Şirer və Nevil “Arsenal”ı Premyer Liqanın favoriti hesab edirlər
İngiltərə futbolunun əfsanəsi, keçmiş hücumçu Alan Şirer cari mövsümdə zəif yerləri olmayan ingilis komandası haqda söhbət açıb. Arena.az keçmiş futbolçunun müvafiq fikrini təqdim edir: “Arsenal”! Bu komandada zəif tərəflər görmürəm. Onlar say üstünlüyü yaradır və həmçinin standart vəziyyətlər zamanı öz fürsətlərindən yararlanırlar”, deyə Şirer vurğulayıb.