Premyer Liqa: “Kəpəz” “Turan Tovuz”a Yevlaxda uduzdu
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turuna start verilib.
Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edəcək sonuncu turun ilk oyun günündə bir görüş baş tutub.
“Kəpəz” Yevlaxda digər qərb təmsilçisi “Turan Tovuz”la üz-üzə gəlib. Yevlax şəhər stadionunda baş tutmuş görüşü Kamal Umudlu idarə edib.
Son turlarda uğursuz nəticələrə görə 5-ci sıraya yuvarlanmış Tovuz təmsilçisi ilin son matçında bu gedişata son qoymağı hədəfləmişdi. Gəncə təmsilçisi isə 10-cu sıradakı mövqeyini möhkəmləndirmək arzusundaydı.
Qarşılaşma Tovuz təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Kurban Berdıyevin komandası hər hissənin əvvəlində bir qol vurmaqla ili qələbə ilə tamamlayıb.
Premyer Liqa
16-cı tur
19 dekabr
“Kəpəz” – “Turan Tovuz” 0:2
Qollar: Alexandro Serrano, 7. Joarlem Santos, 47.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 14:00.
Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov, 6. Pedro Qomes.
Baş məşqçi: Azər Bağırov.
Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 17. Rəhim Sadıqov, 10. Xəyal Nəcəfov, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.
