Reading view

“Qarabağ” yamaykalı futbolçu transfer etdi

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “atlılar” Rusiyanın “Pari NN” klubunda çıxış edən Reynaldo Cebhasla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yamaykalı vingerlə müqavilənin detalları açıqlanmayıb.

26 yaşlı futbolçu başa çatan mövsümdə Rusiya Premyer Liqasında 25 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

FIFA millinin futbolçusunu 5 oyunluq cəzalandırdı

FİFA-nın İntizam Komitəsi Qətər yığmasının yarımmüdafiəçisi Asim Madibonu cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Asim DÇ-2026-da Kanadaya qarşı keçirilən matçda kobud hərəkətinə görə qırmızı vərəqə alıb. FIFA futbolçunu 5 oyunluq diskvalifikasiya edib.

Qətər yığması yer aldığı B qrupunu 1 xalla sonunci sırada başa vurub.

Paytaxt klubu londonlulardan 60 milyon avro tələb edir

“Roma”nın futbolçusu Uesli karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Çelsi” klubu braziliyalı müdafiəçini transfer etmək istəyir.

“Roma” 22 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir.

Uesli başa çatan mövsümdə 39 oyuna çıxıb.

Bakıda məşqçilər üçün seminar

Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Azərbaycan Voleybol Federasiyası (AVF) və Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkilatçılığı ilə voleybol məşqçiləri üçün “Təhlükəsiz idman – hamı üçün” mövzusunda seminar təşkil olunub.

Futbolpress.az xəbər verir ki, seminar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Vaqif Əliyev və AVF-nin təhlükəsiz idman üzrə məsul şəxsi, federasiyanın idman şöbəsinin direktoru Şir-Aslan Kərimov tərəfindən aparılıb.

Tədbirdə “Təhlükəsiz idman” təşəbbüsünün mahiyyəti, əsas prinsipləri və tətbiq mexanizmləri barədə təqdimat edilib, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib. Seminar çərçivəsində təhlükəsiz idman mühitinin formalaşdırılması, risklərin qarşısının alınması və beynəlxalq standartların tətbiqi məsələləri müzakirə olunub.

Olimpiya Həmrəyliyi Fondunun (Olympic Solidarity) dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində təşkil olunan seminarda 15-ə yaxın voleybol məşqçisi iştirak edib.

Qeyd edək ki, təhlükəsiz və sağlam idman mühitinin təşviqi məqsədilə bu cür maarifləndirici seminarların gələcəkdə ölkənin müxtəlif bölgələrində də keçirilməsi nəzərdə tutulur.

“Səbail” yetirməsini qaytardı

“Səbail” 2026/2027-ci il mövsümü üçün növbəti transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, son olaraq MOİK-də çıxış etmiş, klubun yetirməsi olan Zeynəddin Abdurahmanovla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi U-21 millimizin heyətində 4 oyun keçirib.

“Səbail” yeni mövsümdə I Liqada mübarizə aparacaq.

Meksikalılardan rekord

Meksika millisi dünya çempionatlarında rekorda imza atıb.

Futbolpress.az xəbər verir ki, yığma tarixində ilk dəfə qrup mərhələsində üç oyunu da qazanıb.

Meksika A qrupunda Cənubi Afrikaya 2:0, Cənubi Koreyaya 1:0, Çexiyaya isə 3:0 hesabıyla qalib gəlib.

Komanda həm də, 1970-ci ildən bəri ilk dəfə bu mərhələdə qapısından qol buraxmayıb.

Meksika millisi 9 xalla A qrupunu lider başa vurub.

Hüqo Bros: “Son beş ildə əldə etdiklərimiz heyrətamizdir”

Cənubi Afrika Respublikası millisinin baş məşqçisi Hüqo Bros DÇ-2026-nın qrup mərhələsinin son turunda Cənubi Koreyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, A qrupunun sonuncu turunun oyunu Afrika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hüqo Bros matçdan sonra fikirlərini bölüşüb. Belçikalı mütəxəssis komandasının çıxışından məmnun qaldığını bildirib və son illərdə əldə olunan uğurları yüksək qiymətləndirib:

“Bu an nə hiss etdiyimi izah etmək çətindir. Bu, fantastik təcrübədir. Biz həqiqətən yaxşı oynadıq və qol epizodları yaratdıq. Taktiki baxımdan əla çıxış etdik, Cənubi Koreya isə ehtiyac duyduğu boş zonaları tapa bilmədi. Qolu vurduqdan sonra növbəti 20 dəqiqə çox böyük gərginlik şəraitində keçdi.

Son beş ildə əldə etdiklərimiz sadəcə heyrətamizdir. Bu qədər uzun müddət birlikdə çalışdıqda məşqçi ilə komanda arasında xüsusi bağ yaranır. Bu artıq təkcə məşqçi ilə futbolçular arasındakı münasibət deyil, biz dost olmuşuq. İndi sadəcə bu anın həzzini çıxarmalıyıq”, – deyə Bros bildirib.

Cənubi Koreya millisinin baş məşqçisi Honq Myunq-bo isə məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürüb.

“Futbolçularımız bu oyunda meydanda əllərindən gələni etdilər. İlk qolu buraxdığımız üçün məyusuq. Qeyri-qənaətbəxş nəticəyə görə məsuliyyət baş məşqçi kimi tamamilə mənim üzərimə düşür”.

Qeyd edək ki, Cənubi Afrika Respublikası millisi qrup mərhələsini uğurla başa vuraraq DÇ-2026-nın pley-off mərhələsinə vəsiqə qazanıb, Cənubi Koreya isə turnirlə vidalaşıb.

Aqirre: “Meksika yığmasının özünəməxsus xarakteri var”

Futbol üzrə Meksika millisinin baş məşqçisi Xavyer Aqirre dünya çempionatının qrup mərhələsində Çexiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, DÇ-2026-nın qrup mərhələsinin sonuncu turunun Çexiya – Meksika matçı mundialın meydan sahiblərindən biri olan meksikalıların möhtəşəm qələbəsi ilə yekunlaşıb – 3:0.

Aqirre matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu komandanın özünəməxsus xarakteri var. Futbolçular böyük uğur qazandılar. Qrup mərhələsində maksimum nəticə göstərdik. Qol da buraxmadıq. Oyunçularımdan məmnunam. Heyətdə gənc futbolçular da var. Onlar bizim gələcəyimizdir. Gələcək üçün möhkəm təməlimiz var”.

Çexiya millisinin baş məşqçisi Miroslav Koubek də məğlub olduqları və turnirlə vidalaşdıqları oyundan sonra fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis dünya çempionatının komandanın çatışmazlıqlarını üzə çıxardığını bildirib və gələcəkdə heyətdə dəyişikliklər edəcəyini açıqlayıb.

“Bu dünya çempionatı göstərdi ki, inkişaf etməliyik və mundial kimi yüksək səviyyəli turnirlərdə uğurla çıxış etməyi bacaran daha çox rəqabətədavamlı futbolçuya sahib olmalıyıq. Əminəm ki, müəyyən dəyişikliklərdən sonra növbəti yarışlarda nəticələrimizi yaxşılaşdıracağıq. Mən milliyə daha güclü futbolçular dəvət edəcəyəm”, – deyə Koubek bildirib.

Baş məşqçi qrupun əsas favoriti kimi Meksika millisini göstərib.

“Qrupumuzda aşkar favorit Meksika idi. Biz isə Cənubi Koreya və Cənubi Afrika ilə oyunlarda daha yaxşı çıxış etməli idik”, – deyə çexiyalı mütəxəssis əlavə edib.

Qeyd edək ki, Çexiya millisi DÇ-2026-nın qrup mərhələsini adlaya bilməyərək turnirlə erkən vidalaşıb. Meksika seçməsi isə A qrupunu 9 xalla birinci pillədə bitirib.

DÇ-2026: Meksikadan maksium nəticə, CAR-dan pley-offa vəsiqə!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, artıq daha bir qrupda – A qrupunda da mübarizəyə yekun vurulub.

Dünya çempionatının ev sahiblərindən olan Meksika millisi Çexiya yığmasını sınağa çəkibsə, Cənubi Afrika Respublikası (CAR) Cənubi Koreya seçməsi ilə üz-üzə gəlib.

Mexiko stadionunda baş tutmuş Çexiya – Meksika matçında Şimali Amerika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib. Meksikalıların heyətində 55-ci dəqiqədə Mateo Çaves Qarsiya, 6 dəqiqə sonra Xulian Kinyones yerli azarkeşləri ayağa qaldırıblar. Matçda son nöqtəni isə 90+4-cü dəqiqədə Alvaro Fidalqo qoyub.

CAR seçməsi isə Cənubi Koreya ilə Monterrey stadionunda keçirilmiş oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. 63-cü dəqiqədə Tapelo Maseko adını tabloya yazdırıb.

Qrupdakı 3 görüşünü də qələbə ilə başa vurmuş Meksika 9 xalla A qrupunu lider tamamlayıb. CAR yığması xallarının sayını 4-ə çatdıraraq qrupdan ikinci yerlə çıxıb. Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə əldə edən komandanın bu mərhələdəki rəqibi B qrupunu ikinci sırada başa vurmuş Kanada seçməsi olacaq. Cənubi Koreya 3 xalla 3-cü olub. 1 xalla sonuncu olan Çexiya isə mundialla vidalaşıb.

Qeyd edək ki, Meksika millisi tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç oyundan qələbə ilə ayrılıb. Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsindəki bütün görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb.

DÇ-2026
A qrupu
25 iyun

Çexiya – Meksika 0:3
Qollar: Qarsiya Çaves, 55. Xulian Kinyones, 61. Alvaro Fidalqo, 90+4.

CAR – Cənubi Koreya 1:0
Qol: Tapelo Maseko, 63.

Xallar: Meksika – 9. CAR – 4. Cənubi Koreya – 3. Çexiya – 1.

İngiltərə millisinin üzvü MS yolunda

“Mançester Siti” “Nottingem Forest”in futbolçusu Elliot Andersonu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” ingilis yarımmüdafiəçi üçün bir müddətdir, danışıq aparır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

Anderson hazırda İngiltərə yığması ilə dünya çempionatındadır. O, mundialda iki oyunda bir məhsuldar ötürmə edib.

“Məndən olsa, Alvaresi zəncirləyərdim”

“Atletiko”nun futbolçusu Aleks Baena komanda yoldaşı Yulian Alvaresin “Barselona”ya keçmək ehtimalından danışıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi COPE-yə açıqlamasında bunları deyib:

“Komanda yoldaşlarımın heç birinin satılmasını istəməzdim. Klub rəhbəri olsam, oyunçumu əzəli rəqibimə göndərmərəm. Premyer Liqaya? Xeyr, əlimdən gəlsə, buraxmaram. Məndən olsa, Alvaresi zəncirləyərdim. Amma bir də onun tərəfindən düşünək. Arzularının arxasınca getmək istəyirsə, nə edə bilərik?”

Alvares daha əvvəl klubdan ayrılmaq istədiyini açıqlayıb. Futbolçu ilə “Barselona” və “Real” yaxından maraqlanır.

Poçettino: “Bu, qələbə arzumuza təsir etməyəcək”

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino DÇ-2026-da qrup mərhələsinin III turunda Türkiyəyə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis pley-offa vəsiqəni təmin etmələrinə baxmayaraq, qələbə qazanmaq istədiklərini deyib:

“Türkiyə gözlənilməz nəticə ilə yadda qaldı. Biz isə pley-offdayıq. Lakin bu, qələbə arzumuza təsir etməyəcək. Mümkün qədər yaxşı oynamalıyıq. Hədəfimiz qrup mərhələsini itkisiz başa vurmaqdır”.

Türkiyə – ABŞ oyunu sabah saat 06:00-da keçiriləcək.

Dias “Real”a keçməyə razıdır

“Mançester Siti”nin müdafiəçisi Ruben Dias İspaniyaya yollanmağa hazırlaşır. Msport.az xəbər verir ki, “Real” portuqaliyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Dias […]

Source

İngiltərə millisində 2 itki

İngiltərə millisinin iki oyunçusu 2026-cı il dünya çempionatı qrup mərhələsinin Panama ilə üçüncü tur matçını buraxa bilər. Msport.az xəbər verir […]

Source

Uahbi: “Dünya çempionu olmaq hədəfinə inanmalıyıq”

Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uahbi dünya çempionatının qrup mərhələsində Haiti yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin sonuncu turu çərçivəsində üz-üzə gəlmiş bu komandaların görüşü Mərakeşin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Məhəmməd Uahbi matçdan sonra rəhbərlik etdiyi yığmanın gündən-günə irəlilədiyini söyləyib:

“Mərakeş futbolu tamamilə yeni mərhələyə qədəm qoyub. Futbolçular və azarkeşlər komandaya inanırlar, rəqiblərimiz isə bizə hörmətlə yanaşırlar. Biz bu məqsədə – dünya çempionu olmaq hədəfinə inanmalıyıq. Bütün gücümüzü ortaya qoymalı, rəqiblərimizə hörmət etməli və bu ambisiyaya yüz faiz sadiq qalmalıyıq. Mən öz işimə və məşqçilər korpusunun fəaliyyətinə böyük inam bəsləyirəm. Dünyanın ən yaxşı futbol ölkəsinə çevrilmək üçün lazım olan bütün keyfiyyətlərə sahibik”.

Mümkün rəqiblərlə bağlı danışan baş məşqçi seçim etmədiyini bildirib:

“Heç bir üstünlük vermirəm. Sabah kiminlə qarşılaşacağımız bəlli olacaq. Hər bir oyuna eyni məqsəd və eyni inamla çıxacağıq”.

Haiti millisinin baş məşqçisi Sebastyen Minye də uduzduqları oyundan sonra komandasının çıxışını dəyərləndirib. Mütəxəssis komandasının mundialda tarixi nəticə əldə etməyə çox yaxın olduğunu bildirib:

“Bu dünya çempionatında tarix yazmağa çox yaxın idik. Hətta qalib gələ bilməsək belə, turniri başımız dik şəkildə tərk etmək istəyirdik. Düşünürəm ki, bunu bacardıq”, – deyə Minye bildirib.

Qeyd edək ki, Haiti millisi DÇ-2026-nın qrup mərhələsində mübarizəni dayandırsa da, komanda turnirdə nümayiş etdirdiyi əzmkarlıqla diqqət çəkib. Baş məşqçi də futbolçularının sonadək mübarizə aparmasından razı qaldığını vurğulayıb.

Karlo Ançelotti: “Pley-offda birlik çox vacibdir”

Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti dünya çempionatının qrup mərhələsində Şotlandiya millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutmuş bu görüş Braziliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Karlo Ançelotti matçdan sonra jurnalistlərə açıqlama verib. Təcrübəli italiyalı mütəxəssis komandasının getdikcə daha yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb:

“Hazırda biz komanda kimi oynayırıq və əsas məqsədimiz də məhz budur. Biz ideal deyilik, üzərində işləməli olduğumuz məqamlar hələ də var. Oyuna nəzarət etdiyimiz zaman bir qədər daha sürətli oynaya bilərik”.

Ançelotti komandanın ilk matçla müqayisədə nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini qeyd edib:

“Mən məmnunam, çünki komanda xeyli irəliləyiş əldə edib və artıq daha uyğun şəkildə çıxış edir. Pley-off oyunlarında birlik çox vacibdir. Biz isə məhz belə bir komandaya sahibik. İlk matçla müqayisədə indi daha az səhv edirik, oyunumuzda daha çox ritm var və hücumda daha effektiv çıxış edirik”.

Braziliyalı hücumçu Vinisius Juniorun matçdakı dubluna da toxunan Ançelotti onun dünya futbolunun ən yaxşı oyunçularından biri olduğunu söyləyib:

“Vinisusun iki qol vurması məni çox sevindirir. Onun dünya çempionatında belə oynaya biləcəyinə heç vaxt şübhə etməmişəm. Millini təmsil etmək onun üçün böyük şərəfdir. O, çox yaxşı çıxış edir, hətta başla da qol vurdu ki, bu, onun üçün nadir haldır. Vini mənim kəşf etdiyim futbolçu deyil. O, ən yüksək səviyyəli oyunçudur və şübhəsiz ki, dünyanın ən yaxşı futbolçularından biridir”.

Şotlandiya yığmasının baş məşqçisi Stiv Klark 0:3 hesablı məğlubiyyətdən sonra komandasının oyunu ilə bağlı məyusluğunu gizlətməyib. Şotlandiyalı mütəxəssis futbolçularının rəqibə çox asan imkanlar verdiyini bildirib:

“Biz özümüz işimizi çətinləşdirdik, məsələ bundan ibarətdir. Rəqibə qollar vurmağa özümüz imkan yaratdıq və onlara istədikləri oyunu hədiyyə etdik. Bu, böyük məyusluqdur”.

DÇ-2026: Braziliya və Mərakeş qrupdan 7 xalla çıxdılar

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün C qrupunda da mübarizəyə yekun vurulub.

Son turda Braziliya yığması Şotlandiya ilə, Mərakeş millisi isə Haiti ilə qarşılaşıb.

Mayami stadionunda keçirilmiş Braziliya – Şotlandiya matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib. “Sambaçılar”ın heyətində Vinisius dubla imza atıb. Yekun nəticəni isə Mateus Kunya müəyyənləşdirib.

Mərakeş də Haitini məğlub edib. Atlanta stadionunda keçirilmiş matçda Afrika təmsilçisi 4:2 hesablı qələbəyə sevinib. Mərakeşin heyətində Əşrəf Hakimi, İsmael Saybari, Sofyan Rahimi və Yassin Gessim qol vurublar. Haiti isə əvvəlcə Yassin Bononun avtoqoluna sevinib, digər qolu Uilson İsidor vurub.

Beləliklə, Braziliya seçməsi 7 xalla qrup lideri olub. Mərakeş də 7 xal toplamasına baxmayaraq, ikinci yerlə kifayətlənib. Şotlandiya 3 xalla üçüncü olub. Xalsız olan Haitinin isə qrupdan çıxmayacağı daha əvvəl dəqiqləşmişdi.

DÇ-2026
C qrupu
25 iyun

Mərakeş – Haiti 4:2
Qollar: Əşrəf Hakimi, 39. İsmael Saybari, 45+1. Sofyan Rahimi, 78. Yassin Gessim, 89 – Yassin Bono, 10-öz qapısına. Uilson İsidor, 43.

Şotlandiya – Braziliya 0:3
Qollar: Vinisius Junior, 7; 45+3. Mateus Kunya, 60.

Xallar: Braziliya – 7. Mərakeş – 7. Şotlandiya – 3. Haiti – 0.

Vinisius: “O, bizim kumirimizdir”

Braziliya millisi DÇ-2026-nın qrup mərhələsinin III turunda Şotlandiyanı məğlub edib – 3:0.

Futbolpress.az xəbər verir ki, hücumçu Vinisius Junior sözügedən matçda meydana çıxmaqla bu mundialda debüt edən komanda yoldaşı Neymarla bağlı fikirlərini bölüşüb:

“Neymarı meydanda görmək möhtəşəmdir. O, bizim kumirimizdir. Onunla eyni stadionu bölüşmək böyük motivasiya verir”.

Neymar şotlandlarla matçda 76-cı dəqiqədə oyuna daxil olub. Bu, onun karyerasının 4-cü mundialı olub.

İtaliya klubu “Fənərbağça”lıya “elçi düşdü”

İtaliyanın “Komo” klubu “Fənərbağça”nın futbolçusu İsmail Yükseki transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. A Seriyası klubu yaxın zamanda İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq.

“Fənərbağça”nın yeni baş məşqçisi İsmail Kartal yarımmüdafiəçinin satılmasına razı deyil. Yüksek isə “Komo”da oynamağa müsbət yanaşır.

İsmail hazırda Türkiyə millisi ilə dünya çempionatındadır. Mundialdan sonra “Komo” ilə futbolçu arasında görüş planlaşdırılır.

Fernandeş seçim etməyə tələsmir

Portuqaliyalı yarımmüdafiəçi Mateuş Fernandeş “Vest Hem”dən ayrılmağa qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Tottenhem” və “Mançester Yunayted” portuqaliyalı futbolçunu transfer etmək istəyir. Klublar artıq Fernandeşlə danışıqlara başlayıb. Yarımmüdafiəçi seçimini etməyə tələsmir.

Mateuş ötən mövsüm Premyer Liqada 36 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Bu, dövlətimizin uğurlu idman siyasətinin parlaq nəticəsidir”

AFFA-nın prezidenti Rövşən Nəcəf 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatının ev sahibliyinin Azərbaycana həvalə edilməsinə dair FIFA Şurasının Bürosunun qərarı ilə bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, funksioner AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“FIFA Şurasının Bürosunun qərarı ilə ölkəmiz cari ilin oktyabrında 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatına və 2026-cı il Festivalına ev sahibliyi edəcək.

Bu qərar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına göstərdiyi diqqət və qayğının, dövlətimizin uğurlu idman siyasətinin parlaq nəticəsidir. Turnirin keçirilməsinin beynəlxalq yarışların, böyük və mötəbər tədbirlərin təşkilində zəngin təcrübəyə malik Azərbaycana həvalə olunması ölkəmizin idman dövləti kimi güclü mövqeyinin təzahürüdür.

İlk dəfə təşkil olunacaq və yeni formatda keçiriləcək dünya çempionatının ev sahibliyi üçün Azərbaycanın seçilməsi eyni zamanda AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın növbəti nümunəsidir. Bu xüsusda, AFFA-ya göstərilən etimada görə FIFA rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bu əlamətdar hadisə münasibətilə Azərbaycanın futbol ictimaiyyətini ürəkdən təbrik edirik”.

Qeyd edək ki, U-15-lərin dünya çempionatı 22-31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq.

DÇ-2026: günün proqramı

Bu gün dünya çempionatında qrup mərhələsinin III turunun növbəti oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, günün ilk matçları E qrupunda olacaq. Kurasao Fil Dişi Sahilini, Almaniya isə Ekvadorun müqavimətini qırmağa çalışacaq.

F qrupunda Tunis Niderlandla, Yaponiya isə İsveçlə üz-üzə gələcək.

D qrupunda isə mundialla vidalaşacağı dəqiqləşən Türkiyə son oyunda ABŞ ilə qarşılaşacaq. Qrupun digər oyununda Paraqvay Avstraliyanı sınağa çəkəcək.

DÇ-2026
Qrup mərhələsi, III tur

26 iyun

E qrupu
00:00 Kurasao – Fil Dişi Sahili
00:00 Almaniya – Ekvador

Xal durumu: Almaniya – 6, Fil Dişi Sahili – 3, Ekvador – 1, Kurasao – 1

F qrupu
03:00 Tunis – Niderland
03:00 İsveç – Yaponiya

Xal durumu: Niderand – 4, Yaponiya – 4, İsveç – 3, Tunis – 0

D qrupu
06:00 Türkiyə – ABŞ
06:00 Paraqvay – Avstraliya

Xal durumu: ABŞ – 6, Avstraliya – 3, Paraqvay – 3, Türkiyə – 0

Mundiallar tarixində ilk

DÇ-2026-nın qrup mərhələsinin III turunda Şotlandiya millisini 3:0 hesabı ilə məğlub edən Braziliya yeni rekorda imza atıb. Msport.az xəbər verir […]

Source

Barbarez: “Qazandığımız uğurla fəxr edirik”

Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sergey Barbarez DÇ-2026-nın qrup mərhələsinin son turunda Qətərə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bosniyalılar bu oyunda 3:1 hesablı qələbəyə seviniblər.

Sergey Barbares matçdan sonra sevincini gizlətməyib. Bosniyalı mütəxəssis komandasının tarixi uğura imza atdığını vurğulayıb:

“Biz tarix yazmaq istəyirdik, lakin belə nəticə əldə edəcəyimizi düşünmürdük. Əlbəttə, biz həmişə əlimizdən gələni etməyə çalışırıq və qazandığımız uğurla fəxr edirik. Bosniyadan çox sayda təbrik mesajı almışam və bu, möhtəşəm hissdir. Vətənə qayıtdıqdan sonra azarkeşlərlə birlikdə bunu qeyd etmək çox gözəl olacaq. Yəqin ki, bütün bunları tezliklə daha yaxşı dərk edəcəyik. Hazırda nə qədər xoşbəxt olduğumu təsvir etməyə söz tapa bilmirəm”.

Qətər yığmasının baş məşqçisi Xulen Lopeteqi isə 1:3 hesablı məğlubiyyətdən və komandasının turnirlə vidalaşmasından sonra futbolçularını müdafiə edib. İspaniyalı mütəxəssis görüşün taleyini rəqibin vurduğu ilk qolun həll etdiyini bildirib:

“Həlledici məqam rəqibin inanılmaz ilk qolu oldu. Daha sonra isə biz iki səhvə yol verdik və onlar bundan maksimum yararlandılar. Ən yüksək səviyyəli futbolda belə hallar baş verir”.

Lopeteqi hesab edir ki, komandası məğlubiyyətə baxmayaraq, daha artığına layiq idi:

“Fikrimcə, biz çox şeyi düzgün etdik, sadəcə, bu gün futbol bizi mükafatlandırmadı. Daha artığına layiq idik. Oyunçular güclü xarakter və böyük ürək nümayiş etdirdilər. Hətta ilk hissədə hesabı bərabərləşdirmək üçün kifayət qədər imkanlarımız var idi”.

Qətər millisinin çalışdırıcısı komandasının topa nəzarət oyununu inkişaf etdirməli olduğunu da qeyd edib:

“Topu itirdiyimiz zaman daha həssas komandaya çevrilirdik. Buna baxmayaraq, futbolçularımla fəxr edirəm. Bizim rəqibdən daha çox təhlükəli epizodumuz oldu, lakin onlardan yararlana bilmədik”.

Lopeteqi əlavə edib ki, dünya çempionatında qazanılan təcrübə gənc futbolçuların inkişafı üçün mühüm rol oynayacaq:

“Bu təcrübə gənc oyunçuların gələcəkdə öyrənməsinə və daha güclü olmasına kömək etməlidir. Dünya çempionatında yenidən oynamaq şansının olub-olmayacağını heç vaxt bilmirsən. Ümid edirik ki, bu, bizim mundialdakı son oyunumuz olmayacaq”.

Murat Yakın: “Bu anın həzzini çıxara bilərik”

İsveçrə millisinin baş məşqçisi Murat Yakın dünya çempionatının qrup mərhələsinin son turunda Kanada yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutmuş bu oyunda İsveçrə yığması 2:1 hesablı qələbəyə sevinib.

Murat Yakın matçdan sonra jurnalistlərə açıqlamasında komandasının ikinci hissəyə çox yaxşı başladığını vurğulayıb:

“İkinci hissəyə əla başladıq və iki qol vurduq. Daha sonra rəqib hücumameyilli oyunçuları meydana buraxaraq bir topun əvəzini çıxdı və bu, işimizi çətinləşdirdi. Biz top itkilərinə çox asan yol verdik və bununla da rəqibə geri dönüş ümidi verdik. Lakin sonda qələbəni qoruyub saxlaya bildik və ən vacib olan da budur. Hazırda turnir cədvəlinin zirvəsində qərarlaşdığımız anın həzzini çıxara bilərik”.

Yakın növbəti mərhələdəki rəqiblərini gözlədiklərini və sıx təqvimdə istirahətin böyük əhəmiyyət daşıdığını da qeyd edib:

“İndi əvvəlcə gözləməliyik və rəqibimizin kim olacağını görməliyik. Belə böyük məsafələrdə iki-üç günlük istirahət, şübhəsiz ki, çox vacibdir”.

Kanada yığmasının baş məşqçisi Cessi Marş isə məğlubiyyətə baxmayaraq, komandasının xarakter nümayiş etdirdiyini bildirib. Amerikalı mütəxəssis futbolçularının sona qədər mübarizə apardığını vurğulayıb:

“Komandamızın xarakterə malik olduğunu bilirəm. İstənilən anda maksimum gücünü ortaya qoyan futbolçularımız var. Sadəcə xırda detallara daha çox diqqət yetirməliyik. Oyunun əvvəlində tərəddüdlü və kifayət qədər aqressiv deyildik. Amma mən müsbət məqamlara və komandanın reaksiyasına fokuslanacağam”.

Marş fasilədə taktiki dəyişikliklər etməyə çalışdıqlarını da söyləyib:

“Fasilədə bütün boş zonaları bağlamağı düşünürdüm və istərdim ki, bunu bacaraq. Biz sadəcə Kanadada nümayiş etdirdiyimiz enerjini qorumaq istəyirdik. Məyusluq da məhz bundandır. Lakin biz Los-Ancelesə yollanırıq və hələ də ölkəmizi ruhlandırmaq istəyirik. Hazırda olmaq istədiyimiz yerdəyik – pley-offdayıq”.

“Messinin bombardirlik yarışında birinci olmağını istərdim” (MÜSAHİBƏ)

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayevin “Futbolpress.az“a müsahibəsi:

– Dünya çempionatını izləyirsinizmi? Turnirlər bağlı təəssüratlarınız necədir?
– Çox maraqlı dünya çempionatı keçir. Keçmişdə baxdığımız mundiallardan fərqlidir. Əvvəl hansı komandanın güclü, hansının zəif olduğunu tez bilirdik, amma indi sürprizlər çoxdur.

– Hansı komandaya azarkeşlik edirsiniz?
– Azarkeşlik etdiyim komanda Argentinadır. Hər zaman “tanqoçular”ın fanatı olmuşam. Ancaq onları turnirin əsas favoriti hesab etmirəm. Düzdür, son iki oyunda qalib gəliblər, amma finala qədər irəliləmələri çətin görünür.

– Argentina millisindən daha çox Lionel Messinin çıxışı diqqət mərkəzindədir…
– Messi bəyəndiyim futbolçudur. O, rekordlar qırıb və bunu etməyə davam edir.

– Messi mundiallar tarixinin bombardiri kimi 18 qola çatıb. Ancaq Kilian Mbappe də 16 qolla ona xeyli yaxınlaşıb. Sizcə, gələcəkdə Messinin bu rekordunu qırmaq mümkün olacaq?
– Mbappenin onu ötmək ehtimalı yüksəkdir. Burada əsas amil yaş faktorudur. Mbappe daha gəncdir. Təbii ki, Messinin bombardirlər siyahısında zirvədə qalmasını istərdim. Amma hazırkı vəziyyətdə Mbappe daha şanslı görünür. Onun ətrafında yaradıcı və yüksək səviyyəli futbolçular çoxdur. Messi isə əksər hallarda yükü demək olar ki, təkbaşına çəkməli olur.

– Dünya çempionatında favoritiniz kimdir?
– Favorit barədə konkret danışmaq hələ tezdir. Almaniya, İspaniya və Fransa heyətinə görə bir addım öndədir. Amma oyunlar hələ davam edir. Qrup mərhələsi başa çatdıqdan sonra bu barədə daha dəqiq nəsə demək olar.

