Normal view

Today — 14 April 2026Sport-AZ

La Liqa: “Levante” “Xetafe”ni xalsız yola saldı

14 April 2026 at 01:05

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Levante” “Xetafe”ni qəbul edib. Meydan sahibləri tək qolla 3 xal qazanıblar.

Beləliklə, cari mövsümün geridə qalmış 31 turundan sonra 79 xala malik “Barselona” vahid liderdir. “Real” 70 xalla ikinci, “Vilyarreal” 61 xalla üçüncü pillədə qərarlaşıblar. “Atletiko” 57, “Betis” 46, “Selta” 44, “Real Sosyeyad” 42, “Xetafe” 41 xal toplayıb.

İspaniya, La Liqa
31-ci tur
10 aprel

Real – Jirona 1:1
Qollar: Valverde, 51 – Lemar, 62.

11 aprel

Real Sosyedad – Alaves 3:3
Qollar: Suçiç, 14. Sivera, 27-öz qapısına. Oskarsson, 60 – Kaleta-Çar, 3-öz qapısına. Diabate, 24. Boye, 90+7.

Elçe – Valensiya 1:0
Qol: Kepeda, 73.

Barselona – Espanyol 4:1
Qollar: F.Torres, 9; 25. Yamal, 87. Raşford, 89 – Losano, 56.

Sevilya – Atletiko 2:1
Qollar: Adams, 10-pen. Qudel, 45+2 – Bonar, 35.

12 aprel

Osasuna – Betis 1:1
Qollar: Budimir, 40-pen – Ezzalzuli, 7.

Malyorka – Rayo Valyekano 3:0
Qollar: Muriqi, 36; 40. Vircill, 65.

Selta – Real Ovyedo 0:3
Qollar: Reyna, 4. Vinas, 45; 57.

Atletik – Vilyarreal 1:2
Qollar: Quruseta, 84 – Kardona, 26. A.Qonsales, 45+5.

13 aprel

Levante – Xetafe 1:0
Qol: Espi, 83.

Premyer Liqa: MY “Lids”ə evdə uduzdu

14 April 2026 at 00:55

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Mançester Yunayted” doğma meydanda “Lids”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç “qırmızı şeytanlar”ın məğlubiyyəti ilə yekunlaşıb.

Beləliklə, cari mövsümün geridə qalmış 32 turundan sonra 70 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 64 xalla ikinci pillədə qərarlaşıb. “Mançester Yunayted”lə “Aston Villa” 55, “Liverpul” 52, “Çelsi” 48, “Brentford”la “Everton” 47 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
32-ci tur
10 aprel

Vest Hem – Vulverhempton 4:0
Qollar: Mavropanos, 42; 83. Kastelyanos, 66; 68.

11 aprel

Arsenal – Bornmut 1:2
Qollar: Dyökereş, 35-pen – Kroupi, 17. Skott, 74.

Brentford – Everton 2:2
Qollar: Tyaqo, 3-pen; 76 – Beto, 26. Dyusberi-Holl, 90+1.

Börnli – Brayton 0:2
Qollar: Viffer, 43; 89.

Liverpul – Fulhem 2:0
Qollar: Nqumoha, 36. Salah, 40.

12 aprel

Kristal Pelas – Nyukasl 2:1
Qollar: Mateta, 80; 90+4-pen – Osula, 43.

Nottingem Forest – Aston Villa 1:1
Qollar: N.Uilyams, 38 – Murilyo, 23-öz qapısına.

Sanderlend – Tottenhem 1:0
Qol: Mukiele, 61.

Çelsi – Mançester Siti 0:3
Qollar: O’Rayli, 51. Qehi, 57. Doku, 68.

13 aprel

Mançester Yunayted – Lids 1:2
Qollar: Kazemiro, 69 – Okafor, 5; 29.

A Seriyası: “Fiorentina” “Latsio”nu tək qolla yendi

14 April 2026 at 00:45

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Fiorentina” doğma meydanda “Latsio”nu sınağa çəkib. Florensiya təmsilçisi bu görüşdə minimal hesabla qalib gəlib.

Beləliklə, cari mövsümün geridə qalmış 32 turundan sonra 75 xala malik “İnter” vahid liderdir. “Napoli” 66 xalla ikinci, “Milan” 63 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus”un 60, “Komo”nun 58, “Roma”nın 57, “Atalanta”nın 53 xalı var.

İtaliya, A Seriyası
32-ci tur
10 aprel

Roma – Piza 3:0
Qollar: Malen, 3; 43; 52.

11 aprel

Kalyari – Kremoneze 1:0
Qol: Espozito, 63.

Torino – Verona 2:1
Qollar: C.Simeone, 6. Kasadey, 50 – Bouye, 38.

Milan – Udineze 0:3
Qollar: Bartesaqi, 27-öz qapısına. Ekkelenkamp, 37. Atta, 71.

Atalanta – Yuventus 0:1
Qol: Boqa, 48.

14 aprel

Cenoa – Sassuolo 2:1
Qollar: Malinovski, 18. Ekuban, 84 – Kone, 57.

Parma – Napoli 1:1
Qollar: Strefezza, 1 – Maktominey, 60.

Bolonya – Leççe 2:0
Qollar: Freuler, 26. Orsolini, 90+2.

Komo – İnter 3:4
Qollar: Valle, 36. Pas, 45. Da Kunya, 88-pen – Türam, 45+2; 49. Dumfris, 59; 72.

13 aprel

Fiorentina – Latsio 1:0
Qol: Qosens, 28.

Super Liqada tur bitdi

14 April 2026 at 00:04

Türkiyə Superliqasında XXIX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turun son oyun günündə iki görüş keçirilib.

“Eyüpspor” evdə “Samsunspor”u sınağa çəkib. Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə bitib.

“Rizespor” isə doğma meydanda “Qaziantep”i 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Hazırda 68 xala malik “Qalatasaray” turnir cədvəlinin lideridir. Sonrakı pillələrdə “Fənərbağça” (66), “Trabzonspor” (64), “Beşiktaş” (55) qərarlaşıblar.

Nene Avropa nəhənglərinin hədəfində

13 April 2026 at 23:45

​”Fənərbağça”nın mövsümün əvvəlində böyük ümidlərlə heyətinə qatdığı Dorgeles Nene sərgilədiyi oyunla Avropa klublarını hərəkətə keçirib.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı futbolçunun yüksələn forması nəhənglərin diqqətindən qaçmayıb.

Super Liqanın son turunda “Kayserispor”u 4:0 hesabı ilə məğlub edən “sarı-lacivərdlilər”in heyətində Nene növbəti dəfə qol sevincini yaşayıb. Bununla da malili hücumçu bu mövsüm liqada vurduğu qolların sayını 10-a çatdırıb.

“Africa Top Sports”un yaydığı məlumata görə, yay transfer pəncərəsi yaxınlaşdıqca “Borussiya Dortmund”, “Bayer Leverkusen” və “Marsel” kimi klubların skautları Nenenin çıxışını yaxından izləyirlər. Futbolçunun bu performansı davam edəcəyi təqdirdə, “Fənərbağça”nın onu yayda heyətdə saxlaması çətin görünür.

Mövsümün əvvəlində 18 milyon avroya “Zalsburq”dan alınan Nene “Fənərbağça” forması ilə çıxdığı 37 rəsmi matçda 11 qol və 10 asistlə yadda qalıb.

Yesterday — 13 April 2026Sport-AZ

Super Liqa: “Eyüpspor” evdə, “Qaziantep” səfərdə uduzdu

13 April 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

“Eyüpspor” doğma meydanda “Samsunspor”a məğlub olub. “Rizəspor” isə “Qaziantep”i məğlub yola salıb.

Beləliklə, geridə qalmış 29 turdan sonra 68 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 66 xalla ikinci, “Trabzonspor” 64 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 55, “Başakşəhər”lə “Göztəpə”nin 47 xalı var.

Türkiyə, Super Liqa
29-cu tur
10 aprel

Beşiktaş – Antalyaspor 4:2
Qollar: O.Kökçü, 4. J.Silva, 9. O.H.Qyu, 33; 59 – Van de Strek, 21. Ballet, 47.

11 aprel

Başakşəhər – Gənclərbirliyi 3:0
Qollar: Şomurodov, 9; 40. B.Yıldırım, 42.

Alanyaspor – Trabzonspor 1:1
Qollar: G.Yalçın, 67-pen – O.Tufan, 58.

Kayserispor – Fənərbağça 0:4
Qollar: Kante, 45+1. Taliska, 60; 87. Nene, 62.

12 aprel

Konyaspor – Karagümrük 3:0
Qollar: Kramer, 21. Muleka, 28. D.Qonsalves, 90+1.

Göztəpə – Kasımpaşa 3:3
Qollar: J.Santos, 24. Jeh, 82-pen. Bokele, 89 – Ben Uanes, 45+1. Benediçak, 52. Krastev, 76-öz qapısına.

Qalatasaray – Kocaelispor 1:1
Qollar: Sane, 30 – Petkoviç, 72.

13 aprel

Eyüpspor – Samsunspor 1:2
Qollar: M.Altunbaş, 45+2-pen – Marius, 76. A.Souza, 90+4.

Rizəspor – Qaziantep 2:1
Qollar: Laçi, 79. Soue, 81 – Bayo, 23.

Yevgeni Kukseviç: “Oyuna nəzarət tamamilə rəqibdə idi”

13 April 2026 at 22:30

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Qazaxıstan yığmasına qarşı keçirdikləri yoxlama oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Aktauda baş tutmuş görüşündə millimiz 2:9 hesablı məğlubiyyətə üzülüb.

Yevgeni Kukseviç matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu cür atmosferdə oynamaq çox çətindir. Azarkeşlər zalı doldurmuşdular, oyun zamanı dayanmadan öz dəstəklərini göstərdilər. Komandamız üçün hər bir oyun təcrübə qazanmaq baxımından vacibdir.

Qazaxıstan millisinin heyətində dəyişiklik olsa da, onlar “dördlüyü” və sistemi saxlayıblar. Yeni gələn futzalçılar isə onlara dəstək ola bilirlər. Çünki güclü, rəqabətli çempionatları var. Biz isə hələ sxemi və sistemi qurmamışıq.

Bu oyunda demək olar, bütün üstünlüyü rəqibə verdik. Gürcüstanla oyunlarda topu özümüzdə saxlayırdıq, hücumlar qururduq. Bu gün meydanda nəzarət tamamilə rəqibdə idi.

Qısa vaxtda ardıcıl qollar buraxırıq. Çünki oyunu üzərinə götürəcək lider futzalçımız yoxdur. Hər dəfə tapşırılır ki, əsəblərinizə hakim olun, soyuqqanlılığınızı qoruyun. Bu da psixoloji durumla bağlıdır. Bununla bağlı nə qədər söhbət aparsaq da, oyun zamanı dediyimizin əksini görürük.

Bu görüşləri danışan zaman çətin olacağını bilirdik. Qısa vaxtda 4 oyun keçirmək ağırdır, lakin milli üçün faydalıdır”.

Rəhim Həsənov 5 mübahisəli qərara şərh verdi – Video

13 April 2026 at 22:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 27-ci turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 27-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.

Rəhim Həsənov ümumilikdə 4 matçda qeydə alınmış 5 mübahisəli epizodu dəyərləndirib. O, hakimlərin əksər vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib. Yalnız bir görüşdə hakim səhvi qeydə alınıb. Söhbət “Sabah” – “Zirə” matçının baş hakimi Tural Qurbanovun qonaqların lehinə vermədiyi qayda pozuntusu qərarından gedir.

Qeyd edək ki, 27-ci turun “Sabah” – “Zirə” matçında 2, “Şamaxı” – “Qarabağ”, “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” oyunlarında isə 1 mübahisəli epizod var.

AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Çalhanoğlu gündəm oldu: “99 faiz “Qalatasaray”da oynayacaq”

13 April 2026 at 23:20

​”A Spor” telekanalının məşhur şərhçisi Taner Karaman “Qalatasaray”ın transfer gündəmində olan milli futbolçu Hakan Çalhanoğlu ilə bağlı sensasiyalı proqnoz verib.

Futbolpress.az xəbər verir ki, Karaman təcrübəli yarımmüdafiəçinin “sarı-qırmızılı” formanı geyinmə ehtimalının çox yüksək olduğunu vurğulayıb.

O, transferin reallaşacağına tam əminliyini bu sözlərlə ifadə edib:

​”Hakan Çalhanoğlu gələn mövsüm 99 faiz ‘Qalatasaray’ forması geyinəcək”.

“İnter”in heyətində uğurlu çıxış edən və Avropanın ən yaxşı yarımmüdafiəçilərindən biri hesab olunan Hakanın İstanbula köçməsi xəbəri Türkiyə mediasında “ilin transfer bombası” kimi qiymətləndirilir.

“Qalatasaray” rəhbərliyinin bu transfer üçün bütün imkanlarını səfərbər etdiyi bildirilir.

Qana yeni baş məşqçisinə qovuşdu

13 April 2026 at 22:51

Qana Futbol Federasiyası təcrübəli mütəxəssis Karlos Keyruşun milli komandanın baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayıb.

Futbolpress.az xəbər verir ki, 73 yaşlı mütəxəssis “Qara ulduzlar”ı 2026-cı il Dünya Çempionatına hazırlayacaq.

“Real Madrid” və “Mançester Yunayted” kimi nəhənglərdə çalışmış Keyruş milli komandalar səviyyəsində zəngin təcrübəyə malikdir. O, indiyədək Cənubi Afrika (2002), Portuqaliya (2010) və İran (2014, 2018) milliləri ilə dünya çempionatlarında iştirak edib.

11 iyun 2026-cı ildə start götürəcək Dünya Çempionatında Qana millisi maraqlı qrupda yer alıb. Keyruşun yetirmələri ilk matçını 18 iyunda Panamaya qarşı keçirəcək. Qrupun digər rəqibləri isə İngiltərə və Xorvatiya komandalarıdır.

​Təyinatdan dərhal sonra hazırlıqlara başlayan Keyruşun əsas hədəfi bu çətin qrupdan çıxaraq turnirdə yadda qalan nəticəyə imza atmaqdır.

“Bavariya”dan sürpriz transfer həmləsi

13 April 2026 at 22:32

Almaniya nəhəngi “Bavariya” heyətini gücləndirmək üçün İngiltərə Premyer Liqasına üz tutub.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi “Nyukasl Yunayted”in ulduzu Entoni Qordonu transfer etməyi ciddi şəkildə planlaşdırır.

Məşhur insayder Florian Plettenberqin yaydığı məlumata görə, 25 yaşlı vinger sol cinah üçün əsas namizəd hesab olunur. Klub rəhbərliyi Qordonu həm Luis Diasın rəqibi, həm də onu əvəzləyə biləcək güclü bir alternativ kimi komandada görmək istəyir.

Mənbə bildirir ki, futbolçu tərəfi ilə artıq konkret danışıqlar baş tutub. Lakin klublar arasında hələlik rəsmi təmas qurulmayıb.

“Nyukasl” isə öz ulduz futbolçusunu komandada saxlamaq niyyətindədir və bu transferin asan olmayacağı gözlənilir.

“Qarabağ” – “Sabah” oyununun biletləri satışa çıxarılır

13 April 2026 at 22:16

Premyer Liqanın XXVIII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sabah” matçının biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti 5–20 manat aralığındadır.

Biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq. 16, 17 və 18 aprel tarixlərində isə biletləri həm iTicket.az-dan onlayn, həm də Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopdan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Stadionun qapıları azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Futzal millimiz Qazaxıstana ilk oyunda məğlub oldu

13 April 2026 at 21:30

Futzal üzrə Azərbaycan milli komandası Aktaudakı təlim-məşq toplanışı çərçivəsində bu gün Qazaxıstan yığması ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, komandamız səfərə 16 futzalçı ilə yollansa da, görüş FİFA-nın reytinq cədvəlinə salınacağına görə, protokola 14 nəfərin adı daxil edilib.

Nəticədə Pünhan Qasımzadə və yüngül zədəsi olan Tofiq Mikayılov oyunu kənardan izləyiblər. Rəqib isə bir müddət əvvəl karyerasını başa vuran braziliyalı qapıçı İqitanı yenidən heyətə dəvət etmişdi. Edison da komandasına kömək edənlər sırasında idi. Matça rəng qatan məqamlardan biri də uzun müddət milli komandamıza başçılıq edən Alesio Da Silvanın bu dəfə məşqçi kimi rəqib düşərgədə olması idi.

Tiflis toplanışı ilə müqayisədə Azərbaycan millisinin qapısını Cavad Məmmədov qoruyurdu. Oyuna gəldikdə, daha təcrübəli heyətə malik meydan sahibləri 14-cü dəqiqədə hesabı açdı. Cəmi 24 saniyə sonra komandamız ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. Ancaq 2 dəqiqə sonra Kazıxanovla fərqi minimuma endirdik. Fasiləyə qədər rəqib daha bir qol vurdu. İkinci hissədə ardıcıl qollar vuran Qazaxıstan yığması böyükhesablı qələbə qazandı.

Futzal millimiz bu komanda ilə aprelin 15-də (saat 17:00) Aktauda daha bir yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
13 aprel

Qazaxıstan – Azərbaycan 9:2
Qollar: Leo İqita, 13:20. Abdirassil Abdumanapulı, 13:44. Albert Akbalıkov, 15:55. Birjan Orazov, 23:10; 31:43. Erjan Karmenov, 29:02. Aqedil Madiyarov, 30:11; 36:52. Arnold Knaur, 32:37 – Novruz Kazıxanov, 15:41. Oqtay Rüstəmli 37:06.
Hakimlər: Tanant Raymberniev, Timur Toktabaev, Erban Kurmamalıev (Hamısı Qırğızıstan).
Aktau. “BS Arena”. Saat 19:00.

Qazaxıstan: 2. Leo İqita (k), 17. Birjan Orazov, 8. Erjan Karmenov, 6. Edson Santos, 7. Azat Valiullin, 16. Narun Serikov, 3. Arnold Knaur, 5. Akzol Daribay, 9. Albert Akbalıkov, 10. Cahangir Raşit, 11. Abdirassil Abdumanapulı, 14. Aqedil Madiyarov, 19. Damir Kairbai, 30. Aleksandr Deryabin.
Baş məşqçi: Kakau.

Azərbaycan: 19. Cavad Məmmədov, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Ədalət Ələkbərov, 1. Emin Kürdov (k), 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 20. Fərid Abbasov, 3. Kənan Manafov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 18. Tofiq Əliyev.
Baş məşqçi: Yevgeni Kukseviç.

Yüksək Liqa: “Turan” finala yüksəldi

13 April 2026 at 21:00

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün növbəti finalçı müəyyənləşib.

Arena.az xəbər verir ki, “Turan” və “Gəncə” komandaları arasında baş tutmuş yarımfinal matçı birincilərin qələbəsi ilə yekunlaşıb.

Tovuz Olimpiya İdman Kompleksində keçirilmiş oyun ev sahiblərinin 3:0 (25:18, 25:18, 25:18) hesablı üstünlüyü ilə bitib.

Xatırladaq ki, Tovuz komandası birinci görüşdə də eyni hesabla qalib gəlmişdi.

“Turan” finalda “DH Volley”lə münasibətlərə aydınlıq gətirəcək. “Gəncə” isə üçüncü yer uğrunda görüşdə “Milli Aviasiya Akademiyası” ilə qarşılaşacaq.

Mükafatlar uğrunda oyunlar aprelin 19-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Yarımfinal mərhələsinin görüşlərindən fərqli olaraq, bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar cəmi bir oyundan ibarət olacaq.

Yüksək Liqa
Yarımfinalın cavab oyunu
13 aprel 2026

“Turan” – “Gəncə” 3:0 (25:18, 25:18, 25:18)
Tovuz Olimpiya İdman Kompleksinin stadionu.

Həsənov FIFA referisinin səhvini etiraf etdi – VİDEO

13 April 2026 at 21:55

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXVII turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Sabah” – “Zirə” oyununun hakimi Tural Qurbanovun səhv qərar verdiyini bildirib.

Kukseviç: “Lider futzalçımız yoxdur”

13 April 2026 at 21:47

Bu gün keçirilən Qazaxıstan – Azərbaycan oyunundan sonra futzal millimizin baş məşqçi Yevgeni Kukseviç açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyun barədə bu fikirləri səsləndirib:

“Bu cür atmosferdə oynamaq çox çətindir. Azarkeşlər zalı doldurmuşdular, oyun zamanı dayanmadan öz dəstəklərini göstərdilər. Komandamız üçün hər bir oyun təcrübə qazanmaq baxımından vacibdir.

Qazaxıstan millisinin heyətində dəyişiklik olsa da, onlar dördlüyü və sistemi saxlayıblar. Yeni gələn futzalçılar isə onlara dəstək ola bilir. Çünki güclü, rəqabətli çempionatları var. Biz isə hələ sxemi və sistemi qurmamışıq

Bugünkü oyunda demək olar, bütün üstünlüyü rəqibə verdik. Gürcüstanla oyunlarda topu özümüzdə saxlayırdıq, hücumlar qururduq. Bu gün meydanda nəzarət tamamilə rəqibdə idi.

Qısa vaxtda ardıcıl qollar buraxırıq. Çünki oyunu üzərinə götürəcək lider futzalçımız yoxdur. Hər dəfə tapşırılır ki, əsəblərinizə hakim olun, soyuqqanlılığınızı qoruyun. Bu da psixoloji durumla bağlıdır. Bununla bağlı nə qədər söhbət aparsaq da, oyun zamanı dediyimizin əksini görürük.

Bu görüşləri danışan zamanı çətin olacağını bilirdik. Qısa vaxtda 4 oyun keçirmək ağırdır, lakin milli üçün faydalıdır”.

 

Futzal millimiz Qazaxıstanda darmadağın oldu

13 April 2026 at 21:35

Azərbaycanın futzal millisi Aktaudakı təlim-məşq toplanışı çərçivəsində bu gün Qazaxıstan yığması ilə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, görüş rəqibin  böyük hesablı qələbəsi ilə yekunlaşıb – 9:2.

Komandamız səfərə 16 futzalçı ilə yollansa da, görüş FİFA-nın reytinq cədvəlinə salınacağına görə, protokola 14 nəfərin adı daxil edilib. Tbilisi toplanışı ilə müqayisədə Azərbaycan millisinin qapısını Cavad Məmmədov qoruyub.

Matça rəng qatan məqamlardan biri uzun müddət mill komandamıza başçılıq etmiş Alesio Da Silvanın bu dəfə rəqib məşqçisi kimi əks düşərgədə olması olub.

Bu komandalar arasında növbəti oyun aprelin 15-də, saat 17:00-da başlayacaq.

ABL-də mövsümün oyunçusu bəlli oldu

13 April 2026 at 21:15

Azərbaycan Basketbol Liqasında mövsümün “B” qrupunun ən dəyərli oyunçusu seçilib.

Futbolpress.az xəbər verir ki, “Ordu”nun üzvü təltif edilib.

Mükafatlandırılan idmançı komandanın təcrübəli basketbolçusu Cermeyn Hed olub.

 

PSJ-ni sevindirən xəbər

13 April 2026 at 20:47

Çempionlar Liqasının son çempionu PSJ titulunu qorumaq yolunda çıxacağı kritik “Liverpul” matçı öncəsi heyətini gücləndirib.

Futbolpress.az xəbər verir ki, təxminən bir aydır zədə səbəbindən meydanlardan uzaq qalan Bredli Barkola komandaya qoşulub.

“Çelsi” ilə matçda topuğundan ciddi zədə alan və həm klubun, həm də Fransa millisinin oyunlarını qaçıran 23 yaşlı ulduz artıq məşqlərə tam bərpa olunub. Luis Enrikenin oyun planında kilid rol oynayan Barkolanın “Enfild”də ilk 11-də başlaması gözlənilməsə də, oyunun gedişatında meydana daxil olma ehtimalı var.

Barkolanın qayıdışı sevinc yaratsa da, Paris təmsilçisi İngiltərəyə tam heyətlə yollanmayıb. Yarımmüdafiənin əsas simalarından olan Fabian Ruiz və gənc istedad Kventin Ndjantou zədə səbəbindən heyətdə yer almayıblar.

​İlk matçda 2:0 hesablı üstünlük qazanan PSJ bu üstünlüyü qoruyaraq yarımfinala adlamağı hədəfləyir.

“Turan” finalda!

13 April 2026 at 22:00
Qadın voleybolçuların Yüksək Liqasında növbəti finalçı müəyyənləşib. Msport.az xəbər verir ki, Tovuz OİK-də keçirilən yarımfinal mərhələsinin cavab oyununda “Turan”  “Gəncə”ni […]

Source

Arne Slot: “Bu, nəhəng qələbədir”

13 April 2026 at 20:00

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Fulhem” üzərində qələbəni şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların “Enfild” stadionunda baş tutmuş görüşü “qırmızılar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Niderlandlı mütəxəssis matçdan sonra bunları söyləyib:

“Bu, nəhəng qələbədir. Həm komandamız və həm də azarkeşlərimiz üçün. Ardıcıl üç məğlubiyyətdən sonra müvafiq qələbə gərəyimiz idi”, deyə Slot vurğulayıb.

Arne Slot “qırmızılar”ın sükanı arxasından istefaya göndəriləcəyinin mümkünlüyü ilə bağlı sualı da cavablayıb:

“Dəfələrlə demişəm ki, klubun sahibləri tərəfindən nəhəng dəstək hiss edirəm”, deyə Slot müvafiq sual mövzusunda qayğılanmadığını başa düşməyə əsas verib.

“Liverpul”ın kapitanı Vircil van Deyk də “Fulhem” üzərində qələbəni şərh edib:

“Yaxşı qələbədir. Həmçinin qapımızı “quru” saxladığımız da xoşdur”, deyə Van Deyk vurğulayıb.

Yüksək liqada ikinci finalçı bəlli oldu

13 April 2026 at 20:25

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir finalçı müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, “Turan” və “Gəncə” arasında baş tutan yarımfinal görüşü tovuzluların qələbəsi ilə yekunlaşıb.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən oyun 3:0 hesabı ilə bitib.

“Turan” finalda “DH Volley” ilə qarşılaşacaq.

“Tottenhem” ciddi itki ilə üzləşdi

13 April 2026 at 20:12

İngiltərə Premyer Liqasında son pillələrdən yaxa qurtarmağa çalışan “Tottenhem” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, London təmsilçisinin kapitanı Kristian Romero sıradan çıxıb.

Argentinalı futbolçu XXXII turda “Sanderlend”lə oyunda dizindən zədə alıb.

Romero təxminən 5-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Müdafiəçi bu mövsüm “Tottenhem”in heyətində meydana çıxdığı 32 matçda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Yuventus”un Openda sınağı

13 April 2026 at 19:58

​”Yuventus” transfer bazarında maraqlı və bir o qədər də mübahisəli vəziyyətlə üzləşib.

Futbolpress.az xəbər verir ki, son 5 matçda bir dəqiqə belə şans qazanmayan Lois Openda rəsmən Turin klubunun daimi oyunçusu olub.

Məlumata görə, “Leypsiq”dən icarəyə götürülən belçikalı hücumçunun müqaviləsində “əgər komanda ilk 10-luqda yerini rəsmiləşdirərsə, 40.6 milyon avroluq satınalma öhdəliyi işə düşər” bəndi var idi. 32-ci turdan sonra “Yuve”nin 10-cu pillədən aşağı düşməyəcəyi dəqiqləşdiyi üçün bu transfer məcburi xarakter alıb.

Openda ilə illik 4 milyon avro maaşla 2030-cu ilə qədər müqavilə imzalanıb. “Qoca sinyora”nın yayda bu qədər yüksək maliyyə yükü olan oyunçudan necə qurtulacağı isə böyük maraq doğurur.

Gənclər üçün cüdo texnikaları imtahanı keçirildi

13 April 2026 at 19:36

Aprelin 13-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları imtahanı keçirilib.

Futbolpress.az xəbər verir ki, imtahanda 50 cüdoçu iştirak edib.

U-17 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə idmançılar baza hərəkətlərini, eləcə də yaşıl və mavi kəmər dərəcələri üzrə texnikaları nümayiş etdiriblər.

İdmançıların yarışda topladığı xalın 70%-i, imtahan göstəricisinin isə 30%-i toplanaraq ümumi balını formalaşdırır. Bu yanaşma yeniyetmə cüdoçuların həm texniki hazırlığını, həm də rəqabət səviyyəsini paralel şəkildə inkişaf etdirməyə xidmət edir.

Hamilton: “Zirvədə olmaq insana tənhalıq gətirə bilər”

13 April 2026 at 19:18

Formula 1 tarixinin ən uğurlu sürücülərindən biri olan Luis Hamilton karyerasındakı 105 qələbə və 7 dünya çempionluğuna baxmayaraq, əsl uğurun statistika olmadığını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, o, zirvədə olmağın çətinliklərindən və uşaqlıqda üzləşdiyi travmalardan danışıb.

​Karyerasının 20-ci mövsümünü keçirən britaniyalı pilot uğurları paylaşmağın önəmini vurğulayıb:

“Uğur göründüyü qədər böyük bir şey deyil. Zirvədə olmaq insana tənhalıq gətirə bilər. Əgər qələbəni ailənizlə, komandanızla və əzizlərinizlə paylaşa bilmirsinizsə, birinciliyin heç bir mənası yoxdur”.

Hamilton bu gün olduğu güclü xarakterə görə yaşadığı çətinliklərə borclu olduğunu qeyd edib:

“Məni ən çox formalaşdıran şey uşaqlıqda yaşadığım mühit oldu. Davalar, irqçilik, zorakılıq, təhqirlər və mənə ‘ölkənə geri dön’ deyən insanlar… Bütün bunları içimdə topladım və onlar bu gün olduğum şəxsiyyəti müəyyən etdi”.

Hamilton “Mersedes” ilə 2014-2021-ci illər arasında dominantlıq etsə də, son illərdə rəqabətdə geri düşdüyünü, lakin mübarizə əzmini itirmədiyini də bildirib.

Stolüstü tennisçilərimiz Türkiyə Super Liqasının mükafatçısı oldular 

13 April 2026 at 19:00

Azərbaycanın stolüstü tennisçiləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova Türkiyə Super Liqasının bürünc mükafatına layiq görülüblər.

Futbolpress.az xəbər verir ki, “Masa Der Spor Klubu” tərəfindən dəvət alan seçmə komandanın üzvləri Ankara təmsilçisinin üçüncü yer tutmasında muhüm rol oynayıblar.

Təcrübəli idmançılar “Masa Der Spor Klubu”nun son iki turun 9 qarşılaşmasından 7-də qazandığı qələbələrdə əsas pay sahibi olublar.

10 komandanın mübarizə apardığı yarışda çempion adını “Çukurova Üniversitesi” komandası qazanıb. İkinci yeri isə “Çorum Belediyyesi ASK” kollektivi tutub.

Stolüstü tennisçilərimizin Türkiyə Super Liqasında çıxışı idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.

Güləşçilərimiz Türkiyədə 4 medal qazandı

13 April 2026 at 18:45

Aprelin 12-də Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər Kuboku”na start verilib.

Futbolpress.az xəbər verir ki, U-17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ilk günündə 4 güləşçimiz fəxri kürsüyə yüksəlib.

Sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.

Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıb. 51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov isə üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) qızıl medala yiyələnib.

İkinci Liqa: “Ağdaş”la “Şirvan” qalib gəldi, “Göygöl” uduzdu

13 April 2026 at 19:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Araz Saatlı” – “Göygöl” oyununda meydan sahibləri qələbə qazanıblar. “Ağdaş” “Kür-Araz”ı doğma meydanda, “Şirvan” isə “Şəmkir”i səfərdə tək qolla yenib.

22-ci turun görüşləri aprelin 14-də keçiriləcək.

İkinci Liqa
22-ci tur
13 aprel

“Araz Saatlı” – “Göygöl” 2:1
Qollar: Elariz Xəlilli, 9 – Fərid Məmmədov, 83-pen. Ülvi Cəlilov, 84.
Hakimlər: Nahid Xasıyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Nəriman Ağayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Ağdaş” – “Kür-Araz” 1:0
Qol: Elçin Süleymanov, 76-pen.
Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Xalid Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağdaş şəhər stadionu, 16:00.

“Şəmkir” – “Şirvan” 0:1
Qol: Elgün Xəlilov, 88.
Hakimlər: Sənan Bayramzadə, Taleh Məmmədov, Ağadur Mahmudov, Nail Nağıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

14 aprel

“Xankəndi” – “Dinamo”
Hakimlər: Ceyhun Hüseynov, Məmmədəli Kərimov, Ruslan Babayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Qaradağ Lökbatan” – “Quba”
Hakimlər: Səbuhi Bayramov, Sevda Nuriyeva, Tural Bayramov, Rasim Musayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Ağstafa Gəncləri”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Faiq Hacıyev üçün “Turan”la 100-cü çempionat oyunu

13 April 2026 at 18:00

Futbol üzrə Azərbaycan millisinin də üzvü olan Faiq Hacıyev “Turan Tovuz”un heyətində Premyer Liqada 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Kapitanın yubiley matçı çempionatın 2025/2026-cı illər mövsümünün 27-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt”la matça təsadüf edib.

Tovuzda baş tutmuş “Turan Tovuz” – “Sumqayıt” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Faiq Hacıyev “Qəbələ”nin yetirməsidir. MOİK-də də oynamış müdafiəçi “Turan Tovuz”a 2021-ci ilin iyul ayında azad agent kimi qoşulub. O, cari mövsümdə meydana çıxdığı 27 oyunda 3 məhsuldar ötürmə müəllifi olub. Hacıyevin “Turan Tovuz”dakı ümumi statistikası belədir – 112 oyun, 4 qol və 9 məhsuldar ötürmə.

Azərbaycanın U-21 yığmasında da oynamış Faiq Hacıyevə hələ əsas millimizdə debüt etmək qismət olmayıb.

“Turan Tovuz”un kapitanı 100-ə çatdı

13 April 2026 at 18:30

“Turan Tovuz”un kapitanı Faiq Hacıyev Misli Premyer Liqasında 100-cü oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Çempionatın XXVII turunda keçirilən “Sumqayıt”la görüş onun üçün yubiley xarakteri daşıyıb.

Tovuzda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Liqa yarışının II turu

13 April 2026 at 18:15

Aprelin 18–19-da cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşəcək yarışda 94 klub və idman cəmiyyətindən 691 cüdoçu (582 oğlan, 109 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.

Qeyd edək ki, heç bir kəmər dərəcəsi olmayan və buna görə verilmiş 2 yarışlıq güzəşt imkanını istifadə etmiş idmançılar yarışlara buraxılmırlar.

Qvardiola və günəş

13 April 2026 at 17:49

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandasının son turlarda performansının artmasının səbəbini belə izah edib:

“Səbəb günəşdir. Həqiqətən. Noyabrda da günəş çıxsaydı, yanvara Premyer Liqa çempionu olardıq”.

“Mançester Siti” çempionatda 64 xalla ikinci sıradadır. Ehtiyatda bir oyunu da olan “şəhərlilər” lider “Arsenal”dan 6 xal geri qalır.

“Qalatasaray” Premyer Liqada oynayan futbolçu ilə maraqlanır

13 April 2026 at 17:30

“Fulhem”in futbolçusu Rayan Sessenyon karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” 25 yaşlı cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Sessenyon 2024-cü ilin yayından “Fulhem”də çıxış edir. O, bu mövsüm Premyer Liqada 25 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 20 milyon avrodur.

“Məqsədimiz Andorra ilə hər iki oyunda qələbə qazanmaqdır”

13 April 2026 at 17:15

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə səfərdə keçiriləcək oyunöncəsi AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Futbolpress.az xəbər verir kk, mütəxəssis hədəflərinin qələbə qazanmaq olduğunu söyləyib:

“Sabah çox vacib oyuna çıxacağıq. Andorra yığması ilə ardıcıl iki dəfə qarşılaşacağıq. İndiki məqamda yalnız səfər matçını düşünürük. Qrupda daha yaxşı mövqedə qərarlaşmaq üçün Andorra ilə görüşlər böyük önəm kəsb edir. İspaniyada beş günlük təlim-məşq toplanışı keçdik, oyuna yaxşı hazırlaşdıq. Futbolçular da çox həvəslidirlər, matçın vacibliyini dərk edirlər. Rəqib barədə bütün məlumatları onlarla bölüşmüşük. Komanda oyuna tam hazırdır. Məqsədimiz Andorra ilə hər iki oyunda qələbə qazanmaqdır”.

