Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Cenoa” – “Napoli” matçı son çempionun qələbəsi ilə başa çatıb. Dörd qolluq “Fiorentina” – “Torino” matçında isə qalib müəyyənləşməyib.
24-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək. Turun bir qarşılaşması isə fevralın 18-nə təxirə salınıb.
İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün 7 oyun baş tutub.
Lider “Arsenal” evdə “Sanderlend”ə, “Mançester Yunayted” isə “Tottenhem”ə qalib gəlib. “Börnli” “Vest Hem”ə, “Fulhem” “Everton”a, “Vulverhempton” “Çelsi”yə, “Nyukasl” “Brentford”a məğlub olub.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Bornmut” – “Aston Villa” matçında qalib müəyyənləşməyib. Lider “Arsenal” bu turda “Sanderlend”i 3 cavabsız qolla yenib. “Mançester Yunayted” isə “Tottenhem”i məğlub yola salıb.
“Börnli” evdə “Vest Hem”ə, “Fulhem” “Everton”a, “Vulverhempton” “Çelsi”yə, “Nyukasl” “Brentford”a məğlub olub.
25-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
“Neftçi” PFK-nın rəsmi mağazası bundan sonra “28 Mall”da yerləşən “Decathlon”da da fəaliyyət göstərəcək.
Komanda.az xəbər verir ki, bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.
Tədbirdə klubun rəsmiləri ilə yanaşı, futbolçular – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak ediblər. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər.
Açılışa qatılan qonaqlara “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.
Bundan əvvəl “Gənclik Mall”da yerləşən “GO Sport”da da “Neftçi”nin rəsmi mağazasının açılışı baş tutmuşdu.
“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni “İnter”in diqqət mərkəzinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Turin təmsilçisinin baş məşqçisi Luçano Spalettinin rəhbərliyi altında karyerasında yeni bir mərhələyə qədəm qoysa da, mövsümün sonunda komandadan ayrıla bilər.
Məsələ burasındadır ki, amerikalı yarımmüdafiəçinin “Yuventus”la müqaviləsinin müddəti başa çatır və hələlik yeni sözləşmə ilə bağlı razılıq əldə olunmayıb. “İnter” son həftələrdə bu vəziyyəti yaxından izləyir. Milanlılar Makkenninin klubu ilə müqavilənin müddətini uzatmaması halında onu azad agent kimi heyətinə qatmağa hazırdır.
Bir neçə mövqedə oynamaq bacarığı ilə seçilən Makkenni cari mövsümdə 32 oyuna çıxaraq, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.
Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes gələcəyi barədə açıqlama verib. Bu açıqlama “Real”a mümkün transferlə bağlı yayılan xəbərlər fonunda diqqət çəkib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Fernandes “Çelsi”dəki çıxışının onu xoşbəxt etdiyini bildirib:
“Burada keçirdiyim illər üçün minnətdaram. Bu klubda olmaqdan zövq alıram. “Çelsi”də çıxış etmək məni xoşbəxt edir. Mən bu komandada kuboklar qazanmaq istəyirəm”.
Argentinalı futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilin ortalarına qədərdir. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 85 milyon avrodur.
“Neftçi” PFK-nın rəsmi mağazası bundan sonra “28 Mall”da yerləşən “Decathlon”da da fəaliyyət göstərəcək.
Futbolpress.az xəbər verir ki, bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub. Tədbirdə klubun rəsmiləri ilə yanaşı, futbolçular – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak ediblər. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlərimiz onlarla xatirə şəkilləri çəkdiriblər.
Açılışa qatılan qonaqlarımıza “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub. Qeyd edək ki, bundan əvvəl “Gənclik Mall”da yerləşən “GO Sport”da rəsmi mağazamızın açılışı baş tutmuşdu.
“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın 18 yaşlı sağ cinah hücumçusu Lamin Yamalın cari vəziyyətini qiymətləndirib.
Arena.az alman mütəxəssisin ispan futbolçu barədə müvafiq açıqlamasını təqdim edir:
“Yamal hazırda əla vəziyyətdədir. Lamin yüksək səviyyəli oyunçudur”, deyə Flik məmnunluqla vurğulayıb.
O, ispaniyalı ulduzun oyunundan razılığını ifadə edib:
“Hazırda Laminin oyunundan çox razıyam. İndi o, nəinki hücuma köklənib, həmçinin müdafiə haqda da düşünür”, deyə Hansi Flik bildirib.
Yeri gəlmişkən, İspaniya futbolunun əfsanəsi, “Barsleona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta da Yamal haqda qənaətini açıqlayıb:
“Əgər Yamal tərəqqisinə davam edərsə, onun ən görkəmli oyunçulardan biri olacağına imkanı var”, deyə İnyesta vurğulayıb.
Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Yamal cari mövsümdə “blauqrana”nın heyətində 30 oyuna çıxıb. O, bu oyunlarda 15 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 136 oyun, 39 qol və 47 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.
Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.
Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin qızıl medalını qazanıb.
Arena.az xəbər verir ki, Paris “Böyük Dəbilqə”sinə bu gün start verilib.
İlk gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparıb. Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub və mübarizəni erkən dayandırıb.
Eyni çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Ruslan Paşayev (66 kq) isə bu turniri bürünc medalla başa vurub. O, İtaliya təmsilçisi Valerio Akkolini yuko xalı ilə məğlub edərək üçüncü olub.
Balabəy Ağayevin (60 kq) çıxışı daha möhtəşəm alınıb. O, yarışı qızıl medalla tamamlayıb. 27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.
Qeyd edək ki, Balabəy Ağayev karyerasında üçüncü dəfə Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olur.
Paris “Böyük Dəbilqə”sinə fevralın 8-də yekun vurulacaq. Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.
“Benfika”nın portuqal baş məşqçisi Joze Mourinyo Madrid “Real”ının belçikalı əsas qapıçısı Tibo Kurtua haqda qənaətini açıqlayıb.
Arena.az portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Kurtuanın nailiyyətləri inanılmazdır. Tibo mənim komandamda oynayıb, onu yaxşı tanıyıram. Onu dünyanın ən yaxşı qapıçısı hesab edirəm”, deyə Mourinyo vurğulayıb.
Xatırladaq ki, Tibo Kurtua futbola Belçikanın “Bilzen” klubunda qədəm qoyub. Buradan “Genk”ə yol tapmış qapıçı böyük futbolda debüt edib. Daha sonra Kurtua “Çelsi”yə keçib və 2011-ci ilin iyulunda icarə əsasında Madrid “Atletiko”suna yollanıb. 2018-ci ilin avqustuna qədər Kurtua “döşəkçilər”in uğurları üçün çalışıb. Daha sonra belçikalı qapıçı “döşəkçilər”in düşərgəsindəki icarə müddətini başa vuraraq, transfer hüquqlarının məxsus olduğu “Çelsi”yə qayıdıb.
“Real” Kurtuanı 2018-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Çelsi”dən “qaymaqlılar”ın düşərgəsinə qatıb. Kurtuanın klubla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə belçikalı qapıçı “Real” üçün 31 oyun keçirib, 31 qol buraxıb, 12 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Tibo Kurtuanın “qaymaqlılar”ın düşərgəsində çıxışının ümumi mənzərəsi 319 oyun, 313 buraxılmış qol və 125 “quru” oyundan ibarətdir.
“Real”ın heyətində belçikalı qapıçı 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 3 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 2 dəfə FIFA Klub Dünya Kubokunu və FIFA Qitələrarası Kuboku qazanıb.
Həmçinin Kurtuanın qənimətlər muzeyində “Atletiko” ilə qazandığı İspaniya La Liqası (2013/2014), İspaniya Kuboku (2012/2013), Avropa Liqası (2011/2012) və UEFA Super Kuboku (2012/2013) var. Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 107 oyun keçirib, 84 qol “yeyib”, 54 oyundan “quru” qurtulub.
“Transfermarkt” internet-portalı 33 yaşlı qapıçının transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.
Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatına yekun vurulub.
Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın sonuncu – beşinci günündə sərbəst güləşdə 61, 70, 79, 92 və 125 kq-da medalçılar müəyyənləşib.
Bununla da sərbəst güləş üzrə yarışa yekun vurulub.
Çempionatın ən yaxşı hakimi Vüqar Şükürov seçilərək xüsusi mükafatla təltif edilib.
61 kq
Camal Abbasov (“Neftçi”, Gəncə)
Məhəmmədəli Əlizadə (İmişli)
Cəbrayıl Verdiyev (Gəncə, AHİTA), Nicat Həsənov (AİJA)
70 kq
Hacı Kərimov (Neftçi)
Sadiq Hüseynov (Neftçi)
İsa Yusibov (Neftçi), Kamal Məmmədov (Neftçi)
79 kq
Elcan İsmayılzadə (Neftçi)
Əli Hacıyev (AİJA)
Ülfət Məmmədov (Mywrestling), Şeyxəli Babazadə (DİN)
Keçmiş ingilis yarımmüdafiəçi Ceymi Rednapp İngiltərə Premyer Liqasının cari mövsümünün çempionu ilə bağlı təxminini açıqlayıb.
Arena.az keçmiş futbolçunun müvafiq qənaətini təqdim edir:
“Arsenal” daha çempiondur. Bu, mənim fikrimdir. “Topçular” 8-10 xallıq fərqlə çempion ola bilərlər”, deyə Rednapp vurğulayıb.
“Liverpul”un ingilis keçmiş mərkəz müdafiəçisi, hazırda futbol təhlilçisi olaraq çalışan Ceymi Karrager də İngiltərə Premyer Liqasının cari mövsümünün çempionu ilə bağlı fikrini açıqlayıb:
“Arsenal”! Onlar ən yaxşı heyətə malikdirlər və 22 illik çempionluq həsrətinə xitam vermək üçün hər şey hazırdır. Amma onların son nəticələrinin də göstərdiyi kimi, bu, asan olmayacaq”, deyə Karrager vurğulayıb.
Xatırladaq ki, Premyer Liqanın cari mövsümündə 25 oyuna 56 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” (24 oyun) 47, “Aston Villa” (25 oyun) 47, “Mançester Yunayted” (25 oyun) 44, “Çelsi” (25 oyun) 43, “Liverpul” (24 oyun) 39 xal toplayıb.
Futbol üzrə Braziliya millisinin və “Barselona”nın cinah hücumçusu Rafinya zədəlidir və hazırda müalicə-bərpa mərhələsindən keçir.
Arena.az xəbər verir ki, ulduz futbolçu cari vəziyyətini şərh edib:
“Mənimlə bağlı hər şey qaydasındadır. Mümkün olduqca tez bir zamanda qayıtmağa çalışacağam”, deyə Rafinya vurğulayıb.
Xatırladaq ki, “Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedri də zədəlidir. O da hazırda müalicə-bərpa mərhələsindən keçir. Artıq Pedrinin geri-dönüş tarixi ilə bağlı məlumatlar da var. İspaniya mətbuatının yazdığına görə, yarımmüdafiəçi artıq meydanda məşq təmrinlərinin icrasına başlayıb. Onun təxminən 1 aydan sonra yaşıl meydanlara qayıdışı təxmin edilir.
Qeyd edək ki, “Barselona”nın iktiləri bu iki futbolçu ilə kifayətlənmir. Kataloniya təmsilçisində Andreas Kristensen və Qavi də zədədən əziyyət çəkirlər. Amma onların nə vaxt sıraya dönəcəyi hələ bilinmir.
Yeri gəlmişkən, “Barselona”nın baş məşqçisi Hansi Flik zədəli yarımmüdafiəçi Qavinin vəziyyəti ilə bağlı açıqlama verib. Alman mütəxəssis bunları söyləyib:
“Qavi bərapsına doğru addım-addım gedir. İndi ən əsası, sakitliyini qoruyb-saxlaması və yalnız növbəti addımı haqda düşünməsidir”, deyə Hansi Flik vurğulayıb.
“Qarabağ” 2025/26 mövsümünün əvvəlində Portuqaliyanın “Mafra” klubundan yarımmüdafiəçi Kris Kuakunu böyük ümidlərlə heyətinə qataraq rotasiyanı genişləndirməyi hədəfləmişdi. Ağdam klubu onunla 2+2 illik müqavilə imzalamışdı.
UEFA Çempionlar Liqası, Azərbaycan Premyer Liqası və ölkə kubokunda paralel mübarizə aparan “köhlən atlar” üçün geniş və keyfiyyətli heyət hər zaman prioritet olub. Ancaq Fil Dişi Sahilindən olan futbolçu baş məşqçi Qurban Qurbanovun gözləntilərini doğrulda bilmədi. Artıq görünən odur ki, Ağdam təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin transferinə görə müəyyən mənada peşmandır. Kuaku Qurbanovun start “11-liyində” möhkəmlənə bilmir və mövsümü demək olar ki, ehtiyat oyunçular skamyasında keçirir. O, “Qarabağ”ın ölkə kubokunda keçirdiyi iki matçın hər ikisinə start heyətdə başlasa da, bu qarşılaşmaların heç birində 90 dəqiqə meydanda qala bilmədi. Premyer Liqa oyunlarında da mənzərə aşağı-yuxarı oxşardır. Gah start heyətdə meydana çıxır, sonradan əvəz olunur, gah da ehtiyatdan oyuna qoşulur. Heç cür sabit oyun nümayiş etdirə bilmir ki, bilmir.
Daha diqqətçəkən məqam isə Kuakunun adının UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”a qarşı keçiriləcək matçlar üçün iştirak ərizəsindən çıxarılmasıdır. Onun yerinə uzun müddət ağır zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan Kadi Borgesin adının siyahıya daxil edilməsi çox şeydən xəbər verir. Bu qərar Qurban Qurbanovun artıq Kuakunu planlarından çıxardığının mesajı ola bilər.
Kəsəsi, adətən hər transferi xırdalığına qədər incələyən, təhlil edən “Qarabağ” görünür, bu dəfə seçimində yanılıb. Kuakunun transferi gözləntiləri doğrultmadı və artıq indidən uğursuz keçid kimi qiymətləndirilir.
Azərbaycan cüdoçusu Balabəy Ağayev “Böyük Dəbilqə” turnirində finala yüksəlib.
Futbolpress.az xəbər verir ki, o, yarımfinalda israilli İzhak Aşpizə qalib gələrək karyerasında üçüncü dəfə Paris Böyük Dəbilqəsinin finalına vəsiqə qazanıb.
“Böyük Dəbilqə” turniri fevralın 8-də başa çatacaq
Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 20-ci tur çərçivəsində “Fajr Sepasi” ilə qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşdə məğlubiyyətə üzülüblər – 1:2. Yeganə qolu 41-ci dəqiqədə Əmirhüseyn Hüseynzadə vurub.
“Traktor” cari mövsümdə qazandığı 35 xalla 16 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 20 oyunda 9 qələbə qazanıb, 8 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Fulad”la qarşılaşacaq. Bu oyun fevralın 14-də evdə baş tutacaq. Bundan öncə isə “traktorçular”ı Qətərin “Əl-Sədd” komandası ilə Asiya Çempionlar Liqasının oyunu gözləyir. Bu görüş fevralın 10-da Təbrizdə baş tutacaq.
Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 20-ci turu çərçivəsində Sofiya ÇSKA-sı ilə qarşılaşıb.
Səfərdə baş tutmuş bu oyunda “Arda” məğlubiyyətə üzülüb – 2:0. Hüseynov 2026-cı ildəki ilk rəsmi oyunlarında 90 dəqiqə meydanda olub.
“Arda” 20 turdan sonra 24 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 6 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 70 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 23-cü turu çərçivəsində “Flamurtari” ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 1:0. Əliyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Eqnatiya” 23 turdan sonra 42 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 23 oyunda 12 qələbə qazanıb, 6 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 57 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 23-cü turu çərçivəsində “Bilis”lə qarşılaşıb.
“Partizani” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün fasiləsində əvəzlənib.
“Partizani” 23 turdan sonra 30 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 23 oyunda 8 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 22 oyuna çıxıb, 4 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
Azərbaycanın bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində turnirində finala vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, Balabəy Ağayev (60 kq) buna nail olub.
27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.
Bu raundda məğlub olan Ruslan Paşayev (66 kq) üçüncü yer uğrunda görüşə çıxacaq. Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.
“Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, dördüncü oyun günündə də bir qarşılaşma baş tutub.
Günün yeganə matçı Gəncə Olimpiya İdman Kompleksində keçirilib. Burada “Gəncə” NTD ilə üz-üzə gəlib. A qrupunun oyununda “Gəncə” 104:85 hesablı qələbə qazanıb.
Xatırladaq ki, daha öncə baş tutmuş oyunlarında “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” isə “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92) məğlub etmişdi.
16-cı tura fevralın 8-də yekun vurulacaq.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Gəncə – 24. Neftçi – 22. NTD – 19. Şəki – 17.
B qrupu: Ordu – 31. Naxçıvan – 28. Sumqayıt – 22. Quba – 22. Sərhədçi – 21. Lənkəran – 20.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
“Leyptsiq”in yarımmüdafiəçisi Xavyer Şlager cari mövsümün sonunda karyerasını İtaliyada davam etdirə bilər. 28 yaşlı futbolçu Almaniya klubundan azad agent statusu ilə ayrılacaq və başa çatacaq müqaviləsinin müddətinin uzadılmayacağı bildirilir.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, “Yuventus” artıq bir neçə aydır Şlagerin durumunu yaxından izləyir.
Turin təmsilçisinin rəhbərliyi yarımmüdafiə xəttini gücləndirmək üçün onu ideal variant hesab edir. İtaliyalılar avstriyalı futbolçunun oyun intellektini, yüksək işgüzarlığını və təcrübəsini xüsusilə dəyərləndirir.
Şlager cari mövsümdə “Leyptsiq”in heyətində 19 oyuna çıxaraq, 2 qol vurub. Yaxın vaxtlarda Almaniya futbolunun tanınmış siması Lotar Matteus onun namizədliyini “Bayern”ə tövsiyə etmişdi.
“Liverpul” rəhbərliyi yarımmüdafiəçi Dominik Soboslai ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
Mersisayd klubu macar futbolçunun maliyyə şərtlərini qəbul etməyə hazırdır. 25 yaşlı yarımmüdafiəçi yeni müqavilədə həftəlik 290 min avro maaş almaq istəyir. Hazırkı müqavilənin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Soboslai cari mövsümdə 33 oyunda iştirak edib, 8 qol vurub və 7 məhsuldar ötürmə verib.
Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçirilib.
Komanda.az xəbər verir ki, NTD “Gəncə”nin qonağı olub. Gəncə Olimpiya İdman Kompleksində gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 104:85.
“Gəncə” A qrupunda 24 xalla üçüncü, NDT 18 xalla sonuncu altıncı pillədə qərarlaşıb.
Tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92) məğlub edib.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Turin klubu türkiyəli yarımmüdafiəçi ilə anlaşıb və tərəflər arasında yeni – 4 illik müqavilə imzalanacaq.
Yıldızın “transfermarkt”da dəyəri 75 milyon avrodur. O, bu mövsüm A Seriyasında 22 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
Futbolpress.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
2021-ci ildə Avropanın tanınmış 12 klubu yeni liqa yaratmaq niyyətində olduğunu açıqlayıb. İdeya müəllifi isə “Real”ın rəhbəri Florentino Peres olub. Daha sonra UEFA və FIFA-nın təzyiqindən sonra klubların əksəir layihədən ayrılıb.
“Barselona”nın da Super Liqadan çıxmasıyla layihəni tək dəstləyən komanda “Real” qalıb.
“Bavariya” futbolçusu Dayot Upamekano ilə müqaviləni uzatmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun idman direktoru Maks Eberl yerli mətbuata açıqlamasında deyib. O, fransalı müdafiəçi ilə anlaşmağa yaxın olduqlarını bildirib.
Upamekano 2021-ci ildən “Bavariya”da çıxış edir. O, komandada 178 oyunda 6 qol vurub, 11 məhsuldar ötürmə edib.