– Gələk, klubdakı işinizə. Uzun müddətdir, “Neftçi”də çalışırsınız. Növbəti mövsümdə də komanda sizin rəhbərliyiniz altında olacaq?
– Daha bir il “Neftçi”də qalacağam, burdakı işimə davam etmək istəyirəm.

– Premyer Liqada işləməyi düşünmürsünüz? Ümumiyyətlə, elita klublarından təkliflər gəlib?
– Əlbəttə, gələcəkdə Premyer Liqada işləmək niyyətim var. Zamanı gəldikcə təklifləri dəyərləndirəcəyəm. Mənə təkliflər olmuşdu, amma bu il komandada qalmağa üstünlük verdim. Hazırda diqqətim əvəzedici komandanın işinə yönəlib. Növbəti mövsümdən etibarən isə böyük layihələri olan təklifləri dəyərləndirəcəyəm.

– Hər hansı klubla rəsmi danışıqlarınız olub?
– Hər hansı görüş olmayıb, amma şifahi təkliflər almışam. Klubun adını çəkməyim düzgün olmaz. Hazırda bu barədə danışmağı doğru hesab etmirəm.

– Yetirməniz Murad Məmmədov Kiprin “Pafos” klubuna keçdi. Ondan gözləntiləriniz nələrdir?
– Murad ın transferinə görə çox sevindim. Keçidindən sonra onunla da danışdım. Yetirməmizin özünü ölkə xaricində sınamaq istəməsi sevindirici haldır. Murada inanıram, uğurlu karyerası olacaq.

– Əvəzedici komandada Murad kimi əsas heyətə yüksəlib, özünü göstərə biləcək futbolçular var?
– Artıq dörd futbolçumuz əsas komanda ilə məşq edir. Bunlar Fərhad Fərhadlı, Rəvan Səfərli, Aslan Şirinov və Vüsal Kərimovdur. Oyunçularımıza tez-tez təkliflər gəlir. Biz də şərait yaradırıq ki, düzgün seçim etmək imkanları olsun.

– Bir çox klub əvəzedici komandaların heyətinə legionerlər cəlb edir. Sizin bu istiqamətdə planlarınız varmı?
– Ötən mövsümdən heyətdə iki legioner var. Hələlik bununla kifayətlənməyi düşünürük. Məqsədimiz əsas komandaya yerli futbolçular qazandırmaqdır. Hazırda yeni legioner cəlb etmək planımız yoxdur.

Şahin Cəfərov

Montella: “İstefamı gözləyənlər varsa…”

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis yığmadakı gələcəyindən danışıb:

“Futbolçular, federasiya rəhbərliyi məni dəstəkləyir. Millini beynəlxalq turnirlərdə irəli aparmışam, bütün gücümü işimə vermişəm. İstefamı gözləyənlər varsa, reallığı qəbul etməlidir. Çünki istefa verməyəcəyəm”.

Montellanın rəhbərlik etdiyi Türkiyə yığması DÇ-2026-da qrup mərhələsində ilk iki oyunu uduzub. “Ay ulduzlular”ın sona bir matç qalmış mundialı tərk edəcəyi dəqiqləşib.

Yığmanın heyətini formalaşdırmaq üçün çempionat keçiriləcək

İyunun 29-30-da çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, yarışın ilk günündə yeniyetmə (U17) oğlanlar arasında qaliblər müəyyənləşəcək. Növbəti gün isə kişilər və yeniyetmə qızlar qum üzərində güclərini sınayacaqlar.

Su İdmanı Sarayı yaxınlığında yerləşən Avropa Oyunları Parkında (EGP Arena) təşkil ediləcək yarışda görüşlər hər gün 10:00-da başlayacaq.

Qeyd edək ki, çempionatın təşkilində məqsəd çimərlik güləşi üzrə yığma komandanın heyətini formalaşdırmaqdır.

APL klubu futbolçusu ilə vidalaşdı

“Araz-Naxçıvan” futbolçu Urfan Abbasovla başa çatan müqaviləni yeniləməyib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah müdafiəçisi komandanı tərk edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb.

“Qəbələ”də yeni müqavilə – öncədən yazmışdıq

“Qəbələ” Seydina Keyta ilə müqavilənin müddətini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi mərkəz müdafiəçisi ilə yeni 1 illik müqavilə bağlayıb. 2026-cı ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan futbolçu bu müddət ərzində 19 oyunda meydana çıxıb və 3 qol vurub.

Keytanın “Qəbələ”də qalacağını öncədən yazmışdıq.

Bosniyalı futbolçu dünya çempionatları tarixinə düşdü

Bosniya və Herseqovina millisinin futbolçusu Kerim Alaybeqoviç dünya çempionatları tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda Qətərlə matçda fərqlənən yarımmüdafiəçi mundiallar tarixində qol vuran ən gənc futbolçular siyahısına daxil olub. O, 18 yaş 276 günlüyündə bunu bacarıb. Alaybeqoviç sözügedən göstəricidə 8-cidir.

Birinci pillədə isə mərhum braziliyalı hücumçu Pele yer alır. O, mundiallarda ilk qolunu 17 yaşında vurub.

Çin Qran-prisi: Azərbaycan cüdoçularının ilk rəqibləri

İyunun 25-də Çinin Sindao şəhərində cüdo üzrə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.

Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycan 10 çəki dərəcəsində 17 cüdoçu ilə (11 kişi, 6 qadın) təmsil olunacaq. Turnirdə 57 ölkədən 500 idmançı mübarizə aparacaq.

26-28 iyun tarixlərində keçiriləcək Sindao Qran-Prisində ilk yarış günü təsnifat mərhələsi saat 05:00-da, final bloku isə saat 13:00-da start götürəcək. Turnirin görüşləri “Judo TV” və “CBC Sport”dan canlı yayımlanacaq.

Kişilər

-60 kq, 1/16 final

Əhməd Yusifov – Dilşot Xalmatov (Ukrayna)

Balabəy Ağayev – Artem Lesyuk (Ukrayna)

-66 kq, 1/32 final

Tofiq Məmmədov – Lin Çenq (Çin)

-66 kq, 1/16 final

Ruslan Paşayev – Salih Yıldız (Türkiyə) / Ziyanq Şüe (Çin) cütünün qalibi ilə

-73 kq, 1/16 final

Rəşid Məmmədəliyev – Natan Kadinyan (Fransa) / Minqxao Canq (Çin) cütünün qalibi ilə

-81 kq, 1/16 final

Hidayət Heydərov – Xose Mariya Mendiola İskiyeta (İspaniya) / David Lima (Braziliya) cütünün qalibi ilə

Zelim Tçkayev – Enxtör Cuqderqarav (Monqolustan) / Oskari Makinen (Finlandiya) cütünün qalibi ilə

-90 kq, 1/16 final

Aslan Kotsoyev – Yaqor Varapayev (Belarus)

Murad Fətiyev – Şuo Li (Çin)

+100 kq, 1/8 final

Camal Qamzatxanov – Donq Lin (Çin) / Silven Lorenso Aqro (İtaliya) cütünün qalibi ilə

Uşanqi Kokauri – Juyşüan Li (Çin) / Tamerlan Başayev (Rusiya) cütünün qalibi ilə

Qadınlar

-48 kq, 1/16 final 

Könül Əliyeva – Jana Sid Balsels (İspaniya)

Şəfəq Həmidova – Abiba Abujakınova (Qazaxıstan)

-52 kq, 1/16 final 

Gültac Məmmədəliyeva – Kinqa Klimçak (Polşa)

Leyla Əliyeva – Aleksandra Kaleta (Polşa)

-63 kq, 1/16 final 

Fidan Əlizadə – Dali Liluaşvili (Rusiya)

-70 kq, 1/32 final

Südabə Ağayeva – Şirincon Yuldoşova (Özbəkistan)

Neymar: “Paltardəyişmə otağında ağladım”

Braziliyalı hücumçu Neymar DÇ-2026-da debüt etməsi ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq ilk matçı ilə bağlı təəssüratlarını deyib:

“Paltardəyişmə otağında ağladım, həqiqətən, çox xoşbəxtəm. Burda olmaq üçün çox çalışdım, mübarizə apardım. Ölkəmə kömək edə biləcəyim üçün Tanrıya şükürlər”.

Neymar qrup mərhələsinin III turunda Şotlandiya ilə matçda meydana çıxıb. Görüş “sambaçılar”ın qələbəsiylə başa çatıb – 3:0.

“Məğlubiyyətin məsuliyyəti məndədir”

Cənubi Koreya milli komandası DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda Cənubi Afrika Respublikası yığmasına uduzub.

Futbolpress.az xəbər verir ki, asiyalılar 3 xalla qrupu 3-cü sırada bitirib. Millinin baş məşqçisi Hon Mön Bo CAR yığmasına məğlubiyyətdən sonra FIFA-nın saytına açıqlama verib:

“Qələbə qazanmaq istəyirdik, çox çalışdıq, ancaq alınmadı. Məyusedici qol buraxdıq və bundan sonra hesabı bərabərləşdirmək üçün cəhdlər etdik. Qələbə qazana bilmədiyimiz üçün kədərliyəm. Məğlubiyyətin məsuliyyəti məndədir”.

Kapitan: “Rəhbərlik nə desə, onunla da razılaşırıq” (MÜSAHİBƏ)

“Kəpəz”in kapitanı Əli Səmədovun “Futbolpress.az“a müsahibəsi:

– “Kəpəz”lə yeni müqavilə imzaladınız. Başqa təkliflər var idi?
– Başqa şey düşünmürdüm, “Kəpəz”də qalmaq istəyirdim. Gəncəliyəm, illərdir, burdayam. Rəhbərlik nə desə, onunla da razılaşırıq. İnşallah, növbəti mövsüm daha yaxşı olacaq.

– Komandanın “sükanı” Azər Məmmədova tapşırıldı. Daha əvvəl də onunla birlikdə çalışmısınız. Təyinatla bağlı nə düşünürsünüz?
– Azər müəllimlə çoxdan tanışıq, bir-birimizi yaxşı tanıyırıq. Yeni mövsümdə çalışacağıq ki, azından startımız yaxşı olacaq. Söhbətlərimiz olacaq, inşallah, komanda və azarkeşlər üçün yaxşı olar. Allah utandırmasın.

– Yeni mövsümdə hədəf nə olacaq?
– Reallıqla barışmalıyıq, deməzdim yuxarı sıralar üçün oynayacağıq. Əsas məsələ yerimizi qorumaq və möhkəm komanda formalaşdırmaqdır.

– Dünya futbolunda gündəm mundialdır. Oyunları izləyirsinizmi?
– Maraqlı mundial gedir. Türkiyə yığmasından çox şey gözləyirdim, amma məğlub oldular. Gərgin mundial davam edir. Messi rekordlar qırır və yaxşı mənada hər kəsi təəccübləndirir.

– Messidən söz açdınız. 5 qolla bombardirdir, fransalı Mbappe də “qol kralı” yarışında favoritlərdən göstərilir. Sizcə, zirvə kimin olacaq?
– Messi qocalmaq bilmir, sübut edir ki, dünyanın ən yaxşı futbolçusudur. Finala kimi gedə bilsələr, məncə Messi bombardirliyə daha yaxındır. Mbappenin də sona qədər zirvə üçün mübarizə aparacağını düşünürəm.

Şahin Cəfərov

Rövlanın yeni klubu açıqlandı

“Zirə”dən ayrılan Rövlan Muradovun yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu “Araz-Naxçıvan”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Muradovla müqavilə 1 illikdir.

“Qəbələ” klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyinib. Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Azərbaycan cüdoçuları Çin Qran-prisində iştirak edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 26–28 iyun tarixlərində Çinin Sindao şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycanın 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Üç gün davam edəcək turnirdə 58 ölkədən 502 cüdoçu (267 kişi, 235 qadın) tatamiyə çıxacaq.

Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, Zelim Kotsoyev (-100 kq) və Madina Kaisinova (+78 kq) zədə səbəbindən turniri buraxacaq.

Kişilər

-60 kq
Əhməd Yusifov
Balabəy Ağayev

-66 kq
Ruslan Paşayev
Tofiq Məmmədov

-73 kq
Rəşid Məmmədəliyev

-81 kq
Hidayət Heydərov
Zelim Tçkayev

-90 kq
Aslan Kotsoyev
Murad Fətiyev

+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri

Qadınlar

-48 kq
Könül Əliyeva
Şəfəq Həmidova

-52 kq
Gültac Məmmədəliyeva
Leyla Əliyeva

-63 kq
Fidan Əlizadə

-70 kq
Südabə Ağayeva

İlk dünya çempionatı Azərbaycanda – AFFA da təsdiqlədi

FIFA Şurasının Bürosunun qərarına əsasən, 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən, turnir 22-31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq. Yarışda ali futbol qurumuna üzv olan milli assosiasiyaların U-15 komandaları iştirak edə biləcəklər.

FIFA bu qərarı qəbul edərkən Azərbaycanın müasir idman infrastrukturu, beynəlxalq standartlara cavab verən idman obyektləri və irimiqyaslı beynəlxalq yarışların təşkilində qazandığı uğurlu təcrübəni nəzərə alıb. Turnirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya futbolunda artan nüfuzunun və beynəlxalq idman tədbirlərinə ev sahibliyi imkanlarının növbəti təsdiqidir.

Qeyd edək ki, FIFA 2025-ci ilin dekabrında U-15-lər arasında dünya çempionatının təsis olunması barədə qərar qəbul edib.

Xatırladaq ki, FIFA-nın İcraiyyə Komitəsinin 2025-ci il 2 oktyabr tarixində keçirilmiş iclasında 2027-ci ildə təşkil olunacaq U-20-lər arasında dünya çempionatının final mərhələsinə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi açıqlanıb.

“Sumqayıt”dan “Səbail”ə

“Səbail” Azərbaycan milli komandasının da formasını geyinmiş Mehdi Cənnətovla 1+1 illik müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rusiyanın “Anji” klubunun yetirməsi olan 34 yaşlı qolkiper ölkəmizdə “Sumqayıt” və “Zirə”də çıxış edib.

Cənnətov həmçinin Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib.

Mehdi son olaraq “Sumqayıt”da çıxış edib. Onun “kimyaçılar”dan ayrılacağını öncədən yazmışdıq.

Neymar Pele və Kafunun göstəricisini təkrarladı

Braziliyalı futbolçu Neymar DÇ-2026-da debüt edib.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı hücumçu qrup mərhələsinin III turunda Şotlandiya ilə matçda meydana çıxıb. O, 76-cı dəqiqədə oyuna daxil olub.

Neymar bununla da karyerasında dördüncü mundialda şans qazanıb. Hücumçudan öncə 4 fərqli mundialda iştirak edən üç futbolçu var – Pele, Jalme Santos və Kafu.

Braziliya yığması Şotlandiyanı 3:0 hesabıyla məğlub edib və 7 xalla qrupu lider tamamlayıb.

Qələbə qolunu vuran futbolçuya mükafat

DÇ-2026-nın qrup mərhələsinin III turunun CAR – Cənubi Koreya oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az FIFA-ya istinadən xəbər verir ki, mükafatı afrikalı Tapelo Maseko qazanıb. O, komandasının 1:0 hesabıyla qalib gəldiyi oyunda yeganə qolun müəllifi olub.

CAR A qrupunu 4 xalla ikinci sırada bitirib və tarixində ilk dəfə qrupdan çıxıb. Yığmanın pley-offdakı rəqibi Kanada olacaq.

Adı “Neftçi” ilə hallanan futbolçu Super Liqa klubunda

Adı “Neftçi” ilə hallanan vinger Makana Baku karyerasını Türkiyədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı futbolçu “Kocaelispor”la anlaşıb. Bu barədə adıçəkilən ölkənin KİV-i məlumat yayıb. Super Liqa təmsilçisi yaxın zamanda Baku ilə müqavilə imzalayacaq.

Vinger ötən mövsüm “Atromitos”da çıxış edib. O, Yunanıstan klubunda 40 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə edib.

Daha əvvəl Bakunun “Neftçi”nin hədəfində olduğu bildirilib.

Meksikalı qapıçı mundiallar tarixinə düşdü

Meksikalı Gillermo Oçoa dünya çempionatları tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin III turunun Çexiya ilə matçında meydana çıxan qolkiper karyerası ərzində altıncı mundialda şans qazanıb.

Oçoa 6 fərqli dünya çempionatında oynayan ilk qapıçı kimi tarixə düşüb.

Daha əvvəl portuqaliyalı Kriştiano Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olmuşdu.

Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək – FIFA açıqladı

FIFA U-15 milli komandaların dünya çempionatının Bakıda keçiriləcəyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Turnirin ilk oyunları 22-31 oktyabr tarixlərində baş tutacaq.

FIFA quruma üzv olan bütün ölkələrin komandalarının dünya çempionatında iştirak edəcəyini bildirib. Beynəlxalq arenadakı oyunlardan kənarlaşdırılan Rusiyanın komandalarına da Bakıdakı turnirdə mübarizə aparmağa icazə verilib.

 

“Sambaçı”dan ardıcıl üçüncü mükafat

DÇ-2026-nın qrup mərhələsinin III turunun Şotlandiya – Braziliya oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı braziliyalı hücumçu Vinisius Junior qazanıb.

“Sambaçı” komandasının 3:0 hesabıyla qalib gəldiyi oyunda iki qol vurub.

Vinisius bundan əvvəlki iki matçın da ən yaxşı futbolçusu seçilmişdi.

APL klubları “Zirə”dən ayrılan futbolçu ilə maraqlanır

“Zirə”dən ayrılan Rövlan Muradov karyerasına Premyer Liqada davam edəcək.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “Qəbələ”, “Sumqayıt” və “Şəfa” cinah müdafiəçisinin xidmətində maraqlıdır. Klublar artıq bir müddətdir, Rövlanla danışıqlara başlayıb.

Müdafiəçi dünən “Zirə” ilə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Rövlan 2025-ci ilin əvvəlindən “qartallar”da çıxış edirdi. O, başa çatan mövsümdə Premyer Liqada 11 oyunda forma geyinib.

Rövlan “Zirə”dən öncə “Qəbələ” və “Sumqayıt”ın formasını geyinib.

Şahin Cəfərov

Qətər millisi qrupda qaldı

DÇ-2026-da qrup mərhələsinin III turuna start verilib.

Futbolpress.az xəbər verir ki, Qətər yığması B qrupunun son oyununda Bosniya və Herseqovinaya uduzub – 1:3. Bu nəticə ilə Qətər qrupda sonuncu olub və mundialla vidalaşıb.

Daha əvvəl Türkiyə, Haiti, Tunis, İordaniyanın mundialı tərk edəcəyi dəqiqləşib.

DÇ-2026: B qrupunda mübarizə yekunlaşdı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün qrup mərhələsində sonuncu tura start verilib.

İlk olaraq B qrupunda mübarizəyə yekun vurulub. İsveçrə millisi Kanada ilə, Bosniya və Herseqovina yığması isə Qətərlə üz-üzə gəlib.

İsveçrə millisi Vankuverdə qarşılaşdığı Kanadanı 2:1 hesabıyla məğlub edib. Qalib komandanın qollarını Ruben Varqas və Joan Manzambi vurublar. Meydan sahiblərinin heyətində isə Promis Akinpelu təsəlli qoluna imza atıb.

Bosniya və Herseqovina isə Sietldə (Vaşinqton, ABŞ) Qətər millisinə qalib gəlib – 3:1. Bosniyalıların heyətində Kərim Alaybeqoviç və Ermin Mahmiç hərəyə bir dəfə fərqləniblər. Həmçinin, Mahmud Abunada 34-cü dəqiqədə topu öz qapısına göndərib. Qətərin tək qolu isə Həsən Əl-Haydosun aktivinə yazılıb.

Beləliklə, İsveçrə B qrupunu 7 xalla lider tamamlayıb. Kanada 4 xalla ikinci olub. Bosniya və Herseqovina da 4 xal toplamasına rəğmən, 3-cü yerlə kifayətlənib. Qətər yığması isə 1 xalla sonuncu yeri tutaraq mübarizəni dayandırıb.

DÇ-2026
B qrupu
24 iyun

Bosniya və Herseqovina – Qətər 3:1
Qollar: Kərim Alaybeqoviç, 29. Mahmud Abunada, 34-öz qapısına. Ermin Mahmiç, 80 – Həsən Əl-Haydos, 42.

İsveçrə – Kanada 2:1
Qollar: Ruben Varqas, 46. Joan Manzambi, 57 – Promise David, 76.

Xallar: İsveçrə 7. Kanada – 4. Bosniya və Herseqovina – 4. Qətər – 1.

Bu gün mundialda daha 3 qrupda mübarizəyə yekun vurulacaq. A, C və E qruplarında bütün suallara aydınlıq gələcək. Baş tutacaq oyunların siyahısını və qruplardakı son durumu təqdim edirik:

25 iyun

C qrupu
02:00. Mərakeş – Haiti
02:00. Şotlandiya – Braziliya

Xallar: Braziliya – 4. Mərakeş – 4. Şotlandiya – 3. Haiti – 0.

A qrupu
05:00. Çexiya – Meksika
05:00. CAR – Cənubi Koreya

Xallar: Meksika – 6. Cənubi Koreya – 3. Çexiya – 1. CAR – 1.

E qrupu
00:00. Kurasao – Kot-d’İvuar
00:00. Ekvador – Almaniya

Xallar: Almaniya – 6. Kot-d’İvuar – 3. Ekvador – 1. Kurasao – 1.

Deyan Lovren klubsuz qaldı

Futbol üzrə Xorvat milli komandasının keçmiş mərkəz müdafiəçisi Deyan Lovren Yunanıstanın PAOK klubundan ayrılıb və azad agentə çevrilib.

Arena.az bu barədə PAOK-un rəsmi saytına istinadən məlumat verir.

36 yaşlı futbolçu özünə yeni klub tapa bilməsə, böyük ehtimalla karyerasını başa vuracaq.

Xatırladaq ki, Lovren 2024-cü ildə Yunanıstan klubuna azad agent kimi keçmiş və 2 illik müqaviləyə imza atmışdı. O, PAOK-un heyətində cəmi 27 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Lovren karyerası ərzində “Liverpul”, “Zenit”, “Dinamo” (Zaqreb), “Sauthempton”, “İnter” (Zapreşiç), “Olimpik” (Lion) kimi klubların şərəfini qoruyub.

Deyan Lovren 2009-cu ilin oktyabrında debüt etdiyi Xorvatiya yığmasının heyətində 78 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı veteran futbolçunu 400 min avro məbləğində qiymətləndirir.

“Sabah” “Universitatya” ilə “sülh bağladı”

Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcək son ölkə çempionu “Sabah” Avstriyadakı təlim-məşq toplanışını davam etdirir.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Avstriyanın Tirol bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama matçına çıxıb.

“Bayquşlar” Rumıniyanın “Universitatya” (Krayova) komandası ilə qraşılaşıblar. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunda hesabı 4-cü dəqiqədə “Universitatya” açıb. Azərbaycan çempionu məğlubiyyətdən 65-ci dəqiqədə qurtulub.

“Sabah” növbəti yoxlama oyunlarında iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polesye” komandaları ilə qarşılaşacaq.

Azərbaycan çempionu UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsində Uels təmsilçisi TNS ilə üz-üzə gələcək. Bu gün cütün qalibi növbəti mərhələdə “Vardar” (Şimali Makedoniya ) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Maykl Olise: “Mənə “10 nömrə” mövqeyi daha rahatdır”

Futbol üzrə Almaniya çempionu olan “Bayern”in fransalı cinah hücumçusu Maykl Olise Münhen klubunun rəhbərliyini əmin etməsi ilə gündəmə gəlib.

Arena.az xəbər verir ki, Olise onun xidmətində maraqlı olan “Real”la heç bir danışıq aparmadığını klub rəhbərliyinə çatdırıb.

Xatırladaq ki, daha əvvəl bəzi mətbuat səhifələri “Real”ın Olise ilə danışıqlar apardığı haqda ehtikarlıq ediblər.

Yeri gəlmişkən, Olise meydanda sevimli mövqeyi ilə bağlı sualı da cavablayıb. Fransalı futbolçunun müvafiq açıqlamasını təqdim edirik:

“Mənə “10 nömrə” mövqeyində rahatdır. Müvafiq mövqe azacıq sərbəstlik təxmin edir. Mən, məhz həmin mövqedə oynamaqla böya-başa çatmışam, odur ki, bu, mənim üçün təbiidir”, deyə Olise vurğulayıb.

Xatırladaq ki, “Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində bütövlükdə 107 oyuna çıxıb, 42 qol və 54 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 19 oyun keçirib, 7 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

“Sabah” rumınlarla heç-heçə etdi

Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən “Sabah” bu gün ilk yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Krayova” komandası ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.

“Sabah” toplanışda iyunun 28-də “Ferentsvaroş” (Macarıstan), iyulun 2-də isə “Polissya” (Ukrayna) komandaları ilə qarşılaşacaq.

“Atletiko”dan müdafiəçi transferi

“Bayer”in futbolçusu Alexandro Qrimaldo karyerasını İspaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Atletiko” cinah müdafiəçinin transferi üçün almanlarla anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Keçidin yaxın zamanda açıqlanacağı bildirilib.

Qrimaldo başa çatan mövsümdə 46 oyunda 14 qol vurub, 12 məhsuldar ötürmə edib.

Bu dəfə Lənkəran və Şəkidə

AFFA-nın 2024-2028-ci illər üzrə İnkişaf Strategiyasına uyğun olaraq regionlarda UEFA lisenziyalı məşqçilərin sayının artırılması və məşqçi təhsilinin əlçatan olması məqsədilə UEFA C kateqoriyalı məşqçilik kurslarının tədrisi davam etdirilir.

Futbolpress.az xəbər verir ki, ötən il Quba, Tovuz, Gəncə və Naxçıvanda təşkil olunan UEFA C kateqoriyalı məşqçilik kursları hazırda Lənkəran və Şəkidə həyata keçirilir. Qarşıdakı aylarda kursların Saatlı və Gəncə şəhərlərində də keçirilməsi nəzərdə tutulur.

Kurs zamanı məşqçilərə kütləvi futbol, uşaq və yeniyetmələrlə iş, yaşa və bacarığa uyğun məşqlərin planlaşdırılması, məşqlərin uşaqlar üçün daha motivasiyaedici və maraqlı təşkili, eləcə də təhlükəsiz məşq mühitinin yaradılması üzrə əsas bilik və bacarıqlar verilir. Kursun əsas məqsədlərindən biri uşaqların futbola marağını artırmaq, onların oyundan zövq almalarını təmin etmək və məşqçilərin uşaqyönümlü yanaşmasını gücləndirməkdir.
Bu baxımdan, UEFA C kursları regionlarda daha çox uşağın keyfiyyətli, təhlükəsiz və motivasiyaedici futbol məşğələlərinə cəlb olunmasına, yerli məşqçi potensialının inkişafına, həmçinin məşqçi təhsilinin ölkə üzrə daha geniş coğrafiyanı əhatə etməsinə xidmət edir.

“Tottenhem”dən “qapı”ya transfer

“Tottenhem” heyətini yeni qapıçı ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, London təmsilçisi slovakiyalı qolkiper Martin Dubravkanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı qolkiperlə müddəti 2027-ci ilin yayına kimi olan müqavilə imzalanıb. Dubravka “Tottenhem”ə azad agent statusu ilə qoşulub.

Qapıçının son klubu “Börnli” olub.

Millidə yeni baş məşqçi

Azərbaycanın deflimpiya üzrə yunan-Roma güləşi millisinin baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Yığmanın “sükanı” əməkdar məşqçi İslam Cəfərova tapşırılıb.

Bellingem Runinin rekordunu qırdı

Futbol üzrə İngiltərə milli komandasının hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem yığmanın tarixində yeni rekord müəyyənləşdirib.

Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Qanaya qarşı keçirdikləri oyunda (0:0) start heyətində meydana çıxıb.

Bu, onun İngiltərə millisində 50-ci matçı olub. Beləliklə, Bellingem yığma tarixində 50 oyun həddinə çatan ən gənc futbolçu olub – 22 yaş 359 gün. O, Ueyn Runiyə məxsus olan rekordu yeniləyib. Runi İngiltərə millisində 50 oyun həddinə 23 yaş 159 günlüyündə çatmışdı.

Yeri gəlmişkən, İngiltərə yığması da Qana ilə oyunda maraqlı rekorda imza atıb. İngilislər topa sahibolma göstəricisində dünya çempionatlarının rekordunu müəyyənləşdiriblər. Sözügedən komanda bu qarşılaşmada topa 78,8 faiz nəzarət edib. Lakin İngiltərə yığması topu qapıdan keçirə bilməyib.

Bu, 1966-cı ildən bəri dünya çempionatlarında qol vura bilməyən komandalar arasında qeydə alınmış ən yüksək topa sahibolma göstəricisidir.

Qeyd edək ki, İngiltərə yığması növbəti matçını iyunun 27-də Panama millisinə qarşı keçirəcək.

DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.

Amara Diuf “Fənərbağça”da – Rəsmi

Futbol üzrə Seneqal milli komandasının yeniyetmə sol vingeri Amara Diuf bundan sonra Türkiyənin “Fənərbağça” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı vingerlə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Amara Diuf Seneqalın “Jenerasyon Fut” klubunun yetirməsidir. O, 2023-2025-ci illərdə bu klubun əsas komandasında oynayıb. Son bir ildə isə futbolçu klubsuz qalmışdı.

2023-cü ildə Seneqalın əsas yığmasında da debüt etmiş Amara meydana çıxdığı 2 oyunda məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xatırladaq ki, bir müddət öncə sabiq çalışdırıcısı İsmail Kartalı yenidən baş məşqçi postuna gətirmiş “Fənərbağça” keçmiş hücumçusu Vedat Muriqini də heyətinə qatmışdı.

Azərbaycanı Praqada onlar təmsil edəcək

Azərbaycanı Çexiyanın paytaxtı Praqada böyüklər arasında keçiriləcək Avropa Açıq Turnirində 5 çəki dərəcəsində 15 kişi cüdoçu təmsil edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə  Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.

60 kq

Murad Əliyev

Babarəhim Mirzəyev

66 kq

İslam Rəhimov

Nazir Talıbov

Hüseyn Allahyarov

Yaşar Nəcəfov

Rəşad Yelkiyev

Elşən Əsədov

73 kq

İbrahim Əliyev

Kamran Süleymanov

Rüfət Şövlətov

Nəriman Mirzəyev

90 kq

Xəyyam Əliyev

100 kq

Elmar Qasımov

Əjdər Bağırov.

