Normal view

Today — 19 April 2026Sport-AZ

“Real Sosyedad” İspaniya Kubokunun qalibi oldu

19 April 2026 at 02:00

San Sebastyanın “Real Sosyedad” komandası futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, sözügedən komanda finalda Madrid “Atletiko”su ilə üz-üzə gəlib.

“Estadio de La Kartuxa”da qarşılaşmış komandaların həlledici görüşündə əsas vaxt 2:2 hesabıyla yekunlaşıb. Əlavə vaxtda hesab dəyişməz qaldığı üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş basklar kubokun qalibi olublar.

Qeyd edək ki, San Sebastyan təmsilçisi tarixində 3-cü dəfə İspaniya Kubokunun qalibi olur. Sözügedən komanda daha öncə 1986/1987 və 1999/2000-ci illər mövsümlərində də oxşar uğura imza atmışdı.

İspaniya Kubokunda ən çox (32) titul qazanmış komanda isə “Barselona”dır. Kataloniya təmsilçisini “Atletik” (24) və “Real” (20) izləyirlər.

İspaniya Kuboku
Final
18 aprel

Atletiko – Real Sosyedad 2:2 (penaltilər 3:4)
Qollar: Ademola Lukman, 18. Xulian Alvares, 83 – Ander Barreneçea, 1. Mikel Oyarsabal, 45+1-pen.

İspaniya Kubokunun qalibi bilindi

19 April 2026 at 02:08

İspaniya Kubokunun qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Real Sosyedad” və “Atletiko” komandaları üz-üzə gəlib. Əsas və əlavə vaxtı bərabərliklə başa çatan görüşün qalibi penaltilər seriyasından sonra müəyyənləşib.

Son zərbələrdə dəqiq olan “Real Sosyedad” kuboku qazanıb.

İspaniya Kuboku
Final

18 aprel

Atletiko – Real Sosyedad 2:2 (penaltilər 3:4)
Qollar: A.Lukman, 19, Y.Alvares, 83 – A.Barreneça, 1, M.Oyarsabal, 45 (pen.)

Liqa 1: Marsel “Olimpik”i “Loryan”a da uduzdu

19 April 2026 at 01:00

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Lill” – “Nitsa” matçında qapılara qol vurulmayıb. İki qolun qeydə alındığı “Anje” – “Havr” görüşündə də qalib müəyyənləşməyib. “Loryan” isə Marsel “Olimpik”i ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Qeyd edək ki, 30-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
30-cu tur
17 aprel

Lans – Tuluza 3:2
Qollar: S.Abdulhamid, 61. Tomasson, 67. Qaniu, 90+1 – Kasseres, 6. Kumbassa, 13.

18 aprel

Loryan – Olimpik (Marsel) 2:0
Qollar: Katseris, 28. Dienq, 58.

Anje – Havr 1:1
Qollar: Peter, 28 – Bufal, 13.

Lill – Nitsa 0:0

19 aprel

17:00. Monako – Oser
19:15. Mets – Paris
19:15. Nant – Brest
19:15. Strasburq – Renn
22:45. PSJ – Olimpik (Lion)

Premyer Liqa: “Tottenhem” xal itirdi, MY “Çelsi”yə qalib gəldi

19 April 2026 at 00:50

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 33-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Tottenhem” – “Brayton” matçında qalib müəyyənləşməyib. “Brentford” – “Fulhem” görüşü də qolsuz yekunlaşıb.

“Lids” “Vulverhempton”u darmadağınla yola salıbsa, “Nyukasl” doğma meydanda “Bornmut”a, “Çelsi” “Mançester Yunayted”ə məğlub olub.

Turun qalan görüşləri aprelin 19-da və 20-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
33-cü tur
18 aprel

Brentford – Fulhem 0:0

Tottenhem – Brayton 2:2
Qollar: Porro, 39. X.Simons, 77 – Mitoma, 45+3. Rutter, 90+5.

Lids – Vulverhempton 3:0
Qollar: Castin, 18. Okafor, 20. Kalvert-Lyuin, 90+5-pen.

Nyukasl – Bornmut 1:2
Qollar: Osula, 68 – Tavernye, 32. Truffert, 85.

Çelsi – Mançester Yunayted 0:1
Qol: Kunya, 43.

19 aprel

17:00. Aston Villa – Sanderlend
17:00. Everton – Liverpul
17:00. Nottingem Forest – Börnli
19:30. Mançester Siti – Arsenal

20 aprel

23:00. Kristal Pelas – Vest Hem

A Seriyası: “Napoli” evdə uduzdu, “Roma” xal itirdi

19 April 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Udineze” doğma meydanda “Parma”ya, “Napoli” isə “Latsio”ya məğlub olub. İki qolun qeydə alındığı “Roma” – “Atalanta” matçında da qalib müəyyənləşməyib.

Qeyd edək ki, 33-cü turun qalan görüşləri aprelin 19-da və 20-də keçiriləcək.

İtaliya, A Seriyası
33-cü tur
17 aprel

Sassuolo – Komo 2:1
Qollar: Volpato, 42. Nzola, 44 – N.Pas, 45+2.

İnter – Kalyari 3:0
Qollar: Türam, 52. Barella, 56. Zelinski, 90+2.

18 aprel

Udineze – Parma 0:1
Qol: Elfeqe, 51.

Napoli – Latsio 0:2
Qollar: Kanselyeri, 6. Basiç, 57.

Roma – Atalanta 1:1
Qollar: Hermoso, 45 – Krstoviç, 12.

19 aprel

14:30. Kremoneze – Torino
17:00. Verona – Milan
20:00. Piza – Cenoa
22:45. Yuventus – Bolonya

20 aprel

22:45. Leççe – Fiorentina

Futzal: Azərbaycan Kubokunda finalçılar bəlli oldu

19 April 2026 at 00:30

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün yarımfinal mərhələsinin oyunları keçirilib.

Arena.az xəbər verir ki, hər iki oyun eyni günə təsadüf edib.

Əvvəlcə, mövsümü qızıl dublla başa vurmağı hədəfləmiş “Neftçi” Birinci Liqanın iddialılarından olan “Baku Fire-2” ilə gücünü sınayıb. Yüksək Liqa təmsilçisi istəyinə darmadağınla nail olub.

Növbəti görüşdə isə ötən ilin finalçıları üz-üzə gəliblər. Belə ki, PFL “Araz-Naxçıvan” ilə münasibətlərinə aydınlıq gətirib. Son ölkə çempionu da darmadağına imza ataraq finala yüksələn tərəf olub.

Qeyd edək ki, hər iki qarşılaşma “Olimpik Star”da təşkil edilib.

Beləliklə həlledici matçda “Neftçi” İK və “Araz-Naxçıvan” qarşılaşacaqlar. Oyun mayın 21-də keçiriləcək.

Futzal, Azərbaycan Kuboku
Yarımfinal
18 aprel

Baku Fire-2 – Neftçi İK 1:9
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

PFL – Araz-Naxçıvan 3:20
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Kənan Məlikov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 19:00.

Bundesliqa: “Borussiya” xalsız qaldı

19 April 2026 at 00:56

Almaniya Bundesliqasında XXX turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, açılış oyununda “Köln” səfərdə “Sankt-Pauli” ilə heç-heçə edib.

“Bayer” evdə “Auqsburq”a, “Yunion” “Volfsburq”a, “Ayntraxt” “Leypsiq”ə uduzub. Dortmund “Borussiya”sı isə “Hoffenhaym”la matçdan xalsız ayrılıb.

Almaniya Bundesliqası
XXX tur

17 aprel

Sankt Pauli – Köln 1:1
Qollar:
Mets, 69 – Valdşmidt, 86-pen.

18 aprel

Bayer – Auqsburq 1:2
Qollar:
P.Şik, 12 – Rieder, 15; 90+7-pen.

Hoffenhaym – Borussiya (Dortmund) 2:1
Qollar
: Kramariç, 42-pen; 90+8-pen – Girassi, 87.

Union Berlin – Volfsburq 1:2
Qollar:
Burke, 85 – Vimmer, 11. Peyçinoviç, 46.

Verder – Hamburq 3:1
Qollar:
Staqe, 37; 57. Puertas, 90+1 – Qlatsel, 41.

Ayntraxt – Leypsiq 1:3
Qollar:
Larsson, 34 – Diomande, 27. Nusa, 70. Harder, 81.

19 aprel

17:30. Frayburq – Haydenhaym
19:30. Bayern – Ştutqart
17:30. Borussiya (Münhenqladbax) – Maynts

Super Liqa: “Qalatasaray” səfərdə qazandı

19 April 2026 at 00:53

Türkiyə Super Liqasında XXX turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki matç baş tutub. “Konyaspor” səfərdə “Antalyaspor”a qalib gəlib. “Fənərbağça” azarkeşləri önündə son dəqiqədə buraxdığı qolla qələbəni əldən verib.

Lider “Qalatasaray” autsayder “Gənclərbirliyi” ilə matçdan qalib ayrılıb.

Türkiyə Super Liqası
XXX tur

17 aprel

Antalyaspor – Konyaspor 0:2
Qollar:
D.Qonsalves, 56. M.İbrahimoğlu, 90+6.

Fənərbağça – Rizəspor 2:2
Qollar:
Taliska, 80-pen. K.Aktürkoğlu, 86 – Soue, 47. Saqnan, 90+8.

18 aprel

Karagümrük – Eyüpspor 1:2
Qollar:
Serjinyo, 16 – Kranevitter, 39-öz qapısına. Leqovski, 44.

Kocaelispor – Göztəpə 1:1
Qollar:
S.Dursun, 90+8-pen – Janderson, 3.

Gənclərbirliyi – Qalatasaray 1:2
Qollar:
Nyanq, 66 – İkardi, 2. Y.Akgün, 35.

19 aprel

15:30. Kasımpaşa – Alanyaspor
18:00. Samsunspor – Beşiktaş
21:00. Trabzonspor – Başakşəhər

20 aprel

21:00. Qaziantep – Kayserispor

Bundesliqa: “Borussiya” da uduzdu, “Bayer” də

18 April 2026 at 23:55

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Bayer” doğma meydanda “Auqsburq”a, “Union Berlin” “Volfsburq”a, “Ayntraxt” isə “Leypsiq”ə məğlub olub. “Hoffenhaym” Dortmund “Borussiya”sını, “Verder” də “Hamburq”u xalsız yola salıb.

Qeyd edək ki, 30-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
30-cu tur
17 aprel

Sankt Pauli – Köln 1:1
Qollar: Mets, 69 – Valdşmidt, 86-pen.

18 aprel

Bayer – Auqsburq 1:2
Qollar: P.Şik, 12 – Rieder, 15; 90+7-pen.

Hoffenhaym – Borussiya (Dortmund) 2:1
Qollar: Kramariç, 42-pen; 90+8-pen – Girassi, 87.

Union Berlin – Volfsburq 1:2
Qollar: Burke, 85 – Vimmer, 11. Peyçinoviç, 46.

Verder – Hamburq 3:1
Qollar: Staqe, 37; 57. Puertas, 90+1 – Qlatsel, 41.

Ayntraxt – Leypsiq 1:3
Qollar: Larsson, 34 – Diomande, 27. Nusa, 70. Harder, 81.

19 aprel

17:30. Frayburq – Haydenhaym
19:30. Bayern – Ştutqart
17:30. Borussiya (Mönhenqladbax) – Maynts

Super Liqa: “Qalatasaray” “Gənclərbirliyi”nə qalib gəldi

18 April 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Kocaelispor” – “Göztəpə” matçında qalib müəyyənləşməyib. “Karagümrük” doğma meydanda “Eyüpspor”a, “Gənclərbirliyi” isə “Qalatasaray”a məğlub olub.

30-cu turun qalan görüşləri aprelin 19-da və 20-də keçiriləcək.

Türkiyə, Super Liqa
30-cu tur
17 aprel

Antalyaspor – Konyaspor 0:2
Qollar: D.Qonsalves, 56. M.İbrahimoğlu, 90+6.

Fənərbağça – Rizəspor 2:2
Qollar: Taliska, 80-pen. K.Aktürkoğlu, 86 – Soue, 47. Saqnan, 90+8.

18 aprel

Karagümrük – Eyüpspor 1:2
Qollar: Serjinyo, 16 – Kranevitter, 39-öz qapısına. Leqovski, 44.

Kocaelispor – Göztəpə 1:1
Qollar: S.Dursun, 90+8-pen – Janderson, 3.

Gənclərbirliyi – Qalatasaray 1:2
Qollar: Nyanq, 66 – İkardi, 2. Y.Akgün, 35.

19 aprel

15:30. Kasımpaşa – Alanyaspor
18:00. Samsunspor – Beşiktaş
21:00. Trabzonspor – Başakşəhər

20 aprel

21:00. Qaziantep – Kayserispor

Qurban Qurbanov: “Buna göz yuma bilmərik”

18 April 2026 at 23:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 28-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Ağdam təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”ı təbrik edirəm. Onlara uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Əvvəlki oyunlar daha bolqollu olmuşdu. Bu gün də yaxşı mübarizə oldu, sonluqlar çatmadı. Daha yaxşı oynamalıydıq, daha yaxşı oynaya bilərdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. “Sabah” qalibiyyəti haqq etdi. Qarşıda sıx qrafikimiz var. Pozitiv notlarla irəliyə baxmalıyıq. Komandanın əvvəlki istəyini, oyun intizamını geri qaytarmalııq.

Bəzi oyunçuların performansında çatışmazlıqlar var idi. Məşqlər pis getmir. Bəli, bir az çatışmazlıqlar, gərginliklər var. Bunu səbəb olaraq demək istəmirəm. Çempionlar Liqasında yaxşı nəticələr oldu. Yenidən çempionata köklənə, öz tempimizi geri qaytara bilmədik. Burada bəzi səbəblər var. Sanki daha çox bir yerdə məşq etməyimizə ehtiyac var idi. Amma neçə ay idi 3-4 gündən bir oyuna çıxırdıq. Oyun keyfiyyətimiz əvvəlki kimi deyildi. Bu, səbəb deyil, sadəcə, bizə mane olan məqamlardan biridir. İllər boyu bu cür oynamışıq. “Sabah” hazırda daha aktivdir, kompleks olaraq daha hazırlıqlıdırlar. Çempionatda get-gedə hamı bir-birini tanıyır. Bir komandaya qarşı bir neçə oyun keçirdikdə, ona qarşı daha inamlı olursan. Biz çempionata istədiyimiz kimi hazır ola bilmədik. Sanki bütün fikir ÇL-ə yönəlmişdi. Hər iki cəbhədə öz oyunmuzu qoruyub-saxlaya bilmədik. Görünən odur ki, mən yox, kollektivdə psixoloji olaraq yorğunluq var. Normal haldır. Dünya təcrübəsində də var. Önə pozitiv baxmalı, çatışmazlıqları aradan qaldırmalıyıq”.

“Bəlkə də oyunçularımı daha çox incələməliyəm…”

Qurban Qurbanov Sami Mmaedən sonra Abbas Hüseynov və Elvin Cəfərquliyevin də əvəzedici heyətə göndərilməsinə belə aydınlıq gətirib:

“Bu günə kimi bağışlaya-bağışlaya kimi gəlmişik. Özümüz də bu yolu keçmişik, özümüz də futbolçu kimi səhv etmişik, cərimələnmişik. Bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-arılıqda bu cür rəqiblərə qarşı, bu cür yükün altına girməyi düşünmürlər ki, bizi qarşıda hansı vacib oyunlar gözləyir. Məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox detallar var. İlk hal deyil, bəzi oyunçuları cərimələmişik. Qarşıdakı gedişata baxacağıq. Çox futbolçunu bu günə qədər bağışlamışıq. Mən istənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunun belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin üçün orada oturma, burada otur, o çağrsın-bu çağırsın… ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyunda yüksək performans o demək deyil ki, missiyan tamamlandı. Bu, “Qarabağ”dır. Bir-iki oyun udursan, bir itirilmiş xal sənə mane olur. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı “Qarabağ”dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik. Bu gün mən oyundan razı qalmadım. Uduzduğumuz əvvəlki matçdan razı qalmışdım. Bu oyundan öncə 4-5 məşq etmişdik. Bəlkə də oyunçularımı daha çox incələməliyəm…”

Qurban Qurbanov Sami Mmaenin artıq Zaqreb “Dinamo”suna geri qayıtdığı barədə xəbərlərə də aydınlıq gətirib:

“Onu əvəzedici heyətə göndərmişdik. Klubu ilə razılığa gəliblər. Zaqrebə hələ qayıda bilməz. Razılığa gəldik ki, bizim əvəzedici heyətdə məşq etməyə də bilər. Qarşılıqlı imza atılıb ki, bir-birimizə etirazımız yoxdur”.

“Qarabağ” – “Sabah” 0:1 – Video

18 April 2026 at 22:30

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Qarabağ” – “Sabah” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
28-ci tur
18 aprel

“Qarabağ” – “Sabah” 0:1
Qol: Abdulla Xaybullayev, 45.
Qolla nəticələnməyən penalti: Coy Lens Mikels, 13.
Sarı vərəqələr: Mateus Silva, 11 (qeyri-idman hərəkəti). Kamilo Duran, 90+5 (qeyri-idman hərəkəti) – Stiv Solvet, 20 (qeyri-idman hərəkəti). Velko Simiç, 29 (qeyri-idman hərəkəti), Akim Zedadka, 52 (hakimin qərarına etiraz). Stas Pokatilov, 82 (oyunun bərpasının ləngidilməsi).
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Valdas Dambrauskas, 57 (hakimin qərarına etiraz). Eddi Volter Kardoso, 57 (hakimin qərarına etiraz).
Qırmızı vərəqə: Abdulla Xaybullayev, 47 (ciddi qayda pozuntusu).
Artırılan vaxt: Birinci hissədə – 1 dəqiqə, ikinci hissədə – 5 dəqiqə.
Saat 19:30. Tofiq Bəhramov adına Respublika stadionu, 17338 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: İnqilab Məmmədov.
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.

Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov (8. Marko Yankoviç, 69), 10. Abdullah Zubir (k) (11. Emmanuel Addai, 82), 81. Kevin Medina, 20. Kadi Borges (22. Musa Qurbanlı, 69), 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt (55. Bədavi Hüseynov, 80), 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels (9. Xəyal Əliyev, 90+1), 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 11. Kahim Parris (22. Zinedin Uld Xaled, 55), 19. Aaron Maluda (5. Rəhman Daşdəmirov, 55).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 70. Jesse Sekidika, 99. Patrik Mbina, 53. Andrey Santos, 83. Stefan Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Dambrauskas: “Hesabda öndə olmağa layiq idik”

18 April 2026 at 22:00

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 28-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamı təbrik edirəm. Xüsusilə də oyunçularımı. Çox güclü rəqibin meydançasında, avrokuboklarda qrup mərhələsində çıxış etmiş komandaya səfərdə qalib gəlmək çox çətin idi. Öz oyunçularıma böyük hörmətlə yanaşıram. Bilirdik ki, bizim üçün ağır oyun olacaq. Birinci hissədə daha çox istəkli olan, istədiklərini həyata keçirən tərəf biz idik. İkinci hissədə komandamın verdiyi reaksiya xoşuma gəldi. Hesabda öndə olmağa layiq tərəf biz idik. Oyunçularım boşluqları bağladılar, rəqib heç nə ilə yadda qalmadı. İkinci hissədəki oyun nümunəvi idi. Hansısa akademiyalarda, hansısa məşqçi kurslarında göstəriləcək oyundur. Sabahdan etibarən bərpa məşqlərimizə başlayacağıq. Kubokun yarımfinalında da eyni rəqiblə qarşılaşacağıq. Hər iki komandanın böyük istəyi var. Final təcrübəsi yaşamağı çox istəyirik.

Bu futbolçuları məşq etdirməkdən məmnunam. 26-27 oyundur ki, uduzmuruq. Sizi bizim məşqlərə dəvət etsəm, məşqlərdəki intensivliyin, mübarizliyin bəzən oyunlardakından da çox olduğunu görərsiniz. Bu davranış belə qələbələrdə açardır. Hamısı mənim oyunçularımın əməyidir.

Hazırda avrokuboklar barədə düşünmürük. Avropada necə olacaq, məsuliyyətimiz necə olacaq, hazırda mənim üçün önəmli deyil. Heç bilmirik ki, hansı komandalarla düşəcəyik. Daha çox öz oyunlarımıza köklənirəm. Səhvlərimizi axtarıram. Biz çərşənbə günü çox yaxşı çıxış edib, finala çıxmaq istəyirik”.

Qurbanov: “Buna göz yuma bilmərik”

18 April 2026 at 23:00

Misli Premyer Liqasının XXVIII turunun “Qarabağ” – “Sabah” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Əvvəlki oyunlar daha bolqollu olmuşdu. Bu gün də yaxşı mübarizə oldu, amma sonluqlarda çatışmazlıq yaşandı. Daha yaxşı oynaya bilərdik, əfsuslar olsun ki, bunu bacarmadıq. “Sabah” qalibiyyəti haqq etdi. Qarşıda sıx qrafikimiz var. Pozitiv notlarla irəliyə baxmalıyıq. Komandanın əvvəlki istəyini,oyun intizamını geri qaytarmalııq. Bəzi oyunçuların performansında çatışmazlıqlar var idi.

– Bəzi futbolçular meydanda sürüşürdü. Bu, nə ilə bağlı idi?

– Deməmişdim sürüşəsiniz (gülür). Bəlkə onlar olan yer sürüşkən idi. Daha möhkəm dayanmaq lazımdır.

– Elvin, Abbas, Sami, bu futbolçular ikinci komandaya göndərilib. Növbəti oyun üçün rəqibləri analiz edirsiniz. Bu qədər yüklənmənin fonunda bezdiyiniz, yorulduğunuz an olur? Özünüzü necə hiss edirsiniz?

– Məşqçi olaraq yorulmağı düşünməli deyiləm. Bəli, bir az çatışmazlıqlar, gərginliklər var. ÇL-də yaxşı nəticələr oldu. Yenidən çempionata köklənə bilmədik, öz tempimizi də geri qaytara bilmədik. Burada bəzi səbəblər var. Sıx qrafik… Sanki daha çox bir yerdə məşq etməyimizə ehtiyac var idi. Amma artıq neçə ay idi 3-4 gündən bir oyuna çıxırdıq. Oyun keyfiyyətimiz əvvəlki kimi deyildi. Lakin bunlar nəticələrə bəhanə ola bilməz, sadəcə təsir edən amillərdir. İllər boyu bu cür oynamışıq. “Sabah” daha aktivdir, kompleks baxımından daha yaxşı hazırlanıb. Çempionatda isə zaman keçdikcə hamı bir-birini tanıyır. Eyni rəqiblə bir neçə dəfə qarşılaşdıqda, ona qarşı daha inamlı olursan. Çempionatda komandalar öz qabiliyyətlərini daim təkmilləşdirirlər. Açığı, çempionata istədiyimiz kimi hazır ola bilmədik. Sanki fikir ÇL-ə köklənmişdi. Hər iki cəbhədə öz oyunmuzu qoruyub-saxlaya bilmədik. Görünən odur ki, təkcə mən yox, kollektivdə də psixoloji yorğunluq var. Bu, normal haldır. Dünya təcrübəsində də belə hallar olur. Bir məşqçi olaraq, gələcəyə pozitiv  baxmalıyıq. Çatışmazlıqları isə aradan qaldırmalıyıq.

– Elvin Cəfərquliyevi bağışlamaq olar?

– Hələ ki bilmirəm. Bu günə qədər bağışlaya-bağışlaya gəlmişik. Özümüz də bu yolu keçmişik, futbolçu kimi səhvlər etmişik, cərimələnmişik və bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-arılıqda bu cür rəqiblərə qarşı və bu cür yükün altına girərkən qarşıda onları hansı vacib oyunların gözlədiyini bəzən nəzərə almırlar. Məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox detallar var. Bu, ilk hal deyil, bəzi oyunçular cərimələnib. Qarşıdakı gedişata baxacağıq. Bu günə qədər bir çox futbolçunu bağışlamışıq.

– Elvinə demişdiniz ki, düzəlməsən, səni komandadan göndərəcəm. İndi də əvəzedici heyətə göndərəcəksiniz. Onun problemi nədir? 

– Sevindirici tərəfi odur ki, nə var onu danışıb, onu deyib. Söhbətimiz olub və s.  İstənilən futbolçunun arxasındayam. Bu günə qədər elə hal olmayıb ki, hansısa futbolçunun inkişafını, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunun belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş dövrü olur ki, həmin vaxt futbolçu daha möhkəm və xarakterli olmalıdır. O, ÇL-də turun oyunçusu da seçilib.

Futbolçulara hər zaman deyirəm, bir oyunla missiya tamamlanmır. Bu, “Qarabağ” klubudur. Bir-iki oyun qalib gəlməklə deyil, bəzən bir xal belə sənə mane ola bilər. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanma məsələsinə gəldikdə isə, proses davam edir.

Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı “Qarabağ”dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik. Bu gün oyundan razı qalmadım. Məğlub olduğumuz əvvəlki matçdan razı qalmışdım. Bugünkü oyun üçün 4-5 məşq birlikdə keçirmişdik.  Bəlkə oyunçularımı daha dərindən analiz etməliyəm – həm yaşam tərzini, həm də hərtərəfli hazırlığını.

– Sami Mmae “Dinamo”ya geri qayıdıb?

– Onu əvəzedici heyətə göndərmişdik. Klubu ilə razılıq əldə olunub. Zaqrebə hələ qayıda bilməz. Razılığa gəldik ki, bizim əvəzedici heyətlə də məşq etməyə bilər. Qarşılıqlı imza atılıb, bir-birimizə qarşı heç bir etirazımız yoxdur.

– “Qarabağ”ın “Sabah”la kubok oyunundan nə gözləyirsiniz? Heyətdə dəyişikliklər olacaq? 

– Böyük ehtimalla olacaq. Çox hazırlıqlı komandaya qarşı oynayacağıq. Nələrisə dəyişəcəyik. Sona qədər mübarizə aparacağıq.

– “Qarabağ”ın çempionluğu əldən verməsi azarkeşlərin etirazına səbəb olub. Əsasən də sosial şəbəkələrdə…

– Sosial şəbəkələrdə kimlər yazır, bilinmir. Bizim azarkeşlərimiz xeyli saydadır, stadiona gələn də olur, gəlməyən də. Daim yanımızda olan azarkeşlərimiz var. Mənə neqativ bir şey gəlib çatmayıb. Azarkeşlərimiz böyük təcrübəyə sahibdirlər, onların baxış bucağı da fərqlidir. Bilirlər ki, 3-4 il uğur varsa, sonra hansısa dəyişiklik ola bilər. Etiraz varsa, bu da normaldır. Əlavə fikir bildirmək niyyətində deyiləm. Hamısı özümüzünküdür.

– Bir neçə gün əvvəl doğum gününüz oldu. Özünüzə nə arzu etdiniz?

– Doğum günüm üçün özümə xüsusi bir arzu etmirəm. Allahıma şükür edirəm ki, dünyaya gəlmişəm və yaşayıram. Həmişə yalnız sağlamlıq arzulayıram.

Şahin Cəfərov 

Dambrauskas: “Qələbəyə layiq idik”

18 April 2026 at 22:37

Misli Premyer Liqasının XXVIII turunun “Qarabağ” – “Sabah” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Komandamı, oyunçuları təbrik edirəm. Çox güclü rəqibin meydançasında, avrokuboklarda qrup mərhələsində çıxış etmiş komandaya səfərdə qalib gəlmək olduqca çətin idi. Oyunçularım böyük hörmətə layiqdir. Bilirdik ki, bizim üçün ağır oyun olacaq. Birinci hissədə daha çox istəkli olan və planını həyata keçirən tərəf biz idik. Penalti qazandıq, lakin yararlana bilmədik. Buna baxmayaraq, ruhdan düşmədik. İkinci hissədə 50 dəqiqə azlıqda oynadıq və rəqibə ciddi epizod vermədik. Demək olar, nə iləsə yadda qalmadılar. Komandam bu qələbəyə layiqdir. Sabahdan etibarən bərpa məşqlərimizə başlayacağıq. Yarımfinalda eyni rəqiblə qarşılaşacağıq. Hər iki komandanın böyük istəyi var. Final təcrübəsi yaşamağı çox istəyirik.

– “Qarabağ” həm avrokuboklarda, həm çempionatda rəqib qapısı qarşısında rahat epizod yarada bilir. Bu gün onların qarşısını necə aldınız? Hansısa xüsusi detal var idi?

– Detallar barədə danışsaq, çərşənbəyə qədər danışaram. Bu detalları icra etmək üçün mənə görə iki ən önəmli prinsip var. Bunlardan biri ürəyini meydanda qoymaqdır. Taktiki çox şey danışa bilərsən. Amma oyunçular qaçmayacaq, fokuslanmayacaqsa, oyuna köklənməyəcəklərsə, xeyri olmayacaq. Onların motivasiyası çox önəmlidir. İkincisi, formalarındakı adlarıdır. Bunun üçün oynamalıdırlar. Elə etməlidirlər ki, ailələri, övladları, hər kəs onlarla qürur duysun. Bu qrup futbolçuları məşq etdirməkdən məmnunam. 26-27 oyundur ki, məğlub olmuruq. Sizi bizim məşqlərə dəvət etsəm, görərsiniz ki, bəzən məşqlərdəki intensivlik, mübarizlik oyunlardakından da çox olur. Bu davranış belə qələbələrdə açardır. Hamısı mənim oyunçularımın əməyidir.

– “Sabah”ın Çempionlar Liqasında üzərinə böyük məsuliyyət düşəcək. Sizcə, komanda bunun öhdəsindən gələ biləcək?

– İndi bu barədə düşünmürük. Avropada necə çıxış edəcəyimiz, məsuliyyətimizin nə olacağı indi mənim üçün önəmli deyil. Heç bilmirik ki, hansı komandalarla düşəcəyik. Daha çox öz oyunlarımıza köklənirəm, səhvlərimizi axtarıram. Çərşənbə günü yaxşı çıxış edib yenidən finala yüksəlməliyik.

– Mikelsin durumu necədir?

– Tibbi heyətlə bu barədə danışmalıyam. Ciddi zədəyə oxşayır. Xəstəxanaya aparırlar indi. Sonra nələrsə bilmək olar.

– Dediniz ki, məşqlərimizə gəlsəniz, futbolçularımızın döyüşkənliyini görərsiniz. Təklif edirəm ki, “Qarabağ”la oyundan əvvəl media və azarkeşlər üçün açıq məşq keçirəsiniz..

– Hazırda bizdə intensiv məşqlər olmayacaq, çünki iki bərpa məşqi keçəcəyik. Məndən asılı deyil, rəhbərliklə danışmaq olar. Niyə də olmasın? “Qarabağ”la oyundan əvvəl söz verə bilmərəm, amma digər oyunlardan qabaq bunu danışmaq mümkündür.

– Xaybulayev həm qol vurdu, həm qırmızı vərəqə aldı. Sizcə, Xaybulayev qəhrəmandır, yoxsa antiqəhrəman?

