Reading view

“Sabah” FIBA Çempionlar Liqasında qrup sonuncusu oldu

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” FIBA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu matçını keçirib.

Arena.az xəbər verir ki, “bayquşlar” sonuncu turda Almaniyanın “Alba” komandası ilə üz-üzə gəlib.

Almaniyanın paytaxtı Berlində baş tutmuş bu görüş Azərbaycan çempionu üçün uğursuz alınıb. Belə ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 82:106 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Nəticədə “Sabah” yer aldığı B qrupunu 7 xalla sonuncu – dördüncü pillədə bitirib. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. Azərbaycan çempionu ilə eyni xala malik Çexiyanın “Nimburk” komandası isə üçüncü olub.

Xatırladaq ki, Bakı klubu qrup mərhələsi çərçivəsində keçirdiyi 6 oyunda cəmi 1 qələbə qazanıb, 5 məğlubiyyətə üzülüb.

Jeremi Doku 2025-ci ili erkən başa vurdu

İngiltərənin “Mançester Siti” klubunun belçikalı futbolçusu Jeremi Doku zədələndiyi üçün 2025-ci ildə meydana çıxa bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçikalı vinger təqribən 2-3 həftəlik yaşıl meydanlardan kənarda qalacaq. Onun 2026-cı il yanvarın 1-də Premyer Liqada “Sanderlend”lə matça qədər hazır olması ehtimal edilir.

Jeremi Doku Belçikanın “Beersxot” və “Anderlext” klublarının yetirməsidir. O, 2020-ci ildə 26 milyon avro müqabilində “Anderlext”dən Fransanın “Renn” klubuna keçib. “Mançester Siti” onu 2023-cü ilin yayında “Renn”dən 60 milyon avro qarşılığında transfer edib. Dokunun “şəhərlilər”lə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Doku cari mövsümdə meydana çıxdığı 22 oyunda 3 qol və 6 assistlə yadda qalıb. Onun “Mançester Siti”nin heyətindəki ümumi göstəriciləri isə belədir: 106 oyun, 17 qol və 26 assist.

Doku 2020-ci ilin sentyabrında debüt etdiyi Belçika yığmasının heyətində 39 oyun keçirib, 7 qol vurub, 14 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Serxio Regilon “İnter Mayami”də!

Futbol üzrə İspaniya milli komandasının sabiq sol cinah müdafiəçisi Serxio Regilon ABŞ klubu “İnter Mayami” ilə müqavilə imzalayıb.

Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə 2027-ci ilin dekabrına qədər nəzərdə tutulmuş sözləşmə imzalanıb. Lakin qarşılıqlı razılıq əsasında müqavilənin müddəti daha 1 il uzadıla bilər.

Xatırladaq ki, Serxio Regilon son olaraq İngiltərənin “Tottenhem” komandasında çıxış edib. O, müqaviləsinin müddəti 2025-in yayında başa çatdıqdan sonra azad agent statusu daşıyırdı.

“İnter Mayami”nin heyətində dünya şöhrətli Lionel Messi çıxış edir. Argentinalı oyunçu bir müddət əvvəl bu klubla sözləşməsinin vaxtını 2028-ci ilin dekabrına qədər artırıb.

Madrid “Real”ının yetirməsi olan Regilon, karyerası ərzində “Sevilya”, “Tottenhem”, “Brentford”, “Real”, “Loqrones”, “Atletiko” (Madrid), “Mançester Yunayted” kimi klublarda da forma geyinib.

Serxio 2020-ci ildə debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyunun iştirakçısı olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

“Salah “Liverpul”dan getmək qərarına gələrsə, peşman olacaq”

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un sabiq futbolçusu Ceymi Karrager komandanın hücumçusu Məhəmməd Salahın gələcəyi ilə bağlı fikirlərini bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, misirli futbolçunu növbəti mövsümdə “qırmızılar”ın heyətində görmədiyini söyləyib:

“Onu gələn mövsüm “Liverpul”da görmürəm. Maraqlıdır, hazırkı mövsümün sonuna qədər komandada qalacaqmı? Düşünürəm ki, Salah getmək qərarına gələrsə, peşman olacaq. “Real” və ya “Barselona”nın onu transfer etməsi ehtimalı azdır. Ən çox ehtimal olunan seçim Səudiyyə Ərəbistanıdır”.

33 yaşlı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Liverpul”la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

The post “Salah “Liverpul”dan getmək qərarına gələrsə, peşman olacaq” appeared first on Komanda.az.

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəni dayandırdı

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.

Komanda.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində “Alba” klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 82:106 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

“Sabah” B qrupunu 7 xalla sonuncu – dördüncü pillədə bitirib. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncü olub.

The post “Sabah” FIBA Çempionlar Liqasında mübarizəni dayandırdı appeared first on Komanda.az.

“Arsenal” 500 min avroluq qapıçı ilə maraqlanır

“Arsenal” “Milan”ın 20 yaşlı qapıçısı Lorenzo Torrianini transfer siyahısına daxil edib.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

London təmsilçisi italiyalı qolkiperin “Milan”dakı inkişafını yaxından izləyir və onun gələcək karyerası ilə maraqlanır. Torrianinin hazırkı bazar dəyəri 500 min avro olaraq qiymətləndirilir.

20 yaşlı futbolçunun “qırmızı-qaralar”la müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir. O, cari mövsümdə “Milan”ın ikinci komandasında – D Seriyasında 10 oyunda iştirak edib və 12 top buraxıb.

The post “Arsenal” 500 min avroluq qapıçı ilə maraqlanır appeared first on Komanda.az.

“Sabah” ÇL-də mübarizəni dayandırdı

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” Berlində “Alba” ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 106:82.

“Sabah” B qrupunu 7 xalla sonuncu sırada bitirib və turnirdə mübarizəni dayandırıb.

Gilyermo Almada – “Real Ovyedo”nun yeni baş məşqçisi

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Real Ovyedo” komandasını bundan sonra Gilyermo Almada çalışdıracaq.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

59 yaşlı argentinalı mütəxəssislə imzalanmış müqavilə 2025/2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulub. Təbii ki, Almadanın işi uğurlu olsa, yayda onunla yeni müqavilə imzalanacaq.

Xatırladaq ki, Almada bu mövsüm “Real Ovyedo”nu çalışdıracaq üçüncü mütəxəssisdir. Komanda mövsümə Velko Paunoviçlə başlamış, amma oktyabrda onunla yollarını ayırmışdı. Paunoviçi əvəz etmiş Luis Karrion isə ötən gün postundan kənarlaşdırılmışdı.

Sözügedən komanda bu mövsüm La Liqada keçirdiyi 16 oyunda cəmi 2 qələbə qazanıb, 6 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. “Real Ovyedo” topladığı 10 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.

Gilyermo Almada son olaraq “Valyadolid”i çalışdırıb. Argentinalı mütəxəssis bu ilin yayından çalışdırdığı komandadan məhz “Real Ovyedo”dan aldığı təklifə görə ayrılıb. O, “Paçuka”, “Santons Laquna”, “Barselona SC”, “River Pleyt” (Montevideo), “Takuarembo” və “Proqreso” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Ben Uayt bir ay yaşıl meydanlardan kənarda qalacaq

Futbol üzrə İngiltərə millisinin və “Arsenal”ın sağ cinah müdafiəçisi Ben Uayt zədə səbəbindən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə İngiltərə mətbuatına istinadən xəbər verir.

28 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 16-cı turunda “Vulverhempton”la matçın (2:1) birinci hissəsində zədələnərək əvəzlənib. Onun 4-6 həftə futbol oynamayacağı gözlənilir.

Xatırladaq ki, Uayt ötən mövsümün də böyük hissəsini dizindəki problemlər səbəbindən buraxıb. Cari mövsümün əvvəlində isə o, bud əzələsindəki zədələr səbəbindən 11 oyunda iştirak edib. Uayt son 4 matçda start heyətində meydana çıxmışdı.

“Arsenal”ın heyətində müdafiəçilər Qabriel Maqalyayns və Kristian Moskera da zədəlidirlər.

Ben Uayt futbola “Kinqsvud” klubunda qədəm qoyub, ardınca “Sauthempton” futbol akademiyasına, oradan isə “Brayton”a keçərək, böyük futbolda debüt edib. Uayt karyerası ərzində “Nyuport Kaunti”, “Piterboro” və “Lids”də icarələrdə çıxış etdikdən sonra tamhüquqlu əsasda “Arsenal”a qoşulub.

“Arsenal” Uaytı 2021-ci ilin iyulunda “Brayton”dan 58,5 milyon avro məbləğ müqabilində öz düşərgəsinə qatıb. Uaytın London klubu ilə müaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Uayt cari mövsümdə “Arsenal”ın heyətində bütün yarışlarda 11 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Uaytın “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi isə 171 oyun, 6 qol və 13 məhsuldar ötürmədən ibarətdir.

Ben Uayt 2021-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyətə imza atmayıb.
Ben Uaytın qənimətlər muzeyində “Lids”lə qazandığı İngiltərə Çempionşipi (2019/2020) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Sessi D’Almeyda Benin yığması ilə Millətlər Kubokunda!

“Neftçi”nin dayaq yarımmüdafiəçisi Sessi D’Almeyda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Afrika Millətlər Kuboku dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək. D qrupunda yer almış Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Xatırladaq ki, Sessi D’Almeyda “Neftçi” ilə bu ilin yayında 2+1 illik müqavilə bağlayıb. O, paytaxt klubunun heyətində meydana çıxdığı 13 oyunda 1 qol və 1 assistlə yadda qalıb.

Fransanın Bordo şəhərində anadan olmuş Sessi D’Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya, Kipr liqalarında çıxış etmiş futbolçunun karyerası ərzində formasını geyindiyi klubların siyahısı belədir: “Bordo”, PSJ (B), “Barnsli”, “Bləkpul”, “Yovil Taun”, “Valensyen”, “Tondela”, “Po”, “Apollon” (Limassol).

D’Almeyda 2015-ci ildə debüt etdiyi Benin yığmasının heyətində 39 matçda meydana çıxıb, 1 qola imza atıb.

İspan yarımmüdafiəçi 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçildi

İspaniyanın qadınlardan ibarət “Barselona” klubunun yarımmüdafiəçisi Aytana Bonmati FIFA tərəfindən 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçilib.

Komanda.az xəbər verir ki, İspaniya millisinin üzvü ardıcıl üçüncü dəfə bu mükafatı qazanıb.

O, ötən mövsüm “Barselona” ilə İspaniya La Liqasını, ölkə kubokunu və superkuboku qazanıb.

The post İspan yarımmüdafiəçi 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçildi appeared first on Komanda.az.

“Mançester Siti” milli üzvünün transferini planlaşdırır

“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi karyerasını “Mançester Siti”də davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

“Şəhərlilər” İngiltərə millisinin 25 yaşlı oyunçusunu müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirir.

Yayda “Liverpul”a keçidi baş tutmayan Quehi “Kristal Pelas”la 2026-cı ilin 30 iyununa qədər olan müqaviləsini uzatmaq istəmir və komandadan ayrılmağa hazırdır. “Mançester Siti” isə uzun müddətdir onun inkişafını izləyir.

Klub müdafiədə ciddi yeniləmələrə hazırlaşır və Quehi uzunmüddətli perspektiv üçün ideal variant sayılır. “Kristal Pelas” isə onun pulsuz getməsinin qarşısını almaq üçün qışda satmağı da nəzərdən keçirir, çünki bir neçə top-klub maraq göstərir.

İngiltərəli futbolçu cari mövsümdə 25 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

The post “Mançester Siti” milli üzvünün transferini planlaşdırır appeared first on Komanda.az.

Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilən “Güləş Qarabağda” kampaniyasının ikinci günündə Laçın şəhər 2 saylı orta məktəbə baş çəkilib.

Komanda.az xəbər verir ki, tədbirdə tanınmış güləşçilər çıxış edərək gənc nəslə öz tövsiyələrini veriblər.

Daha sonra güləşlə bağlı maarifləndirici viktorina keçirilib və sualları dəqiq cavablandıran şagirdlər AGF tərəfindən mükafatlandırılıb.

Daha sonra Rafiq Hüseynov, Eldəniz Əzizli, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani şagirdlərin suallarını cavablandırıb və avtoqraf veriblər.

Güləşin ulduzları Şuşaya da baş çəkiblər. Şuşa qalasında yerli sakinlərlə görüşən nümayəndə heyəti onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan kampaniyanın məqsədi işğaldan azad olunmuş torpaqlarda yaşayan sakinlərdə motivasiyanı yüksəltmək, milli ruhda inkişafa töhfə vermək, güləşin ölkədə daha da populyarlaşmasını və bu sahədə maariflənməni təmin etməkdir.

The post Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar appeared first on Komanda.az.

“Mançester Siti”də ciddi itki

“Mançester Siti”nin futbolçusu Jeremi Doku zədələndiyi üçün 2025-ci ildə meydana çıxa bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçikalı vinger təqribən 2-3 həftəlik yaşıl meydanlardan kənar qalacaq. Onun 2026-cı il yanvarın 1-də Premyer Liqada “Sanderlend”lə matça qədər hazır olması istisna edilmir.

Doku cari mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 22 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

The post “Mançester Siti”də ciddi itki appeared first on Komanda.az.

AGF Laçın və Şuşada məktəblilərlə görüşdü

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilən “Güləş Qarabağda” kampaniyasının ikinci günündə əvvəlcə Laçın şəhər 2 saylı orta məktəbə baş çəkilib.

Futbolpress.az xəbər verir ki, təhsil ocağının akt zalında keçirilən tədbir maraqlı və rəngarəng keçib. Tanınmış güləşçilərimiz çıxış edərək gənc nəsilə öz tövsiyələrini çatdırıblar. Daha sonra güləşlə bağlı maarifləndirici viktorina həyata keçirilib və sualları daha dəqiq cavablandıran şagirdlər AGF tərəfindən mükafatlandırılıb. Bundan başqa, 2 şagirdin mahnı ifa etməsi tədbirə əlavə rəng qatıb.

Daha sonra Rafiq Hüseynov, Eldəniz Əzizli, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani şagirdlərin suallarını cavablandırıb və avtoqraf imzalayıblar.

Güləşin ulduzları Şuşaya da baş çəkib. Şuşa qalasında yerli sakinlərlə görüşən nümayəndə heyəti onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan kampaniyanın məqsədi işğaldan azad olunmuş torpaqlarda yaşayan sakinlərdə motivasiyanı yüksəltmək, milli ruhda inkişafa töhfə vermək, güləşin ölkədə daha da populyarlaşmasını və bu sahədə maariflənməni təmin etməkdir.

Tanınmış güləşçilər Qarabağ Universitetində olub

Azərbaycan Güləş Federasiyası “Güləş Qarabağda” kampaniyası çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tədbir keçirib.

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyilə təşkil edilən tədbir ali təhsil ocağının akt zalında baş tutub.

Tanınmış güləşçilərimiz, nüfuzlu yarışların qalib və mükafatçıları – Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev, həmçinin çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani tələbələr önündə çıxış edib. Onlar qələbəyə gedən yolun hamar olmadığını, dəfələrlə müxtəlif maneələrlə üzləşdiklərini, ancaq heç vaxt ruhdan düşməyərək mübarizə apardıqlarını və nəticədə uğurlara nail olduqlarını bildirib, gəncləri daim mübariz ruhda olmağa, milli şüur altında mənəvi dəyərlərə riayət etməyə səsləyiblər.

Daha sonra maraqlı viktorina keçirilib. Müxtəlif suallarla tələbələrin güləşlə bağlı bilikləri yoxlanılıb. Test vasitəsilə həm də bu idman növü ilə bağlı daha ətraflı məlumat toplamağa şərait yaradılıb. Böyük maraqla qarşılanan və ciddi mübarizə şəraitində keçən viktorinanın qaliblərinə AGF tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra tələbələr güləşçilərə müxtəlif suallar ünvanlayıb və onlardan avtoqraf alıb. Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan güləşini və güləşçisini təbliğ etmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdir.

2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisi açıqlandı

Fransanın PSJ klubunun futbolçusu Osman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu, çalışdırıcı Luis Enrike isə ən yaxşı məşqçisi seçilib.

Komanda.az xəbər verir ki, onların mükafatlandırılma mərasimi Qətərin paytaxtı Dohada keçirilib.

Paris təmsilçisi ötən mövsüm Fransa Liqa 1, Fransa kuboku və superubokunun çempionu, həmçinin Çempionlar Liqasının və UEFA superkubokunun qalibi olub. Dembele Liqa 1-də 25 qolla 2024/2025 mövsümünün bombardiri olub. Ümumilikdə isə Dembele ötən mövsüm PSJ-də 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.

The post 2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisi açıqlandı appeared first on Komanda.az.

“Ferents Puşkaş” mükafatına layiq görülən qol açıqlandı

Argentinanın “İndependiente” klubunun futbolçusu Santyaqo Montielin qolu 2025-ci il üçün “Ferents Puşkaş” mükafatına layiq görülüb.

Komanda.az xəbər verir ki, FIFA-nın mətbuat xidməti məlumat yayıb.

O, Argentina çempionatının 16-cı turunda “İndependiente Rivadavia” ilə matçda vurduğu qola görə təltif edilib.

Namizədlər arasında daha 10 futbolçunun adı yer alıb. Santyaqo Montiel cari mövsüm komandasının heyətində 36 oyunda yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.

The post “Ferents Puşkaş” mükafatına layiq görülən qol açıqlandı appeared first on Komanda.az.

“Kivu qəssab deyil”

İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro A Seriyasında ən güclü klubun “İnter” olduğunu bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Milan klubunun çempionatdakı liderliyinin heç də təsadüfi olmadığını deyib:

“Kristian Kivu (“İnter”in baş məşqçisi)? O, qəssab deyil. Uzun illərdir futboldadır və komandanın turnir cədvəlinin zirvəsində yer almasına təəccüblənməyə dəyməz. “İnter” hazırda İtaliya çempionatının ən güclü klubudur”.

Kristian Kivu cari ilin yayında “İnter”in baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 15 turdan sonra 33 xal toplayaraq, A Seriyasında turnir cədvəlinin lideridir.

“İnter” növbəti turda səfərdə “Atalanta” ilə üz-üzə gələcək. Qarşılaşma dekabrın 28-də keçiriləcək.

The post “Kivu qəssab deyil” appeared first on Komanda.az.

“Bu titulun rəsmən Bakıya təhvil verilməsi böyük hadisədir” – Nazir

“Dünya İdman Paytaxtı” titulunun rəsmi olaraq Monakodan Bakıya təhvil verilməsi böyük idman hadisəsidir.

Komanda.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində deyib.

Nazir bildirib ki, bu cür yığıncaqda iştirak etmək qürurvericidir:

“Paytaxtımız böyük yarışlara ev sahibliyi edib. Uzun illərdir Bakıda “Formula 1” üzrə dünya çempionatı keçirilir. İlk Avropa Oyunlarının, bundan başqa, İslam Həmrəyliyi Oyunlarının da Bakıda keçirildiyini qürurla xatırlayırıq. Fəxr edirik ki, “Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilir. Hər kəsi bu münasibətlə təbrik edirəm”.

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.

The post “Bu titulun rəsmən Bakıya təhvil verilməsi böyük hadisədir” – Nazir appeared first on Komanda.az.

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu

“Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.

Komanda.az xəbər verir ki, Bakının “Dünya İdman Paytaxtı” (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimi keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirə ACES (Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının) nümayəndə heyəti də qatılıb. Qurumun prezidenti Can Françesko Lupatelli, baş katib Huqo Alonso, Monako Knyazlığının sabiq Təhsil, Gənclər və İdman naziri İzabelle Klaudio Aline Bonnal da qatılıblar.

2025-ci ildə “Dünyanın İdman Paytaxtı” Monako şəhəri olub. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.

The post Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu appeared first on Komanda.az.

Əvəzedicilər Liqası: “Neftçi”dən darmadağın

Əvəzedicilər Liqasında XIV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

“Neftçi-2″ “Araz-Naxçıvan-2″ni böyükhesabla məğlub edib.

Əvəzedicilər Liqası
XIV tur

16 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2” 0:4
Qollar:
Röyal Fərzullazadə, 59. Vüsal Kərimov, 65. Nihad Əliyev, 80. Fariz Xeyrullayev, 90+3-pen.

Turun digər oyunları:

“Sabah-2” – “Zirə-2” 0:2

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2

“Qarabağ-2” – “Kəpəz-2” 1:2

“Turan Tovuz-2” – “Qəbələ-2” 0:5

Almeyda: “Azərbaycan çempionatında rəqabət yüksəkdir”

İmişli” Premyer Liqanın XV turunda “Karvan-Yevlax”la heç-heçə edib – 1:1.

İmişli”nin futbolçusu Dioqo AlmeydaFutbolpress.az“a açıqlamasında oyunu şərh etdi:

Çətin matç oldu. Düşünürəm ki, ümumi götürəndə biz daha yaxşı oynadıq, qol epizodları yaratdıq. Rəqib bir dəfə təhlükəli gəldi və o da qol oldu. Komandamız yaxşı oynamasına baxmayaraq, bir xalla kifayətləndi”.

Komandasının yeganə qolunu vuran hücumçu hisslərini belə ifadə etdi:

Əsas komandanın nəticələridir. Qollarla köməyim dəyirsə, nə xoş mənə. Lakin hər zaman ilk növbədə komandanın yaxşı nəticə qazanmasıdır. Qolu kimin vurmasının böyük önəmi yoxdur”.

Almeyda komandanın I dövrədəki çıxışına toxundu:

“Məqsəd elitada qalmaqdır və məncə, düzgün yolda irəliləyirik. Yeni komanda olmağımıza baxmayaraq, nəticələrimiz qənaətbəxşdir. İmkanlarımız məhdud ola bilər, amma pis mübarizə aparmırıq. Maksimumu edib, daha yaxşı nəticələr üçün çalışacağıq. “Sumqayıt”la oyunda üç xal itirməsəydik, daha yaxşı yerdə ola bilərdik. Hər bir halda, dövrə üçün nəticələrimiz müsbət qiymətləndirilə bilər”.

Portuqaliyalı futbolçu Premyer Liqada ona çətinlik yaradan müdafiəçilərdən söz açdı:

“Azərbaycan çempionatında rəqabət yüksəkdir. Hər komandaya qarşı oynamaq çətindir. Güclü müdafiəçilər var və indi kiminsə adını çəkib, fərqləndirmək istəmirəm. Burda kifayət qədər güclü müdafiəçilər oynayır”.

Şahin Cəfərov

“Fənərbağça”da itki

Fənərbağça” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Arçe Braun zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqada “Konyaspor“la matçda (4:0) zədə alan cinah oyunçusu iki ay yaşıl meydanlardan uzaq qalacaq.

Braun bu mövsüm Super Liqada 14 oyunda 2 qol vurub.

Bakı dünyanın “İdman Paytaxtı” seçildi

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçib.

Futbolpress.az xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin bu statusa layiq görüldüyü bildirilib.

Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

“Xankəndi”dən darmadağın

Azərbaycan II Liqasında XIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib. “Xankəndi” “Ağstafa Gəncləri”nə, “Şirvan” “Göygöl”ə, “Dinamo” isə “Ağdaş“a qalib gəlib.

Azərbaycan II Liqası
XIII tur

16 dekabr

​”Ağdaş” – “Dinamo” 1:2
Qollar: 
V.Nəsirov, 56 – R.Mustafayev, 50, Y.Qarayev, 68

“Göygöl” – “Şirvan” 0:1
Qol: 
C.Əliyev, 51

“Xankəndi” – “Ağstafa Gəncləri” 6:1
Qollar:
 T.Qurbatov, 1, 42, E.Rəhimov, 17, E.Quliyev, 40, 58, B.Teymurov, 70 – E.Hüseynov, 21

 

“Qarabağ”ın qış planı

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, komandanın hazırlığı iki mərhələdən ibarət olacaq.

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı ilin yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.

“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək.

Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələ məlum deyil.

Qeyd edək ki, komandamız yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”a qarşı keçirəcək.

Yüksək Liqa: “Azərreyl” “Murov”a qalib gəldi

Bu gün qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 7-ci turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda “Murov” və “Azərreyl” komandaları üz-üzə gəliblər. “Murov”un idman zalında baş tutmuş görüşdə hər üç setdə rəqibindən üstün olan “Azərreyl” 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun növbəti oyunu dekabrın 18-də UNEC və “Gəncə” komandaları arasında keçiriləcək.

Yüksək Liqa (qadınlar)
7-ci tur
16 dekabr

“Murov” – “Azərreyl” 0:3 (18:25, 15:25, 21:25)

“Qarabağ” qış hazırlıq planını açıqladı

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın 2025/2026-cı illər mövsümününün qalan hissəsinə hazırlıq planı bəlli olub.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Qarabağ”ın 2025/2026-cı illər mövsümünün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq.

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq Ağdam klubunun futbolçuları 2026-cı ilin yanvar ayının 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-na qədər davam edəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yanvarın 10-dan 17-nə qədər Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Qloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək. Komanda bu toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində “Ayntraxt”a (Frankfurt, Almaniya) qarşı keçirəcək.

İkinci Liqa: “Xankəndi” 6 qola sevindi, “Göygöl”lə “Ağdaş” uduzdu

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“Xankəndi” “Ağstafa Gəncləri” ilə ev oyununda növbəti darmadağına imza atıb. “Göygöl” “Şirvan”la ev oyununda minimal hesabla uduzub. “Ağdaş” isə “Dinamo” ilə ev oyununda xalsız qalıb.

İkinci Liqa
13-cü tur

15 dekabr

“Araz Saatlı” – “Kür-Araz” 1:4
Qollar: Yaqub Yusubov, 48 – Elxan Məmmədov, 7; 88. Bayram Əliyev, 21; 31.
Hakimlər: Ceyhun Hüseynov, Cavid Ömərov, Sadiq Əliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Şəki” oyunu baş tutmayıb
Hakimlər: Elvin Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nəriman Ağayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəmkir” – “Quba” 0:1
Qol: Qabil Sabirli, 85.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

16 dekabr

“Xankəndi” – “Ağstafa Gəncləri” 6:1
Qollar: Tural Qurbatov, 1; 42. Elmar Rəhimov, 17. Emin Quliyev, 40. Pərviz Qaraxanov, 59. Bəhruz Teymurov, 70 – Eltac Hüseynov, 21.
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elman Kərimov, Nahid Xasıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Neftçi Arena” (4-cü meydança), 14:00.

“Göygöl” – “Şirvan” 0:1
Qollar: Cavid Əliyev, 50.
Hakimlər: Sənan Bayramzadə, Asif Abdullayev, Əkbər Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Ağdaş” – “Dinamo” 1:2
Qollar: Vasif Nəsirov, 56 – Rəhim Mustafayev, 50. Yadigar Qarayev, 68.
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Elmin Süleymanov, Murad Səlimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağdaş şəhər stadionu, 14:30.

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

Komanda.az Ağdam təmsilçisinə istinadən xəbər verir ki, 2025/2026 mövsümünün ikinci hissəsinə hazırlıq iki mərhələdən ibarət olacaq.

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı il yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.

“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək.

Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələ müəyyənləşməyib.

“Qarabağ” yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda “Ayntraxt”a qarşı keçirəcək.

The post “Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi appeared first on Komanda.az.

“Xankəndi” 3 xalı 6 qolla qazandı

2-ci Liqada 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Xankəndi” “Ağstafa Gəncləri”nə böyük hesabla qalib gəlib. “Göygöl” “Şirvan”a, “Ağdaş” isə “Dinamo”ya uduzub.

2-ci Liqa
13-cü tur

16 dekabr

“Xankəndi” – “Ağstafa Gəncləri” 6:1
Qollar
: Tural Qurbatov, 1; 42. Elmar Rəhimov, 17. Emin Quliyev, 40. Pərviz Qaraxanov, 59. Bəhruz Teymurov, 70 – Eltac Hüseynov, 21.

“Göygöl” – “Şirvan” 0:1
Qollar
: Cavid Əliyev, 50.

“Ağdaş” – “Dinamo” 1:2
Qollar
: Vasif Nəsirov, 56 – Rəhim Mustafayev, 50. Yadigar Qarayev, 68.

Turun digər oyunları:
“Araz Saatlı” – “Kür-Araz” 1:4
“Şəmkir” – “Quba” 0:1
“Qaradağ Lökbatan” – “Şəki”
oyunu baş tutmayıb

The post “Xankəndi” 3 xalı 6 qolla qazandı appeared first on Komanda.az.

“Neftçi”nin əvəzedicilərindən darmadağın

Əvəzedicilər Liqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Araz-Naxçıvan-2” “Neftçi-2” il ev oyununda darmadağına üzülüb.

Əvəzedicilər Liqası
14-cü tur

16 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2” 0:4
Qollar: Röyal Fərzullazadə, 59. Vüsal Kərimov, 65. Nihad Əliyev, 80. Fariz Xeyrullayev, 90+3-pen.

Turun digər oyunları:
“Sabah-2” – “Zirə-2” 0:2
“Sumqayıt-2” – “Şamaxı-2” 3:2
“Qarabağ-2” – “Kəpəz-2” 1:2
“Turan Tovuz-2” – “Qəbələ-2” 0:5

The post “Neftçi”nin əvəzedicilərindən darmadağın appeared first on Komanda.az.

Braziliyalı futbolçu “Nyukasl”dan ayrılmaq istəyir

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş qış transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun nümayəndələri artıq “Mançester Yunayted”lə əlaqə saxlayıblar.

Bildirilir ki, Gimarayeş “Nyukasl”dakı mövcud durumdan məyusdur. O, yay transfer dönəmində klubun iddialı hədəflər üçün keyfiyyətli futbolçular cəlb etməməsindən narazıdır. Bundan əlavə, onun ailəsi də Nyukasl-upоn-Taun şəhərində yaşamaqdan məmnun deyil: şəhər İngiltərənin ən komfortlu yerləri sırasında göstərilmir.

28 yaşlı yarımmüdafiəçi artıq baş məşqçi Eddi Houya klubdan ayrılmaq istədiyini bildirib. O, 2022-ci ildən “sağsağanlar”ın formasını geyinir.

Gimarayeş cari mövsümdə bütün turnirlərdə 23 oyuna çıxıb, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

The post Braziliyalı futbolçu “Nyukasl”dan ayrılmaq istəyir appeared first on Komanda.az.

Dursunun xəyalı

Qalatasaray”ın prezidenti Dursun Özbek klubla bağlı arzusunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “TV Monaco”ya danışan funksioner xəyalının Çempionlar Liqası ilə bağlı olduğunu deyib:

Ən böyük arzum “Qalatasaray”ın Çempionlar Liqasını qazanmasıdır”.

İstanbul klubu Çempionlar Liqasında 6 turdan sonra 9 xalla 18-ci sıradadır. “Qalatasaray”ın növbəti rəqibləri “Atletiko” və “Mançester Siti” olacaq.

Volkanı əvəzləyən tapıldı

Türkiyənin “Gənclərbirliyi” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Metin Diyadinə tapşırılıb. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Diyadin bu postda bir müddət əvvəl istefa verən Volkan Demireli əvəzləyib.


Gənclərbirliyi” 16 turdan sonra 15 xalla 13-cü sıradadır.

“Azərreyl”dən qələbə

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura start verilib.

Futbolpress.az xəbər verir ki, “Report” xəbər verir ki, ilk gündə bir oyun keçirilib.

“Azərreyl” “Murov Az Terminal”la üz-üzə gəlib. Matç “Azərreyl”in qələbəsiylə başa çatıb – 3:0. 

Qeyd edək ki, tura dekabrın 19-da yekun vurulacaq.

Abşeronda Azərbaycan birinciliyi keçiriləcək

Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 88 klub və idman cəmiyyətindən 495 cüdoçu (350 oğlan, 145 qız) ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaq.

Dekabrın 18–20-də fərdi mübarizə, 21-də isə komandalararası yarış baş tutacaq.

Qeyd edək ki, görüşlər hər gün saat 11:00-da start götürəcək.

Adeyemi “Borussiya”dan ayrılır

Almaniya millisinin hücumçusu Kərim Adeyemi “Borussiya”dan (Dortmund) ayrılmağa qərar verib. Msport.az xəbər verir ki, futbolçu niyyətini artıq rəhbərliyə də çatdırıb. […]

Source

“Çelsi”nin hədəfi – Xavi

“Çelsi” yanvar ayında baş məşqçi dəyişikliyi etməyi planlaşdırır. Msport.az xəbər verir ki, London təmsilçisi hazırkı çalışdırıcısı Enzo Mareskanı istefaya göndərmək […]

Source

Əvəzedicilər Liqası: “Neftçi” “Araz”ı 4 cavabsız qolla yendi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 14-cü turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Araz-Naxçıvan”la “Neftçi”nin ikinci komandaları qarşılaşıblar. Paytaxt təmsilçisi bu görüşdə 4 cavabsız qolla qalib gəlib.

Əvəzedicilər Liqası
14-cü tur

14 dekabr

“Sabah-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 48. Ramiz Muradov, 82.
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Elmin Süleyanov, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 14:00.

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2
Qollar: Əjdər Hacılı, 2; 38; 61 – Bilal İsmayılov, 36. Edqar Adilxanov, 80-pen.
Hakimlər: Alik Yunusov, Mirhihad Seyidov, Orxan İbişov, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

15 dekabr

“Qarabağ-2” – “Kəpəz-2” 1:2
Qollar: Bəhruz Qurbanlı, 29 – Arzu Atakişiyev, 17. Kresus Donqo, 27.
Hakimlər: Nazim Abdullayev, Zakir Şükürzadə, Rəhman Aslanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Turan Tovuz-2” – “Qəbələ-2” 0:5
Qollar: Rüfət Əhmədov, 38; 44. Antoni Hunpe, 78. Müseyib Bəşirov, 87. Cuma Hüseynov, 89.
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

16 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2” 0:4
Qollar: Röyal Fərzullazadə, 59. Vüsal Kərimov, 65. Nihad Əliyev, 80. Fariz Xeyrullayev, 90+3-pen.
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

AFFA-dan Əli Mürsəlova 3 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Birinci Liqasının 10-cu turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Mingəçevir” – “Cəbrayıl” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

“Baku Sportinq” – “Şahdağ Qusar” oyununun 15-ci dəqiqəsində “Baku Sportinq”in futbolçusu Əli Mürsəlov təcavüzkar davranışa görə birbaşa vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Baku Sportinq” buna görə 900 manat cərimə edilib. “Şahdağ Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Qusar komandası 210 manat cərimə edilib.

MOİK – “Şimal” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

“Şəfa” – “Zaqatala” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

“Səbail” – “Difai” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

AFFA İbrahim Sanqareni 2 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 15-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Turan Tovuz” – “Sabah” oyununda “Sabah”da 7 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.

“Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib. Oyunun 36-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu İbrahim Sanqare ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Qəbələ” buna görə 1000 manat cərimə edilib.

“Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 700 manat cərimə edilib. Oyunun 2-ci hissəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam komandası 3000 manat cərimə edilib.

“İmişli” – “Karvan” oyununda “Karvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Yevlax komandası 700 manat cərimə edilib.

“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.

Rüstəm Əhmədzadə 100-cü oyununu keçirdi, 450-ci oldu

Futbol üzrə Azərbaycan yığma komandasının və “Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadə Premyer Liqada 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, “Sumqayıt”ın futbolçusunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 15-ci turuna təsadüf edib.

25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya start heyətində çıxıb və 90 dəqiqə meydanda olub. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

O, Premyer Liqada iştirak etdiyi 100 matçda 10 qola imza atıb. Debütü 2021/2022-ci illər mövsümünə təsadüf etmiş Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.

Qeyd edək ki, Rüstəm Əhmədzadə Azərbaycan Premyer Liqası tarixində 100 və daha çox oyun keçirmiş 450-ci futbolçu olub.

Yuri Vernidub – 10-cu ukraynalı, “Neftçi”də 33-cü!

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turu “Neftçi”nin baş məşqçisi – ukraynalı mütəxəssis Yuri Vernidub üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, yenicə təyinat aldığı “Neftçi”ni “Sumqayıt”la ev oyununa (2:2) baş məşqçi kimi çıxarıb.