Qeyd edək ki, C liqasının 3-cü qrupu çərçivəsində aprelin 14-də Andorra la Vella şəhərindəki Milli Stadionda keçiriləcək Andorra – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Əvəzedicilər: “Qarabağ” xal itirdi, “Neftçi” 5 qola üzüldü

13 April 2026 at 17:00

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 23-cü tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Qarabağ-2” – “Sumqayıt-2” matçında qalib müəyyənləşməyib. “Qəbələ-2” isə “Neftçi-2” ilə ev oyununda darmadağına sevinib.

Əvəzedicilər Liqası
23-cü tur
10 aprel

“Zirə-2” – “Şamaxı-2” 8:1
Qollar: Murad Qurbanov, 5. Murad Ələkbərov, 25. Əhliman Süleymanzadə, 37. Rauf Qafarov, 42. Samir Ağayev, 43. İslam Nəcəfli, 60-pen; 62. Rəsul Hacızadə, 86 – Ömər Yusublu, 58.
Hakimlər: Hacıağa Həsənov, Vüqar Bayramov, Ruslan Babayev, Ləman Əmirli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 15:00.

11 aprel

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 4:1
Qollar: Şahnur İsmayılov, 6. Elxan Məmmədov, 61. Əli Səmədov, 76. Sənan Əliyev, 90+1 – Səbuhi Məmmədov, 83.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Ağadur Mahmudov, Samir Musayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

12 aprel

“Turan Tovuz-2” – “Sabah-2” 0:3
Qollar: Amir Qəribov, 40. Şahin İbrahimov, 60. Əli Əlizadə, 62.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

13 aprel

“Qarabağ-2” – “Sumqayıt-2” 3:3
Qollar: Nicat Xasıyev, 21. Uğur Səfərov, 25. Elton Mikayılov, 86 – Nicat Məmmədzadə, 41. Elgün İsaqov, 54. Əjdər Hacılı, 84.
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:00.

“Qəbələ-2” – “Neftçi-2” 5:1
Qollar: Qədir Ramazanov, 23. Nasiru Salihu, 70. Ceyhun Bağırzadə, 79. Rəvan Əsədov, 83. Nicat Əliyev, 89 – Həsən Mahmudov, 77.
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Qəzənfər Məmmədov, Vüqar Alıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Qəbələ şəhər stadionu” (ehtiyat meydança), 15:00.

Siyasət Əsgərov: “Məqsədimiz Andorraya qalib gəlməkdir”

13 April 2026 at 16:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, o, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə səfərdə keçiriləcək oyundan öncə fikirlərini bildirib.

Siyasət Əsgərov bu matçda əsas məqsədlərinin qələbə qazanmaq olduğunu vurğulayıb:

“Sabah çox vacib oyuna çıxacağıq. Andorra yığması ilə ardıcıl iki dəfə qarşılaşacağıq. İndiki məqamda yalnız səfər matçını düşünürük. Qrupda daha yaxşı mövqedə qərarlaşmaq üçün Andorra ilə görüşlər böyük önəm kəsb edir. İspaniyada beş günlük təlim-məşq toplanışı keçdik, oyuna yaxşı hazırlaşdıq. Futbolçular da çox həvəslidirlər, matçın vacibliyini dərk edirlər. Rəqib barədə bütün məlumatları onlarla bölüşmüşük. Komanda oyuna tam hazırdır. Məqsədimiz Andorra ilə hər iki oyunda qələbə qazanmaqdır”.

Xatırladaq ki, C Liqasının 3-cü qrupu çərçivəsində aprelin 14-də Andorra la Vella şəhərindəki Milli Stadionda keçiriləcək Andorra – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Alleqri və Rabyodan “Udineze” məğlubiyyətinə şərh

13 April 2026 at 15:00

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyanın 32-ci turunda “San Siro”da “Udineze”yə məğlibiyyətə aydınlıq gətirib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşü “Milan”ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Sadəcə uğrusuz gündür. Fürsətlərimizi gerçəkləşdirə bilmədik. Cəsarətsiz müdafiə olunurduq. Oyun intizamımızı qaytarmağımız gərəkdir”, deyə Alleqri vurğulayıb.

“Milan”ın yarımmüdafiəçisi Adrien Rabyo da “Udineze”yə məğlibiyyətə şərh verib:

“Fikrimcə, fəsadımız yoğrunluqla bağlıdır. Müdafiədə bu dəfə, həmişə olduğu kimi sıx və möhkəm deyildik”, deyə fransalı futbolçu vurğulayıb.

Xatırladaq ki, “Milan” A Seriyasının cari mövsümündə 32 oyuna topladığı 63 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Alleqrinin komandası 32 oyunda 18 qələbə qazanıb, 9 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

“Sabah” tək rəqiblərlə yox, həm də özüylə bacarmalıdır”

13 April 2026 at 16:49

Misli Premyer Liqasında sona altı tur qalıb. “Sabah” 66 xalla birinci sıradadır. İkinci “Qarabağ” isə liderdən 10 xal geri qalır. “Atlılar”ın ehtiyatda bir oyunu da var.

Millinin sabiq baş məşqçisi Vaqif Sadıqov “Futbolpress.az“a açıqlamasında çempionluq mübarizəsindən söz açdı:

“Mövsümün əvvəlində deyirdik ki, liqada konkret nəsə demək olmur. Kimin favorit, kimin düşməyə əsas namizəd olduğunu qeyd edə bilmirdik. İndi də bunun şahidi oluruq. “Sabah” liderdir, “Qarabağ” onu izləyir. Arada xal fərqi var, ancaq hələ çempionluğun həll olunduğunu deyə bilmirik. Məncə, qarşıdakı oyun (red- “Qarabağ” – “Sabah” matçı) qızıl medallar üçün həlledici olacaq.

“Sabah” tək rəqiblərlə yox, həm də özüylə bacarmalıdır. Onlar oyunun ciddiyətini bilirlər. Bu matçda məğlub olmazlarsa, demək olar, çempionluğun taleyini həll edəcəklər. Matça böyük maraq var. İndidən görürəm ki, azarkeşlər bilet axtarışındadır. Meydanda liderlərin duelinə yaraşan atmosfer olacaq”.

“Qarabağ” “Sabah”la həm liqada, həm kubokda, daha sonra “Neftçi” ilə çempionatda ardıcıl oyunlar keçirəcək. Mütəxəssis “atlılar”ın belə təqvim üçün kifayət qədər təcrübəli olduğunu vurğuladı:

“Qarabağ”ın sıx qrafiki var, amma onlar kifayət qədər təcrübəlidir. İstər liqada, istər Çempionlar Liqasında dəfələrlə belə situasiyalar yaşayıblar və ona görə düşünmürəm ki, çətinlik olsun. İstərdim, hər klubumuz belə sərt qrafiklərə hazır olsun”

Sadıqov çempionatda ardıcıl 4 qələbə qazanan “Neftçi” haqda da fikirlərini bölüşdü:

“Hesab edirəm, Vernidubun gəlişiylə komanda artırıb. O, ilk müsahibəsində demişdi ki, hədəf avrokuboklardır və bu yolda irəliləyirlər. Oyundan-oyuna inkişafı görürük. Komanda məzmunlu futbol göstərir. Son turlar onu göstərir ki, “Neftçi” avrokuboklara iddialıdır. Öz oyunu və istəyiylə buna yaxınlaşır”.

Şahin Cəfərov

 

“Yuventus”un Boqa planı

13 April 2026 at 16:30

“Yuventus” icarə əsasında komandada çıxış edən Jeremi Boqanın transfer hüquqlarını almaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Turin klubu cinah oyunçusunun performansından məmnundur və Fransa klubu ilə danışıqlara başlayacaq.

Boqa qış transfer dönəmində “Nitsa”dan “Yuventus”a keçib. O, A Seriyasında 9 oyunda 4 qol vurub.

4 əcnəbi, 1 yerli – bombardirlər siyahısı

13 April 2026 at 16:15

Misli Premyer Liqasının bombardiri “Sabah”ın hücumçusu Coy-Lens Mikelsdir.

Futbolpress.az xəbər verir ki, forvard 18 qolla siyahıya başçılıq edir. İkinci pillədə onun komanda yoldaşı Velko Simiç qərarlaşıb. Yarımmüdafiəçinin aktivində 11 qol var.

“Üçlüy”ü “Neftçi”dən Bassala Sambu tamamlayır. Forvard 10 qolla rəqiblərini izləyir.

Bombardirlər siyahısında yeganə azərbaycanlı Emin Mahmudovdur. “Neftçi”nin kapitanı 9 qolla 4-cü sırada yer alıb.

Beşinci pillədə isə “Şamaxı”nın hücumçusu Karim Rossi qərarlaşıb – 9 qol.

“Puşkaş”lıq qol – VİDEO

13 April 2026 at 15:56

Mərakeşin “Mas Fes” klubunun futbolçusu Dris El Jabli “Puşkaş” mükafatına namizəd olacaq qol vurub.

Futbolpress.az xəbər verir ki, o, “Vidad”la matçda cərimə meydançasından kənarda “rabona” zərbəsi ilə qol vurub.

Qolu burdan izləyə bilərsiniz.

“Puşkaş” hər ilin ən yaxşı qolunun müəllifinə verilən mükafatdır.

“Tottenhem”dən danışdı: “Onların oyunu sadəcə dəhşətdir”

13 April 2026 at 15:48

“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Tottenhem” klubunun çıxışını şərh edib:

“Təqvimə baxırsan, hər şey “Tottenhem”in xeyrinədir. Lakin onların oyunu sadəcə dəhşətdir. “Tottenhem” hamı üçün asan rəqibə çevrilib. Buna inana bilmirəm. Deyəsən, onlar həqiqətən, aşağı liqaya düşəcəklər”.

“Tottenhem” Premyer Liqada 32 turdan sonra 30 xalla turnir cədvəlində 18-ci sıradadır.

PSJ-də yeni bonus sistemi

13 April 2026 at 17:15
PSJ-də yeni bonus sistemi tətbiq olunub. Msport.az xəbər verir ki, Paris klubunda futbolçular üçün yeni maliyyə stimullaşdırma sistemi hazırlanıb. Artıq […]

Source

Legioner limiti dəyişir

13 April 2026 at 17:15
Rusiya Federasiyasının İdman Nazirliyi ölkə çempionatında legioner limiti ilə bağlı yeni qayda layihəsi hazırlayıb. Msport.az xəbər verir ki, layihəyə əsasən, […]

Source

“Sabah” Premyer Liqada 350-ci qoluna sevindi

13 April 2026 at 14:00

Futbol üzrə Azərbaycan çempionatının cari mövsümünün lideri olan “Sabah” komandası Premyer Liqada 350-ci qolunu vurub.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin yubiley qolu “Zirə” ilə evdəki qarşılaşmaya təsadüf edib.

Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 27-ci turunun görüşündə (2:2) son qolun müəllifi olan İqor Noqeyra klub tarixinin yubiley topunu vurub.

“Sabah” 350-ci qola 239-cu matçında sevinib. Bakı klubunun orta məhsuldarlığı 1,46-ya bərabərdir. Bu qollardan 183-ü evdə, 167-si səfərdə qeydə alınıb.

Paytaxt təmsilçisi turnirin tarixində 350 və ya daha çox qol vurmuş 13-cü komanda olub. “Bayquşlar”ın ilk qolu 2018-ci il avqustun 12-nə təsadüf edib. “Keşlə” (indiki “Şamaxı”) ilə səfər görüşündə Marko Deviç həlledici qola imza atıb – 1:0.

Coy Lens Mikels “Sabah”da 70-ci qolunu vurdu

13 April 2026 at 13:00

Premyer Liqanın cari mövsümünün lideri “Sabah”ın alman hücumçusu Coy Lens Mikels paytaxt klubunun heyətində 70-ci qolunu vurub.

Arena.az xəbər verir ki, almaniyalı hücumçunun yubiley topu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 27-ci turuna təsadüf edib.

O, “Zirə” ilə ev görüşündə (2:2) fərqlənib.

Mikels bu göstərici ilə “Sabah” tarixinin ən yaxşı bombardiridir. O, 70-ci qolunu 133-cü oyununda vurub. Forvardın orta məhsuldarlığı 0,53-ə bərabərdir.

Coy Lens bu qollardan 56-nı Premyer Liqada vurub. O, Azərbaycan kubokunda 6, Avropa Konfrans Liqasında 5, Avropa Liqasında isə 3 dəfə fərqlənib.

Xatırladaq ki, Coy Lens Mikels “Sabah”da ilk qolunu 2021-ci il sentyabrın 26-da “Neftçi” ilə çempionatdakı ev oyununda (1:2) vurub.

Filip Ozobiç Premyer Liqada yeni rekorda imza atdı

13 April 2026 at 12:00

“Turan Tovuz”un formasını geyinən hücumameyilli yarımmüdafiəçi Filip Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Ozobiç 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vurmuş legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub.

Hazırda “Turan Tovuz”un formasını geyinən Xorvatiya əsilli yarımmüdafiəçi bunu 72-ci qolunu vurmaqla gerçəkləşdirib. O, Azərbaycan Premyer Liqasının 27-ci turunun “Sumqayıt”la ev görüşündə (2:1) fərqlənib.

72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. “Kəpəz” və “Şəmkir”də oynamış forvard 132 matçda 71 qola imza atıb.

Filip Ozobiç Premyer Liqada 4 klubda çıxış edib. İndiki komandasında 26 oyunda 6 qola sevinmiş futbolçu bunadək “Qəbələ” (46 oyunda 16 qol), “Qarabağ” (95 oyunda 35 qol )və “Neftçi”nin (58 oyunda 15 qol) də uğurları üçün çalışıb.

Qeyd edək ki, Premyer Liqada 2016/2017-ci illər mövsümündə debüt etmiş yarımmüdafiəçi “Qəbələ”də vurduğu 11 qolla həmin çempionatın bombardiri adına şərik olub.

Fabreqas: “İki il əvvəl bunu desəydilər, inanmazdım”

13 April 2026 at 15:30

“Komo”nun baş məşqçisi Sesk Fabreqas A Seriyasında “İnter”ə uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:4 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Turnir cədvəlinə baxmıram. Komandam bir daha göstərdi ki, cəsarətli və enerjilidir. Məğlub olmağımıza baxmayaraq, xarakter göstərdik. Səhvlər etdik, normaldır, gənc komandayıq. Xırda səhvləri belə bağışlamayan rəqibə qarşı oynayırdıq.

Meydanda əlimizdən gələni etdik. Statistikaya baxın, hər komandaya “İnter”lə oyunda 20 dəqiq zərbə vurmaq nəsib olmur. İki il əvvəl bunu desəydilər, inanmazdım, düşünərdim ki, söhbət yoldaşlıq oyunundan gedir. Amma indi baxın haralardayıq”.

“Komo” A Seriyasında 58 xalla 5-ci sıradadır.

Enzo bağışlandı

13 April 2026 at 15:14

“Çelsi” futbolçusu Enzo Fernandesi bağışlayıb.

Futbolpress.az xəbər verir ki, bir müddət əvvəl “Real”da oynamaq istəməsi ilə bağlı açıqlama verən yarımmüdafiəçi yenidən komandaya qoşulub. Bu barədə baş məşqçi Liam Rosenyor yerli mətbuata açıqlamasında deyib:

“Enzo ilə danışdıq. O, komandanın liderləri ilə də söhbət etdi və problem həll olundu”.

“Çelsi” argentinalı futbolçunu qeyri-etik açıqlamasına görə iki həftəlik heyətdən kənarlaşdırmışdı.

Enzo bu mövsüm Premyer Liqada 30 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

20 yaşlı futbolçu silahlı hücum nəticəsində həlak oldu

13 April 2026 at 14:55

Qananın “Berekum Çelsi” klubunun 20 yaşlı futbolçusu Dominik Frimponq vəfat edib.

Futbolpress.az xəbər verir ki, o, bir qrup şəxsin klubun avtobusuna hücumu nəticəsində həlak olub. Bu barədə Qana Futbol Assosiasiyası məlumat yayıb.

Dominik bu mövsüm 13 oyunda 2 qol vurmuşdu.

“Kəpəz”in nə dərdi..?

13 April 2026 at 14:27

“Kəpəz” sabitliyin darmadağın edildiyi klub nominasiyasında şəksiz liderdir.

Son 5 ilin ən çox baş məşqçi və rəhbərlik dəyişən klubudur.

“Yeni sponsor gələcək” xəbərləri yeni sponsor gələndən dərhal sonra yayılmağa başlayır. Bu baxımdan da unikal klubdur.

Son bir ildə Azər Bağırovu göndərib Adil Şükürovu gətirən, sonra Şükürovu yola salıb Bağırovu geri gətirən klub…

İndi də Bağırovun gedəcəyi/göndəriləcəyi sədaları eşidilir.

“Qarabağ”ı bir oyunda məğlub, digərində iki xalını əlindən alan “sarı-göylər” sonuncu pillədə olan “Karvan Yevlax”dan 4 qol “yeyir”…

Rəhbərlik mövsüm sonunadək ot örtüyünün istifadəyə veriləcəyini, doğma meydanda oynayacaqlarını açıqlayır, ardınca əks xəbərlər çıxır.

“Kəpəz” informasiya kirliliyində var-gəl edən yeganə klubdur. Sanki bu bir sistemlə edilir və klub bu “sistemə” qarşı mübarizədə ləngiyir, sürətinə çatdırmır.

Ümumiyyətlə, bir Qəzza münaqişəsi, bir İranda uran, bir də “Kəpəz”də baş məşqçi-rəhbərlik, azarkeş-rəhbərlik, rəhbərlik-rəhbərlik problemi düzələnə oxşamır…

Kamil Əhməd

Qara Qarayev məşqçi kursunda

13 April 2026 at 14:15

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun III mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, aprelin 16-dək davam edəcək məşğələlərə Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.

Kursda Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev da yer alır.

“Kəpəz” üçün 350-ci səfər oyunu

13 April 2026 at 11:00

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turu “Kəpəz” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Gəncə klubu Azərbaycan çempionatının yüksək dəstəsində 350-ci səfər oyununu keçirib.

Bu yubiley “Karvan”la matça təsadüf edib. Yubiley matçı gəncəlilər üçün uğursuz alınıb. Belə ki, sözügedən komanda rəqib meydanlarında 164-cü məğlubiyyətini alıb – 1:4. Hesabında 100 qələbə olan qərblilər 86 matçdan bir xalla ayrılıblar. 393 qola sevinən Gəncə təmsilçisi 538 top buraxıb.

Xatırladaq ki, “Kəpəz” çempionatın tarixində 350 və daha çox səfər matçı keçirən 4-cü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın hesabında daha çox səfər görüşü var.

Azər Bağırovun rəhbərlik etdiyi Gəncə təmsilçisi cari mövsümdə keçirdiyi 27 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib, 18 məğlubiyyətə üzülüb.

Premyer Liqa: Son 16 mövsümün ilki yaşandı

13 April 2026 at 10:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü het-triki qeydə alınıb.

Arena.az xəbər verir ki, Rauf Rüstəmli 27-ci turun “Karvan” – “Kəpəz” qarşılaşmasında (4:1) qonaqların qapısına 3 qol vurub.

Mövsümün əvvəlki 27 turunda 3 belə hadisə yaşanmışdı. “Qarabağ”ın futbolçuları Toral Bayramov 5-ci turda “Araz-Naxçıvan”ın (5:0), Kamilo Duran 26-cı turda “Karvan”ın (7:0), “Qəbələ”nin legioneri Domi Massumu 18-ci turda “İmişli”nin (3:2) qapısına üç dəfə yol tapmışdı.

Rauf Toraldan sonra cari mövsümdə het-trik edən ikinci azərbaycanlı olub. Bununla da son 16 ildə ilk dəfə birdən çox yerli statusa malik futbolçu het-trik edib.

Sonuncu dəfə 2009/2010-cu illər mövsümündə belə hadisə yaşanmışdı. Həmin çempionatda 3 yerli oyunçu – Samir Musayev, Nadir Nəbiyev və Fərid Quliyev het-trikə imza atmışdılar.

Sonrakı illərdə bir yerli futbolçunun iki het-trikinə təsadüf olunub. Amma iki oyunçunun belə uğur qazanması yaşanmayıb.

Qeyd edək ki, Rauf həm də “Karvan”ın Premyer Liqa tarixində ilk het-trik müəllifidir. Həmin matçdakı nəticə isə Yevlax təmsilçisinin yüksək dəstədə ilk böyükhesablı qalibiyyəti və ilk ev qələbəsi kimi də tarixə düşüb.

Futzal millimizin Qazaxıstan yığması ilə ilk sınağı

13 April 2026 at 09:00

Futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyunu çərçivəsində Qazaxıstan yığması ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komandamız bu rəqibi ilə Aktaudakı “BS Arena”da üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Xatırladaq ki, futzal millimiz aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə də yoxlama görüşləri keçirmişdi. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbələrə sevinmişdilər.

Qeyd edək ki, Azərbaycan millisi Aktaudakı yoxlama oyunlarına aşağıdakı heyətlə yollanıb:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Cavad Məmmədov (“Baku Fire”);

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı “Neftçi” İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı “Baku Fire”), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi “Araz-Naxçıvan”), Qüdrət Qasımzadə (“Şuşa”).

AFFA üçün yeni əməkdaş

13 April 2026 at 13:56

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Roundglass Living” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Futbolpress.az xəbər verir ki, razılaşma AFFA-nın baş katibi Cahangir Fərəcullayev və “Roundglass Living”in təsisçisi Sunny Singh (Sanni Sinq) tərəfindən rəsmiləşdirilib.

3 il müddətinə nəzərdə tutulan razılaşmanın əsas məqsədi ölkənin futbol ictimaiyyətində mental sağlamlığın və ümumi rifahın gücləndirilməsidir. Əməkdaşlıq çərçivəsində AFFA-nın və klubların əməkdaşları, hakimlər, məşqçilər, oyunçular və idman jurnalistləri “Roundglass Living” tətbiqinə çıxış əldə edəcəklər.

Platforma istifadəçilərə psixoloji sağlamlıq, zehinlilik, fiziki hazırlıq və emosional dayanıqlığı dəstəkləyən alətlər və məzmun təqdim edir. Şirkətin qurucusu Sunny Singh əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, “Roundglass Living”ın yalnız oyunçular üçün deyil, Azərbaycanda futbol sektorunda fəaliyyət göstərən hər kəs üçün dəstək rolunu oynayır.

Tətbiq çərçivəsində istifadəçilərə nəfəs texnikaları, meditasiya proqramları, yoqa sessiyaları, sağlam qidalanma və sağlam yuxu ilə bağlı tövsiyələr, həmçinin musiqi əsaslı rahatlama məzmunları təqdim olunur. Hazırda kommersiya əsaslı bir xidmət olan bu platformadan istifadə AFFA-nın dəstəyi ilə yerli futbol ictimaiyyəti üçün tamamilə ödənişsiz təmin olunacaq. Hazırda tətbiqdəki məzmunlar ingilis dilində təqdim edilsə də, yaxın gələcəkdə istifadəçilərin rahatlığı üçün platformanın digər dillərə də tərcümə olunması planlaşdırılır.

Qeyd edək ki, “Roundglass Living” hazırda ABŞ Gənclər Futbol Assosiasiyası (USYS), Yunanıstan Futbol Federasiyası (HFF) və 500-dən çox digər təşkilatla əməkdaşlıq edir, futbol dünyasında rifah təşəbbüslərini dəstəkləyir.

Yuxarıda qeyd olunan tərəfdaş qrupların platformada qeydiyyatı və sistemə inteqrasiyası AFFA tərəfindən mərkəzləşdirilmiş qaydada təmin ediləcəkdir.

“Sabah”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü

13 April 2026 at 13:30

“Sabah” və basketbol üzrə milli komandamızın üzvü Emmanuel Agbason FIBA Gənclər Çempionlar Liqasında (Youth Champions League) rəmzi “5”likdə yer alıb.

Futbolpress.az xəbər verir ki, basketbolçu bir sıra ortalama statistik göstəricilər üzrə birinci olub.

Effektivlik: 35.0

Xal: 24.5

Ribaund: 16.5

Blok-şot: 4.5

Emmanuel Agbason Gənclər Çempionlar Liqasında Türkiyənin “Tofaş Bursa” klubu ilə keçirilən oyunda double double a imza atıb.

“Sabah” BK-nın 86:60 hesablı qələbəsi ilə başa çatan oyunda 26 xal, 23 ribaundla qələbədə əsas pay sahiblərindən olub. “Sabah”ın Almaniya təmsilçisi “Porşe BBA Lyudviqsburq” komandasını 72:61 hesabı ilə məğlub etdiyi oyunda isə 28 xal, 20 ribaund, 8 blok-şotla turnirin rekord göstəricisinə imza atıb.

Xatırladaq ki, “Sabah” BK Azərbaycan basketbolu tarixində ilk dəfə iştirak etdiyi Gənclər Çempionlar Liqasında 12 komanda arasında 7-ci olub.

“Qalatasaray” baş məşqçisi ilə vidalaşa bilər

13 April 2026 at 13:16

“Qalatasaray” baş məşqçisi Okan Burukla yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İddiaya görə, klub Super Liqada çempion olsa belə, mövsümün sonunda Burukla yollar ayrılacaq. Mütəxəssisin müqaviləsi yayda başa çatır.

“Qalatasaray” Super Liqada 68 xalla liderdir.

“Baku Open” turniri başa çatdı

13 April 2026 at 12:43

Stolüstü tennisçilərin “Baku Open” turniri başa çatıb.

Futbolpress.az xəbər verir ki, beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstəriblər.

Peşəkar idmançılar isə yalnız qoşa yarışlarda – bir peşəkar və bir həvəskar olmaqla mübarizə aparıblar. “Şüa İdman Kompleksi”ndə təşkil olunan turnirin şəxsi yarışları Sergey Vermidin qələbəsi ilə nəticələnib.

İlqar Həsənov ikinci, Vaqif Məmmədov üçüncü yeri tutub. Qoşa yarışlarda Əli Heydərli ilə Tatyana Aliulina birinci olub. Onlar finalda Fikrət Paşayev – Xəyal Həşimli tandeminə qalib gəliblər. Əlixan Əlizadə ilə Hilal Həsənov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplomları və tərəfdaşların mükafatları təqdim olunub.

Silva rekordla ayrılır

13 April 2026 at 14:00
“Mançester Siti”nin futbolçusu Bernardo Silva İngiltərə Premyer Liqasında ən çox oyun keçirən portuqaliyalı oyunçu olub. Msport.az xəbər verir ki, 31 […]

Source

239 oyuna 350 qol

13 April 2026 at 12:21

“Sabah” Premyer Liqada 350-ci qolunu vurub.

Futbolpress.az xəbər verir ki, bu, “Zirə” ilə evdəki qarşılaşmaya təsadüf edib. Misli Premyer Liqasının XXVII turunun görüşündə (2:2) son qolun müəllifi olan İqor Noqeyra klub tarixinin yubiley topunu vurub.

“Sabah” 350-ci qola 239-cu matçında sevinib. Bakı klubunun orta məhsuldarlığı 1,46-ya bərabərdir. Bu qollardan 183-ü evdə, 167-si səfərdə qeydə alınıb.

Paytaxt təmsilçisi turnirin tarixində 350 və ya daha çox qol vuran 13-cü komanda olub. “Sabah”ın ilk qolu 2018-ci il avqustun 12-nə təsadüf edib. “Keşlə” (indiki “Şamaxı”) ilə səfər görüşündə Marko Deviç həlledici qola imza atıb – 1:0.

“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda

13 April 2026 at 12:13

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.

Futbolpress.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin siyahısını hazırlayıb.

Siyahıya əsasən, “Azərlotereya” ölkə üzrə ən çox vergi ödəyən 100 vergi ödəyicisi arasında 16-cı yerdə qərarlaşıb. Qeyri-neft sektoru üzrə isə “Azərlotereya” 6-cı olaraq ölkə iqtisadiyyatının şaxələndirilməsi yönündə verdiyi töhfəni bir daha nümayiş etdirib.

“Azərlotereya” 2025-ci ildə dövlət büdcəsinə 100,7 milyon manat vergi ödəyib. Bu göstərici əvvəlki illə müqayisədə artım nümayiş etdirir. Belə ki, şirkət 2024-cü ildə 92,4 milyon manat vergi ödəyərək ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi çıxış etmişdi.

Son illər fəaliyyətini daha da genişləndirən “Azərlotereya” yalnız oyun sənayesinin inkişafına və istehlakçı maraqlarının qorunmasına deyil, həmçinin ölkə iqtisadiyyatına, çox sayda insanın işlə təmin etməklə əmək bazarının inkişafına və dövlət büdcəsinin formalaşmasına, o cümlədən sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə mühüm töhfə verir. Şirkətin dövlət büdcəsinə ödədiyi yüksək məbləğdə vergilər, idmanın inkişafına ayrılan vəsait və büdcəyə ödənən digər məcburi ödənişlərlə iqtisadi sabitliyin güclənməsinə və müxtəlif sahələr üzrə inkişaf layihələrinin həyata keçirilməsinə dəstək göstərir.

“Azərlotereya” bundan əlavə ölkədə idmanın inkişafı və xeyriyyə mədəniyyəti və sosial layihələrin həyata keçirilməsi istiqamətində aktiv rol oynayır. Şirkət “Misli Premyer Liqası” başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Bundan əlavə, Qarabağın sosial-iqtisadi inkişafına və “Əmanətə sədaqət” layihəsi çərçivəsində şəhid ailələrinin üzvlərinin təhsilinə dəstək göstərərək sosial məsuliyyət sahəsində mühüm addımlar atır.

“Azərlotereya” bundan sonra da şəffaf və məsuliyyətli fəaliyyət prinsiplərinə sadiq qalaraq ölkə iqtisadiyyatına, idmanın inkişafı və sosial layihələrin icrasına töhfə verməyə davam edəcək.

“Çelsi” bunu da yaşadı

13 April 2026 at 11:50

“Çelsi” İngiltərə Premyer Liqasının XXXII turunda “Mançester Siti”yə uduzub – 0:3.

Futbolpress.az xəbər verir ki, “zadəganlar” çempionatda ardıcıl üç oyundur ki, qol vurmadan məğlub olur. Bu, klub tarixində XXI əsrin antirekordudur.

“Çelsi” birinci dəfə 1998-ci ildə çempionatda ardıcıl üç matçda qol vurmadan uduzub.

London klubu Premyer Liqada 32 turdan sonra 48 xalla 6-cı sıradadır.

Millinin Qazaxıstan sınağı

13 April 2026 at 11:36

Bu gün futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, komanda Aktaudakı BS Arenada Qazaxıstan yığması ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qapıçılar: Emin Kürdov (Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı Neftçi İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı Baku Fire), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Qüdrət Qasımzadə (Şuşa)

“Sabah”ın hücumçusu 70-ə çatdı

13 April 2026 at 11:22

Coy Lens Mikels “Sabah”ın heyətində 70-ci qolunu vurub.

Futbolpress.az xəbər verir ki, almaniyalı hücumçunun yubiley topu Misli Premyer Liqasının XXVII turuna təsadüf edib. O, “Zirə” ilə ev görüşündə (2:2) fərqlənib.

Mikels bu göstərici ilə “Sabah” tarixinin ən yaxşı bombardiridir. O, 70-ci qolunu 133-cü oyununda vurub. Forvardın orta məhsuldarlığı 0,53-ə bərabərdir.

Coy Lens bu qollardan 56-nı Premyer Liqada vurub. O, Azərbaycan kubokunda 6, Konfrans Liqasında 5, Avropa Liqasında 3 dəfə fərqlənib.

Qeyd edək ki, Mikels “Sabah”da ilk qolunu 2021-ci il sentyabrın 26-da “Neftçi” ilə çempionatdakı ev oyununda (1:2) vurub.

Ozobiç Azərbaycan futbolunun tarixinə düşdü

13 April 2026 at 11:16

Filip Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.

Futbolpress.az xəbər verir ki, o, 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vuran legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub.

Hazırda “Turan Tovuz”un formasını geyinən Xorvatiya əssilli yarımmüdafiəçi bunu 72-ci qolunu vurmaqla gerçəkləşdirib. O, Misli Premyer Liqasının XXVII turunun “Sumqayıt”la ev görüşündə (2:1) fərqlənib.

72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. “Kəpəz” və “Şəmkir”də oynamış forvard 132 matçda 71 qola imza atıb.

Filip Premyer Liqada 4 klubda çıxış edib. İndiki komandasında 26 oyunda 6 qola sevinən futbolçu bunadək “Qəbələ” (46 oyunda 16 qol), “Qarabağ” (95 oyunda 35 qol )və “Neftçi”nin (58 oyunda 15 qol) uğurları üçün çalışıb.

Qeyd edək ki, Premyer Liqada 2016/17 mövsümündə debüt edən yarımmüdafiəçi “Qəbələ”də vurduğu 11 qolla həmin çempionatın bombardiri adına şərik olub.

“Kəpəz”in yubiley səfəri

13 April 2026 at 11:00

Misli Premyer Liqasının XXVII turu “Kəpəz” üçün əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, Gəncə klubu Azərbaycan çempionatının yüksək dəstəsində 350-ci səfər oyununu keçirib. Bu yubiley “Karvan-Yevlax”la matça təsadüf edib.

“Kəpəz” rəqib meydanlarında 164-cü məğlubiyyətini alıb – 1:4. Hesabında 100 qələbə olan qərblilər 86 matçdan bir xalla ayrılıb. 393 qola sevinən Gəncə təmsilçisi 538 top buraxıb.

“Kəpəz” çempionatın tarixində 350 və daha çox səfər matçı keçirən 4-cü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın hesabında daha çox səfər görüşü var.

“Sabah”dan 350-ci qol

13 April 2026 at 12:30
“Sabah” Premyer Liqada 350-ci qolunu vurub. Msport.az xəbər verir ki, bu, “Zirə” ilə evdəki qarşılaşmaya təsadüf edib. Misli Premyer Liqasının […]

Source

Mikelsdən yubiley qolu

13 April 2026 at 12:30
Coy Lens Mikels “Sabah”ın heyətində 70-ci qolunu vurub. Msport.az xəbər verir ki, almaniyalı hücumçunun yubiley topu Misli Premyer Liqasının XXVII […]

Source

Premyer Liqada yeni rekord

13 April 2026 at 12:30
Filip Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. Msport.az xəbər verir ki, o, 1992-ci ildən keçirilən turnirin tarixində ən çox […]

Source

Səbət-xilas məsəli…

13 April 2026 at 10:43

Ehtiram Quliyev elə tozanaq qoparmışdı ki…

Haqqında, “bu işi belə qoymayacaq!” dediyimiz adamlar kimi də… Amma nə oldu?

AFFA onun həşəmətli çıxışına 15 min cərimə kəsdi.

Sonra nə oldu?

Hələ heç nə…

Gözləyirik, görək Ehtiram bəyin hirsindən-qeyzindən bir şey qalıbmı?

Üç gün keçib, hələ də sakitçilikdir.

“Zirə” ilə kubok oyununda (0:2) baş hakim Əliyar Ağayevin iki qərarına üsyan edən Quliyevin dediklərinə görə gündəmə gəlməyi, cərimə olunmağı və sükunətə qərq olmağı (hələ ki)…

Hekayə belə bitsə, onda sual yaranacaq, Ehtiram bəy niyə sonadək getmir?

Düzü, sonadək getmək hara aparır; bilmirik. Ancaq bir mübarizə varsa, nəticəsi də bilinməlidir.

Nəticə?

Yoldaş Quliyev ötən ilin fevralında “Şamaxı” ilə matçda qar səbəbindən VAR və canlı yayımının olmaması ilə bağlı da analoji vəziyyət yaratmışdı. Klub həmin görüşdən öncə bəyanat yayıb, oyunun şəffaf keçiriləcəyinə şübhələrin olduğunu bildirmişdi. Rəhbərliyin bəlağətli çıxışı gündəmi zəbt etmiş, nəticəsi yenə cərimə ilə bitmişdi. Quliyev hətta sonradan passiv mövqeyə keçərək gərginliyi azaltmağa cəhd etmişdi…

Bu dəfə də eyni “taktika”?