– Bunu həmişə paltardəyişmə otağında da demişəm, o, bizim üçün çox önəmli oyunçudur. Abdulla məşqdə təkcə ürəyini yox, bədənin bütün hüceyrələrini verir. Çox yaxşı oynayır, çox səbirli futbolçudur. Ona ehtiyacımız olduğu anda meydanda 100 yox, 110 faizini verəcək biridir.

Hamıya deyirəm ki, hazır olsunlar, yaranan fürsətlərdən istifadə etsinlər. Bilirdik ki, Umarali bu gün oynamayacaq. Abdulla da bu imkandan yaxşı yararlandı. O, bizim üçün nümunəvi oyunçudur. İkinci hissədə isə bir balaca bizə zərər verdi, nəticədə 10 nəfərlə qaldıq. Qırmızı vərəqələr, səhvlər futbolun bir parçasıdır. Amma biz heç vaxt oyunçularımızı günahlandırmırıq; çalışırıq ki, onların səhvlərini düzəldək və onlara düzgün yolu göstərək. Fikrimcə, Abdulla komandamız üçün önəmli oyunçudur.

Şahin Cəfərov 

Gənc türkiyəli Avropa klublarının radarında

18 April 2026 at 22:17

Məxsus olduğu “Hoffenhaym” tərəfindən “Holştayn Kil”ə icarəyə verilən 21 yaşlı Umut Tohumcu göstərdiyi oyunla Avropa klublarının radarına düşüb.

Futbolpress.az insayder Rudi Qalettiyə istinadən xəbər verir ki, Almaniyanın bütün aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş Umut Tohumcu ilə İtaliyanın “Torino” klubu ciddi şəkildə maraqlanır.

Turin təmsilçisinin skautları artıq bir neçə həftədir ki, gənc yarımmüdafiəçini yaxından izləyirlər.

Bir müddət adı “Qalatasaray”la da hallanan Umut, yeni klubunda sürətlə uyğunlaşıb, Bundesliqa 2-də çıxdığı 10 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

​Mütəxəssislər 21 yaşlı futbolçunun mövsüm sonunda daha böyük bir kluba transfer olunacağını ehtimal edirlər.

Yesterday — 18 April 2026Sport-AZ

Premyer Liqa: “Qarabağ” “Sabah”a yenə uduzdu

18 April 2026 at 21:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması son çempion “Qarabağ”la lider “Sabah” arasında baş tutub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş turun mərkəzi oyununu Elçin Məsiyev idarə edib. Oyunun taleyini bir qol həll edib. Paytaxt təmsilçisi əsas rəqibini bu oyunda da məğlub etməklə çempionluğa daha da yaxınlaşıb. 10 nəfərlə qalmış rəqibi ilə bacarmayan son çempion isə qızıl medalları “Sabah”a “hədiyyə edib”.

Daha öncə “Araz-Naxçıvan” “Turan Tovuz”a uduzub (0:3), “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib (1:1), “Karvan” isə “Şamaxı”nı məğlub edib – 1:0. “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” oyunları sabah keçiriləcək.

Premyer Liqa
28-ci tur
18 aprel

“Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydıyev, 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 83. Stefan Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Manuel Lokatelli “Yuventus”la yeni müqavilə imzaladı

18 April 2026 at 21:00

Futbol üzrə İtaliya millisinin və “Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli Turin klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İtaliya millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulmuş yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2028-ci ilin 30 iyununda bitəcəkdi.

Xatırladaq ki, “Yuventus” Lokatellini 2023-cü ilin iyulunda 36,4 milyon avro qarşılığında “Sassuolo”dan transfer edib.

Cari mövsümdə Lokatelli “Yuventus”un heyətində 41 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Lokatellinin “qoca sinyoranın” heyətində ümumi statistikası isə belərdir: 224 oyun, 9 qol, 17 məhsudlar ötürmə.

Lokatelli daha öncə “Sassuolo”dan başqa yetirməsi olduğu “Milan”ın da formasını geyinib.

Manuel Lokatelli 2020-ci ilin sentyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyuna 3 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Manuel “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa çempionatının (AÇ-2020) qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı Manuel Lokatellini 25 milyon avro məbləğində qiymətləndirir.

“Bizə olan ümidləri doğrultmağa çalışdıq”

18 April 2026 at 21:16

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Rövşən Qasımov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə evdə keçirilən oyundan (2:0) sonra mətbuat konfransında fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:

“Çox gözəl atmosfer var idi. Bizə olan ümidləri doğrultmağa çalışdıq. İnanıram ki, azarkeşlər oyundan zövq aldılar. Komandadan razı qaldıq, qızlar bütün tapşırıqları yerinə yetirdilər. Qarşıda bizi çox vacib matçlar gözləyir. İyunda Macarıstan və Şimali Makedoniya yığmaları ilə qarşılaşacağıq. Bundan sonra tam olaraq həmin görüşlərə köklənəcəyik”.

Rövşən Qasımov: “Bizə olan ümidləri doğrultduq”

18 April 2026 at 20:30

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Rövşən Qasımov Andorra yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsi çərçivəsində Masazırda üz-üzə gəliblər.

Azərbaycan milli komandası bu görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Baş məşqçi Siyasət Əsgərov cəzalı olduğu üçün bu görüşdə komandanın sükanı arxasında olmayıb. Onun əvəzində mətbuat konfransına qatılmış Rövşən Qasımov bunları söyləyib:

“Çox gözəl atmosfer var idi. Bizə olan ümidləri doğrultmağa çalışdıq. İnanıram ki, azarkeşlər oyundan zövq aldılar. Komandadan razı qaldıq, qızlar bütün tapşırıqları yerinə yetirdilər. Qarşıda bizi çox vacib matçlar gözləyir. İyunda Macarıstan və Şimali Makedoniya yığmaları ilə qarşılaşacağıq. Bundan sonra tam olaraq həmin görüşlərə köklənəcəyik”.

Yüksək Liqa: “Xilasedici” ölkə çempionu oldu

18 April 2026 at 20:00

Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026 mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, yarışın sonuncu günündə bütün mükafatçıların adına aydınlıq gəlib.

Həlledici oyunların hər ikisi Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində təşkil olunub.

İlk olaraq üçüncü yer uğrunda qarşılaşma keçirilib. “Neftçi” “Murov”la üz-üzə gəlib. Qarşılaşma “Neftçi”nin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:17, 25:17, 25:13). Beləcə, bu komanda çempionatın bürünc medallarına sahib çıxıb.

Daha sonra final qarşılaşması baş tutub. Həlledici oyunda “Xilasedici” və “Ordu” komandaları qarşılaşıblar. Final görüşü “Xilasedici”nin qələbəsi ilə yekunlaşıb – 3:1 (24:26, 25:16, 27:25, 25:21). Beləliklə, sözügedən komanda ölkə çempionu adına sahib çıxıb.

Yüksək Liqa
18 aprel

Üçüncü yer uğrunda oyun

“Neftçi” – “Murov” 3:0 (25:17, 25:17, 25:13)
Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzi.

Final

“Xilasedici” – “Ordu” 3:1 (24:26, 25:16, 27:25, 25:21)


Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzi.

“D” kateqoriyalı məşqçi kursları başa çatdı

18 April 2026 at 20:11

AFFA-nın təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində UEFA-nın “HatTrick” proqramı çərçivəsində “D” kateqoriyalı məşqçi kursları keçirilib.

Futbolpress.az xəbər verir ki, kursa Neftçala rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən 25 nəfər fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlərin əsas məqsədi iştirakçıların kütləvi futbol sahəsində bilik və bacarıqlarının artırılması, uşaq və yeniyetmələrlə işləyərkən müasir yanaşmaların tətbiqinin təşviqi olub. Kursun açılış günündə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı iştirakçılarla görüşərək proqramın məzmunu və məqsədləri barədə ətraflı məlumat verib, onlara uğurlar arzulayıblar.
Təlimlər AFFA-nın məşqçi kursları üzrə təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən aparılıb. Kurs çərçivəsində “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər aktual mövzular üzrə nəzəri biliklər təqdim olunub. Sessiyalar interaktiv müzakirələrlə müşayiət olunaraq müxtəlif yanaşmaların müqayisəli şəkildə təhlilinə imkan yaradıb.

İkinci gün nəzəri və praktiki hissələrdən ibarət olmaqla təşkil edilib, iştirakçılar meydanda keçirilən məşqlərdə fəal iştirak edərək təlimçilər tərəfindən təqdim olunan metodikaları birbaşa tətbiq ediblər.
Kursun yekununda iştirakçılara müvafiq lisenziyalar verilib. Lisenziyaları iştirakçılara Fərrux İsmayılov və İlham Əzizzadə təqdim ediblər.

Qeyd edək ki, bu cür təşəbbüslər regionlarda futbolun kütləviliyinin artırılması, həmçinin məktəblərdə futbolun inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan çempionu məlum oldu

18 April 2026 at 19:46

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında çempion məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Xilasedici” “Ordu” ilə üz-üzə gəlib.

Matçda 3:1 hesabıyla qalib gələn “Xilasedici” ölkə çempionu adını qazanıb.

 

DÇ-2027: Millimiz Andorraya Masazırda da qalib gəldi

18 April 2026 at 19:30

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer almış millimiz dördüncü sınağında Andorra yığması ilə qarşılaşıb.

Siyasət Əsgərovun rəhbərlik etdiyi komandamız bu rəqibi ilə “Masazır Arena”da üz-üzə gəlib.

Andorraya qarşı bir neçə gün öncə səfərdə keçirdiyi oyundan 3:1 hesablı qələbə ilə ayrılmış millimiz bu uğurun davamını ev oyununda da gətirmək istəyirdi. Futbolçularımız buna inamlı qələbə ilə nail olublar. Komandamızın heyətində qolları 12-ci dəqiqədə Yeliz Açar və 64-cü dəqiqədə Esra Manya vurublar.

Bu gün keçirilmiş qrupun digər oyununda Macarıstan yığması öz meydanında Şimali Makedoniya seçməsi üzərində 7:0 hesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra Macarıstan 10 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 3 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığmasına qarşı keçirəcək.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
18 aprel

Azərbaycan – Andorra 2:0
Qollar: Yeliz Açar, 12. Esra Manya, 64.
Hakimlər: Vesna Miletiç, Merima Homaraç, Nevena Markoviç, Senida Petak (hamısı Bosniya və Herseqovina).
“Masazır Arena”. Saat 17:00.

“Karvan” – “Şamaxı” 1:0 – Video

18 April 2026 at 19:00

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Karvan” – “Şamaxı” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
28-ci tur
18 aprel

“Karvan” – “Şamaxı” 1:0
Qol: Coy Sleyd Mikels, 38
Sarı vərəqələr: Mois Nqvisani, 84 (oyunun bərpasının ləngidilməsi). Eltun
Turabov, 90+1 (qeyri-idman hərəkəti) – Rikardo Apolinario, 49 (qeyri-idman
hərəkəti). Andrey Tırkovyanu, 88 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Fizuli Məmmədov, 69 (hakimin qərarına
etiraz).
Artırılan vaxt: Birinci hissədə – 3 dəqiqə, ikinci hissədə – 6 dəqiqə.
Saat 15:30. Yevlax şəhər stadionu, 3000 tamaşaçı.

Baş hakim: Emin Əliyev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Müslüm Əliyev.
Dördüncü hakim: Rəşad Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov (37. Mois Nqvisani, 73), 14. Uğur Cahangirov (11. Kayl Spens, 39 / 10. Samuel Durrant, 82), 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 82), 2. Şakil Sno, 8. Peter Kinqs (19. Tompson Qavi, 73), 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 4. Olavale Doyeni.
Baş məşqçi: Fizuli Məmmədov.

Şamaxı: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov (k) (77. Nihat Mehralıyev, 87), 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 87), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov (8. Alfons Msanqa, 60), 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev (80. Həbib İsmayılov, 46), 13. Rikardo Apolinario (19. Abdullahi Şuaybu, 73), 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 2. Abdulla Rzayev, 21. Bilal İsmayılov, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes.
Baş məşqçi: Ayxan Abbasov.

Füzuli Məmmədov: “Komanda sanki yumruğa çevrilib”

18 April 2026 at 18:30

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə meydan sahibləri qələbə qazanıblar – 1:0.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun olacağını bilirdik. “Şamaxı” çempionatın ən möhkəm komandasıdır. Xüsusilə, standart vəziyyətlərdə yaxşı oynayırlar. Gərgin matç keçdi. Yaxşı hazırlaşmışdıq. Uşaqlar tapşırıqları maksimum yerinə yetirdilər. Futbolçularım mərdlik göstərdilər. Onlara təşəkkür edirəm. Bu gün meydanda çox əzmkar oynadılar.

Futbolçularda inam yaranıb. Məşqlərdə bunu hiss edirəm. Qarşıdakı oyunlarda da qələbə qazanmaq istəyirik. Bundan öncəki oyunlarda da yaxşı oynamışıq. Sadəcə, son iki matçda komanda sanki yumruğa çevrilib. Qələbələrin davamını gözləyirəm”.

Ayxan Abbasov: “Məğlub olanda çox suallar yaranır”

18 April 2026 at 18:00

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 28-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Şamaxı”nın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. “Karvan” son matçlara final kimi baxır. Motivasiyaları yüksəkdir. Bundan öncəki matçda da əzmkarlıqları görünürdü, bu gün də göründü. Oyun əlimizdə idi, dominantlıq edirdik, amma qol vura bilmədik. Bir çox oyunlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı çatışmadı. Çox işləməlidirlər. Buna baxmayaraq, isti havada 90 dəqiqə vuruşmaq, ruhdan düşməmək, hücum etmək, son saniyəyə qədər epizoda girmək yaxşı göstəricidir. İstəyərdik ki, qalib gələk və turnir cədvəlində irəliləyək. Olmadı.

Rəqib də tempi yüksəltməyimizi istəmirdi. Bu da normaldır. İkinci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçuları meydana buraxdıq. Amma bu da yetərli olmadı. Birinci hissədə də 3 real qol vəziyyətimiz var idi. Futboldur da, olur. Qarşıdakı matçlara baxacağıq.

Motivasiya baxımından bizdə problem yox idi. Bu, olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər. Sadəcə, dediyim məqamlarda yetərli olmadılar. Xüsusən də gənc futbolçuların epizodları var idi. Məşqlərdə də yaxşıdırlar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq. Rəqib isə daha mübariz görünə bilərdi”.

Ayxan Abbasov bir müddət öncə “Şamaxı”dan ayrılacağının siqnalını vermişdi. O, bunun komandaya təsirinə dair sualı da cavablandırıb:

“Məncə, daha əksinə ola bilər. Futbolçular daha məsuliyyətli olmalıdırlar. Çünki mövsümün sonu yaxınlaşır. Müqaviləsinin müddəti başa çatan futbolçular var. Futbolçular mövsümün sonuna yaxın özlərini göstərmək istəyirlər. İnanmıram ki, bu açıqlamanın təsiri olsun. Məğlub olanda çox suallar ortaya çıxır”.

Azərbaycan yığmasından inamlı qələbə

18 April 2026 at 19:22

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşıb. Bakıdakı “Bank Respublika Arena”da təşkil olunan görüş Siyasət Əsgərovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 12-ci dəqiqədə Yeliz Açar və 64-cü dəqiqədə Esra Manya vurublar.

Qrupun digər oyununda Macarıstan yığması öz meydanında Şimali Makedoniya seçməsi üzərində 7:0 hesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra Macarıstan 10 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 3 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığmasına qarşı keçirəcək.

“Futbolçularım mərdlik göstərdilər”

18 April 2026 at 18:51

Misli Premyer Liqasının XXVIII turunun “Karvan-Yevlax” – “Şamaxı” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Çətin oyun olacağını bilirdik. “Şamaxı” çempionatın ən möhkəm komandasıdır. Xüsusilə, standart vəziyyətlərdə yaxşı oynayırlar. Gərgin matç keçdi. Yaxşı hazırlaşmışdıq. Uşaqlar tapşırıqları maksimum yerinə yetirdilər. Futbolçularım mərdlik göstərdilər, onlara təşəkkür edirəm. Bu gün meydanda çox əzmkar oynadılar.

– Bu qələbə növbəti oyunlara motivasiya baxımından necə təsir edəcək?

– Əlbəttə, yaxşı təsiri olacaq. Futbolçularda inam yaranıb. Məşqlərdə bunu hiss edirəm. Qarşıdakı oyunlarda da qələbə qazanmaq istəyirik.

– Kayl Spensin yoxluğu nə ilə bağlı idi? 
– Zədəsi var idi. Tək o deyil, bir-iki oyunçumuz da iynə ilə oynadılar.

– Son iki matçda nəyi dəyişmisiniz ki, qələbələr gəlir? 
-Bundan öncəki oyunlarda da yaxşı oynamışıq. Sadəcə son iki matçda komanda sanki yumruğa çevrilib. Qələbələrin davamını gözləyirəm.

Şahin Cəfərov 

“Qarabağ” – “Sabah”: heyətlər

18 April 2026 at 18:34

“Sabah” Misli Premyer Liqasının XXVIII turunda “Qarabağ”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir, saat 19:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: 99. Mateus Koxalski 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

“Sabah”: 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 83. Stefan Ende

Baş məşqçi: Valdas Dambrauskas

Ayxan Abbasovdan məğlubiyyətə şərh

18 April 2026 at 18:00

Misli Premyer Liqasının XXVIII turunun “Karvan-Yevlax” – “Şamaxı” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Bilirdik ki, rəqib son oyunlara final kimi baxır- motivasiyaları var idi. Çox epizodlar qaçırırıq. Bütün oyun üstünlüyümüzlə keçir, amma şanslardan yararlana bilmirik. Belə oyunlarımız çox olur. Bəlkə də, futbolçuların ustalığı çatmır. Yenə də son saniyəyə qədər mübarizə apardıq, epizodlara girdik. Qələbə qazanmaq istəyirdik, amma alınmadı.

– İki fərqli hissə izlədik. Birinci hissədə temp yüksək deyildi. Fasilədən sonra rəqibi təzyiq altında saxladınız. Bu, sizi tapşırığınız idi?

– Hava isti idi, bu, tempin yüksək qalmasına imkan vermirdi. Rəqib də sürətin artmasını istəmirdi. Bu, normaldır. İkinci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçular meydanda oldu. Amma bu da yetərli olmadı.

– Komandada motivasiya yox idi. Bu da işinizin öhdəsindən erkən gəlməyin fəsadlarıdır? 

– Motivasiya baxımından bizdə problem yox idi. Bu olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər. Sadəcə dediyim məqamlarda yetərli olmadı. Xüsusən də gənc futbolçuların epizodları var idi. Məşqlərdə də yaxşıdırlar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq.

– Ötən mətbuat konfranslarında “Şamaxı”dan ayrılacağınızın siqnalını vermişdiniz. Bu gün də komandanın əvvəlki kimi görünməməsinin səbəbi məhz o açıqlamadır? Futbolçular bilir ki, baş məşqçi gedir. Bunun komandaya təsiri var idi?

– Məncə, daha əksinə ola bilər. Futbolçular daha məsuliyyətli olmalıdır. Çünki mövsümün sonu yaxınlaşır. Müqaviləsinin müddəti başa çatan futbolçular var. Onlar da özlərini göstərmək istəyirlər. İnanmıram ki, bu açıqlamanın təsiri olsun.

Şahin Cəfərov

“Bahar Kuboku”nda 3 medal

18 April 2026 at 17:15

Türkiyədə təşkil olunan kanoe və kayak üzrə “Bahar Kuboku” beynəlxalq reqatası başa çatıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan komandası yarışda uğurlu çıxışı ilə yadda qalıb .

1 nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli iki kateqoriyada gümüş medala sahib olub. Hüseyn həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə ikinci yer tutub.

Bir nəfərlik kanoedə 500 metr məsafəyə yürüşdə daha bir medala 2010-2011 təvəllüdlü idmançılar arasında Fəxri Məmmədli layiq görülüb. O, bürünc medal qazanıb.

Beləliklə Azərbaycan Su İdman Növləri Federasiyası  “Bahar Kuboku”nu 2 gümüş, 1 bürünc medalla başa vurub.

Premyer Liqa: “Karvan” “Şamaxı”ya da qalib gəldi

18 April 2026 at 17:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Yevlaxda baş tutub.

Çempionatın aşkar autsayderi “Karvan” doğma meydanda “Şamaxı” ilə üz-üzə gəlib. Yevlax şəhər stadionunda baş tutmuş qarşılaşmanı Emin Əliyev idarə edib. Oyunun taleyini bir qol həll edib. Ötən tur “Kəpəz”i 4:1 hesabıyla yenməklə qələbə həsrətinə son qoymuş Yevlax təmsilçisi bu dəfə də “Şamaxı”nı məğlub edib.

Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan” “Turan Tovuz”a 0:3 hesabıyla uduzub, “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1. “Qarabağ” – “Sabah” görüşü bu gün, “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” oyunları sabah keçiriləcək.

Premyer Liqa
28-ci tur
18 aprel

“Karvan” – “Şamaxı” 1:0
Qol: Coy Sleyd Mikels, 39.
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 15:30.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 8. Peter Kinqs, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 17. Samir Abdullayev, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Fizuli Məmmədov.

Şamaxı: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 8. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 2. Abdulla Rzayev, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Zelim Tçkayev AÇ-də bürünc medalla kifayətləndi

18 April 2026 at 17:00

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayıb.

Yarışın üçüncü günündə Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq) və Südabə Ağayeva (70 kq) tatamiyə çıxıblar.

Südabə Ağayeva 1/8 finalda Szofi Ozbasa (Macarıstan), eyni mərhələdə Ömər Rəcəbli (81 kq) Vasiliye Qrujiçiçə (Serbiya), Murad Fətiyev (90 kq) isə 1/16 finalda Aleks Çretə (Rumıniya) uduzaraq yarışı mükafatsız başa vurublar.

Yalnız Tçkayevin çıxışı nisbətən uğurlu alınıb. İdmançımız üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib və qitə birinciliyini bürünc medalla tamamlayıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Azərbaycanı Dünya Kubokunda onlar təmsil edəcək

18 April 2026 at 16:45

Aprelin 20-də Braziliyanın Fos-du-İquasu şəhərində qadın və kişi boksçular arasında Dünya Kuboku start götürəcək.

Futbolpress.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli Dünya kubokunda Sübhan Mamedov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcək.

Qadınlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə yarışda Zeynəb Rəhimova (54 kq) və Emili Rzayevaya (65 kq) güvənəcək.

Qeyd edək ki, Dünya kubokunun püşkü aprelin 19-da atılacaq.

Zelim Tçkayevdən “bürünc”

18 April 2026 at 16:24

Azərbaycanın cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseni məğlub edib.

Bununla da, Azərbaycanın Avropa çempionatındakı medal sayı 4-ə çatıb.

Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Kristian Kivu: “Kalyari” ilə matçın vacibliyini başa düşürdük”

18 April 2026 at 16:00

“İnter”in baş məşqçisi Kristian Kivu İtaliya A Seriyasının 33-cü turunda “Kalyari” üzərində qazandıqları qələbəni şərh edib.

Arena.az rumın mütəxəssisin 3:0 hesablı qələbə barədə müvafiq fikrini təqdim edir:

“Oyunun vacibliyini başa düşürdük. Birinci hissədə fəsadlar yaşadıq. İkinci hissədə isə “Kalyari”nin müdafiəsini yarmağa müvəffəq olduq”, deyə Kivu vurğulayıb.

Yeri gəlmişkən, “İnter”in argentinalı keçmiş hücumçusu Dieqo Milito “neradzurri”nin baş məşqçisi, rumın mütəxəssis Kristian Kivu haqda qənaətəni açıqlayıb. Veteran futbolçunun müvafiq fikrini təqdim edirik:

“Kivu “İnter” üçün mükəmməl bir rəhbərdir”, deyə Milito vurğulayıb.

İtalyan keçmiş müdafiəçi Alessandro Kostakurta isə İtaliya A Seriyasının cari mövsümündə çempionluq uğrunda mübarizənin əsas favoritini açıqlayıb:

“Çempionatın yenidən açıq olduğu haqda danımaq olmaz, çünki “İnter” belə bir əsas verməyib”, deyə Kostakurta “neradzurri”nin favorit gördüyünü başa düşməyə əsas verib.

Xatırladaq ki, “İnter” A Seriyasının cari mövsümündə 33 oyuna topladığı 78 xalla vahid liderdir. Milan təmsilçisi 33 oyunda 25 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

“Koventri Siti” yenidən Premyer Liqada

18 April 2026 at 15:00

Çempionşipdə mübarizə aparan “Koventri Siti” 2026/2027 mövsümündən etibarən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Arena.az xəbər verir ki, ötən gün növbəti mövsüm üçün İngiltərə Premyer Liqasına vəsiqə qazanmış ilk klub müəyyənləşib.

Koventri Çempionşipin 2025/2026-cı illər mövsümünün 43-cü turunda “Bləkbörn”lə heç-heçə edib və xallarının sayını 86-ya çatdırıb. Nəticədə bu komanda mövsümün sonuna 3 tur qalmış 3-cü yerdəki “Milluol”u 13 xal qabaqlayıb.

Bununla da Frenk Lempardın rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasına vəsiqəni rəsmiləşdirib. Nəticədə Koventri təmsilçisi 25 il sonra ilk dəfə elitada mübarizə aparmaq hüququ qazanıb.

Xatırladaq ki, “Koventri Siti” Çempionşipin cari mövsümündə keçirdiyi 43 oyunda 25 qələbə qazanıb, 11 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. “İpsviç Taun” 75 xalla ikinci, “Milluol” 73 xalla 3-cüdür. “Sauthempton” və “Midlsbro”nun 72, “Hall Siti”nin 68 xalı var.

Futzal: Azərbaycan Kubokunda yarımfinal günü

18 April 2026 at 08:00

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün yarımfinal mərhələsinin oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, hər iki oyun eyni günə təsadüf edəcək.

Əvvəlcə, mövsümü qızıl dublla başa vurmağı hədəfləmiş “Neftçi” Birinci Liqanın iddialılarından olan “Baku Fire-2” ilə gücünü sınayacaq.

Növbəti görüşdə isə ötən ilin finalçıları üz-üzə gələcək. Belə ki, PFL “Araz-Naxçıvan” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Hər iki qarşılaşma “Olimpik Star”da təşkil ediləcək.

Futzal, Azərbaycan Kuboku
Yarımfinal
18 aprel

Baku Fire-2 – Neftçi İK
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

PFL – Araz-Naxçıvan
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Kənan Məlikov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 19:00.

“Neftçi”dən bürünc medal

18 April 2026 at 16:03

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medalların sahibi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bürünc üçüncülük uğrunda görüşdə “Neftçi” “Murov Az Terminal” ilə qarşılaşıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş “Neftçi”nin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:17, 25:17, 25:13).

Finalda “Xilasedici” və “Ordu” münasibətlərə aydınlıq gətirəcəklər.

“Qalatasaray”ın “qol maşını” qayıdır

18 April 2026 at 15:48

Türkiyə Super Liqasının 30-cu həftəsində “Gənclərbirliyi” ilə qarşılaşacaq “Qalatasaray”da Viktor Osimhen sevinci yaşanır.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça”nın xal itirməsindən sonra fərqi açmaq istəyən “sarı-qırmızılılar”a ən böyük dəstək nigeriyalı qolçudan gəlib.

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 finalında “Liverpul”la keçirilən revanş matçında qolundan ciddi zədə alan Osimhen təxminən 3 həftədir meydanlardan uzaq qalmışdı. Müalicə prosesini uğurla başa vuran dünya şöhrətli hücumçuya həkimlər oynamaq üçün “yaşıl işıq” yandırıblar.

Baş məşqçi Okan Buruk Osimheni “Gənclərbirliyi” matçının heyətinə daxil edib. Lakin futbolçunu riski atmamaq üçün onun qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacağı gözlənilir.

Dünya Çempionatı öncəsi bilet qalmaqalı

18 April 2026 at 15:19

ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi edəcəyi 2026-cı il Dünya Çempionatının biletləri çərşənbə günü ilk dəfə açıq satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, qiymətlər gözlənilən hədləri qat-qat üstələyib.

Final oyunu üçün biletlərin qiyməti 10 990 dollara qədər yüksəlib. Bu, bir futbol matçına rəsmi giriş üçün indiyə qədər qeydə alınan ən baha qiymət kimi tarixə düşüb. Halbuki, təşkilatçı ölkələr ilkin müraciət sənədlərində final biletlərinin maksimum 1 550 dollar olacağını bildirmişdilər.

FIFA rəsmi qiymət strategiyasını açıqlamasa da, bilet satışında “dinamik qiymət” sistemindən istifadə olunur. Yəni tələbat artdıqca, qiymətlər də avtomatik olaraq yüksəlir.

​Hazırda azarkeşlər bu kəskin qiymət artımına görə sosial mediada FIFA-nı kəskin tənqid edirlər.

“Karvan-Yevlax” – “Şamaxı”: Heyətlər

18 April 2026 at 14:39

Misli Premyer Liqasının XXVIII turu çərçivəsində “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edəcək.

Futbolpress.az komandaların start heyətlərini təqdim edir:

Karvan-Yevlax: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 8. Peter Kinqs, 21. İmani Barker.

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 17. Samir Abdullayev, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 10. Samuel Durrant, 4. Olavale Doyeni.

Baş məşqçi: Fizuli Məmmədov.

Şamaxı: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 8. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos.

Ehtiyat oyunçular: 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 2. Abdulla Rzayev, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.

Baş məşqçi: Ayxan Abbasov

Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov

Yevlax şəhər stadionu, 15:30

Renat Dadaşov “Katoviçe” ilə matçda ehtiyatda qaldı

18 April 2026 at 14:00

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasının “Katoviçe”yə qarşı keçirdiyi oyunu buraxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 29-cu turu çərçivəsində “Katoviçe” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə səfərdə üz-üzə gəlib və 2:3 hesablı məğlubiyyətə üzülüb. Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

29 turdan sonra 39 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 29 oyunda 9 qələbə qazanıb, 12 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 20 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

“Bursaspor” azarkeşləri dünyaya səs salmağa hazırlaşır

18 April 2026 at 14:21

​”Bursaspor” azarkeşləri “Somaspor”la keçiriləcək taleyüklü matçda nəhəng xoreoqrafiya nümayiş etdirməyə hazırlaşırlar.

Futbolpress.az xəbər verir ki, “Nesine 2. Liqa”nın 33-cü həftəsində “Bursaspor” öz meydanında “Somaspor”u qəbul edəcək.

Aprelin 19-u, saat 16:00-da başlayacaq  qarşılaşmada “yaşıl-ağlar” cəmi 1 xal qazanacağı təqdirdə çempionluğunu elan edərək “Trendyol 1. Liqa”ya yüksələcək.

Tarixi matç üçün “Teksas” azarkeş qrupu tərəfindən xüsusi hazırlıq görülüb. Stadionun böyük hissəsini əhatə edəcək şouda 40 min ədəd müxtəlif rəngli kartondan istifadə olunacaq. Xoreoqrafiyanın məzmunu sirr kimi saxlanılır. Hərəkətli mexanizmlərlə hazırlanan bu şounun Türkiyədə bir ilk olacağı bildirilir. Bursa futbol tarixində ilk dəfə olaraq xoreoqrafiya eyni vaxtda 3 fərqli tribunanı əhatə edəcək.