Vernidub Premyer Liqanın 2025/2026-cı illər mövsümündə debüt etmiş 4-cü əcnəbi mütəxəssis olub. Saşa İliç (“Sumqayıt”) və Xorxe Kaskilya (“İmişli”) 1-ci, Valdas Dambrauskas (“Sabah”) isə 2-ci turda debüt etmişdi.

Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.

O, “Neftçi”ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir.

Yuri Vernidub “ağ-qaralar”ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.

Premyer Liqa: 18 ildən sonra ilk 15 heç-heçəsiz seriya

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/26 mövsümünün 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib.

Arena.az xəbər verir ki, “Kəpəz” mövsümün startında ardıcıl 15 görüşü sülhsüz başa vurub.

Gəncə klubu geridə qalmış turlarda 3 qələbə qazanıb və 12 dəfə uduzub.

Bu, turnirin tarixində 14-cü belə hadisədir. Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət almış “Gənclik” nəzərə alınmasa, buna qədər 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.

Sonuncu belə seriya 18 il əvvəl – 2007/2008-ci illər mövsümündə qeydə alınıb. “Gənclərbirliyi” sülhsevməzlik nümayiş etdirib.

Qeyd edək ki, ilk belə seriyaya 1992-ci ildə “Neftçi” imza atıb. Həmin mövsümdə “ağ-qaralar” keçirdikləri 15 oyunda 14 qələbə qazanıblar, 1 məğlubiyyət görüblər.

Babək Quliyev “Sparta” – “Aberdin” matçına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev Konfrans Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Quliyev Avropa Konfrans Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq. Dekabrın 18-də keçiriləcək oyuna saat 00:00-da start veriləcək.

Luis Karrion da “Real Ovyedo”dan qovuldu

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Real Ovyedo” komandasının baş məşqçisi Luis Karrion istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

İdarə Heyətinin səbr kasasını daşıran səbəb, komandanın məşqçinin rəhbərliyi altında keçirdiyi 8 oyunda bir dənə də olsun qələbə qazana bilməməsidir. Son zərbə isə “Sevilya”dan alınmış ağır məğlubiyyət olub – 0:4.

İndi klub qısa bir zamanda yeni baş məşqçi tapmalıdır, çünki artıq bu həftənin sonunda İspaniya çempionatının növbəti turunda “Real Ovyedo” öz meydanında “Selta” (Viqo) ilə qarşılaşacaq.

Komanda hazırda La Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb və vəziyyəti düzəltmək üçün təcili dəyişikliklərə ehtiyac var.

Xatırladaq ki, Luis Karrion bu ilin oktyabr ayının 10-da “Real Ovyedo”nun sükanı arxasına keçmişdi. Onunla imzalanmış müqavilə 2025/2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulmuşdu.

Karrion “Las Palmas”, “Kartaxena”, “Numansiya”, “Melilya” və “Kordoba”nın da baş məşqçisi olub. İspaniyalı mütəxəssis 2023/2024-cü illər mövsümündə də “Real Ovyedo”ya rəhbərlik edib. Bu komanda onun rəhbərliyi altında həmin vaxt 42 oyun keçirib, 20 qələbə, 11 heç-heçə, 11 məğlubiyyət görüb.

“Real” 50 milyon avroya müdafiəçi ala bilər

“Tottenhem”in və Niderland millisinin müdafiəçisi Mikki van de Ven Avropanın top-klublarından birinə keçmək imkanı əldə edib.

Komanda.az “E-Noticias”-a istinadən xəbər verir ki, “Real” 24 yaşlı futbolçunu heyətinə qatmaqla maraqlıdır.

Niderlandlı futbolçu keçidə razılıq versə, “kral klubu” Van de Veni 50 milyon avroya almağa hazırdır.

Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 15 oyuna çıxıb, 3 qol vurub.

The post “Real” 50 milyon avroya müdafiəçi ala bilər appeared first on Komanda.az.

Mareska “Çelsi”dən ayrılmağa hazırdır

“Çelsi”nin baş məşqçisi Enzo Mareska postundan ayrılmağa hazırdır.

Komanda.az xəbər verir ki, bu barədə “Topskills Sports UK” məlumat yayıb.

Klub Mareska ilə yollarını ayırsa, o, bu qərara etiraz etməyəcək. Hazırda baş məşqçi ilə rəhbərlik arasında ciddi gərginlik mövcuddur. Narazılıq əsasən transfer siyasəti ilə bağlıdır. Mareska “Mançester Yunayted”dən Kobbi Mainunu transfer etməyi istəyib, ancaq klub razılıq verməyib.

Belə görünür ki, “Çelsi” baş məşqçi postuna yeni namizədi artıq müəyyən edib və dəyişiklik yanvarda reallaşa bilər. Londonlular İngiltərə Premyer Liqasında 16 turdan sonra 28 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıblar.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post Mareska “Çelsi”dən ayrılmağa hazırdır appeared first on Komanda.az.

“Barselona” norveçli futbolçu üçün danışıqlar aparıb

“Barselona” Dortmund “Borussiya”sının müdafiəçisi Yulian Ryersonu Jül Kundeyə əvəzləyici kimi nəzərdən keçirir.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.

Kataloniyalılar sol və ya sağ müdafiəçisi mövqeyinə büdcəyə uyğun gücləndirmə axtarır və 28 yaşlı norveçli futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparılıb. Hələlik tərəflər arasında konkret razılaşma əldə edilməyib.

Ryersonun “Borussiya” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir, ancaq o, yay transfer pəncərəsində klubunu dəyişməyi istisna etmir.

The post “Barselona” norveçli futbolçu üçün danışıqlar aparıb appeared first on Komanda.az.

Laporta: “Bu, “Barselona”nın nüfuzuna zərər vurmaq üçün planlaşdırılmış kampaniyadır”

“Barselona”nın prezidenti Xuan Laporta “Neqreyra işi” ilə bağlı yenidən açıqlama verərək, bu prosesi kluba qarşı aparılan gözdənsalma kampaniyası adlandırıb.

“Barselona” 2023-cü ildə İspaniya Kral Futbol Federasiyasında fəaliyyət göstərmiş Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərlə bağlı rüşvət ittihamı ilə üzləşib. Məhkəmə 2001–2018-ci illər arasında “Barselona” tərəfindən Neqreyraya ödənilən 7,7 milyon avronu cinayət tərkibli əməl kimi qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Laporta məhkəmədə çıxışı zamanı ittihamları qəti şəkildə rədd edib:

“Barselona” heç vaxt yarışların gedişinə təsir göstərmək və ya idman üstünlüyü qazanmaq məqsədi daşıyan addımlar atmayıb. Mən hazırda bunu geniş şərh etmək istəməzdim, ancaq açıq-aydındır ki, bu, “Barselona”nın nüfuzuna zərər vurmaq və tariximizin şanlı dövrünü ləkələmək üçün planlaşdırılmış kampaniyadır. Xoşbəxtlikdən, buna nail ola bilməyəcəklər”.

Klub prezidenti vurğulayıb ki, həmin illərdə “Barselona” həm qələbələri, həm də oyun üslubu ilə dünya futboluna nümunə olub:

“Barsa” o dövrdə qalibiyyətləri və necə qalib gəlməsi ilə qlobal etalona çevrilmişdi. İndi isə görünür, bu proses yenidən təkrarlana bilər və sanki məqsəd işi mümkün qədər uzatmaqdır”.

The post Laporta: “Bu, “Barselona”nın nüfuzuna zərər vurmaq üçün planlaşdırılmış kampaniyadır” appeared first on Komanda.az.

“Neftçi”nin futbolçusu Afrika Millətlər Kuboku oyunları üçün milliyə çağırılıb

“Neftçi”nin futbolçusu Sessi Dalmeyda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət olunub.

Komanda.az xəbər verir ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Afrika Millətlər Kuboku dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək.

The post “Neftçi”nin futbolçusu Afrika Millətlər Kuboku oyunları üçün milliyə çağırılıb appeared first on Komanda.az.

“Fiorentina”da futbolçular arasında dava olub

“Fiorentina”da futbolçular arasında ciddi münaqişə yaşanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun bazasında oyunçular arasında dava baş verib, ancaq iştirakçıların adları açıqlanmır. Bir qrup futbolçu artıq komandadan ayrılmağa hazırlaşır və agentlərinə yeni klublarla əlaqə qurmaq tapşırığı verib.

“Fiorentina” hazırda İtaliya A Seriyasında uğursuz çıxışı ilə diqqət çəkir. Komanda hələ bir qələbə qazanmayıb və 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

“Fiorentina” növbəti matçını dekabrın 21-də “Udineze”yə qarşı keçirəcək.

The post “Fiorentina”da futbolçular arasında dava olub appeared first on Komanda.az.

“Qarabağ” azarkeşlərinə görə cərimə olundu

“Qarabağ” azarkeşlərinə görə cərimələnib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Ağdam klubu Misli Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan”la matçın 2-ci hissəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb. “Araz-Naxçıvan” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

“Kəpəz” – “Qəbələ” oyununda Gəncə komandası 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. “Qəbələ” isə 36-cı dəqiqədə futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə 1000 manat ziyana düşüb. Sanqare isə 2 oyunluq diskvalifikasiya olunub.

“Turan Tovuz” – “Sabah” oyununda 7 üzvü sarı vərəqə aldığı üçün Bakı klubu 700 manat cərimələnib.

“Karvan-Yevlax” “İmişli” ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. “Sumqayıt” isə “Neftçi” il matçda sarı vərəqə alan 5 futbolçusuna görə eyni məbləğdə cərimə ödəməli olacaq.

The post “Qarabağ” azarkeşlərinə görə cərimə olundu appeared first on Komanda.az.

Amorim: “İndi Şounun çox yaxşı vəziyyətdə olduğunu görürəm”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim müdafiəçi Luk Şounun hazırkı formasına münasibət bildirib.

İngiltərəli futbolçu karyerasıboyu zədələrlə üzləşsə də, bu mövsümdə nəhayət, sabitlik qazanıb. O, Premyer Liqada “qırmızı şeytanlar”ın bütün 15 oyununda start heyətində meydana çıxıb.

Komanda.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı mətbuat konfransında Şounun sağlamlığına diqqət yetirdiklərini deyib:

“Biz Şounun sağlamlığına diqqət yetiririk, amma indi bu barədə problem yoxdur. Düşünürəm ki, o, çox motivasiyalıdır, bu da kömək edə bilər. Bəzən özünü yaxşı hiss etmək və bədənini anlamaq üçün yalnız bir mövsüm kifayətdir. Konkret səbəbi bilmirəm, amma indi Şounun çox yaxşı vəziyyətdə olduğunu görürəm”.

The post Amorim: “İndi Şounun çox yaxşı vəziyyətdə olduğunu görürəm” appeared first on Komanda.az.

“Liverpul”un sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda – Rəsmi

“Seltik”in və “Liverpul”un sabiq baş məşqçisi Brendan Rocers karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin yeni klubu “Əl-Kadisiyə”dir.

Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məşqçi ilə müqavilənin imzalandığını rəsmi şəkildə açıqlayıb.

Rocers əvvəlki mövsümdə “Seltik”də çalışıb və komandanı ötən payızda tərk edib.

“Əl-Kadisiyə” hazırda Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 9 oyundan sonra 17 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

The post “Liverpul”un sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda – Rəsmi appeared first on Komanda.az.

“Azərreyl” qələbə qazandı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Murov Az Terminal”la üz-üzə gələn “Azərreyl” 3:0 hesablı qələbəyə sevinib. Görüş “Murov Az Terminal”ın idman zalında baş tutub.

Tura dekabrın 19-da yekun vurulacaq.

The post “Azərreyl” qələbə qazandı appeared first on Komanda.az.

“Hər kəs geridönüş üçün maksimum gücünü qoydu” – Rüstəm

“Sumqayıt” Premyer Liqanın XV turunda “Neftçi” ilə heç-heçə edib – 2:2.

“Kimyaçılar”ın hücumçusu Rüstəm ƏhmədzadəFutbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

Çox maraqlı oyun keçdi. Ağır olacağını bilirdik. “Neftçi” böyük istək və fədakarlıqla oynayırdı. Fasilədən sonra taktiki dəyişikliklər etdik və səhvlərimiz düzəltdik. Həm də komandada ruh yüksəkliyi yaranmışdı. Hər kəs geridönüş üçün maksimum gücünü qoydu”.

Premyer Liqada 100 oyun sayına çatan Əhmədzadə yubileylə bağlı təəssüratlarının xoş olduğunu bildirdi. O, çempionatda növbəti turun “Sabah”la oyunu ilə bağlı da fikirlərini söylədi:

Sabah”la oyun ciddi və maraqlı olacaq. Rəqib çox yaxşı formadadır və stabil nəticələr qazanırlar. Oyuna maksimum şəkildə yaxşı hazırlaşacağıq. Xal və ya xallar qazanmaq niyyətindəyik, bunun üçün çalışacağıq”.

Rüstəm komandanın və özünün çıxışına da toxundu:

“Məncə, I dövrəni pis keçirmədik. Hər şeydən razıyam. Oyunumun da pis olduğunu düşünmürəm. Amma fasilədən sonra qarşıma yeni və yüksək tələblər qoyacağam”.

Şahin Cəfərov

Bölgə klublarının cəzaları məlum oldu

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın X turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

10.12.2025-ci il tarixində I Liqada X turun “Mingəçevir” – “Cəbrayıl” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

10.12.2025-ci il tarixində I Liqada X turun “Baku Sportinq” – “Şahdağ Qusar” oyununun 15-ci dəqiqəsində “Baku Sportinq” komandasının 20 nömrəli futbolçusu Əli Mürsəlov təcavüzkar davranışa görə birbaşa vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Baku Sportinq” komandası 900 manat cərimə edilsin (maddə 45.1);

10.12.2025-ci il tarixində I Liqada X turun “Baku Sportinq” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

10.12.2025-ci il tarixində I Liqada X turun MOİK – “Şimal” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);

11.12.2025-ci il tarixində I Liqada X turun “Şəfa” – “Zaqatala” oyununda “Zaqatala” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

11.12.2025-ci il tarixində I Liqada X turun “Səbail” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 210 manat cərimə edilsin (maddə 43.1).

Premyer Liqa klubları cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz” – “Sabah” oyununda “Sabah” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Kəpəz” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində “Qəbələ” komandasının 12 nömrəli futbolçusu İbrahim Sanqare ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

“Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Qarabağ” – “Araz-Naxçıvan” oyununun 2-ci hissəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

“İmişli” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Neftçi”nin futbolçusu Afrika Millətlər Kubokunda oynayacaq

“Neftçi”nin futbolçusu Sessi Dalmeyda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət olunub.

Futbolpress.az xəbər verir ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək.

Millimizin futbolçusunun yubileyi

Rüstəm Əhmədzadə Premyer Liqada 100-cü oyununu keçirib. Msport.az xəbər verir ki, “Sumqayıt”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XV turuna təsadüf […]

Source

AMADA Anlaşma Memorandumu imzaladı

AMADA və Avstriyanın Milli Antidopinq Agentlikləri (NADA) arasında Anlaşma Memorandumu imzalanıb.

Komanda.az agentliyə istinadən xəbər verir ki, nümayəndə heyətində AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və müavini Rüfət Efendiyev yer alıblar.

Memoranduma Təhminə Tağı-zadə və NADA-nın icraçı direktoru Mixael Sepiç imza atıblar və agentliklər arasında əməkdaşlıq üçün yeni çərçivə formalaşdırıblar.

Anlaşma Memorandumu Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlara uyğun olaraq əməkdaşlıq sahələrini müəyyən edir. Bu sahələrə nəticələrin idarə olunması, antidopinq təhsili və profilaktika, testetmə, tədqiqatlar, eləcə də təhqiqat və araşdırmalar daxildir. Sənəddə ekspertiza və qabaqcıl təcrübələrin mübadiləsi, həmçinin mürəkkəb işlər üzrə məsləhətçi dəstəyin göstərilməsi xüsusi yer tutur.

Nümayəndə heyəti NADA-nın qərargahında bir sıra işgüzar görüşlər də keçirib. Qonaqlara hüquq, təhsil, elm və testetmə sahəsində ətraflı məlumat verilib.

Sonra AMADA nümayəndə heyəti Zaybersdorfda yerləşən, WADA tərəfindən akkreditə olunmuş Dopinq Nəzarəti Laboratoriyasında olub. Laboratoriyanın direktoru, professor Günter Gmayner qlobal antidopinq sistemində laboratoriyanın rolunu izah edib və dopinq nəzarətində tətbiq olunan müasir elmi və analitik metodlar barədə məlumat verib.

The post AMADA Anlaşma Memorandumu imzaladı appeared first on Komanda.az.

“Sabah” Seydiyevi keçmiş klubuna icarəyə verə bilər

“Sabah” müdafiəçisi Amin Seydiyevi icarəyə göndərməyi planlaşdırır.

Komanda.az-ın əldə etdiyi məlumata görə, 27 futbolçu “Qəbələ”yə icarəyə verilə bilər. Seydiyev “Sabah”a 2020-ci ildə məhz Qəbələ təmsilçisindən keçib.

Futbolçu “Sabah”da bu mövsüm elə də çox şans qazanmır. O, daha çox ehtiyat oyunçu statusundadır və matçlarda meydana sonradan çıxır. Bir sözlə, Seydiyev “Sabah”da vacib futbolçulardan biri sayılmır. Belədə, klubun onu icarəyə göndərmək istəməsi anlaşılandır.

The post “Sabah” Seydiyevi keçmiş klubuna icarəyə verə bilər appeared first on Komanda.az.

“Tottenhem” ispaniyalı futbolçu üçün 80 milyon avro təklif edib

“Tottenhem” “Atletiko”nun yarımmüdafiəçisi Pablo Barriosu transfer etmək niyyətindədir.

London təmsilçisi 22 yaşlı futbolçu üçün İspaniya klubuna 80 milyon avro təklif edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem”in baş məşqçisi Tomas Frank komandasının hücum xəttində son zonaya top çıxarmaqda çətinliklər yaşadığını düşünür və klub rəhbərliyi Barriosun transferinin bu problemi həll edəcəyinə inanır.

Barrios cari mövsümdə bütün turnirlərdə 22 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

The post “Tottenhem” ispaniyalı futbolçu üçün 80 milyon avro təklif edib appeared first on Komanda.az.

Amorim postunu itirməyə bir addım da yaxınlaşdı

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 16-cı turunda evdə “Bornmut”u məğlub edə bilməyib. Gərgin və bolqollu qarşılaşma 4:4 hesabı ilə başa çatıb.

Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, bu nəticədən sonra “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimin postunu itirməsi real görünür. Klub rəhbərliyi portuqaliyalı mütəxəssisin işi ilə bağlı ciddi qərar verməyə yaxındır.

“Mançester Yunayted” Premyer Liqada 16 turdan sonra 26 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Amorim komandanın “sükanı arxasına” 2024-cü ilin noyabrında keçib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

The post Amorim postunu itirməyə bir addım da yaxınlaşdı appeared first on Komanda.az.

Türkiyəli qapıçı “Milan”ın hədəfində

Lill”in qapıçısı Berke Özer karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Milan” türkiyəli qolkiperin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Milan” qapıçısı Mayk Menyanı qışda satsa, onun əvəzinə Berkeni almağa çalışacaq.

Özer bu mövsüm Liqa 1-də 14 oyuna çıxıb.

İkardi “Qalatasaray”dan ayrılmaq istəyir

Argentinalı hücumçu Mauro İkardiQalatasaray”dan ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyası klubları forvardın xidmətində maraqlıdır.

İkardi İtaliyaya dönməyə müsbət yanaşır və qərarı ilə bağlı klub rəhbərliyini məlumatlandırıb.

İkardi bu mövsüm Super Liqada 15 oyunda 8 qol vurub.

Səfərdə onlar kimisi yoxdur – “Qəbələ” isə…

Azərbaycan Premyer Liqasında səfərdə qələbə qazana bilməyən bir komanda var.

Futbolpress.az-ın məlumatına görə, bu, “Qəbələ“dir. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv səfərdə keçirdiyi 8 oyunda 2 heç-heçə edib, 6 dəfə uduzub. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda bu mövsüm liqada iki qələbə qazanıb, o da ev oyunlarında.

Səfər oyunlarında ən yaxşı göstərici “Sabah”a məxsusdur. Valdas Dambrauskasın yetirmələri qonaq kimi çıxdığı 7 matçda 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edib.

Ümumiyyətlə, Premyer Liqada bu mövsüm səfər oyunlarında məğlub olmayan iki komanda var. Biri “Sabah”, digəri lider “Qarabağ“dır. Komandaların sabah Masazırdakı duelində “Sabah” qələbə qazansa, “Qarabağın səfər seriyası da pozulacaq.

Dibala “Roma”dan gedəcək?

“Roma”nın idman direktoru Frederik Massara hücumçu Paulo Dibalanın klubdakı statusu ilə bağlı şərh verib. Msport.az xəbər verir ki, bu mövsüm […]

Source

“Bu, tamamilə dəli bir matç idi”

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill komandanın İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində “Bornmut”la oyunu (4:4) haqda danışıb.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, bu qarşılaşmanı dəlilik adlandırıb:

“Bu, tamamilə dəli bir matç idi. Xüsusilə, ikinci hissə. “Mançester Yunayted”in oyununu bəyəndim, amma klubun son üç ev oyununda yeddi xal itirdiyini unuda bilmirəm”.

“Qırmızı şeytanlar” Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir.

The post “Bu, tamamilə dəli bir matç idi” appeared first on Komanda.az.

“Arsenal” icarəyə verdiyi futbolçunu unutmadı

Ukrayna millisinin və “Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenko dünən 29 yaşını qeyd edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular”ın mətbuat xidməti futbolçunu doğum günü münasibətilə təbrik edib. Klubun paylaşımında “Zinni, ad günün mübarək” ifadəsi yer alıb.

Zinçenko “Arsenal”ın heyətində indiyədək 91 oyuna çıxıb və 3 qol vurub. O, hazırda Premyer Liqanın digər təmsilçisi – “Nottingem Forest” klubunda icarə əsasında çıxış edir.

Ukraynalı futbolçu 2025/26 mövsümündə “meşəçilər”in heyətində 7 oyunda iştirak edib. Onun “Nottingem Forest”lə icarə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.

The post “Arsenal” icarəyə verdiyi futbolçunu unutmadı appeared first on Komanda.az.

Flikdən “Barselona”dan ayrılacağı gözlənilən Ter Ştegen haqda açıqlama

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik qış transfer pəncərəsində klubdan ayrıla biləcək qapıçı Mark-Andre ter Ştegenin gələcəyi ilə bağlı sualları cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qərarın oyunçunun özündən asılı olduğunu söyləyib:

“Bu, onun seçimidir. Onun vəziyyətini müzakirə etdik. Ter Ştegenə böyük hörmətim var, çünki o, möhtəşəm qapıçıdır. O, həqiqətən də əla oyunçudur və komanda üçün əla insandır. Amma nəticə etibarilə bu, onun qərarıdır və o, bunu etməlidir”.

33 yaşlı qolkiper bu mövsüm səhhətində problemlərlə üzləşib. O, 2024/25 mövsümündə diz zədəsi səbəbindən cəmi 9 oyun keçirib və bel əməliyyatından sonra bu mövsümün başlanğıcını buraxıb. Ter Şteqen 2014-cü ilin yayından “Barselona”da çıxış edir. Futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonuna qədərdir.

The post Flikdən “Barselona”dan ayrılacağı gözlənilən Ter Ştegen haqda açıqlama appeared first on Komanda.az.

“Milan” futbolçusu ilə yeni müqavilə imzalayacaq

“Milan” yaxın vaxtlarda yarımmüdafiəçisi Aleksis Salemakerslə yeni müqavilə imzalayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Massimiliano Alleqrinin rəhbərliyi altında əsas heyətin sabit üzvünə çevrilən 26 yaşlı futbolçunun sözləşməsinin müddəti uzadılacaq.

Salemakers artıq beş ildir “qırmızı-qaralar”ın şərəfini qoruyur. O, 2020-ci ilin yanvarında Belçikanın “Anderlext” klubundan 8 milyon avro qarşılığında “Milan”a transfer olunmuşdu.

Yeni müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Bununla yanaşı, belçikalı futbolçunun maaşı da ciddi şəkildə artırılacaq: mövsümə 1 milyon avrodan 3 milyon avroya yüksələcək.

Beləliklə, “Milan” son illərdə komandanın vacib fiqurlarından birinə çevrilən Salemakerslə uzunmüddətli əməkdaşlığı təmin etməyi planlaşdırır.

The post “Milan” futbolçusu ilə yeni müqavilə imzalayacaq appeared first on Komanda.az.

Xavi İngiltərə klubunun baş məşqçisi ola bilər

“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes İngiltərə Premyer Liqasında işləməyə açıqdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis istənilən an İngiltərənin aparıcı komandalarından birinin “sükanı arxasına” keçməyə hazırdır.

Son vaxtlar Xavinin agentləri ilə “Tottenhem” və “Çelsi” əlaqə saxlayıb. Ancaq birinci tərəfin addımı vəziyyəti sadəcə öyrənmək məqsədi daşıyıbsa, “Çelsi”nin marağı konkret xarakter daşıyır.

Bildirilir ki, “Çelsi” artıq bir neçə həftədir Xavi ilə təmasdadır və klub Enzo Mareskanın istefası ilə bağlı qərar verəcəyi halda, əsas namizəd məhz o, olacaq.

“Çelsi” Premyer Liqada 16 turdan sonra 28 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Tottenhem” isə 22 xalla 11-cidir.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post Xavi İngiltərə klubunun baş məşqçisi ola bilər appeared first on Komanda.az.

“Mançester Yunayted” futbolçusunu satışa çıxardı

“Mançester Yunayted” futbolçusu Manuel Uqarte ilə bağlı qərarını verib.

Futbolpress.az “Football İnsider” portalına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” qış transfer dönəmində oyunçu üçün gələcək təklifləri dəyərləndirəcək. Uqarte baş məşqçi Ruben Amorimin planlarına daxil deyil.

Uruqvaylı futbolçu bu mövsüm Premyer Liqada 10 oyuna çıxıb.

Norveçli hücumçu “Fənərbağça”dan vaxt istədi

Fənərbağçaqış transfer dönəmində heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul klubunun əsas hədəfi “Atletiko”nun forvardı Aleksander Sörlotdur. Bu barədə “Sabah” nəşri məlumat yayıb.

Fənərbağça” nümayəndələri Sörlotun meneceri ilə görüşüb. Norveçli hücumçunun nümayəndəsi futbolçunun durumu ilə bağlı vaxt istəyib. Belə ki, Sörlotun üstünlüyüAtletiko”da qalmaqdır. O, baş məşqçi Dieqo Simeonedən əsas heyətlə bağlı təminat alsa, Madriddə qalacaq.

Norveçli futbolçu bu mövsüm La Liqada 16 oyunda 4 qol vurub.

“5-10 il sonra bu nəsilin hamısı “Qalatasaray”lı olacaq”

Qalatasaray”ın prezidenti Dursun Özbek maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xəbər verir ki, “TV Monaco”ya danışan funksioner argentinalı hücumçu Mauro İkardinin azarkeşlərdə yaratdığı sevgidən bəhs edib:

“Azarkeşlərimiz İkardini çox sevir. Xüsusilə, 8-12 yaşlı uşaqlar ona heyrandır. Bu sevgi yeni nəsilə yayılır. 5-10 il sonra bu nəsilin hamısıQalatasaray“lı olacaq”.

“Sabah”ın son sınağı

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu matçını keçirəcək.

Futbolpress.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv Berlində “Alba” ilə qarşılaşacaq. Matça saat 23:00-da start veriləcək.

“Sabah” B qrupunda 6 xalla sonuncu – dördüncü pillədə qərarlaşıb.

“Kəpəz”i fərqləndirən seriya – 18 il sonra

Azərbaycan Premyer Liqasının 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib.

Futbolpress.az xəbər verir ki, “Kəpəz” mövsümün startında ardıcıl 15 görüşü sülhsüz başa vurub. Gəncə klubu 3 qələbə qazanıb və 12 dəfə uduzub.

Bu, turnirin tarixində 14-cü belə hadisədir. Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət alan “Gənclik” nəzərə alınmasa, bunadək 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.

Sonuncu belə seriya 18 il əvvəl – 2007/08 mövsümündə qeydə alınıb. “Gənclərbirliyisülhsevməzlik nümayiş etdirib.

Qeyd edək ki, ilk belə seriyaya 1992-ci ildə “Neftçi” imza atıb – 14 qələbə, 1 məğlubiyyət.

Finalisimanın tarixi dəqiqləşdi

İspaniya və Argentinanın iştirak edəcəyi 2026-cı il Finalisima 2026-cı ilin mart ayında keçiriləcək. Msport.az xəbər verir ki, daha əvvəl Finalisimanın […]

Source

Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb

Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Premyer Liqanın 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib. “Kəpəz” mövsümün startında ardıcıl 15 görüşü “sülh”süz başa vurub.

Gəncə klubu 3 qələbə qazanıb və 12 dəfə uduzub. Bu, turnirin tarixində 14-cü belə hadisədir.

Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət alan “Gənclik” klubu nəzərə alınmasa, bunadək 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.

Sonuncu belə seriya 18 il əvvəl – 2007/2008 mövsümündə qeydə alınıb. “Gənclərbirliyi” “sülhsevməzlik” nümayiş etdirib.

İlk belə seriyaya 1992-ci ildə “Neftçi” imza atıb – 14 qələbə, 1 məğlubiyyət.

The post Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb appeared first on Komanda.az.

“Sumqayıt”ın futbolçusu Premyer Liqada 100-cü oyununu keçirib

“Sumqayıt”ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadə Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, onun yubileyi 15-ci tura təsadüf edib.

25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb.

O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/2022 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.

Rüstəm Əhmədzadə turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.

The post “Sumqayıt”ın futbolçusu Premyer Liqada 100-cü oyununu keçirib appeared first on Komanda.az.

Vernidub 4-cü əcnəbi mütəxəssis oldu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis olub.

Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis “Neftçi”ni 15-ci turda “Sumqayıt”la ev oyununa (2:2) çıxarıb.

Buna qədər Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) 1-ci, Valdas Dambrauskas (“Sabah”) 2-ci turda debüt edib.

Bununla da, Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.

O, “Neftçi”ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub “ağ-qaralar”ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.

The post Vernidub 4-cü əcnəbi mütəxəssis oldu appeared first on Komanda.az.

Amorim: “Azarkeşlər üçün baxımlı matç oldu”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 16-cı turunda “Bornmut”la keçirilən oyunun nəticəsini şərh edib. “Old Trafford”da baş tutan qarşılaşma 4:4 hesabı ilə başa çatıb.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında belə deyib:

“Evdə oyunu izləyən azarkeşlər üçün baxımlı matç oldu. Qarşılaşmaya çox yaxşı başladıq və hesab tam fərqli ola bilərdi. Ancaq ikinci hissənin ilk altı dəqiqəsində konsentrasiyanı itirdik və rəqib iki qol vurdu. Belə oyunları bitirməyi bacarmaq lazımdır”.

Amorimin komandası hazırda 26 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

“Qırmızı şeytanlar” növbəti turda ardıcıl 9 qələbəlik seriyaya malik olan “Aston Villa” ilə qarşılaşacaqlar.

The post Amorim: “Azarkeşlər üçün baxımlı matç oldu” appeared first on Komanda.az.

Motta “Fiorentina”nın təklifini rədd edib

“Fiorentina” yenidən baş məşqçi axtarışına çıxıb.

Komandanın hazırkı çalışdırıcısı Paolo Vanoli klubdakı cəmi bir aylıq fəaliyyətindən sonra postunu tərk etməyə yaxındır. Rəhbərlik artıq mümkün əvəzləyici namizədlər üzərində düşünür.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, namizədlər arasında Tiaqo Motta yer alsa da, “Bolonya” və “Yuventus”un sabiq baş məşqçisi vəziyyəti dəyərləndirdikdən sonra “Fiorentina”nı çalışdırmaq təklifindən imtina edib.

Florensiya təmsilçisi cari mövsümdə hələ də A Seriyasında qələbə qazana bilməyib. Komanda son turda doğma meydanda “Verona”ya 1:2 hesabı ilə məğlub olub.

The post Motta “Fiorentina”nın təklifini rədd edib appeared first on Komanda.az.

Babək Quliyevə UEFA-dan yeni təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma dekabrın 18-də Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.

The post Babək Quliyevə UEFA-dan yeni təyinat appeared first on Komanda.az.

Meksikada çempion 24 penaltidən sonra müəyyənləşib

Meksikada Apertura turnirinin qalibi müəyyənləşib.

Final qarşılaşmasında “Tiqres”lə üz-üzə gələn “Toluka” taleyüklü oyunda inanılmaz penalti seriyasından qalib ayrılaraq, tarixində 12-ci çempionluğunu rəsmiləşdirib.

Əsas vaxt və əlavə dəqiqələrdə qalib müəyyənləşmədiyindən, çempionun adı penalti seriyasında bəlli olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər ümumilikdə 24 penalti zərbəsi yerinə yetirib ki, bu da final üçün nadir hallarda rast gəlinən göstəricidir.

Həlledici anda “Tiqres”in oyunçusu Anxel Korrea (“Atletiko”nun sabiq futbolçusu) zərbəni dəqiq yerinə yetirə bilməyib. Ardınca Aleksis Veqa penaltini qola çevirərək “Toluka”ya qələbə qazandırıb.

Beləliklə, “Toluka” ardıcıl ikinci dəfə Meksika çempionu olub. Bu uğur yerli futbol üçün kifayət qədər nadir hadisə sayılır – indiyədək buna cəmi beş klub nail olmuşdu.

The post Meksikada çempion 24 penaltidən sonra müəyyənləşib appeared first on Komanda.az.

Rüstəmin yubileyi

Rüstəm Əhmədzadə Premyer Liqada 100-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “Sumqayıt”ın yarımmüdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının XV turuna təsadüf edib. 25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb.

O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.

Qeyd edək ki, Rüstəm turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.

Vernidub “Neftçi” tarixinin 33-cüsü oldu

Azərbaycan Premyer Liqasının XV turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, ukraynalı Yuri Vernidub “Neftçi”ni “Sumqayıt”la ev oyununa (2:2) çıxarıb.

Vernidub Premyer Liqada cari mövsümdə debüt edən 4-cü əcnəbi mütəxəssisdir. Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) I, Valdas Dambrauskas (“Sabah”) II turda debüt edib.

Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.

O, “Neftçi”ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub “ağ-qaralar”ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.

Autsayderin “qara zolağı”

“Karvan-Yevlax” Premyer Liqada ən az qələbəsi olan kollektivdir. Yevlax təmsilçisi 15 turda cəmi bir dəfə üç xala sevinib. Üç dəfə heç-heçə edən bölgə klubu 11 dəfə meydanı xalsız tərk edib.

Komandanın uğursuz nəticələrindən sonra Azər Həşimovu istefaya göndərən və posta qeyri-rəsmi Füzuli Məmmədovu gətirən “Karvan-Yevlax”da nəticələr düzəlmir. Bölgə təmsilçisi Məmmədovun rəhbərliyi altında çempionatdakı üç oyunda cəmi bir xal qazanıb.

6 xalla turnir cədvəlinin sonuncu – 12-ci sırasında olan yevlaxlılar 11-ci “Qəbələ“dən iki xal geridədir. 15 tura nəzərən sərgilənən oyunlara baxanda, “Karvan-Yevlax” elitanı tərk etməyə əsas namizəddir.

Həşimovin dönəmində əsas problem kimi komandanın ev oyunlarını Yevlaxdan kənarda keçirmək göstərilirdi. Lakin artıq üç turdur, komanda rəqiblərini Yevlaxda qəbul edir. Ancaq dəyişən nəsə yoxdur. Qış fasiləsinə bir tur qalıb. “Karvan-Yevlax” heyətlə bağlı gücləndirmə işləri aparmasa, mövsümün qalan hissəsi komanda üçün daha çətin keçəcək.