Ölkənin futbol gündəmi əsasən neqativ auranın dominantlığı altında olur. Quliyev kimi funksionerlər neqativ səbəblərə qarşı emosional çıxışlar edəndə istər-istəməz bütün diqqətlər ona yönəlir. Hətta obraz birə beş böyüyür, xilaskar gözüylə baxanlar belə olur…

Məhz bu səbəbdəndir ki, azsaylı nümunələrdən biri kimi – Ehtiram bəyin bu cür hərəkətə keçməyindən sonra eyni tonallıqda davamını gətirməməsi məyusluq yarada bilər.

Bəlkə də biz emosional aclığın doymamağın yaratdığı boşluqda çabalayırıq; nə xilaskar?!

Nədən xilaskar…?

Elçin Cəlilov

Hansı oyun, hansı kanalda? – TV

13 April 2026 at 10:23

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Rusiya, Premyer Liqa
18:15 Akron – Dinamo Moskva (Matç Premyer)

Türkiyə, Super Liqa
21:00 Eyüpspor – Samsunspor (beİN Sports 1)
21:00 Rizəspor – Qaziantep (beİN Sports 2)

İtaliya, A Seriyası
22:45 Fiorentina – Latsio (Futbol 1)

İngiltərə, Premyer Liqa
23:00 Mançester Yunayted – Lids (İdman TV, beİN Sports 3)

İspaniya, La Liqa
23:00 Levante – Xetafe (Futbol 2)

Mövsümün 4-cü het-triki

13 April 2026 at 10:15

Misli Premyer Liqasında mövsümün 4-cü het-triki qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, Rauf Rüstəmli XXVII turun “Karvan-Yevlax” – “Kəpəz” qarşılaşmasında (4:1) qonaqların qapısına 3 qol vurub.

Mövsümün əvvəlki 27 turunda 3 belə hadisə yaşanıb. “Qarabağ”ın futbolçuları Toral Bayramov V turda “Araz-Naxçıvan”ın (5:0), Kamilo Duran XXVII turda “Karvan-Yevlax”ın (7:0), “Qəbələ”nin legioneri Domi Massumo XVIII turda “İmişli”nin (3:2) qapısına üç dəfə yol tapıb.

Rauf Toraldan sonra cari mövsümdə het-trik edən ikinci azərbaycanlı olub. Bununla da son 16 ildə ilk dəfə birdən çox yerli statusa malik futbolçu het-trik edib.

Sonuncu dəfə 2009/10 mövsümündə belə hadisə yaşanıb. Həmin çempionatda 3 yerli oyunçu – Samir Musayev, Nadir Nəbiyev və Fərid Quliyev het-trikə imza atıb.

Sonrakı illərdə bir yerli futbolçunun iki het-trikinə təsadüf olunub. Amma iki oyunçunun belə uğur qazanması yaşanmayıb.

Qeyd edək ki, Rauf həm də “Karvan-Yevlax”ın Premyer Liqa tarixində ilk het-trik müəllifidir. Həmin matçdakı nəticə isə Yevlax təmsilçisinin yüksək dəstədə ilk böyükhesablı qalibiyyəti və ilk ev qələbəsi kimi də də tarixə düşüb.

Konte: “Bu hal təkrarlansa, bir daha danışmayacağam”

13 April 2026 at 09:45

“Napoli”nin baş məşqçisi Antonio Konte adının İtaliya yığması ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az “Football İtalia”ya istinadən xəbər verir ki, mütəxəssis daha əvvəl “millidə işləməyə hazıram” ifadəsinin ona məxsus olmadığını deyib:

“Mən “hardasa işləməyə hazıram” sözlərini deməmişəm. “Napoli” ilə müqaviləm var və fikir bildirmək qeyri-etik olar. Fikirlərim təhrif olunur. Məni düzgün başa düşün. Bu hal təkrarlansa, bir daha danışmayacağam”.

Nəriman “sülh”ü kənardan izlədi

13 April 2026 at 09:30

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Orlando” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.

Nəriman bu görüşdə meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb.

“Kolumbus Kryu” 7 turdan sonra 6 xalla 11-ci sıradadır. “Orlando” isə 4 xalla 13-cüdür.

Okan Buruk: “Çempion biz olacağıq”

13 April 2026 at 09:13

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Super Liqada “Kocaelispor”la heç-heçə etdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçı belə şərh edib:

“Oyuna yaxşı başladıq, qol vurduq. Üstünlük bizdə idi. İkinci hissədə lazımsız səhvlərə yol verdik və yekunda cəzalandırıldıq.

Bu oyunu qazanmalı idik. “Fənərbağça” və “Trabzonspor”la xal fərqini artırmaq şansımız var idi. Ancaq hələ də üstünlük bizdədir. Çempion biz olacağıq”.

“Qalatasaray” 29 turdan sonra 68 xalla birinci sıradadır. İkinci pillədə yer alan “Fənərbağça”nın isə 66 xalı var.

“Mançester Yunayted”də yeni müqavilə hazırlığı

13 April 2026 at 08:45

“Mançester Yunayted” futbolçusu Kobbi Maino ilə müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mayk Karrik yerli mətbuata açıqlamasında deyib. O, Kobbi ilə danışıqların son mərhələdə olduğunu bildirib.

20 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 22 oyunda 2 məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi 2027-ci ilin yayında başa çatır.

“Kəpəz”in 350-ci səfəri

13 April 2026 at 10:45
Azərbaycan Premyer Liqasının XXVII turu “Kəpəz” üçün əlamətdar olub. Msport.az xəbər verir ki, Gəncə klubu Azərbaycan çempionatının yüksək dəstəsində 350-ci […]

Source

Portuqaliyalıların rekordçusu – Silva!

13 April 2026 at 08:26

“Mançester Siti”nin futbolçusu Bernardu Silva İngiltərə Premyer Liqasında ən çox oyun keçirən portuqaliyalı oyunçu adını qazanıb.

Futbolpress.az xəbər verir ki, XXXII turun “Çelsi” ilə səfər oyunu Silvanın liqada 297-ci görüşü olub.

O, bu göstəricidə Luiş Boa Mortenin rekordunu (296 oyun) qırıb.

Premyer Liqada ən çox oyun keçirən futbolçuların “üçlüy”ünü Kriştiano Ronaldo tamamlayır – 233 matç.

“Sabah” çempion?

13 April 2026 at 08:10

Misli Premyer Liqası 2025/26 mövsümünün finişinə yaxınlaşır. Sona 6 tur qalıb və bütün diqqətlər turnir cədvəlindəki ilk iki pilləyə zillənib.

1. “Sabah” – 66
2. ⁠”Qarabağ” – 56

Arada 10 xal fərq var, lakin nəzərə alsaq ki, “atlılar”ın “Neftçi” ilə təxirə salınmış oyunu qalıb, onda qəti fikir bildirmək çətinləşir.

Ancaq buna baxmayaraq, “bayquşlar” haqda indidən çempionluq iddiaları səsləndirənlər az deyil.

Baxmayaraq ki, qarşıda son 12-13 ilin dominantı var, amma yenə də…

Buna səbəb arada xal fərqinin böyük olması, tərəflərin mövsümboyu duelində “futuristlər”in üstünlüyü kimi amillərdir.

Növbəti, 28-ci turda “zirvə görüşü” olacaq. Aprelin 18-i, saat 19:30-da “Tofiq Bəhramov” izdihama ev sahibliyi edəcək.

Tərəflər arasında mövsümün son oyunu növbəti azarkeş rekordunu müəyyənləşdirə bilər…

Bir sözlə, 28-ci tur özündə böyük məna daşıyır. “Sabah” qalib gəlsə, 99.9% çempion olacaq. “Qarabağ” qalib gəlsə, onda sonrakı turların afişasına indidən baxaq:

Sabah:
29-cu tur: “Karvan Yevlax”
30-cu tur: “Şamaxı”
31-ci tur: “Kəpəz”
32-ci tur: “Neftçi”
33-cü tur: “Turan Tovuz”

“Qarabağ”:
29-cu tur: “Neftçi”
30-cu tur: “Turan Tovuz”
31-ci tur: “Qəbələ”
32-ci tur: “İmişli”
33-cü tur: “Sumqayıt”

Turnir cədvəlindəki durum fonunda müqayisə etsək, afişa bir az “Sabah”ın lehinədir. Lakin bu, futboldur və burada proqnozlar darmadağın olmağı xoşlayır…

Bütün hallarda bu duelin mübarizəsinin ən dramatik halı növbəti turda olacaq.

Yarandığı ildən ən uğurlu, inamlı mövsümünü keçirən “tələbələr” ölkə çempionları siyahısını zənginləşdirməyə çox yaxın görünür.

Ancaq intriqa qətiyyən ölməyib. Bunun bariz nümunəsini 6 gün sonra “Tofiq Bəhramov”da görəcəyik.

Kamil Əhməd

La Liqa: “Atletik”lə “Selta” evdə uduzdular

13 April 2026 at 01:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Osasuna” – “Betis” matçında qalib müəyyənləşməyib. “Malyorka” “Rayo Valyekano”ya evdə, “Real Ovyedo” isə səfərdə “Selta”ya 3 cavabsız qolla qalib gəlib. Üç qolun qeydə alındığı “Atletik” – “Vilyarreal” görüşündə də qonaqlar qələbəyə seviniblər.

31-ci tura aprelin 13-də keçiriləcək “Levante” – “Xetafe” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
31-ci tur
10 aprel

Real – Jirona 1:1
Qollar: Valverde, 51 – Lemar, 62.

11 aprel

Real Sosyedad – Alaves 3:3
Qollar: Suçiç, 14. Sivera, 27-öz qapısına. Oskarsson, 60 – Kaleta-Çar, 3-öz qapısına. Diabate, 24. Boye, 90+7.

Elçe – Valensiya 1:0
Qol: Kepeda, 73.

Barselona – Espanyol 4:1
Qollar: F.Torres, 9; 25. Yamal, 87. Raşford, 89 – Losano, 56.

Sevilya – Atletiko 2:1
Qollar: Adams, 10-pen. Qudel, 45+2 – Bonar, 35.

12 aprel

Osasuna – Betis 1:1
Qollar: Budimir, 40-pen – Ezzalzuli, 7.

Malyorka – Rayo Valyekano 3:0
Qollar: Muriqi, 36; 40. Vircill, 65.

Selta – Real Ovyedo 0:3
Qollar: Reyna, 4. Vinas, 45; 57.

Atletik – Vilyarreal 1:2
Qollar: Quruseta, 84 – Kardona, 26. A.Qonsales, 45+5.

13 aprel

23:00. Levante – Xetafe

Liqa 1: “Lill” Tuluzada 4 cavabsız qola sevindi

13 April 2026 at 00:50

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Nitsa” – “Havr” matçında qalib müəyyənləşməyib. “Tuluza”nın qonağı olmuş “Lill” 3 xalı 4 cavabsız qolla qazanıb. Lion “Olimpik”i isə “Loryan”la ev oyununda inamlı qələbəyə sevinib.

Qeyd edək ki, 31-ci turun “Brest” – “Strasburq” və “Lans” – PSJ matçları mayın 13-də keçiriləcək.

Fransa, Liqa 1
29-cu tur
10 aprel

Paris – Monako 4:1
Qollar: İkone, 4; 21. İmmobile, 8. Koleoşo, 71 – Baloqun, 36.

Olimpik (Marsel) – Mets 3:1
Qollar: Obemayanq, 13. Payşao, 48. Traore, 90+3 -Tsitaişvili, 49.

11 aprel

Oser – Nant 0:0

Renn – Anje 2:1
Qollar: Louer, 12-öz qapısına. Tamari, 25 – Peter, 65.

12 aprel

Nitsa – Havr 1:1
Qollar: Abdi, 59 – Samatta, 41.

Tuluza – Lill 0:4
Qollar: Munye, 23. Perro, 50. Pardo, 55. Jiru, 88-pen.

Olimpik (Lion) – Loryan 2:0
Qollar: Yaremçuk, 49. Tolisso, 56.

A Seriyası: “İnter” “Komo”nu çətinliklə yendi

13 April 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.

“Parma” – “Napoli” matçında qalib müəyyənləşməyib. “Cenoa” “Sassuolo”nu, “Bolonya” “Leççe”ni xalsız yola salıb. Yeddi qolluq “Komo” – “İnter” matçında isə lider çətin qələbəyə sevinib.

32-ci tura aprelin 13-də keçiriləcək “Fiorentina” – “Latsio” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
32-ci tur
10 aprel

Roma – Piza 3:0
Qollar: Malen, 3; 43; 52.

11 aprel

Kalyari – Kremoneze 1:0
Qol: Espozito, 63.

Torino – Verona 2:1
Qollar: C.Simeone, 6. Kasadey, 50 – Bouye, 38.

Milan – Udineze 0:3
Qollar: Bartesaqi, 27-öz qapısına. Ekkelenkamp, 37. Atta, 71.

Atalanta – Yuventus 0:1
Qol: Boqa, 48.

14 aprel

Cenoa – Sassuolo 2:1
Qollar: Malinovski, 18. Ekuban, 84 – Kone, 57.

Parma – Napoli 1:1
Qollar: Strefezza, 1 – Maktominey, 60.

Bolonya – Leççe 2:0
Qollar: Freuler, 26. Orsolini, 90+2.

Komo – İnter 3:4
Qollar: Valle, 36. Pas, 45. Da Kunya, 88-pen – Türam, 45+2; 49. Dumfris, 59; 72.

13 aprel

22:45. Fiorentina – Latsio

Before yesterdaySport-AZ

Bundesliqa: “Ştutqart”la “Köln” evdə, “Frayburq” səfərdə sevindi

12 April 2026 at 23:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Köln” – “Verder” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. “Ştutqart” “Hamburq”la ev oyununda 4 cavabsız qola sevinib. “Maynts”ın qonağı olmuş “Frayburq” isə 3 xalı tək qolla qazanıb.

Beləliklə, cari mösümün geridə qalmış 29 turundan sonra 76 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 64 xalla ikinci pillədə qərarlaşıb. “Ştutqart”la “Leypsiq”in 56, “Bayer”in 52, “Hoffenhaym”ın 51 xalı var.

Almaniya, Bundesliqa
29-cu tur
10 aprel

Auqsburq – Hoffenhaym 2:2
Qollar: Klod-Mauris, 11. Qreqoriç, 14 – Hranaç, 35. B.Ture, 42.

11 aprel

Borussiya (Dortmund) – Bayer 0:1
Qollar: Andrix, 42.

Haydenhaym – Union Berlin 3:1
Qollar: Honsak, 9; 36. Zivzivadze, 79 – Querfeld, 75.

Leypsiq – Ayntraxt 1:0
Qol: Diomands, 80.

Volfsburq – Ayntraxt 1:2
Qollar: Peyçinoviç, 90+7 – Höylund, 21. Kalimuendo, 32.

Sankt Pauli – Bayern 0:5
Qollar: Musiala, 9. Qoretska, 53. Olise, 55. N.Cekson, 65. R.Gerrero, 88.

12 aprel

Köln – Verder 3:1
Qollar: El Mala, 7-pen. Açe, 65. Baxaus, 90+7-öz qapısına – Şmid, 75-pen.

Ştutqart – Hamburq 4:0
Qollar: Ştiller, 21. Fuhrix, 32. Mittelstadt, 56. El Xannuss, 86.

Maynts – Frayburq 0:1
Qollar: Holer, 47.

Super Liqa: “Qalatasaray” “Kocaelispor”la matçda büdrədi

12 April 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 3 qarşılaşma baş tutub.

“Konyaspor” doğma meydanda “Karagümrük”ə 3 cavabsız qolla qalib gəlib. Altı qolun qeydə alındığı “Göztəpə” – “Kasımpaşa” matçında qalib müəyyənləşməyib. Lider “Qalatasaray” isə “Kocaelispor”la ev oyununda xal itkisi ilə üzləşib.

29-cu turun qalan görüşləri aprelin 13-də keçiriləcək.

Türkiyə, Super Liqa
29-cu tur
10 aprel

Beşiktaş – Antalyaspor 4:2
Qollar: O.Kökçü, 4. J.Silva, 9. O.H.Qyu, 33; 59 – Van de Strek, 21. Ballet, 47.

11 aprel

Başakşəhər – Gənclərbirliyi 3:0
Qollar: Şomurodov, 9; 40. B.Yıldırım, 42.

Alanyaspor – Trabzonspor 1:1
Qollar: G.Yalçın, 67-pen – O.Tufan, 58.

Kayserispor – Fənərbağça 0:4
Qollar: Kante, 45+1. Taliska, 60; 87. Nene, 62.

12 aprel

Konyaspor – Karagümrük 3:0
Qollar: Kramer, 21. Muleka, 28. D.Qonsalves, 90+1.

Göztəpə – Kasımpaşa 3:3
Qollar: J.Santos, 24. Jeh, 82-pen. Bokele, 89 – Ben Uanes, 45+1. Benediçak, 52. Krastev, 76-öz qapısına.

Qalatasaray – Kocaelispor 1:1
Qollar: Sane, 30 – Petkoviç, 72.

13 aprel

21:00. Eyüpspor – Samsunspor
21:00. Rizəspor – Qaziantep

Zamiq Əliyev “Tirana”ya qarşı 90 dəqiqə oynadı, 3 qola üzüldü

12 April 2026 at 22:30

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 31-ci turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Əliyev görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 90+6-cı dəqiqədə sarı vərəqə alıb.

“Eqnatiya” 31 turdan sonra 54 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 31 oyunda 15 qələbə qazanıb, 9 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 68 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Premyer Liqa: MS “Çelsi”ni 3 cavabsız qolla yendi

12 April 2026 at 22:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də 4 qarşılaşma baş tutub.

“Nottingem Forest” – “Aston Villa” matçında qalib müəyyənləşməyib. “Kristal Pelas” “Nyukasl”ı, “Sanderlend” “Tottenhem”i məğlub yola salıb. Səfərdə “Çelsi” ilə qarşılaşmış “Mançester Siti” isə 3 cavabsız qola sevinib.

Qeyd edək ki, 32-ci tura aprelin 13-də keçiriləcək “Mançester Yunayted” – “Lids” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
32-ci tur
10 aprel

Vest Hem – Vulverhempton 4:0
Qollar: Mavropanos, 42; 83. Kastelyanos, 66; 68.

11 aprel

Arsenal – Bornmut 1:2
Qollar: Dyökereş, 35-pen – Kroupi, 17. Skott, 74.

Brentford – Everton 2:2
Qollar: Tyaqo, 3-pen; 76 – Beto, 26. Dyusberi-Holl, 90+1.

Börnli – Brayton 0:2
Qollar: Viffer, 43; 89.

Liverpul – Fulhem 2:0
Qollar: Nqumoha, 36. Salah, 40.

12 aprel

Kristal Pelas – Nyukasl 2:1
Qollar: Mateta, 80; 90+4-pen – Osula, 43.

Nottingem Forest – Aston Villa 1:1
Qollar: N.Uilyams, 38 – Murilyo, 23-öz qapısına.

Sanderlend – Tottenhem 1:0
Qol: Mukiele, 61.

Çelsi – Mançester Siti 0:3
Qollar: O’Rayli, 51. Qehi, 57. Doku, 68.

13 aprel

23:00. Mançester Yunayted – Lids

Mərkəzi oyunda “Mançester Siti” sevindi

12 April 2026 at 23:23

İngiltərə Premyer Liqasında XXXII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, turun ilk oyununda “Vest Hem” “Vulverhempton”u darmadağın edib.

Lider “Arsenal” evdə “Bornmut”a uduzub.

Turun mərkəzi görüşündə “Mançester Siti” “Çelsi”yə qalib gəlib.

İngiltərə Premyer Liqası
XXXII tur

10 aprel

Vest Hem – Vulverhempton 4:0
Qollar: Mavropanos, 42; 83. Kastelyanos, 66; 68.

11 aprel

Arsenal – Bornmut 1:2
Qollar:
Qyökereş, 35-pen – Kroupi, 17. Skott, 74.

Brentford – Everton 2:2
Qollar:
Tyaqo, 3-pen; 76 – Beto, 26. Dyusberi-Holl, 90+1.

Börnli – Brayton 0:2
Qollar:
Viffer, 43; 89.

Liverpul – Fulhem 2:0
Qollar:
Nqumoha, 36. Salah, 40.

12 aprel

Kristal Pelas – Nyukasl 2:1
Qollar:
Mateta, 80; 90+4-pen – Osula, 43.

Nottingem Forest – Aston Villa 1:1
Qollar:
N.Uilyams, 38 – Murilyo, 23 (avtoqol).

Sanderlend – Tottenhem 1:0
Qol: Mukiele, 61.

Çelsi – Mançester Siti 0:3
Qollar:
O’Rayli, 51. Qehi, 57. Doku, 68.

13 aprel

23:00. Mançester Yunayted – Lids

“Qalatasaray”dan xal itkisi

12 April 2026 at 23:20

Türkiyə Super Liqasında XXIX turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” azarkeşləri önündə “Antalyaspor”u məğlub edib.

“Trabzonspor” səfərdə “Alanyaspor”la heç-heçəyə razılaşıb. “Fənərbağça” səfərdə “Kayserispor”a darmadağınla qalib gəlib.

Lider “Qalatasaray” bu turda “Kocaelispor”la “sülh”ə razılaşıb.

Türkiyə Super Liqası
XXIX tur

10 aprel

Beşiktaş – Antalyaspor 4:2
Qollar: O.Kökçü, 4. J.Silva, 9. O.H.Qyu, 33; 59 – Van de Strek, 21. Ballet, 47.

11 aprel

Başakşəhər – Gənclərbirliyi 3:0
Qollar: Şomurodov, 9, 40. B.Yıldırım, 42.

Alanyaspor – Trabzonspor 1:1
Qollar: G.Yalçın, 67 (pen) – O.Tufan, 58.

Kayserispor – Fənərbağça 0:4
Qollar: Kante, 45+1. Taliska, 60, 87. Nene, 62.

12 aprel

Konyaspor – Karagümrük 3:0
Qollar: B.Kramer, 21, C.Muleka, 28, D.Qonçalves, 90+1

Göztəpə – Kasımpaşa 3:3
Qollar: X.Santos, 24, Jeh, 82 (pen.), M.Bokele, 89 – M.Ben Ounes, 5+1, A.Benediçak, 52, F.Krastev, 76 (avtoqol)

Qalatasaray – Kocaelispor 1:1
Qollar: L.Sane, 30 – B.Petkoviç, 72

13 aprel

21:00. Eyüpspor – Samsunspor
21:00. Rizəspor – Qaziantep

Azərbaycanlı idmançı “Ginnesin Rekordlar Kitabı”na düşdü

12 April 2026 at 22:13

Stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin rekordlar kitabı”na yazdırmağa yaxındır.

Futbolpress.az xəbər verir ki, Azərbaycan seçmə komandasının üzvü bu gün “Şüa İdman Kompleksi”ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib.

O, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 17 metr məsafədən uğurla həyata keçirib.

Nihad Məmmədovun göstəricisi ASTF tərəfindən müvafiq qurumun baş ofisinə göndərilib. Rəsmi cavab təxminən 4-8 həftədən sonra veriləcək.

Qeyd edək ki, sözügedən rekord (16.70) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.

“Turan Tovuz” – “Sumqayıt” 2:1 – Video

12 April 2026 at 21:30

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Turan Tovuz” – “Sumqayıt” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Tovuzda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
27-ci tur
12 aprel

“Turan Tovuz” – “Sumqayıt” 2:1
Qollar: Filip Ozobiç, 9. Joarlem Santos, 50 – Rayan Senhadji, 64.
Sarı vərəqələr: Emmanuel Hakman, 45 (qeyri-idman hərəkəti). Faiq Hacıyev, 58 (qeyri-idman hərəkəti) – Nihad Əhmədzadə, 16 (qeyri-idman hərəkəti). Danilo Beskorovaynı, 45 (qeyri-idman hərəkəti). Nadir Orucov, 90 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 18:00. Tovuz şəhər stadionu, 4500 tamaşaçı.

Baş hakim: Kamranbəy Rəhimov.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Kərim Zeynalov.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç (10. Xəyal Nəcəfov, 70), 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov (6. Fərid Yusifli, 79), 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 99. İbrahima Vadji, 9. Coş Cinnelli.
Baş məşqçi: Kurban Berdıyev.

Sumqayıt: 1. Mehdi Cənnətov (k), 3. Höccət Haqverdi, 21. Nihad Əhmədzadə (10. Nikola Ninkoviç, 61), 75. Nadir Orucov, 9. Aleksandr Ramalinqom (7. Rüstəm Əhmədzadə, 61), 72. Rayan Senhadji (29. Emil Mustafayev, 79), 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 71. Masaki Murata (8. Səbuhi Abdullazadə, 61), 95. Nsana Simon (6. Sedrik Badolo, 34), 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

Kurban Berdıyev: “Qərarı klub prezidenti verəcək”

12 April 2026 at 21:00

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 27-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox vacib qələbə qazandıq. Futbolçularda ilk dəqiqələrdə həyəcan hiss olunurdu. 2:0-dan sonra hesabı qorumağa çalışdıq. Amma bir qol buraxdıq. Allaha şükürlər olsun ki, hesab 2:2 bitmədi və yekunda qələbə qazandıq”.

Berdıyev uzun fasilədən sonra qovuşduqları Tovuz şəhər stadionunun ot örtüyünün durumuna da toxunub:

“Meydança çox yaxşı idi. Ümid edirik ki, həmişə belə qalacaq. Klubun prezidentinə təşəkkür edirik ki, belə şərait yaradılıb. Çünki süni meydanda oynamaq çox çətindir”.

Baş məşqçi “Turan Tovuz”un avrokuboklara nə dərəcədə hazır olması barədə suala cavab vermək istəməyib:

“Biz bu barədə bir neçə dəfə danışmışıq. Bizim üçün vacib olan növbəti görüşdür. İndidən fikir bildirmək çətindir. Hər şey Allahın əlindədir. Vacib olan növbəti oyundur. Hər şey heyətin möhkənlənməsindən və kimlərlə möhkəmləməyindən asılıdır. İndidən danışırıq. Amma hələ gedib ora çatmamışıq. Avrokuboklara vəsiqə qazansaq, ev oyunlarını Tovuzda oynamaq istəyərdik. Tovuz bizim şəhərimizdir, bura bizim meydançamızdır”.

Türkmən mütəxəssis “Turan Tovuz”la müqaviləsinin mövsümün sonunda bitməsinə də toxunub:

“Mən şərtlərdən razıyam. Amma qərarı klubun prezidenti verməlidir”.

Saşa İliç “Turan Tovuz”la matçın hakimlərindən narazı qaldı

12 April 2026 at 20:30

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 27-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşündə “Sumqayıt” 1:2 hesablı məğlubiyyətə üzülüb.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Turan Tovuz”la oynamaq hər dəfə çətin olur. İlk 15 dəqiqədə bir az qorxaq futbol oynadıq. Düzünü deyim ki, belə zəif oyunumuzun səbəbini bilmirəm. Ola bilər ki, stadionda ab-hava oyunçularıma təsir etdi. Öz səhvlərimizdən qollar buraxdıq. Amma ikinci hissədəki oyunumuzdan razıyam. Oyunu kifayət qədər nəzarətimiz altında saxladıq.

Hər oyundan qabaq dua edirik ki, qalib gələk. Artıq bizim avrokuboklar şansımız qalmayıb. Ona görə də hər dəfə ümid edirik ki, gözəl oyun göstərək. Hakimlərlə bağlı məsələlər var. Hər dəfə onların səhvi təsirini göstərir. Özünüz də görürsünüz ki, hansısa oyunda hansısa epizodda penalti yox idi, ya var idi. Məsələn, “Araz-Naxçıvan”la görüş, “Neftçi” ilə matç. Bu gün də əlavə vaxtı daha artıq etmək olardı, amma olmadı. Bu cür kiçik səhvlər də nəticəyə təsir göstərir”.

“Hakimləri tanımıram” – Berdıyev

12 April 2026 at 20:57

Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz” – “Sumqayıt” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Vacib və lazımlı qələbə qazandıq. Oyundan əvvəl uşaqlarda həyəcan var idi. Şükür ki, qalib gəldik.

– İkinci hissədə oyununuzun alınmaması nə ilə bağlı idi? 2:0-dan sonra arxayınlıq yarandı? 
– 2:0-dan sonra çalışdıq ki, hesabı qoruyaq. Buna görə müdafiəyə çəkildik.

– Ot örtüyünün vəziyyəti necədir?
– Ot örtüyü çox yaxşı idi. Ümid edirik ki, həmişə belə qalar. Klubun prezidentinə təşəkkür edirik ki, bu cür şərait yaradıb.

– Əliyar Ağayev bu oyuna təyinat alsaydı, etiraz edərdiniz?
– Hakimləri tanımıram. Təyinat alsaydı, oynamalıydıq.

– Bu heyət avrokuboklarda oynamağa neçə faiz hazırdır?
– Nəsə demək çətindir. Heyətin möhkəmlənməsinə ehtiyac var. Avrokuboklara düşməyimiz hələ bəlli deyil. İndidən avrokuboklardan danışırıq, amma hələ ora çatmamışıq.

– Avrokuboklara düşsəniz, oyunlar Tovuzda olacaq?
– Əlbəttə. Bizim şəhərimiz, meydanımızdır.

– Müqaviləniz mövsümün sonuna kimidir. Uzatmaq istəyirsiniz?
– Klubdaxili məsələdir.

Şahin Cəfərov

İliç: “Hər oyundan əvvəl dua edirik ki, qələbə qazanaq”

12 April 2026 at 20:51

Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz” – “Sumqayıt” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Əvvəlcə onu deyim ki, mənim müdafiəçi Danilo Beskorovoyni ilə mübahisəmi yazan jurnalist burdadırmı? Bu, çox pis və yanlış məlumatdır. Bu məsələ həm oyunçu, həm klub, həm də mənim üçün xoşagəlməz haldır. Danilonun oynamamasının bu cür məsələ ilə heç bir əlaqəsi yoxdur. Milli fasilə zamanı sənəd məsələləri üçün Ukraynaya getmişdi və ona görə də məşqə gec qoşulmuşdu.

– Oyun haqda fikirlərinizi bölüşərdiniz.
– “Turan Tovuz”la oyunlar çətin olur. İlk 15 dəqiqədə qorxaq futbol oynadıq. İkinci hissədən razı qaldım. Oyunu idarə edə bildik.

– Birinci hissədəki qorxaq oyunun səbəbi nə idi?
– Bilmirəm. Ola bilər, stadiondakı atmosfer futbolçulara təsir etdi. Öz səhvlərimizdən qollar buraxdıq.

– Pasxa bayramı ilə bağlı sizi təbrik edirəm. Oyunlardan əvvəl hansısa rituallarınız olur?
– Hər oyundan əvvəl dua edirik ki, qələbə qazanaq. Ancaq artıq avrokuboklar üçün şansımız qalmayıb. İndi gözəl oyuna ümid edirik. Lakin hakimlərin də bəzi qərarları təsir edir. Mətbuatda da tez-tez hakim səhvləri ilə bağlı müzakirələr çıxır. “Araz-Naxçıvan”, “Neftçi” ilə matçlarda penalti olmaya-olmaya 11 metrlik zərbə təyin ediblər. Qərarların nəticəyə təsiri var.

– “İmişli” ilə aranızda fərq artıq 6-ya düşüb. Komandanın aşağı liqaya düşmə təhlükəsi olduğunu düşünürsünüz?
– Düşünmürəm. Düzdür, futbolda hər şey olur. Amma sonuncu sıra ilə aramızda fərq çoxdur.

Şahin Cəfərov

Premyer Liqa: “Turan” “Sumqayıt”ı xalsız yola saldı

12 April 2026 at 20:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış oyununda “Turan Tovuz” “Sumqayıt”ı qəbul edib.

Uzun fasilədən sonra yenidən doğma meydana qayıtmış “Turan Tovuz” bu rəqibini Tovuz şəhər stadionunda sınağa çəkib. Görüşü Kamranbəy Rəhimov idarə edib. Üç qolluq oyunda meydan sahibləri qələbə qazanıblar.

Azərbaycan, Premyer Liqa
27-ci tur
12 aprel

“Turan Tovuz” – “Sumqayıt” 2:1
Qollar: Filip Ozobiç, 9. Joarlem Santos, 50 – Rayan Senhadji, 64.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Tovuz şəhər stadionu, 18:00.

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 9. Coş Cinnelli.
Baş məşqçi: Kurban Berdıyev.

Sumqayıt: 1. Mehdi Cənnətov (k), 3. Höccət Haqverdi, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 95. Nsana Simon, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 6. Sedrik Badolo, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

Renat Dadaşov üçün 20-ci qolsuz oyun

12 April 2026 at 19:30

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 28-ci turu çərçivəsində “Rakov”la qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və heç-heçə ilə kifayətlənib – 1:1. Renat bu görüşün 79-cu dəqiqəsində meydana buraxılıb.

28 turdan sonra 39 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 28 oyunda 9 qələbə qazanıb, 12 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 20 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Kaxaber Sxadadze: “İmişli” bizdən yaxşı oynamadı”

12 April 2026 at 19:00

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 27-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox acı məğlubiyyət oldu. Hamı bilir ki, “İmişli” böyük qüvvə ilə müdafiə olunan komandadır. Rəqib səhv edən kimi, bundan çox yaxşı istifadə edirlər. Bu, qışdan sonra onların ilk qələbəsi idi. Onlara qarşı bu cür səhv etmək olmaz. Təəssüf ki, standart vəziyyət zamanı səhvə yol verdik. Topa nəzarət edirdik, rəqibin cərimə meydançasına daxil olurduq, sadəcə, sonluq yox idi. Azarkeşlər narahat olurlar, onları da başa düşürük. “Qəbələ”nin bu durumda olması onları da narahat edir. Çempionatın sonuna 6 tur qalıb. Hər şeyi edəcəyik ki, Premyer Liqada qalaq. Bu matçda sonluğu heç cürə gətirə bilmədik.

Özümüz də bilirik ki, səhvlərimiz hardadır. “Qəbələ”nin problemi indi yox, Premyer Liqanı tərk edəndə başlamışdı. Amma biz geri qayıtdıq. Birinci Liqada 17 xallıq fərqlə çempion olduq. Ya gərək çempion olan komandanı dağıdıb tamamilə legionerlərdən ibarət heyət qurardıq. Bu da düzgün deyildi. Çünki bizi çempion edən futbolçulara şans verməliydik. Ona görə heyəti dağıtmadıq. “Qəbələ” bir neçə il əvvəl Avropa Liqasının qrup mərhələsində oynayırdı. İndi isə məqsəd liqada qalmaqdır. Bu gün kimsə desə ki, “İmişli” bizdən yaxşı oynadı, bununla razı olmaram. Çünki cəmi 2-3 dəfə cərimə meydançamıza daxil oldular. Biz Birinci Liqadakı heyətimizin 95 faizini saxladıq. Həmin vaxt da hamı razı idi ki, o futbolçuların əməyi olub, onları saxlamaq lazımdır. Bir az bəxt də gətirmir. 20-30 ildir məşqçilik edirəm. Müəyyən şeyləri üzərimizə götürmüşüksə, bunu sona qədərə davam etdirməliyik”.

“Onlar “Qəbələ”ni belə görmək istəmirlər” – Sxadadze

12 April 2026 at 19:36

Misli Premyer Liqasının XXVII turunun “Qəbələ” – “İmişli” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “İmişli” böyük qüvvə ilə müdafiə olunan komandadır. Rəqib səhv edən kimi bundan isitfadə edirlər. Fərdi bacarıqları olan oyunçuları var. Təəssüf ki, standartdan səhv etdik və qol vurdular. Topa nəzarət edir, rəqibin cərimə meydançasına daxil olurduq. Sadəcə sonluq çatmırdı. Bu baxımdan problem var idi. Azarkeşlər narahat olur, başa düşürük. Onlar “Qəbələ”ni belə görmək istəmirlər. Premyer Liqada qalmağa çalışmalıyıq. “Kəpəz”lə oyunda necə oynadığımızı gördünüz. Bu gün isə qapıya düşə bilmədik, sonluq çatmadı. Rəqibin standart vəziyyətlərdən yaxşı istifadə etdiyini bilirdik. Bunun qarşısını ala bilmədik.