İyunun 27–28-də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 38 ölkədən 444 idmançı mübarizə aparacaq.

Kuyt “Fənərbağça”da

Niderlandlı mütəxəssis Dirk Kuyt “Fənərbağça”da işə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kuyt komandanın baş məşqçisi İsmail Kartalın köməkçisi təyin olunub.

Niderlandlı məşqçi futbolçu kimi 2012-2015-ci illərdə “Fənərbağça”nın formasını geyinib.

Remzi baş məşqçiliyə başladı

Uels millisinin və “Arsenal”ın sabiq futbolçusu Aaron Remzi baş məşqçi təyin olunub.

Futbolpress.az xəbər verir ki, o, “Oksford Yunayted”i çalışdıracaq. Bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb.

Remzi bu ilin aprelində futbolçu karyerasını bitirib.

“Oksford Yunayted” ötən mövsümün yekununda Çempionşipi tərk edərək Liqa 1-ə yuvarlanıb.

Edvin Kuç “Neftçi”ni bu kluba dəyişdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümü bitən kimi “Neftçi”dən ayrılmış Edvin Kuç özünə yeni klub tapıb.

Arena.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi sabiq komandası olan “Balkani”yə qayıdıb.

Bu barədə Kosovo klubunun mətbuat xidməti məlumat yayıb. Kuç ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Kuç 2019-2024-cü illərdə də “Balkani”də çıxış edib. O, həmin dövrdə komandanın kapitanı və liderlərindən olub. Kosovo klubunun heyətində 198 oyun keçirib, 22 qol və 10 assist müəllifi olmuş futbolçu bu komanda ilə 3 dəfə çempionluq sevinci yaşayıb.

Edvin Kuç 2024-cü ilin iyul ayından “Neftçi”nin formasını geyinirdi. 31 yaşlı yarımmüdafiəçi paytaxt klubunun heyətində 42 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Kuç “Neftçi”dən öncə “Ballkani”, “Deçiç”, “Rudar”, “Üsti nad Labem”, “Mladost”, “Gilyani” kimi klubların şərəfini qoruyub. Edvin 2023-cü ilin oktyabr ayında debüt etdiyi Monteneqro yığmasında 16 oyun keçirib, 4 qol vurub.

Lionel Messi karyerasını başa vurmaq istəmir

Argentina millisinin kapitanı, “İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasını yaxın zamanda başa vurmaq niyyətində olmadığını açıqlayıb.

Arena.az xəbər verir ki, dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olan 39 yaşlı forvard gələcək karyerası ilə bağlı bunları söyləyib:

“Komandama fayda verə bildiyim, fiziki cəhətdən özümü yaxşı hiss etdiyim və komanda yoldaşlarıma kömək edə bildiyim müddətdə oynamağa davam edəcəyəm”, – deyə Messi bildirib.

Xatırladaq ki, argentinalı ulduz bu günlərdə dünya çempionatları tarixinin bombardirləri siyahısında yeni rekorda imza atıb. Messi mundiallarda vurduğu qolların sayını 18-ə çatdıraraq Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyub və turnir tarixinin ən məhsuldar futbolçusuna çevrilib.

Bu gün – iyunun 24-də 39 yaşı tamam olan Messi 2023-cü ildən ABŞ klubu “İnter Mayami”nin formasını geyinir. Avropadakı karyerası ərzində isə o, “Barselona” və PSJ-də çıxış edib.

Argentina millisinin kapitanı “Barselona”nın heyətində 4 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun və 3 dəfə klublararası dünya çempionatının qalibi olub.

Lionel Messi həmçinin Argentina yığmasının heyətində 2022-ci ildə dünya çempionu, 2014-cü ildə dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının qalibi, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub.

Səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülmüş Messi bu göstərici üzrə də dünya rekordçusudur.

Aaron Remzi “Oksford Yunayted”in baş məşqçisi təyin edildi

Uels millisinin və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Aaron Remzi rəsmən İngiltərənin “Oksford Yunayted” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti və maliyyə şərtləri açıqlanmayıb.

“Oksford Yunayted” 2025/2026-cı illər mövsümünün yekununda Çempionşipdə 22-ci yeri tutaraq Liqa 1-ə (İngiltərə futbolunun gücünə görə üçüncü divizionu) yuvarlanıb. Gənc mütəxəssisin qarşısına komandanı yenidən Çempionşipə qaytarmaq vəzifəsi qoyulub.

Remzi təyinatından sonra klubun mətbuat xidmətinə açıqlamasında bu an üçün uzun illər hazırlaşdığını bildirib:

“Bu məqama uzun illər hazırlaşmışam. Karyeram boyunca dünyanın ən yaxşı məşqçilərindən bəzilərinin rəhbərliyi altında oynamışam və maksimum konsentrasiya tələb edən vəziyyətlərlə üzləşmişəm. Qazandığım təcrübədən istifadə edərək bu istedadlı futbolçu qrupuna yüksək standartlar, peşəkarlıq və zəhmətkeşlik mədəniyyətini aşılamaq istəyirəm”, – deyə Remzi vurğulayıb.

Qeyd edək ki, Aaron Remzi futbolçu karyerası ərzində “Arsenal”ın heyətində üç dəfə İngiltərə Kubokunun və üç dəfə İngiltərə Super Kubokunun qalibi olub. O, həmçinin İtaliyanın “Yuventus” klubunun heyətində A Seriyasının, İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi adını qazanıb.

Sabiq yarımmüdafiəçi ötən mövsümü “Kardiff Siti”də oynayan-məşqçi kimi keçirib.

Endryu Qravilyon “Neftçi”də – Rəsmi

İtaliyanın “Peksara” klubunun qvadelupalı mərkəz müdafiəçisi Endryu Qravilyon bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib. Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, yeni komandasında 55 nömrəli formanı geyinəcək.

Zəngin karyeraya malik olan Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. Karyerasına Milan “İnter”ində başlamış futbolçu “Benevento”, “Peskara”, “Sassuolo”, “Askoli”, “Reyms”, “Torino”, “Adama Dəmirspor” kimi klubların formasını geyinib. O, 2025-ci ildə yenidən “Peskara”ya qayıtmışdı.

Müdafiəçi Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

“Neftçi” daha öncə Rüfət Abbasov və Qustavo Klismanı da heyətinə qatmışdı. Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov və Cordan Rezabala komandanı tərk ediblər. Elvin Camalov, Emin Mahmudov və Emil Balayev isə yeni müqaviləyə imza atıblar.

Seneqal millisi İraqla oyuna ciddi itki ilə çıxacaq

Seneqal millisi DÇ-2026-nın qrup mərhələsinin III turunda İraqla oyuna ciddi itki ilə çıxacaq.

Futbolpress.az xəbər verir ki, yığmanın qapıçısı Eduard Mendi zədə səbəbindən görüşü buraxacaq. Bu barədə Seneqal Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mendi II turda Norveçlə matçın (2:3) 63-cü dəqiqəsində zədə alaraq, meydanı tərk etmişdi.

Seneqal – İraq oyunu iyunun 26-da keçiriləcək.

Messi nə vaxta qədər oynayacaq? – özü açıqladı

Argentinalı hücumçu Lionel Messi gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, bu gün 39 yaşı tamam olan futbolçu insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:

“Daha bir neçə il oynamağı düşünürəm. Özümü fiziki cəhətdən yaxşı hiss etdiyim və komanda yoldaşlarıma fayda verə bildiyim müddətdə işimə davam edəcəyəm”.

2001-2023-cü ilərdə “Barselona”da çıxış edən Messi 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir.

Argentinalı hücumçu hazırda ABŞ-də keçirilən dünya çempionatında iştirak edir və iki turdan sonra 5 qolla bombardirdir.

“Çelsi” A Seriyasının ən yaxşı müdafiəçisini gətirir

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “zadəganlar” “Atalanta”dan yarımmüdafiəçi Marko Palestra ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klublar arasında danışıqlar son mərhələdədir.

“Çelsi” 21 yaşlı futbolçunun transferini 55 milyon avroya tamamlamaq üzrədir.

Palestra ötən mövsümü icarə əsasında “Kalyari”də keçirib. O, çempionatın ən yaxşı müdafiəçisi seçilib.

“Neftçi” Qravilyonun transferini açıqladı

“Neftçi” 2026-cı yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.

Futbolpress.az xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.

Zəngin karyeraya malik olan Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

“Fənərbağça” seneqallı vingerlə müqavilə imzaladı

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi afrikalı oyunçu Amara Diuf ilə 5 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

17 yaşlı vinger son olaraq Seneqalda “Generation Foot” akademiyasında çıxış edib.

Diuf Seneqal yığması ilə U-17 yaş kateqoriyasında Afrika çempionu adını qazanıb və turnirdə 5 qolla bombardir olub.

Runinin rekordu qırıldı

Cud Bellingem İngiltərə milli komandasında 50 oyuna ən tez çatan futbolçu olub.

Futbolpress.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsində Qana ilə matçda meydana çıxan yarımmüdafiəçi 22 yaş 359 günlüyündə buna nail olub.

Bundan əvvəlki rekordçu Ueyn Runi idi. O, millidə 50-ci oyununa 23 yaş 159 günlüyündə çıxmışdı.

İngiltərə – Qana oyunu qolsuz başa çatıb.

DÇ-2026: Pley-offa 7, evə 5 vəsiqənin sahibi bəllidir

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında (DÇ-2026) pley-offa vəsiqə qazanan komandaların sayı 7-yə çatıb.

Arena.az xəbər verir ki, bu gün qrup mərhələsində 2-ci tura yekun vurulub.

2-ci turun oyunlarından sonra Meksika, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina və Kolumbiya yığmaları 1/16 finalda iştirakı rəsmiləşdiriblər.

Beş komandanın isə qrup mərhələsinin son turunun nəticələrindən asılı olmayaraq, mundialla vidalaşacağı artıq indidən bəllidir. Bunlar Haiti, Türkiyə, Tunis, İordaniya və Panama yığma komandalarıdır.

Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində 3-cü tur bu gün başlayacaq.

Mundiala iyulun 19-da yekun vurulacaq.

A qrupu:

  1. Meksika – 6 xal
  2. Cənubi Koreya – 3 xal
  3. Çexiya – 1 xal
  4. CAR – 1 xal

B qrupu:

  1. İsveçrə – 4 xal
  2. Kanada – 4 xal
  3. Qətər – 1 xal
  4. Bosniya və Herseqovina – 1 xal

C qrupu:

  1. Braziliya – 4 xal
  2. Mərakeş – 4 xal
  3. Şotlandiya – 3 xal
  4. Haiti – 0 xal

D qrupu:

  1. ABŞ – 6 xal
  2. Avstraliya – 3 xal
  3. Paraqvay – 3 xal
  4. Türkiyə – 0 xal

E qrupu:

  1. Almaniya – 6 xal
  2. Ekvador – 3 xal
  3. Kot-d’İvuar – 3 xal
  4. Kurasao – 0 xal

F qrupu:

  1. Niderland – 4 xal
  2. Yaponiya – 4 xal
  3. İsveç – 3 xal
  4. Tunis – 0 xal

G qrupu:

  1. Misir – 4 xal
  2. İran – 2 xal
  3. Belçika – 2 xal
  4. Yeni Zelandiya – 1 xal

H qrupu:

  1. İspaniya – 4 xal
  2. Uruqvay – 4 xal
  3. Kabo Verde – 1 xal
  4. Səudiyyə Ərəbistanı – 1 xal

I qrupu:

  1. Fransa – 6 xal
  2. Norveç – 6 xal
  3. Seneqal – 0 xal
  4. İraq – 0 xal

J qrupu:

  1. Argentina – 6 xal
  2. Əlcəzair – 3 xal
  3. Avstriya – 3 xal
  4. İordaniya – 0 xal

K qrupu:

  1. Kolumbiya – 6 xal
  2. Portuqaliya – 4 xal
  3. Özbəkistan – 1 xal
  4. Konqo DR – 0 xal

L qrupu:

  1. İngiltərə – 4 xal
  2. Xorvatiya – 3 xal
  3. Qana – 2 xal
  4. Panama – 1 xal

Ronaldinyo 11 ildən sonra peşəkar futbola qayıtdı – Rəsmi

Futbol üzrə Braziliya milli komandasının və “Barselona”nın sabiq ulduzu Ronaldinyo uzun fasilədən sonra peşəkar futbolçu karyerasını bərpa edib.

Arena.az xəbər verir ki, 2002-ci ilin dünya çempionu İtaliyanın C Seriyasında mübarizə aparan “Ravenna” klubu ilə rəsmi müqavilə imzalayıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti açıqlanmayıb. Ronaldinyonun təqdimat mərasimi ABŞ-ın Mayami şəhərində keçirilib.

“Ravenna”nın yaydığı bəyanatda braziliyalının transferi klub tarixinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilib:

“Ronaldinyo “Ravenna”ya futbolçu kimi qoşulur. Bu, klub tarixinin ən əlamətdar transferlərindən biridir və şübhəsiz ki, “Ravenna”nı dünya futbolunun diqqət mərkəzinə gətirəcək.

Bu, sadəcə simvolik addım deyil. Ronaldinyo qarşısına konkret məqsəd qoyub – peşəkar karyerasındakı son qolunu məhz “Ravenna” forması ilə vurmaq. Bununla o, futbol tarixinin ən parlaq karyeralarından birinə yeni səhifə əlavə etmək istəyir.

Onun gəlişi aydın mesaj verir: “Ravenna” ciddi layihə həyata keçirir və İtaliya futbol mədəniyyəti yeni bir istinad nöqtəsi qazanıb. Klub tarixinin ən maraqlı dövrü məhz indi başlayır”, – deyə bəyanatda vurğulanıb.

“Yenidən topla rəqs etməyi səbirsizliklə gözləyirəm”

Braziliyalı veteran futbolçu da yeni klubuna keçidi ilə bağlı həyəcanını gizlətməyib:

“Yeni rənglər, amma əvvəlki təbəssüm. Yenidən topla rəqs etməyə və yeni tarix yazmağa başlamağı səbirsizliklə gözləyirəm. Futbol həmişə mənim üçün sevinc mənbəyi olub və bu ruhu “Ravenna”ya da gətirmək istəyirəm”.

İtaliya mətbuatının yazdığına görə, Ronaldinyonun “Ravenna”dakı rolu yalnız meydanla məhdudlaşmayacaq. O, həmçinin klubun marketinq, reklam və xeyriyyə layihələrində iştirak edəcək. Məlumata əsasən, braziliyalıya klubun müəyyən səhmlərinin də təklif olunduğu bildirilir. “Ravenna” gələcəkdə Ronaldinyonun şəxsi R10 brendindən də istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, Ronaldinyo son rəsmi oyununu 2015-ci ildə Braziliyanın “Fluminense” klubunun heyətində keçirib. O, 2018-ci ildə futbolçu karyerasını başa vurduğunu rəsmən açıqlamışdı.

Karyerası ərzində Ronaldinyo “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” kimi klubların formasını geyinib. O, “Barselona” ilə UEFA Çempionlar Liqasının qalibi olub, iki dəfə İspaniya çempionu adını qazanıb. “Milan”ın heyətində isə İtaliya çempionluğu yaşayıb.

Braziliya millisinin heyətində Ronaldinyo 2002-ci ildə dünya çempionu, 1999-cu ildə Amerika Kubokunun qalibi olub, həmçinin 2008-ci il Pekin Olimpiadasının bürünc medalını qazanıb. Əfsanəvi futbolçu 2005-ci ildə dünyanın ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatına layiq görülüb.

1913-cü ildə əsası qoyulan “Ravenna” klubu hazırda İtaliya futbolunun üçüncü liqası olan C Seriyasında çıxış edir. Klub ötən mövsüm öz qrupunda üçüncü yeri tutaraq pley-offa yüksəlsə də, “Salernitana”ya məğlub olaraq B Seriyasına vəsiqə qazana bilməyib.

Klubun sahibi, amerikalı-italiyalı biznesmen İnyatsio Çipriani “Ravenna”nı İtaliya futbolunun yüksək səviyyəsinə çıxarmağı qarşısına məqsəd qoyub. Ronaldinyonun transferi isə bu iddialı layihənin ən səs-küylü addımı hesab olunur.

AFFA PFL-dən geri qalsa da…

AFFA, qurumun İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi barədə açıqlama yayıb.

Arena.az xəbər verir ki, ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində Premyer Liqa klublarına ödənişlər həyata keçirilib.

Daha öncə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən bu barədə rəsmi xəbəri diqqətinizə çatdırmışdıq. Üstündən bir neçə saat keçdikdən sonra AFFA da oxşar açıqlama yayıb. Xəbərdə bunlar qeyd edilib:

“Bu mexanizm AFFA tərəfindən yerli futbolçuların inkişafını təşviq etmək, klubların maliyyə dayanıqlığını gücləndirmək və ümumilikdə ölkə futbolunun inkişafına əlavə dəstək vermək məqsədilə yaradılıb. AFFA tərəfindən formalaşdırılan qaydalara əsasən, bonus fondu klubların legioner futbolçular üzrə ödədikləri rüsumlar hesabına formalaşıb və vəsait yerli futbolçuların Misli Premyer Liqasında meydana çıxdıqları dəqiqələrə uyğun olaraq bölüşdürülüb.

Bu təşviq mexanizmi klubların yerli və xüsusilə gənc futbolçulara daha çox etimad göstərməsini, onların inkişafına üstünlük verməsini və Azərbaycan futbolunun gələcəyinin formalaşmasına töhfə verməsini hədəfləyir.

Qərara əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Bonus bölgüsündə ən yüksək nəticə göstərən “Qəbələ” klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib. Siyahının ikinci pilləsində yer alan “Sumqayıt” klubunun qazancı 299 min 197 manat, üçüncü sıradakı “Şamaxı” klubunun fonddan gəliri isə 267 min 314 manat təşkil edib.

Bununla yanaşı, AFFA tərəfindən toplanmış vəsaitin 1 milyon 500 min manatlıq hissəsinin Peşəkar Futbol Liqasının büdcəsində saxlanılmasına icazə verilib.

AFFA ilə Peşəkar Futbol Liqası arasında çempionatın təşkili və keçirilməsi ilə bağlı müqaviləyə uyğun olaraq, İntizam Komitəsinin tətbiq etdiyi maliyyə sanksiyalarından, eləcə də legioner futbolçular üzrə müəyyən edilmiş rüsumlardan formalaşan vəsaitlərin Peşəkar Futbol Liqasının büdcəsinə daxil edilməsinə AFFA tərəfindən səlahiyyət verilib.

Təşviq mexanizminin yerli futbolçuların inkişafına, klubların fəaliyyətinə və ümumilikdə Azərbaycan futboluna müsbət təsir göstərdiyini nəzərə alaraq, layihənin növbəti mövsümdə də davam etdirilməsi planlaşdırılır”.

Sözardı…

Sonda onu da vurğulayaq ki, bu iki qurumun ayrı-ayrılıqda bonus məbləğini sanki özü veribmiş kimi ictimaiyyətin diqqətinə çatdırması kənardan heç də yaxşı təsir bağışlamır. Görünür, son dövrlərdə bu qurumların rəhbərlikləri arasındakı münasibətlərin qaydasında olmaması barədə xəbərlər heç də şayiə deyil və yekun mənzərə belə xoşagəlməz görüntü yaradır.

Ante Budimir – Xorvatiya millisinin DÇ-də ən yaşlı qol müəllifi!

Futbol üzrə Xorvatiya milli komandasının təcrübəli hücumçusu Ante Budimir dünya çempionatında (DÇ-2026) tarixi rekorda imza atıb.

Arena.az xəbər verir ki, 34 yaşlı forvard dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Panama millisinə qarşı keçirdikləri və Xorvatiyanın 1:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmada yeganə qolu vuraraq komandasına vacib üç xal qazandırıb.

Budimir bu qolu vurarkən 34 yaş 336 günlük olub və bununla da Xorvatiya millisinin dünya çempionatları tarixində ən yaşlı qol müəllifi adına sahib çıxıb.

Təcrübəli hücumçu 2014-cü ildən bəri qüvvədə olan rekordu yeniləyib. Əvvəlki rekord sabiq hücumçu İvitsa Oliçə məxsus idi. O, Braziliyada keçirilmiş DÇ-2014-də Kamerun üzərində 4:0 hesablı qələbə ilə başa çatmış görüşdə 34 yaş 277 günlük olarkən fərqlənmişdi.

Beləliklə, Xorvatiya millisinin dünya çempionatlarında ən yaşlı qol müəllifləri siyahısı hazırda belə görünür:

Ante Budimir – 34 yaş 336 gün (2026, Panama ilə oyun)
İvitsa Oliç – 34 yaş 277 gün (2014, Kamerun ilə oyun)

Qeyd edək ki, Xorvatiya millisi qrup mərhələsinin son turunda iyunun 27-də Qana yığması ilə qarşılaşacaq.

DÇ-2026: “Real”ın futbolçuları bu göstəricidə birincidir

ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatında qrup mərhələsinin II turuna yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Opta” mundialda iki turda futbolçuları ən çox qol vuran klubu açıqlayıb.

Bu, İspaniyanın “Real” klubudur. Madrid təmsilçisinin üç futbolçusu ümumilikdə yeddi qola imza atıb.

Fransalı Kilian Mbappe 4, braziliyalı Vinisius Junior 2, ingiltərəli Cud Bellingem isə 1 qolla yadda qalıb.

0:5-ə şərh: “Başa düşək ki, belə oyunlar bizi böyüdür”

Özbəkistan millisinin futbolçusu İvan Sergeyev DÇ-2026-da Portuqaliyaya uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan hücumçu 0:5 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Hesab hər şeyi deyir. Çox danışmağa ehtiyac yoxdur. Portuqaliyanın gücü bəllidir, bizdən daha sürətli və texnikalıdırlar. Məğlubiyyət gözlənilən idi, amma 0:5 ağır nəticədir. Çox məyusuq, ancaq başa düşək ki, belə oyunlar bizi böyüdür. Hər nəticədən dərs çıxarmalıyıq”.

Özbəkistan yığması K qrupunda xalsızdır və 4-cü pillədədir.

“Reqbi ilk növbədə güclü şəxsiyyət, daha sonra idmançı formalaşdırır”

Azərbaycan Reqbi Federasiyasının prezidenti və U-14 milli komandasının baş məşqçisi Eldar Kərimovun “Futbolpress.az“a müsahibəsi:

– Azərbaycanda reqbinin mövcud durumunu necə ifadə edərdiniz?
– Reqbinin inkişaf prosesləri plan üzrə davam edir. Oyunçuların və klubların sayı artmaqdadır. Sentyabra qədər daha iki komandanın yaradılması nəzərdə tutulub. Hazırda dörd klub fəaliyyət göstərir. Bu il biz ilk dəfə “Reqbi Union” üzrə respublika birinciliyini təşkil etdik və sentyabrda da “Reqbi Sevens” Olimpiya növü üzrə ilk respublika çempionatının keçirilməsini nəzərdə tutmuşuq. Yeniyetmələrdən ibarət milli komandamız Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Çexiyada beynəlxalq yarışda iştirak edib və kifayət qədər yaxşı təcrübə qazanıb. Ümumilikdə hər şey qaydasındadır və plan üzrə davam edir.

– Reqbi ölkədə populyar idman növü deyil. Uzun illərdir bu sahədəsiniz. Sizcə reqbinin özünəməxsus cəhətləri nələrdir?
– Reqbinin özünəməxsus fəlsəfəsi var. O fəlsəfəyə uyğun olaraq, reqbi ilk növbədə güclü şəxsiyyət, daha sonra idmançı formalaşdırır. Bu, alicənabların oyunu sayılır və təməlində dürüstlük, qarşılıqlı hörmət və  idman prinsiplərinə sadiqlik dayanır. Reqbi ilə məşğul olanlar şəxsiyyət kimi də tez formalaşır. Bunu söz xatirinə demirəm, müşahidələrimiz və təcrübəmiz bu qənaətə gəlməyə əsas verir. Adətən, uşaqlar reqbiyə gələndə bir qədər dəcəl olurlar, davranışlarında və intizamlarında müəyyən problemlər müşahidə edilir. Ancaq reqbi ilə məşğul olduqdan sonra onların məsuliyyət hissləri artır, intizamları yaxşılaşır. Bunu tək biz yox, uşaqların valideynləri də deyirlər. Ona görə əminliklə deyə bilərəm ki, reqbi əsl şəxsiyyət yetişdirir. Bu idman növünün Azərbaycanda olması və inkişaf etməsi olduqca vacibdir.

– Federasiya bu idman növünün inkişafı üçün hansı işləri görür?
– Azərbaycan Reqbi Federasiyasının başlıca məqsədi Azərbaycan reqbisinin dayanıqlı sistem üzərində inkişafını təmin etməkdir. Məsələn, iki il əvvəl maliyyə dəstəyi olmayan bir klubumuz var idisə, bu gün artıq dörd klub fəaliyyət göstərir. Bu dörd klubdan ikisi tam olaraq, ikisi isə qismən maliyyələşdirilir. Sevindirici haldır ki, şirkətlər və müxtəlif təşkilatlar reqbi ilə maraq göstərir, onun perspektivinə inanır və klublarımızın inkişafına dəstək olurlar. Bu, çox vacibdir. Eyni zamanda Gənclər və İdman Nazirliyinin də son iki ildə federasiyamıza göstərdiyi dəstək inkişaf prosesimizi daha da sürətləndirən amillərdən biridir. İnkişaf baxımından əsas hədəflərimiz isə klubların, oyunçuların, yarışların sayını artırmaq və idmançıların daha çox oyun təcrübəsi qazanması üçün əlverişli şərait yaratmaqdır.  Bütün bunlar gələcəkdə daha güclü olmağımız, daha keyfiyyətli oyunçuların yetişməsi və komandaların formalaşması üçün əsas şərtlərdir.

– Müsbət məqamları qeyd etdiniz. Bəs çatışmazlıqlar nələrdir?
– Reqbi hazırda populyar olmasa da, perspektivi kifayət qədər yüksəkdir. Bu fikri də sadəcə xoş təsir bağışlamaq üçün səsləndirmişəm. Həyatının son 12 ilini bu idman növünə həsr edən bir adam kimi tam məsuliyyətimlə qeyd edirəm, reqbinin Azərbaycanda perspektivi olduqca yüksəkdir. Çünki bu idman növünün tələb etdiyi keyfiyyətlər Azərbaycan insanında kifayət qədər mövcuddur. Fiziki güc, iradə və cəsarət tələb edən idman növlərində hər zaman uğurlu olmuşuq. Düşünürəm ki, reqbi də bu baxımdan istisna təşkil etməyəcək. Şübhəsiz ki, reqbinin daha da populyarlaşması üçün müəyyən zamana ehtiyac var. Ancaq əminəm ki, bir neçə ildən sonra bu sahə nəticələri ilə uğur qazanan idman növləri arasında öz layiqli yerini tutacaq.

– Şərait və infrastruktur necədir?
– İnfrastrukturun qurulması ən çətin, ən çox maliyyə və zaman tələb edən məsələlərdən biridir. Bu gün uşaqlar və yeniyetmələrlə çalışırıq. Məşqlərin keçirilməsi üçün məktəblərin idman meydançalarından istifadə edirik. Bəzən icarə variantı da istifadə olunur. Ötən aydan etibarən isə SOCAR yeniyetmələrdən ibarət milli komandanın “SOCAR Polymer Arena”da məşqləri üçün təmənnasız şərait yaratmışdı. Fürsətdən istifadə eləyib “SOCAR Polymer” təşkilatının rəhbərliyinə bir daha təşəkkürümü bildirmək istəyirəm. Yeniyetmələr yetişənədək milli komanda üçün baza yaradılmasını da planlaşdırırıq.

– Reqbinin uşaqların şəxsiyyət kimi formalaşmasına müsbət təsirlərindən danışdınız. Bu, kifayət qədər sərt və təmaslı idman növüdür. Bəs reqbinin fiziki sağlamlığa təsiri barədə nə deyə bilərsiniz?
– Reqbi insanların hər tərəfli fiziki inkişafını təmin edən idman növüdür. Çünki burda müxtəlif idman növlərinin elementləri bir araya gəlir və bu da idmançılarda fərqli əzələ qruplarının inkişafına şərait yaradır. Eyni zamanda, oyun çox maraqlı və dinamik olduğu üçün uşaqlar məşqlərə və oyunlara böyük həvəslə yanaşırlar. Əvvəlki sualda toxunduğumuz məsuliyyət və intizam hissi onları vadar edir ki, məşqlərə tam ciddi yanaşsınlar və əsasən də təhlükəsizlik texnikasına əməl etsinlər. Çünki  reqbi ilə bağlı belə bir stereotip var ki, bu, təhlükəli idman növüdür. Əslində isə vəziyyət tam belə deyil. Bəli, oyunun xarakteri sərt ola bilər, amma qaydalara ciddi şəkildə əməl olunur. Hakimlər oyun zamanı idmançıların bir-birinə qarşı kobud davranışına həssas yanaşır və bu cür halları dərhal cəzalandırırlar. Uşaqlar artıq erkən yaşdan anlayır ki, sərt oynamaq olmaz. Çünki qırmızı vərəqə almaqla komandanı azlıqda qoymaq riski var. Bu anlayış uşaqlara kiçik yaşlardan aşılanır və onlar reqbinin əsas fəlsəfələrindən birini rəhbər tuturlar: həm özünü, həm də rəqibini zədədən qorumaq. Yəni oyunçular meydanda təkcə öz təhlükəsizliklərini deyil, rəqiblərinin təhlükəsizliyini də nəzərə almalıdırlar.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

 

AFFA 1.5 milyon manatı PFL üçün saxladı

AFFA İcraiyyə Komitəsinin 3 fevral 2025-ci il tarixli qərarına əsasən, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində Misli Premyer Liqası klublarına ödənişlər həyata keçirilib.

Futbolpress.az xəbər verir ki, bu mexanizm AFFA tərəfindən yerli futbolçuların inkişafını təşviq etmək, klubların maliyyə dayanıqlığını gücləndirmək və ümumilikdə ölkə futbolunun inkişafına əlavə dəstək vermək məqsədilə yaradılıb.

AFFA tərəfindən formalaşdırılan qaydalara əsasən, bonus fondu klubların legioner futbolçular üzrə ödədikləri rüsumlar hesabına formalaşıb və vəsait yerli futbolçuların Misli Premyer Liqasında meydana çıxdıqları dəqiqələrə uyğun olaraq bölüşdürülüb.

Bu təşviq mexanizmi klubların yerli və xüsusilə gənc futbolçulara daha çox etimad göstərməsini, onların inkişafına üstünlük verməsini və Azərbaycan futbolunun gələcəyinin formalaşmasına töhfə verməsini hədəfləyir.

