Reading view

Finalissimanın vaxtı və yeri dəqiqləşdi

İspaniya və Argentina yığmalarının üz-üzə gələcəyi Finalissima oyununun vaxtı və yeri bəlli olub.

Komanda.az xəbər verir ki, Avropa və Amerika çempionlarını qarşılaşdıran Finalissima matçı 27 mart 2026-cı ildə Qətərin paytaxtı Dohada yerləşən “Lusail” stadionunda keçiriləcək.

Argentina millisi 2024-cü ildə Amerika Kubokunun qalibi olub. İspaniya yığması isə həmin il Avropa çempionluğunu qazanıb.

Xatırladaq ki, əvvəlki Finalissima 2022-ci ildə baş tutub. Həmin görüşdə Argentina millisi İtaliya yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.

The post Finalissimanın vaxtı və yeri dəqiqləşdi appeared first on Komanda.az.

“Gəncə”dən çətin qələbə

Bu gün qadın voleybolçuların Yüksək Liqasında 7-ci turun oyunu keçirilib.

Komanda.az xəbər verir ki, UNEC VK-nın idman zalında UNEC və “Gəncə” komandaları üz-üzə gəlib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. Görüşdə qonaq komanda “Gəncə” 3:2 hesabı ilə UNEC üzərində qələbə qazanıb.

Turun növbəti oyunu sabah saat 15:00-da AVF-nin idman zalında “Abşeron” və “Turan” komandaları arasında keçiriləcək.

The post “Gəncə”dən çətin qələbə appeared first on Komanda.az.

İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatmaya əsasən, “Çelsi” “Arsenal”/”Kristal Pleas” duelinin qalibi ilə üz-üzə gələcək.

“Mançester Siti” isə “Nyukasl”a rəqib olub.

Yarımfinalın ilk oyunları yanvarın 12-də, cavab matçları isə fevralın 2-də keçiriləcək.

The post İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu appeared first on Komanda.az.

“Qarabağ”da məcburi əvəzetmə

Premyer Liqanın I turundan təxirə salınmış oyunda “Sabah”la qarşılaşan “Qarabağ” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Joni Montiel oyunun 25-ci dəqiqəsində zədələnib. Onun əvəzinə meydana Marko Yankoviç daxil olub.

İlk hissəsi davam edən matçda “Qarabağ” öndədi – 1:0.

AMADA-da iclas

Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci ildə sonuncu iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayı ərzində görülən işlər barədə təqdimatla çıxış edib. Sonra agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülən işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb.

Bununla yanaşı, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.

İclasda həmçinin 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb.

Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib.

Liqa Kubokunda yarımfinal cütləri məlum oldu

Futbol üzrə İngiltərə Liqa Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, püşkatmaya əsasən “Mançester Siti” finala vəsiqə uğrunda “Nyukasl” ilə mübarizə aparacaq.

Digər yarımfinal görüşündə isə “Çelsi” komandası “Arsenal” – “Kristal Pleas” duelinin qalibi ilə üz-üzə gələcək.

İngiltərə Liqa Kubokunda yarımfinalın ilk oyunları yanvarın 12-də, cavab matçları isə fevralın 2-də keçiriləcək.

Xatırladaq ki, “Mançester Siti”, “Nyukasl” və “Çelsi” klubları yarımfinala vəsiqəni təmin ediblər. “Arsenal”la “Kristal Pelas” arasındakı görüşün qalibi isə dekabrın 23-də müəyyənləşəcək.

AVF “Xilasedici”yə texniki məğlubiyyət verdi

Azərbaycan Voleybol Federasiyası (AVF) kişilər arasında Yüksək Liqanın yarıda qalmış “Xilasedici” – “Ordu” matçı ilə bağlı qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.

Dekabrın 17-də keçirilmiş Yüksək Liqanın 7-ci turunun oyununun yekun nəticəsi ilə əlaqədar bu gün iclas keçirilib. İclasda federasiyanın İnzibati Məsələlər Komissiyasının üzvləri, “Xilasedici” və “Ordu” komandalarının menecerləri, qarşılaşmanın supervayzeri və hakimlər iştirak ediblər.

Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucovun rəhbərliyi ilə keçirilmiş iclasda dünənki qarşılaşmada baş vermiş hadisələr ətraflı şəkildə araşdırılıb. Sonda məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

Yekun qərara əsasən, yarımçıq dayandırılmış “Xilasedici” – “Ordu” qarşılaşmasında “Xilasedici” komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

Van Deyk: “İbrahima Konate əla müdafiəçidir”

“Liveprul”un kapitanı Vircil van Deyk “qırmızılar”ın heyətində komanda yoldaşı olan müdafiəçi İbarima Konate haqda qənaətini açıqlayıb.

Arena.az xəbər verir ki, niderlandlı mərkəz müdafiəçisi komandasının son vaxtlar yaşadığı uğursuzluqlar mənzərəsində həmkarını müdafiə edib:

“İbu” – inanılmaz müdafiəçidir. Görünür, komanda yatımlı oynamayanda, müdafiə xəttimiz dişbatan olur. Belə də olub. Hər ikimiz öz üzərimizdə çalışır, işləyirik”, deyə Van Deyk vurğulayıb.

Xatırladaq ki, İbrahima Konate Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2017-ci ildən 2021-ci ilə qədər “Leypsiq”in (Almaniya) uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi “Liverpul”a 2021-ci ilin iyul ayında 40 milyon avro müqabilində məhz “Leypsiq”dən keçib.

Fransalı futbolçu bu mövsüm “Liverpul”un heyətində 23 oyuna çıxıb, 1 qola imza atıb. Konatenin İngiltərə klubunun heyətindəki ümumi göstəriciləri belədir: 155 oyun, 6 qol və 4 məhsuldar ötürmə.

Fransa yığmasının üzvü “Liverpul”la 5 titul qazanıb. O, 2 dəfə (2022 və 2024-cü illərdə) İngiltərə Liqa Kubokunun, 1 dəfə İngiltərə Premyer Liqasının (2025), 1 dəfə İngiltərə Federasiya Kubokunun (2022), 1 dəfə də İngiltərə Super Kubokunun (2022/2023) qalibi olub.

İbrahima Konate Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Müdafiəçi 2022-ci ilin iyun ayında əsas millidə debüt edib. O, yığma komandanın heyətində meydana çıxdığı 26 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Şahruddin Məhəmmədəliyev Almaniyada əməliyyat olundu

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

Arena.az xəbər verir ki, 31 yaşlı qolkiper adıçəkilən şəhərdə özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib.

Məhəmmədəliyevin əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2024-cü ilin yayından “Qarabağ”ın sıralarında çıxış edir. 31 yaşlı qolkiperin Ağdam klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, cari mövsümdə 6 oyuna çıxıb, 1 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb.

Şahruddin Məhəmmədəliyev 2016-2023-cü illər aralığında da “Qarabağ”ın formasını geyinib. O, 2023-cü ilin yayında məhz “Qarabağ”dan ayrılaraq Türkiyənin “Adana Dəmirspor” klubuna keçmişdi. Şahruddin vaxtilə Azərbaycanda “Sumqayıt”ın da formasını geyinib.

Azərbaycan U-21 yığmasında da oynamış qolkiper 2020-ci ilin oktyabr ayında debüt etdiyi əsas millimizdə də 35 oyun keçirib, 56 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.

Birinci Liqa: “Səbail” də xal itirdi, “Mingəçevir” də

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Çempionatın iddialı komandalarından olan “Səbail” “Şahdağ Qusar”la heç-heçə edib. “Difai” – “Mingəçevir” görüşündə də bərabərlik qeydə alınıb.

11-ci tura dekabrın 19-da keçiriləcək “Cəbrayıl” – “Şəfa” oyunu ilə yekun vurulacaq.

Birinci Liqa
11-ci tur

17 dekabr

“Zaqatala” – MOİK 1:3
Qollar: Rəhman Şabanov, 65-pen – Seyxan Fərəcov, 25; 90+5. Zeynəddin Abdurahmanov, 47.
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şimal” – “Baku Sportinq” 0:1
Qol: İlham Allahverdiyev, 9-pen.
Hakimlər: Vüqar Həsənli, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Ləman Əmirli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

18 dekabr

“Difai” – “Mingəçevir” 1:1
Qollar: Musa Musazadə, 2 – Samir Abdullayev, 9-pen.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağsu şəhər stadionu, 13:00.

“Şahdağ Qusar” – “Səbail” 2:2
Qollar: Sənan Ağalarov, 27, Ruslan Voronsov, 35 – Səbayıl Bağırov, 26, Bahadur Həziyev, 69.
Hakimlər: Fərid Hacıyev, Kərim Zeynalov, Vüqar Bayramov, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

19 dekabr

“Cəbrayıl” – “Şəfa”
Hakimlər: Kamal Umudlu, Tərlan Talıbzadə, Mirnihad Seyidov, Elvin Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Yüksək Liqa: Çempion qış fasiləsinə lider yollandı

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turundan təxirə salınmış oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda son çempion “Araz-Naxçıvan” U-19 yığmamızla qarşılaşıb.

“Olimpik Star”da baş tutmuş bu oyunda qapılara bütövlükdə 14 qol vurulub. Böyükhesablı qələbə sayəsində son çempion qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanıb.

Yüksək Liqa
9-cu turun oyunu
18 dekabr

“Araz-Naxçıvan” – U-19 12:2
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Xallar: Araz-Naxçıvan – 25. Neftçi İK – 25. Baku Fire – 20. Şuşa – 12. U-19 – 6. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”) – 21. Rüstəm Bağırov (“Şuşa”) – 18. Yaqo Henrike (“Neftçi” İK) – 16 qol.

Rəhim Həsənov 15-ci turdakı qərarları haqlı sayır – Video

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 15-ci turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, o, son turun oyunlarındakı mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib. Həsənov “Şamaxı” – “Zirə” (2:1), “Kəpəz” – “Qəbələ” (1:0) və “Qarabağ” – “Araz-Naxçıvan” (5:1) matçlarında qeydə alınmış ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.

Rəhim Həsənov hakimlərin həmin epizodlar zamanı düzgün qərarlar verdiyini bildirib.

AFFA Hakimlər Komitəsinin sədrinin 15-ci turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Liqa Kubokunda növbəti yarımfinalçılar: MS və “Nyukasl”

Futbol üzrə İngiltərə Liqa Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Mançester Siti” doğma meydanda “Brentford”u 2 cavabsız qolla üstələyib. Üç qolun qeydə alındığı “Nyukasl” – “Fulhem” görüşündə də meydan sahibləri qələbə qazanıblar.

Xatırladaq ki, daha öncə “Çelsi” də “Kardiff Siti” üzərində qələbə ilə ilk yarımfinalçı olmuşdu.

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə dekabrın 23-də keçiriləcək “Arsenal” – “Kristal Pelas” oyunu ilə yekun vurulacaq.

İngiltərə Liqa Kuboku
1/4 final
16 dekabr

Kardiff Siti – Çelsi 1:3
Qollar: Törnbull, 75 – Qarnaço, 57; 90+3. Neto, 82.

17 dekabr

Mançester Siti – Brentford 2:0
Qollar: Şerki, 32. Savinyo, 67.

Nyukasl – Fulhem 2:1
Qollar: Vissa, 10. Mayli, 90+2 – Lukiç, 16.

23 dekabr

00:00. Arsenal – Kristal Pelas

Türkiyə Kubokunda qrup mərhələsinə start verildi

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

A qrupunun “Karagümrük” – “İstanbulspor” matçı qolsuz yekunlaşıb. “Trabzonspor” isə doğma meydanda “Alanyaspor”a məğlub olub.

C qrupunda isə “Rizəspor” “Qaziantep”lə ev oyununda darmadağına sevinib.

Türkiyə Kuboku
Qrup mərhələsi, 1-ci tur
17 dekabr

A qrupu

Karagümrük – İstanbulspor 0:0

Trabzonspor – Alanyaspor 0:1

C qrupu

Rizəspor – Qaziantep 5:2

Laporta: “Bəzi insanlar Olmo ilə anlaşmanın baş tutmasını istəmirdi”

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Dani Olmo ilə bağlı fikirlərini bölüşüb.

Kataloniya klubu ispaniyalı futbolçunu 2024-cü ilin yayında “Leyptsiq”dən transfer edib. Avropa çempionunun qeydiyyatı ilk mərhələdə mümkün olmayıb, mövsüm ərzində isə o, yenidən oynamaq hüququnu itirib. Yalnız idman məhkəməsinin müdaxiləsindən sonra klub onu heyətə rəsmən daxil edə bilib.

Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, Laporta klubun Olmo uğrunda sona qədər mübarizə apardığını deyib:

“Biz Olmo üçün israrla mübarizə apardıq, çünki onun futbol keyfiyyətlərinə və işinə sədaqətinə ehtiyacımız var idi. Onun evinə – “Barselona”ya qayıtmaq istədiyini bilirdik. Bu transfer çoxlu maneələrlə müşayiət olunan, ziddiyyətli bir keçid idi və bəzi insanlar açıq-aşkar bu anlaşmanın baş tutmasını istəmirdi. Bütün bu çətinliklər Daninin “Barselona” ilə bağlarını daha da gücləndirdi. Biz ona çox minnətdarıq”.

Olmo cari mövsümdə 17 oyunda meydana çıxaraq, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

The post Laporta: “Bəzi insanlar Olmo ilə anlaşmanın baş tutmasını istəmirdi” appeared first on Komanda.az.

La Liqanın prezidenti “Real”ı tənqid etdi

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Neqreyra işi” ilə bağlı “Real”ın mövqeyini yenidən tənqid edib. Onun sözlərinə görə, “kral klubu” bu məhkəmə prosesində səmimi davranmır və keçmişdə mövqeyi tam fərqli olub.

“Barselona” və klubun keçmiş rəhbərliyi İspaniya Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlərin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya edilən ödənişlərlə bağlı rüşvət ittihamı ilə üzləşib.

Dekabrın 12-də “Barselona”nın prezidenti Xuan Laporta məhkəmədə ifadə verib. Həmin gün Kataloniya klubunun keçmiş baş məşqçiləri Luis Enrike və Ernesto Valverde də dindirilib. Bildirilirdi ki, prosesdə özəl ittihamçı qismində çıxış edən “Real”ın nümayəndələri Laportaya suallar ünvanlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas “Real”ın davranışını şou adlandırıb:

“Real”ın prezidenti (Florentino Peres) baş verənlərin yarısını belə, anlamır. Məhkəmədə hamı danışandan sonra sonuncu çıxış edən onların vəkili oldu. Niyə? Çünki məhkəməyə ən gec qoşulan da elə o idi.

Bu, iki ay çəkdi. Əvvəllər “Barselona” Super Liqa məsələsinə görə onların müttəfiqi idi. İndi isə Super Liqadan uzaqlaşdıqdan sonra özlərini cəngavər kimi aparırlar.

Üstəlik, verdikləri 12 sualın hamısına artıq Luis Enrike və Valverde cavab vermişdi. Bu proses bir şoudur, insanları aldatmaqdan başqa bir şey deyil”.

“Real”ın hüquqşünasları dindirilmə zamanı Laportadan hesabatlarda “aloe veralı hədiyyə dəstləri” (rəsmi sənədlərdə yazılan, amma real məzmunu şübhə doğuran bir xərc izahı) kimi göstərilən 60 min avroluq məbləğ barədə soruşublar. “Barselona”nın prezidenti isə bu ödənişi xatırlamadığını deyib.

The post La Liqanın prezidenti “Real”ı tənqid etdi appeared first on Komanda.az.

Mərkəzi oyunun heyətləri

“Sabah” Azərbaycan Premyer Liqasının I turunda təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 19:30-da start götürəcək matça komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Sabah”: 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 46. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmiro 88. Xəyal Əliyev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 7. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 81. Kevin Medina 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

I Liqada heç-heçələr günü

Azərbaycan I Liqasında XI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

“Səbail” “Şahdağ Qusar”la, “Mingəçevir” isə “Difai” ilə heç-heçə edib.

Azərbaycan I Liqası

XI tur

18 dekabr

“Şahdağ Qusar” – “Səbail” 2:2
Qollar: 
S.Ağalarov, 27, R.Voronsov, 35 – S.Bağırov, 26, B.Həziyev, 69

“Difai” – “Mingəçevir” 1:1
Qollar:
 M.Musazadə, 2 – S.Abdullayev, 9 (pen)
Qırmızı vərəqə: M.Musazadə, 31 (“Difai”)

Şahruddin əməliyyat olundu

Azərbaycan millisinin və “Qarabağ”ın üzvü Şahrudin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı qapıçı “IsarPark Plattling” klinikasında professor, doktor Stefan Fikert tərəfindən sol bud oynağından uğurlu əməliyyat keçirib.

Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

Maquayrla bağlı qərar verildi

“Mançester Yunayted” mövsümün sonunda Harri Maquayra yeni müqavilə təklif etməyəcək. Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim […]

Source

Sterlinq “Çelsi”yə lazım deyil

“Çelsi” Rahim Sterlinqdən qurtulmağın yollarını axtarır. Msport.az xəbər verir ki, londonlular heyət üzünə həsrət qalan hücumçunu göndərmək üçün müxtəlif variantları […]

Source

“Səbail” və “Mingəçevir”dən heç-heçə

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 11-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib.

Çempionatın iddialı komandalarından olan “Şəfa” “Şahdağ Qusar”la heç-heçə edib. “Difai” – “Mingəçevir” görüşündə də bərabərlik qeydə alınıb.

1-ci Liqa, 11-ci tur

18 dekabr

“Şahdağ Qusar” – “Səbail” 2:2
Qollar: 
S.Ağalarov, 27, R.Voronsov, 35 – S.Bağırov, 26, B.Həziyev, 69

“Difai” – “Mingəçevir” 1:1
Qollar:
 M.Musazadə, 2 – S.Abdullayev, 9 (pen)
Qırmızı vərəqə: M.Musazadə, 31 (“Difai”)

The post “Səbail” və “Mingəçevir”dən heç-heçə appeared first on Komanda.az.

“Tottenhem” də istəyir – “Real”ın hədəfindəki futbolçunu

Braziliyanın “Vasko da Qama” klubunun hücumçusu Rayan “Tottenhem”in maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “NT Vascainos” məlumat yayıb.

London klubunun məşqçilər heyəti 19 yaşlı vingeri yaxından izləyir. Klub artıq qış transfer pəncərəsində “Vasqo da Qama”ya rəsmi təklif göndərə bilər.

Ancaq daha əvvəl də xəbər verildiyi kimi, bu keçidə “Real” ciddi maneə yaratmaq niyyətindədir. “Kral klubu” Rayan üçün 50 milyon avro ödəməyə hazırdır.

Braziliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 56 oyuna çıxıb, 20 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post “Tottenhem” də istəyir – “Real”ın hədəfindəki futbolçunu appeared first on Komanda.az.

Azərbaycan Voleybol Federasiyası yarımçıq dayandırılmış oyunla bağlı qərar verdi

Kişi voleybolçuların Yüksək Liqasında yarımçıq dayandırılmış 7-ci turun “Xilasedici” – “ORDU” oyunu ilə bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Dekabrın 17-də keçirilən qarşılaşmanın yekun nəticəsi ilə əlaqədar bu gün Azərbaycan Voleybol Federasiyasında (AVF) iclas keçirilib.

İclasda federasiyanın İnzibati Məsələlər Komissiyasının üzvləri, “Xilasedici” və “ORDU” komandalarının menecerləri, qarşılaşmanın supervayzeri və hakimlər iştirak ediblər.

AVF-nin baş katibi Faiq Orucovun rəhbərliyi ilə keçirilən iclasda dünənki qarşılaşmada baş verən hadisələr ətraflı şəkildə araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, yarımçıq dayandırılmış “Xilasedici” – “ORDU” qarşılaşmasında “Xilasedici” komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

The post Azərbaycan Voleybol Federasiyası yarımçıq dayandırılmış oyunla bağlı qərar verdi appeared first on Komanda.az.

“Uşaqlar bizim necə ağır zəhmət çəkdiyimizi görür” – Ronaldonun xanımı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges uşaqların tərbiyəsi ilə bağlı fikirlərini bölüşüb.

Cütlük ümumilikdə beş uşaq böyüdür. Onların iki qızı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rodriges uşaqlara zəhmətin və əziyyətin dəyərini aşılamağın indiki dövrdə xüsusilə vacib olduğunu vurğulayıb:

“Həm heç nəyə sahib olmaq, həm də hər şeyə sahib olmaq… Bunun nə demək olduğunu bilirsiz. Bu dövrdə uşaqlara əməyin və çalışmanın dəyərini necə izah etmək olar? Maddi imkanların səviyyəsi artsa da, ailənin əsas dəyərləri dəyişmir.

İqtisadi imkanlarımız fərqli səviyyədə olsa belə, mahiyyətimiz eyni qalır. Biz onlara öz dəyərlərimizi aşılayırıq. Uşaqlar bizim necə ağır zəhmət çəkdiyimizi görür, anlayırlar ki, heç nə asanlıqla əldə edilmir. Ona görə də, onlara daim xatırladırıq ki, mübarizə aparmaq və hər şeydən əvvəl yaxşı insan olmaq lazımdır.

Uşaqlar tərbiyəli, məsuliyyətli böyüyür, məktəbdə səylə oxuyur və müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Ən önəmlisi isə odur ki, onlar arzularının arxasınca gedirlər. Evdə gördükləri də məhz budur”.

The post “Uşaqlar bizim necə ağır zəhmət çəkdiyimizi görür” – Ronaldonun xanımı appeared first on Komanda.az.

AFFA Şahrudini əməliyyat etdirdi

“Qarabağ”ın və Azərbaycan millisinin üzvü Şahrudin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

Komanda.az xəbər verir ki, 31 yaşlı qapıçı “IsarPark Plattling” klinikasında professor, doktor Stefan Fikert tərəfindən sol bud oynağından uğurlu əməliyyat keçirib.

Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

The post AFFA Şahrudini əməliyyat etdirdi appeared first on Komanda.az.

“İnter” xorvat futbolçu üçün təklif göndərə bilər – Tezliklə

“İnter” Zaqreb “Dinamo”sunda çıxış edən cinah müdafiəçisi Moris Valinçiçlə müqavilə imzalamaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi xorvatiyalı futbolçunu hazırda topuq zədəsindən bərpa olunan Denzel Dumfrisin müvəqqəti əvəzedicisi kimi nəzərdən keçirir.

“İnter” artıq qış transfer pəncərəsində “Dinamo”ya rəsmi təklif göndərə bilər.

23 yaşlı futbolçu cari mövsümdə 14 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib.

The post “İnter” xorvat futbolçu üçün təklif göndərə bilər – Tezliklə appeared first on Komanda.az.

“Araz-Naxçıvan” təxirə salınmış oyunda qələbə qazandı

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 9-cu turdan təxirə salınmış “Araz-Naxçıvan” – U-19 matçı keçirilib.

Komanda.az xəbər verir ki, “Olimpik Star”da baş tutan görüş Naxçıvan təmsilçisinin 12:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra son ölkə çempionu qış fasiləsinə 25 xalla turnir cədvəlinin zirvəsində yollanıb. U-19 isə 6 xalla beşincidir.

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 3-cü dövrəyə 2026-cı il yanvarın 19-da start veriləcək.

The post “Araz-Naxçıvan” təxirə salınmış oyunda qələbə qazandı appeared first on Komanda.az.

Mourinyo 750-ci qələbədən sonra: “Ən vacibi 751-cidir”

“Benfika”nın çalışdırıcısı Joze Mourinyo məşqçilik karyerasında qazandığı 750-ci qələbə ilə bağlı fikirlərini bölüşüb.

Bu göstərici Portuqaliya kubokunun 1/8 finalında, “Benfika”nın “Farense” üzərində 2:0 hesablı qələbəsindən sonra qeydə alınıb.

Komanda.az “EuroFoot”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu nailiyyətə özünəməxsus şəkildə, fəlsəfi yanaşma sərgiləyib:

“750 qələbə – onlardan hansı ən vacibdir? Birincisi? “Benfika”nın “Belenenseş” üzərində qələbəsi? “Portu”nun UEFA Çempionlar Liqasında “Monako”nu məğlub etməsi? “İnter”in Çempionlar Liqasının finalında “Bayern”ə qalib gəlməsi? Yoxsa bugünkü “Farense” – “Benfika” oyunu?

Xeyr! Ən vacibi növbəti, 751-ci qələbədir. Gəlin, növbəti uğur üzərində işləyək!”

Mourinyo məşqçilik karyerası ərzində 10 komandaya rəhbərlik edib. O, “Benfika” ilə “Çelsi”ni iki dəfə çalışdırıb və ümumilikdə 26 titul qazanıb, 4 dəfə isə ilin ən yaxşı klub məşqçisi seçilib.

The post Mourinyo 750-ci qələbədən sonra: “Ən vacibi 751-cidir” appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin futbolçusu “Tottenhem”lə matçı buraxacaq

“Liverpul”un müdafiəçisi Co Qomes Premyer Liqanın növbəti turunda “Tottenhem”lə keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Brayton”la (2:0) oyunun birinci hissəsində aldığı arxa bud əzələsi zədəsi səbəbindən qarşıdakı oyunda iştirak etməyəcək. Ancaq zədənin ciddi olmadığı vurğulanır.

28 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib. Onun komandası dekabrın 20-də səfərdə “Tottenhem”lə qarşılaşacaq.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin futbolçusu “Tottenhem”lə matçı buraxacaq appeared first on Komanda.az.

Dibala “Roma”dan ayrıla bilər – yeni klubu…

“Roma”nın futbolçusu Paulo Dibala karyerasını Argentinada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Doble Amarilla” portalı məlumat yayıb. Argentinalı hücumçu klubla müqaviləsini uzatmaq istəmir və yayda “Boka Xuniors”a keçmək variantını nəzərdən keçirir.

32 yaşlı futbolçu bu mövsüm 13 oyunda 2 qol vurub. Onun müqaviləsi 2026-cı ilin yayına kimidir.

“Milan” serbiyalı hücumçu ilə maraqlanır

“Milan” qış fasiləsində heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” “Yuventus”dan Duşan Vlahoviçlə maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Milan klubu serbiyalı hücumçunun durumunu yaxından izləyir və qış transfer dönəmində rəsmi təmaslar başlayacaq.

Vlahoviç bu mövsüm 20 oyunda 8 qol vurub.

Tanınmış futbolçu klubsuz qaldı

Braziliyalı müdafiəçi Tyaqo Silva “Fluminense”dən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı müdafiəçinin niyyəti Avropaya qayıtmaq və Braziliya millisinin DÇ-2026 üçün heyətinə düşməkdir.

Silva bu mövsüm 46 oyunda 4 qol vurub.