– “İmişli”nin öz stadionu yoxdur, Qubada oynayır. Amma öz meydançasında oynayan “Qəbələ”dən üst sırada qərarlaşıblar. Nə üçün belədir?
– Səhvlərimizin nədə olduğunu bilirik. Problemimiz indi yox, komanda liqadan düşəndə başlamışdı. I Liqada 17 xal fərqiylə çempion olduq. Ya komandanı tamamilə dağıtmalıydıq, ya da… I Liqada oynayanları saxlamalıydıq, dağıtmaq düzgün olmazdı. “Qəbələ”nin ambisiyaları var. Bir neçə il əvvəl avrokuboklarda oynayan komanda indi liqada qalmağa çalışır. Bu gün kimsə desə ki, “İmişli” bizdən yaxşı oynadı, razılaşmaram. Birinci Liqada olan komandanın 95 faizini qorumuşuq. Çünki bu uşaqlar əziyyət çəkiblər. İndi də oyunumuzla layiq olduğumuz yerdə deyilik. Bir az da bəxt gətirmir. Futbolçular çalışır. Bir şeyə söz vermişiksə, arxasında durmalıyıq. Mübarizəmizi sona qədər davam etdirməliyik.

Şahin Cəfərov

“Qəbələ” – “İmişli” 0:1 – Video

12 April 2026 at 18:30

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Qəbələ” – “İmişli” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
27-ci tur
12 aprel

“Qəbələ” – “İmişli” 0:1
Sarı vərəqələr: İsaak Amoa, 22 (qeyri-idman hərəkəti) – Dioqo Kardozo, 69 (qeyri-idman hərəkəti). Ezekiel Morqan, 89 (qeyri-idman hərəkəti).
Qol: Dioqo Rollo, 45.
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 15:30. Qəbələ şəhər stadionu, 200 tamaşaçı.

Baş hakim: Rəşad Əhmədov.
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Tərlan Talıbzadə.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k) (10. Şahin Şahniyarov, 46), 66. Nuğay Rəşidov (12. İbrahim Sanqare, 67), 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta (13. Nicat Əliyev, 82), 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev.
Baş məşqçi: Kaxaber Sxadadze.

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı (6. Yav Mozes, 73), 94. Rafael Vyeqas 10. Nikola Karaklaiç (97. Xəzər Mahmudov, 83), 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 23. Dioqo Rollo, 79. Dioqo Kardozo (21. Abbas Ağazadə, 90+4), 17. Ezekiel Morqan, 7. Luis Silvestr (70. Mehdi Tahirov, 90+4).
Ehtiyat oyunçular: 99. İmam Əli, 90. Riad Abbaszadə, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 20. Nazim Hüseynov.
Baş məşqçi: Xorxe Kaskilya.

Xorxe Kaskilya: “Taktikamız bu gün gözəl işlədi”

12 April 2026 at 18:00

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qonaqlar 1:0 hesablı qələbəyə seviniblər.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı gözəl nəticəyə görə təbrik edirəm. Azarkeşlərimizə dəstəyə görə təşəkkürümü bildirirəm. Az olsalar da, hər zaman bizə dəstək göstərirlər. “Neftçi” ilə oyundan sonra komandada ruh düşkünlüyü var idi. Bu komanda öz xarakteri ilə geri dönüş edə bildi. Son iki oyunda 4 xal yığmışıq. Bu da bizim üçün çox vacib idi. “Turan Tovuz” da ağır rəqibdir, “Qəbələ” də. “Qəbələ” xüsusilə öz meydanında yaxşı oynayır. Bu cür rəqiblərlə görüşlərdən xallar götürə bildik.

Bu gün taktikamız və strategiyamız gözəl işlədi. Belə oyunlarda qol az olur, daha çox taktiki mübarizə gedir. Qol vurduqdan sonra da oyunda diqtə etməyə çalışdıq. Rəqib də çox qol şansı yarada bilmədi. Yaxşı müdafiə olunduq. Belə çətin oyundan xalla ayrılmaq çox pozitiv amildir. Bu oyunu klub prezidentimizə həsr edirik. Bu gün onun doğum günüdür.

Qalib gəlmək nə qədər vacib olsa da, əsas olan Premyer Liqada yerimizi qorumaqdır. “Karvan”, “Qəbələ”, “Kəpəz” kimi komandalar arasında biz də varıq. Amma xala baxsaq, biz öz mövqeyimizi itirməmişik. 26 xalımız var”.

Premyer Liqa: “Qəbələ” “İmişli”yə məğlub oldu

12 April 2026 at 17:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.

“Qəbələ” “İmişli” ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş oyunun baş hakimi Rəşad Əhmədov olub. Oyunun taleyini bir qol həll edib. Qonaqlar qələbə qazanan tərəf olublar.

Azərbaycan, Premyer Liqa
27-ci tur
12 aprel

“Qəbələ” – “İmişli” 0:1
Qol: Dioqo Rollo, 45.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Qəbələ şəhər stadionu, 15:30.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare.
Baş məşqçi: Kaxaber Sxadadze.

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 23. Dioqo Rollo, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 21. Abbas Ağazadə, 90. Riad Abbaszadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 20. Nazim Hüseynov, 6. Yav Mozes.
Baş məşqçi: Xorxe Kaskilya.

Kaşkilya: “Xarakter göstərdik”

12 April 2026 at 18:23

Misli Premyer Liqasının XXVII turunda keçirilən “Qəbələ” – “İmişli” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Futbolçularımı təbrik edirəm. 
Gözəl oyun göstərdilər. “Neftçi” matçından sonra qələbə qazanmamışdıq, futbolçularda ruh düşkünlüyü var idi. Amma vəziyyəti dəyişə bildik. Son iki oyunda vacib xallar qazandıq. “Qəbələ” yaxşı komandadır, sürətli hücuma keçə bilirlər. Çalışdıq ki, onların qarşısını alaq. Taktikamız alındı. Standart vəziyyətdən fərqləndik və ilk hissəni öndə bitirdik. Fasilədən sonra çalışdıq ki, onlara çox şans verməyək. Yaxşı müdafiə olunduq və çətin oyunda üç xal qazandıq. Qələbəni bu gün ad günü olan klubumuzun prezidentinə həsr edirik.

– Uzun müddət sonra qələbə qazandınız. Geridönüş necə alındı?
– Bu, futboldur. 14 oyun qələbə qazana bilmədik. Bəzi matçlarda seriyanı poza bilərdik. Vacib odur ki, futbolçular məşqlərdə özlərini yaxşı göstərirdilər, çox çalışırdılar. Xarakterimizi, mənliyimizi göstərdik. Liqada qalmaq üçün xallara ehtiyac var. Mövqeyimizi hələ itirməmişik.

Şahin Cəfərov 

Musiala, Qoretska və Keyndən darmadağına şərh

12 April 2026 at 17:00

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala Almaniya Bundesliqasının 29-cu turunda “Sankt Pauli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi səfərdə qarşılaşdığı bu rəqibi üzərində 5:0 hesablı qələbəyə sevinib.

Almaniyalı futbolçu matçdan sonra bunları dilə gətirib:

“Qolla fərqlənməyə müvəffəq olduğum əla oyun keçirdik. Çıxışımdan razıyam. Fikrimcə, irəliyə doğru addım atdım”, deyə Musiala vurğulayıb.

Münhen klubunun digər almaniyalı yarımmüdafiəçisi Leon Qoretska da “Sankt Pauli” üzərində darmadağını şərh edib:

“Komandamız sürət yığır, kökdən düşmür. Lokomotiv kimi hərəkət edirik. Müvafiq ruhda da davam etmək istəyirik. Vurduğum qol ləzzət elədi”, deyə Qoretska vurğulayıb.

“Bayern”in ingilis hücumçusu Harri Keyn isə növbəti qələbə barədə bunları dilə gətirib:

“Komandamız tarix yazmağa davam edir. Müvafiq qələbəmiz vacibdir. Məqsədimizə daha bir addım yaxınlaşdıq”, deyə Keyn məmnunluqla vurğulayıb.

Əvəzedicilər Liqası: “Turan” “Sabah”a 3 qolla uduzdu

12 April 2026 at 16:00

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 23-cü turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir qarşılaşma baş tutub.

“Turan Tovuz”un ikinci komandası “Sabah”ın əvəzediciləri ilə ev oyununda 3 cavabsız qola üzülüb.

23-cü turun oyunları aprelin 13-də keçiriləcək.

Əvəzedicilər Liqası
23-cü tur
10 aprel

“Zirə-2” – “Şamaxı-2” 8:1
Qollar: Murad Qurbanov, 5. Murad Ələkbərov, 25. Əhliman Süleymanzadə, 37. Rauf Qafarov, 42. Samir Ağayev, 43. İslam Nəcəfli, 60-pen; 62. Rəsul Hacızadə, 86 – Ömər Yusublu, 58.
Hakimlər: Hacıağa Həsənov, Vüqar Bayramov, Ruslan Babayev, Ləman Əmirli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 15:00.

11 aprel

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 4:1
Qollar: Şahnur İsmayılov, 6. Elxan Məmmədov, 61. Əli Səmədov, 76. Sənan Əliyev, 90+1 – Səbuhi Məmmədov, 83.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Ağadur Mahmudov, Samir Musayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

12 aprel

“Turan Tovuz-2” – “Sabah-2” 0:3
Qollar: Amir Qəribov, 40. Şahin İbrahimov, 60. Əli Əlizadə, 62.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

13 aprel

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:00.

“Qəbələ-2” – “Neftçi-2”
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Qəzənfər Məmmədov, Vüqar Alıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Qəbələ şəhər stadionu” (ehtiyat meydança), 15:00.

“Turan Tovuz” – “Sumqayıt”: heyətlər

12 April 2026 at 17:03

“Turan Tovuz” Misli Premyer Liqasının XXVII turunda bu gün “Sumqayıt”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi

Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 99. Vadji İbrahima 9. Coş Cinnelli

Baş məşqçi: Kurban Berdiyev

“Sumqayıt”: 1. Mehdi Cənnətov (k) 3. Höccət Haqverdi 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 9. Aleksandr Ramalinqom 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 71. Masaki Murata 95. Nsana Simon 11. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 37. Nihad Orucəli 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 6. Sedrik Badolo 25. Abdul Raşid Mumini

Baş məşqçi: Saşa İliç

Futzal millimiz Aktauya 16 oyunçu ilə gedir

12 April 2026 at 15:00

Bu ay Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi bu gün gecə saatlarında səfərə çıxacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, baş məşqçi dəniz qonşumuzla matça ikisi qapıçı olmaqla ümumilikdə 16 futzalçı aparacaq.

Tiflis səfərindən sonra əvvəlcədən razılaşdırıldığı kimi, ailə vəziyyəti ilə əlaqədar qapıçı Rövşən Hüseynli Cavad Məmmədovla əvəzlənib.

Qapıçılar: Emin Kürdov (Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire);

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı “Neftçi” İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı “Baku Fire”), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi “Araz-Naxçıvan”), Qüdrət Qasımzadə (“Şuşa”).

Qeyd edək ki, millimizin Qazaxıstan yığması ilə görüşləri aprelin 13-də və 15-də Aktau şəhərindəki “BS Arena”da baş tutacaq.

Şteffen Baumqart qovuldu, xanım mütəxəssislə əvəzləndi

12 April 2026 at 14:00

Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Union Berlin” komandasının baş məşqçi Şteffen Baumqart istefaya göndərilib.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

Qərar Almaniya çempionatında səfərdə “Haydenhaym”a 1:3 hesablı məğlubiyyətdən sonra qəbul edilib.

Əsas komandanın müvəqqəti baş məşqçisi vəzifəsinə 2026-cı il iyunun 30-dək əvvəllər klubun U-19 kollektivinə rəhbərlik etmiş Mari-Luiza Eta təyin olunub.

“Çətin anlarda bütün qüvvələri birləşdirmək bacarığı həmişə “Union Berlin”in fərqləndirici xüsusiyyəti olub və elə də qalır. Mən tamamilə əminəm ki, bu komanda ilə birlikdə lazımi xalları toplaya biləcəyik”, – klubun rəsmi saytı 34 yaşlı mütəxəssisin sözlərini sitat gətirib.

Xatırladaq ki, 54 yaşlı Şteffen Baumqart 2025-ci il yanvarın 2-dən baş məşqçi vəzifəsində çalışırdı. Onun işlədiyi dövrdə kollektiv 51 oyunda 16 qələbə qazanıb, 14 heç-heçə edib və 21 dəfə məğlub olub.

29 turdan sonra hesabında 32 xal olan “Union Berlin” Almaniya Bundesliqasının 2025/2026-cı illər mövsümünün turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

“Bayern” Bundesliqada yeni qol rekordu müəyyənləşdirdi

12 April 2026 at 13:00

“Bayern” futbol üzrə Almaniya çempionatının (Bundesliqa) bir mövsümündə vurduğu qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Arena.az xəbər verir ki, Münhen təmsilçilərinin futbolçuları Bundesliqanın 2025/2026-cı illər mövsümünün 29-cu turunda qarşılaşdıqları “Sankt Pauli” ilə səfər matçında 5 dəfə fərqləniblər.

Ümumilikdə Münhen klubu turnirin cari mövsümündə 105 qol vurub. Əvvəlki rekord da 1971/1972-ci illər mövsümündə çempionatda rəqib qapılarından 101 dəfə top keçirmiş “Bayern”ə məxsus idi.

Xatırladaq ki, münhenlilər həm də Almaniya çempionatında qələbələrin sayına (34) görə rekordçudur.

Münhen təmsilçisi cari mövsümdə keçirdiyi 29 oyunda 24 qələbə qazanıb, 4 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. 76 xala malik Vensan Kompaninin komandası vahid liderdir. Bu komandanı 64 xalı olan Dortmund “Borussiya”sı izləyir.

Lamin Yamal La Liqada Raul Qonsalesin rekordunu qırdı

12 April 2026 at 12:00

“Barselona”nın 18 yaşlı ispaniyalı ulduzu, sağ cinah hücumçusu Lamin Yamal İspaniya La Liqasında yeni rekord müəyyənləşdirib.

Arena.az xəbər verir ki, gənc vinger buna La Liqanın 2025/2026-cı illər mövsümünün 31-ci turunda “Espanyol”a qarşı keçirdikləri matçda iştirak etməklə nail olub.

Bu qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Yamal yerli çempionatında 100-cü matçına çıxıb. O, bunu 18 yaş 272 günündə bacarıb.

Beləliklə, gənc vinger “Real”ın sabiq hücumçusu Raul Qonsalesin (19 yaş, 284 gün) rekordunu qırıb.

Xatırladaq ki, “Barselona” “Espanyol”u 4:1 hesabı ilə məğlub edib.

Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 43 oyuna çıxıb. O, bu oyunlarda 22 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 149 oyun, 47 qol və 52 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 25 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Birinci Liqa: 22-ci turun bütün təyinatları açıqlandı

12 April 2026 at 11:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 22-ci turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

22-ci turun görüşləri aprelin 15-də və 16-da keçiriləcək.

Birinci Liqa
22-ci tur
15 aprel

MOİK – “Zaqatala”
Hakimlər: Murad Səlimov, Mirnihat Seyidov, Aydın Bəxşıyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 15:00.

“Şahdağ Qusar” – “Cəbrayıl”
Hakimlər: İslam Məmmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

16 aprel

“Baku Sportinq” – “Şəfa”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rasim Axundov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Buzovna qəsəbə stadionu, 16:00.

“Mingəçevir” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Səbail”– “Şimal”
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Rəhman Aslanov, Nazim Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“Bayıl Arena”, 17:00.

“Sabah” son oyunda qələbə qazandı

12 April 2026 at 15:42

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün sonuncu oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” 7-8-ci yerlər uğrunda Türkiyənin “Tofaş” komandası ilə qarşılaşıb. Matç Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb – 86:60.

Komanda Azərbaycan basketbolu tarixində ilk dəfə iştirak etdiyi Gənclər Çempionlar Liqasında 12 komanda arasında 7-ci olub.

Milli Qazaxıstana bu heyətlə gedəcək

12 April 2026 at 15:09

Aprelin 13-də və 15-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi bu gün gecə saatlarında səfərə çıxacaq.

Futbolpress.az xəbər verir ki, baş məşqçi matça 2-si qapıçı olmaqla ümumilikdə 16 futzalçı aparacaq. Tbilisi səfərindən sonra əvvəlcədən razılaşdırıldığı kimi, ailə vəziyyəti ilə əlaqədar qapıçı Rövşən Hüseynli Cavad Məmmədovla əvəzlənib.

Qapıçılar: Emin Kürdov (Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı Neftçi İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı Baku Fire), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Qüdrət Qasımzadə (Şuşa)

Qeyd edək ki, Qazaxıstan millisi ilə yoldaşlıq görüşləri aprelin 13-də və 15-də Aktau şəhərindəki BS Arenada keçiriləcək.

Qəbələdə heyətlər məlum oldu

12 April 2026 at 14:50

“Qəbələ” Misli Premyer Liqasının XXVII turunda bu gün “İmişli”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 15:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaq:

Qəbələ: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare
Baş məşqçi: Kaxaber Tsxadadze

İmişli: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 23. Dioqo Rollo 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 99. İmam Əli 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 20. Nazim Hüseynov 6. Yau Mozes
Baş məşqçi: Jorj Kaşkilya

Portuqaliyalı hücumçu: “Məqsədimiz liqada qalmaqdır”

12 April 2026 at 14:30

“İmişli” Misli Premyer Liqasının XXVII turunda “Qəbələ”nin qonağı olacaq. Bu gün keçiriləcək matça saat 15:30-da start veriləcək.

“İmişli”nin hücumçusu Dioqu Kardozu “Futbolpress.az“a açıqlamasında görüşlə bağlı fikirlərini bildirdi:

“Uzun müddət idi qol vura, xal qazana bilmirdik. Ötən oyunda bu seriyanı qırdıq. “Qəbələ” ilə matça da yaxşı hazırlaşmışıq. Görüşün əhəmiyyətini bilirik. Yaxşı nəticə qazanmağa çalışacağıq”.

Fevralda komandaya qoşulan portuqaliyalı forvard yeni klubuna uyğunlaşmasından danışdı:

“Yeni ölkəyə uyğunlaşmaq heç vaxt asan olmur. Bu, həm də Portuqaliyadan kənarda ilk təcrübəmdir. Bura gəlməzdən əvvəl Azərbaycan futbolu haqda məlumatım var idi. Burda oynayan bəzi tanışlardan da fikirlər öyrəndim. Eyni zamanda, “Qarabağ”ın Çempionlar Liqasındakı nəticələri ölkə futbolunun yaxşı səviyyəsi olduğundan xəbər verir”.

Kardozu komandanın hədəflərinə toxundu:

“Mehriban kollektiv var. Burda hər kəs bir ailə kimi birləşib. Məqsədimiz liqada qalmaqdır və bunu bacaracağımıza inanıram. Hər kəs işinin məsuliyyətini dərk edir”.

Şahin Cəfərov

I Liqada təyinatlar

12 April 2026 at 14:15

I Liqada XXII turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Baku Sportinq” – “Şəfa” oyununu Əkbər Əhmədov idarə edəcək.

15 aprel (çərşənbə)

MOİK – “Zaqatala”
Hakimlər: Murad Səlimov, Mirnihad Seyidov, Aydın Baxşıyev, Maqsud Şamıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Binə qəsəbə stadionu, 15:00

“Şahdağ Qusar” – “Cəbrayıl”
Hakimlər: İslam Məmmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şamaxı OİK stadionu, 16:00

16 aprel (cümə axşamı)

“Baku Sportinq” – “Şəfa”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rasim Axundov, Niyaz Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Buzovna qəsəbə stadionu, 16:00

“Mingəçevir” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:00

“Səbail”– “Şimal”
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Rəhman Aslanov, Nazim Abdullayev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
“Bayıl Arena”, 17:00

Kroos “Real”a qayıda bilər – bu dəfə fərqli ampluada

12 April 2026 at 13:52

Almaniyalı keçmiş futbolçu Toni Kroos “Real”da işləyə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Madrid təmsilçisinin sabiq üzvü klubun idman strukturunda vəzifə verilə bilər. Klub rəhbərliyi hazırda mütəxəssislə danışıq aparır.

Kroos 2014-2024-cü illərdə “Real”ın formasını geyinib.

“Qalatasaray”da itki

12 April 2026 at 13:35

“Qalatasaray” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Yaser Asprilla zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Cinah oyunçusunun azı 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Asprilla bu mövsüm Super Liqada 7 oyuna çıxıb.

Messinin komandasından növbəti xal itkisi

12 April 2026 at 12:42

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Nyu York Red Bullz”la qarşılaşıb. 4 qolun vurulduğu matç bərabərliklə başa çatıb – 2:2.

Messi oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.

“İnter Mayami” 7 turdan sonra 12 xalla 10-cu sıradadır.

“Sabah”ın son sınağı

12 April 2026 at 12:18

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün sonuncu oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” 7-8-ci yerlər uğrunda Türkiyənin “Tofaş” komandası ilə qarşılaşacaq. Görüşə saat 13:00-da start veriləcək.

U-18 daha əvvəl 5-8-ci yerlər uğrunda görüşdə Serbiyanın “Borats” klubuna uduzub – 60:67.

Bundesliqa tarixində ilk qadın baş məşqçi

12 April 2026 at 11:30

Almaniyanın “Yunion” klubunun yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Mari-Luzie Etaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mari-Luzie Bundesliqa tarixində ilk qadın baş məşqçi statusuna yiyələnib.

“Yunion” çempionatda 29 turdan sonra 32 xalla 11-ci sıradadır.

Hansı oyun, hansı kanalda? – TV

12 April 2026 at 11:16

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

İtaliya, A Seriyası
14:30 Cenoa – Sassuolo (Futbol 1)
17:00 Parma – Napoli (Futbol 1)
20:00 Bolonya – Leççe (Futbol 1)
22:45 Komo – İnter (Futbol 1, Matç TV)

Rusiya, Premyer Liqa
15:00 ÇSKA – Soçi (Matç Premyer)
17:30 Rostov – Spartak Moskva (Matç TV)
17:30 Lokomotiv Moskva – Dinamo Mahaçqala (Matç Premyer)
20:30 Zenit – Krasnodar (Matç Premyer, Matç TV)

Azərbaycan, Premyer Liqa
15:30 Qəbələ – İmişli (CBC Sport)
18:00 Turan Tovuz – Sumqayıt (CBC Sport)

Türkiyə, Super Liqa
15:30 Konyaspor – Fatih Karagümrük (beİN Sports 1)
18:00 Göztəpə – Kasımpaşa (beİN Sports 1)
21:00 Qalatasaray – Kocaelispor (Futbol 3, beİN Sports 1)

İspaniya, La Liqa
16:00 Osasuna – Betis (Futbol 2)
18:15 Malyorka – Rayo Valyekano (Futbol 2)
20:30 Selta – Ovyedo (Futbol 2)
23:00 Atletik – Vilyarreal (İdman TV)

İngiltərə, Premyer Liqa
17:00 Nottingem Forest – Aston Villa (İdman TV)
17:00 Sanderlend – Tottenhem (beİN Sports 3)
19:30 Çelsi – Mançester Siti (İdman TV)

 

“İmişli” və “Turan Tovuz”dan qələbə

12 April 2026 at 19:54

Bu gün Misli Premyer Liqasında XXVII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə iki oyun baş tutacaq.

“Qəbələ” doğma divarlar arasında “İmişli”ni qəbul edib. Görüş qonaqların qələbəsiylə başa çatıb.

Digər görüşdə “Turan Tovuz” “Sumqayıt”a qalib gəlib.

Misli Premyer Liqası
XXVII tur

12 aprel

15:30 Qəbələ – İmişli 0:1
Qol:
Rollo, 45
Qəbələ şəhər stadionu

18:00 Turan Tovuz – Sumqayıt 2:1
Qollar: Ozobiç, 9, Jo, 51 – Senhaci, 63
Tovuz şəhər stadionu

İkinci Liqa: 22-ci turun bütün təyinatları açıqlandı

12 April 2026 at 10:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 22-ci turunun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

22-ci turun görüşləri aprelin 13-də və 14-də keçiriləcək.

İkinci Liqa
22-ci tur
13 aprel

“Araz Saatlı” – “Göygöl”
Hakimlər: Nahid Xasıyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Nəriman Ağayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Ağdaş” – “Kür-Araz”
Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Xalid Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağdaş şəhər stadionu, 16:00.

“Şəmkir” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Taleh Məmmədov, Ağadur Mahmudov, Nail Nağıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

14 aprel

“Xankəndi” – “Dinamo”
Hakimlər: Ceyhun Hüseynov, Məmmədəli Kərimov, Ruslan Babayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Qaradağ Lökbatan” – “Quba”
Hakimlər: Səbuhi Bayramov, Sevda Nuriyeva, Tural Bayramov, Rasim Musayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Ağstafa Gəncləri”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Premyer Liqa: “Qəbələ” “İmişli”yə, “Turan” “Sumqayıt”a qarşı

12 April 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Qəbələ” “İmişli” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək oyuna saat 15:30-da start veriləcək. Qarşılaşmanın baş hakimi Rəşad Əhmədov olacaq.

Turun qapanış oyununda isə “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Uzun fasilədən sonra yenidən doğma meydana qayıtmış “Turan Tovuz” bu rəqibini Tovuz şəhər stadionunda sınağa çəkəcək. Saat 18:00-da başlayacaq görüşü Kamranbəy Rəhimov idarə edəcək.

Azərbaycan, Premyer Liqa
27-ci tur
10 aprel

“Karvan” – “Kəpəz” 4:1
Qollar: Rauf Rüstəmli, 38; 45+1; 90+4. Eltun Turabov, 65 – Fərid Nəbiyev, 48.
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Emin Əliyev.
AVAR: Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Yevlax şəhər stadionu, 15:30.

11 aprel

“Şamaxı” – “Qarabağ” 0:0
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Şamaxı şəhər stadionu, 15:30.

“Sabah” – “Zirə” 2:2
Qollar: Coy Lens Mikels, 16. İqor Noqeyra, 51 – Ruan Renato, 32. Eren Aydın, 40.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
“Masazır Arena”, 18:00.

“Neftçi” – “Araz-Naxçıvan” 2:1
Qollar: İmad Faraj, 32. Breno Almeyda, 57 – Slavik Alxasov, 65.
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Müslüm Əliyev.
“Neftçi Arena”, 20:00.

12 aprel

“Qəbələ” – “İmişli”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Qəbələ şəhər stadionu, 15:30.

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Tovuz şəhər stadionu, 18:00.

La Liqa: “Barselona” 4 qola sevindi, “Atletiko” uduzdu

12 April 2026 at 01:30

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Real Sosyedad” – “Alaves” matçında qalib müəyyənləşməyib. “Elçe” “Valensiya”nı, “Barselona” “Espanyol”u, “Sevilya” isə “Atletiko”nu məğlub yola salıb.

Qeyd edək ki, 31-ci turun qalan görüşləri aprelin 12-də və 13-də keçiriləcək.

İspaniya, La Liqa
31-ci tur
10 aprel

Real – Jirona 1:1
Qollar: Valverde, 51 – Lemar, 62.

11 aprel

Real Sosyedad – Alaves 3:3
Qollar: Suçiç, 14. Sivera, 27-öz qapısına. Oskarsson, 60 – Kaleta-Çar, 3-öz qapısına. Diabate, 24. Boye, 90+7.

Elçe – Valensiya 1:0
Qol: Kepeda, 73.

Barselona – Espanyol 4:1
Qollar: F.Torres, 9; 25. Yamal, 87. Raşford, 89 – Losano, 56.

Sevilya – Atletiko 2:1
Qollar: Adams, 10-pen. Qudel, 45+2 – Bonar, 35.

12 aprel

16:00. Osasuna – Betis
18:15. Malyorka – Rayo Valyekano
20:30. Selta – Real Ovyedo
23:00. Atletik – Vilyarreal

13 aprel

23:00. Levante – Xetafe

Liqa 1: “Renn” “Anje”ni xalsız yola saldı

12 April 2026 at 01:00

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.

“Oser” – “Nant” matçında qapılara qol vurulmayıb. “Renn” isə doğma meydanda “Anje”yə qalib gəlib.

Qeyd edək ki, 31-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək. Bu turun “Brest” – “Strasburq” və “Lans” – PSJ matçları mayın 13-də keçiriləcək.

Fransa, Liqa 1
29-cu tur
10 aprel

Paris – Monako 4:1
Qollar: İkone, 4; 21. İmmobile, 8. Koleoşo, 71 – Baloqun, 36.

Olimpik (Marsel) – Mets 3:1
Qollar: Obemayanq, 13. Payşao, 48. Traore, 90+3 -Tsitaişvili, 49.

11 aprel

Oser – Nant 0:0

Renn – Anje 2:1
Qollar: Louer, 12-öz qapısına. Tamari, 25 – Peter, 65.

12 aprel

19:15. Nitsa – Havr
19:15. Tuluza – Lill
22:45. Olimpik (Lion) – Loryan

A Seriyası: “Milan” 3 qola üzüldü, “Yuve” qalib gəldi

12 April 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

“Kalyari” doğma meydanda “Kremoneze”yə, “Torino” “Verona”ya qalib gəlib. “Milan” “Udineze” ilə ev oyununda 3 cavabsız qola üzülüb. “Atalanta”nın qonağı olmuş “Yuventus” isə tək qolla 3 xal qazanıb.

Qeyd edək ki, 32-ci turun qalan görüşləri aprelin 12-də və 13-də keçiriləcək.

İtaliya, A Seriyası
32-ci tur
10 aprel

Roma – Piza 3:0
Qollar: Malen, 3; 43; 52.

11 aprel

Kalyari – Kremoneze 1:0
Qol: Espozito, 63.

Torino – Verona 2:1
Qollar: C.Simeone, 6. Kasadey, 50 – Bouye, 38.

Milan – Udineze 0:3
Qollar: Bartesaqi, 27-öz qapısına. Ekkelenkamp, 37. Atta, 71.

Atalanta – Yuventus 0:1
Qol: Boqa, 48.

14 aprel

14:30. Cenoa – Sassuolo
17:00. Parma – Napoli
20:00. Bolonya – Leççe
22:45. Komo – İnter

13 aprel

22:45. Fiorentina – Latsio

Premyer Liqa: “Arsenal” yenə uduzdu, “Liverpul” sevindi

12 April 2026 at 00:20

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Brentford” – “Everton” matçında qalib müəyyənləşməyib.

Lider “Arsenal” doğma meydanda “Bornmut”a, “Börnli” isə “Brayton”a məğlub olub. “Liverpul” da “Fulhem”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Qeyd edək ki, 32-ci turun qalan görüşləri aprelin 12-də və 13-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
32-ci tur
10 aprel

Vest Hem – Vulverhempton 4:0
Qollar: Mavropanos, 42; 83. Kastelyanos, 66; 68.

11 aprel

Arsenal – Bornmut 1:2
Qollar: Dyökereş, 35-pen – Kroupi, 17. Skott, 74.

Brentford – Everton 2:2
Qollar: Tyaqo, 3-pen; 76 – Beto, 26. Dyusberi-Holl, 90+1.

Börnli – Brayton 0:2
Qollar: Viffer, 43; 89.

Liverpul – Fulhem 2:0
Qollar: Nqumoha, 36. Salah, 40.

12 aprel

17:00. Kristal Pelas – Nyukasl
17:00. Nottingem Forest – Aston Villa
17:00. Sanderlend – Tottenhem
19:30. Çelsi – Mançester Siti

13 aprel

23:00. Mançester Yunayted – Lids

Bundesliqa: “Borussiya” uduzdu, “Bayern” 5 qola sevindi

11 April 2026 at 23:59

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

Dortmund “Borussiya”sı doğma meydanda “Bayer”ə, “Volfsburq” isə “Ayntraxt”a məğlub olub.

“Haydenhaym” “Union Berlin”i, “Leypsiq” Mönhenqladbax “Borussiya”sını xalsız yola salıb.

Səfərdə “Sankt Pauli” ilə qarşılaşmış lider “Bayern” isə 5 cavabsız qola sevinib.

Qeyd edək ki, 29-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
29-cu tur
10 aprel

Auqsburq – Hoffenhaym 2:2
Qollar: Klod-Mauris, 11. Qreqoriç, 14 – Hranaç, 35. B.Ture, 42.

11 aprel

Borussiya (Dortmund) – Bayer 0:1
Qollar: Andrix, 42.

Haydenhaym – Union Berlin 3:1
Qollar: Honsak, 9; 36. Zivzivadze, 79 – Querfeld, 75.

Leypsiq – Ayntraxt 1:0
Qol: Diomands, 80.

Volfsburq – Ayntraxt 1:2
Qollar: Peyçinoviç, 90+7 – Höylund, 21. Kalimuendo, 32.

Sankt Pauli – Bayern 0:5
Qollar: Musiala, 9. Qoretska, 53. Olise, 55. N.Cekson, 65. R.Gerrero, 88.

12 aprel

17:30. Köln – Verder
19:30. Ştutqart – Hamburq
21:30. Maynts – Frayburq

Super Liqa: “Fənərbağça”dan “Kayserispor”a 4 qol

11 April 2026 at 23:40

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

“Alanyaspor” – “Trabzonspor” matçında qalib müəyyənləşməyib. “Başakşəhər” evdə “Gənclərbirliyi”nə 3 cavabsız qolla qalib gəlib. Səfərdə “Kayserispor”la qarşılaşmış “Fənərbağça” isə rəqbini 4 cavabsız qolla üstələyib.

29-cu turun qalan görüşləri aprelin 12-də və 13-də keçiriləcək.

Türkiyə, Super Liqa
29-cu tur
10 aprel

Beşiktaş – Antalyaspor 4:2
Qollar: O.Kökçü, 4. J.Silva, 9. O.H.Qyu, 33; 59 – Van de Strek, 21. Ballet, 47.

11 aprel

Başakşəhər – Gənclərbirliyi 3:0
Qollar: Şomurodov, 9; 40. B.Yıldırım, 42.

Alanyaspor – Trabzonspor 1:1
Qollar: G.Yalçın, 67-pen – O.Tufan, 58.

Kayserispor – Fənərbağça 0:4
Qollar: Kante, 45+1. Taliska, 60; 87. Nene, 62.

12 aprel

15:30. Konyaspor – Karagümrük
18:00. Göztəpə – Kasımpaşa
21:00. Qalatasaray – Kocaelispor

13 aprel

21:00. Eyüpspor – Samsunspor
21:00. Rizəspor – Qaziantep

“Neftçi” – “Araz-Naxçıvan” – 2:1 – Video

11 April 2026 at 23:20

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Neftçi” – “Araz-Naxçıvan” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
27-ci tur
11 aprel

“Neftçi” – “Araz-Naxçıvan” – 2:1
Qollar: İmad Faraj, 32. Breno Almeyda, 57 – Slavik Alxasov, 65.
Sarı vərəqələr: Patrik Andrade, 20 (qeyri-idman hərəkəti). Bar Kohen, 81 (qeyri-idman hərəkəti). Ömər Buludov, 90 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 20:00. “Neftçi Arena ”, 2200 tamaşaçı.

Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov.
Dördüncü hakim: Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (6. Sessi Dalmeyda, 78), 15. Elvin Bədəlov, 7. Emil Səfərov (23. Cordan Rezabala, 88), 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda (28. Alessio Kurçi, 78), 11. İmad Faraj (47. Murad Məmmədov, 78), 10. Freddi Varqas (45. Vensan Abubakar, 84).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 14. Edvin Kuç, 27. Kristian Kostin, 22. Luis Ortis.
Baş məşqçi: Yuri Vernidub.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade (8. Coşqun Diniyev, 63), 17. İssuf Paro (5. Slavik Alxasov, 63), 23. Nuno Rodriqes (19. Bar Kohen, 75), 7. Hamidu Keyta, 10. Felipe Santos (70. Çarlz Boli, 63), 11. Ba-Muaka Simakala (16. Ramon Maçado, 81).
Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov.
Məşqçi: Vadar Nuriyev.