Qərara əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Bonus bölgüsündə ən yüksək nəticə göstərən “Qəbələ” klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib. Siyahının ikinci pilləsində yer alan “Sumqayıt” klubunun qazancı 299 min 197 manat, üçüncü sıradakı “Şamaxı” klubunun fonddan gəliri isə 267 min 314 manat təşkil edib.

Bununla yanaşı, AFFA tərəfindən toplanmış vəsaitin 1 milyon 500 min manatlıq hissəsinin Peşəkar Futbol Liqasının büdcəsində saxlanılmasına icazə verilib.

AFFA ilə Peşəkar Futbol Liqası arasında çempionatın təşkili və keçirilməsi ilə bağlı müqaviləyə uyğun olaraq, AFFA İntizam Komitəsinin tətbiq etdiyi maliyyə sanksiyalarından, eləcə də legioner futbolçular üzrə müəyyən edilmiş rüsumlardan formalaşan vəsaitlərin Peşəkar Futbol Liqasının büdcəsinə daxil edilməsinə AFFA tərəfindən səlahiyyət verilib.

Təşviq mexanizminin yerli futbolçuların inkişafına, klubların fəaliyyətinə və ümumilikdə Azərbaycan futboluna müsbət təsir göstərdiyini nəzərə alaraq, layihənin növbəti mövsümdə də davam etdirilməsi planlaşdırılır.

Məşhur futbolçu klubsuz qaldı

PAOK futbolçusu Deyan Lovrenlə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı müdafiəçinin müddəti bitən müqaviləsi uzadılmayıb.

Lovren 2024-cü ilin sentyabrından PAOK-da çıxış edirdi. O, komandada cəmi 27 oyuna çıxıb.

Xorvatiyalı futbolçu daha əvvəl “Liverpul”, “Lion”, “Zenit” kimi klublarda çıxış edib. Lovren Xorvatiya millisində 78 oyunda 5 qol vurub.

Ulduz futbolçu klubsuz qaldı

PAOK futbolçusu Deyan Lovrenlə yollarını ayırıb. Msport.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı […]

Source

Bellinqem Runinin rekordunu qırdı

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem yığmanın tarixində yeni rekord müəyyənləşdirib. Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin […]

Source

Rövlan Muradov “Zirə”yə lazım olmadı – Rəsmi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” klubu daha bir futbolçusu – yarımmüdafiəçi Rövlan Muradov ilə də yollarını ayırıb.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun “Zirə” ilə 2027-ci ilin 30 iyununadək sözləşməsi mövcud idi.

Xatırladaq ki, Rövlan Muradov 2025-ci ilin yayında “Sumqayıt”dan “Zirə”yə transfer olunmuşdu. Yarımmüdafiəçi qəsəbə təmsilçisinin heyətində cəmi 15 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Rövlan karyerası ərzində “Qəbələ”, “Sumqayıt”, “Slaviya” (Praqa, B komandası), “Qarabağ” kimi klublarda da çıxış edib.

“Zirə” daha öncə Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev və Ayron Qomislə də yollarını ayırmışdı. Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov və Vieyrinyanı heyətinə qatmış qəsəbə təmsilçisi Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə də yeni müqavilə bağlayıb.

Alexandro Herrera rəsmən “Araz-Naxçıvan”da!

Dominikanın “San Kristobal” komandasının yarımmüdafiəçisi Alexandro Herrera bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşma “1+1” il müddətinədir. O, yeni komandasına azad agent kimi cəlb edilib.

Alexandro Herrera “Arko Saraqosa” akademiyasının yetirməsidir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi peşəkar futbolçu karyerasına Argentinanın “Banfild” komandasında başlayıb. Herreranın sonuncu klubu Dominika Respublikasının “San Kristobal”ı olub.

Herrera Kolumbiyanın U-20 yığmasına dəvət alsa da, debüt imkanı qazanmayıb.

“Araz-Naxçıvan” daha öncə Luka Dumançiç, Rəşad Həsənov və Alberto Fernandesi də heyətinə qatmışdı.

Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala komandanı tərk ediblər. Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov və İbrahim Piriyev isə yeni müqaviləyə imza atıb.

“Barselona”dan Messiyə təbrik

“Barselona” sabiq futbolçusu Lionel Messini ad günü münasibətilə təbrik edib.

Futbolpress.az xəbər verir ki, klub sosial şəbəkə hesabında “Möhtəşəmliyi qeyd etdiyimiz daha bir il! Təbriklər, Leo!” deyə, yazıb.

Messinin bu gün 39 yaşı tamam olur.

Argentinalı hücumçu 2001-2023-cü illərdə “Barselona”da çıxış edib. O, hazırda “İnter Mayami”də forma geyinir.

DÇ-2026: A qrupunda sürpriz, Braziliya və Şotlandiya pley-offda – NƏTİCƏLƏR

Bu gün dünya çempionatında qrup mərhələsinin üçüncü turuna start verilib.

Futbolpress.az xəbər verir ki, A, B və C qrupunda son matçlar baş tutacaq.

Əvvəlcə B qrupuna yekun vurulub. İsveçrə Kanadanı, Bosniya və Herseqovina isə Qətəri məğlub edib.

C qrupunda Braziliya Şotlandiyaya, Mərakeş isə Haitiyə qalib gəlib.

A qrupunda Cənubi Afrika ilə Cənubi Koreya üz-üzə gəlib. CAR minimal hesablı qələbə qazanaraq, adını növbəti mərhələyə yazdırıb. Pley-offa vəsiqəni ötən turdan təmin edən Meksika isə çexləri məğlub edib.

DÇ-2026
Qrup mərhələsi, III tur

24 iyun

B qrupu

23:00 İsveçrə – Kanada 2:1
Qollar: Varqas, 46, Manzambi, 57 – Devid, 76

23:00 Bosniya və Herseqovina – Qətər 3:1
Qollar: Alaybeqoviç, 29, Dzeko, 34, Mahmiç, 80 – Haydos, 43

Xal durumu: İsveçrə – 7, Kanada – 4, Bosniya və Herseqovina – 4, Qətər – 1

25 iyun

C qrupu
02:00 Braziliya – Şotlandiya 3:0
Qollar: V.Junior, 7, 45+3, Kunya, 60

02:00 Mərakeş – Haiti 4:2
Qollar: A.Hakimi, 39, İ.Saibari, 45+1, S.Rahimi, 78, Q.Yassin, 89 – Y.Bunu, 10, V.İzidor, 43

Xal durumu: Braziliya – 7, Mərakeş – 7, Şotlandiya – 3, Haiti – 0

A qrupu
05:00 Cənubi Afrika – Cənubi Koreya 1:0
Qol: T.Maseko, 63

05:00 Çexiya – Meksika 0:3
Qollar: M.Çaves, 55, Y.Qilyones, 61, A.Fidalqo, 90+5

Xal durumu: Meksika – 9, CAR – 4, Cənubi Koreya – 3, Çexiya – 1

“Zirə” ayrılığı açıqladı – öncədən yazmışdıq

“Zirə” Rövlan Muradovla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Rövlan 2025-ci ilin əvvəlində “Zirə”yə qoşulub. O, başa çatan mövsümdə Premyer Liqada 11 oyunda meydana çıxıb.

Rövlan “Zirə”dən öncə “Qəbələ” və “Sumqayıt”ın formasını geyinib.

Muradovun “Zirə”dən ayrılacağını öncədən yazmışdıq.

“Qarabağ” onun üçün 500 min avro ödəyib

“Qarabağ”ın qapıçı Martin Zlomisliç üçün “Riyeka”ya ödədiyi məbləğ məlum olub.

Futbolpress.az xəbər verir ki, “atlılar” bosniyalı qolkiperin keçidini 500 min avroya tamamlayıb. Bu barədə “transfermarkt” portalında qeyd olunub.

Zlomisliç hazırda Bosniya və Herseqovina millisi ilə dünya çempionatında iştirak edir. O, mundialdan sonra komandaya qoşulacaq.

“Araz-Naxçıvan” kolumbiyalı ilə gücləndi

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Alexandro Herrera ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə anlaşma “1+1” il müddətinədir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi “Arko Zaragoza” akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina “Banfield”ində başlayan Herreranın sonuncu klubu Dominikanın “San Kristobal”ı olub.

Seneqal millisi Mendini itirdi

Seneqal yığmasının qapıçısı Eduard Mendi dünya çempionatının qrup mərhələsinin III turunda İraqla qarşılaşmanı zədə səbəbindən buraxacaq. Msport.az xəbər verir ki, […]

Source

PFL klublara 2 milyon 610 min manat mükafat payladı

Peşəkar Futbol Liqası (PFL) futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublara 2 milyon 610 min manat mükafat ödəyib.

Arena.az xəbər verir ki, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara ödənişlər həyata keçirilib.

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa klubları arasında bölüşdürülüb. Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb.

Mövsüm ərzində PFL tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, PFL tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.

Yekun bölgüdə ilk pillədə “Qəbələ” klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib.

İlk dəfə tətbiq edilən bu təşviq mexanizminin klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

“Qarabağ”dan transfer ANONSU

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, klub bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. “Qarabağ” qısa videoçarxla yeni transferin anonsunu edib.

Azərbaycan təmsilçisinin bu transferinin “Pari NN” klubundan (Rusiya) vinger Reynaldo Cephas olacağı ehtimal edilir. Yamaykalı futbolçu bir neçə gün əvvəl “atlılar”la anlaşıb.

Veteran futbolçu: “Mundialı böyük maraqla izləyirəm”

DÇ-2026-da qrup mərhələsinin ikinci turu başa çatıb. Bu gün artıq sonuncu – üçüncü tura start veriləcək.

Mundialda ilk raund sürprizlərlə yadda qaldı. Türkiyənin qrup sonuncusu olması, Kabo Verdenin xallar toplaması, Kurasaonun ilk dəfə çıxış etdiyi mundialda xal qazanması və s.

Milli komandanın keçmiş qapıçısı Cahangir Həsənzadə “Futbolpress.az“a açıqlamasında dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşdü:

“Mundialı böyük maraqla izləyirəm. 48 komandalı yeni format sürprizlərlə dolu keçir. Qrup mərhələsinin ikinci turu artıq başa çatıb. Düşünürəm ki, əsas mübarizə bundan sonra başlayacaq. Son oyunlar bəzi komandalar üçün həlledici olacaq”.

Veteran futbolçu Türkiyə yığmasının uğursuzluğundan söz açdı:

“Türkiyə millisinin çıxışı hamını məyus etdi. Onlardan belə nəticələr gözlənilmirdi. Yaxşı heyetləri olsa da, uğursuzluğa məruz qaldılar. Mundialdan əvvəl türklər haqqında fikirlər, gözləntilər yüksək idi, amma alınmadı”.

Həsənzadə favoritlərini açıqladı:

“Favoritlər sırasında İngiltərə, Fransa, Portuqaliya, İspaniya, Argentina və Almaniyanı görürəm. Hələlik bu kollektivlər daha inamlı təsir bağışlayır. Məncə, ötən mundialın finalı: Fransa – Argentina dueli təkrarlana bilər. Hər iki kollektiv qrupu lider bitirsə, finalda yolları kəsişəcək. Həm Fransa, həm Argentina yaxşı təsir bağışlayır və büdrəməyib”.

Son olaraq AFFA-da texniki direktor vəzifəsini icra edən funksioner Ronaldo ilə Messi arasındakı rəqabətə də toxundu:

“Portuqaliya özbəklərlə oyunda vacib qələbə qazandı. Ronaldonun qollar vurması komanda üçün əlavə motivasiyadır. Onun özünəinamı yığmaya da müsbət təsirini göstərir. Həm də Messi ilə Ronaldo arasında yenidən rəqabət qızışıb. Eyni turnirdə oynamaları və bombardirlik yarışında mübarizə aparmaları çempionatı daha maraqlı edir”.

Şahin Cəfərov

Xankəndidə yeni cüdo zalı

Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə yeni cüdo zalı fəaliyyətə başlayıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara uyğun tatamilər və zəruri avadanlıqlarla təchiz olunan zalda paltardəyişmə otaqları və digər köməkçi sahələr yaradılıb.

Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait formalaşdırılıb.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif şəhər və rayonlarında yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14 300 tatami paylanılıb.

“Sabah”ın ilk sınağı

Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən “Sabah” bu gün ilk yoxlama oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Krayova” komandası ilə qarşılaşacaq. Oyuna saat 20:00-da start veriləcək.

“Sabah” toplanışda iyunun 28-də “Ferentsvaroş” (Macarıstan), iyulun 2-də isə “Polissya” (Ukrayna) komandaları ilə qarşılaşacaq.

Luka Modriç millidə 200 oyun həddinə çatan 4-cü futbolçu oldu!

Futbol üzrə Xorvatiya milli komandasının yarımmüdafiəçisi və kapitanı Luka Modriç yığma karyerasında növbəti tarixi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Panama millisinə qarşı keçirdikləri oyuna start heyətində çıxmaqla Xorvatiya yığmasının heyətində 200-cü matçını keçirib.

Bununla da Modriç milli komandalar səviyyəsində 200 oyun həddini aşan tarixdə cəmi dördüncü futbolçu olub.

Bu göstəricidə xorvatiyalı ulduzu yalnız üç futbolçu qabaqlayır:

Kristiano Ronaldo (Portuqaliya) – 230 oyun;
Bader Əl-Mutava (Küveyt) – 202 oyun;
Lionel Messi (Argentina) – 201 oyun.

Qeyd edək ki, DÇ-2026 Luka Modriçin karyerasında iştirak etdiyi beşinci dünya çempionatıdır. Mundial tarixində yalnız Kristiano Ronaldo və Lionel Messi altı dünya çempionatında iştirak ediblər.

Modriç 2018-ci ildə Rusiya mundialında Xorvatiya millisinin heyətində gümüş, 2022-ci ildə isə bürünc medal qazanıb. Həmin il o, həm də dünyanın ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatına layiq görülüb.

Təcrübəli yarımmüdafiəçi 2025-ci ilin yayından İtaliyanın “Milan” klubunun formasını geyinir. O, bundan əvvəl 13 il – 2012-ci ildən 2025-ci ilə qədər İspaniyanın “Real” (Madrid) klubunda çıxış edib.

Modriç Madrid təmsilçisinin heyətində 6 dəfə UEFA Çempionlar Liqasının, 5 dəfə klublararası dünya çempionatının, 4 dəfə İspaniya çempionatının, 2 dəfə İspaniya Kubokunun və 5 dəfə ölkə Super Kubokunun qalibi olub. Xorvatiyalı futbolçu karyerası ərzində həmçinin İngiltərənin “Tottenhem” və Zaqrebin “Dinamo” klublarında da çıxış edib.

Nestor Lorenso: “Daha böyük hesablı qələbəyə layiq idik”

Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso DÇ-2026-nın qrup mərhələsində Konqo Demokratik Respublikasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Kolumbiya yığması bu oyunda rəqibi üzərində 1:0 hesablı qələbəni bayram edib.

Qarşılaşmanın taleyini 76-cı dəqiqədə müdafiəçi Daniel Munyosun vurduğu yeganə qol həll edib. Nəticədə Kolumbiya millisi ardıcıl ikinci qələbəsini qazanaraq vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə əldə edib.

Nestor Lorenso matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının göstərdiyi oyundan razı qaldığını bildirib:

“Bu komandaya göstərdiyi bütün səylərə görə təşəkkür etmək istəyirəm. Futbolçular oyun planına tam şəkildə əməl etdilər. Fikrimcə, daha böyük hesablı qələbəyə layiq idik. Oyunun sonlarına yaxın rəqib işimizi çətinləşdirdi, lakin qələbəmiz tamamilə haqq edilmişdi”.

Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyen Desabr isə məğlubiyyətdən sonra komandasının güclü rəqiblərlə qarşılaşmaqla mühüm təcrübə topladığını vurğulayıb:

“Bu, bizim üçün çətin oyun oldu. Çox güclü komandaya qarşı oynayırdıq və onlar bizdən üstün idilər. Futbolçularımız hər zamankı kimi nəticə qazanmaq üçün meydanda sonadək mübarizə apardılar, amma istəyimizə çata bilmədik. Portuqaliya və Kolumbiya ilə oyunlar bizə böyük təcrübə qazandırır. Çünki bu, bizim ilk dünya çempionatımızdır və belə səviyyə ilə ilk dəfə qarşılaşırıq”.

Zlatko Daliç: “Bu, təhlükəli rəqiblə ağır və gərgin oyun idi”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Panamaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın növbəti matçına xorvatlar Panama üzərində 1:0 hesablı qələbəyə seviniblər.

Qarşılaşmanın yeganə qolunu ikinci hissədə meydana daxil olan komandanın təcrübəli hücumçusu Ante Budimir vurub.

Zlatko Daliç matçın komandası üçün asan keçmədiyini etiraf edib:

“Bu, təhlükəli rəqibə qarşı ağır və gərgin oyun idi. Birinci hissədə istədiklərimizin çoxunu edə bilmədik, lakin ikinci hissədə xeyli yaxşı çıxış etdik. Üç xal qazandıq və hələ də mübarizədəyik. Çətin anlar yaşadıq və toparlanmaq üçün bu qələbəyə ehtiyacımız var idi”.

Panama millisinin baş məşqçisi Tomas Kristiansen isə məğlubiyyətə baxmayaraq, futbolçularının oyunundan razı qaldığını bildirib. Danimarkalı mütəxəssis komandasının sonadək mübarizə apardığını vurğulayıb:

“Yaxşı oynadıq. Öz prinsiplərimizdən geri çəkilmədən sonadək mübarizə apardıq və deyə biləcəyim yeganə şey odur ki, futbolçularımla qürur duyuram. Onlar əla oyun keçirdilər, biz Xorvatiya ilə bərabər səviyyədə mübarizə apardıq. Futbolda belə hallar olur. Rəqibin bir açıq qol imkanı oldu və bundan yararlandı. Açığı, onlar bizim qapımız qarşısında ciddi təhlükə yarada bilmədilər. Düşünürəm ki, bu matçda cəsarət nümayiş etdirdik və mən yenə də komandamla qürur duyuram”.

Qusarda kəmər dərəcələri imtahanı keçiriləcək

İyunun 26-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Qusarda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Qusar Olimpiya İdman Kompleskində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

Ronaldo: “Deyirdilər ki, karyeranı bitir”

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2026-nın qrup mərhələsində Özbəkistana qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, matçda dubl edən forvard bunları deyib:

“Deyirdilər ki, karyeranı bitir. Amma mən nə etməli olduğumu yaxşı bilirdim və bu gün burdayam. Kənardan gələn səslər həmişə belə olur və vəziyyəti idarə etməyi bacarmaq lazımdır. Yolumuza davam edib, birlikdə qalmalıyıq”.

Portuqaliya K qrupunda 4 xalla ikinci sıradadır.

Daha bir mövsüm “Neftçi”də: “Təkliflər oldu, ancaq…”

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayev daha bir mövsüm “ağ-qaralar”da qalacaq.

Bu barədə mütəxəssis “Futbolpress.az“a açıqlamasında bildirdi. Abdullayev təkliflərin olmasına baxmayaraq, qarşıdakı mövsümdə də “Neftçi”də işləyəcəyini qeyd etdi:

“Daha bir mövsüm “Neftçi”də qalacağam. Təkliflər var idi, amma burada qalmağı seçdim. Gələcəkdə yaxşı layihəsi olan bir klubdan təklif gəlsə, onu dəyərləndirə bilərəm. Hazırda isə qərarım “Neftçi”də qalmaqdır”.

Abdullayev 2016-cı ildən “Neftçi”də çalışır. O, 2022-ci ildən əvəzedici komandaya rəhbərlik edir.

Şahin Cəfərov

PFL bonusları açıqladı: ən çox qazanan kim oldu?

Peşəkar Futbol Liqası Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara ödənişləri həyata keçirib.

Futbolpress.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa klubları arasında bölüşdürülüb. Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb.

Mövsüm ərzində Peşəkar Futbol Liqası tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, Peşəkar Futbol Liqası tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.

Yekun bölgüdə ilk pillədə “Qəbələ” klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib. Klublara köçürülən vəsaitlərin məbləği və bölgünün bütün detalları təqdim olunan cədvəldə öz əksini tapıb. Peşəkar Futbol Liqası ümid edir ki, ilk dəfə tətbiq edilən bu təşviq mexanizmi klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verəcək.

DÇ-2026: günün oyunları bu kanallarda – TV

Bu gün dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

24 iyun
23:00 İsveçrə – Kanada (İctimai TV, TRT 1)
23:00 Bosniya və Herseqovina – Qətər (CBC Sport, TRT Spor)

25 iyun
02:00 Mərakeş – Haiti (CBC Sport, TRT Spor)
02:00 Şotlandiya – Braziliya (İctimai TV, TRT 1)
05:00 CAR – Cənubi Koreya (CBC Sport, TRT Spor)
05:00 Çexiya – Mərakeş (İctimai TV, TRT 1)

 

İngiltərədən yeni rekord

İngiltərə millisi dünya çempionatının 2-ci turunda Qana ilə oyunda (0:0) topa nəzarət göstəriciləri baxımından rekord müəyyənləşdirib. Msport.az xəbər verir ki, […]

Source

“Neftçi” Pedro Markeslə anlaşdı

“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır. Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu Pedro Markes “ağ-qaralar”a keçidi tamamlayıb. Əvvəllər 28 […]

Source

DÇ-2026: 7 komanda pley-offda!

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında pley-offa vəsiqə qazanan komandaların sayı 7-yə çatıb. Msport.az xəbər verir […]

Source

DÇ-2026: İngiltərə büdrədi

Dünya çempionatında İngiltərə Qana ilə qarşılaşıb. Msport.az xəbər verir ki, Boston stadionunda keçirilən L qrupunun II turunun matçında hesab açılmayıb – […]

Source

Qari O’Nil – “İpsviç Taun”un yeni baş məşqçisi!

43 yaşlı futbol mütəxəssisi Qari O’Nil yenidən İngiltərə Premyer Liqasına qayıtmış “İpsviç Taun” komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssis “traktorçular”ın 90 illik peşəkar tarixində 20-ci baş məşqçi olub. Klub O’Nillə 2029-cu ilin yayına qədər qüvvədə olacaq 3 illik müqavilə bağlayıb.

Yeni təyinatından sonra Qari O’Nil klubun rəsmi saytına açıqlamasında “İpsviç Taun”a rəhbərlik etməyin onun üçün böyük şərəf olduğunu bildirib:

“Bu möhtəşəm kluba rəhbərlik etmək mənim üçün böyük şərəfdir. Son illərdə komandanın inkişafını diqqətlə izləyirdim və “İpsviç”i Premyer Liqada çalışdırmaq imkanı məni çox ruhlandırır. Bu klubun aydın inkişaf strategiyası və böyük ambisiyaları var. Azarkeşlər və yerli ictimaiyyət qarşısındakı məsuliyyəti çox yaxşı anlayıram. Bizi hansı çağırışların gözlədiyini bilirik və işə başlamağı səbirsizliklə gözləyirəm”, – deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, britaniyalı məşqçinin son iş yeri Fransanın “Strasburq” klubu olub. Onun rəhbərliyi altında Elzas təmsilçisi Liqa 1-də 8-ci yeri tutub və klub tarixində ilk dəfə Avropa Konfrans Liqasının yarımfinalına yüksəlib.

Qari O’Nil daha əvvəl İngiltərə Premyer Liqasında “Bornmut” və “Vulverhempton” klublarını da çalışdırıb. O, hər iki komandanı elitada saxlamağı bacarıb. “Bornmut” onun rəhbərliyi altında mövsümü 15-ci, “Vulverhempton” isə 14-cü pillədə başa vurub.

Baş məşqçi ilə birlikdə onun məşqçilər korpusunda yer alan Tim Cenkins, Nil Kritçli və Ed Eyms də “İpsviç Taun”a keçiblər. Hər üç mütəxəssis Qari O’Nilin “Strasburq”dakı məşqçilər heyətində çalışırdı.

Harri Keyn millidə oyun sayına görə Devid Bekhemi geridə qoydu

İngiltərə millisinin hücumçusu Harri Keyn yığmada keçirdiyi oyunların sayına görə əfsanəvi Devid Bekhemi geridə qoyaraq tarixi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Qana millisinə qarşı keçirdikləri oyuna start heyətində çıxmaqla İngiltərə yığmasının heyətində 116-cı matçını keçirib.

Bununla da Keyn 115 oyun keçirmiş sabiq kapitan Devid Bekhemi arxada qoyaraq İngiltərə millisinin tarixində ən çox oyun keçirən futbolçular siyahısında üçüncü pilləyə yüksəlib.

Hazırda bu göstərici üzrə yalnız iki futbolçu Harri Keyni qabaqlayır. İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi yığmanın heyətində 120 oyunda iştirak edib, əfsanəvi qapıçı Piter Şilton isə 125 matçla rekordçudur.

Qeyd edək ki, Harri Keyn 2015-ci ildən İngiltərə millisinin formasını geyinir və 81 qolla yığmanın tarixində ən məhsuldar futbolçu hesab olunur.

Klub karyerasında uzun illər “Tottenhem”in şərəfini qorumuş hücumçu 2023-cü ilin avqustundan Almaniyanın “Bayern” klubunda çıxış edir.

Keyn həmçinin 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında 6 qol vuraraq turnirin bombardiri olmuşdu.

DÇ-2026: 2-ci tur Kolumbiyanın qələbəsi ilə yekunlaşdı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Kolumbiya və Konqo Demokratik Respublikası yığmaları üz-üzə gəliblər. Zapopanda (Kanada) keçirilmiş K qrupunun matçında Kolumbiya yığması cəmi 1 qol vurmaqla 3 xala sevinib. Oyundakı yeganə qolun müəllifi 76-cı dəqiqədə fərqlənmiş Daniel Munyos olub.

Xatırladaq ki, qrupun digər oyununda Portuqaliya Özbəkistanı 5:0 hesabı ilə məğlub etmişdi. Ardıcıl ikinci görüşdə qələbə qazanmış Kolumbiya millisi hazırda 6 xalla K qrupunda liderdir. Portuqaliyanın 4, Konqonun 1 xalı var. Özbəkistan isə xalsız və sonuncudur.

DÇ-2026
K qrupu
24 iyun

Kolumbiya – Konqo DR 1:0
Qol: Daniel Munyos, 76.

DÇ-2026: Miller izlədi, Panama Xorvatiyaya uduzdu

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Panama və Xorvatiya yığmaları üz-üzə gəliblər. Torontoda (Kanada) keçirilmiş L qrupunun matçında Avropa təmsilçisi cəmi 1 qol vurmaqla 3 xala sevinib. Oyundakı yeganə qolun müəllifi 54-cü dəqiqədə fərqlənmiş Ante Budimir olub.

“Turan Tovuz”un müdafiəçisi Roderik Miller ilk turda olduğu kimi, bu dəfə də matçı ehtiyat oyunçular skamyasından izləyib.

Xatırladaq ki, qrupun digər matçında İngiltərə və Qana milliləri qolsuz (0:0) bərabərə qalmışdılar.

Beləliklə, hazırda L qrupunda 4 xalı olan İngiltərə millisi qrup birincisidir. Qana 4, Xorvatiya 3 xal toplayıb. Hazırda xalsız və sonuncu olan Panamanın isə qrupdan çıxmayacağı dəqiqləşib.

DÇ-2026
L qrupu
24 iyun

Panama – Xorvatiya 0:1
Qol: Ante Budimir, 54.

“Ronaldo qolları ilə hamını susdurdu”

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun bacısı Elma Aveyru qardaşına qarşı tənqidlərə sərt cavab verib.

Futbolpress.az xəbər verir ki, o, Ronaldonun Özbəkistanla oyunda dubl etməsindən sonra sosial şəbəkə hesabında bunları yazıb:

“Ronaldoya qocalmısan, artıq faydalı deyilsən, dedilər, düzdür? İndi bu tutuquşular hardadır? Onlar ikiüzlü insanlardır, üzlərini görmək istəmirəm. Ronaldo qolları ilə hamını susdurdu”.

Ronaldo Özbəkistanla matçda (5:0) iki qol vurub və komandasının qələbəsində pay sahibi olub.

Mundialdan sonra “nikah təzələnəcək”

“Bavariya” hücumçusu Harri Keynlə müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb. Forvard DÇ-2026-dan sonra klubla yeni anlaşmaya imza atacaq.

Keyn 2023-cü ildən “Bavariya”da çıxış edir. Onun indiki müqaviləsi 2027-ci lin yayına kimidir.

Hücumçu hazırda İngiltərə yığması ilə dünya çempionatındadır.

Tuxel: “Azı bir qol vurmağa layiq idik”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-da Qanaya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Azı bir qol vurmağa layiq idik. Çətin oyun olacağını bilrdik. Qana kompakt müdafiə olunan komandadır və çox yaxşı qapanırlar. İlk hissənin sonlarından tempi artırdıq və üstün oynadıq. Fasilədən sonra da fürsətlərimiz oldu, amma dəyərləndirə bilmədik. Matçboyu rəqibə əks-hücumdan şans vermədik. Belə oyunlarda dəqiq olmaq mütləqdir. Bir qol vursaydıq, ardı gələrdi”.

İngiltərə millisi L qrupunda 4 xalla liderdir.

Modriçin yubileyi – dördüncü oldu

Luka Modriç Xorvatiya millisində 200-cü oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçinin yubileyi DÇ-2026-nın qrup mərhələsinin II turunun Panama ilə matçına təsadüf edib. Görüş xorvatların minimal hesablı qələbəsiylə başa çatıb.

Modriç milli komandasında azı 200 oyun keçirən dördüncü futbolçudur. Bu göstəricidə birinci 230 matçla Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldodur.

Rumıniyalı mütəxəssis: “Hər iki mərhələnin favoriti “Zirə”dir”

“Zirə” Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşacaq. “Qartallar” ilk oyunu iyulun 8-də Sumqayıtda keçirəcək. Cavab görüşü isə bir həftə sonra Kutaisidə olacaq.

Qəsəbə klubu duellərdən qalib ayrılacağı təqdirdə, növbəti mərhələdə “Hegelmann” (Litva) – “Paide” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

“Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake “Futbolpress.az“a açıqlamasında püşkü dəyərləndirdi:

“Zirə”ni izləyirəm. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb və artıq neçənci mövsümdür, avrokuboklarda iştirak edirlər. Hər iki mərhələnin favoriti “Zirə”dir. Onlar rəqiblərindən səviyyəcə üstündürlər və məncə, turu keçmək problem olmayacaq. Komanda bir az da güclənsə, əsas mərhələyə qədər irəliləyə bilərlər. Düzdür, Avropada asan oyun olmur. Amma indiki məqamda “Zirə” digər rəqiblərdən daha güclüdür. Sadıqova və komandasına uğurlar arzu edirəm”.