Şahin Cəfərov

Quliyev “Sparta”nın oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində dekabrın 18-də keçiriləcək “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq. Qarşılaşma Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.

Yaxşı ki, onlar var…

Azərbaycan Premyer Liqasında 15 tur geridə qalıb.

Futbolpress.azın məlumatına görə, çempionatın bombardiri 8 qolla “Sabah”ın hücumçusu Coy-Lens Mikelsdir. Alman forvard son turlardakı məhsuldarlığı ilə qol yarışında zirvədədir.

Bombardirlərin siyahısında “10-luq”da cəmi iki azərbaycanlı futbolçu var. “Qarabağın cinah müdafiəçisi Toral Bayramov 7 qolla üçüncü pillədədir. Digər yerli oyunçu isə Emin Mahmudovdur. “Neftçi”nin kapitanı 4 qolla 8-ci sırada yer alıb.

Millinin sabiq futbolçusu baş məşqçiliyə başladı

ABŞ millisinin sabiq futbolçusu Maykl Bredlinin yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi “Nyu-York Red Bullz” klubuna baş məşqçi təyin edilib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Mayk Bredli ötən ilin yanvarında futbolçu karyerasını bitirib. O, ABŞ millisində 151 oyunda 17 qol vurub.

Vanolinin son şansı

“Fiorentina” baş məşqçisi Paolo Vanoli ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Klub rəhbərliyi ötən aydan komandaya başçılıq edən mütəxəssisin işindən narazıdır.

“Fiorentina” İtaliya A Seriyasında hələ qələbə qazana bilməyib. “Bənövşəyilər” 15 turdan sonra 6 xalla sonuncu – 20-ci sıradadır.

“Fiorentina” çempionatda “Udineze” ilə oyunda da xal itirsə, böyük ehtimalla Vanoli istefaya göndəriləcək.

Silvanın qayıdış planı

Braziliyalı müdafiəçi Tyaqo Silva “Fluminense”dən ayrılmağa qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. 41 yaşlı müdafiəçinin niyyəti Avropaya qayıtmaq və Braziliya millisinin DÇ-2026 üçün heyətinə düşməkdir.

Silva bu mövsüm 46 oyunda 4 qol vurub.

Müdafiəçi daha əvvəl “Çelsi“, PSJ, “Milan” kimi klubların formasını geyinib.

Düşərli transfer – Simonun faydası

Ötən ay “Sumqayıt”a transfer olunan Nsana Simon komandada ikinci qolunu vurub.

Futbolpress.az-ın məlumatına görə, yarımmüdafiəçi “Neftçi” ilə səfər matçında “kimyaçılar”ın ilk qolunun müəllifi olub. Simon komandanın builki transferlərindən qısa müddətdə ən fayda verənidir.

25 yaşlı futbolçu bundan öncə XII turda “Qarabağ“la ev oyununda baxımlı zərbə ilə fərqlənməyi bacarmışdı.

Simon azad agent kimi “Sumqayıt”a keçib. Daha əvvəl TürkiyədəSakaryaspor“, Sloveniyada “Bravo”, İsveçrədəSankt-Qallen“, Fransada “Lans”da çıxış edən müdafiəçi təcrübəsi hesabına məhsuldar oyunu ilə diqqət çəkməyi bacarır.

Simon Premyer Liqada 7 oyunda 2 qol vurmaqla yanaşı, 1 də məhsuldar ötürmə müəllifi olub.

Şahin Cəfərov

“Çətin anda komandaya lazım idim”

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde İspaniya La Liqasında “Alaves”lə oyundan sonra fiziki durumu ilə bağlı sualı cavablandırıb. Uruqvaylı futbolçu qarşılaşmaya start heyətində çıxıb və final fitinə qədər meydanda qalıb.

27 yaşlı yarımmüdafiəçi ardıcıl ikinci oyundur ki, zədə ilə oynayır. Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, Valverde bu vəziyyətə belə aydınlıq gətirib:

“Çətin anda komandaya lazım idim. Bu oyunda hər kəs əla oyun göstərdi. Kapitan kimi nəsə yolunda getməyəndə ilk növbədə məsuliyyəti üzərimə götürməli, təşəbbüs göstərməliyəm”.

“Real”ın “Alaves”lə qarşılaşması madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

The post “Çətin anda komandaya lazım idim” appeared first on Komanda.az.

“Qarabağ”a məğlub olan klubun prezidenti İtaliya üçün darıxır

Portuqaliya millisinin sabiq futbolçusu, hazırda “Benfika”nın prezidenti olan Ruy Koşta İtaliyaya olan həsrətindən danışıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, futbolçu karyerasının böyük hissəsini bu ölkədə – əvvəlcə “Fiorentina”, daha sonra isə “Milan”da keçirdiyini xatırladıb:

“Təəssüf ki, “Benfika” kimi bir klubun prezidenti olduğum üçün başqa şeylərə çox az vaxtım qalır. Həm Florensiya, həm də Milan üçün çox darıxıram. İtaliyada çoxlu dostlarım var və ora hər gedəndə hamı ilə görüşməyə vaxt çatmır. Bu, insanı incidən məqamdır”.

“Benfika” Portuqaliya çempionatında 14 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının ilk turunda “Qarabağ”a məğlub (2:3) olaraq, baş məşqçi Bruno Laje ilə yollarını ayırmışdı.

The post “Qarabağ”a məğlub olan klubun prezidenti İtaliya üçün darıxır appeared first on Komanda.az.

“Finalissima”nın vaxtı

Avropa çempionu və Amerika Kubokunun qalibi arasında keçiriləcək “Finalissima”nın vaxtı və məkanı məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəhbəri Luzan Rafael məlumat yayıb. O, “El Chiringuito” nəşrinə açıqlamasında bunları deyib:

Finalissima böyük ehtimalla, martda olacaq. Bununla bağlı UEFA-ya sorğu göndərmişik və yəqin, qısa zamanda təsdiq gələcək”.

2026-cı ildə İspaniya və Argentina milli komandaları arasında baş tutacaq oyuna Qətər ev sahibliyi edəcək.

“Neftçi”nin futbolçusu: “Səhvlərimizdən nəticə çıxarmalıyıq”

“Neftçi”nin futbolçusu Mustafa Sek Premyer Liqanın XV turunda “Sumqayıt”la oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu klubun mətbuat xidmətinə açıqlamasında 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“2:0 öndə olduğumuz oyunda belə asan qollar buraxmamalıyıq. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Futbolda qaçırılan epizodlar olur. Lakin sonradan bunun acısını çəkirsən. Belə epizodlardan yararlanmalısan. Üzərimizdə işləməliyik. Düşünürəm ki, pis oynamadıq, baxmayaraq ki, nəticə istədiyimiz kimi deyildi Hamımız bir olsaq, komanda şəklində düz çıxış etsək, istədiyimizi əldə edə bilərik”.

Son gündə bölünən xallar

Premyer Liqada dünən baş tutan iki oyunla XV tura yekun vurulub. Son matçlarda qalib müəyyənləşməyib.

İmişli” Qubada “Karvan-Yevlax”la, “Neftçi” isə azarkeşləri önündəSumqayıt”la heç-heçə edib – 1:1, 2:2. Maraqlıdır, hər iki matçda meydan sahibləri hesabı açan tərəf olsa da, yekunda üstünlüyü qoruya bilməyiblər.

Kəpəz”in qələbə qazandığı turda “Karvan-Yevlax” üçün bir xal qənaətbəxşdir. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv aktivinə bir xal yazdırmaqla aradakı fərqi 3 xalda saxladı. Quba səfərindən sürətli hücumlarla rəqib müdafiəsini yarmağa çalışan bölgə klubunun cəhdləri uğursuz alındı. Çempionatda kompakt müdafiəsi ilə seçilən “İmişli” arxa xəttdəki inamlı oyunu hesabına turu bir xalla başa vurdu. “İmişli” ümumiyyətlə son turlarda xal itkiləri yaşamaqdadır. Buna baxmayaraq, komandanın aktivində 16 xal var və sonuncu “Karvan-Yevlax”dan 8 xal öndədirlər.

“Neftçi” isə Yuri Vernidubun rəhbərliyi altında ilk sınağına çıxdı. “Sumqayıt”la matçın birinci hissəsində böyük üstünlük quran və kifayət qədər qol epizodu yaradan “ağqaralar”da realizasiya problemi davam etməkdədir. Hücumda Bassala Sambu, İmad Faraj aktivlik göstərsə də, qaçırılan epizodlar yekunda bir xalla kifayətlənməyə səbəb oldu. Hər bir halda, ilk hissədə “ağ-qaralar” adına sərgilənən oyun ümid verdi.

“Sumqayıt” səfərdə mühüm xal qazandı. Nəzərə alaq ki, komanda 0:2-dən döndü və bu, “kimyaçılar” üçün qələbəyə bərabər xal olmalıdır. İlk hissəni yaxşı keçirməyən komanda fasilədən sonra Ramalinqom, Simon kimi futbolçuların meydana daxil olması ilə nəzarəti ələ almağı bacardı və 6 dəqiqəyə iki qol vurmaqla məğlubiyyətdən xilas oldu. Turu üçüncü sırada başa vuran “Sumqayıt”ın potensialı var. Komanda oyununu mövsümün qalan hissəsinə də yaya bilsə, avrokuboklara vəsiqə uğrunda mübarizədə favoritlərdən olacaq.

Şahin Cəfərov

“Mançester Yunayted” 4 qol vurdu, 1 xal qazandı

İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Mançester Yunayted” evdə “Bornmut”la qarşılaşıb. Məhsuldar alınan görüşdə qalib müəyyənləşməyib.

Hazırda 36 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 34, “Aston Villa” 33, “Çelsi” 28, “Kristal Pelas”, “Mançester Yunayted”, “Liverpul” və “Sanderlend” 26 xal toplayıb.

İngiltərə Premyer Liqası
16-cı tur

13 dekabr

Çelsi – Everton 2:0
Qollar
: Palmer, 21. Qusto, 45.

Liverpul – Brayton 2:0
Qollar
: Ekitike, 1; 60.

Börnli – Fulhem 2:3
Qollar
: Uqoçukvu, 21. Sonne, 86 – Smit Rou, 9. Bassi, 31. H.Uilson, 58.

Arsenal – Vulverhempton 2:1
Qollar
: Conston, 70-öz qapısına. Moskera, 90+4-öz qapısına – Arokodare, 90.

14 dekabr

Kristal Pelas – Mançester Siti 0:3
Qollar
: Haland, 41; 89-pen. Foden, 69.

Nottingem Forest – Tottenhem 3:0
Qollar
: Hodson-Odoi, 28; 50. Sanqare, 79.

Sanderlend – Nyukasl 1:0
Qol
: Voltemade, 46-öz qapısına.

Vest Hem – Aston Villa 2:3
Qollar
: M.Fernandes, 1. Bouen, 24 – Mavropanos, 9-öz qapısına. M.Rocers, 50; 79.

Brentford – Lids 1:1
Qollar
: Henderson, 70 – Levin, 82.

15 dekabr

Mançester Yunayted – Bornmut 4:4
Qollar
: A.Diallo, 13. Kazemiro, 45+4. B.Fernandes, 77. M.Kunya, 79 – Semenyo, 40. Evanilson, 46. Tavernye, 52. Kroupi, 84.

The post “Mançester Yunayted” 4 qol vurdu, 1 xal qazandı appeared first on Komanda.az.

Premyer Liqa: “Mançester Yunayted” – “Bornmut” matçında 8 qol

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Mançester Yunayted” doğma meydanda “Bornmut”la qarşılaşıb. Qapılara 8 qolun vurulduğu bu görüşdə qalib müəyyənləşməyib.

Beləliklə, mövsümün geridə qalmış 16 turundan sonra 36 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” 34 xalla ikinci, “Aston Villa” 33 xalla üçüncü pillədə qərarlaşıb. “Çelsi”nin 28, “Kristal Pelas”, “Mançester Yunayted”, “Liverpul” və “Sanderlend”in 26 xalı var.

İngiltərə, Premyer Liqa
16-cı tur
13 dekabr

Çelsi – Everton 2:0
Qollar: Palmer, 21. Qusto, 45.

Liverpul – Brayton 2:0
Qollar: Ekitike, 1; 60.

Börnli – Fulhem 2:3
Qollar: Uqoçukvu, 21. Sonne, 86 – Smit Rou, 9. Bassi, 31. H.Uilson, 58.

Arsenal – Vulverhempton 2:1
Qollar: Conston, 70-öz qapısına. Moskera, 90+4-öz qapısına – Arokodare, 90.

14 dekabr

Kristal Pelas – Mançester Siti 0:3
Qollar: Haland, 41; 89-pen. Foden, 69.

Nottingem Forest – Tottenhem 3:0
Qollar: Hodson-Odoi, 28; 50. Sanqare, 79.

Sanderlend – Nyukasl 1:0
Qol: Voltemade, 46-öz qapısına.

Vest Hem – Aston Villa 2:3
Qollar: M.Fernandes, 1. Bouen, 24 – Mavropanos, 9-öz qapısına. M.Rocers, 50; 79.

Brentford – Lids 1:1
Qollar: Henderson, 70 – Levin, 82.

15 dekabr

Mançester Yunayted – Bornmut 4:4
Qollar: A.Diallo, 13. Kazemiro, 45+4. B.Fernandes, 77. M.Kunya, 79 – Semenyo, 40. Evanilson, 46. Tavernye, 52. Kroupi, 84.

La Liqa: “Rayo Valyekano” və “Betis”dən qolsuz “sülh”

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Rayo Valyekano” doğma meydanda “Betis”lə üz-üzə gəlib. Tərəflər meydanı qolsuz tərk ediblər.

Beləliklə, mövsümün geridə qalmış 16 turundan sonra 43 xala malik “Barselona” vahid liderdir. “Real” 39 xalla ikinci, “Vilyarreal” 34 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko”nun 34, “Espanyol”un 30, “Betis”in 25, “Atletik”in 23 xalı var.

İspaniya, La Liqa
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

Atletiko – Valensiya 2:1
Qollar: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.

Malyorka – Elçe 3:1
Qollar: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.

Barselona – Osasuna 2:0
Qollar: Rafinya, 70; 86.

Xetafe – Espanyol 0:1
Qol: Kabrera, 53.

14 dekabr

Sevilya – Real Ovyedo 4:0
Qollar: A.Adams, 4. Sou, 22. Mendi, 51. Exuke, 89.

Selta – Atletik 2:0
Qollar: Svedberq, 48. El Abdellaui, 55.

Levante – Vilyarreal matçı təxirə salınıb

Alaves – Real 1:2
Qollar: K.Visente, 68 – Mbappe, 24. Rodriqo, 76.

15 dekabr

Rayo Valyekano – Betis 0:0

A Seriyası: “Roma” “Komo”nu tək qolla yendi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Roma” doğma meydanda “Komo” ilə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Meydan sahibləri yekunda 3 xalı bayram ediblər.

Beləliklə, geridə qalmış 15 turdan sonra 33 xala malik “İnter” vahid liderdir. “Milan” 32 xalla ikinci, “Napoli” 31 xalla üçüncü pillədə qərarlaşıb. “Roma” 30, “Yuventus” 26, “Bolonya” 25, “Komo” 24, “Latsio” 22 xal toplayıb.

İtaliya, A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol: Ştuliç, 72.

13 dekabr

Torino – Kremoneze 1:0
Qol: Vlaşiç, 27.

Parma – Latsio 0:1
Qol: Noslin, 82.

Atalanta- Kalyari 2:1
Qol: Skamakka, 11; 81 – Qaetano, 75.

14 dekabr

Milan – Sassuolo 2:2
Qollar: Bartesaqi, 34; 47 – Kone, 13. Loryente, 77.

Fiorentina – Verona 1:2
Qollar: Nunyes, 69-öz qapısına – Orban, 42; 90+3.

Udineze – Napoli 1:0
Qol: Ekkelenkamp, 73.

Cenoa – İnter 1:2
Qollar: Vitinya, 68 – Bissek, 6. L.Martines, 38.

Bolonya – Yuventus 0:1
Qol: Kabal, 64.

15 dekabr

Roma – Komo 1:0
Qol: Uesli, 61.

Super Liqa: “Fənərbağça” “Konyaspor”u 4 cavabsız qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Fənərbağça” doğma meydanda “Konyaspor”la üz-üzə gəlib. İstanbul nəhəngi bu görüşdə 3 xalı 4 cavabsız qolla qazanıb.

Beləliklə, geridə qalmış 16 turdan sonra 39 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 36 xalla ikinci, “Trabzonspor” 35 xalla üçüncü pillədə qərarlaşıb. “Göztəpə”nin 29, “Beşiktaş”ın 26, “Samsunspor”un 25, “Qaziantep”in 23, “Başakşəhər”in xalı var.

Türkiyə, Super Liqa
16-cı tur
12 dekabr

Kasımpaşa – Gənclərbirliyi 0:0

13 dekabr

Rizəspor – Eyüpspor 3:0
Qollar: Laci, 45+2-pen. S.Akaydın, 52. Sou, 81.

Kayserispor – Alanyaspor 0:0

Antalyaspor – Qalatasaray 1:4
Qollar: Van de Strek, 69 – Sane, 7. Sallai, 11. Osimhen, 56. İkardi, 90+3.

14 dekabr

Qaziantep – Göztəpə 0:1
Qol: Janderson, 69.

Karagümrük – Kocaelispor 1:1
Qollar: Fofana, 65 – Petkoviç, 90+3.

Samsunspor – Başakşəhər 0:2
Qollar: Şomurodov, 66. B.Yıldırım, 83.

Trabzonspor – Beşiktaş 3:3
Qollar: Muçi, 25. Ulai, 63. Zubkov, 84 – T.Abraham, 18. Çernı, 22; 31.

15 dekabr

Fənərbağça – Konyaspor 4:0
Qollar: Talişka, 28-pen; 37. M.Müldür, 30. M.Asensio, 87.

Aleksis Salemakers “Milan”la yeni müqaviləyə imza atdı

Futbol üzrə Belçika yığma komandasının və “Milan”ın yarımmüdafiəçi Aleksis Salemakers İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2031-ci ilin iyununa qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalayıblar. Futbolçunun əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununda bitəcəkdi.

“Anderlext”in yetirməsi olan Aleksis Salemakers 2020-ci ilin yanvarından “Milan”dadır. 26 yaşlı belçikalı yarımmüdafiəçi İtaliya klubunun heyətində 159 oyuna çıxıb, 12 qol və 18 assistlə yadda qalıb.

Salemakers “Milan”a qoşulduqdan sonra bir mövsüm “Bolonya”da (32 oyun, 4 qol və 3 assist), bir mövsüm də “Roma”da (31 oyun, 7 qol və 7 assist) icarədə olub.

Aleks 2020-ci ilin oktyabr ayında debüt etdiyi Belçika yığmasında da 21 matça çıxıb, 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Son oyunda heç-heçə

İspaniya La Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Rayo Valyekano” evdə “Betis”lə qarşılaşıb. Qarşılaşma qolsuz başa çatıb.

Hazırda 43 xala malik “Barselona” vahid liderdir. “Real” 39, “Vilyarreal” 34, “Atletiko” 34, “Espanyol” 30 xal toplayıb.

İspaniya La Liqası
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar
: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

Atletiko – Valensiya 2:1
Qollar
: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.

Malyorka – Elçe 3:1
Qollar
: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.

Barselona – Osasuna 2:0
Qollar
: Rafinya, 70; 86.

Xetafe – Espanyol 0:1
Qol
: Kabrera, 53.

14 dekabr

Sevilya – Real Ovyedo 4:0
Qollar
: A.Adams, 4. Sou, 22. Mendi, 51. Exuke, 89.

Selta – Atletik 2:0
Qollar
: Svedberq, 48. El Abdellaui, 55.

Levante – Vilyarreal matçı təxirə salınıb

Alaves – Real 1:2
Qollar
: K.Visente, 68 – Mbappe, 24. Rodriqo, 76.

15 dekabr

Rayo Valyekano – Betis 0:0

The post Son oyunda heç-heçə appeared first on Komanda.az.

“Roma”ya bir qol bəs etdi

İtaliya A Seriyasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Roma” evdə “Komo” ilə qarşılaşıb və minimal hesabla qalib gəlib.

Hazırda 33 xala malik “İnter” vahid liderdir. “Milan” 32, “Napoli” 31, “Roma” 30, “Yuventus” 26 xal toplayıb.

İtaliya A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol
: Ştuliç, 72.

13 dekabr

Torino – Kremoneze 1:0
Qol
: Vlaşiç, 27.

Parma – Latsio 0:1
Qol
: Noslin, 82.

Atalanta- Kalyari 2:1
Qol
: Skamakka, 11; 81 – Qaetano, 75.

14 dekabr

Milan – Sassuolo 2:2
Qollar
: Bartesaqi, 34; 47 – Kone, 13. Loryente, 77.

Fiorentina – Verona 1:2
Qollar
: Nunyes, 69-öz qapısına – Orban, 42; 90+3.

Udineze – Napoli 1:0
Qol
: Ekkelenkamp, 73.

Cenoa – İnter 1:2
Qollar
: Vitinya, 68 – Bissek, 6. L.Martines, 38.

Bolonya – Yuventus 0:1
Qol
: Kabal, 64.

15 dekabr

Roma – Komo 1:0
Qol
: Uesli, 61.

The post “Roma”ya bir qol bəs etdi appeared first on Komanda.az.

“Fənərbaxça”dan darmadağın

Türkiyə Super Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Fənərbaxça” evdə “Konyaspor”la qarşılaşıb və darmadağına sevinib.

Hazırda 39 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 36, “Trabzonspor” 35, “Göztəpə” 29, “Beşiktaş” 26, “Samsunspor” 25 xal toplayıb.

Türkiyə Super Liqası
16-cı tur

12 dekabr

Kasımpaşa – Gənclərbirliyi 0:0

13 dekabr

Rizəspor – Eyüpspor 3:0
Qollar: Laci, 45+2-pen. S.Akaydın, 52. Sou, 81.

Kayserispor – Alanyaspor 0:0

Antalyaspor – Qalatasaray 1:4
Qollar: Van de Strek, 69 – Sane, 7. Sallai, 11. Osimhen, 56. İkardi, 90+3.

14 dekabr

Qaziantep – Göztəpə 0:1
Qol
: Janderson, 69.

Karagümrük – Kocaelispor 1:1
Qollar
: Fofana, 65 – Petkoviç, 90+3.

Samsunspor – Başakşəhər 0:2
Qollar
: Şomurodov, 66. B.Yıldırım, 83.

Trabzonspor – Beşiktaş 3:3
Qollar
: Muçi, 25. Ulai, 63. Zubkov, 84 – T.Abraham, 18. Çernı, 22; 31.

15 dekabr

Fənərbaxça – Konyaspor 4:0
Qollar
: Talişka, 28-pen; 37. M.Müldür, 30. M.Asensio, 87.

The post “Fənərbaxça”dan darmadağın appeared first on Komanda.az.

“Milan”da yeni müqavilə

“Milan” belçikalı yarımmüdafiəçi Aleksis Salemakerslə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2031-ci ilin iyununa qədər sözləşmə imzalayıblar. Futbolçunun əvvəlki müqaviləsinin müddəti 2027-ci ildə bitəcəkdi.

26 yaşlı futbolçu 2020-ci ildən “Milan”da çıxış edir. O, cari mövsümdə komandasının heyətində 18 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

The post “Milan”da yeni müqavilə appeared first on Komanda.az.

Azərbaycanın 4 boksçusu AÇ-nin finalında

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında yarımfinal döyüşləri keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan 4 idmançısı finala yüksəlib.

Gülər Hüseynova (48 kq) Serana Mali (İngiltərə) ilə üz-üzə gəlib. Boksçumuz inamlı çıxış sayəsində rəqibini məğlub edib – 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29). O, finalda Asmin Cabasla (Türkiyə) döyüşəcək.

Qardaş Rəhimov (46 kq) Rati Xarbedia (Gürcüstan) ilə qarşılaşıb. O, hər 3 raundda rəqibindən güclü olub və yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Rəhimov qızıl medal uğrunda Birham-Pasa İuseimlə (Rumıniya) gücünü yoxlayacaq.

Şahin Aslanov (60 kq) da adını finala yazdırıb. O, Ceyson Maherlə (İrlandiya) dueldən qalib ayrılıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçumuzun finalda rəqibi Frenki Smit (İngiltərə) olacaq.

Şükar Əliyev (75 kq) isə finala döyüş keçirmədən vəsiqə qazanıb. Aleks Domjan (Macarıstan) döyüşə gəlmədiyi üçün milli üzvü qalib elan olunub. O, finalda Maykl Mauqanı (İngiltərə) sınağa çəkəcək.

Həlledici döyüşlər dekabrın 17-də keçiriləcək.

The post Azərbaycanın 4 boksçusu AÇ-nin finalında appeared first on Komanda.az.

Yuri Vernidub: “Neftçi” 8-ci yerdə olmamalıdır”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Bakıda üz-üzə gəliblər.

“Neftçi Arena”da təşkil edilmiş qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“65-70 dəqiqə ərzində meydanda əsl futbol var idi. Bu futbolu da “Neftçi” nümayiş etdirirdi. Həmin anlara qədər qapımızın qarşısında hansısa təhlükənin olduğunu xatırlamıram. Hesab 2:0 olsa da, daha 3 qol vurmaq üçün şansımız var idi. Elə bu məqam qələbə qazana bilməməyimizə səbəb oldu. Komandam son 20 dəqiqəni yorğun şəkildə oynadı. Səmimi şəkildə etiraf edim ki, fiziki güc yetərli olmadı. Amma bütün bunların hamısını daha yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox. Qarşıda “Karvan”la oyunumuz var. Həmin matçdan sonra təlim-məşq toplanışına gedəcəyik. Orada komandanı daha yaxşı hazırlamaq şansımız olacaq. Yaxşı komandamız var. Futbolçuların sürəti, topla davranışı, texnikaları yaxşıdır. Sadəcə, düzəlməli olan 1-2 məqam var. Bunlardan biri intizamın yaxşılaşdırılması, digəri isə fiziki gücün artırılması olmalıdır. “Neftçi”nin daha yüksək səviyyələrə qalxması üçün əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik. Bu klubu Ukraynada “Dinamo” və “Şaxtyor”la müqayisə edirəm. “Neftçi” tarixi klubdur, Azərbaycan üçün brenddir”.

Yuri Vernidub hədəflərini açıqladı

Yuri Vernidub “Neftçi”dəki hədəflərindən də söhbət açıb:

“Qarşımıza böyük hədəflər qoymuşuq. Klub rəhbərliyinin məndən nələr tələb etdiyini bilirəm. İndi nəsə demək çətindir. Zaman göstərəcək. Bugünkü 65-70 dəqiqədəki kimi oyu sərgiləsək, yaxşı nəticələr əldə edə bilərik. Nə qədər çətin hədəflər olsa da, onlara çatmaq üçün əlimdən gələni edəcəyəm. Avrokuboklara vəsiqə qazanmaq üçün nə qədər irəli getməli olduğumuzu bilirəm. Amma futbolda hər şey ola bilər. Buna inanıram. İnanmasam, bura gəlməzdim.

Hazırda komandada olanlar pis oyunçular deyillər, amma yüksək yerlərə qalxmaq istəyiriksə, mütləq şəkildə heyəti gücləndirməyə ehtiyac olacaq. Klub rəhbərliyi ilə danışıb axtarışlara başlayacağıq. Elə etməliyik ki, bir-birini əvəzləyə biləcək eyni səviyyədə iki oyunçu olsun. Vaxt da azdır. Dekabrın 20-də sonuncu oyunumuzdur. Yanvarın 23-də isə yeni ilin ilk matçına çıxacağıq. Cəmi 1 ay vaxtımız var. Ən azından indi futbolçuları tanıyıram, kimin nə bacardığını bilirəm. Bu, çox önəmlidir. Onların üzərində işləmək daha məntiqlidir, nəinki bütün heyəti dəyişmək. O mövqeyi tutsaq, gərək hər yarım ildə yeni komanda quraq. Bu da effekt verməyəcək”.

“Mən sehrbaz deyiləm”

Vernidub qısa müddət ərzində nələri dəyişməyə çalışdığını da açıqlayıb:

“İlk növbədə bütün futbolçularla danışmaq lazımdır. Taktiki məşğələlərə daha çox vaxt ayırmaq vacibdir. Dominant oyun üslubuna üstünlük verməliyik. Oyunun əvvəlindən pressinq etmək qaçış məsafəsini də azaldır. Bir var hər şeyi öz qapından başlayasan, onda 60-70 metr məsafə qət etməli olursan. Hücumda pressinq edirsənsə, qaçış məsafəsi 15-20 metr azalır. Bu da komandanın fiziki baxımdan yaxşı formada qalmasına kömək edir. Mənim dediyim futbol 60-70 dəqiqədə oynadığımız futbol idi. Burada həm kompaktlıq, həm də sürət var idi. Amma sonradan yorğunluq başladı və komanda heç vaxt görmək istəmədiyim oyun tərzinə keçdi”.

Ukraynalı mütəxəssis kamerunlu ulduz hücumçu Vensan Abubakarın hazırlıq durumuna da toxunub:

“Bassala Sambu çox böyük iş gördü, “Sumqayıt”ın oyunçularına yaxşı pressinq tətbiq etdi. Bunun nəticəsində rəqib səhvlər etməyə başladı. Sambu çox pressinq etdiyi üçün yorulmuşdu. Ona görə də qərar verdim ki, daha təcrübəli futbolçu olan Abubakarı meydana buraxım. Bir ulduz oyunçu kimi onun şansları daha yaxşı dəyərləndirəcəyini düşünürdüm. O, belə məqamlarda çox qollar vurub. Abubakarın “Portu”da, “Beşiktaş”da oyunlarını xatırlaya bilərik. Düzdür, indi həmin formada deyil. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim. Amma nəyin üzərində və necə işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıq ki, ən azından 3-cü yerdə olaq. Çünki bu klubun böyük tarixi və ənənələri var”.

Şahin Abdullayev: “Neftçi”yə qarşı planımız işə yaradı”

“Sumqayıt”ın məşqçisi Şahin Abdullayev Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Bakıda üz-üzə gəliblər.

“Neftçi Arena”da təşkil edilmiş qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Şahin Abdullayev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Düşünürdük ki, “Neftçi”də 60-65-ci dəqiqədən sonra fiziki baxımdan düşüş ola bilər. Ona görə də bəzi oyunçuları ehtiyatda saxlamışdıq. Həmin futbolçular meydana girəndən sonra oyun planımız üzrə getdi.

Nadir Orucov oyunun ən yaxşılarından biri idi. Meydana girəndən sonra özünü çox yaxşı tərəfdən göstərdi. Təcrübə baxımından “Neftçi” kimi komandaya qarşı səfər oyununda onu start heyətində oynatmağa risk etmədik. Aleksandr Ramalinqomu isə plan üzrə ehtiyatda saxlamışdıq.

Birinci hissədə çox top itirirdik. Əsas problemlərimizdən biri o idi. Müdafiəçilərimiz dərhal uzun toplar atırdılar. Bu, bizim oyun tərzimiz deyil. Baş məşqqçi fasilədə tapşırdı ki, bir az top saxlayaq, oyunu sakitləşdirək. Deməzdim ki, ikinci hissənin əvvəlində bunu bacardıq. Ninkoviç meydana girəndən sonra oyunumuz daha yaxşı alındı. Çünki o top saxlamağı bacarır, oyunun tempini qaldırıb, aşağı salır. 60-cı dəqiqədən sonra oyunu ələ ala bildik”.

Ardıcıl 3-cü oyundur ki, “Sumqayıt”ın texniki zonasında gərginlik yaranır. Abdullayev “Bu aqressiyanın səbəbi nədir” sualına belə cavab verib:

“Sırf aqressiya olduğunu deməzdim. Ötən matçda bizim köməkçi məşqçi qırmızı vərəqə alanda aqressivlik görmədik. Rəqib futbolçular bizə tərəf cumdular. Kollektiv şəkildə aqressiyamızın olduğunu deməzdim. Bu gün İqor Ribeyro ilə Ramalinqom oyun epizodunda mübahisə etdilər. Bizim ehtiyat oyunçular skamyasında hamı sakit durmuşdu. Oyundan əvvəl də hamıya sakit qalmasını demişdik”.

Maneul Noyer 2025-ci ili erkən bitirdi

Futbol üzrə Almaniya çempionu “Bayern”in təcrübəli qapıçısı Maneul Noyer zədə səbəbindən bir müddət məcburi istirahət edəcək.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qapıçıya sağ bud əzələsinin cırılması diaqnozu qoyulub. Lakin bərpa müddəti ilə bağlı açıqlama verilməyib.

39 yaşlı qolkiper Almaniya çempionatının 14-cü turunda, “Maynts”la matçda (2:2) zədələnib.

Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 20 oyuna çıxıb, 21 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 581 oyun, 480 buraxılmış qol və 271 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 12 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 39 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Yüksək Liqa: “Azərreyl” “Gənclər”ə qalib gəldi

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Azərreyl” və “Gənclər” komandaları üz-üzə gəliblər. Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş oyunun yekununda “Azərreyl” bu rəqibinə 3:0 (25:16, 25:15, 25:12) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 7-ci tura dekabrın 17-də yekun vurulacaq.

Yüksək Liqa (kişilər)
7-ci tur
15 dekabr

“Gənclər” – “Azərreyl” 0:3 (16:25, 15:25, 12:25)

Xorxe Kaskilya: “Qələbəyə daha çox layiq idik”

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 15-ci turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Qubada üz-üzə gəliblər.

Əyalət təmsilçilərinin duelində qalib müəyyənləşməyib – 1:1.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nəticə gözlədiyimiz kimi olmadı. Çünki oyun planına və meydanda göstərilən performansa əsasən qalibiyyətə daha çox layiq olan tərəf biz idik. 90 dəqiqə ərzində daha istəkli, daha çox mübarizə aparan və oyunu qurmağa çalışan komanda “İmişli” idi. Bu baxımdan hesab edirəm ki, qalibiyyət məhz bizim komandaya daha çox yaraşırdı.

Havanın və meydanın vəziyyəti oyunun gedişinə ciddi təsir göstərdi. Meydanın ağır olması səbəbindən oyunu qurmaq bizim üçün xeyli çətin idi. Buna baxmayaraq, komandamın çıxışından razı qaldım. Birinci hissədə 3-4, hətta 5 təhlükəli qol epizodu yaratdıq, lakin onlardan yalnız birini qola çevirə bildik. Həmin imkanlardan istifadə etsəydik, oyunun taleyini artıq ilk hissədə həll edə bilərdik.
Təəssüf ki, futboldur, ağır meydan şəraitində qol vurmaq hər zaman asan olmur. Əks-hücumların birində də qapımızda qol gördük və nəticədə istədiyimiz hesabı əldə edə bilmədik.

İkinci hissədə də komandamız eyni əzmkarlıqla mübarizəni davam etdirdi. Hücum qururduq, qol axtarırdıq və qələbə qolunu vurmaq üçün sona qədər çalışdıq. Lakin etiraf etmək lazımdır ki, ikinci hissədə meydanın vəziyyəti birincidən də çətin idi. Texnikaya əsaslanan komanda olduğumuz üçün bu cür şəraitdə oyun qurmaq daha da mürəkkəbləşirdi.

Bütün bunlara baxmayaraq, futbolçularımı göstərdikləri rəqabətli və döyüşkən oyuna görə təbrik edirəm. Oyunun ilk dəqiqəsindən son saniyəsinədək meydanda 100 faizdən də artıq güclərini qoydular. Bu, çox müsbət göstəricidir. Komandamız heç vaxt təslim olmur, şəraitdən asılı olmayaraq maksimumunu ortaya qoyur.

Bu səbəbdən düşünürəm ki, qalibiyyətə layiq olan tərəf biz idik. Məqsədimiz 3 xal qazanmaq idi, lakin 1 xalla kifayətləndik. Amma açıq şəkildə demək lazımdır ki, bu oyunda qalibiyyətə daha çox layiq idik”.

