Normal view

Today — 19 February 2026Sport-AZ

ÇL: “İnter” “Bodo Qlimt”ə səfərdə uduzdu

19 February 2026 at 02:10

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” doğma meydanda İngiltərə Premyer Liqasında mübarizə aparan “Nyukasl”la üz-üzə gəlib və ağır məğlubiyyətə üzülüb.

İtaliya nəhəngi “İnter” də səfərdə Norveç “Bodo Qlimt”ə məğlub olub. Madrid “Atletiko”su Belçikada “Brügge” ilə “sülh” bağlayıbsa, “Bayer” Yunanıstanda “Olimpiakos”u 2 cavabsız qolla yenib.

Qeyd edək ki, ÇL-də pley-off mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
18 fevral

Qarabağ (Azərbaycan) – Nyukasl (İngiltərə) 1:6
Qollar: Elvin Cəfərquliyev, 55 – Antoni Qordon, 3; 32-pen; 34; 45-pen. Malik Tiav, 9. Yakop Mörfi, 72.

Olimpiakos (Yunanıstan) – Bayer (Almaniya) 0:2
Qollar: P.Şik, 60; 63.

Bodo Qlimt (Norveç) – İnter (İtaliya) 3:1
Qollar: Fet, 20. Hauqe, 61; 64 – Espozito, 30.

Brügge (Belçika) – Atletiko (İspaniya) 3:3
Qollar: Onyedika, 52. Tresoidi, 60. Tsolis, 89 – X.Alvares, 8-pen. Lukman, 45+4. Ordones, 79-öz qapısına.

Premyer Liqa: “Arsenal” autsayderlə matçda büdrədi

19 February 2026 at 02:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda “Vulverhempton” doğma meydanda lider “Arsenal”la üz-üzə gəlib.

Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər hərəyə 2 qol və 1 xalla kifayətləniblər.

Bu nəticədən sonra “Arsenal” 58 xalla vahid liderdir. “Vulverhempton” isə 10 xalla sonuncu – 20-cidir.

İngiltərə, Premyer Liqa
31-ci turun oyunu
18 fevral

Vulverhempton – Arsenal 2:2
Qollar: Bueno, 61. Kalafyori, 90+4-öz qapısına – B.Saka, 5. İnkapye, 56.

A Seriyası: “Milan” “Komo” ilə ev oyununda xal itirdi

19 February 2026 at 01:30

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 24-cü turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda “Milan” doğma meydanda “Komo” ilə üz-üzə gəlib.

İki qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bu nəticədən sonra “Milan” 54 xalla 2-ci pillədə qərarlaşıb. “Komo” isə 42 xalla 6-cıdır.

İtaliya, A Seriyası
24-cü turun oyunu
18 fevral

Milan – Komo 1:1
Qollar: Leao, 64 – N.Pas, 32.

La Liqa: “Vilyarreal” “Levante”ni yendi, 3-cü oldu

19 February 2026 at 01:00

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda “Levante” doğma meydanda “Vilyarreal”la üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. Yekunda 3 xalı bayram edən tərəf “Vilyarreal” olub.

Bu nəticədən sonra “Vilyarreal” 48 xalla 3-cü pillədə qərarlaşıb. “Levante” isə 18 xalla 19-cudur.

İspaniya, La Liqa
16-cı turun oyunu
18 fevral

Levante – Vilyarreal 0:1
Qol: Mikautadze, 57.

Qurban Qurbanov “Nyukasl”a ağır məğlubiyyəti şərh etdi

19 February 2026 at 01:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-offunda “Nyukasl”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə təmsilçiləri arasındakı ilk oyun bu gün Bakıda baş tutub və Ağdam klubunun 1:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Doğma meydanda belə bir məğlubiyyət almaq istəməzdik. Artıq elə bir səviyyədə çıxış edirik ki, burada belə məğlubiyyətlər qaçılmazdır. İlk qolları buraxdıqdan sonra futbolçularım, boks dilində desək, “nokaut”a düşdülər. Məğlubiyyətə baxmayaraq, azarkeşlər sonadək yanımızda oldular, birliyimizi göstərdilər. Onlara təşəkkür edirəm. Bu il futbol ölkəmizdə daha da populyarlaşdı.

Fasilədə futbolçuları sakitləşdirməklə məşğul idim. Belə davam etməməli olduqlarını söylədim. Rotasiyaları düşünmürəm. Qarşıda cavab oyunumuz var. 3-4 məşqimiz olacaq, daha da yaxşı hazırlaşmalıyıq. Qarşımızda səhvləri bağışlamayan rəqib var. Bunu yaddan çıxarmaq olmaz.

Mənim fikirlərim özünü sığortalamaq kimi düşünülə bilər. Amma bu belə deyil. Hər oyun keçdikcə rəqiblərin gücü fərqli olur. Pley-off mərhələsinə kimi çıxmışıqsa, bunu müəyyən uğur kimi qəbul etmək olar. Bu səviyyələrdə oynayanda bu kimi məğlubiyyətlərə də hazır olmalıyıq. Futbolumuzun da inkişafı üçün bu məğlubiyyətlər qaçılmazdır. Azarkeşlərin sona qədər stadionu tərk etməyib bizi dəstəkləməkləri təqdirəlayiqdir. Rəqibə də göstərdik ki, biz məğlub ola bilərik, amma oyundan qopa bilmərik.

Biz bu gün bacardığmızın daha yaxşısını etməyə çalışdıq. Qarşımızdakı rəqibə görə futbolçularımda bu gün həyacan da var idi”.

Eddi Hau: “Qarabağ”la matçda dominant tərəf biz idik”

19 February 2026 at 00:30

“Nyukasl”ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, İngiltərə və Azərbaycan təmsilçiləri arasındakı ilk qarşılaşma bu gün Bakıda baş tutub və qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Eddi Hau matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün yaxşı çıxış etdik. Dominant tərəf biz idik. Qapıçımız buraxılan qola görə kədərləndi. Müəyyən boşluğa yer verdik. Bunun üzərində işləməliyik. Buraya gəldikdən öncə də demişdim ki, bizi çətin oyun gözləyir. Püşkatmada bəxtimizin gətirdiyini deməzdim. “Qarabağ”ın keyfiyyəti çox yüksəkdir. “Çelsi”yə qarşı burada yaxşı oyun sərgiləmişdilər. Bu səviyyədə çıxış davamlı etmək, əhval-ruhiyyəni yüksək saxlamaq lazımdır.

Bizim İngiltərə Premyer Liqasında “Mançester Siti”yə qarşı oyunumuz var. “Qarabağ”la cavab matçımız da çətin keçəcək.

İkinci hissədə “Qarabağ” təzyiqi artırdı. Müəyyən qədər bizdə də yorğunluq var idi. Antoni Qordonun bir matçda 4 qol vurması bizi sevindirdi”.

Xatırladaq ki, “Qarabağ”la “Nyukasl” arasındakı cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

Qurban Qurbanov: “Ruhdan düşmürük”

19 February 2026 at 00:30

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan (1:6) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Əfsuslar olsun, belə məğlubiyyət oldu. İstəməzdik. Böyük futboldur, istənilən oyunda belə nəticələr ola bilər. Çempionlar Liqası başqa səviyyədir. Bəzən belə məğlubiyyətlər qaçılmaz olur. İlk dəqiqələrdən futbolçular böyük zərbə aldı. İlk qol, ikinci qol, penalti… Boks dilində desək, nokauta düşdük. Futbolçular özlərini ələ ala bilmədi. Rəqibin gücü də burda önəmlidir. “Nyukasl” sürətli futbol oynayan komandalardandır. Fiziki, texniki, taktiki hazırlıqları yüksək səviyyədədir. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Böyük hesabla məğlub olmağımıza baxmayaraq, sona kimi dəstək oldular. Bu, birliyimizi göstərir. Amma bu gün burda, bundan əvvəl Liverpulda böyük futbolun nə olduğunu gördük. Ruhdan düşmürük. İrəli pozitiv baxmalıyıq. Hər bir halda, futbolçular böyük yol gəldi, əziyyət çəkdilər. Azından fevrala kimi Çempionlar Liqasını hiss etdik. İnanıram ki, futbol Azərbaycanda bu il daha da populyarlaşdı. Dünya futbolumuzu daha yaxından tanıdı. İstəməzdik belə uduzaq, lakin bu məğlubiyyətlə barışmalıyıq.

– Belə hesabdan sonra futbolçulara nə dediniz? 
– Futbolçuları sakitləşdirdik, dedik soyuqqanlı olsunlar. Oyundan qopmalı deyildik. Belə məğlubiyyətlərdən sonra futbolçuları sakit olmağa çağırıram. Rəqibin gücünü bilirdik. Çalışırıq ki, onlara qarşı sona qədər mübarizə aparaq. Bəzən bu cür rəqiblər daha aqressiv, aktiv olurlar. Futbolçuların qərar verməsində gecikmələr olurdu.

– Bədavinin ikinci hissədə meydana daxil olması nəylə bağlıdır?
– Müdafiəni gücləndirmək üçün. O da özünü yaxşı göstərdi.

– Çempionatda “Sabah”la oyun var. Bu baxımdan, cavab matçında rotasiyalar olacaq?
– Xeyr, hələ cavab oyunu var. İngiltərədə cavab oyunu var. Onlar səhvləri bağışlamır, çox qol vurmaq istəyirlər. Ciddi rotasiyalar haqda düşünmürük.

– Bəhlulun zədəsi nə yerdədir?
– Sabah dəqiq məlumat olacaq. Əzələsini dartıb.

– İstənilən komandanın bir dönəm başının üzərini qara buludlar alır. İndi isə sanki sizdə bu dönəmdir. Futbolçuların bu gün bu durumda olması pley-off eyforiyası idi, ya fiziki yorğunluq?
– Fikirlərim özümüzü siğortalamaq üçün deyil. Qəbul etməliyik ki, oyundan-oyuna səviyyə daha qalxır, rəqiblər ciddiləşir. Daha məsuliyyətli komandalar olur. Böyük klublarla oyunlarda belə hesabları gözə almalıyıq. Futbolumuzun inkişafı üçün risklərə getməliyik. Özümüzü böyük məğlubiyyətlərə qurban verməyə hazır olmalıyıq. Bunu istəmiriksə, gərək 2-3 tur sonra məğlub olaq, deyək, böyük klublarla oynamırıq. Əvvəl bəlkə, 0:3-dən sonra azarkeşlərimiz stadionu tərk edirdi, amma bu gün fasiləyə 0:5 geridə olsaq da, bizi dəstəkləməyə başladılar. Onlar da artıq səviyyəni qəbul edib. Hamımız üçün böyük təcrübə oldu.

– “Liverpul”la oyundan sonra demişdiniz ki, bir də bu rəqibə qarşı oynasaq, fərqli olar. Amma bu gün də “Nyukasl”la matçda güclü pressinq qarşısında nəsə edə bilmədiniz…
– Belə oyunlarda birdən-birə gedişatda nəsə dəyişiklik etməyə vaxtımız yox idi. Bu günə qədər etməmişdiksə, çətin olardı. Gərək 2-3 məşq bunun üzərində çalışaq. Vaxtımız yox idi. Həmişə çalışırıq ki, edə bildiklərimizi daha yaxşılaşdıraq. Bu gün rəqibin hər hücumu keyfiyyətli idi. İkinci hissədə fərqli oynadıq, amma qarşımızdakı komandaya görə oyunçularımızda həyəcan var idi.

Şahin Cəfərov

“Nyukasl”ın baş məşqçisi 6:1-dən sonra nələr dedi?

19 February 2026 at 00:08

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan (1:6) sonra qonaq komandanın baş məşqçisi Eddi Hau jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi…

– Növbəti matç “Everton” və “Mançester Siti” ilə matçlar arasında olacaq. “Qarabağ”la cavab görüşünə əsas heyətlə çıxacaqsınız?
– Qarşıda “Mançester Siti” ilə oyunumuz var. Birinci bunu düşünürük.

– Elvin Cəfərquliyevin qolunu necə şərh edərdiniz?
– Qapıçımız məyus oldu. Dominant komanda idik, amma müəyyən boşluqlar verdik. Lakin qapıçımız məyus oldu.

– Penalti ilə bağlı nə deyə bilərsiniz?
– Yenidən baxanda daha yaxşı təhlil edə bilərik. Anton Qordon istəyirdi ki, ikinci qolu vursun. Bütün oyunçular komandaya kömək etmək istəyirdi.

– Azarkeşlərlə aranızda pozitiv anlar oldu.
– Qələbə önəmlidir. Azarkeşlərimizin dəstəyi böyükdür. Onların uzaq səfərə gəlib, bizə dəstək göstərməsi əladır.

– 4 qol vuran Qordonla bağlı fikirləriniz nədir? 
– Çox gözəldir. İnanılmaz pressinq etdik və yaxşı əks-hücum imkanlarımız oldu.

– Ardıcıl ikinci səfər oyununda qələbə qazandınız. Komandanın 1/8 finalda olduğunu demək olar?
– Yaxşı şansımız var. “Qarabağ” burda “Çelsi”yə qarşı yaxşı oyun sərgiləmişdi. Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq.

– İkinci hissədə birinci yarıdakı oyunu göstərməməyinizin səbəbi “Qarabağ”ın daha yaxşı oynaması, ya komandanızın yorulmasıdır?
– İkisi də ola bilər. “Qarabağ” bir az çox topla oynadı və tempimiz aşağı düşdü. İkinci hissədə biz də topla az oynadıq.

– “Qarabağ” düşəndə bəxtinizin gətirdiyini düşündünüz? 
– Belə düşünmədim. Mütəmadi deyirəm, “Qarabağ”ın oyunlarına çox baxmışam. Onların yaxşı keyfiyyəti var. Bura gələndə bilirdik ki, çətin olacaq. “Qarabağ” çox zəif deyil.

Şahin Cəfərov

ÇL: “Qarabağ” “Nyukasl”a ilk oyunda böyük hesabla uduzdu

18 February 2026 at 23:40

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu 1/8 finala vəsiqə uğrunda İngiltərə təmsilçisi “Nyukasl”la üz-üzə gəlib.

Sözügedən komandalar arasındakı ilk oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Görüşü Norveçdən olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Espen Eskos olub.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin cari mövsümündə uğurlu çıxışı ilə diqqət çəkirdi. Ağdam klubu ÇL-in Liqa mərhələsində 8 oyuna topladığı 10 xalla ən güclü 24 komanda arasında yer alaraq pley-offda iştirak hüququ qazanmışdı. “Nyukasl” isə ÇL-in Liqa mərhələsində 14 xalla 12-ci yeri tutmuşdu.

İngiltərə təmsilçiləri ilə oyunlarda adətən çətinliklə üzləşmiş “Qarabağ” “Nyukasl”la görüşdə uğursuz gedişata son qoymaq, ingilislər üzərində ilk qələbəsini qazanmaq arzusundaydı. 1/8 finala vəsiqə qazanmaq yolunda da təmsilçimizin ilk oyunu qalib başa vurması böyük önəm kəsb edirdi. Əks halda “Nyukasl” kimi güclü komandanı səfərdə mübarizədən kənarlaşdırmaq daha da müşkülə çevriləcəkdi. Lakin 7 qolun qeydə alındığı qarşılaşmada Azərbaycan çempionu böyük hesabla uduzaraq mərhələ adlamaq şanslarının üstündən böyük bir xətt çəkib.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
18 fevral

“Qarabağ” – “Nyukasl” 1:6
Qollar: Elvin Cəfərquliyev, 55 – Antoni Qordon, 3; 32-pen; 34; 45-pen. Malik Tiav, 9. Yakop Mörfi, 72.
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad (Norveç).
VAR: Rob Diyperink (Niderland).
AVAR: Dennis Hiqler (Niderland).
Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya).
UEFA nümayəndəsi: İqnas Marçinkeviçyus (Litva).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 11. Emmanuel Addai, 18. Dani Bolt, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Nyukasl: 1. Nik Pope, 2. Kiran Trippyer, 3. Lyuis Holl, 8. Sandro Tonali, 10. Antoni Qordon, 11. Harvi Barnes, 12. Malik Tiav, 20. Antoni Elanqa, 27. Nik Voltemade, 28. Co Uillok, 33. Dan Börn.
Ehtiyat oyunçular: 26. Con Ruddi, 32. Aaron Ramsdeyl, 58. Aydan Harris, 7. Joelinton, 18. Uilyam Osula, 23. Yakop Mörfi, 37. Aleks Mörfi, 41. Yakop Remsi, 61. Leo Şahar, 62. Şon Niv.
Baş məşqçi: Eddi Hau.

Basketbol: “Sabah”la “Ordu” yarımfinalda!

18 February 2026 at 23:00

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə, “Sumqayıt” “Ordu” ilə üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutmuş görüş “Ordu”nun 93:74 hesablı qələbəsi ilə yekunlaşıb.

Saat 19:00-da isə eyni məkanda “Sabah” “Quba” ilə üz-üzə gəlib. Bu oyunda da “Sabah” 113:76 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, “Ordu” növbəti mərhələdə məhz “Sabah”la oynayacaq.

Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin qalan iki oyunu sabah keçiriləcək. “Gəncə” – “Neftçi” duelində sevinən tərəf “Abşeron Lions” – “Şəki” qarşılaşmasının qalibinə rəqib olacaq.

Yesterday — 18 February 2026Sport-AZ

Yüksək Liqa: “Azərreyl” də uduzdu, “Neftçi” də

18 February 2026 at 22:00

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 14-cü turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.
“Azərreyl”lə qarşılaşan “Ordu” 3:2 (22:25, 26:28, 25:20, 25:21, 15:11) hesablı qələbə qazanıb. “Xilasedici” isə “Neftçi”ni 3:0 (25:23, 25:18, 25:21) hesabı ilə üstələyib.

Xatırladaq ki, ötən gün Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş ilk oyunda da “Muro” “Gənclər” üzərində 3:0 hesablı qələbəyə sevinmişdi.

Yüksək Liqa
14-cü tur
18 fevral

“Ordu” – “Azərreyl” 3:2 (22:25, 26:28, 25:20, 25:21, 15:11)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Neftçi” – “Xilasedici” 0:3 (23:25, 18:25, 21:25)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Qarabağ” – “Nyukasl”: Start heyətlər açıqlandı

18 February 2026 at 21:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçının start heyətləri bəlli olub.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı ilk oyun bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FIFA referisi Espen Eskos olacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
18 fevral

“Qarabağ” – “Nyukasl”
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad (Norveç).
VAR: Rob Diyperink (Niderland).
AVAR: Dennis Hiqler (Niderland).
Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya).
UEFA nümayəndəsi: İqnas Marçinkeviçyus (Litva).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 11. Emmanuel Addai, 18. Dani Bolt, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Nyukasl: 1. Nik Pope, 2. Kiran Trippyer, 3. Lyuis Holl, 8. Sandro Tonali, 10. Antoni Qordon, 11. Harvi Barnes, 12. Malik Tiav, 20. Antoni Elanqa, 27. Nik Voltemade, 28. Co Uillok, 33. Dan Börn.
Ehtiyat oyunçular: 26. Con Ruddi, 32. Aaron Ramsdeyl, 58. Aydan Harris, 7. Joelinton, 18. Uilyam Osula, 23. Yakop Mörfi, 37. Aleks Mörfi, 41. Yakop Remsi, 61. Leo Şahar, 62. Şon Niv.
Baş məşqçi: Eddi Hau.

“Renn” Həbib Beyeni Frank Hayse ilə əvəzlədi

18 February 2026 at 20:00

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Renn” komandasında baş məşqçi Həbib Beye ilə yollar ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Komandanın son turlarda ardıcıl 3 məğlubiyyət yaşaması Beyeyə bağışlanmayıb.

Həbib Beye 2025-ci ilin yanvar ayından “Renn”ə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 39 oyun keçirib, 18 qələbə qazanıb, 7 heç-heçə və 14 məğlubiyyət görüb.

Artıq “Renn”in yeni baş məşqçisi də məlumdur. Liqa 1 təmsilçisini bundan sonra 54 yaşlı mütəxəssis Frank Hayse əvəz edib. Tərəflər arasında müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, Hayse son olaraq “Nitsa”nı çalışdırıb. O, 2024-cü ilin yanvar ayından “Nitsa”ya rəhbərlik edirdi. Liqa 1 təmsilçisi bu məşqçini 2025-ci ilin sonunda istefaya göndərmişdi. Hayse daha öncə “Lans”da da baş məşqçisi kimi çalışıb.

“Renn” hazırda 34 xalla Liqa 1-in yarış cədvəlində 6-cı pillədə qərarlaşıb.

“Xankəndi”də məşqçi təyinatı

18 February 2026 at 20:41

“Xankəndi” Futbol Klubunda yeni təyinat rəsmiləşib.

Futbolpress.az xəbər verir ki, klubun qapıçılar üzrə məşqçi postuna UEFA B kateqoriyalı məşqçi lisenziyasına sahib olan Elçin Sadıqov gətirilib.

36 yaşlı mütəxəssis daha əvvəl 2020–2025-ci illərdə “Səbail” futbol klubunun müxtəlif yaş qruplarında çalışıb. O, 2025-ci ildə isə “Şəfa” klubunda qapıçı-məşqçi vəzifəsində fəaliyyət göstərib.

“Qarabağ” – “Nyukasl”: heyətlər

18 February 2026 at 20:35

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda bu gün “Nyukasl”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 21:45-də start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Joni Montiel, Abdullah Zubir, Kamilo Duran
Ehtiyat oyunçular: Amin Ramazanvov, Fabian Buntiç, Sami Mmae, Emmanuel Addai, Dani Bolt, Kadi Borges, Oleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov Abbas Hüseynov,Hikmət Cəbrayılzadə

“Nyukasl”: Nik Pop, Lyuis Holl, Dan Burn, Malik Tiva, Kiran Trippye, Co Villok, Nik Voltemad, Sandro Tonali, Harvi Barns, Entoni Qordon, Entoni Elanqa
Ehtiyat oyunçular: Con Ruddi, Aaron Ramsdeyl, Aydan Haris, Joelinton, Villiam Osula, Ceykob Mörfi, Aleks Mörfi, Ceykob Remzi, Leo Şahar, Sean Niv

Fransa klubunda yeni baş məşqçi

18 February 2026 at 19:00

“Renn”in yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Frank Ezə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

“Renn” çempionatda 34 xalla 6-cı sıradadır.

“Səbail”də gərginlik: kapitan məşqçiyə “yox” dedi

18 February 2026 at 18:42

Azərbaycan I Liqasında XV turun MOİK – “Səbail” oyununda xoşagəlməz yaşanıb.

Futbolpress.az xəbər verir ki, matçın ikinci hissəsində “dənizçilər”in baş məşqçisi Adil Şükürov müdafiəçi Yusif Nəbiyevi Kamran Quliyevlə əvəzetməyə qərar verib. Lakin Nəbiyev oyunda qalıb və “çıxmıram” deyə etirazını bildirib. Əvəzetmə baş tutmayıb.

Görüntüləri burdan izləyə bilərsiniz.

Görüş “Səbail”in məğlubiyyəti ilə başa çatıb – 0:1.

İspaniya Kubokunda final matçının vaxtı açıqlandı

18 February 2026 at 19:00

Futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün final oyununun keçiriləcəyi tarix müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, həlledici qarşılaşma aprelin 18-dən 19-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüş Sevilyadakı Estadio de-la Kartuxa stadionunda təşkil olunacaq.

Xatırladaq ki, İspaniya Kubokunda finalçıların adına hələ aydınlıq gəlməyib. Bu, yarımfinalın cavab görüşlərindən sonra bəlli olacaq. Yarımfinalın cavab qarşılaşmaları martın 3-də və 4-də keçiriləcək.

“Barselona” yarımfinalın ilk görüşündə Madrid “Atletiko”suna 0:4 hesabıyla uduzub. Bilbao “Atletik”i isə “Real Sosyedad”la görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Sonda onu da xatırladaq ki, İspaniya Kubokunun sonuncu qalibi “Barselona” komandasıdır.

Birinci Liqa: “Cəbrayıl” da uduzdu, “Səbail” də

18 February 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Cəbrayıl” – “Baku Sportinq” oyununda qonaqlar qələbə qazanıblar. MOİK isə Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan “Səbail”i minimal hesabla üstələyib.

15-ci turun qalan görüşləri fevralın 19-da keçiriləcək.

Birinci Liqa
15-ci tur
18 fevral

“Cəbrayıl” – “Baku Sportinq” 1:2
Qollar: Həsən Hüseyn, 56 – İlham Allahverdiyev, 22. Elşən Abdullayev, 34.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

MOİK – “Səbail” 1:0
Qol: Balamirzə Soltanov, 33.
Hakimlər: Alik Yunusov, Sənan Atayev, Asif Abdullayev, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu, 14:30.

19 fevral

“Şəfa” – “Mingəçevir”
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 14:30.

“Zaqatala” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Aydın Bəxşiyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Şimal” – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Elman Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Azərbaycan Premyer Liqası dünya reytinqində 41-cidir!

18 February 2026 at 17:00

Futbol üzrə Azərbaycan çempionatının (Azərbaycan Premyer Liqası) dünya reytinqindəki yeni mövqeyi müəyyənləşib.

Arena.az xəbər verir ki, milli çempionatımız dünyanın ən yaxşı 41-ci milli çempionatı hesab olunub.

50 çempionatdan ibarət siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb. IFFHS 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-nə qədər olan müddəti əsas götürüb.

Yeni siyahıda Azərbaycan Premyer Liqası 1991,5 xalla 41-ci sıradadır.

İngiltərə Premyer Liqası (8087) birinci, Braziliya (7735,5) və İtaliya (7510) A Seriyaları 2-3-cü yerlərdə qərarlaşıblar. Türkiyə Super Liqası (4029,25) 12-ci pillədədir.

Ən güclü 10 milli çempionatın siyahısı belədir:

  1. İngiltərə – 8087
  2. Braziliya – 7735,5
  3. İtaliya – 7510
  4. İspaniya – 7400,5
  5. Almaniya – 6570,25
  6. Fransa – 5562,25
  7. Portuqaliya – 5168,25
  8. Niderland – 4841,5
  9. Argentina – 4808,5
  10. Belçika – 4294,25

Sabiq “Mançester Yunayted”li Braziliya klubu ilə danışıq aparır

18 February 2026 at 17:52

“Mançester Yunayted”in sabiq futbolçusu Jesse Linqard karyerasını Braziliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Remo” ilə danışıqlar aparır. Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilib.

Linqardın son klubu Cənubi Koreyada “Seul” olub. 33 yaşlı futbolçu daha əvvəl “Mançester Yunayted”, “Brayton”, “Vest Hem” kimi klubların formasını geyinib.

Olisin İspaniya planı

18 February 2026 at 17:29

“Bavariya”nın futbolçusu Maykl Olis qarşıdakı illərdə İspaniyada oynamaq niyyətindədir.

Futbolpress.az xəbər verir i, ingilətərəli vinger özünü “Barselona” və ya “Real”da sınamaq istəyir. Bu barədə “TEAMtalk” portalı məlumat yayıb.

Olis yaxın zamanda “Bavariya”dan ayrılmaq niyyətində deyil. O, bir neçə il sonra bu iki klubdan birində oynamağı planlaşdırır.

Maykl bu mövsüm Bundesliqada 21 oyunda 10 qol vurub, 13 məhsuldar ötürmə edib.

APL 50 liqa arasında 41-cidir

18 February 2026 at 17:12

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ölkə çempionatlarının reytinqini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, 50 liqanın yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 1991.5 xalla 41-cidir.

Reytinq cədvəlinə 8087 xalla İngiltərə Premyer Liqası başçılıq edir.

Reytinq 2021-ci ilin yanvarından 2025-ci ilin dekabrınadək olan dövrə görə hesablanıb.

“Qarabağ”ın rəqibinin futbolçusu “nəhənglər”in hədəfində

18 February 2026 at 16:48

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl”ın futbolçusu Entoni Qordon yayda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” və “Bavariya” ingiltərəli vingerin xidmətində maraqlıdır. Bu barədə BBC məlumat yayıb.

Klublar 24 yaşlı futbolçunun durumunu yaxından izləyir.

Qordon bu mövsüm 35 oyunda 10 qol vurub, məhsuldar ötürmə edib.

AFFA “Sabah”ın futbolçusu Əmirovu 4 oyunluq cəzalandırdı

18 February 2026 at 16:00

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Əvəzedicilər Liqasının 16-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 16-cı tur

“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Sabah”ın futbolçusu Emil Əmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Sabah” buna görə 1000 manat cərimə edilib.

“Qarabağ-2” – “Qəbələ-2” oyununun 80-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Cavid Məlikov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Qarabağ” buna görə 50 manat cərimə ödəyəcək. “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə ödəyəcək.

AFFA “Qarabağ”, “Neftçi” və “Kəpəz”i azarkeşlərinə görə cərimələdi

18 February 2026 at 15:00

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“İmişli” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “İmişli”nin futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “İmişli” buna görə 2500 manat cərimə edilib. Oyundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” 2500 manat cərimə edilib. Oyunun 72-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kadi Borges ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb. “Qarabağ” buna görə 1000 manat cərimə ödəyəcək. Oyunun 90+5-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Ağdam klubu 6000 manat cərimə edilib.

“Kəpəz” – “Neftçi” oyununun 71-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb. “Kəpəz” buna görə 1000 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə Gəncə komandası 8000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə paytaxt klubu da 8000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Araz-Naxçıvan”da 6 nəfər sarı vərəqə aldığı üçün Naxçıvan komandası 700 manat cərimə edilib. Oyunun 74-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb. “Sumqayıt” buna görə 3000 manat cərimə edilib. “Sumqayıt”ın azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 6000 manat cərimə edilib.

“Səbail” yenə uduzdu, “Baku Sportinq”dən qələbə

18 February 2026 at 16:28

Azərbaycan I Liqasında XV tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turnir cədvəlinin ikincisi “Baku Sportinq” “Cəbrayıl”a qalib gəlib. Çempionluğa namizədlərdən olan “Səbail” isə növbəti xal itkisini yaşayıb. “Dənizçilər” MOİK-ə uduzub.

Azərbaycan I Liqası
XV tur

18 fevral

Cəbrayıl – Baku Sportinq 1:2
Qollar: H.Hüseyn, 56 – İ.Allahverdiyev, 22, E.Abdullayev, 34

MOİK – Səbail 1:0
Qol: B.Soltanov, 33

AFFA 5 kluba texniki məğlubiyyət verdi

18 February 2026 at 16:08

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan çempionatlarında iştirak edən 5 kluba texniki məğlubiyyət verilib:

11 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Hacıqabul-Ucar FK oyunu Ucar FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Ucar FK komandasın 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Samur FK-Çinar Zəngilan FK oyunu Çinar Zəngilan FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Çinar Zəngilan komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Ağsu Siti-İmişli Bələdiyyəspor oyunu İmişli Bələdiyyəspor komandasının təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün İmişli Bələdiyyəsport komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Mərcanlı FK-Beyləqan FK oyununun 42-ci dəqiqəsində Mərcanlı FK meydandan çıxdığına görə yarımçıq qaldığı üçün Mərcanlı FK-ya texniki məğlubiyyət verilsin. (hesab olduğu kimi saxlanılsın) (Maddə 77.1)

15 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilməli olan Ağdam FK-Kürdəmir FK oyununun Kürdəmir FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

İngilislərlə 10-cu duel – Bakıda yeni tarix yazılacaq?

18 February 2026 at 15:57

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində bu gün “Nyukasl”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu mövsüm üçüncü, ümumilikdə isə onuncu dəfə İngiltərə komandası ilə üzz-üzə gələcək.

“Qarabağ” bu mövsüm Çempionlar Liqasının Liqa mərhələsində Bakıda “Çelsi” ilə heç-heçə edib (2:2), səfərdə isə “Liverpul”a uduzub (0:6).

Ümumiyyətlə, “Qarabağ”ın ingilislərdən yeganə xal qazancıməhz ötən ilin oktyabrında “Çelsi” ilə matçda olub.

“Atlılar” İngiltərə komandalarına qarşı keçirdiyi digər yeddi görüşün hamısında uduzub.

Tottenhem — Qarabağ 3:1
Qarabağ — Tottenhem 0:1
Çelsi — Qarabağ 6:0
Qarabağ — Çelsi 0:4
Qarabağ — Arsenal 0:3
Arsenal — Qarabağ 1:0
Tottenhem—Qarabağ 3:0
Qarabağ – Çelsi 2:2
Liverpul – Qarabağ 6:0.

“Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də start götürəcək. Komandalar arasındakı cavab görüşü fevralın 25-də İngiltərədə olacaq.

Ayanın etirazı təmin olundu

18 February 2026 at 15:30

Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinin ilk oyununda Ayan Allahverdiyeva ilə Türkan Məmmədyarova arasında keçirilmiş partiyanın nəticəsinə yenidən baxılıb.

