La Liqa: “Barselona” “Elçe”ni 3 qolla yendi
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub. Son çempion “Barselona” doğma meydanda “Elçe” üzərində inamlı qələbəyə sevinib. “Alaves” “Espanyol”u, “Betis” isə “Malyorka”nı məğlub yola salıb. “Levante” də evdə “Selta”ya uduzub.