Müdafiəçi daha əvvəl “Çelsi“, PSJ, “Milan” kimi klubların formasını geyinib.

Almaniya klubu “Qarabağ”la oyunda dəstəksiz qalacaq

UEFA “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Ayntraxt”ı cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Frankfurt klubu turnirdə “Barselona” ilə səfər matçında azarkeşlərinin uyğunsuz davranışlarına və priotexniki vasitələrdən istifadəsinə görə iki oyunluq azarkeş qadağasına məruz qalıb.

“Ayntraxt” “Qarabağ”la Bakıda keçiriləcək oyunda azarkeş dəstəyindən məhrum olacaq.

Görüş gələn il yanvarın 21-də olacaq.

“Barselona”nın zədəlisi sağaldı

“Barselona”nın müdafiəçisi Ronald Arauxo meydana qayıtmağa hazırlaşır. Msport.az xəbər verir ki, uruqvaylı futbolçu sonuncu dəfə UEFA Çempionlar Liqasının “Çelsi” ilə […]

Source

Şahruddin Almaniyada əməliyyat olundu

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub. Msport.az xəbər verir ki, 31 yaşlı […]

Source

“Barselona” yapon futbolçunu izləyir

“Barselona” yapon futbolçu ilə maraqlanır. Msport.az xəbər verir ki, Kataloniya təmsilçisinin skautları Yaponiyanın U-17 yığmasının hücumçusu Minato Yoşidanı izləyir. İspaniya […]

Source

“Barselona” Levandovski ilə bağlı qərarsızdır

“Barselona” rəhbərliyi Robert Levandovski ilə növbəti mövsümdə əməkdaşlığın davam etdirilib-etdirilməməsinə görə hələ yekun qərar verməyib.

Polşalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, 37 yaşlı forvardın klubda qalması onun cari mövsümdəki çıxış səviyyəsindən və əsas rəqibi Ferran Torreslə müqayisəli performansından asılı olacaq.

Bundan başqa, yay transfer pəncərəsində hücumçuların bazarda əlçatan olub-olmaması və mövsümün sonunda klubun maliyyə durumu da həlledici rol oynayacaq.

Rəhbərlik həmçinin, Levandovski kimi nüfuzlu futbolçunun mümkün gedişinin paltardəyişmə otağındakı ab-havaya göstərə biləcəyi təsiri də nəzərə almağı planlaşdırır.

Mövcud məlumatlara əsasən, Levandovski artıq MLS təmsilçisi “Çikaqo Fayr”la danışıqlar aparır, ancaq o, hələlik gələcəyi ilə bağlı qəti qərar qəbul etməyib.

The post “Barselona” Levandovski ilə bağlı qərarsızdır appeared first on Komanda.az.

AFFA Hakimlər Komitəsinin sədri 15-ci turun mübahisəli epizodlarını şərh etdi – VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 15-ci turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, o, bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Həsənov “Şamaxı” – “Zirə” (2:1), “Kəpəz” – “Qəbələ” (1:0) və “Qarabağ” – “Araz-Naxçıvan” (5:1) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.

Federasiya rəsmisi hakimlərin həmin epizodlar zamanı düzgün qərarlar verdiyini bildirib.

The post AFFA Hakimlər Komitəsinin sədri 15-ci turun mübahisəli epizodlarını şərh etdi – VİDEO appeared first on Komanda.az.

Tanınmış futbolçu Səudiyyə Ərəbistanı klubunu tərk edəcək

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu yarımmüdafiəçisi Ruben Neveşi müqaviləni yeniləməyə razı sala bilməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yeni müqavilə imzalamaqdan imtina edib və Avropaya geri dönməyə açıqdır.

Hazırda onun əsas namizədi uzun müddətdir maraq göstərən “Mançester Yunayted” hesab olunur.

28 yaşlı futbolçu 2023-cü ildə “Əl-Hilal”a keçərək, müddəti 3 il olan müqavilə bağlamışdı. O, cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post Tanınmış futbolçu Səudiyyə Ərəbistanı klubunu tərk edəcək appeared first on Komanda.az.

Ter Ştegen “casusluq”da şübhəli bilinir

“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen klubun daxili informasiyasını KİV-lərə ötürməkdə əsas şübhəli kimi görülür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi Hans-Diter Flikin komandada “gizli agent”i müəyyən etdiyi barədə məlumatlar yayılmışdı. Ancaq konkret ad açıqlanmamışdı.

33 yaşlı Ter Ştegen “Barsa”nın heyətində 2014-cü ildən çıxış edir.

Almaniyalı qolkiper cari mövsümdə yalnız İspaniya kubokunda bir oyuna çıxıb, çünki o, mövsümün ilk yarısını ağır zədədən bərpa olunmağa sərf edib.

“Barselona” dekabrın 21-də səfərdə “Vilyarreal”la qarşılaşacaq.

The post Ter Ştegen “casusluq”da şübhəli bilinir appeared first on Komanda.az.

UEFA qərar verdi: “Ayntraxt” Bakıya azarkeşsiz gələcək

UEFA Çempionlar Liqasında baş verən xoşagəlməz hadisələr Almaniya klubu üçün ciddi sanksiyalara səbəb olub.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, “Ayntraxt”ın “Barselona” ilə səfər oyunu (1:2) zamanı frankfurtlu azarkeşlərinin davranışı UEFA-nın sərt qərarına səbəb olub. Qonaq sektorunda pirotexniki vasitələrdən istifadə edilməsi, tribunaya əşyaların atılması və işıq raketinin buraxılması qurumun diqqətindən yayınmayıb.

Nəticədə, UEFA “Ayntraxt”a növbəti iki Avropa səfər oyununda azarkeş qadağası tətbiq edib. Bu isə o deməkdir ki, yanvarın 21-də Çempionlar Liqasında “Qarabağ”la Bakıda keçiriləcək matçda Frankfurt təmsilçisinin azarkeşləri stadionda olmayacaq. Komanda növbəti mərhələyə yüksələrsə, sonrakı səfər oyunu da eyni cəza altına düşəcək.

Bundan başqa, pirotexnika qalmaqalına görə “Ayntraxt” 30 min avro, “Kamp Nou” stadionunda tualetlərə və pleksiqlas divara dəyən zərərə görə isə əlavə 8 min avro cərimələnib. Klub ziyanın aradan qaldırılması üçün 30 gün ərzində “Barselona” rəhbərliyi ilə əlaqə saxlamalıdır. Frankfurt klubu daha əvvəl “Roma” ilə oyundakı oxşar hadisələrə görə şərti cəza altında idi.

“Bild”in yazdığına görə, bu cəza minlərlə günahsız “Ayntraxt” azarkeşini də zərbə altında qoyub. Artıq Bakıya səfər üçün uçuş və otellər bron edən, futbola görə yola çıxan fanatlar stadiondan kənarda qalacaqlar. Məlumata görə, klub “Qarabağ”la oyun üçün təxminən 3000 bilet sorğusu almışdı.

The post UEFA qərar verdi: “Ayntraxt” Bakıya azarkeşsiz gələcək appeared first on Komanda.az.

Upamekano “Qarabağ”ın rəqibinə təklif edilib

“Bayern”in müdafiəçisi Dayo Upamekano birbaşa “Liverpul”a təklif edilib.

Komanda.az xəbər verir ki, bu barədə TZ məlumat yayıb.

Fransalı futbolçu Münhen klubunda çətin vəziyyətdədir. Yeni müqavilə ilə o, illik 18 milyon avro qazanmaq istəyir. Həmçinin, Upamekano müqaviləyə 65 milyon avroluq çıxış şərti daxil edilməsini də tələb edir. “Bayern” hazırda bu maliyyə tələblərinin heç birini yerinə yetirməyə hazır deyil.

27 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 20 oyuna çıxıb və 1 qol vurub. Onun “Bayern”lə müqaviləsinin müddəti gələn yay başa çatacaq.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post Upamekano “Qarabağ”ın rəqibinə təklif edilib appeared first on Komanda.az.

“Liverpul”un Arda planı

“Liverpul” “Real”ın futbolçusu Arda Gülerlə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb. İngiltərə klubu türkiyəli yarımmüdafiəçinin durumunu yaxından izləyir. “Liverpul” lazım gələrsə, Arda üçün Florian Virtsi verməyə razıdır.

Güler bu mövsüm 24 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

Mərkəzi oyuna doğru: “Meydanda optimal heyətlər olacaq”

“Sabah” Premyer Liqada I turdan təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında oyundan gözləntilərini bölüşdü:

“Son illərin ən maraqlı oyunlarından biri olacaq. Komandalar hər oyun, həm də turnir cədvəlindəki yerə görə bir-birinə yaxındır. “Sabah” yaxşı formadadır. atmosfer, özünəinam yüksək səviyyədədir. “Qarabağ” isə “Ayaks”a məğlubiyyətdən sonra “Araz-Naxçıvan”a qalib gəldi. Onların da vəziyyəti düzəlib. Artıq diqqəti çempionata verəcəklər”.

Əsədov komandaların şanslarına toxundu:

“Şanslar bərabərdir. Psixoloji, meydan amili kimi üstünlük “Sabah”dadır. Lakin “Qarabağ”ın da gücünü bilirik. Toparlanıb, öz gücünü göstərməyə qadirdir. Hər iki komanda optimal heyətlə meydana çıxacaq. Rotasiyalar olacağını düşünmürəm. “Sabah” da qalib heyətini qoruyacaq. Gərgin oyun olacaq.

Vacib odur ki, gedişatda hansı komanda daha düzgün oynayacaq. Eyni zamanda, hakimlər də işlərində diqqətli olmalıdır. Ümid edirəm ki, referilər hansısa qərarla nəticəyə təsir etməsin. Penaltilər, qırmızı vərəqələr də ola bilər. Əsası mübarizənin meydanda getməsi və nəticənin oyunla həll olunmasıdır. Hər iki komandada keyfiyyətli oyunçular var. Səhv edən cəzalana bilər. Buna görə meydanda diqqətli olmaq mühümdür”.

“Sabah” – “Qarabağ” oyunu saat 19:30-da start götürəcək.

DÇ-2026: mükafat fondu məlum oldu

FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatının mükafat fondunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, ümumi məbləğ 727 milyon dollardır.

Çempion 50, ikinci 33, üçüncü yer isə 29 milyon dollar qazanacaq. Bundan əlavə, iştirakçı hər ölkə 10.5 milyon dollar əldə edəcək.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatı 11 iyun – 19 iyulda olacaq.

Premyer Liqadan “Fənərbağça”lıya maraaq

“Fənərbağça”nın futbolçusu Ceyden Ostervolde qışda klubunu dəyişə bilər. Msport.az xəbər verir ki, İngiltərə Premyer Liqası klubları 24 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Klubların qış transfer dönəmində “Fənərbağça” ilə danışıqlara başlayacağı bildirilir. Ostervolde bu mövsüm 23 oyunda 1 məhsuldar ötürmə edib. Onun klubla […]

Source

Tyaqo Silva “Fluminense”dən ayrıldı

Futbol üzrə Braziliya milli komandasının sabiq üzvü, 41 yaşlı mərkəz müdafiəçisi Tyaqo Silva “Fluminense” ilə müqaviləsini ləğv edib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qlobo”nun məlumatına görə, müdafiəçinin klubdan ayrılmasının əsas səbəbi ailə vəziyyəti olub. Onun uşaqları və həyat yoldaşı Londonda yaşayır. Futbolçunun hər iki oğlu sabiq klubu “Çelsi”nin akademiyasındadır. Böyük oğlu İsaqo isə dekabrda London təmsilçisi ilə peşəkar müqavilə imzalayıb.

41 yaşlı Silvanın karyerasını bitirməyi planlaşdırmadığı, sadəcə, Londonda və ya yaxın bölgələrdə yeni klub tapmaq niyyətində olduğu bildirilir.

Xatırladaq ki, Silva 2024-cü ilin yayında “Çelsi”dən azad agent kimi ayrılaraq “Fluminense” ilə müqavilə bağlamışdı. O, ötən mövsüm sözügedən komandanın heyətində 46 matça çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Tyaqo 2006-2009-cu illərdə də “Fluminense”də çıxış edib. Müdafiəçi “Flu”nun heyətində bütövlükdə 185 oyuna 18 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.

Silva karyerası ərzində Avropada “Milan” (İtaliya), PSJ (Fransa) və “Çelsi”nin (İngiltərə), Braziliyada “Yuventude”nin də formasını geyinib.

Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 41 yaşlı futbolçunun tansfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.

Mario Pineyda cinayətin qurbanı oldu

Futbol üzrə Ekvador yığma komandasının və bu ölkənin “Barselona” klubunun sol cinah müdafiəçisi Mario Pineyda 34 yaşında ölüb.

Arena.az bu barədə Ekvador klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Futbolçu cinayətkarların hücumuna məruz qalaraq həyatını itirib. Ekvador mətbuatı onun həyat yoldaşının da həlak olduğunu, anasının isə yaralandığını vurğulayıb.

Pineyda 2016-cı ildən “Barselona”nın formasını geyinirdi. O, karyerası ərzində Ekvadorun “İndependyente del Valye” və “Nasyonal”, Braziliyanın “Fluminense” klublarında da forma geyinib.

Mario Pineyda “Barselona” ilə iki dəfə Ekvador çempionu olub. O, “Nasyonal”la Ekvador Kubokunu qazanıb. “Fluminense”də çıxış edərkən isə müdafiəçi Karioka çempionu olub.

Mario 2014-cü ildə debüt etdiyi Ekvador yığmasının heyətində 8 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Davide Ançelotti Braziliya klubundan ayrıldı

Tanınmış futbol mütəxəssisi Karlo Ançelottinin oğlu Davide Ançelotti Braziliyanın “Botafoqo” komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Globo”nun iddiasına görə, müqavilənin ləğvinə səbəb italiyalı mütəxəssisin fitnes məşqçisi Luka Gerranın futbolçuların çoxsaylı zədəsinə görə işdən çıxarılması olub. Davide rəhbərliyə məşqçilər heyətinin bütovlüklə saxlanılacağı təqdirdə qalacağını bildirib. Ancaq onun bu şərti qəbul edilməyib.

Xatırladaq ki, Davide daha əvvəl Madrid “Real”ında atasının köməkçisi olub. “Botafoqo” onun baş məşqçi kimi çalışdırdığı ilk klubdur. İtaliyalı məşqçi 2025-ci ilin yayında Braziliya klubunun “sükanı arxasına” keçmişdi. Komanda onun rəhbərliyi altında 14 qələbə qazanıb, 11 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb.

Surinam milli komandasının yeni baş məşqçisi bəlli oldu

Dünya çempionatının (DÇ-2026) pley-off mərhələsinə vəsiqə qazanmış Surinam milli komandasının yeni baş məşqçisi bəlli olub.

Arena.az xəbər verir ki, komandanın “sükanı arxasına” Henk ten Kate təyin edilib.

Bu barədə Surinam Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

“Ayaks”da çalışmış 71 yaşlı niderlandlı mütəxəssis daha əvvəl sözügedən millidə köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Surinam milli komandası DÇ-2026-nın pley-off mərhələsində Boliviya yığması ilə üz-üzə gələcək. Bu matçın qalibi İraq yığma komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün qalibi isə mundialın final mərhələsində I qrupunda yer alacaq.

Qeyd edək ki, DÇ-2026 gələn il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada baş tutacaq.

Konfrans Liqasında Liqa mərhələsinə yekun vurulur

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində sonuncu – 6-cı turun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, 18 qarşılaşmanın hər biri eyni saatda start götürəcək.

Türkiyənin “Samsunspor” komandası səfərdə “Maynts”la üz-üzə gələcək.

İtaliya təmsilçisi “Fiorentina” isə İsveçrədə “Lozanna”nın qonağı olacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinə 2026-cı ildə, 19-20 fevralda start veriləcək.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 6-cı tur
19 dekabr

00:00. Alkmaar (Niderland) – Yagelloniya (Polşa)
00:00. Şaxtyor (Kiyev, Ukrayna) – Riyeka (Xorvatiya)
00:00. Slovan (Slovakiya) – Hakken (İsveç)
00:00. Legiya (Polşa) – Linkoln (Cəbəllütariq)
00:00. Sparta (Praqa, Çexiya) – Aberdin (Şotlandiya)
00:00. Dinamo (Kiyev, Ukrayna) – Noa (Ermənistan)
00:00. Kristal Pelas (İngiltərə) – KuPS (Finlandiya)
00:00. Rayo Valyekano (İspaniya) – Drita (Kosovo)
00:00. Şemrok Rovers (İrlandiya) – Hamrun (Malta)
00:00. Omoniya (Kipr) – Rakuv (Polşa)
00:00. Maynts (Almaniya) – Samsunspor (Türkiyə)
00:00. Strasburq (Fransa) – Breydablik (İslandiya)
00:00. Çelye (Sloveniya) – Şelburn (İrlandiya)
00:00. Zrinski (Bosniya və Herseqovina) – Rapid (Avstriya)
00:00. AEK (Yunanıstan) – Universitatya (Krayova, Rumıniya)
00:00. Siqma (Çexiya) – Lex (Polşa)
00:00. AEK (Larnaka, Kipr) – Şkendiya (Şimali Makedoniya)
00:00. Lozanna (İsveçrə) – Fiorentina (İtaliya)

İlin ən yaxşı klubu və futbolçusu adına namizədlər açıqlanıb

“Globe Soccer Awards”ın mətbuat xidməti ilin ən yaxşı futbol klubu nominasiyasının finalçılarını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıda beş klub yer alıb: “Liverpul”, “Çelsi”, PSJ, “Barselona” və “Flamenqo”.

İlin ən yaxşı futbolçusu mükafatına isə Kilian Mbappe, Osman Dembele, Vitinya, Rafinya və Lamin Yamal namizəd göstərilib.

Mükafatlandırma mərasimi dekabrın 28-də, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək və qaliblər səsvermə yolu ilə müəyyənləşəcək.

The post İlin ən yaxşı klubu və futbolçusu adına namizədlər açıqlanıb appeared first on Komanda.az.

Türk futbolçuya 5 illik müqavilə təklif olunacaq

“Yuventus” hücumçusu Kənan Yıldızla müqavilənin müddətini uzatmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 20 yaşlı futbolçuya müddəti 5 il olan yeni müqavilə təklif etməyə hazırdır. Əməkhaqqı illik 5 milyon avro təşkil edəcək və müqavilədə əlavə pul bonusları da nəzərdə tutulacaq.

Tərəflər arasındakı mövcud müqavilənin müddəti 2029-cu ilin iyununun sonunda başa çatacaq.

Türkiyəli futbolçu cari mövsümdə 21 oyunda iştirak edərək, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

The post Türk futbolçuya 5 illik müqavilə təklif olunacaq appeared first on Komanda.az.

“Yuventus”un əla baş məşqçisi var”

İtaliya millisinin sabiq müdafiəçisi, hazırda Özbəkistan yığmasının baş məşqçisi olan Fabio Kannavaro “Yuventus”un bu mövsüm A Seriyası titulunu qazanmaq şansları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Yuventus” hazırda əsas rəqiblərindən geri qalır, amma skudettodan imtina edə bilmir. İndi onların əla baş məşqçiləri var. Luçano Spalettinin işini həmişə bəyənmişəm. Ondan öyrəniləsi çox şey var. O, mənim ən sevdiyim məşqçidir”.

Turin klubu A Seriyasında 15 turdan sonra 26 xalla turnir cədvəlində beşinci yerdədir. Komanda lider “İnter”dən yeddi xal geridədir.

The post “Yuventus”un əla baş məşqçisi var” appeared first on Komanda.az.

AMADA-da ilin son iclası

Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci ildə sonuncu iclası keçirilib.

Bu barədə Komanda.az-a gentlikdən bildirilib.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayı ərzində görülən işlər barədə təqdimatla çıxış edib. Sonra agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülən işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb.

Bununla yanaşı, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.

İclasda həmçinin, 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb.

Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib.

The post AMADA-da ilin son iclası appeared first on Komanda.az.

“Çelsi”nin yarımmüdafiə ilə bağlı planı var

“Çelsi” 2026-cı ildə yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiənin mərkəzinə daha bir keyfiyyətli futbolçu transfer edərək, Moyses Kaysedo və Enzo Fernandеsin üzərindəki yükü azaltmaq niyyətindədir.

Klub rəhbərliyi mövsüm ərzində bu iki futbolçunun üzərinə düşən məsuliyyətin çox olmasından narahatdır.

“Çelsi” daha əvvəl “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu ilə maraqlanıb, həmçinin, “Kristal Pelas”dan Adam Uortonun transfer variantını nəzərdən keçirib. Ancaq son məlumatlara əsasən, Mainu uğrunda mübarizəyə artıq “Mançester Siti” də qoşulub.

London klubu Premyer Liqada 16 turdan sonra 28 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post “Çelsi”nin yarımmüdafiə ilə bağlı planı var appeared first on Komanda.az.

“Hamı çox xoşbəxtdir” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın 2025-ci ildə daha bir titul qazanması ilə bağlı danışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, klubdakı hər kəsin çox xoşbəxt olduğunu bildirib:

“PSJ Qətərdə qələbə ilə başlayıb və burada qələbə ilə başa vurur. Bu, inanılmazdır. Altı kubok qazandıq. Bu, Paris klubu üçün tarixi bir nailiyyətdir. Hamı çox xoşbəxtdir. Öz performansımızla fəxr edirik”.

Paris klubu Qitələrarası kubokun həlledici oyununda Braziliyanın “Flamenqo” komandasını penaltilər seriyasında məğlub edib (2:1).

The post “Hamı çox xoşbəxtdir” – PSJ-nin prezidenti appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi qanalı futbolçu ilə razılığa gəlib

“Bornmut”un vingeri Antuan Semenyo “Liverpul”a keçidə bir addım da yaxınlaşıb.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, Mersisayd klubu Qana millisinin 25 yaşlı oyunçusu ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.

Semenyo Premyer Liqanın digər top-klublarının marağına baxmayaraq, karyerasını məhz “Liverpul”da davam etdirmək niyyətindədir. Onun bu seçimi transfer prosesini xeyli sürətləndirib.

Semenyo cari mövsümdə İngiltərə çempionatında 15 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibi qanalı futbolçu ilə razılığa gəlib appeared first on Komanda.az.

Konfrans Liqası: Bu gün 6-cı turun oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasının liqa mərhələsində sonuncu – 6-cı turun oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, 18 qarşılaşmanın hamısı eyni saatda start götürəcək.

Türkiyənin “Samsunspor” klubu səfərdə “Maynts”la üz-üzə gələcək. “Fiorentina” isə İsveçrədə “Lozanna”nın qonağı olacaq.

UEFA Konfrans Liqası

Liqa mərhələsi, 6-cı tur

18 dekabr

00:00. AZ Alkmaar (Niderland) – “Yagelloniya” (Polşa)

00:00. “Şaxtyor” (Ukrayna) – “Riyeka” (Xorvatiya)

00:00. “Slovan” (Slovakiya) – “Hakken” (İsveç)

00:00. “Legiya” (Polşa) – “Linkoln” (Cəbəllütariq)

00:00. “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya)

00:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Noa” (Ermənistan)

00:00. “Kristal Pelas” (İngiltərə) – “KuPS” (Finlandiya)

00:00. “Rayo Valyekano” (İspaniya) – “Drita” (Kosovo)

00:00. “Şemrok Rovers” (İrlandiya) – “Hamrun” (Malta)

00:00. “Omoniya” (Kipr) – “Rakuv” (Polşa)

00:00. “Maynts” (Almaniya) – “Samsunspor” (Türkiyə)

00:00. “Strasburq” (Fransa) – “Breydablik” (İslandiya)

00:00. “Çelye” (Sloveniya) – “Şelbrun” (İrlandiya)

00:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Rapid” (Avstriya)

00:00. AEK (Yunanıstan) – “Universitatya” (Rumıniya)

00:00. “Siqma” (Çexiya) – “Lex” (Polşa)

00:00. AEK (Larnaka, Kipr) – “Şkendiya” (Şimali Makedoniya)

00:00. “Lozanna” (İsveçrə) – “Fiorentina” (İtaliya)

UEFA Konfrans Liqasında pley-off mərhələsinə 2026-cı il fevralın 19-20-də start veriləcək.

The post Konfrans Liqası: Bu gün 6-cı turun oyunları keçiriləcək appeared first on Komanda.az.

“Fənərbağça”dan 6 milyonluq təklif

Almaniyanın “Yunion” klubunun futbolçusu Dioqo Leyte karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu Berlin təmsilçisinə müdafiəçi üçün 6 milyon avro təklif etməyə hazırlaşır.

Leyte bu mövsüm Bundesliqada 10 oyuna çıxıb.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

18 dekabr

Türkiyə Kuboku
18:30 Gənclərbirliyi – Bodrumspor (A Spor)
21:30 Qalatasaray – Başakşəhər (A Spor)

Azərbaycan, Premyer Liqa
19:30 Sabah – Qarabağ (CBC Sport)

İtaliya Superkuboku
23:00 Napoli – Milan (TRT Spor, A Spor, Futbol 1)

UEFA Konfrans Liqası
00:00 Maynts – Samsunspor (CBC Sport, TRT 1)

İspaniya Kuboku
00:00 Mursiya – Betis (Futbol 3)

Messiyə milyon dollarlıq hədiyyə

“İnter Mayami”nin hücumçusu Lionel Messi Hindistandakı ilk turunu tamamlayarkən yabanı təbiətin qorunması və xilas edilməsi mərkəzi olan Vantaranı ziyarət edib. […]

Source

Kapitanın gələcəyi sual altındadır

“Mançester Yunayted”in kapitanı Bruno Fernandesin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi 2026-cı ilin yay transfer pəncərəsi üçün Səudiyyə Ərəbistanı çempionatını təmsil edən klubların əsas hədəflərindən biridir.

Fernandesin yanvarda “Mançester Yunayted”dən ayrılması ehtimalı olduqca aşağıdır və bu ssenari real görünmür. Daha çox ehtimal edilən variant isə mövsüm başa çatdıqdan sonra rəsmi təkliflərin gəlməsidir. Bu halda mümkün transferin taleyi birbaşa futbolçunun öz qərarından asılı olacaq.

31 yaşlı oyunçunun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post Kapitanın gələcəyi sual altındadır appeared first on Komanda.az.

PFL idman jurnalistlərini bir araya gətirdi – Bu dəfə Şamaxıda

Peşəkar Futbol Liqası və “Misli”nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş, idman jurnalistləri arasında intellektual yarış keçirilib.

Komanda.az xəbər verir ki, 60-dan çox media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb.

Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzində baş tutan yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə iştirak edən 12 komandanın adları verilib. Tamamilə Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib.