Futbolpress.az xəbər verir ki, fevralın 17-də baş tutan qarşılaşmada hakimlər kollegiyasının qərarına əsasən Ayan Allahverdiyeva tərəfindən iki dəfə əsassız iddia irəli sürüldüyü qeyd edilərək partiya Türkan Məmmədyarovanın xeyrinə hesablanıb.

Qərarla razılaşmayan Ayan Allahverdiyeva Azərbaycan Çempionatının Apellyasiya Komitəsinə müraciət edib.

Apellyasiya Komitəsi tərəfindən partiyanın videoyazısı və gedişlərin ardıcıllığı araşdırılıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qüvvədə olan qaydalarına əsasən Ayan Allahverdiyevanın etirazı təmin olunub.

Apellyasiya Komitəsinin qərarına əsasən Türkan Məmmədyarovanın qələbəsi ləğv edilib və tərəflər arasında keçirilən ilk partiyanın nəticəsi heç-heçə kimi rəsmiləşdirilib.

Türkan Məmmədyarova Apellyasiya Komitəsinin qərarı ilə razılaşdığını bildirib.

Futbolçusu “Sabah”ı ziyana saldı

18 February 2026 at 15:19

“Sabah”ın əvəzedici komandasının futbolçusu Emin Əmirov 4 oyunluq cəzalanıb.

Futbolpress.az xəbər verir ki, 24 yaşlı oyunçu Əvəzedicilər Liqasında “Sumqayıt-2” ilə matçda hakiməri təhqir etdiyi üçün cəzalanıb.

“Sabah” oyunusunun davranışına görə 1000 manat cərimələnib.

“Neftçi”, “Kəpəz” və “Smqayıt”a cərimə

18 February 2026 at 14:51

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

“Kəpəz” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Araz-Naxçıvan” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununun 74-cü dəqiqəsində “Sumqayıt” komandasının 9 nömrəli futbolçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 3000 manat cərimə edilsin (maddə 45.1);

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 6000 manat cərimə edilsin (maddə 52.5);

Kadi Borgesin cəzası məlum oldu

18 February 2026 at 14:39

“Qarabağ”ın futbolçusu Kadi Borgesin cəzası açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Premyer Liqada “İmişli” ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi iki oyunluq diskvalifikasiyaolunub. “Qarabağ” isə 1000 manat cərimələnib.

AFFA İntizam Komitəsi “İmişli” – “Qarabağ” oyunu (0:1) ilə bağlı aşağıdakı qərarları qəbul edib:

“İmişli” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “İmişli” komandasının 9 nömrəli futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “İmişli” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);

“İmişli” – “Qarabağ” oyunundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

“İmişli” – “Qarabağ” oyununun 72-ci dəqiqəsində “Qarabağ” komandasının 20 nömrəli futbolçusu Kadi Borqes ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “İmişli” – “Qarabağ” oyununun 90+5-ci dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 86.3);

ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi

18 February 2026 at 14:00

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadə ilə bağlı paylaşım edib.

Arena.az xəbər verir ki, səfirlik Azərbaycan milli komandasının hücumçusunun “Qarabağ”dan Ohayo ştatını təmsil edən “Kolumbus Kru” klubuna transfer olması münasibətilə təbrik ünvanlayıb.

Səfirliyin sosial şəbəkə hesabındakı paylaşımda bunlar qeyd edilib:

“Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən “Kolumbus Kru” klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik! “Qarabağ”ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanmış istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) Liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur”.

Səfirlik həmçinin “Qarabağ” klubuna bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərənin “Nyukasl” komandasına qarşı keçirəcəyi ev oyununda uğurlar və inamlı qələbə də arzu edib.

Əvəzedicilər: “Turan Tovuz” – “Şamaxı” matçında 10 qol

17 February 2026 at 21:30

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 16-cı turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

10 qolun qeydə alındığı “Turan Tovuz-2” – “Şamaxı-2” matçında Tovuz təmsilçisi darmadağına sevinib. “Neftçi-2” də “Kəpəz-2” ilə oyunda böyük hesabla qalib gəlib. “Qarabağ-2” – “Qəbələ-2” matçı isə qonaq komandanın qələbəsiylə yekunlaşıb.

Əvəzedicilər Liqası
16-cı tur
14 fevral

“Sabah-2” – “Sumqayıt-2” 0:0
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”, 14:00.

16 fevral

“Araz-Naxçıvan-2” – “Zirə-2” 0:3
Qollar: Elşən Abdullayev, 44. Rauf Qafarov, 45. Murad Ələkbərov, 80.
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Sənan Bayramzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:30.

17 fevral

“Turan Tovuz-2” – “Şamaxı-2” 6:4
Qollar: Vüqar Bağırov, 16. Elçin Qasımov, 18; 27; 35. Bahadur Quliyev, 45+1. Murad Dadaşev, 76 – Enar Ağalarov, 32. Nihat Mehralıyev, 47. Davud Mənsumov, 51. Sadiq Məmmədli, 90+2.
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Niyaz Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Qarabağ-2” – “Qəbələ-2” 2:3
Qollar: Nicat Xasıyev, 20. Mahmud Ağayev, 30 – Nasiru Salihu, 1. Rəvan Əsədov, 55. Rüfət Əhmədov, 63-pen.
Hakimlər: Nazim Abdullayev, Cavid Ömərov, Hüseyn Vəliyev, Rəsul Babayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 14:30.

“Neftçi-2” – “Kəpəz-2” 4:0
Qollar: Ömər Qurbanov, 28. Arzu Atakişiyev, 30-öz qapısına. Aslan Şirinov, 40. Röyal Fərzullazadə, 90.
Hakimlər: Ceyhun Hüseynov, Tural Bayramov, Sadiq Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Xviçanın antirekordu

18 February 2026 at 14:27

PSJ Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Monako”nu məğlub edib – 3:2.

Futbolpress.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Xviça Kvaratsxeliya bu görüşdə antirekordla yadda qalıb. Gürcüstanlı yarımmüdafiəçi 8 dəfə qapıya zərbə endirib və bunların heç biri dəqiq olmayıb.

Daha əvvəl Tyerri Anri Çempionlar Liqasında bir matçda 8 cəhddə qapıya dəqiq zərbə endirə bilməyib.

Kapitanlığı alındı, heyətdən kənarlaşdırıldı

18 February 2026 at 14:11

Türkiyənin “Konyaspor” klubu kapitanı Gilermeni heyətdən kənarlaşdırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müdafiəçidən kapitanlıq sarğısı da alınıb. Məsələnin detalları məlum deyil.

Gilerme bu mövsüm Super Liqada 22 oyunda 1 məhsuldar ötürmə edib. O, 2020-ci ildən “Konyaspor”da çıxış edir.

Səfirlikdən Nərimanla bağlı paylaşım

18 February 2026 at 13:39

ABŞ-nin Azərbaycandakı Səfirliyi hücumçu Nəriman Axundzadənin “Kolambus Kryu” klubuna transfer olması münasibətilə təbrik edib.

Futbolpress.az xəbər verir ki, səfirliyin paylaşımında bunlar qeyd olunub:

“Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən “Kolumbus Kru” klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik! “Qarabağ”ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur”.

Səfirlik həmçinin “Qarabağ” klubuna bu axşam “Nyukasl”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda uğurlar və inamlı qələbə də arzu edib.

Azərbaycan yığması İnkişaf Turnirinə qatılacaq

18 February 2026 at 13:05

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq. Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.

19 fevral
13:50. Azərbaycan – Rusiya

20 fevral
14:20. Azərbaycan – Özbəkistan

21 fevral
16:40. Belarus – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd: Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Nr.
 Adı / Soyadı
Klub
1
Nurəziz Əzizov
Neftçi
2
Bilal Hacıyev
Qarabağ
3
Kamil Həsənov
Neftçi
4
Uğur Qurbanlı
Qarabağ
5
Rəşad Gülüşov
Sabah
6
Atacan Məmmədov
Marcet (İspaniya)
7
Səttar Tahirzadə
Marcet (İspaniya)
8
Muhamməd Çodarov
Marcet (İspaniya)
9
İsmayıl Səfərli
Neftçi
10
Əli Kiçibəyov
Turan Tovuz
11
Amin Rzayev
Qarabağ
12
Sahib Xəlilli
Neftçi
13
Elgün Duraxanov
Sabah
14
Eldar Abbasov
Qarabağ
15
Raul İsaqov
Kəpəz
16
Nihad Hüseynzadə
Sabah
17
Ruslan Xasiyev
Şinnik Yaroslavl (Rusiya)
18
Musa Mustafayev
Zirə
19
İbrahim Xəlilov
Sabah
20
Samir Şərifov
Sabah
21
Pünhan Kərimov
Marcet (İspaniya)
22
Emin Süleymanov
Neftçi
23
Əli Bəşirov
Qarabağ
24
Rüstəm Hüseynli
Neftçi
25
Kamal Zülfiyev
Sumqayıt
26
Nicat Kərimov
Sabah

U-18 millimizin İnkişaf Turniri üçün yekun heyəti açıqlandı

18 February 2026 at 13:00

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusda keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Belarusun paytaxtı Minsk şəhərində təşkil ediləcək turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq. Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.

U-18 millimizin yekun heyətini nəzərinizə çatdırırıq:

  1. Nurəziz Əzizov – Neftçi
  2. Bilal Hacıyev – Qarabağ
  3. Uğur Qurbanlı – Qarabağ
  4. Rəşad Gülüşov – Sabah
  5. Atacan Məmmədov – Marset (İspaniya)
  6. Səttar Tahirzadə – Marset (İspaniya)
  7. Muhamməd Çodarov – Marset (İspaniya)
  8. İsmayıl Səfərli – Neftçi
  9. Amin Rzayev – Qarabağ
  10. Sahib Xəlilli – Neftçi
  11. Eldar Abbasov – Qarabağ
  12. Raul İsaqov – Kəpəz
  13. Nihad Hüseynzadə – Sabah
  14. Musa Mustafayev – Zirə
  15. İbrahim Xəlilov – Sabah
  16. Samir Şərifov – Sabah
  17. Pünhan Kərimov – Marset (İspaniya)
  18. Emin Süleymanov – Neftçi
  19. Əli Bəşirov – Qarabağ
  20. Kamal Zülfiyev – Sumqayıt
  21. Nicat Kərimov – Sabah

19 fevral
13:50. Azərbaycan – Rusiya

20 fevral
14:20. Azərbaycan – Özbəkistan

21 fevral
16:40. Belarus – Azərbaycan

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib. Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Yeni müqavilə, yeni maaş

18 February 2026 at 12:39

“Arsenal” futbolçusu Bukayo Sakanın müqaviləsini uzadacaq.

Futbolpress.az xəbər verir ki, tərəflər arasında anlaşma əldə olunub. Sakanın müqaviləsi 2031-ci ilin yayına kimi artırılacaq.

24 yaşlı futbolçu yeni müqavilə ilə komandada ən çox qazanan oyunçu olacaq. O, həftəlik 300 min funt-sterlinqdən çox maaş alacaq.

Saka bu mövsüm 33 oyunda 7 qol vurub, 7 məhsuldar ötürmə edib.

“Poz-Qazan” oyunlarında yanvar ayında milyonlarla uduş!

18 February 2026 at 12:23

“Poz-Qazan” oyunlarında yanvar ayında milyonlarla uduş!

Yanvar ayında “Azərlotereya”nın “Poz-Qazan” oyunlarında 3 milyona yaxın biletdə 14.5 milyon manatdan çox uduş qazanıldı!

Sən də bəxtini sınamaq istəyirsənsə, biletləri

• Azərlotereya” və “Misli” məntəqələri
• “Azərpoçt” şöbələri
• “Araz” və OBA marketlər şəbəkəsi
• Market və köşklərdən əldə edə bilərsən.

“Nyukasl”ın “qol silahları”

18 February 2026 at 12:15

“Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.

“Nyukasl”ın cari mövsümdə bombardiri Bruno Gimarayş zədə səbəbindən hər iki matçı buraxacaq. Braziliyalı yarımmüdafiəçi 9 qolla komandasının ən məhsuldar oyunçusudur.

“Sağsağanlar”ın digər məhsuldar oyunçusu Nik Voltemaddır. Alman forvard bu mövsüm 7 qol vurub, 2 məhsuldar ötürmə edib. Baş məşqçi Eddi Hau bu gün hücumun mərkəzində məhz ona şans verəcək.

Komandanın məhsuldar oyunçularının siyahısında üçüncü sırada isə Entoni Qordondur. Cinah oyunçusu bu mövsüm 6 qol vurub, 2 məhsuldar ötürmə edib. Qordonun da bu gün startda olacağı gözlənilir.

Xabi Alonso fransızlara “yox” dedi

18 February 2026 at 11:48

“Real” və “Bayer”in sabiq baş məşqçisi Xabi Alonso “Marsel”dən təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Fransa klubunun nümayəndələri ötən həftə ispan mütəxəssisə baş məşqçilik təklif edib, ancaq rədd cavabı alıb.

“Marsel”də bir müddət əvvəl baş məşqçi Roberto de Zerbi ilə yollar ayrılıb.

Xabi Alonso yanvarın 12-dən işsizdir. Onun son ünvanı “Real” olub.

PSJ Dembeleni itirdi

18 February 2026 at 13:15
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Monako” və PSJ qarşılaşıblar. Msport.az xəbər verir ki, komandalar Monakodakı “Stade Louis II” […]

Source

ÇL: Biri Bakıda, üçü digər şəhərlərdə

18 February 2026 at 10:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” doğma meydanda İngiltərə Premyer Liqasında mübarizə aparan “Nyukasl”la üz-üzə gələcək. İtaliya nəhəngi “İnter” səfərdə Norveç “Bodo Qlimt”inin qonağı olacaq. Madrid “Atletiko”su Belçikada “Brügge” ilə qarşılaşacaqsa, “Bayer” də Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

Qeyd edək ki, ÇL-də pley-off mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
18 fevral

21:45. Qarabağ (Azərbaycan) – Nyukasl (İngiltərə)
00:00. Olimpiakos (Yunanıstan) – Bayer (Almaniya)
00:00. Bodo Qlimt (Norveç) – İnter (İtaliya)
00:00. Brügge (Belçika) – Atletiko (İspaniya)

Del Pyerodan 2:5-ə şərh: “Meydanda xarakter göstərmək lazımdır”

18 February 2026 at 11:26

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero keçmiş komandasının Çempionlar Liqasında “Qalatasaray”a uduzmasını şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:5 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Qalatasaray” möhtəşəm oynadı. Sane və İkardi ehtiyatda olsa da, startdakı oyunçular mükəmmək performans göstərdi. “Yuventus”dan daha yaxşı oynadılar. Meydanda xarakter göstərmək lazımdır. Yersiz səhvlər komandaya baha başa gəldi”.

“Nyukasl”la oyuna doğru: “Şansları bərabər hesab edirəm”

18 February 2026 at 11:00

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda “Nyukasl”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında görüşdən gözləntilərini bölüşdü:

“Maraqlı oyun olacaq. Düzdür, hər iki komanda pik formasında deyil. Nəzərə alaq ki, Çempionlar Liqasıdır və iki oyundan ibarət mərhələdir. “Nyukasl” son oyunlarda qələbə qazansa da, ümumi götürəndə işləri yolunda getmir, heyətlərində itkilər var. “Qarabağ” da pik formasından uzaqdır. Üç cəbhədə vuruşmaq komandanın fiziki hazırlığına təsir edib. Eyni zamanda rotasiyalardan çox istifadə edə bilmədikləri üçün yorğunluq görünür. Lakin bunlara baxmayaraq, şansları bərabər hesab edirəm”.

Cütün taleyinin İngiltərədə həll olunacağını deyə mütəxəssis “Qarabağ”ın fiziki hazırlığının hansı səviyyədə olmasının həlledici olacağını qeyd etdi:

“Düşünürəm ki, cütün taleyi Bakıda yox, İngiltərədə həll olunacaq. “Qarabağ” son iki çətin səfərdə olsa da, komandanın hazırlıq üçün vaxtı olub. Düzdür, yorğunluq var. Amma bərpa vaxtının da olduğunu nəzərə almalıyıq. “Qarabağ” üçün oyunda funksional hazırlığın səviyyəsinin yaxşı olması vacib məqamdır”.

Şahin Cəfərov

“Real”ın futbolçusu Kakanı geridə qoydu

18 February 2026 at 10:38

“Real”ın futbolçusu Vinisius Junior Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə matçda qol vurub.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu turnirdəki qollarının sayına görə həmyerlisi, sabiq braziliyalı Kakanı ötüb.

“Benfika”ya vurduğu qol Vinisius üçün turnirdəki 31-ci qol olub. “Milan” və “Real”ın keçmiş futbolçusu Kaka ÇL-də 30 dəfə fərqlənib.

“Səbail”in MOİK səfəri

18 February 2026 at 10:25

Bu gün Azərbaycan I Liqasında XV tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

“Səbail” səfərdə MOİK-in qonağı olacaq. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Baku Sportinq” “Cəbrayıl”la üz-üzə gələcək.

Azərbaycan I Liqası
XV tur

18 fevral

14:30. “Cəbrayıl” – “Bakı Sportinq”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov
Şamaxı OİK stadionu

14:30. MOİK – “Səbail”
Hakimlər: Alik Yunusov, Sənan Atayev, Asif Abdullayev, Şamil İmanzadə
Binə qəsəbə stadionu

“Yuventus” bunu da yaşadı

18 February 2026 at 10:15

“Yuventus” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Qalatasaray”a uduzub – 2:5.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi son 4 oyunda 13 qol buraxıb.

“Qoca sinyora” “Atalanta”ya 0:3, “İnter”ə 2:3, “Qalatasaray”a 2:5 hesabıyla uduzub, “Latsio” ilə isə 2:2 hesablı heç-heçə edib.

Bu, “Yuventus”un XXI əsrdəki ən pis göstəricisidir.

“Vinisius məni səhv başa düşüb” – Prestianni

18 February 2026 at 09:50

“Benfika”nın futbolçusu Canluka Prestianni Çempionlar Liqasında “Real”la matçda rəqib oyunçu Vinisius Juniora qarşı irqçilik etməsi ilə bağlı iddiaları yalanyalıb.

Futbolpress.az xəbər verir ki, argentinalı oyunçu matçdan sonra bununla bağlı paylaşım edib:

“Vinisiusa qarşı irqçilik etməmişəm. Təəssüf ki, o, məni səhv başa düşüb. Heç vaxt kiməsə qarşı irqçi olmamışam. “Real”ın futbolçularından aldığım təhdidlərə görə təəssüflənirəm”.

“Real” “Benfika”nı 1:0 hesabıyla məğlub edib. Matçın ikinci hissəsində Vinisius baş hakimə yaxınlaşaraq, Presitanninin ona “meymun” dediyini bildirib və oyun bir neçə dəqiqəlik dayanıb.

Keyn Ronaldonu qabaqladı

18 February 2026 at 11:30
“Bavariya”nın ingiltərəli hücumçusu Harri Keyn Bundesliqanın 22-ci turunda “Verder”lə matçda (3:0) dubl edərək karyerasında 500-cü qoluna imza atıb. Msport.az xəbər […]

Source

Hansı oyun, hansı kanalda? – TV

18 February 2026 at 09:34

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

18 fevral

Türkiyə, I Liqa
15:30 Keçiörengücü – Erzurumspor (TRT Spor)
18:00 Vanspor – Bodrumspor (TRT Spor)
21:00 Manisa – Bandırmaspor (TRT Spor)

Çempionlar Liqası
21:45 Qarabağ – Nyukasl (CBC Sport)
00:00 Bodo-Qlimt – İnter (İctimai TV)

İspaniya, La Liqa
23:00 Levante – Vilyarreal (Futbol 2, İdman TV)

İtaliya, A Seriyası
23:45 Milan – Komo (Matç TV)

İngiltərə, Premyer Liqa
00:00 Vulverhempton – Arsenal (beİN Sports 3)

“Prestianni Vinisiusa beş dəfə “meymun” dedi”

18 February 2026 at 09:18

“Real”ın futbolçusu Kilian Mbappe Çempionlar Liqasında “Benfika” ilə matçda komanda yoldaşı Vinisius Juniora qarşı irqçilik edildiyini bildirib.

Futbolpress.az “Madrid Xtra”ya istinadən xəbər verir ki, fransalı hücumçu bununla bağlı oyundan sonra açıqlamasında deyib:

“Prestianni Vinisiusa beş dəfə “meymun” dedi. Bunu çox aydın gördüm. Heç kimin görməməsi üçün formasıyla üzünü örtməyə çalışırdı, amma mən davranışından hər şeyi başa düşdüm”.

“Real” “Benfika”nı 1:0 hesabıyla məğlub edib. Matçın ikinci hissəsində Vinisius baş hakimə yaxınlaşaraq, Presitanninin ona “meymun” dediyini bildirib və oyun bir neçə dəqiqəlik dayanıb.

“Nyukasl”la oyuna doğru: nələrə diqqət etməli?

18 February 2026 at 09:00

“Qarabağ” bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyununa çıxacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Nyukasl”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.

İngiltərə Premyer Liqasında 26 turda 36 xal toplayan “Nyukası” 10-cu sıradadır. Son beş oyunda 1 qələbə qazanan “sağsağanlar” avrokuboklara vəsiqə verən beşinci sıradan 8 xal geridədir. “Nyukasl” 26 oyunda 10 qələbə qazanıb, 10 dəfə uduzub. Komandanın vurduğu və buraxdığı qol sayı da eynidir – 37/37.

Ayın əvvəlində ardıcıl məğlubiyyətlərdən sonra əvvəlcə Premyer Liqada “Tottenhem”i, daha sonra İngiltərə Federasiya Kubokunda “Aston Villa”nı səfərdə məğlub edən “Nyukasl” yaxşı formadadır. Eddi Haunun komandası liqada ən güclü pressinq edən kollektivlərdəndir. Komanda məhz bunun hesabına bu mövsüm ən çox qolu birinci hissədə vurub. “Sağsağanlar”ın səfər statistikası isə elə də ürəkaçan deyil. Komanda Premyer Liqada 13 səfər matçında cəmi 3 qələbə qazanıb, dəfə uduzan komanda 4 dəfə də heç-heçə edib.

“Nyukasl” bu mövsüm Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkir. İngiltərə təmsilçisi Liqa mərhələsini 12-ci sırada bitirib. 8 oyunda 4 qələbə qazanan ingilislər 2 dəfə uduzub, 2 dəfə heç-heçə edib. Komanda bu görüşlərdə 17 qol vurub, 10-nu buraxıb.

“Nyukasl”ın heyətində bu mövsüm ən çox qol vuran Bruno Gimarayşdır – 9 qol. Braziliyalı yarımmüdafiəçi hazırda zədəlidir və “Qarabağ”la matçlarda forma geyinməyəcək. Komandanın əsas qol ümidi isə Nik Voltemaddır. Alman forvard hündür boyu ilə xüsusən standart vəziyyətlərdə daha təhlükəlidir. Voltemad eyni zamanda rəqib müdafiəsində hərəkətliliyi ilə seçilir.

Komandanın orta xətti də öz gücü ilə fərqlənir. İtaliyalı yarımmüdafiəçi Sandro Tonali və Ceykob Remzi ikitərəfli yaxşı oynamağı bacarır. Orta xətt oyunçuları həm müdafiədə, həm də hücuma çıxan zaman sürəti ilə fərqlənir.

“Nyukasl” bundan öncə sonuncu dəfə 2002/03 mövsümündə Çempionlar Liqasında oynayıb. Komandanın uzun müddət sonra yarışa qatılması “sağsağanlar”ı daha arzulu edir. Premyer Liqada orta sıralarda qərarlaşan komanda üçün bu mövsüm pley-offlara qalmaq da ciddi uğurdur.

Şahin Cəfərov

ÇL: “İnter” Norveçdə uduzdu, “Atletiko”dan heç-heçə

19 February 2026 at 02:15

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” Bakıda İngiltərə təmsilçisi “Nyukasl”la qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb.

İtaliyanın “İnter” klubu Norveçdə “Bodo-Qlimt”ə uduzub.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

18 fevral

Qarabağ (Azərbaycan) – Nyukasl (İngiltərə) 1:6
Qollar:
Elvin Cəfərquliyev, 55 – Antoni Qordon, 3; 32-pen; 34; 45-pen. Malik Tiav, 9. Yakop Mörfi, 72.

Olimpiakos (Yunanıstan) – Bayer (Almaniya) 0:2
Qollar:
P.Şik, 60; 63.

Bodo Qlimt (Norveç) – İnter (İtaliya) 3:1
Qollar:
Fet, 20. Hauqe, 61; 64 – Espozito, 30.

Brügge (Belçika) – Atletiko (İspaniya) 3:3
Qollar:
Onyedika, 52. Tresoidi, 60. Tsolis, 89 – X.Alvares, 8-pen. Lukman, 45+4. Ordones, 79-öz qapısına.

Spaletti: “Səviyyəmizi göstərmədik”

18 February 2026 at 08:23

“Yuventus”un baş məşqçisi Luçano Spaletti Çempionlar Liqasında pley-off mərhələsində “Qalatasaray”a uduzduqları ilk oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:5 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Nə deyim? Oyunu idarə edə bilmədik, səviyyəmizi göstərmədik. Nəticədə meydanda yox olduq. Cavab oyunu üçün bütün planlarımızı dəyişməliyik”.

Komandalar arasındakı cavab görüşü fevralın 26-da olacaq.

ÇL: “Qarabağ” “Nyukasl”la üz-üzə

18 February 2026 at 09:00

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu 1/8 finala vəsiqə uğrunda İngiltərə təmsilçisi “Nyukasl”la üz-üzə gələcək.

Sözügedən komandalar arasındakı ilk oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Espen Eskos olacaq.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin cari mövsümündə uğurlu çıxışı ilə diqqət çəkir. Ağdam klubu ÇL-in Liqa mərhələsində 8 oyuna topladığı 10 xalla ən güclü 24 komanda arasında yer alaraq pley-offda iştirak hüququ qazanıb. “Nyukasl” isə ÇL-in Liqa mərhələsində 14 xalla 12-ci yeri tutmuşdu.

İngiltərə təmsilçiləri ilə oyunlarda adətən çətinliklə üzləşmiş “Qarabağ” “Nyukasl”la görüşdə uğursuz gedişata son qoymağa, ingilislər üzərində ilk qələbəsini qazanmağa çalışacaq. 1/8 finala vəsiqə qazanmaq yolunda da təmsilçimizin ilk oyunu qalib başa vurması böyük önəm kəsb edir. Əks halda “Nyukasl” kimi güclü komandanı səfərdə mübarizədən kənarlaşdırmaq daha da müşkülə çevriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
18 fevral

“Qarabağ” – “Nyukasl”
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad (Norveç).
VAR: Rob Diyperink (Niderland).
AVAR: Dennis Hiqler (Niderland).
Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya).
UEFA nümayəndəsi: İqnas Marçinkeviçyus (Litva).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

“Qarabağ” “Nyukasl”a böyük hesabla uduzdu

18 February 2026 at 23:37

“Qarabağ” bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Nyukasl”ı qəbul edib. Matç qonaqların qələbəsiylə başa çatıb – 6:1.

Komandalar arasındakı cavab görüşü fevralın 25-də olacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun

18 fevral

21:45 Qarabağ – Nyukasl 1:6
Qollar: Elvin Cəfərquliyev, 55 – Qordon, 3, 32 (pen.), 34, 45+1 (pen.) Tiav, 9, Mörfi, 73
Baş hakim: Espen Eskas (Norveç)
Tofiq Bəhramov adına Respublika stadionu

ÇL: “Qalatasaray” “Yuve”yə 5 qolla qalib gəldi

18 February 2026 at 02:05

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Qalatasaray” İtaliyanın “Yuventus” komandasını qəbul edib. İstanbulda baş tutmuş qarşılaşmada meydan sahibləri darmadağına seviniblər.

“Real” səfərdə “Benfika”ya, PSJ isə “Monako”ya qalib gəlib. Dortmund “Borussiya”sı da “Atalanta” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin digər oyunları sabah baş tutacaq. Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
17 fevral

Qalatasaray (Türkiyə) – Yuventus (İtaliya) 5:2
Qollar: Q.Sara, 15. Lanq, 49; 75. D.Sançes, 60. S.Boy, 86 – Kopmeyners, 16; 32.

Benfika (Portuqaliya) – Real (İspaniya) 0:1
Qol: Vinisius, 50.

Borussiya (Dortmund, Almaniya) – Atalanta (İtaliya) 2:0
Qollar: Girassi, 3. Beyer, 42.

Monako (Fransa) – PSJ (Fransa) 2:3
Qollar: Baloqun, 1; 18 – Due, 29; 67. Hakimi, 41.

“Traktor” ÇL-də qrup mərhələsini qələbə ilə bitirdi

18 February 2026 at 01:00

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu turnirin əsas mərhələsinin sonuncu – 8-ci turunda Qətərin “Əl-Qarafa” komandası ilə qarşılaşıb.

Səfərdə baş tutmuş bu oyunda təbrizlilər inamlı qələbəyə seviniblər – 2:0. Qələbə qollarını Mahdi Haşemnecad (61-ci dəqiqə) və Əmirhüseyn Hüseynzadə (81-ci dəqiqə) vurublar.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının cari mövsümündə ümumilikdə 24 komanda mübarizə aparırdı. İştirakçılar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünmüşdülər. Hər zonada 12 komanda yarışıb və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə mübarizə aparıblar.

Hər komanda 8 oyun keçirib. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanıb. Burada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən “Qərb”lə “Şərq” birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.

“Traktor” “Qərb” zonasında yer alıb. Komanda qrup mərhələsini 17 xalla 3-cü pillədə başa vurub. Təbrizlilər növbəti mərhələdə Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” komandası ilə qarşılaşacaq. İlk oyun martın 3-də səfərdə, cavab görüşü martın 10-da Təbrizdə baş tutacaq.

Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.

Həsənov Məsiyevin səhv qərarlar verdiyini təsdiqlədi

17 February 2026 at 23:30

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 20-ci turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 20-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Rəhim Həsənov ümumilikdə 5 matçda qeydə alınmış epizodlarla bağlı fikirlərini bölüşüb.

Mütəxəssis referi Rauf Cabbarovun “Qəbələ” – “Sabah” görüşündə mübahisəli penalti epizodu ilə bağlı doğru qərar qəbul etdiyini təsdiqləyib.

Əvəzində o, Elçin Məsiyevin “Araz-Naxçıvan” – “Sumqayıt” matçında penalti vermədiyini və qırmızı vərəqə göstərmədiyini bəyan edib. Bir sözlə, Məsiyevin sözügedən matça nəticəyə təsir edən iki böyük səhvi olub.

Komitə sədri “Kəpəz” – “Neftçi” matçında da Əli Əliyevin penalti qərarının səhv olduğunu bildirib.

AFFA Hakimlər Komitəsinin sədrinin 20-ci turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

“FIFA Series – 2026”nın təqvimi açıqlandı

17 February 2026 at 22:30

Azərbaycanda keçiriləcək və millimizin də qatılacağı futbol üzrə “FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək.

İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.

Turnirin təqvimini nəzərinizə çatdırırıq:

“FIFA Series – 2026”

27 mart
15:00. Oman – Syerra-Leone
“Dalğa Arena”.

19:00. Azərbaycan – Sent Lusiya
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

30 mart

15:00. 3-cü yer uğrunda (məğlublar)
“Dalğa Arena”.

19:00. Final (qaliblər)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Before yesterdaySport-AZ

Elanqa: “Qarabağ” qeyri-adi komandadır”

17 February 2026 at 23:00

“Nyukasl”ın hücumçusu Antoni Elanqa UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunlardan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, İngiltərə və Azərbaycan təmsilçiləri arasındakı ilk qarşılaşma sabah Bakıda baş tutacaq.

Antoni Elanqa bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” qeyri-adi komandadır, güclü kollektivi var. Bizim komandamız da güclüdür. Komanda şəklində oynayırıq. Gələcəyə pozitiv baxırıq. Sabahkı oyuna fokuslanmışıq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. “Qarabağ”ın da ambisiyaları böyükdür. Çalışacağıq, bu səddi aşaq və bacardığımız qədər irəli gedək. “Qarabağ”ın “24-lük”də olması məni təəccübləndirmədi. Onların potensialını bilirik. “Kopenhagen” və “Çelsi” ilə matçları diqqətimizi çəkdi. Bilirik ki, asan olmayacaq. UEFA Çempionlar Liqasında asan rəqib yoxdur”.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bu görüşə sabah saat 21:45-də start veriləcək.

Eddi Hau: “Qarabağ”la oyun asan olmayacaq”

17 February 2026 at 22:00

“Nyukasl”ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunlardan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, İngiltərə və Azərbaycan təmsilçiləri arasındakı ilk qarşılaşma sabah Bakıda baş tutacaq.