Skarlatake 2018-2020-ci illərdə “Zirə”nin formasını geyinib.

Şahin Cəfərov

Qol vurdu, “ən yaxşı” oldu

DÇ-2026-nın qrup mərhələsinin Kolumbiya – Konqo oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı kolumbiyalı Daniel Munyos qazanıb. O, komandasının qələbə qazandığı matçda yeganə qolun müəllifi olub.

Kolumbiya Konqonu 1:0 hesabıyla məğlub edərək pley-offa vəsiqə qazanıb.

“Turan Tovuz”un legionerinin komandası qrup sonuncusu oldu

“Turan Tovuz”un legioneri Roderik Millerin çıxış etdiyi Panama yığması DÇ-2026 ilə vidalaşacaq.

Futbolpress.az xəbər verir ki, qrup mərhələsinin II turunda Xorvatiyaya uduzan panamalıların qrup sonuncusu olacağı dəqiqləşib.

Miller nə birinci turda Qanaya qarşı, nə də ikinci turda xorvatlara qarşı oyunda meydana çıxıb.

Daha əvvəl Haiti, Türkiyə, Tunis və İordaniyanın mundialı tərk edəcəyi dəqiqləşib.

Kristiano Ronaldo: “Rekordlar həmişə xoşdur, amma…”

Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistana qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, mundialın debütantı üzərində qazandıqları 5:0 hesablı qələbədən sonra rekordlarına da münasibət bildirib.

41 yaşlı hücumçu qarşılaşmada dubla imza ataraq dünya çempionatları tarixində altı müxtəlif mundialda qol vuran ilk futbolçu olub.

Ronaldo komandanın nümayiş etdirdiyi oyundan məmnun qaldığını vurğulayıb:

“Çox şadam, amma mənim üçün ən vacibi komandamızın işi və nümayiş etdirdiyimiz inamdır. Komanda həqiqətən çox yaxşı çıxış etdi və oyununu əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Deyildiyi kimi, hər qaranlıq buludun arxasında işıq var. Şəxsən mənim üçün rekordlar həmişə xoşdur, lakin əsas vəzifəm həmişə milli komandanın qarşısına qoyulan məqsədlərə çatmasına kömək etməkdir”, – deyə Ronaldo FIFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Qeyd edək ki, portuqaliyalı superulduz Özbəkistanla oyunda vurduğu iki qolla dünya çempionatlarındakı qol sayını 10-a çatdırıb. Bununla da o, əfsanəvi Eysebionu geridə qoyaraq Portuqaliya millisinin mundiallar tarixində ən məhsuldar futbolçusu olub.

Ronaldo həmçinin 41 yaşında dünya çempionatında fərqlənən ikinci ən yaşlı futbolçu kimi tarixə düşüb. Bu göstəricidə rekord 1994-cü il mundialında 42 yaşında qol vuran kamerunlu Rojer Millaya məxsusdur.

Xatırladaq ki, Kristiano Ronaldo DÇ-2026-da vurduğu qolla dünya çempionatları tarixində altı müxtəlif turnirdə fərqlənmiş ilk futbolçu adına sahib çıxıb. Portuqaliya millisinin lideri daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən mundiallarda da qol sevinci yaşamışdı.

Tomas Tuxel: “Belə komandalara qol vurmaq çətindir”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın qrup mərhələsində Qana ilə qolsuz bərabərə qaldıqları oyunu (0:0) şərh edib.

Arena.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının qələbəyə daha yaxın olduğunu düşünsə də, rəqibin müdafiədə çox intizamlı oynadığını vurğulayıb.

“Matçın sonlarında iki yaxşı qol imkanımız oldu və bəlkə də qələbəyə layiq idik. Belə komandalara qarşı qol vurmaq çətindir, alınmadıqda isə oyun səbir sınağına çevrilir. Rəqib bu qədər aşağı blokla müdafiə olunanda oynamaq asan deyil.

Birinci hissədə tempimiz var idi, enerjili çıxış edirdik, lakin sadəcə qol vura bilmədik. Rəqibin əks-hücumlarının qarşısını çox yaxşı aldıq, müdafiədə də əla oynadıq. Meydana sonradan daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Panama ilə oyun dörd gündən sonra olacaq və həmin qarşılaşma barədə daha sonra düşünəcəyik”, – deyə Tomas Tuxel matçdan sonra bildirib.

Qana millisinin baş məşqçisi Karlos Keyroş isə futbolçularının göstərdiyi mübarizədən qürur duyduğunu bildirib. Təcrübəli mütəxəssis İngiltərəni dünya çempionatının əsas favoritlərindən biri hesab etdiyini də gizlətməyib:

“Futbolçularımızın necə mübarizə aparması və oyun planına necə əməl etməsi ilə fəxr edirəm. Mənim təvazökar fikrimcə, İngiltərə dünya çempionatının qalibi olmağa əsas namizədlərdən biridir.

Bu nəticə azarkeşlərimiz üçün bir hədiyyədir. Eyni zamanda, itirdiyimiz bəzi futbolçular üçün də bir hədiyyədir. Müdafiə olunmalı olduğun zaman müsbət nəticə qazanmaq üçün məhz belə oynamaq lazımdır.

Məqsədimiz ilk hissəni üstün vəziyyətdə başa vurmaq idi ki, İngiltərənin bizi məğlub etmək şansı qalmasın. Məhz bundan sonra oyuna nəzarət etməyə başladıq. Biz də qol vura bilərdik, təəssüf ki, bunu bacarmadıq. Düşünürəm ki, İngiltərənin də fərqlənmək imkanı var idi. Buna görə heç-heçə hər iki komanda üçün ədalətli nəticə oldu”.

Didye Deşam Norveçlə oyunu buraxacaq – Səbəb

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın qrup mərhələsinin son turunda Norveçə qarşı keçirəcəkləri oyunu buraxmalı olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFP agentliyi Fransa Futbol Federasiyasına istinadən məlumat yayıb.

Xəbərdə vurğulanır ki, fransalı məşqçi anasının vəfat etməsi səbəbindən bu oyunda komandasına rəhbərlik edə bilməyəcək. 57 yaşlı mütəxəssis ailəvi səbəblərlə əlaqədar vətəninə qayıdacaq və iyunun 26-da keçiriləcək qarşılaşmada texniki zonada olmayacaq.

Qeyd edək ki, Fransa və Norveç milliləri I qrupunda mübarizə aparır. Hər iki komanda iki turdan sonra 6 xal toplayaraq vaxtından əvvəl pley-off mərhələsinə vəsiqəni təmin edib. Qrupu birinci pillədə başa vurmaq üçün Fransa yığmasına son turda məğlub olmamaq kifayət edəcək.

Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında “xoruzlar” 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialının gümüş medalını qazanıb, AÇ-2016-nın finalına yüksəlib və 2024/2025-ci illər mövsümündə UEFA Millətlər Liqasının qalibi adını əldə edib.

DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İngiltərə və Qana yığmaları üz-üzə gəliblər. Bostonda (Massaçusets, ABŞ) keçirilmiş L qrupunun matçında hesab açılmayıb.

İlk turda Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlmiş avropalılar xallarını 4-ə çatdırıblar. Birinci matçlarında Panama seçməsini məğlub etmiş (1:0) Qana yığması da eyni xala malikdir.

Bu qrupun digər matçında, saat 03:00-da Panama Xorvatiya ilə qarşılaşacaq.

DÇ-2026
L qrupu
24 iyun

İngiltərə – Qana 0:0

Növbəti oyunların proqramı:

L qrupu
03:00. Panama – Xorvatiya

K qrupu
06:00. Kolumbiya – Konqo DR

B qrupu
23:00. Bosniya və Herseqovina – Qətər
23:00. İsveçrə – Kanada

Roberto Martines razı, Fabio Kannavaro xoşbəxtdir

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistana qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, K qrupunun oyunu Hyuston şəhərində (Texas, ABŞ) yerləşən “NRG Stadium”da baş tutub.

Xatırladaq ki, portuqaliyalılar mundialın ilk turunda Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə edərək gözlənilmədən xal itirmişdilər. Bu dəfə isə sözügedən komanda 5:0 hesablı qələbəyə sevinib.

Roberto Martines komandasının ilk oyundan nəticə çıxardığını vurğulayıb:

“Soyunub-geyinmə otağında məhz belə reaksiyanı gördük. Bəzən turnirdə irəliləmək üçün ilk oyundakı kimi bir matça ehtiyac olur. Bu gün eyni istək və fədakarlıqla oynayan, lakin artıq ilk matç olmadığı üçün daha yetkin görünən bir komanda gördük. Nəticədən çox razıyam”.

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro isə böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularının çıxışını yüksək qiymətləndirib. İtaliyalı mütəxəssis komandalar arasında səviyyə fərqinin böyük olduğunu etiraf edib:

“Komandama qarşı heç bir iradım yoxdur. Komandalarımız arasında çox böyük fərq var idi. Portuqaliya kimi rəqibə qarşı ilk 10 dəqiqədə qol buraxırsansa, bundan sonra oynamaq çox çətin olur. Dünya çempionatında iştirak təcrübəsi bizim üçün çox dəyərlidir. Hesab böyük olsa da, futbolçularımızın mübarizədən vaz keçmədiyini gördüm. Buna görə çox xoşbəxtəm”.

Kristiano Ronaldo – 6 müxtəlif DÇ-də qol vuran ilk futbolçu!

DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistana qarşı keçirdikləri oyun Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, futbol üzrə dünya çempionatları tarixində yeni rekordlara imza atıb.

Altı müxtəlif dünya çempionatında qol vuran ilk futbolçu

40 yaşlı hücumçu 5:0 hesablı qələbəyə sevindikləri bu oyunda dubla imza atıb. Ronaldo matçın 6-cı dəqiqəsində Joao Kanselonun ötürməsini dəqiq tamamlayaraq hesabı açıb. Bu qol sayəsində portuqaliyalı ulduz dünya çempionatları tarixində altı müxtəlif mundialda qol vurmuş ilk futbolçu olub.

Buna qədər Ronaldo bu rekordu Argentina millisinin kapitanı Lionel Messi ilə bölüşürdü. Hər iki futbolçu beş müxtəlif dünya çempionatında fərqlənməyi bacarmışdı.

Ronaldo mundiallarda ilk qolunu 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatında vurub. O, daha sonra 2010, 2014, 2018, 2022 və nəhayət 2026-cı il dünya çempionatlarında da rəqib qapılarına yol tapıb.

Dünya çempionatlarında ən çox oyun keçirən futbolçular arasında ilk üçlükdə

Özbəkistanla qarşılaşma Ronaldo üçün dünya çempionatlarındakı 24-cü oyun olub. Bununla da o, italiyalı əfsanə Paolo Maldinini geridə qoyub və almaniyalı Miroslav Kloze ilə birlikdə üçüncü pilləyə yüksəlib.

Hazırda mundial tarixində Ronaldodan daha çox oyun keçirən yalnız iki futbolçu var:

Lionel Messi – 28 oyun;
Lotar Matteus – 25 oyun.

Dünya çempionatında qol vuran ikinci ən yaşlı futbolçu

Ronaldo həmçinin dünya çempionatlarında 40 yaşdan yuxarı qol vuran ikinci futbolçu kimi tarixə düşüb.

41 yaşlı hücumçu bu göstəricidə yalnız Kamerun millisinin sabiq hücumçusu Rojer Milladan geri qalır. Milla 1994-cü il dünya çempionatında Rusiya millisinə qarşı oyunda 42 yaşında fərqlənmişdi.

Bundan əlavə, Ronaldo dünya çempionatları tarixində 40 yaşdan sonra dubla imza atan ilk futbolçu olub.

Portuqaliya millisinin mundiallar tarixində ən məhsuldar futbolçusu

Ronaldo matçın 39-cu dəqiqəsində Bruno Fernandesin ötürməsindən sonra ikinci qolunu vuraraq dünya çempionatlarında qollarının sayını 10-a çatdırıb.

Bununla da o, Portuqaliya millisinin əfsanəsi Eysebionu geridə qoyaraq ölkəsinin dünya çempionatları tarixində ən məhsuldar futbolçusu olub.

Ronaldo həmçinin mundial tarixində 10 qol həddinə çatmış 16-cı futbolçu kimi də tarixə düşüb. Hazırda dünya çempionatlarının bombardirləri siyahısına 18 qolla Lionel Messi başçılıq edir.

Kristiano Ronaldo Maradona və Neymarı geridə qoydu

Ronaldonun ilk qolu onun dünya çempionatlarındakı qol sayını 9-a çatdırmışdı. Bu göstərici ilə o, Argentina futbolunun əfsanəsi Dieqo Maradona və Braziliya millisinin ulduzu Neymar da daxil olmaqla yeddi futbolçunu geridə qoymuşdu. İkinci qoldan sonra isə Ronaldonun hesabında artıq 10 qol var.

Karyerasında 975-ci qol

Özbəkistanla matçda qeydə alınmış dubl sayəsində Ronaldo peşəkar karyerasındakı qollarının sayını 975-ə çatdırıb.

Bu qollardan:

145-i Portuqaliya millisinin heyətində;
830-u isə klub səviyyəsində vurulub.

Beləliklə, təcrübəli hücumçu karyerasında 1000 qol həddinə daha da yaxınlaşıb.

İlk oyundakı uğursuzluqdan sonra möhtəşəm dönüş

Portuqaliya millisi DÇ-2026-ya Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə ilə başlamışdı. Həmin oyunda Ronaldo demək olar ki, görünməz olmuş və yığmanın heyətində böyük turnirlərdə ardıcıl 10 oyunda qol vurmamaqla şəxsi antirekordunu müəyyənləşdirmişdi.

Lakin Özbəkistanla görüşdə 41 yaşlı futbolçu yenidən özünü ən yüksək səviyyədə göstərərək tənqidlərə cavab verib.

Kristiano Ronaldo karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının, bir dəfə Avropa çempionatının və iki dəfə UEFA Millətlər Liqasının qalibi olub. O, həmçinin milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixinin ən məhsuldar futbolçusudur. Portuqaliyalı superulduz beş dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Qeyd edək ki, Portuqaliya millisi iki turdan sonra 4 xalla K qrupuna başçılıq edir. Qrupun son turunda portuqaliyalılar Kolumbiya ilə qarşılaşacaqlar.

ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunur. Mundial iyulun 19-da başa çatacaq.

İnyaki Penya “Barselona”nı “Panatinaikos”a dəyişdi

Futbol üzrə İspaniya çempionu “Barselona”nın qapıçısı İnyaki Penya bundan sonra Yunanıstanın “Panatinaikos” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətlərinə istinadən xəbər verir.

“Barsa” 27 yaşlı ispaniyalı qapıçını 3 milyon avro müqabilində satıb. Kataloniya klubunda möhkəmlənə bilməyən qolkiper “Panatinaikos”la 3 illik müqaviləyə imza atıb.

İnyaki Penya futbola “Vilyarreal”da başlasa da, “Barselona”nın yetirməsi hesab edilir. O, Kataloniya klubunun əsas komandasının heyətində 45 oyuna çıxıb, 64 qol buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb.

Penya 2022-ci ildə Türkiyənin “Qalatasaray” klubunda, ötən mövsüm isə “Elçe”də icarədə də olub.

Qeyd edək ki, Penya “Barselona”da Voyçex Şesnı, Mark-Andre ter Ştegen və Xoan Qarsiyadan sonra dördüncü qapıçı idi.

İspaniyanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynamasına baxmayaraq, Penyaya əsas millidə debüt etmək qismət olmayıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

DÇ-2026: Ronaldodan dubl, Portuqaliyadan darmadağın

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Portuqaliya və Özbəkistan yığmaları üz-üzə gəliblər. Hyustonda (Texas, ABŞ) keçirilmiş K qrupunun matçında Avropa təmsilçisi darmadağına sevinib – 5:0.

Portuqaliyalıların lideri və kapitanı Kristiano Ronaldo bu görüşdə dublla yadda qalıb. Digər qollar isə Nuno Mendes, Abdukodir Xusanov və Rafael Leaodan gəlib.

Qrupun digər oyununda, saat 06:00-da Kolumbiya və Konqo Demokratik Respublikası yığmaları qarşılaşacaqlar.

Beləliklə, hazırda K qrupunda 4 xalı olan Portuqaliya millisi qrup birincisidir. Kolumbiyanın 3, Konqo Demokratik Respublikasının 1 xalı var. Xalsız olan Özbəkistan isə sonuncudur və mundialla erkən vidalaşacağı dəqiqləşib.

DÇ-2026
K qrupu
23 iyun

Portuqaliya – Özbəkistan 5:0
Qollar: Kristiano Ronaldo, 6; 39. Nuno Mendes, 17. Abdukodir Xusanov, 60-öz qapısına. Rafael Leao, 87.

Növbəti oyunların proqramı:

24 iyun

L qrupu
00:00. İngiltərə – Qana
03:00. Panama – Xorvatiya

K qrupu
06:00. Kolumbiya – Konqo DR

B qrupu
23:00. Bosniya və Herseqovina – Qətər
23:00. İsveçrə – Kanada

Tyaqo Silva yenidən “Fluminense”də – Rəsmi

Bu yay Portuqaliyanın “Portu” klubundan azad agent kimi ayrılmış 41 yaşlı braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva yenidən “Fluminense”yə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı müdafiəçi komandaya azad agent kimi qoşulub. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2026-cı ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, Tyaqo “Portu”ya 2026-cı ilin yanvarında məhz “Fluminense”dən keçmişdi. Təcrübəli futbolçu Portuqaliya nəhənginin heyətində 2025/2026-cı illər mövsümündə 14 matça çıxıb və ölkə çempionu adını qazanıb.

Silva üçüncü dəfə doğma klubuna qayıdır. O, “Fluminense”nin heyətində bütövlükdə 186 oyun keçirib, 18 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Silva karyerası ərzində Avropada “Milan” (İtaliya), PSJ (Fransa) və “Çelsi”nin (İngiltərə), Braziliyada “Fluminense” və “Yuventude”nin də formasını geyinib.

Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 41 yaşlı futbolçunun tansfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Murad Məmmədov: “Pafos”a keçdiyim üçün çox xoşbəxtəm”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) üzvü Murad Məmmədov “Pafos”a transferinin uğurlu addım olacağını düşünür.

Arena.az xəbər verir ki, gənc futbolçu bunu Kipr klubunun mətbuat xidmətinə açıqlamasında deyib.

O, ötən mövsüm komandanın oyunlarını yaxından izlədiyini söyləyib:

“Ötən mövsüm bu komandanın oyunlarını yaxından izləyirdim və mənə çox xoş gəlirdi. Bu kluba keçidimin karyeramda uğurlu bir addım olacağını düşündüm. Bir dəfə evdə oturarkən atama dedim ki, vaxt gələcək, mən belə klublarda oynayacağam, sən də evdən mənim avrokuboklardakı oyunlarımı izləyəcəksən. Şükürlər olsun ki, artıq buradayam və çox xoşbəxtəm”.

Murad Məmmədov 47 nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb:

“Futbol karyerama başlayanda ilk növbədə müdafiədə çıxış edirdim və 4 nömrə altında oynayırdım. Daha sonra komandaya yeni baş məşqçi gəldi və mən vinger mövqeyində, 7 nömrə ilə oynamağa başladım, həmçinin kapitanlıq etdim. Əsas komandaya yüksələndə bu iki rəqəmi birləşdirib 47-ni seçmək qərarına gəldim. Uşaqlıq dövrümdən bəri yalnız 4 və 7 rəqəmləri altında oynamışam. Ümumiyyətlə, 7 mənim ən sevdiyim və uğur gətirən rəqəmdir”.

Qeyd edək ki, Kiprin “Pafos” klubu “Neftçi”nin yetirməsi olan 20 yaşlı Murad Məmmədovu yay azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

“Qarabağ” başladı – VİDEO

“Qarabağ” Avstriyada keçirilən təlim-məşq toplanışına start verib.

Futbolpress.az xəbər verir ki, Tirol bölgəsində məskunlaşan “atlılar” burda üç yoxlama oyunu keçirəcək.

Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş” ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

Federasiya rəsmiləri milli komanda ilə görüşdü

Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

Futbolpress.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak edib.

Federasiya rəhbərliyi idmançılara olan etimadını ifadə edərək, onların Avropa çempionatında uğurlu çıxış edəcəklərinə inandığını vurğulayıb. Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib və məsuliyyətli mübarizə aparmalarının vacibliyi qeyd olunub.

Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı 29 iyun – 2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək. Azərbaycan qitə birinciliyində 12 çəki dərəcəsində 17 idmançı (10 oğlan, 7 qız) ilə fərdi yarışlarda təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Cennaro Qattuzo – “Latsio”nun yeni baş məşqçisi!

Futbol üzrə İtaliya yığma komandasının sabiq baş məşqçisi Cennaro Qattuzo bundan sonra A Seriyası təmsilçisi “Latsio”nu çalışdıracaq.

Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

48 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti açıqlanmayıb. Klubun bəyanatında bildirilir:

“Klub yeni baş məşqçisini səmimi qəlbdən salamlayır və əmindir ki, onun təcrübəsi, peşəkarlığı və məqsədyönlülüyü komandanın qarşıya qoyduğu idman hədəflərinə çatmasına kömək edəcək”.

Qeyd edək ki, Qattuzo son olaraq İtaliya millisini çalışdırıb. O, yığmanın 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsindən sonra vəzifəsindən ayrılmışdı.

Məşqçilik karyerası ərzində Qattuzo İtaliyanın “Palermo”, “Piza”, “Milan” və “Napoli” klublarını, İsveçrənin “Syon”, Yunanıstanın OFİ, İspaniyanın “Valensiya”, Fransanın “Olimpik” (Marsel) və Xorvatiyanın “Hayduk” komandalarını da çalışdırıb. Onun rəhbərliyi altında “Napoli” 2020-ci ildə İtaliya Kubokunun qalibi olub.

Futbolçu karyerasında isə Cennaro Qattuzo əsasən “Milan”dakı çıxışı ilə yadda qalıb. O, 1999-2012-ci illərdə “rossonerilər”in heyətində 468 oyunda iştirak edib, 11 qol vurub və 19 məhsuldar ötürmə edib. “Milan”la iki dəfə İtaliya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş sabiq yarımmüdafiəçi, həmçinin 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu titulunu qazanıb.

“Şəfa”dan ayrılan futbolçu I Liqaya yollandı

“Şahdağ Qusar” yeni futbolçu ilə güclənib.

Futbolpress.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. I liqa təmsilçisi Vüqar Həsənovla müqavilə imzalayıb. Təcrübəli futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb.

Həsənovun son klubu “Şəfa” olub.

“Şahdağ Qusar” daha öncə Elməddin Sultanov, Urfan İsmayılov, Ravil Qafarov, Fəxri Məmmədli, Gülağa Əsədov və Mehrac Baxşalını heyətinə qatıb.

“Zirə”nin rəqibi “Torpedo” evdə xal itirdi

Azərbaycan təmsilçisi “Zirə”nin Avropa Konfrans Liqasındakı rəqibi olan Kutaisi “Torpedo”si Gürcüstan çempionatında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Kutaisi təmsilçisi öz meydanında “Spaeri” ilə qarşılaşıb.

19-cu tur çərçivəsində baş tutmuş bu görüşdə qalib müəyyənləşməyib. Tərəflər meydanı qolsuz bərabərliklə tərk ediblər – 0:0.

Ardıcıl 3 oyun idi uduzan “Torpedo” məhz bu heç-heçə sayəsində uğursuz gedişata son qoyub. Komanda 4 oyundur qələbəyə həsrətdir.

“Zirə”nin rəqibi cari mövsümdə keçirdiyi 19 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. 30 qol vurmuş komanda öz qapısından 19 top buraxıb. 27 xalı olan Kutaisi təmsilçisi 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisinin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də “Sumqayıt Arena”da baş tutacaq. Bu komandaların cavab görüşü isə iyulun 16-da Kutaisidə təşkil ediləcək.

Vieyrinya “Zirə”də – Rəsmi

Portuqaliyalı hücumameyilli yarımmüdafiəçi Filipe da Silva Tavares Vieyra (Vieyrinya) bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

29 yaşlı futbolçu 2 illik müqavilə bağlanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Vieyrinya “Feyrense” və “Portu” klublarının yetirməsidir. O, karyerası ərzində “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Vizeu”, “Espinyo”, “San Joao de Ver”, “Beyra Mar” kimi klublarda çıxış edib. Portuqaliyalı futbolçu 2024-cü ilin yayından Kiprin “Olimpiakos” (Nikosiya) klubunda çıxış edirdi. O, sözügedən komandanın heyətində meydana çıxdığı 60 oyunda 12 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xatırladaq ki, “Zirə” daha öncə Amin Seydiyev, Maykon Kleyton və Ayxan Hüseynovu da heyətinə qatmışdı. Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə yeni müqavilə imzalanıb. Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev və Ayron Qomis isə komandanı tərk ediblər.

Mbappe: “Diqqətim Messidə deyil”

Fransa millisinin futbolçusu Kilian Mbappe açıqlama verib.

Futbolpress.az “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu argentinalı futbolçu Lionel Messi ilə qol yarışında olmadığını deyib:

“Messi qollar vurur və həmişə də vuracaq. Onun etdiklərinə baxsaq, daha çox şey etməliyəm. Diqqətim Messidə deyil. Fikrim özümdə və komandamdadır. Millidə faydalı olmaq üçün əlimdən gələni edirəm”.

Mbappe dünya çempionatlarının əsas mərhələsində 16 qol vurub. O, daha iki qol vuracağı halda, bu göstəricidə rekordçu olan Lionel Messiyə çatacaq.

Arbeloanın yeni iş yeri məlum oldu

“Real”dan ayrılan Alvaro Arbeloanın yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Fulhem” klubunu çalışdıracaq. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. İspan mütəxəssisin yaxın zamanda Premyer Liqa təmsilçisi ilə müqavilə imzalayacağı bildirilib.

Arbeloa ayın əvvəlində “Real”dan ayrılıb.

“Fənərbağça” belçikalı müdafiəçi ilə maraqlanır

“Lester”in futbolçusu Vut Faes karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “TRT Spor” məlumat yayıb. İstanbul klubu yaxın zamanda belçikalı üçün danışıqlara başlamağı planlaşdırır.

28 yaşlı müdafiəçi ötən mövsümü icarə əsasında “Monako”da keçirib. Onun “transfermarkt”da dəyəri 10 milyon avrodur.

İspaniya klubu “Qalatasaray”a “yox” dedi

“Qalatasaray” “Selta”nın futbolçusu İlayş Moribanı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. İspaniya klubu türklərin 15 milyon avroluq təklifini rədd edib. “Selta” Moriba üçün 20 milyon avro istəyir.

“Barselona”nın yetirməsi olan yarımmüdafiəçi 2025-ci ildən “Selta”da çıxış edir. O, başa çatan mövsümdə La Liqada 36 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Fabiyan Buntiç “Qarabağ”ı Portuqaliya klubuna dəyişdi

Almaniya vətəndaşlığına da malik xorvat qapıçı Fabiyan Buntiç “Qarabağ”dan ayrılandan sonra özünə yeni klub tapmaqda çətinlik çəkməyib.

Arena.az xəbər verir ki, Ağdam klubuna Portuqaliyadan gəlmiş təcrübəli qolkiper yenə bu ölkəyə qayıdıb.

O, Portuqaliyanın 2-ci liqa təmsilçisi “Farense” ilə anlaşıb. 29 yaşlı oyunçu yeni klubu ilə 1 illik sözləşməyə imza atıb. Müqavilədə onu daha bir il uzatmaq bəndi də var.

Portuqaliyada ailə qurduğunu və orada bir müddət yaşadığını açıqlayan Buntiç həmin ölkəyə uyğunlaşmaqda çətinlik çəkməyəcəyini söyləyib. O, Azərbaycan təcrübəsindən də bəhs edib:

“Azərbaycanda mədəniyyət və insanların futbola baxışı fərqlidir. Amma mənə Çempionlar Liqası və Avropa Liqası kimi böyük turnirlərdə oynamaq imkanı verildi. Ən yüksək səviyyəli yarışlarda iştirak etdikcə daim yeni şeylər öyrənirsən və mən də bu təcrübədən daha bilikli şəkildə ayrıldım”.

Xatırladaq ki, Fabiyan Buntiç “Qarabağ”a 2024-cü ilin yayında Portuqaliyanın “Vizela” klubundan 350 min avro müqabilində transfer edilmişdi. O, Ağdam klubunun heyətində cəmi 22 oyuna çıxıb, 24 qol buraxıb, 9 matçda qapısını toxunulmaz saxlayıb.

Almaniyanın “Ştutqart” klubunun yetirməsi olan Buntiç “Vizela”dan öncə “İnqolştadt”da da forma geyinib. O, Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.

Ayxan Hüseynov “Zirə”də – Rəsmi

“Turan Tovuz”dan ayrılmış Azərbaycan millisinin hücumameyilli yarımmüdafiəçisi Ayxan Hüseynov “Zirə” ilə rəsmi müqaviləyə imza atıb.

Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, “Zirə” bu gün yeni futbolçuyla anlaşıb. Sözügedən klub Ayxan Hüseynovu heyətinə qatıb. Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Ayxan Hüseynov Rusiyada dünyaya göz açıb və futbolun sirlərinə bu ölkənin müxtəlif klublarında yiyələnib. O, “Zenit”, “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Dolqoprudni”, “Ximki” kimi klubların müxtəlif yaş qrupları üzrə komandalarında oynayıb. “Turan Tovuz” bu futbolçunu 2022-ci ilin yayında “Ximki”dən azad agent kimi heyətinə cəlb etmişdi. Ayxan Tovuz klubunun əsas komandasının heyətində 142 oyuna çıxıb, 24 qol vurub, 31 məhsuldar ötürmə verib.

Ayxan 2026-cı mart ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 4 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

Yeri gəlmişkən, “Zirə”nin sabiq məşqçisi Eltun Yaqublu yenidən bu klubda çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaqublu “Zirə”nin yeni yaradılmış Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib. Mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Xatırladaq ki, Eltun Yaqublu 2020-2025-ci illərdə “Zirə”də məşqçi kimi fəaliyyət göstərib.

Kim gəlir, kim gedir? – YENİLƏNİR

Azərbaycan Premyer Liqası klubları 2026/27 mövsümünün transfer çalışmalarına start verib.

