Reading view

Yüksək Liqa: Təxirə salınmış matçda “Xilasedici” sevindi

Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatının (Yüksək Liqa) 1-ci turundan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında “Gənclər” “Xilasedici” ilə qarşılaşıb. Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutmuş görüş “Xilasedici” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki…

Source

ABL: “Ordu” “Lənkəran”a qalib gəldi

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 5-ci turuna start verilib. Arena.az xəbər verir ki, turun açılış matçında “Ordu” “Lənkəran”la qarşılaşıb. B qrupunun matçında paytaxt təmsilçisi 91:76 hesablı qələbəyə sevinib. “Ordu” 10 xalla birinci, “Lənkəran” 7 xalla üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, tura noyabrın 2-də yekun…

Source

Volkan Demirel – “Gənclərbirliyi”nin yeni baş məşqçisi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” komandasına bundan sonra Volkan Demirel rəhbərlik edəcək. Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir. 44 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Hüseyn Eroğlunu əvəz edib. Xatırladaq ki, Hüseyin Eroğlu 2024-cü ilin dekabr…

Source

U-17 millimiz Moldovada qrup sonuncusu oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb. Arena.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer almış millimiz Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kişinyovdakı “Zimbru 2” stadionunda keçirilmiş görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

Source

“Arsenal” İngiltərə futbolunda yeni rekorda imza atdı

2025/2026-cı illər mövsümündə uğurlu nəticələri ilə diqqət mərkəzində olan “Arsenal” İngiltərə futbolunda yeni rekorda imza atıb. Arena.az bu barədə “Opta Sport”a istinadən xəbər verir. Bildirilir ki, London təmsilçisi buna İngiltərə Liqa Kubokunun 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsində “Brayton”a 2:0 hesabı ilə qalib gəlməklə nail olub. “Topçular” Premyer Liqada çıxış edən…

Source

Vüsal İsgəndərli “Dinamo”ya qarşı 70 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 9-cu turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb. “Partizani” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Source

“Ordu” ilə oyunda çox top itkisinə yol verdik”

“Lənkəran” klubu Azərbaycan Basketbol Liqasının 5-ci turunda, “Ordu” ilə oyunda çox top itkilərinə yol verib.

Komanda.az xəbər verir ki, bunu baş məşqçi Georgi Kondruseviç bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

O, məğlubiyyətin səbəbləri haqqında danışıb:

“Qarşıya qoyulan tapşırıqları qismən deyil, tam şəkildə yerinə yetirsəydik, oyun fərqli nəticələnə bilərdi. O zaman bu cür rəqibə qarşı daha yaxşı oynamaq şansımız olardı. Rəqib bərbad top itkilərimizdən sonra fərqlənib irəli çıxdı. Çox top itkilərinə yol verdik və ilk hissədə hücumdakı oyunumuzu dəyişə bilmədik. Zədələnmiş oyunçularımızın çatışmazlığı hiss olundu və bu, xüsusilə dördüncü hissədə özünü göstərdi. Hazırda zədə problemi yaşayırıq, bu da tam təlim-məşq toplanışı keçə bilməməyimizin nəticəsidir. Buna baxmayaraq işimizi davam etdirəcəyik”.

“Ordu” “Lənkəran”la görüşdə 91:79 hesablı qələbə qazanıb.

The post “Ordu” ilə oyunda çox top itkisinə yol verdik” appeared first on Komanda.az.

Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib

Gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib.

Komanda.az xəbər verir ki, nazir Azərbaycanı turnirdə təmsil edəcək federasiyaların nümayəndələri ilə görüşüb.

Görüşdə idmançıların yarışlara hazırlıq prosesi, Azərbaycan idman nümayəndə heyətinin səfər proqramı, atletlər kəndində yerləşmə və digər təşkilati məsələlər müzakirə olunub.

Nazir yarışda ölkəmizin layiqincə təmsil olunmasının vacibliyini vurğulayıb və hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Eyni zamanda, federasiya nümayəndələri idmançıların oyunlara hazırlığı barədə məlumat veriblər.

The post Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib appeared first on Komanda.az.

“Xilasedici”dən asan qələbə

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1-ci turdan təxirə salınan matç keçirilib.

Komanda.az xəbər verir ki, sözügedən oyunda “Gənclər” komandası “Xilasedici” ilə üz-üzə gəlib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan oyun “Xilasedici”nin 3:0 hesablı qələbəsi ilə bitib.

The post “Xilasedici”dən asan qələbə appeared first on Komanda.az.

“Ordu” “Lənkəran”a qalib gəldi

Azərbaycan Basketbol Liqasında 5-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə “Ordu” “Lənkəran”la qarşılaşıb.

B qrupunun matçında paytaxt təmsilçisi 91:76 hesablı qələbəyə sevinib. “Ordu” 10 xalla birinci, “Lənkəran” 7 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.

The post “Ordu” “Lənkəran”a qalib gəldi appeared first on Komanda.az.

Son oyunda heç-heçə

Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir k, B Liqasının I qrupunda yer alan komanda Moldova ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.

The post Son oyunda heç-heçə appeared first on Komanda.az.

“Yuventus”un hücumçusu İngiltərə klubuna keçə bilər

“Yuventus”un hücumçusu Conatan Devid daha bir klubun maraq dairəsinə düşüb.

Kanadalı forvard hələ ki, İtaliyada özünü tam göstərə bilmədiyi üçün mediada onun başqa çempionata köçəcəyi barədə xəbərlər yayılmağa başlayıb.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Tottenhem” qış transfer pəncərəsində Devid uğrunda “Bayern”lə rəqabət aparmağa hazırlaşır.

Hələlik Turin klubunun 25 yaşlı futbolçu ilə yollarını ayırmaq niyyətində olub-olmadığı bəlli deyil.

Conatan Devid bu yay “Lill”dən azad agent kimi “Yuventus”a keçib. O, turinlilərin heyətində 11 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post “Yuventus”un hücumçusu İngiltərə klubuna keçə bilər appeared first on Komanda.az.

“Bu mövsüm 100 qol vurmaq istərdim”

“Yuventus”un hücumçusu Duşan Vlahoviç İtaliya A Seriyasının 9-cu turunda “Udineze” ilə qarşılaşmada (3:1) qol vurması haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bu mövsüm 100 qol vurmaq istərdim. Azarkeşlərə alqışlar üçün təşəkkür edirəm. Özümü komandanın lideri kimi hiss etmirəm. Bir il yarım ərzində üç məşqçimiz olubsa, bu, hər kəsin günahıdır. Cənab İqor Tudora (keçmiş baş məşqçi) etdiyi işlərə görə təşəkkür edirəm”.

Serbiyalı futbolçu bu mövsüm bütün yarışlarda 12 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. “Yuventus” noyabrın 1-də səfərdə “Kremoneze” ilə qarşılaşacaq.

The post “Bu mövsüm 100 qol vurmaq istərdim” appeared first on Komanda.az.

Azərbaycanlı paragüllə atıcısı dünya kubokunda “bürünc” qazanıb

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən dünya kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, o, 215 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdmançı noyabrın 5-də yekun vurulacaq yarışda 50 (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.

Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.

The post Azərbaycanlı paragüllə atıcısı dünya kubokunda “bürünc” qazanıb appeared first on Komanda.az.

Fərid Qayıbov İslamiada ilə bağlı tapşırıqlar verdi

Gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib.

Futbolpress.az xəbər verir ki, nazir Azərbaycanı turnirdə təmsil edəcək federasiyaların nümayəndələri ilə görüşüb.

Görüşdə idmançıların yarışlara hazırlıq prosesi, Azərbaycan idman nümayəndə heyətinin səfər proqramı, atletlər kəndində yerləşmə və digər təşkilati məsələlər müzakirə olunub.

Nazir yarışda ölkəmizin layiqincə təmsil olunmasının vacibliyini vurğulayıb və hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Eyni zamanda, federasiya nümayəndələri idmançıların oyunlara hazırlığı barədə məlumat veriblər.

Zeynalov BƏƏ-də bürünc medal qazandı

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, o, 215 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdmançı noyabrın 5-də yekun vurulacaq yarışda 50 (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.

Qeyd edək ki, Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.

Bakıda UEFA-nın seminarı keçirildi

Bakıda AFFA-nın təşkilatçılığı, UEFA Grow proqramının dəstəyi ilə seminar keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbirin əsas məqsədi seminar iştirakçılarını səmərəli planlaşdırma üçün lazımi dəstək mexanizmləri ilə təmin etmək, müasir metodoloji yanaşmaları təqdim etmək və onların praktiki tətbiqi imkanlarını araşdırmaqdan ibarət olub.

Seminar UEFA-nın Grow Strategiyası üzrə Mentorları (UEFA Grow Strategy Mentors) tərəfindən təşkil olunub və interaktiv formatda keçirilib. Sessiya iştirakçılar arasında fəal qarşılıqlı əlaqə və fikir mübadiləsini asanlaşdıraraq, futbolun inkişafı çərçivəsində strateji planlaşdırma və həyata keçirmə proseslərini daha dərindən anlamağa kömək edib.

“Ordu”dan inamlı qələbə

Azərbaycan Basketbol Liqasında V tura start verilib.

Futbolpress.az xəbər verir ki, turun ilk matçında “Ordu” “Lənkəran”la qarşılaşıb. Matç “Ordu”nun qələbəsiylə başa çatıb – 91:76.

B qrupunda yer alan “Ordu” 10 xalla birinci, “Lənkəran” 7 xalla üçüncü pillədə qərarlaşıb.

Tura noyabrın 2-də yekun vurulacaq.

Milli son oyunda heç-heçə etdi

Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Moldova ilə üz-üzə gəlib. Görüş qolsuz başa çatıb.

U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.

“Arsenal”dan unikal göstərici

“Arsenal” İngiltərə Liqa Kubokunda “Brayton”u məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, son 6 oyunda qol buraxmadan qələbə qazanan “topçular” unikal göstəriciyə imza atıb.

“Arsenal” bir ay ərzində keçirdiyi 6 matçda da “quru oyunla” qalib gələn ilk komanda olub.

Londonlular bu ay “Kristal Pelas”ı 1:0, “Fulhem”i 1:0, “Vest Hem”i 2:0, “Atletiko”nu 4:0, “Olimpakos”i 2:0, “Brayton”u 2:0 hesabıyla məğlub edib.

“Lion” “Fənərbağça”nın futbolçusu ilə maraqlanır

“Fənərbağça”nın futbolçusu Sebastyan Şimanski karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Lion” klubu polşalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Transferfeed” portalı məlumat yayıb. Fransa klubu qış transfer dönəmində “Fənərbağça” ilə danışıqlara başlayacaq.

Şimanski bu mövsüm 17 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.v

Gənclər Liqası: “Qarabağ”ın oyunu ukraynalılara tapşırıldı

UEFA Gənclər Liqasının IV turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Dmitri Kubryak olacaq. Ona yan xətt hakimləri Vitali Skoblya və Aleksandr Korniyonko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev (Azərbaycan) yerinə yetirəcək.

Noyabrın 5-də, “Azersun Arena”da keçiriləcək oyuna saat 15:00-da start veriləcək.

AFFA 9 komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda bu qurumun bayrağı altında keçirilən yarışlarla bağlı bəzi qərarlar qəbul edilib.

Region Liqasında keçirilməli olan “Olimpik Sabirabad” FK – “Aran” FK (Beyləqan) oyunu “Olimpik Sabirabad”ın təhlükəsizliyi (polis) təmin etməməsi səbəbindən baş tutmadığı üçün bu kluba texniki məğlubiyyət verilib.

Region Liqasının “Mübariz” FA – “Real” FK oyunu “Mübariz”in təhlükəsizliyi (polis) təmin etməməsi səbəbindən baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

Region Liqasının “Ağsu Siti” – “Ağcabədi” FK oyunu “Ağsu Siti”nin təhlükəsizliyi (polis) təmin etməməsi səbəbindən baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Neftçi” İK İB – “Araz Baku” UFK oyunu “Araz Baku” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Difai” – “Kürdəmir” FK oyunu “Difai”nin protokolu vaxtında tərtib etmədiyinə görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Hindarx” (Ağcabədi) – “Ağdam” FK oyunu “Hindarx”ın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Qax 1967” – “Kürmük” (Qax) oyunu “Qax 1967” komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Real Leon” – “Göztəpə Bakı” FK oyunu “Göztəpə Bakı” FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Gəncəvi” (Gəncə) – “Ümid” (Gəncə) oyunu “Ümid” komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

Millimiz Moldova ilə heç-heçə etdi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa çıxıb. Msport.az xəbər verir ki, B […]

Source

PSJ hücumçusunu itirdi

PSJ ciddi itki ilə üzləşib. Msport.a xəbər verir ki, Paris klubunun futbolçusu Dezire Due zədələnib. Fransa çempionatında “Loryan”la oyunda xəsarət […]

Source

“Barselona” Osimhenlə maraqlanır

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb. Msport.az xəbər verir ki, 26 yaşlı forvardla “Barselona” yaxından maraqlanır. […]

Source

“Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarıldı

Misli Premyer Liqasının 10-cu turu çərçivəsində noyabrın 1-i saat 17:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Neymar “İnter Mayami”yə keçir!

“Santos”un braziliyalı ulduzu Neymar Junior yaxın aylarda yeni macəraya yelənəcək.

İdmanxeber.az xəbər verir ki, MLS təmsilçisi “İnter Mayami” 33 yaşlı hücumçunu azad agent statusunda heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Neymarın “Santos”la müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq.

Təcrübəli futbolçu cari mövsümdə 21 oyuna çıxaraq 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

PSJ-dən Vinisius bombas!

Fransa nəhəngi 2026-cı ilin yayında böyük transferə imza atmağa hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, Paris Sen-Jermen klubunun əsas transfer hədəfi “Real Madrid”in braziliyalı ulduzu Vinisius Juniordur.

Məlumata görə, futbolçunun Madrid rəhbərliyi ilə münasibətləri gərginləşib və bu vəziyyətdən yararlanmaq istəyən PSJ yayda “kral klubu”na rəsmi təklif göndərəcək.

25 yaşlı sol cinah vingerinin bazar dəyəri 200 milyon avro təşkil edir. Cari mövsümdə Vinisius 19 oyunda meydana çıxaraq 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. O, “kral klubu”na 2019-cu ilin yayında “Flamenqo”dan 45 milyon avro qarşılığında transfer olunmuşdu.

 

“Arsenal”dan tarixi rekord

“Arsenal” İngiltərə futbolunda yeni rekorda imza atıb.

İdmanxeber.az xəbər verir ki, “topçular” Liqa Kubokunun 4-cü turunda “Brayton”u 2:0 hesabı ilə məğlub etməklə, bir ay ərzində ardıcıl 6 oyunda qol buraxmadan qalib gələn ilk komanda olub.

London təmsilçisi bundan əvvəl “Kristal Pelas” (1:0), “Fulhem” (1:0), “Vest Hem” (2:0), “Atletiko” (4:0) və “Olimpiakos”u (2:0) üstələyib. “Arsenal” hazırda 22 xalla Premyer Liqanın lideridir.

“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda Bakıda “Çelsi”ni qəbul edəcək.

İdmanxeber.az xəbər verir ki, qarşılaşmanın təyinatları açıqlanıb. Matçı Ukraynadan olan ədalət təmsilçiləri idarə edəcək.

Oyunun baş hakimi Dmitro Kubriak olacaq. Ona yan xətt hakimləri Vitalii Skoblia və Aleksandr Korniyko yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yətirəcək.

“Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də, saat 15:00-da “Azersun Arena”da keçiriləcək.

SON DƏQİQƏ! Premyer Liqa klubu gürcüstanlı futbolçu ilə danışıqlara başladı 

“Kəpəz” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi ötən mövsüm komandada çıxış edən Rati Ardazişvili ilə danışıqlara başlayıb. “Sarı-göylər” sabiq futbolçusunu geri qaytarmaq niyyətindədir.

Əgər tərəflər arasında danışıqlar müsbət yekunlaşsa, transferin qışda baş tutması gözlənilir.

Rati hazırda Gürcüstanın “Qaqra” klubunda çıxış edir. O, komandası ilə keçirdiyi 10 oyunda bir qol vurub, eyni sayda assist edib. 

Yarımmüdafiəçi ötən mövsüm “Kəpəz”in heyətində 18 oyunda forma geyinib və iki məhsuldar ötürmə edib.

Fərid Nəsibov 

Mahir Emrelinin komandası kubokda 1/8 finala yüksəldi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” ötən gün növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya Kubokunun 2025/2026-cı illər mövsümünün 1/16 final mərhələsi çərçivəsində “Qroyter Fürt” ilə qarşılaşıb. Səfərdə baş tutmuş oyunda “Kayzerslautern” 1:0 hesablı qələbəyə sevinib.

Source

Ozan Can Kökçü kubok matçında şans qazanmadı

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun kubok oyununda iştirak şansı qazanmayıb. Arena.az xəbər verir ki, sözügedən komanda Niderland Kubokunun 2025/2026-cı illər mövsümünün 1/32 final mərhələsi çərçivəsində “Quick Boys” ilə qarşılaşıb. “Volendam” səfərdə baş tutmuş bu oyundan qələbə ilə (2:1) ayrılıb və 1/16 finala vəsiqə qazanıb.

Source

Liqa Kuboku: “Liverpul”la “Tottenhem”i 1/4 finala buraxmadılar

Futbol üzrə İngiltərə Liqa Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunları keçirilib. Arena.az xəbər verir ki, bu mərhələnin ən böyük sürprizlərindən biri çempion “Liverpul”un “Kristal Pelas”la görüşdə 3 cavabsız qolla uduzaraq mübarizəni dayandırması olub. “Tottenhem” də “Nyukasl” səddini keçə bilməyib. “Arsenal” “Brayton”u, “Mançester Siti” “Suonsi Siti”ni…

Source

İkinci Liqa: 8-ci, 9-cu və 10-cu turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 8-ci, 9-cu və 10-cu turlarının oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb. 8-ci və 9-cu turların oyunları iki günü əhatə edəcək. 10-cu turun görüşləri isə üç gün ərzində keçiriləcək. İkinci Liqa 8-ci tur 10 noyabr “Ağdaş”…

Source

AFFA Nika Çaçaşvilini bir oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib. Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir: “Karvan” – “Şəki” oyununun 99-cu dəqiqəsində “Karvan”ın futbolçusu Nika Çaçaşvili ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb.

Source

AFFA-dan “Şəmkir”ə 1200 manatlıq cərimə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 6-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib. Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir: “Şəmkir” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Şəmkir”in azarkeşləri meydançaya daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Şəmkir” klubu 500…

Source

AFFA “Zaqatala”nı 600 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 6-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib. Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir: “Şimal” – “Difai” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. MOİK – “Baku Sportinq” oyununun 68-ci dəqiqəsində…

Source

AFFA “Kəpəz”i 10 000 manat cərimə etdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib. Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir: “Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün…

Source

“Seltik” “Qarabağ”ın rəqibinin müdafiəçisini istəyir

“Liverpul”un müdafiəçisi Endryu Robertson karyerasını Şotlandiya Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Seltik” yaxından maraqlanır.

Robertsonun Mersisayd klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir və tərəflər hələ yeni əməkdaşlığı razılaşdırmayıblar.

Şotlandiyalı futbolçu cari mövsümdə “qırmızılar”ın heyətində 9 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Seltik” “Qarabağ”ın rəqibinin müdafiəçisini istəyir appeared first on Komanda.az.

“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda Bakıda “Çelsi”ni qəbul edəcək.

Komanda.az xəbər verir ki, qarşılaşmanın təyinatları açıqlanıb. Matçı Ukraynadan olan ədalət təmsilçiləri idarə edəcək.

Oyunun baş hakimi Dmitro Kubriak olacaq. Ona yan xətt hakimləri Vitalii Skoblia və Aleksandr Korniyko yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yətirəcək.

“Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də, saat 15:00-da “Azersun Arena”da keçiriləcək.

The post “Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı appeared first on Komanda.az.

Sabiq futbolçudan “Real”a məsləhət: Vinisiusu sat, Halandı al

“Real”ın sabiq futbolçusu Alfonso hesab edir ki, klub Vinisius Junioru satmalı və mərkəz hücumçusu transfer etməlidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Vinisiusun oyununun özü və komandası üçün faydalı olmadığı qənaətindədir:

“Vinisius mənə inandırıcı görünmür. Bəzi insanlar bunu tənqid edə bilər, amma mən onu satıb mərkəz hücumçusu gətirərdim. “Real”a bu oyunçu tamamilə lazımdır. Mən Vininin meydandakı obrazını bəyənmirəm. Bu həm ona, həm də klubuna xeyir gətirmir. Çox təəssüf edirəm, amma onu satıb, dünyanın ən yaxşı mərkəz hücumçusunu, məsələn, Erlinq Halandı (“Mançester Siti”) transfer edərdim”.

Alfonso vurğulayıb ki, qollara görə klub üçün ən optimal seçim norveçli (Haland) hücumçudur.

The post Sabiq futbolçudan “Real”a məsləhət: Vinisiusu sat, Halandı al appeared first on Komanda.az.

“Kristal Pelas” “Mançester Siti”nin müdafiəçisini istəyir

“Kristal Pelas” “Mançester Siti”nin niderlandlı müdafiəçisi Natan Akeni növbəti yay transfer pəncərəsində heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

London klubu Akeni mövsümün sonunda komandadan ayrılacağı gözlənilən və hətta yanvarda klubunu dəyişə biləcəyi istisna edilməyən Mark Quehinin əvəzləyicisi kimi görür.

30 yaşlı Ake cari mövsümdə bütün turnirlərdə 8 oyunda meydana çıxıb. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post “Kristal Pelas” “Mançester Siti”nin müdafiəçisini istəyir appeared first on Komanda.az.

“Qarabağ”ın yeni transferi sabah ilk oyununa çıxa bilər

İspaniyalı futbolçu Joni Montiel “Qarabağ”da ilk oyununa çıxa bilər.

Komanda.az xəbər verir ki, futbolçu sabah Azərbaycan Premyer Liqasının 10-cu turunda keçiriləcək “İmişli” ilə oyunda iştirak edə bilər (“oxu.az”).

Bu il yay transfer pəncərəsində “Qarabağ”ın heyətinə qatdığı ispaniyalı hücumameyilli yarımmüdafiəçinin hazırlıq durumu baş məşqçi Qurban Qurbanovu qane etmədiyi üçün Montiel yeni klubunda debüt etməmişdi.

Montiel avqust ayında “Qarabağ”la 2+2 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu “Rayo Valyekano” klubunun yetirməsidir.

The post “Qarabağ”ın yeni transferi sabah ilk oyununa çıxa bilər appeared first on Komanda.az.

Spaletti “Yuventus”un məşq bazasına gedib

İtaliyalı mütəxəssis Luçano Spaletti “Yuventus”un məşq bazasına gedib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, 66 yaşlı çalışdırıcı yaxın günlərdə Turin klubu ilə müqavilə imzalayaraq, baş məşqçi vəzifəsinə təyin olunacaq.

Şayiələrə görə, anlaşmanın müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub və müddətin uzadılma imkanı da var.

“Yuventus” rəhbərliyi Spalettinin təyinatı ilə bağlı məlumatlara artıq reaksiya verib, rəsmi açıqlama yaxın günlərdə gözlənilir.

“Yuventus” cari mövsümdə A Seriyasında 9 turdan sonra 15 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Komanda növbəti turda səfərdə “Kremoneze” ilə qarşılaşacaq.

The post Spaletti “Yuventus”un məşq bazasına gedib appeared first on Komanda.az.

“Rea” UEFA-dan 4,5 milyard avro tələb edir

“Real” və Avropa Super Liqası ideyasının təşkilatçıları UEFA-dan 4,5 milyard avro miqdarında kompensasiya tələb edir. Əvvəlcə Madridin regional məhkəməsi UEFA-nın Super Liqaya qarşı apellyasiyasını rədd etmişdi.

Madrid təmsilçisi bəyan edib ki, klub UEFA-dan dəyən ziyanın ödənilməsini tələb edəcək.

Komanda.az AS-a istinadən xəbər verir ki, “Real”ın və Super Liqaya cavabdeh şirkətin hüquqşünasları artıq iddianın hazırlanması üzərində çalışır. Hədəf, UEFA-ya qarşı təqdim olunacaq iddia çərçivəsində təxminən 4,5 milyard avro tələb etməkdir.

Madrid arbitraj məhkəməsi 2024-cü ilin mayında Super Liqa təşkilatçılarının iddiasını qismən təmin edib. Məhkəmənin qərarına əsasən, UEFA və FİFA anti-rəqabət davranışını dayandırmalı, onun təkrarlanmasının qarşısını almalı və anti-rəqabət hərəkətlərinin bütün nəticələrini dərhal aradan qaldırmalıdır.

Super Liqa layihəsinə əvvəlcə Avropanın 12 klubu qoşulsa da, FİFA və UEFA-nın sanksiya təhlükəsindən sonra klublar turnirdən çəkilməyə başlayıb. Hazırda UEFA və FİFA-ya tabe olmayan Avropa Super Liqası adlanan layihədən yalnız “Real” və “Barselona” geri çəkilməyib.

The post “Rea” UEFA-dan 4,5 milyard avro tələb edir appeared first on Komanda.az.

Fransa millisinin futbolçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Fransa millisinin futbolçusu Desire Due DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl zədələnib.

Komanda.az xəbər verir ki, PSJ-də çıxış edən 20 yaşlı vinger Liqa 1-in 10-cu turunda “Loryan”la matçda (1:1) xəsarət alıb və meydanı xərəkdə tərk edib.

Onun sağalması üçün bir neçə həftə lazım olacaq.

Due oktyabrda Azərbaycan millisinə qalib gəldikləri (3:0) qarşılaşmada zədə səbəbindən iştirak edə bilməyib. Futbolçu cari mövsümdə PSJ-də meydana çıxdığı 15 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan – Fransa oyunu noyabrın 16-da keçiriləcək.

