Normal view

Today — 6 February 2026Sport-AZ

“Atletiko”dan İspaniya Kubokunda “Betis”ə 5 cavabsız qol

6 February 2026 at 02:10

Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümün 1/4 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Betis” doğma meydanda “Atletiko” ilə qarşılaşıb. Səfərdə rəqibinə 5 cavabsız qolla qalib gəlmiş Madrid təmsilçisi sonuncu yarımfinalçı olub.

İspaniya Kubokunda yarımfinal mərhələsinin cütləri qarşıdakı günlərdə baş tutacaq püşklə müəyyənləşəcək.

İspaniya Kuboku
1/4 final mərhələsi
3 fevral

Albasete – Barselona 1:2
Qollar: Moreno, 87 – Yamal, 39. Arauxo, 56.

4 fevral

Alaves – Real Sosyedad 2:3
Qollar: Rebbax, 8. T.Martines, 29-pen – Oyarsabal, 15. Qedes, 76. Oskarsson, 80.

Valensiya – Atletik 1:2
Qollar: U.Sadiq, 35 – U.Sadiq, 26-öz qapısına. İ.Uilyams, 90+6.

5 fevral

Betis – Atletiko 0:5
Qollar: Hansko, 12. Simeone, 30. Lukman, 37. Qrizmann, 62. Almada, 83.

“Monako” Fransa Kubokunda yarımfinala çıxa bilmədi

6 February 2026 at 02:00

Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümün 1/8 final mərhələsinə yekun vurulub və bütün 1/4 finalçılar bəlli olub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Son görüşdə “Strasburq” və “Monako” komandaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanaraq 1/4 finala yüksəliblər.

Fransa Kuboku
1/8 final mərhələsi
3 fevral

Reyms – Le Man 3:0
Qollar: Leoni, 38; 71. Benhattab, 84.

Olimpik (Marsel) – Renn 3:0
Qollar: Quiri, 2. Qrinvud, 46. Obameyanq, 83.

4 fevral

Loryan – Paris 2:0
Qollar: Şadiu, 55. Mbou, 82-öz qapısına.

Olimpik (Lion) – Laval 2:0
Qollar: Endrik, 80. Hautbo, 90+4-öz qapısına.

Nitsa – Monpelye 3:2
Qollar: Budaşe, 72. Mendi, 89. Diop, 90+7 – Pepra, 3-öz qapısına. Mendi, 69.

Tuluza – Amyen 1:0
Qol: Qboho, 39.

Trua – Lans 2:4
Qollar: Adeline, 45+4. Ripar, 63 – Sotoka, 41. Sima, 50; 58. Bulatoviç, 52.

5 fevral

Strasburq – Monako 3:1
Qollar: Qodo, 7. Enkiso, 55; 61 – Bieret, 58.

Beləliklə, 1/4 finalda aşağıdakı qarşılaşmalar baş tutacaq:

Loryan – Nitsa
Olimpik (Lion) – Lans
Olimpik (Marsel) – Tuluza
Strasburq – Reyms

Xatırladaq ki, Fransa Kubokunda yarımfinal mərhələsinin oyunları martın 4-5-də keçiriləcək.

“Yuventus”u İtaliya Kubokunda yarımfinala buraxmadılar

6 February 2026 at 01:50

Bu gün futbol üzrə İtaliya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

“Atalanta” doğma meydanda “Yuventus”la üz-üzə gəlib. Səfərdə 3 cavabsız qolla uduzmuş Turin təmsilçisi kubokla vidalaşıb. “Atalanta” isə yarımfinala yüksəlib.

İtaliya Kubokunda 1/4 final mərhələsinin qalan oyunları 10 və 11 fevralda keçiriləcək.

İtaliya Kuboku
1/4 final mərhələsi
4 fevral

İnter – Torino 2:1
Qollar: Bonni, 35. Diuf, 47 – Kulenoviç, 57.

5 fevral

Atalanta – Yuventus 3:0
Qollar: Skamakka, 27-pen. Sulemana, 77. Paşaliç, 85.

10 fevral

00:00. Napoli – Komo

11 fevral

00:00. Bolonya – Latsio

“Atletiko” darmadağınla yarımfinalda

6 February 2026 at 02:25

İspaniya kubokunun 1/4 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Betis” evdə “Atletiko” ilə qarşılaşıb. Darmadağına sevinən Madrid təmsilçisi sonuncu yarımfinalçı olub.

İspaniya kuboku
1/4 final mərhələsi

3 fevral

Albasete – Barselona 1:2
Qollar
: Moreno, 87 – Yamal, 39. Arauxo, 56.

4 fevral

Alaves – Real Sosyedad 2:3
Qollar
: Rebbax, 8. T.Martines, 29-pen – Oyarsabal, 15. Qedes, 76. Oskarsson, 80.

Valensiya – Atletik 1:2
Qollar
: U.Sadiq, 35 – U.Sadiq, 26-öz qapısına. İ.Uilyams, 90+6.

5 fevral

Betis – Atletiko 0:5
Qollar
: Hansko, 12. Simeone, 30. Lukman, 37. Qrizmann, 62. Almada, 83.

The post “Atletiko” darmadağınla yarımfinalda appeared first on Komanda.az.

“Monako” 1/4 finalda dayandı

6 February 2026 at 02:17

Fransa kubokunun 1/8 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Strasburq” evdə “Monako” ilə qarşılaşıb və qələbə qazanaraq 1/4 finala yüksəlib.

Fransa kuboku
1/8 final mərhələsi

3 fevral

Reyms – Le Man 3:0
Qollar
: Leoni, 38; 71. Benhattab, 84.

Olimpik (Marsel) – Renn 3:0
Qollar
: Quiri, 2. Qrinvud, 46. Obameyanq, 83.

4 fevral

Loryan – Paris 2:0
Qollar
: Şadiu, 55. Mbou, 82-öz qapısına.

Olimpik (Lion) – Laval 2:0
Qollar
: Endrik, 80. Hautbo, 90+4-öz qapısına.

Nitsa – Monpelye 3:2
Qollar
: Budaşe, 72. Mendi, 89. Diop, 90+7 – Pepra, 3-öz qapısına. Mendi, 69.

Tuluza – Amyen 1:0
Qol
: Qboho, 39.

Trua – Lans 2:4
Qollar
: Adeline, 45+4. Ripar, 63 – Sotoka, 41. Sima, 50; 58. Bulatoviç, 52.

5 fevral

Strasburq – Monako 3:1
Qollar
: Qodo, 7. Enkiso, 55; 61 – Bieret, 58.

1/4 finalda aşağıdakı qarşılaşmalar baş tutacaq:

Loryan – Nitsa
Olimpik (Lion) – Lans
Olimpik (Marsel) – Tuluza
Strasburq – Reyms

The post “Monako” 1/4 finalda dayandı appeared first on Komanda.az.

“Atalanta” “Yuventus”u yarımfinala buraxmadı

6 February 2026 at 02:04

İtaliya kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün bir oyun baş tutub.

“Atalanta” evdə “Yuventus”la qarşılaşıb. Rəqibini 3 cavabsız qolla yenmiş “Atalanta” növbəti yarımfinalçı olub.

İtaliya kuboku
1/4 final mərhələsi

4 fevral

İnter – Torino 2:1
Qollar
: Bonni, 35. Diuf, 47 – Kulenoviç, 57.

5 fevral

Atalanta – Yuventus 3:0
Qollar
: Skamakka, 27-pen. Sulemana, 77. Paşaliç, 85.

10 fevral

00:00. Napoli – Komo

11 fevral

00:00. Bolonya – Latsio

The post “Atalanta” “Yuventus”u yarımfinala buraxmadı appeared first on Komanda.az.

“Barselona”da oynayıb, “Real”ı sevib

6 February 2026 at 01:00

“Barselona”nın sabiq yarımmüdafiəçisi Kevin-Prins Boatenq maraqlı açıqlama ilə gündəmə gəlib.

Komanda.az “DeadlineDayLive”-a istinadən xəbər verir ki, qanalı sabiq futbolçu sevimli klubunun əslində “Real” olduğunu etiraf edib:

“Mənim sevimli komandam həmişə “Real” olub. Kriştiano Ronaldonu (“Real”ın sabiq futbolçusu) dünyanın ən yaxşı oyunçusu hesab edirdim. Amma “Barselona”da çıxış etdiyim üçün mətbuat konfranslarında yalan danışmalı olurdum. Əks halda, orada oynaya bilməzdim”.

Boatenq 2019-cu ildə “Barselona”nın formasını icarə əsasında geyinib. Onun futbolçu karyerasında son klubu Berlin “Herta”sı olub. O, Qana millisinin heyətində 15 oyuna çıxıb və 2 qol vurub.

The post “Barselona”da oynayıb, “Real”ı sevib appeared first on Komanda.az.

Flikin Reşforddan tələbi

6 February 2026 at 00:33

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, Markus Reşford potensialını hələ tam şəkildə ortaya qoymayıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu mütəmadi olaraq məhsuldar çıxışı ilə yadda qalsa da və gözləntiləri xeyli üstələsə də, almaniyalı mütəxəssis onun oyununda inkişaf üçün hələ də yer olduğunu düşünür.

“Barsa”nın çalışdırıcısı Reşforddan rəqib qapısı önündə daha effektiv olmağı tələb edir. Söhbət xüsusilə, son ötürmə və zərbələrin keyfiyyətindən gedir. Flikin fikrincə, 28 yaşlı hücumçu bu komponentlərdə irəliləyiş etsə, öz potensialını tam şəkildə reallaşdıra bilər.

“Barselona” Reşfordu mövsümün sonuna qədər “Mançester Yunayted”dən icarəyə götürüb. Kataloniya klubunun onu 30 milyon avroya satın almaq hüququ da var.

The post Flikin Reşforddan tələbi appeared first on Komanda.az.

“Fənərbaxça”dan inamlı qələbə

6 February 2026 at 00:01

Türkiyə kubokunun qrup mərhələsində 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Konyaspor” evdə “Aliağa”ya, “Fənərbağça” “Ərzurumspor”a qalib gəlib. Səfərdə “Keçiörengücü” ilə qarşılaşmış “Qaziantep” darmadağına sevinib. “Kocaelispor” – “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib.

Türkiyə kuboku
Qrup mərhələsi, 3-cü tur

5 fevral

B qrupu
Konyaspor – Aliağa 4:0

C qrupu
Kocaelispor – Beşiktaş 1:1
Fənərbağça – Ərzurumspor 3:1
Keçiörengücü – Qaziantep 1:5

The post “Fənərbaxça”dan inamlı qələbə appeared first on Komanda.az.

“Pulişiç mövsümün ilk yarısında yaxşı oynadı, amma indi görünmür”

5 February 2026 at 23:41

“Milan”ın sabiq müdafiəçisi Alessandro Kostakurta mövsüm irəlilədikcə komandanın daha da inkişaf edəcəyinə şübhə etmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, komandaya əsas töhfəni verə biləcək futbolçuların adlarını çəkib:

“Mən Rafael Leaodan, eyni zamanda, Kristian Pulişiçdən danışıram. Pulişiç mövsümün ilk yarısında yaxşı oynadı, amma indi görünmür. Kristofer Nkunku da indikindən daha çox töhfə verə bilər. Düşünürəm ki, “Milan” inkişaf edə bilər”.

“Milan” hazırda A Seriyasının turnir cədvəlində lider “İnter”dən 5 xal geridədir.

The post “Pulişiç mövsümün ilk yarısında yaxşı oynadı, amma indi görünmür” appeared first on Komanda.az.

“Fənərbağça”dan qələbə, “Beşiktaş”dan qələbə

6 February 2026 at 00:15

Türkiyə Kubokunda qrup mərhələsinin III turunun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, “Konyaspor” “Aliağa” klubunu darmadağın edib – 4:0. “Beşiktaş” səfərdə “Kocaelispor”la heç-heçə edib.

“Fənərbağça” azarkeşləri önündə “Ərzurumspor”a 3 qolla qalib gəlib.

Türkiyə kuboku
Qrup mərhələsi, III tur
5 fevral

B qrupu
Konyaspor – Aliağa 4:0

C qrupu
Kocaelispor – Beşiktaş 1:1
Fənərbağça – Ərzurumspor 3:1
Keçiörengücü – Qaziantep 1:5

Qara Qarayevə ağır itki

5 February 2026 at 23:44

Azərbaycanın U-21 millisinin məşqçisi Qara Qarayevə ağır itki üz verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssisin atası Elxan Qarayev vəfat edib.

O, müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib. (Qafqazinfo)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi vəzifəsini icra edən Qara Qarayev futbolçu kimi “Qarabağ”, “Neftçi”, “Araz-Naxçıvan” klublarında çıxış edib.

“Beşiktaş” Türkiyə Kubokunda “Kocaelispor”la bacarmadı

5 February 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsində 3-cü tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

B qrupunda yer almış “Konyaspor” “Aliağa” ilə ev oyununda 4 cavabsız qolla qalib gəlib.

C qrupunda “Fənərbağça” “Ərzurumspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb. Səfərdə “Keçiörengücü” ilə qarşılaşmış “Qaziantep” darmadağına sevinib.

“Kocaelispor” – “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib.

Xatırladaq ki, Türkiyə Kubokunda qrup mərhələsinin sonuncu – 4-cü turunun oyunları martın əvvəlində keçiriləcək.

Türkiyə Kuboku
Qrup mərhələsi, 3-cü tur
5 fevral

B qrupu

Konyaspor – Aliağa 4:0

C qrupu

Kocaelispor – Beşiktaş 1:1
Fənərbağça – Ərzurumspor 3:1
Keçiörengücü – Qaziantep 1:5

ABL: “Quba” “Sərhədçi”yə qalib gəldi

5 February 2026 at 23:00

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Günün yeganə matçı Bakı İdman Sarayında keçirilib. Burada “Quba” “Sərhədçi” ilə üz-üzə gəlib. B qrupunun oyununda “Quba” 97:89 hesablı qələbə qazanıb.

Xatırladaq ki, ötən gün baş tutmuş turun ilk oyununda “Sumqayıt” “Lənkəran”ı məğlub etmişdi – 102:77.

16-cı tura fevralın 8-də yekun vurulacaq.

A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 22. Gəncə – 22. NTD – 18. Şəki – 17.

B qrupu: Ordu – 29. Naxçıvan – 27. Sumqayıt – 22. Quba – 22. Sərhədçi – 21. Lənkəran – 20.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

“Turan Tovuz” – “Kəpəz” 1:0 – Video

5 February 2026 at 22:30

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bu gün keçirilmiş “Turan Tovuz” – “Kəpəz” matçında meydan sahibləri qalib (1:0) gəlib.

Arena.az Bakıda keçirilmiş bu oyunun yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/4 final mərhələsinin ilk oyunu
5 fevral

“Turan Tovuz” – “Kəpəz” 1:0
Qol: Hayderson Hurtado, 57.
Sarı vərəqələr: Xorxe Silva, 17 (qeyri-idman hərəkəti). İbrahima Vadji, 41 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Yunis Hüseynov (“Turan Tovuz”), 41, 41 (hakimin qərarına etiraz).
Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Yunis Hüseynov, 41. Kurban Berdiyev, 64 (hakimi itələdiyi üçün).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 19:00. “Azersun Arena”, 300 tamaşaçı.

Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov (6. Fərid Yusifli, 79), 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov (9. Coş Cinnelli, 61), 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji (90. Joarlem Santos, 61), 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe (10. Xəyal Nəcəfov, 61).
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 4. Şəhriyar Əliyev, 14. Murad Dadaşev, 3. Enrike Silva, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev (10. Ryonosuke Ohori, 46), 99. Əli Səmədov (k) (24. Olavale Onanuqa, 71), 77. Fərid Nəbiyev (14. Adama Fofana, 61), 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 21. Sadiq Şəfiyev (9. Luis Paçu, 46), 11. Rəhman Hacıyev (5. Rauf Hüseynli, 79), 29. Dioqo Verdaska, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov.
Baş məşqçi: Azər Bağırov.

Mark-Andre ter Ştegen əməliyyat olunacaq

5 February 2026 at 13:00

İspaniyanın “Jirona” klubunda icarədə olan “Barselona”nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunacaq.

Arena.az xəbər verir ki, 33 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, yanvarın 31-də İspaniya çempionatının 22-ci turu çərçivəsində “Real Ovyedo”ya qarşı keçirdikləri matçda (0:1) sol bud nahiyəsindən zədələnib. Ştegenin yaşıl meydanlara dəqiq qayıdış vaxtı əməliyyatdan sonra bəlli olacaq.

İcarə əsasında “Jirona”nın formasını geyinən oyunçunun məhz bu zədəyə görə müqaviləsinin ləğv edilməsi və “Barselona”ya qayıtması da gözlənilir.

Xatırladaq ki, Ter Ştegen yanvarın 21-də icarə müqaviləsi əsasında “Jirona”ya keçmişdi. O, bu komandanın heyətində cəmi 2 oyuna çıxıb.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ter Ştegen cari mövsümdə “blauqrana” üçün cəmi 1 oyun keçirib. Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 423 oyun, 416 buraxılmış qol və 176 “quru” oyundan ibarətdir.

Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Yesterday — 5 February 2026Sport-AZ

“İnter” qışı niyə “səssiz” keçirib? – Açıqlama

5 February 2026 at 23:22

“İnter”in prezidenti Cüzeppe Marotta klubun qış transfer pəncərəsində fəal olmamasına münasibət bildirib.

Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbəri heyəti gücləndirməyə ehtiyac duymadıqlarını deyib:

“Transfer pəncərəsi adətən komandaların problemlərini həll etdiyi dövrdür. Ancaq bizim buna ehtiyacımız yoxdur, çünki yayda çox yaxşı iş gördük. Kristian Kivu (baş məşqçi) həmçinin, akademiyanın futbolçularına güvənə bilər. Biz mövcud vəziyyətdən razıyıq”.

“İnter” hazırda A Seriyasında turnir cədvəlinə başçılıq edir. Komanda 23 turdan sonra 55 xal toplayıb və ikinci pillədə qərarlaşan “Milan”ı 5 xal qabaqlayır.

Kivunun rəhbərlik etdiyi komanda növbəti turda səfərdə “Sassuolo” ilə üz-üzə gələcək.

The post “İnter” qışı niyə “səssiz” keçirib? – Açıqlama appeared first on Komanda.az.

Qnabridən “Bayern”lə yeni müqavilə

5 February 2026 at 23:00

“Bayern” futbolçusu Serj Qnabrinin müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Münhen təmsilçisi 30 yaşlı vingerlə 2028-ci ilin yayına qədər sözləşmə imzalayıb.

Qnabrinin əvvəlki müqaviləsinin müddəti 2026-cı ildə başa çatırdı.

The post Qnabridən “Bayern”lə yeni müqavilə appeared first on Komanda.az.

“Quba” “Sərhədçi”ni məğlub etdi

5 February 2026 at 22:41

Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçında “Quba” “Sərhədçi” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan B qrupunun görüşündə “Quba” 97:89 hesablı qələbə qazanıb.

Tura fevralın 8-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “Lənkəran”ı məğlub edib – 102:77.

The post “Quba” “Sərhədçi”ni məğlub etdi appeared first on Komanda.az.

“Kəpəz” “Turan Tovuz”a ilk oyunda belə uduzdu – VİDEO

5 February 2026 at 22:22

Komanda.az Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Turan Tovuz”la “Kəpəz” arasında keçirilmiş ilk oyundan (1:0) hazırlanmış videoicmalı təqdim edir:

The post “Kəpəz” “Turan Tovuz”a ilk oyunda belə uduzdu – VİDEO appeared first on Komanda.az.

Yamal: “Heç bir oyunda uduzmamalıyıq”

5 February 2026 at 22:00

“Barselona”nın hücumçusu Lamin Yamal bu mövsüm La Liqada titul uğrunda mübarizə barədə danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bu mübarizənin çətin və uzun olduğunu söyləyib:

“Bu, çox çətin və uzun bir turnirdir. Sona qədər heç nə həll olunmayacaq. Son tura qədər mübarizə aparmalıyıq. Xal toplamalı və heç bir oyunda uduzmamalıyıq. Hər matç vacibdir. Ümid edirik ki, bunu bacaracağıq”.

Kataloniya klubu İspaniya çempionatının 22 turundan sonra 55 xalla turnir cədvəlinə başçılıq edir.

The post Yamal: “Heç bir oyunda uduzmamalıyıq” appeared first on Komanda.az.

“Hamı istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun”

5 February 2026 at 21:50

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyunundan (1:0) sonra meydan sahibi komandanın məşqçisi Ruslan Abışov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– 4 gün əvvəl “Qarabağ”a qarşı ağır oyun keçirmişdik. Bu gün də heyətdə böyük dəyişikliklər etmədik. Hava şəraitinin də oyuna təsiri oldu. Lakin vacib olan qələbə qazanmağımızdır. Bir ay sonra cavab oyunu olacaq. İndi növbəti matça hazırlaşmalıyıq.

– Avrokuboklara vəsiqə qazanmaq üçün kuboku, yoxsa çempionatı uyğun yol kimi görürsüz?
– Hamı istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Ona görə iki yarışda da yaxşı nəticə istəyirik.

Şahin Cəfərov

Qara Qarayevə ağır itki

5 February 2026 at 23:30
“Qarabağ”ın sabiq futbolçusu, U-21 millmizin məşqçisi Qara Qarayevə ağır itki üz verib. Msport.az xəbər verir ki, onun atası Elxan Qarayev […]

Source

Ruslan Abışov: “Kubokda da yaxşı nəticə qazanmaq istəyirik”

5 February 2026 at 22:00

“Turan Tovuz”un məşqçisi Ruslan Abışov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Kəpəz”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Ruslan Abışov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Dörd gün əvvəl “Qarabağ”a qarşı ağır oyun keçirmişdik. Heyətdə böyük rotasiya yox idi. Demək olar ki, meydana eyni heyətlə çıxmışdıq. Meydançanın vəziyyəti və hava şəraitinin də təsiri var idi. Əsas odur qələbə qazandıq. Bir aydan sonra cavab görüşü olacaq. Hələ qarşıda “Karvan”la oyun var. Bu matçı unudub həmin qarşılaşmaya hazırlaşacağıq.

Hər bir komanda istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Mövsümün sonunda ölkə kubokunda da yaxşı nəticə əldə etmək istəyirik”.

Azər Bağırov: “Bunun özü bizim üçün yeni bir çağırış idi”

5 February 2026 at 21:30

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Turan Tovuz”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Gəncə təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.

Azər Bağırov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Kubokun ilk matçı idi. Çox maraqlı oyun alındı. Yaxşı mübarizə apardıq. Cavab matçında daha fərqli oynamağa çalışacağıq. Uşaqlara təşəkkür edirəm. Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçu var idi. Bunun özü bizim üçün yeni bir çağırış idi. Ümid edirəm ki, növbəti oyunda daha məsuliyyətli olub, mərhələni keçən tərəf biz olarıq.

Bu gün dirəkdən qayıdan topumuz var idi. Rəqib qapısına zərbələrimiz oldu. Cavab oyununda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq”.

“Turan” Azərbaycan Kubokunda “Kəpəz”i tək qolla yendi

5 February 2026 at 21:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun “Turan Tovuz”la “Kəpəz” arasında baş tutub. “Azərsun Arena”da keçirilmiş və Əli Əliyevin idarə etdiyi qarşılaşma Tovuz təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları martın 3-4-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
5 fevral

“Turan Tovuz” – “Kəpəz” 1:0
Qol: Hayderson Hurtado, 57.
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Azərsun Arena”, 19:00.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 14. Murad Dadaşev, 3. Enrike Silva, 90. Joarlem Santos, 9. Coş Cinnelli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 21. Sadiq Şəfiyev, 11. Rəhman Hacıyev, 29. Dioqo Verdaska (k), 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 5. Rauf Hüseynli, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 14. Adama Fofana, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.

Serj Qnabri “Bayern”lə yeni müqaviləyə imza atdı

5 February 2026 at 20:30

Futbol üzrə Almaniya yığma komandasının və “Bayern”in hücumçusu Serj Qnabri Münhen klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Münhen təmsilçisi 30 yaşlı vingerlə 2028-ci ilin yayına qədər sözləşmə imzalayıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2026-cı ilin 30 iyununda başa çatacaqdı.

Xatırladaq ki, Serj Qnabri “Bayern”ə 2017-ci ilin iyulunda 8 milyon avro müqabilində “Verder”dən keçib. O, cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə verib.

Qnabrinin “Bayern” karyerası bütövlükdə 311 oyun, 100 qol və 69 məhsuldar ötürmədən ibarətdir.

Almaniyalı futbolçu karyerası ərzində “Arsenal”, “Vest Bromviç”, “Verder”, “Hoffenhaym” kimi klubların da formasını geyinib.

Qnabri 2016-cı ilin noyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 57 oyuna çıxıb, 25 qol, 10 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 30 yaşlı almaniyalı vingerin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Yunan-Roma güləşi üzrə mübarizəyə yekun vuruldu

5 February 2026 at 21:29

Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.

Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın üçüncü günündə yunan-Roma güləşində 60, 67, 77, 87 və 130 kq-da medalçılar müəyyənləşib.

Bununla da yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

60 kq

  1. Maksut Cankurtaran (AHİTA)
  2. Nihat Bəhmənov (UGİM-10)
  3. Ayxan Əsədli (AHİTA), Nihad İsmayılzadə (MOİK)

67 kq

  1. Murad Əliyev (AHİTA)
  2. Roman Kərimov (DİN)
  3. Orxan Əliyev (Şəmkir), Saleh İbrahimov (Şuşa, UGİM)

77 kq

  1. Cavad Məmmədov (Neftçi)
  2. Cavidan Nehmətov (AHİTA)
  3. İslam Sultanov (DİN), Akif Nəcəfli (Sumqayıt, “Neftçi”)

87 kq

  1. Orxan Hacıyev (AHİTA)
  2. Abdulla Həsənov (AHİTA)
  3. Emil Abbasov (Neftçi)

130 kq

  1. Museyi Kazım Hüseyn (DİN)
  2. Əli Bayramov (Sumqayıt-Təhsil)
  3. Elməddin Rzayev (AHİTA)

The post Yunan-Roma güləşi üzrə mübarizəyə yekun vuruldu appeared first on Komanda.az.

“Hava şəraiti oyuna təsir edirdi” – Abışov

5 February 2026 at 21:13

“Turan Tovuz”un köməkçi məşqçisi Ruslan Abışov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:

“Hava şəraiti oyuna təsir edirdi. Qarşıda hələ oyunlar var. Hazırlaşıb daha yaxşı çıxış edəcəyik”.

Nəzrin

The post “Hava şəraiti oyuna təsir edirdi” – Abışov appeared first on Komanda.az.

“İkinci oyunda daha yaxşı mübarizə aparacağıq” – Azər Bağırov

5 February 2026 at 21:07

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Çox maraqlı oyun alındı. Yaxşı mübarizə apardıq. İkinci oyunda daha yaxşı mübarizə aparacağıq. 9 yerli oyunçumuz stadionda idi. Bu, yenilik idi.

Mənim üçün 0:1 hesablı məğlubiyyət ölüm deyildi. Daha yaxşı olacaq”.

Nəzrin

The post “İkinci oyunda daha yaxşı mübarizə aparacağıq” – Azər Bağırov appeared first on Komanda.az.

“Abşeron” uduzdu, “Azərreyl” və “Turan” qalib gəldi

5 February 2026 at 20:40

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk oyun günündə üç görüş baş tutub.

Əvvəlcə “Azərreyl” UNEC kollektivini 3:1 (21:25, 25:17, 25:15, 25:19) hesabı ilə üstələyib. Ardınca “Turan” “Gəncə”ni 3:1 (24:26, 25:23, 25:12, 25:23), “Milli Aviasiya Akademiyası” isə “Abşeron”u 3:1 (25:15, 20:25, 25:15, 25:10) hesabı ilə məğlub edib.

“Turan” – “Gəncə” matçı Tovuz Olimpiya İdman Kompleksində, digər iki qarşılaşma isə Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.

The post “Abşeron” uduzdu, “Azərreyl” və “Turan” qalib gəldi appeared first on Komanda.az.

Azərbaycanın iki güləşçisi reytinq turnirində çıxış edib

5 February 2026 at 20:20

Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri start götürüb.

Komanda.az xəbər verir ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir.

Bu gün yığmanın 2 üzvü xalça üzərinə çıxıb.

Elnurə Məmmədova (50 kq) kanadalı Keti Dutçaka tam üstünlüklə (15:4) qalib gəlsə də, 1/4 finalda hindistanlı Nilam Nilama (2:12), təsəlliverici görüşdə isə polşalı Aqata Qoluşovskayaya (2:12) məğlub olub. Onunla eyni çəkidə çıxış edən Əsmər Cankurtaran 1/8 finalda italiyalı Emanuela Liutsiyə uduzub – 3:14.

Xatırladaq ki, qarşıdakı günlərdə Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaq.

The post Azərbaycanın iki güləşçisi reytinq turnirində çıxış edib appeared first on Komanda.az.

Azər Bağırov: “Cavab matçında daha fərqli oynamağa çalışacağıq”

5 February 2026 at 21:25

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Kubokun ilk oyunu çox maraqlı alındı, yaxşı mübarizə apardıq. Düşünürəm ki, cavab matçında daha fərqli oynamağa çalışacağıq. İlk hissədə 9 yerli futbolçu ilə meydanda idik. Bu bizim üçün yeni çağırış idi. Növbəti oyunlarda daha məsuliyyətli olub, turu keçməyə çalışacağıq.

– Növbəti mərhələ şanslarını necə dəyərləndirirsiniz?
– Bu gün dirəkdən qayıdan topumuz var idi. Rəqib qapısına zərbələrimiz oldu. Cavab oyununda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq.

Şahin Cəfərov

Yüksək Liqa: “Azərreyl”lə “Turan” qalib gəldi, “Abşeron” uduzdu

5 February 2026 at 20:00

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 12-ci tura start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.

Əvvəlcə “Azərreyl” UNEC kollektivini 3:1 (21:25, 25:17, 25:15, 25:19) hesabı ilə üstələyib. Ardınca “Turan” “Gəncə”ni 3:1 (24:26, 25:23, 25:12, 25:23), “Milli Aviasiya Akademiyası” isə “Abşeron”u 3:1 (25:15, 20:25, 25:15, 25:10) hesabı ilə məğlub edib.

“Turan” – “Gəncə” matçı Tovuz Olimpiya İdman Kompleksində, digər iki qarşılaşma isə Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.

Yüksək Liqa
12-ci tur
5 fevral

“Azərreyl” – UNEC 3:1 (21:25, 25:17, 25:15, 25:19)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

“Turan” – “Gəncə” 3:1 (24:26, 25:23, 25:12, 25:23)
Tovuz Olimpiya İdman Kompleksi.

“Abşeron” – “Milli Aviasiya Akademiyası” 1:3 (15:25, 25:20, 15:25, 11:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

Basketbol millilərimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu

5 February 2026 at 19:30

18 və 20 yaşlılardan ibarət basketbol üzrə Azərbaycanın millilərinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Arena.az bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Qızlardan ibarət U-18 millimiz B Divizionunun A qrupunda İslandiya, Portuqaliya, Rumıniya və Niderland yığmaları ilə üz-üzə gələcək. Qarşılaşmalar iyulun 31-dən avqustun 9-nə qədər baş tutacaq.

Oğlanlardan ibarət U-18 yığmamız isə B Divizionunun B qrupunda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya yığmalarına rəqib olub. Oyunlar iyulun 24-dən avqustun 2-nə qədər keçiriləcək.

Qızlardan ibarət U-20 millimiz B Divizionun A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə münasibətlərə aydınlıq gətirəcək. Matçlar iyulun 4-12-si aralığında təşkil ediləcək.

Oğlanlardan ibarət U-20 seçməmiz isə A qrupunda İrlandiya, İsveç, Slovakiya, Şimali Makedoniya ilə üz-üzə gələcək. Qarşılaşmalar iyulun 10-19-u aralığında reallaşacaq.

Patrik Orfe Mbina “Sabah”da – Rəsmi

5 February 2026 at 19:00

Sloveniyanın “Maribor” klubunun qabonlu mərkəz hücumçusu Patrik Orfe Mbina bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Sabah” 25 yaşlı futbolçunu “Maribor”dan icarəyə götürüb. Onun icarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” cari mövsümün sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Patrik Orfe Mbina karyerası ərzində ölkəsinin “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Sərbəst güləş üzrə ilk finalçılar məlum oldu

5 February 2026 at 20:00

Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.

Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın üçüncü günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da finalçılar müəyyənləşib.

57 kq
Muhəmməd İsmayılov (Neftçi) – Sədrəddin Həsənov (FHN)

65 kq
Ağa Qasımov (Neftçi) – Bəşir Verdiyev (Neftçi)

74 kq
Nurlan Ağazadə (Neftçi) – İsmayıl Rəhimli (Neftçi)

86 kq
Məhəmməd Abbaszadə (Neftçi) – Qəzənfər Kazımlı (Təhsil)

97 kq
Ayxan İmanov (Təhsil) – Fərhad Süleymanlı (Neftçi)

The post Sərbəst güləş üzrə ilk finalçılar məlum oldu appeared first on Komanda.az.

Azərbaycan millilərinin seçmə mərhələdəki rəqibləri bəlli oldu

5 February 2026 at 19:29

Azərbaycanın 18 və 20 yaşadək qız və oğlanlardan ibarət basketbol millilərinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Komanda.az xəbər verir ki, qızlardan ibarət U-18 komandası B divizionunun A qrupunda İslandiya, Portuqaliya, Rumıniya və Niderlandla üz-üzə gələcək.

Qarşılaşmalar iyulun 31-dən avqustun 9-dək baş tutacaq.

Oğlanlardan ibarət U-18 yığması isə B divizionunun B qrupunda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliyaya rəqib olub. Oyunlar iyulun 24-dən avqustun 2-dək keçiriləcək.

Qızlardan ibarət U-20 kollektivi B Divizionun A qrupunda İrlandiya, Albaniya və Yunanıstanla münasibətlərə aydınlıq gətirəcək. Matçlar iyulun 4-12-si aralığında təşkil ediləcək.

Oğlanlardan ibarət U-20 seçməsi isə A qrupunda İrlandiya, İsveç, Slovakiya, Şimali Makedoniya ilə üz-üzə gələcək. Qarşılaşmalar iyulun 10-19-u aralığında reallaşacaq.

The post Azərbaycan millilərinin seçmə mərhələdəki rəqibləri bəlli oldu appeared first on Komanda.az.

Qabon millisinin hücumçusu “Sabah”da

5 February 2026 at 19:00

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra “bayquşlar”ın uğurları üçün çalışacaq.

25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. Onun icarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” cari mövsümün sonu futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Mbina karyerası ərzində ölkəsinin “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.

The post Qabon millisinin hücumçusu “Sabah”da appeared first on Komanda.az.

“Qarabağ” “Şamaxı”ya ilk oyunda belə uduzdu – VİDEO

5 February 2026 at 18:28

Komanda.az Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Şamaxı” ilə “Qarabağ” arasında keçirilmiş ilk oyunundan (2:1) hazırlanmış videoicmalı təqdim edir:

The post “Qarabağ” “Şamaxı”ya ilk oyunda belə uduzdu – VİDEO appeared first on Komanda.az.