Fransanın “Renn” komandasının mərkəz yarımmüdafiəçisi Seko Fofana bundan sonra “Portu”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə Portuqaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
“Portu” Kot-d’İvuar yığmasının futbolçusunu icarəyə götürüb. İcarə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olacaq. Müqavilədə satınalma şərti nəzərdə tutulmayıb.
Xatırladaq ki, Seko Fofana 2025-ci ilin yanvarından “Renn”in formasını geyinir. O, cari mövsümdə Fransa Liqa 1-də 12 oyun keçirib və 1 qolla yadda qalıb. Yarımmüdafiəçi “Renn”də bütövlükdə 29 oyuna çıxıb, 2 qol və 1 assist müəllifi olub.
Fofana daha öncə “Udineze”, “Lans”, “Bastiya”, “Əl-Ettifaq”, “Fulhem”, “Əl-Nəsr” kimi klubların da formasını geyinib.
Yarımmüdafiəçi vaxtilə Fransanın U-16, U-17, U-18 və U-19 yığmalarında oynasa da, 2017-ci ildə Kot-d’İvuar yığmasında debüt edib. O, ölkəsinin millisində 30 oyuna 7 qol vurub, 3 məhsuldar ötürmə verib.
Futbol üzrə Kot-d’İvuar yığmasının və İngiltərənin “Çelsi” klubunun hücumçusu David Datro Fofana “Strasburq”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Liqa 1 təmsilçisi 23 yaşlı forvardı bu mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilədə satınalma şərti nəzərdə tutulmayıb.
Datro Fofana 2023-cü ilin yanvarında İsveçin “Molde” klubundan 12 milyon avro qarşılığında “Çelsi”yə transfer edilib. Gənc hücumçu London klubunun əsas komandasında cəmi 4 oyun keçirsə də, fərqlənə bilməyib. Onun İngiltərə nəhəngi ilə müqaviləsi 2029-cu ilin 30 iyununa kimidir.
Fofana daha öncə Almaniyanın “Union Berlin”, İngiltərənin “Börnli”, Türkiyənin “Göztəpə” və “Fatih Karagümrük” klublarında da icarədə olub.
Datro Datro Fofana 2019-cu ilin sentyabrında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı Datro Fofananı 5 milyon avro məbləğində qiymətləndirir.
“Roma”nın müdafiəçisi Canluka Mançini İtaliya A Seriyasının 23-cü turunda, “Udineze”yə qarşı keçirdikləri oyunda (0:1) zədələnib.
Arena.az “Sky Sport Italia” nəşrinə istinadən xəbər verir ki, matçın ilk hissəsində burnu sınan 29 yaşlı futbolçu görüşü sonadək belə davam etdirib.
Matçdan sonra Mançini əməliyyat olunub və qarşıdakı oyunlarda qoruyucu maska ilə çıxış edəcək.
Xatırladaq ki, Canluka Mançini 2019-cu ildən “Roma”da forma geyinir. O, indiyə qədər bu komandanın heyətində meydana çıxdığı 304 oyunda 19 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Mərkəz müdafiəçisi daha öncə “Peruca” və “Atalanta”da çıxış edib.
29 yaşlı futbolçu 2019-cu ildə debüt etdiyi İtaliya milli komandasında 18 oyun keçirib, 2 qol vurub.
“Transfermarkt” internet-portalı italiyalı müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə Ukrayna milli komandasının və “Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko bundan sonra “Ayaks”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Niderland klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
“Ayaks” 28 yaşlı futbolçunu 1,5 milyon avro müqabilində transfer edib. Ukraynalı müdafiəçi Amsterdam təmsilçisi ilə 2026-cı ilin 30 iyununadək anlaşıb.
Xatırladaq ki, Aleksandr Zinçenko “Arsenal”a 2022-ci ilin iyulunda 35 milyon avro qarşılığında “Mançester Siti”dən keçmişdi. Ukraynalı müdafiəçinin “topçular”la müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədə idi.
Zinçenko “Arsenal”ın heyətində 91 oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Ukraynalı futbolçu cari mövsümün ilk dövrəsini İngiltərənin “Nottingem Forest” klubunda keçirib. O, meydana çıxdığı 10 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Xatırladaq ki, ukraynalı futbolçu Donetsk “Şaxtyor”unun yetirməsidir. O, “Mançester Siti”, “Ufa”, PSV kimi klublarda da çıxış edib.
Zinçenko 2019-cu ildə Ukraynada ilin futbolçusu seçilib. Ukraynalı müdafiəçinin qənimətlərinin hamısı “Mançester Siti”də çıxış etdiyi dövrə aiddir: 5 dəfə Premyer Liqa çempionluğu, 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Liqa Kuboku, 2 dəfə İngiltərə Super Kuboku.
Zinçenko 2015-ci ilin oktyabrında debüt etdiyi Ukrayna millisinin heyətində 75 oyun keçirib, 12 qol vurub, 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı Zinçenkonu 15 milyon avro məbləğində qimətləndirir.
“Barselona”nın hücumçusu Rafinya Dias komanda yoldaşı Qavi barədə maraqlı açıqlama verib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, Qavinin tez-tez əşyalarını unutduğunu deyib:
“Qavi həmişə hər şeyi unudur… Pasport, qulaqlıq, çanta… Biz daim dayanıb onun əşyalarını axtarmalı oluruq. Adətən, komandanın avadanlıq işçiləri dəzgahı yoxlayır və hər zaman əşyalarını tapırlar. Mən isə avtobusda arxada oturub baxıram, heç nə qoyub getmədiyinə əmin olmaq üçün”.
21 yaşlı Qavi hazırda diz əməliyyatından sonra bərpa prosesindədir. O, cari mövsümdə La Liqada 2 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. Onun meydana qayıdışı fevralın sonu – martın əvvəllərinə gözlənilir.
“Barselona” heyətini gücləndirmək üçün planlar qurur.
Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, Kataloniya klubunun “radar”ına “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines düşüb.
Bildirilir ki, “qırmızı şeytanlar” 28 yaşlı futbolçunu satmaq istəmirlər. Ancaq “Barselona”ya yaxın mənbələr hesab edirlər ki, qiymət münasib olarsa, transfer reallaşa bilər. “Mançester Yunayted” Martines üçün təxminən 55 milyon avro tələb edə bilər.
Argentinalı müdafiəçi “Mançester Yunayted”in heyətində 104 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun komandası hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və UEFA Çempionlar Liqası zonasındadır.
“Liverpul”un yarımmüdafiəçisi Körtis Cons karyerasını İngiltərə Premyer Liqasının başqa klubunda davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
İngiltərəli futbolçuya “Aston Villa”, “Tottenhem” və “Nyukasl” kimi klublar maraq göstərir. Sonuncular Consu italiyalı futbolçu Sandro Tonali ilə əvəz etmək niyyətindədirlər. Tonali yay transfer pəncərəsində satıla bilər.
25 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə “qırmızılar”ın heyətində 30 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.
Consun transferində maraqlı olan “Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.
“Napoli”nin yarımmüdafiəçisi Antonio Verqara qış transfer pəncərəsində İngiltərəyə köçə bilərmiş.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunu yanvarda “Tottenhem” heyətinə qatmağa çalışıb.
London kıubu italiyalı futbolçu üçün 20 milyon avro təklif etsə də, “Napoli” rəhbərliyi bunu rədd edib. Hazırda klubun planlarında ondan ayrılmaq yoxdur.
Verqara cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Azərbaycanlı futbolçu Cəlal Hüseynov “Arda” klubunda növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi Bolqarıstan çempionatının XX turunda ÇSKA ilə matçda iştirak edib. O, Sofiya təmsilçisi ilə görüşə start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb.
Kırcalı təmsilçisi 20 turdan sonra 24 xalla 10-cu sıradadır.
Kolumbiyalı hücumameyilli yarımmüdafiəçi Xames Rodriges bundan sonra ABŞ klubu “Minnesota Yunayted”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə MLS klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Təcrübəli futbolçu yeni komandasına azad agent statusu ilə qoşulub. 34 yaşlı oyunçu ilə imzalanmış müqavilə 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub. Razılaşmada müqavilənin müddətinin bu ilin dekabr ayınadək uzadılma bəndi də yer alıb.
Xames Rodriges “Enviqado”nun məzunudur. Böyük futbolada “Enviqado” ilə debüt etmiş Xames karyerası ərzində “Banfild”, “Portu”, “Monako”, “Real”, “Bayern”, “Everton”, “Əl-Rayyan”, Pirey “Olimpiakos”u, “San Paulo” və “Rayo Valyekano”da çıxış edib. O, 2025-ci ili Meksikanın “Leon” klubunda keçirib. Kolumbiyalı futbolçu ötən ilin sonunda Meksika klubundan ayrılandan bəri azad agent statusu daşıyırdı.
Xames Rodriges 2011-ci ilin oktyabr ayında debüt etdiyi Kolumbiya yğmasının heyətində 122 oyuna çıxıb, 31 qol vurub və 41 məhsuldar ötürmə verib.
Təcrübəli yarımmüdafiəçi Argentina, Portuqaliya, İspaniya və Almaniya çempionu olub. O, “Real”ın heyətində 2 dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Kolumbiya millisinin üzvü kimi Xames 2014-cü il dünya çempionatının ən yaxşı bombardiri, 2024-cü il Amerika Kubokunun isə ən yaxşı futbolçusu seçilib.
“Transfermarkt” internet-portalı 34 yaşlı kolumbiyalı yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçularla – Hyon Qyu O, Emmanuel Aqbadu və Devis Vaskeslə gücləndirib.
Arena.az bu barədə Super Liqa nəhənginin rəsmi saytına istinadən xəbər verir.
Hyon Qyu O Belçikanın “Genk” klubundan 14 milyon avro müqabilində transfer edilib. Cənubi Koreya millisinin hücumçusu ilə müddəti 2029-cu ilin 30 iyununadək müqavilə imzalanıb.
24 yaşlı futbolçu cari mövsümdə “Genk”in heyətində 32 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun Belçika klubunun heyətindəki ümumi göstəricisi 73 oyun, 22 qol və 6 assistdən ibarətdir. O, daha öncə “Suvon” və “Seltik”də də forma geyinib. Forvard 2022-ci ildə debüt etdiyi Cənubi Koreya yığmasının heyətində 24 oyuna 6 qol vurub.
Emmanuel Aqbadu İngiltərənin “Vulverhempton” klubundan 18 milyon avroya transfer edilib. Kot-d’İvuar yığmasının üzvü “Beşiktaş”la 2030-cu ilin 30 iyununadək anlaşıb.
Aqbadu Kot-d’İvuarın “San Pedro” klubunun yetirməsidir. O, Tunisdə “Monastr”ın, Fransada “Eupen” və “Reyms”in də formasını geyinib. “Vulverhempton” mərkəz müdafiəçisini 2025-ci ilin yanvarında “Reyms”dən 20 milyon avroya transfer etmişdi. 28 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin heyətində 35 oyun keçirib, 1 qol və 2 assistlə yadda qalıb.
2021-ci ildə Kot-d’İvuar yığmasında debüt etmiş Aqbadu 18 oyunda 2 qol müəllifi olub.
“Beşiktaş” İtaliyanın “Roma” komandasına məxsus olan kolumbiyalı qapıçı Devis Vaskesi də cari mövsümün sonunadək icarəyə götürüb. İstanbul təmsilçisi 27 yaşlı futbolçunun transfer hüquqlarını da ala bilər.
“Roma” Devis Vaskesi 2025-ci ildə İtaliyanın digər klubu “Milan”dan azad agent kimi heyətinə qatmışdı. 27 yaşlı qolkiperin “canavarlar”la 2027-ci ilin 30 iyununadək müqaviləsi var. O, “Roma”dan debüt şansı qazanmadan ayrılıb.
Devis Vaskes karyerasının ilk illərində “Patriotas”, “Quarani” kimi klublarda forma geyinib. 2023-cü ildə “Milan” “Quarani”yə 810 min avro ödəməklə kolumbiyalı qolkiperi heyətinə qatıb. Amma Devisə “Milan”ın əsas komandasında debüt qismət olmayıb. Bu üzdən də o, “Şeffild Uensdey”, “Askoli” və “Empoli” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb.
“Əl-İttihad”dakı səhifəm bağlanır. Klub rəhbərliyinə və hamıya təşəkkür etmək istəyirəm. Karyeramın bu mərhələsi mənə çox şey qazandırdı. Bu komandanın formasında meydana çıxmağımla qürur duyuram. Kluba gələcəkdə hər şeyin ən yaxşısını arzulayıram”.
Xatırladaq ki, Kərim Benzema “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulmuşdu. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərim “Əl-İttihad”da 83 oyun keçirib, 54 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “qaymaqlılar”n heyətində 14 mövsüm keçirib. Benzema “Real”la ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.
Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub yarışlarının qənimətləri var.
Kərim Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Benzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib.
Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı fransalı hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
“Arsenal”ın hücumçusu Viktor Qyokereş yanvar ayının ən yaxşı oyunçusu adına layiq görülüb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsveçli forvard azarkeşlərin səsverməsində 48 faiz səslə digər namizədləri – Qabriel Jezus, Martin Subimendi və Qabriel Martinellini qabaqlayıb.
Qyokereş ötən ay “topçular”ın heyətində 8 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun komandası hazırda Premyer Liqada 53 xalla turnir cədvəlinə başçılıq edir.
Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” növbəti turda “Sanderlend”i qəbul edəcək.
“Tottenhem” “Atletiko”dan transfer etdiyi yarımmüdafiəçi Konor Qallaher üçün xərclədiyi böyük məbləğə görə artıq peşman olub.
Komanda.az “Topskills Sports UK”-ya istinadən xəbər verir ki, Qallaherin ehtiyatda qalmasının səbəbi təkcə şans məsələsi deyil. Belə ki, klub onun oyun səviyyəsindən də razı qalmayıb.
26 yaşlı yarımmüdafiəçi yanvarda “Tottenhem”ə keçib və klubla müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayıb. O, londonluların heyətində 3 oyuna çıxaraq, 1 məhsuldar ötürmə verib.
Qallaherin Premyer Liqadakı ilk nəticələri hələ də “Tottenhem” rəhbərliyinin gözləntilərini tam qarşılamır.
Səudiyyə Ərəbistanının futbol liqası “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun davam edən boykotu səbəbindən ciddi maliyyə itkiləri ilə üz-üzə qalıb.
Komanda.az “Speedline”-a istinadən xəbər verir ki, bu vəziyyət səbəbindən “Fox Sports” (dünyada məşhur idman yayımı və media şəbəkələrinin ümumi adı) Səudiyyə Ərəbistanı liqası ilə əməkdaşlığı dayandırıb. Ümumi maliyyə zərəri 2,4 milyard dollar təşkil edir.
Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.
41 yaşlı futbolçu cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 18 oyun iştirak edib, 17 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun boykotu liqaya ciddi təsir göstərərək həm klub, həm də liqa səviyyəsində böyük maliyyə zərərinə səbəb olub.
– 7 oyundur, qələbə qazana bilmirsiniz. Enişin səbəbi nədir?
– Komandanın eniş yaşadığı fikri ilə razı deyiləm. Bu, futboldur, belə hallar olur: mövsümün ortasıdır, cəzalar, zədələr var. Amma bu, o deməkdir ki, daha çox çalışmalı və daha yaxşı oyun göstərməliyik.
– Xal itkiləri komandanı autsayderlər zonasına yaxınlaşdırır. Təzyiq var?
– Xeyr, belə hiss etmirik. Bəli, acı bir məğlubiyyət oldu. Hesab edirəm ki, oyundan-oyuna irəliləmək və maksimum nəticə göstərməyə çalışmaq lazımdır. Turnir cədvəlinə baxmaq üçün hələ tezdir, mövsümün yarısı hələ qabaqdadır.
– Sonuncu dəfə “Neftçi” səfərində qələbə qazanmısınız. Bu matçdan sonra arxayınlıq yarandı ki, bu qədər xal itkiləri yaşanır?
– Heç bir arxayınlıq yoxdur. Dediyim kimi, komandanın eniş yaşadığını düşünmürəm. Bu, futboldur, belə şeylər olur. “Neftçi” ilə oyundan sonra üç heç-heçə etdik və onların bəzilərində qələbəni əldən verdiyimizi demək olar. Bəzi hallarda bu, sadəcə bəxtsizlik idi: bir oyunda vurduğumuz qol ləğv edildi, digərində açıq-aşkar penalti verilmədi, başqa oyunda son dəqiqədə rikoşetdən qol buraxdıq, bir yerdə penalti qaçırdıq. Düşünürəm ki, önə baxmalı, qarşıdakı oyunlara köklənməli və mövcud səhvləri aradan qaldırmağa çalışmalıyıq.
– Növbəti turda “Kəpəz”ə qarşı vacib oyun var. Qələbə komandanı nisbətən rahatlaşdıra bilər…
– “Kəpəz” xeyli güclənib, yeni oyunçularla heyətini möhkəmləndirib. Bizim üçün hər oyun vacibdir , istər “Kəpəz” olsun, istərsə də başqa klub. Hər matça görə 3 xal verilir və bütün komandalar üçün bu eynidir. Ona görə də hesab edirəm ki, öz oyunumuza fokuslanmalı və istənilən rəqibə qarşı maksimum konsentrasiya ilə hazırlaşmalıyıq.
– Ev oyunlarınızı keçirdiyiniz Quba stadionunun durumu ilə bağlı klublar narazıdır. Eyni şəraitdə oyunlar olsa da, digər komandalar çox şikayətçidir. Siz artıq bu arenaya öyrəşmisiniz?
– Bəli, stadionun vəziyyəti qənaətbəxş deyil. Düşünürəm ki, buna əsasən qış mövsümünün hava şəraiti, yağışlar, şaxtalar təsir edir. Əlbəttə, heç kim bundan məmnun deyil, oyunda müəyyən çətinliklər yaranır. Amma meydança hamı üçün eynidir, hamı bərabər şəraitdədir. Bu, bizim üçün də çətinlik yaradır.
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Portuqaliya millisinin də üzvü olan yarımmüdafiəçisi Ruben Neves ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçunun sözləşməsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ilin yayında bitəcəkdi.
Xatırladaq ki, Ruben Neves 2023-cü ildə İngiltərənin “Vulverhempton” klubundan 55 milyon avro müqabilində “Əl-Hilal”a transfer olunmuşdu. O, sözügedən komandanın heyətində 2023/2024-cü illər mövsümündə Səudiyyə Ərəbistanı çempionluğunu, Kral Kubokunu və iki ölkə Super Kubokunu qazanıb.
Bu mövsüm Neves “Əl-Hilal”ın heyətində bütün turnirlərdə 25 oyunda iştirak edib və 9 qol vurub. Portuqal futbolçunun “Əl-Hilal” karyerası bütövlükdə 116 oyun, 18 qol və 30 assistdən ibarətdir.
Neves daha öncə “Vulverhempton” və “Portu”nun formasını geyinib. Dayaq yarımmüdafiəçisi 2015-ci ildə debüt etdiyi Portuqaliya yığmasının heyətində 63 oyun keçirib, 1 qol və 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 258 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
İtaliyanın “Kalyari” klubunun hücumçusu Zito Luvumbo bundan sonrakı karyerasını İspaniya çempionatında davam etdirəcək.
Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu “Malyorka”ya keçib.
Bu barədə İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. La Liqa təmsilçisi anqolalı forvardı cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə yer alan bəndə görə, oyunçunun çıxışı İspaniya təmsilçisini qane edərsə, “Malyorka” onu 4 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdir.
