Reading view

Premyer Liqa: “Karvan” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçiriləcək. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq. Günün ilk oyunu “Karvan”la “Zirə” arasında keçiriləcək. Şamaxı şəhər stadionunda təşkil ediləcək qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək. Günün sonuncu oyununda “Neftçi”…

Source

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

1 noyabr

Azərbaycan, Premyer Liqa
14:00 Karvan-Yevlax – Zirə (CBC Sport)
17:00 Neftçi – Kəpəz (CBC Sport)

İspaniya, La Liqa
17:00 Vilyarreal – Rayo Valyekano (İdman TV, Futbol 2)
19:15 Atletiko – Sevilya (İdman TV, Futbol 2)
21:30 Real Sosyedad – Atletik (Futbol 2)
00:00 Real – Valensiya (Futbol 2)

İtaliya, A Seriyası
18:00 Udineze – Atalanta (Futbol 1)
21:00 Napoli – Komo (Futbol 1)
23:45 Kremoneze – Yuventus (Futbol 1)

Türkiyə, Super Liqa
18:00 Göztəpə – Gənclərbirliyi (beİN Sports 2)
21:00 Qalatasaray – Trabzonspor (Futbol 3, beİN Sports 1)

İngiltərə, Premyer Liqa
19:00 Bernli – Arsenal (beİN Sports 3)
21:30 Tottenhem – Çelsi (İdman TV, beİN Sports 3)
00:00 Liverpul – Aston Villa (İdman TV)

Fransa, Liqa 1
20:00 PSJ – Nitsa (beİN Sports 4)
22:00 Monako – Paris (beİN Sports 4)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Roma” rəsmisindən Dibala haqda açıqlama

“Roma”nın direktoru Frederik Massara açıqlayıb ki, klub hələlik Paulo Dibala və Lorenso Pelleqrini ilə müqavilələrin müddətinin uzadılması barədə danışıqlara başlamayıb. Hər iki futbolçunun “Roma” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, paytaxt klubunun rəsmisi vəziyyəti bildiklərini söyləyib:

“Biz vəziyyəti bilirik, amma hazırda bütün diqqətimizi oyunlara yönəltmişik. Müqaviləsinin müddəti başa çatacaq futbolçular böyük peşəkarlıq və kluba sədaqət nümayiş etdirirlər. Hazırda onlarla bağlı heç bir müzakirə aparılmayıb”.

31 yaşlı Dibala 2022-ci ilin yayında “Yuventus”dan “Roma”ya azad agent kimi keçib.

Klubun yetirməsi olan Pelleqrini isə bu mövsüm 5 matçda oynayıb və 1 qol vurub.

Massara həmçinin, vurğulayıb ki, hazırda A Seriyasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Roma” maliyyə məhdudiyyətlərinə görə qışda böyük transferlər planlaşdırmır.

The post “Roma” rəsmisindən Dibala haqda açıqlama appeared first on Komanda.az.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

1 noyabr

Azərbaycan, Premyer Liqa
14:00 Karvan-Yevlax – Zirə (CBC Sport)
17:00 Neftçi – Kəpəz (CBC Sport)

İspaniya, La Liqa
17:00 Vilyarreal – Valyekano (İdman TV, Futbol 2)
19:15 Atletiko – Sevilya (İdman TV, Futbol 2)
21:30 Real Sosyedad – Atletik (Futbol 2)
00:00 Real – Valensiya (Futbol 2)

İtaliya, A Seriyası
18:00 Udineze – Atalanta (Futbol 1)
21:00 Napoli – Komo (Futbol 1)
23:45 Kremoneze – Yuventus (Futbol 1)

İngiltərə, Premyer Liqa
19:00 Bernli – Arsenal (beİN Sports 3)
21:30 Tottenhem – Çelsi (beİN Sports 3)
00:00 Liverpul – Aston Villa (beİN Sports 3)

Fransa, Liqa 1
20:00 PSJ – Nitsa (beİN Sports 4)
22:00 Monako – Paris (beİN Sports 4)
00:05 Oser – Marsel (beİN Sports 4)

Türkiyə, Super Liqa
21:00 Qalatasaray – Trabzonspor (beİN Sports 1)

Mbappenin sevmədiyi müqayisə

“Real”ın futbolçusu Kilian Mbappe açıqlama verib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, fransalı hücumçu Kriştiano Ronaldo ilə müqayisə olunmasına münasibət bildirib:

“Belə müqayisəni sevmirəm. Ronaldo bir nömrədir. Mənim öz yolum var və bunu davam etdirmək istəyirəm. Adımın Ronaldo ilə yanaşı hallanması qürurlandırır. Lakin öz yolumu seçmişəm və bu istiqamətdə davam edəcəyəm”.

Mbappe bu mövsüm La Liqada 10 oyunda 11 qol vurub.

“Zirə” Şamaxı səfərində, “Neftçi” “Kəpəz”ə qarşı – YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında X turun daha iki oyunu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edəcək. Matça saat 14:00-da start veriləcək.

Digər görüşdə “Neftçi” “Kəpəz”in müqavimətini qırmağa çalışacaq.

Azərbaycan Premyer Liqası
X tur

1 noyabr

14:00 Karvan-Yevlax – Zirə
Baş hakim: Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu

17:00 Neftçi – Kəpəz
Baş hakim: Rəvan Həmzəzadə
“Palms Sports Arena”

Suraxanıda ÇL hazırlığı

“Qarabağ” Premyer Liqada növbəti qələbəsini qazanıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “İmişli”ni məğlub edib – 2:0.

Çempionlar Liqasında “Çelsi” ilə oyunöncəsi Qurbanovun bu matçda ehtiyat oyunçulara şans verəcəyi gözlənilsə də, mütəxəssis əsas üzvləri meydana buraxdı. Mütəxəssis bu addımını futbolçuların tonusda qalmasını istədiyi üçün etdiyini bildirdi.

“Qarabağ” oyuna daha sürətli başlayan tərəf oldu. İlk dəqiqələrdən Zubirlə qol şansı yaxalayan “atlılar” ümumi oyunu üstün keçirdi. 9-cu dəqiqədə penaltidən fərqlənmək fürsəti yaxalayan “İmişli” Juninyonun ifasında uğursuzluq yaşadı. Mateuş Koxalski rəqibin hesabı açmasına imkan vermədi. Penaltiyə səbəb olan qolkiper bir növ günahını yudu.

“İmişli”nin bundan başqa şansı demək olar, olmadı. Bütün qüvvə ilə müdafiə olunan bölgə təmsilçisi ilk hissədə qapısını qola bağlaya bildi. Fasilədən sonra təzyiqi daha artıran və rəqibi səhvlərə məcbur edən “Qarabağ” iki qol vurmaqla akitivinə üç xalı yazdırdı.

Hesab 2:0 olsa da, “atlılar”ın daha çox qol vurmaq şansları var idi. Xüsusilə yarımmüdafiəçi Kadi Borgesin kifayət qədər imkanları oldu. Buna baxmayaraq, son zərbələrdə uğursuzluq və yanlış qərarlar Borgesin qol vurmasına əngəl oldu. Kadi meydanda bəlkə də, ən çox fərdi səhvə yol verən oyunçu oldu.

“Qarabağ” adına müsbət məqamlardan biri isə yayda heyətə cəlb edilən, ancaq zədələndiyi üçün kənarda qalan Joni Montielin debütü idi. 10-cu turda 4 dəqiqə oyun şansı qazanan ispan yarımmüdafiəçi qısa sprinti ilə də diqqət çəkdi.

Qarşıda “Qarabağ”ı daha ağır oyun gözləyir. Klublararası dünya çempionatının son qalibi “Çelsi”ni Bakıda qəbul edəcək “atlılar” yaxşı futbola arzu edir. İngiltərə klubu heyətinin keyfiyyətinə, Avropa təcrübəsinə görə qat-qat üstündür. Favorit onlardır, buna baxmayaraq, “Qarabağ” Avropa səhnəsində daha yaxşı bir oyun keçirməyi, London klubundan xal almağı arzulayır.

Şahin Cəfərov

La Liqa: “Xetafe” “Jirona”nı xalsız yola saldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Xetafe” doğma meydanda “Jirona” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar. 11-ci turun qalan görüşləri noyabrın 1-də, 2-də və 3-də…

Source

Bundesliqa: “Borussiya” “Auqsburq”u səfərdə yendi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Auqsburq” doğma meydanda Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Qonaqlar səfərdə vurduqları yeganə qol sayəsində bu matçdan qalib ayrılıblar. 9-cu turun qalan görüşləri…

Source

“Xetafe”dən çətin qələbə

İspaniya La Liqasında 11-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Xetafe” evdə “Jirona” ilə qarşılaşıb və çətin qələbəyə sevinib.

İspaniya La Liqası
11-ci tur

31 oktyabr

Xetafe – Jirona 2:1
Qollar
: Martin, 72. Mayoral, 86 – Stuani, 90+4-pen.

1 noyabr

17:00. Vilyarreal – Rayo Valyekano
19:15. Atletiko – Sevilya
21:30. Real Sosyedad – Atletik
00:00. Real – Valensiya

2 noyabr

17:00. Levante – Selta
19:15. Alaves – Espanyol
21:30. Barselona – Elçe
00:00. Betis – Malyorka

3 noyabr

00:00. Real Ovyedo – Osasuna

The post “Xetafe”dən çətin qələbə appeared first on Komanda.az.

“Borussiya” 3 xalı tək qolla qazandı

Almaniya Bundesliqasında 9-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Auqsburq” evdə Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb.

Almaniya Bundesliqası
9-cu tur

31 oktyabr

Auqsburq – Borussiya (Dortmund) 0:1
Qol
: Girassi, 37.

1 noyabr

18:30. Haydenhaym – Ayntraxt
18:30. Maynts – Verder
18:30. Leypsiq – Ştutqart
18:30. Sankt Pauli – Borussiya (Mönhenqladbax)
18:30. Union Berlin – Frayburq
21:30. Bayern – Bayer

2 noyabr

18:30. Köln – Hamburq
20:30. Volfsburq – Hoffenhaym

The post “Borussiya” 3 xalı tək qolla qazandı appeared first on Komanda.az.

“Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər”

“Sumqayıt”ın oyunçuları Azərbaycan Basketbol Liqasının 5-ci turunda “Sərhədçi”yə qarşı matçda qəhrəmanlıq göstəriblər.

Komanda.az xəbər verir ki, bunu “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, qələbəyə görə sevincli olduqlarını bildirib:

“Hər kəsi qələbə münasibəti ilə təbrik edirəm. Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər. Bu gün heyətdə cəmi 3 ABŞ-li oyunçu var idi. Müəyyən səbəblərə görə dördüncü basketbolçunu gətirə bilmirik. Yeni legionerin gəlişi ilə komandamızın səviyyəsi daha da yüksələcək. Əslində, biz ötən mövsümə də uğursuz başlamışdıq. Heyəti dəyişdikdən sonra özümüzə gəldik”.

“Sərhədçi” – “Sumqayıt” görüşü ikincilərin 84:80 hesablı qələbəsi ilə bitib.

The post “Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər” appeared first on Komanda.az.

La Liqada tur başladı

Bu gün İspaniya La Liqasında XI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Xetafe” azarkeşləri önündə “Jirona”nı məğlub edib.

İspaniya La Liqası
XI tur

31 oktyabr

Xetafe – Jirona 2:1
Qollar: M.Martin, 72, B.Mayoral, 86 – K.Stuani, 90+4

1 noyabr

17:00 Vilyarreal – Valyekano
19:15 Atletiko – Sevilya
21:30 Real Sosyedad – Atletik
00:00 Real – Valensiya

2 noyabr

17:00 Levante – Selta
19:15 Alaves – Espanyol
21:30 Barselona – Elçe
00:00 Betis – Malyorka

3 noyabr

00:00 Ovyedo – Osasuna

“Borussiya” səfərdə qazandı

Bu gün Almaniya Bundesliqasında IX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Dortmund “Borussiya”sı səfərdə “Auqsburq”a qalib gəlib.

Almaniya Bundesliqası
IX tur

31 oktyabr

Auqsburq – Borussiya Dortmund 0:1
Qol: S.Girassi, 38

1 noyabr

18:30 Haydenhaym – Ayntraxt Frankfurt
18:30 Maynts – Verder
18:30 Leypsiq – Ştutqart
18:30 Sankt-Pauli – Borussiya Münhenlqadbax
18:30 Yunion – Frayburq
21:30 Bavariya – Bayer

2 noyabr

18:30 Köln – Hamburq
20:30 Volfsburq – Hoffenhaym

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı start götürüb.

Futbolrpess.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisi aktivinə bir qızıl medal yazdırıb.

66 kiloqram çəki dərəcəsində çıxış edən İslam Rəhimov finalda Niderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbə qazanaraq çempion olub.

Turnirə 1/16 finaldan başlayan İslam Rəhimov ardıcıl olaraq slovakiyalı Roman Dekan və xorvatiyalı Dani Klaçarı mübarizədən kənarlaşdırıb. Növbəti görüşdə Ermənistan idmançısı Jirayr Hambaryanı məğlub edən cüdoçu final yolunda son olaraq Nazar Viskova qalib gəlib.

Qeyd edək ki, İslam Rəhimov 4 il əvvəl yeniyetmələr arasında Avropa çempionu tituluna yiyələnmişdi.

Super Liqa: “Başakşəhər”ə bir qol bəs etdi

Bu gün Türkiyə Super Liqasında XI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Başakşəhər” azarkeşləri önündə “Kocaelispor”a qalib gəlib.

Türkiyə Super Liqası
XI tur

31 oktyabr

Başakşəhər – Kocaelispor 1:0
Qol: E.Şomurodov, 90+1 (pen.)

1 noyabr

18:00 Göztepe – Gənclərbirliyi
21:00 Qalatasaray – Trabzonspor

2 noyabr

15:30 Konyaspor – Samsunspor
18:00 Kayserispor – Kasımpaşa
21:00 Beşiktaş – Fənərbağça

3 noyabr

21:00 Alanyaspor – Qaziantep
21:00 Eyüpspor – Antalyaspor
21:00 Rizespor – Karagümrük

Kuramşın: “Uşaqlarım bu gün qəhrəmanlıq göstərdilər”

“Sumqayıt” basketbol klubunun baş məşqçisi Vadim Kuramşın Azərbaycan Basketbol Liqasında “Sərhədçi”yə qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan mütəxəssis 84:80 hesabıyla qalib gəldikləri matçla bağlı bunları deyib:

“Komandamızı, doğma şəhərimizi və azarkeşlərimizi təbrik edirəm. Burada mövsümdə ilk oyunumuzu keçirdik və əla qələbə ilə azarkeşlərimizi sevindirdik. Mənim uşaqlarım bu gün qəhrəmanlıq göstərdilər. Nəzərə alaq ki, biz meydanda cəmi 3 amerikalı ilə mübarizə apardıq. Hələki müəyyən səbəblərdən 4-cünü gətirə bilmirik. Yeni legionerin gəlişi ilə komandamızın səviyyəsi daha da yüksələcək. Əslində, biz ötən mövsümə də uğursuz başlamışdıq. Heyəti dəyişdikdən sonra özümüzə gəldik. O ki qaldı, texniki fol alaraq meydandan kənarlaşdırırılan Keon Klerqota, o, sadəcə qələbə qazanacağımızı hiss edəndən sonra bir qədər emosiyalara qapıldı. Onunla bu haqda söhbət edəcəyik”.

“Qalatasaray” serbiyalı müdafiəçini istəyir

“Qalatasaray” “Milan”ın serbiyalı müdafiəçisi Straxinya Pavloviçi transfer etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, İtaliya klubu futbolçu üçün 20 milyon avro tələb edir. “Sarı-qırmızılılar” isə transferin reallaşması üçün müxtəlif maliyyə variantlarını qiymətləndirir.

Pavloviç bu mövsüm sabit çıxışı ilə “Milan”da diqqət çəkib.

TFF prezidenti: “Türkiyə futbolunda sistem yox, əxlaq problemi var”

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu ölkə futbolundakı vəziyyətlə bağlı açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, federasiya rəhbəri sistemin deyil, əxlaqın çatışmaz olduğunu bildirib:

“Türkiyə futbolunda sistem yox, əxlaq problemi var! Bəzi insanlar deyir ki, əcnəbi hakimlər gəlsin. Xeyr! Bizim öz qardaşlarımız var. Hazırda liqanı idarə edəcək qədər kifayət qədər hakimimiz mövcuddur. Üstəlik, hakim hazırlama sistemini də qurmuşuq”.

Poqba sağalmır

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba məşq zamanı topuq nahiyəsindən zədələnib.

İdmanxeber.az xəbər verir ki, fransalı futbolçu bu səbəbdən “Pari”yə qarşı oyunda iştirak etməyəcək.

Qeyd edək ki, Poqba yayda “Monako” ilə müqavilə imzalayıb və 2023-cü ildən bəri rəsmi matçlarda oynamayıb.

Marsel Liçka Super Liqa klubundan qovuldu

Çexiyalı futbol mütəxəssisi Marsel Liçka Türkiyənin “Fatih Karagümrük” komandasının baş məşqçisi vəzifəsindən azad edilib. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Türkiyə klubu çex məşqçiyə xidmətləri üçün təşəkkür edib…

Source

Super Liqa: “Başakşəhər” “Kocaelispor”u tək qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Başakşəhər” “Kocaelispor”u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda baş tutmuş bu oyundan son dəqiqələrdə penaltidən vurduğu yeganə qol sayəsində qalib ayrılıb.

Source

ABL: “Gəncə” “Şəki”yə, “Sərhədçi” “Sumqayıt”a uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub. A qrupunda yer almış “Gəncə” “Şəki”ni qəbul edib. Qarşılaşma qonaqların 84:70 hesablı qələbəsi ilə bitib. B qrupunda mübarizə aparan “Sərhədçi” isə “Sumqayıt”la üz-üzə gəlib. “Gənclik şəhəri”…

Source

İslam Rəhimov Moldovada Avropa çempionu oldu

Azərbaycan cüdoçusu İslam Rəhimov Moldovanın paytaxtı Kişinyovda təşkil edilmiş U-23 Avropa çempionatının qalibi olub. Arena.az xəbər verir ki, 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatına bu gün start verilib. İlk yarış günündə Azərbaycan milli komandası aktivinə bir qızıl medal yazdırıb. -66 kq çəki dərəcəsində çıxış edən Rəhimov finalda Niderland idmançısı Yoxem…

Source

“Qarabağ” – “İmişli” 2:0 – Video

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Qarabağ” – “İmişli” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı. Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir. “Qarabağ” – “İmişli” 2:0 Qollar: Abdullah Zubir, 52. Emmanuel Addai, 82. Qolla nəticələnməyən penalti: Luis Silvestr, 11. Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə…

Source

Xorxe Kaskilya: “Qarabağ”a qarşı yaxşı mübarizə apardıq”

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Oyunçularımla fəxr edirəm.

Source

Qurban Qurbanov: “Onu meydana buraxmaq fikrim yox idi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Rəqibin baş məşqçisinə…

Source

“Başakşəhər”ə bir qol bəs etdi

Türkiyə Super Liqasında 11-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Başakşəhər” evdə “Kocaelispor”la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası
11-ci tur
31 oktyabr

Başakşəhər – Kocaelispor 1:0
Qol: Şomurodov, 90+1-pen.

1 noyabr

18:00. Göztəpə – Gənclərbirliyi
21:00. Qalatasaray – Trabzonspor

2 noyabr

15:30. Konyaspor – Samsunspor
18:00. Kayserispor – Kasımpaşa
21:00. Beşiktaş – Fənərbağça

3 noyabr

21:00. Alanyaspor – Qaziantep
21:00. Eyüpspor – Antalyaspor
21:00. Rizəspor – Karagümrük

The post “Başakşəhər”ə bir qol bəs etdi appeared first on Komanda.az.

“Yamalı məhv etməyə çalışmamalıyıq” – Sabiq futbolçu

“Atletiko”nun sabiq oyunçusu Qabi Fernandes “Barselona”nın futbolçusu Lamin Yamalın problemləri haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Yamalın neçə problemi olduğunu bilmirəm, amma hazırda meydanda olduğundan daha çox meydandan kənarda aktivdir. Yamal fantastik oyunçudur, amma ətrafda gördüklərimiz ona heç bir xeyir vermir. Onun çox məsuliyyəti var. Biz ona kömək etməliyik, onu məhv etməyə çalışmamalıyıq”.

18 yaşlı futbolçu bu mövsüm “Barselona”nın heyətində 8 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

The post “Yamalı məhv etməyə çalışmamalıyıq” – Sabiq futbolçu appeared first on Komanda.az.

“Telefonumda ən məşhur insan Ronaldodur” – “Barselona”nın futbolçusu

“Barselona”nın qapıçısı Voyçex Şesnı telefon kitabçasında ən məşhur şəxsin adını açıqlayıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, həmin şəxsin beşqat “qızıl top” mükafatçısı Kriştiano Ronaldo olduğunu deyib:

“Telefonumda ən məşhur insan kimdir? Ronaldo. Amma mən ona zəng etməyəcəm. İnanın mənə, onun nömrəsi telefon kitabçamdadır”.

Şesnı ilə Ronaldo “Yuventus”da birgə çıxış edib. 40 yaşlı portuqaliyalı hücumçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır. Onun Səudiyyə Ərəbistanı klubuyla müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.

The post “Telefonumda ən məşhur insan Ronaldodur” – “Barselona”nın futbolçusu appeared first on Komanda.az.

“Gəncə” “Şəki”yə, “Sərhədçi” “Sumqayıt”a uduzdu

Azərbaycan Basketbol Liqasında 5-ci turun növbəti oyunları keçirilib.

Komanda.az xəbər verir ki, A qrupunda yer alan “Gəncə” “Şəki”ni qəbul edib.

Qarşılaşma qonaqların 84:70 hesablı qələbəsi ilə bitib.

B qrupunda mübarizə aparan “Sərhədçi” isə “Sumqayıt”la üz-üzə gəlib. Matçda “gənclik şəhəri” təmsilçisi 84:80 hesabı ilə qalib gəlib.

Ötən gün “Ordu” səfərdə “Lənkəran”ı məğlub edib – 91:76. Tura noyabrın 2-də yekun vurulacaq.

The post “Gəncə” “Şəki”yə, “Sərhədçi” “Sumqayıt”a uduzdu appeared first on Komanda.az.

“Çelsi” haqda çox danışmağa ehtiyac yoxdur” – MÜSAHİBƏ

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunun açılış matçında “İmişli”ni 2:0 hesabı ilə məğlub etdi.

“Azərsun Arena”da keçirilən oyundan sonra “köhlən atlar”ın müdafiəçisi Elvin Cəfərquliyev Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Oyunla bağlı fikirlərini deyərdin.

– Oyun həddindən artıq çətin keçdi. Rəqib ilk hissədə çox çətinlik yaradırdı, yaxşı müdafiə olunurdu. Biz də bunu bilirdik, yaxşı təhlil etmişdik. Beşli müdafiə futbolu oynayırlar və bunu da çox yaxşı bacarırlar. Amma biz də şansımız gözləyirdik, bilirdik ki, fürsətimiz olacaq və istifadə edib ondan sonra daha rahat oyun keçirəcəyik. Hər şey lehimizə oldu. Çempionlar Liqası öncəsi bizim üçün çox yaxşı matç keçdi.

– “Çelsi” ilə oyunqabağı bu matça fokuslanma ilə bağlı problem var idi?

– Yaxşı fokuslanmışdıq. Bilirdik ki, bu oyun bizə çox vacibdir. Qarşıda “Çelsi” ilə matç var. Əsas odur zədəsiz bir oyun keçirdik və hər şey lehimizə oldu.

– “Atletik”lə oyun (1:3) komandaya psixoloji olaraq təsir etmişdi, yoxsa, toparlana bilmişdiz?

– Yox, psixoloji təsiri yox idi. Hər şey öz qaydasında idi, özümüzdə idik. Futboldur, məğlubiyyət də olur. Əsas odur ki, ondan sonra necə reaksiya verirsən. Peşəkar şəkildə hazırlaşırdıq.

– “Çelsi” ilə qarşıdakı oyunda “Qarabağ”a böyük ümidlər var. Bu matçda xal və ya xallar qazanmaq potensialını özünüzdə görürsüz?

– Meydana çıxıb əlimizdən gələni edəcəyik. “Çelsi” haqda çox danışmağa ehtiyac yoxdur, hamımız gücünü bilirik. Əlimizdən gələni edəcəyik, baxaq… Yaxşı olar.

– Amma mümkündür da onlardan xal götürmək, hə?

– Hə, evdə oynayacağıq. Öz azarkeşlərimizin önündə çıxış edəcəyik. Hər şey ola bilər, futboldur.

Fəxri Rüstəmli

The post “Çelsi” haqda çox danışmağa ehtiyac yoxdur” – MÜSAHİBƏ appeared first on Komanda.az.

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu İslam Rəhimov (66 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Komanda.az xəbər verir ki, təmsilçimiz finalda niderlandlı Yokhem van Hartenə qalib gələrək qızıl medala sahib çıxıb.

Digər təmsilçilərimizdən Murad Muradlı və Hüseyn Allahyarov (60 kq) günü medalsız başa vurublar.

The post Azərbaycan cüdoçusu Avropa çempionu oldu appeared first on Komanda.az.

Alməmmədov Avropa birincisi oldu

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyinin qalibi olub.

Futbolpress.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 151 kq çəkini ram etməyi bacarıb.

Təkanla qaldırma hərəkətində 189 kq ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kq nəticə göstərib.

Beləliklə, birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan milli üzvü toplamda da Avropa birinciliyinin qalibi olub.

Təmsilçimiz eyni zamanda təkanla qaldırma hərəkətində və toplamda yarışın rekordunu müəyyənləşdirib.

Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov və AAF-ın Avropa birinciliyindəki nümayəndəsi, “Göyəzən” klubunun prezidenti Azər Əlizadə təqdim ediblər.

“Neftçi” “Kəpəz”lə oyuna hazırdır

“Neftçi” Azərbaycan Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “Kəpəz” klubu ilə matçın hazırlığını başa vurub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Sabah keçiriləcək “Neftçi” – “Kəpəz” oyununa saat 17:00-da start veriləcək.

Qurbanov: “Bu cür klubların Azərbaycana gəlməsi bizə əlavə motivasiya verir”

Azərbaycan Premyer Liqasının X turunun “Qarabağ” – “İmişli” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Rəqibin baş məşqçisinə təşəkkür edirəm ki, oyunun yerinin dəyişdirilməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürümü bildirdim, sağ olsunlar. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Oyundan qopmadıq, sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissə temp artdı, topla daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Çempionatda bütün oyunlar bu məcrada keçəcək, elə görünür. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. “İmişli”yə də uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar.

– Komandanın tam formasını bərpa etmədiyi görünür. Əvəzetmələri bilərəkdən sona saxladız ki, komanda “Çelsi” ilə oyunöncəsi daha çox forma yığsın?
– Hər bir futbolçunun daha çox oynamağa ehtiyacı var. Bəzi oyunçular üçün belə matçlardan öncə 60 dəqiqə azdır. Oyun da pis getmirdi. Gedişata görə etdik. Kamilo Duran çox sprint etdi, güc sərf etdi. Təhlükəli idi, belə oyundan öncə ehtiyatlandıq. Nəriman Axundzadə və Emmanuel Addainin də oyunda olmasını istədim. Öndəki pressinqi saxlamaq üçün əvəzetmələr etdik.

– Premyer Liqa klubları taktikanızı çözüblər, daha çox müdafiəyə çəkilirlər və futbolçularınız yorulur. Bu cür davam etsə, nə kimi yeniliklər tətbiq edəcəksiz?
– Tətbiq edəcəyim bir şey yoxdur, yenilik də. Futbol pas oyunudur. Bütün diqqətimizi, işimizi onu yaxşılaşdırmaq üçün görürük. Daha dinamik oynamağa çalışmalıyıq. Dünən “Çelsi”nin baş məşqçisi deyir ki, bəzi komandalar bizə qarşı beşli müdafiə ilə oynayırlar, belə müdafiəni yarmaq çətindir. Tək biz şikayət etmirik. Daha çox yaradıcı olmaq istəyirik ki, qol şanslarımız çox olsun. Bunda uğur daha çoxdur, davamiyyətlidir. Futbol, sistem inkişaf edib. Biz də buna hazır olmalıyıq. Maraqlıdır. Futbolçu meydanda daha çox düşünməli olur. Hardasa bacarırıq, hardasa da alınmır.

– “Neftçi” Vensan Abubakarı transfer edib. Siz isə fərqli transferlərə üstünlük verirsiz, xaricdə II Liqadan oyunçular gətirirsiz. Belə fikriniz olub ki, ulduz futbolçu gətirəsiz?
– Xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm. Ulduz futbolçuları 1-2 ay əvvəl gətirmək olmur. Deyib ki, 2 ay əvvəl oyunçular indi razılaşdığı qiymətə razılaşmırlar. Elə vəziyyətlər var ki, onunla ayaqlaşmalıyıq. Hər birimizin fərqli strategiyası var. Biz keyfiyyətli hücumçudan qaçmamışıq, onu əldə etməyə çalışmışıq. Əgər bizim sistemimizə uyğun olarsa, heç də keçən ildən az məbləğ təklif etmərik. Təbii ki, hücumçu üçün. Xeyli məbləğ təklif etdik, amma alınmadı. Futbolçu gəlmək istəmir, klubu səninlə “oynayır”. Bir az qeyri-ciddi söhbətlər olur. Keyfiyyətli oyunçulara həmişə üstünlük vermişik. Şansımız olarsa, biz də istifadə edərik. Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq.

– “Neftçi”nin hücum xəttindən çəkinmirsiz?
– Xeyr, əksinə maraqlıdır. Mənim oyunçularım üçün əlavə motivasiya, məsuliyyət olacaq. Azarkeşlər sevinsinlər ki, belə ulduz futbolçuları görürlər.