Məmmədov: “İmişli” ilə matçın ədalətli nəticəsi heç-heçə idi”

“Karvan”ın məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 15-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Qubada üz-üzə gəliblər.

Əyalət təmsilçilərinin duelində qalib müəyyənləşməyib – 1:1.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu. Əlbəttə, bura qələbə üçün gəlmişdik. Həm qalib gələ, həm də uduza bilərdik. Matçın ədalətli nəticəsi bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən, sonadək mübarizə apardılar. Hesabda geri olsaq da, onlar əzmkarlıq göstərib bərabərlik qolunu vurdular. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, “Karvan” növbəti turda “Neftçi” ilə qarşılaşacaq.

Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar

Azərbaycan Güləş Federasiyası “Güləş Qarabağda” kampaniyası çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tədbir keçirib.

Komanda.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyilə təşkil edilən tədbir ali təhsil ocağının akt zalında baş tutub.

Tanınmış güləşçilər, nüfuzlu yarışların qalib və mükafatçıları – Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev, həmçinin çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani tələbələr önündə çıxış edib.

Onlar qələbəyə gedən yolun hamar olmadığını, dəfələrlə müxtəlif maneələrlə üzləşdiklərini, ancaq heç vaxt ruhdan düşməyərək mübarizə apardıqlarını və nəticədə uğurlara nail olduqlarını bildirib, gəncləri daim mübariz ruhda olmağa, milli şüur altında mənəvi dəyərlərə riayət etməyə səsləyiblər.

Daha sonra maraqlı viktorina keçirilib. Müxtəlif suallarla tələbələrin güləşlə bağlı bilikləri yoxlanılıb. Test vasitəsilə həm də bu idman növü ilə bağlı daha ətraflı məlumat toplamağa şərait yaradılıb. Böyük maraqla qarşılanan və ciddi mübarizə şəraitində keçən viktorinanın qaliblərinə AGF tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra tələbələr güləşçilərə müxtəlif suallar ünvanlayıb və onlardan avtoqraf alıb. Sonda xatirə şəkli çəkdirilib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan güləşini və güləşçisini təbliğ etmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdir.

The post Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar appeared first on Komanda.az.

Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər

Azərbaycanın tanınmış güləş simaları Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə dəstəyi ilə “Güləş Qarabağda” devizi altında Qarabağ və Şərqi Zəngəzura səfər həyata keçiriliblər.

Komanda.az xəbər verir ki, səfərdə həmçinin Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri iştirak ediblər.

Nümayəndə heyəti bu gün Xankəndi şəhərində olub. Qonaqlar əvvəlcə Nizami Gəncəvi adına 4 saylı orta məktəbə baş çəkib. Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev kimi tanınmış güləşçilər məktəblilər tərəfindən böyük coşğu və maraqla qarşılanıb. Tanınmış güləşçilərlə şəkil çəkdirən, onlardan avtoqraf alan yeniyetmələr məktəbin stadionunda salınmış güləş xalçası üzərində müəyyən güləş elementləriylə tanış olub.

Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzərianinin rəhbərlik altında keçirilən oyunlar tədbirə əlavə rəng qatıb. Şagirdlərə AGF tərəfindən hədiyyələr təqdim edilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd güləşin populyarlığını daha da artırmaq, tanınmış güləşçilərlə məktəblilərin ünsiyyətini təşkil etmək və gənc nəsilə “sağlam bədəndə sağlam ruh olar” düşüncəsini, vətənpərvərlik ruhunu aşılamaqdır.

The post Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər appeared first on Komanda.az.

“Milan”ın hədəfindədir – Almaniyalı hücumçu

“Vest Hem”in hücumçusu Niklas Fullkruq İtaliya liqasına gedə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu hazırda “Milan”ın idman direktoru İqli Tare üçün əsas hədəfə ​​çevrilib. Bu, forvardın İtaliya klubuna transfer şansının əvvəlkindən daha yüksək olduğu deməkdir.

“Milan” hazırda A Seriyasının cədvəlində ikinci yerdədir.

The post “Milan”ın hədəfindədir – Almaniyalı hücumçu appeared first on Komanda.az.

Qərarlar Alonsonu təəccübləndirmir

Real”ın baş məşqçisi Xabi Alonso La Liqanın XVI turunda “Alaves”i məğlub etdikləri oyunu şərh edib.

 

Futbolpress.azMarca”ya istinadən xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

“Gərgin oyun oldu. Yaxşı başladıq, qol vurduq. İkinci hissədə bəzi anlarda oyuna nəzarəti itirdik. Ümumi götürəndə pis təsir bağışlamadıq. Güclü komandaya qarşı oynadıq. Qələbə mühüm idi və bunun üçün sevincliyik.

 

Vinisiusun epizodu? Məncə, açıq penalti idi və VAR-ın nə üçün baxmaması məni təəccübləndirdi. Düzdür, son oyunlarda bizə qarşı müəyyən qərarlar olur. Buna görə hər epizoda təəəccüblənməməliyik“.

 

“Real” 39 xalla turnir cədvəlində ikincidir. “Barselona” isə 43 xalla liderdir.

“Neftçi” – “Sumqayıt” 2:2 – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun bu gün keçirilmiş “Neftçi” – “Sumqayıt” matçı bərabərliklə (2:2) başa çatdı.

Arena.az Qubada baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
15-ci tur
15 dekabr

“Neftçi” – “Sumqayıt” 2:2
Qollar: İmad Faraj, 35. Bassala Sambu, 50 – Nsana Simon, 74. Səbuhi Abdullazadə, 82.
Sarı vərəqələr: Elvin Bədəlov, 28 (qeyri-idman hərəkəti). Freddi Varqas, 90 (qeyri-idman hərəkəti) – Rauf Rüstəmli, 32 (qeyri-idman hərəkəti). Səbuhi Abdullazadə, 34 (qeyri-idman hərəkəti). Rayan Senhadji, 48 (qeyri-idman hərəkəti). Nikola Ninkoviç, 90 (qeyri-idman hərəkəti). Xəyal Fərzullayev, 90+5 (oyunun bərpasının ləngidilməsi).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 19:00. “Neftçi Arena ”, 1164 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Teymur Teymurov.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (14. Edvin Kuç, 82), 15. Elvin Bədəlova, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu (45. Vensan Abubakar, 73), 27. Kristian Kostin (77. Falaye Sako, 82), 11. İmad Faraj (47. Murad Məmmədov, 82), 10. Freddi Varqas, 23. Cordan Rezabala (28. Alessio Kurçi, 89).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 22. Luis Ortis.
Baş əşqçi: Yuri Vernidub.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 6. Rauf Rüstəmli (9. Aleksandr Ramalinqom, 46), 19. Roi Kehat (95. Nsane Simon, 46), 14. Pedro Pinto, 72. Rayan Senhadji (3. Höccət Haqverdi, 89), 23. Ronaldo Vaskes, 71. Masaki Murata (75. Nadir Orucov, 63), 80. Keffel Resende, 11. Aleksa Yankoviç (10. Nikola Ninkoviç, 63).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli.
Məşqçi: Şahin Abdullayev.

Premyer Liqa: “Neftçi” Yuri Vernidubu 1 xalla “qarşıladı”

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.

Bu, paytaxt təmsilçisinin yeni baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altındakı ilk matçı idi. Görüşün baş hakimi Rauf Cabbarov olub. Oyuna daha yaxşı başlamış paytaxt təmsilçisi matçın sonlarına qədər 2:0 öndə olub. Amma son dəqiqələrdə ardıcıl 2 qol vurmaqla hesaba tarazlıq gətirən “Sumqayıt” rəqibindən xal almağı bacarıb.

Premyer Liqa
15-ci tur

15 dekabr

“Neftçi” – “Sumqayıt” 2:2
Qollar: İmad Faraj, 34. Bassala Sambu, 49 – Nsane Simon, 74. Səbuhi Abdullazadə, 81.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Neftçi Arena”, 19:00.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 27. Kristian Kostin, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 77. Falaye Sako, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 6. Rauf Rüstəmli, 19. Roi Kehat, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 95. Nsane Simon.
Məşqçi: Şahin Abdullayev.

“İmişli” – “Karvan” 1:1 – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun bu gün keçirilmiş “İmişli” – “Karvan” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Qubada baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
15-ci tur
15 dekabr

“İmişli” – “Karvan” 1:1
Qollar: Dioqo Almeyda, 29 – Vadim Abdullayev, 39.
Sarı vərəqələr: Rafael Vyeqas, 63 (qeyri-idman hərəkəti) – Şakil Sno, 28 (qeyri-idman hərəkəti). Araz Abdullayev, 49 (qeyri-idman hərəkəti). Olavale Doyeni, 69 (qeyri-idman hərəkəti). Eltun Turabov, 90+3 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 14:00. Quba Olimpiya İdman Kompleksinin stadionu, 150 tamaşaçı.

Baş hakim: Kamranbəy Rəhimov.
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Zöhrab Abbasov.
Dördüncü hakim: Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 44. Həzrət İsayev, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç (21. Abbas Ağazadə, 84), 29. Edvin Banqera, 6. Yav Mozes (5. İdris İnqilablı, 84), 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr (97. Xəzər Mahmudov, 75).
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 70. Mehdi Tahirov, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

Karvan: 99. Pedro Mateus, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 14. Uğur Cahangirov (10. Samuel Durrant, 84), 2. Şakil Sno (77. Əli Abdullayev, 46), 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 3. Said İranxan, 8. Peter Kinqs, 21. İmani Barker.
Məşqçi: Füzuli Məmmədov.

İkinci Liqa: “Kür-Araz” 4, “Quba” 1 qolla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

“Araz Saatlı” “Kür-Araz”la ev oyununda darmadağına üzülüb. “Şəmkir” isə doğma meydanda “Quba”ya məğlub olub.

Bu gün keçirilməli olan “Qaradağ Lökbatan” – “Şəki” oyunu isə baş tutmayıb. Buna “Şəki”nin səfər oyununa çıxmaqdan imtinası səbəb olub.

13-cü tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.

İkinci Liqa
13-cü tur

15 dekabr

“Araz Saatlı” – “Kür-Araz” 1:4
Qollar: Yaqub Yusubov, 48 – Elxan Məmmədov, 7; 88. Bayram Əliyev, 21; 31.
Hakimlər: Ceyhun Hüseynov, Cavid Ömərov, Sadiq Əliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Şəki” oyunu baş tutmayıb
Hakimlər: Elvin Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nəriman Ağayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəmkir” – “Quba” 0:1
Qol: Qabil Sabirli, 85.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

16 dekabr

“Xankəndi” – “Ağstafa Gəncləri”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elman Kərimov, Nahid Xasıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Neftçi Arena” (4-cü meydança), 14:00.

“Göygöl” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Asif Abdullayev, Əkbər Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Ağdaş” – “Dinamo”
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Elmin Süleymanov, Murad Səlimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağdaş şəhər stadionu, 14:30.

Əvəzedicilər: “Turan Tovuz” darmadağına üzüldü, “Qarabağ”…

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 14-cü turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.

“Qarabağ”ın ikinci komandası “Kəpəz-2” ilə ev oyunundan məğlubiyyətlə ayrılıb. “Turan Tovuz-2” isə “Qəbələ-2” ilə ev görüşündə darmadağına üzülüb.

14-cü turun qalan oyunları dekabrın 15-də və 16-da keçiriləcək.

Əvəzedicilər Liqası
14-cü tur
14 dekabr

“Sabah-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 48. Ramiz Muradov, 82.
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Elmin Süleyanov, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 14:00.

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2
Qollar: Əjdər Hacılı, 2; 38; 61 – Bilal İsmayılov, 36. Edqar Adilxanov, 80-pen.
Hakimlər: Alik Yunusov, Mirhihad Seyidov, Orxan İbişov, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

15 dekabr

“Qarabağ-2” – “Kəpəz-2” 1:2
Qollar: Bəhruz Qurbanlı, 29 – Arzu Atakişiyev, 17. Kresus Donqo, 27.
Hakimlər: Nazim Abdullayev, Zakir Şükürzadə, Rəhman Aslanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Turan Tovuz-2” – “Qəbələ-2” 0:5
Qollar: Rüfət Əhmədov, 38; 44. Antoni Hunpe, 78. Müseyib Bəşirov, 87. Cuma Hüseynov, 89.
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

16 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

Premyer Liqa: “İmişli” və “Karvan”dan heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Qubada baş tutub.

Burada “İmişli” çempionatın aşkar autsayderinə çevrilmiş “Karvan”la üz-üzə gəlib. Son oyunlarında ardıcıl məğlubiyyətlərə üzülmüş bu komandaların görüşünü Kamranbəy Rəhimov idarə edib.

Bu qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Premyer Liqa
15-ci tur

15 dekabr

“İmişli” – “Karvan” 1:1
Qollar: Dioqo Almeyda, 29 – Vadim Abdullayev, 39.
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 44. Həzrət İsayev, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

Karvan: 99. Pedro Mateus, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 14. Uğur Cahangirov, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 21. İmani Barker.
Məşqçi: Füzuli Məmmədov.

DÇ-2027-yə görə Azərbaycanda Təşkilat Komitəsi yaradıldı

20 yaşadək kişi futbolçular arasında dünya çempionatının (DÇ-2027) Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Arena.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri təyin olunub. Gənclər və idman naziri isə Təşkilat Komitəsi sədrinin müavini olub.

Həmçinin Təşkilat Komitəsinin üzvləri aşağıdakılardır:
Fövqəladə hallar nazirinin müavini
Maliyyə nazirinin müavini
Mədəniyyət nazirinin müavini
İqtisadiyyat nazirinin müavini
Daxili işlər nazirinin müavini
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Elm və təhsil nazirinin müavini
Xarici işlər nazirinin müavini
Səhiyyə nazirinin müavini
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı.

DÇ-2027-nin keçirilməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilib.

“Bayern” Bundesliqada yeni rekorda imza atdı

Futbol üzrə Almaniya Bundesliqasının 2025/2026 mövsümünün 14-cü turunun “Maynts”la ev oyunu çempion “Bayern” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi bu görüşdə rekorda imza atıb.

Sözügedən komanda ölkə çempionatları tarixində 50 qol həddinə ən tez çatmış kollektivə çevrilib.

“Maynts”la ev oyunu 2:2 hesabı ilə bitib. Hazırda Münhen klubunun hesabında 51 qol var. Almaniya nəhəngi keçirdiyi 14 oyunda öz qapısından cəmi 11 qol buraxıb.

Qeyd edək ki, “Bayern” Bundesliqanın 2025/2026-cı illər mövsümündə topladığı 38 xalla turnir cədvəlinə başçılıq edir. Münhenlilər keçirdikləri 14 oyunda 12 qələbə qazanıblar. Məğlubiyyət tanımayan Vensan Kompaninin rəhbərlik etdiyi komanda cəmi 2 görüşdə heç-heçə ilə kifayətlənib.

“Mən sehrbaz deyiləm” – Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:

“65-70 dəqiqə ərzində meydanda əsl futbol oynanıldı və “Neftçi” komandası yaxşı çıxış etdi. “Neftçi”nin 3 qol vurma şansı var idi.

Son 20 dəqiqəni çox çətinliklə, yorğun halda oynadılar. Heç görmək istəmədiyim futbolu gördüm. Etiraf etməliyəm ki, fiziki güc yetərli deyil. Amma bunu yaxşı mənada dəyişmək olar. Yanvar ayında toplanışa gedəcəyik və komandanı daha yaxşı hala gətirmək şansımız olacaq. Yaxşı komandadır, oyunçular və sürətləri yaxşıdır. Bunlardan bəzi şeylər düzəldilməlidir ki, fiziki güc və disiplin artırılmalıdır. Uzun məşqçi təcrübəmə istinadən demək istəyirəm ki, bu komanda yaxşılaşdırıla bilər. Mən bu komandanı “Dinamo” ilə müqayisə edirəm. “Neftçi” Azərbaycan brendidir.

Bilirəm ki, çox çətindir, böyük hədəf qoymuşuq. Oyunçular bugünkü ilk 60-65-ci dəqiqədəki kimi oynasalar, hər şey daha yaxşı olacaq. Avropaya qədər yüksələcəyimizə inanıram. İnanmasam, bura gəlməzdim.

Komandaya baxıram ki, pis oyunçular deyil, lakin keyfiyyət istəyiriksə, fiziki gücü artırmalıyıq, daha da üstünə qoymalıyıq. Bu, hədəf kimi klub rəhbərliyinin də önünə qoyulacaq.

Vaxt da azdır, lakin ən azından artıq futbolçuları tanıyıram. Hər bir futbolçu ilə danışmağın lazım olduğunu düşünürəm. Daha çox taktiki məşğələlər etmək lazımdır.

“Sumqayıt”ın futbolçuları çox yaxşı pressinq etdilər, lakin daha sonra səhvlər etdilər. Buna görə bizdə də yaxşı epizodlar yarandı.

Mən sehrbaz deyiləm ki, bir anda hər şeyi dəyişim. Lakin nəyin üstündə necə işləmək lazım olduğunu bilirəm. İndidən oyunçuları xəbərdar edirəm ki, üstündə işləməli olduğumuz çox iş var. Tək mənə məşqçi kimi yox, onlara da futbolçu kimi çox ehtiyac olacaq. Onlar bunu anlamalı və qəbul etməlidirlər.

Mən belə başa düşürəm ki, udanda da, uduzanda da bunu komanda üzvləri edir. Mən bir baş məşqçi kimi bütün yükü öz üzərimə götürməyə hazıram, təki onlar yaxşı çıxış etsinlər”.

Nəzrin

The post “Mən sehrbaz deyiləm” – Vernidub appeared first on Komanda.az.

“Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi

“Sumqayıt”ın məşqçisi Şahin Abdullayev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:

“Gözlənilən kimi ağır oyun oldu. Motivasiya baxımdan “Neftçi”nin futbolçuları daha üstün idilər. Lakin bizim də bəlli bir planımız var idi. Bəzi futbolçuları ehtiyatda saxladıq. Onları 70-ci, 80-ci dəqiqədə buraxdıq və planımız işə yaradı.

Nadir oyunun ən yaxşı futbolçularından biri oldu. Lakin təcrübəsinə görə onun “Neftçi”yə qarşı oyunda çətinlik çəkəcəyini düşünürdük.

Biz 1-ci hissədə topu saxlaya bilmirdik. Fasilədə oyunçularımıza topu saxlamaları və daha sakit oynamaları tapşırıldı. 2-ci hissədə, 60-cı dəqiqədən etibarən oyunu ələ ala bildik”.

Nəzrin

The post “Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi appeared first on Komanda.az.

“Kür-Araz”dan darmadağın

2-ci Liqada 13-cü tura start verilib.

Komanda.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Araz Saatlı” evdə “Kür-Araz”a, “Şəmkir” isə “Quba”ya uduzub. “Qaradağ Lökbatan” – “Şəki” oyunu isə baş tutmayıb. Buna “Şəki”nin səfər oyununa çıxmaqdan imtinası səbəb olub.

2-ci Liqa
13-cü tur
15 dekabr

“Araz Saatlı” – “Kür-Araz” 1:4
Qollar
: Yaqub Yusubov, 48 – Elxan Məmmədov, 7; 88. Bayram Əliyev, 21; 31.

“Şəmkir” – “Quba” 0:1
Qol
: Qabil Sabirli, 85.

“Qaradağ Lökbatan” – “Şəki” oyunu baş tutmayıb

The post “Kür-Araz”dan darmadağın appeared first on Komanda.az.

“Sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim” – Vernidub

Azərbaycan Premyer Liqasının XV turunun “Neftçi” – “Sumqayıt” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Üstünlüyü nə üçün qoruya bilmədiniz?
– 65-70 dəqiqə meydanda əsil futbol var idi. Həmin ana qədər rəqib hansısa təhlükə yarada bilmədi. İki qol vurduq, əlavə üçünü də vura bilərdik. Bu məqam qələbə qazana bilməməyimizin səbəbi idi. Şanslardan yararlana bilmədik. Son 20 dəqiqəni çətin keçirdik. Futbolçular yorulmuşdu. Səmimi deyim, fiziki güc yetərli deyildi. Bunların hamısını yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox, dekabrın 20-də “Karvan-Yevlax”la oyundan sonra toplanışa başlayacağıq və komandanı daha yaxşı hazır edəcəyik. Yaxşı komandamız var. Sadəcə bir-iki şeylər düzəlməlidir – intizam və fiziki durum. Əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik ki, “Neftçi” yüksək səviyyəyə qalxsın. “Neftçi”ni “Dinamo”, “Şaxtyor”la müqayisə edirəm. “Neftçi” Azərbaycan futbolunun brendidir.

– Qarşınıza bu mövsüm üçün konkret hansı hədəf qoyulub?
– Böyük hədəflər var. Düzdür, çətindir. Rəhbərliyin tələblərini bilirəm. Həyat göstərəcək necə olacaq. Bugünkü matçın 60-65 dəqiqəsi kimi oynasaq, yaxşı nəticələr gələcək. Əlimdən gələn hər şeyi edəcəyəm. Aradakı xal fərqini bilirəm. Amma futbolda hər şey mümkündür. Buna inanıram, inanmasam, gəlməzdim.

– Bu heyət minimal hədəf üçün yetərlidir?
– Komandaya gələndən sonra hər şeyi dəyişməyin tərəfdarı deyiləm. Heyətdə yaxşı oyunçularımız var. Düzdür, yaxşı nəticələr üçün mövqeləri gücləndirmək lazımdır. Bir müddət sonra rəhbərliklə danışacağıq, axtarışlar edəcəyik. Hər mövqedə iki bərabər oyunçunun olmasını istəyirəm. Fasiləyə qədər bir oyunumuz var. Daha sonra bir aylıq fasilə olacaq. Futbolçuları müəyyən qədər tanıyıram. Onlar üzərində çalışmaq lazımdır. Heyəti dəyişməklə nəsə əldə etmək çətindir.

– “Neftçi” bu gün çoxlu qol epizodları yaratdı. Maraqlıdır, qısa müddətdə komandada nəyi dəyişdiniz?
– İlk növbədə hər futbolçu ilə danışmaq, söhbət etmək lazımdır. Dominant futbola üstünlük verməliyik. Oyunun startından pressinq etmək önəmlidir. Eyni zamanda qaçış məsafəsini azaltmaq lazımdır.

– Vensan Abubakarın hazırlıq durumu sizi tam razı salmır?
– Bassala Sambu çox böyük iş gördü, “Sumqayıt”ın oyunçularına yaxşı pressinq tətbiq etdi. Bunun nəticəsində rəqib səhvlər etməyə başladı. Sambu çox pressinq etdiyi üçün yorulmuşdu. Ona görə də qərar verdim ki, daha təcrübəli futbolçu olan Abubakarı meydana buraxım. Bir ulduz oyunçu kimi onunj şansları daha yaxşı dəyərləndirəcəyini düşünürdüm. O, belə məqamlarda çox qollar vurub. Abubakarın “Portu”da, “Beşiktaş”da oyunlarını xatırlaya bilərik. Düzdür, indi həmin formada deyil. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim. Amma nəyin üzərində və necə işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıq ki, ən azından 3-cü yerdə olaq. Çünki bu klubun böyük tarixi və ənənələri var.

Şahin Cəfərov

“Sumqayıt”ın məşqçisi: “bəlli planımız var idi”

Azərbaycan Premyer Liqasının XV turunun “Neftçi” – “Sumqayıt” oyunundan (2:2) sonra qonaq komandanın məşqçisi Şahin Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyunun 60-65 dəqiqəsi yaxşı keçmədi. Amma bizim də bəlli planımız var idi. “Neftçi”də oyun baxımdan eniş olacağını təxmin etmişdik. Ona görə bəzi futbolçuları ehtiyatda saxladıq, həmin anda meydana buraxdıq. Onların oyuna qoşulmasından sonra işlər plan üzrə getdi.

– Nadir Orucov və Aleksandr Ramalinqomun startda olmaması bununla bağlı idi?
Nadir oyunun ən yaxşılarından idi. Ehtiyatdan daxil olandan sonra özünü yaxşı tərəfdən göstərdi. Sadəcə təcrübə baxımından “Neftçi” kimi komandaya qarşı səfərdə çətinlik çəkər. Amma Ramalinqomu plan üzrə ehtiyatda saxlamışdıq.

– Ardıcıl üçüncü oyundur, texniki zonada aləm qarışır. Bu aqressiyanın səbəbi nədir?
– Ötən oyunda köməkçi məşqçimiz aqressiya olmadan qırmızı vərəqə aldı. Rəqib oyunçular bizim texniki zonaya qaçmışdı. “İmili”nin futbolçuları bizimlə mübahisəyə girdi. Ona görə qarışıqlıq düşmüşdüş Hansısa aqressiyanın olduğunu düşünmürəm. Bu gün də oyundan öncə demişdik ki, sakit qalaq.

– Saşa İliçin fasilədə əsas göstərişi nə oldu?
– İliç tapşırdı ki, top itkilərini azaldaq, topu saxlayaq. Ramalinqom və Ninkoviç də oyuna daxil olandan sonra istədiklərimizi etdik.

– Mehdi Cənnətov ikinci oyundur, ehtiyatda qalır.
– Boynunda ağrılar var idi. Ona görə risk etmədik. Xəyal Fərzullayev də əvvəllər oynayıb, ötən oyunda da yaxşı təsir bağışladığı üçün fikirləşdik ki, bu matç üçün şansını qazanıb.

– Bu gün də yaxşı oynadığını demək olar?
Pis təsir bağışlamadı. Növbəti oyunlar üçün qərarı baş məşqçi verəcək.

Şahin Cəfərov

“Milan”dan uzunmüddətli müqavilə

“Milan” Aleksis Salemakersla müqavilənin müddətini uzadıb. Msport.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi 2031-ci ilin yayına qədər İtaliya klubunun uğurları üçün  […]

Source

“Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri məğlub oldu

Əvəzedicilər Liqasında 14-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Qarabağ-2” “Kəpəz-2” ilə ev oyununda xalsız qalıb. “Turan Tovuz-2” isə “Qəbələ-2” ilə görüşdə darmadağınla uduzub.

Əvəzedicilər Liqası
14-cü tur

15 dekabr

“Qarabağ-2” – “Kəpəz-2” 1:2
Qollar
: Bəhruz Qurbanlı, 29 – Arzu Atakişiyev, 17. Kresus Donqo, 27.

“Turan Tovuz-2” – “Qəbələ-2” 0:5
Qollar
: Rüfət Əhmədov, 38; 44. Antoni Hunpe, 78. Müseyib Bəşirov, 87. Cuma Hüseynov, 89.

The post “Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri məğlub oldu appeared first on Komanda.az.

“Yuventus”un satın alınması üçün yeni təklif hazırlanır

Kriptovalyuta şirkəti “Tether” “Yuventus”un satın alınması ilə bağlı yeni təklif hazırlayır.

Daha əvvəl bildirilmişdi ki, şirkət Turin klubunu 1 milyard avrodan yuxarı qiymətləndirərək rəsmi təklif irəli sürüb. Ancaq “Yuventus”un sahibi olan Anyelli ailəsi satış niyyətində deyil.

Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, kluba sahib olan “Exor” holdinqinin baş direktoru Con Elkann bu mövqeni belə ifadə edib:

“Yuventus” 102 ildir ailəmizin bir hissəsidir. Dörd nəsil bu klubu böyüdüb və möhkəmləndirib. Bizim tariximiz və dəyərlərimiz satılmır”.

“Tether” yaxın zamanda “Yuventus” üçün yeni və daha yüksək təklif təqdim etməyə hazırlaşır. Klubun real bazar dəyəri 2,1–2,6 milyard avro arasında dəyişir. 280 milyon avro həcmində borc nəzərə alındıqda isə səhmlər paketinin dəyəri 1,8–2,3 milyard avro aralığında qiymətləndirilir. Yeni təklifin “iqtisadi baxımdan əsaslandırılmış” olacağı gözlənilir.

Buna baxmayaraq, “Exor” holdinqi hələ də “Yuventus”u satmaq niyyətində deyil və məbləğin artırılması belə bu qərarın dəyişməsinə səbəb olmaya bilər.

The post “Yuventus”un satın alınması üçün yeni təklif hazırlanır appeared first on Komanda.az.

Azərbaycanın cüdo milliləri üçün seminar

Azərbaycan Cüdo Federasiyasında yığma komandaların məşqçiləri və ölkənin aparıcı cüdo klublarının nümayəndələri üçün seminar təşkil olunub.

Komanda.az xəbər verir ki, təlimlər idmançı sağlamlığının qorunması, zədələrin qarşısının alınması və performansın artırılması mövzularını əhatə edib.

Təlim proqramının reabilitasiya və zədə sarğıları (“taping”) mövzusu beynəlxalq təcrübəyə malik fizioterapevt Morqan Selles tərəfindən tədris olunub.

Sessiya zamanı cüdoda ən çox rast gəlinən zədələr, onların yaranma səbəbləri, reabilitasiya mərhələləri, idmançının təhlükəsiz şəkildə məşq və yarışlara qaytarılması, həmçinin zədə sarğısı və kinesioteypin düzgün tətbiqi ilə bağlı praktiki biliklər iştirakçılara təqdim edilib.

Dartınma (gərmə) hərəkətləri (“stretching”) və mobilizasiya mövzusu isə tanınmış mütəxəssis Taro Netzer tərəfindən aparılıb. Təlim zamanı dartınma və mobilizasiya metodlarının cüdo məşq prosesində rolu, zədə riskinin azaldılması, hərəkət amplitudasının artırılması, eləcə də məşqdən əvvəl və sonra düzgün tətbiq prinsipləri izah olunub.

Sessiyalar həm nəzəri, həm də praktiki hissələrdən ibarət olub.

Təlimlərin əsas məqsədi məşqçilərin tibbi-reabilitasiya biliklərini gücləndirmək, idmançılarla daha təhlükəsiz və elmi əsaslı şəkildə işləmələrini təmin etmək olub. Azərbaycan Cüdo Federasiyası məşqçilərin davamlı inkişafını və beynəlxalq standartlara uyğun biliklərlə təmin olunmasını prioritet istiqamət kimi davam etdirir.

The post Azərbaycanın cüdo milliləri üçün seminar appeared first on Komanda.az.

Turun açılış matçında “Azərreyl” qələbə qazandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə “Azərreyl” “Gənclər” kollektivinə 3:0 (25:16, 25:15, 25:12) hesabı ilə qalib gəlib.

Görüş Abşeron Olimpiya İdman Kompleksində keçirilib.

Tura dekabrın 17-də yekun vurulacaq.

The post Turun açılış matçında “Azərreyl” qələbə qazandı appeared first on Komanda.az.

“Hər kəs bir addım atsa, problemlərin 50 faizi həll olar”

Sabah”ın U-15 komandasının məşqçisi Savalan Əlizadənin “Futbolpress.az“a müsahibəsi:

– Məşqçisi olduğunuz komandanın durumunu necə şərh edərdiniz?
– Komandamızın durumu yaxşıdır. İstədiyimiz daha artırmaqdır. Uşaqlar məşqlərə istəkli gəlir. Bu yaş qrupu elədir ki, diqqətli olmaq lazımdır. Bəzi situasiyalarda səbirli davranmaq, uşaqları inkişaf etdirmək lazımdır. Oyunçuların yaxşı formalaşması üçün məşqdə və məşqdən kənarda işlərimiz olur. Eyni zamanda onlara sosial həyatlarında düzgün istiqamət verməyə çalışırıq. Məşqçilər heyəti olaraq istəyimiz odur ki, həm futbolçu, həm fərd kimi oyunçuları inkişaf etdirək.

– Çempionatın təşkili ilə bağlı hansı çatışmazlıqlar var?
– Yaxşı tərəflər də var, amma çatışmazlıqlar daha çoxdur. U-15 Liqasında sistem qarışıqdır. 20 komanda 4 qrupda mübarizə aparır. Komandalar 4 dövrə oynayırlar və yekunda 1 və 2-ci yeri tutanlar A qrupuna, yüksək qrupa yüksəlir. Biz B qrupunda mübarizəyə başladıq, daha sonra A-ya yüksəldik. Mənfi məqam odur ki, hər 4-5 oyundan sonra bir tur buraxırıq. Uşaqlar bu yaş dövründə nə qədər çox oyun keçirsə, çox yaxşıdır. 5 dövrədə 5 oyun buraxırıq. Bu, mənfi məqamdır. Eyni zamanda bəzi klublar var ki, məsələn, “Qarabağ” A qrupunda “Ulduz”la qarşılaşır. A qrupunda olduqları üçün bir neçə dəfə özləri ilə oynayırlar və digər kollektivlərlə qarşılaşmaq şansları olmur. Məsələn, iki qrup pley-off üçün oynasaydı, daha yaxşı olardı. Çünki uşaqlar nə qədər fərqli komandayla oynasa, daha yaxşı olar. Məsələn, “Ulduz”, “Neftçi”, “Qarabağ”a qarşı elə olur ki, il ərzində 5-6 dəfə oynayırıq, amma elə kollektiv var ki, onlarla heç oynamırıq.

– Seleksiya işləri hansı formada edilir?
– Seçimlərimiz iki dəfə – yay və qış seçimləri olur. Yayda daha geniş, kütləvi seçim olur. Rayonlara gedir, uşaqları 2-3 mərhələdə seçirik. Akademiyada yaş qruplarına uyğun uşaqlar götürürük. Qış aylarında isə kütləvi seçim olmur. Hansısa klubdan bizə müraciət edib, seçimlərə qatılmaq istəyən olsa, dəyərləndiririk. Qış aylarında kütləvilik az olur. Əsas seleksiya yayda keçirilir.

– Uşaq futbolu problemlər yuvasıdır. Son illərdə hansısa müsbət məqam nəzərə çarpır?
– Çox geniş danışmaq istəmirəm. Çünki o qədər böyük müzakirə olunası problemlərdir ki… Problem bir deyil, çoxdur. Ümid edək ki, problemlərin aradan qaldırılması üçün işlər daha genişlənəcək. Eyni zamanda dövlət nəzarəti, klubların diqqəti artırması vacibdir. Yetişən futbolçularımız çoxdur, amma müəyyən yerdə dayanır. Keyfiyyəti artırmaq üçün klublar da işlər görməlidir. Müsbət məqamlar da var. Məsələn, futbola gəlmək istəyən, gələn uşaqlar kifayət qədər çoxdur. Bir çox məktəblər, özəl yerlər var ki, müəyyən kütlələr formalaşır və ordan keyfiyyətli uşaqlar götürə bilərik. Yəni, xüsusi hazırlıqla yetişən uşaqlar klublara cəlb edilsə, daha yaxşı olar.

– Valideyn-məşqçi münasibəti hansı formada tənzimlənir?
– Biz valideynlərlə çox ünsiyyətdə olmuruq. Çünki elə yaşdadır ki, uşaqların özləri vəziyyəti dərk edə bilir. Proseslərin hamısını həm komanda, həm fərdi şəkildə uşaqlara izah edirik. Lakin hansısa problem olsa – uşağın intizamı, məşqə yanaşmasında hansısa axsama olarsa, valideyni dəvət edir, məsələni izah edirik ki, tez zamanda problemi çözək. Məqsəd keyfiyyətli oyunçu, fərd yetişdirməkdir. Aşağı yaş qruplarında valideynlərlə məşqçilərin münasibəti daha sıx olmalıdır. Çünki hamı futbol ailəsindən gəlmir. Böyük əksəriyyət valideyn fərqli sahələrdə işləyir. Ona görə onlara futbolçu valideyni olmaq, nələri bilmək lazımdır izah etməliyik. Məşqdən yarışlarda iştirakına qədər valideynə məlumatlar verilməlidir. Bu proseslər klubumuzda gedir. Aşağı yaş qruplarında çalışanda valideynlərə bu informasiyaları verirdim. Çünki bəzən uşaq valideynə səhv məlumat verə bilir. Ona görə bunun qarşısını almaq üçün münasibətlər yaxşı olmalıdır. Valideyn səhv məlumatla uşağı fərqli yönləndirə bilər. Ona görə əvvəldən münasibətlər daha sıx, əlaqəli olmalıdır. Necəki uşağı məktəbə göndərəndə müəllimlərdən bütün məlumatları alırıqsa, futbolda da elədir. Valideyn uşaqların problemlərini bilməlidir. İndiki dönəmdə uşaqların telefonla oynaması ciddi problemdir. Biz həm valideynə, həm uşağa bu situasiyanın mənfi məqamlarını izah etməliyik.