Belə ki, qalib “qızıl oyun”da müəyyənləşib. Yekunda “Sumqayıt” komandası qalib, “Sabah” ikinci, “Kəpəz” üçüncü olub.

Tədbirin sonunda çempion “Sumqayıt” komandasına kubok və medallar təqdim edilib.

Turnirdə qaliblə yanaşı, ikinci və üçüncü yerin sahibləri də pul mükafatı qazanıb.

The post PFL idman jurnalistlərini bir araya gətirdi – Bu dəfə Şamaxıda appeared first on Komanda.az.

İkardinin İtaliyadan 3 “elçi”si var

“Qalatasaray”da çıxış edən argentinalı hücumçusu Mauro İkardinin karyerasını yenidən İtaliya çempionatında davam etdirmək variantları yaranıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə A Seriyasından üç klub maraqlanır. Söhbət “Roma”, “Milan” və “Komo”dan gedir.

İkardinin agentləri artıq adıçəkilən klublarla ilkin danışıqlara başlayıblar. Onun “Qalatasaray”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatacaq.

O, cari mövsümdə İstanbul təmsilçisinin heyətində 21 oyuna çıxaraq, 8 qol vurub.

İkardi əvvəllər İtaliyada “İnter”in formasını geyinib.

The post İkardinin İtaliyadan 3 “elçi”si var appeared first on Komanda.az.

Arauxo geri dönür

“Barselona”nın müdafiəçisi Ronald Arauxo meydana qayıtmağa hazırlaşır.

Uruqvaylı futbolçu sonuncu dəfə UEFA Çempionlar Liqasının “Çelsi” ilə Londonda keçirilən və 0:3 hesablı məğlubiyyətlə nəticələnən oyununda forma geyinmişdi. Həmin qarşılaşmada ilk hissədə qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyan Arauxo o vaxtdan bəri meydanlardan uzaq qalmışdı.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu hazırda vətənində fərdi məşqlərini davam etdirir və şəxsi fiziki hazırlıq məşqçisi ilə çalışır. Bildirilir ki, məşq prosesi “Barselona”nın nümayəndələri ilə daimi əlaqə şəraitində aparılır və müdafiəçiyə verilən yüklənmələr klubla məsləhətləşərək tənzimlənir.

Arauxo Londonda aldığı qırmızı vərəqədən sonra yaşadığı psixoloji problemlərə görə müvəqqəti olaraq Kataloniya klubunun düşərgəsini tərk etmişdi. İndi isə o, həm fiziki, həm də mənəvi baxımdan yenidən yaşıl meydanlara qayıtmaq üçün addım-addım hazırlaşır.

The post Arauxo geri dönür appeared first on Komanda.az.

Ançelotti postunu tərk edir

Karlo Ançelottinin oğlu Davide Ançelotti “Botafoqo”da baş məşqçi postunu tərk edir.

36 yaşlı çalışdırıcı cari ilin iyulunda Rio-de-Janeyro təmsilçisinin “sükanı arxasına” keçmişdi. Komanda onun rəhbərliyi altında mövsümü ölkə çempionatında turnir cədvəlinin 6-cı pilləsində başa vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis klubla müqavilənin müddətini uzatmamaq qərarına gəlib. Onun sözləşməsi bu ayın sonunda başa çatacaq.

Ançelotti “Botafoqo”ya təyinatınadək heç vaxt baş məşqçi kimi çalışmayıb. O, 2012-ci ildən etibarən atası Karlo Ançelottinin rəhbərlik etdiyi bütün komandalarda köməkçi məşqçi olub.

Ata Ançelotti hazırda Braziliya millisinin baş məşqçisi vəzifəsində çalışır.

The post Ançelotti postunu tərk edir appeared first on Komanda.az.

Konfrans Liqasında həlledici tur

Bu gün UEFA Konfrans Liqasında sonuncu – VI turun oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Türkiyənin “Samsunspor” klubu Almaniyada “Maynts”ın qonağı olacaq.

Ukrayna təmsilçisi “Şaxtyor” “Riyeka”nı qəbul edəcək.

UEFA Konfrans Liqası
VI tur

18 dekabr

00:00. “Alkmaar” (Niderland) – “Yagelloniya” (Polşa)
00:00. “Şaxtyor” (Ukrayna) – “Riyeka” (Xorvatiya)
00:00. “Slovan” (Slovakiya) – “Hakken” (İsveç)
00:00. “Legiya” (Polşa) – “Linkoln” (Cəbəllütariq)
00:00. “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya)
00:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Noa” (Ermənistan)
00:00. “Kristal Pelas” (İngiltərə) – “KuPS” (Finlandiya)
00:00. “Rayo Valyekano” (İspaniya) – “Drita” (Kosovo)
00:00. “Şemrok Rovers” (İrlandiya) – “Hamrun” (Malta)
00:00. “Omoniya” (Kipr) – “Rakuv” (Polşa)
00:00. “Maynts” (Almaniya) – “Samsunspor” (Türkiyə)
00:00. “Strasburq” (Fransa) – “Breydablik” (İslandiya)
00:00. “Çelye” (Sloveniya) – “Şelbrun” (İrlandiya)
00:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Rapid” (Avstriya)
00:00. AEK (Yunanıstan) – “Universitatya” (Rumıniya)
00:00. “Siqma” (Çexiya) – “Lex” (Polşa)
00:00. AEK (Larnaka, Kipr) – “Şkendiya” (Şimali Makedoniya)
00:00. “Lozanna” (İsveçrə) – “Fiorentina” (İtaliya)

Masazırda zirvə oyunu: kimin seriyası qırılacaq?

“Sabah” Premyer Liqanın I turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq. Masazırda, “Bank Respublika Arena”da keçiriləcək görüşə saat 19:30-da start veriləcək.

“Qarabağ” Premyer Liqada 33 xalla liderdir. “Atlılar”a zirvədə qalmaqçün heç-heçə də kifayət edir. “Sabah” isə birinci pilləyə yüksəlməkçün mütləq qələbə qazanmalıdır.

“Bayquşlar” yaxşı formadadır. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv sonuncu dəfə avqustda “İmişli”yə uduzub – 0:1. “Sabah bundan keçirdiyi 13 rəsmi oyunda məğlub olmayıb – 4 heç-heçə, 9 qələbə. “Qarabağ” da çempionatda sonuncu dəfə avqustda məğlub olub. “Atlılar” ev oyununda “Sumqayıt”a uduzub – 0:1.

Komandalar arasında baş tutan son beş oyunda tərəflər hərəyə bir qələbə qazanıb. Üç oyunda bərabərlik qeydə alınıb. “Sabah” ev oyununda sonuncu dəfə 2024-cü ilin yanvarında kubok matçı çərçivəsində “Qarabağ”a uduzub – 1:7. Masazırda baş tutan son üç dueldə “Sabah” bir qələbə qazanıb, iki dəfə heç-heçə edib.

Şahin Cəfərov

“Barselona”nın futbolçusu öldürüldü

Ekvadorun “Barselona” klubunun futbolçusu Mario Pineyda vəfat edib.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bir qrup şəxs tərəfindən öldürülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pineyda karyerası ərzində Ekvadorda “İndependyente”, “Nasyonal”, Braziliyada “Fluminense”də çıxış edib.

Azərbaycanın iki boksçusu Avropa çempionu oldu

Almaniyanın Keinbaum şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi 29 ölkədən 382 idmançının qatıldığı yarışı 2 qızıl və 2 gümüş medalla başa vurub.

Finalda Gülər Hüseynova (48 kq) Asmin Cabasla (Türkiyə) qarşılaşıb. MDB Oyunlarının qalibi Avropa çempionatını da titulla yekunlaşdırıb. O, rəqibini 5:0 (29:26, 29:26, 30:25, 30:25, 28:27) hesabı ilə məğlub edərək çempion adına yiyələnib və Almaniyada Azərbaycan himnini səsləndirib.

Qardaş Rəhimov (46 kq) da komanda yoldaşının uğurunu davam etdirib. O, MDB Oyunlarının ardınca Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz həlledici görüşdə Birham-Pasa İuseima (Rumıniya) 3:2 (29:28, 30:27, 30:27, 27:30, 28:29) hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Millimizin digər üzvlərindən Şahin Aslanov (60 kq) və Şükar Əliyev (75 kq) isə Avropa çempionatının gümüş medalına yiyələniblər.

Levandovski üçün MLS iddiası

Barselona”nın futbolçusu Robert Levandovski karyerasını ABŞ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, MLS təmsilçiləri “Çikaqo Fayr” vəİnter Mayami” polşalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə BBC məlumat yayıb.

Çikaqo Fayr” klubu artıq Levandovski ilə görüşüb və ilkin təklifi edib. Polşalı forvardın “Barselona” ilə müqaviləsi yayda başa çatır.

Levandovski bu mövsüm 17 oyunda 8 qol vurub. “Barselona” onunla müqaviləni uzatmaq niyyətində deyil.

İngiltərə klubları “Fənərbağça”nın futbolçusu ilə maraqlanır

Fənərbağça”nın futbolçusu Ceyden Ostervolde qışda klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, İngiltərə Premyer Liqası klubları 24 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubların qış transfer dönəmindəFənərbağça” ilə danışıqlara başlayacağı bildirilir.

Ostervolde bu mövsüm 23 oyunda 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Bir pula bax, bir nəticələrə…

“Neftçi” ötən il Azərbaycan Premyer Liqasında oyunçulara ən çox əməkhaqqı ödəyən klubdur.

Bu barədə Klubların Lisenziyalaşdırılması üzrə hesabatda məlumat qeyd edilib. “Ağ-qaralar” ötən il üzə ümumilikdə 18 milyon 287 min 111 manat maaş ödəyib.

Çempionatın ən yaxşı büdcəsinə sahib komandalar arasında “üçlük”də olan paytaxt klubu maaş ödənişində birincidir. Ötən ildə mövsümün birinci dövrəsi üçün gətirilən legionerlərin çoxu qışda yola salınmış, yenidən heyət qurulmuşdu. Lakin nəticələr ürəkaçan olmadı. “Neftçi” avrokuboklardan kənarda qaldı – mövsüm 6-cı sırada tamamlandı.

Tarixinin ən pis dönəmlərini keçirən və toparlana bilməyən “ağ-qaralar” ötən il iki dəfə də baş məşqçisini dəyişdi. Mövsümə Roman Qriqorçukla başlayan və iddiası böyük olan “Neftçi” uğursuzluq yaşamış, daha sonra oktyabrda “sükanı” Samir Abasova tapşırmışdı. Abasov da “ağqaralar”ı çətin durumdan çıxara bilmədiyi üçün ötən ay istefaya göndərildi və indi komanda Yuri Verniduba əmanətdir.

Yüksək əməkhaqqılı futbolçuların gətirilməsinə baxmayaraq, nəticələrin düzəlməməsi klubda problemin tək heyətlə bağlı olmadığına da işarədir. “Ağ-qaralar” elə bir situasiyadadır ki, sanki kim gəlsə, vəziyyət düzəlməyəcək.

Ötən il “Neftçi”dən daha az maaş ödəyən “Sabah”, “Zirə“, “Araz-Naxçıvan” avrokuboklara vəsiqə qazandı. İllərdir ölkə futbolunun yükünü çiyinlərində daşıyan “Qarabağ” da paytaxt klubundan 5 milyon daha az maaş ödəyib.

Şahin Cəfərov

“Mançester Siti” yarımfinalda

“Mançester Siti” İngiltərə kubokunda 1/4 final oyununa yüksəlib. Msport.az xəbər verir ki, “şəhərlilər” evdə “Brentford”la qarşılaşıb. “Mançester Siti” 2:0 hesablı qələbə […]

Source

PSJ Qitələrarası Kuboku qazandı

PSJ FIFA Qitələrarası Kubokun sahibi olub. Msport.az xəbər verir ki, Paris təmsilçisi Qətərdə baş tutan həlledici görüşdə Braziliyanın “Flamenqo” kollektivini […]

Source

Premyer Liqa: “Sabah” “Qarabağ”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünün 1-ci turundan təxirə salınmış oyun keçiriləcək.

Arena.az xəbər verir ki, günün yeganə oyunu “Sabah”la “Qarabağ” arasında baş tutacaq.

Masazırda keçiriləcək görüşü Elçin Məsiyev idarə edəcək.

Xatırladaq ki, “Qarabağ” hazırda 14 oyuna topladığı 33 xalla zirvədə qərarlaşıb. “Sabah” isə 31 xalla ikincidir. Bir sözlə, paytaxt təmsilçisi güclü rəqibinə qalib gələ bilsə, qış fasiləsinə lider kimi yollana bilər. Ağdam təmsilçisi qalib gələcəyi halda isə ən yaxın izləyicisini 5 xal qabaqlamış olacaq.

Premyer Liqa
1-ci turun oyunu
18 dekabr

“Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”, 19:30.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

18 dekabr

Türkiyə, kubok
18:30 Gənclərbirliyi – Bodrumspor (A Spor)
21:30 Qalatasaray – Başakşəhər (A Spor)

Azərbaycan, Premyer Liqa
19:30 Sabah – Qarabağ (CBC Sport)

İtaliya, superkubok
23:00 Napoli – Milan (TRT Spor, A Spor, Futbol 1)

UEFA Konfrans Liqası
00:00 Maynts – Samsunspor (CBC Sport, TRT 1)

İspaniya, kubok
00:00 Mursiya – Betis (Futbol 3)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Kompani bütün oyunçularının Keynə bənzəməsini istəyir

“Bayern”in baş məşqçisi Vensan Kompani oyunçularını müntəzəm olaraq komandanın hücumçusu Harri Keyni təqlid etməyə təşviq edir.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, ingilis futbolçu təkcə qol vurma bacarığı ilə deyil, həm də topdan kənarda özünü göstərməsi və komandaya sadiqliyi ilə tanınır. Belçikalı mütəxəssis isə bütün futbolçularından bu münasibəti görmək istədiyini bildirib:

“Mən bunu hamınızdan gözləyirəm. İndi və beş ildən sonra!”

Keyn bu mövsüm “Bayern”in heyətində bütün yarışlarda 24 oyunda 29 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2023-cü ilin yayından Münhen klubunda çıxış edir.

The post Kompani bütün oyunçularının Keynə bənzəməsini istəyir appeared first on Komanda.az.

PSJ “Bavariya” və “Barselona”nın göstəricisini təkrarladı

PSJ Qitələrarası Kuboku qazanıb.

Futbolpress.az xəbər verir ki, bu, Paris təmsilçisinin 2025-ci ildəki 6-cı titulu olub.

PSJ bu il Fransa Liqa 1-i, Fransa Kubokunu, Fransa Superkubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu və Qitələrarası Kuboku qazanıb.

Daha əvvəl “Barselona” vəBavariya” bir ildə 6 titul qazanmışdı.

Ançelotti ilə yollar ayrıldı

Braziliyanın “Botafoqo” klubunun baş məşqçisi Davide Ançelotti ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Davide bu ilin yayından komandaya rəhbərlik edirdi. “Botafoqo” onun başçılığı altında 14 qələbə qazanıb, 11 dəfə heç-heçə edib, 7 dəfə uduzub.

Davide Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur.

“Sabah” hesabı bərabərləşdirdi – YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış oyun keçiriləcək.

Futbolpress.az xəbər verir ki, lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ın qonağı olacaq. Masazırda baş tutacaq görüşə saat 19:30-da start veriləcək.

“Qarabağ” 33 xalla birinci sıradadır. İkinci “Sabah”ın 31 xalı var.

Azərbaycan Premyer Liqası
I turdan təxirə salınmış oyun

18 dekabr

19:30 Sabah – Qarabağ 1:1
Qollar:
Coy-Lens Mikels, 52 – Leandro Andrade, 9
Baş hakim: Elçin Məsiyev

Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı

Türkiyənin “Antalyaspor” klubu baş məşqçisi Erol Bulutla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərliyi komandanın uğursuz çıxışına görə mütəxəssislə vidalaşıb. 

Antalyaspor” onun başçılığı altında 10 oyunda 3 qələbə qazanıb, 5 dəfə uduzub. Komanda çempionatda 15 xalla 15-ci sıradadır.

Sabiq futbolçu “Qarabağ”ın rəqibinin hücumçusuna İtaliyanı məsləhət görür

“Liverpul”un və “Bayern”in sabiq futbolçusu Ditmar Hamann İngiltərə klubunun hücumçusu Məhəmməd Salahın gələcəyi barədə danışıb.

Hamannın fikrincə, Salah oyun vaxtının azaldılmasını qəbul etmirsə və baş məşqçidən dəstək görmədiyini bildirirsə, tərəflər üçün ən yaxşı yol ayrılıq ola bilər. O, həmçinin, bildirib ki, belə vəziyyətdə klub və oyunçu kompromis tapmalıdır.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Salahın Avropada maraq doğurmağa davam edəcəyini söyləyib:

“Məncə, o, Səudiyyə Ərəbistanına getmək istəməz. Hələ də Avropada onu istəyən komandalar var. Onu İtaliya liqasında görmək mümkündür. A Seriyası belə oyunçuları cəlb etməklə onların ən yaxşı formaya qayıtmasına kömək edir”.

33 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 14 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post Sabiq futbolçu “Qarabağ”ın rəqibinin hücumçusuna İtaliyanı məsləhət görür appeared first on Komanda.az.

PSJ Qitələrarası kubokun sahibi oldu

Fransanın PSJ klubu FIFA Qitələrarası kubokunun sahibi olub.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi Qətərdə baş tutan həlledici görüşdə Braziliyanın “Flamenqo” kollektivini üstələyib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (2:1) Luis Enrikenin baş məşqçisi olduğu komanda Qitələrarası Kuboka sahib çıxıb.

PSJ tarixində ilk dəfə Qitələrarası kuboka sahib çıxıb.

The post PSJ Qitələrarası kubokun sahibi oldu appeared first on Komanda.az.

PSJ Qitələrarası Kubokun qalibi oldu!

Futbol üzrə Fransa çempionu PSJ bu gün Qətərdə təşkil edilmiş FIFA Qitələrarası Kubokun 2025-ci il mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, Paris təmsilçisi Əl-Rayyandakı “Əhməd bin Əli Stadium”da baş tutan həlledici görüşdə Braziliyanın “Flamenqo” kollektivini üstələyib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (2:1) Luis Enrikenin baş məşqçisi olduğu kollektiv Qitələrarası Kuboka sahib çıxıb.

Nəticədə PSJ tarixində ilk dəfə Qitələrarası Kuboka sahib çıxıb.

Xatırladaq ki, Fransa çempionu Qitələrarası Kuboka birbaşa finaldan qoşulub. “Flamenqo” isə daha öncə “Krus Asul”a (Meksika) 2:1, “Piramids”ə (Misir) 2:0 hesabıyla qalib gələrək həlledici görüşdə iştirak hüququ qazanmışdı.

Luis Suares daha bir il “İnter Mayami”də!

“İnter Mayami”nin 38 yaşlı uruqvaylı ulduz hücumçusu Luis Suares Amerika Birləşmiş Ştatları (ABŞ) klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçunun yeni sözləşməsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2025-ci il dekabrın 31-də bitəcəkdi.

Xatırladaq ki, Luis Suares 2024-cü ilin yanvar ayından “İnter Mayami”də çıxış edir. Uruqvaylı mərkəz hücumçusu “vağlar”ın heyətində indiyə qədər 87 oyuna çıxıb, 42 qol vurub, 29 məhsuldar ötürmə verib.

Uruqvaylı futbolçu “İnter Mayami” ilə MLS müntəzəm mövsümünün (2023/2024) qalibi və MLS çempionu (2025) olub.

Suares “İnter Mayami”dən öncə Braziliyanın “Qremio”, Uruqvayın “Nasyonal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), Niderlandın “Ayaks”, “Qroningen”, İngiltərənin “Liverpul” klublarında da çıxış edib, çoxlu qənimətlər və fərdi mükafatlar qazanıb.

Luis Suares bir vaxtlar kapitanı sarğısını daşıdığı və artıq çıxışına xitam verdiyi Uruqvay yığmasının heyətində 2007-ci ilin fevralında debüt edib. Suares “seleste”nin heyətində 143 oyun keçirib, 69 qol vurub və 39 məhsuldar ötürmə verib. Luis Suares Uruqvay yığması ilə Amerika Kubokunun (2010/2011) qalibi olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı uruqvaylı mərkəz hücumçusunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Turun sonuncu oyunu yarıda dayandırıldı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci turun oyunu yarıda dayandırılıb.

Komanda.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən “Xilasedici” – “Ordu” matçı supervayzerin qərarı ilə yarıda saxlanılıb.

Qarşılaşma ilə bağlı Azərbaycan Voleybol Federasiyası tərəfindən müvafiq qərar qəbul ediləcək və açıqlanacaq.

Günün ilk görüşündə isə “Neftçi” “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.

The post Turun sonuncu oyunu yarıda dayandırıldı appeared first on Komanda.az.

“Mançester Yunayted” “Bornmut”un iki futbolçusunu “qaralayıb”

“Bornmut”un yarımmüdafiəçiləri Aleks Skott və Tayler Adams “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Transfer News Live” məlumat yayıb.

Bazar ertəsi Premyer Liqa çərçivəsində üz-üzə gələn komandaların oyunu 4:4 hesabı ilə yekunlaşıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Tayler Adams zədə səbəbindən oyunu davam etdirə bilməyib və onun yerinə məhz Aleks Skott meydana daxil olub.

“Qırmızı şeytanlar” baş məşqçi Ruben Amorimin tələblərinə uyğun olaraq, orta xətti yenidən qurmaq niyyətindədir və bu baxımdan hər iki futbolçunun transferi nəzərdən keçirilir. Bildirilir ki, klublar Adamsın keçidi ilə bağlı artıq danışıqlar aparıblar, ancaq 26 yaşlı yarımmüdafiəçinin ciddi zədəsi sözləşmənin baş tutmamasına səbəb ola bilər.

“Transfermarkt” portalı amerikalı Adamsın transfer dəyərini 25 milyon, 22 yaşlı Aleks Skottun qiymətini isə 30 milyon avro olaraq göstərir.

The post “Mançester Yunayted” “Bornmut”un iki futbolçusunu “qaralayıb” appeared first on Komanda.az.

Jurnalistlər arasında intellektual yarış keçirildi

Peşəkar Futbol Liqası və “Misli”ninşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş, idman jurnalistləri arasında intellektual yarış keçirilib.

Futbolpress.az xəbər verir ki, 60-dan çox media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb. Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzində baş tutan yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə iştirak edən 12 komandanın adları verilib. Tamamilə Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib. Belə ki, qalib “qızıl oyun”da müəyyənləşib. Yekunda “Sumqayıt” komandası qalib, “Sabah” ikinci, “Kəpəz” üçüncü olub.

Tədbirin sonunda çempion “Sumqayıt” komandasına kubok və medallar təqdim edilib. Turnirdə qaliblə yanaşı, ikinci və üçüncü yerin sahibləri də pul mükafatı qazanıb.

“Sumqayıt”ın qış planı bilindi

“Sumqayıt” Futbol Klubunun qış hazırlıq planları bəlli olub.

Futbolpress.az xəbər verir ki, Saşa İliçin yetirmələri dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Komanda yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 3-dan 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “Sumqayıt” FK bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

Suareslə davam

İnter Mayami” hücumçusu Luis Suareslə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 38 yaşlı hücumçunun sözləşməsi 2026-cı ilin sonuna kimi artırılıb.

Suares ötən mövsümdə MLS-də 32 oyunda 10 qol vurub.

Yüksək Liqa: “Neftçi” qalib gəldi, son oyun yarıda qaldı

Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 7-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşmanın keçirilməsi nəzərdə tutulsa da, onlardan biri yarıda qalıb.

Günün ilk oyununda “Murov” və “Neftçi” komandaları qarşılaşıblar. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilmiş bu görüşdə “Neftçi” çətin qələbəyə sevinib.

Turun qapanış matçında isə “Xilasedici” “Ordu” ilə görüşüb. Bu oyun da Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib. Amma qarşılaşma yarımçıq dayandırılıb. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, bu oyun supervayzerin qərarı ilə ikinci hissədə yarımçıq dayandırılıb. Qarşılaşma ilə bağlı Azərbaycan Voleybol Federasiyası tərəfindən müvafiq qərar qəbul ediləcək və rəsmən açıqlanacaq.

Yüksək Liqa (kişilər)
7-ci tur
17 dekabr

“Murov” – “Neftçi” 2:3 (25:18, 21:25, 22:25, 25:21, 17:19)

FIFA DÇ-2026-nın mükafat fondunu açıqladı – Yeni rekord!

FIFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinin rekord həcmdə mükafat fondunu açıqlayıb.

Arena.az bu barədə FIFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Mundialın ümumi mükafat fondu 727 milyon ABŞ dolları təşkil edəcək.

Bu məbləğin 655 milyon dolları turnirdə iştirak edəcək 48 milli komanda arasında bölünəcək ki, bu da əvvəlki mundialla müqayisədə təxminən 50 faiz çoxdur.

Mükafatların bölgüsü aşağıdakı kimidir:

1-ci yer – 50 milyon dollar
2-ci yer – 33 milyon dollar
3-cü yer – 29 milyon dollar
4-cü yer – 27 milyon dollar
5–8-ci yerlər – 19 milyon dollar
9–16-cı yerlər – 15 milyon dollar
17–32-ci yerlər – 11 milyon dollar
33–48-ci yerlər – 9 milyon dollar

Bundan əlavə, final mərhələsinə vəsiqə qazanmış hər bir yığmaya hazırlıq xərclərinin qarşılanması üçün 1,5 milyon dollar ayrılacaq.

Beləliklə, mundialın bütün iştirakçılarının minimum 10,5 milyon dollar gəlir əldə edəcəyi dəqiqləşib.

Xatırladaq ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.

“Sumqayıt” qışda Antalyada hazırlaşacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” komandasının qış hazırlıq planları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Saşa İliçin rəhbərlik etdiyi kollektiv Azərbaycan Premyer Liqasında dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Kollektiv 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Həmin tarixdən ayın 17-nə qədər Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Komanda yanvarın 9-da Macarıstanın “Paksi” kollektivi ilə üz-üzə gələcək. “Sumqayıt” yanvarın 12-də Serbiyanın “OFK Belqrad” komandası ilə üz-üzə gələcək. Yanvarın 16-da isə Xorvatiyanın “Osiyek” kollektivi ilə yoxlama oyunu baş tutacaq.

“Aston Villa”nın Tilemans planı

“Aston Villa” belçikalı yarımmüdafiəçisi Yuri Tilemansla yeni müqavilə imzalamağı planlaşdırır.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi 28 yaşlı futbolçu ilə danışıqlar aparmaq niyyətindədir.

