çempionluğunu rəsmiləşdirəcək.

Paytaxt klubu baş məşqçisi ilə vidalaşdı

4 May 2026 at 11:45

Rusiyanın ÇSKA klubunda baş məşqçi Fabio Çelestini ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

ÇSKA Rusiya Premyer Liqasında 28 turdan sonra 45 xalla 6-cı sıradadır.

Federasiya rəhbərliyi valideynlərlə görüşdü

4 May 2026 at 11:23

Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi yeniyetmə və gənclərdən ibarət yığma komandada çıxış edən şahmatçıların valideynləriylə görüş keçirib.

Futbolpress.az xəbər verir ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov federasiya tərəfindən təqdim olunan şahmatçılara dəstək proqramı barədə məlumat verib. AŞF rəhbəri istedadlı uşaqların erkən yaşlardan aşkarlanması və inkişafdan geri qalmamasının diqqətdə saxlanıldığını qeyd edib.

Yeniyetmə və gənc şahmatçılardan ibarət yığma komandanın baş məşqçisi Nicat Məmmədov dəstək layihəsinə seçim, hazırlıq proqramından danışıb. İclasda iştirak edən məşqçi Fərid Abbasov və Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova şahmatçıların hazırlığında valideynlərin xüsusi rolunun olduğunu vurğulayıb.

Tədbirdə uşaqların düzgün qidalanması və hazırlıq vaxtının səmərəli istifadəsinin vacibliyi barədə danışılıb.

Görüşün sonunda AŞF rəhbərliyi və məşqçilər valideynlər tərəfindən səsləndirilən sualları cavablandırıb.

“Bu, Azərbaycan çempionatına yaraşan hakimlik deyil”

4 May 2026 at 11:15

“Sumqayıt” Misli Premyer Liqasının XXX turunda səfərdə “Kəpəz”ə uduzub – 1:2.

“Kimyaçılar”ın müdafiəçisi Danilo Beskorovoynı “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Süni örtüklü meydançada oynayırdıq və bu, performansımıza təsir etdi. Belə arenalarda zədə riski yüksəkdir. Amma ümumi baxanda pis oynamadıq, məğlubiyyətə layiq deyildik. Hakimin anlaşılmaz qərarları bizi xalsız qoydu”.

“Kəpəz” oyunun sonlarında ardıcıl qazandığı penaltilərlə geridönüş edib. İkinci “11 metrə” məhz Danilonun əlinə dəydiyi iddia edilən topa görə təyin edilib. Müdafiəçi epizodu belə şərh etdi:

“Top əlimə dəyməmişdi. Başa düşə bilmirəm ki, belə qərarlar necə asanlıqla verilir? Oynayırıq, əziyyət çəkirik, amma hakimlərin yanlışlıqlarına görə xallarımız alınır. Tək bu deyil, bundan öncə də bir neçə dəfə əleyhimizə qərarlar verilib. Bu, Azərbaycan çempionatına yaraşan hakimlik deyil. VAR qərarların daha düzgün qəbul edilməsi üçün köməkçi sistemdir, amma burda fərqli işləyir”.

Danilo icarə əsasında “Sumqayıt”da çıxış edir. O, yayda müqavilə ilə məxsus olduğu “Krivbass”a qayıdacağını dedi:

“Anlaşmamız bitir və Ukraynaya dönəcəyəm. Bundan sonra klubun rəhbərliyi ilə danışacağıq və gələcəyimlə bağlı qərarımı verəcəyəm”.

Şahin Cəfərov

Çempionlar Liqasında finalçılar məlum oldu

4 May 2026 at 10:48

Qadın futbolçulardan ibarət “Barselona” komandası Çempionlar Liqasında finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi yarımfinalda Almaniyanın “Bavariya” klubunu mübarizədən kənarlaşdırıb.

“Barselona”nın həlledici matçdakı rəqibi Fransa təmsilçisi “Lion” olacaq. Görüş mayın 23-də, Norveçdəki “Ullevaal” stadionunda baş tutacaq.

“Liverpul” 11 il sonra bunu yaşadı

4 May 2026 at 10:26

“Liverpul” İngiltərə Premyer Liqasının XXXV turunda “Mançester Yunayted”ə uduzub – 2:3.

Futbolpress.az xəbər verir ki, Arne Slotun rəhbərlik etdiyi “qırmızılar” bu mövsüm 11-ci məğlubiyyətini yaşayıb. Bu, klubda son 11 ilin ən pis göstəricisidir.

“Liverpul” daha əvvəl 2014/15 mövsümündə 11 dəfə uduzmuşdu.

Mersisayd təmsilçisi Premyer Liqada 58 xalla 4-cü sıradadır.

Ronaldonun komandasının seriyasını pozdular

4 May 2026 at 10:17

Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr”in 20 oyunluq məğlubiyyətsizlik seriyası bitib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Səudiyyə Ərəbistanı çempionatının XXXI turunda “Əl Qadsiya”ya uduzub – 1:3.

“Əl Nəsr” liqada 31 turdan sonra 79 xalla birinci sıradadır.

ASA haqqında xüsusi reportaj

4 May 2026 at 10:00

Türkiyənin aparıcı media qurumları — “A Haber” və “Sabah” Azərbaycan İdman Akademiyasına (ASA) gəlib, Akademiya haqqında xüsusi reportaj hazırlayıblar.

Futbolpress.az xəbər verir ki, süjet ASA-nın fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıqlarına həsr olunub.

Reportajda ASA-nın rektoru Fuad Hacıyev, prorektoru Ülkər Babayeva və əməkdaşlar müsahibə verib. Müsahibələrdə Akademiyada həyata keçirilən yeniliklər, tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və idman elminin inkişafına yönəlmiş layihələr haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, hazırlanan süjet yaxın günlərdə Türkiyə ictimaiyyətinə təqdim olunacaq.

“Karyeramın son çağları yuxu kimidir”

4 May 2026 at 09:46

“Şalke”nin futbolçusu Edin Dzeko açıqlama verib.

Futbolpress.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bosniyalı hücumçu Bundesliqaya vəsiqə qazanmalarını şərh edib:

“Hədəfimiz elita idi və buna nail olduq. Bu yolda çox çalışdıq və sonda istəyimizə çatdıq. “Bosniya ilə dünya çempionatına, “Şalke” ilə isə Bundesliqaya vəsiqə qazandım. Karyeramın son çağları yuxu kimidir”.

Premyer Liqa: “Qarabağ” “Turan Tovuz”a qarşı

4 May 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutacaq.

“Qarabağ” “Turan Tovuz”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 19:30-da start veriləcək. Oyunun baş hakimi Rəşad Əhmədov olacaq.

Premyer Liqa
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Yevlax şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “İmişli” 0:1
Qol: Dioqo Kardozo, 18.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
“Sumqayıt Arena”, 18:30.

3 may

“Şamaxı” – “Sabah” 0:3
Qollar: Stiv Solvet, 37. Coy Lens Mikels, 77. Umarali Rahmonaliyev, 90+1-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Şamaxı şəhər stadionu, 16:00.

“Zirə” – “Qəbələ” 1:0
Qol: Martins Junior, 78.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

4 may

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

5 may

“Karvan” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Yevlax şəhər stadionu, 16:00.

Azərbaycan komandası Avropa Kubokunda beşinci oldu

4 May 2026 at 09:25

Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Futbolpress.az xəbər verir ki, beynəlxalq turnirin son günündə Azərbaycan komandası daha 4 medal əldə edib. Ramazan Əhmədov (+100 kq) ikinci yeri tutaraq gümüş mükafatçı olub. Aslan Kotsoyev (-90 kq), Aysun Məmmədova (-52 kq) və Xədicə Qədəşova (-57 kq) isə bürünc medala sahib çıxıblar.

Xatırladaq ki, ilk yarış günündə Nihad Məmişov (-66 kq) qızıl, Ayxan Mirzəzadə (-60 kq) və Sadiq İsgəndərli (-66 kq) bürünc medal qazanmışdılar.

Beləliklə, Azərbaycan millisi turniri ümumilikdə 7 medalla (1 qızıl, 1 gümüş, 5 bürünc) başa vuraraq 27 ölkə arasında ümumi komanda hesabında 5-ci, kişilər arasında isə 3-cü pillədə tamamlayıb.

“Sabah”ın U-16 komandası çempion oldu

4 May 2026 at 09:14

“Sabah”ın U-16 komandası vaxtından öncə çempionluğunu təmin edib.

Futbolpress.az xəbər verir ki, Asif Mirilinin baş məşqçisi olduğu komanda “Neftçi”ni 2:0 hesabıyla məğlub edib. Matçda qollara Ruslan Əbilov və Ayxan İbadov imza atıblar.

Bu qələbə ilə “bayquşlar” mövsümün başa çatmasına 2 tur qalmış çempionluğunu təmin edib.

“Real”ın futbolçusu mövsümdə 4-cü dəfə zədələndi

4 May 2026 at 08:47

“Real” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “kral klubu”nun futbolçusu Ferlan Mendi zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi La Liqada XXXIV turda “Espanyol”la səfər matçında (2:0) ayağından xəsarət alıb. Mendi bu mövsüm artıq 4-cü dəfə zədələnib.

Müdafiəçi cari “futbol ili”ndə 9 oyuna çıxıb.

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi

4 May 2026 at 21:24

Bu gün Misli Premyer Liqasında XXX turun növbəti oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, turnir cədvəlinin ikincisi “Qarabağ” azarkeşləri önündə “Turan Tovuz”la üz-üzə gəlib.

Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Misli Premyer Liqası
XXX tur

4 may

19:30 Qarabağ – Turan Tovuz 2:1
Qollar:
Andrade, 50, Mateus, 54 – Ayxan Hüseynov, 76
Baş hakim: Rəşad Əhmədov
T.B. – Respublika st.

Daha bir gərginlik “ocağı”…

4 May 2026 at 08:10

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra hakimlər otağına girib, onların idarəçiliyinə etiraz bildirib.

Baş hakim Əli Əliyevin penalti qərarına etiraz edən Rəfiyev əsəblərinə hakim ola bilməyib, səs-küy salıb.

Maraqlıdır, o, futbolda yeni deyil. Çox yaxşı bilir ki, hakimlərin otağına girmək ciddi məsuliyyətdir. Bilə-bilə bu addımı niyə atsın?…

Matçın AFFA nümayəndəsi Asif Əliyevin gözü qarşısında baş verən bu şeylər onun raportunda qeyd olunubmu?

Klub prezidentinin bu addımına AFFA-dan hansı reaksiya gələcək? Bunu maraqla gözləməyə dəyər.

Ümumiyyətlə, sıradan bir hadisə kimi baxmaq olmaz; bir tərəfdən illərlə futbol industriyasında olan bir şəxsin klub prezidenti kimi hakimlərin otağına girərək etiraz etməsi, digər tərəfdən son vaxtlar hərtərəfli hədəfə gətirilən AFFA…

Yeni qarşıdurma cəhdi?

Kimə və nəyə lazımdır?

Kamil Əhməd

La Liqa: “Real” “Espanyol”u 2 cavabsız qolla yendi

4 May 2026 at 01:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.

“Betis” doğma meydanda “Real Ovyedo”ya, “Selta” “Elçe”yə qalib gəlib. “Xetafe” “Rayo Valyekano” ilə ev oyunundan xalsız ayrılıb. “Espanyol”un qonağı olmuş “Real” da turu inamlı qələbə ilə başa vurub.

34-cü tura mayın 4-də keçiriləcək “Sevilya” – “Real Sosyedad” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
34-cü tur
1 may

Jirona – Malyorka 0:1
Qol: Samu Kosta, 43.

2 may

Vilyarreal – Levante 5:1
Qollar: Mikautadze, 38; 68. Moleyro, 62. Buçanan, 87. Pepe, 90 – Espi, 51.

Valensiya – Atletiko 0:2
Qollar: Luke, 74. Kubo, 82.

Alaves – Atletik 2:4
Qollar: Blanko, 8. Tenalya, 68 – Navarro, 46. Sanset, 74. N.Uilyams, 83; 87.

Osasuna – Barselona 1:2
Qollar: R.Qarsiya, 88 – Levandovski, 81. F.Torres, 86.

3 may

Selta – Elçe 3:1
Qollar: Alvares, 14. Aspas, 30. B.İqlesias, 85 – A.Silva, 82-pen.

Xetafe – Rayo Valyekano 0:2
Qollar: Kamello, 38. Nteka, 73.

Betis – Real Ovyedo 3:0
Qollar: K.Ernandes, 22; 58. Ezzalzuli, 45.

Espanyol – Real 0:2
Qollar: Vinisius, 55; 66.

4 may

23:00. Sevilya – Real Sosyedad

Liqa 1: “Lill” xal itirdi, “Renn” uduzdu

4 May 2026 at 00:50

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 5 qarşılaşma baş tutub.

“Lill” – “Havr” matçında qalib müəyyənləşməyib. “Strasburq” doğma meydanda “Tuluza”ya uduzubsa, “Oser” “Anje”ni, “Paris” “Brest”i, Lion “Olimpik”i “Renn”i məğlub yola salıb.

Beləliklə, sona 2 tur qalmış 70 xala malik PSJ vahid liderdir. “Lans” 64 xalla ikinci, Lion “Olimpik”i 60 xalla üçüncü pillədə qərarlaşıb. “Lill” 58, “Renn” 56, “Monako” 54, Marsel “Olimpik”i 53 xal toplayıb.

Fransa, Liqa 1
32-ci tur
2 may

Nant – Olimpik (Marsel) 3:0
Qollar: Qanaqo, 50. Kabelya, 54. Ablin, 58.

Mets – Monako 1:2
Qollar: Deminque, 49 – Baloqun, 61. Fati, 90+1.

PSJ – Loryan 2:2
Qollar: Mbaye, 6. Zair-Emeri, 62 – Paqis, 12. Tosin, 78.

Nitsa – Lans 1:1
Qollar: Abdi, 84 – Sent-Maksimin, 60.

3 may

Lill – Havr 1:1
Qollar: Haraldsson, 29 – Sumare, 33.

Oser – Anje 3:1
Qollar: Mara, 12; 61. Sinayoko, 67 – Koyalipu, 77-pen.

Paris – Brest 4:0
Qollar: Matondo, 13; 67. Gebbels, 20. Koleoşo, 89.

Strasburq – Tuluza 1:2
Qollar: Amo, 27 – Metali, 43. Emersonn, 84.

Olimpik (Lion) – Renn 4:2
Qollar: Yaremçuk, 37. Tolisso, 42-pen. Moreyra, 52. Endrik, 75 – Tamari, 6. Lepaul, 48.