​Azarkeş qrupunun rəhbərliyi bildirib ki, bu vizual şou ilə “Bursaspor”un böyüklüyünü bir daha bütün dünyaya sübut etmək niyyətindədirlər.

Spens: “İnanırıq ki, liqada qala bilərik”

18 April 2026 at 14:00

“Karvan-Yevlax” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Şamaxı”nı qəbul edəcək.

Yevlax təmsilçisinin futbolçusu Kayl Spens “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Ötən oyunda qələbə qazandıq və buna görə çox xoşbəxtik. Azarkeşlərimizi sevindirə bildiyimiz üçün şadıq. Komanda olaraq inanırıq ki, liqada qala bilərik, şanslarımız hələ də davam edir. Özümüzə inanırıq və qələbənin davamını gətirməyə çalışacağıq. “Şamaxı”nın gücünü bilirik. Bu mövsüm iki oyunda onlara uduzmuşuq. Bu gün fərqli nəticə əldə etmək istəyirik. Düşünürəm ki, fanatlarımızı yenidən sevindirə biləcəyik. Qələbə şanslarımızı qoruyacaq və buna görə də oyunun məsuliyyətini dərk edirik”.

Spensin klubla müqaviləsi yayda başa çatır. O, gələcəyi ilə bağlı hələ qərar vermədiyini söylədi:

“Qərarımı verməmişəm. Bütün diqqətim oyunlardadır. Zaman necə olacağını göstərəcək. İndi isə komandaya kömək etməyi düşünürəm”.

“Karvan-Yevlax” – “Şamaxı” oyunu saat 15:30-da start götürəcək.

Şahin Cəfərov

“Mançester Yunayted”in 3 futbolçusu “Çelsi” ilə oyunu buraxacaq

18 April 2026 at 13:32

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXXIII turunda bu gün “Çelsi”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Leni Yoro zədə səbəbindən matçı buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yoro ilə yanaşı, digər müdafiəçilər – Lisandro Martines və Harri Maquayr isə cəza səbəbindən London səfərində meydana çıxmayacaq.

“Çelsi” – “Mançester Yunayted” oyununa saat 23:00-da start veriləcək.

“Çelsi”də yeni müqavilə

18 April 2026 at 13:15

“Çelsi” futbolçusu Moyzes Kaysedo ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçinin sözləşməsi 2033-cü ilin yayına kimi artırılıb.

Kaysedo bu mövsüm Premyer Liqada 27 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Nazirdən “Neftçi” ilə bağlı paylaşım – FOTO

18 April 2026 at 12:51

Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, həmçinin, “Neftçi”nin Müşahidə Şurasının üzvü Emin bəy, feysbukda “Neftçi” klubunun loqosunu paylaşıb. Nazir paylaşımla dünən baş tutan “Zirə” – “Neftçi” oyunundakı (1:1) mübahisəli qərara münasibət bildirib.

Screenshot

 

Mundiala iki ay qalmış millidən getdi

18 April 2026 at 12:30

Səudiyyə Ərəbistanı yığmasında baş məşqçi Erve Renar ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə mütəxəssis özü açıqlama verib. O, millidəki işi ilə vidalaşdığını söyləyib.

Səudiyyə Ərəbistanı yığması yayda ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi dünya çempionatında H qrupunda Uruqvay, İspaniya və Kabo-Verde ilə qarşılaşacaq.

Mundial 11 iyunda start götürəcək.

Mahir Emreli “Holştayn”la oyunu kənardan izlədi

18 April 2026 at 13:00

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun “Holştayn”a qarşı oyununda iştirak etməyib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 30-cu turu çərçivəsində qarşılaşdıqları “Holştayn”la oyunda sonadək ehtiyatda qalıb.

Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

30 turdan sonra 46 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 30 oyunda 14 qələbə qazanıb, 4 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 11 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

DÇ-2027: Millimiz bu gün Andorra ilə üz-üzə gələcək

18 April 2026 at 12:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer almış millimiz dördüncü sınağında Andorra yığması ilə qarşılaşacaq.

Siyasət Əsgərovun rəhbərlik etdiyi komandamız bu rəqibi ilə “Masazır Arena”da üz-üzə gələcək. Oyuna saat 17:00-da start veriləcək.

Yığmamız Andorraya qarşı bir neçə gün öncə səfərdə keçirdiyi oyundan 3:1 hesablı qələbə ilə ayrılmışdı. Millimiz bu uğurun davamını ev oyununda da gətirməyə çalışacaq.

Xatırladaq ki, Azərbaycan millisi hazırda 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, dördüncü yerdəki Andorranın 1 xalı var.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
18 aprel

Azərbaycan – Andorra
Hakimlər: Vesna Miletiç, Merima Homaraç, Nevena Markoviç, Senida Petak (hamısı Bosniya və Herseqovina).
“Masazır Arena”. Saat 17:00.

“Şamaxı”nın legioneri: “Ən yaxşı nəticələr üçün çalışacağıq”

18 April 2026 at 12:16

“Şamaxı” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Karvan-Yevlax”ın qonağı olacaq.

Bölgə təmsilçisinin qapıçısı Rikardo Fernandes “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Liqada yerimizi demək olar ki, qorumuşuq. Məqsədimiz bundan sonra hər oyunda yenidən xallar qazanmaq, oyunumuzu yaxşılaşdırmaqdır. Ən yaxşı nəticələr üçün çalışacağıq. Çətin oyun olacağını bilirik – rəqib üçün qələbə çox vacibdir. Ona görə bütün güclərini ortaya qoyacaqlar. Biz də  çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə qayıdaq”.

“Şamaxı” son iki turda əvvəlcə “Zirə”, daha sonra “Qarabağ”la oyunda heç-heçə edib. Görüşlərdə qapıda inamlı performans sərgiləyən Fernandes çıxışını şərh etdi:

“Məqsədim komandaya kömək etməkdir. İki oyundan vacib xallar qazandıq. Hər məqam bizim üçün çox önəmlidir. Performansımızı belə saxlayıb, sona kimi xallarımızı artırmaq istəyirik. Meydana çıxanda bacardığımın maksimumunu etməyə çalışıram. İşim komandaya kömək olmaqdır”.

“Karvan-Yevlax” – “Şamaxı” oyununa saat 15:30-da start veriləcək.

Şahin Cəfərov

Neymar MLS-ə gedir? – AÇIQLAMA

18 April 2026 at 11:50

“Santos”un hücumçusu Neymar adının MLS klubları ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu iddiaları təkzib edib:

“Kiminləsə danışmamışam. Ümumiyyətlə, bu məlumatdan xəbərim yoxdur”.

Daha əvvəl MLS klubu “Çinçinatti”nin Neymarla danışıqlara başladığı bildirilib.

Fransa çempionatında rekord

18 April 2026 at 11:25

“Lans” Fransa Liqa 1-də XXX turda “Tuluza”nı məğlub edib – 3:2.

Futbolpress.az xəbər verir ki, meydan sahibləri görüşdə ümumilikdə 42 zərbə endirib və onlardan 13-ü dəqiq olub.

“Opta”nın məlumatına görə, “Lans” 2006/2007 mövsümündən sonra çempionatda bir matçda qapıya ən çox zərbə endirən komandadır.

“Lans” Liqa 1-də 30 turdan sonra 62 xalla ikinci sıradadır və lider PSJ-dən bir xal geri qalır.

Moyses Kaysedo “Çelsi” ilə yeni müqavilə bağladı

18 April 2026 at 11:00

Ekvador millisinin və “Çelsi”nin dayaq yarımmüdafiəçisi Moyses Kaysedo bu gün İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər arasındakı yeni sözləşmə 2033-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti 2031-ci ilin yayında bitəcəkdi.

Moyses Kaysedo Ekvadorun “İndependyente del Valye” klubunun yetirməsidir. O, 2021-ci ilin fevral ayında 28,2 milyon avro qarşılığında bu komandadan İngiltərənin “Brayton” klubuna keçib. Gənc futbolçu Premyer Liqa təmsilçisində ümumilikdə 53 matça çıxıb, 2 qol və 3 assistlə yadda qalıb. Kaysedo “Brayton”da olarkən qısa müddət (2021/2022 mövsümündə) Belçikanın “Beersxot” klubunda icarədə də olub.

“Çelsi” Kaysedonu 2023-cü ilin avqust ayında “Brayton”dan transfer edib. 24 yaşlı futbolçunun “zadəganlar”la 2031-ci ilin 30 iyununa kimi müqaviləsi var. “Zadəganlar”ın “qağayılar”a ödədiyi 116 milyon avroluq transfer məbləği İngiltərə futbolu üçün rekorddur.

2025/2026 mövsümündə Kaysedo “Çelsi”nin heyətində 42 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə verib. O, bu klubun heyətində bütövlükdə 140 oyuna çıxıb, 8 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Kaysedo 2020-ci ilin oktyabrında debüt etdiyi Ekvador yığmasında 60 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

İkinci Liqa: 25-ci turun oyun cədvəli açıqlandı

18 April 2026 at 10:00

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Turun oyunları üç günü əhatə edəcək. Mayın 3-də bir qarşılaşma baş tutacaq. Qalan oyunlar isə ayın 4-də və 5-də baş tutacaq.

İkinci Liqa
25-ci tur

3 may

“Göygöl” – “Ağstafa Gəncləri”
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

4 may

“Kür-Araz” – “Şəki”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

“Ağdaş” – “Araz Saatlı”
Ağdaş şəhər stadionu, 16:30.

5 may

“Quba” – “Xankəndi”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Dinamo”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şirvan” – “Şəmkir”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Tovuzlular üçün faydalı gün – “Zirə”nin taleyi öz əlindədir

18 April 2026 at 11:09

“Turan Tovuz” Misli Premyer Liqasının XXVIII turunda “Araz-Naxçıvan”a qalib gəlib. İkinci hissədə vurduğu qollarla aktivinə üç xal yazdıran tovuzlular üçüncü pillədəki yerini möhkəmləndirib.

“Zirə” – “Neftçi” matçının bərabərliklə bitməsi (1:1) ən çox məhz Tovuz klubu üçün sərfəlidir. Kurban Berdıyevin yetirmələri dördüncü “qartallar”ı 10, beşinci “ağ-qaralar”ı isə 11 xal qabaqlayır. Qarşıdakı beş turda bu fərqin qapanması da inandırıcı görünmür.

“Turan Tovuz” üçün digər şans isə gümüş medallardır. İkinci “Qarabağ”la aradakı fərq birdir. “Atlılar” bu gün “Sabah”la oyunda xal itirsə, tovuzluların ümidləri daha da artacaq.

“Neftçi” isə dördüncü pillə mübarizəsindən qopmayıb. Paytaxt klubu “Qarabağ”la ehtiyatda olan oyunu qazanacağı halda, “Zirə”ni üstələyə bilər. Bu isə komanda üçün avrokubok şanslarının artması demək olacaq.

“Zirə” kubokda mübarizəni davam etdirir və yarımfinalın ilk oyununda “Turan Tovuz”a 2:0 hesabıyla qalib gəlib. Cavab görüşündə “qartallar”ın final şansını əldən vermək ehtimalı azdır. “Zirə” ölkə kubokunu qazansa, Avropa Liqasına vəsiqə əldə edəcək və çempionatda 4-cü olan komandanın avrokuboklara yollanması məsələsi bağlanacaq.

Yarımfinalın digər oyunu “Sabah”la “Qarabağ” arasında olacaq. İlk oyunda bərabərlik qeydə alınıb – 2:2. Bu cütün qalibindən biri ölkə kubokunu qazansa, avtomatik liqada dördüncü olan kollektiv avrokuboklara biletini əldə edəcək. “Neftçi”nin isə tək şansı məhz bu yoldur.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

18 April 2026 at 10:46

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

Rusiya, Premyer Liqa
13:00 Orenburq – Lokomotiv Moskva (Matç Premyer)
15:30 Krılya Sovetov – ÇSKA (Matç Premyer, Matç TV)
18:00 Rubin – Akron (Matç Premyer)

Azərbaycan, Premyer Liqa
15:30 Karvan-Yevlax – Şamaxı (CBC Sport)
19:30 Qarabağ – Sabah (CBC Sport, İdman TV)

İngiltərə, Premyer Liqa
15:30 Brentford – Fulhem (beİN Sports 3)
18:00 Nyukasl – Bornmut (beİN Sports 3)
20:30 Tottenhem – Brayton (beİN Sports 3)
23:00 Çelsi – Mançester Yunayted (İdman TV)

Türkiyə, Super Liqa
15:30 Fatih Karagümrük – Eyüpspor (beİN Sports 1)
18:00 Kocaelispor – Göztəpə (beİN Sports 1)
21:00 Gənclərbirliyi – Qalatasaray (Futbol 3, beİN Sports 1)

Dünya çempionatı, seçmə mərhələ, qadınlar
17:00 Azərbaycan – Andorra (İdman TV)

İtaliya, A Seriyası
17:00 Udineze – Parma (Futbol 1)
20:00 Napoli – Latsio (Futbol 1, Matç TV)
22:45 Roma – Atalanta (Futbol 1)

İspaniya, Kral kuboku
23:00 Atletiko – Real Sosyedad (Futbol 2, Matç TV)

Modriçin şərti

18 April 2026 at 10:30

Xorvatiyalı futbolçu Luka Modriç “Milan”da qalmaq üçün rəhbərliyə şərt qoyub.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sport İtalia” məlumat yayıb. 40 yaşlı yarımmüdafiəçi baş məşqçi Massimiliano Alleqrinin klubdan göndərilməyəcəyi halda, yeni mövsümdə də “qırmızı-qaralar”ın formasını geyinməyə hazırdır. O, bu şərtlə yayda başa çatacaq müqaviləsini uzatmağa razıdır.

“Milan” A Seriyasında 63 xalla üçüncü sıradadır.

Klub rəhbərliyinin baş məşqçi Alleqri ilə münasibətlərinin pozulduğu və yayda onunla yolları ayırmağı düşündüyü bildirilir.

Azərbaycan çempionatında final günü

18 April 2026 at 10:11

Bu gün kişi voleybolçuların Yüksək Liqasında final və üçüncü yer uğrunda oyunlar keçiriləcək.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Xilasedici” ilə “Ordu” üz-üzə gələcək.

Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.

18 aprel
Yüksək Liqa (kişilər)

Üçüncü yer uğrunda oyun
13:00. “Neftçi” – “Murov Az Terminal”

Final
16:00. “Xilasedici” – “Ordu”

Lempardın komandası 25 il sonra Premyer Liqada

18 April 2026 at 09:45

İngiltərə Çempionşipindən Premyer Liqaya yüksələn ilk komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, çempionatda XXXXIII turda “Blekbern”lə heç-heçə edən (1:1) “Koventri” sona üç tur qalmış elitaya vəsiqəni təmin edib.

Komanda liqada 86 xalla birincidir və ən yaxın izləyicisi “İpsviç”i 11 xal qabaqlayır.

“Koventri” 25 il sonra Premyer Liqaya qayıdıb. Komandaya ingiltərəli keçmiş futbolçu Frenk Lempard rəhbərlik edir.

Millimiz Andorraya qarşı

18 April 2026 at 11:15
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq. Msport.az xəbər verir ki, C Liqasının […]

Source

Premyer Liqa: “Karvan” “Şamaxı”ya, “Qarabağ” “Sabah”a qarşı

18 April 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Əvvəlcə, çempionatın aşkar autsayderi “Karvan” doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq oyuna saat 15:30-da start veriləcək. Qarşılaşmanı Emin Əliyev idarə edəcək.

Günün digər oyunu son çempion “Qarabağ”la lider “Sabah” arasında baş tutacaq. Turun mərkəzi oyununu Elçin Məsiyev idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 19:30-da start veriləcək.

Premyer Liqa
28-ci tur
17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: İbrahima Vadji, 71. Joarlem Santos, 82; 90+2.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 17:00.

“Zirə” – “Neftçi” 1:1
Qollar: Brahim Konate, 90+4 – İmad Faraj, 63.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

18 aprel

“Karvan” – “Şamaxı”
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 15:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

19 aprel

“Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 15:30.

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

Azərbaycan yığması Andorraya qarşı

18 April 2026 at 09:21

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşacaq. Bakıdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

Saat 17:00-da başlayacaq matç “İdman TV” vasitəsilə canlı yayımlanacaq.

18 aprel

Azərbaycan (Qadınlar) – Andorra (Qadınlar)
“Bank Respublika Arena”. Saat 17:00
Baş hakim: Vesna Miletiç
Baş hakimin köməkçiləri: Merima Homaraç, Nevena Markoviç
Dördüncü hakim: Senida Petak
(Hakimlər briqadası Bosniya və Herseqovinadandır)

Yaxşı futbola zərbə…

18 April 2026 at 09:12

Baş məşqçiyə ən çox “qırmızı” göstərilən ölkələrin sıralaması tərtib edilsə, ön sıralarda olarıq. Dünən də İnqilab Məmmədov Verniduba göstərmək şərəfinə nail oldu…

“Zirə” – “Neftçi” (1:1) oyunu çox yaxşı taktiki mübarizə şəraitində keçmişdi. “Mövsümün turu” adını verdiyimiz 28-ci turun afişasında ən diqqət çəkən qarşılaşmalardan idi.

“Neftçi” qalib gəlsə, 4-cü pilləyə yüksələcəkdi və avrokuboka düşmək üçün böyük şans əldə edəcəkdi. “Ağ-qaralar” 1:0 öndə idi, 90+4-də hakim səhvi oyunun gözəlliyinə zərbə vurdu.

Brahim Konatenin zərbəsi qapıdan keçdi. Bu zaman Ruan Renato passiv ofsayd epizodunda idi, qapıçının görmə bucağını bağlamışdı.

İnqilab VAR-a ehtiyac duymadı. Şübhələr gərginlik yaratdı.

İnqilab Yuri Vernidubun emosional reaksiyalarını cilovlamaq məqsədilə texniki zonaya gəldi, sarı vərəqə göstərdi, sonra qısa müddətdə nə oldusa, sanksiya “qırmızı”ya çevrildi.

Dünənin hakimi deyil ki, təcrübəsizliyə bağlayasan. Baş məşqçiyə sıravi reaksiyalarına görə yaxınlaşıb kart göstərmək böyük hakimə yaraşmayan işdir. Baş məşqçidir bu adam, emosional reaksiyaları olacaq…

Belə məqamda vəziyyəti kartla cilovlamaq cəhdi ən yaxşı halda nadanlıqdır. Neqativə yozulsa, bəlkə də bilərəkdən baş məşqçini təxribata sürükləmək və qırmızı vərəqə üçün “zəmin yaratmaq” cəhdi idi…

Hər nə idisə, hakimlik adına mənfi hal idi.

Gözəl futbola zərbə vuran qərarlar hakimliyimizin yaxşı halda olmadığını göstərir. Çıxış yolu isə görünmür. Son 2-3 ildə ən çox islahat bu sahədə aparılıb, ancaq nöqsanlar azalmaqdansa, daha da artır…

Baş məşqçiyə qırmızı vərəqə göstərməyin adi hal olduğu ölkənin futbolu nə halda olarsa, Azərbaycanda elə o haldadır.

Kamil Əhməd

“Sabah”dan çempionluq yolunda vacib qələbə

18 April 2026 at 21:35

Bu gün Misli Premyer Liqasında XXVIII turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Karvan-Yevlax”la üz-üzə gəlib. Matç Yevlax təmsilçisinin qələbəsiylə başa çatıb.

Turun mərkəzi görüşündə lider “Sabah” “Qarabağ”a qalib gəlib.

Misli Premyer Liqası
XXVIII tur

18 aprel

19:30 Qarabağ – Sabah 0:1
Qol:
Abdulla Xaybulayev, 45
Qırmızı vərəqə: Abdulla Xaybulayev (“Sabah”)
Baş hakim: Elçin Məsiyev
Tofiq Bəhramov adına Respublika stadionu

15:30 Karvan-Yevlax – Şamaxı 1:0
Qol: C. S. Mikels, 38
Baş hakim: Emin Əliyev
Yevlax şəhər stadionu

“Neftçi”dən etiraz – VİDEO

18 April 2026 at 00:15

“Neftçi” Misli Premyer Liqasının XXVIII turunun “Zirə” ilə oyunundan sonra hakim idarəçiliyindən narazılığını bildirib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

A Seriyası: “İnter” qalib gəldi, “Komo” uduzdu

18 April 2026 at 01:00

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Sassuolo” – “Komo” matçında meydan sahibləri qələbə qazanıblar. Lider “İnter” də “Kalyari” ilə ev oyununda darmadağına imza atıb.

Qeyd edək ki, 33-cü turun qalan görüşləri aprelin 18-də, 19-da və 20-də keçiriləcək.

İtaliya, A Seriyası
33-cü tur
17 aprel

Sassuolo – Komo 2:1
Qollar: Volpato, 42. Nzola, 44 – N.Pas, 45+2.

İnter – Kalyari 3:0
Qollar: Türam, 52. Barella, 56. Zelinski, 90+2.

18 aprel

17:00. Udineze – Parma
20:00. Napoli – Latsio
22:45. Roma – Atalanta

19 aprel

14:30. Kremoneze – Torino
17:00. Verona – Milan
20:00. Piza – Cenoa
22:45. Yuventus – Bolonya

20 aprel

22:45. Leççe – Fiorentina

Liqa 1: “Lans” “Tuluza”nı xalsız yola saldı

18 April 2026 at 00:45

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Lans” doğma meydanda “Tuluza” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyun meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 30-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
30-cu tur
17 aprel

Lans – Tuluza 3:2
Qollar: S.Abdulhamid, 61. Tomasson, 67. Qaniu, 90+1 – Kasseres, 6. Kumbassa, 13.

18 aprel

19:00. Loryan – Olimpik (Marsel)
21:00. Anje – Havr
23:05. Lill – Nitsa

19 aprel

17:00. Monako – Oser
19:15. Mets – Paris
19:15. Nant – Brest
19:15. Strasburq – Renn
22:45. PSJ – Olimpik (Lion)

Bundesliqa: “Sankt Pauli” və “Köln”dən heç-heçə

18 April 2026 at 00:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Sankt Pauli” doğma meydanda “Köln”lə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Qeyd edək ki, 30-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
30-cu tur
17 aprel

Sankt Pauli – Köln 1:1
Qollar: Mets, 69 – Valdşmidt, 86-pen.

18 aprel

17:30. Bayer – Auqsburq
17:30. Hoffenhaym – Borussiya (Dortmund)
17:30. Union Berlin – Volfsburq
17:30. Verder – Hamburq
20:30. Ayntraxt – Leypsiq

19 aprel

17:30. Frayburq – Haydenhaym
19:30. Bayern – Ştutqart
17:30. Borussiya (Mönhenqladbax) – Maynts

“Frayburq”un gənc ulduzu “Real”ın radarında

17 April 2026 at 23:54

Almaniyanın “Frayburq” klubunda göstərdiyi performansla diqqət çəkən İohan Manzambi Avropa nəhənglərinin radarına düşüb.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı gənc istedadı “Real” başda olmaqla, bir çox nəhəng klub izləyir.

“Frayburq”un Avropa Liqasında yarımfinala qədər yüksəlməsində böyük payı olan Manzambi oyun tərzi ilə mütəxəssislər tərəfindən Pol Poqbaya bənzədilir. Hələlik heç bir rəsmi təklif olmasa da, “Real”ın mövsümün sonunda transfer yarışı üçün hazır olduğu bildirilir.

Bu mövsüm inanılmaz sıçrayış edən futbolçu bazar dəyərini sürətlə yüksəldib. Çıxdığı 39 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə oynayan Manzambi qiymətini 35 milyon avroya çatdırıb.

Before yesterdaySport-AZ

Super Liqa: “Fənərbağça” “Rizəspor”la bacarmadı

17 April 2026 at 23:40

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Antalyaspor” doğma meydanda “Konyaspor”a 2 cavabsız qolla məğlub olub. Dörd qolun qeydə alındığı “Fənərbağça” – “Rizəspor” görüşündə isə qalib müəyyənləşməyib.

30-cu turun qalan görüşləri aprelin 18-də, 19-da və 20-də keçiriləcək.

Türkiyə, Super Liqa
30-cu tur
17 aprel

Antalyaspor – Konyaspor 0:2
Qollar: D.Qonsalves, 56. M.İbrahimoğlu, 90+6.

Fənərbağça – Rizəspor 2:2
Qollar: Taliska, 80-pen. K.Aktürkoğlu, 86 – Soue, 47. Saqnan, 90+8.

18 aprel

15:30. Karagümrük – Eyüpspor
18:00. Kocaelispor – Göztəpə
21:00. Gənclərbirliyi – Qalatasaray

19 aprel

15:30. Kasımpaşa – Alanyaspor
18:00. Samsunspor – Beşiktaş
21:00. Trabzonspor – Başakşəhər

20 aprel

21:00. Qaziantep – Kayserispor

ABL: “Abşeron Lions” və “Sabah” yarımfinalda!

17 April 2026 at 23:20

“Abşeron Lions” və “Sabah” komandaları Azərbaycan Basketbol Liqasının (ABL) 2025/26 mövsümündə yarımfinala vəsiqə qazanıblar.

Arena.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib.

Əvvəlcə, “Abşeron Lions” “Şəki”nin qonağı olub. Sözügedən komandalar Şəki Olimpiya İdman Kompleksində üz-üzə gəliblər. İlk görüşdə “Abşeron Lions” 109:78 hesabıyla üstün olmuşdu. Cavab görüşündə də 105:94 hesabı ilə qalib gəlmiş paytaxt təmsilçisi ilk yarımfinalçı olub.

Günün ikinci matçında “Sabah” “Naxçıvan”la qarşılaşıb. “Bayquşlar” birinci dueldən qalib ayrılmışdılar – 106:74. Bakı İdman Sarayındakı baş tutmuş ikinci qarşılaşma da 97:86 hesabı ilə “Sabah”ın xeyrinə yekunlaşıb. Beləliklə, paytaxt təmsilçisi növbəti yarımfinalçı olub.

Xatırladaq ki, ötən gün “Gəncə” “Ordu”nu 85:78 (ilk oyun – 106:108) “Neftçi” NTD-ni 119:99 (ilk oyun – 94:97) hesabı ilə məğlub etmişdi. Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. ABL-in cari mövsümünün reqlamentinə əsasən, 1/4 finalda iki qələbəyə daha tez çatmış komanda növbəti mərhələyə adlayır.

“Zirə” – “Neftçi” 1:1 – Video

17 April 2026 at 23:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turunun bu gün keçirilmiş “Zirə” – “Neftçi” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
28-ci tur

17 aprel

“Zirə” – “Neftçi” 1:1
Qollar: Brahim Konate, 90+4 – İmad Faraj, 64.
Sarı vərəqələr: İssa Cibrila, 50 (qeyri-idman hərəkəti). Leroy Mikels, 86 (hakimin qərarına etiraz). Brahim Konate, 90+5 (qeyri-idman hərəkəti) – İmad Faraj, 45 (qeyri-idman hərəkəti). Elvin Bədəlov, 88 (qeyri-idman hərəkəti). Emil Balayev, 90+5 (qeyri-idman hərəkəti).
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Rəşad Sadıqov, 50 (hakimin qərarına etiraz) – Vitali Vernidub, 39 (hakimin qərarına etiraz). Yuri Vernidub, 90+8 (hakimin qərarına etiraz).
Qırmızı vərəqə: Breno Almeyda, 90+5 (təcavüzkar davranış).
Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Ağabala Ramazanov, 90+6 (rəqib texniki zonaya daxil olduğu üçün) – Yuri Vernidub, 90+8 (hakimin qərarına etiraz). Dmitro Kara Mustafa, oyundan sonra (meydançaya daxil olub hakimin qərarına etiraz etdiyi üçün).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 19:30. Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı.

Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Zöhrab Abbasov.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev (93. Brahim Konate, 46), 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov (28. Leroy Mikels, 62), 30. Rikardo Martins (8. İsmayıl İbrahimli, 69), 20. İssa Cibrilla (10. Georgi Papunaşvili, 69), 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın (11. Junior Martins, 79).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka.
Baş məşqçi: Rəşad Sadıqov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (23. Cordan Rezabala, 74), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu (6. Sessi Dalmeyda, 84), 33. Breno Almeyda (47. Murad Məmmədov, 87), 11. İmad Faraj (70. Andrey Ştoqrin, 74), 10. Freddi Varqas (45. Vensan Abubakar, 87).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Vernidub: “Əksər hallarda dominantlıq etdik”

17 April 2026 at 22:30

“Neftçi”nin məşqçisi Vitali Vernidub Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Vitali Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı axşam oldu. Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini yüksəldir. Hər iki komanda intensiv oynayırdı, qapılara zərbələr var idi. Fiziki və taktiki güclü idilər, azarkeşlər üçün də maraqlı idi. Bu oyunda əksər hallarda dominantlıq etdik. Bəzi hallarda rəqib vəziyyəti bərabərləşirdi. Oyunçularımız çox yaxşı mübarizə apardılar. Onlardan gözləntilərimiz odur ki, “Neftçi”yə yaraşan səviyyədə hər zaman oyun sərgiləsinlər. Son dəqiqələrə gəldikdə, baxacağıq, araşdıracağıq, özümüz üçün nəticələr çıxaracağıq. Nə edək ki, vəziyyət bu yerə gəlib çatmasın. Son dəqiqələr haqda çox danışmaq istəmirəm”.

Edersonun kobud səhvi azarkeşləri qəzəbləndirdi

17 April 2026 at 23:35

Türkiyə Super Liqasının XXX həftəsində “Fənərbağça” öz meydanında “Çaykur Rizespor”la 2:2 hesablı heç-heçə edib.

Futbolpress.az xəbər verir ki, matçın son saniyələrində qapıçı Edersonun kobud səhvi “sarı-lacivərdlilər”in liderlik şansını boşa çıxarıb.

Qarşılaşmada önə keçən İstanbul təmsilçisi qələbəni qoruyub saxlaya bilməyib. Matçın 90+8-ci dəqiqəsində “Fənərbağça”nın braziliyalı qapıçısı Ederson çıxışda ciddi səhvə yol verib. Topu uzaqlaşdıra bilməyən qapıçının bu boşluğundan yararlanan Qaradəniz təmsilçisi bərabərlik qolunu vurub.

Qələbə qazanacağı təqdirdə turnir cədvəlində liderliyə yüksələcək “Fənərbağça” bu fürsəti əldən verib. Matçın final fiti çalındıqdan sonra tribunadakı azarkeşlər Edersonu fitə basaraq sərt etirazlarını bildiriblər.

​Təcrübəli qapıçı azarkeşlərin bu reaksiyasından sonra kədərli şəkildə meydanı tərk edərək soyunma otağına yollanıb.

Super Liqa: “Fənərbağça”dan vacib xal itkisi

17 April 2026 at 23:24

Bu gün Türkiyə Super Liqasının XXX turu çərçivəsində “Fənərbağça” evdə “Rizespor”u qəbul edib.

Futbolpress.az xəbər verir ki, gərgin keçən matçda İstanbul nəhəngi vacib xal itkisi ilə üzləşib – 2:2.

Oyunun 72-ci dəqiqəsində qonaqların qırmızı vərəqə görməsi də meydan sahiblərinə kömək edə bilməyib.

