İkinci Liqa: “Dinamo” “Araz Saatlı”nı 4 qolla məğlub etdi
Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. “Şəki” – “Göygöl” matçında qapılara qol vurulmayıb. “Quba” – “Şirvan” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Dinamo” isə “Araz Saatlı” ilə ev oyununda darmadağına sevinib.