Tilemansın klubu ilə mövcud müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub. O, cari mövsümdə Premyer Liqada 10 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib.

Unay Emerinin komandası İngiltərə Premyer Liqasında 16 turdan sonra 33 xal toplayaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

The post “Aston Villa”nın Tilemans planı appeared first on Komanda.az.

“İnter Mayami”dən Luis Suareslə yeni müqavilə

“İnter Mayami” hücumçusu Luis Suaresin müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı uruqvaylı futbolçunun yeni sözləşməsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.

“İnter Mayami” və Luis Suares arasında mövcud sözləşmənin müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Suares 2024-cü ildən “İnter Mayami”də çıxış edir. Bu mövsüm o, klubda 32 oyunda 10 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

The post “İnter Mayami”dən Luis Suareslə yeni müqavilə appeared first on Komanda.az.

“Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi

“Sumqayıt” komandasının qış hazırlıq planları bəlli olub.

Komanda.az xəbər verir ki, Saşa İliçin yetirmələri Premyer Liqada dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Komanda 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

“Kimyaçılar” 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

The post “Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi appeared first on Komanda.az.

DÇ-2026-nın rekord mükafat fondu açıqlandı

FİFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının rekord həcmdə mükafat fondunu açıqlayıb.

Komanda.az xəbər verir ki, mundialın ümumi mükafat fondu 727 milyon ABŞ dolları təşkil edəcək.

Bu məbləğin 655 milyon dolları turnirdə iştirak edəcək 48 milli komanda arasında bölünəcək ki, bu da əvvəlki mundialla müqayisədə təxminən 50 faiz çoxdur.

Mükafatların bölgüsü aşağıdakı kimidir:

1-ci yer – 50 milyon dollar

2-ci yer – 33 milyon dollar

3-cü yer – 29 milyon dollar

4-cü yer – 27 milyon dollar

5–8-ci yerlər – 19 milyon dollar

9–16-cı yerlər – 15 milyon dollar

17–32-ci yerlər – 11 milyon dollar

33–48-ci yerlər – 9 milyon dollar

Bundan əlavə, final mərhələsinə vəsiqə qazanan hər bir yığmaya hazırlıq xərclərinin qarşılanması üçün 1,5 milyon dollar ayrılacaq. Beləliklə, mundialın bütün iştirakçıları minimum 10,5 milyon dollar gəlir əldə edəcəyi dəqiqləşib.

Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

The post DÇ-2026-nın rekord mükafat fondu açıqlandı appeared first on Komanda.az.

ABL: “Neftçi” Şəkidən qələbə ilə qayıtdı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 7-ci turundan təxirə salınmış oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda A qrupunda yer almış “Şəki” və “Neftçi” komandaları üz-üzə gəliblər.

Şəki Olimpiya İdman Kompleksində baş tutmuş qarşılaşma qonaqlar üçün uğurlu alınıb. “Neftçi” bu oyunda 84:67 hesablı qələbəyə sevinib.

A qrupu: Abşeron Lions – 17. Sabah – 16. Gəncə – 12. Neftçi – 12. Şəki – 11. NTD – 10.

B qrupu: Ordu – 18. Naxçıvan – 16. Quba – 13. Lənkəran – 12. Sərhədçi – 11. Sumqayıt – 10.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Erol Bulut “Antalyaspor”dan qovuldu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” komandasının baş məşqçisi Erol Bulut istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda son olaraq Super Liqanın 16-cı turunda doğma meydanda “Qalatasaray”a 1:4 hesabı ilə uduzub. Bu nəticədən sonra klub rəhbərliyi Erol Bulutla və onun köməkçiləri ilə vidalaşmağa qərar verib.

“Antalyaspor” Türkiyə Super Liqasının turnir cədvəlində 15 xalla 15-ci pillədə qərarlaşıb. Antalya təmsilçisi keçirdiyi 16 oyunda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Erol Bulut bu ilin oktyabr ayında “Antalyaspor”a baş məşqçi təyin olunmuşdu. 50 yaşlı mütəxəssis bu komandanı cəmi 10 oyuna çıxarıb, 3 qələbə, 2 heç-heçə və 5 məğlubiyyət görüb.

Bulut karyerası ərzində “Yeni Malatyaspor”, “Alanyaspor”, “Fənərbağça”, “Qaziantep” və “Kardiff Siti” kimi komandaları çalışdırıb.

“Milan” fransalı hücumçu ilə vidalaşmaq istəyir

Kristofer Nkunkunun “Milan”a keçidi gözlənilən effekti verməyib. Fransalı hücumçu İtaliya klubunda özünü doğrulda bilmədiyi üçün rəhbərlik artıq futbolçu ilə yolların ayrılması variantlarını nəzərdən keçirir.

Komanda.az “​Tuttosport”-a istinadən xəbər verir ki, Nkunkunun agenti Pini Zahavi bu məsələ üzərində aktiv şəkildə çalışır və hazırda ən real variant onun Səudiyyə Ərəbistanı klublarından birinə satılmasıdır.

“Çelsi”dən transfer olunan Nkunku “Milan”ın heyətində mütəmadi olaraq meydana çıxsa da, indiyədək komandada qol hesabını aça bilməyib.

“Qırmızı-qaralar” hazırda 18 dekabrda start götürəcək İtaliya superkubokunda iştirak etmək üçün Səudiyyə Ərəbistanına yollanıblar.

The post “Milan” fransalı hücumçu ilə vidalaşmaq istəyir appeared first on Komanda.az.

“Neftçi” “Şəki” üzərində qələbə qazandı

Azərbaycan Basketbol Liqasında 7-ci turdan təxirə salınmış matç keçirilib.

Komanda.az xəbər verir ki, A qrupunun görüşündə səfərdə “Şəki” ilə üz-üzə gələn evdə “Neftçi” 84:67 hesablı qələbə qazanıb.

Oyun Şəki Olimpiya İdman Kompleksində baş tutub.

The post “Neftçi” “Şəki” üzərində qələbə qazandı appeared first on Komanda.az.

Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı

“Antalyaspor” baş məşqçisi Erol Bulutla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda son olaraq Super Liqanın 16-cı turunda doğma meydanda “Qalatasaray”a 1:4 hesabı ilə uduzub.

“Antalyaspor” turnir cədvəlində 15 xalla 15-ci pillədə qərarlaşıb. Erol Bulut komandaya bu il baş məşqçi təyin olunmuşdu.

The post Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı appeared first on Komanda.az.

“Mançester Siti”nin müdafiəçisi La Liqa klubuna keçə bilər

“Mançester Siti”nin müdafiəçisi Natan Ake qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az “ElDesmarque”-yə istinadən xəbər ki, “Atletiko” 30 yaşlı müdafiəçiyə maraq göstərir.

Madridlilər Akeni yanvarda icarə yolu ilə komandaya qatmaq və sonradan almaq istəyirlər.

Niderlandlı futbolçu 2020-ci ildən “Mançester Siti”də çıxış edir. O, cari mövsümdə baş məşqçi Pep Qvardiolanın birinci seçimi olmadığı üçün bütün turnirlərdə cəmi 14 oyunda iştirak edib.

Akenin “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

The post “Mançester Siti”nin müdafiəçisi La Liqa klubuna keçə bilər appeared first on Komanda.az.

Florian Toven – Liqa 1-də noyabrın ən yaxşı oyunçusu!

Fransa milli komandasının və “Lans” klubunun cinah hücumçusu Florian Toven Liqa 1-də noyabr ayının ən yaxşı oyunçusu elan edilib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1-in mətbuat xidməti məlumat yayıb.

32 yaşlı vinger noyabrda Fransa çempionatında 4 oyunda iştirak edib, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Onun sabit çıxışı “Lans”ın mövsümə inamlı davam etməsində mühüm rol oynayıb. Tovenin komandası hazırda Liqa 1-də 37 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Toven cari mövsümdə ümumilikdə 16 qarşılaşmada meydana çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Toven cari mövsümdə 2-ci, karyerası ərzində 5-ci dəfə Liqa 1-də ayın ən yaxşı oyunçusu seçilir. O, bu ilin sentyabrında, 2017-ci ilin martında, noyabrında və 2018-ci ilin yanvarında da oxşar mükafata layiq görülmüşdü.

Liqa 1-də cari mövsümün ilk mükafatçısı “Paris”in futbolçusu İlan Kebbal olub. O, avqust ayının ən yaxşı oyunçusu elan edilmişdi. Oktyabrda isə Marsel “Olimpik”inin futbolçusu Meyson Qrinvud fərqlənmişdi.

Florian Toven “Lans”a bu ilin yayında “Udineze”dən tamhüquqlu əsasda keçib. Onun Fransa klubu ilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Bu keçid “Lans”a 6 milyon avro məbləğ müqabilində başa gəlib.

Toven “Qrenobl”ın məzunudur. Hücumçu, karyerası ərzində “Bastiya”, Marsel “Olimpik”i, “Nyukasl”, “UANL Tiqres” və “Udineze”də çıxış edib.

Toven 2017-ci ilin iyun ayında debüt etdiyi Fransa yığmasının heyətində 13 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 32 yaşlı fransız hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Runi “Arsenal”ı çempionluğa əsas namizəd sayır

“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasının cari mövsümündə çempionluğa namizədini açıqlayıb.

Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Fikrimcə, qalibiyyətə namizəd “Arsenal”dır. “Mançester Siti” “topçular”a müqavimət göstərə bilər. Amma burada hər şey “Arsenal”dan asılıdır. Axı onlar ötən mövsümdə də öndə idilər, sonra isə üstünlüklərini qaçırdılar”, deyə Runi vurğulanıb.

Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə inamlı çıxışı ilə diqqət çəkir. Mikel Artetanın rəhbəlik etdiyi komana keçirdiyi 16 oyunda 11 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. “Topçular” hazırda 36 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıblar. “Mançester Siti” 34 xalla ikincidirsə, “Aston Villa”nın 33, “Çelsi”nin 28 xalı var. Son çempion “Liverpul” isə 26 xalla 7-ci sırada qərarlaşıb.

“Naxçıvan”da yeni basketbolçu

“Naxçıvan” klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

Bu barədə Komanda.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Klub Azərbaycan millisinin də üzvü olan Emanuel Aqbasonla ikili lisenziya əsasında mövsümün sonuna qədər müqavilə imzalayıb.

Basketbolçu son mövsümü “Sabah”da keçirib.

The post “Naxçıvan”da yeni basketbolçu appeared first on Komanda.az.

“Baku Sportinq”lə MOİK-dən səfər qələbəsi

1-ci Liqada 11-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Zaqatala” MOİK-lə, “Şimal” isə “Baku Sportinq”lə qarşılaşıb və məğlub ollub.

1-ci Liqa
11-ci tur
17 dekabr

“Zaqatala” – MOİK 1:3
Qollar
: Rəhman Şabanov, 65-pen – Seyxan Fərəcov, 25; 90+5. Zeynəddin Abdurahmanov, 47.

“Şimal” – “Baku Sportinq” 0:1
Qol
: İlham Allahverdiyev, 9-pen.

The post “Baku Sportinq”lə MOİK-dən səfər qələbəsi appeared first on Komanda.az.

“Zaqatala” evdə uduzdu, “Baku Sportinq” səfərdə qazandı

Azərbaycan I Liqasında XI tura start verilib.

 

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

 

“Zaqatala” azarkeşləri önündə MOİK-ə uduzub. “Baku Sportinq” isə səfərdəŞimal”a qalib gəlib.

 

Azərbaycan I Liqası

XI tur

 

17 dekabr

 

Zaqatala – MOİK 1:3
Qollar: R.Şabanov, 65 (pen.) – S.Fərəcov, 25, 90+5, Z.Abdurahmanov, 47

 

Şimal – Baku Sportinq 0:1
Qol:
İ.Allahverdiyev, 9 (pen.)

Ohori: “Kuboku qazanmaq istəyirik”

“Kəpəz” Premyer Liqanın XV turunda “Qəbələ“ni məğlub edib – 1:0.

Görüşdə gəncəlilərin yeganə qolunu vuran Ryonusuki OhoriFutbolpress.az“a açıqlamasında qələbəni şərh etdi:

Çox vacib oyun idi. Qələbənin əhəmiyyətini dərk edirdik. Şükürlər olsun, yaxşı oynadıq və istədiyimiz nəticəni qazandıq. Qolu mən vursam da, komanda olaraq qələbə qazanmışıq. Bütün komanda yoldaşlarıma minnətdaram”.

Ohori qələbənin növbəti oyun üçün əlavə motivasiya yaratdığını bildirdi:

“Mühüm qələbə oldu və bu, bizdə inamı daha artıracaq. İnanıram ki, bundan sonra həm fərdi, həm də komanda olaraq daha yaxşı olacağıq və nəticələr gələcək. Bacardığım qədər faydalı olmaq istəyirəm”.

Ohori qış fasiləsində Yaponiyaya qayıdacağını söylədi. O, eyni zamanda komandanın hədəflərinə toxundu:

“Qarşıda bir oyun var. Planlarımızı həyata keçirsək, qələbə qazana bilərik. Bundan sonra Yaponiyaya gedəcəm və bir müddət ailəmlə vaxt keçirəcəyəm. Fasilədən daha yaxşı qayıtmaq arzusundayam. Hədəfimiz liqada qalmaqdır və düşünürəm ki, bunun üçün potensialımız kifayət qədərdir. Öz oyunumuzda qalsaq və belə irəliləsək, məqsədə çatacağıq. Kubokla bağlı hədəfimiz çempionluqdur. Bunu da bacara bilərik”.

Şahin Cəfərov

Bulut üçün son

Türkiyənin “Antalyaspor” klubu baş məşqçisi Erol Bulutla yollarını ayırmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Yağız Sabuncuoğlu məlumat yayıb. Klub rəhbərliyi mütəxəssisin işindən narazıdır.

Antalyaspor” onun başçılığı altında 10 oyunda 3 qələbə qazanıb, 5 dəfə uduzub. Komanda çempionatda 15 xalla 15-ci sıradadır.

“Sumqayıt”ın oyunu 2 manata

22 dekabr, saat 19:30-da baş tutacaq “Sumqayıt” – “Sabah” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, biletləri  iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 15:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. BirBank Cashback Mastercard kartları ilə onlayn bilet alışı zamanı 30% keşbek əldə etmək mümkündür.

Bilet almaq üçün linkə daxil olmaq lazımdır.

 

“Sabah” – “Qarabağ” oyununun təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçının təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

18 dekabr (cümə axşamı)

“Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 19:30

Superliqa klubunda istefa

“Antalyaspor” klubu baş məşqçisi ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, Erol Bulut istefaya göndərilib. 50 yaşlı mütəxəssis 10 oyunda […]

Source

Birinci Liqa: “Zaqatala” və “Şimal” evdə uduzdular

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Zaqatala” MOİK-lə, “Şimal” isə “Baku Sportinq”lə qarşılaşıb. Hər iki oyunda qonaqlar qələbəni bayram ediblər.

11-ci turun qalan görüşləri dekabrın 18-də və 19-da keçiriləcək.

Birinci Liqa
11-ci tur

17 dekabr

“Zaqatala” – MOİK 1:3
Qollar: Rəhman Şabanov, 65-pen – Seyxan Fərəcov, 25; 90+5. Zeynəddin Abdurahmanov, 47.
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şimal” – “Baku Sportinq” 0:1
Qol: İlham Allahverdiyev, 9-pen.
Hakimlər: Vüqar Həsənli, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Ləman Əmirli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

18 dekabr

“Difai” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağsu şəhər stadionu, 13:00.

“Şahdağ Qusar” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Kərim Zeynalov, Vüqar Bayramov, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

19 dekabr

“Cəbrayıl” – “Şəfa”
Hakimlər: Kamal Umudlu, Tərlan Talıbzadə, Mirnihad Seyidov, Elvin Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Premyer Liqa: “Sabah” – “Qarabağ” matçı Məsiyevə tapşırıldı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 1-ci turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçının təyinatları məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Sözügegdən qarşılaşma sabah – dekabrın 18-də keçiriləcək. “Masazır Arena”da baş tutacaq oyuna saat 19:30-da start veriləcək.

Premyer Liqa
1-ci turun oyunu

18 dekabr

“Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”, 19:30.

Premyer Liqa klubları Sanqareni izləyir

“Lans”ın 23 yaşlı yarımmüdafiəçisi Mamadu Sanqarenin İngiltərəyə keçidi gündəmə gəlib.

Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “Tottenhem” malili futbolçunu transfer etməkdə maraqlıdır.

Həmçinin,b“Çelsi” və “Mançester Yunayted” də ona diqqət yetirir.

Sanqarenin dəyəri bu yay “Lans”a keçdikdən sonra ciddi şəkildə artıb. Cari mövsümdə Fransa çempionatında 15 oyunda iştirak edən yarımmüdafiəçi 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post Premyer Liqa klubları Sanqareni izləyir appeared first on Komanda.az.

“Bayern” onunla anlaşacağına inanır

“Bayern” müdafiəçisi Dayot Upamekano ilə yeni müqavilə barədə danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun agentləri müqaviləyə 2028-ci ildən etibarən qüvvəyə minəcək 65 milyon avro məbləğində çıxış şərti daxil edilməsini istəyirlər.

Həmçinin, 27 yaşlı müdafiəçi yeni müqaviləyə imza atması üçün yüksək məbləğdə bonus almaq arzusundadır. “Bayern” rəhbərliyi isə bütün bu tələblərə baxmayaraq nikbindir və Upamekano ilə razılığa gələcəyinə inanır.

Hazırkı müqaviləsinin müddəti yayda başa çatacaq fransalı futbolçuya “Real” da maraq göstərir.

The post “Bayern” onunla anlaşacağına inanır appeared first on Komanda.az.

“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında 1-ci turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunu keçiriləcək.

Komanda.az xəbər verir ki, qarşılaşma “Bank Respublika Arena”da təşkil olunacaq. Bu oyunun nəticəsi Premyer Liqada lideri dəyişə bilər. “Qarabağ” hazırda 33 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. İki xal az toplayan “Sabah” ikincidir. Meydan sahibləri qələbə qazanmaqla “köhlən atlar”ı “taxt”dan endirə bilər.

Azərbaycan Premyer Liqası, 1-ci turun oyunu

18 dekabr 

Sabah  Qarabağ 1:1 (2-ci hissə)
Qollar: Leandro Andrade, 9 – Coy Lens Mikels, 52.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 19:30

Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybulayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Cesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

The post “Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR appeared first on Komanda.az.

“Mançester Siti” Mainu üçün mübarizəyə qoşulub

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu karyerasını Mançesterin başqa klubunda davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” 20 yaşlı oyunçunu komandaya qatmaq istəyir.

“Şəhərlilər” artıq Mainu üçün mübarizəyə başlayıblar. İngiltərəli yarımmüdafiəçi baş məşqçi Ruben Amorim rəhbərliyi altında oyun vaxtından narazıdır.

O, cari mövsümdə bütün turnirlərdə 12 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post “Mançester Siti” Mainu üçün mübarizəyə qoşulub appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi italiyalı futbolçu ilə maraqlanır

“İnter”in yarımmüdafiəçisi Davide Frattesi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya diqqət yetirən Premyer Liqanın dörd klubundan biri “Liverpul”dur.

Klublar hesab edirlər ki, Frattesinin “İnter”də hazırkı oyun praktikası vəziyyəti onun qış transfer pəncərəsi zamanı asanlıqla komandadan ayrılmasına şərait yaradacaq.

İtaliyalı futbolçu 2024-cü ilin yayında “İnter”ə qoşulub. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 13 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibi italiyalı futbolçu ilə maraqlanır appeared first on Komanda.az.

“Real” braziliyalı futbolçu üçün 50 milyon avroluq təklif hazırlayıb

“Vasko da Qama”nın hücumçusu Rayanın karyerasını “Real”da davam etdirmək ehtimalı gündəmə gəlib.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “kral klubu” 19 yaşlı futbolçunun transferi üçün ilkin olaraq 50 milyon avroluq təklif hazırlayır.

Bundan əvvəl “Barselona”nın da braziliyalı oyunçu ilə bağlı “Vasko da Qama”ya rəsmi təklif göndərdiyi barədə şayiələr dolaşırdı. Onun Avropa top-klublarının diqqətini çəkməsi cari mövsümdəki məhsuldar çıxışı ilə əlaqələndirilir.

Rayan 2025-ci ildə bütün turnirlər daxil olmaqla 55 oyunda meydana çıxıb, 20 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Vasko da Qama” ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.

The post “Real” braziliyalı futbolçu üçün 50 milyon avroluq təklif hazırlayıb appeared first on Komanda.az.

Qvardioladan kubokda qarşılaşacaqları komanda haqda açıqlama

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Liqa kubokunda “Brentford”la oyundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq əllərindən gələni edəcəklərini söyləyib:

“Brentford” çətin rəqibdir. Bunu bu mövsüm özümüz də gördük. Əvvəlki mövsümlərdə turnirin lap əvvəlində “Nyukasl” və “Tottenhem”lə qarşılaşmışdıq. O vaxtlar çoxlu zədəli oyunçularımız var idi. Bu şəraitdə oynamaq çətin idi. Bu dəfə əlimizdən gələni edəcəyik”.

“Mançester Siti” və “Brentford” arasında oyun bu gün Mançesterdə keçiriləcək.

The post Qvardioladan kubokda qarşılaşacaqları komanda haqda açıqlama appeared first on Komanda.az.

Lisenziya verilən klub sayı bilindi – “Neftçi” fərqi

Azərbaycanda 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.

2025/2026 mövsümündə lisenziyalaşdırma prosesində ümumilikdə 41 klub iştirak edib. Onlardan 38-nə lisenziya verilib.

Mümkün olan 24 UEFA lisenziyası almış yeganə klub isə “Neftçi”dir.

Sabiq “Çelsi”li ilə müqavilə uzadıldı

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli” qapıçısı Eduard Mendi ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı qolkiperin sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb.

Mendi “Əl Əhli”dən əvvəl “Çelsi”nin formasını geyinib. Qolkiper 2023-cü ildən “Əl Əhli”də çıxış edir.

Luka Modriç: “A Seriyası çox sərt və rəqabətli liqadır”

Xorvatiya yığmasının və “Milan”ın 40 yaşlı ulduz mərkəz yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyası haqda qənaətini açıqlayıb.

Arena.az veteran ulduzun müvafiq açıqlamasını təqdim edir:

“Hüdudlarından kənarda olmaqla, siz, güman ki, İtaliya A Seriyasının nə qədər mürəkkəb olduğunu anlamırsınız. Amma sizi əmin edirəm, bu, çox sərt və rəqabətli liqadır”, deyə Modriç vurğulayıb.

Xatırladaq ki, Modriç 2025-ci ilin yayında “Real”dan azad agent qismində “Milan”a qoşulub. Tərəflər 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Modriç “Milan”da “14” nömrə altında çıxış edir. O, İtaliya klubunun heyətində 17 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Luka Modriç Zaqreb “Dinamo”sunun məzunudur. Yarımmüdafiəçi karyerası ərzində həmçinin “Zrinski” (Mostar), “İnter” (Zapreşiç), “Tottenem” və “Real”da oynayıb.

Modriç 2012-ci ildən “Real”da çıxış edirdi. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.

Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 194 oyuna çıxıb, 28 qol vurub, 31 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 40 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

FIFA 2025-ci ilin “The Best” qaliblərini açıqladı

FIFA “The Best” təqdimatı üzrə müvafiq seçimlər əsasında qaliblərin adlarını açıqlayıb, 2025-ci ilin rəmzi komandasını müəyyənləşdirib.

Arena.az məlumat verir ki, baş mükafatı – cari ilin ən yaxşı oyunçusu mükafatını PSJ-nin fransalı hücumçusu Usman Dembele qazanıb.

O, 50 səslə qalib olub. İspaniya yığmasının və “Barselona”nın gənc futbolçusu Lamin Yamal 39 səslə ikinci, Madrid “Real”ının fransalı hücumçusu Kilian Mbappe isə 35 səslə üçüncü olub.

PSJ-nin sabiq qapıçısı, hazırda “Mançester Siti”də çıxış edən italiyalı Canluici Donnarumma 2025-ci ilin ən yaxşı qapıçısı elan edilib. “Real”ın belçikalı qolkiperi Tibo Kurtua ikinci, “Liverpul”un braziliyalı futbolçusu Alisson Bekker üçüncü yerə layiq görülüb.

PSJ-yə rəhbərlik edən ispaniyalı futbol mütəxəssisi Luis Enrike ilin ən yaxşı məşqçisi seçilib. Hansi Flik (“Barselona”) ikinci, Arne Slot (“Liverpul”) üçüncü yerə layiq görülüb.

2025-ci ilin ən yaxşı qolu

Argentinanın “İndependyente” klubunun futbolçusu Santyaqo Montielin qolu 2025-ci il üçün “Ferents Puşkaş” mükafatına layiq görülüb. O, Argentina çempionatının 16-cı turunda “İndependyente Rivadavia” ilə matçda vurduğu qola görə təltif edilib.

2025-ci ilin rəmzi komandası

Qapıçı: Canluici Donnarumma (PSJ);

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ), Villian Paço (PSJ), Vircil van Deyk (“Liverpul”), Nuno Mendes (PSJ);

Yarımmüdafiəçilər: Col Palmer (“Çelsi”), Vitinya (PSJ), Pedri (“Barselona”), Cud Bellingem (“Real”);

Hücumçular: Lamin Yamal (“Barselona”), Usman Dembele (PSJ).

İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati isə FIFA tərəfindən 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçilib. O, ardıcıl üçüncü dəfə bu mükafatı qazanıb. Bonmati ötən mövsüm “Barselona” ilə İspaniya La Liqasını, ölkə kubokunu və super kuboku qazanıb.

Birinci Liqa: 11-ci turun bütün təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 11-ci turunun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

11-ci tura bu gün keçiriləcək iki oyunla start veriləcək. Turun qalan görüşləri dekabrın 18-də və 19-da keçiriləcək.

Birinci Liqa
11-ci tur

17 dekabr

“Zaqatala” – MOİK
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şimal” – “Baku Spportinq”
Hakimlər: Vüqar Həsənli, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Ləman Əmirli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

18 dekabr

“Difai” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağsu şəhər stadionu, 13:00.

“Şahdağ Qusar” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Kərim Zeynalov, Vüqar Bayramov, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

19 dekabr

“Cəbrayıl” – “Şəfa”
Hakimlər: Kamal Umudlu, Tərlan Talıbzadə, Mirnihad Seyidov, Elvin Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Rimas Kurtinaytis: “Bizdə belə bir imkan yoxdur”

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis basketbol üzrə FIBA Çempionlar Liqasının qrup mərhələsində keçirdikləri sonuncu oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu ötən gecə səfərdə Almaniyada “Alba Berlin” komandası ilə üz-üzə gəlib.