– Xoni Montiel bu gün debüt etdi. Onun haqda fikriniz necədir?
– Onun üçün motivasiya olsun deyə meydana buraxdım. Jonini meydana buraxmaq fikrim yox idi. Son vaxtlarda çox ciddi hazırlaşır. İstədim ki, bu gün “23-lük”də olsun. O, hələ oyunda oynamağa, tempə dözməyə hazır deyil. Yeni gələndə zədələnmişdi. Formasını bərpa etməyə başladı. Xoninin işinə heyfim gəldi. Ona vaxt lazımdır.

– Nəriman Axundzadənin fiziki durumu 60-70 dəqiqə oynamağa imkan verir?
– Bəli. Keçən matçda oynadı. Start heyətində olmaq imkanı var. Təhlil edəcəyik. Fiziki durumu elədir ki, meydanda 90 dəqiqə qala bilər.

– Bugünkü heyəti 100 faiz “Çelsi” ilə matçın heyəti saymaq olar?
– Həyatda 100 faizlik heç nə yoxdur (gülür).

– “Çelsi” ilə görüşdə xarakter, futbolçu keyfiyyəti, yoxsa motivasiya həlledici olacaq?
– Hamısı. Bu oyunlarda hardasa zəiflədinsə, diqqət etmədinsə, çətin olur. “Çelsi” dünyanın ən bahalı komandası, dünya çempionudur. Ən sürətli, ən dinamik liqadan gələn rəqibdir. Bu cür klubların Azərbaycana gəlməsi bizə və komandaya əlavə motivasiya verir.

– “Çelsi” ilə oyun üçün hamı bilet axtarır, amma “İmişli” görüşdə stadion boşdur. Bu, sizi üzür?
– Təkcə bizim oyuna görə yox, ümumiyyətlə futbolun bəzəyi azarkeşdir. Nə qədər yaxşı oynasan da, azarkeş olmasa, oyun baxımlı görünmür. Çempionatın səviyyəsi aşağıdır. Futbolçunu nə qədər motivasiya etsən də, sənin düşündüyün motivasiyada oynamır. Biri də var, sən motivasiya verdin, azarkeş də motivasiya verdi. “Atletik”lə oyunda tam başqa səviyyə idi, azarkeşlər futbolçularına necə motivasiya verirdilər. Dayanmadılar, 90 dəqiqə dəstək oldular, bizə təzyiq etdilər. Bəzi çempionat oyunlarımızda biz 3-4 min azararkeş görəndə sevinirik, futbolçular sevinir ki, nə qədər azarkşeş gəlib. Bu cür oyunda nə qədər alqış olardı, motivasiya olardı. Azarkeşsiz futbol keyfiyyətsiz görünür. Keyfiyyətli qaldırmaq üçün səbəblərdən biri də azarkeşdir. Ona görə də çox istəyərdik ki, azarkeşlər oyunumuza gəlsinlər. 3 min nəfərlik stadiondursa, tam dolsun. Dolu stadion tam başqadır. Ümidlə yaşayırıq. Yəqin ki, qarşıdakı illərdə olar.

– Kontenin 2017-ci ildəki “Çelsi”si daha təhlükəlidir, yoxsa Mareskanın indiki komandası?
– Fərq məşqçilərdədir, fərqli futbol sərgiləyirlər. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Bu gün “Çelsi” daha yuxarı səviyyədədir, Kontenin “Napoli”si də yuxarı səviyyədədir. Futbol çox inkişaf edib. Dinamika qaxlıb, güc çoxalıb. Buna da hamı uyğunlaşır. Onlar o çempionatlarda qarşılığını görürlər, bizdə fərlqidir. Biz də oralara yaxınlaşmaq istəyirik. 8 il əvvəlki “Qarabağ”dan daha yaxşıyıq, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib.

“Qalatasaray” Premyer Liqadan oyunçu transfer edir

“Qalatasaray” “Mançester Yunayted”in uruqvaylı yarımmüdafiəçisi Manuel Uqarteni transfer etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, İstanbul klubu 24 yaşlı futbolçunu yanvarda icarəyə götürmək və müqaviləsinə 25 milyon avroluq satınalma bəndi əlavə etmək niyyətindədir.

Qeyd edək ki, Uqarte 2024-cü ilin yayında PSJ-dən “Mançester Yunayted”ə 50 milyon avroya keçib və bu mövsüm 9 oyunda forma geyinib.

“Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq” – Qurban Qurbanov

“Qarabağ” Misli Premyer Liqasının 10-cu turunda “Azersun Arena”da “İmişli”ni 2:0 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Oyunun yerinin dəyişməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürmü bildirdim. Sağ olsunlar. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Oyundan qopmadıq, sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissə temp artdı, topdan daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Çempionatda bütün oyunlar bu məcrada keçəcək, elə görünür. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. “İmişli”yə də uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar.

– Komandanın tam formasını bərpa etmədiyi görünür. Əvəzetmələri bilərəkdən sona saxladız ki, komanda “Çelsi” ilə oyunöncəsi daha çox forma yığsın?

– Hər bir futbolçunun daha çox oynamağa ehtiyacı var. Bəzi oyunçular üçün belə matçlardan öncə 60 dəqiqə azdır. Oyun da pis getmirdi. Gedişata görə etdik. Kamilo Duran çox sprint etdi, güc sərf etdi. Təhlükəli idi, belə oyundan öncə ehtiyatlandıq. Nəriman Axundzadə və Emmanuel Addainin də oyunda olmasını istədim. Öndəki pressinqi saxlamaq üçün əvəzetmələr etdik.

– Premyer Liqa klubları taktikanızı çözüblər, daha çox müdafiəyə çəkilirlər və futbolçularınız yorulur. Bu cür davam etsə, nə kimi yeniliklər tətbiq edəcəksiz?

– Tətbiq edəcəyim bir şey yoxdur. Yenilik də yoxdur. Futbol pas oyunudur. Biz bütün diqqətimizi, işimizi onu yaxşılaşdırmaq üçün görürük. Daha dinamik oynamağa çalışmalıyıq. Dünən “Çelsi”nin baş məşqçisi deyir ki, bəzi komandalar bizə qarşı beşli müdafiə ilə oynayırlar, belə müdafiəni yarmaq çətindir. Tək biz şikayət etmirik. Daha çox yaradıcı olmaq istəyirik ki, qol şanslarımız çox olsun. Bunda uğur daha çoxdur, davamiyyətlidir. Futbol, sistem inkişaf edib. Biz də buna hazır olmalıyıq. Maraqlıdır. Futbolçu meydanda daha çox düşünməli olur. Hardasa bacarırıq, hardasa da alınmır.

– “Neftçi” Vensan Abubakarı transfer edib. Siz isə fərqli transferlərə üstünlük verirsiz, xaricdə II Liqadan oyunçular gətirirsiz. Belə fikriniz olub ki, ulduz futbolçu gətirəsiz? 

– Xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm. Ulduz futbolçuları 1-2 ay əvvəl gətirmək olmur. Deyib ki, 2 ay əvvəl oyunçlar indi razılaşdığı qiymətə razılaşmırlar. Elə vəziyyətlər var ki, onunla ayaqlaşmalıyıq. Hər birimizin fərqli strategiyası var. Biz keyfiyyətli hücumçudan qaçmamışıq, onu əldə etməyə çalışmışıq. Əgər bizim sistemimizə uyğun olarsa, heç də keçən ildən az məbləğ təklif etmərik. Təbii ki, hücumçu üçün. Xeyli məbləğ təklif etdik, amma alınmadı. Futbolçu gəlmək istəmir, klubu səninlə oynayır. Bir az qeyri-ciddi söhbətlər olur. Keyfiyyətli oyunçulara həmişə üstünlük vermişik. Şansımız olarsa, biz də istifadə edərik. Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq.

– “Neftçi”nin hücum xəttindən çəkinmirsiz?

– Xeyr, əksinə maraqlıdır. Mənim oyunçularım üçün əlavə motivasiya, məsuliyyət olacaq. Azarkeşlər sevinsinlər ki, belə ulduz futbolçuları görürlər. 

– Joni Montiel bu gün debüt etdi. Onun haqda fikriniz necədir?

– Onun üçün motivasiya olsun deyə meydana buraxdım. Jonini meydana buraxmaq fikrim yox idi. Son vaxtlarda çox ciddi hazırlaşır. İstədim ki, bu gün “23-lük”də olsun. O, hələ oyunda oynamağa, tempə dözməyə hazır deyil. Yeni gələndə zədələnmişdi. Formasını bərpa etməyə başladı. Joninin işinə heyfim gəldi. Ona vaxt lazımdır.

– Nəriman Axundzadənin fiziki durumu 60-70 dəqiqə oynamağa imkan verir?

– Bəli. Keçən matçda oynadı. Start heyətində olmaq imkanı var. Təhlil edəcəyik. Fiziki durumu elədir ki, meydanda 90 dəqiqə qala bilər.

– Bugünkü heyəti 100 faiz “Çelsi” ilə matçın heyəti saymaq olar?

– Həyatda 100 faizlik heç nə yoxdur (gülür). 

– “Çelsi” ilə görüşdə xarakter, futbolçu keyfiyyəti, yoxsa motivasiya həlledici olacaq?

– Hamısı. Bu oyunlarda hardasa zəiflədinsə, diqqət etmədinsə, çətin olur. “Çelsi” dünyanın ən bahalı komandası, dünya çempionudur. Ən sürətli, ən dinamik liqadan gələn rəqibdir. Bu cür klubların Azərbaycana gəlməsi bizə və komandaya əlavə motivasiya verir.

– “Çelsi” ilə oyun üçün hamı bilet axtarır, amma “İmişli” görüşdə stadion boşdur. Bu, sizi üzür?

– Təkcə bizim oyuna görə yox, ümumiyyətlə futbolun bəzəyi azarkeşdir. Nə qədər yaxşı oynasan da, azarkeş olmasa, oyun baxımlı görünmür. Çempionatın səviyyəsi aşağıdır. Futbolçunu nə qədər motivasiya etsən də, sənin düşündüyün motivasiyada oynamır. Biri də var, sən motivasiya verdin, azarkeş də motivasiay verdi. “Atletik”lə oyunda tam başqa səviyyə idi, azarkeşlər futbolçularına necə motivasiya verirdilər. Dayanmadılar, 90 dəqiqə dəstək oldular, bizə təzyiq etdilər. Bəzi çempionat oyunlarımızda biz 3-4 min azararkeş görəndə sevinirik, futbolçular sevinir ki, nə qədər azarkşeş gəlib. Bu cür oyunda nə qədər alqış olardı, motivasiya olardı. Azarkeşsiz futbol keyfiyyətsiz görünür. Keyfiyyətli qaldırmaq üçün səbəblər varsa, meydança amili, hava şəraiti, onlardan biri də azarkeşdir. Ona görə də çox istəyərdik ki, azarkeşlər oyunumuza gəlsinlər. 3 min nəfərlik stadiondursa, tam dolsun. Dolu stadion tam başqadır. Ümidlə yaşayırıq. Yəqin ki, qarşıdakı illərdə olar. 

– Kontenin 2017-ci ildəki “Çelsi”si daha təhlükəlidir, yoxsa Mareskanın indiki komandası?

– Fərq məşqçilərdədir, fərqli futbol sərgiləyirlər. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Bu gün “Çelsi” daha yuxarı səviyyədədir, Kontenin “Napoli”si də yuxarı səviyyədədir. Futbol çox inkişaf edib. Dinamika qaxlıb, güc çoxalıb. Buna da hamı uyğunlaşır. Onlar o çempionatlarda qarşılığını görürlər, bizdə fərlqidir. Biz də oralara yaxınlaşmaq istəyirik. 8 il əvvəlki “Qarabağ”dan daha yaxşıyıq, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib. (Sportal.az)

“Birinci hissədə taktiki cəhətdən fantastik çıxış etdik” – Jorj Kaşkilya

“İmişli” Misli Premyer Liqasının 10-cu turunda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında görüşü belə şərh edib:

“Oyunçularımla fəxr edirəm. “Qarabağ” kimi güclü komandaya qarşı bu səviyyədə futbol oynadıq. Birinci hissədə taktiki cəhətdən fantastik çıxış etdik. Yaxşı hazırlaşmışdıq. Bilirdik ki, “Qarabağ”ın güclü tərəfi nədir. Keyfiyyətli oyunçuları var, gözləyirdik ki, arxada boşluqları olacaq. İlk hissədə taktiki cəhətdən hər şey düzgün idi. İki epizodu əldən verdik, rəqibin hücumlarının qarşısını ala bildik. Qol vura bilmədik. Qol vura bilmirsənsə, əksi olur. İkinci hissədə bilirdik ki, bizi çətin anlar gözləyir.

“Qarabağ” yüksək pressinq edəcəkdi, təzyiq göstərəcəkdi. Buna hazır idik. İlk qolu buraxdıqdan sonra taktiki cəhətdən dəyişiklik etmək istədik ki, qol vuraq. “Qarabağ”ın yüksək sürətli, texnikalı oyunçuları bundan istifadə edib, bizə 2-ci qolu vurdular. Uduzduğumuza görə, məyusuq. Amma oyunumuzdan razıyam. “Qarabağ” kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir. Onları təbrik edirəm, uğurlar arzulayıram”.

Ravin Alməmmədov Avropa birinciliyinin qalibi oldu

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində təşkil edilmiş Avropa birinciliyinin qalibi olub. Arena.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 151 kq çəkini ram etməyi bacarıb. Təkanla qaldırma hərəkətində 189 kq ağırlığı başı üzərinə qaldırmış Ravin Alməmmədov toplamda 340 kq nəticə göstərib.

Source

Rivaldo: “Vinisius Juniorun qarşılığı düzgün deyildi”

Braziliyalı veteran futbolçu Rivaldo, “Real”ın ulduz hücumçusu Vinisius Juniorun “el klasiko”da çıxardığı hoqqaya münasibətini bildirib. Arena.az xəbər verir ki, söhbət, “Vini”nin, əvəzlənməsi müqabilində buna aşkar narazılıqla çılğıncasına münasibət götərməsindən gedir. “Onun qarşılığı düzgün deyildi”, deyə Rivaldo vurğulayıb. Əfsanəvi futbolçu “Real”a və “qaymaqlılar”ın ispan baş…

Source

Premyer Liqa: “Qarabağ” “İmişli”yə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turuna start veriləcək. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Turun açılış oyununda son çempion “Qarabağ” “İmişli”ni qəbul edəcək. “Azərsun Arena”da keçiriləcək oyuna saat 17:00-da start veriləcək. Turun qalan görüşləri isə noyabrın 1-də, 2-də və 3-də baş…

Source

Kamal Umudlu “Napoli” – “Ayntraxt” oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb. Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir. Bildirilir ki, Umudlu UEFA Gənclər Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya) oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri…

Source

AFFA “İmişli”yə verilmiş texniki məğlubiyyəti qüvvədə saxladı

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin bir müddət əvvəl “İmişli” PFK barədə qəbul etdiyi qərarı qüvvədə saxlayıb. Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir. “İmişli” PFK AFFA İntizam Komitəsinin bu komandaya texniki məğlubiyyət və cərimə cəzası verilməsi ilə bağlı qəbul etdiyi qərardan apellyasiya şikayəti vermişdi.

Source

Felipe Santos Benin millisində

“Araz-Naxçıvan”ın əslən Braziliyadan olan futbolçusu Felipe Santos Benin milli komandasının təlim-məşq toplanışına dəvət alıb. Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə vurğulanır ki, Felipe noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq. Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin…

Source

TFF 149 hakimi cəzalandırdı

Türkiyə Futbol Federasiyası (TFF) adları danışılmış oyunlarda hallandırlan 149 ədalət təmsilçisini hakimlik hüquqlarından məhrum edib. Arena.az xəbər verir ki, bu barədə TFF-nin İntizam Komitəsi qərar çıxarıb. Onlar müxtəlif müddətə futboldan kənarlaşdırılıblar. Ədalət təmsilçiləri oyunlarda mərc etdikləri üçün cəza alıblar. Cəzaların 8-12 aydan ibarət olduğu bildirilir.

Source

Əvəzedicilər Liqası: “Qarabağ” və “Zirə”dən qolsuz “sülh”

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 9-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış oyununda “Qarabağ” və “Zirə” klublarının əvəzedici komandaları üz-üzə gəliblər. Tərəflər bu oyunda qol vurmadan 1 xal qazanıblar. Turun qalan oyunları noyabrın 1-də, 2-də və 3-də…

Source

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi oldu

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyinin qalibi olub.

Komanda.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 151 kq çəkini ram etməyi bacarıb.

Təkanla qaldırma hərəkətində 189 kq ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kq nəticə göstərib.

Beləliklə, birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan milli üzvü toplamda da Avropa birinciliyinin qalibi olub.

Təmsilçimiz eyni zamanda təkanla qaldırma hərəkətində və toplamda yarışın rekordunu müəyyənləşdirib.

Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov və AAF-ın Avropa birinciliyindəki nümayəndəsi, “Göyəzən” klubunun prezidenti Azər Əlizadə təqdim ediblər.

The post Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi oldu appeared first on Komanda.az.

Qurban Qurbanov: “Abubakar “Neftçi” üçün xeyirli olsun”

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunun açılış matçında “İmişli”ni qəbul edib.

Komanda.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov çox vacib qələbə qazandıqlarını bildirib:

“Öncə “İmişli” rəhbərləyinə təşəkkür edirəm ki, razı oldular oyunun yerini dəyişməyə. Oyuna gəlincə, çox vacib qələb qazandıq. İntizamlı komandaya qarşı çıxış edirdik. Xüsusən, ilk hissədə çox yaxşı idilər. Çox vacib qələbə oldu.

Hər bir oyuna ciddi yanaşmalıyıq. Bu, futbolçular üçün də çox önəmlidir. Qarşıdakı matçlarda da qalib gəlib, liderlər sırasında mövqeyimizi möhkəmləndirməliyik.

Rəqibə də uğurlar arzulayıram. Qısa müddətdə yaxşı komanda qurublar, intizamlı oyun göstərirlər.

Biz elə bir rejimdə oynayırıq ki, komandanı eyni səviyyədə saxlamaq olmur. Bəzən fasilə qısa, bəzən uzun olur. Amma buna baxmayaraq, çalışırıq ki, oyunçuların sağlamlığını qoruyaq.

Hansısa yenilik yoxdur. Futbol ötürmə oyunudur. Bütün diqqətimizi bunun üzərində qurmalıyıq. Daha sürətli ötürmələr, dinamik çıxış etməliyik.

Vensan Abubakar “Neftçi” üçün xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm, belə oyunçuları 1-2 ay əvvəl razı salmaq olmur. Biz keyfiyyətli oyunçu transferindən qaçmamışıq. Sadəcə olaraq, bəzən alınmır. Bəzən görürsən ki, futbolçu gəlmək istəmir. Bizim də belə fürsətimiz olsa, yararlanmaq istərik.

Nəriman Axundzadənin fiziki durumu yerindədir. 90 dəqiq oynamaq üçün formadadır. Növbəti oyunda start heyətində oynamaq ehtimalı var. Oyunun gedişinə baxacağıq.

Təkcə bizim oyunlarda yox, bütün matçlarda futbolun bəzəyi azarkeşlərdir. Sən nə qədər də motivasiya eləsən, futbolçu həmin oyunu oynamayacaq. Bir var sən motivasiya edəsən, çıxa stadiona, azarkeş də motivasiya edir, onda tam fərqli çıxış edir. Azarkeşin olmaması çempionatın səviyyəsini nümayiş etdirir. Fərqi yoxdur stadionun tutumu nə qədərdir”.

“Qarabağ” növbəti turda “Neftçi”ni qəbul edəcək.

Fəxri Rüstəmli

The post Qurban Qurbanov: “Abubakar “Neftçi” üçün xeyirli olsun” appeared first on Komanda.az.

“Məğlub olmağımıza görə məyusuq” – “İmişli”nin baş məşqçisi

“İmişli” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunun açılış matçında “Qarabağ”ın qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilyanın mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı 0:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Oyunçularımla fəxr edirəm. “Qarabağ” kimi güclü rəqiblə başabaş oyun nümayiş etdirdilər. İlk hissədə komandam fantastik çıxış etdi. Biz yaxşı hazırlaşmışdıq. “Qarabağ”ın güclü tərəflərini bilirdik. Keyfiyyətli oyunçuları var. Həmçinin, bilirdik ki, arxada boşluqlar verəcəklər.

Penaltini dəyərləndirə bilmədik. Daha sonra təkbətəkdən yararlanmadıq. Qol vurmayanda da əksi olur.

İkinci hissədə bilirdik ki, “Qarabağ” təzyiq edəcək. Rəqibin yüksək texnikalı oyunçuları var. Buna baxmayaraq, oyundan razıyam. “Qarabağ” kimi güclü komandaya qarşı yaxşı mübarizə apardıq. Məğlub olmağımıza görə məyusuq.

Futbolda normal haldır. Olur ki, oyunçu fərqlənə bilmir. Amma Almeyda yaxşı futbolçudir. İkinci hissədə onu dəyişməməyimz oyunçu çatışmaması ilə bağlı deyil. Taktiki gediş etmişdik və həmin gedişdə Almeyda olmalı idi. Topu yaxşı saxlayır.

Azərbaycan futbolu dedikdə “Qarabağ” piramidanın uc hissəsindədirsə, biz “İmişli” olaraq bu piramidanın alt pillələrindəyik. Bizim onlar qədər rotasiya etmək imkanımız yoxdur. Çox keyfiyyətli oyunçuları var. Dediyim kimi, ilk hissədə çox yaxşı mübarizə apardıq. “Qarabağ” çox güclü komandadır.

Son oyunda da Juninyo penaltini yerinə yetirmişdi. Bu da futbolçuda əlavə motivasiya yaradır. Bəli, mənim qərarım idi ki, penaltini Juninyo yerinə yetirsin.

Moysesin zədəsi var idi. “Zirə” ilə matçda zədələnmişdi. Həkimlər beş həftə onunla çalışmışdılar. Fiziki baxımdan hazır deyildi. İdeal formada deyildi. Ona görə də ikinci hissədə meydana buraxdıq. “Kəpəz”lə matçda Moysesin fiziki durumu həmin matçda oynamaq üçün imkan verirdi. Amma “Qarabağ”la matç üçün bu belə deyildi.

Mən məşqçiyəm. Bu dəyişiklik baş verəndə bizim rəhbərlik “Qarabağ”la danışdı və belə alındı. Ev-qonaq meydanına gəlincə, elə də fərq etmir. Biz daha çox səfərdə qələbə qazanmışıq.

“İmişli” elə komandadır ki, bəli, biz nəticədən razıyıq, amma tam sevinmirik. Bu komanda mübarizə aparır, vuruşur. Bizim hazırda 15 xalımız olmalı idi, amma 12-dir”.

“İmişli” növbəti turda səfərdə “Şamaxı” ilə qarşılaşacaq.

Fəxri Rüstəmli

The post “Məğlub olmağımıza görə məyusuq” – “İmişli”nin baş məşqçisi appeared first on Komanda.az.

Azərbaycanlı FIFA referisi “Napoli”nin oyununa təyinat aldı

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya) oyununun baş hakimi olacaq.

Komanda.az xəbər verir ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş noyabrın 4-də Çerkola şəhərində yerləşən “Cüzeppe Pikkolo” stadionunda, Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

The post Azərbaycanlı FIFA referisi “Napoli”nin oyununa təyinat aldı appeared first on Komanda.az.

“İmişli”nin texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilmədi

Apellyasiya Arbitraj Tribunalı “İmişli” klubuna verilmiş texniki məğlubiyyətlə bağlı qərarı qüvvədə saxlayıb.

Komanda.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Bölgə təmsilçisi apellyasiya şikayəti versə də, AFFA İntizam Komitəsinin qərarı olduğu kimi qalıb.

Premyer Liqanın 4-cü turunda “Sumqayıt”ı məğlub edən “İmişli” komandasına texniki məğlubiyyət verilib. Buna həmin matçda adı protokolda olmayan futbolçunun meydana çıxması səbəb olub.

The post “İmişli”nin texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilmədi appeared first on Komanda.az.

“Araz-Naxçıvan”dan Benin millisinə

“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.

Komanda.az xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq.

Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.

Braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.

The post “Araz-Naxçıvan”dan Benin millisinə appeared first on Komanda.az.

“Karvahalı səbrlə gözləyəcəyik”

“Real”ın baş məşqçisi Xabi Alonso komandanın kapitanı Dani Karvahalın bərpa prosesi ilə bağlı məlumat verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Karvahalı səbrlə gözləyəcəklərini bildirib:

“Dani Karvahal təxminən 7-8 həftə meydana çıxmayacaq. Biz onu səbrlə gözləyəcəyik”.

33 yaşlı müdafiəçi diz oynağındakı problemlər səbəbindən əməliyyat olunub və hazırda sağalma mərhələsindədir. O, cari mövsümdə bütün turnirlərdə “Real”ın heyətində 8 oyunda iştirak edib.

“Real” növbəti oyununu noyabrın 1-də, “Valensiya”ya qarşı keçirəcək. Komanda hazırda 27 xalla La Liqada turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

The post “Karvahalı səbrlə gözləyəcəyik” appeared first on Komanda.az.

Misir klubunun rəsmisi Salahla bağlı söz-söhbətlərə aydınlıq gətirdi

Misirin “Əl-Əhli” klubunun idman direktoru Said Əbdül Hafiz “Liverpul”un hücumçusu Məhəmməd Salahın mümkün transferi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, klub rəsmisi Salahın transferi ilə bağlı heç bir danışıqlar aparmadıqlarını bildirib:

“Salah dünya futbolunun ulduzudur. Onun nailiyyətlərini digər afrikalı futbolçuların təkrarlaması çox çətindir. O, “Liverpul”la müqaviləsinin müddətini uzadıb, ona görə də vəziyyətə real baxmaq lazımdır. Onun transferi ilə bağlı heç bir danışıqlar aparmamışıq. Bütün bunlar medianın uydurmasıdır”.

33 yaşlı misirli forvardın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

The post Misir klubunun rəsmisi Salahla bağlı söz-söhbətlərə aydınlıq gətirdi appeared first on Komanda.az.

“Bizimkilər “Qarabağ”a köməklik etmək istədi”

Azərbaycan Premyer Liqasının X turunda keçirilən “Qarabağ” – “İmişli” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı bunları deyib:

– Oyunçularımla fəxr edirəm. “Qarabağ” kimi güclü komandaya qarşı bu səviyyədə futbol oynadıq. Birinci hissədə taktiki cəhətdən fantastik çıxış etdik. Yaxşı hazırlaşmışdıq. Bilirdik ki, “Qarabağ”ın güclü tərəfi nədir. Keyfiyyətli oyunçuları var, gözləyirdik ki, arxada boşluqları olacaq. İlk hissədə taktiki cəhətdən hər şey düzgün idi. İki epizodu əldən verdik, rəqibin hücumlarının qarşısını ala bildik. Qol vura bilmədik. Qol vura bilmirsənsə, əksi olur. İkinci hissədə bilirdik ki, bizi çətin anlar gözləyir. “Qarabağ” yüksək pressinq edəcəkdi, təzyiq göstərəcəkdi. Buna hazır idik. İlk qolu buraxdıqdan sonra taktiki cəhətdən dəyişiklik etmək istədik ki, qol vuraq. “Qarabağ”ın yüksək sürətli, texnikalı oyunçuları bundan istifadə edib, bizə 2-ci qolu vurdular. Uduzduğumuza görə, məyusuq. Amma oyunumuzdan razıyam. “Qarabağ” kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir. Onları təbrik edirəm, uğurlar arzulayıram.

– Dioqo Almeyda ilk hissədə iki epizodu dəyərləndirə bilmədiyi üçün onu əvəzləyəcəyinizi gözləmək olardı. Amma görünür ki, komandanız mərkəz hücumçusu baxımından əziyyət çəkir. Bu haqda fikriniz necədir?
– Futbolda normal haldır. Almeyda əla oyunçudur, bu matçı da yaxşı oynadı. Bizim üçün vacib futbolçudur. Topu irəlidə saxlaya bilir, rəqib qapısı qarşısında təhlükəli anlar yaradır. Onu dəyişməməyimizin səbəbi başqa oyunçunun olmaması deyil, taktiki məsələdir. Dioqonun meydanda qalması doğru idi.

– Siz kubok oyununa çıxmışdınız, amma “Qarabağ” istirahət etmişdi, daha təravətli idilər. Bu məqam sizə nə dərəcədə təsir etdi?
– Azərbaycan futbolunda “Qarabağ” piramidanın ucundadırsa, biz kiçik komandayıq, piramidadın alt hissəsindəyik. “Qarabağ”ın yüksək səviyyəli oyunçuları olduğu üçün əvəzetmələri rahat edirlər. Bizdə çətindir. Rotasiyalarımız “Qarabağ”dakı kimi deyil. Birinci hissədə gözəl oynadıq, yaxşı mübarizə apardıq. “Qarabağ” bizdən daha böyük klubdur.

– Penaltini Almeyda qazansa da, Juninyo yerinə yetirdi. Bu, sizin qərarınızdır?
– Bəli, mənim seçimdir. “Qaradağ Lökbatan”la görüşdə də penaltini Juninyo vurmuşdu. Bu, oyunçuda özünəinamı artırır.

– Bu oyun Qubada keçirilməli idi, amma matçın “Azərsun Arena”da keçirilməsinə razılıq verdiniz. “Qarabağ”ın yol yorğunu olmasının qarşısını aldınız. Matç Qubada keçirilsəydi, nəticə fərqli ola bilərdi?
– Cavab verə bilmərəm. Orada oynadıq, ya burada oynadıq, “Qarabağ” güclü komandadır. Cavabı yoxdur məndə. Orada necə olacağını deyə bilmərəm.