“Əl-Hilal” rəsmisi: “Vinisiusla heç bir danışıq aparılmır”

5 February 2026 at 18:00

“Əl-Hilal”ın baş direktoru Esteve Kalzada klubun “Real”ın hücumçusu Vinisiusu transfer etmək ehtimalıyla bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı vinger üçün danışıq aparmadıqlarını bildirib:

“Bizim vəziyyətimizdə heç bir danışıq aparılmır. Amma Səudiyyə Ərəbistanı liqasının baş direktoru mümkün olduğu təqdirdə, Vinisiusu transfer etməyə çalışacağını bildirib”.

Braziliyalı futbolçunun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir. O, bu mövsüm bütün yarışlarda 33 oyunda 8 qol vurub və 11 məhsuldar ötürmə edib.

The post “Əl-Hilal” rəsmisi: “Vinisiusla heç bir danışıq aparılmır” appeared first on Komanda.az.

Sterlinqin Türkiyə klubuna transferi baş tutmayıb

5 February 2026 at 19:26

“Samsunspor” “Çelsi”dən ayrılan Rahim Sterlinqin transferindən imtina edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun prezidenti Yüksel Yıldırım açıqlama verib. O, Sterlinqin onlara təklif edildiyini, lakin məbləğdə razılaşmadıqlarını deyib:

“Şərh vermək istəmirəm. Bizə dedilr, danışdıq, amma çox pul istədilər”.

Qabon millisinin hücumçusu “Sabah”da

5 February 2026 at 18:48

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra “bayquşlar”ın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” FK icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.

Lider xal itirdi, “Səbail” qələbə qazandı

5 February 2026 at 18:24

Azərbaycan I Liqasında mövsümün ikinci dövrəsinə start verilib.

Futbolpress.az xəbər verir ki, XIII turda ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Səbail” səfərdə “Zaqatala”ya qalib gəlib. Lider “Şəfa” isə “Baku Sportinq”lə heç-heçə edib.

Azərbaycan I Liqası
XIII tur

5 fevral

“Cəbrayıl” – MOİK 2:2
Qollar: Arsen Dauda, 11; 74 – Seyxan Fərəcov, 41. Mehrac Baxşalı, 69.

“Şəfa” – “Baku Sportinq” 1:1
Qollar: Emin Zamanov, 48-pen – Xəyyam Məmmədli, 75.

“Zaqatala” – “Səbail” 0:1
Qol: Emil Qasımov, 18.

“Şamaxı” – “Qarabağ” 2:1 – Video

5 February 2026 at 18:30

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bu gün keçirilmiş “Şamaxı” – “Qarabağ” matçında meydan sahibləri qalib (1:0) gəlib.

Arena.az Masazırda keçirilmiş bu oyunun yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/4 final mərhələsinin ilk oyunu
5 fevral

“Şamaxı” – “Qarabağ” 2:1
Qollar: Karim Rossi, 26; 42 – Musa Qurbanlı, 78.
Sarı vərəqələr: Karim Rossi, 13 (qeyri-idman hərəkəti). Oruc Məmmədov, 77 (qeyri-idman hərəkəti) – Musa Qurbanlı, 45 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 14:30. Şamaxı şəhər stadionu, 1200 tamaşaçı.

Baş hakim: Kamranbəy Rəhimov.
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Tərlan Talıbzadə.
Dördüncü hakim: Murad Səlimov.
VAR: Rauf Cabarov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev (80. Həbib İsmayılov, 71), 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 82), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov (8. Alfons Msanqa, 71), 9. Karim Rossi (10. Andrey Tirkovyanu, 82), 13. Rikardo Apolinario, 11. Dioqo Balau (19. Abdullahi Şuaybu, 87), 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 21. Bilal İsmayılov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev (10. Abdullah Zubir, 61), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə (9. Xoni Montiel, 61), 20. Kadi Borges (8. Marko Yankoviç, 61), 3. Sami Mmae, 18. Dani Bolt, 21. Aleksey Kaşuk (17. Kamilo Duran, 61), 11. Emmanuel Addai (15. Leandro Andrade, 61).
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 2. Mateus Silva, 6. Kris Kuaku, 35. Pedro Bikalyo.
Baş məşqçi: Qurban Qurbanov.

Ayxan Abbasov: “Favorit hələ də “Qarabağ”dır”

5 February 2026 at 18:00

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş ilk oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hava şəraiti hər iki komandaya çətinlik yaradırdı. Futbolçular döyüşdülər. “Qarabağ” kimi rəqiblə mübarizə aparmaq nə qədər çətin olsa da, bu, futbolçularımıza, komandamıza əlavə güc verir. Demək olar ki, cütün taleyi ikinci oyuna qaldı. “Qarabağ” sıx qrafikdə oynayır, bəzi oyunçuları yox idi. Futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı icra etdilər. Sonradan yorğunluq oldu. Biz də sıx qrafikdə oynayırıq, çətin matçlardır. Davam edəcəyik. Beş gündən sonra yenidən “Qarabağ”la oynayacağıq. Yaxşı bərpa keçib, o oyuna hazır olmağa çalışacağıq. Bu gün qalib gəlsək də, favorit hələ də “Qarabağ”dır.

Bizim heyətimiz geniş deyil, çox da rotasiya edə bilmirik. Beş gündən bir oyunlar olur. Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq olacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün də oyun lazımdır. “Qarabağ” kimi komandalarla oyunda hər şey görünür. Bu tip rəqiblərlə mübarizə aparmaq bizim üçün yaxşı şansdır. Çempionatda hədəfimiz bəllidir. Amma həm yerimizi qorumalıyıq, bir az da üst pillələrə yüksəlmək istəyirik”.

Qurban Qurbanov: “Neftçi”dən küsmək fikrimiz yoxdur”

5 February 2026 at 17:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş ilk oyunu Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür edirəm. İlk oyunda məğlub olduq. Rəqibi təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Cavab matçına daha ciddi hazırlaşmalıyıq.

Dumanlı havanın oyuna təsiri təbii ki, oldu. İkinci hissədə demək olar ki, digər tərəfdə heç nəyi görmürdüm. Gözləyirdim ki, nə olacaq, necə olacaq, oyun nə vaxt bitəcək.

Jeremi Nqalini müdafiəçi kimi gətirmişik”.

Qurban Qurbanov “Neftçi”nin Ağdam klubu ilə oyununun təxirə salınmasına razı olmaması barədə söhbətlərə də aydınlıq gətirib:

“Hər hadisəyə normal yanaşıram. Kimin haqlı, kimin haqsız çıxarılacağı mövzu deyil. Biz oyunun təxirə salınması üçün PFL-ə müraciət etdik. “Nyukasl”la oyunların arasında başqa rəqib də ola bilərdi. Məni daha çox narahat edən bazar günü yox, şənbə günü oynamağımızdır. 6 gündə 3 oyun keçirəcəyik. Belə vacib matçdan öncə çempionat oyununun təxirə salınması böyük kömək ola bilərdi. Biz müraciət etdik, onlar da razılaşmadılar. Reqlamentdə var ki, pley-offda iştirak edən komandalara güzəşt oluna bilər. Olmadı. Burada ciddi bir problem görmürəm. Onların da öz proqramları var. Başa düşürəm. Amma bu vaxta kimi olub. “Neftçi”nin özü ilə oyunun ya yerini dəyişdirmişik, ya təxirə salmışıq. Kimdənsə küsmək, incimək fikrimiz yoxdur. Daha dərindən düşünərək oyunlara hazırlaşmalıyıq.

“Neftçi”dən sadəcə bildirdilər ki, oynamaq istəyirik. Bizim tərəfimizdən üzərinə gediləsi mövzu deyil. Azarkeşləri başa düşmək olar. Bəlkə də onların arasında gedən müzakirədir. 4 gün sonra yenə Şamaxıya gələcəyik. Daha sonra Qubaya gedəcəyik. Yaxşı hazırlıq prosesimiz olmayacaq. Rəqib nə qədər güclü olsa da, sona qədər mübarizə aparmaq istəyirik”.

“Zaqatala” “Səbail”ə evdə uduzdu

5 February 2026 at 17:27

1-ci Liqada 13-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

“Zaqatala” evdə “Səbail”ə uduzub. “Cəbrayıl” – MOİK və “Şəfa” – “Baku Sportinq” oyunlarında isə qalib müəyyənləşməyib.

1-ci Liqa
13-cü tur

5 fevral

“Cəbrayıl” – MOİK 2:2
Qollar: Arsen Dauda, 11; 74 – Seyxan Fərəcov, 41. Mehrac Baxşalı, 69.

“Şəfa” – “Baku Sportinq” 1:1
Qollar: Emin Zamanov, 48-pen – Xəyyam Məmmədli, 75.

“Zaqatala” – “Səbail” 0:1
Qol: Emil Qasımov, 18.

The post “Zaqatala” “Səbail”ə evdə uduzdu appeared first on Komanda.az.

Ayxan Abbasov: “Qalib gəlsək də, favorit yenə “Qarabağ”dır”

5 February 2026 at 16:55

“Şamaxı” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”ı qəbul edib.

Komanda.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov belə hava şəraitində mübarizə aparmağın çətin olduğunu bildirib:

“Kubok oyunu iki matçdan ibarətdir. İlk oyunumuz idi. Belə hava şəraitində mübarizə aparmaq çətin idi. “Qarabağ” kimi komanda ilə oyunlar həmişə çətin keçir. Biz də sıx qrafikdə oynayırıq. Amma davam edəcəyik, beş gün sonra çempionat oyunumuz var. Həmin oyuna hazırlaşacağıq.

Bilirsiz, bizim heyət geniş deyil, rotasiyalar edə bilmirik. Yorğunçuluq mütləq olacaq. Çempionatda da hədəfimiz bəllidir, daha üst yerlərə qalxmaq istəyirik.

Kubokda da hədəfimiz bəllidir, mübarizə aparacağıq. Futboldur, istənilən nəticə qeydə alına bilər. Bu gün qalib gəlsək də, düşünürəm ki, favorit yenə “Qarabağ”dır.

Bundan da çətin hava şəraiti olub ki, oyun təxirə salınmayıb. Növbəti turda belə olsa, zatən oyunun təxirə salınması bizdən asılı olmayacaq. Amma belə baxsaq, havalar yaxşılığa doğru getməlidir”.

Fəxri Rüstəmli

The post Ayxan Abbasov: “Qalib gəlsək də, favorit yenə “Qarabağ”dır” appeared first on Komanda.az.

“Turan Tovuz” – “Kəpəz”: heyətlər

5 February 2026 at 18:00

“Turan Tovuz” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Kəpəz”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 5. Roderik Miller 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 1. Oleq Baklov 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 14. Murad Dadaşev 3. Enrike Silva 90. Joarlem Santos 9. Coş Cinnelli 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 17. Ümid Səmədov 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 29. Dioqo Verdaska (k) 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 5. Rauf Hüseynli 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 80. Şahnur İsmayılov 83. Raul İsaqov 9. Luis Paçu 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori
Baş məşqçi: Azər Bağırov

Ayxan Abbasov: “Hamı istəyir ki, imkanları daxilində irəli getsin”

5 February 2026 at 17:43

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Şamaxı” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Kubok iki oyundan ibarətdir. İlk matçı evimizdə keçirdik. Hava şəraiti iki komandaya da çətinlik yaradırdı. Futbolçularım döyüşdülər. “Qarabağ” kimi komandaya qarşı mübarizə aparmaq çətindir. Amma bu, komandamıza güc verir. “Qarabağ” sıx qrafikdədir, başa düşürük, bəzi oyunçuları da yoxdur. Lakin ilk hissədə futbolçularım tapşırıqları yaxşı yerinə yetirdilər. Sonradan yorğunluq oldu. Biz də sıx qrafikdəyik, çətin oyunlardır. Davam edəcəyik. Beş gün sonra yenidən çempionat oyunu var. Yaxşı hazırlaşmalıyıq.

– Bugünkü oyunda əsas heyəti buraxmaqla fiziki yüklənmə etmədiniz?
– Düzdür, tam gümrahlıq olmayacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün belə matçlar lazımdır. Premyer Liqada hədəf yerimizi qorumaqdır. Çalışdığımızı edəcəyik.

– Kubokda hədəf nədir?
– Həyat mübarizədir, hamı istəyir ki, imkanları daxilində irəli getsin, inkişaf etsin. Əlbəttə, niyə istəmərik? Sadəcə bəlli qrupdayıq, “Qarabağ” kimi rəqibimiz var. Hamı mübarizə aparmaq istəyir.

– Cavab görüşündə şansları necə dəyərləndirirsiniz?
– Yenə favorit “Qarabağ”dır.

– Dumanlı havada baş məşqçi taktiki cəhətdən nələr edə bilər? 
– İkinci hissənin bəzi anlarında cinahları görə bilmirdik. Çətinlik çəkdik.

– Çempionatda da “Qarabağ”la oynayacaqsınız. Hava belə olsa, təxirəsalınma üçün müraciət edəcəksiniz?
– Daha çətin havalarda oynadıqlarımız olub. Ötən mövsüm “Səbail”lə matç var idi, bundan da pis hava olmasına baxmayaraq, oynadıq. Vəziyyət daha pis olsa, bizdən asılı olmayacaq. Belə baxsaq, havalar yaxşılığa doğru getməlidir.

Şahin Cəfərov

Qurbanov: “Yox” deyiblər, bildiriblər ki, oynamaq istəyirik”

5 February 2026 at 17:31

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Şamaxı” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərə təşəkkür edirəm. Belə havada komandanı tək qoymadılar. Oyuna gəlincə, kubokda ilk matç idi və ciddi nəticə oldu. Cavab görüşünə ciddi hazırlaşmalıyıq. “Şamaxı”nı, Ayxanı, futbolçularını təbrik edirəm. Layiqli qələbə qazandılar.

– Məğlubiyyətə səbəb nə oldu?
– “Şamaxı” yaxşı oynadı, qalib gəldi.

– Dumanlı havada oynanılmaya münasibətiniz nədir?
– Münasibət bildirəcək şey yoxdur. İkinci hissədə demək olar, heç nə görünmədi. Elə gözləyirdik ki, oyun bitsin.

– Yeni transfer Jeremi Nqalini hansı mövqedə oynadacaqsınız?
– Müdafiəçi mövqeyində.

– “Qarabağ”ın sıx təqvimi və “Neftçi” ilə oyunun təxirə salınmaması çox müzakirə olunur. Bunu normal qarşılayırsınız?
– Sosial şəbəkələrdə olmuram. Hər hadisəyə normal yanaşıram. Burda kim haqlı, kim haqsız deyə bir şey yoxdur. Biz PFL-ə müraciət etdik ki, imkan varsa, təxirə salınsın. Burda rəqib “Neftçi” yox, digər rəqib də ola bilərdi. Məni narahat edən oyunun 6 gün sonra olmasıydı. Oyunun təxirə salınması bizim üçün yaxşı mənada təkan olardı. Lakin indi nəsə demək düz olmaz. İdman prinsipləri var. Reqlamentdə var ki, pley-offa çıxsaq, hansısa oyun güzəşt ola bilər. Bakıdakı “Turan Tovuz”la oyundan sonra da bildirdim ki, müraciət edəcəyik. Burda problem yoxdur. “Neftçi”nin də öz planları, hazırlığı var. Onları da başa düşürəm. Belə hallar olur. İndi təxirə salınma olmayıbsa, kimdənsə incimək fikrimiz yoxdur. İndi daha dərindən hazırlaşmalıyıq.

– “Nyukasl”da hansısa diqqətinizi çəkən xüsusi məqam var?
– Çoxdur. Komandanın özünəxas üslubu var, bərk komandadırlar. Qarşılarındakı rəqibə oynamağa imkan verməməyə çalışırlar. Güclü futbolçuları var. Digər komandalar kimi onların da təcrübələri danılmazdır. Onlar da istəkli olacaqlar. İnşallah, daha yaxından təhlil edib, ətraflı fikir bildirmək olar.

– “Neftçi”nin sizə neqativ cavab verəcəyini gözləyirdiniz?
– Neqativ deməzdim, sadəcə “yox” deyiblər, bildiriblər ki, oynamaq istəyirik. Hamıdan gözləmək olar. Qarşımızdakı rəqibin də öz proqramı, hazırlıq prosesi var. İstənilən klubun cavabı “yox” ola bilərdi. Bizim tərəfdən üzərinə gediləcək məsələ deyil. Azarkeşləri başa düşmək olar, onlar müzakirə edə bilərlər. Düzdür, təxirə salınma bizimçün yaxşı olardı ki, matça daha yaxşı hazırlaşacaq. Qarşıda çətin səfərlər var. “Nyukasl”la oyuna hazırlıq baxımından heç də yaxşı deyil. Şanslarımızdan maksimum istifadə etmək istərdik. Bu gün razılaşmırıq ki, “Nyukasl”dır və məğlub olacağıq. Sona kim mübarizə aparmağa çalışacağıq. Niyə daha yaxşısını etməyək, sona kimi mübarizə aparmayaq? Bununçün də yaxşı hazırlıq, yorğunluqdan uzaq olmaq lazımdır. Təklif etdik, alınmadı. İndi başqa variantlara əl atacağıq. Çempionlar Liqasında bura gəlmişiksə, çox ciddi hazırlaşmalıyıq. Bizimçün “bəsdir” demək istəmirik.

Şahin Cəfərov

Lenart Karla 90 milyonluq təklif

5 February 2026 at 18:15
“Bavariya” 17 yaşlı yarımmüdafiəçisi Lenart Karl karyerasını İngiltərədə davam etdirə bilər. Msport.az xəbər verir ki, “Arsenal” gənc istedadla müqavilə imzalamaqda […]

Source

Birinci Liqa: “Səbail” 2026-cı ilə qələbə ilə başladı

5 February 2026 at 17:00

Bu gün futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

2026-cı ilə təsadüf edən ilk turun ilk qələbəsini “Zaqatala” ilə səfərdə qarşılaşmış “Səbail” qazanıb. “Cəbrayıl” – MOİK və “Şəfa” – “Baku Sportinq” oyunlarında isə qalib müəyyənləşməyib.

13-cü turun qalan oyunları fevralın 6-da və 7-də keçiriləcək.

Birinci Liqa
13-cü tur
5 fevral

“Cəbrayıl” – MOİK 2:2
Qollar: Arsen Dauda, 11; 74 – Seyxan Fərəcov, 41. Mehrac Baxşalı, 69.
Hakimlər: Alik Yunusov, Adil Bədəlov, Aydın Bəxşiyev, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Şəfa” – “Baku Sportinq” 1:1
Qollar: Emin Zamanov, 48-pen – Xəyyam Məmmədli, 75.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 14:30.

“Zaqatala” – “Səbail” 0:1
Qol: Emil Qasımov, 18.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rəhman Aslanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

6 fevral

“Şahdağ Qusar” – “Difai”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

7 fevral

“Şimal” – “Mingəçevir”
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Qarabağ” Azərbaycan Kubokunda “Şamaxı”ya məğlub oldu

5 February 2026 at 16:30

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

Burada “Şamaxı” Premyer Liqanın sonuncu qalibi “Qarabağ”la üz-üzə gəlib. Şamaxı şəhər stadionunda baş tutmuş oyunu Kamranbəy Rəhimov idarə edib. Əlverişsiz hava şəraitində keçirilmiş qarşılaşma sonadək davam etdirilib. Üç qolun qeydə alındığı oyun Ağdam təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb.

Xatırladaq ki, ötən gün keçirilmiş “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” oyunlarında qapılara qol vurulmayıb.

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları martın 3-4-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunu
5 fevral

“Şamaxı” – “Qarabağ” 2:1
Qollar: Karim Rossi, 26; 41 – Abdullah Zubir, 79.
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabbarov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov, 10. Andrey Tirkovyanu, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 20. Kadi Borges, 3. Sami Mmae, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 6. Kris Kuaku, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.

Jeremi Jake “Liverpul”a keçdi – Rəsmi

5 February 2026 at 12:00

Fransanın “Renn” klubunun mərkəz müdafiəçisi Jeremi Jake növbəti mövsümdən “Liverpul”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

“Qırmızılar” bu transfer üçün Fransa klubuna 63,6 milyon avro ödəyiblər. Tərəflər arasında uzunmüddətli müqavilə imzalansa da, detallar açıqlanmayıb. Amma Jake cari mövsümün sonunadək “Renn”də oynamağa davam edəcək. O, yeni klubuna bu ilin yayında qoşulacaq.

Jake müvafiq keçidini şərh edib. Fransalı müdafiəçi bunları qeyd edib: “Belə bir böyük kluba keçidimə şadam. “Liverpul”a transferimlə böyük qürür duyuram”, deyə Jake vurğulayıb.

Xatırladaq ki, Jeremi Jake “Renn”in öz yetirməsidir. Bir müddət “Klermon”da icarədə də olmuş futbolçu doğma klubunun əsas komandasında 32 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Jake Fransanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Covanni Di Lorentso əməliyyat edildi – 2 ay oynamayacaq

5 February 2026 at 11:00

Futbol üzrə İtaliya yığma komandasının və “Napoli” klubunun sağ cinah müdafiəçisi Covanni Di Lorentso uğurlu əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb.

İtaliyalı futbolçu A Seriyasının son matçında “Fiorentina”ya qarşı oynayarkən diz bağlarını zədələmişdi. Zədə ciddi olduğundan, cərrahi müdaxilə zəruri idi. Artıq futbolçunun əməliyyat edilib və uğurlu keçib.

32 yaşlı futbolçu yaxın günlərdə reabilitasiya prosesinə başlayacaq. Onun bərpa müddətinin təxminən iki ay davam edəcəyi bildirilir.

Xatırladaq ki, Covanni Di Lorentso 2019-cu ildən “Napoli”nin uğurları üçün çalışır. O, cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 32 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Sağ cinah müdafiəçisi Neapol klubunun heyətində indiyə qədər 302 oyun keçirib, 19 qol və 42 məhsuldar ötürmə müəllifi olub.

Futbolçu əvvəllər “Recina”, “Kuneo”, “Matera” və “Empoli” klublarının da formasını geyinib.

Di Lorentso 2019-cu ildə debüt etdiyi və 53 rəsmi matça çıxdığı İtaliya yığması ilə Avropa çempionu olub. O, millidə keçirdiyi oyunlarda da 5 qol və 4 assistlə yadda qalıb.

Qurban Qurbanov: “Neftçi”dən narazı deyilik”

5 February 2026 at 16:43

“Qarabağ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Şamaxı”nın qonağı olub.

Komanda.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olub. Qurbanov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Belə hava şəraitində futbolçuları tək qoymadılar. Oyuna gəlincə, maraqlı qarşılaşma oldu. Futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardılar. Məğlub olmağımızın səbəblərindən biri kimi “Şamaxı”nın yaxşı çıxış etməsini deyə bilərəm.

Oyun dumanlı hava şəraitində keçdi. İkinci hissədə meydanın qarşı tərəfini demək olar ki, görmürdüm.

PFL-ə müraciət etdik ki, “Nefçi” ilə Premyer Liqadakı oyunu təxirə salaq. Burada “Neftçi” olmaya da bilərdi, başqa komanda ola bilərdi. Biz niyə müraciət etdik? Reqlamentdə də bu var, komanda pley-off-a çıxdıqda belə imkan olur. Razılaşmaya da bilərlər. Onların da öz proqramları var. Olmadı deyə, kimdənsə narazı deyilik. Sadəcə, qarşıdakı oyunlara hazırlaşmalıyıq. Buna neqativ cavab deməzdim. Sadəcə “yox” deyiblər. Bizim tərəfimizdən üzərinə gediləsi mövzu deyil. Azarkeşləri də başa düşmək lazımdır. Bizim üçün hə, yaxşı olardı. Daha yaxşı hazırlaşa bilərdik. Bu da çox vacib oyundur. Hansı ki, “Nyukasl” təcrübəli komandadır. Bunun üçün də yaxşı hazırlıq lazımdır. Ona görə də, müraciət etdik. Eybi yox, alınmadı, biz də başqa variantlara əl atmalıyıq”.

Fəxri Rüstəmli

The post Qurban Qurbanov: “Neftçi”dən narazı deyilik” appeared first on Komanda.az.

“Mançester Siti”də Qvardiola müəmması

5 February 2026 at 16:31

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yayda İngiltərə klubunu tərk etməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hazırda “şəhərlilər”in düşərgəsində mütəxəssisin gələcəyi ilə bağlı ciddi qeyri-müəyyənlik mövcuddur. Son qərarın mövsümün sonuna yaxın verilməsi gözlənilir. İspaniyalı mütəxəssis fikrini dəyişərək klubda qalmağa qərar versə belə, 2027-ci ilə qədər qüvvədə olan müqaviləsini yeniləməyəcək.

“Mançester Siti” hazırda Premyer Liqada 24 oyundan sonra topladığı 47 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda həmçinin, UEFA Çempionlar Liqasının 1/8 finalına, İngiltərə Liqa kubokunun finalına və FA kubokunun 1/16 finalına yüksəlib.

55 yaşlı Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Komanda onun rəhbərliyi altında 6 dəfə İngiltərə çempionu olub, 2 dəfə FA kubokunu, 4 Liqa kubokunu, 3 dəfə İngiltərə superkubokunu qazanıb.

Qvardiolanın komandası 2023-cü ildə isə UEFA Çempionlar Liqasını, UEFA superkubokunu və Klublararası dünya çempionatını qazanıb.

The post “Mançester Siti”də Qvardiola müəmması appeared first on Komanda.az.

“Real” ondan əl çəkmir

5 February 2026 at 16:12

“Real” “Liverpul”un müdafiəçisi İbraima Konateni transfer etmək ideyasından tam imtina etməyib. Fransalı futbolçunun adı uzun müddət “kral klubu” ilə hallansa da, ötən ilin sonlarına doğru ispanların marağının zəiflədiyi bildirilirdi.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Konate yay transfer dönəmi yaxınlaşdıqca yenidən “Real”ın hədəfinə çevrilə bilər. Bunun üçün futbolçunun maaş və bonus tələblərini azaltması əsas şərt kimi göstərilir.

26 yaşlı müdafiəçinin “Liverpul”la müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq və bu səbəbdən, o, azad agent statusu ilə əlçatan olacaq.

Konate cari mövsümdə Arne Slotun komandasında 31 oyuna çıxıb və 2 vurub.

The post “Real” ondan əl çəkmir appeared first on Komanda.az.

Xarici KİV: “Neftçi” braziliyalı futbolçu transfer edir

5 February 2026 at 16:01

“Neftçi” hücum xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Komanda az xəbər verir ki, “ağ-qaralar” “Etnikos”da çıxış edən Breno Almeydanın keçidini həll etmək üzrədir. Bu barədə “goal.philenews” məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Neftçi” braziliyalı vinger üçün onun klubu ilə anlaşma əldə edib. Bakılılar 27 yaşlı futbolçunun özü ilə də razılığa gəlib.

Breno Almeyda 2024-cü ilin yayından “Etnikos”da çıxış edir. “Sambaçı” bu mövsüm Kipr təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

The post Xarici KİV: “Neftçi” braziliyalı futbolçu transfer edir appeared first on Komanda.az.

Qvardiola “Arsenal”ı dünyanın ən yaxşı komandası sayır

5 February 2026 at 15:48

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Liqa kubokunun finalında “Arsenal”la keçirəcəkləri oyundan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Avropanın və bəlkə də, dünyanın ən yaxşı komandası olan “Arsenal”a qarşı oynamaq xoşdur. “Arsenal”ın gücü çox şeydən xəbər verir: statistikası, ardıcıllığı, bir çox fərqli detalları idarə etmək qabiliyyəti. Belə bir rəqibə qarşı nə qədər çox oynasaq, bir o qədər yaxşı olacağıq”.

“Şəhərlilər” çərşənbə günü “Nyukasl”ı məğlub edərək turnirin ikinci finalçısı olub. Eyni zamanda, bir gün əvvəl “Arsenal” “Çelsi”ni məğlub edərək finala vəsiqə qazanıb.

The post Qvardiola “Arsenal”ı dünyanın ən yaxşı komandası sayır appeared first on Komanda.az.

Ağır zədə alan Ter Ştegendən açıqlama

5 February 2026 at 15:33

“Jirona”nın qapıçısı Mark-Andre ter Ştegen aldığı zədə barədə açıqlama verib. Almaniyalı qolkiper yaxın günlərdə cərrahi əməliyyat olunacaq.

Komanda.az xəbər verir ki, Ter Ştegen sosial şəbəkə hesabındakı paylaşımında bunun çox pis hadisə olduğunu bildirib:

“Ötən həftəsonu zədələndim. Bu, çox pis hadisə oldu. Mən komandama kömək etməyə, “Jirona”nın bir hissəsi olmağa davam etmək istəyirdim. Amma indi rolum dəyişdi. Zədəmə baxmayaraq, komandamı dəstəkləyəcəm. Hazırda isə oyunlara və məşqlərə fasilə verirəm. Əməliyyat olunmalıyam”.

33 yaşlı qapıçı mövsümün sonuna kimi “Barselona”dan icarəyə götürülüb.

The post Ağır zədə alan Ter Ştegendən açıqlama appeared first on Komanda.az.

“Neftçi”nin oyununun biletləri satışda

5 February 2026 at 15:26

Premyer Liqanın 19-cu turu çərçivəsində, fevralın 10-da, saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

The post “Neftçi”nin oyununun biletləri satışda appeared first on Komanda.az.

Niderlandlı qapıçı Premyer Liqanın üç top-klubunun hədəfindədir

5 February 2026 at 15:09

“Sanderlend”in qapıçısı Robin Rufs İngiltərə Premyer Liqasının bir neçə top-klubunun maraq dairəsindədir.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, 23 yaşlı qolkiperlə “Liverpul”, “Mançester Siti” və “Çelsi” klubları maraqlanır.

“Sanderlend” Rufsu satmaqla 50 milyon funt-sterlinqdən (təxminən 57 milyon avro) çox gəlir əldə etməyi planlaşdırır. Qolkiper Niderlandın NEK klubundan 10,5 milyon avroya “Sanderlend”ə transfer olunub və müddəti 2030-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb.

Niderlandlı futbolçu cari mövsümdə Premyer Liqada 24 matça çıxıb, 26 qol buraxıb və 8 oyunda qapısını toxunulmaz saxlayıb.

The post Niderlandlı qapıçı Premyer Liqanın üç top-klubunun hədəfindədir appeared first on Komanda.az.

“Barselona”ya yuxu üzrə mütəxəssis cəlb olunub

5 February 2026 at 14:48

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik məşqçilər heyətinə yuxu üzrə xüsusi mütəxəssis cəlb edib.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Yeni mütəxəssisin əsas vəzifəsi futbolçuların yuxu rejimini izləmək və onların düzgün bərpasını təmin etməkdir. Bundan əlavə, oyunçulara səfər matçlarından sonra tam dincəlmək üçün tövsiyələr veriləcək.

“Barselona” hazırda İspaniya La Liqasında turnir cədvəlinə başçılıq edir. Komanda keçirdiyi 22 oyundan sonra 55 xal toplayıb və 2-ci pillədəki “Real”ı 1 xal qabaqlayır. Flikin komandası növbəti turda “Malyorka”nı qəbul edəcək.

The post “Barselona”ya yuxu üzrə mütəxəssis cəlb olunub appeared first on Komanda.az.

“Barselona”nın sabiq futbolçusu “Rapid”də

5 February 2026 at 16:24

“Qalatasaray”dan ayrılan Yusuf Demirin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Rapid”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.

“Rapid”in yetirməsi olan Yusuf karyerası ərzində “Barselona” və “Bazel”də də forma geyinib.

“Beşiktaş” asiyalı ilə müqavilə imzaladı

5 February 2026 at 16:00

“Beşiktaş” Belçikanın “Genk” klubundan transfer etdiyi Hyonqyu Oh ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə 3.5 illik müqavilə imzalanıb.

Oh bu mövsüm 32 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Neftçi” Kiprdən futbolçu gətirir

5 February 2026 at 15:33

“Neftçi” Kiprin “Etnikos” klubunun futbolçusu Breno Almeyda üçün yenidən hərəkətə keçib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” vinger üçün danışıqları sürətləndirib və klubla razılığa gəlib. Bu barədə Kipr mətbuatı məlumat yayıb. Xəbərdə Brenonun da “Neftçi”yə keçməyə müsbət yanaşdığı bildirilib.

“Transfermarkt”da dəyəri 400 min avro olan Breno bu mövsüm “Etnikos”da 14 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib. Braziliyalı futbolçunun klubla müqaviləsi mövsümün sonuna kimidir.

“Bavariya”dan “Qalatasaray”a

5 February 2026 at 15:22

“Qalatasaray” heyətini yeni müdafiəçi ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Bavariya”dan Saşa Boeylə razılaşıb. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb. Fransalı müdafiəçinin mövsümün sonuna kimi icarə əsasında “Qalatasaray”da çıxış edəcəyi bildirilib.

Boey bu mövsüm 9 oyuna çıxıb.

“Barselona”nın Silva tərəddüdü

5 February 2026 at 16:45
“Mançester Siti”nin futbolçusu Bernardo Silva karyerasını İspaniyada davam etdirmək niyyətindədir. Msport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Barselona”ya keçməyi planlaşdırır. Ulduz […]

Source

Kapitan əməliyyat olundu

5 February 2026 at 14:28

“Napoli”nin müdafiəçisi və kapitanı Covanni Di Lorenso uğurlu əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliyalı futbolçu A Seriyasının son matçında “Fiorentina”ya qarşı oynayarkən diz bağlarını zədələmişdi. Zədə ciddi olduğundan, cərrahi müdaxilə zəruri idi və əməliyyat uğurlu keçib.

32 yaşlı futbolçu yaxın günlərdə reabilitasiya prosesinə başlayacaq. Onun bərpa müddətinin təxminən iki ay davam edəcəyi bildirilir.

Di Lorenso cari mövsümdə bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

The post Kapitan əməliyyat olundu appeared first on Komanda.az.

Flik komandasının oyun keyfiyyətindan narazıdır

5 February 2026 at 14:09

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın təcili olaraq ciddi bir problemi həll etməli olduğuna inanır.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis oyun səviyyəsindən və son həftələrdəki müsbət tempdən məmnundur, lakin komandasının oyun keyfiyyətindən məyusdur. O, başa düşür ki, oyunçuları bu qədər qol şansını qaçırmağa davam edərsə, bu mövsüm Çempionlar Liqasını qazanmaq mümkün olmayacaq.

Kataloniya klubu UEFA Çempionlar Liqasının turnir cədvəlində ümumilikdə 5-ci yeri tutub. Komandanın 1/8 finaldakı rəqibi daha sonra müəyyənləşəcək.

The post Flik komandasının oyun keyfiyyətindan narazıdır appeared first on Komanda.az.

Qazaxıstan klubu məşhur futbolçudan cavab gözləyir

5 February 2026 at 13:45

Dortmund “Borussiya”sının və Almaniya millisinin sabiq hücumçusu Marko Roys karyerasını Qazaxıstanda davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir k, 36 yaşlı futbolçu “Aktobe” klubundan təklif alıb və yaxın günlərdə cavabını verəcək.

Qazaxıstan klubu əvvəllər “Mançester Yunayted”in və Portuqaliya millisinin sabiq üzvü Luiş Nanini heyətinə qatmışdı.

Roys hazırda ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda çıxış edir. 2024-cü ildən bu klubun şərəfini qoruyan almaniyalı futbolçu cari mövsümdə 39 oyuna çıxıb, 9 qol vurub və 12 məhsuldar ötürmə verib.