Təmsilçimiz bu görüşdə 82:106 hesablı məğlubiyyətlə üzləşib. Rimas Kurtinaytis qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında heyətlə bağlı problemlərdən şikayətlənib:

“Bu, bizim FİBA Çempionlar Liqasında ilk mövsümümüz idi. Əlbəttə, təcrübə baxımından problemimiz var. Bu da təbii haldır. Evdə çox yaxşı oyunlarımız oldu. Amma təəssüf ki, evdəki performansı səfər oyunlarında nümayiş etdirə bilmədik. Heyətdə rotasiya ilə bağlı çətinliklərimiz var. Biz 7 nəfərlə ilk 3 periodlarda yaxşı mübarizə aparırıq, lakin əvvəlki bəzi oyunlarda olduğu kimi, bu dəfə də son periodda heyətdəki rotasiya imkanlarının çatışmazlığı səbəbindən istədiyimizi edə bilmədik. “Alba Berlin”də eyni zamanda 3-4 oyunçu əvəzlənir, amma bizdə belə bir imkan yoxdur. Buna baxmayaraq, bu turnir bizim üçün böyük təcrübə oldu”.

Xatırladaq ki, “Sabah” FİBA Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 6 oyunda cəmi 1 qələbə qazanıb, 5 məğlubiyyətə üzülüb. Komanda topladığı 7 xalla qrup sonuncusu olub və mübarizəni dayandırıb.

“Çelsi” Liqa Kubokunda ilk yarımfinalçı oldu

Futbol üzrə İngiltərə Liqa Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin açılış oyununda “Kardiff Siti” Premyer Liqa nəhəngi “Çelsi” ilə üz-üzə gəlib. Elita təmsilçisi dörd qolun qeydə alındığı bu oyundan inamlı qələbə ilə ayrılıb və ilk yarımfinalçı olub.

Liqa Kubokunda 1/4 finalın digər oyunları bu gecə və dekabrın 23-də keçiriləcək.

İngiltərə Liqa Kuboku
1/4 final
16 dekabr

Kardiff Siti – Çelsi 1:3
Qollar: Törnbull, 75 – Qarnaço, 57; 90+3. Neto, 82.

17 dekabr

23:30. Mançester Siti – Brentford
00:15. Nyukasl – Fulhem

23 dekabr

00:00. Arsenal – Kristal Pelas

Flik Kubarsini təriflədi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubunun 18 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Pau Kubarsini tərifləyib.

Arena.az almaniyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Hesab edirəm ki, Kubarsi inanılmaz bir səviyyədə qərar tutub. Bu, onun bizimlə üçüncü mövsümüdür. Pau hazırda inanılmazcasına yaxşıdır”, deyə Hansi Flik məmnunluqla vurğulayıb.

Xatırladaq ki, Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Kubarsinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 20 oyuna çıxıb. Gənc müdafiəçinin “Barselona” karyerası ümumilikdə 100 oyun, 1 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 1 məhsudlar ötürmə verib.

Kubarsinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Super Kuboku (2024/2025), İspaniya çempionluğu (2024/2025), İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku, 2024-cü il Olimpiya futbol turnirinin qızıl medalı var.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Kərim Adeyemi sevgilisinə görə “Borussiya”dan ayrılır

Futbol üzrə Almaniya yığma komandasının sol cinah hücumçusu Kərim Adeyemi sevgilisinə görə Dortmund “Borussiya”sından ayrıla bilər.

Arena.az bu barədə Almaniya mətbuatına istinadən xəbər verir.

İddia olunur ki, Adeyeminin sevgilisi, 30 yaşlı kosovolu repçi Loredana Zefi Rur bölgəsində darıxır. Kərim isə sevgilisinin könlünü almaq üçün Dortmund klubundan ayrlmaq niyyətindədir.

Vurğulanır ki, məşuqə özü bu barədə aşiqindən xahiş edib, Adyemi də agentinə, Loredananın tələblərinə cavab verəcək coğrafi bölgədə klub axtarmağı tapşırıb.

Kərim Adeyemi futbola “TSV Forstenrid” klubunda qədəm qoyub. Ardınca Adeyemi “Bayern”, “Unterhaxinq” və “Zalsburq”un futbol məktəblərini dolaşıb və 2018-ci ildə elə, “Zalsburq”la da böyük futbolda debüt edib. 2018-2020-ci illərdə Adeyemi “Liferinq”də icarə əsasında çıxış edib. “Borussiya” “Adeyemi”ni 2022-ci ilin iyulunda 30 milyon avro məbləğ müqabilində “Zalsburq”dan tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Adeyeminin Dortmund klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Adeyemi cari mövsümdə “Borussiya”nın heyətində bütün yarışlara 21 oyuna 6 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Adeyeminin Dortmund komandasının heyətində çıxışının ümumi mənzərəsi isə 128 oyun, 32 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Kərim Adeyemi 2021-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Kərim Adeyeminin qənimətlər muzeyində “Zalsburq”la Avstriya çempionluğu (3 dəfə) və Avstriya Kuboku (3 dəfə) var. 2021/2022-ci illər mövsümündə Adeyemi 19 qolla Avstriya Bundesliqasının qalibi olub. Həmçinin Adeyemi Almaniyanın U-21 yığması ilə 2021-ci ili Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı sol cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

PSJ seneqallı futbolçu ilə yeni müqavilə bağlayıb

PSJ gənc oyunçusu İbrahim Mbaye ilə bağlı vacib qərar verib.

Paris təmsilçisi futbolçunun müqaviləsində nəzərdə tutulan uzatma şərtini aktivləşdirərək, anlaşmanı daha bir il müddətinə artırıb. 17 yaşlı vingerin əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ rəhbərliyi Mbayeyə olan etimadı nəzərə alaraq, sözləşmənin müddətini 2028-ci ilə qədər uzadıb.

Seneqallı futbolçu artıq Paris klubunun əsas komandasında 30 oyuna çıxıb. Cari mövsümdə baş məşqçi Luis Enrike onu 8 dəfə start heyətində meydana buraxıb, 10 qarşılaşmada isə sonradan oyuna daxil olub. O, PSJ forması ilə 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Mbaye Seneqal millisində də özünü göstərib – iki oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

The post PSJ seneqallı futbolçu ilə yeni müqavilə bağlayıb appeared first on Komanda.az.

Azər Həşimov “Karvan-Yevlax”dan Əmək Müfəttişliyinə şikayət edib – Müqavilə bağlarkən aldadılıb

“Karvan-Yevlax”ın sabiq baş məşqçisi Azər Həşimovla problemləri bitmir ki, bitmir.

Yevlax klubunun rəhbərliyi bir müddət öncə Həşimovu istefaya göndərsə də, onunla qarşılıqlı razılıq əldə edə bilməmişdi. Həşimov müqaviləyə əsasən bütün alacağı məvacibi (20 000 manat) tələb edir, klub isə bunu ödəmək istəmir.

Tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilin may ayına qədər idi. “Karvan-Yevlax” Həşimovla müqaviləyə rəsmi olaraq xitam verə bilmədiyi üçün yeni baş məşqçisi Füzuli Məmmədovun da təyinatını rəsmən açıqlamayıb. Hətta PFL-in rəsmi saytında belə, komandanın baş məşqçisi kimi Həşimov göstərilib.

Komanda.az-ın əldə etdiyi məlumata görə, müqaviləsinə birtərəfli xitam verildiyinə görə, keçmiş baş məşqçisi “Karvan-Yevlax”dan Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib. Məsələ təkcə bu da deyil.

Yevlax klubunun Həşimovu müqavilənin müddəti ilə bağlı aldatdığı da deyilir. Komanda bu il Premyer Liqaya yüksəldikdən sonra Həşimov klubda əmək fəaliyyətinə iyun ayından başladığı halda, müqavilənin bağlanması sentyabr ayından göstərilib. Klubun belə addım atdığı sübut olunsa, Yevlax təmsilçisi cərimə olunacaq.

“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasında keçirdiyi 15 oyundan sonra 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

The post Azər Həşimov “Karvan-Yevlax”dan Əmək Müfəttişliyinə şikayət edib – Müqavilə bağlarkən aldadılıb appeared first on Komanda.az.

“Liverpul”un aparıcı oyunçusu “Qarabağ”la matçı buraxacaq

“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai uzun müddətə sıradan çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, macar futbolçuda dizin arxa hissəsində əzələ zədəsi aşkarlanıb və onun meydana qayıtması ən tezi 2026-cı ilin fevralında gözlənilir.

Soboslai zədəsini İngiltərə Premyer Liqasının 16-cı tur matçında, “Brayton”la qarşılaşmada (2:0) alıb. O, başlanğıcda oyuna qayıtmağa çalışsa da, bir müddət sonra əvəzlənməli olub.

25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 23 oyunda iştirak edib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Liverpul”un aparıcı oyunçusu “Qarabağ”la matçı buraxacaq appeared first on Komanda.az.

Azərbaycanda 2025/2026 mövsümündə lisenziya almış klubların sayı müəyyənləşib

Azərbaycanda 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.

2025/2026 mövsümündə lisenziyalaşdırma prosesində ümumilikdə 41 klub iştirak edib. Onlardan 38-nə lisenziya verilib.

Mümkün olan 24 UEFA lisenziyası almış yeganə klub isə “Neftçi”dir.

The post Azərbaycanda 2025/2026 mövsümündə lisenziya almış klubların sayı müəyyənləşib appeared first on Komanda.az.

Azərbaycan Premyer Liqası klublarının 2024-cü ildəki gəlirləri açıqlandı

Azərbaycan Premyer Liqasında iştirak edən klubların 2024-cü ildə əldə etdiyi gəlirlər müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.

2024-cü ildə ən çox gəlir əldə edən klub “Qarabağ”dır. Ağdam təmsilçisi büdcəsinə 34 milyon 753 min 800 manat əlavə edib.

Ən çox qazanc əldə edən ikinci klub “Neftçi” olub – 28 milyon 617 min 506 manat. “Sabah” 26 milyon 953 min 800 manat gəlirlə üçüncüdür.

2024-cü ildə digər klubların gəlirləri aşağıdakı kimi olub:

“Zirə” – 10 milyon 968 min 897 manat

“Sumqayıt” – 9 milyon 178 min, 60 manat

“Səbail” – 7 milyon 799 min 500 manat

“Araz-Naxçıvan” – 6 milyon 208 min 100 manat

“Turan Tovuz” – 6 milyon 145 min 200 manat

“Kəpəz” – 3 milyon 711 min 300 manat

“Şamaxı” – 3 milyon 51 min 300 manat

The post Azərbaycan Premyer Liqası klublarının 2024-cü ildəki gəlirləri açıqlandı appeared first on Komanda.az.

“Gələcəyimlə bağlı heç kimlə müzakirə aparmamışam” – “Çelsi”nin baş məşqçisi

Son günlər mətbuatda “Çelsi”nin baş məşqçisi Enzo Mareskanın yaxın zamanda vəzifəsindən uzaqlaşdırıla biləcəyi ilə bağlı iddialar geniş müzakirə olunur.

İtaliyalı mütəxəssisin klub rəhbərliyi ilə fikir ayrılıqları səbəbindən postunu itirə biləcəyi bildirilir. Mareska da son açıqlamalarında bu məsələyə üstüörtülü şəkildə toxunmuşdu.

Londonlular dünən Liqa kubokunda “Kardiff Siti”ni 3:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Oyundan sonra jurnalistlər Mareskadan mümkün gedişi ilə bağlı sualı cavablandırmasını istəyiblər.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, Mareska klubun sahibləri ilə danışmadığını bildirib:

“Klubun sahibləri ilə danışmamışam. Dünən də deyildiyi kimi, “Everton”la oyundan bir gün sonra “Kardiff Siti” ilə görüşə hazırlaşmağa başlamışam və gələcəyimlə bağlı heç kimlə müzakirə aparmamışam”.

“Çelsi” həftəsonu İngiltərə Premyer Liqası çərçivəsində səfərdə “Nyukasl”la görüşəcək. Komanda UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post “Gələcəyimlə bağlı heç kimlə müzakirə aparmamışam” – “Çelsi”nin baş məşqçisi appeared first on Komanda.az.

Kubarsi 100-cü oyununu keçirdi: “Bu, möhtəşəmdir”

“Barselona”nın mərkəz müdafiəçisi Pau Kubarsi Kataloniya klubunda 100-cü oyununa çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha çox oyun keçirəcəyinə ümid edir:

“Həyatımın klubu üçün 100-cü oyunum! Ümid edirəm ki, burada daha çox oyun keçirəcəm. Bu, möhtəşəmdir. Bunu səbirsizliklə gözləyirəm”.

18 yaşlı futbolçu Kral kubokunun 1/32 final mərhələsinin “Qvadalahara” ilə oyununda ikinci hissədən əvvəl meydana çıxıb. Matç Kataloniya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

The post Kubarsi 100-cü oyununu keçirdi: “Bu, möhtəşəmdir” appeared first on Komanda.az.

Premyer Liqa klublarının gəlirləri

Azərbaycan Premyer Liqasında iştirak edən klubların 2024-cü ildə əldə etdiyi gəlirlər məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.

2024-cü ildə ən çox gəlir əldə edən klub “Qarabağ”dır. “Atlılar” ötən il 34 milyon 753 min 800 manat gəlir əldə edib.

Ən çox qazanan ikinci klub “Neftçi”dir – 28 milyon 617 min 506 manat. “Sabah” isə 26 milyon 953 min 800 manat gəlirlə üçüncüdür.

2024-cü ildə digər klubların gəlirləri aşağıdakı kimi olub:

“Zirə” – 10 milyon 968 min 897 manat

“Sumqayıt” – 9 milyon 178 min, 60 manat

“Səbail” – 7 milyon 799 min 500 manat

“Araz-Naxçıvan” – 6 milyon 208 min 100 manat

“Turan Tovuz” – 6 milyon 145 min 200 manat

“Kəpəz” – 3 milyon 711 min 300 manat

“Şamaxı” – 3 milyon 51 min 300 manat

Qeyd olunan məbləğlər reklam və sponsorlardan daxilolmalar, UEFA-dan daxilolmalar, Futbolun İnkişafı Fondundan daxilolmalar, Kommersiya və digər əməliyyat gəlirləri, bilet satışından daxilolmalar hesabına formalaşıb.

Mbappe və Haaland rəmzi komandaya düşmədi

FIFA 2025-ci ilin rəmzi komandasını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland vəReal”ın forvardı Kilian Mbappe “11-lik”də yer almayıb.

Qapıçı: Canluici Donnarumma (“Mançester Siti”)

Müdafiəçilər: Nunu Mendeş, Paço, Əşrəf Hakimi (hamısı PSJ), Vircil van Dayk (“Liverpul”)

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Pedri (“Barselona”), Koul Palmer (“Çelsi“), Cud Bellingem (“Real”)

Hücumçular: Lamin Yamal (“Barselona”), Osman Dembele (PSJ)

Ştegen 4 kluba “yox” dedi

Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen 4 klubdan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sport” nəşri məlumat yayıb.

Tottenhem“, “Bolonya“, “Beşiktaş” vəAyaks” alman qolkiperə rəsmi təklif göndərsə də, rədd cavabı alıb. Ştegen mövsümün sonuna kimi “Barselona”dan qalmaq istəyir.

AFFA prezidenti: “Lisenziyalaşdırma prosesi Azərbaycan klub futbolunun inkişafında xüsusi rola malikdir”

AFFA prezidenti Rövşən Nəcəf klubların lisenziyalaşdırılması ilə bağlı qurumun açıqladığı hesabat barədə danışıb.

Komanda.az xəbər verir ki, o, lisenziyalaşdırma sisteminin düzgün tətbiqinin Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcəyini deyib:

“UEFA-nın hər bir üzv assosiasiyası 2004-2005-ci il mövsümündən etibarən UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziyalaşdırma sisteminin tətbiq olunmasına başlayıb və bu proses klubların fəaliyyətində mühüm rol oynayır. Lisenziyalaşdırma sistemi UEFA yarışlarında iştirak edən klublar qarşısında eyni tələbləri qoyur, tətbiqdə bərabərlik və bitərəfliyi təmin edir. Digər assosiasiyalarda olduğu kimi, lisenziyalaşdırma prosesi Azərbaycan klub futbolunun inkişafında da xüsusi rola malikdir. Lisenziyalaşdırma prosesi lisenziya əldə etmək üçün müraciət edən klubların nəzdində uşaq-gənclər komandasının sayının artırılmasında, infrastruktur səviyyəsinin, əməkdaşların və məşqçilərin ixtisaslarının yüksəldilməsində, həmçinin maliyyə məsələlərində müəyyən stabillik və davamlılığın təmin olunmasına dəstək olur. Klublar üçün lisenziyalaşdırma prosesi ən vacib amillərdəndir.

Klublar bu məsələ ilə bağlı öz üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmalı və nəzərə alınmalıdır ki, lisenziyalaşdırma prosesi klubların inkişafında və stabil fəaliyyətində xüsusi rola malikdir. Görülən işləri yüksək qiymətləndirməklə bildirmək istərdim ki, lisenziyalaşdırma sisteminin düzgün tətbiq olunması futbolumuzun inkişafına müsbət təsir göstərəcək”.

The post AFFA prezidenti: “Lisenziyalaşdırma prosesi Azərbaycan klub futbolunun inkişafında xüsusi rola malikdir” appeared first on Komanda.az.

Azərbaycan Premyer Liqası klublarının uşaq-gənclər sektoruna ayrılan maliyyə vəsaiti açıqlandı

2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edən klubların uşaq-gənclər sektoruna ayrılan maliyyə vəsaiti açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.

Sözügedən mövsümdə klubların uşaq-gənclər sektoruna 6 milyon 622 min 262 manat vəsait ayrılıb.

2023/2024 mövsümündə bu rəqəm 5 milyon 811 min 726 manat olub.

The post Azərbaycan Premyer Liqası klublarının uşaq-gənclər sektoruna ayrılan maliyyə vəsaiti açıqlandı appeared first on Komanda.az.

AFFA rəsmisi FİFA-nın plenar iclasına qatılıb

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva FİFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü qismində Qətərin paytaxtı Dohada keçirilən plenar iclasa qatılıb.

Bu barədə Komanda.az-a AFFA-nın mətbuat xidmətindən bildirilib.

İlk iclas tanışlıq xarakterli olub, məqsədlərin müəyyənləşdirilməsinə, iş prosedurlarının və digər təşkilati məsələlərin razılaşdırılmasına həsr edilib.

Toplantıda qadın futbolunun inkişafı, müxtəlif regionlarda bu sahə üzrə FIFA layihə və proqramlarının tətbiqi, daha da irəli aparılması məsələləri ilə bağlı müxtəlif tövsiyələr verilir və müzakirələr aparılır.

The post AFFA rəsmisi FİFA-nın plenar iclasına qatılıb appeared first on Komanda.az.

Azərbaycanlı stolüstü tennisçi beynəlxalq toplanışda iştirak edəcək

Azərbaycan stolüstü tennisçisi Xədicə Babazadə Avropa Stolüstü Tennis Birliyinin təşkil etdiyi “ETTU Eurotalents Selection camp” toplanışında iştirak edəcək.

Bu barədə Komanda.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

İdmançı milli komandanın məşqçisi Səbinə Əzizlinin müşayiəti ilə Xorvatiyaya yola düşüb. Vrsar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında qitənin ən istedadlı stolüstü tennisçiləri təcrübəli mütəxəssislərin rəhbərliyi altında fiziki, texniki və taktiki hazırlıq keçəcəklər.

Beynəlxalq təlim-məşq toplanışına dekabrın 23-də yekun vurulacaq.

“ETTU Eurotalents Development Camp” layihəyəsi xüsusi istedadı və davamlı nəticələri ilə seçilən yeniyetmə stolüstü tennisçilərin hazırlığını təkmilləşdirmək məqsədi daşıyır.

The post Azərbaycanlı stolüstü tennisçi beynəlxalq toplanışda iştirak edəcək appeared first on Komanda.az.

“Barselona”da “casus” aşkar edildi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandadakı daxili məlumatları sızdıran şəxsi müəyyən edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisə dünən axşam, birbaşa “Barselona”nın paltardəyişmə otağında baş verib.

Məlumatları açıqlayan şəxs tutulub və çox güman ki, klubda işinə davam etməyəcək.

“Barselona” hazırda 17 oyundan sonra 43 xalla İspaniya La Liqasında lider mövqedədir. Turnir cədvəlinin 2-ci pilləsində olan “Real” isə onlardan 4 xal geri qalır.

Kataloniyalılar dekabrın 21-də “Vilyarreal”la səfər matçına çıxacaq.

The post “Barselona”da “casus” aşkar edildi appeared first on Komanda.az.

“Dinamo”nun yeni baş məşqçisi bilindi

Ukraynanın “Dinamo” (Kiyev) klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın “sükanı arxasına” İqor Kostyuk dəvət olunub. 50 yaşlı mütəxəssis Aleksandr Şovkovskinin noyabrda gedişindən sonra baş məşqçi vəzifəsini müvəqqəti icra edirdi.

“Dinamo” Ukrayna Premyer Liqasında 16 turdan sonra 26 xalla 4-cü pillədə qərarlaşıb.

The post “Dinamo”nun yeni baş məşqçisi bilindi appeared first on Komanda.az.

Luis Suareslə yeni müqavilə imzalanacaq

“İnter Mayami”nin 38 yaşlı hücumçusu Luis Suares klubla yeni müqavilə imzalamağa hazırdır.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” və “Miami Herald” nəşrləri məlumat yayıb.

Uruqvaylı futbolçu ilə bağlanacaq yeni müqavilənin müddəti 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq.

“İnter Mayami” cari ildə MLS kubokunu qazanıb, ancaq Suares pley-off mərhələsində keçirilən son dörd oyunda start heyətində yer almayıb.

Suaresin Mayami klubu ilə müqaviləsinin müddəti bu ilin 31 dekabr tarixində başa çatacaq. Daha əvvəl komandanın digər oyunçusu Lionel Messinin “İnter Mayami” ilə üç illik müqavilə imzaladığı və 2028-ci ilin sonuna qədər klubda qalacağı açıqlanmışdı.

The post Luis Suareslə yeni müqavilə imzalanacaq appeared first on Komanda.az.

“İnter” futbolçusu ilə anlaşa bilməyib

“İnter”in müdafiəçisi Stefan de Vreyin klubdakı gələcəyi hələ də sual altındadır. Niderlandlı futbolçunun klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət nəticə verməyib və hazırda müzakirələr dayandırılıb. Bu səbəbdən, De Vreyin növbəti yay “İnter”i tərk etmə ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.

Fevralda 34 yaşını qeyd edəcək müdafiəçi bu mövsüm “İnter”in heyətində 7 oyunda iştirak edib. Həmin qarşılaşmaların 6-da baş məşqçi Kristian Kivu ona start heyətində yer verib.

“İnter” fevralın 19-da, İtaliya superkubokunun yarımfinalında “Bolonya” ilə üz-üzə gələcək.

The post “İnter” futbolçusu ilə anlaşa bilməyib appeared first on Komanda.az.

Deşam millinin iki üzvü arasında seçim etməli olub

Fransa millisinin baş məşqçisi Didye Deşam “İlin oyunçusu” nominasiyası üzrə komandasının üzvləri arasında seçim etməli olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən ən yaxşıların mükafatlandırma mərasimi keçirilib və mükafatı PSJ-nin fransalı oyunçusu Osman Dembele qazanıb. Futbolçu, Deşamın səs verdiyi siyahıda birinci yerdədir. “Real”ın fransalı hücumçusu Kilian Mbappe ikinci, PSJ-nin oyunçusu Əşrəf Hakimi isə ilk üçlüyü tamamlayır.

Deşam 2012-ci ildən bəri Fransa millisinə rəhbərlik edir. O, 2026-cı il dünya çempionatından sonra vəzifəsindən ayrılmağı planlaşdırır.

The post Deşam millinin iki üzvü arasında seçim etməli olub appeared first on Komanda.az.

MS 2 futbolçu ilə vidalaşa bilər

“Mançester Siti” qış transfer dönəmində iki futbolçusu ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” müdafiəçi Riki Lyuis və Oskar Bobbu satmaq istəyir. Bu barədə “Football İnsider” portalı məlumat yayıb.

Bobb ilə “Kristal Pelas” klubu yaxından maraqlanır. Lyuis isə Almaniya və İspaniya klublarının hədəfindədir.

Lyuis bu mövsüm 12, Bobb isə 14 oyuna çıxıb.

Qeyri-müəyyənlik: “Son oyundan sonra danışmaq olar”

“Turan Tovuz” Premyer Liqada 15 turdan sonra 24 xalla 5-ci sıradadır.

Komandanın futbolçusu Faiq Hacıyev “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Son oyunlarda yaxşı nəticə qazana bilmirik. Qarşıda bir oyun var və sonda fasilədi. “Kəpəz”lə matça yaxşı hazırlaşıb, qələbə qazanmaq və dövrəni yaxşı bitirmək istəyirik. Sona qədər mübarizə aparacağıq. Fasilədən sonra isə daha yaxşı “Turan Tovuz” göstərməyə çalışacağıq “.

Hacıyev son turlarda ehtiyatda qalması ilə bağlı fikirlərini bildirdi:

Qərarı baş məşqçi verir. Biz futbolçuyuq və işimiz yaxşı hazırlaşmaqdır. Əlimdən gələnin yaxşısını etməyə çalışıram ki, formada qalım. Son qərarı məşqçi verir”. 

Faiq ayrılıq iddialarına toxundu:

“Məşqçinin qərarına hörmətlə yanaşıram. Klubdakı durumla bağlı hansısa söhbətimiz olmayıb. Son oyundan sonra nəsə danışmaq olar”.

Şahin Cəfərov 

İngiltərə klubunda Xavi səsləri

Barselona”nın sabiq baş məşqçisi Xavi İngiltərədə işləyə bilər.

Futbolpress.az xəbər verir ki, “Çelsi” klubu mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə “Football İnsider” portalı məlumat yayıb.

London klubunda baş məşqçi Enzo Mareska ilə yollar ayrıla bilər. Rəhbərlik Mareskanın əvəzinə Xavini gətirmək niyyətindədir.

İspan mütəxəssis 2021-2024-cü illərdəBarselona”nı çalışdırıb. O, ötən ilin yayından işsizdir.

ÇelsiPremyer Liqada 16 turdan sonra 28 xalla 4-cü sıradadır.

Suares üçün yeni müqavilə

Uruqvaylı hücumçu Luis Suaresİnter Mayami” ilə müqaviləsini uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Tərəflər arasında danışıqlar son mərhələdədir. 39 yaşlı hücumçunun müqaviləsi 1 il müddətinə artırılıb.