– Problemlərin həlli nədədir bəs?
– Problem çoxdur, kifayət qədərdir. Tək bizdə yox, digər ölkələrdə də var. Biz fərd olaraq problemin öhdəsindən gəlmək istəyirikmi, ya yox? Məsələ budur. Biri məşqçi, biri uşaq, biri klubdan danışır. Problem kimdədir bəs? Məşqçilərlə bağlı onu deyə bilərəm ki, tənbəl olmaq lazım deyil. İnkişaf etmək, futbolçu yetişdirməyin sirrlərini öyrənmək lazımdır. Məşqçi elə olmalıdır ki, uşaq artıq bilməlidir ki, məşqə niyə gəlir. Eyni zamanda valideynlər də anlamalıdır ki, uşaq nə üçün məşqə gedir. Uşaqlara hər gün deyirəm, məşqdən sonra düşünün, bu gün niyə gəldim, nə öyrəndim. Yəni, bütün məsələlər fərdlərlə bağlıdır – oyunçudan tutmuş klub rəhbərinə qədər. Bu problemlərin öhdəsindən gəlmək potensialımız var. Şəraiti, məşqçiləri, oyunçuları pisləyənlər çoxdur. Hara baxırsan, hamı problemdən danışır, bəs kim həlli üçün çalışır. Hər kəs bir addım atsa, problemlərin 50 faizi həll olar. Ən çox da məşqçi – valideyn – klub münasibətləri qaydasına düşsə, peşəkar addımlar atılsa, yaxşı futbolçular yetişdirə bilərik.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Vinisius hakimlərdən narazıdır

Real”ın futbolçusu Vinisius Junior açıqlama verib.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu La Liqanın XVI turunda “Alaves”lə matçda (2:1) hakim idarəçiliyindən narazı qalıb:

İkinci hissənin sonlarında rəqib oyunçu cərimə meydançasında ayağıma vurdu. Ancaq hakimin fiti susdu, VAR müdaxilə etmədi. Bunun bir səbəbi var. Çünki penalti mənə qarşı edilmişdi”.

“Qələbə qolunu vurmaq üçün çox çalışdıq” – Kaşkilya

İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Premyer Liqanın XV turunda “Karvan-Yevlax”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Nəticə istədiyimiz kimi olmadı. Çünki biz qələbəyə daha çox layiq idik. 90 dəqiqə ərzində daha istəkli, mübarizə aparan tərəf “İmişli” idi. Hava şəraitinə görə meydançanın vəziyyəti yaxşı deyildi. Buna görə də oyunu qurmaq çətin olurdu. Ümumi olaraq komandamdan razıyam. Birinci hissədə 4-5 təhlükəli qol epizodu yaratdıq. Amma yalnız 1 qol vura bildik. İlk yarıda oyunu bitirmək olardı. Amma bu, futboldur. Əks-hücumda qol buraxdıq.

İkinci hissədə də komandam istəkli idi. Hücum qururduq, qol axtarırdıq. Qələbə qolunu vurmaq üçün çox çalışdıq. Meydançanın vəziyyəti ikinci yarıda daha da pis idi. Texnikalı komanda olduğumuz üçün bu cür meydanda oyun qurmaqda çətinlik çəkirdik. Göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Komanda çətin şəraitə baxmayaraq meydanda maksimumunu ortaya qoydu. 3 xal istəyirdik, amma 1 xal da pis deyil”.

Abdul Raşid Mumini Benin millisinə dəvət aldı

“Sumqayıt”ın sağ cinah müdafiəçisi Abdul Raşid Mumini Afrika Millətlər Kubokunda çıxış edəcək Benin milli komandasına dəvət alıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Mumini bu dəvət səbəbindən “Neftçi” və “Sabah”la görüşlərdə “Sumqayıt”a kömək edə bilməyəcək.

Xatırladaq ki, Afrika Millətlər Kubokunda D qrupunda yer almış Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası yığmaları ilə qarşılaşacaq. Afrika Millətlər Kubokuna dekabrın 21-də start veriləcək.

Abdul Raşid Mumini 2025-ci ilin yayından “Sumqayıt”ın uğurları üçün çalışır. 21 yaşlı sağ cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 13 oyuna 2 qol ötürməsi ilə yadda qalıb.

Mumini 2023-cü ilin iyun ayında debüt etdiyi Benin yığmasının heyətində 18 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.

“ABB-Qarabağ” kobrend kartı buraxılır

ABB ilə “Qarabağ” Futbol Klubu arasında memorandum imzalanıb.

Komanda.az xəbər verir ki, bu anlaşma “ABB-Qarabağ” kobrend kartının yaradılmasını nəzərdə tutur.

İmzalanma tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel imza atıb. Tədbirdə “ABB-Qarabağ” kobrend kartının dizaynı da nümayiş etdirilib.

Kart yaxın aylarda premium və standart növdə bazara təqdim olunacaq, müştərilər üçün bir sıra üstünlüklər yaradacaq. Belə ki, kart sahibləri kobrend kartlarla bağlı qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq oyunçularla görüşlər, komandanın oyunlarını stadionun xüsusi zonasında izləmək imkanı, ödənişlər zamanı əlavə keşbeklər, müxtəlif ticarət və xidmət məkanlarında xüsusi endirimlər və s. bu kimi imtiyazlar qazanacaqlar.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “ABB-Qarabağ” kobrend kartının “Qarabağ” azarkeşlərində doğma komanda ilə bağlılığı daha da artıracağını bildirib: “Bu kartla hər əməliyyat insanlarımıza “Qarabağ” coşğusunu yaşadacaq. Onların gündəlik həyatına xoş bir dəyər qatacaq. Bu kart ABB-nin öz müştəriləri ilə, Qarabağ Futbol Klubunun isə öz azarkeşləri ilə kommunikasiya mədəniyyətində də yeni bir səhifə açacaq”.

“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel qeyd edib: “ABB ilə tərəfdaşlığımız bu ilin yay aylarından başlanıb və qısa müddət ərzində real məzmun qazanıb. “ABB–Qarabağ” kobrend kartı azarkeşlərimiz üçün gündəlik həyatda istifadə olunan, eyni zamanda kluba bağlılıq hissini gücləndirən praktik bir alət olacaq”.

The post “ABB-Qarabağ” kobrend kartı buraxılır appeared first on Komanda.az.

La Liqa klubu baş məşqçisini qovub

“Ovyedo” baş məşqçisi Luis Karrionu istefaya göndərib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İdarə Heyətinin səbr kasasını daşıran səbəb, komandanın məşqçinin rəhbərliyi altında keçirdiyi 8 oyunda bir dənə də olsun qələbə qazana bilməməsidir.

Son zərbə isə “Sevilya”dan alınan ağır məğlubiyyət olub – 0:4.

İndi klub sürətlə yeni baş məşqçi axtarmalıdır, çünki artıq 6-cı gün İspaniya çempionatının növbəti turunda “Ovyedo” öz meydanında “Selta” (Viqo) ilə qarşılaşacaq.

Komanda hazırda La Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb və vəziyyəti düzəltmək üçün təcili dəyişikliklərə ehtiyac var.

The post La Liqa klubu baş məşqçisini qovub appeared first on Komanda.az.

“Qələbəyə daha çox layiq idik” – “İmişli”nin baş məşqçisi

“İmişli” Azərbaycan Premyer Liqasının 15-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”la 1:1 hesablı heç-heçə edib.

Komanda.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında nəticənin istədikləri kimi olmadığını bildirib:

“Nəticə istədiyimiz kimi olmadı. Çünki biz qələbəyə daha çox layiq idik. 90 dəqiqə ərzində daha istəkli, mübarizə aparan tərəf “İmişli” idi. Hava şəraitinə görə meydançanın vəziyyəti yaxşı deyildi. Buna görə də oyunu qurmaq çətin olurdu. Ümumi olaraq komandamdan razıyam. Birinci hissədə 4-5 təhlükəli qol epizodu yaratdıq. Amma yalnız bir qol vura bildik. İlk yarıda oyunu bitirmək olardı. Amma bu, futboldur. Əks-hücumda qol buraxdıq.

İkinci hissədə də komandam istəkli idi. Hücumlar qururduq, qol axtarırdıq. Qələbə qolunu vurmaq üçün çox çalışdıq. Meydançanın vəziyyəti ikinci yarıda daha da pis idi. Texnikalı komanda olduğumuz üçün bu cür meydanda oyun qurmaqda çətinlik çəkirdik. Göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Komanda çətin şəraitə baxmayaraq meydanda maksimumunu ortaya qoydu. 3 xal istəyirdik, amma 1 xal da pis deyil”.

“İmişli” növbəti turda “Zirə”nin qonağı olacaq.

The post “Qələbəyə daha çox layiq idik” – “İmişli”nin baş məşqçisi appeared first on Komanda.az.

Rafinya “Barselona”dan ayrılmaycaq – O vaxta qədər ki…

“Barselona”nın hücumçusu Rafinya Dias klubdan ayrılmaq niyyətində deyil. Ta ki, əsas məqsədi olan UEFA Çempionlar Liqasını qazanmağa çatana qədər.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu kataloniyalılarla Avropanın ən prestijli turnirində qalib gəlmək arzusundadır və bu uğura çatana qədər heç yerə getməyi planlaşdırmır.

29 yaşlı oyunçu “Barselona”nın heyətində Çempionlar Liqasını qazanmaq fikrinə qəti şəkildə fokuslanıb. O, Kataloniya klubuna 2022-ci ilin yayında İngiltərə “Lids”indən transfer olunub.

Onun komandasının Çempionlar Liqasındakı son qələbəsi 2015-ci ilə təsadüf edir. Hans-Diter Flikin rəhbərliyindəki “Barselona” ötən mövsümdə yarımfinala qədər irəliləyə bilib.

The post Rafinya “Barselona”dan ayrılmaycaq – O vaxta qədər ki… appeared first on Komanda.az.

“Neftçi” – “Sumqayıt”: heyətlər

“Neftçi” Azərbaycan Premyer Liqasının XV turunda bu gün “Sumqayıt”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 77. Falaye Sako 22. Luis Ortis 28. Alessio Kurçi

Baş Məşqçi: Yuri Venidub

“Sumqayıt”: 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 6. Rauf Rüstəmli 19. Roi Kehat 14. Pedro Pinto 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 56. Aftandil Arixov 3. Höccət Haqverdi 75. Nadir Orucov 66. Ruslan Əliyev 37. Nihad Orucəli 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 95. Nsane Simon

Məşqçi: Şahin Abdullayev

“Qələbə üçün gəlmişdik”-Məmmədov

“Karvan-Yevlax”ın məşqçisi Füzuli Məmmədov Premyer Liqanın XV turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu. Əlbəttə ki, bura qələbə üçün gəlmişdik. Qalib gələ də, uduza da bilərdik. Matçın ədalətli nəticəsi bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən döyüşkənlik göstərdilər. Hesabda geri olsaq da, onlar əzmkarlıq göstərib bərabərlik qolunu vurdular. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

“Liverpul” Semenyonu istəyir

“Liverpul” qış transfer pəncərəsi üçün işlərə start verib. Msport.az xəbər verir ki, “mersisaydlılar” cinah yarımmüdafiəçisi Antuan Semenyo üçün hərəkətə keçiblər. […]

Source

Ter Ştegen Türkiyəyə köçür?

Mark-Andre ter Ştegen qış “transfer pəncərəsi”ndə “Barselona”dan ayrıla bilər. Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Ekrem Konur sosial […]

Source

“Milan” iki mövqeyə oyunçu axtarır

“Milan” qış transfer pəncərəsində ən azı iki futbolçunu heyətinə qatmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki “qırmızı-qaralar”ın rəhbərliyi yeni mərkəz hücumçusu transfer etmək niyyətindədir. Həmçinin, komandanın mərkəz müdafiəçisinə də ehtiyacı var.

Son aylarda “Vest Hem”in 32 yaşlı forvardı Niklas Füllkruqun “Milan”a keçidi ilə bağlı şayiələr də aktiv şəkildə müzakirə olunur.

Massimiliano Alleqrinin çalışdırdığı “Milan” hazırda A Seriyasında 15 turdan sonra 32 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “İnter”dən cəmi 1 xal geri qalır.

The post “Milan” iki mövqeyə oyunçu axtarır appeared first on Komanda.az.

“Qələbə üçün gəlmişdik” – “Karvan-Yevlax”ın baş məşqçisi

“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “İmişli” ilə 1:1 hesablı heç-heçə edib.

Komanda.az xəbər verir ki, qonaqların məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib:

“Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu. Əlbəttə ki, bura qələbə üçün gəlmişdik. Qalib gələ də, uduza da bilərdik. Matçın ədalətli nəticəsi bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən döyüşkənlik göstərdilər. Hesabda geri olsaq da, əzmkarlıq göstərib bərabərlik qolunu vurduq. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

“Karvan-Yevlax” növbəti turda “Neftçi” ilə qarşılaşacaq.

The post “Qələbə üçün gəlmişdik” – “Karvan-Yevlax”ın baş məşqçisi appeared first on Komanda.az.

Türam qardaşları eyni komandada?

“Yuventus”un yarımmüdafiəçisi Kefren Türam yay transfer pəncərəsində “İnter”in əsas hədəflərindən birinə çevrilə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Milan klubu orta xətti gücləndirmək niyyətindədir və 24 yaşlı yarımmüdafiəçi prioritet namizədlər siyahısında yer alır.

Hazırda “İnter”in heyətində Türamın böyük qardaşı, hücumçu Markus Türam çıxış edir. Qardaşların “Cüzeppe Meatsa” stadionunda eyni formada bir araya gəlməsi qarşıdakı yayın ən çox müzakirə olunan mövzularından biri ola bilər.

Fransalı futbolçunun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. O, cari mövsümdə komandasının heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

The post Türam qardaşları eyni komandada? appeared first on Komanda.az.

Komanda yoldaşlarından Rodriqoya dəstək

“Real”ın hücumçusu Rodriqo dünənki La Liqa matçında “Alaves”ə qarşı fərqlənib. Bu, onun ardıcıl iki oyunda qol vurması deməkdir.

Komanda.az xəbər verir ki, matçdan sonra braziliyalı forvardın bir neçə komanda yoldaşı sosial şəbəkədə onu dəstəkləyən açıqlamalar yayımlayıb.

Çud Bellingem belə yazıb:

“Ən yaxşılar həmişə uğur qazanır. Mənim dostum geri döndü”.

“Real” La Liqada 16 turdan sonra 39 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

The post Komanda yoldaşlarından Rodriqoya dəstək appeared first on Komanda.az.

Noyer ili başa vurdu

“Bayern”in əsas qapıçısı Manuel Noyer zədə səbəbindən 2025-ci ildə komandasına kömək edə bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, dekabrın 14-də “Maynts”la keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra Noyer sağ ayağının bud nahiyəsində diskomfort hiss edib. Tibbi müayinədən sonra 39 yaşlı qolkiperə əzələ dartılması diaqnozu qoyulub.

Gözləntilərə görə, Noyer Bundesliqada qış fasiləsindən sonra – yanvarın 11-də “Volfsburq”a qarşı keçiriləcək oyunda yenidən meydana qayıda bilər.

Almaniyalı futbolçu cari mövsümdə “Bayern”in heyətində 20 oyunda iştirak edib və 21 qol buraxıb.

The post Noyer ili başa vurdu appeared first on Komanda.az.

Türkiyə klubu Ter Ştegenlə maraqlanır

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qış transfer pəncərəsində klubunu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperin xidmətində “Beşiktaş” maraqlıdır.

Türkiyə təmsilçisi Kataloniya klubuna Ter Ştegenin icarəyə götürülməsi ilə bağlı təklif göndərib. Ancaq qapıçının özü La Liqanı daha aşağı statuslu çempionatla dəyişmək niyyətində deyil.

Almaniyalı futbolçu 2014-cü ilin yayından “Barselona”nın formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2027/28 mövsümünün sonuna qədərdir.

The post Türkiyə klubu Ter Ştegenlə maraqlanır appeared first on Komanda.az.

DÇ-2027-nin Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Komanda.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri təyin olunub. Gənclər və idman naziri isə Təşkilat Komitəsi sədrinin müavini olub.

Həmçinin Təşkilat Komitəsinin üzvləri aşağıdakılardır:

Fövqəladə hallar nazirinin müavini

Maliyyə nazirinin müavini

Mədəniyyət nazirinin müavini

İqtisadiyyat nazirinin müavini

Daxili işlər nazirinin müavini

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Elm və təhsil nazirinin müavini

Xarici işlər nazirinin müavini

Səhiyyə nazirinin müavini

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Dövlət Gömrük Komitəsi sədrinin müavini

Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı.

Çempionatın keçirilməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilib.

The post DÇ-2027-nin Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb appeared first on Komanda.az.

Sabiq futbolçu Vinisiusu simulyasiyada günahlandırdı

Niderland futbolunun tanınmış simalarından Marko van Basten “Alaves”lə “Real” arasında keçirilən (İspaniya La Liqası) oyunda verilməyən penalti epizodu ilə bağlı fikirlərini bölüşüb.

Qarşılaşmanın 88-ci dəqiqəsində Vinisius Juniorun cərimə meydançasında yerə yıxılması hakim tərəfindən qayda pozuntusu kimi qiymətləndirilmədi. Bu qərar matçdan sonra “kral klubu”nun düşərgəsində ciddi narazılığa səbəb oldu və geniş müzakirələrə yol açdı. Ancaq Van Basten bu mövzuda “Real” tərəfinin mövqeyi ilə razılaşmadığını bildirib.

Komanda.az xəbər verir ki, “The Touchline” nəşrinə danışan sabiq futbolçu həmin epizodda penalti üçün əsasın olmadığını deyib:

“Bu, penalti deyil. Bəli, təmas var idi, amma Vinisius bu təması gözləyirdi. Toxunuşu hiss edən kimi həddən artıq asanlıqla özünü yerə atdı. Rəqibin zərbəsindən doğrudan da yıxıldığına inanmaq çətindir”.

Qarşılaşma Xabi Alonsonun rəhbərlik etdiyi “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

The post Sabiq futbolçu Vinisiusu simulyasiyada günahlandırdı appeared first on Komanda.az.

2-ci Liqada noyabrın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

Azərbaycan 2-ci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində noyabrın ən yaxşı qolunun müəllifi olan “Şəmkir”in futbolçusu Ceyhun Rəcəbli mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Mükafatı 13-cü turun “Şəmkir” – “Quba” qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

The post 2-ci Liqada noyabrın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı appeared first on Komanda.az.

“Şəmkir”in futbolçusu mükafatlandırıldı

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Şəmkir” futbol klubunun üzvü Ceyhun Rəcəbli mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, noyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı XIII turun “Şəmkir” – “Quba” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

Pedri Messinin rekordunu yenilədi

“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya təmsilçisinin heyətində La Liqada 150 rəsmi oyununu keçirib. Msport.az xəbər verir ki, onun yubileyi La Liqanın […]

Source

“Karvan-Yevlax”dan “İmişli” ilə matçda mükafat vədi

“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “İmişli” ilə qarşılaşır. Quba Olimpiya stadionunda keçirilən qarşılaşma hazırda 0:0 hesabı ilə davam edir.

Premyer Liqanın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Yevlax təmsilçisinin rəhbərliyi oyunçularına hətta, heç-heçə edəcəkləri təqdirdə belə,nmükafat vəd edib.

Komanda.az-ın əldə etdiyi məlumata görə, oyunda bərabərlik qeydə alınacağı halda hər futbolçuya təxminən 3-5 min manat arası mükafat vəd edilib.

“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasının 14 turundan sonra 5 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

The post “Karvan-Yevlax”dan “İmişli” ilə matçda mükafat vədi appeared first on Komanda.az.

“Napoli” ondan əl çəkmir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu “Napoli”nin prioritet transfer hədəfləri sırasında qalmaqda davam edir.

20 yaşlı futbolçu Ruben Amorimin rəhbərlik etdiyi komandadakı mövqeyindən narazıdır. Portuqaliyalı mütəxəssis ona start heyətində nadir hallarda şans verir.

Perspektivli yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə getməyi düşünür. Onun məqsədi dünya çempionatı öncəsi daha çox oyun praktikası qazanmaqdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” ingilis futbolçunu icarə əsasında heyətinə qatmaq üçün fəal danışıqlar aparır. Yaxın günlərdə klub nümayəndələrinin Mainunun agenti ilə birbaşa görüş keçirməsi gözlənilir.

Kobbi Mainu cari mövsümdə 11 oyunda iştirak edib. Hələlik “qırmızı şeytanlar”ın öz yetirməsi ilə müvəqqəti də olsa yollarını ayırmağa hazır olub-olmadığı məlum deyil.

The post “Napoli” ondan əl çəkmir appeared first on Komanda.az.

“Sumqayıt”ın legionerinə milli dəvət

“Sumqayıt”ın futbolçusu Abdul Raşid Mumini Afrika Millətlər kubokunda çıxış edəcək Benin millisinə dəvət alıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunçu bu səbəbdən “Neftçi” və “Sabah”la görüşlərdə iştirak edə bilməyəcək.

D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq. Afrika Millətlər kubokuna dekabrın 21-də start veriləcək.

The post “Sumqayıt”ın legionerinə milli dəvət appeared first on Komanda.az.

Ter Ştegen uzun zamandan sonra meydana çıxa bilər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen əsas heyətdə çıxış etməyəcək. Almaniyalı futbolçu yaxınlarda zədəsini sağaldıb komandaya qayıtsa da, əsas qapıçı yenə də Xuan Qarsiya olaraq qalır.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, vəziyyət yaxın gələcəkdə dəyişməyəcək.

Qarsiya La Liqa və UEFA Çempionlar Liqası oyunlarında meydana çıxacaq, Ter Ştegen isə əsas əvəzedici statusu üçün Voyçex Şesnı ilə mübarizə aparacaq.

Bununla belə, 33 yaşlı kapitanın komanda ilə qısa zamanda meydana çıxması mümkündür. Belə ki, komandanın baş məşqçisi Hans-Diter Flik onu İspaniya kubokunun 1/16 finalında “Deportivo Qvadalahara” ilə qarşılaşmada meydana buraxa bilər. Matç sabah keçiriləcək.

The post Ter Ştegen uzun zamandan sonra meydana çıxa bilər appeared first on Komanda.az.

Basketbol: Azərbaycan Liqasında təxirə salınmış oyunun vaxtı bilindi

Azərbaycan Basketbol Liqasının 7-ci turundan təxirə salınmış “Şəki” – “Neftçi” oyununun vaxtı bəlli olub.

Bu barədə Komanda.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Qarşılaşma dekabrın 17-də Şəki Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.

The post Basketbol: Azərbaycan Liqasında təxirə salınmış oyunun vaxtı bilindi appeared first on Komanda.az.

“Mançester Yunayted” futbolçusu üçün təklif gözləyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte gələn ay klubdan ayrıla bilər. 24 yaşlı futbolçu “qırmızı şeytanlar”ın əsas heyətində yerini itirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi uruqvaylı oyunçu üçün qış transfer pəncərəsində təklifləri nəzərdən keçirməyə hazırdır.

Uqarteyə La Liqa, A Seriyası və Fransa Liqa 1-dən klublar diqqət göstərir.

Uqarte bu mövsüm Ruben Amorim rəhbərliyi altında komandada 11 oyunda iştirak edib, start heyətində isə yalnız üç dəfə meydana çıxıb.

The post “Mançester Yunayted” futbolçusu üçün təklif gözləyir appeared first on Komanda.az.

“Şəki” ölkə çempionatının oyununa çıxmaqdan imtina edib

Azərbaycan 2-ci Liqasında mübarizə aparan “Şəki” çempionatın 13-cü turunda qarşılaşmalı olduğu “Qaradağ Lökbatan”la oyuna çıxmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məsələnin səbəbi ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilib.

“Şəki” 2-ci Liqada 12 turdan sonra turnir cədvəlində 25 xalla dördüncü sırada qərarlaşıb

The post “Şəki” ölkə çempionatının oyununa çıxmaqdan imtina edib appeared first on Komanda.az.

Alonso jurnalistlərlə razı deyil

“Real”ın baş məşqçisi Xabi Alonso komandasının matç ərzində konsentrasiyasını itirməsi barədə səslənən fikirlərə münasibət bildirib.

“Kral klubu” bazar günü “Alaves”i 2:1 hesabı ilə məğlub edib. Matçın 24-cü dəqiqəsində Kilian Mbappe “Real”ı önə çıxarsa da, ev sahibi komanda 68-ci dəqiqədə hesabı bərabərləşdirib. Qarşılaşmanın taleyini isə 76-cı dəqiqədə Rodriqo həll edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra jurnalistlər Alonsoya komandanın oyunun gedişində konsentrasiyasını itirməsi ilə bağlı sual veriblər. O, isə bununla razıl olmadığını deyib:

“Mən bununla razı deyiləm – vəziyyət matçdan matça dəyişir. Bu mövsümdə bəzi oyunlarda sürətimizi itirmişdik, ancaq son üç qarşılaşmada belə hal müşahidə olunmayıb”.

“Real” hazırda La Liqada 39 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır .

The post Alonso jurnalistlərlə razı deyil appeared first on Komanda.az.

Qurban Qurbanov Əkbərlə görüşdü – VİDEO

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ona imzalı forma hədiyyə edib. Əkbər daha sonra komandanın hücumçusu Nəriman Axundzadə ilə görüşüb.

Daha əvvəl klubun prezidenti Tahir Gözel azarkeşi klubun bazasında qonaq etmişdi.

Azərbaycanlı məşqçi dəm qazından öldü

Atletika Federasiyasının Quba regionu üzrə məşqçisi, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin “Atletika” üzrə məşqçi müəllimi, Vüqar Atayev vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

O, yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasın dəyişib. 

“Sumqayıt”ın legioneri Afrika Millətlər Kubokunda

“Sumqayıt”ın futbolçusu Abdul Raşid Mumini Afrika Millətlər Kubokunda çıxış edəcək Benin millisinə dəvət alıb.

Futbolpress.az xəbər verir ki, bu səbəbdən oyunçu “Neftçi” və “Sabah”la oyunlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə oyunlar keçirəcək. Afrika Millətlər Kubokuna dekabrın 21-də start veriləcək.

Bölgə klubu çempionat oyununa çıxmayacaq

Azərbaycan II Liqasında mübarizə aparan “Şəki” klubu çempionatın XIII turunda qarşılaşmalı olduğu “Qaradağ Lökbatan”la oyuna çıxmayacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məsələnin səbəbi ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilib.

Görüş bu gün saat 14:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilməli idi.

Şəki” II Liqada 12 turdan sonra turnir cədvəlində 25 xalla dördüncü sırada qərarlaşıb.

“İmişli” – “Karvan-Yevlax: heyətlər

İmişli” Premyer Liqanın XV turunda bu gün “Karvan-Yevlax”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 14:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

İmişli”: Andrey Sinenka, Azər Salahlı, Həzrət İsayev, Rafael Vieqaş, Nikola Karaklaiç, Edvin Baquera, Yau Moses, Dioqo Almeyda, Dieqo Rollo, Ezekiel Morqan, Luis Silvestr
Ehtiyat oyunçular: Hüseynəli Quliyev, Elmir Rəhimzadə, Abbas Ağazadə, Xəzər Mahmudov, İdris İnqilablı, Mehdi Tahirov, Latif Rzayev, Tuncay Yusifli, Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya

“Karvan-Yevlax”: Pedro Mateuş, Araz Abdullayev, Elvin Yunuszadə, Vadim Abdullayev, Eltun Turabov, Uğur Cahangirov, Şakil Sno, Kayl Spens, Mois Nqvisani, Tompson Qavi, Olavale Dayeni
Ehtiyat oyunçular: Əmrah Bulud, İbrahim Qədirzadə, Vüsal Məsimov, Qabil Əlizadə, Əli Abdullayev, Nika Çaçaşvili, Vitor Roşa, Səid İranxan, Peter Kinqs, Samuel Durrant İmani Barker
Məşqçi: Füzuli Məmmədov

“Şəki” çempionat oyununa çıxmaqdan imtina etdi!

Futbol üzrə İkinci Liqada mübarizə aparan “Şəki” çempionatın 13-cü turda qarşılaşmalı olduğu “Qaradağ Lökbatan”la oyuna çıxmayacaq.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məsələnin səbəbi ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilib.

Xatırladaq ki, sözügedən matç bu gün Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilməli idi. Görüşə saat 14:00-da start verilməsi nəzərdə tutulmuşdu.

“Şəki” İkinci Liqanın 2025/2026-cı illər mövsümündə 12 turdan sonra turnir cədvəlində 25 xalla dördüncü sırada qərarlaşıb. Əyalət təmsilçisi bu görüşlərdə 8 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 36 top keçirmiş şəkililər özləri 10 qola üzülüblər.

İkinci Liqanın yarış cədvəlinə 33 xalla “Xankəndi” və “Qaradağ Lökbatan” şərikli liderlik edirlər. “Quba” isə 26 xalla üçüncüdür.

İkinci Liqa: 13-cü turun bütün təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

13-cü tura bu gün keçiriləcək 3 oyunla start veriləcək. Turun qalan görüşləri isə sabah keçiriləcək.

İkinci Liqa
13-cü tur

15 dekabr

“Araz Saatlı” – “Kür-Araz”
Hakimlər: Ceyhun Hüseynov, Cavid Ömərov, Sadiq Əliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Şəki”
Hakimlər: Elvin Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nəriman Ağayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəmkir” – “Quba”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

16 dekabr

“Xankəndi” – “Ağstafa Gəncləri”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elman Kərimov, Nahid Xasıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Neftçi Arena” (4-cü meydança), 14:00.

“Göygöl” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Asif Abdullayev, Əkbər Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Ağdaş” – “Dinamo”
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Elmin Süleymanov, Murad Səlimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağdaş şəhər stadionu, 14:30.

Premyer Liqa tarixində 6000-ci oyun!

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 15-ci turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunu tarixi yubileylə əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Ağdam təmsilçisinin 5:1 hesablı qələbəyə sevindiyi bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilmiş 6000-ci matç kimi düşüb. Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunmuşdu. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.

1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/2002-ci və 2019/2020-ci illər mövsümləri yarımçıq dayandırılıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış hissəsində 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.

Abdullah Zubir Premyer Liqada 200-cü oyununu keçirdi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın fransalı cinah hücumçusu Abdullah Zubir Premyer Liqada 200-cü oyununu keçirib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Fransalı futbolçunun yubiley matçı Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 15-ci turuna təsadüf edib. O, “Araz-Naxçıvan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/2019-cu illər mövsümündə debüt etmiş Zubir ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinib.

Abdullah Zubir bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirmiş 158-ci futbolçu olub.

Xatırladaq ki, Zubir Azərbaycan Premyer Liqasında “200”ə cari mövsümdə çatmış 4-cü oyunçudur. Ona qədər Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıblar.

Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurdu

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.

Bildirilir ki, Toral buna 137-ci oyununda nail olub. Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 15-ci turunda “Araz-Naxçıvan”ın qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/2020-ci illər mövsümündə gerçəkləşmiş futbolçu yalnız Ağdam klubunda çıxış edib.

Qeyd edək ki, Toral Bayramov Azərbaycan Premyer Liqasının tarixində 25 qol vurmuş 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Hazırda “Araz-Naxçıvan”da çıxış edən Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.

Xatırladaq ki, “Qarabağ” “Araz-Naxçıvan”la oyunda rəqibini 5:1 hesabıyla məğlub edib.

Zamiq Əliyev “Dinamo”ya qarşı 74 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 16-cı turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. Əliyev bu görüşə start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.

“Eqnatiya” 16 turdan sonra 31 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Sözügedən komanda 16 oyunda 9 qələbə qazanıb, 4 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Yarış cədvəlinə 32 xalı olan “Elbasani” rəhbərlik edir.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 54 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Premyer Liqa: “İmişli” “Karvan”a, “Neftçi” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

“İmişli” Qubada “Karvan”la üz-üzə gələcək. Son oyunlarında ardıcıl məğlubiyyətlərə üzülmüş bu komandaların görüşünü Kamranbəy Rəhimov idarə edəcək. Yevlax təmsilçisi hazırda 5 xalla sonuncu, “İmişli” isə 15 xalla 9-cu sırada qərarlaşıb.

Turun qapanış matçında “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Bu, paytaxt təmsilçisinin yeni baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altındakı ilk matçı olacaq. Görüşün baş hakimi Rauf Cabbarov olacaq. “Ağ-qaralar” hazırda 16 xalla 8-ci, “Sumqayıt” isə 26 xalla 4-cüdür.

Premyer Liqa
15-ci tur

13 dekabr

“Şamaxı” – “Zirə” 2:1
Qollar: Alfons Msanqa, 54. Karim Rossi, 61-pen – Georgi Papunaşvili, 8.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.

“Turan Tovuz” – “Sabah” 1:3
Qollar: Filip Ozobiç, 82 – Coy Lens Mikels, 31. Velko Simiç, 68. Umarali Rahmonaliyev, 79.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 16:30.

14 dekabr

“Kəpəz” – “Qəbələ” 1:0
Qol: Ryonosuke Ohori, 54.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 14:00.

“Qarabağ” – “Araz-Naxçıvan” 5:1
Qollar: Toral Bayramov, 30; 90+5-pen. Nəriman Axundzadə, 41. Xoni Montiel, 57-pen. Leandro Andrade, 72 – Ramon Maçado, 76-pen.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “Azərsun Arena”, 17:30.

15 dekabr

“İmişli” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Neftçi Arena”, 19:00.

Qurbanov: “Karyeramın sonuna qədər Azərbaycanda çalışmağa hazıram”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasının sonuna qədər Azərbaycanda çalışmağa hazırdır”.

Komanda.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bunu jurnalistlərə açıqlamasında deyib.

O, yeni transferlər etmək istədiklərini də vurğulayıb:

“Hazırda həm ruhuma, həm də özümə Azərbaycan daha yaxındır. Bakını çox sevirəm. Düşünürəm ki, mənim üçün əvəzolunmazdır. Gördüyüm işlər fayda verəcəksə, karyeramın sonuna qədər Azərbaycanda çalışmağa hazıram. Hər il transfer söhbətləri olur. Ümumilikdə hər il komandamızda yaxşı hücumçular olur. Danışıqlar aparırıq. Çalışırıq ki, transferlər edək. Çünki tələblər böyükdür. Qış fasiləsini böyük ehtimalla Antalyada keçirəcəyik”.

Qurban Qurbanov Komanda.az saytının 63 jurnalist arasında keçirdiyi sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

The post Qurbanov: “Karyeramın sonuna qədər Azərbaycanda çalışmağa hazıram” appeared first on Komanda.az.

Sabiq futbolçunun səhhətində ciddi problemlər yaranıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan ”Liverpul”un sabiq hücumçusu Yan Raş səhhətində kəskin pisləşmə səbəbindən reanimasiyaya yerləşdirilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı sabiq futbolçu təxminən 48 saat ağır vəziyyətdə qalıb və süni tənəffüs aparatına qoşulub. Lakin o, hazırda sağalır.

Raş ümumilikdə 15 il “Liverpul”da oynayıb və bir mövsüm “Yuventus”da çıxış edib.

The post Sabiq futbolçunun səhhətində ciddi problemlər yaranıb appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi 65 milyon avroluq futbolçu üçün rəsmi təklif göndərib

“Bornmut”un vingeri Antuan Semenyo İngiltərə Premyer Liqasının son çempionu “Liverpul”un maraq dairəsinə düşüb.

Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, mersisaydlılar 25 yaşlı futbolçunun transferi ilə bağlı qarşı tərəfə rəsmi təklif göndəriblər.

Qanalı vinger hücum xəttində “qırmızılar”ın lideri Məhəmməd Salahı əvəzləyə bilər. Misirli oyunçunun klubdakı münasibətlərinin son dövrlər gərginləşdiyi də bildirilir.