Eddi Hau bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Hazırda heyətlə bağlı ciddi problemlərimiz yoxdur. Oyunçularımız yerindədir. Bakıya gözəl əhvalda gəlmişik. Son oyunlarda yaxşı nəticələr qazanırıq. “Qarabağ”ı ciddi şəkildə araşdırmışıq. Onların “Çelsi” və “Liverpul”la oyunlarını təhlil etmişik. “Qarabağ” yaxşı oyun göstərir, texnikalı futbolçuları var. Maraqlı qarşılaşma olacaq. “Çelsi” ilə matç hər iki komanda üçün çətin idi. “Qarabağ”ın səviyyəsi ilə bağlı müəyyən məlumatlara malikik.

İrəli getmək istəyirik. Şansımızdan yaxşı istifadə etməyə çalışacağıq. Tarixi şansımız var, pley-offdayıq. Uzaq yoldan gəlmişik, azarkeşlərimiz də artıq burdadır. Burdan pozitiv şəkildə ayrılmaq istəyirik. Çətin oyunlarımız var. Təqvimi nəzərə almışıq. Əlimizdən gələni edəcəyik ki, hər şeyi tənzimləyək. Hədəflərimiz var, arzularımız böyükdür. Özümüzə inanırıq.

Açığı, Qurban Qurbanovla bağlı ciddi araşdırmam olmayıb. Bir komandada bu qədər uzun müddət qalırsansa, hörmətə layiqsən. Komandanı motivasiya etməsi, əlaqələri təqdirediləsidir. Çempionlar Liqasında yaxşı nəticə göstəriblər. Özlərinə məxsus oyun üslubları var. Oyunlarına baxmaq maraq doğurur. Ona görə “Qarabağ”a qarşı oyun asan olmayacaq”.

Tahir Gözəl: “Qarabağ”ın büdcəsi artırılacaq”

17 February 2026 at 21:00

“Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının “Nyukasl”la sabah keçiriləcək ilk oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Arena.az xəbər verir ki, o, öncə “Qarabağ”ın bu mərhələyə qədər irəliləməsi barədə fikirlərini bildirib:

“Əvvəla, biz bu gün hara qədər irəlilədiyimizi dərk etməliyik. Avropada yüksək liqalarda oynayan 850 komanda var. Onların xeyli hissəsinin büdcəsi bizdən qat-qat yüksəkdir. Avropanın aparıcı futbol ölkələrinin ikinci liqa klublarının da büdcəsi bizimlə müqayisədə yuxarıdır. Demək olar ki, biz 2000-2500 klub arasında ilk “25-lik”dəyik. Bu, doğrudan da möcüzədir. Onların büdcəsinin bəlkə də 10 qat aşağısı ilə bura qədər irəliləmişik. Bu, hamımızda möhtəşəm qürur və özünəinam yaratmalıdır ki, bura qədər gəlmişik”.

Tahir Gözəl sıx qrafikdə oynayan komandasının sabah da azarkeşlərə sevinc bəxş edəcəyinə inandığını qeyd edib:

“Son vaxtlar komandamızın çox sıx qrafiki var idi. Şamaxıda, süni örtüklərdə, Qubada, gilin içində, çox ağır oyunlar fiziki cəhətdən futbolçularımızda yorğunluq yaratsa da, indi baxıram ki, “Qarabağ”da motivasiya ən yüksək səviyyədədir. Klubumuz, biz, oyunçularımız sabahkı oyunun önəmini bilirik. Əminəm ki, futbolçularımız içlərində, ürəklərində, bədənlərində ilahi bir qüvvə tapacaqlar. O an gələcək. Necə ki, “Ayntraxt”la qarşılaşmada 65-ci dəqiqədən sonra oyuna diqtə etdik və nəticə qazandıq. Sabah da belə olmasını gözləyirəm”.

Ağdam təmsilçisinin prezidenti iki klubun büdcəsi arasında fərqə toxunub:

“Nyukasl” İngiltərənin ən zəngin klublarından biridir. Büdcəsi 700-750 milyon funt sterlinqdir. Bu bir milyard dollardır. Bizdən 50 qat böyük klubdur. Amma onlar qarşılarında inamlı, hər zamankı kimi hücum futbolu oynayan, şücaətli bir “Qarabağ” görəcəklər. Nəticənin necə olacağını bilmirəm, kimsə də deyə bilməz. Əsas arzum budur ki, xalqımızdan alqış alaq və oyunun keyfiyyəti üstün olsun, dominant futbol oynayaq. Futbolçularımdan xahişim və gözləntim budur. Əlbəttə, biz bura möhtəşəm baş məşqçimiz Qurban Qurbanovun dahiliyi, zəhməti, texniki heyət, məşqçimiz Elçin Rəhmanov, futbolçularımızın əməyi, xalqımızın inanılmaz dəstəyi, Cənab Prezidentimizin dəstəyi ilə gəlmişik”.

“Azərbaycan futbolunun səviyyəsi artır”

Tahir Gözəl “Azersun Holdinq”in klubun inkişafındakı rolunu xatırladıb:

“Sabah gözəl nəticə qazanmaqla ən çətin günlərimizdə yanımızda olan “Azersun Holdinq”, orda çalışan minlərlə əməkdaşı sevindirmək istəyirik. Onlara deyirəm ki, belə bir komanda yaranmasında nə qədər böyük rol oynadığınız üçün özünüzlə fəxr etməlisiz. “Azersun Holdinq” bir günəş kimi həmişə orda idi. Büdcəmiz çatmayanda, ikiqat artıq büdcə istəyəndə heç vaxt yox demədiklərini heç unutmuram. “Azersun Holdinq”in rəhbərliyinə, əməkdaşlarına, hər kəsə təşəkkür edirəm. Xalqıma deyirəm ki, sabah hamımız “Qarabağ”ın yanında olaq, tək bir yumruq olaq, xalqımızı sevindirmək bizə nəsib olsun”.

Klub prezidenti “Qarabağ”ın büdcəsinin artırılacağını bildirib:

“Əlbəttə, “Qarabağ”ın büdcəsi növbəti mövsümdə artacaq. Bu gün qazandıqlarımızı fikirləşib, qazancı 2-3 il üçün planlaşdırıb, oyun keyfiyyətimizi necə artırmaq üçün büdcəni də artıracağıq. Qurban Qurbanovla daim təmasdayıq. Rəhbərlik olaraq ona dəstək veririk. Təkcə hücum deyil, hər mövqedə oyunçu axtarırıq. “Qarabağ” futbol bazarındadır, əlimizdən gələni edirik və çox aktiv işləyirik”.

Tahir Gözəl səfərdəki cavab görüşü öncəsi qələbənin vacibliyini qeyd edib:

“Mənim arzum odur ki, ev oyununda qələbə qazanaq. Tofiq Bəhramov adına Respublika stadionunda qalib olaq, bu matçdan azarkeşlərimizlə, qələbə ruhu ilə çıxsaq, səfərdəki görüşün yekununda nəticə qazanacağımıza inanıram”.

O, Premyer Liqada rəqabətin artmasına münasibət bildirib:

“Qarabağ”ın hədəfi Avropada uğur qazanmaqdırsa, bu tempdə bir tərəfdə itki olacaq. Bu bir faktdır. Bunu qəbul etməliyik. Həm beynəlxalq arenada, həm daxili yarışlarda oynamaq futbolçular üçün ağırdır. Hər 2-3 gündən bir oyun olur. Bunun təsir var. Bundan başqa həm də yerli klublarda möhtəşəm inkişaf var. “Sabah” bir möcüzədir. Möhtəşəm bir komanda qurublar. Çox ağır və güclü rəqibdir. Bunu “Neftçi”nin özü barədə də demək olar. Artıq Azərbaycan çempionatında keyfiyyət artır. “Zirə” də çox güclüdür. Bizim, Azərbaycan futbolunun səviyyəsi artır. Amma “İmişli” ilə oyunda Quba stadionunun vəziyyətini görəndə insan bir az üzülür. Hamımız başa düşək ki, futbolu inkişaf etdirmək üçün infrastruktur olmalıdır”.

“Klubda hər kəsin motivasiyası ən yüksək səviyyədədir”

Tahir Gözəl klubun infrastrukturla bağlı planlar qurduğunu açıqlayıb:

“Hətta bizim qarşıdakı 3 ildə planlarımız yaxşı futbolçular gətirmək də var. Amma əsas hədəfimiz yaxın 3-4 ildə çox ciddi infrastrukturun olmasıdır. Sanballı, bizə yaraşan infrastruktur yaratmalıyıq. Çempionatdakı hər klub da buna səy göstərməlidir”.

Tahir Gözəl avrokubokların növbəti mövsümünə də toxunub:

“İnsan əlindən gələni etməlidir. Biz əlimizdən gələni edəcəyik. Qalanı bəxtə nə düşəcəyindən asıldıır. Əmin ola bilərsiz ki, klubda hər kəsin motivasiyası ən yüksək səviyyədədir. “Qarabağ” o qədər gözəl, təmiz, müqəddəs ailədir. Biz savaşan komandayıq və bizdə savaşçı ruhumuz var. Qismət olsa növbəti mövsümdə də Çempionlar Liqasında vuruşacağıq, olmasa Konfrans Liqasında. Bəlkə də xeyirlisi o olacaq. Konfrans Liqasına düşsək, sonadək gedəcəyik”.

Rəhim Həsənov “Qəbələ” – “Sabah” oyunundakı mübahisəli qərarı şərh etdi

17 February 2026 at 22:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XX turunda qeydə alınan mübahisəli epizodları şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis referi Rauf Cabarovun “Qəbələ” – “Sabah” görüşündə (0:1) mübahisəli penalti epizodu ilə bağlı verdiyi qərarın doğru olduğunu bildirib.

“Qəbələ” matçın son dəqiqəsində qol vursa da, VAR müdaxiləsindən sonra əllə oyun qeydə alınıb.

“Qarabağ” qeyri-adi komandadır” – Elanqa

17 February 2026 at 20:51

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan əvvəl qonaq komandanın futbolçusu Entoni Elanqa jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, o, media nümayəndələri ilə görüşdə bunları dedi:

– Çempionlar Liqasında son qolunuz “Mançester Yunayted”in heyətində olub. Qol vurmalı olduğunuzu düşünürsünüz?
– Təzyiqlə bağlı düşünmürəm. Oyuna fokuslanmışam. Bizimçün əsas məsələ komandadır. Yaxşı vəziyyətdə olmalıyıq.

– Baş məşqçi sizə hansı dərəcədə kömək olur?
– Onunla danışırıq, çalışıram ki, sabit oynayıb. Məsləhətlərə qulaq asıram.

– “Qarabağ” haqda nə fikirləşirsiniz?
– “Qarabağ” qeyri-adi komandadır, güclü kollektivi var. Bizim də komandamız güclüdür. Komanda şəklində oynayırıq. Gələcəyə pozitiv baxırıq. Sabahkı oyuna fokuslanmışıq. Oyuna ciddi hazırlaşmışıq. “Qarabağ”ın da ambisiyaları böyükdür. Çalışacağıq, səddi aşaq və bacardığımız qədər irəli gedək.

– “Qarabağ”ın hansı oyununun nəticəsi diqqətinizi çəkib və onların “24-lüy”ə düşməsi sizi təəccübləndirmədi?
– Xeyr, təəccübləndirmədi. “Qarabağ”ı, potensialını bilirik. “Kopenhagen” və “Çelsi” ilə matçları diqqətimizi çəkdi. Bilirik ki, asan olmayacaq. Çempionlar Liqasında asan rəqib yoxdur.

– İsveç millisinin heyətində burda Azərbaycana qarşı oynamısan. Bəzi futbolçuları tanımağınız hansısa üstünlük verir?
– Həm hə, həm yox. Hər oyunun öz əhəmiyyəti var. Oyuna çıxanda hər şey eyni olmur. Taktiki gedişlər, üslub fərqlidir. Sabah imkan olacaq ki, mümkün qədər özümüzü göstərək.

Şahin Cəfərov

Yüksək Liqa: “Gənclər”dən bir gündə 2 məğlubiyyət

17 February 2026 at 20:00

Volyebol üzrə üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün növbəti oyunları keçirilib

Arena.az xəbər verir ki, qadın voleybolçuların yarışında 13-cü tura yekun vurulub.

Turun son oyunu Gəncə şəhərində baş tutub. Gəncə İdman Sarayında “Gənclər” komandası “Gəncə”nin qonağı olub. Oyun 3:0 hesabı ilə ev sahibinin qələbəsi ilə başa çatıb.

Kişi voleybolçuların yarışında isə 14-cü tura start verilib. Turun ilk oyun günündə “Murov” və “Gənclər” komandaları üz-üzə gəliblər. Abşeron Olimpiya İdman Kompleksində baş tutmuş matç “Murov”un 3:0 (25:16, 25:14, 25:14) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 14-cü turun növbəti qarşılaşmaları sabah baş tutacaq.

Yüksək Liqa
17 fevral

Qadınlar, 13-cü tur

“Gəncə” – “Gənclər” 3:0 (25:10, 25:10, 25:9)
Gəncə İdman Sarayı.

Kişilər, 14-cü tur

“Murov Az Terminal” – “Gənclər” 3:0 (25:16, 25:14, 25:14)
Abşeron Olimpiya İdman Kompleksi.

Kamilo Duran: “Bizi “Nyukasl”la tarixi oyun gözləyir”

17 February 2026 at 19:00

“Qarabağ”ın hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la ilk oyunundan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə təmsilçiləri arasındakı ilk oyun sabah Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Kamilo Duran bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fərqindəyik ki, bizi çox çətin və tarixi oyun gözləyir. Doğma azarkeşlərimizin qarşısında oynayacağıq. “Nyukasl” çox çətin rəqibdir. Amma istənilən halda, əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək və uğurlu nəticə qazanaq.

İngiltərə təmsilçiləri çox sürətli və fiziki cəhətdən güclü komandalardır. Onlara qarşı ilk oyunumuzda bunu hiss etdim. Yaxşı formada hazırlaşmışıq. Çətin rəqib olsa da, biz də onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq.

“Qarabağ”la Çempionlar Liqasında oynamaq mənim üçün çox xoşdur. Xoşbəxtəm. Bu, karyeramın ən uğuru dönəmidir. Gəncəm, daha inamlı olmalıyam, üzərimdə işləməliyəm”.

Duran Kolumbiya millisinə dəvət almasının mümkünlüyü barədə sualı da cavablandırıb:

“Bu mövsüm mənim üçün uğurlu keçir. Buna görə xoşbəxtəm. Millidə oynamaq bir kolumbiyalı kimi uşaqlıq arzumdur. Belə davam edəcəyəmsə, hər dəfə milliyə düşməyə daha yaxın olacağam. Hər kəs istəyər dünya çempionatında oynasın. Arzumdur. Amma hələ ki, mənə hər hansı dəvət, zəng olmayıb”.

Qurban Qurbanov: “Nyukasl”la matça çəkinmədən çıxacağıq”

17 February 2026 at 18:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la ilk oyunundan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə təmsilçiləri arasındakı ilk oyun sabah Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Qurban Qurbanov bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox böyük təcrübə əldə ediləsi oyundur. Azərbaycan futbolu tarixində ilkdir. UEFA Çempionlar Liqasının pley-off mərhələsində oynayacağıq. Özü də bu cür rəqibə qarşı. “Nyukasl” çox tanınmış, köklü klubdur, dünyanın bir nömrəli liqasında mübarizə aparırlar. Matça hazırlaşmaq üçün vaxtımız az oldu. Futbolçuların hazırlığına baxıram, oyun haqda fikirlərinə də önəm verirəm. Çox məsuliyyətli davranırlar, çox həyəcanlıdırlar. Bu da mənə inam verdi. Futbolçular oyunu səbirsizliklə gözləyirlər. Sabah ən yaxşı oyunlarından birini oynamağa çalışacaqlar. “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var. Premyer Liqada bütün komandalar onlara qarşı oynamaq istəmirlər. Çünki rəqibə oynamaq imkanı vermirlər. Çalışacağıq ki, doğma meydanımızda yaxşı mübarizə aparaq, ağıllı oynayaq. Cəsarətli oynamağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. “Nyukasl” həm fiziki gücə malik, həm də sürətli oynayan komandadır. İnanıram ki, futbolçularım özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar.

Biz hücum futbolu oynasaq da, həmişə çalışmışıq ki, müdafiədə ehtiyatlı olaq. Amma burada bəzi amillər var. Rəqibin ustalığı, üstünlüyü… Ona görə də bəzən bəlkə buraxdığımız qolların sayı çox olub. Nəyisə əldə etmək istəyiriksə, daha çox yaradıcı olmalı, rəqib qapısında bir çox variantlar axtarmağa çalışmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola doğru müdafiə olunsunlar. Reallıq var. Rəqib də bunu düşünür. Onların keyfiyyəti bizim düşüncəmizi geridə qoyur. Mütləq şəkildə hər iki oyunu düşünməliyik. Çox istəyərdim sabah azarkeşlərimiz oyundan həzz alsınlar, uduzsaq da, yaxşı, dinamik və açıq futbol görsünlər. Cavab oyununa vaxtımız olacaq. Bunu düşünərik”.

Qurban Qurbanov “Nyukasl”ı favorit hesab edir

Xoni Montielin yaxşı formada olduğu bir vaxtda Kadi Borgesin də sıraya dönməsinə toxunan Qurban Qurbanov onlardan hansına üstünlük verəcəyini açıqlamaq istəməyib:

“Kadinin geri dönməsi bizim üçün xoşdur. Əlimizdə əlavə variantlar var. İstədiyimiz anda istədiyimiz dəyişiklikləri edə bilərik. Sabah səhər məşqimiz olacaq. Ondan sonra kimlərin meydana çıxacağını tam dəqiq biləcəyik.

Nəriman Axundzadə bu oyunda olmayacaq. Onun əvəzinə heç kimi əlavə edə bilmərik. Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə edə bilərik.

Mateus Koxalski böyük ehtimalla oyuna hazır olacaq. Sabah yenə əlavə həkim müayinəsindən keçəcək. 100 faiz riskli bir bir şey olmasa, meydana çıxacaq”.

Qurban Qurbanov komandasının UEFA Çempionlar Liqasındakı uğurlu çıxışına da şərh verib:

“Biz düzgün yoldayıq və böyük turnirdə böyük komandaların sırasındayıq. Bu da bizə əlavə güc, motivasiya və inam verir. İnanıram ki, gələcək işimizdə builki performansımızın böyük köməyi olacaq. Komandaların ümumi durumuna baxsaq, favorit “Nyukasl”dır. Amma bu rəqibə ən azından Bakıda qalib gəlmək istəyirik. Bunun üçün də hazırlaşırıq. Futbolda bəzən çox maraqlı nəticələr olur. Biz də istəyərdik ki, o maraqlı nəticələrin sırasına daxil olaq. Sabah meydana çəkinmədən çıxacağıq. Qarşımızda çox intizamlı kollektiv olacaq. Çox istəkliyəm. Futbolçularım da istəklidir, qalib gəlmək istəyirlər. Ümumi nəticə necə olacaq, onu deyə bilmərəm”.

“Nyukasl”ın baş məşqçisi: “Qarabağ”ı ciddi araşdırmışıq”

17 February 2026 at 20:38

Çempionlar Liqasının pley-off mərhələsində sabah keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunundan öncə İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölşüdü…

– Hazırda heyətlə bağlı ciddi problemlərimiz yoxdur. Oyunçularımız yerindədir. Bakıya gözəl əhvalda gəlmişik. Son oyunlarda yaxşı nəticələr qazanırıq.

– “Qarabağ” iki İngiltərə komandasına qarşı oynayıb. “Çelsi” və “Liverpul”. Sizcə, bu matçlardan hansı sizə hazırlığa kömək oldu?
– “Qarabağ”ı ciddi araşdırmışıq. Hazırlıq üçün iki oyunu da təhlil etmişik. “Qarabağ” yaxşı oyun göstərir, texnikalı futbolçuları var. Maraqlı oyun olacaq. “Çelsi” ilə matç hər iki komanda üçün çətin idi. Bu oyuna da baxdıq. “Qarabağ”ın səviyyəsi ilə bağlı müəyyən məlumatlar aldıq.

– Bu oyunun əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?
– Hər şey bizim üçün vacibdir. Tarixə baxsaq, klubumuz üçün yeni imkan var. Son matçlarda yaxşı çıxış edirik. İrəli getmək istəyirik. Şansımızdan yaxşı istifadə etməyə çalışacağıq. Tarixi şansımız var, pley-offdayıq. Uzaq yoldan gəlmişik, azarkeşlərimiz də artıq burdadır. Burdan pozitiv şəkildə ayrılmaq istəyirik.

– Qarşıda “Mançester Siti” ilə matç var…
– Hazırda bu haqda düşünmürük. Onlara qarşı oyunumuz da çox çətin olacaq.

– Çətin təqviminiz var. Heyətdəki itkiləri də nəzərə alaraq, sabah ehtiyat oyunçulara şans verməyi düşünürsünüz?
– Bəli, çətin oyunlarımız var. Təqvimi nəzərə almışıq. Əlimizdən gələni edəcəyik ki, hər şeyi tənzimləyək.

– “Qarabağ”ın oyun üslubu Premyer Liqa komandalarınınkına bənzəyir?
– “Qarabağ”ın aqressiv oyunu var. Müqayisə etmək çətindir. Hər klubun özünəməxsus oyunu var.

– Hədəfləriniz nədir?
– Hədəflərimiz var, arzularımız böyükdür. Özümüzə inanırıq. Kollektiv olaraq məsələyə yanaşırıq. Hər şey qaydasındadır.

– Hansısa neqativ məqamlar var?
– Xeyr, səyahətimiz yaxşı keçdi. Yorğunluq yoxdur.

– “Qarabağ”da xüsusi diqqət etdiyiniz oyunçu var?
– Kimisə fərqləndirmək istəməzdim. Öz oyunumuzu oynayacağıq. Konret ad çəkmək istəmirəm. Bizim də texnikalı oyunçularımız var.

– “Nyukasl”a gəlişinizdən sonra komandada inkişaf var. Qurban Qurbanov da 17 ildir, “Qarabağ”ı çalışdırır. Onu araşdırmısınızmı, fikirləriniz necədir?
– Açığı, ciddi araşdırmam olmayıb. Bir komandada bu qədər uzun müddət qalırsansa, hörmətə layiqsən. Komandanı motivasiya etməsi, əlaqələri təqdir ediləcəkdir. Çempionlar Liqasında yaxşı nəticə göstəriblər. Özlərinə məxsus oyun üslubları var. Oyunlarına baxmaq maraq doğurur. Ona görə “Qarabağ”a qarşı oyun asan olmayacaq.

– “Nyukasl”ın “Qarabağ”dan transfer etmək istədiyi bir oyunçu ola bilər?
– Gözümüz açıqdır, diqqətli oluruq. İndi burda konkret nəsə demək istəməzdim. Baxdığımız, izlədiyimiz oyunçu yoxdur. “Qarabağ”ın heyəti yaxşıdır. “Liverpul”la oyun onlar üçün çətin oldu. Tam izlədiyimiz kimsə yoxdur. Cinahlarda yaxşı futbolçuları var.

Şahin Cəfərov

“Traktor” yeni baş məşqçisini açıqladı

17 February 2026 at 19:15

“Traktor”un yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisinin “sükanı” Mohammad Rabieiyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə mövsümün sonuna kimi imzalanıb.

Mohammad bu postda Draqan Skoçiçi əvəzləyib.

“Əminəm ki, futbolçularımız özlərində ilahi bir qüvvə tapacaqlar” – Tahir Gözel

17 February 2026 at 18:36

“Qarabağ”ın prezidenti Tahir Gözel Çempionlar Liqasında “Nyukasl”a qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərə açıqlama verdi.

Futbolpress.az xəbər verir ki, funksioner brifinqdə sualları cavablandırdı:

– Sabahkı oyundan gözləntiləriniz nədir?
– Bu gün harada olduğumuzu dərk etməliyik. Avropada yüksək liqada oynayan 850 klub var. Onların əksəriyyətinin büdcəsi bizdən qat-qat yüksəkdir. II Liqa klublarını da götürsək, onların bir çoxunun büdcəsi bizdən çoxdur. Demək olar ki, 2000-2500 klubun arasında ilk “24-lük”dəyik. Bu, doğrudan da möcüzədir. Hamımızda böyük qürur və özünəinam yaranmalıdır. “Qarabağ” son vaxtlar gərgin qrafikdə idi. İki dəfə Şamaxıda süni örrtükdə, Qubada gilin üstündə oyun keçirdik. Futbolçularımızda fiziki cəhətdən yorğunluq yaransa da, Qurban Qurbanovun dediyi kimi, “Qarabağ”da motivasiya ən yüksək səviyyədədir. Sabahkı oyunun önəmini bilirik. Əminəm ki, futbolçularımız özlərində ilahi bir qüvvə tapacaqlar. “Ayntraxt”la matçda 65-ci dəqiqədən sonra hücumlar edib qələbə qazandıq. İnanıram ki, sabah da belə olacaq. “Nyukasl” İngiltərənin fiziki cəhətdən ən yaxşı klublarından biridir. Təsəvvür edin, büdcəsi 700-750 milyon funt-sterlinqdir, bu, təxminən 1milyard dollardır. Büdcə baxımından bizdən 50 qat öndədirlər. Amma onlar qarşılarında inamlı, hər zamankı kimi hücum futbolu oynayan bir “Qarabağ” görəcəklər. Nəticənin necə olacağını bilmirəm. Arzum budur ki, oynadığı oyunla xalqın alqışını alan bir “Qarabağ” görək. Buralara baş məşqçimiz Qurban Qurbanovun, futbolçuların, Prezident İlham Əliyev və xalqımızın dəstəyi sayəsində gəlmişik. Sabah hamımız “Qarabağ”ın yanında olaq. İnşallah xalqımızı sevindirmək bizə qismət olar.

– Çempionlar Liqasından əldə olunan gəlirləri də nəzərə alsaq, gələn mövsüm üçün büdcənin artmaq ehtimalı var?
– Əlbəttə ki, artacaq. Builki qazancımızı 2-3 il üçün planlayıb oyun qabiliyyətimizi necə artıra biləcəyimizi düşünəcəyik. Qurban müəllimlə daim təmasdayıq. Ona dəstək veririk. Hər mövqe üçün futbolçu axtarırıq. “Qarabağ” bazardadır, keyfiyyətimizi artırmaq üçün əlimizdən gələni edirik.

– Yeni mövsümdə Çempionlar Liqasında iddianın davam etməsi üçün Premyer Liqada çempion olmaq lazımdır. Hazırda “Qarabağ” 2-ci pillədədir. Bu, sizi qayğılandırır?
– Yüz faiz. Əgər “Qarabağ”ın hədəfi Avropadırsa, bu tempdə bir tərəfdə itki olacaq. Bu, bir faktdır, gərək bunu qəbul edək. Həm Çempionlar Liqasında, həm daxili çempionatdakı oyunlarfutbolçularımız üçün çox ağırdır. Üç gündən bir oyun keçiririk. Bunun təsiri var. “Sabah”ın özü də bir möcüzədir. Möhtəşəm komanda qurublar. Çox güclü rəqibdir. “Neftçi”nin özü də. Artıq Azərbaycan Premyer Liqasında da keyfiyyət artır. Amma Qubadakı stadionun vəziyyətini görəndə insan bir az məyus olur. Azərbaycanda futbolun səviyyəsini qaldırmaq istəyiriksə, infrastruktur yaxşılaşdırılmalıdır. 3-4 il ərzində “Qarabağ”ın çox yaxşı infrastrukturu olmalıdır.Klub prezidenti kimi bu, mənim arzumdur. Digər klublar da buna səy göstərməlidir.

– Bəziləri düşünür ki, “Qarabağ” Konfrans Liqasında oynasa, finala qədər gedə bilər. Siz necə düşünürsüz?
– İnsan əlindən gələni etməlidir. Biz əlimizdən gələni edəcəyik. Hamınız əmin ola bilərsiz ki, klubun içində motivasiya yüksək səviyyədədir. “Qarabağ” o qədər gözəl, müqəddəs ailədir ki… Biz savaşan komandayıq, savaşçı ruhumuz var. Çempionluq qismət olsa, Çempionlar Liqasında vuruşacağıq. Olmasa Avropa Liqasında və ya Konfrans Liqasında.

Şahin Cəfərov

“Qarabağ”ın büdcəsi artırılacaq

17 February 2026 at 17:57

“Qarabağ”ın büdcəsi artırılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun prezidenti Tahir Gözel “Nyukasl”la Çempionlar Liqası oyunundan öncə jurnalistlərə açıqlamasında deyib. O, yeni mövsüm üçün büdcənin artırılacağını bildirib.

Sabah keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də start götürəcək.

Mourinyo “Real”a qayıda bilər

17 February 2026 at 19:00
Joze Mourinyonun “Benfika”dakı gələcəyi ilə bağlı təfərrüatlar bəlli olub. Msport.az xəbər verir ki, təcrübəli çalışdırıcının Lissabon klubu ilə müqaviləsində xüsusi  […]

Source

Yüksək Liqa: 11-ci turun hakim təyinatları açıqlandı

17 February 2026 at 17:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunin oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

2026-cı ilə təsadüf edəcək ilk turun oyunları fevralın 19-da və 21-də “Olimpik Star”da baş tutacaq.

Yüksək Liqa
11-ci tur
19 fevral

Neftçi İK – Lənkəran
Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Baku Fire – Araz-Naxçıvan
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Ramil Namazov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 16:00.

21 fevral

U-19 – Şuşa
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Mahir Məmmədov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 14:30.

Qurbanov: “Azarkeşlərimizin oyundan həzz almasını istəyirəm”

17 February 2026 at 17:20

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Böyük təcrübə qazanılası oyundur. Azərbaycan futbol tarixində ilkdir ki, bir komanda pley-off mərhələsindədir. Dünyanın bir nömrəli liqasından gəlmiş komandaya qarşı oynayacağıq. Oyuna hazırlaşmaq üçün vaxtımız az oldu. Ümumən, futbolçuların hazırlığına kənardan baxıram, çox məsuliyyətli, həyəcanlıdırlar. Oyunu səbirsizliklə gözləyirlər. Düşünürəm ki, sabah özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Rəqibə baxmışıq, bəlkə, bizə uyğun olmayan oyun üslubları var. İngiltərə Premyer Liqasında bütün komandalar “Nyukasl”a qarşı oynamaq istəmir. Rəqibə oynamağa imkan verməyə komandadırlar. Azarkeşlərimiz önündə yaxşı mübarizə aparmağa, ağıllı və cəsarətli oynamağa çalışacaqlar. Rəqib bəzi komponentlərdə bizi üstələyir. Yaxşı fiziki gücə malikdirlər, sürətləri var. İnanıram ki, futbolçularımız özlərini yaxşı tərəfdən göstərməyi bacaracaqlar.

– “Nyukasl” da, “Qarabağ” da hücum komandasıdır. Liqa mərhələsində bir matçlardır və xüsusi taktikaya ehtiyac olmur. Pley-off mərhələsi isə iki oyundan ibarətdir. Sabah ehtiyatlı oyuna üstünlük verəcəksiz?
– Həmişə ehtiyatımızı saxlamağa çalışırıq. Burda bəzi amillər var. Rəqibin ustalığı, üstünlüyü bəzən çox qol buraxmağımıza səbəb olub. Nəyisə arzulayırıqsa, daha yaradıcı olmalı, çoxlu variantlar axtarmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola düzgün müdafiə olunaq. Məşqlərdə, oyunlarda bunu tələb edirik. Lakin reallıq var. Rəqibin oyunçularının ustalığı düşüncələrimizi bəzən geridə qoyur. Mütləq şəkildə iki oyun üçün düşünməliyik. Sabah azarkeşlərimizin oyundan həzz almasını istəyirəm. Məğlub olsaq belə, açıq, dinamik futbol görsünlər.

– Çempionatın son oyununda demişdiniz ki, bərpa üçün vaxt lazımdır. Komanda sabahkı oyuna hazırdır?
– Maksimum çalışırıq ki, hazır olaq. Əvvəlki olaylara dönməyə ehtiyac yoxdur. Bu gün oyuna hazırlaşmalıyıq. Futbolçularla da danışdıq ki, tez bərpa olmalıyıq. Futbolçular pis hazırlaşmayıb, demək olar, oyuna hazırdırlar. Oyunun gedişatında hansısa hissədə yorğunluq hiss oluna bilər. Amma inanıram ki, güc tapıb, sona kimi mübarizə aparacaqlar.

– “Nyukasl”ın İngiltərə çempionatında son dönəmlərdə işləri yaxşı getmir. Bu, sizə hansısa üstünlük verə bilər?
– Son iki oyunlarını qazanıblar. Premyer Liqada işlər yaxşı getmir deyə fikir yoxdur. Orda 1-ci yer ilə 15-ci yer arasında elə də fərq görünmür. Hər oyuna xüsusi hazırlaşırlar. Bəzən onlar öz liqalarını Çempionlar Liqasından üstün tuturlar. Ola bilər ki, 2-3 oyun büdrəsinlər, amma sonra vəziyyəti dəyişə bilirlər.