– Ümumiyyətlə, Qubada özünüzü meydan sahibi kimi hiss edə bilirsiz?
– Mən məşqçiyəm, bu dəyişiklik baş verəndə, bizimkilər “Qarabağ”a köməklik etmək istədi. Ev məsələsinə gəldikdə, biz səfərdə 4 matçın 3-də qalib gəlmişik. Bu, onu göstərir ki, səfərdə də güclüyük. Azarkeşlərimiz necə ki, Qubadakı oyunlara gəlirlər, eləcə də səfər görüşlərində də bizə dəstək olurlar.

“İmişli”nin şikayəti təmin edilmədi

“İmişli” PFK-nın AFFA İntizam Komitəsinin “İmişli” PFK-ya texniki məğlubiyyət və cərimə cəzası verilməsi ilə bağlı qəbul etdiyi qərardan verilən apellyasiya şikayətinə naxılıb.

Futbolpress.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

1. “İmişli” PFK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli” komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə “İmişli” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilməsi və 5000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

“Araz-Naxçıvan”ın hücumçusu Benin yığmasına dəvət aldı

“Araz-Naxçıvan”ın üzvü Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.

Futbolpress.az xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq. Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.

Qeyd edək ki, braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.

Naxçıvanda kəmər dərəcələri üzrə imtahan

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Naxçıvan Olimpiya Kompleksində bu gün kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Futbolpress.az xəbər verir ki, imtahanda Naxçıvan Muxtar Respublikasının 115 cüdoçusu müvafiq yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

“Sevilya” “Fənərbağça”nın futbolçusu ilə maraqlanır

“Fənərbağça”nın futbolçusu Marko Asensio karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Sevilya” klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Fichajes” nəşri məlumat yayıb. La Liqa klubu qış transfer dönəmində oyunçu üçün hərəkətə keçəcək.

Asensio bu mövsüm Super Liqada 6 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Tyaqo Motta A Seriyasına qayıdır

“Yuventus”un və “Bolonya”nın sabiq baş məşqçisi Tyaqo Motta yenidən A Seriyasında çalışmağa yaxındır. Msport.az xəbər verir ki, o, “Fiorentina”nın “radar”ına […]

Source

Poqba 26 aydan sonra qayıdır

Məşhur futbolçu Pol Poqba sabah “Monako”nun heyətində Fransa çempionatında “Paris”ə qarşı oynaya bilər. Msport.az xəbər verir ki, bu barədə “Monako”nun […]

Source

Serbiya millisinin yeni baş məşqçisi müəyyənləşdi

Serbiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, komanda Velko Paunoviçə tapşırılıb. O, vəzifədən gedən Draqan Stoykoviçi əvəz edib. Müqavilənin detalları açıqlanmayıb.

Paunoviç son olaraq “Real Ovyedo”da çalışıb və komandası ilə La Liqaya yüksəlsə də, 2025/26 mövsümünə uğursuz başlayaraq postunu tərk etmişdi.

Serbiya millisi hazırda DÇ-2026-nın seçmə mərhələsində 10 xalla qrupda 3-cü pillədə qərarlaşıb.

“Qarabağ” “İmişli”ni məğlub etdi – YENİLƏNİB 

Bu gün Misli Premyer Liqasında 10-cu tur start götürüb.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilir. Son çempion “Qarabağ” “İmişli”ni qəbul edir. Görüş saat 17:00-da başlayıb.

Hazırda turnir cədvəlində “Qarabağ” 17 xalla 2-ci (8 matça), “İmişli” isə 12 xalla 7-cidir (9 oyuna).

Turun digər qarşılaşmaları isə 1, 2 və 3 noyabr tarixlərində keçiriləcək.

31 oktyabr (cümə)

17:00. “Qarabağ”– “İmişli”  – 2:0

Qol: Abdullah Zubir, 51, Addai, 82
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rəhman İmami
“Azersun Arena”

Erik ten Haq Premyer Liqaya qayıda bilər

“Vulverhempton” uğursuz nəticələr səbəbindən baş məşqçi Vitor Pereyranı istefaya göndərməyi planlaşdırır və artıq Erik ten Haqla ilkin təmas qurub.

İdmanxeber.az xəbər verir ki, klub cəmi bir ay əvvəl Pereyra ilə müqaviləni 2028-ci ilə qədər uzatsa da, Premyer Liqada 9 turdan sonra cəmi 2 xal toplayaraq son pillədə qərarlaşıb.

“Canavarlar” Liqa kubokunda da “Çelsi”yə 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Azərbaycanlı hakim “Napoli”nin oyununda

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya) oyununun baş hakimi olacaq.

İdmanxeber.az xəbər verir ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş noyabrın 4-də Çerkola şəhərində yerləşən “Cüzeppe Pikkolo” stadionunda, Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

İspaniyalı futbolçu “Latsio”dan ayrılır

İspaniyalı yarımmüdafiəçi Pedro mövsümün sonunda “Latsio”nu tərk edəcəyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı futbolçu komandasından avrokuboklara vəsiqə qazanaraq ayrılmaq istədiyini bildirib.

“Bu, “Latsio”dakı son mövsümüm olacaq, amma komandadan layiq olduğu yerdə vidalaşmaq istəyirəm”, – deyə Pedro vurPedro “Latsio”dan ayrılırğulayıb.

Təcrübəli oyunçu 2021-ci ildən “Latsio”da çıxış edir. O, daha əvvəl “Barselona”, “Çelsi” və “Roma” kimi klublarda da oynayıb.

“Barselona” “Kamp Nou”ya qayıdır

“Barselona” yenilənmiş “Kamp Nou” stadionunda noyabrın 7-də açıq məşq keçirməyi planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, bu tədbir həm azarkeşlər üçün ilk ictimai məşq, həm də arenanın sistemlərinin sınağı olacaq.

Məşqi 23 min tamaşaçı izləyə biləcək. Klub yaxın vaxtlarda stadionun daha çox – təxminən 47 min azarkeş qəbul edə biləcəyi mərhələyə çatmağı planlaşdırır.

“Qarabağ” – “İmişli” matçı üçün heyətlər açıqlandı

Misli Premyer Liqasının 10-cu turunda bu gün keçiriləcək “Qarabağ” – “İmişli” matçı üçün heyətlər açıqlanıb.

“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqas 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç 6. Yau Moses Baş məşqçi: Jorj

“Barselona” üçün “Kamp Nou” həsrətinə son

Futbol üzrə İspaniya çempionu “Barselona” noyabrın ilk həftəsindən etibarən “blauqrana”nın doğma stadionu “Kamp Nou”ya qayıdacaq. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Belə ki, noyabrın 7-də bu arenada futbolçuların açıq məşqi baş tutacaq. Hazırlıq prosesini təxminən 23 min tamaşaçının izləyəcəyi gözlənilir.

Source

Luis Enrike PSJ-nin qapıçıları arasındakı rəqabətdən danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubunun qapıçıları – fransız Lyuka Şevalye və rusiyalı Matvey Safonovun rəqabəti haqda qənaətini açıqlayıb. Arena.az ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir: “Bu, fərqli olur. Bu gün vəziyyət müsbətdir, sabah isə mənfi ola bilər. Elə etməyə çalışıram ki, bu, komandanın xeyrinə işləsin”, deyə Luis Enrike vurğulayıb. Qeyd edək ki…

Source

Dezire Due Azərbaycan millisi ilə oyunu buraxacaq

Fransa millisinin futbolçusu Dezire Due DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl zədələnib. Arena.az xəbər verir ki, PSJ-də çıxış edən 20 yaşlı vinger Liqa 1-in 10-cu turunda “Loryan”la matçda (1:1) xəsarət alıb və meydanı xərəkdə tərk edib. Onun sağalması üçün bir neçə həftə lazım olacaq. Bu səbəbdən onun Azərbaycan millisi ilə Bakıda baş…

Source

Malik Fofana bir neçə aylıq sıradan çıxdı

Lion “Olimpik”inin 20 yaşlı belçikalı sol cinah hücumçusu Malik Fofana bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Arena.az xəbər verir ki, Fransa Liqa 1-in 9-cu turu çərçivəsində “Strasburq”a qarşı keçirdikləri ev oyunu Fofana üçün xoşagəlməz başa çatıb. O, 2:1 hesabıyla qalib gəldikləri bu oyunda aldığı zədə səbəbindən matçı başa çatdıra bilməyib. 68-ci dəqiqədə əvəzlənmiş Fofananın…

Source

“Traktor” qələbəni 90+7-ci dəqiqədə əldən verdi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 9-cu tur çərçivəsində “Persepolis”lə qarşılaşıb. Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşdə xal itkisi ilə üzləşiblər – 1:1. Əmirhüseyn Hüseynzadə 88-ci…

Source

Şahmat millimiz DÇ-yə son vəsiqə üçün özbəklərlə yarışacaq

Noyabrın 18-23-ü aralığında İspaniyanın Linares şəhərində qadınlardan ibarət milli komandalar arasında şahmat üzrə dünya çempionatı keçiriləcək. Arena.az xəbər verir ki, mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutmuş son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilmiş Çin…

Source

Türkiyədə 151 hakim futboldan uzaqlaşdırıldı

Türkiyə Futbol Federasiyası (TFF) 151 hakimi hüquqlarından məhrum edib.

Komanda.az xəbər verir ki, bu barədə TFF-nin İntizam Komitəsi qərar çıxarıb.

Hakimlər müxtəlif müddətə futboldan kənarlaşdırılıblar. Ədalət təmsilçiləri oyunlarda mərc etdikləri üçün cəza alıblar.

FİFA referisi Zorbay Küçüklə bağlı araşdırma isə davam edəcək.

The post Türkiyədə 151 hakim futboldan uzaqlaşdırıldı appeared first on Komanda.az.

Pedro mövsümün sonunda klubundan ayrılacağını açıqladı

İspaniyalı yarımmüdafiəçi Pedro mövsümün sonunda “Latsio”nu tərk edəcəyini açıqlayıb. O, 2021-ci ildən paytaxt təmsilçisində çıxış edir, daha əvvəl isə “Barselona”, “Çelsi” və “Roma” kimi klublarda da oynayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu həmişə komandaya kömək etməyə çalışdığını bildirib:

“Həmişə komandaya kömək etməyə çalışıram. Bu, şübhəsiz, “Latsio”dakı son mövsümüm olacaq, amma komandadan layiq olduğu yerdə – avrokuboklarda ayrılmaq istəyirəm. Böyümək və daha yüksək yerlər uğrunda mübarizə aparmaq şansımız var.

Neçə il daha oynayacağımı demək çətindir. Hər məşqdən maksimum yararlanmaq istəyirəm, amma hər keçən gün məni karyeramın sonuna bir addım da yaxınlaşdırır”.

Pedro bu açıqlaması ilə uzun və uğurlu karyerasının sonuna yaxınlaşdığını bir daha təsdiqləyib.

The post Pedro mövsümün sonunda klubundan ayrılacağını açıqladı appeared first on Komanda.az.

“Qarabağ” “İmişli”yə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” “İmişli” ilə üz-üzə gəlib. “Azərsun Arena”da keçirilən oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

10-cu tura noyabrın 2-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 10-cu tur

31 oktyabr

Qarabağ – İmişli 2:0
Qollar: Abdullah Zubir, 52. Emmanuel Addai, 82.
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Azersun Arena”

Qarabağ: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov

İmişli: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqas 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç 6. Yau Moses
Baş məşqçi: Jorj Kaşkilya

1 noyabr

14:00. Karvan-Yevlax – Zirə
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu

17:00. Neftçi – Kəpəz
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Palms Sports Arena”

2 noyabr

16:00. Turan Tovuz – Şamaxı
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu

18:30. Sumqayıt – Araz-Naxçıvan
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
M.H. adına Sumqayıt şəhər stadionu

3 noyabr

19:30. Sabah – Qəbələ
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Bank Respublika Arena”

The post “Qarabağ” “İmişli”yə qalib gəldi appeared first on Komanda.az.

Amorim: “Bizi çox çətin bir oyun gözləyir”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim şənbə günü Premyer Liqada səfərdə baş tutacaq “Nottingem Forest”lə oyun haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səfər matçlarının çətin olduğunu söyləyib:

“Nottingem Forest”in son oyunlarını izlədim. Onların istedadlı oyunçuları var: Morqan Gibbs Uayt, Hadson Odoi, Anderson. Bu matçda “Brayton”la müqayisədə daha az şanslarımız olacaq. Həmçinin, nəzərə almalıyıq ki, evdən kənarda oynamaq bizim üçün daha çətindir, meydandakı vəziyyəti daha yaxşı idarə etməliyik. Hər bir hücum vacibdir. Bizi çox çətin bir oyun gözləyir”.

“Qırmızı şeytanlar” son üç oyunda qalib gəliblər. “Nottingem Forest” isə son 4 liqa oyununda məğlub olub.

The post Amorim: “Bizi çox çətin bir oyun gözləyir” appeared first on Komanda.az.

“Barselona” UEFA-dan təzminat tələb etməyəcək

“Barselona” UEFA-dan “Super Liqa işi” çərçivəsində heç bir kompensasiya tələb etməməyi qərara alıb.

Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Bundan əvvəl Madrid vilayət məhkəməsi Super Liqa ilə bağlı məhkəmə çəkişməsində UEFA-nın apellyasiyasını rədd etmişdi. Bu qərardan sonra “Real” klubu bəyan etmişdi ki, UEFA-dan 4,5 milyard avroluq zərərin ödənilməsini tələb edəcək. Klubun və “A22 Sports Management” şirkətinin hüquqşünasları artıq bu istiqamətdə iddia ərizəsi üzərində işləyirlər.

Lakin “Barselona” fərqli mövqe tutub. Klub rəhbərliyi bildirib ki, onların məqsədi qarşıdurma deyil, dialoqdur:

“Bizim mövqeyimiz həmişə körpülər salmaq, iki tərəf arasında anlaşma yolları tapmaqdan ibarət olub”.

Kataloniya təmsilçisi Super Liqa layihəsindən rəsmi şəkildə çıxmasa da, UEFA ilə münasibətlərin yaxşılaşması fonunda layihədən tədricən uzaqlaşır.

Super Liqa layihəsinə əvvəlcə Avropanın 12 klubu qoşulsa da, FİFA və UEFA-nın sanksiya təhlükəsindən sonra klublar turnirdən çəkilməyə başlayıb. Hazırda UEFA və FİFA-ya tabe olmayan Avropa Super Liqası adlanan layihədən yalnız “Real” və “Barselona” geri çəkilməyib.

The post “Barselona” UEFA-dan təzminat tələb etməyəcək appeared first on Komanda.az.

Qəbələdə kütləvi futbol festivalı keçirildi

AFFA ilə Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planına əsasən 2025-ci ilin idman paytaxtı seçilən Qəbələ şəhərində kütləvi futbol festivalı təşkil olunub.

Komanda.az xəbər verir ki, Qəbələ şəhər stadionunun ehtiyat meydanında keçirilən tədbirdə 100-ə yaxın uşaq iştirak edib.

Festival zamanı uşaqlar müxtəlif futbol oyunlarında iştirak edib, asudə vaxtlarını səmərəli və əyləncəli keçiriblər.

İştirak edən hər bir uşağa tədbirin sonunda AFFA tərəfindən toplar hədiyyə olunub. Hədiyyələri Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı və Qəbələ şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Cavid Məmmədnəbiyev təqdim ediblər.

The post Qəbələdə kütləvi futbol festivalı keçirildi appeared first on Komanda.az.

“Barselona”nın “Kamp Nou”ya qayıdacağı vaxt məlum oldu

“Barselona” çoxdan gözlənilən “Kamp Nou” qayıdışına hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi noyabrın 7-də yenilənmiş arenada açıq məşq keçirməyi planlaşdırır.

Bu tədbir həm azarkeşlər üçün ilk ictimai məşq, həm də stadionun bütün sistemlərinin sınaqdan keçirilməsinə görə nəzərdə tutulub. Klub arenanın infrastrukturunu, eləcə də giriş-çıxış kimi təşkilati işləri yoxlayacaq.

Məşqi 23 min azarkeş izləyə biləcək. Tamaşaçılar yalnız əsas tribunada və stadionun cənub hissəsində yerləşdiriləcək.

Bundan əvvəl şəhər şurası “Barselona”ya “Kamp Nou”da 27 min tamaşaçı ilə oyun keçirməyə icazə vermişdi. Ancaq klub ən azı 47 min azarkeşin stadiona buraxılacağı mərhələni gözləyir.

The post “Barselona”nın “Kamp Nou”ya qayıdacağı vaxt məlum oldu appeared first on Komanda.az.

“Arsenal” hələ də qalib komanda təsiri bağışlamır” – Sabiq futbolçu

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz hesab edir ki, “Arsenal” bu mövsüm İngiltərə Premyer Liqasının favoriti səviyyəsində oyun göstərmir.

Komanda.az xəbər verir ki, “The Good, The Bad&The Football” podkastında danışan keçmiş futbolçu belə deyib:

“Hər mövsüm 9 turdan sonra elə oyun görürsən ki, düşünürsən bu komanda liqanı qazanacaq. Amma mən hələ “Arsenal”dan və ya başqa bir komandadan belə təsirli çıxış görməmişəm.

“Nyukasl”la səfər matçında (2:1) “topçular” çox yaxşı idilər, amma ümumilikdə hələ də mənə qalib komanda təsiri bağışlamırlar. Müdafiə bəli, güclüdür, amma bu, mövsümün sonuna qədər işləyəcəkmi, bilmirəm”.

Skoulz həmçinin, “Liverpul” və “Mançester Siti”nin son illərdə yaratdığı oyun səviyyəsinin “Arsenal” üçün hələ əlçatmaz olduğunu vurğulayıb:

“Son illərdə “Mançester Siti”yə baxanda düşünürdüm: vay, bu komanda doğrudan da möhtəşəmdir”.

“Arsenal” hazırda Premyer Liqada 9 turdan sonra 22 xalla turnir cədvəlində lider mövqedə qərarlaşıb.

The post “Arsenal” hələ də qalib komanda təsiri bağışlamır” – Sabiq futbolçu appeared first on Komanda.az.

“Qarabağ”ın oyununa 27 250 bilet satılıb

Bakıda “Qarabağ” və “Çelsi” arasında keçiriləcək UEFA Çempionlar Liqasının 4-cü turunun oyununa indiyədək 27 250 bilet satılıb.

Bu barədə Komanda.az-a Ağdam klubundan məlumat verilib.

“Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

The post “Qarabağ”ın oyununa 27 250 bilet satılıb appeared first on Komanda.az.

“Barselona”da Yamalı itirmək qorxusu

“Barselona”nın vingeri Lamin Yamal yenidən qasıq ağrılarından əziyyət çəkir. O, bu zədəni sentyabrda almış və bir neçə oyunu buraxmışdı. Ancaq problem son vaxtlar yenidən qayıdıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Real”la keçirilən “el klasiko” matçında (1:2) Yamal ağrılar səbəbindən maksimum səviyyədə oynaya bilməyib. Bu, onun həm sürətinə, həm də dözümlülüyünə təsir göstərib. Buna görə də, “Barselona”nın məşqçilər heyəti oyunçunun meydandakı rolunu dəyişdirib, onu artıq yüklənmədən qorumağa çalışıb.

İspaniyalı futbolçu klubdan kənarda da tibbi məsləhətləşmələr aparır. Həkimlər ağrının hansı səviyyədə normal hesab oluna biləcəyini və əməliyyatın zəruri olub-olmadığını araşdırır. Hazırda əməliyyat planlaşdırılmır və dəqiq qərar yoxdur.

Buna baxmayaraq, 18 yaşlı futbolçu komanda ilə birlikdə məşqləri davam etdirir. Onun hazırlıq proqramı maksimal intensivlikdən uzaqdır, çünki sıx oyun təqvimi fonunda əsas məqsəd futbolçunun rəsmi matçlara tam formada çıxmasıdır.

The post “Barselona”da Yamalı itirmək qorxusu appeared first on Komanda.az.

Evə qayıdış

“Barselona”nın ev oyunlarını keçirəcəyi “Kamp Nou”ya qayıdış vaxtı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın noyabrın 7-də “Kamp Nou”da açıq məşqi olacaq.

Stadion 2022-ci ildən yenidənqurma ilə bağlı təmirə bağlanmışdı.

“Qarabağ” – “İmişli”: heyətlər

“Qarabağ” Premyer Liqanın X turunda bu gün “İmişli”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqas 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç 6. Yau Moses
Baş məşqçi: Jorj Kaşkilya

Qəbələdə futbol festivalı

AFFA ilə Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planına əsasən 2025-ci ilin idman paytaxtı seçilən Qəbələdə kütləvi futbol festivalı təşkil olunub.

Futbolpress.az xəbər verir ki, Qəbələ şəhər stadionunun ehtiyat meydanında keçirilən tədbirdə 100-ə yaxın uşaq iştirak edib.

Festival zamanı uşaqlar müxtəlif futbol oyunlarında iştirak edib, asudə vaxtlarını səmərəli və əyləncəli keçiriblər.

İştirak edən hər bir uşağa tədbirin sonunda AFFA tərəfindən toplar hədiyyə olunub. Hədiyyələri Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı və Qəbələ şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Cavid Məmmədnəbiyev təqdim ediblər.

Vinisius cəzalanacaq? – açıqlama

“Real”ın baş məşqçisi Xabi Alonso “Barselona” ilə La Liqa matçında əvəzlənməsinə sərt reaksiya verən Vinisius Junioru bağışlayıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis insayder Fabrisio Romanonun sorğusuna cavab olaraq bunları deyib:

“Vinisius cəzalanmayacaq. Bu məsələ artıq bağlanıb. Onun komanda qarşısında davranışı (üzr istəməsi) qüsursuz idi”.

Vieranın postu təhlükədə

“Cenoa” baş məşqçisi Patrik Viera ilə yollarını ayırmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Komandanın uğursuz çıxışına mütəxəssisin işinə son verilə bilər. Viera ilə bağlı son qərar yaxın günlərdə veriləcək.

“Cenoa” A Seriyasında 9 oyundan sonra 3 xalla sonuncu, 20-ci sıradadır.

Azərbaycan klubundan transfer

Voleybol üzrə Azərbaycanın Yüksək Liqa klubu “Abşeron” yeni transfer həyata keçirib.

Futbolpress.az xəbər verir ki, komanda Xədicə Seyidli ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Toppaylayıcı mövqeyində çıxış edən voleybolçu ilə müqavilə qarşıdakı mövsümü əhatə edəcək.

ABL-də daha iki oyun

Bu gün Azərbaycan Basketbol Liqasında V turun daha iki qarşılaşması keçiriləcək.

Futbolpress.az xəbər verir ki, A qrupunda yer alan “Gəncə” “Şəki”ni qəbul edəcək. Meydan sahibləri 4 xalla beşinci, qonaqlar 5 xalla üçüncü pilədə qərarlaşıb.

B qrupunda mübarizə aparan “Sərhədçi” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. “Gənclik şəhəri” təmsilçisi 4 xalla altıncı, Bakı klubu isə 5 xalla beşincidir.

Hər iki görüş saat 19:00-da start götürəcək.

Tura noyabrın 2-də yekun vurulacaq. Ötən gün “Ordu” “Lənkəran”ı məğlub edib – 91:76.

Patrik Vieyra qovulur?

“Cenoa”nın baş məşqçisi Patrik Vieyra və idman direktoru Marko Ottolini vəzifələrindən azad oluna bilər. Msport.az xəbər verir ki, klub A […]

Source

“Qarabağ” – “Çelsi” matçına nə qədər bilet satılıb?

“Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turunda İngiltərə “Çelsi”sinə qarşı Bakıda keçiriləcək oyunu üçün bilet satışı davam edir.

İdmanxeber.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 27 250 bilet satılıb.

Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb.  Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.

Xatırladaq ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Spalletti “Yuventus” tarixində ilkə imza atdı

“Yuventus”un yeni baş məşqçisi Luçano Spalletti klub tarixində ən yaşlı çalışdırıcı olub.

İdmanxeber.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis bu göstərici ilə Mauritsio Sarrini geridə qoyub.

Spalletti “ağ-qaralar”la gələn yayadək müqavilə imzalayıb. Turin klubu hazırda A Seriyasında 15 xalla 7-ci pillədə qərarlaşıb və lider “Napoli”dən 6 xal geri qalır.

“Barselona”dan Osimhen planı

“Barselona” “Qalatasaray”ın hücumçusu Viktor Osimhenin transferinə qərar verib.

İdmanxeber.az xəbər verir ki, Kataloniya klubu gələn yay komandadan ayrılması gözlənilən Robert Levandovskinin yerinə yeni forvard axtarışındadır.

Namizədlər arasında əsas variant kimi nigeriyalı hücumçu Viktor Osimhen göstərilir.

Qeyd edək ki, Nigeriya millisinin üzvü bu mövsüm “Qalatasaray”ın heyətində keçirdiyi 9 oyunda 6 qol vurub.

 

“Barselona” və “Real” onun üçün yarışır

“Levante”nin 22 yaşlı hücumçusu Etta Eyonq mövsümün sonunda komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçuya “Barselona”, “Real”, həmçinin “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal” maraq göstərir.

Cari mövsümdə Eyonq La Liqada 10 oyunda 6 qol və 3 assistlə yadda qalıb.

Onun transferinin 2026-cı il dünya çempionatından sonra reallaşacağı gözlənilir.

Bu futbolçu “Qəbələ”nin tarixinə düşdü

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” oyunu meydan sahiblərinin futbolçusu Prins Ovusu üçün əlamətdar olub.

İdmanxebet.az PFL-ə istinadən xəbər verir ki, 5:1 hesabı ilə başa çatan matçda het-trik edən 19 yaşlı qanalı legioner klub tarixinə bir görüşdə üç qol vuran 7-ci futbolçu kimi düşüb.

Xatırladaq ki, şimallıların tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilal Auaşeriyadır.

“Real” türkiyəli futbolçunu transfer edə bilər

Dani Karvaxalın zədələnməsindən sonra “Real” müdafiə xəttinə yeni oyunçu axtarır.

İdmanxeber.az xəbər ki, menecerlər Madrid klubuna “Roma”nın 27 yaşlı türkiyəli futbolçusu Zeki Çeliki təklif ediblər.

“Real” mövsüm ərzində yaranan itkiləri aradan qaldırmaq üçün təcrübəli və münasib qiymətə müdafiəçi transferi planlaşdırır.

Zeki Çelik bu mövsüm A Seriyasında 9 oyunda çıxış edib.

Prins Ovusu – “Qəbələ”də het-trik edən 7-ci futbolçu

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” oyunu meydan sahiblərinin futbolçusu Prins Ovusu üçün əlamətdar olub. Arena.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin görüşdə het-trikə imza atmış 19 yaşlı qanalı legioner klub tarixinə bir matçda üç qol vurmuş 7-ci futbolçu kimi düşüb. “Qəbələ”nin tarixində het-trik edən digər…

Source

Əvəzedicilər Liqası: 9-cu turun bütün təyinatları açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 9-cu turun bütün təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb. Bildirilir ki, dörd günü əhatə edəcək turun bütün görüşləri saat 14:00-da start götürəcək. 31 oktyabr “Qarabağ-2” – “Zirə-2” Hakimlər: Nicat İsmayıllı…

Source

Azərbaycan millisi Banqladeşdə turnirə qatılacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 24-dən dekabrın 3-nə qədər Banqladeşdə təlim-məşq toplanışında olacaq. Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir. Bildirilir ki, millimiz Dəkkə şəhərində təşkil ediləcək “FIFA Tri Nations Women’s Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.

Source

Premyer Liqa: 10-cu turun bütün təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun bütün təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb. 31 oktyabr “Qarabağ” – “İmişli” Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev VAR: Rəşad Əhmədov. AVAR: Rəhman İmami. Hakim-inspektor…

Source

Ceremi Frimponq 6 həftə oynamayacaq

Futbol üzrı Niderland millisinin və “Liverpul”un sağ cinah müdafiəçisi Ceremi Frimponq uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu UEFA Çempionlar Liqasında “Ayntraxt”la (5:1) görüşdə arxa bud əzələsindən zədə alıb. Frimponqun təxminən 6 həftə oynamayacağı bildirilib. Bu müddət ərzində futbolçu İngiltərə Premyer Liqasında “Aston Villa”…

Source

Premyer Liqa: “Qarabağ” “İmişli”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turuna start veriləcək. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Turun açılış oyununda son çempion “Qarabağ” “İmişli”ni qəbul edəcək. “Azərsun Arena”da keçiriləcək oyuna saat 17:00-da start veriləcək. Turun qalan görüşləri isə noyabrın 1-də, 2-də və 3-də baş…

Source

“Qarabağ”ın rəqibi 2 yarımmüdafiəçi almağı planlaşdırır

“Liverpul” yayda rekord məbləğdə transferlər etməsinə baxmayaraq, heyətini tam formalaşdıra bilməyib.

Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, Merseysayd təmsilçisi qışda iki yüksək səviyyəli yarımmüdafiəçi almağı planlaşdırır.

“Real” yanvarda Aleksis Makallister üçün “Liverpul”a rəsmi təklif göndərəcək. Argentinalı oyunçunun mümkün gedişi Mersisayd təmsilçisinin mərkəz xəttinə zərbə vura bilər, buna görə də, klub yenidən gücləndirmə axtarışına çıxacaq.

Arne Slotun rəhbərliyindəki komanda hazırda 9 turdan sonra Premyer Liqada 15 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibi 2 yarımmüdafiəçi almağı planlaşdırır appeared first on Komanda.az.

Dünya çempionatı: Azərbaycan millisi Özbəkistanla qarşılaşacaq

Azərbaycan millisi İspaniyanın Linares şəhərində keçiriləcək qadın şahmatçılardan ibarət dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq.

Komanda.az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.

Dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq. Dünya çempionatına seçmə xarakter daşıyan qarşılaşma 1-2 noyabr tarixlərində Bakıdakı “Dinamo” hotelində təşkil olunacaq.

İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn milli komanda dünya çempionatına vəsiqə qazanacaq.

Azərbaycan milli komandası seçmə matçda bu heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.

Azərbaycan – Özbəkistan arasında seçmə matçın baş hakimi Faiq Həsənovdur.

Mundial 18-23 noyabr tarixlərində baş tutacaq.

The post Dünya çempionatı: Azərbaycan millisi Özbəkistanla qarşılaşacaq appeared first on Komanda.az.

“Tottenhem”in baş məşqçisi onu komandasına dəvət edib

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun hücumçusu İvan Toni Yaxın Şərqi tərk etməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə “Tottenhem”in baş məşqçisi Tomas Frank birbaşa əlaqə saxlayıb.

Tərəflər yanvar transfer pəncərəsində mümkün keçidi müzakirə ediblər. Müqavilənin icarə variantı ilə gerçəkləşməsi istisna olunmur.

İngiltərəli forvard cari mövsümdə bütün turnirlərdə 15 matçda meydana çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Əl-Əhli” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

The post “Tottenhem”in baş məşqçisi onu komandasına dəvət edib appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi “qırmızı”nı “sevir”

“Çelsi” bu mövsüm İngiltərə çempionatında və digər turnirlərdə ən çox qırmızı vərəqə alan komandadır.

Komanda.az xəbər verir ki, bu barədə “Transfermarkt” portalı məlumat yayıb.

London təmsilçisi 14 oyundan sonra ümumilikdə 5 “qırmızı” görüb. Onların 3-ü Premyer Liqada, 2-si isə digər turnirlərdə qeydə alınıb. Ən son qırmızı vərəqə 1/8 final mərhələsində “Vulverhempton”la keçirilən Liqa kuboku oyununda (4:3) Liam Delapa göstərilib. Bu epizod baş məşqçi Enzo Mareskanın ciddi narazılığına səbəb olub.

Müqayisə üçün, “Liverpul” cari mövsümdə cəmi 2 qırmızı vərəqə alıb. Daha 8 klub (“Bornmut”, “Mançester Yunayted”, “Sanderlend”, “Vest Hem”, “Bernli”, “Vulverhempton”, “Aston Villa” və “Nyukasl”) isə yalnız bir dəfə meydandan qovulma ilə üzləşib.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir. “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

The post “Qarabağ”ın rəqibi “qırmızı”nı “sevir” appeared first on Komanda.az.

Ten Haq İngiltərə klubunun baş məşqçi postuna namizəddir

“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq yenidən İngiltərə Premyer Liqasında işləyə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Vulverhempton” mövsümə uğursuz startdan sonra baş məşqçi Vitor Pereyranı istefaya göndərməyi planlaşdırır.

Klub cəmi bir ay əvvəl Pereyra ilə müqavilənin müddətini 2028-ci ilə qədər uzatmışdı. Buna baxmayaraq, “canavarlar” artıq Ten Haqla mümkün əməkdaşlıq barədə ilkin təmas qurublar.

“Vulverhempton” hazırda Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komanda 9 turdan sonra cəmi 2 xal toplayıb. Bundan əlavə, komanda Liqa kubokunda da uğursuzluğa düçar olub və doğma meydanda “Çelsi”yə 3:4 hesabı ilə məğlub olaraq, turnirdən kənar qalıb.

The post Ten Haq İngiltərə klubunun baş məşqçi postuna namizəddir appeared first on Komanda.az.

“Qəbələ”nin legioneri üçün əlamətdar oyun

Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” oyunu meydan sahiblərinin futbolçusu Prins Ovusu üçün əlamətdar olub.

Komanda.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin görüşdə het-trikə imza atan 19 yaşlı qanalı legioner klub tarixinə bir matçda üç qol vuran 7-ci futbolçu kimi düşüb.

“Qəbələ”nin tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilel Auaşeriyadır.

Qarşılaşma Qəbələ təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

The post “Qəbələ”nin legioneri üçün əlamətdar oyun appeared first on Komanda.az.

“Fiorentina” “sükan”ı Mottaya tapşıra bilər

“Yuventus” və “Bolonya”nın sabiq baş məşqçisi Tiaqo Motta “Fiorentina”nın diqqət mərkəzindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi artıq hazırkı baş məşqçi Stefano Piolinin potensial əvəzedicilərini araşdırır. O, qarşıdakı oyunlarda nəticələri yaxşılaşdırmasa, istefaya göndəriləcək. Motta mümkün namizədlər arasındadır, lakin klub, eyni zamanda, Daniele De Rossi, Paolo Vanoli və Alessandro Nestanı da nəzərdən keçirir.

“Fiorentina” 9 oyundan sonra 4 xalla A Seriyasının turnir cədvəlində sondan 2-ci yerdədir. Komanda hələ də liqada qələbə qazana bilmir.

The post “Fiorentina” “sükan”ı Mottaya tapşıra bilər appeared first on Komanda.az.

17 yaşlı futbolçu top-klubların transfer siyahısındadır

“Bayern”in 17 yaşlı yarımmüdafiəçisi Lennart Karlın çıxışı İngiltərə klublarında böyük maraq doğurub.

Gənc futbolçu artıq Münhen klubunun heyətində həm UEFA Çempionlar Liqasında, həm də Bundesliqada qol vurmağı bacarıb. Ümumilikdə isə o, baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında 12 oyuna çıxıb.

Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, “Mançester Siti”nin nümayəndələri almaniyalı futbolçunun inkişafını yaxından izləyir və “Bayern”lə yeni müqavilə üzrə danışıqlar uğursuz alınarsa, onu transfer etməyə hazırdırlar.

Karlla “Arsenal” və “Çelsi”nin də maraqlandığı bildirilir. Onun “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

The post 17 yaşlı futbolçu top-klubların transfer siyahısındadır appeared first on Komanda.az.

Azərbaycan millisi Banqladeşdə turnirə qatılacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda Dəkkə şəhərində “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.

Azərbaycan millisi noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş yığması ilə Milli Stadionda qarşılaşacaq.

Oyunların başlama vaxtı və hakim təyinatları hələlik bəlli deyil.

The post Azərbaycan millisi Banqladeşdə turnirə qatılacaq appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin əsas hədəfi odur

“Napoli” qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

İtaliya klubu “Mançester Yunayted”in futbolçusu Kobbi Mainunu transfer hədəflərindən biri kimi görür.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, italiyalılar 20 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürmək istəyirlər. Müqaviləyə satınalma bəndinin daxil edilməyəcəyi bildirilir.

“Napoli”nin ingiltərəli futbolçuya marağının artmasına əsas səbəb komandanın yarımmüdafiəsində yaranan boşluqlardır. Kevin De Bruyne zədələnərək təxminən dörd ay yaşıl meydanlardan kənarda qalacaq. Bundan əlavə, Andre-Frank Zambo Anqissa qışda Afrika Millətlər Kubokunda çıxış edəcəyi üçün baş məşqçi Antonio Konte yanvarda əlavə oyunçuya ehtiyac duyur.

Mainu isə “Mançester Yunayted”də daimi oyun praktikasının olmamasından narazıdır. O, artıq avqustda icarəyə getmək istəmişdi, ancaq klub rəhbərliyi onun istəyini qəbul etməmişdi.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin əsas hədəfi odur appeared first on Komanda.az.

“Qarabağ” – “İmişli”: statistika nə deyir?

“Qarabağ” Premyer Liqanın X turunda bu gün “İmişli”ni qəbul edəcək. “Azersun Arena”da baş tutacaq oyuna saat 17:00-da start veriləcək.

“Qarabağ” çempionatda son 5 oyunda 1 heç-heçə edib, 4 qələbə qazanıb. Çempionlar Liqasında “Atletik”ə məğlubiyyətdən (1:3) sonra Bakıda “Şamaxı”yla qolsuz bərabərə qalan “atlılar” lider “Turan Tovuz”la xal fərqinin açılmaması üçün qələbə qazanmalıdır. Xal itkisi ÇL-də noyabrın 5-də “Çelsi”yə qarşı oyundan əvvəl atmosferə təsir edə bilər. Hər bir halda, indiki məqamda son çempion üçün əsas oyun London klubuna qarşı avrokubok matçıdır. “İmişli”yə qarşı itiriləcək xal olsa belə onu gələcək turlarda kompensasiya etmək olar. Qurban Qurbanovun bu matçda da ehtiyat qüvvəyə güvənəcəyi, əsas heyət üzvlərinin zədələrdən qorumaq məqsədilə onları kənarda saxlayacağı gözlənilir.

Bu mövsüm müdafiədəki kompakt oyunu ilə diqqət çəkən “İmişli” xal qazanmaq arzusundadır. Bölgə təmsilçisi il başlamamış autsayder göstərilsə də, nəticələr proqnozları alt-üst edib. 9 turda 12 xal toplayan “İmişli” autsayder “Kəpəz”dən 9 xal öndədir. “Zirə”, “Neftçi”, “Sabah” kimi komandalardan xal almağı bacaran bölgə klubu nəticələrin təsadüf olmadığını göstərmək istəyir.

“İmişli” ilə bağlı maraqlı statistika komandanın səfər oyunları ilə bağlıdır. Jorj Kaşkilyanın yetirmələri qonaq kimi keçirdiyi son 4 çempionat matçında 3 qələbə qazanıb. “İmişli” “Sabah”ı, “Karvan-Yevlax”ı və “Kəpəz”i məğlub etməyi bacarıb. Yeganə xalsız oyun isə “Araz-Naxçıvan”a qarşı olub.

Şahin Cəfərov

Özbəklərlə həlledici duel

Azərbaycan millisi İspaniyanın Linares şəhərində keçiriləcək qadın şahmatçılardan ibarət dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.

Dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq. Dünya çempionatına seçmə xarakter daşıyan qarşılaşma 1-2 noyabr tarixlərində Bakıdakı “Dinamo” hotelində təşkil olunacaq.

İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn milli komanda dünya çempionatına vəsiqə qazanacaq.

Azərbaycan milli komandası seçmə matçda bu heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.

Azərbaycan – Özbəkistan arasında seçmə matçın baş hakimi Faiq Həsənovdur.

Qeyd edək ki, mundial 18-23 noyabr tarixlərində baş tutacaq.

“Qarabağ”ın oyununa təyinat alan hakim 5 ay əsir olub

UEFA Gənclər Liqasında noyabrın 5-də keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun baş hakimi Dmitri Kubriyak 4 ildir davam edən Rusiya – Ukrayna müharibəsi zamanı əsir düşüb.

Futbolpress.az xəbər verir ki, ixtisasca hərbi həkim olan referi könüllü qatıldığı müharibədə 5 ay əsir saxlanıldıqdan sonra dəyişdirilib.

Noyabrın 5-də, “Azersun Arena”da baş tutacaq “Qarabağ” – “Çelsi” oyununa saat 15:00-da start veriləcək.

Qanalı futbolçu “Qəbələ”nin tarixinə düşdü

Azərbaycan kubokunun II təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” oyunu Prins Ovusunun het-triki ilə əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı qanalı futbolçu ikinci hissədə vurduğu 3 qolla “qırmızı-qaralar”ın 5:1 hesablı qələbəsində pay sahibi olub. O, klub tarixinə bir oyunda üç qol vuran 7-ci futbolçu kimi düşüb.

Prinsə qədər “Qəbələ”nin 6 futbolçusu bir matçda 3 qol vurub. Sonuncu het-trikə təxminən 2 il əvvəl təsadüf olunub. Həmin vaxt Bilel Auaşeriya Premyer Liqa matçında het-trikə sevinib.

Ümumiyyətlə, 7 het-trikdən biri UEFA Avropa Liqası, üçü Premyer Liqa, üçü Azərbaycan kubokuna təsadüf edib. Teo Uiks avrokuboklarda, Fərzad Hatəmi, Baqali Dabo və Bilel Auaşeriya çempionatda, Vüsal Qarayev, Filip Ozobiç və Prins Ovusu kubokda fərqlənib. Bu het-triklərdən 5-i ev, 2-si səfər matçında qeydə alınıb.

Qeyd edək ki, “Qəbələ”nin futbolçularının aktivində bir penta-trik və bir poker də var. Rövşən Əhmədov birinci dəstədə 5, Vitali Balamestnı Premyer Liqada 4 qol vurmağı bacarıb.

Bütün het-triklər:

Vüsal Qarayev – 10.10.2006. Azərbaycan kuboku. “Gilan” – “Şahdağ” (Quba) – 6:0
Farzad Hatəmi – 17.08.2008. Premyer Liqa. MOİK – “Qəbələ” – 0:3
Teo Uiks – 30.06.2016. Avropa Liqası. “Qəbələ” – “Samtredia” – 5:1
Baqali Dabo – 10.09.2016. Premyer Liqa. “Neftçi” – “Qəbələ” – 0:8
Filip Ozobiç – 29.11.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Mil-Muğan” – 8:0
Bilel Auaşeriya – 25.11.2023. Premyer Liqa. “Qəbələ” – “Turan Tovuz” – 4:0
Prins Ovusu – 29.10.2025. Azərbaycan kuboku. “Qəbələ” – “Mingəçevir” – 5:1

Etiraf: “Nəyi səhv etdiyimizi anlamalıyıq”

“Yuventus”un futbolçusu Duşan Vlahoviç açıqlama verib.

Futbolpress.az “Goal”a istinadən xəbər verir ki, serbiyalı hücumçu bu mövsüm uğursuz çıxış etmələrinin səbəblərini deyib:

“İlyarım ərzində 3 məşqçi dəyişildi. Güzgüyə baxmalı və nəyi səhv etdiyimizi anlamalıyıq. Düşünmürəm ki, günahı bir nəfərə atmaq ədalətli olar. Hamımız günahkarıq. “Udineze” ilə oyunda yaxşı çıxış etdik və nələrə qadir ola biləcəyimizi göstərdik. Bunu davam etdirməliyik, yoxsa mənası qalmayacaq.

Az danışmaq, çox iş görmək lazımdır. Keyfiyyətli oyunlar və qələbələr lazımdır. Diqqətimiz məhz bundadır”.

“Yuventus”da baş məşqçi İqor Tudorla yollar ayrılıb və bu posta dünən Luçano Spaletti təyin edilib.

“Qoca sinyora” A Seriyasında 9 turdan sonra 15 xalla 7-ci sıradadır.

“Real”da barışıq

“Real”da baş məşqçi Xabi Alonso ilə hücumçu Vinisius Junior arasında münasibətlər qaydasına düşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. La Liqanın X turunda “Barselona” ilə matçda (2:1) əvəzlənməyinə sərt reaksiya verən braziliyalı sosial şəbəkə hesabında üzr paylaşımı edib.

Alonso oyunçunu bağışlayıb və tərəflər arasında gərginlik başa çatıb.

Milli Banqladeşdə turnirə qatılacaq

Qadınlardan ibarət Azərbaycan milli komandası noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq.

Futbolpress.az xəbər verir ki, millimiz Dəkkə şəhərində “FIFA Tri Nations Women’s Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.

Komanda noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq.

Oyunların başlanma vaxtı və hakim təyinatları hələ məlum deyil.

Uşaq evlərinin komandaları arasında minifutbol turniri keçirildi

Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.

Turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da izləyiblər.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə “Şahinlər”, “Birlik”, “Zəfər” və “Kəpəz” adları ilə güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də matçları izləyənlərin böyük coşqu və sevinc yaşadıqları diqqət çəkib.

Turnirin ən yaddaqalan anlarından biri oyunları izləyən Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyevanın bütün komandaları dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha vurğulayıblar.

Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıb.

Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir etdiyini bildirərək, uşaqlarda özünəinamın və sosial əlaqələrin güclənməsinə səbəb olduğunu diqqətə çatdırıblar. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turniri ilk dəfə bu ilin mayında təşkil olunub və hazırkı yarış həmin ənənənin uğurlu davamı kimi reallaşdırılıb.

Minifutbol turnirinin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.

Premyer Liqada təyinatlar açıqlandı

Azərbaycan Premyer Liqasında X turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu gün baş tutacaq “Qarabağ” – “İmişli” oyununu Əli Əliyev idarə edəcək.

31 oktyabr (cümə)

“Qarabağ”– “İmişli”
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Azersun Arena”, 17:00

1 noyabr (şənbə)

“Karvan-Yevlax” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu, 14:00

“Neftçi” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Palms Sports Arena”, 17:00

2 noyabr (bazar)

“Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 16:00

“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
M.H. adına Sumqayıt şəhər stadionu, 18:30

3 noyabr (bazar ertəsi)

“Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”, 19:30

“Liverpul”un futbolçusu 6 həftə oynamayacaq

“Liverpul”un zədəli futbolçusu Jeremi Frimponqun son durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, Çempionlar Liqasında “Ayntraxt”la matçda (5:1) zədə alan cinah oyunçusu 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Frimponq Premyer Liqada “Aston Villa”, “Mançester Siti”, “Nottingem”, “Vest Hem”, Çempionlar Liqasında isə “Real” ilə PSV-yə qarşı keçiriləcək görüşləri buraxacaq.

Niderlandlı futbolçu bu mövsüm Premyer Liqada 4 oyunda meydana çıxıb.

Daniel Panku baş məşqçi oldu

Rumıniya millisinin və “Beşiktaş”ın sabiq futbolçusu Daniel Pankunun yeni iş yeri müəyyənləşib. Msport.az xəbər verir ki, o, ölkəsində “Kluj” komandasına […]

Source

“Qalatasaray” Osimhen üçün astronomik qiymət qoydu

“Qalatasaray” nigeriyalı hücumçusu Viktor Osimhenin transfer qiymətini müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu ulduz futbolçunu yalnız 140 milyon avrodan başlayan təkliflərə satmağa hazırdır.

26 yaşlı Osimhenin “Qalatasaray”la müqaviləsi 2029-cu ilə qədərdir. O, cari mövsümdə 9 oyunda 6 qol vurub.

“Barselona” və PSJ-nin yaxın günlərdə oyunçu üçün rəsmi danışıqlara başlayacağı gözlənilir.

“Qarabağ” – “Çelsi” matçında favorit bəlli oldu

UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu üçün mərc şirkətləri əmsalları açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, noyabrın 5-də, saat 21:45-də başlayacaq matçda “Qarabağ”ın qələbəsinə 6.84, heç-heçəyə 4.82, “Çelsi”nin qələbəsinə isə 1.34 əmsal verilib.

Xatırladaq ki, III turdan sonra hər iki komandanın 6 xalı var.

 

Premyer Liqada 10-cu turun hakim təyinatları

Misli Premyer Liqasında 10-cu turun oyunlarına hakim təyinatları açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, matçlar adları aşağıda qeyd olunan hakimlərə tapşırılıb: 

31 oktyabr (cümə)

17:00. “Qarabağ”– “İmişli” 
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rəhman İmami
“Azersun Arena”

1 noyabr (şənbə)

14:00. “Karvan-Yevlax” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu

17:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
“Palms Sports Arena”

2 noyabr (bazar) 

16:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu 
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu

3 noyabr (bazar ertəsi) 

19:30. “Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
“Bank Respublika Arena”

“Palmeyras” möhtəşəm qələbə ilə finalda

Libertadores kubokunun yarımfinalında “Palmeyras” “LDU Quito”nu 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyunu 0:3 uduzan braziliyalılar cavab matçında Rafael Veyqanın dublu, Ramon Sosa və Bruno Fuksun qolları ilə möhtəşəm dönüş edib.

Finalda “Palmeyras” noyabrın 30-da “Flamenqo” ilə qarşılaşacaq.

“Mançester Yunayted”in hücumçusu getmək istəyir

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze az oyun vaxtı aldığı üçün klubdan ayrılmaq barədə düşünür.

İdmanxeber.az-ın məlumatına görə, “Aston Villa”, “Brayton” və “Vest Hem” qışda niderlandlı forvardı transfer etmək istəyir.

Lakin baş məşqçi Ruben Amorim Zirkzeni mövsümün ortasında buraxmaq fikrində deyil.

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

31 oktyabr

Azərbaycan, Premyer Liqa
17:00 Qarabağ – İmişli (CBC Sport)

Səudiyyə Ərəbistanı, Pro Liqa
18:50 Əl-Hilal – Əl-Şabab (TRT Spor)

Rusiya, Premyer Liqa
20:00 ÇSKA – Pari NN (Matç Premyer)

Türkiyə, Super Liqa
21:00 Başakşəhər – Kocaelispor (beİN Sports 1)

İspaniya, La Liqa
00:00 Xetafe – Jirona (Futbol 2)

Matça doğru: “Qarabağ” və “İmişli”də zədəlilər var 

Misli Premyer Liqasının X turunda “Qarabağ” doğma meydanda “İmişli” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisində bu oyun öncəsi cəmi bir itki var. Hücumçu Musa Qurbanlı zədə səbəbindən matçda çıxış edə bilməyəcək.

“İmişli”də isə Vüsal Qəmbərov zədəlidir. Əməliyyat olunan oyunçu uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Komandada cəzalı və ya başqa zədəli futbolçu yoxdur. 

“Qarabağ” – “İmişli” qarşılaşması oktyabrın 31-də reallaşacaq. “Azərsun Arena”da keçiriləcək matç 17:00-da başlayacaq. 

Almaniyalı futbolçu yola salınacaq – Yayda

Dortmund “Borussiya”sının müdafiəçisi Niklas Süle mövsümün sonunda komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “arılar” 30 yaşlı futbolçu ilə müqaviləni yeniləməyi planlaşdırmırlar.

Əsas səbəblərdən biri Sülenin yaşı və sabit olmayan oyun formasıdır. Onunla Bundesliqa (Almaniya) və A Seriyası (İtaliya) klubları maraqlanır.

Almaniyalı futbolçu 2022-ci ildən “Borussiya”da çıxış edir. O, cari mövsümdə yalnız 3 oyunda iştirak edib. Onun klubla müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

The post Almaniyalı futbolçu yola salınacaq – Yayda appeared first on Komanda.az.

İbrahimova klubunu dəyişdi

Yeni mövsüm öncəsi heyətini gücləndirməyi davam etdirən “Kür” daha bir həndbolçunu sıralarına cəlb edib.

Futbolpress.az xəbər verir ki, ötənilki çempionatda “Qarabağ”ın şərəfini qoruyan Leyla İbrahimova bundan sonra Mingəçevir təmsilçisinin uğurları üçün mübarizə aparacaq.

O, yeni klubunda 66 nömrəli formanı geyinəcək.

 

#handball #azerbaijan #federation

“Qarabağ” 3 xalı 2 qolla qazandı

Bu gün Azərbaycan Premyer Liqasında X tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Qarabağ” azarkeşləri önündə “İmişli”ni qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 2:0.

Azərbaycan Premyer Liqası
X tur

31 oktyabr

17:00 Qarabağ – İmişli 2:0
Qollar:
A.Zubir, 52, Addai, 82
Azersun Arena

A Seriyası: “Sassuolo” “Kalyari”yə səfərdə qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Piza” – “Latsio” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Kalyari” – “Sassuolo” görüşündə isə qonaqlar çətin qələbəyə seviniblər. Beləliklə, 9 turdan sonra 21 xalı olan…

Source

“Barselona”da Pedri şoku

Futbol üzrə İspaniya yığmaasının və “Barselona”nın 22 yaşlı mərkəz yarımmüdafiəçisi Pedri bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspan yarımmüdafiəçi sol budundan zədələnib. Futbolçunun bərpa prosesi və komandaya qoşulacağı vaxt barədə məlumat verilməyib. Pedri futbola “Teqeste”…

Source

Luçano Spalletti rəsmən “Yuventus”da!

Futbol üzrə İtaliya milli komandasının sabiq baş məşqçisi, italyan mütəxəssis Luçano Spalletti bundan sonra “Yuventus”a rəhbərlik edəcək. Arena.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb. 66 yaşlı mütəxəssislə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Spalletti bu vəzifədə oktyabrın 27-də istefaya göndərilmiş İqor Tudoru əvəzləyib.

Source

“Araz-Naxçıvan”dan ÇL-də “Differdanj”la əzmkar heç-heçə

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, təmsilçimiz Lüksemburq çempionu “Differdanj”la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. “Qırmızı-ağlar”ın qollarını Perruzo və Luicci vurublar. Xatırladaq ki, Naxçıvan klubu turnirin ilk oyununda Rumıniyanın “Qalati Yunayted”…

Source

“Mançester Yunayted”də Lisandro Martines sevinci

İngiltərənin “Mançester Yunayted” klubunun argentinalı futbolçusu Lisandro Martines uzunmüddətli zədədən sonra məşqlərə başlayıb. Arena.az xəbər verir ki, o, komandasının sonuncu məşqində iştirak edib. Xatırladaq ki, argentinalı müdafiəçinin bu ilin əvvəlində dizində çarpaz bağ yırtıldığı üçün uzun müddət yaşıl meydanlardan kənar qalıb. Artıq sıraya dönmüş futbolçunun tezliklə…

Source

İqor Tudor “Yuventus”dan qovuldu

İtaliyanın “Yuventus” klubunun rəhbərliyi “byankoneri”nin 47 yaşlı xorvat baş məşqçisi İqor Tudor ilə müqaviləyə xitam verib. Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən məlumat verir. İstefaya komandanın cari mövsümdəki qeyri-sabit çıxışı səbəb göstərilib. Xorvat məşqçi ilə 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə ləğv edilib.

Source

“Latsio” səfərdə xal itirdi

İtaliya A Seriyasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Piza” – “Latsio” matçı qolsuz bitib. “Kalyari” isə “Sassuolo”ya uduzub.

Hazırda “Napoli” və “Roma”nın 21, “İnter” və “Milan”ın 18, “Komo”nun 16, “Bolonya” və “Yuventus”un 15 xalı var.

İtaliya A Seriyası
9-cu tur
28 oktyabr

Leççe – Napoli 0:1
Qol
: Anqissa, 69.

Atalanta – Milan 1:1
Qollar
: Lukman, 35 – Riççi, 4.

29 oktyabr

Roma – Parma 2:1
Qollar
: Hermoso, 63. Dovbik, 81 – Çirkati, 86.

Komo – Verona 3:1
Qollar
: Duvikas, 9. Poş, 62. Voyvoda, 90+2 – S.Serdar, 25.

Yuventus – Udineze 3:1
Qollar
: Vlahoviç, 5-pen. Qatti, 67. K.Yıldız, 90+6-pen – Zaniolo, 45+1.

Bolonya – Torino 0:0

Cenoa – Kremoneze 0:2
Qollar
: Bonatsoli, 3; 49.

İnter – Fiorentina 3:0
Qollar
: H.Çalhanoğlu, 66; 88-pen. Suçiç, 71.

30 oktyabr

Kalyari – Sassuolo 1:2
Qollar
: Espozito, 73 – Loryente, 54. Pinamonti, 65.

Piza – Latsio 0:0

The post “Latsio” səfərdə xal itirdi appeared first on Komanda.az.

“İnter” üçün mübarizə aparmaq istəyirik”

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu komandasının cari mövsüm üçün hədəflərindən danışıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, bütün çətinliklərin öhdəsindən gələ biləcəklərinə inanır:

“Hədəflərimiz? Hamı bilir ki, klubumuz həmişə qarşısına ən iddialı hədəflər qoyur. “İnter” üçün mübarizə aparmaq istəyirik. Komanda çətin yaydan və uğursuz Klublararası dünya çempionatından sonra ən yaxşısına layiqdir. Baş məşqçimiz Kivu bizə mənəvi cəhətdən çox kömək olub, güclü və mütəşəkkil komandamız var. Bütün çətinliklərin öhdəsindən gəlmək üçün intizamımız var”.

“İnter” A Seriyasının son turunun matçında evdə “Fiorentina”nı 3:0 hesabıyla məğlub edib. Türkiyəli yarımmüdafiəçi iki qol vurub. Milan klubu 9 oyundan sonra A Seriyasının turnir cədvəlində 3-cü yerdədir.

The post “İnter” üçün mübarizə aparmaq istəyirik” appeared first on Komanda.az.

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu

Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində mübarizə aparıb.

Komanda.az xəbər verir ki, 71 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 130 kq çəkini ram etməyi bacarıb.

Təkanla qaldırma hərəkətində 160 kq-ın öhdəsindən gələn atlet toplamda 290 kq nəticə ilə yarışı 7-ci yerdə başa vurub.

The post Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu appeared first on Komanda.az.

“Mançester Yunayted” onu buraxmaq fikrində deyil

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze karyerasını İngiltərə Premyer Liqasının başqa klubunda davam etdirə bilər.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, 24 yaşlı forvardın az oyun praktikasından əziyyət çəkməsi onun yaxın aylarda klubdan ayrılacağı barədə söz-söhbətləri gücləndirib.

“Aston Villa” və “Brayton” qış transfer pəncərəsində Zirkze uğrunda “Vest Hem”lə rəqabət aparmağa hazırlaşır.

Bununla belə, “Mançester Yunayted” mövsümün ortasında niderlandlı futbolçunu buraxmaq niyyətində deyil. Baş məşqçi Ruben Amorim də bu mövqeyini açıq şəkildə bildirib.

The post “Mançester Yunayted” onu buraxmaq fikrində deyil appeared first on Komanda.az.

“Yuventus”un yeni baş məşqçisi açıqlandı

Luçano Spalletti İtaliya təmsilçisi “Yuventus”un baş məşqçisi təyin edilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

66 yaşlı mütəxəssislə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

O, oktyabrın 27-də istefaya göndərilən İqor Tudoru əvəzləyib.

Spalletti son olaraq İtaliya millisini çalışdırıb. O, 2023-2025-ci illərdə yığmaya rəhbərlik edib.

The post “Yuventus”un yeni baş məşqçisi açıqlandı appeared first on Komanda.az.

AÇ-də iştirak edəcək Azərbaycan cüdoçularının rəqibləri bilindi

Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

Qitə yarışında ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 37 ölkədən 308 cüdoçu (172 kişi, 136 qadın) iştirak edəcək.