The post Qazaxıstan klubu məşhur futbolçudan cavab gözləyir appeared first on Komanda.az.

“Pedrini dünyanın ən yaxşı oyunçularından biri hesab edirəm”

5 February 2026 at 13:20

“Atletiko”nun hücumçusu Xulian Alvares dünya futbolunun ən güclü oyunçularından biri kimi “Barselona”nın yarımmüdafiəçisi Pedrini gördüyünü etiraf edib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu, arzu etdiyi komandanı seçərkən Kataloniya klubunun futbolçusunun adını çəkib:

“Pedrini dünyanın ən yaxşı oyunçularından biri hesab edirəm”.

Alvaresin adı uzun müddətdir “Barselona”ya mümkün keçidlə hallanır. Şayiələrə görə, 26 yaşlı hücumçu kataloniyalıların heyətində çıxış etməyə müsbət yanaşır. Ancaq bu keçidin qarşısını ala biləcək əsas maneə onun üçün müəyyən edilən 100 milyon avrodan artıq yüksək transfer qiymətidir.

Pedri 2025-ci ildə “qızıl top”un səsverməsinin nəticələrinə əsasən 11-ci yeri tutub.

The post “Pedrini dünyanın ən yaxşı oyunçularından biri hesab edirəm” appeared first on Komanda.az.

“Qarabağ”ın yetirməsi “Xankəndi”də

5 February 2026 at 14:45

“Xankəndi” Futbol Klubu heyətini yeni hücumçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Qarabağ” Futbol Klubunun yetirməsi olan Mirmövsüm Caniyevlə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı futbolçunun son klubu “Baku Sportinq” olub.

Şamaxıda güclü duman – FOTO

5 February 2026 at 14:35

“Qarabağ” Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyununda “Şamaxı”nın qonağıdır.

Futbolpress.az xəbər verir ki, matçın keçirildiyi Şamaxıda güclü duman var. Görüşün baş hakimi Kamranbəy Rəhimov oyunun startından əvvəl arenadakı vəziyyəti nəzərdən keçirib və oynamaqda problem olmadığını bildirib.

İlk hissəsi davam edən matçda hesab açılmayıb.

Qvardioladan final şərhi

5 February 2026 at 13:48

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Liqa Kubokunda finala yüksəlmələrini şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yarımfinalda “Nyukasl”ı məğlub etdikləri (3:1) oyundan sonra bunları deyib:

“Həqiqətən, xoşbəxtəm. Finala çıxmağımızın səbəbi transferlərə xərclədiyimiz pullardır (gülür). Zarafatı kənara qoysaq, həqiqətən, çox çətin oldu. Heç kim finala yüksəlməyin asan olduğunu düşünməsin. Ümid edirəm ki, finalda “Arsenal”a qarşı sağlam heyətimiz olar.

Bəlkə də, hazırda dünyanın ən yaxşı komandasına qarşı həlledici oyunumuz olacaq. Onlar möhtəşəm performans göstərirlər və inanılmaz formadadırlar”.

Şamaxıda heyətlər bilindi

5 February 2026 at 13:23

“Şamaxı” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda bu gün “Qarabağ”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 20. Kadi Borqes 3. Sami Mmae 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 6. Kris Kuaku 35. Pedro Bikalyo 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov

“Şahdağ Qusar” Kulibali ilə müqavilə bağladı

5 February 2026 at 12:59

Birinci Liqada çıxış edən “Şahdağ Qusar” heyətinə daha bir legioner futbolçu qatıb.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Fil Dişi Sahilindən olan Alassane Kulibali ilə müqavilə imzalanıb.

24 yaşlı hücumçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Kulibali son olaraq ölkəsinin “AFAD-Pleteau” klubunda çıxış edib.

“Şahdağ Qusar” daha əvvəl anqolalı Aqostinyo Çipesseni transfer edib.

The post “Şahdağ Qusar” Kulibali ilə müqavilə bağladı appeared first on Komanda.az.

Cənubi Koreya millisinin hücumçusu “Beşiktaş”da – Rəsmi

5 February 2026 at 12:49

Cənubi Koreya millisinin hücumçusu O Hun Qyu karyerasını Türkiyədə davam etdirəcək. 24 yaşlı futbolçu “Beşiktaş”la müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Cənubi koreyalı forvard Belçikanın “Genk” klubundan transfer olunub. Transferin dəyəri 14 milyon avro olaraq qiymətləndirilir. O, “Beşiktaş”la müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqaviləyə qol çəkib.

O Hun Qyu cari mövsümdə bütün turnirlərdə “Genk”in heyətində 32 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Beşiktaş” hazırda Türkiyə çempionatında 20 turdan sonra 36 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

The post Cənubi Koreya millisinin hücumçusu “Beşiktaş”da – Rəsmi appeared first on Komanda.az.

Qurban Qurbanova həsr edilən film nümayiş etdiriləcək

5 February 2026 at 12:35

Nizami Kino Mərkəzində Azərbaycan futbolunun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunmuş “Stadionlar səssiz olanda” idman dramı nümayiş olunacaq.

Komanda.az xəbər verir ki, azarkeşlərin ekran əsərini fevralın 7-də izləmək imkanı olacaq. Film onun 20-ci əsrin 80-ci illərindən başlayan həyat yolunu, futbolçu və baş məşqçi kimi formalaşmasını, UEFA Çempionlar Liqasına qədər uzanan peşəkar karyerasını əks etdirir.

Rejissor ekran işində Qurban Qurbanovun əzm, liderlik və uğur hekayəsini dərin və təsirli formada əks etdirib.

The post Qurban Qurbanova həsr edilən film nümayiş etdiriləcək appeared first on Komanda.az.

Zaur Axundovun əndrəbadi qərarları, geriyə yuvarlanan “Araz-Naxçıvan”

5 February 2026 at 12:32

“Araz-Naxçıvan” ötən mövsüm Azərbaycan Premyer Liqasında tarixinin ən parlaq səhifələrindən birini yazdı. Naxçıvan təmsilçisi 58 xal toplayaraq çempionatı turnir cədvəlinin 3-cü pilləsində başa vurdu və ilk dəfə adını avrokuboklarda çıxış edəcək komandalar siyahısına saldı. Bu, sadəcə turnir cədvəlində tutulan yer deyildi – bu, klub tarixində bir mərhələnin aşılması idi. Bu uğurun arxasında duran əsas fiqurlardan biri isə baş məşqçi Elmar Baxşıyev idi. Sistem, səbr, düzgün planlama… “Sürgün həyatı” yaşayan komandanı avrokuboklara çıxarmaqla Baxşıyev məhdud imkanlarla maksimuma nail ola bildi.

“Araz-Naxçıvan” məhz bu komponentlərin hesabına UEFA Konfrans Liqasına vəsiqə qazandı. Avrokuboklar da komanda üçün yad səhnə idi. Buna baxmayaraq, naxçıvanlılar Konfrans Liqasında bir mərhələ adlamağı bacardı. Növbəti mərhələdə “Omoniya”ya (Kipr) ağır məğlubiyyət? Bəli. Amma bu, faciə deyildi. Bu, Avropa təcrübəsi olmayan bir klub üçün qaçılmaz dərs idi. Bu məğlubiyyət faciə yox, təcrübə idi.

Avrokuboklarla vidalaşdıqdan sonra “Araz-Naxçıvan” diqqətini yenidən Premyer Liqaya yönəltdi. Mövsümün startı isə qənaətbəxşdən də artıq idi. İlk 9 turda cəmi bir məğlubiyyət. O da hazırda UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la üz-üzə gələcək “Qarabağ”dan. Bu faktın özü belə, komandanın harada olduğunu göstərirdi.

Düzdür, 9-cu turdan sonra müəyyən eniş hiss olunurdu. Amma futbol elə oyundur ki, yüksəlişlər olduğu kimi, enişlər də qaçılmazdır. Elmar Baxşıyevin dediyi kimi: “İstənilən komandada eniş və yüksəliş dövrü olur”. Üstəlik, Baxşıyevin komandası avrokubok zonasından cəmi 2 xal geri qalırdı. Yəni, vəziyyət düzəlməz deyildi, əksinə, bu geriliyi aradan qaldırmaq mümkün idi.

Bu məqamda klubun qeyri-rəsmi rəhbəri Zaur Axundov səhnəyə çıxdı. Sabit olmayan nəticələr fonunda qəzəblənən Axundov tələsik qərarla Baxşıyevi “artıq səninlə işləmək istəmirik” deyərək, yola salıdı. Hansı məntiqlə? Hansı arqumentlə? Hansı alternativ planla? Bu sualların cavabı hələ də yoxdur. İndi yəqin, Axundovun özü də bu qərarın məntiqini tam izah edə bilmir. Görünən odur ki, klub rəhbəri hazırda tələsik qərarın bədəlini ödəyir.

Tarixində ilk dəfə komandanı avrokuboklara çıxaran baş məşqçini mövsümün gedişində, real böhran olmadan göndərmək yaxşı idarəçilik yox, özünə zərbə vurmaqdır. Futbol səbr oyunudur. Səbrin olmadığı yerdə nəticə də olmur.

Axundov bununla da kifayətlənmədi və daha bir “parlaq qərar” verdi. Baş məşqçi postunu ciddi uğurları olmayan ukraynalı Andrey Demçenkoya tapşırdı. Bununla da, növbəti yerli mütəxəssis işsiz qaldı. “Araz-Naxçıvan” isə yeni mərhələyə keçmədi, əksinə, geriyə yuvarlandı.

Demçenkonun gəlişindən sonra komanda keçirdiyi iki oyunda mümkün olan 6 xaldan cəmi 1-ni qazana bilib. O xal da Premyer Liqaya yeni yüksələn debütant “İmişli” ilə matçda, son saniyələrdə vurulan qolla əldə edildi. Həmin epizoddan dərhal sonra hakim oyunu bitirdi. Belə ki, bu xal da təsadüf idi. Son turda isə “Neftçi”dən alınan böyükhesablı məğlubiyyət (0:4) artıq hər şeyi açıq göstərdi.

Bu mənzərənin günahını yalnız baş məşqçidə axtarmaq da sadəlövhlük olardı. Burada əsas məsuliyyət qərar verəndədir. Zaur Axundov emosiyalarla idarə olunan klub modelinin canlı nümunəsini ortaya qoydu. Futbol isə emosiyanı yox, planı sevir.

“Araz-Naxçıvan” üçün sual indi başqadır: klub inkişaf yolunu seçəcək, yoxsa, hər enişdə panikaya düşüb, kimlərisə qurban verməyə davam edəcək? Cavabı zaman verəcək. Amma bir şey dəqiqdir, bu mövsüm yaşananlar idarəçilik dərsi kimi tarixə düşəcək.

Fəxri Rüstəmli

The post Zaur Axundovun əndrəbadi qərarları, geriyə yuvarlanan “Araz-Naxçıvan” appeared first on Komanda.az.

“Real” portuqaliyalı futbolçunu almaq istəyib

5 February 2026 at 12:10

“Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveş qış transfer pəncərəsində “Real”a keçə bilərmiş.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçuya ötən ay Madrid klubundan təklif olunub. Klub qışda başqa heç kimlə müqavilə bağlamaq istəmədiyi üçün yarımmüdafiəçini transfer etmək qərarına gəlib. Lakin Neveş 4 fevral tarixində “Əl-Hilal”la müqaviləsinin müddətini 2029-cu ilin ortalarına qədər uzadıb.

28 yaşlı futbolçu 2023-cü ilin yayında 55 milyon avroya “Vulverhempton”dan Səudiyyə Ərəbistanı klubuna keçib.

The post “Real” portuqaliyalı futbolçunu almaq istəyib appeared first on Komanda.az.

“Çelsi”nin sabiq futbolçusu Çin klubuna keçir

5 February 2026 at 11:47

Fransalı müdafiəçi Kurt Zuma karyerasını Çində davam etdirə bilər.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “Şandun Tayşan” klubuna keçməyə yaxındır.

Vaxtilə “Çelsi”nin formasını geyinmiş Zuma Çin təmsilçisi ilə müddəti 1 il olan müqavilə imzalayacaq. Razılaşmada sözləşmənin daha bir mövsüm uzadılması bəndinin də yer alacağı gözlənilir.

Kurt Zumanın son klubu Rumıniyanın ÇFR komandası olub. O, 2025-ci ilin sentyabrından 2026-cı ilin yanvarına qədər bu komandanın şərəfini qoruyub və bu müddətdə 4 oyunda meydana çıxıb.

The post “Çelsi”nin sabiq futbolçusu Çin klubuna keçir appeared first on Komanda.az.

“Liverpul” argentinalı futbolçu ilə vidalaşa bilər

5 February 2026 at 11:31

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallisterin mümkün gedişi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Komanda.az “İndykaila News”-a istinadən xəbər verir ki, “qırmızılar” mövsüm başa çatdıqdan sonra argentinalı futbolçunun komandadakı gələcək perspektivlərini dəyərləndirəcək.

Klub rəhbərliyi yekunda dünya çempionu olan yarımmüdafiəçinin satışına qərar verə bilər. Hazırda Makallisterlə “Real” və “Bayern” ciddi şəkildə maraqlanır.

27 yaşlı futbolçunun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

The post “Liverpul” argentinalı futbolçu ilə vidalaşa bilər appeared first on Komanda.az.

Azərbaycan klubu afrikalı hücumçu transfer etdi

5 February 2026 at 13:12

“Şahdağ Qusar” heyətini yeni hücumçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə klubu Fildişi Sahilindən olan Alassane Kulibalini transfer edib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Qeyd edək ki, Kulibali son olaraq ölkəsinin “AFAD-Pleteau” klubunda çıxış edib.

“Neftçi”nin oyunu 2 manata

5 February 2026 at 12:46

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində fevralın 10-u saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və “https://bilet.neftchi.az” saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

İkardi “Qalatasaray”ın tarixinə düşdü

5 February 2026 at 12:27

Argentinalı hücumçu Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, Türkiyə Kubokunda “İstanbulspor”la oyunda fərqlənən futbolçu klub tarixində ən çox qol vuran legioner statusuna yiyələnib.

2022-ci ilin yayından “Qalatasaray”da çıxış edən İkardinin 73 qolu var.

“Arsenal”ın futbolçusu: “Real”ın mənə ehtiyacı var?”

5 February 2026 at 12:15

“Arsenal”ın futbolçusu Martin Subimendi adının “Real”la hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Cadena SER”ə müsahibəsində yayılan şayiələri təkzib edib:

“Real”ın mənə ehtiyacı var? Düşünürəm ki, yox. Onların uğur qazanmaq üçün kifayət qədər yaxşı futbolçuları var”.

Subimendi bu mövsüm “Arsenal”da 33 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Spens: “Bu oyun geridönüşümüz üçün bir fürsətdir”

5 February 2026 at 11:45

“Karvan-Yevlax” Premyer Liqada 6 xalla sonuncu – 12-ci sıradadır. Bölgə təmsilçisi son turda “Sumqayıt”a iki cavabsız qolla uduzub.

Komandanın futbolçusu Kayl Spens “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Məğlubiyyət məyusedici oldu. Oyun planında bəzi şeyləri həyata keçirə bilmədik. Xüsusilə, son anlarda ya yanlış qərarlar verdik, ya səhvlər etdik. Vacib odur ki, səhvlərimizi düzgün təhlil edib, düzgün reaksiya verək. Daha intizamlı, əzmkar olmalıyıq”.

Legioner ondan gözləntilərin böyük olduğunu bildiyini etiraf etdi:

“Gözləntiləri bilirəm. Şəxsən, qarşıma yüksək tələblər qoyuram. Oyunda bir çox aspektdə komandaya fayda verdiyimi düşünürəm, amma hələ performansımdan tam razı deyiləm. Ümumilikdə, komanda olaraq daha çoxuna qadirik. Fərdi olaraq da müəyyən səviyyəyə çatmalıyıq”.

İngiltərəli futbolçu komandanın mövqeyinin yaratdığı təzyiqdən danışdı:

“Liqadakı yerimiz təzyiq yaradır, amma bu, futbolun bir hissəsidir. Məsələ təzyiqə düzgün reaksiya verməyimizdir. Bəzən təzyiq komandanı daha çətin duruma sala bilər. Buna görə biz düz olanı etməliyik. Komanda olaraq birləşməli, inanmalı və işimizə davam etməliyik. Ardıcıl 2-3 qələbə liqadakı mövqeyimizi dəyişə bilər”.

Spens Azərbaycan çempionatının səviyyəsindən və növbəti turun “Turan Tovuz”la oyunundan söz açdı:

“Azərbaycan çempionatı çox rəqabətlidir. Taktiki baxımdan komandalar yaxşı təşkilatlanıb, intizamlıdır. Səfər görüşləri daha çətin keçir. Bəzi komandalarda oyunçular fərdi keçidlərə daha çox üstünlük verir.

“Turan Tovuz” güclü, aqressiv komandadır. Bu cür oyunlarda xarakter ön plana çıxır. Düşünürəm ki, bu oyun geridönüşümüz üçün bir fürsətdir. Kompakt oynayıb, inzitamlı olsaq, hücumlara cəsarətli çıxsaq, nəticə əldə edə bilərik. Matça ciddi hazırlaşırıq. Yaxşı nəticə qazanmağa çalışacağıq”.

Şahin Cəfərov

“Qalatasaray”da ayrılıq – rəsmi

5 February 2026 at 11:28

“Qalatasaray”da ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Yusuf Demirlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə müqaviləyə xitam verilib.

2023-cü ildə “Qalatasaray”a keçən Yusuf bu mövsüm 3 oyuna çıxıb.

Del Pyero A Seriyasının favoritlərini açıqladı

5 February 2026 at 11:16

İtaliyalı keçmiş hücumçu Alessandro Del Pyero A Seriyasının favoritini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, o, insayder Nikolo Skiranın sorğusuna cavab olaraq bunları deyib:

“Milan” son illərdə kubok qazanmayıb və indi böyük üstünlükləri var. Lakin tək favorit onlar deyil. “İnter” də çempionluğa əsas namizədlərdəndir. Düşünürəm ki, kubok mübarizəsi əsas bu komanda arasında olacaq”.

“İnter” 55 xalla çempionatda liderdir. “Milan” isə 50 xalla ikinci sırada qərarlaşıb.

Millimizin futbolçusu kubokla vidalaşdı

5 February 2026 at 13:15
Niderland kubokunda 1/4 final oyunları keçirilib. Msport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Volendam” bu mərhələdə “Neymegen”lə qarşılaşıb. […]

Source

Mbappe ən yaxşı seçildi

5 February 2026 at 13:15
“Real”da yanvarın ən yaxşı futbolçusu açıqlanıb. Msport.az xəbər verir ki, bu, hücumçu Kilian Mbappedir. Bu barədə klubun mətbuat xidməti məlumat […]

Source

“Qarabağ”ın rəqibinin “Mançester Siti” adlı “kabus”u

5 February 2026 at 11:16

“Nyukasl” İngiltərə Liqa kuboku ilə vidalaşıb. “Sağsağanlar” yarımfinal mərhələsində “Mançester Siti”yə iki oyunun nəticəsinə görə 1:5 hesabı ilə məğlub olublar. Cavab qarşılaşması dünən “şəhərlilər”in meydanında baş tutub və ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Nyukasl” bütün turnirlər daxil olmaqla, “Mançester Siti” ilə səfər matçlarında ardıcıl 12-ci məğlubiyyətini alıb.

Komanda.az “Opta” statistika portalına istinadən xəbər verir ki, bu göstərici klub tarixində eyni rəqiblə səfərdə qeydə alınan ən uzun məğlubiyyət seriyasıdır.

Eddi Hounun rəhbərlik etdiyi komanda fevralın 7-də Premyer Liqa çərçivəsində “Brentford”la qarşılaşacaq. Onun komandası hazırda turnir cədvəlinin 11-ci pillədə qərarlaşıb. “Mançester Siti” isə Liqa kubokunun finalında “Arsenal”la üz-üzə gələcək.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı isə həmin ayın 24-də İngiltərədə keçiriləcək. Hər iki matçın start fiti müvafiq olaraq saat 21:45-də və 00:00-da səslənəcək.

The post “Qarabağ”ın rəqibinin “Mançester Siti” adlı “kabus”u appeared first on Komanda.az.

Azərbaycan millisinin üzvünün komandası kubokla vidalaşdı

5 February 2026 at 11:13

Niderland kubokunun 1 /4 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının oyunçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” bu mərhələdə “Neymegen”lə qarşılaşıb.

Matç Kökçün komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Ozan Can meydana start heyətində çıxıb və 81-ci dəqiqədə əvəzlənib. “Volendam” kubokla vidalaşıb.

The post Azərbaycan millisinin üzvünün komandası kubokla vidalaşdı appeared first on Komanda.az.

Kazemiro ABŞ klubunun transfer siyahısındadır

5 February 2026 at 10:49

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro cari mövsümün sonunda klubunu dəyişəcək. Braziliyalı futbolçunun yanvarda gözlənilən ayrılığı ilə bağlı məlumat yayılmışdı və artıq onunla müqavilənin müddətinin uzadılmayacağı dəqiqləşib. Beləliklə, 33 yaşlı oyunçu yayda azad agent statusu alacaq.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Kazemironun transferində əsas namizədlərdən biri ABŞ-ın MLS liqasında çıxış edən “Los-Anceles Qalaksi” klubudur. Amerika təmsilçisi onu prioritet hədəflər siyahısına daxil edib.

Ancaq Kazemiro hələlik gələcəyi ilə bağlı tələsmir. Gözlənilir ki, o, yekun qərarını yaya yaxın verəcək. “Real”ın sabiq futbolçusuna Səudiyyə Ərəbistanı, Braziliya və digər çempionatların klubları da maraq göstərir.

Kazemiro bu mövsüm “qırmızı şeytanlar”ın heyətində keçirdiyi 23 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

The post Kazemiro ABŞ klubunun transfer siyahısındadır appeared first on Komanda.az.

Azərbaycan klubu oyunçusu ilə yollarını ayırıb

5 February 2026 at 10:45

NTD basketbolçusu Camel Kinq ilə yolları ayırıb.

Bu barədə Komanda.az-a Bakı klubunun mətbuat xidmətindən bildirilib.

23 yaşlı amerikalı basketbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kinq komandaya mövsümün əvvəlində qoşulmuşdu.

The post Azərbaycan klubu oyunçusu ilə yollarını ayırıb appeared first on Komanda.az.

Peres onun gedişinə icazə verməyib

5 February 2026 at 10:36

“Real”ın prezidenti Florentino Peres müdafiəçi Fran Qarsiyanın satışını təsdiqləməyib. Əsas heyətdə nadir hallarda şans qazanan 26 yaşlı futbolçu ilə “Bornmut” yaxından maraqlanırdı və tərəflər arasında danışıqların aparıldığı bildirilirdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres qış transfer pəncərəsinin bağlanmasına az qalmış danışıqları şəxsən dayandırıb. Beləliklə, Fran Qarsiya mövsümün ikinci hissəsində də “Real”ın heyətində qalacaq.

“Transfermarkt” portalına əsasən, ispaniyalı futbolçunun bazar dəyəri 15 milyon avrodur. O, cari mövsümdə bütün turnirlərdə 14 oyuna çıxıb və 1 qol vurub. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

The post Peres onun gedişinə icazə verməyib appeared first on Komanda.az.

“Real” Endriklə bağlı qərarını verib

5 February 2026 at 10:23

“Real”ın hücumçusu Endrikin “Lion”dakı icarə müddəti uzun çəkməyəcək. 19 yaşlı futbolçu Fransada qısa müddətdə özünü parlaq şəkildə göstərməyi bacarıb. O, “Lion”un heyətində keçirdiyi 5 oyunda eyni sayda qol vurub və 1 məhsuldar ötürmə verib.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, “Real” rəhbərliyi artıq yekun qərarını verib: Endrik mövsüm başa çatdıqdan sonra, yayda Madridə qayıdacaq.

“Kral klubu” braziliyalı futbolçunun icarə müddətinin uzadılmasını planlaşdırmır və digər klublardan gələcək transfer təkliflərini də nəzərdən keçirməyəcək.

Endrik “Lion”a bu ilin yanvarında icarə əsasında keçmişdi. O, Fransa kubokunun 1/8 final mərhələsində “Laval”a qarşı keçirilən və 2:0 hesabı ilə başa çatan oyunda da məhsuldar çıxışı ilə diqqət çəkib.

The post “Real” Endriklə bağlı qərarını verib appeared first on Komanda.az.

“Barselona” “Ayaks”ın futbolçusu ilə maraqlanır

5 February 2026 at 10:48

“Ayaks”ın futbolçusu Mika Qodts karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” 20 yaşlı vingerin xidmətində maraqlıdır. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Kataloniya klubu mövsümün sonuna kimi Qodtsu yaxından izləyəcək. Klubun skautları artıq bir neçə oyunda vingeri stadiondan izləyib.

Belçikalı futbolçu bu mövsüm 19 oyunda 10 qol vurub, 9 məhsuldar ötürmə edib.

Poqbanı məyus edən qərar

5 February 2026 at 10:25

Fransanın “Monako” klubu Çempionlar Liqasının pley-off mərhələsinin oyunları üçün yarımmüdafiəçi Pol Poqbanı sifariş etməyəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Komandanın məşqçilər korpusu fransalı yarımmüdafiəçinin formundan narazıdır. O, bu səbəbdən pley-off görüşlərində iştirak etməyəcək.

Poqba 2025-ci ilin yayından “Monako”dadır. O, komanda ilə cəmi 3 oyunda 30 dəqiqə şans qazanıb.

“Qarabağ” üçün ağır təqvimin startı

5 February 2026 at 10:12

“Qarabağ” üçün günlərdir müzakirə olunan sıx qrafik bu gündən başlayır.

Futbolpress.az xəbər verir ki, son çempion 24 gündə 7 oyun keçirəcək. Bunlar kubok, Çempionlar Liqası və Premyer Liqa matçlarıdır.

5 fevral / Şamaxı – Qarabağ (kubok)
10 fevral / Şamaxı – Qarabağ
14 fevral / İmişli – Qarabağ
18 fevral / Qarabağ – Nyukasl (Çempionlar Liqası)
21 fevral / Neftçi – Qarabağ
25 fevral / Nyukasl – Qarabağ (Çempionlar Liqası)
1 mart / Qarabağ – Sabah

Qol da yox, azarkeş də…

5 February 2026 at 09:45

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, “Sumqayıt” “Zirə”, “Qəbələ” isə “Sabah”la heç-heçə edib. Görüşlərdə qapılara qol vurulmayıb.

Havanın soyuq keçməsi azarkeş amilinə də ciddi təsir göstərib. Sumqayıtdakı görüşü 400, Masazırdakını isə cəmi 300 azarkeş izləyib.

Qeyd edək ki, komandaların Premyer Liqada ev oyunlarında isə təxminən ortalama 1000-dən çox tamaşaçı gəlir.

22 yaşlı braziliyalı futbolçu güllələndi – FOTO

5 February 2026 at 09:26

Braziliyanın “Kruzeyro” və “Santos” klubunun sabiq futbolçusu Vitao həlak olub.

Futbolpress.az xəbər verir ki, 22 yaşlı oyunçu güllələnib. Bu barədə “Metropoles” nəşri məlumat yayıb.

Hadisənin təfərrüatları açıqlanmayıb.

Ozan Can Kökçü oynadı, “Volendam”ı yarımfinala buraxmadılar

5 February 2026 at 10:00

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland Kubokunun 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsi çərçivəsndə “Neymegen”lə qarşılaşıb.

“Volendam” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb və kubokla vidalaşıb – 0:1.

Ozan bu görüşə start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 23 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunları yekunlaşır

5 February 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Şamaxı” ilə “Qarabağ” arasında keçiriləcək. Şamaxı şəhər stadionunda baş tutacaq oyunu Kamranbəy Rəhimov idarə edəcək.

Son oyunda isə “Turan Tovuz”la “Kəpəz” üz-üzə gələcəklər. Əli Əliyevin idarə edəcəyi qarşılaşma Bakıda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları martın 3-4-də keçiriləcək.

Ötən gün keçirilmiş “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” oyunlarında qapılara qol vurulmayıb.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
4 fevral

“Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.

“Sabah” – “Qəbələ” 0:0
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”, 19:30.

5 fevral

“Şamaxı” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabbarov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Azərsun Arena”, 19:00.

Günün oyunları – TV

5 February 2026 at 09:28

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

5 fevral

Azərbaycan, kubok
14:30 Şamaxı – Qarabağ (CBC Sport)
19:00 Turan Tovuz – Kəpəz (CBC Sport)

Türkiyə, kubok
19:00 Kocaelispor – Beşiktaş (A Spor, TVNET Sport)
21:30 Fənərbaxça – Ərzurumspor (A Spor, Sport TV)

Səudiyyə Ərəbistanı, Pro Liqa
21:30 Əl-Axdod – Əl-Hilal (TRT Spor)

İtaliya, kubok
00:00 Atalanta – Yuventus (TRT Spor, Matç TV, Futbol 1)

İspaniya, kubok
00:00 Betis – Atletiko (Futbol 2, S Sport+)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Laporta: “Stadionumuz dünyanın ən yaxşısı olacaq”

5 February 2026 at 08:29

“Barselona”nın prezidenti Xuan Laporta yenilənmiş “Kamp Nou” stadionu haqqında danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bu stadionun dünyanın ən yaxşısı olacağını deyib:

“Böyük qürurla deyə bilərəm ki, stadionumuz dünyanın ən yaxşısı olacaq. Biz “Kamp Nou”nun UEFA Çempionlar Liqası və dünya çempionatı kimi böyük turnirlərin finallarına ev sahibliyi etməsini təmin etmək üçün çalışırıq. Bu, fantastik olardı”.

“Kamp Nou”nun yenilənməsi davam edir və “Barselona” noyabr ayında yenidən ev oyunlarını öz stadionunda keçirməyə başlayıb. Bu yaxınlarda “Kamp Nou”nun 2029-cu il Çempionlar Liqasının finalına ev sahibliyi edə biləcəyi açıqlanıb.

“Barselona” fevralın 3-də səfərdə “Albasete”ni 2:1 hesabıyla məğlub edərək, Kral kubokunun yarımfinalına yüksəlib.

The post Laporta: “Stadionumuz dünyanın ən yaxşısı olacaq” appeared first on Komanda.az.

Mbappe 4 futbolçunu qabaqladı

5 February 2026 at 09:10

İspaniyanın “Real” klubunda yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, hücumçu Kilian Mbappedir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu səsvermədə Federiko Valverde, Tibo Kurtua, Arda Güler və Vinisius Junioru qabaqlayıb.

Mbappe ötən ay 5 oyunda 8 qol vurub.

Dünya çempionu “Fənərbağça” ilə müqavilə imzaladı

5 February 2026 at 08:48

“Fənərbağça” yeni transferi Nqolo Kanteni təqdim edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.

Kante “Fənərbağça”da 17 nömrəli formanı geyinəcək.

Futbolçu 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub.

Millinin sabiq üzvü “Mingəçevir”də

5 February 2026 at 08:30

“Şəfa”dan ayrılan Amil Yunanovun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı hücumçu “Mingəçevir”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Yunanov daha əvvəl Premyer Liqada “Şamaxı”, “Sumqayıt”, “Kəpəz”, “Səbail” kimi klublarda çıxış edib. Hücumçu Azərbaycan yığmasında 5 matçda meydanda olub.

“Qarabağ” Şamaxıda uduzdu, “Turan Tovuz”dan qələbə

5 February 2026 at 21:49

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün birinci matçında “Qarabağ” “Şamaxı”ya uduzub.

Digər görüşdə “Turan Tovuz” “Kəpəz”in müqavimətini qırmağa çalışacaq.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar

5 fevral

19:00 Turan Tovuz – Kəpəz 1:0
Qol:
Hurtado, 57
Baş hakim: Əli Əliyev
“Azersun Arena”

14:30 Şamaxı – Qarabağ 2:1
Qollar:
Rossi, 27, 42 – Musa, 79
Baş hakim: Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu

“Sıfırlar”la start

5 February 2026 at 08:01

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Dünən baş tutan iki matçda qapılara qol vurulmayıb. “Sumqayıt” “Zirə”, “Sabah” isə “Qəbələ” ilə heç-heçəyə razılaşıb.

Sumqayıtda baş tutan matçda qonaqlar ikinci hissəni daha yaxşı keçirməsinə baxmayaraq, fərqlənə bilmədi. “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov xüsusilə son dəqiqələrdə etdiyi kritik seyvlərlə komandasının xilaskarı oldu. Oyun ərzində 2-3 imkan yaradan “kimyaçılar” son zərbələrdə uğursuz oldu. İlk oyuna nəzərən “Zirə”nin yarımfinal şansları daha çoxdur. Növbəti matçı evində keçirəcək “qartallar” cütün favoritidir.

Masazırda baş tutan “Sabah” – “Qəbələ” duelində də qonaqlar daha yaxşı göründü. İlk hissədə real şanslar yaradan, bir də penalti fürsəti yaxalayan “qırmızı-qaralar” rəqib qapısına yol tapa bilmədi. İlk hissədə qarşılıqlı hücumlar oldusa, ikinci yarıda komandalar daha ehtiyatlı davrandı. “Neftçi”dən “Qəbələ”yə keçən Rza Cəfərov kubok matçında yeni komandasında debüt etdi və bir neçə dəfə kritik seyvlərlə yadda qaldı. Cütün favoriti heyətinə nəzərən “Sabah”dır. Premyer Liqada lider olan “bayquşlar” ilk oyunda ehtiyat qüvvə ilə meydana çıxması faktını nəzərə almaq lazımdır. Hər bir halda, “Qəbələ” də yarımfinal arzusundadır və cavab görüşünün daha baxımlı keçəcəyi dəqiqdir.

Cavab görüşləri martda keçiriləcək.

Şahin Cəfərov

İspaniya Kubokunda daha 2 yarımfinalçı bəlli oldu

5 February 2026 at 02:30

Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümün 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Alaves” doğma meydanda “Real Sosyedad”la, “Valensiya” isə “Atletik”lə üz-üzə gəlib. Hər iki oyun qonaqların qələbəsiylə yekunlaşıb. Beləcə, sözügedən komandlar adlarını yarımfinala yazdırıblar.

İspaniya Kubokunda yarımfinal mərhələsinə sabah keçiriləcək “Betis” – “Atletiko” oyunu ilə yekun vurulacaq.

İspaniya Kuboku
1/4 final mərhələsi
3 fevral

Albasete – Barselona 1:2
Qollar: Moreno, 87 – Yamal, 39. Arauxo, 56.

4 fevral

Alaves – Real Sosyedad 2:3
Qollar: Rebbax, 8. T.Martines, 29-pen – Oyarsabal, 15. Qedes, 76. Oskarsson, 80.

Valensiya – Atletik 1:2
Qollar: U.Sadiq, 35 – U.Sadiq, 26-öz qapısına. İ.Uilyams, 90+6.

5 fevral

00:00. Betis – Atletiko

İtaliya Kubokunda ilk yarımfinalçı “İnter” oldu

5 February 2026 at 02:15

Bu gün futbol üzrə İtaliya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“İnter” doğma meydanda “Torino” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç Milan klubunun qələbəsi ilə yekunlaşıb.

İtaliya Kubokunda 1/4 final mərhələsinin qalan oyunları 5, 10 və 11 fevralda keçiriləcək.