– Montielin yaxşı formada olmasını nəzərə alsaq, sabah kiminlə başlayacağınızı müəyyənləşdirmisinizmi? Kadi, yoxsa Montiel oynayacaq?
– Kadinin geri dönməsi bizim üçün xoşdur və əlavə variantdır. İstədiyimiz an dəyişiklikləri edə bilərik. Lakin tam heyəti sabah səhər bildirəcəyik.

– Oyun “Qarabağ” və Azərbaycan futbolu üçün xüsusi önəmlidir. İlk oyunda qələbə qazanaraq, sürpriz edə biləcəksiniz?
– Qısa deyə bilərəm ki, düzgün yoldayıq. Böyük turnirdə böyük komandaların sırasındayıq. Bunlar bizə əlavə güc, motivasiya və inam verir. Gələcək işimizdə builki turnirin böyük önəmi olacaq. Bu gün favorit “Nyukasl”dır, amma biz Bakıda qalib gəlmək istərdik və bununçün hazırlaşırıq. Futbolda bəzən maraqlı nəticələr olur. İstərdik ki, biz də o nəticəni qazananların sırasına daxil olaq. Sabah meydana çəkinmədən çıxacağıq. Qarşımızda intizamlı komanda var. Futbolçular və mən qələbə üçün çox istəkliyik.

– Koxalski sabah meydana çıxa biləcək?
– Böyük ehtimal, hazır olacaq. Sabah yenə əlavə həkim müayinəsi olacaq. Riskli bir şey olmazsa, oynamaq ehtimalı böyükdür.

Şahin Cəfərov

“Qol vurmağa hazıram” – Kamilo Duran

17 February 2026 at 17:10

“Qarabağ”ın futbolçusu Kamilo Duran Çempionlar Liqasının pley-off mərhələsində sabah “Nyukasl”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi.

Futbolpress.az xəbər verir ki, hücumçu jurnalistlərlə görüşdə bunları dedi:

– Fərqindəyik ki, bizi tarixi və çətin oyun gözləyir. Doğma azarkeşlərimizin qarşısıda oynayacağıq. Çətin rəqibdir. İstənilən halda, əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək, uğurlu nəticə əldə edək.

– Turnirdəki son oyununuzda İngiltərə komandasına qarşı olub. Hansı təcrübəni götürmüsüz ki, məhz o məqamda diqqətli olmaq lazımdır.
– İngiltərə klubları fiziki güclüdür və sürətli oynayırlar. Buna baxmayaraq, yaxşı hazırlaşmışıq. Onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq.

– “Qarabağ”la Çempionlar Liqasında keçdiyiniz yol sizə nələr verib?
– Mənimçün çox xoşdur, xoşbəxtəm. “Qarabağ”da bu yolu keçmək karyeramın ən uğurlu dönəmidir. Gəncəm və daha inamlı olmalıyam. Üzərimdə işləməli, sürətli olmalıyam. Bu keyfiyyətlərimi inkişaf etdirməliyəm.

– Bu mövsüm effektiv performans sərgiləməyin Kolumbiya yığmasına düşə bilməyinə kömək edə bilər? Ümumiyyətlə, bu, nə dərəcə realdır, təklif olubmu?
– Bu mövsüm uğurlu keçir. Milli komandada oynamaq uşaqlıq arzumdur. Düşünürəm ki, belə davam etsə, yığmaya düşməyə daha yaxın olaram. Hamı dünya çempionatında oynamaq istəyər. İndiki məqamda hansısa dəvət yoxdur.

– Qol vursan, Çempionlar Liqasında tarixə düşəcəksən…
– Hazıram. Ötən həftə məşqlərdə “Nyukasl”ı da düşünürdüm. Qol vurmağa hazıram.

“FIFA Series – 2026”: təqvim bilindi

17 February 2026 at 16:52

Azərbaycanda keçiriləcək “FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək. İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.

27 mart
15:00. Oman – Syerra-Leone
“Dalğa Arena”

19:00. Azərbaycan – Sent Lusiya
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

30 mart
15:00. 3-cü yer uğrunda (məğlublar)
“Dalğa Arena”

19:00. Final (qaliblər)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Azərbaycanlı futbolçu İspaniya klubunda

17 February 2026 at 16:18

Azərbaycanlı futbolçu Hüseyn Əhmədov karyerasını İspaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Kasaleqas” klubuna keçib. Bu barədə 3-cü liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əhmədovun son klubu “Dinamo” (Bakı) olub.

“Kasaleqas” 22 turdan sonra 12 xalla 18 komanda arasında 17-ci sıradadır.

Alleqri Pioliyə çatır

17 February 2026 at 17:30
“Milan” İtaliya çempionatında son 23 oyunda məğlub olmayıb. Msport.az xəbər verir ki, Massimiliano Alleqrinin komandası Stefano Pioli dövrünün nailiyyətinə bir […]

Source

Kevin De Bruyne qayıdır

17 February 2026 at 17:30
Belçikalı yarımmüdafiəçi Kevin De Bruyne “Napoli”dəki ilk mövsümünün böyük hissəsini buraxmalı olub. Msport.az xəbər verir ki, o, zədə səbəbindən uzun […]

Source

Draqan Skoçiç “Traktor”u tərk etdi, yeni baş məşqçi bəlli oldu

17 February 2026 at 16:00

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor”un baş məşqçisi Draqan Skoçiç öz istəyi ilə postundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Təbriz klubunun mətbuat xidməti məlumat yayıb.

İstefanın dəqiq səbəbləri açıqlanmır. Klub Skoçiçə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Draqan Skoçiç 2024-cü ilin iyunundan “Traktor”a rəhbərlik edirdi. O, sözügedən komandanı bütövlükdə 68 oyuna çıxarıb, 40 qələbə, 18 heç-heçə və 10 məğlubiyyət görüb.

Təbriz təmsilçisi 2024/2025-ci illər mövsümündə 57 yaşlı xorvatiyalı mütəxəssisin rəhbərliyi altında İran çempionatının qalibi olub.

Skoçiç əvvəllər “Riyeka”, “İnterblok”, “Əl-Ərəbi”, “Əl-Nəsr”, “Malavan”, “Fulad”, “Xone be Kone”, “Sanat Naft” komandalarına, İran yığmasına və Xorvatiyanın U-21 kollektivinə də rəhbərlik edib.

Artıq “Traktor”un yeni baş məşqçisi də müəyyənləşib. Klubun Direktorlar Şurasının qərarına əsasən, bu posta Mohammad Rabyei gətirilib. Mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

“Traktor” hazırda İran çempionatında 35 xalla yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider “Gol Gohar”dan cəmi 1 xal az toplayıb.

Yeqor Boqomolski “Zirə”ni “Ural”a dəyişdi

17 February 2026 at 15:00

2025-ci ilin yayında “Neftçi”dən ayrılaraq “Zirə”yə keçmiş belaruslu mərkəz hücumçusu Yeqor Boqomolski qəsəbə təmsilçisini tərk edib.

Arena.az xəbər verir ki, Belarus millisinin üzvü bundan sonra Rusiyada çıxış edəcək.

O, sözügedən ölkənin “Ural” klubu ilə anlaşıb. Bu barədə “Zirə”nin mətbuat xidməti məlumat yayıb. Qəsəbə təmsilçisi futbolçusu Boqomolskini icarəyə verib. 25 yaşlı hücumçu sonradan transfer etmək hüququ da daxil olmaqla cari mövsümün sonuna kimi “Ural”da çıxış edəcək.

Xatırladaq ki, yayda azad agent statusuna malik Boqomolski “Zirə” ilə 2 illik müqaviləyə imza atmışdı. O, qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 22 oyunda 1 qolla yadda qalıb.

Yeqor Boqomolski Belarusun “Dinamo” (Minsk) klubunun yetirməsidir. O, 2019-cu ildə Brest “Dinamo”suna keçib və 2019/2020 mövsümünü sözügedən komandada keçirib. 2020-ci ildə isə hücumçu Brestin digər təmsilçisi “Rux”a keçib. 2020/2021 mövsümünü “Rux”da keçirən futbolçu, 2022-ci ildə də “Minsk”in uğurları üçün çalışıb. O, 2019-cu ildə Brest “Dinamo”sunun heyətində ölkə çempionu olub.

“Neftçi” Boqomolskini 2022-ci ilin yayında 100 min avro müqabilində “Minsk”dən transfer etmişdi. Belaruslu hücumçu paytaxt təmsilçisinin heyətində 81 oyuna çıxıb, 11 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Belarusun U-21 yığma komandasında da forma geyinmiş futbolçu 2022-ci ilin yayında bu ölkənin əsas millisində debüt edib. O, Belarus millisində 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Traktor”da baş məşqçi ayrılığı

17 February 2026 at 15:39

“Traktor” klubu baş məşqçisi Draqan Skoçiçlə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Cənubi Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 57 yaşlı mütəxəssis istefa verib.

“Traktor” çempionatda 35 xalla ikinci sıradadır.

“Sağsağanlar” “Qarabağ” üçün gəlir

17 February 2026 at 15:24

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Nyukasl” Bakıya yollanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “sağsağanlar”ın mətbuat xidməti məlumat yayıb. Klub bu gün Bakıya çatacaq.

Saat 20:30-da “Nyukasl”ın çalışdırıcısı Eddi Haunun mətbuat konfransı təşkil olunacaq.

Sabah keçiriləcək “Qarabağ” – “Nyukasl” oyununa saat 2145-da start veriləcək.

“Qarabağ”dan sonra “Fənərbağça”nın oyununda

17 February 2026 at 15:08

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Fənərbağça” – “Nottingem Forest” oyununun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü isveçrəli Sandro Şerer idarə edəcək. Ona yan xətt hakimləri Setafan Almeyda və Yonas Erni kömək edəcək. Dördüncü hakim funksiyasını Anoyen Kanaqasinqam yerinə yetirəcək.

Fevralın 19-da keçiriləcək “Fənərbağça” – “Nottingem Forest” oyunu 00:00-da start götürəcək.

Şerer bundan öncə Çempionlar Liqasının VI turunda keçirilən “Qarabağ” – “Anytraxt” oyununu (3:2) idarə edib.

“Zirə” hücumçusunu Rusiyaya göndərdi

17 February 2026 at 14:38

“Zirə” futbolçusu Yeqor Boqomolskini icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 25 yaşlı hücumçu sonradan transfer etmək hüququ da daxil olmaqla cari mövsümün sonuna kimi Rusiyanın “Ural” klubunda çıxış edəcək.

Boqomolski bu mövsüm Premyer Liqada 19 oyunda 1 qol vurub.

“Qəbələ” bəyanat yaydı

17 February 2026 at 14:23

“Qəbələ” klubu Premyer Liqanın XX turunda dünən “Sabah”la oyunda ləğv olunan qolu barədə bəyanat yayıb.

Futbolpress.az xəbər verir ki, klubun paylaşımında bunlar qeyd olunub:

“Qəbələ” – “Sabah” oyununun 87-ci dəqiqəsində top cərimə meydançasında “Sabah” komandasının iki futbolçusunun əlinə dəysə də, VAR epizoda təxminən 10 dəqiqəyə yaxın (!) baxdıqdan sonra baş hakimi monitora dəvət etdi. Hesab edirik ki, “Qəbələ”nin qaydalar çərçivəsində vurulmuş qolu hesaba alınmadı və komandamız ən azı 1 xaldan məhrum oldu. Bu, cari mövsümdə ikinci belə hal idi.

Buna qədər Azərbaycan Premyer Liqasının 8-ci turunun “İmişli” – “Qəbələ” (2:2) oyununda baş hakim İnqilab Məmmədov 59-cu dəqiqədə hesab 2:0 komandamızın xeyrinə olarkən, Ronaldo de Souzaya əllə oyuna görə ikinci sarı vərəqəni göstərmədi. Daha sonra Ronaldo de Souza rəqib komandanın qollarından birinin müəllifi oldu. AFFA Hakimlər Komitəsi baş hakimin səhvə yol verdiyini etiraf etdi. Bu isə artıq “Qəbələ”nin cari mövsümdə 3 xalının əlindən alınması deməkdir.

Rauf Cabarova gəlincə, 17-ci turda “Sabah”- “Karvan Yevlax” oyununda onun gözləri qarşısında top hücumda olan oyunçunun əlinə dəysə də, davam işarəsi verdi. Hücumun davamında isə digər futbolçunun vurduğu qol hesaba alınır. Oxşar epizod, fərq ondadır ki, bu dəfə Rauf Cabarov “Qəbələ”nin qolunu qeydə almır.

Ümid edirik ki, AFFA Hakimlər Komitəsi məsələyə obyektiv qiymət verəcək”.

Əliyar Ağayev Konfrans Liqasının pley-offunda

17 February 2026 at 14:00

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, Ağayev UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “KuPS” (Finlandiya) – “Lex” (Polşa) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. İngiltərəli Styuart Ettuell VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma fevralın 19-da Tampere şəhərindəki “Tammelan” stadionunda keçiriləcək.

“Aktobe” Abubakarı istəyir?

17 February 2026 at 15:45
Qazaxıstanın “Aktobe” klubunun “Neftçi”nin hücumçusu Vensan Abubakarı transfer etmək istəməsi haqda çıxan xəbərlərin doğru olub-olmadığı bəlli olub. Msport.az yerli mətbuata […]

Source

Əliyar Ağayev “KuPS” – “Lex” matçına təyinat aldı

17 February 2026 at 14:00

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Konfrans Liqasının 2025/2026-cı illər mövsümünün pley-off matçına təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “KuPS” (Finlandiya) – “Lex” (Polşa) matçının baş hakimi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

İngiltərəli Stüart Ettuell VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma fevralın 19-da Tampere şəhərindəki “Tammelan” stadionunda keçiriləcək.

Zümrüd Ağayeva “Austriya” – “Sparta” matçına təyinat aldı

17 February 2026 at 13:00

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva qadınlar arasında Avropa Kubokunun 1/4 final matçına təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Zümrüd Ağayeva qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Austriya” (Avstriya) – “Sparta” (Çexiya) matçının UEFA nümayəndəsi olacaq. Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən “Franz-Horr” stadionunda baş tutacaq.

Xatırladaq ki, bu komandalar arasında Çexiyada keçirilmiş ilk görüşdə 0:0 hesabı qeydə alınıb.

AFFA rəsmisinə beynəlxalq təyinat

17 February 2026 at 13:35

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Austriya” (Avstriya) – “Sparta” (Çexiya) matçının UEFA nümayəndəsi olacaq. Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən “Franz-Horr” stadionunda baş tutacaq.

Komandalar arasında Çexiyada keçirilən ilk görüşdə 0:0 hesabı qeydə alınıb.

“Qarabağ” – “Nyukasl”: neçə bilet satılıb?

17 February 2026 at 13:18

Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyununa bilet satışı davam edir.

Futbolpress.az xəbər verir ki, sabah baş tutacaq görüş üçün artıq 27 500 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” – “Nyukasl” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matça saat 21:45-də start veriləcək.

“Azərbaycanı bəyənirəm, çox maraqlı ölkədir”

17 February 2026 at 12:45

“Sərhədçi”nin oyunçusu Ceymond Vinsent klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, basketbolçu komandanın çıxışından söz açıb:

– Komanda son oyunda qələbə qazandı. Sizcə, bu qələbə komanda üçün nə dərəcədə önəmlidir?
– Bu qələbə bizim üçün çox vacib idi. Hazırda üçüncü yer uğrunda mübarizə aparırıq. Buna görə də bu, bizim üçün böyük və dəyərli qələbə oldu.

– Ümumilikdə “Sərhədçi”nin çıxışını necə qiymətləndirirsiniz?
– Açığı, çıxışımız pis deyil. Amma komanda olaraq birlikdə inkişaf etdirməli olduğumuz çox məqamlar var. Hələ də üzərində işləməli olduğumuz sahələr kifayət qədərdir.

– Oyunun ən yaxşı oyunçusu seçildiniz. Bu barədə fikirləriniz necədir?
– Buna görə minnətdaram. Amma ilk növbədə komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür etməliyəm. Onların mənə olan etimadı olmasa, bu, mümkün olmazdı.

– “Sərhədçi” qarşısına qoyduğu hədəflərə çata biləcəkmi?
– İnanıram ki, çox çalışsaq və intizamlı olsaq, məqsədimizə çatacağıq.

– Azərbaycanda özünüzü necə hiss edirsiniz? Burada qalmaq və davam etmək istərdinizmi?
– Azərbaycanı bəyənirəm, çox maraqlı ölkədir. Burada davam etmək ehtimalım da var.

– Kubok oyunları ilə əlaqədar fasilə olacaq. Bu fasilədən necə yararlanacaqsınız?
– Bu vaxtdan maksimum istifadə etməyə çalışacağıq. Zalda məşqlərimizi davam etdirəcəyik və oyunumuzu daha da inkişaf etdirmək üçün çalışacağıq ki, daha yaxşı olaq.

Əliyar Ağayev Finlandiyaya gedir

17 February 2026 at 14:00
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Msport.az xəbər verir ki, Ağayev UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “KuPS” […]

Source

Superliqa klubunda yeni baş məşqçi

17 February 2026 at 14:00
Türkiyə Superliqasında mübarizə aparan “Gənclərbirliyi”nin yeni baş məşqçisi müəyyənləşib. Msport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Komanda […]

Source

Premyer Liqa: Mövsümün qol antirekordu qeydə alındı

17 February 2026 at 12:00

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunda qapılara cəmi 8 qol vurulub.

Arena.az xəbər verir ki, baş tutmuş 6 oyunda orta məhsuldarlıq 1,33-ə bərabər olub.

Vurulan topların yarısı “Kəpəz” – “Neftçi” görüşündə (1:3) qeydə alınıb. “İmişli” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçlarında qonaqlar, “Zirə” – “Karvan-Yevlax” və “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşmalarında meydan sahibləri bir qolla qələbə qazanıb. “Şamaxı” – “Turan Tovuz” oyunu isə 0:0 hesabı ilə başa çatıb.

Bu, mövsümün antirekordudur. Əvvəlki 19 turda ən az qol 4-cü turda vurulub – 9 top (orta məhsuldarlıq 1,50).

Qeyd edək ki, daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün 29-cu turunda təsadüf olunub. Həmin vaxt 5 görüşdə 6 top vurulub və orta göstərici 1,20 olub.

Azərbaycanlı hakim “Olimpiakos”un oyununda

17 February 2026 at 12:28

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov CEV Çempionlar Liqasının oyununda baş hakim olacaq.

Futbolpress.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alan Eldar Zülfüqarov bu gün Yunanıstanda qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Olimpiakos” (Yunanıstan) və “Numia Vero Volley Milano” (İtaliya) qarşılaşmasının baş hakimi olacaq.

Matçın ikinci hakimi vəzifəsini isə macarıstanlı Aqnes Batkai-Katona icra edəcək.

“Qarabağ”a görə rejim dəyişdi

17 February 2026 at 12:14

Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində “Qarabağ” və İngiltərənin “Nyukasl” klubları arasıda keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Metronu seçən azarkeşlərin oyuna rahat və təhlükəsiz gediş-dönüşünü təmin etmək üçün bütün zəruri tədbirlər görüləcək.

Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə əməkdaşlar cəlb ediləcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da nəzarət mexanizmləri artırılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Kapitan: “Elə olur, günlərlə evdən çıxmıram”

17 February 2026 at 11:48

“Karvan-Yevlax” Premyer Liqanın XX turunda “Zirə”yə uduzub – 0:1. Matçdan sonra komandanın yarımmüdafiəçisi Vadim Abdullayev “Futbolpress.az“a açıqlamasında qələbəsizlik seriyaları haqda danışdı:

“Məğlubiyyətlər davam etdikcə psixoloji eniş də yaşanır. Karyeramda ilk dəfədir, belə olur. Bu vəziyyət pis təsir edir. Elə olur, günlərlə evdən çıxmıram. Lakin bu, futboldur. Durumu qəbul edib, düzəltməliyik”.

Abdullayev komandanın liqada qalmaq perspektivlərinə toxundu:

“Qarşıda oyunlar var. Rəqiblər də xal itirir və kimin harda olacağını mövsümün sonunda görəcəyik. İndiki məqamda bu psixoloji durumu düzəltməli, xal və ya xallar qazanmağa başlamalıyıq”.

“Karvan-Yevlax” növbəti turda “Araz-Naxçıvan”la qarşılaşacaq. Kapitan sabiq klubu ilə dueldən gözləntilərini bölüşdü:

“Araz-Naxçıvan”da əziyyətim olub. İllərlə bu komandanın formasını geyinmişəm. Ordan ayrılmaq da çətin idi. İndi “Karvan-Yevlax”dayam və bizim üçün qələbə önəmlidir. “Araz-Naxçıvan”a qarşı incikliyim qalıb. Mənimçün oyunun önəmi də başqadır. Ümid edirəm ki, yaxşı oynayarıq və mən də komandama yaxşı nəticə üçün töhfə verə bilərəm”.

Şahin Cəfərov

“Qarabağ”ın komandalarına seminar keçirildi

17 February 2026 at 11:29

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən “Qarabağ” klubunun U-15, U-16, U-17 və U-19 komandaları üçün antidopinq mövzusunda maarifləndirmə seminarı təşkil olunub.

Futbolpress.az xəbər verir ki, tədbirdə gənc futbolçulara qadağan olunmuş maddələr və üsullar, dopinq nəzarəti prosesi, eləcə də təmiz və ədalətli idman prinsipləri barədə ətraflı məlumat verilib.

İştirakçılara 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələbləri, test prosedurları və mümkün intizam sanksiyaları izah edilib. Görüş zamanı idmançıların hüquq və öhdəlikləri, ciddi məsuliyyət prinsipi və terapevtik istifadə üçün istisnalar diqqətə çatdırılıb. Eyni zamanda narkotik vasitələrin istifadəsinin sağlamlığa, karyeraya və şəxsi həyata mənfi təsirləri real nümunələr əsasında şərh olunub.

Qeyd edək ki, seminarın əsas məqsədi gənc idmançılarda erkən yaşlardan düzgün dəyərlər formalaşdırmaq və onları mövcud risklərdən qorumaqdır.

Flik: “Oyunçuların istirahətə ehtiyacı var”

17 February 2026 at 11:10

“Barselona”nın baş məşqçisi Hansi Flik La Liqada “Jirona”ya uduzduqları oyunu şərh edib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“İlk hissədə çoxlu qol şansları yaratdıq, lakin dəyərləndirə bilmədik. Fasilədən sonra “Jirona” daha yaxşı oynadı. Əks-hücumlarda, müdafiədə yaxşı çıxış etmədik. Rəqib qələbəyə layiq idi.

Mövqe səhvlərimiz çox oldu. Yenə də təhlillər aparıb, oyunumuza qayıtmalıyıq. Hazırda işlər bizim üçün yaxşı getmir. Oyunçuların bir az istirahətə ehtiyacı var”.

Vernidubun gəlişindən sonra o da artırdı

17 February 2026 at 10:40

“Neftçi”nin hücumçusu Bassala Sambu bombardirlər yarışına qoşulub.

Futbolpress.az xəbər verir ki, son turlarda məhsuldarlığı artan 28 yaşlı hücumçu 9 qolla zirvəyə şərikdir. “Sabah”ın futbolçuları Coy-Lens Mikels ilə Velko Simiç də bu sayda qol vurub və bombardirlər yarışında müvafiq olaraq bir və ikinci yerdədirlər.

Sambunun yüksəlişi Yuri Vernidubun gəlişindən sonraya təsadüf edib. Kamerunlu təcrübəli hücumçu Vensan Abubakara rəqabətdə qalib gələn Sambu son 6 oyunda 5 qola imza atıb.

Forvard ötən ilin fevralından “Neftçi”nin formasını geyinir. O, “ağ-qara” formada ümumilikdə 36 oyunda 13 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Fənərbağça” sabiq hücumçusunu izləyir

17 February 2026 at 10:26

“Fənərbağça” sabiq hücumçusu Vedat Muriqi ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu “Malyorka”da çıxış edən forvard üçün mövsümün sonunda təklif göndərməyi planlaşdırır.

Muriqi bu mövsüm La Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır. “Malyorka” hücumçusunu azı 15 milyon avroya satmaq niyyətindədir.

31 yaşlı hücumçu 2019/2020 mövsümündə “Fənərbağça”da forma geyinib.

Mövsümün antirekordu

17 February 2026 at 10:14

MiAzərbaycan sli Premyer Liqasının XX turunda cəmi 8 qol vurulub. Baş tutan 6 oyunda orta məhsuldarlıq 1,33-ə bərabər olub.

Qolların topların yarısı “Kəpəz” – “Neftçi” görüşündə (1:3) qeydə alınıb. “İmişli” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçlarında qonaqlar, “Zirə” – “Karvan-Yevlax” və “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşmalarında meydan sahibləri bir qolla qələbə qazanıb. “Şamaxı” – “Turan Tovuz” oyunu isə 0:0 hesabı ilə başa çatıb.

Bu, mövsümün antirekordudur. Əvvəlki 19 turda ən az qol IV turda vurulub – 9 top (orta məhsuldarlıq 1,50).

Qeyd edək ki, daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün XXIX turunda təsadüf olunub. Həmin vaxt 5 görüşdə 6 top vurulub və orta göstərici 1,20 olub.

ÇL: pley-off “Qalatasaray” – “Yuventus” matçı ilə başlayır

17 February 2026 at 11:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçisi “Qalatasaray” İtaliyanın “Yuventus” komandasını qəbul edəcək. İstanbulda baş tutacaq qarşılaşmaya saat 21:45-də start veriləcək. Günün qalan üç oyunu isə gecə yarısı start götürəcək.

Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin digər oyunları növbəti gün baş tutacaq. Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
17 fevral

21:45. Qalatasaray (Türkiyə) – Yuventus (İtaliya)
00:00. Benfika (Portuqaliya) – Real (İspaniya)
00:00. Borussiya (Dortmund, Almaniya) – Atalanta (İtaliya)
00:00. Monako (Fransa) – PSJ (Fransa)

Cud Bellingem 2 aya yaxın oynamayacaq

17 February 2026 at 10:00

Futbol üzrə İngiltərə millisinin və Madrid “Real”ının hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem azı 2 ay oynamayacaq.

Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu La Liqanın 22-ci turunda “Rayo Valyekano”ya qarşı keçirdikləri və Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmış görüşdə əzələsindən zədələnmişdi.

İngilis yarımmüdafiəçinin təxminən bir aya sıraya dönəcəyi ehtimal edilirdi. Lakin son məlumatlara görə, Cud bu zədə səbəbindən azı 6-8 həftə müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Cud Bellingem 2023-cü ilin iyunundan “Real”da çıxış edir. O, Madrid klubuna 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameyilli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Bellingem cari mövsümdə meydana çıxdığı 28 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib. İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 128 oyun, 44 qol və 32 məhsuldar ötürmədən ibarətdir.

Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 46 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” 22 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.

İspaniya klubu Asensio ilə maraqlanır

17 February 2026 at 09:39

“Fənərbağça”nın futbolçusu Marko Asensio mövsümün sonunda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Vilyarreal” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. La Liqa təmsilçisinin Asensio üçün 15 miyon avro ödəməyə hazır olduğ bildirilir.

Marko bu mövsüm 29 oyunda 12 qol vurub, 9 məhsuldar ötürmə edib.

La Liqa tarixinə düşən belçikalı

17 February 2026 at 09:23

“Jirona”nın futbolçusu Aksel Vitsel İspaniya La Liqasının tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, “Barselona” ilə matçda iştirak edən yarımmüdafiəçi çempionatda 100-dən çox oyuna çıxan dördüncü belçikalı futbolçu olub.

Vitsel “Atletiko”da 82, “Jirona”da 18 matça çıxıb.

La Liqada ən çox oyun keçirən belçikalı isə 335 matçla Tibo Kurtuadır (“Real”).

“Neftçi”dən başqa…

17 February 2026 at 09:00

Premyer Liqada XX tur başa çatıb.

Futbolpress.az xəbər verir ki, altı oyunda ümumilikdə qapılara 8 qol vurulub. Turun məhsuldar görüşü “Kəpəz” ilə “Neftçi” arasında olub. Matç “ağ-qaralar”ın 3:1 hesablı qələbəsiylə başa çatıb.

“Şamaxı” – “Turan Tovuz” oyununda qol vurulmayıb. Bu, turun qolsuz yeganə matçıdır.

“Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan” isə minimal hesablı qələbələrə sevinib.

ÇL: Pley-off 4 oyunla start götürür

17 February 2026 at 10:45
UEFA Çempionlar Liqasının pley-off mərhələsi başlayır, “Qalatasaray” “Yuventus”la üz-üzə gələcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün start veriləcək. Msport.az […]

Source

Françesko Totti “Roma”ya qayıda bilər – Özü təsdiqlədi

17 February 2026 at 09:00

“Roma”nın keçmiş kapitanı Françesko Totti klubda texniki direktor vəzifəsinə qayıtmaq ehtimalı ilə bağlı danışıqlar apardığını təsdiqləyib.

Arena.az bu barədə İtaliya mətbuatına istinadən xəbər verir.

Belə ki, bir neçə həftə əvvəl “Roma”nın baş məsləhətçisi Klaudio Ranyeri klub rəhbərliyinin əfsanəvi futbolçunu yenidən komandaya cəlb etməyi nəzərdən keçirdiklərini açıqlamışdı.

Totti məsələ ilə bağlı verdiyi açıqlamada yayılan məlumatları təsdiqləyib. O bildirib ki, tərəflər arasında danışıqlar davam edir və müəyyən detallar müzakirə olunur. Keçmiş kapitan əlavə edib ki, hazırda yekun qərar verilməyib.

Xatırladaq ki, Françesko Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın uğurları üçün çalışıb. İtalyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.

Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi yarımmüdafiəçi həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.

Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.

Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.

Totti “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.

Super Liqa klubu baş məşqçisini açıqladı

17 February 2026 at 08:36

Türkiyənin “Gənclərbirliyi” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Levent Şahinə tapşırılıb. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

“Gənclərbirliyi” Super Liqada 22 turdan sonra 23 xalla 11-ci sıradadır.

ÇL: “Qalatasaray”dan darmadağın, “Real” və PSJ səfərdə qazandı

18 February 2026 at 02:07

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, günün birinci matçında Türkiyənin “Qalatasaray” komandası azarkeşləri önündə “Yuventus”la qarşılaşıb. Matç türklərin darmadağınıyla başa çatıb.

“Real” səfərdə “Benfika”nı məğlub edib. Fransada “Monako” ilə PSJ üz-üzə gəlib. Matç parislilərin qələbəsiylə başa çatıb. Dortmund “Borussiya”sı isə “Atalanta”ya qalib gəlib.

Azərbaycan təmsilçisi “Qarabağ” sabah Bakıda “Nyukasl”la qarşılaşacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

17 fevral

Qalatasaray – Yuventus 5:2
Qollar: Q.Sara, 15, N.Lanq, 49, 74, D.Sançes, 60, S.Boey, 86 – T.Koopmeyners, 16, 32

Borussiya Dortmund – Atalanta 2:0
Qollar: S.Girassi, 3, M.Beyer, 42

Benfika – Real 0:1
Qol: V.Junior, 50

Monako – PSJ 2:3
Qollar: F.Baloqun, 1, 18 – D.Due, 29, 67, A.Hakimi, 41

 

Lider fərqi qorudu, “zirzəmi”də dəyişiklik yoxdur

17 February 2026 at 08:02

Azərbaycan Premyer Liqasında XX tur başa çatıb. Lider “Sabah” “Qəbələ”ni, ikinci “Qarabağ” isə “İmişli”ni çətinliklə məğlub edib. “Neftçi” ardıcıl üçüncü qələbəsini qazanıb, “Zirə” və “Araz-Naxçıvan” da turu üç xalla başa vurub.

İmişli – Qarabağ 0:1
Qubada baş tutan oyundan sonra əsas müzakirə mövzusu meydançanın durumu ilə bağlı oldu. Nəticə, oyundakı “qırmızı”lar kənarda qaldı, Qurban Qurbanovun Quba stadionu haqda tənqidi fikirləri gündəmə çevrilib və hələ də müzakirə olunur. Hər bir halda, önəmli olan nəticədir və “Qarabağ” aktivinə üç xal yazdırmaqla lideri izləməyə davam edir.

“İmişli” üçünsə məğlubiyyət gözlənilən idi. Uzun müddətdir, qələbə qazana bilməyən komandanın enişi davam edir. Artıq autsayderlər zonası ilə arada ciddi fərq qalmayıb. “İmişli” artıq xallar qazanmağa başlamalıdır. Əks halda, “zirzəmi” təhlükəsi ciddi hiss ediləcək.

Zirə – Karvan-Yevlax 1:0
Avrokuboklara vəsiqə mübarizəsi aparan “Zirə” ardıcıl ikinci oyunda qələbəyə sevindi. Çətin “Sumqayıt” səfərindən əzmkar qələbə ilə dönən “qartallar” autsayder qarşısında büdrəmədi. Minimal hesablı qələbəyə sevinən “Zirə” avrokubok yarışında əsas iddiaçı olduğunu göstərdi.