The post Fransa millisinin futbolçusu Azərbaycanla oyundan əvvəl zədələnib appeared first on Komanda.az.

Vinisius üzr istədi

“Real”ın hücumçusu Vinisius Junior “Barselona” ilə keçirilən “el klasiko”dan (2:1) sonrakı ilk məşqdə komanda yoldaşlarından üzr istəyib. Görüşdə klubun məşqçiləri iştirak etməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu öz davranışını belə izah edib:

“Bəzən ehtiras üstün gəlir. Mən həmişə qalib gəlmək və komandama kömək etmək istəyirəm. Mənim rəqabət ruhum “Real”a olan sevgimdən doğur”.

Vinisiusun açıqlaması həm oyunçular, həm də fanatlar tərəfindən müsbət qarşılanıb. O, “Barsa” ilə matçda əvəzlənərkən buna kəskin reaksiya göstərmiş və birbaşa paltardəyişmə otağına yollanmışdı.

“Real” hazırda La Liqanın 10-cu turundan sonra 27 xalla turnir cədvəlində lider mövqedədir. İkinci pillədə qərarlaşan “Barselona”nın hesabında 22 xal var.

The post Vinisius üzr istədi appeared first on Komanda.az.

“Real” Endriklə bağlı icarə təklifini bir şərtlə qəbul edəcək

“Real” hücumçusu Endrikin qış transfer pəncərəsində icarəyə göndərilməsi variantını nəzərdən keçirir.

19 yaşlı futbolçu Xabi Alonsonun rəhbərliyi altında az oyun imkanı əldə etdiyindən, klub rəhbərliyi onun başqa komandada təcrübə qazanmasının faydalı olacağını düşünür.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “kral klubu” yalnız o halda icarə təklifini qəbul edəcək ki, maraqlı tərəflər braziliyalı futbolçunun bütün maaşını və əlavə olaraq icarə kompensasiyasını tam şəkildə ödəməyə razı olsunlar.

Endriklə “Aston Villa”, “Vest Hem” və “Brayton” maraqlanır. “Brayton” onu hətta icarə ilə deyil, tam transfer yolu ilə heyətinə qatmaq istəyir.

The post “Real” Endriklə bağlı icarə təklifini bir şərtlə qəbul edəcək appeared first on Komanda.az.

“Neftçi”nin oyunu üçün biletlər satışda

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində noyabrın 1-i saat 17:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və “https://bilet.neftchi.az” saytından onlayn şəkildə əldə etmək olar.

Stadionumuzun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Kadi parataekvondoçularla görüşdü

“Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges parataekvondoçuların məşqində olub.

Futbolpress.az xəbər verir ki, o, “Qarabağ”la yanaşı, özünün də pərəstişkarı olan gənc parataekvondoçu Amin Əliyevlə görüşüb. MPK-nın təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında baş tutan görüşdə Ağdam təmsilçisinin üzvü ona öz formasını hədiyyə edib.

Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılar üçün növbəti yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.

“Fənərbağça” və “Lion” onun üçün “yarışır”

“Real”ın futbolçusu Endrik qışda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisində heyətə düşə bilməyən braziliyalı hücumçu “Lion” və “Fənərbağça”nın diqqət mərkəzindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Klublar qış fasiləsində oyunçunun icarəsi üçün danışıqlara başlamağı planlaşdırır.

Endrik bu mövsüm “Real”da oyuna çıxmayıb.

Bölgə klubu azarkeşlərinə görə cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şəmkir” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Şəmkir” komandasının azarkeşləri meydançaya daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Şəmkir” komandası 500 manat cərimə edilsin (maddə 86.3);

“Şəmkir” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 86.3);

“Şəmkir” – “Qaradağ Lökbatan” oyununda “Şəmkir” komandasının azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə görə “Şəmkir” komandası 500 manat cərimə edilsin (maddə 52.5);

“Ağdaş” – “Sheki City” oyununda “Sheki City” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Araz Saatlı” – “Xankəndi” oyununun 52-ci dəqiqəsində “Araz Saatlı” komandasının 4 nömrəli futbolçusu Rafiq Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

“Azərbaycanda da Kvaratsxeliya kimi oyunçu yetişdirmək mümkündür” (MÜSAHİBƏ)

“Sabah” akademiyasının koordinatoru Giorgi Minaşvilinin “Futbolpress.az“a müsahibəsi:

– Gürcüstan, Çin, İngiltərə və indi Azərbaycan. Sizi “Sabah”a gətirən nə oldu?
– “Sabah”dan təklif aldıqdan sonra ilk görüşüm idman direktoru ilə oldu. Açıq və ətraflı şəkildə mənim futbol baxışım, məşq metodologiyam və məşqçilik fəlsəfəm haqqında danışdıq. Qısa müddətdə başa düşdük ki, çox sayda oxşar fikirlərimiz var. Bundan sonra əməkdaşlığımızın əsası qoyuldu. Məni ən çox inandıran isə klubun vizyonu və ambisiyaları oldu. Hər şey aydın, strukturlaşdırılmış və irəliləyişə yönəlmişdi. Bu da mənə bu çağırışı qəbul etmək üçün inam verdi.

– Akademiya ilə ilkin tanışlıqda hansı təəssüratlarınız yarandı?
– Çox müsbət. İş mühiti, infrastruktur, məşq şəraiti məni çox təsirləndirdi. Burda hər şey yaxşı və peşəkar təşkil olunub. Komandada çalışanlar işlərinə sadiqdirlər. Bu mühiti görəndən sonra məndə daha çox enerji vermək istəyi yarandı. İşə başlamışıq və komandaların, məşqçilərin, futbolçuların səviyyəsini yüksəltmək istəyirik. Əminəm ki, bir neçə il ərzində “Sabah” akademiyası əsas komanda üçün yaxşı oyunçular yetişdirəcək səviyyəyə çatacaq.

– Daha əvvəl fərqli ölkələrdə, klublarda işləmisiniz. “Sabah” akademiyasının onlardan ilkin hansı fərqlərini müşahidə etdiniz?
– Təxminən 19 illik məşqçi təcrübəm var. Hər ölkənin öz futbol tarixi və ənənələri var. Bunu qəbul etmək lazımdır. Hər akademiya peşəkar standartlara və inkişaf proqramına, metodologiyaya sahib olmalıdır. U-8-dən başlayaraq U-17-yə qədər bütün komandaların bir futbol fəlsəfəsi olmalıdır. İnkişaf səviyyələrinə çatmaq üçün çalışmaq lazımdır. Bizim fəlsəfəmiz ağıllı oyun, mövqe məsələləri, topa sahib olarkən və topu itirəndən sonra zamanlama, keçidlər və s. anlayışları qavramaq, təkmilləşməkdir. Bu sistemi Gürcüstanda “Dinamo” və “Lokomotiv”də tətbiq etmişdik və sonradan yüksək səviyyəyə çatan bir çox futbolçu oldu.

– Gürcüstanın futbolda öndə siması Xviça Kvaratsxeliyadır (PSJ, Fransa). “Dinamo”nun yetirməsidir və indi hansı səviyyədə olduğu hamıya məlumdur. Bəs Azərbaycanın belə oyunçusu olması üçün nə etmək lazımdır?
– Əsas məqsəd akademiyada vahid məşq metodologiyası və oyun fəlsəfəsi formalaşdırmaqdır. Bu prosesə artıq başlamışıq. Məşqçilər heyətinin motivasiyası, həvəsi məni çox sevindirir. Azərbaycanda da Kvaratsxeliya kimi oyunçu yetişdirmək mümkündür. Buna nail olmaq üçün üç istiqamət var:

  1. Düzgün seçim prosesi.

Akademiyadakı bütün məşqçi və skautların izləyəcəyi aydın skautinq meyarları və prinsipləri tətbiq edəcəyik.

  2. Bütün mərhələlərdə strukturlaşdırılmış inkişaf.

Oyunçunun texniki, taktiki, fiziki və psixoloji inkişafı üzərində işləməliyik. Bununla yanaşı, onların düşüncə tərzini, dözümlülüyünü və fiziki hazırlığını inkişaf etdirməliyik — çünki bu keyfiyyətlər təzyiq altında çıxış etmək və uzunmüddətli irəliləyiş üçün vacibdir.

   3. Fərdi inkişaf proqramları.

Hər bir oyunçunun fərdi inkişaf planı olmalıdır — burada onun inkişaf yolu və performans məqsədləri müəyyənləşdirilir.
Bu proses müntəzəm analiz, planlaşdırma və davamlılıq tələb edir.

– “Sabah”da görmək istədiyiniz işlər hansılardır?
– Bu, tək bir iş deyil, mənalı bir sistem qurmaqdır. Məqsədimiz tək bacarıqlı futbolçular deyil, həm də klubun dəyərlərini meydanda və meydandan kənarda təmsil edən ağıllı fərdlər yetişdirməkdir. “Sabah” akademiyasının strukturu, vizyonu və motivasiyası var. İnanıram ki, yaxın illərdə bu akademiya regionun aparıcı futbol mərkəzlərindən birinə çevriləcək.

Şahin Cəfərov

“Zaqatala”ya 600 manat cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şimal” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

MOİK – “Baku Sportinq” oyununun 68-ci dəqiqəsində “Baku Sportinq” komandasının 6 nömrəli futbolçusu Hüseyn Babayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Baku Sportinq” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

“Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

“Zaqatala” – “Mingəçevir” oyununda topdaşıyan və xərəkdaşıyanların say tərkibi pozulduğuna görə “Zaqatala” komandası 600 manat cərimə edilsin (maddə 59.1);

Azarkeşləri “Neftçi” və “Kəpəz”i ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz” komandasının qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə 44.2);

“Kəpəz” – “İmişli” oyununun 38-ci dəqiqəsində “Kəpəz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Kəpəz” klubu 6000 manat cərimə edilsin (maddə 52.5);

“Kəpəz” – “İmişli” oyununun 68-ci dəqiqəsində “Kəpəz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

PSJ-də itki

PSJ ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Paris klubunun futbolçusu Dezire Due zədələnib. Fransa çempionatında “Loryan”la oyunda xəsarət alan hücumçu meydanı xərəkdə tərk edib. Duenin son durumu tibbi müayinədən sonra bilinəcək.

PSJ “Loryan”la heç-heçə edib – 1:1.

Kubokda 1/4 finalın cütləri

İngiltərə Kubokunda 1/4 final mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, 1/8 finalda “Liverpul”u mübarizədən kənarlaşdıran “Kristal Pelas”ın növbəti rəqibi “Arsenal” olacaq.

İngiltərə Liqa Kuboku
1/4 final

Arsenal – Kristal Pelas
Kardiff – Çelsi
Mançester Siti – Brentford
Nyukasl – Fulhem

Fransa millisinin üzvü zədələndi

Fransa millisinin və PSJ-nin futbolçusu Desire Due “Loryen”lə oyunda zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi qarşılaşmanı göz yaşları içində xərəkdə tərk edib.

Duenin uzun müddət meydana çıxa bilməyəcəyi bildirilir. O, cari mövsümdə 15 oyunda 4 qol və 3 asistlə yadda qalıb.

Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Bakıda Azərbaycanla qarşılaşacaq.

“Real” hücumçusu ilə bağlı qərarını verdi

“Real” gənc hücumçusu Endriki qışda icarəyə verməyi planlaşdırır.

İdmanxeber.az-ın Xabi Alonsonun rəhbərliyi altında az şans qazanan 19 yaşlı futbolçu üçün klub yeni oyun təcrübəsi əldə etməyi məqsədəuyğun sayır.

Məlumata görə, “kral klubu” yalnız futbolçunun maaşını və icarə haqqını tam qarşılayan təklifləri dəyərləndirəcək.

Endriklə “Aston Villa”, “Vest Hem” və “Brayton” maraqlanır. Sonuncu klub isə onu tam transferlə almaq istəyir.

Kadi “Kadi” ilə görüşdü – FOTO

“Qarabağ” klubunun braziliyalı futbolçusu Kadi Borqes onun sadiq azarkeşi olan gənc parataekvandoçu Amin Əliyevlə görüşüb.

İdmanxeber.az-ın məlumatına görə, Kadi idman zalında Aminlə bir araya gələrək ona öz formasını hədiyyə edib.

Qeyd edək ki, Amin Əliyev braziliyalı futbolçuya bənzərliyinə görə “Kadi” ləqəbini daşıyır.

 

“Barselona” mərakeşli hücumçu ilə maraqlanır

“Famalikan”ın 20 yaşlı hücumçusu Yassir Zabiri Avropanın nəhəng klublarının diqqətini cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona” futbolçunun transferi ilə bağlı artıq “Famalikan” rəhbərliyi ilə əlaqə yaradıb. Gənc mərakeşliyə “Sevilya”, “Portu” və “Benfika” da maraq göstərir.

Zabiri bu mövsüm Portuqaliya çempionatında 3 oyunda iştirak edib.

Güclü külək Gəncə stadionuna ciddi ziyan vurdu 

Dünən Gəncə şəhərindəki əlverişsiz hava şəraiti stadiona ciddi ziyan vurub.

İdmanxeber.az-a verilən məlumata görə, güclü külək bir sıra dağıntılara səbəb olub. Gəncə stadionunda fasad örtükləri sıradan çıxıb. 

Hazırda arenada hər hansı bir iş aparılmır. MDB oyunları bitdikdən sonra stadionda bütün çalışmalar dayandırılıb.

Xatırladaq ki, Gəncə stadionunun süni örtüklü meydançasının təbii otla dəyişdirilcəyi bildirilmişdi.

 

AFFA “Kəpəz”i 10 min cərimələdi

Misli Premyer Liqası təmsilçisi “Kəpəz” 10 min manat cərimələnib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna IX turda “İmişli” ilə matçda yaşananlar səbəb olub. Oyunun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Onun klubu 1000 manat cərimələnib. 38-ci dəqiqədə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə isə Gəncə klubu daha 6000 manat ziyana düşüb. Həmçinin azarkeşlər 68-ci dəqiqədə pirotexniki vasitədən istifadə etdiyinə görə klub daha 3000 manat cərimə olunub.

“Neftçi” də eyni səbəbdən ziyana düşüb. “Qəbələ” ilə görüş bitdikdən sonra azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə paytaxt klubu 3000 manat cərimələnib.

IX turun “Araz-Naxçıvan” – “Sabah” matçında 4 futbolçusu sarı vərəqə alan Bakı klubu isə 700 manat ödəməli olacaq.

Frank De Blekerdən mübahisəli epizodlara şərh – Video

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodları şərh edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA öz Yutub hesabında video yayımlayıb.

O, həmin epizodlarda referilərin ədalətli qərarlar verdiyini vurğulayıb.

Frank De Blekerin epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

 

 

“Abubakarın Azərbaycan macərası “rüya kimi başlanğıc” kimi dəyərləndirilir”

“Neftçi”nin hücumçusu Vensan Abubakarın çıxışı Türkiyə mətbuatında da gündəm olub. 

İdmanxeber.az-ın məlumatına görə, qardaş ölkənin nüfuzlu “NTV Spor” nəşrində ulduz futbolçu barədə məqalə dərc edilib.

Həmkarlarımız Abubakarın möhtəşəm çıxışını diqqətdə saxlayıb:

“Azərbaycan təmsilçilərindən “Neftçi”yə transfer olunan Vensan Abubakar yeni macərasına parlaq şəkildə başlayıb. Kamerunlu hücumçu cəmi 3 gün ərzində 2 oyunda meydana çıxaraq 3 qol və 1 assistlə yadda qalıb.

33 yaşlı forvardın bu təsirli çıxışı həm azarkeşlərin, həm də ölkə mətbuatının diqqətini cəlb edib. “Neftçi”dəki çıxışı ilə hər kəsi heyran edən Abubakarın Azərbaycan macərası artıq indidən “rüya kimi başlanğıc” kimi dəyərləndirilir”.

De Blekere 9-cu turdakı mübahisəli epizodları şərh etdi – Video

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının 9-cu turundakı mübahisəli epizodlara şərh verib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, sözügedən qurumun mətbuat xidməti əvvəllər belçikalı mütəxəssisin fikirlərini yazılı olaraq təqdim edirdi. Son turlarda isə AFFA onun şərhlərini videoformatda açıqlayır.

Source

“Sumqayıt” Azərbaycan Kubokunda 50-ci qoluna sevindi

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulmuş 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub. Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir. “Gənclik şəhəri” təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub. Yubiley topuna Nihat Əhmədzadə imza atıb. Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını…

Source

“Kəpəz” Azərbaycan Kubokunda 200-cü qolunu vurdu

Futbol üzrə Azərbaycan Kubokunun 2025/26 mövsümünün 2-ci təsnifat mərhələsinin “Ağstafa Gəncləri” ilə oyunu “Kəpəz” üçün əlamətdar olub. Arena.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan Kubokunda 200-cü qolunu vurub. “Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlmiş komandanın 4-cü qolu yubiley xarakteri daşıyıb. Gəncəlilərin kubokdakı 200-cü qoluna Elcan Əbilov imza…

Source

“Qarabağ”ın rəqibi baş məşqçisini dəyişə bilər

“Çelsi”nin mövsümə uğursuz başlanğıcı mətbuatın komandanın baş məşqçisi Enzo Mareskanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik barədə fərziyyələr irəli sürməsinə səbəb olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun hazırda “Bornmut”a rəhbərlik edən Andoni İraolaya maraq göstərdiyi bildirilir. Mareskanın yaxın gələcəkdə vəzifəsindən ayrılacağı təqdirdə, klub rəhbərliyi 43 yaşlı ispaniyalı mütəxəssisə müraciət edəcək.

“Bornmut” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 9 oyundan sonra 18 xalla ikinci yerdədir. “Çelsi” isə 14 xalla 9-cudur.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibi baş məşqçisini dəyişə bilər appeared first on Komanda.az.

Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.

Komanda.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan millisinin noyabrın 7-21-i aralığında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.

Klublarda çıxış edən məşqçi və voleybolçuların milliyə cəlb olunmasını nəzərə alaraq, Yüksək Liqanın oyunları noyabrın 18-nə qədər təxirə salınıb.

The post Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb appeared first on Komanda.az.

Osimhen İspaniya klubunun hədəfindədir

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 26 yaşlı forvardla “Barselona” yaxından maraqlanır.

Kataloniya təmsilçisi Osimheni polşalı hücumçu Robert Levandovskinin potensial əvəzləyicisi kimi görür.

Nigeriyalı forvardın “Qalatasaray”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. O, cari mövsümdə bütün turnirlərdə 9 oyunda 6 dəfə fərqlənərək, komandasının əsas qol silahına çevrilib.

The post Osimhen İspaniya klubunun hədəfindədir appeared first on Komanda.az.

“Barselona” “Qarabağ”ın rəqibinin oyunçusu ilə maraqlanır

“Barselona” “Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin xidmətində maraqlıdır.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Kataloniya klubu şotlandiyalı futbolçunun transfer imkanlarını qiymətləndirir.

Şayiələrə görə, Maktominey İtaliyanı tərk edib yenidən İngiltərəyə qayıtmaq istəyir. Ancaq “Napoli”də qazandığı uğurlar sayəsində 28 yaşlı oyunçuya Avropanın digər top-klublarından da təkliflər gələ bilər.

Hazırda “Napoli”nin Maktomineylə yollarını ayırmağa hazır olub-olmadığı məlum deyil. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Barselona” “Qarabağ”ın rəqibinin oyunçusu ilə maraqlanır appeared first on Komanda.az.

Minifutbol: Azərbaycan çempionatında ilk tura yekun vurulub

Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Bakı Tennis Akademiyasının meydançasında keçirilən görüşlərdə “Qalaksi” “Cənub Storm”u (6:1), “Lerik Əvilə” “Borçalı”nı (4:0), “Zirə” “Birbaşa Bakı”nı (2:1), “Siyəzən” isə “Gənclərbirliyi”ni (5:0) məğlub edib.

Turun daha əvvəl keçirilən matçlarında “Aznur” “Star Bakı”nı (18:2), “Atəşgah Suraxanı” “Lənkəran”ı (5:4), “DİN İdman Cəmiyyəti” “Bakı 145″i (5:3) üstələyib. “Sumqayıt” – “Buxar” duelində isə qalib müəyyənləşməyib – 2:2.

The post Minifutbol: Azərbaycan çempionatında ilk tura yekun vurulub appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin baş məşqçisi komandasından şikayətləndi

“Liverpul”un baş məşqçisi Arne Slot heyətdə dərinliyin olmaması haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bu gün “Mançester Siti”nin start heyətini gördüm: onlar son Premyer Liqa oyunları ilə müqayisədə on dəyişiklik etdilər, amma keyfiyyət çox da pisləşmədi. “Çelsi” Estevaonu meydana çıxara bilərdi. Və biz… Mən iki əvəzetmə edəndən sonra meydanda altı yeniyetmə var idi”.

“Qırmızılar” çərşənbə günü Premyer Liqa kubokunda evdə “Kristal Pelas”a 0:3 hesabıyla uduzub. Arne Slot həddindən artıq rotasiyaya görə tənqid edilib. Komanda son yeddi oyunun altısında məğlub olub.

”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin baş məşqçisi komandasından şikayətləndi appeared first on Komanda.az.

“Barselona”nın aparıcı futbolçusu məşqi buraxıb

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandanın dünənki məşqində iştirak etməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçuya məşqi buraxmaq üçün məşqçilər heyəti tərəfindən icazə verilib.

28 yaşlı oyunçu şəxsi səbəblərə görə düşərgəni tərk edib və bu, zədə ilə əlaqəli deyil. Klub hadisənin təfərrüatlarını açıqlamamağı qərara alıb.

De Yonq cari mövsümdə 11 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib. O, iki həftə öncə klubu ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb.

Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona” noyabrın 2-də, La Liqanın 11-ci turu çərçivəsində doğma meydanda “Elçe” ilə qarşılaşacaq.

The post “Barselona”nın aparıcı futbolçusu məşqi buraxıb appeared first on Komanda.az.

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 “gümüş” qazanıb

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb.

Komanda.az Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdənqaldırma hərəkətində 133 kq çəkini ram etməyi bacarıb.

Təkanlaqaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran Məmmədov toplamda 288 kq nəticə göstərib.

Beləliklə, iki hərəkətin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Tehran Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.

The post Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 “gümüş” qazanıb appeared first on Komanda.az.

“Rəqiblərimiz indi bizə qarşı fərqli oynayırlar” – “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın bu mövsümdəki çətinlikləri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqiblərin fərqli oynadığını bildirib:

“Öyrənməli və inkişaf etməliyik, bunu oyunçularımıza hər gün deyirəm. Rəqiblərimiz indi bizə qarşı fərqli oynayırlar. Bu da yəqin ki, ötən mövsümdəki uğurlarımızla bağlıdır”.

“Çelsi” oktyabrın 25-də evdə “Sanderlend”ə 1:2 hesabıyla məğlub olub. Komanda 9 oyundan sonra Premyer Liqanın turnir cədvəlində 9-cu yerdədir.

”Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Rəqiblərimiz indi bizə qarşı fərqli oynayırlar” – “Qarabağ”ın rəqibinin baş məşqçisi appeared first on Komanda.az.

“Kəpəz”in 200-cü qolu

“Kəpəz” Azərbaycan kubokunda 200-cü qolunu vurub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu, 2025/26 mövsümünün “Bizon” Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində baş verib.

“Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. “Kəpəz”in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.

Qərb təmsilçisi 111-ci matçında top sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan “Kəpəz” evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.

Gəncəlilərin ilk qolu 1993 mövsümünə təsadüf edib. “Kəpəz” 1/32 finalın ilk oyununda səfərdə “Nicat”la heç-heçə oynayıb – 2:2.

The post “Kəpəz”in 200-cü qolu appeared first on Komanda.az.

Azərbaycan çempionatının oyunları təxirə salındı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 7–21 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.

Klublarda çıxış edən məşqçi və voleybolçuların milliyə cəlb olunmasını nəzərə alaraq, Yüksək Liqanın oyunları noyabrın 18-nə qədər təxirə salınıb.

AFFA-nın milliləşdirmək istədiyi futbolçu seçimini etdi – detallar

Bir müddətdir ölkə futbolunun gündəminə düşən “Dinamo”nun (Moskva) yarımmüdafiəçisi Ülvi Babayev Rusiya yığmasını seçib. Daha əvvəl isə AFFA-nın onunla Azərbaycan yığmasında oynamaq üçün danışıqlar apardığı bildirilib.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında danışıqlar bir neçə ay öncə baş tutub. Belə ki, Ülvinin atası Bakıya gəlib və AFFA nümayəndələri ilə qeyri-rəsmi görüş keçirib. Tərəflər arasında son danışıq məhz o vaxt olub. Lakin Babayev seçimini Rusiya yığmasındanyana edib.

Ülvi Babayev ötən həftə “Dinamo”nun Rusiya Kubokunda “Krılya Sovetov”a qarşı keçirdiyi oyunda (4:0) üç qol vurub. Futbolçu məhz bu görüşdən sonra gündəmə gəlib.

Şahin Cəfərov

Minifutbol: birinci tur başa çatdı

Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Zirə” “Birbaşa Bakı” üzərində qələbə ilə mövsümə start verib.

Bu ildən liqada iştirak edən “Siyəzən” “Gənclərbirliyi”ni məğlub edib.