İtaliya Kuboku
1/4 final mərhələsi
4 fevral

İnter – Torino 2:1
Qollar: Bonni, 35. Diuf, 47 – Kulenoviç, 57.

5 fevral

00:00. Atalanta – Yuventus

10 fevral

00:00. Napoli – Komo

11 fevral

00:00. Bolonya – Latsio

Fransa Kubokunda daha 5 1/4 finalçı bəlli oldu

5 February 2026 at 02:00

Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Trua” – “Lans” matçında qonaqlar inamlı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıblar. “Loryan” “Paris”i, Lion “Olimpik”i “Laval”ı, “Nitsa” “Monpelye”ni, “Tuluza” da “Amyen”i yenməklə öz istəyinə çatıb.

Fransa Kubokunda 1/4 final mərhələsinə fevralın 5-də keçiriləcək “Strasburq” – “Monako” matçı ilə yekun vurulacaq.

Fransa Kuboku
1/8 final mərhələsi
3 fevral

Reyms – Le Man 3:0
Qollar: Leoni, 38; 71. Benhattab, 84.

Olimpik (Marsel) – Renn 3:0
Qollar: Quiri, 2. Qrinvud, 46. Obameyanq, 83.

4 fevral

Loryan – Paris 2:0
Qollar: Şadiu, 55. Mbou, 82-öz qapısına.

Olimpik (Lion) – Laval 2:0
Qollar: Endrik, 80. Hautbo, 90+4-öz qapısına.

Nitsa – Monpelye 3:2
Qollar: Budaşe, 72. Mendi, 89. Diop, 90+7 – Pepra, 3-öz qapısına. Mendi, 69.

Tuluza – Amyen 1:0
Qol: Qboho, 39.

Trua – Lans 2:4
Qollar: Adeline, 45+4. Ripar, 63 – Sotoka, 41. Sima, 50; 58. Bulatoviç, 52.

5 fevral

00:00. Strasburq – Monako

İngiltərə Kubokunda “Arsenal” – “Mançester Siti” finalı!

5 February 2026 at 01:50

Bu gün futbol üzrə İngiltərə Kubokunda 2025/2026-cı illər mövsümün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Mançester Siti” doğma meydanda Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ı qəbul edib. Bu komandaların ilk oyununda “şəhərlilər” 2:0 hesablı qələbəyə sevinmişdilər. Cavab görüşündə də qələbə qazanmış “Mançester Siti” növbəti finalçı olub.

Beləliklə, İngiltərə Kubokunda cari mövsümün finalı “Mançester Siti” və “Arsenal” komandaları arasında keçiriləcək. Həlledici qarşılaşma martın 22-də keçiriləcək.

İngiltərə Kuboku
Yarımfinalın cavab oyunları
3 fevral

Arsenal – Çelsi 1:0 (ilk oyun – 3:2)
Qol: Haverts, 90+7.

4 fevral

Mançester Siti – Nyukasl 3:1 (ilk oyun – 2:0)
Qollar: Marmuş, 7; 29. Reynders, 32 – Elanqa, 62.

Əvəzedicilər Liqasında 2026-cı ilin ilk təyinatları

4 February 2026 at 14:00

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 15-ci turun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

2026-cı ilə təsadüf edəcək ilk turun oyunları fevralın 7-də, 8-də və 9-da keçiriləcək.

Əvəzedicilər Liqası
15-ci tur

7 fevral

“Kəpəz-2” – “Sumqayıt-2”
Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Samir Qaracayev, Rasim Musayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.

“Şamaxı-2” – “Sabah-2”
Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Rasim Axundov, Niyaz Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şamaxı şəhər stadionu, 13:00.

8 fevral

“Neftçi-2” – “Qarabağ-2”
Hakimlər: Murad Səlimov, Gülnurə Əkbərzadə, Safalı Ağayev, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

“Qəbələ-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Elçin Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

9 fevral

“Zirə-2” – “Turan Tovuz-2”
Hakimlər: Səbuhi Bayramov, Məmmədəli Kərimov, Elman Kərimov, Kamil Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu, 14:30.

Birinci Liqa: 2026-cı ilin ilk təyinatları bəlli oldu

4 February 2026 at 13:00

Futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

2026-cı ilə təsadüf edəcək ilk tura sabah start veriləcək. 13-cü turun qalan oyunları fevralın 6-da və 7-də keçiriləcək.

Birinci Liqa
13-cü tur
5 fevral

“Cəbrayıl” – MOİK
Hakimlər: Alik Yunusov, Adil Bədəlov, Aydın Bəxşiyev, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Şəfa” – “Baku Sportinq”
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 14:30.

“Zaqatala” – “Səbail”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rəhman Aslanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

6 fevral

“Şahdağ Qusar” – “Difai”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

7 fevral

“Şimal” – “Mingəçevir”
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Daha 2 yarımfinalçı bəlli oldu

5 February 2026 at 02:50

İspaniya kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Alaves” evdə “Real Sosyedad”la, “Valensiya” isə “Atletik”lə qarşılaşıb. Hər iki oyunda qonaqlar qələbə qazanmaqla yarımfinala yüksəliblər.

İspaniya kuboku
1/4 final mərhələsi

3 fevral

Albasete – Barselona 1:2
Qollar
: Moreno, 87 – Yamal, 39. Arauxo, 56.

4 fevral

Alaves – Real Sosyedad 2:3
Qollar
: Rebbax, 8. T.Martines, 29-pen – Oyarsabal, 15. Qedes, 76. Oskarsson, 80.

Valensiya – Atletik 1:2
Qollar
: U.Sadiq, 35 – U.Sadiq, 26-öz qapısına. İ.Uilyams, 90+6.

5 fevral

00:00. Betis – Atletiko

The post Daha 2 yarımfinalçı bəlli oldu appeared first on Komanda.az.

“İnter” yarımfinalda!

5 February 2026 at 02:33

İtaliya kubokunun 1/4 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 1 oyun baş tutub.

“İnter” evdə “Torino” ilə qarşılaşıb. Milan təmsilçisi çətin qələbə sayəsində ilk yarımfinalçı olub.

İtaliya kuboku
1/4 final mərhələsi

4 fevral

İnter – Torino 2:1
Qollar
: Bonni, 35. Diuf, 47 – Kulenoviç, 57.

5 fevral

00:00. Atalanta – Yuventus

10 fevral

00:00. Napoli – Komo

11 fevral

00:00. Bolonya – Latsio

The post “İnter” yarımfinalda! appeared first on Komanda.az.

“Lans” 1/4 finala yüksəldi

5 February 2026 at 02:22

Fransa kubokunun 1/8 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 5 oyun baş tutub.

“Trua”nın qonağı olan “Lans” 1/4 finala vəsiqə qazanıb. “Loryan” “Paris”i, Lion “Olimpik”i “Laval”ı, “Nitsa” “Monpelye”ni, “Tuluza” da “Amyen”i yenməklə öz istəyinə çatıb.

Fransa kuboku
1/8 final mərhələsi

3 fevral

Reyms – Le Man 3:0
Qollar
: Leoni, 38; 71. Benhattab, 84.

Olimpik (Marsel) – Renn 3:0
Qollar
: Quiri, 2. Qrinvud, 46. Obameyanq, 83.

4 fevral

Loryan – Paris 2:0
Qollar
: Şadiu, 55. Mbou, 82-öz qapısına.

Olimpik (Lion) – Laval 2:0
Qollar
: Endrik, 80. Hautbo, 90+4-öz qapısına.

Nitsa – Monpelye 3:2
Qollar
: Budaşe, 72. Mendi, 89. Diop, 90+7 – Pepra, 3-öz qapısına. Mendi, 69.

Tuluza – Amyen 1:0
Qol
: Qboho, 39.

Trua – Lans 2:4
Qollar
: Adeline, 45+4. Ripar, 63 – Sotoka, 41. Sima, 50; 58. Bulatoviç, 52.

5 fevral

00:00. Strasburq – Monako

The post “Lans” 1/4 finala yüksəldi appeared first on Komanda.az.

“Mançester Siti” “Qarabağ”ın rəqibini finala buraxmadı

5 February 2026 at 02:11

İngiltərə kubokunun sonuncu finalçısı müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu gün “Mançester Siti” evdə “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Nyukasl”la qarşılaşıb.

İlk oyunda inamlı 2 cavabsız qola sevinmiş “şəhərlilər” bu dəfə də inamlı qələbə qazanaraq finala yüksəlib.

Mançester təmsilçisi finalda “Arsenal”la üz-üzə gələcək.

İngiltərə kuboku
Yarımfinalın cavab oyunları

3 fevral

Arsenal – Çelsi 1:0 (ilk oyun – 3:2)
Qol
: Haverts, 90+7.

4 fevral

Mançester Siti – Nyukasl 3:1 (ilk oyun – 2:0)
Qollar
: Marmuş, 7; 29. Reynders, 32 – Elanqa, 62.

The post “Mançester Siti” “Qarabağ”ın rəqibini finala buraxmadı appeared first on Komanda.az.

“Ştutqart” darmadağınla yarımfinalda

5 February 2026 at 01:55

Almaniya kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 1 oyun baş tutub.

“Holştayn” evdə “Ştutqart”la qarşılaşıb. “Ştutqart” böyük hesablı qələbə sayəsində yarımfinala yüksəlib.

Almaniya kuboku
1/4 final mərhələsi

3 fevral

Bayer – Sankt Pauli 3:0
Qollar
: Terrye, 31. Şik, 63. Hofmann, 90+2.

4 fevral

Holştayn – Ştutqart 0:3
Qollar
: Undav, 56. Fuhrix, 89. Karazor, 90+2.

10 fevral

23:45. Herta – Frayburq

11 fevral

23:45. Bayern – Leypsiq

The post “Ştutqart” darmadağınla yarımfinalda appeared first on Komanda.az.

MS “Qarabağ”ın rəqibini finala buraxmadı

5 February 2026 at 02:08

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl” İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb.

Futbolpress.az xəbər verir ki, “sağsağanlar” yarımfinalda “Mançester Siti” səddini aşa bilməyib. İlk oyunda rəqibinə 0:2 hesabıyla uduzan “Nyukasl” cavab görüşündə də 1:3 hesabıyla məğlub olub.

“Mançester Siti” finalda “Arsenal”la qarşılaşacaq.

“İnter” yarımfinalda

5 February 2026 at 02:07

“İnter” İtaliya Kubokunda 1/4 final oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, “neradzurra” bu mərhələdə “Torino” ilə qarşılaşıb. Görüş “İnter”in qələbəsiylə başa çatıb – 2:1.

Qolları Bonni və Diuf vurub. “Torino”da isə Kulenoviç fərqlənib.

“İnter” qələbə sayəsində yarımfinala yüksəlib.

“Qalatasaray”dan qələbə

4 February 2026 at 23:44

Türkiyə Kubokunda qrup mərhələsinin III turunun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, “Başakşəhər” səfərdə “Karagümrük”ə qalib gəlib.

“Qalatasaray” azarkeşləri önündə “İstanbulspor”u məğlub edib.

Türkiyə Kuboku
Qrup mərhələsi, III tur
4 fevral

A qrupu

Qalatasaray – İstanbulspor 3:1
Boluspor – Alanyaspor 0:4
Karagümrük – Başakşəhər 1:4

B qrupu

Gənclərbirliyi – Eyüpspor 2:2

“Ştutqart” Almaniya Kubokunda yarımfinala yüksəldi

5 February 2026 at 01:40

Bu gün futbol üzrə Almaniya Kubokunda 2025/2026-cı illər mövsümün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

“Holştayn” doğma meydanda “Ştutqart”la üz-üzə gəlib. Rəqibini 3 cavabsız qolla məğlub etmiş “Ştutqart” ikinci yarımfinalçı olub.

Almaniya Kubokunda yarımfinal mərhələsinin qalan iştirakçıları fevralın 10-da və 11-də müəyyənləşəcək.

Almaniya Kuboku
1/4 final mərhələsi
3 fevral

Bayer – Sankt Pauli 3:0
Qollar: Terrye, 31. Şik, 63. Hofmann, 90+2.

4 fevral

Holştayn – Ştutqart 0:3
Qollar: Undav, 56. Fuhrix, 89. Karazor, 90+2.

10 fevral

23:45. Herta – Frayburq

11 fevral

23:45. Bayern – Leypsiq

“Qalatasaray”dan Türkiyə Kubokunda inamlı qələbə

4 February 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsində 3-cü turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Gənclərbirliyi” – “Eyüpspor” matçında qalib müəyyənləşməyib.

“Alanyaspor” səfərdə “Boluspor”a, “Başakşəhər” isə “Karagümrük”ə qalib gəlib. “Qalatasaray” da doğma meydanda “İstanbulspor”u məğlub edib.

Türkiyə Kuboku
Qrup mərhələsi, 3-cü tur
4 fevral

A qrupu
Qalatasaray – İstanbulspor 3:1
Boluspor – Alanyaspor 0:4
Karagümrük – Başakşəhər 1:4

B qrupu
Gənclərbirliyi – Eyüpspor 2:2

Qvardiola: “Foden mənim oğlumdur”

5 February 2026 at 01:00

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının yarımmüdafiəçisi Fil Fodenin hazırkı forması barədə danışıb. 25 yaşlı futbolçu son matçlarda əsas heyətdəki yerini itirib.

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı “City Report”-a açıqlamasında, Fodenin addım-addım geri qayıdacağını deyib:

“Addım-addım geri qayıdacaq. O, mənim oğlumdur, bizim oğlumuzdur. Biz onu qorumağa və ən yaxşı formasına qayıtmasına kömək etməyə çalışırıq. O, sadəcə insandır. Səkkiz-doqquz illik karyerada həm yüksəlişlər, həm də enişlər olur. Hər şey sadədir. Fodenin istedadına və komandamız üçün əhəmiyyətinə şübhə etmirəm”.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 33 matçda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə verib.

The post Qvardiola: “Foden mənim oğlumdur” appeared first on Komanda.az.

“Qalatasaray”dan inamlı qələbə

5 February 2026 at 00:33

Türkiyə kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Gənclərbirliyi” – “Eyüpspor” matçında qalib müəyyənləşməyib. “Alanyaspor” səfərdə “Boluspor”a, “Başakşəhər” “Karagümrük”ə qalib gəlib. “Qalatasaray” isə evdə “İstanbulspor”u məğlub edib.

Türkiyə Kuboku
Qrup mərhələsi, 3-cü tur

4 fevral

A qrupu
Qalatasaray – İstanbulspor 3:1
Boluspor – Alanyaspor 0:4
Karagümrük – Başakşəhər 1:4

B qrupu
Gənclərbirliyi – Eyüpspor 2:2

The post “Qalatasaray”dan inamlı qələbə appeared first on Komanda.az.

Dambrauskas: “Komandam səviyyəsindən aşağı çıxış etdi”

4 February 2026 at 23:30

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş ilk oyunu qolsuz bitib – 0:0.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox çətin bir oyun oldu. Rəqibi təbrik etmək istəyirəm. Çox gözəl oyun planları var idi. Biz bu gün ortalamadan aşağı çıxış etdik. Sadəcə bir şansımız oldu, ondan da istifadə edə bilmədik. Ancaq cavab matçı var. Həmin oyunda istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik.

Biz hər oyunda qalib gəlmək istəyirik. Bu matçda komanda öz səvviyəsindən çox aşağı çıxış etdi. İstədiyimiz pressinq, hücum planları yox idi. Onu da nəzərə almaq lazımdır ki, hər oyunda qalib gəlmək asan deyil. “Qəbələ” bizi çox yaxşı təhlil etmişdi. Biz sabahdan etibarən səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə üçün əlimizdən gələni etməliyik.

Bu gün meydana çıxmış start heyətimizi zəif adlandıra bilmərik. Stefen Ende ilk matçına çıxırdı. Ondan başqa bütün futbolçular daha öncə start heyətində yer alan oyunçular idi. Mənim bu komandada hər bir futbolçuya ehtiyacım var. Hər futbolçudan yararlanmaq istəyirəm. Bu gün bütün futbolçularım döyüşdülər.

Bizim üçün gələcəkdə nələr baş verəcək, bunu bilmirik. Mənim üçün növbəti matç prioritetdir. Biz heç nəyi fəda etmək niyyətində deyilik. Hər bir qarşılaşmaya qələbə üçün çıxıb əlimizdən gələni edəcəyik. Bunun üçün də lazımi heyətin olduğunu düşünürəm”.

“Sabah” – “Qəbələ” 0:0 – Video

4 February 2026 at 23:00

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bu gün keçirilmiş “Sabah” – “Qəbələ” matçında (0:0) qalib müəyyənləşməyib.

Arena.az Masazırda keçirilmiş bu oyunun yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/4 final mərhələsinin ilk oyunu
4 fevral

“Sabah” – “Qəbələ” 0:0
Qolla nəticələnməyən penalti: Domi Massumo, 29.
Sarı vərəqə: Cesse Sekidika, 45+2 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 19:30. “Masazır Arena”, 300 tamaşaçı.

Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Rəhman İmami.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k) (80. Akim Zedadka, 74), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev (22. Zinedin Uld Xaled, 66), 21. Velko Simiç, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 70. Jesse Sekidika (19. Aron Maluda, 74), 11. Kahim Parris (46. Aleksey İsayev, 66), 7. Umarali Rahmonaliyev, 83. Stefan Ende (9. Xəyal Əliyev, 80).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov (3. Eduardo Kunde, 74), 10. Şahin Şahniyarov (7. Turan Manafov, 74), 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta (22. Fərid İsgəndərov, 90), 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo (70. Paulo Kimbila, 90), 30. Prins Ovusu (50. Adriel Ba Lua, 64).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare.
Baş məşqçi: Kaxaber Sxadadze.

Qadın güləşçilərin 2026-cı ildə ilk sınağı

4 February 2026 at 23:42

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turnirinə start verilib.

Komanda.az xəbər verir ki, “Zaqreb Open” adlanan ənənəvi yarışda ökəmizi qadın güləşi üzrə millimiz təmsil edir.

Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) xalçaya çıxacaq.

Turnirdə 1-ci dərəcəli hakim Əli Babayev ədaləti qoruyacaq.

The post Qadın güləşçilərin 2026-cı ildə ilk sınağı appeared first on Komanda.az.

Zidanı Eyfel qülləsinə bənzətdilər

4 February 2026 at 23:23

“Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra, Fransa futbolunun tanınmış siması Zinəddin Zidanın ölkənin milli komandasının baş məşqçi postuna təyin olunma ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Məlumata görə, Zidan 2026-cı il dünya çempionatından sonra Fransa millisində Didye Deşamın yerini alacaq.

Komanda.az xəbər verir ki, Evra “Cadena SER”-ə verdiyi açıqlamada bunları deyib:

“Deşam mənim üçün qardaş kimidir və yaxınlarda dünya çempionatı keçiriləcək. Amma bəli, Zidan baş məşqçi olsa, çox məmnun olardım. Hər kəs Zizunu sevir, o, Parisdə Eyfel qülləsi kimidir”.

Zidan futbolçu karyerasını bitirdikdən sonra “Real”da fəaliyyət göstərib. 53 yaşlı mütəxəssis “kral klubu” ilə üç dəfə ardıcıl UEFA Çempionlar Liqasını və iki dəfə İspaniya La Liqasını qazanıb.

The post Zidanı Eyfel qülləsinə bənzətdilər appeared first on Komanda.az.

“Sabah”ın “Qəbələ” ilə heç-heçəsi – VİDEO

4 February 2026 at 23:00

Komanda.az Azərbaycan kubokunun 1/4 finalında “Sabah”la “Qəbələ” arasında keçirilmiş ilk oyunun (0:0) videoicmalını təqdim edir:

The post “Sabah”ın “Qəbələ” ilə heç-heçəsi – VİDEO appeared first on Komanda.az.

Millinin baş məşqçisindən zədəli Ter Ştegen haqda açıqlama

4 February 2026 at 22:41

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann qapıçı Mark-Andre ter Ştegenin yeni zədəsi ilə bağlı açıqlama verib.

33 yaşlı qolkiper yanvar ayında “Barselona”dan “Jirona”ya icarə əsasında keçmişdi. O, yeni komandasında cəmi iki oyuna çıxmağa macal tapıb, bundan sonra yenidən zədə səbəbindən sıradan çıxıb.

Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, Naqelsmann, Ter Ştegenin vəziyyətinə belə münasibət bildirib:

“Bu, çox üzücüdür. Mark yenicə qayıtmışdı və düzgün yolda idi. Onun milliyə dönüşünü səbirsizliklə gözləyirdik. Amma indi əsas olan yalnız bir şeydir – o, sakit şəkildə bərpa olunmalıdır, heç bir əlavə təzyiq olmadan. Hamımız ona dəstək veririk. Təəssüf ki, bir müddət də onsuz davam etməli olacağıq”.

Məlumata görə, almaniyalı futbolçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

The post Millinin baş məşqçisindən zədəli Ter Ştegen haqda açıqlama appeared first on Komanda.az.

Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşdi

4 February 2026 at 22:22

Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatında mübarizə davam edir.

Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.

55 kq

Emin Cavadlı (AHİTA)
Nicat İsgəndərli (Sumqayıt, “Neftçi”)
Elnar Ziyadov (Neftçi), Xalid Ələsgərov (Sumqayıt, “Neftçi”)
63 kq

Tural Əhmədov (AHİTA)
Əmrah Əmrahov (Masallı)
Nihat Tağıyev (Göyçay), Mehdi Əsgərli (Göyçay)
72 kq

Kamran Rəcəbli (Neftçi)
Yusif Əhmədli (DİN, Sabirabad)
Səid Nəsirov (Abşeron OİK), Səyyad Nağızadə (DİN, Sabirabad)
82 kq

Nicat Yeylaqaliyev (Abşeron, DİN)
Zaur Hüseynli (AHİTA)
Nurlan İbadzadə (DİN), Emil Həziyev (Sumqayıt-Təhsil)
97 kq

Mahir Qurbanlı (Neftçi)
Rihad İbrahimli (Sumqayıt, “Neftçi”)
Fuad Hüseynli (AHİTA), İbrahim Məcidov (Göyçay)

The post Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşdi appeared first on Komanda.az.

Valdas: “Səviyyəmizdən aşağı oynadıq”

4 February 2026 at 22:31

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah” – “Qəbələ” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Həqiqətən, çox çətin, ağır oyun oldu. “Qəbələ”ni təbrik edirəm. Çox yaxşı performans göstərdilər, yaxşı oyun planları var idi. Hesabda irəli də çıxa bilərdilər. Bu gün müəyyən mənada bəxtimiz də gətirdi. Qayıdan toplar var idi ki, onlardan fərqlənə bilərdilər. Bu gün öz səviyyəmizdən aşağı oynadıq. Çoxlu səhvlər etdik. Yaradacılığımız yox idi. Sadəcə bir şansımız oldu, ondan da istifadə edə bilmədik. Belə halda tam qələbəni hiss edə bilmirsən. Lakin yenə də mərhələnin birinci oyunudur. Qəbələdə cavab görüşü olacaq. Düşünürəm ki, bu matça daha yaxşı hazırlaşacağıq.

– Noyabrdan bəri hər oyunda demək olar, minimum iki qol vururdunuz. Bu gün isə fərqlənə bilmədiniz. Demək olar, kuboka köklənməkdə çətinlik çəkdiniz?
– Nəyə görə qol vura bilmədik? Hər oyunda qələbə qazanmaq istəyirik, bununçün meydana çıxırıq. Bu gün istədiyimiz enerji, yaradıcılıq meydanda çatışmırdı. Bizi irəli aparan qığılcım əksik idi. Pressinq də istədiyimiz səviyyədə deyildi. Lakin onu da nəzərə almaq lazımdır ki, hər oyun qazanmaq olmur. Rəqiblər də fərqlidir. Bu gün “Qəbələ” bizi çox yaxşı təhlil etmişdi, boşluqları bağlamışdılar. Bizi səhvlərə məcbur edirdilər və əks-hücuma çıxırdılar. Heç kim deyə bilməz ki, hər oyun qələbə olacaq.

– Heyəti seçəndə sadaladığınız problemlərin yaşanacağını nəzərə almışdınız?
– Oyunçular yığma üzvləridir. Özlərini sübut ediblər. Mənimçün həmişəlik start “11-lik” yoxdur. Hər kəs bir gün startda ola bilər. Oyunçuları da başa düşürəm. Onlarçün birlikdə oynamaq asan deyil. Çünki çox bir yerdə oynamayıblar. Bu gün heyətdə 4-5 dəyişiklik var idi və bu, oyuna təsirini göstərdi. Əminliklə deyə bilərəm ki, bu oyunçular birlikdə daha çox oynasalar, yaxşı olacaqlar. Yenə də futbolçulara təşəkkür edirəm, döyüşdülər, mübarizə apardılar. Etdiyimiz səhvlərdən nəticə çıxarmalı, oyun planında daha artırmalı və təkmilləşməliyik.

– Mövsümün gedişində kuboku çempionata fəda edə bilərsiniz?
– Dəfələrlə demişəm, bizim üçün həqiqətən, gələcəkdə nələr baş verəcəyini deyə bilmərik. Həmişə çalışırıq ki, komanda şəklində inkişaf edək. Bizimçün önəmli olan növbəti məşq, oyundur. 22-dən çox oyunçumuz var. Məşqlərə baxsanız görəcəksiniz ki, necə can yandırırlar. Onların hər biri bu gün oynamağa layiqdilər. Lakin 5 əvəzetmə edə bilirəm. İnanıram ki, bütün futbolçular komanda üçün çalışacaqlar. Nəyisə qurban vermək istəmirik. Sadəcə oyundan-oyuna köklənirik.

Şahin Cəfərov

Sxadadze: “Bunu hörmətsizlik kimi qəbul edirəm”

4 February 2026 at 22:11

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah” – “Qəbələ” oyunundan (0:0) sonra qonaq komandanın məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Maraqlı, sürətli oyun oldu. Rəqibi yaxşı təhlil etmişdik. Heyətlərində kifayət qədər səviyyəli futbolçular var, çempionatın liderləridir. Uşaqlar tapşırıqları yaxşı yerinə yetirdi, təhlükəli epizodumuz da oldu. Təəssüf ki, penaltidən yararlana bilmədik. İki qələbədən sonra liderə qarşı necə oynayacağımız maraqla gözlənilirdi. Göstərdik ki, hər komandaya qarşı oynaya bilərik.

– Fasilədən sonra iki oyunu qazandınız, bu gün heç-heçə etdiniz. Görünür, komanda artıq yaxşı oyunu nəticə çevirə bilir. Fasilədə nəyi dəyişdiniz?
– Onu qeyd edim ki, transferlərimiz oldu, heyəti gücləndirdik. Akinade və Keytanı, Turan Manafovu transfer etdik. İnanıram ki, Manafov da qısa zamanda uyğunlaşacaq. Səhvlərimizi düzəltdik, müdafiədə daha inamlı oynamağa başladıq. Eşitmişdim ki, fikirlər yaranıb ki, bu gün “Sabah” “Qəbələ”yə üç qol vuracaq. Bunu hörmətsizlik kimi qəbul edirəm. Göstərdik ki, oynaya bilirik. İndi vacib məqamlardan biri odur ki, arxayınlıq yaranmasın. Özünəinam olsun, balansı qorumalıyıq. Rza Cəfərov debüt etdi və çox yaxşı oyun göstərdi. Turan Manafov da ilk oyununa çıxdı. İnanıram ki, üzərlərində daha çox işləyəcəklər. Daha bir transfer edəcəyik. Bununla da transferi bağlayacağıq.

– Kuboka əsas heyətlə çıxmaq komandanın fiziki gücünə necə təsir edəcək?
– Məqsədimiz Premyer Liqada qalmaqdır. Gücümüz çatacaqmı, sualdır. “Neftçi” ilə oyuna altı günümüz var, bərpa üçün vaxt olacaq. Bu ay sıx qrafikimiz var. Ayın sonu “Karvan-Yevlax”la vacib görüşümüz var. Bizimçün vacib olan yeni transferlərin formaya düşməsidir. Düşünürəm ki, oyunlar üçün gücümüz çatacaq. İndi “Neftçi” ilə oyun haqda düşünməyə başlamışam.

Şahin Cəfərov

Before yesterdaySport-AZ

Kaxabar Sxadadze: “Sabah”la matçda müdafiədə yaxşı oynadıq”

4 February 2026 at 22:30

“Qəbələ”nin baş məşqçisi Kaxabar Sxadadze Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş ilk oyunu qolsuz bitib – 0:0.

Kaxabar Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oyun oldu. Azarkeşlərin zövq aldığını düşünürəm. Çempionatın liderinə qarşı futbolçularımın yaxşı oynadığını, tapşırıqları düzgün yerinə yetirdiklərini düşünürəm. Müdafiədə yaxşı oynadıq. Təəssüf ki, penaltini yerinə yetirə bilmədik. Güclü rəqiblərə qarşı da oynaya bildiyimizi göstərdik.

Qış fasiləsində bəzi transferlər oldu, heyəti gücləndirdik. Öz səhvlərimiz üzərində çox işlədik. Daha əvvəl müdafiədə çox səhv edirdik. Oyundan öncə belə bir fikir var idi ki, “Sabah” “Qəbələ”nin qapısına 3 qol vuracaq. Mən bu fikri komandama qarşı hörmətsizlik kimi dəyərləndirirəm. Göstərdik ki, biz hamıya qarşı oynaya bilərik. Ən vacib tərəflərdən biri də bundan sonra futbolçularda arxayınlıq yaranmamasıdır. Balansı qorumaq lazımdır. Rza Cəfərov da ilk matçına çıxdı. Ona inanırıq. Daha bir transferimiz olacaq. Daha öncə bildirmişdik ki, 5 transferimiz olacaq.

Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Bunu bacaracağıq, ya yox, bilmirəm. “Neftçi” ilə matça kifayət qədər vaxtımız var. Düşünürəm ki, yeni transferlərimiz də komandaya tam uyğunlaşandan sonra rotasiyaya getmək olar”.

ABL: “Sumqayıt” “Lənkəran”ı məğlub yola saldı

4 February 2026 at 22:00

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 16-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçı Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib.

B qrupunun oyununda “Sumqayıt” “Lənkəran”ı qəbul edib. Meydan sahibləri bu oyundan qalib ayrılıblar – 102:77.

A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 22. Gəncə – 22. NTD – 18. Şəki – 17.

B qrupu: Ordu – 29. Naxçıvan – 27. Sumqayıt – 22. Quba – 20. Sərhədçi – 20. Lənkəran – 20.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Azərbaycan Kubokunda 1/4 finalın 2-ci oyunu da qolsuz bitdi

4 February 2026 at 21:30

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Masazırda baş tutub.

Burada Premyer Liqanın lideri “Sabah” “Qəbələ” ilə üz-üzə gəlib. Fərid Hacıyev idarə etdiyi oyunda qapılara qol vurulmayıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin qalan ilk oyunları fevralın 5-də keçiriləcək.

Bu gün keçirilmiş ilk oyunda “Sumqayıt”la “Zirə” də meydanı qolsuz tərk etmişdilər – 0:0.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunu
4 fevral

“Sabah” – “Qəbələ” 0:0
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”, 19:30.

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev, 83. Stefan Ende.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 10. Anatoli Nuriyev, 9. Xəyal Əliyev, 80. Akim Zedadka, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 22. Zinedin Uld Xaled, 19. Aron Maluda, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

Bakıda keçirilən beynəlxalq turnirdə ikinci yarış günə yekun vuruldu

4 February 2026 at 22:00

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən badminton üzrə “Azerbaijan International 2026” beynəlxalq turnirində ikinci yarış gününə yekun vurulub.

Komanda.az xəbər verir ki, 33 ölkədən 347 badmintonçunun yarışdığı turnirin ikinci yarış günündə təsnifat mərhələsinin görüşləri keçirilib.

Fevralın 5-dən başlayaraq 5 kateqoriya üzrə əsas mərhələnin pley-off qarşılaşmalarına start veriləcək. Turnirə fevralın 8-də yekun vurulacaq.

The post Bakıda keçirilən beynəlxalq turnirdə ikinci yarış günə yekun vuruldu appeared first on Komanda.az.

Dambrauskas: “Qəbələ” bizi çox yaxşı təhlil etmişdi”

4 February 2026 at 21:59

“Sabah” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda bu gün “Qəbələ”ni qəbul edib.

Komanda.az xəbər verir ki, 0:0 hesabı ilə yekunlaşan matçdan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis çox ağır oyun olduğunu bildirib:

“Bu gün həqiqətən çox ağır oyun oldu. “Qəbələ”ni təbrik etmək istəyirəm. Çox yaxşı performans göstərdilər. Fərqlənə də bilərdilər. Biz bu gün səviyyəmizdən aşağı çıxış etdik. Yaradıcılıq yox idi. Bir şansımız oldu, ondan da yararlana bilmədik. İnanıram ki, cavab oyununda daha yaxşı çıxış edib sevinən tərəf olacağıq. Sabahdan hazırlıqlarımıza başlayacağıq. Çünki bizi bazar günü çox çətin oyun gözləyir.

Hər oyunda qol vursaq da, bu gün fərqlənə bilmədik. Biz hər oyunda qalib gəlmək istəyirik. Amma bu gün enerjimiz, istəyimiz çatışmırdı. Pressinq də istədiyimiz kimi deyildi. Amma hər oyunda qələbə qazanmaq olmaz. Çünki rəqiblər də bizi təhlil edir. Necə ki, “Qəbələ” bizi çox yaxşı təhlil etmişdi. Amma nə etmək olar? Sabahdan məşqlərimizi bərpa edib, hazırlaşmalıyıq. Heç kim deyə bilməz ki, hər oyunda qalib gəlməliyik.

Əsas heyətdə çox yaxşı oyunçular var idi. Mənim üçün ilk “11-lik” anlayışı yoxdur. Bu gün oyunçular meydançada döyüşdülər. Amma biz də insanıq, heç vaxt deyə bilmərik hər oyunda qalib gəlməliyik. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Onu da deməliyik ki, “Qəbələ” bu gün çox yaxşı çıxış etdi.

Mən bunu dəfələrlə təkrar etmişəm, gələcəyin bizə nələr gətirəcəyini deyə bilmərəm. Bizim üçün əsas olan məşqlərimizdir. Mənim 22 oyunçum var. Məşqlərdə gəlib görsəz, onlar necə vuruşurlar… Amma mənim cəmi beş oyunçu dəyişmək haqqım var. Bizim üçün qurban vermək anlayışı yoxdur”.

Fəxri Rüstəmli

The post Dambrauskas: “Qəbələ” bizi çox yaxşı təhlil etmişdi” appeared first on Komanda.az.

Tsxadadze: “Sabah”ı yaxşı təhlil etmişdik”

4 February 2026 at 21:40

“Qəbələ” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sabah”ın qonağı olub.

Komanda.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı olub. Gürcüstanlı çalışdırıcı 0:0 hesabı ilə başa çatan oyunu belə şərh edib:

“Çox yaxşı bir oyun oldu. Düşünürəm ki, azarkeşlər zövq ala bildilər. Sürətli oyunun şahidi olduq. Rəqibi yaxşı təhlil etmişdik. Futbolçularımız yaxşı təsir bağışladılar. Göstərdilər ki, çempionatın liderinə qarşı yaxşı oyun nümayiş etdirmək olar. Penaltidən fərqlənə bilmədik. “Sabah” çox güclü komandadır. Heyətində yaxşı oyunçular var.