A Seriyası: “İnter” 21-ci dəfə İtaliya çempionu oldu

4 May 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə 4 qarşılaşma baş tutub.

“Bolonya” – “Kalyari” matçında qapılara qol vurulmayıb. “Sassuolo”nun qonağı olmuş “Milan” məğlubiyyətə üzülübsə, “Yuventus” “Verona” ilə ev oyununda xal itirib. Lider “İnter” isə “Parma” ilə ev oyunundan inamlı qələbə ilə ayrılmaqla sona 3 tur qalmış çempionluğunu təmin edib.

Qeyd edək ki, bu, “İnter”in tarixindəki 21-ci İtaliya çempionluğudur.

35-ci turun qalan görüşləri mayın 4-də keçiriləcək.

İtaliya, A Seriyası
35-ci tur
1 may

Piza – Leççe 1:2
Qollar: Leris, 56 – Banda, 52. Xeddira, 65.

2 may

Udineze – Torino 2:0
Qollar: Ehizibue, 45+1. Kristensen, 51.

Komo – Napoli 0:0

Atalanta – Cenoa 0:0

3 may

Bolonya – Kalyari 0:0

Sassuolo – Milan 2:0
Qollar: Berardi, 5. Loryente, 47.

Yuventus – Verona 1:1
Qollar: Vlahoviç, 62 – Bouye, 34.

İnter – Parma 2:0
Qollar: M.Türam, 45+1. Mxitaryan, 80.

4 may

20:30. Kremoneze – Latsio
22:45. Roma – Fiorentina

“İnter” – çempion!

4 May 2026 at 01:18

İtaliya A Seriyasında 2025/26 mövsümünün çempionu məlum olub.

Futbolpress.az xəbər verir ki, XXXV turda “Parma”nı məğlub edən (2:0) “İnter” sona üç tur qalmış qızıl medalları təmin edib. “Neradzurra” ən yaxın izləyicisi “Napoli”ni 12 xal qabaqlayır.

“İnter” tarixində 21-ci dəfə A Seriyasının qalibi olub.

Premyer Liqa: “Liverpul” uduzdu, “Tottenhem” qalib gəldi

4 May 2026 at 00:30

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

“Bornmut” doğma meydanda “Kristal Pelas”ı 3 cavabsız qolla üstələyib. Beş qolluq “Mançester Yunayted” – “Liverpul” görüşü də meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Aston Villa”nın qonağı olmuş “Tottenhem” isə səfərdə qələbə qazanıb.

35-ci turun qalan görüşləri mayın 4-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
35-ci tur
1 may

Lids – Börnli 3:1
Qollar: Stax, 8. Okafor, 52. Kalvert-Lyuin, 56 – Tçauna, 71.

2 may

Brentford – Vest Hem 3:0
Qollar: Mavropanos, 15-öz qapısına. İ.Tyaqo, 54-pen. Damsqor, 82.

Nyukasl – Brayton 3:1
Qollar: Osula, 12. Börn, 24. Barnes, 90+5 – Hinşelvud, 61.

Vulverhempton – Sanderlend 1:1
Qollar: Bueno, 54 – Mukiele, 17.

Arsenal – Fulhem 3:0
Qollar: Dyökereş, 9; 45+4. Saka, 40.

3 may

Bornmut – Kristal Pelas 3:0
Qollar: Lerma, 10-öz qapısına. Kroupi, 32-pen. Rayan, 77.

Mançester Yunayted – Liverpul 3:2
Qollar: Kunya, 6. Şeşko, 14. Meynu, 77 – Soboslai, 47. Qakpo, 56.

Aston Villa – Tottenhem 1:2
Qollar: Buendiya, 90+6 – Qallaxer, 12. Riçarlison, 25.

4 may

18:00. Çelsi – Nottingem Forest
23:00. Everton – Mançester Siti

Bundesliqa: “Borussiya” “Borussiya”ya uduzdu

3 May 2026 at 23:59

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Frayburq” – “Volfsburq” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Sankt Pauli” doğma meydanda “Maynts”a məğlub olub. Mönhenqladbax və Dortmund “Borussiya”larının görüşündə isə meydan sahibləri tək qolla qalib gəliblər.

Beləliklə, geridə qalmış 32 turdan sonra 83 xala malik “Bayern” vahid liderdir. Çempionluğu təmin etmiş Münhen təmsilçisini 67 xala malik Dortmund “Borussiya”sı və 62 xallı “Leypsiq” izləyirlər. “Bayer”, “Ştutqart” və “Hoffenhaym”ın 58, “Frayburq”un 44 xalı var.

Almaniya, Bundesliqa
32-ci tur
2 aprel

Bayern – Haydenhaym 3:3
Qollar: Qoretska, 44; 57. Olise, 90+10 – Zivzivadze, 22; 76. E.Dinkci, 31.

Hoffenhaym – Ştutqart 3:3
Qollar: Kramariç, 7; 49. B.Ture, 23 – Fuhrix, 20. Demiroviç, 64. T.Tomas, 90+5.

Union Berlin – Köln 2:2
Qollar: Rothe, 73. L.Burcu, 89 – Bulter, 33. El Mala, 61.

Ayntraxt – Hamburq 1:2
Qollar: C.Y.Uzun, 48 – Qronbaek, 51. F.Vyeyra, 59.

Verder – Auqsburq 1:3
Qollar: Şmid, 64 – Kade, 24; 45+3. Yakiç, 69.

Bayer – Leypsiq 4:1
Qollar: P.Şik, 25; 76; 89. Tella, 45 – Baumqartner, 80.

3 may

Sankt Pauli – Maynts 1:2
Qollar: Sisey, 87 – Tiets, 6. Mvene, 40.

Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 1:0
Qol: Tabakoviç, 88.

Frayburq – Volfsburq 1:1
Qollar: Linhart, 75 – Kulyelaris, 55.

Super Liqa: Autsayder “Karagümrük”ə 1 qol bəs etdi

3 May 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Antalyaspor” – “Alanyaspor” matçında qapılara qol vurulmayıb. “Kasımpaşa” – “Kocaelispor” və “Kayserispor” – “Eyüpspor” görüşlərində tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Karagümrük” isə doğma meydanda “Gənclərbirliyi”ni minimal hesabla üstələyib.

Beləliklə, 32 turdan sonra 74 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 70 xalla ikinci, “Trabzonspor” 66 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş” 59, “Göztəpə” 52, “Başakşəhər” 51 xal toplayıb.

Türkiyə, Super Liqa
32-ci tur
1 may

Rizəspor – Konyaspor 3:2
Qollar: Laçi, 18. Mebude, 58. Auqusto, 65 – Jo, 16. Andzuana, 89.

Qaziantep – Beşiktaş 0:2
Qollar: Djalo, 7. Asllani, 22-pen.

2 may

Fənərbağça – Başakşəhər 3:1
Qollar: Taliska, 28; 57; 72 – Harit, 36.

Samsunspor – Qalatasaray 4:1
Qollar: Marius, 22; 71. Ndiaye, 57; 82 – Y.Akgün, 9.

Trabzonspor – Göztəpə 1:1
Qollar: U.Nayir, 90+3 – J.Santos, 32.

3 may

Antalyaspor – Alanyaspor 0:0

Karagümrük – Gənclərbirliyi 1:0
Qol: T.Çukur, 17.

Kasımpaşa – Kocaelispor 1:1
Qollar: Benediçak, 2 – Aqyei, 23.

Kayserispor – Eyüpspor 1:1
Qollar: Tuçi, 60 – Klaro, 4.

Formula 1: Kimi Antonelli Mayamidə də hamını qabaqladı

3 May 2026 at 23:00

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsi – 4-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Mayami (ABŞ, Florida) şəhərində təşkil olunub.

Bundan əvvəlki Yaponiya və Çin qran-prilərində olduğu kimi, Mayami qran-prisində də “Mersedes”in gənc pilotu Kimi Antonelli qalib olub. 19 yaşlı italiyalı sürücü 57 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində 3-cü zəfərdir.

İkinci yeri “Maklaren”in sürücüsü Landro Norris tutub. İlk üçlüyü “Maklaren”in digər pilotu Oskar Piastri qapayıb.

Beləliklə, geridə qalmış 3 mərhələdən sonra Kimi Antonelli 100 xalla vahid liderdir. Antonellinin komanda yoldaşı Corc Rassel 80 xalla ikinci pillədə qərarlaşıb. “Ferrari”nin pilotu Şarl Lekler isə 63 xalla üçüncüdür.

Mühəndislər Kubokunda “Mersedes” 180 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 112 xalla ikinci, “Maklaren” isə 94 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 5-ci qran-prisi Kanadada keçiriləcək. Monrealda baş tutacaq bu yarış mayın 24-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 100
  2. Corc Rassell (Mersedes) – 80
  3. Şarl Lekler (Ferrari) – 63
  4. Lando Norris (Maklaren) – 51
  5. Luis Hamilton (Ferrari) – 49
  6. Oskar Piastri (Maklaren) – 43
  7. Maks Ferstappen (Red Bull) – 26
  8. Oliver Berman (Haas) – 17
  9. Pyer Qasli (Alpin) – 16
  10. Liam Louson (Rasinq Bulls) – 10
  11. Franko Kolapinto (Alpin) – 5
  12. Arvid Linblad (Rasinq Bulls) – 4
  13. İsaak Hacar (Red Bull) – 4
  14. Karlos Sayns (Uilyams) – 4
  15. Qabriel Bortoleto (Audi) – 2
  16. Esteban Okon (Haas) – 1
  17. Aleksander Albon (Uilyams) – 0
  18. Serxio Peres (Kadillak) – 0
  19. Niko Hulkenberq (Audi) – 0
  20. Fernando Alonso (Aston Martin) – 0
  21. Valtteri Bottas (Kadillak) – 0
  22. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 180
  2. Ferrari – 112
  3. Maklaren – 94
  4. Red Bull – 30
  5. Alpin – 21
  6. Haas – 18
  7. Rasinq Bulls – 14
  8. Uilyams – 5
  9. Audi – 2
  10. Kadillak – 0
  11. Aston Martin – 0
Before yesterdaySport-AZ

Ozan Can Kökçü “Herenven”ə qarşı 51 dəqiqə oynadı

3 May 2026 at 23:00

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 32-ci turunda “Herenven”lə qarşılaşıb.

“Volendam” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Ozan bu görüşə start heyətdə başlayıb və 51-ci dəqiqədə əvəzlənib.

“Volendam” 32 turdan sonra 31 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Ozan bu oyunların 27-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 30 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

“Böyük Dəbilqə”: Uşanqi və Camaldan bürünc medal

3 May 2026 at 22:30

Azərbaycanın cüdo üzrə millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirini 3 bürünc medalla başa vurub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarışın son günündə təmsilçilərimizdən Camal Qamzatxanov (+ 100 kq) və Uşanqi Kokauri (+100 kq) bürünc medal qazanıblar.

Kokauri həlledici görüşdə Özbəkistan idmançısı Muxammadkodir Mansurovu üstələyərək bürünc medala layiq görülüb.

Qamzatxanov isə üçüncü yer uğrunda görüşdə rumıniyalı Darius Dobreyə qalib gələrək bürünc mükafatın sahibi olub.

Bununla da yığmamız “Böyük Dəbilqə” turnirini 3 bürünc medalla başa vurub. Daha əvvəl təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) də fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

Xatırladaq ki, Azərbaycan yığma komandası Düşənbədəki yarışa 4 çəki dərəcəsində 6 cüdoçu ilə qatılmışdı.

Rəşad Sadıqov: “Onun zədəsi bizim üçün ciddi problem yaradır”

3 May 2026 at 22:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün ağır oyun oldu. “Qəbələ” çox baxımlı futbol oynayır. Fikrimcə, bu komanda avrokuboklar uğrunda mübarizə aparmalı idi. Son oyunlarda yaxşı oynasalar da, nəticə qazanmaqda çətinlik çəkdiklərini düşünürəm. Matç gərgin mübarizə şəraitində keçdi. Özümüzdə güc tapıb növbəti matçlarda daha yaxşı oyun sərgiləməliyik. Matça çox pis başlamışdıq. İkinci hissədə müəyyən qədər oyunu düzəldə bildik. Futbolçularımı sona qədər əzmkar mübarizə apardıqları üçün təbrik edirəm.

Birinci hissədə çoxsaylı top itkilərimiz oldu. Sıx qrafik, aprel ayının yorğunluğu müəyyən qədər buna təsir göstərirdi. İmkan düşdükcə müəyyən mövqelərdə rotasiyalar etdik. Enrike Kustodionun zədəsi bizim üçün ciddi problem yaradır. İssa Cibrillanı əvəz edə bilmirik. O da üst-üstə ağır oyunlar keçirdikdə zədəyə meyilli olur. Onu bu gün qorxa-qorxa meydanda saxladıq. Qol vurduqdan sonra dərhal əvəz etdik”.

Sxadadze: “Son nöqtəni qoymaq bizdə problemdir”

3 May 2026 at 21:30

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 30-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü əyalət təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Kaxaber Sxadadze qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə “Zirə”ni təbrik edirəm. Rəşad Sadıqov uzun müddətdir buradadır və yaxşı komanda yaradıb.

Biz də oyuna çox yaxşı hazırlaşmışdıq. Qol epizodlarımız da var idi. Lakin son nöqtəni qoymaqda çətinlik çəkirdik. Bu məqam bizdə problemdir. Bu oyunda da bəsit qol buraxdıq. Qola qədər rəqibin təhlükəli epizodları demək olar ki, yox idi. Bu oyuna da çoxlu azarkeş gəlmişdi. Təəssüf edirəm ki, onları sevindirə bilmədik”.

Sadıqov qələbədən sonra nələr dedi?

3 May 2026 at 22:01

Misli Premyer Liqasının XXX turunun “Zirə” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Ağır oyun keçdi. Matçdan əvvəl də futbolçulara bu haqda danışmışdım. Rəqibin gücünü, oynadığı futbolu nəzərə almalıyıq. “Qəbələ” bu günə qədər bəlkə də 8-9 oyunu əldən verib. Həmin matçlarda qazansaydılar, indi avrokuboklara vəsiqə uğrunda mübarizə aparardılar. Bizim üçün gərgin ay keçdi. Bugünkü matçda fiziki və mental baxımından yorğunluq hiss olunurdu. Özümüzdə güc tapıb, lazımi nəticələri əldə etməliyik. Matça yaxşı başlamadıq, futbolçularda tələskənlik var idi. Fasilədən sonra daha yaxşı oynadıq. Qoldan sonra oyunçularım rahatlaşdı və epizodlar yaratdıq. Bu qədər gərginliyə baxmayaraq, vacib üç xal qazandıq. Futbolçulara oyuna görə təşəkkür edirəm.