Autsayder “Karvan-Yevlax” isə itirməkdə davam edir. “Qəbələ” və “Kəpəz”in turu xalsız başa vurması komanda adına yeganə müsbət sayıla biləcək məqamdır.

Kəpəz – Neftçi 1:3
Yuri Vernidubun “Neftçi”si ardıcıl üçüncü qələbəsini qazanaraq avrokubok yarışına yenidən qoşuldu. Mövsümə uğursuz start verən “ağ-qaralar” ukraynalının gəlişindən sonra yüksəlişdədir. Oyun planında da artıran “Neftçi” ikinci dövrənin ən yaxşı forma yığan komandasıdır.

“Kəpəz” isə ilk hissədə müdafiə futboluna üstünlük verməklə xal qazanmağı düşünsə də, planlar baş tutmadı. “Neftçi” ilk hissədə vurduğu qollarla oyunun taleyini həll etdi. Hər bir halda, autsayderin də məğlub olması “Kəpəz”i nisbətən rahatlaşdıran faktor kimi nəzərə çarpdı.

Araz-Naxçıvan – Sumqayıt 1:0
“Araz-Naxçıvan” yeni baş məşqçisi Andrey Demçenkonun rəhbərliyi altında ilk qələbəsini qazandı. Penaltidən vurulan yeganə qolla aktivinə üç xalı yazdıran naxçıvanlılar əsas rəqiblərindən “kimyaçılar”la fərqin böyüməsinə əngəl oldu. Qələbəyə baxmayaraq, komandanın oyun planında ciddi çatışmazlıqlar var və gedişat yaxşı görünmür.

“Sumqayıt” isə qələbəsizlik seriyasını davam etdirir. “Zirə” ilə ardıcıl oyunlarda çox güc sərf edən “kimyaçılar” mövsümün ən zəif oyunlarından birini keçirdi.

Şamaxı – Turan Tovuz 0:0
Turun yeganə qolsuz matçı Şamaxıda oldu. Avrokuboklara vəsiqə mübarizəsi aparan “Turan Tovuz” zəif oynadığı matçda bir xalı aktivinə yazdırdı. İlk hissədə meydan sahibləri daha üstün oynadı, şanslar yaratdı. Fasilədən sonra isə oyunda balans yarandı. Hər iki komanda bu bir xala sərgilədikləri oyuna görə üzülməməlidir.

Qəbələ – Sabah 0:1
Lider son turlarda ən çox çətinlik çəkdiyi oyunu keçirdi. “Qəbələ” ilk hissədə rəqibinə demək olar, fürsət vermədi. Sürətli hücumlarla “bayquşlar”a başağrısı yaradan “qırmızı-qaralar” liderə layiqli müqavimət göstərdi. İkinci hissənin əvvəlində ani boşluqdan məharətlə istifadə edən “Sabah” bir qolla üç xalı qazanan tərəf oldu.

“Qəbələ” oyunun sonlarında hesabı bərabərləşdirsə də, daha sonra VAR-ın müdaxiləsi ilə qol ləğv olundu. Epizod müzakirəyə açıqdır və “Qəbələ” cəbhəsi qolun qaydalar çərçivəsində vurulduğunu bildirdi, “Sabah” tərəfi isə konkret inkar etmədi. Hakimlərin bu mövsüm mübahisəli qərarları kifayət qədərdir. Demək olar, geridə qalan 20 turda hər klubun lehinə və əleyhinə qərarlar verilib. İstənilən halda, matç bitib və “Sabah” üç xal qazanaraq “Qarabağ”la fərqi qoruya bildi.

Şahin Cəfərov

La Liqa: “Barselona” “Jirona”ya səfərdə uduzdu

17 February 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Jirona” doğma meydanda “Barselona” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda Kataloniya təmsilçisi məğlubiyyətə üzülüb.

Beləliklə, geridə qalmış 24 turdan sonra 60 xala malik “Real” vahid liderdir. “Barselona” 58 xalla ikinci pillədə qərarlaşıb. “Vilyarreal” və “Atletiko”nun 45, “Betis”in 41, “Espanyol”un 35 xalı var.

İspaniya, La Liqa
24-cü tur
13 fevral

Elçe – Osasuna 0:0

14 fevral

Espanyol – Selta 2:2
Qollar: K.Qarsiya, 66. T.Dolan, 86 – Yutqla, 38. B.İqlesias, 90+3.

Xetafe – Vilyarreal 2:1
Qollar: Arambarri, 41-pen. Satriano, 53 – Mikautadze, 76.

Sevilya – Alaves 1:1
Qollar: D.Sou, 42 – T.Martines, 60.

Real – Real Sosyedad 4:1
Qollar: Q.Qarsiya, 5. Vinisius, 25-pen; 48-pen. F.Valverde, 31 – Oyarsabal, 21-pen.

15 fevral

Real Ovyedo – Atletik 1:2
Qollar: Kaira, 30 – Xaureqisar, 58. Sanset, 71-pen.

Rayo Valyekano – Atletiko 3:0
Qollar: F.Peres, 40. Valentin, 45. Mendi, 76.

Levante – Valensiya 0:2
Qollar: Ramazani, 64. U.Sadiq, 84.

Malyorka – Betis 1:2
Qollar: Muriqi, 66 – Ezzalzuli, 18. Bakambu, 45+2.

16 fevral

Jirona – Barselona 2:1
Qollar: Lemar, 62. Beltran, 87 – Kubarsi, 59.

A Seriyası: “Kalyari” “Leççe”yə evdə uduzdu

17 February 2026 at 01:50

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kalyari” doğma meydanda “Leççe” ilə üz-üzə gəlib. Qonaqlar yekunda inamlı qələbəyə seviniblər.

Beləliklə, geridə qalmış 25 turdan sonra 61 xala malik “İnter” vahid liderdir. “Milan” 53 xalla ikinci, “Napoli” 50 xalla üçüncü pillədə qərarlaşıb. “Roma”nın 47, “Yuventus”un 46, “Atalanta”nın 42 xalı var.

İtaliya, A Seriyası
25-ci tur
13 fevral

Piza – Milan 1:2
Qollar: Loyola, 71 – Loftus-Çik, 39. Modriç, 85.

14 fevral

Komo – Fiorentina 1:2
Qollar: Parisi, 77-öz qapısına – Facoli, 26. M.Kin, 54-pen.

Latsio – Atalanta 0:2
Qollar: Ederson, 41-pen. Zalevski, 60.

İnter – Yuventus 3:2
Qollar: Kambyazo, 17-öz qapısına. Espozito, 76. Zyelinski, 90 – Kambyazo, 26. Lokatelli, 83.

15 fevral

Udineze – Sassuolo 1:2
Qollar: Solet, 10 – Loryente, 56. Pinamonti, 58.

Kremoneze – Cenoa 0:0

Parma – Verona 2:1
Qollar: Bernabe, 4. Pelleqrino, 90+3 – Harrui, 43-pen.

Torino – Bolonya 1:2
Qollar: Vlaşiç, 62 – Vlaşiç, 49-öz qapısına. S.Kastro, 70.

Napoli – Roma 2:2
Qollar: Spinatsola, 40. A.Santos, 82 – Malen, 7; 71-pen.

16 fevral

Kalyari – Leççe 0:2
Qollar: Qandelman, 65. Ramadani, 76.

“Azərbaycan cüdosu dünya səviyyəsində sözünü deyir”

16 February 2026 at 21:00

Kişi cüdoçulardan ibarət Azərbaycan millisinin Fransanın paytaxtı Parisdə keçirilmiş “Böyük Dəbilqə”nin medal sıralamasında ikinci yeri tutub. Cüdoçular 1 qızıl, 1 gümüş və 1 medal qazanmaqla uğurlu nəticəyə imza atıb.

Azərbaycana “qızıl”ı gətirən isə Balabəy Ağayev olub. O, 60 kq çəki dərəcəsində fəxri kürsünün birinci pilləsinə qalxıb. “Böyük Dəbilqə”dəki nəticələr və Azərbaycan cüdosunun durumu ilə bağlı çempion Ağayevin məşqçisi Şümşad Bəhramovla danışdıq. O, Balabəyin qızıl ümidi verdiyini bildirdi:

“Balabəyin qızıl medalı illərin zəhmətinin nəticəsidir. Belə səviyyəli turnirdə çempionluq təsadüfi olmur. Burda idmançının əziyyəti, komanda işinin məhsulu var. Böyük turnirlərdə uğur qazanmaq üçün fiziki və psixoloji hazırlıq önəmlidir. Belə yarışlarda psixoloji sabitlik mühümdür. Fiziki hazırlıqla yanaşı, stressə davamlı olmalı, taktiki təhlillər aparıb, ona uyğun çalışmaq lazımdır. Biz Balabəylə bunlar üzərində çalışmışdıq”.

Mütəxəssis Balabəyin yarışdan öncə “qızıl” ümidi verdiyini söylədi:

“İdmanda yüz faizlik zəmanət yoxdur. Lakin Balabəyin hazırlığı, psixoloji durumu, özünəinamı onun qızl medal şanslarını yüksək göstərirdi”.

Uzun illərdir Azərbaycan cüdosuna xidmət edən Şümşad Bəhramov cüdoda mövcud durumu şərh etdi:

“Azərbaycan cüdosunun inkişafı göz qabağındadır. Son illərdəki nəticələr bunu bariz göstərir. Bəlkə də, cüdo yeganə idman növüdür ki, beş ayda iki dünya, iki olimpiya çempionu olub. Bu, uğurun göstəricisidir. Azərbaycan cüdosu inkişafdadır və hər il nəticələr daha yaxşılaşır. Düzdür, ideal sahə yoxdur. Amma indiki məqamda cüdoda hansısa ciddi çatışmayan nüans görmürəm. Bölgələrdə məşqçi hazırlığı və uşaq bazasını gücləndirmək önəmlidir. Başqa nəsə çatışmayan şey demək olmur. İnkişaf, nəticələr göz qabağındadır”.

Bəhramov məşqçi karyerasına, milli komandadakı fəaliyyətinə və yığmadakı iş prinsiplərinə toxundu:

“Azərbaycan çempionatında və beynəlxalq yarışlarda mükafatlarım olub. Müxtəlif vaxtlarda milli komandalarda işləmişəm, əsas yığmada köməkçi olmuşam. İşlədiyim vaxtlarda komandanın dünya və Avropa çempionu olmasında əziyyətlərim olub. Hər birimiz cüdomuzun inkişafı üçün çalışır, bacardığımız hər dəstəyi göstəririk. Yığma komanda işi elədir ki, hər şey kollektiv olmalıdır. Planlar qurulur, idmançıların inkişafı üçün töhfələr verilir. Uğurun müəllifi bir nəfər yox, bir sistemdir. Azərbaycan cüdosu dünya səviyyəsində sözünü deyir. Son illərdəsistemli inkişaf var”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Stas Pokatilov “Qəbələ” üzərində qələbəni şərh etdi

16 February 2026 at 23:30

“Sabah”ın qapıçısı Stas Pokatilov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş oyunu paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Stas Pokatilov matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Oyun həqiqətən də çox çətin keçdi. Son dəqiqələr xüsusilə gərgin alındı. Uzun müddətdir belə ağır və dramatik qarşılaşmamız olmamışdı. Əslində, daha rahat hesabla qalib gələ bilərdik. Amma çempionatın sonuna yaxınlaşdıqca bu cür çətin və gərgin oyunların sayının artacağını düşünürəm. Belə məqamda ən vacib olan nəticədir. Əsas məsələ qalib gəlməkdir.

Matçda bir neçə inanılmaz qurtarış oldu və bu, mövsümdə 12-ci “quru” oyunumuzdur. Statistik göstəriciləri daim izləməyə çalışmıram. Bəzən maraq xatirinə baxmaq olar, amma diqqətimi əsas məqsəddən yayındırmaq istəmirəm. Mənim üçün ən vacibi komandanın uğurudur və hər oyunda qələbə qazanmağımızdır. Şəxsi nailiyyətlər və digər məqamlar isə hər zaman ikinci plandadır”.

Super Liqa: “Kasımpaşa” “Karagümrük”ü 3 qolla yendi

16 February 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kasımpaşa” doğma meydanda “Karagümrük”lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.

Beləliklə, geridə qalmış 22 turdan sonra 55 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 52 xalla ikinci, “Trabzonspor” 45 xalla üçüncü, “Göztəpə” 41 xalla dördüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 40, “Başakşəhər”in 33 xalı var.

Türkiyə, Super Liqa
22-ci tur
13 fevral

Antalyaspor – Samsunspor 3:1
Qollar: Ballet, 6; 22. Storm, 72 – Ntçam, 90+6-pen.

Qalatasaray – Eyüpspor 5:1
Qollar: Y.Akgün, 2. İkardi, 33; 48; 70. Onquene, 87-öz qapısına – M.Altunbaş, 71.

14 fevral

Gənclərbirliyi – Rizəspor 2:2
Qollar: Sou, 18-öz qapısına. Koita, 45 – Pala, 77; 87.

Alanyaspor – Konyaspor 2:1
Qollar: Ruan, 37. Haderqyonay, 80-pen – Bardi, 83.

Trabzonspor – Fənərbağça 2:3
Qollar: Muçi, 6. Onuaçu, 43 – Talişka, 15. K.Aktürkoğlu, 34. Asensio, 48.

15 fevral

Kocaelispor – Qaziantep 3:0
Qollar: Aqyei, 36. S.Dursun, 76. Rivas, 81.

Göztəpə – Kayserispor 0:0

Başakşəhər – Beşiktaş 2:3
Qollar: Selke, 36. B.Yıldırım, 88 – Hyen-Qyu, 43. O.Kökçü, 58. M.Həkimoğlu, 90+7.

16 fevral

Kasımpaşa – Karagümrük 3:2
Qollar: K.Demirbay, 19. C.Tosun, 62. İ.C.Kahveci, 71 – Mladenoviç, 80. T.Ahmed, 90+2.

İkinci Liqa: 2026-cı ildəki ilk turun oyun cədvəli açıqlandı

16 February 2026 at 22:30

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

2026-cı ilə təsadüf edəcək ilk turun oyunları fevralın 23-də və 24-də baş tutacaq.

İkinci Liqa
15-ci tur
23 fevral

“Araz Saatlı” – “Şirvan”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Kür-Araz” – “Dinamo”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:30.

“Göygöl” – “Quba”
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Ağdaş” – “Ağstafa Gəncləri”
Ağdaş şəhər stadionu, 14:30.

24 fevral

“Xankəndi” – “Qaradağ Lökbatan”
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Şəmkir” – “Şəki”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Bavariya”da ciddi itki

16 February 2026 at 22:56

“Bavariya” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın qapıçısı Manuel Noyer sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolkiper Bundesliqada “Verder”lə matçda (3:0) zədələnib.

Noyerin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

39 yaşlı qapıçı bu mövsüm 18 oyunda 17 qol buraxıb.

Federiko Dimarko – A Seriyasında yanvarın ən yaxşısı!

16 February 2026 at 22:00

“İnter”in italiyalı sol cinah müdafiəçisi Federiko Dimarko İtaliya A Seriyasında yanvar ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu azarkeşlər arasında keçirilmiş səsvermədə Lorentso Kolombo (“Cenoa”), Conatan David (“Yuventus”), Anastasios Duvikas (“Komo”), Nikola Krstoviç (“Atalanta”) və Adrien Rabyo (“Milan”) kimi oyunçuları qabaqlayıb.

Dimarko ötən ay komandasının heyətində A Seriyasında çıxdığı 6 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, A Seriyasında avqust ayının ən yaxşısı “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız seçilmişdi. Sentyabrda “Milan”ın amerikalı legioneri Kristian Pulişiç ən yaxşı elan edilmişdisə, oktyabrda “Napoli”nin kamerunlu mərkəz yarımmüdafiəçisi Frank Anqissa, noyabrda “Kremoneze”nin forvardı Ceymi Vardi, dekabrda isə “İnter”in hücumçusu Lautaro Martines fərqlənmişdi.

Federiko Dimarko “İnter”in yetirməsidir. Federiko 2016-cı ildən müxtəlif illərdə “Askoli”, “Empoli”, “Syon”, “Parma”, “Verona”da icarədə və ya geri satınalma şərtləri əsasında çıxış edib. İtalyan müdafiəçi bu illər ərzində xeyli tərəqqi edərək, nəhayət 2021-ci ilin iyununda “Verona”dan icarədən qayıdıb və “neradzurri”nin heyətində yerini möhkəmlədib. Dimarkonun “neradzurri” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dimarko “İnter”in heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 6 qol vurub, 14 məhsuldar ötürmə verib.

Dimarkonun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 222 oyun, 24 qol, 48 məhsuldar ötürmə.

Dimarko “İnter”lə İtaliya A Seriyasının, İtaliya Kubokunun (2 dəfə) və İtaliya Super Kubokunun (3 dəfə) qalibi olub.

Federiko Dimarko 2022-ci ilin iyununda dübüt etdiyi İtaliya yığmasının heyətində 36 oyuna 3 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 28 yaşlı italyan sol cinah müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Çixradze: “Sayılmayan qol qaydalar çərçivəsində vurulmuşdu”

16 February 2026 at 21:30

“Qəbələ”nin məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş oyunu meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Çixradze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”la biz fərqli məqsədlər uğrunda mübarizə aparan komandalarıq. Onlar çempionluq uğrunda, biz isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Oyunu iki fərqli hissəyə bölərdim. İlk yarıda bir az passiv oynadıq. İkinci hissədə daha yaxşı oyun nümayiş etdirdik. İkinci yarının əvvəlində adi vəziyyətdə qol buraxdıq. Qol buraxılmamalı epizod idi. Hesabda geriyə düşəndən sonra daha aqressiv oynamağa başladıq. Matçın sonlarında qol vurduq. Mübahisəli epizoddur. Bizim fikrimizcə, qol təmiz idi. Kimlərsə də baxıb, dəyərləndirə bilər. Fikrimcə, qol qaydalar çərçivəsində vurulmuşdu.

Turan Manafov yeni gəlib, hələ ideal formada deyil. Yavaş-yavaş formaya düşməyə başlayır. Sağ cinahda Nicat və Eşqin var. Bəzən biri, bəzən digəri oynayır. Arada Nuğayı da o mövqedə oynadırıq. Həmin cinahdakı resurslarımızdan maksimum istifadə etməyə çalışırıq”.

Çixradze Rüfət Əhmədova şans verilməməsinə də aydınlıq gətirib:

“Onu transfer edəndə düşünürdük ki, cinahda bizə kömək edəcək. Rüfət əvvəllər burada oynayıb, onu tanıyırdıq. Əvəzedici heyətlə məşq edirdi. Ona dedik ki, təklif varsa, gedə bilər. Situasiya elə alındı ki, komandada qaldı”.

Dambrauskas: “Qəbələ” bu gün 1 xala layiq idi”

16 February 2026 at 21:00

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna görə hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” çox yaxşı komandadır. Onların oyununda həqiqətən də məşqçi işi görünür. “Qəbələ” turnir cədvəlinin daha yuxarı pillələrində olmağa layiqdir. İstədiklərimizi həyata keçirmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiəsini yarmaq çox çətin idi. Birinci hissədə bir qol fürsətimiz oldu. İkinci yarıda müəyyən düzəlişlər etdik. Xüsusən də ikinci hissənin əvvəlində yaxşı çıxış etdik. Qol da vurduq. İkinci qolu da vura bilərdik. Matçın son dəqiqələri bizim üçün çətin keçdi. Son 10 dəqiqədə “Qəbələ” tam heyətlə irəli atıldı. Onlar xoş sözlərə layiqdirlər. Bəlkə də “Qəbələ” bu gün 1 xala layiq idi. Qapıçımız möhtəşəm qurtarış etdi. Nəticədə 3 xal qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm. Artıq “Kəpəz”lə oyuna hazırlaşmalıyıq.

Hakim qərarları mənim səlahiyyətimdə olan məsələ deyil. Son dəqiqələrdə qapıçımızın möhtəşəm qurtarışı var idi. Rəqib oyunçunun əllə oynadığı görünürdü. VAR-da daha yaxşı görürlər. Bəzən VAR lehinə, bəzən əleyhinə işləyir. “Sumqayıt”la matçda bizim əleyhimizə işlədi. İki qolumuzu ləğv etdilər. Mən özüm VAR sisteminin çox da tərəfdarı deyiləm. Son 10 dəqiqədə rəqib üstün oynadı. Hakim 5-6 dəqiqə artırsaydı, yəqin ki, fərqlənən tərəf “Qəbələ” olacaqdı. Səhvlərimizi təhlil edib nəticə çıxaracağıq.

Biz sadəcə növbəti məşqə və qarşıdakı oyuna köklənirik. Heç vaxt liderlik barədə danışmırıq, turnir cədvəlinə baxmırıq. Öz inkişafımıza fokuslanmışıq. Səhvlərimizi təhlil edirik. Hələ qarşıda 13 oyun var. Çempionluq yarışında olsaq da, biz daha çox özümüz özümüzlə yarış içindəyik, mübarizə aparırıq. Daha çox öz oyunumuza köklənirik, səhvlərimizin üzərində işləyirik. Nələrin baş verəcəyini mayın sonunda biləcəyik”.

“Qarabağ”ı başa düşmək olar”

Dambrauskas “Qarabağ”ın “Neftçi” ilə oyununun təxirə salınmasına da toxunub:

“Bu, bizim səlahiyyətimizdə olan bir şey deyil. Əsas məqsədimiz komandanı öz oyunlarımıza kökləməkdir. Litvada da bəzən belə hallar baş verir. Sentyabra qədər avrokubokların təsnifat mərhələsinin oyunları olur. Belə hallarda bizim ölkədə də çempionat matçları təxirə salınır. Amma bilmirəm bu, belə olmalıdır, ya yox. Təqvimə nəzarət edən qurumlar olmalıdır. “Neftçi” və “Qarabağ” köklü klublardır. Biz daha çox özümüzə köklənirik. “Qarabağ”ı başa düşmək olar. Tarixi uğur əldə ediblər. Amma belə olan halda daxili çempionatı da unutmaq olmaz. Qərar verən şəxs mən deyiləm. Bunun üçün qurumlar var və mən onlara hörmət edirəm”.

Dambrauaskas UEFA Millətlər Liqasında Azərbaycan və Litva yığmalarının eyni qrupa düşməsinə də toxunub:

“Hansı ölkədə işləyirəmsə, maraqlı və qəribə təsadüflə qarşılaşıram. Bolqarıstanda çalışanda Litva yığması onların millisi ilə eyni qrupa düşdü. Kiprdə də həmçinin. İndi də Azərbaycanda belə hal oldu. Hər iki milli komanda haqda xoş sözlər deyə bilərəm. Əsas mübarizə Azərbaycanla Litva arasında olacaq. Bu sözləri Lixtenşteyn yığmasına hörmətlə yanaşaraq deyirəm. Hansı futbolçuların oynayacağı çox önəmlidir. Litva millisində çoxlu keyfiyyətli oyunçular var. Amma onlardan biri zədələnsə, komandaya çox böyük təsir göstərə bilər. Bizim “Çelye”də çıxış edən güclü hücumçumuz var. O, ağır zədə alıb. Xırda detallar oyunun taleyini həll edəcək. Azərbaycan yığmasında “Qarabağ”da çıxış edən təcrübəli futbolçular var. Litvanı da unutmayaq. Gənc və uğura ac komandadır. Yaxşı məşqçilər heyəti var. Onu da deyim ki, Litva millisi oyunlara hazırlaşarkən mənim köməyimə ehtiyacları olmayacaq. Müasir dövrdə bütün oyunları izləmək olur. İki gərgin oyun bizi gözləyir”.

Dambrauskas: “VAR-ın azarkeşi deyiləm”

16 February 2026 at 20:45

Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” – “Sabah” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– “Qəbələ” çox yaxşı komandadır. Yaxşı məşqçi işi görünür. Turnir cədvəlində belə aşağıda olmalı deyillər. Daha yuxarılarda olmağa layiqdirlər. İlk hissədə istədiklərimizi həyata keçirə bilmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. İkinci hissədə müəyyən düzəlişlər etdik. Fasilədən sonra daha yaxşı başladıq, qol vurduq, fərqi artırmaq üçün imkan yaratdıq. Lakin oyunun sonları bizim üçün çox çətin keçdi. “Qəbələ” bütün gücü ilə irəli atılmışdı. Onlar xoş sözlərə layiqdirlir. Qapıçımız Stas Pokatilov möhtəşəm qurtarış etdi. “Qəbələ” bəlkə də, bir xala layiq idi.

– Komandanın birinci sırada olması əlavə təzyiq yaratmır?
– Bu haqda düşünmürük. Bütün diqqətimiz növbəti matçdadır. Heç vaxt turnir cədvəlinə baxmırıq. İşimizə fokuslanmışıq və nəyi harda düzəldə bilərik deyə düşünürük. Sadəcə bunlara köklənirik.

– Litvada çempionluğa oynayan komandanın əsas rəqibi ilə oyunu avrokuboklara görə təxirə salınsa, idman camiəsinin reaksiyası necə olardı?
– Öz oyunlarımıza köklənirik. Litvada da bəzən belə hallar baş verir. Bəzən matçlar təxirə salına bilir. Amma bilmirəm, belə olmalıdır, ya yox. Təqvimə nəzarət edən qurumlar baxmalıdır bu məsələyə. İndiki məqamda təxirəsalma bizi düşündürmür. Biz özümüzə fokuslanmışıq. “Qarabağ” Avropada yaxşı nəticələr əldə edib, amma çempionatı da unutmaq olmaz. Məsələ qərar verən qurumlarla bağlıdır. Qərar verən şəxs mən deyiləm. Bunun üçün qurumlar var və mən onlara hörmət edirəm. 

– İngiltərədə məşqçiliyi oxumusunuz. “Qarabağ”ın “Nyukasl”la oyunda şanslarını necə dəyərləndirirsiniz?
– Bu suala cavab verməyəcəyəm.

– “Qarabağ”ın təcrübəsi var, “Sabah” isə uğura acdır. Çempionluq üçün hansına daha çox ehtiyac var?
– Biz özümüzlə mübarizə aparırıq. Hər dəfə özümüzə köklənir, səhvlərimiz üzərində çalışırıq. Gələcəkdə nə olacağını mayın sonunda biləcəyik.

– Azərbaycan yığması Millətlər Liqasında Litva ilə bir qrupa düşüb. Şansları necə dəyərləndirirsiniz?
– Harada işləyirəmsə, maraqlı və qəribə təsadüflə qarşılaşıram. Bolqarıstanda çalışanda Litva onlarda eyni qrupa düşdü. Kiprdə də həmçinin. İndi də Azərbaycanda belə hal oldu. Hər iki milli komanda haqda xoş sözlər deyə bilərəm. Əsas mübarizə Azərbaycanla Litva arasında olacaq. Bu sözləri Lixtenşteyn yığmasına hörmətlə yanaşaraq deyirəm. Hansı futbolçuların oynayacağı çox önəmlidir. Çünki Litva millisində çoxlu keyfiyyətli oyunçular var. Amma onlardan biri zədələnsə, komandaya çox böyük təsir göstərə bilər. Məsələn, bizim “Çelye”də çıxış edən çox güclü hücumçumuz var. O, ağır zədə alıb. Konfrans Liqasında çoxlu qollar vurmuşdu. Xırda detallar oyunun taleyini həll edəcək. Azərbaycan yığmasında “Qarabağ”da çıxış edən təcrübəli futbolçular var. Litvanı da unutmayaq. Gənc və uğura ac komandadır. Yaxşı məşqçilər heyəti var. Onu da deyim ki, Litva millisi oyunlara hazırlaşarkən mənim köməyimə ehtiyacları olmayacaq. Müasir dövrdə bütün oyunları izləmək olur. İki gərgin oyun bizi gözləyir.

– “Qəbələ”nin son dəqiqələrdə ləğv olunan qolu haqda nə düşünürsünüz?
– Bizim kameramızdan baxanda əllə oyun görünürdü. Lakin VAR da var. Onlar daha dəqiq qərar verə bilərlər. “Sumqayıt”la oyunda iki qolumuzu ləğv etmişdilər. Bu gün də bizim kameradan görünürdü ki, top ələ dəyib. Özüm VAR-ın azarkeşi deyiləm. Düzdür, bu oyun çox çətin idi. Son 10 dəqiqə rəqib daha üstün oynayırdı. Düşünürəm ki, əlavə 5-6 dəqiqə olsaydı, “Qəbələ” fərqlənə biləcəkdi. Ona görə bu səhvlərimizi təhlil edib, nəticə çıxarmalıyıq.

Şahin Cəfərov

Əvəzedicilər Liqası: “Zirə” “Araz”ı 3 cavabsız qolla yendi

16 February 2026 at 20:30

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 16-cı turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

“Araz-Naxçıvan”la “Zirə”nin ikinci komandaları arasında keçirilmiş oyunda qonaqlar 3 cavabsız qolla qalib gəliblər.

16-cı turun qalan görüşləri fevralın 17-də keçiriləcək.

Əvəzedicilər Liqası
16-cı tur
14 fevral

“Sabah-2” – “Sumqayıt-2” 0:0
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”, 14:00.

16 fevral

“Araz-Naxçıvan-2” – “Zirə-2” 0:3
Qollar: Elşən Abdullayev, 44. Rauf Qafarov, 45. Murad Ələkbərov, 80.
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Sənan Bayramzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:30.

17 fevral

“Turan Tovuz-2” – “Şamaxı-2”
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Niyaz Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Qarabağ-2” – “Qəbələ-2”
Hakimlər: Nazim Abdullayev, Cavid Ömərov, Hüseyn Vəliyev, Rəsul Babayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 14:30.

“Neftçi-2” – “Kəpəz-2”
Hakimlər: Ceyhun Hüseynov, Tural Bayramov, Sadiq Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi Futbol Mərkəzi (4-cü meydança), 15:00.

“Qəbələ” – “Sabah” 0:1 – Video

16 February 2026 at 20:00

Azərbaycan Premyer Liqasının 20-ci turunun “Qəbələ” – “Sabah” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
20-ci tur

16 fevral

“Qəbələ” – “Sabah” 0:1
Qol: Xəyal Əliyev, 54.
Sarı vərəqələr: Sambu Sissoko, 82 (qeyri-idman hərəkəti) – Jesse Sekidika, 90+5 (oyunun bərpasının ləngidilməsi).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: George Çixradze, 90+3 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 5 dəq.
Saat 17:00. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Şirmamed Mamedov.
Dördüncü hakim: Rəşad Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k) (70. Paulo Kimbila, 82), 66. Nuğay Rəşidov (7. Turan Manafov, 61), 10. Şahin Şahniyarov (8. Sambu Sissoko, 61), 27. Eşqin Əhmədov (13. Nicat Əliyev, 61), 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu (12. İbrahim Sanqare, 82), 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde.
Məşqçi: George Çixradze.

Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev (22. Zinedin Uld Xaled, 80), 9. Xəyal Əliyev (83. Stefen Ende, 80), 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda (70. Jesse Sekidika, 90+2).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris.
Baş məşqçi: Valdas Dambrauskas.

Mehriban Əliyeva yenidən AGF-nin prezidenti seçildi

16 February 2026 at 19:30

Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib.

Arena.az bu barədə sözügedən qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, bu gün Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.

Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.

AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb.

Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban xanım Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər.

İclasda “İntizam Qaydaları”, “Etika Qaydaları”, habelə “Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları” müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının üzvləri; Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər.

Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar.

Premyer Liqa: “Qəbələ” “Sabah”a tək qolla uduzdu

16 February 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Qəbələ” “Sabah”ı qəbul edib.

Qəbələ şəhər stadionunda baş tutmuş oyunun baş hakimi Rauf Cabbarov olub. Görüşün taleyini bir qol həll edib. Paytaxt təmsilçisi səfərdən 3 xalla qayıdıbı.

Premyer Liqa
20-ci tur
14 fevral

“Qəbələ” – “Sabah” 0:1
Qol: Xəyal Əliyev, 54.
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 8. Sambu Sissoko, 70. Paulo Kimbila.
Məşqçi: George Çixradze.

Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

“Qəbələ”nin məşqçisi: “Qol qaydalar çərçivəsində vurulmuşdu”

16 February 2026 at 19:46

Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” – “Sabah” oyunundan (0:1) sonra meydan sahibi komandanın məşqçisi George Çixradze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– “Sabah”la biz fərqli məqsədlər uğrunda mübarizə aparırıq. Onlar çempinoluğa, biz liqada qalmağa oynayırıq. İlk hissədə passiv oynadıq. Əsas odur, qol buraxmadıq, təhlükəli epizodlar yaratdıq. İkinci hissədə daha yaxşı oynadıq. Adi vəziyyətdən qol buraxdıq. Qol buraxılmamalı epizod idi. Qoldan sonra aktiv, aqressiv oynamağa başladıq. Oyunun sonlarında qol da vurduq, ləğv olundu. Mübahisəli epizoddur. Yekunda məğlub olmuşuq.