Kişilər

60 kq, 1/16 final

Murad Muradlı – Maksim Taran (Almaniya)

Hüseyn Allahyarov – Yozef Tomanek (Slovakiya)

66 kq, 1/16 final

İslam Rəhimov – Roman Dekan (Slovakiya)

81 kq, 1/16 final

Vüsal Qələndərzadə – Vasiliye Qruyiçiç (Serbiya)

81 kq, 1/8 final

Ömər Rəcəbli – Ronald Plostnieks (Latviya) / Çiprian Qribinet (Moldova) cütünün qalibi ilə

90 kq, 1/16 final

Aslan Kotsoyev – Rayan Askofar (Fransa)

90 kq, 1/8 final

Vüqar Talıbov – Aidas Pileckas (Litva) / Markos Martines Koin (İspaniya) cütünün qalibi ilə

100 kq, 1/8 final

Əjdər Bağırov – Fares Mexux (Fransa)

+100 kq, 1/8 final

Kənan Nəsibov – Tomaş Raşka (Çexiya)

Qeyd edək ki, U-23 Avropa çempionatının təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11:30-da, final bloku isə 19:30-dan etibarən start götürəcək.

The post AÇ-də iştirak edəcək Azərbaycan cüdoçularının rəqibləri bilindi appeared first on Komanda.az.

ÇL: “Araz-Naxçıvan”dan heç-heçə

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Lüksemburq çempionu “Differdanje 03” ilə üz-üzə gələn Naxçıvan klubu 2:2 hesablı heç-heçəyə razılaşıb.

Azərbaycan təmsilçisinin qollarını Can Perruzo (15) və Luici Lonqo (38) vurublar.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” klubunu məğlub edib – 2:1. “Araz-Naxçıvan” əsas mərhələdə sonuncu matçını noyabrın 1-də Niderlandın “Tigers Roermond” komandasına qarşı keçirəcək.

The post ÇL: “Araz-Naxçıvan”dan heç-heçə appeared first on Komanda.az.

Azərbaycan yığması Aktauda birinci oldu

Boccia idman növü üzrə Azərbaycan paralimpiyaçıları 25-31 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Türkdilli dövlətlər arasında beynəlxalq turnirdə çıxışını başa vurub.

Futbolpress.az xəbər verir ki, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançılarının da mübarizə apardığı yarışda Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanıb, Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.

Qoşa yarışlarda da qüvvəsini sınayan bocciaçılarımızdan Zaur Veysəlov ilə Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qızıl medal qazanaraq himnimizi səsləndiriblər.

Beləliklə, paralimpiyaçılarımız turniri komanda hesabında birinci pillədə başa vurub.

Lənkəranda kəmər dərəcələri üzrə imtahan olacaq

Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə baş tutacaq sınaqda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə daxili yarışlarda iştirak üçün zəruridir. İmtahan noyabrın 3-də Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq.

ÇL: “Araz-Naxçıvan”dan heç-heçə

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Futbolpress.az xəbər verir ki, Lüksemburq çempionu “Differdanje 03” ilə üz-üzə gələn Naxçıvan klubu 2:2 hesablı heç-heçəyə razılaşıb.

Azərbaycan təmsilçisinin qollarını Can Perruzo (15) və Luici Lonqo (38) vurublar.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” klubunu məğlub edib – 2:1. “Araz-Naxçıvan” əsas mərhələdə sonuncu matçını noyabrın 1-də Niderlandın “Tigers Roermond” komandasına qarşı keçirəcək.

Azərbaycan cüdoçularının rəqibləri məlum oldu

Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

Qitə yarışında ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 37 ölkədən 308 cüdoçu (172 kişi, 136 qadın) iştirak edəcək.

Kişilər

60 kq, 1/16 final

Murad Muradlı – Maksim Taran (Almaniya)

Hüseyn Allahyarov – Yozef Tomanek (Slovakiya)

66 kq, 1/16 final

İslam Rəhimov – Roman Dekan (Slovakiya)

81 kq, 1/16 final

Vüsal Qələndərzadə – Vasiliye Qruyiçiç (Serbiya)

81 kq, 1/8 final

Ömər Rəcəbli – Ronald Plostnieks (Latviya) / Çiprian Qribinet (Moldova) cütünün qalibi ilə

90 kq, 1/16 final

Aslan Kotsoyev – Rayan Askofar (Fransa)

90 kq, 1/8 final

Vüqar Talıbov – Aidas Pileckas (Litva) / Markos Martines Koin (İspaniya) cütünün qalibi ilə

100 kq, 1/8 final

Əjdər Bağırov – Fares Mexux (Fransa)

+100 kq, 1/8 final

Kənan Nəsibov – Tomaş Raşka (Çexiya)

Qeyd edək ki, U-23 Avropa çempionatının təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11:30-da, final bloku isə 19:30-dan etibarən start götürəcək.

“Yuventus”un yeni baş məşqçisi – rəsmi

“Yuventus”un yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın “sükanı” Luçano Spalettiyə tapşırılıb.

66 yaşlı mütəxəssislə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Spaletti istefaya göndərilən İqor Tudoru əvəzləyib.

Mütəxəssis son olaraq İtaliya millisini çalışdırıb. O, 2023-2025-ci illərdə yığmaya rəhbərlik edib.

Kenan Yıldız Poqbanın rekorduna çatdı

“Yuventus”un hücumçusu Kenan Yıldız klub tarixində Pol Poqbanın rekorduna bərabərləşib.

İdmanxeber.az xəbər verir ki, türk futbolçu A Seriyasının son turunda “Udineze”yə qarşı (3:1) vurduğu qolla bu nailiyyəti əldə edib.

Yıldız bu mövsüm A Seriyasında 11 qol vuraraq “Yuventus” tarixində 20 yaşdan aşağı oyunçular arasında məhsuldarlıq rekordunu təkrarlayıb.

 

“Barselona” Levandovskinin əvəzləyicisini tapdı – Razılıq alındı

“Barselona” qış transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, Kataloniya təmsilçisi diqqətini “Levante”nin hücumçusu Etta Eyonqa yönəldib. İspaniya mətbuatının məlumatına görə, 22 yaşlı forvard “Barselona”ya keçməyə razılıq verib.

Eyonq mövsümün sonuna qədər icarə əsasında katalon klubuna qoşulmaq variantına müsbət yanaşır. O, “Barselona”da Robert Levandovskinin potensial əvəzləyicisi kimi nəzərdən keçirilir.

Gənc hücumçu cari mövsümdə göstərdiyi çıxışla bir sıra klubların da maraq dairəsinə düşüb.

Lukas Paketa Premyer Liqada klubunu dəyişir

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa yanvarda klubdan ayrılmağı planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, braziliyalı futbolçu daha iddialı komandada oynamaq niyyətindədir. Onunla “Mançester Yunayted” maraqlanır və artıq londonlularla ilkin təmas qurulub.

Qeyd edək ki, 28 yaşlı Paketa 2022-ci ildə “Lion”dan 43 milyon avroya transfer olunub. O, cari mövsümdə 10 matçda 3 qol vurub.

“Bavariya” 33 illik rekordu qırdı

Almaniya Kubokunun 2-ci mərhələsində “Bavariya” “Köln”ü 3:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, bu qələbə Münhen təmsilçisinin 2025/26 mövsümündə ardıcıl 14-cü qələbəsi olub.

Beləliklə, “Bavariya” 1992/93 mövsümündə 13 ardıcıl qələbə qazanan “Milan”ın 33 illik rekordunu yeniləyib.

MY 3 milyon avro ödəməyə hazırdır – 16 yaşlı futbolçu üçün

“Mançester Yunayted” İsveçin AİK klubuna məxsus gənc hücumçu Kevin Fillinqi transfer etmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 16 yaşlı futbolçunun keçidi üçün təxminən 3 milyon avro ödəməyə hazırdır.

İsveçli forvardın transferinə Bundesliqa (Almaniya) klubları da maraq göstərir və “Mançester Yunayted”ə rəqib ola bilərlər.

Ruben Amorimin komandası hazırda İngiltərə Premyer Liqasının 9 turundan sonra 16 xal toplayaraq, turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

The post MY 3 milyon avro ödəməyə hazırdır – 16 yaşlı futbolçu üçün appeared first on Komanda.az.

“İnsanların 99,9 faizi Ronaldonun etdiyini etməkdən imtina edər”

“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun uğurlarını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun digər oyunçulardan fərqləndiyi haqda danışıb:

“Hər kəs Ronaldonun nail olduğuna nail olmaq istəyər, amma insanların 99,9 faizi onun etdiyini etməkdən imtina edər. Mən onun ardıcıllığı, fədakarlığı, məşqi, düzgün qidalanması, yuxusu və sair barədə danışıram. Ronaldoda ən təsirli olan budur və buna görə, o, böyük hörmətə layiqdir”.

40 yaşlı futbolçu 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də oynayır. Forvard bu yaxınlarda Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddətini 2027-ci ilin ortalarına qədər uzadıb. O, “Əl-Nəsr”də və Portuqaliya millisində müntəzəm olaraq qol vurmağa davam edir.

The post “İnsanların 99,9 faizi Ronaldonun etdiyini etməkdən imtina edər” appeared first on Komanda.az.

Azərbaycan yığması Aktauda birinci oldu

Boccia idman növü üzrə Azərbaycan paralimpiyaçıları 25-31 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Türkdilli dövlətlər arasında beynəlxalq turnirdə çıxışını başa vurub.

Komanda.az xəbər verir ki, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançılarının da mübarizə apardığı yarışda Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanıb, Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.

Qoşa yarışlarda da qüvvəsini sınayan bocciaçılarımızdan Zaur Veysəlov ilə Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qızıl medal qazanaraq himnimizi səsləndiriblər.

Beləliklə, paralimpiyaçılarımız turniri komanda hesabında birinci pillədə başa vurub.

The post Azərbaycan yığması Aktauda birinci oldu appeared first on Komanda.az.

“Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü

“Mançester Yunayted” klubunun futbolçusu Lisandro Martines uzunmüddətli zədədən sonra məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, o, komandasının sonuncu məşqində iştirak edib.

Qeyd edək ki, argentinalı müdafiəçinin bu ilin əvvəlində dizində çarpaz bağ yırtıldığı üçün uzun müddət yaşıl meydanlardan kənar qalıb.

Martines 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, komandanın heyətində 91 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

The post “Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü appeared first on Komanda.az.

8 ay sonra qayıtdı

“Mançester Yunayted”in zədəli futbolçusu Lisandro Martines komanda ilə məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi bu ilin fevralında Premyer Liqada “Kristal Pelas”la oyunda zədələnmişdi. Lisandro 8 aydan sonra yaşıl meydanlara qayıtmağa hazırlaşır.

Müdafiəçi ötən mövsümdə komandada 32 oyunda 2 qol vurub.

II Liqa: 3 turun oyun cədvəli

II Liqada 8-ci, 9-cu və 10-cu turun oyun cədvəli açıqlanıb.

Futbolpress.az xəbər verir ki, 8-ci tura noyabrın 10-da start veriləcək.

8-ci tur

10 noyabr (bazar ertəsi)

“Ağdaş” – “Xankəndi”
Ağdaş şəhər stadionu, 14:00

“Kür-Araz” – “Sheki City”
Saatlı OİK stadionu, 14:00

“Dinamo” – “Quba”
Binə qəsəbə stadionu, 14:00

11 noyabr (çərşənbə axşamı)

“Araz Saatlı” – “Şəmkir”
Saatlı OİK stadionu, 14:30

“Göygöl” – “Qaradağ Lökbatan”
Göygöl OİK stadionu, 14:30

“Şirvan” – “Ağstafa Gəncləri”
Şirvan OİK stadionu, 14:30

9-cu tur

16 noyabr (bazar)

“Ağstafa Gəncləri” – “Dinamo”
Ağstafa şəhər stadionu, 14:30

“Şəmkir” – “Ağdaş”
Şəmkir OİK stadionu, 14:30

“Quba” – “Araz Saatlı”
Quba OİK stadionu, 15:00

17 noyabr (bazar ertəsi)

“Sheki City” – “Şirvan”
“Rekord Arena”, 14:00

“Xankəndi” – “Göygöl”
Palms Sports Futbol Mərkəzi (IV meydança), 14:00

“Qaradağ Lökbatan” – “Kür-Araz”
Lökbatan OİK stadionu, 14:30

10-cu tur

23 noyabr (bazar)

“Quba” – “Ağstafa Gəncləri”
Quba OİK stadionu, 15:00

24 noyabr (bazar ertəsi)

“Göygöl” – “Şəmkir”
Göygöl OİK stadionu, 14:00

“Şirvan” – “Qaradağ Lökbatan”
Şirvan OİK stadionu, 14:00

“Araz Saatlı” – “Ağdaş”
Saatlı OİK stadionu, 14:30

25 noyabr (çərşənbə axşamı)

“Dinamo” – “Sheki City”
Binə qəsəbə stadionu,  14:00

“Kür-Araz” – “Xankəndi”
Saatlı OİK stadionu, 14:30

“Xilasedici”dən qələbə

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I turdan təxirə salınan matç keçirilib.

Futbolpress.az xəbər verir ki, sözügedən oyunda “Gənclər” komandası “Xilasedici” ilə üz-üzə gəlib.

Matç “Xilasedici”nin qələbəsiylə başa çatıb. – 3:0.

 

“Zədələnmiş oyunçularımızın çatışmazlığı hiss olundu”

“Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasında “Ordu”ya məğlubiyyəti şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 79:91 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:

“Qarşıya qoyulan tapşırıqları qismən deyil, tam şəkildə yerinə yetirsəydik, oyun fərqli nəticələnə bilərdi. O zaman bu cür rəqibə qarşı daha yaxşı oynamaq şansımız olardı. Rəqib bərbad top itkilərimizdən sonra fərqlənib irəli çıxdı. Çox top itkilərinə yol verdik və ilk hissədə hücumdakı oyunumuzu dəyişə bilmədik. Zədələnmiş oyunçularımızın çatışmazlığı hiss olundu və bu, xüsusilə dördüncü hissədə özünü göstərdi. Hazırda zədə problemi yaşayırıq, bu da tam təlim-məşq toplanışı keçə bilməməyimizin nəticəsidir. Buna baxmayaraq işimizi davam etdirəcəyik”.

“Yuventus”un hücumçusu klubu tərk edir

“Yuventus”un hücumçusu Conatan Devid “Tottenhem” və “Bayern”in maraq dairəsinə düşüb.

İdmanxeber.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, hər iki klub qışda kanadalı forvardın transferi uğrunda mübarizə aparacaq.

25 yaşlı Devid bu yay “Lill”dən azad agent kimi “Yuventus”a keçib və indiyədək 11 oyunda 1 qol, 1 asistlə yadda qalıb.

Yüksək Liqa: Təxirə salınmış matçda “Xilasedici” sevindi

Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatının (Yüksək Liqa) 1-ci turundan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında “Gənclər” “Xilasedici” ilə qarşılaşıb. Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutmuş görüş “Xilasedici” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki…

Source

ABL: “Ordu” “Lənkəran”a qalib gəldi

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 5-ci turuna start verilib. Arena.az xəbər verir ki, turun açılış matçında “Ordu” “Lənkəran”la qarşılaşıb. B qrupunun matçında paytaxt təmsilçisi 91:76 hesablı qələbəyə sevinib. “Ordu” 10 xalla birinci, “Lənkəran” 7 xalla üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, tura noyabrın 2-də yekun…

Source

Volkan Demirel – “Gənclərbirliyi”nin yeni baş məşqçisi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” komandasına bundan sonra Volkan Demirel rəhbərlik edəcək. Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir. 44 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Hüseyn Eroğlunu əvəz edib. Xatırladaq ki, Hüseyin Eroğlu 2024-cü ilin dekabr…

Source

U-17 millimiz Moldovada qrup sonuncusu oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb. Arena.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer almış millimiz Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kişinyovdakı “Zimbru 2” stadionunda keçirilmiş görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

Source

“Arsenal” İngiltərə futbolunda yeni rekorda imza atdı

2025/2026-cı illər mövsümündə uğurlu nəticələri ilə diqqət mərkəzində olan “Arsenal” İngiltərə futbolunda yeni rekorda imza atıb. Arena.az bu barədə “Opta Sport”a istinadən xəbər verir. Bildirilir ki, London təmsilçisi buna İngiltərə Liqa Kubokunun 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsində “Brayton”a 2:0 hesabı ilə qalib gəlməklə nail olub. “Topçular” Premyer Liqada çıxış edən…

Source

Vüsal İsgəndərli “Dinamo”ya qarşı 70 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 9-cu turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb. “Partizani” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Source

“Ordu” ilə oyunda çox top itkisinə yol verdik”

“Lənkəran” klubu Azərbaycan Basketbol Liqasının 5-ci turunda, “Ordu” ilə oyunda çox top itkilərinə yol verib.

Komanda.az xəbər verir ki, bunu baş məşqçi Georgi Kondruseviç bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

O, məğlubiyyətin səbəbləri haqqında danışıb:

“Qarşıya qoyulan tapşırıqları qismən deyil, tam şəkildə yerinə yetirsəydik, oyun fərqli nəticələnə bilərdi. O zaman bu cür rəqibə qarşı daha yaxşı oynamaq şansımız olardı. Rəqib bərbad top itkilərimizdən sonra fərqlənib irəli çıxdı. Çox top itkilərinə yol verdik və ilk hissədə hücumdakı oyunumuzu dəyişə bilmədik. Zədələnmiş oyunçularımızın çatışmazlığı hiss olundu və bu, xüsusilə dördüncü hissədə özünü göstərdi. Hazırda zədə problemi yaşayırıq, bu da tam təlim-məşq toplanışı keçə bilməməyimizin nəticəsidir. Buna baxmayaraq işimizi davam etdirəcəyik”.

“Ordu” “Lənkəran”la görüşdə 91:79 hesablı qələbə qazanıb.

The post “Ordu” ilə oyunda çox top itkisinə yol verdik” appeared first on Komanda.az.

Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib

Gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib.

Komanda.az xəbər verir ki, nazir Azərbaycanı turnirdə təmsil edəcək federasiyaların nümayəndələri ilə görüşüb.

Görüşdə idmançıların yarışlara hazırlıq prosesi, Azərbaycan idman nümayəndə heyətinin səfər proqramı, atletlər kəndində yerləşmə və digər təşkilati məsələlər müzakirə olunub.

Nazir yarışda ölkəmizin layiqincə təmsil olunmasının vacibliyini vurğulayıb və hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Eyni zamanda, federasiya nümayəndələri idmançıların oyunlara hazırlığı barədə məlumat veriblər.

The post Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib appeared first on Komanda.az.

“Xilasedici”dən asan qələbə

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1-ci turdan təxirə salınan matç keçirilib.

Komanda.az xəbər verir ki, sözügedən oyunda “Gənclər” komandası “Xilasedici” ilə üz-üzə gəlib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan oyun “Xilasedici”nin 3:0 hesablı qələbəsi ilə bitib.

The post “Xilasedici”dən asan qələbə appeared first on Komanda.az.

“Ordu” “Lənkəran”a qalib gəldi

Azərbaycan Basketbol Liqasında 5-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə “Ordu” “Lənkəran”la qarşılaşıb.

B qrupunun matçında paytaxt təmsilçisi 91:76 hesablı qələbəyə sevinib. “Ordu” 10 xalla birinci, “Lənkəran” 7 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.

The post “Ordu” “Lənkəran”a qalib gəldi appeared first on Komanda.az.

Son oyunda heç-heçə

Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir k, B Liqasının I qrupunda yer alan komanda Moldova ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.

The post Son oyunda heç-heçə appeared first on Komanda.az.

“Yuventus”un hücumçusu İngiltərə klubuna keçə bilər

“Yuventus”un hücumçusu Conatan Devid daha bir klubun maraq dairəsinə düşüb.

Kanadalı forvard hələ ki, İtaliyada özünü tam göstərə bilmədiyi üçün mediada onun başqa çempionata köçəcəyi barədə xəbərlər yayılmağa başlayıb.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Tottenhem” qış transfer pəncərəsində Devid uğrunda “Bayern”lə rəqabət aparmağa hazırlaşır.

Hələlik Turin klubunun 25 yaşlı futbolçu ilə yollarını ayırmaq niyyətində olub-olmadığı bəlli deyil.

Conatan Devid bu yay “Lill”dən azad agent kimi “Yuventus”a keçib. O, turinlilərin heyətində 11 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post “Yuventus”un hücumçusu İngiltərə klubuna keçə bilər appeared first on Komanda.az.

“Bu mövsüm 100 qol vurmaq istərdim”

“Yuventus”un hücumçusu Duşan Vlahoviç İtaliya A Seriyasının 9-cu turunda “Udineze” ilə qarşılaşmada (3:1) qol vurması haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bu mövsüm 100 qol vurmaq istərdim. Azarkeşlərə alqışlar üçün təşəkkür edirəm. Özümü komandanın lideri kimi hiss etmirəm. Bir il yarım ərzində üç məşqçimiz olubsa, bu, hər kəsin günahıdır. Cənab İqor Tudora (keçmiş baş məşqçi) etdiyi işlərə görə təşəkkür edirəm”.

Serbiyalı futbolçu bu mövsüm bütün yarışlarda 12 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. “Yuventus” noyabrın 1-də səfərdə “Kremoneze” ilə qarşılaşacaq.

The post “Bu mövsüm 100 qol vurmaq istərdim” appeared first on Komanda.az.

Azərbaycanlı paragüllə atıcısı dünya kubokunda “bürünc” qazanıb

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən dünya kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, o, 215 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdmançı noyabrın 5-də yekun vurulacaq yarışda 50 (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.

Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.

The post Azərbaycanlı paragüllə atıcısı dünya kubokunda “bürünc” qazanıb appeared first on Komanda.az.

Fərid Qayıbov İslamiada ilə bağlı tapşırıqlar verdi

Gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib.

Futbolpress.az xəbər verir ki, nazir Azərbaycanı turnirdə təmsil edəcək federasiyaların nümayəndələri ilə görüşüb.

Görüşdə idmançıların yarışlara hazırlıq prosesi, Azərbaycan idman nümayəndə heyətinin səfər proqramı, atletlər kəndində yerləşmə və digər təşkilati məsələlər müzakirə olunub.

Nazir yarışda ölkəmizin layiqincə təmsil olunmasının vacibliyini vurğulayıb və hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Eyni zamanda, federasiya nümayəndələri idmançıların oyunlara hazırlığı barədə məlumat veriblər.

Zeynalov BƏƏ-də bürünc medal qazandı

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, o, 215 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdmançı noyabrın 5-də yekun vurulacaq yarışda 50 (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.

Qeyd edək ki, Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.

Bakıda UEFA-nın seminarı keçirildi

Bakıda AFFA-nın təşkilatçılığı, UEFA Grow proqramının dəstəyi ilə seminar keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbirin əsas məqsədi seminar iştirakçılarını səmərəli planlaşdırma üçün lazımi dəstək mexanizmləri ilə təmin etmək, müasir metodoloji yanaşmaları təqdim etmək və onların praktiki tətbiqi imkanlarını araşdırmaqdan ibarət olub.

Seminar UEFA-nın Grow Strategiyası üzrə Mentorları (UEFA Grow Strategy Mentors) tərəfindən təşkil olunub və interaktiv formatda keçirilib. Sessiya iştirakçılar arasında fəal qarşılıqlı əlaqə və fikir mübadiləsini asanlaşdıraraq, futbolun inkişafı çərçivəsində strateji planlaşdırma və həyata keçirmə proseslərini daha dərindən anlamağa kömək edib.

“Ordu”dan inamlı qələbə

Azərbaycan Basketbol Liqasında V tura start verilib.

Futbolpress.az xəbər verir ki, turun ilk matçında “Ordu” “Lənkəran”la qarşılaşıb. Matç “Ordu”nun qələbəsiylə başa çatıb – 91:76.

B qrupunda yer alan “Ordu” 10 xalla birinci, “Lənkəran” 7 xalla üçüncü pillədə qərarlaşıb.

Tura noyabrın 2-də yekun vurulacaq.

Milli son oyunda heç-heçə etdi

Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Moldova ilə üz-üzə gəlib. Görüş qolsuz başa çatıb.

U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.

“Arsenal”dan unikal göstərici

“Arsenal” İngiltərə Liqa Kubokunda “Brayton”u məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, son 6 oyunda qol buraxmadan qələbə qazanan “topçular” unikal göstəriciyə imza atıb.

“Arsenal” bir ay ərzində keçirdiyi 6 matçda da “quru oyunla” qalib gələn ilk komanda olub.

Londonlular bu ay “Kristal Pelas”ı 1:0, “Fulhem”i 1:0, “Vest Hem”i 2:0, “Atletiko”nu 4:0, “Olimpakos”i 2:0, “Brayton”u 2:0 hesabıyla məğlub edib.

“Lion” “Fənərbağça”nın futbolçusu ilə maraqlanır

“Fənərbağça”nın futbolçusu Sebastyan Şimanski karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Lion” klubu polşalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Transferfeed” portalı məlumat yayıb. Fransa klubu qış transfer dönəmində “Fənərbağça” ilə danışıqlara başlayacaq.

Şimanski bu mövsüm 17 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.v

Gənclər Liqası: “Qarabağ”ın oyunu ukraynalılara tapşırıldı

UEFA Gənclər Liqasının IV turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Dmitri Kubryak olacaq. Ona yan xətt hakimləri Vitali Skoblya və Aleksandr Korniyonko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev (Azərbaycan) yerinə yetirəcək.

Noyabrın 5-də, “Azersun Arena”da keçiriləcək oyuna saat 15:00-da start veriləcək.

AFFA 9 komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda bu qurumun bayrağı altında keçirilən yarışlarla bağlı bəzi qərarlar qəbul edilib.

Region Liqasında keçirilməli olan “Olimpik Sabirabad” FK – “Aran” FK (Beyləqan) oyunu “Olimpik Sabirabad”ın təhlükəsizliyi (polis) təmin etməməsi səbəbindən baş tutmadığı üçün bu kluba texniki məğlubiyyət verilib.

Region Liqasının “Mübariz” FA – “Real” FK oyunu “Mübariz”in təhlükəsizliyi (polis) təmin etməməsi səbəbindən baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

Region Liqasının “Ağsu Siti” – “Ağcabədi” FK oyunu “Ağsu Siti”nin təhlükəsizliyi (polis) təmin etməməsi səbəbindən baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Neftçi” İK İB – “Araz Baku” UFK oyunu “Araz Baku” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Difai” – “Kürdəmir” FK oyunu “Difai”nin protokolu vaxtında tərtib etmədiyinə görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Hindarx” (Ağcabədi) – “Ağdam” FK oyunu “Hindarx”ın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Qax 1967” – “Kürmük” (Qax) oyunu “Qax 1967” komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Real Leon” – “Göztəpə Bakı” FK oyunu “Göztəpə Bakı” FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Gəncəvi” (Gəncə) – “Ümid” (Gəncə) oyunu “Ümid” komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.

Millimiz Moldova ilə heç-heçə etdi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa çıxıb. Msport.az xəbər verir ki, B […]

Source

PSJ hücumçusunu itirdi

PSJ ciddi itki ilə üzləşib. Msport.a xəbər verir ki, Paris klubunun futbolçusu Dezire Due zədələnib. Fransa çempionatında “Loryan”la oyunda xəsarət […]

Source

“Barselona” Osimhenlə maraqlanır

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb. Msport.az xəbər verir ki, 26 yaşlı forvardla “Barselona” yaxından maraqlanır. […]

Source

“Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarıldı

Misli Premyer Liqasının 10-cu turu çərçivəsində noyabrın 1-i saat 17:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Neymar “İnter Mayami”yə keçir!

“Santos”un braziliyalı ulduzu Neymar Junior yaxın aylarda yeni macəraya yelənəcək.

İdmanxeber.az xəbər verir ki, MLS təmsilçisi “İnter Mayami” 33 yaşlı hücumçunu azad agent statusunda heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Neymarın “Santos”la müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq.

Təcrübəli futbolçu cari mövsümdə 21 oyuna çıxaraq 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

PSJ-dən Vinisius bombas!

Fransa nəhəngi 2026-cı ilin yayında böyük transferə imza atmağa hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, PSJ klubunun əsas transfer hədəfi “Real”ın  braziliyalı ulduzu Vinisius Juniordur.

Məlumata görə, futbolçunun Madrid rəhbərliyi ilə münasibətləri gərginləşib və bu vəziyyətdən yararlanmaq istəyən PSJ yayda “kral klubu”na rəsmi təklif göndərəcək.

25 yaşlı sol cinah vingerinin bazar dəyəri 200 milyon avro təşkil edir. Cari mövsümdə Vinisius 19 oyunda meydana çıxaraq 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

Vinisius Juniorun Madrid klubuyla  müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. O, “kral klubu”na 2019-cu ilin yayında “Flamenqo”dan 45 milyon avro qarşılığında transfer olunmuşdu.

 

“Arsenal”dan tarixi rekord

“Arsenal” İngiltərə futbolunda yeni rekorda imza atıb.

İdmanxeber.az xəbər verir ki, “topçular” Liqa Kubokunun 4-cü turunda “Brayton”u 2:0 hesabı ilə məğlub etməklə, bir ay ərzində ardıcıl 6 oyunda qol buraxmadan qalib gələn ilk komanda olub.

London təmsilçisi bundan əvvəl “Kristal Pelas” (1:0), “Fulhem” (1:0), “Vest Hem” (2:0), “Atletiko” (4:0) və “Olimpiakos”u (2:0) üstələyib. “Arsenal” hazırda 22 xalla Premyer Liqanın lideridir.

“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda Bakıda “Çelsi”ni qəbul edəcək.

İdmanxeber.az xəbər verir ki, qarşılaşmanın təyinatları açıqlanıb. Matçı Ukraynadan olan ədalət təmsilçiləri idarə edəcək.