– Qola qədər komanda yaxşı oynamırdı. Bu, nə ilə bağlı idi?
– Çoxsaylı top itkilərimiz oldu. Futbolçuların üzərində təzyiq var idi, həm də gərgin qrafikdən yeni çıxmışdıq. Bu gün yorğunluq özünü göstərdi. Henrikenin zədəsi bizə ciddi problem yaradır, İssa Cibrillanı dəyişə bilmirik. Qorxa-qorxa meydanda saxladıq. Fasilədən sonra da çox yorğun göründü və qoldan sonra onu əvəzlədik.

Şahin Cəfərov

Sxadadze: “Bu vəziyyətdən çıxa bilərik”

3 May 2026 at 21:56

Misli Premyer Liqasının XXX turunun “Zirə” – “Qəbələ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “Zirə”ni təbrik edirəm, Rəşad Sadıqov möhkəm komanda yaradıb. Oyuna gəlincə, yaxşı hazırlaşmışdıq. Pressinq etdik, qol vəziyyətləri yaratdıq. Sadəcə əsas problemimiz – son fazada dəqiqlik çatmamasıdır. Bunun üzərində çox çalışırıq, amma alınmır. Bu gün də bəsit qol buraxdıq. “Zirə”nin fərqlənənə qədər bir epizodu olmuşdu. Sona qədər mübarizə aparmalıyıq, qarşıda üç oyunumuz var. Bu vəziyyətdən çıxa bilərik. Azarkeşlərimizə təşəkkür edirik, amma təəssüf ki, onları sevindirə bilmədik.

– Qol epizodlarını dəyərləndirə bilməməyiniz nəylə bağlıdır?
– İlk növbədə psixoloji amil var. Futbolçu özünə inamlı olanda, düzgün də addım atır. Eyni zamanda, keyfiyyət də mühüm rol oynayır.

– Növbəti oyunlardan gözləntilər nələrdir?
– Xallar qazanmaq lazımdır, ancaq bu haqda düşünürük.

Şahin Cəfərov

“Zirə” – “Qəbələ” 1:0 – Video

3 May 2026 at 21:00

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Zirə” – “Qəbələ” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
30-cu tur
3 may

“Zirə” – “Qəbələ” 1:0
Qol: Junior Martins, 78.
Sarı vərəqələr: Brahim Konate, 44 (hakimin qərarına etiraz). Georgi Papunaşvili, 74 (qeyri-idman hərəkəti). Hacıağa Hacılı, 81 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 18:30. Zirə İdman Kompleksinin stadionu, 150 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Teymur Teymurov.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, (73. Anatoli Nuriyev, 60), 10. Georgi Papunaşvili (26. Stefan Akka, 80), 20. İssa Cibrilla (21. Hacıağa Hacılı, 80), 93. Brahim Konate (30. Rikardo Martins, 60), 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın (11. Junior Martins, 73).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev (66. Nuğay Rəşidov, 88), 10. Şahin Şahniyarov (50. Adriel Ba Lua, 80), 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.

Premyer Liqa: “Qəbələ” Zirədən xalsız qayıtdı

3 May 2026 at 20:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.

“Zirə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Oyunun baş hakimi Elçin Məsiyev olub. Zirə İdman Kompleksinin stadionunda baş tutmuş görüşün taleyini bir qol həll edib. Meydan sahibləri tək qolla 3 xal qazanıblar.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a qalib gəlib (2:1), “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” “Sabah”a (0:3) uduzub. “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan” – “Neftçi” matçı ayın 5-də keçiriləcək.

Premyer Liqa
30-cu tur
3 may

“Zirə” – “Qəbələ” 1:0
Qol: Junior Martins, 78.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 30. Rikardo Martins, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.

Dambrauskas: “Layiqli şəkildə çempion olduğumuzu göstərdik”

3 May 2026 at 20:00

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 30-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü “Sabah”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas görüşdən sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Bizə dəstək olan azarkeşləri də təbrik edirəm. Düzdür, çempion olmaq xəbəri gəldikdən sonra bu oyuna köklənmək bir qədər çətin oldu. Futbolçularıma təşəkkür edirəm. Onlar özlərində güc tapdılar, meydana motivasiyalı şəkildə çıxdılar. Həqiqətən də göstərdilər ki, biz layiqli şəkildə çempion olmuşuq. Çox xoşbəxtəm. “Şamaxı” çox yaxşı komandadır. Yaxşı oynayırlar. Bu cür komandaya 3 qol vurmaq asan deyil. Hər iki hissədə qol fürsətlərimiz oldu, onlardan tam istifadə edə bilmədik. Oyunun böyük hissəsində dominant tərəf idik. Futbolçularıma peşəkar davranışlarına, loqoya hörmətinə görə təşəkkür edirəm. Hər biri ən yaxşı sözlərə layiqdir.

Bu, mənim üçüncü çempionluğumdur. Litvada və Bolqarıstanda çempionluq yaşamışam. Xorvatiya və Bolqarıstanda kubok qazanmışam. Bu, mənim ən böyük nailiyyətlərimdən biridir. “Jalgiris” və “Ludoqorets”ə də hörmətlə yanaşıram. Orada çempionatda mütləq qalib gəlməlisən. Amma bizim bu cür klubla, bu cür yanaşmamızla əldə etdiyimiz uğur həqiqətən böyükdür. Yanlış xatırlamıramsa, artıq 9 ay olar ki, uduzmuruq. Çoxlu qollar vurmuşuq. Onu da qeyd edim ki, Azərbaycan çempionatı güclüdür. Yaxın müddətdə daha da inkişaf edəcəyini düşünürəm. Çempionlar Liqasında pley-off oynamış komandanı keçərək çempion olmaq böyük nailiyyətdir. “Sabah” ailəsinə təşəkkür edirəm. Təmizlik işçisindən prezidentimizə qədər minnətdaram, bu nailiyyətdə toxunuşu olan hər bir adama təşəkkür düşür.

Kubok bir oyundan ibarətdir. Kim daha yaxşı çıxış edəcək, daha az səhvə yol verəcəksə, qalib olacaq. Hər kəs meydana çıxaraq, işini görəcək. Bizim üçün kubok çox önəmlidir. Tarix yazmaq niyyətindəyik. Biz meydana çıxarkən, başqa şeyləri düşünməyəcəyik. Kimlər final görüşümüzdən xeyir əldə edə bilər, kim hara gedə bilər, bu, bizim üçün önəmli deyil. Biz meydana çıxacağıq ki, kuboku qazanaq”.

Valdas Dambrauskasdan Cəfər Muxtarov açıqlaması

Dambrauskas bu gün debüt etmiş Cəfər Muxtarovdan da söhbət açıb:

“Onun bizim əsas komandamıza qoşulması qəribə oldu. Milli komandalara görə yaranmış fasilədə bizə əvəzedici heyətdən gələrək məşqlərə qoşuldu. Gördüm ki, onun çox yaxşı keyfiyyətləri var, topa yaxşı nəzarət edir. İlk ötürməsi də çox yaxşıdır. O, bizim məşqlərə çox uyğun gəldi. Komanda olaraq daha çox top saxlayırıq, önə oynayırıq. Onda da bu keyfiyyətlər var idi. Oktyabrdan bu yana bizimlə məşq edir. Düzdür, meydanda çox dəqiqələri əldə etməyib. Amma bu gün ona dəstək olmağa çalışdıq. Məşqlərdə iştirak edən oyunçularımızın uğurumuzda toxunuşu var idi. Ona görə bu gün də biz onlara həmin mükafatı verdik. Debüt etməyə layiq idilər. Bizim kimi çempion olan komandalarda standartlar çox yüksək olur, rəqabət yüksəkdir. Bəzən oyunçular çox məşq etsələr də, onlara fürsət verməyə imkan olmur. Cəfər Muxtarov da daxil olmaqla bu cür oyunçular eqolarını komanda üçün tərk edirlər. Əllərindən gələni edirlər ki, məşqimiz çox yüksək səviyyədə keçsin. Cəfər Muxtarov milli komandanı da nəzərdən keçirməlidir. Daha çox topa nəzarət etmək istəyiriksə, bu cür oyunçulara önəm vermək lazımdır. Açar ötürmələr verir. Gələcək nəyi göstərər, deyə bilmərəm. Amma o, bu gün oynamağa layiq idi”.

Ayxan Abbasov: “Onun zədələnməsi oyunun qırılma anı idi”

3 May 2026 at 19:30

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 30-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Ayxan Abbasov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Onlara, eyni zamanda ölkəmizi avrokuboklarda təmsil edəcək bütün komandalara uğurlar arzulayıram. Azarkeşlərimizə dəstəklərinə görə minnətdaram.

Çətin oyun oldu. Epizodlarımız olsa da, onlardan düzgün istifadə edə, yararlana bilmədik. David Santosun zədələnməsi oyunun qırılma anı idi. Gənclərə şans verdik, epizodlar yaratdıq. “Sabah” kimi komandaya qarşı oynamaq çətindir. Qarşıda üç oyunumuz var. Mövsümü maksimum şəkildə yaxşı bitirməyə çalışacağıq”.

“Göstərdik ki, mükafatımızı layiqli şəkildə qazanmışıq” – Dambrauskas

3 May 2026 at 19:47

Misli Premyer Liqasının XXX turunun “Şamaxı” – “Sabah” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçularımı təbrik edirəm, bizə dəstək olan azarkeşlərə minnətdaram. Çempionluq xəbəri gəldikdən sonra oyuna köklənmək çətin idi. Çünki yenidən emosiyaları qaytarmağa və özündə güc tapmağa ehtiyac var. Bu oyunun əhəmiyyəti nə qədər olmasa da, itmiş olur. Buna baxmayaraq, futbolçular özlərində güc tapdılar, motivasiyalı şəkildə oynadılar və qələbə qazandılar. Göstərdik ki, mükafatımızı layiqli şəkildə qazanmışıq. “Şamaxı” çox yaxşı komandadır, onlara qarşı üç qol vurmaq asan deyil. Amma ikinci hissədə də çoxlu imkanlar yaratdıq. Oyunun böyük qismində dominant tərəf biz idik.

– Bundan əvvəl çalışdığınız klublar çempionluğu yaşamışdı. Amma “Sabah” tarixində ilk dəfə bunu bacardınız. Fikirləriniz nədir?
Bolqarıstanda, Xorvatiyada kubok qazanmışam. Düşünürəm ki, Azərbaycandakı çempionluq ən böyük nailiyyətlərimdən biridir. Litvada da qızıl medallar qazanmışdım, amma orda vəziyyət elə idi ki, çempionluğa məcbur idin. Yanlış xatırlamıramsa, 9 aydır, uduzmuruq. Azərbaycan liqası güclüdür və daha da inkişaf edəcək. Çempionlar Liqasının pley-off mərhələsində oynamış komandanı keçmək asan deyil. Böyük nailiyyətə imza atdıq. Əməyi keçən hər kəsə minnətdaram.

– Avropaya gedəcək 4-cü komandanın taleyi sizdən asılıdır. Kubokun finalına qədər formanızı saxlaya biləcəksiniz?
– Kuboku da qazanmaq istəyirik. Hər kəs meydanda öz işini görəcək. Bizim üçün ikinci titul çox önəmlidir. Tarix yazmaq istəyirik. Düşünürəm ki, meydana çıxanda başqa şeyləri düşünməyəcəyik. Şansımızdan maksimum yararlanacağıq.

– Bu gün debüt edən Cəfər Muxtarov haqda fikriniz necədir? Mövsümün əvvəlində onu heç II Liqa klubları da komandaya götürmək istəmirdi, amma bu gün siz ona karyerasında böyük şans verdiniz…
– Cəfərin bizə gəlməsi bir az qəribə oldu. Tam xatırlamıram, amma səhv etmirəmsə, oktyabrda – milli komandalara görə yaranan fasilədə bizə qoşuldu. Gördüm ki, çox keyfiyyətli oyunçudur. Topla gözəl davranmağı bacarır, əvəzedici komandada özünü göstərə bildi. Çalışdıq ki, ona dəstək olaq. Komandada kim varsa, uğurlarımızda pay sahibidirlər. Rəqabət yüksəkdir və bəzən oyunçular çox çalışsalar da, onlara fürsət vermək imkanımız olmur. Cəfər də daxil olmaqla bir çox oyunçu eqolarını komanda naminə kənara qoyur, məşqlərdə canla-başla iştirak edir. Fikirləşirəm ki, millinin də məşqçilər heyəti onu diqqətdə saxlamalıdır. Top saxlamaq istəyən komandaların belə futbolçulara ehtiyacı var. Bu gün də oynamağa layiq idi.

– Puxaç ilk hissədə zədələndi. Onun durumu necədir?
– Bu barədə dəqiq heç nə deyə bilməyəcəyəm. Tibbi heyətlə danışmaq lazımdır. Puxaç elə oyunçudur ki, onu bir dəqiqə də itirmək istəməzdim.

Şahin Cəfərov

“Şamaxı” – “Sabah” 0:3 – Video

3 May 2026 at 19:00

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Şamaxı” – “Sabah” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
30-cu tur
3 may

“Şamaxı” – “Sabah” 0:3
Qollar: Stiv Solvet, 37. Coy Lens Mikels, 78. Umarali Rahmonaliyev, 90+1-pen.
Sarı vərəqələr: Rəhman Daşdəmirov, 21 (qeyri-idman hərəkəti). İvan Lepinitsa, 51 (qeyri-idman hərəkəti). Cəfər Muxtarov, 85 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə – 3 dəqiqə.
Saat 16:00. Şamaxı şəhər stadionu, 1500 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Tərlan Talıbzadə.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k) (80. Həbib İsmayılov, 46), 5. Arsen Ağcabəyov, 27. Emil Süleymanov (21. Bilal İsmayılov, 79), 82. Rüfət Abbasov, 9. Karim Rossi (19. Abdullahi Şuaybu, 66), 10. Andrey Tırkovyanu (7. Edqar Adilxanov, 46), 3. Vladislav Veremeyev, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos (8. Alfons Msanqa, 36).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 55. Nicat Mehbalıyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 21. Velko Simiç, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç (17. Tellur Mütəllimov, 42), 13. İvan Lepinitsa (89. Cəfər Muxtarov, 83), 11. Kahim Parris (70. Jesse Sekidika, 70), 99. Patrik Mbina (9. Xəyal Əliyev, 70), 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda (20. Coy Lens Mikels, 70).
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 94. Rəvan Mirzəmmədov, 40. İqor Noqeyra, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

İkinci Liqa: “Göygöl”dən “Ağstafa Gəncləri” ilə heç-heçə

3 May 2026 at 18:30

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Göygöl” doğma meydanda “Ağstafa Gəncləri” ilə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

25-ci turun qalan görüşləri mayın 4-də və 5-də keçiriləcək.