– Mübahisəli epizod idi, yoxsa “Qəbələ”nin haqqına girildi?
– Məğlub olmuşuq, fikrimcə, qol təmiz idi. Kimlərsə də baxıb, dəyərləndirə bilər. Düşünürəm ki, qol qaydalar çərçivəsində vurulmuşdu.

– Start heyətdəki cinah müdafiəçilərini dəyişməyi düşünmürsünüz?
– Turan Manafov yeni gəlib, tam formada deyil. Yavaş-yavaş formaya düşməyə başlayır. Sağ cinahda Nicat və Eşqin var. Bəzən biri, bəzən digəri oynayır. Arada Nuğayı da o mövqedə oynadırıq. Həmin cinahdakı resurslarımızdan maksimum istifadə etməyə çalışırıq.

– Rüfət Əhmədovla bağlı planınız nədir?
– Onu transfer edəndə düşünürdük ki, cinahda bizə kömək edəcək. Rüfət daha əvvəl də burda oynamışdı və tanıyırdıq. Həmin mövqeni gücləndirmək üçün onu düşünürdük. Amma alınmadı.

– Getmək istəmir?
– Əvəzedici heyətlə məşq edirdi. Təklifi varsa, gedə bilər. Sadəcə situasiya elə oldu ki, komandada qaldı.

Şahin Cəfərov

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

16 February 2026 at 18:19

Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.

Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.

AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb.

Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər.

İclasda “İntizam Qaydaları”, “Etika Qaydaları”, habelə “Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları” müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının üzvləri; Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər.

Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar.

“Şamaxı” – “Turan Tovuz” 0:0 – Video

16 February 2026 at 18:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun bu gün keçirilmiş “Şamaxı” – “Turan Tovuz” matçı bərabərliklə (0:0) başa çatdı.

Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
20-ci tur
16 fevral

“Şamaxı” – “Turan Tovuz” 0:0
Sarı vərəqə: Alfons Msanqa, 57 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 3 dəqiqə.
Saat 14:30. Şamaxı şəhər stadionu, 1200 tamaşaçı.

Baş hakim: Tural Qubanov.
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Cəmil Quliyev.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa (7. Edqar Adilxanov, 64).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tirkovyanu, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k) (3. Enrike Silva, 66), 11. Ayxan Hüseynov (9. Coş Cinnelli, 66), 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji (90. Joarlem Santos, 66), 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.

Ayxan Abbasov niyə cəmi bir dəyişiklik etdiyini açıqladı

16 February 2026 at 18:00

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Turan Tovuz”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Mübarizəli, maraqlı oyun oldu. Rəqib bura qələbə üçün gəlmişdi. Ötən tur acı məğlubiyyət yaşadıq. 17-ci turda “Qəbələ”yə məğlub olduqdan sonra komanda yaxşı performans göstərir. “Qarabağ”la ardıcıl iki oyun keçirdik. Heyətdə çox da dəyişiklik edə bilmirik. Futbolçularımdan razı qaldım. Oyuna köklənmələri yüksək səviyyədə idi. Birinci hissədə daha yaxşı oynadıq. Üstünlük bizdə idi. Kərim Rossi ilə Abdulla Rzayev düzgün qərar versəydilər, hesabı aça bilərdik. Komandam rəqibin standart vəziyyətlərində yaxşı oynadı. Bizim üçün hər xal önəmlidir. Qarşıdakı oyunlara hazırlaşacağıq.

Oyuna görə cəmi bir dəyişiklik etdik. Rəqib standart vəziyyətlərdə çox yaxşıdır. Ehtiyatda olan futbolçularımız hamısı bəstəboydur. Rossi nə qədər yorulsa da, onun mövqeyində başqa oyunçu yoxdur. Ehtiyatda olan futbolçuların bu tempdə və rəqibin standart vəziyyətlərində çətinlik çəkəcəyini düşündük. Gələn oyunlarda dəyişikliklər olacaq”.

Berdıyev: “Əvəzetmələr uğurlu alınmadı”

16 February 2026 at 17:30

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yaratmaqda çətinlik çəkirdi. Təəssüf ki, əvəzetmələr də uğurlu alınmadı.

“Şamaxı”nın müdafiəsi yaxşı oynadı. İstənilən halda daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı bu matçda həyata keçirə bilmədik. Təhlillər aparacağıq.

Yeni transferimiz Mark Rene Mampassi uzun müddətdir ki, məşq etməyib. Ümid edirik ki, bizə fayda verəcək”.

Ayxan Abbasov “Turan Tovuz”la oyundan sonra nələr dedi?

16 February 2026 at 17:45

Azərbaycan Premyer Liqasının XX turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Mübarizəli, maraqlı oyun oldu. Rəqib bura qələbə üçün gəlmişdi. Ötən tur acı məğlubiyyət yaşadıq. 17-ci turda “Qəbələ”yə məğlub olduqdan sonra komanda yaxşı performans göstərir. Ard-arda “Qarabağ”la iki dəfə oynadıq. Heyətdə çox da dəyişiklik edə bilmirik. Futbolçularımdan razı qaldım. Oyuna köklənmələri yüksək səviyyədə idi. Birinci hissədə daha yaxşı oynadıq. Üstünlük bizdə idi. Kərim Rossi ilə Abdulla Rzayev düzgün qərar versəydilər, hesabı aça bilərdik. Bizim üçün hər xal önəmlidir. Qarşıdakı oyunlara hazırlaşacağıq.

– Bir əvəzetmə etməyiniz nəylə bağlıdır? 

– Oyuna görə belə etdik. Rəqib standart vəziyyətlərdə çox yaxşıdır. Ehtiyatda olan futbolçularımız hamısı bəstəboydur. Rossi nə qədər yorulsa da, onun mövqeyində başqa oyunçu yoxdur. Ehtiyatda olan futbolçuların bu tempdə və rəqibin standart vəziyyətlərində çətinlik çəkəcəyini düşündük.

Şahin Cəfərov 

Premyer Liqa klubunda yeni baş məşqçi – ilk sınağı…

16 February 2026 at 17:22

İngiltərənin “Nottingem Forest” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Vitor Pereyraya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Vitorun “Nottingem Forest”dəki ilk sınağı Avropa Liqasının pley-off mərhələsində sabiq klubu “Fənərbağça”ya qarşı olacaq. Matç fevralın 19-da olacaq.

“Məşqlərdə çalışdıqlarımızı edə bilmədik” – Berdıyev

16 February 2026 at 17:16

Azərbaycan Premyer Liqasının XX turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yarada bilmirdi. Təəssüflər olsun ki, əvəzetmələr də uğurlu alınmadı.

– Qol epizodlarının olmamasının səbəbi oyunçu keyfiyyətidir?

– “Şamaxı”nın müdafiəsi yaxşı oynadı. İstənilən halda, daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı edə bilmədik. Təhlillər aparacağıq.

– Yeni transferiniz Mark Rene Mampassi oynamağa hazırdır?

– Uzun müddətdir ki, məşq etməyib. Ümid edirik ki, bizə fayda verəcək.

Şahin Cəfərov 

Azərbaycan çempionatına yekun vuruldu

16 February 2026 at 16:45

Gənc boksçular arasında Azərbaycan çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 60 komandanın 276 boksçusu qüvvəsini sınayıb. 7 gün davam edən çempionatda oğlanlarda 10, qızlarda 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərdə qalib gələn Əli Əliyev, Nihat Qasımov, Əli Baxışov, Şahin Aslanov, Rza Rzayev, Renat Qiyaslı, İsmayıl Vəliyev, Heydər Əzməmmədov, Zaur Səmədov və Səfdər Məmmədzadə çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu birinci yeri tutub – 33 xal. İkinci pilləyə Gəncə komandası (31) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” İdman Klubu (29) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Nihat Qasımov layiq görülüb. Ramiz Yaqnəliyev ən yaxşı hakim adına sahib olub.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, U-19 Azərbaycan çempionatında daha öncə başa çatan qızların mübarizəsində Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (51 kq), Zəhra Məmmədova (54 kq), Aynur İsmayılova (60 kq) və Dəniz Babayeva (70 kq) U-19 Azərbaycan çempionatının qızıl medalını qazanıblar.

U-19 Azərbaycan çempionatı

Oğlanlar

Final

50 kq

Əli Əliyev (Gəncə) – Hüseyn Məhərrəmov (“AZSport” BK) – 5:0

55 kq

Əli Mayılzadə (DİN İC) – Nihat Qasımov (RKİM) – ikinci tam üstünlüklə qalib gəlib

60 kq

Əli Baxışov (“Dəmir Yumruq” BİK) – Toğrul Quliyev (“Qızıl əlcək” İK) – 3:0

65 kq

Şahin Aslanov (UGM-7) – Vüsal Xəlilov (RİM-1) – 4:1

70 kq

Adil Zalov (“Qızıl əlcək” İK) – Rza Rzayev (Gəncə) – 0:5

75 kq

Pünhan Qurbanlı (Şirvan) – Renat Qiyaslı (DİN İC) – 0:5

80 kq

İsmayıl Vəliyev (RKİM) – Fuad Abbasov (Sumqayıt) – 5:0

85 kq

Heydər Əzməmmədov (Sumqayıt) – Səid Bəkiyev (“Zərbə” BİK) – birinci tam üstünlüklə qalib gəlib

90 kq

Qulam Baxşıyev (Astara) – Zaur Səmədov (“Qızıl əlcək” İK) – ikinci tam üstünlüklə qalib gəlib

+90 kq

Məhəmməd Cəfərov (Z-1 İK) – Səfdər Məmmədzadə (“Neftçi” İKÇ) – 1:4

Bütün mükafatçılar

50 kq

1. Əli Əliyev (Gəncə)

2. Hüseyn Məhərrəmov (“AZSport” BK)

3. Hüseyn Quliyev (RKİM)

3. Kərəm Qocayev (MOİK)

55 kq

1. Nihat Qasımov (RKİM)

2. Əli Mayılzadə (DİN İC)

3. Aydın Qasımov (Mingəçevir)

60 kq

1. Əli Baxışov (“Dəmir Yumruq” BİK)

2. Toğrul Quliyev (“Qızıl əlcək” İK)

3. Sübhan Babayev (RİM-1)

3. Əflatun İsmiyev (Sumqayıt)

65 kq

1. Şahin Aslanov (UGM-7)

2. Vüsal Xəlilov (RİM-1)

3. Haqverdi Həsənov (“Neftçi” İK)

3. Tamerlan Əlimzanov (MOİK)

70 kq

1. Rza Rzayev (Gəncə)

2. Adil Zalov (“Qızıl əlcək” İK)

3. Valeh Eyvazlı (“Qızıl əlcək” İK)

3. Dəniz Zeynalov (“Qızıl əlcək” İK)

75 kq

1. Renat Qiyaslı (DİN İC)

2. Pünhan Qurbanlı (Şirvan)

3. Sarvan Abdullazadə (RKİM)

3. Cavidan Əliyev (Göygöl)

80 kq

1. İsmayıl Vəliyev (RKİM)

2. Fuad Abbasov (Sumqayıt)

3. Nicat İmanov (“Qızıl əlcək” İK)

3. İmamsalehizaman Salmanov (Gəncə)

85 kq

1. Heydər Əzməmmədov (Sumqayıt)

2. Səid Bəkiyev (“Zərbə” BİK)

3. Raul Mehdiyev (Mingəçevir)

3. Nail Abbasov (“Neftçi” İK)

90 kq

1. Zaur Səmədov (“Qızıl əlcək” İK)

2. Qulam Baxşıyev (Astara)

3. Amir Abbasov (Z-1 İK)

3. Əli Məmmədzadə (KNOUT)

+90 kq

1. Səfdər Məmmədzadə (“Neftçi” İK)

2. Məhəmməd Cəfərov (Z-1 İK)

3. Sarvan Səlimli (Mingəçevir)

3. Cavid Babayev (KNOUT)

“Arsenal” seriyanı 6-ya çatdırdı, yeni rekorda imza atdı

16 February 2026 at 17:00

Londonun “Arsenal” komandası futbol üzrə İngiltərə Kubokunda ilk 30 dəqiqədə 4 qol vuraraq “Uiqan”ı 4:0 hesabı ilə məğlub edib.

Arena.az xəbər verir ki, “topçular” 1992/1993-cü illər mövsümündən bəri bu yarışda oyunun ilk yarım saatında 4 qol vurmuş ilk Premyer Liqa komandası olub.

Sözügedən komanda həm də bütün yarışlardakı məğlubiyyətsiz oyunlar seriyasını 6-ya çatdırıb. Bu seriya UEFA Çempionlar Liqasında “Kayrat” (Qazaxıstan) üzərində 3:2 hesablı qalibiyyətlə başlayıb. Mikel Artetanın komandası daha sonra İngiltərə Premyer Liqasında “Lids”i 4:0, İngiltərə Liqa Kubokunda “Çelsi”ni 1:0 hesabı ilə məğlub edib. Mikel Artetanın rəhbərlik etdiyi kollektiv daha sonra Premyer Liqada “Sanderlend”ə 3:0 hesabı ilə qalib gəlib, “Brentford”la heç-heçə edib – 1:1. “Uiqan” üzərində qalibiyyət qələbə seriyasını davam etdirib.

“Arsenal”ın növbəti oyunu fevralın 18-də İngiltərə Premyer Liqasında səfərdə “Vulverhempton”a qarşı olacaq. Bu komanda hazırda 57 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” londonlulardan 4 xal geridə qalaraq ikinci pillədə qərarlaşıb.

Premyer Liqa: “Şamaxı” və “Turan Tovuz”dan heç-heçə

16 February 2026 at 16:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Şamaxı” doğma meydanda “Turan Tovuz”la üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilmiş oyunu Tural Qurbanov idarə edib. Bu görüşdə qapılara qol vurulmayıb.

Premyer Liqa
20-ci tur
16 fevral

“Şamaxı” – “Turan Tovuz” 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tirkovyanu, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 3. Enrike Silva, 90. Joarlem Santos, 9. Coş Cinnelli, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.

Elçin Məmmədov “Qalatasaray” – “Yuventus” oyununda!

16 February 2026 at 16:00

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Elçin Məmmədov UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Xatırladaq ki, sözügedən qarşılaşma fevralın 17-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

“Şəfa” – “Mingəçevir” oyunu Əliyevə tapşırıldı

16 February 2026 at 16:12

Azərbaycan I Liqasında XV turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Şəfa” – “Mingəçevir” oyununu Emin Əliyev idarə edəcək.

18 fevral (çərşənbə)

“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Novruz Əzimov
Şamaxı OİK stadionu, 14:30

MOİK – “Səbail”
Hakimlər: Alik Yunusov, Sənan Atayev, Asif Abdullayev, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Törə Əhmədova
Binə qəsəbə stadionu, 14:30

19 fevral (cümə axşamı)

“Şəfa” – “Mingəçevir”
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Zakir Şükürzadə, Murad Səlimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu, 14:30

“Zaqatala” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Aydın Bəxşiyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Zaqatala OİK stadionu, 15:00

“Şimal” – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Elman Kərimov, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı OİK stadionu, 15:00

“Qəbələ” – “Sabah”: heyətlər

16 February 2026 at 15:53

“Sabah” Premyer Liqanın XX turunda bu gün “Qəbələ”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 11. Asif Məmmədov 7. Turan Manafov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 8. Sambu Sissoko 70. Paulo Quimbila
Məşqçi: George Çixradze

“Sabah”: 92. Stas Pokatilov (k) 46. Aleksey İsayev 9. Xəyal Əliyev 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

AFFA rəsmisi “Qalatasaray”ın oyununda olacaq

16 February 2026 at 15:42

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 17-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq.

Bakı klubuna texniki məğlubiyyət verildi

16 February 2026 at 15:26

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

14.02.2026-ci il tarixində keçirilən futzal üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin Baku-Fire – Araz Naxçıvan oyununda Baku-Fire komandasının oyunçusu Eldar Zeynalov oyunun 38-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun oyuna buraxılmasın (maddə 46);

15.02.2026-ci il tarixində keçirilməli olan futzal üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin U-19 – “Yeni Suraxanı” oyunu “Yeni Suraxanı” təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Yeni Suraxanı” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1)

“Məktəbli Qızlar” turnirində pley-off iştirakçıları bilindi

16 February 2026 at 15:07

AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan “Məktəbli Qızlar” turnirində Lənkəran zonası üzrə qrup mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, E qrupunda son oyunlar mərkəz seçilmiş Şilavar kənd tam orta məktəbində keçirilib və 4 komanda mübarizə aparıb. Əvvəlcə 7 saylı məktəb və Şilavar kənd tam orta məktəbin komandası üz-üzə gəlib. Ardından Xarici Dillər Təmayüllü (XDT) internat tipli gimnaziya və 5 saylı məktəblərin komandaları qarşılaşıblar.

F qrupunun son matçları isə 4 komandanın iştirakı ilə Sütəmurdov kənd tam orta məktəbində təşkil olunub. Əvvəlcə 1 saylı və Sütəmurdov kənd tam orta məktəblərin, ardından isə 4 və 3 saylı məktəblərin komandaları qarşılaşıblar.

E qrupundan 5 saylı və Şilavar kənd tam orta məktəbin, F qrupundan isə 1 və 4 saylı tam orta məktəbin komandası Lənkəran zonası üzrə pley-off mərhələsinə vəsiqə qazanıblar.

Tedesko italyanlara “yox” dedi

16 February 2026 at 16:30
“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedeskoya vətənindən – A Seriyası təmsilçilərindən birindən təklif gəldiyi iddia olunub. Msport.az xəbər verir ki, italiyalı […]

Source

Kovaçiç ərəblərin gündəmində

16 February 2026 at 16:30
“Mançester Siti”nin futbolçusu Mateo Kovaçiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Msport.az xəbər verir ki, yarımmüdafiəçinin Səudiyyə Pro Liqasından bir […]

Source

Birinci Liqa: 15-ci turun təyinatları açıqlandı

16 February 2026 at 15:30

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 15-ci turunun bütün təyinatları müəyyənləşib

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

15-ci turun görüşləri fevralın 18-də və 19-da keçiriləcək.

Birinci Liqa
15-ci tur
18 fevral

“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

MOİK – “Səbail”
Hakimlər: Alik Yunusov, Sənan Atayev, Asif Abdullayev, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu, 14:30.

19 fevral

“Şəfa” – “Mingəçevir”
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 14:30.

“Zaqatala” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Aydın Bəxşiyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Şimal” – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Elman Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Kristian Kivu A Seriyasında yanvarın da ən yaxşısı seçildi

16 February 2026 at 15:00

Milan “İnter”inin baş məşqçisi, rumıniyalı futbol mütəxəssisi Kristian Kivu A Seriyasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

“İnter” bu ilin yanvarında A Seriyası çərçivəsində keçirdiyi 6 oyunun 5-dən qalibiyyətlə ayrılıb, 1 görüşdə heç-heçə ilə kifayətlənib. Paytaxt təmsilçisi hazırda çempionatda 61 xalla vahid liderdir.

Kivu karyerasında 2-ci dəfə bu mükafata layiq görülüb. O, ötən ilin dekabr ayında da oxşar uğura imza atmışdı.

A Seriyasının cari mövsümündəki ilk mükafatı “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı. O, avqustun ən yaxşısı seçilmişdi. Sentyabrda və noyabrda “Milan”ı çalışdıran Massimiliano Alleqri, oktyabrda “Roma”ya rəhbərlik edən Can Pyero Qasperini fərqlənmişdi.

Xatırladaq ki, Kristian Kivu cari mövsümün əvvəlində “İnter”ə baş məşqçi təyin edilib. Onun Milan təmsilçisi ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

Kivu daha öncə İtaliyada “Parma”ya da rəhbərlik edib. Rumıniyalı məşqçi buna qədər “İnter”in müxtəlif yaş qruplarından ibarət komandalarında da çalışıb.

Yüksək Liqa: 11-ci turun oyun cədvəli açıqlandı

16 February 2026 at 14:30

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün qış fasiləsinə yekun vurulmaq üzrədir.

Arena.az xəbər verir ki, bu həftə ölkə çempionatında 3-cü dövrəyə start veriləcək.

11-ci turun oyunlarından 2-si fevralın 19-da, son matç isə 2 gün sonra – fevralın 21-də keçiriləcək.

Yüksək Liqa
11-ci tur
19 fevral

Neftçi İK – Lənkəran
Bakı. “Olimpik Star”. Saat 14:00.

Baku Fire – Araz-Naxçıvan
Bakı. “Olimpik Star”. Saat 16:00

21 fevral

U-19 – Şuşa
Bakı. “Olimpik Star”. Saat 14:30.

“Qarabağ” – “Nyukasl” matçı norveçli hakimə tapşırıldı

16 February 2026 at 14:00

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyununa hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bakıda baş tutacaq bu qarşılaşmanı Norveçdən olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Espen Eskos olacaq. Ona yan xətdə həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

VAR-da niderlandlı Rob Diyperink, AVAR-da Dennis Hiqler əyləşəcəklər. Hakim-inspektor italiyalı Matteo Simone Trefoloni, UEFA nümayəndəsi litvalı İqnas Marçinkeviçyus olacaq.

Qeyd edək ki, “Qarabağ”- “Nyukasl” matçı fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə (saat 00:00-da) İngiltərədə təşkil ediləcək.

Onu da xatırladaq ki, Espen Eskos azərbaycanlı futbolsevərlər üçün tanış hakimdir. Norveçli referi daha əvvəl Azərbaycan millisinin matçını idarə edib. 37 yaşlı FIFA referisi 2021-ci ildə yığmamızın İrlandiya komandasına qarşı görüşündə əsas söz sahibi olub. Ədalət təmsilçisi DÇ-2022-nin seçmə mərhələsində millinin məğlubiyyətinə şahidlik edib. Bakı Olimpiya Stadionunda gerçəkləşən görüşdə qonaqlar 3 cavabsız qolla üstün olublar.

Norveçli hakim 2019-cu ildən beynəlxalq matçlara təyinat alır. O, cari mövsümdə UEFA Çempionlar Liqasının əsas mərhələsində 4 qarşılaşmanı idarə edib. 11 sarı vərəqə göstərən Espen Eskos hələlik qırmızı vərəqəyə ehtiyac duymayıb.

Azərbaycanda oynamış futbolçu Qazaxıstanda klubunu dəyişdi

16 February 2026 at 14:40

“Kəpəz”in sabiq futbolçusu Yeqor Xvalko Qazaxıstanda klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Tobol”dan “Atırau”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə müqavilə ilin sonuna kimi nəzərdə tutulub.

Xvalko 2022-2025-ci illərdə “Kəpəz”in formasını geyinib.

Spaletti Türkiyənin hansı klubuna “yox” deyib?

16 February 2026 at 14:15

“Yuventus”un çalışdırıcısı Luçano Spaletti “Beşiktaş”dan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. “Beşiktaş” mövsümün əvvəlində Spalettiyə təklif göndərsə də, mütəxəssis Türkiyədə işləmək istəməyib.

66 yaşlı məşqçi ötən ilin oktyabrından “Yuventus”a rəhbərlik edir.

Şamaxıda heyətlər məlum oldu

16 February 2026 at 13:32

“Şamaxı” Premyer Liqanın XX turunda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 5. Roderik Miller 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 3. Enrike Silva 90. Joarlem Santos 9. Coş Cinnelli 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev

“Qarabağ” – “Nyukasl”: hakimlər bilindi

16 February 2026 at 13:26

Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, fevralın 18-də baş tutacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Espen Eskas olacaq. Ona yan xətt hakimləri Yan Erik Enqan və İsak Elias Başkevin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

VAR-da Niderlandlı referilər Rob Diperinq və Dennis Hiqler olacaq.

Fevralın 18-də keçiriləcək qarşılaşmaya saat 21:45-də start veriləcək.

AFFA “Yeni Yasamal”a texniki məğlubiyyət verdi

16 February 2026 at 13:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 14-cü turunun oyunları ilə bağlı qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 14-cü tur

“Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 19-cu dəqiqəsində “Cəbrayıl”ın futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Cəbrayıl” buna görə 300 manat cərimə edilib. Oyunun 89-cu dəqiqəsində “Cəbrayıl”ın futbolçusu Arsene Dauda ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Cəbrayıl” buna görə 150 manat cərimə ödəyəcək.

“Səbail” – “Şəfa” oyununda “Səbail”də 7 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib. “Şəfa”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda da 210 manat cərimə edilib.

Futzal, Azərbaycan Kuboku, 1/8 final

AFFA İntizam Komitəsi futzal üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin oyunlarındakı qayda pozuntularına da hüquqi qiymət verib:

“Baku Fire” – “Araz Naxçıvan” oyununda “Baku Fire” komandasının oyunçusu Eldar Zeynalov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza alıb.

U-19 – “Yeni Suraxanı” oyunu “Yeni Suraxanı” təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün bu komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.

Xosep Qvardiola Bernardo Silvanı təriflədi

16 February 2026 at 13:00

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in kapitanı, hücumameylli yarımmüdafiəçi Bernardu Silva haqda söhbət açıb.

Arena.az ispan mütəxəssisin 31 yaşlı portuqal futbolçu barədə müvafiq fikrini təqdim edir:

“Bernardo Silvanın varlığı çox vacibdir. O, inanılmazcasına vacibdir. Onun bir neçə əhəmiyyətsiz fəsadı var, amma əzmlə, “mübarizə aparacağam” demişdi”, deyə Xosep Qvardiola razılıqla vurğulayıb.

Yeri gəlmişkən, “Mançester Siti”nin kapitanı ən böyük arzusunu açıqlayıb. Silvanın müvafiq açıqlamasını təqdim edirik:

“Portuqaliya milli komandası ilə dünya çempionu olmaq mənim ən böyük arzumdur”, deyə Silva vurğulayıb.

Xatırladaq ki, Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Silvanı heyətinə qatıb. Onun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Silva “Siti”nin heyətində bütün yarışlarda 35 oyuna 2 qol və 5 məhduldar ötürmə ilə fərqlənib. Silvanın “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi belədir: 442 oyun, 74 qol, 78 məhsuldar ötürmə.

Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 107 oyuna çıxıb, 14 qol vurub və 29 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameylli yarımmüdafiəçnin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.

Kifayət Mustafayeva “Yuventus” – “Volfsburq” matçında

16 February 2026 at 12:30

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən yeni təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Kifayət Mustafayeva qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Yuventus” (İtaliya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda təşkil olunacaq.

ÇL öncəsi Mbappe sevinci

16 February 2026 at 12:50

“Real”ın futbolçusu Kilian Mbappe komanda ilə məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Fransalı hücumçu komandanın son məşqində kollektivlə çalışıb.

“Real” Çempionlar Liqasının pley-off mərhələsində sabah “Benfika” ilə qarşılaşacaq. Matç saat 00:00-da start götürəcək.

“Səbail” və “Şəfa”ya 210 manat cərimə

16 February 2026 at 12:39

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

12 fevral 2026-cı il tarixində I Liqada XIV turun “Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 19-cu dəqiqəsində “Cəbrayıl” komandasının 4 nömrəli futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Cəbrayıl” komandası 300 manat cərimə edilsin (maddə 46);

12 fevral 2026-cı il tarixində I Liqada XIV turun “Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 89-cu dəqiqəsində “Cəbrayıl” komandasının 19 nömrəli futbolçusu Arsene Dauda ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Cəbrayıl” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

12 fevral 2026-cı il tarixində I Liqada XIV turun “Səbail” – “Şəfa” oyununda “Səbail” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

12 fevral 2026-cı il tarixində I Liqada XIV turun “Səbail” – “Şəfa” oyununda “Şəfa” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1).

Palçıqda futbol – FOTOLAR

16 February 2026 at 12:00

İngiltərə Kubokunda keçirilən “Qrimbsi” – “Vulverhempton” oyununun baş tutduğu meydançanın durumu sosial şəbəkələrdə geniş yayılıb.

Futbolpress.az xəbər verir ki, arenanın ot örtüyü yararsız halda olub və bir az da yağışın yağmasıyla palçıq yaranıb. Həmin yerlərin çəkilmiş fotoları sosial şəbəkədə gündəm yaradıb.

Matç “Vulverhempton”un minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. “Qrimbsi” İngiltərə Liqa 2-də (səviyyəcə 4) mübarizə aparır.

Öncə Qurbanov, sonra Eddi

16 February 2026 at 11:35

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.

Futbolpress.az xəbər verir ki, “atlılar”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı fevralın 17-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:30-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Eddi Haunun mətbuat konfransı saat 20:30-da start götürəcək. “Nyukasl Yunayted”in ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 21:00-da başlayacaq.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” görüşü saat 21:45-də start götürəcək.

Keçmiş futbolçunun etirafı: “Meydanda qatil idik”

16 February 2026 at 11:21

Fransa millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xəbər verir ki, keçmiş müdafiəçi oynadığı dönəmlə indikini müqayisə edib:

“Meydanda qatil idik. Hər birimiz döyüşmək üçün oyuna çıxardıq. İndiki nəsilə baxırsan, oyundan əvvəl, oyunda, oyundan sonra bir-birilərinə gülürlər, xoş münasibətləri var. Ancaq biz elə deyildik, meydana çıxanda tamamilə fərqli olurduq, döyüşürdük, bir-birimizi məhv edirdik. Dost deyildik meydanda, oyundan sonra bir-birimizdən üzr istəyərdik, amma bu qədər isti münasibət yox idi.

Futbolu həyatda qalmaq, ailəmizi dolandırmaq üçün oynayırdıq. İndiki nəsil fərqlidir. Onları günahlandırmıram. Hamı yaxşı görünmək, bahalı saatlar, maşınlar istəyir. Hər şey çox dəyişib”.

Evta karyerası ərzində “Yuventus”, “Mançester Yunayted”də çıxış edib.

Endrik – Liqa 1-də yanvar ayının ən yaxşı oyunçusu!

16 February 2026 at 12:00

Lion “Olimpik”inin formasını geyinən braziliyalı futbolçu Endrik Fransa Liqa 1-də yanvar ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə turnirin mətbuat xidmətinə istinadən xəbər verir.

19 yaşlı braziliyalı futbolçu yanvarda Liqa 1 çərçivəsində meydana çıxdığı 2 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Lion “Olimpik”i Endriki cari mövsümün sonunadək İspaniya nəhəngi “Real”dan icarəyə götürüb. Gənc hücumçu Fransa klubunun heyətində indiyə qədər 6 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Endrik “Palmeyras”ın yetirməsidir. “Real” braziliyalı hücumçunu 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda heyətinə qatıb. Braziliyalı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Endrik cari mövsümdə “Real”la cəmi 3 oyunda iştirak edib və 99 dəqiqə meydanda olub. O, “Real”ın heyətində ümumilikdə 40 oyuna 7 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Gənc futbolçu “Real”la da UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 14 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Musa Qurbanlı Premyer Liqada 40-cı qolunu vurdu

16 February 2026 at 11:30

Azərbaycan Premyer Liqasının 20-ci turunun “İmişli” ilə oyunu “Qarabağ”ın hücumçusu Musa Qurbanlı üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, səfər oyununda “Qarabağ”ın qələbə topunu vurmuş Musa yubiley qoluna imza atıb.

23 yaşlı hücumçu Azərbaycan Premyer Liqasında 40-cı dəfə fərqlənib. Musa buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vurmuş futbolçuların siyahısına daxil olub. Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatan Qurbanlı 65-69-cu yerləri bölüşür.

Premyer Liqada iki klubda çıxış etmiş hücumçu “Qarabağ”da 88 oyunda 39, “Zirə”də 9 matçda 1 dəfə fərqlənib.

Qeyd edək ki, Musa Qurbanlı 40-cı qolunu cari mövsümdə vurmuş ikinci futbolçudur. Ona qədər Coy-Lens Mikels (“Sabah”) buna nail olmuşdu.

Şou: “Karrik “Mançester Yunayted”də çox şeyi dəyişib”

16 February 2026 at 11:00

“Mançester Yunayted”in müdafiəçisi Lyuk Şou “qırmızı şeytanlar”ın yeni çalışdırıcısı Maykl Karrikin işi haqda qənaətini açıqlayıb.

Arena.az 30 yaşlı ingilis sol cinah müdafiəçisinin müvafiq açıqlamasını tədim edir:

“Karrik çox şeyi dəyişib. Bu məşqçi “Mançester Yunayted”in qalib gəlməsi üçün nə etmək gərək olduğunu bilir. O bizə məqamlardan zövq almağa kömək edir”, deyə Şou vurğulayıb.