Bu nəticədən sonra 29 oyun keçirmiş “Qalatasaray” 68 xalla turnir cədvəlinin lideridir. 30 matça çıxmış “Fənərbağça” isə əzəli rəqibindən 1 xal geri qalır.

“Napoli” Lukakuya belə qiymət qoydu

17 April 2026 at 22:45

Zədələr və gözlənilməz performansı ilə gündəmdə olan Romelu Lukaku mövsümün sonunda “Napoli”dən ayrılmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi təcrübəli oyunçu üçün sürpriz qiymət müəyyənləşdirib.

Bu mövsüm zədələrlə mübarizə aparan 32 yaşlı Lukaku “Napoli” forması ilə cəmi 7 matçda meydana çıxa bilib. Meydanda cəmi 74 dəqiqə qalan forvardın bu sönük performansı klub rəhbərliyinin səbrini daşırıb.

İtaliya klubu Lukakunun həm zədələrindən, həm də meydan kənarındakı hərəkətlərindən narahatdır. Komanda daxili dinamikanı qorumaq istəyən “Napoli”nin ulduz futbolçu üçün 10 milyon avroluq istənilən təklifi qəbul edəcəyi bildirilir.

Hazırda Lukakunu heyətinə qatmağa ən yaxın klub digər İtaliya nəhəngi “Milan”dır. Bununla yanaşı, Türkiyənin “Beşiktaş” klubunun da ulduz forvardla yaxından maraqlandığı iddia olunur.

Voleybolçulardan nümunəvi addım

17 April 2026 at 22:31

“DH Volley” komandası Bakıda yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbində şagirdlərlə görüş keçirib.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Məqsəd gənclər arasında idmana marağın artırılması, uşaqların voleybola cəlb olunması və sağlam nəslin formalaşdırılmasıdır.

“DH Volley” kollektivi məktəbin həyətində müasir açıq voleybol meydançası qurub.

Bu cür görüşlərin gələcəkdə milli komandalar və digər klublar tərəfindən də davam etdirilməsi nəzərdə tutulur.

Vitali Vernidub: “Son dəqiqələr haqda danışmaq istəmirəm”

17 April 2026 at 22:20

“Misli Premyer Liqasının XVIII turunda “Neftçi” səfərdə “Zirə” ilə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, 1:1 hesablı bərabərliklə bitən matçdan sonrakı mətbuat konfransında “Neftçi”nin köməkçi məşqçisi Vitali Vernidub iştirak edib.

Mütəxəssis oyunla bağlı bunları deyib:

– Yaxşı oyun oldu. Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini yüksəldir. Hər iki komanda sürətli idi və qol vəziyyətləri də kifayət qədər çox oldu. Azarkeşlər üçün maraqlı oyun keçdi. Oyunun əksər hissələrində üstünlük bizdə idi. Futbolçular çox yaxşı oynadılar. Əsas olan “Neftçi”yə yaraşan səviyyədə oyun göstərməkdir. Son dəqiqələrə gəldikdə, baxacağıq, araşdıracağıq, özümüz üçün nəticələr çıxaracağıq, nə edək ki, vəziyyət bu yerə gəlib çatmasın.

– Buraxdığınız qol epizoduna baxdınız? Son dəqiqələrdə nə baş verdi?

– Hörmətlə yanaşıram. Son dəqiqələr haqda danışmaq istəmirəm.

– Vensan Abubakarı deyil, daha sürətli hücumçu meydana buraxmaq olmazdı?

– Belə yanaşmaq da olar, amma istəyirdik ki, Abubakar irəlidə topu saxlayıb, digərlərinə ötürmələr versin. Həmçinin, standart vəziyyətlərdə də bizə kömək edə bilərdi. “Zirə” bu durumlarda yaxşıdır. Kim meydana çıxdısa, hamısı yüksək səviyədə oynadı. Artırmaq istəyirlər.

Adil Nəhmətli

Rəşad Sadıqov: “Neftçi”dən üzr istəyirəm”

17 April 2026 at 22:00

Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında çıxış edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyun barədə bu fikirləri səsləndirib:

– Oyundan əvvəl də bilirdik ki, maraqlı və gərgin mübarizə olacaq. Eyni gücdə iki rəqib qarşılaşırdı. Pis başladıq, səhvlər ucbatından qol epizodları verdik, ilk hissənin ortalarında oyunu bərabərləşdirdik. İkinci hissəyə isə çox yaxşı, fəal başladıq, sürəti qaldırdıq. Yaxşı oynadığımız dəqiqələrdə qol buraxmağımız məyusedici oldu. Rəqibin “Neftçi” olmasına baxmayaraq futbolçular möhtəşəm reaksiya verdilər. Son dəqiqələrdə qol vurmaq olduqca önəmli idi və bu, mənim üçün qürurvericidir. Oyundan sonra “Neftçi”nin hansı futbolçusunu gördümsə, üzrxahlıq etdim. Epizodu görmədim, amma bildirdilər ki, Konate rəqibin ehtiyat oyunçular skamyası yaxınlığında qol sevinci yaşayıb. Bu səbəbdən fürsətdən istifadə edib, rəqibdən üzr istəyirəm.

– Bəs qol epizodu ilə bağlı nə deyə bilərsiniz? Futbolçunuz passiv oyundan kənar vəziyyətdə idi. 

– Epizoda baxmadığım üçün dəqiq bir şey deyə bilmərəm.

– Bəs siz görəndə “Neftçi” tərəfi qol sevincinə görə etiraz edirdi, yoxsa oyundan kənar vəziyyətə görə? 

– Mən hakimlərdən soruşanda mənə dedilər ki, qol qeydə alınıb. Onlar kənardakı qarşıdurmaya yönəlmişdilər.

Adil Nəhmətli

Rəşad Sadıqov “Neftçi”dən üzr istədi

17 April 2026 at 22:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İki layiqli rəqib qarşılaşırdı. Oyun bizim üçün pis başladı. Öz səhvlərimizdən epizodlar verdik. 15-20 dəqiqədən sonra oyunu bərabərləşdirdik. İkinci hissəyə yaxşı başladıq, daha fəal oynadıq. Yaxşı oynadığımız dəqiqələrdə qol buraxdıq. Məyusedici oldu. Amma ondan sonra komandamın verdiyi reaksiya möhtəşəm idi. Son dəqiqədə qol vurduq. Mənim üçün qüruruvericidir. Futbolçularımı təbrik edirəm. Üç gündən sonra daha bir önəmli oyun bizi gözləyir. Tez bir zamanda o matça fokuslanacağıq.

Oyundan sonra “Neftçi”nin oyunçularından üzrxahlıq etdim. Epizodu görmədim. Amma bildirdilər ki, Brahim Konate onların ehtiyat skamyasının yanında qolu aşkar şəkildə qeyd edib. “Neftçi” çox yaxşı münasibətlərimiz olan klubdur. Fürsətdən istifadə edib baş verənlərə görə “Neftçi”dən üzr istəyirəm.

Qol epizoduna görə nəsə deyə bilmərəm. Epizoda baxmamışam. Bəlkə də ofsayddır, bir şey deyə bilmərəm”.

Premyer Liqa: “Zirə” və “Neftçi”dən 1 qol, 1 xal

17 April 2026 at 21:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.

Burada paytaxt təmsilçiləri “Zirə” və “Neftçi” üz-üzə gəliblər. Zirə İdman Kompleksinin stadionunda baş tutmuş qarşılaşmanı İnqilab Məmmədov idarə edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Xatırladaq ki, turun açılış oyununda “Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”a 0:3 hesabıyla uduzub. “Karvan” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları aprelin 18-də baş tutacaq. “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” matçları isə ayın 19-da keçiriləcək.

Premyer Liqa
28-ci tur
17 aprel

“Zirə” – “Neftçi” 1:1
Qollar: Brahim Konate, 90+4 – İmad Faraj, 63.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 70. Andrey Ştoqrin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3 – Video

17 April 2026 at 21:00

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
28-ci tur
17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: İbrahima Vadji, 72. Joarlem Santos, 82; 90+2.
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 84 (qeyri-idman hərəkəti). Felipe Santos, 90+3 (qeyri-idman hərəkəti) – İbrahima Vadji, 46 (qeyri-idman hərəkəti). Joarlem Santos, 52 (qeyri-idman hərəkəti). Emmanuel Hakman, 87 (qeyri-idman hərəkəti). Fərid Yusifli, 90+3 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Mark Kaser ( “Turan Tovuz” ), 69 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 6 dəq.
Saat 17:00. “Sumqayıt Arena”, 500 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Şirmamed Mamedov.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 5. Slavik Alxasov (34. Ürfan Abbasov, 75), 8. Coşqun Diniyev (6. Patrik Andrade, 63), 4. Rahil Məmmədov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə (11. Ba-Muaka Simakala, 78), 16. Ramon Maçado, 17. İssuf Paro (3. Bəxtiyar Həsənalızadə, 63), 23. Nuno Rodriqes, 7. Hamidu Keyta (70. Çarlz Boli, 63), 10. Felipe Santos.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov (8. David Tavares, 89), 10. Xəyal Nəcəfov (6. Fərid Yusifli, 89), 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov (99. İbrahima Vadji, 46), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 9. Coş Cinnelli.
Baş məşqçi: Kurban Berdıyev.

Levandovskidən gələcəyi ilə bağlı açıqlama

17 April 2026 at 21:15

Mövsümün sonunda “Barselona” ilə müqaviləsi başa çatacaq Robert Levandovski gələcəyi ilə bağlı Polşa mətbuatına (TV3) maraqlı açıqlamalar verib.

Futbolpress.az xəbər verir ki, 37 yaşlı ulduz hələlik yekun qərar vermədiyini bildirib.

Transfer şayiələrinə məsafəli yanaşan hücumçu hazırda yalnız futbola kökləndiyini deyib:

​”Hələ bir az vaxtımız var. Klub mənim nə düşündüyümü bilir, mənim də fikirləşmək üçün vaxtım olub. Hazırda təkliflər haqqında danışmaq istəmirəm. Qalan matçlar və vurduğum qollar daha vacibdir”.

Levandovskinin azad agent statusu alma ehtimalı bir çox klubu hərəkətə keçirib. Hazırda polşalı ulduzla “Fənərbağça”, “Yuventus” və “Milan” kimi klubların yaxından maraqlandığı bildirilir.

Kataloniya klubunun Çempionlar Liqasından kənarlaşmasından danışan Leva bunun böyük məyusluq olduğunu, lakin hazırda bütün diqqətlərini La Liqa çempionluğuna yönəltdiklərini vurğulayıb.

Veynaldum Premyer Liqanı istəyir

17 April 2026 at 20:46

​”Əl-İttifaq”ın ulduz yarımmüdafiəçisi Corcinio Veynaldum klubdakı son aylarını yaşayır.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı futbolçunun Səudiyyə təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatsa da, tərəflərin yolları daha tez ayıracağı gözlənilir.

Məlumata görə, “Əl-İttifaq”ın Veynalduma yeni müqavilə təklif etmək üçün kifayət qədər büdcəsi yoxdur. Jurnalist Ben Ceykobs qeyd edir ki, tərəflər qarşılıqlı razılıq əsasında vidalaşmağa hazırlaşırlar. Yalnız son anda büdcənin artırılması vəziyyəti dəyişə bilər.

Veynaldumun milli komanda karyerası hələ bitməyib. İddialara görə, Niderland yığmasının baş məşqçisi Ronald Kuman ulduz oyunçunu Dünya Çempionatının heyətinə daxil edə bilər. Futbolçunun gələcək taleyi may ayının sonunda qəti şəkildə bəlli olacaq.

“Sky Sports”un verdiyi xəbərə görə, 35 yaşlı futbolçu karyerasını bitirmək niyyətində deyil. O, vaxtilə “Nyukasl” və “Liverpul” formaları ilə ulduzunun parladığı İngiltərə Premyer Liqasına geri dönməyi hədəfləyir.

“Fənərbağça”dan ulduz futbolçusu ilə bağlı qərar

17 April 2026 at 20:30

​”Fənərbağça” Super Liqanın 30-cu həftəsində öz meydanında “Çaykur Rizespor”u qonaq edəcək.

Futbolpress.az xəbər verir ki, qarşılaşma öncəsi “sarı-lacivərdlilər”in heyəti bəlli olsa da, ulduz oyunçunun adı siyahıda yer almayıb.

​”Beşiktaş” derbisində zədələnən Marko Asensio sağala bilmədiyi üçün “Çaykur Rizespor” matçının heyətinə daxil edilməyib.

​Asensionun yoxluğu İstanbul təmsilçisi üçün böyük itki hesab olunur. Təcrübəli futbolçu bu mövsüm “Fənərbağça” forması ilə çıxdığı 37 matçda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Demçenko: “Məsuliyyəti tam şəkildə üzərimə götürürəm”

17 April 2026 at 20:30

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 28-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyundan əvvəl desəydilər ki, 0:3 hesabı ilə məğlub olacağıq, buna inanmazdım. Birinci hissədə oyunumuz alınırdı. Qol şanslarımız oldu, amma yararlana bilmədik. İkinci yarıda da yaxşı imkanlarımız oldu. Futbolda qızıl qayda var, qol vurmasan, sənə qol vuracaqlar. 90 dəqiqə ərzində oyuna köklənməni saxlamaq lazımdır. Oyunun sonlarında bizdə alınmadı və uduzduq. Son saniyəyə kimi döyüşməlisən. Amma bu, o demək deyil ki, bu məğlubiyyətdə günahkar yalnız futbolçulardır. Uduzursansa, ilk növbədə baş məşqçi günahkardır. Deməli, mən qalib gəlmək üçün lazım olan işi görməmişəm. Tam şəkildə məsuliyyəti üzərimə götürürəm.

Məqsədimiz var. Sona qədər mübarizə aparmaq lazımdır. Rəqiblərimizin də öz aralarında oyunları olacaq. Şansımızın tam bitdiyini deməzdim”.

Kurban Berdıyev: “Çox çətin və vacib qələbə qazandıq”

17 April 2026 at 20:00

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 28-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə Tovuz təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün çox vacib və çətin qələbə qazandıq. İkinci hissədəki oyuna görə uşaqlara minnətdaram. Yaxşı aktivlik var idi. Finişə yaxın çox vacib xallar qazandıq”.

Qeyd edək ki, “Turan Tovuz” 28 turdan sonra topladığı 55 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Berdıyevin komandası 16 qələbə qazanıb, 7 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. “Araz-Naxçıvan” isə 39 xalla 6-cıdır.

Siyasət Əsgərov: “Sabah mütləq qələbə qazanmalıyıq”

17 April 2026 at 19:30

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Andorraya qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar dünya çempionatının (DÇ-2027) seçmə mərhələsi çərçivəsində sabah Masazırda üz-üzə gələcəklər.

Siyasət Əsgərov bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Üç gün əvvəl bu rəqib üzərində səfərdə gözəl oyunla qələbə qazandıq. Hesabı Andorra açsa da, əzmkar mübarizə apararaq istəyimizə çatdıq. Sabah isə bu komandanı öz meydanımızda qəbul edəcəyik. Qrupu yüksək pillələrdə bitirmək istəyiriksə, sabahkı matçda da mütləq qələbə qazanmalıyıq. Rəqiblə bağlı bütün detalları komanda ilə müzakirə etmişik, lazımi məlumatları vermişik. Düşünürəm ki, qarşılaşmaya tam hazırıq. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram”.

Xatırladaq ki, C Liqasının 3-cü qrupu çərçivəsində aprelin 18-də “Masazır Arena”da keçiriləcək Azərbaycan – Andorra oyununa saat 17:00-da start veriləcək.

“Parabadminton Günü” təşkil olundu

17 April 2026 at 20:15

Aprelin 17-də Bakı Badminton Klubunda Mill Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə “Parabadminton Günü” təşkil olunub.

Futbolpress.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının rəsmiləri, eləcə də milli komandamızın parabadmintonçuları iştirak ediblər.

Əlilliyi olan yeniyetmə və gənclər üçün təşkil olunan tədbir çərçivəsində iştirakçılar parabadminton idman növü ilə ilk dəfə tanış olub, bu idman növünün qaydaları, əsas texniki elementləri və oyun prinsipləri barədə nəzəri biliklər əldə ediblər. Daha sonra onlar məşqçilərin rəhbərliyi ilə praktiki məşqlərdə iştirak edərək parabadmintonu sınaqdan keçirmək imkanı qazanıblar.

Tədbirin əsas məqsədi parabadmintonun ölkəmizdə təbliği, əlilliyi olan şəxslərin idmana cəlb olunması, inklüziv idman mühitinin təşviqi və yeni idman istedadlarının üzə çıxarılmasıdır.

Demçenko: “Məsuliyyəti tam şəkildə öz üzərimə götürürəm”

17 April 2026 at 19:45

Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Turan Tovuz” (0:3) görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb:

– Oyundan əvvəl mənə desəydilər ki, 0:3 uduzacağıq, mən buna inanmazdım. Birinci hissədə qol fürsətlərimiz oldu, həmçinin ikinci hissədə də şanslarımız var idi. Futbolda qızıl qayda budur ki, qol vurmasan, sənə vuracaqlar, oyun 90 dəqiqə davam edir, sona qədər diqqətli olmaq lazımdır. Bu gün bizdə bu alınmadı və uduzduq. Axıra qədər döyüşmək lazımdır.

– Belə başa düşdük ki, məğlubiyyətin məsuliyyəti futbolçuların üzərindədir. Bəs baş məşqçi özündə nə qədər günah görür? 

– Xeyr, heç kim demir ki, oyunçular günahkardır, ilk növbədə günah məşqçidədir. Deməli, mən qələbə üçün lazım olan keyfiyyəti tapmamışam, məsuliyyəti tam şəkildə öz üzərimə götürürəm.

– Məğlubiyyətlə avrokuboklara getmək ümidi tamamilə bitdi, yoxsa mübarizə davam edir? 

– Məqsədimiz var, sona qədər döyüşmək lazımdır. Hələ rəqiblərimizin də oyunları var.

– Siz “Araz-Naxçıvan”a gələndən demək olar ki, ancaq autsayderləri məğlub etmisiniz. Bir az ciddi rəqiblərdən isə heç 1 xal da ala bilməmisiniz… 

– Yəqin ki, müdafiə oyunundan hücum oyununa keçiddə çətinliyimiz var və problem də bundadır. Oyunçuları müasir futbola uyğunlaşdırmağa, topu saxlamağa, pressinq tətbiq etməyə çalışırıq. Kimsə daha tez, kimsə daha gec uyğunlaşır. Demək istəyirəm ki, bütün məsuliyyət mənim üzərimdədir.

 

 

Kurban Berdıyev: “Çempionatın sonlarına yaxın çox vacib xallar qazandıq”

17 April 2026 at 19:19

Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən “Araz Naxçıvan” – “Turan Tovuz” (0:3) oyunundan sonra qonaqların baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyun barədə bunları deyib:

“Bugünki qələbəmiz çətin və əhəmiyyətli idi. İkinci hissəyə görə oyunçularıma təşəkkür edirəm. Çempionatın sonlarına yaxın çox vacib xallar qazandıq”.

Alkaraz nüfuzlu turnirdə iştirak edə bilməyəcək

17 April 2026 at 19:15

Dünya reytinqinin 2-ci pilləsində qərarlaşan ispaniyalı ulduz Karlos Alkaraz zədə səbəbindən Madrid Masters 1000 turnirində iştirak etməyəcəyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, İspaniyalı raketka ustası “X” hesabından etdiyi paylaşımla bu üzücü xəbəri rəsmən duyurub.

Bununla da Alkaraz üst-üstə ikinci ildir ki, doğma vətənində keçirilən bu nüfuzlu turniri buraxmalı olur.

Ulduz tennisçi qərarı ilə bağlı emosional bir mesaj yayımlayıb:

​”Madrid mənim evimdir. İki il ardıcıl burada oynaya bilməmək mənim üçün çox ağırdır. Öz azarkeşlərimin qarşısında, belə bir xüsusi turnirdə meydanda ola bilməmək məni kədərləndirir. Daimi sevginiz və dəstəyiniz üçün hər kəsə təşəkkür edirəm.”

Premyer Liqa: “Turan” “Araz”a 3 cavabsız qolla qalib gəldi

17 April 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib.

Sumqayıtda keçirilmiş qarşılaşmanın baş hakimi Rauf Cabbarov olub. Oyunun ilk yarısı qolsuz bitib. Fasilədən sonra rəqibinə 3 cavabsız qol vurmuş Tovuz təmsilçisi darmadağına sevinib.

Premyer Liqa
28-ci tur
17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: İbrahima Vadji, 71. Joarlem Santos, 82; 90+2.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 17:00.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 6. Patrik Andrade, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 9. Coş Cinnelli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Hidayət Heydərov AÇ-nin finalında uduzdu

17 April 2026 at 18:00

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan son Olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.

Heydərov 1/8 finalda kosovolu Dardan Çenadan üstün olub. O, 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesə qalib gəlib. Hidayət yarımfinalda türkiyəli Bilal Çiloğlunu da məğlub edib. O, finalda 2012-ci il Olimpiya çempionu Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib. Cüdoçumuz gərgin mübarizə şəraitində keçən görüşdə hakimlərin ədalətsiz qərarı səbəbindən bu rəqibinə uduzub.

Xatırladaq ki, Hidayət Heydərov bundan əvvəl 5 dəfə Avropa çempionatında finala vəsiqə qazanmışdı. O, bunların 4-də çempion olmuş, birində isə gümüş medal əldə etmişdi. Heydərov 1 dəfə dünya çempionu da olub.

Tiflisdə keçirilən Avropa çempionatının ilk günündə mübarizəyə qoşulmuş Azərbaycanın 7 cüdoçusundan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanmışdılar.

Avropa çempionatı aprelin 19-da başa çatacaq. Azərbaycan qitə birinciliyində 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) ilə təmsil olunur.

“Zirə” – “Neftçi”: Heyətlər

17 April 2026 at 18:37

Misli Premyer Liqasının XXVIII turunda bu gün keçiriləcək “Zirə” – “Neftçi” matçı üçün heyətlər açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandalar saat 19:30-da başlayacaq görüşə bu heyətlərlə çıxacaqlar:

“Zirə”: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 11. Junior Martins

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas

Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 70. Andrey Ştoqrin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi

Messinin yeni baş məşqçisi keçmiş komanda yoldaşı ola bilər

17 April 2026 at 18:32

Lionel Messinin formasını geyindiyi MLS təmsilçisi “İnter Mayami”də Xavyer Maskeranodan boşalan baş məşqçi postu üçün dünya şöhrətli mütəxəssislərin adları hallanır.

Futbolpress.az xəbər verir ki, aprelin 14-də klub rəhbərliyi 41 yaşlı mütəxəssis Maskerano ilə yolları ayırmaq qərarına gəlib.

Bu ayrılığa komandanın son iki oyunda xal itirməsi və gözlənilən performansı göstərə bilməməsi səbəb olub.

İspaniyanın “As” qəzetinin məlumatına görə, Devid Bekhemin rəhbərlik etdiyi klubun siyahısında iki əsas favorit var: Xavi və Marselo Qallardo.

​Hələlik klub rəhbərliyi bu iki ad arasında yekun qərarını verməyib.

MLS-də geridə qalan 7 həftə ərzində “İnter Mayami” 3 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə Şərq Konfransında 12 xal toplayaraq 3-cü pillədə qərarlaşıb.

Hau qərarını verdi

17 April 2026 at 17:39

“Nyukasl”ın baş məşqçisi Eddi Hau klubdan ayrılacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:

“Nyukasl”da qalacağam. Hələ arzuluyam və böyük bir layihənin parçasıyam. İşimə burda davam edəcəyəm”.

“Nyukasl” Premyer Liqada 32 turdan sonra 42 xalla 12-ci sıradadır.

U-19 millimiz gürcülərə də böyük hesabla uduzdu

17 April 2026 at 17:00

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.

Arena.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda bu gün Gürcüstan yığması ilə qarşılaşıb.

Xorvatiyanın Luçko şəhərindəki təşkil edilmiş görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin yeganə qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub. 90+3-cü dəqiqədə Aysu Əsədova qırmızı vərəqə alaraq meydandan qovulub.

Xatırladaq ki, U-19 millimiz daha əvvəl meydan sahibi Xorvatiyaya 0:6, Çexiyaya isə 0:9 hesabıyla uduzmuşdu.

Beləliklə, Azərbaycan millisi qrupda sonuncu yeri tutub.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 6-cı qrup
17 aprel

Azərbaycan – Gürcüstan 1:4
Baş hakim: Henrikke Nervik (Norveç).
Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Iva Yaniç (Xorvatiya).
Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya).
Luçko stadionu.

AFFA “Mingəçevir”i 900 manat cərimə etdi

17 April 2026 at 16:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 22-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 22-ci tur

MOİK – “Zaqatala” oyununda MOİK-də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 86-cı dəqiqəsində “Cəbrayıl”ın futbolçusu Andzuno Eli ikinci sarıdan qırmız vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Cəbrayıl” buna görə 150 manat cərimə edilib.

“Mingəçevir” – “Difai” oyununda meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” 900 manat cərimə edilib.

“Səbail” – “Şimal” oyununda “Şimal”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.

Əvəzedicilər Liqası: 24-cü turun oyun cədvəli açıqlandı

17 April 2026 at 15:00

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 24-cü turun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

24-cü turun görüşləri aprelin 30-da və mayın 1-də keçiriləcək.

Əvəzedicilər Liqası
24-cü tur
30 aprel

“Sumqayıt-2” – “Neftçi-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Şamaxı-2” – “Turan Tovuz-2”
Şamaxı şəhər stadionu, 16:00.

1 may

“Qarabağ-2” – “Zirə-2”
Binə qəsəbə stadionu, 12:00.

“Sabah-2” – “Kəpəz-2”
“Bayıl Arena”, 16:00.

“Araz-Naxçıvan-2” – “Qəbələ-2”
Binə qəsəbə stadionu, 17:00.

Alabaya təkliflər var

17 April 2026 at 17:20

Avstriyalı futbolçu David Alaba yayda “Real”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, müdafiəçinin müddəti başa çatacaq müqaviləsi uzadılmayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Alabaya Türkiyə, Almaniya və Səudiyyə Ərəbistanı klublarından təkliflər var.

33 yaşlı müdafiəçi 2021-ci ildən “Real”ın formasını geyinir. O, bu mövsüm La Liqada 3 oyuna çıxıb.

“DH Volley” komandası voleybol meydançası inşa edib

17 April 2026 at 16:41

“DH Volley” (“Demirören Holdinq”) komandası gənclər arasında idmana marağın artırılması, voleybolun daha geniş auditoriyaya çatdırılması sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sosial yönümlü layihə həyata keçirib.

Futbolpress.az xəbər verir ki, layihə çərçivəsində məktəbin həyətində müasir standartlara uyğun açıq voleybol meydançası inşa olunub. Meydança yumşaq örtük, tor, dirəklər zəruri idman avadanlıqları ilə tam təchiz edilib. Şagirdlərin oyunları rahat şəkildə izləyə bilmələri üçün tribunalar qurulub, oturacaqlar yerləşdirilib. Eyni zamanda, şagirdlərin voleybola aktiv cəlb olunmasını təşviq etmək məqsədilə onlara voleybol topları iki hissəli forma dəstləri təqdim edilib

Bununla yanaşı, şagirdlərin idman atmosferini daha yaxından hiss etmələri üçün onların oyun məkanlarına xüsusi nəqliyyat vasitələri ilə daşınması təşkil olunur. Bu təşəbbüs şagirdlərə peşəkar yarış mühitini hiss etməyə imkan yaradır, onların idmana marağını artırır, komanda ruhunu motivasiyanı gücləndirir. Tədbirlərdən sonra şagirdlərin təhlükəsiz şəkildə məktəbə geri qaytarılması da təmin edilir.

Layihə yalnız şagirdlərin fiziki inkişafını deyil, həm sosial bacarıqlarının formalaşmasını hədəfləyir. Bu təşəbbüs onların ünsiyyət qurmalarına, özünəinamlarının artmasına sağlam həyat tərzi sürmələrinə töhfə verir.

“DH Volley” komandasının rəhbərliyi bildirir ki, belə layihələr yalnız bu günü deyil, gələcəyi formalaşdırır. İdmanla məşğul olan gənclərin cəmiyyətin inkişafında mühüm rol oynayacağı vurğulanır.

Layihənin gələcəkdə daha çox şagirdi əhatə etməsi müxtəlif hsil müəssisələrində həyata keçirilməsi planlaşdırılır.

“Nyukasl” forvardına qiymət qoydu

17 April 2026 at 16:26

“Nyukasl” futbolçusu Entoni Qordonun transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, ingilis hücumçunu heyətinə qatmaq istəyən klublar azı 90 milyon avro ödəməlidir. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Qordonla “Bavariya” və “Arsenal” yaxından maraqlanır.

Futbolçu bu mövsüm Premyer Liqada 26 oyunda 6 qol vurub.

“Araz-Naxçıvan” – “Turan Tovuz”: heyətlər

17 April 2026 at 16:07

“Araz-Naxçıvan” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov (k) 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos
Ehtiyat oyunçular: 12. Kristian Avram 34. Ürfan Abbasov 3. Bəxtiyar Həsənalızadə 14. Ülvi İsgəndərov 86. İbrahim Piriyev 6. Patrik Andrade 11. Ba-Muaka Simakala 70. Şarl Boli 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko

“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 6. Fərid Yusifli 99. İbrahima Vadji 9. Coş Cinnelli 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

 

“Mingəçevir”in bombardiri: “Hədəfim Premyer Liqada oynamaqdır”

17 April 2026 at 15:48

“Mingəçevir” I Liqada ikinci sıraya yüksəlib. Bölgə təmsilçisi lider “Şəfa”dan yeddi xal geri qalır.

“Mingəçevir”in hücumçusu Kennet Kalunqa komandanın çıxışı və hədəfləri barədə “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Qış fasiləsindən sonra əldə olunan qələbələr nəticəsində ikinci sıraya yüksəldiniz. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
– Bəli, ikinciyik. Amma hələ heç nə həll olunmayıb. Liderdən 7 xal geri qalsaq da, 4-cü pilləni 2 xal qabaqlayırıq. Qarşıda oyunlar var.  Heç kim üçün heç nə təmin edilməyib. Ona görə diqqətli olmalı və irəli baxmağa davam etməliyik.

– İkinci yerin sahibi Premyer Liqa üçün elitada 11-ci pilləni tutacaq komanda ilə qarşılaşacaq. Əsas namizədlər “Kəpəz”, “Qəbələ” və “İmişli”dir. Bu rəqiblərdən hansını arzulayardınız?
– Üstünlük verdiyimiz rəqib yoxdur. Hər biri Premyer Liqa klubudur və keyfiyyətli oyunçuları var. Lakin biz də zəif deyilik, çox yaxşı oyunçulara sahibik. Pley-off oynasaq, istənilən komanda ilə qarşılaşmağa hazırıq.

– 11 qolla bombardirlər siyahısında ikincisiniz. Mövsümün əvvəlində qol sayı ilə bağlı hədəfiniz var idi?
– Mövsümün əvvəlindən hədəfimiz elitaya qalxmaq idi. Bununçün qollar vurmaq, qələbələr qazanmaq lazımdır. Komandama kömək etmək üçün burdayam. Önəmli olan “Mingəçevir”in yaxşı nəticələridir.