Semenyonun bazar dəyəri 65 milyon avro qiymətləndirilir. O, cari mövsümdə “Bornmut”un heyətində 15 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibi 65 milyon avroluq futbolçu üçün rəsmi təklif göndərib appeared first on Komanda.az.

“Məğlub olsaq da, şərəflə məğlub olmaq istəyirik” – Qurban Qurbanov

Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq.

Komanda.az xəbər verir ki, bu barədə 53 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında deyib.

O, saytın keçirdiyi sorğuda ilin ən yaxşı baş məşqçisi seçilməsinə münasibət bildirib:

“Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Məğlub olsaq da şərəflə məğlub olmaq istəyirik. Həqiqətən uğurlu bir yoldur. Məqsədimiz ÇL-in qrupuna düşmək idi. Şükürlər olsun ki, bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki, bir qələbə olsun. Çox şükür ki, artıq iki qələbəmiz var.

Azərbaycana belə klubların gəlməsi çox gözəl haldır. Azarkeşlər futbol ictimaiyyəti üçün maraqlıdır. Son vaxtlar bir qədər aqressiv futbol oynayırıq. Son matçda komandamızın fiziki durumu ən yaxşı formada idi. Bu gün 60, 70 dəqiqə tab gətirə biliriksə deməli sabah daha da irəli gedə bilərik. Təəssüf ki, Azərbaycan çempionatında bu tempi görmürük. Bununla belə çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq”.

Qurban Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

The post “Məğlub olsaq da, şərəflə məğlub olmaq istəyirik” – Qurban Qurbanov appeared first on Komanda.az.

Qurban Qurbanova “İlin məşqçisi” mükafatı təqdim olundu – FOTOLAR

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova 2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim edilib.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 53 yaşlı mütəxəssis digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci olub. Mükafatı Qurban Qurbanova Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.

Qurban Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

Sorğuda iştirak edənlərdən ikisi son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, biri “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, biri “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, biri isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib.

The post Qurban Qurbanova “İlin məşqçisi” mükafatı təqdim olundu – FOTOLAR appeared first on Komanda.az.

“Ferqyuson dedi ki, sənin işin topa sahib olmaq, ötürmə vermək deyil, Pirlodur”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi klubun keçmiş baş məşqçisi Aleks Ferqyusonun komandasını “Milan”la oyuna necə hazırladığını xatırlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Ferqyusonun “Milan”la oyunumuzdan əvvəl bizə brifinq verdiyini xatırlayıram. O, sözün əsl mənasında Parka dedi: “Bu gün sənin işin topa sahib olmaq, ötürmə vermək deyil, sənin işin Andrea Pirlodur. Vəssalam, Pirlo”.

Şotlandiyalı məşqçi “Milan”ın sabiq yarımmüdafiəçisi Pirlonun yaratdığı təhlükədən o qədər ehtiyat edib ki, Park Ji-Sunqa italiyalı oyunçunu diqqətlə izləməyi tapşırıb. “Qırmızı şeytanlar” 2009/10 mövsümündə, Çempionlar Liqasının 1/8 finalında “Milan”ı ümumi 7:2 hesabı ilə məğlub ediblər.

The post “Ferqyuson dedi ki, sənin işin topa sahib olmaq, ötürmə vermək deyil, Pirlodur” appeared first on Komanda.az.

“Bir çox müdafiəçi Haland haqqında düşünərək yata bilmir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın köməkçisi olan Kolo Ture hücumçu Erlinq Haland haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq müdafiəçidən meydanda norveçli futbolçu ilə qarşılaşacağı təqdirdə, onu necə dayandıracağı soruşulub:

“Deyə bilmərəm. O hissi xatırlayıram, yüksək səviyyəli hücumçuya qarşı oyundan əvvəlki gecə həmişə yatmaqda çətinlik çəkirdim. Hər oyundan əvvəl Halanda deyirəm: “Bir çox müdafiəçi sənin haqqında düşünərək yata bilmir”.

Haland 2022-ci ildən “Mançester Siti”də forma geyinir.

The post “Bir çox müdafiəçi Haland haqqında düşünərək yata bilmir” appeared first on Komanda.az.

Kurtua: “Bu, ən yaxşı oyunumuz deyildi”

İspaniya La Liqasının 16-cı turunda səfərdə “Alaves” üzərində 2:1 hesablı qələbə qazanan “Real”ın bu nəticəsini komandanın qapıçısı Tibo Kurtua dəyərləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı qolkiper bunun əla nailiyyət olduğunu bildirib:

“Bu, mənim üçün “Real”dakı 200-cü qələbədir. Əla nailiyyətdir. Bu il qələbə qazanmağa davam etməliyik. Son oyunda komanda xarakter göstərdi və vacib üç xalı qazandı. İşimizi davam etdirəcəyik. Bu, ən yaxşı oyunumuz deyildi, amma əsas olan nəticədir”.

Xabi Alonsonun rəhbərlik etdiyi Madrid təmsilçisi 17 oyundan sonra 39 xal toplayaraq La Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

The post Kurtua: “Bu, ən yaxşı oyunumuz deyildi” appeared first on Komanda.az.

“ABB-Qarabağ” kobrend kartı buraxılır

ABB ilə “Qarabağ” Futbol Klubu arasında memorandum imzalanıb.

Futbolpress.az xəbər verir ki, bu anlaşma “ABB-Qarabağ” kobrend kartının yaradılmasını nəzərdə tutur.

İmzalanma tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel imza atıb. Tədbirdə “ABB-Qarabağ” kobrend kartının dizaynı da nümayiş etdirilib.

Kart yaxın aylarda premium və standart növdə bazara təqdim olunacaq, müştərilər üçün bir sıra üstünlüklər yaradacaq. Belə ki,kart sahibləri kobrend kartlarla bağlı qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq oyunçularla görüşlər, komandanın

oyunlarını stadionun xüsusi zonasında izləmək imkanı, ödənişlər zamanı əlavə keşbeklər, müxtəlif ticarət və xidmət məkanlarında xüsusi endirimlər və s. bu kimi imtiyazlar qazanacaqlar.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “ABB-Qarabağ” kobrend kartının “Qarabağ” azarkeşlərində doğma komanda ilə bağlılığı daha da artıracağını bildirib: “Bu kartla hər əməliyyat insanlarımıza “Qarabağ” coşğusunu yaşadacaq. Onların gündəlik həyatına xoş bir dəyər qatacaq. Bu kart ABB-nin öz müştəriləri ilə, Qarabağ Futbol Klubunun isə öz azarkeşləri ilə kommunikasiya mədəniyyətində də yeni bir səhifə açacaq”.

“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel qeyd edib:

“ABB ilə tərəfdaşlığımız bu ilin yay aylarından başlanıb və qısa müddət ərzində real məzmun qazanıb. “ABB–Qarabağ” kobrend kartı azarkeşlərimiz üçün gündəlik həyatda istifadə olunan, eyni zamanda kluba bağlılıq hissini gücləndirən praktik bir alət olacaq”.

“Ümid edirəm ki, “Xəzər Lənkəran”ı yenidən Premyer Liqada görərik”

“Lənkəran” klubu Region Liqasında mübarizə aparır. Ev oyunlarını “Xəzər Lənkəran” Mərkəzi stadionunda keçirən komanda dünən “Viləş“lə IX tur matçında üz-üzə gəlib. Görüş qolsuz başa çatıb.

Vaxtilə “Xəzər Lənkəran”da çıxış etmiş futbolçulardan Rahid Əmirquliyev, Zaur Ramazanov, Emin Quliyev, Ədahim Niftəliyev, Alim Qurbanov, Mahmud Qurbanov, Arif Əsədov, komandanın keçmiş köməkçi-məşqçisi Tərlan Əhmədov, eləcə də Nadir Şükürov və Əli Abışov görüşü tribunadan izləyənlər arasında olub. Görüş AFFA-nın dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Səfərdə iştirak edən Rahid ƏmirquliyevFutbolpress.az“a açıqlamasında təəssüratlarını bölüşdü:

Viləş“lə oyuna dəvət almışdıq, sağ olsunlar. Bizi sayıb, seçiblər. Uzun müddət sonra həmin arenaya, şəhərə qayıtmaq, azarkeşlərlə görüşmək xüsusi hissdir. İstərdim ki, “Lənkəran”ın oyunlarına tez-tez gedim. Bu matçın Region Liqası yox, Premyer Liqa çərçivəsində olmağını istərdim. Təəssüf ki, hələlik Region Liqasında oynayırlar. Ümid edirəm ki, tezliklə “Xəzər Lənkəran”ı elitada görərik. Ordakı azarkeşlər buna layiqdirlər. Lənkəranda futbolu sevirlər. Düşünürəm ki, “Xəzər Lənkəran” Premyer Liqaya qayıtmalıdır. Bölgələrdə futbola maraq başqa cürdür”.

2006-2016-ci illərdə “Xəzər Lənkəran”ın formasını geyinmiş Əmirquliyev yenidən klubun Premyer Liqada oynayacağına ümid etdiyini bildirdi:

“Mənə çox xoş oldu. Yenidən o arenada olmaq fərqli duyğular yaradır. Klub Region Liqasında olsa da, böyük azarkeş dəstəyinə sahibdir. Həqiqətən, çox xoş təəssüratlar idi. İnşallah, ümid edirəm ki, “Xəzər Lənkəran”ı yenidən Premyer Liqada görərik”.

Keçmiş kapitan sonra azarkeşlərə təşəkkürünü bildirdi:

Fanatlara çox sağ ol deyirəm. Bizi çox yaxşı qarşıladılar. Çalışacam ki, bundan sonra da gedib oyunları izləyim, “Xəzər Lənkəran”ı dəstəkləyim”.

Şahin Cəfərov

“Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq” – Qurbanov

İlin ən yaxşı baş məşqçisi seçilən Qurban Qurbanov mükafatını alıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis mükafatlandırma mərasimində fikirlərini bölüşüb:

“Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Məğlub olsaq da şərəflə məğlub olmaq istəyirik. Həqiqətən uğurlu bir yoldur. Məqsədimiz ÇL-in qrupuna düşmək idi. Şükürlər olsun ki, bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki, bir qələbə olsun. Çox şükür ki, artıq iki qələbəmiz var.

Azərbaycana belə klubların gəlməsi çox gözəl haldır. Azarkeşlər futbol ictimaiyyəti üçün maraqlıdır. Son vaxtlar bir qədər aqressiv futbol oynayırıq. Son matçda komandamızın fiziki durumu ən yaxşı formada idi. Bu gün 60, 70 dəqiqə tab gətirə biliriksə deməli sabah daha da irəli gedə bilərik. Təəssüf ki, Azərbaycan çempionatında bu tempi görmürük. Bununla belə çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq”.

Qurban Qurbanov “Komanda.az” saytının keçirdiyi, 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

Millinin Şarja hazırlığı

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılacaqlar.

Futbolpress.az xəbər verir ki, seçmə komandamızın üzvləri – Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

İdmançılarımız baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən yerli komanda ilə birgə hazırlıq keçəcəklər. BƏƏ Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.

Tanınmış məşqçi klubunu dəyişir

Almaniyalı mütəxəssis Mixail Skibbenin yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, o, “Vissel Kobe”yə baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Skibbe yeni işinə 2026-cı ilin yanvarından başlayacaq. Onun son ünvanı Yaponiyada “Hiroşima” olub.

Almaniyalı mütəxəssis məşqçi karyerası ərzində ölkəsində “Borussiya” (Dortmund), “Ayntraxt”, Türkiyədə “Eskişehirspor”, “Qalatasaray”, “Karabükspor”, İsveçrədə “Qrasshopper” klublarında, eyni zamanda, Almaniya və Yunanıstan yığmalarında çalışıb.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

15 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 İmişli – Karvan-Yevlax (CBC Sport)
19:00 Neftçi – Sumqayıt (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Fənərbaxça Konyaspor (Futbol 3, beİN Sports 1)

İtaliya, A Seriyası
23:45 Roma Komo (Futbol 2, Matç TV)

İspaniya, La Liqa
00:00 Rayo Valyekano – Betis (Futbol 2)

İngiltərə, Premyer Liqa
00:00 Mançester Yunayted Bornmut (beİN Sports 3)

Ərəblər “Liverpul”un sabiq baş məşqçisi “göz dikib”

Liverpul”un sabiq baş məşqçisi Brendan Rocers Səudiyyə Ərəbistanıda çalışa bilər.

Futbolpress.az xəbər verir ki, “Əl Qadsiya” klubu komandanın sükanı arxasında mütəxəssisi gətirmək istəyir. Bu barədəaawsat.com” saytı məlumat yayıb.

Rocersin son ünvanıSeltik” olub. O, bu ilin oktyabrından işsizdir. 52 yaşlı mütəxəssis daha əvvəl “Lester” vəLiverpul”da çalışıb.

Zubir “200”ə çatdı

Abdullah Zubir Premyer Liqada 200-cü oyununu keçirib. Msport.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XV turuna təsadüf edib. […]

Source

Premyer Liqada yubiley qolu

“Qarabağ”ın futbolçusu Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub. Msport.az xəbər verir ki, o, buna 137-ci oyununda nail olub. Bayramov […]

Source

“Qarabağ” – “Araz-Naxçıvan” oyunu yubileylə əlamətdar olub

Azərbaycan Premyer Liqasının turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.

Komanda.az-ın Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.

Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunub. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.

1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/2002 və 2019/2020 mövsümləri yarımçıq dayandırılıb.

Cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.

The post “Qarabağ” – “Araz-Naxçıvan” oyunu yubileylə əlamətdar olub appeared first on Komanda.az.

Zubir 200-ə çatdı

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubiley matçı Premyer Liqanın 15-ci turuna təsadüf edib.

O, “Araz-Naxçıvan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/2019 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinib.

Zubir bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub.

Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

The post Zubir 200-ə çatdı appeared first on Komanda.az.

Mbappe Ronaldonun “üç addım”lığında

İspaniya çempionatının 16-cı turunda səfərdə “Alaves”lə qarşılaşan “Real” 2:1 hesablı qələbə qazanıb.

“Kral klubu”nun heyətində qollardan birini hücumçu Kilian Mbappe vurub. Bu qol Mbappe üçün 2025-ci təqvim ilində “Real” forması ilə vurduğu 56-cı qol olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu “Real”ın sabiq hücumçusu Kriştiano Ronaldonun rekorduna xeyli yaxınlaşıb.

Portuqaliyalı futbolçu 2013-cü ildə “Real”ın heyətində bir təqvim ili ərzində 59 qol vuraraq, klub tarixində rekord müəyyənləşdirmişdi.

Cari ilin sonuna qədər Madrid təmsilçisinin daha iki oyunu qalıb. Xabi Alonsonun yetirmələri İspaniya kubokunda “Talavera” ilə üz-üzə gələcək, La Liqada isə “Sevilya” ilə qarşılaşacaq. Mbappenin Ronaldonun rekordunu yeniləmək üçün hələ real şansı var.

The post Mbappe Ronaldonun “üç addım”lığında appeared first on Komanda.az.

“Real”ın telekanalı “Alaves”lə matçın hakimliyini tənqid etdi: “Rüsvayçılıqdır”

“Real”ın klub kanalı hakimliyi yenidən kəskin tənqid atəşinə tutub. Yeni qalmaqal bazar günü, İspaniya La Liqasında “Alaves”ə qarşı keçirilən oyunun son dəqiqələrində yaşanıb.

Qarşılaşmanın sonlarına yaxın Vinisius Junior rəqiblə təmasdan sonra cərimə meydançasında yerə yıxılıb. Ancaq baş hakim epizodda qayda pozuntusu qeydə almayıb və penalti təyin olunmayıb. Bu qərar “Real”ın klub televiziyasında böyük narazılıqla qarşılanıb.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, klub telekanalının nümayəndələri bunun tam rüsvayçılıq olduğunu bildirib:

“Bu, tam rüsvayçılıqdır. Vinisiusa qarşı açıq-aşkar penalti var idi, amma VAR otağındakı həmin hakimin şəxsi qərarı ilə təyin olunmadı. Söhbət İspaniya kubokunun finalından əvvəl məşhur mətbuat konfransı keçirən eyni hakimdən gedir. Bu epizodda qayda pozuntusunu görməmək sadəcə mümkün deyildi”.

Buna baxmayaraq, “kral klubu” “Alaves”i 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Mübahisəli penalti epizodu zamanı tablo artıq oyunun yekun hesabını göstərirdi.

The post “Real”ın telekanalı “Alaves”lə matçın hakimliyini tənqid etdi: “Rüsvayçılıqdır” appeared first on Komanda.az.

“Qarabağ”ın futbolçusunun 25-ci qolu

“Qarabağ”ın futbolçusu Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, buna 137-ci oyununda nail olub.

Yarımmüdafiəçi Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”ın (5:1) qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/2020 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.

Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.

The post “Qarabağ”ın futbolçusunun 25-ci qolu appeared first on Komanda.az.

“Bayern”dən yeni rekord

“Bayern” Bundesliqada yeni məhsuldarlıq rekordu müəyyənləşdirib. Çempionatın 14-cü turunda “Maynts”la qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatsa da, bu oyun tarixə düşüb.

Vensan Kompaninin çalışdırdığı komandanın heyətində qolları Lennar Karl və penalti zərbəsini dəqiq yerinə yetirən Harri Keyn vurublar.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qollar “Bayern” üçün Bundesliqanın cari mövsümündə 50 və 51-ci qollar olub. Beləliklə, Münhen təmsilçisi 14 turdan sonra bu qədər qol vuran ilk komanda kimi rekord qırıb.

“Maynts”la heç-heçə cari mövsümdə “Bayern”in ikinci xal itkisi olub. Daha əvvəl münhenlilər Berlin “Union”u ilə də “sülh bağlamışdı”. Buna baxmayaraq, komanda hələ də məğlubiyyətsiz irəliləyir.

“Bayern” turnir cədvəlində ən yaxın izləyicisi olan “Leyptsiq”i 9 xal qabaqlayır. Bu komandalar arasında baş tutan şəxsi görüş isə münhenlilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Almaniya çempionunun top fərqi +40-a bərabərdir.

The post “Bayern”dən yeni rekord appeared first on Komanda.az.

“Kəpəz” “zirzəmi”dən uzaqlaşır

“Kəpəz” Premyer Liqanın XV turunda “Qəbələ“ni məğlub edib. Yevlax şəhər stadionunda baş tutan görüş nominal meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb.

Azər Bağırovun gəlişindən sonra oyun planında artıran “Kəpəz” “Qəbələ” ilə matçda üstün tərəf kimi oynadı. Hər iki hissədə daha çox qol epizodu yaradan gəncəlilər layiqli üç xalı aktivinə yazdırdı. QələbəKəpəz”i həm sonuncu pillədəki “Karvan-Yevlax”dan bir az uzaqlaşdırdı, həm də liqada qalmaq yolundakı əsas rəqibi “Qəbələ“yə qarşı şəxsi oyunlardakı ümumi hesabı bərabərləşdirdi. Dövrənin ilk matçında “qırmızı-qaralar” üç xal götürən tərəf idi.

Qəbələ“də əsas problem heyətlə bağlıdır. Təcrübəsiz və gənc legionerlərlə liqada qalmaq mübarizəsi aparan bölgə klubunun güclənməsinə ehtiyac var. Çempionatda ən çox qol epizodu yaradan kollektivlərdən olmasına baxmayaraq, “Qəbələ” 14 turda cəmi 10 qol vurub. Bu, liqanın ən aşağı ikinci göstəricisindən biridir. Bu heyətlə komandanın elitada qalması çətin görünür.

“Kəpəz” isə mühüm qələbə qazandı. Bağırovun komandası qış fasiləsinə az qala sonuncu “Karvan-Yevlax”dan 4 xal önə keçdi. Düzdür, Yevlax təmsilçisinin bu gün “İmişli”yə qarşı vacib görüşü var və qələbə xal fərqini azalda bilər. Lakin indiki məqamda komandanın son turlardakı oyunu və potensialı yaxşı nəticəyə ümid vermir. “İmişli” daha nizamlı və nəticəyə oynamağı bacaran kollektivdir.

Şahin Cəfərov

“Qarabağ”ın oyunu tarixə düşdü

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.

Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunmuşdu. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.

1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/02 və 2019/20 mövsümləri yarımçıq dayandırılıb.

Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.

Zubir üçün əlamətdar oyun

Abdullah Zubir Premyer Liqada 200-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XV turuna təsadüf edib.

O, “Araz-Naxçivan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/19 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız “Qarabağ” forması geyinib.

Abdullah bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub. Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

Toral ikincidir

Qarabağ”ın futbolçusu Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub.

Futbolpress.az xəbər verir ki, o, buna 137-ci oyununda nail olub.

Bayramov Azərbaycan Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”ın (5:1) qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/20 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.

Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.

Qəsəbə klubu Liqa Kubokunu qazandı

Şotlandiya Liqa Kubokunun qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Sent Mirren” vəSeltik” komandaları üz-üzə gəlib. 4 qolun vurulduğu matçda “Sent Mirren” qələbə qazanıb.

80 minə yaxın əhalisi olan Peysli qəsəbəsinin təmsilçisi tarixində ikinci dəfə Liqa Kubokunu qazanıb.

Levandovskiyə nə olub?

“Barselona” La Liqanın XVI turunda “Osasuna”nı məğlub edib – 260.

Futbolpress.az xəbər verir ki, kataloniyalıların hücumçusu Robert Levandovski budun arxa səthində yaranan problemlərə görə bu oyunda iştirak etməyib.

Bərpa keçən forvardın İspaniya Kubokunda çərşənbə axşamıQvadalahara”ya qarşı keçiriləcək oyunu da buraxa bilər.

37 yaşlı hücumçu bu mövsüm 17 oyunda 8 qol vurub.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

15 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 İmişli – Karvan-Yevlax (CBC Sport)
19:00 Neftçi – Sumqayıt (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Fənərbaxça – Konyaspor (Futbol 3, beİN Sports 1)

İtaliya, A Seriyası
23:45 Roma – Komo (Futbol 2, Matç TV)

İspaniya, La Liqa
00:00 Rayo Valyekano – Betis (Futbol 2)

İngiltərə, Premyer Liqa
00:00 Mançester Yunayted – Bornmut (beİN Sports 3)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Mançester Siti”də oynamaq istəyirsizsə, qalib gəlməlisiz”

“Mançester Siti”nin müdafiəçisi Ruben Diaş mövsümün bu mərhələsində komandasının səviyyəsi, eləcə də klubun mentaliteti barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu daha da inkişaf edə biləcəklərinə inanır:

“Əminəm ki, hazırda çox yaxşı vəziyyətdəyik, amma xeyli inkişaf edə bilərik. Hazırda potensialımızın yalnız 70 və ya 80 faizindən istifadə edirik, bu da o deməkdir ki, böyümək üçün yerimiz var. Mövsümün bu mərhələsində bu, çox ruhlandırıcı bir hissdir. Hələ də güclənə biləcəyimizi hiss edirəm, amma eyni zamanda, ciddi rəqabət aparmaq üçün artıq kifayət qədər güclü olduğumuzu başa düşürəm.

Bu klubda qalib gəlməmək mümkün deyil. Qazanmasaz, klub rəhbərliyi yenidən qərar verməli olacaq. Bu işin təbiəti belədir və haqlı olaraq belədir. “Mançester Siti”də oynamaq istəyirsizsə, qalib gəlməlisiz. Əks halda, burada olmağa layiq deyilsiz. Üzərimizdə olan bu təzyiq müsbətdir və biz bunu qəbul edirik”.

The post “Mançester Siti”də oynamaq istəyirsizsə, qalib gəlməlisiz” appeared first on Komanda.az.

Adı “Neftçi” ilə də hallanırdı…

Bir müddət əvvəl adı “Neftçi” ilə hallanan Viktor Qonçarenkonun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Belarus millisinə rəhbərlik edəcək. Bu barədə insayder İvan Karpov məlumat yayıb. 48 yaşlı mütəxəssisin təyinatı yaxın zamanda açıqlanacaq.

Son olaraq Rusiyada “Pari NN” klubunu çalışdıran Viktorun adı bir müddət “Neftçi” ilə hallanıb. Lakin “ağ-qaralar”ın sükanı ötən həftə ukraynalı Yuri Verniduba tapşırılıb.

Qubada bərabərlik, “Sumqayıt” bir xalı geridönüşlə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “İmişli” Qubada “Karvan-Yevlax”ı qəbul edib. Matç heç-heçə başa çatıb.

Tura “Neftçi” – “Sumqayıt” oyunu ilə yekun vurulub. “Ağ-qaralar” 2:0 hesabıyla öndə olsa da, “Sumqayıt” 6 dəqiqəyə vurduğu qollarla yekunda bir xal qazanıb.

Azərbaycan Premyer Liqası
XV tur

15 dekabr

İmişli – Karvan-Yevlax 1:1
Qollar:
Dioqo Almeyda, 29 – Vadim Abdullayev, 39
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu

Neftçi – Sumqayıt 2:2
Qollar:
İmad Faraj, 34, Bassala Sambu, 50 – Nsane Simon, 74, Səbuhi Abdullazadə, 81
Baş hakim: Rauf Cabarov
“Palms Sports Arena”

Vernidubun debüt günü

“Neftçi” Premyer Liqanın XV turunda bu gün “Sumqayıt”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, görüş “ağqaralar”ın yeni baş məşqçisi Yuri Vernidubun çempionatdakı debüt oyunu olacaq.

“Palms Sports Arena”da baş tutacaq görüşə saat 19:00-da sart veriləcək.

Vernidub ötən həftə komandaya baş məşqçi təyin edilib. O, buna qədər “Şaxtyor (Soliqorsk), “Şerif” (Moldova), “Krivbas” (Ukrayna) klublarında çalışıb.


“Neft
çi” 14 turdan sonra 16 xalla 8-ci sıradadır. Aktivində 26 xal olan “Sumqayıt” isə 4-cüdür.

La Liqa oyununa hava əngəli

İspaniya La Liqasının XVI turunun “Levante” – “Vilyarreal” oyunu təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, dünən baş tutmalı matç əlverişsiz hava şəraitinə görə keçirilməyib. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Vilyarreal” La Liqada 35 xalla üçüncü sıradadır. 20 xalı olan “Levante” 9-cudur.

Toralın məhsuldarlığı

“QarabağPremyer Liqanın XV turunda “Araz-Naxçıvan”ı məğlub edib – 5:1.

Futbolpress.az xəbər verir ki, “atlılar”ın qollarını Toral Bayramov (2), Joni Montiel, Leandro Andrade və Nəriman Axundzadə vurub.

Bu görüşdə dubl edən Toral “Araz-Naxçıvan”a qarşı dövrənin birinci oyununda da məhsuldarlığı ilə seçilib. Cinah oyunçusu naxçıvanlılarla ilk dueldə də het-trik edib.

Toral bu mövsüm Premyer Liqada 12 oyunda 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Darmadağınla yenidən zirvədə

“QarabağPremyer Liqada növbəti qələbəsini qazanıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv XV turda “Araz-Naxçıvan” üzərində inamlı qələbəyə sevinib – 5:1.

Çempionlar Liqasında “Ayaks”a məğlubiyyətdən (2:3) sonra komanda ilə bağlı narazılıqlar artmış, hədəfə isə Qurbanov və hücumçu Nəriman Axundzadə gətirilmişdi. Bir neçə gündür davam edən tənqid dalğası fonunda “atlılar” yaxşı oyun və nəticə ilə atmosferi sakitləşdirdi.

Üstəlik, oyundan öncəSabah”ın qələbə qazanaraq, liderliyə yüksəlməsi “Qarabağüçün əlavə motivasiya idi. Postunu geri qalan “atlılar” “bayquşlar”la növbəti duel öncəsi pozitiv siqnallar verdi. Premyer Liqada uzun müddət sonra liderlik uğrunda əməlli “döyüş” olacaq.

Tərəflər üç gün sonra təxirə salınmış oyun çərçivəsində Masazırda üz-üzə gələcək. “Qarabağ“a heç-heçə sərf etdiyi halda, “Sabah” birincilik üçün mütləq qələbə qazanmalıdır. Hər iki komanda yaxşı formadadır və gərgin görüş keçəcəyi gözlənilir.

La Liqa: “Real” “Alaves”ə səfərdə qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

Əslində, bu gün dörd oyun keçirilməli idi. Lakin “Levante” – “Vilyarreal” matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb. Matçın təxirə salınmasına Valensiyada yağan güclü yağışlar səbəb olub. Qarşılaşmanın yeni tarixi və vaxtı açıqlanmayıb.

Baş tutan oyunlara gəlincə, “Sevilya” evdə “Real Ovyedo”nu, “Selta” isə “Atletik”i məğlub edib. Səfərdə “Alaves”lə qarşılaşmış Madrid “Real”ı da turu qələbə ilə başa vurub.

Tura dekabrın 15-də keçiriləcək “Rayo Valyekano” – “Betis” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa
16-cı tur
12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

Atletiko – Valensiya 2:1
Qollar: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.

Malyorka – Elçe 3:1
Qollar: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.

Barselona – Osasuna 2:0
Qollar: Rafinya, 70; 86.

Xetafe – Espanyol 0:1
Qol: Kabrera, 53.

14 dekabr

Sevilya – Real Ovyedo 4:0
Qollar: A.Adams, 4. Sou, 22. Mendi, 51. Exuke, 89.

Selta – Atletik 2:0
Qollar: Svedberq, 48. El Abdellaui, 55.

Levante – Vilyarreal matçı təxirə salınıb

Alaves – Real 1:2
Qollar: K.Visente, 68 – Mbappe, 24. Rodriqo, 76.

15 dekabr

00:00. Rayo Valyekano – Betis

Liqa 1: “Lans” “Nitsa”nı da xalsız yola saldı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Strasburq” – “Loryan” matçında qapılara qol vurulmayıb. Lion “Olimpik”i doğma meydanda “Havr”ı, Marsel “Olimpik”i isə “Monako”nu tək qolla üstələyib. Yeddi qolun vurulduğu “Oser” – “Lill” matçında qonaqlar qələbəyə seviniblər. Lider “Lans” isə bu dəfə evdə “Nitsa”nı 2 cavabsız qolla üstələyib.

Beləliklə, geridə qalmış 16 turdan sonra “Lans” 36 xalla vahid liderdir. PSJ 36 xalla ikinci pillədə qərarlaşıb. Marsel “Olimpik”i və “Lill” 32, Lion “Olimpik”i və “Renn” isə 27 xal toplayıblar.

Fransa, Liqa 1
16-cı tur
12 dekabr

Anje – Nant 4:1
Qollar: Abdelli, 17-pen. Şerif, 60. Djibirin, 85. Raolisoa, 90+4 – Kentonse, 81.

13 dekabr

Renn – Brest 3:1
Qollar: Lepaul, 24. Tamari, 25. Meyte, 87 – Balde, 13.

Mets – PSJ 2:3
Qollar: Deminge, 42. Çitaişvili, 80 – Q.Ramos, 31. Ndjantu, 39. Due, 63.

Paris – Tuluza 0:3
Qollar: İdalqo, 29. Qboho, 37; 69.

14 dekabr

Olimpik (Lion) – Havr 1:0
Qol: Şults, 52.

Oser – Lill 3:4
Qollar: Sinayoko, 57; 83-pen. Mbemba, 66-öz qapısına – Haraldsson, 9. Bentaleb, 77. Diayun, 80. B.Andre, 86.

Lans – Nitsa 2:0
Qollar: Eduard, 15; 57.

Strasburq – Loryan 0:0

Olimpik (Marsel) – Monako 1:0
Qol: Qrinvud, 82.

A Seriyası: “Napoli” uduzdu, “Yuve” və “İnter” sevindilər

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Milan” – “Sassuolo” matçında qalib müəyyənləşməyib. “Fiorentina” evdə “Verona”ya, “Napoli” isə səfərdə “Udineze”yə uduzub. “İnter” səfərdə “Cenoa”nı, “Yuventus” da “Bolonya”nı məğlub edib.

15-ci tura dekabrın 15-də keçiriləcək “Roma” – “Komo” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol: Ştuliç, 72.

13 dekabr

Torino – Kremoneze 1:0
Qol: Vlaşiç, 27.

Parma – Latsio 0:1
Qol: Noslin, 82.

Atalanta- Kalyari 2:1
Qol: Skamakka, 11; 81 – Qaetano, 75.

14 dekabr

Milan – Sassuolo 2:2
Qollar: Bartesaqi, 34; 47 – Kone, 13. Loryente, 77.

Fiorentina – Verona 1:2
Qollar: Nunyes, 69-öz qapısına – Orban, 42; 90+3.

Udineze – Napoli 1:0
Qol: Ekkelenkamp, 73.

Cenoa – İnter 1:2
Qollar: Vitinya, 68 – Bissek, 6. L.Martines, 38.

Bolonya – Yuventus 0:1
Qol: Kabal, 64.

15 dekabr

23:45. Roma – Komo

Bundesliqa: “Bayern” xal itirdi, “Ştutqart” 4 qola sevindi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 14-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Çempion və lider “Bayern” doğma meydanda “Maynts”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Frayburq” – “Borussiya” (Dortmund) matçı da heç-heçə ilə yekunlaşıb. “Verder”in qonağı olmuş “Ştutqart” isə rəqibini 4 cavabsız qolla məğlub edib.

Beləliklə, geridə qalmış 14 turdan sonra 38 xala malik “Bayern” vahid liderdir. “Leypsiq” və Dortmund “Borussiya”sı 29, “Bayer” və “Hoffenhaym” 26, “Ştutqart” 25, “Ayntraxt” 24 xal toplayıb.

Almaniya, Bundesliqa
14-cü tur

12 dekabr

Union Berlin – Leypsiq 3:1
Qollar: Burke, 57. Ansa, 64. Skarke, 90+3 – Qomis, 60.

13 dekabr

Borussiya (Mönhenqladbax) – Volfsburq 1:3
Qollar: Kulyerakis, 22-öz qapısına – Vimmer, 4; 34. Amura, 34.

Ayntraxt – Auqsburq 1:0
Qol: Doan, 68.

Hoffenhaym – Hamburq 4:1
Qollar: Promel, 8. O.Kabak, 31. Lemperle, 65. Asllani, 72 – Filippe, 82.

Sankt Pauli – Haydenhaym 2:1
Qollar: Kaars, 35; 53 – Pyeringer, 64.

Bayer – Köln 2:0
Qollar: Terrye, 66. Andrix, 72.

14 dekabr

Frayburq – Borussiya (Dortmund) 1:1
Qollar: Holer, 75 – Bensebaini, 31.

Bayern – Maynts 2:2
Qollar: L.Karl, 29. H.Keyn, 87-pen – Potulski, 45+2. L.J.Sunq, 67.

Verder – Ştutqart 0:4
Qollar: El-Xannus, 40. Levelinq, 44. Undav, 79. Fuhrix, 90+7.

Premyer Liqa: MS 3 qola sevindi, “Tottenhem” darmadağın oldu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Brentford” – “Lids” matçında qalib müəyyənləşməyib. Beş qolun vurulduğu “Vest Hem” – “Aston Villa” görüşü qonaqların qələbəsiylə yekunlaşıb. “Kristal Pelas”ın qonağı olan “Mançester Siti” darmadağına sevinib. “Tottenhem” isə səfərdə “Nottingem Forest”ə böyük hesabla uduzub. “Sanderlend” də “Nyukasl”ı xalsız yola salıb.

16-cı tura dekabrın 15-də keçiriləcək “Mançester Yunayted” – “Bornmut” matçı ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
16-cı tur

13 dekabr

Çelsi – Everton 2:0
Qollar: Palmer, 21. Qusto, 45.

Liverpul – Brayton 2:0
Qollar: Ekitike, 1; 60.

Börnli – Fulhem 2:3
Qollar: Uqoçukvu, 21. Sonne, 86 – Smit Rou, 9. Bassi, 31. H.Uilson, 58.

Arsenal – Vulverhempton 2:1
Qollar: Conston, 70-öz qapısına. Moskera, 90+4-öz qapısına – Arokodare, 90.

14 dekabr

Kristal Pelas – Mançester Siti 0:3
Qollar: Haland, 41; 89-pen. Foden, 69.