Xatırladaq ki, Maykl Karrik bu ilin yanvarında “Mançester Yunayted”ə müvəqqəti baş məşqçi təyin edilib. Amma 44 yaşlı ingilis mütəxəssisin fəaliyyəti çox uğurlu alınmaqdadır. Komanda Karrikin rəhbərliyi altında meydana çıxdığı 5 oyundan 4 qələbə və 1 heç-heçə ilə ayrılıb, məğlubiyyət üzü görməyib. Uğurlu nəticələr sayəsində “qırmızı şeytanlar” hətta İngiltərə Premyer Liqasında 4-cü pilləyə qədər yüksəliblər. Komanda 45 xalla yalnız “Arsenal”, “Mançester Siti” və “Aston Villa”dan geri qalır.

“Neftçi” belə məhsuldarlığı 5 il əvvəl görmüşdü

16 February 2026 at 10:30

“Neftçi” futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) ardıcıl 2 səfər oyununda 3 və ya daha çox qol vurub.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 18-ci turda “Araz-Naxçıvan”a 4 cavabsız qol vurmuş qonaqlar 20-cii turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.

“Ağ-qaralar”ın Premyer Liqadakı səfər oyunlarında belə məhsuldarlıq seriyası son 5 mövsümdə ilk dəfə qeydə alınıb. Bakılılar sonuncu dəfə 2020/2021-ci illər mövsümünün sonlarında – 2021-ci ilin mayında “Şamaxı”nı 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Yuri Vernidubun gəlişindən sonra yüksəlişə keçmiş “Neftçi” hazırda Premyer Liqanın yarış cədvəlində 30 xalla 7-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi keçirdiyi 20 oyunda 7 qələbə qazanıb, 9 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

“Zirə” Rəşad Sadıqovla 100-cü qələbəsinə sevindi

16 February 2026 at 09:30

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 20-ci turunda “Karvan”ı qəbul etmiş “Zirə” 1:0 hesabı ilə qalib gəlib.

Arena.az xəbər verir ki, bu qələbə qəsəbə təmsilçisi üçün ikiqat yubileylə əlamətdar olub.

Bakı klubu tarixində 100-cü ev qələbəsini qazanıb. 2014-cü ildə yaradılmış paytaxt təmsilçisi öz meydanındakı 205-ci görüşdə “100”ə çatıb. Komanda Premyer Liqada 76, ölkə kubokunda 12, Birinci Divizionda 9, avrokuboklarda 3 ev matçını qalib kimi başa vurub. İlk belə oyun isə 2014-cü il sentyabrın 9-da MOİK-lə Birinci Divizionun startına təsadüf edib – 1:0.

“Zirə” həm də Rəşad Sadıqovun baş məşqçi olduğu dövrdə 100-cü qələbəsini qazanıb. Bu müddətdə ümumilikdə 220-ci sınağa çıxmış komanda Premyer Liqada 82, ölkə kubokunda 14, avrokuboklarda 4 dəfə sevinib. Sadıqovun “qartallar”la ilk qələbəsi 2020-ci il sentyabrın 12-də Premyer Liqanın “Səbail”lə səfər qarşılaşmasına təsadüf edib – 2:1.

Musa “40”a çatdı

16 February 2026 at 11:00

Azərbaycan Premyer Liqasının XX turunun “İmişli” ilə oyununda “Qarabağ”ın qələbə topunu vuran Musa Qurbanlı yubiley qoluna imza atıb.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı hücumçu Premyer Liqada 40-cı dəfə fərqlənib.

Musa buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vuran futbolçuların siyahısına daxil olub. Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatan Qurbanlı 65-69-cu yerləri bölüşür.

Premyer Liqada iki klubda çıxış edən hücumçu “Qarabağ”da 88 oyunda 39, “Zirə”də 9 matçda 1 dəfə fərqlənib.

Qeyd edək ki, Musa 40-cı qolunu cari çempionatda vuran ikinci futbolçudur. Ona qədər Coy-Lens Mikels (“Sabah”) buna nail olub.

“Neftçi” bunun üçün 5 il gözlədi

16 February 2026 at 10:42

“Neftçi” Azərbaycan Premyer Liqasında ardıcıl 2 səfər oyununda üç və ya daha çox qol vurub.

Futbolpress.az xəbər verir ki, XVIII turda “Araz-Naxçıvan”a 4 cavabsız qol vuran qonaqlar XX turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.

“Ağ-qaralar”ın Premyer Liqadakı səfər oyunlarında belə məhsuldarlıq seriyası son 5 mövsümdə ilk dəfə qeydə alınıb. Bakılılar sonuncu dəfə 2020/21 mövsümünün sonlarında – 2021-ci ilin mayında “Şamaxı”nı 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edib.

100-cü qələbə: Sadıqov “Zirə”də, “Zirə” evdə

16 February 2026 at 10:36

Azərbaycan Premyer Liqasının XX turunda “Karvan-Yevlax”ı qəbul edən “Zirə” 1:0 hesabı ilə qalib gəlib.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, bu qələbə ikiqat yubileylə əlamətdar olub.

Bakı klubu tarixində 100-cü ev qələbəsini qazanıb. 2014-cü ildə yaradılan paytaxt təmsilçisi öz meydanındakı 205-ci görüşdə “100”ə çatıb. “Zirə” Premyer Liqada 76, ölkə kubokunda 12, birinci divizionda 9, avrokuboklarda 3 ev matçını qalib kimi başa vurub. İlk belə oyun isə 2014-cü il sentyabrın 9-da MOİK-lə birinci divizionun startına təsadüf edib – 1:0.

“Zirə” Rəşad Sadıqovun baş məşqçi olduğu dövrdə 100-cü qələbəsini qazanıb. Bu müddətdə ümumilikdə 220-ci sınağa çıxan komanda Premyer Liqada 82, ölkə kubokunda 14, avrokuboklarda 4 dəfə sevinib. Sadıqovun “Zirə” ilə ilk qələbəsi 2020-ci il sentyabrın 12-də Premyer Liqanın “Səbail”lə səfər qarşılaşmasına təsadüf edib – 2:1.

AFFA rəsmisi “Yuventus”un oyununda

16 February 2026 at 10:26

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Yuventus” (İtaliya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda təşkil olunacaq.

Neymar assistlə qayıtdı

16 February 2026 at 10:14

Braziliyalı futbolçu Neymar bu il ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, “Santos”un hücumçusu Braziliya Paulistasında (Regional çempionat) “Velo Klub”a qarşı oyunda iştirak edib. Neymar komandasının 6:0 hesablı qələbə qazandığı matçda bir məhsuldar ötürmə edib.

Neymar ötən ilin sonlarında dizindən zədə alıb və komandanın son 10 matçında iştirak etməyib.

Demçenkonun həsrəti bitdi, “Sumqayıt” üçün S.O.S

16 February 2026 at 09:51

“Araz-Naxçıvan” Andrey Demçenkonun rəhbərliyi altında ilk qələbəsini qazanıb. Muxtar Respublika təmsilçisi “Sumqayıt”la ev görüşündə minimal hesablı qalibiyyətə sevinib. Komandanın yeganə qolunu birinci hissədə Ramon Maçado penaltidən vurub.

Demçenkonun başçılığı altında mövsümün ikinci dövrəsinin ilk üç turunda bir heç-heçə edən, iki dəfə uduzan “Araz-Naxçıvan” bu periodda ən çox tənqid olunan komanda idi. Nəticələr bir yana, komandanın buraxdığı qollar, müdafiədə verilən boşluqlar, hücumdakı dişsizlik çatışmazlıqların kifayət qədər olduğundan xəbər verirdi.

“Sumqayıt”la matçda da ümumi planda yaxşı oyun sərgilənməsə də, qazanılan qələbə komanda üçün dönüş fürsətidir. Avrokubok zonasında qalan və iddiası də məhz bu yerlər olan “Araz-Naxçıvan” hələ yeni baş məşqçinin sisteminə uyğunlaşa bilməyib. Demçenko hücum futbolu oynamaq istədiyini bildirsə də, heyətin potensialı o deyil. İrəli xəttdə bitirici oyunçuları olmasına baxmayaraq, əsas problem yaradıcılıqla bağlıdır. Komandanın hücumları da sürətli uzun ötürmələrə hesablanıb. İrəli Felipe Santosla Ramon Maçadonun rəqib müdafiəçiləri təzyiq altında saxlamağı bacarması komandanın əsas üstünlüyüdür.

Qələbə “Araz-Naxçıvan” üçün psixoloji baxımdan faydalıdır. Lakin komandanın sərgilədiyi oyun ümid vermir. Naxçıvanlılar ikinci dövrədə avrokubok zonasında mübarizə aparan digər komandalarla müqayisədə daha zəif təsir bağışlayır.

“Sumqayıt” isə “Zirə” ilə ardıcıl matçlarda (bir kubok, bir çempionat) çox güc sərf edib. “Araz-Naxçıvan”a qarşı mövsümün ən zəif oyunlarından birini keçirən “kimyaçılar”a əsas zərbə hücumçusu Aleksandr Ramalinqomdan gəldi. 74-cü dəqiqədə rəqibini vurduğu üçün qovulan futbolçu komandasını çətin duruma saldı. Ümumiyyətlə, Ramalinqom “Sumqayıt”a böyük ümidlərlə gəlsə də, gözləntiləri doğrultmur. Vurduğu qolların əksəri də məhz penaltidəndir. “Sumqayıt” növbəti turda “Qəbələ”ni qəbul edəcək. İkinci dövrənin formada komandalarından olan “qırmızı-qaralar”a qarşı da belə oyun sərgilənsə, məğlubiyyət qaçınılmaz olacaq.

Şahin Cəfərov

Maykl Olise – Bundesliqada yanvarın ən yaxşı futbolçusu!

16 February 2026 at 10:00

“Bayern”in fransalı cinah hücumçusu Maykl Olise futbol üzrə Almaniya Bundesliqasında 2026-cı ilin yanvar ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.

Olise səsvermədə Miro Muhaym (“Hamburq”), Luka Vuşkoviç (“Hamburq”), Luis Dias (“Bayern”), Niko Şlotterbek (“Borussiya”, Dortmund) və Stefan Bell (“Maynts”) kimi futbolçuları qabaqlayıb.

Fransalı futbolçu ötən ay keçirdiyi 5 oyunda 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Bundesliqanın cari mövsümündə avqust və noyabr aylarının da ən yaxşısı Olise seçilmişdi. Sentyabrda və dekabrda Münhen təmsilçisinin digər hücumçusu Harri Keyn fərqlənmişdi. Oktyabrda isə “Ayntraxt”ın mərkəz hücumçusu Yonatan Burkardt ən yaxşı elan edilmişdi.

“Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində 89 oyuna çıxıb, 33 qol və 48 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 13 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Premyer Liqa: “Şamaxı” “Turan”a, “Qəbələ” “Sabah”a qarşı

16 February 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Əvvəlcə, “Şamaxı” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyunu Tural Qurbanov idarə edəcək.

Turun qapanış matçında isə “Qəbələ” “Sabah”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq oyunun baş hakimi Rauf Cabbarov olacaq.

Premyer Liqa
20-ci tur
14 fevral

“İmişli” – “Qarabağ” 0:1
Qol: Musa Qurbanlı, 79.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Zirə” – “Karvan” 1:0
Qol: Davit Volkov, 20.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

15 fevral

“Kəpəz” – “Neftçi” 1:3
Qollar: Rauf Hüseynli, 35-pen – Bassala Sambu, 27; 38. Emin Mahmudov, 40.
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yevlax şəhər stadionu, 14:30.

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:0
Qol: Ramon Maçado, 45+5-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Dalğa Arena”, 17:00.

16 fevral

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

“Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu, 17:00.

Milli üzvü qələbəni kənardan izlədi

16 February 2026 at 09:38

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevanın formasını geyindiyi “Hamburq” Bundesliqada növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Hoffenhaym”la qarşılaşıb. Matç “Hamburq”un qələbəsiylə başa çatıb.

Nigar görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Hamburq” 18 turdan sonra 13 xalla 14 komanda arasında 12-cidir.

Almanı alman əvəzlədi

16 February 2026 at 09:19

Türkiyənin “Samsunspor” klubunun yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Torsten Finkə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman mütəxəssis müqavilə üçün Samsuna gəlib.

Alman mütəxəssis daha əvvəl “Bazel”, “Hamburq”, APOEL, “Qrasshopper”, “Genk” kimi komandalarda çalışıb.

Fink “Samsunspor”da bir neçə gün əvvəl istefaya göndərilən Tomas Reisi əvəzləyib.

Komanda Super Liqada 22 turdan sonra 30 xalla 8-ci sıradadır.

Hansı oyun, hansı kanalda? – TV

16 February 2026 at 09:00

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

16 fevral

Azərbaycan, Premyer Liqa
14:30 Şamaxı – Turan Tovuz (CBC Sport)
17:00 Qəbələ – Sabah (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Kasımpaşa – Karagümrük (beİN Sports 1)

İtaliya, A Seriyası
23:45 Kalyari – Leççe (Futbol 1)

İspaniya, La Liqa
00:00 Jirona – Barselona (Matç TV, İdman TV)

“Marsel”də növbəti ayrılıq

16 February 2026 at 08:39

“Marsel” klubunun idman direktori Mehdi Benatiya istefa verib.

Futbolpress.az xəbər verir ki, bu barədə keçmiş müdafiəçi sosial şəbəkə hesabında açıqlama verib. O, öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.

“Marsel”də bir müddət əvvəl baş məşqçi Roberto De Zerbi istefaya göndərilib.

Komanda Fransa çempionatında 22 turdan sonra 40 xalla 4-cü sıradadır.

Şamaxıda “sülh”, “Sabah”dan çətin qələbə

16 February 2026 at 18:55

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Turan Tovuz” “Şamaxı”nın qonağı olub. Matç qolsuz başa çatıb.

Digər görüşdə lider “Sabah” “Qəbələ”ni məğlub edib.

Azərbaycan Premyer Liqası
XX tur

16 fevral

14:30 Şamaxı – Turan Tovuz 0:0
Baş hakim: Tural Qurbanov
Şamaxı şəhər stadionu

17:00 Qəbələ – Sabah 0:1
Qol: Xəyal Əliyev, 54
Baş hakim: Rauf Cabarov
Qəbələ şəhər stadionu

“Neftçi”nin yüksəlişi

16 February 2026 at 08:01

“Neftçi” Azərbaycan Premyer Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb. Yuri Vernidubun rəhbərlik etdiyi “ağ-qaralar” Yevlaxda “Kəpəz”i məğlub edib – 3:1.

İlk hissədə vurduğu qollarla oyunun taleyini həll edən “Neftçi” yüksəlişini davam etdirir. Komanda son turlarda qazandığı xallarla artıq avrokuboklara vəsiqə verən 3-cü yer ilə fərqi 5-ə endirib. Mövsümün ikinci dövrəsinin ən formada komandası olan “ağ-qaralar” Vernidubla pozitiv temp yaxalayıb.

Fasilədən sonra dövrəyə “Zirə” heç-heçəsi ilə başlayan “Neftçi” oyunu ilə ümid vermişdi. Vernidubun komandada yaratdığı pozitiv atmosfer nəticələrdə də özünü göstərir. Ardıcıl qazanılan üç qələbəylə avrokubok mübarizəsinə yenidən qoşulan “Neftçi” üçün indiki məqamda əsas neqativ məsələ növbəti turu boş keçməsi olacaq. Yaxşı ritm yaxaladığı bir vaxtda “Qarabağ”la rəqibin Çempionlar Liqası matçına görə oyunun təxirə salınması komandaya növbəti matçlarda problem yarada bilər. Vernidub “Kəpəz”lə oyunsonrası da bu məqama toxundu və aradakı boş periodda yoxlama matçı keçirmək arzusunda olduğunu, komandanı ritmdə saxlamağın vacibliyini bildirdi.

“Kəpəz” isə enişdədir. Gəncə təmsilçisi autsayder “Karvan-Yevlax”ın məğlub olmasıyla “Neftçi” ilə matça daha rahat çıxmışdı. Məğlubiyyət belə fərqi azaltmayacaqdı və indiki məqam hər bir halda, gəncəlilərin lehinədir. İlk hissədə rəqibini müdafiədə qəbul edən, buraxılan qola penalti ilə cavab versə də, ardında müdafiədəki boşluqlar komandanın məğlubiyyətinə əsas səbəb oldu.

Şahin Cəfərov

La Liqa: “Atletiko” “Rayo Valyekano”ya böyük hesabla uduzdu

16 February 2026 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.

“Real Ovyedo” doğma meydanda “Atletik”ə, “Levante” “Valensiya”ya, “Malyorka” da “Betis”ə məğlub olub. Səfərdə “Rayo Valyekano” ilə qarşılaşmış Madrid “Atletiko”su da 3 cavabsız qolla uduzub.

24-cü tura fevralın 16-da keçiriləcək “Jirona” – “Barselona” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
24-cü tur
13 fevral

Elçe – Osasuna 0:0

14 fevral

Espanyol – Selta 2:2
Qollar: K.Qarsiya, 66. T.Dolan, 86 – Yutqla, 38. B.İqlesias, 90+3.

Xetafe – Vilyarreal 2:1
Qollar: Arambarri, 41-pen. Satriano, 53 – Mikautadze, 76.

Sevilya – Alaves 1:1
Qollar: D.Sou, 42 – T.Martines, 60.

Real – Real Sosyedad 4:1
Qollar: Q.Qarsiya, 5. Vinisius, 25-pen; 48-pen. F.Valverde, 31 – Oyarsabal, 21-pen.

15 fevral

Real Ovyedo – Atletik 1:2
Qollar: Kaira, 30 – Xaureqisar, 58. Sanset, 71-pen.

Rayo Valyekano – Atletiko 3:0
Qollar: F.Peres, 40. Valentin, 45. Mendi, 76.

Levante – Valensiya 0:2
Qollar: Ramazani, 64. U.Sadiq, 84.

Malyorka – Betis 1:2
Qollar: Muriqi, 66 – Ezzalzuli, 18. Bakambu, 45+2.

16 fevral

00:00. Jirona – Barselona

Liqa 1: Lion “Olimpik”i “Nitsa”nı xalsız yola saldı

16 February 2026 at 01:50

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.

“Havr” doğma meydanda “Tuluza”ya, “Loryan” “Anje”yə, Lion “Olimpik”i də “Nitsa”ya qalib gəlib. “Mets” isə “Oser”lə ev oyununda məğlubiyyətə üzülüb.

Beləliklə, geridə qalmış 22 turdan sonra 52 xala malik “Lans” vahid liderdir. PSJ 51 xalla ikinci, Lion “Olimpik”i 45 xalla üçüncü pillədə qərarlaşıb. Marsel “Olimpik”inin 40, “Lill” və “Renn”in 34 xalları var.

Fransa, Liqa 1
22-ci tur
13 fevral

Renn – PSJ 3:1
Qollar: Tamari, 34. Lepaul, 69. Embolo, 81 – Dembele, 72

Monako – Nant 3:1
Qollar: Adinqra, 25; 28. Zakariya, 30. Kentonse, 45+1.

14 fevral

Olimpik (Marsel) – Strasburq 2:2
Qollar: Qrinvud, 14. Quiri, 47 – Nanasi, 73. Panikelli, 90+7-pen.

Lill – Brest 1:1
Qollar: Perrin, 71 – Laskari, 58.

Paris – Lans 0:5
Qollar: Said, 24; 38. Toven, 58-pen. Fofana, 90; 90+5.

15 fevral

Havr – Tuluza 2:1
Qollar: Sumare, 43; 53 – Sidibe, 45+3.

Loryan – Anje 2:0
Qollar: Paqis, 9. Makenqo, 58.

Mets – Oser 1:3
Qollar: Mbala, 90+4 – Sane, 4-öz qapısına. Mbula, 76-öz qapısına. Danols, 89.

Olimpik (Lion) – Nitsa 2:0
Qollar: Tolisso, 45+1. Nartey, 64.

A Seriyası: “Napoli” – “Roma” matçında məhsuldar heç-heçə

16 February 2026 at 01:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

“Kremoneze” – “Cenoa” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Napoli” – “Roma” görüşündə də qalib müəyyənləşməyib. “Udineze” evdə “Sassuolo”ya, “Torino” “Bolonya”ya uduzub, “Parma” “Verona”nı xalsız yola salıb.

25-ci tura fevralın 16-da keçiriləcək “Kalyari” – “Leççe” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
25-ci tur
13 fevral

Piza – Milan 1:2
Qollar: Loyola, 71 – Loftus-Çik, 39. Modriç, 85.

14 fevral

Komo – Fiorentina 1:2
Qollar: Parisi, 77-öz qapısına – Facoli, 26. M.Kin, 54-pen.

Latsio – Atalanta 0:2
Qollar: Ederson, 41-pen. Zalevski, 60.

İnter – Yuventus 3:2
Qollar: Kambyazo, 17-öz qapısına. Espozito, 76. Zyelinski, 90 – Kambyazo, 26. Lokatelli, 83.

15 fevral

Udineze – Sassuolo 1:2
Qollar: Solet, 10 – Loryente, 56. Pinamonti, 58.

Kremoneze – Cenoa 0:0

Parma – Verona 2:1
Qollar: Bernabe, 4. Pelleqrino, 90+3 – Harrui, 43-pen.

Torino – Bolonya 1:2
Qollar: Vlaşiç, 62 – Vlaşiç, 49-öz qapısına. S.Kastro, 70.

Napoli – Roma 2:2
Qollar: Spinatsola, 40. A.Santos, 82 – Malen, 7; 71-pen.

16 fevral

23:45. Kalyari – Leççe

Azərbaycan Kubokunda 1/8 final başa çatdı

15 February 2026 at 22:19

Futzal üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Baku Fire” “Ulduz”u darmadağın edib. PFL “Timsport”a, “Star Kargo” isə “Şuşa”ya qalib gəlib.

Azərbaycan Kuboku
1/8 final

Ulduz – Baku Fire-2 1:12
STAR kargo – Şuşa10:8
Timsport – PFL 4:15

1/4 final

U-19 – Yeni Suraxanı / PFL
Lənkəran – Baku Fire-2
STAR kargo – Neftçi İK
Xan-Lənkəran – Araz-Naxçıvan

Demçenkodan qələbə şərhi

15 February 2026 at 20:01

Azərbaycan Premyer Liqasının XX turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Yaxşı oynadıq və istədiyimiz üç xalı qazandıq. Futbolçularım döyüşürdülər, qələbə üçün hər şeyi etdilər. Görmək istədiklərimizi gördük, futbolçuların istəyi var idi. Öyrənməli olduğumuz nüanslar var ki, işləməliyik. Futbolçulara da təşəkkürümü etdim. Aydın idi ki, hamı bu gün can yandırırdı.

– Qələbə ilə oyunçuların psixoloji durumunu düzəltmək, yoxsa sisteminizi qəbul etdirmək daha vacibdir?
– Sistem üzərində çalışırıq. Futbolçularda istəyi görürük, bu, vacibdir. Futbolçuların hamısı motivasiyalıdır, özgüvənləri yerindədir.

Şahin Cəfərov

Vitor Pereyra – “Nottingem Forest”in yeni baş məşçqisi!

15 February 2026 at 23:30

Portuqaliyalı futbol mütəxəssisi Vitor Pereyra İngiltərə Premyer Liqasında mübarizə aparan “Nottingem Forest”ə baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

57 yaşlı məşqçi ilə müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bir neçə gün öncə istefaya göndərilmiş Şon Dayçı əvəz edib.

Şon Dayç 2025-ci ilin oktyabrından etibarən “meşəçilər”in “sükanı arxasında” idi. O, sözügedən komandanı bütövlükdə 25 oyuna çıxarıb, 10 qələbə, 5 heç-heçə və 10 məğlubiyyət görüb. Şon Dayç daha öncə “Uotford”, “Börnli” və “Everton”da da baş məşqçi kimi çalışıb.

Bu, cari mövsümdə “Nottingem Forest”də üçüncü məşqçi istefasıdır. Sentyabrda Nuno Espirito Santo komandadan ayrılmışdısa, oktyabrda Angelos Postekoqlu da vəzifəsindən göndərilmişdi.

Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 27 xalla 17-ci pillədə qərarlaşıb və aşağı sıralardan uzaqlaşmaq uğrunda mübarizə aparır.

Vitor Pereyra daha öncə “Flamenqo”, “Korintians”, “Fənərbağça”, “Şanxay”, “1860 Münhen”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu”, “Santa Klara”, “Espinyo”, “Sanxoanense”, “Vulverhempton” kimi komandaları da çalışdırıb.

Super Liqa: “Beşiktaş” “Başakşəhər”i son dəqiqə qolu ilə yendi

15 February 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də üç qarşılaşma baş tutub.

“Göztəpə” – “Kayserispor” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Başakşəhər” – “Beşiktaş” görüşündə qonaqlar son dəqiqə qolu ilə qalib gəliblər. “Kocaelispor” isə doğma meydanda “Qaziantep”ə 3 cavabsız qolla qalib gəlib.

22-ci turun qalan görüşləri fevralın 16-da keçiriləcək.

Türkiyə, Super Liqa
22-ci tur
13 fevral

Antalyaspor – Samsunspor 3:1
Qollar: Ballet, 6; 22. Storm, 72 – Ntçam, 90+6-pen.

Qalatasaray – Eyüpspor 5:1
Qollar: Y.Akgün, 2. İkardi, 33; 48; 70. Onquene, 87-öz qapısına – M.Altunbaş, 71.

14 fevral

Gənclərbirliyi – Rizəspor 2:2
Qollar: Sou, 18-öz qapısına. Koita, 45 – Pala, 77; 87.

Alanyaspor – Konyaspor 2:1
Qollar: Ruan, 37. Haderqyonay, 80-pen – Bardi, 83.

Trabzonspor – Fənərbağça 2:3
Qollar: Muçi, 6. Onuaçu, 43 – Talişka, 15. K.Aktürkoğlu, 34. Asensio, 48.

15 fevral

Kocaelispor – Qaziantep 3:0
Qollar: Aqyei, 36. S.Dursun, 76. Rivas, 81.

Göztəpə – Kayserispor 0:0

Başakşəhər – Beşiktaş 2:3
Qollar: Selke, 36. B.Yıldırım, 88 – Hyen-Qyu, 43. O.Kökçü, 58. M.Həkimoğlu, 90+7.

16 fevral

21:00. Kasımpaşa – Karagümrük

Bundesliqa: “Auqsburq” “Haydenhaym”ı tək qolla yendi

15 February 2026 at 22:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 oyun baş tutub.

Dörd qolun qeydə alındığı “Leypsiq” – “Volfsburq” matçında qalib müəyyənləşməyib. “Auqsburq” isə doğma meydanda “Haydenhaym”ı tək qolla üstələyib.

Beləliklə, 22 turdan sonra 57 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 51 xalla ikinci, “Hoffenhaym” 45 xalla üçüncü pillədə qərarlaşıb. “Ştutqart” 42, “Leypsiq” 40, “Bayer” 39, “Ayntraxt” 31 xal toplayıb.

Almaniya, Bundesliqa
22-ci tur
13 fevral

Borussiya (Dortmund) – Maynts 4:0
Qollar: Jirassi, 10; 42. Bayer, 15. Köhr, 84-öz qapısına.

14 fevral

Bayer – Sankt Pauli 4:0
Qollar: Kuansa, 13. Şik, 14. Tapsoba, 52. Poku, 78.

Ayntraxt – Borussiya (Mönhenqladbax) 3:0
Qollar: Braun, 24. Amaimuni, 34. Knauff, 75.

Hamburq – Union Berlin 3:2
Qollar: Koniqsdorffer, 35; 82. Kapaldo, 45+2 – Kerfeld, 28-pen. İliç, 89.

Hoffenhaym – Frayburq 3:0
Qollar: Asllani, 46. O.Kabak, 51. Gendrey, 90+5.

Verder – Bayern 0:3
Qollar: H.Keyn, 22-pen; 25. Qoretska, 70.

Ştutqart – Köln 3:1
Qollar: Demiroviç, 15; 84. Undav, 90+2.

15 fevral

Auqsburq – Haydenhaym 1:0
Qol: Klod-Mauris, 80-pen.

Leypsiq – Volfsburq 2:2
Qollar: Diomande, 70. Qruda, 89 – Amura, 52. Svanberq, 78.

Vüsal İsgəndərli “Tirana”ya da qol vurdu

15 February 2026 at 22:00

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 24-cü turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:0. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 72-ci dəqiqəsində əvəzlənib. Komandasının ikinci qolunu da 37-ci dəqiqədə azərbaycanlı futbolçu vurub.

“Partizani” 24 turdan sonra 33 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 24 oyunda 9 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 23 oyuna çıxıb, 5 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Futzal: Azərbaycan Kubokunda 1/4 final cütləri bəlli oldu

15 February 2026 at 21:30

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşmanın keçirilməsi nəzərdə tutulsa da, onlardan üçü baş tutub.

“Yeni Suraxanı” U-19-la görüşə gəlmədiyinə görə, matçın nəticəsi haqda AFFA-nın İntizam Komitəsi qərar verəcək. Günün ilk matçında “Baku Fire-2” böyükhesablı qələbə qazanıb. Birinci Liqanın iddialı təmsilçilərindən “STAR Karqo” – “Şuşa” dueli isə ən maraqlı görüş olub. Matçın əvvəlində Yüksək Liqa klubu hesabda öndə olsa da, aşağı liqa təmsilçisi sona yaxın hadisələrin axarını xeyrinə dəyişib və qələbə qazanıb. Son görüşdə isə Azərbaycan kubokunun son qalibi olan PFL böyükhesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.

Futzal, Azərbaycan Kuboku
1/8 final
14 fevral

Baku Fire – Araz-Naxçıvan 1:5
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Hakim-inspektor: Murad Məmmədov.

Neftçi İK – Trabzon Azərbaycan 14:3
Hakimlər: Hidayət Feyzullayev, Anar Fərəcov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.

Lənkəran – Atletiko Baku 17:3
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Ramiz Əsədov.

Xan-Lənkəran – Dəstə Ordubad 6:3
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.

15 fevral

Ulduz – Baku Fire-2 1:12
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Murad Məmmədov.

U-19 – Yeni Suraxanı matçı baş tutmayıb
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.

STAR karqo – Şuşa 10:8
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Azad Hüseynov.

Timsport – PFL 4:15
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.

Azərbaycan Kubokunda 1/4 final cütləri:

U-19/Yeni Suraxanı – PFL
Lənkəran – Baku Fire-2
STAR karqo – Neftçi İK
Xan-Lənkəran – Araz-Naxçıvan

Eddi Hau “Nyukasl”ın zədəli futbolçularından danışdı

15 February 2026 at 21:00

“Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı rəqibi “Nyukasl”ın baş məşqçisi Eddi Hau heyətdəki zədəli futbolçuların durumunu açıqlayıb.

Arena.az xəbər verir ki, mütəxəssis bu barədə Britaniya mətbuatına danışıb.

“Nyukasl” ötən gün İngiltərə Federasiya Kubokunun 4-cü mərhələsi çərçivəsində səfərdə “Aston Villa” ilə qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.

Eddi Hau kubok matçında komandaya kömək edə bilməyən bəzi futbolçuların durumu barədə bunları danışıb:

“Hazırda əsas narahatlığımız Bruno Gimaraynşla bağlıdır. Onun zədəsinin nə dərəcədə ciddi olduğunu və hansı müddətə kənarda qalacağını müəyyənləşdirmək üçün müayinələrin tam nəticəsini gözləyirik. Lyuis Mayli də bud nahiyəsindən aldığı zərbə və əzələ zədəsi səbəbindən bir müddət bizə kömək edə bilməyəcək. Joelintonun bərpa prosesi çox yaxşı gedir və qayıdışı uzaqda deyil. Tino Livramento isə artıq yaşıl meydanda məşqlərə başlayıb və martın əvvəlində tam hazır olacağını gözləyirik”.

Xatırladaq ki, “Qarabağ”la “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə (saat 00:00) İngiltərədə təşkil ediləcək.

“Tottenhem”də Vilson Odober də sıradan çıxdı

15 February 2026 at 16:00

İngiltərənin “Tottenhem” klubunun fransalı sol vingeri Vilson Odober zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı fransalı futbolçunun dizində ön çarpaz bağları qopub. Bu üzdən də o, yaxın vaxtlarda əməliyyat olunacaq və uzun müddət meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Vilson Odober 2024-cü ilin yayında İngiltərənin “Börnli” klubundan 29,3 milyon avro müqabilində “Tottenhem”ə keçib. Cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxmış hücumçu 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Tottenhem” karyerası bütövlükdə 54 oyun, 5 qol və 5 assistdən ibarətdir.

Vilson Odober futbola “Trilpor” klubunda qədəm qoyub. Buradan PSJ-yə yol tapmış hücumçu böyük futbolda “Trua”nın heyətində debüt edib, ardınca “Börnli”də oynayıb.

Vilson Odober Fransanın U-16, U-18, U-19, U-20, U-21 və U-23 yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.