– “Mingəçevir”ə qədər Portuqaliyada aşağı divizion klublarında oynamısınız. Azərbaycan I Liqasını digərlərindən fərqləndirən nələr var?
– Birinci Liqa rəqabətlidir. Bura daha çox diqqət etsələr, yaxşı olar. Çempionatda nə qədər keyfiyyətli futbolçular oynayır. Məncə, I Liqaya diqqət artsa, tək Premyer Liqa klubları yox, Avropadakı klublar üçün də oyunçu çıxa bilər.

– Mövsümün sonuna az qalıb. Yeni illə bağlı hədəfləriniz nədir?
– Hədəfim Premyer Liqada oynamaqdır. Yeni mövsüm harda oynayacağımı bilmirəm. Amma ümid edirəm ki, Azərbaycan Premyer Liqasında rəqabətli klublardan birində oynaya bilərəm.

Şahin Cəfərov

Riçarlison PSJ-dən təklif aldığını etiraf etdi

17 April 2026 at 14:00

“Tottenhem”in braziliyalı hücumçusu Riçarlison nə vaxtsa, Fransa nəhəngi PSJ-nin maraq dairəsində olduğunu etiraf edib.

Arena.az braziliyalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“PSJ ilə bir neçə təmasım olub. Hər dəfə Kilian Mbappe oradan getməyə hazırlaşanda, onlar mənimlə əlaqə yaradırdılar. Bir dəfə təmsilçim hətta Parisə danışıqlara yollanmışdı. Amma keçidim baş tutmadı”, deyə hücumçu təəssüf edib.

Riçarlison 2022-ci iyulundan “Tottenhemdə” çıxış edir. Braziliyalı hücumçunun “mahmızlar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Riçarlison cari mövsümdə “mahmızlar”ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 10 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun “Tottenhem”in heyətindəki ümumi statistikası belədir: 128 oyun, 30 qol, 14 assist.

Braziliyalı hücumçu daha öncə “Everton”, “Fluminense”, “Uotford” və “Amerika Mineyro”nun da formasını geyinib.

Riçarlison 2018-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 54 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib. Hücumçu “selesao” ilə 2019-cu il Amerika Kubokunun və 2020-ci Olimpiya Oyunlarının qalibi və ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı futbolçunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Robben: “Olise mənə oxşardır, amma…”

17 April 2026 at 13:00

“Bayern”in niderlandlı keçmiş cinah hücumçusu Aryen Robben münhenlilərin fransalı cinah hücumçusu Maykl Olise haqda söhbət açıb.

Arena.az veteran futbolçunun müvafiq fikrini təqdim edir:

“Müvafiq müqayisələri elə də xoşlamıram, çünki hər bir futbolçu öz oyun üslubuna malikdir. Bəli, o, nədəsə mənə oxşardır, amma buna rəğmən, mən onu başqa futbolçu hesab edirəm”, deyə Robben vurğulayıb.

Xatırladaq ki, “Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində 98 oyuna çıxıb, 38 qol və 52 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 15 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Hazard: “Dembele müstəsna istedada malikdir”

17 April 2026 at 12:00

Belçikalı keçmiş cinah hücumçusu Eden Hazard PSJ-nin fransalı mərkəz hücumçusu Usman Dembele haqda qənaətini açıqlayıb.

Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Dembele müstəsna istedada malikdir, amma hesab etmirəm ki, o, qəfildən açılışıb. Onun imkanları bir neçə il öncə də görünürdü, amma indi onun tərəqqi edə biləcəyi də məlum olub”, deyə Hazard vurğulayıb.

Xatırladaq ki, Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2025/2026-cı illər mövsümündə Dembele PSJ-nin heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 16 qol vurub, 8 məhsuldar ötürmə verib.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 127 oyun, 57 qol və 38 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 58 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Karrik və Fernandesdən “Bornmut” məğlubiyyətinə şərh

14 April 2026 at 23:30

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik İngiltərə Premyer Liqasının 32-ci turunda “Bornmut”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” doğma meydanda qarşılaşdıqları bu rəqibə 1:2 hesabıyla məğlub olublar.

İngilis mütəxəssis matçdan sonra bunları söyləyib:

“Oyuna yaxşı başlamadıq. Amma ikinci hissədəki fəaliyyətimizi bəyəndim. Oyunçumuzu meydandan qovmuş hakimin müvafiq qərarından narazıyam”, deyə Karrik vurğulayıb.

“Mançester Yunayted”in kapitanı, portuqal yarımmüdafiəçi Bruno Fernandes də “Bornmut”a ev məğlubiyyətinə aydınlıq gətirib:

“Hər şey elə, birinci hissədə itirilmişdi. Biz oyuna daxil ola bilmədik”, deyə Fernandes vurğulayıb.

“Bornmut”in baş məşqçisi Daniel Farke isə “Mançester Yunayted” üzərində qələbəni belə şərh edib:

“Cəsarətlə fəaliyyət göstərməyimiz və hücum futbolu oynamağımız vacib idi. Hesab edirəm ki, qələbəyə layiq idik”, deyə Farke vurğulayıb.

Sarri: “Məğlubiyyətimizi məntiqsiz hesab edirəm”

14 April 2026 at 22:30

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri İtaliya A Seriyasının 32-ci turunda “Fiorentina”ya səfər məğlubiyyətinə aydınlıq gətirib.

Arena.az xəbər verir ki, sözügedən komandaların Florensiyada baş tutmuş görüşündə meydan sahibləri 1:0 hesablı qələbəyə seviniblər.

İtalyan mütəxəssis matçdan sonra jurnalistərə açıqlamasında bunları söyləyib:

“Mənə elə gəlir ki, oyuna nəzarət edirdik. Ona görə də məğlubiyyətimizi məntiqsiz hesab edirəm”, deyə Sarri bildirib.

“Fiorentina”nın baş məşqçisi Paolo Vanoli isə “Latsio” üzərində qələbəni belə şərh edib:

“Hədəfimizə doğru vacib addım atdıq. Tərəqqimizi və xasiyyətimizi nümayiş etdirdik”, deyə Vanoli vurğulayıb.

Qeyd edək ki, “Latsio” A Seriyasının cari mövsümündə 32 oyuna topladığı 44 xalla 20 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. “Fiorentina” isə 35 xalla 15-cidir.

Hidayət gümüş medalla kifayətləndi

17 April 2026 at 18:14

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Heydərov yarımfinalda türkiyəli Bilal Çiloğluna qalib gəlib.

O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda isə Dayyan Boulemtafesi (Fransa) məğlub edib.

Heydərov finalda gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb. İdmançımız bu dəfə rəqibinə məğlub olub və turnirin gümüş medalına yiyələnib.

“İnter” türkiyəli oyunçu ilə maraqlanır

17 April 2026 at 15:15

“İnter” yayda heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, “neradzurra” “Qalatasaray”ın qolkiperi Uğurcan Çakır ilə maraqlanır. Bu barədə “Bild” nəşri məlumat yayıb. A Seriyası klubu yayda İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq.

Uğurcan bu mövsüm Super Liqada 26 oyunda 19 qol buraxıb.

Emeri: “Kuboku qazanmağın necə çətin olduğunu bilirəm”

17 April 2026 at 14:50

“Aston Villa”nın baş məşqçisi Unay Emeri Avropa Liqasında yarımfinala yüksəlmələrini şərh edib.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, mütəxəssis turniri qazanmaq istədiklərini deyib:

“Kuboku qazanmağın necə çətin olduğunu bilirəm. Amma bizim kimi klub üçün Avropada titul əldə etmək çox mühümdür. Məşqçilik karyeramda çox kuboklar qazanmışam. İndi “Aston Villa” ilə nələrsə əldə etmək istəyirəm”.

“Aston Villa” final yolunda “Nottingem Forest”lə qarşılaşacaq.

“Real” onlarla vidalaşacaq

17 April 2026 at 14:30

“Real” mövsümün sonunda bir neçə futbolçu ilə vidalaşacaq.

Futbolpress.az xəbər verir ki, “kral klubu” David Alaba, Dani Sebalyos, Antonio Rudiger və Eduardo Kamavinqa ilə vidalaşacaq. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Real” La Liqada ikinci sıradadır və lider “Barselona”dan 9 xal geri qalır.

ÇL-də rəmzi komanda

17 April 2026 at 14:18

UEFA Çempionlar Liqasında 1/4 finalın cavab matçlarından sonra həftənin rəmzi heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, rəmzi heyətdə “Real”ın futbolçusu Arda Güler də yer alıb:

Qapıçı: Xuan Musso (“Atletiko”Madrid)

Müdafiıçilər: Eduardo Kuarejma (“Sportinq”), Dayotçankul Upamekano (“Bavariya”), Markinyos (PSJ), Markos Lyorente (“Atletiko”Madrid)

Yarımmüdafiıçilər: Yozua Kimmix (“Bavariya”), Martin Subimendi (“Arsenal”), Arda Gülər (“Real” Madrid), Maykl Olise (“Bavariya”),

Hücumçular: Ferran Torres (“Barselona”), Usman Dembele (PSJ)

Yarımfinalda PSJ “Bavariya”, “Arsenal” isə “Atletiko”(Madrid) ilə qarşılaşacaq.

 

“Qarabağ” azarkeşlərinə müraciət etdi

17 April 2026 at 13:47

“Qarabağ” Misli Premyer Liqasının XXVIII turunda “Sabah”la keçiriləcək oyuna gəlmək istəyən azarkeşlərinə müraciət edib.

Futbolpress.az xəbər verir ki, “atlılar” xanım azarkeşlərinin və stadiona “Qarabağ” forması ilə gələcək fanatlara biletlərin pulsuz veriləcəyini daha əvvəl açıqlamışdı. Yeni müraciətdə istənilən halda, oyuna gələrkən biletin olmasının vacibliyi vurğulanıb.

Forma ilə gələn azarkeşlərə bilet hədiyyə olunursa, xanım azarkeşlər üçün giriş pulsuzdur, lakin bilet əldə etmək vacibdir.

Aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sabah” oyununa 19:30-da start veriləcək.

Azərbaycan yığması Qazaxıstanda turnirə qatılacaq

17 April 2026 at 13:30

Azərbaycanın U-16 yığması 25-30 apreldə Qazaxıstanın Şımkent şəhərində keçiriləcək UEFA İnkişaf Turnirində iştirak edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Pakistan və ev sahibi Qazaxıstan yığması da iştirak edəcək.

Rusiya – Azərbaycan oyunu aprelin 25-də keçiriləcək.

Lənkəranda UEFA kursu keçirildi

17 April 2026 at 13:16

AFFA-nın təşkilatçılığı ilə Lənkəranda keçirilən UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi başa çatıb.

Futbolpress.az xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçı Dəyanət Əliyev rəhbərlik edib. Ona yerli məşqçilər Rövşən Süleymanov və Cavid Quliyev köməklik göstəriblər.

Kursun ikinci mərhələsi mayın 5-dən 8-dək, üçüncü mərhələsi mayın 26-dan 29-dək, dördüncü mərhələsi isə iyunun 15-dən 20-dək olacaq.

“Qalatasaray” onun transfer hüquqlarını almaq istəyir

17 April 2026 at 12:51

“Qalatasaray” icarə əsasında komandada çıxış edən Saça Boeyin transfer hüquqlarını almaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Müqavilə ilə “Bavariya”ya məxsus olan fransalı cinah oyunçusu İstanbulda qalmağa müsbət yanaşır.

“Qalatasaray” Boeyin transfer hüquqları üçün 15 milyon avro ödəməlidir.

Cinah müdafiəçisi bu mövsüm Super Liqada 8 oyunda 1 qol vurub.

“Milan” yayda baş məşqçisi ilə vidalaşa bilər

17 April 2026 at 12:39

Massimiliano Alleqri mövsümün sonunda “Milan”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. Mütəxəssislə klub rəhbərliyi arasında anlaşılmazlıq var. Alleqri durumun dəyişməyəcəyi halda, yayda klubdan ayrılmağı nəzərdən keçirir.

“Milan” A Seriyasında 32 turdan sonra 63 xalla 3-cü sıradadır. Komanda lider “İnter”dən 12 xal geri qalır.

Lionel Messi klub sahibi oldu

17 April 2026 at 11:00

Lionel Messi İspaniyanın futbol üzrə üçüncü divizionunda mübarizə aparan Kataloniyanın “Kornella” klubunun yeni sahibi olub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kornella”nın yaydığı bəyanatda argentinalı ulduzun bu addımının bölgə ilə bağlılığının göstəricisi olduğu vurğulanıb:

“Bu addım Messinin Barselona ilə sıx əlaqəsini, Kataloniyada idmanın və yerli istedadların inkişafına sadiqliyini təsdiqləyir. Bu, onun “Barselona”nın heyətində çıxış etdiyi illərdə yaranmış və bu günə qədər qorunub saxlanılan bir bağdır”.

Xatırladaq ki, 1951-ci ildə əsası qoyulmuş “Kornella” ev oyunlarını 1500 tamaşaçı tutumuna malik “Nou Kamp Munisipal” stadionunda keçirir.

Futbol üzrə Argentina millisinin də üzvü olan Lionel Messi 2023-cü ildən Amerika Birləşmiş Ştatlarının “İnter Mayami” komandasında çıxış edir. O, bundan öncə bir neçə il PSJ-də (Fransa), uzun illər isə yetirməsi olduğu “Barselona”da forma geyinib.

Nicat Abasov liderliyə yüksəldi

17 April 2026 at 12:18

Polşanın Katovitse şəhərində təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında 9-cu tur sona çatıb.

Futbolpress.az xəbər verir ki, hesabat turunda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edən azərbaycanlı şahmatçı Nicat Abasov liderliyə yüksəlib. Aydın Süleymanlı isə ispan David Giharro ilə heç-heçə edib.

Hazırda 7 xal toplayan Süleymanlı 5-ci pillədə qərarlaşıb. Hərəyə 7,5 xal toplayan Nicat Abasov və ispaniyalı David Giharro 9 turdan sonra 1-2-ci yerləri bölüşür. 7 xal toplayan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı 12-ci pillədədir.

Bu gün oynanılacaq 10-cu tur liderlərin dueliylə diqqəti cəlb edir. Eyni xala malik Nicat Abasovla David Giharonun mübarizəsi vahid lideri müəyyənləşdirə bilər.

Liderlərdən uzaqlaşan Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıb.

Qeyd edək ki, Avropa çempionatında ilk 20-likdə qərarlaşacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.

“Zirə” ilə oyuna doğru: “Neftçi”nin daha istəkli olacağını düşünürəm”

17 April 2026 at 12:00

“Neftçi” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Zirə”nin qonağı olacaq. “Ağ-qaralar” 43 xalla turnir cədvəlində beşincidir və dördüncü “qartallar”dan 1 xal geri qalır.

“Neftçi”nin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Maraqlı oyun olacaq. Matçı altı xallıq dəyərləndirmək olar. Məncə, şanslar bərabərdir. İki komanda üçün də qələbə çox önəmlidir. Avrokuboklara vəsiqə uğrunda mübarizədə oyunun əhəmiyyəti böyükdür. Məncə, “Neftçi” bir az üstündür. Çünki “Zirə” iki turnirdə mübarizə aparır və istər-istəməz hər ikisində şanslarını davam etdirməyə çalışır. Xüsusilə kubokda yarımfinalın ilk oyununda “Turan Tovuz” üzərində üstünlük qazanıblar və finala daha yaxındırlar. Çempionatda isə qarşıda hələ çox oyun var”.

Mütəxəssis “Neftçi”nin daha istəkli olacağını qeyd etdi:

“Məncə, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bugünkü matçda rotasiyalar edə bilər. Kubokla Avropa Liqasına vəsiqə daha böyük üstünlükdür. “Neftçi”nin daha istəkli olacağını düşünürəm. Qazanılan hər xal komandanı avrokubok zonasına yaxınlaşdırır. Onlar üçün əsas yol liqadır. Buna görə də “Neftçi” qələbəni daha çox istəyəcək. Nəticədən asılı olmayaraq, məncə, komandalar arasında “dördlük” mübarizəsi mövsümün sonuna kimi davam edəcək”.

“Zirə” – “Neftçi” oyununa saat 19:30-da start veriləcək.

Şahin Cəfərov

Hidayətdən uğurlu start

17 April 2026 at 11:37

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

Futbolpress.az xəbər verir ki, 73 kq-da yarışan idmançı 1/16 finalda yunanıstanlı Konstantinos Tsaparasa ilə qarşılaşıb. Görüş Hidayətin qələbəsiylə başa çatıb. O, rəqibini ipponla məğlub edib.

Hidayət 1/8 finalda Dardan Çena (Kosovo) ilə qarşılaşacaq.

Ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

AAF rəsmisi Batumiyə nə üçün gedib?

17 April 2026 at 11:26

Gürcüstanın Batumi şəhərində Avropa Ağırlıqqaldırma Federasiyasının növbəti konqresi keçirilir.

Futbolpress.az xəbər verir ki, konqresdə ölkəmizi AAF-nin vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü Firdovsi Umudov təmsil edir. Əvvəlcə EWF-in prezidenti Astrit Hasani çıxış edərək konqresin proqramını diqqətə çatdırıb və illik hesabatı təqdim edib. Audit hesabatlarının təsdiqindən sonra 2026 və 2027-ci illərdə baş tutacaq yarışlarla bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra Avropa Ağırlıqqaldırma Federasiyasında boş qalan vəzifə yerlərinə növbədənkənar seçkilər keçirilib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov konqresdə iştirakı çərçivəsində EWF-in prezidenti Astrit Hasani, qurumun Baş katibi Milan Mixayloviç, eləcə də Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze ilə görüşüb. Təmaslar zamanı yarışların təşkili, qaydalardakı yeniliklər və ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.

Klubların maliyyə menecerləri üçün seminar

17 April 2026 at 11:13

AFFA-nın inzibati binasında Lisenziya və Qeydiyyat Departamentinin maliyyə mütəxəssisləri tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbir UEFA-nın IT Solution proqramına (CL/FFP IT Solution) maliyyə məlumatlarının daxil edilməsi mövzusuna həsr olunub.

Seminarda IT Solution proqramında baş vermiş yeniliklər müzakirə edilib, maliyyə menecerlərinə nəzəri və praktiki təlimlər keçirilib.

Sonda klub nümayəndələri 2025-ci maliyyə ili üzrə müvafiq məlumatları proqrama daxil ediblər. Eyni zamanda, seminar iştirakçılarının sualları AFFA-nın maliyyə mütəxəssisləri tərəfindən cavablandırılıb və onlara ətraflı praktiki izahlar təqdim edilib.

“Zirə” – “Neftçi” oyununa doğru: itkilər

17 April 2026 at 10:45

“Zirə” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Neftçi”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, hər iki komanda görüşə bir itki ilə çıxacaq.

“Zirə”də Rüfət Abdullazadə, “Neftçi”də isə Bassalu Sambu oyunu buraxacaq. İki oyunçu da zədə səbəbindən matçda iştirak etməyəcək.

“Zirə” – “Neftçi” oyununa saat 19:30-da start veriləcək.

İkinci Liqa: 24-cü turun oyun cədvəli açıqlandı

17 April 2026 at 10:00

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Turun oyunları üç günü əhatə edəcək. Aprelin 26-da 2 qarşılaşma baş tutacaq. Qalan oyunlar isə ayın 27-də və 28-də baş tutacaq.

İkinci Liqa
24-cü tur

26 aprel

“Ağstafa Gəncləri” – “Kür-Araz”
Ağstafa şəhər stadionu, 16:30

“Dinamo” – “Şirvan”
Binə qəsəbə stadionu, 16:30.

27 aprel

“Araz Saatlı” – “Göygöl”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Ağdaş”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

28 aprel

“Xankəndi” – “Qaradağ Lökbatan”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəmkir” – “Quba”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

İki klub tarixində ilki bacardı

17 April 2026 at 10:23

Konfrans Liqasında yarımfinalçılar məlum olub.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Kristal Pelas” və Fransanın “Strasburq” komandası tarixində ilk dəfə avrokuboklarda yarımfinala adlayıb.

Premyer Liqa klubu “Fiorentina”nı, “Strasburq” isə “Maynts”ı mübarizədən kənarlaşdırıb.

“Kristal Pelas” final yolunda “Şaxtyor”, “Strasburq” isə “Valyekano” ilə üz-üzə gələcək.

Azərbaycan yığması Gürcüstana qarşı

17 April 2026 at 10:15

19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, Həbib Ağayevin rəhbərlik etdiyi kollektiv Gürcüstanla üz-üzə gələcək. Xorvatiyada, Luçko şəhərində baş tutacaq oyuna saat 14:00-da start veriləcək.

Azərbaycan yığması qrupda daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya isə 0:9 hesabıyla uduzub.

Mahirin komandası üçün səfər sınağı

17 April 2026 at 09:50

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Holştayn”la qarşılaşacaq. Matça saat 20:30-da start veriləcək.

“Kayzerslautern” 29 turdan sonra 46 xalla 7-cidir.

Hansı oyun, hansı kanalda? – TV

17 April 2026 at 09:30

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

Azərbaycan, Premyer Liqa
17:00 Araz-Naxçıvan – Turan Tovuz CBC Sport)
19:30 Zirə – Neftçi (CBC Sport)

İtaliya, A Seriyası
20:30 Sassuolo – Komo (Futbol 1)
22:45 İnter – Kalyari (Futbol 1, Matç TV)

Rusiya, Premyer Liqa
20:30 Rostov – Soçi (Matç Premyer)

Türkiyə, Super Liqa
21:00 Fənərbağça – Rizəspor (Futbol 3, beİN Sports 1)
21:00 Antalyaspor – Konyaspor (beİN Sports 2)

İtalyanlarsız yarımfinallar

17 April 2026 at 09:15

Avrokuboklarda yarımfinalçılar məlum olub.

Futbolpress.az xəbər verir ki, Çempionlar Liqasında PSJ, “Atletiko”, “Bavariya”, “Arsenal”, Avropa Liqasında “Frayburq”, “Braqa”, “Aston Villa”, “Nottingem Forest”, Konfrans Liqasında isə “Şaxtyor”, “Kristal Pelas”, “Strasburq” və “Valyekano” final uğrunda mübarizə aparacaq.

Avrokuboklarda 2018/19 mövsümündən sonra birinci dəfə yarımfinallarda İtaliya təmsilçisi yoxdur.

Premyer Liqa: “Araz” “Turan”a, “Zirə” “Neftçi”yə qarşı

17 April 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. Sumqayıtda keçiriləcək qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq. Matça saat 17:00-da start veriləcək.

Günün digər oyununda paytaxt təmsiləri “Zirə” ilə “Neftçi” üz-üzə gələcəklər. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyuna saat 19:30-da start veriləcək. Qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.

Premyer Liqa
28-ci tur
17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 17:00.

“Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

18 aprel

“Karvan” – “Şamaxı”
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 15:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

19 aprel

“Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 15:30.

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

“Turan Tovuz”dan qələbə, Zirədə qalib bəlli olmadı – YENİLƏNİB

17 April 2026 at 21:31

Bu gün Misli Premyer Liqasında XXVIII tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki matç keçirilib.

Günün birinci oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”la üz-üzə gəlib. Digər görüşdə “Neftçi” səfərdə “Zirə”nin qonağı olub.

Misli Premyer Liqası
XXVIII tur

17 aprel

17:00 Araz-Naxçıvan – Turan Tovuz 0:3

Qollar: İ. Vadji, 71, Batista, 82, 90+2

Baş hakim: Rauf Cabarov

Sumqayıt, “SOCAR Polymer stadium”

19:30 Zirə – Neftçi 1:1

Qol: İ. Faraj, 64 – B. Konate, 90+5

Baş hakim: İnqilab Məmmədov

Zirə İK stadionu

Zirədə “avrokubok döyüşü”, “Qarabağ” üçün son şans

17 April 2026 at 08:01

Bu gün Misli Premyer Liqasında XXVIII tura start veriləcək. İlk gündə “Turan Tovuz” “Araz-Naxçıvan”ın, “Neftçi” isə “Zirə”nin qonağı olacaq. Autsayder “Karvan-Yevlax” “Şamaxı”nı, “Kəpəz” “İmişli”ni qəbul edəcək.

Turun mərkəzi görüşündə lider “Sabah” “Qarabağ”la üz-üzə gələcək. Tura “Sumqayıt” – “Qəbələ” matçıyla yekun vurulacaq.

17 aprel, 17:00 Araz-Naxçıvan – Turan Tovuz
Turun açılış oyunu Sumqayıtda, “SOCAR Palymer Arena”da keçiriləcək. “Liv Bona Dea Arena”nın təmirə bağlanması səbəbindən ev oyunlarını müvəqqəti olaraq burda keçirən “Araz-Naxçıvan”ın rəqibi “Turan Tovuz” olacaq.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Naxçıvan təmsilçisinin şansları riyazi olaraq qalır. Bu turda qazanılacaq qələbə və “Zirə” – “Neftçi” matçının heç-heçə bitməsi komanda üçün fürsət ola bilər.

Ötən tur “Sumqayıt”ı məğlub edən “Turan Tovuz” isə ikinci pilləyə “göz dikib”. “Qarabağ”la arada 4 xallıq fərq var. “Atlılar”ın qarşıda “Sabah” və “Neftçi” ilə ardıcıl duelləri olacaq və tovuzlular bu vəziyyətdən yararlanmaq niyyətindədir.

17 aprel, 19:30 Zirə – Neftçi
Turun maraqla gözlənilən qarşılaşmalarından biri Zirədə baş tutacaq. Ardıcıl 4 qələbə qazanan və avrokubok zonasına yaxınlaşan “Neftçi” burda dördüncü pillənin sahibi “Zirə”nin qonağı olacaq. Tərəflər arasında xal fərqi minimumdur.

Son oyunlarda yaxşı formada olan “Neftçi” rəqibindən bir addım öndə görünür. Lakin “Zirə” çempionatda intizamlı oyunu və etibarlı müdafiəsi ilə seçilən komandalardandır. Rəşad Sadıqovun yetirmələri rəqibini öz meydanında qəbul edib, sürətli əks-hücumlarla şanslarını yoxlayacaq. Əks halda, “Neftçi”yə qarşı açıq oyun komanda üçün baha başa gələ bilər.

18 aprel, 15:30 Karvan-Yevlax – Şamaxı
Mövsümdə ikinci qələbəsini ötən oyunda qazanan Yevlax təmsilçisində elitada qalmaq ümidləri yenidən artıb. Düzdür, 11-ci pillədəki “Qəbələ” ilə xal fərqi 8-dir və qarşıdakı 6 oyunda bunun qapanacağı inandırıcı görünmür. Lakin ümidlər sonda ölür və autsayder hər şansdan maksimum yararlanmağa çalışacaq.

“Şamaxı” isə son iki oyunda ardıcıl olaraq “Zirə” və “Qarabağ”dan xal qoparmağı bacarıb. Ayxan Abbasovun yetirmələri liqada mövqeyini möhkəmləndirib və mövsümün sonuna qədər daha üst sıralara yüksəlmək niyyətindədir. Mütəxəssisin yayda klubdan ayrılacağı gözlənilir və o, vidanı pozitiv notlarla etmək arzusundadır.

18 aprel, 19:00 Qarabağ – Sabah
Turun, bəlkə də, mövsümün ən vacib görüşü Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Lider “Sabah” səfərə 10 xallıq üstünlüklə yollanır. “Bayquşlar” üçün heç-heçə də sərfəli nəticə sayılır.

Komandaları müqayisə edəndə daha rahat tərəf məhz “Sabah”dır. Məğlubiyyət belə fərqi 7-yə endirəcək və yenə hər şey “Sabah”ın özündən asılı olacaq.

Tərəflər arasında bu arenada baş tutan son oyun kubok matçına təsadüf edib və qollu bərabərlik qeydə alınıb. Ümumiyyətlə, “Qarabağ”ın “Sabah”a qarşı ev sahibi olduğu son iki matçda 10 qol vurulub və qalib müəyyənləşməyib – 2:2, 3:3.

Görüş “Qarabağ” üçün həlledici olacaq. Son illərin dəyişməz çempionu taxtından salınıb və yenidən zirvəyə qayıtması çətin görünür. Lakin “Sabah” üzərində inamlı qələbə komandanı motivasiya edə, rəqibi isə ruhdan sala bilər. Bu baxımdan “Qarabağ” bütün şanslarından maksimum yaralanmağa çalışacaq.

19 aprel, 15:30 Kəpəz – İmişli
“Qarabağ” qələbəsindən sonra ardıcıl iki məğlubiyyət yaşayan “Kəpəz” azarkeşlərini sevindirməyə çalışacaq. Gəncə təmsilçisi sonuncu pillədən 10 xal öndədir. 11-ci sıradakı “Qəbələ”ni isə iki xal üstələyən “sarı-göylər” bu turda qalib gəlməklə pley-off təhlükəsini müvəqqəti də olsa uzaqlaşdırmaq niyyətindədir.

“İmişli”nin isə aktivində 26 xal var. Ötən tur “Qəbələ” ilə oyunda vacib qələbə qazanan bölgə təmsilçisi liqadakı yerini böyük ölçüdə təmin edib. Jorj Kaşkilyanın yetirmələri “Kəpəz”i də məğlub edəcəyi halda, sonuncu olmayacaqları dəqiqləşəcək.

19 aprel, 19:00 Sumqayıt – Qəbələ
“Sumqayıt”da işlər yolunda getmir. Sıralanan xal itkiləri komanda haqda ancaq neqativ fikirlər yaradır. Birinci dövrədə “üçlük”də yer alan, qışdan sonra ciddi eniş yaşayan “kimyaçılar” 12 oyundur, qələbə qazana bilmir. Ötən turda “Turan Tovuz”la matçın (1:2) ikinci hissəsində əvvəlki oyunlarla müqayisədə daha yaxşı təsir bağışlayan “gənclik şəhəri” təmsilçisi qələbəsizlik seriyasına son qoymaq istəyir. “Sumqayıt” bu dəfə azarkeşləri önündə oynayacaq və “12-ci adamın” dəstəyi komanda üçün əlavə güc rolunu alacaq.

“Qəbələ” isə pley-off zonasından qurtulmağın yollarını axtarır. Rəqibləri “Kəpəz” və “İmişli” bu tur bir-biri ilə qarşılaşacaq və bu görüş “qırmızı-qaralar” üçün əlavə şans yaradacaq. “Sumqayıt” səfərində qazanılacaq qələbə komandanı 10-cu sıraya yüksəldə bilər. Bunun üçün isə “Kəpəz” məğlub olmalıdır.

Gəncəlilərin oyunu daha tez olacaq və xal itkisi “Qəbələ”yə qələbə üçün əlavə stimul verəcək.

Şahin Cəfərov

Avroliqa: “Braqa” “Betis”i yarımfinala buraxmadı

17 April 2026 at 01:10

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün yarımfinalçıları müəyyənləşib.

Arena.az xəbər verir ki, buna turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra aydınlıq gəlib.