Suares ötən mövsümdə 50 oyunda 17 qol vurub, 17 məhsuldar ötürmə edib.

Paytaxt klubunda hücumçu problemi

“Çelsi”nin braziliyalı futbolçusu Estevaonun yüngül əzələ problemi səbəbindən komandasının qarşıdakı oyunu üçün hazır olmadığı açıqlanıb. Msport.az xəbər verir ki, hücumçu […]

Source

“Yuventus”un istədiyi danimarkalı

“Marsel”in yarımmüdafiəçisi Pyer-Emil Haybjerq “Yuventus”un maraq dairəsinə düşüb. Msport.az xəbər verir ki, Turin klubunun baş məşqçisi Luçano Spaletti qışda yarımmüdafiəçi almağı […]

Source

Levandovski MLS yolunda

Levandovski yeni klubu ilə razılığa gəlməyə yaxındır “Barselona”nın hücumçusu Robert Levandovski 2026-cı ildə yeni klubuna keçə bilər. Msport.az xəbər verir […]

Source

Tanınmış futbolçu Səudiyyə Ərəbistanı klubu ilə yeni müqavilə bağlayıb

“Çelsi”nin sabiq qapıçısı Eduard Mendi hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubi ilə yeni müqavilə imzalayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2028-ci ilin ortalarına qədər qüvvədə olacaq.

Mendi “Əl-Əhli”yə iki il əvvəl transfer olunub. Səudiyyə Ərəbistanı klubunda keçirdiyi 92 oyunda qapısında 94 qol görən seneqallı qolkiper 39 matçda qapını toxunulmaz saxlayıb.

The post Tanınmış futbolçu Səudiyyə Ərəbistanı klubu ilə yeni müqavilə bağlayıb appeared first on Komanda.az.

“Yuventus” yarımmüdafiəçisi ilə bağlı qərar verib

“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenninin klubdakı gələcəyi ilə bağlı yeni qərar verilib.

27 yaşlı futbolçunun mövcud müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaqdı və bir neçə ay əvvəl onun komandadan ayrılması demək olar ki, qaçılmaz görünürdü.

Ancaq Komanda.az “La Stampa”-ya istinadən xəbər verir ki, Turin klubunun planları kəskin şəkildə dəyişib. Hazırda həm “Yuventus”, həm də futbolçunun tərəfi yeni müqavilə imzalamaqda maraqlıdır.

Amerikalı futbolçu cari mövsümdə “Yuventus”un heyətində 21 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

The post “Yuventus” yarımmüdafiəçisi ilə bağlı qərar verib appeared first on Komanda.az.

Levandovski ABŞ klubu ilə danışıqlar aparıb

“Barselona”nın hücumçusu Robert Levandovski 2026-cı ildə klubunu dəyişə bilər.

37 yaşlı futbolçunu heyətinə qatmaq istəyən MLS təmsilçisi “Çikaqo Fayr” onunla danışıqlarda ciddi irəliləyiş əldə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət məcrada keçib. Polşalı forvard mümkün transferə açıqdır. Bildirilir ki, “Çikaqo Fayr” Levandovskinin maaşla bağlı tələblərini problemsiz şəkildə qarşılamağa hazırdır.

Daha əvvəl hücumçuya Səudiyyə Ərəbistanı çempionatından olan klubların da maraq göstərdiyi iddia olunurdu. O, cari mövsümdə “Barselona”nın heyətində 17 oyuna çıxaraq, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

The post Levandovski ABŞ klubu ilə danışıqlar aparıb appeared first on Komanda.az.

Flikin üç suallıq mətbuat konfransı

İspaniya kubokunda qazanılan qələbədən sonra “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin mətbuat konfransı gözlənildiyindən xeyli qısa alınıb. Kataloniyalılar səfərdə “Deportivo Qvadalahara”nı 2:0 hesabı ilə məğlub ediblər.

Görüşün taleyini 76-cı dəqiqədə Andreas Kristensenin, 90-cı dəqiqədə isə Markus Reşfordun vurduğu qollar həll edib. Qarşılaşmanın startı təxminən 30 dəqiqə gecikdiyi üçün oyundan sonrakı mətbuat konfransını da ixtisar etmək lazım gəlib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı baş məşqçi jurnalistlərin cəmi üç sualını cavablandırıb. Həmin vaxt “Barsa”nın futbolçuları artıq baş məşqçini klub avtobusunda gözləyirmiş.

“Barselona” növbəti oyununu dekabrın 21-də, La Liqa çərçivəsində səfərdə “Vilyarreal”a qarşı keçirəcək.

The post Flikin üç suallıq mətbuat konfransı appeared first on Komanda.az.

Abbasovla Mahmudovun FİFA-nın səsverməsində kimlərə səs verdikləri bilindi

FİFA dünən Qətərin paytaxtı Dohada 2024/2025-ci illər mövsümü üzrə dünya futbolunun ən yaxşılarının adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, ilin ən yaxşı kişi baş məşqçisi Luis Enrike, futbolçusu Osman Dembele, qapıçısı isə Canluici Donnarumma seçilib.

Ölkələrin milli komandalarının baş məşqçiləri və kapitanlarının iştirak etdiyi etdiyi səsvermədə Azərbaycan Ayxan Abbasov və Emin Mahmudovla təmsil olunub.

Ayxan Abbasov ən yaxşı futbolçu üçün səsvermədə Əşrəf Hakimi (1-ci yer), Kilian Mbappe (2-ci yer) və Məhəmməd Salaha (3-cü yer) səs verib.

Emin Mahmudovun seçimi isə belə olub: Kilian Mbappe (1-ci yer), Osman Dembele (2-ci yer), Lamin Yamal (3-cü yer).

Ayxan Abbasov ilin məşqçisi kimi ilk yerə PSJ-nin baş məşqçisini layiq görüb: Luis Enrike (1-ci yer), Arne Slot (2-ci yer), Mikel Arteta (3-cü yer).

Emin Mahmudovun seçimi isə belədir: Luis Enrike (1-ci yer), Enzo Mareska (2-ci yer), Arne Slot (3-cü yer).

Qapıçı seçiminə gəlincə, Ayxan Abbasovun ilk üçlüyü belədir: Canluici Donnarumma (1-ci yer), Manuel Noyer (2-ci yer), Yann Zommer (3-cü yer).

Emin Mahmudov da Ayxan Abbasov kimi Donnarummanı ilk yerə layiq görüb: Canluici Donnarumma (1-ci yer), Tibo Kurtua (2-ci yer), Alisson Bekker (3-cü yer).

The post Abbasovla Mahmudovun FİFA-nın səsverməsində kimlərə səs verdikləri bilindi appeared first on Komanda.az.

Skaloni “ilin ən yaxşı futbolçusu” seçimində kimə səs verib?

Argentina millisinin baş məşqçisi Lionel Skaloni FİFA-nın “ilin ən yaxşı futbolçusu” nominasiyası üzrə səs verdiyi oyunçuların adlarını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafat PSJ-nin vingeri Osman Dembeleyə təqdim olunsa da, Argentina millisinin “sükanı arxasında” olan mütəxəssis onu ilk üçlüyə daxil etməyib.

Skaloninin siyahısında birinci pilləni hazırda “Real”da çıxış edən Kilian Mbappe tutub. Onun ardınca “Barselona”nın iki futbolçusu – Pedri və Lamin Yamal qərarlaşıb.

Mbappe 2022-ci ilin dekabrında Fransa və Argentina milliləri arasında keçirilən dünya çempionatının finalında het-trikə imza atmışdı. Buna baxmayaraq, Lionel Skaloninin rəhbərlik etdiyi Argentina yığması penaltilər seriyasında qalib gələrək mundialın qalibi olmuşdu.

The post Skaloni “ilin ən yaxşı futbolçusu” seçimində kimə səs verib? appeared first on Komanda.az.

“Çelsi”nin sabiq futbolçusu PL yolunda

Atletiko”nun futbolçusu Konor Qallaher karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” klubu hücumçunun xidmətində maraqlıdır. Bu barədəTEAMtalk” portalı məlumat yayıb. “Qırmızı şeytanlar”ın nümayəndələri qış transfer dönəmində oyunçu və klubu ilə danışıqlara başlayacaq.

Konor daha əvvəl İngiltərədəÇelsi“nin formasını geyinib. Yarımmüdafiəçi bu mövsüm “Atletiko”da 26 oyunda 2 qol vurub.

Lukakunun qayıdış vaxtı məlum oldu

Belçikalı hücumçu Romelu Lukaku zədəsini sağaldıb.

Futbolpress.az xəbər verir ki, “Napoli”də çıxış edən futbolçu İtaliya Superkubokunun yarımfinalında “Milan”la matçda meydana çıxa bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Lukaku mövsümün əvvəlindəOlimpiakos”la yoxlama oyununda zədələnib.

“Napoli” – “Milan” matçı dekabrın 22-də keçiriləcək.

“Arsenal”dan ayrılan futbolçu “Ayaks”da

Arsenal”dan ayrılan Takehiro Tomiyasunun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Ayaks”a keçib. Bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

27 yaşlı futbolçu azad agent kimi “Ayaks”a keçib. O, bu ilin yayından klubsuz idi.

Tur Zaqatalada başlayır

Bu gün Azərbaycan I Liqasında XI tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

“Zaqatala” azarkeşləri önündə MOİK ilə qarşılaşacaq. “Şimal”ın rəqibi isə “Baku Sportinq” olacaq.

Turun digər oyunları 18 və 19 dekabrda olacaq.

Azərbaycan I Liqası
XI tur

17 dekabr

14:00 Zaqatala – MOİK
Baş hakim:
Zaqata OİK stadionu

14:30 Şimal – Baku Sportinq
Baş hakim:
Şamaxı OİK stadionu

“The Best”: Emin Mahmudov və Ayxan Abbasov kimlərə səs verib?

Azərbaycan millisinin kapitanı Emin Mahmudovun FIFA-nın ilin ən yaxşı futbolçusuna verdiyi “The Best” mükafatı üçün səsləri məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi fransalı hücumçu Kilian Mbappeyə 5, Osman Dembeleyə 3, Lamin Yamala isə 1 səs verib.

Millinin baş məşqçisi Ayxan Abbasov isə Əşrəf Hakimiyə 5, Kilian Mbappeyə 3, Məhəmməd Salaha isə 1 səs verib.

“The Best” mükafatını Osman Dembele (PSJ) qazanıb.

“Mançester Yunayted” rəhbərliyi Fernandesi məyus edib

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes yayda klubdan ayrılmağa çox yaxın olduğunu açıqlayıb.

2025-ci ilin yay transfer pəncərəsində portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klublarından birinə keçə biləcəyi ilə bağlı söz-söhbətlər yayılsa da, o, sonda İngiltərədə qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fernandes klub rəhbərliyinin onun mümkün gedişinə müsbət yanaşdığını bildirib:

“Klub yayda getməyimi istəyirdi və bu fikir beynimdə dərin iz buraxdı. Bu mövzunu direktorlarla müzakirə etdim, amma düşünürəm ki, onlar sadəcə belə bir qərarı verməyə cəsarət etmədilər. Mən qalmağı seçdim – qismən ailə səbəblərinə görə, amma əsasən bu klubu səmimi şəkildə sevdiyim üçün. Baş məşqçi ilə söhbətim də qərarıma təsir etdi. Bununla belə, rəhbərlikdə sanki belə bir hiss vardı: “Getsən, biz çox da məyus olmayacağıq”.

31 yaşlı yarımmüdafiəçi bu münasibətin onu sarsıtdığını gizlətməyib:

“Bu, mənə çox ağır təsir etdi. Hətta ağırdan da çox, kədərli idi. Çünki məni qınamağa əsas yoxdur. Mən həmişə meydandayam, həmişə oynayıram və bütün gücümü ortaya qoyuram. Sonra ətrafa baxırsan və klubu mənim qədər dəyərləndirməyən, onun üçün mübarizə aparmayan futbolçular görürsən. Əsl məyusluq da məhz bundan yaranır”.

The post “Mançester Yunayted” rəhbərliyi Fernandesi məyus edib appeared first on Komanda.az.

Runi Premyer Liqadakı favoritini açıqladı

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi Premyer Liqada çempionluq üçün əsas favoriti açıqlayıb.

Komanda.az “BBC Podcast”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu titul uğrunda əsas namizədin “Arsenal” olduğunu bildirib:

“Arsenal”ı yalnız “Mançester Siti” izləyir və maraqlıdır ki, “şəhərlilər” “topçular”la rəqabət apara biləcəkmi? Ancaq burada hər şey “Arsenal”ın oyunundan asılıdır. Çünki əvvəlki mövsümlərdə də onlar lider idilər, sonradan üstünlüyü əldən verdilər”.

“Arsenal” 16 turdan sonra 36 xalla turnir cədvəlinin zirvəsindədir. İkinci pillədə qərarlaşan “Mançester Siti” ilə aradakı fərq 2 xaldır. Üçlüyü “Aston Villa” 33 xalla tamamlayır.

Runi daha əvvəl bildirib ki, o, “Aston Villa”nın çempion olacağına inanmır.

The post Runi Premyer Liqadakı favoritini açıqladı appeared first on Komanda.az.

“Turan Tovuz” bu mövqeni gücləndirmək istəyir – axtarışlar başlayıb

“Turan Tovuz” qış transfer dönəmində heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.

Futbolpress.azın məlumatına görə, baş məşqçi Kurban Berdıyev forvardlar Jo, İbrahima Vadji və Aleks Souzanın performansından razı deyil. Jo və Aleks mütəmadi şans qazanmasına baxmayaraq, məhsuldarlıqları aşağıdır.

Seneqallı Vadji də ümidləri doğrultmur. Klub hücumda daha effektiv futbolçu ilə güclənmək niyyətindədir.

“Turan Tovuz” çempionatda 14 oyundan sonra 24 xalla 5-ci sıradadır.

Aleks və Jo bu mövsüm hərəyə üç qol vurub. Vadji isə ümumiyyətlə Premyer Liqada qol hesabını açmayıb.

Şahin Cəfərov

“Sabah”ın baş məşqçisi: “Təcrübə baxımından problemimiz var”

“Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Çempionlar Liqasında “Alba”ya uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 82:106 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:

“Bu bizim çempionlar liqasında ilk mövsümümüz idi. Əlbəttə təcrübə baxımından problemimiz var. Bu da təbii haldır. Evdə çox yaxşı oyunlarımız oldu. Amma təəssüf ki, evdəki performansı səfər oyunlarında nümayiş etdirə bilmədik. Heyətdə rotasiya ilə bağlı çətinliklərimiz var. Biz 7 nəfərlə ilk 3 periodlarda yaxşı mübarizə aparırıq, lakin əvvəlki bəzi oyunlarda olduğu kimi bu dəfə də son periodda heyətdəki rotasiya imkanlarının çatışmazlığı səbəbindən istədiyimizi edə bilmirik. “Alba Berlin”də eyni zamanda 3-4 oyunçu əvəzlənir, amma bizdə belə bir imkan yoxdur. Buna baxmayaraq bu turnir bizim üçün böyük təcrübə oldu”.

“The Best”: Messi səsini kimlərə verdi?

İnter Mayami”nin futbolçusu Lionel Messinin “The Best” mükafatında kimlərə səs verdiyi məlum olub.

Futbolpress.az xəbər verir ki, argentinalı hücumçu mükafatın qalibi Osman Dembeleyə 5 səs verib.

Messi 3 səsi “Real”dan Kilian Mbappeyə, 1 səsi isəBarselona”dan Lamin Yamala verib.

Premyer Liqanın “intizamsızları”

“Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade Premyer Liqada ən çox sarı vərəqə alan oyunçudur.

Futbolpress.az-ın məlumatına görə, yarımmüdafiəçi 14 matçda 7 dəfə rəsmi xəbərdarlıq alıb.

İkinci pillədəSumqayıt”dan Rayan Senhadjidir. Mərkəz müdafiəçisi 14 matçda 4 dəfə sarı, 1 dəfə qırmızı vərəqə ilə cəzalanıb.

Üçlüy”üZirə“dən Ayron Qomis tamamlayır. Yarımmüdafiəçi 13 görüşdə 4 “sarı“, 1 “qırmızı” alıb.

Premyer Liqada 15 turdan sonra futbolçuları ən az cəzalanan klub isəQarabağ“dır. Çempionatın liderinin oyunçuları 17 dəfə sarı vərəqə alıb. İkinci sırada 22 sarı, 1 qırmızı vərəqə ilə “Turan Tovuz” qərarlaşıb. “Üçlüyü “Sabah” tamamlayır – 30 sarı vərəqə.

Şahin Cəfərov

“Sabah” FIBA Çempionlar Liqasında qrup sonuncusu oldu

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” FIBA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu matçını keçirib.

Arena.az xəbər verir ki, “bayquşlar” sonuncu turda Almaniyanın “Alba” komandası ilə üz-üzə gəlib.

Almaniyanın paytaxtı Berlində baş tutmuş bu görüş Azərbaycan çempionu üçün uğursuz alınıb. Belə ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 82:106 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Nəticədə “Sabah” yer aldığı B qrupunu 7 xalla sonuncu – dördüncü pillədə bitirib. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. Azərbaycan çempionu ilə eyni xala malik Çexiyanın “Nimburk” komandası isə üçüncü olub.

Xatırladaq ki, Bakı klubu qrup mərhələsi çərçivəsində keçirdiyi 6 oyunda cəmi 1 qələbə qazanıb, 5 məğlubiyyətə üzülüb.

Jeremi Doku 2025-ci ili erkən başa vurdu

İngiltərənin “Mançester Siti” klubunun belçikalı futbolçusu Jeremi Doku zədələndiyi üçün 2025-ci ildə meydana çıxa bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçikalı vinger təqribən 2-3 həftəlik yaşıl meydanlardan kənarda qalacaq. Onun 2026-cı il yanvarın 1-də Premyer Liqada “Sanderlend”lə matça qədər hazır olması ehtimal edilir.

Jeremi Doku Belçikanın “Beersxot” və “Anderlext” klublarının yetirməsidir. O, 2020-ci ildə 26 milyon avro müqabilində “Anderlext”dən Fransanın “Renn” klubuna keçib. “Mançester Siti” onu 2023-cü ilin yayında “Renn”dən 60 milyon avro qarşılığında transfer edib. Dokunun “şəhərlilər”lə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Doku cari mövsümdə meydana çıxdığı 22 oyunda 3 qol və 6 assistlə yadda qalıb. Onun “Mançester Siti”nin heyətindəki ümumi göstəriciləri isə belədir: 106 oyun, 17 qol və 26 assist.

Doku 2020-ci ilin sentyabrında debüt etdiyi Belçika yığmasının heyətində 39 oyun keçirib, 7 qol vurub, 14 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Serxio Regilon “İnter Mayami”də!

Futbol üzrə İspaniya milli komandasının sabiq sol cinah müdafiəçisi Serxio Regilon ABŞ klubu “İnter Mayami” ilə müqavilə imzalayıb.

Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə 2027-ci ilin dekabrına qədər nəzərdə tutulmuş sözləşmə imzalanıb. Lakin qarşılıqlı razılıq əsasında müqavilənin müddəti daha 1 il uzadıla bilər.

Xatırladaq ki, Serxio Regilon son olaraq İngiltərənin “Tottenhem” komandasında çıxış edib. O, müqaviləsinin müddəti 2025-in yayında başa çatdıqdan sonra azad agent statusu daşıyırdı.

“İnter Mayami”nin heyətində dünya şöhrətli Lionel Messi çıxış edir. Argentinalı oyunçu bir müddət əvvəl bu klubla sözləşməsinin vaxtını 2028-ci ilin dekabrına qədər artırıb.

Madrid “Real”ının yetirməsi olan Regilon, karyerası ərzində “Sevilya”, “Tottenhem”, “Brentford”, “Real”, “Loqrones”, “Atletiko” (Madrid), “Mançester Yunayted” kimi klublarda da forma geyinib.

Serxio 2020-ci ildə debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyunun iştirakçısı olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

“Salah “Liverpul”dan getmək qərarına gələrsə, peşman olacaq”

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un sabiq futbolçusu Ceymi Karrager komandanın hücumçusu Məhəmməd Salahın gələcəyi ilə bağlı fikirlərini bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, misirli futbolçunu növbəti mövsümdə “qırmızılar”ın heyətində görmədiyini söyləyib:

“Onu gələn mövsüm “Liverpul”da görmürəm. Maraqlıdır, hazırkı mövsümün sonuna qədər komandada qalacaqmı? Düşünürəm ki, Salah getmək qərarına gələrsə, peşman olacaq. “Real” və ya “Barselona”nın onu transfer etməsi ehtimalı azdır. Ən çox ehtimal olunan seçim Səudiyyə Ərəbistanıdır”.

33 yaşlı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Liverpul”la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

The post “Salah “Liverpul”dan getmək qərarına gələrsə, peşman olacaq” appeared first on Komanda.az.

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəni dayandırdı

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.

Komanda.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində “Alba” klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 82:106 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

“Sabah” B qrupunu 7 xalla sonuncu – dördüncü pillədə bitirib. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncü olub.

The post “Sabah” FIBA Çempionlar Liqasında mübarizəni dayandırdı appeared first on Komanda.az.

“Arsenal” 500 min avroluq qapıçı ilə maraqlanır

“Arsenal” “Milan”ın 20 yaşlı qapıçısı Lorenzo Torrianini transfer siyahısına daxil edib.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

London təmsilçisi italiyalı qolkiperin “Milan”dakı inkişafını yaxından izləyir və onun gələcək karyerası ilə maraqlanır. Torrianinin hazırkı bazar dəyəri 500 min avro olaraq qiymətləndirilir.

20 yaşlı futbolçunun “qırmızı-qaralar”la müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir. O, cari mövsümdə “Milan”ın ikinci komandasında – D Seriyasında 10 oyunda iştirak edib və 12 top buraxıb.

The post “Arsenal” 500 min avroluq qapıçı ilə maraqlanır appeared first on Komanda.az.

“Sabah” ÇL-də mübarizəni dayandırdı

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” Berlində “Alba” ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 106:82.

“Sabah” B qrupunu 7 xalla sonuncu sırada bitirib və turnirdə mübarizəni dayandırıb.

Gilyermo Almada – “Real Ovyedo”nun yeni baş məşqçisi

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Real Ovyedo” komandasını bundan sonra Gilyermo Almada çalışdıracaq.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

59 yaşlı argentinalı mütəxəssislə imzalanmış müqavilə 2025/2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulub. Təbii ki, Almadanın işi uğurlu olsa, yayda onunla yeni müqavilə imzalanacaq.

Xatırladaq ki, Almada bu mövsüm “Real Ovyedo”nu çalışdıracaq üçüncü mütəxəssisdir. Komanda mövsümə Velko Paunoviçlə başlamış, amma oktyabrda onunla yollarını ayırmışdı. Paunoviçi əvəz etmiş Luis Karrion isə ötən gün postundan kənarlaşdırılmışdı.

Sözügedən komanda bu mövsüm La Liqada keçirdiyi 16 oyunda cəmi 2 qələbə qazanıb, 6 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. “Real Ovyedo” topladığı 10 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.

Gilyermo Almada son olaraq “Valyadolid”i çalışdırıb. Argentinalı mütəxəssis bu ilin yayından çalışdırdığı komandadan məhz “Real Ovyedo”dan aldığı təklifə görə ayrılıb. O, “Paçuka”, “Santons Laquna”, “Barselona SC”, “River Pleyt” (Montevideo), “Takuarembo” və “Proqreso” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Ben Uayt bir ay yaşıl meydanlardan kənarda qalacaq

Futbol üzrə İngiltərə millisinin və “Arsenal”ın sağ cinah müdafiəçisi Ben Uayt zədə səbəbindən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə İngiltərə mətbuatına istinadən xəbər verir.

28 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 16-cı turunda “Vulverhempton”la matçın (2:1) birinci hissəsində zədələnərək əvəzlənib. Onun 4-6 həftə futbol oynamayacağı gözlənilir.

Xatırladaq ki, Uayt ötən mövsümün də böyük hissəsini dizindəki problemlər səbəbindən buraxıb. Cari mövsümün əvvəlində isə o, bud əzələsindəki zədələr səbəbindən 11 oyunda iştirak edib. Uayt son 4 matçda start heyətində meydana çıxmışdı.

“Arsenal”ın heyətində müdafiəçilər Qabriel Maqalyayns və Kristian Moskera da zədəlidirlər.

Ben Uayt futbola “Kinqsvud” klubunda qədəm qoyub, ardınca “Sauthempton” futbol akademiyasına, oradan isə “Brayton”a keçərək, böyük futbolda debüt edib. Uayt karyerası ərzində “Nyuport Kaunti”, “Piterboro” və “Lids”də icarələrdə çıxış etdikdən sonra tamhüquqlu əsasda “Arsenal”a qoşulub.

“Arsenal” Uaytı 2021-ci ilin iyulunda “Brayton”dan 58,5 milyon avro məbləğ müqabilində öz düşərgəsinə qatıb. Uaytın London klubu ilə müaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Uayt cari mövsümdə “Arsenal”ın heyətində bütün yarışlarda 11 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Uaytın “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi isə 171 oyun, 6 qol və 13 məhsuldar ötürmədən ibarətdir.

Ben Uayt 2021-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyətə imza atmayıb.
Ben Uaytın qənimətlər muzeyində “Lids”lə qazandığı İngiltərə Çempionşipi (2019/2020) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Sessi D’Almeyda Benin yığması ilə Millətlər Kubokunda!

“Neftçi”nin dayaq yarımmüdafiəçisi Sessi D’Almeyda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Afrika Millətlər Kuboku dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək. D qrupunda yer almış Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Xatırladaq ki, Sessi D’Almeyda “Neftçi” ilə bu ilin yayında 2+1 illik müqavilə bağlayıb. O, paytaxt klubunun heyətində meydana çıxdığı 13 oyunda 1 qol və 1 assistlə yadda qalıb.

Fransanın Bordo şəhərində anadan olmuş Sessi D’Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya, Kipr liqalarında çıxış etmiş futbolçunun karyerası ərzində formasını geyindiyi klubların siyahısı belədir: “Bordo”, PSJ (B), “Barnsli”, “Bləkpul”, “Yovil Taun”, “Valensyen”, “Tondela”, “Po”, “Apollon” (Limassol).

D’Almeyda 2015-ci ildə debüt etdiyi Benin yığmasının heyətində 39 matçda meydana çıxıb, 1 qola imza atıb.

İspan yarımmüdafiəçi 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçildi

İspaniyanın qadınlardan ibarət “Barselona” klubunun yarımmüdafiəçisi Aytana Bonmati FIFA tərəfindən 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçilib.

