Zirvə yarışında kritik period – lider üçün ağır təqvim
Misli Premyer Liqasının lideri “Sabah”ı çətin qrafik gözləyir. “Bayquşlar” milli komandaların oyunlarına görə yaranmış fasilədən sonra ağır perioda daxil olacaq.
Aprelin 3-də “Qarabağ”la kubok matçında üz-üzə gələcək “Sabah” daha sonra çempionatda “Araz-Naxçıvan”, “Zirə” və “Qarabağ”a qarşı oyunları olacaq. Valdas Dambrauskasın yetirmələri üçün kritik dönəm məhz bu 4 oyunluq perioddur. “Sabah” bu çempionat görüşlərində büdrəməsə, çempionluq yolunda böyük addım atmış sayılacaq.
Həmin bu periodda ikinci sıradakı “Qarabağ”ın isə oyunları nisbətən rahatdır. “Sabah”la kubok görüşündə sonra “atlılar” autsayder “Karvan-Yevlax” və ortabab “Şamaxı” ilə üz-üzə gələcək. Bu iki oyunlarda qazanılacaq xallar və “Sabah”ın hansısa matçda büdrəməsi “Qarabağ” cəbhəsini yenidən ümidləndirə bilər.
“Sabah”ın növbəti 4 oyunu:
3 aprel: Qarabağ – Sabah (kubok)
7 aprel: Araz-Naxçıvan – Sabah (çempionat)
11 aprel: Sabah – Zirə (çempionat)
18 aprel: Qarabağ – Sabah
“Qarabağ”ın növbəti 4 oyunu:
3 aprel: Qarabağ – Sabah (kubok)
6 aprel: Qarabağ – Karvan-Yevlax (çempionat)
11 aprel: Şamaxı – Qarabağ (çempionat)
18 aprel: Qarabağ – Sabah.
“Sabah” liqada 62 xalla birinci sıradadır. İkinci pillədəki “Qarabağ”ın 52 xalı və ehtiyatda da bir oyunu var.