Yuri Vernidub: “Bu öhdəliyi üzərimə götürmüşəmsə…”

11 April 2026 at 23:00

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 27-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşündə meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə həqiqətən “Neftçi”nin performansı çox yaxşı idi. Bizim çox yaxşı qol epizodlarımız var idi. Ən azından 6-7 epizodumuz oldu, amma hamısını dəyərləndirə bilmədik. 60-cı dəqiqəyə qədər də yaxşı oynadıq. Ondan sonra əsas rolu psixologiya oynadı. Hesab 2:0 oldu, futbolçularımız bir az sakitləşdilər. 60 dəqiqə ərzində rəqibə maksimum pressinq etmək istəyirdik. 60 dəqiqə ərzində qapımız qarşısında cəmi 1 epizod oldu, qapıçımız da bizi xilas etdi. Biz isə 4-cü dəqiqəyə qədər 2 epizod yaratmışdıq. Futboldur, belə şeylər olur. Biz daha çox işləməliyik, çalışmalıyıq ki, oyunçuların fiziki durumları daha yaxşı olsun. Mən də baş məşqçi kimi analiz etməliyəm. Şadam ki, kapitanımız geri döndü. Möhkəm insandır, bu cür zədə ilə geri qayıtdı. Emin Mahmudov bizim üçün açar oyunçudur. Ümid edirəm ki, onunla bağlı hər şey yaxşı olacaq.

Mən təzyiq hiss etmirəm. Bundan sonrakı bütün oyunlar kubok finalı kimidir. Ona görə xallarımızı qazanmalı, irəli getməliyik. Bu ay ərzində oynayacağımız komandalar – “Zirə” və “Qarabağ” da bunu istəyirlər. Ona görə bu oyunlardan çox şey asılı olacaq. Uşaqlar bunu başa düşürlər. Rəqiblərimizin hər birinə hörmətlə yanaşırıq. Çıxıb oynayacağıq.

Mən mətbuatı oxuyanda bəzən gülümsəyirəm. Çünki elə şeylər olur ki, onlar haqda ümumiyyətlə heç nə deməmişəm. Vensan Abubakar komanda oyunçusudur, “Neftçi”nin futbolçusudur. Onun zədəsi var idi. Üç həftə məşq etmədi. Müalicə alırdı. Beş gün məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni söz Bassala Sambuya da aiddir. O, məşqlərə başlayıb, amma fərdi məşqlər edir. Yəqin ki, bərpasına 2-3 həftə gedəcək. Hər şey yaxşı getsə, “Qarabağ”la 2-ci oyuna çıxa bilər. Amma bu da şübhəlidir. Hər birini gözləyirəm. Böyük ümidlər var”.

Yuri Vernidub Ukrayna millisindən dəvət alıb?

Yuri Vernidub Ukrayna yığmasına rəhbərlik edəcəyinə dair ölkəsinin mətbuatında yayılmış xəbərlərə də münasibət bildirib:

“Son aylarda Ukraynadan heç bir jurnalistlə danışmamışam. Nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur. Yazırlar ki, Kənan Piriç qol buraxdıqdan sonra Vernidub onunla yollarını ayırmaq istəyir. Necə bunu yazmaq olar? Qol da buraxacaq, seyv də edəcək. Belə çıxır ki, buraxılan qoldan sonra hər qapıçı ilə yolları ayırmaq lazımdır? Elə suallarınız olarsa, mətbuat xidməti ilə danışa bilərsiniz, mən də müsahibəyə hər zaman hazıram. Ən azından doğru olanı deyəcəyəm. Milliyə gəldikdə, bununla bağlı söz-söhbət çoxdan gedir. Mənə heç kim zəng etməyib. Orada 8-10 nəfər yazırlar, bəlkə kimsə mənim də adımı ora daxil edib. Ciddi bir şey olsaydı, zəng edərdilər. İndi mənim bir məqsədim var, o da “Neftçi”dir. Kluba və mənim qarşıma qoyulan hədəflərə çatmağı düşünürəm. Alınar-alınmaz, həyat göstərəcək. Bu öhdəliyi üzərimə götürmüşəmsə, sona qədər gedəcəyik. Görürsünüz ki, nə qədər məsafə qət etmişik. Futbolçulara təşəkkür edirəm ki, üzərlərində işləyirlər, məşqlərdə çox peşəkardırlar. Klubun rəhbərliyinə də təşəkkür edirəm. Onlar da oyunçulara böyük motivasiya verirlər, dəstək göstərirlər. Ortada belə nəticə var. Komanda ilə rəhbərlik bir olanda, bu böyük gücdür”.

“Milan” evində darmadağın oldu

12 April 2026 at 00:22

İtaliya A Seriyasının 32-ci turunda “Milan” doğma meydanda “Udineze”ni qəbul edib.

Futbolpress.az xəbər verir ki, qarşılaşma qonaqların 0:3 hesablı gözlənilməz qələbəsi ilə başa çatıb.

“Udineze”nin qazandığı bu tarixi qələbədə əsas pay sahiblərindən biri mövsümün əvvəlində “Qalatasaray”dan icarəyə götürülən Nikolo Zaniolo olub.

İtalyan ulduz matç boyu sərgilədiyi oyun və etdiyi 2 məhsuldar ötürmə ilə matçın qəhrəmanına çevrilib. Qonaqların qollarına Artur Atta (27′, 71′) və Yurgen Ekkelenkamp (37′) imza atıb.

Ardıcıl ikinci məğlubiyyətini alan “Milan” 63 xalda qalıb. Bir oyun artıq keçirməsinə baxmayaraq, “rossoneri” lider “İnter”dən artıq 9 xal geridədir. “Udineze” isə bu qələbə ilə xallarını 43-ə çatdıraraq 10-cu pilləyə yüksəlib.

 

“Liverpul” 3 oyun sonra 3 xala qovuşdu

12 April 2026 at 00:04

İngiltərə Premyer Liqasının 32-ci turunda “Liverpul” doğma “Enfild” stadionunda “Fulhem”i qəbul edib.

Futbolpress.az xəbər verir ki, üç həftəlik qələbə həsrətinə son qoyan “mersisaydlılar” meydanı 2:0 hesablı qələbə ilə tərk ediblər.

Meydan sahiblərinə qələbəni gətirən qollar matçın ilk hissəsində vurulub. 36-cı dəqiqədə gənc istedad Rio Nqumoha hesabı açıb, cəmi 4 dəqiqə sonra isə komandanın lideri Məhəmməd Salah fərqi ikiyə çatdırıb.

Bu qələbə sayəsində xallarını 52-yə çatdıran “Liverpul” turnir cədvəlində 5-ci pillədəki yerini qoruyub və Çempionlar Liqasına vəsiqə şanslarını davam etdirib. “Fulhem” isə 44 xalla orta sıralarda qalıb.

Gələn həftə “Liverpul” səfərdə əzəli rəqibi “Everton”un qonağı olacaq. “Fulhem” isə “Brentford”la qarşılaşacaq.

Dövlət qurumları arasında nərd yarışı keçirildi

11 April 2026 at 23:54

Aprelin 11-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə 43 əməkdaş (32 kişi və 11 qadın) iştirak edib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, qadınlar arasında Lətifə Məmmədova (Medianın İnkişafı Agentliyi) yarışın qalibi olub. İlahə Ələkbərova (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ikinci, Aysel Səfərova (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) üçüncü yerə layiq görülüblər.

Kişilər arasında Teyyub Məmmədov (Ali Məhkəmə) birinci olub. Bəhruz Quliyev (“AzerGold” QSC) yarışı ikinci, Coşqun Mütəllimov (Ali Məhkəmə) isə üçüncü pillədə başa vurublar.

Derbidə “Barselona” şousu: Yamal tarixə düşdü

11 April 2026 at 23:36

İspaniya La Liqasının 31-ci turunda baş tutan Kataloniya derbisində “Barselona” doğma “Kamp Nou”da “Espanyol”u qəbul edib.

Futbolpress.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

“Barselona”ya qələbə qazandıran qolları Ferran Torres (9′, 25′), Lamin Yamal (87′) və Markus Reşford (89′) öz aktivinə yazdırıb. Xüsusilə ilk iki qolda Lamin Yamalın verdiyi məhsuldar ötürmələr diqqət çəkib. “Espanyol”un yeganə qoluna isə 56-cı dəqiqədə Pol Lozano imza atıb.

Bu matç 18 yaşlı Lamin Yamal üçün əlamətdar olub. İstedadlı ulduz La Liqada 100 oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşüb. Qeyd edək ki, Yamal cari mövsümdə liqada çıxdığı 27 matçda 15 qol və 11 asistlik performans sərgiləyib.

Əzəli rəqibi “Real Madrid”in xal itirdiyi həftədə qələbə qazanan “Barselona” xallarının sayını 79-a yüksəldib. Çempionatın bitməsinə 7 tur qalmış liderlə ikinci yer arasındakı xal fərqi 9-a çatıb. Derbidə uduzan “Espanyol” isə 38 xalda qalıb.

Gələn həftə “Barselona” “Selta Viqo”nu sınağa çəkəcək, “Espanyol” isə “Rayo Valyekano”nun qonağı olacaq.

“Bavariya” 54 illik rekordunu yenilədi

11 April 2026 at 23:22

Almaniya Bundesliqasının 29-cu turunda səfərdə “Sankt-Pauli”nin qonağı olan “Bavariya” rəqibini darmadağın edərək həm çempionluğa bir addım yaxınlaşıb, həm də tarixi rekorda imza atıb.

Futbolpress.az xəbər verir ki, matç boyu üstünlüyü əldən verməyən Münhen təmsilçisi rəqib qapısından düz 5 top keçirib.

Qolları Camal Musiala (9′), Leon Qoretska (53′), Maykl Olise (54′), Nikolas Cekson (65′) və Rafael Qerreyro (88′) öz aktivinə yazdırıb.

Belçikalı mütəxəssis Vensan Kompaninin rəhbərlik etdiyi komanda bu matçda vurduğu qollarla cari mövsüm Bundesliqada ümumi qol sayını 105-ə çatdırıb. Bununla da “Bavariya” 1971/1972 mövsümündə müəyyən etdiyi 101 qolluq tarixi klub rekordunu qırmağı bacarıb.

Bu qələbə ilə xallarının sayını 76-ya yüksəldən münhenlilər liderliyi inamla davam etdirir. Çempionatın bitməsinə 5 tur qalmış onlar ən yaxın izləyiciləri “Borussiya Dortmund”u 12 xal qabaqlayırlar.

Vadar Nuriyev: “Belə olacağını ehtimal etmirdik”

11 April 2026 at 22:40

“Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev Premyer Liqanın 27-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşündə Naxçıvan təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

Vadar Nuriyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Bu görüşə final oyunu kimi çıxmışdıq. Birinci hissədə “Neftçi”, ikinici hissədə biz yaxşı oynadıq. Əvəzetmələrlə oyunu düzəltdik, qol da vurduq. Komandamızdan 2-ci hissədə razı qaldım. “Neftçi”ni təbrik edirəm.

Qarşıda daha 6 oyunumuz var. Rəqiblərimizin də oyunları olacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizədən tam qopduğumuzu demək olmaz. Ola bilsin ki, rəqiblərimiz də xal itirəcəklər.

Cinah oyunçularımız yox idilər. İssuf Paro cinah oyunçusu deyil. Ömər Buludov da sol cinah oyunçusu deyil. Ehtimal etmirdik ki, belə bir şey ola bilər. Amma oldu. Bruno Franko da zədəlidir. O da olsaydı, tamam başqa futbol oynayacaqdıq. Cinahda belə səhvlər etməyəcəkdik”.

Xatırladaq ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko cəzalı olduğu üçün bu oyunu da tribunadan izləyib.

Yüksək Liqa: “DH Volley” ilk finalçı oldu

11 April 2026 at 22:20

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) yarımfinal mərhələsinin cavab matçlarına start verilib.

Arena.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində yarımfinal mərhələsi çərçivəsində “DH Volley” komandası “Milli Aviasiya Akademiyası” ilə qarşılaşıb.

Gərgin keçən bu oyunda “Milli Aviasiya Akademiyası” 3:2 hesabı ilə qələbə qazanıb.

Cütün ilk qarşılaşmasında “DH Volley” 3:0 hesabı ilə qalib gəldiyindən komandaların qələbələri bərabərləşib və “Qızıl set”ə ehtiyac yaranıb. Həlledici hissədə “DH Volley” 15:12 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Milli Aviasiya Akademiyası” isə bürünc medal uğrunda mübarizə aparacaq.

Mükafatlar uğrunda keçiriləcək oyunlarda komandaların rəqibləri 13 apreldə “Turan” və “Gəncə” arasında baş tutacaq digər yarımfinal qarşılaşmasından sonra müəyyənləşəcək.

Qeyd edək ki, reqlamentə əsasən yarımfinal mərhələsinin oyunları ev və səfər prinsipi üzrə iki görüşdən ibarətdir. İki oyunun nəticəsinə görə qələbələrin sayı bərabər olarsa, qalib “Qızıl set” vasitəsilə müəyyən edilir.

Yüksək Liqa
Yarımfinal, 2-ci oyun
11 aprel

“DH Volley” – “Milli Aviasiya Akademiyası” 2:3 (16:25, 25:16, 20:25, 25:19, 15:17)
Qızıl set 15:12

Premyer Liqa: “Neftçi” “Araz”ı xalsız yola saldı

11 April 2026 at 22:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutub.

“Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib. İki ukraynalı mütəxəssisin üz-üzə gəldiyi bu görüş “Neftçi Arena”da keçirilib. Qarşılaşmanı Əli Əliyev idarə edib. Üç qolun qeydə alındığı matçın sonunda “ağ-qaralar” qalib gəliblər.

Azərbaycan, Premyer Liqa
27-ci tur
11 aprel

“Neftçi” – “Araz-Naxçıvan” 2:1
Qollar: İmad Faraj, 32. Breno Almeyda, 57 – Slavik Alxasov, 65.
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Müslüm Əliyev.
“Neftçi Arena”, 20:00.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 27. Kristian Kostin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 70. Çarlz Boli, 19. Bar Kohen.
Məşqçi: Vadar Nuriyev.

Yuri Vernidub: “Bütün oyunlar bizim üçün kubok finalı kimi olacaq”

11 April 2026 at 23:07

Misli Premyer Liqasının XXVII turu çərçivəsində “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb:

– Göstərdiyiniz oyunun hissələr arasında bu qədər fərqlənməsinin əsas səbəbi nədir?

– Birinci hissə həqiqətən gözəl performans sərgilədik. Ən azı 6-7 real qol şansını qaçırdıq. İkinci hissədə də 60-cı dəqiqəyə qədər yaxşı oynadıq, hətta ikinci qolu vurduq. Düşünürəm ki, ondan sonra əsas rolu psixologiya oynadı. İlk bir saat ərzində rəqib cəmi bir dəfə qola yaxın oldu ki, onda da qapıçımız inamlı oynadı. Futboldur, belə şeylər olur. Biz daha çox işləməliyik, fiziki hazırlıqları artırmalıyıq. Sevinirəm ki, kapitanımız geri qayıtdı, çünki o bizim üçün açar fiqurdur.

– Artıq avrokubok zonasının astanasındasınız. Öz üzərinizdə əlavə təzyiq hiss edirsiniz?

– Mən təzyiq hiss etmirəm, amma görürəm ki, dərəcə getdikcə artır. Əsas odur, oyunçular bunu başa düşüb, dərəcəni saxlasınlar. Bundan sonrakı bütün oyunlar bizim üçün kubok finalı kimi olacaq. Xallar qazanmalı, irəliləməliyik. Qarşıda “Zirə” və “Qarabağ” kimi çətin rəqiblər var. Bu oyunlardan çox şey asılı olacaq.

– Cənab Vernidub gəldikdən sonra çempionatda Abubakar start heyətində yer almayıb, daha çox sonradan meydana daxil olur. Deyə bilərikmi, yeni mövsüm üçün cənab Vernidubun siyahısında bu futbolçu yoxdur?

– Mətbuatı oxuyanda bəzən gülümsəyirəm, çünki elə şeylər olur ki, mən onlar haqqında ümumiyyətlə, heç nə deməmişəm, demək də istəmirəm. Abubakar “Neftçi”nin üzvüdür. Gözəl bilirsiniz ki, onun zədəsi olmuşdu. Üç həftə ərzində məşqlərə qatılmadı, müalicə aldı. Həftənin beş günü məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni sözlər Sambuya da aiddir. O artıq fərdi məşqlərə başlayıb. Onun bərpası üçün ən azı iki-üç həftə lazımdır. Ola bilər ki, “Qarabağ”la ikinci oyuna hazır olsun, amma buna şübhəylə yanaşıram. Eyni məsələ Ştoqrinə də aiddir.

– Sambu da qayıdandan sonra “Neftçi” 9 nömrəsiz oynaya bilərmi? Çünki belə komanda hücumda daha yaxşı görünür.

– Belə edək, gözləyək görək o nə vaxt qayıdır. Ondan sonra oturub düşünüb, təhlil edərik.

– Cənab Vernidub mətbuatdan danışdı. Ukrayna mətbuatında millinin baş məşqçi postuna namizədlərdən biri kimi o göstərilir. Bununla bağlı nə deyə bilər, yoxsa gələcək planlarında ancaq “Neftçi” var?

– Son ay ərzində mən Ukraynadan heç bir təmsilçi ilə danışmamışam, nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur.

Adil Nəhmətli

“Araz-Naxçıvanın” məşqçisi: “Oyuna final kimi yanaşırdıq”

11 April 2026 at 22:38

Misli Premyer Liqasının XXVII turu çərçivəsində “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların məşqçisi Vadar Nuriyev oyunla bağlı təəssüratlarını bölüşüb:

– Oyuna yaxşı hazırlaşmışdıq, final kimi yanaşırdıq, qələbə qazanmaq istəyirdik. Birinci hissədə “Neftçi” yaxşı oynadı, ikinci hissədə biz. Əvəzetmələrdən sonra vəziyyəti düzəltdik, qol da vurduq. Cinah oyunçularımız olmadığı üçün məcburi mövqe dəyişikliyinə getmişdik. Öz mövqeyində oynamayan futbolçular üçün matç çətin alındı. Ümumilikdə komandadan ikinci hissədə razı qaldıq.

– Dediniz ki, qarşılaşmaya final kimi baxırdıq, bu məğlubiyyətlə qatarın getdiyini demək olar?

– Deməzdim. Qarşıda hələ altı oyun var. Hələ ki avrokuboklardan tam qopduğumuzu demək olmaz.

– İlk hissədə “Araz-Naxçıvan” çox zəif oyun göstərdi, hətta deyə bilərik ki, bəxtiniz gətirməsəydi, hesab daha böyük ola bilərdi…

– Cinah oyunçularımız öz mövqelərində oynamırdılar. Bu vəziyyətin yaranacağını ehtimal etmirdik, amma oldu. Əsas futbolçularımız zədəlidir, məsələn, Bruno olsaydı, tam fərqli futbol oynayacaqdıq.

– Amma Slavik Alxasov var idi, sonradan meydana daxil oldu, Paronun da bu mövqedə ilk oyunu deyildi, “Karvan-Yevlax”la görüşdə sağ cinah müdafiəçisi kimi çıxış etmişdi.

– “Karvan-Yevlax”la “Neftçi”ni bir hesab etməyək, onların daha keyfiyyətli futbolçuları var.

Adil Nəhmətli

“Kəpəz”in əvəzedicilərindən 4 qollu qələbə

11 April 2026 at 21:48

Əvəzedicilər Liqasında XXIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün bir oyun baş tutub.

“Kəpəz-2” “Araz-Naxçıvan-2” ilə qarşılaşıb. Matç gəncəlilərin qələbəsiylə başa çatıb – 4:1.

Turun dünən keçirilən oyununda “Zirə-2” “Şamaxı-2”yə qalib gəlib – 8:1.

Əvəzedicilər Liqası
XXIII tur

11 aprel

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 4:1
Qollar:
Şahnur İsmayılov, 6. Elxan Məmmədov, 61. Əli Səmədov, 76. Sənan Əliyev, 90+1 – Səbuhi Məmmədov, 83.

“Sabah” – “Zirə” 2:2 – Video

11 April 2026 at 21:40

Futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turunun bu gün keçirilmiş “Sabah” – “Zirə” matçı bərabərliklə (2:2) başa çatdı.

Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
27-ci tur
11 aprel

“Sabah” – “Zirə” 2:2
Qollar: Coy Lens Mikels, 16. İqor Noqeyra, 51 – Ruan Renato, 32-pen. Eren Aydın, 41.
Sarı vərəqələr: Umarali Rahmonaliyev, 82 (qeyri-idman hərəkəti) – Ayron Qomis, 45+2 (qeyri-idman hərəkəti). Tyaqo Silva, 55 (oyun qaydalarının sistematik şəkildə pozulması); İssa Cibrilla, 62 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 18:00. “Masazır Arena”, 1320 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Asiman Əzizli.
Dördüncü hakim: Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev (19. Aaron Maluda, 66), 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris (99. Patrik Mbina, 76), 7. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla (25. Enrike Kustodio, 73), 93. Brahim Konate (14. Elçin Əlicanov, 90+4), 5. Ange Mutsinzi, 17. Ayron Qomis (21. Hacıağa Hacılı, 80), 22. Eren Aydın (28. Leroy Mikels, 73).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 29. Ceyhun Nuriyev, 10. Georgi Papunaşvili, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

Dambrauskas: “Zirə” 1 xal üçün gəlmişdi, onu da qazandı”

11 April 2026 at 21:20

“Sabah”ın Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oyun alındı. Azarkeşlər qollu oyuna şahidlik etdilər. İlk dəqiqədən sonuncu dəqiqəyə qədər qalib gəlmək üçün mübarizə apardıq. 90 dəqiqə ərzində öz oyun prinsiplərimizə sadiq qaldıq. Topa daha çox nəzarət edirdik, daha çox pressinq edən, hücuma çıxan komanda biz idik. “Zirə”ni də təbrik edirəm. Yəqin ki, onlar bura 1 xal üçün gəlmişdilər. O xalı da əldə etdilər. Rəqibin yaxşı oyun planı var idi. Öz komandamı da təbrik edirəm. Ardıcıl üçüncü matçda ilk hissəfə hesabda geri düşsək də, özümüzdə cəsarət tapıb oyunu bərabərləşdiririk. Bu gün hər iki hissədə çoxlu qol fürsətlərimiz oldu. İkinci yarıda əlavə 3-4 dəqiqədə olsaydı, fərqlənə bilərdik. Bu gün bizim günümüz deyildi. Artıq bu oyunu unudub yolumuza davam etməliyik. Sabahdan etibarən “Qarabağ”la keçirəcəyimiz iki qarşılaşmaya hazırlaşmalıyıq.

Bu gün dominant tərəf biz idik. Sadəcə, öz səhvlərimizə görə qollar buraxdıq. Bu səhvləri dərindən təhlil etməliyik. Rəqib birinci hissədə iki dəfə qapımıza gəldi və iki qol vurdu. Mövsüm ərzində az qol buraxırdıq. Nəyə görə qollar buraxdığımızı təhlil edəcəyik. Biz daha çox öz oyunumuza köklənirik. Onu da qeyd edim ki, heç bir komandanın köməyinə ehtiyacımız yoxdur. Digər komandaların nəticələrinə baxmırıq.

Son dəqiqələrdə mərkəz müdafiəçilərimiz də hücuma qoşuldular. Futbolda üç nəticə hər zaman olur. Bu gün heç-heçə etdik. Amma pis çıxış etmədik. Daha yaxşı ola bilərik”.

Rəşad Sadıqov: “Sabah”dan aldığımız 1 xal dəyərlidir”

11 April 2026 at 21:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün bir az həyəcanlı başladı. Rəqib ilk dəqiqələrdən böyük təzyiq göstərirdi. Müdafiədən çıxarkən səhvə yol verdik və qol buraxdıq. Çox məyusedici idi. Növbəti 10 dəqiqədə rəqib yenə bizə böyük təzyiq göstərdi. Amma sonrakı dəqiqələrdə fəal çıxış edib iki qol vurduq. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Futbolçularımız əzmkarlıq göstərdilər, qol vurmağa çalışırdılar. Son 10 dəqiqədə isə rəqib böyük qüvvə ilə irəli getdi. Müdafiəmiz etibarlı oynadı və 1 xal qazandıq. “Sabah”la oyunda qazanılan hər xal dəyərlidir. 1 xal üçün çox sevinirik. Fikrimcə, bu xal bizim üçün çox faydalı olacaq.

“Sabah” bu il həqiqətən də möhtəşəm futbol nümayiş etdirir. Səfərdə oynadığımızı nəzərə alsaq, qazanılan xal bizim üçün çox önəmlidir. Çempionatın favoritləri ilə oyunlarda qazanılan hər xal önəmli olur. “Qarabağ”dan 2, “Sabah”dan 1 xal almışıq. Bu xallar çox önəmli olur. Ötən tur son dəqiqələrdə qol buraxıb heç-heçə etdik. “Şamaxı” ilə matçda heç-heçə gözlənilməz deyil. Amma matçın gedişatı elə idi ki, rəqib azlıqda idi, çoxsaylı qol epizodlarımız var idi. Son dəqiqələrdə nəsə hadisə baş verdi və qol buraxdıq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdular. Əsas narahatlığım o idi ki, həmin məyusluq bu oyuna təsir edər. Şükürlər olsun ki, futbolçular bu gün onu hiss etdirmədilər. Növbəti turda “Neftçi” ilə oynayırıq, 4 gün sonra “Turan Tovuz”la kubokun cavab görüşü var. Əvvəl də demişdim ki, apreldə bizi çox ciddi oyunlar gözləyir. Qarşıdakı matçlara çox yaxşı hazırlaşmalıyıq”.

Ədalət Ələkbərov: “Arzum millini uğurlara daşımaqdır”

11 April 2026 at 20:40

Futzal üzrə Azərbaycan millisinin üzvü Ədalət Ələkbərov Gürcüstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tiflisdə baş tutmuş ikinci görüşü millimizin 2:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Ədalət Ələkbərov matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“İki gün əvvəlki qarşılaşma ilə müqayisədə bir qədər yorğunluq var idi. Bu da görüşün tempinin aşağı olmasına təsirsiz ötüşmədi. Rəqibimiz heç bir fürsəti qaçırmadı. Əllərinə düşən imkanları maksimum realizə etməyi bacardılar. Bizim üçün maraqlı, faydalı yoldaşlıq oyunları oldu. Təcrübə qazanmaq baxımından maraqlı görüşlər keçirdik.

Düzdür, sona yaxın qol vurdum. Bizi məğlubiyyətdən xilas etməsə də, mənim üçün yaddaqalan oldu. Arzum hər zaman millinin formasını geyinmək, uğurlara daşımaqdır. Baş məşqçimiz istər birinci, istərsə də ikinci oyunda meydanda çox qalmağıma şərait yaratdı. Rəqibimiz də zəif komanda deyildi. Onlar yanvar-fevral aylarında Avropa çempionatının final mərhələsində iştirak ediblər.

Səhvlərimizdən nəticə çıxarmalı, onları düzəlməyə çalışmalıyıq. Təki belə fərdi səhvləri yoldaşlıq oyunlarında edək. Bizi payızda rəsmi matçlar gözləyir. Ona qədər hər fürsətdən faydalanmalıyıq. Qarşıda daha iki oyunumuz var. Qazaxıstan yığması təkcə Avropada deyil, dünyada güclü komandalardan biridir”.

U-20-nin ilk toplanışı üçün 24 futbolçu

11 April 2026 at 20:20

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-20) aprelin 13-dən 26-na qədər Qəbələdə təlim-məşq toplanışı keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Rui Jorje millinin ilk toplanışına 24 futbolçu dəvət edib.

U-20 millimizə dəvət edilmiş futbolçuların adlarını nəzərinizə çatdırırıq:

  1. Həbib Hüşənov – Qəbələ
  2. Bilal Hacıyev – Qarabağ
  3. Rauf Əyyubov – Sabah
  4. Uğur Qurbanlı – Qarabağ
  5. Tuncay Əhmədov – Sabah
  6. Səttar Tahirzadə – Marset (İspaniya)
  7. Murad Qurbanov – Zirə
  8. Həzrət Səmədov – Sabah
  9. Rəşad Alışov – Qarabağ
  10. Əhməd Tarverdiyev – Sabah
  11. Eltun Babazadə – Qarabağ
  12. Ziya Şəkərxanov – Qəbələ
  13. Şahin İbrahimov – Sabah
  14. Əliəkbər Rzazadə – Qarabağ
  15. Musa Mustafayev – Zirə
  16. Abduləziz Cabbarlı – Qarabağ
  17. Mehdi Mütəllimli – Qarabağ
  18. Anar Hüseynov – Sabah
  19. Əli Qazibəyov – Qarabağ
  20. Əli Bəşirov – Qarabağ
  21. Hikmət Cəbrayılzadə – Qarabağ
  22. Şahismayıl Cəfərov – Qarabağ
  23. Nihad Orucəli – Sumqayıt
  24. Toğrul Tapdıqlı – Sabah

Premyer Liqa: “Sabah”la “Zirə”dən məhsuldar heç-heçə

11 April 2026 at 20:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşması Masazırda baş tutub.

Lider “Sabah” avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” ilə üz-üzə gəlib. Qarşılaşmanın baş hakimi Tural Qurbanov olub. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Azərbaycan, Premyer Liqa
27-ci tur
11 aprel

“Sabah” – “Zirə” 2:2
Qollar: Coy Lens Mikels, 16. İqor Noqeyra, 51 – Ruan Renato, 32. Eren Aydın, 40.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
“Masazır Arena”, 18:00.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 19. Aron Maluda.
Baş məşqçi: Valdas Dambrauskas.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

Əvəzedicilər Liqası: “Kəpəz” “Araz”a 4 qolla qalib gəldi

11 April 2026 at 19:40

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 23-cü turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikiinci oyun günündə də bir qarşılaşma baş tutub.

“Kəpəz”in ikinci komandası “Araz-Naxçıvan”ın əvəzedicilərinə 4 qolla qalib gəlib.

23-cü turun oyunları aprelin 12-də və 13-də keçiriləcək.

Əvəzedicilər Liqası
23-cü tur
10 aprel

“Zirə-2” – “Şamaxı-2” 8:1
Qollar: Murad Qurbanov, 5. Murad Ələkbərov, 25. Əhliman Süleymanzadə, 37. Rauf Qafarov, 42. Samir Ağayev, 43. İslam Nəcəfli, 60-pen; 62. Rəsul Hacızadə, 86 – Ömər Yusublu, 58.
Hakimlər: Hacıağa Həsənov, Vüqar Bayramov, Ruslan Babayev, Ləman Əmirli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 15:00.

11 aprel

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 4:1
Qollar: Şahnur İsmayılov, 6. Elxan Məmmədov, 61. Əli Səmədov, 76. Sənan Əliyev, 90+1 – Səbuhi Məmmədov, 83.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Ağadur Mahmudov, Samir Musayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

12 aprel

“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

13 aprel

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:00.

“Qəbələ-2” – “Neftçi-2”
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Qəzənfər Məmmədov, Vüqar Alıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Qəbələ şəhər stadionu” (ehtiyat meydança), 15:00.

Dambrauskas: “Kiminsə köməyinə ehtiyacımız yoxdur”

11 April 2026 at 20:25

Misli Premyer Liqasının XXVII turunun “Sabah” – “Zirə” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Həqiqətən, çox yaxşı oyun alındı. Azarkeşlər üçün də maraqlı idi. İlk dəqiqədən etibarən sadəcə qalib gəlmək üçün mübarizə apardıq. Üç xalı qazanmaq istəyirdik. Oyun prinsiplərimizə sadiq qaldıq, topa çox nəzarət etdik, hücumlar qurduq. “Zirə”ni də təbrik edirəm. Bura bir xal üçün gəlmişdilər və bunu da əldə etdilər. Onları da təbrik edirəm. Ardıcıl üç oyundur, hesabda geri düşürük və sonra oyunu bərabərləşdiririk. İkinci hissədə çoxlu qol şanslarımız oldu. Sanki əlavə 3-4 dəqiqə də olsaydı, qol vuracaqdıq. Bizim günümüz deyildi. Bu matçı unutmalı və bərpa məşqinə köklənməliyik.

– “Qarabağ”ın xal itirməsi bugünkü oyuna nə dərəcə təsir etdi?
– Bu haqda düşünmürəm. Bu gün meydanda dominant tərəf biz idik. Səhvlərimizə görə qollar buraxdıq. Dərindən təhlillər etməliyik. Rəqib ilk hissədə iki hücuma iki qol vurdu. Nə üçün belə sadə qollar buraxırıq, bilmirəm. Təhlil edəcəyik. Digər komandaların nəticələrinə baxmırıq. Kiminsə köməyinə ehtiyacımız yoxdur. Öz oyunumuza və nəticələrimizə baxırıq.

– Şamaxıdakı nəticə futbolçuları psixoloji cəhətdən rahatlaşdırmadı?
– Nə üçün belə düşünürsünüz? Bu gün yaxşı oynadıq, dominant olduq. Bilmirəm, oyuna baxmısınız, ya yox… son dəqiqələrdə mərkəz müdafiəçilərimiz də hücumda idi. Qol vurmağı düşünürdük. Futbolda üç nəticə var: bərabərlik, heç-heçə, məğlubiyyət. Bu gün heç-heçə oldu. İndi bunu unudub, növbəti oyuna hazırlaşmalıyıq.

Şahin Cəfərov

“Sabah”a qarşı qazanılan hər xal dəyərlidir” – Sadıqov

11 April 2026 at 20:14

Misli Premyer Liqasının XXVII turunun “Sabah” – “Zirə” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Oyun bizim üçün həyəcanlı başladı. Rəqib böyük təzyiq göstərirdi. İrəli çıxanda top itirdik və qol buraxdıq. Sonrakı 10 dəqiqədə də pressinq etdilər. Lakin fasiləyə qədər geridönüş edə bildik. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxdıq. Bundan sonra qol vurmağa çalışdıq, futbolçular xarakter göstərdilər. Oyunun son dəqiqələrində müdafiəmiz etibarlı oynadı və bir xal qazandıq. “Sabah”a qarşı qazanılan hər xal dəyərlidir. Düşünürəm ki, bu nəticə bizim üçün faydalı olacaq.

– İlk hissənin əvvəlində fəal idiniz…
– Bu komanda ilə əvvəlki oyunda 27 dəqiqəyə 3 qol buraxmışdıq. Bu gün də 15-ci dəqiqədə qol buraxanda çalışdım ki, futbolçuları toparlayım, dağılmasınlar.

– Liderlə oyunda xal qazandınız. Bu gün həm də “Qarabağ”a kömək oldunuz. Qarşıdan “Neftçi” ilə oyun gəlir. Həmin görüşü həlledici saymaq olar?
– “Sabah” möhtəşəm oynayır. Qazandığımız xal çox önəmlidir. İki xal “Qarabağ”dan, bir xal “Sabah”dan götürmüşük. Bunlar çox mühümdür. Ötən turda son dəqiqə qolu ilə qələbədən olmuşduq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdu. Narahatlığım o idi ki, birdən bu məyusluq “Sabah”la da oyuna təsir edər. Qarşıda “Neftçi” və “Turan Tovuz”la oyunlarımız var. Ciddi matçlar olacaq. Başa düşürük ki, bu oyunlarda bizi nələr gözləyir.

– İssa Cibrilla və Ayron Qomis sanki meydandan çıxanda narazı idi. 
– Onları əvəzetmək istəmirdim. Qomis zədədən qayıdıb. Bir epizodda ayağını tutdu, həm də sarı vərəqəsi var idi. İssa bir məhsuldar ötürmə etdi, penalti qazandı. Çox məhsuldar oynadı. O da zədədən yeni qayıdıb. Gələcəyi düşünərək bu addımı atdım.

– Mövsümün sonuna az qalıb. İzlədiyiniz oyunçu var?
– Xeyr. Hələki bütün diqqətimiz çempionatdadır. Mövsümün sonunda rəhbərliklə danışacağıq. Hələ tələsmirik.

