Luis Qarsiya Plaza – “Sevilya”nın yeni baş məşqçisi!
İspaniyalı futbol mütəxəssisi Luis Qarsiya Plaza La Liqada mübarizə aparan “Sevilya” komandasının baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
53 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Plazanın mövsümün qalan hissəsi üçün əsas hədəfi komandanın La Liqada qalmasını təmin etməkdir.
Qeyd edək ki, təcrübəli məşqçi karyerası ərzində “Vilyarreal”, “Levante”, “Malyorka”, “Elçe”, “Xetafe” və “Alaves” kimi klublarda çalışıb. O, həmçinin, Birləşmiş Ərəb Əmirliklərində, Çində və Səudiyyə Ərəbistanında legioner həyatı yaşayıb.
Luis Qarsiya Plaza “Sevilya”da ötən gün istefaya göndərilmiş Matias Almeydanı əvəz edib. O, 2025-ci ilin iyul ayından bu komandanı çalışdırırdıı. Almeyda “Sevilya”nı 32 oyuna çıxarıb, cəmi 10 qələbə, 7 heç-heçə və 15 məğlubiyyət görüb.
Xatırladaq ki, “Sevilya” İspaniya La Liqasının 2025/2026-cı illər mövsümündə topladığı 31 xalla 15-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 29 oyunda 8 qələbə qazanıb, 7 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.




























































