Zito Luvumbo peşəkar karyerasına ölkəsinin “Primeyro de Aqosto” klubunda başlayıb. O, “Kalyari”yə 2020-ci ildə 880 min avroya transfer edib. İtaliya klubu 23 yaşlı forvardı 2021-ci ildə “Komo”ya da icarəyə verib. Luvumbo “Kalyari”nin heyətində keçirdiyi 117 oyunda 11 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
Luvumbo 2019-cu ildə debüt etdiyi Anqola yığmasının heyətində 31 oyuna cəmi 1 qol vurub.
Cari mövsümün sonunda “Atletiko”da baş məşqçi dəyişikliyi baş verə bilər.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, klubun uzun illərdir dəyişməz baş məşqçisi olan Dieqo Simeonenin madridlilərdən ayrılmaq ehtimalı var.
Bu qərarın əsas səbəbi argentinalı mütəxəssislə klubun idman direktoru Mateu Alemani arasında münasibətlərin ciddi şəkildə gərginləşməsidir. Klub daxilində böyük təsir gücünə malik olan Alemani ilə yaşanan fikir ayrılıqları Simeonenin gələcəyini sual altına salıb. Artıq rəhbərliyin 55 yaşlı baş məşqçini əvəzləyə biləcək namizədlər üzərində axtarışlara başladığı da iddia olunur.
Dieqo Simeone ilə “Atletiko” arasındakı münasibətlər 21-ci əsr dünya futbolunun ən uzunmüddətli və sadiq əməkdaşlıqlarından biri hesab olunur. Argentinalı mütəxəssis 2011-ci ilin sonunda Madrid təmsilçisinin “sükanı arxasına” keçib və artıq 14 ildən çoxdur ki, komandaya rəhbərlik edir.
Futbol üzrə Bolqarıstan çempionatında 20-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə Sofiya ÇSKA-sının qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hüseynov da bu matçın iştirakçısı olub. 23 yaşlı müdafiəçi qarşılaşmaya start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
20 turdan sonra 24 xal toplayan “Arda” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
“Mançester Siti”də yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Abdukodir Xusanov “şəhərlilər”də ötən ayın ən yaxşısı seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Özbəkistanlı futbolçu azarkeşlər arasında keçirilən sorğuya əsasən qalib olub. 21 yaşlı mərkəz müdafiəçisi qapıçı Canluici Donnarumma və yarımmüdafiəçi Bernardo Silvanı qabaqlayıb.
Xusanov yanvar ayında “Mançester Siti”nin heyətində 7 rəsmi matçda meydana çıxıb.
İngiltərə Premyer Liqasının top-klubları “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson uğrunda mübarizəni davam etdirir.
Komanda.az “The i Paper Sport”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun adı daha çox “Mançester Yunayted”lə hallandırılsa da, “Mançester Siti” də bu transfer yarışından geri çəkilmir.
“Şəhərlilər” qarşıdakı yay transfer pəncərəsində “qırmızı şeytanlar”ı qabaqlayaraq, perspektivli yarımmüdafiəçini heyətə qatacaqlarına əmindirlər. Rəhbərlik Andersonu transfer bazarında ən çox tələb olunan futbolçulardan biri hesab edir və bu fürsəti əldən vermək niyyətində deyil.
İngiltərə millisinin üzvü olan futbolçunun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.
“Atletiko”nun hücumçusu Xulian Alvares İngiltərə Premyer Liqasına keçməyə bir addım da yaxınlaşıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu “Çelsi”nin əsas transfer hədəflərindən biridir və klub artıq onun keçidi üzərində aktiv şəkildə çalışır.
Tərəflər arasında danışıqlar aparılır. Alvaresin nümayəndələrinin bu yaxınlarda Liqa kuboku çərçivəsində keçirilən “Çelsi” – “Arsenal” (0:1, ilk oyun – 2:3) oyunu zamanı Londonda olması da bu iddiaları daha da gücləndirib. Daha əvvəl “Arsenal”ın da onunla maraqlandığı xəbərləri yayılmışdı.
“Transfermarkt” portalına əsasən, Alvaresin bazar dəyəri 100 milyon avro olaraq qiymətləndirilir. Daha öncə onun üçün əsas namizəd kimi “Barselona” göstərilsə də, Premyer Liqa klublarının maliyyə imkanları kataloniyalılarla müqayisədə daha üstün hesab olunur.
Beləliklə, 26 yaşlı forvardın gələcək karyerasının İngiltərə ilə bağlı olması ehtimalı getdikcə artır.
Braziliyanın “Flamenqo” klubu “Real”dan Vinisius Juniorla maraqlanır.
Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Braziliya təmsilçisi sabiq oyunçusunu geri qaytarmaq niyyətindədir.
“Flamenqo” oyunçuya və kluba yüksək məbləğ təklif etmək iqtidarında deyil. Lakin braziliyalın Vinisiusun kluba mənsubluq hissini ön plana çıxarmaqla onu razı salmaq niyyətindədir.
25 yaşlı hücumçu “Flamenqo”nun yetirməsidir. O, 2018-ci ildə 45 milyon avro qarşılığında “Real”a keçib.
Səudiyyə Peşəkar Futbol Liqası “Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldonun oyunları boykot etməsinə münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, qurum 40 yaşlı hücumçunun qərarı ilə bağlı açıqlama yayıb:
“Ronaldo “Əl Nəsr”ə gəlişi ilə klubun böyüməsində və hədəflərinin artmasında çox önəmli rol oynayıb. Hər böyük futbolçu kimi o da qazanmaq istəyir. Lakin nə olursa olsun, heç bir futbolçu klubdan kənarda verilən qərarlara təsir edə bilməz”.
Ronaldo klubun transfer dönəmini passiv keçirməsinə və rəqiblərin güclənməsinə görə boykot qərarı verib. O, “Əl Nəsr”in son iki çempionat matçına çıxmayıb.
“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş cari mövsümün sonunda klubunu dəyişə bilər.
“Sağsağanlar” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb və növbəti mövsüm UEFA Çempionlar Liqasından kənarda qalmaq riski ilə üz-üzədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun klub rəhbərliyi ilə şifahi razılaşması var. Belə ki, Çempionlar Liqasında çıxış edən hansısa bir klub “Nyukasl”a 80 milyon funt sterlinq (təxminən 92 milyon avro) məbləğində təklif göndərərsə, Gimarayeşin transferinə mane olunmayacaq.
28 yaşlı yarımmüdafiəçi üçün əsas namizəd “Mançester Siti”dir. Daha əvvəl futbolçu ilə adı hallanan “Mançester Yunayted” isə bu yarışda geri planda qalır.
Gimarayeşin klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Onun komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.
“Real”ın argentinalı futbolçusu Franko Mastantuono, komanda yoldaşı Çud Bellingem haqqında danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçuyla yaxşı dil tapdığını bildirib:
“Bellingem gözəl oyunçu və insandır, mən onu çox sevirəm. O, “Real”da mənə çox kömək etdi”.
Mastantuono 2025-ci ilin avqust ayında Argentinanın “River Pleyt” klubundan “Real”a keçib. 18 yaşlı futbolçu Madrid klubunda bütün yarışlarda 23 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. Bellingem isə 2023-cü ildən “Real”da çıxış edir.
“Arsenal”ın sabiq futbolçusu Pol Merson, Maykl Karrikin “Mançester Yunayted”in baş məşqçisi kimi gələcək perspektivləri barədə danışıb.
Komanda.az “Sportskeeda”-ya istinadən xəbər verir ki, o, Karrikin bu postu daimi olaraq tutmaq üçün yeganə şansının dörd məğlubiyyətə uğradıqdan sonra vəziyyəti dəyişmək olduğunu bildirib:
“Onun bu postu daimi olaraq tutmaq üçün yeganə şansı dörd məğlubiyyətə uğramaq və sonra vəziyyəti dəyişməkdir. İnsanlar məhz belə “qaçışlar”dan sonra böyük vəzifələrə namizədləri qiymətləndirirlər. Məsələn, Ole Qunnar Sulşer (“Mançester Yunayted”in sabiq baş məşqçi) bunun öhdəsindən gələ bilmədi. Karrik bunu bacararsa, təzyiqə tab gətirə biləcək”.
“Qırmızı şeytanlar” Premyer Liqada keçirdiyi 24 oyundan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda növbəti turda “Tottenhem”lə qarşılaşacaq.
Çempionlar Liqasında pley-offlara qalan “Qarabağ” heyətini bir legionerlə gücləndirib. “Atlılar” Kiprin AEK klubundan cinah müdafiəçisi Jeremi Qnalini transfer edib.
Futbolpress.az-ın məlumatına görə, bu mövsüm buna qədər 16 legioner sifariş edən “Qarabağ” Qnailinin də adınıda siyahıya salıb. Bu ildən tətbiq edilən legioner rüsumu qaydalarına görə, “Qarabağ” Qnali sifariş etdiyi üçün 200 min manat ödəyəcək.
Legioner rüsumu qaydası:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN 8-dən 12-yə qədər: 10000 (on min) AZN 13-dən 15-ə qədər: 100000 (yüz min) AZN 16 və daha yuxarı: 200000 (iki yüz min) AZN
Son Azərbaycan çempionunun buna qədərki 16 əcnəbi üçün ödəyəcəyi məbləğ 585 min manat idi. Artıq məbləğ 785 minə çatıb. Klub daha bir transfer etsə, “Qarabağ”ın legionerlər üçün ödəyəcəyi rüsum milyona yaxın – 985 min manat olacaq.
Son günlərdə Kiprin “Etnikos” klubunun futbolçusu Bruno Almeydanı gətirəcəyi iddia edilən “Neftçi” də artıq limitdədir. Buna qədər 15 legioneri olan və 385 min manat ödəməli olan “ağ-qaralar” braziliyalını da transfer edəcəyi halda, məbləğ 585 min manat olacaq.
Futbolpress.azxəbər verir ki, İstanbul təmsilçisi “Roma”dan Denis Vaskesi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kolumbiyalı qolkiper mövsümün sonuna kimi “Beşiktaş”ın formasını geyinəcək.
Vaskes “Roma”dan başqa İtaliyada “Milan” və “Empoli”də də çıxış edib.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Lids” doğma meydanda “Nottingem Forest”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri inamlı qələbəyə seviniblər.
25-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 21-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Mets” doğma meydanda “Lill” ilə üz-üzə gəlib. Bu qarşılaşmada qapılara qol vurulmayıb və komandalar meydanı hərəyə 1 xalla tərk ediblər.
21-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Verona” doğma meydanda “Piza” ilə üz-üzə gəlib. Bu qarşılaşmada qapılara qol vurulmayıb və komandalar meydanı hərəyə 1 xalla tərk ediblər.
24-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək. Turun bir qarşılaşması isə fevralın 18-nə təxirə salınıb.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 21-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Union Berlin” doğma meydanda “Ayntraxt”la üz-üzə gəlib. İki qolun qeydə alındığı matçda komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
21-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa 21-ci tur 6 fevral
Union Berlin – Ayntraxt 1:1 Qollar: Qerfeld, 87-pen – Braun, 83.
7 fevral
18:30. Frayburq – Verder 18:30. Haydenhaym – Hamburq 18:30. Maynts – Auqsburq 18:30. Sankt Pauli – Ştutqart 18:30. Volfsburq – Borussiya (Dortmund) 21:30. Borussiya (Mönhenqladbax) – Bayer
“İnter”in baş məşqçisi Kristian Kivu, “Milan” olmasaydı, onların artıq çempionluq titulunu qazanacağını iddia edən fransalı futbolçu Adrien Rabyonun sözlərinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Milan”ın futbolçusunun açıqlamasına belə cavab verib:
“Rabyonun sözlərini eşitdim. Biz rəqabətli olmağa çalışırıq. Bizə sabitlik lazımdır, əvvəlki illər çox yüksək standartlar qoymuşuq. Biz çalışırıq. Mən oyunçuların trebl, çempionluq və ya Çempionlar Liqası haqqında düşünmələrinin qarşısını almağa çalışıram. Bu, bir təşvişə, həyəcana çevrilməməlidir”.
“İnter” hazırda A Seriyasının turnir cədvəlində liderdir.
“Tottenhem”in baş məşqçisi Tomas Frank klubun transfer siyasəti ilə bağlı fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı baş məşqçiyə klubun ciddi iddialarının olmaması ilə bağlı irad bildirilib. O isə bunları deyib:
“Bu sizin fikrinizdir. “Tottenhem” çox iddialıdır. Oyunçu transfer etmək asan deyil. Bu, “Football Manager” oyunu deyil”.
“Tottenhem” bu qış yalnız bir vacib transfer həyata keçirib. London klubu Madrid “Atletiko”sundan yarımmüdafiəçi Konor Qallaheri transfer edib. Bu keçid “Tottenhem”ə təxminən 40 milyon avroya başa gəlib.
“Tottenhem” 24 oyundan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdədir.
“Real” və “Bavariya”nın sabiq futbolçusu Xames Rodriqes karyerasına ABŞ-də davam edəcək.
Futbolpress.azxəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Minnesota” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xameslə müqavilə yaya kimi nəzərdə tutulub.
Karyerası ərzində “Real”, “Bavariya”, “Everton”, “Portu” kimi klublarda forma geyinən Xamesin son ünvanı Meksikada “Leon” olub.
İspaniya Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.
Futbolpress.az xəbər verir ki, “Barselona” final yolunda “Atletiko” ilə qarşılaşacaq. Digər yarımfinal görüşü isə “Atletik” ilə “Real Sosyedad” arasında olacaq.
Azərbaycan Premyer Liqasında XIX turun təyinatları məlum olub.
Futbolpress.az xəbər verir ki, “Sabah” – “Araz-Naxçıvan” oyununu Tural Qurbanov idarə edəcək.
“Neftçi” – “Qəbələ” görüşündə isə FIFA referisi Əliyar Ağayev ədaləti qoruyacaq.
8 fevral (bazar)
“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”, 16:00
“Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30
9 fevral (bazar ertəsi)
“İmişli” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultni
AFFA nümayəndəsi: Seymur Səlimli
Quba OİK stadionu, 14:30
“Turan Tovuz” – “Karvan-Yevlax”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”, 18:30
10 fevral (çərşənbə axşamı)
“Şamaxı” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı şəhər stadionu, 14:30
Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Futbolpress.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşibb.
Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışında Azərbaycan 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 78 ölkədən 488 cüdoçu iştirak edəcək.
Turnir sabah saat 11:00-da start götürəcək.
Kişilər
-60 kq, 1/16 final
Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə
-66 kq, 1/16 final
Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi ilə
Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi ilə
-81 kq, 1/16 final
Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi ilə
Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə
-100 kq, 1/16 final
Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)
Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, son çempion “Barselona” Madrid “Atletiko”suna rəqib olub.
Digər yarımfinal görüşündə Bilbao “Atletik”i və “Real Sosyedad” üz-üzə gələcəklər.
Qeyd edək ki, İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunları 10-12 fevralda keçiriləcək. Cavab oyunları isə 3-5 mart aralığında baş tutacaq. Final qarşılaşması isə aprel ayında Sevilyadakı “Olimpiko de Sevilya – La Kartuxa” stadionunda təşkil ediləcək.
Xatırladaq ki, “Barselona” İspaniya Kubokunun sonuncu qalibidir. Ötən mövsümün finalında bu komanda Madrid “Real”ını 3:2 hesabı ilə məğlub etmişdi. “Barselona” 32 kubokla yarışı ən çox qazanan klubdur.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubun transfer siyasəti barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Oyunçularla müqavilə bağlarkən verdiyimiz hər bir qərar diqqətlə nəzərdən keçirilməlidir və Deku kimi (klubun idman direktoru) hər şeyi müzakirə etdiyim əla bir tərəfdaşım var. Qərarlar qəbul edilərkən maliyyə vəziyyəti həmişə nəzərə alınır. Həmçinin, oyunçunun yaxşı insan olub-olmaması və onun gəlişinin komandaya necə kömək edə biləcəyi də vacibdir”.
Kataloniya klubu qış transfer pəncərəsi zamanı yalnız bir transfer edib. Müdafiəçi Joao Kanselo Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan icarə əsasında “Barselona”ya keçib.
İspaniya kubokunun yarımfinal mərhələsinin püşkatması keçirilib.
Komanda.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, “Atletiko” “Barselona” ilə, “Atletik” isə “Real Sosyedad”la qarşılaşacaq.
İlk oyunlar 10-12 fevral, cavab oyunları isə 3-5 mart tarixlərində keçiriləcək. Final aprel ayında Sevilyadakı “Olimpiko de Sevilla – La Cartuja” stadionunda olacaq.
Sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı davam edir.
Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın dördüncü günündə sərbəst güləşdə 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib.
57 kq
Muhəmməd İsmayılov (Neftçi)
Sədrəddin Həsənov (FHN)
Hüseyn Hüseynov (Neftçi), Fəqan Allahverdiyev (Sumqayıt, Təhsil)
65 kq
Bəşir Verdiyev (Neftçi)
Ağa Qasımov (Neftçi)
Hüseyn İsmayılov (“Neftçi”, AHİTA), Fərid Ağasızadə (Mywrestling)
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir qarşılaşma baş tutub.
Günün yeganə matçı Bakı İdman Sarayında keçirilib. Burada “Naxçıvan” “Ordu” ilə üz-üzə gəlib. B qrupunun oyununda “Ordu” 95:92 hesablı qələbə qazanıb.
Xatırladaq ki, daha öncə baş tutmuş turun ilk oyunlarında “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” isə “Sərhədçi”ni (97:89) məğlub etmişdi.
16-cı tura fevralın 8-də yekun vurulacaq.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 22. Gəncə – 22. NTD – 18. Şəki – 17.
B qrupu: Ordu – 31. Naxçıvan – 28. Sumqayıt – 22. Quba – 22. Sərhədçi – 21. Lənkəran – 20.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun 1/4 finalının ilk oyunlarındakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, kubok oyunlarında da qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Rəhim Həsənov ümumilikdə 2 matçda qeydə alınan bir neçə epizodla bağlı fikirlərini bölüşüb. O, “Sabah” – “Qəbələ” (0:0) və “Turan Tovuz” – “Kəpəz” (1:0) matçlarının mübahisəli epizodlarını şərh edib. Komitə sədri hakimlərin düzgün qərarlar qəbul etdiklərini bildirib. “Sumqayıt” – “Zirə” (0:0) və “Şamaxı” – “Qarabağ” (2:1) oyunlarında belə mübahisəli epizod qeydə alınmayıb.
AFFA Hakimlər Komitəsinin sədrinin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
Azərbaycan Premyer Liqasında 19-cu turun təyinatları məlum olub.
Komanda.az həmin təyinatları təqdim edir:
Azərbaycan Premyer Liqası, 19-cu tur
8 fevral
Sabah – Araz-Naxçıvan Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev VAR: Rəvan Həmzəzadə AVAR: Emin Əliyev Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Elçin Məmmədov “Bank Respublika Arena”, 16:00
Sumqayıt – Zirə Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov VAR: Rauf Cabarov AVAR: Kamran Əliyev Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Anar Şıxəliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30
9 fevral
İmişli – Kəpəz Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov VAR: Elçin Məsiyev AVAR: Elşad Abdullayev Hakim-inspektor: İmanxan Sultni AFFA nümayəndəsi: Seymur Səlimli Quba OİK stadionu, 14:30
Turan Tovuz – Karvan-Yevlax Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov VAR: Nicat İsmayıllı AVAR: Pərvin Talıbov Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Məmmədəli Məmmədov “Azersun Arena”, 18:30
10 fevral
Şamaxı – Qarabağ Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev VAR: Kamranbəy Rəhimov AVAR: Eyyub İbrahimov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Yavər Rəhimov Şamaxı şəhər stadionu, 14:30
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən ilk oyunlarda qeydə alınmış mübahisəli epizodlara şərh verib.
Komanda.az həmin açıqlamalarla sizi də tanış edir:
Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın dördüncü günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kq-da finalçılar müəyyənləşib.