Bizdə transferlər oldu, heyəti gücləndirdik. Səhvlərimiz üzərində çox işlədik. Müdafidə çoxlu səhvlər buraxırdıq. Bunların üzərində işlədik.

Bu oyundan əvvəl eşitmişdim ki, “Sabah” guya bizə üç qol vuracaq, bunu da özümüzə qarşı hörmətsizlik kimi qəbul edirəm. Rəqibə hörmətlə yanaşmalısan, həmçinin, özünə.

Rza Cəfərovdan danışmaq istərdim. Uzun müddət idi ki, oynamırdı. Bu gün isə yaxşı çıxışı ilə yadda qaldı. Həmçinin, yeni transferlərdən Turan Manafovu da təbrik edirəm. İlk oyununa çıxdı bu gün.

Transfer danışıqları gedir. Komandaya daha bir oyunçu cəlb etmək istəyirik.

Həqiqətən də, bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Gücümüz çatacaq, ya yox, bilmirəm. “Neftçi” ilə oyuna 6 gün vaxtımız var. Bundan əlavə, təxirə salınmış oyunumuz var. Hazırda kubok oyunu barədə fikirləşmirəm. Mənim üçün ən vacibi “Neftçi” ilə qarşıdan gələn oyundur”.

Fəxri Rüstəmli

The post Tsxadadze: “Sabah”ı yaxşı təhlil etmişdik” appeared first on Komanda.az.

“Lənkəran” “Sumqayıt”a məğlub oldu

4 February 2026 at 21:19

Azərbaycan Basketbol Liqasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, B qrupunun oyununda “Sumqayıt” “Lənkəran”a qalib gəlib – 102:77.

Görüş Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib.

The post “Lənkəran” “Sumqayıt”a məğlub oldu appeared first on Komanda.az.

“Sumqayıt”la “Zirə” ilk oyunu qolsuz başa vurdular – VİDEO

4 February 2026 at 21:00

Komanda.az Azərbaycan kubokunun 1/4 finalında “Sumqayıt”la “Zirə” arasında keçirilmiş ilk oyunun (0:0) videoicmalını təqdim edir:

The post “Sumqayıt”la “Zirə” ilk oyunu qolsuz başa vurdular – VİDEO appeared first on Komanda.az.

Türkiyə kubokunun oyunları Azərbaycanın TV platformasında

4 February 2026 at 20:37

Türkiyə kubokunun oyunları Azərbaycanın TV platformasında canlı yayımlanacaq.

Komanda.az xəbər verir ki, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” kimi komandaların kubok oyunları TVNET platformasında canlı yayımlanacaq.

Artıq bu gün keçiriləcək “Qalatasaray” – “İstanbulspor” matçını “SPORT TV”-dən, sabah baş tutacaq “Kocaelispor” – “Beşiktaş” (SPORT TV) və “Fənərbaxça” – “Ərzurumspor” (TVNET SPORT) oyunlarını canlı izləmək mümkün olacaq.

The post Türkiyə kubokunun oyunları Azərbaycanın TV platformasında appeared first on Komanda.az.

“Zirə”dən “Mingəçevir”ə

4 February 2026 at 18:39

“Mingəçevir” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi “Zirə”dən Fuad Bayramovu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sol cinah oyunçusu mövsümün sonuna kimi “Mingəçevir”in formasını geyinəcək.

Yüksək Liqa: “Neftçi” və “Xilasedici”dən asan qələbə

4 February 2026 at 21:00

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki matç Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

Əvvəlcə “Neftçi” “Murov”u 3:0 (25:21, 25:22, 25:21) hesabı ilə məğlub edib. Ardınca isə “Xilasedici” “Ordu” kollektivini oxşar hesabla üstələyib.

Xatırladaq ki, 12-ci turun açılış matçında “Azərreyl” “Gənclər” komandasına 3:0 (25:15, 25:16, 25:13 hesabı ilə qalib gəlmişdi.

Yüksək Liqa
12-ci tur
4 fevral

“Neftçi” – “Murov Az Terminal” 3:0 (25:21, 25:22, 25:21)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Ordu” – “Xilasedici” 0:3 (24:26, 17:25, 17:25)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Sumqayıt” – “Zirə” 0:0 – Video

4 February 2026 at 20:30

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bu gün keçirilmiş “Sumqayıt” – “Zirə” matçında (0:0) qalib müəyyənləşməyib.

Arena.az Sumqayıtda keçirilmiş bu oyunun yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/4 final mərhələsinin ilk oyunu
4 fevral

“Sumqayıt” – “Zirə” 0:0
Sarı vərəqələr: Ronaldo Vaskes, 57 (qeyri-idman hərəkəti). Nikola Ninkoviç, 79 (qeyri-idman hərəkəti) – Rikardo Martins, 90+3 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 3 dəqiqə.
Saat 17:00. Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionu, 400 tamaşaçı.

Baş hakim: Cavid Cəlilov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev.
Dördüncü hakim: Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə (21. Nihad Əhmədzadə, 77), 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (71. Masaki Murata, 68), 9. Aleksandr Ramalinqom (37. Nihad Orucəli, 87), 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç (10. Nikola Ninkoviç, 68), 25. Abdul Raşid Mumini (72. Rayan Senhadjic, 77).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli (28. Leroy Mikels, 60), 7. Rövlan Muradov (6. Eldar Quliyev, 83), 29. Ceyhun Nuriyev (30. Rikardo Martins, 60), 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov (19. Rüfət Abdullazadə, 60), 5. Ange Mutsinzi, 11. Junior Martins (77. Yeqor Boqomolski, 74), 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 26. Stefan Akka.
Baş məşqçi: Rəşad Sadıqov.

Saşa İliç: “Zirə”nin çox şansı olmadı”

4 February 2026 at 20:00

“Sumqayıt”ın baş məşqçisi Zirə Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş ilk görüşü qolsuz başa çatıb – 0:0.

Saşa İliç matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Kubok oyunları iki matçdan ibarətdir. Bu gün meydanda bərabər oyun gördük. Hər iki komandanın bir neçə qol epizodu oldu. Nəticəni ədalətli hesab edirəm.

Əlimizdə olan futbolçularla oynayırıq. Qısa müddətdə eyni rəqiblə iki oyun keçirmək təbii ki, çətindir. Uğurlu nəticə əldə etmək üçün optimal heyəti qurmağa çalışacağıq.

Kubok matçı olduğu üçün, təbii ki, ehtiyatlı oynadıq. Havanın da təsiri oldu. “Zirə” kimi komandaya qarşı diqqətli olmaq lazımdır. Rəqibin də çox şansı olmadı. Bizim də epizodumuz oldu. Müdafiəçi Səbuhi Abdullazadənin zərbəsini blokladı. Davamında rəqib əks-hücuma çıxdı. Son dəqiqələrdə daha zəif oynadığımızı deməzdim. Bəzi futbolçularımız zədədən sonra 90 dəqiqə oynamağa hazır deyil. Xüsusilə də gənc oyunçuları qeyd edərdim. Buna görə bəzi dəyişikliklər etməliyik. Bunun da təsiri ola bilər.

Daha sadə oynamalıyıq. Topu itirəndə mübarizəni davam etdirməliyik. Hava pis olsa da, meydançamız əla vəziyyətdə idi. Ona görə də hava şəraiti bəhanə ola bilməz”.

Rəşad Sadıqov: “Sumqayıt”a qarşı oyunumuzdan çox razı qaldım”

4 February 2026 at 19:30

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş ilk görüşü qolsuz başa çatıb – 0:0.

Rəşad Sadıqov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“İdeal komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, oyunu yaxşı səviyyədə keçirdik. Daha çox dominant tərəf biz idik. Yaxşı hücumlarımız, qol epizodlarımız var idi. Sadəcə, qol vura bilmədik. Bəlkə də bu gün 1-2 qol vursaydıq, cavab matçına daha rahat hazırlaşardıq.

Artıq 3 gündən sonra bu iki komanda arasında olduqca önəmli çempionat oyunu var. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik. O matç daha fərqli keçəcək. Bu gün hər iki komandanın beynində birinci oyun idi deyə, səhvləri düzəltmək üçün vaxt var idisə, amma hamımız başa düşürük ki, 3 gündən sonra keçiriləcək qarşılaşma turnir cədvəli baxımından nə qədər önəmlidir. Düşünürük ki, o matçda rəqib daha istəkli, daha motivasiyalı olacaq. Çalışacağıq ki, bizə vacib olan qələbəni 3 gündən sonra burada qazanaq.

Bu gün qol epizodlarımız oldu, qalib də gələ bilərdik. Amma alınmadı. Artıq növbəti oyuna köklənməliyik. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam”.

Azərbaycan Kubokunda 1/4 finala qolsuz start

4 February 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun Sumqayıtda keçirilib.

Mərhələnin açılış oyununda “Sumqayıt” “Zirə”ni qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunun baş hakimi Cavid Cəlilov olub. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin qalan ilk oyunları fevralın 5-də keçiriləcək. Bu gün həm də “Sabah” – “Qəbələ” görüşü baş tutacaq.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunu
4 fevral

“Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 28. Leroy Mikels, 30. Rikardo Martins, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

“Xilasedici” və “Neftçi”dən qələbə

4 February 2026 at 20:21

Kişi voleybolçuların Yüksək Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Neftçi” “Murov Az Terminal”ı 3:0 (25:21, 25:22, 25:21), ardınca isə “Xilasedici” “Ordu” kollektivini 3:0 hesabı ilə məğlub edib.

Hər iki matç Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

Turun açılış matçında “Azərreyl” “Gənclər” komandasına 3:0 (25:15, 25:16, 25:13 hesabı ilə qalib gəlib.

The post “Xilasedici” və “Neftçi”dən qələbə appeared first on Komanda.az.

“Bəzi futbolçularımız 90 dəqiqə oynamağa hazır deyil” – Saşa İliç

4 February 2026 at 20:00

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda “Zirə”yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib.

“Kubok oyunları iki matçdan ibarətdir. Bu gün meydanda bərabər oyun gördük. Hər iki komandanın bir neçə qol epizodu oldu. Nəticəni ədalətli hesab edirəm.

Əlimizdə olan futbolçularla oynayırıq. Qısa müddətdə eyni rəqiblə iki oyun keçirmək təbii ki, çətindir. Uğurlu nəticə əldə etmək üçün optimal heyəti qurmağa çalışacağıq.

Kubok matçıdır. Təbii ki, ehtiyatlı oynadıq. Havanın da təsiri oldu. “Zirə” kimi komandaya qarşı diqqətli olmaq lazımdır. Rəqibin də çox şansları olmadı. Bizim də epizodumuz oldu. Müdafiəçi Səbuhi Abdullazadənin zərbəsini blokladı. Davamında rəqib əks-hücuma çıxdı. Son dəqiqələrdə daha zəif oynadığımızı deməzdim. Bəzi futbolçularımız zədədən sonra 90 dəqiqə oynamağa hazır deyil. Xüsusilə də gənc oyunçuları qeyd edərdim. Buna görə bəzi dəyişikliklər etməliyik. Bunun da təsiri ola bilər.

Həmişə demişəm ki, daha sadə oynamalıyıq. Topu itirəndə mübarizəni davam etdirməliyik. Hava pis olsa da, meydançamız əla vəziyyətdə idi. Ona görə də hava şəraiti bəhanə ola bilməz”.

The post “Bəzi futbolçularımız 90 dəqiqə oynamağa hazır deyil” – Saşa İliç appeared first on Komanda.az.

“Komandamın göstərdiyi oyundan çox razıyam” – Rəşad Sadıqov

4 February 2026 at 19:41

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“İdeal komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, oyunu yaxşı səviyyədə keçirdik. Daha çox dominant tərəf biz idik. Yaxşı hücumlarımız, qol epizodlarımız var idi. Təəssüf ki, sadəcə fərqlənə bilmədik. Bəlkə də bu gün 1-2 qol vursaydıq, cavab matçına daha rahat hazırlaşardıq. Xeyirlisi olsun. Artıq 3 gündən sonra bu iki komanda arasında olduqca önəmli çempionat oyunu var. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik. O matç daha fərqli keçəcək. Bu gün hər iki komandanın beynində birinci oyun idi deyə, səhvləri düzəltmək üçün vaxt var idisə, amma hamımız başa düşürük ki, 3 gündən sonra keçiriləcək qarşılaşma turnir cədvəli baxımından nə qədər önəmlidir. Düşünürük ki, o matçda rəqib daha istəkli, daha motivasiyalı olacaq. Çalışacağıq ki, bizə vacib olan qələbəni 3 gündən sonra burada qazanaq.

Bizim üçün vacib olan oyundan sonra səhvlərimizi analiz edib, o yöndə hansı addımlar lazımdırsa, onu ataq və növbəti matçlarda da daha yaxşı olaq. Bu gün də qol epizodlarımız oldu, qalib də gələ bilərdik. Amma alınmadı. Artıq növbəti oyuna köklənməliyik. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam”.

The post “Komandamın göstərdiyi oyundan çox razıyam” – Rəşad Sadıqov appeared first on Komanda.az.

“Neftçi”nin “xəyanət” etməkliyi

4 February 2026 at 19:22

Kürşad

“Qarabağ” “Nyukasl”la Çempionlar Liqasındakı səfər oyunundan əvvəl “Neftçi” ilə Pemyer Liqadakı matçının təxirə salınmasını istəyib. Peşəkar Futbol Liqası üzünü tutub “Neftçi”yə ki, hal-qəziyyə belədir, nə deyirsiz? “Ağ-qaralar” da amansızlıqla və qətiyyətlə cavab veriblər ki, “Qarabağ” getsin Çempionlar Liqasında topunu necə oynadır oynatsın, amma bizimlə oyun nəzərdə tutulan gündə (21 fevral) olmalıdır.

Adamın bir tərəfi “Neftçi”ni azərbaycanlı azarkeşlərə və binəva, biçarə Azərbaycan futboluna “xəyanət”də suçlamaq istəyir. Amma digər tərəfi də dilə gəlir ki, “ayə, “Qarabağ” Azərbaycan milli komandası deyil, öz bayrağı, gerbi, emblemi, topu, topxanası olan müstəqil klubdur, “Neftçi”nin də bu komanda kimi hədəfləri var, çempion olmaq istəyir, dəvənin quyruğu yerə dəyməmiş Çempionlar Liqasında tarix yazmağın xəyallarını qurur”.

Premyer Liqa və kubok oyunlarında “Qarabağ”ı boş tribunalarla baş-başa buraxıb, avrokubok oyunlarında stadionu dolduranlar heç azarkeş də deyil, adi tamaşaçılar, “sayın seyircilər”dir. And olsun Azərbaycan futbolu adına ilk “daş”ı qoyan kişinin müqəddəs ruhuna ki, sabah “Qarabağ” yox, “Sabah”, elə həmin “Neftçi” Avropa Liqasında, Çempionlar Liqasında uğurlu çıxış etməyə başlasa, bu gün avrokubok oyunlarında “köhlən atlar”a baxmaq üçün stadiona gedənlər ciblərinə doldurduqları tumları da götürüb keçəcəklər o komandaların tərəfinə.

Yəni…

İndi “Qarabağ” dəbdədir, öndədir, hətta əlçatmazdır, ona görə də, əksəriyyət hesab edir ki, komandaya güzəşt olunmalıdır, Çempionlar Liqasında daha başarılı olsun deyə, “Neftçi” dəstək verməlidir. Amma “Neftçi” özü belə düşünmür axı. Düşünməməsi də normaldır. Futbol rəqabətdir. Rəqabətdə isə əzəli rəqib hesab etdiyinə yol verməzlər, kömək etməzlər.

Hə, “Qarabağ”ın istəyini geri çevirdiyi üçün “Neftçi”ni qəlbinizin dərin guşələrində qınaya bilərsiz, amma asıb-kəsmək, ittiham etmək, “hökm oxumaq” bir az şey olur… Düzgün olmur.

The post “Neftçi”nin “xəyanət” etməkliyi appeared first on Komanda.az.

“O, bunu mənə deyəndə sözün əsl mənasında titrədim” – Vinisiusun sevgilisi

4 February 2026 at 19:00

“Real”ın vingeri Vinisius Juniorun fizioterapevti 26 yaşlı futbolçunun sevgilisi Virciniya Fonsekanın istifadə etdiyi tibbi preparatları belə, dopinq baxımından yoxlayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı oyunçunun sevgilisi Vinisiusla münasibətlərindən sonra həyatında yaranan məhdudiyyətlərdən danışıb. Onun sözlərinə görə, adi tibbi prosedurlar belə, əlavə nəzarət tələb edir:

“Məsələn, ginekoloqa gedirəmsə və hansısa mazdan istifadə etməliyəmsə, əvvəlcə onu Vinisiusun fizioterapevti yoxlamalıdır. Çünki bu maddə dopinq testində üzə çıxa bilər. O, bunu mənə deyəndə sözün əsl mənasında titrədim. Düşündüm ki, “aman Allah, görəsən, bilmədən istifadə etməməli olduğum nəsə olub?” And içirəm, əllərim əsirdi. İndi istifadə etməyi planlaşdırdığım hər şeyi əvvəlcədən onun fizioterapevtlərinə göndərirəm. Bu, doğrudan da belədir”.

Peşəkar futbolçular üçün dopinq qaydaları son dərəcə sərt olduğundan, Vinisiusun ətrafında olan şəxslərin belə, istifadə etdiyi preparatlar risk yarada bilər. Bu səbəbdən, Vinisius mümkün problemlərin qarşısını almaq üçün maksimum ehtiyatlı davranır.

The post “O, bunu mənə deyəndə sözün əsl mənasında titrədim” – Vinisiusun sevgilisi appeared first on Komanda.az.

Sadıqov: “Üstün tərəf biz idik”

4 February 2026 at 19:50

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Sumqayıt” – “Zirə” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– İdeal komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, oyunu yaxşı səviyyədə keçirdik. Üstün tərəf biz idik, hücumlar etdik, qol imkanları yaratdıq. Təəssüflər olsun ki, sadəcə fərqlənə bilmədik. Bəlkə də bu gün 1-2 qol vursaydıq, cavab matçına daha rahat hazırlaşardıq. Xeyirlisi olsun. Artıq 3 gündən sonra bu iki komanda arasında olduqca önəmli çempionat oyunu var. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik. O matç daha fərqli keçəcək. Bu gün hər iki komandanın beynində birinci oyun idi deyə, səhvləri düzəltmək üçün vaxt var idisə, amma hamımız başa düşürük ki, 3 gündən sonra keçiriləcək qarşılaşma turnir cədvəli baxımından nə qədər önəmlidir. Düşünürük ki, o matçda rəqib daha istəkli, daha motivasiyalı olacaq. Çalışacağıq ki, bizə vacib olan qələbəni 3 gündən sonra burada qazanaq.

– Noyabrdan qələbə qazana bilmirsiniz. Bu məqam sizdə təzyiq yaradır?

– Xeyr. Bu haqda düşünmürük. Bizim üçün vacib olan oyundan sonra səhvlərimizi analiz edib, o yöndə hansı addımlar lazımdırsa, onu ataq və növbəti matçlarda da daha yaxşı olaq. Bu gün də qol epizodlarımız oldu, qalib də gələ bilərdik. Amma alınmadı. Artıq növbəti oyuna köklənməliyik. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam.

Şahin Cəfərov 

Ronaldo ilə bağlı yeni iddia

4 February 2026 at 18:00

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl Nəsr”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Touchline” portalı məlumat yayıb. 40 yaşlı hücumçu klubla müqavilənin ləğvi ilə bağlı danışıqlara başlamağı planlaşdırır.

Son günlərdə Ronaldo ilə klub rəhbərliyi arasında fikir ayrılığı yaşanıb. İdarəçilərin sistemini bəyənməyən portuqaliyalı boykot qərarı verib və məşqə, oyuna çıxmır.

Ronaldonun müqaviləsi 2027-ci ilin yayına kimidir.

“Bavariya”dan ayrılacağı açıqlanan futbolçu ingilislərin “radar”ında

4 February 2026 at 17:39

Mövsümün sonunda “Bavariya”dan ayrılacağı açıqlanan Leon Qoretska karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Arsenal” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Bayern İnsider” portalı məlumat yayıb. “Topçular” yaxın zamanda Qoretska ilə danışıqlara başlayacaq.

Alman futbolçu bu mövsüm 28 oyunda 1 qol vurub.

Fuad Bayramov “Zirə”dən ayrıldı – Birinci Liqa klubuna görə

4 February 2026 at 18:00

Premyer Liqa təmsilçisi “Zirə”nin futbolçusu Fuad Bayramov bundan sonra Birinci Liqada çıxış edən “Mingəçevir”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər icarə müqaviləsi əsasında “Mingəçevir”də çıxış edəcək. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək.

Yeri gəlmişkən qeyd edək ki, “Mingəçevir” Fuad Bayramov ilə yanaşı daha bir neçə tanınmış futbolçunu heyətinə cəlb edib. Premyer Liqaya vəsiqə qazanmağı hədəfləmiş əyalət təmsilçisi adları aşağıda qeyd edilmiş oyunçularla müqavilə bağlayıblar.

Yunanovla Novruzov da “Mingəçevir”ə üz tutdular

32 yaşlı hücümçu Nurlan Novruzov bu klubla mövsümün sonuna qədər rəsmi müqavilə imzalayıb. Son olaraq “Şəki”də forma geyinmiş Nurlan yeni klubunda 19 nömrəli forma ilə tər tökəcək.

33 yaşlı hücumçu Amil Yunanov da əyalət təmsilçisi ilə anlaşıb. Son olaraq “Şəfa”da forma geyinmiş təcrübəli futbolçu yeni klubu ilə mövsümün sonunadək anlaşıb. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.

24 yaşlı hücümçü Cəlal Cəbrayılovla da mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb. Buna qədər MOİK-də forma geyinmiş Cəlal “Mingəçevir”də 99 nömrəli forma ilə tər tökəcək.

“Mingəçevir” “Kəpəz”in futbolçusu Şahmar Aşurovu da heyətinə qatıb. 21 yaşlı hücümçü ilə mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb. Şahmar yeni komandasında 97 nömrəli formanı geyinəcək.

20 yaşlı mərkəz müdafiəçisi Əkbər Eyyubov da bundan sonra “Mingəçevir”də çıxış edəcək. Onunla da mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb. Müqavilə ilə “Zirə”yə məxsus Əkbər, əyalət təmsilçisinin heyətində 33 nömrəli forma ilə tər tökəcək.

“Mingəçevir”in digər transferi 25 yaşlı müdafiəçi Elçin Mustafayevdir. Onunla da mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb. Elçin son olaraq “Araz Naxçıvan”da forma geyinib.

“Səbail”in mərkəz yarımmüdafiəçisi Bahadur Həziyev də “Mingəçevir”ə üz tutub. 26 yaşlı futbolçu ilə mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb.

Əyalət təmsilçisi legioner futbolçu ilə də güclənib. Söhbət 22 yaşlı gürcü yarımmüdafiəçi Nika Çaçaşvilidən gedir. Nikanın sonuncu klubu “Karvan” olub. O, Yevlax təmsilçisindən bu qış fasiləsində azad agent kimi ayrılıb.

“Mingəçevir”in növbəti transferi Taleh Fərmanovdur. 23 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Şəmkir”, “Mingəçevir”, “Zirə” və “Qəbələ” kimi klubların şərəfini qoruyub.

24 yaşlı qapıçı Əmrah Məmmədli də “Mingəçevir”ə üz tutub. O, karyerası ərzində “Şimal”, “Cəbrayıl”, “Araz-Saatlı”, MOİK, “Mingəçevir” və “Qəbələ” kimi klubların şərəfini qoruyub.

“Mingəçevir” yarımmüdafiəçi Qabil Əlizadəni də heyətinə qatıb. Mərkəz yarımmüdafiəçisi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. O, karyerası ərzində “Karvan”, “Sumqayıt” və “Araz-Naxçıvan” kimi klubların şərəfini qoruyub.

“Mingəçevir”də 3 ayrılıq

Əyalət təmsilçisi üç futbolçusu ilə də yollarını ayırıb. Sahib Həsənov hərbi xidmətə yola düşdüyü üçün “Mingəçevir”i tərk edib. Klub rəhbərliyi Samir Abdullayev və Qurban Səfərovla da vidalaşıb.

“Zirə” futbolçusunu icarəyə verdi

4 February 2026 at 18:28

“Zirə” futbolçusu Fuad Bayramovu Azərbaycan 1-ci Liqasında çıxış edən “Mingəçevir” klubuna icarəyə verib.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər “Mingəçevir”də çıxış edəcək. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək.

The post “Zirə” futbolçusunu icarəyə verdi appeared first on Komanda.az.

Daha 5 çəkidə finalçılar müəyyənləşdi

4 February 2026 at 18:00

Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.

Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 5 çəkidə 60, 67, 77, 87, 130 kq-da mübarizəyə start verilib.

4 çəkidə finalçılar müəyyənləşib. 87 kq-da isə görüşlər dairəvi sistem üzrə keçirilib. Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək.

60 kq
Maksut Cankurtaran (AHİTA) – Nihat Bəhmənov (UGİM-10)

67 kq
Roman Kərimov (DİN) – Murad Əliyev (AHİTA)

77 kq
Cavad Məmmədov (Neftçi) – Cavidan Nehmətov (AHİTA)

130 kq
Museyi Kazim Hüseyn (DİN) – Əli Bayramov (Sumqayıt-Təhsil)

The post Daha 5 çəkidə finalçılar müəyyənləşdi appeared first on Komanda.az.

İngiltərə klubu “Milan”ın müdafiəçisini transfer etməyə yaxındır

4 February 2026 at 17:27

“Bornmut” müdafiəçi Aleks Ximenesi (“Milan”) daimi keçid əsasında heyətinə qatmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferi həftə sonuna qədər 19,5 milyon avro+5,3 milyon avro bonuslarla tamamlanacaq.

Ödənişin bir hissəsi “Milan” və “Real” (o, Madrid klubunun yetirməsidir) arasında bölünəcək: madridlilər satışdan 50 faiz pay alacaq. 20 yaşlı futbolçu ingilislərlə müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayacaq.

Ximenes sentyabrda “Milan”dan icarəyə götürülüb. O, həmin vaxtdan bəri bütün turnirlərdə 22 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post İngiltərə klubu “Milan”ın müdafiəçisini transfer etməyə yaxındır appeared first on Komanda.az.

U-19 millimiz Özbəkistana ilk oyunda qalib gəldi

4 February 2026 at 17:00

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilk yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşıb.

Bu komandalar arasındakı ilk görüş millimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-19 yığmamızın heyətində qolları dubla imza atmış Ayşən Salamzadə (11-ci və 89-cu dəqiqələrdə) və Mədinə Curuqova (30-cu dəqiqə) vurublar.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.

Xatırladaq ki, millimizin Özbəkistana aparılmış heyətinə aşağıdakı futbolçular cəlb ediliblər:

Qapıçılar: Nərgiz Ağaliyeva, Bədriyyə Mavludova (hər ikisi “Şəfa”), Firuzə Bayramova (“Dirçəliş”);

Müdafiəçilər: Məsumə Nəzərli (“Neftçi”), Arzu Cəfərova, Yelizaveta Vaysman (hər ikisi “Şəfa”), Aygün Novruzova (“Sabah”), Pərişan Abdullayeva, Aysel Cumayeva (hər ikisi “Liman”);

Yarımmüdafiəçilər: Ülviyyə İslamova (“Baku Juniors”), Arzu Ağaliyeva, Mədinə Qədiməliyeva (hər ikisi “Şəfa”), Vahidə Əlipaşayeva (“Dirçəliş”), Səma Əsədova (“Sabah”), Mədinə Curuqova, Ayşən Salamzadə (hər ikisi “Neftçi”);

Hücumçu: Xanım Əsədova (“Neftçi”).

“Fənərbaxça” tanınmış hücumçu üçün rəsmi təklif göndərib

4 February 2026 at 16:50

“Fənərbaxça” transfer bazarında fəallığını davam etdirir. İstanbul təmsilçisi dünən “Əl-İttihad”dan yarımmüdafiəçi Nqolo Kantenin transferini rəsmiləşdirdikdən sonra hücum xəttini gücləndirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Darvin Nunyes üçün rəsmi təklif irəli sürüb. Təklif uruqvaylı hücumçunun 6 aylıq icarəyə götürülməsini nəzərdə tutur.

Nunyeslə bağlı danışıqlar uğursuz nəticələnərsə, İstanbul klubu alternativ variant kimi “Roma”nın forvardı Artem Dovbikin transferini nəzərdən keçirəcək.

26 yaşlı Nunyes hazırkı mövsümdə klub səviyyəsində keçirdiyi 22 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

The post “Fənərbaxça” tanınmış hücumçu üçün rəsmi təklif göndərib appeared first on Komanda.az.

Azərbaycan millisi Özbəkistanı məğlub etdi

4 February 2026 at 16:36

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, milli komanda Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan seçməsinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89) və Mədinə Curuqova (30) vurublar.

Komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.

The post Azərbaycan millisi Özbəkistanı məğlub etdi appeared first on Komanda.az.

Ərdoğan Kantenin “Fənərbaxça”ya keçidinə kömək edib

4 February 2026 at 16:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nqolo Kantenin “Fənərbaxça”ya transfer olunmasına kömək edib.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Sadettin Saran klubun mətbuat xidmətinə açıqlamasında deyib:

“Şəxsən öz adımdan və klub adından Prezident Ərdoğana Kantenin uğurlu transferinə verdiyi dəstəyə görə təşəkkür edirəm. Bu, həm “Fənərbaxça”ya, həm də bütövlükdə Türkiyə futboluna fayda verəcək”.

Fransalı yarımmüdafiəçi son bir neçə ili Səudiyyə Ərəbistanında – “Əl-İttihad”da oynayıb. O, əvvəllər İngiltərədə “Lester” və “Çelsi”də forma geyinib. Kantenin hazırda 34 yaşı var.

“Fənərbaxça” hazırda Türkiyə Super Liqasında 46 xalla ikinci yerdədir və “Qalatasaray”dan üç xal geri qalır.

The post Ərdoğan Kantenin “Fənərbaxça”ya keçidinə kömək edib appeared first on Komanda.az.

“Neftçi”nin yetirməsi 1-ci Liqa klubuna keçdi

4 February 2026 at 16:27

“Neftçi”nin yetirməsi Cavanşir Şahbazlı “Baku Sportinq”lə anlaşıb.

Komanda.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti açıqlanmayıb.

Azərbaycanın U-19 millisinin sabiq üzvü “Bakı”nın da formasını geyinib.

The post “Neftçi”nin yetirməsi 1-ci Liqa klubuna keçdi appeared first on Komanda.az.

Azərbaycan Premyer Liqasının keçmiş bombardiri “Mingəçevir”də – Rəsmi

4 February 2026 at 16:20

Azərbaycan Premyer Liqasının keçmiş bombardiri Nurlan Novruzov 1-ci Liqa təmsilçisi “Mingəçevir”ə keçib.

Bu barədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.

32 yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər olan müqavilə imzalanıb.

Son klubu 2-ci Liqa təmsilçisi “Sheki City” olmuş futbolçu yeni komandasında 19 nömrəli formanı geyinəcək.

The post Azərbaycan Premyer Liqasının keçmiş bombardiri “Mingəçevir”də – Rəsmi appeared first on Komanda.az.

Qoretska Premyer Liqa klubuna keçə bilər

4 February 2026 at 16:11

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska mövsümün sonunda azad agent statusu alacaq və karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətinə “Arsenal” maraq göstərir.

Qoretska bildirib ki, güclü və fiziki oyun tərzi ilə seçilən İngiltərə futbolu ona uyğun gələcək. O, mövsümü “Bayern”də tamamlayacaq və daha sonra İngiltərəyə yollanmağı planlaşdırır.

30 yaşlı futbolçu cari mövsümdə 28 matçda iştirak edib, 1 qol vurub. Onun Münhen klubu ilə müqaviləsinin müddəti bu ilin iyununun sonuna qədərdir. Futbolçu 2018-ci ildən “Bayern”də çıxış edir.

The post Qoretska Premyer Liqa klubuna keçə bilər appeared first on Komanda.az.

Ronaldo narazıdır – Müqaviləsini ləğv etmək istəyir

4 February 2026 at 15:49

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo klubdakı mövcud vəziyyətdən narazıdır və müqaviləsini ləğv etməyi düşünür.

Komanda.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb. Mənbənin məlumatına görə, Ronaldo “Əl-Nəsr”dəki təsirinin azaldığına və əsas qərarlarda artıq fikirlərinin əhəmiyyət kəsb etmədiyinə inanır.

Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də oynayır. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

“Transfermarkt” portalı əvvəllər “Real”, “Mançester Yunayted”, “Yuventus” və “Sportinq”də oynamış hücumçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

The post Ronaldo narazıdır – Müqaviləsini ləğv etmək istəyir appeared first on Komanda.az.

“Strasburq” hücumçusu üçün 50 milyon avroluq təklifi rədd edib

4 February 2026 at 15:33

Fransanın “Strasburq” klubu qış transfer pəncərəsində bir sıra futbolçularla yollarını ayırmasına baxmayaraq, əsas hücumçularından olan Xoakin Paniçellini komandada saxlamaq niyyətindədir.

Komanda.az “Alsa Sports”-a istinadən xəbər verir ki, klub argentinalı forvard üçün edilən 50 milyon avroluq təklifi rədd edib. Eyni mövqe “Strasburq”un digər oyunçuları – Qela Due və Dieqo Moreyra üçün təqdim olunan 45 milyon avroluq təkliflərə qarşı da sərgilənib.

Paniçelli ilə bir müddət əvvəl “Kristal Pelas” ciddi şəkildə maraqlanırdı. O, cari mövsümdə 28 oyunda iştirak edib, 13 qol vurub və 2 məhsuldar ötürmə verib.

23 yaşlı forvardın “Strasburq”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

The post “Strasburq” hücumçusu üçün 50 milyon avroluq təklifi rədd edib appeared first on Komanda.az.

“Sabah”ın sabiq futbolçusu Qazaxıstan klubuna keçdi

4 February 2026 at 15:30

“Sabah”ın sabiq futbolçusu İqor Qabrielin yeni komandası məlum olub.

Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi Qazaxıstanda oynayacaq.

Son olaraq Özbəkistanda “Navbahor” klubunda çıxış edən 26 yaşlı futbolçu “Yelimay”a keçib. O, Premyer Liqa təmsilçisi ilə bu ilin dekabrına qədər olan müqavilə imzalayıb.

“Fluminense”nin yetirməsi olan Qabriel 2022-23-cü illərdə “Sabah”ın üzvü olub və bu müddətdə Belarus “Dinamo”sunda (Minsk) və Ukrayna “Lvov”unda icarə əsasında oynayıb.

The post “Sabah”ın sabiq futbolçusu Qazaxıstan klubuna keçdi appeared first on Komanda.az.

“Beşiktaş”da koreyalı futbolçu

4 February 2026 at 16:35

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Genk”dən Hyonqyu Ohu transfer etmək üçün danışıqlara başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı koreyalı futbolçu bu mövsüm Belçika çempionatında 20 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Mingəçevir” sabiq “Zirə”lini transfer etdi

4 February 2026 at 16:16

“Mingəçevir” heyətini daha bir futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi “Şəki”dən ayrılan Nurlan Novruzovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı hücumçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Novruzov karyerası ərzində “Sumqayıt”, “Bakı”, “Zirə” kimi klublarda forma geyinib.