Oyunların hamısı eyni günə təsadüf edib. “Selta” doğma meydanda “Frayburq”u, “Betis” isə “Braqa”nı qəbul edib. İspaniya təmsilçiləri evdə uduzaraq mübarizəni dayandırıblar.

“Nottingem Forest” İngiltərədə “Portu” ilə üz-üzə gəlib. “Aston Villa” isə “Bolonya”nı sınağa çəkib. İspanlardan fərqli olaraq, İngiltərə təmsilçiləri qələbə qazanaraq yarımfinala yüksəliblər.

Beləliklə, yarımfinalda “Braqa” “Frayburqa” rəqib olubsa, “Aston Villa” “Nottingem Forest”lə mübarizə aparacaq.

Xatırladaq ki, Avroliqa çərçivəsində yarımfinal görüşlərinə aprelin 30-da start veriləcək.

Avropa Liqası
1/4 final mərhələsinin cavab oyunları
16 aprel

Selta (İspaniya) – Frayburq (Almaniya) 1:3
Qollar: Svedberq, 90+1 – Matanoviç, 33. Suzuki, 39; 50.
İlk oyun – 0:3

Betis (İspaniya) – Braqa (Portuqaliya) 2:4
Qollar: Antoni, 13. Ezzalzuli, 26 – Viktor, 38. V.Karvalyo, 49. Horta, 53-pen. Qorbi, 74.
İlk oyun – 1:1

Nottingem Forest (İngiltərə) – Portu (Portuqaliya) 1:0
Qol: Gibbs-Uayt, 12.
İlk oyun – 1:1

Aston Villa (İngiltərə) – Bolonya (İtaliya) 4:0
Qollar: O.Uotkins, 16. Buendiya, 26. M.Rocers, 39. Konsa, 89.
İlk oyun – 3:1

KL: “Strasburq”dan geri dönüş, Ardanın komandası yarımfinalda

17 April 2026 at 01:01

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları baş tutub.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında AZ “Şaxtyor”u qəbul edib.

Görüş 2:2 hesablı bərabərliklə bitsə də, ümumi hesabda (5:2) qalib olan Arda Turanın yetirmələri yarımfinala adlayıblar.

“Fiorentina” evdə “Kristal Pelas”ı, AEK “Rayo Valyekano”nu qəbul edib. “Maynts 05” isə Fransada “Strasburq”la üz-üzə gəlib.

 

UEFA Konfrans Liqası

1/4 final 

16 aprel

 

AZ (Niderland) – “Şaxtyor” (Ukrayna) 2:2

İlk oyun 0:3

Qollar: İ.S. Yensen, 73, M. Sin, 80 – Alisson, 58, L. O. Meyreleş, 83

“Fiorentina” (İtaliya) – “Kristal Pelas” (İngiltərə) 2:1

İlk oyun – 0:3

Qollar: A. Qudmunsson, 30 (pen), Ş. Ndur, 53 – İ. Sarr, 17

AEK (Afina, Yunanıstan) – “Rayo Valyekano” (İspaniya) 3:1

İlk oyun – 0:3

Qollar: R. Marin, 36 (pen), Zini, 13, 51 – İ. Palazon, 60

“Strasburq” (Fransa) – “Maynts 05 (Almaniya) 4:0

İlk oyun – 0:2

Qollar: S. Nanasi, 26, A. Outtara, 35, J. Ensiso, 69, E. Emeqa, 74

Konfrans Liqasında yarımfinal cütləri bəlli oldu

17 April 2026 at 01:00

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu matçlardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib.

Niderlandın “Alkmar” komandası Ukrayna “Şaxtyor”unu qəbul edib. Cavab görüşündəki heç-heçə ilk oyunda qalib gəlmiş “Şaxtyor”u növbəti mərhələyə daşıyıb.

“Fiorentina” doğma meydanda “Kristal Pelas”la qarşılaşıb. İngiltərə təmsilçisi ilk oyunda darmadağın etdiyi İtaliya klubuna səfərdə uduzsa da, mərhələ adlayan tərəf olub.

AEK “Rayo Valyekano”nu sınağa çəkib. Səfərdə 3 qola üzülmüş İspaniya təmsilçisi doğma meydanda imza atdığı darmadağın sayəsində yarımfinala yüksəlib.

Almaniyanın “Maynts” komandası isə Fransada “Strasburq”la üz-üzə gəlib. Evdə inamlı qələbəyə sevinmiş almanlar səfərdə 4 cavabsız qolla uduzduqları üçün turnirlə vidalaşıblar.

Beləliklə, “Şaxtyor” yarımfinalda “Kristal Pelas”a, “Rayo Valyekano” isə “Strasburq”a rəqib olub.

Xatırladaq ki, Konfrans Liqasında yarımfinal mərhələsinə aprelin 30-da start veriləcək.

Avropa Konfrans Liqası
1/4 final mərhələsinin cavab oyunları
16 aprel

Alkmar (Niderland) – Şaxtyor (Donetsk, Ukrayna) 2:2
Qollar: Yensen, 73. Sin, 80 – Alisson, 58. Meyreles, 83.
İlk oyun 0:3

Fiorentina (İtaliya) – Kristal Pelas (İngiltərə) 2:1
Qollar: Qudmundsson, 30-pen. Ndur, 53 – Sarr, 17.
İlk oyun – 0:3

AEK (Afina, Yunanıstan) – Rayo Valyekano (İspaniya) 3:1
Qollar: Zini, 13; 51. Marin, 36-pen – Palason, 60.
İlk oyun – 0:3

Strasburq (Fransa) – Maynts (Almaniya) 4:0
Qollar: Nanasi, 26. Uattara, 35. Enkiso, 69. Emeqa, 74.
İlk oyun – 0:2

Bernardo Silva “Mançester Siti”ni tərk edəcək – Rəsmi

16 April 2026 at 23:30

“Mançester Siti”nin portuqaliyalı hücumameyilli yarımmüdafiəçisi Bernardo Silva cari mövsümün sonunda İngiltərə klubundan ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub futbolçunun komandadan ayrılacağını bəyan edib. Silva özü də sosial şəbəkə hesabında klubdan gedəcəyini təsdiqləyib və hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Silvanı heyətinə qatıb. Onun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Tərəflər yeni müqavilə bağlamaqda maraqlı olmadıqları üçün vidalaşmağa qərar veriblər.

Cari mövsümdə Silva “Siti”nin heyətində bütün yarışlarda 44 oyuna 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Silvanın “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi belədir: 451 oyun, 76 qol, 77 məhsuldar ötürmə.

Silva “Mançester Siti”nin heyətində 6 dəfə İngiltərə Premyer Liqasının, 5 dəfə İngiltərə Liqa Kubokunun, 2 dəfə İngiltərə Federasiya Kubokunun, 3 dəfə İngiltərə Super Kubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə FİFA Klub Dünya Kubokunun qalibi olub.

Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 107 oyuna çıxıb, 14 qol vurub və 29 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameylli yarımmüdafiəçnin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.

AL: İspaniyada 6 qol, “Aston Villa”dan darmadağın

17 April 2026 at 01:05

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində cavab oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk görüşündə “Selta” “Frayburq”u qəbul edib.

İlk qarşılaşmada olduğu kimi, bu dəfə də almanlar rəqib qapısına 3 top vurublar – 1:3. Beləliklə, ümumi nəticədə 6:1 hesablı qələbə qazanan komanda adını yarımfinala yazdırıb.

Günün digər matçlarında “Aston Villa” “Bolonya”nı, “Nottingem Forest” “Portu”nu qəbul edib. İspaniyada baş tutan “Betis” “Braqa” oyununda 6 qol vurulub.

UEFA Avropa Liqası

1/4 final

16 aprel

 

“Selta” (İspaniya) – “Frayburq” (Almaniya) 1:3

İlk oyun – 0:3

Qollar: V. Svedberq, 90+1 – İ. Matanoviç, 33, Y. Suzuki, 39, 50,

“Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya) 4:0

İlk oyun – 3:1

Qollar: O. Votkins, 16, E. Buendia, 26, M. Rocers, 39, E. Konsa, 89

“Nottingem Forest” (İngiltərə) – “Portu” (Portuqaliya) 1:0

İlk oyun – 1:1

Qollar: M. Gibbs-Vayt, 12

“Betis” (İspaniya) – “Braqa” (Portuqaliya) 2:4

İlk oyun – 1:1

Qollar: Entoni, 13, A. Ezzalzuli, 26 – P. Viktor, 38, V. Karvalyo, 49, R. Orta, 53 (pen), J. Qorbi, 76

Güləşçilərimiz Türkiyəyə yollanır

16 April 2026 at 23:51

Sabah Türkiyənin Antalya şəhərində “Çempionlar” turnirinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, aprelin 20-dək davam edəcək ənənəvi yarışda U20 yaş qrupu üzrə milli komandaların üzvləri mübarizə aparacaq.

Turnirə yollanan idmançılarımızı təqdim edirik:

Sərbəst güləş

57 kq Muhəmməd İsmayılov

61 kq Camal Abbasov

65 kq Bəşir Verdiyev

70 kq Hacı Kərimov

74 kq Nurlan Ağazadə

79 kq Elcan İsmayılzadə, Muradxan Omarov

86 kq Məhəmməd Abbaszadə

92 kq Hüseyn Məmmədtağızadə

97 kq Fərhad Süleymanlı

125 kq Yusif Dursunov, Muxamad Qantemirov

Böyük məşqçi Arif Abdullayev

Məşqçi Rövşən Hacıyev

Məşqçi Nazim Əlicanov

Məşqçi Əşrəf Əliyev

 

Qadın güləşi

50 kq Nəzrin Əhmədli

53 kq Esra Məmmədli

55 kq Səadət Quliyeva

72 kq Zəhra Kərimzadə

Məşqçi Həsrət Məmmədyarov

 

Yunan-Roma güləşi

55 kq Emin Cavadlı, Nicat İsgəndərli, Hikmət Haqverdiyev, Elnar Ziyadov, Xalid Ələsgərov

60 kq Əli Nəzərov, Maksut Cankurtaran, Nihat Bəhmənov

63 kq Tural Əhmədov, Əmrah Əmrahov

67 kq Murad Əliyev, Roman Kərimov, Orxan Əliyev

72 kq Yusif Əhmədli, Kamran Rəcəbli

77 kq Cavad Məmmədov, Cavidan Nehmətov

82 kq Zaur Hüseynli

87 kq Orxan Hacıyev, Abdulla Həsənov

97 kq Mahir Qurbanlı, Rihad İbrahimli, Fuad Hüseynli

130 kq Museyi-Kazım Hüseyn

Böyük məşqçi Turac Hüseynli

Məşqçi Emin Əhmədov

Məşqçi Akif Əliyev

 

Niderlandlı futbolçu karyerasını bitirdi

16 April 2026 at 23:36

​”Feyenoord”, “Monako” və “Fulhem” kimi klublarda çıxış etmiş Terens Konqolo peşəkar futbol karyerasını sonlandırdığını elan edib.

Futbolpress.az xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.

Konqolonun karyerasındakı son dayanacaq maraqlı bir nöqtə oldu. Cari ilin fevral ayında Gürcüstanın “İberiya 1999” klubu ilə müqavilə imzalayan futbolçu orada cəmi bir rəsmi matça çıxdıqdan sonra qəfil futbol həyatını bitirmək qərarına gəlib.

​Niderlandlı futbolçu 4 dəfə milli komandanın formasını geyinib.

Türkiyəli şahmatçı tarixə düşdü

16 April 2026 at 23:22

Türkiyəli şahmatçı Yağız Kaan Erdoğmuş  2700 ELO reytinq səddini aşaraq şahmat tarixində bu səviyyəyə çatan “ən gənc qrossmeyster” ünvanını qazanıb.

Futbolpress.az xəbər verir ki, ​ Monakoda keçirilən turnirdə mübarizə aparan 14 yaşlı idmançı sabiq dünya çempionu Veselin Topalovu məğlub edərək elit şahmatçılar sırasına daxil olub.

​Bununla da Yağız Kaan 2700 ELO xalına çatan ən gənc şahmatçı kimi tarixə düşüb. Bu rekord əvvəllər 15 yaşında bu zirvəyə çatan çinli Vey İyə məxsus idi.

​Müqayisə üçün qeyd edək ki, dünyanın 1 nömrəsi Maqnus Karlsen, eləcə də Əlirza Firuzca və Qukeş Dommaracu bu səviyyəyə ancaq 16 yaşlarında çata bilmişdilər.

​Yağız Kaan həmçinin Türkiyə şahmat tarixinin ən yüksək ELO reytinqinə sahib idmançısı olub.

Oskar Kardoso 42 yaşında karyerasını bitirdi

16 April 2026 at 23:00

Futbol üzrə Paraqvay milli komandasının sabiq mərkəz hücumçusu Oskar Kardoso 42 yaşında karyerasını bitirməyə qərar verib.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu barədə özünün sosial şəbəkə hesablarında məlumat yayıb.

Oskar Kardoso peşəkar karyerasına Paraqvayın “3 de Febrero” klubunda başlayıb. Ölkəsində “Nasional Asunsion”un da şərəfini qorumuş hücumçu sonralar Argentinada “Nyuels Old Boys”, Portuqaliyada “Benfika”, Türkiyədə “Trabzonspor”, Yunanıstanda “Olimpiakos” kimi klubların formasını geyinib. Kardosonun sonuncu iş yeri isə Paraqvayın “Libertad” komandası olub. O, 2017-ci ildən formasını geyindiyi bu klubdan 2026-cı ilin yanvarında ayrılmışdı.

Paraqvaylı hücumçu “Benfika” ilə 2 dəfə Portuqaliya çempionu olub, 5 dəfə Portuqaliya Liqa Kubokunu, 1 dəfə Portuqaliya Kubokunu qazanıb. O, “Olimpiakos”un heyətində 1 dəfə Yunanıstan çempionu olub, “Libertad”la da 5 dəfə Paraqvay Aperturasını qazanıb.

Kardoso 2006-cı ildə debüt etdiyi Paraqvay millisinin heyətində 57 oyunda meydana çıxıb, 12 qol vurub, 1 məhsuldar ötürmə verib.

Huqo Ekitike mövsümü erkən bitirdi – DÇ-ni də buraxacaq

16 April 2026 at 22:30

Futbol üzrə Fransa millisinin və İngiltərənin “Liverpul” klubunun mərkəz hücumçusu Huqo Ekitike uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ (Fransa) ilə cavab oyununda zədələnib.

Ətraflı müayinələrdən sonra forvardın axilles vətərindən zədə aldığı müəyyənləşib. Ekitike mövsümünün qalan hissəsində oynamayacaq. “Liverpul” 23 yaşlı hücumçunun DÇ-2026-da Fransa millisinə kömək edə bilməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, “Liverpul” Ekitikeni 2025-ci ilin yayında 95 milyon avro müqabilində Frankfurt “Ayntraxt”ından transfer edib. Fransalı hücumçunun İngiltərə klubu ilə 2031-ci ilin yayınadək müqaviləsi var. O, “Liverpul”un heyətində 45 oyuna çıxıb, 17 qol vurub, 6 məhsuldar ötürmə verib.

Huqo Ekitike “Reyms”in məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Vayle” (icarə), PSJ və “Ayntraxt”da oynayıb.

Fransanın U-20, U-21, U-23 komandalarında da oynamış Ekitike 2025-ci ildən formasını geyindiyi əsas millinin heyətində 8 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Ektike PSJ ilə Fransa çempionu (2022/2023, 2023/2024) olub və Fransa Super Kubokunu (2023/2024) qazanıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Turan Bayramov və Əhməd Yusifovdan AÇ-də “bürünc”

16 April 2026 at 22:00

Azərbaycan cüdoçuları Turan Bayramov və Əhməd Yusifov bu gün Avropa çempionatının bürünc medalını qazanıblar.

Arena.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil edilmiş qitə birinciliyinə strart verilib.

İlk yarış günündə Azərbaycan milli komandasının 7 üzvü tatamiyə çıxıb. Onlardan yalnız ikisinin çıxışı daha uğurlu alınıb.

Gültac Məmmədəliyeva (52 kq) yarışa uğurlu başlayıb. Təmsilçimiz 1/16 final mərhələsində Lüksemburq idmançısı Karla Tavares Fernandeslə qarşılaşıb. Görüşdən qalib ayrılan Məmmədəliyeva növbəti mərhələyə yüksəlib. Lakin o, növbəti raundda macarıstanlı idmançı Reka Ruppaya məğlub olaraq çıxışını başa vurub.

52 kq çəki dərəcəsindəki digər təmsilçimiz Leyla Əliyeva da 1/8 finala yüksəlib. Azərbaycanlı idmançının 1/16 finaldakı rəqibi serbiyalı Nikolina Nişaviç görüşə çıxmayıb. Nəticədə Leyla döyüşmədən mərhələ adlayıb. Əliyeva növbəti raundda dünya çempionu italiyalı Odette Cuffridaya qızıl xal bölümündə məğlub olaraq çıxışını 1/8 final mərhələsində başa vurub.

48 kq-da yarışan Könül Əliyeva ilə Şəfəq Həmidovanın da siftəsi uğurlu alınıb. Könül 1/16 finalda Amber Qersyesi (Niderland), Şəfəq isə Erza Muminoviçi (Kosovo) məğlub edərək 1/8 finala yüksəlib. Əliyeva 1/8 finalda İspaniya idmançısı Laura Martines Abelendaya uduzduğu üçün mübarizəni dayandırıb. Həmidova isə 1/8 finalda İtaliya təmsilçisi, son dünya çempionu Assunta Skuttonu məğlub edib. Azərbaycanlı idmançı 1/4 finalda Tara Babulfathdan (İsveç) da güclü olub. Şəfəq yarımfinalda Şirin Bukliyə (Fransa) uduzub. Bununla da o, bürünc medal uğrunda iştirak etmək hüququ əldə edib. Üçüncü yer uğrunda görüşdə Laura Martinesə (İspaniya) də uduzmuş cüdoçumuz Avropa çempionatını mükafatsız başa vurub.

İlk gündə 2 medal

Kişilərdən isə bu gün Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq) və Turan Bayramov (66 kq) medal qazanmağa çalışıblar.

Turan 1/16 finalda Nikolas Kuntsedən (Almaniya) güclü olub. Bayramov 1/8 finalda İtaliya təmsilçisi Elios Manzini də məğlub edib. 1/4 finalda rusiyalı Murad Çopanova yenilən Turan təsəlliverici görüşə qatılıb. Təsəlliverici görüşdə Radu İzvoreanunu (Moldova) üstələmiş cüdoçumuz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlmiş Bayramov bürünc medal qazanıb.

Balabəy 1/8 finalda Andrea Karlinonu (İtaliya) mübarizədən kənarlaşdırıb. Əhməd eyni raundda Çarli Eyri (Böyük Britaniya) məğlub edib. Ağayev 1/4 finalda Dilşot Xalmatova (Ukrayna) da qalib gəlib. Yusifov isə bu mərhələdə uduzub. O, Fransa təmsilçisi Luka Mixeidze ilə bacarmayıb. Bu üzdən də Yusifov təsəlliverici görüşə çıxıb. Azərbaycanlı idmançı təsəlliverici görüşdə Romen Valadier-Pikardı (Fransa) üstələyib və bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Balabəy də yarımfinalda Giorgi Sardalaşviliyə (Gürcüstan) uduzub. Beləcə, Ağayev də üçüncü yer uğrunda görüşə çıxmaq hüququ qazanıb. Bürünc medal uğrunda görüşdə iki azərbaycanlı cüdoçu üz-üzə gəlib. Əhməd Balabəylə görüşdə qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq. Azərbaycan Tiflisdəki qitə birinciliyində 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) ilə təmsil olunur.

“Udineze”dən Zaniolo açıqlaması

16 April 2026 at 22:54

​”Udineze”nin prezidenti Franko Soldati Nikolo Zaniolonun komandadakı çıxışından çox razı olduqlarını və onun birdəfəlik transferi üçün danışıqlara başladıqlarını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Soldati futbolçu haqqında bu sözləri deyib:

“Zaniolo həm xarakteri, həm də futbolu ilə komandaya mükəmməl uyğunlaşıb. Onu çox müsbət qiymətləndiririk və inanıram ki, Nikolo daha bir il bizimlə qalacaq. Artıq transfer məsələsi üzərində işləyirik”.

​Zaniolo bu mövsüm çıxdığı 30 matçda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Qalatasaray” ilə müqaviləsi gələn il bitir.

Milli komanda günü iki medalla bitirdi

16 April 2026 at 22:41

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ilk günü yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, millimiz günü 2 medalla bitirib.

Əhməd Yusifovdan sonra 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov da bürünc medal qazanıb. O, Rusiya təmsilçisi Abdullah Parçiyevi məğlub edib.

Avropa çempionatı aprelin 19-da yekunlaşacaq.

Yunanıstan derbisi türkiyəli hakimə tapşırıldı

16 April 2026 at 22:25

Türkiyənin tanınmış hakimi Halil Umut Meler Yunanıstan Super Liqasında həftənin ən maraqlı qarşılaşmasını idarə edəcək.

Futbolpress.az Yunanıstan Futbol Federasiyasına istinadən xəbər verir ki, bazar günü baş tutacaq “Panatinaikos” – “Olimpiakos” derbisində baş hakim funksiyasını Halil Umut Meler yerinə yetirəcək.

Ona yan xətt hakimləri qismində İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara köməklik göstərəcəklər.

Afina şəhərindəki “Apostolos Nikolaidis” stadionunda keçiriləcək prinsipial qarşılaşma bazar günü, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

ABL: Bu dəfə “Neftçi” qalib gəldi

16 April 2026 at 21:54

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi çərçivəsində daha bir oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, NTD və “Neftçi” komandaları cavab görüşündə üz-üzə gəliblər.

Bakı İdman Sarayında baş tutan qarşılaşma “Neftçi”nin 119:99 hesablı qələbəsi ilə bitib.

NTD ilk dueldə qalib gəldiyi (97:94) üçün yarımfinala adlayan tərəf üçüncü görüşdə müəyyənləşəcək.

ABL: “Neftçi” və “Gəncə”dən “revanş”

16 April 2026 at 21:30

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ikinci oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Ordu” “Gəncə”nin qonağı olub. Gəncə İdman Sarayında baş tutmuş görüş meydan sahiblərinin qələbəsi ilə bitib – 85:78.

Xatırladaq ki, ilk görüşdə “hərbçilər” üstün olmuşdular – 108:106.

Günün ikinci matçında NTD və “Neftçi” komandaları münasibətlərə aydınlıq gətiriblər. Bakı İdman Sarayında keçirilmiş bu görüşdə də “Neftçi” 119:99 hesablı qələbəyə sevinib.

Bu komandaların ilk görüşündə də NTD qalib gəlmişdi – 97:94.

Beləliklə, hər iki cütdə yarımfinala yüksələcək komanda üçüncü görüşdə müəyyənləşəcək.

Xatırladaq ki, ABL-də 1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə daha tez çatan tərəf yarımfinala yüksələcək.

Maykl Olise – Çempionlar Liqasında həftənin ən yaxşısı!

16 April 2026 at 21:00

“Bayern”in (Almaniya) fransalı cinah hücumçusu Maykl Olise UEFA Çempionlar Liqasında (ÇL) bu həftənin ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Olise ÇL-in 1/4 final mərhələsinin cavab oyununda “Real”a qarşı keçirilmiş matçın (4:3) sonlarında həlledici qola imza ataraq komandasının qələbəsində və yarımfinala yüksəlməsində böyük pay sahibi olub. Futbolçu səsvermədə Usman Dembele (PSJ), Martin Subimendi (“Arsenal”) və Dani Olmonu (“Barselona”) qabaqlayıb.

“Bayen” UEFA Çempionlar Liqasının yarımfinalında Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Digər yarımfinal cütündə isə London “Arsenal”ı Madrid “Atletiko”su ilə finala vəsiqə uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, “Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində 98 oyuna çıxıb, 38 qol və 52 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 15 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

“Barselona”dan Bastoni həmləsi

16 April 2026 at 21:36

​”İnter”in ulduz müdafiəçisi Alessandro Bastoni həm fiziki, həm də psixoloji yorğunluq səbəbindən “Kalyari” ilə oyunda heyətdə yer almayacaq.

Futbolpress.az xəbər verir ki, bu gərginlik fonunda “Barselona” transfer təklifini masaya qoyub.

“La Gazzetta dello Sport”un məlumatına görə, Bastoninin son oyunlardakı performansı və üzləşdiyi mənfi rəylər onun qısa müddətli “fasilə” verməsini qaçılmaz edib. Baş məşqçi Kristian Kivu futbolçunu qorumaq məqsədilə onu heyətdən kənar saxlayıb.

Bastoninin klubdakı qeyri-müəyyən vəziyyətindən yararlanmaq istəyən “Barselona” rəsmi təklif göndərib.

Kataloniyalılar transfer qiymətini aşağı salmaq üçün nağd pulla yanaşı, gənc müdafiəçi Hektor Fortun mübadiləyə daxil edilməsi planlaşdırır.

​”İnter” Bastoninin qiymətini 60 milyon avro civarında qiymətləndirir və ulduz oyunçunu dəyərindən ucuz satmaq niyyətində deyil.

“Futbol dünyası çox xüsusi bir insanı itirdi”

16 April 2026 at 21:15

​”Arsenal”, “Yuventus” və “Liverpul” kimi nəhəng klubların keçmiş qapıçısı Aleks Manninger 48 yaşında faciəvi şəkildə həyatını itirib.

Futbolpress.az Avstriya mətbuatına istinadən xəbər verir ki, hadisə Zalsburq yaxınlığındakı kənddə baş verib.

Manninger idarə etdiyi avtomobillə qorunmayan dəmiryolu keçidindən keçərkən qatarla toqquşub. Hadisə yerində göstərilən ilkin tibbi yardıma baxmayaraq, təcrübəli idmançının həyatını xilas etmək mümkün olmayıb. Qatardakı sərnişinlər isə xəsarət almayıblar.

Avstriya Futbol Federasiyası Manningerin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb:

“Aleks Manningerin ölüm xəbəri bizi şoka saldı. Futbol dünyası çox xüsusi bir insanı itirdi”.

“Çelsi” Kaysedo ilə bağlı qərarını verdi

16 April 2026 at 20:45

“Çelsi” dayaq yarımmüdafiəçisi Moyzes Kaysedo ilə olan müqavilənin müddətini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano xəbər yayıb.

“Zadəganlar” 24 yaşlı ulduz futbolçunun müqaviləsini 2033-cü ilə qədər yeniləyib.

Kaysedo bu mövsüm “Çelsi” forması ilə ümumilikdə 42 rəsmi matçda meydana çıxıb. Ekvadorlu yarımmüdafiəçi bu qarşılaşmalarda komandasına 4 qol və 1 məhsuldar ötürmə ilə töhfə verib.

Messi İspaniyadan klub alır

16 April 2026 at 20:30

Dünya futbolunun əfsanəsi Lionel Messi karyerasında yeni və maraqlı bir səhifə açır.

Futbolpress.az xəbər verir ki, ulduz futbolçu İspaniya klublarından birini tamamilə öz mülkiyyətinə keçirməyə hazırlaşır.

Məşhur insayder Fabrizio Romanonun yaydığı məlumata görə, Messi İspaniya üçüncü divizionunda mübarizə aparan “UE Kornella” klubunu satın alır. Klubun yerləşdiyi Kataloniya bölgəsi Messinin uzun illər “Barselona”da çıxış etdiyi və onun üçün doğma sayılan bir məkandır.

Xəbərdə qeyd olunur ki, Messi klubun səhmlərinin 100%-nə sahib olacaq.

O, kluba yeni nəfəs gətirməyi və gənc istedadların yetişdirilməsi üçün yeni bir sistem qurmağı hədəfləyir.

Oskardan futbola vida

16 April 2026 at 20:15

​Oskar Kardozo 42 yaşında aktiv futbol karyerasını sonlandırdığını rəsmən açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Paraqvaylı forvard bu qərarını sosial media hesabından paylaşıb.

2014-2016-cı illər arasında “Trabzonspor”un formasını geyinən Kardozo güclü fiziki hazırlığı və usta qolçuluğu ilə qısa zamanda azarkeşlərin sevimlisinə çevrilmişdi. O, Türkiyə təmsilçisinin heyətində çıxdığı 66 matçda 28 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Kardozonun Avropa karyerasındakı ən parlaq dönəmi Portuqaliya nəhəngi “Benfika” ilə bağlıdır. O, bu klubun heyətində 293 oyunda 172 qol vuraraq Avropa futbolunun ən qorxulu hücumçularından biri kimi adını tarixə yazdırıb.

Karyerasının son illərini Paraqvayın “Libertad” klubunda keçirən ulduz futbolçu burada da yaşın sadəcə rəqəm olduğunu sübut edib. O, “Libertad” forması ilə 352 matçda 136 qol və 37 asistlik möhtəşəm göstəriciyə imza ataraq futbolu zirvədə tərk edib.

Premyer Liqa: 30-cu turun oyun cədvəli açıqlandı

16 April 2026 at 20:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

30-cu turun oyunları dörd günü əhatə edəcək. Mayın 2-də və 3-də iki oyun keçiriləcək. Qalan iki oyun isə ayın 4-də və 5-də baş tutacaq.

Premyer Liqa
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt”
Yevlax şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “İmişli”
“Sumqayıt Arena”, 18:30.

3 may

“Şamaxı” – “Sabah”
Şamaxı şəhər stadionu, 16:00.

“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 18:30.

4 may

“Qarabağ” – “Turan Tovuz”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

5 may

“Karvan” – “Neftçi”
Yevlax şəhər stadionu, 16:00.

Birinci Liqa: “Səbail” “Şimal”ı 4 cavabsız qolla yendi

16 April 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Baku Sportinq” – “Şəfa” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Mingəçevir” – “Difai” oyununda meydan sahibləri qələbə qazanıblar. “Səbail” isə “Şimal”la ev oyununda 4 cavabsız qola sevinib.

Birinci Liqa
22-ci tur
15 aprel

MOİK – “Zaqatala” 2:1
Qollar: Nkonqo Mark, 9. Seyxan Fərəcov, 28 – Roini İsmayılov, 18.
Hakimlər: Murad Səlimov, Mirnihat Seyidov, Aydın Bəxşıyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 15:00.

“Şahdağ Qusar” – “Cəbrayıl” 0:0
Hakimlər: İslam Məmmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

16 aprel

“Baku Sportinq” – “Şəfa” 0:0
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rasim Axundov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Buzovna qəsəbə stadionu, 16:00.

“Mingəçevir” – “Difai” 2:1
Qollar: Kennet Kalunqa, 33. Abba Usman, 89-pen – Kristian Kamta, 49.
Hakimlər: Mahmud Bağırzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Səbail” – “Şimal” 4:0
Qollar: Kamran Quliyev, 1; 58-pen; 90-pen. Paulo Rikardo, 74.
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Rəhman Aslanov, Nazim Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“Bayıl Arena”, 17:00.

Premyer Liqada 6 oyunun vaxtı bəlli oldu

16 April 2026 at 19:45

Misli Premyer Liqasında XXX turun oyun cədvəli müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, görüşlər 2, 3, 4 və 5 may tarixlərində keçiriləcək.