Oyunun baş hakimi Dmitro Kubriak olacaq. Ona yan xətt hakimləri Vitalii Skoblia və Aleksandr Korniyko yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yətirəcək.

“Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də, saat 15:00-da “Azersun Arena”da keçiriləcək.

SON DƏQİQƏ! Premyer Liqa klubu gürcüstanlı futbolçu ilə danışıqlara başladı 

“Kəpəz” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi ötən mövsüm komandada çıxış edən Rati Ardazişvili ilə danışıqlara başlayıb. “Sarı-göylər” sabiq futbolçusunu geri qaytarmaq niyyətindədir.

Əgər tərəflər arasında danışıqlar müsbət yekunlaşsa, transferin qışda baş tutması gözlənilir.

Rati hazırda Gürcüstanın “Qaqra” klubunda çıxış edir. O, komandası ilə keçirdiyi 10 oyunda bir qol vurub, eyni sayda assist edib. 

Yarımmüdafiəçi ötən mövsüm “Kəpəz”in heyətində 18 oyunda forma geyinib və iki məhsuldar ötürmə edib.

Fərid Nəsibov 

Mahir Emrelinin komandası kubokda 1/8 finala yüksəldi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” ötən gün növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya Kubokunun 2025/2026-cı illər mövsümünün 1/16 final mərhələsi çərçivəsində “Qroyter Fürt” ilə qarşılaşıb. Səfərdə baş tutmuş oyunda “Kayzerslautern” 1:0 hesablı qələbəyə sevinib.

Source

Ozan Can Kökçü kubok matçında şans qazanmadı

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun kubok oyununda iştirak şansı qazanmayıb. Arena.az xəbər verir ki, sözügedən komanda Niderland Kubokunun 2025/2026-cı illər mövsümünün 1/32 final mərhələsi çərçivəsində “Quick Boys” ilə qarşılaşıb. “Volendam” səfərdə baş tutmuş bu oyundan qələbə ilə (2:1) ayrılıb və 1/16 finala vəsiqə qazanıb.

Source

Liqa Kuboku: “Liverpul”la “Tottenhem”i 1/4 finala buraxmadılar

Futbol üzrə İngiltərə Liqa Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunları keçirilib. Arena.az xəbər verir ki, bu mərhələnin ən böyük sürprizlərindən biri çempion “Liverpul”un “Kristal Pelas”la görüşdə 3 cavabsız qolla uduzaraq mübarizəni dayandırması olub. “Tottenhem” də “Nyukasl” səddini keçə bilməyib. “Arsenal” “Brayton”u, “Mançester Siti” “Suonsi Siti”ni…

Source

İkinci Liqa: 8-ci, 9-cu və 10-cu turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 8-ci, 9-cu və 10-cu turlarının oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb. 8-ci və 9-cu turların oyunları iki günü əhatə edəcək. 10-cu turun görüşləri isə üç gün ərzində keçiriləcək. İkinci Liqa 8-ci tur 10 noyabr “Ağdaş”…

Source

AFFA Nika Çaçaşvilini bir oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib. Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir: “Karvan” – “Şəki” oyununun 99-cu dəqiqəsində “Karvan”ın futbolçusu Nika Çaçaşvili ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb.

Source

AFFA-dan “Şəmkir”ə 1200 manatlıq cərimə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 6-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib. Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir: “Şəmkir” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Şəmkir”in azarkeşləri meydançaya daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Şəmkir” klubu 500…

Source

AFFA “Zaqatala”nı 600 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 6-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib. Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir: “Şimal” – “Difai” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. MOİK – “Baku Sportinq” oyununun 68-ci dəqiqəsində…

Source

AFFA “Kəpəz”i 10 000 manat cərimə etdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib. Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir: “Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün…

Source

“Seltik” “Qarabağ”ın rəqibinin müdafiəçisini istəyir

“Liverpul”un müdafiəçisi Endryu Robertson karyerasını Şotlandiya Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Seltik” yaxından maraqlanır.

Robertsonun Mersisayd klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir və tərəflər hələ yeni əməkdaşlığı razılaşdırmayıblar.

Şotlandiyalı futbolçu cari mövsümdə “qırmızılar”ın heyətində 9 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Seltik” “Qarabağ”ın rəqibinin müdafiəçisini istəyir appeared first on Komanda.az.

“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda Bakıda “Çelsi”ni qəbul edəcək.

Komanda.az xəbər verir ki, qarşılaşmanın təyinatları açıqlanıb. Matçı Ukraynadan olan ədalət təmsilçiləri idarə edəcək.

Oyunun baş hakimi Dmitro Kubriak olacaq. Ona yan xətt hakimləri Vitalii Skoblia və Aleksandr Korniyko yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yətirəcək.

“Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də, saat 15:00-da “Azersun Arena”da keçiriləcək.

The post “Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı appeared first on Komanda.az.

Sabiq futbolçudan “Real”a məsləhət: Vinisiusu sat, Halandı al

“Real”ın sabiq futbolçusu Alfonso hesab edir ki, klub Vinisius Junioru satmalı və mərkəz hücumçusu transfer etməlidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Vinisiusun oyununun özü və komandası üçün faydalı olmadığı qənaətindədir:

“Vinisius mənə inandırıcı görünmür. Bəzi insanlar bunu tənqid edə bilər, amma mən onu satıb mərkəz hücumçusu gətirərdim. “Real”a bu oyunçu tamamilə lazımdır. Mən Vininin meydandakı obrazını bəyənmirəm. Bu həm ona, həm də klubuna xeyir gətirmir. Çox təəssüf edirəm, amma onu satıb, dünyanın ən yaxşı mərkəz hücumçusunu, məsələn, Erlinq Halandı (“Mançester Siti”) transfer edərdim”.

Alfonso vurğulayıb ki, qollara görə klub üçün ən optimal seçim norveçli (Haland) hücumçudur.

The post Sabiq futbolçudan “Real”a məsləhət: Vinisiusu sat, Halandı al appeared first on Komanda.az.

“Kristal Pelas” “Mançester Siti”nin müdafiəçisini istəyir

“Kristal Pelas” “Mançester Siti”nin niderlandlı müdafiəçisi Natan Akeni növbəti yay transfer pəncərəsində heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

London klubu Akeni mövsümün sonunda komandadan ayrılacağı gözlənilən və hətta yanvarda klubunu dəyişə biləcəyi istisna edilməyən Mark Quehinin əvəzləyicisi kimi görür.

30 yaşlı Ake cari mövsümdə bütün turnirlərdə 8 oyunda meydana çıxıb. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post “Kristal Pelas” “Mançester Siti”nin müdafiəçisini istəyir appeared first on Komanda.az.

“Qarabağ”ın yeni transferi sabah ilk oyununa çıxa bilər

İspaniyalı futbolçu Joni Montiel “Qarabağ”da ilk oyununa çıxa bilər.

Komanda.az xəbər verir ki, futbolçu sabah Azərbaycan Premyer Liqasının 10-cu turunda keçiriləcək “İmişli” ilə oyunda iştirak edə bilər (“oxu.az”).

Bu il yay transfer pəncərəsində “Qarabağ”ın heyətinə qatdığı ispaniyalı hücumameyilli yarımmüdafiəçinin hazırlıq durumu baş məşqçi Qurban Qurbanovu qane etmədiyi üçün Montiel yeni klubunda debüt etməmişdi.

Montiel avqust ayında “Qarabağ”la 2+2 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu “Rayo Valyekano” klubunun yetirməsidir.

The post “Qarabağ”ın yeni transferi sabah ilk oyununa çıxa bilər appeared first on Komanda.az.

Spaletti “Yuventus”un məşq bazasına gedib

İtaliyalı mütəxəssis Luçano Spaletti “Yuventus”un məşq bazasına gedib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, 66 yaşlı çalışdırıcı yaxın günlərdə Turin klubu ilə müqavilə imzalayaraq, baş məşqçi vəzifəsinə təyin olunacaq.

Şayiələrə görə, anlaşmanın müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub və müddətin uzadılma imkanı da var.

“Yuventus” rəhbərliyi Spalettinin təyinatı ilə bağlı məlumatlara artıq reaksiya verib, rəsmi açıqlama yaxın günlərdə gözlənilir.

“Yuventus” cari mövsümdə A Seriyasında 9 turdan sonra 15 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Komanda növbəti turda səfərdə “Kremoneze” ilə qarşılaşacaq.

The post Spaletti “Yuventus”un məşq bazasına gedib appeared first on Komanda.az.

“Rea” UEFA-dan 4,5 milyard avro tələb edir

“Real” və Avropa Super Liqası ideyasının təşkilatçıları UEFA-dan 4,5 milyard avro miqdarında kompensasiya tələb edir. Əvvəlcə Madridin regional məhkəməsi UEFA-nın Super Liqaya qarşı apellyasiyasını rədd etmişdi.

Madrid təmsilçisi bəyan edib ki, klub UEFA-dan dəyən ziyanın ödənilməsini tələb edəcək.

Komanda.az AS-a istinadən xəbər verir ki, “Real”ın və Super Liqaya cavabdeh şirkətin hüquqşünasları artıq iddianın hazırlanması üzərində çalışır. Hədəf, UEFA-ya qarşı təqdim olunacaq iddia çərçivəsində təxminən 4,5 milyard avro tələb etməkdir.

Madrid arbitraj məhkəməsi 2024-cü ilin mayında Super Liqa təşkilatçılarının iddiasını qismən təmin edib. Məhkəmənin qərarına əsasən, UEFA və FİFA anti-rəqabət davranışını dayandırmalı, onun təkrarlanmasının qarşısını almalı və anti-rəqabət hərəkətlərinin bütün nəticələrini dərhal aradan qaldırmalıdır.

Super Liqa layihəsinə əvvəlcə Avropanın 12 klubu qoşulsa da, FİFA və UEFA-nın sanksiya təhlükəsindən sonra klublar turnirdən çəkilməyə başlayıb. Hazırda UEFA və FİFA-ya tabe olmayan Avropa Super Liqası adlanan layihədən yalnız “Real” və “Barselona” geri çəkilməyib.

The post “Rea” UEFA-dan 4,5 milyard avro tələb edir appeared first on Komanda.az.

Fransa millisinin futbolçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Fransa millisinin futbolçusu Desire Due DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl zədələnib.

Komanda.az xəbər verir ki, PSJ-də çıxış edən 20 yaşlı vinger Liqa 1-in 10-cu turunda “Loryan”la matçda (1:1) xəsarət alıb və meydanı xərəkdə tərk edib.

Onun sağalması üçün bir neçə həftə lazım olacaq.

Due oktyabrda Azərbaycan millisinə qalib gəldikləri (3:0) qarşılaşmada zədə səbəbindən iştirak edə bilməyib. Futbolçu cari mövsümdə PSJ-də meydana çıxdığı 15 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan – Fransa oyunu noyabrın 16-da keçiriləcək.

The post Fransa millisinin futbolçusu Azərbaycanla oyundan əvvəl zədələnib appeared first on Komanda.az.

Vinisius üzr istədi

“Real”ın hücumçusu Vinisius Junior “Barselona” ilə keçirilən “el klasiko”dan (2:1) sonrakı ilk məşqdə komanda yoldaşlarından üzr istəyib. Görüşdə klubun məşqçiləri iştirak etməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu öz davranışını belə izah edib:

“Bəzən ehtiras üstün gəlir. Mən həmişə qalib gəlmək və komandama kömək etmək istəyirəm. Mənim rəqabət ruhum “Real”a olan sevgimdən doğur”.

Vinisiusun açıqlaması həm oyunçular, həm də fanatlar tərəfindən müsbət qarşılanıb. O, “Barsa” ilə matçda əvəzlənərkən buna kəskin reaksiya göstərmiş və birbaşa paltardəyişmə otağına yollanmışdı.

“Real” hazırda La Liqanın 10-cu turundan sonra 27 xalla turnir cədvəlində lider mövqedədir. İkinci pillədə qərarlaşan “Barselona”nın hesabında 22 xal var.

The post Vinisius üzr istədi appeared first on Komanda.az.

“Real” Endriklə bağlı icarə təklifini bir şərtlə qəbul edəcək

“Real” hücumçusu Endrikin qış transfer pəncərəsində icarəyə göndərilməsi variantını nəzərdən keçirir.

19 yaşlı futbolçu Xabi Alonsonun rəhbərliyi altında az oyun imkanı əldə etdiyindən, klub rəhbərliyi onun başqa komandada təcrübə qazanmasının faydalı olacağını düşünür.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “kral klubu” yalnız o halda icarə təklifini qəbul edəcək ki, maraqlı tərəflər braziliyalı futbolçunun bütün maaşını və əlavə olaraq icarə kompensasiyasını tam şəkildə ödəməyə razı olsunlar.

Endriklə “Aston Villa”, “Vest Hem” və “Brayton” maraqlanır. “Brayton” onu hətta icarə ilə deyil, tam transfer yolu ilə heyətinə qatmaq istəyir.

The post “Real” Endriklə bağlı icarə təklifini bir şərtlə qəbul edəcək appeared first on Komanda.az.

“Neftçi”nin oyunu üçün biletlər satışda

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində noyabrın 1-i saat 17:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və “https://bilet.neftchi.az” saytından onlayn şəkildə əldə etmək olar.

Stadionumuzun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Kadi parataekvondoçularla görüşdü

“Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges parataekvondoçuların məşqində olub.

Futbolpress.az xəbər verir ki, o, “Qarabağ”la yanaşı, özünün də pərəstişkarı olan gənc parataekvondoçu Amin Əliyevlə görüşüb. MPK-nın təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında baş tutan görüşdə Ağdam təmsilçisinin üzvü ona öz formasını hədiyyə edib.

Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılar üçün növbəti yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.

“Fənərbağça” və “Lion” onun üçün “yarışır”

“Real”ın futbolçusu Endrik qışda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisində heyətə düşə bilməyən braziliyalı hücumçu “Lion” və “Fənərbağça”nın diqqət mərkəzindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Klublar qış fasiləsində oyunçunun icarəsi üçün danışıqlara başlamağı planlaşdırır.

Endrik bu mövsüm “Real”da oyuna çıxmayıb.

Bölgə klubu azarkeşlərinə görə cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şəmkir” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Şəmkir” komandasının azarkeşləri meydançaya daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Şəmkir” komandası 500 manat cərimə edilsin (maddə 86.3);

“Şəmkir” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 86.3);

“Şəmkir” – “Qaradağ Lökbatan” oyununda “Şəmkir” komandasının azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə görə “Şəmkir” komandası 500 manat cərimə edilsin (maddə 52.5);

“Ağdaş” – “Sheki City” oyununda “Sheki City” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Araz Saatlı” – “Xankəndi” oyununun 52-ci dəqiqəsində “Araz Saatlı” komandasının 4 nömrəli futbolçusu Rafiq Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

“Azərbaycanda da Kvaratsxeliya kimi oyunçu yetişdirmək mümkündür” (MÜSAHİBƏ)

“Sabah” akademiyasının koordinatoru Giorgi Minaşvilinin “Futbolpress.az“a müsahibəsi:

– Gürcüstan, Çin, İngiltərə və indi Azərbaycan. Sizi “Sabah”a gətirən nə oldu?
– “Sabah”dan təklif aldıqdan sonra ilk görüşüm idman direktoru ilə oldu. Açıq və ətraflı şəkildə mənim futbol baxışım, məşq metodologiyam və məşqçilik fəlsəfəm haqqında danışdıq. Qısa müddətdə başa düşdük ki, çox sayda oxşar fikirlərimiz var. Bundan sonra əməkdaşlığımızın əsası qoyuldu. Məni ən çox inandıran isə klubun vizyonu və ambisiyaları oldu. Hər şey aydın, strukturlaşdırılmış və irəliləyişə yönəlmişdi. Bu da mənə bu çağırışı qəbul etmək üçün inam verdi.

– Akademiya ilə ilkin tanışlıqda hansı təəssüratlarınız yarandı?
– Çox müsbət. İş mühiti, infrastruktur, məşq şəraiti məni çox təsirləndirdi. Burda hər şey yaxşı və peşəkar təşkil olunub. Komandada çalışanlar işlərinə sadiqdirlər. Bu mühiti görəndən sonra məndə daha çox enerji vermək istəyi yarandı. İşə başlamışıq və komandaların, məşqçilərin, futbolçuların səviyyəsini yüksəltmək istəyirik. Əminəm ki, bir neçə il ərzində “Sabah” akademiyası əsas komanda üçün yaxşı oyunçular yetişdirəcək səviyyəyə çatacaq.

– Daha əvvəl fərqli ölkələrdə, klublarda işləmisiniz. “Sabah” akademiyasının onlardan ilkin hansı fərqlərini müşahidə etdiniz?
– Təxminən 19 illik məşqçi təcrübəm var. Hər ölkənin öz futbol tarixi və ənənələri var. Bunu qəbul etmək lazımdır. Hər akademiya peşəkar standartlara və inkişaf proqramına, metodologiyaya sahib olmalıdır. U-8-dən başlayaraq U-17-yə qədər bütün komandaların bir futbol fəlsəfəsi olmalıdır. İnkişaf səviyyələrinə çatmaq üçün çalışmaq lazımdır. Bizim fəlsəfəmiz ağıllı oyun, mövqe məsələləri, topa sahib olarkən və topu itirəndən sonra zamanlama, keçidlər və s. anlayışları qavramaq, təkmilləşməkdir. Bu sistemi Gürcüstanda “Dinamo” və “Lokomotiv”də tətbiq etmişdik və sonradan yüksək səviyyəyə çatan bir çox futbolçu oldu.

– Gürcüstanın futbolda öndə siması Xviça Kvaratsxeliyadır (PSJ, Fransa). “Dinamo”nun yetirməsidir və indi hansı səviyyədə olduğu hamıya məlumdur. Bəs Azərbaycanın belə oyunçusu olması üçün nə etmək lazımdır?
– Əsas məqsəd akademiyada vahid məşq metodologiyası və oyun fəlsəfəsi formalaşdırmaqdır. Bu prosesə artıq başlamışıq. Məşqçilər heyətinin motivasiyası, həvəsi məni çox sevindirir. Azərbaycanda da Kvaratsxeliya kimi oyunçu yetişdirmək mümkündür. Buna nail olmaq üçün üç istiqamət var:

  1. Düzgün seçim prosesi.

Akademiyadakı bütün məşqçi və skautların izləyəcəyi aydın skautinq meyarları və prinsipləri tətbiq edəcəyik.

  2. Bütün mərhələlərdə strukturlaşdırılmış inkişaf.

Oyunçunun texniki, taktiki, fiziki və psixoloji inkişafı üzərində işləməliyik. Bununla yanaşı, onların düşüncə tərzini, dözümlülüyünü və fiziki hazırlığını inkişaf etdirməliyik — çünki bu keyfiyyətlər təzyiq altında çıxış etmək və uzunmüddətli irəliləyiş üçün vacibdir.

   3. Fərdi inkişaf proqramları.

Hər bir oyunçunun fərdi inkişaf planı olmalıdır — burada onun inkişaf yolu və performans məqsədləri müəyyənləşdirilir.
Bu proses müntəzəm analiz, planlaşdırma və davamlılıq tələb edir.

– “Sabah”da görmək istədiyiniz işlər hansılardır?
– Bu, tək bir iş deyil, mənalı bir sistem qurmaqdır. Məqsədimiz tək bacarıqlı futbolçular deyil, həm də klubun dəyərlərini meydanda və meydandan kənarda təmsil edən ağıllı fərdlər yetişdirməkdir. “Sabah” akademiyasının strukturu, vizyonu və motivasiyası var. İnanıram ki, yaxın illərdə bu akademiya regionun aparıcı futbol mərkəzlərindən birinə çevriləcək.

Şahin Cəfərov

“Zaqatala”ya 600 manat cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şimal” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

MOİK – “Baku Sportinq” oyununun 68-ci dəqiqəsində “Baku Sportinq” komandasının 6 nömrəli futbolçusu Hüseyn Babayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Baku Sportinq” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

“Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

“Zaqatala” – “Mingəçevir” oyununda topdaşıyan və xərəkdaşıyanların say tərkibi pozulduğuna görə “Zaqatala” komandası 600 manat cərimə edilsin (maddə 59.1);

Azarkeşləri “Neftçi” və “Kəpəz”i ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz” komandasının qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə 44.2);

“Kəpəz” – “İmişli” oyununun 38-ci dəqiqəsində “Kəpəz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Kəpəz” klubu 6000 manat cərimə edilsin (maddə 52.5);

“Kəpəz” – “İmişli” oyununun 68-ci dəqiqəsində “Kəpəz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

PSJ-də itki

PSJ ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Paris klubunun futbolçusu Dezire Due zədələnib. Fransa çempionatında “Loryan”la oyunda xəsarət alan hücumçu meydanı xərəkdə tərk edib. Duenin son durumu tibbi müayinədən sonra bilinəcək.

PSJ “Loryan”la heç-heçə edib – 1:1.

Kubokda 1/4 finalın cütləri

İngiltərə Kubokunda 1/4 final mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, 1/8 finalda “Liverpul”u mübarizədən kənarlaşdıran “Kristal Pelas”ın növbəti rəqibi “Arsenal” olacaq.

İngiltərə Liqa Kuboku
1/4 final

Arsenal – Kristal Pelas
Kardiff – Çelsi
Mançester Siti – Brentford
Nyukasl – Fulhem

Fransa millisinin üzvü zədələndi

Fransa millisinin və PSJ-nin futbolçusu Desire Due “Loryen”lə oyunda zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi qarşılaşmanı göz yaşları içində xərəkdə tərk edib.

Duenin uzun müddət meydana çıxa bilməyəcəyi bildirilir. O, cari mövsümdə 15 oyunda 4 qol və 3 asistlə yadda qalıb.

Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Bakıda Azərbaycanla qarşılaşacaq.

“Real” hücumçusu ilə bağlı qərarını verdi

“Real” gənc hücumçusu Endriki qışda icarəyə verməyi planlaşdırır.

İdmanxeber.az-ın Xabi Alonsonun rəhbərliyi altında az şans qazanan 19 yaşlı futbolçu üçün klub yeni oyun təcrübəsi əldə etməyi məqsədəuyğun sayır.

Məlumata görə, “kral klubu” yalnız futbolçunun maaşını və icarə haqqını tam qarşılayan təklifləri dəyərləndirəcək.

Endriklə “Aston Villa”, “Vest Hem” və “Brayton” maraqlanır. Sonuncu klub isə onu tam transferlə almaq istəyir.

Kadi “Kadi” ilə görüşdü – FOTO

“Qarabağ” klubunun braziliyalı futbolçusu Kadi Borqes onun sadiq azarkeşi olan gənc parataekvandoçu Amin Əliyevlə görüşüb.

İdmanxeber.az-ın məlumatına görə, Kadi idman zalında Aminlə bir araya gələrək ona öz formasını hədiyyə edib.

Qeyd edək ki, Amin Əliyev braziliyalı futbolçuya bənzərliyinə görə “Kadi” ləqəbini daşıyır.

 

“Barselona” mərakeşli hücumçu ilə maraqlanır

“Famalikan”ın 20 yaşlı hücumçusu Yassir Zabiri Avropanın nəhəng klublarının diqqətini cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona” futbolçunun transferi ilə bağlı artıq “Famalikan” rəhbərliyi ilə əlaqə yaradıb. Gənc mərakeşliyə “Sevilya”, “Portu” və “Benfika” da maraq göstərir.

Zabiri bu mövsüm Portuqaliya çempionatında 3 oyunda iştirak edib.

Güclü külək Gəncə stadionuna ciddi ziyan vurdu 

Dünən Gəncə şəhərindəki əlverişsiz hava şəraiti stadiona ciddi ziyan vurub.

İdmanxeber.az-a verilən məlumata görə, güclü külək bir sıra dağıntılara səbəb olub. Gəncə stadionunda fasad örtükləri sıradan çıxıb. 

Hazırda arenada hər hansı bir iş aparılmır. MDB oyunları bitdikdən sonra stadionda bütün çalışmalar dayandırılıb.

Xatırladaq ki, Gəncə stadionunun süni örtüklü meydançasının təbii otla dəyişdirilcəyi bildirilmişdi.

 

AFFA “Kəpəz”i 10 min cərimələdi

Misli Premyer Liqası təmsilçisi “Kəpəz” 10 min manat cərimələnib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna IX turda “İmişli” ilə matçda yaşananlar səbəb olub. Oyunun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Onun klubu 1000 manat cərimələnib. 38-ci dəqiqədə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə isə Gəncə klubu daha 6000 manat ziyana düşüb. Həmçinin azarkeşlər 68-ci dəqiqədə pirotexniki vasitədən istifadə etdiyinə görə klub daha 3000 manat cərimə olunub.

“Neftçi” də eyni səbəbdən ziyana düşüb. “Qəbələ” ilə görüş bitdikdən sonra azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə paytaxt klubu 3000 manat cərimələnib.

IX turun “Araz-Naxçıvan” – “Sabah” matçında 4 futbolçusu sarı vərəqə alan Bakı klubu isə 700 manat ödəməli olacaq.

Frank De Blekerdən mübahisəli epizodlara şərh – Video

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodları şərh edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA öz Yutub hesabında video yayımlayıb.

O, həmin epizodlarda referilərin ədalətli qərarlar verdiyini vurğulayıb.

Frank De Blekerin epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

 

 

“Abubakarın Azərbaycan macərası “rüya kimi başlanğıc” kimi dəyərləndirilir”

“Neftçi”nin hücumçusu Vensan Abubakarın çıxışı Türkiyə mətbuatında da gündəm olub. 

İdmanxeber.az-ın məlumatına görə, qardaş ölkənin nüfuzlu “NTV Spor” nəşrində ulduz futbolçu barədə məqalə dərc edilib.

Həmkarlarımız Abubakarın möhtəşəm çıxışını diqqətdə saxlayıb:

“Azərbaycan təmsilçilərindən “Neftçi”yə transfer olunan Vensan Abubakar yeni macərasına parlaq şəkildə başlayıb. Kamerunlu hücumçu cəmi 3 gün ərzində 2 oyunda meydana çıxaraq 3 qol və 1 assistlə yadda qalıb.

33 yaşlı forvardın bu təsirli çıxışı həm azarkeşlərin, həm də ölkə mətbuatının diqqətini cəlb edib. “Neftçi”dəki çıxışı ilə hər kəsi heyran edən Abubakarın Azərbaycan macərası artıq indidən “rüya kimi başlanğıc” kimi dəyərləndirilir”.

De Blekere 9-cu turdakı mübahisəli epizodları şərh etdi – Video

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının 9-cu turundakı mübahisəli epizodlara şərh verib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, sözügedən qurumun mətbuat xidməti əvvəllər belçikalı mütəxəssisin fikirlərini yazılı olaraq təqdim edirdi. Son turlarda isə AFFA onun şərhlərini videoformatda açıqlayır.

Source

“Sumqayıt” Azərbaycan Kubokunda 50-ci qoluna sevindi

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulmuş 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub. Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir. “Gənclik şəhəri” təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub. Yubiley topuna Nihat Əhmədzadə imza atıb. Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını…

Source

“Kəpəz” Azərbaycan Kubokunda 200-cü qolunu vurdu

Futbol üzrə Azərbaycan Kubokunun 2025/26 mövsümünün 2-ci təsnifat mərhələsinin “Ağstafa Gəncləri” ilə oyunu “Kəpəz” üçün əlamətdar olub. Arena.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan Kubokunda 200-cü qolunu vurub. “Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlmiş komandanın 4-cü qolu yubiley xarakteri daşıyıb. Gəncəlilərin kubokdakı 200-cü qoluna Elcan Əbilov imza…

Source

“Qarabağ”ın rəqibi baş məşqçisini dəyişə bilər

“Çelsi”nin mövsümə uğursuz başlanğıcı mətbuatın komandanın baş məşqçisi Enzo Mareskanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik barədə fərziyyələr irəli sürməsinə səbəb olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun hazırda “Bornmut”a rəhbərlik edən Andoni İraolaya maraq göstərdiyi bildirilir. Mareskanın yaxın gələcəkdə vəzifəsindən ayrılacağı təqdirdə, klub rəhbərliyi 43 yaşlı ispaniyalı mütəxəssisə müraciət edəcək.

“Bornmut” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 9 oyundan sonra 18 xalla ikinci yerdədir. “Çelsi” isə 14 xalla 9-cudur.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibi baş məşqçisini dəyişə bilər appeared first on Komanda.az.

Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.

Komanda.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan millisinin noyabrın 7-21-i aralığında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.

Klublarda çıxış edən məşqçi və voleybolçuların milliyə cəlb olunmasını nəzərə alaraq, Yüksək Liqanın oyunları noyabrın 18-nə qədər təxirə salınıb.

The post Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb appeared first on Komanda.az.

Osimhen İspaniya klubunun hədəfindədir

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 26 yaşlı forvardla “Barselona” yaxından maraqlanır.

Kataloniya təmsilçisi Osimheni polşalı hücumçu Robert Levandovskinin potensial əvəzləyicisi kimi görür.

Nigeriyalı forvardın “Qalatasaray”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. O, cari mövsümdə bütün turnirlərdə 9 oyunda 6 dəfə fərqlənərək, komandasının əsas qol silahına çevrilib.

The post Osimhen İspaniya klubunun hədəfindədir appeared first on Komanda.az.

“Barselona” “Qarabağ”ın rəqibinin oyunçusu ilə maraqlanır

“Barselona” “Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin xidmətində maraqlıdır.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Kataloniya klubu şotlandiyalı futbolçunun transfer imkanlarını qiymətləndirir.

Şayiələrə görə, Maktominey İtaliyanı tərk edib yenidən İngiltərəyə qayıtmaq istəyir. Ancaq “Napoli”də qazandığı uğurlar sayəsində 28 yaşlı oyunçuya Avropanın digər top-klublarından da təkliflər gələ bilər.