Minifutbol, Azərbaycan çempionatı
I tur

29 oktyabr

Cənub Storm – Galaxy 1:6
Borçalı – Lerik Əvilə 0:4
Birbaşa Bakı – Zirə 1:2
Siyəzən – Gənclərbirliyi 5:0

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

30 oktyabr

Türkiyə Kuboku
14:00 Karaköprü Bələdiyəspor – Rizəspor (A Spor)
15:45 Zonquldak Kömürspor – Bodrumspor (A Spor)
19:00 Qaziantep Karabük İdman Yurdu (A Spor)
21:30 Konyaspor – 12 Bingöl Spor (A Spor)

İtaliya, A Seriyası
21:30 Kalyari – Sassuolo (Futbol 1)
23:45 Piza – Latsio (Futbol 1, Matç TV)

Səudiyyə Ərəbistanı, Pro Liqa
21:30 Əl-Əhli – Əl-Riyad (TRT Spor)

Millinin sonuncu sınağı

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.

Futbolrpess.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Moldova ilə üz-üzə gələcək. Kişineuda keçiriləcək qarşılaşmaya saat 15:00-da start veriləcək.

U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.

Azərbaycan idmançısı 3 “gümüş” qazandı

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb.

Futbolpress.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdənqaldırma hərəkətində 133 kq çəkini ram etməyi bacarıb.

Təkanlaqaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran Məmmədov toplamda 288 kq nəticə göstərib.

Beləliklə, iki hərəkətin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Tehran Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.

“Sumqayıt” bunu bacaran 20-ci komandadır

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulan 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub.

Yubiley topuna Nihat Əhmədzadə imza atıb. Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını 51-ə yüksəldib.

Evdə 19, səfərdə 31, neytral meydanda 1 dəfə fərqlənən “Sumqayıt” turnirin tarixində 50 və daha çox qol vuran 20-ci komandadır. Klub tarixində kubokdakı ilk qol isə 2011/12 mövsümünün 1/16 finalında “Lokomotiv”lə (Bakı) səfər matçında (2:0) vurulub.

Kubokda 200-cü qol

“Kəpəz” Azərbaycan Kubokunda 200-cü qolunu vurub.

Futbolpress.az xəbər verir ki, bu, 2025/26 mövsümünün Azərbaycan Kubokunun II təsnifat mərhələsində baş verib.

“Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. “Kəpəz”in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.

Qərb təmsilçisi 111-ci matçında top sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan “Kəpəz” evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.

Qeyd edək ki, gəncəlilərin ilk qolu 1993 mövsümünə təsadüf edib. “Kəpəz” 1/32 finalın ilk oyununda səfərdə “Nicat”la heç-heçə oynayıb – 2:2.

91 illik antirekord təkrarlandı

“Liverpul” İngiltərə Liqa Kuboku çərçivəsində evdə “Kristal Pelas”la matçda ağır məğlubiyyətlə üzləşib (0:3). Msport.az xəbər verir ki, bununla da Arne […]

Source

Millimiz Moldova ilə qarşılaşır

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək. Msport.az xəbər verir ki, B […]

Source

Ölkə kubokunda 50-ci qol

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulan 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub. Msport.az xəbər verir ki, “gənclik […]

Source

II Liqada 8, 9 və 10-cu turların oyun cədvəlləri açıqlandı

Azərbaycan 2-ci liqasında 8, 9 və 10-cu turların oyun cədvəlləri açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, 8-ci turun matçları 10 və 11 noyabr, 9-cu turun görüşləri 16 və 17 noyabr, 10-cu turun qarşılaşmaları isə 23, 24 və 25 noyabr tarixərind keçiriləcək. 

8-ci tur

10 noyabr (bazar ertəsi)

14:00. “Ağdaş” – “Xankəndi”
Ağdaş şəhər stadionu

14:00. “Kür-Araz” – “Şəki Siti”
Saatlı OİK stadionu

14:00. “Dinamo” – “Quba”
Binə qəsəbə stadionu

11 noyabr (çərşənbə axşamı)

14:30. “Araz Saatlı” – “Şəmkir”
Saatlı OİK stadionu

14:30. “Göygöl” – “Qaradağ Lökbatan”
Göygöl OİK stadionu

14:30. “Şirvan” – “Ağstafa Gəncləri”
Şirvan OİK stadionu

9-cu tur

16 noyabr (bazar)

14:30. “Ağstafa Gəncləri” – “Dinamo”
Ağstafa şəhər stadionu

14:30. “Şəmkir” – “Ağdaş”
Şəmkir OİK stadionu

15:00. “Quba” – “Araz Saatlı”
Quba OİK stadionu

17 noyabr (bazar ertəsi)

14:00. “Şəki Siti” – “Şirvan”
“Rekord Arena”

14:00. “Xankəndi” – “Göygöl”
Palms Sports Futbol Mərkəzi (IV meydança)

14:30. “Qaradağ Lökbatan” – “Kür-Araz”
Lökbatan OİK stadionu

10-cu tur

23 noyabr (bazar)

15:00. “Quba” – “Ağstafa Gəncləri”
Quba OİK stadionu

24 noyabr (bazar ertəsi)

14:00. “Göygöl” – “Şəmkir”
Göygöl OİK stadionu

14:00. “Şirvan” – “Qaradağ Lökbatan”
Şirvan OİK stadionu

14:30. “Araz Saatlı” – “Ağdaş”
Saatlı OİK stadionu

25 noyabr (çərşənbə axşamı)

14:00. “Dinamo” – “Şəki Siti”
Binə qəsəbə stadionu

14:30. “Kür-Araz” – “Xankəndi”
Saatlı OİK stadionu

“Sumqayıt”ın futbolçusu əlamətdar qol vurdu

Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulan 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub. Yubiley topuna Nihat Əhmədzadə imza atıb.

Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını 51-ə yüksəldib.

Evdə 19, səfərdə 31, neytral meydanda 1 dəfə fərqlənən “Sumqayıt” turnirin tarixində 50 və daha çox qol vuran 20-ci komandadır. Klub tarixində kubokdakı ilk qol isə 2011/12 mövsümünün 1/16 finalında “Lokomotiv”lə (Bakı) səfər matçında (2:0) vurulub.

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

Bu gün bir sıra futbol matçları keçiriləcək.

30 oktyabr

Türkiyə, kubok

14:00 Karaköprü Bələdiyəspor – Rizəspor (A Spor)
15:45 Zonquldak Kömürspor – Bodrumspor (A Spor)
19:00 Qaziantep Karabük İdman Yurdu (A Spor)
21:30 Konyaspor – 12 Bingöl Spor (A Spor)

İtaliya, A Seriyası
21:30 Kalyari – Sassuolo (Futbol 1)
23:45 Piza – Latsio (Futbol 1, Matç TV)

Səudiyyə Ərəbistanı, Pro Liqa
21:30 Əl-Əhli – Əl-Riyad (TRT Spor)

Bu da son! “Neftçi”dən ayrılır, yeni klubunun adı bizdə! (ÖZƏL)

Bir müddət öncə “Neftçi”nin qapıçısı Rza Cəfərovun komandadan ayrılmaq istədiyini oxucularımızın diqqətinə çatdırmışdıq. Gənc qolkiper ehtiyatda qaldığı üçün bu qərara gəlmişdi.

Nəhayət, millimizin üzvü istəyinə çatır. Əldə etdiyimiz məlumata görə, Cəfərov yanvarda “Neftçi”dən ayrılacaq. Onun yeni komandası da bəllidir.

Oyunçu “Kəpəz”lə anlaşıb. Tərəflər arasında uzun müddətdir danışıqlar gedirdi. Axır ki, Gəncə təmsilçisi həm futbolçunu, həm də paytaxt klubunu razı sala bilib.

Qış transfer dönəmində R.Cəfərov icarə əsasında “sarı-göylər”də çıxış edəcək. 22 yaşlı qolkiperlə mövsüm sonuna qədər müqavilə bağlanacaq.

İdmanxeber.az 

U-23 dünya çempionatında güləşçilərimizdən tarixi uğur

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında keçirilmiş U-23 dünya çempionatında güləşçilərimiz 7 medal qazandılar. Arena.az xəbər verir ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U-23 dünya çempionatları tarixi…

Source

“Yamal dünyanın ən yaxşı futbolçusu deyil” – Sabiq prezident

“Barselona”nın sabiq prezidenti Xuan Qaspar komandanın gənc hücumçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Yamal böyük potensiala malik olsa da, hələ dünyanın ən yaxşı futbolçusu adını daşımaq üçün vaxtı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Yamalın dünyanın ən yaxşı futbolçusu olmadığını bildirib:

“O, dünyanın ən yaxşı futbolçusu deyil. Ötən mövsümdə də belə, deyildi. Əlbəttə, bir gün ən yaxşı ola bilər, amma hələ ki, bu səviyyədə deyil. Onu ruhlandırmaq və irəli aparmaq komanda yoldaşlarının və baş məşqçinin işidir”.

Sabiq prezident həmçinin, Yamalın sağlamlığına diqqət etməsinin vacibliyini vurğulayıb:

“Yamal oyuna tam hazır deyilsə, meydanda olmamalıdır. O, yalnız tam hazır olanda və bəhanəsiz şəkildə oynamalıdır. Ona dincəlmək və tam bərpa üçün vaxt lazımdır”.

18 yaşlı futbolçu son mövsümlərdə “Barselona”nın ən diqqətçəkən oyunçularından biri sayılır.

The post “Yamal dünyanın ən yaxşı futbolçusu deyil” – Sabiq prezident appeared first on Komanda.az.

“Qələbəyə sevinmək növbəsi bizə də çatacaq” – Rimas

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində Fransa təmsilçisi “Elan Şalon”a uduzub – 71:84.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis məğlubiyyəti belə şərh edib:

“Səfərdə oynamaq həmişə çətindir. Çünki ev komandasının üstünlüyü olur. Yaxşı başlamasaq da, oyunun gedişində vəziyyəti düzəltməyi bacardıq. Lakin keçən dəfə dediklərimi təkrarlamaq məcburiyyətindəyəm. Rotasiya olmadan bu cür oyunlarda qələbə qazanmağımız çətin görünür. Ehtiyatda Endər kimi hazır oyunçuya ehtiyacımız var. Dəyişiklik imkanlarımızın məhdudluğu yekunda 4-cü periodda aktivlik, aqressiv oyun baxımından uduzmağımıza səbəb olur. Oyunçuların sona yaxın yorulması bizə lazım atışların qeyri-dəqiq yerinə yetirilməsi ilə nəticələnir. Buna görə də oyunçulara hər hansı iradım yoxdur. Çünki hər biri oyunda var gücünü qoydu. Ümid edirəm qələbəyə sevinmək növbəsi bizə də çatacaq. Bu istiqamətdə işlər görülür. Amma bunun üçün vaxt lazımdır”.

Liqa 1: PSJ “Loryan”la səfər matçında xal itirdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub. Səfərdə “Loryan”la qarşılaşan PSJ bu dəfə xal itkisi ilə üzləşib. “Olimpik” (Marsel) – “Anje”, “Paris” – “Olimpik” (Lion) və “Tuluza” – “Renn” matçlarında da qalib müəyyənləşməyib. “Havr” “Brest”i…

Source

PSJ səfərdə xal itirdi

Fransa Liqa 1-də 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.

Səfərdə “Loryan”la qarşılaşan PSJ bu dəfə xal itkisi ilə üzləşib. “Olimpik” (Marsel) – “Anje”, “Paris” – “Olimpik” (Lion) və “Tuluza” – “Renn” matçlarında da qalib müəyyənləşməyib. “Nant”ın qonağı olan “Monako” isə qələbə qazajb

Hazırda 21 xalı olan PSJ vahid liderdir. “Monako” 20, Marsel “Olimpik”i, “Strasburq”, Lion “Olimpik”i və “Lans” 19 xal toplayıblar.

Fransa Liqa 1
10-cu tur

29 oktyabr

Havr – Brest 1:0
Qol
: Sanqante, 73.

Olimpik (Marsel) – Anje 2:2
Qollar
: Vaz, 52; 70 – Şerif, 25. Kamara, 90+6.

Nant – Monako 3:5
Qollar
: Girassi, 19; 45+6. M.Məhəməd, 80 – Kulibali, 6. Baloqun, 41. Akliuş, 55. Qolovin, 75; 90+4.

Paris – Olimpik (Lion) 3:3
Qollar
: Kamara, 65. Kebbal, 77. Marketti, 84 – Tolisso, 5. Şults, 51; 58.

Strasburq – Oser 3:0
Qollar
: Panikelli, 46. Nanasi, 55. Barko, 60.

Tuluza – Renn 2:2
Qollar
: Kressuel, 58 Donnum, 85-pen – Lepaul, 50; Tamari, 54.

Loryan – PSJ 1:1
Qollar
: İ.Silva, 51 – N.Mendes, 49.

Mets – Lans 2:0
Qollar
: Heyn, 87; 90+1.

Nitsa – Lill 2:0
Qollar
: Diop, 29-pen. Yansson, 87.

The post PSJ səfərdə xal itirdi appeared first on Komanda.az.

“Yuventus”la “İnter” 3 xalı 3 qolla qazandı

İtaliya A Seriyasında 9-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 6 oyun baş tutub.

“Roma” “Parma”ı, “Yuventus” “Udineze”ni, “İnter” “Fiorentina”nı məğlub yola salıb.

İtaliya A Seriyası
9-cu tur

28 oktyabr

Leççe – Napoli 0:1
Qol
: Anqissa, 69.

Atalanta – Milan 1:1
Qollar
: Lukman, 35 – Riççi, 4.

29 oktyabr

Roma – Parma 2:1
Qollar
: Hermoso, 63. Dovbik, 81 – Çirkati, 86.

Komo – Verona 3:1
Qollar
: Duvikas, 9. Poş, 62. Voyvoda, 90+2 – S.Serdar, 25.

Yuventus – Udineze 3:1
Qollar
: Vlahoviç, 5-pen. Qatti, 67. K.Yıldız, 90+6-pen – Zaniolo, 45+1.

Bolonya – Torino 0:0

Cenoa – Kremoneze 0:2
Qollar: Bonatsoli, 3; 49.

İnter – Fiorentina 3:0
Qollar
: H.Çalhanoğlu, 66; 88-pen. Suçiç, 71.

30 oktyabr

21:30. Kalyari – Sassuolo
23:45. Piza – Latsio

The post “Yuventus”la “İnter” 3 xalı 3 qolla qazandı appeared first on Komanda.az.

A Seriyası: “Yuventus”la “İnter” 3, “Roma” 2 qolla sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub. “Bolonya” – “Torino” matçında qapılara qol vurulmayıb. “Cenoa” doğma meydanda “Kremoneze”yə 2 cavabsız qolla uduzub. “Roma” “Parma”ı, “Komo” “Verona”nı, “Yuventus” “Udineze”ni, “İnter”…

Source

“Sabah” ÇL-də Fransa klubuna məğlub oldu

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, “bayquşlar” səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəliblər. B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə keçirilib. Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 71:84 hesabı ilə məğlub olub. Xatırladaq ki, Bakı klubu ilk iki…

Source

“Araz-Naxçıvan” ÇL-də Rumıniya çempionuna qalib gəldi

Azərbaycan çempionu “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının 2025/26 mövsümününün əsas mərhələsində ilk matçını keçirib. Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi qrupdakı ilk oyununda Rumıniyanın “Yunayted Qalati” kollektivi ilə üz-üzə gəlib. 7-ci qrupun matçı “Sala Sporturilor Dunarea”da baş tutub. Azərbaycan çempionu bu oyunda 2:1 hesablı qələbəyə sevinib.

Source

Stepanovski: “Azərbaycan basketbolu düzgün yoldadır”

“Neftçi” basketbol komandasının baş məşqçisi Vitali Stepanovski FIBA Avropa Kubokunda “Abşeron Lions”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, FIBA Avropa Kubokunun əsas mərhələsində eyni qrupda yer almış Azərbaycan təmsilçilərinin bu gün baş tutmuş duelində “Neftçi” 104:86 hesablı qələbəyə sevinib. Stepanovski matçdan sonra fikirlərini bölüşüb. O…

Source

Samir Abasov: “Vensan Abubakar bizim üçün əlçatmaz idi”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində MOİK-ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş duelində 8 qol qeydə alınıb və yekunda “ağ-qaralar” 6:2 hesablı qələbəyə seviniblər. Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Azərbaycan Kuboku bizim…

Source

“Azərreyl” ÇL-də “Radniçki” səddini keçə bilmədi

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin 1-ci turunda Serbiyada “Radniçki”nin qonağı olub. Təmsilçimiz ilk matçda olduğu kimi, cavab qarşılaşmasında da rəqibinə 0:3 hesabı ilə uduzub. Mərhələni keçə bilməyən Azərbaycan klubu bundan…

Source

Dünya çempionatında tarixi uğur

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında güləşçilərimiz 7 medal qazandı.

Komanda.az xəbər verir ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U23 dünya çempionatları tarixi boyunca medalların əyarına görə ən yaxşı nəticəmizdir.

Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dan (5-2-4) sonra 4-cü yeri tutdu.

Xatırladaq ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

The post Dünya çempionatında tarixi uğur appeared first on Komanda.az.

“Sabah” yenə məğlub oldu

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 71:84 hesabı ilə məğlub olub.

B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə keçirilib.

Bakı klubu ilk iki görüşdə Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına məğlub olub.

The post “Sabah” yenə məğlub oldu appeared first on Komanda.az.

“Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirib.

Komanda.az xəbər verir ki, Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gələn Naxçıvan təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

7-ci qrupun matçı Sala Sporturilor Dunareada baş tutub.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.

The post “Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı appeared first on Komanda.az.

“Real” niderlandlı müdafiəçi ilə maraqlanır

“Tottenhem”in mərkəz müdafiəçisi Mikki van de Ven “Real”a keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu niderlandlı oyunçunu əldə etməyin çətin olacağını başa düşür, çünki “Tottenhem” 2023-cü ildə onun üçün təxminən 50 milyon avro ödəyib.

24 yaşlı müdafiəçi bu mövsüm bütün yarışlarda 13 oyunda meydana çıxıb və 5 qol vurub. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post “Real” niderlandlı müdafiəçi ilə maraqlanır appeared first on Komanda.az.

“Neftçi” Abubakarın arxasınca qaçmayıb” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində qarşılaşdıqları MOİK-lə oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 6:2 hesablı qələbə barədə bunları söyləyib:

“Vensan Abubakarı vaxtında gətirə bilməzdik, bizim üçün əlçatmaz idi. Çünki Azərbaycan Premyer Liqası belə futbolçuların can atdıqları yer deyil. Biz sırf Abubakarın dalınca qaçmamışdıq, yəni ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik. Lakin mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bütün futbolçular oynayır. Digər futbolçuların etdiklərini də görürəm. Oyuna gəlincə, kubok turniri bizim üçün həmişə çətin olub, amma “Neftçi” elə komandadır ki, onun üçün hər növbəti oyun prioritetdir. Çətin olmasına baxmayaraq, hər iki cəbhədə sonadək mübarizə aparacağıq. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi də hiss edirik. Buna görə də rəqibin fərqi yoxdur”.

The post “Neftçi” Abubakarın arxasınca qaçmayıb” – Samir Abasov appeared first on Komanda.az.

“Azərbaycan basketbolu düzgün yoldadır”

“Azərbaycan basketbolu düzgün yoldadır”.

Komanda.az xəbər verir ki, bunu “Neftçi” basketbol klubunun baş məşqçisi Vitali Stepanovski mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis “Abşeron Lions”a qalib gəldikləri FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Komandamızı və azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Müdafiədən çıxış edərək, oyunda tempi aşağı salmağa çalışırdıq. Axıra yaxın bizim üçün o qədər də uğurlu olmadı. Camal Bey, Stefan Keniç zədədən yeni qayıtmışdılar və matçı yaxşı səviyyədə keçirdilər. İlk vaxtlarda çox səhvlərə yol verirdik, sonradan bu yanlışlıqları aradaqn qaldırdıq. Azərbaycan klublarının FIBA Avropa Kuboku turnirində təmsil olunması çox vacibdir. Bu da onu göstərir ki, Azərbaycan basketbolu düzgün yoldadır”.

“Abşeron Lions” – “Neftçi” matçı “ağ-qaralar”ın 104:86 hesablı qələbəsi ilə bitib.

The post “Azərbaycan basketbolu düzgün yoldadır” appeared first on Komanda.az.

“Azərreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası Çempionlar Liqasında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin 1-ci turunda Serbiyada “Radniçki”nin qonağı olub.

Təmsilçimiz ilk matçda olduğu kimi cavab qarşılaşmasında da rəqibinə 0:3 hesabı ilə uduzub.

Mərhələni keçə bilməyən “Azərreyl” CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək.

The post “Azərreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı appeared first on Komanda.az.

“Araz-Naxçıvan” ÇL-də qələbə qazandı

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirib.

Futbolpress.az xəbər verir ki, Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gələn Naxçıvan təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

VII qrupun matçı Sala Sporturilor Dunareada baş tutub.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.

Bundesliqa nəhəngi Fernandeş üçün hərəkətə keçir

“Bavariya” qışda “Mançester Yunayted”in kapitanı Brunu Fernandeşi transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, ingilis klubu bu dəfə portuqaliyalı yarımmüdafiəçini satmağa razı ola bilər.

Transfer qiymətinin 40 milyon avro olduğu bildirilir. 31 yaşlı Fernandeş bu mövsüm Premyer Liqada 10 oyunda 2 qol və 1 asistlə yadda qalıb.

PSJ-nin müdafiəçisi komandadan ayrılır

PSJ-nin braziliyalı müdafiəçisi Lukas Beraldo komandadan ayrılmaq istəyir.

İdmanxeber.az xəbər verir ki, 21 yaşlı futbolçu bu mövsüm az şans qazanmasından narazıdır və yanvarda icarəyə getmək istəyir. Baş məşqçi Luis Enrike də onun qərarına qarşı deyil.

Qeyd edək ki, Beraldo 2024-cü ilin əvvəlində “San Paulo”dan 20 milyon avroya transfer olunub və PSJ ilə müqaviləsi 2028-ci ilə qədərdir.

“Bizim üçün ən idealını seçmişik və gətirmişik” – Samir Abasov

“Neftçi” Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində MOİK-i 6:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Vensan Abubakarın 2-ci qolundan sonra nə söhbət edirdiz?

– Müzakirə edirdik. Onun toxunuşu, klası… Vurulan qola sevinirdik. Bu haqda danışırdıq, başqa bir şey yox idi.

– Özünüzə sual verirsiz ki, Abubakarı niyə vaxtında gətirmədik?

– Vaxtında gətirə bilməzdik. Bizim üçün əlçatmaz idi. Belə futboloçular üçün Azərbaycan Premyer Liqası can atdıqları yer deyil. Uyğun zaman lazımdır ki, belə oyunçuları yaxalayasan. Mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bizim üçün də xoş hal deyil. Bütün futbolçular oynayır. Şəxsən mən bölgü aparmazdım. Digər futbolçuların etdiklərini də görürəm. Bizə hücumçu, bitirici lazım idi. Belə hücumçu gətirmişik. Biz sırf Abubakarın dalıyca qaçmamışdıq. Ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik.

– Püşkə baxanda kuboku qazanmaq şansınızı necə dəyərləndirirsiniz?

– Bizim üçün kubok həmişə çətin olub. Şəxsən mənim özüm üçün də .Biz elə komandayıq ki, bizim üçün növbəti oyun prioritetdir. Hər iki turnirdən də yapışacağıq. Baxmayaraq ki, bu, çətindir. Bizim üçün püşk önəmli deyil. Hər oyunu udmalıyıq. iki ay sonra kiminlə oynayacağımızı düşünmürük. Bu klubda belə şey olmayıb. “Sumqayıt”da işləyəndə fikirləşirdik ki, bu turnir asandır, bütün fikrimizi bura yönəldək. “Sumqayıt” “Qarabağ” deyil. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi hiss edirik. 

– Abubakarın gəlişindən Bassala Sambunun psixoloji durumu necədir?

– Çoxa əladır. Yaxşı tərəfi odur ki, Sambu Abubakarla rəqabət aparacaq. 

– Əlinizdə olan heyət hansı sistemlə oynamağa imkan verir?

– Murad Məmmədov zədələndiyi üçün məcburiyyətdən Mustafa Seki oynatdıq. Format məsələsinə gəldikdə, üçlü də, dördlü də ola bilər. Üstündə durduğumuz dördlü müdafiə sistemidir. Dəyişikliklərə də gedə bilərik. Məşqlərdə bəzi oyunçuları sol cinah müdafiəçisi mövqeyində yoxlayırıq. 

– MOİK-dən 2 qol buraxdız. Belə demək olar ki, müdafiə və qapı xəttinə transfer lazım idi?

– Bu oyun “Neftçi” üçün göstərici deyil. Belə matçlara oyunçuları motivasiya etmək çətindir. Bu cür oyunlarda ancaq hücumu fikirləşirsən. Qapına hücum olanda belə zədəsiz vəziyyətdən çıxmaq istəyirsən. Futbolçuları anlayıram. Səhvlər var idi.  Yüz faiz bilirəm ki, həmin futbolçular başqa oyunlarda o səhvləri etməzlər. Boşluqqdan irəli gələn bir şeydir. Çox gözəl skaut departamentimiz var. Bir çox ölkələrə gedirlər. Transfer fəaliyyətimizi uzunmüddətli iş üzərində qururuq. 

– Rza Cəfərovla klub arasında münasibətlər korlanıb?