Odober 2024/2025-ci illər mövsümündə “Tottenhem”lə Avropa Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı fransalı sol vingerin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:0 – Video

15 February 2026 at 20:30

Azərbaycan Premyer Liqasının 20-ci turunun “Araz-Naxçıvan” – “Sumqayıt” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Mərdəkanda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
20-ci tur
15 fevral

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:0
Qol: Ramon Maçado, 45+5-pen.
Sarı vərəqə: Bar Kohen, 30 (qeyri-idman hərəkəti). Mustafa Əhmədzadə, 62 (qeyri-idman hərəkəti). Rahil Məmmədov, 66 (hakimin qərarına etiraz). Coşqun Diniyev, 67 (qeyri-idman hərəkəti). Slavik Alxasov, 87 (qeyri-idman hərəkəti) – Höccət Haqverdi, 90+3 (hakimin qərarına etiraz).
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Rikkardo De Vivo, 73 (hakimin qərarına etiraz) – Saşa İliç, 52 (hakimin qərarına etiraz).
Qırmızı vərəqə: Aleksandr Ramalinqom, 74 (təcavüzkar davranış).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 17:00. “Dalğa Arena”, 150 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado (23. Nuno Rodriqes, 85), 10. Felipe Santos (14. Ülvi İsgəndərov, 85), 70. Çarlz Boli (7. Hamidu Keyta, 60), 19. Bar Kohen (11. Ba-Muaka Simakala, 68).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 77. Bruno Franko.
Baş məşqçi: Andrey Demçenko.

Sumqayıt: 1. Mehdi Cənnətov (k), 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə (29. Emil Mustafayev, 83), 19. Roi Kehat (23. Ronaldo Vaskes, 68), 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (8. Səbuhi Abdullazadə, 68), 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç (6. Sedrik Badolo, 75), 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji.
Baş məşqçi: Saşa İliç.

Demçenko: “Futbolçular qələbə üçün hər şeyi etdilər”

15 February 2026 at 20:00

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Andrey Demçenko qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oynadıq və istədiyimiz 3 xalı qazandıq. Futbolçularım döyüşdülər, qələbə üçün hər şeyi etdilər. Görmək istədiklərimizi gördük, futbolçuların istəyi var idi. Öyrənməli olduğumuz nüanslar var. Ona görə daha çox işləməliyik. Futbolçulara da təşəkkürümü etdim. Aydın idi ki, bu gün hamı can yandırırdı.

Biz sistem üzərində çalışırıq. Vacib olan odur ki, futbolçularda istəyi gördük. Futbolçuların hamısı motivasiyalıdır, özgüvənləri yerindədir”.

İliç: “Bizi asan oyunlar gözləmir”

15 February 2026 at 19:31

Azərbaycan Premyer Liqasının XX turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Məğlub olmamalı idik. Penaltidən buraxılan qolla uduzduq. Ümumi oyun bərabər gedirdi.

– Bu gün komanda özünə bənzəmirdi. Sizcə, “Zirə” ilə ardıcıl oyunlar komandaya psixoloji və fiziki təsir etdi?
– Razı deyiləm. Üç oyunda da bərabər səviyyə göstərdik. Sadəcə futbolda belə hallar olur. Bəzən bəxtin gətirmir, bəzən nəsə alınmır. Amma üç matçı da eyni keçirmişik.

– Qarşıdan autsayderlərlə oyunlar gəlir. Ardıcıl bu üç oyunda fürsətdən istifadə edib, yerinizi möhkəmləndirə bilərsiniz?
– Deməzdim zəif komandalardır. “Qəbələ” müəyyən səviyyədə olan, nəticələr qazanan komandadır. Bizi asan oyunlar gözləmir. Bütün matçlar ciddidir.

– Bu heyət istədiyinizdir, ya transferlər lazımdır?
– Əslində, güclənməyimizə ehtiyac var. Amma hələki bu heyətlə davam edirik.

– Yeni mövsüm də burda qalıb, iddialı heyətlə avrokuboklara oynamaq istəyirsiniz, ya bu mövsüm alınmazsa, getməyi düşünürsünüz?
– 
Bu haqda danışmaq tezdir. Qarşıda vacib oyunlarımız var. Avrokubok uğrunda mübarizə aparmağa çalışacağıq. Ciddi oyunlarımız var.

– Mövsümün əvvəlində sanki komanda daha əhvalı yaxşı idi. Ancaq ikinci dövrədə sanki nəsə məyusluq var. Bu, nəticələrlə bağlıdır?
– Həmişə pozitivəm. Amma komanda məğlub olanda bunu qorumaq çətindir. Futbolda hər nəticə olur. Əsas odur ki, futbolçular meydanda keyfiyyətli oyunlar göstərsin.

Şahin Cəfərov

Bağırov: “Bəlkə də, çempionatın ən ucuz qol buraxan komandasıyıq”

15 February 2026 at 17:19

Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – “Neftçi” matçından (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olanda da komandanın yanında olurlar. Növbəti matçlarda daha yaxşı oynayıb, onların etimadını doğrultmağa çalışacağıq. Oyuna gəlincə, birinci hissədə planlaşdırdıqlarımızı edə bilmədik. Bəlkə də, çempionatın ən ucuz qol buraxan komandasıyıq. Daha məsuliyyətli olmalıyıq.

– Buraxılan qollarda qapıçının nə dərəcədə səhvləri var?
– Hər oyundan əvvəl məşqçilərlə həyət barədə məsləhətləşirik. Xüsusən də qapıçı məşqçisi ilə. Əlbəttə ki, bu gün Yusif İmanovun səhvləri var idi. Daha çox məsuliyyətli olmalıdır.

– Ryonosuke Ohori “Neftçi” ilə oyunlarda meydanda olmaması nəylə bağlıdır?
– Gözündə bir az problem var idi. Qərar verdik ki, bu gün dincəlsin. Dörd gün əvvəl Bakıda həkimdə olub. İstəsəz, kağızları da göstərə bilərəm.

– Rəhbərliyin komandaya dəstəyini hiss edirsiz?
– Heç bir problemimiz yoxdur. Klub üzərinə düşən öhdəlikləri yerinə yetirir. Deyə bilmərəm ki, nəyimizsə çatışmır. Hər şey qaydasındadır.

– Qışda niyə az transfer etdiz?
– Ceferson Bentonun getməyi bizə böyük zərbə oldu. Rüsumu bilirsiz. Legioneri 3 aylıq götürüb klubu riskə sala bilmərik. “Kəpəz” Premyer Liqadan düşməyəcək. Öz gücümüzü nəzərə alıb transferlər etdik. Kim “Kəpəz”dən hər oyunda xallar gözləyirsə, mənim o adama suallarım var. Bu gün çətindir. “Neftçi” ilə “Kəpəz”in imkanları eynidir? Bəlkə “Sabah”la? Legionerə 250 min verib çempionatda qalacaqsansa, pulları yalandan xərcləmək düzgün deyil. Riskdir. Oyunçu gəlib zədələnə bilər. Ceferson qalsaydı, bir vinger transfer etməyi düşünürdük. Cefersonun gedişi başa düşə bilmədiyimiz situasiya idi. Belə şeyə rast gəlməmişəm. Vitor Feijao dedi ki, həyat yoldaşım hamilədir. Övladı burada dünyaya gətirə bilməz. Feijaoya icazə verdik. Ceferson da icazə istəsəydi, ona da veriləcəkdi. O qədər beyni qarışıq futbolçu idi ki, icazəsiz çıxıb getdi və klubu pis vəziyyətdə qoydu.

Şahin Cəfərov

Saşa İliç: “Araz-Naxçıvan”a məğlub olmamalıydıq”

15 February 2026 at 19:30

“Sumayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Mərdəkanda baş tutmuş görüşü Sumqayıt təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bu gün məğlub olmamalıydıq. Hardasa bərabər səviyyəli oyun idi. Penaltidən qol buraxdıq. Gərək uduzmazdıq.

Ümumiyyətlə, son üç matçda bütün rəqiblərimizlə bərabər səvliyyədə oyun göstərmişik. Bəzən qalib gəlirsən, bəzən uduzursan. Futboldur da.

Növbəti rəqiblərimizin zəif komandalar olduğunu deməzdim. “Qəbələ” səviyyəli komandadır, müəyyən nəticələri var. Asan oyun olacağı fikirləri ilə razı deyiləm. Qarşıda bizi çox çətin oyunlar gözləyir. Avrokuboklar uğrunda mübarizə aparacağıq.

Komandaya son olaraq Sedrik Badolo gəlib. Yeni oyunçudur. Cəmi bir məşq keçib. Güclənməyimizə ehtiyac var. Hələ ki, bu heyətlə davam edirik.

Mən həmişə pozitivəm. Amma komanda uduzursa, pozitivliyi qorumaq çətindir. Əsas odur ki, futbolçular meydanda keyfiyyətli oyun göstərsinlər. Uduzan komandanın baş məşqçisi kimi sevinməli bir şey görmürəm”.

Premyer Liqa: “Sumqayıt” “Araz-Naxçıvan”a da uduzdu

15 February 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Mərdəkanda baş tutub.

Burada “Araz-Naxçıvan”la “Sumqayıt” komandaları qarşılaşıblar. “Dalğa Arena”da baş tutmuş görüşü Elçin Məsiyev idarə edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Naxçıvan təmsilçisi penaltidən vurduğu yeganə qol sayəsində 3 xala sevinib.

Premyer Liqa
20-ci tur
15 fevral

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:0
Qol: Ramon Maçado, 45+5-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Dalğa Arena”, 17:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 10. Felipe Santos, 70. Çarlz Boli, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 14. Ülvi İsgəndərov, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko.
Baş məşqçi: Andrey Demçenko.

Sumqayıt: 1. Mehdi Cənnətov (k), 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes.
Baş məşqçi: Saşa İliç.

Renat Dadaşov “Motor”da 13-cü oyununu da qolsuz başa vurdu

15 February 2026 at 18:30

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 21-ci turu çərçivəsində “Lexiya” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Beş qolluq oyunda Renatın komandası məğlubiyyətə üzülüb – 2:3. Renat bu görüşün 85-ci dəqiqəsində meydana buraxılıb.

21 turdan sonra 24 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 21 oyunda 5 qələbə qazanıb, 9 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 13 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 41 oyunda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

İqor Tyaqo – Premyer Liqada yanvarın ən yaxşısı!

15 February 2026 at 15:00

“Brentford”un braziliyalı mərkəz hücumçusu İqor Tyaqo İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

24 yaşlı braziliyalı futbolçu yanvar ayında İngiltərə çempionatı çərçivəsində meydana çıxdığı 2 oyunda 5 qol vurub. O, “Everton”la matçda het-trikə, “Sanderlend”lə görüşdə isə dubla imza atıb.

Tyaqo mükafat uğrunda mübarizədə Yassin Ayari (“Brayton”), Patrik Dorqu (“Mançester Yunayted”), Entso Fernandes (“Çelsi”), Junior Krupi (“Bornmut”), Krisensio Sammervill (“Vest Hem”), Harri Uilson (“Fulhem”) və Florian Virts (“Liverpul”) kimi futbolçuları qabaqlayıb.

Braziliyalı futbolçu karyerasında ikinci dəfə bu mükafata layiq görülüb. O, noyabrda da oxşar uğura imza atmışdı.

Xatırladaq ki, Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda “Mançester Siti”nin hücumçusu Erlinq Haland, oktyabrda “Mançester Yunayted”in forvardı Brayan Mbömo, dekabrda “Lids”də çıxış edən Dominik Kalvert-Lyuin bu ada layiq görülmüşdü.

İqor Tyaqo “Brentford”a 2024-cü ilin yayında Belçkanın “Brügge” klubundan 33 milyon avro müqabilində keçib. Onun İngiltərə klubu ilə 2031-cu ilin 30 iyununadək müqaviləsi var. Braziliyalı futbolçu “Brentford”un heyətində meydana çıxdığı 35 oyunda 18 qol vurub, 1 məhsuldar ötürmə verib.

Tyaqo daha öncə “Kruzeyro”, “Brügge”, “Ludoqorets” kimi klubların da şərəfini qoruyub.

“Transfermarkt” internet-portalı 24 yaşlı forvardın transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Maykl Karrik – Premyer Liqada yanvarın ən yaxşı məşqçisi!

15 February 2026 at 14:00

“Mançester Yunayted”ə rəhbərlik edən ingilis futbol mütəxəssisi Maykl Karrik İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

“Mançester Yunayted” Karrikin rəhbərliyi altında yanvarda “Arsenal”ı (3:2) və “Mançester Siti”ni (2:0) məğlub edərək iki qələbə qazanıb. Adıçəkilən kollektivlər turnir cədvəlində müvafiq olaraq birinci və ikinci yerdə qərarlaşıblar.

Karrik səsvermədə Şon Dayç (“Nottingem Forest”), Andoni İraola (“Bornmut”) və Liam Rosenyor (“Çelsi”) kimi məşqçiləri geridə qoyub.

Karrik karyerasında ilk dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi mükafatını alır. Cari mövsümdə ilk belə mükafat “Liverpul”un sabiq çalışdırıcısı Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda “Mançester Yunayted”ə rəhbərlik etmiş Ruben Amorim, noyabrda “Çelsi”ni çalışdırmış Entso Mareska, dekabrda isə “Aston Villa”nın çalışdırıcısı Unai Emeri ən yaxşı seçilmişdi.

44 yaşlı Maykl Karrik “Mançester Yunayted”ə yanvarın 13-dən rəhbərlik etməyə başlayıb. O, “qırmızı şeytanlar”ı hələlik 5 oyuna çıxarıb, 4 qələbə və 1 heç-heçə görüb, məğlubiyyət acısı dadmayıb.

Karrik “Mançester Yunayted”in futbolçusu kimi 5 dəfə İngiltərə Premyer Liqasının, UEFA Çempionlar Liqasının, Avropa Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.

Tomas Rays “Samsunspor”la vidalaşdı

14 February 2026 at 15:00

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Samsunspor” komandasının baş məşqçisi Tomas Rays istefaya göndərilib.

Arena.az bu barədə Samsun klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. “Samsunspor” Raysın köməkçiləri ilə də yollarını ayırıb.

Xatırladaq ki, Tomas Rays 2024-cü ilin yayında “Samsunspor”un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm Super Liqanı 3-cü pillədə başa vurub. Samsun təmsilçisi bu mövsüm isə 22 turdan sonra 30 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Rays “Samsunspor”u bütövlükdə 72 oyuna çıxarıb, 33 qələbə, 18 heç-heçə və 21 məğlubiyyət görüb.

Alman mütəxəssis əvvəllər “Şalke”nin və “Boxum”un da baş məşqçisi olub.

“Kəpəz” – “Neftçi” 1:3 – Video

15 February 2026 at 18:00

Azərbaycan Premyer Liqasının 20-ci turunun “Kəpəz” – “Neftçi” matçı meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
20-ci tur

15 fevral

“Kəpəz” – “Neftçi” 1:3
Qollar: Rauf Hüseynli, 35-pen – Bassala Sambu, 27; 38. Emin Mahmudov, 40.
Sarı vərəqə: Elvin Camalov, 74 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Məqsəd İsayev, 71 (ciddi qayda pozuntusu).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 14:30. Yevlax şəhər stadionu, 700 tamaşaçı.

Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Namiq Bəkirov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev (6. Camal Cəfərov, 54), 5. Rauf Hüseynli (21. Sadiq Şəfiyev, 65), 88. Şakir Seyidov (12. Mahamadu Ba, 65), 11. Rəhman Hacıyev, 9. Luis Paçu (7. Ehtiram Şahverdiyev, 46), 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Bağırov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (4. Elvin Camalov, 69), 17. Murad Xaçayev, 7. Emil Səfərov (10. Freddi Varqas, 56), 47. Murad Məmmədov (70. Andrey Ştoqrin, 82), 77. Falaye Sako, 24. Mustafa Sek (22. Luis Ortis, 69), 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu (45. Vensan Abubakar, 56), 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 33. Breno Almeyda, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Azər Bağırov: “Heç nədən 3 qol buraxdıq”

15 February 2026 at 17:30

“Kəpəz”nin baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkürümü bildirirəm ki, məğlub olsaq belə, komandanın yanında oldular. Bu, bizim üçün böyük motivasiyadır. Çalışacağıq ki, qarşıdakı matçlarda daha yaxşı oynayıb, onların etimadını doğruldaq. Oyunu iki hissəyə bölmüşdük. Amma əfsuslar olsun ki, ilk hissədə heç nədən 3 qol buraxdıq. Çox “ucuz” qollar buraxırıq. Daha ciddi, daha məsuliyyətli olub, növbəti görüşlərdə yaxşı nəticəyə köklənmək lazımdır.

Bu gün Yusif İmanovun səhvləri var idi. Daha çox məsuliyyətli olmalıdır. “Turan Tovuz”la oyunda da bir səhvi olmuşdu. Hamısını təhlil edirik. Ölçü götürüləcək.

Ryonosuke Ohorinin gözündə bir az problem var idi. Qərar verdik ki, bu gün dincəlsin. Dörd gün əvvəl Bakıda həkimdə olub.

Biz öz gücümüzü nəzərə alıb transferlər etdik. Kim “Kəpəz”dən hər oyunda xallar gözləyirsə, mənim o adama suallarım var. Bu gün çətindir. “Neftçi” ilə “Kəpəz”in imkanları eynidir? Bəlkə “Sabah”la? Legionerə 250 min verib çempionatda qalacaqsansa, pulları yalandan xərcləmək düzgün deyil. Riskdir. Oyunçu gəlib zədələnə bilər. Bütün çətinliklərə rəğmən, “Kəpəz” Premyer Liqadan düşməyəcək”.

Vernidub: “Qarabağ”a çətin dönəmdə dəstək olmağa qərar verdik”

15 February 2026 at 17:00

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Neftçi” azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Bir neçə həftə öncə “Forza Neftçi”nin doğum günü idi. Həmin vaxtı xəstələnmişdim və orada iştirak edə bilmədim. Ona görə də fanatlardan üzr istəyirəm. Onlar daim bizə dəstək verirlər və biz də belə nəticələr əldə edirik.

Bassala Sambu və Vensan Abubakara yaxşı hücumçulardır. Fərqli planlarda oynayırlar. Məşqçi kimi mənə seçim etmək çətindir. Amma həm Sambunun, həm də Abubakarın oyunundan razıyam. Onların qol vurması mənə xoşdur. Amma gördüyüm odur ki, özlərini də çox dəyişiblər. Öz üzərilərində daha çox işləyib, daha çox komanda üçün oynayırlar. Belə davam etsələr, daha yaxşı oynayacaqlar.

Bu oyundan sonra istirahət olacaq. Qarşıdakı həftə oyunumuz yoxdur. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama görüşü keçirək. Olmasa, öz aramızda oynayacağıq. Bunu komandanı tonusda saxlamaq üçün edirik.
Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün işlədik və üç xalı qazandıq. Onlarla çox ünsiyyətdə oluram. Münasibətləri də çox yaxşıdır. Daha çox işləyəcəyik və hər şey daha da yaxşı olacaq.

Qapıçıları nəzərə almasaq, komandamızda 23 futbolçu var. Onların hər biri məşqlərdə çox yaxşı təsir bağışlayırlar. Təbii ki, hamısı eyni anda meydana çıxa bilməz. Onlar oynamağa layiqdirlər. Buna görə şərait yaradıram ki, oyunlarda oynasınlar. Əgər oyunçular ancaq məşq edir, oynamırlarsa, fərqli nəticələr ortaya çıxır. “Qarabağ”ın oyunlarında gördünüz ki, bəzi hallarda dəyişikliklərə getdilər və hansı nəticələr oldu. Bir futbolçu uzun müddət meydana çıxmırsa, oyun ritmini itirir. Ona görə də hər zaman heyəti qarışdırırıq ki, hamı bir-birini əvəz edə bilsin. Bizim komandada ulduz yoxdur, bizdə ailə və komanda var. Komandada ulduz olanda onları idarə etmək də çətindir. Bizim yanaşma fəlsəfəmiz budur”.

“Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram” – Vernidub

Vernidub “Qarabağ”la matçın təxirə salınmasına da toxunub:

“Qarabağ”la oyunun təxirə salınmasına dair söhbətləri yekunlaşdırmaq vaxtıdır. Rəhbərliklə görüşdük və belə çətin dönəmdə “Qarabağ”a dəstək olmaq qərarı verdik. Hansı ki, onlar Azərbaycanı böyük futbol arenasında təmsil edirlər. Belə qərar verdik, bizim qərardır. Bizim üçün o qədər də yaxşı olmaya bilər, ritmdən düşə bilərik. Amma ümidvaram ki, hər şey yaxşı olacaq. “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir. Sizin ölkə buna layiqdir.

Azarkeşsiz futbol olmur. Yaxşı münasibətlərimiz davam edir. Onlardan istəyərdim ki, daim yanımızda olsunlar. Həm belə xoş günlərimizdə, həm də o qədər də xoş olmayan durumumuzda da. Bu, həm “Neftçi”yə, həm də azarkeşlərimizə lazımdır. Mən bizim azarkeşlərilə fəxr edirəm və çox sevinirəm ki, “Neftçi”nin böyük azarkeş ordusu var”.

Premyer Liqa: “Kəpəz” “Neftçi”yə Yevlaxda uduzdu

15 February 2026 at 16:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Yevlaxda baş tutub.

Burada “Kəpəz” “Neftçi”ni qəbul edib. Əli Əliyevin idarə etdiyi oyunda qapılara 4 qol vurulub. Paytaxt təmsilçisi səfər matçından inamlı qələbə ilə qayıdıb.

Premyer Liqa
20-ci tur
15 fevral

“Kəpəz” – “Neftçi” 1:3
Qollar: Rauf Hüseynli, 35-pen – Bassala Sambu, 27; 38. Emin Mahmudov, 40.
Qırmızı vərəqə: Məqsəd İsayev, 72.
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yevlax şəhər stadionu, 14:30.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 12. Mahamadu Ba.
Baş məşqçi: Azər Bağırov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 17. Murad Xaçayev, 7. Emil Səfərov, 47. Murad Məmmədov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 27. Kristian Kostin, 33. Breno Almeyda, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Vernidub: “Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük”

15 February 2026 at 16:46

Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – “Neftçi” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Oyunun qəhrəmanı sayıla biləcək Bassalu Sambu bombardirlər siyahısında liderdir. Abubakar gələndən sonra az oynayırdı, amma sizin dönəminizdə daha yaxşı çıxış edir. Ona nə “yedizdirib, içizdirmisiniz”?
– Azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bir neçə gün əvvəl “Forza Neftçi”nin ad günü idi. Həmin vaxt xəstələnmişdim, onların tədbirində iştirak edə bilmədim. Buna görə onlardan üzr istəyirəm. Deyim ki, əsas onların dəstəyidir ki, bu gün belə nəticələr əldə edirik. Sambu və Abubakara gəlincə, hər ikisi yaxşı hücumçudur. Fərqli planlarda oynayan oyunçulardır. Məşqçi kimi mənə seçim etmək çətindir. Hər ikisindən razıyam. Xoşdur ki, qollar vururlar. Gördüyüm odur ki, özlərini də dəyişiblər, çox çalışırlar, komanda üçün oynayırlar. Bu cür davam etsələr, daha yaxşı olacaqlar.

– Komanda yaxşı formadadır. Heç kim belə dönəmdə formadan düşmək istəməz. “Qarabağ”la oyun təxirə salınıb və iki həftəlik fasilə olacaq. Bu müddətdə komandanı necə tonusda saxlamağı düşünürsünüz?
– İki günlük istirahət olacaq. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama matçı təşkil edilsin. Olmasa da, öz aramızda oynayacağıq ki, komanda ritmdən düşməsin.

– Ardıcıl qələbələrdən sonra futbolçulara mükafat verilirmi?
– Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün çalışdıq və üç xalı qazandıq. Futbolçularla çox ünsiyyətdə oluram, münasibətlər yaxşıdır. Daha çox çalışacağıq.

– Sizə qədər ehtiyatda olan oyunçular indi daha çox şans qazanır. Hələ optimal heyəti formalaşdırmamısınız, yoxsa prinsipiniz budur?
– Qapıçıları nəzərə almasaq, 23 futbolçumuz var. Hər biri məşqlərdə çox yaxşıdır. Anlayıram ki, hamısı eyni anda oynaya bilməz. Hər oyunçu oynamağa layiqdir. Həftə ərzində məşqlərdə yaxşı iştirak edirlər. Şərait yaradıram ki, hamısı oyunlarda da olsun. Futbolçular ancaq məşqlərdə çıxış edib, oynamasalar, fərqli nəticələr olar. Uzun müddət oynamayan futbolçu ritmini itirir. Buna görə hər zaman hamıya şans veririk ki, bir-birini əvəz edə bilsinlər. Bizdə ulduz futbolçu yoxdur, komanda, ailə var. “Ulduzlar” olanda onları da idarə etmək çətindir.

– Ukrayna mətbuatına açıqlamanızda bildirmişdiniz ki, “Qarabağ” və “Neftçi” Ukraynanın “Dinamo” və “Şaxtyor”u kimidir. İndi “Qarabağ”la oyunun təxirə salınmasına şəxsi fikriniz nədir? Oyunun təxirə salınması komandaya necə təsir edəcək?
– Bu söhbəti bağlayaq. Rəhbərliklə görüşdük və qərar verdik ki, dəstək olaq. “Qarabağ” Azərbaycanı Avropada təmsil edir. Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük. Amma ümid edirəm ki, hər şey yaxşı olar. Belə də deyim, “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir.

– Ardıcıl üçüncü qələbəni qazandınız. Azarkeşlərə yaxın gələcəklə bağlı nə deyə bilərsiniz?
– Azarkeşlərlə yaxşı münasibətlərimiz var. Həmişə bizimlə olmalarını istəyirəm. Bu, həm “Neftçi”yə, həm fanatlara lazımdır. Azarkeşlərimizlə fəxr edirəm. Sevinirəm ki, belə azarkeş ordumuz var.

Şahin Cəfərov

“Araz-Naxçıvan” – “Sumqayıt”: heyətlər

15 February 2026 at 15:52

“Sumqayıt” bu gün Premyer Liqanın XX turunda “Araz-Naxçıvan”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Araz-Naxçıvan”: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 10. Felipe Santos 70. Şarl Boli 19. Bar Kohen
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 14. Ülvi İsgəndərov 23. Nuno Rodriqes 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko
Baş məşqçi: Andrey Demçenko

“Sumqayıt”: 1. Mehdi Cənnətov (k) 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev 72. Rayan Senhadjic 6. Sedrik Badolo 23. Ronaldo Vaskez
Baş məşqçi: Saşa İliç

“Real” La Liqada penalti rekorduna imza atdı

15 February 2026 at 13:00

2025/2026-cı illər mövsümündə çempionluq uğrunda mübarizə aparan Madrid “Real”ı İspaniya La Liqasında yeni rekorda imza atıb.

Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.

Madrid təmsilçisi buna La Liqanın 24-cü turunda doğma meydanda qarşılaşdığı “Real Sosyedad”ı 4:2 hesabıyla məğlub etdikləri oyunda nail olub. “Kral klubu” bu matçdakı qollardan ikisini penaltidən vurub.

Komanda cari mövsüm turnirdə 13 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib. Bu isə ölkə çempionatında yeni rekorddur.

Xatırladaq ki, əvvəlki rekord “Barselona”ya məxsus idi. Kataloniya təmsilçisinin futbolçuları 1950/1951-ci və 2015/2016-cı illər mövsümlərində 12 penalti vurublar.

“Real” İspaniya La Liqasının cari mövsümündə keçirdiyi 24 oyunda 60 xal toplayıb və zirvədə qərarlaşıb. Komanda 24 oyunda 19 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

İqor Tudor – “Tottenhem”in yeni baş məşqçisi

14 February 2026 at 15:30

Xorvatiyalı futbol mütəxəssisi İqor Tudor İngiltərə Premyer Liqasında mübarizə aparan “Tottenhem”in baş məşqçisi təyin edilib.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.

47 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna – 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub. Tudor bu postda bir neçə gün öncə istefaya göndərilmiş Tomas Frankı əvəz edib.

İqor Tudor son olaraq İtaliyanın “Yuventus” komandasına rəhbərlik edib. O, məşqçilik karyerası ərzində “Hayduk” (Split), PAOK, “Karabükspor”, “Qalatasaray”, “Udineze”, “Verona”, “Olimpik” (Marel) və “Latsio” kimi komandaların da baş məşqçisi olub.

Tomas Frank isə 2025-ci ilin iyulundan “Tottenhem”ə rəhbərlik edirdi. London təmsilçisi onun rəhbərliyi altında 38 oyun keçirib. Komanda bu görüşlərdə 13 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət görüb.

52 yaşlı danimarkalı mütəxəssis daha öncə ölkəsinin U-16, U-17 və U-19 yığmalarına rəhbərlik edib. O, 2013-2016-cı illər aralığında Danimarkanın “Brondbü” komandasını çalışdırıb. “Tottenhem”dən öncə isə Frank İngiltərənin “Brentford” komandasına rəhbərlik edib.

“Tottenhem” hazırda Premyer Liqada 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

“Neftçi” 1 belçikalı, 2 nigeriyalı futbolçu transfer etdi

14 February 2026 at 14:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” əvəzedici komandasına 3 yeni oyunçu cəlb edib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə müddəti bu mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb. Klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşmanın müddəti daha 2 il artırıla bilər.

19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” (Almaniya) klubunun U-19 komandası olub. 18 yaşlı İstifanus buna qədər Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

Xatırladaq ki, “Neftçi”nin ikinci komandası Əvəzedicilər Liqasının cari mövsümündə 15 oyuna topladığı 31 xalla yarış cədvəlnin 3-cü pilləsində qərarlaşıb. “Ağ-qaralar” 10 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Dortmund “Borussiya”sından Bundesliqada yeni rekord

14 February 2026 at 13:00

Dortmund “Borussiya”sı futbol üzrə Almaniya Bundesliqasında özünə məxsus olan rekordu təkrarlayıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bunu Bundesliqanın 22-ci turunun açılış matçında öz meydanında “Maynts”ı 4:0 hesabı ilə məğlub etdiyi matçda reallaşdırıb.

Bu qarşılaşmada 4 qol vurmuş komanda ardıcıl 15-ci çempionat oyununda fərqlənməyi bacarıb. Bununla da “Borussiya” turnirdəki rekordunu təkrarlayıb.

Daha əvvəl ardıcıl 15 matçda qol vurmaq rekorduna iki dəfə imza atılıb. 1980-ci ildə “Hamburq” bunu reallaşdırıbsa, 2013-cü ildə “Borussiya” Yurgen Kloppun rəhbərliyi altında oxşar nəticəni göstərib.

Dortmund “Borussiya”sı hazırda 51 xalla Almaniya Bundesliqasının turnir cədvəlinin ikinci pilləsində yer alıb. “Arılar” lider “Bayern”dən 3 xal geridədirlər. Komanda keçirdiyi 22 oyunda 15 qələbə qazanıb, 6 heç-heçə edib və cəmi 1 məğlubiyyətə üzülüb.

Luka Modriç A Seriyasının tarixinə düşdü

14 February 2026 at 12:00

Futbol üzrə Xorvatiya milli komandasının və “Milan”ın mərkəz yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasının tarixinə düşüb.

Arena.az xəbər verir ki, 40 yaşlı futbolçu bunu 25-ci turun “Piza” ilə səfər oyununun (2:1) 85-ci dəqiqəsində qol vurmaqla reallaşdırıb.

Modriç (40 yaş 157 gün) İtaliya A Seriyasında qol vuran ən yaşlı üçüncü futbolçu olub. O, yalnız Alessandro Kostakurta (41 yaş 25 gün) və Zlatan İbrahimoviçdən (41 yaş 166 gün) geri qalır.

Xatırladaq ki, Modriç 2025-ci ilin yayında “Real”dan azad agent qismində “Milan”a qoşulub. Tərəflər 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Modriç “Milan”da “14” nömrə altında çıxış edir. O, İtaliya klubunun heyətində 26 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Luka Modriç Zaqreb “Dinamo”sunun məzunudur. Yarımmüdafiəçi karyerası ərzində həmçinin “Zrinski” (Mostar), “İnter” (Zapreşiç), “Tottenem” və “Real”da oynayıb.

Modriç 2012-ci ildən “Milan”a keçənə qədər “Real”da çıxış edib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.

Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 194 oyuna çıxıb, 28 qol vurub, 31 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 40 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

“Qarabağ”ın rəqibində Bruno Gimaraynş şoku

13 February 2026 at 23:00

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraynş zədələnib

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

Belə ki, 28 yaşlı braziliyalı futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Müayinə nəticəsində onun sol budundan ciddi zədə aldığı aşkar olunub.

İngiltərə Premyer Liqasının 26-cı turunda “Tottenhem”lə matçda (2:1) zədələnmiş futbolçu bu səbəbdən iki ay komandasına kömək edə bilməyəcək. Yaxın vaxtlarda Gimaraynşın müalicə üçün vətəninə yollanacağı bildirilir.

Bruno Gimaraynş cari mövsümdə “Nyukasl”ın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə (saat 00:00) İngiltərədə baş tutacaq.

❌
❌