Şahin Cəfərov

Ayxan Abbasov “Şamaxı”dan ayrılacağını etiraf etdi

11 April 2026 at 19:30

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkür edirəm. Bilirdik ki, “Qarabağ” hər oyuna final kimi yanaşır. Çempionatın sonudur, hər matç gərgin keçir. Futbolçularıma təşəkkür edirəm. Sona qədər vuruşdular. Rəqib son dəqiqələrdə üstümüzə gəldi. Amma dözə bildik. Bizim üçün hər xal vacibdir. İstəyim odur ki, çempionatın sonuna qədər oyunlara yanaşmamız bu cür olsun. Növəbti turda səfərdə “Karvan”la çətin matçımız var. Həmin görüşə hazırlaşacağıq.

Hər futbolçu bizim üçün önəmlidir. Kərim Rossi və Dioqo Balaunun yoxluğu böyük itkidir. Amma digər futbolçular üçün də özlərini göstərmək üçün bir şans oldu.

Əzmkarlığımız az olsa, bəlkə bu gün biz də digər komandalar kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparardıq. Futbolçularımız bizə yaxın olan komandalarla oyunlarda da əzmkarlıq göstəriblər. Böyük hesabla məğlub olduğumuz oyunlar da oldu. Bu tempi saxlamaq asan deyil. Futbolçular ilk turdan bu günə kimi maksimumu etməyə çalışırlar. Heyətimizdə gənclər var. Futbolçular çox “artırıblar”. Onlara görə sevinirəm.

Bu gün tam başqa taktika ilə oynadıq. Bunu “Qarabağ”a görə etdik, məcburuq. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olurlar. Oyunçulara dəstək olmaq, onlara motivasiya vermək lazımdır. Təbii ki, komanda ruhu da çox vacibdir”.

Ayxan Abbasov mövsümün sonunda “Şamaxı”dan ayrılacağı barədə xəbərlərə də münasibət bildirib:

“Şamaxı” mənim üçün doğmadır. Burada işimi davam etdirmək istəyərdim. Maddi cəhətdən də komanda möhkəmlənməlidir. İki ildir çox çətinliklər olub. Amma heç bir çətinlikdən danışmamışıq. Çalışmışıq ki, bunun öhdəsindən gələk. Məncə, klub düz yoldadır. Bunu davam etdirmək lazımdır. Rəhbərliyə böyük iş düşür. Onların yanaşmalarını bilirəm. İnanıram ki, düzgün qərar verəcəklər. “Şamaxı” həmişə mənim üçün doğma olacaq. Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm”.

“Şamaxı” – “Qarabağ” 0:0 – Video

11 April 2026 at 19:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turunun bu gün keçirilmiş “Şamaxı” – “Qarabağ” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
27-ci tur
11 aprel

“Şamaxı” – “Qarabağ” 0:0
Sarı vərəqələr: Həbib İsmayılov, 82 (qeyri-idman hərəkəti). Rikardo Fernandes, 89 (oyunun bərpasının ləngidilməsi) – Şahruddin Məhəmmədəliyev, fasilədə (qeyri-idman hərəkəti). Kadi Borges, 62 (qeyri-idman hərəkəti). Kamilo Duran, 63 (hakimin qərarına etiraz). Marko Yankoviç, 89 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 5 dəqiqə.
Saat 15:30. Şamaxı şəhər stadionu, 2100 tamaşaçı.

Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev (10. Andrey Tırkovyanu, 79), 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 86), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov (8. Alfons Msanqa, 59), 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu (80. Həbib İsmayılov, 59).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov (27. Toral Bayramov, 67), 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k) (8. Marko Yankoviç, 72), 81. Kevin Medina, 20. Kadi Borges (22. Musa Qurbanlı, 67), 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Əvəzedicilər Liqası: “Zirə” “Şamaxı”ya 8 qol vurdu

10 April 2026 at 19:30

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 23-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Zirə”nin ikinci komandası “Şamaxı”nın əvəzedicilərinə 8 qolla qalib gəlib.

23-cü turun oyunları aprelin 11-də, 12-də və 13-də keçiriləcək.

Əvəzedicilər Liqası
23-cü tur
10 aprel

“Zirə-2” – “Şamaxı-2” 8:1
Qollar: Murad Qurbanov, 5. Murad Ələkbərov, 25. Əhliman Süleymanzadə, 37. Rauf Qafarov, 42. Samir Ağayev, 43. İslam Nəcəfli, 60-pen; 62. Rəsul Hacızadə, 86 – Ömər Yusublu, 58.
Hakimlər: Hacıağa Həsənov, Vüqar Bayramov, Ruslan Babayev, Ləman Əmirli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 15:00.

11 aprel

“Kəpəz-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Ağadur Mahmudov, Samir Musayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

12 aprel

“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
“Gəncə şəhər stadionu” (ehtiyat meydança), 14:00.

13 aprel

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:00.

“Qəbələ-2” – “Neftçi-2”
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Qəzənfər Məmmədov, Vüqar Alıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Qəbələ şəhər stadionu” (ehtiyat meydança), 15:00.

De Yonq sevinci

11 April 2026 at 19:49

“Barselona”nın futbolçusu Frenki de Yonq zədəsini sağaldıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi komanda ilə məşqlərə qoşulub. O, La Liqada XXX tur çərçivəsində “Espanyol”la matçda meydana çıxa bilər.

Bu gün keçiriləcək görüşə saat 20:30-da start veriləcək.

“Neftçi” – “Araz-Naxçıvan”: heyətlər

11 April 2026 at 19:23

“Neftçi” Misli Premyer Liqasının XXVII turunda bu gün “Araz-Naxçıvan”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 20:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala
Ehtiyat oyunçular: 12. Kristian Avram 5. Slavik Alxasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 16. Ramon Maçado 70. Şarl Boli 19. Bar Kohen
Məşqçi: Vadar Nuriyev

 

U-20-nin heyəti açıqlandı – siyahı

11 April 2026 at 19:06

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası aprelin 13-dən 26-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək.

Futbolpress.az xəbər verir ki, yığmaya 24 oyunçu çağırılıb.

N.
Ad/ Soyad
Klub
1
Həbib Hüşənov
Qəbələ
2
Bilal Hacıyev
Qarabağ
3
Rauf Əyyubov
Sabah
4
 Uğur Qurbanlı
Qarabağ
5
Tuncay Əhmədov
Sabah
6
Səttar Tahirzadə
Marcet (İspaniya)
7
Murad Qurbanov
Zirə
8
Həzrət Səmədov
Sabah
9
Rəşad Alışov
Qarabağ
10
Əhməd Tarverdiyev
Sabah
11
Eltun Babazadə
Qarabağ
12
Ziya Şəkərxanov
Qəbələ
13
Şahin İbrahimov
Sabah
14
Əliəkbər Rzazadə
Qarabağ
15
Musa Mustafayev
Zirə
16
Abduləziz Cabbarlı
Qarabağ
17
Mehdi Mütəllimli
Qarabağ
18
Anar Hüseynov
Sabah
19
Əli Qazibəyov
Qarabağ
20
Əli Bəşirov
Qarabağ
21
Hikmət Cəbrayılzadə
Qarabağ
22
Şahismayıl Cəfərov
Qarabağ
23
Nihad Orucəli
Sumqayıt
24
Toğrul Tapdıqlı
Sabah

Ayxan Abbasov: “İlk dəfədir ki, çalışdığım klubdan rahat gedirəm”

11 April 2026 at 18:41

Misli Premyer Liqasının XXVII turu çərçivəsində “Şamaxı” “Qarabağ”ı qonaq edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov mətbuata açıqlama verib.

Mütəxəssis nəticəni belə şərh edib:

– Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bilirik ki, çempionatın sonuna doğru “Qarabağ” hər oyuna final kimi yanaşır. Oyuna hazırlaşmağa vaxtımız az idi, çox yorulmuşduq, meydana itkilərlə çıxmışdıq. Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Hər xal bizim üçün vacibdir. Sona qədər bu tempi saxlamaq vacibdir.

– Bu gün komandanın əsas qol silahı Rossi yox idi. Bu sizə nə dərəcədə təsir göstərdi? 

– İstənilən futbolçumuzun yoxluğunu itki hesab edirəm, amma təbii ki, aparıcı oyunçuların olmaması daha böyük itkidir və komandaya təsir edir.

– Komandanız bu oyun da, keçən tur da çox əzmkar mübarizə nümayiş etdirdi. Bu əzmkarlıq rəqibin adına görədir, yoxsa ümumi oyun üslubunuz belədir? 

– Mövsümün əvvəlindən bilirdik ki, əzmkarlığımız az olsa, liqada qalmaqda çətinlik çəkə bilərik. İlboyu bu tempi saxlamaq da çətindir, amma ilk turdan bu günə kimi futbolçular maksimum çalışırlar. Oyunçuların inkişafı göz önündədir, bu gün Orucu xüsusən bəyəndim.

– Qazanılan nəticələrdə taktiki biliyiniz əsas rol oynayır, yoxsa verdiyiniz motivasiya? 

– Bu gün “Qarabağ”a görə məcburi fərqli taktika ilə oynadıq. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olur. Təbii ki, komanda ruhu da çox vacibdir.

– Əsas qapıçınız cəza səbəbilə növbəti tur olmayacaq. Bu sizi qayğılandırır? 

– Rikardo bu gün Azərbaycan çempionatında ən yaxşı qapıçılardandı. Amma bir tərəfdən də Abdullaya şans verə biləcəyimə görə sevinirəm. Ümumən qarşıdakı turlarda hər kəsə şans verəcəm. Əsas heyətdə debüt etməyi gözləyənlər var.

– Mövsümün sonunda Şərqi Avropadan yeni məşqçi gətiriləcəyi ilə bağlı söhbətlər var. Hətta deyilənə görə, danışıqlar gedir, bununla bağlı nə deyə bilərsiniz? 

– “Şamaxı” mənim üçün doğmadır. İstəyərdim ki, burada davam edim, amma maddi cəhətdən də komanda möhkəmlənməlidir. İki ildir çox çətinliklər olsa da, çalışmışıq ki, öhdəsindən gələk. Məncə, klub doğru yoldadır, düzgün qərarlar verilməlidir. İlk dəfədir ki, çalışdığım klubdan rahat gedirəm.

Qurbanov: “Mübarizəmiz sonadək davam edəcək”

11 April 2026 at 18:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 27-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilməsək də, son saniyələrə kimi yaxşı mübarizə getdi. Futbolçular qol vurmaq üçün çox güc sərf etdilər. Belə hallar olur. Edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram.

Bu matçdan əvvəl aramızda 10 xallıq fərq var idi. Bu, az deyil. “Sabah” çox yaxşı futbol nümayiş etdirir. Qarşıdakı oyunlarda daha pozitiv olmalıyıq. Futbolçuların idman formasını, peşəkarlığını daha da yaxşılaşdırmağa çalışacağıq.

Qarşıda maraqlı oyunlarımız var. “Sabah” və “Neftçi” ilə matçlarımız olacaq. Sona kimi mübarizə aparacağıq. Titula gəlincə, belə illər olur, sanki alınmır. Sona qədər azarkeşlərimiz üçün yaxşı futbol göstərmək istəyirik. Mübarizəmiz sona kimi davam edəcək.

Heyətdə hansısa dəyişiklikər etmək istəyərdik. Komandaya yeni futbolçular cəlb etmək istəyirik. Soyuqqanlı davranmalıyıq. Heyəti gücləndirməyə ehtiyacımız var. Bütün futbolçular uğurlu mövsüm keçirdilər. Çempionlar Liqasındakı nəticələrdən sonra 70-80 faiz futbolçuya təkliflər oldu. İstər-istəməz onlar üçün özlərini ələ almaq çətin olur. Olan oldu. Başa düşürük ki, təkliflərin olması futbolun qanunudur. Bizim kimi yeni formalaşan komanda üçün belə halların mənfi təsiri var. Amma hər bir halda futbolçuları toparlamağa çalışdıq”.

Mahir Emreli “Herta” ilə oyunu kənardan izlədi

11 April 2026 at 18:00

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun “Herta”ya qarşı oyununda iştirak etməyib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 29-cu turu çərçivəsində qarşılaşdıqları “Herta” ilə oyunda sonadək ehtiyatda qalıb.

Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

29 turdan sonra 46 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 29 oyunda 14 qələbə qazanıb, 4 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 11 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Premyer Liqa: “Qarabağ” Şamaxıda xal itirdi

11 April 2026 at 17:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Şamaxı” son çempion “Qarabağ”ı qəbul edib. Şamaxı şəhər stadionunda keçirilmiş görüşü İnqilab Məmmədov idarə edib. Tərəflər meydanı qolsuz tərk ediblər.

Daha öncə baş tutmuş “Karvan” – “Kəpəz” matçında meydan sahibləri 4:1 hesabıyla qalib gəliblər. “Sabah” – “Zirə” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları bu gün, “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” matçları sabah keçiriləcək.

Azərbaycan, Premyer Liqa
27-ci tur
11 aprel

“Şamaxı” – “Qarabağ” 0:0
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Şamaxı şəhər stadionu, 15:30.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 10. Andrey Tırkovyanu, 88. Rodriqo Fernandes, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Qurban Qurbanov: “Həmişə hər şey istədiyimiz kimi olmur”

11 April 2026 at 18:17

Misli Premyer Liqasının XXVII turunun “Şamaxı” – “Qarabağ” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçulara və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilmədiyimizə baxmayaraq, sona qədər yaxşı mübarizə izlədik. Belə hallar olur, edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara baxmalıyıq. Rəqibi təbrik edirəm.

– Çempionluq yolunda vacib iki xal itirdiniz, bu, komandaya necə təsir edəcək?
– Artıq kifayət qədər təsirlənmişik. “Sabah” kimi rəqiblə 10 xallıq fərq az deyil. Qarşıdakı oyunlara daha pozitiv yanaşmalıyıq.

– Sözlərinizdən belə başa düşüldü ki, bundan sonra titul qazanmaq üçün əsas diqqəti kuboka yönəldəcəksiniz.
– Xeyr, çempionatda da hələ maraqlı oyunlarımız var. Qarşıdan “Sabah” və “Neftçi” ilə görüşlər gəlir. Alınmayan mövsümlər də olur. İstənilən halda, sona qədər azarkeşlərimizə yaxşı futbol göstərməliyik.

– Növbəti mövsüm üçün komandada köklü dəyişikliklər gözlənilirmi?
– Həmişə hər şey istədiyimiz kimi olmur, amma müəyyən dəyişikliklər etmək istəyərdik. Yeni futbolçulara, heyəti gücləndirməyə ehtiyac var.

– İndiyə qədər qazanılan uğurlu nəticələrin, gələn təkliflərin futbolçuların düşüncəsinə nə qədər təsiri olub?
– Əlbəttə ki, təsir olub. İstənilən halda, uğurlu mövsüm keçirmişik. Heyətin böyük hissəsinə müxtəlif təkliflər gəlib, amma heyətə yeni qoşulan oyunçulara bunun təsir etməsi bizim üçün mənfi nüansdır.

Adil Nəhmətli

“Sabah” – “Zirə” görüşünün heyətləri bəlli oldu

11 April 2026 at 18:03

“Sabah” Misli Premyer Liqasının 27-ci turu çərçivəsində “Bank Respublika Arena”da “Zirə”ni qəbul edir. 

Futbolpress.az xəbər verir ki, komandalar saat 18:00-da start götürəcək matçda meydana bu heyətlərlə çıxacaqlar:

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 7. Umarali Raxmonaliyev

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 19. Aron Maluda

Baş məşqçi: Valdas Dambrauskas

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins

Baş məşqçi: Rəşad Sadıqov

Mahir qələbəni kənardan izlədi

11 April 2026 at 17:29

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Herta” ilə qarşılaşıb. Görüş Berlin təmsilçisinin qələbəsiylə başa çatıb – 1:0.

Mahir oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Kayzerslautern” 29 turdan sonra 46 xalla 7-ci sıradadır.

Robertson “Tottenhem”ə şərt qoydu

11 April 2026 at 17:15

​”Liverpul”dan ayrılmağa hazırlaşan Endryu Robertsonun yeni klubu böyük ölçüdə bəlli olub.

Futbolpress.az xəbər verir ki, şotlandiyalı ulduz karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə çox yaxındır.

​Məşhur idman jurnalisti Fabrizio Romanonun yaydığı məlumatına görə, təcrübəli sol cinah müdafiəçisi “Tottenhem” ilə şifahi razılıq əldə edib. O, 2026-cı ilin iyul ayından etibarən London təmsilçisinə qoşulmağa hazırdır.

“Liverpul”u azad agent kimi tərk edəcək Robertsona bir çox fərqli klubdan təkliflər gəlsə də, İngiltərədə qalmaq faktoru bu qərarda həlledici rol oynayıb. Lakin tərəflər arasında hələlik rəsmi heç bir sənəd imzalanmayıb.

Keçidin tam rəsmiləşməsi üçün əsas şərt “Tottenhem”in Premyer Liqada yerini qorumasıdır. Əgər London klubu aşağı liqaya düşməkdən xilas olarsa, Robertson onlara qoşulacaq.

Kukseviç: “Fərdi olaraq çox səhvə yol verdik”

11 April 2026 at 17:00

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Gürcüstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tiflisdə baş tutmuş ikinci görüşü millimizin 2:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kukseviç matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu gün fərdi olaraq çox səhvlərə yol verdik. Səhvlərimizdən rəqib maksimum istifadı etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq”.

U-19 millimiz Xorvatiyaya 6 cavabsız qolla uduzdu

11 April 2026 at 16:30

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, yığmamız Xorvatiyada təşkil edilmiş Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunun ilk oyununda meydan sahibləri ilə üz-üzə gəlib.

B Liqasının 6-cı qrupunda yer almış komandaların görüşü Xorvatiya yığmasının 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, U-19 millimiz qrupdakı növbəti oyunlarında Çexiya (14 aprel) və Gürcüstan (17 aprel) yığmaları ilə də qarşılaşacaq.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 6-cı qrup
11 aprel

Xorvatiya – Azərbaycan 6:0
Baş hakim: Henrikke Nervik (Norveç).
Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Jasmin Matisiak (Almaniya).
Dördüncü hakim: Angelika Soeder (Almaniya).
Karlovaç, “Branko Çavloviç-Çavlek” stadionu. Saat 14:00.

Futzal millimiz Gürcüstana ikinci oyunda da uduzdu

11 April 2026 at 16:00

Gürcüstanda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi yığmamız bu dəfə də Gürcüstan millisi ilə üz-üzə gəlib.

İki gün əvvəlki oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç həm qapıda, həm də meydan oyunçuları sırasında dəyişiklik etmişdi. Çərçivə bu dəfə Emin Kürdova tapşırılmışdısa, ilk dəqiqələrdən meydana bu gün doğun gününün qeyd edən Tofiq Mikayılov, Oqtay Rüstəmli, Murad Quluzadə və Fərid Abbasov çıxmışdı. Yeri gəlmişkən, ötən matçda meydana çıxan Pünhan Qasımzadə əsas millidə debütünü reallaşdırmışdı.

Oyuna gəldikdə, komandamız bu dəfə meydanı 2:5 hesablı məğlubiyyətlə tərk edib. Futzal millimiz ilk oyunda da 2:4 hesablı məğlubiyyətə üzülmüşdü.

Yoxlama oyunu
11 aprel

Gürcüstan – Azərbaycan 5:2
Qollar: Nikoloz Qabriçidze, 3:03. Levan Svanidze, 14:09. Georgi Çimakadze, 34:02; 38:16. Nikoloz Kurtanidze, 37:26 – Nihad İsmayılov, 13:02. Ədalət Ələkbərov, 39:37.
Hakimlər: Qriqol Bliadze, Aleksandre Qrdzelişvili, Qoça Taruaşvili.
Tiflis. “Tiflis Arena”. Saat 14:00.

Gürcüstan: 16. Əli Aslani, 2. Nikoloz Qabriçidze, 4. Georgi Çimakadze, 6. Janiko Georgiya, 7. Şota Topuriya, 1. Luka Xarşiladze, 12. Tornike Bukiya, 3. Saba Tkeşelaşvili, 8. Vaxtanq Kekeliya, 9. İrakli Todua (k), 10. Vaxtanq Jvaraşvili, 11. Nika Xaratişvili, 14. Nukri Tçumburidze, 17. Arçil Sebiskveradze, 18. Nikoloz Kurtanidze, 19. Saba Egriselaşvili, 20. Levan Svanidze.
Baş məşqç: Avtandil Asatiani.

Azərbaycan: 1. Emin Kürdov (k), 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 20. Fərid Abbasov, 12. Rövşən Hüseynli, 3. Kənan Manafov, 4. Pünhan Qasımzadə, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 17. Ədalət Ələkbərov, 18. Tofiq Əliyev.
Baş məşqçi: Yevgeni Kukseviç.

Mikel Arteta ÇL-də qələbəyə inanır?

11 April 2026 at 15:00

“Arsenal”ın baş məşqçisi Mikel Arteta cari mövsümdə UEFA Çempionlar Liqasında qalibiyyətin mümkünlüyü ilə bağlı sualı cavablayıb.

Arena.az ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Qarşımızda hansı imkanın açıldığını başa düşürük. Müvafiq imkandan yararlanmaq üçün hər şeyi edəcəyik”, deyə Arteta vurğulayıb.

Mikel Arteta “topçular”ın sükanı arxasındakı gələcəyi ilə bağlı sualı da cavablayıb:

“Klubumuz böyük iddialara malikdir və biz yaxşı vəziyyətdəyik”, deyə Arteta gələcəyi ilə bağlı heç bir qaranlıq məqamın olmadığnı başa düşməyə əsas verib.

Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının 31 turundan sonra 70 xalla vahid liderdir. “Mançester Siti” isə 61 xalla ikinci, “Mançester Yunayted” 55 xalla üçüncü pillədə qərarlaşıb.

“Topçular” UEFA Çempionlar Liqasında da 1/4 finalda mübarizə aparır. Komanda ilk oyunda Portuqaliyanın “Sportinq” kollektivinə 1:0 hesabıyla qalib gəlib.

Qvardiola: “Çempionluq üçün hər oyunda qalib gəlməliyik”

11 April 2026 at 14:00

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümdə çempionluq şansları ilə bağlı sualı cavablayıb.

Arena.az ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Biz hər oyunda qalib gəlməliyik…”, deyə “Pep” ümidini hələ də itirmədiyini başa düşməyə əsas verib.

O, “şəhərlilər”in kapitanı, portuqal yarımmüdafiəçi Bernardo Silvanın klubdakı gələcəyi ilə bağlı sualı da cavablayıb:

“Heç nə bilmirəm. Ona demişdim ki, onun, gələcəyi ilə bağlı məlumat verəcəyi ilk kəs olmaq istəyirəm. Amma o, mənə hələ heç nə deməyib”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, Bernardo Silvanın “Mançester Siti” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

“Mançester Siti” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 30 oyunda 61 xal toplayıb və 20 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Rəqiblərindən bir oyun az keçirmiş Xosep Qvardiolanın komandası lider “Arsenal”dna 9 xal geri qalır.

Kukseviç: “Özümüz rəqibə daha çox kömək etmiş oluruq”

11 April 2026 at 16:54

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç bu gün Gürcüstan millisinə məğlubiyyətdən sonra (2:5) fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunçularının gözlənilməz səhvlərə yol verdiklərini deyib:

“Bu gün fərdi olaraq çox səhvlərə yol verdik. Səhvlərimizdən rəqib maksimum istifadə etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq”.

Hakan İnzaqi və Kivunu müqayisə etdi

11 April 2026 at 16:36

İtaliya A Seriyasında çempionluğa doğru addımlayan “İnter”in türkiyəli ulduzu Hakan Çalhanoğlu “La Repubblica” nəşrinə maraqlı müsahibə verib.

Futbolpress.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi həm Çempionlar Liqası arzusundan, həm də karyerasını bitirdikdən sonrakı planlarından danışıb.

Sabiq baş məşqçisi Simone İnzaqi və hazırkı çalışdırıcısı Kristian Kivu barədə danışan Hakan fərqli yanaşmaları qeyd edib:

​”Simone ilə möhtəşəm münasibətimiz var idi. O, məni komandada görməyi ürəkdən istəyirdi. Kivu isə oyunçularla daha çox empatiya qurur və onlara daha yaxındır. O, sənin meydandan kənarda necə yaşamağınla da yaxından maraqlanır”.

Ulduz futbolçu ən böyük arzusunun “İnter”lə kuboklar qazanmaq olduğunu gizlətməyib:

“İki Çempionlar Liqası finalını uduzduqdan sonra əsas məqsədim bu turniri qazanmaqdır. Həmçinin, milli komanda ilə Dünya Çempionatı matçlarımız var”.

Hakan futboldan sonra hansı sahəyə yönələcəyinə artıq qərar verib:

“Məşqçilikdən çox, idarəçilik sahəsində olmaq istəyirəm. İdman direktoru, federasiya rəsmisi və ya menecer ola bilərəm. Artıq indidən bunun üçün oxuyur və hazırlaşıram”.

Futzal millimiz növbəti dəfə Gürcüstana uduzdu

11 April 2026 at 16:12

Futzal üzrə Azərbaycan millisi növbəti dəfə yoldaşlıq görüşündə Gürcüstanla qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, komandamız meydan sahiblərinə yenə uduzub.

5:2 hesabı ilə başa çatan görüş Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.

Ayın 13-ü və 15-də yığma Aktauda Qazaxıstanla yoldaşlıq matçları keçirəcək.

İdmançımız MMA turnirində qələbə qazandı

11 April 2026 at 15:45

Azərbaycanlı idmançı Əli Quliyev İsveçin Vasteros şəhərində keçirilən MMA üzrə “Fight Club Rush” turnirində qələbə qazanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

66 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz braziliyalı Fabrisio Nunesi məğlub edib.

Keçmiş qapıçı: “Ronaldo DÇ-də komandasına zərər verə bilər”

11 April 2026 at 15:30

​”Liverpul” və “Tottenhem”in sabiq qapıçısı Bred Fridel Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun 2026-cı il Dünya Çempionatında iştirak etmək qərarını tənqid edib.

Futbolpress.az xəbər verir ki, amerikalı qolkiper bu barədə Portuqaliyanın “Apula” qəzetinə açıqlama verib.

O, Ronaldonun fiziki cəhətdən yaxşı görünməsinə baxmayaraq, kollektiv oyuna mənfi təsir edəcəyini bildirib:

​”Bütün oyunçular bir gün təqaüdə çıxmalıdır, bu qaçılmazdır. Ronaldo hələ də əla fizikaya sahibdir, lakin oyun stili artıq əvvəlki kimi deyil. Elə bir an gəlir ki, oyunçu komandanın ümumi performansına xeyirdən çox zərər verə bilər”.

Fridel, Ronaldonun əzəli rəqibi Lionel Messinin əksinə, 2026-cı il mundialında iştirakının Portuqaliya üçün problem yaradacağını düşünür.

​Bu il ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatında Portuqaliya 11-ci qrupda Demokratik Konqo, Özbəkistan və Kolumbiya ilə mübarizə aparacaq.

Fernando Rejes karyerasını başa vurdu

11 April 2026 at 13:00

Türkiyənin “Qalatasaray” klubunun Braziliyadan olan sabiq futbolçusu, dayaq yarımmüdafiəçisi Fernando Rejes karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 38 yaşlı braziliyalı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada futbolun həyatında xüsusi yer tutduğunu vurğulayaraq, bu qərarı asanlıqla verdiyini bildirib.

Rejes futbolun ona intizam, cəsarət və fədakarlıq kimi dəyərlər qazandırdığını qeyd edib.

Fernando Rejes peşəkar karyerasına “Vila Nova”da başlayıb. Braziliyalı futbolçu peşəkar karyerası ərzində “Portu” (Portuqaliya), “Eştrela” (Portuqaliya), “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya) və “İnternasional” (Braziliya) kimi klubların da formasını geyinib. 2017-2019-cu illərdə isə o, “Qalatasaray”ın heyətində çıxış edib. Rejes İstanbul klubunda 58 oyuna çıxaraq 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb, 2 dəfə Türkiyə çempionu və 1 dəfə ölkə kubokunun qalibi olub.

Rejes Braziliyanın U-20 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Qayıtmaq istədi, “Malyorka” icazə vermədi

11 April 2026 at 15:15

​”Fənərbaxça”nın keçmiş ulduzu Vedat Muriqi yenidən İstanbul nəhənginə qayıtmağa çox yaxındır.

Futbolpress.az xəbər verir ki, Kosovalı hücumçu qış transfer pəncərəsində baş tutmayan keçidin pərdəarxası məqamlarını açıqlayıb.

İspaniya La Liqasında çıxış edən təcrübəli futbolçu yanvar ayında “Fənərbaxça”ya qayıtmaq ehtimalının olduğunu təsdiqləyib:

​”Yanvarda “Fənərbaxça”ya getmək imkanım var idi. Lakin komandamız elitada qalmaq uğrunda mübarizə apardığı üçün klub rəhbərliyi gedişimə icazə vermədi”.

Qışda Con Duran, Yusif En-Nesiri və Cenk Tosun kimi hücumçularla yollarını ayıran, hazırda isə forvard mövqeyində alternatifsiz qalan “sarı-lacivərdlilər” yay üçün hərəkətə keçib. İstanbul təmsilçisinin ilk rəsmi gedişinin məhz Vedat Muriqi olacağı gözlənilir.

​Artıq “Fənərbaxça” rəhbərliyi köhnə qolçusunu geri qaytarmaq üçün hazırlıqlara başlayıb və bu dəfə transferin müsbət yekunlaşacağı gözlənilir.

Azərbaycan tennisçiləri Türkiyə klubundan dəvət aldı

11 April 2026 at 15:00

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasında çıxışlarını davam etdirirlər.

Futbolpress.az xəbər verir ki, seçmə komandanın üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə “Masader Spor Klubu” tərəfindən dəvət alıb. İdmançılarımız yarışın ikinci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar.

Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır. “Masader Spor Klubu” bu mövsüm də mükafatlar uğrunda mübarizə aparmaqdadır.

Stolüstü tennisçilərimizin Türkiyə Super Liqasında çıxışına gəldikdə isə, ASTF-nin bu təklifi müsbət qarşılaması, idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

“Şamaxı” – “Qarabağ”: heyətlər bilindi

11 April 2026 at 14:31

“Qarabağ” Misli Premyer Liqasının XXVII turunda bu gün “Şamaxı”nın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 15:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”: 99. Mateus Koxalski 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

 

“Problemlərdən, infrastrukturdan, görüləcək işlərdən danışdıq”

11 April 2026 at 14:22

Bir neçə gün əvvəl Bakı Futbol Federasiyasında BFF-nin prezidenti Tahir Süleymanovla Qərb Regional Futbol Federasiyasının rəhbəri Nadir Nəbiyevlə işgüzar görüş keçirilib. Məqsəd İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq futbolun gələcəyi naminə regionlarda görüləsi işlər barədə fikir mübadiləsi aparmaq olub. 

Nəbiyevlə mövzu ətrafında danışdıq:

“Qərb Regionlar Futbol Federasiyasına rəhbərlik etdiyim dönəmdə ilk dəfə belə görüş keçirildi. Təşkilatçı Regional Futbol Federasiyası idi. Zəng gəldi və görüşün vaxtını, məkanını söylədilər, iştirak etdik. İşgüzar görüş idi. Burda regionlarda olan problemlərdən, infrastrukturdan, görüləcək işlərdən danışdıq. Detalları açıqlamaq istəmirəm. Hər kəsin bildiyi məsələlər, başda da bölgələrdə uşaq futbolu problemləri müzakirə olundu. Regionlarda futbol infrastrukturu problemi AFFA-nın yeni inkişaf strategiyasında da əksini tapıb və bu istiqamətdə görüləcək işlərdən danışdıq”.

Veteran futbolçu ötən ay I Liqada çempionluq mübarizəsi aparan “Şəfa”da akademiyaya koordinator təyin edilib. Mütəxəssis yeni işindən və planlarından söz açdı:

“Şəfa” Premyer Liqa yolunda böyük addım atıb. Düzdür, hələ rəsmiləşən nəsə yoxdur, amma elitaya qalxmağa əsas namizəd klubdur. İndidən çalışırıq ki, Premyer Liqa üçün lisenziya tələblərini qarşılaya bilək. İşlərin 70-80 faizi hazırdır. Akademiyanın məskunlaşacağı yer hələlik dəqiqləşməyib. İndiki məqamda 4 yaş qrupu üzrə komanda var və onlar “ASK Arena”da hazırlıq keçir. Lakin Premyer Liqa üçün komanda sayı artırılmalıdır və gələcəkdə həmin arenada çətinlik yaşaya bilərik. Rəhbərlik də bu istiqamətdə işlər görməkdədir”.

Nəbiyev akademiyada daha 6 yaş qrupu üzrə komanda formalaşdırmaq planlarının olduğunu dedi:

“Qarşıda vaxt azdır. Seleksiya işlərinə başlayacağıq. Bunun üçün aşağı yaş liqalarında mövsümün bitməsini gözləyirik. 4 komandamız var və əlavə 6 kollektiv formalaşdırmağı nəzərdə tutmuşuq. İndi akademiyada 4 komanda üçün bütün şərait var. Lakin say artımı həm yeni oyunçulara, həm də məşqçilərə ehtiyacın olduğunu göstərir. İşlərimizi davam etdiririk. İnşallah, elitaya vəsiqə qazanaq, hər biri qaydasına düşəcək. Ümumi götürəndə işlərin 70-80 faizi demək olar, hazırdır”.  

Şahin Cəfərov

İngiltərəli hücumçu “Çelsi”dən ayrıla bilər

11 April 2026 at 13:49

Hücumçu Liam Delap mövsümün sonunda “Çelsi”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, forvard oyun praktikasının azlığından narazıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.  Delap yayda təklifləri dəyərləndirəcək.

23 yaşlı futbolçu bu mövsüm 33 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

FIFA İranın tələbəni rədd etdi

11 April 2026 at 13:26

FIFA İran millisinin dünya çempionatındakı oyunlarını Meksikaya keçirməyəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb. Meksika prezidenti Klaudiya Şeynbaum ali futbol qurumunun artıq rəsmi qərarını verdiyini deyib:

“FIFA rəsmi olaraq bildirdi ki, İran yığmasının oyunu Meksikada olmayacaq. Bu, yekun fikirdir”.

İran yığması daha əvvəl mundialdakı oyunları Meksikada keçirmək istədiyini bildirmişdi.

İyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. İran yığmasının mundialda iştirakı hələ dəqiqləşməyib.

Sabiq “Qalatasaray”lı “butslarını asdı”

11 April 2026 at 12:42

“Qalatasaray”ın sabiq futbolçusu Fernando Reges karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə braziliyalı yarımmüdafiəçi özü açıqlama verib.

Son klubu “Porİnternasional” olan Fernando “Mançester Siti”, “Qalaasaray”, “Quba” kimi klublarda çıxış edib.

 

Abdullah Zubir “Qarabağ”ı Qətər klubuna dəyişir

11 April 2026 at 12:00

“Qarabağ”ın fransalı sol vingeri Abdullah Zubir 2025/2026-cı illər mövsümünün sonunda Ağdam təmsilçisi ilə yollarını ayıracaq.

Arena.az xəbər verir ki, bu barədə Fransanın “Ekip” nəşri məlumat yayıb.

Sözügedən mənbə futbolçunun yeni klubunun da müəyyənləşdiyini iddia edib. Zubirin karyerasını Qətər təmsilçisi “Əl-Şahaniyə”də davam etdirəcəyini bildirir. Transferin detalları açıqlanmasa da, müqavilənin şərtləri artıq razılaşdırılıb.

Xatırladaq ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da forma geyinir. Mərakeş əsilli fransalı vinger Ağdam klubunun heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.

Zubir “Qarabağ”la 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. O, daha öncə “Lans”, “Petrolul”, “İstr” və “Hibernian” kimi klubların da formasını geyinib.

Sonda onu da qeyd edək ki, Zubirin “Qarabağ”la 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Millinin gürcülərlə ikinci dueli

11 April 2026 at 12:20

Tbilisidə təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisi bu gün ikinci yoldaşlıq oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, futzalçılarımız saat 14:00-da Gürcüstan yığması ilə qarşılaşacaq. Bu komandalar arasında 2 gün əvvəl keçirilmiş görüşdə meydan sahibləri 4:2 hesabı ilə qalib gəlib.