61 kq
Camal Abbasov (“Neftçi”, Gəncə) – Məhəmmədəli Əlizadə (İmişli)
70 kq
Hacı Kərimov (Neftçi) – Sadiq Hüseynov (Neftçi)
79 kq
Elcan İsmayılzadə (Neftçi) – Əli Hacıyev (AİJA)
92 kq
Hüseyn Məmmədtağızadə (Neftçi) – İsmayıl Əsədli (Gəncə, Təhsil-1)
125 kq
Muxamad Qantemirov (AGF) – Yusif Dursunov (Neftçi)
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.
Futbolpress.az xəbər verir ki, dörd qarşılaşmada cəmi 4 top vurulub.
“Şamaxı” “Qarabağ”a 2:1, “Turan Tovuz” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” qarşılaşmaları qolsuz bitib. Orta məhsuldarlıq 1,00-a bərabərdir.
Bu, 4 matçın keçirildiyi ilk oyunlar üçün antirekordun təkrarıdır. Elə ötən mövsümdə də eyni sayda qol qeydə alınıb – “Səbail” – “Qarabağ” – 0:1, “Sabah” – “Sumqayıt” – 0:0, “Kəpəz” – “Neftçi” – 0:2, “Araz-Naxçıvan” – “Zirə” – 1:0.
Bunadək isə 2004/05 mövsümündə də 1/4 finalın ilk 4 görüşü 4 qolla bitib – “Neftçi” – “İnter” – 0:0, “Gənclərbirliyi” – “MKT-Araz” – 0:0, MOİK – “Xəzər Lənkəran” – 0:1, “Karat” – “Bakı” – 1:2.
Düzdür, bu raundda daha az – cəmi 2 qol vurulması da olub. Amma 1997/98 mövsümündə 1/4 finalın ilk oyunlarından üçü baş tutub, birində isə texniki nəticə qeydə alınıb. Orta məhsuldarlıqda antirekord olsa da, ümumi oyun sayı da az olub – “Dinamo” – “Qarabağ” – 0:0, “Kəpəz” – “Bakılı” – 0:0, MOİK – “Neftçi” – 1:1, “Pambıqçı” (Bərdə) – “Kür-Nur” – -:+.
Qeyd edək ki, 1/4 finalın cavab oyunlarında da ən az qolun qeydə alındığı mövsümlərdə 4 top vurulub. 1996/97 və 1999/2000 mövsümlərində belə aşağı məhsuldarlıq yaşanıb.
Son olaraq “Difai”nin formasını geyinmiş mərkəz yarımmüdafiəçisi Riad Abbaszadə bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, “İmişli” PFK heyətinə yeni futbolçu cəlb edib. 25 yaşlı yarımmüdafiəçi Riad Abbaszadə bundan sonra sözügedən komandanın formasını geyinəcək. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma böyük ehtimalla, elita təmsilçisi yeni futbolçusu ilə cari mövsümün sonunadək anlaşıb.
Riad daha öncə “Şüvəlan”, “Şamaxı-2”, “Qarabağ-2”, “Oskar” (Polşa), “Difai” kimi komandalarda forma geyinib. 25 yaşlı futbolçu 2025-ci ilin yayında “Difai”dən ayrılandan bəri işsiz idi.
Xatırladaq ki, “İmişli” cari mövsümün əvvəlindən Premyer Liqada mübarizə aparır. Elita təmsilçisi keçirdiyi 18 oyunda 18 xal toplayıb və 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal komandadan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Jirona” 18 yaşlı futbolçunu icarəyə götürməyi düşünərək, sonradan transfer etməkdə maraqlıdır. Kataloniya klubunun idman direktoru Deku isə perspektivli yarımmüdafiəçiylə müqavilə bağlamağın olduqca çətin olacağını, baş məşqçi Hans-Diter Flikin oyunçuya güvəndiyini və ona komandada əhəmiyyətli rol verməyə hazır olduğunu bildirib.
Bernal bu mövsüm “Barselona”nın 17 oyununda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. O, sentyabr ayında Kataloniya klubuyla 2029-cu ilin yayına qədər olan yeni müqavilə imzalayıb.
Fransanın paytaxtı Parisdə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşibb.
Komanda.az xəbər verir ki, Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışında Azərbaycan 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 78 ölkədən 488 cüdoçu iştirak edəcək.
Paris “Böyük Dəbilqə”sinin təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11:00-da, final bloku isə 20:00-da başlayacaq.
Kişilər
-60 kq, 1/16 final
Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə
-66 kq, 1/16 final
Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi ilə
Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi ilə
-81 kq, 1/16 final
Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi ilə
Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə
-100 kq, 1/16 final
Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)
“Turan Tovuz” Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb.
Futbolpres.az xəbər verir ki, bu, “Kəpəz”lə ev qarşılaşmasında qeydə alınıb.
Tovuz təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində 18-ci kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gələn qərblilər səfərdə də eyni sayda uğura malikdir
Qeyd edək ki, “Turan Tovuz” ilk qələbəsini 2015/16 mövsümünə təsadüf edən debüt matçında qazanıb. Qərblilər səfərdəki 1/16 final görüşündə MOİK-i məğlub edib – 2:1.
“Qarabağ”ın Jeremi Qnali transferindən sonra yerli futbolçuların – Toral Bayramov, Elvin Cəfərquliyev, Nəriman Axundzadənin ayrılacağı haqda xəbərlər çıxır.
“FutbolPress”in əldə etdiyi məlumata görə hər üç futbolçuya yerli və xarici klublardan təklif var.
Bəs proses hara gedir?
Legioner limitinin yeni formatı “Qarabağ”ın, daha dəqiq, baş məşqçi Qurban Qurbanovun məqbul saymadığı formatdır. Bu haqda rəsmi açıqlama olmasa da, kuluarlardan belə eşidilir.
Məlumatların təhlili o ehtimalı yaradır ki, “Qarabağ” da legionerlərə daha çox üstünlük verəcək. Aparıcı yerli futbolçuların düşərgəni tərk edəcəyi təxminən dəqiqdir.
Nəyin necə olacağını zaman göstərəcək, ancaq limitin yeni formatı özü ilə müsbət məqamlar gətirsə də, müəyyən təlatümlər də yaradır.
Çalxalanma prosesinin futbolumuza zərər deyil, xeyir verməsi üçünsə emosional yox, rasional davranışlar/qərarlar vacibdir.
Futbolpress.az xəbər verir ki, bu, Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qarşı ev matçına təsadüf edib.
Şamaxının eyniadlı klubu 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub 60-cı qələbəsini 115-ci oyununda əldə edib.
“Şamaxı” evdə 34, səfərdə 24, neytral meydanda 2 dəfə qalib gəlib. Bu, yarışın tarixində 4-cü nəticədir. Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”in hesabında daha çox qələbə var.
Qeyd edək ki, “Şamaxı” ilk qələbəsini 2001/02 mövsümündə “Ümid”lə (Bakı) 1/8 finaldakı səfər matçında qazanıb – 3:1.
Portuqaliyalı hücumçu Kirştiano Ronaldo boykota davam edir.
Futbolpress.az xəbər verir ki, “Əl Nəsr”in futbolçusu çempionatda “Əl İttihad”la matça da çıxmayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Ronaldonun klub rəhbərliyi ilə münasibətləri pozulub və o, son günlərdə məşqə də qatılmır.
Yeniyetmə qızlardan ibarət milli komandanın üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.
Futbolpress.az xəbər verir ki, seminar Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayevin təqdimatında keçirilib.
Məşğələ zamanı qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr üzərindən izah edilib, müxtəlif epizodlar üzrə qərarvermə meyarları ətraflı müzakirə olunub. Seminarın məqsədi yeni tələblərin daha dəqiq mənimsənilməsi, yarışlarda yarana biləcək anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın daha səmərəli qurulmasına dəstək göstərmək olub.
“Vest Hem” baş məşqçisi Nuno Espirito Santunun mövsümün sonunda göndərilməsini nəzərdən keçirir. Msport.az xəbər verir ki, portuqaliyalı çalışdırıcının müqaviləsində komandanın […]
“Nyukasl”ın baş məşqçisi Eddi Hou yarımmüdafiəçi Bruno Gimarayeşin bərpa prosesi barədə açıqlama verib. Msport.az xəbər verir ki, baş məşqçi, Gimarayeşin […]
Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 12-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Murov” doğma meydanda “DH Volley” komandası ilə üz-üzə gəlib. “Murov”un idman zalında baş tutmuş görüş qonaq komandanın 3:0 (25:22, 25:17, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, turun əvvəlki matçlarında “Azərreyl” UNEC-ə (3:1), “Turan” “Gəncə”yə (3:1) “Milli Aviasiya Akademiyası” isə “Abşeron”a (3:1) qalib gəlib.
Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində 2026-cı ilin yanvar ayının qalibləri müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan Premyer Liqasında yanvarın ən yaxşı qolunun müəllifi “Qəbələ”nin legioneri Domi Massumu olub. O, Premyer Liqanın 18-ci turu çərçivəsində qarşılaşdıqları “İmişli” ilə ev oyununda komandasının hər üç qoluna imza atmış və “Qəbələ”yə 3:2 hesablı qələbə qazandırmışdı. Onun vurduğu ikinci qol daha baxımlı alınmışdı.
Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.
“Zaqatala” – “Səbail” 0:1 Qol: Emil Qasımov, 18. Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rəhman Aslanov, Ceyhun Hüseynov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
6 fevral
“Şahdağ Qusar” – “Difai” 4:0 Qollar: Aqostinyo Çipesse, 12. Rahid Əmirquliyev, 59. Arsen Xalilov, 90+2. Famil Camalov, 90+4. Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sənan Bayramzadə. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Elman Musayev. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
7 fevral
“Şimal” – “Mingəçevir” Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasıyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Azər Əsgərov. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“İnter”in müdafiəçisi Yann-Aurel Bissek “Bayern” tərəfindən izlənilir.
Komanda.az xəbər verir ki, bu barədə SPORT1 məlumat yayıb.
25 yaşlı müdafiəçi ilə hələ birbaşa təmas olmasa da, Münhen klubu mərkəz müdafiəçiləri bazarını araşdırmağa davam edir. Bu, Dayo Upamekanonun komandada qalmasına baxmayaraq baş verir.
“İnter” yanvarda Bisseki İngiltərə Premyer Liqası klublarından birinə satmaqdan imtina edib. Milanlılar hazırda onun müqaviləsinin müddətini uzatmaq üçün danışıqlar aparır.
Almaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 21 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
“Liverpul” cari mövsümü gözlənildiyi kimi keçirmir və bu səbəbdən, baş məşqçi Arne Slotun klubdakı gələcəyi ilə bağlı müzakirələr aparılır.
İngiltərə Premyer Liqasının son çempionu 24 turdan sonra turnir cədvəlində 6-cı pillədə qərarlaşıb və lider “Arsenal”dan 14 xal geri qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi nəticələrə baxmayaraq, niderlandlı mütəxəssisə tam etimad göstərir və onunla yolları ayırmağı planlaşdırmır. “Liverpul” Arne Slotun layihəsinə sadiq qalmaq niyyətindədir.
47 yaşlı baş məşqçinin Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Bununla belə, yayılan şayiələrə əsasən, yanvarda “Real”dan ayrılan Xabi Alonsonun yaxın vaxtlarda Slotu əvəzləyə biləcəyi iddia olunur.
Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasının 2025/2026 mövsümündə “ayın qolu” layihəsinin yanvar üçün qalibinin adını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
“Qəbələ”nin futbolçusu Domi Massumonun dəqiq zərbəsi yanvarın ən yaxşı qolu seçilib.
Qaliblər 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirilir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.
“Mançester Yunayted” yarımmüdafiəçisi Kobbi Mainunun gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 20 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmağı planlaşdırır və yaxın vaxtlarda danışıqlara başlayacaq.
İngiltərəli oyunçunun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 15 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.
“Mançester Yunayted” hazırda Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
“Roma”nın qapıçısı Devis Vaskes karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Beşiktaş” klubu kolumbiyalı qolkiperin icarəsi üçün “Roma” ilə danışıqlar aparır.
Vaskes “Roma”dan başqa İtaliyada “Milan” və “Empoli”də də çıxış edib.
“Fənərbağça” futbolçusu Anderson Taliska ilə müqaviləni uzatmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı hücumçu ilə anlaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə tərəflər arasında yeni – 2 illik sözləşmə imzalanacağı bildirilib.
Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, millimiz Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.
Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub. Msport.az xəbər verir ki, dörd qarşılaşmada cəmi 4 […]
“Turan Tovuz” Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb. Msport.az xəbər verir ki, bu, “Kəpəz”lə ev qarşılaşmasında qeydə alınıb. Tovuz təmsilçisi Bizon […]
“Şamaxı” ölkə kubokunda 60-cı qələbəsini qazanıb. Msport.az xəbər verir ki, bu, Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində […]
“Əl-Nəsr”in futbolçusu, icarə əsasında “Fənərbağça”da çıxış edən Con Duran Türkiyədən ayrılıb. Msport.az xəbər verir ki, kolumbiyalı hücumçu “Zenit”lə anlaşıb. O, […]
Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.
Arena.az xəbər verir ki, baş tutmuş 4 qarşılaşmada cəmi 4 top vurulub.
“Şamaxı” “Qarabağ”a 2:1, “Turan Tovuz” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” qarşılaşmaları qolsuz bitib. Orta məhsuldarlıq 1,00-a bərabərdir.
Bu, Azərbaycan Kubokunda 4 matçın keçirildiyi ilk oyunlar üçün antirekordun təkrarıdır. Elə ötən mövsümdə də eyni sayda qol qeydə alınıb – “Səbail” – “Qarabağ” – 0:1, “Sabah” – “Sumqayıt” – 0:0, “Kəpəz” – “Neftçi” – 0:2, “Araz-Naxçıvan” – “Zirə” – 1:0.
Buna qədər isə 2004/2005-ci illər mövsümündə də 1/4 finalın ilk 4 görüşü 4 qolla bitib – “Neftçi” – “İnter” – 0:0, “Gənclərbirliyi” – “MKT-Araz” – 0:0, MOİK – “Xəzər Lənkəran” – 0:1, “Karat” – “Bakı” – 1:2.
Düzdür, bu raundda daha az – cəmi 2 qol vurulması da olub. Amma 1997/1998-ci illər mövsümündə 1/4 finalın ilk oyunlarından üçü baş tutub, birində isə texniki nəticə qeydə alınıb. Orta məhsuldarlıqda antirekord olsa da, ümumi oyun sayı da az olub – “Dinamo” – “Qarabağ” – 0:0, “Kəpəz” – “Bakılı” – 0:0, MOİK – “Neftçi” – 1:1, “Pambıqçı” (Bərdə) – “Kür-Nur” – -:+.
1/4 finalın cavab oyunlarında da ən az qolun qeydə alındığı mövsümlərdə 4 top vurulub. 1996/1997 və 1999/2000 mövsümlərində belə aşağı məhsuldarlıq yaşanıb.
Premyer Liqada da mübarizə aparan “Turan Tovuz” komandası futbol üzrə Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsi çərçivəsində baş tutmuş “Kəpəz”lə ev qarşılaşmasında qeydə alınıb.
Tovuz təmsilçisi 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində 18-ci kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gəlmiş qərblilər səfərdə də eyni sayda uğura malikdir.
Qeyd edək ki, “Turan Tovuz” Azərbaycan Kuboku tarixindəki ilk qələbəsini 2015/2016-cı illər mövsümünə təsadüf etmiş debüt matçında qazanıb. Qərblilər səfərdə keçirilmiş 1/16 final mərhələsinin görüşündə MOİK-i məğlub etmişdilər – 2:1.
Futbol üzrə Azərbaycan Premyer Liqasında da mübarizə aparan “Şamaxı” komandası ölkə kubokunda 60-cı qələbəsini qazanıb.
Arena.az xbəbər verir ki, bu, Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qarşı ev matçına təsadüf edib.
Şamaxının eyniadlı təmsilçisi Ağdam klubu ilə görüşdə 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub 60-cı qələbəsini 115-ci oyununda əldə edib.
“Şamaxı” evdə 34, səfərdə 24, neytral meydanda 2 dəfə qalib gəlib. Bu, yarışın tarixində 4-cü nəticədir. Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”in hesabında daha çox qələbə var.
Qeyd edək ki, Şamaxının eyniadlı təmsilçisi ilk qələbəsini 2001/2002-ci illər mövsümündə “Ümid”lə (Bakı) 1/8 finaldakı səfər matçında qazanıb – 3:1.
Yarımmüdafiəçilər: Məryəm Səmədli, Fatimə Kərimli (“Sabah”), Suel Polikarpova, Sara Səlimova (“Neftçi”), Dəniz Mikayıllı (“Şəfa”), Sara Qaribova (“Təhsil 8 İOEUGİM”);
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası
“Karvan” – “Sumqayıt” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə Yevlax komandası 1000 manat cərimə edilib. Bu oyunda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Kəpəz” komandası 1000 manat cərimə edilib.
“Kəpəz” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə Gəncə komandası 5000 manat cərimə edilib.
“Qarabağ” – “Turan Tovuz” oyununda “Turan Tovuz”da 6 nəfər sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə edilib.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qarşı ev matçına təsadüf edib.
Şamaxının eyniadlı klubu 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub 60-cı qələbəsini 115-ci oyununda əldə edib.
“Şamaxı” evdə 34, səfərdə 24, neytral meydanda 2 dəfə qalib gəlib. Bu, yarışın tarixində 4-cü nəticədir. Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”in hesabında daha çox qələbə var.
“Şamaxı” ilk qələbəsini 2001/2002 mövsümündə “Ümid”lə (Bakı) 1/8 finaldakı səfər matçında qazanıb – 3:1.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.
Komanda.az xəbər verir ki, dörd qarşılaşmada cəmi 4 top vurulub.
“Şamaxı” “Qarabağ”a 2:1, “Turan Tovuz” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” qarşılaşmaları qolsuz bitib. Orta məhsuldarlıq 1,00-a bərabərdir.
Bu, 4 matçın keçirildiyi ilk oyunlar üçün antirekordun təkrarıdır. Elə ötən mövsümdə də eyni sayda qol qeydə alınıb: “Səbail” – “Qarabağ” 0:1, “Sabah” – “Sumqayıt” 0:0, “Kəpəz” – “Neftçi” 0:2, “Araz-Naxçıvan” – “Zirə” 1:0.
Bunadək isə 2004/2005 mövsümündə də 1/4 finalın ilk 4 görüşü 4 qolla bitib: “Neftçi” – “İnter” 0:0, “Gənclərbirliyi” – “MKT-Araz” 0:0, MOİK – “Xəzər Lənkəran” 0:1, “Karat” – “Bakı” 1:2.
Düzdür, bu raundda daha az – cəmi 2 qol vurulması da olub. Amma 1997/1998 mövsümündə 1/4 finalın ilk oyunlarından üçü baş tutub, birində isə texniki nəticə qeydə alınıb. Orta məhsuldarlıqda antirekord olsa da, ümumi oyun sayı da az olub: “Dinamo” – “Qarabağ” 0:0, “Kəpəz” – “Bakılı” 0:0, MOİK – “Neftçi” 1:1, “Pambıqçı” (Bərdə) – “Kür-Nur” -:+.
1/4 finalın cavab oyunlarında da ən az qolun qeydə alındığı mövsümlərdə 4 top vurulub. 1996/1997 və 1999/2000 mövsümlərində belə aşağı məhsuldarlıq yaşanıb.
“Turan Tovuz” Azərbaycan kubokunda 10-cu qələbəsini qazanıb.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Kəpəz”lə ev qarşılaşmasında qeydə alınıb.
Tovuz təmsilçisi Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində 18-ci, kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gələn qərblilər səfərdə də eyni sayda uğura malikdir.
“Turan Tovuz” ilk qələbəsini 2015/2016 mövsümünə təsadüf edən debüt matçında qazanıb. Qərblilər səfərdə gerçəkləşən 1/16 final görüşündə MOİK-i məğlub edib – 2:1.