– Bizim Rza ilə münasibətimiz niyə pozulsun ki? Qəbələdə bu suala cavab verdim. Qapı xəttində yaxşı rəqabətimiz var. (Sportal.az)

“Neftçi” – MOİK 6:2 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Neftçi” – MOİK matçı meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 29 oktyabr “Neftçi” – MOİK 6:2 Qollar: Vensan Abubakar, 8; 42. Nihad Qurbanlı, 27-öz qapısına. Ağadadaş Salyanski, 62. Murad Məmmədov…

Source

Azərbaycan Kubokunda 1/8 finalın bütün cütləri bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib. Arena.az xəbər verir ki, buna 2-ci təsnifat mərhələsinin oyunlarından sonra aydınlıq gəlib. 1/8 final mərhələsindən etibarən “Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan” komandaları da mübarizəyə qoşulacaqlar. “Qəbələ”, “Şəfa”, “Şamaxı”, “Baku Sportinq”, “Kəpəz”, “Karvan”…

Source

FIBA Avropa Kuboku: “Neftçi” “Abşeron Lions”a qalib gəldi

FIBA Avropa Kubokunda mübarizə aparan Azərbaycan komandaları – “Abşeron Lions” və “Neftçi” bu gün növbəti oyunlarına çıxıblar. Arena.az xəbər verir ki, I qrupunda yer almış təmsilçilərimiz bir-biri ilə qarşılaşıblar. FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu Bakı İdman Sarayında baş tutub. Bu oyunda “ağ-qaralar” 104:86 hesablı qələbəyə seviniblər. Xatırladaq ki, “Abşeron Lions”…

Source

Azərbaycan Kubokunda sonuncu 1/8 finalçı “Neftçi” oldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyunu “Neftçi” ilə MOİK arasında baş tutub. 8 qolun qeydə alındığı bu oyunda elita təmsilçisi rahat qələbəyə sevinib. “Ağ-qaralar”ın yeni transferi Vensan Abubakar bu görüşdə dublla yadda qalıb. Xatırladaq ki…

Source

“Qəbələ” – “Mingəçevir” 5:1 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 29 oktyabr “Qəbələ” – “Mingəçevir” 5:1 Qollar: Domi Massumo, 45. Prins Ovusu, 49; 54; 63. Nuğay Rəşidov, 66 – Cona Attukuaye…

Source

“Səbail” – “Şamaxı” 0:1 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Səbail” – “Şamaxı” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 29 oktyabr “Şəbail” – “Şamaxı” 0:1 Qol: Alfons Msanqa, 49. Qolla nəticələnməyən penalti: Dioqo Balau, 57. Sarı vərəqələr: Emil…

Source

Kaxaber Sxadadze: “Bu, mənim üçün çox vacib idi”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Mingəçevir”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Qəbələ şəhər stadionunda baş tutmuş oyunda meydan sahibləri 5:1 hesablı qələbəyə seviniblər. Qalib komandanın Gürcüstandan olan baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş…

Source

“Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq”

“Abşeron Lions” komandası Avropa turnirlərində qələbə qazanmaq istəyir.

Komanda.az xəbər verir ki, bunu “Abşeron Lions” basketbol klubunun baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis “Neftçi”yə məğlub olduqları FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Neftçi”ni təbrik edirəm. Düşündüyümüz qədər yaxşı oynaya bilmədik. Bəzi oyunçuların performansı istənilən səviyyədə olmadı. Aubri Makalpaynın zədəsi var idi. Oynadı, amma istənilən effekti vermədi. Qediminas Orelik də həmçinin effektiv deyildi. Müdafiədə əvvəldən tanıdığımız rəqibə qarşı yaxşı oyun sərgiləmədik. “Neftçi”nin atışları çox yaxşı alındı. Bizim üçün də onlara çatmaq çətinləşdi. Bundan sonra Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq. Yolumuzdan dönməyəcəyik. Azərbaycanı təmsil edirik və belə turnirdə qalib gəlmək istəyimiz çoxdur. “Neftçi”yə uğurlar arzu edirəm”.

Qeyd edək ki, “Abşeron Lions” – “Neftçi” matçı “ağ-qaralar”ın 104:86 hesablı qələbəsi ilə bitib.

The post “Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq” appeared first on Komanda.az.

“Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun oyununa indiyədək 22 500 bilet satılıb.

Bu barədə Komanda.az-a Ağdam klubundan məlumat verilib.

“Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

The post “Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb appeared first on Komanda.az.

Azərbaycan kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi

Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin bütün cütləri bəlli olub.

Komanda.az xəbər verir ki, buna 2-ci təsnifat mərhələsinin oyunlarından sonra aydınlıq gəlib.

1/8 final qarşılaşmaları dekabrın 2-3-də keçiriləcək.

Azərbaycan kuboku, 1/8 final

Qəbələ – Şəfa
Şamaxı – Baku Sportinq
Araz-Naxçıvan – Kəpəz
Qarabağ – Karvan-Yevlax
İmişli – Sabah
Zirə – Neftçi
Şahdağ Qusar – Turan Tovuz
Difai – Sumqayıt

The post Azərbaycan kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi appeared first on Komanda.az.

FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları – “Abşeron Lions” və “Neftçi” üz-üzə gəliblər.

Komanda.az xəbər verir ki, I qrupunun matçında “ağ-qaralar” 104:86 hesablı qələbəyə sevinib.

Görüş Bakı İdman Sarayında keçirilib.

“Abşeron Lions” qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi “Trefl”ə (96:99) və Estoniyanın “Kalev” komandasına (85:93) məğlub olub. “Neftçi” isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.

The post FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi appeared first on Komanda.az.

“Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır

“Qarabağ”ın Premyer Liqada “İmişli” ilə keçirəcəyi oyunun biletləri sabah satışa çıxacaq.

Komanda.az Ağdam klubuna istinadən xəbər veirir ki, 10-cu turun oyunu üçün biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq

Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Sözügedən qarşılaşma oktyabrın 31-də keçiriləcək.

The post “Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır appeared first on Komanda.az.

Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbovun Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) rəhbərliyi və baş məşqçilərin iştirakıyla görüşü baş tutub.

Komanda.az xəbər verir ki, nazir federasiyanın yeni ofisi ilə tanış olub.

Öncə federasiya rəhbərliyi nazirə ASF-nin fəaliyyəti və planları barədə məlumat verib. Daha sonra idman direktoru və baş məşqçilər milli komanda üzvlərinin hazırlığı və gələcək yarışlar haqqında danışıb. Görüşdə qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarına hazırlıq və üzgüçülərimizin bu yarışda iştirakı da müzakirə edilib.

Görüşdə ASF-nin prezidenti Zaur Əliyev, vitse-prezidentləri Xaliq İldırımzadə və Ümid Abuzərli, İcraiyyə Komitəsinin üzvü Ruslan Ələkbərov, baş katib Oqtay Atayev, idman direktoru Pyer Ləfonten, ASF-nin müşaviri Rəşad Ədbürrəhmanov, həmçinin üzgüçülük, bədii üzgüçülük və suya tullanma üzrə milli komandaların baş məşqçiləri müvafiq olaraq Luka Qabrilo, Anton Melnikov və Oksana Pismenna əməkdaşları iştirak edib.

Həmçinin ASF-nin prezidenti Zaur Əliyev su polosu üzrə yeni təyin edilmiş baş məşqçi Qoran Sabliçi gənclər və idman nazirinə təqdim edib. Azərbaycan Üzgüçülük Federasiyasının dəvətilə gəlmiş Q.Sabliç artıq vaterpolonun ölkəmizdə inkişafı naminə çalışacaq.

Otuz ildən artıq beynəlxalq təcrübəyə malik olan Qoran Sabliç bu illər ərzində Xorvatiya, İran, Türkiyə, Küveyt, Yaponiya, Braziliya, Səudiyyə Ərəbistanı, Fransa, Yeni Zelandiya, Zimbabve və İsveçrə kimi ölkələrdə çalışıb.

Karyerasına vaterpolo üzrə dünyanın ən güclü məktəblərindən biri sayılan vətəni Xorvatiyada başlamış məşqçi yüzlərlə gənc idmançının beynəlxalq arenada yetişməsinə töhfə verib.

Nazir yeni baş məşqçini təyinatı münasibətilə təbrik edib, milli komanda ilə gələcək fəaliyyətində uğurlar arzu edib.

Qeyd edək ki, oktyabr ayında ASF tərəfindən cəlb edilmiş isveçrəli mütəxəssis Luka Qabrilo üzgüçülük üzrə milli komandanın baş məşqçisi təyin edilib.

The post Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb appeared first on Komanda.az.

Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər

Azərbaycanın cüdo üzrə milli komandaları 6-cı İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

Komanda.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən təlim-məşq toplanışında yığmamızla yanaşı Türkiyə, Serbiya, Avstriya, Almaniya və Çexiya cüdoçuları da iştirak edirlər.

İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları 8–10 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. U-23 Avropa çempionatı isə 31 oktyabr – 1 noyabr tarixlərində Moldovanın paytaxtı Kişineuda baş tutacaq.

The post Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər appeared first on Komanda.az.

Azərbaycan güləşçilərindən tarixi nəticə

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında güləşçilərimiz 7 medal qazanıb.

Futbolpress.az xəbər verir ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U23 dünya çempionatları tarixi boyunca medalların əyarına görə ən yaxşı nəticəmizdir.

Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dan (5-2-4) sonra 4-cü yeri tutdu.

Xatırladaq ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

“Neftçi” Avropa Kubokunda növbəti qələbəsini qazandı

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları – “Abşeron Lions” və “Neftçi” üz-üzə gəliblər.

Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən görüş “ağ-qaralar”ın qələbəsiylə başa çatıb – 104:86.

Qeyd edək ki, “Abşeron Lions” qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi “Trefl”ə (96:99) və Estoniyanın “Kalev” komandasına (85:93) məğlub olub. “Neftçi” isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.

“Qarabağ” – “Çelsi”: neçə bilet satılıb?

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 22 500 bilet satılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Azərbaycan Kubokunda 1/8 final cütləri

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, son çempion “Sabah” bu turda “İmişli” ilə qarşılaşacaq.

“Qarabağ”ın rəqibi “Karvan-Yevlax” olacaq. 1/8 finalın əsas görüşü “Zirə” ilə “Neftçi” arasında olacaq.

Azərbaycan Kuboku
1/8 final mərhələsi

“Qəbələ” – “Şəfa”
“Şamaxı” – “Baku Sportinq”
“Araz-Naxçıvan” – “Kəpəz”
“Qarabağ” – “Karvan-Yevlax”
“İmişli” – “Sabah”
“Zirə” – “Neftçi”
“Şahdağ Qusar” – “Turan Tovuz”
“Difai” – “Sumqayıt”

Bu mərhələnin oyunları dekabrın 2-3-də keçiriləcək.

“Qarabağ”ın çempionat oyunu 3 manata

Premyer Liqanın X turunda keçiriləcək “Qarabağ” – “İmişli” oyununun biletləri sabah satışa çıxacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlər saat 12:00-dan satışda olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

“Azersun Arena”da, 31 oktyabrda keçiriləcək matça saat 17:00-da start veriləcək.

“Qarabağ” – “Çelsi” oyununa satılan bilet sayı bəlli oldu

“Qarabağ” – “Çelsi” oyununa satılan bilet sayı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, görüşü 22 min 500 bilet satılıb.

Biletlər məhdud sayda qalıb.

🏟 “Qarabağ” – “Çelsi” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

🎟 Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN

📌 VIP sektorlar: 200, 250, 300 və 400 AZN
📌 VVIP sektorlar: 1000 AZN

⚠ Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

ℹ Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

 Qeyd: Stadionun qapıları azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 

“Şimal” – “Şahdağ Qusar” 0:2 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Şimal” – “Şahdağ Qusar” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 29 oktyabr “Şimal” – “Şahdağ Qusar” 0:2 Qollar: Seymur Əliyev, 102. Sənan Ağalarov, 117. Qolla nəticələnməyən penalti…

Source

“Şamaxı” və “Qəbələ” Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, sonuncu oyun günündə keçirilməsi nəzərdə tutulmuş 6 qarşılaşmadan daha ikisi başa çatıb. Premyer Liqa təmsilçilərindən “Şamaxı” 1-ci Liqada çıxış edən “Səbail”lə qarşılaşıb və çətin qələbə sayəsində sürprizə imkan verməyib.

Source

“Zaqatala” – “Sumqayıt” 0:3 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Zaqatala” – “Sumqayıt” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 29 oktyabr “Zaqatala” – “Sumqayıt” 0:3 Qollar: Aleksandr Ramalinqom, 8. Nihad Əhmədzadə, 34. Aleksa Yankoviç, 85.

Source

Saşa İliç: “Məqsədimiz az forma şansı qazananları oynatmaq idi”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Zaqatala”ya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Zaqatalada baş tutmuş oyun “Sumqayıt”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşb. Saşa İliç matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib: “Yaxşı qarşılaşma oldu.

Source

“Xankəndi” – “Difai” 1:2 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Xankəndi” – “Difai” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 29 oktyabr “Xankəndi” – “Difai” 1:2 Qollar: Emin Quliyev, 45+2 – Musa Musazadə, 61. Bayraməli Qurbanov, 71. Sarı vərəqələr…

Source

“Sumqayıt” da Azərbaycan Kubokunda sürprizə imkan vermədi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, sonuncu oyun günündə keçirilməsi nəzərdə tutulmuş 6 qarşılaşmadan üçü artıq başa çatıb. Premyer Liqa təmsilçilərindən “Sumqayıt” “Zaqatala” ilə qarşılaşıb və səfərdə darmadağına imza ataraq sürprizə imkan verməyib. “Difai” “Xankəndi” ilə…

Source

Aryen Robben: “Lennart Karl tərifə layiqdir, amma…”

“Bayern”in niderlandlı keçmiş hücumçusu Aryen Robben münhenlilərin 17 yaşlı alman vingeri Lennart Karla məsləhət verib. Arena.az Robbenin müvafiq fikrini təqdim edir: “Lennart Karl tərifə layiqdir. O, möhtəşəmdir. Amma ona, bundan faydalanmaq gərəkdir. Özü üzərində hər gün işləməsi və belə deməməsi gərəkdir: “Elə, indicə yaxşı bir oyun keçirdim, hər şey əntiqədir”…

Source

Xetaq Qazyumov: “Ondan bu qızıl medalı çoxdan gözləyirdik”

23 yaşadək güləşçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Xetaq Qazyumov dünya çempionatındakı nəticələri dəyərləndirib. Arena.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində keçirilmiş U-23 dünya çempionatında 1 dəst medal qazanmış sərbəst güləş üzrə Azərbaycan millisi vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

Source

“Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi”

“Qəbələ”nin baş məşqçisii Kaxaber Tsxadadze Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Mingəçevir”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 5:1 hesablı qələbəyə sevindikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Komandamı təbrik edirəm. Üç gündən sonra növbəti oyuna çıxacağıq. Futbolçularımız yaxşı təsir bağışladılar. Oyuna tam konsentrasiya olduq. Bu, mənim üçün çox vacib idi. Bütün qollarımız düzgün qurulmuş kombinasiyalı hücumların nəticəsində vuruldu. Sonradan meydana daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. İndi isə artıq çempionatda növbəti oyunumuza hazırlaşmalıyıq”.

The post “Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi” appeared first on Komanda.az.

“Barselona” “Real”dan beş yox, cəmi iki xal geri qalır”

“Barselona”nın sabiq prezidenti Xuan Qaspar İspaniya La Liqasının 10 turundan sonra “Real”la aradakı xal fərqi barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Qaspar AS nəşrinə verdiyi açıqlamada “Barselona”nın Madrid təmsilçisindən beş yox, cəmi iki xal geri qaldığını bildirib:

“Çempionluq uğrunda rəqabət yalnız növbəti “el klasiko”dan sonra daha aydın görünəcək. La Liqada qalib gəlməyi düşünürüksə, vəziyyət yalnız “Barselona”nın stadionunda keçiriləcək matçdan sonra müəyyənləşəcək”.

“Real” oktyabrın 26-da doğma meydanda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Madrid təmsilçisi 27 xalla turnir cədvəlində lider mövqedə, “Barsa” isə 22 xalla 2-ci pillədə qərarlaşıb.

The post “Barselona” “Real”dan beş yox, cəmi iki xal geri qalır” appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin futbolçusu “Tottenhem”ə keçə bilər

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin yenidən İngiltərəyə dönə biləcəyi barədə xəbərlər getdikcə çoxalır.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya “Tottenhem” ciddi şəkildə maraq göstərir.

Bildirilir ki, Maktominey özü də yaxın gələcəkdə İngiltərəyə qayıtmaq istəyir və bu səbəbdən, transferin baş tutma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.

Şotlandiyalı futbolçu “Napoli”yə 2024-cü ilin yayında, “Mançester Yunayted”dən keçmişdi. O, İtaliyadakı debüt mövsümündə parlaq çıxış edərək, Antonio Kontenin rəhbərliyi altında komandanın A Seriyasını qazanmasına mühüm töhfə verib və mövsümün ən yaxşı oyunçusu seçilib.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin futbolçusu “Tottenhem”ə keçə bilər appeared first on Komanda.az.

“Barselona” daha bir futbolçusunu itirdi

“Barselona”nın futbolçusu Pedri sol budundan zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçunun bərpa prosesi və komandaya qoşulacağı vaxt barədə məlumat verilməyib.

Yarımmüdafiəçi baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında 72 matçda meydana çıxıb. O, cari mövsümdə 13 matçda start heyətində yer alıb və 2 qol vurub.

The post “Barselona” daha bir futbolçusunu itirdi appeared first on Komanda.az.

AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu

31 oktyabr – 1 noyabr aralığında Moldovanın paytaxtı Kişineuda keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.

Komanda.az xəbər verir ki, ölkəmiz bu yarışda millinin böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi 60 kq), İslam Rəhimov (66 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Aslan Kotsoyev (hər ikisi 90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, qitə birinciliyində 38 ölkədən 314 idmançı medallar uğrunda mübarizə aparacaq.

The post AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu appeared first on Komanda.az.

“Asan qələbə qazandığımızı düşünmürəm” – “Sumqayıt”ın baş məşqçisi

“Sumqayıt” Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Zaqatala”ya qarşı keçirilən oyunda gənc futbolçulara daha çox şans verib.

Komanda.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, maraqlı qarşılaşmaya şahidlik etdiklərini deyib:

“Maraqlı görüş oldu. Əsas məqsədimiz daha az forma şansı qazanan futbolçuları oynatmaq idi. Xüsusilə, ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək, digər oyunçulara tonusda qalmaları üçün şans yaratdıq. Hesab 3:0 olsa da, asan qələbə qazandığımızı düşünmürəm. Lakin istənilən halda, növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya növbəti oyunlarda uğurlar arzu edirik”.

“Sumqayıt” 1/8 finalda 1-ci Liqa təmsilçisi “Difai” ilə qarşılaşacaq.

The post “Asan qələbə qazandığımızı düşünmürəm” – “Sumqayıt”ın baş məşqçisi appeared first on Komanda.az.

PSJ “Barselona”nın 18 yaşlı futbolçusunu istəyir

“Barselona”nın 18 yaşlı futbolçusu Xuan Hernandes PSJ-nin marağına səbəb olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı oyunçunun müqaviləsində 6 milyon avroluq sərbəstqalma bəndi var, lakin Fransa klubu onu gələn yay pulsuz transfer edə bilər. Hernandesin Kataloniya klubu ilə hazırkı müqaviləsi mövsümün sonunda bitir. Tərəflər müqavilənin uzadılmasını müzakirə edirlər, lakin hələlik şərtlər haqda razılığa gəlməyiblər.

Futbolçu heyətdə bir neçə dəfə yer almasına baxmayaraq, hələ də “Barselona”nın əsas komandasında debüt etməyib. O, İspaniyanın gənclər komandasında 6 oyun keçirib və 1 qol vurub.

The post PSJ “Barselona”nın 18 yaşlı futbolçusunu istəyir appeared first on Komanda.az.

“Mançester Siti” Rodri ilə danışıqlara başlayıb

“Mançester Siti” rəhbərliyi yarımmüdafiəçi Rodri Hernandeslə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” artıq ispaniyalı futbolçu ilə danışıqlara başlayıb və tərəflərin ilin sonunadək razılığa gələcəyi gözlənilir.

Bildirilir ki, Rodrinin vəziyyəti ilə PSJ və “Real” yaxından maraqlanır.

29 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Mançester Siti”də çıxış edir. O, cari mövsümdə komandanın heyətində 7 oyunda iştirak edib.

Rodri 2024-cü ildə “qızıl top” mükafatına layiq görülmüşdü.

The post “Mançester Siti” Rodri ilə danışıqlara başlayıb appeared first on Komanda.az.

“Real”da bəzi oyunçular Alonsodan narazıdır

“Real”da baş məşqçi Xabi Alonsonun gətirdiyi dəyişikliklər bəzi oyunçular arasında narazılıq yaradıb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis komandaya gəldikdə, oyunçuların paltardəyişmə otağında bir çox pis vərdişlərin olduğunu görüb.

İspaniyalı çalışdırıcının ilk mesajlarından biri belə olub ki, onun rəhbərliyi altında hər kəs top rəqibdə olduqda daha çox qaçmalı və işləməlidir, əks halda, heç kimin əsas heyətdə yeri təmin edilməyəcək.

O, kapitanlar və daha yaşlı oyunçularla birlikdə yeni qaydalar toplusunu hazırlayıb. Bura bazaya vaxtında gəlmənin önəmi, məşqlərdə yüksək intizam və əzmkarlıq daxil edilib. Hələlik gecikmələr üçün cərimələr tətbiq olunmayıb.

Alonso daha ciddi nizam-intizam yaratmaq üçün məşqlər, qrup və fərdi videosessiyalar, eləcə də, daha çox profilaktik məşqlər təşkil edib.

Buna baxmayaraq, bəzi oyunçular dəyişikliklərdən narazıdır və özlərinə hörmət edilmədiyini düşünürlər. Onlar hesab edirlər ki, indi meydanda ən yaxşı keyfiyyətlərini göstərmək üçün az azadlıqları qalıb.

Bəzi oyunçular çoxlu titullar qazanıblar, amma Alonsonun tələb etdiyi işləri etməyiblər. İndi bu onlara tətbiq olunanda şikayət etməyə başlayıblar. Bu, normaldır, xüsusən də, uzun müddət toxunulmaz hesab olunan oyunçular üçün.

Alonsonun daha ciddi və tələbkar yanaşması əvvəlki baş məşqçi Karlo Ançelottinin üsulları ilə müqayisədə fərqlənir.

The post “Real”da bəzi oyunçular Alonsodan narazıdır appeared first on Komanda.az.

“Aşkarladığımız səhvləri aradan qaldırmağa çalışacağıq”

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında 1 dəst medal qazanan sərbəst güləş üzrə milli vətənə qayıdıb.

Futbolpress.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

Xetaq Qazyumov, baş məşqçi:

“Çox sevinirik ki, bu yarışda çempionumuz oldu. Kənan Heybətovdan bu qızıl medalı çoxdan gözləyirdik. Gənc güləşçimiz Xetaq Karsanovun yenicə keçdiyi 125 kq-da gümüş medal qazanması da sevindiricidir. Ali Tsokayev də 86 kq-a keçidini medalla qeyd etdi. Ceyhun Allahverdiyev və Fərid Cabbarovdan da medal gözləyirdik. Onlardan başqa da medal qazana biləcək milli üzvləri var idi. Bəzisi taktiki səhvlərə yol verdi. Bəzisi isə emosiyalarını cilovlaya bilmədi. 3 gündən sonra İslam Həmrəyliyi Oyunlarının hazırlıqlarına başlayacağıq. Bu yarışda aşkarladığımız səhvləri və boşluqları növbəti yarışa qədər aradan qaldırmağa çalışacağıq”.

Kənan Heybətov, dünya çempionu:

“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. U23 yaş qrupunu qızıl medalla başa vurdum. İnşallah, daha da yaxşı hazırlaşıb, gələn il böyüklər arasında da bu uğuru təkrarlayaram. Finalda güləşdiyim iranlı Sina Xəliliylə yanvarda da qarşılaşmışdım. Zaqrebdə keçirilən reytinq turnirinin finalında tam üstünlüklə (12:1) qalib gəlmişdim. Bu yarışda 0:3 hesabıyla geridə idim. İkinci hissədə geridönüş edərək 9:4 hesablı qələbə qazandım”.

Xetaq Karsanov, dünya ikincisi:

“İlk növbədə bizə yaradılan hərtərəfli şəraitə göə Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm. Daha da yaxşı nəticə əldə etmək istərdik. Şəxsən özümdən çempionluq gözləyirdim. 125 kq-da debüt edirdim. Səhvlərim üzərində işləyəcəyəm. Daim yanımızda olan və bizə kömək edən bütün məşqçilər heyətinə minnətdaram”.

“Sabah”ın komandalarından 5 qələbə

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar baş tutub.

Futbolpress.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları keçirdikləri 7 oyunun 5-dən qalib ayrılıblar.

U-10 Liqası
Sabah – Neftçi PFK +:-

U-12 Liqasi
Sabah – ROFM +:-

U-14 Liqası
Sabah– Binə 7:1
Qollar: İbrahim Sədiyev, Yusif Ağayev (4), Tofiq Zaidov, Hüseyn Musayev.

U-15 Liqası
Ulduz – Sabah 3:0

U-16 Liqası
Sabah – Qəbələ 4:1
Qollar: Ayxan İbadov, Amir Bağırov, Rəşad Şirməmmədli, Kamil Mütəllimov.

U-17 Liqası
Sabah – Universal 11:1
Qollar: Nihad Cəfərzadə, İlhan Məmiyev, Rail Bədəlov, Nihat Şirinzadə, Ömər Müslümov, Murad Quliyev, Məhəmməd Mədətov, Ceyhun Kazımzadə (2), Emil Məmmədov (2).

Gənclər Liqası (U-19)
Sabah – Zirə 1:2
Qol: Nicat Kərimov.

İliç: “Zədələrdən qaçmağa çalışdıq”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunda “Zaqatala”nı məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı əldə edən futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçuların tonusda qalması üçün şans yaratdıq. Hesab 3:0 olsa da, düşünməzdim ki asan qələbə oldu. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.

Penya qayıtmaq istəyir

Müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında “Elçe”də çıxış edən İnaki Penya açıqlama verib.