Yoldaşlıq oyunu

11 aprel

14:00 Gürcüstan – Azərbaycan
Tbilisi arena

 

 

Birinci Liqa: 24-cü turun oyun cədvəli açıqlandı

11 April 2026 at 11:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 24-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

23-cü turun oyunları iki günü əhatə edəcək.

Birinci Liqa
24-cü tur
29 aprel

MOİK – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu, 16:00.

“Mingəçevir” – “Zaqatala”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:30.

30 aprel

“Şəfa” – “Şimal”
Binə qəsəbə stadionu, 16:00.

“Baku Sportinq” – “Difai”
Buzovna qəsəbə stadionu, 16:30.

“Səbail” – “Cəbrayıl”
“Bayıl Arena”, 17:00.

İcraiyyə Komitəsinin iclası keçirildi

11 April 2026 at 11:48

Aprelin 10-da Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin 2026-cı ildə ilk iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Gəncənin ilk dəfə ev sahibliyi etdiyi 8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib. AŞF rəhbəri fərqlənən yeniyetmələrin məşqçilər tərəfindən nəzarətə götürüləcəyini qeyd edib.

Ötən ilin Beynəlxalq Şahmat Federasiyası – FIDE tərəfindən “Sosial şahmat ili” elan olunduğu xatırlanıb. Bu səbəbdən FIDE 2025-ci ildə bütün dünya üzrə şahmatın sosial layihələrə cəlb olunmasına diqqəti artırıb. Beynəlxalq Şahmat Federasiyası 2025-ci ildə Azərbaycanda şahmata həsr olunan sosial layihələri yüksək qiymətləndirərək Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü, tanınmış şahmatçı Aynur Sofiyevanı xüsusi hazırlanan xatirə medalı ilə təltif edib. İclas zamanı mükafat Aynur Sofiyevaya Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov tərəfindən təqdim olunub.

İki saatdan çox davam edən iclasda Təsnifat Komissiyasının yaradılması və komissiyaya sədrin təyin edilməsi, qurumun saytının və loqosunun yenilənməsi, qadınlardan ibarət milli komandanın hazırlığı, federasiyanın dəstək proqramına dəyişikliklərin olunmasıyla bağlı məsələlər müzakirə olunub.

İclasda uşaq və gənclərdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, layihələr üzrə mütəxəssis Raul Quliyev, qadın şahmatçılardan ibarət komandanın məşqçisi Qədir Hüseynov və “Təhsil” RİM-nin şahmat üzrə baş məşqçisi Cavanşir Bağırovun hesabat və təklifləri dinlənilib.

AŞF rəhbəri Mahir Məmmədov milli komandaların payızda Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlığının federasiyasının diqqətində olduğunu söyləyib. Kişi şahmatçılardan ibarət komandanın olimpiadaya fərdi proqramla hazırlaşması barədə məlumat verilib.

U-20-in toplanışına görə daha bir təxirəsalma qərarı

11 April 2026 at 11:25

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təlim-məşq toplanışı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bununla əlaqədar AFFA-nın bayrağı altında keçirilən Gənclər Liqasında 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan II mərhələnin IV və V turunun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

U-20-nin toplanışına görə Əvəzedicilər Liqasında da 13 aprel tarixindən sonra iki həftəlik fasilə olacaq.

Mahirin komandası Berlin səfərində

11 April 2026 at 11:09

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada bu gün növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Herta” ilə qarşılaşacaq. Berlində baş tutacaq görüşə saat 15:00-da start veriləcək.

“Kayzerslautern” 28 turdan sonra 43 xalla 7-ci sıradadır. “Herta” isə 43 xalla 6-cıdır.

Hansı oyun, hansı kanalda? – TV

11 April 2026 at 10:45

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Rusiya, Premyer Liqa
15:00 Krılya Sovetov – Axmat (Matç Premyer)
17:30 Rubin – Orenburq (Matç Premyer)
20:30 Baltika – Pari NN (Matç Premyer)

Azərbaycan, Premyer Liqa
15:30 Şamaxı – Qarabağ (CBC Sport, İdman TV)
18:00 Sabah – Zirə (CBC Sport)
20:00 Neftçi – Araz-Naxçıvan (CBC Sport)

İngiltərə, Premyer Liqa
15:30 Arsenal – Bornmut (beİN Sports 3)
18:00 Brentford – Everton (İdman TV)
20:30 Liverpul – Fulhem (beİN Sports 3)

İtaliya, A Seriyası
17:00 Torino – Verona (Futbol 1)
20:00 Milan – Udineze (Futbol 1)
22:45 Atalanta – Yuventus (Futbol 1)

Türkiyə, Super Liqa
18:00 Alanyaspor – Trabzonspor (Futbol 3, beİN Sports 1)
21:00 Kayserispor – Fənərbaxça (Futbol 3, beİN Sports 1)

İspaniya, La Liqa
20:30 Barselona – Espanyol (İdman TV)
23:00 Sevilya – Atletiko (İdman TV)

Silvio Baldini – İtaliya millisinin yeni baş məşqçisi

11 April 2026 at 10:00

İtaliyanın U-21 millisinə rəhbərlik edən Silvio Baldini bu ölkənin futbol üzrə əsas millisinin müvəqqəti baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

67 yaşlı mütəxəssislə bu ilin iyun ayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün öncə istefa vermiş Cennaro Qattuzonu əvəzləyib.

Xatırladaq ki, Cennaro Qattuzonun rəhbərlik etdiyi İtaliya millisi DÇ-2026-nın pley-off mərhələsinin finalında Bosniya və Herseqovina yığmasına uduzaraq mübarizəni dayandırmışdı. Bundan sonra həm federasiya rəhbərliyi, həm də Qattuzo istefa ərizəsi yazmaq məcburiyyətində qalmışdı.

Silvio Baldini 2025-ci ildən İtaliyanın U-21 millisinə rəhbərlik edir. O, daha öncə “Peskara”, “Krotone”, “Peruca”, “Palermo”, “Karrareze”, “Viçentsa”, “Empoli”, “Kataniya”, “Leççe”, “Parma”, “Breşiya”, “Kyevo”, “Syena”, “Massese”, “Viareccio” kimi İtaliya klublarında baş məşqçi kimi çalışıb.

Zubir “Qarabağ”dan ayrılır – yeni klubu bəllidir

11 April 2026 at 10:28

Abdullah Zubir yayda “Qarabağ”ı tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Fransanın “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə 34 yaşlı yarımmüdafiəçinin Qətər təmsilçisi “Əl Şahaniyə” ilə razılaşdığı bildirilir. Tərəflər arasında ilkin müqavilə imzalandığı da qeyd edilib.

Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, “atlılar”la 355 oyunda 77 qol vurub, 94 məhsuldar ötürmə edib.

Alisson üçün İtaliya variantı

11 April 2026 at 10:14

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” braziliyalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Turin klubu 33 yaşlı qapıçıya 3 illik müqavilə təklif etməyə hazırlaşır.

Alissonun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm Premyer Liqada 25 oyuna çıxıb.

Oyuna çıxmayan qapıçı ilə müqavilə uzadıldı

11 April 2026 at 09:45

“Mançester Siti” qapıçısı Markus Bettinelli ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı qolkiperin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.

Bettinelli 2025-ci ildən “Mançester Siti”dədir. O, komanda ilə rəsmi oyuna çıxmayıb.

Arbeloa “fərqləndi”

11 April 2026 at 09:28

“Real” İspaniya La Liqasının XXXI turunda “Jirona” ilə heç-heçə edib – 1:1.

Futbolpress.az xəbər verir ki, “kral klubu” baş məşqçisi Alvaro Arbeloanın rəhbərliyi altında ilk 20 oyununda artıq 24 qol buraxıb. Bu, XXI əsrdə madridlilərin çalışdırıcıları arasındakı ən pis göstəricidir.

“Real” eyni zamanda son üç rəsmi matçda qələbə qazana bilməyib.

Milli üzvü məğlubiyyəti kənardan izlədi

11 April 2026 at 09:16

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland Erediviziyasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda XXX tur çərçivəsində səfərdə “Tvente” ilə qarşılaşıb. Matç “Volendam”ın məğlubiyyəti ilə başa çatıb – 1:2.

Ozan bu oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Volendam” 30 turdan sonra 28 xalla 14-cü sıradadır.

Premyer Liqa: “Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı

11 April 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Şamaxı” son çempion “Qarabağ”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyuna saat 15:30-da start veriləcək. Görüşü İnqilab Məmmədov idarə edəcək.

Daha sonra lider “Sabah” avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” ilə üz-üzə gələcək. Masazırda baş tutacaq oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.

Günün son oyunu isə “Neftçi” və “Araz-Naxçıvan” arasında olacaq. İki ukraynalı mütəxəssisin üz-üzə gələcəyi bu görüş “Neftçi Arena”da keçiriləcək. Qarşılaşmanı Əli Əliyev idarə edəcək.

Azərbaycan, Premyer Liqa
27-ci tur
10 aprel

“Karvan” – “Kəpəz” 4:1
Qollar: Rauf Rüstəmli, 38; 45+1; 90+4. Eltun Turabov, 65 – Fərid Nəbiyev, 48.
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Emin Əliyev.
AVAR: Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Yevlax şəhər stadionu, 15:30.

11 aprel

“Şamaxı” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Şamaxı şəhər stadionu, 15:30.

“Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
“Masazır Arena”, 18:00.

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Müslüm Əliyev.
“Neftçi Arena”, 20:00.

12 aprel

“Qəbələ” – “İmişli”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Qəbələ şəhər stadionu, 15:30.

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Tovuz şəhər stadionu, 18:00.

De Zerbi: “Frank və Tudordan daha yaxşı deyiləm”

11 April 2026 at 08:50

“Tottenhem”in yeni baş məşqçisi Roberto De Zerbi açıqlama verib.

Futbolpress.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis özünü komandanın keçmiş çalışdırıcıları Tomas Frank və İqor Tudorla müqayisə edib:

“Komandanın xallara ehtiyacı var. Keyfiyyətli kollektivik və daha yaxşı yerlərdə olmağa layiqik. Bundan əvvəlki məşqçilər Frank və Tudordan daha yaxşı deyiləm. Onların öz üslubları var. Sadəcə mən öz xarakterimizi, oyun tərzimi komandaya aşılamağa çalışacağam. Məqsədimiz liqada qalmaq və maksimum yuxarı sıralara yüksəlməkdir”.

“Tottenhem” Premyer Liqada 31 turdan sonra 30 xalla 18-ci sıradadır.

“Qarabağ” və “Sabah” xal itirdi, “Neftçi”dən növbəti qələbə

11 April 2026 at 22:05

Bu gün Misli Premyer Liqasında XXVII turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün birinci matçında “Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Görüş başladığı hesabla başa çatıb – 0:0.

Lider “Sabah” doğma divarlar arasında “Zirə” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb.

Günün son oyununda “Neftçi” “Araz-Naxçıvan”ı məğlub edib.

Misli Premyer Liqası
XXVII tur

11 aprel

15:30 Şamaxı – Qarabağ 0:0
Şamaxı şəhər stadionu

18:00 Sabah – Zirə 2:2
Qollar:
Mikels, 16, Noqeyra, 50 – Renato, 32 (pen.), Eren Aydın, 40
“Bank Respublika Arena”

20:00 Neftçi – Araz-Naxçıvan 2:1
Qollar: Faraj, 33, B.Almeyda, 57 – S.Alxasov, 67
“Palms Sports Arena”

Eyforiya və qəzəb

11 April 2026 at 08:01

“Karvan-Yevlax” Misli Premyer Liqasında bu mövsüm ikinci qələbəsini qazanıb. Füzuli Məmmədovun yetirmələri XXVII turda “Kəpəz”ə böyük hesabla qalib gəlib – 4:1.

Uzun fasilədən sonra (red-komanda birinci qələbəsini II turda qazanıb) üç xala sevinən Yevlax təmsilçisi liqada qalmaq ümidlərini yenidən cücərtdi. “Kəpəz” qarşısında hər iki hissədə daha üstün oynayan və şanslar yaradan “Karvan-Yevlax” eyni zamanda bu mövsüm birinci dəfə 4 qol vurmağı bacarıb.

Yanvardan sonra oyun planında qismən artıran, buna baxmayaraq xallar qazanmaqda çətinlik yaşayan bölgə təmsilçisi sanki bütün qəzəbini “Kəpəz”lə oyunda büruzə verdi. İnamlı oyun və qələbə autsayderin düşərgəsində əhvalı müsbətə doğru dəyişəcək.

Qarşıda hələ 6 tur var və liqada qalmaq şansı davam edir. Növbəti  rəqib “Şamaxı” olacaq. Bu görüşdə də qazanılacaq qələbə və digər “qonşular”ın xal itkisi vəziyyəti yevlaxlıların xeyrinə dəyişə bilər.

“Kəpəz” isə “Qarabağ” üzərində qələbədən sonra ardıcıl ikinci oyunda məğlub olub. Ötən turda “Qəbələ”yə uduzan gəncəlilərin bu dəfə autsayder qarşısında xalsız qalması komandada eyforiya yarandığını göstərir. “Qarabağ”a minimal hesabla qalib gələn “sarı-göylər” sanki arxayınlaşıb və rahatdır. Son iki məğlubiyyət də elə bunun xəbərçisidir. Liqada qalmaq yolunda əsas rəqiblərə məğlubiyyət komandanı yenidən təzyiq altına sala bilər.

Şahin Cəfərov

Liqa 1: “Monako” “Paris”ə uduzdu

11 April 2026 at 01:30

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Paris” doğma meydanda “Monako”nu böyük hesabla məğlub edib. Marsel “Olimpik”i də evdə “Mets”i inamlı hesabla üstələyib.

Qeyd edək ki, 31-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək. Bu turun “Brest” – “Strasburq” və “Lans” – PSJ matçları mayın 13-də keçiriləcək.

Fransa, Liqa 1
29-cu tur
10 aprel

Paris – Monako 4:1
Qollar: İkone, 4; 21. İmmobile, 8. Koleoşo, 71 – Baloqun, 36.

Olimpik (Marsel) – Mets 3:1
Qollar: Obemayanq, 13. Payşao, 48. Traore, 90+3 -Tsitaişvili, 49.

11 aprel

21:00. Oser – Nant
23:05. Renn – Anje

12 aprel

19:15. Nitsa – Havr
19:15. Tuluza – Lill
22:45. Olimpik (Lion) – Loryan

La Liqa: “Real” “Jirona” ilə də bacarmadı

11 April 2026 at 01:15

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Real” doğma meydanda “Jirona” ilə üz-üzə gəlib. İki qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək ki, 31-ci turun qalan görüşləri aprelin 11-də, 12-də və 13-də keçiriləcək.

İspaniya, La Liqa
31-ci tur
10 aprel

Real – Jirona 1:1
Qollar: Valverde, 51 – Lemar, 62.

11 aprel

16:00. Real Sosyedad – Alaves
18:15. Elçe – Valensiya
20:30. Barselona – Espanyol
23:00. Sevilya – Atletiko

12 aprel

16:00. Osasuna – Betis
18:15. Malyorka – Rayo Valyekano
20:30. Selta – Real Ovyedo
23:00. Atletik – Vilyarreal

13 aprel

23:00. Levante – Xetafe

Premyer Liqa: “Vest Hem” 3 xalı 4 cavabsız qolla qazandı

11 April 2026 at 01:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Vest Hem” doğma meydanda “Vulverhempton”la üz-üzə gəlib. Meydan sahibləri yekunda darmadağına seviniblər.

Qeyd edək ki, 32-ci turun qalan görüşləri aprelin 11-də, 12-də və 13-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
32-ci tur
10 aprel

Vest Hem – Vulverhempton 4:0
Qollar: Mavropanos, 42; 83. Kastelyanos, 66; 68.

11 aprel

15:30. Arsenal – Bornmut
18:00. Brentford – Everton
18:00. Börnli – Brayton
20:30. Liverpul – Fulhem

12 aprel

17:00. Kristal Pelas – Nyukasl
17:00. Nottingem Forest – Aston Villa
17:00. Sanderlend – Tottenhem
19:30. Çelsi – Mançester Siti

13 aprel

23:00. Mançester Yunayted – Lids

A Seriyası: “Roma” “Piza”nı 3 cavabsız qolla yendi

11 April 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Roma” doğma meydanda “Piza” ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi niderlandlı hücumçusu Donyell Malenin het-triki sayəsində darmadağına sevinib.

Qeyd edək ki, 32-ci turun qalan görüşləri aprelin 11-də, 12-də və 13-də keçiriləcək.

İtaliya, A Seriyası
32-ci tur
10 aprel

Roma – Piza 3:0
Qollar: Malen, 3; 43; 52.

11 aprel

17:00. Kalyari – Kremoneze
17:00. Torino – Verona
20:00. Milan – Udineze
22:45. Atalanta – Yuventus

14 aprel

14:30. Cenoa – Sassuolo
17:00. Parma – Napoli
20:00. Bolonya – Leççe
22:45. Komo – İnter

13 aprel

22:45. Fiorentina – Latsio

La Liqa: Katalonlar “Real”ı büdrətdi

11 April 2026 at 01:13

İspaniya La Liqasında liderlik mübarizəsi aparan “Real Madrid” doğma meydanda “Jirona”nı qəbul edib.

Futbolpress.az xəbər verir ki, ötən həftəki məğlubiyyətdən sonra azarkeşlər qələbə gözləsə də, “kral klubu” bir xalla kifayətlənməli olub — 1:1.

​Matçın 51-ci dəqiqəsində Federiko Valverde “Real”ı önə keçirsə də, qonaqlar 62-ci dəqiqədə Tomas Lemarın qolu ilə tarazlığı bərpa ediblər.

​Bu nəticə ilə “Real Madrid” xallarını 70-ə çatdırıb. Lakin son iki turda itirilən 5 xal çempionluq yolunda vəziyyəti çətinləşdirib. Əgər lider “Barselona” (76) bu turda “Espanyol”u məğlub edərsə, əzəli rəqiblər arasındakı xal fərqi 9-a yüksələcək.

​”Jirona” isə çətin səfərdən qazanılan bir xalla xallarını 38-ə çatdırıb.

Premyer Liqa: “Vest Hem” qonaqlara rəhm etmədi

11 April 2026 at 01:06

İngiltərə Premyer Liqasının XXXll turunda Londonun “Vest Hem” klubu doğma meydanda “Vulverhempton”u qəbul edib.

Futbolpress.az xəbər verir ki, Olimpiya Stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 4:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

“Çəkicdöyənlər”ə qələbə qazandıran qolları 42 və 83-cü dəqiqələrdə Konstantinos Mavropanos, 66 və 68-ci dəqiqələrdə isə Tati Kastelyanos vurub.

​Bu qələbə sayəsində xallarının sayını 32-yə çatdıran “Vest Hem” təhlükəli zonadan uzaqlaşaraq 17-ci pilləyə yüksəlib. 17 xalı olan “Vulverhempton” isə turnir cədvəlinin sonuncu pilləsində qalıb.

​33-cü turda “Vest Hem” səfərdə “Kristal Pelas”ın qonağı olacaq. “Canavarlar” isə “Lids Yunayted” səfərində xal axtaracaqlar.

A Seriyası: Malen 3 qol vurdu, “Roma” qalib gəldi

11 April 2026 at 00:52

Bu gün İtaliya A Seriyasında XXXII tura start verilib.

Futbolpress.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Roma” “Pisa”nı qəbul edib.

Meydan sahiblərinin heyətində Donyell Malen het-trik edib, beləcə, oyun 3:0 hesabı ilə başa çatıb.

“Roma” bu qələbə ilə xalını 57-yə çatdıraraq 6-cı pillədəki mövqeyini möhkəmləndirib.

İtaliya A Seriyası

XXXII Tur

11 aprel

“Roma” – “Pisa” 3:0

Qol: D. Malen, 3, 43, 52

Bundesliqa: “Auqsburq”dan “Hoffenhaym”la heç-heçə

11 April 2026 at 00:20

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Auqsburq” doğma meydanda “Hoffenhaym”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Qeyd edək ki, 29-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
29-cu tur
10 aprel

Auqsburq – Hoffenhaym 2:2
Qollar: Klod-Mauris, 11. Qreqoriç, 14 – Hranaç, 35. B.Ture, 42.

11 aprel

17:30. Borussiya (Dortmund) – Bayer
17:30. Haydenhaym – Union Berlin
17:30. Leypsiq – Borussiya (Mönhenqladbax)
17:30. Volfsburq – Ayntraxt
20:30. Sankt Pauli – Bayern

12 aprel

7:30. Köln – Verder
19:30. Ştutqart – Hamburq
21:30. Maynts – Frayburq

“Trabzonspor”dan Koutinyo həmləsi

10 April 2026 at 23:55

Super Liqada çempionluq mübarizəsini davam etdirən “Trabzonspor” növbəti mövsüm üçün heyəti gücləndirmək planlarına start verib.

Futbolpress.az xəbər verir ki, Qaradəniz təmsilçisi Braziliyanın “Palmeyras” klubunun gənc istedadı Rafael Koutinyonu transfer etmək niyyətindədir.

​Məşhur insayder Yağız Sabuncuoğlunun yaydığı məlumata görə, “bordo-mavililər” 20 yaşlı yarımmüdafiəçini heyətə qatmaq üçün rəsmi addımlar atmağa hazırlaşır.

Braziliyanın U-20 milli komandasında da forma geyinən Koutinyo meydandakı universal keyfiyyətləri ilə seçilir. O həm mərkəz yarımmüdafiəçisi, həm dayaq yarımmüdafiəçisi, həm də “on nömrə” mövqelərində rahatlıqla çıxış edə bilir.

Gənc futbolçu bu mövsüm “Palmeyras” forması ilə çıxdığı 15 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Enrike PSJ ilə müqaviləni uzadacaq

10 April 2026 at 23:32

Luis Enrike PSJ ilə yeni müqavilə imzalamağa yaxındır.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssislə anlaşma 2030-cu ilin yayına qədər olacaq.

Razılaşmadan sonra 55 yaşlı mütəxəssis Avropanın ən çox maaş alan üç məşqçisindən biri ola bilər.

Hazırda Enrikenin maaşı ayda 1 milyon avro təşkil edir.

Super Liqa: İstanbulda 6 qol vuruldu

10 April 2026 at 23:05

Türkiyə Super Liqasında XXIX tura start verilib.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” evdə “Antalyaspor”u qəbul edib.

Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan İstanbul təmsilçisi qələbə qazanaraq (4:2) xallarının sayını 55-ə çatdırıb. Antalyalılar isə bu nəticədən sonra 28 xalla 13-cü yerdə qərarlaşıblar.

Super Liqaya 67 xalla “Qalatasaray” başçılıq edir. Onlardan 4 xal geri qalan “Fənərbaxça” ikinci, “Trabzonspor” üçüncüdür.

Türkiyə Super Liqası

XXIX Tur

“Beşiktaş” – “Antalyaspor” 4:2

Qol: O, Kökçü, 4, J. Silva, 9, H. Oh, 33, 59 – S. Streek, 21, S. Ballet, 47

Super Liqa: “Beşiktaş”dan “Antalyaspor”a 4 qol

10 April 2026 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Beşiktaş” doğma meydanda “Antalyaspor”la üz-üzə gəlib. Altı qolun qeydə alındığı qarşılaşma İstanbul təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.

29-cu turun qalan görüşləri aprelin 11-də, 12-də və 13-də keçiriləcək.

Türkiyə, Super Liqa
29-cu tur
10 aprel

Beşiktaş – Antalyaspor 4:2
Qollar: O.Kökçü, 4. J.Silva, 9. O.H.Qyu, 33; 59 – Van de Strek, 21. Ballet, 47.

11 aprel

15:30. Başakşəhər – Gənclərbirliyi
18:00. Alanyaspor – Trabzonspor
21:00. Kayserispor – Fənərbağça

12 aprel

15:30. Konyaspor – Karagümrük
18:00. Göztəpə – Kasımpaşa
21:00. Qalatasaray – Kocaelispor

13 aprel

21:00. Eyüpspor – Samsunspor
21:00. Rizəspor – Qaziantep

Lautaro Martines yenə sıradan çıxdı

10 April 2026 at 22:00

İtaliyanın “İnter” komandasının kapitanı Lautaro Martines zədə səbəbindən yenə bir müddət yaşıl meydanlardan uzaq qala bilər.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 28 yaşlı argentinalı hücumçu sol baldır əzələsindən xəsarət alıb. Onun bərpa müddəti hələlik dəqiqləşdirilməyib və vəziyyəti yaxın günlərdə yenidən qiymətləndiriləcək.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 36 oyuna çıxıb, 20 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 371 oyun, 173 qol, 54 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.

Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 75 oyuna çıxıb, 36 qol vurub, 11 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

“İnter” ağır itki ilə üzləşdi

10 April 2026 at 22:55

A Seriyasının lideri “İnter” ağır itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın kapitanı və bombardiri Lautaro Martines yenidən zədələnib.

​Ötən bazar günü bir aylıq fasilədən sonra yaşıl meydanlara qayıdan və “Roma”nı 5:2 hesabı ilə darmadağın etdikləri matçda dubl edən argentinalı forvardın sevinci uzun sürməyib. Klubun rəsmi bəyanatında bildirilir ki, müayinələr zamanı Lautaronun sol ayağında əzələ gərginliyi aşkar edilib.

Təcrübəli hücumçu ən azı iki həftə komandasına kömək edə bilməyəcək. Onun vəziyyəti bir neçə gündən sonra yenidən qiymətləndiriləcək.

Statistika göstərir ki, Lautaronun olmadığı dövrlərdə “nerazzurri” ciddi xal itkiləri yaşayır. Onun əvvəlki zədə dövründə komanda 7 oyunda cəmi 2 qələbə qazana bilmişdi.

Ulduz futbolçu hazırda 26 oyunda vurduğu 16 qolla İtaliya çempionatının bombardirlər siyahısına başçılıq edir.

Bakıda “Grand Prix” beynəlxalq karate turniri başladı

10 April 2026 at 22:41

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10-12 aprel 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən “Grand Prix” beynəlxalq karate turnirinin rəsmi açılış mərasimi baş tutub.

Futbolpress.az xəbər verir ki, açılış mərasimi Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində keçirilib.

Bədii hissənin ardından final qarşılaşmalarına start verilib və qaliblərin mükafatlandırılması mərhələli şəkildə həyata keçirilib.

Tədbirdə 6 ölkəni təmsil edən ümumilikdə 700-ə yaxın idmançı iştirak edir.

“Grand Prix” beynəlxalq karate turniri müxtəlif yaş və çəki dərəcələri üzrə qarşılaşmalarla davam edir.

 

Arteta “Arsenal”la yeni müqavilə barədə düşünmür

10 April 2026 at 22:27

​”Arsenal”ın baş məşqçisi Mikel Arteta klubla yeni müqavilə imzalamağa yaxın olduğu barədə yayılan iddialara aydınlıq gətirib.

Futbolpress.az xəbər verir ki, hazırkı müqaviləsi 2027-ci ilə qədər olan ispaniyalı mütəxəssis bütün diqqətini çempionluq yarışına yönəltdiyini bildirib.

​Arteta “ESPN”ə verdiyi açıqlamada yeni müqavilə barədə hələlik rəsmi bir xəbər olmadığını vurğulayıb:

​”Hazırda bunu müzakirə etməyə vaxtımız yoxdur. Bütün fokusumuz mövsümün sonuna qədər qarşıda duran hədəfləri reallaşdırmaqdır. Burada çox xoşbəxtəm, ailəm özünü yaxşı hiss edir və bu klubda həyata keçirmək istədiyim hələ çox hədəfim var”.

​London təmsilçisi hazırda həm daxili, həm də beynəlxalq arenada uğurlu seriyasını davam etdirir. Sabah “Bornmut”u qəbul edəcək “topçular” qələbə qazanacağı təqdirdə “Mançester Siti” ilə xal fərqini 12-yə çatdırmaq şansı əldə edəcək.

“Sabah” Çempionlar Liqasında məğlub oldu

10 April 2026 at 21:51

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz Serbiyanın “Borats” kollektivi ilə qarşılaşıb.

Bosniya və Herseqovinada keçirilən görüşdə “bayquşlar” 60:67 hesabı ilə məğlub olublar.

“Sabah”ın U-18 komandası daha öncə B qrupunda Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini məğlub etsə də (72:61), Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub.

“Beşiktaş”dan Luçeskuya emosional vida

10 April 2026 at 21:41

Türkiyə Super Liqasının son turunda “Antalyaspor”la qarşılaşan “Beşiktaş” bu yaxınlarda vəfat edən sabiq baş məşqçisi Mirça Luçeskunu xüsusi ehtiramla yad edib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” matçdan öncə isinmə hərəkətlərinə üzərində Luçeskunun şəkli olan xüsusi köynəklər və “Səni heç vaxt unutmayacağıq, əsrin çempionu…” yazılmış pankartla çıxıblar.

Bu jest həm stadiondakı, həm də ekran başındakı azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

​İstanbul nəhənginin baş məşqçisi Sergen Yalçın da oyundan əvvəl verdiyi açıqlamada kədərini gizlətməyib:

​”Həm “Qalatasaray”, həm də “Beşiktaş”la çempionluq yaşamış, çox dəyər verdiyimiz bir insanı itirdik. Mənə həmişə sahib çıxıb, bir ata kimi davranıb. Futbol dünyası çox böyük bir simasını itirdi. Ailəsinə səbir diləyirəm. Təəssüf ki, həyat bir yerdə hər kəs üçün bitir”.

​Mirça Luçesku 2003-cü ildə – klubun 100 illik yubileyində “Beşiktaş”ı çempion edərək adını klubun tarixinə qızıl hərflərlə yazdırıb.

Niko Şlotterbek Dortmund “Borussiya”sında qaldı – Rəsmi

10 April 2026 at 21:00

Almaniyanın “Borussiya” komandasının mərkəz müdafiəçisi Niko Şlotterbek Dortmund klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin vaxtı 2027-ci ilin yayında başa çatmalı idi.

Niko Şlotterbek “Borussiya”ya 2022-ci ilin iyul ayında 20 milyon avro məbləğ müqabilində “Frayburq”dan keçib. Müdafiəçinin Dortmund klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Şlotterbek “Borussiya” üçün bütün yarışlarda 31 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

Şlotterbekin “Borussiya”nın heyətində çıxışının ümumi mənzərəsi 155 oyun, 10 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Niko Şlotterbek 2022-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 25 oyun keçirib, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı alman mərkəz müdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Luçano Spalletti “Yuventus”la yeni müqavilə bağladı

10 April 2026 at 20:00

Futbol üzrə İtaliya çempionatında mübarizə aparan “Yuventus” klubu baş məşqçisi Luçano Spalletti ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

67 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin 30 iyununa kimi nəzərdə tutulmuş yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu ilin yayında başa çatacaqdı.

Xatırladaq ki, Luçano Spalletti ötən ilin oktyabr ayından “Yuventus”a rəhbərlik edir. İtaliyalı mütəxəssis bu komandanı indiyə qədər 31 oyuna çıxarıb, 17 qələbə, 8 heç-heçə və 6 məğlubiyyət görüb. Turin təmsilçisi A Seriyasının cari mövsümündə 31 turdan sonra 57 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Spalletti məşqçilik karyerası ərzində “Empoli”, “Sampdoriya”, “Venesiya”, “Udineze”, “Ankona”, “Roma”, “Zenit”, “İnter” və “Napoli”yə də rəhbərlik edib. O, “Napoli”yə 1990-cı ildən bəri ilk dəfə olaraq İtaliya çempionluğunu qazandırıb. “Yuventus”dan öncə isə Spalletti İtaliya milli komandasının baş məşqçisi olub.

İtaliya millisində yeni baş məşqçi

10 April 2026 at 20:51

İtaliya milli komandasının müvəqqəti baş məşqçisinin adı bəlli oldu.

Futbolpress.az xəbər verir ki, yığma U-21 komandasına rəhbərlik edən Silvio Baldiniyə tapşırılıb.

İtaliya Futbol Federasiyası bir neçə gün öncə Cennaro Qattuzo ilə yollarını ayırıb. 67 yaşlı Baldini ilə iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Rafa Silva Portuqaliyada gündəm oldu

10 April 2026 at 20:37

Qış transfer pəncərəsində qalmaqallı şəkildə “Beşiktaş”dan ayrılaraq “Benfika”ya üz tutan Rafa Silva Portuqaliyada ciddi tənqid hədəfinə çevrilib.

Futbolpress.az xəbər verir ki, təcrübəli futbolçunun geri dönüşü böyük məyusluq yaradıb.

​Xatırladaq ki, Rafa Silva “Beşiktaş”dan ayrılmaq üçün klubla münasibətləri gərginləşdirmiş, hətta məşqlərə çıxmaqdan imtina etmişdi. Lakin böyük ümidlərlə transfer olunduğu “Benfika”da işləri heç də istədiyi kimi getmir. 32 yaşlı futbolçu yeni komandasında keçirdiyi 12 matçda cəmi 2 qol vura bilib.

​Məhsuldarlığı kəskin aşağı düşən Silvanın performansı Portuqaliya mətbuatında sərt şəkildə tənqid olunur. Azarkeşlər və ekspertlər onun həm fiziki, həm də psixoloji cəhətdən komandaya uyğunlaşmadığını, “Beşiktaş”dakı enerjisindən əsər-əlamət qalmadığını vurğulayırlar.

Görünən odur ki, İstanbullu azarkeşlərin sevgisindən qaçan ulduz futbolçu hazırda öz ölkəsində dəstək yerinə təzyiqlərlə üzləşib.

“Borussiya” Niko ilə müqaviləni yenilədi

10 April 2026 at 20:15

“Borussiya” futbolçusu Niko Şlotterbeklə yeni razılaşma əldə edib.

Futbolpress.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Dortmund təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Müqaviləyə əsasən, Almaniya millisinin üzvü 2031-ci ilin yayınadək komandasının şərəfini qoruyacaq.

Şlotterbek 2022-ci ildən cari klubunun formasını geyinir.

“Tottenhem”dən Robertson həmləsi

10 April 2026 at 19:45

​”Liverpul”da bir dövrün sonuna gələn təcrübəli sol cinah müdafiəçisi Endryu Robertson karyerasını başqa bir Premyer Liqa nəhəngində davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə ​”The Athletic” nəşri məlumat yayıb.

“Tottenhem” 32 yaşlı müdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib. London təmsilçisi Robertsonun böyük təcrübəsindən yararlanaraq müdafiə xəttini gücləndirməyi hədəfləyir. Bildirilir ki, onlar hələ qış transfer pəncərəsində şotlandiyalı ulduzla ilk təmasları qurublar.

Xatırladaq ki, “Liverpul” bir neçə gün öncə Robertsonun mövsüm sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb.

​2017-ci ildən “qırmızıların” formasını geyinən ulduz müdafiəçi çıxdığı 373 matçda 13 qol və 69 məhsuldar ötürmə ilə yadda qalıb.

Füzuli Məmmədov: “Üçüncü qol oyunun taleyini həll etdi”

10 April 2026 at 19:00

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə meydan sahibləri 4:1 hesablı qələbəyə seviniblər.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək çətin idi. Futbolçularda psixoloji gərginlik var idi. Rəhbərlik və məşqçilər korpusu komandaya dəstək oldu. Futbolçular matça çox ciddi hazırlaşdılar. Meydanda ürəklərini qoydular. Hesab daha böyük ola bilərdi. Hesabın 4:1 olmasına baxmayaraq, çətin oyun idi. Uşaqlar bu çətinliyin öhdəsindən gəldilər. Bütün futbolçuları təbrik edirəm. Azarkeşlərimiz bundan artığına layiqdirlər. Onları qələbələrimizlə sevindirə bilmirik. Hələ 6 tur qalıb, qarşıda yaxşı oyunlarımız olacaq. Hər görüşə qələbə üçün çıxacağıq. Bizi qarşıda daha yaxşı qələbələr gözləyir.