İkinci Liqa
25-ci tur
3 may

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
Qollar: Ziyabil Məmmədov, 66 – Elgün Namazov, 35.
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

4 may

“Kür-Araz” – “Şəki”
Hakimlər: Nəriman Ağayev, Rəşad Quliyev, Sadiq Əliyev, İrşad Aydınov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

“Ağdaş” – “Araz Saatlı”
Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Hüseyn Vəliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağdaş şəhər stadionu, 16:30.

5 may

“Quba” – “Xankəndi”
Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Dinamo”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şirvan” – “Şəmkir”
Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Premyer Liqa: “Sabah” Şamaxıda 3 cavabsız qola sevindi

3 May 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

Burada “Şamaxı” lider “Sabah”la üz-üzə gəlib. Artıq tarixində ilk çempionluğu təmin etmiş paytaxt təmsilçisinin səfər oyununu Kamal Umudlu idarə edib. “Bayquşlar” 3 cavabsız qol sayəsində növbəti 3 xala seviniblər.

Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan” – “Neftçi” matçı ayın 5-də baş tutacaq. Turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a qalib gəlib (2:1), “Araz-Naxçıvan” “İmişli”yə (0:1) məğlub olub.

Premyer Liqa
30-cu tur
3 may

“Şamaxı” – “Sabah” 0:3
Qollar: Stiv Solvet, 37. Coy Lens Mikels, 77. Umarali Rahmonaliyev, 90+1-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Şamaxı şəhər stadionu, 16:00.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 27. Emil Süleymanov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 55. Nicat Mehbalıyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 21. Velko Simiç, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 99. Patrik Mbina, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Ayxan Abbasovdan məğlubiyyətə şərh

3 May 2026 at 18:36

Misli Premyer Liqasının XXX turunun “Şamaxı” – “Sabah” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram. Dəstəklərinə görə azarkeşlərimizə minnətdaram. David Sezarın zədələnməsi oyunun qırılma anı idi.

Gənclərə şans verdik, epizodlar yaratdıq. “Sabah” kimi komandaya qarşı oynamaq çətindir. Qarşıda üç oyun var, mövsümü maksimum şəkildə yaxşı bitirməyə çalışacağıq”.

Şahin Cəfərov 

“Zirə” – “Qəbələ”: heyətlər

3 May 2026 at 17:52

“Zirə” Misli Premyer Liqasının XXX turunda bu gün “Qəbələ”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 4. Ruan Renato 9. Davit Volkov 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 30. Rikardo Martins 11. Junior Martins 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde

Baş məşqçi: Kaxaber Sxadadze

Lionel Messi “Orlando Siti”yə qol vursa da… – Video

3 May 2026 at 17:30

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Orlandi Siti” ilə qarşılaşıb.

“Vağlar” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıblar –3:4. Messi 90 dəqiqə meydanda olub və 1 qol, 1 assist, 1 sarı vərəqə ilə yadda qalıb. O, komandasının 25-ci dəqiqədə vurduğu ikinci qolda məhsuldar ötürmə veribsə, 34-cü dəqiqədə özü fərqlənib. Ulduz futbolçu 78-ci dəqiqədə sarı vərəqə də alıb.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 11 oyundan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 11 oyunda 5 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 12 oyuna çıxıb, 9 qol vurub, 1 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 100 oyun, 86 qol və 45 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“İpsviç Taun” yenidən Premyer Liqada!

3 May 2026 at 17:00

İngiltərə Çempionşipində mübarizə aparan “İpsviç Taun” komandası 2026/2027-cı illər mövsümündə Premyer Liqada çıxış edəcək.

Arena.az xəbər verir ki, ötən gün Çempionşipdə 2025/2026-cı illər mövsümünün əsas hissəsinə yekun vurulub.

Sonuncu – 46-cı turda KPR-i 3:0 hesabıyla məğlub etmiş İpsviç təmsilçisi 84 xalla ikinci yeri tutaraq elitaya yüksəlib. Bu komanda yalnız lider və çempion olan “Koventri Siti”dən (95 xal) geri qalıb və ən yaxın izləyicisi olan “Milluoll”u (83 xal) 1 xal qabaqlayıb. Kiran Makkennanın rəhbərlik etdiyi kollektiv cəmi bir illik fasilədən sonra Premyer Liqaya qayıdıb.

“İpsviç Taun” 2024/2025-ci illər mövsümündə Premyer Liqada 22 xal toplayaraq elitanı tərk etmişdi.

Xatırladaq ki, bundan əvvəl “Koventri Siti” də Premyer Liqaya vəsiqə qazanmışdı. Elitaya yüksələn sonuncu komanda isə pley-off matçlarından sonra müəyyənləşəcək. “Milluol” (83), “Sauthempton” (80), “Midlsbro” (80) və “Hall Siti” (73 xal) sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Cəlal Hüseynov “Çerno More”yə qarşı 90 dəqiqə oynadı

3 May 2026 at 16:30

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində “Çerno More” ilə qarşılaşıb.

“Arda” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Hüseynov 90 dəqiqə meydanda olub.

“Arda” 32 turdan sonra 45 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 12 qələbə qazanıb, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 81 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Borgesin müqaviləsi uzadıldı

3 May 2026 at 15:36

“Sportinq” baş məşqçi Rui Borgesin müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

44 yaşlı mütəxəssis 2024-cü ilin dekabrından Lissabon klubunu çalışdırır.

“Sportinq” çempionatda 31 turdan sonra 73 xalla üçüncü sıradadır.

Zidan DÇ-2026-nı buraxa bilər

3 May 2026 at 17:15
İspaniya çempionatının ikinci divizionunda keçirilən “Almeriya” ilə matçda “Qranada”nın qapıçısı, Fransa millisinin və “Real”ın əfsanəsi Zinəddin Zidanın oğlu Luka Zidan […]

Source

“Amedspor” tarixində ilk dəfə Super Liqaya yüksəldi

3 May 2026 at 16:00

Türkiyənin Birinci Liqasında mübarizə aparan “Amedspor” komandası tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, ötən gün Türkiyə Birinci Liqasında 2025/2026-cı illər mövsümünün əsas hissəsinə yekun vurulub.

“Amedspor” mövsümün sonuncu – 38-ci turunda “İğdır”ın qonağı olub. Altı qolun qeydə alındığı qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb. Bu nəticə Diyarbəkir təmsilçisinin tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanması üçün kifayət edib.

Diyarbəkir klubu mövsümü 74 xalla 2-ci pillədə başa vurub. Daha öncə Super Liqaya yüksəlmiş “Ərzurumspor” da liderliyini qoruyaraq çempion olub. “Erokspor” isə 74 xalla üçüncü yeri tutub. Super Liqaya 3-cü vəsiqənin sahibi pley-off matçlarından sonra müəyyənləşəcək. “Çorum”, “Bodrumspor”, “Pendikspor” və “Keçiörengücü” arasında pley-off oyunlarının qalibi finalda “Erokspor”la qarşılaşacaq. Finalın qalibi isə Super Liqada çıxış etmək hüququ qazanacaq.

Qeyd edək ki, “Amedspor”un Super Liqaya yüksəlməsinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da biganə qalmayıb. O, bu münasibətlə kluba təbrik ünvanlayıb:

“Növbəti mövsümdə Diyarbəkiri Super Liqada təmsil edəcək “Amedspor”u, bütün klub ictimaiyyətini və diyarbəkirli qardaşlarımı ürəkdən təbrik edir, onlara uğurlar arzulayıram”.

Birinci Liqada son 4 yeri tutmuş “Serikspor”, “Sakaryaspor”, “Hatayspor” və “Adana Dəmirspor” isə aşağı liqaya yuvarlanıblar.

Sonda onu da xatırladaq ki, Türkiyə Super Liqasında Birinci Liqaya düşməyə əsas namizədlər bunlardır:

“Karagümrük” (21 xalla 18-ci)
“Kayserispor” (26 xalla 17-ci)
“Antalyaspor” (28 xalla 16-cı)
“Eyüpspor” (28 xalla 15-ci)
“Gənclərbirliyi” (28 xalla 14-cü)

“Şalke” 3 il sonra yenidən Bundesliqada!

3 May 2026 at 15:00

Almaniya İkinci Bundesliqasında mübarizə aparan “Şalke” 2026/2027-ci illər mövsümündə əsas Bundesliqada çıxış edəcək.

Arena.az xəbər verir ki, növbəti mövsümdə Almaniya Bundesliqasına vəsiqə qazanmış ilk komanda bəlli olub.

Miron Musliçin rəhbərlik etdiyi komanda ötən gecə İkinci Bundesliqanın 32-ci turu çərçivəsində Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanaraq xallarını 67-ə çatdırıb. Nəticədə bu komanda elitaya vəsiəqəni təmin edib. Liderin əsas izləyicisi “Paderborn” sona iki tur qalmış 58 xalla ikinci pillədə qərarlaşıbsa, “Hannover”in 57, “Elversberq”in 56 xalı var. “Darmştadt” 51, “Herta” 48 xal toplayıb.

Qeyd edək ki, İkinci Bundesliqada 2-ci yeri tutacaq komanda da əsas Bundesliqaya birbaşa vəsiqə qazanacaq. 3-cü olacaq kollektivi isə əsas Bundesliqada 16-cı yeri tutacaq komanda ilə pley-off qarşılaşmaları gözləyir.

Qeyd edək ki, “Şalke” üç mövsüm idi İkinci Bundesliqada çıxış edirdi.

Əsas Bundesliqada elitanı tərk etməyə əsas namizədlər isə 18-ci olan “Haydenhaym” (23 xal), 17-ci pillədə qərarlaşmış “Volfsburq” (25), 16-cı sırada yer almış “Sankt Pauli”dir (26).

Şamaxıda heyətlər bilindi

3 May 2026 at 15:13

“Sabah” Misli Premyer Liqasının XXX turunda “Şamaxı”nın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 5. Arsen Ağcabəyov 27. Emil Süleymanov 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa

Baş məşqçi: Ayxan Abbasov

“Sabah”: 55. Nicat Mehbalıyev 2. Amin Seydiyev (k) 5. Rəhman Daşdəmirov 21. Velko Simiç 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 99. Patrik Mbina 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 92. Stas Pokatilov 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 9. Xəyal Əliyev 89. Cəfər Muxtarov 20. Coy Lens Mikels 40. İqor Noqeyra 70. Cesse Sekidika 53. Andrey Santos 83. Stefen Ende

Baş məşqçi: Valdas Dambrauskas

“Əl Nəsr” “Fənərbağça”lıya “elçi düşdü”

3 May 2026 at 14:29

“Fənərbağça”nın qapıçısı Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl Nəsr” braziliyalı qolkiperi transfer etmək istəyir. Bu barədə “TRI Esporte” portalı mətbuatı məlumat yayıb.

“Fənərbağça” Ederson üçün 22 milyon avro tələb edir.

Qolkiper bu mövsüm Super Liqada 24 oyunda 24 qol buraxıb. O, 8 matçda qapısını toxunulmaz saxlayıb.

Simeone 1000-ə çatdı

3 May 2026 at 14:00

“Atletiko” İspaniya La Liqasının XXXIV turunda “Valensiya”nı məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, görüş Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin karyerasındakı 1000-ci matçı olub.

Mütəxəssis bu matçların 562-də qələbə qazanıb, 212-də uduzub.

Simeone “Atletiko”da 795 görüş keçirib.

Nəriman Axundzadə 9 dəqiqə oynadı, komandası uduzdu

3 May 2026 at 14:00

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində doğma meydanda “Minnesota Yunayted”lə qarşılaşıb.

Beş qolun qeydə alındığı oyun Ohayo təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 2:3. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşün 81-ci dəqiqəsində meydana buraxılıb.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 11 oyundan sonra 12 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Nərimanın komandası 11 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 6 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Mahir Emreli “Kayzerslautern”ə yenə lazım olmadı

3 May 2026 at 13:00

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”in Drezden “Dinamo”suna qarşı keçirdiyi oyunda iştirak etməyib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçunun adı 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində qarşılaşdıqları “Dinamo” ilə matçın iştirak ərizəsinə də daxil edilməyib.

Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

32 turdan sonra 46 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 32 oyunda 14 qələbə qazanıb, 4 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 11 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Renat Dadaşov üçün 21-ci qolsuz oyun

3 May 2026 at 12:00

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 31-ci turu çərçivəsində Poznan “Lex”i ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və məğlubiyyətə üzülüb – 0:1. Renat bu görüşün 77-ci dəqiqəsində meydana buraxılıb.

31 turdan sonra 39 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 31 oyunda 9 qələbə qazanıb, 12 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 21 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Vüsal İsgəndərli “Flamurtari”yə qol vura bilmədi

3 May 2026 at 11:00

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 34-cü turu çərçivəsində “Flamurtari” ilə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 79-cu dəqiqəsində əvəzlənib.

“Partizani” 34 turdan sonra 45 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 34 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 34 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

“İpsviç” qayıtdı

3 May 2026 at 13:28

İngiltərə Çempionşipindən Premyer Liqaya yüksələn ikinci komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, birinci liqanın sonuncu turunda KPR-i məğlub edən (3:0) “İpsviç” elitaya vəsiqə qazanıb.

Komanda 83 xalla liqanı ikinci sırada bitirib.

Daha əvvəl “Koventri” elitaya vəsiqə qazanmışdı.

Messi oynadı, komandası uduzdu

3 May 2026 at 12:50

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Orlando” ilə qarşılaşıb. 7 qolun vurulduğu matç “İnter Mayami”nin məğlubiyyəti ilə başa çatıb – 3:4.

Messi bu görüşdə start heyətdə meydana çıxıb və bir qolla yadda qalıb.

“İnter Mayami” 11 turdan sonra 19 xalla 3-cü sıradadır.

“Ludoqorets”in hegemoniyasına son – çempion dəyişdi

3 May 2026 at 12:17

Bolqarıstan liqasında çempion məlum olub.

Futbolpress.az xəbər verir ki, “ÇSKA 1948″i məğlub edən “Levski” qızıl medalları rəsmiləşdirib. Klub 17 il sonra ölkə çempionu adını qazanıb.

“Levski” liqada ardıcıl 14 il qızıl medalları qazanan “Ludoqorets”in hegemoniyasına son qoyub. Klub tarixində 27-ci dəfə Bolqarıstanda çempion olub.