Futbolpress.az xəbər verir ki, qolkiper Kataloniya klubuna qayıtmaq istədiyini deyib:

“Düzü, “Elçe”də xoşbəxtəm. Transferin son günlərinə bu variant çıxanda rahat oldum. Ailəmlə danışdım və gəlməyə qərar verdim. Düşünürəm ki, bu ana qədər də pis çıxış etməmişəm.

Hər oyunçunun arzusunda olduğu klub var. Mən də daha güclü formada “Barselona”ya qayıtmaq istəyirəm”.

Qolkiper bu mövsüm La Liqada 5 oyuna çıxıb.

“Qalatasaray”ın maraqlandığı futbolçu PSJ-dən ayrılmaq istəyir

Braziliyalı futbolçu Lukas Beraldo PSJ-dən ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. 21 yaşlı müdafiəçi oyun praktikasının azlığından narazıdır və klubu tərk etmək niyyətindədir.

Beraldo ilə Türkiyənin “Qalatasaray” klubu yaxından maraqlanır.

Müdafiəçi bu mövsüm 6 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

“Yuventus”un yeni baş məşqçisi

“Yuventus”un yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Luçano Spalettiyə tapşırılacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Tərəflər arasında razılıq əldə olunduğu bildirilir.

Spaletti son olaraq İtaliya millisinə rəhbərlik edib.

“Yuventus” A Seriyasında 8 oyunda 12 xal toplayıb və 8-ci sıradadır.

Turin təmsilçisi bir neçə gün əvvəl baş məşqçisi İqor Tudorla vidalaşıb.

“Barselona” Pedrini itirdi

“Barselona”nın futbolçusu Pedri sol budundan zədələnib. Msport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Futbolçunun bərpa […]

Source

La Liqada ayın ən yaxşı məşqçisi

İspaniya La Liqasında oktyabrın ən yaxşı məşqçisi müəyyənləşib. Msport.az xəbər verir ki, ayın ən yaxşısı adına “Rayo Valyekano”nun çalışdırıcısı İniqo […]

Source

Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vuruldu

Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, bu gün baş tutan qarşılaşamalardan sonra 1/8 finala vəsiqə qazanan bütün komandalar və 1/8 final cütləri məlum olub:

Bizon Azərbaycan Kuboku

1/8 final mərhələsinin cütləri

“Qəbələ” – “Şəfa”

“Şamaxı” – “Baku Sportinq”

“Araz-Naxçıvan” – “Kəpəz”

“Qarabağ” – “Karvan-Yevlax”

“İmişli” – “Sabah”

“Zirə” – “Neftçi”

“Şahdağ Qusar” – “Turan Tovuz”

“Difai” – “Sumqayıt”

Qeyd edək ki, 1/8 final mərhələsinin görüşləri dekabrın 2-3-də keçiriləcək.

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlandı

31 oktyabr – 1 noyabr aralığında Moldovanın paytaxtı Kişineuda keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkəni bu yarışda millinin böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi 60 kq), İslam Rəhimov (66 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Aslan Kotsoyev (hər ikisi 90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, qitə birinciliyində 38 ölkədən 314 idmançı medallar uğrunda mübarizə aparacaq.

“Asan qələbə qazandığımızı düşünmürəm” – Saşa İliç

“Sumqayıt” Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Zaqatala”ya qarşı keçirilən oyunda gənc futbolçulara daha çox şans verib.

İdmanxeber.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, maraqlı qarşılaşmaya şahidlik etdiklərini deyib:

“Maraqlı görüş oldu. Əsas məqsədimiz daha az forma şansı qazanan futbolçuları oynatmaq idi. Xüsusilə, ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək, digər oyunçulara tonusda qalmaları üçün şans yaratdıq. Hesab 3:0 olsa da, asan qələbə qazandığımızı düşünmürəm. Lakin istənilən halda, növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya növbəti oyunlarda uğurlar arzu edirik”.

“Sumqayıt” 1/8 finalda 1-ci Liqa təmsilçisi “Difai” ilə qarşılaşacaq.

“Real”ın futbolçuları Alonsodan narazıdır

“Real”da baş məşqçi Xabi Alonsonun tətbiq etdiyi yeni intizam qaydaları bəzi futbolçular arasında narazılıq doğurub.

İdmanxeber.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis komandaya gələndə paltardəyişmə otağında bir sıra xoşagəlməz vərdişlərin olduğunu görüb və dərhal sərt qaydalar müəyyənləşdirib. 

Yeni qaydalar bazaya vaxtında gəlmək, məşqlərdə intizam və əzmkarlıq üzərində qurulub. Gecikmələr üçün hələlik cərimə tətbiq olunmasa da, bəzi oyunçular bu dəyişikliklərdən narazıdırlar.

Xabi Alonsonun sərt və tələbkar yanaşması əvvəlki baş məşqçi Karlo Ançelottinin yumşaq idarəçilik tərzindən fərqlənir.

“Qarabağ”ın hücumçusu növbəti oyunda da olmayacaq

“Qarabağ”ın hücumçusu Musa Qurbanlının zədəsi davam edir.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu qarşıdakı oyunu da buraxacaq. O, dizindəki ağrı səbəbindən bir müddətdir yaşıl meydanlardan kənar qalıb.

Ağdam təmsilçisinin Premyer Liqanın X turunda qarşlaşacağı “İmişli” matçında Qurbanlı forma geyinə bilməyəcək.

Onun Çempionlar Liqası Liqa mərhələsinin IV turunda “Çelsi”yə qarşı oyunayıb-oynamayacağı bəlli deyil.

“Tottenhem” “Marsel”in hücumçusunu alır

“Tottenhem” “Marsel”in hücumçusu Mejson Qrinvudu transfer etməkdə maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, London klubu növbəti mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün dinamik futbolçu axtarır və Qrinvud bu tələblərə uyğun gəlir.

24 yaşlı ingilis futbolçu 2024-cü ilin iyulundan Fransanın “Marsel” klubunda çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxaraq 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qrinvudun Fransa klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonunadək qüvvədədir.

 

 

Kifayət Mustafayeva “Dinamo” – “Ludoqorets” matçına təyinat aldı

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA Gənclər Liqasının oyununa təyinat alıb. Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir. Bildirilir ki, Mustafayeva UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Source

“Marakana” stadionu satışa çıxarılır

Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən, “Flamenqo” və “Fluminense”nin ev oyunlarını keçirdiyi “Marakana” stadionu satışa çıxarılır. Arena.az “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət qərar qəbul edib. Şəhərin qanunverici məclisi arenanın saxlanılması üçün xərcləri azaltmaq və regionun 1,89 milyard avro məbləğində olan borcunun bir hissəsini ödəmək məqsədi…

Source

“Antalyaspor” və “Sivasspor”a transfer qadağası qoyuldu

FIFA Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor”a, eləcə də Birinci Liqa təmsilçisi “Sivasspor”a transfer qadağası qoyub. Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Bu barədə FIFA qərar qəbul edib. Ali futbol qurumunun Super Liqa təmsilçisini cəzalandırmasına Antalya təmsilçisinin sabiq futbolçusu Samuel Eto’оnun menecerinə ödəməli olduğu vəsaiti onun hesabına…

Source

Robinyo türmədəki həyatından danışdı

“Milan”ın və “Real”ın sabiq hücumçusu Robinyo həbsxanada heç bir imtiyazı olmadığını bildirib.

O, 2024-cü ildə Braziliyada qrup şəklində zorlamada iştirakına görə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi və hazırda “Tremembe” həbsxanasında cəzasını çəkir.

Komanda.az xəbər verir ki, Robinyo bu barədə “Taubate İctimai Şurası” tərəfindən yayımlanan videoda danışıb:

“Mənim qidam, yuxu rejimim – hamısı digər məhbuslarla eynidir. Heç vaxt başqa yemək yeməmişəm, mənə fərqli münasibət göstərilməyib. İş növbəm gəldikdə, digərləri kimi mən də çalışıram. Futbol oynamaq istədiyimiz zaman, işdən boş olan bazar günləri bunu edə bilirik.

Heç vaxt heç bir üstünlük almamışam. Görüşlər həftəsonları təyin edilir. Arvadım tək gəlmirsə, uşaqlarımla birlikdə gəlir. Ziyarət və müalicə hamı üçün eynidir. Liderlik rolu və ya psixoloji problemlərim olduğu barədə yayılan xəbərlər əsassızdır. Mən buna heç vaxt sahib olmamışam və dərman qəbul etməmişəm.

Həbsxana həyatı çətin olsa da, həmişə başım sağlam olub və məhbusların edə biləcəyi hər şeyi edirəm”.

Bildirilir ki, Robinyo həbsxanada qətl və zorakılıq işlərində iştirak etmiş məhbuslar arasında keçirilən futbol oyunlarında məşqçilik edir. Həbsxananın ziyarətçi sayı isə Braziliya millisinin sabiq üzvünü görmək istəyənlər səbəbindən 30 faiz artıb.

The post Robinyo türmədəki həyatından danışdı appeared first on Komanda.az.

“Qarabağ” – “Çelsi” matçının biletləri satışa çıxarıldı

UEFA Çempionlar Liqasının “Qarabağ” – “Çelsi” oyununun biletləri satışa çıxıb.

Komanda.az xəbər verir ki, satışa bu gün saat 15:00-da start verilib.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız “iTicket.az”-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

The post “Qarabağ” – “Çelsi” matçının biletləri satışa çıxarıldı appeared first on Komanda.az.

Azərbaycan taekvondoçusu dünya çempionatında “bürünc” qazanıb

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Çinin Uşi şəhərində keçirilən dünya çempionatında medal qazanıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı idmançı turnirdə bürünc mükafata sahib çıxıb.

Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı yarışın yarımfinalında məğlub olub.

Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunur.

The post Azərbaycan taekvondoçusu dünya çempionatında “bürünc” qazanıb appeared first on Komanda.az.

“İllər boyu hakimləri “Barselona” aldatmışdı, “Real” yox” – Sabiq futbolçu

Fransa millisinin və “Barselona”nın sabiq hücumçusu Kristof Düqarri Kataloniya klubunun vingeri Lamin Yamalın “Real” haqqında açıqlamalarına münasibət bildirib.

“Barselona” oktyabrın 26-da, La Liqanın 10-cu turunda “Real”a 1:2 hesabı ilə məğlub olub. Oyundan əvvəl Yamal Madrid təmsilçisini “aldatma və şikayət etməklə” ittiham etmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu, “Barselona”nın “el klasiko”da çox zəif oynadığını düşünür:

“Düşünürəm ki, “Barselona” çox zəif oynadı, kifayət qədər yaxşı deyildi. Yamal oyunda istədiyi səviyyədə deyildi. Belə şeylər olur, o, 18 yaşındadır, gəncdir. Konsentrasiyasını itirdi, oyundan əvvəl göstəriş edirdi. Ona görə də, nəticə başadüşüləndir. Yamal “Real”ı fırıldaqçılıqda ittiham edirdi, ola bilsin ki, bu doğrudur, amma illər boyu hakimləri “Barselona” aldatmışdı, “Real” yox”.

Düqarri əlavə edib ki, Yamal oyunda geriyə ötürmələr verməklə kifayətlənib və tapşırıqları yerinə yetirə bilməyib, ona yorğun görünüb.

“Barselona” hazırda La Liqada 22 xalla turnir cədvəlində 2-ci, “Real” isə 27 xalla lider mövqedədir.

The post “İllər boyu hakimləri “Barselona” aldatmışdı, “Real” yox” – Sabiq futbolçu appeared first on Komanda.az.

“Tottenhem”in baş məşqçisini sevindirən futbolçu

“Tottenhem”in baş məşqçisi Tomas Frank müdafiəçi Miki van de Venin bu mövsümkü performansı barədə fikirlərini bölüşüb.

Komanda.az “Spurs Express” qəzetinə istinadən xəbər verir ki, o, niderlandlı futbolçu barədə bunu söyləyib:

“Düşünürəm ki, o, həqiqətən böyüyür və irəliyə doğru böyük addımlar atır. Ümumilikdə, mən ondan çox məmnunam. Düşünürəm ki, o, daha çox liderlik rolunu öz üzərinə götürür. Miki təkcə sürətindən deyil, həm də digər yönlərindən istifadə edərək getdikcə daha yaxşı müdafiə olunur. Mən buna çox sevinirəm”.

24 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 13 oyunda meydana çıxıb və 5 qol vurub.

“Tottenhem” oktyabrın 29-da, İngiltərə kubokunda “Nyukasl”la qarşılaşacaq.

The post “Tottenhem”in baş məşqçisini sevindirən futbolçu appeared first on Komanda.az.

“Düşünmürəm ki, Yamal “Real”ı təhqir etmək niyyətində olub”

“Piza”nın müdafiəçisi Raul Albiol “Barselona”nın vingeri Lamin Yamal haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun hələ çox gənc olduğunu deyib:

“Yamal çox gəncdir, hələ öyrənməli olduğu çox şey var və bu normaldır. Müəyyən açıqlamalar verərkən səhv edə bilər. Bu, bəzən hər kəsin başına gəlir. Keçən mövsüm fantastik oyunlar keçirdi, dünyanın ən yaxşılarından biri oldu, ona görə də bütün dünya onu izləyir. Amma onun cəmi 18 yaşı var və düşünürəm ki, onu tək qoymaq lazımdır. Əlbəttə ki, o, səhv hərəkət edib, amma düşünmürəm ki, o, “Real”ı təhqir etmək niyyətində olub”.

Yamal “el klasiko”dan bir neçə gün əvvəl “Real”ın daim fırıldaqçılıq və şikayət etdiyini iddia edib.

Madrid klubunun “Barselona” ilə qarşılaşması 2:1 hesabı ilə nəticələnib. Kataloniya klubu La Liqanın turnir cədvəlində “Real”dan beş xal geridədir.

Albiol 2009-2013-cü illərdə “Real”ın heyətində çıxış edib.

The post “Düşünmürəm ki, Yamal “Real”ı təhqir etmək niyyətində olub” appeared first on Komanda.az.

Mahir Emrelinin “xəyanət”i

Almaniyanın “Kayzerslautern” klubunda uzun zamandır meydana çıxmayan Mahir Emreli yenidən gündəmə gəlib.

Komanda.az xəbər verir ki, son 6 matçda adı iştirak ərizəsinə salınmayan hücumçu komandasının ötən turda buraxdığı qolu sosial şəbəkədə bəyənməklə etirazlara səbəb olub. “Kayzerslautern” Mahirin sabiq komandası “Nürnberq”lə 1:1 hesablı heç-heçə edib.

Emreli keçmiş komanda yoldaşı Robin Knoxun penaltidən vurduğu qolla bağlı paylaşımına “like” qoyub. Bununla da azarkeşlərin etiraz hədəfinə çevrilən Azərbaycan millisinin üzvü sosial mediada tənqid edilib.

The post Mahir Emrelinin “xəyanət”i appeared first on Komanda.az.

AFFA rəsmisi Çempionlar Liqası matçına təyinat alıb

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib.

Bu barədə Komanda.az-a qurumun mətbuat xidmətindən bildirilib.

O, UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən “Eagles Nest Stadium”da baş tutacaq.

The post AFFA rəsmisi Çempionlar Liqası matçına təyinat alıb appeared first on Komanda.az.

“Barselona” 7-8 milyon avro gəlir əldə edə bilər – Yoxlama oyunundan

“Barselona” yaxın gələcəkdə Peru da daxil olmaqla, Cənubi Amerikada yoxlama oyunu keçirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Kataloniya klubunun nümayəndələri qarşıdakı matçın təşkili üzrə danışıqlar aparırlar. Tərəflər razılığa gəlsələr, “Barselona” bu oyundan təxminən 7–8 milyon avro gəlir əldə edəcək.

“Barselona” sonuncu matçını La Liqanın 10-cu turunda “Real”a qarşı keçirib və 1:2 hesabı ilə məğlub olub. Komanda hazırda 22 xalla turnir cədvəlində 2-ci, “Real” isə 27 xalla lider mövqedədir.

The post “Barselona” 7-8 milyon avro gəlir əldə edə bilər – Yoxlama oyunundan appeared first on Komanda.az.

Klyuvert sürücülük hüququndan məhrum edilib

“Bornmut”un hücumçusu Castin Klyuvert sürət həddini aşdığı üçün sürücülük hüququndan məhrum edilib.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

26 yaşlı futbolçu son üç ay ərzində iki dəfə eyni qayda pozuntusuna yol verib və nəticədə inzibati cəza alıb.

Klyuvert məşhur sabiq futbolçu Patrik Klyuvertin oğludur.

Niderlandlı forvard cari mövsümdə Premyer Liqada 8 oyunda meydana çıxıb, 1 qol vurub. Onun komandası mövsümə uğurlu start verib və 9 turdan sonra 18 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

The post Klyuvert sürücülük hüququndan məhrum edilib appeared first on Komanda.az.

İslamiada: Azərbaycanı 6 tennisçi təmsil edəcək

Azərbaycanı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında 6 stolüstü tennisçi təmsil edəcək.

Futbolpress.az xəbər verir ki, yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə bacarıqlarını göstərəcəklər.

Hazırda “Şüa” İdman Kompleksində təlim-məşq toplanışını davam etdirən komanda noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcək.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.

“Hər oyunda qələbə qazanmağa çalışacağıq” – millinin baş məşqçisi

Qadın həndbolçulardan ibarət  Azərbaycan millisi oktyabrın 30-da Bakıya qayıdacaq və noyabrın 10-dək “AHF Arena”da hazırlığını tamamlayacaq.

Futbolpress.az xəbər verir ki, yığmanın baş məşqçisi Aleksandr Revva VI İslam Həmrəyliyi Oyunlarındakı hədəflə bağlı federasiyanın mətbuat xidmətinə açıqlama verib:

“Qazaxıstan komandasının iki oyununun videosu bizdə var, Özbəkistanla da tanışıq. Hələlik Qətər yığması bizim üçün naməlumdur, onların oyunlarının videoyazılarını tapmağa cəhd edəcəyik. Qazaxıstan, Özbəkistan və Qətər komandaları bizə ciddi rəqib ola bilər. Hər oyunda qələbə qazanmağa çalışacağıq”.

AFFA nümayəndəsi “Dinamo”nun oyununda

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının II təsnifat mərhələsi çərçivəsində noyabrın 1-də keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən “Eagles Nest Stadium”da baş tutacaq.

Ronaldo məğlubiyyətdən sonra bunları yazdı

Əl Nəsr” Səudiyyə Ərəbistanı Kral Kuboku ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda 1/8 finalda “Əl İttihad”a uduzub – 1:2.

Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo məğlubiyyətlə bağlı paylaşım edib:

“Başımızı aşağı salmırıq, nəticə çıxarırıq və birlikdə irəliləməyə davam edirik“.

3 qələbənin mükafatı

İspaniya La Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, “Valyekano”nun çalışdırıcısı İniqo Peresdir. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

“Valyekano” oktyabrda keçirdiyi 3 çempionat oyununu da qazanıb. Komanda “Real Sosyedad” və “Alaves”ə 1:0, “Levante”yə isə 3:0 hesabıyla qalib gəlib.

“Valyekano” çempionatda 10 turdan sonra 14 xalla 7-ci sıradadır.

İngiltərə klubunun futbolçusu sürücülük hüququndan məhrum edildi

“Bornmut” klubunun futbolçusu Castin Kluyvert sürücülük hüququndan məhrum edilib.

Futbolpress.az xəbər verir ki, o, son üç ayda iki dəfə sürət həddini aşdğı üçün bu cəza ilə üzləşib. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Kluyvert altı ay avtomobil idarə edə bilməyəcək. O, həmçinin müəyyən məbləğdə cərimə ödəməli olacaq.

26 yaşlı futbolçu bu mövsüm “Bornmut”la 9 oyunda 1 qol vurub.

Qrinvud ingilislərin hədəfində

“Marsel”in futbolçusu Meyson Qrinvud karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Vest Hem” və “Tottenhem” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Klublar oyunçunu yaxından izləyir.

Daha əvvəl “Barselona”nın Qrinvudla maraqlandığı bildirilib. İngiltərəli futbolçu təklif olacağı halda, kataloniyalara keçidi daha üstün tutacaq.

Qrinvud bu mövsüm 12 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Azərbaycan çempionatında bir oyunda 20 qol vurulub

Minifutbol üzrə ölkə çempionatının 1-ci turunda dörd oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, “Aznur” “Star Bakı”nı darmadağın edib.

“Atəşgah Suraxanı” “Lənkəran MFK”ya, “DİN.İdman Cəmiyyəti” isə “Bakı 145″ə qalib gəlib. “Sumqayıt” – “Buxar” oyunu isə heç-heçə başa çatıb.

Minifutbol, Azərbaycan çempionatı
I tur

28 oktyabr

Sumqayıt – Buxar 1:1
Bakı 145 – DİN.İdman Cəçiyyəti 3:5
Lənkəran MFK – Atəşgah Suraxanı 4:5
Star Bakı – Aznur 2:18

“Real”dan Vinisiusa ultimatum

“Real”ın vingeri Vinisius Juniorun gələcəyi İspaniya futbolunda ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Msport.az xəbər verir ki, braziliyalı […]

Source

Ulduz futbolçu “Qarabağ”a qarşı oynamayacaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən “Napoli” ciddi itki ilə üzləşib.

İdmanxeber.az xəbər verir ki, komandanın ulduz yarımmüdafiəçisi Kevin De Bruyne “İnter”lə A Seriyası oyununda (1:3) penaltidən qol vurarkən zədələnib. Tibbi müayinədən sonra belçikalı futbolçunun bud əzələsində ciddi yırtıq aşkarlanıb.

34 yaşlı futbolçu təxminən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, De Bröyne bu mövsüm “Napoli”nin heyətində 11 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ” – “Napoli” qarşılaşması noyabrın 26-da Neapolda keçiriləcək.

AFFA rəsmisi Çempionlar Liqası oyununda

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib.

Bu barədə İdmanxeber.az-a qurumun mətbuat xidmətindən bildirilib.

O, UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən “Eagles Nest Stadium”da baş tutacaq.

“Barselona”dan “Çelsi”yə keçir

Mark-Andre ter Ştegen “Barselona”dan ayrılmağa yaxındır.

İdmanxeber.az xəbər verir ki, alman qapıçı ilə maraqlanan klublar arasında “Çelsi” əsas namizəd kimi qalır.

Son vaxtlar əsas heyətdə yerini itirən 33 yaşlı futbolçu 2026-cı il dünya çempionatı öncəsi daimi oynamaq istəyir. Onun “Barselona” ilə müqaviləsi 2028-ci ilə qədərdir.

Qeyd edək ki, “Çelsi” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibidir.

Mahir Emreli bunu da etdi – QALMAQAL

Azərbaycanlı futbolçu Mahir Emreli ilə “Kayzerslautern” arasında narazılıq yaranıb.

İdmanxeber.az xəbər verir ki, buna səbəb Emrelinin “Nürnberq”in “Kayzerslautern”ə 90-cı dəqiqədə vurduğu bərabərlik qolunun videosunu “Instagram”da bəyənməsi olub.

Bu addım klub rəhbərliyinin narazılığına səbəb olub və Mahir Emrelinin “Kayzerslautern”də çox qalmayacağı ehtimal edilir.

FİFA-dan Türkiyə klubuna transfer qadağası

FİFA Türkiyənin “Antalyaspor” klubuna transfer qadağası qoyub.

İdmanxeber.az xəbər verir ki, buna səbəb komandanın sabiq futbolçusu Samuel Etoonun menecerinə olan borcunu ödəməməsidir.

Nəticədə Super Liqa təmsilçisi 3 transfer pəncərəsi ərzində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək.

“Neftçi”nin futbolçusu niyə heyətdən çıxarılıb?

“Neftçi”nin futbolçusu Emil Səfərov Misli Premyer Liqasının IX turu çərçivəsində keçirilən “Qəbələ” görüşünün heyətində yer almayıb.

İdmanxeber.az-a verilən məlumata görə, buna səbəb oyunçunun xəstələnməsidir. Səfərov qızdırması olduğu üçün son anda “23-lüy”dən kənar qalıb.

Hazırda yarımmüdafiəçinin durumu normaldır. O, komanda ilə məşqlərdə iştirak edir.

İkardi İtaliya klubunun hədəfində 

“Qalatasaray”ın hücumçusu Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu “Komo”nun gündəmindədir. A Seriyası təmsilçisi İkardiylə yaxından maraqlanır.

Mövsüm sonu “Qalatasaray”la müqaviləsi başa çatacaq argentinalının komanda qalıb-qalmayacağı bəlli deyil. 

İkardi cari mövsüm 12 oyunda 6 qol vurub.

“Sabah” Fransa klubuna qarşı

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti görüşünü keçirəcək.

İdmanxeber.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv “Elan Şalon”un qonağı olacaq. 

Fransada keçiriləcək görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

“Sabah” bundan öncə Çexiyada “Nimburk”a 65:93, Bakıda “Alba Berlin”ə (76:85) uduzub.

“Yuventus”un baş məşqçisi bəlli olur

“Yuventus” yaxın günlərdə Luçano Spallettinin baş məşqçi təyin olunduğunu açıqlayacaq.

İdmanxeber.az xəbər verir ki, Turin klubu 66 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalayıb. Komanda Çempionlar Liqasına vəsiqə qazandığı halda anlaşma 2027-ci ilə qədər uzadılacaq.

Spalletti sabah ilk məşqini keçirəcək, komandanın onun rəhbərliyi altında ilk oyunu isə noyabrın 1-də “Kremoneze”yə qarşı olacaq.

Qeyd edək ki, “Yuventus”un keçmiş baş məşqçisi İqor Tudor zəif nəticələrə görə vəzifəsindən uzaqlaşdırılmışdı.