Nottingem Forest – Tottenhem 3:0
Qollar: Hodson-Odoi, 28; 50. Sanqare, 79.

Sanderlend – Nyukasl 1:0
Qol: Voltemade, 46-öz qapısına.

Vest Hem – Aston Villa 2:3
Qollar: M.Fernandes, 1. Bouen, 24 – Mavropanos, 9-öz qapısına. M.Rocers, 50; 79.

Brentford – Lids 1:1
Qollar: Henderson, 70 – Levin, 82.

15 dekabr

00:00. Mançester Yunayted – Bornmut

Super Liqa: “Trabzonspor” – “Beşiktaş” matçında 6 qol

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Trabzonspor” – “Beşiktaş” matçında qalib müəyyənləşməyib. “Karagümrük” – “Kocaelispor” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Qaziantep” evdə “Göztəpə”yə, “Samsunspor” isə “Başakşəhər”ə məğlub olub.

16-cı tura dekabrın 15-də keçiriləcək “Fənərbağça” – “Konyaspor” oyunu ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
16-cı tur

12 dekabr

Kasımpaşa – Gənclərbirliyi 0:0

13 dekabr

Rizəspor – Eyüpspor 3:0
Qollar: Laci, 45+2-pen. S.Akaydın, 52. Sou, 81.

Kayserispor – Alanyaspor 0:0

Antalyaspor – Qalatasaray 1:4
Qollar: Van de Strek, 69 – Sane, 7. Sallai, 11. Osimhen, 56. İkardi, 90+3.

14 dekabr

Qaziantep – Göztəpə 0:1
Qol: Janderson, 69.

Karagümrük – Kocaelispor 1:1
Qollar: Fofana, 65 – Petkoviç, 90+3.

Samsunspor – Başakşəhər 0:2
Qollar: Şomurodov, 66. B.Yıldırım, 83.

Trabzonspor – Beşiktaş 3:3
Qollar: Muçi, 25. Ulai, 63. Zubkov, 84 – T.Abraham, 18. Çernı, 22; 31.

15 dekabr

21:00. Fənərbağça – Konyaspor

“Traktor” “Paykan”ı xalsız yola saldı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 14-cü tur çərçivəsində “Paykan”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşdən qələbə ilə ayrılıblar – 2:1. Təbrizlilərin qələbə qollarını Əmirhüseyn Hüseynzadə (10) və Mahdi Haşemnecad (74) vurublar.

“Traktor” cari mövsümdə qazandığı 21 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 13 oyunda 5 qələbə qazanıb, 6 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Şəms Azər Qəzvin” ilə qarşılaşacaq. Bu oyun dekabrın 27-də səfərdə baş tutacaq. Bundan öncə isə təbrizliləri İran Kubokunda “Persepolis”lə (18 dekabr) və Asiya Çempionlar Liqasında Qətər “Əl-Dühail”i ilə (22 dekabr) oyunlar gözləyir.

“Qarabağ” – “Araz-Naxçıvan” 5:1 – Video

Azərbaycan Premyer Liqasının 15-ci turunun “Qarabağ” – “Araz-Naxçıvan” matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
15-ci tur

14 dekabr

“Qarabağ” – “Araz-Naxçıvan” 5:1
Qollar: Toral Bayramov, 31; 90+4-pen. Nəriman Axundzadə, 41. Xoni Montiel, 57-pen. Leandro Andrade, 72 – Ramon Maçado, 76-pen.
Sarı vərəqə: Leandro Andrade, 66 (qeyri-idman hərəkəti) – Nuno Rodriqes, 37 (qeyri-idman hərəkəti). Vanderson Melo, 66 (qeyri-idman hərəkəti). Ürfan Abbasov, 86 (qeyri-idman hərəkəti). Ba-Muaka Simakala, 90+2 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 2 dəqiqə.
Saat 17:30. “Azersun Arena”, 700 tamaşaçı.

Baş hakim: Rəşad Əhmədov.
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Eyyub İbrahimov.
Dördüncü hakim: Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev (11. Emmanuel Addai, 68), 27. Toral Bayramov, 22. Musa Qurbanlı (17. Kamilo Duran, 68), 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 9. Xoni Montiel (6. Kris Kuaku, 85), 18. Dani Bolt, 15. Leandro Andrade (10. Abdullah Zubir, 76), 35. Pedro Bikalyo (44. Elvin Cəfərquliyev, 76).
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 32. Hikmət Cəbrayılzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk.
Baş məşqçi: Qurban Qurbanov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev (24. Mustafa Əhmədzadə, 61), 6. Patrik Andrade (19. Bar Kohen, 70), 29. Vanderson Melo, 17. İssuf Paro (26. Ömər Buludov, 46), 23. Nuno Rodriqes (16. Ramon Maçado, 61), 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev.
Baş məşqçi: Elmar Baxşıyev.

Qurban Qurbanov: “Araz-Naxçıvan”a baxımlı qollar vurduq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş qarşılaşması Ağdam klubunun 5:1 hesablı qələbəsiylə yekunlaşıb.

Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Futbolçuların sona kimi intizamlı oynamaları çox önəmli idi. Sonlara yaxın 1-2 boşluq oldu, amma ümumilikdə diqqətli və intizamlı çıxış etdilər. Yaxşı hücumlarımız oldu, baxımlı qollar vurduq. Soyuq havada bizi dəstəkləməyə gələn azarkeşlərimizə də təşəkkür edirəm”.

Təcrübəli mütəxəssis Marko Yankoviçin yoxluğunu rotasiya ilə izah edib:

“Yankoviçə istirahət vermişdik. Əvvəlki matç son vaxtların ən sürətli oyunu idi, ona görə xeyli oyunçunu əsas heyətdə buraxmamışdıq”.

Qurban Qurbanov zədəli Kadinin yoxluğunun komandaya təsiri və onun mövqeyindəki problemlərlə bağlı məsələyə isə belə aydınlıq gətirib:

“Bəlli məsələdir ki, Kadinin sıradan çıxması digər mövqelərə də təsirsiz ötüşmür. Çünki fərqli mövqedən olan oyunçunu orada oynadanda digər sıxıntılarımız da olur. Heç bir kollektiv bir oyunçunun üzərində qurulmur, amma Kadi kimi qabiliyyətli oyunçuların meydanda olması üstünlükdür. Futbolçularım sağ olsunlar, nəticə üçün əllərindən gələni edirlər”.

Baş məşqçi növbəti turda qarşılaşacaqları “Sabah” barədə danışarkən rəqibin oyundan-oyuna daha təhlükəli olduğunu və yaxşı kollektiv formalaşdırdığını vurğulayıb:

“Bu nəticələr “Sabah”ın oyun keyfiyyəti ilə birbaşa bağlıdır. Bu komanda oyundan-oyuna daha qabiliyyətli və daha təhlükəli təsir bağışlayır. Yaxşı kollektiv formalaşıb, oyun intizamı yüksək səviyyədədir. Qarşıda bizi çox ciddi rəqib gözləyir. Bu gün və sabah futbolçulara istirahət verəcəyik, çünki istər-istəməz yorğunluq özünü göstərir. Rəqibi hələ detallı şəkildə analiz etməmişik, lakin oyunlarını izləmişik. Xüsusilə “Neftçi” və “Turan Tovuz”la keçirdikləri görüşlərə baxmışıq”.

Elmar Baxşıyev: “Bu, bizə və futbolçulara təsirsiz ötüşmür”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş qarşılaşması Ağdam klubunun 5:1 hesablı qələbəsiylə yekunlaşıb.

Elmar Baxşıyev qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Həftə ərzində düşündüyümüz plan var idi. Onun üzərində işləyirdik. 20-25 dəqiqə istədiyimizi meydanda göstərməyə çalışırdıq. Birinci qol komandaya təsir etdi. Qol epizodu da deyildi, öz səhvimizdən buraxdıq. Ümumilikdə qapımıza 2 penalti təyin edildi, öz səhvlərimizdən sonra böyük hesablı nəticə oldu. Bu matçı unudub, fasiləyə qədər qalan son oyuna hazırlaşacağıq”.

Elmar Baxşıyev mətbuatda rəhbərliyin qışda onunla yollarını ayıracağı barədə yayılmış şayiələrə və rəhbərliyin buna rəsmi münasibət bildirməməsi ilə bağlı suala da aydınlıq gətirib. O, yazılanların komandaya təsirsiz ötüşmədiyini etiraf edərək gələcəyi barədə bunları deyib:

“Mən bura özüm gəlməmişəm, məni dəvət ediblər. Üzərimə nə düşürsə, onu yerinə yetirməyə çalışıram. Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir, bizə də təsirsiz ötüşmür. Qərar mənim deyil. Bizimlə davam etsələr, işimizə davam edəcəyik. Digər qərarı versələr, ona da normal yanaşacağıq”.

Premyer Liqa: “Qarabağ” “Araz”ı 5 qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutub.

Çempion “Qarabağ” “Araz-Naxçıvan”ı sınağa çəkib. “Azərsun Arena”da baş tutmuş oyunu Rəşad Əhmədov idarə edib. Ağdam təmsilçisi bu oyundan da qalib ayrılmaqla zirvədəki mövqeyini qoruyub. Son turlarda qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan “Araz-Naxçıvan” güclü rəqibinə biabırçı hesabla uduzub.

Premyer Liqa
15-ci tur

14 dekabr

“Qarabağ” – “Araz-Naxçıvan” 5:1
Qollar: Toral Bayramov, 30; 90+5-pen. Nəriman Axundzadə, 41. Xoni Montiel, 57-pen. Leandro Andrade, 72 – Ramon Maçado, 76-pen.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “Azərsun Arena”, 17:30.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.

Azər Bağırov: “Bu, 9 xallıq oyun idi”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyununda Gəncə təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

Azər Bağırov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun alındı. “Qəbələ” də, “Kəpəz” də daim hücumda idi. Yenə qol epizodlarını dəyərləndirə bilmirik. Bu, məşqçilər korpusu olaraq bizi yorur. Bu oyun 9 xala bərabər idi. Həm “Qəbələ”ni keçdik, həm də “Karvan”dan uzaqlaşdıq”.

Bağırov qapıçı Yusif İmanovla son oyunlarda vacib qollar vurmuş Ryonosuke Ohorinin oyununu da dəyərləndirib, həmçinin Luis Paçunun ehtiyatda olmasının səbəbini açıqlayıb:

“Yusif 1 ildən çoxdur ki, oynamırdı. Meydanda olduğu matçlarda komandaya kömək edir. Səhvlər qaçılmazdır. Oyundan-oyuna daha yaxşı olur.

Komandamızın çoxu yerli futbolçulardan ibarətdir. Səhvlər hamımızda var. Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir. Sevindirici hal odur ki, bir oyunçu inkişaf edir. Ohori də onlardan biridir. Onu bir çox mövqedə oynadırıq. O da öhdəsindən gəlir.

Paçunun ehtiyatda qalması isə taktiki qərar idi. “Qəbələ” arxadan topla çıxmağı yaxşı bacarır. Ehtiram Şahverdiyev öndə daha yaxşı pressinq edir. Ona görə start heyətində ona şans verdik”.

ABL: “Neftçi” “Abşeron Lions”a məğlub oldu

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində baş tutmuş A qrupunun matçında “Abşeron Lions” qələbə qazanıb – 88:72.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:87), “Naxçıvan” “Sərhədçi”ni (90:74), “Ordu” “Sumqayıt”ı (106:86), NTD isə “Şəki”ni (93:79) məğlub etmişdi.

9-cu turun “Sabah” – “Gəncə” oyunu, “Sabah”ın 16 dekabrda Almaniyada basketbol üzrə Çempionlar Liqasında “Alba”ya qarşı keçirəcəyi görüşə görə təxirə salınıb.

9 turdan sonra turnir cədvəlindəki vəziyyət belədir:

A qrupu: Abşeron Lions – 17. Sabah – 16. Gəncə – 12. Neftçi – 10. Şəki – 10. NTD – 10.

B qrupu: Ordu – 18. Naxçıvan – 16. Quba – 13. Lənkəran – 12. Sərhədçi – 11. Sumqayıt – 10.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Sxadadze: “Kəpəz”ə qarşı pis oynadıq”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 15-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyununda Gəncə təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

Kaxaber Sxadadze qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Oyun haqda nə deyə bilərəm? Belə qırmızı vərəqələri ancaq biz ala bilərik. Başa düşmürəm ki, necə belə qırmızı vərəqə almaq olar. “Kəpəz”in qolunda müdafiəçilərimizdən heç biri rəqib oyunçunu saxlamadı. Bu gün pis oynadıq. Murad Musayevin yoxluğu hiss olunurdu. Səhvlərdən nəticə çıxarıb daha yaxşı olmağa çalışacağıq.

Reallığı nəzərə almaq lazımdır. Cibində 10 manat varsa, restrorana gedə bilməzsən. Mən ağılsız insan deyiləm, reallığa baxıram. Bizim hədəfimiz Premyer Liqada qalmaqdır. Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz. Qaydalara görə 5 futbolçu transfer edə bilərik. Buna görə də heyətimizi qorumalıyıq. Sanqareyə gəldikdə, bəli, o, çox səhvlər edir. Daha yaxşı olmaq lazımdır. Komandada bütün mövqelərdə rəqabət olmalıdır. Rəqabət olmasa, inkişaf ola bilməz. Yeni qapıçı gətirməyi planlaşdırırıq”.

Əvəzedicilər: “Sabah” “Zirə”yə, “Şamaxı” “Sumqayıt”a uduzdu

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 14-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Sabah”ın ikinci komandası “Zirə-2” ilə ev oyununda 2 cavabsız qolla məğlub olub. Beş qolun qeydə alındığı “Sumqayıt-2” – “Şamaxı-2” matçında isə birincilər qələbə qazanıblar.

14-cü turun qalan oyunları dekabrın 15-də və 16-da keçiriləcək.

Əvəzedicilər Liqası
14-cü tur

14 dekabr

“Sabah-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 48. Ramiz Muradov, 82.
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Elmin Süleyanov, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 14:00.

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2
Qollar: Əjdər Hacılı, 2; 38; 61 – Bilal İsmayılov, 36. Edqar Adilxanov, 80-pen.
Hakimlər: Alik Yunusov, Mirhihad Seyidov, Orxan İbişov, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

15 dekabr

“Qarabağ-2” – “Kəpəz-2”
Hakimlər: Nazim Abdullayev, Zakir Şükürzadə, Rəhman Aslanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Turan Tovuz-2” – “Qəbələ-2”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

16 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

“Kəpəz” – “Qəbələ” 1:0 – Video

Azərbaycan Premyer Liqasının 15-ci turunun “Kəpəz” – “Qəbələ” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
15-ci tur
13 dekabr

“Kəpəz” – “Qəbələ” 1:0
Qol: Ryonosuke Ohori, 54.
Sarı vərəqə: Olavale Onanuqa, 34 (qeyri-idman hərəkəti). Luis Paçu, 56 (qeyri-idman hərəkəti). Şakir Seyidov, 71 (qeyri-idman hərəkəti). Əli Səmədov, 77 (qeyri-idman hərəkəti) – Xayme Syerra, 70 (hakimin qərarına etiraz).
Qırmızı vərəqə: İbrahim Sanqare, 36 (ciddi qayda pozuntusu).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Georgi Çixradze (“Qəbələ”), 41 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 14:00. Yevlax şəhər stadionu, 700 tamaşaçı.

Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev (17. Ümid Səmədov, 77), 5. Rauf Hüseynli (9. Luis Paçu, 46), 88. Şakir Seyidov, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa (99. Əli Səmədov, 72), 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 72. Nizami Səmədov, 6. Pedro Qomes.
Baş məşqçi: Azər Bağırov.

Qəbələ: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev (30. Prins Ovusu, 66), 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov (27. Eşqin Əhmədov, 46), 10. Şahin Şahniyarov (22. Fərid İsgəndərov, 66), 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo (97. Elşad Tağıyev, 82).
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov.
Baş məşqçi: Kaxaber Sxadadze.

Premyer Liqa: “Qəbələ” “Kəpəz”ə Yevlaxda uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Yevlaxda baş tutub.

Çempionatın autsayderlərindən olan “Kəpəz” “Qəbələ”ni qəbul edib. Yevlax şəhər stadionunda baş tutmuş oyunu Rəvan Həmzəzadə idarə edib. Gəncə təmsilçisi bu oyundan öncə 6 xalla 11-ci, “Qəbələ” isə 8 xalla 10-cu pillədə qərarlaşmışdı. Bu üzdən də sözügedən oyunu 6 xallıq görüş də adlandırmaq mümkün idi. Belə bir prinsipial oyunun yekununda sevinən tərəf Gəncə təmsilçisi olub. Minimal hesablı qələbə bu komandanın turnir cədvəlində “Qəbələ”ni də qabaqlayaraq 10-cu sıraya çıxarıb.

Premyer Liqa
15-ci tur

14 dekabr

“Kəpəz” – “Qəbələ” 1:0
Qol: Ryonosuke Ohori, 54.
Qırmızı vərəqə: İbrahim Sanqare, 38.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 14:00.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 72. Nizami Səmədov, 9. Luis Paçu, 6. Pedro Qomes.
Baş məşqçi: Azər Bağırov.

Qəbələ: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 27. Eşqin Əhmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Sxadadze.

“Real”dan çətin qələbə

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Sevilya” evdə “Real Ovyedo”nu, “Selta” “Atletik”i məğlub edib. Səfərdə “Alaves”lə qarşılaşan “Real” da qələbəyə sevinib.

“Levante” – “Vilyarreal” matçı isə əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Matçın təxirə salınmasına Valensiyada yağan güclü yağışlar səbəb olub.

İspaniya La Liqası
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar
: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

Atletiko – Valensiya 2:1
Qollar
: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.

Malyorka – Elçe 3:1
Qollar
: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.

Barselona – Osasuna 2:0
Qollar
: Rafinya, 70; 86.

Xetafe – Espanyol 0:1
Qol
: Kabrera, 53.

14 dekabr

Sevilya – Real Ovyedo 4:0
Qollar
: A.Adams, 4. Sou, 22. Mendi, 51. Exuke, 89.

Selta – Atletik 2:0
Qollar
: Svedberq, 48. El Abdellaui, 55.

Levante – Vilyarreal matçı təxirə salınıb

Alaves – Real 1:2
Qollar
: K.Visente, 68 – Mbappe, 24. Rodriqo, 76.

15 dekabr

00:00. Rayo Valyekano – Betis

The post “Real”dan çətin qələbə appeared first on Komanda.az.

“Lans” liderliyini qorudu

Fransa Liqa 1-də 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

Lion “Olimpik”i “Havr”ı, Marsel “Olimpik”i “Monako”nu tək qolla yenib. “Oser” evdə “Lill”ə uduzubsa, “Lans” “Nitsa”nı məğlub yola salıb.

Hazırda “Lans” 36 xalla vahid liderdir. PSJ 36, Marsel “Olimpik”i və “Lill” 32, Lion “Olimpik”i və “Renn” 27 xal toplayıblar.

Fransa Liqa 1
16-cı tur

12 dekabr

Anje – Nant 4:1
Qollar
: Abdelli, 17-pen. Şerif, 60. Djibirin, 85. Raolisoa, 90+4 – Kentonse, 81.

13 dekabr

Renn – Brest 3:1
Qollar
: Lepaul, 24. Tamari, 25. Meyte, 87 – Balde, 13.

Mets – PSJ 2:3
Qollar
: Deminge, 42. Çitaişvili, 80 – Q.Ramos, 31. Ndjantu, 39. Due, 63.

Paris – Tuluza 0:3
Qollar
: İdalqo, 29. Qboho, 37; 69.

14 dekabr

Olimpik (Lion) – Havr 1:0
Qol
: Şults, 52.

Oser – Lill 3:4
Qollar
: Sinayoko, 57; 83-pen. Mbemba, 66-öz qapısına – Haraldsson, 9. Bentaleb, 77. Diayun, 80. B.Andre, 86.

Lans – Nitsa 2:0
Qollar
: Eduard, 15; 57.

Strasburq – Loryan 0:0

Olimpik (Marsel) – Monako 1:0
Qol: Qrinvud, 82.

The post “Lans” liderliyini qorudu appeared first on Komanda.az.

“Yuventus”la “İnter” qalib gəlib, “Napoli” uduzdu

İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 5 oyun baş tutub.

“Milan” “Sassuolo” ilə matçda xal itiribi. “Fiorentina” evdə “Verona”ya, “Napoli” səfərdə “Udineze”yə uduzub. “İnter” “Cenoa”nı, “Yuventus” isə “Bolonya”nı məğlub edib.

İtaliya A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol
: Ştuliç, 72.

13 dekabr

Torino – Kremoneze 1:0
Qol
: Vlaşiç, 27.

Parma – Latsio 0:1
Qol
: Noslin, 82.

Atalanta- Kalyari 2:1
Qol
: Skamakka, 11; 81 – Qaetano, 75.

14 dekabr

Milan – Sassuolo 2:2
Qollar
: Bartesaqi, 34; 47 – Kone, 13. Loryente, 77.

Fiorentina – Verona 1:2
Qollar
: Nunyes, 69-öz qapısına – Orban, 42; 90+3.

Udineze – Napoli 1:0
Qol
: Ekkelenkamp, 73.

Cenoa – İnter 1:2
Qollar
: Vitinya, 68 – Bissek, 6. L.Martines, 38.

Bolonya – Yuventus 0:1
Qol
: Kabal, 64.

15 dekabr

23:45. Roma – Komo

The post “Yuventus”la “İnter” qalib gəlib, “Napoli” uduzdu appeared first on Komanda.az.

“Bayern” evdə xal itirdi

Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Bayern” “Maynts”la ev oyununda xal itirib. “Frayburq” – “Borussiya” (Dortmund) matçında da qalib müəyyənləşməyib. “Verder” isə “Ştutqart”a uduzub.

Hazırda 38 xala malik “Bayern” vahid liderdir. “Leypsiq” və Dortmund “Borussiya”sı 29, “Bayer” və “Hoffenhaym” 26, “Ştutqart” 25 xal toplayıb.

Almaniya Bundesliqası
14-cü tur

12 dekabr

Union Berlin – Leypsiq 3:1
Qollar
: Burke, 57. Ansa, 64. Skarke, 90+3 – Qomis, 60.

13 dekabr

Borussiya (Mönhenqladbax) – Volfsburq 1:3
Qollar
: Kulyerakis, 22-öz qapısına – Vimmer, 4; 34. Amura, 34.

Ayntraxt – Auqsburq 1:0
Qol
: Doan, 68.

Hoffenhaym – Hamburq 4:1
Qollar
: Promel, 8. O.Kabak, 31. Lemperle, 65. Asllani, 72 – Filippe, 82.

Sankt Pauli – Haydenhaym 2:1
Qollar
: Kaars, 35; 53 – Pyeringer, 64.

Bayer – Köln 2:0
Qollar
: Terrye, 66. Andrix, 72.

14 dekabr

Frayburq – Borussiya (Dortmund) 1:1
Qollar
: Holer, 75 – Bensebaini, 31.

Bayern – Maynts 2:2
Qollar
: L.Karl, 29. H.Keyn, 87-pen – Potulski, 45+2. L.J.Sunq, 67.

Verder – Ştutqart 0:4
Qollar
: El-Xannus, 40. Levelinq, 44. Undav, 79. Fuhrix, 90+7.

The post “Bayern” evdə xal itirdi appeared first on Komanda.az.

“Mançester Siti” qalib gəldi, “Tottenhem” darmadağına üzüldü

İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 5 oyun baş tutub.

“Vest Hem” evdə “Aston Villa”ya uduzub. “Kristal Pelas”ın qonağı olan “Mançester Siti” darmadağına sevinib. “Tottenhem” isə “Nottingem Forest”ə böyük hesabla uduzub.

İngiltərə Premyer Liqası
16-cı tur

13 dekabr

Çelsi – Everton 2:0
Qollar
: Palmer, 21. Qusto, 45.

Liverpul – Brayton 2:0
Qollar
: Ekitike, 1; 60.

Börnli – Fulhem 2:3
Qollar
: Uqoçukvu, 21. Sonne, 86 – Smit Rou, 9. Bassi, 31. H.Uilson, 58.

Arsenal – Vulverhempton 2:1
Qollar
: Conston, 70-öz qapısına. Moskera, 90+4-öz qapısına – Arokodare, 90.

14 dekabr

Kristal Pelas – Mançester Siti 0:3
Qollar
: Haland, 41; 89-pen. Foden, 69.

Nottingem Forest – Tottenhem 3:0
Qollar
: Hodson-Odoi, 28; 50. Sanqare, 79.

Sanderlend – Nyukasl 1:0
Qol
: Voltemade, 46-öz qapısına.

Vest Hem – Aston Villa 2:3
Qollar
: M.Fernandes, 1. Bouen, 24 – Mavropanos, 9-öz qapısına. M.Rocers, 50; 79.

Brentford – Lids 1:1
Qollar
: Henderson, 70 – Levin, 82.

15 dekabr

00:00. Mançester Yunayted – Bornmut

The post “Mançester Siti” qalib gəldi, “Tottenhem” darmadağına üzüldü appeared first on Komanda.az.

Basketbol Liqasında tur başa çatdı

Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “A” və “B” qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

A qrupu

NTD – “Şəki” (93:79)
“Abşeron Lions” – “Neftçi” (88:72)

B qrupu

“Lənkəran” – “Quba” (87 :95)
“Naxçıvan” – “Sərhədçi” (90:74)
“Sumqayıt” – “Ordu” (86:106)

9 turdan sonra “Sabah” və “Ordu” klubları maksimum nəticə ilə müvafiq olaraq “A” və “B” qruplarına başçılıq edirlər.

Qeyd edək ki, 9-cu turun “Sabah” – “Gəncə” oyunu, “Sabah” klubunun 16 dekabr Almaniyada basketbol üzrə Çempionlar Liqasında “Alba” klubuna qarşı baş tutacaq oyununa görə təxirə salınıb.

“Trabzonspor”la “Beşiktaş”dan məhsuldar heç-heçə

Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Karagümrük” – “Kocaelispor” və “Trabzonspor” – “Beşiktaş” matçlarında qalib müəyyənləşməyib. “Qaziantep” evdə “Göztəpə”yə, “Samsunspor” “Başakşəhər”ə uduzub.

Türkiyə Super Liqası
16-cı tur

12 dekabr

Kasımpaşa – Gənclərbirliyi 0:0

13 dekabr

Rizəspor – Eyüpspor 3:0
Qollar
: Laci, 45+2-pen. S.Akaydın, 52. Sou, 81.

Kayserispor – Alanyaspor 0:0

Antalyaspor – Qalatasaray 1:4
Qollar
: Van de Strek, 69 – Sane, 7. Sallai, 11. Osimhen, 56. İkardi, 90+3.

14 dekabr

Qaziantep – Göztəpə 0:1
Qol
: Janderson, 69.

Karagümrük – Kocaelispor 1:1
Qollar
: Fofana, 65 – Petkoviç, 90+3.

Samsunspor – Başakşəhər 0:2
Qollar
: Şomurodov, 66. B.Yıldırım, 83.

Trabzonspor – Beşiktaş 3:3
Qollar
: Muçi, 25. Ulai, 63. Zubkov, 84 – T.Abraham, 18. Çernı, 22; 31.

15 dekabr

21:00. Fənərbağça – Konyaspor

The post “Trabzonspor”la “Beşiktaş”dan məhsuldar heç-heçə appeared first on Komanda.az.

“Vaxt gələcək və Ukrayna dünyaya dördüncü “qızıl top” sahibini verəcək”

“Milan”ın və Ukrayna millisinin sabiq hücumçusu, hazırda Ukrayna Futbol Assosiasiyasının rəhbəri olan Andrey Şevçenko inanır ki, gələcəkdə həmyerlilərindən biri “qızıl top”u qazanacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“21 il əvvəl mən “qızıl top”u qazanmışdım. Mükafatı qazanan üçüncü ukraynalı olmaq mənim üçün böyük şərəfdir. Vaxt gələcək və Ukrayna dünyaya dördüncü “qızıl top” sahibini verəcək”.

Şevçenkodan başqa, ukraynalı sabiq hücumçular Oleq Bloxin və İqor Belanov da “qızıl top”u qazanıblar.

The post “Vaxt gələcək və Ukrayna dünyaya dördüncü “qızıl top” sahibini verəcək” appeared first on Komanda.az.

Benzema “Lion”a qayıdacaq?

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema karyerasına başladığı “Lion”a qayıda biləcəyini deyib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, lakin o, bunun dəqiq olmadığını bildirib:

“Qayıda biləcəyimi dəqiq demək çətindir. Futbolda heç bir proqnoz verə bilməzsən. Yəqin ki, hər şeyi olduğu kimi saxlamaq ən yaxşısıdır. Başqa bir vəzifədə də “Lion”a kömək edə biləcəyimi istisna etməzdim. Komandada oynamaq məsələsinə gəlincə, bilmirəm”.

Benzema “Lion” akademiyasının yetirməsidir. 37 yaşlı fransalı futbolçu 2023-cü ildən bəri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda oynayır. Onun klubla müqaviləsinin müddəti gələn ilin iyun ayının sonunda başa çatacaq.

The post Benzema “Lion”a qayıdacaq? appeared first on Komanda.az.

“Tottenhem” qiyməti 70 milyon avro olan hücumçunu istəyir

“Tottenhem”, “Nyukasl” və “Aston Villa”nın da izlədiyi “Brentford”un hücumçusu İqor Tyaqo ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Brentford” braziliyalı futbolçu üçün 70 milyon avro istəyir. Lakin bu qiymət oyunçunun bu qış transferini çətinləşdirir. “Brentford”un istəyi isə bu yöndədir. “Tottenhem” forvardı icarəyə götürməyi düşünür, amma “Brentford” bunu da istəmir.

Tyaqonun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post “Tottenhem” qiyməti 70 milyon avro olan hücumçunu istəyir appeared first on Komanda.az.

Azərbaycanın daha 2 boksçusu AÇ-nin yarımfinalında

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Gülər Hüseynova (48 kq) Maria Spennato (İtaliya) ilə döyüşüb. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda Serana Mali (İngiltərə) ilə üz-üzə gələcək.

Şahin Aslanov (60 kq) da 1/4 final döyüşünü də xeyrinə bitirib. O, bu dəfə İvaylo Kolevi (Bolqarıstan) məğlub edib – 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29). Boksçunuzun finala gedən yolda rəqibi Ceyson Maher (İrlandiya) olacaq.

Beləliklə, yarımfinalda iştiraklarını rəsmiləşdirməklə özləri üçün bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Qardaş Rəhimovla (46 kq) Şükar Əliyev (75 kq) də bu hüquqa yiyələniblər.

Yarımfinal döyüşləri dekabrın 15-də olacaq.

The post Azərbaycanın daha 2 boksçusu AÇ-nin yarımfinalında appeared first on Komanda.az.

Ayxan Abbasov Ağsuda yeniyetmə futbolçularla görüşüb

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Ağsuda səfərdə olub.

Komanda.az xəbər verir ki, Ağsu şəhər stadionunda fəaliyyət göstərən “Hilal Ağsu” uşaq futbol məktəbini ziyarət edib.

Yeniyetmələrlə görüşən millimizin baş məşqçisi onlarla səmimi söhbətlər aparıb, gələcək karyeralarında uğurlar arzulayıb.

Ayxan Abbasov yeniyetmələri futbola olan sevgilərini qorumağa və daim çalışqan olmağa səsləyib. Görüşün sonunda uşaqlar millimizin baş məşqçisi ilə xatirə şəkilləri çəkdirib, ondan avtoqraf alıblar. Ayxan Abbasov yeniyetmələrə futbol topları və digər əşyalar hədiyyə edib.

The post Ayxan Abbasov Ağsuda yeniyetmə futbolçularla görüşüb appeared first on Komanda.az.

Tahir Gözəl Əkbərlə görüşdü

“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının 6-cı turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.

Komanda.az xəbər verir ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib.

Sonda klub prezidenti azyaşlı azarkeşlərinə rəsmi formalarını təqdim edib.

The post Tahir Gözəl Əkbərlə görüşdü appeared first on Komanda.az.

Tovuzda xüsusi qonaqlar

“Tovuz Gənclər Evi” Sosial xidmətlər müəssisəsinin Ünsiyyət klubunun daun sindromlu və autizmli üzvləri Tovuz şəhər stadionuda qonaq olublar.

Futbolpress.az xəbər verir ki, uşaqlar və valideynlərlə keçirilən görüşdə “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstəyin klub üçün vacib istiqamətlərdən biri olduğunu və bu cür aksiyaların davamlı şəkildə həyata keçiriləcəyini vurğulayıb.

“Nəfəs” İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində uşaqlara hədiyyələr təqdim olunub. Daun sindromlu və autizmli uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, onların özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədilə stadiona dəvət olunan qonaqlar “Turan Tovuz” – “Sabah” oyununu izləyiblər.

Azərbaycanın daha 2 boksçusu yarımfinalda

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Gülər Hüseynova (48 kq) Maria Spennato (İtaliya) ilə döyüşüb. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda Serana Mali (İngiltərə) ilə üz-üzə gələcək.

Şahin Aslanov (60 kq) da 1/4 final döyüşünü də xeyrinə bitirib. O, bu dəfə İvaylo Kolevi (Bolqarıstan) məğlub edib – 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29). Boksçunuzun finala gedən yolda rəqibi Ceyson Maher (İrlandiya) olacaq.

Beləliklə, yarımfinalda iştiraklarını rəsmiləşdirməklə özləri üçün bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Qardaş Rəhimovla (46 kq) Şükar Əliyev (75 kq) də bu hüquqa yiyələniblər.

Qeyd edək ki, yarımfinal döyüşləri dekabrın 15-də olacaq.

“Kadinin sıradan çıxması, digər mövqelərə də təsirsiz ötüşmür”

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (5:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Vacib olan o idi ki, oyunçular intizamlı oynasınlar. Sonlara yaxın 1-2 boşluqlar oldu, ümumən çox diqqətli və intizamlı oyun göstərdilər. Baxmayaraq ki, qarşımızda topla yaxşı davranan komanda var idi. Yaxşı hücumlarımız oldu, yaxşı qollar vurduq. Rəqibə və öz komandamıza uğurlar arzulayıram. Azarkeşlərimizə də təşəkkür edirəm.

– Marko Yankoviçin yoxluğunda həmin mövqeədə Joni Montiel, daha sonra Emmanuel Addai oynadı. Yankoviç hazır deyildi?
– Yankoviçə istirahət vermişdik. Xeyli oyunçunu əsas heyətdə buraxmamışdıq. Çünki əvvəlki matç gərgin və sürətli keçmişdi. Son vaxtların ən çox maksimal sürətdə keçən oyunu idi. Hər oyunçunun göstəriciləri yüksək idi.

– “Sabah” – “Qarabağ” matçından gözləntiniz nədir?
– Həqiqətən də bugünkü nəticələri “Sabah”ın oyununa görədir. Oyundan-oyuna daha qabiliyyətli, daha təhlükəli “Sabah” gəlir, yaxşı kollektiv formalaşıb. Yaxşı oyun intizamları var. Çox ciddi rəqibə qarşı oynayırıq. Sadəcə bu gün və sabah oyunçulara istirahət verəcəyik. Futbolçularda istər-istəməz yorğunçuluq çoxalır. Düzü, rəqibi yaxından analiz etməmişik hələ. Amma oyunlarına baxmışıq, “Neftçi” və “Turan Tovuz” görüşünə baxmışıq.