Nəriman məğlubiyyətin iştirakçısı oldu

3 May 2026 at 11:45

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Minnesota” ilə qarşılaşıb. 5 qolun vurulduğu matç “Kolumbus Kryu”nun məğlubiyyəti ilə başa çatıb – 2:3.

Nəriman oyuna 81-ci dəqiqədə daxil olub.

“Kolumbus Kryu” 11 turdan sonra 12 xalla 9-cu sıradadır.

Portuqaliyada çempion bilindi

3 May 2026 at 11:29

Portuqaliyada 2025/26 mövsümünün çempionu məlum olub.

Futbolpress.az xəbər verir ki, “Portu” XXXII turda “Alverka”nı minimal hesabla məğlub edib və sona iki tur qalmış qızıl medalları rəsmiləşdirib.

“Portu” 85 xalla liderdir və ən yaxın izləyicisi “Benfika”nı 9 xal qabaqlayır.

“Şalke” Bundesliqada!

3 May 2026 at 11:04

“Şalke” Almaniya Bundesliqasına vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, II Bundesliqada XXXII turda “Fortuna”ya minimal hesabla qalib gələn Qelsenkirxen təmsilçisi ən yaxın izləyicisi “Paderborn”u 9 xal qabaqlayır və sona iki tur qalmış elitaya “bilet” əldə edib.

“Şalke” 32 turda 20 qələbə qazanıb, 7 heç-heçə edib, 5 dəfə uduzub.

“Sabah” və “Zirə”dən qələbə

3 May 2026 at 20:27

Bu gün Misli Premyer Liqasında XXX turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında çempion “Sabah” səfərdə “Şamaxı”ya qalib gəlib.

Digər görüşdə “Zirə” autsayder “Qəbələ”ni məğlub edib.

Misli Premyer Liqası
XXX tur

3 may

16:00 Şamaxı – Sabah 0:3

Qollar: Solvet, 38, Mikels, 78, Umarali, 90+1 (pen.)
Baş hakim: Kamal Umudlu
Şamaxı şəhər stadionu

18:30 Zirə – Qəbələ 1:0
Qol:
Martins, 78
Baş hakim: Elçin Məsiyev
Zirə İK stadionu

Zamiq Əliyev “Dinamo”ya qarşı 72 dəqiqə oynadı

3 May 2026 at 10:00

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 34-cü turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Əliyev görüşə start heyətdə başlasa da, 72-ci dəqiqədə əvəzlənib.

Ardıcıl 4-cü məğlubiyyətini almış “Eqnatiya” 34 turdan sonra 54 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 34 oyunda 15 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 70 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Premyer Liqa: “Şamaxı” “Sabah”a, “Zirə” “Qəbələ”yə qarşı

3 May 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

“Şamaxı” lider “Sabah”ı qəbul edəcək. Artıq tarixində ilk çempionluğu təmin etmiş paytaxt təmsilçisinin səfər oyununa saat 16:00-da start veriləcək. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.

Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. Oyunun baş hakimi Elçin Məsiyev olacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 18:30-da səslənəcək.

Premyer Liqa
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Yevlax şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “İmişli” 0:1
Qol: Dioqo Kardozo, 18.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
“Sumqayıt Arena”, 18:30.

3 may

“Şamaxı” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Şamaxı şəhər stadionu, 16:00.

“Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

4 may

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

5 may

“Karvan” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Yevlax şəhər stadionu, 16:00.

Liqa 1: PSJ “Loryan”la ev oyununda xal itirdi

3 May 2026 at 01:00

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı PSJ – “Loryan” matçı liderin xal itkisi ilə üzləşib. “Nitsa” – “Lans” matçında da qalib müəyyənləşməyib. “Nant” evdə Marsel “Olimpik”inə 3 cavabsız qolla qalib gəlibsə, “Monako” səfərdə “Mets”i çətinliklə üstələyib.

32-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
32-ci tur
2 may

Nant – Olimpik (Marsel) 3:0
Qollar: Qanaqo, 50. Kabelya, 54. Ablin, 58.

Mets – Monako 1:2
Qollar: Deminque, 49 – Baloqun, 61. Fati, 90+1.

PSJ – Loryan 2:2
Qollar: Mbaye, 6. Zair-Emeri, 62 – Paqis, 12. Tosin, 78.

Nitsa – Lans 1:1
Qollar: Abdi, 84 – Sent-Maksimin, 60.

3 may

17:00. Lill – Havr
19:15. Oser – Anje
19:15. Paris – Brest
19:15. Strasburq – Tuluza
22:45. Olimpik (Lion) – Renn

La Liqa: “Barselona”dan “Osasuna” üzərində çətin qələbə

3 May 2026 at 00:50

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

“Vilyarreal” doğma meydanda “Levante”yə böyük hesabla qalib gəlib. “Valensiya” evdə “Atletiko”ya, “Alaves” “Atletik”ə məğlub olub. Səfərdə “Osasuna” ilə qarşılaşmış lider “Barselona” da turu qələbə ilə başa vurub və çempionluğa bir addım da yaxınlaşıb.

34-cü turun qalan görüşləri mayın 3-də və 4-də keçiriləcək.

İspaniya, La Liqa
34-cü tur
1 may

Jirona – Malyorka 0:1
Qol: Samu Kosta, 43.

2 may

Vilyarreal – Levante 5:1
Qollar: Mikautadze, 38; 68. Moleyro, 62. Buçanan, 87. Pepe, 90 – Espi, 51.

Valensiya – Atletiko 0:2
Qollar: Luke, 74. Kubo, 82.

Alaves – Atletik 2:4
Qollar: Blanko, 8. Tenalya, 68 – Navarro, 46. Sanset, 74. N.Uilyams, 83; 87.

Osasuna – Barselona 1:2
Qollar: R.Qarsiya, 88 – Levandovski, 81. F.Torres, 86.

3 may

16:00. Selta – Elçe
18:15. Xetafe – Rayo Valyekano
20:30. Betis – Real Ovyedo
23:00. Espanyol – Real

4 may

23:00. Sevilya – Real Sosyedad

A Seriyası: “Napoli” səfərdə, “Atalanta” evdə xal itirdi

3 May 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Komo” – “Napoli” və “Atalanta” – “Cenoa” matçlarında qapılara qol vurulmayıb. “Udineze” isə “Torino” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

35-ci turun qalan görüşləri mayın 3-də və 4-də keçiriləcək.

İtaliya, A Seriyası
35-ci tur
1 may

Piza – Leççe 1:2
Qollar: Leris, 56 – Banda, 52. Xeddira, 65.

2 may

Udineze – Torino 2:0
Qollar: Ehizibue, 45+1. Kristensen, 51.

Komo – Napoli 0:0

Atalanta – Cenoa 0:0

3 may

14:30. Bolonya – Kalyari
17:00. Sassuolo – Milan
20:00. Yuventus – Verona
22:45. İnter – Parma

4 may

20:30. Kremoneze – Latsio
22:45. Roma – Fiorentina

Premyer Liqa: “Arsenal”dan “Fulhem”ə 3 cavabsız qol

2 May 2026 at 23:40

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Vulverhempton” – “Sanderlend” matçında qalib müəyyənləşməyib. “Brentford” doğma meydanda “Vest Hem”ə, “Nyukasl” “Brayton”a, lider “Arsenal” da “Fulhem”ə 3 qolla qalib gəlib.

35-ci turun qalan görüşləri mayın 3-də və 4-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
35-ci tur
1 may

Lids – Börnli 3:1
Qollar: Stax, 8. Okafor, 52. Kalvert-Lyuin, 56 – Tçauna, 71.

2 may

Brentford – Vest Hem 3:0
Qollar: Mavropanos, 15-öz qapısına. İ.Tyaqo, 54-pen. Damsqor, 82.

Nyukasl – Brayton 3:1
Qollar: Osula, 12. Börn, 24. Barnes, 90+5 – Hinşelvud, 61.

Vulverhempton – Sanderlend 1:1
Qollar: Bueno, 54 – Mukiele, 17.

Arsenal – Fulhem 3:0
Qollar: Dyökereş, 9; 45+4. Saka, 40.

3 may

17:00. Bornmut – Kristal Pelas
18:30. Mançester Yunayted – Liverpul
22:00. Aston Villa – Tottenhem

4 may

18:00. Çelsi – Nottingem Forest
23:00. Everton – Mançester Siti

Bundesliqa: “Bayer” 4 qola sevindi, “Bayern” xal itirdi

2 May 2026 at 23:20

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Bayern” – “Haydenhaym” və “Hoffenhaym” – “Ştutqart” matçlarında qalib müəyyənləşməyib. Dörd qolluq “Union Berlin” – “Köln” görüşündə də heç-heçə qeydə alınıb. “Ayntraxt” evdə “Hamburq”a, “Verder” “Auqsburq”a məğlub olub. “Bayer” isə “Leypsiq”lə ev oyununda darmadağına sevinib.

32-ci turun qalan görüşləri sabah keçiriləcək.

Almaniya, Bundesliqa
32-ci tur
2 aprel

Bayern – Haydenhaym 3:3
Qollar: Qoretska, 44; 57. Olise, 90+10 – Zivzivadze, 22; 76. E.Dinkci, 31.

Hoffenhaym – Ştutqart 3:3
Qollar: Kramariç, 7; 49. B.Ture, 23 – Fuhrix, 20. Demiroviç, 64. T.Tomas, 90+5.

Union Berlin – Köln 2:2
Qollar: Rothe, 73. L.Burcu, 89 – Bulter, 33. El Mala, 61.

Ayntraxt – Hamburq 1:2
Qollar: C.Y.Uzun, 48 – Qronbaek, 51. F.Vyeyra, 59.

Verder – Auqsburq 1:3
Qollar: Şmid, 64 – Kade, 24; 45+3. Yakiç, 69.

Bayer – Leypsiq 4:1
Qollar: P.Şik, 25; 76; 89. Tella, 45 – Baumqartner, 80.

3 may

17:30. Sankt Pauli – Maynts
19:30. Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund)
21:30. Frayburq – Volfsburq

Super Liqa: “Qalatasaray” 4 qola üzüldü, “Fənər” sevindi

2 May 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Lider “Qalatasaray” səfərdə “Samsunspor”la qarşılaşıb və böyük hesabla uduzub. Halbuki, İstanbul təmsilçisi qalib gəlsəydi erkən çempionluğu təmin edəcəkdi.

Liderin əsas izləyicisi “Fənərbağça” isə bu turda “Başakşəhər”lə ev oyunundan inamlı qələbə ilə ayrılaraq aradakı xal fərqini azaldıb.

Üçüncü pillədə qərarlaşmış “Trabzonspor” da “Göztəpə” ilə ev oyunundan xal itkisi ilə ayrılıb.

32-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Türkiyə, Super Liqa
32-ci tur
1 may

Rizəspor – Konyaspor 3:2
Qollar: Laçi, 18. Mebude, 58. Auqusto, 65 – Jo, 16. Andzuana, 89.

Qaziantep – Beşiktaş 0:2
Qollar: Djalo, 7. Asllani, 22-pen.

2 may

Fənərbağça – Başakşəhər 3:1
Qollar: Taliska, 28; 57; 72 – Harit, 36.

Samsunspor – Qalatasaray 4:1
Qollar: Marius, 22; 71. Ndiaye, 57; 82 – Y.Akgün, 9.

Trabzonspor – Göztəpə 1:1
Qollar: U.Nayir, 90+3 – J.Santos, 32.

3 may

21:00. Antalyaspor – Alanyaspor
21:00. Karagümrük – Gənclərbirliyi
21:00. Kasımpaşa – Kocaelispor
21:00. Kayserispor – Eyüpspor

Xorxe Kaşkilya: “Hədəfimizə 99 faiz çatmışıq”

2 May 2026 at 22:30

“İmişli”nin baş məşqçisi Xorxe Kaşkilya Azərbaycan Premyer Liqasının 30-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “İmişli”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xorxe Kaşkilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Oyunun vacibliyini bilirdik. Qələbə bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Demək olar, Premyer Liqadakı yerimizi 99 faiz təmin etmişik. Debütant olmağımıza baxmayaraq, yaxşı xallar qazandıq. Bu, klub üçün tarixdir. Ümid edirəm ki, fanatlar da nəticədən razıdırlar. Oyuna gəlincə, rəqibin ikinci hissədə yüksək pressinq tətbiq edəcəyini bilirdik. Əks-hücumlardan fərqlənmək üçün şanslarımız var idi.

Hədəfə böyük ölçüdə çatsaq da, komandanı motivasiya etmək bundan sonra da çətin olmayacaq. Əksinə, onları motivasiya etmək daha asan olacaq. Futbolçuların üzərində təzyiq olanda bu iş daha çətin olur. Onlar artıq qarşıdakı matçlara yaxşı oyun üçün çıxacaqlar. Məqsəd hər oyunda xal qazanmaq, qalib gəlməkdir”.

Minifutbol millimizdən Bosniya üzərində 6 qolluq qələbə

2 May 2026 at 22:00

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Hertseq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirir.

Arena.az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində bu gün ilk yoxlama görüşünü keçirib.

Millimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Azərbaycan futbolçuları yekunda 6:1 hesablı qələbəyə seviniblər.

Xatırladaq ki, minifutbol millimiz təlim-məşq toplanışı çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. Belə ki, komandamız Monteneqro və Qazaxıstan yığma komandalarının iştirakı ilə keçiriləcək miniturnirdə qüvvəsini sınayacaq.

Demçenko: “Taleyimin necə olacağını bilmirəm”

2 May 2026 at 21:30

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 30-cu turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Andrey Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında futbolçularının istəksiz oynamasından şikayətlənib:

“İmişli” bu gün bizdən daha çox istəkli idi. Futbolu daha “ac” futbolçular oynamalıdırlar. İstəksiz futbol oynamırlar. Futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı. “İmişli” ona görə qələbə qazandı.

Futbolçularda nəyə görə istək yox idi? Çünki “ac” deyirlər. Futbolu qalib gəlmək istəyən oyunçular oynamalıdırlar”.

Ukraynalı mütəxəssis növbəti mövsümdə komandada qalmasının qeyri-müəyyən olduğunu da etiraf edib:

“Hazırda rəhbərliklə bu yöndə danışıqlar yoxdur. Ona görə də bu sual barədə nəsə deyə bilmərəm. Çünki öz taleyimin necə olacağını bilmirəm”.

“Araz-Naxçıvan” – “İmişli” 0:1 – Video

2 May 2026 at 21:00

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Araz-Naxçıvan” – “İmişli” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
30-cu tur
2 may

“Araz-Naxçıvan” – “İmişli” 0:1
Qol: Dioqo Kardozo, 18.
Sarı vərəqələr: Yav Mozes, 65 (qeyri-idman hərəkəti). Luis Silvestr, 71 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 18:30. “Sumqayıt Arena”, 100 tamaşaçı.