Turun cədvəlini təqdim edirik:

 

2 may (şənbə)

 

16:00. “Kəpəz” – “Sumqayıt”

Yevlax şəhər stadionu

18:30. “Araz-Naxçıvan” – “İmişli”

“SOCAR Polymer Arena”

 

3 may (bazar)

 

16:00. “Şamaxı” – “Sabah”

Şamaxı şəhər stadionu

18:30. “Zirə” – “Qəbələ” 

Zirə İK stadionu

 

4 may (bazar ertəsi)

 

19:30. “Qarabağ” – “Turan Tovuz”

T.Bəhramov adına Respublika stadionu

 

5 may (çərşənbə axşamı)

 

16:00. “Karvan-Yevlax” – “Neftçi” 

Yevlax şəhər stadionu

Vlahoviç “Milan”la “Yuventus” arasında

16 April 2026 at 19:30

​”Milan” hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.

Futbolpress.az xəbər verir ki, “Qırmızı-qaralar”ın hədəfində “Yuventus”un serb ulduzu Duşan Vlahoviç var.

“La Gazzetta dello Sport”un məlumatına görə, gözlənilən performansı göstərə bilməyən Kristofer Nkunkunu satmağı planlaşdıran “Milan” onun yerini Vlahoviçlə doldurmaq istəyir.

Transferin pərdəarxasında maraqlı maliyyə detalları var:

​Turin klubu illik 12 milyon avro qazanan 26 yaşlı hücumçuya maaşının ciddi şəkildə azaldılacağı qısamüddətli yeni müqavilə təklif edib. Vlahoviç isə bu təklifə qətiyyən isti baxmır.

“Milan” rəhbərliyi ulduz futbolçunu razı salmaq üçün ona hazırkı 12 milyon avroluq maaşından daha yüksək bir məbləğ təklif etməyə hazırlaşır.

FIFA referisi liderlərin duelində

16 April 2026 at 19:15

Misli Premyer Liqasının XXVIII turun lider “Sabah” səfərdə ən yaxın izləyicisi “Qarabağ”la qarşılaşacaq.

Görüş çempionatda sona 6 tur qalmış qızıl medallar uğrunda mübarizədə həlledici rol daşıyır.

Matçın baş hakimi isə FIFA referisi Elçin Məsiyev olacaq.

Məsiyev bu mövsüm çempionatda 12 oyuna təyinat alıb. O, ötən ilin dekabrında Masazırda baş tutan “Sabah” – “Qarabağ” oyununun da hakimi olub. Bu matçda “bayquşlar” qələbəyə sevinib – 2:1.

Məsiyev bundan başqa, bu mövsüm “Sabah”ın 1, “Qarabağ”ın isə 3 oyununa təyinat alıb. Tərəflər FIFA referisinin idarə etdiyi digər görüşləri qələbə ilə başa vurub.

Elçin Məsiyev ümumilikdə 12 matçda 50 sarı vərəqə, 2 qırmızı vərəqə göstərib. Referi 7 dəfə penalti təyin edib.

“Sabah” Premyer Liqada 66 xalla birincidir. Ehtiyatda bir oyunu olan “Qarabağ”ın isə aktivində 56 xal var.

Şahin Cəfərov

“Mingəçevir” ikinci pilləyə yüksəldi

16 April 2026 at 18:55

Azərbaycan I Liqasında XXII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə üç matç baş tutub.

“Mingəçevir” “Difai”ni məğlub edərək ikinci pilləyə yüksəlib. Lider “Şəfa” “Baku Sportinq”lə heç-heçə edib. “Səbail” isə “Şimal”dan üstün olub.

Azərbaycan I Liqası
XXII tur

16 aprel

Mingəçevir – Difai 2:1
Qollar: K.Kalunqa, 33, A.Usman, 90 (pen.) – K.Kamta, 49

Baku Sportinq – Şəfa 0:0

Səbail – Şimal 4:0
Qollar: K.Quliyev, 1, 58 (pen.), 90 (pen.), R.Rikardo, 74

I Liqa klubu üçün maarifləndirici sessiya

16 April 2026 at 18:30

I Liqada çıxış edən “Cəbrayıl” klubunun əsas komandasının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Futbolpress.az xəbər verir ki, sessiya AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.
Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.
Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Ceymi Karrager ÇL-i bu komandanın qazanmasını istəyir

16 April 2026 at 18:00

“Liverpul”un keçmiş mərkəz müdafiəçisi Ceymi Karrager Madrid “Atletiko”sunun UEFA Çempionlar Liqasını qazanmasını istəyir.

Arena.az xəbər verir ki, hazırda futbol təhlilçisi olaraq çalışan ingilis mütəxəssis bu istəyini belə izah edib:

“Bu, mənim həqiqətən rəğbət bəslədiyim klubdur. Onların yollarına davam edib UEFA Çempionlar Liqasını qazanmasını görmək istərdim”, deyə Ceymi Karrager vurğulayıb.

Yeri əgəlmişkən, Madrid “Atletiko”sunun sağ cinah müdafiəçisi Markos Lyorente, onu futbol oynamağa sövq edən səbəbi açıqlayıb. İspan futbolçunun müvafiq fikrini təqdim edirik:

“UEFA Çempionlar Liqasında qalibiyyət mənim üçün vacib məqsəd olub. Məhz bu, hər səhər yuxudan oyanmağıma kömək edir”, deyə Lyorente vurğulayıb.

Xatırldaq ki, 1/4 finalda “Barselona”nı mübarizədən kənarlaşdırmış “Atletiko” UEFA Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb. Sözügedən komanda finala vəsiqə uğrunda İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək.

Futzal: Azərbaycan Kubokunda yarımfinalın təyinatları açıqlandı

16 April 2026 at 17:00

Futzal üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün yarımfinal mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Kubokunun yarımfinalında “Baku Fire-2” “Neftçi” İK ilə mübarizə aparacaq. PFL isə “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Azərbaycan Kuboku
Yarımfinal
18 aprel

Baku Fire-2 – Neftçi İK
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

PFL – Araz-Naxçıvan
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Kənan Məlikov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 19:00.

Kim üçün İstanbulda görüş

16 April 2026 at 18:15

“Bavariya”nın futbolçusu Kim Min-Cey karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, müdafiəçinin meneceri “Fənərbağça” ilə danışıq aparmaq üçün İstanbula gəlib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Cənubi koreyalı futbolçu sabiq klubunda yenidən oynamağa müsbət yanaşır.

Kim 2021/22 mövsümündə “Fənərbağça”da çıxış edib. O, 2023-cü ilin yayında “Napoli”dən “Bavariya”ya keçib.

Simeone “İnter”in hədəfində

16 April 2026 at 17:55

2011-ci ildən bəri İspaniyanın “Atletiko Madrid” klubunu çalışdıran Dieqo Simeone karyerasında yeni səhifə aça bilər.

Futbolpress.az xəbər verir ki, Argentinalı mütəxəssisin yenidən İtaliyaya qayıdacağı iddia olunur.

Fransanın “Foot Mercato” nəşrinin yaydığı məlumata görə, A Seriyasında çempionluğa doğru irəliləməsinə baxmayaraq, “İnter” mövsümün sonunda baş məşqçi dəyişikliyinə getməyi düşünür.

Rəhbərliyin hazırkı idarəetmə ilə bağlı bəzi şübhələrinin olduğu və komandanın sükanını məhz Dieqo Simeoneyə tapşırmaq xəyalı qurduğu bildirilir.

Xəbərdə vurğulanır ki, Milan təmsilçisi argentinalı məşqçini inandıra bilsə, dərhal bu keçidi rəsmiləşdirməyə hazırdır.

Xatırladaq ki, təcrübəli mütəxəssisin Madrid klubu ilə hələ 1+1 illik müqaviləsi qüvvədədir.

“Mançester Siti”nin ulduzu komandadan gedir

16 April 2026 at 17:40

“Mançester Siti” ulduz futbolçusu Bernardo Silvanın mövsüm sonunda komandadan ayrılacağını rəsmən elan edib.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi sosial media hesabından paylaşdığı mesajla kluba və azarkeşlərə vida edib.

Silva mesajında bu ifadələrə yer verib:

​”9 il əvvəl bura gələndə bir uşağın xəyallarının ardınca qaçırdım. Bu şəhər və bu klub mənə xəyal etdiyimdən qat-qat artıqını verdi. Birlikdə qazandıqlarımız qəlbimdə sonsuza qədər yaşayacaq bir mirasdır. Pep Qvardiolaya, texniki heyətə və bütün komanda yoldaşlarıma təşəkkür edirəm”.

Bernardo Silvanın “Siti”dən ayrılacağı dəqiqləşdikdən sonra onun adı transfer bazarında ən çox axtarılan isimlərdən birinə çevrilib.

Türkiyə mətbuatının iddialarına görə, ulduz futbolçu “Qalatasaray”ın transfer siyahısındadır və “sarı-qırmızılılar”ın bu keçid üçün ciddi cəhd göstərəcəyi gözlənilir.

Arda cəzalandırıla bilər

16 April 2026 at 17:15

​”Real”ın “Bavariya”ya 4:3 hesabı ilə məğlub olaraq Çempionlar Liqası ilə vidalaşdığı gecədə Arda Güler hadisələrin mərkəzində olub.

Futbolpress.az xəbər verir ki, iki qol vuraraq komandasını oyunda saxlayan gənc ulduz matçın sonunda qəzəbinə hakim ola bilməyib.

Kamavinqanın 86-cı dəqiqədə qırmızı vərəqə almasından sonra azlıqda qalan Madrid klubu son dəqiqələrdə 2 qol buraxaraq turnirdən kənarlaşıb. Matçın final fitindən sonra referi Slavko Vinçiçə tərəf qaçaraq sərt şəkildə etiraz edən Arda Güler birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

İspaniya mətbuatı Arda Gülerin alacağı cəzanın hakimin raportundan asılı olacağını bildirir.

UEFA-nın intizam qaydalarına görə, əgər raportda “hakimə təhqir və ya nalayiq ifadələr” qeyd olunarsa, gənc futbolçu 2 matçlıq diskvalifikasiya oluna bilər.

Məğlubiyyətə baxmayaraq, türkiyəli ulduz “Bavariya”nın qapısına vurduğu 2 qolla matçın ən yaxşılarından biri olub və Çempionlar Liqasında dubl edən ən gənc oyunçulardan biri kimi tarixə düşüb.

Avropa çempionatında ilk medalımız

16 April 2026 at 17:00

Cüdo millimiz Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında çıxış edir.

Futbolpress.az xəbər verir ki, komandamız aktivinə ilk medalını yazdırıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevə qalib gələrək nüfuzlu qitə turnirinin bürünc medalını qazanıb.

Çempionata aprelin 19-da yekun vurulacaq.

“İnter”in Simeone sevdası

16 April 2026 at 18:30
“İnter”in rəhbərliyi “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə əlaqə saxlayaraq onu komandaya dəvət etmək ehtimalının olub-olmadığını öyrənib. Msport.az xəbər verir […]

Source

Kilian Mbappe ÇL-də Lionel Messini qabaqladı

16 April 2026 at 16:00

Madrid “Real”ının fransalı futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında Lionel Messinin uğurunu geridə qoyub.

Arena.az xəbər verrir ki, hücumçu buna Almaniyada “Bayern”ə 3:4 hesabı ilə uduzduqları ÇL-in 1/4 final mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.

Fransalı forvard cari mövsümdə bu turnirdə vurduğu qollarının sayını 15-ə çatdırıb. Messi isə 2011/2012-ci illər mövsümündə 14 qolla yadda qalmışdı.

Xatırladaq ki, turnirin rekordu Kristiano Ronaldoya məxsusdur. O, 2013/2014-cü illər mövsümündə “Real”ın heyətində 17 dəfə rəqib qapılarına yol tapmışdı.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mbappe cari mövsümdə “Real”ın heyətində 39 oyuna çıxıb, 40 qol vurub, 6 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 98 oyun, 84 qol, 11 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 96 oyun keçirib, 56 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Azərbaycan – Andorra matçı bosniyalılara tapşırıldı

16 April 2026 at 15:00

Qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsinin Azərbaycan – Andorra matçının hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, DÇ-2027-nin seçmə mərhələsində C Liqasının 3-cü qrupunda yer almış komandalar aprelin 18-də Azərbaycanda üz-üzə gələcəklər.

Bu matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Vesna Miletiç olacaq. Ona yan xətt hakimləri Merima Homaraç və Nevena Markoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Senida Petak yerinə yetirəcək.

Xatırladaq ki, sözügedən qarşılaşma 18-də “Masazır Arena”da baş tutacaq. Oyuna saat 17:00-da start veriləcək.

Bu komandalar arasında bir neçə gün öncə səfərdə baş tutmuş görüşdə millimiz 3:1 hesablı qələbəyə sevinmişdi. Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
18 aprel

Azərbaycan – Andorra
Hakimlər: Vesna Miletiç, Merima Homaraç, Nevena Markoviç, Senida Petak (hamısı Bosniya və Herseqovina).
“Masazır Arena”. Saat 17:00.

“Nəhənglər”in hədəfində olan futbolçu qərarını verdi

16 April 2026 at 16:45

İngiltərə millisinin futbolçusu Entoni Qordon yayda “Nyukasl”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Hücumçu özünü daha güclü komandada sınamaq arzusundadır.

“Liverpul”, “Arsenal” və “Bavariya” Qordonla yaxından maraqlanır.

İngilis futbolçu bu mövsüm 26 oyunda 12 qol vurub, 10 məhsuldar ötürmə edib.

Məmmədov bu mövsüm ikinci dəfə “Neftçi”nin oyununda

16 April 2026 at 16:30

Misli Premyer Liqasında sabah keçiriləcək “Zirə” – “Neftçi” oyununu İnqilab Məmmədov idarə edəcək.

Futbolpress.az-ın məlumatına görə, FIFA referisi liqada bu mövsüm ikinci dəfə “Neftçi”nin oyununa təyinat alıb. O, bundan öncə ötən ilin sentyabrında baş tutan “Sabah”la oyunu idarə edib – 0:0.

Məmmədov “Zirə”nin çempionatda 4-cü oyununu idarə edəcək. Referi buna qədər “qartallar”ın 3 səfər matçında baş hakim olub. “Zirə” bu görüşlərin ikisində qələbə qazanıb, birində uduzub. “Qəbələ” və “Sumqayıt”ı üstələyən qəsəbə təmsilçisi “Şamaxı”ya isə məğlub olub.

Millinin futbolçuları azarkeşlərlə görüşdü

16 April 2026 at 16:15

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçularının iştirakı ilə bu gün Azərbaycan İdman Akademiyasında imza günü təşkil olunub.

Futbolpress.az xəbər verir ki, tədbirdə komandanın üzvləri Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva iştirak ediblər.

Futbolçular azarkeşlərlə görüşərək imzalı şəkillərini paylayıb və onlarla xatirə fotoları çəkdiriblər.

“Real” üzərində qələbəyə layiq idik”

16 April 2026 at 15:48

“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında “Real” üzərində qələbəni (4:3) şərh edib.

Futbolpress.az DAZN-a istinadən xəbər verir ki, qolkiper qələbəyə layiq olduqlarını deyib:

“Bizim üçün vacib gecə idi. Azarkeşlərimizə əsl futbolu yaşatdıq. Qol buraxandan sonra tələsmədik və sakit reaksiya verdik. Oyunun növbəti anlarında da üstünlük bizdə oldu. Rəqibi gözlədik, boşluqlarını axtardıq. Şansımız düşəndə isə bundan yararlandıq. Son dəqiqələrdəki geridönüş isə əla alındı. “Real” üzərində qələbəyə layiq idik”.

“Parabadminton Günü”

16 April 2026 at 15:27

17 aprel saat 10:00-da Bakı Badminton Klubunda Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə “Parabadminton Günü” təşkil olunacaq.

Futbolpress.az xəbər verir ki, tədbirin əsas məqsədi parabadminton idman növünün təbliği, əlilliyi olan şəxslərin idmana cəlb olunması, inklüzivliyin təşviqi, eləcə də yeni istedadların üzə çıxarılmasıdır.

Tədbir çərçivəsində əlilliyi olan yeniyetmə və gənclər parabadminton idman növünü ilk dəfə sınaqdan keçirmək imkanı əldə edəcək, bu paraidman növü üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər.

“Prezident Kuboku 2026”: ilk dəfə Sərsəngdən

16 April 2026 at 15:15

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 27 aprel – 1 may tarixlərində avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası keçiriləcək.

Futbolpress.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan , Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan  100-dən artıq idmançı mübarizə aparacaq.
“Prezident Kuboku” ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarından start götürəcək. Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq.

İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq. Tədbir çərçivəsində eyni zamanda milli musiqi və rəqs nümunələri nümayiş etdiriləcək. Beləliklə, Suqovuşan və Köndələnçaydan sonra Qarabağda yeni bir məkanda avarçəkmə ənənəsinin əsası qoyulacaq.

Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Saat 18:30-dan etibarən baş tutacaq açılış mərasimində əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. Ardınca komandaların Heydər Əliyev prospektindən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə qədər yürüşü təşkil olunacaq. Parad yekunlaşdıqdan sonra “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi və bədii hissə başlayacaq. Bədii hissədə şoular, müxtəlif rəqs və musiqi nömrələri nümayiş etdiriləcək. Tədbir “Döngə” qrupunun canlı ifaları ilə davam edəcək. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

29 aprel tarixində Qarabağın daha bir dilbər guşələrindən olan Suqovuşan su anbarında yarışlar davam edəcək.  “Prezident Kuboku 2026” beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Reqataya mayın 1-də yekun vurulacaq.

Mourinyo yenidən Premyer Liqa yolunda

16 April 2026 at 17:00
“Benfika”nın baş məşqçisi Joze Mourinyo karyerasını “Nyukasl”da davam etdirə bilər. Msport.az xəbər verir ki, “sağsağanlar”ın səudiyyəli sahibləri portuqaliyalı məşqçiyə dəyər […]

Source

İkinci Liqa: 23-cü turun oyun cədvəli açıqlandı

16 April 2026 at 14:00

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Turun oyunları iki günü əhatə edəcək. Aprelin 19-da 2 qarşılaşma baş tutacaq. Qalan oyunlar isə ayın 20-də baş tutacaq.

PFL-in yaydığı açıqlamada o da qeyd edilir ki, “Xankəndi” klubu 2-ci Liqanın 1-ci altılığında ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.

İkinci Liqa
23-cü tur
19 aprel

“Ağdaş”– “Ağstafa Gəncləri”
Ağdaş şəhər stadionu, 16:00.

“Kür-Araz” – “Göygöl”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.

20 aprel

“Xankəndi” – “Dinamo”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Quba” – “Şirvan”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Araz Saatlı”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Qaradağ Lökbatan” – “Şəmkir”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Arbeloa narahat deyil

16 April 2026 at 14:46

“Real”ın baş məşqçisi Alvaro Arbeloa açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis istefaya göndəriləcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib:

“Gələcəyimdən narahat deyiləm. Klub rəhbərliyi nə qərar versə, onunla razılaşacağam. Məyusam, komanda olaraq daha yaxşısını edə bilərdik, ancaq olmadı”.

“Real” Çempionlar Liqasında mübarizəni 1/4 finalda dayandırıb. Komanda La Liqada lider “Barselona”dan 9 xal geri qalır.

“Çempionluğu hər şeydən çox istəyirik” – Okan Buruk

16 April 2026 at 14:30

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın çempionluq hədəfindən söz açıb:

“Çempionluğu hər şeydən çox istəyirik. Oyunçular da arzuludur. Komandada bir az fiziki yorğunluq var. Kiçik zədələrimiz oldu, oyunçuların bəziləri ağrıları olsa da, meydana çıxdı. Toparlanmağa çalışırıq.

Son turdakı xal itkisindən sonra tənqidlərin olacağını bilirdik. Bunlara hörmətlə yanaşırıq. Bəzən təriflənirsən, bəzən tənqid olunursan. Hər bir halda, liderik və ən yaxın izləyicimiz “Fənərbağça” ilə evimizdə oynayacağıq”.

“Qalatasaray” 68 xalla birinci sıradadır. İkinci pillədəki “Fənərbağça”nın 66 xalı var.

“Beşiktaş”ın futbolçusu: “Azərbaycan millisində oynamaqdan məmnunam”

16 April 2026 at 14:15

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində səfərdə Andorraya qalib gəlib – 3:1.

Yığmanın sonucu qolunun müəllifi Esra Manya “Futbolpress.az“ə açıqlamasında görüşü dəyərləndirdi:

“Bütün məşqlərdə bütün gücümüzlə hazırlaşmışdıq. Mütləq qələbə qazanmalı idik. İstək və əzmimizlə meydanda son dəqiqəyə qədər mübarizə apardıq və qalib gəldik. Oyunda üstün tərəf biz idik. Qrupdan çıxmaq yolunda bu qələbənin əhəmiyyəti böyük idi”.

Millinin heyətində qol vuran Manya hisslərini bölüşdü:

“Millidə qol vurmaq qürurvericidir. Azərbaycan yığmasında oynamaqdan məmnunam. Son dəqiqələrdə vurulan qollar xüsusi gözəl olur. Sevincimi komanda yoldaşlarımla bölüşdüm”.

Azərbaycan yığması seçmə mərhələdə növbəti oyunu aprelin 18-də Bakıda Andorraya qarşı keçirəcək. Yarımmüdafiəçi bu matçdan gözləntilərini bölüşdü:

“Qələbə bizi rahatlaşdırmayacaq. Növbəti oyunu azarkeşlərimiz önündə keçirəcəyik və yenə qələbə qazanmaq mütləqdir. Hamımız bu arzudayıq. Bu görüşdən də mütləq üç xal götürməliyik”.

Azərbaycan millisi qrupda 6 xalla ikincidir. Lider Macarıstanın isə aktivində 7 xal var. Esra növbəti mərhələ şanslarını dəyərləndirdi:

“Macarıstan bir az daha güclüdür. Düzdür, bizim də gücümüz var. Andorra ilə Şimali Makedoniyanı məğlub etsək, Macarıstandan da xallar alsaq, qrupdan çıxa bilərik. Şanslarımızı yüksək dəyərləndirirəm”.

Bir müddət əvvəl “Fatih Vatan”dan “Beşiktaş”a keçən futbolçu yeni klubundan söz açdı:

“Beşiktaş” köklü klubdur. Bu komandada olmaqdan məmnunam. Təklif gələndə çox düşünmədim. Yenidən orda oynamaq mənim üçün xoşdur. Türkiyədə qadın futbolunun səviyyəsi hər gün artır. Hədəflərimiz yaxşı yerlərdə olmaqdır”.

Şahin Cəfərov

Milli Belarusla birgə hazırlıq keçir

16 April 2026 at 13:53

​Azərbaycanın kamandan oxatma üzrə milli komandası beynəlxalq yarışlara hazırlıq məqsədilə növbəti təlim-məşq prosesini davam etdirir.

Futbolpress.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan bu hazırlıq mərhələsi Belarusun milli komandası ilə birgə keçirilir.

Cari ilin 10 aprel tarixindən start götürən birgə təlim-məşq toplanışı hər iki ölkənin idmançıları üçün yüksək səviyyəli hazırlıq imkanı yaradır. Aprelin 20-nə qədər davam edəcək bu prosesin əsas məqsədi oxatanların fiziki dözümlülüyünün artırılması, taktiki hazırlığın təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Gərgin məşq rejimində keçən toplanış zamanı hər iki komandanın üzvləri həm fərdi, həm də qrup şəklində müvafiq proqramları icra edirlər. Bu cür beynəlxalq səviyyəli birgə hazırlıqlar idmançıların qarşıdakı mötəbər yarışlara daha yüksək formada yollanmasına xidmət edir. Azərbaycan Kamandan Oxatma Federasiyası beynəlxalq hazırlıq prosesində iştirak edən hər iki komandaya qarşıdakı yarışlarda uğurlar arzulayır.

“Qarabağ” – “Sabah” oyunu FIFA referisinə tapşırıldı

16 April 2026 at 13:29

Misli Premyer Liqasında XXVIII turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” – “Sabah” oyununu FIFA referisi Elçin Məsiyev idarə edəcək.

17 aprel (cümə)

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
“SOCAR Polymer Arena”, 17:00

“Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zirə İdman Kompleksinin stadionu, 19:30

18 aprel (şənbə)

“Karvan-Yevlax” – “Şamaxı”
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu, 15:30

“Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30

19 aprel (bazar)

“Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Yevlax şəhər stadionu, 15:30

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamranbəy Rəhimov
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00

Arda Gülər üzr istədi

16 April 2026 at 15:15
“Real”ın yarımmüdafiəçisi Arda Gülər UEFA Çempionlar Liqasında mübarizəni başa vurmalarına reaksiya verib. Msport.az xəbər verir ki, türkiyəli futbolçu sosial şəbəkə hesabındakı paylaşımında […]

Source

Premyer Liqa: “Qarabağ” – “Sabah” oyunu Məsiyevə tapşırıldı

16 April 2026 at 13:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Turun mərkəzi görüşü sayılan “Qarabağ” – “Sabah” oyununu FIFA referisi Elçin Məsiyev idarə edəcək. “Zirə” – “Neftçi” matçında isə baş hakim İnqilab Məmmədov olacaq.

Premyer Liqa
28-ci tur
17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 17:00.

“Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

18 aprel

“Karvan” – “Şamaxı”
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 15:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

19 aprel

“Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 15:30.

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

Birinci Liqa: 25-ci turun oyun cədvəli açıqlandı

16 April 2026 at 12:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, üç günü əhatə edəcək turun bütün görüşlərinə saat 16:00-da start veriləcək. Tura mayın 5-də start veriləcək. Qalan görüşlər isə ayın 6-da və 7-də keçiriləcək.

Birinci Liqa
25-ci tur
5 may

“Şahdağ Qusar” – “Mingəçevir”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.

6 may

“Şimal” – MOİK
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.

“Difai” – “Şəfa”
Buzovna qəsəbə stadionu. Saat 16:00.

“Zaqatala” – “Səbail”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.

7 may

“Cəbrayıl” – “Baku Sportinq”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.

Nəriman Axundzadə ilk dəfə start heyətdə meydana çıxdı

16 April 2026 at 11:00

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, ABŞ Açıq Kubokunun 1/32 final mərhələsi çərçivəsində “Riçmond Kikkers”lə görüşün iştirakçısı olub.

Nəriman bu oyunda “Kolumbus Kru” komandasının heyətində ilk dəfə start heyətində meydana çıxıb. O, həm də sonadək oynayıb.

21 yaşlı hücumçunun komandası 3:0 hesablı qələbə qazanıb. Nəriman ilk qolun vurulmasında önəmli rol oynayıb. Belə ki, Axundzadə – Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.

Qeyd edə ki, ABŞ Açıq Kubokunda mərhələlər bir oyundan ibarət olur. Bu üzdən də Axundzadənin komandası 1/16 finala yüksəlib.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 3 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Millinin sabiq hücumçusu “butslarını asdı”

16 April 2026 at 13:15

Paraqvaylı futbolçu Oskar Kardozo karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, 42 yaşlı hücumçu bu barədə özü açıqlama verib.

Son klubu ölkəsində “Libertad” olan Oskar daha əvvəl “Benfika”, “Trabzonspor”, “Olimpiakos” kimi komandaların formasını geyinib.

Kardozo Paraqvay millisində 57 oyunda 12 qol vurub.

“Həmin əməkdaş və futbolçu barəsində lazımi ölçünü götürəcəyik”

16 April 2026 at 12:50

AFFA İntizam Komitəsi II Liqada mübarizə aparan “Araz Saatlı”nı cərimələyib.

Klub təhlükəsizlik üzrə menecer Xəyal Məmmədov və futbolçu Samir Məmmədovun rəqib oyunçuları və hakimləri təhqir etməsi səbəbindən iki min manat məbləğində cəzalanıb.

Klubun rəhbəri Ədalət Abdullayev “Futbolpress.az“a açıqlamasında qərarı şərh etdi:

“İntizam Komitəsinin qərarlarından xəbərdarıq. Arzuolunmaz haldır. Biz də olanları ciddi intizam pozuntusu kimi qiymətləndirir, həmin əməkdaş və futbolçu barəsində lazımi ölçünü götürəcəyik. Amma, təəssüf ki, bu kimi qurumlar bütün məsələlərə rasional yanaşır və bu prizmadan qərarlar çıxarır. Səbəbi yox, nəticəni qiymətləndirir. Olanlara haqq qazandırmaq niyyətindən tamamilə uzağam.

II Liqa yarımpeşəkar olsa da, biz daha çox peşəkar davranmağa çalışmalıyıq. Lakin, bu futboldur. Bəzən, emosiyaları idarə etmək çətin olur. Üstəgəl, bir mövsüm boyu bütün növ çətinliklərlə üzləşən kollektivi eyni tonusda saxlamaq, peşəkar davranmağa ilhamlandırmaq heç də asan olmur. Olanlardan nəticə çıxarıb, irəli baxmalıyıq. Qarşıda 5 final oyunu əhəmiyyətində oyunumuz var. Sakitləşib, soyuq başla oyunlara köklənməliyik”.

“Araz Saatlı” II Liqada 11 xalla sonuncu – 12-ci sıradadır.

Arda məğlubiyyətdən sonra bunları yazdı

16 April 2026 at 12:30

“Real”ın futbolçusu Arda Güler Çempionlar Liqasında “Bavariya”ya uduzduqları oyundan (3:4) sonra paylaşım edib.

Futbolpress.az xəbər verir ki, matçda iki qol vuran türkiyəli yarımmüdafiəçi sosial şəbəkə hesabında bunları yazıb:

“Belə olmamalıydı. Geri dönəcəyik”.

“Bavariya” “Real”ı 4:3 hesabıyla məğlub edib və adını yarımfinala yazdırıb.

Mbappe ÇL-də rekorda imza atdı

16 April 2026 at 12:16

“Real”ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, fransalı futbolçu bir mövsümdə səfər oyunlarında 10 qol vuran ilk futbolçu olub.

Mbappe rekordunu Münhendə “Bavariya”ya qarşı 1/4 final mərhələsinin cavab matçında müəyyənləşdirib.

“Real” “Bavariya”ya 3:4 hesabıyla məğlub olub və turnirlə vidalaşıb.

Konfrans Liqasında 1/4 final mərhələsi başa çatır

16 April 2026 at 10:00

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, bu matçlardan sonra yarımfinalçıların adlarına aydınlıq gələcək.

Niderlandın “Alkmar” komandası Ukrayna “Şaxtyor”unu qəbul edəcək. “Fiorentina” doğma meydanda “Kristal Pelas”ı, AEK “Rayo Valyekano”nu sınağa çəkəcək. Almaniyanın “Maynts” komandası isə Fransada “Strasburq”la üz-üzə gələcək.

Xatırladaq ki, Konfrans Liqasında yarımfinal mərhələsinə aprelin 30-da start veriləcək.

Avropa Konfrans Liqası
1/4 final mərhələsinin cavab oyunları
16 aprel

20:45. Alkmar (Niderland) – Şaxtyor (Donetsk, Ukrayna)
İlk oyun 0:3

23:00. Fiorentina (İtaliya) – Kristal Pelas (İngiltərə)
İlk oyun – 0:3

23:00. AEK (Afina, Yunanıstan) – Rayo Valyekano (İspaniya)
İlk oyun – 0:3

23:00. Strasburq (Fransa) – Maynts (Almaniya)
İlk oyun – 0:2

Avroliqa: Yarımfinalçılar bu gün bəlli olacaq

16 April 2026 at 09:00

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün yarımfinalçıları müəyyənləşəcək.