“FutbolPress” Premyer Liqa təmsilçilərinin transferlərini təqdim edir:

“Sabah”

Gələnlər: Yunis Laçabı (“Lill”, Fransa – icarə) Eyden Makkarti (son klubu – “Kayzer Çifs”, CAR), Junior Erivaldo Almeyda (“Maritumu”, Portuqaliya), Patrik Orfe Mbina (“Maribor”, Sloveniya)
Gedənlər: Cesse Sekidika, Pavol Şafranko, Nicat Mehbalıyev, Amin Seydiyev, Andrey Santos (“İberiya” (Gürcüstan) – icarə)
Müqaviləsi artırılanlar: Velko Simiç, Coy-Lens Mikels, Stas Pokatilov, Tellur Mütəllimov, Patrik Orfe Mbina

“Qarabağ”

Gələnlər: Zakaria Savo ( “Aris”, Kipr), Jali Muaddib (“Omoniya”, Aradippou Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç (“Riyeka”, Xorvatiya)
Gedənlər: Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç (“Farense”, Portuqaliya), Amin Ramazanov
Müqaviləsi artırılanlar: Pedro Bikalyo, Bədavi Hüseynov

“Turan Tovuz”

Gələnlər: Dioqo Balau (“Şamaxı”)
Gedənlər: Filip Ozobiç, Şəhriyar Əliyev, Tural Bayramlı, Sergey Samok, Ayxan Hüseynov (“Zirə”)
Müqaviləsi artırılanlar: 

“Neftçi”

Gələnlər: Rüfət Abbasov (“Şamaxı”), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya)
Gedənlər: Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov (“Pafos”), Cordan Rezabala
Müqaviləsi artırılanlar: Elvin Camalov, Emin Mahmudov, Emil Balayev

“Zirə”

Gələnlər: Amin Seydiyev (“Sabah”), Maykon Kleyton (son klubu “Portimonense”, Portuqaliya), Vierinya (“Olimpiakos”, Kipr), Ayxan Hüseynov (“Turan Tovuz”)
Gedənlər: Tiaqo Silva, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Anatoli Nuriyev, Ayron Qomis
Müqaviləsi artırılanlar: Eren Aydınla, Davit Volkov,  Aydın Bayramov, Elçin Əlicanov, Enrike Kustodio, Qismət Alıyev

“Araz Naxçıvan”

Gələnlər: Cavid Hüseynov (baş məşqçi), Luka Dumançiç (“Persis”, İndoneziya), Rəşad Həsənov (Son klubu “Cəbrayıl”), Alberto Fernandes
Gedənlər: Andrey Demçenko (baş məşqçi), Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala
Müqaviləsi artırılanlar: Slavik Alxasov, Ömər Buludov, Tərlan Əhmədli, Ülvi İsgəndərov, İbrahim Piriyev

“Sumqayıt”

Gələnlər: 
Gedənlər: Sənan Muradlı, Aleksandr Ramalinqom, Rayan Senhadji, Saşa İliç (baş məşqçi)
Müqaviləsi artırılanlar: 

“Şamaxı”

Gələnlər: Azər Bağırov (baş məşqçi, “Kəpəz”), Sənan Muradlı (“Sumqayıt” – icarə) Emin Rüstəmov (“Karvan-Yevlax”) Uğur Cahangirov (“Karvan-Yevlax”), Ceyhun Bağırzadə (“Qəbələ”)
Gedənlər:  Alfons Mabula Msanqa, Ravil Qafarov, Sezar Enrike, Bilal İsmayılov, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tirkoveanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Ayxan Abbasov (baş məşqçi), Dioqo Balau
Müqaviləsi artırılanlar: Abdulla Seydəhmədov, Həbib İsmayılov

“İmişli”

Gələnlər: Seyxan Fərəcov (MOİK)
Gedənlər: Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev
Müqaviləni artıranlar: Azər Salahlı, Tuncay Yusifli, İmam Əli

“Kəpəz”

Gələnlər: Azər Məmmədov (baş məşqçi)
Gedənlər: Azər Bağırov (baş məşqçi), Rauf Hüseynli, Məmməd Hüseynov
Müqaviləsi artırılanlar: Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska

“Qəbələ”

Gələnlər:
Gedənlər: 
Adriel Ba LouaMurad Musayev, Rza Cəfərov, Sambu Sissoko, İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Mehrac Baxşalı (icarə  – “Şahdağ Qusar”), Domi Massumo (“Alaşkert”, Ermənistan)
Müqaviləsi artırılanlar: 

“Şəfa”

Gələnlər: Zaur Həşimov (baş məşqçi), Məmməd Hüseynov (“Kəpəz”) Arsen Ağcabəyov (“Şamaxı”), Rauf Hüseynli (“Kəpəz”), Nicat Mehbalıyev (“Sabah”), Murad Musayev (“Qəbələ”)
Gedənlər: Elgiz Kərəmli (baş məşqçi), Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Novruz Məmmədov, Aqşin Paşayev, Urfan İsmayılov, Vüqar Həsənov, Ruslan Hacıyev
Müqaviləsi artırılanlar: Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli, Nahid Əliyev

Vlahoviçə Türkiyədən təklif

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını Türkiyədə davam etdirə bilər. Msport.az xəbər verir ki, serbiyalı forvard mövsümün sonunda azad agent statusu […]

Source

Azər Məmmədov yenidən “Kəpəz”də!

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” komandasının baş məşqçi postuna yenidən Azər Məmmədov gətirilib.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, yaxın günlərdə 50 yaşlı mütəxəssislə növbəti mövsümün sonuna qədər nəzərdə tutulmuş 1 illik müqavilə imzalanacaq. O, bu postda ötən mövsüm başa çatan kimi komandadan ayrılmış və “Şamaxı”nın “sükanı arxasına” keçmiş Azər Bağırovu əvəz edəcək.

Xatırladaq ki, Azər Məmmədov Gəncə təmsilçisi üçün tanış simadır. O, 2023-cü ildə də “Kəpəz”i çalışdırıb. Məmmədov 2023/2024-cü illər mövsümünün əvvəlindən “Kəpəz”ə rəhbərlik etsə də, noyabrda istefa verib. O, həmin dövrdə bu komandanı bütövlükdə 12 oyuna çıxarıb. Gəncə təmsilçisi bu görüşlərdə cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.

Həmin dövrdə “Kəpəz” Azər Məmmədovun baş məşqçi kimi çalışdırdığı ilk komanda olub. O, daha öncə “Qarabağ”ın futbol akademiyasında və “Zirə”nin ikinci komandasında çalışmış, “Səbail”də köməkçi məşqçi olmuşdu. “Kəpəz”dən ayrılandan sonra isə o, bir müddət “Səbail”də də baş məşqçi kimi çalışıb. Məmmədov 2024-cü ilin noyabrında “Səbail”dən ayrılandan bəri işsiz idi.

Ayxan Hüseynov “Turan Tovuz”u tərk etdi – Rəsmi

“Turan Tovuz”la Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olmuş hücumameyilli yarımmüdafiəçi Ayxan Abbasov əyalət klubundan ayrılmağa qərar verib.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, klubun Ayxan Hüseynovla müqaviləsinin müddəti başa çatıb. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər. “Turan Tovuz” futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Ayxan Hüseynov Rusiyada dünyaya göz açıb və futbolun sirlərinə bu ölkənin müxtəlif klublarında yiyələnib. O, “Zenit”, “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Dolqoprudni”, “Ximki” kimi klubların müxtəlif yaş qrupları üzrə komandalarında oynayıb. “Turan Tovuz” futbolçunu 2022-ci ilin yayında “Ximki”dən azad agent kimi heyətinə cəlb etmişdi. Ayxan Tovuz klubunun əsas komandasının heyətində 142 oyuna çıxıb, 24 qol vurub, 31 məhsuldar ötürmə verib.

Ayxan 2026-cı mart ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 4 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

Sonda onu da qeyd edək ki, Ayxan Hüseynovun karyerasını Premyer Liqamızın digər iştirakçısı “Zirə”də davam etdirməsi gözlənilir.

Alberto Fernandes “Araz-Naxçıvan”da!

2026/2027-ci illər mövsümündən öncə heyətini gücləndirməyə çalışan “Araz-Naxçıvan” ispaniyalı yarımmüdafiəçi Alberto Fernandes ilə anlaşıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir. O, qarşıdakı mövsümün sonunadək bu komandanın uğurları üçün çalışacaq.

Tam adı Alberto Fernandes Qarsiya olan futbolçu “Real” (Madrid) klubunun yetirməsidir. Yarımmüdafiəçi müxtəlif illərdə vətənində “Kastilya”, “Fuenlabrada”, “UCAM Mursiya”, “Sabadel”, “Rayo Maxadaonda”, eləcə də Kiprin “Omoniya 29M” və “Akritas Xlorakas” klublarının formasını geyinib.

Alberto Fernandes 2017-ci ildə İspaniya U-19 millisinin heyətində 1 oyunda meydana çıxsa da, sonradan ona milli formanı geyinmək qismət olmayıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Luka Dumançiç və Rəşad Həsənovu da heyətinə qatmış, Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyevlə yeni müqavilə bağlamışdı. Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala isə komandanı tərk ediblər.

İngiltərə xal itirdi, Xorvatiya qazandı, Kolumbiya pley-offda NƏTİCƏLƏR

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında II turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, bu gün K və l qrupunun matçları baş tutub.

Portuqaliya yığması Özbəkistanla üz-üzə gəlib. Görüş portuqalların darmadağını ilə başa çatıb. Kolumbiya isə Konqoya qalib gəlməklə pley-offa vəsiqə qazanıb.

L qrupunda İngiltərə Qana ilə heç-heçə edib. “Turan Tovuz”un legioneri Roderik Millerin çıxış etdiyi Panama isə Xorvatiyaya uduzub.

DÇ-2026
Qrup mərhələsi, II tur

23 iyun

K qrupu

21:00 Portuqaliya – Özbəkistan 5:0
Qollar: Ronaldo, 6, 39, Mendeş, 17, Nematov, 60-avtoqol, Leao, 88

06:00 Kolumbiya – Konqo 1:0
Qol: D.Munyos, 77

Xal durumu: Kolumbiya – 6, Portuqaliya – 3, Konqo – 1, Özbəkistan – 0

L qrupu

00:00 İngiltərə – Qana 0:0

03:00 Panama – Xorvatiya 0:1
Qol: A.Budimir, 54

Xal durumu: İngiltərə – 4, Qana – 4, Xorvatiya – 3, Panama – 0

Mbappe Klozeyə çatdı: “Messinin rekordlarına fikir vermirəm”

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatının qrup mərhələsinin ikinci turunda İraq yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, ulduz hücumçu bu oyunda vurduğu iki qolla mundiallar tarixinin ən məhsuldar futbolçuları siyahısında ikinci pilləyə yüksəlib.

27 yaşlı forvard bununla dünya çempionatlarındakı qollarının sayını 16-ya çatdırıb. Mbappe əvvəlcə braziliyalı əfsanə Ronaldo ilə eyni göstəriciyə (15 qol) sahib olmuş, daha sonra isə onu geridə qoyaraq Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze ilə ikinci pilləni bölüşməyə başlayıb.

Hazırda mundiallar tarixinin bombardirlər siyahısına 18 qolla Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir.

İraqla qarşılaşma Mbappe üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Bu görüş Fransa millisinin heyətində onun 100-cü oyunu olub. Bununla da o, yığmanın heyətində 100 oyun həddinə çatmış 10-cu futbolçu kimi tarixə düşüb.

Mbappe oyundan sonra Messinin rekordlarını yaxalamaq barədə düşünmədiyini bildirib:

“Leo həmişə qol vurub. O, bunu həmişə edib və etməyə davam edəcək. Əgər diqqətimi Leonun nə etdiyinə yönəltsəm, daha da çox çalışmalı olacağam. Mən ümumiyyətlə onun nə etdiyinə fikir vermirəm. Mən yalnız komandama kömək etməyi düşünürəm”.

Qeyd edək ki, Kilian 2024-cü ildən Madrid “Real”ının formasını geyinir. O, Fransa millisinin tarixində 60 qolla ən məhsuldar futbolçu hesab olunur. Ulduz hücumçu 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal qazanıb.

Lionel Messi: “Bu anlardan həzz alıram”

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının qrup mərhələsinin ikinci turunda Avstriyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra həm komandasının uğuruna, həm də mundiallar tarixinin ən məhsuldar futbolçusu olmasına münasibət bildirib.

38 yaşlı hücumçu Avstriya ilə qarşılaşmada dubla imza ataraq Argentina yığmasına vaxtından əvvəl 1/16 final mərhələsinə vəsiqə qazandırıb. Bununla yanaşı, Lionel Messi Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyaraq dünya çempionatları tarixinin ən yaxşı bombardiri adına sahib çıxıb.

Messi ilk növbədə komandasının növbəti mərhələyə yüksəlməsinə sevindiyini bildirib:

“İlk növbədə bu qələbəyə çox sevinirəm. Bu, bizim üçün son dərəcə vacib idi və ağır, gərgin mübarizə şəraitində qazanıldı. İndi gələcəyə daha rahat baxa bilərik. Bu dünya çempionatında bütün oyunlar gərgin və bərabər mübarizə şəraitində keçir. Mən bu anlardan həzz alıram və komanda yoldaşlarımla birlikdə uğuru qeyd etməyi səbirsizliklə gözləyirəm”.

Argentina millisinin kapitanı penalti epizoduna görə məyus olduğunu da gizlətməyib:

“Penaltiyə görə əsəbiləşmişdim, çünki onu qaçırdım və zərbəm çox uğursuz alındı. Xoşbəxtlikdən, oyunun gedişatını dəyişə bildik və hesabda önə keçdik. Hər şey həqiqətən möhtəşəm alındı. Əgər həmin penaltini qola çevirsəydim, bəlkə də digər iki qolu vurmazdım. Əsas odur ki, həm nəticədən, həm də komandanın oyunundan və əzmkarlığından razıyam”.

Lionel Messi bombardir rekordunun onun üçün əsas məsələ olmadığını vurğulayıb:

“Bilirdik ki, bu oyunda qalib gəlmək asan olmayacaq. Heç kim heç nəyi asanlıqla vermir. Uzunmüddətli hücumlarda topa nəzarət etmək bizim üçün çətin idi. Ən vacibi növbəti mərhələyə yüksəlməyimizdir”.

Argentinalı ulduz dünya çempionatlarında vurduğu qollar arasında ən yaxşısını seçməkdə də çətinlik çəkdiyini deyib:

“Mən yorğunam, gücüm az qalıb və indi bu barədə düşünmək çətindir. Bu komanda bir araya gələndə ünsiyyətdən, rəqabətdən və gündəlik həyatdan zövq alır. Biz azarkeşlərin sevincindən də həzz alırıq və komandadakı harmoniyanı qorumağa çalışırıq. Lakin addım-addım irəliləyirik. Qarşıda uzun və çətin yol var”.

Kike Alvares – “Jirona”nın yeni baş məşqçisi!

Kike Alvares futbol üzrə İspaniya çempionatında (Sequnda) mübarizə aparacaq “Jirona” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Jirona” baş məşqçi postunda Miçel Sançesin varisini müəyyənləşdirib. Kataloniya təmsilçisinin yeni baş məşqçisi daha əvvəl klubun əvəzedici komandasını çalışdırmış 50 yaşlı Kike Alvares olub.

Klubun rəsmi açıqlamasına əsasən, mütəxəssislə 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş bir illik müqavilə imzalanıb. “Jirona” rəhbərliyi idman layihəsində davamlılığı qorumaq məqsədilə daxili kadrların irəli çəkilməsi variantına üstünlük verib.

Alvares son iki mövsümdə “Jirona”nın B komandasına rəhbərlik edib. Onun rəhbərliyi altında ehtiyat heyəti Terseradan Sequnda RFEF-ə yüksəlməyi bacarıb və yeni səviyyədə möhkəmlənib.

Qeyd edək ki, Kike Alvares məşqçi kimi kifayət qədər zəngin təcrübəyə malikdir. “Barselona” akademiyasının yetirməsi olan mütəxəssis katalon klubunun strukturunda çalışıb, həmçinin “Vilyarreal”, “Alaves” və “Levante”nin məşqçilər korpusunda yer alıb.

Klubun yaydığı bəyanatda yeni baş məşqçinin əsas məqsədinin “Jirona”nı yenidən yüksək liqaya qaytarmaq olduğu vurğulanıb:

“Kike Alvares əsas komandanın sükanı arxasına keçərək öz təcrübəsi, klubu yaxından tanıması və gənc futbolçuların inkişafına sadiqliyi sayəsində “Jirona”nı yenidən La Liqaya qaytarmağa çalışacaq. Bu addımla klub öz kadr potensialına, davamlılıq, özünəməxsusluq və akademiya futbolçularının inkişafına əsaslanan modelinə sadiq qaldığını bir daha nümayiş etdirir”.

Vladimir Petkoviç: “Taleyimizi öz əlimizə almaq çox vacib idi”

Əlcəzair millisinin baş məşqçisi Vladimir Petkoviç dünya çempionatının qrup mərhələsində İordaniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunun oyunu Əlcəzairin 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Vladimir Petkoviç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu matçda qələbəyə layiq idik və bu nəticə, şübhəsiz ki, növbəti oyun öncəsi bizə əlavə inam verəcək”, – deyə Petkoviç bildirib.

Mütəxəssis qeyd edib ki, komandasının müdafiədə buraxdığı səhv nəticəsində İordaniya ilk hissədə hesabı açmağa nail olub.

“İordaniya birlik nümayiş etdirən, döyüşkən komandadır və dünya çempionatında iştirak etməyə tam layiqdir. Bizim üçün bu görüşdə qalib gəlmək, pley-off şanslarımızı qorumaq və taleyimizi öz əlimizə almaq çox vacib idi. Hələ heç nə həll olunmayıb, amma hazırda yaxşı mövqedəyik”, – deyə Petkoviç əlavə edib.

İordaniya millisinin baş məşqçisi Camal Sellami isə Əlcəzairə 1:2 hesabı ilə uduzduqları oyundan sonra komandasının çıxışından razı qaldığını bildirib:

“Əlcəzair yığması bir neçə əvəzetmə etdi və məhz onlar oyunun taleyində həlledici rol oynadılar. Onların çox hündürboy hücumçusu var idi. Düşünürəm ki, təcrübəsizlik səbəbindən iki künc zərbəsindən qol buraxdıq.

Ümumilikdə əla oyun keçirdik və çıxışımızla fəxr edə bilərik. Bu, dünya çempionatındakı ilk təcrübəmizdir və hesab edirəm ki, ilk matçla müqayisədə daha yaxşı oynadıq”.

Sellami növbəti rəqib Argentina ilə qarşılaşma barədə də danışıb.

“İndi bizi Argentina ilə oyun gözləyir. Bu, bizim üçün bir fürsətdir – özümüzü ən yaxşı tərəfdən göstərmək və İordaniya futboluna layiq iz qoymaq imkanıdır”, – deyə mütəxəssis vurğulayıb.

Solbakken: “Haland dünyanın ən yaxşı hücumçusudur”

Norveç millisinin baş məşqçisi Stol Solbakken dünya çempionatının qrup mərhələsində Seneqal yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşü Norveçin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Stol Solbakken matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bəli, bu gün Erlinq Haland boş qapıya qol vura bilmədi. Hətta o, daha dörd dəfə fərqlənə bilərdi. Amma ciddi danışsaq, o, dünyanın ən yaxşı hücumçusudur. Üstəlik, Fransa və ya Argentina kimi komandalarda deyil, Norveç millisində çıxış edir və buna baxmayaraq, qol vurmağa davam edir. Onun hesabında artıq 4 qol var – ən yüksək səviyyədə iki dubl.

“Qızıl buts”u qazanmaq Fransa və ya Argentina kimi komandalarda oynayanda daha asandır. Lakin biz növbəti matçlarda Erlinqə daha çox oyun vaxtı və daha çox dəstək verməyə çalışacağıq. O, hazırda əla formadadır və mən onun dünya futbolunun ən böyük səhnəsində qol vurmasına çox sevinirəm”.

Solbakken növbəti rəqib olan Fransa ilə oyuna hazırlığın hələ başlamadığını da bildirib.

“Fransa ilə oyunun planlaşdırılmasına hələ başlamamışıq. İndi məşq düşərgəmizə qayıdacaq və yaxşı şəkildə bərpa olunacağıq. Belə ağır matçdan sonra bu, mütləq lazımdır. Həmin görüşdə fərqli futbolçular da meydana çıxacaqlar”.

Seneqal millisinin baş məşqçisi Pape Tiav isə Norveçə 2:3 hesabı ilə uduzduqları oyundan sonra komandasının turnirdə uğur qazanmaq şansına inandığını bildirib:

“Düşünürəm ki, bu, bizim üçün çox çətin oyun oldu. Çox güclü Norveç yığmasına qarşı oynayırdıq. Onlar yüksək effektivliklə çıxış edərək bizi çox çətin vəziyyətlərə salırdılar.

Qolları ən uyğun olmayan məqamlarda buraxdıq – biri birinci hissənin sonlarında, digəri isə ikinci hissənin əvvəlində.

Bununla belə, Norveçi təbrik etməliyik. Eyni zamanda futbolçularımı ruhdan düşməməyə çağırıram, çünki oyun həqiqətən çətin keçdi.

Biz müsbət nəticə və üç xal qazanmağa ümid edirdik, lakin bu axşam buna nail ola bilmədik”.

DÇ-2026: Əlcəzair İordaniya üzərində əzmkar qələbəyə sevindi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İordaniya və Əlcəzair yığmaları üz-üzə gəliblər. Santa Klarada (Kaliforniya, ABŞ) keçirilmiş J qrupunun matçında Əlcəzair yığması əzmkar qələbəyə sevinib.

Hesabı 36-cı dəqiqədə İordaniya yığmasının üzvü Nizar Əl-Rəşdan açıb. Əlcəzair komandasının heyətində Nadir Benbuali 69-cu, Amin Quiri 82-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, bu qrupun digər matçında Argentina Avstriyanı 2 cavabsız qolla üstələmişdi.

Beləliklə, hazırda J qrupunda 6 xalı olan Argentina yığması son turun nəticələrindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin edib. Avstriya və Əlcəzair yığmalarının 3 xalı var. İordaniya millisi isə 0 xalla sonuncudur və mundialla erkən vidalaşacağı dəqiqləşib.

İordaniya millisi bu dünya çempionatında növbəti mərhələ şansını itirən dördüncü komandadır. Daha əvvəl Türkiyə, Haiti və Tunisin də 1/16 finala vəsiqə qazana bilmədiyi dəqiqləşmişdi.

DÇ-2026
J qrupu
23 iyun

İordaniya – Əlcəzair 1:2
Qollar: Nizar Əl-Rəşdan, 36 – Nadir Benbuali, 69. Amin Quiri, 82.

Deşam: “Futbolçularıma qarşı həddindən artıq tələbkaram”

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsinin ikinci turunda İraq yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən matç fransızların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissə yaxşı keçdi. Ola bilsin ki, futbolçularıma qarşı həddindən artıq tələbkaram. Amma heyətdəki oyunçulara münasibətdə məhz bu yanaşmaya üstünlük verirəm.

İkinci hissədə baş verənləri nəzərə alsaq, tam şəkildə oyuna nəzarət etdik. Bu, asan deyildi. Nəticənin taleyini əvvəlcədən həll etməyimiz çox vacib idi.

Qələbə qazanmaq yaxşıdır. Bu gün növbəti mərhələyə vəsiqə qazandıq. Bununla belə, əminəm ki, Norveçə qarşı üçüncü oyun qrupdakı yekun mövqeyimizi müəyyənləşdirəcək”.

İraq millisinin baş məşqçisi Qrem Arnold isə bu məğlubiyyətə baxmayaraq, komandasının pley-off şanslarına inandığını bildirib:

“Hazırda mənim üçün əsas məsələ Seneqalla oyundur. Üçüncü yeri tutan səkkiz komanda növbəti mərhələyə yüksələcək. Buna görə də hələ də şansımız var”.

Arnold ilk hissədə komandasının çıxışını yüksək qiymətləndirib, lakin əlverişsiz hava şəraiti səbəbindən yaranan iki saatdan çox fasilənin oyunun axarına mənfi təsir etdiyini qeyd edib.

“Fasilə zamanı futbolçulara ilk hissənin görüntülərini bir qədər uzun göstərdim ki, Fransanın bizi hansı məqamlarda çətin vəziyyətə saldığını görə bilsinlər.

Amma əsas məsələ futbolçuların sakit qalması və oyunun bərpasına hazırlaşması idi”.

Avstraliyalı mütəxəssis Fransa millisinin hücumçusu Kilian Mbappenin çıxışına da xüsusi toxunub:

“O, inanılmaz futbolçudur. Sürətini dayandırmaq mümkün deyil. Məhz buna görə müdafiə xəttimizi adət etdiyimdən bir qədər geridə qurduq. Əgər arxada boşluq buraxsanız və Mbappe bu qədər sürətlidirsə, o sizi məhv edəcək”.

Arnold həmçinin turnirin bombardirlik yarışının çox maraqlı keçəcəyini vurğulayıb.

“Erlinq Haland qol vurur, Lionel Messi qol vurur, Mbappe də eyni şeyi edir. Düşünürəm ki, ən məhsuldar futbolçu adına görə bu üç oyunçu arasında çox maraqlı mübarizə olacaq”.

DÇ-2026: Norveç yığması da istəyinə çatdı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Norveç və Seneqal yığmaları üz-üzə gəliblər. Nyu-Cersidə (Nyu-York, ABŞ) keçirilmiş İ qrupunun matçında avropalılar çətin qələbəyə seviniblər.

Norveçin qollarını Markus Pedersen və dubla imza atmış Erlinq Haland vurublar. Seneqalın heyətində isə İsmaila Sarr dublla yadda qalıb.

Xatırladaq ki, bu qrupun digər matçında Fransa İraqı 3:0 hesabı ilə məğlub etmişdi.

Beləliklə, hazırda İ qrupunda 6 xalı olan Fransa və Norveç yığmaları son matçın nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin ediblər. İraq və Seneqal yığmalarının aqibətinə isə son turda aydınlıq gələcək.

DÇ-2026
İ qrupu
23 iyun

Norveç – Seneqal 3:2
Qollar: Markus Pedersen, 43. Erlinq Haland, 48; 58 – İsmaila Sarr, 53; 90+3.

DÇ-2026: Fransa darmadağınla 1/16 finalda!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Fransa və İraq yığmaları üz-üzə gəliblər. Filadelfiyada (Pensilvaniya, ABŞ) keçirilmiş İ qrupunun matçında avropalılar darmadağına seviniblər.

Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.

Qeyd edək ki, matçın ilk hissəsi başa çatdıqdan sonra uzun fasilə yaranıb. Qarşılaşmanın ikinci hissəsinin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.

Beləliklə, hazırda İ qrupunda 6 xalı olan Fransa millisi son matçın nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin edib. Norveç yığmasının 3 xalı varsa, Seneqal və İraq xal hesabını aça bilməyib.

DÇ-2026
İ qrupu
23 iyun

Fransa – İraq 3:0
Qollar: Kilian Mbappe, 14; 54. Usman Dembele, 66.

“Neftçi”nin istədiyi alman

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” həm bu turnirdə uğurlu çıxış etmək, həm də Misli Premyer Liqasında […]

Source

Yankoviç üçün 800 min avroluq təklif

Türkiyə Superliqasının debütantı “Çorum” “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçlə anlaşıb. Msport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir […]

Source

Lionel Messi dünya çempionatları tarixinin bombardiri oldu!

Futbol üzrə Argentina milli komandasının kapitanı və ulduz hücumçusu Lionel Messi dünya futbolu tarixinə daha bir neçə rekordla düşüb.

Arena.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Avstriya yığmasına qarşı keçirdikləri oyunda tarixi nailiyyətlərə imza atıb.

Dallas şəhərində (Texas, ABŞ) təşkil edilmiş bu qarşılaşmada argentinalı forvard hesabı açaraq komandasını önə keçirib. Bu qol Messi üçün dünya çempionatları tarixində 17-ci olub. Bununla da o, Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyaraq mundialların ən yaxşı bombardiri adına yiyələnib. Klozenin aktivində 16 qol var idi.

Bundan başqa, Messi ardıcıl altıncı dünya çempionatı oyununda da fərqlənərək daha bir rekordu təkrarlayıb. Argentinalı futbolçunun qolluq seriyası DÇ-2022-nin 1/8 final mərhələsindən başlayıb və DÇ-2026-da da davam edir. Daha əvvəl belə nəticəyə yalnız Fransa millisinin sabiq hücumçusu Just Fontaine (1958) və Braziliya yığmasının əfsanəvi forvardı Jairzinyo (1970) nail olmuşdu. Lakin onlar bunu eyni turnir çərçivəsində bacarmışdılar.

Messi bu qarşılaşmada bir antirekorda da imza atıb. Oyunun 9-cu dəqiqəsində təyin olunmuş penalti zərbəsini qola çevirə bilməyən hücumçu dünya çempionatları tarixində ən çox penalti qaçıran futbolçu olub. Bu, onun mundiallarda əsas vaxt ərzində qaçırdığı üçüncü penalti olub. Bununla da Messi daha əvvəl bu göstəricidə şərik olduğu Qana millisinin sabiq futbolçusu Asamoa Qyanı geridə qoyub.

Beləliklə, Avstriya ilə oyunda həm tarixi bombardir rekordunu qıran, həm ardıcıl qol seriyası rekordunu təkrarlayan, həm də penalti antirekorduna sahib çıxan Lionel Messi dünya futbol tarixindəki mövqeyini daha da möhkəmləndirib.

Martin Demiçelis – “Leypsiq”in yeni baş məşqçisi!

Argentinalı futbol mütəxəssisi Martin Demiçelis Almaniya Bundesliqasında mübarizə aparan “Leypsiq” komandasına baş məşqçi təyin edilib.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

45 yaşlı mütəxəssislə 2 illik (2028-ci ilin yayına qədər) nəzərdə tutulmuş müqavilə imzalanıb. Demiçelis bu postda ötən mövsüm komandanı Bundesliqada üçüncü yerə və UEFA Çempionlar Liqasına vəsiqəyə daşımış Ole Verneri əvəz edib.

“Leypsiq”in idman direktoru Marsel Şefer yeni baş məşqçinin təyinatını belə şərh edib:

“Martin Demiçelisin simasında həm futbolçu, həm də məşqçi kimi Avropa, Cənubi və Şimali Amerikada ən yüksək səviyyədə böyük təcrübə toplamış bir mütəxəssis qazanırıq. Bu beynəlxalq baxış “Leypsiq”in qlobal inkişaf strategiyasına tam uyğundur. Martin aydın futbol fəlsəfəsini yüksək intensivlik və peşəkarlıqla birləşdirir. Əminik ki, o, komandaya yeni impuls verəcək və klubun gələcək uğurlarında mühüm rol oynayacaq”.