Baş hakim: Vüqar Həsənli.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Zöhrab Abbasov.
Dördüncü hakim: Emin Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k) (19. Bar Kohen, 69), 8. Coşqun Diniyev (24. Mustafa Əhmədzadə, 59), 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado (14. Ülvi İsgəndərov, 69), 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes (5. Slavik Alxasov, 85), 10. Felipe Santos, 70. Çarlz Boli (7. Hamidu Keyta, 59).
Ehtiyat oyunçular: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 77. Bruno Franko.
Baş məşqçi: Andrey Demçenko.

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov (10. Nikola Karaklaiç, 72), 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes (17. Ezekiel Morqan, 72), 23. Dioqo Rollo (70. Mehdi Tahirov, 16), 79. Dioqo Kardozo (97. Xəzər Mahmudov, 90+2), 7. Luis Silvestr (21. Abbas Ağazadə, 90+2).
Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

Premyer Liqa: “Araz” “İmişli”yə məğlub oldu

2 May 2026 at 20:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.

“Araz-Naxçıvan” burada “İmişli” ilə üz-üzə gəlib. “Sumqayıt Arena”da keçirilmiş matçın baş hakimi Vüqar Həsənli olub. Qonaqlar tək qolla 3 xal qazanıblar.

Premyer Liqa
30-cu tur
2 may

“Araz-Naxçıvan” – “İmişli” 0:1
Qol: Dioqo Kardozo, 18.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Sumqayıt Arena”, 18:30.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 24. Mustafa Əhmədzadə, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 23. Dioqo Rollo, 79. Dioqo Kardozo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 17. Ezekiel Morqan.
Baş məşqçi: Xorxe Kaskilya.

“Kəpəz” – “Sumqayıt” 2:1 – Video

2 May 2026 at 20:00

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Kəpəz” – “Sumqayıt” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Sarı vərəqələr: Ehtiram Şahverdiyev, 63 (qeyri-idman hərəkəti). Luis Paçu, 90+2 (qeyri-idman hərəkəti) – Kənan Feyziyev, 43 (qeyri-idman hərəkəti). Emil Mustafayev, 54 (qeyriidman hərəkəti).
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Saşa İliç, oyundan sonra (hakimin qərarına sərt formada etiraz etdiyi üçün).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 16:00. Yevlax şəhər stadionu, 500 tamaşaçı.

Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Müslüm Əliyev.
Dördüncü hakim: Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev (7. Ehtiram Şahverdiyev, 46), 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa (88. Şakir Seyidov, 33), 12. Mahamadu Ba, 14. Adama Fofana (6. Camal Cəfərov, 77), 4. Mate Abuladze, 10. Ryonosuke Ohori (17. Ümid Səmədov, 77).
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov.
Baş məşqçi: Azər Bağırov.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə (95. Nsana Simon, 76), 29. Emil Mustafayev (6. Sedrik Badolo, 61), 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (23. Ronaldo Vaskes, 76), 33. Danilo Beskorovaynı, 80. Keffel Resende (72. Rayan Senhadji, 11), 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç.

Kaşkilya: “Bu, klub üçün tarixdir”

2 May 2026 at 21:59

Misli Premyer Liqasının XXX turunun “Araz-Naxçıvan” – “İmişli” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Futbolçularımı təbrik edirəm. Oyunun vacibliyini bilirdik. Qələbə bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Demək olar, 99 faiz liqadakı yerimizi təmin etmişik. Yenidən komandamı təbrik edirəm. Debütant olmağımıza baxmayaraq, yaxşı xallar qazandıq. Bu, klub üçün tarixdir. Ümid edirəm ki, fanatlar da nəticədən razıdır. Oyuna gəlincə, rəqibin ikinci hissədə yüksək pressinq tətbiq edəcəyini bilirdik. Əks-hücumlardan fərqlənmək üçün şanslarımız var idi.

-Demək olar, hədəfə çatdınız. Növbəti oyunlara köklənmək çətin olmayacaq?

-Oyunçuları motivasiya etmək asan olacaq. Futbolçuların üzərində təzyiq olanda bu iş daha çətindir. Onlar artıq qarşıdakı matçlara yaxşı oyun üçün çıxacaqlar.

-Rollonun durumu necədir?

-Birinci gün dəqiq bilinəcək.

-“Şamaxı”nı keçmək şansınız var…

-Əlbəttə, məqsəd hər oyunda xal qazanmaq, qalib gəlməkdir.

Şahin Cəfərov 

“Rəqibdən nədəsə üstün olduğumuzu deyə bilmərik”

2 May 2026 at 21:00

Misli Premyer Liqasının XXX turunun “Araz-Naxçıvan” – “İmişli” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– “İmişli” bizdən daha istəkli idi. Qələbəyə “ac” futbolçular lazımdır – belə istəksiz oynamaq olmaz. Bu gün rəqibdən hansısa komponentdə üstün olduğumuzu deyə bilmərik. Alınmırsa, sona qədər döyüşmək lazımdır. “İmişli” daha çox mübarizə apardı və qələbə qazandı.

– Nə üçün futbolçular istəkli deyil?
– Çünki qələbəyə “ac” deyillər. Meydanda qalib gəlmək istəyənlər oynamalıdır.

– Komandada qalsanız, heyətin böyük hissəsini dəyişəcəksiniz?
– Hazırda bu haqda nəsə demək çətindir, çünki öz taleyim də hələ bəlli deyil.

Şahin Cəfərov

Super Liqaya vəsiqə qazanan ikinci komanda bilindi

2 May 2026 at 20:55

Türkiyə I Liqasında mövsümün əsas hissəsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu – XXXVIII turda “Iğdır”la heç-heçə edən (3:3) “Amedspor” Super Liqaya vəsiqə qazanıb. Diyarbakır təmsilçisi mövsümü 74 xalla 2-ci pillədə başa vurub.

Daha əvvəl “Ərzurumspor” Super Liqaya vəsiqə əldə edib. Elitaya yüksələcək üçüncü komanda pley-off matçlarından sonra müəyyənləşəcək.

 

Əvəzedicilər Liqası: autsayder yenə uduzdu

2 May 2026 at 20:36

Əvəzedicilər Liqasında XXIV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Qəbələ-2” “Araz-Naxçıvan-2″ni məğlub edib.

Əvəzedicilər Liqası
XXIV tur

2 may

“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 1:3
Qollar:
Nuran Muradlı, 8 – Rəvan Əsədov, 3. Paulo Kimbila, 61; 64.

Azərbaycan cüdoçusundan bürünc medal

2 May 2026 at 20:19

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, 26 yaşlı cüdoçu üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudini məğlub edib.

Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyib.

Azər Bağırov: “Onların istefa qışqırması önəmli deyil”

2 May 2026 at 19:30

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 30-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Qarşılaşma bizim üçün yaxşı başlaya bilərdi. Yenə epizodlardan yararlana bilmirik. Buraxdığımız qollar da kuryoz alınır. Uşaqlara təşəkkür edirəm ki, tez toparlandılar və oyunun sonunda əsl geridönüş etdilər. Xüsusi təşəkkürlər əsl azarkeşlərimizədir. Dırnaqarası bəzi azarkeşlər də var ki, komanda udanda da nəsə bəhanə axtarırlar, əziyyətə qiymət vermirlər. Futbolu bilən azarkeşlər anlayırlar ki, mən gələndə komanda hansı durumda idi. Böyük ölçüdə komandaya heç kimi cəlb edə bilmədim. 6 futbolçu transfer etmişəm. Bunların içində yeganə legioner Mate Abuladzedir. Gətirdiyim oyunçuların bəziləri 1-ci Liqa və Əvəzedicilər Liqasındandır. Onlara da təşəkkür edirəm ki, meydanda vuruşurlar. İnşallah, hər şey onlar üçün yaxşı olar. Kimlərin istefa qışqıracağı mənim üçün önəmli deyil.

Komandamızda ehtiyat oyunçular skamyası yoxdur. Kimsə zədələnəndə mövqeni birdən dəyişirik. Bunu əsl azarkeş görür. Dioqo Verdaska meydanda olmayanda 3-4 mövqe axsayır. Bunun üçün Mendeleyev olmaq lazım deyil. Sadəcə “Kəpəz”i qəlbən istəmək lazımdır.

Bütün rəqiblərə başağrısı olmuşuq. Futbolçulara tapşırıram ki, xırda səhvlər etməsək, qələbələr gələcək. Bizim kimi komandadan xırda səhvlər qola səbəb olur. İnanıram ki, hər şey daha yaxşı olacaq”.

Əvəzedicilər: “Qəbələ” “Araz”ı 3 qolla yendi

2 May 2026 at 19:00

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 24-cü turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Araz-Naxçıvan-2” – “Qəbələ-2” görüşündə qonaqlar inamlı qələbəyə seviniblər.

Əvəzedicilər Liqası
24-cü tur
30 aprel

“Sumqayıt-2” – “Neftçi-2” 2:1
Qollar: Elgün İsaqov, 7. Əjdər Hacılı, 68 – Fariz Xeyrullayev, 70.
Hakimlər: Fəridə Lütfəliyeva, Safalı Ağayev, Cavid Ömərov, İrşad Aydınov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Şamaxı-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Enar Ağalarov, 34 – Taleh Həsənov, 32. İsmayıl İsmayılov, 90+1. Elçin Qasımov, 90+3.
Hakimlər: Xəlil Xəlilov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Samir Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu, 16:00.

1 may

“Qarabağ-2” – “Zirə-2” 5:1
Qollar: Nicat Xasıyev, 6. Abbas Hüseynov, 49. Elvin Cəfərquliyev, 73-pen. Bəhruz Qurbanlı, 80. Mehdi Mütəllimli, 90+1 – Murad Ələkbərov, 53.
Hakimlər: Niyaz Əhmədov, Mirnihad Seyidov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 12:00.

“Sabah-2” – “Kəpəz-2” 3:1
Qollar: Nihat Cabbarov, 45+2. Ramil Nuraxmedov, 57; 90+2 – Şahnur İsmayılov, 32.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Əkbər Əliyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Bayıl Arena”, 16:00.

2 may

“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 1:3
Qollar: Nuran Muradlı, 8 – Rəvan Əsədov, 3. Paulo Kimbila, 61; 64.
Hakimlər: Nazim Abdullayev, Asif Abdullayev, Tural Bayramov, Samir Musayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 16:00.

Kaplanoviç: “Kəpəz”lə matçın hakiminin gəncəli olması gülməlidir”

2 May 2026 at 18:30

“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Sumqayıt”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç bu oyunda qırmızı vərəqə aldığı üçün mətbuat konfransında iştirak etməyib. Əvəzində onun köməkçisi Kaplanoviç jurnalistlər önünə çıxıb:

“Oyun barədə danışmaq istəmirəm. Rəqibi təbrik edirəm. Hakimdən danışmalıyam. Nəyə görə penalti verildiyini başa düşmədim. Aydındır ki, turnir cədvəlində rahat yerdəyik. Amma yenə də bizə qarşı belə hərəkəti anlaya bilmirəm. Hər dəfə “Sumqayıt”ın oyununda belə hallar olur. Hər dəfə qırmızı vərəqə… Saşa İliç bir neçə dəfə qırmızı vərəqə alıb. Mənim özümə də verilib. Başa düşmürəm ki, bu, nə ilə bağlıdır. Top bədəndən ələ dəyib. Belə penaltini başa düşə bilmirəm. Bu, birinci dəfə deyil. Belə şeylərə görə xallar itiririk. Bir az həyəcanlıyam, hisslərimə hakim ola bilmirəm. Amma belə olmaz.

İkinci penalti təmiz idi. Buna nəsə demirəm. Bəli, səhv etdik. Bunu təhlil edəcəyik. Bizim üçün problemli məsələ birinci penaltidir. Hər dəfə “Sumqayıt”a qarşı belə halların niyə baş verməsini başa düşmürəm. Baş məşqçi Saşa İliç hakimə heç nə demədi. Amma birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı.

Oyunun baş hakiminin əslən gəncəli olması gülməlidir. Məncə, haqsızlıqdır. Hər şeydən əvvəl peşəkar olmaq lazımdır. Gənc oyunçunu da fikirləşmək lazımdır. 18 yaşlı futbolçu belə haqsızlıqla qarşılaşırsa, onun gələcəyinə təsir edə bilər”.

“Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinin açılış mərasimi keçirildi

2 May 2026 at 19:35

17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov ölkəmizdə beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini vurğulayıb. O, turnirinin əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar və qonaqlara Bakıda xoş istirahətlər arzulayıb.

“Heydər Əliyev kuboku-2026”nın supervayzeri Pavlo Vasilinçuk (Ukrayna) Təşkilat Komitəsinə minnətdarlığını bildirib, gərgin döyüşlərin olacağına inam ifadə edib.

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır.

185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.

“Dırnaqarası fanatlar var, bəhanə axtarırlar ki, Azəri “vursunlar”

2 May 2026 at 19:27

Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Maraqlı oyun alındı. Matç bizim üçün yaxşı başlaya bilərdi, amma qol vura bilmədik. Kuryoz qollar buraxırıq. Uşaqların hər birinə təşəkkür edirəm ki, toparlandılar və geridönüş etdilər. Fanatlarımıza sağ ol deyirəm – daim bizim yanımızdadırlar. Dırnaqarası azarkeşlərimiz də var ki, qələbə qazananda belə min bir bəhanə axtarırlar. Əziyyətə dəyər verilmir.

– Söhbət var idi ki, məğlub olsaydınız, istefa şüarları səslənəcəkdi…
– Xeyr. Əsl “Kəpəz” azarkeşləri bilir ki, Azər Bağırov hansı vəziyyətdə komandanı götürüb. Xal yox idi, legioner çatışmazlığı yaşayırdıq. Cəmi bir əcnəbi transfer etdik, Cefferson da Azərin səhvinə görə getməyib. Gənc oyunçularla yolumuza davam etdik. Hansısa fanatın “istefa” qışqırması mənim üçün önəmli deyil.

– Ardıcıl 4 məğlubiyyətə səbəb nə idi?
– Komandamızın ehtiyat qüvvəsi yoxdur. Bir oyunçu zədələndə eyni anda üç mövqeni dəyişməli oluruq. Bu işləri əsl azarkeşlər görür. Amma dırnaqarası fanatlar var, bəhanə axtarırlar ki, Azəri “vursunlar”.