Arena.az xəbər verir ki, buna turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra aydınlıq gələcək.

Oyunların hamısı eyni günə təsadüf edəcək. “Selta” doğma meydanda “Frayburq”u, “Betis” isə “Braqa”nı qəbul edəcək. “Nottingem Forest” İngiltərədə “Portu” ilə üz-üzə gələcək. “Aston Villa” isə “Bolonya”nı sınağa çəkəcək.

Xatırladaq ki, Avroliqa çərçivəsində yarımfinal görüşlərinə aprelin 30-da start veriləcək.

Avropa Liqası
1/4 final mərhələsinin cavab oyunları
16 aprel

20:45. Selta (İspaniya) – Frayburq (Almaniya)
İlk oyun – 0:3

23:00. Betis (İspaniya) – Braqa (Portuqaliya)
İlk oyun – 1:1

23:00. Nottingem Forest (İngiltərə) – Portu (Portuqaliya)
İlk oyun – 1:1

23:00. Aston Villa (İngiltərə) – Bolonya (İtaliya)
İlk oyun – 3:1

“Kişi kimi davransa, dediyini qəbul edər”

16 April 2026 at 11:55

“Bavariya”nın futbolçusu Yosip Stanişiç açıqlama verib.

Futbolpress.az “Kicker”ə istinadən xəbər verir ki, müdafiəçi Çempionlar Liqasında “Real”a 1/4 final oyununda rəqib futbolçu Antonio Rüdigerin onu təhqir etdiyini deyib:

“Rüdiger məni təhqir etdi. Bu, qəbuledilməzdir. İki dəfə bir söz işlətdi. Mənim bunu deməyim doğru deyil. Ondan soruşun, kişi kimi davransa, dediyini qəbul edər”.

“Bavariya” “Real”ı 4:3 hesabıyla məğlub edib və adını yarımfinala yazdırıb.

Millinin baş məşqçisi jurnalistlərlə görüşəcək

16 April 2026 at 11:36

Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 18-də “Bank Respublika Arena”da Andorra yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının oyunöncəsi mətbuat konfransının və açıq məşqinin vaxtı məlum olub.

Futbolpress.az xəbər verir ki, tədbir oyundan bir gün öncə – 17 apreldə olacaq. Millinin çalışdırıcısı Siyasət Əsgərovun mətbuat konfransı saat 17:15-də təşkil olunacaq. Açıq məşq isə 18:00-da olacaq.

Aprelin 18-də keçiriləcək Azərbaycan – Andorra oyunu saat 17:00-da start götürəcək. Milli qrupda 6 xalla ikincidir. Lider Macarıstanın 7 xalı var. Andorra isə 1 xalla qrup sonuncusudur.

“İnanıram ki, yüksək səviyyəli liqalarda oynamaq şansı qazanacağam”

16 April 2026 at 11:28

“Sabah”ın U-18 basketbol komandası ilk dəfə iştirak etdiyi Gənclər Çempionlar Liqasında 7-ci yeri tutub.

“Bayquşlar”ın üzvü Hüseyn Məmmədov turnir və karyerasındakı hədəfləri ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– İlk dəfə iştirak etdiyiniz turnirdə 7-ci oldunuz. Çıxışınızı necə şərh edərdin?
– Ümumi götürəndə pis alınmadı. Bəzi oyunlarda istədiyimiz nəticəni əldə edə bilməsək də, komandada böyük istək və ruh hiss olunurdu.

– Turnirlə bağlı fikirlərin nədir?
– Bu cür turnirlər səviyyəmizi görmək və çatışmazlıqlarımızı müəyyən etmək baxımından çox önəmlidir. İlk dəfə beynəlxalq turnirdə iştirak etdim. Bu, çox dəyərli təcrübə idi. Daha sürətli və fiziki baxımdan güclü komandalarla oynamaq öz üzərimdə işləməyin vacibliyini göstərdi. Eyni zamanda, belə turnirlər qarşıdakı oyunlara psixoloji baxımdan daha möhkəm hazırlaşmağa kömək edir.

– Azərbaycanda basketbol hələ çox inkişaf etməyib. İndiki məqamda ilkin hədəflərin nədir?
– Hədəfim oyunumu inkişaf etdirmək, millidə daha çox şans qazanmaqdır. Daim üzərimdə işləyirəm, çalışıram ki, fiziki və texniki cəhətdən inkişaf edim. İnanıram ki, zəhmətimin qarşılığını alacağam. Basketbolçu kimi maksimum potensialıma çatmaq istəyirəm.

– Ölkə xaricində çıxış etmək arzun var?
– Bəli, əsas hədəflərimdən biri budur. Daha yüksək səviyyəli liqalarda oynamaq, Azərbaycanı beynəlxalq arenada təmsil etmək istəyirəm. İnanıram ki, bu səviyyədə çıxış etmək şansı qazanacağam.

Şahin Cəfərov

Davin Cəfərov Portuqaliyada beynəlxalq kartinq yarışının qalibi oldu

16 April 2026 at 11:15

Azərbaycanın yüksələn motorsport istedadı, 16 yaşlı Davin Cəfərov beynəlxalq arenada sabit performansını və yüksək rəqabət qabiliyyətini bir daha nümayiş etdirib.

Futbolpress.az xəbər verir ki, Formula 4 üzrə uğurla keçdiyi iki test sessiyasından sonra o, yarış ritmini qorumaq və formasını yüksək səviyyədə saxlamaq məqsədilə Portuqaliyada, KIRO (“Karting International West Region trekində”) keçirilən “TAG Livre Portuguese Trophy” yarışında iştirak edib.

Yarışda Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan pilotlar mübarizə apararaq güclü beynəlxalq rəqabət mühiti formalaşdırıblar. Güclü külək və arabir yağan yağış nəticəsində trasda tutumun və görünmənin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Davin Cəfərov yüksək səviyyəli çıxış sərgiləyib.

Yarış həftəsonu gərgin mübarizə ilə yadda qalıb, ümumilikdə 8 qəza qeydə alınıb. Buna baxmayaraq, Davin Cəfərov hər üç yarışı səhvsiz və qəzasız başa vurub. Onun sabit və inamlı çıxışı yekunda birinci yerlə nəticələnib. Bununla da Davin Cəfərov yenidən podiumun ən yüksək pilləsinə yüksələrək motorsport dünyasında perspektivli pilot kimi mövqeyini daha da möhkəmləndirib.

Davin Cəfərov yalnız trekdə deyil, trekdən kənarda da Azərbaycanı qürurla təmsil etməyə davam edir. Onun artıq tanınan “44 qələbə jesti” bu dəfə də digər pilotların və komanda üzvlərinin diqqətini cəlb edib. Davin Cəfərov bildirib ki, bu jest Azərbaycanın 44 günlük Zəfərinə həsr olunub və dözümlülüyün, qətiyyətin, eləcə də milli qürurun rəmzidir.

KL: yarımfinalçılar məlum olacaq

16 April 2026 at 10:28

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, türkiyəli mütəxəssis Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” Niderlandda “Alkmaar”ın qonağı olacaq. İlk oyunda Ukrayna təmsilçisi qələbə qazanıb.

Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları

16 aprel

20:45. Alkmaar (Niderland) – “Şaxtyor” (Ukrayna)
İlk oyun 0:3

23:00. “Fiorentina” (İtaliya) – “Kristal Pelas” (İngiltərə)
İlk oyun – 0:3

23:00. AEK (Afina, Yunanıstan) – “Rayo Valyekano” (İspaniya)
İlk oyun – 0:3

23:00. “Strasburq” (Fransa) – “Maynts” (Almaniya)
İlk oyun – 0:2

Messi məhkəməyə verildi

16 April 2026 at 12:00
Mayamidə fəaliyyət göstərən və idman, musiqi tədbirlərinin təşkili üzrə ixtisaslaşan VID şirkəti “İnter Mayami”nin hücumçusu Lionel Messini və Argentina Futbol […]

Source

Halanddan sonra Keyn

16 April 2026 at 12:00
“Real”a qarşı 1/4 final cavab oyununun 38-ci dəqiqəsində vurduğu qol “Bavariya”nın hücumçusu Harri Keynin mövsümdəki 50-ci qolu olub. Msport.az xəbər […]

Source

“Hakim oyunu korladı” – Arbeloa

16 April 2026 at 10:15

“Real”ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasında “Bavariya”ya uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yarımmüdafiəçi Eduardo Kamavinqanın meydandan qovulmasını belə şərh edib:

“Hakim oyunu korladı. Belə hərəkətə görə oyunçunu meydandan qovmazlar. Oyunun qırılma anı bu epizod idi”.

“Real” iki oyunda da “Bavariya”ya uduzub və Çempionlar Liqası ilə vidalaşıb.

MPL: liderin səfərdə “biləyi bükülmür”

16 April 2026 at 09:46

“Sabah” Misli Premyer Liqasında bu mövsüm səfər oyunlarında məğlub olmayan yeganə kollektivdir.

Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” qonaq olduğu 13 matçda 10 qələbə qazanıb, 3 dəfə heç-heçə edib. Səfərdə 34 qol vuran “futuristlər” qapısında 12 top görüb.

Səfər oyunları statistikasında ikinci sırada “Qarabağ” yer alır. Turnir cədvəlində də həmin mövqedə olan “atlılar” 12 səfər matçında 8 qələbə qazanıb, 2 heç-heçə edib, 2 dəfə də uduzub. 23 qol vuran komanda 10-nu buraxıb.

Turnir cədvəlinin üçüncüsü “Turan Tovuz” isə 14 səfər matçında 7 qələbə qazanıb, 5 heç-heçə edib, 2 dəfə də uduzub. Tovuzlular bu göstəricidə də üçüncü pillədə qərarlaşıb. 16 qol vuran bölgə klubu qapısında 7 top görüb. “Turan Tovuz” liqada səfərdə ən az qol buraxan komandadır.

Səfər görüşlərinin ən pis göstəricisi isə “Karvan-Yevlax”la bağlıdır. Autsayder 13 səfər görüşündə cəmi 1 qələbə qazanıb. 3 heç-heçə edən yevlaxlılar 9 dəfə meydanı məğlub tərk edib. Turnir cədvəlinin sonuncu sırasında qərarlaşan kollektiv səfərdə keçirdiyi matçlarda cəmi 9 qol vurub, 30-nu buraxıb ki, bu da liqanın ən pis statistikasıdır.

Şahin Cəfərov

ÇL: həftənin oyunçusu kim olacaq?

16 April 2026 at 09:30

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Futbolpress.az xəbər verir ki, mükafat uğrunda PSJ-dən Osman Dembele, “Bavariya”dan Maykl Olis, “Barselona”dan Dani Olmo və “Arsenal”dan Martin Subimendi yarışacaq.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

“Real”da Arbeloa ilə bağlı qərar verildi

16 April 2026 at 09:08

“Real” baş məşqçisi Alvaro Arbeloa ilə yollarını ayıracaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Kral klubu”nun rəhbərliyi yaxın zamanda mütəxəssisi istefaya göndərəcək.

“Real” Çempionlar Liqasında mübarizəni 1/4 finalda dayandırıb. Madrid təmsilçisi La Liqada isə lider “Barselona”dan 9 xal geri qalır.

ÇL: “Bayern”lə “Arsenal” da yarımfinalda!

16 April 2026 at 01:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, bununla da turnirin sonuncu yarımfinalçıları müəyyənləşiblər.

London “Arsenal”ı İngiltərədə Portuqaliyanın “Sportinq” komandası ilə üz-üzə gəlib. Bu komandaların ilk oyununda ingilislər 1:0 hesabıyla qalib gəlmişdilər. Cavab görüşü qolsuz bitdiyi üçün “Arsenal” yarımfinala çıxan tərəf olub.

Madrid “Real”ı (İspaniya) isə Almaniyada “Bayern”in qonağı olub. Üç qolun qeydə alındığı ilk oyunda Münhen təmsilçisi 2:1 hesabıyla üstün olmuşdu. Bol qollu cavab görüşü də Almaniya nəhənginin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, daha öncə Madrid “Atletiko”su (İspaniya) və PSJ (Fransa) komandaları ÇL-in yarımfinalına vəsiqəni təmin etmişdilər.

Beləliklə, yarımfinalda PSJ “Bayern”lə, “Atletiko” isə “Arsenal”la üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsinin cavab oyunları
15 aprel

Arsenal (İngiltərə) – Sportinq (Portuqaliya) 0:0
İlk oyun – 1:0

Bayern (Almaniya) – Real (İspaniya) 4:3
Qollar: A.Pavloviç, 6. H.Keyn, 38. L.Dias, 89. M.Olise, 90+4 – A.Gülər, 1; 29. K.Mbappe, 42.
İlk oyun – 2:1

Cəlal Hüseynov “Ludoqorets”ə qarşı 90 dəqiqə oynadı

15 April 2026 at 23:00

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 30-cu turu çərçivəsində “Ludoqorets”lə qarşılaşıb.

“Arda” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 1:0. Hüseynov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Arda” 30 turdan sonra 44 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 12 qələbə qazanıb, 8 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 79 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Emil Həsənzadə: “Bu, bizi ruhdan salmır”

15 April 2026 at 22:00

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Emil Həsənzadə Qazaxıstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, millimiz iki gün öncə 2:9 hesabıyla uduzduğu qazaxlara bu gün 2:4 hesabıyla məğlub olub.

Emil Həsənzadə qarşılaşmadan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu oyunlarda bizi dəstəkləyən, hər zaman yanımızda olan, ruhdan düşməyə qoymayan insanlara təşəkkür edirəm. Aktauda bu gün ikinci oyunumuzu keçirdik. İlk qarşılaşmada nəticə ürəkaçan olmamışdı. Həmin matçda birinci hissədə yaxşı oynasaq da, sonra yorğunluq özünü göstərdi. Çünki bura oyun günü gecə saatlarında gəlmişdik. Ona qədər isə Tiflisdə iki ağır oyun keçirmişdik. Həm oyunlar, həm yol yorğunluğu, həm də gecə saatlarında gəlməyimiz təsirsiz ötüşmədi. Fiziki hazırlığımız da tam qaydasında deyildi. Buna baxmayaraq, bir gün dincəldik, zalda məşq etmək imkanımız oldu. Baş məşqçi səhvlərimzi göstərdi, daha yaxşısını necə edə biləcəyimizi dedi. Təbii ki, qarşımızda da kifayət qədər güclü və təcrübəli komanda var idi. Deyilənləri icra etməyə çalışdıq. Rəqibə rahat oynamağa imkanı vermədik. Düzdür, oyunların hamısında məğlub olduq, ancaq bu, bizi ruhdan salmır. Əksinə, baş məşqçimizin dediyi kimi, çətin oyunlarda gücümüzü sınamalıyıq ki, səhvlərimizi görək. Belə oyunlar çox olmalıdır.

Ümumiləşdirsək, aprel toplanışı çox faydalı oldu. Dörd oyunda meydana çıxdıq, hər iki rəqibimiz güclü komandalar oldu. Yenə deyirəm, yoldaşlıq oyunlarında nəticədən çox meydanda gördüyün iş vacibdir. Ümid edirəm ki, bunun xeyrini rəsmi oyunlarda mütləq görəcəyik”.

“Traktor” Asiya Çempionlar Liqası ilə vidalaşdı

15 April 2026 at 21:00

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu turnirin 1/8 mərhələsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” komandası ilə qarşılaşıb.

Neytral meydanda (Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Əl-Faysal Abdullah” stadionunda) baş tutmuş bu oyunda təbrizlilər gözlənilməz məğlubiyyətə üzülüblər – 0:3. “Traktorçular” 52-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıblar. BƏƏ təmsilçisi qolları da məhz bundan sonra (65, 80 və 90+8-ci dəqiqələr) vurub.

Beləliklə, İran çempionu ÇL-də mübarizəni dayandırıb.

Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisi idi. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.

Kukseviç: “Soyuqqanlılığımız çatmadı”

15 April 2026 at 20:00

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Qazaxıstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, millimiz iki gün öncə 2:9 hesabıyla uduzduğu qazaxlara bu gün 2:4 hesabıyla məğlub olub.

Kukseviç qarşılaşmadan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Birinci oyundan sonra istirahət etdik və yaxşı bərpa olunduq. Üstəlik, rəqibin adının gətirdiyi üstünlüyü, azarkeş amilini, zala uyğunlaşmaq baxımından yaşadığımız problemi bu dəfə bir kənara atdıq, psixoloji baxımdan matça tam hazır çıxdıq. Buna görə də yaxşı oynadığımızı deyə bilərəm. Əslində, yoxlama oyunlarını güclü rəqiblərə qarşı keçirmək yaxşı oldu. Zəif rəqibləri udub bayram etməkdənsə, səhvlərimizi, çatışmazlığımızı görüb, üzərində işləmək və inkişaf etmək lazımdır. Yenə deyirəm, bu oyunumuz da çox çətin idi, ancaq uşaqlar bacardıqlarını göstərdilər. Sadəcə, soyuqqanlılığımız çatmadı. Bəzi epizodlarda yaxşı mənada nələrsə etmək istədik, alınmadı. Bu cür oyunlarda uduzsaq da, meydanda gördüyümüz yaxşı işlər bizim üçün qələbəyə bərabərdir”.

Futzal millimiz Aktauda 2-ci oyundan da məğlub ayrıldı

15 April 2026 at 19:00

Aktauda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi bu gün Qazaxıstan yığması ilə ikinci yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, ilk oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç 14-lükdə iki dəyişiklik etmişdi.

Eldar Zeynalov və Qüdrət Qasımzadənin əvəzinə Tofiq Mikayılov və Pünhan Qasımzadə komandamıza kömək edirdi. Birinci oyuna yorğun çıxmış millimiz bu dəfə daha inamlı təsir bağışlayıb. Düzdür, hesabı meydan sahibi komanda açıb. Ancaq Ülvi Əliyevlə dərhal bərabərliyi təmin edib. Növbəti qolu da qazaxlar vursa da, bu dəfə Ədalət Ələkbərov status-kvonu bərpa edib və komandalar fasiləyə “sülh”lə yollanıblar.

İkinci hissəyə komandamız daha yaxşı başlayıb. Hətta ilk real qol vəziyyətini millimiz yaradıb. Oqtay Rüstəmli qapıçı ilə üzbəüz qalsa da, hesabı xeyrimizə dəyişə bilməyib. Əvəzində 29-cu dəqiqədə meydan sahibləri fərqləniblər. Qazax futzalçılar 33-cü dəqiqədə fərqi 2 topa yüksəldiblər.

Xatırladaq ki, futzal millimiz Qazaxıstan yığmasına qarşı keçirdiyi ilk oyunda da məğlub olmuşdu. Buna qədər isə yığmamız Gürcüstanla oyunlarda ardıcıl iki məğlubiyyətə (2:4, 2:5) üzülmüşdü.

Yoxlama oyunu
15 aprel

Qazaxıstan – Azərbaycan 4:2
Qollar: Azat Valiullin, 13:35. Albert Akbalıkov, 16:42; 28:26. Damir Kairbai, 32:22 – Ülvi Əliyev, 14:29. Ədalət Ələkbərov, 17:25.
Hakimlər: Tanant Raymberniev, Timur Toktobaev, Erban Kurmamalıev (Hamısı Qırğızıstan).
Aktau. “BS Arena”. Saat 17:00

Qazaxıstan: 2. Leo İgita (k), 6. Edson Santos, 8. Erjan Karmenov, 9. Albert Akbalıkov, 17. Birjan Orazov, 16. Narun Serikov, 3. Arnold Knaur, 5. Akzol Daribay, 7. Azat Valiullin, 10. Cahangir Raşit, 11. Abdirassil Abdumanapulı, 14. Aqedil Madiyarov, 19. Damir Kairbai, 30. Aleksandr Deryabin.
Baş məşqçi: Kakau.

Azərbaycan: 1. Emin Kürdov (k), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Ədalət Ələkbərov, 19. Cavad Məmmədov, 3. Kənan Manafov, 4. Pünhan Qasımzadə, 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 15. Novruz Kazıxanov, 18. Tofiq Əliyev, 20. Fərid Abbasov.
Baş məşqçi: Yevgeni Kukseviç.

Birinci Liqa: “Zaqatala” uduzdu, “Şahdağ” xal itirdi

15 April 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Şahdağ Qusar” – “Cəbrayıl” matçında qapılara qol vurulmayıb. Üç qolun vurulduğu MOİK – “Zaqatala” görüşündə isə “hərbçilər” qalib gəliblər.

22-ci turun qalan görüşləri aprelin 16-da keçiriləcək.

Birinci Liqa
22-ci tur
15 aprel

MOİK – “Zaqatala” 2:1
Qollar: Nkonqo Mark, 9. Seyxan Fərəcov, 28 – Roini İsmayılov, 18.
Hakimlər: Murad Səlimov, Mirnihat Seyidov, Aydın Bəxşıyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 15:00.

“Şahdağ Qusar” – “Cəbrayıl” 0:0
Hakimlər: İslam Məmmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

16 aprel

“Baku Sportinq” – “Şəfa”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rasim Axundov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Buzovna qəsəbə stadionu, 16:00.

“Mingəçevir” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Səbail”– “Şimal”
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Rəhman Aslanov, Nazim Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“Bayıl Arena”, 17:00.

2-ci Liqada altılıq sisteminin təqvimi açıqlandı

15 April 2026 at 17:00

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 2025/2026-cı illər mövsümünün növbəti mərhələsinin – altılıq sisteminin təqvimi açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Azərbaycan 2-ci Liqasında ikinci mərhələnin (altılıq sistemi) təqvimini təqdim edirik:

23-cü tur

20-21 aprel
“Xankəndi” – “Dinamo”
“Qaradağ Lökbatan” – “Şəmkir”
“Quba” – “Şirvan”

“Şəki” – “Araz Saatlı”
“Ağdaş” – “Ağstafa Gəncləri”
“Kür-Araz” – “Göygöl”

24-cü tur

27-28 aprel
“Dinamo” – “Şirvan”
“Şəmkir” – “Quba”
“Xankəndi” – “Qaradağ Lökbatan”

“Araz Saatlı” – “Göygöl”
“Ağstafa Gəncləri” – “Kür-Araz”
“Şəki” – “Ağdaş”

25-ci tur

4-5 may
“Qaradağ Lökbatan” – “Dinamo”
“Quba” – “Xankəndi”
“Şirvan” – “Şəmkir”

“Ağdaş” – “Araz Saatlı”
“Kür-Araz” – “Şəki”
“Göygöl” – “Ağstafa Gəncləri”

26-cı tur

11-12 may
“Dinamo” – “Şəmkir”
“Xankəndi” – “Şirvan”
“Qaradağ Lökbatan” – “Quba”

“Araz Saatlı” – “Ağstafa Gəncləri”
“Şəki” – “Göygöl”
“Ağdaş” – “Kür-Araz”

27-ci tur

18-19 may
“Quba” – “Dinamo”
“Şirvan” – “Qaradağ Lökbatan”
“Şəmkir” – “Xankəndi”

“Kür-Araz” – “Araz Saatlı”
“Göygöl” – “Ağdaş”
“Ağstafa Gəncləri” – “Şəki”

1-ci Liqaya vəsiqə uğrunda pley-off oyunu

27 may
1-ci Liqada 9-cu yerin sahibi – 2-ci Liqada 2-ci yerin sahibi (neytral meydan)

2-ci Liqaya vəsiqə uğrunda pley-off oyunları

29 may
2-ci Liqada 11-ci yerin sahibi – Region Liqasında 2-ci yerin sahibi (neytral meydan)
2-ci Liqada 10-cu yerin sahibi – Region Liqasında 3-cü yerin sahibi (neytral meydan)

“Atletiko” 9 il sonra, PSJ ardıcıl 3-cü dəfə!

15 April 2026 at 16:00

İspaniyanın “Atletiko” komandası 2016/2017-ci illər mövsümündən sonra ilk dəfə UEFA Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, Madrid təmsilçisi 9 il əvvəl turnirin 1/4 finalında “Lester Siti”ni (İngiltərə) mübarizədən kənarlaşdırmışdı.

Fransa təmsilçisi PSJ isə ardıcıl üçüncü dəfə UEFA Çempionlar Liqasının yarımfinalında çıxış edəcək. Parislilər isə ötən mövsümdə “Aston Villa”nı, ondan əvvəl “Barselona”nı bu raundda məğlub etmişdilər.

Xatırladaq ki, Fransa çempionu ötən gün “Liverpul”u (İngiltərə), “Atletiko” isə “Barselona”nı mübarizədən kənarlaşdırıb. Madrid təmsilçisi səfərdə baş tutmuş ilk oyunda 2:0 hesabıyla qalib gəlmişdisə, cavab görüşündə 1:2 hesabıyla uduzub. PSJ isə həm ilk, həm də səfər oyunlarından eyni hesabla (2:0) qalib ayrılıb.

ÇL-in digər yarımfinalçıları bu gün keçiriləcək “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) (ilk oyun – 1:0) və “Bayern” (Almaniya) – “Real” (İspaniya) (ilk oyun – 2:1) matçlarında müəyyənləşəcək.

Yamal Mbappeni geridə qoydu

15 April 2026 at 16:30
Lamine Yamal UEFA Çempionlar Liqasında 11-ci qolunu vurub. Msport.az xəbər verir ki, “Barselona”nın vingeri “Atletiko” ilə 1/4 finalın cavab oyununda hesabı açıb. […]

Source

AFFA Məmmədovları təhqirə görə 1000 manat cərimə etdi

15 April 2026 at 15:00

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, İkinci Liqada 22-ci turun oyunlarındakı qayda pozuntularına hüququ qiymət verilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 22-ci tur

“Araz Saatlı” – “Göygöl” oyununda “Araz-Saatlı”da 5 nəfər sarı vərəqə aldığı üçün Saatlı komandası 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Araz-Saatlı”nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov rəqib oyunçuları, hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyunluq cəza alıb. Saatlı komandası buna görə 1000 manat cərimə edilib. “Araz-Saatlı”nın futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəza alıb. Saatlı komandası buna görə də 1000 manat cərimə ödəyəcək. “Göygöl”ün 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun matçöncəsi iclasında “Göygöl”ün nümayəndəsi iştirak etmədiyinə görə sözügedən komanda 150 manat cərimə edilib.

“Şəmkir” – “Şirvan” oyununda “Şəmkir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Şirvan”da 4 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” da 70 manat cərimə ödəyəcək.

AFFA “Qarabağ”ı 700 manat cərimələdi

15 April 2026 at 14:00

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Premyer Liqası, 27-ci tur

“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağdam komandası 700 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 23-cü tur

“Zirə-2” – “Şamaxı-2” oyununun 74-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Ramiz Zamanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şamaxı-2” buna görə 50 manat cərimə edilib.

“Qarabağ-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

Siyasət Əsgərov: “Hədəf yenə maksimum nəticə qazanmaqdır”

15 April 2026 at 13:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Andorraya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində üz-üzə gəlmiş bu komandaların ötən gün baş tutmuş görüşü Azərbaycan millisinin 3:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Siyasət Əsgərov oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

“İlk olaraq qələbə münasibətilə komandamı təbrik edirəm. Bizim üçün çox ağır oyun oldu. Rəqib öz meydanında çıxış edirdi, xal qazanmaq istəyirdi, erkən qolla da hesabı açdı. Ancaq cavab qolunu dərhal vurmağımız işimizi bir az yüngülləşdirdi. Birinci hissədə hesabda önə keçməyə çalışdıq, çox qol vəziyyətləri yaratdıq. Əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Fasilədən sonra öz oyunumuzu tapdıq. Məşqlərdə üzərində işlədiyimiz hücum bizə penalti qazandırdı. Qalan dəqiqələrdə nəzarət tam olaraq tərəfimizdə oldu, qızlar rəqibi topsuz saxladılar. Qələbə qazandığımız üçün sevincliyik”.

Baş məşqçi Andorra yığmasına qarşı keçiriləcək növbəti qarşılaşmada da eyni uğuru təkrarlamaq istədiklərini söyləyib:

“Artıq səfər matçını unudub, bu komanda ilə Bakıda keçirəcəyimiz görüşə köklənməliyik. Evdəki oyunda da hədəfimiz maksimum nəticə qazanmaqdır”.

Qeyd edək ki, millimiz Andorra yığması ilə aprelin 18-də “Masazır Arena”da qarşılaşacaq.

32 klubun skautu bir oyunda

15 April 2026 at 14:45
İsveçin “Brommapoykarna” və AIK klublarının qarşılaşmasını izləmək üçün eyni anda 32 ölkədən olan skaut İsveçə gəlib. Msport.az xəbər verir ki, […]

Source

Futzal millimizin qazaxlarla ikinci görüşü

15 April 2026 at 12:00

Futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyunu çərçivəsində Qazaxıstan yığması ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komandamız bu rəqibi ilə Aktaudakı “BS Arena”da üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Xatırladaq ki, futzal millimiz bu rəqibinə qarşı keçirdiyi ilk oyunda 2:9 hesabıyla məğlub olmuşdu. Komandamız aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə də yoxlama görüşləri keçirmişdi. Bu matçlarda da meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbələrə sevinmişdilər.

Qeyd edək ki, Azərbaycan millisi Aktaudakı yoxlama oyunlarına aşağıdakı heyətlə yollanıb:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Cavad Məmmədov (“Baku Fire”);

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı “Neftçi” İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı “Baku Fire”), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi “Araz-Naxçıvan”), Qüdrət Qasımzadə (“Şuşa”).

ÇL: Yarımfinala son iki vəsiqə bu gün sahibini tapacaq

15 April 2026 at 11:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün yarımfinalının sonuncu iki iştirakçısı müəyyənləşəcək.

Arena.az xəbər verir ki, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gələcək.

London “Arsenal”ı İngiltərədə Portuqaliyanın “Sportinq” komandası ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda ingilislər 1:0 hesabıyla qalib gəliblər.

Madrid “Real”ı (İspaniya) isə Almaniyada “Bayern”in qonağı olacaq. Üç qolun qeydə alındığı ilk oyunda Münhen təmsilçisi 2:1 hesabıyla üstün olub.

Xatırladaq ki, daha öncə Madrid “Atletiko”su (İspaniya) və PSJ (Fransa) komandaları ÇL-in yarımfinalına vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsinin cavab oyunları
15 aprel

23:00. Arsenal (İngiltərə) – Sportinq (Portuqaliya)
İlk oyun – 1:0

23:00. Bayern (Almaniya) – Real (İspaniya)
İlk oyun – 2:1

“Qarabağ” cərimələndi

15 April 2026 at 13:15
“Qarabağ” 700 manat cərimələnib. Msport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Ağdam təmsilçisinin dörd futbolçusunun […]

Source

16 yaşlı vingerə 40 milyon

15 April 2026 at 13:15
“Mançester Siti” “Palmeyras”ın 16 yaşlı vingeri Eduardo Konseysaonu transfer etməyə hazırlaşır. Msport.az xəbər verir ki, İngiltərə klubu bu keçiddə favorit […]

Source

❌
❌