Qeyd edək ki, Martin Demiçelis futbolçu karyerası ərzində “Bayern”in heyətində dörd dəfə Almaniya çempionu olub. O, həmçinin “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının və iki dəfə İngiltərə Liqa Kubokunun qalibi adını qazanıb.

Argentinalı sabiq müdafiəçi ölkəsinin millisində 51 oyun keçirib və 2014-cü il dünya çempionatının finalına qədər irəliləyən komandanın üzvü olub.

Məşqçi karyerası ərzində isə Demiçelis “Bayern”in ikinci komandasında, Argentinanın “River Pleyt”, Meksikanın “Monterrey” və İspaniyanın “Malyorka” klublarında çalışıb.

Domi Massumu “Qəbələ”dən ayrıldı, Ermənistana üz tutdu

Futbol üzrə Konqo milli komandasının hücumameyilli yarımmüdafiəçisi Domi Massumu “Qəbələ” klubundan ayrılaraq Ermənistana üz tutub.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçunun “Qəbələ” ilə müqaviləsinin müddəti bu yay başa çatırdı.

O, azad agent statusuna malik olduğu üçün Azərbaycan klubundan ayrılmağa qərar verib. Konqolu vinger Ermənistanın “Alaşkert” klubundan aldığı təklifi müsbət dəyərləndirib. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Domi Massumu 2024-cü ildən “Qəbələ”də çıxış edirdi. Sol cinah vingeri bu komandanın heyətində geridə qalmış mövsümdə 39 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Domi Jaures Massumu daha öncə vətənində “Otoho d’Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

Qeyd edək ki, Massumu bu yay Azərbaycandan ayrılandan sonra Ermənistana üz tutmuş ikinci legionerdir. Ondan öncə ötən mövsümü “Şamaxı”da keçirmiş braziliyalı müdafiəçi Sezar Enrike də “Alaşkert”lə müqavilə imzalamışdı.

Skaloni: “Messinin fədakarlığı heyrətamizdir”

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsində Avstriyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş bu oyunda argentinalılar 2:0 hesablı qələbəyə seviniblər.

Lionel Skaloni matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandanın kapitanı Lionel Messinin çıxışını yüksək qiymətləndirib. 38 yaşlı hücumçu matçda dubla imza ataraq Argentina yığmasına vaxtından əvvəl 1/16 final mərhələsinə vəsiqə qazandırıb. Skaloni xüsusilə Messinin meydandakı fədakarlığını vurğulayıb:

“Komandamız çətinlik çəkdiyi anlarda belə Leo top qazanmağa, sonadək mübarizə aparmağa davam edirdi. O, rəqib meydanının yarısında topu saxlayır, nə qədər motivasiyalı olduğu açıq şəkildə görünürdü.

Futbolda belə fədakarlığa tez-tez rast gəlmək olmur. Amma Leo hər zaman özünü məhz belə göstərib. Bu, sadəcə heyrətamizdir və biz buna görə çox sevinirik. Düzünü desəm, Messi haqqında daha nə demək olar, bilmirəm”.

Avstriya ilə oyunda vurduğu iki qol sayəsində Messi yalnız komandasına vacib qələbə qazandırmayıb, həm də rəsmi olaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu adına sahib çıxıb.

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik də Argentina ilə matçdakı məğlubiyyəti şərh edib:

“Daha artığına nail ola bilərdik. Amma ümumilikdə oyunumuz planlaşdırdığımız kimi – cəsarətli və aqressiv idi.

İstərdim ki, bir-iki epizodda bir qədər daha cəsarətli davranaydıq və uzaq məsafədən zərbələr endirəydik. Xüsusilə ilk hissədə bunun üçün imkanlar var idi.

Əks-hücumdan ikinci qolu buraxmağımız çox üzücüdür. Lakin ümumilikdə pis çıxış etmədik”.

Çimərlik güləşi millimiz Batumidə 2 medalla 3-cü oldu

İyunun 20-də və 21-də Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 2026-cı il mövsümünün 3-cü mərhələsi keçirilib.

Arena.az xəbər verir ki, milli komandamızın baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında qonşu ölkədə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparıblar.

Onlardan ikisi fəxri kürsüyə qalxıb. Əşrəf Aşırov (90 kq) uğurlu çıxış edərək yarışın qalibi olub. Bununla da həmyerlimiz ilk mərhələdəki nəticəni təkrarlayıb. Xatırladaq ki, Aşırov Vyetnamın Dananq şəhərində keçirilmiş analoji yarışda da çempion olmuşdu. Vüsal Əliyev (80 kq) isə Batumidə bürünc medalı boynundan asıb.

Beləliklə, çimərlik güləşi üzrə millimiz Dünya Seriyasının 3-cü mərhələsində 1 qızıl və 1 bürünc medal qazanmaqla komanda hesabında 55 xal toplayaraq İran (90) və Gürcüstandan (70) sonra üçüncü yeri tutub.

Qeyd edək ki, Dünya Seriyasında I-S dərəcəli hakimimiz Bəşir İsazadə də ədaləti qoruyanlar sırasında olub.

Seyxan Fərəcov “İmişli”yə döndü, İmam Əli “nikah təzələdi”

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” sabiq hücumçusu Seyxan Fərəcov ilə güclənib, həmçinin İmam Əli ilə müqaviləni yeniləyib.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, “İmişli” PFK heyətini yeni futbolçu ilə gücləndirib. Klub 24 yaşlı hücumçu Seyxan Fərəcov ilə 2+1 illik müqavilə bağlayıb. Seyxan son olaraq MOİK-in şərəfini qoruyub.

Seyxan karyerası ərzində “Zirə”, “Şüvəlan”, “Qaradağ Lökbatan” və MOİK klublarında forma geyinib. O, MOİK-ə 2025-ci ilin yayında məhz “İmişli”dən ayrılaraq keçmişdi.

“İmişli” PFK qapıçı İmam Əli ilə müqavilənin də müddətini uzadıb. Gənc qolkiperlə yeni müqavilə 2+1 illikdir. 19 yaşlı qolkiper “İmişli”yə 2025-ci ilin yayında “Neftçi”dən keçmişdi. O, əyalət təmsilçisinin əsas komandasında cəmi 1 matç keçirib və 1 qol buraxıb.

Messi – Avstriya – 2:0

Futbol üzrə dünya çempionatı davam edir. Msport.az xəbər verir ki, mundialın növbəti oyununda Argentina və Avstriya komandaları qarşılaşıblar. Dallas stadionunda […]

Source

DÇ-2026: Messidən dubl, Argentinadan pley-offa vəsiqə!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Argentina və Avstriya yığmaları üz-üzə gəliblər. Dallasda (Texas, ABŞ) keçirilmiş J qrupunun matçında argentinalılar inamlı qələbəyə seviniblər.

Qolları Argentina yığmasının lideri və kapitani Lionel Messi vurub. O, 38-ci və 90+5-ci dəqiqələrdə fərqlənib.

Bununla da o, dünya çempionatları tarixində 18-ci qolunu vurub və Almaniya yığmasının sabiq forvardı Miroslav Klozeni (16) geridə qoyub.

Messi 9-cu dəqiqədə penaltidən də qol vurmaq fürsəti qazanıb. Amma onun zərbəsi dəqiq alınmayıb.

Beləliklə, hazırda J qrupunda 6 xalı olan Argentina millisi son matçın nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin edib. Avstriya yığmasının 3 xalı varsa, İordaniya və Əlcəzair xal hesabını aça bilməyib.

DÇ-2026
J qrupu
22 iyun

Argentina – Avstriya 2:0
Qollar: Lionel Messi, 38; 90+5.

Növbəti oyunların proqramı:

23 iyun

İ qrupu
01:00. Fransa – İraq
04:00. Norveç – Seneqal

J qrupu
07:00. İordaniya – Əlcəzair

K qrupu
21:00. Portuqaliya – Özbəkistan

“Zirə” – “Torpedo” oyunu bu arenada keçiriləcək

Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Torpedo” (Kutaisi, Gürcüstan) oyununun başlama saatı müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bu komandalar arasında ilk görüş iyulun 8-də “Sumqayıt Arena”da keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya adına stadionda təşkil ediləcək. Bu görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xatırladaq ki, “Zirə” əslində bu mövsüm avrokuboklara vəsiqə qazana bilməmişdi. Amma “Turan Tovuz”un cəzalı duruma düşməsindən sonra Tovuz təmsilçisini məhz “qartallar” əvəzləmişdilər.

“Neftçi” də yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Amma bu yarışa 2-ci təsnifat mərhələsindən qoşulacaq “ağ-qaralar”ın oyunlarının vaxtı hələ elan edilməyib.

“Mançester Yunayted” yeni stadion üçün torpaq sahəsi aldı

İngiltərənin ən köklü klublarından olan “Mançester Yunayted” yeni stadionun inşası üçün nəzərdə tutulmuş torpaq sahəsini mülkiyyətinə keçirib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “qırmızı şeytanlar” hazırkı “Old Trafford” stadionundan təxminən 350 metr şimal-qərbdə yerləşən, sahəsi 25 akr (təxminən 10 hektar) olan ərazini satın alıblar.

“Mançester Yunayted” rəhbərliyinin planına əsasən, yeni arenanın tutumu 100 min azarkeş olacaq. Bu isə stadionu Avropanın ən böyük futbol arenalarından birinə çevirəcək.

Qeyd edək ki, “Old Trafford” stadionu 1910-cu ildə istifadəyə verilib və hazırda 74 mindən bir qədər çox tamaşaçı tutumuna malikdir. Əfsanəvi arena 1966-cı il dünya çempionatının, 1996-cı il Avropa çempionatının oyunlarına, eləcə də “Milan”ın “Yuventus”u məğlub edərək UEFA Çempionlar Liqasının qalibi olduğu 2003-cü il finalına ev sahibliyi edib.

“Qarabağ”ın “Vestri” ilə oyunlarının başlama saatı açıqlandı

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la İslandiyanın “Vestri” komandası arasındakı keçiriləcək oyunların başlama saatları bəlli olub.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bu komandalar arasında ilk görüş iyulun 9-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matça saat 20:00-da start veriləcək.

Cavab qarşılaşması isə iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə yerləşən “Valbjarnarvöllur stadionunda təşkil olunacaq. Görüşə yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 17 iyul, saat 00:00-da) start veriləcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün gümüş mükafatçısı olan “Qarabağ” Avroliqanın ilk təsnifat mərhələsində “Vestri”ni mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi 2-ci təsnifat mərhələsində də ilk oyunu evdə keçirəcək.

“Sabah”ın TNS ilə oyunlarının başlama saatı açıqlandı

UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində “Sabah” ilə TNS arasında keçiriləcək oyunların başlama saatları müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Komandalar arasında ilk görüş iyulun 7-də Masazırda təşkil ediləcək. “Masazır Arena”da baş tutacaq qarşılaşmaya saat 20:00-da start veriləcək.

Cavab oyunu isə iyulun 14-də İngiltərənin Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda təşkil olunacaq. Bu matça Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Xatırladaq ki, bu, 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasının, həm də Azərbaycan Kubokunun qalii olmuş “Sabah”ın tarixində UEFA Çempionlar Liqasındakı debütüdür. Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsində TNS komandasını məğlub edə bilsə, növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Covanni Malaqo İtaliya Futbol Federasiyasının prezidenti seçildi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) italiyalı üzvü Covanni Malaqo İtaliya Futbol Federasiyasının (FIGC) yeni prezidenti vəzifəsinə seçilib.

Arena.az xəbər verir ki, bu barədə FIGC-nin mətbuat xidməti məlumat yayıb.

Yeni prezidentin seçkiləri iyunun 22-də Romada keçirilib. Səsvermənin nəticələrinə əsasən, Malaqo seçicilərin 68,58 faizinin dəstəyini qazanaraq federasiyanın rəhbəri olub. Onun əsas rəqibi Cankarlo Abete isə 29,17 faiz səs toplayıb. Bülletenlərin 2,25 faizi isə boş olub.

Qeyd edək ki, bu ilin aprelində Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsindən ayrılmışdı. Daha əvvəl İtaliya millisinin ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi ölkə futbolunda ciddi narazılığa səbəb olmuşdu.

67 yaşlı Covanni Malaqo 2013-2025-ci illərdə İtaliya Milli Olimpiya Komitəsinin (CONI) prezidenti vəzifəsində çalışıb. O, həmçinin 2026-cı ildə Milan və Kortina-d’Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib. Malaqo 2019-cu ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür.

Talqat Baysufinov Qazaxıstan millisindən ayrıldı

Qazaxıstan Futbol Federasiyası (KFF) bu ölkənin milli komandasının baş məşqçisi olan 57 yaşlı mütəxəssis Talqat Baysufinov ilə yolları ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təcrübəli mütəxəssis milli komandanın baş məşqçisi postunu tərk etmək qərarı verib. Federasiyanın yaydığı açıqlamada Talqat Baysufinovun Qazaxıstan futbolunun inkişafına verdiyi töhfə xüsusi vurğulanıb.

“Qazaxıstan Futbol Federasiyası Talqat Maruanoviçə peşəkarlığına, işinə sədaqətinə və Qazaxıstan millisinin inkişafına verdiyi böyük töhfəyə görə təşəkkür edir, ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayır”, – deyə federasiyanın bəyanatında bildirilir.

Qeyd edək ki, Talqat Baysufinov müxtəlif dövrlərdə bir neçə dəfə Qazaxıstan millisinin baş məşqçisi vəzifəsində çalışıb. O, 2025-ci ilin oktyabrında növbəti dəfə Qazaxıstan yığmasının “sükanı arxasına” keçmişdi. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, bu, 57 yaşlı mütəxəssisin Qazaxıstan millisinə rəhbərlik etdiyi 3-cü dövr olub. O, 2016-2017 və 2020-2022-ci illərdə də yığmanı çalışdırıb.

“Qarabağ” Avstriyaya 25 futbolçu ilə yollandı – Siyahı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriyadakı yay təlim-məşq toplanışına apardığı futbolçuların siyahısı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisinin heyətində 25 futbolçu yer alıb. Onların arasında baş məşqçi Qurban Qurbanovun ötən mövsümün sonunda əsas heyətdən kənarlaşdırdğı Elvin Cəfərquliyev də var:

Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Mateus Koxalski, Martin Zlomisliç, Bilal Hacıyev;

Müdafiəçilər: Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Mateus Silva, Dani Bolt, Jeremi Qnali, Bruno Lanqa, Elvin Cəfərquliyev, Məhəmməd İmaməliyev;

Yarımmüdafiəçilər: Abdullah Zubir, Leandro Andrade, Xoni Montiel, Marko Yankoviç, Pedro Bikalyo, Aleksey Kaşuk, Kadi Borges, Samuel Lobato, Jali Muaddib, Hikmət Cəbrayılzadə, Bəhruz Qurbanlı, Mehdi Mütəllimli, Əli Bəşirov, Məhəmməd-Şahin Abbasov;

Hücumçular: Musa Qurbanlı, Zəkəriyyə Savo, Kamilo Duran.

Qalan bütün futbolçular Ağdam klubunun Tiroldakı düşərgəsində yer alsalar da, yeni transferlərdən olan Martin Zlomisliç Bosniya və Herseqovina yığmasının DÇ-2026-dakı çıxışını başa vurmasından sonra heyətə qoşulacaq.

Xatırladaq ki, “Qarabağ” bu gün yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşüb. Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçirəcək. Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi “Tirol”la qarşılaşacaq (saat 19:00). Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş”la qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

“Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq.

“Malaqa” La Liqaya vəsiqə qazanan sonuncu komanda oldu

İspaniyanın “Malaqa” komandası 2026/2027-ci illər mövsümündən etibarən yenidən İspaniya La Liqasında mübarizə aparmaq hüququ qazanıb.

Arena.az xəbər verir ki, bu gün La Liqaya vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.

Malaqanın eyniadlı təmsilçisi La Liqaya sonuncu vəsiqə uğrunda təşkil edilmiş pley-offun final mərhələsinin cavab oyununda “Almeriya”nı 2:1 hesabı ilə məğlub edib. Komandalar arasında keçirilmiş ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı – 0:0.

Qalib komandanın heyətində Ruisi Rubio Karlos 65-ci, David Larrubiya 71-ci dəqiqədə fərqlənib. “Almeriya”nın yeganə qolunu isə 76-cı dəqiqədə Leo Baptistao vurub.

Bununla da “Malaqa” növbəti mövsümdən La Liqada çıxış etmək hüququ qazanıb.

Xatırladaq ki, daha əvvəl “Rasinq” və “Deportivo” da elitaya vəsiqə əldə etmişdilər.

Öz növbəsində, 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən “Real Ovyedo”, “Jirona” və “Malyorka” La Liqanı tərk ediblər. Bu komandalar növbəti mövsümdə Sequndada mübarizə aparacaqlar.

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri bu gün gənclər və idman naziri Fərid Qayıbov ilə görüş keçiriblər.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Gənclər və İdman Nazirliyinin dəvəti ilə keçirilmiş görüşdə millinin futbolçuları, məşqçi və texniki heyəti iştirak edib.

Söhbət zamanı komandanın 2027-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışı və əldə etdiyi nəticələr müzakirə olunub. Fərid Qayıbov millinin qrup mərhələsində keçirdiyi 6 oyunun 4-də qələbə qazanaraq 12 xalla ikinci yeri tutmasını yüksək nəticə kimi qiymətləndirib.
Nazir komandanın nümayiş etdirdiyi əzmkar mübarizəni və peşəkar yanaşmanı xüsusi vurğulayaraq futbolçuları təbrik edib. O, əldə olunan nəticələrin ölkədə qadın futbolunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib və komanda üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıb. Fərid Qayıbov, həmçinin, UEFA Millətlər Liqasının növbəti mövsümündə millinin daha uğurlu çıxış edəcəyinə inandığını qeyd edib.

Daha sonra AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva ölkədə qadın futbolunun mövcud vəziyyəti, inkişaf istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Millinin baş məşqçisi Siyasət Əsgərov isə komandanın fəaliyyəti, hazırlıq prosesi və qarşıdakı hədəflərlə bağlı fikirlərini bölüşüb.

Görüşün sonunda kapitan Sevinc Cəfərzadə xatirə hədiyyəsi olaraq Azərbaycan millisinin formasını Fərid Qayıbova təqdim edib.

Səmimi və məhsuldar şəraitdə keçən görüş xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.

Misir millisi tarixində ilk dəfə DÇ-də qələbə qazandı

Misir millisi futbol üzrə dünya çempionatları tarixində ilk qələbəsini qazanıb, hücumçusu Məhəmməd Salah isə yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, Afrika təmsilçisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Yeni Zelandiyanı 3:1 hesabı ilə məğlub edərək tarixi uğura imza atıb.

Kanadanın Vankuver şəhərində keçirilmiş qarşılaşmada Yeni Zelandiya hesabı açsa da, misirlilər geridönüş etməyi bacarıblar. Yeni zelandiyalıların heyətində Finn Serman 15-ci dəqiqədə fərqlənib. Misirin qollarını isə Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqe (82) vurublar.

Bu qələbəyədək Misir millisi dünya çempionatlarının final mərhələsində keçirdiyi səkkiz oyunda üç heç-heçə edib və beş dəfə məğlub olmuşdu. Beləliklə, yığma mundial tarixində ilk qələbəsini doqquzuncu matçında əldə edib.

Məhəmməd Salah isə Misir yığmasının yeni rekordçusu olub. Təcrübəli hücumçu Misir millisinin tarixində qol vurmuş ən yaşlı futbolçu adına sahib çıxıb. O,, Yeni Zelandiya ilə matçda 34 yaş 6 günlüyündə qapıya yol tapmaqla Maqdi Abdelqaninin rekordunu geridə qoyub. Abdelqani 1990-cı ildə keçirilmiş Niderland ilə matçda qol vurarkən 30 yaş 320 günlük idi.

Yeni Zelandiya millisi isə dünya çempionatlarında dörd oyundan ibarət məğlubiyyətsiz seriyasını başa vurub. Okeaniya təmsilçisi 2010-cu il mundialında qrup mərhələsində keçirdiyi hər üç oyunda heç-heçə etmişdi.

İki turdan sonra G qrupunda Misir 4 xalla turnir cədvəlinə başçılıq edir. İran və Belçikanın hərəsinin 2 xalı var. Yeni Zelandiya isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Qrup mərhələsinin son turunda Misir İranla, Belçika isə Yeni Zelandiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyulun 19-da başa çatacaq. Dünya çempionatında ilk dəfə 48 komanda iştirak edir. Turnirin son qalibi Argentina millisidir.

Lamin Yamal: “Mən həmişə DÇ-yə düşməyi arzulamışam”

İspaniya millisinin hücumçusu Lamin Yamal dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, ərəblər üzərində qazanılmış 4:0 hesablı qələbədən sonra təəssüratlarını bölüşüb.

18 yaşlı futbolçu komandanın ilk turdakı uğursuzluqdan nəticə çıxardığını və hazırda daha yaxşı vəziyyətdə olduqlarını bildirib.

“Biz oyunun ilk hissəsini keçirib bir qədər dincəlməyi planlaşdırmışdıq, amma əsas məqsəd komandaya kömək etmək idi. İlk oyunda özümüz kimi deyildik, lakin indi formaya düşmüşük və daha artığını etməyə hazırıq.

Hər şey istədiyimiz kimi alındı: üç top fərqi ilə üstünlük qazanmağımız mənə dincəlmək imkanı verdi. Buna görə də hər şey ideal keçdi. Qalib gəlməli olduğunu düşündüyün oyunda heç-heçə etmək xoş deyil. Biz bu barədə çox düşündük və bu matça məhz istədiyimiz şəkildə yanaşdıq”.

Gənc futbolçu dünya çempionatında start heyətində çıxdığı ilk oyunda qol vurmağın onun üçün xüsusi məna daşıdığını vurğulayıb.

“Mən həmişə dünya çempionatına düşməyi arzulamışam. Start heyətində keçirdiyim ilk mundial oyununda qol vurmaq sadəcə bir xəyaldır. Son dünya çempionatını məktəbdə sinif otağında izləyirdim. İndi isə burada, anamın və bütün ailəmin gözü qarşısında qol vurmaq sadəcə möhtəşəm hissdir”.

Yamal “Barselona”nın yetirməsidir və 2023-cü ilin aprel ayından əsas komandada çıxış edir. Gənc futbolçu Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), iki dəfə İspaniya Super Kubokunun qalibi (2025, 2026), bir dəfə isə ölkə kubokunun sahibi (2025) olub.

Lamin Yamal İspaniya millisinin heyətində keçirdiyi 27 oyunda 7 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Kevin Lenini DÇ tarixində unikal rekorda imza atdı

Futbol üzrə Kabo Verde milli komandasının yarımmüdafiəçisi Kevin Lenini dünya çempionatları tarixində unikal rekorda imza atıb.

Arena.az xəbər verir ki, “Krasnodar”ın futbolçusu DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Uruqvaya qarşı keçirdikləri oyunda komandasının mundiallardakı ilk qolunu vuraraq adını tarixə yazdırıb.

21-ci dəqiqədə birbaşa cərimə zərbəsini dəqiq yerinə yetirmiş Kevin Lenini Kabo Verde millisinin dünya çempionatlarındakı ilk qolunun müəllifi olub.

Opta statistik platformasının məlumatına görə, bununla da Kabo Verde mundial tarixində turnirdəki ilk qolunu birbaşa cərimə zərbəsindən vurmiş ilk milli komanda kimi rekorda sahib çıxıb.

Qeyd edək ki, Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edir. Afrika təmsilçisi ilk turda İspaniya ilə qolsuz heç-heçə etmişdi (0:0).

ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyulun 19-da başa çatacaq. Mundial tarixində ilk dəfə 48 komanda turnirdə iştirak edir. Komandalar 12 qrupa bölünüb və hər qrupdan ilk iki yeri tutan yığmalarla yanaşı, ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi də 1/16 finala yüksələcək.

Zümrüd Ağayeva AÇ-də 8 oyuna təyinat aldı

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva 19 yaşadək qadın futbolçular arasında Avropa çempionatına təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Vurğulanır ki, Ağayeva UEFA-dan növbəti təyinat alıb. O, 19 yaşadək qadın futbolçular (U-19) arasında iyunun 27-dən iyulun 10-na qədər Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatının final mərhələsində iş başında olacaq.

Zümrüd Ağayeva turnirin ümumilikdə 8 oyununda UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək. AFFA rəsmisi A qrupunun İsveç – Polşa (27 iyun), Bosniya və Herseqovina – İsveç (30 iyun), Polşa – Bosniya və Herseqovina (3 iyul), B qrupunun isə Avstriya – İslandiya (28 iyun), Avstriya – İsveçrə (1 iyul) və İspaniya – Avstriya (4 iyul) qarşılaşmalarında fəaliyyət göstərəcək.

UEFA qitə birinciliyinin həlledici mərhələlərində də Zümrüd Ağayevaya etimad göstərib. Belə ki, o, iyulun 7-də U-19-ların Avropa çempionatının yarımfinal görüşündə iş başında olacaq. Həmin ayın 10-da isə həmyerlimiz final görüşünün UEFA nümayəndəsi olacaq.

Çimərlik futbolu: Millimiz Latviya, İngiltərə və Slovakiyaya qarşı

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, milli komandamız B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya yığmaları ilə üz-üzə gələcək.

A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar. Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.

Xatırladaq ki, çimərlik futbolu üzrə Avropa çempionatının seçmə mərhələsinin oyunları iyulun 15-17-si aralığında baş tutacaq.

Niko Şlotterbek DÇ-2026 ilə erkən vidalaşdı

Futbol üzrə Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek zədə səbəbindən DÇ-2026-nın qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, 26 yaşlı futbolçunun sol topuq oynağında bağ qırığı aşkarlanıb. Onun bərpa müddətinin minimum səkkiz həftə çəkəcəyi bildirilir.

Niko Şlotterbek zədəni dünya çempionatının qrup mərhələsinin ikinci turunda Kot-d’İvuar millisinə qarşı keçirdikləri matçda alıb. Müdafiəçi görüşün 13-cü dəqiqəsində zədələnsə də, ağrıkəsici preparatların təsiri ilə ilk hissənin sonuna qədər mübarizəni davam etdirib.

Lakin fasilədən sonra Yulian Nagelsmann futbolçunu əvəzləmək məcburiyyətində qalıb. Baş məşqçi ikinci hissənin əvvəlində onun yerinə Antonio Rüdiger meydana çıxıb.

Xatırladaq ki, Toronto şəhərində keçirilmiş bu qarşılaşma Almaniya millisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Buna baxmayaraq, Şlotterbekin aldığı ciddi zədə Almaniya yığması üçün turnirin gedişində ciddi itki hesab olunur.

Almaniya millisi qrup mərhələsinin son turunda iyunun 25-də Ekvador yığması ilə qarşılaşacaq. Bu görüşdə qrupdakı yekun sıralama müəyyənləşəcək.

İran millisi dünya çempionatları tarixinə yeni rekordla düşdü

İran millisi futbol üzrə dünya çempionatları tarixində bir matça çıxmış ən yaşlı start heyətinin rekordunu müəyyənləşdirib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Belçikaya qarşı keçirilən oyunda İran yığmasının start heyətinin orta yaşı 32 il 181 gün təşkil edib.

Bununla da iranlılar mundiallar tarixində yeni rekordun müəllifi olublar.

Maraqlıdır ki, İran millisinin start heyətində meydana çıxmış futbolçulardan yalnız üçü 30 yaşdan aşağı olub. Bunlar müdafiəçi Saleh Hardani (27 yaş 177 gün), hücumçu Məhəmməd Mohebi (27 yaş 183 gün) və yarımmüdafiəçi Səid Ezzətollahi (29 yaş 263 gün) olub.

Bununla yanaşı, əvvəlki rekord 1998-ci ildən Almaniya millisinə məxsus idi. Həmin vaxt almanlar qrup mərhələsində məhz İran yığmasına qarşı oyuna orta yaşı 31 il 334 gün olan heyətlə çıxmışdılar.

Yeri gəlmişkən, İran millisinin futbolçuları Belçika ilə oyundan sonra sülhə çağırış mesajı yayıblar.

Xatırladaq ki, Los-Ancelesdə baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. İran yığmasının futbolçuları matçdan sonra aşağıdakı mesajı paylaşıblar:

“Min illər əvvəlki qədim Farsdan bu günkü sivilizasiyaya qədər İranın ruhu yaşayır və güclü olaraq qalır. Biz Los-Ancelesə qürur hissi ilə gəldik, şərəflə mübarizə apardıq və ləyaqətlə ayrılırıq.

Qonaqpərvərliyinizə görə təşəkkür edirik, Los-Anceles. Həmçinin bu iki oyun ərzində ürəyini, səsini və ruhunu komandaya verən hər bir iranlıya təşəkkür edirik. Qoy bütün xalqlar arasında sülh, qarşılıqlı hörmət və dostluq hökm sürsün”.

Qeyd edək ki, İran millisi qrup mərhələsinin ilk turunda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib. İranlılar son turda, iyunun 27-də Misir yığması ilə qarşılaşacaqlar.

DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi mundial iyulun 19-da başa çatacaq. Turnirin son qalibi isə Argentina millisidir.

“Sabah” Avstriyada bu 3 rəqiblə qarşılaşacaq

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Sabah” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanın ilk rəqibi Rumıniyanın “Universitatya” (Krayova) kollektivi olacaq. Matç iyunun 24-də baş tutacaq.

Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda iyunun 28-də Macarıstanın “Ferentsvaroş” kollektivi ilə üz-üz gələcək. İyulun 2-də isə Ukraynanın “Polesye” kollektivi ilə qarşılaşma nəzərdə tutulub.

Xatırladaq ki, “Sabah” yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında (ÇL) təmsil etməlidir. Paytaxt klubunu ÇL-in birinci təsnifat mərhələsində Uelsin TNS kollektivi ilə görüşlər gözləyir. Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsində TNS komandasını məğlub etsə, növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Fabian Buntiç və Amin Ramazanov “Qarabağ”dan ayrıldılar

Futbol üzrə Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı olan “Qarabağ” qapıçıları – Fabian Buntiç və Amin Ramazanov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub rəhbərliyi Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Amin Ramazanovun isə müqaviləsinin müddəti başa çatıb.

Onlara “Qarabağ”ın uğurları naminə göstərdikləri xidmətlərə görə təşəkkür edilib, hər ikisinə gələcək karyeralarında uğurlar arzulanıb.

Fabian Buntiç 2024-cü ilin yayından “Qarabağ”ın uğurları üçün çalışırdı. 29 yaşlı xorvatiyalı qapıçı bu komandada 22 oyuna çıxıb, 24 qol buraxıb, 9 matçda qapısını toxunulmaz saxlayıb.