– Sonuncu olmayacağınız dəqiqləşdi. İndi qarşıda pley-offa düşməmək lazımdır…
– Liqada qarşılaşdığımız komandalara “başağrısı” olmuşuq. Turnir cədvəlində kimin hansı yerdə olmasına baxmırıq. Cüzi səhvlərdən qol buraxmasaq, qələbələrimiz də gələcək. İnanıram ki, azarkeşlərin dəstəyi ilə daha yaxşı olacağıq.

– Buraxdığınız qola bəxtsizlik, ya qapıçı səhvi demək olar?
– Rikoşet oldu, amma vacib məqam bu gün Yusifin qapıda olması və futbolçulara inam verməsidir. O, bəzi anlarda səhvləri siğortalayır.

– Rəqib həmkarınız ilk qolunuzda penalti olmadığını dedi. Siz nə düşünürsünüz?
– Əksini desək, düzgün olmaz. Çempionlar Liqasına baxsaq və ordakı penaltilərə nəzər yetirsək, çox suala özümüz cavab tapacağıq.

Şahin Cəfərov

“Sumqayıt”ın məşqçisi: “Həyəcanlıyam, əsəblərimə hakim ola bilmirəm”

2 May 2026 at 19:14

Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra qonaq komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Bu gün oyundan yox, hakimdən danışmaq lazımdır, ancaq istəmirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Amma penaltinin nə üçün verildiyini anlamadım. Düzdür, liqada yerimizi təmin etmişik, amma bizə qarşı verilən qərarları başa düşmürəm. Hər dəfə bizə – məşqçilərə qırmızı vərəqə verilir. Anlamıram nə üçün bunlar baş verir. Top bədənə dəyir, sonra ələ, amma penalti verilir. Bizə qarşı artıq neçənci dəfədir bu cür qərarlar verilir. Həyəcanlıyam, əsəblərimə hakim ola bilmirəm. Belə də olmaz… Niyə bizə gələndə qaydalar fərqli olur?

– İkinci penaltidə müdafiəçiniz Danilonun kobud səhvi oldu. Bunu necə şərh edərdiniz?
– Bu epizod penaltidir, bəli, səhv etdik. Saşa İliçi tez-tez cəzalandırırlar, bu gün nəsə demədi axı, nə üçün sərt qərar verilir?

– Rüstəm əvəzlənəndə narazı idi və birbaşa paltardəyişmə otağına yollandı. Onu cəzalandıracaqsınız?
– Bunu mən də başa düşmədim. Sevinməlidir ki, meydana çıxıb. Mənim üçün bu, qeyri-peşəkar hərəkətdir. Hər kəs komandaya faydalı olmağa çalışmalıdır. Futbol fərdi oyun deyil.

– İki komanda da fərqli məkanda oynayır. Amma matçın baş hakimi səhv etmirəmsə, əslən gəncəlidir. Bunu nə dərəcə doğru hesab edirsiniz? Həm də “Kəpəz”in sabiq futbolçusu olub…
– Bu, hamı üçün gülməlidir. Haqsızlıqdır, peşəkar olmaq lazımdır. Belə oyunlara ciddi yanaşılmalıdır. Gənc oyunçuları da fikirləşməyə ehtiyac var.

– Təyinatlar açıqlananda baxırsınız?
– Təhlil etmirik. Biz oyunçuların analizlərinə üstünlük veririk. Hakimlər barədə danışmaq bizim işimiz deyil. Bizim üçün referilərin fərqi yoxdur.

– Hakimliklə bağlı AFFA-ya şikayətiniz olacaq?
– Klub olaraq, heç vaxt hakimliklə bağlı geniş etirazımız olmayıb. Həmişə “hakim də insandır, səhv edər” aspekti ilə yanaşmışıq. Ancaq bu hallar təkrarlananda artıq təbii vəziyyətdən çıxır. Səsimiz çıxmadıqca, belə fikir formalaşır ki, bizi əzmək olar. Bugünkü oyunla bağlı da etirazımız olacaq. (“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev)

Şahin Cəfərov

Premyer Liqa: “Sumqayıt” “Kəpəz”ə Yevlaxda uduzdu

2 May 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Kəpəz” “Sumqayıt”ı sınağa çəkib.

Yevlax şəhər stadionunda keçirilmiş oyunu Əli Əliyev idarə edib. Üç qolun qeydə alındığı görüş Gəncə təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb.

Premyer Liqa
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yevlax şəhər stadionu, 16:00.

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov.
Baş məşqçi: Azər Bağırov.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynı, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes, 95. Nsana Simon.
Baş məşqçi: Saşa İliç.

Rəşid Məmmədəliyev “Böyük Dəbilqə”də 3-cü oldu

2 May 2026 at 17:30

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Tacikistanda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançımız bu gün üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Rəşid Məmmədəliyev yarışda üçüncü yeri tutub.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər.

“Böyük Dəbilqə” mayın 3-də başa çatacaq. Sabah +100 kq çəki dərəcəsində mübarizə aparan millimizin digər üzvləri Uşanqi Kokauri ilə Camal Qamzatxanov da mübarizəyə qoşulacaqlar. 1/8 finaldan mübarizəyə qoşulacaq Kokauri Mohammadpuria Banaeyan Tolki (İran), Qamzatxanov isə Yovan Pekoviçlə (Monteneqro) qarşılaşacaq.

ABL: “Sabah”dan final seriyasında 2-ci qələbə!

2 May 2026 at 17:00

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün qalibini müəyyənləşdirəcək final seriyası davam edir.

Arena.az xəbər verir ki, bu gün “Sabah” və “Abşeron Lions” komandaları arasındakı final seriyasının ikinci oyunu keçirilib.

Bakı İdman Sarayında baş tutmuş oyun yenə “Sabah” basketbolçularının üstünlüyü şəraitində keçib. Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda bu dəfə də “Abşeron Lions”dan üstün olub. Qarşılaşma 112:84 hesabı ilə “bayquşlar”ın xeyrinə bitib. Nəticədə bu komanda super seriyada ümumi hesabı 2:0 edib.

Final seriyasının üçüncü oyunu mayın 5-də baş tutacaq. Qarşılaşmaya saat 19:00-da start veriləcək.

Qeyd edək ki, ABL-in 2025/2026-cı illər mövsümünün reqlamentinə əsasən, final seriyasında ən tez üç qələbə qazanmış komanda Azərbaycan çempionu olacaq.

Azərbaycan Basketbol Liqasının sonuncu qalibi məhz “Sabah” komandasıdır.

“Araz-Naxçıvan” – “İmişli”: heyətlər bilindi

2 May 2026 at 17:38

“Araz-Naxçıvan” Misli Premyer Liqasının XXX turunda bu gün “İmişli”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 34. Urfan Abbasov (k), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro , 23. Nuno Rodriqes, 10. Felipe Santos, 70. Şarl Boli

Ehtiyat oyunçular: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 24. Mustafa Əhmədzadə, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen

Baş məşqçi: Andrey Demçenko

“İmişli”: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 94. Rafael Vieqaş, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Mozes, 23. Dioqo Rollo, 79. Dioqo Kardozu, 7. Luis Silvestr

Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 17. Ezekiel Morqan

Baş məşqçi: Jorj Kaşkilya

Tarixlərində ikinci dəfə ölkə kubokunu qazandılar

2 May 2026 at 17:10

Avstriya Kubokunun qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə LASK və “Altax” komandaları üz-üzə gəlib. Görüş LASK-ın 4:2 hesablı qələbəsiylə başa çatıb.

Sözügedən komanda tarixində ikinci dəfə ölkə kubokunun qalibi olub. LASK daha əvvəl 1965-ci ildə bu titula yiyələnmişdi.

“Çelsi”nin hücumçusu “Barselona”nın hədəfində

2 May 2026 at 16:50

“Çelsi”nin futbolçusu Joao Pedro karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” braziliyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Kataloniya klubu Pedronu müqaviləsi yayda bitəcək Robert Levandovskiyə əvəzləyici kimi görür.

24 yaşlı hücumçu bu mövsüm 32 oyunda 14 qol vurub.

Dani Karvaxal yenə zədələndi

2 May 2026 at 16:00

Futbol üzrə İspaniya yığmasının keçmiş sağ cinah müdafiəçisi, Madrid “Real”ının kapitanı Dani Karvaxal yenidən zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belə ki, klub Karvaxalın sağlamlıq vəziyyətini açıqlayıb. Aparılan tibbi müayinələrin nəticələrinə əsasən, 34 yaşlı cinah müdafiəçisinin ayaq barmağında sınıq aşkarlanıb.

Xatırladaq ki, Karvaxal ötən ilin oktyabr ayının sonundan yanvar ayınadək diz nahiyəsindəki zədə səbəbindən 12 görüşü buraxmaq məcburiyyətində qalıb. Komandanın kapitanı bundan əvvəl isə sentyabrdan oktyabr ayınadək əzələ zədəsindən əziyyət çəkmişdi. Ümumiyyətlə, ispan futbolçu son illərdə tez-tez zədə alması və əməliyyata məruz qalması ilə gündəmə gəlir.

Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Təcrübəli futbolçunun bu klubla cari müqaviləsinin müddəti 2026-ci ilin iyun ayının sonuna qədərdir.

Cari mövsümdə Karvaxal “Real” üçün 20 oyun keçirib. Daninin “Real” karyerası ümumilikdə 448 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 52 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Antoni Neymar haqda: “Xalis istedaddır”

2 May 2026 at 15:00

“Betis”in braziliyalı cinah hücumçusu Antoni həmvətəni, “Santos”un ulduz kapitanı Neymar haqda qənaətini açıqlayıb.

Arena.az Antoninin müvafiq fikrini təqdim edir:

“Mənim üçün Neymar – gördüyüm ən istedadlı oyunçudur. Onunla milli komandamızda uzun müddət olmuşam və deyə bilərəm ki, bu, xalis istedaddır. Onun malik olduğu səlislik təəssürat doğurur”, deyə Antoni vurğulayıb.

Xatırladaq ki, Neymar “Santos”un məzunudur. Hücumçu 2009-2013-cü illərdə məhz “balıqlar”ın əsas komandasında çıxış edib. “Santos”un veteran hücumçu ilə müqaviləsinin müddəti 2026-cı ilin sonunadək nəzərdə tutulub.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış “Ney” cari mövsümdə “balıqlar” üçün 11 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Braziiliyalı futbolçunun “Santos”da çıxışının ümümi mənzərəsi 264 oyun, 151 qol və 73 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2010-cu ilin avqust ayında debüt etdiyi Braziliya millisinin heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib. “Ney” “selesao” ilə FIFA Konfederasiyalar Kubokunu (2013) və Olimpiya Oyunlarını (2016) qazanıb.

Braziliyalı futbolçu karyerası ərzində İspaniyada “Barselona”nın, Fransada PSJ-nin, Səudiyyə Ərəbistanında “Əl-Hilal”ın da formasını geyinib.

“Transfermarkt” internet-portalı 34 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

“Sabah” ikinci oyunu da qazandı

2 May 2026 at 16:18

“Sabah” Azərbaycan Basketbol Liqasının final seriyasında ikinci qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” növbəti dəfə “Abşeron Lions”u məğlub edib – 112:84.

İlk görüşdə də “Sabah” rəqibini üstələyib – 98:93.

Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Endriklə bağlı qərar verildi

2 May 2026 at 15:29

“Real” Fransanın “Lion” klubunda icarədə olan Endriklə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı hücumçunun transfer hüquqlarını satmayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Real” Endrikin yeni mövsümdə komandanın əsas oyunçularından biri olacağına inanır.

Braziliyalı futbolçu “Lion”da 21 oyunda 7 qol vurub, 7 məhsuldar ötürmə edib.

“Real”da itki

2 May 2026 at 15:12

“Real” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Dani Karvahal zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyalı cinah oyunçusu iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Karvahal bu mövsüm La Liqada 14 oyuna çıxıb.

“Kəpəz” – “Sumqayıt”: heyətlər açıqlandı

2 May 2026 at 14:54

“Kəpəz” Misli Premyer Liqasının XXX turunda bu gün “Sumqayıt”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov
Baş məşqçi: Azər Bağırov

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynıy, 80. Keffel Resende, 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskez, 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç

Xulian Alvares “Arsenal”a qarşı oynaya biləcək?

2 May 2026 at 14:00

“Atletiko”nun hücumçusu Xulian Alvares Çempionlar Liqasının yarımfinalında “Arsenal”a qarşı cavab oyununda iştirak edə biləcək.

Arena.az xatırladır ki, argentinalı futbolçu İngiltərə təmsilçisinə qarşı “Metropolitano”da keçirilmiş ilk oyunda (1:1) zədələnərək, ikinci hissədə əvəzlənmişdi.

Lakin Alvaresi zədəsinin ciddi olmadığı məlum olub. Vurğulanır ki, argentinalı hücumçu mayın 5-də “Emireyts”də “Arsenal”a qarşı keçiriləcək cavab oyununda “döşəkçilər”ə kömək edə biləcək.

Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvaresin “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.

Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 105 oyunda 49 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.

Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 51 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğin qiymətləndirir.

Portuqaliyalı hücumçu PSJ-dən ayrılmaq istəyir

2 May 2026 at 14:30

Portuqaliyalı hücumçu Qonçalo Ramoş mövsümün sonunda PSJ-dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Forvard oyun praktikasının azlığından narazıdır və klubunu dəyişmək niyyətindədir.

Ramoşla İngiltərə və İtaliya klubları yaxından maraqlanır.

Forvard bu mövsüm 41 oyunda 12 qol vurub.

“Yuventus” ingiltərəli futbolçu ilə maraqlanır

2 May 2026 at 14:15

“Marsel”in futbolçusu Meyson Qrivund karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” ingiltərəli hücumçunun xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Turin klubu yayda futbolçunun transferi üçün danışıqlara başlayacaq.

Qrinvud bu mövsüm 42 oyunda 25 qol vurub, 10 məhsuldar ötürmə edib.

Mouriyno Arbeloanı əvəz edir? – AÇIQLAMA

2 May 2026 at 13:50

“Real”ın baş məşqçisi Alvaro Arbeloa açıqlama verib.

Futbolpress.az “sport.es” saytına istinadən xəbər verir ki, mütəxəssis Joze Mourinyonun onu əvəzləyəcəyi haqqında çıxan məlumatlara münasibət bildirib:

“Bütün diqqətim növbəti oyundadır. Mühüm olan “Real”dır. Sualların yaranması normaldır, başa düşürəm. Ancaq indi öz karyeram haqda nəsə deyə bilmərəm. Hər oyun mənim üçün önəmlidir”.