Komanda.az xəbər verir ki, İspaniya millisinin üzvü ardıcıl üçüncü dəfə bu mükafatı qazanıb.

O, ötən mövsüm “Barselona” ilə İspaniya La Liqasını, ölkə kubokunu və superkuboku qazanıb.

The post İspan yarımmüdafiəçi 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçildi appeared first on Komanda.az.

“Mançester Siti” milli üzvünün transferini planlaşdırır

“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi karyerasını “Mançester Siti”də davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

“Şəhərlilər” İngiltərə millisinin 25 yaşlı oyunçusunu müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirir.

Yayda “Liverpul”a keçidi baş tutmayan Quehi “Kristal Pelas”la 2026-cı ilin 30 iyununa qədər olan müqaviləsini uzatmaq istəmir və komandadan ayrılmağa hazırdır. “Mançester Siti” isə uzun müddətdir onun inkişafını izləyir.

Klub müdafiədə ciddi yeniləmələrə hazırlaşır və Quehi uzunmüddətli perspektiv üçün ideal variant sayılır. “Kristal Pelas” isə onun pulsuz getməsinin qarşısını almaq üçün qışda satmağı da nəzərdən keçirir, çünki bir neçə top-klub maraq göstərir.

İngiltərəli futbolçu cari mövsümdə 25 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

The post “Mançester Siti” milli üzvünün transferini planlaşdırır appeared first on Komanda.az.

Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilən “Güləş Qarabağda” kampaniyasının ikinci günündə Laçın şəhər 2 saylı orta məktəbə baş çəkilib.

Komanda.az xəbər verir ki, tədbirdə tanınmış güləşçilər çıxış edərək gənc nəslə öz tövsiyələrini veriblər.

Daha sonra güləşlə bağlı maarifləndirici viktorina keçirilib və sualları dəqiq cavablandıran şagirdlər AGF tərəfindən mükafatlandırılıb.

Daha sonra Rafiq Hüseynov, Eldəniz Əzizli, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani şagirdlərin suallarını cavablandırıb və avtoqraf veriblər.

Güləşin ulduzları Şuşaya da baş çəkiblər. Şuşa qalasında yerli sakinlərlə görüşən nümayəndə heyəti onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan kampaniyanın məqsədi işğaldan azad olunmuş torpaqlarda yaşayan sakinlərdə motivasiyanı yüksəltmək, milli ruhda inkişafa töhfə vermək, güləşin ölkədə daha da populyarlaşmasını və bu sahədə maariflənməni təmin etməkdir.

The post Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar appeared first on Komanda.az.

“Mançester Siti”də ciddi itki

“Mançester Siti”nin futbolçusu Jeremi Doku zədələndiyi üçün 2025-ci ildə meydana çıxa bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçikalı vinger təqribən 2-3 həftəlik yaşıl meydanlardan kənar qalacaq. Onun 2026-cı il yanvarın 1-də Premyer Liqada “Sanderlend”lə matça qədər hazır olması istisna edilmir.

Doku cari mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 22 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

The post “Mançester Siti”də ciddi itki appeared first on Komanda.az.

AGF Laçın və Şuşada məktəblilərlə görüşdü

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilən “Güləş Qarabağda” kampaniyasının ikinci günündə əvvəlcə Laçın şəhər 2 saylı orta məktəbə baş çəkilib.

Futbolpress.az xəbər verir ki, təhsil ocağının akt zalında keçirilən tədbir maraqlı və rəngarəng keçib. Tanınmış güləşçilərimiz çıxış edərək gənc nəsilə öz tövsiyələrini çatdırıblar. Daha sonra güləşlə bağlı maarifləndirici viktorina həyata keçirilib və sualları daha dəqiq cavablandıran şagirdlər AGF tərəfindən mükafatlandırılıb. Bundan başqa, 2 şagirdin mahnı ifa etməsi tədbirə əlavə rəng qatıb.

Daha sonra Rafiq Hüseynov, Eldəniz Əzizli, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani şagirdlərin suallarını cavablandırıb və avtoqraf imzalayıblar.

Güləşin ulduzları Şuşaya da baş çəkib. Şuşa qalasında yerli sakinlərlə görüşən nümayəndə heyəti onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan kampaniyanın məqsədi işğaldan azad olunmuş torpaqlarda yaşayan sakinlərdə motivasiyanı yüksəltmək, milli ruhda inkişafa töhfə vermək, güləşin ölkədə daha da populyarlaşmasını və bu sahədə maariflənməni təmin etməkdir.

Tanınmış güləşçilər Qarabağ Universitetində olub

Azərbaycan Güləş Federasiyası “Güləş Qarabağda” kampaniyası çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tədbir keçirib.

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyilə təşkil edilən tədbir ali təhsil ocağının akt zalında baş tutub.

Tanınmış güləşçilərimiz, nüfuzlu yarışların qalib və mükafatçıları – Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev, həmçinin çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani tələbələr önündə çıxış edib. Onlar qələbəyə gedən yolun hamar olmadığını, dəfələrlə müxtəlif maneələrlə üzləşdiklərini, ancaq heç vaxt ruhdan düşməyərək mübarizə apardıqlarını və nəticədə uğurlara nail olduqlarını bildirib, gəncləri daim mübariz ruhda olmağa, milli şüur altında mənəvi dəyərlərə riayət etməyə səsləyiblər.

Daha sonra maraqlı viktorina keçirilib. Müxtəlif suallarla tələbələrin güləşlə bağlı bilikləri yoxlanılıb. Test vasitəsilə həm də bu idman növü ilə bağlı daha ətraflı məlumat toplamağa şərait yaradılıb. Böyük maraqla qarşılanan və ciddi mübarizə şəraitində keçən viktorinanın qaliblərinə AGF tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra tələbələr güləşçilərə müxtəlif suallar ünvanlayıb və onlardan avtoqraf alıb. Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan güləşini və güləşçisini təbliğ etmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdir.

2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisi açıqlandı

Fransanın PSJ klubunun futbolçusu Osman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu, çalışdırıcı Luis Enrike isə ən yaxşı məşqçisi seçilib.

Komanda.az xəbər verir ki, onların mükafatlandırılma mərasimi Qətərin paytaxtı Dohada keçirilib.

Paris təmsilçisi ötən mövsüm Fransa Liqa 1, Fransa kuboku və superubokunun çempionu, həmçinin Çempionlar Liqasının və UEFA superkubokunun qalibi olub. Dembele Liqa 1-də 25 qolla 2024/2025 mövsümünün bombardiri olub. Ümumilikdə isə Dembele ötən mövsüm PSJ-də 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.

The post 2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisi açıqlandı appeared first on Komanda.az.

“Ferents Puşkaş” mükafatına layiq görülən qol açıqlandı

Argentinanın “İndependiente” klubunun futbolçusu Santyaqo Montielin qolu 2025-ci il üçün “Ferents Puşkaş” mükafatına layiq görülüb.

Komanda.az xəbər verir ki, FIFA-nın mətbuat xidməti məlumat yayıb.

O, Argentina çempionatının 16-cı turunda “İndependiente Rivadavia” ilə matçda vurduğu qola görə təltif edilib.

Namizədlər arasında daha 10 futbolçunun adı yer alıb. Santyaqo Montiel cari mövsüm komandasının heyətində 36 oyunda yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.

The post “Ferents Puşkaş” mükafatına layiq görülən qol açıqlandı appeared first on Komanda.az.

“Kivu qəssab deyil”

İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro A Seriyasında ən güclü klubun “İnter” olduğunu bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Milan klubunun çempionatdakı liderliyinin heç də təsadüfi olmadığını deyib:

“Kristian Kivu (“İnter”in baş məşqçisi)? O, qəssab deyil. Uzun illərdir futboldadır və komandanın turnir cədvəlinin zirvəsində yer almasına təəccüblənməyə dəyməz. “İnter” hazırda İtaliya çempionatının ən güclü klubudur”.

Kristian Kivu cari ilin yayında “İnter”in baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 15 turdan sonra 33 xal toplayaraq, A Seriyasında turnir cədvəlinin lideridir.

“İnter” növbəti turda səfərdə “Atalanta” ilə üz-üzə gələcək. Qarşılaşma dekabrın 28-də keçiriləcək.

The post “Kivu qəssab deyil” appeared first on Komanda.az.

Əvəzedicilər Liqası: “Neftçi”dən darmadağın

Əvəzedicilər Liqasında XIV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

“Neftçi-2″ “Araz-Naxçıvan-2″ni böyükhesabla məğlub edib.

Əvəzedicilər Liqası
XIV tur

16 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2” 0:4
Qollar:
Röyal Fərzullazadə, 59. Vüsal Kərimov, 65. Nihad Əliyev, 80. Fariz Xeyrullayev, 90+3-pen.

Turun digər oyunları:

“Sabah-2” – “Zirə-2” 0:2

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2

“Qarabağ-2” – “Kəpəz-2” 1:2

“Turan Tovuz-2” – “Qəbələ-2” 0:5

Almeyda: “Azərbaycan çempionatında rəqabət yüksəkdir”

İmişli” Premyer Liqanın XV turunda “Karvan-Yevlax”la heç-heçə edib – 1:1.

İmişli”nin futbolçusu Dioqo AlmeydaFutbolpress.az“a açıqlamasında oyunu şərh etdi:

Çətin matç oldu. Düşünürəm ki, ümumi götürəndə biz daha yaxşı oynadıq, qol epizodları yaratdıq. Rəqib bir dəfə təhlükəli gəldi və o da qol oldu. Komandamız yaxşı oynamasına baxmayaraq, bir xalla kifayətləndi”.

Komandasının yeganə qolunu vuran hücumçu hisslərini belə ifadə etdi:

Əsas komandanın nəticələridir. Qollarla köməyim dəyirsə, nə xoş mənə. Lakin hər zaman ilk növbədə komandanın yaxşı nəticə qazanmasıdır. Qolu kimin vurmasının böyük önəmi yoxdur”.

Almeyda komandanın I dövrədəki çıxışına toxundu:

“Məqsəd elitada qalmaqdır və məncə, düzgün yolda irəliləyirik. Yeni komanda olmağımıza baxmayaraq, nəticələrimiz qənaətbəxşdir. İmkanlarımız məhdud ola bilər, amma pis mübarizə aparmırıq. Maksimumu edib, daha yaxşı nəticələr üçün çalışacağıq. “Sumqayıt”la oyunda üç xal itirməsəydik, daha yaxşı yerdə ola bilərdik. Hər bir halda, dövrə üçün nəticələrimiz müsbət qiymətləndirilə bilər”.

Portuqaliyalı futbolçu Premyer Liqada ona çətinlik yaradan müdafiəçilərdən söz açdı:

“Azərbaycan çempionatında rəqabət yüksəkdir. Hər komandaya qarşı oynamaq çətindir. Güclü müdafiəçilər var və indi kiminsə adını çəkib, fərqləndirmək istəmirəm. Burda kifayət qədər güclü müdafiəçilər oynayır”.

Şahin Cəfərov

“Fənərbağça”da itki

Fənərbağça” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Arçe Braun zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqada “Konyaspor“la matçda (4:0) zədə alan cinah oyunçusu iki ay yaşıl meydanlardan uzaq qalacaq.

Braun bu mövsüm Super Liqada 14 oyunda 2 qol vurub.

Bakı dünyanın “İdman Paytaxtı” seçildi

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçib.

Futbolpress.az xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin bu statusa layiq görüldüyü bildirilib.

Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Yüksək Liqa: “Azərreyl” “Murov”a qalib gəldi

Bu gün qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 7-ci turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda “Murov” və “Azərreyl” komandaları üz-üzə gəliblər. “Murov”un idman zalında baş tutmuş görüşdə hər üç setdə rəqibindən üstün olan “Azərreyl” 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun növbəti oyunu dekabrın 18-də UNEC və “Gəncə” komandaları arasında keçiriləcək.

Yüksək Liqa (qadınlar)
7-ci tur
16 dekabr

“Murov” – “Azərreyl” 0:3 (18:25, 15:25, 21:25)

“Qarabağ” qış hazırlıq planını açıqladı

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın 2025/2026-cı illər mövsümününün qalan hissəsinə hazırlıq planı bəlli olub.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Qarabağ”ın 2025/2026-cı illər mövsümünün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq.

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq Ağdam klubunun futbolçuları 2026-cı ilin yanvar ayının 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-na qədər davam edəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yanvarın 10-dan 17-nə qədər Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Qloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək. Komanda bu toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində “Ayntraxt”a (Frankfurt, Almaniya) qarşı keçirəcək.

İkinci Liqa: “Xankəndi” 6 qola sevindi, “Göygöl”lə “Ağdaş” uduzdu

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“Xankəndi” “Ağstafa Gəncləri” ilə ev oyununda növbəti darmadağına imza atıb. “Göygöl” “Şirvan”la ev oyununda minimal hesabla uduzub. “Ağdaş” isə “Dinamo” ilə ev oyununda xalsız qalıb.

İkinci Liqa
13-cü tur

15 dekabr

“Araz Saatlı” – “Kür-Araz” 1:4
Qollar: Yaqub Yusubov, 48 – Elxan Məmmədov, 7; 88. Bayram Əliyev, 21; 31.
Hakimlər: Ceyhun Hüseynov, Cavid Ömərov, Sadiq Əliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Şəki” oyunu baş tutmayıb
Hakimlər: Elvin Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nəriman Ağayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəmkir” – “Quba” 0:1
Qol: Qabil Sabirli, 85.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

16 dekabr

“Xankəndi” – “Ağstafa Gəncləri” 6:1
Qollar: Tural Qurbatov, 1; 42. Elmar Rəhimov, 17. Emin Quliyev, 40. Pərviz Qaraxanov, 59. Bəhruz Teymurov, 70 – Eltac Hüseynov, 21.
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elman Kərimov, Nahid Xasıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Neftçi Arena” (4-cü meydança), 14:00.

“Göygöl” – “Şirvan” 0:1
Qollar: Cavid Əliyev, 50.
Hakimlər: Sənan Bayramzadə, Asif Abdullayev, Əkbər Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Ağdaş” – “Dinamo” 1:2
Qollar: Vasif Nəsirov, 56 – Rəhim Mustafayev, 50. Yadigar Qarayev, 68.
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Elmin Süleymanov, Murad Səlimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağdaş şəhər stadionu, 14:30.

Adeyemi “Borussiya”dan ayrılır

Almaniya millisinin hücumçusu Kərim Adeyemi “Borussiya”dan (Dortmund) ayrılmağa qərar verib. Msport.az xəbər verir ki, futbolçu niyyətini artıq rəhbərliyə də çatdırıb. […]

Source

“Çelsi”nin hədəfi – Xavi

“Çelsi” yanvar ayında baş məşqçi dəyişikliyi etməyi planlaşdırır. Msport.az xəbər verir ki, London təmsilçisi hazırkı çalışdırıcısı Enzo Mareskanı istefaya göndərmək […]

Source

Əvəzedicilər Liqası: “Neftçi” “Araz”ı 4 cavabsız qolla yendi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 14-cü turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Araz-Naxçıvan”la “Neftçi”nin ikinci komandaları qarşılaşıblar. Paytaxt təmsilçisi bu görüşdə 4 cavabsız qolla qalib gəlib.

Əvəzedicilər Liqası
14-cü tur

14 dekabr

“Sabah-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 48. Ramiz Muradov, 82.
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Elmin Süleyanov, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 14:00.

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2
Qollar: Əjdər Hacılı, 2; 38; 61 – Bilal İsmayılov, 36. Edqar Adilxanov, 80-pen.
Hakimlər: Alik Yunusov, Mirhihad Seyidov, Orxan İbişov, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

15 dekabr

“Qarabağ-2” – “Kəpəz-2” 1:2
Qollar: Bəhruz Qurbanlı, 29 – Arzu Atakişiyev, 17. Kresus Donqo, 27.
Hakimlər: Nazim Abdullayev, Zakir Şükürzadə, Rəhman Aslanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Turan Tovuz-2” – “Qəbələ-2” 0:5
Qollar: Rüfət Əhmədov, 38; 44. Antoni Hunpe, 78. Müseyib Bəşirov, 87. Cuma Hüseynov, 89.
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

16 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2” 0:4
Qollar: Röyal Fərzullazadə, 59. Vüsal Kərimov, 65. Nihad Əliyev, 80. Fariz Xeyrullayev, 90+3-pen.
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

AFFA-dan Əli Mürsəlova 3 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Birinci Liqasının 10-cu turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Mingəçevir” – “Cəbrayıl” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

“Baku Sportinq” – “Şahdağ Qusar” oyununun 15-ci dəqiqəsində “Baku Sportinq”in futbolçusu Əli Mürsəlov təcavüzkar davranışa görə birbaşa vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Baku Sportinq” buna görə 900 manat cərimə edilib. “Şahdağ Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Qusar komandası 210 manat cərimə edilib.

MOİK – “Şimal” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

“Şəfa” – “Zaqatala” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

“Səbail” – “Difai” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

AFFA İbrahim Sanqareni 2 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 15-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Turan Tovuz” – “Sabah” oyununda “Sabah”da 7 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.

“Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib. Oyunun 36-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu İbrahim Sanqare ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Qəbələ” buna görə 1000 manat cərimə edilib.

“Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 700 manat cərimə edilib. Oyunun 2-ci hissəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam komandası 3000 manat cərimə edilib.

“İmişli” – “Karvan” oyununda “Karvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Yevlax komandası 700 manat cərimə edilib.

“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.

Rüstəm Əhmədzadə 100-cü oyununu keçirdi, 450-ci oldu

Futbol üzrə Azərbaycan yığma komandasının və “Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadə Premyer Liqada 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, “Sumqayıt”ın futbolçusunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 15-ci turuna təsadüf edib.

25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya start heyətində çıxıb və 90 dəqiqə meydanda olub. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

O, Premyer Liqada iştirak etdiyi 100 matçda 10 qola imza atıb. Debütü 2021/2022-ci illər mövsümünə təsadüf etmiş Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.

Qeyd edək ki, Rüstəm Əhmədzadə Azərbaycan Premyer Liqası tarixində 100 və daha çox oyun keçirmiş 450-ci futbolçu olub.

Yuri Vernidub – 10-cu ukraynalı, “Neftçi”də 33-cü!

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turu “Neftçi”nin baş məşqçisi – ukraynalı mütəxəssis Yuri Vernidub üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, yenicə təyinat aldığı “Neftçi”ni “Sumqayıt”la ev oyununa (2:2) baş məşqçi kimi çıxarıb.

Vernidub Premyer Liqanın 2025/2026-cı illər mövsümündə debüt etmiş 4-cü əcnəbi mütəxəssis olub. Saşa İliç (“Sumqayıt”) və Xorxe Kaskilya (“İmişli”) 1-ci, Valdas Dambrauskas (“Sabah”) isə 2-ci turda debüt etmişdi.

Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.

O, “Neftçi”ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir.

Yuri Vernidub “ağ-qaralar”ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.

Premyer Liqa: 18 ildən sonra ilk 15 heç-heçəsiz seriya

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/26 mövsümünün 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib.

Arena.az xəbər verir ki, “Kəpəz” mövsümün startında ardıcıl 15 görüşü sülhsüz başa vurub.

Gəncə klubu geridə qalmış turlarda 3 qələbə qazanıb və 12 dəfə uduzub.

Bu, turnirin tarixində 14-cü belə hadisədir. Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət almış “Gənclik” nəzərə alınmasa, buna qədər 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.

Sonuncu belə seriya 18 il əvvəl – 2007/2008-ci illər mövsümündə qeydə alınıb. “Gənclərbirliyi” sülhsevməzlik nümayiş etdirib.

Qeyd edək ki, ilk belə seriyaya 1992-ci ildə “Neftçi” imza atıb. Həmin mövsümdə “ağ-qaralar” keçirdikləri 15 oyunda 14 qələbə qazanıblar, 1 məğlubiyyət görüblər.

Babək Quliyev “Sparta” – “Aberdin” matçına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev Konfrans Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Quliyev Avropa Konfrans Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq. Dekabrın 18-də keçiriləcək oyuna saat 00:00-da start veriləcək.

Luis Karrion da “Real Ovyedo”dan qovuldu

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Real Ovyedo” komandasının baş məşqçisi Luis Karrion istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

İdarə Heyətinin səbr kasasını daşıran səbəb, komandanın məşqçinin rəhbərliyi altında keçirdiyi 8 oyunda bir dənə də olsun qələbə qazana bilməməsidir. Son zərbə isə “Sevilya”dan alınmış ağır məğlubiyyət olub – 0:4.

İndi klub qısa bir zamanda yeni baş məşqçi tapmalıdır, çünki artıq bu həftənin sonunda İspaniya çempionatının növbəti turunda “Real Ovyedo” öz meydanında “Selta” (Viqo) ilə qarşılaşacaq.

Komanda hazırda La Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb və vəziyyəti düzəltmək üçün təcili dəyişikliklərə ehtiyac var.

Xatırladaq ki, Luis Karrion bu ilin oktyabr ayının 10-da “Real Ovyedo”nun sükanı arxasına keçmişdi. Onunla imzalanmış müqavilə 2025/2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulmuşdu.

Karrion “Las Palmas”, “Kartaxena”, “Numansiya”, “Melilya” və “Kordoba”nın da baş məşqçisi olub. İspaniyalı mütəxəssis 2023/2024-cü illər mövsümündə də “Real Ovyedo”ya rəhbərlik edib. Bu komanda onun rəhbərliyi altında həmin vaxt 42 oyun keçirib, 20 qələbə, 11 heç-heçə, 11 məğlubiyyət görüb.

Millimizin futbolçusunun yubileyi

Rüstəm Əhmədzadə Premyer Liqada 100-cü oyununu keçirib. Msport.az xəbər verir ki, “Sumqayıt”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XV turuna təsadüf […]

Source

Dibala “Roma”dan gedəcək?

“Roma”nın idman direktoru Frederik Massara hücumçu Paulo Dibalanın klubdakı statusu ilə bağlı şərh verib. Msport.az xəbər verir ki, bu mövsüm […]

Source

Finalisimanın tarixi dəqiqləşdi

İspaniya və Argentinanın iştirak edəcəyi 2026-cı il Finalisima 2026-cı ilin mart ayında keçiriləcək. Msport.az xəbər verir ki, daha əvvəl Finalisimanın […]

Source

Premyer Liqa: “Mançester Yunayted” – “Bornmut” matçında 8 qol

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Mançester Yunayted” doğma meydanda “Bornmut”la qarşılaşıb. Qapılara 8 qolun vurulduğu bu görüşdə qalib müəyyənləşməyib.

Beləliklə, mövsümün geridə qalmış 16 turundan sonra 36 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” 34 xalla ikinci, “Aston Villa” 33 xalla üçüncü pillədə qərarlaşıb. “Çelsi”nin 28, “Kristal Pelas”, “Mançester Yunayted”, “Liverpul” və “Sanderlend”in 26 xalı var.

İngiltərə, Premyer Liqa
16-cı tur
13 dekabr

Çelsi – Everton 2:0
Qollar: Palmer, 21. Qusto, 45.

Liverpul – Brayton 2:0
Qollar: Ekitike, 1; 60.

Börnli – Fulhem 2:3
Qollar: Uqoçukvu, 21. Sonne, 86 – Smit Rou, 9. Bassi, 31. H.Uilson, 58.

Arsenal – Vulverhempton 2:1
Qollar: Conston, 70-öz qapısına. Moskera, 90+4-öz qapısına – Arokodare, 90.

14 dekabr

Kristal Pelas – Mançester Siti 0:3
Qollar: Haland, 41; 89-pen. Foden, 69.

Nottingem Forest – Tottenhem 3:0
Qollar: Hodson-Odoi, 28; 50. Sanqare, 79.

Sanderlend – Nyukasl 1:0
Qol: Voltemade, 46-öz qapısına.

Vest Hem – Aston Villa 2:3
Qollar: M.Fernandes, 1. Bouen, 24 – Mavropanos, 9-öz qapısına. M.Rocers, 50; 79.

Brentford – Lids 1:1
Qollar: Henderson, 70 – Levin, 82.

15 dekabr

Mançester Yunayted – Bornmut 4:4
Qollar: A.Diallo, 13. Kazemiro, 45+4. B.Fernandes, 77. M.Kunya, 79 – Semenyo, 40. Evanilson, 46. Tavernye, 52. Kroupi, 84.

La Liqa: “Rayo Valyekano” və “Betis”dən qolsuz “sülh”

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Rayo Valyekano” doğma meydanda “Betis”lə üz-üzə gəlib. Tərəflər meydanı qolsuz tərk ediblər.

Beləliklə, mövsümün geridə qalmış 16 turundan sonra 43 xala malik “Barselona” vahid liderdir. “Real” 39 xalla ikinci, “Vilyarreal” 34 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko”nun 34, “Espanyol”un 30, “Betis”in 25, “Atletik”in 23 xalı var.

İspaniya, La Liqa
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

Atletiko – Valensiya 2:1
Qollar: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.

Malyorka – Elçe 3:1
Qollar: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.

Barselona – Osasuna 2:0
Qollar: Rafinya, 70; 86.

Xetafe – Espanyol 0:1
Qol: Kabrera, 53.

14 dekabr

Sevilya – Real Ovyedo 4:0
Qollar: A.Adams, 4. Sou, 22. Mendi, 51. Exuke, 89.

Selta – Atletik 2:0
Qollar: Svedberq, 48. El Abdellaui, 55.

Levante – Vilyarreal matçı təxirə salınıb

Alaves – Real 1:2
Qollar: K.Visente, 68 – Mbappe, 24. Rodriqo, 76.

15 dekabr

Rayo Valyekano – Betis 0:0

A Seriyası: “Roma” “Komo”nu tək qolla yendi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Roma” doğma meydanda “Komo” ilə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Meydan sahibləri yekunda 3 xalı bayram ediblər.

Beləliklə, geridə qalmış 15 turdan sonra 33 xala malik “İnter” vahid liderdir. “Milan” 32 xalla ikinci, “Napoli” 31 xalla üçüncü pillədə qərarlaşıb. “Roma” 30, “Yuventus” 26, “Bolonya” 25, “Komo” 24, “Latsio” 22 xal toplayıb.

İtaliya, A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol: Ştuliç, 72.

13 dekabr

Torino – Kremoneze 1:0
Qol: Vlaşiç, 27.

Parma – Latsio 0:1
Qol: Noslin, 82.

Atalanta- Kalyari 2:1
Qol: Skamakka, 11; 81 – Qaetano, 75.

14 dekabr

Milan – Sassuolo 2:2
Qollar: Bartesaqi, 34; 47 – Kone, 13. Loryente, 77.

Fiorentina – Verona 1:2
Qollar: Nunyes, 69-öz qapısına – Orban, 42; 90+3.