“Nyukasl”ın baş məşqçisi Eddi Hou komandanın son nəticələri barədə fikirlərini açıqlayıb.
Komanda.az “sağsağanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı məğlubiyyətin çox ağır hiss olduğunu deyib:
“Məğlubiyyət çox ağır hissdir. Onu qəbul etmək, yenidən düşünmək və ondan dərs çıxarmaq lazımdır. Biz bunu mümkün qədər tez etməyə çalışırıq”.
Onun sözlərinə görə, “indi əsas məqsəd futbolçuların növbəti oyuna pozitiv əhval-ruhiyyə ilə hazırlaşmasıdır, baxmayaraq ki, bu asan olmayacaq”.
“Nyukasl” İngiltərə kubokunun yarımfinalında “Mançester Siti”yə uduzaraq (1:3, ilk oyunda 0:2) finala çıxa bilməyib. Komanda bütün turnirlər üzrə son 4 oyunda qələbə qazana bilməyib və bu müddətdə 3 məğlubiyyət alıb.
Hounun yetirmələri Premyer Liqanın növbəti turunda “Brentford”u qəbul edəcək.
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.
UEFA bu mövsüm Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərində ən yaxşı qollardan ibarət videomaterial tərtib edib.
Komanda.az xəbər verir ki, bu siyahıda “Qarabağ”ın futbolçusu da özünə yer edib. Ağdam klubunun oyunçusu Emmanuel Addainin Çempionlar Liqasının 2-ci turunda “Kopenhagen”ə (2:0) vurduğu qol Çempionlar Liqasının ən yaxşıları arasındadır.
“Qarabağ”ın heyətində Addaidən əvvəl Abdullah Zubir fərqlənmişdi.
“Mançester Yunayted”in yeni baş məşqçisi Maykl Karrik oyunçularına matçlardan sonra istirahət günü verir.
Komanda.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
“Qırmızı şeytanlar”ın keçmiş baş məşqçiləri Erik ten Haq və Ruben Amorim belə bir təcrübə tətbiq etməyiblər. Karrikin təyinatından sonra isə komandanın nəticələri nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
“Mançester Yunayted” 24 turun nəticəsinə əsasən, 41 xal toplayaraq Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və UEFA Çempionlar Liqası zonasındadır. Komanda növbəti turda, sabah “Tottenhem”lə qarşılaşacaq.
“Vest Hem” baş məşqçisi Nuno Espirito Santunun mövsümün sonunda göndərilməsini nəzərdən keçirir.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcının müqaviləsində komandanın Premyer Liqadan düşməsi halında, klubun onu işdən çıxarmaq hüququ mövcuddur. “Vest Hem” bu halda Santuya sözləşmənin vaxtından əvvəl pozulmasına görə hansısa maliyyə kompensasiyası ödəmək məcburiyyətində olmayacaq.
Komanda hazırda İngiltərə Premyer Liqasında 24 turun nəticəsinə əsasən 20 xal toplayaraq, turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və növbəti turda səfərdə “Bernli” ilə qarşılaşacaq.
“Nyukasl”ın baş məşqçisi Eddi Hou, yarımmüdafiəçi Bruno Gimarayeşin bərpa prosesi barədə açıqlama verib.
Komanda.az “sağsağanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi, Gimarayeşin sağalmağa yaxınlaşdığını bildirib:
“Bruno sağalmağa yaxınlaşır. Fevralın 4-də səfərdə olanda məşq keçdi və özünü kifayət qədər yaxşı hiss etdi. Bu gün onunla görüşəcəm və ümid edirik ki, tam formada olacaq”.
28 yaşlı futbolçu yanvarda zədələnmiş və bir neçə oyunu buraxmışdı. O, cari mövsümdə 33 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun komandası növbəti turda “Brentford”u qəbul edəcək.
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.
AFFA Region Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyət verilib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar çıxarıb.
İmişlinin “Araz” komandası “Hacıqabul”la görüşün 86-cı dəqiqəsində meydanı tərk etdiyi üçün bu halla üzləşib. Oyun başa çatmadığından, bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Crystal” isə “Samur”la qarşılaşmada təyin olunan vaxtda meydana çıxmayıb. Bu səbəbdən, onlar da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıblar.
Fevralın 6-da gənclər və idman naziri Fərid Qayıbov Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası üzrə şəhər və rayon sakinlərini qəbul edib.
Futbolpress.az xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
“Şəfa” I Liqada mövsümün ikinci dövrəsinə xal itkisiylə başlayıb.
Bakı təmsilçisi doğma meydanda “Baku Sportinq”lə heç-heçə edib – 1:1. Komandanın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az”a açıqlamasında nəticəni şərh etdi:
“İlk oyunlar həmişə gərgin keçir. Xal itirsək də, turnir cədvəlində vəziyyət hələ də biz istəyən kimidir. Oyunun gedişinə baxsaq, iki xal itirdik. Ani səhvdən qol buraxdıq və üstünlüyü əldən verdik. Qarşıdakı oyunlarda bunları aradan qaldırmağa çalışacağıq. Səhvləri minimuma endirib, liderliyimizi qorumalıyıq”.
“Şəfa” növbəti turda “Səbail”lə qarşılaşacaq. Hazırda birinci sırada olan “Şəfa”nın 31, üçüncü “Səbail”in isə 25 xalı var. Çempionluq mübarizəsində olan komandaların dueli mövsümün ən kritik oyunlarından olacaq. Kərəmli matçla bağlı gözləntilərini bölüşdü:
“Qarşıda uzun marafon var. Xal itkiləri qaçılmazdır. Nəzərə alaq ki, ilk turlarda iddialı komandalarla qarşılaşırıq. Əsas məsələ xal fərqini qorumaqdır ki, əlavə təzyiq yaranmasın. “Səbail”lə oyunda qələbə qazanmaq istəyirik ki, yenidən fərqi artıraq. Məqsəd liderliyi davam etdirməkdir. Futbolçular da məsuliyyəti dərk edir. Fərqi qorumaq bizim üstünlüyümüzdür”.
“Şəfa” qış transfer dönəmini “sakit” keçirir. Kərəmli hücumçu transferi istədiklərini, ancaq hələ reallaşan nəsə olmadığını bildirdi:
“Yeni transferə hər zaman ehtiyac olur. Qış fasiləsində oyunçuların klublarıyla müqaviləsi olduğu üçün transfer etmək çox çətindir. Hücum xəttinə oyunçu istərdik, amma indiki məqamda bizdən asılı olmayan səbəblərə görə mümkünsüz görünür”.
Azərbaycan Milli Olimpiya Komitəsi XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin – Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmun daşıyan “Arsax” adlı musiqidən istifadə etməsini ciddi narahatlıqla qarşılayıb.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə Ermənistan idmançılarının bu addımı ilə bağlı öz etirazını bildirib.
BOK rəsmilərinin diqqətinə çatdırılıb ki, “Arsax” ifadəsi uzun illər ərzində Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri ilə bağlı Ermənistanın apradığı qeyri-qanuni və separatçı siyasətin ideoloji mahiyyətini əks etdirir. Bu baxımdan, Olimpiya Oyunları kimi siyasətdən kənar qalmalı olan beynəlxalq idman tədbirində belə bir proqram seçimi açıq şəkildə siyasi və ideoloji məna daşıyır və Olimpiya dəyərlərinə ziddir.
Qeyd edilib ki, Olimpiya Xartiyasının əsas prinsiplərinə əsasən, Olimpiya Oyunlarında hər hansı siyasi, ideoloji və separatçı təbliğata yol verilməməlidir. Beynəlxalq Olimpiya Komitəsinin missiyalarından biri də idmanı siyasətdən kənar saxlamaq, idmançıların və yarışların siyasi məqsədlər üçün istismarına qarşı çıxmaqdır.
Bu cür hallar Olimpiya Oyunlarının ruhuna, idman etikası və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya Hərəkatının neytrallıq prinsipini pozur, eyni zamanda regionda sülh və qarşılıqlı etimad mühitinə xələl gətirir.
Milli Olimpiya Komitəsi öz etirazında bir daha bildirib ki, Olimpiya Oyunları sülhün, dostluğun və xalqlar arasında qarşılıqlı hörmətin rəmzlərindən biridir, bu platformadan siyasi və separatçı təbliğat məqsədləri üçün istifadə etmək yolverilməzdir.
“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti İtaliya klubuna qayıda bilər. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. […]
AFFA Region Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyətlə cəzalandırıb. Msport.az verir ki, qərar milli assosiasiyanın İntizam Komitəsinin son iclasında […]
Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. Msport.az xəbər verir ki, millimiz […]
“Real”ın ulduz futbolçuları Kilian Mbappe ilə Cud Bellinqem qol qeyd etmə tərzlərini ticarət nişanı kimi EUIPO-da qeydiyyatdan keçiriblər. Msport.az xəbər […]
Azərbaycan Premyer Liqasında çıxış edən “Karvan-Yevlax”, “Kəpəz” və “Turan Tovuz” cərimələnib. Msport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi […]
Türkiyəli futbol mütəxəssisi İlhan Palut daha öncə də çalışdırdığı Super Liqa təmsilçisi “Konyaspor”a baş məşqçi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisi ilə türkiyəli mütəxəssis arasında 1,5 illik müqavilə imzalanıb.
Son olaraq “Rizəspor”u çalışdırmış İlhan Palut daha öncə də “Konyaspor”a rəhbərlik edib. O, 2021-2023-cü illər aralığında bu komandanı 81 matça çıxarıb. Konyalılar bu məşqçinin dönəmində 36 qələbə, 25 heç-heçə və 20 məğlubiyyət görmüşdülər.
49 yaşlı mütəxəssis karyerası ərzində “Hatayspor”, “Göztəpə” və “Rizəspor”a da rəhbərlik edib.
Bu mövsüm Türkiyə Super Liqasında 20 oyuna 19 xal toplamış “Konyaspor” 14-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 20 oyunda 4 qələbə qazanıb, 7 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Nyukasl”la üz-üzə gələcək “Qarabağ” iştirak ərizəsində dəyişiklik edib.
Arena.az xəbər verir ki, Kris Kuakunun adı Ağdam klubunun ÇL üçün açıqladığı iştirak ərizəsindən çıxarılıb.
Onu bu siyahıda Kadi Borges əvəzləyib.
Ağdam təmsilçisinin yeni transferlərindən olan Jeremi Qnali isə Çempionlar Liqası üçün sifariş edilməyib.
Xatırladaq ki, Kadi Borgesin adı braziliyalı futbolçunun noyabrda aldığı ciddi zədə səbəbindən Çempionlar Liqasının iştirak ərizəsindən çıxarılmışdı.
“Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq. Həlledici matça saat 00:00-da start veriləcək.
Braziliya millisinin və “Real”ın 24 yaşlı braziliyalı cinah hücumçusu Rodriqo Qoes UEFA tərəfindən 2 oyunluq cəzalandırılıb.
Arena.az xəbər verir ki, buna görə də o, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi “Benfika”ya qarşı keçirəcəkləri hər iki oyunu buraxmalı olacaq.
Buna 25 yaşlı vingerin ÇL-in Liqa mərhələsinin sonuncu turunda məhz “Benfika”ya uduzduqları matçda (2:4) ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.
UEFA braziliyalı oyunçunu hakimlərin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə 2 oyunluq diskvalifikasiya etmək qərarına gəlib.
Xatırladaq ki, “Real”ın digər futbolçusu Cud Bellingem də zədə səbəbindən “Benfika” ilə pley-off matçlarında meydana çıxmayacaq. Bu oyunlar 17 və 25 fevralda baş tutacaq.
Rodriqo Qoes “Santos”un yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2019-cu ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsində nəzərdə tutulmuş təzminat haqqı isə 1 milyard avro məbləğindədir.
Braziliyalı hücumçu cari mövsümdə “qaymaqlılar üçün 26 oyuna 3 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Rodriqonun “Real”da çıxışının ümumi mənzərəsi 296 oyun, 71 qol və 57 məhsuldar ötürmədən ibarətdir.
Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisinin heəytində 37 oyuna 9 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.
“Çelsi”nin sabiq oyunçusu Rahim Sterlinq bu mövsüm İngiltərə Premyer Liqasında iştirak etməyəcək.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu sərbəst agent statusunda olmasına baxmayaraq, İngiltərə çempionatının son mərhələsi üçün qeydiyyat müddəti bitmədən yeni klub tapmayıb.
Klublar azad agent statusunda olan futbolçuları martın 26-dək transfer edə bilərlər, ancaq bunun üçün heyətdə 25-dən az oyunçu olmalıdır. Hazırda Premyer Liqada belə klub yoxdur.
İngiltərəli futbolçu cari mövsümdə hələ heç bir oyunda iştirak etməyib.
Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes klubunu dəyişmək niyyətindədir.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Real”a keçmək istəyir.
Argentinalı futbolçu İngiltərənin dumanlı havasından narazıdır və daha günəşli ölkədə çıxış etmək arzusundadır. “Kral klubu” isə onu komandaya qatmaqdan məmnun olar.
Fernandesin “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir. O, cari mövsümdə 36 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.
“Vulverhempton”un müdafiəçisi Emmanuel Aqbadu İngiltərəni tərk edərək, karyerasını “Beşiktaş”da davam etdirəcək.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahilindən olan futbolçu “canavarlar”da keçən ilin sentyabrından çıxış edirdi. O, cari mövsümdə 17 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib. “Transfermarkt” portalına görə, 28 yaşlı müdafiəçinin bazar dəyəri 18 milyon avrodur.
“Beşiktaş” Türkiyə çempionatında 20 turdan sonra 36 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda lider “Qalatasaray”dan 13 xal geridir.
Bir-birindən maraqlı və həyəcan dolu şans oyunlarının ünvanı olan “Azərlotereya” böyük uduşlarla sevindirməyə davam edir. Son günlər qeydə alınan uduşlar oyunsevərlərin marağını daha da artırıb.
Çoxlarının sevimlisi olan “Binqo”da növbəti rekord qeydə alınıb. Belə ki, “Binqo” oyununda 50 qəpiklə 71 125 manatlıq cekpot qazanılıb.
“Virtual Binqo” 90-dək nömrələnmiş şarların lototrondan çıxarılması ilə keçirilən virtual ədədli lotereya oyunudur.
Bu oyunda hər 5 dəqiqədən bir cekpot qazanmaq fürsəti var. Oyunçular həm 50 qəpiklik, həm də 1 AZN-lik otaqlarda şanslarını sınaya bilərlər.
Yalnız 18 yaşına çatmış şəxslər azerlotereya.com və misli.az saytlarında qeydiyyatdan keçərək oyun qaydaları ilə tanış ola, könüllü şəkildə şans oyunlarında iştirak edə bilərlər.
Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Karvan-Yevlax” – “Sumqayıt” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Karvan-Yevlax” komandası 1000 manat cərimə edilsin (maddə 68);
“Kəpəz” – “Şamaxı” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Kəpəz” komandası 1000 manat cərimə edilsin (maddə 68);
“Kəpəz” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Kəpəz” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);
“Qarabağ” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
Türkiyənin “Konyaspor” futbol komandasının yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükanı” İlhan Paluta tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.
Palut bu postda Çağdaş Atanı əvəzləyib.
“Konyaspor” Super Liqada 20 turdan sonra 19 xalla 14-cü sıradadır.
“Real” və “Bavariya”nın sabiq futbolçusu Xames Rodriqes karyerasına ABŞ-də davam edəcək.
Futbolpress.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Minnesota” ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında yaxın zamanda müqavilə imzalanacaq.
Karyerası ərzində “Real”, “Bavariya”, “Everton”, “Portu” kimi klublarda forma geyinən Xamesin son ünvanı Meksikada “Leon” olub.
Müqavilə ilə “Əl Nəsr”ə məxsus olan, icarə əsasında “Fənərbağça”da çıxış edən Con Duran klubu tərk edib.
Futbolpress.az xəbər verir ki, kolumbiyalı hücumçu “Zenit”lə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Duran müqavilə üçün Rusiyaya yollanıb.
22 aşlı futbolçu bu mövsüm “Fənərbağça”da 21 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə dib.
“Real”ın futbolçusu Rodriqo “Benfika”ya qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin hər iki oyununda iştirak etməyəcək. Msport.az xəbər verir ki, buna […]
“Arsenal” “Korintians”ın 20 yaşlı yarımmüdafiəçisi Breno Bidonla müqavilə imzalamaq üçün ilkin danışıqlar aparıb. Msport.az xəbər verir ki, “Çelsi” bu məsələyə […]
“Real” 25 yaşlı “Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Filip Fodenlə maraqlanır. Msport.az xəbər verir ki, “şəhərlilər” akademiyalarının məzununu satmaq istəmirlər və […]
“Canal+”un XXI əsrin ən yaxşı yarımmüdafiəçiləri siyahısına Zinəddin Zidan başçılıq edir. Msport.az xəbər verir ki, kanalın komandası jurnalistlər və keçmiş […]
“Barselona” 37 yaşlı hücumçusu Robert Levandovski ilə müqavilənin müddətini daha bir mövsüm uzatmağı planlaşdırır. Msport.az xəbər verir ki, Kataloniya klubu […]
“Arsenal” “Korintians”ın yarımmüdafiəçisi Breno Bidonla ilkin danışıqlar aparıb.
Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, “Çelsi”nin bu transferə müdaxilə edə biləcəyi bildirilir. Amma “topçular” braziliyalı futbolçunu transfer etmək üçün ən yaxın mövqedədir.
“Korintians”la müqaviləsində Bidon üçün 100 milyon avro məbləğində çıxış maddəsi göstərilib. Ancaq San Paulo klubu 20 yaşlı futbolçunun perspektivini real qiymətləndirir və yayda onu 30 milyon avroya satmağa razı ola bilər.
Bidon 2024-cü ilin martından etibarən “Korintians”ın əsas komandasında çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 107 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin sonuna qədərdir.
Səudiyyə Ərəbistanının Pro Liqası rəsmiləri “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun komandanın transfer pəncərəsində güclənməməsindən narazı qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Daha əvvəl xəbər verilmişdi ki, bu səbəbdən portuqaliyalı futbolçu “Əl-Nəsr”in oyunlarını boykot etməklə yanaşı, yayda klubu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qurum rəsmilərindən biri Pro Liqanın sadə prinsip üzərində qurulduğunu, hər bir klubun müstəqil şəkildə fəaliyyət göstərdiyini, həmçinin, eyni qaydalara tabe olduğunu deyib:
“Klubların öz idarə heyətləri, rəhbərləri və futbol komandaları var. Oyunçu transferləri, xərclər və strategiya barədə qərarlar yalnız klublar tərəfindən qəbul edilir və maliyyə strukturu çərçivəsində həyata keçirilir. Bu struktur bütün liqa üzrə bərabər şəkildə tətbiq olunur”.
O, həmçinin, əlavə edib ki, Ronaldonun gəlişindən bəri “Əl-Nəsr”in həyatında əhəmiyyətli rolu olub və klubun inkişafında, iddialarının reallaşmasında iştirak edib:
“Hər bir yüksək səviyyəli idmançı kimi, o da qalib gəlmək istəyir. Ancaq heç kim – nə qədər önəmli olsa da, öz klubundan kənar qərar vermir. Son transfer hərəkətləri klubların müstəqilliyini bir daha göstərib. Bəzi klublar güclənmə yolunu seçib, digərləri isə fərqli strategiya tətbiq edib. Bütün bu qərarlar maliyyə parametrlərinə uyğun olaraq klublar tərəfindən qəbul edilib”.
İngiltərəli yarımmüdafiəçi Aleks Oksleyd-Çemberleyn uzun müddət azad agent statusunda qaldıqdan sonra yenidən futbola qayıtmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Şotlandiyanın “Seltik” klubu ilə müqavilə imzalamağa yaxındır. Gözləntilərə görə, tərəflər bu gün 6 aylıq müqavilə bağlayacaq.