İspaniya mətbuatı Arbeloa ilə yolların ayrılacağını və bu posta Mourinyonun gətiriləcəyini iddia edib.

“Real” La Liqada 74 xalla ikinci sıradadır və lider “Barselona”dan 9 xal geri qalır.

Yevlaxda kimin seriyası pozulacaq?

2 May 2026 at 13:31

“Kəpəz” Misli Premyer Liqasının XXX turunda bu gün “Sumqayıt”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv çempionatda son 4 oyunu uduzub. “Qarabağ”a qalib gələndən sonra “qara zolağ”a düşən gəncəlilər “Sumqayıt”la matçda uğursuz seriyanı sonlandırmaq istəyir.

Komandalar arasında bu mövsüm baş tutan iki oyunda da 3:0 hesablı nəticə qeydə alınıb. Tərəflər hərəyə bir dəfə üç xala sevinib.

Ümumiyyətlə, “Kəpəz” ilə “Sumqayıt” arasında keçirilən son 5 matçda komandalar hərəyə iki dəfə qələbə qazanıb. Bir görüşdə isə qalib müəyyənləşməyib.

Bu gün, Yevlax şəhər stadionunda baş tutacaq matça saat 16:00-da start veriləcək.

“Qalatasaray” çempionluğunu rəsmiləşdirə bilər

2 May 2026 at 13:17

“Qalatasaray” bu gün Super Liqada XXXII turda “Samsunspor”un qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, “cim-bom” matçda qələbə qazanacağı halda, sona iki tur qalmış çempionluğunu rəsmiləşdirəcək. Görüş saat 21:00-da başlayacaq.

“Qalatasaray” 74 xalla çempionatda birinci sıradadır. İkinci “Fənərbağça”nın isə 67 xalı var.

Finalda ikinci duel

2 May 2026 at 12:51

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, “Sabah” və “Abşeron Lions” komandaları ikinci görüşdə üz-üzə gələcək. Matça saat 14:00-da start veriləcək.

Komandaların birinci duelində “Sabah” qalib gəlib – 98:93.

Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

“Məğlub olanlar ağlamalıdır, biz yox”

2 May 2026 at 12:39

“Tottenhem”in baş məşqçisi Roberto de Zerbi açıqlama verib.

Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis komandada neqativ fikirlərin olduğunu deyib:

“Əsas mübarizəmiz özümüzlədir. İçimizdəki səsi susdurmalıyıq. Oynamalı, döyüşməliyik. Hamımız ağlayırıq, sanki liqanı tərk etmişik. Mübarizə davam edir, hələ heç nə bitməyib. İlk növbədə komandadakı neqativ fikirləri atmalıyıq. Çətin günlərdən keçirik. Məğlub olanlar ağlamalıdır, biz yox. Çünki hələ liqadan düşməmişik”.

“Tottenhem” 34 xalla sona 4 tur qalmış 18-ci sıradadır.

Halk “Atletiko Mineyro”dan ayrıldı – Rəsmi

2 May 2026 at 13:00

Braziliyanın “Atletiko Mineyro” klubu 39 yaşlı hücumçusu və kapitanı Halk ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Arena.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Təcrübəli futbolçunun yaxın vaxtlarda “Fluminense” ilə müqavilə imzalaması gözlənilir.

Halk 2021-ci ilin fevral ayından “Atletiko Mineyro”nun uğurları üçün çalışırdı. Təcrübəli forvard bu komandanın heyətində bütövlükdə 309 oyun keçirib, 140 qol vurub, 56 məhsuldar ötürmə verib.

Braziliyalı hücumçu daha öncə “Portu”, “Zenit”, “Tokio Verdi”, “Konsadole Sapporo”, “Şanxay”, “Kavasaki Frontale”, “Vitoriya” (Salvador) kimi klubların da formasını geyinib.

Halk 2009-cu ilin noyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 49 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermakt” intenet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

“Venesiya” qayıtdı, “Piza” və “Verona” elitanı tərk etdilər

2 May 2026 at 12:00

İtaliya B Seriyasında mübarizə aparan “Venesiya” komandası 2026/2027-ci illər mövsümündən A Seriyasında çıxış edəcək.

Arena.az xəbər verir ki, sözügedən komanda bunu B Seriyasının 2025/2026-cı illər mövsümünün 37-ci turunda səfərdə “Spetsiya” ilə heç-heçə etməklə bacarıb.

Hazırda 79 xalı olan venesiyalılar sona 1 tur qalmış 3-cü yerdəki “Montsa”nı 4 xal qabaqlayıb və elitaya vəsiqəni təmin edib. İkinci yerdə 78 xala malik “Frozinone” qərarlaşıb. “Palermo” isə 72 xalla dördüncüdür.

Xatırladaq ki, “Venesiya” sonuncu dəfə 2021/2022-ci illər mövsümündə A Seriyasında yarışıb.

Cari mövsümün sonunda A seriyasını tərk edəcək 2 komandanın adına da aydınlıq gəlib. Bunlar “Piza” və “Verona”dır.

“Piza” 35-ci turda “Leççe”yə 1:2 hesabı ilə məğlub olaraq, 17-ci yerə yüksəlmək şanslarını itirib. Bu, onların 1990/1991-ci illər mövsümündən bəri yüksək liqada ilk ili idi.

Həmçinin “Verona”nın da “Leççe”ni keçə bilməyəcəyi dəqiqləşib. Onlar 2019-cu ildən bəri A Seriyasında oynayırdılar.

Luçano Spalletti – A Seriyasında aprelin ən yaxşısı!

2 May 2026 at 11:00

“Yuventus”un baş məşqçisi, italiyalı futbol mütəxəssisi Luçano Spalletti A Seriyasında aprel ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

“Yuventus” aprel ayında keçirdiyi 4 oyunun üçündən qalib ayrılıb, birində heç-heçə edib. Spallettinin komandası “Cenoa” (2:0), “Atalanta” (1:0) və “Bolonya” (2:0) ilə görüşlərdən 3, “Milan”la matçdan (0:0) 1 xalla ayrılıb.

Spalletti cari mövsümdə ilk, karyerasında isə 5-ci dəfə bu mükafata layiq görülüb. O, 2021-ci ilin sentyabr, 2022-ci ilin fevral və oktyabr, həmçinin 2023-cü ilin yanvar aylarında da oxşar uğura imza atmışdı. Spalletti həm də rekordçu (beşqat qalib) olan Simone İnzaqiyə çatıb.

A Seriyasının cari mövsümündəki ilk mükafatı “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı. O, avqustun ən yaxşısı seçilmişdi. Sentyabrda və noyabrda Massimiliano Alleqri (“Milan”), oktyabrda Can Pyero Qasperini (“Roma”), dekabrda və bu ilin yanvarında Kristian Kivu (“İnter”), fevralda Raffaele Palladino (“Atalanta”), martda Sesk Fabreqas (“Komo”) fərqlənmişdi.

Xatırladaq ki, Luçano Spalletti ötən ilin oktyabr ayından “Yuventus”a rəhbərlik edir. İtaliyalı mütəxəssis bu komandanı indiyə qədər 34 oyuna çıxarıb, 19 qələbə, 9 heç-heçə və 6 məğlubiyyət görüb. Turin təmsilçisi A Seriyasının cari mövsümündə 34 turdan sonra 64 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Spalletti məşqçilik karyerası ərzində “Empoli”, “Sampdoriya”, “Venesiya”, “Udineze”, “Ankona”, “Roma”, “Zenit”, “İnter” və “Napoli”yə də rəhbərlik edib. O, “Napoli”yə 1990-cı ildən bəri ilk dəfə olaraq İtaliya çempionluğunu qazandırıb. “Yuventus”dan öncə isə Spalletti İtaliya milli komandasının baş məşqçisi olub.

“Dostluq Kuboku” minifutbol turniri keçirildi

2 May 2026 at 12:16

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-11 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri təşkil olunub.

Futbolpress.az xəbər verir ki, turnirin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzini və fiziki fəallığı təşviq etməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, eləcə də yeni dostluqların qurulmasına şərait yaratmaqdır.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərində yerləşən uşaq evlərinin komandaları iştirak ediblər.

Yarışda komandalar “Zəfər”, “Şahinlər”, “Birlik”, “Kəpəz”, “Xan” və “Qala” adları altında güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub.

Tədbirdə iştirak edən Leyla Əliyeva oyunları izləyib, komandaları dəstəkləyib, uşaqlarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdirib. Leyla Əliyeva iştirakçılara uğurlar arzulayaraq, bu cür təşəbbüslərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Turnirin yekununda qalib komandalar diplom, medal və kubokla təltif olunublar. İkinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıblar.

Tədbirin sonunda tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir göstərdiyini, onların özünəinamının və sosial əlaqələrinin güclənməsinə töhfə verdiyini bildiriblər. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turniri ötən ildən etibarən ənənəvi xarakter alıb. Bu il keçirilən yarış da həmin təşəbbüsün uğurlu davamı kimi təşkil olunub.

Arda mükafat qazandı

2 May 2026 at 11:56

“Real”da aprel ayının ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, türkiyəli yarımmüdafiəçi Arda Gülerdir. O, səsvermədə Vinisius Junior, Federiko Valverde, Antonio Rüdiger və Cud Bellingemi qabaqlayıb.

Arda ötən ay 5 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Arteta çempionluq yarışından danışdı

2 May 2026 at 11:37

“Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis Premyer Liqada çempionluq yarışından danışıb:

“Qarşıda dörd oyun var və şanslarımız davam edir. Çempionluq üçün istənilən çətin vəziyyətin öhdəsindən gəlməyi bacarmalısan. Mübarizəmizi davam etdiririk. Mövsümü titulla başa vurmaq istəyirik”.

“Arsenal” 34 turdan sonra 73 xalla birinci sıradadı. Ehtiyatda bir oyunu olan “Mançester Siti” isə 70 xalla ikincidir.

Reşforda daha bir müştəri

2 May 2026 at 11:22

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan, icarə əsasında “Barselona”da çıxış edən Markus Reşforda daha bir “elçi” çıxıb.

Futbolpress.az xəbər verir ki, “Aston Villa”dan sonra “Tottenhem” də oyunçunu heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. London klubu Premyer Liqada qalacağı halda, transferdə əsas hədəfi Reşford olacaq.

İngiltərəli futbolçu bu mövsüm 45 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə edib.

“Tottenhem” Premyer Liqada 34 turdan sonra 34 xalla 14-cü sıradadır.

“Messi ilə heç vaxt problemim olmayıb”

2 May 2026 at 10:47

PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis Paris klubunda çalışdığı dövrdə Lionel Messi ilə probleminin olmadığını bildirib:

“PSJ kimi klubda verdiyiniz hər qərar müzakirə olunur. Yadımdadır, bir dəfə Messini oyunun gedişində əvəzləmişdim. Çünki həkimlər onun dizində problem olduğunu və çox oynamağın risk yaradacağını demişdi. Lakin matçdan sonra dedilər ki, “Qvardiola olsa, Messini əvəzləməzdi”. Ancaq situasiyanı tam başa düşmürdülər. Messi ilə heç vaxt problemim olmayıb”.

Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib.

Xoni Montiel üçün mövsüm bitdi

2 May 2026 at 10:00

Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Neftçi” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Xoni Montiel əməliyyat olunub.

Arena.az xəbər verir ki, ayaq barmağı sınan və ötən gün əməliyyat olunan ispaniyalı yarımmüdafiəçi ən azı 1 ay meydana çıxa bilməyəcək.

Bu isə Montiel üçün mövsümün erkən bitməsi deməkdir.

Xatırladaq ki, Montiel “Neftçi” ilə matçın 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud oyunundan sonra zədələnmişdi. O, əvəzləndikdən dərhal sonra birbaşa xəstəxanaya aparılmışdı.

Xoni Montiel 2025-ci ilin avqust ayında İspaniyanın “Rayo Valyekano” klubundan azad agent kimi ayrıldıqdan sonra “Qarabağ”a keçib. 27 yaşlı ispan futbolçunun Ağdam klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, Azərbaycan klubunun heyətində 25 oyuna çıxıb, 5 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

Montiel daha öncə “Rayo Valyekano”, “Toledo”, “Deportivo”, “Real Ovyedo”, “Levante”, “Valyadolid” və “Burxos” kimi klubların da şərəfini qoruyub. İspan yarımmüdafiəçi ölkəsinin U-17, U-18 və U-19 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

PSJ liqa oyununa 19 yaşlı qapıçı ilə çıxa bilər

2 May 2026 at 10:32

PSJ-nin qapıçısı Matvey Safonov Liqa 1-də “Loryan”la matçı buraxa bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb. Rusiyalı qapıçının yüngül zədəsi var və oyunda iştirakı sual altındadır.

PSJ-də ehtiyat qolkiper Luka Şevalyenin də zədəsi var. Paris klubu hər iki qolkiperinin yoxluğunda 19 yaşlı Renato Marinə şans verməyi düşünür. Marin bu mövsüm cəmi bir oyunda meydana çıxıb.

Bu gün keçiriləcək PSJ – “Loryan” oyununa saat 19:00-da start veriləcək.

A Seriyasına yüksələn birinci komanda bilindi

2 May 2026 at 10:15

İtaliya A Seriyasına vəsiqə qazanan birinci komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, B Seriyasında XXXVII turda “Spetsiya” ilə heç-heçə (2:2) edən “Venetsiya” elitaya vəsiqəni təmin edib.

Komanda çempionatda sona bir tur qalmış 79 xalla liderdir.

Levandovskinin yeni klubu

2 May 2026 at 09:50

“Barselona”nın futbolçusu Robert Levandovski karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. 37 yaşlı hücumçunun “Yuventus”la razılığa gəldiyi bildirilib. Keçidin mövsümün sonunda rəsmiləşəcəyi qeyd olunub.

Levandovskinin “Barselona” ilə müqaviləsi yayda başa çatır. O, bu mövsüm La Liqada 26 oyunda 12 qol vurub.

Bu iki klubun elitanı tərk edəcəyi dəqiqləşdi

2 May 2026 at 09:30

İtaliya A Seriyasını tərk edən iki komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, XXXV turda “Leççe”nin “Piza”nı məğlub etməsiylə (2:1) “Piza” və “Verona”nın liqada qalmaq şansları bitib.

“Piza” 18 xalla turnir cədvəlində 20-ci sıradadır. “Verona isə 19 xalla 19-cudur. 17-ci pillədə yer alan “Leççe”nin aktivində 32 xal var.

Levandovski “Yuventus”a keçir

2 May 2026 at 11:00
“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını İtaliyada davam etdirə bilər. Msport.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. “Yuventus” […]

Source

❌
❌