Ueyn Runi və Qari Nevill “Liverpul”u tənqid etdilər

Futbol üzrə İngiltərə yığmasının və “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi “Liveprul”un iki oyunçusunu tənqid edib. Arena.az xəbər verir ki, keçmiş futbolçunun hədəfinə “qırmızılar”ın kapitanı, niderlandlı müdafiəçi Vircil van Deyk və misrili ulduz hücumçu Məhəmməd Salah tuş gəliblər: “Vircil van Deyk və Məhəmməd Salah yeni müqavilələr imzalayıblar. Amma onlar bu mövsümdə…

Source

Zamiq Əliyev “Teuta” üzərində çətin qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 9-cu turu çərçivəsində “Teuta” ilə qarşılaşıb. “Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 1:0. Əliyev bu görüşün 90+3-cü dəqiqəsində meydana…

Source

Azərbaycan Kubokunda 2-ci raunda bu gün yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 6 qarşılaşma baş tutacaq. Premyer Liqa təmsilçilərindən “Qəbələ” “Mingəçevir”lə, “Şamaxı” “Səbail”lə, “Neftçi” MOİK-lə, “Sumqayıt” isə “Zaqatala” ilə qarşılaşacaq. Xatırladaq ki, Azərbaycan Kubokunda 2-ci…

Source

Totti: “Spalettinin təyinatı “Yuventus” üçün əla addım olar”

“Roma”nın sabiq futbolçusu Françesko Totti italiyalı mütəxəssis Luçano Spalettinin “Yuventus”a baş məşqçi təyin olunması ehtimalı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun Turin klubu üçün yaxşı bir anlaşma ola biləcəyini söyləyib:

“Eşitdiyimə görə, Spaletti “Yuventus”a namizədlərdən biridir. Onun təyinatı klub üçün əla addım olar. Spaletti əla mütəxəssisdir və həmişə mümkün olan ən yüksək nəticələrə can atır. Bu, klub üçün yaxşı bir razılaşma olardı”.

Bu həftənin əvvəlində İqor Tudor “Yuventus”un baş məşqçisi vəzifəsindən azad edilib. Turin klubu A Seriyasında 8 oyundan sonra 8-ci yerdədir.

The post Totti: “Spalettinin təyinatı “Yuventus” üçün əla addım olar” appeared first on Komanda.az.

Flik “Barselona”nın əsas problemini açıqladı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın bu mövsümdə əvvəlki qədər uğurlu olmamasının səbəbini açıqlayıb.

Oktyabrın 26-da keçirilən “el klasiko”da “Real”a 1:2 hesabı ilə məğlub olan kataloniyalılar turnir cədvəlində Madrid təmsilçisindən artıq 5 xal geri qalırlar.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı “Barselona”nın əsas probleminin rəqib qapısı qarşısında səmərəsiz olmasını hesab edir. O, komandasının yaradılan imkanlardan yetərincə istifadə etmədiyini vurğulayıb.

“Barselona” ötən mövsüm La Liqanı, ölkə kubokunu və İspaniya superkubokunu qazanmış, həmçinin, UEFA Çempionlar Liqasının yarımfinalına qədər irəliləmişdi.

Kataloniya təmsilçisi növbəti matçını noyabrın 2-də, doğma meydanda “Elçe”yə qarşı keçirəcək.

The post Flik “Barselona”nın əsas problemini açıqladı appeared first on Komanda.az.

“Sumqayıt” ötən ay yeni müqavilə bağladığı oyunçu ilə yollarını ayırıb

“Sumqayıt” klubu basketbolçusu İsmayıl Əliyevlə yollarını ayırıb.

Bu barədə Komanda.az-a “gənclik şəhəri” təmsilçisindən məlumat verilib.

Oyunçunun sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

“Sumqayıt” ötən ay İsmayıl Əliyevlə daha bir mövsümlük müqavilə bağlamışdı.

The post “Sumqayıt” ötən ay yeni müqavilə bağladığı oyunçu ilə yollarını ayırıb appeared first on Komanda.az.

“Real”dan Vinisiusa ultimatum

“Real”ın vingeri Vinisius Juniorun gələcəyi İspaniya futbolunun ən çox müzakirə olunan mövzularından biri olaraq qalır.

Braziliyalı futbolçu “Barselona” ilə qarşılaşmada (2:1) 72-ci dəqiqədə əvəzlənərkən baş məşqçi Xabi Alonsonun qərarına əsəbi reaksiya göstərib və bu davranış “kral klubu”nun rəhbərliyini ciddi şəkildə məyus edib.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Real” rəhbərliyi Vinisiusa açıq şəkildə ultimatum verib: O, yaxın vaxtlarda yeni müqavilə imzalamasa, oyun müddəti ciddi şəkildə azaldıla bilər.

Klub rəhbərliyi həmçinin, 2026-cı ildə Vinisiusu satmaq variantını nəzərdən keçirir. Tərəflər razılığa gəlməsə, onun 2027-ci ildə azad agent kimi komandadan ayrılması ehtimalı da istisna edilmir.

“Real” artıq Vinisiusa xəbərdarlıq edib. Rəhbərlik meydandakı qəzəbli reaksiyanın təkrarlanmasına dözməyəcək.

The post “Real”dan Vinisiusa ultimatum appeared first on Komanda.az.

“Yuventus” bu gün yeni baş məşqçisini elan edə bilər

“Yuventus” yaxın vaxtlarda baş məşqçi postuna Luçano Spallettinin təyin olunduğunu rəsmən elan edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 66 yaşlı mütəxəssislə razılığa gəlib və müqavilənin bu gün rəsmiləşdirilməsi gözlənilir.

Spalletti ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub, ancaq komanda UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, anlaşmanın müddəti 2027-ci ilin yayına qədər uzadılacaq. İtaliyalı çalışdırıcı ilk məşqini sabah keçirəcək.

Komandanın Spallettinin rəhbərliyi altında ilk oyunu noyabrın 1-də baş tutacaq və rəqib “Kremoneze” olacaq. “Yuventus”un əvvəlki baş məşqçisi İqor Tudor uğursuz nəticələr səbəbindən bir neçə gün öncə istefaya göndərilmişdi.

The post “Yuventus” bu gün yeni baş məşqçisini elan edə bilər appeared first on Komanda.az.

AFFA-nın danışıq apardığı futbolçu Rusiya millisinə dəvət alıb

“Dinamo”da (Moskva) çıxış edən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyanın gənclərdən ibarət millisinə dəvət alıb.

Komanda.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.

O, yığmanın 38 oyunçudan ibarət geniş heyətində yer alıb.

Rusiya millisi noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq İran, Qırğızıstan və Bəhreynin U-23 komandası ilə üz-üzə gələcək.

AFFA Ülvi Babayevin Azərbaycan millisinə cəlb olunması üçün danışıqlar aparır.

The post AFFA-nın danışıq apardığı futbolçu Rusiya millisinə dəvət alıb appeared first on Komanda.az.

Minifutbol: Azərbaycan çempionatında yeni mövsüm başlayıb

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, ilk günündə 4 oyun keçirilib.

“Aznur” “Star Bakı”ya heç bir şans verməyib – 18:2. “Atəşgah Suraxanı” “Lənkəran”ı (5:4), “DİN İdman Cəmiyyəti” “Bakı 145″i (5:3) məğlub edib. “Sumqayıt” – “Buxar” duelində isə qalib müəyyənləşməyib – 2:2.

Birinci turun növbəti 4 oyunu bu gün baş tutacaq.

The post Minifutbol: Azərbaycan çempionatında yeni mövsüm başlayıb appeared first on Komanda.az.

“Aston Villa” “Tottenhem”in təklifini rədd edib

“Tottenhem” yay transfer pəncərəsi zamanı “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersi heyətinə qatmaq cəhdində uğursuzluğa düçar olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 23 yaşlı futbolçu üçün ağlasığmaz məbləğ ödəməyə hazır olub, ancaq “Aston Villa” rəhbərliyi bu təklifi qəti şəkildə rədd edib.

Birmingem təmsilçisi hazırda Rocerslə yeni müqavilənin şərtləri üzərində fəal şəkildə işləyir. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, ingiltərəli yarımmüdafiəçinin dəyəri 65 milyon avro təşkil edir.

Morqana “Çelsi”, “Liverpul” və “Arsenal” klublarının da maraq göstərdiyi bildirilir.

The post “Aston Villa” “Tottenhem”in təklifini rədd edib appeared first on Komanda.az.

“Özümü əla hiss edirəm” – Bir ilə yaxındır oynamayan futbolçu

“Arsenal”ın hücumçusu Qabriel Jesus diz zədəsindən sağalması barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu hazırda yaxşı vəziyyətdə olduğunu bildirib:

“Dizim yaxşıdır. Özümü əla hiss edirəm. Meydana qayıtmağı səbirsizliklə gözləyirəm. Uzun müddətdir ki, meydandan kənardayam. Özümə daha çox diqqət yetirəcəm. Mövsümün qalan hissəsində zədəsiz qalmaq istəyirəm”.

Jesus 2025-ci ilin yanvar ayından bəri ön çarpaz bağın yırtılmasından müalicə alır.

“Arsenal” İngiltərə Premyer Liqasının 10 turundan sonra 22 xalla turnir cədvəlinə başçılıq edir.

The post “Özümü əla hiss edirəm” – Bir ilə yaxındır oynamayan futbolçu appeared first on Komanda.az.

Azərbaycan klubu ÇL-də ilk oyununa çıxacaq

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ilk matçını keçirəcək.

Futbolpress.az xəbər verir ki, Naxçıvan təmsilçisi Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gələcək.

VII qrupun matçı Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.

“Sabah”ın növbəti sınağı

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.

Futbolrpess.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələcək.

B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

“Sabah” bundan öncə Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına məğlub olub.

Meksikadan Bakıya

NTD klubu ABŞ-dən olan basketbolçu Harrison Batleri transfer edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

H.Batler son olaraq Meksika liqasında çıxış edən “Freseros İrapuato” klubunun şərəfini qoruyub.

Milliyə cəlb ediləcəyi iddia edilən futbolçuya ruslardan dəvət

Moskva “Dinamo”sunun futbolçusu Ülvi Babayevin Rusiyanın U21 yığmasına dəvət alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

İvan Şarabovun rəhbərlik etdiyi kollektiv noyabrın 12-də İran, 15-də Qırğızıstan, 18-də isə Bəhreynlə qarşılaşacaq.

Babayevin daha əvvəl Azərbaycan millisinə cəlb ediləcəyi iddia edilirdi.

“Gələcək oyunlarda daha hərəkətli Abubakar görmək istərdim”

“Neftçi” Azərbaycan Premyer Liqasının IX turunda “Qəbələ”ni məğlub edib – 2:0. “Ağ-qaralar”ın yeni transferi Vensan Abubakar bu görüşdə bir qol, bir məhsuldar ötürmə ilə oynayıb.

Klubun keçmiş idman direktoru Ceyhun Sultanov “Futbolpress.az”a açıqlamasında kamerunlu hücumçunun debütündən danışdı:

“Futbolçuya lazım olan qol və ötürmə idi ki, Abubakar debütündə bunu etdi. Yaxşı haldır. Lakin məni maraqlandıran onun hansı durumda olmasıdır. Düzdür, ustalıq səviyyəsi, keyfiyyəti var. Amma hərəkətlərindən görünür ki, ağırdır, hələ hazır deyil. Gələcək oyunlarda daha hərəkətli Abubakar görmək istərdim”.

Veteran futbolçu Abubakarın zamana ehtiyacı olduğunu vurğuladı:

“Abubakarın hansı faydasının olacağını zaman göstərəcək. Yaxşı karyeraya sahibdir, peşəkardır və təcrübəlidir. “Neftçi”də qol vurma problemi var idi, amma artıq Abubakarın gəlişindən sonra hər oyun belə problem yaşamayacaqlarını da demək olmaz. Ona görə zamana buraxmaq lazımdır”.

Şahin Cəfərov

“Qarabağ”ın rəqibi kubokda mübarizəni dayandırdı

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Ayntraxt” Almaniya Kubokunda mübarizəni dayandırıb.

Futbolpress.az xəbər verir ki, Frankfurt təmsilçisi 1/16 final mərhələsində Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabıyla bitən matçın qalibi penaltilər seriyasında məlum olub. Son zərbələrdə dəqiq olan dortmundlular mərhələ adlayıb – 4:2.

“Qarabağ” “Ayntraxt”la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

29 oktyabr

Türkiyə Kuboku
14:00 Kahta – Kasımpaşa (A Spor)
16:00 Bursa Yıldırımspor – Alanyaspor (A Spor)
19:00 Manisaspor – Muğlaspor (A Spor)
21:30 Antalyaspor – Bursaspor (A Spor)

Azərbaycan Kuboku
16:00 Səbail – Şamaxı (CBC Sport)
19:00 Neftçi – MOİK (CBC Sport)

İtaliya, A Seriyası
21:30 Yuventus – Udineze (S Sport 2)
23:45 İnter – Fiorentina (S Sport 2)

Fransa, Liqa 1
22:00 Mets – Lans (beİN Sports 4)
22:00 Nitsa – Lill (beiN Sports 3)
22:00 Havr – Brest (beİN Sports 5)
22:00 Loryan – PSJ (beİN Sports 2)
00:05 Nant – Monako (beiN Sports 3)
00:05 Strasburq – Oser (beİN Sports 5)
00:05 Marsel – Anje (beİN Sports 2)

PSJ-dən rekord gəlir

Fransanın PSJ klubunun ötən mövsüm üzrə maliyyə hesabatı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Paris təmsilçisi 2024/25 “futbol ilində” 837 milyon avro gəlir əldə edib. Bu, klub tarixinin rekord qazancıdır.

PSJ ötən mövsüm UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu, Fransa Kubokunu, Fransa Superkubokunu və Fransa Liqasını qazanıb, Klublararası dünya çempionatında ikinci olub.

“Favorit sayılmırıq, amma oyunumuzla insanları təəccübləndirməyi bacarırıq”

Premyer Liqanın IX turunda “Kəpəz”i məğlub edən “İmişli” Azərbaycan Kubokunda da II təsnifat mərhələsini adlayıb. Bölgə təmsilçisi bu raundda “Qaradağ Lökbatan”ı mübarizədən kənarlaşdırıb.

“İmişli”nin futbolçusu Rafael Vieqaş “Futbolpress.az“a açıqlamasında ardıcıl qələbələrlə bağlı fikirlərini bildirdi:

“Həm “Kəpəz”, həm “Qaradağ Lökbatan”a qarşı yaxşı oyun nümayiş etdirdik. Hər matçda favorit sayılmırıq, amma meydandakı oyunumuzla insanları təəccübləndirməyi bacarırıq. “Kəpəz”lə oyunda rəqibin azlıqda qalmasından sonra daha çox boşluq yarandı və bundan düzgün istifadə etdik. Ardıcıl qələbələr komanda ruhunun, intizamlı işin və texniki heyətin bir ailə kimi birləşməsinin nəticəsidir”.

Portuqaliyalı futbolçu komandanın ev oyunlarını keçirdiyi Quba stadionunun ot örtüyünün yaxşı olmamasına da toxundu. O, oyunçu kimi istənilən meydançaya uyğunlaşmağı bacardığını söylədi. Cinah oyunçusu komandanın çempionatdakı növbəti rəqibi “Qarabağ”dan da danışdı:

“Rəqiblər narazılıq edir. Amma şərait hər iki komanda üçün eynidir. Ev oyunlarımızı burda keçiririk və hər matçda maksimum nəticə üçün oynayırıq. Məsələ meydança yox, yaxşı oynamaq, qələbə qazanmaqdır.

“Qarabağ” qələbəyə oynayan komandadır. Onlara qarşı ciddi hazırlaşacağıq və çalışacağıq ki, formada olaq. Ümid edirəm ki, maraqlı və səviyyəli oyun olar. Bizim öz üslubumuz var və buna sadiq qalıb, potensialımızı göstərməyə çalışacağıq”.

Bu yay heyətə cəlb edilən Vieqaş Azərbaycan çempionatı haqda təəssüratlarını bölüşdü:

“Azərbaycan Premyer Liqası çox rəqabətli və maraqlı bir çempionatdır. Burada hər komanda istənilən rəqibə qarşı nəticə qazana bilər və bu, liqanı həm çətin, həm də daha cəlbedici edir. Mənim üçün bu mühitdə oynamaq həm dəyərli təcrübə, həm də böyük bir inkişaf fürsətidir”.

Şahin Cəfərov

Niderlandlı Premyer Liqada qalmaq istəyir

“Mançester Yunayted”dən ayrılmağı düşünən Coşua Zirkzee karyerasını İngiltərədə davam etdirmək arzusundadır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. İtaliya A Seriyası klublarından təklifləri olan niderlandlı hücumçu Premyer Liqada başqa klubda oynamaq niyyətindədir.

“Vest Hem” Zirkzee ilə maraqlanır. London klubu qış fasiləsində “qırmızı şeytanlar”la oyunçunun icarəsi üçün danışıqlara başlayacaq.

Niderland yığmasının da üzvü olan hücumçu bu mövsüm 6 oyuna çıxıb.

PSJ-dən tarixinin rekord qazancı

PSJ tarixinin maliyyə rekorduna imza atıb. Msport.az xəbər verir ki, Paris təmsilçisi 2024-25 mövsümünün maliyyə nəticələrini açıqlayıb. PSJ-nin ümumi gəliri […]

Source

Ronaldo yenə titulsuz qaldı

Səudiyyə Ərəbistanı Kral Kubokunda 1/8 finalın oyunları keçirilir. Msport.az xəbər verir ki, Kriştiano Ronaldonun çıxış ediyi “Əl-Nəsr” öz meydanında “Əl-İttihad”la […]

Source

“Qalatasaray”da Sinqo sevinci

“Beşiktaş”la derbidə zədələnən “Qalatasaray”ın futbolçusu Vilfrid Singo sağalıb.

İdmanxeber.az xəbər verir ki, fərdi məşqlərini davam etdirən fil dişili müdafiəçi “Trabzonspor”la oyunda meydana çıxmaq istəyir. Onun yaxın günlərdə komanda ilə birgə məşqlərə başlayacağı gözlənilir.

Singonun “Trabzonspor” matçında oynayıb-oynamayacağına baş məşqçi Okan Buruk qərar verəcək.

Əgər Singo matçda iştirak edə bilməsə, “Qalatasaray”da Abdülkerim Bardakçı ilə yanaşı mərkəz müdafiəçisi kimi Kaan Ayhan, Arda Ünyay və Mario Lemina əsas namizədlər sayılır.

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

29 oktyabr

Azərbaycan, kubok
16:00 Səbail – Şamaxı (CBC Sport)
19:00 Neftçi – MOİK (CBC Sport)

İtaliya, A Seriyası
21:30 Yuventus – Udinize (Futbol 1)
21:30 Roma – Parma (Futbol 3)
23:45 İnter – Fiorentina (Futbol 1, Matç TV)

Premyer Liqa klubuna şad xəbər: Türkiyəli mütəxəssis razı salındı

“Karvan Yevlax” azarkeşləri üçün həsrət sona çatır. Belə ki, stadion hazır olmadığından ev oyunlarını Şamaxıda keçirən bölgə təmsilçisi doğma meydana qayıtmağa hazırlaşır.

Arenanın meydançası ilə bağlı problem həll olunub. Yenilənən süni örtük nəhayət, FİFA nümayəndəsini qane edib.

Ali futbol qurumunun bölgədəki əməkdaşı meydança üçün kluba sertifikat veriləcəyini bildirib. Türkiyədən olan mütəxəssis bu yaxınlarda Yevlaxda olaraq, bölgə təmsilçisini sevindirib.

Rəhbərlik Premyer Liqanın X turunda keçiriləcəyi “Zirə” görüşünün doğma meydanda oynanması üçün hazırlıqlara başlayıb.

Əgər son anda bir problem çıxmasa, “Karvan Yevlax” cari mövsümdə ilk ev oyununu noyabrın 1-də, “qartallar”a qarşı keçirəcək.

İdmanxeber.az 

“Qarabağ”ın rəqibində Lukaku sevinci

Napoli”nin zədəli hücumçusu Romelu Lukakunun yaşıl meydanlara qayıdış vaxtı məlum olub.

Futbolpress.az xəbər verir ki, belçikalı forvard həftəsonu məşqlərə başlayacaq. Bu barədə Canluka Di Marzio məlumat yayıb.

Lukakunun Çempionlar Liqasında noyabrın 26-da “Qarabağ“a qarşı oyuna qədər hazır olub-olmayacağı bəlli deyil.

Forvard avqustda “Olimpiakos”la yoxlama oyununda zədələnib.

Azərbaycan Kuboku: “Neftçi”darmadağınla qazandı

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma keçirilib.

“Sumqayıt”ı bu turda “Zaqatala”nı mübarizədən kənarlaşdırıb.

“Neftçi” MOİK-i, “Qəbələ” isə “Mingəçevir”i darmadağın edib.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi

2 oktyabr

Şimal – Şahdağ Qusar 0:2
Qollar:
S.Əliyev, 102, S.Ağalarov, 119

Xankəndi – Difai 1:2
Qollar:
E.Quliyev, 45+2 – N.Musazadə, 61, B.Qurbanov, 71

Zaqatala – Sumqayıt 0:3
Qollar:
Ramalinqom, 8, N.Əhmədzadə, 34, A.Yankoviç,85

Qəbələ – Mingəçevir 5:1
Qollar: Massumo, 44, Ovusu, 50, 54, 63, Rəşidov, 66 – C.Attukuaye, 57

Səbail – Şamaxı 0:1
Qol: A.Msanqa, 49

Neftçi – MOİK 6:2
Qollar:
Vensan Abubakar, 8, 42, N.Qurbanlı, 27, A.Salyanski, 61, M.Məmmədov, 70, S.Almeyda, 83 – E.Məmmədov, 45+1, E.Camalov, 48 (avtoqol)

Seriya A: “İnter”, “Roma” və “Yuventus”dan qələbə

İtaliya A Seriyasında IX turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Lider “Napoli” səfərdəLeççe“yə qalib gəlib. “Milan” isə “Atalanta” ilə heç-heçəyə razılaşıb.

“Yuventus” bu turda “Udineze”ni məğlub edib. “İnter” “Fiorentina”dan, “Kremoneze” “Cenoa”dan üstün olub.

İtaliya A Seriyası

IX tur

28 oktyabr

Leççe – Napoli 0:1
Qol: Anqissa, 69

Aalanta – Milan 1:1
Qollar: Lukman, 35 – Riççi, 4

29 oktyabr

Roma – Parma 2:1
Qollar: M.Hermozo, 63, A.Dovbik, 81 – A.Çirçati, 86

Komo – Verona 3:1
Qollar: A.Duvikas, 9, S.Poş, 62, M.Voyvoda, 90+2 – S.Serdar, 25

Yuventus – Udineze 3:1
Qolar: D.Vlahoviç, 5 (pen.), F.Qatti, 67, K.Yıldız, 90+6 (pen.) – N.Zaniolo, 45+1

Bolonya – Torino 0:0

Cenoa – Kremoneze 0:2
Qollar: F.Bonatsoli, 3, 49

İnter – Fiorentina 3:0
Qollar: H.Çalhanoğlu, 66, 88 (pen.), P.Suçiç, 71

30 oktyabr

21:30. KalyariSassuolo
23:45. PizaLatsio

“Milan” “Atalanta” ilə bacarmadı

İtaliya A Seriyasında 9-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Leççe”nin qonağı olan “Napoli” çətin qələbəyə sevinib. “Atalanta” – “Milan” görüşündə isə qalib müəyyənləşməyib.

İtaliya A Seriyası
9-cu tur

28 oktyabr

Leççe – Napoli 0:1
Qol: Anqissa, 69.

Atalanta – Milan 1:1
Qollar: Lukman, 35 – Riççi, 4.

29 oktyabr

21:30. Roma – Parma
21:30. Komo – Verona
21:30. Yuventus – Udineze
23:45. Bolonya – Torino
23:45. Cenoa – Kremoneze
23:45. İnter – Fiorentina

30 oktyabr

21:30. Kalyari – Sassuolo
23:45. Piza – Latsio

The post “Milan” “Atalanta” ilə bacarmadı appeared first on Komanda.az.

A Seriyası: “Napoli” qalib gəldi, “Milan” xal itirdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış oyununda “Leççe” doğma meydanda son çempion “Napoli” ilə üz-üzə gəlib. Neapol təmsilçisi səfərdə çətin qələbəyə sevinib. “Atalanta” – “Milan” görüşündə isə tərəflər hərəyə 1 qol və…

Source

Cəlal Hüseynov qol vurdu, “Arda” 1/8 finala çıxdı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/16 final mərhələsi çərçivəsində bu gün “Fratria” ilə qarşılaşıb. Səfərdə baş tutmuş bu oyun “Arda”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Source

“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Kəpəz” – “Ağstafa Gəncləri” matçı meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Kəpəz” – “Ağstafa Gəncləri” 6:1 Qollar: Şahmar Aşurov, 17. Rauf Hüseynli, 35. Sadiq Şəfiyev, 41. Elcan Əbilov…

Source

“Dinamo” – “Turan Tovuz” 0:5 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Dinamo” – “Turan Tovuz” matçı meydan sahiblərinin 0:5 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Dinamo” – “Turan Tovuz” 0:5 Qollar: İbrahima Vadji, 19; 51. Şəhriyar Əliyev, 24. Ayxan Hüseynov, 41.

Source

“Cəbrayıl” – “Şəfa” 0:3 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Cəbrayıl” – “Şəfa” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Cəbrayıl” – “Şəfa” 0:3 Qollar: Amir Ebrahimzade, 25; 44. Amil Yunanov, 85. Sarı vərəqələr: Arsene Dauda…

Source

“Bayern” də kosovolu hücumçu ilə maraqlanır

“Hoffenhaym”ın hücumçusu Fisnik Asllani “Bayern”ə keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu 23 yaşlı kosovolu futbolçunu 2026/27 mövsümündən başlayaraq Harri Keynin əvəzedicisi kimi nəzərdən keçirir.

Asllani bu mövsüm “Hoffenhaym”ın heyətində 9 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.