“Sumqayıt” – “Zirə”: heyətlər

4 February 2026 at 15:54

“Sumqayıt” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda bu gün “Zirə”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 80. Keffel Resende 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 64. Kənan Feyziyev 66. Ruslan Əliyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 72. Rayan Senhadjic 71. Masaki Murata
Baş məşqçi: Saşa İliç

“Zirə”: 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli7. Rövlan Muradov 29. Ceyhun Nuriyev 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı19. Rüfət Abdullazadə 26. Stefan Aka 28. Leroy Mikels30. Rikardo Martins 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Azərbaycanda iki federasiya su idman növlərinin inkişafı üçün birlikdə çalışacaq

4 February 2026 at 15:34

Azərbaycan Üzgüçülük Federasiyası və Azərbaycan Triatlon Federasiyası arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.

Futbolpress.az xəbər verir ki, federasiyalar ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar. Əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi, eləcə də üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlon idman növlərinə cəlb edilməsi nəzərdə tutulur.

Eyni zamanda, üzgüçülük və triatlonla məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstək göstəriləcək. İdmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq ekspertlərin təlim-məşq prosesinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq.

Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseyinov imzalayıblar.

Azərbaycan yığması Gürcüstanla qarşılaşacaq

4 February 2026 at 15:25

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.

Futbolpress.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək. Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13:00-da başlanması planlaşdırılır.

N
Ad/Soyad
Klub
1
İradə Əsədli
Şəfa
2
Süməyyə Əhməd
Ulduz
3
Aysu Əsədova
Sabah
4
Ayan Abdiyeva
Liman
5
Xədicə Rəhimova
Neftçi
6
Zəhra İsmayilova
Şəfa
7
Aylin Azadova
Sabah
8
Məryəm Nuruzadə
Ulduz
9
Nuray Əzizova
Təhsil 8 İOEUGİM
10
Aylin Əliyeva
Ulduz
11
Məryəm Səmədli
Sabah
12
Suel Polikarpova
Neftçi
13
Sara Səlimova
Neftçi
14
Fatimə Kərimli
Sabah
15
Dəniz Mikayıllı
Şəfa
16
Sara Qaribova
Təhsil 8 İOEUGİM
17
Şəhanə Mirzəliyeva
Liman
18
Zəhra Abdullayeva
Ulduz

Kasemiroya MLS-dən təklif

4 February 2026 at 17:00
“Mançester Yunayted”in futbolçusu Kasemiro karyerasını ABŞ-də davam etdirə bilər. Msport.az xəbər verir ki, “Los-Anceles Qelaksi” 33 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq […]

Source

U-17 millimiz Gürcüstan yığması ilə qarşılaşacaq

4 February 2026 at 16:00

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olacaq.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, millimiz fevralın 5-dən 10-na qədər qonşu ölkədə hazırlıq keçəcək. U-17 hazırlıq çərçivəsində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar fevralın 6-da və 9-da baş tutacaq. Hər iki oyunun Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13:00-da başlanması planlaşdırılır.

Azərbaycan millisinin bu toplanış üçün açıqlanmış heyətini nəzərinizə çatdırırıq:

Qapıçılar: İradə Əsədli (“Şəfa”), Süməyyə Əhməd (“Ulduz”);

Müdafiəçilər: Aysu Əsədova, Aylin Azadova (“Sabah”), Ayan Abdiyeva (“Liman”), Xədicə Rəhimova (“Neftçi”), Zəhra İsmayilova (“Şəfa”), Məryəm Nuruzadə, Aylin Əliyeva (“Ulduz”), Nuray Əzizova (“Təhsil 8 İOEUGİM”);

Yarımmüdafiəçilər: Məryəm Səmədli, Fatimə Kərimli (“Sabah”), Suel Polikarpova, Sara Səlimova (“Neftçi”), Dəniz Mikayıllı (“Şəfa”), Sara Qaribova (“Təhsil 8 İOEUGİM”);

Hücumçular: Şəhanə Mirzəliyeva (“Liman”), Zəhra Abdullayeva (“Ulduz”).

Futzal: Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli açıqlandı

4 February 2026 at 15:00

Futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları fevralın 14-də və 15-də keçiriləcək.

Bütün qarşılaşmalar “Olimpik Star”da baş tutacaq.

Azərbaycan Kuboku
1/8 final mərhələsi
14 fevral

14:00. Baku Fire – Araz-Naxçıvan
16:00. Neftçi İK – Trabzon Azərbaycan
18:00. Lənkəran – Atletiko Baku
20:00. Xan-Lənkəran – Dəstə Ordubad

15 fevral

14:00. Ulduz – Baku Fire-2
16:00. U-19 – Yeni Suraxanı
18:00. STAR kargo – Şuşa
20:00. Timsport – PFL

Hikmət Qafarlı: “AÇ-dən yüksək və xoş təəssüratlarla qayıtdım”

4 February 2026 at 12:00

Avropa çempionatının final mərhələsinə təyinat alan ilk azərbaycanlı hakim kimi tarixə düşən FİFA referisi Hikmət Qafarlı 3 görüşdə iş başında alıb.

Arena.az xəbər verir ki, artıq vətənə dönən referi qitə birinciliyi ilə bağlı təəssüratlarını bölüşüb.

Hikmət Qafarlı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb:

– İlk dəfə belə mötəbər yarışa təyinat aldın. Atmosfer necə idi?
– Demək olar, fərqli bir atmosfer idi. Qitənin ən nüfuzlu futzal yarışı, üstəlik 4 ildən bir keçirilir və ilk dəfə Azərbaycan hakimlik məktəbinin üzvü də orada təmsil olunur. Karyeramın indiyə qədər olan hissəsinin ən həyəcanlı və qürurverici yarışıydı. İstər təşkilatçılıq, operativlik, komandaların oyunlara hazırlıq və yanaşması, istərsə də oyunların səviyyəsi, sürət, intizam, taktiki gedişlər və s. tam fərqli idi. Bu cür oyunları idarə edən hakimlər də zövq almaqla yanaşı, daha məsuliyyətli olurlar.

– Final mərhələsində ilk təyinatın Ermənistan – Ukrayna oyununa oldu. Timekeeper kimi olsa da, həmin matçda iş başında olmağın bir həyəcanı var idimi?
– Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi. Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma oyunun start fitindən sonra artıq həyacan yerini oyunun atmosferinə buraxır.

– Baş hakim kimi Ukrayna – Litva görüşünü idarə etdin. Hakim-inspektor idarəçiliyinlə bağlı nə dedi?
– Birinci turdan sonra qrupda vəziyyət gərginləşmişdi. Ukraynaya yenilmiş Litva isə heç kimin gözləmədiyi halda Çexiya kimi güclü rəqiblə heç-heçə etmişdi. Bu dueldə Litva futzalçıları qələbə qazansaydları, Ukrayna mübarizəni dayandıracaqdı. Ona görə oyunda gərginlik çox idi. Üstəlik, Litva həm də təşkilatçı ölkələrdən biri idi, doğma meydanda oynayırdı, azarkeşlər arenanı doldurmuşdu. Bu da oyuna əlavə rəng qatırdı. Görüşü yaxşı idarə etdik, ciddi, oyunun nəticəsinə, ruhuna təsir edən səhvlərimiz olmadı. Matçdan sonra hakim-inspektor hansısa iradlarının olmadığını və idarəçiliyimizi yüksək balla qiymətləndirdiyini bildirdi.

– Gürcüstan – Fransa matçında isə üçüncü hakim oldun. Oyunun gərginliyini nəzərə alsaq, işin çox idi?
– Həqiqətən də qarşılama gərgin keçdi. Fransa favoritlərdən idi, onlara heç-heçə də sərf edirdi. Gürcüstan isə ilk oyunda Latviyaya yenildiyinə görə mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Belə vəziyyətdə texniki zonada yer alan məşqçilər və oyunçular daha çox emosional olur, hər qərara çılğınlıqla reaksiya verirlər. Belədə də üçüncü hakimin işin çətinləşir. Ümumiyyətlə, bu cür turnirə təyinat alan hakimlərdən heç birinin işi az olmur, məsuliyyəti böyük olur. Aldığım qiymətlər göstərdi ki, hər 3 təyinatda hakim kimi üzərimə düşən işlərin öhdəsindən layincə gəlmişəm.

– Bəs qrup mərhələsindən sonrakı oyunlara təyinat almamağın nə ilə bağlıdır?
– Qrup mərhələsi başa çatdıqdan sonra oyunların sayı demək olar, yarıbayrı azalır. Ona görə də UEFA hakimlərin bir hissəsini turnirdən azad etdi. 12 hakim geri göndərildi ki, onların da əksəriyyəti ilk dəfə təyinat alanlar idi. UEFA oyunların gərginliyini və ağırlığını nəzərə alaraq, pley-off mərhələsində daha təcrübəli referilərə təyinat verir. Aralarında elə hakimlər var ki, onlar 3-cü dəfə Avropa çempionatının final mərhələsində iştirak edirlər.

– Ümumiləşdirsək, Avropa çempionatında hansı yeniliklərlə tanış oldun və təəssüratların necədir?
– Əlbəttə, yüksək və xoş təəssüratlarla qayıtdım. Avropanın ən güclü milli komandalarının və hakimlərinin iştirak etdiyi çempionata qatıldım, oyunlar idarə etdim, yeniliklərlə tanış oldum. Çempionat zamanı ilk dəfə videodəstək sisteminin iş prinsipi ilə tanış oldum, hətta Ukrayna – Litva görüşündə bundan istifadə etdim. Komandaların yüksək futzal bilikləri, göstərdiyi keyfiyyətli görüşlərin şahidi oldum və futzalın nə qədər sevimli idman oyunu olduğuna şahidlik etdim.

Səudiyyə Ərəbistanı küçələrində Ronaldonu belə ələ saldılar – FOTO

4 February 2026 at 15:06

Səudiyyə Ərəbistanının bəzi küçələrində “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun “itkin düşmüş şəxs” kimi posterləri peyda olub.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, posterin altında “Ailəsi onu axtararkən təsəllisiz ağlamağa məcbur olan 40 yaşlı bir kişi” sözləri yazılıb.

Ronaldonun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini ləğv etməyi düşündüyü barədə məlumatlar yayılıb. O, 2023-cü ildən bəri “Əl-Nəsr”də oynayır və klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

“Transfermarkt” portalı hücumçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

The post Səudiyyə Ərəbistanı küçələrində Ronaldonu belə ələ saldılar – FOTO appeared first on Komanda.az.

“İstənilən stadionda yaxşı çıxış edə biləcək əla komandamız var” – “Qarabağ”ın rəqibinin baş məşqçisi

4 February 2026 at 14:47

“Nyukasl” İngiltərə Liqa kubokunun yarımfinalının ikinci oyununda “Mançester Siti” ilə səfərdə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, oyundan əvvəl “sağsağanlar”ın baş məşqçisi Eddi Hou klubun mətbuat xidmətinə açıqlama verib:

“Biz hələ də inanırıq. Dünyanın istənilən stadionunda yaxşı çıxış edə biləcək əla komandamız var. Oyunçularım son dərəcə motivasiyalıdır. Rəqibin hücumlarını dəf etmək bizim üçün çox çətin olacaq, amma əlimizdən gələni edəcəyik”.

Cavab oyunu bu gün “Etihad” stadionunda keçiriləcək və saat 00:00-da başlayacaq. “Nyukasl” ilk oyunda 0:2 hesabı ilə məğlub olub.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində, fevralın 18-də “Qarabağ”la qarşılaşacaq. İlk oyun Bakıda keçiriləcək.

The post “İstənilən stadionda yaxşı çıxış edə biləcək əla komandamız var” – “Qarabağ”ın rəqibinin baş məşqçisi appeared first on Komanda.az.

Sabiq futbolçu “Çelsi”ni tənqid etdi: “Şokdayam, heyrət içindəyəm”

4 February 2026 at 14:31

İngiltərə millisinin sabiq futbolçusu Pol Merson “Arsenal” – “Çelsi” matçının nəticəsi ilə bağlı fikirlərini bölüşüb. İngiltərə Liqa kubokunun yarımfinal mərhələsində baş tutan London derbisi “topçular”ın 1:0 hesablı qələbəsi ilə (ilk oyun 3:2) başa çatıb.

Qarşılaşmada yeganə qolu Kay Haverts vurub. Komanda.az xəbər verir ki, matçdan sonra “Sky Sports”-a danışan Merson, “Çelsi”nin çıxışını kəskin tənqid edib:

“Şokdayam, heyrət içindəyəm. Dilim tutulub, baş verənlərə inana bilmirəm. “Çelsi” böyük turnirin yarımfinalında biabırçı şəkildə mübarizəni dayandırdı”.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasında 24 turdan sonra 40 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Arsenal” isə bu qələbə ilə kubok uğrunda mübarizədə iddiasını bir daha ortaya qoyub.

The post Sabiq futbolçu “Çelsi”ni tənqid etdi: “Şokdayam, heyrət içindəyəm” appeared first on Komanda.az.

“Xankəndi”ndən yeni transfer

4 February 2026 at 14:22

İkinci Liqada çıxış edən “Xankəndi” heyətinə yeni futbolçu qatıb.

Komanda.az xəbər verir ki, bölgə təmsilçisi Asif Məmmədovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məmmədov son olaraq “Cəbrayıl”ın formasını geyinib. 

Müdafiəçi ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

The post “Xankəndi”ndən yeni transfer appeared first on Komanda.az.

Azərbaycanın iki federasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalandı

4 February 2026 at 14:19

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Azərbaycan Triatlon Federasiyası (ATF) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Komanda.az xəbər verir ki, federasiyalar ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar.

Əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi, eləcə də üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlona cəlb edilməsi nəzərdə tutulub.

Eyni zamanda, sözügedən idman növləri ilə məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstək göstəriləcək. İdmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq ekspertlərin təlim-məşq prosesinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq.

Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseyinov imzalayıblar.

The post Azərbaycanın iki federasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalandı appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin futbolçusu yayda klubunu dəyişə bilər

4 February 2026 at 14:10

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali qış transfer pəncərəsində komandasını dəyişmək niyyətində olmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” və “Arsenal” kimi klublardan maraq olmasına baxmayaraq, Tonali “Nyukasl”dan ayrılmağı düşünməyib. Həmçinin, klub da yanvarda onun satışını planlaşdırmayıb.

Bununla belə, mövsümün sonunda italiyalı futbolçunun planları dəyişə bilər, çünki bir neçə klubdan ona ciddi şəkildə maraq var. O, “Nyukasl”da 2023-cü ildən çıxış edir.

25 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 35 oyunda iştirak edib və 5 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində, fevralın 18-də “Qarabağ”la qarşılaşacaq. İlk oyun Bakıda keçiriləcək.

The post “Qarabağ”ın rəqibinin futbolçusu yayda klubunu dəyişə bilər appeared first on Komanda.az.

“Klublarımız “Qarabağ”dan daha güclüdür” – Rusiyalı sabiq futbolçu

4 February 2026 at 13:57

Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Mostovoy yerli klubların səviyyəsini “Qarabağ”la müqayisə edib.

Komanda.az xəbər verir ki, “Sovetski sport”-a danışan sabiq futbolçu Rusiya klublarının Azərbaycan çempionundan güclü olduğunu deyib:

“Hazırkı format və 15 əcnəbi oyunçu ilə “Zenit” mütləq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanardı. ÇSKA da Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə əldə edərdi. Klublarımız “Kayrat” və “Qarabağ”dan daha güclüdür. Amma təbii ki, inkişaf üçün daha da çox işləmək hər zaman lazımdır”.

57 yaşlı sabiq futbolçu “Spartak” (Moskva), “Benfika”, “Kan”, “Strasburq”, “Selta” və “Alaves” kimi klublarda oynayıb.

FİFA və UEFA-nın qadağaları səbəbindən Rusiya klubları və milli komandaları beynəlxalq yarışlarda iştirak edə bilmirlər.

“Qarabağ” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb və turnirin bu mərhələsində “Nyukasl”la (İngiltərə) qarşılaşacaq.

The post “Klublarımız “Qarabağ”dan daha güclüdür” – Rusiyalı sabiq futbolçu appeared first on Komanda.az.

Fabreqas Olimpiya məşəlini daşıdı – FOTO

4 February 2026 at 13:44

“Komo”nun baş məşqçisi Sesk Fabreqas Olimpiya məşəlinin estafetində iştirak edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis məşəli Komo şəhərinin küçələri ilə daşıyıb.

2026-cı ilin Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da Milanda keçiriləcək. Oyunlara Milanla yanaşı, Kortina şəhəri də ev sahibliyi edəcək.

38 yaşlı Fabreqas 2024-cü ildən etibarən “Komo”nun baş məşqçisi vəzifəsini icra edir. Məhz bu klub ispan mütəxəssisin futbolçu karyerasında son dayanacaq olub. O, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurub.

Sabiq yarımmüdafiəçi karyerası ərzində “Barselona”, “Arsenal”, “Çelsi” və “Monako” kimi klublarda çıxış edib. İspaniya millisinin heyətində isə 2010-cu il dünya, 2008 və 2012-ci illərdə Avropa çempionu olub.

The post Fabreqas Olimpiya məşəlini daşıdı – FOTO appeared first on Komanda.az.

Qvardiola Rusiya – Ukrayna müharibəsindən danışdı

4 February 2026 at 13:22

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola sosial-siyasi məsələlərdən danışaraq, Rusiya, Ukrayna və Fələstindəki soyqırımdan bəhs edib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, bütün bunların dünya xalqlarının problemi olduğunu söyləyib:

“Bəşər tarixində heç vaxt, heç vaxt indiki qədər aydın məlumat gözlərimizin qarşısında olmayıb: Fələstindəki soyqırım, Ukraynada, Rusiyada baş verənlər, bütün dünyada, Sudanda, hər yerdə baş verənlər. Hamısı gözlərimizin qarşısında baş verir. Görmək istəsək də, istəməsək də, bu, bizim problemimizdir, xalqların problemidir. Bunlar bizim problemlərimizdir”.

2022-ci ilin fevral ayının sonundan etibarən Rusiya Ukraynaya işğalçı hücumlarını davam etdirir.

The post Qvardiola Rusiya – Ukrayna müharibəsindən danışdı appeared first on Komanda.az.

“Nyukasl”ın baş məşqçisi: “İstənilən stadionda qol vura biləcək oyunçularımız var”

4 February 2026 at 14:38

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl”ın baş məşqçisi Eddi Hau İngiltərə Kubokunda “Mançester Siti”yə qarşı keçirəcəkləri cavab oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk oyunda 0:2 hesabıyla uduzmalarına baxmayaraq, geridönüşə ümid etdiklərini bildirib:

“Birinci matçdakı ikinci qol böyük məyusluq yaratdı. Lakin inamımızı itirməmişik. Dünyanın istənilən stadionunda qol vura biləcək oyunçularımız var. “Liverpul”a, PSJ-yə qarşı pis oynamamışdıq. Bir oyunda 30-35, digər oyunda 70-75 dəqiqə böyük üstünlükdə oynadıq. Bu amilləri nəzərə alsaq, hələ də şansımızın davam etdiyini deyə bilərəm”.

Bu gün keçiriləcək “Mançester Siti” – “Nyukasl” oyunu saat 00:00-da start götürəcək.

“Nyukasl” fevralın 18-də Bakıda “Nyukasl”la üz-üzə gələcək. Cavab görüşü isə 25-də İngiltərədə olacaq.

“Arsenal” üçüncü titulun arzusunda

4 February 2026 at 14:22

“Arsenal” İngiltərə Kubokunda finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, “topçular” yarımfinalda “Çelsi”ni mübarizədən kənarlaşdırıb – 3:2, 1:0.

“Arsenal” 2018-ci ildən sonra birinci dəfə Liqa Kubokunda finala yüksəlib. London klubu ümumilikdə isə iki dəfə bu turniri qazanıb – 1987, 1993-cü il.

“Xankəndi”dən transfer

4 February 2026 at 14:00

II Liqada mübarizə aparan “Xankəndi” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, komanda Asif Məmmədovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son klubu “Cəbrayıl” olan müdafiəçi ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Təxirəsalınma müzakirəsi: pley-off ərəfəsində təqvimlər

4 February 2026 at 13:40

“Qarabağ”ın Çempionlar Liqasında pley-off mərhələsində “Nyukasl”la cavab oyunundan əvvəlki “Neftçi” ilə matçının təxirə salınmaması geniş müzakirə yaradıb.

Bir qrup oyunun vacibliyini əsas gətirir, təxirəsalınmanın mühüm olduğunu qeyd edirsə, digər tərəf – daha çox “Neftçi” azarkeşləri isə matçın baş tutmasının tərəfdarıdır. Klub da rəsmi olaraq təxirəsalınmaya razı olmadığını bildirib.

Başadüşüləndir, çətin keçən mövsümlərdən sonra demək olar, birinci dəfə daha diri görünən “ağ-qaralar” derbinin baş tutmasını, klubun oyun ritmindən qopmamasını istəyir. Fanatlar da əzəli rəqiblərinin sıx qrafikinin onlar üçün üstünlük ola biləcəyini düşündüyü üçün təxirəsalınmanın əleyhinədir.

Bir məqamı qeyd edək, “Qarabağ” uzun illərdir avrokuboklarda mütəmadi çıxış edir və artıq sıx qrafikdə oynamağa alışıb. “Nyukasl” klubu necə ki, Bakıya uzun səfər edərək gələcək, eynilə “Qarabağ” bu məsafəni İngiltərəyə yollananda qət edəcək

“Nyukasl” Premyer Liqa klubudur, keyfiyyət fərqi var, səviyyəcə üstündür, lakin indiki məqamda səfər şərtləri iki komanda üçün eynidir. “Nyukasl” da oyun ərəfəsində sıx qrafikdə oynayacaq, hələ rəqiblər də asan deyil.

“Sağsağan”ların “Qarabağ”la oyun ərəfəsində keçirəcəyi matçlar:

Tottenhem (səfər)
Aston Villa (kubok oyunu, səfər)
Qarabağ (səfər)
Mançester Siti (səfər)

“Nyukasl” Premyer Liqada avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. İndiki məqamda 11-ci sırada yer alan komanda beşinci sıradakı “Çelsi”dən 7 xal geridədir və qarşıda 14 tur var. Fərq qapana bilər. Bu yolda “Nyukasl” üçün hər oyunun önəmi böyükdür.

Həm “Qarabağ”ın, həm “Nyukasl”ın təqvimi sıxdır və komandaların pley-offlarda oyun şərtləri eyni olacaq. Bu səbəbdən “Qarabağ”ın oyununun təxirə salınmasının vacibliyini qeyd etmək, bunu mütləq şəkildə istəmək bəlkə də, düzgün çıxmaz. Komandanın baş məşqçisi Qurban Qurbanovun yeganə təəssüfləndiyi məqam pley-off ərəsində süni örtüklü meydançalarda baş tutacaq oyunlardı ki, bunun da səbəbi zədə riskləridir.

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın fevralın 18-da Bakıda, cavab görüşünü isə 25-də İngiltərədə keçirəcək.

Şahin Cəfərov

Hames Rodriges MLS yolunda

4 February 2026 at 15:15
“Real” və “Bavariya”nın sabiq futbolçusu Hames Rodriges karyerasını MLS-də davam etdirə bilər. Msport.az xəbər verir ki, kolumbiyalı vinger “Minnesota Yunayted” […]

Source

Elvin Quliyev Finlandiya millisini çalışdıra bilər

4 February 2026 at 11:00

Futzal üzrə Azərbaycan milli komandasının sabiq üzvü Elvin Quliyev Finlandiya yığmasından təklif alıb və bu komandanın baş məşqçisi ola bilər.

Arena.az xəbər verir ki, məşqçi kurslarını Finlandiya Futbol Federasiyasında keçmiş və yekunda UEFA-nın B lisenziyasını almış mütəxəssis bu ölkənin futzal üzrə əsas millisinin baş məşqçisi vəzifəsinə namizəddir.

Skandinaviyalılar Quliyevə müraciət edərək özü ilə bağlı məlumatları federasiyanın namizədlər üçün yaradılmış bölməsinə yerləşdirməsini xahiş ediblər. Seçimlərin nəticəsi yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, Elvin Quliyev futzalçı karyerası dönəmində “Turan AİR”, “Asfarma”, TT, “Neftçi” İSM, “Əmrahbank”, “Baku Fire”, “İtaldizayn” klublarının formasını geyinib. O, Azərbaycan çempionu olub və Azərbaycan Kubokunu qazanıb. Quliyev müxtəlif illərdə Azərbaycan milli komandasının heyətində də çıxış edib.

Tanınmış futbolçu MLS klubuna keçir

4 February 2026 at 12:48

Tanınmış yarımmüdafiəçi Xames Rodriqes yaxın vaxtlarda klubunu yenidən dəyişə bilər.

Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ABŞ-a yollanıb və MLS təmsilçisi “Minnesota Yunayted”lə müqavilə imzalamağa hazırlaşır.

Kolumbiyalı futbolçu yanvarın əvvəlində Meksikanın “Leon” klubundan ayrıldıqdan sonra azad agent statusundadır. “Minnesota Yunayted” ötən mövsüm MLS-in Qərb Konfransında turnir cədvəlini 4-cü pillədə başa vurub, pley-off mərhələsində isə yarımfinala qədər irəliləyib. Komanda yeni mövsümün ilk turunda, fevralın 22-də “Ostin”lə qarşılaşacaq.

Rodriqes karyerası ərzində “Real”, “Bayern”, “Everton”, “Portu”, “Monako” və digər nüfuzlu klubların formasını geyinib. ABŞ-a mümkün transfer kolumbiyalı oyunçunun karyerasında növbəti maraqlı mərhələ ola bilər.

The post Tanınmış futbolçu MLS klubuna keçir appeared first on Komanda.az.

Qışın ən bahalı transferləri – SİYAHI

4 February 2026 at 12:30

“Transfermarkt” portalı 2026-cı ilin qış transfer pəncərəsində reallaşan ən bahalı 10 keçidin siyahısını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının zirvəsində “Bornmut”dan “Mançester Siti”yə transfer olunan vinger Antuan Semenyo qərarlaşıb. “Şəhərlilər” bu keçid üçün 72 milyon avro ödəyib.

Siyahıda ikinci yeri “Vulverhempton”dan “Kristal Pelas”a keçən Yorgen Strannd Larsen tutur – bu transfer 49,7 milyon avroya başa gəlib. Üçüncü ən bahalı keçid isə yarımmüdafiəçi Lukas Paketaya məxsusdur. Braziliyalı futbolçu “Vest Hem”dən ölkəsinin “Flamenqo” klubuna 42 milyon avro qarşılığında transfer olunub.

Bundan başqa, qışın ən bahalı transferləri sırasında aşağıdakı keçidlər də yer alıb:

Konor Qallaher – “Atletiko”dan “Tottenhem”ə (40 milyon avro)

Ademola Lukman – “Atalanta”dan “Atletiko”ya (35 milyon avro)

Qış transfer pəncərəsi adətən daha səssiz keçsə də, 2026-cı il yüksək məbləğli razılaşmalarla yadda qalıb.

The post Qışın ən bahalı transferləri – SİYAHI appeared first on Komanda.az.

“Nyukasl” “Qarabağ”la səfər oyunu üçün biletlərin qiymətlərini açıqlayıb

4 February 2026 at 12:17

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəyi matç üçün biletlərin qiymətlərini açıqlayıb.

Komanda.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qiymətlər bütün yaş qrupları üzrə 18 funt-sterlinq (təxminən 40 manat) müəyyən edilib.

Təhlükəsizlik qaydalarına əsasən, 16 yaşdan aşağı şəxslər stadiona mütləq böyüklərin müşayiəti ilə daxil olmalıdırlar.

Bundan əlavə, səfərin İngiltərə futbolu tarixinə düşəcəyi qeyd olunub. Belə ki, Eddi Hounun komandası Bakıya gəlməyə görə 2 529 mil (təxminən 4 070 km) qət edəcək ki, bu da komanda üçün turnir tarixində ən uzun məsafədir.

“Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

The post “Nyukasl” “Qarabağ”la səfər oyunu üçün biletlərin qiymətlərini açıqlayıb appeared first on Komanda.az.

“İmişli” rəsmisi şikayət olunan stadion haqda: “Tədbirlər görülür”

4 February 2026 at 12:13

Quba səfəri Premyer Liqa komandaları üçün artıq sadəcə oyun günü deyil, əsl sınağa çevrilib. Futbolçular təkcə rəqiblə yox, bərbad vəziyyətdə olan meydança ilə də mübarizə aparmalı olur. Ot örtüyünün durumu həm oyunun tempini öldürür, həm də zədələr üçün real risk yaradır. Maraqlısı isə odur ki, bu problem aylardır gündəmdə olsa da, “İmişli” rəqiblərini hələ də Qubada qəbul etməkdə davam edir.

Məsələyə aydınlıq gətirmək üçün dünən Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq rəhbəri Sənan Abdullayevlə əlaqə saxlamışdıq. Qurum rəsmisi Komanda.az-a açıqlamasında bölgə təmsilçisinə rəsmi xəbərdarlıq məktubu göndərildiyini bildirmişdi.

Daha sonra isə qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. “İmişli”nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu məsələyə belə münasibət bildirdi:

“Quba Olimpiya İdman Kompleksinin əməkdaşları tərəfindən lazımi addımlar atılır, tədbirlər görülür. Stadionun qənaətbəxş vəziyyətə gətirilməsi məqsədilə bütün zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir”.

Fəxri Rüstəmli

The post “İmişli” rəsmisi şikayət olunan stadion haqda: “Tədbirlər görülür” appeared first on Komanda.az.

“Kəpəz”dən ayrılan futbolçu “Mingəçevir”ə keçdi

4 February 2026 at 12:05

“Kəpəz”dən ayrılan futbolçu Şahmar Aşurovun yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, 1-ci Liqada çıxış edən “Mingəçevir” 21 yaşlı hücumçu ilə anlaşdığını açıqlayıb.

Oyunçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

The post “Kəpəz”dən ayrılan futbolçu “Mingəçevir”ə keçdi appeared first on Komanda.az.

Azərbaycanlı hakim təyinat aldığı Ermənistan – Ukrayna oyunundan danışdı

4 February 2026 at 13:16

Futzal üzrə Avropa çempionatının final mərhələsinə təyinat alan ilk azərbaycanlı hakim kimi tarixə düşən FİFA referisi Hikmət Qafarlı 3 görüşdə iş başında alıb.

Futbolpress.az xəbər verir ki, artıq vətənə dönən referi qitə birinciliyi ilə bağlı təəssüratlarını Futzal Federasiyasının mətbuat xidmətinə danışıb:

– İlk dəfə belə mötəbər yarışa təyinat aldın. Atmosfer necə idi?
– Demək olar, fərqli bir atmosfer idi. Qitənin ən nüfuzlu futzal yarışı, üstəlik 4 ildən bir keçirilir və ilk dəfə Azərbaycan hakimlik məktəbinin üzvü də orada təmsil olunur. Karyeramın indiyə qədər olan hissəsinin ən həyəcanlı və qürurverici yarışıydı. İstər təşkilatçılıq, operativlik, komandaların oyunlara hazırlıq və yanaşması, istərsə də oyunların səviyyəsi, sürət, intizam, taktiki gedişlər və s. tam fərqli idi. Bu cür oyunları idarə edən hakimlər də zövq almaqla yanaşı, daha məsuliyyətli olurlar.

– Final mərhələsində ilk təyinatın Ermənistan – Ukrayna oyununa oldu. Timekeeper kimi olsa da, həmin matçda iş başında olmağın bir həyəcanı var idimi?
– Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi. Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma oyunun start fitindən sonra artıq həyacan yerini oyunun atmosferinə buraxır.

– Baş hakim kimi Ukrayna – Litva görüşünü idarə etdin. Hakim-inspektor idarəçiliyinlə bağlı nə dedi?
– Birinci turdan sonra qrupda vəziyyət gərginləşmişdi. Ukrayna yenilmiş Litva isə heç kimin gözləmədiyi halda Çexiya kimi güclü rəqiblə heç-heçə etmişdi. Bu dueldə Litva futzalçıları qələbə qazansaydı, Ukrayna mübarizəni dayandıracaqdı. Ona görə oyunda gərginlik çox idi. Üstəlik, Litva həm də təşkilatçı ölkələrdən biri idi, doğma meydanda oynayırdı, azarkeşlər arenanı doldurmuşdu. Bu da oyuna əlavə rəng qatırdı. Görüşü yaxşı idarə etdik, ciddi, oyunun nəticəsinə, ruhuna təsir edən səhvlərimiz olmadı. Matçdan sonra hakim-inspektor hansısa iradlarının olmadığını və idarəçiliyimizi yüksək balla qiymətləndirdiyini bildirdi.

– Gürcüstan – Fransa matçında isə üçüncü hakim oldun. Oyunun gərginliyini nəzərə alsaq, işin çox idi?
– Həqiqətən də qarşılama gərgin keçdi. Fransa favoritlərdən idi, onlara heç-heçə də sərf edirdi. Gürcüstan isə ilk oyunda Latviyaya yenildiyinə görə mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Belə vəziyyətdə texniki zonada yer alan məşqçilər və oyunçular daha çox emosional olur, hər qərara çılğınlıqla reaksiya verirlər. Belədə də üçüncü hakimin işin çətinləşir. Ümumiyyətlə, bu cür turnirə təyinat alan hakimlərdən heç birinin işi az olmur, məsuliyyəti böyük olur. Aldığım qiymətlər göstərdi ki, hər 3 təyinatda hakim kimi üzərimə düşən işlərin öhdəsindən layincə gəlmişəm.

– Bəs qrup mərhələsindən sonrakı oyunlara təyinat almamağın nə ilə bağlıdır?
– Qrup mərhələsi başa çatdıqdan sonra oyunların sayı demək olar, yarıbayrı azalır. Ona görə də UEFA hakimlərin bir hissəsini turnirdən azad etdi. 12 hakim geri göndərildi ki, onların da əksəriyyəti ilk dəfə təyinat alanlar idi. UEFA oyunların gərginliyini və ağırlığını nəzərə alaraq, pley-off mərhələsində daha təcrübəli referilərə təyinat verir. Aralarında elə hakimlər var ki, onlar 3-cü dəfə Avropa çempionatının final mərhələsində iştirak edirlər.

– Ümumiləşdirsək, Avropa çempionatında hansı yeniliklərlə tanış oldun və təəssüratların necədir?
– Əlbəttə, yüksək və xoş təəssüratlarla qayıtdım. Avropanın ən güclü milli komandalarının və hakimlərinin iştirak etdiyi çempionata qatıldım, oyunlar idarə etdim, yeniliklərlə tanış oldum. Çempionat zamanı ilk dəfə videodəstək sisteminin iş prinsipi ilə tanış oldum, hətta Ukrayna – Litva görüşündə bundan istifadə etdim. Komandaların yüksək futzal bilikləri, göstərdiyi keyfiyyətli görüşlərin şahidi oldum və futzalın nə qədər sevimli idman oyunu olduğuna şahidlik etdim.

“Fənərbağça”dan Nunyes həmləsi

4 February 2026 at 12:45

“Fənərbağça” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Əl Hilal”ın futbolçusu Darvin Nunyeslə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Fənərbağça” Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır. Nunyes “Əl Hilal”dan ayrılmağa müsbət yanaşır.