Udineze – Napoli 1:0
Qol: Ekkelenkamp, 73.

Cenoa – İnter 1:2
Qollar: Vitinya, 68 – Bissek, 6. L.Martines, 38.

Bolonya – Yuventus 0:1
Qol: Kabal, 64.

15 dekabr

Roma – Komo 1:0
Qol: Uesli, 61.

Super Liqa: “Fənərbağça” “Konyaspor”u 4 cavabsız qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Fənərbağça” doğma meydanda “Konyaspor”la üz-üzə gəlib. İstanbul nəhəngi bu görüşdə 3 xalı 4 cavabsız qolla qazanıb.

Beləliklə, geridə qalmış 16 turdan sonra 39 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 36 xalla ikinci, “Trabzonspor” 35 xalla üçüncü pillədə qərarlaşıb. “Göztəpə”nin 29, “Beşiktaş”ın 26, “Samsunspor”un 25, “Qaziantep”in 23, “Başakşəhər”in xalı var.

Türkiyə, Super Liqa
16-cı tur
12 dekabr

Kasımpaşa – Gənclərbirliyi 0:0

13 dekabr

Rizəspor – Eyüpspor 3:0
Qollar: Laci, 45+2-pen. S.Akaydın, 52. Sou, 81.

Kayserispor – Alanyaspor 0:0

Antalyaspor – Qalatasaray 1:4
Qollar: Van de Strek, 69 – Sane, 7. Sallai, 11. Osimhen, 56. İkardi, 90+3.

14 dekabr

Qaziantep – Göztəpə 0:1
Qol: Janderson, 69.

Karagümrük – Kocaelispor 1:1
Qollar: Fofana, 65 – Petkoviç, 90+3.

Samsunspor – Başakşəhər 0:2
Qollar: Şomurodov, 66. B.Yıldırım, 83.

Trabzonspor – Beşiktaş 3:3
Qollar: Muçi, 25. Ulai, 63. Zubkov, 84 – T.Abraham, 18. Çernı, 22; 31.

15 dekabr

Fənərbağça – Konyaspor 4:0
Qollar: Talişka, 28-pen; 37. M.Müldür, 30. M.Asensio, 87.

Aleksis Salemakers “Milan”la yeni müqaviləyə imza atdı

Futbol üzrə Belçika yığma komandasının və “Milan”ın yarımmüdafiəçi Aleksis Salemakers İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2031-ci ilin iyununa qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalayıblar. Futbolçunun əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununda bitəcəkdi.

“Anderlext”in yetirməsi olan Aleksis Salemakers 2020-ci ilin yanvarından “Milan”dadır. 26 yaşlı belçikalı yarımmüdafiəçi İtaliya klubunun heyətində 159 oyuna çıxıb, 12 qol və 18 assistlə yadda qalıb.

Salemakers “Milan”a qoşulduqdan sonra bir mövsüm “Bolonya”da (32 oyun, 4 qol və 3 assist), bir mövsüm də “Roma”da (31 oyun, 7 qol və 7 assist) icarədə olub.

Aleks 2020-ci ilin oktyabr ayında debüt etdiyi Belçika yığmasında da 21 matça çıxıb, 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Yuri Vernidub: “Neftçi” 8-ci yerdə olmamalıdır”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Bakıda üz-üzə gəliblər.

“Neftçi Arena”da təşkil edilmiş qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“65-70 dəqiqə ərzində meydanda əsl futbol var idi. Bu futbolu da “Neftçi” nümayiş etdirirdi. Həmin anlara qədər qapımızın qarşısında hansısa təhlükənin olduğunu xatırlamıram. Hesab 2:0 olsa da, daha 3 qol vurmaq üçün şansımız var idi. Elə bu məqam qələbə qazana bilməməyimizə səbəb oldu. Komandam son 20 dəqiqəni yorğun şəkildə oynadı. Səmimi şəkildə etiraf edim ki, fiziki güc yetərli olmadı. Amma bütün bunların hamısını daha yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox. Qarşıda “Karvan”la oyunumuz var. Həmin matçdan sonra təlim-məşq toplanışına gedəcəyik. Orada komandanı daha yaxşı hazırlamaq şansımız olacaq. Yaxşı komandamız var. Futbolçuların sürəti, topla davranışı, texnikaları yaxşıdır. Sadəcə, düzəlməli olan 1-2 məqam var. Bunlardan biri intizamın yaxşılaşdırılması, digəri isə fiziki gücün artırılması olmalıdır. “Neftçi”nin daha yüksək səviyyələrə qalxması üçün əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik. Bu klubu Ukraynada “Dinamo” və “Şaxtyor”la müqayisə edirəm. “Neftçi” tarixi klubdur, Azərbaycan üçün brenddir”.

Yuri Vernidub hədəflərini açıqladı

Yuri Vernidub “Neftçi”dəki hədəflərindən də söhbət açıb:

“Qarşımıza böyük hədəflər qoymuşuq. Klub rəhbərliyinin məndən nələr tələb etdiyini bilirəm. İndi nəsə demək çətindir. Zaman göstərəcək. Bugünkü 65-70 dəqiqədəki kimi oyu sərgiləsək, yaxşı nəticələr əldə edə bilərik. Nə qədər çətin hədəflər olsa da, onlara çatmaq üçün əlimdən gələni edəcəyəm. Avrokuboklara vəsiqə qazanmaq üçün nə qədər irəli getməli olduğumuzu bilirəm. Amma futbolda hər şey ola bilər. Buna inanıram. İnanmasam, bura gəlməzdim.

Hazırda komandada olanlar pis oyunçular deyillər, amma yüksək yerlərə qalxmaq istəyiriksə, mütləq şəkildə heyəti gücləndirməyə ehtiyac olacaq. Klub rəhbərliyi ilə danışıb axtarışlara başlayacağıq. Elə etməliyik ki, bir-birini əvəzləyə biləcək eyni səviyyədə iki oyunçu olsun. Vaxt da azdır. Dekabrın 20-də sonuncu oyunumuzdur. Yanvarın 23-də isə yeni ilin ilk matçına çıxacağıq. Cəmi 1 ay vaxtımız var. Ən azından indi futbolçuları tanıyıram, kimin nə bacardığını bilirəm. Bu, çox önəmlidir. Onların üzərində işləmək daha məntiqlidir, nəinki bütün heyəti dəyişmək. O mövqeyi tutsaq, gərək hər yarım ildə yeni komanda quraq. Bu da effekt verməyəcək”.

“Mən sehrbaz deyiləm”

Vernidub qısa müddət ərzində nələri dəyişməyə çalışdığını da açıqlayıb:

“İlk növbədə bütün futbolçularla danışmaq lazımdır. Taktiki məşğələlərə daha çox vaxt ayırmaq vacibdir. Dominant oyun üslubuna üstünlük verməliyik. Oyunun əvvəlindən pressinq etmək qaçış məsafəsini də azaldır. Bir var hər şeyi öz qapından başlayasan, onda 60-70 metr məsafə qət etməli olursan. Hücumda pressinq edirsənsə, qaçış məsafəsi 15-20 metr azalır. Bu da komandanın fiziki baxımdan yaxşı formada qalmasına kömək edir. Mənim dediyim futbol 60-70 dəqiqədə oynadığımız futbol idi. Burada həm kompaktlıq, həm də sürət var idi. Amma sonradan yorğunluq başladı və komanda heç vaxt görmək istəmədiyim oyun tərzinə keçdi”.

Ukraynalı mütəxəssis kamerunlu ulduz hücumçu Vensan Abubakarın hazırlıq durumuna da toxunub:

“Bassala Sambu çox böyük iş gördü, “Sumqayıt”ın oyunçularına yaxşı pressinq tətbiq etdi. Bunun nəticəsində rəqib səhvlər etməyə başladı. Sambu çox pressinq etdiyi üçün yorulmuşdu. Ona görə də qərar verdim ki, daha təcrübəli futbolçu olan Abubakarı meydana buraxım. Bir ulduz oyunçu kimi onun şansları daha yaxşı dəyərləndirəcəyini düşünürdüm. O, belə məqamlarda çox qollar vurub. Abubakarın “Portu”da, “Beşiktaş”da oyunlarını xatırlaya bilərik. Düzdür, indi həmin formada deyil. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim. Amma nəyin üzərində və necə işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıq ki, ən azından 3-cü yerdə olaq. Çünki bu klubun böyük tarixi və ənənələri var”.

Şahin Abdullayev: “Neftçi”yə qarşı planımız işə yaradı”

“Sumqayıt”ın məşqçisi Şahin Abdullayev Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Bakıda üz-üzə gəliblər.

“Neftçi Arena”da təşkil edilmiş qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Şahin Abdullayev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Düşünürdük ki, “Neftçi”də 60-65-ci dəqiqədən sonra fiziki baxımdan düşüş ola bilər. Ona görə də bəzi oyunçuları ehtiyatda saxlamışdıq. Həmin futbolçular meydana girəndən sonra oyun planımız üzrə getdi.

Nadir Orucov oyunun ən yaxşılarından biri idi. Meydana girəndən sonra özünü çox yaxşı tərəfdən göstərdi. Təcrübə baxımından “Neftçi” kimi komandaya qarşı səfər oyununda onu start heyətində oynatmağa risk etmədik. Aleksandr Ramalinqomu isə plan üzrə ehtiyatda saxlamışdıq.

Birinci hissədə çox top itirirdik. Əsas problemlərimizdən biri o idi. Müdafiəçilərimiz dərhal uzun toplar atırdılar. Bu, bizim oyun tərzimiz deyil. Baş məşqqçi fasilədə tapşırdı ki, bir az top saxlayaq, oyunu sakitləşdirək. Deməzdim ki, ikinci hissənin əvvəlində bunu bacardıq. Ninkoviç meydana girəndən sonra oyunumuz daha yaxşı alındı. Çünki o top saxlamağı bacarır, oyunun tempini qaldırıb, aşağı salır. 60-cı dəqiqədən sonra oyunu ələ ala bildik”.

Ardıcıl 3-cü oyundur ki, “Sumqayıt”ın texniki zonasında gərginlik yaranır. Abdullayev “Bu aqressiyanın səbəbi nədir” sualına belə cavab verib:

“Sırf aqressiya olduğunu deməzdim. Ötən matçda bizim köməkçi məşqçi qırmızı vərəqə alanda aqressivlik görmədik. Rəqib futbolçular bizə tərəf cumdular. Kollektiv şəkildə aqressiyamızın olduğunu deməzdim. Bu gün İqor Ribeyro ilə Ramalinqom oyun epizodunda mübahisə etdilər. Bizim ehtiyat oyunçular skamyasında hamı sakit durmuşdu. Oyundan əvvəl də hamıya sakit qalmasını demişdik”.

Maneul Noyer 2025-ci ili erkən bitirdi

Futbol üzrə Almaniya çempionu “Bayern”in təcrübəli qapıçısı Maneul Noyer zədə səbəbindən bir müddət məcburi istirahət edəcək.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qapıçıya sağ bud əzələsinin cırılması diaqnozu qoyulub. Lakin bərpa müddəti ilə bağlı açıqlama verilməyib.

39 yaşlı qolkiper Almaniya çempionatının 14-cü turunda, “Maynts”la matçda (2:2) zədələnib.

Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 20 oyuna çıxıb, 21 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 581 oyun, 480 buraxılmış qol və 271 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 12 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 39 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Yüksək Liqa: “Azərreyl” “Gənclər”ə qalib gəldi

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Azərreyl” və “Gənclər” komandaları üz-üzə gəliblər. Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş oyunun yekununda “Azərreyl” bu rəqibinə 3:0 (25:16, 25:15, 25:12) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 7-ci tura dekabrın 17-də yekun vurulacaq.

Yüksək Liqa (kişilər)
7-ci tur
15 dekabr

“Gənclər” – “Azərreyl” 0:3 (16:25, 15:25, 12:25)

Xorxe Kaskilya: “Qələbəyə daha çox layiq idik”

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 15-ci turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Qubada üz-üzə gəliblər.

Əyalət təmsilçilərinin duelində qalib müəyyənləşməyib – 1:1.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nəticə gözlədiyimiz kimi olmadı. Çünki oyun planına və meydanda göstərilən performansa əsasən qalibiyyətə daha çox layiq olan tərəf biz idik. 90 dəqiqə ərzində daha istəkli, daha çox mübarizə aparan və oyunu qurmağa çalışan komanda “İmişli” idi. Bu baxımdan hesab edirəm ki, qalibiyyət məhz bizim komandaya daha çox yaraşırdı.

Havanın və meydanın vəziyyəti oyunun gedişinə ciddi təsir göstərdi. Meydanın ağır olması səbəbindən oyunu qurmaq bizim üçün xeyli çətin idi. Buna baxmayaraq, komandamın çıxışından razı qaldım. Birinci hissədə 3-4, hətta 5 təhlükəli qol epizodu yaratdıq, lakin onlardan yalnız birini qola çevirə bildik. Həmin imkanlardan istifadə etsəydik, oyunun taleyini artıq ilk hissədə həll edə bilərdik.
Təəssüf ki, futboldur, ağır meydan şəraitində qol vurmaq hər zaman asan olmur. Əks-hücumların birində də qapımızda qol gördük və nəticədə istədiyimiz hesabı əldə edə bilmədik.

İkinci hissədə də komandamız eyni əzmkarlıqla mübarizəni davam etdirdi. Hücum qururduq, qol axtarırdıq və qələbə qolunu vurmaq üçün sona qədər çalışdıq. Lakin etiraf etmək lazımdır ki, ikinci hissədə meydanın vəziyyəti birincidən də çətin idi. Texnikaya əsaslanan komanda olduğumuz üçün bu cür şəraitdə oyun qurmaq daha da mürəkkəbləşirdi.

Bütün bunlara baxmayaraq, futbolçularımı göstərdikləri rəqabətli və döyüşkən oyuna görə təbrik edirəm. Oyunun ilk dəqiqəsindən son saniyəsinədək meydanda 100 faizdən də artıq güclərini qoydular. Bu, çox müsbət göstəricidir. Komandamız heç vaxt təslim olmur, şəraitdən asılı olmayaraq maksimumunu ortaya qoyur.

Bu səbəbdən düşünürəm ki, qalibiyyətə layiq olan tərəf biz idik. Məqsədimiz 3 xal qazanmaq idi, lakin 1 xalla kifayətləndik. Amma açıq şəkildə demək lazımdır ki, bu oyunda qalibiyyətə daha çox layiq idik”.

Məmmədov: “İmişli” ilə matçın ədalətli nəticəsi heç-heçə idi”

“Karvan”ın məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 15-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Qubada üz-üzə gəliblər.

Əyalət təmsilçilərinin duelində qalib müəyyənləşməyib – 1:1.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu. Əlbəttə, bura qələbə üçün gəlmişdik. Həm qalib gələ, həm də uduza bilərdik. Matçın ədalətli nəticəsi bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən, sonadək mübarizə apardılar. Hesabda geri olsaq da, onlar əzmkarlıq göstərib bərabərlik qolunu vurdular. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, “Karvan” növbəti turda “Neftçi” ilə qarşılaşacaq.

“Neftçi” – “Sumqayıt” 2:2 – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun bu gün keçirilmiş “Neftçi” – “Sumqayıt” matçı bərabərliklə (2:2) başa çatdı.

Arena.az Qubada baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
15-ci tur
15 dekabr

“Neftçi” – “Sumqayıt” 2:2
Qollar: İmad Faraj, 35. Bassala Sambu, 50 – Nsana Simon, 74. Səbuhi Abdullazadə, 82.
Sarı vərəqələr: Elvin Bədəlov, 28 (qeyri-idman hərəkəti). Freddi Varqas, 90 (qeyri-idman hərəkəti) – Rauf Rüstəmli, 32 (qeyri-idman hərəkəti). Səbuhi Abdullazadə, 34 (qeyri-idman hərəkəti). Rayan Senhadji, 48 (qeyri-idman hərəkəti). Nikola Ninkoviç, 90 (qeyri-idman hərəkəti). Xəyal Fərzullayev, 90+5 (oyunun bərpasının ləngidilməsi).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 19:00. “Neftçi Arena ”, 1164 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Teymur Teymurov.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (14. Edvin Kuç, 82), 15. Elvin Bədəlova, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu (45. Vensan Abubakar, 73), 27. Kristian Kostin (77. Falaye Sako, 82), 11. İmad Faraj (47. Murad Məmmədov, 82), 10. Freddi Varqas, 23. Cordan Rezabala (28. Alessio Kurçi, 89).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 22. Luis Ortis.
Baş əşqçi: Yuri Vernidub.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 6. Rauf Rüstəmli (9. Aleksandr Ramalinqom, 46), 19. Roi Kehat (95. Nsane Simon, 46), 14. Pedro Pinto, 72. Rayan Senhadji (3. Höccət Haqverdi, 89), 23. Ronaldo Vaskes, 71. Masaki Murata (75. Nadir Orucov, 63), 80. Keffel Resende, 11. Aleksa Yankoviç (10. Nikola Ninkoviç, 63).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli.
Məşqçi: Şahin Abdullayev.

Premyer Liqa: “Neftçi” Yuri Vernidubu 1 xalla “qarşıladı”

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.

Bu, paytaxt təmsilçisinin yeni baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altındakı ilk matçı idi. Görüşün baş hakimi Rauf Cabbarov olub. Oyuna daha yaxşı başlamış paytaxt təmsilçisi matçın sonlarına qədər 2:0 öndə olub. Amma son dəqiqələrdə ardıcıl 2 qol vurmaqla hesaba tarazlıq gətirən “Sumqayıt” rəqibindən xal almağı bacarıb.

Premyer Liqa
15-ci tur

15 dekabr

“Neftçi” – “Sumqayıt” 2:2
Qollar: İmad Faraj, 34. Bassala Sambu, 49 – Nsane Simon, 74. Səbuhi Abdullazadə, 81.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Neftçi Arena”, 19:00.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 27. Kristian Kostin, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 77. Falaye Sako, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 6. Rauf Rüstəmli, 19. Roi Kehat, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 95. Nsane Simon.
Məşqçi: Şahin Abdullayev.

“İmişli” – “Karvan” 1:1 – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun bu gün keçirilmiş “İmişli” – “Karvan” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Qubada baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
15-ci tur
15 dekabr

“İmişli” – “Karvan” 1:1
Qollar: Dioqo Almeyda, 29 – Vadim Abdullayev, 39.
Sarı vərəqələr: Rafael Vyeqas, 63 (qeyri-idman hərəkəti) – Şakil Sno, 28 (qeyri-idman hərəkəti). Araz Abdullayev, 49 (qeyri-idman hərəkəti). Olavale Doyeni, 69 (qeyri-idman hərəkəti). Eltun Turabov, 90+3 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 14:00. Quba Olimpiya İdman Kompleksinin stadionu, 150 tamaşaçı.

Baş hakim: Kamranbəy Rəhimov.
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Zöhrab Abbasov.
Dördüncü hakim: Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 44. Həzrət İsayev, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç (21. Abbas Ağazadə, 84), 29. Edvin Banqera, 6. Yav Mozes (5. İdris İnqilablı, 84), 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr (97. Xəzər Mahmudov, 75).
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 70. Mehdi Tahirov, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

Karvan: 99. Pedro Mateus, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 14. Uğur Cahangirov (10. Samuel Durrant, 84), 2. Şakil Sno (77. Əli Abdullayev, 46), 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 3. Said İranxan, 8. Peter Kinqs, 21. İmani Barker.
Məşqçi: Füzuli Məmmədov.

İkinci Liqa: “Kür-Araz” 4, “Quba” 1 qolla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

“Araz Saatlı” “Kür-Araz”la ev oyununda darmadağına üzülüb. “Şəmkir” isə doğma meydanda “Quba”ya məğlub olub.

Bu gün keçirilməli olan “Qaradağ Lökbatan” – “Şəki” oyunu isə baş tutmayıb. Buna “Şəki”nin səfər oyununa çıxmaqdan imtinası səbəb olub.

13-cü tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.

İkinci Liqa
13-cü tur

15 dekabr

“Araz Saatlı” – “Kür-Araz” 1:4
Qollar: Yaqub Yusubov, 48 – Elxan Məmmədov, 7; 88. Bayram Əliyev, 21; 31.
Hakimlər: Ceyhun Hüseynov, Cavid Ömərov, Sadiq Əliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Şəki” oyunu baş tutmayıb
Hakimlər: Elvin Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nəriman Ağayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəmkir” – “Quba” 0:1
Qol: Qabil Sabirli, 85.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

16 dekabr

“Xankəndi” – “Ağstafa Gəncləri”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elman Kərimov, Nahid Xasıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Neftçi Arena” (4-cü meydança), 14:00.

“Göygöl” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Asif Abdullayev, Əkbər Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Ağdaş” – “Dinamo”
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Elmin Süleymanov, Murad Səlimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağdaş şəhər stadionu, 14:30.

Əvəzedicilər: “Turan Tovuz” darmadağına üzüldü, “Qarabağ”…

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 14-cü turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.

“Qarabağ”ın ikinci komandası “Kəpəz-2” ilə ev oyunundan məğlubiyyətlə ayrılıb. “Turan Tovuz-2” isə “Qəbələ-2” ilə ev görüşündə darmadağına üzülüb.

14-cü turun qalan oyunları dekabrın 15-də və 16-da keçiriləcək.

Əvəzedicilər Liqası
14-cü tur
14 dekabr

“Sabah-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 48. Ramiz Muradov, 82.
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Elmin Süleyanov, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 14:00.

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2
Qollar: Əjdər Hacılı, 2; 38; 61 – Bilal İsmayılov, 36. Edqar Adilxanov, 80-pen.
Hakimlər: Alik Yunusov, Mirhihad Seyidov, Orxan İbişov, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

15 dekabr

“Qarabağ-2” – “Kəpəz-2” 1:2
Qollar: Bəhruz Qurbanlı, 29 – Arzu Atakişiyev, 17. Kresus Donqo, 27.
Hakimlər: Nazim Abdullayev, Zakir Şükürzadə, Rəhman Aslanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Turan Tovuz-2” – “Qəbələ-2” 0:5
Qollar: Rüfət Əhmədov, 38; 44. Antoni Hunpe, 78. Müseyib Bəşirov, 87. Cuma Hüseynov, 89.
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

16 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

Premyer Liqa: “İmişli” və “Karvan”dan heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Qubada baş tutub.

Burada “İmişli” çempionatın aşkar autsayderinə çevrilmiş “Karvan”la üz-üzə gəlib. Son oyunlarında ardıcıl məğlubiyyətlərə üzülmüş bu komandaların görüşünü Kamranbəy Rəhimov idarə edib.

Bu qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Premyer Liqa
15-ci tur

15 dekabr

“İmişli” – “Karvan” 1:1
Qollar: Dioqo Almeyda, 29 – Vadim Abdullayev, 39.
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 44. Həzrət İsayev, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

Karvan: 99. Pedro Mateus, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 14. Uğur Cahangirov, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 21. İmani Barker.
Məşqçi: Füzuli Məmmədov.

DÇ-2027-yə görə Azərbaycanda Təşkilat Komitəsi yaradıldı

20 yaşadək kişi futbolçular arasında dünya çempionatının (DÇ-2027) Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Arena.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri təyin olunub. Gənclər və idman naziri isə Təşkilat Komitəsi sədrinin müavini olub.

Həmçinin Təşkilat Komitəsinin üzvləri aşağıdakılardır:
Fövqəladə hallar nazirinin müavini
Maliyyə nazirinin müavini
Mədəniyyət nazirinin müavini
İqtisadiyyat nazirinin müavini
Daxili işlər nazirinin müavini
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Elm və təhsil nazirinin müavini
Xarici işlər nazirinin müavini
Səhiyyə nazirinin müavini
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı.

DÇ-2027-nin keçirilməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilib.

“Bayern” Bundesliqada yeni rekorda imza atdı

Futbol üzrə Almaniya Bundesliqasının 2025/2026 mövsümünün 14-cü turunun “Maynts”la ev oyunu çempion “Bayern” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi bu görüşdə rekorda imza atıb.

Sözügedən komanda ölkə çempionatları tarixində 50 qol həddinə ən tez çatmış kollektivə çevrilib.

“Maynts”la ev oyunu 2:2 hesabı ilə bitib. Hazırda Münhen klubunun hesabında 51 qol var. Almaniya nəhəngi keçirdiyi 14 oyunda öz qapısından cəmi 11 qol buraxıb.

Qeyd edək ki, “Bayern” Bundesliqanın 2025/2026-cı illər mövsümündə topladığı 38 xalla turnir cədvəlinə başçılıq edir. Münhenlilər keçirdikləri 14 oyunda 12 qələbə qazanıblar. Məğlubiyyət tanımayan Vensan Kompaninin rəhbərlik etdiyi komanda cəmi 2 görüşdə heç-heçə ilə kifayətlənib.

“Milan”dan uzunmüddətli müqavilə

“Milan” Aleksis Salemakersla müqavilənin müddətini uzadıb. Msport.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi 2031-ci ilin yayına qədər İtaliya klubunun uğurları üçün  […]

Source

Abdul Raşid Mumini Benin millisinə dəvət aldı

“Sumqayıt”ın sağ cinah müdafiəçisi Abdul Raşid Mumini Afrika Millətlər Kubokunda çıxış edəcək Benin milli komandasına dəvət alıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Mumini bu dəvət səbəbindən “Neftçi” və “Sabah”la görüşlərdə “Sumqayıt”a kömək edə bilməyəcək.

Xatırladaq ki, Afrika Millətlər Kubokunda D qrupunda yer almış Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası yığmaları ilə qarşılaşacaq. Afrika Millətlər Kubokuna dekabrın 21-də start veriləcək.

Abdul Raşid Mumini 2025-ci ilin yayından “Sumqayıt”ın uğurları üçün çalışır. 21 yaşlı sağ cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 13 oyuna 2 qol ötürməsi ilə yadda qalıb.

Mumini 2023-cü ilin iyun ayında debüt etdiyi Benin yığmasının heyətində 18 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.

“Liverpul” Semenyonu istəyir

“Liverpul” qış transfer pəncərəsi üçün işlərə start verib. Msport.az xəbər verir ki, “mersisaydlılar” cinah yarımmüdafiəçisi Antuan Semenyo üçün hərəkətə keçiblər. […]

Source

Ter Ştegen Türkiyəyə köçür?

Mark-Andre ter Ştegen qış “transfer pəncərəsi”ndə “Barselona”dan ayrıla bilər. Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Ekrem Konur sosial […]

Source

Pedri Messinin rekordunu yenilədi

“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya təmsilçisinin heyətində La Liqada 150 rəsmi oyununu keçirib. Msport.az xəbər verir ki, onun yubileyi La Liqanın […]

Source

❌