Hər bir qələbə futbolçuya özünəinam verir. Bu qalibiyyət bizə çox ümid verir. Bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq. Hər qol rəqibi üzür, komandaya isə qələbə ümidi verir. Birinci hissədə Raufun iki qol vurması kollektivə ümid verdi. Hesab 2:1 olduqdan sonra futbolçularda qələbəni əldən vermək qorxusu yarandı. Üçüncü qol isə artıq oyunun taleyini həll etdi.

Rauf Rüstəmli hər matçda əsas heyətə layiq futbolçulardan biridir. Maksimumunu meydanda qoymağa çalışır. Çox əzmkar futbolçudur. Son iki turda əsas heyətdə oynaya bilməmişdi. Səbəb rəqabət idi. Ədalətli olub digər oyunçulara da şans verməliyik. Rauf bu oyunu ilə hansı səviyyədə futbolçu olduğunu göstərdi”.

Azər Bağırov: “Komandanı tanıya bilmirəm”

10 April 2026 at 18:30

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 27-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə Gəncə təmsilçisi 1:4 hesablı məğlubiyyətə üzülüb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün itkilərimiz var idi. Mərkəz müdafiəçisi və cinah müdafiəçisi mövqeyində problem var idi. Deyirlər əvəzolunmaz futbolçu yoxdur. Amma bizdə Dioqo Verdaskanın yoxluğu hiss olunur. Məğlubiyyətin əsas səbəbi oyunçu çatışmazlığıdır. Bir futbolçu olmayanda onun yerini doldurmaq üçün gedişlər edirik. Bu gün rotasiyalar etsək də, alınmadı. “Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm. “Qəbələ” ilə matçda da bəsit qollar buraxdıq. İrəli baxmaq lazımdır.

Mən “Kəpəz”ə gələndə komandanın 7 oyundan sonra 0 xalı var idi, xaos vəziyyəti idi. Şükürlər olsun ki, bu gün sonuncu yerdən çox qabaqdayıq. Oyunçu itkisi bizə çox böyük təsir edir. Bunun psixoloji təsiri də var. Qarşıdakı oyunlara köklənmək lazımdır. Uduzmağı bacarmaq lazımdır, amma baxır necə. Düşünürəm ki, daha yaxşı olacağıq”.

Azər Bağırov komandanı bu həftə məşqə çıxarmaması ilə bağlı iddialara da aydınlıq gətirib:

“Belə bir şey yoxdur. Bərpa məşqində olmamışam. Ailə məsələləri ilə bağlı Bakıda idim. Bütün günümüzü Gəncədə keçiririk. Ailənin də problemlərini həll etmək vacibdir. Bu da normal bir şeydir. Bərpa məşqini köməkçilərim keçib. Hər şey qaydasındadır”.

Millinin məşqçisi Norveç təəssüratlarını bölüşdü

10 April 2026 at 19:30

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveç təmsilçisi “Valerenqa”da bir həftəlik təcrübə proqramında iştirak edir.

Futbolpress.az mütəxəssisin ümumi Norveç təəssüratı və milli komandadan gözləntiləri ilə bağlı fikirlərini öyrəndi:

– Norveç səfərinizlə bağlı ümumi təəssüratınız necədir? Proqramınız necə irəliləyir? 

– Aprelin 5-dən “Valerenqa” klubunun düşərgəsindəyəm, ilk olaraq klubun bazası və akademiyası ilə tanış oldum. Daha sonra əsas komandanın baş məşqçisi Geir Bakke ilə görüşdüm, onların həftəlik məşq proseslərində iştirak edib iş prinsipləri ilə tanış oldum. Paytaxt təmsilçisinin “Vikinq”lə oyununu izlədim. Ümumilikdə mənim üçün çox yaxşı təcrübə proqramı oldu deyə bilərəm.

Milli komandamızın hazırkı hazırlıq səviyyəsi sizi qane edirmi? 

– Məncə, həm oyun baxımından, həm də mübarizə baxımından inkişaf var. Qarşıdakı toplanışdan maksimum istifadə edəcəyik ki, Millətlər Liqasının oyunlarına tam hazır olaq. Bizi Millətlər Liqasında çətin oyunlar gözləyir, komandamıza inamımız böyükdür, çalışacağıq ki, yaxşı nəticələr qazanaq.

Adil Nəhmətli 

“Çelsi”də Enzo qalmaqalı davam edir

10 April 2026 at 19:15

​”Çelsi”nin ulduz yarımmüdafiəçisi Enzo Fernandes komanda yoldaşları və klub rəhbərliyi ilə yaşadığı insidentdən sonra cəzalandırılıb.

Futbolpress.az xəbər verir ki, argentinalı futbolçu üzr istəməsinə baxmayaraq, “Mançester Siti” ilə vacib matçı tribunadan izləyəcək.

​Klub rəhbərliyi futbolçunun üzrünü qəbul etsə də, intizam qaydalarını əsas gətirərək onu ən mühüm oyunda meydandan kənarda saxlayıb.

“Çelsi”nin sükanı arxasında olan Liam Rozenyor məsələ ilə bağlı bunları deyib:

​”Enzo bazar günü oynamayacaq. Ümid edirəm ki, ondan sonra o, yenidən komandanın vacib hissəsinə çevriləcək. Hazırda aşmalı olduğumuz bəzi maneələr var. Onunla çox yaxşı söhbətimiz oldu, məndən və klubdan üzr istədi. Gələn həftə vəziyyətə yenidən baxacağıq”.

Xatırladaq ki, Enzo Fernandes Amerika Kubokundakı qələbədən sonra irqçi xarakterli şüarların yer aldığı video paylaşdığı üçün komanda yoldaşlarının və ictimaiyyətin ciddi narazılığına səbəb olmuşdu. Görünən odur ki, klub daxilində sular hələ durulmayıb.

“Real”ın siyahısında Deşam da var

10 April 2026 at 18:51

​”Real” gələn mövsüm üçün baş məşqçi axtarışlarını sürətləndirib.

Futbolpress.az xəbər verir ki, Madrid klubunun hədəfində gözlənilməz bir ad – Didye Deşam var.

​Məşhur insayder Fabris Hokinsin yaydığı məlumata görə, Didye Deşam “kral klubu”nun gələn mövsüm üçün müəyyənləşdirdiyi namizədlər siyahısına daxil edilib.

Təcrübəli mütəxəssis 2026-cı il Dünya Çempionatından sonra Fransa milli komandasındakı postunu tərk edəcək. Bununla da onun 2012-ci ildən bəri davam edən fəaliyyəti sona çatacaq.

 

Füzuli Məmmədov: “Sona qədər mübarizə aparacağıq”

10 April 2026 at 18:45

Misli Premyer Liqasının XXVII turu çərçivəsində ilk görüşdə “Karvan-Yevlax” “Kəpəz”i qonaq edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov mətbuata açıqlama verib.

Mütəxəssis nəticəni belə şərh edib:

– Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək bizim üçün çətin oldu. Futbolçularda psixoloji gərginlik var idi, lakin həm rəhbərlik, həm də məşqçilər korpusu tam dəstək göstərdilər. Bilirdik ki, ağır oyun olacaq. “Kəpəz”in heyəti kifayət qədər güclüdür, amma çox ciddi hazırlaşmışdıq. Oyunçularımız əzmkarlıq göstərdilər, hesab daha da böyük ola bilərdi. 4:1 hesabına baxmayaraq, çətinlik çəkdik. 2:1 olanda rəqib oyunu dəyişə bilərdi, amma futbolçularım oyundan düşmədilər, əksinə, növbəti qolları da vurmağı bacardılar. Azarkeşlərimiz bundan çoxuna layiqdilər, lakin biz onları lazımi qədər sevindirə bilmirik. Buna görə məyus oluram. Qarşıda hələ 6 tur var, hər birində əzmkarlıq göstərməyə çalışacağıq. Bizi daha yaxşı qələbələr gözləyir.

– Həmişə deyirdiniz ki, bir qələbə olsun, hər şey düzələcək… 

– Əlbəttə ki, digər klublarda çalışdığım vaxtlarda da görmüşəm ki, qalibiyyət futbolçulara motivasiya verir. Bu oyundakı nəticə də bizi gələcək üçün ümidləndirdi.

– Erkən qolların, ilk hissəni öndə başa vurmağın psixoloji üstünlüyü varmı? 

– Əlbəttə, hər qol rəqibi həvəsdən salır. İlk hissədə Raufun iki qol vurması komandaya böyük ümid verdi. Fərq minimuma enəndə futbolçularda ehtiyatlılıq, hesabı qorumaq hissi yarandı. Deyərdim ki, üçüncü qol oyunun taleyini həll etmiş oldu.

– Rauf bu gün parlaq oyun göstərdi, siz onda bu bacarığı kəşf etmişdiniz? 

– O, əsas heyətə layiq futbolçulardan biridir, çox əzmkar və istəklidir. Son iki turu əsas heyətdə oynaya bilməmişdi, səbəb yalnız heyətdəki rəqabət idi. “Araz Naxçıvan”la oyunda gözləntilərdən aşağı çıxış etdiyi üçün ədalətli davranıb digər oyunçulara şans verməli olmuşduq. Rauf bu oyunla bir daha özünün hansı səviyyədə olduğunu sübut etdi.

– Bu qarşılaşma göstərdi ki, komanda top saxlaya, oyun göstərə, qol vura bilir. Bəs bu ana qədərki periodda nələr baş verirdi?

– Burda çox nüanslar var. Bəzən futbolçular xırda səhv edirlər, nəticədə qol buraxırıq. Dərhal psixoloji düşkünlük yaranır. Komandanın potensialına bələdəm, bəzi başqa oyunlarda da çox yaxşı oynamışıq, olub ki, qolumuzu da saymayıblar. Bəzi görüşlərdə qapımıza gözləmədiyimiz zamanda qollar vurulub. “Kəpəz” və bəzi komandalar var ki, biz onlarla nəinki başabaş, hətta üstün də oynaya bilirik. Bu gün də bunu göstərdik.

– Mövsümün bitməsinə 6 tur qalmış “Qəbələ” ilə “Karvan-Yevlax” arasında 8 xal fərq var. Bu fərqin aradan qalxacağına inanırsınız?

– Əlbəttə. Hər zaman inanmışam. Bütün oyunlara ümidlə çıxıram. Sona qədər mübarizə aparacağıq.

Adil Nəhmətli

Azər Bağırov: “Komandamı tanıya bilmirəm”

10 April 2026 at 18:22

Misli Premyer Liqasının XXVII turu çərçivəsində ilk görüşdə “Karvan-Yevlax”  “Kəpəz”i qonaq edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Azər Bağırov mətbuata açıqlama verib.

Mütəxəssis nəticəni belə şərh edib:

– Çempionatda sonlara doğru itkilərimiz daha da çoxalır. Bu gün heyətdə məcburi əvəzetmələrə getmişdik, lakin təəssüf ki, müdafiədəki zonaları qoruya bilmədik. “Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm. “Qəbələ” ilə görüşdə də qapımızda çox bəsit qollar gördük. Düzəltməli, danışmalı olduğumuz məqamları bilirik. Qısaca, irəli baxmaq lazımdır.

– Dioqonun yoxluğu sanki özünü göstərdi, nə düşünürsünüz? 

– Əslində, əvəzedilməz futbolçu yoxdur, amma bu gün Dioqonun olmaması, müəyyən mövqelərdə oyunçu çatışmazlığı təsirini göstərdi.

– Komandanız bu gün qələbə qazansaydı, psixoloji üstünlük əldə edəcəkdiniz, amma indi vəziyyət tam əksinədir. Sizcə, komandada psixoloji cəhətdən hansı dəyişikliklərə ehtiyac var? 

– Bu, bir qədər geniş mövzudur. Mən komandanı götürəndə vəziyyət daha da xaotik idi, 7 oyuna xal yox idi. Bu gün sonuncu pillədən çox irəlidəyik. Dediyim kimi, oyunçu itkisi komandaya çox təsir edir, həm nəticəyə, həm də psixologiyaya zərəri var. İstəməzdik belə olsun, yenə də uduzmağı bacarmaq lazımdır. Düşünürəm ki, daha yaxşı olacaq.

– Ohorini oynatmaqla bağlı düşüncələriniz maraqlıdır. 

– Ohori bir gün bizimlə məşqə çıxıb. Fiziki hazırlıqlarını keçib, amma meydançada onu itirmək istəmədim ki, gələn matçlarda xidmətindən maksimum yararlanaq.

– Komandanızın ardıcıl məğlubiyyətlərini “Qarabağ” üzərindəki qələbədən sonra yaranan eyforiya ilə əsaslandırmaq olarmı?

– Əlbəttə, bu da ola bilər, amma əsas səbəb heyətdəki itkilərdi. Bilirsiniz ki, Dioqo komandanın aparıcı üzvüdür, bu gün onun meydanda olmaması, iki mövqenin birdən düzgün işləməməsinə gətirib çıxardı. Həmçinin, Raufun da yoxluğu bizə təsir elədi. Ehtiram bu gün mənim istədiyim şəkildə çıxış edə bilmədi. Bunlar hamısı məğlubiyyətin səbəbləridir.

– Eşitmişik ki, siz son məşqlərə çıxmamısınız. Bu nə dərəcədə doğrudur? 

– Xeyr, bu doğru deyil. Mən sadəcə bərpa məşqində iştirak etməmişəm, düşünürəm ki, bu normal haldır.

– Sirr deyilsə, nə üçün iştirak etməmisiniz? 

– Ailəvi məsələlərimlə bağlı Bakıda idim. Bütün günümüzü Gəncədə keçiririk, amma ailəvi problemləri də həll etmək vacibdir.

Adil Nəhmətli

“Karvan” – “Kəpəz” – 4:1 – Video

10 April 2026 at 18:00

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Karvan” – “Kəpəz” matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
27-ci tur
10 aprel

“Karvan” – “Kəpəz” – 4:1
Qollar: Rauf Rüstəmli, 38; 45+1; 90+4. Eltun Turabov, 65 – Fərid Nəbiyev, 49.
Sarı vərəqələr: İmani Barker, 50 (qeyri-idman hərəkəti). Eltun Turabov, 86 (oyunun bərpasının ləngidilməsi) – Olavale Onanuqa, 31 (qeyri-idman hərəkəti). Ehtiram Şahverdiyev, 38 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiq.
Saat 15:30. Yevlax şəhər stadionu, 2500 tamaşaçı.

Baş hakim: Nicat İsmayıllı.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Ruslan Quliyev.
VAR: Emin Əliyev.
AVAR: Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov (37. Mois Nqvisani, 83), 14. Uğur Cahangirov (19. Tompson Qavi, 71), 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 83), 2. Şakil Sno, 11. Kayl Spens (10. Samuel Durrant, 83), 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 8. Peter Kinqs, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev (5. Rauf Hüseynli, 83), 77. Fərid Nəbiyev (99. Əli Səmədov, 83), 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 6. Camal Cəfərov (17. Ümid Səmədov, 46), 9. Luis Paçu (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.

Premyer Liqa: “Karvan” “Kəpəz”ə 4 qol vurdu

10 April 2026 at 17:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda çempionatın aşkar autsayderi “Karvan” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib. Yevlax şəhər stadionunda keçirilmiş qarşılaşmanı Nicat İsmayıllı idarə edib. Uzun müddətdir 3 xala həsrət olan Yevlax təmsilçisi bu görüşdə darmadağınla qalib gələrək sürprizə imza atıb.

“Şamaxı” – “Qarabağ”, “Sabah” – “Zirə” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları aprelin 11-də keçiriləcək. “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” matçları ayın 12-də baş tutacaq.

Azərbaycan, Premyer Liqa
27-ci tur
10 aprel

“Karvan” – “Kəpəz” 4:1
Qollar: Rauf Rüstəmli, 38; 45+1; 90+4. Eltun Turabov, 65 – Fərid Nəbiyev, 48.
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Emin Əliyev.
AVAR: Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Yevlax şəhər stadionu, 15:30.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 17. Samir Abdullayev, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 6. Camal Cəfərov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.

Kassano və Kostakurtadan Martines açıqlaması

10 April 2026 at 17:00

İtaliyalı keçmiş hücumçu Antonio Kassano “İnter”in kapitanı, argentinalı hücumçu Lautaro Martines haqda qənaətini açıqlayıb.

Arena.az xəbər verir ki, veteran futbolçu bunları vurğulayıb:

“Lautaro nəinki “İnter”in ən yaxşı oyunçusu, həmçinin İtaliya A Seriyasının ən yaxşısıdır. Talnız təlxəklər buna qarşı əsas gətirə bilərlər. Ümumiyyətlə, Lautaro – dünyada ən yaxşı mərkəz hücumçularından biridir”, deyə Kassano vurğulayıb.

İtaliyalı keçmiş mərkəz müdafiəçisi Alessandro Kostakurta da Lautaro Martines haqda qənaətini açıqlayıb:

“Lautaro İtaliya A Seriyasının ən yaxşı oyunçusu deyil, amma komandasının ən vacib oyunçusudur”, deyə Kostakurta vurğulayıb.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 36 oyuna çıxıb, 20 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 371 oyun, 173 qol, 54 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.

Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 75 oyuna çıxıb, 36 qol vurub, 11 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Jerar Martin: “Gedişatı dəyişə bilərik”

10 April 2026 at 16:30

“Barselona”nın sol cinah müdafiəçisi Jerar Martin Çempionlar Liqasının 1/4 finalında “Atletiko”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində “Kamp Nou”da Madrid “Atletiko”suna 0:2 hesabıyla məğlub olub.

Jerar Martin bu məğlubiyyətə belə aydınlıq gətirib:

“Bərabər heyətlərdə oyunu nəzarətimiz altında saxlayırdıq, amma qırmızı vərəqə belə oyunlarda hər şeyi dəyişir. Müvafiq mənzərədə qol məqamlarımız vardı, amma vura bilmədik. Rəqibin fürsəti az idi, ancaq onlar imkanlarından faydalandılar. Biz hələ də inanırıq ki, qarşılaşmanın gedişatını dəyişə bilərik”, deyə Martin vurğulayıb.

Xatırladaq ki, “Barselona” ilə “Atletiko” arasındakı cavab qarşılaşması gələn həftə Madriddə keçiriləcək. Aprelin 14-də baş tutacaq görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Spaletti ilə davam

10 April 2026 at 17:48

“Yuventus” baş məşqçisi Luçano Spaletti ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin sözləşməsinin müddəti 2028-ci ilin yayına kimi artırılıb.

“Yuventus” A Seriyasında 57 xalla 5-ci sıradadır.

“Milan” “Barselona”nın hücumçusu ilə maraqlanır

10 April 2026 at 17:17

“Barselona”nın futbolçusu Robert Levandovski karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Milan” polşalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.

İtaliya klubu forvardı yayda azad agent kimi sıralarına qatmaq istəyir.

Levandovskinin ABŞ klublarından da təklifi var. Hücumçu qərarını yayda verəcək.

Polşalı futbolçu 2022-ci ildən “Barselona”da çıxış edir. O, 186 oyunda 118 qol vurub.

Parislilər “qırmızı şeytanlar”a qarşı

10 April 2026 at 16:45

PSJ yayda “Mançester Yunayted” ilə yoldaşlıq oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

Yoldaşlıq oyunu avqustun 8-də, İsveçdə baş tutacaq. Tərəflər yeni mövsümə hazırlıq çərçivəsində üz-üzə gələcək.

MLS klubu Neymarla maraqlanır

10 April 2026 at 18:00
“Çinçinnati” “Santos”un futbolçusu Neymara maraq göstərir. Msport.az xəbər verir ki, MLS təmsilçisi 34 yaşlı futbolçu üçün rəsmi təklif irəli sürüb. […]

Source

Haland və Semenyo “Mançester Siti”nin çıxışına qiymət verdi

10 April 2026 at 16:00

“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland “şəhərlilər”in cari mövsümdəki nəticələrini qiymətləndirib.

Arena.az forvardın müvafiq açıqlamasını təqdim edir:

“Biz heç də rəvan mövsüm keçirmirik. “Mançester Siti” UEFA Çempionlar Liqasından kənarda qalıd. Bu, bizi xoşhal etmir. Amma qarşıda bizi digər oyunlar gözləyir”, deyə Haland vurğulayıb.

“Mançester Siti”nin qanalı cinah hücumçusu Antuan Semenyo da “şəhərlilər”in iddiasını açıqlayıb:

“Biz mümkün olduqca çoxlu oyunu qazanmaq istəyirik. Oyundan oyuna keçməklə, indi isə hər bir oyun – finaldır. Odur ki, mübarizəmizə davam etməli və yekunda nə alınacağına baxmalıyıq”, deyə Semenyo vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 30 oyunda 61 xal toplayıb və 20 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Rəqiblərindən bir oyun az keçirmiş Xosep Qvardiolanın komandası lider “Arsenal”dna 9 xal geri qalır.

Kevin De Bröyne: “Neapolda xoşbəxtik”

10 April 2026 at 15:30

İtaliyanın “Napoli” klubunun belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne Neapol təmsilçisindəki gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az belçikalı futbolçunun müvafiq cavvabını təqdim edir:

“Napoli” ilə müqaviləm var. Bu klubda özümü əla hiss edirəm”, deyə De Bröyne vurğulayıb.

34 yaşlı hücumameyilli yarımmüdafiəçi Neapolda xoşbəxt olduğunu bildirib:

“Bu, hələ də rəqabətəqadir futbol oynaya biləcəyim ən yaxşı yerdir. Uyğunlaşmağımızla bağlı bəzi çətinliklərimiz vardı, amma indi hamımız xoşbəxtik”, deyə De Bröyne ailəsi adından vurğulayıb.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün başa çatması ilə “Mançester Siti”dən azad agent qismində ayrılmış De Bröyne “Napoli”yə qoşulub. Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

De Bröyne cari mövsümdə “Napoli”nin heyətində 15 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Kevin De Bröyne “Genk”in məzunudur. Futbolçu, karyerası ərzində “Çelsi”, “Verder” (icarə), “Volfsburq” və “Mançester Siti”də oynayıb.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 117 oyun keçirib, 36 qol vurub, 53 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Stiven Cerrard: “Ruh düşkünlüyünə qapılmaq olmaz”

10 April 2026 at 15:00

“Liverpul”un əfsanəsi, keçmiş yarımmüdafiəçi Stiven Cerrard “qırmızılar”ın cari mövsümdəki çıxışı barədə fikirlərini bölüşüb.

Arena.az xatırladır ki, “Liverpul” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində Parisdə Fransa nəhəngi PSJ-yə 0:2 hesabı ilə məğlub olub.

İngiltərə millisinin sabiq üzvü “qırmızılar”ın müvafiq məğlubiyyəti haqda danışarkən bunları vurğulayıb:

“Oyunlar tez əvəzlənir… İndi oyunçular zehniyyətcə tez bir zamanda yüklənmədən azad olmalı və əhval-ruhiyyə düşkünlüyündən yararlanmaq istəyində olan “Fulhem”ə qarşı növbəti oyun haqda düşünməlidirlər. Büdrəməyə yol vermək olmaz”, deyə Cerrard vurğulayıb.

Yeri gəlmişkən, Stiven Cerrard “Liverpul”un “Bayern”in fransalı cinah hücumçusu Maykl Oliseyə marağını şərh edib:

“Olisenin “Liverpul”a gərəkli olduğuna şübhəm yoxdur. Amma onun “Bayern”i tərk edəcəyinə əsas görmürəm. Qənimətləri sıralamaq üçün o, əla imkana malikdir. Düşünürəm ki, “Bavariya” Avropanın ən güclü klubu olacaq”, deyə Cerrard fikrini əsaslandırıb.

Avroliqa matçında bədbəxt hadisə

10 April 2026 at 16:30

Avropa Liqasının 1/4 final mərhələsində Portuqaliyada keçirilən “Portu” – “Nottingem Forest” matçından sonra bədbəxt hadisə yaşanıb.

Futbolpress.az xəbər verir ki, matçın final fitindən sonra tribunada 84 yaşlı ingilis azarkeş vəfat edib. Onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Matç 1:1 hesabıyla başa çatıb.

Millinin məşqçisi 49 yaşında vəfat etdi

10 April 2026 at 16:15

Polşa millisinin məşqçisi Yaçek Mager vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının mətbuat xidməti mələumat yayıb. Mütəxəssis 49 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Mager 2025-ci ilin yayından millinin çalışdırıcısı Yan Urbanın məşqçilər korpusunda yer alırdı.

Daha bir futbolçunun “Liverpul”dan ayrılacağı dəqiqləşdi

10 April 2026 at 15:53

“Liverpul” müdafiəçisi Endryu Robertsonun yayda klubdan ayrılacağını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, cinay oyunçusunun müqaviləsinin müddəti uzadılmayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Robertson 2017-ci ildən “Liverpul”un formasını geyinir. O, bu mövsüm Premyer Liqada 19 oyuna çıxıb.

“Liverpul”da daha öncə misirli hücumçu Məhəmməd Salahın komandadan ayrılacağı açıqlanmışdı.

“Neftçi”də kapitan sevinci

10 April 2026 at 15:15

“Neftçi”nin futbolçusu Emin Mahmudov zədəsini sağaldıb.

Futbolpress.az-ın məlumatına görə, yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub. Kapitan baş məşqçi Yuri Vernidubun şans verəcəyi təqdirdə, sabah “Araz-Naxçıvan”la Premyer Liqa matçında meydana çıxa bilər.

Mahmudov zədə səbəbindən XXVI turda “Sumqayıt”la səfər oyununda (3:1) iştirak etməyib.

Sabah keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyununa saat 20:00-da start veriləcək.

Məqsəd İsayev İstanbulda əməliyyat edildi

10 April 2026 at 14:30

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in sol cinah müdafiəçisi Məqsəd İsayev əməliyyat olunub.

Arena.az bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Müdafiəçi Türkiyənin İstanbul şəhərində əməliyyat edilib. Onun çarpaz bağlarında aparılan cərrahi müdaxilə uğurla başa çatıb. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə məlumat verilmir.

Xatırladaq ki, Məqsəd İsayev 2025-ci ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq “Kəpəz”ə keçib. O, bu ilin 30 iyununadək Gəncə klubunda çıxış edəcək.

Məqsəd indiyə qədər “Kəpəz”in heyətində 22 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

İsayev karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Sabah”, “Səbail”, “Keşlə” (indiki “Şamaxı”) və “Zirə” kimi klublarda da çıxış edib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış futbolçuya əsas millimizdə debüt qismət olmayıb.

AFFA “Şirvan”ı azarkeşlərinə görə 500 manat cərimələdi

10 April 2026 at 14:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 21-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 21-ci tur

“Araz Saatlı” – “Ağstafa Gəncləri” oyunu Təcili Tibbi Yardım maşınının gec gəlməsi səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 200 manat cərimə edilib.

“Göygöl” – “Ağdaş” oyunu Təcili Tibbi Yardım maşınının gec gəlməsi səbəbindən gec başladığına görə “Göygöl” komandası 200 manat cərimə edilib.

“Şirvan” – “Xankəndi” oyununda “Şirvan”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Şirvan” komandası 500 manat cərimə edilib.

“Kür-Araz” – “Şəmkir” oyununun 61-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Tahir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şəmkir” komandası buna görə 50 manat cərimə ödəyəcək.

“Quba” – “Şəki” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Quba” komandası 100 manat cərimə edilib.

Birinci Liqa: Tərcüməçisi “Səbail”i ziyana saldı

10 April 2026 at 13:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 21-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 21-ci tur

“Şəfa” – “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində “Səbail”in tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Səbail” buna görə 2400 manat cərimə edilib.

“Difai” – “Şahdağ Qusar” oyununun 77-ci dəqiqəsində “Şahdağ Qusar”ın futbolçusu Kvaku Adjey ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şahdağ Qusar” buna görə 150 manat cərimə ödəyəcək.

“Turan Tovuz”un ev oyunu 2 manata

10 April 2026 at 14:52

Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışa çıxıb.

Futbolpress.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 12 aprel tarixində, saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Azərbaycanı “Bahar Kuboku”nda onlar təmsil edəcək

10 April 2026 at 14:35

16-18 aprel tarixlərində kayak və kanoe üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Muğla şəhərində keçiriləcək “Bahar Kuboku” beynəlxalq reqatasında iştirak edəcəklər.

Futbolpress.az xəbər verir ki, yarışlarda Azərbaycan Su İdman Növləri Federasiyası Qurban Sadıqlının məşqçiliyi ilə 7 nəfərlik heyətlə mübarizə aparacaq.

Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növü üzrə mükafatçılar sırasına düşməyə çalışacaq.

“Karvan-Yevlax” – “Kəpəz”: heyətlər

10 April 2026 at 14:26

“Karvan-Yevlax” Misli Premyer Liqasının XXVII turunda bu gün “Kəpəz”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 15:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 17. Samir Abdullayev 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 10. Samuel Durrant 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov

“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 6. Camal Cəfərov 9. Luis Paçu 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 5. Rauf Hüseynli 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 80. Şahnur İsmayılov 57. Amur Yusifov 10. Ryonosuke Ohori
Baş məşqçi: Azər Bağırov

 

“Kəpəz”in futbolçusu əməliyyat olundu

10 April 2026 at 13:51

“Kəpəz”in futbolçusu Məqsəd İsayev əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İsayev Türkiyənin İstanbul şəhərində uğurla əməliyyat keçirib.

Müdafiəçinin çarpaz bağlarında aparılan cərrahi müdaxilə uğurla başa çatıb.

Məqsəd bu mövsüm Premyer Liqada 20 oyuna çıxıb.

Santuş üçün Afrika iddiası

10 April 2026 at 13:26

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Fernando Santuş karyerasını Qanada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis sözügedən ölkənin yığma komandasını çalışdırmağa əsas namizəddir. Bu barədə Afrika mətbuatı məlumat yayıb. Santuşla danışıqların son mərhələdə olduğu bildirilir.

Qana yığmasında bir müddət əvvəl Otto Addo ilə yollar ayrılıb.

Santuş 2024-cü ilin yayından 2025-ci ilin sentyabrına kimi Azərbaycan millisinə rəhbərlik edib.

“Qəbələ”nin legioneri: “Azərbaycanda oynamaqdan zövq alıram”

10 April 2026 at 13:15

“Qəbələ”nin futbolçusu İsmael Akinadenin “Futbolpress.az“a müsahibəsi:

– “Kəpəz” üzərində vacib qələbə qazandınız və autsayderlə xal fərqini 11-ə yüksəltdiniz. Oyunu necə şərh edərdiniz?
– Bu oyun bizim üçün çox vacib idi. Matçdan əvvəl qarşımıza yalnız qələbə hədəfi qoymuşduq. Şükürlər olsun, yaxşı oyunla da istəyimizə çatdıq.

– Ardıcıl üç məğlubiyyətdən sonra belə mühüm oyuna köklənmək psixoloji baxımdan çətin olmadı?
– Qələbə qazana bilməmək pisdir. İstəyirdik ki, bu uğursuz seriyanı sonlandıraq. Bütün diqqətimizi matça vermişdik. İstədiyimiz tempi yaxaladıq və nəticəni qazandıq. Mövsümün qalan hissəsində də belə davam etməliyik.

– “Kəpəz”ə qədər 3 oyuna 13 qol buraxmışdınız. Necə toparlandınız?
– “Sabah”a qarşı 1:7 hesablı məğlubiyyət qəbuledilməz idi. Həmin gün futbol bəxti bizim yanımızda deyildi. İstədiklərimizi meydanda edə bilmədik. Onlarla kubokda yaxşı mübarizə aparmışdıq. Lakin sonra belə nəticənin olması bizi çox məyus etdi. Bilirdik ki, toparlanmalıyıq, yoxsa vəziyyətimiz daha pisləşə bilər. Çox çalışdıq və yekunda qələbəsizlik seriyamızı bitirdik.

– Qarşıda “İmişli” ilə oyun var. Qələbə sizi 9-cu pilləyə yaxınlaşdıra bilər…
– Vacib oyundur. Diqqətli olmalı və qələbə qazanmalıyıq. Meydanda üzərimizə düşənləri edəcəyik. Hər oyunun bizim üçün əhəmiyyəti böyükdür. İndi hansısa pillə haqda yox, “İmişli” ilə matçla bağlı düşünürük.

– Artıq 4 aydır, Azərbaycandasan. Çempionatla bağlı təəssüratların necədir?
– Azərbaycan liqası çox yaxşıdır. Bütün komandalarda texnikalı oyunçular var, yarış rəqabətli keçir. Azərbaycanda oynamaqdan zövq alıram. Karyeram boyu hər zaman olduğum yerdə fayda verməyə çalışmışam. Çətinliklər olsa da, bununla mübarizə aparmağı sevirəm. Hər oyun maksimumu etməyə çalışıram. Düzdür, bəzən istədiyim kimi alınmaya bilər, amma dəqiq olan bir şey var ki, meydana daxil oldumsa, bütün gücümü qoyacağam.

Şahin Cəfəriv

Nihad İsmayılov: “Real imkanlar baxımından biz üstün idik”

10 April 2026 at 13:00

Futzal üzrə Azərbaycan millisinin üzvü Nihad İsmayılov Gürcüstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların ötən gün Tiflisdə baş tutmuş ilk görüşü millimizin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Nihad İsmayılov matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından biz üstün idik. 6-7 epizodu boşa verdik. Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı. Əvəzində meydan sahibi komanda səhvlərimizi bağışlamadı. Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar. İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Belə deyim də, fasilədən sonra bərabər oyun oldu. Baş məşqçi komandaya cəlb olunan gənclərə də şans verdi. Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmaqları lazım idi. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları da buna görə əhəmiyyətlidir.

Bu rəqiblə aprelin 11-də yenə qarşılaşacağıq. Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Komandamız oyundan oyuna yaxşı tərəfdən seçilir. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdir. Uşaqlar hesabda geri düşməyimizə rəğmən, ruhdan düşmədilər. Bu, fərqləndiriləcək məqamdır. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq”.

Premyer Liqa: Daha 5 oyunun hakimləri açıqlandı

10 April 2026 at 12:30

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 27-ci turun daha beş oyununun hakim təyinatları müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Qarşılaşmaları aşağıda adları qeyd olunmuş hakimlər idarə edəcəklər:

Premyer Liqa
27-ci tur
11 aprel

“Şamaxı” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Şamaxı şəhər stadionu, 15:30.

“Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
“Masazır Arena”, 18:00.

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Müslüm Əliyev.
“Neftçi Arena”, 20:00.

12 aprel

“Qəbələ” – “İmişli”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Qəbələ şəhər stadionu, 15:30.

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Tovuz şəhər stadionu, 18:00.

Endryu Robertson “Liverpul”u tərk edəcək – Rəsmi

10 April 2026 at 12:00

“Liverpul”un şotlandiyalı sol cinah müdafiəçisi Endryu Robertson cari mövsümün sonunda İngiltərə klubundan ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun “Liverpul”la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Tərəflər arasında yeni sözləşmənin imzalanmaması qərara alınıb.

Britaniya mətbuatının iddiasına görə, artıq bir necə klub, xüsusilə “Tottenhem” oyunçunu azad agent statusu ilə heyətinə qatmağa çalışır.

Xatırladaq ki, Endryu Robertson 2017-ci ildən “Liverpul”un formasını geyinir. 31 yaşlı oyunçu bu komandanın heyətində indiyə qədər 373 matça çıxıb, 13 qola imza atıb, 69 məhsuldar ötürmə verib.

Robertson “Liverpul”la bütün mümkün klub titullarına sahib çıxıb. O, daha öncə KPR, “Dandi Yunayted” və “Hall Siti” klublarının da formasını geyinib.

Kapitanı olduğu Şotlandiya yığmasında 92 matçda 4 dəfə fərqlənmiş müdafiəçi, 12 məhsuldar ötürmə də verib.

Tərcüməçisi “Səbail”i ziyana saldı

10 April 2026 at 12:43

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

9 aprel 2026-cı il tarixində I Liqada XXI turun “Şəfa” – “Səbail” oyununun 90+1-ci dəqiqəsində “Səbail” komandasının tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Səbail” komandası 2400 manat cərimə edilsin (maddə 52.3);

9 aprel 2026-cı il tarixində I Liqada XXI turun “Difai” – “Şahdağ Qusar” oyununun 77-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 40 nömrəli futbolçusu Kvaku Adjey ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

❌
❌