Çemberleyn ötən ilin yayında “Beşiktaş”dan ayrılmışdı. O, karyerası ərzində “Liverpul” və “Arsenal” kimi klublarda çıxış edib, peşəkar futbol yoluna isə “Sauthempton”da başlayıb.
İngiltərəli futbolçu 2012–2019-cu illər aralığında millinin formasını 35 dəfə geyinib, bu müddətdə 7 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan Televiziyasına açıqlama verib.
Komanda.az xəbər verir ki, o, “Neftçi” ilə oynayacaqları matçın təxirə salınmasını istədiklərini bildirib:
“Qrafikimiz çox ağırdır, çox çətindir. “Neftçi” ilə daim təmasdayıq. “Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlarındır. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq”.
“Qarabağ” fevralın 18-də Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la, Azərbaycan Premyer Liqasının 21-ci turunda isə fevralın 21-də “Neftçi” ilə qarşılaşacaq.
Bu arada, yayılan son məlumatlara görə, “Neftçi” – “Qarabağ” oyunu təxirə salınacaq.
Yarımmüdafiəçi Xames Rodriqes karyerasını MLS-də davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Minnesota Yunayted” klubu ilə razılığa gəlib.
Kolumbiyalı oyunçu ABŞ təmsilçisinə azad agent statusunda qoşulacaq. Tərəflər arasında razılaşmanın rəsmiləşdirilməsi üçün yalnız son detalları dəqiqləşdirmək qalır.
Rodriqes yanvarın əvvəlində Meksikanın “Leon” klubundan ayrıldıqdan sonra azad agent idi. Çempionlar Liqasının ikiqat qalibi karyerası ərzində “Portu”, “Monako”, “Real”, “Bayern” və “Everton” kimi klubların formasını geyinib. Son üç ildə isə “Olimpiakos”, “San-Paulu”, “Rayo Valyekano” və “Leon”da çıxış edərək müxtəlif liqalarda özünü sınayıb.
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali hələ də “Yuventus”un maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu uzun müddətdir Turin təmsilçisinin transfer hədəflərindən biri hesab olunur. Ancaq yüksək transfer məbləği “Yuve” üçün əsas problem olaraq qalır.
“Yuventus” ümidini itirməyib və yaz aylarından etibarən Tonalinin transferi üzərində aktiv işləməyə hazırlaşır. “Nyukasl” futbolçusu üçün təxminən 90 milyon avro tələb edir. Bu isə Premyer Liqa klublarına “Yuventus”dan daha üstün mövqe qazandırır.
Tonali 2023-cü ilin yayında “Milan”dan 60 milyon avrodan artıq məbləğə “Nyukasl”a transfer olunub. İtaliya millisinin üzvünün İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.
“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan Televiziyasına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, funksioner Çempionlar Liqasında “Nyukasl”la pley-off oyunu ərəfəsində “Neftçi”yə qarşı keçirməli olduqları matçın təxirə salınmasını istədiyini deyib:
“Qrafikimiz çox ağırdır, çox çətindir. “Neftçi” ilə daim təmasdayıq. “Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlarındır. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq”.
Gözel “Nyukasl”la matçdan da danışıb:
“Çox gözəl yerlərə gəlib çıxmışıq. Tarixi mövsüm keçiririk. Bu, məni çox sevindirir. Avropada 1200-dən çox klub var və biz ilk “24-lüy”ə düşmüşük. “Nyukasl”la oyuna qalib gəlmək arzusu ilə çıxacayıq. Biz səfərə bərabərlik üçün yox, qalibiyyət üçün gedirik. Müdafiədə yox, hücumda çıxış edəcəyik. Klubun prezidenti olaraq Qurban Qurbanov və komandamdan gözləntim odur ki, bütün rəqiblərə qarşı ən gözəl oyunu görmək istəyirəm”.
“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda, cavab görüşünü isə 25-də səfərdə keçirəcək.
“Qalatasaray” heyətini yeni oyunçu ilə gücləndirib. Msport.az xəbər verir ki, İstanbul təmsilçisi Can Armando Güneri 350 min avro qarşılığında transfer […]
“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, İstanbul təmsilçisi “Vulverhempton”dan Emmanuel Aqbadunu heyətinə qatıb. Bu barədə klubun […]
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la üz-üzə gələcək “Qarabağ” iştirak ərizəsində dəyişiklik edib. Msport.az xəbər verir ki, Kris Kuakunun adı […]
“Sabah”ın qapıçısı Stas Pokatilov yenidən Qazaxıstan millisinə qayıtmağa hazırlaşır. Msport.az xəbər verir ki 33 yaşlı qolkiperin cari mövsümdəki performansı ölkəsində […]
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo meydana qayıtmaq niyyətində deyil. Dünən 41 yaşını qeyd edən portuqaliyalı futbolçu komandanın oyunlarını boykot etməyə davam edir.
Komanda.az “Al Nassr Zone”-yə istinadən xəbər verir ki, Ronaldo klub rəhbərliyinə “səmərəsiz idarəetmə” ilə bağlı vəziyyət həll olunmayana qədər çempionat matçlarında iştirak etməyəcəyini bildirib.
Daha əvvəl müxtəlif mənbələr Kriştiano Ronaldonun yay transfer pəncərəsində “Əl-Nəsr”dən ayrılma ehtimalı barədə məlumatlar yayıb.
Bildirilir ki, onun karyerasını Avropanın aparıcı liqalarından birində davam etdirməsi variantı müzakirə olunur. Həmçinin, portuqaliyalı oyunçuya MLS klublarından da maraq var.
“Qarabağ”ın yeni transferi Jeremi Qnali isə iştirak ərizəsində yer almayıb.
“Qarabağ”la “Nyukasl” arasında ilk oyun fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də, saat 00:00-da İngiltərədə keçiriləcək.
Kadinin adı noyabr ayında zədələndiyi üçün iştirak ərizəsindən çıxarılmışdı.
“Barselona”nın futbolçusu Rafinya Dias hələ də son zədəsindən tam bərpa olunmayıb.
Braziliyalı vinger İspaniya kubokunda “Albasete”yə qarşı keçirilən son matçı buraxıb. O, La Liqada “Elçe” ilə keçirilən əvvəlki oyunda isə əzələ diskomfortu səbəbindən fasilədə əvəzlənib.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Rafinya dünən “Barselona”nın məşqində iştirak etməyib. Bu səbəbdən, 29 yaşlı futbolçunun qarşıdakı “Malyorka” ilə oyunda meydana çıxması sual altındadır.
Rafinya cari mövsümdə 22 oyunda iştirak edib, 13 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun komandası sabah La Liqanın 23-cü turu çərçivəsində “Malyorka”nı qəbul edəcək.
“Barselona”nın hücumçusu Robert Levandovski klubda ehtiyat oyunçu statusunda da qalmağa hazırdır. 37 yaşlı futbolçu cari mövsümdə əsas heyətdə daimi yer ala bilmir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, əvvəlki illərdə polşalı forvard start heyətindəki mövqeyini itirsəydi, ciddi şəkildə ayrılıq barədə düşünə bilərdi. Ancaq indi vəziyyət fərqlidir.
O, yaşını və əvvəlki səviyyəni qorumağın çətinliyini anlayır, buna görə də rotasiya çərçivəsində oynamağa razıdır.
Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti yayda başa çatacaq. Kataloniya klubu isə hələlik onunla əməkdaşlığın davam etdirilib-etdirilməyəcəyi barədə yekun qərar verməyib.
“Yuventus”un sabiq oyunçusu Alessandro Del Pyero bu mövsüm A Seriyasının titul yarışında kimi favorit hesab etdiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Milan” skudettoya əsas namizəddir, lakin yeganə namizəd deyil. Massimiliano Alleqrinin komandasının Avropa və ya kubok matçlarının olmaması üstünlüyü var. Digər komandalar artıq geridə qalıblar, lakin onlar yenə də “Milan” və “İnter”lə birlikdə titul yarışına qoşula bilərlər”.
“İnter” 23 turdan sonra 55 xalla turnir cədvəlinə başçılıq edir. “Milan” (50) ikinci yerdə qərarlaşıb, “Napoli” (46) və “Yuventus” (45) isə ilk dördlüyü tamamlayır.
“Napoli” 2024/25 mövsümündə İtaliya çempionluğunu qazanıb.
“Turan Tovuz” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Kəpəz”ə qalib gəlib.
Futbolpress.az-ın məlumatına görə, tovuzlular Kurban Berdıyevin rəhbərliyi altında gəncəlilərə qarşı altıncı qalibiyyətini əldə edib.
“Turan Tovuz” mütəxəssisin başçılığı ilə “Kəpəz”ə qarşı ümumilikdə 7 oyun keçirib. Bu matçlarda cəmi 1 dəfə məğlubiyyət yaşanıb. Komanda ötən mövsüm səfərdə “sarı-göylər”ə 2:5 hesabıyla uduzub.
Berdıyev 2024-cü ilin yayından “Turan Tovuz”a rəhbərlik edir. Komanda onunla 58 matça çıxıb. Tovuzlular bu görüşlərdə 27 qələbə qazanıb, 16 heç-heçə edib, 15 dəfə uduzub. Qol nisbəti isə 84-ün 61-ədir. Berdıyevin “Turan Tovuz”da xal ortalaması 1.67-dir.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarını izləyən azarkeş sayı məlum olub.
Futbolpress.az-ın məlumatına görə, ən yüksək göstərici Şamaxıda qeydə alınıb. Yerli komandanın “Qarabağ”ı məğlub etdiyi (2:1) görüşdə tribunada 1200 tamaşaçı olub.
Digər üç görüşdə isə ümumi tamaşaçı sayı 1000-dir.
“Sumqayıt” – “Zirə” – 400 tamaşaçı (0:0)
“Sabah” – “Qəbələ” – 300 tamaşaçı (0:0)
“Şamaxı” – “Qarabağ” – 1200 tamaşaçı (2:1)
“Turan Tovuz” – “Kəpəz” – 300 tamaşaçı (1:0)
Qeyd: Rəqəmlər Peşəkar Futbol Liqasının rəsmi oyun protokollarından götürülüb.
“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Vulverhempton”dan Emmanuel Aqbadunu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Aqbadu müqavilə üçün İstanbula gəlib.
28 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 14 oyuna çıxıb.
“Qalatasaray” heyətini yeni oyunçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi Münhenqladbax “Borussiya”sından Can Armando Güneri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Armando Güner bu mövsüm “Borussiya”nın U-19 komandasında 14 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandes performansı ilə əlaqəsi olmayan səbəblərdən “Real”a qoşulmaq və İngiltərəni tərk etmək istəyir. Msport.az xəbər verir ki, […]
“Qarabağ”ın adı yenidən İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinqlə birgə hallanmağa başlayıb. Msport.az xəbər verir ki, Britaniya mətbuatı bununla bağlı […]
Səudiyyə Ərəbistanının Pro Liqasının 21-ci turunda “Əl-Hilal” səfərdə “Əl-Ohdud”u darmadağın edib. Msport.az xəbər verir ki, 6:0 hesabı ilə başa çatan matçda ilk […]
“Milan”ın sabiq oyunçusu Massimo Ambrozini komandanın “Bolonya” ilə oyunundan sonra (3:0) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Milan”, şübhəsiz ki, qələbəyə layiq idi, inanılmaz dərəcədə yaxşı oyun göstərdilər. Bundan əlavə, “Milan” “İnter”lə eyni təzyiq altında deyil. “İnter” rəhbərliyi yüksək nəticələrə öyrəşdiyi üçün baş məşqçi Kristian Kivu liqanı qazanmaq baxımından təzyiq altındadır. Bu, “Milan” üçün əlavə üstünlük ola bilər”.
“Milan” hazırda İtaliya A Seriyasının turnir cədvəlində “İnter”dən 5 xal geridədir.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Sonuncu oyun günündə “Şamaxı” “Qarabağ”a, “Turan Tovuz” isə “Kəpəz”ə minimal fərqlə qalib gəlib.
Şamaxı – Qarabağ 2:1
Güclü duman altında keçirilən oyunda ilk hissədə meydanda daha aktiv oyun sərgilədi. Qurban Qurbanov sıx qrafikə görə daha çox ehtiyatda olan futbolçulara şans verdi. Mütəxəssis gözlədiyi performansı ala bilmədi və oyunun məntiqi nəticəsi kimi “Şamaxı” fasiləyə 2:0 öndə yollandı. İkinci hissədə aparıcı oyunçuları meydana buraxan Qurbanov bu dəfə “duman” əngəlini aşa bilmədi. Fasilədən sonra dumanın daha güclənməsinə baxmayaraq, oyun sona qədər davam etdi. “Qarabağ” sadəcə qollardan birinin əvəzini çıxa bildi.
Məğlubiyyətə baxmayaraq, cütün favoriti yenə məhz “Qarabağ”dır. “Atlılar” rəqibindən heyət baxımından daha üstündür və doğma meydanda minimal fərqi aradan qaldırmaq elə də çətin deyil. Hər bir halda, oyun göstərdi ki, “Qarabağ”ın ehtiyat qüvvəsi arzulanan səviyyədə deyil.
Turan Tovuz – Kəpəz 1:0
Bir neçə gün əvvəl ağır “Qarabağ” səfərindən məğlubiyyətlə ayrılan tovuzlular kubok matçına demək olar, elə həmin heyətlə çıxdı. “Kəpəz” isə rotasiyalar etmişdi. Gənclərə və oyun praktikası az olanlara şans verən Azər Bağırov komandasının oyunundan çox da narazı qala bilməz. Hər bir halda, hər iki hissədə mübarizə aparan və fürsətlər yaratmağa çalışan gəncəlilər məğlubiyyətdən qaça bilmədi. Fasilədən sonra yağan qar da komandalarn oyun tempinə təsirsiz ötüşmədi.
Oyunda daha çox diqqət çəkən isə Kurban Berdıyevin meydandan qovulması oldu. İkinci hissədə hakim Əli Əliyevin qərarına sərt reaksiya verən mütəxəssis “qırmızı” ilə qarşılaşdı. Sakit təbiəti ilə seçilən mütəxəssisin belə aqressiyası gözlənilməz oldu. Onu da qeyd edək ki, ilk hissədə tovuzluların sayılmayan qolu da müzakirəyə açıqdır.
Qələbə tovuzluları yarımfinala daha yaxınlaşdırdı. “Kəpəz”in cavab görüşündə “Turan Tovuz”a iki fərqlə qalib gəlməsi çətindir. Əsas diqqəti liqada qalmaq olan gəncəlilər üçün prioritet məhz çempionatdır. Bu səbəbdən cavab görüşündə Bağırovun riskə getməsi ehtimalı daha azdır.
Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümün 1/8 final mərhələsinə yekun vurulub və bütün 1/4 finalçılar bəlli olub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Son görüşdə “Strasburq” və “Monako” komandaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanaraq 1/4 finala yüksəliblər.
Fransa Kuboku 1/8 final mərhələsi 3 fevral
Reyms – Le Man 3:0 Qollar: Leoni, 38; 71. Benhattab, 84.
“Barselona”nın sabiq yarımmüdafiəçisi Kevin-Prins Boatenq maraqlı açıqlama ilə gündəmə gəlib.
Komanda.az “DeadlineDayLive”-a istinadən xəbər verir ki, qanalı sabiq futbolçu sevimli klubunun əslində “Real” olduğunu etiraf edib:
“Mənim sevimli komandam həmişə “Real” olub. Kriştiano Ronaldonu (“Real”ın sabiq futbolçusu) dünyanın ən yaxşı oyunçusu hesab edirdim. Amma “Barselona”da çıxış etdiyim üçün mətbuat konfranslarında yalan danışmalı olurdum. Əks halda, orada oynaya bilməzdim”.
Boatenq 2019-cu ildə “Barselona”nın formasını icarə əsasında geyinib. Onun futbolçu karyerasında son klubu Berlin “Herta”sı olub. O, Qana millisinin heyətində 15 oyuna çıxıb və 2 qol vurub.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, Markus Reşford potensialını hələ tam şəkildə ortaya qoymayıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu mütəmadi olaraq məhsuldar çıxışı ilə yadda qalsa da və gözləntiləri xeyli üstələsə də, almaniyalı mütəxəssis onun oyununda inkişaf üçün hələ də yer olduğunu düşünür.
“Barsa”nın çalışdırıcısı Reşforddan rəqib qapısı önündə daha effektiv olmağı tələb edir. Söhbət xüsusilə, son ötürmə və zərbələrin keyfiyyətindən gedir. Flikin fikrincə, 28 yaşlı hücumçu bu komponentlərdə irəliləyiş etsə, öz potensialını tam şəkildə reallaşdıra bilər.
“Barselona” Reşfordu mövsümün sonuna qədər “Mançester Yunayted”dən icarəyə götürüb. Kataloniya klubunun onu 30 milyon avroya satın almaq hüququ da var.
Türkiyə kubokunun qrup mərhələsində 3-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.
“Konyaspor” evdə “Aliağa”ya, “Fənərbağça” “Ərzurumspor”a qalib gəlib. Səfərdə “Keçiörengücü” ilə qarşılaşmış “Qaziantep” darmadağına sevinib. “Kocaelispor” – “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib.
Türkiyə kuboku Qrup mərhələsi, 3-cü tur 5 fevral
B qrupu Konyaspor – Aliağa 4:0
C qrupu Kocaelispor – Beşiktaş 1:1 Fənərbağça – Ərzurumspor 3:1 Keçiörengücü – Qaziantep 1:5
“Milan”ın sabiq müdafiəçisi Alessandro Kostakurta mövsüm irəlilədikcə komandanın daha da inkişaf edəcəyinə şübhə etmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, komandaya əsas töhfəni verə biləcək futbolçuların adlarını çəkib:
“Mən Rafael Leaodan, eyni zamanda, Kristian Pulişiçdən danışıram. Pulişiç mövsümün ilk yarısında yaxşı oynadı, amma indi görünmür. Kristofer Nkunku da indikindən daha çox töhfə verə bilər. Düşünürəm ki, “Milan” inkişaf edə bilər”.
“Milan” hazırda A Seriyasının turnir cədvəlində lider “İnter”dən 5 xal geridədir.
Azərbaycanın U-21 millisinin məşqçisi Qara Qarayevə ağır itki üz verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssisin atası Elxan Qarayev vəfat edib.
O, müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib. (Qafqazinfo)
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi vəzifəsini icra edən Qara Qarayev futbolçu kimi “Qarabağ”, “Neftçi”, “Araz-Naxçıvan” klublarında çıxış edib.
Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsində 3-cü tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
B qrupunda yer almış “Konyaspor” “Aliağa” ilə ev oyununda 4 cavabsız qolla qalib gəlib.
C qrupunda “Fənərbağça” “Ərzurumspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb. Səfərdə “Keçiörengücü” ilə qarşılaşmış “Qaziantep” darmadağına sevinib.
“Kocaelispor” – “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib.
Xatırladaq ki, Türkiyə Kubokunda qrup mərhələsinin sonuncu – 4-cü turunun oyunları martın əvvəlində keçiriləcək.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
Günün yeganə matçı Bakı İdman Sarayında keçirilib. Burada “Quba” “Sərhədçi” ilə üz-üzə gəlib. B qrupunun oyununda “Quba” 97:89 hesablı qələbə qazanıb.
Xatırladaq ki, ötən gün baş tutmuş turun ilk oyununda “Sumqayıt” “Lənkəran”ı məğlub etmişdi – 102:77.
16-cı tura fevralın 8-də yekun vurulacaq.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 22. Gəncə – 22. NTD – 18. Şəki – 17.
B qrupu: Ordu – 29. Naxçıvan – 27. Sumqayıt – 22. Quba – 22. Sərhədçi – 21. Lənkəran – 20.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bu gün keçirilmiş “Turan Tovuz” – “Kəpəz” matçında meydan sahibləri qalib (1:0) gəlib.