– Kadinin sıradan çıxmasından sonra onun mövqeyində oynayan futbolçularda həmin performansı götürə bilirsiz? Çünki onun yoxluğunda “Qarabağ”ın həmin mövqeydə eyni performansın olmadığı yazılır…
– Bəlli məsələdir. Hər oyunçunu uyğun mövqeyi var. Kadinin sıradan çıxması, digər mövqelərə də təsirsiz ötüşmür. Çünki fərqli mövqedən olan oyunçunu orada oynayanda, digər sıxıntılarımzı da olur. Bu da qaçılmazdır. Dünya futbolunda da var. Amma futbolçularım sağ olsunlar, nəticə üçün əlindən gələni edir. Hər bir kollektiv bir oyunçunun üzərində qurulmur. Kadi pleymeker zonasında oynayır, onu bəzən dayaq yarımmüdafiəçisi kimi də oynatmışıq. Rəqibdən də asılıdır. Kadi kimi qabiliyyətli, təcrübəli oyunçuların meydanda olması kollektivə, oyunumuzun qurulması üçün əlavə üstünlükdür. Çox istəyərəm ki, oyunçularım həmişə sağlam olsunlar.

– Qış fasiləsinə 2 oyun qalıb. Futbolçular mövsümün əvvəlində ehtimal etdiyinizdən daha çoxunu verə biliblər meydançada, yoxsa necə? Futbolçuların göstəriciləri necədir?
– Gözləntim olan futbolçulardan gözlədiyimi ala bilmişəm. Daha çox gözlədiyimdən elələri olub ki, ala bilməmişəm. Amma burada deməyim düzgün olmaz. Özləri bunu bilirlər və özləri də doğru-düzgün qəbul ediblər.

– “Sabah”la matçın nəticəsi, yəni məğlubiyyət olarsa, çempionluq yarışına təsir edəcək?
– Hələ qarşıda xeyli sayda oyun var. Mövsüm başlayanda neçənci yerlərdə idik, xeyli sonra pillə-pillə qalmağa başladıq. “Sabah” da belə idi. İndi daha yaxşı yerlərə yüksəliblər. Düzdür, vacib oyundur. Qalib gəlsək, o demək deyil ki, mövsümün sonunda çempion olacağıq. “Sabah”ın yaxşı kollektivi var. Həmin oyunun nəticəsindən asılı olmayaraq, mübarizə davam edir. “Sabah” da bütün fikrini çempionata yönəldib.

– Qadın və Uşaq Sığınacağında təkbaşına “Qarabağ”ın matçını izləyən azarkeş Əkbər Zülfüqarovla görüşmüsüz?
– Yox, hələ. Amma görüşəcəyik, buradadır.

“Sabah” yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 5:1 hesablı qələbəni belə şərh edib:

“Futbolçularımı təbrik edirəm. Vacib qabiliyyət idi. Sona yaxın boşluqlar oldu, lakin yaxşı oyun göstərdilər. Qarşımızda topla yaxşı davranan komanda var idi. Bu soyuq havada gələn, bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

Bugünkü nəticələr “Sabah”la oyuna görədir. Yaxşı kollektiv formalaşdırıblar. Futbolçularıma bir az istirahət verməliyəm, komandada yorğunluq var. Qarşımızda ciddi rəqib var. “Neftçi”yə qarşı da yaxşı oynadılar. Bizi “Sabah”la çətin oyun gözləyir.

Futbolçulardan gözlədiyimi almışam, lakin daha çox gözlədiklərimdən onu ala bilməmişəm”.

Nəzrin

The post “Sabah” yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov appeared first on Komanda.az.

“İlk qol komandaya təsir etdi” – Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:5 hesablı məğlubiyyəti belə şərh edib:

“Bizim üçün ağır oyun alındı. Üzərində işlədiyimiz bir plan var idi. İlk qol komandaya təsir etdi. Öz səhvimizdən qol buraxdıq. Bu il üçün bir oyunumuz qalıb. Bu oyunu unudub, ona hazırlaşmaq lazımdır.

Məni bura dəvət ediblər. Üzərimə nə düşünürsə, yerinə yetirməyə çalışıram. Qərar mənim deyil”.

Nəzrin

The post “İlk qol komandaya təsir etdi” – Baxşıyev appeared first on Komanda.az.

“Turan Tovuz”da “xüsusi görüş” – VİDEO

“Tovuz Gənclər Evi” Sosial xidmətlər müəssisəsinin “Ünsiyyət” klubunun daun sindromlu və autizmli üzvləri Tovuz şəhər stadionuda qonaq olublar.

Komanda.az xəbər verir ki, uşaqlar və valideynlərlə keçirilən görüşdə “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstəyin klub üçün vacib istiqamətlərdən biri olduğunu və bu cür aksiyaların davamlı şəkildə həyata keçiriləcəyini vurğulayıb.

“Nəfəs” İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində uşaqlara hədiyyələr təqdim olunub. Daun sindromlu və autizmli uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, onların özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədilə stadiona dəvət olunan qonaqlar “Turan Tovuz” – “Sabah” oyununu izləyiblər.

The post “Turan Tovuz”da “xüsusi görüş” – VİDEO appeared first on Komanda.az.

“Neftçi” turun son oyununda məğlub oldu

Azərbaycan Basketbol Liqasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun son günündə “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun matçında “Abşeron Lions” qələbə qazanıb – 88:72.

Turun əvvəlki qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:87), “Naxçıvan” “Sərhədçi”ni (90:74), “Ordu” “Sumqayıt”ı (106:86), NTD isə “Şəki”ni (93:79) məğlub edib.

The post “Neftçi” turun son oyununda məğlub oldu appeared first on Komanda.az.

Tahir Gözəl “Qarabağ”ın üzvləri ilə görüşdü

“Qarabağ”ın prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüşüb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, Premyer Liqanın 15-ci turunun “Azərsun Arena”da keçirilən “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan öncə baş məşqçi Qurban Qurbanovla və komanda üzvləri ilə görüşüb.

Klub rəhbəri komandaya dəstəyini ifadə edib və qarşılaşmada uğurlar arzulayıb.

The post Tahir Gözəl “Qarabağ”ın üzvləri ilə görüşdü appeared first on Komanda.az.

“Sabah”ın əvəzediciləri “Zirə”yə məğlub oldu

Əvəzedicilər Liqasında 14-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Sabah-2” “Zirə-2” ilə ev oyununda məğlub olub. “Sumqayıt-2” isə “Şamaxı-2” üzərində qələbəyə sevinib.

Əvəzedicilər Liqası
14-cü tur

14 dekabr

“Sabah-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 48. Ramiz Muradov, 82.

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2
Qollar
: Əjdər Hacılı, 2; 38; 61 – Bilal İsmayılov, 36. Edqar Adilxanov, 80-pen.

The post “Sabah”ın əvəzediciləri “Zirə”yə məğlub oldu appeared first on Komanda.az.

Baxşıyev: “Bura özüm gəlməmişəm, dəvət ediblər”

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Araz=Naxçıvan” oyunundan (5:1) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Bizim üçün ağır oyun alındı. Həftə ərzində düşündüyümüz plan var idi ki, onun üzərində işləyirdik. 20-25 dəqiqə istədiyimizi meydanda görməyə çalışırdıq. Birinci qol komandaya təsir etdi. Qol epizodu da deyildi, öz səhvimizdən qol buraxdıq. Oyunu ümumi götürəndə, 2 penalti təyin edildi qapımıza, öz səhvlərimizdən sonra böyük hesablı nəticə oldu. Bir oyunumuz qalıb. “Qarabağ” matçını unudub, o oyuna hazırlaşacağıq.

– Mətbuatda qışda rəhbərliyin sizinlə yollarını ayıracağı tirajlanır. Hər halda, futbolçular da bunu oxuyur. Sizcə, olmazdı ki, rəhbərlik açıqlama versin və göstərsin ki, baş məşqçinin arxasındadır?
– Bura özüm gəlməmişəm, dəvət ediblər. Üzərimə nə düşürsə, onu yerinə yetirməyə çalışıram. Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir, bizə də təsirsiz ötüşmür. Qərar mənim deyil. Bizlə davam etsələr, işimizə davam edəcəyik. Digər qərarı versələr, ona da normal yanşacağıq.

Ayxan Abbasov Ağsuda yeniyetmə futbolçularla görüşdü

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Ağsuda səfərdə olub.

Futbolpress.az xəbər verir ki, o, Ağsu şəhər stadionunda fəaliyyət göstərən “Hilal Ağsu” uşaq futbol məktəbini ziyarət edib. Yeniyetmələrlə görüşən millimizin baş məşqçisi onlarla səmimi söhbətlər aparıb, gələcək karyeralarında uğurlar arzulayıb

Ayxan Abbasov yeniyetmələri futbola olan sevgilərini qorumağa və daim çalışqan olmağa səsləyib. Görüşün sonunda uşaqlar millimizin baş məşqçisi ilə xatirə şəkilləri çəkdirib, ondan avtoqraf alıblar. Ayxan Abbasov yeniyetmələrə futbol topları və digər əşyalar hədiyyə edib.

Jesus İtaliya klubuna icarəyə verilə bilər

“Arsenal”ın hücumçusu Qabriel Jesus karyerasını İtaliya klublarından birində davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” braziliyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. İtaliya klubunun rəhbərliyi forvardı qış transfer pəncərəsində icarəyə götürməyə çalışacaq.

Jesus bu mövsüm “Arsenal”ın heyətində cəmi iki oyunda meydana çıxıb və qol vura bilməyib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

The post Jesus İtaliya klubuna icarəyə verilə bilər appeared first on Komanda.az.

Vinisiusla bağlı bütün söz-söhbətlərə son qoyulub

“Real”ın hücumçusu Vinisius Juniorun yaxın zamanda klubdan ayrılacağı ehtimalı azdır.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Madrid klubu braziliyalı futbolçunun müqaviləsini yeniləyəcəyinə tamamilə əmindir. Klub rəhbərliyi oyunçuya tam etibar edir və müqaviləsi bitdikdən sonra onun komandanı azad agent kimi tərk etməyəcəyinə inanırlar.

Həmçinin, Vinisiusun baş məşqçi Xabi Alonso ilə münaqişəsi tam həll olunub. Baş məşqçi forvardı “toxunulmaz” hesab edir.

Bu mövsüm mətbuatda yeni müqavilə şərtləriylə bağlı fikir ayrılıqları səbəbindən, 25 yaşlı futbolçunun 2026-cı ildə mümkün satışı haqda mütəmadi olaraq məlumatlar dolaşıb.

The post Vinisiusla bağlı bütün söz-söhbətlərə son qoyulub appeared first on Komanda.az.

Tahir Gözel azyaşlı azarkeşlə görüşdü

“Qarabağ”ın prezidenti Tahir Gözel, UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla klub bazasında görüşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə “atlılar”ın mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” – “Araz-Naxçıvan” oyunundan öncə baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib, sonda klub prezidenti azyaşlı azarkeşə komandanın rəsmi formasını təqdim edib.

Bağırov: “Səhvlər hamımızda var”

Azərbaycan Premyer Liqasının XV turunun “Kəpəz” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü

– Maraqlı oyun alındı. “Qəbələ” də, “Kəpəz” də daim hücumda idi. Yenə qol epizodlarını dəyərləndirə bilmirik. Bu, məşqçilər korpusunu olaraq bizi yorur. Bugünkü oyun 9 xala bərabər idi. Həm “Qəbələ”ni keçdik, həm də “Karvan-Yevlax”dan uzaqlaşdıq.

– Yusif İmanovun oyunu sizi qane edir?
– Yusif 1 ildən çoxdur ki, oynamırdı. Meydanda olduğu matçlarda komandaya kömək edir. Səhvlər qaçılmazdır. Oyundan-oyuna daha yaxşı olur.

– Ohori son matçlarda fərqlənir. Onun oyununu necə dəyərləndirirsiz?
– Komandamızın çoxu yerli futbolçulardan ibarətdir. Səhvlər hamımızda var. Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir. Sevindirici hal odur ki, bir oyunçu inkişaf edir. Ohori də onlardan biridir. Onu bir çox mövqedə oynadırıq. O da öhdəsindən gəlir.

– Luis Paçunun ehtiyatda olmasının səbəbi nə idi?
– Taktiki qərar idi. “Qəbələ” arxadan topla çıxmağı yaxşı bacarıır. Ehtiram Şahverdiyev öndə daha yaxşı pressinq edir. Ona görə start heyətində ona şans verdik.

“Ağılsız insan deyiləm, reallığa baxıram” – Sxadadze

Azərbaycan Premyer Liqasının XV turunun “Kəpəz” – “Qəbələ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– “Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Oyun haqda nə deyə bilərəm? Belə qırmızı vərəqələri ancaq biz ala bilərik. Başa düşmürəm ki, necə belə qırmızı vərəqə almaq olar? “Kəpəz”in qolunda müdafiəçilərimizdən heç biri rəqib oyunçunu saxlamadı. Bu gün  pis oynadıq. Murad Musayevin yoxluğu hiss olunurdu. Səhvlərdən nəticə çıxarıb daha yaxşı olmağa çalışacağıq.

– “Qəbələ”nin hədəfləri nədir?
– Reallığı nəzərə almaq lazımdır. Cibində 10 manat varsa, restrorana gedə bilməzsən. Mən ağılsız insan deyiləm, reallığa baxıram. Hədəfimiz Premyer Liqada qalmaqdır. Hər halda avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiz.

– Sanqare “Zirə” ilə matçda penaltini vura bilmədi, bu gün qırmızı vərəqə aldı. Onunla bağlı fikirləriniz necədir?
– Qaydalara görə 5 futbolçu transfer edə bilərik. Buna görə də heyətimizi qorumalıyıq. Sanqareyə gəldikdə, bəli çox səhvlər edir. Daha yaxşı olmaq lazımdır.

– Sizə elə gəlmir ki, Səlahət Ağayev rəqabətsizlikdən əziyyət çəkir?
– Komandada bütün mövqelərdə rəqabət olmalıdır. Rəqabət olmasa, inkişaf ola bilməz. Yeni qapıçı gətirməyi planlaşdırırıq.

– “Qəbələ”nin stadionunun ot örtüyü ölkədə ən yaxşılardandır. Sizcə, Yevlax şəhər stadionu Premyer Liqa səviyyəsindədir?
– Özünüz gördüz ki, top itkiləri çox olurdu. Sadəcə öyrəşmək lazımdır. Amma burada futbol oynamaq olar. Şamaxı stadionunda ümumiyyətlə top getmir. Ora baxanda, Yevlax şəhər stadionunun durumu yaxşıdır.

– Qış fasiləsində hansı mövqeləri gücləndirməyi planlaşdırırsız?
– Bu, daxili məsələdir. Hansı mövqelərə oyunçu cəlb etmək lazım olduğunu bilirik. Bunun üzərində çalışırıq.

– Hazırkı dövrə sizin üçün məşqşçi kimi ən ağır dönəmin olduğunu demək olar?
– Bəli, demək olar. Sona qədər mübarizə aparmalıyıq. Bəzi futbolçular iki qələbədən sonra bu matça köklənə bilməmişdilər.

“Qarabağ” – “Araz-Naxçıvan”: heyətlər

“Qarabağ” Premyer Liqanın XV turunda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 17:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov

“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev

Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi”

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qəbələ” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçda 1:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı olub. Bağırov maraqlı oyun alındığını bildirib:

“Maraqlı oyun alındı. Baxmayaraq ki, bir qol vuruldu. Amma rəqib də, biz də daim hücumdaydıq. Bu oyun, mən deyərdim ki, 9 xala bərabər idi, çünki rəqibimizdən uzaqlaşırıq, turnir cədvəli baxımından. Mənim üçün çətin oyun alındı.

Komandamız çoxlu yerli futbolçulardan ibarət olduğuna görə səhvlər var. Oyunçu meydanda çıxış edirsə, səhvlər olacaq. Biz gəldikdən sonra Ohorini fərqli-fərqli mövqelərdə oynadırıq. Düşünürəm ki, zaman-zaman özünü inkişaf etdirəcək.

Əslində, bu gün yaxşı oyunçulara daha çox ehtiyacımız var. Ehtiram bu gün yaxşı çıxış, etdi, oynadığı mövqedə daha effektli idi. Sadəcə, qolu çatışmır. Düşünürəm ki, o da olacaq”.

“Kəpəz” növbəti turda “Turan Tovuz”la üz-üzə gələcək.

Fəxri Rüstəmli

The post Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi” appeared first on Komanda.az.

Tsxadadze: “Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz”

“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı baş tutub. Gürcüstanlı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:

“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Belə qırmızı vərəqələri ancaq biz ala bilərdik. Qol da elə vuruldu ki, heç kim rəqibin oyunçusunun qarşısını ala bilmədi. Çox pis oynadıq.

Məqsədimiz ilk gündən Premyer Liqada qalmaqdır. Reallıqdan danışmalıyıq. 10 manatınız varsa, restorana getməyi düşünmürsüz. Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz.

Vəziyyət elədir ki, çempionatdakı iştirak ərizəsinə görə biz yalnız beş futbolçu gətirə bilərik. İbrahim Sanqareyə gəlincə, razıyam, çox səhvlər edir. Komandada rəqabət olmalıdır. Rəqabət olmadıqda, inkişafdan danışmaq olmaz. Hər kəsə hörmətlə yanaşırıq. Klub olaraq, qapıçı transferi üçün çalışırıq.

İntizamla bağlı heç bir hal olmadı. Sadəcə, futbolçumuz topa düzgün getmədi. Bu da futbolçu keyfiyyəti ilə bağlı məsələdir. İntizamla bağlı o halda olardı ki, oyunçu söyüş söysün.

Topla itkilər çox odu. Təkcə bizimlə yox, digər komandaların da oyunlarında da bunu görmüşdük. Amma o demək deyil ki, bu meydanda futbol oynamaq olmaz. Sadəcə, futbolçular özləri öyrəşməlidir.

Özümüz bilirik hansı mövqelərə oyunçu lazımdır. Bu, klubun daxili məsələsidir. Klub olaraq bunun üzərində çalışırıq.

Sona kimi mübarizə aparmalıyıq. Bəzi futbolçular ardıcıl iki qələbədən sonra oyuna köklənə bilməmişdilər. “Turan Tovuz”a qarşı da 23 dəqiqə yaxşı çıxış etmişdik. Düşünürəm ki, psixoloji olaraq buna hazır deyillər”.

“Qəbələ” növbəti turda “Qarabağ”ı qəbul edəcək.

Fəxri Rüstəmli

The post Tsxadadze: “Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz” appeared first on Komanda.az.

La Liqa klubu baş məşqçisi ilə vidalaşdı

“Real Sosyedad” klubu baş məşqçi Serxio Fransiskonu istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir.

46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.

İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun köməkçisi İmanol Aqirreçe olacaq.

Komanda hazırda La Liqada 16 turdan sonra 16 xalla 15-ci yerdədir. Fransisko bu posta iyulda təyin olunmuşdu.

The post La Liqa klubu baş məşqçisi ilə vidalaşdı appeared first on Komanda.az.

“Real” fransalı futbolçunu satmağı planlaşdırır

“Real” yarımmüdafiəçi Eduardo Kamavinqanı zədələrinə görə satmağı düşünür.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, Madrid klubu təxminən 100 milyon avro dəyərində təklifləri nəzərdən keçirməyə hazırdır. Klub 23 yaşlı futbolçunun potensial satışından əldə edilən gəliri digər yarımmüdafiəçilərin alınmasına yatırmağı planlaşdırır.

Kamavinqa bu ilin avqust ayından bəri ayaq biləyi problemləri səbəbindən 48 gün meydandan kənarda qalıb. O, bu mövsüm bütün yarışlarda 15 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post “Real” fransalı futbolçunu satmağı planlaşdırır appeared first on Komanda.az.

Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal

Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatında müxtəlif yaş və çəki dərəcələrində 5 medal qazanıblar.

Komanda.az Azərbaycan Karate Federasiyasına (AKF) istinadən xəbər verir ki, Cavid Kazımlı (16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medal əldə edib.

Rəhman Yusubov (14-15 yaş, 75 kq) gümüş, Vaqif Bəndəliyev (16-17 yaş, 70 kq) və Toğrul Orucov (12-13 yaş, 60 kq) isə bürünc medala sahib olublar.

Dünya çempionatında Azərbaycan 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsi olmaqla, ümumilikdə 20 nəfərlik heyətlə iştirak edib. Karateçilər həm fərdi həm də komanda yarışlarında qüvvələrini sınayıblar.

Milliyə AKF-nin baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza Mustafayev rəhbərlik ediblər.

The post Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal appeared first on Komanda.az.

Serxio Fransisko “Real Sosyedad”dan qovuldu

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Real Sosyedad” komandasının baş məşqçisi Serxio Fransisko istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir.

46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.

İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun köməkçisi İmanol Aqirreçe olacaq.

Xatırladaq, Serxio Fransisko bu ilin iyul ayında “Real Sosyedad”ın baş məşqçisi təyin edilmişdi. Həmin vaxt ispan mütəxəssislə 1 illik müqavilə imzalanmışdı.

Serxio Fransisko 2022-ci ildən “Real Sosyedad”ın İspaniya üçüncü liqasında çıxış edən ikinci komandasını çalışdırıb. O, əsas komandanı 18 oyuna çıxarıb, 6 qələbə, 4 heç-heçə və 8 məğlubuyyət görüb.

Cari mövsümdə keçirdiyi 16 oyunda 16 xal toplamış Sosyedad komandası İspaniya La Liqasının yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komanda 4 qələbə qazanıb, 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Anri “Çelsi”nin əsas fəsadını açıqladı

Futbol üzrə Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri İngiltərənin “Çelsi” klubunun əsas fəsadı ilə bağlı qənaətini açıqlayıb.

Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Çelsi”nin, rəqibin müdafiəsini Koul Palmersiz yarmaq üçün alətləri yoxdur. Onların hücumameyilli oyunçularından kiminsə Palmer səviyyəsində olduğunu düşünmürəm. bəzi futbolçuları isə artıq, yorulmuş gözə dəyirlər”, deyə Anri vurğulayıb.

Xatırladaq ki, “Çelsi” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 16 oyuna topladığı 28 xalla 4-cü pillədə qərarlaşıb. “Zadəganlar” 16 oyunda 8 qələbə qazanıblar, 4 heç-heçə və 4 məğlubiyyət görüblər.

London təmsilçisi UEFA Çempionlar Liqasında da 6 oyuna 10 xal toplayıb və 13-cü sırada qərarlaşıb. “Zadəganlar” bu görüşlərdə 3 qələbə qazanıblar, 1 heç-heçə ediblər, 2 məğlubiyyətə üzülüblər.

Quima Afrika Millətlər Kubokunda iştirak edəcək!

Futbol üzrə Mozambik yığma komandasının üzvü, “Quima” ləqəbli Rikardo Martins Gimaraynş “Zirə”nin düşərgəsini tərk edib.

Arena.az xəbər verir ki, qəsəbə təmsilçisinin legioner futbolçusu ölkəsinin millisinə dəvət alıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Rikardo Afrika Millətlər Kubokunda iştirak etmək üçün yığmaya dəvət alıb. Bu səbəbdən o, “İmişli” ilə növbəti turda keçiriləcək oyunda iştirak edə bilməyəcək. Yarımmüdafiəçi sabah Mozambik milli komandasının düşərgəsinə qoşulacaq.

Quima 2025-ci ilin əvvəlində azad agent kimi “Zirə”yə qoşulub. Onun klubla 2027-ci ilin yayına qədər müqaviləsi mövcuddur. 29 yaşlı yarımmüdafiəçi indiyə qədər “qartallar”ın heyətində 18 oyuna çıxıb, məhsuldar ötürmə müəllifi olub.

Rikardo Martins Gimaraynş Portuqaliyada dünyaya göz açıb. O, peşəkar karyerası ərzində Portuqaliyanın “Oliveyrense”, “Koimbra”, “Sportinq” (B), “Akademika”, “Şaveş”, Polşanın LKS (Lodz) və Türkiyənin “İğdır” klublarında çıxış edib.

Quima 2023-cü ilin sentyabr ayından Mozambik millisində oynamağa başlayıb. O, bu komandanın heyətində meydana çıxdığı 20 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Ozan Can Kökçü “Qroningen”ə qarşı 61 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 16-cı turunda “Qroningen”lə qarşılaşıb.

“Volendam” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Ozan bu görüşə start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib.

Ardıcıl 3 oyundur uduzan “Volendam” 16 turdan sonra 14 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Ozan bu oyunların 15-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Evra: “Amorim “Mançester Yunayted” üçün ölməyə də hazırdır”

“Mançester Yunayted”in keçmiş sol cinah müdafiəçisi Patris Evra, “qırmızı şeytanlar”ın portuqal baş məşqçisi Ruben Amorim haqda söhbət açıb.

Arena.az fransalı veteran futbolçunun müvafiq fikrini təqdim edir:

“Ona həmişə etibar etmişəm, hətta belə asan olmayan vaxtlarda. Amorim bu komanda üçün ölməyə də hazırdır. O, birinci yerə öz maraqlarını deyil, klubun maraqlarını qoyur”, deyə Evra vurğulayıb.

Xatırladaq ki, Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqaliya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

“Mançester Yunayted” Amorimi 2024-cü ilin noyabrında baş məşqçi postuna gətirib. Portuqal mütəxəssisin İngiltərə nəhəngi ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Amorim “Mançester Yunayted”in sükanı arxasında 58 oyuna çıxıb, 24 qələbə, 12 heçə-heçə, 22 məğlubiyyət yaşayıb. Topların fərqi isə 114:106 nisbətindədir.

Bekhem: “Messini buna görə bura gətirmişdim”

“İnter Mayami”nin həmsahibi, yaxın keçmişimizin ulduz yarımmüdafiəçisi Devid Bekhem “vağlar”ın ilk MLS çempionluğunu şərh edib.

Arena.az xəbər verir ki, Bekhem müvafiq uğurda “İnter Mayami”nin kapitanı, 38 yaşlı argentinalı ulduz hücumçu Lionel Messinin xidmətini qabardıb:

“Bax, buna görə bura Messini gətirmişdim. O, autsayderi uğurlu kluba cəmi bircə mövsüm ərzində çevirdi. Çox xoşbəxtəm! Biz hamımız xoşbəxtik!”, deyə Bekhem vurğulayıb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” artıq geridə qalmış mövsümdə 49 oyuna 43 qol və 26 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 88 oyun, 77 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Premyer Liqa: “Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Çempionatın autsayderlərindən olan “Kəpəz” “Qəbələ”ni qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq oyunu Rəvan Həmzəzadə idarə edəcək. Gəncə təmsilçisi 6 xalla 11-ci, “Qəbələ” isə 8 xalla 10-cu pillədə qərarlaşıb. Bu üzdən də sözügedən oyunu 6 xallıq görüş də adlandırmaq mümkündür.

Günün digər oyununda çempion “Qarabağ” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. “Azərsun Arena”da baş tutacaq oyunu Rəşad Əhmədov idarə edəcək. Ağdam təmsilçisi bu oyundan da qalib ayrılmaqla zirvədəki mövqeyini qorumağa çalışacaq. Son turlarda qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan “Araz-Naxçıvan”ın güclü rəqibinə nə dərəcədə müqavimət göstərə biləcəyi maraqla gözlənilir.

Premyer Liqa
15-ci tur

13 dekabr

“Şamaxı” – “Zirə” 2:1
Qollar: Alfons Msanqa, 54. Karim Rossi, 61-pen – Georgi Papunaşvili, 8.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.

“Turan Tovuz” – “Sabah” 1:3
Qollar: Filip Ozobiç, 82 – Coy Lens Mikels, 31. Velko Simiç, 68. Umarali Rahmonaliyev, 79.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 16:30.

14 dekabr

“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 14:00.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “Azərsun Arena”, 17:30.

15 dekabr

“İmişli” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Neftçi Arena”, 19:00.

Xabi Alonso risk etməyə hazırdır

“Real” bu gün La Liqada “Alaves”lə səfər oyununa hazırlaşır.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, bu matç baş məşqçi Xabi Alonsonun komandada son oyunu ola bilər. Xal itkisi olarsa, o, postundan uzaqlaşdırılacaq. İspaniyalı məşqçi isə risk etməyə, eyni vaxtda Kilian Mbappe, Vinisius Junior, Rodriqo və Çud Bellingemı meydana buraxmağa hazırdır.

Madrid komandası hazırda La Liqada lider “Barselona”dan 7 xal geridə qalaraq ikinci yerdədir. Kataloniyalılar dünən “Osasuna”nı 2:0 hesabıyla məğlub ediblər.

The post Xabi Alonso risk etməyə hazırdır appeared first on Komanda.az.

“Az adam “Barselona”dan imtina edərdi”

“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi David Silva “şəhərlilər”ə transfer qərarı barədə danışıb.

İngiltərə klubu 2010-cu ildə ispaniyalı futbolçunu “Valensiya”dan transfer etmişdi. Həmin dövrdə dünya çempionunun “Barselona”ya keçə biləcəyi iddia olunsa da, o, Kataloniya klubundan imtina edib.

Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu, İngiltərədə hər şeyin tam fərqli olduğunu bildirib:

“Az adam “Barselona”dan imtina edərdi, amma o vaxt “Mançester Siti” mənim üçün ən yaxşı seçim idi. Orada möhtəşəm 10 il keçirdim. Mənə çox isti münasibət göstərirdilər, hər şeyi qazandıq, komanda daim inkişaf edirdi. İngiltərədə hər şey tam fərqlidir”.

David Silva 2020-ci ildə peşəkar futbolçu karyerasını başa vurub. O, “Mançester Siti”nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

The post “Az adam “Barselona”dan imtina edərdi” appeared first on Komanda.az.

“Zirə”nin legioneri milliyə dəvət alıb

“Zirə”nin futbolçusu Rikardo Martins Afrika Millətlər Kubokunda iştirak etmək üçün Mozambik millisinə dəvət alıb.

Komanda.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu səbəbdən o, Misli Premyer Liqasının 15-ci turunda “İmişli”yə qarşı matçda iştirak edə bilməyəcək.

Yarımmüdafiəçi sabah yığmanın düşərgəsinə qoşulacaq.

The post “Zirə”nin legioneri milliyə dəvət alıb appeared first on Komanda.az.

“Zirə”nin legioneri Afrika Millətlər Kubokunda oynayacaq

“Zirə”nin futbolçusu Rikardo Martins Mozambik millisinə dəvət alıb.

Futbolpress.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun oyunları üçün heyətə çağırılıb.

Bu səbəbdən o “İmişli”ylə növbəti turda keçiriləcək oyunda iştirak edə bilməyəcək. Yarımmüdafiəçi sabah Mozambik milli komandasının düşərgəsinə qoşulacaq.


Yevlaxda heyətlər məlum oldu

“Qəbələ” Premyer Liqanın XV turunda bu gün “Kəpəz”in qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, 14:00-da Yevlax şəhər stadionunda start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Kəpəz” 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 9. Luis Paçu 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov

“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze

 

Argentina millisi DÇ-2026-dan kənarlaşdırıla bilər

Argentina millisi DÇ-2026-dan kənarlaşdırıla bilər.

Futbolpress.az xəbər verir ki, buna səbəb Argentina Futbol Assoasiyasının prezidenti Klaudio Tapia barəsində cinayət işi açılmasıdır. Funksioner korrupsiyada ittiham olunur.

Hüquq-mühafizə orqanları Pilar şəhərindəki 100 min kvadrat metr olan nəhəng mülkün kimə məxsus olduğunu araşdırır. Sənəd üzərində mülk bir təqaüdçüyə aiddir. Lakin sənədlərin saxtalaşdırıldığı ehtimal edilir.

Tapianın eyni zamanda I Divizion klubların yüksək faizlə kreditlər verdiyi də bildirilir.

FIFA assosiasiya rəhbərnin qanunsuz əməllərinə görə milli komandaya da sanksiya tətbiq edə və Argentinanı mundiala buraxmaya bilər.

“Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir” – “Ayaks”ın futbolçusu

“Ayaks”ın hücumçusu Kasper Dolberq UEFA Çempionlar Liqasının 6-cı turunda Bakıda “Qarabağ”ı üzərində qazanılan 4:2 hesablı qələbə haqda danışıb.

Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, danimarkalı forvard Bakıda əldə etdikləri üç xalın onlar üçün çox vacib olduğunu deyib:

“Bu mövsüm avrokuboklar bizim üçün uğursuz oldu. Buna baxmayaraq, bu qələbəni uzun müddətdir gözləyirdik. Hər halda, həmin qələbəni Bakıda qazandıq və biz buna çox sevinirik. “Qarabağ”a qarşı yaxşı oyun oynadıq və bacardığımız hər şeyi göstərdik. Komandamın ilk qolunu vurduğum və hesabı bərabərləşdirdiyim üçün şadam. Bəli, növbəti mərhələyə keçmək üçün demək olar ki, heç bir şansımız yoxdur. Amma “Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir və bizə inkişaf etmək imkanı verir”.

The post “Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir” – “Ayaks”ın futbolçusu appeared first on Komanda.az.

Ərəblər 100 milyon avrodan çox xərcləməyə hazırdırlar – Salah üçün

“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı Pro Liqası klublarının hədəfindədir.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları misirli futbolçunu 114-115 milyon avroya almağa ümid edirlər. Müqavilə, Salahın özü Mersisayd klubunu tərk etmək qərarına gəlsə, mümkün olacaq.

Salahın bir müddət əvvəl komandanın baş məşqçisi Arne Slotla münaqişəsi olub. İki tərəf bu yaxınlarda görüşüb və bundan sonra hücumçu “qırmızılar”ın heyətinə qayıdıb.

Salahın klubla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub. Onun bazar dəyəri 30 milyon avrodur.

The post Ərəblər 100 milyon avrodan çox xərcləməyə hazırdırlar – Salah üçün appeared first on Komanda.az.

“Çempionlar Liqası bizə çox şey öyrətdi”

Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin komandasının UEFA Çempionlar Liqasındakı çıxışı barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qazaxıstanlı mütəxəssis bu turnirdə təcrübə topladıqlarını bildirib:

“Biz Çempionlar Liqasına müntəzəm qatılan klublardan fərqli olaraq başqa səviyyədəyik. Təcrübə toplayırıq. Çempionlar Liqası bizə çox şey öyrətdi. Futbolçular yüksək səviyyədə özlərini sınadılar”.

“Kayrat” 6 turdan sonra 1 xal toplayaraq, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komandanın növbəti matçı Belçikanın “Brügge” klu­bu ilə olacaq.

The post “Çempionlar Liqası bizə çox şey öyrətdi” appeared first on Komanda.az.

Flik: “Kubarsi fantastik səviyyədədir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Osasuna” üzərində 2:0 hesablı qələbədən sonra mərkəz müdafiəçisi Pau Kubarsinin oyununu yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Düşünürəm ki, Kubarsi fantastik səviyyədədir. Bu, onun üçüncü mövsümüdür və inanılmaz dərəcədə inkişaf edib”.

18 yaşlı futbolçu 75-ci dəqiqəyə qədər oynayaraq, “Barselona”nın qapısını toxunulmaz saxlamasına kömək edib. O, bu mövsüm komanda ilə 19 oyunda iştirak edib. Kubarsi La Liqada debütünü 2024-cü ilin yanvar ayında gerçəkləşdirib.

“Barselona” 17 oyundan sonra 43 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.

The post Flik: “Kubarsi fantastik səviyyədədir” appeared first on Komanda.az.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Azərbaycan, Premyer Liqa
14:00 Kəpəz – Qəbələ (CBC Sport)
17:30 Qarabağ – Araz-Naxçıvan (CBC Sport)

İtaliya, A Seriyası
15:30 Milan Sassuolo (Futbol 1)
18:00 Udineze – Napoli (Futbol 1)
21:00 Cenoaİnter (Futbol 1)
23:45 Bolonya Yuventus (Futbol 1)

Türkiyə, Super Liqa
15:30 QaziantepGöztəpə (beİN Sports 2)
18:00 Fatih Karagümrük Kocaelispor (beİN Sports 2)
21:00 Trabzonspor – Beşiktaş (Futbol 3, beİN Sports 1)
21:00 Samsunspor Başakşəhər (beİN Sports 2)

İspaniya, La Liqa
17:00 Sevilya Ovyedo (Futbol 2)
19:15 Selta – Atletik (Futbol 2)
21:30 Levante – Vilyarreal (İdman TV, Futbol 2)
00:00 Alaves – Real (İdman TV, Futbol 2)

İngiltərə, Premyer Liqa
18:00 Vest Hem – Aston Villa (İdman TV)
18:00 Kristal Pelas – Mançester Siti (beİN Sports 3)

❌