Amin Ramazanov isə 2021-ci ildən “Qarabağ”ın sıralaırnda idi. 23 yaşlı qolkiper Ağdam təmsilçisinin əsas komandasında 15 oyun keçirib, 18 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb.

U-17 millimiz Tacikistanla 2 yoxlama oyunu keçirəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) iyunun 23-dən iyulun 2-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, U-17 millimiz toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə 2 yoxlama oyunu keçirəcək.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18:30-da başlanması planlaşdırılır.

Azərbaycan millisinə dəvət edilmiş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

  1. Ülvi Abbaslı – Sumqayıt
  2. Oqtay Mehrəliyev – Qarabağ
  3. Cavidan Babayev – Qarabağ
  4. Ruslan Quliyev – Neftçi
  5. Vaqif Nəbiyev – Qarabağ
  6. Uğur Qurbanlı – Qarabağ
  7. Cihad Sadıqov – Sabah
  8. Roman Fərzəli – Qarabağ
  9. Mehdi Hüseyn – Qarabağ
  10. Rəsul Balakişiyev – Marset (İspaniya)
  11. Nicat Əhmədzadə – Marset (İspaniya)
  12. Vaqif Məmmədli – Sabah
  13. Ömər Fətəliyev – Qarabağ
  14. Əhəd Hacızadə – Qarabağ
  15. Nihad Hüseynzadə – Sabah
  16. Renat Əliyev – Neftçi
  17. Davud Abullayev – Qarabağ
  18. Şikar Şikar – Neftçi
  19. Tunar Bayramov – Qarabağ
  20. Firdovsi Şeydayev – Sabah
  21. Nazim Əliyev – Srvena Zvezda (Serbiya)
  22. Daniil Rəcəbov – Qarabağ
  23. Ruslan Əbilov – Sabah

Rəşad Həsənov “Araz-Naxçıvan”da – Rəsmi

Birinci Liqa təmsilçisi “Cəbrayıl”ın məkrəz müdafiəçisi Rəşad Həsənov bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” 23 yaşlı futbolçu Rəşad Həsənovla anlaşıb. Mərkəz müdafiəçisi yeni mövsümdə Naxçıvan komandasının formasını geyinəcək. Onunla imzalanmış müqavilənin müddəti 1 illikdir.

Rəşad Həsənov daha öncə “Keşlə”, “Şamaxı” və “Zirə-2” komandalarında çıxış edib. 23 yaşlı futbolçu ötən mövsümü Birinci Liqada mübarizə aparan “Cəbrayıl”ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərovla yeni müqavilə imzalamış, Luka Dumançiçi transfer etdiyini açıqlamışdı. Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala isə komandanı tərk ediblər.

Elvin Cəfərquliyev “Qarabağ”la birlikdə Avstriyaya yollandı

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev “Qarabağ”la birlikdə Avstriyaya təlim-məşq toplanışına yollanıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

25 yaşlı cinah müdafiəçisi səfərə yollanmış futbolçular arasında yer alıb.

Xatırladaq ki, Elvin Cəfərquliyev 2025/2026-cı illər mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı. Ağdam təmsilçisi bu üzdən onu transferə çıxarıb. Yəni Cəfərquliyev Avstriyadakı təlim-məşq toplanışına yollansa da, onun hələ də klubdan ayrılmaq ehtimalı var. Amma onun komandada qalması da istisna edilmir.

“Keşlə”nin (indiki “Şamaxı”) yetirməsi olan Cəfərquliyev 2017-ci ildən “Qarabağ”ın sıralarındadır. O, 2019/2020-ci illər mövsümündə “Sumqayıt”da icarə əsasında oynadıqdan sonra – 2019-cu il iyulun 1-də “Qarabağ”la yeni müqavilə bağlayıb.

Elvin indiyə qədər “Qarabağ”ın heyətində 228 oyuna çıxıb, 10 qol və 37 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt”da dəyəri 2 milyon avro göstərilən Cəfərquliyev Azərbaycan milli komandasının heyətində 37 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lamin Yamal və İspaniya millisi DÇ-nin tarixinə düşdü

İspaniya millisinin hücumçusu Lamin Yamal futbol üzrə dünya çempionatları tarixində 19 yaşına çatmamış hesabı açan ikinci futbolçu olub.

Arena.az xəbər verir ki, 18 yaşlı forvard DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunda fərqlənərək adını mundial tarixinə yazdırıb.

Bu göstərici üzrə rekord üçqat dünya çempionu, braziliyalı əfsanə Peleyə məxsusdur. O, 1958-ci ildə keçirilmiş dünya çempionatında 17 yaşında olarkən Uels millisi ilə qarşılaşmada yeganə qolu vuraraq komandasına qələbə qazandırmışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə matç Yamal üçün dünya çempionatlarında ilk dəfə start heyətində meydana çıxdığı oyun olub. O, qrup mərhələsinin ilk turunda Kabo Verde ilə qolsuz bərabərliklə başa çatan görüşdə ikinci hissədə əvəzedici kimi meydana daxil olmuşdu.

Hazırda 18 yaşı olan Yamal “Barselona”nın yetirməsidir və 2023-cü ilin aprel ayından əsas komandada çıxış edir. Gənc futbolçu Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), iki dəfə İspaniya Super Kubokunun qalibi (2025, 2026), bir dəfə isə ölkə kubokunun sahibi (2025) olub.

Lamin Yamal İspaniya millisinin heyətində keçirdiyi 27 oyunda 7 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

İspaniya millisi isə dünya çempionatları tarixində unikal rekorda imza atıb. Son Avropa çempionu buna Səudiyyə Ərəbistanını məğlub etdiyi oyunda nail olub.

İspaniya tarixdə 18 yaşda iki oyunçunun mundial matçında qol vurduğu ilk milli komanda olub.

Lamin Yamal (18 yaş 343 gün) ötən gün 4:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Daha əvvəl Qavi (18 yaş, 110 gün) 2022-ci ildə keçirilmiş turnirdə, Kosta Rika ilə oyunda adını tabloya yazdırmışdı.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunmuş DÇ-2026 iyulun 19-da başa çatacaq.

Zlomisliç: “Qarabağ” ailəsinə qoşulduğum üçün çox xoşbəxtəm”

Futbol üzrə Bosniya və Herseqovina yığmasının qapıçısı Martin Zlomisliç yenicə keçdiyi “Qarabağ” azarkeşlərinə müraciət ünvanlayıb.

Arena.az xəbər verir ki, o, sosial şəbəkə hesablarındakı paylaşımında bunları qeyd edib:

“Salam, əziz “Qarabağ” azarkeşləri. “Qarabağ” ailəsinə qoşulduğum üçün çox xoşbəxtəm. Hazırda milli komandamla birlikdə Dünya Çempionatında iştirak edirəm. Bilirəm ki, “Qarabağ” böyük klubdur və inanılmaz azarkeşlərə sahibdir. Komandaya qoşulacağım və hər birinizlə görüşəcəyim günü səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, “Qarabağ” bosniyalı qapıçını Xorvatiyanın “Riyeka” klubundan 500 min avro müqabilində transfer edib. 27 yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.

“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Zlomisliç 2021-ci ildə “Riyeka”da çıxış edirdi.

Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxmış Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.

Lətif Rzayev “İmişli”yə lazım olmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə hazırlaşan “İmişli” yarımmüdafiəçisi Lətif Rzayev ilə yollarını ayırıb.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Klub “İmişli” üçün göstərdiyi əzm, peşəkarlıq və fədakarlığa görə futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Lətif Rzayev ötən mövsüm “İmişli”yə Premyer Liqada kömək edə bilməyib. Buna onun “Səbail”ə icarəyə verilməsi səbəb olub. 21 yaşlı futbolçunun karyerasını elə “Səbail”də davam etdirməsi gözlənilir.

“İmişli” daha öncə Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə və Orxan Fərəcovla da yollarını ayırmışdı. Tuncay Yusifli və İdris İnqilablı isə əyalət klubu ilə yeni müqaviləyə imza atıblar. Elita təmsilçisi hələ yeni transferlər etməyə tələsmir.

Hossam Hassan: “İstərdim ki, bu nəsil gələcəyini özü müəyyən etsin”

Misir millisinin baş məşqçisi Hossam Hassan dünya çempionatının qrup mərhələsində Yeni Zelandiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutmuş görüşü Misirin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hossam Hassan matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fasilədə futbolçulara dedim ki, qələbə qazanmaq əzmi ilə dolmadan və bizə göstərilən dəstəyə görə qürur hiss etmədən meydana qayıtmayacağıq.

Misir futbol ictimaiyyətinə özünəinam qazanmaq, güclü tərəflərindən istifadə etmək, final mərhələsinə gedən yolu təhlil etmək, eləcə də bu imkanları yaratmağa çalışan əvvəlki nəsillərin zəhmətini qiymətləndirmək üçün zamana ehtiyac var idi”.

Baş məşqçi hazırkı futbolçu nəslinin öz taleyini özü müəyyən etməsini istədiyini də vurğulayıb.

“İstəyirdim ki, bu nəsil öz gələcəyini, öz yolunu özü müəyyən etsin. Biz həmçinin milli çempionatın və ümumilikdə Afrika futbolunun inkişafını davam etdirmək istəyirik”.

Hossam Hassann komandanın lideri Məhəmməd Salahın çıxışına da toxunub:

“Salah meydanda çox çalışdı və bunu bilməlisiniz. Ola bilsin ki, onun təhlükəliliyinə, bacarığına və keyfiyyətlərinə ən uyğun mövqedə oynamasına imkan verən ilk məşqçi mənəm. Biz bir çox məqamlar üzərində işləmişik və əminəm ki, onu hələ dəfələrlə meydanda görəcəyik”.

Yeni Zelandiya millisinin baş məşqçisi Darren Beyzli də oyundan sonra fikirlərini bölüşüb. Mütəxəssis komandasının ilk hissədə yaxşı çıxış etdiyini, lakin ikinci yarıda oyunun tempini itirdiyini bildirib:

“Məyusuq. Birinci hissədə çox yaxşı oynadıq. Topa nəzarətdə üstün idik və çoxlu təhlükəli epizodlar yaratdıq. İkinci hissəyə çıxanda hər şeyin qaydasında olacağını düşünürdüm, amma oyunun tempini tuta bilmədik.

Misir sürətini artırdı və biz ilk hissədə uğurla etdiklərimizi təkrarlaya bilmədik. Nəticədə bu, bizə zərər verdi. Tarixi uğura qədər cəmi bir oyunumuz qalıb. Bilirik ki, indi Belçikanı məğlub etməliyik”.

Vüqar Əsgərli – “İmişli”nin U-19 komandasının yeni baş məşqçisi!

UEFA Pro lisenziyasına malik olan Vüqar Əsgərli “Qarabağ” klubundan ayrılaraq “İmişli”nin U-19 komandasına baş məşqçi təyin edilib.

Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “İmişli” PFK-da növbəti kadr təyinatı həyata keçirilib. Təcrübəli mütəxəssis Vüqar Əsgərli klubun U-19 komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Əsgərli Azərbaycan futbolunda həm peşəkar futbolçu, həm də məşqçi kimi uzun illər fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə “Qarabağ” FK-nın U-15, U-17 və U-19 komandalarına rəhbərlik edib, eləcə də “Şamaxı” FK-nın baş məşqçisi kimi çalışıb. Bundan başqa, o, Azərbaycanın U-19 qadınlardan ibarət milli komandasının baş məşqçisi olub və ölkəmizi UEFA turnirlərində təmsil edib.

Xatırladaq ki, “İmişli” daha öncə Ruhid Usubovu əvəzedicilərdən ibarət komandaya baş məşqçi təyin etdiyini, Rövşən Babayevi isə Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə gətirdiyini açıqlamışdı.

Ruhid Usubov “İmişli”də baş məşqçi təyin edildi

Veteran futbolçu Ruhid Usubov “İmişli” klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə vurğulanır ki, “İmişli” PFK inkişaf strategiyası çərçivəsində mühüm kadr təyinatını həyata keçirib. Təcrübəli mütəxəssis Ruhid Usubov klubun əvəzedici komandasının baş məşqçisi vəzifəsinə təyin olunub. Futbol sahəsində qazandığı təcrübə, peşəkar yanaşması və gənc futbolçularla işləmək bacarığı ilə seçilən Ruhid Usubovun rəhbərliyi altında əvəzedici komandanın daha da inkişaf edəcəyinə inam vurğulanıb.

Xatırladaq ki, Usubov futbolçu karyerası dövründə “MKT-Araz”, “İnter” (indiki “Şamaxı”), MOİK, “Simurq” (Zaqatala), “Qaradağ Lökbatan”, “Mil-Muğan” kimi klubların formasını geyinib. O, futbolçu karyerasını bitirəndən bəri müxtəlif klublarda uşaq komandalarına rəhbərlik edib.

Rövşən Babayev “İmişli”də!

Azərbaycanlı mütəxəssis Rövşən Babayev “İmişli” Peşəkar Futbol Klubunda Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə təyin olunub.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Vurğulanır ki, “İmişli”də gənc futbolçuların inkişafına yönəlmiş fəaliyyətlərin daha da gücləndirilməsi məqsədilə təcrübəli mütəxəssis bu klubun Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə gətirilib.

Uzun illər Azərbaycan futbolunda həm oyunçu, həm də məşqçi kimi fəaliyyət göstərmiş Rövşən Babayev zəngin təcrübəyə malikdir. UEFA “A” kateqoriyalı məşqçi lisenziyasının sahibi olan mütəxəssis müxtəlif yaş qruplarında futbolçuların hazırlanması, akademiya idarəçiliyi və peşəkar komandaların məşqçi korpusunda çalışması ilə seçilib. O, karyerası ərzində “Sabah”, “Simurq”, “İnter”, “Sumqayıt”, “Xəzər” və digər klublarda uğurla fəaliyyət göstərib.

Babayev yeni vəzifəsində “İmişli”nin uşaq və yeniyetmə futbolunun inkişafı, istedadların aşkarlanması, akademiya sisteminin təkmilləşdirilməsi və gənc futbolçuların əsas komandaya inteqrasiyası istiqamətində fəaliyyət göstərəcək.

DÇ-2026: Misir yığmasından inamlı və əzmkar qələbə

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Yeni Zelandiya və Misir yığmaları üz-üzə gəliblər. Vankuverdə (Kanada) keçirilmiş G qrupunun matçında qapılara qapılara 4 qol vurulub. Hesabı Yeni Zelandiyanın açdığı görüşün yekununda Afrika təmsilçisi əzmkar qələbəyə sevinib.

Beləliklə, hazırda G qrupunda Misir yığması 4 xalla vahid liderdir. İran və Belçika yığmalarının 2 xalı var. Yeni Zelandiya yığması isə 1 xalla son pillədə qərarlaşıb.

DÇ-2026
G qrupu
22 iyun

Yeni Zelandiya – Misir 1:3
Qollar: Finn Surman, 15 – Mustafa Ziko, 58. Məhəmməd Salah, 67. Trezeqe, 82.

Marselo Byelsa: “İntensivliyi azaltmamalı idik”

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa DÇ-2026-nın H qrupunun ikinci turunda Kabo Verde yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların məhsuldar keçən görüşündə qalib müəyyənləşməyib – 2:2.

Marselo Byelsa matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının oyunun müəyyən hissələrində nəzarəti itirdiyini və bunun nəticəyə təsir göstərdiyini bildirib:

“Yaxşı müdafiə olunduğumuz zaman oyun bizə üstünlük qazanmağa imkan verirdi. Oyuna nəzarəti itirdiyimiz anlarda isə bu üstünlük rəqiblə müqayisədə azalırdı. Nəticəyə təsir edən əsas amil oyunun intensivliyini azaltmağımız oldu. Bu isə baş verməməli idi”.

Kabo Verde millisinin baş məşqçisi Bubişta isə Uruqvayla heç-heçəni (2:2) yüksək qiymətləndirib və futbolçularının əzmkarlığını xüsusi vurğulayıb:

“Komandamızı və bütün xalqımızı ürəklə oynadığımız bu oyuna görə təbrik etmək istəyirəm. Matçı çox çətin şəraitdə başa vurduq, çünki bir çox futbolçuda artıq qıcolmalar başlamışdı. Buna baxmayaraq, komandamız bütün matç ərzində cəsarətli idi, daim qələbə qazanmağa çalışırdı və bu, bizi çox sevindirir.

Biz bütün futbolçularımıza inanırıq. Həmişə dəyişikliklər edirik və komandamız hər oyuna qələbə qazanmaq istəyi və yaxşı təşkilatlanmış şəkildə çıxır. Bu gün əldə etdiyimiz nəticədən razı qalmalıyıq”.

DÇ-2026: Kabo Verde Uruqvaydan da xal aldı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Uruqvay və Kabo Verde yığmaları üz-üzə gəliblər. Mayamidə (Florida, ABŞ) keçirilmiş H qrupunun matçında qapılara 4 qol vurulsa da, qalib müəyyyənləşməyib. İlk turda İspaniya yığmasından xal almaqla böyük sürprizə imza atış Kabo Verde millisi bu dəfə də Uruqvayı büdrədib.

Beləliklə, hazırda H qrupunda İspaniya millisi 4 xalla vahid liderdir. Uruqvay və Kabo Verde yığmaları hərəyə 2 xal toplayıblar. Səudiyyə Ərəbistanı isə 1 xalla sonuncudur.

DÇ-2026
H qrupu
22 iyun

Uruqvay – Kabo Verde 2:2
Qollar: Maksimiliano Arauxo, 44. Aqustin Kanobbio, 45+6 – Kevin Lenini, 21. Helio Varela, 61.

De la Fuente: “Bu yanaşmadan çox razıyıq”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş oyun İspaniya millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Luis de la Fuente matçdan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini paylaşıb. İspaniyalı mütəxəssis komandasının həm taktiki, həm də fiziki baxımdan yaxşı çıxış etdiyini bildirib:

“Birinci hissəni əla keçirdik, ikinci hissədə də yaxşı oynadıq. Ən vacibi odur ki, bu nəticə bizə tempi qorumağa və qarşıdakı vacib matçlara hazırlaşmağa imkan verir. Uruqvaya qarşı bizi çətin və çox gərgin oyun gözləyir.

Biz bunu futbolçularla müzakirə etdik və hamı eyni fikirdə oldu ki, daha vertikal və daha intensiv futbol oynamalıyıq. Bunu zərbələrimizdə də görmək mümkün idi – ilk dəqiqələrdən rəqibə təzyiq göstərir, onları öz cərimə meydançalarına sıxışdırırdıq. Bu yanaşmadan çox razıyıq, lakin inkişaf etməyə və daha da təkmilləşməyə davam etməliyik.

Yamal artıq indi tam gücü ilə oynamaq üçün ideal formadadır. Oyarzabal barədə nə demək olar? Onun kiçik problemləri var idi – hər şeyi açıqlamaq olmaz, amma o, həmişə yüksək səviyyəli oyun nümayiş etdirir. Əlbəttə, matçın necə inkişaf edəcəyini görməli idik, lakin bugünkü qələbə məqsədimizə doğru atılmış vacib addım oldu”.

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Giorgos Donis isə qarşılaşmadan sonra rəqibin üstünlüyünü etiraf edib.

“Biz öz cərimə meydançamızda İspaniyanı saxlamaq üçün kifayət qədər güclü deyildik. Həddindən artıq çox səhvə yol verdik. Oyun istədiyiniz kimi getməyəndə və çox qısa müddətdə üç qol buraxanda özünüzə inamınızı itirirsiniz. Belə hallar böyük turnirlərdə tez-tez baş verir.

Hamı görür ki, Yamal kimi futbolçular fərdi keyfiyyətləri və təkbətək epizodlardakı bacarıqları ilə oyunun gedişatını dəyişirlər. O, bunu İspaniya millisində də tez-tez edir və fiziki hazırlığı daha da yaxşılaşdıqca, daha effektiv futbolçuya çevriləcək”.

Rudi Qarsiya: “Bizdə hücumda effektivlik çatışmırdı”

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya dünya çempionatının qrup mərhələsində İranla qolsuz heç-heçə etdikləri (0:0) oyunu şərh edib.

Arena.az xatırladır ki, belçikalılar görüşün son 30 dəqiqəsini Natan Nqoyun qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda keçiriblər.

Rudi Qarsiya matçdan sonra jurnalistlərə açıqlamasında növbəti xal itkisinə belə şərh verib:

“Bizə hücumda effektivlik çatışmırdı. Məhz belə bir oyun gözləyirdim: təxminən 70 faiz topa sahib olmaq, çoxlu cinah ötürmələri və zərbələr. Çərçivəyə düşən zərbələrimiz oldu, amma rəqib qapıçını kifayət qədər çətin vəziyyətə sala bilmədik. On nəfərlə oynamaq da bizə müsbət emosiyalar vermədi.

Biz əvvəllər də bu üslubda oynamışıq və adətən ən azı üç qol vurmuşuq. Bu, dünya çempionatına bir qədər ləng start verməyimizin tərkib hissəsidir. Bəzən bir qədər tərəddüdlü görünürdük. Bununla belə, indi Yeni Zelandiya ilə matçda hansı nəticəyə ehtiyacımız olduğunu dəqiq bilirik”.

İran millisinin baş məşqçisi Amir Qalenoy isə Belçika ilə heç-heçəni ədalətli nəticə kimi qiymətləndirib:

“Düşünürəm ki, bu, çox maraqlı və gərgin oyun oldu. Hər iki komanda qələbəyə layiq idi, hər ikisi üç xal qazana bilərdi. Bütün futbolçulara, xüsusilə də qapıçı Əli Beyranvanda səmimi təşəkkürümü bildirmək istəyirəm”, – deyə iranlı mütəxəssis bildirib.

Qalenoy həmçinin turnir zamanı komandasının üzləşdiyi viza məhdudiyyətləri və çətin şəraitlə bağlı FIFA-nı və ABŞ hakimiyyətini ictimai şəkildə tənqid etməyə davam edib.

DÇ-2026: Belçika İranla da bacarmadı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İran və Belçika yığmaları üz-üzə gəliblər. İnqlvudda (Kaliforniya, ABŞ) keçirilmiş G qrupunun matçında qapılara qol vurulmayıb. Komandalar ilk turda olduğu kimi, bu dəfə də 1 xalla kifayətləniblər.

Beləliklə, hazırda G qrupunda həm İran, həm də Belçika yığmasının 2 xalı var. Yeni Zelandiya və Misir yığmaları isə 1 xalla son iki pilləni bölüşürlər. Qrupda hələ qələbə sevinci yaşayan komanda yoxdur.

DÇ-2026
G qrupu
21 iyun

Belçika – İran 0:0

Növbəti oyunların proqramı:

22 iyun

H qrupu
01:00. Uruqvay – Kabo Verde

G qrupu
05:00. Yeni Zelandiya – Misir

J qrupu
21:00. Argentina – Avstriya

Voleybol millimiz Avroliqanı qələbəsiz və xalsız bitrdi

Kişilərdən ibarət voleybol üzrə Azərbaycan milli komandası Avropa Liqasının 2026-cı il mövsümündəki mübarizəsini uğursuz başa vurub.

Arena.az xəbər verir ki, Bakıda keçirilən üçüncü turun son qarşılaşmasında millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib.

Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunmuş oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa Liqasında ümumilikdə altı oyun keçirmiş millimiz Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstan və Portuqaliyaya isə 1:3 hesabı ilə məğlub olub. Beləliklə, komandamız turniri qələbə və xal qazanmadan başa vurub.

Qeyd edək ki, reqlamentə əsasən, yarışda iştirak edən 27 komanda arasında ilk dörd yeri tutan kollektivlər Dördlər Finalına vəsiqə qazanırlar. Turnirin yarımfinal və final oyunları 27 iyun – 12 iyul tarixlərində keçiriləcək.

Avropa Liqası
21 iyun

Azərbaycan – Portuqaliya 1:3 (25:21, 16:25, 12:25, 19:25)

DÇ-2026: İspaniya 3 xalı 4 cavabsız qolla qazandı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gəliblər. Atlantada (Corciya, ABŞ) keçirilmiş H qrupunun matçında ispanlar darmadağına seviniblər. Avropa təmsilçisinin heyətində hesabı Lamin Yamal açıbsa, Mikel Oyarsabal dubla imza atıb. Digər qol isə rəqib futbolçunun topu öz qapısına göndərməsi nəticəsində qeydə alınıb.

Hazırda H qrupunda İspaniya yığması 4 xalla vahid liderdir. Digər komandaların isə hərəyə 1 xalı var.

DÇ-2026
H qrupu
21 iyun

İspaniya – Səudiyyə Ərəbistanı 4:0
Qollar: Lamin Yamal, 10. Mikel Oyarsabal, 21; 24. Hassan Tambakti, 49-öz qapısına.

Martin Zlomisliç “Qarabağ”da – Rəsmi

Xorvatiyanın “Riyeka” klubunun, Bosniya və Herseqovina yığmasının qapıçısı Martin Zlomisliç bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, 2026/2027-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən Ağdam klubu növbəti futbolçu keçidini gerçəkləşdirib. Xorvatiyanın “Riyeka” klubu ilə danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç “Qarabağ”a transfer olunub.

Bosniya və herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper komandasında 23 nömrəli formanı geyinəcək.

Əldə etdiyimiz məlumata görə, “Qarabağ” bu keçid üçün “Riyeka”ya 500 miin avro ödəyib.

“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Zlomisliç 2021-ci ildə “Riyeka”da çıxış edirdi.

Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxmış Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.

Xatırladaq ki, Martin Zlomisliç yay transfer pəncərəsində “Qarabağ”ın beşinci transferidir. Daha əvvəl Jali Muaddib, Zəkəriyyə Savo, Samuel Lobato və Bruno Lanqa Ağdam klubunun heyətinə cəlb edilmişdilər.

Emin Mahmudov və Emil Balayevdən “Neftçi” ilə yeni müqavilə

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi” PFK kapitanları – Emin Mahmudov və Emil Balayevlə müqavilənin müddətlərini uzadıb.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017/2018-ci illər mövsümündən “Neftçi”nin şərəfini qoruyan Emin Mahmudov geridə qalmış 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.

“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/2013 – 2014/2015 və 2023/2024-2025/26 mövsümlərində “Neftçi” ilə birgə olub və 25 rəsmi oyun keçirib.

Xatırladaq ki, “Neftçi” daha öncə Elvin Camalovla da yeni müqavilə imzalandığını açıqlamışdı. Rüfət Abbasov və Qustavo Klismanı heyətinə qatmış paytaxt klubu Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov və Cordan Rezabala ilə də yollarını ayırıb.

Bədavi Hüseynov daha bir il “Qarabağ”da – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan mərkəz müdafiəçisi Bədavi Hüseynov “Qarabağ”la yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, 34 yaşlı müdafiəçi ilə yeni 1 illik sözləşmə imzalanıb. Təcrübəli futbolçunun əvvəlki müqaviləsinin müddəti bu ayın sonunda bitirdi. Amma yeni razılaşmaya əsasən, Bədavi 2027-ci ilin yayına qədər “Qarabağ”ın uğurları üçün çalışmağa davam edəcək.

“Dağdizel”in yetirməsi olan, “Anji” və “Sumqayıt”da da oynamış Bədavi Hüseynov 2012-ci ilin avqust ayından “Qarabağ”da çıxış edir. 33 yaşlı futbolçu Ağdam klubunun heyətində 379 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə verib.

Bədavi “Qarabağ”ın heyətində 11 dəfə Azərbaycan çempionu olub, 5 dəfə Azərbaycan Kubokunu qazanıb.

2012-ci ildən Azərbaycan millisində forma geyinən müdafiəçi 80 oyuna çıxıb, 1 qola imza atıb.

Moriyasu: “Fanatların dəstəyi bizim üçün böyük stimul oldu”

Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu dünya çempionatının qrup mərhələsində Tunis üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, yaponiyalı mütəxəssis komandasının oyuna yaxşı hazırlaşdığını və futbolçuların verilən tapşırıqları uğurla yerinə yetirdiyini bildirib.

“Biz oyuna yaxşı hazırlaşmışdıq və aqressiv futbol nümayiş etdirdik. Hazırlıq prosesi zamanı məşqçilər korpusu nə etməli olduğumuzu dəqiq şəkildə izah etmişdi və bunun sayəsində futbolçular öz potensiallarını tam ortaya qoya bildilər.

Çoxlu sayda yapon azarkeş Monterreyə gəlmişdi, onlar bizimlə birlikdə dövlət himnimizi oxudular və bizi yüksək səslə dəstəklədilər. Onların dəstəyi bizim üçün böyük stimul oldu”, – deyə Moriyasu FIFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Tunis millisinin baş məşqçisi Herve Renar isə Yaponiyaya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra rəqibin üstünlüyünü etiraf edib:

“Belə nəticə ilə barışmaq olmaz. Birinci hissədə topa nəzarət vasitəsilə müdafiədən çıxmaqda tamamilə aciz idik. İkinci hissənin ilk iyirmi dəqiqəsində bunu daha yaxşı bacardıq, lakin daha sonra müdafiədə həddindən artıq yumşaq oynadıq.

Hazırda mənəvi durum baxımından vəziyyət asan deyil. Futbolçular əllərindən gələni etdilər, sadəcə, qarşımızda səviyyə baxımından bizi xeyli üstələyən komanda var idi.

Mübarizəni davam etdirməliyik. Futbolçular üçün bu, asan məqam deyil, çünki artıq turnirlə vidalaşdığımız məlumdur. Buna görə də son matçda ən azı bir qədər qürur nümayiş etdirməliyik”, – deyə fransalı mütəxəssis bildirib.

Qeyd edək ki, turnirin ilk iki oyununda məğlub olan Tunis millisi DÇ-2026-nın pley-off mərhələsinə yüksəlmək şansını vaxtından əvvəl itirib. Yaponiya isə 4 xal toplayaraq 1/16 finala vəsiqəni demək olar ki, təmin edib.

DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəldi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Yaponiya və Tunis yığmaları üz-üzə gəliblər. Monterreydə (Kanada) keçirilmiş F qrupunun matçında yaponlar darmadağına seviniblər. Asiyalıların heyətində Ayase Ueda dubla imza atıb. Digər qolları isə Daiçi Kamada və Junya İto vurublar.

Hazırda F qrupunda Niderland və Yaponiya yığmalarının 4 xalı var. İsveç millisi 3 xalla üçüncü pillədə qərarlaşıb. Xalsız olan Tunis yığması üçün isə sonuncudur.

DÇ-2026
F qrupu
21 iyun

Tunis – Yaponiya 0:4
Qollar: Daiçi Kamada, 4. Ayase Ueda, 31; 83. Junya İto, 69.

❌