Arena.az Bakıda keçirilmiş bu oyunun yekun protokolunu və videoicmalını təqdim edir:
Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu 5 fevral
“Turan Tovuz” – “Kəpəz” 1:0 Qol: Hayderson Hurtado, 57. Sarı vərəqələr: Xorxe Silva, 17 (qeyri-idman hərəkəti). İbrahima Vadji, 41 (qeyri-idman hərəkəti). Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Yunis Hüseynov (“Turan Tovuz”), 41, 41 (hakimin qərarına etiraz). Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Yunis Hüseynov, 41. Kurban Berdiyev, 64 (hakimi itələdiyi üçün). Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 4 dəqiqə. Saat 19:00. “Azersun Arena”, 300 tamaşaçı.
Baş hakim: Əli Əliyev. Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Gülnurə Əkbərzadə. Dördüncü hakim: Elvin Bayramov. VAR: Rəvan Həmzəzadə. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov (6. Fərid Yusifli, 79), 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov (9. Coş Cinnelli, 61), 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji (90. Joarlem Santos, 61), 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe (10. Xəyal Nəcəfov, 61). Ehtiyat oyunçular: 1. Oleq Baklov, 4. Şəhriyar Əliyev, 14. Murad Dadaşev, 3. Enrike Silva, 8. David Tavares. Baş məşqçi: Kurban Berdıyev.
Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev (10. Ryonosuke Ohori, 46), 99. Əli Səmədov (k) (24. Olavale Onanuqa, 71), 77. Fərid Nəbiyev (14. Adama Fofana, 61), 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 21. Sadiq Şəfiyev (9. Luis Paçu, 46), 11. Rəhman Hacıyev (5. Rauf Hüseynli, 79), 29. Dioqo Verdaska, 4. Mate Abuladze. Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov. Baş məşqçi: Azər Bağırov.
İspaniyanın “Jirona” klubunda icarədə olan “Barselona”nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunacaq.
Arena.az xəbər verir ki, 33 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, yanvarın 31-də İspaniya çempionatının 22-ci turu çərçivəsində “Real Ovyedo”ya qarşı keçirdikləri matçda (0:1) sol bud nahiyəsindən zədələnib. Ştegenin yaşıl meydanlara dəqiq qayıdış vaxtı əməliyyatdan sonra bəlli olacaq.
İcarə əsasında “Jirona”nın formasını geyinən oyunçunun məhz bu zədəyə görə müqaviləsinin ləğv edilməsi və “Barselona”ya qayıtması da gözlənilir.
Xatırladaq ki, Ter Ştegen yanvarın 21-də icarə müqaviləsi əsasında “Jirona”ya keçmişdi. O, bu komandanın heyətində cəmi 2 oyuna çıxıb.
Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ter Ştegen cari mövsümdə “blauqrana” üçün cəmi 1 oyun keçirib. Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 423 oyun, 416 buraxılmış qol və 176 “quru” oyundan ibarətdir.
Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.
“İnter”in prezidenti Cüzeppe Marotta klubun qış transfer pəncərəsində fəal olmamasına münasibət bildirib.
Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbəri heyəti gücləndirməyə ehtiyac duymadıqlarını deyib:
“Transfer pəncərəsi adətən komandaların problemlərini həll etdiyi dövrdür. Ancaq bizim buna ehtiyacımız yoxdur, çünki yayda çox yaxşı iş gördük. Kristian Kivu (baş məşqçi) həmçinin, akademiyanın futbolçularına güvənə bilər. Biz mövcud vəziyyətdən razıyıq”.
“İnter” hazırda A Seriyasında turnir cədvəlinə başçılıq edir. Komanda 23 turdan sonra 55 xal toplayıb və ikinci pillədə qərarlaşan “Milan”ı 5 xal qabaqlayır.
Kivunun rəhbərlik etdiyi komanda növbəti turda səfərdə “Sassuolo” ilə üz-üzə gələcək.
Komanda.az Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Turan Tovuz”la “Kəpəz” arasında keçirilmiş ilk oyundan (1:0) hazırlanmış videoicmalı təqdim edir:
“Barselona”nın hücumçusu Lamin Yamal bu mövsüm La Liqada titul uğrunda mübarizə barədə danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bu mübarizənin çətin və uzun olduğunu söyləyib:
“Bu, çox çətin və uzun bir turnirdir. Sona qədər heç nə həll olunmayacaq. Son tura qədər mübarizə aparmalıyıq. Xal toplamalı və heç bir oyunda uduzmamalıyıq. Hər matç vacibdir. Ümid edirik ki, bunu bacaracağıq”.
Kataloniya klubu İspaniya çempionatının 22 turundan sonra 55 xalla turnir cədvəlinə başçılıq edir.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyunundan (1:0) sonra meydan sahibi komandanın məşqçisi Ruslan Abışov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– 4 gün əvvəl “Qarabağ”a qarşı ağır oyun keçirmişdik. Bu gün də heyətdə böyük dəyişikliklər etmədik. Hava şəraitinin də oyuna təsiri oldu. Lakin vacib olan qələbə qazanmağımızdır. Bir ay sonra cavab oyunu olacaq. İndi növbəti matça hazırlaşmalıyıq.
– Avrokuboklara vəsiqə qazanmaq üçün kuboku, yoxsa çempionatı uyğun yol kimi görürsüz? – Hamı istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Ona görə iki yarışda da yaxşı nəticə istəyirik.
“Əl Nəsr”in kapitanı Kriştiano Ronaldo komandasının növbəti oyununda da meydana çıxmayacaq. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano […]
“Turan Tovuz”un məşqçisi Ruslan Abışov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Kəpəz”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Ruslan Abışov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Dörd gün əvvəl “Qarabağ”a qarşı ağır oyun keçirmişdik. Heyətdə böyük rotasiya yox idi. Demək olar ki, meydana eyni heyətlə çıxmışdıq. Meydançanın vəziyyəti və hava şəraitinin də təsiri var idi. Əsas odur qələbə qazandıq. Bir aydan sonra cavab görüşü olacaq. Hələ qarşıda “Karvan”la oyun var. Bu matçı unudub həmin qarşılaşmaya hazırlaşacağıq.
Hər bir komanda istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Mövsümün sonunda ölkə kubokunda da yaxşı nəticə əldə etmək istəyirik”.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Turan Tovuz”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Gəncə təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.
Azər Bağırov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Kubokun ilk matçı idi. Çox maraqlı oyun alındı. Yaxşı mübarizə apardıq. Cavab matçında daha fərqli oynamağa çalışacağıq. Uşaqlara təşəkkür edirəm. Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçu var idi. Bunun özü bizim üçün yeni bir çağırış idi. Ümid edirəm ki, növbəti oyunda daha məsuliyyətli olub, mərhələni keçən tərəf biz olarıq.
Bu gün dirəkdən qayıdan topumuz var idi. Rəqib qapısına zərbələrimiz oldu. Cavab oyununda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq”.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun “Turan Tovuz”la “Kəpəz” arasında baş tutub. “Azərsun Arena”da keçirilmiş və Əli Əliyevin idarə etdiyi qarşılaşma Tovuz təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları martın 3-4-də keçiriləcək.
Azərbaycan Kuboku 1/4 finalın ilk oyunları 5 fevral
Futbol üzrə Almaniya yığma komandasının və “Bayern”in hücumçusu Serj Qnabri Münhen klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Münhen təmsilçisi 30 yaşlı vingerlə 2028-ci ilin yayına qədər sözləşmə imzalayıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2026-cı ilin 30 iyununda başa çatacaqdı.
Xatırladaq ki, Serj Qnabri “Bayern”ə 2017-ci ilin iyulunda 8 milyon avro müqabilində “Verder”dən keçib. O, cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə verib.
Qnabrinin “Bayern” karyerası bütövlükdə 311 oyun, 100 qol və 69 məhsuldar ötürmədən ibarətdir.
Almaniyalı futbolçu karyerası ərzində “Arsenal”, “Vest Bromviç”, “Verder”, “Hoffenhaym” kimi klubların da formasını geyinib.
Qnabri 2016-cı ilin noyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 57 oyuna çıxıb, 25 qol, 10 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 30 yaşlı almaniyalı vingerin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.
Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.
Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın üçüncü günündə yunan-Roma güləşində 60, 67, 77, 87 və 130 kq-da medalçılar müəyyənləşib.
Bununla da yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
60 kq
Maksut Cankurtaran (AHİTA)
Nihat Bəhmənov (UGİM-10)
Ayxan Əsədli (AHİTA), Nihad İsmayılzadə (MOİK)
67 kq
Murad Əliyev (AHİTA)
Roman Kərimov (DİN)
Orxan Əliyev (Şəmkir), Saleh İbrahimov (Şuşa, UGİM)
77 kq
Cavad Məmmədov (Neftçi)
Cavidan Nehmətov (AHİTA)
İslam Sultanov (DİN), Akif Nəcəfli (Sumqayıt, “Neftçi”)
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Kubokun ilk oyunu çox maraqlı alındı, yaxşı mübarizə apardıq. Düşünürəm ki, cavab matçında daha fərqli oynamağa çalışacağıq. İlk hissədə 9 yerli futbolçu ilə meydanda idik. Bu bizim üçün yeni çağırış idi. Növbəti oyunlarda daha məsuliyyətli olub, turu keçməyə çalışacağıq.
– Növbəti mərhələ şanslarını necə dəyərləndirirsiniz?
– Bu gün dirəkdən qayıdan topumuz var idi. Rəqib qapısına zərbələrimiz oldu. Cavab oyununda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq.
Turan Tovuz” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Kəpəz”lə qarşılaşıb. Msport.az xəbər verir ki, oyun “Azərsun Arena”da keçirilib. Görüş […]
“Bayern” müdafiəçi Saşa Boenin “Qalatasaray”a icarəyə verildiyini açıqlayıb. Msport.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb. […]
Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 12-ci tura start verilib.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
Əvvəlcə “Azərreyl” UNEC kollektivini 3:1 (21:25, 25:17, 25:15, 25:19) hesabı ilə üstələyib. Ardınca “Turan” “Gəncə”ni 3:1 (24:26, 25:23, 25:12, 25:23), “Milli Aviasiya Akademiyası” isə “Abşeron”u 3:1 (25:15, 20:25, 25:15, 25:10) hesabı ilə məğlub edib.
“Turan” – “Gəncə” matçı Tovuz Olimpiya İdman Kompleksində, digər iki qarşılaşma isə Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.
Yüksək Liqa 12-ci tur 5 fevral
“Azərreyl” – UNEC 3:1 (21:25, 25:17, 25:15, 25:19) Azərbaycan Voleybol Federasiyasının idman zalı.
“Turan” – “Gəncə” 3:1 (24:26, 25:23, 25:12, 25:23) Tovuz Olimpiya İdman Kompleksi.
“Abşeron” – “Milli Aviasiya Akademiyası” 1:3 (15:25, 25:20, 15:25, 11:25) Azərbaycan Voleybol Federasiyasının idman zalı.
18 və 20 yaşlılardan ibarət basketbol üzrə Azərbaycanın millilərinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Arena.az bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Qızlardan ibarət U-18 millimiz B Divizionunun A qrupunda İslandiya, Portuqaliya, Rumıniya və Niderland yığmaları ilə üz-üzə gələcək. Qarşılaşmalar iyulun 31-dən avqustun 9-nə qədər baş tutacaq.
Oğlanlardan ibarət U-18 yığmamız isə B Divizionunun B qrupunda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya yığmalarına rəqib olub. Oyunlar iyulun 24-dən avqustun 2-nə qədər keçiriləcək.
Qızlardan ibarət U-20 millimiz B Divizionun A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə münasibətlərə aydınlıq gətirəcək. Matçlar iyulun 4-12-si aralığında təşkil ediləcək.
Oğlanlardan ibarət U-20 seçməmiz isə A qrupunda İrlandiya, İsveç, Slovakiya, Şimali Makedoniya ilə üz-üzə gələcək. Qarşılaşmalar iyulun 10-19-u aralığında reallaşacaq.
Sloveniyanın “Maribor” klubunun qabonlu mərkəz hücumçusu Patrik Orfe Mbina bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Sabah” 25 yaşlı futbolçunu “Maribor”dan icarəyə götürüb. Onun icarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” cari mövsümün sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.
Patrik Orfe Mbina karyerası ərzində ölkəsinin “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Samsunspor” “Çelsi”dən ayrılan Rahim Sterlinqin transferindən imtina edib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun prezidenti Yüksel Yıldırım açıqlama verib. O, Sterlinqin onlara təklif edildiyini, lakin məbləğdə razılaşmadıqlarını deyib:
“Şərh vermək istəmirəm. Bizə dedilr, danışdıq, amma çox pul istədilər”.
Futbolpress.az xəbər verir ki, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra “bayquşlar”ın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” FK icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.
Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.
Sabah” heyətinə yeni futbolçu cəlb edib. Msport.az xəbər verir ki, qabonlu hücumçu Patrik Orfe Mbina Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. […]
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bu gün keçirilmiş “Şamaxı” – “Qarabağ” matçında meydan sahibləri qalib (1:0) gəlib.
Arena.az Masazırda keçirilmiş bu oyunun yekun protokolunu və videoicmalını təqdim edir:
Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu 5 fevral
“Şamaxı” – “Qarabağ” 2:1 Qollar: Karim Rossi, 26; 42 – Musa Qurbanlı, 78. Sarı vərəqələr: Karim Rossi, 13 (qeyri-idman hərəkəti). Oruc Məmmədov, 77 (qeyri-idman hərəkəti) – Musa Qurbanlı, 45 (qeyri-idman hərəkəti). Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 4 dəqiqə. Saat 14:30. Şamaxı şəhər stadionu, 1200 tamaşaçı.
Baş hakim: Kamranbəy Rəhimov. Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Tərlan Talıbzadə. Dördüncü hakim: Murad Səlimov. VAR: Rauf Cabarov. AVAR: Emin Əliyev. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev (80. Həbib İsmayılov, 71), 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 82), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov (8. Alfons Msanqa, 71), 9. Karim Rossi (10. Andrey Tirkovyanu, 82), 13. Rikardo Apolinario, 11. Dioqo Balau (19. Abdullahi Şuaybu, 87), 4. Sezar Enrike, 44. David Santos. Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 21. Bilal İsmayılov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov. Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev (10. Abdullah Zubir, 61), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə (9. Xoni Montiel, 61), 20. Kadi Borges (8. Marko Yankoviç, 61), 3. Sami Mmae, 18. Dani Bolt, 21. Aleksey Kaşuk (17. Kamilo Duran, 61), 11. Emmanuel Addai (15. Leandro Andrade, 61). Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 2. Mateus Silva, 6. Kris Kuaku, 35. Pedro Bikalyo. Baş məşqçi: Qurban Qurbanov.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş ilk oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hava şəraiti hər iki komandaya çətinlik yaradırdı. Futbolçular döyüşdülər. “Qarabağ” kimi rəqiblə mübarizə aparmaq nə qədər çətin olsa da, bu, futbolçularımıza, komandamıza əlavə güc verir. Demək olar ki, cütün taleyi ikinci oyuna qaldı. “Qarabağ” sıx qrafikdə oynayır, bəzi oyunçuları yox idi. Futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı icra etdilər. Sonradan yorğunluq oldu. Biz də sıx qrafikdə oynayırıq, çətin matçlardır. Davam edəcəyik. Beş gündən sonra yenidən “Qarabağ”la oynayacağıq. Yaxşı bərpa keçib, o oyuna hazır olmağa çalışacağıq. Bu gün qalib gəlsək də, favorit hələ də “Qarabağ”dır.
Bizim heyətimiz geniş deyil, çox da rotasiya edə bilmirik. Beş gündən bir oyunlar olur. Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq olacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün də oyun lazımdır. “Qarabağ” kimi komandalarla oyunda hər şey görünür. Bu tip rəqiblərlə mübarizə aparmaq bizim üçün yaxşı şansdır. Çempionatda hədəfimiz bəllidir. Amma həm yerimizi qorumalıyıq, bir az da üst pillələrə yüksəlmək istəyirik”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş ilk oyunu Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərimizə təşəkkür edirəm. İlk oyunda məğlub olduq. Rəqibi təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Cavab matçına daha ciddi hazırlaşmalıyıq.
Dumanlı havanın oyuna təsiri təbii ki, oldu. İkinci hissədə demək olar ki, digər tərəfdə heç nəyi görmürdüm. Gözləyirdim ki, nə olacaq, necə olacaq, oyun nə vaxt bitəcək.
Jeremi Nqalini müdafiəçi kimi gətirmişik”.
Qurban Qurbanov “Neftçi”nin Ağdam klubu ilə oyununun təxirə salınmasına razı olmaması barədə söhbətlərə də aydınlıq gətirib:
“Hər hadisəyə normal yanaşıram. Kimin haqlı, kimin haqsız çıxarılacağı mövzu deyil. Biz oyunun təxirə salınması üçün PFL-ə müraciət etdik. “Nyukasl”la oyunların arasında başqa rəqib də ola bilərdi. Məni daha çox narahat edən bazar günü yox, şənbə günü oynamağımızdır. 6 gündə 3 oyun keçirəcəyik. Belə vacib matçdan öncə çempionat oyununun təxirə salınması böyük kömək ola bilərdi. Biz müraciət etdik, onlar da razılaşmadılar. Reqlamentdə var ki, pley-offda iştirak edən komandalara güzəşt oluna bilər. Olmadı. Burada ciddi bir problem görmürəm. Onların da öz proqramları var. Başa düşürəm. Amma bu vaxta kimi olub. “Neftçi”nin özü ilə oyunun ya yerini dəyişdirmişik, ya təxirə salmışıq. Kimdənsə küsmək, incimək fikrimiz yoxdur. Daha dərindən düşünərək oyunlara hazırlaşmalıyıq.
“Neftçi”dən sadəcə bildirdilər ki, oynamaq istəyirik. Bizim tərəfimizdən üzərinə gediləsi mövzu deyil. Azarkeşləri başa düşmək olar. Bəlkə də onların arasında gedən müzakirədir. 4 gün sonra yenə Şamaxıya gələcəyik. Daha sonra Qubaya gedəcəyik. Yaxşı hazırlıq prosesimiz olmayacaq. Rəqib nə qədər güclü olsa da, sona qədər mübarizə aparmaq istəyirik”.
Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Şamaxı” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Kubok iki oyundan ibarətdir. İlk matçı evimizdə keçirdik. Hava şəraiti iki komandaya da çətinlik yaradırdı. Futbolçularım döyüşdülər. “Qarabağ” kimi komandaya qarşı mübarizə aparmaq çətindir. Amma bu, komandamıza güc verir. “Qarabağ” sıx qrafikdədir, başa düşürük, bəzi oyunçuları da yoxdur. Lakin ilk hissədə futbolçularım tapşırıqları yaxşı yerinə yetirdilər. Sonradan yorğunluq oldu. Biz də sıx qrafikdəyik, çətin oyunlardır. Davam edəcəyik. Beş gün sonra yenidən çempionat oyunu var. Yaxşı hazırlaşmalıyıq.
– Bugünkü oyunda əsas heyəti buraxmaqla fiziki yüklənmə etmədiniz?
– Düzdür, tam gümrahlıq olmayacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün belə matçlar lazımdır. Premyer Liqada hədəf yerimizi qorumaqdır. Çalışdığımızı edəcəyik.
– Kubokda hədəf nədir?
– Həyat mübarizədir, hamı istəyir ki, imkanları daxilində irəli getsin, inkişaf etsin. Əlbəttə, niyə istəmərik? Sadəcə bəlli qrupdayıq, “Qarabağ” kimi rəqibimiz var. Hamı mübarizə aparmaq istəyir.
– Cavab görüşündə şansları necə dəyərləndirirsiniz?
– Yenə favorit “Qarabağ”dır.
– Dumanlı havada baş məşqçi taktiki cəhətdən nələr edə bilər?
