Bu gün Vaşinqton şəhərində 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının (DÇ-2026) püşkatma mərasimi keçiriləcək.
Arena.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf də püşkatma mərasimində iştirak edəcək.
Bu məqsədlə o, Amerika Birləşmiş Ştatlarının paytaxtına səfər edib. Mərasimə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Qeyd edək ki, mundialın püşkündən öncə komandaların yer aldığı səbətlər müəyyənləşib.
Birinci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya.
İkinci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya
Üçüncü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fildişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika
Dördüncü səbət: İordaniya, Kabo Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya, Avropa zonası üzrə pley-offun A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels – Bosniya və Herseqovina), B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya), C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo), D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya), FIFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası), FIFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq)
Meydan sahibləri – ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.
Qitələrarası püşkün nəticəsinə əsasən Yeni Kaledoniya – Yamayka cütünün qalibi mundiala vəsiqə uğrunda Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək. Boliviya – Surinam duelinin güclüsü isə İraqla münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, növbəti dünya çempionatı gələn il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.