Uruqvaylı forvard bu mövsüm 16 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Kəpəz”dən ayrılan futbolçu I Liqa klubunda

4 February 2026 at 12:25

“Kəpəz”dən ayrılan Şahmar Aşurovun yeni klubu məlum olub.

Futbolpres.az xəbər verir ki, 21 yaşlı hücumçu “Mingəçevir”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Şahmar bu mövsüm “Kəpəz”də 9 oyunda 1 qol vurub.

Ronaldo “Mançester Yunayted”ə qayıda bilər

4 February 2026 at 12:00

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo “Mançester Yunayted”ə qayıda bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Hazırda “Əl Nəsr”də çıxış edən 40 yaşlı hücumçu klubla müqaviləsini ləğv etməyi düşünür.

Ronaldo yenidən sabiq klubu “qırmızı şeytanlar”a qayıtmaq və sonuncu dəfə bu komandayla titul qazanmaq arzusundadır.

Ronaldo bu mövsüm 22 oyunda 18 qol vurub.

Hücumçu 2003-2009 və 2021-2022-ci illərdə “Mançester Yunayted”də çıxış edib.

Veysəl Rzayevin bıçaqlanması ilə bağlı cinayət işi açıldı

4 February 2026 at 10:00

Ötən gün Gəncə şəhərində “Kəpəz” komandasının futbolçusunun Veysəl Rzayevin bıçaqlanması ilə bağlı cinayət işi açılıb.

Arena.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, ötən gün səhər saatlarında 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.

Artıq Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Veysəl Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Onu da qeyd edək ki, Veysəl Rzayev hazırda xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

“İndi deyə bilərik ki, bütün məqsədlərimizə çatırıq”

4 February 2026 at 11:48

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik bu mövsümlə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Kral kubokunun yarımfinalına vəsiqə, Çempionlar Liqasının 1/8 finalına vəsiqə və La Liqada birinci yerə yüksəlmək. İndi deyə bilərik ki, bütün məqsədlərimizə çatırıq”.

“Barselona” çərşənbə axşamı Kral kubokunun 1/4 finalında “Albasete”ni 2:1 hesabıyla məğlub edib. Komanda yanvar ayında isə finalda “Real”ı 3:2 hesabıyla məğlub edərək, İspaniya superkubokunu qazanıb.

The post “İndi deyə bilərik ki, bütün məqsədlərimizə çatırıq” appeared first on Komanda.az.

AÇ-2026: Azərbaycan millisi 1-ci səbətdə yer alacaq

4 February 2026 at 11:36

Avropa Minifutbol Federasiyası 27 may-4 iyun tarixlərində Slovakiyada keçiriləcək AÇ-2026-nın püşkatması üçün səbətləri açıqlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandası Slovakiya, Rumıniya, Serbiya, Qazaxıstan və Bolqarıstanla birlikdə 1-ci səbətdə yer alıb. 

Digər səbətlər aşağıdakılardır:

2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;
3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;
4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya

Püşkatma 27 fevralda Bratislavada keçiriləcək və saat 20:00-da başlayacaq.

The post AÇ-2026: Azərbaycan millisi 1-ci səbətdə yer alacaq appeared first on Komanda.az.

“Barselona”dan 4 milyon avroluq uğursuz qərar

4 February 2026 at 11:32

“Barselona” texniki sponsorla bağlı qeyri-müəyyənlik fonunda ciddi maliyyə itkisi ilə üzləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik uzun illərdir klubun texniki tərəfdaşı olan “Nike” firması ilə danışıqlarda problemlər yaşandıqdan sonra təxminən 4 milyon avronu uğursuz bir qərara xərcləyib.

Gözləntilərə görə, “Barselona” mövsümə ya ümumiyyətlə, texniki sponsorsuz başlamalı, ya da bütün mövsümü sponsorsuz keçirməli idi. Klub rəhbərliyi paralel olaraq digər idman nəhəngi “Puma” ilə də danışıqlar aparsa da, vəziyyət aydınlaşmamışdan öncə riskli addım atılıb.

Belə ki, “Nike” loqosu olmadan yeni dizaynda on minlərlə forma əvvəlcədən istehsal edilib. Bu formalar yalnız futbol komandası üçün deyil, eyni brend altında çıxış edən basketbol və voleybol komandaları üçün də hazırlanıb.

Ancaq sonradan “Barselona”nın “Nike” ilə razılığa gəlməsi bütün planları alt-üst edib. Sponsor loqosu olmayan formaların satışa çıxarılması müqavilə pozuntusu sayıldığından, klub onları bazara təqdim edə bilməz. Bu isə kataloniyalıların artıq xərclədiyi 4 milyon avronun birbaşa zərərə çevrilməsi deməkdir.

Sözügedən formaların satışı klub üçün daha böyük maliyyə itkilərinə səbəb ola biləcəyindən, “Barselona” bu addımdan imtina etmək məcburiyyətində qalıb.

The post “Barselona”dan 4 milyon avroluq uğursuz qərar appeared first on Komanda.az.

“İmişli”dən yeni transfer

4 February 2026 at 11:24

“İmişli” növbəti futbolçu transferini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Premyer Liqa təmsilçisi azərbaycanlı oyunçu Nazim Hüseynov ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 2 il 6 aylıq müqavilə imzalanıb.

Gənc futbolçu son olaraq “Qəbələ”nin formasını geyinib.

The post “İmişli”dən yeni transfer appeared first on Komanda.az.

Kante Türkiyə klubunda – Rəsmi

4 February 2026 at 11:11

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib. 

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisi fransalı yarımmüdafiəçi Nqolo Kantenin transferini rəsmiləşdirib.

Klub son olaraq “Əl-İttihad”da (Səudiyyə Ərəbistanı) çıxış edən Fransa millisinin 34 yaşlı oyunçusu ilə 2,5 illik müqavilə bağlayıb.

The post Kante Türkiyə klubunda – Rəsmi appeared first on Komanda.az.

“Zirə”nin futbolçusu 1-ci Liqa klubuna keçdi

4 February 2026 at 11:06

“Zirə”nin futbolçusu Əkbər Eyubov Azərbaycanın 1-ci Liqa təmsilçisi “Mingəçevir”ə keçib.

Komanda.az Mingəçevir klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı müfdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.

O, yeni komandasında 33 nömrəli formanı geyinəcək.

“Mingəçevir” hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.

The post “Zirə”nin futbolçusu 1-ci Liqa klubuna keçdi appeared first on Komanda.az.

Argentinalı futbolçu “Tottenhem”dən ayrılacaq

4 February 2026 at 11:04

“Tottenhem”in müdafiəçisi Kristian Romero karyerasında yeni mərhələyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu cari mövsüm başa çatdıqdan sonra, yay transfer pəncərəsində London klubunu tərk edəcək.

27 yaşlı müdafiəçinin əvvəlki transfer dövrlərində İspaniya La Liqasından təkliflər aldığı bildirilir. Bundan əlavə, “Tottenhem”in kapitanı digər, adı açıqlanmayan bir çempionatın klublarının da maraq dairəsində olub. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Romero “Tottenhem”in əsas simalarından biri və komandanın lider futbolçularından sayılır.

The post Argentinalı futbolçu “Tottenhem”dən ayrılacaq appeared first on Komanda.az.

Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb

4 February 2026 at 10:44

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

Bu barədə Komanda.az-a AVF-dən məlumat verilib.

Gözəlbəyli qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsində Yunanıstanın “Panionios” və Kiprin “Olimpiada Neapolis” komandaları arasında keçiriləcək oyunda supervayzer funksiyasını yerinə yetirəcək.

Fevralın 5-də Yunanıstanda baş tutacaq qarşılaşmanın hakimləri polşalı Tomaş Yanik və rumıniyalı Darius Dumitru Meska olacaq.

The post Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb appeared first on Komanda.az.

“Araz-Naxçıvan” sabiq oyunçusunu geri qaytarıb

4 February 2026 at 10:41

“Araz-Naxçıvan” futzal klubu sabiq oyunçusu Amirhossein Rasoulini yenidən heyətinə qatıb.

Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.

İranlı futzalçı ötən il də Naxçıvan təmsilçisinin formasını geyinib.

“Araz-Naxçıvan” hazırda 25 xalla Azərbaycan Yüksək Liqasının turnir cədvəlinə başçılıq edir.

The post “Araz-Naxçıvan” sabiq oyunçusunu geri qaytarıb appeared first on Komanda.az.

“Karrik belə davam edərsə, onu “Mançester Yunayted”də saxlamaq olar”

4 February 2026 at 10:34

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi, Maykl Karrikin komandanın baş məşqçisi kimi fəaliyyəti ilə bağlı fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Mançester Yunayted” yenidən “Mançester Yunayted” kimi görünür. Karrik yaxşı iş görür. O, belə davam edərsə, onu komandada saxlamaq olar”.

İngiltərəli mütəxəssisin rəhbərliyi altında “qırmızı şeytanlar” ardıcıl üç oyunda qalib gəliblər. Komandanın hazırda 41 xalı var və Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir.

The post “Karrik belə davam edərsə, onu “Mançester Yunayted”də saxlamaq olar” appeared first on Komanda.az.

Milli üzvü əməliyyat olundu

4 February 2026 at 11:42

Yunan-Roma güləşi üzrə milli komandanın üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.

Futbolpress.az xəbər verir ki, çiyin nahiyyəsindən uğurlu əməliyyat keçirən güləşçimiz 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.

Qənizadə 4-6 ay sonra yarışlarda iştirak edə bilər.

 

“Qəbələ”dən “İmişli”yə

4 February 2026 at 11:26

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi “Qəbələ”dən Nazim Hüseynovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə 2 il 6 aylıq müqavilə imzalanıb.

“Neftçi” haqlıdır, yoxsa…(?)

4 February 2026 at 11:04

“Qarabağ” 25 fevralda “Nyukasl”la ÇL-in pley-off oyunu öncə “Neftçi” ilə matçın təxirə salınması üçün müraciət etmişdi. Məlumata görə azarkeşlərin təzyiqi ilə klub bu müraciətə müsbət cavab verməyib.

Azarkeşin tələbi/mövqeyi… anlaşılandır.

“Neftçi”nin reaksiyası… anlaşılandır.

Bəs problem nədədir?

“Neftçi” haqlı olaraq vəziyyətə rasional yanaşma tətbiq edir və son “Araz Naxçıvan” qələbəsindən (4:0) sonra yaxalanan auranın faydasını güdür. Buna qarşı nəsə demək subyektiv və emosional fikir olar.

Lakin “Neftçi”nin “Qarabağ”a bu mahiyyətdə münasibəti tək bununla bitmir. ÇL-in liqa mərhələsinə də, pley-offa da yüksələndə bir qayda olaraq “Neftçi” təbrik etmədi. Etməlidirmi sualına birmənalı cavab yoxdur, ancaq düzdür-səhvdir dilemmasında mühakimələr yürütmək mümkündür.

Görəsən həmişə təbrik edən klublar yanlış edir, yoxsa “Neftçi”? Yaxud da əksinə…

Azarkeş rakursundan baxılsa, “Qarabağ” rəqibdir və həm də əzəli… Bu azarkeş arqumentindən daha artıq bir şey ola bilərmi? Mübahisəlidir…

Deməli, biz bu rəftara bir anlam verməliyik.

Bəs verə bilirikmi?

Kamil Əhməd

“Zirə” futbolçusunu göndərdi

4 February 2026 at 10:46

“Mingəçevir” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki. bölgə təmsilçisi “Zirə”dən Əkbər Eyyubovu heyətinə qatıb. 20 yaşlı müdafiəçi mövsümün sonuna kimi icarə əsasında “Mingəçevir”in formasını geyinəcək.

Əkbər “Zirə”nin əvəzedici komandasında çıxış edirdi.

Cilardinonu o əvəz etdi

4 February 2026 at 10:24

İtaliyanın “Piza” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Oskar Hilyemarka tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oskar bu postda Alberto Cilardinonu əvəzləyib.

“Piza” A Seriyasında 23 turdan sonra 14 xalla 19-cu sıradadır.

“Araz-Naxçıvan” sabiq oyunçusunu qaytardı

4 February 2026 at 09:36

Futzal üzrə “Araz-Naxçıvan” heyətini yeni oyunçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, klub sabiq futzalçısı Amirhossein Rasoulini transfer edib. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Amirhossein qısa fasilədən sonra yenidən komandanın formasını geyinəcək

Günün oyunları – TV

4 February 2026 at 09:31

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

4 fevral

Türkiyə, kubok
14:00 Boluspor – Alanyaspor (A Spor)
16:30 Fatih Karagümrük – Başakşəhər (A Spor)
19:00 Gənclərbirliyi – Eyüpspor (A Spor)
21:30 Qalatasaray – İstanbulspor (A Spor)

Azərbaycan, kubok
17:00 Sumqayıt – Zirə (CBC Sport)
19:30 Sabah – Qəbələ (CBC Sport)

İtaliya, kubok
00:00 İnter – Torino (TRT Spor, Matç TV)

İspaniya, kubok
00:00 Valensiya – Atletik (Futbol 2, S Sport+)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Avrokuboklara iddiaçıların kubok duelləri

4 February 2026 at 10:00

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. İlk oyun günündə “Sumqayıt” “Zirə”ni, “Sabah” isə “Qəbələ”ni qəbul edəcək.

17:00 Sumqayıt – Zirə

Premyer Liqada avrokuboklara vəsiqə mübarizəsi aparan komandalar bu dəfə kubokda üz-üzə gələcəklər. Bu mövsüm Saşa İliçin rəhbərliyi altında yaxşı nəticələrlə seçilən “Sumqayıt” üçün avrokuboklara vəsiqəni kubok yolu ilə qazanmaq daha uyğundur. “Kimyaçılar” liqada dördüncü sırada olmasına baxmayaraq, bəzən heyətlə bağlı problemlər, bəzən oyunların alınmaması xal itkilərinə səbəb olur. “Sumqayıt” üçün kubok yolu daha asan görünür. Nəticəyə oynamağı bacaran “kimyaçılar” azı final oynamaq arzusundadır. Həlledici görüşdə isə hər şeyin mümkünlüyü klubu daha iştahlandırır.

“Zirə” Premyer Liqada ikinci dövrəyə uğurlu başlamayıb. “Neftçi” səfərindən bir xalla dönən “qartallar” son turda “Sabah”a 1:3 hesabıyla uduzub. “Zirə” məğlubiyyəti unutdurmaqçün kubokda yaxşı nəticəyə ümid edir. Rəşad Sadıqovun komandası kubokda finallar oynayıb və daha təcrübəlidir. Cütün duelində “qartallar” bir addım öndə görünür.

19:30 Sabah – Qəbələ

Premyer Liqada son turların ən formada iki komandasının dueli olacaq. “Sabah” çempionatda ardıcıl 7 oyundur, qələbə qazanıb. Ümumilikdə son 16 matçda məğlub olmayan “bayquşlar” həm liqada, həm kubokda mükafatçılardan olmaq arzusundadır. Sıx qrafikə baxmayaraq, kubok görüşü komandanın oyun ritmindən qopmaması üçün daha əlverişlidir.

“Qəbələ” isə liqada son sıralardan qurtulmağı bacarıb. Kaxaber Sxadadzenin komandası son iki turda qazandığı inamlı qələbələrlə autsayderlə fərqi böyüdüb və indi daha rahatdır. “Qəbələ” ölkə kubokunun titullu komandalarındandır. Sxadadze liqada son sıralarda olmalarına baxmayaraq, kubokda final oynamaq niyyətindədir.

Şahin Cəfərov

Rosenyor “Arsenal”a məğlubiyyəti şərh etdi

4 February 2026 at 09:26

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor İngiltərə Liqa Kubokunun yarımfinalında “Arsenal”a məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib

“İkinci hissədə daha üstün olsaq da, keyfiyyət göstərə bilmədik. Çoxlu təzyiqlərimizə baxmayaraq, qol vurmadı.

Oyundan öncə heyətlə bağlı problemlərimiz var idi. Bəhanə gətirmək istəmirəm, amma ciddi itkilər komandaya təsirini göstərdi. Hər bir halda, ikinci hissəsini daha yaxşı oynadığımız bir oyun oldu. Çox çalışsaq da, alınmadı”.

Hansı oyun, hansı kanalda? – TV

4 February 2026 at 09:12

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

4 fevral

Türkiyə Kuboku
14:00 Boluspor – Alanyaspor (A Spor)
16:30 Karagümrük – Başakşəhər (A Spor)
19:00 Gənclərbirliyi – Eyüpspor (A Spor)
21:30 Qalatasaray – İstanbulspor (A Spor)

Azərbaycan Kuboku
17:00 Sumqayıt – Zirə (CBC Sport)
19:30 Sabah – Qəbələ (CBC Sport)

İtaliya Kuboku
00:00 İnter – Torino (TRT Spor)

Fransa Kuboku
00:05 Strasburq – Monako (beİN Sports 4)
00:05 Lion – Laval (beİN Sports 3)
00:05 Loryan – PSJ (beİN Sports 5)

En Nesirinin yeni klubu

4 February 2026 at 08:50

“Fənərbağça” hücumçusu Yussuf En Nesirini satıb.

Futbolpress.az xəbər verir ki, mərakeşli futbolçu “Əl İttihad”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvardla razılaşmanın detalları açıqlanmayıb.

En Nesiri bu mövsüm Super Liqada 16 oyunda 7 qol vurub.

Elə-belə Zaur Axundov sicilləməsi

4 February 2026 at 08:33

“Qarabağ”ın “Nyukasl”la oyuna yorğun çıxmaması üçün “Neftçi” ilə qarşılaşmanın təxirə salınması istəyi boş qaldı. Məsələn, günün müzakirə mövzusu bu ola bilər. Amma biz Zaur Axundov haqda iki gün əvvəl məqalə dərc etsək də, yenidən haqqında bəhs etmək istəyirik.

Elə-belə.

Və hər an bu baş verə bilər.

Ən aktual mövzunu kənara qoyub, məhz Axundovu dəxlisizcə müzakirə edə bilərik.

Biz onun haqqında vaxtsız-vədəsiz yazı yaza bilərik.

Guya qardaşının prezident olduğu “Araz Naxçıvan”ın hər şeyi məhz ona bağlıdır və bu klub necə ki məzmunsuzluğu, mahiyyətsizliyi ilə “göz oxşayır”, eləcə də Axundovun uzun illərdir ölkə futbolunda idarəçi olması “beyin yandırır”.

Dediyim kimi, həftəsonu, cümə, cümə axşamı, günün ilk və ya ikinci yarısı, ayın ortası, günəşin ultrabənövşəyi şüalarının kəskin şaquli düşdüyü vaxt – hər an biz Zaur Axundovdan bəhs edən məqalə ilə görüşünüzə gələ bilərik.

Bu bir gözlənilməzlikdir, anlaşılmazlıqdır, sistemsizlikdir, məntiqsizlikdir – hər nədirsə, edəcəyik.

Belə olmalıdır.

Axundov performansı ilə bunu haqq edib. Onun performansı özünəməxsusdur.

Ona performans sözünün işləndiyi sual ünvanlasam, nəticə hamımız üçün həm əyləncəli, həm düşündürücü ola bilər.

Azərbaycan futbolu belə idarəçiyə meydan açıbsa, niyə bu xaotikliyi, anlaşılmazlığı biz etməyək?

Müxtəlif klublarımız doğma arenasından “didərgin” düşüb. Onların hər birinə az-çox bəraət qazandırmaq olar. Ancaq muxtar respublika təmsilçisinin paytaxtda sərgərdan dolanmağının zərrə qədər məntiqi yoxdur.

Nə özü, nə rəhbərlik etdiyi klub anlaşılır.

Elmar Baxşıyevi mövsümün gedişində qovur, hansısa ukraynalı Demçenkonu baş məşqçi gətirir və nəticələr irəli yox, geri gedir. Zamanlamadakı qeyri-dəqiqliyin dəqiqliyinə heyran!

Hər an, istənilən formada ən ağlasığmaz məzmunda yazılara personaj olacaq adam deyilmi?

Məndən olsa, Əlcəzair ikinci divizionunun hər hansısa oyununa gedib, oyunsonrası mətbuat konfransında qonaq komandanın baş məşqçisinə Zaur Axundov haqda sual verərdim. Nə bilim niyə?!

Kimsə izah edə bilərmi o niyə Azərbaycan Premyer Liqasında çıxış edən bir klubun qeyri-rəsmi rəsmi rəhbəridi? Yox. Onda Əlcəzair ikinci divizionundakı istənilən matçın qonaq komandasının baş məşqçisi də təəccüblənməsin olanlara.

Məzmunsuzluğu anlada, ifadə edəcək fantaziya axtarışım hər hoqqa çıxara bilər…

Dünyada bazar günü, İranda isə cümə günü qeyri-iş günüdü və heç yer işləmir. Məhz istənilən cümə günü İranın hər hansı regional televiziya kanalında Zaur Axundovun futbol fəlsəfəsi haqda moizə oxumaq istərdim.

Təkrarolunmazlıq, ağlasığmazlıq, məəttəlbazlıq…

Elçin Cəlilov

Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunlarına start verilir

4 February 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Mərhələnin açılış oyununda “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Cavid Cəlilov olacaq.

Günün digər oyunu Premyer Liqanın lideri “Sabah”la “Qəbələ” arasında baş tutacaq. “Masazır Arena”da keçiriləcək oyunu Fərid Hacıyev idarə edəcək.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin qalan ilk oyunları fevralın 5-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final
4 fevral

“Sumqayıt” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.

“Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”, 19:30.

5 fevral

“Şamaxı” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabbarov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tovuz şəhər stadionu, 19:00.

“Şübhə yoxdur ki, bu oğlanın böyük ustalığı var”

4 February 2026 at 08:28

“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu Ceymi Karrager “qırmızılar”ın yarımmüdafiəçisi Florian Virts barədə fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, almaniyalı oyunçunun potensialını yüksək qiymətləndirir:

“Virts mərhələli şəkildə irəliləyir. Şübhə yoxdur ki, bu oğlanın böyük ustalığı var. Ona baxanda elə gəlir ki, David Silvanın (“Mançester Siti”nin sabiq futbolçusu) yolunu təkrarlaya bilər”.

22 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayında Levekuzen “Bayer”indən 125 milyon avro qarşılığında transfer olunub. O, “qırmızılar”ın heyətində 32 oyunda iştirak edib, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

The post “Şübhə yoxdur ki, bu oğlanın böyük ustalığı var” appeared first on Komanda.az.

“Fənərbağça”dan Kante sürprizi – rəsmi

4 February 2026 at 08:15

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu “Əl İttihad”dan Nqolo Kanteni transfer edib. Bu barədə “bülbüllər”in mətbuat xidməti məlumat yayıb.

Kantenin keçidinin detalları açıqlanmayıb.

“Fənərbağça” daha öncə sənədləşmə işlərinin çatdırılmaması səbəbindən Kantenin transferinin baş tutmadığını açıqlamışdı.

Azərbaycan Kuboku: 1/4 finala start verildi

4 February 2026 at 21:28

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Sumqayıtda baş tutub. “Zirə” burda yerli komanda ilə heç-heçə edib.

Digər görüşdə isə Premyer Liqanın lideri “Sabah” “Qəbələ” ilə qolsuz bərabərə qalıb.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar

4 fevral

17:00 Sumqayıt – Zirə 0:0
Baş hakim: Cavid Cəlilov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30 Sabah – Qəbələ 0:0
Baş hakim: Fərid Hacıyev
“Bank Respublika Arena”

İngiltərə Kubokunda ilk finalçı – “Arsenal”!

4 February 2026 at 02:30

Bu gün futbol üzrə İngiltərə Kubokunda 2025/2026-cı illər mövsümün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Arsenal” doğma meydanda Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşıb. Bu komandaların ilk oyununda “topçular” 3:2 hesablı qələbəyə sevinmişdilər. Cavab görüşündə də qələbə qazanmış “Arsenal” ilk finalçı olub.

İngiltərə Kubokunda finalın digər iştirakçısı sabah – fevralın 4-də müəyyənləşəcək.

İngiltərə Kuboku
Yarımfinalın cavab oyunları
3 fevral

Arsenal – Çelsi 1:0 (ilk oyun – 3:2)
Qol: Haverts, 90+7.

4 fevral

00:00. Mançester Siti – Nyukasl

İspaniya Kubokunda ilk yarımfinalçı – “Barselona”!

4 February 2026 at 02:15

Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Albasete” doğma meydanda La Liqa nəhəngi “Barselona” ilə üz-üzə gəlib. Rəqibini çətinliklə məğlub etmiş Kataloniya təmsilçisi ilk yarımfinalçı olub.

İspaniya Kubokunda yarımfinal mərhələsinin qalan iştirakçıları fevralın 4-də və 5-də müəyyənləşəcək.

İspaniya Kuboku
1/4 final mərhələsi
3 fevral

Albasete – Barselona 1:2
Qollar: Moreno, 87 – Yamal, 39. Arauxo, 56.

4 fevral

00:00. Alaves – Real Sosyedad
00:00. Valensiya – Atletik

5 fevral

00:00. Betis – Atletiko

“Bayer” Almaniya Kubokunda yarımfinala yüksəldi

4 February 2026 at 02:00

Bu gün futbol üzrə Almaniya Kubokunda 2025/2026-cı illər mövsümün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Bayer” doğma meydanda “Sankt Pauli” ilə üz-üzə gəlib. Rəqibini 3 cavabsız qolla məğlub etmiş Leverkuzen təmsilçisi ilk yarımfinalçı olub.

Almaniya Kubokunda yarımfinal mərhələsinin qalan iştirakçıları fevralın 4-də, 10-da və 11-də müəyyənləşəcək.

Almaniya Kuboku
1/4 final mərhələsi
3 fevral

Bayer – Sankt Pauli 3:0
Qollar: Terrye, 31. Şik, 63. Hofmann, 90+2.

4 fevral

23:45. Holştayn – Ştutqart

10 fevral

23:45. Herta – Frayburq

11 fevral

23:45. Bayern – Leypsiq

“Arsenal” finalda!

4 February 2026 at 03:03

İngiltərə kubokunda ilk finalçı müəyyənləşib.

Komanda.az xəbər verir ki, yarımfinalın cavab oyununda “Arsenal” evdə “Çelsi” ilə qarşılaşıb.

İlk oyunda 3:2 hesablı qələbəyə sevinmiş “topçular” cavab görüşündə də oxşar uğura imza atmaqla ilk finalçı olub.

İngiltərə kuboku
Yarımfinalın cavab oyunları

3 fevral

Arsenal – Çelsi 1:0 (ilk oyun – 3:2)
Qol
: Haverts, 90+7.

4 fevral

00:00. Mançester Siti – Nyukasl (2:0)

The post “Arsenal” finalda! appeared first on Komanda.az.

“Barselona” yarımfinala yüksəldi

4 February 2026 at 02:52

İspaniya kubokunun 1/4 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, bu gün 1 oyun baş tutub.

Səfərdə “Albasete” ilə qarşılaşan “Barselona” çətin qələbə sayəsində ilk yarımfinalçı olub.

İspaniya kuboku
1/4 final mərhələsi
3 fevral

Albasete – Barselona 1:2
Qollar
: Moreno, 87 – Yamal, 39. Arauxo, 56.

4 fevral

00:00. Alaves – Real Sosyedad
00:00. Valensiya – Atletik

5 fevral

00:00. Betis – Atletiko

The post “Barselona” yarımfinala yüksəldi appeared first on Komanda.az.

İlk yarımfinalçı “Bayer” oldu

4 February 2026 at 02:43

Almaniya kubokunun 1/4 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Bayer” evdə “Sankt Pauli” ilə qarşılaşıb. Leverkuzen təmsilçisi darmadağınla ilk yarımfinalçı olub.

Almaniya kuboku
1/4 final mərhələsi

3 fevral

Bayer – Sankt Pauli 3:0
Qollar
: Terrye, 31. Şik, 63. Hofmann, 90+2.

4 fevral

23:45. Holştayn – Ştutqart

10 fevral

23:45. Herta – Frayburq

11 fevral

23:45. Bayern – Leypsiq

The post İlk yarımfinalçı “Bayer” oldu appeared first on Komanda.az.

Darmadağınla 1/4 finala yüksəldilər

4 February 2026 at 02:11

Fransa kubokunun 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Reyms” evdə “Le Man”a, Marsel “Olimpik”i isə “Renn”ə böyük hesabla qalib gələrək 1/4 finala yüksəlib.

Fransa kuboku
1/8 final mərhələsi

3 fevral

Reyms – Le Man 3:0
Qollar
: Leoni, 38; 71. Benhattab, 84.

Olimpik (Marsel) – Renn 3:0
Qollar
: Quiri, 2. Qrinvud, 46. Obameyanq, 83.

4 fevral

23:30. Loryan – Paris
23:30. Olimpik (Lion) – Laval
23:30. Nitsa – Monpelye
23:30. Tuluza – Amyen
00:00. Trua – Lans

5 fevral

00:00. Strasburq – Monako

The post Darmadağınla 1/4 finala yüksəldilər appeared first on Komanda.az.

“Milan”dan darmadağın

4 February 2026 at 01:55

İtaliya A Seriyasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Bolonya” evdə “Milan”la qarşılaşıb. Milanlılar səfərdə darmadağına seviniblər.

Hazırda 55 xal toplamış “İnter” vahid liderdir. “Milan” 40, “Napoli” 46, “Yuventus” 45, “Roma” 43 xal toplayıb.

İtaliya A Seriyası
23-cü tur

30 yanvar

Latsio – Cenoa 3:2
Qollar
: Pedro, 56-pen. K.Teylor, 62. Kataldi, 90+8-pen – Malinovski, 67-pen. Vitinya, 75.

31 yanvar

Piza – Sassuolo 1:3
Qollar
: Aebişer, 51 – Berardi, 25. Karaççiolo, 45+1-öz qapısına. Kone, 58.

Napoli – Fiorentina 2:1
Qollar
: Verqara, 11. M.Qutyerres, 49 – Solomon, 57.

Kalyari – Verona 4:0
Qollar
: Mazzitelli, 36. S.Kılıçsoy, 45+2. Sulemana, 84. İdrissi, 90+1.

1 fevral

Torino – Leççe 1:0
Qollar
: K.Adams, 29.

Komo – Atalanta 0:0

Kremoneze – İnter 0:2
Qollar
: L.Martines, 16. Zelinski, 31.

Parma – Yuventus 1:4
Qollar
: Kambyazo, 51-öz qapısına – Bremer, 15; 54. Makkenni, 37. David, 64.

2 fevral

Udineze – Roma 1:0
Qol
: Ekkelenkamp, 49.

3 fevral

Bolonya – Milan 0:2
Qollar
: Loftus-Çik, 20. Nkunku, 39-pen. Rabyo, 48.

The post “Milan”dan darmadağın appeared first on Komanda.az.

Fransa Kubokunda 1/8 final darmadağınlarla başladı

4 February 2026 at 01:50

Bu gün futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümün 1/8 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Reyms” doğma meydanda “Le Man”la, Marsel “Olimpik”i isə “Renn”lə üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri darmadağına seviniblər və 1/4 finala yüksəliblər.

Fransa Kubokunda 1/4 final mərhələsinin qalan iştirakçıları fevralın 4-də və 5-də müəyyənləşəcək.

Fransa Kuboku
1/8 final mərhələsi
3 fevral

Reyms – Le Man 3:0
Qollar: Leoni, 38; 71. Benhattab, 84.

Olimpik (Marsel) – Renn 3:0
Qollar: Quiri, 2. Qrinvud, 46. Obameyanq, 83.

4 fevral

23:30. Loryan – Paris
23:30. Olimpik (Lion) – Laval
23:30. Nitsa – Monpelye
23:30. Tuluza – Amyen
00:00. Trua – Lans

5 fevral

00:00. Strasburq – Monako

A Seriyası: “Milan” “Bolonya”nı 3 cavabsız qolla yendi

4 February 2026 at 01:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Bolonya” doğma meydanda “Milan”la üz-üzə gəlib. Qonaqlar bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıblar.

Beləliklə, geridə qalmış 23 turdan sonra 55 xal toplamış “İnter” vahid liderdir. “Milan” 40 xalla ikinci, “Napoli” 46 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus”un 45, “Roma”nın 43, “Komo”nun 41, “Atalanta”nın 36 xalı var.

İtaliya, A Seriyası
23-cü tur
30 yanvar

Latsio – Cenoa 3:2
Qollar: Pedro, 56-pen. K.Teylor, 62. Kataldi, 90+8-pen – Malinovski, 67-pen. Vitinya, 75.

31 yanvar

Piza – Sassuolo 1:3
Qollar: Aebişer, 51 – Berardi, 25. Karaççiolo, 45+1-öz qapısına. Kone, 58.

Napoli – Fiorentina 2:1
Qollar: Verqara, 11. M.Qutyerres, 49 – Solomon, 57.

Kalyari – Verona 4:0
Qollar: Mazzitelli, 36. S.Kılıçsoy, 45+2. Sulemana, 84. İdrissi, 90+1.

1 fevral

Torino – Leççe 1:0
Qollar: K.Adams, 29.

Komo – Atalanta 0:0

Kremoneze – İnter 0:2
Qollar: L.Martines, 16. Zelinski, 31.

Parma – Yuventus 1:4
Qollar: Kambyazo, 51-öz qapısına – Bremer, 15; 54. Makkenni, 37. David, 64.

2 fevral

Udineze – Roma 1:0
Qol: Ekkelenkamp, 49.

3 fevral

Bolonya – Milan 0:2
Qollar: Loftus-Çik, 20. Nkunku, 39-pen. Rabyo, 48.

“Antalyaspor”a Türkiyə Kubokunda 6 cavabsız qol vurdular

3 February 2026 at 23:30

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Səfərdə “İğdır”la qarşılaşan “Antalyaspor” biabırçı hesabla uduzub. “Samsunspor” “Bodrumspor”u, “Trabzonspor” “Fethiyəspor”u məğlub yola salıb. “Rizəspor” – “Bəyoğlu Yeni Çarşı” matçında isə qalib müəyyənləşməyib.

Türkiyə Kuboku
Qrup mərhələsi, 3-cü tur
3 fevral

A qrupu
Trabzonspor – Fethiyəspor 3:0

B qrupu
Samsunspor – Bodrumspor 2:0
İğdır – Antalyaspor 6:0

C qrupu
Rizəspor – Bəyoğlu Yeni Çarşı 1:1

“Trabzonspor”dan darmadağın

4 February 2026 at 01:00

Türkiyə Kubokunun qrup mərhələsində 3-cü tura start verilib.

Komanda.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Antalyaspor” “İğdır”a böyük hesabla uduzub. “Samsunspor” “Bodrumspor”a, “Trabzonspor” “Fethiyəspor”a qalib gəlib. “Rizəspor” – “Bəyoğlu Yeni Çarşı” matçında isə qalib müəyyənləşməyib.

Türkiyə Kuboku
Qrup mərhələsi, 3-cü tur

3 fevral

A qrupu
Trabzonspor – Fethiyəspor 3:0

B qrupu
Samsunspor – Bodrumspor 2:0
İğdır – Antalyaspor 6:0

C qrupu
Rizəspor – Bəyoğlu Yeni Çarşı 1:1

The post “Trabzonspor”dan darmadağın appeared first on Komanda.az.