– İkinci hissənin bəzi anlarında cinahları görə bilmirdik. Çətinlik çəkdik.
– Çempionatda da “Qarabağ”la oynayacaqsınız. Hava belə olsa, təxirəsalınma üçün müraciət edəcəksiniz?
– Daha çətin havalarda oynadıqlarımız olub. Ötən mövsüm “Səbail”lə matç var idi, bundan da pis hava olmasına baxmayaraq, oynadıq. Vəziyyət daha pis olsa, bizdən asılı olmayacaq. Belə baxsaq, havalar yaxşılığa doğru getməlidir.
“Qarabağ” Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzub. Msport.az xəbər verir ki, qonaqların […]
“Tottenhem” “Əl-Nəsr”in hücumçusu Con Duranı transfer etməklə bağlı fikrini dəyişib. Msport.az xəbər verir ki, 22 yaşı futbolçu İngiltərə nəhənginə təklif […]
İtaliya millisinin və “Yuventus”un əfsanəvi hücumçusu Alessandro Del Pyero cari mövsümdə çempionluq uğrunda mübarizədə favorit kim olduğu barədə sualı cavablandırıb. […]
“Bavariya” 17 yaşlı yarımmüdafiəçisi Lenart Karl karyerasını İngiltərədə davam etdirə bilər. Msport.az xəbər verir ki, “Arsenal” gənc istedadla müqavilə imzalamaqda […]
Bu gün futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
2026-cı ilə təsadüf edən ilk turun ilk qələbəsini “Zaqatala” ilə səfərdə qarşılaşmış “Səbail” qazanıb. “Cəbrayıl” – MOİK və “Şəfa” – “Baku Sportinq” oyunlarında isə qalib müəyyənləşməyib.
13-cü turun qalan oyunları fevralın 6-da və 7-də keçiriləcək.
Birinci Liqa 13-cü tur 5 fevral
“Cəbrayıl” – MOİK 2:2 Qollar: Arsen Dauda, 11; 74 – Seyxan Fərəcov, 41. Mehrac Baxşalı, 69. Hakimlər: Alik Yunusov, Adil Bədəlov, Aydın Bəxşiyev, Rəsul Babayev. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Zaqatala” – “Səbail” 0:1 Qol: Emil Qasımov, 18. Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rəhman Aslanov, Ceyhun Hüseynov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
6 fevral
“Şahdağ Qusar” – “Difai” Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sənan Bayramzadə. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Elman Musayev. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
7 fevral
“Şimal” – “Mingəçevir” Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasıyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Azər Əsgərov. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.
Burada “Şamaxı” Premyer Liqanın sonuncu qalibi “Qarabağ”la üz-üzə gəlib. Şamaxı şəhər stadionunda baş tutmuş oyunu Kamranbəy Rəhimov idarə edib. Əlverişsiz hava şəraitində keçirilmiş qarşılaşma sonadək davam etdirilib. Üç qolun qeydə alındığı oyun Ağdam təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, ötən gün keçirilmiş “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” oyunlarında qapılara qol vurulmayıb.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları martın 3-4-də keçiriləcək.
Azərbaycan Kuboku 1/4 finalın ilk oyunu 5 fevral
“Şamaxı” – “Qarabağ” 2:1 Qollar: Karim Rossi, 26; 41 – Abdullah Zubir, 79. Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov. VAR: Rauf Cabbarov. AVAR: Emin Əliyev. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Şamaxı şəhər stadionu, 14:30.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos. Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov, 10. Andrey Tirkovyanu, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa. Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 20. Kadi Borges, 3. Sami Mmae, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai. Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 6. Kris Kuaku, 35. Pedro Bikalyo, 17. Kamilo Duran. Baş məşqçi: Qurban Qurbanov.
Fransanın “Renn” klubunun mərkəz müdafiəçisi Jeremi Jake növbəti mövsümdən “Liverpul”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Qırmızılar” bu transfer üçün Fransa klubuna 63,6 milyon avro ödəyiblər. Tərəflər arasında uzunmüddətli müqavilə imzalansa da, detallar açıqlanmayıb. Amma Jake cari mövsümün sonunadək “Renn”də oynamağa davam edəcək. O, yeni klubuna bu ilin yayında qoşulacaq.
Jake müvafiq keçidini şərh edib. Fransalı müdafiəçi bunları qeyd edib: “Belə bir böyük kluba keçidimə şadam. “Liverpul”a transferimlə böyük qürür duyuram”, deyə Jake vurğulayıb.
Xatırladaq ki, Jeremi Jake “Renn”in öz yetirməsidir. Bir müddət “Klermon”da icarədə də olmuş futbolçu doğma klubunun əsas komandasında 32 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Jake Fransanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.
Futbol üzrə İtaliya yığma komandasının və “Napoli” klubunun sağ cinah müdafiəçisi Covanni Di Lorentso uğurlu əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb.
İtaliyalı futbolçu A Seriyasının son matçında “Fiorentina”ya qarşı oynayarkən diz bağlarını zədələmişdi. Zədə ciddi olduğundan, cərrahi müdaxilə zəruri idi. Artıq futbolçunun əməliyyat edilib və uğurlu keçib.
32 yaşlı futbolçu yaxın günlərdə reabilitasiya prosesinə başlayacaq. Onun bərpa müddətinin təxminən iki ay davam edəcəyi bildirilir.
Xatırladaq ki, Covanni Di Lorentso 2019-cu ildən “Napoli”nin uğurları üçün çalışır. O, cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 32 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Sağ cinah müdafiəçisi Neapol klubunun heyətində indiyə qədər 302 oyun keçirib, 19 qol və 42 məhsuldar ötürmə müəllifi olub.
Futbolçu əvvəllər “Recina”, “Kuneo”, “Matera” və “Empoli” klublarının da formasını geyinib.
Di Lorentso 2019-cu ildə debüt etdiyi və 53 rəsmi matça çıxdığı İtaliya yığması ilə Avropa çempionu olub. O, millidə keçirdiyi oyunlarda da 5 qol və 4 assistlə yadda qalıb.
“Qarabağ” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Şamaxı”ya məğlub olub. Msport.az xəbər verir ki, qarşılaşma Şamaxı şəhər stadionunda keçirilib. […]
“Real”ın hücumçusu Endrikin “Lion”dakı icarə müddəti uzun çəkməyəcək. Msport.az xəbər verir ki, 19 yaşlı futbolçu Fransada qısa müddətdə özünü parlaq […]
“Mançester Siti”nin futbolçusu Bernardo Silva karyerasını İspaniyada davam etdirmək niyyətindədir. Msport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Barselona”ya keçməyi planlaşdırır. Ulduz […]
Futbol Assosiasiyası (FA) Premyer Liqanın XXIV turunda “Stemford Bric”də baş verən kütləvi davaya görə “Çelsi” və “Vest Hem”i cəzalandırıb. Msport.az […]
“Napoli”nin kapitanı Covanni Di Lorentso sıradan çıxıb. Msport.az xəbər verir ki, təcrübəli müdafiəçi ağır zədələnib və əməliyyat olunacaq. Futbolçu A […]
“Monako”nun yarımmüdafiəçi Pol Poqba komandanın Çempionlar Liqası heyətindən kənarlaşdırılıb. Msport.az xəbər verir ki, klubun direktoru Tiaqo Skuro bu barədə fikirlərini […]
“Qalatasaray”ın futbolçusu Mauro İkardi klub tarixinin ən yaxşı göstəricisinə imza atıb. Msport.az xəbər verir ki, 32 yaşlı hücumçu Türkiyə kubokunun […]
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu yay İngiltərə klubundan ayrılmaq niyyətindədir. Msport.az xəbər verir ki, hazırda “şəhərlilər”in düşərgəsində mütəxəssisin gələcəyi […]
“Neftçi”nin futbolçusu Freddi Varqasın ayağına tikiş qoyulub. Msport.az xəbər verir ki, Premyer Liqanın XVIII turunda “Araz-Naxçıvan”la oyunda zədələnən venesuelalı yarımmüdafiəçinin […]
Niderland kubokunda 1/4 final oyunları keçirilib. Msport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Volendam” bu mərhələdə “Neymegen”lə qarşılaşıb. […]
“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya Səudiyyə Ərəbistanında klubunu dəyişib. Msport.az xəbər verir ki, 26 yaşlı hücumçu “Əl-Vəsl”dən “Şarja”ya icarəyə verilib. […]
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” İngiltərə liqa kubokunda mübarizəni dayandırıb. Msport.az xəbər verir ki, komanda yarımfinalda “Mançester Siti” ilə […]
Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Niderland Kubokunun 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsi çərçivəsndə “Neymegen”lə qarşılaşıb.
“Volendam” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb və kubokla vidalaşıb – 0:1.
Ozan bu görüşə start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 23 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümün 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Alaves” doğma meydanda “Real Sosyedad”la, “Valensiya” isə “Atletik”lə üz-üzə gəlib. Hər iki oyun qonaqların qələbəsiylə yekunlaşıb. Beləcə, sözügedən komandlar adlarını yarımfinala yazdırıblar.
İspaniya Kubokunda yarımfinal mərhələsinə sabah keçiriləcək “Betis” – “Atletiko” oyunu ilə yekun vurulacaq.
Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Trua” – “Lans” matçında qonaqlar inamlı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıblar. “Loryan” “Paris”i, Lion “Olimpik”i “Laval”ı, “Nitsa” “Monpelye”ni, “Tuluza” da “Amyen”i yenməklə öz istəyinə çatıb.
Fransa Kubokunda 1/4 final mərhələsinə fevralın 5-də keçiriləcək “Strasburq” – “Monako” matçı ilə yekun vurulacaq.
Fransa Kuboku 1/8 final mərhələsi 3 fevral
Reyms – Le Man 3:0 Qollar: Leoni, 38; 71. Benhattab, 84.
Bu gün futbol üzrə İngiltərə Kubokunda 2025/2026-cı illər mövsümün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Mançester Siti” doğma meydanda Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ı qəbul edib. Bu komandaların ilk oyununda “şəhərlilər” 2:0 hesablı qələbəyə sevinmişdilər. Cavab görüşündə də qələbə qazanmış “Mançester Siti” növbəti finalçı olub.
Beləliklə, İngiltərə Kubokunda cari mövsümün finalı “Mançester Siti” və “Arsenal” komandaları arasında keçiriləcək. Həlledici qarşılaşma martın 22-də keçiriləcək.
İngiltərə Kuboku Yarımfinalın cavab oyunları 3 fevral
Arsenal – Çelsi 1:0 (ilk oyun – 3:2) Qol: Haverts, 90+7.
Futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
2026-cı ilə təsadüf edəcək ilk tura sabah start veriləcək. 13-cü turun qalan oyunları fevralın 6-da və 7-də keçiriləcək.
Birinci Liqa 13-cü tur 5 fevral
“Cəbrayıl” – MOİK Hakimlər: Alik Yunusov, Adil Bədəlov, Aydın Bəxşiyev, Rəsul Babayev. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Zaqatala” – “Səbail” Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rəhman Aslanov, Ceyhun Hüseynov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
6 fevral
“Şahdağ Qusar” – “Difai” Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sənan Bayramzadə. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Elman Musayev. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
7 fevral
“Şimal” – “Mingəçevir” Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasıyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Azər Əsgərov. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş ilk oyunu qolsuz bitib – 0:0.
Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox çətin bir oyun oldu. Rəqibi təbrik etmək istəyirəm. Çox gözəl oyun planları var idi. Biz bu gün ortalamadan aşağı çıxış etdik. Sadəcə bir şansımız oldu, ondan da istifadə edə bilmədik. Ancaq cavab matçı var. Həmin oyunda istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik.
Biz hər oyunda qalib gəlmək istəyirik. Bu matçda komanda öz səvviyəsindən çox aşağı çıxış etdi. İstədiyimiz pressinq, hücum planları yox idi. Onu da nəzərə almaq lazımdır ki, hər oyunda qalib gəlmək asan deyil. “Qəbələ” bizi çox yaxşı təhlil etmişdi. Biz sabahdan etibarən səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə üçün əlimizdən gələni etməliyik.
Bu gün meydana çıxmış start heyətimizi zəif adlandıra bilmərik. Stefen Ende ilk matçına çıxırdı. Ondan başqa bütün futbolçular daha öncə start heyətində yer alan oyunçular idi. Mənim bu komandada hər bir futbolçuya ehtiyacım var. Hər futbolçudan yararlanmaq istəyirəm. Bu gün bütün futbolçularım döyüşdülər.
Bizim üçün gələcəkdə nələr baş verəcək, bunu bilmirik. Mənim üçün növbəti matç prioritetdir. Biz heç nəyi fəda etmək niyyətində deyilik. Hər bir qarşılaşmaya qələbə üçün çıxıb əlimizdən gələni edəcəyik. Bunun üçün də lazımi heyətin olduğunu düşünürəm”.
Azərbaycan kubokunda 1/4 final mərhələsi çərçivəsində “Sabah” doğma meydanda “Qəbələ” ilə 0:0 hesablı heç-heçə edib. Msport.az xəbər verir ki, oyundan […]
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sabah” və “Qəbələ” klubları üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Msport.az xəbər verir ki, qonaqların baş […]
“Qəbələ”nin baş məşqçisi Kaxabar Sxadadze Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş ilk oyunu qolsuz bitib – 0:0.
Kaxabar Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Yaxşı oyun oldu. Azarkeşlərin zövq aldığını düşünürəm. Çempionatın liderinə qarşı futbolçularımın yaxşı oynadığını, tapşırıqları düzgün yerinə yetirdiklərini düşünürəm. Müdafiədə yaxşı oynadıq. Təəssüf ki, penaltini yerinə yetirə bilmədik. Güclü rəqiblərə qarşı da oynaya bildiyimizi göstərdik.
Qış fasiləsində bəzi transferlər oldu, heyəti gücləndirdik. Öz səhvlərimiz üzərində çox işlədik. Daha əvvəl müdafiədə çox səhv edirdik. Oyundan öncə belə bir fikir var idi ki, “Sabah” “Qəbələ”nin qapısına 3 qol vuracaq. Mən bu fikri komandama qarşı hörmətsizlik kimi dəyərləndirirəm. Göstərdik ki, biz hamıya qarşı oynaya bilərik. Ən vacib tərəflərdən biri də bundan sonra futbolçularda arxayınlıq yaranmamasıdır. Balansı qorumaq lazımdır. Rza Cəfərov da ilk matçına çıxdı. Ona inanırıq. Daha bir transferimiz olacaq. Daha öncə bildirmişdik ki, 5 transferimiz olacaq.
Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Bunu bacaracağıq, ya yox, bilmirəm. “Neftçi” ilə matça kifayət qədər vaxtımız var. Düşünürəm ki, yeni transferlərimiz də komandaya tam uyğunlaşandan sonra rotasiyaya getmək olar”.
Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 16-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə matçı Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib.
B qrupunun oyununda “Sumqayıt” “Lənkəran”ı qəbul edib. Meydan sahibləri bu oyundan qalib ayrılıblar – 102:77.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 22. Gəncə – 22. NTD – 18. Şəki – 17.
B qrupu: Ordu – 29. Naxçıvan – 27. Sumqayıt – 22. Quba – 20. Sərhədçi – 20. Lənkəran – 20.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bu gün keçirilmiş “Sumqayıt” – “Zirə” matçında (0:0) qalib müəyyənləşməyib.
Arena.az Sumqayıtda keçirilmiş bu oyunun yekun protokolunu və videoicmalını təqdim edir:
Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu 4 fevral
“Sumqayıt” – “Zirə” 0:0 Sarı vərəqələr: Ronaldo Vaskes, 57 (qeyri-idman hərəkəti). Nikola Ninkoviç, 79 (qeyri-idman hərəkəti) – Rikardo Martins, 90+3 (qeyri-idman hərəkəti). Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 3 dəqiqə. Saat 17:00. Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionu, 400 tamaşaçı.
Baş hakim: Cavid Cəlilov. Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev. Dördüncü hakim: Vüqar Həsənli. VAR: Kamal Umudlu. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə (21. Nihad Əhmədzadə, 77), 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (71. Masaki Murata, 68), 9. Aleksandr Ramalinqom (37. Nihad Orucəli, 87), 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç (10. Nikola Ninkoviç, 68), 25. Abdul Raşid Mumini (72. Rayan Senhadjic, 77). Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev. Baş məşqçi: Saşa İliç.
“Sumqayıt”ın baş məşqçisi Zirə Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş ilk görüşü qolsuz başa çatıb – 0:0.
Saşa İliç matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Kubok oyunları iki matçdan ibarətdir. Bu gün meydanda bərabər oyun gördük. Hər iki komandanın bir neçə qol epizodu oldu. Nəticəni ədalətli hesab edirəm.
Əlimizdə olan futbolçularla oynayırıq. Qısa müddətdə eyni rəqiblə iki oyun keçirmək təbii ki, çətindir. Uğurlu nəticə əldə etmək üçün optimal heyəti qurmağa çalışacağıq.
Kubok matçı olduğu üçün, təbii ki, ehtiyatlı oynadıq. Havanın da təsiri oldu. “Zirə” kimi komandaya qarşı diqqətli olmaq lazımdır. Rəqibin də çox şansı olmadı. Bizim də epizodumuz oldu. Müdafiəçi Səbuhi Abdullazadənin zərbəsini blokladı. Davamında rəqib əks-hücuma çıxdı. Son dəqiqələrdə daha zəif oynadığımızı deməzdim. Bəzi futbolçularımız zədədən sonra 90 dəqiqə oynamağa hazır deyil. Xüsusilə də gənc oyunçuları qeyd edərdim. Buna görə bəzi dəyişikliklər etməliyik. Bunun da təsiri ola bilər.
Daha sadə oynamalıyıq. Topu itirəndə mübarizəni davam etdirməliyik. Hava pis olsa da, meydançamız əla vəziyyətdə idi. Ona görə də hava şəraiti bəhanə ola bilməz”.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş ilk görüşü qolsuz başa çatıb – 0:0.
Rəşad Sadıqov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“İdeal komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, oyunu yaxşı səviyyədə keçirdik. Daha çox dominant tərəf biz idik. Yaxşı hücumlarımız, qol epizodlarımız var idi. Sadəcə, qol vura bilmədik. Bəlkə də bu gün 1-2 qol vursaydıq, cavab matçına daha rahat hazırlaşardıq.
Artıq 3 gündən sonra bu iki komanda arasında olduqca önəmli çempionat oyunu var. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik. O matç daha fərqli keçəcək. Bu gün hər iki komandanın beynində birinci oyun idi deyə, səhvləri düzəltmək üçün vaxt var idisə, amma hamımız başa düşürük ki, 3 gündən sonra keçiriləcək qarşılaşma turnir cədvəli baxımından nə qədər önəmlidir. Düşünürük ki, o matçda rəqib daha istəkli, daha motivasiyalı olacaq. Çalışacağıq ki, bizə vacib olan qələbəni 3 gündən sonra burada qazanaq.
Bu gün qol epizodlarımız oldu, qalib də gələ bilərdik. Amma alınmadı. Artıq növbəti oyuna köklənməliyik. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam”.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun Sumqayıtda keçirilib.
Mərhələnin açılış oyununda “Sumqayıt” “Zirə”ni qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunun baş hakimi Cavid Cəlilov olub. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin qalan ilk oyunları fevralın 5-də keçiriləcək. Bu gün həm də “Sabah” – “Qəbələ” görüşü baş tutacaq.
Azərbaycan Kuboku 1/4 finalın ilk oyunu 4 fevral
“Sumqayıt” – “Zirə” 0:0 Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli. VAR: Kamal Umudlu. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini. Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 71. Masaki Murata. Baş məşqçi: Saşa İliç.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. Msport.az xəbər verir ki, ilk oyun günündə səfərdə “Sumqayıt”la qarşılaşan “Zirə” heç-heçəyə razılaşıb. […]