AFFA lisenziya verdiyi klubların siyahısını açıqladı
Bu gün – mayın 8-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Lisenziya Komissiyasının növbəti iclası keçirilib.
Arena.az xəbər verir ki, iclasda 2026/2027 mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Azərbaycan Premyer Liqasında, Birinci Liqa, İkinci Liqa və Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
- UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan”, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Şamaxı”, “Turan Tovuz”, “Zirə”. - UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Neftçi”, “Sumqayıt”. - Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Baku Sportinq”, “Difai”, “İmişli”, “Karvan”, “Kəpəz”, “Mingəçevir”, “Səbail”, “Şəfa”. - Birinci Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Cəbrayıl”, “Dinamo”, “Qaradağ Lökbatan”, “Quba”, MOİK, “Şahdağ Qusar”, “Şəmkir”, “Şimal”, “Xankəndi”, “Zaqatala”. - İkinci Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Ağstafa Gəncləri”, “Araz Saatlı”, “Biləsuvar”, “Kür Araz”, “Lənkəran”, “Marafon”, “Ramana”, “Samur”, “Şəfəq”, “Şəki”, “Şirvan”, “Zəngəzur”. - İkinci Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Ağdaş”, “Xəzər Ağcabədi”. - Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan”, “Baku Juniors”, “Dirçəliş”, “İmişli”, “Qəbələ”, “Liman”, “Sabah”, “Şəfa”, “Ümid”.
UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 (on) gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Digər lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 (beş) gündür.
Qeyd 1: Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 14-cü maddəsinə müvafiq olaraq, lisenziyanı almış klub avtomatik olaraq çıxış etdiyi liqadan aşağı yarışlarda da iştirak üçün lisenziya əldə etmiş hesab olunur.
Qeyd 2: İkinci Liqada iştirak edən “Göygöl”, həmçinin Yüksək Qızlar Liqasında iştirak edən “Təhsil 8” və “Zaqatala” lisenziya prosesinə qoşulmaqdan imtina ediblər.














