Hazırda “Napoli”nin Maktomineylə yollarını ayırmağa hazır olub-olmadığı məlum deyil. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Barselona” “Qarabağ”ın rəqibinin oyunçusu ilə maraqlanır appeared first on Komanda.az.

Minifutbol: Azərbaycan çempionatında ilk tura yekun vurulub

Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Bakı Tennis Akademiyasının meydançasında keçirilən görüşlərdə “Qalaksi” “Cənub Storm”u (6:1), “Lerik Əvilə” “Borçalı”nı (4:0), “Zirə” “Birbaşa Bakı”nı (2:1), “Siyəzən” isə “Gənclərbirliyi”ni (5:0) məğlub edib.

Turun daha əvvəl keçirilən matçlarında “Aznur” “Star Bakı”nı (18:2), “Atəşgah Suraxanı” “Lənkəran”ı (5:4), “DİN İdman Cəmiyyəti” “Bakı 145″i (5:3) üstələyib. “Sumqayıt” – “Buxar” duelində isə qalib müəyyənləşməyib – 2:2.

The post Minifutbol: Azərbaycan çempionatında ilk tura yekun vurulub appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin baş məşqçisi komandasından şikayətləndi

“Liverpul”un baş məşqçisi Arne Slot heyətdə dərinliyin olmaması haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bu gün “Mançester Siti”nin start heyətini gördüm: onlar son Premyer Liqa oyunları ilə müqayisədə on dəyişiklik etdilər, amma keyfiyyət çox da pisləşmədi. “Çelsi” Estevaonu meydana çıxara bilərdi. Və biz… Mən iki əvəzetmə edəndən sonra meydanda altı yeniyetmə var idi”.

“Qırmızılar” çərşənbə günü Premyer Liqa kubokunda evdə “Kristal Pelas”a 0:3 hesabıyla uduzub. Arne Slot həddindən artıq rotasiyaya görə tənqid edilib. Komanda son yeddi oyunun altısında məğlub olub.

”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin baş məşqçisi komandasından şikayətləndi appeared first on Komanda.az.

“Barselona”nın aparıcı futbolçusu məşqi buraxıb

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandanın dünənki məşqində iştirak etməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçuya məşqi buraxmaq üçün məşqçilər heyəti tərəfindən icazə verilib.

28 yaşlı oyunçu şəxsi səbəblərə görə düşərgəni tərk edib və bu, zədə ilə əlaqəli deyil. Klub hadisənin təfərrüatlarını açıqlamamağı qərara alıb.

De Yonq cari mövsümdə 11 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib. O, iki həftə öncə klubu ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb.

Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona” noyabrın 2-də, La Liqanın 11-ci turu çərçivəsində doğma meydanda “Elçe” ilə qarşılaşacaq.

The post “Barselona”nın aparıcı futbolçusu məşqi buraxıb appeared first on Komanda.az.

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 “gümüş” qazanıb

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb.

Komanda.az Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdənqaldırma hərəkətində 133 kq çəkini ram etməyi bacarıb.

Təkanlaqaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran Məmmədov toplamda 288 kq nəticə göstərib.

Beləliklə, iki hərəkətin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Tehran Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.

The post Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 “gümüş” qazanıb appeared first on Komanda.az.

“Rəqiblərimiz indi bizə qarşı fərqli oynayırlar” – “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın bu mövsümdəki çətinlikləri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqiblərin fərqli oynadığını bildirib:

“Öyrənməli və inkişaf etməliyik, bunu oyunçularımıza hər gün deyirəm. Rəqiblərimiz indi bizə qarşı fərqli oynayırlar. Bu da yəqin ki, ötən mövsümdəki uğurlarımızla bağlıdır”.

“Çelsi” oktyabrın 25-də evdə “Sanderlend”ə 1:2 hesabıyla məğlub olub. Komanda 9 oyundan sonra Premyer Liqanın turnir cədvəlində 9-cu yerdədir.

”Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Rəqiblərimiz indi bizə qarşı fərqli oynayırlar” – “Qarabağ”ın rəqibinin baş məşqçisi appeared first on Komanda.az.

“Kəpəz”in 200-cü qolu

“Kəpəz” Azərbaycan kubokunda 200-cü qolunu vurub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu, 2025/26 mövsümünün “Bizon” Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində baş verib.

“Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. “Kəpəz”in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.

Qərb təmsilçisi 111-ci matçında top sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan “Kəpəz” evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.

Gəncəlilərin ilk qolu 1993 mövsümünə təsadüf edib. “Kəpəz” 1/32 finalın ilk oyununda səfərdə “Nicat”la heç-heçə oynayıb – 2:2.

The post “Kəpəz”in 200-cü qolu appeared first on Komanda.az.

Azərbaycan çempionatının oyunları təxirə salındı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 7–21 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.

Klublarda çıxış edən məşqçi və voleybolçuların milliyə cəlb olunmasını nəzərə alaraq, Yüksək Liqanın oyunları noyabrın 18-nə qədər təxirə salınıb.

AFFA-nın milliləşdirmək istədiyi futbolçu seçimini etdi – detallar

Bir müddətdir ölkə futbolunun gündəminə düşən “Dinamo”nun (Moskva) yarımmüdafiəçisi Ülvi Babayev Rusiya yığmasını seçib. Daha əvvəl isə AFFA-nın onunla Azərbaycan yığmasında oynamaq üçün danışıqlar apardığı bildirilib.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında danışıqlar bir neçə ay öncə baş tutub. Belə ki, Ülvinin atası Bakıya gəlib və AFFA nümayəndələri ilə qeyri-rəsmi görüş keçirib. Tərəflər arasında son danışıq məhz o vaxt olub. Lakin Babayev seçimini Rusiya yığmasındanyana edib.

Ülvi Babayev ötən həftə “Dinamo”nun Rusiya Kubokunda “Krılya Sovetov”a qarşı keçirdiyi oyunda (4:0) üç qol vurub. Futbolçu məhz bu görüşdən sonra gündəmə gəlib.

Şahin Cəfərov

Minifutbol: birinci tur başa çatdı

Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Zirə” “Birbaşa Bakı” üzərində qələbə ilə mövsümə start verib.

Bu ildən liqada iştirak edən “Siyəzən” “Gənclərbirliyi”ni məğlub edib.

Minifutbol, Azərbaycan çempionatı
I tur

29 oktyabr

Cənub Storm – Galaxy 1:6
Borçalı – Lerik Əvilə 0:4
Birbaşa Bakı – Zirə 1:2
Siyəzən – Gənclərbirliyi 5:0

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

30 oktyabr

Türkiyə Kuboku
14:00 Karaköprü Bələdiyəspor – Rizəspor (A Spor)
15:45 Zonquldak Kömürspor – Bodrumspor (A Spor)
19:00 Qaziantep Karabük İdman Yurdu (A Spor)
21:30 Konyaspor – 12 Bingöl Spor (A Spor)

İtaliya, A Seriyası
21:30 Kalyari – Sassuolo (Futbol 1)
23:45 Piza – Latsio (Futbol 1, Matç TV)

Səudiyyə Ərəbistanı, Pro Liqa
21:30 Əl-Əhli – Əl-Riyad (TRT Spor)

Millinin sonuncu sınağı

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.

Futbolrpess.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Moldova ilə üz-üzə gələcək. Kişineuda keçiriləcək qarşılaşmaya saat 15:00-da start veriləcək.

U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.

Azərbaycan idmançısı 3 “gümüş” qazandı

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb.

Futbolpress.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdənqaldırma hərəkətində 133 kq çəkini ram etməyi bacarıb.

Təkanlaqaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran Məmmədov toplamda 288 kq nəticə göstərib.

Beləliklə, iki hərəkətin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Tehran Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.

“Sumqayıt” bunu bacaran 20-ci komandadır

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulan 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub.

Yubiley topuna Nihat Əhmədzadə imza atıb. Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını 51-ə yüksəldib.

Evdə 19, səfərdə 31, neytral meydanda 1 dəfə fərqlənən “Sumqayıt” turnirin tarixində 50 və daha çox qol vuran 20-ci komandadır. Klub tarixində kubokdakı ilk qol isə 2011/12 mövsümünün 1/16 finalında “Lokomotiv”lə (Bakı) səfər matçında (2:0) vurulub.

Kubokda 200-cü qol

“Kəpəz” Azərbaycan Kubokunda 200-cü qolunu vurub.

Futbolpress.az xəbər verir ki, bu, 2025/26 mövsümünün Azərbaycan Kubokunun II təsnifat mərhələsində baş verib.

“Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. “Kəpəz”in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.

Qərb təmsilçisi 111-ci matçında top sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan “Kəpəz” evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.

Qeyd edək ki, gəncəlilərin ilk qolu 1993 mövsümünə təsadüf edib. “Kəpəz” 1/32 finalın ilk oyununda səfərdə “Nicat”la heç-heçə oynayıb – 2:2.

91 illik antirekord təkrarlandı

“Liverpul” İngiltərə Liqa Kuboku çərçivəsində evdə “Kristal Pelas”la matçda ağır məğlubiyyətlə üzləşib (0:3). Msport.az xəbər verir ki, bununla da Arne […]

Source

Millimiz Moldova ilə qarşılaşır

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək. Msport.az xəbər verir ki, B […]

Source

Ölkə kubokunda 50-ci qol

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulan 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub. Msport.az xəbər verir ki, “gənclik […]

Source

II Liqada 8, 9 və 10-cu turların oyun cədvəlləri açıqlandı

Azərbaycan 2-ci liqasında 8, 9 və 10-cu turların oyun cədvəlləri açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, 8-ci turun matçları 10 və 11 noyabr, 9-cu turun görüşləri 16 və 17 noyabr, 10-cu turun qarşılaşmaları isə 23, 24 və 25 noyabr tarixərind keçiriləcək. 

8-ci tur

10 noyabr (bazar ertəsi)

14:00. “Ağdaş” – “Xankəndi”
Ağdaş şəhər stadionu

14:00. “Kür-Araz” – “Şəki Siti”
Saatlı OİK stadionu

14:00. “Dinamo” – “Quba”
Binə qəsəbə stadionu

11 noyabr (çərşənbə axşamı)

14:30. “Araz Saatlı” – “Şəmkir”
Saatlı OİK stadionu

14:30. “Göygöl” – “Qaradağ Lökbatan”
Göygöl OİK stadionu

14:30. “Şirvan” – “Ağstafa Gəncləri”
Şirvan OİK stadionu

9-cu tur

16 noyabr (bazar)

14:30. “Ağstafa Gəncləri” – “Dinamo”
Ağstafa şəhər stadionu

14:30. “Şəmkir” – “Ağdaş”
Şəmkir OİK stadionu

15:00. “Quba” – “Araz Saatlı”
Quba OİK stadionu

17 noyabr (bazar ertəsi)

14:00. “Şəki Siti” – “Şirvan”
“Rekord Arena”

14:00. “Xankəndi” – “Göygöl”
Palms Sports Futbol Mərkəzi (IV meydança)

14:30. “Qaradağ Lökbatan” – “Kür-Araz”
Lökbatan OİK stadionu

10-cu tur

23 noyabr (bazar)

15:00. “Quba” – “Ağstafa Gəncləri”
Quba OİK stadionu

24 noyabr (bazar ertəsi)

14:00. “Göygöl” – “Şəmkir”
Göygöl OİK stadionu

14:00. “Şirvan” – “Qaradağ Lökbatan”
Şirvan OİK stadionu

14:30. “Araz Saatlı” – “Ağdaş”
Saatlı OİK stadionu

25 noyabr (çərşənbə axşamı)

14:00. “Dinamo” – “Şəki Siti”
Binə qəsəbə stadionu

14:30. “Kür-Araz” – “Xankəndi”
Saatlı OİK stadionu

“Sumqayıt”ın futbolçusu əlamətdar qol vurdu

Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulan 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub. Yubiley topuna Nihat Əhmədzadə imza atıb.

Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını 51-ə yüksəldib.

Evdə 19, səfərdə 31, neytral meydanda 1 dəfə fərqlənən “Sumqayıt” turnirin tarixində 50 və daha çox qol vuran 20-ci komandadır. Klub tarixində kubokdakı ilk qol isə 2011/12 mövsümünün 1/16 finalında “Lokomotiv”lə (Bakı) səfər matçında (2:0) vurulub.

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

Bu gün bir sıra futbol matçları keçiriləcək.

30 oktyabr

Türkiyə, kubok

14:00 Karaköprü Bələdiyəspor – Rizəspor (A Spor)
15:45 Zonquldak Kömürspor – Bodrumspor (A Spor)
19:00 Qaziantep Karabük İdman Yurdu (A Spor)
21:30 Konyaspor – 12 Bingöl Spor (A Spor)

İtaliya, A Seriyası
21:30 Kalyari – Sassuolo (Futbol 1)
23:45 Piza – Latsio (Futbol 1, Matç TV)

Səudiyyə Ərəbistanı, Pro Liqa
21:30 Əl-Əhli – Əl-Riyad (TRT Spor)

Bu da son! “Neftçi”dən ayrılır, yeni klubunun adı bizdə! (ÖZƏL)

Bir müddət öncə “Neftçi”nin qapıçısı Rza Cəfərovun komandadan ayrılmaq istədiyini oxucularımızın diqqətinə çatdırmışdıq. Gənc qolkiper ehtiyatda qaldığı üçün bu qərara gəlmişdi.

Nəhayət, millimizin üzvü istəyinə çatır. Əldə etdiyimiz məlumata görə, Cəfərov yanvarda “Neftçi”dən ayrılacaq. Onun yeni komandası da bəllidir.

Oyunçu “Kəpəz”lə anlaşıb. Tərəflər arasında uzun müddətdir danışıqlar gedirdi. Axır ki, Gəncə təmsilçisi həm futbolçunu, həm də paytaxt klubunu razı sala bilib.

Qış transfer dönəmində R.Cəfərov icarə əsasında “sarı-göylər”də çıxış edəcək. 22 yaşlı qolkiperlə mövsüm sonuna qədər müqavilə bağlanacaq.

İdmanxeber.az 

U-23 dünya çempionatında güləşçilərimizdən tarixi uğur

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında keçirilmiş U-23 dünya çempionatında güləşçilərimiz 7 medal qazandılar. Arena.az xəbər verir ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U-23 dünya çempionatları tarixi…

Source

“Yamal dünyanın ən yaxşı futbolçusu deyil” – Sabiq prezident

“Barselona”nın sabiq prezidenti Xuan Qaspar komandanın gənc hücumçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Yamal böyük potensiala malik olsa da, hələ dünyanın ən yaxşı futbolçusu adını daşımaq üçün vaxtı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Yamalın dünyanın ən yaxşı futbolçusu olmadığını bildirib:

“O, dünyanın ən yaxşı futbolçusu deyil. Ötən mövsümdə də belə, deyildi. Əlbəttə, bir gün ən yaxşı ola bilər, amma hələ ki, bu səviyyədə deyil. Onu ruhlandırmaq və irəli aparmaq komanda yoldaşlarının və baş məşqçinin işidir”.

Sabiq prezident həmçinin, Yamalın sağlamlığına diqqət etməsinin vacibliyini vurğulayıb:

“Yamal oyuna tam hazır deyilsə, meydanda olmamalıdır. O, yalnız tam hazır olanda və bəhanəsiz şəkildə oynamalıdır. Ona dincəlmək və tam bərpa üçün vaxt lazımdır”.

18 yaşlı futbolçu son mövsümlərdə “Barselona”nın ən diqqətçəkən oyunçularından biri sayılır.

The post “Yamal dünyanın ən yaxşı futbolçusu deyil” – Sabiq prezident appeared first on Komanda.az.

“Qələbəyə sevinmək növbəsi bizə də çatacaq” – Rimas

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində Fransa təmsilçisi “Elan Şalon”a uduzub – 71:84.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis məğlubiyyəti belə şərh edib:

“Səfərdə oynamaq həmişə çətindir. Çünki ev komandasının üstünlüyü olur. Yaxşı başlamasaq da, oyunun gedişində vəziyyəti düzəltməyi bacardıq. Lakin keçən dəfə dediklərimi təkrarlamaq məcburiyyətindəyəm. Rotasiya olmadan bu cür oyunlarda qələbə qazanmağımız çətin görünür. Ehtiyatda Endər kimi hazır oyunçuya ehtiyacımız var. Dəyişiklik imkanlarımızın məhdudluğu yekunda 4-cü periodda aktivlik, aqressiv oyun baxımından uduzmağımıza səbəb olur. Oyunçuların sona yaxın yorulması bizə lazım atışların qeyri-dəqiq yerinə yetirilməsi ilə nəticələnir. Buna görə də oyunçulara hər hansı iradım yoxdur. Çünki hər biri oyunda var gücünü qoydu. Ümid edirəm qələbəyə sevinmək növbəsi bizə də çatacaq. Bu istiqamətdə işlər görülür. Amma bunun üçün vaxt lazımdır”.

Liqa 1: PSJ “Loryan”la səfər matçında xal itirdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub. Səfərdə “Loryan”la qarşılaşan PSJ bu dəfə xal itkisi ilə üzləşib. “Olimpik” (Marsel) – “Anje”, “Paris” – “Olimpik” (Lion) və “Tuluza” – “Renn” matçlarında da qalib müəyyənləşməyib. “Havr” “Brest”i…

Source

PSJ səfərdə xal itirdi

Fransa Liqa 1-də 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.

Səfərdə “Loryan”la qarşılaşan PSJ bu dəfə xal itkisi ilə üzləşib. “Olimpik” (Marsel) – “Anje”, “Paris” – “Olimpik” (Lion) və “Tuluza” – “Renn” matçlarında da qalib müəyyənləşməyib. “Nant”ın qonağı olan “Monako” isə qələbə qazajb

Hazırda 21 xalı olan PSJ vahid liderdir. “Monako” 20, Marsel “Olimpik”i, “Strasburq”, Lion “Olimpik”i və “Lans” 19 xal toplayıblar.

Fransa Liqa 1
10-cu tur

29 oktyabr

Havr – Brest 1:0
Qol
: Sanqante, 73.

Olimpik (Marsel) – Anje 2:2
Qollar
: Vaz, 52; 70 – Şerif, 25. Kamara, 90+6.

Nant – Monako 3:5
Qollar
: Girassi, 19; 45+6. M.Məhəməd, 80 – Kulibali, 6. Baloqun, 41. Akliuş, 55. Qolovin, 75; 90+4.

Paris – Olimpik (Lion) 3:3
Qollar
: Kamara, 65. Kebbal, 77. Marketti, 84 – Tolisso, 5. Şults, 51; 58.

Strasburq – Oser 3:0
Qollar
: Panikelli, 46. Nanasi, 55. Barko, 60.

Tuluza – Renn 2:2
Qollar
: Kressuel, 58 Donnum, 85-pen – Lepaul, 50; Tamari, 54.

Loryan – PSJ 1:1
Qollar
: İ.Silva, 51 – N.Mendes, 49.

Mets – Lans 2:0
Qollar
: Heyn, 87; 90+1.

Nitsa – Lill 2:0
Qollar
: Diop, 29-pen. Yansson, 87.

The post PSJ səfərdə xal itirdi appeared first on Komanda.az.

“Yuventus”la “İnter” 3 xalı 3 qolla qazandı

İtaliya A Seriyasında 9-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 6 oyun baş tutub.

“Roma” “Parma”ı, “Yuventus” “Udineze”ni, “İnter” “Fiorentina”nı məğlub yola salıb.

İtaliya A Seriyası
9-cu tur

28 oktyabr

Leççe – Napoli 0:1
Qol
: Anqissa, 69.

Atalanta – Milan 1:1
Qollar
: Lukman, 35 – Riççi, 4.

29 oktyabr

Roma – Parma 2:1
Qollar
: Hermoso, 63. Dovbik, 81 – Çirkati, 86.

Komo – Verona 3:1
Qollar
: Duvikas, 9. Poş, 62. Voyvoda, 90+2 – S.Serdar, 25.

Yuventus – Udineze 3:1
Qollar
: Vlahoviç, 5-pen. Qatti, 67. K.Yıldız, 90+6-pen – Zaniolo, 45+1.

Bolonya – Torino 0:0

Cenoa – Kremoneze 0:2
Qollar: Bonatsoli, 3; 49.

İnter – Fiorentina 3:0
Qollar
: H.Çalhanoğlu, 66; 88-pen. Suçiç, 71.

30 oktyabr

21:30. Kalyari – Sassuolo
23:45. Piza – Latsio

The post “Yuventus”la “İnter” 3 xalı 3 qolla qazandı appeared first on Komanda.az.

A Seriyası: “Yuventus”la “İnter” 3, “Roma” 2 qolla sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub. “Bolonya” – “Torino” matçında qapılara qol vurulmayıb. “Cenoa” doğma meydanda “Kremoneze”yə 2 cavabsız qolla uduzub. “Roma” “Parma”ı, “Komo” “Verona”nı, “Yuventus” “Udineze”ni, “İnter”…

Source

“Sabah” ÇL-də Fransa klubuna məğlub oldu

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, “bayquşlar” səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəliblər. B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə keçirilib. Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 71:84 hesabı ilə məğlub olub. Xatırladaq ki, Bakı klubu ilk iki…

Source

“Araz-Naxçıvan” ÇL-də Rumıniya çempionuna qalib gəldi

Azərbaycan çempionu “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının 2025/26 mövsümününün əsas mərhələsində ilk matçını keçirib. Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi qrupdakı ilk oyununda Rumıniyanın “Yunayted Qalati” kollektivi ilə üz-üzə gəlib. 7-ci qrupun matçı “Sala Sporturilor Dunarea”da baş tutub. Azərbaycan çempionu bu oyunda 2:1 hesablı qələbəyə sevinib.

Source

Stepanovski: “Azərbaycan basketbolu düzgün yoldadır”

“Neftçi” basketbol komandasının baş məşqçisi Vitali Stepanovski FIBA Avropa Kubokunda “Abşeron Lions”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, FIBA Avropa Kubokunun əsas mərhələsində eyni qrupda yer almış Azərbaycan təmsilçilərinin bu gün baş tutmuş duelində “Neftçi” 104:86 hesablı qələbəyə sevinib. Stepanovski matçdan sonra fikirlərini bölüşüb. O…

Source

Samir Abasov: “Vensan Abubakar bizim üçün əlçatmaz idi”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində MOİK-ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş duelində 8 qol qeydə alınıb və yekunda “ağ-qaralar” 6:2 hesablı qələbəyə seviniblər. Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Azərbaycan Kuboku bizim…

Source

“Azərreyl” ÇL-də “Radniçki” səddini keçə bilmədi

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin 1-ci turunda Serbiyada “Radniçki”nin qonağı olub. Təmsilçimiz ilk matçda olduğu kimi, cavab qarşılaşmasında da rəqibinə 0:3 hesabı ilə uduzub. Mərhələni keçə bilməyən Azərbaycan klubu bundan…

Source

Dünya çempionatında tarixi uğur

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında güləşçilərimiz 7 medal qazandı.

Komanda.az xəbər verir ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U23 dünya çempionatları tarixi boyunca medalların əyarına görə ən yaxşı nəticəmizdir.

Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dan (5-2-4) sonra 4-cü yeri tutdu.

Xatırladaq ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

The post Dünya çempionatında tarixi uğur appeared first on Komanda.az.

“Sabah” yenə məğlub oldu

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 71:84 hesabı ilə məğlub olub.

B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə keçirilib.

Bakı klubu ilk iki görüşdə Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına məğlub olub.

The post “Sabah” yenə məğlub oldu appeared first on Komanda.az.

“Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirib.

Komanda.az xəbər verir ki, Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gələn Naxçıvan təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

7-ci qrupun matçı Sala Sporturilor Dunareada baş tutub.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.

The post “Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı appeared first on Komanda.az.

“Real” niderlandlı müdafiəçi ilə maraqlanır

“Tottenhem”in mərkəz müdafiəçisi Mikki van de Ven “Real”a keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu niderlandlı oyunçunu əldə etməyin çətin olacağını başa düşür, çünki “Tottenhem” 2023-cü ildə onun üçün təxminən 50 milyon avro ödəyib.

24 yaşlı müdafiəçi bu mövsüm bütün yarışlarda 13 oyunda meydana çıxıb və 5 qol vurub. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post “Real” niderlandlı müdafiəçi ilə maraqlanır appeared first on Komanda.az.

“Neftçi” Abubakarın arxasınca qaçmayıb” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində qarşılaşdıqları MOİK-lə oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 6:2 hesablı qələbə barədə bunları söyləyib:

“Vensan Abubakarı vaxtında gətirə bilməzdik, bizim üçün əlçatmaz idi. Çünki Azərbaycan Premyer Liqası belə futbolçuların can atdıqları yer deyil. Biz sırf Abubakarın dalınca qaçmamışdıq, yəni ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik. Lakin mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bütün futbolçular oynayır. Digər futbolçuların etdiklərini də görürəm. Oyuna gəlincə, kubok turniri bizim üçün həmişə çətin olub, amma “Neftçi” elə komandadır ki, onun üçün hər növbəti oyun prioritetdir. Çətin olmasına baxmayaraq, hər iki cəbhədə sonadək mübarizə aparacağıq. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi də hiss edirik. Buna görə də rəqibin fərqi yoxdur”.

The post “Neftçi” Abubakarın arxasınca qaçmayıb” – Samir Abasov appeared first on Komanda.az.

“Azərbaycan basketbolu düzgün yoldadır”

“Azərbaycan basketbolu düzgün yoldadır”.

Komanda.az xəbər verir ki, bunu “Neftçi” basketbol klubunun baş məşqçisi Vitali Stepanovski mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis “Abşeron Lions”a qalib gəldikləri FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Komandamızı və azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Müdafiədən çıxış edərək, oyunda tempi aşağı salmağa çalışırdıq. Axıra yaxın bizim üçün o qədər də uğurlu olmadı. Camal Bey, Stefan Keniç zədədən yeni qayıtmışdılar və matçı yaxşı səviyyədə keçirdilər. İlk vaxtlarda çox səhvlərə yol verirdik, sonradan bu yanlışlıqları aradaqn qaldırdıq. Azərbaycan klublarının FIBA Avropa Kuboku turnirində təmsil olunması çox vacibdir. Bu da onu göstərir ki, Azərbaycan basketbolu düzgün yoldadır”.

“Abşeron Lions” – “Neftçi” matçı “ağ-qaralar”ın 104:86 hesablı qələbəsi ilə bitib.

The post “Azərbaycan basketbolu düzgün yoldadır” appeared first on Komanda.az.

“Azərreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası Çempionlar Liqasında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin 1-ci turunda Serbiyada “Radniçki”nin qonağı olub.

Təmsilçimiz ilk matçda olduğu kimi cavab qarşılaşmasında da rəqibinə 0:3 hesabı ilə uduzub.

Mərhələni keçə bilməyən “Azərreyl” CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək.

The post “Azərreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı appeared first on Komanda.az.

“Araz-Naxçıvan” ÇL-də qələbə qazandı

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirib.

Futbolpress.az xəbər verir ki, Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gələn Naxçıvan təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

VII qrupun matçı Sala Sporturilor Dunareada baş tutub.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.

Bundesliqa nəhəngi Fernandeş üçün hərəkətə keçir

“Bavariya” qışda “Mançester Yunayted”in kapitanı Brunu Fernandeşi transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, ingilis klubu bu dəfə portuqaliyalı yarımmüdafiəçini satmağa razı ola bilər.

Transfer qiymətinin 40 milyon avro olduğu bildirilir. 31 yaşlı Fernandeş bu mövsüm Premyer Liqada 10 oyunda 2 qol və 1 asistlə yadda qalıb.

PSJ-nin müdafiəçisi komandadan ayrılır

PSJ-nin braziliyalı müdafiəçisi Lukas Beraldo komandadan ayrılmaq istəyir.

İdmanxeber.az xəbər verir ki, 21 yaşlı futbolçu bu mövsüm az şans qazanmasından narazıdır və yanvarda icarəyə getmək istəyir. Baş məşqçi Luis Enrike də onun qərarına qarşı deyil.

Qeyd edək ki, Beraldo 2024-cü ilin əvvəlində “San Paulo”dan 20 milyon avroya transfer olunub və PSJ ilə müqaviləsi 2028-ci ilə qədərdir.

“Bizim üçün ən idealını seçmişik və gətirmişik” – Samir Abasov

“Neftçi” Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində MOİK-i 6:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Vensan Abubakarın 2-ci qolundan sonra nə söhbət edirdiz?

– Müzakirə edirdik. Onun toxunuşu, klası… Vurulan qola sevinirdik. Bu haqda danışırdıq, başqa bir şey yox idi.

– Özünüzə sual verirsiz ki, Abubakarı niyə vaxtında gətirmədik?

– Vaxtında gətirə bilməzdik. Bizim üçün əlçatmaz idi. Belə futboloçular üçün Azərbaycan Premyer Liqası can atdıqları yer deyil. Uyğun zaman lazımdır ki, belə oyunçuları yaxalayasan. Mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bizim üçün də xoş hal deyil. Bütün futbolçular oynayır. Şəxsən mən bölgü aparmazdım. Digər futbolçuların etdiklərini də görürəm. Bizə hücumçu, bitirici lazım idi. Belə hücumçu gətirmişik. Biz sırf Abubakarın dalıyca qaçmamışdıq. Ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik.

– Püşkə baxanda kuboku qazanmaq şansınızı necə dəyərləndirirsiniz?

– Bizim üçün kubok həmişə çətin olub. Şəxsən mənim özüm üçün də .Biz elə komandayıq ki, bizim üçün növbəti oyun prioritetdir. Hər iki turnirdən də yapışacağıq. Baxmayaraq ki, bu, çətindir. Bizim üçün püşk önəmli deyil. Hər oyunu udmalıyıq. iki ay sonra kiminlə oynayacağımızı düşünmürük. Bu klubda belə şey olmayıb. “Sumqayıt”da işləyəndə fikirləşirdik ki, bu turnir asandır, bütün fikrimizi bura yönəldək. “Sumqayıt” “Qarabağ” deyil. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi hiss edirik. 

