Elvin Cəfərquliyev: “Bütün Azərbaycanın gözü bizdə olacaq”
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun “Çelsi” ilə oyunundan gözləntisini bölüşüb. Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə təmsilçiləri sabah Bakıda üz-üzə gələcəklər. Elvin Cəfərquliyev bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib: “Sabah çox böyük komandaya qarş oynayacağıq. Bunun fərqindəyik.