İnyesta Pedri haqda danışdı

4 February 2026 at 00:30

“Barselona”nın sabiq futbolçusu Andres İnyesta Kataloniya klubunun yarımmüdafiəçisi Pedri barədə fikirlərini bölüşüb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun oyundakı rolunu və keyfiyyətlərini xüsusi vurğulayıb:

“Pedri topla özünü çox rahat hiss edir və daim oyunun içində olur. O, oyunu qurmağı bacarır, eyni zamanda, balansı poza bilir. Pedri güclü keyfiyyətlərə malik çoxşaxəli futbolçudur və inkişafını davam etdirəcək”.

23 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər üzrə 25 oyunda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib.

The post İnyesta Pedri haqda danışdı appeared first on Komanda.az.

Alleqri: “Bu müqavilə klubun ləyaqətli davranışıdır”

4 February 2026 at 00:01

“Milan” qapıçısı Mayk Menyanla müqavilənin müddətini uzadıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun baş məşqçisi Massimiliano Alleqri futbolçunu müqavilə üçün şəxsən razı salmadığını deyib:

“Mən şəxsən Menyanı razı salmadım, bu müqavilə klubun ləyaqətli davranışıdır. O, çox həssas insandır və qalmaq istəyirdi. Bu yay düşdüyümüz vəziyyətdən çıxmaq vacib idi”.

Menyan 2021-ci ildən “Milan”da çıxış edir.

The post Alleqri: “Bu müqavilə klubun ləyaqətli davranışıdır” appeared first on Komanda.az.

Rodriqo Mendosa “Atletiko”da – 16 milyon avroluq transfer!

3 February 2026 at 23:00

İspaniyanın “Elçe” klubunun mərkəz yarımmüdafiəçisi Rodriqo Mendosa bundan sonra “Atletiko”nun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

“Atletiko” 20 yaşlı futbolçunun transferi üçün “Elçe”yə 16 milyon avro ödəyib. İspan yarımmüdafiəçinin yeni klubu ilə müqavilənin müddəti 2031-ci ilin yayına qədərdir.

Rodriqo Mendosa “Elçe”nin yetirməsidir. İspaniyalı yarımmüdafiəçi 2023-cü ildən bu klubun əsas komandasında forma geyinirdi. O, “yaşıl-zolaqlılar”ın heyətində bütün turnirlər üzrə 71 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

İspaniyanın U-17, U-18, U-19, U-20 yığmalarında da oynamış Mendosa ötən ildən U-21-də forma geyinir.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Duşan Vlahoviç “Yuventus”un düşərgəsinə qayıtdı

3 February 2026 at 22:00

Futbol üzrə Serbiya milli komandasının və “Yuventus”un hücumçusu Duşan Vlahoviç İtaliya klubunun düşərgəsinə qayıdıb.

Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

26 yaşlı futbolçu ötən ilin dekabrında Londonda sol ayaq əzələsindən əməliyyat olunmuşdu. O, yanvar ayı ərzində bərpa prosesini Serbiyanın paytaxtı Belqradda keçirib və burada şəxsi fizioterapevtlə məşqlər edib. Vlahoviçin mart ayına qədər yaşıl meydanlara dönməsi gözlənilmir.

Xatırladaq ki, Duşan Vlahoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Fiorentina”dakı çıxışı ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro məbləğ müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçib. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib. Serb hücumçunun “Yuventus”dakı ümumi çıxışı 162 oyun, 64 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

Vlahoviç 2023/2024-cü illər mövsümündə “Yuventus”la İtaliya Kubokunun qalibi olub.

Duşan Vlahoviç 2020-ci ilin oktyabr ayında debüt etdiyi Serbiya yığma komandasının heyətində 41 oyuna çıxıb. O, bu oyunlarda 16 qola imza atıb və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 26 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Yorgen Larsen “Kristal Pelas”a, Adam Armstronq “Vulverhempton”a

3 February 2026 at 21:00

İngiltərənin “Vulverhempton” klubunun mərkəz hücumçusu Yorgen Larsen bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Kristal Pelas”ın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, sözügedən klub tarixinin ən bahalı futbolçu transferini gerçəkləşdirib. 25 yaşlı norveçli hücumçu ilə 4,5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb. “Kristal Pelas” bu keçidə görə “Vulverhempton”a 49,7 milyon avro ödəyib.

Tam adı Yorgen Strand Larsen olan norveçli hücumçu “Sarpsborq”un yetirməsidir. O, “Qroningen”, “Selta” kimi klublarda da çıxış edib. “Vulverhempton” hücumçunu 2025-ci ilin yayında 27 milyon avroya “Selta”dan transfer etmişdi. Bundan əvvəl isə o, “canavarlar”ın heyətində icarə əsasında çıxış edirdi. Larsen Premyer Liqa təmsilçisinin heyətində 64 oyun keçirib, 20 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Norveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Yorgen Larsen 2020-ci ildə debüt etdiyi əsas millidə 24 oyun keçirib, 4 qol vurub.

Larseni satmış “Vulverhempton” da heyətini yeni hücumçu ilə gücləndirib. Sözügedən klub Çempionşipdə çıxış edən “Sauthempton”un forvardı Adam Armstronqu sıralarına cəlb edib.

28 yaşlı ingilis futbolçu ilə 3,5 illik müqavilə imzalanıb. Bu keçid Premyer Liqa kollektivinə 7 milyon funt sterlinqə başa gəlib.

Armstronq cari mövsümdə Çempionşipdə ən məhsuldar futbolçular sırasında yer alır. O, 29 oyunda 11 qol (1-i penaltidən olmaqla) vuraraq daha iki futbolçu ilə birlikdə bombardirlər siyahısında üçüncü pillədə yer alıb.

Adam Armstronq karyerası ərzində “Nyukasl”, “Koventri Siti”, “Barnsli”, “Bolton Uonderers”, “Bləkbörn”, “Vest Bromviç” kimi klubların da şərəfini qoruyub. O, İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Flik: “Reşforddan razıyam, amma…”

3 February 2026 at 23:33

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik cinah hücumçusu Markus Reşford haqqında fikirlərini bildirib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, 28 yaşlı ingiltərəli futbolçudan razı olduğunu deyib:

“Düşünürəm ki, Reşfordun daha çox potensialı var. Sürəti və texnikası ilə bizə daha çox şey verə bilər. Mən ondan bunu istəyirəm. Mən ondan razıyam, amma düşünürəm ki, o, daha çox şey göstərə bilər. Hər bir oyunçunun öz bacarıqlarının zirvəsində olmasını istəyirəm”.

“Barselona” yay transfer pəncərəsində Reşfordu “Mançester Yunayted”dən icarəyə götürüb.

The post Flik: “Reşforddan razıyam, amma…” appeared first on Komanda.az.

Reşford “Mançester Yunayted”ə qayıtmaq istəmir

3 February 2026 at 23:00

“Barselona”nın 28 yaşlı hücumçusu Markus Reşford icarə müddətinin bitməsindən sonra “Mançester Yunayted”ə qayıtmaq niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

Reşford “qırmızı şeytanlar”ın layihəsinə inanmır və hazırda oynadığı klubun böyük titullar uğrunda ciddi planlar qurduğunu düşünür. O, hesab edir ki, “Barselona”da baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında dünya səviyyəli oyunçuya çevrilə bilər.

İngiltərəli futbolçu 2025-ci ilin yayında “Mançester Yunayted”dən icarə əsasında “Barselona”ya keçib. Kataloniyalılar icarə müddəti başa çatdıqdan sonra onu 30 milyon avroya daimi olaraq almaq imkanına sahibdir.

The post Reşford “Mançester Yunayted”ə qayıtmaq istəmir appeared first on Komanda.az.

Flikdən zədəli futbolçu haqda açıqlama

3 February 2026 at 22:32

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Qavinin bərpa prosesi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, 21 yaşlı futbolçunun tələsmədən, mərhələli şəkildə toparlandığını vurğulayıb:

“O, addım-addım irəliləyir. Onun üçün ən vacibi sakit qalmaq və yalnız növbəti mərhələ haqqında düşünməkdir. Qarşıda onu uzun karyera gözləyir, buna görə də növbəti səviyyəyə keçməzdən əvvəl özünü yüz faiz hazır hiss etməsi çox önəmlidir. Biz onun qayğısına qalacağıq”.

İspaniyalı yarımmüdafiəçi dizindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesini davam etdirir. O, cari mövsümdə La Liqada 2 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun yaşıl meydanlara qayıdışı fevralın sonlarına gözlənilir.

The post Flikdən zədəli futbolçu haqda açıqlama appeared first on Komanda.az.

“Əl İttihad” “Monako”nun hücumçusunu transfer etdi

3 February 2026 at 22:00

Fransanın “Monako” klubunun futbolçusu George İlenixena karyerasını Səudiyyə Ərəbistanıda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı hücumçu “Əl İttihad”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçu ilə 3.5 illik müqavilə imzalanıb.

George bu mövsüm 20 oyunda 4 qol vurub.

AFFA akademiyalara baxış keçirdi

3 February 2026 at 21:50

AFFA-nın uşaq futbolunun inkişafı strategiyasına uyğun olaraq, “Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək” prosesi çərçivəsində paytaxt klublarının akademiyalarına baxış keçirilib.

Futbolpress.az xəbər verir ki, layihə çərçivəsində “Sabah”, “Qarabağ” və “Neftçi” akademiyalarının mövcud vəziyyəti, tədris metodikası və infrastruktur imkanları yaxından izlənilib.

Keçirilən görüşlərin nəticəsi olaraq yaxın gələcəkdə akademiyaların fəaliyyətində aşağıdakı istiqamətlər üzrə yeniliklərin tətbiqi gözlənilir:
– Mövcud məşq proseslərinin beynəlxalq standartlara tam uyğunlaşdırılması və oyunçu yönümlü inkişaf metodikasına keçid;
– Kiçik yaş qruplarından əsas komandaya qədər olan keçid mərhələlərinin metodoloji ardıcıllığının təmin edilməsi;
– Akademiyadan peşəkar futbolçu mərhələsinə keçid prosesinin daha sistemli və ölçülə bilən meyarlar əsasında qurulması;
– Akademiyalarda rol bölgüsünün dəqiqləşdirilməsi və kadr potensialından daha effektiv istifadə üçün yeni struktur yanaşmalarının tətbiqi.

Aparılan genişmiqyaslı təhlillər yaxın müddətdə tətbiq olunacaq yeni Akademiya Standartlarının əsasını təşkil edəcək.

“Barselona”nın sabiq hücumçusu Türkiyə klubunda

3 February 2026 at 20:41

Albaniya millisinin hücumçusu Rey Manajın yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı futbolçu “Sivasspor”a keçib. Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Manajın son klubu Birləşmiş Ərəb Əmirliklərində “Şarja”da çıxış edib. O, daha əvvəl “Barselona”, “İnter” kimi klubların da formasını geyinib.

“Qalatasaray” futbolçusunu yenə göndərdi

3 February 2026 at 20:16

“Qalatasaray” futbolçusu Eyüp Aydını icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “Kasımpaşa”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Aydın ilk dövrəni “Samsunspor”da keçirib.

Milli Olimpiya Komitəsində təltifetmə mərasimi keçirildi

3 February 2026 at 22:00

Milli Olimpiya Komitəsinin inzibati binasında 2025-ci il üzrə respublika və beynəlxalq idman yarışlarında yüksək nəticələr əldə etmiş məktəblilərin təltifetmə mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Olimpiya mükafatçısı Zemfira Meftaxetdinova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, sektor əməkdaşları, Atletlər Komissiyasının üzvləri, Olimpiya mükafatçıları, yüksək nəticə göstərmiş məktəblilər və həmin məktəblərin direktorları iştirak ediblər.

Çıxış zamanı Çingiz Hüseynzadə məktəblilərin qazandıqları nailiyyətlərin Azərbaycan idmanının gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını, idmanın gənclərin sağlam həyat tərzinin formalaşması və vətənpərvərlik ruhunun güclənməsində xüsusi rol oynadığını vurğulayıb.

Anar Qədiməliyev isə məktəblilərin idmana marağının artırılmasında məktəbdənkənar fəaliyyətlərin və müəllimlərin rolunu xüsusi qeyd edib.

Tədbirin sonunda 2025-ci il üzrə respublika və beynəlxalq idman yarışlarında uğur əldə etmiş 30 nəfər məktəbliyə plaket və hədiyyələr təqdim olunub.

The post Milli Olimpiya Komitəsində təltifetmə mərasimi keçirildi appeared first on Komanda.az.

AFFA “Sabah”, “Qarabağ” və “Neftçi”nin akademiyalarına baxış keçirib

3 February 2026 at 21:31

AFFA-nın uşaq futbolunun inkişafı strategiyasına uyğun olaraq, “Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək” prosesi çərçivəsində paytaxt klublarının akademiyalarına baxış keçirilib.

Komanda.az xəbər verir ki, layihə çərçivəsində “Sabah”, “Qarabağ” və “Neftçi” akademiyalarının mövcud vəziyyəti, tədris metodikası və infrastruktur imkanları yaxından izlənilib.

Keçirilən görüşlərin nəticəsi olaraq yaxın gələcəkdə akademiyaların fəaliyyətində aşağıdakı istiqamətlər üzrə yeniliklərin tətbiqi gözlənilir:

  • Mövcud məşq proseslərinin beynəlxalq standartlara tam uyğunlaşdırılması və oyunçu yönümlü inkişaf metodikasına keçid
  • Kiçik yaş qruplarından əsas komandaya qədər olan keçid mərhələlərinin metodoloji ardıcıllığının təmin edilməsi
  • Akademiyadan peşəkar futbolçu mərhələsinə keçid prosesinin daha sistemli və ölçülə bilən meyarlar əsasında qurulması
  • Akademiyalarda rol bölgüsünün dəqiqləşdirilməsi və kadr potensialından daha effektiv istifadə üçün yeni struktur yanaşmalarının tətbiqi.

Aparılan genişmiqyaslı təhlillər yaxın müddətdə tətbiq olunacaq yeni Akademiya standartlarının əsasını təşkil edəcək.

The post AFFA “Sabah”, “Qarabağ” və “Neftçi”nin akademiyalarına baxış keçirib appeared first on Komanda.az.

Gəncədə tanınmış güləşçilərin imza günləri keçirilir

3 February 2026 at 21:00

Gəncə İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.

Komanda.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası yeniyetmələr və gənclərdə bu idman növünə marağı artırmaq məqsədilə tanınmış, titullu güləşçilərin imza günlərini təşkil edir.

Yarış boyunca davam edəcək bu tədbirin ilk qonağı olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov olub. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti imzaladığı şəkilləri azyaşlı güləşçilərə və azarkeşlərə paylayıb, həmçinin onlarla öz təcrübəsini bölüşüb.

İmza günləri çərçivəsində Rafiq Hüseynov (4 fevral), Namiq Abdullayev (6 fevral), Hacı Əliyev (7 fevral), Mariya Stadnik (8 fevral) və Rəsul Çunayev (9 fevral) də tədbirin iştirakçısı olacaq.

The post Gəncədə tanınmış güləşçilərin imza günləri keçirilir appeared first on Komanda.az.

Yüksək Liqa: “Azərreyl” “Gənclər”ə qalib gəldi

3 February 2026 at 20:00

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Gənclər” komandası “Azərreyl” ilə üz-üzə gəlib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutmuş oyunda “Azərreyl” 3:0 (25:15, 25:16, 25:13) hesablı qələbəyə sevinib.

12-ci tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.

Yüksək Liqa (kişilər)
12-ci tur
3 fevral

Azərreyl – Gənclər 3:0 (25:15, 25:16, 25:13)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Bakıda beynəlxalq turnirə start verildi

3 February 2026 at 20:30

Bu gün badminton üzrə “Azerbaijan International 2026” beynəlxalq turnirinə start verilib.

Komanda.az xəbər verir ki, 33 ölkədən 347 badmintonçu 6 gün ərzində “International Challenge” kateqoriyalı turnirdə qüvvəsini sınayacaq.

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda 238 görüş 4 kortda oynanılacaq. Yarışı yerli və əcnəbi hakimlər idarə edir.

Bu gün turnirin ilk yarış günündə kateqoriyalar üzrə təsnifat mərhələsinin oyunları keçirilib. Azərbaycan turnirdə 14 oğlan və 14 qız badmintonçu ilə təmsil olunur.

“Azerbaijan International” beynəlxalq turnirin final qarşılaşmaları fevralında 8-də keçiriləcək.

The post Bakıda beynəlxalq turnirə start verildi appeared first on Komanda.az.

“Azərreyl”dən qələbə

3 February 2026 at 20:00

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci tura start verilib.

Komanda.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında “Gənclər” komandası ilə üz-üzə gələn “Azərreyl” 3:0 (25:15, 25:16, 25:13) hesablı qələbəyə sevinib.

12-ci tura sabah yekun vurulacaq.

The post “Azərreyl”dən qələbə appeared first on Komanda.az.

Azərbaycan çempionatına start verildi

3 February 2026 at 19:29

Bu gün Gəncə İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatına start verilib.

Komanda.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşində 55, 63, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib.

55 kq
Nicat İsgəndərli (Sumqayıt, “Neftçi”) – Emin Cavadlı (AHİTA)

63 kq
Tural Əhmədov (AHİTA) – Əmrah Əmrahov (Masallı)

72 kq
Yusif Əhmədli (DİN, Sabirabad) – Kamran Rəcəbli (Neftçi)

82 kq
Nicat Yeylaqaliyev (Abşeron, DİN) – Zaur Hüseynli (Abşeron)

97 kq
Mahir Qurbanlı (Neftçi) – Rihad İbrahimli (Sumqayıt, “Neftçi”)

The post Azərbaycan çempionatına start verildi appeared first on Komanda.az.

Həsənovdan 18-ci turdakı mübahisəli epizodlarla bağlı şərh – VİDEO

3 February 2026 at 19:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 18-ci turunda keçirilmiş oyunlardakı mübahisəli epizodları şərh edib.

Komanda.az Həsənovun son oyunlarla bağlı şərhini təqdim edir:

The post Həsənovdan 18-ci turdakı mübahisəli epizodlarla bağlı şərh – VİDEO appeared first on Komanda.az.

“Beşiktaş”dan transfer

3 February 2026 at 19:38

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Göztəpə”dən Cunior Olaytanı transfer edib. Bu barədə klubunmətbuat xidməti məlumat yayıb.

Beninli futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.

“Yuventus” futbolçusunu icarəyə verdi

3 February 2026 at 19:19

“Yuventus” futbolçusu Daniele Ruqanini icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı müdafiəçi mövsümün sonuna kimi “Fiorentina”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ruqani bu mövsüm 8 oyunda meydana çıxıb.

Rəhim Həsənov 18-ci turun mübahisəli epizodlarını şərh etdi

3 February 2026 at 19:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 18-ci turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 18-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Rəhim Həsənov ümumilikdə 4 matçda qeydə alınan 7 epizodla bağlı fikirlərini bölüşüb. O, Rauf Cabbarovun “Araz-Naxçıvan” – “Neftçi” görüşündə, Elçin Məsiyevin isə “Qarabağ” – “Turan Tovuz” matçında verdiyi bəzi qərarların yanlış olduğunu təsdiqləyib.

AFFA Hakimlər Komitəsinin sədrinin 18-ci turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Azərbaycan çempionatının açılış mərasimi keçirilib

3 February 2026 at 18:28

Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsiylə başlayıb.

Mərasimin rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə şəhər icra başçısının müavini Adil Tağıyev, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev, eləcə də federasiyanın baş katibi Pərvin Piriyev çıxış edib. Çıxışlar zamanı Gəncə şəhərində güləşin inkişafı istiqamətində atdığı addımlardan, Nizami yurdunun son zamanlar müntəzəm şəkildə müxtəlif yerli və beynəlxalq yarışlara ev sahibliyi etməsi və bu yarışların yüksək səviyyədə təşkil edilməsi xüsusi vurğulanıb. Azərbaycan çempionatlarının UWW yarış formatına uyğun keçirilməsinin güləşçilərimizin həm beynəlxalq yarışlara uyğunlaşması, həm də potensiallarını tam şəkildə nümayiş etdirmələri üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Açılışın rəsmi hissəsindən sonra “Talant şou” rəqs qrupunun ifasına yer verilib. Bu maraqlı şou proqram Nizami Gəncəvinin kəlamları ilə başlayıb, milli rəqslə davam edib və xalqımızın döyüşçü və pəhləvan ruhunu əks etdirən səhnələrlə yekunlaşıb.

Gəncə güləş məktəbinin yetirməsi, olimpiya çempionu Toğrul Əsgərovun azarkeşlərə ünvanladığı video müraciətlə açılış mərasiminə yekun vurulub.

Xatırladaq ki, U-20 Azərbaycan çempionatı fevralın 7-dək davam edəcək.

The post Azərbaycan çempionatının açılış mərasimi keçirilib appeared first on Komanda.az.

1-ci Liqa klubu heyətini anqolalı futbolçu ilə gücləndirdi

3 February 2026 at 18:00

Azərbaycan 1-ci Liqasında çıxış edən “Şahdağ Qusar” heyətini anqolalı futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayib.

Bölgə təmsilçisi son olaraq Finlandiyanın “Kokkolan” klubunda çıxış edən yarımmüdafiəçi Aqostinyo Çipesseni transfer edib.

O, karyerası ərzində Portuqaliyanın “Jil Visente”, “Vilaverdense”, “Vilanovenses” klublarında oynayıb. Futbolçu ilə “5 ay+1” illik müqavilə imzalanıb.

The post 1-ci Liqa klubu heyətini anqolalı futbolçu ilə gücləndirdi appeared first on Komanda.az.

“Turan Tovuz” və “Şamaxı”dan qələbə

5 February 2026 at 20:55

Dünən Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub. Əvvəlcə Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edib. Tərəflər bu görüşdən qolsuz ayrılıblar.

Premyer Liqada liderliyini davam etdirən “Sabah” kubokun 1/4 finalında “Qəbələ” ilə üzə-üzə gəlib. İlk oyun Masazırda təşkil olunub. Bu görüşdə də qapılara qol vurulmayıb.

1/4 finalın ilk oyunları çərçıvəsində qalan iki qarşılaşma bu gün keçirilib. “Şamaxı” doğma meydanda “Qarabağ”la qarşılaşıb. Oyun Ayxan Abbasovun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasındakı cavab görüşü martın əvvəlində baş tutacaq. Cütün qalibi növbəti mərhələdə “Sumqayıt” – “Zirə” duelinin güclüsü ilə qarşılaşacaq.

Son oyunda isə “Turan Tovuz” “Kəpəz”lə görüşüb. Tovuz təmsilçisi bu oyunda minimal hesabla qələbə qazanıb.

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

4 fevral

Sumqayıt – Zirə 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Sumqayıt: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 80. Keffel Resende 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 64. Kənan Feyziyev 66. Ruslan Əliyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 72. Rayan Senhadjic 71. Masaki Murata
Baş məşqçi: Saşa İliç

Zirə: 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 29. Ceyhun Nuriyev 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 19. Rüfət Abdullazadə 26. Stefan Aka 28. Leroy Mikels 30. Rikardo Martins 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Sabah – Qəbələ 0:0
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bank Respublika Arena”

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev, 83. Stefan Ende.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 10. Anatoli Nuriyev, 9. Xəyal Əliyev, 80. Akim Zedadka, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 22. Zinedin Uld Xaled, 19. Aron Maluda, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

5 fevral

Şamaxı – Qarabağ 2:1
Qol: Karim Rossi, 26; 41 – Zubir, 79.
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabarov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov

Qarabağ: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 20. Kadi Borqes 3. Sami Mmae 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 6. Kris Kuaku 35. Pedro Bikalyo 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov

Turan Tovuz – Kəpəz 1:0
Qol: Hayderson Hurtado, 57.
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Azərsun Arena”

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 14. Murad Dadaşev, 3. Enrike Silva, 90. Joarlem Santos, 9. Coş Cinnelli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.
Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 21. Sadiq Şəfiyev, 11. Rəhman Hacıyev, 29. Dioqo Verdaska (k), 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 5. Rauf Hüseynli, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 14. Adama Fofana, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.

The post “Turan Tovuz” və “Şamaxı”dan qələbə appeared first on Komanda.az.

Balau üstünlüyü “Qarabağ”da görür: “Keçmiş haqda çox düşünməyə vaxt yoxdur”

3 February 2026 at 18:56

“Şamaxı”nın futbolçusu Dieqo Balaunun “Futbolpress.az“a müsahibəsi:

– “Kəpəz” səfərində mühüm qələbə qazandınız. Oyunu necə şərh edərdiniz?
– Rəqibi təhlil etmişdik. Özümüzdəki səhvləri də gördük və həftə ərzində onları düzəltməyə çalışdıq. Əziyyətimizin əhrəsini gördük və üç xal qazandıq.

– “Qəbələ”yə böyükhesablı məğlubiyyətdən sonra “Kəpəz”ə qalib gəldiniz. Oyuna köklənmək çətin olmadı?
– Xeyr. Futbolda keçmiş haqda çox düşünməyə vaxt yoxdur. Hər beş gündən bir oyunumuz var və əsas məsələ səhvlərimizi görməkdir. Problemləri tez aradan qaldırmalıyıq ki, müsbət nəticələr əldə edə bilək.

– Liqada demək olar, yerinizi möhkəmləndirmisiniz. Bundan sonrakı hədəf nədir?
– Hələ nəsə dəqiqləşməyib. 100 faiz təmin olunanan sonra artıq danışmaq olar. Oyundan-oyuna baxırıq və hədəfimiz hər matçda yaxşı nəticə əldə etmək, xalları artırmaqdır.

– Növbəti rəqibiniz “Qarabağ”dır. İlk dövrədə səfərdə onlardan xal almısınız. İndi düşüncə qələbədir?
– “Qarabağ”ın gücü hamıya bəllidir. Amma azarkeşlərimiz önündə oynayacağıq və onları sevindirmək istəyirik. Düşünürəm ki, stadion amili də bizdən yanadır və qələbə qazanmaq şansımız var.

– “Qarabağ”ın Çempionlar Liqasında “Nyukasl”la oyununun olması sizə üstünlük qazandırır?
– Xeyr. Üstünlük “Qarabağ”dadır. Onlar sıx qrafikdə olsalar da, yüksək səviyyədə futbol oynayırlar. Çempionlar Liqası təcrübəsi onları daha güclü edir. Ona görə pley-off oyununun “Qarabağ” üçün daha üstünlük olduğunu düşünürəm.

Şahin Cəfərov

Hakimlər Komitəsinin sədri: “Vadji “qırmızı” almalı idi”

3 February 2026 at 18:38

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilmiş oyunlardakı mübahisəli epizodlarla bağlı şərh edib.

Futbolpress.az xəbər verir ki, o, “Qarabağ” – “Turan Tovuz” oyununda Elçin Məsiyevin səhv qərar verdiyini və İbrahima Vadjinin kobud oyuna görə qırmızı vərəqə almalı olduğunu bildirib:

“İmişli” yeni transferi ilə müqavilə imzaladı

3 February 2026 at 18:00

“İmişli” yeni transferi Dioqo Kardozu ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı hücumçu ilə 2 il+6 aylıq müqavilə imzalanıb.

Dioqo Portuqaliyanın “1 Dezembro” klubundandan transfer edilib. O, bununla yanaşı, “Portimonense” U-23 komandasının formasını geyinib. Futbolçu eyni zamanda “Benfika” Akademiyasının yetirməsidir.

Finlandiyadan Azərbaycana

3 February 2026 at 17:38

“Şahdağ Qusar” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, klub Aqostinyo Çipesseni transfer edib. Futbolçu son olaraq Finlandiyanın “Kokkolan” klubunda çıxış edib.

O karyerası ərzində Portuqaliyanın “Jil Visente”, “Vilaverdense”, “Vilanovenses” klublarında oynayıb. Futbolçu ilə 5 ay+1 illik müqavilə imzalanıb.

“Şahdağ Qusar” I Liqada 12 turdan sonra 12 xalla 8-ci sıradadır.

Kubokda təyinatlar bilindi

3 February 2026 at 17:15

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, sabah keçiriləcək “Sumqayıt” – “Zirə” oyununu Cavid Cəlilov idarə edəcək.

4 fevral (çərşənbə)

“Sumqayıt” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00

“Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”, 19:30

5 fevral (cümə axşamı)

“Şamaxı” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov
VAR: Rauf Cabarov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu, 14:30

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tovuz şəhər stadionu, 19:00

Upamekano ilə bağlı qərar verildi

3 February 2026 at 19:00
“Bavariya”nın müdafiəçisi Dayo Upamekano klubla məkdaşlığının müddətini uzatmağa yaxındır. Msport.az xəbər verir ki, fransalı futbolçu Münhen klubu ilə yeni müqavilənin […]

Source

Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunlarının hakimləri bilindi

3 February 2026 at 18:00

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk görüşlərinin təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları fevralın 4-də və 5-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final
4 fevral

“Sumqayıt” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.

“Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”, 19:30.

5 fevral

“Şamaxı” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabbarov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tovuz şəhər stadionu, 19:00.

Camal Lassells “Qarabağ”ın rəqibindən ayrıldı

3 February 2026 at 17:00

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” müdafiəçisi və kapitanı Camal Lassells ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Arxa xətt oyunçusunun “Lester Siti”yə transfer olunduğu bildirilib. O, yeni klubu ilə 2026-cı ilin 30 iyununadək anlaşıb.

Camal Lassels 2014-cü ildə “Nottingem Forest”dən “Nyukasl”a keçmişdi. Təcrübəli müdafiəçi “sağsağanlar”ın heyətində ümumilikdə 253 oyuna çıxıb, 15 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Lassels daha öncə “Nottingem Forest” və “Steveneyc”də forma geyinib. O, İngiltərənin U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xatırladaq ki, “Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

“Ümid edirəm ki, ömrümün sonuna qədər “Barselona”da qala biləcəm”

3 February 2026 at 16:53

“Barselona”nın vingeri Lamin Yamal gələcəyi ilə bağlı fikirlərini bölüşüb. 18 yaşlı futbolçu karyerasının tamamını Kataloniya klubunda keçirmək arzusunda olduğunu bildirib.

Yamal Barselonada nəşr olunan “Mundo Deportivo” qəzetinin 120 illik yubileyinə həsr olunmuş qala-gecədə iştirak edib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbir zamanı ona gələcək planları ilə bağlı sual ünvanlanıb:

“Ümid edirəm ki, ömrümün sonuna qədər burada qala biləcəm. Dünyanın ən yaxşı klubunda və ən yaxşı şəhərində hər günün dadını çıxarmaq istəyirəm”.

İspaniyalı futbolçu, həmçinin, komandanın cari hədəflərindən də danışıb:

“Biz İspaniya kubokunun yarımfinalına yüksəlmək uğrunda mübarizə aparırıq. Bu, mütləq qazanmalı olduğumuz tituldur”.

The post “Ümid edirəm ki, ömrümün sonuna qədər “Barselona”da qala biləcəm” appeared first on Komanda.az.

“Xankəndi” 5 futbolçu ilə vidalaşıb

3 February 2026 at 16:46

İkinci Liqada mübarizə aparan “Xankəndi” beş futbolçu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi qarşılıqlı anlaşma əsasında Əliəkbər Şəbiyev, Məhərrəm Məmmədli, Adəm Topalov, Mirkamil Əliyev və Hüseyn Mənəfli ilə vidalaşıb.

“Xankəndi” hazırda 2-ci Liqanın turnir cədvəlində 39 xalla 2-ci yerdədir. Lider “Qaradağ Lökbatan”ın da eyni xalı var.

The post “Xankəndi” 5 futbolçu ilə vidalaşıb appeared first on Komanda.az.

Laportadan Flik vədi

3 February 2026 at 16:32

“Barselona”nın prezidenti Xuan Laporta “Mundo Deportivo” qəzetinin 120 illik yubileyi münasibətilə keçirilən tədbirdə komandanın baş məşqçisi Hans-Diter Flik haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin klub üçün ideal seçim olduğunu söyləyib:

“Yenidən prezident olsam, Flik “Barselona”nı istədiyi qədər çalışdıracaq. Komandada belə təcrübə və biliyə malik birinin olması bizim üçün vacib idi. O, təkcə fenomenal məşqçi deyil, həm də fenomenal bir insandır. Onunla müqavilə bağladığımız gün vacib bir şey etdiyimizi bilirdik, çünki o, əsl məşqçidir və təcrübəli oyunçularla yanaşı, çox gənc oyunçulardan ibarət bir komandanı necə idarə etməyi başa düşür.

O, hazırkı “Barselona” komandası üçün ideal məşqçidir. Onun sayəsində çox xoş bir mərhələdən keçirik”.

Kataloniya klubunda prezident seçkiləri mart ayında keçiriləcək.

The post Laportadan Flik vədi appeared first on Komanda.az.

Rafinyadan zədəsi ilə bağlı açıqlama

3 February 2026 at 16:13

“Barselona”nın hücumçusu Rafinya Dias aldığı yeni zədə ilə bağlı açıqlama verib. Kataloniya klubunun mətbuat xidməti daha əvvəl braziliyalı futbolçuda bud əzələsində dartılma aşkarlandığını bildirmişdi.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, Rafinya vəziyyətinin ciddi olmadığını vurğulayıb:

“Məndə hər şey qaydasındadır. Sadəcə bir az yorğunluq var, amma ümumilikdə problem yoxdur. Nəzəri olaraq bərpa prosesi uzun çəkməməlidir. Ən qısa zamanda meydana qayıtmağa çalışacam”.

29 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 22 oyunda iştirak edib, 13 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun komandası bu gün İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə “Albasete” ilə qarşılaşacaq.

The post Rafinyadan zədəsi ilə bağlı açıqlama appeared first on Komanda.az.

“Nyukasl” “Qarabağ”la oyundan əvvəl kapitanı ilə vidalaşdı – Rəsmi

3 February 2026 at 16:00

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl” müdafiəçisi və kapitanı Camal Lassellslə yolları ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Arxa xətt oyunçusunun “Lester”ə transfer olunduğu bildirilib. Lassels 2014-cü ildə “Nottingem Forest”dən transfer olunmuşdu. Müdafiəçi “sağsağanlar”ın heyətində ümumilikdə 253 oyuna çıxıb.

“Qarabağ”la “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də, saat 00:00-da İngiltərədə baş tutacaq.

The post “Nyukasl” “Qarabağ”la oyundan əvvəl kapitanı ilə vidalaşdı – Rəsmi appeared first on Komanda.az.

“Atletiko”dan 16 milyon avroluq transfer – Rəsmi

3 February 2026 at 15:47

“Atletiko” transfer pəncərəsinin son günündə yarımmüdafiəçi Rodriqo Mendozanı heyətinə qatdığını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu “Atlletiko”ya “Elçe”dən keçib. İspaniya mətbuatının məlumatına görə, madridlilər Mendoza üçün 16 milyon avro ödəyib. Yeni müqavilənin müddəti 2031-ci ilin yayına qədərdir.

İspaniyalı yarımmüdafiəçi 2023-cü ildən “Elçe”nin formasını geyinirdi. O, “yaşıl-zolaqlılar”ın heyətində bütün turnirlər üzrə 71 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

The post “Atletiko”dan 16 milyon avroluq transfer – Rəsmi appeared first on Komanda.az.

Azərbaycanlı hakim Səudiyyə Ərəbistanı çempionatına təyinat aldı

3 February 2026 at 16:54

Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.

Futbolpress.az xəbər verir ki, beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.

Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək. Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.

❌
❌