– Abubakarın gəlişindən Bassala Sambunun psixoloji durumu necədir?

– Çoxa əladır. Yaxşı tərəfi odur ki, Sambu Abubakarla rəqabət aparacaq. 

– Əlinizdə olan heyət hansı sistemlə oynamağa imkan verir?

– Murad Məmmədov zədələndiyi üçün məcburiyyətdən Mustafa Seki oynatdıq. Format məsələsinə gəldikdə, üçlü də, dördlü də ola bilər. Üstündə durduğumuz dördlü müdafiə sistemidir. Dəyişikliklərə də gedə bilərik. Məşqlərdə bəzi oyunçuları sol cinah müdafiəçisi mövqeyində yoxlayırıq. 

– MOİK-dən 2 qol buraxdız. Belə demək olar ki, müdafiə və qapı xəttinə transfer lazım idi?

– Bu oyun “Neftçi” üçün göstərici deyil. Belə matçlara oyunçuları motivasiya etmək çətindir. Bu cür oyunlarda ancaq hücumu fikirləşirsən. Qapına hücum olanda belə zədəsiz vəziyyətdən çıxmaq istəyirsən. Futbolçuları anlayıram. Səhvlər var idi.  Yüz faiz bilirəm ki, həmin futbolçular başqa oyunlarda o səhvləri etməzlər. Boşluqqdan irəli gələn bir şeydir. Çox gözəl skaut departamentimiz var. Bir çox ölkələrə gedirlər. Transfer fəaliyyətimizi uzunmüddətli iş üzərində qururuq. 

– Rza Cəfərovla klub arasında münasibətlər korlanıb?

– Bizim Rza ilə münasibətimiz niyə pozulsun ki? Qəbələdə bu suala cavab verdim. Qapı xəttində yaxşı rəqabətimiz var. (Sportal.az)

“Neftçi” – MOİK 6:2 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Neftçi” – MOİK matçı meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 29 oktyabr “Neftçi” – MOİK 6:2 Qollar: Vensan Abubakar, 8; 42. Nihad Qurbanlı, 27-öz qapısına. Ağadadaş Salyanski, 62. Murad Məmmədov…

Source

Azərbaycan Kubokunda 1/8 finalın bütün cütləri bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib. Arena.az xəbər verir ki, buna 2-ci təsnifat mərhələsinin oyunlarından sonra aydınlıq gəlib. 1/8 final mərhələsindən etibarən “Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan” komandaları da mübarizəyə qoşulacaqlar. “Qəbələ”, “Şəfa”, “Şamaxı”, “Baku Sportinq”, “Kəpəz”, “Karvan”…

Source

FIBA Avropa Kuboku: “Neftçi” “Abşeron Lions”a qalib gəldi

FIBA Avropa Kubokunda mübarizə aparan Azərbaycan komandaları – “Abşeron Lions” və “Neftçi” bu gün növbəti oyunlarına çıxıblar. Arena.az xəbər verir ki, I qrupunda yer almış təmsilçilərimiz bir-biri ilə qarşılaşıblar. FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu Bakı İdman Sarayında baş tutub. Bu oyunda “ağ-qaralar” 104:86 hesablı qələbəyə seviniblər. Xatırladaq ki, “Abşeron Lions”…

Source

Azərbaycan Kubokunda sonuncu 1/8 finalçı “Neftçi” oldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyunu “Neftçi” ilə MOİK arasında baş tutub. 8 qolun qeydə alındığı bu oyunda elita təmsilçisi rahat qələbəyə sevinib. “Ağ-qaralar”ın yeni transferi Vensan Abubakar bu görüşdə dublla yadda qalıb. Xatırladaq ki…

Source

“Qəbələ” – “Mingəçevir” 5:1 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 29 oktyabr “Qəbələ” – “Mingəçevir” 5:1 Qollar: Domi Massumo, 45. Prins Ovusu, 49; 54; 63. Nuğay Rəşidov, 66 – Cona Attukuaye…

Source

“Səbail” – “Şamaxı” 0:1 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Səbail” – “Şamaxı” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 29 oktyabr “Şəbail” – “Şamaxı” 0:1 Qol: Alfons Msanqa, 49. Qolla nəticələnməyən penalti: Dioqo Balau, 57. Sarı vərəqələr: Emil…

Source

Kaxaber Sxadadze: “Bu, mənim üçün çox vacib idi”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Mingəçevir”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Qəbələ şəhər stadionunda baş tutmuş oyunda meydan sahibləri 5:1 hesablı qələbəyə seviniblər. Qalib komandanın Gürcüstandan olan baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş…

Source

“Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq”

“Abşeron Lions” komandası Avropa turnirlərində qələbə qazanmaq istəyir.

Komanda.az xəbər verir ki, bunu “Abşeron Lions” basketbol klubunun baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis “Neftçi”yə məğlub olduqları FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Neftçi”ni təbrik edirəm. Düşündüyümüz qədər yaxşı oynaya bilmədik. Bəzi oyunçuların performansı istənilən səviyyədə olmadı. Aubri Makalpaynın zədəsi var idi. Oynadı, amma istənilən effekti vermədi. Qediminas Orelik də həmçinin effektiv deyildi. Müdafiədə əvvəldən tanıdığımız rəqibə qarşı yaxşı oyun sərgiləmədik. “Neftçi”nin atışları çox yaxşı alındı. Bizim üçün də onlara çatmaq çətinləşdi. Bundan sonra Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq. Yolumuzdan dönməyəcəyik. Azərbaycanı təmsil edirik və belə turnirdə qalib gəlmək istəyimiz çoxdur. “Neftçi”yə uğurlar arzu edirəm”.

Qeyd edək ki, “Abşeron Lions” – “Neftçi” matçı “ağ-qaralar”ın 104:86 hesablı qələbəsi ilə bitib.

The post “Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq” appeared first on Komanda.az.

“Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun oyununa indiyədək 22 500 bilet satılıb.

Bu barədə Komanda.az-a Ağdam klubundan məlumat verilib.

“Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

The post “Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb appeared first on Komanda.az.

Azərbaycan kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi

Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin bütün cütləri bəlli olub.

Komanda.az xəbər verir ki, buna 2-ci təsnifat mərhələsinin oyunlarından sonra aydınlıq gəlib.

1/8 final qarşılaşmaları dekabrın 2-3-də keçiriləcək.

Azərbaycan kuboku, 1/8 final

Qəbələ – Şəfa
Şamaxı – Baku Sportinq
Araz-Naxçıvan – Kəpəz
Qarabağ – Karvan-Yevlax
İmişli – Sabah
Zirə – Neftçi
Şahdağ Qusar – Turan Tovuz
Difai – Sumqayıt

The post Azərbaycan kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi appeared first on Komanda.az.

FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları – “Abşeron Lions” və “Neftçi” üz-üzə gəliblər.

Komanda.az xəbər verir ki, I qrupunun matçında “ağ-qaralar” 104:86 hesablı qələbəyə sevinib.

Görüş Bakı İdman Sarayında keçirilib.

“Abşeron Lions” qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi “Trefl”ə (96:99) və Estoniyanın “Kalev” komandasına (85:93) məğlub olub. “Neftçi” isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.

The post FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi appeared first on Komanda.az.

“Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır

“Qarabağ”ın Premyer Liqada “İmişli” ilə keçirəcəyi oyunun biletləri sabah satışa çıxacaq.

Komanda.az Ağdam klubuna istinadən xəbər veirir ki, 10-cu turun oyunu üçün biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq

Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Sözügedən qarşılaşma oktyabrın 31-də keçiriləcək.

The post “Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır appeared first on Komanda.az.

Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbovun Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) rəhbərliyi və baş məşqçilərin iştirakıyla görüşü baş tutub.

Komanda.az xəbər verir ki, nazir federasiyanın yeni ofisi ilə tanış olub.

Öncə federasiya rəhbərliyi nazirə ASF-nin fəaliyyəti və planları barədə məlumat verib. Daha sonra idman direktoru və baş məşqçilər milli komanda üzvlərinin hazırlığı və gələcək yarışlar haqqında danışıb. Görüşdə qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarına hazırlıq və üzgüçülərimizin bu yarışda iştirakı da müzakirə edilib.

Görüşdə ASF-nin prezidenti Zaur Əliyev, vitse-prezidentləri Xaliq İldırımzadə və Ümid Abuzərli, İcraiyyə Komitəsinin üzvü Ruslan Ələkbərov, baş katib Oqtay Atayev, idman direktoru Pyer Ləfonten, ASF-nin müşaviri Rəşad Ədbürrəhmanov, həmçinin üzgüçülük, bədii üzgüçülük və suya tullanma üzrə milli komandaların baş məşqçiləri müvafiq olaraq Luka Qabrilo, Anton Melnikov və Oksana Pismenna əməkdaşları iştirak edib.

Həmçinin ASF-nin prezidenti Zaur Əliyev su polosu üzrə yeni təyin edilmiş baş məşqçi Qoran Sabliçi gənclər və idman nazirinə təqdim edib. Azərbaycan Üzgüçülük Federasiyasının dəvətilə gəlmiş Q.Sabliç artıq vaterpolonun ölkəmizdə inkişafı naminə çalışacaq.

Otuz ildən artıq beynəlxalq təcrübəyə malik olan Qoran Sabliç bu illər ərzində Xorvatiya, İran, Türkiyə, Küveyt, Yaponiya, Braziliya, Səudiyyə Ərəbistanı, Fransa, Yeni Zelandiya, Zimbabve və İsveçrə kimi ölkələrdə çalışıb.

Karyerasına vaterpolo üzrə dünyanın ən güclü məktəblərindən biri sayılan vətəni Xorvatiyada başlamış məşqçi yüzlərlə gənc idmançının beynəlxalq arenada yetişməsinə töhfə verib.

Nazir yeni baş məşqçini təyinatı münasibətilə təbrik edib, milli komanda ilə gələcək fəaliyyətində uğurlar arzu edib.

Qeyd edək ki, oktyabr ayında ASF tərəfindən cəlb edilmiş isveçrəli mütəxəssis Luka Qabrilo üzgüçülük üzrə milli komandanın baş məşqçisi təyin edilib.

The post Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb appeared first on Komanda.az.

Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər

Azərbaycanın cüdo üzrə milli komandaları 6-cı İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

Komanda.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən təlim-məşq toplanışında yığmamızla yanaşı Türkiyə, Serbiya, Avstriya, Almaniya və Çexiya cüdoçuları da iştirak edirlər.

İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları 8–10 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. U-23 Avropa çempionatı isə 31 oktyabr – 1 noyabr tarixlərində Moldovanın paytaxtı Kişineuda baş tutacaq.

The post Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər appeared first on Komanda.az.

Azərbaycan güləşçilərindən tarixi nəticə

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında güləşçilərimiz 7 medal qazanıb.

Futbolpress.az xəbər verir ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U23 dünya çempionatları tarixi boyunca medalların əyarına görə ən yaxşı nəticəmizdir.

Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dan (5-2-4) sonra 4-cü yeri tutdu.

Xatırladaq ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

“Neftçi” Avropa Kubokunda növbəti qələbəsini qazandı

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları – “Abşeron Lions” və “Neftçi” üz-üzə gəliblər.

Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən görüş “ağ-qaralar”ın qələbəsiylə başa çatıb – 104:86.

Qeyd edək ki, “Abşeron Lions” qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi “Trefl”ə (96:99) və Estoniyanın “Kalev” komandasına (85:93) məğlub olub. “Neftçi” isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.

“Qarabağ” – “Çelsi”: neçə bilet satılıb?

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 22 500 bilet satılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Azərbaycan Kubokunda 1/8 final cütləri

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, son çempion “Sabah” bu turda “İmişli” ilə qarşılaşacaq.

“Qarabağ”ın rəqibi “Karvan-Yevlax” olacaq. 1/8 finalın əsas görüşü “Zirə” ilə “Neftçi” arasında olacaq.

Azərbaycan Kuboku
1/8 final mərhələsi

“Qəbələ” – “Şəfa”
“Şamaxı” – “Baku Sportinq”
“Araz-Naxçıvan” – “Kəpəz”
“Qarabağ” – “Karvan-Yevlax”
“İmişli” – “Sabah”
“Zirə” – “Neftçi”
“Şahdağ Qusar” – “Turan Tovuz”
“Difai” – “Sumqayıt”

Bu mərhələnin oyunları dekabrın 2-3-də keçiriləcək.

“Qarabağ”ın çempionat oyunu 3 manata

Premyer Liqanın X turunda keçiriləcək “Qarabağ” – “İmişli” oyununun biletləri sabah satışa çıxacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlər saat 12:00-dan satışda olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

“Azersun Arena”da, 31 oktyabrda keçiriləcək matça saat 17:00-da start veriləcək.

“Qarabağ” – “Çelsi” oyununa satılan bilet sayı bəlli oldu

“Qarabağ” – “Çelsi” oyununa satılan bilet sayı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, görüşü 22 min 500 bilet satılıb.

Biletlər məhdud sayda qalıb.

🏟 “Qarabağ” – “Çelsi” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

🎟 Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN

📌 VIP sektorlar: 200, 250, 300 və 400 AZN
📌 VVIP sektorlar: 1000 AZN

⚠ Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

ℹ Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

 Qeyd: Stadionun qapıları azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 

“Şimal” – “Şahdağ Qusar” 0:2 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Şimal” – “Şahdağ Qusar” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 29 oktyabr “Şimal” – “Şahdağ Qusar” 0:2 Qollar: Seymur Əliyev, 102. Sənan Ağalarov, 117. Qolla nəticələnməyən penalti…

Source

“Şamaxı” və “Qəbələ” Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, sonuncu oyun günündə keçirilməsi nəzərdə tutulmuş 6 qarşılaşmadan daha ikisi başa çatıb. Premyer Liqa təmsilçilərindən “Şamaxı” 1-ci Liqada çıxış edən “Səbail”lə qarşılaşıb və çətin qələbə sayəsində sürprizə imkan verməyib.

Source

“Zaqatala” – “Sumqayıt” 0:3 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Zaqatala” – “Sumqayıt” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 29 oktyabr “Zaqatala” – “Sumqayıt” 0:3 Qollar: Aleksandr Ramalinqom, 8. Nihad Əhmədzadə, 34. Aleksa Yankoviç, 85.

Source

Saşa İliç: “Məqsədimiz az forma şansı qazananları oynatmaq idi”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Zaqatala”ya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Zaqatalada baş tutmuş oyun “Sumqayıt”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşb. Saşa İliç matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib: “Yaxşı qarşılaşma oldu.

Source

“Xankəndi” – “Difai” 1:2 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Xankəndi” – “Difai” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 29 oktyabr “Xankəndi” – “Difai” 1:2 Qollar: Emin Quliyev, 45+2 – Musa Musazadə, 61. Bayraməli Qurbanov, 71. Sarı vərəqələr…

Source

“Sumqayıt” da Azərbaycan Kubokunda sürprizə imkan vermədi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, sonuncu oyun günündə keçirilməsi nəzərdə tutulmuş 6 qarşılaşmadan üçü artıq başa çatıb. Premyer Liqa təmsilçilərindən “Sumqayıt” “Zaqatala” ilə qarşılaşıb və səfərdə darmadağına imza ataraq sürprizə imkan verməyib. “Difai” “Xankəndi” ilə…

Source

Aryen Robben: “Lennart Karl tərifə layiqdir, amma…”

“Bayern”in niderlandlı keçmiş hücumçusu Aryen Robben münhenlilərin 17 yaşlı alman vingeri Lennart Karla məsləhət verib. Arena.az Robbenin müvafiq fikrini təqdim edir: “Lennart Karl tərifə layiqdir. O, möhtəşəmdir. Amma ona, bundan faydalanmaq gərəkdir. Özü üzərində hər gün işləməsi və belə deməməsi gərəkdir: “Elə, indicə yaxşı bir oyun keçirdim, hər şey əntiqədir”…

Source

Xetaq Qazyumov: “Ondan bu qızıl medalı çoxdan gözləyirdik”

23 yaşadək güləşçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Xetaq Qazyumov dünya çempionatındakı nəticələri dəyərləndirib. Arena.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində keçirilmiş U-23 dünya çempionatında 1 dəst medal qazanmış sərbəst güləş üzrə Azərbaycan millisi vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

Source

“Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi”

“Qəbələ”nin baş məşqçisii Kaxaber Tsxadadze Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Mingəçevir”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 5:1 hesablı qələbəyə sevindikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Komandamı təbrik edirəm. Üç gündən sonra növbəti oyuna çıxacağıq. Futbolçularımız yaxşı təsir bağışladılar. Oyuna tam konsentrasiya olduq. Bu, mənim üçün çox vacib idi. Bütün qollarımız düzgün qurulmuş kombinasiyalı hücumların nəticəsində vuruldu. Sonradan meydana daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. İndi isə artıq çempionatda növbəti oyunumuza hazırlaşmalıyıq”.

The post “Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi” appeared first on Komanda.az.

“Barselona” “Real”dan beş yox, cəmi iki xal geri qalır”

“Barselona”nın sabiq prezidenti Xuan Qaspar İspaniya La Liqasının 10 turundan sonra “Real”la aradakı xal fərqi barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Qaspar AS nəşrinə verdiyi açıqlamada “Barselona”nın Madrid təmsilçisindən beş yox, cəmi iki xal geri qaldığını bildirib:

“Çempionluq uğrunda rəqabət yalnız növbəti “el klasiko”dan sonra daha aydın görünəcək. La Liqada qalib gəlməyi düşünürüksə, vəziyyət yalnız “Barselona”nın stadionunda keçiriləcək matçdan sonra müəyyənləşəcək”.

“Real” oktyabrın 26-da doğma meydanda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Madrid təmsilçisi 27 xalla turnir cədvəlində lider mövqedə, “Barsa” isə 22 xalla 2-ci pillədə qərarlaşıb.

The post “Barselona” “Real”dan beş yox, cəmi iki xal geri qalır” appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin futbolçusu “Tottenhem”ə keçə bilər

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin yenidən İngiltərəyə dönə biləcəyi barədə xəbərlər getdikcə çoxalır.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya “Tottenhem” ciddi şəkildə maraq göstərir.

Bildirilir ki, Maktominey özü də yaxın gələcəkdə İngiltərəyə qayıtmaq istəyir və bu səbəbdən, transferin baş tutma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.

Şotlandiyalı futbolçu “Napoli”yə 2024-cü ilin yayında, “Mançester Yunayted”dən keçmişdi. O, İtaliyadakı debüt mövsümündə parlaq çıxış edərək, Antonio Kontenin rəhbərliyi altında komandanın A Seriyasını qazanmasına mühüm töhfə verib və mövsümün ən yaxşı oyunçusu seçilib.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin futbolçusu “Tottenhem”ə keçə bilər appeared first on Komanda.az.

“Barselona” daha bir futbolçusunu itirdi

“Barselona”nın futbolçusu Pedri sol budundan zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçunun bərpa prosesi və komandaya qoşulacağı vaxt barədə məlumat verilməyib.

Yarımmüdafiəçi baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında 72 matçda meydana çıxıb. O, cari mövsümdə 13 matçda start heyətində yer alıb və 2 qol vurub.

The post “Barselona” daha bir futbolçusunu itirdi appeared first on Komanda.az.

AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu

31 oktyabr – 1 noyabr aralığında Moldovanın paytaxtı Kişineuda keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.

Komanda.az xəbər verir ki, ölkəmiz bu yarışda millinin böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi 60 kq), İslam Rəhimov (66 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Aslan Kotsoyev (hər ikisi 90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, qitə birinciliyində 38 ölkədən 314 idmançı medallar uğrunda mübarizə aparacaq.

The post AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu appeared first on Komanda.az.

“Asan qələbə qazandığımızı düşünmürəm” – “Sumqayıt”ın baş məşqçisi

“Sumqayıt” Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Zaqatala”ya qarşı keçirilən oyunda gənc futbolçulara daha çox şans verib.

Komanda.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, maraqlı qarşılaşmaya şahidlik etdiklərini deyib:

“Maraqlı görüş oldu. Əsas məqsədimiz daha az forma şansı qazanan futbolçuları oynatmaq idi. Xüsusilə, ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək, digər oyunçulara tonusda qalmaları üçün şans yaratdıq. Hesab 3:0 olsa da, asan qələbə qazandığımızı düşünmürəm. Lakin istənilən halda, növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya növbəti oyunlarda uğurlar arzu edirik”.

“Sumqayıt” 1/8 finalda 1-ci Liqa təmsilçisi “Difai” ilə qarşılaşacaq.

The post “Asan qələbə qazandığımızı düşünmürəm” – “Sumqayıt”ın baş məşqçisi appeared first on Komanda.az.

PSJ “Barselona”nın 18 yaşlı futbolçusunu istəyir

“Barselona”nın 18 yaşlı futbolçusu Xuan Hernandes PSJ-nin marağına səbəb olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı oyunçunun müqaviləsində 6 milyon avroluq sərbəstqalma bəndi var, lakin Fransa klubu onu gələn yay pulsuz transfer edə bilər. Hernandesin Kataloniya klubu ilə hazırkı müqaviləsi mövsümün sonunda bitir. Tərəflər müqavilənin uzadılmasını müzakirə edirlər, lakin hələlik şərtlər haqda razılığa gəlməyiblər.

Futbolçu heyətdə bir neçə dəfə yer almasına baxmayaraq, hələ də “Barselona”nın əsas komandasında debüt etməyib. O, İspaniyanın gənclər komandasında 6 oyun keçirib və 1 qol vurub.

The post PSJ “Barselona”nın 18 yaşlı futbolçusunu istəyir appeared first on Komanda.az.

“Mançester Siti” Rodri ilə danışıqlara başlayıb

“Mançester Siti” rəhbərliyi yarımmüdafiəçi Rodri Hernandeslə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” artıq ispaniyalı futbolçu ilə danışıqlara başlayıb və tərəflərin ilin sonunadək razılığa gələcəyi gözlənilir.

Bildirilir ki, Rodrinin vəziyyəti ilə PSJ və “Real” yaxından maraqlanır.

29 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Mançester Siti”də çıxış edir. O, cari mövsümdə komandanın heyətində 7 oyunda iştirak edib.

Rodri 2024-cü ildə “qızıl top” mükafatına layiq görülmüşdü.

The post “Mançester Siti” Rodri ilə danışıqlara başlayıb appeared first on Komanda.az.

“Real”da bəzi oyunçular Alonsodan narazıdır

“Real”da baş məşqçi Xabi Alonsonun gətirdiyi dəyişikliklər bəzi oyunçular arasında narazılıq yaradıb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis komandaya gəldikdə, oyunçuların paltardəyişmə otağında bir çox pis vərdişlərin olduğunu görüb.

İspaniyalı çalışdırıcının ilk mesajlarından biri belə olub ki, onun rəhbərliyi altında hər kəs top rəqibdə olduqda daha çox qaçmalı və işləməlidir, əks halda, heç kimin əsas heyətdə yeri təmin edilməyəcək.

O, kapitanlar və daha yaşlı oyunçularla birlikdə yeni qaydalar toplusunu hazırlayıb. Bura bazaya vaxtında gəlmənin önəmi, məşqlərdə yüksək intizam və əzmkarlıq daxil edilib. Hələlik gecikmələr üçün cərimələr tətbiq olunmayıb.

Alonso daha ciddi nizam-intizam yaratmaq üçün məşqlər, qrup və fərdi videosessiyalar, eləcə də, daha çox profilaktik məşqlər təşkil edib.

Buna baxmayaraq, bəzi oyunçular dəyişikliklərdən narazıdır və özlərinə hörmət edilmədiyini düşünürlər. Onlar hesab edirlər ki, indi meydanda ən yaxşı keyfiyyətlərini göstərmək üçün az azadlıqları qalıb.

Bəzi oyunçular çoxlu titullar qazanıblar, amma Alonsonun tələb etdiyi işləri etməyiblər. İndi bu onlara tətbiq olunanda şikayət etməyə başlayıblar. Bu, normaldır, xüsusən də, uzun müddət toxunulmaz hesab olunan oyunçular üçün.

Alonsonun daha ciddi və tələbkar yanaşması əvvəlki baş məşqçi Karlo Ançelottinin üsulları ilə müqayisədə fərqlənir.

The post “Real”da bəzi oyunçular Alonsodan narazıdır appeared first on Komanda.az.

“Aşkarladığımız səhvləri aradan qaldırmağa çalışacağıq”

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında 1 dəst medal qazanan sərbəst güləş üzrə milli vətənə qayıdıb.

Futbolpress.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

Xetaq Qazyumov, baş məşqçi:

“Çox sevinirik ki, bu yarışda çempionumuz oldu. Kənan Heybətovdan bu qızıl medalı çoxdan gözləyirdik. Gənc güləşçimiz Xetaq Karsanovun yenicə keçdiyi 125 kq-da gümüş medal qazanması da sevindiricidir. Ali Tsokayev də 86 kq-a keçidini medalla qeyd etdi. Ceyhun Allahverdiyev və Fərid Cabbarovdan da medal gözləyirdik. Onlardan başqa da medal qazana biləcək milli üzvləri var idi. Bəzisi taktiki səhvlərə yol verdi. Bəzisi isə emosiyalarını cilovlaya bilmədi. 3 gündən sonra İslam Həmrəyliyi Oyunlarının hazırlıqlarına başlayacağıq. Bu yarışda aşkarladığımız səhvləri və boşluqları növbəti yarışa qədər aradan qaldırmağa çalışacağıq”.

Kənan Heybətov, dünya çempionu:

“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. U23 yaş qrupunu qızıl medalla başa vurdum. İnşallah, daha da yaxşı hazırlaşıb, gələn il böyüklər arasında da bu uğuru təkrarlayaram. Finalda güləşdiyim iranlı Sina Xəliliylə yanvarda da qarşılaşmışdım. Zaqrebdə keçirilən reytinq turnirinin finalında tam üstünlüklə (12:1) qalib gəlmişdim. Bu yarışda 0:3 hesabıyla geridə idim. İkinci hissədə geridönüş edərək 9:4 hesablı qələbə qazandım”.

Xetaq Karsanov, dünya ikincisi:

“İlk növbədə bizə yaradılan hərtərəfli şəraitə göə Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm. Daha da yaxşı nəticə əldə etmək istərdik. Şəxsən özümdən çempionluq gözləyirdim. 125 kq-da debüt edirdim. Səhvlərim üzərində işləyəcəyəm. Daim yanımızda olan və bizə kömək edən bütün məşqçilər heyətinə minnətdaram”.

“Sabah”ın komandalarından 5 qələbə

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar baş tutub.

Futbolpress.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları keçirdikləri 7 oyunun 5-dən qalib ayrılıblar.

U-10 Liqası
Sabah – Neftçi PFK +:-

U-12 Liqasi
Sabah – ROFM +:-

U-14 Liqası
Sabah– Binə 7:1
Qollar: İbrahim Sədiyev, Yusif Ağayev (4), Tofiq Zaidov, Hüseyn Musayev.

U-15 Liqası
Ulduz – Sabah 3:0

U-16 Liqası
Sabah – Qəbələ 4:1
Qollar: Ayxan İbadov, Amir Bağırov, Rəşad Şirməmmədli, Kamil Mütəllimov.

U-17 Liqası
Sabah – Universal 11:1
Qollar: Nihad Cəfərzadə, İlhan Məmiyev, Rail Bədəlov, Nihat Şirinzadə, Ömər Müslümov, Murad Quliyev, Məhəmməd Mədətov, Ceyhun Kazımzadə (2), Emil Məmmədov (2).

Gənclər Liqası (U-19)
Sabah – Zirə 1:2
Qol: Nicat Kərimov.

İliç: “Zədələrdən qaçmağa çalışdıq”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunda “Zaqatala”nı məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı əldə edən futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçuların tonusda qalması üçün şans yaratdıq. Hesab 3:0 olsa da, düşünməzdim ki asan qələbə oldu. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.

Penya qayıtmaq istəyir

Müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında “Elçe”də çıxış edən İnaki Penya açıqlama verib.

Futbolpress.az xəbər verir ki, qolkiper Kataloniya klubuna qayıtmaq istədiyini deyib:

“Düzü, “Elçe”də xoşbəxtəm. Transferin son günlərinə bu variant çıxanda rahat oldum. Ailəmlə danışdım və gəlməyə qərar verdim. Düşünürəm ki, bu ana qədər də pis çıxış etməmişəm.

Hər oyunçunun arzusunda olduğu klub var. Mən də daha güclü formada “Barselona”ya qayıtmaq istəyirəm”.

Qolkiper bu mövsüm La Liqada 5 oyuna çıxıb.

“Qalatasaray”ın maraqlandığı futbolçu PSJ-dən ayrılmaq istəyir

Braziliyalı futbolçu Lukas Beraldo PSJ-dən ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. 21 yaşlı müdafiəçi oyun praktikasının azlığından narazıdır və klubu tərk etmək niyyətindədir.

Beraldo ilə Türkiyənin “Qalatasaray” klubu yaxından maraqlanır.

Müdafiəçi bu mövsüm 6 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

“Yuventus”un yeni baş məşqçisi

“Yuventus”un yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Luçano Spalettiyə tapşırılacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Tərəflər arasında razılıq əldə olunduğu bildirilir.

Spaletti son olaraq İtaliya millisinə rəhbərlik edib.

“Yuventus” A Seriyasında 8 oyunda 12 xal toplayıb və 8-ci sıradadır.

Turin təmsilçisi bir neçə gün əvvəl baş məşqçisi İqor Tudorla vidalaşıb.

“Barselona” Pedrini itirdi

“Barselona”nın futbolçusu Pedri sol budundan zədələnib. Msport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Futbolçunun bərpa […]

Source

❌