Daha əvvəl Asllani ilə “Barselona”nın maraqlandığı haqda xəbərlər yayılmışdı.

The post “Bayern” də kosovolu hücumçu ilə maraqlanır appeared first on Komanda.az.

Türkiyəli futbolçu Tudorla bağlı paylaşım etdi

“Yuventus”un futbolçusu Kənan Yıldız komandadan qovulan baş məşqçi İqor Tudora minnətdarlıq edib.

Komanda.az xəbər verir ki, türkiyəli oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Hər şey üçün təşəkkür edirəm, cənab. Gələcəkdə uğurlar arzulayıram”.

Xorvatiyalı mütəxəssis A Seriyasında cari mövsümdə postunu itirən ilk baş məşqçi olub. O, komandanı bu mövsüm 8 oyunda çalışdırıb və sentyabrın 13-dən bəri heç bir turnirdə qələbə qazana bilməyib.

Tudor 2025-ci ilin martında “Yuventus”un “sükanı arxasına” keçmişdi və onun rəhbərliyi altında komanda ötən mövsümü 4-cü pillədə başa vurmuşdu.

The post Türkiyəli futbolçu Tudorla bağlı paylaşım etdi appeared first on Komanda.az.

“Yuventus” “Qarabağ”ın rəqibinin futbolçusunu “qaralayıb”

“Çelsi”nin müdafiəçisi Malo Qusto karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Calcimercato”-ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçuya “Yuventus” maraq göstərir.

Fransalı oyunçunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. Onun bazar dəyəri 35 milyon avro civarındadır.

Qusto cari mövsümdə “Çelsi”nin heyətində 10 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Yuventus” “Qarabağ”ın rəqibinin futbolçusunu “qaralayıb” appeared first on Komanda.az.

İngiltərə klubu Kamavinqa üçün təklif hazırlayır

“Mançester Yunayted” “Real”ın futbolçusu Eduardo Kamavinqa ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” qış transfer dönəmində fransalı yarımmüdafiəçi üçün 80 milyon avro təklif etməyə hazırlaşır.

Kamavinqa bu mövsüm La Liqada 6 oyuna çıxıb.

Kaşkilya: “Bu epizod komandada müəyyən gərginlik yaratdı”

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “İmişli” – “Qaradağ Lökbatan” oyunundan sonra “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları deyib:

“Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı, erkən mərhələdə iki real qol imkanı yaratdıq, lakin bundan yararlana bilmədik. Rəqib isə çox şübhəli qərardan sonra təyin olunan penalti ilə hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı.

İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Yaradılan qol imkanları çox idi, lakin top bir müddət sanki qapıya girmək istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq.

Xüsusilə “Qaradağ Lökbatan” komandasının oyununu qeyd etmək istərdim. Onlar da sona qədər mübarizə apardılar və layiqli rəqib oldular”.

“Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunda “Ağstafa Gəncləri”ni məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 6:1 hesabıyla bitən matçla bağlı fikirlərini bölüşüb:

“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardı. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.

“Real”ın hücumçusu Almaniya klubuna keçir

“Real”ın gənc hücumçusu Endrik Almaniyaya yollana bilər.

İdmanxeber.az xəbər verir ki, “Ştutqart” 19 yaşlı braziliyalını 6 aylıq icarəyə götürmək istəyir. Klublar arasında danışıqlar artıq başlayıb.

Qeyd edək ki, Endrik 2024-cü ilin yayında “Palmeyras”dan “Real”a transfer olunub, lakin Xabi Alonso ona hələ rəsmi matçlarda şans verməyib.

“Qarabağ” PFL-ə müraciət etdi – “Çelsi” oyunu üçün 

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə oyununa daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının 10-cu turunda keçiriləcək “İmişli” – “Qarabağ” matçı ilə 20-ci turda  baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini istəyib. 

Bildirilib ki, “Qarabağ” klubunun rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

Belə ki, 10-cu turda  komandalar “Azersun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17:00-da start götürəcək. 20-ci turun görüşü  isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.

Xorxe Kaskilya penalti qərarından narazı qalıb

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya futbol üzrə Azərbaycan Kubokunda “Qaradağ Lökbatan”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, kubokun 2-ci təsnifat mərhələsinin Qubada baş tutmuş bu görüşündə qapılara bütövlükdə 5 qol vurulub. 3:2 hesablı əzmkar qələbə sayəsində mərhələ adlayan “İmişli”nin baş məşqçisi Xorxe Kaskilya matçdan sonra jurnalistlərə açıqlamasında…

Source

“Qaradağ Lökbatan” – “İmişli” 2:3 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “İmişli” matçı meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Qaradağ Lökbatan” – “İmişli” 2:3 Qollar: Sabir Allahquliyev, 28-pen; 69 – Elmir Rəhimzadə, 66.

Source

Azər Bağırov: “Daha yaxşı “Kəpəz” görmək istəyirik”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov futbol üzrə Azərbaycan Kubokunda “Ağstafa Gəncləri”nə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, kubokun 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün Qəbələ şəhər stadionunda baş tutmuş bu görüş Gəncə təmsilçisinin 6:1 hesablı qələbəsiylə yekunlaşıb. Azər Bağırov oyundan sonra komandasının çıxışı ilə bağlı fikirlərini jurnalistlərlə…

Source

“Karvan” – “Şəki” 3:1 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Karvan” – “Şəki” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Karvan” – “Şəki” 3:1 Qollar: Said İranxan, 16. Tompson Qavi 105+1. Coy Sleyd Mikels, 118 – Nurlan Novruzov, 90+2.

Source

PFL “Qarabağ”la “İmişli”nin oyunlarının yerini dəyişdirdi

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) sonuncu qalibi olan “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Arena.az xəbər verir ki, Ağdam klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə oyununa daha yaxşı hazırlaşmaq məqsədilə 10-cu turda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə 20-ci turda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini…

Source

“Göygöl” – “Baku Sportinq” 0:2 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Göygöl” – “Baku Sportinq” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Göygöl” – “Baku Sportinq” 0:2 Qollar: İlham Allahverdiyev, 40; 60. Sarı vərəqələr: Seymur Fərəci, 67 (qeyri…

Source

6 komanda Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəldi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub. Mərhələnin bu gün keçirilmiş oyunlarında Premyer Liqa klublarından “Karvan”, “Kəpəz”, “İmişli” və “Turan Tovuz” aşağı liqa komandaları ilə qarşılaşıblar. Elita təmsilçiləri sürprizə imkan verməyiblər.

Source

Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar

Azərbaycanın boccia idman növü üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Komanda.az xəbər verir ki, fərdi yarışda qazaxıstanlı və qırğızıstanlı rəqiblərinə qalib gələn təmsilçilərimiz 5 qızıl və 1 gümüş medala sahib çıxıblar.

Sona Ağayeva (BC2), Günel Rzazadə (BC4), Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2) və Zaur Veysəlov (BC4) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.

Bocciaçılarımız sabah komanda yarışında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan milli komandaları ilə mübarizə aparacaqlar.

The post Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar appeared first on Komanda.az.

“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” – Kaşkilya

“Qaradağ Lökbatan” şübhəli penalti qərarından sonra hesabı açıb.

Komanda.az xəbər verir ki, bunu “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində qarşılaşdıqları “Qaradağ Lökbatan”la oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, qələbə qazandıqları görüşü şərh edib:

“Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı və matçın əvvələrində iki real qol vəziyyəti yaratdıq. Rəqib isə çox şübhəli penalti qərarından sonra hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı. İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Bir müddət sanki top rəqib qapısına daxil olmaq istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq”.

“Qaradağ Lökbatan” – “İmişli” oyunu bölgə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

The post “Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” – Kaşkilya appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin futbolçusu İtaliyadakı həyatından narazıdır

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Skott Maktominey İngiltərə Premyer Liqasına qayıtmaq arzusundadır.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

28 yaşlı futbolçu 2024-cü ilin yayında İngiltərəni tərk edərək “Napoli”yə keçib. Ancaq o, Neapolda meydandan kənardakı həyat tərzindən narazıdır və bu səbəbdən geri dönməyi düşünür.

Şotlandiyalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Napoli” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin futbolçusu İtaliyadakı həyatından narazıdır appeared first on Komanda.az.

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədilə 10-cu turda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə 20-ci turda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini istəyib.

Komanda.az xəbər verir ki, “Qarabağ” klubunun rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

Belə ki, 10-cu turda komandalar “Azersun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17:00-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. 20-ci turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.

The post “Qarabağ”ın oyununun yeri dəyişdirildi appeared first on Komanda.az.

Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”

Azərbaycan Cüdo Federasiyası (ACF) paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla “Şəhər turu” həyata keçirib.

Komanda.az xəbər verir ki, 28 oktyabr – Ümumdünya Cüdo Günü ilə əlaqədar təşkil olunan turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları Cüdo Günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.

Layihə cüdonun dəyərlərini – hörmət, cəsarət və dostluğu daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib. 28 oktyabr həm də cüdonun banisi Ciqoro Kanonun doğum günüdür. Cüdo hər kəsin əsl potensialını ortaya çıxara, özünü kəşf edə biləcəyi sistemdir.

Azərbaycanda cüdoya maraq sürətlə artır. Son illərdə idmançılarımız ən mötəbər arenalarda ölkəmizin bayrağını zirvəyə qaldırıb. Hidayət Heydərov və Zelim Kotsoyev kimi Olimpiya və dünya çempionlarımızın uğurları bütün ölkəyə böyük sevinc bəxş edib.

ACF-nin sistemli fəaliyyəti bu nailiyyətlərin əsasını təşkil edir. Regionlarda cüdonunun əhatə dairəsinin genişləndirilməsi, yeni təlim-məşq mərkəzlərinin istifadəyə verilməsi, məktəblilər üçün maarifləndirici kampaniyalar, məşqçi və hakimlər üçün ixtisasartırma proqramları, eləcə də inklüziv və kütləvilik yönümlü layihələr cüdonun ölkəmizdə davamlı inkişafına xüsusi töhfə verir.

The post Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu” appeared first on Komanda.az.

Türkiyə klubu transfer qadağası ilə üzləşdi

Türkiyənin “Sivasspor” klubu transfer qadağası ilə üzləşib.

Komanda.az xəbər verir ki, bu barədə FIFA qərar qəbul edib.

1-ci Liqada çıxış edən bölgə təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.

“Sivasspor”da Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik də çıxış edir. Komanda 1-ci Liqada 14 xalla 11-ci pillədə qərarlaşıb.

The post Türkiyə klubu transfer qadağası ilə üzləşdi appeared first on Komanda.az.

Asim Xudiyev Konfrans Liqası oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Komanda.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Skopye şəhərində “Todor Proeski” adına milli stadionda baş tutacaq.

The post Asim Xudiyev Konfrans Liqası oyununda appeared first on Komanda.az.

“Qarabağ”ın oyununun yeri dəyişdi

“Qarabağ”ın Premyer Liqanın X turunda “İmişli”yə qarşı keçirəcəyi oyunun məkanı dəyişib.

Futbolpress.az xəbər verir ki, “atlılar”ın müraciətinə əsasən, səfər oyununun yeri dəyişdirilərək “Azersun Arena”da baş tutacaq və “Qarabağ” – “İmişli” oyunu kimi rəsmiləşəcək.

Oyun 31 oktyabr, saat 17:00-da start götürəcək.

Xudiyev Polşa klubunun oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Skopye şəhərində “Todor Proeski” adına milli stadionda baş tutacaq.

Qrinvud Premyer Liqaya qayıda bilər

“Marsel”in futbolçusu Meyson Qrinvud karyerasını yenidən ölkəsində davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Vest Hem Yunayted” və “Tottenhem” 24 yaşlı sağ cinah vingerinin transferi üçün maraqlanır.

Qeyd edək ki, M.Qrinvudun “Transfermarkt” portalına əsasən dəyəri 40 milyon avrodur.

 

“Yuventus” “Çelsi”nin müdafiəçisini transfer etmək istəyir

“Çelsi”nin sağ cinah müdafiəçisi Malo Qusto karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Yuventus” 22 yaşlı fransalı futbolçunun xidmətində maraqlıdır.

Malo Qustonun transfer qiyməti 40 milyon avro dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Turin təmsilçisi bu məbləği “Çelsi”yə ödəməyə hazırdır

“Arsenal” 19 yaşlı vinger üçün hərəkətə keçdi

“Arsenal” Braziliyanın “Vasko de Qama” klubunda çıxış edən gənc futbolçu Rayanın transferində israrlıdır.

İdmanxeber.az xəbər verir ki, 19 yaşlı sağ cinah oyunçusunun bazar dəyəri 18 milyon avro civarındadır.

Qeyd edək ki, Rayan hazırda “Vasko de Qama” ilə 2026-cı ilin dekabr ayına qədər müqavilə ilə bağlıdır.

 

“Kəpəz”, “Karvan-Yevlax”, “İmişli” və “Turan Tovuz” 1/8 finalda

Bu gün Bizon Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə altı matç baş tutub. 

“Şəfa”, “Baku Sportinq”, “Karvan-Yevlax”, “İmişli”, “Kəpəz” və “Turan Tovuz” 1/8 finala yüksəlib.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi

28 oktyabr

“Göygöl” – “Baku Sportinq” 0:2
Qollar: 
İlham Allahverdiyev 40,60

14:00 “Karvan-Yevlax” – “Sheki City” 3:1
Qollar:
 Said İranxan, 16, , Qavi 101+1, Mikels 119 – Nurlan Novruzov 90+2 

“Qaradağ Lökbatan” – “İmişli” 2:3
Qollar: 
S.Allahquliyev, 28 (pen) – Elmir Rəhimzadə 66, Juninyo 81(p), 90+5

“Cəbrayıl” – “Şəfa” 0:3
Qollar: 
A.Ebrahimzade, 25, 44, Amil Yunanov 84

“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1
Qollar:
 Ş.Aşurov, 17, R.Hüseynli, 35, S.Şəfiyev, 41, E.Əbilov, 44, İsmayılov 63(p), Donqo 85 – Hüseynov 69

17:00 “Dinamo” – “Turan Tovuz” 0:5
Qollar: 
V.İbrahima, 18, 51, Ş.Əliyev, 18, A.Hüseynov, 41, 90

“Qarabağ” – “Çelsi” matçının biletləri satışa çıxır 

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletləri aşağldakı qiymətlərdə olacaq:

Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

Asim Xudiyev “Şkendiya” – “Yagelloniya” matçına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev futbol üzrə Avropa Konfrans Liqasının oyununa təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Xudiyev Konfrans Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Source

Bruno Fernandes ərəblərin cəlbedici təklifindən niyə imtina edib?

“Mançester Yunayted”in kapitanı, portuqal yarımmüdafiəçi Bruno Fernandes bu yay Səudiyyə Ərəbistanına keçiddən imtina etməsini əsaslandırıb. Arena.az portuqal futbolçunun müvaifq fikrini təqdim edir: “Baş məşqçi (Ruben Amorimi nəzərdə tutur – red.) mənimlə söhbətləşdi. O, mənə dedi ki, mən hələ də layihənin bir hissəsiyəm. Amorim mənim qalmağımı istəyirdi. Klubda da eynisini dedilər”…

Source

Del Pyero: “Yuventus”un problemi baş məşqçidə deyil”

İtaliyanın “Yuventus” klubunun əfsanəsi, keçmiş hücumçu Alessandro Del Pyero “byankoneri”nin uğursuzluqlarını şərh edib. Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir: “Məncə, məsələ yalnız İqor Tudorda deyil. Bu, daha mürəkkəb fəsaddır: məsələ, komandanın necə təşkilində, oyunçuların oyun ahəngində, onların çıxışlarının keyfiyyətindədir.

Source

Andreas Kristensen yenə sıradan çıxdı

“Barselona”nın danimarkalı mərkəz müdafiəçisi Andreas Kristensen yenidən zədə alıb və bir müddət komandasına kömək edə bilməyəcək Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir. Kristensenin zədəsinin ciddi olmadığı bildirilsə də, təfərrüatlar açıqlanmır. Danimarkalı futbolçunun sıraya nə vaxt dönəcəyi də bilinmir. Andreas Kristensen futbola “Skyal…

Source

Metti Keş “Aston Villa” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə Polşa yığma komandasının sağ cinah müdafiəçisi Metti Keş İngiltərənin “Aston Villa” klubu ilə yeni müqaviləyə imza atıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Polşalı müdafiəçi ilə yeni müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2027-ci ilin yayında bitəcəkdi.

Source

“Qarabağ”ın rəqibində Kevin De Bröyne şoku

Futbol üzrə İtaliya çempionu olan “Napoli”nin aparıcı futbolçularından olan belçikalı yarımmüdafiəçi Kevin De Bröyne zədələnib. Arena.az bu barədə Neapol klubunun mətbuat xidmətinə istinadən xəbər verir. Bildirilir ki, belçikalı futbolçu A Seriyasının 8-ci turunda “İnter”lə oyunda (3:1) sıradan çıxıb. 33-cü dəqiqədə penalti zərbəsindən hesabı açan belçikalı yarımmüdafiəçi elə həmin an…

Source

Venger “Barselona”nın “el klasiko”dakı məğlubiyyətini şərh etdi

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger Madriddə keçirilmiş “el klasiko”da “Barselona”nın “Real”a 1:2 hesablı məğlubiyyətini şərh edib. Arena.az fransız mütəxəssisin müvafiq açıqlamasını təqdim edir: “Görünürdü ki, “Barselona”nın müdafiəsində, ən təcrübəli oyunçulardan biri olan İnyiqo Martines əskikdir… Gözə çarpırdı ki, müdafiənin Kilian Mbappe kimi bir oyunçuya qarşı yetkinliyi…

Source

Dani Karvaxal əməliyyat edildi, ilin sonunadək oynamayacaq

Futbol üzrə İspaniya yığma komandasının 33 yaşlı sağ cinah müdafiəçisi, Madrid “Real”ının kapitanı Dani Karvaxal əməliyyat edilib. Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu sağ dizindən cərrahi müdaxiləyə ehtiyac duyub. Onun ilin sonunadək yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Karvaxal La Liqanın 10-cu turu…

Source

“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov komandasını Misli Premyer Liqasının oyunlarında daha yaxşı vəziyyətdə görmək istəyir.

Komanda.az xəbər verir ki, bunu “sarı-göylər”in baş məşqçisi özü “Ağstafa Gəncləri” komandası ilə Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, kubok matçında əsasən gənc futbolçulara şans verməsinin səbəblərindən danışıb:

“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçlarında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardır. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.

“Kəpəz” – “Ağstafa Gəncləri” oyunu “sarı-göylər”in 6:1 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda “Araz-Naxçıvan”la üz-üzə gələcək.

The post “Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik” appeared first on Komanda.az.

Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb.

Komanda.az xəbər verir ki, hazırlıq Şamaxıda keçirilir.

Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu milli Şamaxıda noyabrın 6-dək hazırlıq keçəcək. Komanda taktiki-texniki məşqləri Sumqayıtda davam etdirəcək.

Toplanış Almaniyada keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

The post Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb appeared first on Komanda.az.

“Real”ın sabiq futbolçusu Vinisiusu qınadı

İspaniya çempionatının 10-cu turunun mərkəzi qarşılaşmasında “Real” öz meydanında “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

“Santyaqo Bernabeu”dakı oyunda “kral klubu”nun vingeri Vinisius Junior 72-ci dəqiqədə əvəzlənib və meydanı tərk edərkən narazılığını gizlətməyib.

Komanda.az xəbər verir ki, “Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos, braziliyalı futbolçunun reaksiyasını “Marca” nəşrinə belə şərh edib:

“Əla oyun keçirdiyin vaxt səni əvəzləyəndə, əlbəttə, narazı qalmaq təbiidir. Mənim də belə hallarım olub, amma heç vaxt birbaşa paltardəyişmə otağına getməmişəm. Düşünürəm ki, o, bir az sakitləşəndən sonra anlayacaq. Emosiyalarını cilovlaya bilərdi”.

“Real” qələbə sayəsində turnir cədvəlində xal fərqini “Barselona” ilə 5-ə yüksəldib. Belə ki, madridlilər 27 xalla liderliyini möhkəmləndirib, kataloniyalıların hesabında isə 22 xal var və komanda 2-ci pillədə qərarlaşıb.

The post “Real”ın sabiq futbolçusu Vinisiusu qınadı appeared first on Komanda.az.

“Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq

UEFA Çempionlar Liqasının 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq.

 Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Satışa oktyabrın 29-da, saat 15:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.

Biletlər yalnız “iTicket.az”-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

The post “Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq appeared first on Komanda.az.

Abubakar “Neftçi”ni uğursuzluq zolağından çıxara bilər? – AÇIQLAMA

“Neftçi” uzun müddət gözlənilən hücumçu mövqeyinə transferi ötən günlərdə nəhayət, reallaşdırdı. Bir müddət əvvəl adı “ağ-qaralar”la hallanan “Beşiktaş” və “Portu” kimi klublarda çıxış etmiş Kamerun millisinin üzvü Vensan Abubakar paytaxt təmsilçisi ilə müqavilə bağladı.

33 yaşlı futbolçunun debütü Premyer Liqanın son turuna – “Qəbələ” ilə səfər matçına (2:0) təsadüf etdi. Oyuna 70-ci dəqiqədə daxil olan kamerunlu forvard bir dəqiqə sonra məhsuldar ötürmə ilə hesabın açılmasında yaxından iştirak etdi və matçın sonlarına yaxın bir qol vurmağı da bacardı.

“Abubakarın transferi “Neftçi”ni uğursuzluq zolağından çıxara biləcəkmi” sualı ilə “ağ-qaralar”ın sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla əlaqə saxladıq. Sadıqovun Komanda.az-a açıqlaması belə oldu:

“Bilirsiz, mən hesab edirəm ki, bir futbolçu ilə hansısa uğursuzluq zolağından çıxmaq gündəmdə olmamalıdır. Ən vacibi odur ki, bu gün Abubakar da öz çıxışında bildirir ki, biz hamımız bir olsaq, bir nöqtəyə vursaq və bir yerdə çalışsaq, “Neftçi”nin ənənələrini nəzərə alaraq, əvvəlki əzəmətini qaytarmaqla istədiyimizə nail ola bilərik. Buna biz də – “Neftçi” rəhbərliyi, “Neftçi”sevərlər də ümid edirik. Və hamımız ümid edirik ki, tezliklə əzəmətini qaytaran, öz ənənəsinə sadiq olan güclü bir “Neftçi” görəcəyik. Bununla da ancaq və ancaq ümumi futbolumuz udacaq, gələcəkdə də bunun şahidi olacağıq”.

“Neftçi” Azərbaycan Premyer Liqasında 9 turdan sonra 12 xalla 8-ci pillədə yer alır.

Fəxri Rüstəmli

The post Abubakar “Neftçi”ni uğursuzluq zolağından çıxara bilər? – AÇIQLAMA appeared first on Komanda.az.

Messidən DÇ-2026 açıqlaması

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında iştirak ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az NBC-yə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu qərarını gələn il verəcəyini bildirib:

“Düzünü desəm, dünya çempionatında oynamaq möhtəşəm olardı. Mən yaxşı formada olub Argentina yığmasına faydalı olmağı arzulayıram. Gələn il “İnter Mayami” ilə mövsümöncəsi hazırlığa başlayanda vəziyyəti dəyərləndirəcəm. Özümü yüz faiz hazır hiss etsəm və komandaya xeyrim dəyə bilsə, qərarımı verəcəm”.

Argentina millisi son dünya çempionudur. Komanda Lionel Skaloninin rəhbərliyi altında, 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransa yığmasına qalib gələrək, tarixində üçüncü dəfə dünya çempionu olmuşdu.

The post Messidən DÇ-2026 açıqlaması appeared first on Komanda.az.

“Seltik” “sükan”ı sabiq baş məşqçisinə tapşırmaq istəyir

“Seltik” baş məşqçi postuna Angelos Postekoqlunu gətirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Klub yaxın vaxtlarda avstraliyalı mütəxəssislə əlaqə saxlayaraq, onun komandaya qayıtmaqda maraqlı olub-olmadığını öyrənmək niyyətindədir. Postekoqlu 2021–2023-cü illər arasında “Seltik”i çalışdırıb və bu müddətdə komandaya bir neçə yerli titul qazandıraraq uğurla idarə edib. O, daha sonra “Tottenhem” və “Nottingem Forest”də işləyib.

“Seltik”in baş məşqçisi Brendan Rocers yaxın günlərdə postunu tərk edib. Komanda Şotlandiya Premyer Liqasının 9 turundan sonra 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və liderdən 8 xal geri qalır.

The post “Seltik” “sükan”ı sabiq baş məşqçisinə tapşırmaq istəyir appeared first on Komanda.az.

“Barselona”nın prezidenti “Real”la oyundan sonra futbolçularla görüşüb

“Barselona”nın prezidenti Xuan Laporta komandanı “el klasiko”da “Real”a 1:2 hesabı ilə uduzduqdan sonra ruhlandırıb. La Liqanın 10-cu turunda baş tutan matçdan sonra Madrid klubunun xal fərqi 5-ə yüksəlib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Laporta növbəti gün klubun məşq bazasına gedərək, futbolçular qarşısında qısa, motivasiyaedici çıxış edib.

Prezident bu addımı ilə komandasına dəstəyini göstərib və “Real”a məğlubiyyətin onlara mənfi təsir göstərməməsini istəyib.

Laporta həm futbolçulara, həm də baş məşqçi Hans-Diter Flikə güvəndiyini və “Barselona”nın bütün turnirlərdə mükafat uğrunda mübarizə aparmaq gücündə olduğuna inandığını deyib.

The post “Barselona”nın prezidenti “Real”la oyundan sonra futbolçularla görüşüb appeared first on Komanda.az.

Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb

Türkiyə Super Liqası təmsilçisi “Gənclərbirliyi” baş məşqçisi Hüseyin Eroğlu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Aykut Çakmaklı yerli KİV-ə yeni baş məşqçinin Volkan Dəmirəl olacağını bildirib.

“Gənclərbirliyi” Super Liqada 8 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

The post Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb appeared first on Komanda.az.

“Mançester Yunayted”in hücumçusu “Roma”ya keçə bilər

“Mançester Yunayted”in futbolçusu Coşua Zirkzee karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Roma” hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. İtaliya klubu niderlandlı hücumçunu icarəyə götürmək istəyir.

Zirkzee bu mövsüm 5 oyunda meydana çıxıb. Hücumçu daha əvvəl İtaliyada “Bolonya”da forma geyinib.

“Qarabağ” – “Çelsi”: biletlər nə vaxt satışa çıxacaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Futbolpress.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 AZN-dir.

VIP sektorlar 200, 250, 300 və 400 AZN, VVIP sektorlar 1000 AZN-dir.

Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

 

“Barselona”ya zədəlilərindən xoş xəbər

“Barselona”nın zədəli futbolçuları Robert Levandovski və Xoan Qarsiya komanda ilə məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu komandanın son məşqində iştirak edib.

Onlar şans veriləcəyi halda, noyabrın 2-də “Elçe” ilə La Liqa matçına çıxa bilər.

“Qalatasaray” favoritdir

Super Liqada klubların çempionluq şansları yenilənib.

Futbolpress.az xəbər verir ki, 10 turdan sonra favorit lider “Qalatasaray”dan. Bütün oyunlarını qazanan və aktivində 30 xal olan “sarı-qırmızılar”ın çempionluq şansı 1.20 əmsalla dəyərləndirilib.

İkinci “Fənərbağça”da isə bu rəqəm 3.45-dir.

“Trabzonspor”un çempionluq şansı 8.40, “Beşiktaş”ınkı isə 35 əmsalla dəyərləndirilib.

Volkan Dəmirəlin yeni klubu açıqlandı

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq üzvü Volkan Dəmirəl məşqçilik karyerasına qayıdıb. Msport.az xəbər verir ki, 44 yaşlı keçmiş qapıçı “Gənclərbirliyi”ni […]

Source

Bu klubumuz özünə stadion tikir?: “Demək olar ki, bu məsələ böyük ölçüdə həll olunub”

“Stadion məsələsi təkcə “Şəfa”nın deyil, ümumi futbolumuzda bir problemə çevrilib. Artıq anlaşmamız var. Qoy bu sürpriz olaraq qalsın. Demək olar ki, 90 faiz bu məsələ həllini tapıb”.

Bu sözləri İdmanxeber.az saytına “Şəfa”nın prezidenti Sərdar Salmanzadə deyib. Klub rəhbəri daha sonra belə davam edib:

“İstəmirəm ki, müqaviləyə imza atmamış bunu açıqlayım. Bizim yanaşmamız budur. Amma belə deyim ki, Bakı üzrə stadion tikmək üçün ərazilər var. Mən stadion problemi olan klub rəhbərlərinə, bu işə yatırım etmək istəyən ivestorlara sizin vasitənizlə səslənirəm ki, torpaq sahəsi alıb və ya icarəyə götürüb yeni arenalar inşa edə bilərlər.

Bizim uzunmüddətlik torpaq sahəsi icarəyə götürmək və stadion tikmək fikrimiz var. Bu dövlətə aid torpaq olacaqsa, lap yaxşı. Həmin inşa olunacaq arena bir müddət sonra ölkə futbolu üçün faydalı olacaq”.

“İnter”in qapıçısı adam öldürdü

“İnter”in ispaniyalı qapıçısı Xosep Martines ölümlə nəticələnən yol qəzasına səbəb olub.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçunun idarə etdiyi avtomobil bu səhər 81 yaşlı əlil arabasındakı kişiyə çırpılıb. Nəticədə yaşlı şəxs hadisə yerində həlak olub.

Xatırladaq ki, Martines 2024-cü ilin yayında “Cenoa”dan “İnter”ə 14 milyon avroya transfer olunub. O, bu mövsüm Milan klubunun heyətində 2 oyuna çıxıb.

“Barselona”da Levandovski sevinci

“Barselona”nın zədəli olan hücumçuau La Liqanın XI turunda “Elçe” ilə matçda iştirak edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, söhbət Robert Levandovskidən gedir. Polşalı forvard artıq komanda üzvləri ilə məşqlərə qoşulub.

“Barselona” “Elçe” ilə noyabrın 2-də üz-üzə gələcək.

Volkan Demirel Ankara klubuna baş məşqçi oldu

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Demirel “Gençlerbirliyi”nin baş məşqçisi təyin olunub.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun mətbuat katibi Aykut Çakmaklı “Ajansspor”a açıqlama verib. 44 yaşlı mütəxəssis bu gün Ankaraya yollanacaq.

Demirel bu vəzifədə Hüseyn Eroğlunu əvəz edəcək. Onun son klubu “Bodrumspor” olub.

Alves kilsədə ruhaniliyə başladı

“Barcelona” klubunun sabiq futbolçusu Dani Alves Kataloniyada yerləşən bir kilsədə ruhani rəhbər kimi fəaliyyətə başlayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Alvesin kilsədə  “Siz Allaha inanmalısınız. Mən bunun canlı sübutuyam. Mən Allahla bir müqavilə bağlamışam!” deyə, bildirdiyi iddia edilib.

Qeyd edək ki, Alves ötən illərdə cinsi təcavüz ittihamı ilə 14 ay müddətinə həbs edilmiş, daha sonra isə bəraət almışdı.

 

 

“Fənərbağça”ya 10 milyon təklif edildi

“Betis” Sofian Amrabatı transfer etmək istəyir.

İdmanxeber.az “Fichajes”ə istinadən xəbər verir ki, İspaniya klubu “Fənərbağça”ya 29 yaşlı mərakeşli yarımmüdafiəçi üçün 10 milyon avro təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Amrabat mövsümün əvvəlində “Betis”ə icarəyə verilmiş və La Liqada 6 oyunda forma geyinib.

“Yuventus” Spalletti ilə danışıqlara başlayır

“Yuventus” Luçano Spalletti ilə danışıqlara başlayır.

İdmanxeber.az xəbər verir ki, Turin klubu İtaliya millisinin sabiq baş məşqçisinə mövsümün sonuna qədər müqavilə, əlavə olaraq uzadılma imkanı təklif etməyi planlaşdırır.

Qeyd edək ki, “Yuventus” son turda “Latsio”ya 0:1 hesabı ilə uduzub və ardıcıl səkkiz oyundur qələbə qazana bilmir. Komanda hazırda A Seriyasında 12 xalla 8-ci yerdədir.

Hüseyin Eroğlu Super Liqa klubundan qovuldu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” baş məşqçisi Hüseyin Eroğlu ilə yollarını ayırıb. Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir. 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub Eroğluna xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Source

Ezekyel Fernandes “Bayer”ə kömək edə bilməyəcək

Almaniyanın “Bayer” klubunun dayaq yarımmüdafiəçisi Ezekyel Fernandes bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Arena.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı argentinalı futbolçu Almaniya Bundesliqasının 8-ci turunda “Frayburq”a qarşı keçirdikləri matçda (2:0) sol dizinin bağlarını zədələyib. Bu üzdən də o…

Source

Kapello “İnter”in “Napoli”yə qarşı oyununu tənqid etdi

Təcrübəli futbol mütəxəssisi Fabio Kapello İtaliya A Seriyası çərçivəsində keçirilmiş “Napoli” – “İnter” oyunu ilə bağlı qənaətini açıqlayıb. Arena.az xatırladır ki, A Seriyasının 8-ci turunun oyunu Neapol təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kapello oyundan sonra ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib: “Doğrudan da, olmayan penalti ilə oyunun tarazlığı…

Source

Karreras Yamalı ələ saldı, Rafinya isə onun səhvini açıqladı

“Real”ın müdafiəçisi Alvaro Karreras “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamalın qarşısını necə ala bildiyi ilə bağlı sualı cavablayıb. Arena.az ispan futbolçunun müvafiq cavabını təqdim edir: “Xüsusilə çalışmağıma gərək olmadı. Bizim məşqçimiz Xabi Alonsonun məşqlərdəki driblinqi ondan daha yaxşıdır”, deyə Karreras gülərək bildirib. “Barselona”nın braziliyalı ulduzu Rafinya…

Source

Vaqif Sadıqov hakimlərdən narazılıqlar haqda danışdı: “Qərəzli səhvlər görmürəm”

Azərbaycan Premyer Liqasının cari mövsümündə cəmi 9 tur geridə qalmasına baxmayaraq, demək olar ki, hər turdan sonra hakim idarəçiliyi ciddi narazılıqlara səbəb olur. Baş məşqçilərin, futbolçularun oyunlardan sonrakı çıxışlarında açıq-aşkar hakimlərdən narazı olduqları görünür.

Bununla bağlı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik.

Sadıqov Komanda.az-a açıqlamasında hakimlərin idarəçiliydə qərəz olmadığını bildirdi:

“Hesab edirəm ki, səhvlər qaçılmazdır. Ancaq ən vacibi odur ki, qərəzli səhvlər görmürəm. Düzdür, səhvlər varsa, problemləri həll etmək lazımdır. Problemi həll etmək üçün gərək yollar tapılsın. Çalışmaq lazımdır. Ancaq yenə də deyirəm, ən vacibi odur ki, hansısa qərəzdən söhbət getməsin. Burada insan faktoru, amili var, istər-istəməz, hardasa, kimsə… Mən bunu izah etməyə də çətinlik çəkirəm. Yəni, hər kəs, ən vacibi, qərəz olmadığı yerdə gördüyünə qərar verir”.

Azərbaycan millisinin sabiq baş məşqçisi hesab edir ki, indi artıq əvvəlki dövr deyil, ölkədə futbol inkişaf edib:

“Yenə də deyirəm, bu gün ən vacibi odur ki, kiminsə nəyisə etməsi… O vaxtlar gedib, biz görmüşük. İndi tamamilə fərqli bir vaxtdır, futbolumuz inkişaf edib. Burda istər-istəməz bir şeyə toxunmalıyıq, bunu bir peşəkar kimi demək istəyirəm: Futbolun və futbolçuların səviyyəsi artdıqca hakimlərin də səviyyəsi onlarla eyni vaxtda artmalıdır. Bu olan halda, bəlkə də, biz bu söz-söhbətdən uzaq olacağıq. Hesab edirəm ki, futbolumuz da, futbolçularımız da, hakimlərimiz də ayaqlaşmalıdır və inkişafa, tərəqqiyə doğru getməlidirlər”.

Fəxri Rüstəmli

The post Vaqif Sadıqov hakimlərdən narazılıqlar haqda danışdı: “Qərəzli səhvlər görmürəm” appeared first on Komanda.az.

Sabiq futbolçu “Arsenal”ın müdafiəçisini təriflədi: “Haland qədər vacibdir”

“Liverpul”un sabiq oyunçusu Cimi Karrager “Arsenal”ın müdafiəçisi Qabriel Maqalesin oyununu yüksək qiymətləndirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun vacib oyunçulardan olduğunu söyləyib:

“Düşünürəm ki, Qabriel hazırda Premyer Liqada ən təsirli oyunçudur. O, fantastik müdafiəçidir, “Arsenal”ın bu qədər az qol buraxmasının səbəbi və həmçinin, standart zərbələr zamanı rəqiblər üçün real təhlükədir. O, Erlinq Haland kimi oyunçular qədər vacibdir”.

“Arsenal” son turda “Kristal Pelas” üzərində 1:0 hesablı qələbə qazanaraq, turnir cədvəlində rəqibləri üzərində üstünlüyünü artırıb. Komanda 9 turdan sonra 22 xalla Premyer Liqada birinci yerdədir.

The post Sabiq futbolçu “Arsenal”ın müdafiəçisini təriflədi: “Haland qədər vacibdir” appeared first on Komanda.az.

Levandovski qayıdır

“Barselona”nın hücumçusu Robert Levandovski zədədən sonra artıq noyabrın 2-də, La Liqanın 11-ci turunda “Elçe”yə qarşı oyunda meydana çıxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Polşalı forvard artıq əsas komanda ilə məşqlərin bir hissəsində iştirak edib. Həmçinin, kataloniyalıların qapıçısı Xuan Qarsiyanın da bərpa prosesi uğurla davam edir və onun da qarşıdakı görüşdə meydana çıxma ehtimalı var.

Qarsiyanın vəziyyəti oktyabrın 29-da, növbəti məşqdən öncə dəyərləndiriləcək. Klubun həkimləri onun səhhəti ilə bağlı risk etməyəcəklərini vurğulayıblar.

The post Levandovski qayıdır appeared first on Komanda.az.

“Yuventus” bu gün Spaletti ilə danışıqlara başlayacaq

“Yuventus” rəhbərliyi İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spaletti ilə danışıqlar aparmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar bu gün olacaq.

Turin klubu 66 yaşlı mütəxəssisə mövsümün sonuna qədər müqavilə, əlavə olaraq isə müddətin uzadılma imkanını təklif etməyi düşünür.

“Yuventus” son turda səfərdə “Latsio”ya 0:1 hesabı ilə məğlub olub və bütün turnirlərdə qələbəsiz oyunlar seriyasını 8-ə çatdırıb. Komanda A Seriyasının səkkiz turundan sonra 12 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

The post “Yuventus” bu gün Spaletti ilə danışıqlara başlayacaq appeared first on Komanda.az.

Saka ilə 5 illik müqavilə imzalanacaq

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka klub rəhbərliyi ilə yeni müqavilə haqda razılığa gəlməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər demək olar ki, razılığa gəliblər. Yeni müqaviləyə əsasən, 24 yaşlı futbolçunun həftəlik maaşı təxminən 343 min avro olacaq və bu, onu komandanın ən çox qazanan oyunçusu edəcək. Yarımmüdafiəçinin “Arsenal”la müqaviləsi beş il müddətinə uzadılacaq.

Sakanın London klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, bu mövsüm 10 oyunda meydana çıxıb və 3 qol vurub.

The post Saka ilə 5 illik müqavilə imzalanacaq appeared first on Komanda.az.

Simeone: “Bu, bizim üçün vacib qələbədir”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 10-cu turunda səfərdə “Betis”lə oyunda 2:0 hesablı qələbəni şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk hissədə çox yaxşı oynadıqlarını söyləyib:

“Əla oyun keçirdik, ilk hissədə çox yaxşı oynadıq və 2:0 hesabı ilə irəli çıxdıq. Fasilədən sonra ilk hissədəki qədər kəskin deyildik, amma davamını gətirdik. Bu, bizim üçün və La Liqadakı mövqeyimiz üçün vacib qələbədir”.

Madrid klubunun 10 turdan sonra 19 xalı var və İspaniya çempionatının turnir cədvəlində dördüncü yerdədir.

The post Simeone: “Bu, bizim üçün vacib qələbədir” appeared first on Komanda.az.

Yamal “el klasiko”dan sonra profil şəklini silib

“Barselona”nın 18 yaşlı vingeri Lamin Yamal son “el klasiko”da uğursuz çıxış edib və matçın ən aşağı qiymət alan oyunçularından biri olub.

Oktyabrın 26-da keçirilən La Liqanın 10-cu tur matçında “Real” doğma meydanda “Barselona” üzərində 2:1 hesablı qələbə qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunun gedişində Yamal yerli azarkeşlər tərəfindən fitə basılıb. Matçdan sonra isə gənc futbolçu sosial şəbəkədəki profil şəklini silərək, yerinə qara fon qoyub.

Qarşılaşma öncəsi Yamalın “Real” haqqında sərt açıqlamaları diqqət çəkmişdi və bu, matçdan sonra meydanda yaşanan gərginlikdə əsas səbəblərdən biri olub.

The post Yamal “el klasiko”dan sonra profil şəklini silib appeared first on Komanda.az.

“Tottenhem” hücumçusunu satmağı planlaşdırır

“Tottenhem”in hücumçusu Dominik Solanke qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Londonluların baş məşqçisi Tomas Frank 28 yaşlı forvardın çıxışından razı deyil və klub onu artıq yanvarda satmağı planlaşdırır.

“Tottenhem” qışda yeni hücumçu almaq niyyətindədir, ancaq rəhbərlik bunun çətin olacağının fərqindədir. Yanvar ayı adətən böyük transferlərin baş tutması üçün mürəkkəb dövr hesab olunur.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 3 matçda meydana çıxıb. “Tottenhem” onun dəyərini təxminən 69 milyon avro qiymətləndirir.

The post “Tottenhem” hücumçusunu satmağı planlaşdırır appeared first on Komanda.az.

“Seltik” baş məşqçisi ilə vidalaşdı – Rəsmi

“Seltik” baş məşqçi Brendon Rocersin istefa ərizəsini qəbul edib.

Komanda.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssis komandanı tərk etdikdən sonra “Seltik”ə müvəqqəti olaraq Martin O’Nill rəhbərlik edəcək. İrlandiyalı məşqçi 2000–2005-ci illər arasında da komandanın “sükanı arxasında” olub.

“Seltik” Şotlandiya çempionatında 9 turdan sonra17 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “Harts”dan 8 xal geri qalır.

“Seltik” növbəti matçını doğma meydanda “Falkirk”ə qarşı keçirəcək.

The post “Seltik” baş məşqçisi ilə vidalaşdı – Rəsmi appeared first on Komanda.az.

“Zəfər Kuboku 2025” turnirinin qalibləri bilindi

Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr olunan güllə atıcılığı üzrə “Zəfər Kuboku 2025” turnirinin qalibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda Azərbaycan, Belarus və Gürcüstanı təmsil edən ümumilikdə 100-dən çox idmançı mübarizə aparıb.

Nəticələri təqdim edirik:

Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma

1. Nikol Kurylenak (Belarus)

2. Darya Chuprys (Belarus)

3. Əfsanə Elvina (Azərbaycan)

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma

1. Ruslan Qəhrəmanov (Azərbaycan)

2. Əliməmməd Hüseynov (Azərbaycan)

3. Ramiz Xəlilov (Azərbaycan)

Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma

1. Nigar Nəsirova (Azərbaycan)

2. Liubov Yaskevich (Belarus)

3. Zoya Dasko (Belarus)

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma

1. İvan Kazak (Belarus)

2. Uladzislau Dzemesh (Belarus)

3. Vladislav Kalmıkov (Azərbaycan)

10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışı

1. Elvina Əfsanə / Zahid Sofiyev (Azərbaycan)

2. Aynur Mahmudova / Ruslan Qəhrəmanov (Azərbaycan)

3. Vəfa Zeynalova / Əliməmməd Hüseynov (Azərbaycan)

10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışı

1. Dasko Zoya / Krautsou Yury (Belarus)

2. Piatrova Aliaksandra / Dzemesh Uladzislau (Belarus)

3. Prodiashvili Mariami / Mumladze Giorgi (Gürcüstan)

Messinin mundial arzusu

“İnter Mayami”nin və Argentina millisinin futbolçusu Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etmək istəyir.

Futbolpress.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə “Mundo Deportivo” nəşrinə açıqlamasında deyib:

“Düzü, mundialda iştirak etmək inanılmaz dərəcədə gözəl olardı. Formamı saxlamağa və yığmada mühüm rol oynamağa çalışacağıq. Əvvəlki turniri qazandıq və bunu qorumaq əla olardı. Milli ilə daha bir titul qazanmağı arzulayıram”.

Klub əfsanəsi: “Problem məşqçidə deyil”

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero komandanın durumu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 8 oyundur qələbə qazana bilməyən “qoca sinyora” ilə bağlı bunları deyib:

“Yuventus”da problem məşqçidə deyil. Məsələ daha dərindir. Komandanın yumruq kimi birləşməsində problem var. “Latsio”ya qarşı pis oynamadılar, məğlubiyyətə layiq deyildilər. Eynilə “Real”la oyunda da. Lakin əsas problemli matç “Komo”ya qarşı idi. Bu durumda kim gəlsə, çempionluq çətin olacaq”.

“Yuventus” dünən baş məşqçisi İqor Tudorla yollarını ayırıb. Komanda A Seriyasında 12 xalla 8-ci sıradadır.

Azarkeşlərin olduğu avtobus aşdı

Braziliyanın “Flamenqo” klubunun azarkeşlərinin olduğu avtobus qəza keçirib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Fanatların olduğu avtobus Rio-de-Janeyroda aşıb. Hadisə nəticəsində 4 sərnişin ağır, 10-u orta, 32-si isə yüngül yaralanıb.

Azarkeşlər “Flamenqo”nun Libertadores kubokunda “Rasinq”lə oyunu üçün səfərə yollanırdı.

“İnter”də itki

“İnter” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Henrix Mxitaryan zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyasında “Napoli” ilə matçda (1:3) zədə alan erməni futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Mxitaryan bu mövsüm “İnter”lə 12 oyuna çıxıb.

“Bu oyunu öz dəyərimi sübut edə biləcəyim matç kimi görürəm” – Ohori

“Kəpəz” Premyer Liqanın IX turunda “İmişli”yə uduzub – 0:3.

Gəncə təmsilçisinin futbolçusu Ryonosuke Ohori “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Düşünürəm ki, məğlubiyyətə əsas səbəb keçidlərimizin yavaş olması idi. Həm hücuma, həm də müdafiəyə ləng hərəkət edirdik. Bundan başqa, əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Azlıqda qalmağımıza baxmayaraq, pis oynamadıq. Ruhdan düşmədik, qələbə üçün çalışdıq, amma olmadı”.

Azər Bağırovun gəlişindən sonra komandada müsbət atmosfer olduğunu deyən yarımmüdafiəçi hədəflərindən söz açdı:

“Bağırovun gəlişindən sonra komandadakı ab-hava həqiqətən, çox müsbət olub. Pis oynamırıq və daha yaxşı olacağıq. Liqada qalacağımıza əminəm”.

Mövsümün əvvəlində “Neftçi”də əsas komandadan kənarlaşdırılan Ohori “Kəpəz”ə keçib. Asiyalı futbolçu “ağ-qaralar”a qarşı növbəti turun matçının onun üçün xüsusi olacağını bildirdi:

“Bu yay “Neftçi”yə çoxlu legionerlər gəldi və mənə şans düşmədi. Onlara hörmətlə yanaşıram. Düzdür, “Neftçi”də məyusedici anlarım olub. Ona görə bu oyunu öz dəyərimi sübut edə biləcəyim matç kimi görürəm. Mənimçün xüsusi oyundur və qələbə üçün əlimizdən gələni edəcəyik”.

Şahin Cəfərov

İslamiada: millinin heyəti

Futzal üzrə Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç 2-si qapıçı olmaqla, ümumilikdə səfərə 14 futzalçı aparacaq.

Qapıçılar: Kamran Hacıyev (“Neftçi İK”), Cavad Məmmədov (“Baku Fire”)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi “Neftçi İK”), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı “Araz-Naxçıvan”), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı “Baku Fire”), Oqtay Mahmudzadə (U-19)

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

“Real”ın kapitanı üçün il bitdi

Daniel Karvahal dizindən zədələnib. Msport.az xəbər verir ki, “Real” müdafiəçisinin sağ ayağının diz oynağında problem olduğunu açıqlayıb. İspan futbolçuya artroskopiya […]

Source

Vinisius getmək istəyir

Braziliya millisinin futbolçusu Vinisius Juniorun “Real”dan ayrılmaq istəməsinin səbəbi bəlli olub. Msport.az xəbər verir ki, 25 yaşlı vinger Madrid təmsilçisi […]

Source

“Seltik” Brendan Rocersi yola saldı

“Seltik” baş məşqçisi Brendan Rocerslə yolları ayırıb. Msport.az xəbər verir ki, komandanın uğursuz nəticələrinə görə Rocerslə müqaviləyə xitam verilib. “Seltik”in […]

Source

“Qaradağ Lökbatan” – “İmişli”: START HEYƏTLƏR

“İmişli” Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində Quba Olimpiya İdman Kompleksinin stadionunda “Qaradağ Lökbatan”la üz-üzə gəlir

“Qaradağ Lökbatan”: 90. Əli Kərimov 27. Sabir Allahquliyev 6. İsa Zeynallı 7. Elmin Əskərli 14. Fərid Abbaslı (k) 4. Vüsal Hüseynov 8. Ramil Orucov 11. Rəhman Quliyev 17. Tofiq Nəsibov 10. Emil Quluzadə 77. Hakan Həsənov

Ehtiyat oyunçular: 1. Rafiq Kərimov 3. Nicat Əskərov 9. Rövşən Şahmuradov 44. Qurban Hüseynov 15. Vüsal Alızadə 5. Nihad Əmrahzadə 21. Ayxan Məcidov 33. İlham Hüseynov 19. Mehdi Həşumov 88. Ceyhun Ağazadə

Baş məşqçi: Qəzənfər Abbasov

“İmişli”: 1. Hüseynəli Quliyev 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı (k) 44. Həzrət İsayev 3. Tuncay Yusifli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 23. Dioqo Rollo 17. Ezekiel Morqan

Ehtiyat oyunçular: 33. Andrey Sinenka 99. İmam Əli 19. Azər Salahlı 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 27. Lətif Rzayev 30. Xəlil Mürsəlli 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 7. Luis Silvestr

Baş məşqçi: Jorj Kaşkil

“Seltik” baş məşqçisi Brendan Rocerslə yollarını ayırdı

Mövsümə istənilən kimi başlayamayan “Seltik” baş məşqçisi Brendan Rocerslə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, klub bu barədə rəsmi məlumat yayıb. 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Rocers 2023-cü ilin yayında “Seltik”ə baş məşqçi təyin olunmuşdu. Komanda hazırda Şotlandiya Premyer Liqasında 9 turdan sonra 17 xalla 2-ci pillədə qərarlaşıb və lider “Harts”dan 8 xal geri qalır.

❌